171/172 modelli - valves · ehtimal olunan təhlükəli vəziyyəti göstərir. bu vəziyyətin...

16
BHGE Məlumat təsnifatı: Açıq Masoneilan* 171/172 modelli Öz-özünə işləyən təzyiq nizamlayıcıları Təlimatnamə (Nəşr D)

Upload: others

Post on 23-Jul-2020

9 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

BHGE Məlumat təsnifatı: Açıq

Masoneilan* 171/172 modelli Öz-özünə işləyən təzyiq nizamlayıcıları

Təlimatnamə (Nəşr D)

Page 2: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

ii | BHGE © 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

Page 3: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur. Masoneilan 171-172 modelli təzyiq nizamlayıcının təlimatnaməsi | iii

BU TƏLİMATNAMƏDƏ SİFARİŞÇİ/OPERATOR ÜÇÜN İSTİSMAR VƏ TEXNİKİ XİDMƏT ÜZRƏ NORMAL PROSEDURLAR İLƏ YANAŞI SİFARİŞÇİ/OPERATOR ÜÇÜN LAYİHƏYƏ İLƏ BAĞLI MÜHÜM SORAQ MƏLUMATI VERİLİR. İSTİSMAR VƏ TEXNİKİ XİDMƏT FƏLSƏFƏSİNİN DƏYİŞGƏN OLMASI SƏBƏBİNDƏN BHGE (BAKER HUGHES, A GE COMPANY) XÜSUSİ PROSEDURLARIN VERİLMƏSİNƏ YOX, TƏCHİZ OLUNMUŞ AVADANLIĞIN MODELİNDƏN ASILI OLARAQ ƏSAS HƏDD DƏYƏRLƏRİNƏ VƏ TƏLƏBLƏRƏ DİQQƏT YETİRİLİR.

BU TƏLİMATLAR OPERATORLARIN MEXANİKİ VƏ ELEKTRİK AVADANLIĞININ POTENSİAL OLARAQ TƏHLÜKƏLİ MÜHİTLƏRDƏ TƏHLÜKƏSİZ İSTİSMARI ÜÇÜN TƏLƏBLƏRİNİN ÜMUMİ ANLAYIŞINA ARTIQ MALİK OLDUQLARINI ZƏNN EDİR. BU SƏBƏBDƏN HAZIRKİ TƏLİMATLAR TİKİNTİ MEYDANÇASINDA TƏTBİQ OLUNAN TƏHLÜKƏSİZLİK QAYDALARI VƏ NORMALARI, DİGƏR AVADANLIĞIN İSTİSMARI ÜZRƏ XÜSUSİ TƏLƏBLƏR ÇƏRÇİVƏSİNDƏ ŞƏRH VƏ TƏTBİQ EDİLİR.

BU TƏLİMATLAR AVADANLIĞIN BÜTÜN HİSSƏLƏRİNİ VƏ YA DƏYİŞİKLİKLƏRİNİ ƏHATƏ ETMƏK, AVADANLIĞIN QURAŞDIRILMASI, İSTİSMARI VƏ YA TEXNİKİ XİDMƏTİ İLƏ BAĞLI HANSISA BAŞ VERƏ BİLƏCƏK ŞTATDANKƏNAR DURUMLARA CAVAB VERMƏK MƏQSƏDİNİ DAŞIMIR. ƏGƏR ƏLAVƏ MƏLUMATA EHTİYAC DUYULARSA VƏ YA SİFARİŞÇİ/OPERATOR ÜÇÜN HƏLLİNİ KİFAYƏT QƏDƏR TAPMAYAN MÜƏYYƏN PROBLEMLƏR YARANARSA BHGE-YƏ MÜRACİƏT ETMƏK LAZIMDIR.

BHGE VƏ SİFARİŞÇİ/OPERATORA MƏXSUS HÜQUQLAR, ÖHDƏLİKLƏR VƏ MƏSULİYYƏTLƏR AVADANLIĞIN TƏCHİZATI İLƏ BAĞLI MÜQAVİLƏDƏ BİRBAŞA NƏZƏRDƏ TUTULAN MÜDDƏALAR İLƏ MƏHDUDLAŞIR. BU TƏLİMATLAR, AVADANLIĞA VƏ YA ONUN İSTİSMARINA DAİR BHGE MƏXSUS HEÇ BİR ƏLAVƏ BƏYANƏT VƏ YA ZƏMANƏT VERMİR VƏ YA NƏZƏRDƏ TUTMUR.

BU TƏLİMATLAR, YALNIZ TƏSVİR EDİLƏN AVADANLIĞIN QURAŞDIRILMASI, SINAĞI, İSTİSMARI VƏ/VƏ YA TEXNİKİ XİDMƏTİ İLƏ BAĞLI SİFARİŞÇİYƏ/OPERATORA KÖMƏK ETMƏK MƏQSƏDİ DAŞIYIR. BHGE YAZILI RAZILIĞI OLMADAN BU SƏNƏDİN BÜTÖVLÜKLƏ VƏ YA QİSMƏN SURƏTİNİ ÇIXARMAQ QADAĞANDIR.

Page 4: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

iv | BHGE © 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

Mündəricat

1. Ümumi məlumat ........................................................................................................................................................ 2

2. Çatdırılma, saxlanma, yükləmə və boşaltma ......................................................................................................... 2

3. Quraşdırma və yığma üzrə təlimatlar — 171-ci və 172-ci seriya .......................................................................... 3

3.1 Kəsiyin çertyoju ................................................................................................................................................. 3

3.2 Quraşdırma ....................................................................................................................................................... 4

3.3 İşəsalma və kalibrlənmə ................................................................................................................................... 4

3.4 Texniki xidmət ................................................................................................................................................... 5

3.5 Tarazlayıcı yay ilə 171 və 172 modelləri (şək.5) .............................................................................................. 5

4. Quraşdırma və yığma üzrə təlimat — 172-50 Differensial təzyiq ......................................................................... 6

4.1 Kəsik çertyoju — 172-50 tək xətli diaqram ....................................................................................................... 6

