amea yüksək texnologiyalar parkının rezidenti olmaq istəyən sahibkarlıq … · 2020. 11....
Post on 27-Mar-2021
14 Views
Preview:
TRANSCRIPT
1
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olmaq istəyən sahibkarlıq subyektləri
üçün biznes planın tərtib edilməsinə dair
METODİKİ GÖSTƏRİŞ
BAKI 2020
2
Mündəricat
1. Titul vərəqi
2. İnvestisiya layihəsinin xülasəsi
3. Sahibkarlıq subyekti haqqında məlumat
4. İnvestisiya layihəsinin məqsədi
5. Təşkilati plan
6. İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) xarakteristikası
7. Satış bazarının xarakteristikası
8. İstehsal planı
9. Maliyyə planı
10. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
11. Risklərin qiymətləndirilməsi
3
B Ö L M Ə I
Titul vərəqi
İnvestisiya layihəsinin tərtib edilməsi titul vərəqindən başlayır. Titul vərəqi üzrə verilən məlumatlar
investisiya layihəsinin birinci bölməsində əks olunur və əsasən sahibkarlıq subyekti və onun
təqdim etdiyi investisiya layihəsi ilə bağlı ilkin tanışlığı əks etdirir.
Titul vərəqində aşağıdakı məlumatlar əks olunmalıdır:
1. Sahibkarlıq subyekti;
- Adı;
- Hüquqi ünvanı;
- Fəaliyyət ünvanı (layihənin həyata keçiriləcəyi yer);
2. Payçı və səhmdar (payçılar və səhmdarlar);
- Adı (adları);
- Ünvanı (ünvanları);
3. Rəhbər (rəhbərlər);
- Adı (adları);
- Vəzifəsi (vəzifələri);
- Ünvanı (ünvanları);
4. Təşkilati-hüquqi forması;
5. Mülkiyyət forması;
6. Sahibkarlıq subyektinin dövlət orqanlarında qeydiyyat rekvizitləri;
7. Bank rekvizitləri;
8. İnvestisiya layihəsinə dair məlumatlar;
- İnvestisiya layihəsinin mahiyyəti;
- İnvestisiya layihəsinin ümumi dəyəri (o cümlədən, kredit);
- İnvestisiya layihəsinin icra müddəti.
9. İnvestisiya layihəsinin tərtib edilmə yeri, tarixi və layihəni tərtib edənin (fiziki və hüquqi
şəxsin) rekvizitləri.
4
B Ö L M Ə II
İnvestisiya layihəsinin xülasəsi
İnvestisiya layihəsinin xülasəsi layihənin başlıca məqsədini və məzmununu ifadə etməklə
özündə sahibkarlıq subyektinə dair müvafiq məlumatları - İnvestisiya layihəsi üzrə istehsalı
nəzərdə tutulan məhsullar (iş və xidmətlər) və bu məhsullara (iş və xidmətlərə) olan tələbatları,
investisiya layihəsinin nəticələri ilə bağlı proqnozları və s. əks etdirir. Xülasə investisiya layihəsi
hazırlandıqdan və layihə üzrə bütün tələblər icra edilməklə layihənin müvafiq müddəalarının
ardıcıllıqla qısa, dəqiq və səlis yazılması ilə şərtlənir.
