library.unec.edu.azlibrary.unec.edu.az/images/metodik/diaqnos1.docx  · web viewmüasir...

47
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ «İQTİSADİ TƏHLİL VƏ AUDİT» KAFEDRASI «KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ -TƏSƏRRÜFAT FƏALIYYƏTININ TƏHLILI VƏ DIAQNOSTIKASI » T Ə D R İ S М Е Т О D İ К V Ə S А İ Т 1

Upload: truongthuy

Post on 27-Feb-2019

226 views

Category:

Documents


0 download

TRANSCRIPT

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«İQTİSADİ TƏHLİL VƏ AUDİT» KAFEDRASI

«KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ -TƏSƏRRÜFAT

FƏALIYYƏTININ TƏHLILI VƏ DIAQNOSTIKASI »

T Ə D R İ S М Е Т О D İ К V Ə S А İ Т

BAKI-2014

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«İQTİSADİ TƏHLİL VƏ AUDİT» KAFEDRASI

«KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ -TƏSƏRRÜFAT

FƏALIYYƏTININ TƏHLILI VƏ DIAQNOSTIKASI »

T Ə D R İ S М Е Т О D İ К V Ə S А İ Т

Ali təhsil müəssisələrində iqtisadçı ixtisası üzrə təhsil alan tələbələr üçün

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 aprel 2014 cü il tarixli 379 №-li əmri ilə təsdiq edilmişdir.

BAKI-2014

2

«Tədris metodik vəsait» Azərbaycan Dövlət İqtisad Universitetinin

«İqtisadi təhlil və audit» kafedrasının müdiri dоsent H.A. Cəfərli və müəllim

A.R. Hacıyeva tərəfindən hazırlanmışdır.

Rəyçilər: dos. R.N.Kazımov

dos. A.Q.Məmmədova

3

MÜNDƏRİCAT

GIRIŞ........................................................................................................................5

1. KOMMERSİYA TƏŞKILATLARININ MALİYYƏ -TƏSSƏRRÜFAT

FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ DİAQNOSTİKASI TƏŞKİLİNİN

ƏSASLARI...............................................................................................................7

2. ƏSAS FONDLARDAN, MADDİ VƏ QEYRİ-MADDİ EHTİYATLARDAN

İSTİFADƏNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI............................................12

3. MƏHSUL İSTEHSALI VƏ SATIŞI XƏRCLƏRİNİN TƏHLİLİ VƏ

DIAQNOSTIKASI.................................................................................………...15

4. KOMMERSİYA TƏŞKILATLARININ TEXNİKİ VƏZİYYƏTİNİN VƏ

SOSİAL İNKİŞAFI NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI..20

5. KOMMERSİYA TƏŞKILATLARININ FƏALİYYƏTİNİN İQTİSADİ

NƏTİCƏLƏRİNİN, RENTABELLİYİNİN, MƏNFƏƏTİN, MALİYYƏ

VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI........................................22

6. İMTAHAN SUALLARININ SİYAHISI.........................................................27

7. İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT .............................................................29

4

GIRIŞ

“Kommersiya təşkilatlarının maliyyə - təsərrüfat fəaliyyətinin təhlili və

diaqnostikası” adlı tədris metodik vəsait “İqtisadi təhlil və diaqnostika” fənninin

öyrənilməsində yardımçı vəsait kimi mühüm rol oynayacaqdır.

“İqtisadi təhlil və diaqnostika” fənnin tədris proqramına uyğun olaraq

“Muhasibat uçotu və audit” ixtisası üzrə magistr təhsil pilləsində təhsil alan

tələbələrə istifadə etmələri tövsiyyə olunur.

Tədris metodik vəsaitin məqsədi:

“Kommersiya təşkilatlarının maliyyə - təsərrüfat fəaliyyətinin təhlili və

diaqnostikası” - bütün növ fəaliyyətin sistemli öyrənilməsi əsasında nəticələrin

ümumiləşdirməsi vasitəsilə təşkilatın səmərəliliyinin artırılmasını təşkil edir.

Tədris metodik vəsaitin öyrənilməsinə başlayarkən mütləq:

Bilməlidir:

iqtisadi- hesablama fəaliyyəti;

analitik, elmi-tədqiqat fəaliyyəti;

təşkilatı- idarəetmə fəaliyyəti.

Bacarmalıdır:

idarəetmə qərarlarının seçimində və hazırlanmasında iştrak etmək, risklərin

və qərarların potensial sosial-iqtisadi nəticələrini nəzərə alaraq, sosial-

iqtisadi meyarlara görə gərarların səmərəliliyinin əsaslandırılması;

tapşırılmış işlərin mərhələlərlə yerinə yetirilməsinin təşkili;

hüquqi, inzibati və digər məhdudiyyətli təşkilatlatların, iqtisadi xidmət və

müxtəlif xüsusi mülkiyyət formalı bölmələrin fəaliyyətinin təkmilləşdirməsi,

idarəetmənin təşkili üzrə qərarların hazırlanmasında və qəbul edilməsinda

iştrak etmək;

“Kommersiya təşkilatlarının maliyyə - təssərrüfat fəaliyyətinin təhlili və

diaqnostikası” adlı tədris metodik vəsaitin öyrənilməsinin qarşıya qoyduğu

məqsəd və vəzifələr tələbələrlə işləmə üsullarının formasını müəyyənləşdirir.

“İqtisadi təhlil və diaqnostika” fənni üzrə kurs muhazirə və praktiki məşğələ

5

dərslərinin keçirilməsində, həmçinin tələbələr tərəfindən sərbəst işlərin

hazırlanmasında yardımçı olmağı nəzərdə tutur.

Muasir texnoloqiyaların öyrənilməsi:

Müasir texnoliqiyadan istifadə edərək sərbəst informasiya axtarışı, praktiki

məsələlər, biznes oyunları və prezentasiya materiallarından istifadə.

6

MÖVZU I. KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ -TƏSSƏRRÜFAT FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ DİAQNOSTİKASI

TƏŞKİLİNİN ƏSASLARI

Kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının kompleks məqsədi obyektin və subyektin, metodikasını, təsnifatını, növlərini və rolunu araşdırmaqdır. Kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının əsas göstəricilərini və informasiyasını təhlil etməkdir.

Maliyyə- təssərrüfat fəaliyyətinin təhlilinin məzmunu istehsalın texniki səviyyəsinin hərtərəfli tədqiqindən, istehsal olunan məhsulun rəqabətqabiliyyətliliyi və kefiyyətindən, istehsalın material, maliyyə və əmək resursları ilə təminatından və onlardan səmərəli istifadədən ibarətdir. Belə bir təhlil idarəetmənin mühüm funksiyasına aid olan keyfiyyətli informasiya təminatına və müxtəlif amillərin kompleks uçotuna sistemli yanaşmaya əsaslanır.

Kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin diaqnostikasının mahiyyəti təsərrüfat subyektinin maliyyə və iqtisadi, texniki sisteminin, maşın və avadanlıqların vəziyyətini əks etdirən əsas xüsusiyyətlərin ölçülməsi, əlamətlərin aşkar edilməsi və öyrənilməsi, gələcəkdə davamlı, orta, standart, normal dəyərlərin kənarlaşmasının və iş rejiminin pozulması hallarının qarşısını almaqdır.

Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının məqsədi –nəticələrin ümümiləşdirilməsi və bütün növ fəaliyyətin sistemli öyrənilməsi əsasında onun işinin səmərəliliyinin artırılmasıdır.

Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının vəzifələri:

- təhlil edilən obyektin real vəziyyətinin identifikasiyası;- normativ dəyərlərin, əsas xüsusiyyətləri və ya məlum analoqları ilə obyektin

tərkibi və xassələrinin öyrənilməsinin müqayisəsi;- zaman-məkan aralığında obyektin vəziyyətindəki dəyişikliklərin aşkar

edilməsi;- obyektin vəziyyətindəki dəyişikliyə təsir edən və onların təsirinin nəzərə

alınmasında əsas amillərin müəyyən edilməsi;- əsas istiqamətlərin proqnozu.

Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının predmeti dedikdə məhsul (iş və xidmət) istehsalı və satışı xərclərinin, əsas fondlardan istifadənin vəziyyəti, əmək ehtiyatlarından istifadə və sosial inkişafın nəticələrinin, maliyyə vəziyyətinin, istehsal və iqtisadi nəticələrin səmərəliliyinin təhlili və qiymətləndirilməsi başa düşülür.

