az. 65lib.bbu.edu.az/files/book/261.pdf · beyn əlxalq iqtisadçılar İttifaqının üzvü,...

278

Upload: others

Post on 21-Nov-2019

26 views

Category:

Documents


0 download

TRANSCRIPT

Az. 65.2

Q-86.

Tofiq Quliyev

(Tofiq Fərid)

Əməkdar elm xadimi,

iqtisad elmləri doktoru,

professor

elmi redaktor: Məmmədhəsən Meybullayev

iqtisad elmləri doktoru, professor rəyçilər:

Mirdaməd Sadıqov iqtisad elmləri doktoru,

professor Qabii Manafov iqtisad elmləri

doktoru, professor

86

093 - 25 2006

© Tofiq Quliyev. 2006.

Unudulmaz övladım Fərid Quliyevin əziz

xatirəsinə

Müəllif haqqında

Tofiq Əvəz oğlu Quliyev Azərbaycan Dövlət İqtisad

Universitetinin «Əməyin iqtisadiyyatı və sosiologiyası»

kafedrasının müdiridir, əməkdar elm xadimi, professor, iqtisad

elmləri doktorudur. O, demək olar ki, bütün elmi, bədii

yaradıcılığını insan və onun sosial, iqtisadi, etİk problemlərinə

həsr etmişdir. Təsadüfi deyildir ki, Tofiq Quliyev respublikamızda

birinci dəfə olaraq 1960-cı ildə «Əməyin iqtisadiyyatı» ixtisası

üzrə Plexa- nov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun

aspirantı olmuşdur. Moskvada aspiranturada oxuyarkən

«Jurnalistlər evi- nin» nəzdində olan jurnalistlik kursunu bitirmiş

və 28 yaşında SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Tofiq

Quliyev 28 yaşında namizədlik, 32 yaşında doktorluq

dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildən professordur.

Onun doktorluq dissertasiyası mənafeiər, o cümlədən iqtisadi

mənafelər probleminə həsr edilmişdir ki, bu da yenə insanla

bağlıdır. Yeri gəl- mişkən qeyd etmək lazımdır ki, onun bu

problemə həsr etdiyi monoqrafiya 1967-ci ildə o dövrdə

Moskvanın ən nüfuzlu nəşriyyatı olan «Mısl»-da nəşr edilmişdir.

Müəllifin əməyin redaksiyasına həsr etdiyi ikinci kitabı da

Moskvanın həmin nəşriyyatında çapdan çıxmışdır. Hər iki

monoqrafiya və habelə bu yaxınlarda nəşr etdirdiyi «Tənzimlənən

bazar iqtisadiyyatı»

monoqrafiyası ABŞ-ın Harvard Universitetinin kitabxanasında- dır.

İndiyənə kimi hər bir monoqrafiyasından 100-dən artıq sitat

(300-dən artıq) gətirilmişdir. Ümumiyyətlə, T.Quliyev 25 kitabın,

450-dən çox məqalənin, o cümlədən «Əməyin iqtisadiy- yatı»,

«Əməyin sosiologiyası», «Menecmentin (idarəetmənin) əsasları»

dərsliklərinin müəllifidir. Tofiq Quliyevin 46 aspirantı namizədlik

dissertasiyasını müdafiə etmişdir. Beynəlxalq iqtisadçılar

İttifaqının üzvü, sonralar-idarə Heyətinin üzvü seçilmişdir. O, SSRİ

Elmlər Akademiyasının iki problem üzrə elmi komissiyasının üzvü,

habelə SSRİ Ali və orta ixtisas təhsili Nazirliyində də iki

komissiyanın-tədris metodiki və elm-metodi- ki komissiyalarının

10 il müddətində üzvü olmuşdur. Elmi axtarışlarına, əsərlərinə

görə bir neçə müsabiqələrin qalibi olmuş və mükafatlandırılmışdır.

Tofiq Quliyev çoxlu publisistik məqalələrin, bu yaxınlarda

işıq üzü görmüş «Türkün türküsü» və «Dünyanı dəyişə bil-

səydim» şeirlər kitabının müəllifidir.

Tofiq Quliyev 9-cu sinifdə oxuyarkən atası Əvəz Muxtar

oğlu Quliyev artıq dünyasını dəyişmişdi. Atası Əvəz Quliyevin

ölümünə 1929-cu ildə həbsxanada ağır xəstəlik keçirməsi səbəb

olmuşdur. Əvəz Quliyev Türkiyənin agenti, adamı (1918- 1920-ci

illər hadisələrinə görə) olduğu səbəbindən həbs edilmişdir. Böyük

bacısı Qumru Quliyeva atasının uzun müddət evə gəlmədiyini və

bunun səbəbini bildikdən sonra ürək xəstəliyindən vəfat etmişdir.

Bir sözlə, Tofiq Quliyevin ailəsi və özünün həyatı heç də asan

olmamışdır.

T.Quliyev 1953-cü ildə Bakıda K.Marks adına Azərbaycan

Dövlət Xalq Təsərrüfatı institutuna daxil olmuş, 1957-ci ildə

institutun «sənayenin iqtisadiyyatı» ixtisasını fərqlənmə diplomu

ilə bitirmişdir. İnstitutda tələbə elmi cəmiyyətinin sədri işləmişdir.

O, atasız qalmış, aqronom işləmiş qardaşı Yusi

fin, anası Züleyxa Quliyevanın köməkliyinə möhtac qalmışdı. Yeri

gəlmişkən qeyd edək ki, onun böyük qardaşı Yusif Muxtarovun bu

yaxınlarda «Haqqa, düzə zaval yoxdur» adlı şerlər kitabı çapdan

çıxmışdır. Onu da deyək ki, digər qardaşı kibernetika üzrə

professor Vahid Muxtarov da şerlər, qəzəllər yazırdı. O, 50

yaşında həyatını dəyişmişdir. Digər qardaşı, jurnalist Ülfət

Muxtarov da oçerk və hekayələr yazardı. Aydınlıq üçün qeyd edək

ki, digər qardaşlar babalarının adını özlərinə familiya götürmüşlər.

Vahid Muxtarovun Məhəmməd Füzuliyə həsr etdiyi «Səhhəti

Mərəz» adlı şerlər kitabı çap edilmişdir. Oğlu Fəridin, bacısı

Qumrunun, atası Əvəzin, qardaşları Ülfət və Vahidin faciəli, nisgilli

ölümü, qaçqınlıq problemi Tofiq müəllimə son dərəcə sarsıdıcı

təsir göstərmişdir. Oğlu Fərid Qulivev iqtisad elmləri alimlik

dərəcəsi aldıqdan sonra ADUY- nin Elmi Şurasının 2002-ci il

aprelin 4 qərarı ilə təsdiq edilmiş wAzərbaycan Respublikasında

Dövlət gəlirlərinin formalaşması və bölüşdürülməsinin

makroiqtisadi problemləri» doktorluq disertasiya üzrə çalışırdı.

I FƏSİL. İNFLYASİYA VƏ ONUN SOSİAL-İQTİSADİ

PROBLEMLƏRİ

§1 /nffyas/ya və sosial-iqtisadi problemlər.

İnflyasiya-oyun qaydalarının obyekti kimi.

(Giriş əvəzi)

Digər iqtisadi, sosial hadisələr kimi inflyasiya da elmi

araşdırmaları sevir. Lakin bir çox iqtisadçılar, fəlsəfəçilər,

jurnalistlər, siyasətçilər, məmurlar inflyasiya proseslərinə birtərəfli

yanaşır, ondan yanlış nəticə çıxarırlar. Burada başlıca

səbəb-problemə qeyri ciddi, birtərəfli yanaşmadır. Şübhəsiz ki,

inflyasiyadan cəmiyyətin müəyyən təbəqələri-siyasətçilər, siyasi

partiyalar, müxalifət nümayəndələri, dövlət xadimləri, hətta bəzi

elmi işçilər, nəzəriyyəçilər öz iqtisadi, siyasi, ideoloji məqsədləri,

mənafeləri üçün istifadə edirlər. Bu mənada inflyasiya təkcə sadə,

siyasətdənkənar adamlara, aztəminatlı əhaliyə lazım deyildir.

Əslində inflyasiya heç kimə lazım deyildir. məmura da, sahibkara

da. Əgər sahibkar inflyasiyadan hardasa müvəqqəti vaxt kəsiyində

qazanırsa, nəticə etibarilə istehsal amillərinin inflyasiyası halında

alıcı kimi itirir. Dövlət məmuru vəziyyətdən asılı olaraq ya nüfuz

qazanır, ya da sosial gərginliklə üzləşir. Əgər belədirsə, onda

anlaşılmazlıq, qeyri-aydınlıq, qeyri-müəyyənlik hallarından irəli

gəlir. Çox şeydən:1. qeyri-elmilikdən, sistemsiz yanaşmadan,

inflyasiyanın səbəbləri ilə nəticələri arasında əks, qayıdış əlaqəni

görə bilməməkdən. 2. inflyasiyanı yalnız pul, maliyyə fenomeni

kimi qiymətləndirməkdən, ona çox amilli, çox aspektli hadisə

əvəzinə, bir amilli hadisə kimi yanaşılması. 3,Bəzi sahibkarların,

biznesmenlərin, bir qrup adamların inflyasiyadan faydalanması,

süni inhisarçılığın yaradılması. 4. Bəzi siyasi

partiyaların, müxalifətin İnflyasiyadan yerli-yersiz ajiotaj

yaratması və s. Lakin nəticədə bu işdə sanki günahkar təkcə

əhali, onun aztəminatlı hissəsi olur. Belə ki, inflyasiya prosesləri

ilə bağlı olan məşhur nəzəriyyələr (inflyasiyalı tələbat, mono-

tarist və inflyasiyalı xərclər) bunun qarşısını almaq üçün onların

əmək haqqını dondurmağı məsləhət bilirlər. Əslində «əmək

haqqı-qiymət» konsepsiyası da məhz buradan irəli gəlir. Təkrar

istehsalın tsiklik xarakteri, onun dinamik bazar

qanunauyğunluqları, həyatın dəyəri amilləri, «əmək haqqı-qiy-

mət» spiralı konsepsiyası qəbul edildiyi halda «əmək haqqı-

mənfəət)) konsepsiyası və vacib sosial dəyərlər arxa plana çəkilir.

Görünür, bu və digər səbəblər üzündən inflyasiyaya qarşı kütləvi,

hamılıqla mübarizə aparmaq mümkün olmur. Bu məqsədlə biz

əsəri «İnflyasiyanın anatomİyası» adlandırmışıq ki, bu məsələdə

başqasına olduğu kimi, müddəalarımıza da anatomik qaydada

yanaşaq.

§ 2 İnflyasiya çoxaspektli problem kimi.

«İnflyasiya» anlayışına, inflyasiya probleminə müxtəlif

istiqamətlərdə yanaşmaq olar:

1) Sosial, iqtisadi, ayrı-ayrı iqtisadi modellərin

xüsusiyyətləri, obyektiv və subyektiv amillər, əmtəə-pul sisteminin

deformasiya olunması, istehsalla istehlak arasındakı ziddiyyətlər,

sosial qrupların, dövlətin, iqtisadi subyektlərin, bütövlükdə

cəmiyyətin bu prosesə münasibəti.

2) İnflyasiya və milli gəlirin yenidən bölüşdürülməsi.

Məlumdur ki, milli gəlirin yenidən bölüşdürülməsində

vergilər, vergiyə cəlb etmə başlıca rol oynayır. Bu baxımdan, yəni

milli gəlirin yenidən bölüşdürülməsi nöqteyi-nəzərindən

qiymətlərin artması ilə əhalinin alıcılıq qabiliyyətinin aşağı

düşməsi yenidən bölüşdürmənin ən pis variantıdır. Bu, aztəminatlı

əhali üçün daha dəhşətlidir, inflyasiya prosesi gedişində tələbin

təklifdən və yaxud da təklifin tələbdən asılılığı, onlar arasındakı

fərq xeyli dərəcədə sosial qrupların iqtisadi durumundan asılı olur.

Bu, eyni zamanda həm birbaşa, həm də dolayısı yolla əmək

fəaliyyəti sferası ilə bağlı əmək və istehlak ölçüsünə, onun motiv

yaradıcı səviyyəsinə təsir göstəirir.

3) İnflyasiya makroiqtisadi, ümumi iqtisadi problem, proses

kimi. İnflyasiya digər makroiqtisadi indikatorlar, proseslərdə

olduğu kimi təkrar istehsal prosesinin, iqtisadi inkişafın normal

gedişinin pozulmasının nəticəsidir. Bir sözlə, inflyasiya nəticədir.

Lakin inflyasiya dərinləşdikdə növbəti sosial-iqtisadi böhranın

səbəbinə çevrilir, nəticə səbəblə yerini dəyişə bilər, iqtisadiyyatın

tsiklik inkişafı baxımından inflyasiya prosesləri qaçılmazdır. Lakin

bu heç də inflyasiyaya qarşı mübarizənin zəruriliyini aradan

qaldırmır.

4) İnflyasiya prosesi, onun səviyyəsi bərabər şərait

daxilində İqtisadi sistemlərin idarə edilməsi, kredit-maliyyə mü

8

nasibətlərinin səmərələşdirilməsi ilə birbaşa bağlıdır. İnflyasiya

prosesləri digər iqtisadi proseslərlə birbaşa və əks əlaqədə olan

prosesdir. Bu proses yalnız tədavül sferasını deyil (bu ilk baxışda

belədir), istehsal, bölgü, mübadilə və isteh- lak sferalarını əhatə

edən sistemli, zəncirvari əlaqələn özündə ehtiva edir. Bu

baxımdan, bizə belə gəlir ki, inflyasiya proseslərinin təhlilində

onun digər proseslərin pozitiv cəhətləri ilə deyil, neqativ

proseslərlə əlaqəsi araşdırılmalıdır. Burada çox amilli proseslər,

amillər, açıq və gizli formalara diqqət yetirilməlidir. Bu baxımdan,

nəinki milli gəlirin, həm də ayrı-ayrı gəlir növlərinin inflyasiya

sayəsində hansı sosial qrupların, sosial təbəqələrin, inhisarların,

klanların, ailənin xeyrinə yenidən bölüşdürülməsinin hansı

kanallarla, mexanizmlərlə baş verməsinin təhlil edilməsi də

mühüm əhəmiyyət kəsb edir.

5) Tədavüldə iqtisadiyyatın, iqtisadi və yaxud təsərrüfat

dövriyyəsinin tələbatından xeyli artıq pul çoxluğunun aşkara

çıxarılması, pulun kredit və qeyri-kredit xarakterli emissiyasının

aydınlaşdırılması, nəğd və nəğdsiz hesablaşma formalarında

pulun daşıdığı funksiyaların dəqiqləşdirilməsi.

6) inflyasiyanın iqtisadiyyatın tsiklik inkişafından asılı

olmadan törənməsi səbəbləri. Burada müəyyən istehsalçı

qrupların müvafiq bazarı inhisara alması mühüm rol oynayır.

Burada müəyyən inhisarların süni olaraq pulu qiymətdən salması

cəhdləri, yəni hər pul vahidinə daha az əmtəə əldə edilə bilməsi

üçün müəyyən fırıldaqlara əl atmaları özünü göstərə bilər.

Məsələn, Azərbaycanda xaricdən idxal olunan bəzi ərzaq

məhsullarının idxal qiyməti ilə topdansatış və pərakəndə satış

qiyməti arasında 3-4, bəzi hallarda 6-7 dəfə fərq olur. Ən pis hal

odur ki, bu fərq özünü idxal qiyməti İlə topdansatış qiyməti

arasında daha çox büruzə verir, nəinki topdansatış qiyməti ilə

pərakəndə satış qiyməti arasında.

Bütün bu və buna bənzər cəhətlər onu göstərir ki, bir çox

postsovet ölkələrində olduğu kimi Azərbaycanda da yeni inflyasiya

növü mövcuddur. Biz bunu spekuivativ inflvasiva forması

adlandırardıq. Çünki bizcə Azərbaycanda əmtəə qıtlığından irəli

gələn inflyasiya yaradıcı bir hal yoxdur. Ona görə ki,

respublikamızda bazarların ərzaq və sənaye malları əmtəə

tutumluğu kifayət qədərdir. Bizim təxmini hesablamalarımıza görə

təkcə Bakı şəhərində sənaye və ərzaq məhsullarının dəyər

məbləği dövriyyədə olan pulun miqdarından dəfəiəriə çoxdur. Ona

görə də inflyasiya proseslərini təhiil edərkən bu cəhəti hökmən

nəzərə almaq lazımdır.

7) Müasir dövrdə pula olan tələb və pulun təklifi yalnız

əmtəələrin satışı, mübadiləsi ilə məhdudlaşmır. Burada kredit pulu

və digər amiliər də mühüm rol oynayır. Ona görə də inflyasiya

törədici proseslər təhlil edilərkən bu cəhətlər nəzərə alınmalıdır.

8) Milli iqtisadiyyata, milli məhsullara etinasızlıq, idxal

məhsullarına üstünlük vermə, milli məhsulun rəqabət qabiliyyətinin

aşağı olması və bunun nəticəsində eyni cinsli məhsulların

xaricdən yüksək qiymətlə idxal olunması. Əksər iqtisadçılar bunu

inflyasiyanın xarici amili adlandırırlar. Lakin səbəb baxımından bu,

daha çox daxili iqtisadi-istehsal amili ilə bağlıdır. Biz ((tənzimlənən

bazar iqtisadiyyatı» monoqrafiyasında (rusca) və ondan əvvəlki

məqaləiərdə Azərbaycanda yüngül və yeyinti sənayesinin SSRİ

vaxtında inkişafının deformasiya vəziyyətinə düşməsini nəzərə

alaraq müstəqillik şəraitində dünya standartları səviyyəsinə

çatdırılmasını təklif etmişdik. Müstəqilliyin ilk illərində ancaq

bundan başlamaq lazım idi. Çünki müstəqilliyimizin ilk illərində

ölkəyə hər il 700-800 mln. dollarlıq yalnız ərzaq məhsulları gəlirdi.

Beiə çıxır ki, yalnız bu yolla respublikamızdan 3 ildə 2 mlrd,

dollardan artıq valyuta

10

xarici bazarlara, ölkələrə gedirdi. Xatırladaq ki, ağır sənayenin

inkişafına üstünlük verən V.i.Lenin kimi bir adam, şəxsiyyət

Rusiyada əvvəlcə yüngül sənayenin inkişafının önəmli olduğunu

dəfələrlə qeyd etmişdir. Lakin buna xarici təhlükənin mane

olduğunu və ağır sənayenin inkişaf etdirilməsinin zəruri olduğunu

da qeyd etmişdir. Düzdür, bizim də Qarabağ problemimiz vardır.

Lakin konserv, şirniyyat, toxuculuq və digər sahələrin inkişafına

biganə qalmaq heç də bu problemlə bağlı olmamışdır. Çox

təəssüf ki, bunu etmək əvəzinə müstəqilliyin ilk illərində bir sıra

ağır sənaye müəssisələrində olduğu kimi, yüngül və yeyinti

sənaye kombinatları və müəssisələri dəyər-dəyməzinə

özəlləşdirildikdən sonra həmin müəssisələrin alınmasına sərf

edilən xərci ödəmək məqsədilə oradakı avadanlıqların bir hissəsi

sökülüb satıldı, digər hissəsi isə metal yığıntısı kimi istifadə edildi.

9) Məhsulların maya dəyərini aşağı salmadan da lazımi

səviyyədə mənfəətin əldə edilməsi imkanını da inflyasiyanın

ümumi anatomiyasına daxil etmək olar. Ona görə də burada pulun

əsl funksiyası, dəyər ölçüsü funksiyası, əmtəə qiymətlərinin

özünün ünsürləri subyektiv qaydada müəyyən edilmiş olur. Belə

bir vəziyyət müəssisələrdə antiməsrəfçİİik mexanizminin tətbiqinə

də stimul yaratmır. Halbuki müəssisələrin maliyyə vəziyyətinin

yaxşılaşdırılması inflyasiyanın qarşısının alınmasının mühüm

şərtidir.

İnflyasaiyanın çoxaspektliiiyi həmin problemin məhz bütün

istiqamətlərdə sistemli halda araşdırılmasını tələb edir.

Respublikada inflyasiyanın makroiqtisadi məsələləri Məm-

mədhəsən Meybullayevin əsərlərində, bu yaxınlarda işıq üzü

görəcək iri həcmli «Makroiqtisadiyyat» adlı monoqrafiyasında öz

əksini tapmışdır. İnflyasiyanın xarici ticarət, idxal-ixrac amilləri

Şəmsəddin Hacıyevin, Ağasəlim Ələsgərovun, inhi-

11

s.ırçılıq amillər Arif Şəkərəliyevin, Əvəz Bayramovun, Raqib

Quliyevin, ümumi səpkili cəhətləri Ziyad Səmədzadənin, Bə-

dirxan Musayevin, Əli Əlirzayevin, Əlican Babayevin, Əli

Həsənovun, Qalib Manafovun, Şamil Qafarovun, Alıcan

Abbasovun əsərlərində. Əli Məsimovun, Qubad ibad oğlunun,

Azər Əmiraslanovun məqalələrində, maliyyə-vergi aspektləri Akif

Musayevin, Saleh Məmmədovun, Mirdaməd Sadıqovun, Məiş

Əhmədovun, Fərid Quliyevin, Mirələm Həsənlinin, Səlim

Müslümovun, Natiq Qasımovun, Daməd Bağırovun, Şakir

Bədəlovun, Asif Kərimovun bank fəaliyyəti ilə bağlı aspektlər

Ramiz Rzayevin, Zahid Mamedovun, Elnur Sadıqovun, Zakir

Nuriyevin qiymət aspekti isə İslam Qarayevin, Xanhüseyn

Kazımlının və digərlərinin əsərlərində nəzərdən keçirilmişdir.