4.2. Kəsiyin çertyoju — 172-50 İkiqat diafraqmalı quruluş ...................................................................................... 7

4.3 Quraşdırma ....................................................................................................................................................... 8

4.4 Quraşdırma diaqramları .................................................................................................................................... 8

4.5 İşəsalma və kalibrlənmə ................................................................................................................................... 8

4.6 Texniki xidmət ................................................................................................................................................... 8

Page 5: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur. Masoneilan 171-172 modelli təzyiq nizamlayıcının təlimatnaməsi | 1

Təhlükəsizlik haqqında məlumat

Diqqət! — Quraşdırma işlərini başlamazdan əvvəl bu təlimat ilə tanış olun

XƏBƏRDARLIQ və EHTİYATLI OL işarələri tələb olunan yerlərdə qoyulur, sizi təhlükəsizlik ilə bağlı və ya digər mühüm məlumatı sizə çatdırır. Nəzarət klapanını quraşdırmazdan, ona texniki xidmət göstərməzdən qabaq, bu təlimat ilə tanış olun. TƏHLÜKƏ və XƏBƏRDARLIQ sözləri ilə işarələnən təhlükəli vəziyyətlər şəxsi zədələr ilə bağlıdır. EHTİYAT sözü ilə işarələnən təhlükəli vəziyyətlər avadanlığa və ya əmlaka dəyən zərər ilə bağlıdır. Zədələnmiş avadanlığın istismarı müəyyn hallarda sistemin iş göstəricilərin zəifləməsinə, o isə, zədələr ilə, hətta ölüm ilə nəticələnə bilər. Təhlükəsiz işi təmin etmək üçün TƏHLÜKƏ, XƏBƏRDARLIQ və EHTİYATLI OL sözləri ilə işarələnən qaydalara riayət etmək lazımdır.

Bu, təhlükəyə dair xəbərdaredici işarədir. O, sizi fərdi həsarət almaq ehtimalı olan təhlükəli hallar haqqında xəbərdar edir. Həsarət almamaq və ya ölüm hadisələrin qarşıcını almaq üçün bu işarənin ardınca gələn təhlükəsizlik qaydalarına riayət edin.

Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarşısı alınmasa, ciddi həsarət yetirilə və ya ölüm baş verə bilər.

Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarşısı alınmasa, ciddi həsarət yetirilə bilər.

Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarşısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər.

Təhlüküsəzlik işarəsiz işlədilən zaman qarşısı alınmazsa əmlaka dəymiş zərər ilə nəticələnə bilən təhlükəli vəziyyəti göstərir.

Qeyd: Mühüm fakt və şərtləri göstərir.

Təlimatnamə haqqında

• Bu təlimatnamədə məlumat ilkin bildirişsiz dəyişilə bilər.

• Bu təlimatnamədə ərz olunan məlumat BHGE yazılı icazəsi olmadan qismən və ya bütövlüklə köçürülə bilməz və ya onun surəti çıxarıla bilməz.

• Bu təlimatnamədə xətalar və ya ərz olunan məlumata aid suallar haqqında öz yerli təchizatcınıza müraciət edin.

• Bu təlimatlat xüsusilə 171 və 172 modelli təzyiqi azaldan nizamlayıcısı üçün yazılıb, bu məhsul çeşidindən başqa digər məhsullara aid edilmir.

Zəmanət

BHGE tərəfindən satılan məhsullara göndərmə tarixindən etibarən bir il ərzində materialında və hazrlanmasında qüsurların olmamasına dair zəmanət verilir, əgər qeyd olunan məhsullar BHGE tövsiyə etdiyi istifadə sahələrində tətbiq edilirsə. BHGE bildiriş vermədən istənilən məhsulun istehsalını dayandırmaq və ya məhsulun materiallarında, qurluşunda və ya texniki şərtlərində dəyişiuklik aparmaq hüququna malikdir.

Bu təlimatnamə Masoneilan 171 və 172 seriyalı təzyiq reduktorlarına aiddir.

Təzyiq reduktoru:

• Cihazı müvafiq hazırlıq keçmiş ixtisaslı və bilikli peşəkar mütəxəssislər quraşdırmalı və istismara verməlidir, bu cihaza xidmət göstərməlidir.

• Müəyyən iş şəraitində zədələnmiş avadanlıqdan istifadə etmək fərdi xəsarət və ya ölümlə nəticələnən sistemin iş göstəricilərinin tədricən zəifləməsinə gətirib çıxara bilər.

• Texniki şərtlərdə, quruluşda və ya tərkib hissələrdə edilən dəyişiklər məhz məhsulun funksiyasına və işçi göstəricilərinə təsir etmiş olan halda təlimatnamənin yenidən baxılması ilə nəticələnə bilər.

• Bütün qırıntıların sistemdən təmizlənməsi üçün cihazı əhatə edən boru xətləri üfürülüb təmizlənməlidir.

TƏHLÜKƏ

XƏBƏRDARLIQ

EHTİYATLI OL

EHTİYATLI OL

Page 6: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

2 | BHGE © 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

1. Ümumi məlumat

Aşağıdakı təlimatlar 171 və 172 seriyalı təzyiq reduktorlarına tələb olunan texniki xidmət əməliyyatlaının əksəriyyətinin yerinə yetirilməsində texniki xidmət göstərənlərə kömək etmək üçün, diqqətlə riayət edənlərə texniki xidmət vaxtının azalması üçün işlənib hazırlanmışdır.

BHGE tərkibində nizamlayıcıların və tərkib hissələrinin işə salınması, texniki xidməti və təmir işlərini aparmaq üçün yüksək ixtisaslı servis mühəndisləri çalışır. Bundan başqa müntəzəm tərtib olunmuş təlim proqramları nəzarət klapanlarının, nizamlayıcıların və cihazların çalışması, texniki xidməti və tətbiqi sahəsində sdrvis və cihazlar üzrə işçı heyətinin hazırlanması üçün keçirilir. Bu servislər BHGE nümayəndəniz və ya sahə ofisi tərəfindən təşkil oluna bilər. Texniki xidmət zamanı yalnız Masoneilan ehtiyat hissələrindən istifadə edin. Hissələri BHGE nümayəndənizdən və ya sahə ofisindən sifariş oluna bilər. Hissələri sifariş edərkən təmir olunan qurğunun MODELİ və SERİYA NÖMRƏSİ mütləq göstərilməlidir.