Kommersiya təşkilatının maliyyə - təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının obyekti bütövlükdə onun struktur bölmələri (sexlər, sahələr, briqadalar), subyekit olaraq isə dövlət orqanları, elmi tədqiqat institutları, fondlar, mərkəzlər, icma təşkilatları, kütləvi informasiya vasitələri, analitik xidmət təşkilatları çıxış edir.

7

Planlaşdırma Uçot Nəzarət Təhlil

İdarəetmə sistemi

İdarəetmə sistemi (istehsal və digər (başqa) fəaliyyət)

Idarəetmə qərarı

Resurslar Məhsul, xidmət və s.

Kommersiya təşkilatının idarəedilməsində təssərrüfat fəaliyyətinin təhlilinin rolu

Şəkil. 1 idarəetmə sistemində iqtisadi təhlilin yeri

Şəkil 1. İdarəetmə sistemində iqtisadi təhlilin yeri

Təsərrüfat fəaliyyətinin təhlilinin növlərini, xarakteristikasını və onların təsnifatını müxtəlif meyarlara və özəlliklərə görə təsnifləşdirmək olar.

Kommersiya təşkilatının maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin növlərinin təsnifatı

Cədvəl 1.1Təsnifat meyyarları Təhlilin növləri

Obyekt StrukturFunksional

Həyata keçirilmə dövriliyi SistemliEpizodik

Məqsəd DaxiliMüqayisəli

Xarakter DinamikStatistik

Miqyas Kompleks (sistemli)lokal (obyekt)

Məzmunu PredmetƏməliyat-prosedur

Nəticələrin qiymətləndirilməsi forması KəmiyyətKeyfiyyət

8

Subyekt Təssərüfat subyektinin təhlili (daxili təhlil)Xarici strukturların təhlili (xarici təhlil)

Metod StatistikAmilliEkspert

Alınmış nəticələrin ümümləşdirilməsi (sintezi), səbəb – nəticə münasibətləri və qarşılıqlı aslılığın yaradılması, əsas əlaqənin müəyyən edilməsi, strukturlaşmaya əsaslanma kommersiya təşkilatlarının maliyyə - təsərrüfat fəaliyyətinin təhlil və diaqnostikasının aparılmasında maliyyə - təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikası metodikasının bir neçə metodoloji yanaşmaları mövcuddur.

Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının əsas

metodları Cədvəl 1.2

Metodun adı Metodun məzmunuFormalaşmamış metodlar Loqistik, subyektiv tədqiqat- ekspert Vəzəyətin yüksək ixtisaslı mütəxəsislər

tərəfindən qiymətləndirməsi - morfoloji Alternativ qərarların qrup şəklində

müxtəlif mümkün variantlar üzrə sistemləşdirilməsi, əvvəlcə məqbul sonra isə səmərəli variantların seçilməsi

- reytinq Göstəricilər sırası üzrə ən yaxşı nəticələrin müəyyənləşdirilməsi və sıralanmasının sistemləştirilməsi

- faktiki Mediada yazılan faktların, elmi işlərin və s., təhlili

- monitorinq Dəyişikliklərin ətraflı, sistemli təhlili- məntiqi modelləşdirmə Analitik cədvəllərin, göstəricilər

sisteminin, ssenarilərin quruluşu- fundamental Əsas istiqamətlərin dinamikasının

öyrənilməsi və əsas istiqamətlərin müəyyənləşdirilməsi

- texniki Istənilən və gözlənilən nəticələrin nəzərə alınması

Formalaşmış metodlar Ciddi formalaşmış analitik asılılıqlar- amilli Ayrı ayrı amillərin təsir dərəcəsinin

qiymətləndirilməsi və təsnifatının müəyyənləşməsi

- konyunktur Tələb və təklif baxımından cari vəziyyətin müəyyən edilməsi

9

- riyazi Zəncirvari yerdəyişmə, riyazi fərq, nisbi rəqəmlər, differinsial, loqarifmik, inteqral təhlil, mürəkkəb və sadə faizlərın hesablanması

- statistik Korrelyasiya, reqressiya, dispersionnıy, klaster, ekstropolyasiya, kovariasiya təhlili; əsas komponentlər metodu, orta və nisbi kəmiyyətlər, qruplaşdırma; qrafik və indeks metodu ilə dinamik sıraların işlənməsi

- əməliyyatların tədqiqatı və qərarların qəbul olunması üsulları

qraflar, oyun, kütləvi xidmət; resurs və məqsədlərin ardıcıl düzülüşü, bayesian təhlil, şəbəkə planlaşdırılması nəzəriyyələrindən istifadə

- ekonometrik matrisa, harmonik, spektral təhlil, istehsal funksiyaları , sahələrarası balans

- iqtisadi – riyazi modelləşdirmə və optimal proqramlaşdırma

deskrptiv (şərhli), predikativ (qabağcadan qiymət vermə, proqnoz) və normativ modellər; sistemli təhlil, maşın simulyasyası; xətti, qeyri-xətti, dinamik, qabarıq proqramlaşdırma metodları

Təhlilin və diaqnostikanın umumi təşkilatı əsaslarını idarəetmə nəzərriyəsi və korporativ nəzarət təşkil edir. Hər təşkilatın istehsal, texniki, və kommersiya fəaliyyətinin təhlili və diaqnostikasına müvafiq şöbə cavabdehdir.

Təhlil və diaqnostikanın subyektlərinə aiddir:- Təşkilat və onun təsisçiləri;- Mülkiyyətçilər;- Dövlət idarəetmə orqanları; - Maliyyə - kredit təşkilatları;- Vergi orqanları;- Sığorta orqanları;- Ayrı – ayrı mütəxəssislər;- Ekspertlər;- Media;- Analitik-informasiya və reytinq aqentliyi.Təhlil və diaqnostikanın obyektlərinə aiddir:- Kadr, texniki, istehsal və maliyyə potensialı;- Fəaliyyətin müxtəlif növləri; - Onların texniki, maliyyə, material vəziyyəti və təminatı.

Təşkilatın əsas fəaliyyət növünə aiddir:- Istehsal;- Kommersiya;

10

- İnvestisiya;- Sosial;- Maliyyə;- İnnovasiya;- Ekoloji;

Təşkilatın maliyyə - təsərüfat fəaliyyətinin təhlili və diaqnostikasının obyektləri sahə və ərazi xüsusiyyətlərinə malikdir.

11

MÖVZU II. ƏSAS FONDLARDAN, MADDİ VƏ QEYRİ-MADDİ

EHTİYATLARDAN İSTİFADƏNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI

Kompleks məqsəd:Əsas fondların hərəkətini, əsas fondlardan istifadənin səmərəliliyini,

fondverimi amillərini, avadanlıqlardan, material və əmək ehtiyatlarindan istifadəni təhlil etməkdən ibarətdir.

Məzmunu: Əsas fondların hərəkəti

Əsas fondların vəziyyətinin təhlili və diaqnostikası dəyər və qiymətləndirmənin beş baza göstəricisi əsasında formalaşdırılır. Bu göstəricilərə ilkin, bərpa, qaliq, ləğv (utilizasiya) və investisiya dəyəri aiddir. Müəyyən etmək vacibdir ki, bu göstəricilərin hansı aspektləri (iqtisadi və ya mühasibat) təhlilin məqsədi hesab edilir.

Əsas fondların dəyəri kommersiya təşkilatının maliyyə - təssərrüfat fəaliyyətinin əsas xarakteristikası hesab edilir. Təşkilatın əmlak kompleksinin dəyərinin təhlili üçün əsas fondların ümumi dəyərinn hesablanması həyata keçirilir.

Təhlil zamanı əsas fondların hər qrupunun payı, əsas fondların ümumi dəyərinə nisbətən tikinti quraşdırma işlərinin (TQİ) və avadanlığların dəyəri müəyyən edilir. Adətən belə təhlil yeni obyektlərin uçota alınması zamanı aparılır.

Əsas fondların vəziyyətinin cari təhlili və diaqnostikası xüsusi balanslar əsasında aparılır, onlara aiddir:

- əsas fondların balansı;- avadanlığların balansı;- istehsal gücünün balansı.