12

§ 3 İnflyasiyanın milli xüsusiyyətləri.

İnflyasiyanın özünəməxsus universal mexanizmləri və

qanunauyğunluqları olsa da, hər bir ölkə baxımından milli

xüsusiyyətləri də vardır. Bunu, bəlkə də milli inflvasiva

adlandırmaq olar. Məsələn ABŞ-da (xüsusilə keçən əsrin 60-70-ci

illərində) inflyasiya üstün olaraq pul, pul dövriyyəsi amili ilə

şərtləşmişdir. ABŞ-da ərzaq, elektrik enerjisi, mənzil, nəqliyyat,

tibbi xidmətlər, enerji resursları, xammal, materiallar, sənaye

avadanlıqları və s, qiymətləri xeyli qalxdığına görə bu, həm

əhalinin sosial vəziyyətinə, həm də orta və xırda sahibkarlığın

inkişafına mənfi təsir etmişdir. Belə şəraitdən hərə Öz məqsədləri

üçün istifadə etmişlər: kommersiya bankları depozit emissiyaları

həyata keçirmiş, qısamüddətli kredit əməliyyatları etmiş, iri

inhisarlar spekulyativ qaydada xammal və materialların strateji

ehtiyatlarını yaratamış, bir sıra xammal və hərbi məhsulların

qiymətlərini süni olaraq artırmışlar. Amerika iqtisadçısı Q.Minz

göstərirdi ki, hələ 50-60-cı illərdə ABŞ-da qiymət artımının 3/4

hissəsi İri inhisarların (xüsusilə poladtökmə və maşınqayırma

firmalarında) qiymətlərin süni şəkildə artırılması ilə əlaqədar

olmuşdur; bank sistemləri dövlət istiqrazlarını satın almış və

bununla pul emissiyasını sürətləndirmişdir.

ABŞ-dan fərqli olaraq İngiltərədə inflyasiya çox amilli

təbiətə malik olmuşdur. 70-80-cı illərdə pərakəndə qiymətlərin

qalxması nəticəsində 4-5 il çərçivəsində pulun alıcılıq qabiliyyəti

iki dəfədən çox aşağı düşməyə başladı. Funt sterlinqin qiymətdən

düşməsi idxal və ixraca, iqtisadiyyatın rəqabət qabiliyyətinə

müxtəlif istiqamətlərdə təsir etmişdir. İngiltərənin baş naziri

M.Tetçer leyboristlər partiyasından fərqli olaraq antiinflyasiya

siyasətində monetarist səpkidə kredit-pul məhdudluğuna,

nəzarətinə üstünlük verdi, kommersiya banklannın kredit

ekspansiyası zəifləndi, dövlət xərclərinin səmərəliliyinə diqqət

yetirildi.

13

Fransa qiymətlərin yüksək artım səviyyəsinə, həm də

ayrı-ayrı sahələr üzrə qeyri-bərabər artımına görə fərqlənir.

Burada ümumi daxili məhsulda xidmət sferasının xüsusi çəkisi

50%-dən yuxarıdır. Xidmət sferası az məhsuldar olan xırda

müəssisələrdən ibarətdir. Bu səbəbdən xidmət sferası işçilərinin

əmək haqqı ümumi xərclərdə üstünlük təşkil edir. Həmin xərcləri

ödəmək üçün sahibkarlar xidmət qiymətlərinin artırılmasını çıxış

yolu hesab edirlər. Sahələr aspekti üzrə inflyasiyanı öyrənən

iqtisadçılar obrazlı olaraq xidmət iqtisadiyyatını inflyasiyalı

iqtisadiyyatı adlandırırlar. Fransada inflyasiyanın başlıca

xüsusiyyətlərindən biri pul aqreqatlarının strukturu (M-^, M2, M3)

və habelə ümumi pul kütləsində kreditin üstünlük təşkil etməsilə

bağlıdır. Bank kreditlərinin iqtisadiy- yatdakı xüsusi çəkisi pul

kütləsinin 80-85%-ni, bəzən hətta daha çox hissəsini təşkil edir.

Ona görə də demək olar ki, burada bank krediti pul kütləsinin

artımının yeganə mənbəyini təşkil edir. Kredit ekspansiyası

inflyasiyaya təsir edən başlıca vasitə rolunu oynayır. Görünür elə

ona görə də Fransa hökuməti son vaxtlar iqtisadi stabilləşmə

tədbirlərində bankların kredit fəaliyyətinə məhdudiyyətlər qoymağı

nəzərdə tutur. Fransada inflyasiyanın səviyyəsi təhlil edilərkən

pulun özünün dövriyyəsinin artması və azalması amilləri, yeni

Ödəniş vasitələri olan kredit kartları, veksellər və s.nin tətbiqi də

nəzərə alınır. Fransada sosial təfəkkürün yüksək olmasına

baxmayıraq, əhalinin minimum və maksimum gəlirləri arasındakı

kəmiyyət fərqi digər sənayecə inkişaf etmiş ölkələrdən çoxdur.

Fransa cəmiyyətini narahat edən problemlərdən biri də inflyasiya

zamanı əhalinin əmanətlərinin qiymətdən düşməsi, ərzaq

məhsullarının qiymətinin qalxması, xırda sahibkarların gəlirinin

azalmasıdır. Çünki gəlirlər arasındakı fərqlər çoxaldıqca qiymət

artımının sosial nəticələri bir o qədər kəskin hiss olunur.

14

Digər sənayecə inkişaf etmiş ölkələrdə olduğu kimi

Fransada da inflyasiyanın artması iqtisadi artımla da

əlaqələndirilir. Fransada, hətta ABŞ-da iqtisadçılar belə heçab

edirlər ki, iqtisadi artımın stimullaşdıniması inflyasiya yaradır.

Onda belə çıxır ki, iqtisadi artımdan çəkinmək lazımdır. Bizcə,

burada əsas səbəb iqtisadi artım deyil, bu artıma hansı metodlarla

nail olunmasıdır, həm də artım amillərinin tələb və təklif

mexanizmləri ilə, bazar tutumu ilə, pul dövriyyəsi ilə

əlaqələndirilmə səviyyəsidir.

Fransa hökuməti 60-70-ci illərdə, habelə sonrakı dövrlərdə

stabilləşmə, antiqiymət artımı, maliyyə sağlamlaşdı- rılması üzrə

bir sıra proqramlar tərtib etdi, milli kredit şurası yaradıldı, məşhur

«Barr planı» (antiinhisar) hazırlandı. Bu planda maşın və benzin

satışının bahalaşması, əmək haqqının dondurulması, vergiyə

cəlbetmədə dəyişiklik, dövlət xərclərinin azaldılması və s. nəzərdə

tutulmuşdur. Fransa kommunistləri «Barr planı»na altenrnativ

olan stabiləşmə planının təklif etdi. Bu planın qısa məzmunu

aşağıdakı kimidir: a) inhisar məhsulları qiymətlərinin blokirovkası;

b) şirkətlərin mənfəətdən artıq gəlirlərinə əlavə vergi qoyma; c)

maliyyə- kredit və sənaye şirkətlərinin milliləşdirilməsi; d) kapitalın

hərəkəti üzərində nəzarət.

Göründüyü kimi, «demokratlar»ın, liberalların faşist

adlandırdığı sosialistlərin, kommunistəlrin də önəmli fikirləri vardır.

İnflyasiya bir çox ölkələrdə olduğu kimi, Yaponiyada da

olmuş və uzun müddət davam etmişdir. Xronoloji qaydada desək,

bu, ilk öncə Birinci Dünya müharibəsində baş vermişdir və 4

mərhələ üzrə davam etmişdir, 1914-1920, 1917- 1920-ci illərdə

banklarda banknotlann miqdarı 4 dəfədən artıq çoxalmışdır, çek

dövriyyəsi əhəmiyyətli dərəcədə atlımışdır. Yaponiyada

inflyasiyanın ikinci mərhələsi 1929-1933-cü

15

illərdə dünyada baş verən iqtisadi böhran ilə əlaqədar olmuşdur.

İnflyasiyanın üçüncü mərhələsi Çinlə olan müharibədən başlamış,

2-ci Dünya müharibəsinin sonuna qədər olan dövrü əhatə

etmişdir. Müharibə nəticəsində pul tədavülü, demək olar ki, iflic

vəziyyətə düşmüşdür. Ona görə də müharibədən sonrakı 1-ci ildə

Yaponiyada inflyasiya görünməz dərəcədə yüksəlməyə başladı.

Bu, inflyasiyanın dördüncü mərhələsi idi. Maraqlı cəhət odur ki,

müharibədən sonrakı ilk ildə inflyasiya büdcə

maliyyələşdirilməsinin metodlarından biri kimi istifadə edildi.

Müharibədən sonrakı dövrün özü də inflyasiya və pul tədavülünün

vəziyyəti baxımından iki dövrə- 1945-1951-ci il inflyasiya dövrünə

və 1952-ci ildən sonrakı stabilləşmə dövrünə ayrılırdı.

İnflyasiyanın artması əsasən Yaponiyanın müharibə vəziyyətində

olması ilə əlaqıdar idi. Əlbəttə, burada maliyyə problemlərinin

olmasını da inkar etmək olmaz. Səciyyəvi cəhət ondan ibarətdir ki,

Yaponiya 1952-ci ildən başlayaraq pu! tədavülü sahəsində əsaslı

dönüş etdi və inflyasiyanın qarşısı alınmağa başladı. Burada

başlıca səbəb istehsal sahələrinin əsaslı şəkildə texniki cəhətdən

yenidən qurulması və istehsalın artırılması olmuşdur. İkinci səbəb

milli gəlirdə dövlət büdcəsinin xüsusi çəkisinin azalması fhərbi

xərclərin azalması, dövlət kreditlərinin nisbətən azalması), dövlət

borclarının yerləşdirilməsi qaydasmdakı dəyişikliklər və dövlət

kredit gəlirlərinin istifadəsindəki bəzi dəyişikliklərlə əlaqədar

olmuşdur. İbrətamiz bir haldır ki, 50-ci illərdən başlayaraq

Yaponiya sənaye istehsalının artımına görə dünyada birinci yer

tutmağa başladı. 1952-ci ildə Yaponiyanın iqtisadi potensialı

müharibədən əvvəlki dövrdəki səviyyəsini ötüb keçdi. Bunun

başlıca səbəbi, göstərdiyimiz kimi texniki yenidənqurma, əsas

kapitalın kütləvi şəkildə yeniləşməsi və sənaye tikintisinin geniş

şəkildə həyata keçirilməsi olmuşdur. Bundan başqa, Yaponiya

16

da həyata keçirilən maliyyə siyasəti nəticəsində kreditləşmə, borc

kapitalının yenidən bölüşdürülməsi, qısamüddətli ərzaq və

invaluta sertifikatlar və onların hərəkəti mexanizmi elə

qurulmuşdur ki, bunlar infiyasiya amilinə çevrilə bilməmişdir.

P

§4 İqtisadi sistem və inflyasiya.

Postsovet ölkələrində ilk illərdəki inflyasiya birinci növbədə

sovetlər dövründəki gizli xərclər inflyasiyası bazasında baş

vermişdir. Bu Özünü planlı təsərrüfat sistemində göstərə bilmirdi.

Çünki orada qiymət, xərclər, rentabellik səviyyəsi arasındakı

əlaqə dövlət, dövlət qurumları tərəfindən tənzimlənirdi. Lakin azad

qiymətlər qaydasına, qiymətlərin liberallaşmasına keçildikdən

sonra belə tənzimlənmə mümkün deyildi. Digər səbəb azad

qiymətlərin tətbiqində meydana çıxan ziddiyyətlərlə bağlı idi.

Çünki azad qiymətlər qarışıq iqtisadiyyat sistemində,

çərçivəsində, necə deyərlər, özünü azad realiza- siya edə bilmirdi.

Bununla əlaqədar olaraq, üçüncü səbəb azad, sərbəst qiymətlərin

yalnız tələb və təklif amilləri ilə deyil, digər amillər, iqtisadi

mexanizmlərin təsirinə məruz qalması olmuşdur. Dördüncü səbəb

sərbəst qiymətlərin, liberallaşmanın o vaxtkı sosial-iqtisadi şəraitə

adekvat olaraq tətbiq edilməməsi olmuşdur. Beşinci səbəb ölkənin

dağılması ilə inteqrasiya əlaqələrinin kəsilməsi və bunun

nəticəsində istehsal həcminin xeyli dərəcədə azalması şəraitindən

istifadə edən istehsalçı-kommersiyalı mafioz inhisar strukturların

qiyməti artırmaları ilə bağlı olmuşdur. Çünki o vaxtlar pula olan

tələb və təkliflə əmtəələrə olan tələb və təklif arasında böyük

fərqlər var İdi. Əmtəə təklifi üzərində inhisarçılıq edən inhisarçılar

qiymət üzərində də hakim mövqedə olurdular. Beləiklə, bir

tərəfdən istehsal həcminin aşağı düşməsi, inhisarçılığın az qala

mütləq həddə çatması, digər tərəfdən inflyasiyanın ona paralel

olaraq davam etməsi bazar mexanizminin özünün normal

işləməsinə əngəl törədirdi. Qəribə də olsa, bu ilk vaxtlar ilk

baxışda iqtisadiyyatda pozitiv hal kimi qiymətləndirilən meyllər baş

vermişdi. Belə ki, mənfəət norması artmış, kapitalın, qismən də

pulun dövriyyəsi xeyli artmışdı. Lakin bu

18

hal likvid resursların istehsaldın transaksion sektora axmasına

gətirib çıxarmışdı, dövriyyəyə buraxılan pulların xeyli hissəsi

dövlət bankına qayıtmamışdı. Nəticədə büdcə kəsiri artmış və bu

da inhisarçılıqdan əlavə, qiymət artımına da şərait yaratmışdır.

Bütün bunlar onu göstərir ki. vüksək mənfəət norması, pulun

dövriyyəsinin sürətlənməsi hec də bütün hallarda pozitiv indikator

və iqtisadi hadisə deyildir.

Altıncı səbəb maliwə-kredit sisteminin inkişaf etməməsi və

onun inflyasiya mexanizmləri ilə zəif əlaqələndirilməsi olmuşdur.

Yeddinci səbəb qeyri inflyasiya amilləri (hüquqi qa- nunçuluğun

qeyri təkmil olması, bazar infrastrukturunun zəifliyi, siyasi amillər

və s.), bazarın qeyri-sosial tənzimlənməsi və s.

İnflyasiya milli valyutanın bazar dəyər məzənnəsinin aşağı

düşməsində öz əksini tapır. Bu, həm də milli valyutanın digər

valyutaya, xüsusilə dönərli valyutaya nisbətində özünü göstərir.

Azərbaycanda isə indi milli valyuta olan manatın məzənnəsi ABŞ

dollarına nisbətən artsa da, inflyasiya nəinki aşağı düşməmiş,

hətta xeyli artmışdır. Çünki burada həm də qiymət artımının başqa

amilləri və şərtləri öz işini görür.

Bir qayda olaraq qiymətin qalxması, inflyasiya tələb və

təklif arasındakı normal əlaqənin, tarazlığın pozulması ilə izah

edilir. Lakin bütün iqtisadi sistemlərdə bu belə olmur. Məsələn,

qiymətlərin tənzimləndiyi, nəzarət altında olduğu planlı təsərrüfat

sistemində qiymət artımı hiss olunmurdu. Xatırladaq ki, bu sistem

şəraitində əmtəə təklifi tələbdən xeyli geridə qalırdı. Əlbəttə,

burada sovet iqtisadi sisteminin xüsusiyyətləri ilə yanaşı iqtisadi

siyasətin, iqtisadi konsepsiyanın özündə də ciddi nöqsanlar var

idi. Məsələn, 1990-1992-ci illərdə inflyasiyanın 2000-2500%-ə

çatmasını əksər sovet iqtisadçıları və o vaxtkı sovet rəhbərləri

dövriyyədə pulun çoxluğu ilə əlaqələndirirdilər. Halbuki, 1991-ci

ildə bu «artıq» pul

19

ümumi daxili məhsulun 32%-ni təşkil edirdi. Əmək haqqı isə

inflyasiya nəticəsində hər ay 20-30% qiymətdən düşürdü.

O dövrdə Sovetlər İttifaqının ümumi borcunun məbləği

109,5 milyard dollar, o cümlədən 80 milyardı valyuta ilə, 29,5%-i

isə İqtisadi Yardım Şurası ölkələri ilə klirinq hesablaşmaları təşkil

edirdi. Xatırladaq ki, o dövrdə alkoqolizmlə mübarizə tədbirləri ilə

əlaqədar olaraq üzüm plantasiyalarının, emal müəssisələrinin

dağıdılması ölkəyə 100 milyard dolira qədər zərər vurmuşdur. Bu,

təxminən ümumi borca bərabər idi.

Postsovet dövlətlərində tələb və təklifin azad tarazlığı dövlət

müəssisələrinin Özəlləşdirilməsindən sonra başladı. Hər bir

müəssisə öz məhsulunu sərbəst qaydada satmaq, başqasından

eyni qaydada almaq imkanı əldə etdi. Qıtlıq yaradan planlı

iqtisadiyyat, təsərrüfatçılıq rejimi yeni şəraitdə kriminal, oliqarxiya

rejimi ilə əvəz edildi. Bəzən bu rejim krimi- nal-oliqarxiya

iqtisadiyyatı adlandırılır. Belə rejim şəraitində qiymətartırma əsas

məqsəd daşıyır. Bu məqsədə çatmadıqda isə istehsalın həcmini

azaltmaq məqsədəuyğun hesab edilir. Bu, azad bazar

iqtisadiyyatında hardasa bir təsadüfi hadisə, hal deyildir. Sanki bu,

həmin sistemin tərkib hissəsi, proqramlaşdırılmış məqsədidir.

Obyektivlik xatirinə onu da demək lazımdır ki, əlverişli daxili və

xarici şərait yetişdikdə qiymətlərin stabilləşməsi halları da olur.

Bunu bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatının stabilləşmə

proqramlarından görmək olar. Lakin bir qayda olaraq sərbəst

rəqabətin prinsiplərinin deformasiyaya uğradığı, sərbəst

qiymətəmələgəlməsi şəraitində kriminal-oliqarxların, inhisarların

inflyasiyalı qiymət spi- ralına təsiretmə imkanları daha da

genişlənir. İqtisadiyyatda sivilizasiyalı davranış oavdaları pozulur,

yeni oyun qaydaları meydana çıxır. Kriminal strukturlar hətta lazım

gətdikdə ma- fioz bazar strukturu formalaşdırır, tam. dolğun

rəqabətə mane

20

olur, hətta rəqib müəssisəsini talan etmək, süni bankrot, iflas

yaratmaq, sifarişli ölüm hallan kimi ən qəddar yollara əl atırlar.

Beləliklə də, öz firma və şirkətlərinin məhsulları, yaxud idxal

etdikləri məhsullar üçün, necə deyərlər, xüsusi avtonom

tələb-təklif tarazlığı rejimi yaratmış olurlar. Qiyməti artırma burada

bazar tarazlığını təmin etməyin əsas mexanizmi, vasitəsi kimi

qiymətləndirilir. Belə şəraitdə, son istehlak məhsullarının qiyməti,

yəni pərakəndə qiymətlər öz real dəyərlərindən, istehsal

xərclərindən dəfələrlə fərqlənir. Bu, heç də iqtisadiyyata, qiymətə

inflyasiya təsirinin nəticəsi deyildir. Bu cəhəti pərdələmək

məqsədilə digər səbəblər, tədavüldə pulun çox- lüğü, əmək

haqqının, əməklə bağlı pul gəlirlərinin artması kimi dəlillərə istinad

edilir.

21

§ 5 İnflyasiya mürəkkəb və ziddiyyətli sosial-iqtisadi

proses kimi.

inflyasiyanın çətin bir problem olması onun özünün

mürəkkəb və ziddiyyətli sosial, iqtisadi proses olmasından irəli

gəlir. Digər iqtisadi hadisə və proseslər kimi inflyasiya problemi də

özünün metodoloji, nəzəri və praktiki məsələlərinin düzgün başa

düşülməsini tələb edir. Lakin oevd etmək lazımdır ki. inflyasiya

nəzəriyyəsi öz bütövlüyünü hələ də tapa bilməmişdir. İnflyasiya,

onun səbəbləri, amilləri, əhaliyə, iqtisadiyyata vurduğu mənfi

hallar-nəticələr sistemli halda öyrənilməmişdir. Həm də nəzərə

almaq lazımdır ki, inflyasiya demək olar ki, bütün iqtisadi

proseslərin, iqtisadi subyektlərin davranışı, mənafeləri, habelə

oyun qaydaları ilə üzvü halda bağlıdır, inflyasiya öz nəticələrini

daha çox sosial təbəqələrdə, sosial proseslərdə də təzahür etdirir.

inflyasiya qlobal İqtisadi sistemlər, beynəlxalq iqtisadi

münasibətlər, beynəlxalq iqtisadi əlaqələr, habelə qiymətlər

sistemi, maliyyə, kredit, pul siyasəti, istehsal amilləri, istehsal

xərcləri ilə də bağlıdır.