2. Çatdırılma, saxlanma, yükləmə və boşaltma

Çatdırılma

Ölçüsündən asılı olaraq nizamlayıcıları qablaşmasız, karton qutularda və ya taxta yeşiklərdə nəql etmək mümkündür.

Çirkin daxil olmasının qarşısını almaq üşün nizamlayıcıların bütün yuvalar qapaqlarla örtülmüş olmalıdır. Tələb olunursa, qablaşmalar paletlər üzərində yerləşdirilə bilər. Qablaşmanın üzərində yazılan bütün göstərişlərə əməl edin.

Yükləri hərəkətə gətirən operatorlar qəzaların qarşısını almaq üçün bütün tələb olunan ehtiyat tədbirlərini görməlidirlər.

Saxlanma

Nizamlayıcıları atmosfer şəraitindən qorumaq üçün onları quru yerdə saxlamaq lazımdır. Yalnız quraşdırmazdan əvvəl nizamlayıcıları qutulardan və ya qablaşdırmadan azad etmək lazımdır.

Son anadək qıraq qoruyucuları və örtüklər öz yerlərində olmalıdır. Qablaşdırılmış və ya açıq halda nizamlayıcıları sərt zərbələrə məruz qoymayın. Qablaşdırılmış və ya açıq halda olan nizamlayıcılar daina dik vəziyyətdə yerləşdirməli, yani nizamlayıcıları yan üstündə qoymaq olmaz, çünki belə halda nizamlayıcı deformasiyaya uğraya bilər, onun daxili hissələri zədələnə bilər.

Daşınma

Nizamlayıcıları qablaşmadan çıxardıqda, yan qoruyucuları nizamlayıcını quraşdırmazdan əvvəl araladıqda, diqqətli olun, nizamlayıcını quraşdıran zaman yad cismlər nizamlayıcının giriş və çıxış yuvasına daxil olmamalıdır.

Nizamlayıcı ilə davranaraq insanlara xəsarət və ya əmlaka zərər dəyməsin deyə əmin olun ki, işçi sahə təmizdir.

EHTİYATLI OL

EHTİYATLI OL

1-ci 2-ci 3-cü 1-ci 2-ci 3-cü 4-cü Opsiya

Nizamlayıcı Hərəkəti

Azaldılmış metal oturacaq

Azaldılmış yumşaq oturacaq

Metal diafraqma

Elastomer diafraqma

Diafraqma İşlənmə ölçüsü Hərəkəti

Differensial təzyiq

Page 7: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur. Masoneilan 171-172 modelli təzyiq nizamlayıcının təlimatnaməsi | 3

3. Quraşdırma və yığma üzrə təlimatlar — 171-ci və 172-ci seriya

3.1 Kəsiyin çertyoju

1-2-3-4-5 saylı şəkillərdə 172 modelli nizamlayıcıların en kəsiyini, adlarını və modifikasiyalarını göstərir.

Şək.1

Flyans bağlantılı icra

Şək.2

Kiçik nzim çarx (yalnız sifariş ilə)

Vintl bağlantılı icra

Şək.5 Ekvalayzer

Şək.3 Şək.4

Kipləşdirici qalpaqlı icra

Yivli deşik 1/4 NPT (normal

boru yivi)

HİSSƏ "A"

(yalnız sifariş ilə)

№. Hissə nömrəsi

1 Bağlı başlıq

*2 Araqatlar dəsti

3 Gövdə

4 Y.T. Taxma

5 Giriş flyansı

*6 Çəngəl

7 Diafraqma qutusu

*8 Diafraqma

*9 Protektor — əlavə

*10 Həlqə

11 Diafraqma lövhəsi

12 Yay

13 Yayın qutusu

14 Kilidli qayka

15 Nizamlayıcı vint

16 Yayın düyməsi

17 Qayka

18 Yayın yönəldicisi

19 Vint

20 Qayka

21 Diafraqma lövhəsi — alt

22 Vint

23 Yönəldici

24 Çıxış flyansı

*25 Disk

26 Barmaq

27 Qayka

*28 Yivli tıxac

29 Vint

30 Qapaq

31 Kürə

32 Kürənin oturacağı

33 Yay

34 Ştift

*Tövsiyə olunan ehtiyat hissələri.

Page 8: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

4 | BHGE © 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

3.2 Quraşdırma

3.2.1 171 və 172 modelli nizamlayıcılari quraşdırdıqda onların işəsalıcıları yuxarıya baxmalı, diafraqmaları isə tam üfüqi vəziyyətdə olmalıdır (Şək.6).

Təzyiqin azalmasına ilə bağlı sahələrdə şırrnaq istiqamətində çox kiçik təzyiqlərin (bir qayda olaraq su sütunun 100 mm aşağı olan təzyiqlərin) nizamlanması hallarda nizamlayıcını elə quraşdırmaq lazımdır ki, işəsalıcı aşağıya baxsın, Şək.7-də göstərilən firma lövhəciyində əks olunan tam üfüqi (boru xəttindən aşağı) vəziyyətdə olsun.

3.2.2 Quraşdırmazdan əvvəl, boru xəttinin təmizliyini təmin edin, onun daxilində qala bilən bütün yad cisimləri (mexaniki emal nəticəsində yaranan qırıntıları, qaynaq şlakını və s.) təmizləyin. Boru sistemində qalan çirk nizamlayıcının daxili hissələrini zədələyə bilər.