Əsas fondlardan istifadənin səmərəliliyinin təhliliƏsas fondların istifadənin qiymətləndirilməsi üçün əsas fondlardan istifadə

intensivliyi, avadanlığın yüklənməsi, maşın və mexanizmların faydalı iş əmsalı kimi göstəricilərdən istifadə olunur. Əsas fondlardan istifadənin təhlili üçün onların ilkin , qalıq dəyəri və köhnəlməsi mühüm əhəmiyyət kəsb edir.

Əsas fondların kompleks qiymətləndirməsi üçün balans mənbələri və aktivlərin strukturu təhlil edilir, həmçinin aktivlərdə əsas vəcaitlərin payı, əsas vəsaitlərin aktiv hissəsinin payı, köhnəlmə və yararlılıq əmsalı hesablanır.

Əsas vəsaitlərdən istifadənin səmərəliliyinin qiymətləndirilməsi bütün resursların ümumi qiymətləndirmə texnologiyasına əsaslanır ki, o da verim və tutum göstəricilərinin hesablanmasını və təhlilini nəzərdə tutur .

Fond veriminin amilli təhliliFond veriminə aşağdaki amillər təsir edir:

12

- avadanlığın strukturu;- avadanlığ vahidinin iş vaxtı (T);- gundəlik boşdayanmalar;- növbəlilik əmsalı;- daxili növbəlilik boşdayanmaları;- avadanlığın məhsuldarlığı (CB);- yeni texnoloqiyaların mənimsənilməsi;- mövcud avadanlığların modernləşdirilməsi;- kadrların ixtisas səviyyəsi.

Avadanlıqlardan istifadənin təhliliAvadanlığın işinin təhlili onun sayını, iş vaxtını və gücündən istifadəni

xarakterizə edən göstəricilər sisteminə əsaslanır.Avadanlıqların kəmiyyət istifadəsinin təhlili ücün onlar istifadə dərəcəsi

üzrə qruplaşdırılır:- quraşdırılmış (istifadəyə verilmiş);- quraşdırılmamış (istifadəyə verilməmiş).

Quraşdırılmış bölünür:- faktiki işləyən;- modernləşdırmə və təmirdə olanlar;- ehtiyatda olan avadanlıq.

Quraşdırılmamış bölünür: - quraşdırılması nəzərdə tutulmuş;- silinməsi nəzərdə tutulmuş.

Material ehtiyyatlarından istifadənin təhliliMüəssisənin material ehtiyyatlarının ümumi xarakteristikası əvvəlki və

perspektiv dövrün ilkin hesabatılarının təhlili əsasında verilə bilər. Təhlil zamanı material ehtiyyatlarının ümumi xərcləri, ayrı – ayrı material ehtiyyatlarının növləri üzrə dəyər və natural ifadə də müəyyən olunur. Sonra isə konkret material ehtiyatlarının faktiki xərclərinin təhlili aparılır.

Müəssisənin maliyyə - təsərrüfat fəaliyyətində material ehtiyyatları təsdiq edilmiş texniki və ya digər sənədlər əsasında istehsalın müvafiq texnoloji sxeminə uyğun olaraq istehsal proqramı əsasında istifadə olunmalıdır.

Material ehtiyatlarına ümumi tələbat proses, əməliyyat və ya məhsul (iş və xidmət) vahidinə nəzərdə tutulmuş xərc normaları əsasında müəyyən edilir.

Material ehtiyyatlarından istifadənin təhlili, adətən xüsusi material balansı əsasında həyata keçirilir. Material ehtiyyatlarından istifadənin ətraflı təhlili üçün hər ehtiyyat növü üzrə natural və dəyər ifadəsində material balansı hazırlanır.

Əmək ehtiyatlarından istifadənin təhlili.Əmək ehtiyatları ilə təminatın təhlili zamanı kadırların faktiki sayı əvvəlki

dövr ilə və bütün ixtisas qrupları üzrə hesabat dövrünün plan sayı müqayisə edilir.

13

Təhlil prosesində qruplar arasında əlaqələr və bu əlaqələrin dəyişilməsi istiqamətləri öyrənilir.

Əsas fəhlələlrin ümumi fəhlələrin sayında xüsusi çəkisinin bir fəhləyə düşən məhsul istehsalının dəyişməsi təsiri aşağdaki düstur üzrə müəyyən edilir:

∆Oİ = (XÇ1 – XÇ0) · Oİ0,

burada XÇ1, XÇ0 – plan (baza dövrü) və hesabat üzrə əsas fəhlələrin ümumi fəhlələrin sayında xüsusi çəkisi;

Oİ0 – plan üzrə bir işçinin orta illik istehsalı;Işçilərin sayi İ saşağıdaki düstur üzrə müəyyən edilir:

Əİ s=

ƏƏƏsə× Əpl

burada Ə – planlaşdırılan dövrdə işlərin əməktutumu norması;

ƏƏsə- fəhlələrin səmərəli (cari) iş vaxtı fondu;Əpl - normanın yerinə yetirilməsinin planlaşdırılan əmsalı.

Əmək ehtiyyatlarının stimullaşdırılmasının səmərəliliyinin təhliliƏmək ehtiyatlarının stimullaşdırılmasına əmək haqqının ödənilməsi sistemi,

mükafatlar, müxtəlif növ sosial müavinətlər və ödənişlər daxildir. Əmək haqqının ənənəvi tarif sistemi və onun təşkilinin əsas elementləri zəmanətli dərəcə formaları və vəzifə maaşları bazar iqtisadiyyatı şəraitinə uyğun deyil, nəinki əməyin və istehsalın nəticələrinin artırılmasında stimullaşdırıci rol oynayır, həmçinin bu prosesə dahada mane olur. Müxtəlif növ mükafatlar, əlavələr və artımlar mexaniki olaraq tarif dərəcəsinə və vəzifə maaşına əlavəyə çevrilir və təşkilatın fəaliyyətinin son nəticəsini zəif əlaqələndirir.

Əmək haqqının artım tempi ilə müqayisədə əmək məhsuldarlığının qabaqlayici artım tempi onun stimullayışdırıci rolunu təmin etməlidir. Əməyin intensivliyi, gərginliyi, keyfiyyəti və görülən tədbirlər əməyin ödənilməsinə uyğun olmalıdır.

Əməyin stimullaşdırılması sisteminin əsas məqsədi - müəssisənin marağlarının yerinə yetirilməsinə aid olan əmək məhsuldarlığının artırılması, məhsulun maya dəyərinin aşağı salınması və satışın gücləndirilməsidir. Bu məqsədə nail olmaq müəssisənin maraqları ilə işçilərin maraqlarının (əməyin nəticələrinin maddi baxımdan deyil həmdə özünü reəlizəetmə imkanı baxımından tanınması) razılışdırılması tələb olunur.

14

MÖVZU III. MƏHSUL İSTEHSALI VƏ SATIŞI XƏRCLƏRİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI

Kompleks məqsəd:Məhsul istehsalı və satışına çəkilən xərclərin ümumi xarakteristikasını

vermək, əmtəəlik məhsulun bir manata düşən xərcləri təhlil etmək, istehsal proqramının formalaşdırılmasının və icrasının, məhsul çeşidinin və həcminin, məhsul istehsalının ahəngdarlığının təhlilini aparmaq.

Məzmunu: Məhsul istehsalına və satışına çəkilən xərclərin ümumi xarakteristikasıMəhsul istehsalına və satışına çəkilən ümumi xərclər, məhsulun (iş və

xidmətin) maya dəyərinin strukturunu müəyyən edir və xərc büdcəsinə daxil edilir. Maya dəyərin tərkibindəki xərclər qruplara görə fərqlənir ki, onlarda öz növbəsində müxtəlif xərc növlərinə ayrılır.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin strukturundan asılı olaraq məhsul istehsalı və satışına xərclər aşağdakilara ayrılır:

- materialtutumu;- fondtutumu;- əməktutmu;- enerjitutmu.

Maya dəyərin strukturu və onun həcmi mənfəətə, qiymət səviyyəsinə və ölçüsünə, ayrı – ayrı iqtisadi-təşkilatı və texniki tədbirlərin iqtisadi səmərəliliyinə birbaşa təsir edir.