İnflyasiya vergilər sistemi, kommersiya, sığorta riskləri,

valyuta məzənnəsi, valyuta riskləri, milli gəlirin yenidən

bölüşdürülməsi. tədavül prosesi İlə vəhdətlik təşkil edir.

Bütün bunlar, əslində, inflyasiyanın ümumi mənzərəsini,

ponaramasını səciyyələndirir, onun həm də çox aspektli bir

problem olduğunu göstərir. Bəlkə də məhz bu səbəbdən

«inflyasiya» anlayışına müxtəlif mövqedən yanaşılır. Məsələn, bir

çox hallarda inflyasiya, dövriyyəyə tələbatdan artıq pul

nişanələrinin buraxılması, onun nəticəsi olaraq dövriyyə

sferasının, kanallarının lazımsız, izafi kağız pul kütləsi ilə

doldurulması kimi başa düşülür. Digər tərəfdən isə inflyasiya

qiymət artımı ilə deyil, təsərrüfat mexanizmi, iqtisadi modellər.

0')

büdcə siyasəti, qızıla olan tələbat amilləri, qızılla dövriyyədə olan

kağız pulun nisbəti, daxili və xarici qiymətlər nisbəti aspektində

yanaşılır.

İnflyasiya milli iqtisadiyyat, istehsal və tədavül arasında baş

verən mürəkkəb, çoxcəhətli təsiredici amillərlə də şərtləşir.

Burada milli iqtisadiyyatın özünün rəqabət qabiliyyəti, tədiyyə

balansı, valyuta problemləri, dövlət maliyyəsi xüsusi əhəmiyyət

kəsb edir. Ona görə də son vaxtlar bir çox iqtisadçılar haqlı olaraq

inflyasiya proseslərinə çoxamilli bir problem kimi yanaşırlar. Bu

kitabın, sətirlərin müəllifi həmişə olduğu kimi, indi də bu fikrin

tərəfindədir. İnflyasiya proseslərinə çoxamilli qaydada yanaşma

bu proseslərin daxili əlaqələri və təsirini aşkara çıxarmağa,

inflyasiyanın baş verdiyi sferalarda- kı qanunauyğunluqları

müəyyən etməyə imkan verir, inflyasiya öz təbiəti etibarilə iqtisadi

hadisə və proseslərlə birbaşa və dolayısı yolla bağlıdır. İnflvasİva

evni zamanda həmin hadisə, proses və amillərin son nəticəsidir.

Burada, sözün həqiqi mənasında, dialektiq əlaqə, determinasiya

halları, birbaşa və əks əlaqə qaydaları mövcuddur, inflyasiya

nəticə etibarilə makro və mikroiqtisadi amillər və proseslərlə bağlı

olur.

İnflyasiya ilk baxışda və birinci növbədə pul və pul amilləri

ilə bağlı olsa da, bu sferada baş verən mütənasiblik hallarının

pozulması nəticəsi olsa da, əslində ictimai məhsulun, ümumi daxili

məhsulun təkrar istehsalı ilə, burada baş verən deformasiya

halları, tsiklik inkişaf meylləri ilə şərtləşir. Eyni zamanda inflyasiya

özü də təkrar istehsalın bütün fazalarına təsir edir. Bu mənada

inflyasiya yalnız pul fenomeni deyil, həm də təkrar istehsal,

istehsal xərcləri fenomenidir. Bu prosesə ki- bernetik, dialektik,

ümumi fəlsəfi, sistem nəzəriyyəsi baxımından yanaşsaq görərik ki,

inflyasiya törədən səbəblə onun nəticəsi arasında ziddiyyət

mövcuddur. Həm də nəticə səbəbi,

23

səbəbsə nəticəni bir növ İnkar edir, daha çox nəticə səbəbə əks

təsir göstərir. Bəzən bunu dönməz termodinamik proseslərlə

eyniləşdirmək olar. Çünki disproporsiyalar artdıqca,

kəskinləşdikcə (məcmuu səbəblər üzündən) inflyasiya öz

hüdudunu aşır və hiperinflyasiya həddinə çatır. Nəticə olan

hiperinflyasiya onu törədən səbəblərin təsirini daha da gücləndirir.

Beləliklə, kibernetikada olduğu kimi mənfi və müsbət əks (qayıdış)

əlaqələr bir-birini tamamlayır, sanki bir-birilə təmasda olur. Həm də

bu əlaqə, qayıdış təsiri təkrar İstehsalın bütün həlqələrində özünü

göstərir. Təkrar istehsalın həlqələri, inflyasiya törədən amillər

vəhdətlik təşkil etdiklərinə görə burada bir növ zəncirvari bir

sosial-iqtisadi proseslər baş vermiş olur. Lakin inflyasiyanın, necə

deyərlər, klassik formasından, dövründən fərqli olaraq qlobal

iqtisadiyyat şəraitində bu sahədə istər nəzəri-metodoloji və istərsə

də praqmatik baxımdan xeyli dəyişikliklər olmuş, yeni şərait

yaranmış, yeni məkan formalaşmışdır. Qlobal iqtisadiyyat, qlobal

təsərrüfatçılıq şəraitində çoxmilli şirkətlərin inkişafı, inhisarların

dövlətlə birləşməsi, dövlətə birbaşa təsiri, pul kreditinin (kredit

pulunun) inkişafı, qızılın pul funksiyasını itirməsi

(demonetizasiyası), K.Marksın pulu xüsusi növ əmtəə adlandırdığı

dövrdən fərqli olaraq kredit pulunun göstərdiyimiz kimi həqiqi, real

pula çevrilməsi, beynəlxalq iqtisadi qurumların fəaliyyətindəki

dəyişikliklər-bunların hamısı pul əmtəəsi, pul və əmtəə

nəzəriyyəsi, inflyasiya nəzəriyyəsində və digər nəzəriyyələrdə

müəyyən modifıkasiyaya və modernizmə gətirib çıxarmışdır. Lakin

bütün bunlar heç də inflyasiyanın əsi! məzmununu dəyişdirə

bilməmişdir. Eyni zamanda K.Marksın dəyər nəzəriyyəsinə kölgə

sala bilməmişdir. Əksinə, ilk baxışda qəribə də olsa, Marksın

əmtəələrin nisbi dəyər konsepsiyası indiki dövr üçün daha müasir

hala çevrilmişdir. İndi dəyərin pul forması, xüsusilə nisbi dəyər

problemi

24

daha aktual əhəmiyyət kəsb edir. Burada digər amillərlə yanaşı

qloballaşma şəraitində ABŞ-ın, beynəlxalq iqtisadi qurumların,

xüsusilə BVF-nin (Beynəlxalq Valyuta Fondu) təsirilə qızılın

demonetizasiya edilməsi prosesini sürətləndirməsi, onun

əvəzində dolların mövqeyinin möhkəmləndirilməsi, bunun qızıla

alternativ olan ehtiyat valyuta kimi qiymətləndirilməsi mühüm rol

oynayır. Hələ 1978-ci ildə BVF-nin tövsiyyəsi ilə qızıl

demonitizasiya olundu və beynəlxalq hesablaşmalarda əsas rolu

dollar oynamağa başladı, pulun mühüm natural forması olan qızıl

burada getdikcə öz əhəmiyyətini İtirməyə başladı. Tarixi

baxımdan qızılın kredit nişanəsi olan kredit pulu sferasında da

modifikasiya baş verdi. Lakin bu hələ kredit pulunun mütləq

mənada ümumi ekvivalent rola malik olması, gerçək, real pulun

olması demək deyildir. Pulun kredit səciyyəsi, təbiəti qızılın da

ümumi ekvivalent rolu oynamasına təsir etmişdir. Bu proses də

inflyasiyanı artıran amil rolunu oynayır. Lakin qızıl zənginlik

vasitəsi kimi saxlanıldıqda, bu, inflyasiyanı artırmır. İnflyasiya

Özünü birinci növbədə nisbi mənada, nəyəsə nisbətən, nə iləsə

müqayisədə göstərir. Məsələn, pulun qiymətdən düşməsi, bir

qayda olaraq müxtəlif çeşidli əmtəələrə, qızıla, dönərli valyutaya,

hər hansı bir xarici valyutaya nisbəti, onlarla müqayisə edilməsi

yolu ilə müəyyənləşir, aşkar edilir. Burada valyuta məzənnəsi,

valyutanın real alıcılıq qabiliyyəti əsas şərtdir. Pulun inflyasiyası

həm də qızılın bazar qiymətində də özünü göstərə bilir. Digər

tərəfdən isə qızılın bazar qiyməti yalnız inflyasiyadan deyil, həm

də ölkənin iqtisadi durumundan, valyuta məzənnəsindən, habelə

bir çox subyektiv amillərdən, spekulyativ əməliyyatlardan asılı

olur. Göründüyü kimi, inflyasiya bir tərəfdən özünəxas olan

məntiqi qanunauyğunluqları, digər tərəfdən isə iqtisadi inkişaf,

maliyyə problemləri ilə sintez təşkil edir.

25

inflyasiyanı yalnız pul tədavülü qanununun pozulması kimi

deyil, həm də iqtisadi inkişafda zəruri nisbətlərin pozulmasının

nəticəsi kimi də qiymətləndirmək lazımdır. Axı pulun qiymətdən

düşməsi amilləri də eyni, birmənalı deyildir. Ona görə də

inflyasiyaya sadəcə olaraq qiymət artımı kimi yanaşmaq düzgün

olmazdı. Həm də qiymət artımı inflyasiya amilləri ilə bağlı olmaya

da bilər. Qiymət artımında spekulyativ halların da müəyyən rolu

vardır. Ona görə də inflyasiyanın mahiyyəti ilə təzahür formaları

arasında müəyyən ziddiyyətlər ola bilər. Hadisələrin təzahür etmə

formaları heç də bütün hallarda mahiyyətə uyğun gəlmir,

mahiyyəti araşdırmağa xidmət etmir. Bəzi dünya ölkələrinin

təcrübəsi göstərir ki, dövlətdə olan müəyyən qüvvələr, inhisarçı

qruplaşmalar inflyasiyadan cəmiwətin milli gəlirini, ölkənin milli

sərvətini venidən bölüşdürmək vasitəsi kimi istifadə etmişlər.

Qəribə də olsa, inflyasiyaya edilən belə bir müdaxilə, subyektiv

yanaşma hallan yalnız pul amilləri sferası ilə məhdudlaşmır,

istehsal, əmtəə satışı, müxtəlif təsərrüfatçılıq sferaları, gəlirlər və

xərclər, borc kapitalı və onun təklifi, yığım, istehlak, defitsit

maliyyələşdirmə və s. sahələrdə də özünü göstərir. Dövlət

səviyyəsində isə inflyasiyadan bəzən dövlət xərclərinin, xüsusi

olaraq, hərbi xərclərin örtülməsi üçün istifadə edilir. Lakin

postsovet dövlətlərində inflyasiya heç olmazsa bu məqsədə də

xidmət etmir, bundan müəyyən qrup inhisarçılar faydalanır.

Cəmiyyət gəlirlərinin qeyri-məhsuldar halda İstifadə olunması da

maddi nemətlərin müvafiq artımı olmadığı bir vəziyyətdə əlavə

tədiyyə tələbini artırmış olur ki, bu da inflyasiyaya təkan verir.

Qloballaşmış dünya təsərrüfat sistemi şəraitində ayn- ayn

ölkələrin iqtisadi əlaqələr və münasibətlər baxımından bir-birindən

qarlışlıqlı asılılığı inflyasiya proseslərini də necə deyərlər

beynəlmiləlləşdirmişdir. Milli əmtəə bazarı ilə dünya

26

bazarları arasında əlaqələr dərinləşmiş, bu prosesə beynəlxalq

şirkətlərin, valyuta-kredit qurumların, aparıcı ölkələrin iqtisadi

siyasəti təkan vermişdir. Həmin proseslərin nəticəsi olaraq obrazlı

halda deyildiyi kimi, ixrac və idxal edilən inflyasiya da (xarici

amillərin təsiri nəticəsində) öz təsirini göstərmiş olur. Bu, birinci

növbədə dönərli valyutalar vasitəsilə ixrac edilir. Məsələn, dünya

ölkələrində, beynəlxalq hesablaşmalarda tədiyyə balansı

çatışmamazlığı, kəsiri dollarla, qismən də avro vasitəsilə həyata

keçirildiyinə görə bu, inflyasiya ixracı üçün əsas ötürücü vasitə

hesab olunur.

İnflyasiya ölkənin hər hansı bir dövrü, iqtisadi durumu üçün

səciyyəvi olan adekvat haldır. Lakin inflyasiya lokal, regional,

dünyəvi səciyyədə ola bilər. Həm də göstərdiyimiz kimi, yalnız

daxili amillər deyil, xarici amillər hesabına da formalaşa bilər. Həm

də burada konkret situasiyadan asılı olaraq inflyasiya ölkənin

inkişafı baxımından müvəqqəti də olsa pozitiv, bir çox hallarda isə

neqativ amil rolunu oynayır. Ona görə də inflyasiya proseslərini,

inflyasiya sferalarını nəzarətdən- kənar mütləq bir hadisə kimi də

qiymətləndirmək düzgün olmazdı. inflyasiya nəzəriyyəsi,

metodologiyası onun özünün konkret və ümumi, məntiqi

qanunauyğunluqlarını aşkara çıxarmağa İmkan yaratmalıdır.

İnflyasiya çətin və mürəkkəb sosial-iqtisadi proseslərlə bağlı

olduğuna görə əvvəllər göstərdiyimiz iqtisadi hadisələrlə yanaşı,

İşsizlik, əhalinin məşğulluğu, real gəlirlərinin azaldılması,

sahibkarlıq fəaliyyəti, investisiya kimi problemlərlə də vəhdətlik

təşkil edir. İnflyasiya müvəqqəti pozitiv cəhətləri ilə müqayisədə

daha çox neqativ, dağıdıcı səciyyə daşıyır. İnflyasiya qeyri-sabit,

tsiklik iqtisadi inkişafın əsasında durur. Lakin inflyasiyanın özünü

də kortəbii bazar sistemi, onun qanunları müəyyən edir.

27

§6 İnflyasiyanın mənfi sosiai-iqtisadi nəticələri.

İnflyasiyanın neqativ sosial, iqtisadi nəticələri vardır. Bu,

özünü aşağıdakı istiqamətlərdə göstəriri) Qiymətin əmələ

gəlməsinin bazar mexanizmlərinin, tələb strukturunun, iqtisadi

subyektlər arasındakı əlaqələrin deformasiyaya uğraması. 2) Pul

gəlirlərinin azalması, qiymətdən düşməsi. 3) Pul-kredit sisteminin

pozulması, kredit verməyə kreditorun marağının azalması. 4)

İnvestisiyaya mənfi təsir etməsi (kapitalın istehsaldan ticarətə

meyl etməsi, uzun müddətli sərmayə qoyuluşunda risklərin

çoxalması). 5) Dövlət maliyyəsinə təsiri (büdcə kəsirinin pul kütləsi

artırmaqla örtülməsi, xərclərin qiymətdən düşməsi). 6) Xarici

iqtisadi əlaqələrə (tədiyyə balansına, milli valyutanın qiymətdən

düşməsinə, xarici borcların ödənilməsinə). 7) Az təminatlı əhaliyə

mənfi təsiri.

İnflyasiyanın xalis iqtisadi baxımdan nəticələri onun

İstehsal amillərinə təsirində özünü göstərir, iqtisadi baxımdan

inflyasiyanın təsiri geniş miqyaslıdır. Mikroiqtisadi səviyyədə

istehsal amillərinə təsiri makroiqtisadi səviyyədə məcmu milli

məhsul, ümumi daxili məhsul, milli gəlir, son məhsul, təkrar

istehsal fazaları, iqtisadi artım və ya azalma ilə bir sıra

makroiqtisadi iqtisadi nisbətlərlə şərtləşir. Düzdür, məhdud,

mülayim inflyasiya iqtisadi artıma müsbət təsir edir, təkrar istehsal

üçün əlverişli şərait yaradır. Bu mənada mülayim inflyasiyanın, o

cümlədən «sürüşkən» inflyasiyanın stimulya- radıcı

səmərəliliyindən danışmaq olar. Əlbəttə, bu səmərə təkrar

İstehsalın konkret fazaları, müxtəlif kateqoriyalı gəlirlər və xərclər,

şəxsi və dövlət istehlakı, iqtisadiyyatın strukturu, son milli məhsul,

büdcə gəliri və kəsiri, tədiyyə balansı, valyuta məzənnəsi, pul

dövriyyəsi, dövlət borcları, istehsal xərcləri və s. ilə birgə paralel

halda öz ifadəsini tapmalıdır. Təklif və tələbin tarzlığı, pul

kapitalının investisiyalaşması, təkrar isteh

28

sal prosesində disproporsiyaların olmaması, əmtəə və pul

axınının bir-birinə uyğunluğunun təmin edilməsi burada mühüm

şərtdir, istehsal investisiyasına üstünlük vermək, investisiyanın

İmkanlarından səmərəli istifadə etmək ən vacib problemdir.

Nəzəri və praqmatik baxımdan tsiklik inkişafın fazaları-böhran,

depressiya, canlanma və yüksəliş problemlərinin ayrı-ayrılıqda və

bütövlükdə inflyasiya prosesləri ilə əlaqəsi, əlaqə dərəcəsi sistemli

və həm də çoxaspektli qaydada təhlil edilməlidir, təkrar İstehsal

şərtlərinin inflyasiya ilə əlaqə hüdudu müəyyənləşməlidir, burada

hansı nöqtələrin üst-üstə düşməsi və ya düşməməsi

aydınlaşdırılmalıdır. Lakin bir sıra inhisarlar inflyasiyadan, qiymət

artımından istehsalı genişləndirmək, avdanlıqlardan, istehsal

güclərindən səmərəli istifadə etmək məqsədilə deyil, qiyməti

yüksəltməklə İqtisadi artıma nail olmağa üstünlük verirlər. Belə

artımı saxta, inflvasivalı artım adlandırmaq olar. Əlbəttə, inflyasiya

sferası üzrə müqayisəli qiymətlərlə milli hesablaşmalar sistemi

yaradılsa, belə halların qarşısı alınar. Həm də belə bir cəhəti

nəzərə almaq lazımdır ki, inflyasiya şəraitində əhalinin tədiyyə

qabiliyyəti aşağı düşdüyünə görə bu, həm şəxsi istehlakı, şəxsi

yığımı azaldır, lakin sahibkar sektorun yığımı artır ki, bu da əsasən

inhisar qiymətləri və gəlirləri gizlətmək hesabına olur.

Hesablaşmaların, məhsul həcminin, gəlirlərin və s. müqayisəli

deyil, cari qiymətlərlə aparılması real prosesləri uzunmüddətli

dinamik halda hesablamağı çətinləşdirir. Bəzən elə olur ki,

İnhisarlar real iqtisadi artım olmadan belə artıq mövcud olan

gəlirlərin inflyasiya yolu ilə yenidən bölüşdürülməsindən qazanc

əldə etmək imkanını əldə edirlər.

inflyasiya birinci növbədə aztəminatlı əhali qruplarına mənfi

təsir edir, onların iş qüvvəsinin təkrar istehsalı şəraitini pisləşdirir,

real gəlirləri və faktiki istehlakını məhdudlaşdırır.

29

Bu, həm də çox incə yolla-inflyasiya mexanizmi vasitəsilə həyata

keçirilir. Bunu gəlirlərin yenidən bölüşdürülməsinin inflyasiya amili,

mexanizmi adlandırmaq olar. Bu prosesdə yalnız bazar amili,

mexanizmi deyil, həm də iri inhisarlar, banklar, beynəlxalq

qurumlar, bəzi hökumət təşkilatlan da iştirak edir. Bu faktın özü də

inflyasiya qaydasında gəlirlərin aztəminatlılar hesabına yenidən

bölüşdürülməsi yalnız məzmunca deyil, həm də formaca sosial

hadisə olduğunu sübut edir. Burada əmlak və sosial bərabərsizlik

vəhdətiik təşkil edir. Bu, həm də inflyasiyanın sosial mənasını

ifadə edir.

İnflyasiyanın aztəminatlı əhaliyə sarsıdıcı təsiri həyatın

dəyərinin artdığı, təhsilin, səhiyyənin pullu sistemə keçdiyi, ən

dəhşətlisi-işsizliyin olduğu şəraitdə daha aydın hiss olunur.