Şək.6

1) Nizamlayıcı vint

2) İşəsalıcı

3) Manometr

4) Nizamlayıcının gövdəsi

5) Boşaltma deşiyi

Şək.7

3.2.3 ATEX ŞƏRAİTİNDƏ ÇALIŞMANIN TƏHLÜKƏSİZLİYİ: Zərərsiz (məs. azot, karbon dörd oksid və digər inert qazlar kimi) mühitlər ilə davrandıqda/çalışdıqda, yay gövdəsi bir qayda olaraq hermetik deyil (ATEX quruluşu, II Qrup — Kat.2) və diafraqmanın sındığı halda təzyiqin qalxmasının qarşısını alan və Şək.6 göstərilən deşik (5) malikdir. Əgər yay gövdəsi hermetikdirsə (Şək.4), karbon və ya paslanmaz poladdan hazırlanıbsa, Şək.6 və 7 .ks olunan deşik (5) həmişə ¼” NPT yivli olur, çıxan mühiti tələb olunan yerə çatdıran boru xətti ilə birləşməlidir (təhlükəsiz və daima atmosfer təzyiqi altında).

Şək. 8

Təzyiqi azaldan sistem:

1) Nizamlayıcı reduktor

2) Qoruyucu klapan

3) Manometr

3.2.4 Unutmayın ki, nizamlanan təzyiqi duyan yuva nizamlayıcının daxilində yerləşir, bu səbəbdən nizamlayıcı və istifadə olunan nöqtə arasında təzyiqin düşməsi saxlanan təzyiqin dəqiqliyinə təsir göstərəcək. Bu təzyiqin düşməsi birləşdirən boru xəttinin ölçüsünün hesablanmasında nəzəə alınmalıdır.

3.2.5 Əgər istifadə olunan nöqtədə təzyiqin dəyişməsi istənilməzdirsə, Şək.9 göstərildiyi kimi nizamlayıcılar xarici həssas xətt birləşməsi ilə təchiz olunur. ⅛” iç yivli yuva istifadə nöqtəsinə yaxın yerləşən ştuser ilə birləşməlidir.

3.2.6 Nizamlanan mühitin təmizliyinə əmin deyilsinizsə, nizamlayıcının qabağında süzgəc quraşdırın.

Şək. 9

Xarici həssas xəttinin ştuseri (yalnız sifariş ilə).

3.3 İşəsalma və kalibrlənmə

Əgər alıcı sifarişində xüsusi qeyd etməyibsə 171 və 172 modelli təzyiq nizamlayıcılarını zavodda nizamlanan təzyiq intervalının ən aşağı ölçüsü üzrə nizamlayırlar. Nizamlanan təzyiq ölçüsünü nizamlanan interval daxilində digər ölçüyə nizamlamaq mümkündür, buna görə Şək.1 göstərildiyi kimi nizamlayıcı vintin dayanma qaykasını (14) boşaldıb nizamlayıcı vinti (15) saat əqrəbinin istiqamətində fırladıb təzyiqi yüksəldin, əks istiqamətdə isə — təzyiqi azaldın.

Bu boru ATEX, II-ci qrupa 2-ci kategoriyaya məzsus alovlanan mayelər üçün təyin olunub və bu mayeləri tələb olunan yerə qədər ötürməlidir.

Ø 1

/8”

vin

tli

BS

P

Təzyiq

in

duyulm

ası

Page 9: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur. Masoneilan 171-172 modelli təzyiq nizamlayıcının təlimatnaməsi | 5

3.4 Texniki xidmət

Texniki xidmət intervalı istifadə sahəsindən asılı olaraq dəyişir. İş şəraitindən asılı olaraq istifadəçi texniki xidmət intervalını tənzimləməlidir. Sökməzdən əvvəl təzyiqi nizamlayıcıdan

boşaldın.

3.4.2 Sökmə (Şək.1-2-3-4-5).

3.4.2.1 İşəsalıcı

Dayandırma qaykanı boşaldıb nizamlayıcı vinti saat əqrəbinin istiqamətinin əksinə fırladıb yayın sıxılmasını aradan götürün. Dayandırma qaykasının mövqesini yadınızda saxlayın, təkrar yığma zamanı bu göstərici ilkin nizamlamanı daha dəqiq olmasını təmin edəcək. Əgər nizamlayıcının tərkibində hermetik qapaq (Fig.4) nəzərdə tutulbsa, əvvəlcən qapağı (30) və kipkəci çıxardın.

Sonra yay gövdəsini (13) qaykaları (20) boşaltmaqla ayırın.

Qeyd: 220 və 360 ölçülü işəsalıcılar üzərində olan korpusların çıxarılmasına lüzum yoxdur.

YayI çıxardın. Qayka (17) açıb çıxardın.

Diafraqma və şaybaları çıxardın.

3.4.2.2 Gövdənin çıxarılması

(27c) qaykaları açıb çıxardın, sonra bağlı başlığı (1) çıxardın. Şək.1 göstərilən qaykaları (27a) Fig.1 (flyanslı nizamlayıcı) və ya Şək.2 göstərilən vintləri (29) (yivli nizamlayıcılar) çıxardın. Çəngəli yerində saxlayaraq yüksək təzyiqli taxmanı (4) çıxardın. Çəngəli çıxardın. 3.4.2.3 Hissələrin yoxlanması

İndi bütün hissələri yoxlamaq mümkündür. Yeyilən hissələri

əvəz edin. Bütün hissələri təmizləyin.

Diskin və çəngəlin vəziyyətinə xüsusi fikir verin, istər elastomerdən, istərsə də metaldan hazırlanıblarsa, yüksək

təzyiqli gövdənin oturacaq sahəsini yoxlayın.

Əgər oturacaq yeyilibsə, onu metal diskin və abarziv pastanın

köməyi ilə sürtmə üslubu ilə bərpa etmək mümkündür.

Əgər üstün bülinirsə, nizamlayıcını bərpa etmək üçün Masoneilan səlahiyyətli təmir mərkəzinə (MARC) göndərin.

Hər hansı zədə alan diafraqma mütləq əvəz olunmalıdır. Həmçinin Teflon diafraqma protektoru da (əgər varsa) əvəz olunmalıdır.

Kipkəclərdən təkrar istifadə etməyin.

3.4.2.4 Təkrar yığma

Sökmə əməliyyatlarını əks istiqamətdə yerinə yetirin.