Məhsulun maya dəyərinə hər amilin təsirinin hesablanması təşkilatın maliyyə-təssərüfat fəaliyyətinin diaqnostikası çərçivəsində həyata keçirilir. Bu zaman amillər qruplara bölünür:

- təşkilatın bir başa fəaliyyətindən asılı olan (məhsul vahidinə düşən xammal, material, yanacaq və elektrikenerji xərclərinin aşağı düşməsi; xammal, material, yanacaq və elektrik enerjisinin istehlak strukturunun dəyişilməsi, əsas fondlardan istifadənin yaxşılaşdırılması);

- təşkilatın fəaliyyətindən asılı olmayanlar ( iqlim şəraiti, müəssisənin yeri, xammal bazasının tutumu, istehsal sahələrinin, sexlərin və komplekslərin yerləşdirilməsi).Məhsulun, iş və xidmətin maya dəyərinin təhlili mühüm əhəmiyyət kəsb

edir. O, mövcud göstəricilərin dəyişməsi meyillərinin aşkar edilməsini, planının yerinə yetirilməsi və onun artım səviyyəsinə amillərin təsirini müəyyənləşdirilməsini və bunun əsasənda təşkilatın fəaliyyətinə qiymət vermək imkanlarından istifadə edərək məhsulun maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar etməyə imkan verir.

Istehsal xərclərinin təhlili xüsusi xarakterik və ya eyni zamanda bir və ya bir neçə xüsusiyyətlər əsasında təsnifləşdirilir.

15

Xərclərin təsnifləşdirilməsindən asılı olaraq istehsal həcminin məhsul istehsalı xərclərinin ümumi məbləğinə nisbəti aşağidaki düsturla müəyyən edilir:

X = A + B : VÜM

Burada: A– dəyişməyən xərclərin məbləği; B – məhsul vahidinə düşən dəyişən xərclərin səviyysi; VÜM – məhsul istehsalının həcmi.

Informasiya mənbələri: - statistik hesabatların məlumatları, - «məhsul istehsalı və satışına xərclərin hesabatı»- mühasibat uçotunun məlumatları: sintetik və analitik hesablar, material,

əmək və pul vəsaitlərinin, məhsulun maya dəyərinin plan və hesabat kalkulyasiyası və s.

Əmtəlik məhsulun bir manatına çəkilən xərclərin təhlili

Əmtəlik məhsulun bir manatına xərclərin səviyyəsini əks etdirən ümumi göstəriclər onun mənfəətlə maya dəyəri arasındaki birbaşa əlaqəsini əks etdirir.

ƏM 1 manatına düşən xərclər = istehsal x ərcl ərinin ü mumi mə bl əğ iəmt əə lik m əhsul

Əmtəəlik məhsulun 1 manatına düşən xərclərin səviyyəsini müəyyən edən amillər:

- məhsulun 1manatına düşən xərclərin dəyişməsi (VÜM);- məhsul buraxılışı strukturunun dəyişməsi (XÇ);- dəyişən xərclərin xüsusi səviyyəsinin dəyişməsi (В);- məhsulun satış qiymətinin orta səviyyəsinin dəyişməsi (MQ);- daimi xərc məbləğinin dəyişməsi (A).

XS=X (VÜM , XÇ , А ,В)

∂ M (VÜM , XÇ , MQ )Materialtutumunun amilli təhlili alqoritm üzrə təhlil edilir.Bu amillərin mənfəət məbləğinin dəyişməsinə təsirini müəyyən etmək üçün

hər amilə görə əmtəlik məhsulun 1 manatına düşən xərclərin mütləq artımını, plan qiyməti ilə ifadə olunan faktiki realizə edilən məhsulun həcminə vurmaq lazımdır. Təhlil prosesi zamanı dinamikada 1 manatlıq əmtəəlik məhsula çəkilən xərclərin müqayisəsi aparılır ki, oda öznövbəsində orta sahə göstəricisi ilə müqayisə etməyə imkan verir.

Informasiya mənbələri:1. Plan və operativ plan-qrafiki;2. Cari və illik hesabatların məlumatları:

- “Məhsul üzrə kommersiya təşkilatının hesabatı”;- “Mühasibat balansı”;- “Mənfəət və zərər haqqında hesabat ”;- “Kapitalda dəyişikliklər haqqında hesabat”; - “Pul vəsaitinin hərəkəti haqqında hesabat”;

16

- “Uçot t siyasəti və hesabata izahlı qeydlər”.3. Cari mühasibat və statistik uçotun məlumatları:

- “Hazır məhsulun hərəkətı, onların daşınması və satışı” haqqında cədvəl

- Hazır məhsulun anbar uçotunun kartoçkası və s.Istehsal həcminin əsas göstəriciləri:Ümumi məhsul – müqayisəli qiymətlərlə bütün məhsulun və görülən işlərin

dəyəri, həmçinin bitməmiş istehsal daxil olmaqla ifadə olunur.Əmtəəlik məhsul – ümumi məhsuldan bitməmiş istehsalı və zavodaxili

dövriyyəni çixmaqla hesablanır.Reəlizə edilmiş məhsul – satılmış məhsulun alıcılar tərəfindən dəyərinin

ödənilməsidir.

Istehsal proqramının formalaşmasının və yerinə yetirilməsinin təhlili

Məhsul istehsalı həcminin dinamikasının təhlili zamanı natural (ədəd, metr, ton və s.), şərti-natural (şərti min banka, şərti təmirlərin sayı və b.), məhsul istehsalının həcminin dəyər göstəricilərindən istifadə olunur. Sonuncu göstərici daha əlverişli hesab olunur.

Istehsal həcminin dəyər göstəricisi müqayisəyə gələn formaya gətirilməlidir. Infilyasiya şəraitində qiymətlərin dəyişməsinin neytrallaşdırılması və ya “dəyər” amilinin məlumatlarının müqayisəsi mühüm şərtdir.

Bu halda, aşağıdakı metodlardan istifadə oluna bilər:- hesabat ili ərzində məhsul istehsalı həcminin baza dövrünün analoji

məhsullarının qiyməti ilə hesablanması (buraxılan məhsulun kiçik nomenklaturasına nisbətən);

- bütövlükdə sənayedə və ya eyni cinsli məhsullar (iş və xidmətlər) üzrə (Jq) qiymətlərin dəyişməsinin aqreqat indeksinin korrektəsi.

Jq = VMB1Q0 : VMB0Q0,

burada VMB1 – hesabat dövründə natural ifadədə məhsul buraxılışı; VMB0 - baza dövründə natural ifadədə məhsul buraxılışı; Q0 - baza dövründə məhsul vahidinin qiyməti.

Daha sonra, məhsul buraxılışının (MB1MQ) faktiki həcmi baza dövrü ilə

müqayisədə aşağıdakı düstur üzrə hesablanır:

MB1MQ = MB1 : Jq ,

burada, MB1 –məhsul buraxılışının dəyər ifadəsində həcmi.

17

Məhsul həcminin təhlili

Istehsal həcminin təhlili əmtəəlik və ümumi məhsulun dinamikasının artım və artım tempinin indeksinin hesablanmasının öyrənilməsindən başlayır. (Cədvəl 3.1.)

Əmtəəlik məhsulun dinamikası Cədvəl 3.1

İl Müqayisəli qiymətlə əmtəəlik məhsul,

manatla

Artım tempi %baza Zəncirvari (faktiki)

Ab=ƏMi/ƏM0 100% Aq=ƏMi/ƏMi-1 100%

Burada ƏMi-1, ƏMi - müqayisəli qiymətlə əmtəəlik məhsulun həcmi dəyər ifadəsində i-1 və i-ilində müqayisədə;

ƏM0 – baza kimi müqayisədə əmtəəlik məhsulun illik həcmi.Alınmış məlumatlar əsasında əmtəəlik məhsulun orta illik artım tempini

(Tor) və artımını (Tar) aşağıdakı düstur üzrə hesablamaq olar:

Т or=i=1√Т 1⋅Т 2⋅.. .⋅Т i

,

Тar = Тor – 100

Məhsul buraxılışının operativ təhlili gün, dekada, ay, rüb ərzində ilin əvvəlinə artan yekun məlumatları əsasında aparılır.

Məhsul çeşidinin təhlili

Analitik işin ən vaçib elementi çeşidə və namenklaturaya görə planın yerinə yetirilməsi hesab edilir.

Nomenklatura- məmulatların adılarının siyahısı və hər növ məmulat üçün MDB ərazisində qüvvədə olan ümum ittifaq sənaye məhsulları klassifikatorunda (ÜSMK) müvafiq məhsul növlərinin müəyyən edilmiş kodlarının siyahısıdır

Çeşid- məhsulun hər növü üzrə buraxılışının həcmini göstərməklə adlarının siyahısı.