İnflyasiya bütün cəmiyyətə, müəssisələrə təsir edir. Lakin

bu təsir bütün sostai qruplara eyni dərəcədə təsir etmir. İnflyasiya

gəlirlərin, pul resurslarının yenidən bölüşdürülməsi funksiyasını

da icra edir. İnflvasiva voxsul ailələr ücün sanki məcburi verai

rolunu ovnavır. İnflyasiyadan eyni zamanda borclular da {fiziki və

hüquqi) udur, uduzanlar isə kreditorlar, borc verənlərdir. Burada

hüquqi şəxslərin birtərəfli, qarşılıqlı borclarının inflyasiyası,

gəlirlərin (fiziki, hüquqi) inflyasiyası və s. özünü daha aydın büruzə

verir. Həmçinin satmağa əmtəəsi, malı, xidmət göstərməyə imkanı

olmayan, habelə məddahlıq üçün qeyri-əxlaqi potensialı da

olmayan insanın inflyasiyadan itkiləri çox olur, yüksəlmiş qiymətlə

əmtəə alır, əmanətləri isə tükənmiş olur. Yığımlar sanki

inflyasiyanı bağlayır, qeyrətini isə satıb qazanc əldə edə bilmir.

Bütün bunlar və digər hallar özəl mülkivvəti. Öz satıs imkanı

olmayanları inflvasiva təzviai altına salır, sərəncamında

olub-qalan pul vəsaitini. vıöımını zəruri əmtəələrə çevirmə

prosesini sürətləndirir və onu qısa bir müddətdə tükəndirir.

bazarda uğursuz möv-

30

ge tuturlar. Bununla belə, inflyasiya cəmiyyətin müəyyən qrup

üzvləri, fiziki və hüquqi şəxslər üçün əlverişlidir, qazanc

mənbəyidir. Həmin sərfəlilik açıq, gizli, korrupsiyalı və hətta liberal

bazar prinsipləri üzrə baş verir. Tələb və təklif prinsipləri məq-

■sədii halda deformasiya edildikdə hətta istehsal xərcləri yüksək

olan, az səmərəli, aşağı əmək məhsuldarlı istehsal sahələri və

müəssisələrdə belə qiymətartırma yüksək mənfəət əldə etməyə

imkan verir. Həm də yüksək qiymətlər şəraitində məhsul və

xidmətlərin keyfiyyətinin aşağı düşməsi, bir sıra əmtəələr üzrə

qiymətartımının rəsmi statistikada qeydə alınmaması da

inflyasiyanı süni qaydada boğur, onu bəzən gizli, pərdəli hala

salır. Planlı təsərrüfat modeli, keçmiş SSRİ şəraitində qiymətlərin

xərclərə uyğun gəlməməsi (qiymət xərcdən aşağı olduqda) əlavə

büdcə ayırmaları, dotasiyalar vasitəsilə həll edilirdi. Bir sözlə,

dövlət itirirdi, qazanmırdı, indi İsə bundan dövlət itirməsə də

qazanmır, qazanan inhisarçılar, soe- kuivativ ünsürlər olur.

Halbuki, qiymət, inflyasiya, bütövlükdə iqtisadi siyasət, iqtisadi

islahatlar elə aparılmalıdır ki, bütün bunlar ümumi əhalinin

iqtisadi, sosial mənafelərinə uyğun gəlmiş olsun. Bunun üçün

birinci növbədə antiinflyasiya tədbirləri effektli olmalıdır, dövlət

xərcləri, dövlət və əhali gəlirləri düzgün olaraq idarə edilməlidir.

Bunun üçün əhali dövlət tərəfindən inflyasiya nəticələrindən hər

an və ardıcıl qaydada qorunmalıdır, bundan bİri çox itirib, o biri

çox qazanmamalıdır. Əlbəttə, inflyasiyadan qorunmaq asan

problem deyildir. Ona görə də birinci növbədə inflyasiyanın

neqativ tərəfləri neytrallaşdırılmalıdır, kölgəli, gizli bazarın kölgəli

işğalı aradan qaldırılmalıdır. İqtisadi hikimiyyət bunları dərk

etməlidir. Dərk etməlidir ki, inflyasiya həm də qiymətlə gəlirlər,

gəlirlərlə xərclər arasındakı əlaqəni təhrif edir, bu nisbətlərdə

zəruri meyarları, dəyişiklikləri nəzərə almır.

31

II FƏSİL. İNFLYASİYANIN ƏMTƏƏ TƏLƏBİ VƏ

TƏKLİFİ ASPEKTLƏRİ.

§ 7 İnflyasiyalı tələb nəzəriyyəsi

Əksər Qərb iqtisadçıları, ümumiyyətlə dünyanın iqtisadçı

alimləri inflyasiyanı həm gəlir və xərclərlə birlikdə, bəzən yalnız

gəlirlə əlaqələndirirlər. Lakin inflyasiyanın səbəblərinə gələndə

əsas səbəbkar, günahkar sadə adamlar, istehlakçı kütləsi hesab

olunur. Burada hansı məntiqə istinad edilir? Əsas kimi o götürülür

ki, sahibkar, dövlət xərc çəkir, nəticədə tələb (spros) yaranır. Onda

sual olunur; sahibkar, məmur istehlak etmirmi, onların bütün

gəlirləri yalnız investisiya kapitalı iləmi bağlıdır? Həm də nəzərə

alsaq ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da

əhalinin 10-15 faizi bütün ölkə üzrə gəlirlərin 80%-dən çoxuna

sahibdirsə, inflyasiyaya 80%-in təsiri çox olar, yoxsa 85-90faiz az

gəlirli əhalinin? Bu məsələdə Keyns bir çox iqtisadçılardan sağlam

fikrə malik olsa da, o da belə hesab edirdi ki, istehsal amiliəri işə

salındıqda, istehsal güclərindən səmərəli istifadə edildikdə,

bundan irəli gələn xərclər, fəaliyyət növü inflyasiya yaradır. Onda

belə bir sual da meydana çıxır, inflyasiya olmamaq üçün istehsal,

iqtisadi artım olmamalıdır? Bundan başqa, bu halda şəxsi təiəbi,

istehlakı istehsal xərcləri, istehsal istehlakı ilə necə

əlaqələndirməli? Hətta elə iqtisadçı var ki, əmək haqqını

qeyri-məhsuldar xərc kateqoriyasına aid edir, heç olmasa, işçi

qüvvəsinin istehsal amili olmasını yaddan çıxarmaq lazım deyildir.

Əgər bu belədirsə, onda istehsal nə üçündür, kimin üçündür. Əgər

sahibkar istehsal resursları ilə bir qaydada tələb yaradırsa, işçi öz

gəlir resursu iiə başqa cür tələb yaradır, lakin hər ikİsİ tələb

yaradır. Ona görə də bir resursu inflyasiyalı, digər resursu

qeyri-inflyasiyalı adlandırmaq problemə qeyri-ciddi yanaşmaq

demək olardı.

32

Adətən inflyasiyanın aşağı salınmasından söhbət

gedərkən birinci planda tələbin məhdudulaşdırılması, tələbin

təzyiqə məruz qalması zəruriyyəti göstərilir. Tələbin

məhdudlaşdırılması əslində istehlak bazarının və kredit

resurslarının məhdudlaşdırılması deməkdir. Bu isə, nəticə

etibarilə təklifin özünün məhdudlaşmasına səbəb ola bilər.

Demək, inflyasiya təhlükəsi pulun əmtəə təminatı problemini

yenidən başqa formada meydana çıxa bilər. Ona görə də tələbin

məhdudlaşdırılması promleminə diqqətlə, həssaslıqla yanaşmaq

lazımdır.

İstehsal artımı ilə istehlakın artımı arasındakı proporsi-

yalar bazar sistemi şəraitində üst-üstə düşmür, istehsalın artımı

eyni nisbətdə və dinamikada istehlakı təmin etmir, eyni templə

qiymətləri aşağı salmır. Buna məhdudluq yaradan birinci növbədə

əhalinin tədiyyə qabiliyyətinin özünün məhdudluğudur. K.Marks

Rikardonun bu məsələyə dair fikrini nəzərdən keçirərək

yazmışdır: « Əgər ifrat istehsal yalnız millətin bütün üzvlərinin heç

olmazsa ən vacib tələbatını ödədikdən sonra başlana

bilsəydi...onda ifrat istehsal baş verə bilməzdi...Əgər

bazar...əmtəələrlə dolmuşsa, məgər bu o deməkmi- dir ki, millətin

heç olmasa yalnız üçdə iki hissəsi özünün ayaqqabıya, çitə və

şairəyə olan tələbatını mükəmməl təmin etmişdir? İfrat İstehsal ilə

mütləq tələbat arasında ümumiyyətlə nə kimi əlaqə vardır? ifrat

istesal yalnız tədiyyə qabiliyyətli tələbat ilə əlaqədardır.))'

Ən vacib problmlərdən biri əmtəələrin qiymətlərinin

qalxması ilə pulun qiymətdən düşməsi arasındakı əlaqənin

araşdırılmasıdır. Müasir iqtisadçıların əksəriyyəti bu iki prosesi

-eyniləşdirirlər. K.Marks 1797-1813-cü illərdə İngiltərədə əkinçilik

məhsullarının, o cümlədən buğdanın qiymətinin qalx-

K.Marks, İzafi dəyər nəzəriyyələri, «Kapital» 4-00 cild, 1968, səh, 571

33

ması və onun orta mənfəət normasına təsirini öyrənərək başqa bir

nəticəyə gəlmişdir. O, yazırdı: «...həmin dövrdə buğdanın

qiymətinin yüksəlməsini pulun qiymətdən düşməsi ilə izah etmək

təşəbbüsü tamamilə mənasızdır... Bundan başqa, qiymətlər hələ

pulun qiymətdən düşməsi başlanmamışdan çox əvvəl artmağa

başlayır. Pul qiymətdən düşməyə başladığı andan isə. sadəcə

olaraq qiymətlərdən müvafiq hissə çıxılmalıdır.»'

K.Marks xammal, materialın qiymətləri ilə əmtəə qiymətləri

arasında üzvü əlaqənin olmasını vaxtilə aydın şəkildə

göstərmişdir. O, yazırdı: «Qiymət (ucuzlaşmış xammaldan

hazırlanan məmulatın qiyməti) aşağı düşürsə də, mənfəət

norması yüksəlir, əks halda isə, qiymətlərin (bahalaşmış

xammaldan hazırlanan məmulatın qiymətinin) yüksəldiyi şəraitdə

mənfəət norması aşağı düşə bilər.»^

Qiymətlərin qalxmasının dəyərlə izafi dəyər arasındakı

nisbətə təsirini, izafi dəyərin müvafiq proporsional kəmiyyətlərlə

əlaqəsini, orta qiymətlərin formalaşmasının bəzi məsələlərini hələ

vaxtilə K.Marks tərəfindən iqtisadçı Rodbertusun, Andersonun

görüşlərini araşdırarkən nəzərdən keçirmişdir. K.Marks yazırdı:

wGörünür, cənab Rodbertus bu şeyləri bir-biri ilə daim qarışdırır

və məhsulun sadəcə bahalaşmasından izafi dəyərin daha çox

olduğu nəticəsini təbii»® hal kimi qiymətləndirir. K.Marks

Rodbertusun məhsulun bahalaşmasının İzafi dəyər norması ilə

əlaqəsi haqqındakı fikrini tənqid etməklə yanaşı yazır: «...bu,

ancaq o zaman doğrudur ki, birinci halda avans edilmiş kapital

ikinci haldakına nisbətən artıq olsun, yəni keçmişdə ucuz məhsul

nə qədər istehsal edilmişsə, ba-

' K.Marks. İzafi dəyər nəzəriyyələri. «Kapital» 4-cü cild, 1968, səh.

518.519 " K.Marks. İzafi dəyər nəzəriyyələri. «Kapital» 4-cü cild, 1968,

səh. 491 ^ K.Marks, İzafi dəyər nəzəriyyələri. «Kapital» 4-cü cild, 1968,

səh, 136

34

ha məhsul yenə o qədər istehsal edilsin, yaxud daha ucuz

məhsulun miqdarının artması...baha məhsulun miqdarının

müvafiq dərəcədə artmasını nəzərdə tutsun»’

Bəzi iqtisadçıların düşündüyü kimi inhisarçılığın İnhisar

qiymətləri əmələ gətirməsi, bu problemin genezisi heç də inhisar

birliklərin, inhisar strukturların formalaşması ilə meydana

gəlməmişdir. K.Marks D.Rikardonun, A.Smitin, fizokratların,

Maltusun xərc qiyməti nəzəriyyəsini tənqidi qaydada araşdırarkən

nəzərdən keçirmişdir. K.Marks yazırdı: «Renta əkinçilik

məhsullarının inhisar qiymətindən ona görə irəli gəlir ki, bu

məhsulların təklifi...həmişə tələb səviyyəsindən aşağıda durur,

yaxud tələb həmişə təklif səviyyəsindən yuxarıda durur. Bəs nəyə

görə əlavə təklif həmin nisbəti tarazlaşdırmır...Bunu izah etmək

üçün Maltus bir tərəfdən, belə bir fiksiyaya əl atır ki, guya əkinçilik

məhsulları özləri üçün bilavasitə istehlakçılar yaradır, ...digər

tərəfdən isə...əlavə təklif daha artıq miqdar əməyə başa gəldiyi

üçün, əkinçilik daha az məhsuldar olur.»^

K.Marks İnhisar qiymətlərini haqlı olaraq mülkiyyət

münasibətləri, mülkiyyət formaları ilə əlaqələndirir. O yazır;

«...renta əkinçilik məhsullarının inhisar qiymətindən irəli gəlir,

inhisar qiyməti isə ondan irəli gəlir ki, torpaq mülkiyyətçiləri torpaq

üzərində inhisara malikdirlər.

inflyasiya nəzəriyyələri, inflyasiya prosesləri bir-birilə

əlaqədardır. Bu proseslər xətti və qeyri-xətti olur, birbaşa və əks,

qayıdış əlaqələri formasında olur. Biz burada, habelə digər

nəzəriyyələri, konsepsiyaları nəzərdən keçirərkən onların

inflyasiya ilə olan aspektlərini, həm də bizim nöqteyi-nəzər-

’ yenə orada, səh. 136-137

' K.Marks. İzafi dəyər nəzəriyyələri. «Kapital» 4-cü cild, 1968, səh.

175 ’ yenə orada, səh 175

35

dən çatışmayan cəhətlərini qısa olaraq yığcam halda nəzərdən

keçirəcəyik.

Vacib problemlərdən, özünə tarixən uzun müddət mövqe,

yer tapmış konsepsiya dəyər konsepsiyasıdır. Bu, vaxtilə fransız

İqtisadçısı J.B.Sey tərəfindən irəti sürülmüş və indi də dəbdədir.

Konsepsiyanın qısa mahiyyəti belədir: dəyər tələb və təkliflə

müəyyən edilir. Bu. əslində Marksın dəyərin əmək nəzəriyyəsinə

qarşı qoyulan alternativ nəzəriyyədir. Biz indiki halda bu problemə

toxunmayacayıq. Lakin onu qeyd etmək istərdik ki, tələb və təklif

bazar konyukturası ilə bağlı olan bir. proses olduğuna görə burada

dəyərlər müxtəlif qiymətlər ala bilər, ən başlıcası-dəyərlə qiymət

arasında kənarlaşma halları ola bilər və olur. Qiymət dəyərin

ifadəsi olsa da, bütün hallarda onun adekvat ölçüsü ola bilməz.

Tələb və təklif də öz növbəsində real həyatda həmişə üst-üstə

düşmür, mütləq səciyyə daşımır. Lakin bir çox iqtisadçı alimlər,

praqmatiklər bazar tarazlığını sanki mütləq bir iqtisadi hal kimi

qəbul edirlər. Məsələn, Amerikanın dünya miqyaslı iqtisadçı,

riyaziyyatçı alimi R.Allen problemə bu cür mücərrəd halda yanaşır.

Buradakı funksional asılılığı aşağıdakı kimi ifadə edir: C^5j=P^sj_

Burada C-bazar tələbi, P-təklif, S-əmtəənin qiyməti. Əvvəla,

buradakı asılılıq müasir dövrdə heç də mütləq elastikliyə malik ola

bilməz. İkincisi, bu model vasitəsilə qiyməti dəyərdən fərqləndirən

səbəbləri, amilləri aydınlaşdırmaq olmaz.

Ümumiyyətlə məqsədimiz yalnız tələb və təklif arasındakı

nisbətlərin deformasiya hallarını göstərmək deyil, həm də, ən

başlıcası, dəvərlə qivmətin eyniləşdirilməsi, dəyərin konyuktura

qaydasında müəyyən edilməsini irəli sürən konsepsiyanın

tənqididir. Həm də nəzərə almaq lazımdır ki, dəyərdən fərqli olaraq

qiymətin müəyyən edilməsi subyektiv amillərdən, situasiyalardan.

risqIərdən daha çox asılı olur.

36

İnflyasiya baxımından pulun nominalist nəzəriyyəsi xü-

susi əhəmiyyət kəsb edir. Pulun nominalist və metal

nəzəriyyəsi-hər ikisi müasir nəzəriyyələr olsa da, bir-bİrinin

alternatividir. Metal nəzəriyyə pulun qiymətdən düşməməsi, ona

etimadın artırılması, pul sferasına dövlətin müdaxiləsini azaltmaq

və s, məqsədilə onun (pulun) qızıl standartını yenidən bərpa

etmək ideyasını irəli sürürlər. Bu ideya hələ 300- 400 il əvvəl tarixə

malik olsa da, ük baxışda yenə də müəyyən elmi-praktiki maraq

doğurur. Lakin müasir inhisarçı dövlət şəraitində, pul tədavülü və

xüsusilə kreditin rolunun artdığı, qloballaşmanın dərinləşdiyi, pul

emissiyasının genişləndirildiyi bir şəraitdə bunu etmək xeyli

çətinliklər (hətta texniki, hesablaşma) törədə bilər. Görünür, bu

səbəbdən pulun nominalist nəzəriyyəsi özünə daha geniş mövqe

qazanmışdır. Nominalist nəzəriyyəçilər pulu əmtəə hesab etmirlər,

metal substansiyası olmayan adİ pu! nişanları sayırlar, İngilis

idealist filosofu D,Berkli hələ 300 il əvvəl bu ideyanı irəli sürmüş,

pulun maddi məzmununu inkar etmiş, onu adi bilet, hesablaşma

nişanı kimi qiymətləndirmişdir, Nominalist nəzəriyyə ikinci dünya

müharibəsindən sonra hakim mövqe qazanmağa başladı, Lakin

bundan xeyli əvvəl Keyns pulun nominalist mövqeyini qətiyyətlə

müdafiə etmiş, onu həqiqi ödəniş vasitəsi kimi qiymətləndirmişdir.

Lakin burada, ümumiyyətlə pul anlayışı ilə kağız pu! anlayışı

eyniləşdirilir. Həm də nəzərə almaq lazımdır ki, kağız pul pulun

beş funksiyasından əsasən iki funksiyasını (tədavül vasitəsi və

ödəniş vasitəsi) icra edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,

pulun kəmiyyət nəzəriyyəsi də onun dəyər ölçüsünə malik

olduğunu inkar edir, tədavülə qədər dəyərə malik olmadığını

deyirlər. Məsələn, belə bir misal gətirilir ki, əgər qiymət qalxırsa,

dolların dəyəri aşağı düşür, çünki ona az əmtəə almış olursan.

37

Hesab edirlər ki, pul vahidinin alıcılıq qabiliyyəti onun

dəyərini müəyyən edir. Bir sözlə, səhvən belə bir ideya irəli sürülür

ki, əmtəə qiyməti, dəyəri tədavüldə müəyyən edilir. Ona görə də

pulun dəyəri, əmtəənin dəyəri və pulun kəmiyyəti arasındakı əlaqə

ziddiyyətli halda izah edilir, dəyərin qiymətin əmələ gəlməsində

istehsal şəraiti nəzərə alınmır.

Ayrı-ayrı iqtisadi proseslərin, hadisələrin birtərəfli, qeyri-

ardıcıl halda tədqiqi Qərb iqtisadçıları üçün səciyyəvi haldır. Bəlkə

də bir çox anlaşılmazlıqların əsas səbəbi də buradan irəli gəlir. Bir

qrup iqtisadçı alimlər istehsalla istehlak arasındakı ziddiyyətləri

inkar edir, eyni zamanda, əmtəə, məhsul satışını əsas problem

sayır. Biri iqtisadiyyatın öz-özünə təşkilindən danışır, eyni

zamanda tənzimlənməni zəruri hesab edir. Başqa biri təklifi, digəri

tələbi əsas götürür. Məsələn, A.Marşalı, D.B.Klark geniş təkrar

İstehsal üçün əsas şərt kimi resurslar təklifini irəli sürürlər. Keyns

isə vacib şərt kimi tələbi əsas hesab edir, əsas problemi, böhranlı

vəziyyəti səmərəli tələbin olmamasında görür, bunu bəzən

psixoloji qanunlarla, prinsiplərlə izah edir. Burada kim haqlı, kim

haqsızdır? Hər ikisi haqlı və haqsızdır. Ən haqlı cəhət, variant

tələb və təklifi ayrılıqda, əlahiddə deyil, vəhdət halında

götürməkdir. Əlbəttə, ayrı-ayrılıqda nəzəri-metodoloji baxımdan

tələb və təklifə təsir edən amilləri, şərtləri öyrənmək olar. Bu da

çox önəmlidir. Lakin təkrar istehsal, onların mövcud dörd

fazalarının əlaqəliliyi baxımından burada əlahəddiliyə yol vermək

olmaz.