Çəngəlli ştoku yönəldiciyə daxil edin, kipkəcləri (2a) əvəz edin, yüksək təzuiqli taxmanı yerinə qoyun. Qaykaları və ya vintləri çəkib bərkidin. Oturacağını tam təmizlədikdən saxlayıcı halqanı (10) əvəz edin. Teflon diafraqma protektorunu (əgər təchiz olunubsa) nizamlayıcının gövdəsi istiqamətində alt diafraqma lövhəsinin (21) üzərində quraşdırıb diafraqmanı yerləşdirin.. Diafraqmanı və yay yönəldicisini əvəz edin. Diafraqma-kronşteyn qovşağının sağa və sola fırlanmasını, hər bir deşiyin işəsalıcının flyansında deşiyə uyğun eyni bucağa fırlanmasını təmin edib diafraqmanı yerləşdirib qaykanı (17) çəkib bərkidin. Bu, kronşteynin yüksək təzyiqli taxmaya nisbətən düz bucaq altında olmasını təmin edir. Diafraqma üzərində olan deşiklərin işəsalıcının flyansının üzərində olan deşikləri uyğunlaşdırıb, yayı, yay düyməsini və yay gövdəsini quraşdırın. Bağlı başlığı quraşdırın (1). Vinti (15) qayka (14) ilə işarələnmiş və ya aşağıda qeyd etdiyiniz (3.4.2.1 bəndinə bax) vəziyyətə gətirin. Nizamlayıcı yenidən işə salınanda dəqiq kalibrlənməsi yoxlanılmalıdır.

3.4.3 Diafraqmanın dəyişdirilməsi

Diafraqmanı bəzən hç bir ayrı təmir işləri aparmadan dəyişmək lazım olur. Əgər nizamlayıcıya çatıb onu təcrid etmək asandırsa, onu təcrid olunmuş halda xətdə olarkən dəyişmək mümkündür. Belə halda nizamlayıcını təcrid edib, xətdə olan təzyiqi boşaldın. Nizamlayıcının çalışdığı zaman təsadüfi təzyiqin qalxmasının qarşısını almaq üçün ayırma klapanlarının kilidli olmasını təmin edin. 3.4.2.1. bənddə təlimatlara əsasən işəsalıcını söküb çıxardın.

3.4.2.4. bənddə göstərildiyi kimi diafraqmanı əvəz edib quraşdırın, işəsalıcını yenidən yığın. Nizamlayıcı yenidən işə salınandan sonra kalibrlənməni bir daha yoxlayın.

3.5 Tarazlayıcı yay ilə 171 və 172 modelləri (şək.5)

171 və 172 modelli nizamlayıcıların bəzi modifikasyaları şək.1 göstərilən bağlı başlıq (1) üzərində quraşdırılan tarazlayıcı yay ilə təchiz olunur. Bağlı başlığı (1) söküb təkrar yığan zaman (3.4.2.2 və 3.4.2.4 bəndləri) bu yayı nəzərinizdən qaçırmayın.

Boru xəttini qaynaq edən zaman torpağı nizamlayıcıya birləşdirməyin, bu, vacib sürüşən hissələri zədələyə bilər.

3.5.1 Çuqun gövdəli model 171

Model 171 ucları yivli model 172 ilə eynidir, yalnız gövdəsi çuqundan hazırlanır.

Gövdəsi vint və qaykalar ilə yox, yivli disk ilə bağlanır. Giriş və çıxış birləşmələri daima yivlidir. Bu səbəbdən quraşdırılması, işə salınması, kalibrlənməsi və texniki xidməti

eynidir.

Bircə şeyi yadda saxlayın ki, bağlı başlıq yiv ilə gövdəyə birləşdirilir. Model 172 aid təlimatları bu modifikasiyalara da aid etmək olar. 46 mm altıkünclü açarla bağlı başlığı (1) açıb çıxardın.

EHTİYATLI OL

Page 10: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

6 | BHGE © 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

4. Quraşdırma və yığma üzrə təlimat — 172-50 Differensial təzyiq

4.1 Kəsik çertyoju — 172-50 tək xətli diaqram

Şək. 10

Flyans bağlantılı icra

Vint bağlantılı icra

Kiçik nazim çarx (yalnız sifariş ilə)

Qeyd: Karbon və paslanmaz poladdan hazırlanan 220 və 360 modelli işəsalıcılar çoxhissəli yay qutusu ilə təchiz edilir.

№. Hissə nömrəsi

1 Bağlı başlıq

*2 Araqatlar dəsti

3 Gövdə

4 Yönəldici

5 Diafraqma qutusu

6 Diafraqma lövhəsi

• *7 Diafraqma

• *8 Həlqə

9 Yay qutusu

10 Yay

11 Qayka

12 Vint

*13 Araqatı

14 Kilidli qayka

15 Kipkəc qutusu

*16 Bearing

17 Yayın düyməsi

18 Nizamlayıcı vint

19 Yayın yönəldicisi

20 Vint

21 Qayka

22 Vint

*23 Çubuq

24 Y.T. Taxma

25 Çıxış flyansı

26 Barmaq

27 Qayka

*28 Yivli tıxac

*29 Disk

30 Giriş flyansı

31 Ştift

32 Vint

*Tövsiyə olunan ehtiyat hissələri.

• Yalnız bir dəst təchiz olunur.

Page 11: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur. Masoneilan 171-172 modelli təzyiq nizamlayıcının təlimatnaməsi | 7

4.2. Kəsiyin çertyoju — 172-50 İkiqat diafraqmalı quruluş

Şək. 11

Flyans bağlantılı icra

Vint bağlantılı icra

Kiçik nazim çarx (yalnız sifariş ilə)

Qeyd: Karbon və paslanmaz poladdan hazırlanan 220 və 360 modelli işəsalıcılar çoxhissəli yay qutusu ilə təchiz edilir.