Çeşid üzrə planın yerinə yetirilməsinin qiymətləndirilməsi aşağıdaki metodlarla (üsullarla) aparılır.

- az faiz metodu ilə (bizim misalımızda - 87,5%);- məhsul buraxılışı planının yerinə yetirilməsi üzrə məmulatların adlarının

ümumi siyahısında xüsusi çəkisi (33,3%);- orta faiz metodu üzrə aşağıdakı düsturla hesablanır.

18

PYç = PYp : PY0 100%,

burada PYç – çeşid üzrə planın yerinə yetirilməsi, %; PYp –plan üzrə buraxılışdan artıq olmamaq şərti ilə hər növ buraxılmış məmulatın faktik məbləği; PY0 –plan üzrə məhsulun buraxılışı.

Bununla belə, plandan artıq və yaxud planda nəzərdə tutulmayan məmulatlar çeşid üzrə planın yernə yetirilməsində nəzərə alınmır. Çeşid üzrə plan yalnız o zaman yernə yetirilmiş hesab olunur ki, tapşırıq bütün növ məmulatlar üzrə yerinə yetirilmiş olsun.

Məhsul buraxılışı ahəngdarlığının təhlili

Ahəngdarlığ - həcmi və çeşidi üzrə planda nəzərdə tutulmuş qrafika uyğun bərabər məhsul buraxılışıdır.

Təşkilat məhsulu vaxtında göndərilmədiyinə görə cərimə ödəyir, pul gəlirləri vaxtında daxil olmur, əməkhaqqı fondu artıq xərclənir, məhsulun maya dəyəri artır, mənfəət azalır.

Ahəngdarlığın qiymətləndirilməsinin birbaşa göstəriciləri mövcuddur, onlara aiddir:

1. Ahəngdarlıq əmsalı (Əah). O faktiki (plan tapşırığından artıq olmaması şərti ilə) məhsul buraxılışının (və ya onun xüsusi çəkisinin)-VMB1,0 planda nəzərdə tutulmuş məhsul buraxılışına (xüsusi çəkisinə) -VMB0 nisbətiylə müəyyən edilir:

Əah = VMB1,0 : VMB0

2. Variasiya əmsalı (Əvar) plan tapşırığının (gün, dekada, ay üzrə və s.) ortakvadratik kənarlaşmaya münasibətdə orta günlük (ortadekadalı, ortaaylığ və s.) planda nəzərdə tutlmuş məhsul buraxılışına nisbəti (V̄ В̄ П̄0 ):

∂var=√∑i=1

n

( МMВ1−VÜM 0 )2

n: V̄ M В̄0

burada n – plan tapşırığının yekun sayı.

19

MÖVZU IV. KOMMERSİYA TƏŞKILATLARININ TEXNİKİ VƏZİYYƏTİNİN VƏ SOSİAL İNKİŞAFI NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ

DIAQNOSTIKASI Kompleks məqsəd:Kommersiya təşkilatının inkişafını və texniki vəziyyətini xarakterizə etmək,

kollektivin sosial strukturunun təhlilini aparmaq, sosial inkişafın nəticələrinin qiymətləndirilməsi göstəricilərini sadalamaq.

Məzmunu: Istehsalın texniki vəziyyəti əmək alətləri və vastələrinin (maşın,

mexanizmlər, avadanlıqlar, cihazlar, alətlər və ləvazimatlar) mövcudluğu, enerjitəcihizatı və nəqliyyat sistemi, mexanikləşdirmə və aftomatlaşdırma sxemləri, qəbul edilən texnoloji prosseslərin təkmilləşdirilməsi və yeni istehsal metodlarının yaradılması ilə xarakterizə edilir.

Təşkilatın texniki vəziyyətinin ümumi xarakteristikasına, onun müxtəlif növ texnikayla (aqreqatla, maşınla, avadanlıqla) komplektləşdirilməsini, istifadə olunan maşın və mexanizimlərin texniki parametirlərini və istismar mütdətini, onların qarşılıqlı əvəzedilməsi və komplektləşdirilməsini aid etmək olar.

Təşkilatın texniki vəziyyəti, onun texniki silahlanması, mexanikləşdirmə və aftomatlaşdırma səviyyəsi, istehsal sahəsinin ölçüsü, cəlb olunan avadanlıqlar, illik vaxt fondu və avadanlığın bir saatlıq işinin dəyəri, avadanlığın qiyməti, və növbəlilik əmsalı ilə xarakterizə olunur. Təşkilatın texniki vəziyyəti haqqında məlumat avdanlığın, maşın və mexanizmlərin texniki pasportlarında; texniki sinaq haqqında məlumat, ekspertin rəyi, texnoloji təlimat, xüsusi tədqiqatların nəticələri əks etdirilir. Təşkilatın texniki vəziyyətinin əsas xarakteristikası texnikaya hesablanmış tələblə avadanlığın markası, növü və gücü üzrə faktiki miqdarı arasındakı nisbətidir.

Təşkilatın kollektivinin sosial strukturunun əsas xarakteristikası onun sosial inkişafının müxtəlif sosial qrupların və təbəqələrin əmək kollektivinin tərkibinə olan nisbətidir. O müxtəlif amillərlə müəyyən olunur və təşkilatın təşkili – hüquqi formasından, idarəetmə strukturundan, peşəkar ixtisas səviyyəsindən, işçilərin əmək haqından və onların cinsi və yaş strukturundan asılıdır. Kollektivdə sosial struktura mənəvi – psixoloji mühüt xususi təsir göstərir ki, bu da işləyən insanların müxtəlif xasiyyət və xaraktera malik olmaları və onların müxtəlif şəxsi məqsəd və istiqamətləri ilə müəyyən olunur.

Işçilərin sağlamlığı, onların bilik və mədəni səviyyəsi, təcrübəsi, bacarığı, peşəkarlıq səviyyəsi əmək kollektivinin sosial aktivliyi, təşkilatın sosial inkişafının əsas xarakteristikasına aid olan əməyin nəticələrində öz əksinə tapır.

Təşkilatın sosial inkişafının əsas göstəricilərinin qiymətləndirilməsi:

1. Sağlamlığın qorunması və əmək şəraiti göstəriciləri:

Zədələnmə səviyyəsi = z əd ə l ə rin say ıi şç il ə rinortasiya hı say ı

;

20

Peşə xəstəliklərinin səviyyəsi = pe şə x ə st ə lik l ə rinin say ıi şç il ə rin ortasiya hı say ı

;

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi səviyyəsi = əm ək qabiliyy ə tininitirilm əsi g ünl əri

i şç il ə rin ortasiyah ısay ı.

2. Sosial – məişət və mədəni şərait göstəriciləri:

Mənzillə təminat səviyyəsi = m ənzill ə t əmin olunanlar ın say ıi şç il ə rin ortasiyah ısay ı

;

Mənzil alma növbəsinin dövriyyə müddəti = n övb əd əolanlar ınortaillik say ı

t ə qdim olunanm ənzill ə ri ən sayı;

Qida təminatı =

yem əkxanada oturacaqlar ın say ıbir n ö vbə d ə i ş l ə y ənl ərin say ı

;

Sağlamlıq düşərgəsi ilə təminat = yerl ə rin say ı

d üşə rg ə y əe htiyac ıolan,ə m əkda ş lar ın u ş aqlar ın ın say ı

;

Uşaq baxçası ilə təminat = yerl ə rin say ı

u şaq ba ğç as ı na e h tiyaci olan ,əm ə kda ş lar ınu ş aqlar ın ın say ı

;

Istirahət evləri ilə təminat = 12 g ü nlü k putyovkalar ın say ıputyovkaya eytiyaci olan əəm əkda ş lar ınsay ı

.

3. Sosial sabitliyin ümumi göstəriciləri:

Kadrların sabitlik səviyyəsi = i şd ən azad olanlar ın say ıi şç il ə rinortasiya hı say ı

;

mədəni-kütləvi işlərin səviyyəsi = m əd əniyy ə t saray ında (evind ə) yerl ərin sayıi şç il ə rin say ı

;

Idman işlərinin səviyyəsi = t əşkilat ın seksiyalar ında m əşğul olanlar ınsay ıi şç il ə rin v əonlar ınu ş aqlar ın ın ortasiyah ı say ı

;

Təhsilin səviyyəsi =t əh sili olanlar ın say ı

i şç il ə rinortas ı yah ı say ı;

Peşəkar hazırlıq səviyyəsi = ixtisası nı art ıranlar ı n say ıi şç il ə rin orta siya h ısay ı .