Keyns öz əsərlərində sərmayə qoyuluşuna, investisiyanın

səmərəli təklifə təsiri məsələlərinə, istehsal, investisiya imkanı ilə

alıcılıq qabiliyyəti arasındakı fərqlərə, onları törədən amillərə daha

çox diqqət yetirmişdir. E.Xansen burada təkrar istehsalla, iqtisadi,

sosial münasibətlərlə bağlı məsələlərə toxunsa da, Keynsin dövlət

tənzimlənməsi elmi mövqeyinə keç

38

deyil, imkanla, maddi imkanla bağlıdır ki. burada pul gəlirləri

həlledici rola malikdir. Demək, tələb (tədiyyə tələbi) tələbatdan

fərqli olaraq gəlirlə məhdudlaşır. Ona görə də alıcılıq tələbi iqtisadi

amillərlə şərtləşir. Bərabər şərait daxilində isə tələb demoqrafik

amillərlə, adamların mədəni səviyyəsi, həyat tərzi, məşğulluğu,

yaşı, motivləri və s. ilə də müəyyən edilir.

Tələbin dəyişməsinin qeyri-qiymət amillərinə isə

aşağıdakılar aiddir; 1. İstehlakçıların zövqü və ayrı-ayrı əmtəələrə

üstünlük verməsi. 2. istehlakçıların gətirləri. 3. Potensial alıcıların

sayı.

Təklifin qeyri-qiymət amillərinə aşağıdakılar aiddir: 1.

istehsal xərcləri. 2. Vergiyə cəlbetmə səviyyəsi. 3. İstehsalın

texnika və texnologiyası. 4. İstehsalçıların iqtisadi gözləmələ- ri. 5.

İstehsalçıların miqdarı və yaxud məcmuu bazar təklifi.

40

§8 Əhalinin tədiyyə qabiliyyəti, gəlirləri və

inflyasiya

Əhalinin tədiyyə qabiliyyəti ilk baxfşda sadə bir anlayış kimi

nəzərə çarpsa da, nəticə etibarilə çox amilli proseslərlə- əmtəə

istehsalçıları, əmtəə təklifi, tədiyyə qabiliyyətli alıcılarla, ümumi

daxili məhsulun (ÜDM) həcmi və strukturu, əhalinin mədaxil və

məxaric balansı, pul tədavülü, əhalinin istehlak səviyyəsi, müvafiq

sosial proqramlar, əmək haqqı ilə birbaşa əlaqədardır. Ona görə

də institusional baxımdan əhalinin tədiyyə qabiliyyəti əmtəə və

fond birjası, kredit resursları sistemi (banklararası bazar),

idxal-ixrac əməliyyatları, onun həcmi, müəssisələrin

debitor-kreditor borclarının həcmi, iqtisadiyyatın strukturu və s. itə

də şərtləşir. Tədivvə qabiliyyətinin ən başlıca xüsusiyyətlərindən

biri onun həm təklif və həm də tələb amilləri ilə formalaşmasıdır.

Tədivvə qabiliyyəti əmtəələr və xidmətlərin fiziki həcmi, qiymətlər

və aralıq istehlak vasitəsilə ÜDM-lə, ÜDM isə onun

bölüşdürülməsi və istifadəsi mexanizmi ilə tədiyyə qabiliyyətinə

təsir edir. Tədiyyə qabiliyyəti əmtəə və xidmət təklifinin pul

təminatı ilə əlaqədardır. İstehlakçıların məcmuu pui təminatı

əmtəə və xidmətlərin həcmini əhəmiyyətli dərəcədə üstələdikdə

inflyasiya baş verir. Lakin İndi Azər- bacyanda belə bir hal yoxdur.

Bu problem həm yerli istehsalçılar, həm də idxal hesabına həll

edilmişdir. Lakin dünya ölkələrinin təcrübəsi göstərir ki, yuxarıdakı

situasiya halında (pul təminatı yüksək olduqda) aşağıdakı meyillər

baş verir: 1. pul vəsaitləri hesablamalar hesabında, depozitlərdə

yığılıb qalır. 2. pul vəsaitləri pul dövriyyəsindən qismən

kənarlaşdırılır. 3. pul valyutalaşır və xaricə axını başlayır. Qeyd

etdiyimiz kimi Azərbaycanda pul təminatı üstünlüyə malik olmasa

da, yuxarıdakı halların üçü də «spesifik səbəblər» üzündən bizdə

müşahidə

41

olunur. Bundan bəzi mafioz qrupları və kredit-bank qurumları da

qazanırlar. Belə ki, müvəqqəti sərbəst olan pul vəsaitlərinin

banklara axını başlayır, əhalinin əmanətlər qoyuluşu artır və bütün

bunlar əlavə kredit resursları rolunu icra edir. Mafioz qruplar isə

sərbəst pul vəsaitini dollarlaşdırır, valyutalaşdırır. istehsalçı isə öz

növbəsində istehlakçının pul təminatını artırır. Lakin bərabər şərait

daxilində müəyyən obyektiv və subyektiv səbəblər üzündən əmtəə

və xidmət təklifinin azalması (həmçinin tədiyyə qabiliyyətinin

azalması səbəbindən) istehsalçıların gəlirini, habelə vergi

ödəmələrini azaldır, işçilərə əmək haqqının veriləmsini, əmtəə

satışını ləngidir, dövriyyə kapitalının pul formasına, kapitalın

hərəkətinin tamamlanmasına neqativ təsir göstərir. Digər tərəfdən

İsə, əhalinin mövcud istehlak xərcləri onların real tədiyyə

məhdudiyyəti səbəbindən azalır. Bu azalma isə əmək haqqının,

pensiya və müavinətin, təqaüdün aşağı səviyyədə olması, məişət,

kommunal, nəqliyyat, təhsil və tibbi xidmətlər xərclərinin yüksək

olması, iqtisadi fəal əhalinin məşğulluğunun aşağı səviyyədə

olması ilə şərtləşir. Bu isə ÜDM-un istehlak bölməsinin artımına,

investisiya bazarına da əks təsir göstərir. Göründüyü kimi indiki

halda əhalinin tədiyyə qabiliyyətinin aşağı düşməsi daha çox pul

gəlirlərinin azlığı ilə əlaqədar olur. Əgər inflyasiya bununla paralel

olaraq davam etdikdə, pulun özünün alıcılıq qabiliyyəti ensə,

vəziyyət daha gərgin şəkil ala bilər. Ona görə də istehsal-əmtəə,

maliyyə- kredit və pul axını bir-birilə tarazlıq təşkil etməlidir, onlar

arasındakı fərqlər həddini aşmamalıdır. Digər səbəblərlə yanaşı

yuxarıda göstərilən üc mevillər üzündən dövriyyədən pulun

yayındırılması oul kütləsini süni olaraq azaldır, məhdudlaşdırır və

bu isə əlavə emissiva zəruriwəti varatmıs olur. Bu, bir daha sübut

edir kİ, inflyasiya heç də M.Fridmenin, monetaristlərin dediyi kimi

yalnız qiymətlərin fasiləsiz və da

42

vamlı artımı, tədavül sferası ilə deyil, həm də ümumiqtisadi,

maliyyə-kredit aspektləri, problemlərlə də şərtləşir. Ona görə də

qiymətlərin inflyasiyalı və qeyri-inflyasiyalı artımını və onun

əhalinin tədiyyə qabiliyyətinə təsiri xüsusiyyətlərini fərqləndirmək

lazımdır. Bunula əlaqədar indi Azərbaycan şəraitində paradoksal

vəziyyət əmələ gəlmişdir: inflyasiya şəraitində pul qıtlığı, yəni

defilyasiya halı baş vermişdir.

İnflyasiya səviyyəsinin öyrənilməsində, bu səviyyənin

ölçülməsində inflyasiya ilə real məhsul (gəlir) arasındakı

dinamikanın, əlaqənin öyrəiniməsi son dərəcə vacibdir. Lakin

İnflyasiya ilə real məhsul arasındakı əlaqə dünya İqtisad elmi,

dünya İqtisadçıları üçün həll edilməsi çətin olan bir problemə

çevrilmişdir. Bu çətinlik, problem əsasən aşağıdakılarla bağlıdır: 1.

Ümumi qiymət indeksi, ÜDM deflyatoru, istehlak qiymətləri

indeksləri ilə. Lakin ÜDM və qiymət indeksləri əsasında duran

başlıca iqtisadi əsasların, şərtlərin, konsepsiyaların özü faktiki

vəziyyəti, mahiyyəti əvvəlcədən təhrif edir. Məsələn, səhvən

İnflyasiya ilə ümumi qiymət indeksi, real məhsul dinamikası ilə

onun fiziki artım sürəti eyniləşdirilir, indeks hesablanarkən istehlak

məhsulları strukturundakı, digər makroiqtisadi göstəricilərdə

dəyişikliklər nəzərə alınmır və s. Halbuki digər səbəblərlə, hallarla

yanaşı inflyasiyanı yalnız qiymət indeksi vasitəsilə ölçmək və

bütün hallarda ÜDM-un genişlənməsinin adekvat ölçüdə pul

kütləsinin həcminin artmasına təsir etməsini təsdiqləmək elmi

cəhətdən düzgün olmazdı. ÜDM artdıqda, genişləndikdə, əmək

haqqı çoxaldıqda pul kütləsi də artmalıdır, bunu təbii aksiomatık

bir hal kimi qəbul etmək lazımdır. ÜDM-un real həcminin

inflyasiya, valyutanın real məzənnəsi ilə əlaqəsi mürəkkəb iqtisadi

prosesləri əhatə edir. Dünya ölkələrinin təcrübəsi göstərir kİ,

valyuta məzənnəsi heç də həmişə valyutanın alıcılıq qabiliyyəti

pari-

43

tetiiyinə uyğun gəlmir. Bu uyğunsuzluq birinci növbədə milli bank

tərəfindən müəyyən edilmiş qısamüddətli faiz dərəcələri ilə

bağlıdır. Ona görə də bu uyğunsuzluğu həmin faiz dərəcələrində

dəyişikliyin edilməsi yolu ilə aradan qaldırmaq olar. Burada əmtəə

təklifi ilə pul tələbi arasındakı əlaqə, habelə digər xüsusi hallar

məcmuu halda nəzərə alınmalıdır. Çünki nəzərə almaq lazımdır ki,

əhalinin alıcılıq qabiliyyəti yalnız pul amilləri ilə şərtləşmir.

İnflyasiya böhranı, hiperinflyasiya, xroniki inflyasiya hallan,

variantları qiymət və qeyri qiymət amilləri ilə bağlıdır. Burada

(xüsusi olaraq inflyasiya böhranında) milli valyutanın

liberallaşması, devalvasiyası, pul sistemindəki, strukturundakı

qeyri-stabillik, nöqsanlar, qızıl standartlarına əməl olunmaması və

s. Öz təsirini göstərir.

ÜDM-un həcmi hesablama qaydasından asılı olaraq

əhəmiyyətli dərəcədə təhrif oluna bilər. Bu, xüsusi olaraq ayrı-ayrı

ölkələr və məhsul məcmuu baxımından daha çox fərqli olur.

Məsələn, alıcılıq qabiliyyəti paritetliyinə görə 2003-cü ildə

Rusiyada ÜDM-un həcmi 1355,3 mlrd, dollar, bazar məzənnəsi ilə

nominal dəyərə görə isə 430,2 mlrd, dollar təşkil etmişdir. Demək,

alıcılıq qabiliyyəti paritetliyinə görə ÜDM-un həcmi 3, 5 dəfə çox

olmuşdur.’

E.Yasİn belə hesab edir ki, ÜDM-un dollarla bazar

məzənnəsi üzrə hesablanmasında onun həcmi yalnız məzənnə

kənarlaşmaları ilə şərtlənməkdən başqa, həm də milli valyutanın

məzənnəsinin aşağı düşməsində də ifadə otunur, həm də yüksək

inflyasiya şəraitində təhrif halları da çoxalır.

Bonpocw 3KOHOMHKH, Ns9 səh.5

44

lərdə təxminən 3 dəfə, yəni 2161,7 mlrd, manat məbləğində

artmışdır. Onu da qeyd edək kİ, bu göstəricinin həcmi üzrə ən

yüksək artım 1996-cı ildə 666, 4 mlrd.manat məbləğində qeydə

alınmışdır ki, bu da əvvəlki ilə nisbətən 38,4% çox olmuşdur. Ən

az artım isə 2000-ci ildə 202,7 mlrd, manat məbləğində olmuşdur

ki, bu da 1999-cu ilə nisbətən 11,9% çox olmuşdur.

1996-cı ildə 666, 4 mlrd.manat məbləğində qeydə

alınmışdır ki, bu da əvvəlki ilə nisbətən 38,4% çox olmuşdur. Ən

az artım İsə 2000-ci ildə 202,7 mlrd, manat məbləğində olmuşdur

ki, bu da 1999-cu ilə nisbətən 11,9% çox olmuşdur.

İstehsala vergilərin həcmi isə təxminən 2, 9 dəfə artmışdır.

1998-2003-cü illər ərzində istehsala vergilərin həcmi davamlı

olaraq artmışdır. Ən az göstərici 1996-cı ildə 982,7 mlrd, manat

məbləğində qeydə alınmışdır ki, bu da

1995- ci ilə nisbətdə 4,3% az olmuşdur. 1998-2003-cü İllərdə

istehsala vergilərin həcmi üzrə ən yüksək artım 1997-ci ildə 522,2

mlrd, manat məbləğində qeydə alınmışdır ki, bu da

1996- cı illə müqayisədə 34,7% yüksək olmuşdur.

Məhsullara vergilərin həcmi göstəricisində də müəyyən

qədər eyni proseslər müşahidə edilmişdir. Bu göstəricinin də

səviyyəsi 1998-2003-cü illərdə davamlı olaraq artmışdır. Ən

yüksək azalma göstəricisi 1997-ci ildə 1996-cı ilə nisbətən 35,6%

həddində olmuşdur. Ən yüksək artım faizi İsə 2001-ci ildə 2000-ci

ilə nisbətən 29,9% həddində olmuşdur.

İdxala vergilərin həcmi üzrə ən aşağı göstərici 1995-ci ildə

45 mlrd, manat məbləğində olmuşdur. Ən yüksək göstərici isə

1996-cı ildə təxminən 16,8 dəfə çox (94,1%), yəni 754,7

mlrd.manat məbləğində qeydə alınmışdır. Növbəti illərdə idxala

vergilərin həcmində artıb-azalmalar bir-birini əvəz etmişdir.

Subsidiyaların həcmi 1995-1999-cu illərdə davamlı olaraq

təxminən 38% həcmində artaraq 589,7 mlrd, manat olsa

46

da, 2000-ci ildə bu rəqəm təxminən 90,5% azalaraq 56 mlrd,

manat təşkil etmişdir. Növbəti illərdə bu göstəricinin səviyyəsində

az artım olmuşdur.

Onu da qeyd edək ki, 1995-2003-cü illərdə ümumi

mənfəətin həcmi təxminən 69,9% (3,3 dəfə) artmışdır. Ən az artım

faizi 1999-cu ildə 1998-ci ilə nisbətən 6,9% (958,2 mlrd, manat)

olmuş, ən çox artım isə 1996-cı ildə 1995-ci ilə nisbətən 22,9%

həddində olmuşdur, lakin artım məbləği 2003-cü İldə 2002-ci ilə

nisbətən 3222,4 mlrd, manat məbləğində daha yüksək həddə

olmuşdur.

1995-2000-ci illər ərzində mənfəətdən alınmış gəlirlərin

həcmi təxminən 88% (419,6 mlrd, manat məbləğində)

artmışdır. Ən yüksək artım faizi 1998-ci ildə 1997-ci ilə nisbətən

64,2% olmuşdur.

Alınmış cari transfertlər 1995-1998-ci illərdə təxminən

19,5% artsa da, bu artım 1998-2003-cü illərdə təxminən 84,7%

həddində olmuşdur. Onu da qeyd edək kİ, bu artım nəğd pul

şəklində olan cari transfertlər hesabına olmuşdur.

Sərəncamda qalan ümumi milli gəlir isə 1995-2003-cü

illərdə təxminən 29,5% (3,9 dəfə), yəni 26615,6 mlrd, manat

məbləğində artmışdır.

Onu da qeyd edək ki, sərəncamda qalan ümumi milli gəlirin

həcmi üzrə ən çox artım faizi 1999-cu ildə 1998-ci ilə nisbətən

20,8% həddində (4624,8 mlrd, manat) qeydə alınsa da, bu gəlirin

məbləği üzrə ən yüksək artım 2003-cü ildə 5472,2 mlrd, manat

məbləğində olmuşdur. Bu zaman artım faizi 2002-ci İlə nisbətən

14,5% çox olmuşdur.

Əsas fondların istehlakı həcmi də 1995-2003-cü illərdə

təxminən 61,8%, yəni 2428,9 mlrd, manat məbləğində artmışdır.

Bu dövrdə əsas fondların istehlakı həcminin ən yüksək artım faizi

1997-ci ildə 1996-cı ilə nisbətən 31,5%, yəni

47

manat həcmində artmışdır. Onu da qeyd edək ki, məhsul və

xidmətlərin ümumi buraxılışı üzrə daha çox artım fərqi 2003 və

2004-cü illərdə qeydə alınmışdır. Belə ki. 2003-cü ildə 2002-ci ilə

nisbətən artım 11360,6 mln. manat həcmində, 2004-cü ildə

2003- cü İlə nisbətən 11110,9 mln. manat həcmində olmuşdur.

Ən az buraxılış həcmi isə 1999-cu ildə 1998-ci ilə nisbətən

1188,6 mln. manat məbləğində qeydə alınmışdır.

Aralıq istehlakın həcmində də 1999-cu il istisna olunmaqla

1995-2004-cü itər ərzində artım müşahidə edilmişdir. Qeyd

olunan dövrdə aralıq istehlakın həcmi təxminən 3,01 dəfə, yəni

22324,1 mln. manat məbləğində artmışdır. Aralıq istehlakın

həcmində əvvəlki ilə nisbətən daha çox artım 2003- cü ildə

2002-ci ilə nisbətən olmuşdur ki, bu da 6257,8 mln. manat təşkil

etmişdir. Ən az artım nisbəti İsə 2001 və 1998-ci illərdə olmuşdur.

1998-ci ildə 1997-ci İlə nisbətən aralıq isteh- lakın həcmi 787,4

mln. manat məbləğində, 2001-ci ildə 2000- ci ilə nisbətən isə

114,4 mln. manat məbləğində artmışdır. 1995-1998-ci illərdə

aralıq istehlakın həcmi məhsul və xidmətlərin ümumi buraxılışı

həcminin 51%-53,7%-ni, 1999-

2004- cü illərdə isə orta hesabla 44%-48%-ni təşkil etmişdir.

1997 və 1998-ci illər istisna olmaqla 1995-2004-cü illərdə

məhsula və idxala vergilərin məbləği də artmışdır. 1995- 2004-cü

illərdə bu məbləğ təxminən 3 dəfə, yəni 2118 mln. manat

artmışdır.

1995-2004-cü illərdə məhsula və idxala subsidiyalann

həcmində artıb-azalmalar bu birini əvəz etmişdir. 1995-1999-cu

illərdə bu məqsədli subsidiyalann həcmində davamlı olaraq artım

müşahidə edilmişdir. Artım təxminən 365,7 mln. manat

məbləğində olmuşdur. 2000-2004-cü illər ərzində isə

subsidiyalann həcmi azalmışdır. Belə ki, 1999-cu illə müqayisədə

2000-cİ İldə subsidiyaların həcmi təxminən 10,5 dəfə azalaraq

56,0 mln.

49

muşdur. Belə ki, əhalinin pul gəlirləri pul xərclərinə nisbətən

1996-cı ildə 2.7%. 1999-cu ildə 1.3%. 2000-ci ildə 1.2%, 2001- ci

ildə 2%, 2002-ci ildə 1%, 2003-cü ildə isə 1,4% çox olmuşdur.

Yalnız 1998-ci ildə xərclər gəlirləri 1,63% üstələmişdir.

1995-ci ildə əhalinin pul gəlirlərinin strukturunda sahibkarlıq

fəaliyyətindən gələn gəlirlər 62,7%, əmək haqqı gəlirləri 20,1%

təşkil etmişdir. Pul gəlirlərinin strukturunda ən az paya malik

köçürmələr və akkreditivlər yolu ilə əldə edilən gəlirlər olmuşdur ki.

bu da 0,001% təşkil etmişdir.

Cədvəldən göründüyü kimi 1996-2003-cü illərdə

sahibkarlıq fəaliyyətindən daxil olan və əmək haqqı gəlirlərinin

həcmi davamlı olaraq artmışdır. Belə ki, qeyd olunan dövrdə

sahibkarlıq fəaliyyətindən daxil olan gəlirlərin həcmi təxminən 2,2

dəfə, yəni 7395,3 mlrd, manat məbləğində artmışdır və ən çox

artım həddi 1998 və 1999-cu illərdə müşahidə edilmişdir. Sonrakı

illərdə bu artım həddi getdikcə azalmışdır. Ən aşağı artım həddi

2003-cü ildə 2002-ci ilə nisbətən 1.4% həddində, yəni 212,1 mlrd,

manat məbləğində qeydə alınmışdır.