№. Hissə nömrəsi

1 Bağlı başlıq

*2 Araqatlar dəsti

3 Gövdə

4 Yönəldici

5 Diafraqma qutusu

6 Diafraqma lövhəsi

• *7 Diafraqma

• *8 Həlqə

9 Yay qutusu

10 Yay

11 Qayka

12 Vint

*13 Araqatı

14 Kilidli qayka

15 Kipkəc qutusu

*16 Bearing

17 Yayın düyməsi

18 Nizamlayıcı vint

19 Yayın yönəldicisi

20 Vint

21 Qayka

22 Vint

*23 Çubuq

24 Y.T. Taxma

25 Çıxış flyansı

26 Barmaq

27 Qayka

*28 Yivli tıxac

*29 Disk

30 Giriş flyansı

31 Ştift

32 Vint

33 Qayka

34 İşəsalıcının həlqəsi

35 Aralıq lövhəsi

*Tövsiyə olunan ehtiyat hissələri.

• Yalnız bir dəst təchiz olunur.

Page 12: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

8 | BHGE © 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

172-50 nizamlayıcıları iki qrup nizamlayıcılardan ibarətdir:

Qrup 1: 172-50 Bir diafraqmalı (şək.10)

1-ci qrupa aid nizamlayıcılar bir diafraqmalıdırlar; idarə olunan təzyiqlərdən biri daxili həssas xətt birləşməsinin köməyi ilə diafraqmanın altında, digəri isə həssas xətt birləşməsi ilə diafraqmanın üstündə yay korpusuna təsir göstərir. Yayın təsiri altında çubuq açıq vəziyyətdə saxlanılır.

Qrup 2: 172-50 İki diafraqmalı (şək.11)

2-ci qrupa aid bütün nizamlayıcıların iki diafraqması olur, bu diafraqmaların arasında çöl ilə birləşən kamera mövcuddur; idarə olunan təzyiqlərdən biri daxili həssas xətt birləşməsinin köməyi ilə diafraqmanın altında, digəri isə həssas xətt birləşməsi ilə diafraqmanın üstündə yay korpusuna təsir göstərir. Yayın təsiri altında çubuq açıq vəziyyətdə saxlanılır.

4.3 Quraşdırma

4.3.1 Bütün 172-50 nizamlayıcıların diafraqması üfüqi vəziyyətdə olmalı, onlar üzü yuxarı baxan işəsalıcılar ilə quraşdırılırlar.

4.4 Quraşdırma diaqramları

Çox hallarda axın şək. 10-11 göstərildiyi kimi nizamlayıcını

kəsib keçir. Aşağıda quraşdırma diaqramları göstərilib:

Qrup 1 nizamlayıcıları: 172-50 Bir diafraqmalı (şək.12)

Qrup 2 nizamlayıcıları: 172-50 İki diafraqmalı (şək.13)

4.4.1 Ayərma klapanları nizamlayıcıdan qabaq, sonra, həssas xətdə və çıxan birləşdirici boru xəttində quraşdırılmalıdır, məhz bu halda nizamlayıcıya əsas işə maneçilik törətmədən texniki xidmət göstərmək mümkündür. Süzgəc və ya manometri nizamlayıcıdan sonra quraşdırın. Sonra daha bir dənəsini şəkildə göstərildiyi kimi həssas xətdə quraşdırın, bu halda differensial təzyiqi kalibrləmək və onu daima nəzarət altında saxlamaq mümkün olur.

4.4.2 Nizamlayıcını quraşdırmazdan qabaq əmin olun ki, boruların iç hissəsi hər hansı zibildən (mexaniki emal qırıntıları, qaynaq şlakı və sair yad cismlərdən təmizdir. Ələxüsus boru xəttinin üst hissəsini yoxlayın. Boru xəttini üfürün, bütün qalan çirki oradan çıxardın, hətt qaynaq şlakının kiçik belə damcıları nizamlayıcını zədələyə bilər.

4.4.3 2-qrup nizamlayıcılarda iki diafraqma arasında yerləşən kamera boru xətti ilə təhlükəsiz, atmosfer təzyiqi altında olan müvafiq çıxış ilə birləşməlidir. Bu dəliyi elektrik kontaktlı tıxacla və ya manometrlə bağlamaq mümkündür. Bu halda elektrik kontaktı diafraqmada olan nasazlıq haqqında xəbər verəcək,

çünki aşağı boru xətti 4.4.4 bənddə deyildiyi kimi qorunur.

4.4.4 Əgər nizamlayıcıdan sonra yaranan təzyiq, nizamlayıcıdan sonra boru xəttində və ya avadanlıqda yaranan maksimum təzyiqi üstələyərsə, heç bir arada ayırıcı klapan olmadan bütün axını boşalda bilən qoruyucu klapan quraşdırmaq lazımdır.

4.4.5 Unutmayın ki, nizamlanan təzyiqi duyan yuva nizamlayıcının daxilində yerləşir, bu səbəbdən nizamlayıcı və istifadə olunan nöqtə arasında təzyiqin düşməsi saxlanan təzyiqin dəqiqliyinə təsir göstərəcək. Bu təzyiqin düşməsi birləşdirən boru xəttinin ölçüsünün hesablanmasında nəzəə alınmalıdır.

4.4.6 Əgər istifadə olunan nöqtədə təzyiqin dəyişməsi istənilməzdirsə, Şək.9 göstərildiyi kimi nizamlayıcılar xarici həssas xətt birləşməsi ilə təchiz olunur. ⅛” iç yivli yuva istifadə nöqtəsinə yaxın yerləşən ştuser ilə birləşməlidir.

4.5 İşəsalma və kalibrlənmə

4.5.1 Bu əməliyyat hər iki qrupa aiddir. Həssas xət birləşməli nizamlayıcı, üst və alt ayırma klapanları bağlı olmalıdır. Alt klapanı cüzi açın, sonra üst klapan ilə birlikdə həssa xət birləşməsini açın, əmin olun ki, manometrlərdə göstərilən təzyiq ölçüsü düzdür. Əgər lazımdırsa, təzyiqi çoxaltmaq üçün tənzimləyici vinti (18) saat əqrəbi istiqamətində, azaltmaq üçün isə, saat əqrəbi istiqamətinin əksinə fırladın.

Tələb olunan ölçü əldə edildikdə, bütün klapanları tam açın. Alt sistem tam gücünə çalışanda, (18) vintin köməyi ilə kalibrləmə əməliyyatını aparın.