4. Əmək şəraitinin göstəriciləri (iş rejimi və istehsal şəraiti).5. Təhsil və ixtisas səviyyəsi.

21

6. İstehsal mühitinin göstəriciləri.Təşkilatların sosial inkişafı nəticələrinin inteqral göstəricisi, göstəricilərin

dəyər məbləğinin onların sayına nisbəti kimi hesablana bilər.

22

MÖVZU V. KOMMERSİYA TƏŞKILATLARININ FƏALİYYƏTİNİN İQTİSADİ NƏTİCƏLƏRİNİN, RENTABELLİYİNİN, MƏNFƏƏTİN,

MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI

Kompleks məqsəd:Kommersiya təşkilatının maliyyə vəziyyətinin təhlil etmək, adi fəaliyyət

növlərindən fərqli olaraq maliyyə nəticələrinin, rentabelliyin təhlilini aparmaq və təşkilatın potensial diaqnostikasının təşkilini araşdıriımağdan ibarətdir.

Məzmunu:Kommersiya təşkilatının maliyyə - təssərüfat fəaliyyətinin vəziyyəti onun

maliyyə nəticəsinin öyrənilməsi əsasında, pui vəsaitinin dövriyyə şərtlərindən, dövretmə dəyərindən, təssərrüfat prossesində maliyyə münasibətindən və maliyyə vəsaitlərinin hərəkətindən asılıdır.

Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin əsas göstəricilərinə məhsul satışından alınan gəlir, netto məbləği (ümumi gəlirdən ƏDV-ni, aksiz və anoloji mütləq ödənişlər çıxmaqla), balans mənfəəti və xalis mənfəət aiddir. Maliyyə nəticələr satılmış məhsulun maya dəyərindən, idarəetmə və kommersiya xərclərindən, digər əməliyat gəlir və xərclərindən, satışdan kənar gəlir və xərclərdən, kənarlaşdırılmış vəsaitin məmbləğindən və mənfəət vergisi kimi göstəricilərdən aslıdır.

Təşkilat gəlirlərinin əsas hissəsini adi fəaliyyət növlərinə aid olan məhsul (iş və xidmət) satışından alınan gəlirlər aid edilir.

Məhsul satışından alınan gəlir bütövlükdə təşkilat üzrə tabeçililiyin birinci səviyyəsinin dörd amilindən asılıdır:

- Məhsul satışının həcmi (VMS);- Məhsul vahidinə düşən dəyişən xərclər (Bi); - Hesabat dövrünün dəyişməyən xərclərinin məbləği (A);- Orta satış qiymətlərinin səviyyəsi(Qi).

G= VMS (Qi –B i) – А

Bu amillərin mənfəət məbləğinə təsirini zəncirvari yedəyişmə üsulu ilə, hər amilin plan göstəricisini faktiki göstəriciylə əvəz etməklə ardıcıl olaraq hasablamaq olar.

Əvvəlcə satışın faktiki həcmi üzrə mənfəət məbləğini, sonra isə digər amillərin planlaşdırılmış dəyərini müəyyən etmək lazımdır. Bunun üçün məhsul satışının həcmi üzrə planının yerinə yetirilməsi faizini hesablamaq və sonra isə mənfəətin plan məbləğini həmin faiz görə korrektə etmək lazımdır.

23

Məhsulun satışı üzrə planın yerinə yetirilməsinin müqayisəsini, faktiki satış həcminin plan natural (əgər məhsul bircinslidirsə), şərti-natural dəyər ifadəsində (əgər məhsul tərkibinə görə bircinsli deyilsə) hesablamaq olar, bunun üçün yaxşı olardı ki, ayrı – ayrı məmulatların maya dəyərinin baza (plan) səviyyəsindən istifadə edilsin, çünki maya dəyəri gəlirə nisbətən struktur amilinin təsirinə daha az məruz qalır.

Sonra isə planlaşdırılan qiymətlərlə plan maya dəyəri üzrə mənfəət məbləğini, faktiki həcminə və satılmış məhsulun struktutuna görə müəyyən etmək lazımdır.

Həmçinin, məhsulun faktiki həcminə görə təşkilatın nəqədər mənfəət ala biləcəyini hesablamaq lazımdır.

Əgər təşkilat eynicinsli növ məhsul istehsal etmirsə, onda məhsulun satış strukturu hər növ məhsulun plan üzrə maya dəyərinin qiyməti, həmin qiymətlə məhsul satışının ümumi həcminə nisbətiylə müəyyən edilir.

Təşkilatın maliyyə - təssərüfat fəaliyyətinin əsas iqtisadi nəticələrini istehsal və realizə edilmiş məhsulun həcmi, ümumi gəlir, mənfəət, təşkilatın əmlak kompleksinin dəyəri təşkil edir. Təşkilatın işinin iqtisadi nəticələri rəqabətqabiliyyətindən, məhsula (iş və xidmətə) olan təlabatdan, reytinq səviyyəsindən, işgüzar aktivliyindən və işgüzar nüfuzundan asılıdır. Təşkilatın iqtisadi fəaliyyətinin nəticələrinə zərərsizlik, likvidlik, ödəməqabliyyəti və maliyə sabitliyinin səviyyəsi təsir edir. Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri ümumilikdə iqtisadi potensialın səmərəli istifadə edilməsində və kadr, texniki, istehsal və maliyyə potensialı ümumi imkanlarında öz əksini tapır, həmçinin təşkilatın iqtisadi fəaliyətinin konkret növlərini xarakterizə edir.

Realizə olunmuş məhsulun həcmi – mübahisəsiz olaraq təşkilatin maliyyə - təssərüfat fəaliyyətinin əsas iqtisadi nəticəsi hesab olunur. Bu götərici təşkilatın iqtisadi fəaliyyətinin ümumi nəticələrinin icmal xarakterini xarakterizə edir.

Material istehsalı prosesi hazır məmulatın, istehsal olunmuş məhsulun (iş, xidmətin) realizə edilməsi yolu ilə istehlakçiya çatdırılmasıdır. Məhsulun realizə edilməsi istehsal prossesinin uğurla bitməsinin əsas göstəricilərindən biridir və eyni zamanda təşkilatın normal təsərrüfat fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən dövriyyə vəsaitinin dövr etməsinin bitmiş mərhələsi kimi təqdim edilir.

Pul vəsaitlərinin və maliyyə resurslarınin əsas daxil olma mənbəyi məhsulun (iş və xidmətin) satışından daxil olmalardır.

Məhsul (iş və xidmət) satışından daxil olan gəlir marketinqin təşkilindən və qiymətin əmələgəlməsindən asılıdır. Marketinqin məqsədi aşağdakilardır:

- Hazır məhsulun satış bazarının və emal üçün resurs bazarının öyrənilməsi;

- Bazarda məhsulun (iş və xidmətin) irəliləməsinə və satışına kömək etmək;

- Daimi istehlakçilara göstərilən xidmət və endirim sistemindən istifadə etmək yolu ilə onların cəlb edilməsi;

- Radio və televiziyada, yerli qəzetlərdə reklam;- Qiymət səviyyəsinin əsaslandırılması;

24

- Tələb və təklifin balanslaşdırılmasının proqnozlaşdırılması.Buraxılmış məhsulun (iş və xidmətin) real dəyərinin müəyyən edilməsinin

əsas prosesini qiymətin əmələgəlməsi təşkil edir.Qiymətin əmələqəlməsinin əsas amillərini: tələb, təklif, rəqabət təşkil edir.

Ümumiyyətlə qiymətin əmələgəlməsinin əsas prinsiplərinə: - istehlak və mübadilə, bölüşdürülmə, istehsal xərclərinin əks etdirilməsi; - istehsal xərclərinin ümumi səviyyəsinin qiymətin minimum səviyyəsinə

uyğunluğu; - məhsulun keyfiyyət xüsusiyyətlərinin qiymətlərdə əks olunması aid edilir.Ictimai istehsalın yekun nəticəsi bazar qiymətlərində - tələb və təklifin real

nisbətində, məhsul və xidmətin birbaşa istehlakçiya satışında əks etdirilir.Daxili istehlak mallarının azad (bazar) qiymətləri satış qiymətinə əsasən,

əlavə dəyər vergisi və ticarət əlavəsi nəzərə alınmaqla formalaşdırılır.İdxal istehlak mallarının azad (bazar) qiymətləri, satış qiyməti (gömrük

rüsumları, aksiz və yığımlar daxil olmaqla) və ticarət əlavəsi nəzərə alınmaqla formalaşdırılır.