Əmək haqqı gəlirləri isə 1996-2003-cü illərdə təxminən 2

dəfə artmışdır. Əmək haqqı gəlirləri üzrə ən aşağı artım tempi

2001-ci ildə 2000-ci illə müqayisədə 40,6 mlrd, manat məbləğində

qeydə alınsa da, ən yüksək artım 2003-cü ildə 2002-ci illə

müqayisədə 535,4 mlrd, manat məbləğində otmuşdur.

Bundan başqa 1996-2003-cü illərdə sosial transferlərin

həcmi də davamlı olaraq artmışdır və bu artım 2,3 dəfə, yəni

1016,6 mlrd, manat məbləğində olmuşdur.

Mülkiyyətdən gələn gəlirlər İsə əksinə, azalmağa doğru

meylli olmuşdur. 1996-2000-cİ illərdə xarici valyutanın

dəyişdirilməsindən gələn gəlirlərin həcmi qeyri-sabit olsa da, 2000-

ci ildən etibarən bu gəlirlərin həcmi davamlı olaraq artmışdır və

2003-cü ildə pul gəlirlərinin təxminən 12,3%-ni təşkil et

52

mişdir. Bu gəlirlərin həcmi ümumilikdə 7,7 dəfə artmışdır.

Sair gəlirlərin də həcmi 1996-2003-cü illərdə təxminən 6.4

dəfə artaraq. 2003-cü ildə pul gəlirlərinin 8,1%-ni təşkil etmişdir.

Pul xərclərinin strukturunda isə mal alınması və xidmətlərin

ödənilməsi xərcləri, əhalinin xarici valyutanın alqışına xərcləri

daha üstünlük təşkil etmişdir. Malların alınması və xidmətlərin

ödənilməsi xərcləri pul xərclərinin strukturunda 1996- cı ildə 89%

paya malik olsa da, bu göstərici növbəti illərdə 73%-78% arasında

dəyişmişdir. Ümumilikdə, bu növ xərclərin məbləği 1996-2003-cü

illərdə təxminən 2,2 dəfə artmışdır.

Əhalinin xarici valyuta almasına sərf etdiyi xərclərin

məbləği isə 1996-2003-cü illərdə təxminən 6,2 dəfə artmışdır.

1996- cı ildə bu növ xərclərin pul xərclərində payı 8,2% olsa da,

növbəti illərdə bu göstərici artmış və 1999-cu ildə digər illərlə

müqayisədə ən yüksək həddə olmuşdur və 22% təşkil etmişdir.

Əmanət qoyuluşlarının artımı və qiymətli kağızların

alınması xərcləri 1996-2003-cü illərdə 20 dəfədən çox artsa da,

pul xərclərinin ümumi həcmində özünün ən yüksək qiymətində

belə cəmi 1,6% paya malik olmuşdur.

Ev təsərrüfatlannın adambaşına aylıq pul gəlirləri (ev təsər-

rüfatian büdcələrinin tədqiqatı məlumatlan əsasında, manatla)

Cədvəl 4

1990 1995 1990 1999 2000 2001 2002 2003 Comi gəlirlər

10,1 59860,3 134146,3 148800,3 151453,0 154494.0 179106.8 187870,9 0 cüm* (ədən:

əmək gəlir* l*H 6,9 21163,1 53289,7 51931,3 53763,4 61217,4 54637,0 57215,5

Sotlal transfertlər 1.3 3657,3 10195.1 11160,0 11798,6 14114,2 19952.5 21768.1

Bütön növ

satıcdan gəllrtər 0.8 10057,9 19853,2 24849,7 27716,8 51560,3 27615,6 29140,7

Dlgəf pul oallrleri 1.1 24982,0 50808.3 80859,3 58179,2 27602,1 76901,7 79746,6

53

4 saylı cədvəldən göründüyü kimi 1990-2003-cü illər

ərzində aylıq pul gəlirləri bir neçə dəfə qalxmışdır. Belə ki, 1995-

2003-cü illərdə ev təsərrüfatlarının adambaşına aylıq pul gəlirləri

təxminən 3,14 dəfə artmışdır. Lakin ən çox artım 1998-ci ildə

1995-ci ilə müqayisədə olmuşdur ki, bu da təxminən 74286 manat

təşkil etmişdir. Ən az artım səviyyəsi İsə 2000-ci illə müqayisədə

2001-ci ildə 3036 manat məbləğində olmuşdur. 1995-ci ildə ev

təsərrüfatlarının adambaşına aylıq pul gəlirlərinin 35,4%-ni əmək

gəlirləri, 6,1%-ni sosial transfertlər, 16,8%- ni bütün növ satışdan

gəlirlər və 41,7%-ni digər növ gəlirlər təşkil etmişdir. Onu da qeyd

edək ki, 1995-2003-cü ildə əmək gəlirlərinin həcmi təxminən 2,9

dəfə artmışdır. Bu artım 1995- 2001-cü illərdə müşahidə

edilmişdir, 2001-2003-cü illərdə isə bu artımın səviyyəsi

qeyri-stabil olmuşdur. 1998-ci ildə orta aylıq pul gəlirlərinin

39,7%-ni əmək gəlirləri təşkil etmişdirsə, bu göstərici 1999-cu ildə

34,9%, 2000-ci ildə 35,5%, 2001-ci ildə 39,6%, 2002-ci ildə 30,5%,

2003-cü ildə isə 30,4% olmuşdur.

1995-2003-CÜ illərdə sosial transfertlərin məbləği isə

əmək gəlirlərindən fərqli olaraq davamlı şəkildə artmışdır. Bu artım

təxminən 6 dəfə, 181108 manat məbləğində olmuşdur. 1998-ci

üdə sosial transfertlər adambaşına aylıq pul gəlirlərinin təxminən

7,6%-ni, 1999-cu ildə 7,5%-ni, 2000-ci ildə 7,8%-ni, 2001-ci ildə

9,1%-ni, 2002-ci İldə 11,1%-ni, 2003-cü ildə isə 11,6%-ni təşkil

etmişdir. Göründüyü kimi ev təsərrüfatlarının adambaşına aylıq

pul gəlirlərinin strukturunda sosial transfertlərin payı 1999-2003-

cü illərdə stabil olaraq artıma meylli olmuşdur.

1995-2001-ci illərdə bütün növ satışdan daxil olan gəlirlərin

həcmi yalnız artımla müşahidə edilsə də, 2002 və 2003- cü illərdə

orta hesabla 1,8 dəfə azalmışdır. Bu növ gəlirlərin həcmi üzrə ən

çox artım 2001-ci ildə müşahidə edilmişdir ki, bu da cəmi gəlirlərin

33,3%-i həcmində, yəni 51560,3 manat

54

məbləğində olmuşdur. Bu, haqqında danışılan gəlir üzrə

1995-2003-cü illərdə ən yüksək göstərici olmuşdur.

Digər pul gəlirlərinin cəmi gəlirlərdə payı isə 1995-ci ildə

41,7%,1998-ci ildə 37,9%, 1999-cu itdə 40.9%. 2002-ci İldə

38,4%, 2001-ci ildə 17,9%, 2002-ci ildə 43%, 2003-cü ildə isə

42,4% olmuşdur. Digər pul gəlirlərinin adambaşına aylıq pul

gəlirlərində ən çox pay göstəricisi göründüyü kimi 2002-ci ildə

olmuşdur, onların ən yüksək səviyyəsi isə 2003-cü ildə qeydə

alınmışdır. Göründüyü kimi ev təsərrüfatlarının adambaşına aylıq

pul gəlirlərinin strukturunda əmək gəlirləri və digər pul gəlirləri

daha çox paya malik olmuşdur.

Əhalidən cəlb olunmuş əmanətlər (milyon manat)

Cədvəl 5 1995 1998 1999 2000 2001 2002 2003

ƏhəN- ddn

celb oJlIH'*

muş smandt’

Jər 60665,3 187749,2 259400,0 396394,0 58511B.0 767271,0 1259676,0

Ondan: milli

valyuta liə 60666,3 63009,2 55200,0 58993,0 60207,0 67499,0 94931,0

Xarici valyuta

ila - 124740,0 204200,0 337401,0 524911,0 699772,0 1164745,0

Əmanet-

iarln artımı,

fatzla • 118,8 138,2 152,8 147,6 131,1 164,2

1995-2003-cü illərdə əhalidən cəlb olunmuş əmanətlərin

həcmində davamlı olaraq artım müşahidə edilmişdir. Qeyd olunan

dövrdə bu əmanətlərin həcmi təxminən 20,8 dəfə artmışdır.

Əmanətlərin həcmi üzrə ən çox artım 2003-cü ildə olmuşdur ki, bu

da əvvəlki İlə nisbətən 1,6 dəfə, yəni 492405 mln. manat məbləği

həcmini təşkil etmişdir. Ümumilikdə, əmanətlərin həcmi 1998-ci

ildə 1995-ci ilə nisbətən 3,1 dəfə,

55

1999- cu ildə 1998-ci ilə nisbətə 1,4 dəfə (38,2%), 2000-ci İldə

1999-cu ilə nisbətən 1,53 dəfə (52,8%), 2001-ci ildə 2000- ci ilə

nisbətən 1,5 dəfə (47,6%), 2002-ci ildə 2001-ci ilə nisbətən 1,3

dəfə (31,1%), 2003-cü ildə isə 2002-ci ilə nisbətən

1,6 dəfə (64,2%) artmışdır.

Onu da qeyd edək ki, 1995-2003-cü illərdə əmanətlərin

ümumi həcmində milli valyuta və xarici valyuta ilə qoyulan

əmanətlərin nisbətləri də fərqli olmuşdur. Belə ki, 1995-ci ildə

əhalidən cəlb edilmiş əmanətlərin demək olar ki, hamısı milli

valyuta ilə yatırılmış əmanətlər olmuşdur. 1998-ci ildə isə

əmanətlərin ümumi həcmində milli valyuta ilə qoyulan əmanətlər

33,6%, xarici valyuta ilə qoyulan əmanətlər isə 66,4% təşkil

etmişdir. Bu nisbət uyğun olaraq 1999-cu ildə 21,3% və 78,7%,

2000-ci ildə 14,9% və 85,1%, 2001-ci ildə 10,3% və 89,7%,

2002-ci ildə 8,8% və 91,2% və nəhayət, 2003-cü ildə 7,5% və

92,5% təşkil etmişdir.

Rəqəmlərdən də aydın şəkildə görünür ki, 1995-2003-cü

illərdə əhalidən cəlb olunmuş əmanətlərin ümumi həcmində milli

valyuta ilə olan əmanətlərin payı davamlı olaraq azalmış, xarici

valyuta ilə olan əmanətlərin payı isə əksinə, davamlı olaraq

artmışdır. Milli valyuta ilə olan əmanətlərin nisbətən daha çox

artımı 2003-cü ildə qeydə alınmışdır. Onu da qeyd edək ki,milli

valyuta ilə əmanətlərin həcmi 1995-2003-cü İllərdə qey- ri-stabil

olaraq artıb azalmışdır və daha çox artım 2003-cü ildə 94931,0

mln. manat məbləğində olmuşdur ki, bu da həmin valyuta ilə olan

əmanətlərin həcmi üzrə ən aşağı göstərici İlə müqayisə təxminən

1,72 dəfə (72%) çox olmuşdur.

Xarici valyuta ilə olan əmanətlərin həcmi İsə milli valyuta ilə

olan əmanətlərdən fərqli olaraq davamlı şəkildə artmışdır. Ən çox

artım 2003-cü ildə 2002-ci ilə nisbətən 464973 mln. məbləğində

qeydə alınmışdır və bu əmanətlər

56

üzrə ən yüksək həcm göstəricisi də məhz 2003-cü ildə 1164745,0

mln. manat məbləğində olmuşdur ki, bu da 1998- ci illə

müqayisədə 9,3 dəfə yüksək məbləğdir.

Ev təsərrüfatlarının pul gəlirlərinin quruluşu (faizlə) Cədvəl 6

1990 1995 1997 1998 1999 2000 2001 2002 2003 Golirlər 100 100 100 m 100 100 100 100 100 0 cümlədən: əmək

gəlirləri 69,3 35,4 40.0 39.7 34.9 35.5 39.6 30.5 30.S Sosial transfərtlər 12.7 6.1 7J 7>6 7.5 7,8 9.0 11t1 11,6 Kəni təsərrüfatı

məhsulları va s.

satışdan gəlir 7.5 16.6 13.2 14,8 16.7 18,3 33.4 15,4 15,5

Digər gəlirlər 1D.S 41.9 39.1 37.9 40.9 38.4 18,0 43,0 42,4

Əhalinin İstehlak xərcləri (faizlə)

Cədvəl 7

1990 1995 1997 1990 1999 2000 2001 2002 2003 Cami 100 100 100 100 100 100 100 100 100 0 cüm*

ladən: 53.4 76,0 77.6 77,1 7Z.2 66,3 68.3 53.6 54,7

Qeyri- ərzaq məh^ şulları nın alınma sına

36,4 17,1 15,2 16.2 17.5 23.2 7.1 16,9 15,8

Alko qollu içkilərə

1.3 0.9 0,6 0.9 1.1 1.2 2.6 0,6 0.7

Xİd- mətlə rə

8.9 6,0 6.6 5.6 9.2 9.3 22,0 28,9 28,8

7 saylı cədvəldən göründüyü kimi istehlak xərcləri

İçərisində ərzaq mallarına ayrılan xərclər üstünlük təşkil etmişdir.

Belə ki,1990-cı ildə istehlak xərcləri içərisində ərzaq mallarına

ayrılan xərclər 53,4%, qeyri-ərzaq mallarının alınmasına çəkilən

xərclər İsə 36,4% olmuşdur. Lakin 1995-2001-ci illər ərzində

ərzaq mallarının alınmasına çəkilən xərclər təxminən 12,9-24,2%

artmışdır. Qeyri-ərzaq məhsullannın alınmasına ayrılan xərclər

isə 1995-

57

2003-cü illərdə 13,2-29,3% azalmışdır. Bu xərclər üzrə ən aşağı

göstərici 2001-ci ildə 7,1% həddində qeydə alınmışdır.

1990-2003-cü illərdə alkoqollu içkilərə ayrılan xərclər is-

tehlak xərclərinin cüzİ bİr hissəsini, 0,6-2,6%-ni təşkil etmişdir. Bu

xərclər üzrə nisbətən yüksək göstərici 2001-ci ildə 2,6% həddində

qeydə alınmışdır. 2002 və 2003-cü illərdə isə bu xərclərin

səviyyəsi 2%-ə dək azalmışdır.

Xidmətlərə ayrılan xərclər istehlak xərcləri İçərisində faiz

etibarilə 3-cü yerdə olmuşdur. 1995-1998-ci illərdə bu xərclərin

səviyyəsi 2,3-3,1% azalsa da, 1999-2003-cü illərdə təxminən

19,7% artmışdır. Qeyd edilən dövrdə xidmətlərə çəkilən xərclərin

səviyyəsində demək olar ki, davamlı artım müşahidə edilmişdir,

2001-2003-cü illərdə isə bu xərclərin səviyyəsi əvvəlki illərlə

müqayisədə ən yüksək həddə olmuşdur, is

tehlak xərclərinin təxminən 3 4 hissəsini təşkil etmişdir.

Əhaliyə göstərilən pullu xidmətlərin strukturu

Cədvəl 8

2000 2001 2002 2003 2004 Cami xidmət

göstərilmişdir 100.0 100.0 100.0 100.0 100.0 O cütnladən; Məişət

xidməti 25.0 25.2 24.9 24.5 24.3 Sərr>işin nəqtivvst) 15.1 14.6 16.0 16.4 17.2

Rabitə xidməti 24.5 27.0 26.3 31.0 34.2 Mənzil-kommurtai

təsərrüfatr 14.2 T3.fl 17.5 14.7 13.0 Təhsil stslemıi 3.^ 4.8 50 4.7 4.2

Mədəniyyət 1.1 U 1,1 1.0 0.6 T ünsl-ekskursiya 3.3 3.3 3.1 2.S 2 4

Bədən tərbiyəsi və

idman 0.05 0.1 0.2 0.2 0.2 Tibbi xidmətlər 1.3 V4 1.3 1.3 1.2

Sanatoriya-kurort və

saölamiiQ 0.5 0,6 0.7 0.7 0.7 Hüquq səciyyəli və

bank təşkilatlan 14 V6 15 14 1.4 Sair xidmətlər

10.1 65 0.4 0,5 0.4

58

8 saylı cədvəldən göründüyü kimi əhaliyə göstərilən

müxtəlif xidmət növlərinin həcmi 2000-2004-cü illər üzrə fərqli

olmuşdur. Bu illər ərzində əhaliyə göstərilən pullu xidmətlərin

ümumi strukturunda məişət, sərnişin nəqliyyatı, rabitə, mənzil-

kommunal təsərrüfatı xidmətlərinin həcmi üstünlük təşkil etmişdir.

Belə ki, 2000-ci ildə pullu xidmətlərin strukturunda məişət

xidmətinin həcmi daha çox olmuşdur. Pullu xidmətlərin

strukturunda ikinci yerdə rabitə xidmətləri olmuşdur kİ, onların da

həcmi 24,5% təşkil etmişdir. 2000-2004-cü illərdə məişət

xidmətlərinin həcmi təxminən 0,7% azalmışdır. Rabitə

xidmətlərinin həcmi isə əksinə, bu illərdə təxminən 9,7% artmışdır.

Pullu xidmətlərin strukturunda sərnişin nəqliyyatı xidməti həcminə

görə üçüncü olmuşdur və 2000-ci ildə 15,1% təşkil etmişdir.

2002-ci ildə bu göstərici nisbətən ən yüksək həddə

18%-olmuşdur. 2002-ci ildə mənzil kommunal təsərrüfatı

xidmətlərinin həcmi üzrə də ən yüksək göstərici qeydə alınmışdır,

bu, təxminən 17,5% təşkil etmişdir. Pullu xidmətlərin strukturunda

bu növ xidmətlərin payına görə 4-cü yerdə olmuşdur.

2000- 2004-cü illərdə pullu xidmətlərin strukturunda

təhsil, turist-ekskursiya xidmətləri isə 5-ci və 6-cı yerdə olmuşdur.

2000-2002-ci illərdə təhsillə bağlı xidmət növlərinin payı 3,4%-dən

5%-ə yüksəlsə də, 2004-cü ildə bu göstərici 4,2%- ə düşmüşdür.

Turist-ekskursiya xidmətlərin payı isə azalmağa meyilli olmuş və

3,3%-dən 2,4%-ə düşmüşdür.

Pullu xidmətlərin strukturunda bədən tərbiyəsi və idman,

sanatoriya-kurort və sağlamlıqla bağlı xidmətlərin payı isə ən

aşağı həcmdə olmuşdur, hətta 1%-ə çatmamışdır.

Sair xidmətlərin payı isə 2000-2004-cü illər ərzində 9,7%

azalaraq, 10,1%-dən 0,4%-ə düşmüşdür.

59

Əhaliyə göstərilən məişət xidmətlərinin strukturu Cədvəl 9

2000 2001 2002 2003 2004 Cəmi 100.0 100.0 100.0 100.0 1000 0 cümlədən: Ayaqqabt təmin, rənglənmək və tiki-

____________ __ 0.5 1.0 0.9 0.9 0.8

Tikiş, xəz. trikotaj, dəri-toxuculuq,

qalanteriya məmulatlannm, baş

geyimlərinin təmiri, tikişi, toxunması 2.1 2,4 2.1 1.9 1.7

Məişət maşın və dhazlann təmiri, texniki

xidmət, metal və metal mə- mulatlannın

təmiri və hazırlanması 4.1 5.0 4,8 4.8 4.5

Vətəndaşlara mənsub olan nəqliyyat

vasitələrinin təmiri və onlara texniki

xidmət 46.7 44.3 42.2 45.4 46.4

Kimyəvi təmizləmə və boyama 0,5 0.5 0.5 0.4 0.5 Camaşırxanə xidməti 0.7 0.7 0.6 0.7 0.7 Mebel hazırlanması və təmiri 0.07 0.1 0.1 0.1 0.1 Mənzil təmiri və tikintisi 10.3 10.6 9.6 9.5 8.9 Fotoqrafıya və fotokino İaboratonya

xidməti 0.3 0.3 0.3 0.3 0.2

Hamam və duş xidməti 1.0 0.9 0.9 1.1 1.0 Bəfbərxana xidməti 0.7 0.9 0.9 0.9 0.9 Kirava vermə məntəqələrinin xidməti 0.03 0.2 0.2 0.3 0.3 Nəqliyyat-ekspeditor xıdməU 31.0 29.6 35.8 32.7 32.9 Mərasim xidməti 0.9 1.1 1.0 0.9 1.0 Sair məişət xidmətləri 1.2 2 6 0.1 0,1 0.1

2000-2004-cü illlərdə əhaliyə göstərilən məişət

xidmətlərinin strukturunda vətəndaşlara mənsub olan nəqliyyat

vasitələrinin təmiri və onlara texniki xidmətlərin, nəqliyyat-

ekspeditor xidməti və mənzil tikintisi və təmiri ilə bağlı xidmət

növləri daha çox paya malik olmuşdur. Qeyd olunan dövrdə

əhaliyə göstərilən məişət xidmətlərinin demək olar ki. 42- 46%-ni

vətəndaşlara mənsub olan nəqliyyat vasitələrinin təmiri və onlara

göstərilən texniki xidmət növü təşkil etmişdir. Bu xidmət növü

məişət xidmətlərinin strukturunda həcminə görə birinci yeri

tutmuşdur. 2000-2002-ci illərdə bu xidmət növünün həcmi 4,5%

azalsa da, 2002-2004-cü illərdə yenidən 4,2% artmışdır.