İnvestisiya layihəsinin xülasəsində aşağıdakı məlumatlar əks olunmalıdır:
1. Sahibkarlıq subyekti haqqında qısa məlumat;
2. Maliyyələşmə mənbələri, həcmi və təyinatı;
3. İnvestisiya layihəsi üzrə nəzərdə tutulan işlərin yerinə yetirilmə ardıcıllığının qrafiki;
4. İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) satış bazarı haqqında qısa məlumat;
5. İnvestisiya layihəsinin reallaşdırılmasının nəticələrinə dair iqtisadi səmərəlilik göstəriciləri
(diskontlaşdırılmış gəlir (PV), xalis cari dəyər (NPV) və investisiyanın özünü ödəmə
müddəti (PBP)).*
B Ö L M Ə III
Sahibkarlıq subyekti haqqında məlumat
İnvestisiya layihəsinin bu bölməsində sahibkarlıq subyekti haqqında ətraflı məlumat əldə edilməsi
üçün onun biznesinin təşkili və potensial üstünlükləri, investisiya layihəsinin reallaşdırılması ilə
bağlı mövcud imkanlarının səviyyəsi və s. bu kimi məlumatların şərh edilməsi zəruridir. Sahibkarlıq
subyektinə dair məlumatlar aşağıdakı ardıcıllıqla əks etdirilməlidir:
1. Sahibkarlıq subyektinin fəaliyyəti və biznes tarixi, o cümlədən sahibkarlıq subyektinin son
3 ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin müddətdə) gəlir və xərcləri
haqqında məlumatlar;*
5
(manatla)
S\s Göstəricilər Layihənin illəri
1 2
1. Satışdan daxilolmalar (vergisiz)
2. Birbaşa xərclər
3. Ümumi mənfəət (1-2)
4. Digər gəlirlər
5. İnzibati xərclər
5.1 Əmək haqqı xərcləri
5.2 DSMF ayırmaları
5.3 Bank xidmət haqqı
5.4 Amortizasiya ayırmaları
5.5 Təmir-bərpa xərcləri
5.6 Sığorta xərcləri
5.7 Kommunal xərclər
5.8 İcarə haqqı
5.9 Rabitə xərcləri
5.10 Nəqliyyat xərcləri
5.11 Əmlak vergisi
5.12 Torpaq vergisi
5.13 Digər xərclər
6. Satış xərcləri
6.1 Reklam və marketinq xərcləri
6.2 Ezamiyyə xərcləri
6.3 Digər xərclər
7. Sair xərclər
8. Vergiyə cəlb olunan məbləğ (3+4-5-6-7-8)
9. Vergi məbləği
10. Xalis mənfəət (9-10)
6
2. Sahibkarlıq subyektinin mövcud maliyyə vəziyyətinə dair məlumatlar
(manatla)
3. Mövcud fəaliyyəti;
4. Mövcud istehsal infrastrukturu və maddi-texniki təchizatı;
5. İşçi heyəti və kadrların ixtisası;
6. İnvestisiya layihəsinin reallaşdırılmasının əhəmiyyəti.
B Ö L M Ə IV
İnvestisiya layihəsinin məqsədi
İnvestisiya layihəsinin məqsədinin verildiyi bölmə sahibkarlıq subyekti tərəfindən investisiyanın
niyyətinin müfəssəl olaraq şərh edilməsindən ibarətdir.
Bölmədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
1. İnvestisiya layihəsi üzrə alınması nəzərdə tutulan əsas və dövriyyə vəsaitlərinə
(maşın və mexanizmlər, avadanlıqlar, nəqliyyat vasitələri, xammal və materiallar) dair
müfəssəl məlumatlar;*
* Alınması nəzərdə tutulan əsas və dövriyyə vəsaitlərinin adı, markası, texniki-iqtisadi göstəriciləri,
istehsalçı müəssisə və alınma mənbəyi, eləcə də təmir-tikinti və quraşdırma işlərinə nəzərdə
tutulmuş vəsaitin açıqlaması dəqiq göstərilməlidir.
Aktivlər Məbləğ Kapital və öhdəliklər Məbləğ
Uzunmüddətli aktivlər Kapital
Əmlak və texnikalar Nizamnamə kapitalı
Qurğu və avadanlıqlar Əlavə olunmuş kapital
Digər uzunmüddətli aktivlər Bölüşdürülməmiş mənfəət
Qısamüddətli aktivlər
Xammal və mal-material Öhdəliklər
Hazır məhsul Uzunmüddətli kreditor borcları
Debitor borcları Digər uzunmüddətli borclar
Nağd pul Qısamüddətli kreditor borcları
Digər aktivlər Digər qısamüddətli borclar
Aktivlərin cəmi Kapital və öhdəliklərin cəmi
7
2. İnvestisiya layihəsi üzrə nəzərdə tutulan təmir-tikinti və quraşdırma işlərinə dair müfəssəl
məlumatlar;*
3. İstehlakçı tələbatlarının ödənilməsi;