Mənfəət - təşkilatın fəaliyyətinin son nəticəsini təşkil edir. Təşkilatın maliyyə - təssərüfat fəaliyyətinin iqtisadi nəticəsi həmçinin

mənfəətin bölüşdürülməsi və istifadəsilə xarakterizə olunur. Mənfəətin bölüşdürülməsinin əsas istiqamətlərinə mənfəət hesabına ödənilən verqilər, borc verilmiş qiymətli kağızlar (istiqrazlar, vekselllərə) üzrə kupon (faiz) ödəmələr, üstünlük verilən və sadə aksiyalar üzrə dividentlər, təşkilatın fondlarına ayırmalar (yığımlar, istehsalın inkişafı, istehlak, maddi həvəsləndirmə, sosial - mədəni inkişaf və s.). aiddir.

Təşkilatın maliyyə - təssərüfat fəaliyyətinin mühüm iqtisadi nəticəsinə onun əmlak kompleksinin bazar dəyəri aid edilir. Təşkilatın dəyəri (əmlak kompleksi) onun iqtisadi imkanının əsas xarakteristikasını təşkil edir. Təşkilatın əmlak kompleksi dedikdə, həmin dövrdə təşkilatın balansında olan bütün əmlak nəzərdə tutulur.

Təşkilatın əmlak kompleksinin bazar dəyəri bir sıra amillərdən asılıdır: - sahə mənsubiyyətindən;- yerləşmə ərazisindən;, - işgüzarlıq nüfuzundan, ticarət markasından; - əsas fondların dəyərindən; - nou-hau dəyərindən; - qeyrimaterial aktivlərin və mal-material ehtiyatlarının dəyərindən;- təşkilatın əmək kompleksinin bazar gəlirliyindən; - anoloji komplekslərin dəyərindən; - likvidlikdən. Təşkilatın potensial diaqnostikasının təşkili onun idarəetmə strukturunun

müəyyən şöbələri tərəfindən həyata keçirilir. Təşkilatın idarəetmə sxemi təxminən aşağıdakı qaydada ola bilər. İdarəetmə aparatının əlaqələndirmə işlərinə və təşkilata ümumi rəhbərlik direktor tərəfindən həyata keçirilir.

25

Texniki rəhbərlik – direktorun birinci müavini - baş mühəndisə həvalə edilir, onun tabeçiliyinə buraxılan məhsulun texniki hazırlığını təmin edən şöbələr və bölmələr daxildir.

Baş konstruktor tərəfindən rəhbərlik edilən konstruktor şöbəsi maşin və avadanlıqların, cihazların kütləvi istehsala qədər layihələrinin işlənib hazırlanmasını həyata keçirir.

Baş texnoloq şöbəsi istehsalın texnoloji hazırlığını, yəni məhsulun və onun detal və hissələrini, lazımı alətlərin texniki inşasını, norma və normativlərin və onların texniki proseslərə hazırlanması rəhbərliyini həyata keçirir.

Təşkilatın enerjimexaniki vəziyyəti, əsaslı təmirin aparılmasının təşkili və avadanlığın təmirinə nəzərdə tutlmuş qabaqlayıcı sistemli metodiki rəhbərliyin təşkili baş mexannik və baş energetik tərəfindən həyata keçirilir.

Zavod daxili planlaşdırılma funksiyası: plan – iqtisad, istehsal – dispetçer, əmək və əmək haqqı şöbələrinə həvalə edilir.

Plan – iqtisad şöbəsi texniki – iqtisadi planlaşdırmanı, təşkilatın fəaliyyətini xarakterizə edən əsas sənədlərin tərtib edilməsini, təşkilatın perspektiv inkişaf proqramının hazırlanmasını, və texniki xidmət işləri ilə iqtisadi xidmət işlərinin əlaqələndirilməsini həyata keçirir.

Istehsal – dispetçer şöbəsi istehsalat müdirinin rəhbərliyi altında istehsalın operativ planlaşdırılmasını, məhsulun istehsal və buraxılış qrafikinin hazırlanmasını, məhsul buraxılışı və satışının operativ uçotunun aparılmasını və istehsalın tənzimlənməsini həyata keçir.

Əmək haqqı və əmək şöbəsinin funksiyalarına daxildir: təşkilatda və sexlərdə texniki normalara və əməyin təşkilinə rəhbərlik; fəhlə və qulluqçuların siyahı sayının və ştat cədvəlinin hazırlanması; təşkilatın şöbələri və sexləri üçün əmək haqqı və əmək üzrə plan göstəricilərinin hazırlanması və tərtib edilməsində iştrak etmək; kollektiv əmək müqaviləsi lahiyəsinin hazırlanması və onun icrasına nəzarət; əməyin təşkilinin qabaqcil təcrübəsinin öyrənilməsi və tətbiqi.

Təşkilatın xarici təssərüfat əlaqələri: maadi-texniki təchizat, satış, nəqliyyat və maliyyə şöbələri tərəfindən idarə olunur.

Baş mühasibatlıq müəssisənin material və pul axınına uçot və nəzarəti, fəhlə və qulluqçularla hesablaşmalara, müəssisənin mühasibat (maliyyə) hesabatlarının və balansının tərtib edilməsini həyata keçirir.

Sex müəssisənin əsas struktur bölməsini təşkil edir. Sexə təşkilatın direktoru tərəfindən təyin edilmiş rəis rəhbərlik edir. Sexin rəisi istehsal prosesini təşkil edir və sexin təsərrüfat fəaliyyətinə görə cavabdehlik daşıyır. Onun rəhbərliyi altında kollektiv üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, istehsala operativ rəhbərlik, yeni texnika və texnologiyanın tətbiq edilməsi həyata keçirilir. Istehsala rəhbərlikdə sex rəisinə sahə rəisləri, ustalar, xidmət və büro sexlərinin rəhbərləri kömək edir.

Təşkilatın və onun daxili bölmələrinin idarəedilməsi təşkilatın qəbul etdiyi strukturdan asılı olaraq sahələr, sexlər, xidmətlər, korpuslar, filiallar və ya ayrı -

26

ayrı istehsal bölmələri üzrə qurula bilər. Təşkilatı strukturdan asılı olaraq idarəetmə sistemi üç - altı pillədən ibarət təşkil edilir, məsələn: direktor – sex rəisi – usta; direktor – sex rəisi – sahə rəisi - usta; direktor – sex rəisi – şöbə (istehsalat) rəisi – sahə rəisi – növbə rəisi – usta.

Korpus strukturunda bir neçə sexin birləşməsi nəticəsində korpus (istehsalat) təşkil edilir. Proqram - məqsədli idarəetmə elementlərindən şöbə idarəetmə strukturundan (istehsal şöbələlərindən və ya məntəqələrindən) istifadə olunur. Material, əmək və istehsalat ehtiyatlarından səmərəli istifadə, buraxılan məhsulun keyfiyyətinə nəzarət və qarşıya qoyulan istehsal planın yerinə yetirilməsinə görə məsuliyyət istehsalat şöbəsinin rəhbərliyinə həvalə edilir.