4.6 Texniki xidmət

4.6.1 Texniki xidmət intervalı istifadə sahəsindən asılı olaraq dəyişir. İş şəraitindən asılı olaraq istifadəçi texniki xidmət intervalını tənzimləməlidir. Sökməzdən əvvəl təzyiqi nizamlayıcıdan boşaldın.

4.6.2 Sökmə

172-50 nizamlayıcıların bütün tiplərinin sökülməsi və təkrar yığılmasına aid aşağıdakı prosedurları başa çatdırarkən əmin olun ki, müxtəlif diafraqma konfiqrasiyalarına baxılıb. Diafraqma konfiqurasiyaları:

- bir (1) tək elastomerli diafraqma 172-50 Tək diafraqmalılarda

- iki (2) elastomerli diafraqma (hər tətəfdə bir dənə) 172-50 İki diafraqmalılarda.

4.6.3 İşəsalıcının Sökülməsi

Dayandırma qaykanı boşaldıb nizamlayıcı vinti saat əqrəbinin istiqamətinin əksinə fırladıb yayın sıxılmasını aradan götürün. Dayandırma qaykasının mövqesini yadınızda saxlayın, təkrar yığma zamanı bu göstərici ilkin nizamlamanı daha dəqiq olmasını təmin edəcək. Əgər nizamlayıcının tərkibində hermetik qapaq (Fig.4) nəzərdə tutulbsa, əvvəlcən qapağı (30)

və kipkəci çıxardın.

Sonra yay gövdəsini (9) qaykaları (20) boşaltmaqla ayırın.

Qeyd: 220 və 360 ölçülü işəsalıcılar üzərində olan korpusların çıxarılmasına lüzum yoxdur.

YayI çıxardın. Qayka (17) açıb çıxardın.

Söküb çıxarın:

- Şaybalarla diafraqma 172-50 tək diafraqmalı nizamlayıcılarda.

- Qurğu iki diafraqmadan, şaybalardan, seromühərrikin həlqəsindən və 172-50 iki diafraqmalı nizamlayıcının aralıq lövhəsindən ibarətdir.

Page 13: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur. Masoneilan 171-172 modelli təzyiq nizamlayıcının təlimatnaməsi | 9

4.6.4 Gövdənin ayrılması

(27c) qaykaları açıb çıxardın, sonra bağlı başlığı (1) çıxardın.

Giriş flyansda (flyanslı nizamlayıcılarda) qaykaları (27a), və ya yiv uclu nizamlayıcılarda vintləri (32) çıxardın; çubuğu düzgün vəziyyətdə saxlayıb yüksək təzyiqli gövdəni (24) ayırın. Çubuğu çıxardın.

4.6.5 Hissələrin yoxlanması

İndi bütün hissələri yoxlamaq mümkündür. Yeyilən hissələri əvəz edin. Bütün hissələri təmizləyin.

Diskin və çəngəlin vəziyyətinə xüsusi fikir verin, istər elastomerdən, istərsə də metaldan hazırlanıblarsa, yüksək təzyiqli gövdənin oturacaq sahəsini yoxlayın.

Əgər oturacaq yeyilibsə, onu metal diskin və abarziv pastanın köməyi ilə sürtmə üslubu ilə bərpa etmək mümkündür.

Əgər üstün bülinirsə, nizamlayıcını bərpa etmək üçün Masoneilan səlahiyyətli təmir mərkəzinə (MARC) göndərin.

Hər hansı zədə alan diafraqma mütləq əvəz olunmalıdır. Həmçinin Teflon diafraqma protektoru da (əgər varsa) əvəz olunmalıdır.

Araqtlardan və həlqələrdən (8) təkrar istifadə etmək olmaz.

4.6.6 Yığma

Sökmə əməliyyatlarını əks istiqamətdə yerinə yetirin.

Çubuğun ştokunu yönəldiciyə itələyin, yüksək təzyiqli taxmanı ştift (31) ilə vəziyyətə gətirin. Flaynslı nizamlayıcılar üçün flyansı vəziyyətə gətirin; qaykaları və vintləri bərabər şəkildə burub çəkin. Teflon protektorları (əgər varsa) düzgün yerləşdirib diafraqmanı və ya diafraqmaları quraşdırın (bax 4.6.3). Quraşdırmazdan qabaq həlqələrin oturacaqlarının təmiz olmasına əmin olun.

Yığma əməliyyatı:

- tək diafraqmalı modifikasiyalarda: kronşteyn, diafraqma lövhələri, diafraqma və yay yönəldici disklər (araqatlarla), qayka.

- iki diafraqmalı modifikasiyalarda: kronşteyn, diafraqma, doafraqma lövhəsi, alt diafraqma, aralıq və işəsalıcının həlqəsi, üst diafraqma, yayın yönəldicisi (araqatlarla), qayka.

Qaykanı quraşdırmazdan, burub çəkməzdən əvvəl diafraqmanı və ya diafraqmaları elə yerləşdirin ki, Diafraqma-kronşteyn qovşağının sağa və sola fırlanmasını, hər bir deşiyin işəsalıcının flyansında deşiyə uyğun eyni bucağa fırlanmasını təmin olunsun. Bu, kronşteynin yüksək təzyiqli taxmaya nisbətən düz bucaq altında olmasını təmin edir.

Qaykanı burub çəkin (iki diafraqmalılarda dayandırma qaykasını burub çəkirlər). Diafraqma və y diafraqmaların üzərində olan deşiklərin işəsalıcının flyansının üzərində olan deşikləri uyğunlaşdırıb, yayı, yay düyməsini və yay gövdəsini quraşdırın.

Bağlı başlığı quraşdırın (1). Tənzimləyici vinti açma zamanı

dövrlər sayadək burun.

Nizamlayıcı yenidən işə salınanda dəqiq kalibrlənməsi yoxlanılmalıdır.