4. Mənfəətin təmin edilməsi;
5. Yeni iş yerlərinin yaradılması.
B Ö L M Ə V
Təşkilati plan
İnvestisiya layihəsinin təşkilati planı ilk növbədə layihə üzrə görüləcək işlərin ardıcıllığını,
reallaşdırılma mərhələlərini və digər mühüm təşkilati prosesləri özündə əks etdirməlidir. Təşkilati
planın hazırlanması aşağıdakı ardıcıllıqla aparılmalıdır:
1. İnvestisiya layihəsi üzrə nəzərdə tutulan əsas işlərin mərhələləri;
2. Görüləcək işlərin yerinə yetirilməsi ardıcıllığı qrafiki.
B Ö L M Ə VI
İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) xarakteristikası
Sahibkarlıq subyekti tərəfindən istehsalı nəzərdə tutulan məhsul (iş və xidmət) barədə
məlumatların verilməsi investisiya layihəsinin mühüm tərkib hissələrindən biridir. Bu məhsulun (iş
və xidmətin) seçilməsi sahibkarlıq subyektinin biznes fəaliyyətinin perspektivini müəyyən etməklə,
investisiya layihəsinin hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Başqa sözlə, sahibkarlıq
subyekti üçün məhsulun (iş və xidmətin) düzgün seçilməsi investisiya layihəsinin prioriteti hesab
edilir.
Bu bölmədə aşağıdakı məlumatlar əks olunmalıdır:
1. Məhsulun (iş və xidmətin) xarakteristikası;
- Məhsulun (iş və xidmətin) adı;
- Məhsulun (iş və xidmətin) keyfiyyət üstünlükləri;
- Qablaşdırma və dizayn.
2. Texnoloji proses (istehsal texnologiyası);
8
3. Məhsulun (iş və xidmətin) analoji məhsullardan əsas üstünlükləri;
4. Məhsulun idxalı əvəz edən və ya ixrac yönümlü olmasına dair məlumat;
B Ö L M Ə VII
Satış bazarının xarakteristikası
Sahibkarlıq subyekti tərəfindən investisiya layihəsinin səmərəli həyata keçirilməsinin başlıca şərti
istehsalı nəzərdə tutulmuş məhsulun (iş və xidmətin) satış bazarının öyrənilməsi və satışın
reallaşdırılması ilə bağlı məqsədyönlü fəaliyyətin təşkilidir. Layihə üzrə məhsul (iş və xidmət)
növünün düzgün seçilməsi və onun satış bazarının mənimsənilməsi layihənin uğurlu
reallaşdırılmasından xəbər verir.
Bu bölmə üzrə aşağıdakı məlumatlar verilməlidir:
1. İstehsalı nəzərdə tutulmuş məhsulun potensial satış bazarı;
2. Məhsulun (iş və xidmətin) potensial istehlakçıları;
3. Rəqabət şəraiti;
4. Satışın, reklam işinin təşkili və satışın təşviqi (servisin təşkili);
5. Qiymət siyasəti (qiymətlərin əsaslandırılması).**
** İstehsalı nəzərdə tutulmuş məhsulun (iş və xidmətin) satış qiyməti müəyyən edilərkən faktiki
maya dəyəri, vergi qanunvericiliyi və bazar konyunkturası nəzərə alınmalıdır.
9
B Ö L M Ə VIII
İstehsal planı
İnvestisiya layihəsində istehsal planının hazırlanması məhsul (iş və xidmət) növü üzrə istehsalın
təşkili prosesini, maddi-texniki təchizatını, istehsal prosesinin idarə olunmasını və istehsalla bağlı
digər müvafiq məlumatları özündə əks etdirir.