2000-2004-cü illərdə bu xidmət növünün həcmi təxminən sabit

qalmışdır.

60

Mənzil təmiri və tikintisi iiə əlaqəli xidmətin həcmi məişət

xidmətlərinin strukturunda 8,9-10,6% paya malik olmuşdur.

2001-2004-cü illərdə bu xidmət növünün payı 1,7% azalaraq,

10,6%-dən 8,9%-ə düşmüşdür.

2000-2004-cü illərdə məişət xidmətlərinin strukturunda 2-

ci yeri nəqliyyat-ekspeditor xidməti tutmuşdur. Bu xidmət növünün

payı məişət xidmətlərinin strukturunda 29%-35% təşkil etmişdir.

Ən yüksək göstərici 2002-ci ildə 35,8% həddində qeydə

alınmışdır, növbəti illərdə isə bu göstərici 2,7% azalmıışdır.

Əhaliyə göstərilən məişət xidmətlərinin ümumi həcmində

ən az paya malik olan xidmət növləri mebel hazırlanması və

təmiri, kirayə vermə məntəqələrinin xidməti, fotoqrafıya və

fotokino laboratoriya xidməti, kimyəvi təmizləmə və boyama,

bərbərxana xidməti növləri olmuşdur ki, onların da həcmi 1%-ə

çatmamışdır.

Məişət maşın və cihazların təmiri, texniki xidmət, metal və

metal məmulatlarının təmiri və hazırlanması, eləcə də tikiş, xəz,

trikotaj, dəri-toxuculuq, qalanteriya məmulatlarının, baş

geyimlərinin təmiri, tikişi və toxunması ilə bağlı xidmət növləri isə

məişət xidmətlərinin strukturunda uyğun olaraq 4,1-5% payla 4-cü

və 1,7-2,4% payla 5-ci yeri tutmuşdur.

Əhalinin alıcılıq qabiliyyəti, kiloqramla^

Cədvəl 10

1990 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 Buqd.ı unu 286 36 41 56 65 83 110 112 124 149

Tıuğda çör»- y- 224 91 76 80 81 85 121 124 135 143 Düvu 107 25 27 41 45 52 69 70 88 80

Makaron məmulat) 151 28 33 46 46 52 73 74 96 83

KadQf 99 30 52 69 69 106 127 130 149 123

Adambaşına orta aylıq pul gəlirlərinin əmtəə ilə ekvivalenti

61

Kaləm 126 50 60 102 109 141 183 186 208 183 Xfvar 72 17 19 29 32 59 132 134 164 131

Pomidor 72 17 21 35 32 49 136 138 151 119 Meyva, gıla-

mewa 42 26 38 37 43 61 77 76 85 90 Mal ali 20 9 12 15 15 17 16 16 18 16

Qovun ati 13 6 9 11 11 13 14 14 16 14 TOVUQ əti 26 6 9 12 12 17 15 16 19 18 Taza baliQ 55 8 13 12 13 17 20 21 26 21 Süd. litr 245 32 31 42 45 53 89 91 100 120 Xama və

aavmaq 72 7 8 10 10 13 17 17 22 18 Mal-qara ya-

20 4 6 9 10 13 14 14 16 17 Pandır 40 7 14 16 12 16 21 21 28 20

Yumurta. adad 792 157 221 301 351 454 476 487 519 574

Qand-şaKer tozu 96 14 25 44 60 80 76 82 90 83

3ltkı vaäı 55 11 17 25 26 29 30 31 36 30 Marcann 59 11 15 20 19 21 23 24 29 28

Əhalinin alıcılıq qabiliyyət haqqında

Son 10-15 İldə Azərbaycanda əhalinin nominal əmək haqqı

və nominal gəlirləri əhəmiyyəti dərəcədə artmışdır. O cümlədən

bu özünü minimum əmək haqqının bir neçə dəfə artmasında da

göstərir. Lakin bütün bunlara baxmyaraq 1990-cı il xüsusi olaraq

ondan əvvəlki illərlə müqayisədə 2003-cü ildə əhalinin alıcılıq

qabiliyyəti fiziki ifadədə göstərilən səviyyədən aşağı olmuşdur.

Bunu aşağıdakı cədvəldən görmək olar.

Məsələn, buğda unu 1990-cı ildə adambaşına 286 kq,

2003-cü ildə 149 kq, buğda çörəyi 1990-cı ildə 224 kq, 2003- cü

ildə 143 kq, süd 1990-cı ildə 245 litr, 2003-cü ildə 120 litr

olmuşdur.

Ümumiləşdirilmiş halda əhalinin pul gəlirləri və onun digər

sosial iqtisadi göstəricilərlə əlaqəsini 10 və 11 saylı cədvəllərdən

görmək olar.

62

daşımışdır və 61,2% həddində olmuşdur. Ən çox artım 2000- ci

üdə 1996-cı ilə nisbətən 46,6%, yəni 8082 mlrd, manat

məbləğində, ən aşağı artım isə 2001-ci ildə 2000-ci ilə nisbətən

6,9% həddində, yəni 1269,5 mlrd, manat məbləğində olmuşdur.

1993-cü ildə əhalinin pul gəlirləri pul xərclərindən 1,4 dəfə çox

olmuşdur. Bu nisbət 1996-cı ildə 1,03 dəfə, 2000-ci ildə 1,01 dəfə,

2001-ci ildə 1,02 dəfə, 2002 və 2003-cü ildə 1,01 dəfə çox

olmuşdur.

1993-1996-cı illərdə əhaliyə göstərilən pullu xidmtlər

təxminən 154 dəfə. 1996-2000-ci illərdə İsə 1,72 dəfə çox

olmuşdur. 2000-2003-cü illərdə isə bu xidmətin həcmi təxminən

1,2 dəfə, yəni 575,2 mlrd, manat artmışdır.

1993-1996-cı illərdə dövlət büdcəsinin gəlirləri təxminən

37,6 dəfə artmışdır. Onu da qeyd edək ki, 1996-cı ildə büdcə

gəlirlərinin səviyyəsi ləl və cəvahirat fondundan daxil olmalar

hesabına artmışdır. 1996-2003-cü illərdə isə bu artım təxminən

3.03dəfə, yəni 4091,7 mlrd, manat məbləğində olmuşdur. Ümumi

daxili məhsulda büdcə gəlirlərinin payı 1993-cü ildə 34,1% olsa da,

sonrakı illərdə bu göstərici 2 dəfəyədək azalmışdır. 1993-2003-cü

illərdə dövlət büdcəsinin xərcləri gəlirləri üstələmişdir. Bu nisbət

artımı 1993-cü ildə 17,3%, 1996-cı ildə 16.5%, 2000-ci ildə 6,5%,

2001-ci ildə 2,8%,

2001- cİ ildə 2,3%, 2003-cü ildə isə 1,1% olmuşdur. Göründüyü

kimi büdcə xərclərinin gəlirlərə nisbətən artımı 1993-2003- cü

illərdə 16,2% azalmışdır. Bir cəhəti də qeyd edək ki, büdcə

xərclərinin ümumi daxili məhsulda payı üzrə ən yüksək göstərici

1993-cü ildə 41,2% həddində qeydə alınsa da,

2002- cü ilədək bu rəqəm təxminən 23,6-26% azalmışdır.

1993-2003-cü illərdə məcmu pul kütləsi 39,6 dəfə

artmışdır. Qeyd olunan dövrdə dövriyyədə nəğd pulun həcmi də

təxminən 43,2 dəfə, nəğdsiz pul kütləsinin həcmi isə 30,3 dəfə

64

artmışdır. 1993-cü ildə məcmu pul kütləsinin 72,1%-ni nəğd pul,

27,9%-ni isə nəğdsiz pu! kütləsi təşkil etmişdir. Bu nisbət uyğun

olaraq 1996-cı ildə 71,9% və 28,1%, 2000-ci ildə 81,3% və 18,7%,

2001-ci ildə 83,7% və 16,3%, 2002-ci ildə 82,4% və 17,6%) və

2003-cü ildə isə 78,7% və 21,3%> olmuşdur.

1993-2003-cü illər ərzində kredit qoyuluşlarının həcmi

təxminən 42 dəfə artmışdır. 1993-cü ildə kredit qoyuluşlarının

94,5%)-ni qısamüddətli kreditlər, 5,5%>-ni isə uzunmüddətli

kreditlər təşkil etmişdir. Bu nisbət növbəti illərdə uyğun olaraq

aşağıdakı kimi otmuşdur; 1996-cı İldə 92,1%> və 7,9%>, 2000- ci

ildə 72%, və 28%, 2001-ci ildə 72,8%, və 27,2%>, 2002-ci ildə

72% və 28%, 2003-cü ildə isə 72,7% və 27,3%, olmuşdur.

Göründüyü kimi qısamüddətli kreditlərin həcmi qeyd olunan

dövrdə uzunmuddətli kreditlərdən çox olmuşdur.

Xarici ticarət dövriyyəsinin həcmi isə 1993-2003-cü İllərdə

təxminən 3,9 dəfə artmışdır. Bu artım qeyd olunan dövrdə davamlı

xarakter daşımışdır. 1993-cü ildə xarici ticarət dövriyyəsinin

təxminən 53,5%>-nİ ixrac, 46,5%,-nİ isə idxal təşkil etmişdir.

Növbəti illərdə bu nisbət uyğun olaraq aşağıdakı kimi olmuşdur;

1996-cı ildə 39,7%, və 60,3%>, 2000-cİ ildə 59,8%o və 40,2%),

2001-ci ildə 61,8%, və 38,2%,, 2002-ci ildə 56,5%, və 43,5%,,

2003-cü ildə isə 49,7%, və 50,3%, olmuşdur. Rəqəmlərdən

göründüyü kimi 1996-cı ildə və 2003-cü ildə xarici ticarət

dövriyyəsində ixrac idxaldan geri qalmışdır.

Sənaye məhsulunun topdansatış qiymət indeksi 2000- ci

İldə 27,4%, artaraq əvvəlki ilə nisbətən 127,4%, təşkil etmişdir.

2001-2003-cü illərdə bu artım faizi 1.8%,-16,1%, arasında

dəyişmişdir. 2002-ci ildə isə artım faizi əvvəlki ilə nisbətən 97,7%o

təşkil etmişdir.

65

Təhsil, səhiyyə, sosial və fərdi xidmətlərin göstərilməsi üzrə. Cədvəl 12

Nfi Göstəricilər

İllər

2001 2005

Keçən İlin müvaftq dövrünə nisbətən. %

1

Mal və məhsulun (işin və xidmə* tin) satışından əldə edilən ümumi gəlir (ƏOV, aksiz və məhsula hesablanan digər vergilər nəzərə alınmadan)

313934.9 460886,3 146,8

2 İşçilərə ödənişlər: a) əmək həoQi fondu 75173,5 70085.6 93,2 b)maddi yardım 857.3 90B.7 106 c) sosial xarakterli ödənişler 1598.6 1873.7 117.2

3 Hesabat dövrünün mənfəəti 14731.6 83950.4 4 Mənfəət vergisi 10567 11348.8 107.4

2001-2002-cü İllərdə təhsil, səhiyyə, sosial və fərdi

xidmətlər üzrə əldə edilən ümumi gəlir 146951,4 mln. manat

məbləğində, təxminən 1,5 dəfə (31,9%) artmışdır. Bu dövrdə

işçilərin əmək haqqı fondu isə 5087,9 mln.manat məbləğində,

təxminən 1,1 dəfə (6,8%) azalmışdır. 2001-ci ildə əmək haqqı

fondu əldə edilən ümumi gəlirlərin təxminən 24%-i, 2002-ci ildə

isə 15,2%-ni təşkil etmişdir. 2001-2002-ci illərdə işçilərə verilən

maddi yardımın məbləği 51,4 mln. manat, təxminən 1,1 dəfə

(5,7%) artmışdır. 2001-ci ildə maddi yardımın həcmi əldə edilən

ümumi gəlirin 0,3%-i, 2002-ci ild isə 0,2%-i həcmində olmuşdur.

Sosial xarakterli ödənişlərin həcmi İsə 2001-2002-ci illərdə

təxminən 1,2 dəfə (14,7%), yəni 275,1 mln. manat məbləğində

artmışdır. 2001-ci ildə bu ödənişlərin həcmi əldə edilən ümumi

gəlirin 0,51 %-i, 2002-ci ildə isə 0,41 %-ni təşkil etmişdir.

2001-2002-ci İllərdə hesabat dövrünün mənfəəti 69218,8

mln. manat məbləğində, təxminən 5,7 dəfə (82,5%) artmışdır.

Mənfəət vergisi isə bu dövrdə 781,8 mln. manat məbləğində,

təxminən 1,1 dəfə (6,9%) artmışdır, 2001-ci üdə hesabat

dövrünün mənfəəti əldə edilən ümumi gəlirin 4,7%-ni, 2002-ci isə

18,2%-ni təşkil etmişdir. Mənfəət vergisi üzrə isə bu göstərici

2001-ci ildə 3,4%, 2002-ci ildə isə 2,5% olmuşdur.

66

III FƏSİL. İNFLYASİYANIN MALİYYƏ-KREDİT

ASPEKTLƏRİ VƏ PROBLEMLƏRİ

§9 İnflyasiyanın maliyyə problemləri.

İnflyasiya, istər maliyyə və istərsə də pul baxımından birinci

növbədə ilkin istehsal prosesi ilə bağlıdır, yəni o, özündə həm

maliyyə (əsasən milli gəlirin yenidən bölüşdürülməsi sferası) və

həm də daha geniş anlayış və proses olan pulla (təkrar istehsalın

bütün fazaları, mərhələlərini) şərtləşir. Lakin ən geniş mənada

inflyasiya, onun səviyyəsi İstehsal (artma və ya azalma

mənasında), istehsal xərcləri, qiymət, sırf maliyyə və pul

münasibətləri, onların pozitiv və neqativ qaydada assimilyasiya

olunması ilə əlaqədardır. Belə ki, iqtisadi inkişafda- kı

qeyri-sabitlik, struktur, enerji idxalı, istehsal istehlakı kimi

problemlərin xarakteri büdcə gəlirinə, büdcə kəsirinə, dövlət və

qeyri-dövlət sektorunun maliyyə durumuna, dövlət borcunun

səviyyəsinə və şairəyə birbaşa təsir göstərir. Bu durum isə pul

tədavülü sferasında təzahür edən inflyasiya səviyyəsində öz

əksini tapır, bir sferada, prosesdə baş verən böhranlı hal və yaxud

stabil vəziyyət digərinə təsir edir. Bununla belə inflyasiyanın sırf

avtonom maliyyə problemləri də mövcuddur. Ümumi daxili

məhsulun, milli gəlirin həcmi, dinamikası, büdcə və onun əsasında

formalaşan maliyyə resurslarından məhsuldar və

qeyri-məhsuldar, qənaətcil və qeyri-qənaətcil istifadə, xərclərin

milli istehsalı artırmadan, əmtəə təminatı yaratmadan çoxalması,

fond birjası, kredit pullarının emissiyası və digər maliyyə-kredit

məsələləri inflyasiyaya öz təsirini göstərir. Məsələn, bir qayda

olaraq fond birjasında alınıb-satılan səhmlərin, istiqrazların və

digər qiymətli kağızların bazar qiymətləri onların həqiqi, real

dəyərini, həcmini xeyli dərəcədə, bəlkə də dəfələrlə üstələyir. Bu

isə dövlət və qeyri dövlət

67

qiymətli kağızlar emissiyası üçün stimul yaradır. Burada inflyasiya

üç halda-qiymətqalxma bir tərəfdən qiymətli kağızların həqiqi və

bazar qiymətindəki fərqlərdə, digər tərəfdən isə onun (bu

əməliyyatların) pul kütləsini artırmasında və onun əmtəə

təminatının olmamasında özünü göstərilə bilər. Həm də bu

neqativ meyllər bir qayda olaraq dərinləşir. Bu işdə bəzən həm

dövlət və həm də səhmdar cəmiyyətlər, qurumlar maraqlı olurlar

(dövlət borclarını örtmək, səhm gəlirləri baxımından). Bu və digər

cəhətlər, hallar inflyasiyanın bazar sisteminin bir növ təbii nəticəsi

olmasma dəlalət edir.

inflyasiyanın maliyyə amilləri əsasən aşağıdakı

istiqamətlər, amillər üzrə baş verir: 1. Dövlət xərclərinin artması

vasitəsilə. Xərclərin çoxalması isə spesifik tədiyyə qabiliyyətinə,

qiymətin əmələ gəlməsinə təsir edir. Məhsul sifarişçisi kimi dövlət

həm də alıcı rolunda qiymət artımına səbəb olur. Xərclər

qeyri-məhsuldar istifadə edildikdə. 2. Büdcədən zəruri hallarda

əvəzsiz subsidiyaların və güzəştli kreditlərin verilməsi. 3. Büdcə

hesabına xarici kredit ekspansiyasının həyata keçirilməsi. 4.

Vergiyə cəlb etmənin genişlənməsi. Vergilər bilavasitə qiymətin

əmələgəlməsi amilinə çevrilir. Bəzi hallarda isə mənfəəti azaltmaq

üçün sahibkarlar vergini istehsal xərclərinə, sonra isə məhsulun

qiymətinə daxil edir. 5. Sürətli amortizasiya konsepsiyası. Yüksək

amortizasiya ayırmaları istehsal xərclərini artırır ki, bu da

əmtəələrin dəyərinə, qiymətinə təsir edir. 6. Müəssisələr bir sıra

hallarda sosial ayırmaları istehsal xərclərinə daxil edir, bunu

nəticə etibarilə istehlakçının hesabına ödəyir.

Ümumiyyətlə ayrı-ayrı şirkətlər, firmalar, regionlar və hətta

bəzi spesifik məhsullar üzrə araşdırmalar apanisaydı, bu zaman

istehlakçılar hesabına vergilərin, əsassız istehsal xərclərinin xeyli

hissəsinin yalnız istehlakçılar tərəfindən kom

68

pensasiya edildiyinin, ödənildiyinin şahidi ola bilərik. Burada

qiymət mexanizmləri qeyri-müstəqim vergilərlə daha çox vəh-

dətlik təşkil edir. 7, Dövlət büdcəsinin səmərəsiz, qeyri-məh-

suldar xərclər şəraitində kəsiri. Bunun üçün dövlət bankının

banknotlarından, pulun emissiyasından, kredit sistemindən

istifadə edilməsi, kommersiya banklarının çeklərindən (depo-

zit-çek emissiyası) istifadə edilməsi. Bundan başqa, qısa müddətli

xəzinə veksellərinin buraxılması da ödəniş rolunu oynaya bilir.

Bunların əsasən əmtəə təminatı yoxdur. Göründüyü kimi,

inflyasiya həm də dövlət xərclərinin artımını tələb edir, onu

stimullaşdırır. İnflyasiya maliyyə resurslarının qiymətdən

düşməsinə səbəb olur, büdcəyə daxil olan gəlirlərin, pul

vəsaitlərinin real, zəruri dəyəri aşağı düşmüş olur. Beləliklə.

qiymətlər qalxır, qivmət qalxdıqca ümumi dövriəvvə də artır.

vergilər də faevri müstəqim, oəlir veroisi^ çoxalır. Amma mütləq,

məcmu gəlirlər öz real dəvərini itirir. Artırılmış nominal əmək haqqı

gəlir vergisi və inflyasiya mexanizmləri qaydasında öz real, paritet

məzmununu itirmiş olur. Həmin prosesi yumşaltmaq üçün nəinki

SSRİ-nin, sənayecə inkişaf etmiş ölkələrin müsbət təcrübəsi

olmuşdur. SSRİ-nin 1947-ci il böyük pul islahatını xatırlayaq.