4.6.7 Diafraqmanın əvəz olunması

Diafraqmanı bəzən hç bir ayrı təmir işləri aparmadan dəyişmək lazım olur. Əgər nizamlayıcıya çatıb onu təcrid etmək asandırsa, onu təcrid olunmuş halda xətdə olarkən dəyişmək mümkündür. Belə halda nizamlayıcını təcrid edib, xətdə olan təzyiqi boşaldın. Nizamlayıcının çalışdığı zaman təsadüfi təzyiqin qalxmasının qarşısını almaq üçün ayırma klapanlarının kilidli olmasını təmin edin. 4.6.3 bənddə təlimatlara əsasən işəsalıcını söküb çıxardın.

4.6.2–4.6.6. bənddə göstərildiyi kimi diafraqmanı əvəz edib quraşdırın, işəsalıcını yenidən yığın. Nizamlayıcı yenidən işə salınandan sonra kalibrlənməni bir daha yoxlayın.

Şək. 12 Quraşdırma misalı — 1-ci qrup nizamlayıcıları: 172-50 Bir diafraqmalı

Şək. 13 Quraşdırma misalı — 2-ci qrup nizamlayıcıları: 172-50 İki diafraqmalı

Sınan diafraqmanın yoxlama dəliyi

Page 14: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

10 | BHGE © 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

Page 15: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur. Masoneilan 171-172 modelli təzyiq nizamlayıcının təlimatnaməsi | 11

Page 16: 171/172 modelli - Valves · Ehtimal olunan təhlükəli vəziyyəti göstərir. Bu vəziyyətin qarúısı alınmasa, kiçik və ya yüngül həsarət yetirilə bilər. Təhlüküsəzlik

valves.bhge.com

*Baker Hughes, a GE company, LLC əmtəə nişanı.

Bu sənəddə istifadə olunan digər şirkət adları və məhsul adları qeydə alınmış əmtə nişanları və ya onların müvafiq sahiblərinin qeydə alınmış əmtəə nişanlarıdır.

© 2018 Baker Hughes, a GE company LLC — Bütün hüquqlar qorunur.

Baker Hughes, a GE company, MMC şirkəti və onun törəmələri (“BHGE”) bu məlumatı ümumi məlumat məqsədləri üçün "necə var" əsasında təmin edir, hesab edir ki, bu məlumat nəşr tarixinə dəqiqdir. BHGE bu məlumatın dəqiqliyinə və ya tamamlığına dair heç bir bəyanət vermir və ya hər hansı növ, konkret, güman edilən və ya şifahi, qanunda nəzərdə tutulan bütün hallarda, o cümlədən satış və konkret məqsədə və ya istifadə sahəsinə uyğun halda zəmanət vermir. BHGE bununla hər hansı birbaşa, məntiqdən doğan və ya xüsusi zərələrə, itirilmiş gəlirlərə görə iddialara, və ya bu məlumatdan istifadəsindən irəli gələn üçüncü tərəfin iddialarına görə, bu iddiaların müqavilə, delikt və ya diqər aktların əsasında olmasından asılı olmayaraq heç bir məsuliyyət daşımır. BHGE loqosu Baker Hughes, a GE company MMC əmtəə markasıdır. GE və GE monoqramı əmtəə nişanı lisenziyasi altında General Electric Company şirkətinin istifadə etdiyi əmtəə nişanlarıdır.

GEA31029D-AZ 11/2018

BİRBAŞA SATIŞ OFİSLƏRİNİN ÜNVANI

AVSTRALİYA Brisban: Telefon: +61-7-3001-4319 Faks: +61-7-3001-4399

Pert: Telefon: +61-8-6595-7018 Faks: +61-8-6595-7299

Melburn: Telefon: +61-3-8807-6002 Faks : +61-3-8807-6577

BELÇİKA Telefon: +32-2-344-0970 Faks: +32-2-344-1123

BRAZİLİYA Telefon: +55-19-2104-6900

ÇİN Telefon: +86-10-5738-8888 Faks: +86-10-5918-9707

FRANSA Korbevua Telefon: +33-1-4904-9000 Faks: +33-1-4904-9010

ALMANİYA Ratinqen Telefon: +49-2102-108-0 Faks: +49-2102-108-111

HİNDİSTAN Mumbay Telefon: +91-22-8354790 Faks: +91-22-8354791

Nyu Dehli Telefon: +91-11-2-6164175 Faks: +91-11-5-1659635

İTALİYA Telefon: +39-081-7892-111 Faks: +39-081-7892-208

YAPONİYA Tokio Telefon: +81-03-6871-9008 Faks: +81-03-6890-4620

KOREYA Telefon: +82-2-2274-0748 Faks: +82-2-2274-0794

MALAYZİYA Telefon: +60-3-2161-0322 Faks: +60-3-2163-6312

MEKSİKA Telefon: +52-55-3640-5060

NİDERLAND Telefon: +31-15-3808666

RUSİYA Velikiy Novqorod Telefon: +7-8162-55-7898 Faks: +7-8162-55-7921

Moskva

Telefon: +7495-585-1276 Faks: +7495-585-1279

SƏUDİYYƏ ƏRƏBİSTANI Telefon: +966-3-341-0278 Faks: +966-3-341-7624

SİNQAPUR Telefon: +65-6861-6100 Faks: +65-6861-7172

CƏNUBİ AFRİKA Telefon: +27-11-452-1550 Faks: +27-11-452-6542

CƏNUBİ VƏ MƏRKƏZİ AMERİKA VƏ KARİB BÖLGƏSİ Telefon: +55-12-2134-1201 Faks: +55-12-2134-1238

İSPANİYA Telefon: +34-93-652-6430 Faks: +34-93-652-6444

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ Telefon: +971-4-8991-777 Faks: +971-4-8991-778

BİRLƏŞMİŞ KRALLIQ Braknell Telefon: +44-1344-460-500 Faks: +44-1344-460-537

Skelmerdeyl Telefon: +44-1695-526-00 Faks: +44-1695-526-01

BİRLƏŞMİŞ ŞTATLAR Ceksonvil, Florida Telefon: +1-904-570-3409

Dir Park, Texas Telefon: +1-281-884-1000 Faks: +1-281-884-1010

Hyuston, Texas Telefon: +1-281-671-1640 Faks: +1-281-671-1735