İstehsal planında aşağıdakı məlumatlar verilməlidir:
1. Sahibkarlıq subyektinin mövcud istehsal imkanları;
2. İnvestisiya layihəsi üzrə istehsal gücü və nəzərdə tutulan istehsal həcmi;
3. Alınması nəzərdə tutulan xammal və materialların xarakteristikası və sərfiyyat normaları;
4. İstehsalın təhlükəsizliyi və ekoloji məsələlər;
5. İstehsal prosesi ilə birbaşa bağlılığı olan xərclərin (kommunal xərclər, əmək haqqı, sosial
fondlar, amortizasiya, təmir xərcləri, əmlak vergisi, torpaq vergisi və s.) hesablanması;*
6. Məhsul vahidi üzrə maya dəyərinin hesablanması (kalkulyasiya).*
* Xərclərlə bağlı hesablamalarda Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları
nəzərə alınmalı, istifadə olunan hər bir göstəricinin hesablanması mənbəyi aydın göstərilməlidir.
10
B Ö L M Ə IX
Maliyyə Planı
İnvestisiya layihəsinin maliyyə planı layihə üzrə pul vəsaitlərinin hərəkətini əks etdirməklə digər
bölmələrdə verilən məlumatların ümumiləşdirilərək və onların dəyər (pul) ifadəsində təsvir
edilməsinə xidmət edir. Bu bölmə sahibkarlıq subyektinin sərəncamında olan əsas və dövriyyə
kapitalının pul ifadəsində əks etdirilməsi, kredit və öz vəsaitinin hərəkəti və layihə dövrü ərzində
pul vəsaitlərinin dövriyyəsi ilə şərtlənir.
Maliyyə planı bölməsində aşağıdakı məlumatlar verilməlidir:
1. Daxil olan pul vəsaitlərinin xarakteristikası;
2. Xərclənən pul vəsaitlərinin xarakteristikası;
3. Mənfəət və zərərlər cədvəli;*
(manatla)
S\s Göstəricilər Layihənin illəri
1 2
1. Satışdan daxilolmalar (vergisiz)
2. Birbaşa xərclər
3. Ümumi mənfəət (1-2)
4. Digər gəlirlər
5. İnzibati xərclər
5.1 Əmək haqqı xərcləri
5.2 DSMF ayırmaları
5.3 Bank xidmət haqqı
5.4 Amortizasiya ayırmaları
5.5 Təmir-bərpa xərcləri
5.6 Sığorta xərcləri
5.7 Kommunal xərclər
5.8 İcarə haqqı
5.9 Rabitə xərcləri
5.10 Nəqliyyat xərcləri
5.11 Əmlak vergisi
5.12 Torpaq vergisi
11
5.13 Digər xərclər
6. Satış xərcləri
6.1 Reklam və marketinq xərcləri
6.2 Ezamiyyə xərcləri
6.3 Digər xərclər
7. Sair xərclər
8. Kredit üzrə faiz məbləği (əgər layihə çərçivəsində kredit alınmışdırsa)
9. Vergiyə cəlb olunan məbləğ (3+4-5-6-7-8)
10. Vergi məbləği
11. Xalis mənfəət (9-10)
4. Pul vəsaitinin hərəkəti cədvəli.*
(manatla)
S\s Göstəricilər Layihənin illəri
1 2
1. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti
1.1 Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar (vergisiz)
1.2 Digər gəlirlərlərdən daxilolmalar
1.3 Təchizatçılara ödənişlər
1.4 Əmək haqqı və ona bərabər tutulan ödəmələr 1.5 Mənfəət vergisi ödənişi
1.6 Kreditin faiz ödənişləri (əgər layihə çərçivəsində kredit alınmışdırsa)
1.7 Digər xərclər
2. Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti
((1.1+1.2) - (1.3+1.4+1.5+1.6+1.7))
3. İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti
3.1 Daşınmaz əmlak, avadanlıq və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolması
3.2 Daşınmaz əmlak, avadanlıq və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolması
4. İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti (3.1-3.2)
5. Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti
12
5.1 Şəxsi vəsait hesabına maliyyələşdirmə
5.2 Kreditin alınması
5.3 Digər daxilomalar
5.4 Kreditin əsas vəsait üzrə ödənilməsi (əgər layihə çərçivəsində kredit alınmışdırsa)
5.5 Digər xaricolmalar
6. Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti
((5.1+5.2+5.3) - (5.4+5.5))
Cari il üzrə daxilolma (2+4+6)
Dövrün əvvəlinə daxilolma
Dövrün sonuna daxilolma
* Maliyyə planı bölməsi üzrə aparılan maliyyə hesablamalarında Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları nəzərə alınmalı, istifadə olunan hər bir göstəricinin hesablanması
mənbəyi aydın göstərilməli və hesablamalar üzrə proqnozlaşdırılan maliyyə nəticələrinin
dürüstlüyü əsaslandırılmalıdır.