27

İMTAHAN SUALLARININ SİYAHISI

1. Təşkilatın fəaliyyətinin təhlili və diaqnostokasının məqsəd və vəzifələri2. Təşkilatın idarəedilməsində təssərüfat fəaliyyətinin təhlilinin rolu3. Təhlilin növləri, onların təsnifatı və xüsusiyətləri4. Təhlilin metodikası və maliyyə - təsərrüfat fəaliyyətinin diaqnostikası5. Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasının təşkilinin əsasları6. Təhlilin və diaqnostikanın obyekti və subyekti7. Təşkilatın potensialının və analitik fəaliyyətinin təşkili8. Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasının proqramının tərtib

edilməsi 9. Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasının məlumatları10. Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasında istifadə olunan əsas

göstəricilər11. Əsas vəsaitlərin hərəkətinin təhlili və diaqnostikası12. Əsas vəsaitlərdən istifadənin səmərəliliyinin təhlili və diaqnostikası13. Fond veriminin amilli təhlili14. Avadanlıqlardan istifadənin təhlili və diaqnostikası15. Təşkilatın istehsal gücünün xüsusiyyəti16. Təşkilatın material ehtiyatlarının ümumi xarakteristikası.17. Material ehtiyatlarından istifadənin təhlili və diaqnostikası18. Material – texniki təminat planının keyfiyyətinin qiymətləndirilməsi19. Material ehtiyatlarına təlabatın qiymətləndirilməsi20. Məhsulun ümumi material tutumunun amilli təhlili21.Əmək ehtiyatlarının vəziyyətinin ümumi xarakteristikası22. Əmək ehtiyatlarından istifadənin təhlili və diaqnostikası23. Əmək məhsuldarlığının təhlili və diaqnostikası24. Əmək haqqı fondunu təhlili25. Əmək ehtiyatlarının stimullaşdırılmasının səmərəliliyinin təhlili26. Məhsul istehsalı və satışına çəkilən xərclərin ümumi xarakteristikası27. Amillərin və ümumləşdirici göstəricilərin dinamikasının təhlili28. Əmtəlik məhsulun bir manatına düşən xərclərin təhlili29. Material, əmək, birbaşa və dolayi xərclərin təhlili30. Məhsul istehsalı və satışı xərclərinin diaqnostikası31. Istehsal proqramının formalaşması və yerinə yetirilməsinin təhlili32. Məhsul həcminin təhlili33. Məhsul çeşidinin təhlili34. Məhsul strukturunun təhlili35. Məhsulun keyfiyyətinin təhlili36. Istehsalın ahəngdarlığının təhlili37. Məhsul satışının və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təhlili38.Təşkilatın texniki vəziyyətinin ümumi xsusiyətləri

28

39. ETT- inkişafın təhlili40. Texnika və texnologiyanın səmərəliliyinin uyğunluğunun təhlili41. Innovasiya fəaliyyətinin təhlili42. Təşkilatın kollektivinin sosial strukturunun təhlili 43. Təşkilatın sosial inkişafının nəticələrinin qiymətləndirilməsinin göstəriciləri44. Sosial müavinətlər və ödənişlər sisteminin təhlili45. Maliyyə - təssərrüfat fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi46.Müəssisənin maliyə sabitliyinin qiymətləndirilməsi47. Likvidlik göstəricilərinin əsasında ödəmə qabiliyyətinin qiymətləndirilməsi 48. Müəssisə balansının strukturunun qeyri-qənaətbəxşliyini müəyyən edilməsi49. Maliyyə sabitliyinin təhlili 50. Balans mənfəətinin tərkibi və dinamikasının təhlili51.Adi fəaliyyət növləri üzrə maliyyə nəticələinin təhlili 52. Satışın orta qiymət səviyyəsinin təhlili53. Digər fəaliyyət növləri üzrə maliyyə nəticələrinin təhlili54. Müəssisənin fəaliyyətinin rentabelliyinin təhlili55. Mənfəətin bölüşdürülməsi və istifadəsinin təhlili56. Müəssisənin iqtisadi səmərəlilik anlayışı57. Müəssisənin fəaliyyətinin iqtisadi nəticələrinin təhlili58. Müəssisənin fəaliyyətinin iqtisadi nəticələrini əks etdirən amillərin təhlili59. Təşkilatın potensial diaqnostikasının təşkili60.Təşkilatın potensial diaqnostikasının forma və metodları61. Reytinq təhlili əsasında müəssisənin fəaliyyətinin diaqnostikası62. Müflisləşmə ehtimalının diaqnostik (metodları) üsulları

29

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. – Bakı: «Hüquq ədəbiyyatı», 2007. – 776 s.

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi.– Bakı: «Hüquq ədəbiyyatı», 2011. – 414 s.

3. Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanun. – Bakı, 2004. 4. Cəfərli H.A. İqtisadi təhlil. Dərslik. Bakı: «Elm və təhsil», 2009. – 560 s.5. Mahmudov İ.M.,Zeynalov T.Ş., İsmailov N.M. İqtisadi təhlil. Dərslik: Bakı,

«İqtisad Universiteti», 2011. – 794 s.6. Müslümov S.Y., Kazımov R.N. “Maliyyə təhlili”. Dərslik: Bakı, “CBS”,

2011. 7. Юзбашев Ч.Р. Экономический анализ, Учебное пособие, Баку, 2006.8. Аббасовa С.А. Преспективный экономический анализ. Учебное

пособие. Баку, 2005. 9. Абрютина М.С. Экономический анализ торговой деятельности.

Учебное пособие. – М.: « Дело и сервис», 2000.10.Абрютина М.С., Грачев А.В. Анализ финансово-экономической

деятельности предприятия. Учебно-практическое пособие. – М.: «Дело и сервис», 1998.

11.Анализ хозяйственной деятельности в промышленности под ред. В.И. Стражева. – Мн.: Выш. шк.,1999.

12.Баканов М.И., Шеремет А.Д. Теория экономического анализа. - Н.: Учебник « Финансы и статистика» , 1997.

13.Басовский Л. Е., Лунева А. М., Басовский А. Л. Экономический анализ (Комплексный экономический анализ хозяйственной деятельности): Учеб. Пособие/Под ред. Л. Е. Басовского. – М.: ИНФРА – М, 2003.

14.Бердникова Т. Б. Анализ и диагностика финансово-хозяйственной деятельности предприятия: Учебное пособие. – М.: ИНФРА-М, 2003.

15.Грищенко О. В. Анализ и диагностика финансово-хозяйственной деятельности предприятия: Учебное пособие. Таганрог: Изд-во ТРТУ, 2000.

16.Ковалев В.В., Волкова О.Н. Анализ хозяйственной деятельности предприятия. – М.: ПБОЮЛ Гриженко Е.М., 2000.

17.Любушин М.П., Лещева В.Б., Дьякова В.Г. Анализ финансово-экономической деятельности предприятия. Учебное пособие для вузов. – М.: ЮНИТИ-ДАНА, 1999.

30

18.Палий В.Ф., Суздальцева Л.П. Технико-экономический анализ производственно-хозяйственной деятельности машиностроительных предприятий. – М.: Машиностроение, 1989.

19.Пешкова Е.П. Маркетинговый анализ деятельности фирмы. – М.: «Ось-89», 1998.

20.Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия. – Мн.: ООО «Новое издание»,2000.

21.Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия. – М.: Учебник ИНФРА-М, 2005.

22.Синиченко З. И., Грищенко О. В. Учебная программа и методические указания по дисциплине «Комплексный экономический анализ хозяйственной деятельности». Таганрог: Изд-во ТИУиЭ, 2003.

23.Ефимова О.В. Финансовый анализ. – М.: Издательство «Бухгалтерский учет», 1998.

24.Ковалев В.В. Финансовый анализ. Управление капиталом. Выбор инвестиций. Анализ отчетности. – М.: Финансы и статистика, 1996.

25.Ковалев В.В., Патров В.В. Как читать баланс. – М.: Финансы и статистика, 1998.

26.Кондраков Н.П. Бухгалтерский учет, анализ хозяйственной деятельности и аудит в условиях рынка. – М.: Перспектива, 1992.

27.Кравченко Л.М. Анализ хозяйственной деятельности в торговле: Учебник для вузов. – Мн.: Выш. шк., 1995.

28.Кравченко Л.М. Анализ хозяйственной деятельности предприятий общественного питания: Учебно-практическое пособие. – Мн.: «Финансы, учет, аудит», 1998.

29.Методика экономического анализа промышленного предприятия (объединения). / Под ред. Бужинекого А.И., Шеремета А.Д. – М.: Финансы и статистика, 1998.

30.Негашев Е.В. Анализ финансов предприятия в условиях рынка. – М.: Выш. шк. , 1997.

31.Риполь-Сарагоси Ф.Б. Финансовый и управленческий анализ. –М.: Издательство Приор, 1999.

32.Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия АПК: Учебное пособие. – Мн.: ИП «Экоперспектива», 1999.

33.Шеремет А.Д. Теория экономического анализа: Учебник. – М.: ИНФРА-М, 2002.

34.Шеремет А.Д., Негашев Е.В. Методика финансового анализа. – М.: Инфра – М, 1999.

35.Шеремет А.Д., Сайфулин Р.С. Методика финансового анализ предприятия. – М.: Инфра –М, 1996.

31