13
B Ö L M Ə X
İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi*
İnvestisiya layihələrinin səmərəliliyi zaman amili nəzərə alınmaqla qiymətləndirilir və
investisiyanın, layihənin icra dövrü ərzində diskontlaşdırılmış xalis pul daxilolmalarının ümumi
məbləği ilə müqayisəsinə əsaslanır. Pul daxilolmaları zamana görə bölüşdürüldüyündən mövcud
kredit bazarında faizi səviyyəsində götürülən r əmsalı ilə diskontlaşdırılır.
İnvestisiyanın səmərəliliyi qiymətləndirilərkən aşağıdakı göstəricilərin hesablanması zəruridir:
1. Pul axınının diskontlaşdırılmış gəlirinin (PV) hesablanması
Hesablama üçün düstur:
Pk – layihə üzrə planlaşdırılan gəlir
k – layihənin ili
r – diskont norması
n – layihənin müddəti (illərin sayı)
2. Xalis cari dəyərin (NPV) hesablanması
Hesablama üçün düstur:
İC- cəmi kapital qoyuluşu (investisiya)
3. İnvestisiyanın özünü ödəmə müddətinin (PBP) hesablanması
Hesablama üçün düstur: PBP = min n
PBP = İC/PN
PN-orta illik pul axını
Orta illik pul axını = illər üzrə pul axınlarının cəminin investisiya layihəsinin reallaşdırılma
müddətinə nisbətidir.
(İnvestisiya layihəsinin özünü ödəmə müddəti investisiyanın, orta illik pul axınına nisbəti ilə
müəyyən edilir)
n
kkr
PkPV
1 )1(
n
kk
İCr
PkNPV
1 )1(
n
k
İCPk1
14
B Ö L M Ə XI
Risklərin qiymətləndirilməsi
İnvestisiya layihəsində risklərin qiymətləndirilməsi layihənin reallaşdırılması mərhələlərində
sahibkarlıq subyektinin qarşılaşa biləcəyi təhlükəli (riskli) halların nəzərə alınması, qabaqlayıcı
tədbirlərin görülməsi və minimallaşdırılması istiqamətlərini nəzərdə tutur. Layihə dövrü ərzində
risklər sahibkarlıq subyekti tərəfindən qruplaşdırılaraq qiymətləndirilməli və onların minimuma
endirilməsi üçün tədbirlərin siyahısı hazırlanmalıdır.
Risklər müxtəlif kateqoriyalar üzrə əhatə olunduğundan onlar aşağıdakı ardıcıllıqla verilməlidir:
1. İnvestisiya layihəsinin xarakterindən asılı olaraq risklərin qruplaşdırılması və onlara dair
qısa şərhin verilməsi;
2. Risk kateqoriyaları üzrə nəticələrin proqnozlaşdırılan mənfəətə təsir imkanlarına dair
məlumatların verilməsi.
top related