İngiltərədə 1947-1948-ci illərdə pərakəndə qiymətlərin 14 faiz

artdığı şəraitdə qida məhsullarının büdcə subsidiyaları hesabına

möhkəm qiyməti müəyyən edildi. Hökumət 1949-cu il sentyabrın

18-də milli valyutanı 30,5% devalvasiya etdi. İngiltərə hökuməti

bunu ölkənin ixrac potensialını atrırmaq, eyni zamanda idxalın

qiymətini yüksəltmək məqsədilə etmişdi. Həmin tədbirin yalnız

tarixi deyil, həm də müasir əhəmiyyəti vardır. Lakin devalvasiya

valyuta məzənnəsinin müvəqqəti olaraq stabilləşməsinə səbəb

olmuşdu. Əksinə, bu tədbir inflyasiya prosesini xeyli

sürətləndirmişdi. Bu, özünü aşağıdakı konkret istiqamətlərdə

69

göstərmişdir: 1) xarici xammal və avadanlıqların alınmasına

çəkilən xərcləri çoxaltmışdı. Nəzərə alsaq ki, İngiltərə həmişə

xammal idxal edən ölkə olmuşdur, onda bunun nə demək olduğu

daha aydın olar. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki,

İngiltərədə baş verən İqtisadi böhranlar və inflyasiya hallarının

demək olar ki, 80-90%-İ ümumiyyətlə xammalın, o cümlədən neft

xammalının bahalaşması nəticəsində baş vermişdir. 2) Belə olan

şəraitdə milli ixrac edən istehsalçılar'istehsalı artırmadan öz

əmtəələrinin qiymətini devalvasiya faizi hüduduna qaldırıb sata

bitmək imkanına malik olurlar. 3) İxrac qiymətlərinin qalxması

daxili bazarda qiymətlərin qalxmasına səbəb ola bilər. Belə də

oldu. 4) İnflyasiya əhali arasında ciddi narahatlığa, etiraza səbəb

olur, bu səbəbdən sahibkarlar, dövlət nominal əmək haqqını

çoxaldır, lakin həmin xərcləri ödəmək üçün istehlak qiymətləri

qaldırılır. Beləliklə, bu proses hər belə anlarda, proseslərdə

sonsuz olaraq davam edir.

70

§10 inflyasiyanın maliyyə-kredit amili

iqtisadiyyatın dövlət tənzimlənməsi problemləri, milli gəlirin

nəinki yenidən, hətta ilkin bölüşdürülməsi nəticə etibarilə maliyyə

ilə, dövlət maliyyəsi ilə əlaqədardır. Defisit maliyyələşdirmə, onun

iqtisadiyyatın tsiklik inkişafın demək olar ki, bütün mərhələlərini

əhatə etməsi, bu mərhələlərdə Özünü göstərməsi bütövlükdə

iqtisadiyyatda baş verən hadisə və problemlərin yerli-yersiz

maliyyə sferasına keçirilməsi digər məsələlərlə yanaşı

inflyasiyaya da güclü təsir göstərir.

İqtisadiyyatla yanaşı maliyyə sferasında da ciddi gərginlik

halları baş verdikdə inflyasiyanın digər amilləri maliyyə- kredit

amili ilə daha çox əlaqəli olur, həm dövlət xərcləri, həm də gəlirləri,

habelə kredit münasibətləri inflyasiya amilinə çevrilir. Ona görə də

maliyyənin inflyasiyaya təsirini öyrənmək, bu təsirin proqnozunu

vermək üçün sadəcə olaraq proqramlar tərtib etmək kifayət

deyildir. Bunun üçün bu problemi törədən obyektiv və subyektiv

ziddiyyətləri, iqtisadi mənafeləri, risqIərİ araşdırmaq lazımdır.

Burada iqtisadi tarazlığın pozulması amilləri də diqqət mərkəzində

olmalıdır. Ona görə də iqtisadiyyat haqqındakı parlament

qanunları ilə iqtisadi qanunlar eyniləşdirilməməli, bazar sistemi

üçün daha səciyyəvi olan dəyər qanunu, tələb və təklif qanunu,

rəqabət qanunu, qeyri- müəyyənlik (xaos) qanunu, tələbatın

artması qanunu, təda- vüldəki pulun kəmiyyət qanunu və s.

iqtisadi siyasətdə nəzəri-metodoloji və praktiki cəhətdən nəzərə

alınmalıdır.

Burada iqtisadi böhran əleyhinə aparılan tədbirlərin

səmərəsi, bazarın tənzimlənməsi üzrə dövlətin irəli sürdüyü

tədbirlər, məhsuldar və qeyri məhsuldar xərclər, tələbatın (spros)

istehsal həcmindənmi, yoxsa dövlət xərclərindən irəli gəlməsi,

dövlət borcları, sosial müdafiə, hərbi xərclər, dövlət xərclərinin

yığım, investisiya və istehlakla (dövlət sektoru üz

7l

rə) olan nisbəti, kreditin yığımla əlaqəsi məsələləri, antiməs-

rəfçilik konsepsiyası, dövlət subsidiyaları, məcmu kapitalla pul

kapitalı arasındakı nisbət, kapitalın mənfəət gətirmə qabiliyyəti,

mənfəət normasının aşağı enməsi və ona əks təsir edən amillər

inflyasiya problemi ilə üzvü halda əlaqədardır və bu səbəbdən

inflyasiya səviyyəsi təhlil edilərkən nəzərə alınmalıdır. Həmin

problemlər vaxtında və elmi səviyyədə nəzərə aiınmadıqda inhisar

qiymətləri qalxır, inflyasiya üçün stimul rolunu oynayır, pul

qiymətdən düşür.

İnflyasiyada, qiymətartırmada vergilər, xüsusilə qeyri-

müstəqim vergilər də mühüm rol oynayır. Nəzəri-metodoloji

baxımdan bir çox iqtisadçı alimlər vergini inflyasiya yaradan amil

hesab etmir. Lakin iqtisad elmləri namizədi Fərid Quliyev haqlı

olaraq göstərmişdir ki, əlavə dəyər vergisi və aksizlər mühüm

qiymətəmələgəlmə amilidir.''

Qiymətartırma amili isə istər-istəməz inflyasiya amilinə

çevrilir. Bundan başqa, vergilər dövlət gəlirlərinin başlıca mənbəyi

kimi də inflyasiya ilə əlaqədardır. Praktiki baxımdan ən vacib

məsələlərdən biri qeyri-müstəqim vergilərin əmtəə və xidmətlərin

dəvərinə daxil edilməsi nəticəsində avrı-avrı illər üzrə mal

dövriyyəsinin nə oədər və necə faiz təşkil etməsini

müəyyənləşdirməkdən ibarətdir.

Maliyyə baxımından inflyasiya problemi dövlət büdcəsi

kəsirinin örtülməsi mənbələri və üsulları ilə bağlıdır. Əgər büdcə

kəsiri emissiya hesabına aparılarsa, onda bu dövriyyədə olan pul

kütləsinin həcmini artırar, beləliklə də milli pul va-

‘ Fərid Quliyev. «Millət və dövlət gəlirləriw Nağıl evi, 2004

72

hidi qiymətdən düşər. Ona görə də müasir şəraitdə inkişaf etmiş

ölkələr büdcə kəsirini örtəmk üçün daha çox vergiləri

genişləndirmək və dövlət borcları almaq üsulundan istifadə edirlər.

Lakin borclar çox olduqda onun faizini ödəmək də əlavə bir

problem olur. Bu baxımdan konkret olaraq aydınlıq gətirilməlidir ki,

büdcə kəsirini örtmək üçün emissiya önəmlidir, ya yox. Bizə belə

gəlir ki. əaər dövriəvvədə olan DUI kütləsinin həcmi iqtisadiyyatın,

ölkənin real tələbatından xevli aşağıdırsa (Azərbaycanda bu

müqayisədə cox aşağıdır), onda büdcə kəsirini emissiva volu ilə

örtmək daha əlverişli olardı.

Belə bir vacib cəhəti də qevd etmək lazımdır ki. inflyasiya

baş verdikdə dövlət gəlirləri, vergilər və alınmış kreditlər də

qiymətdən düşür. Dövlətin aldığı borcların faizini qiymətdən

düşmüş pulla qaytarmaq da xeyli münaqişəyə səbəb otur. Bu İsə

borc vəsaitindən istifadəni, bu vəsaitin yerləşdiril- məsini

çətinləşdirir. Burada borc verən qurumlar, hətta dövlətin özünün

mərkəzi (milli) bankı hökumətdən aivmətdən düşmüş vəsaitinin

indeksasiva edilməsi iddiasında ola bilər. Bunu ümumiyyətlə, hər

bir kreditor irəli sürə bilər, indeksasiya- dan söz düşmüşkən qeyd

etmək lazımdır ki, bir çox Ölkələrdə qiymətlərin inflyasiyalı artımı

ilə əlaqədar olaraq az təminatlı əhali təbəqəsinin həyatının dəyəri

nəzərə alınaraq nominal əmək haqqı və vergilər, xüsusilə

mütərəqqi vergilər də İndek- sasiya edilmişdir. Lakin bu üsul

vergilər sisteminin bir növ inflyasiyaya uyğunlaşdırma kimi

qiymətləndirildiyinə, büdcə gəlirinə mənfi təsirinə görə bir çox

dövlətlər, o cümlədən ABŞ, əsasən bundan İmtina etdi.

1992-cİ ildə inflyasiyanın geniş miqyas almasının mühüm

səbəblərindən biri də dövlət büdcəsi gəlirlərində qeyri- müstəqim

vergilərin təsiri olmuşdur. Demək kifayətdir ki, təkcə ƏDV-nin 28%

həcmində tətbiq edilməsi xalq təsərrüfatm-

73

da qiymətlərin 5,24 dəfə artmasına səbəb olmuşdur. Bu, sa-

hələrarası balansın məlumatları əsasında hesablanmışdır.

Professor A.M.Matlin göstərir ki, yalnız bu vergi növünün tətbiqi

1992-ci ilin yazında qiymət artımının 50%-ni təşkii etmişdir.'

A.M.Matlin göstərir ki, əlavə dəyər vergisinin tətbiqi labüd olaraq

maya dəyəri və qiyməti artırır, qiymətin artması isə dövlət xərcini

artırır. O, habelə qeyd edir ki, büdcə kəsirini qeyri- müstəqim

vergilər vasitəsilə aradan qaldırmaq olmaz, çünki dövlətin özü öz

əmtəəsinin alıcısıdır. Belə çıxır ki, dövlət bu vergi növünü tətbiq

etməklə, eyni zamanda problemin ağırlığını öz üzərinə götürür.

Ən kobud və yolverilməz iqtisadi tədbirlərdən biri inhi-

sarlasmış planlı iqtisadiyyat şəraitində qiymətlərin liberallaşdı-

rılması, azad edilməsi olmuşdur. Belə şəraitdə qiymətlər sürətlə

artır, inflyasiya son həddə çatır. Çünki bu halda bir tərəfdən

inflyasiyanın planlı idarə edilməsi mexanizmləri aradan qalxır,

digər tərəfdən isə həmin model çərçivəsində rəqabətin olmaması

bütün istiqamətlərdə öz mənfi nəticələrini göstərmiş olur, bu,

özünü xüsusilə, inflyasiyanın qiymət amili, istehsal xərcləri

formasında göstərmiş otur. Bu, problemin birinci, başlıca

cəhətlərindən biridir. İkinci cəhət, nöqsan belə bir çətin, ciddi

maliyyə şəraitində mövcud problemin (istehsalın durğunluğu,

struktur deformasiyası, inflyasiya gərginliyi, real əmək haqqının

enməsi) büdcə, pul-kredit vəsaitləri, mexanizmləri vasitəsilə həll

edilməsinə üstünük verilməsi olmuşdur. Halbuki, burada birinci

növbədə antiböhran tədbirlərinə üstünlük verilməli idi. Ona görə də

həmin tədbirlərin əks tərəfində sürətli inflyasiya artımı durdu və bu,

ən təhlükəli həddə çatdı, müəssisələrin ödəmələr problemi böhran

halını aldı. Ona görə də 1993-cü ildən başlayaraq postsovet

dövlət-

' fleHbrH M KpeAHT. 1993, N94. səh.44

74

lərinin bir çox mərkəzi bankları iqtisadiyyatda stabilləşdirmə

amillərinə üstünlük verməyi, məhdudiaşdırıcı pul-kredit siyasətini

həyata keçirməyi, inflyasiya amillərini məhdudlaşdırmağı

məqsədəuyğun hesab etdi. Bu tədbirlərə konkret halda

aşağıdakıları aid etmək olar: Kreditlərin ümumi artımını

məhdudlaşdırma; rüblər üzrə limitləri müəyyənləşdirmə; bankların

uçot dərəcələrini tənzimləmə; öz mİllİ pul vahidinə diqqəti artırma;

inflyasiya səviyyəsi azalana qədər sürüşkən valyuta məzənnəsi

rejimini saxlamaq və bununla əlaqədar olaraq valyuta bazarına

bank tərəfindən yersiz müdaxilənin edilməməsi; valyuta

ehtiyatlarını artırma; valyuta bazarını genişləndirmə. Lakin

1993-cü ildən sonra enerji daşıyıcıların qiymətlərinin qalxması

xərclər inflyasiyana mənfi təsir göstərdi, ümumi qiymət artımına

səbəb oldu.

İqtisadi islahatların ilk illərində Azərbaycanda kredit faizləri

160-170 faizə çatmış, bəzən daha yüksək olmuşdur. Kommersiya

bankları pul vəsaitini milli bankdan almış, onu bahalaşmış

qaydada, üstünə 30-40% əlavələr etməklə kreditlər vermişlər.

Əslində kreditlərin borc vermə, iqtisadi və digər funksiyaları ilə

yanaşı, qarşılıqlı yardım, mənəvi funksiyası da olmalıdır.

Burada maliyyə, valyuta, kredit sahəsindəki risqIərin

nəzərə alınması bazar sistemi şəraitində ən vacib və ağrılı

problemdir. RisqIər meydana çıxması mənbəyinə, səbəblərinə,

obyektinə, səviyyəsinə, növlərinə və s. əlamətlərə görə fərqlənir.

Firma və şirkətlərin valyuta və maliyyə risqIərinə aşağıdakılar

daxildir;

1. Valyuta risgləri. Bu, daha çox firma və şirkətlərin xarici

iqtisadi əlaqələri ilə bağlıdır. Milli valyutanın mübadilə

məzənnəsinin aşağı düşməsi nəticəsində müəssisələrin maliyyə

itkiləri və s.

2. Qiymət risgləri. (maliyyə bazarlarında aktivlərin-

75

səhmlərin, qiymətli kağızların, qızılın və s. qiymət indeksində- ki

əlverişsiz dəyişikliklər nəticəsində maliyyə itkiləri)

3. Bütövlükdə maliyyə tarazlığının, sabitliyinin pozulması

ilə bağlı risqIər (mənfi pul axınları, iflasa uğrama).

4. Kredit risqi.

5. İnvestisiya risqi.

6. İnnovasiya maliyyə risqi.

7. Depozit risq.

8. Ayrı-ayrı maliyyə əməliyyatları üzrə risqIər

9. Kritik, katostrofik, yol verilən rİsqIər.

10. Ehtimalı az və çox olan risqIər.

11. Sığortalanan (xenjiləşdirilmiş), və sığortalanmamış

risqIər.

76

§11 Defilyasıya problemi.

Müasir dünya ölkələrinin iqtisadi durumu, iqtisadi artım

səviyyəsi və valyuta siyasəti çərçivəsində defilvasiva hec də

inflyasiyadan az əhəmiyyətli problem deyildir. Məlumdur ki, de-

fılyasiya həm qiymətlərin aşağı düşməsi və həm də artması ilə

əlaqədardır. Bu, bir qayda olaraq əmtəə və xidmətlərin

qiymətlərinin aşağı enməsini səciyyələndirir. Lakin dövriyyədə,

xəzinədə pul qıtlığı yarandıqda (əmtəə və xidmətlərin miqdarına

nisbətən) pulun qıtlığı, alıcılıq qabiliyyətinin artması bahalaşmaya

səbəb olur. Dünya ölkələrinin təcrübəsi və bir çox iqtisadçıların

tədqiqatları, mülahizələri göstərir ki, həddindən artıq aşağı

İnflyasiya da iqtisadiyyata, bazar effektinə mənfi təsir göstərir. Bu

hal staqnasiya, defilyasiya, valyuta məzənnəsinin qeyri-

müəyyənliyi və digər iqtisadi risqlər şəraitində daha təhlükəlidir.

Bəzi müəlliflər, o cümlədən P.Penzin burada çıxış yolunu həm

metodoloji problemlərin həllində {qiymətlərin inflyasiyalı və

inflyasiyasız artımının araşdırılması), həm də stabil iqtisadi

artımın təmin edilməsində, dövlət istiqrazlarının alınmasında və

kreditləşmədə görür. Məsələn, inflyasiyasız qiymət artımı isteh-

lakın strukturunun dəyişməsi (bahalı əmtəə və xidmətlər üzrə),

məhsulun keyfiyyətinin yaxşılaşması, analoqu olmayan yenisinin

meydana gəlməsi ilə də. yəni qeyri-inflyasiyalı amil hesabına,

habelə qarışıq amillər hesabına da baş verə bilər. İndi ABŞ- da,

Çində, Tayvanda, Sinqapurda və bir çox ölkələrdə inflyasiyadan

daha çox defilyasiya problemi narahatlıq törədir. Məsələn, Çində

son illər əmtəələrin qiymətləri orta hesabla 10%, dəqiq

hesablamalara görə 20% aşağı enmişdir. ABŞ-da da qiymətlər

nəinki artmış, əksinə azalmışdır. Amerikada iqtisadi sahələrin

yarısında qiymətlər aşağı enmişdir. Tayvanda, Sinqapurda

defilyasiya halları onların Çinlə iqtisadi bağlılığı ilə izah edilir. Çin

nəinki həmin ölkələrə, hətta aparıcı ölkələr olan ABŞ

77

və Yaponiyada da qiymətlərin müəyyən edilməsinə təsir edir. Belə

ki, dünya ticarət artımının 25%-i Çinin payına düşür. (Lakin

ticarətin həcmində onun payı 4,5%, alıcılıq qabiliyyəti pari-

tetliyinə görə dünyanın ÜDM-da 10% təşkil edir)’

Bir çox iqtisadçılar deflyasiya prosesini həm də 1998-ci ildə

Asiya maliyyə böhranı ilə əlaqələndirirlər. Burada digər amillər də

öz təsirini göstərir. Məsələn, Çinin, Yaponiyanın, Sinqapurun,

Tayvanın, Honkonqun ÜDM-lu cari mübadilə məzənnəsi ilə 5,8 trl.

dollar olduğu halda alıcılıq qabiliyyəti pa- ritetliyinə görə 10 trl.

dollar olmuşdur.^

Bütün bu və digər cəhətlər dünya miqyasında deflyasiya

probleminin getdikcə kəskinləşdiyini göstərir. Bəzi iqtisadçılar isə

deflyasiya prosesinin artmasını dünya Ölkələrinin iqtisadiyyatının

açıq xarakter alması və qloballaşma İlə izah edirlər.^ Deflyasiya

indi Amerikada ciddi narahatlıq yaradır. Indİ bu səbəb üzündən

orada iqtisadiyyatın strukturuna (xüsusilə xidmət sferasının

artmasına), tsiklik inkişaf probleminə, ticarət əlaqələrinə xüsusi

diqqət yetirilir, indinin özündə xidmət ABŞ- ın ÜDM-un 53%-nİ

təşkil edir, istehlak qiymətləri artımı indeksinin isə 59%-ni

müəyyən edir, indi dünya ölkələri, iqtisadçılar başa düşürlər kİ,

deflyasiya həm də nominal gəlirləri azaldır, sahibkar gəlirlərinə,

hətta əmək haqqında ifadə olunan əhali gəlirlərinə mənfi təsir edir,

dövlət borclarını çoxaldır. Bəzən qiymətlərin aşağı düşməsi

nəticəsində problemin həllinə pulun emissiyasının, banklararast

bazarlarda pul likvidliyinin geniş halda yayılmasını təmin etməklə

nail olma variantı da irəli sürülür. Lakin həm də nəzərə almaq

lazımdır ki, məcmu böhran vəziyyəti əsasən beş formada (İqtisadi,

kapital baza-

’ M3M0, 2004, Ne5. səh. 13 ^

yenə orada səh. 13 ’ yenə

orada səh. 14

78

rının deformasiyası, bank sisteminin böhranı, valyuta böhranı,

borc böhranı) baş verir və onları konkret situasiyalarda yaradıcı

halda nəzərə almaq lazımdır.

79

§12 Restriksion siyasət və onun nəticələri.

Obyektivlik xatirinə onu da qeyd etmək lazımdır ki,

respublikada, postsovet ölkələrində inflyasiyanın əsası hələ

1991-1993-cü illərdə gizli inflyasiyadan açıq inflyasiyaya-

hiperinflyasiyaya uğradığı, dəfələrlə pul emissiyası zamanı

qoyulmuşdur. Həm də bu zaman həm tələb inflyasiyası, həm də

xərclər inflyasiyası son dərəcə deformasiya vəziyətinə

düşmüşdür. Dövlət istehsal sektorunu maliyyələşdirmək son

dərəcədə çətin idi, sosial xərcləri, əmək haqqını vermək ondan da

müşkül olmuşdu. Ona görə də məcmu tələbin artımı qiymət artımı

ilə «tənzimlənirdi», bir növ neytrallaşdınlırdı. Əlbəttə. burada

qeyri-elmi maliyyə-kredit siyasəti də az rol oynamamışdı, Bəzən

əsassız pul emissiyası, nəğdsiz hesablaşmalarda, barter

əməliyyatlarında, süni inflyasiya doğuran tədbirlər də öz neqativ

təsirini göstərmişdir. İqtisadi əlaqələrin bəzən

əsassız-«vətənpərvər!ik)> qaydasında dondurulması əmtəə,

istehsal təklifində «şok təklifi» yaratmışdı ki, bu da digər

məsələlərlə yanaşı xərclər inflyasiyanın xeyli artmasına səbəb

olmuşdur. Enerji daşıyıcılarının qiymətlərinin artması,

iqtisadiyyatın strukturunun deformasiyası, bazar sistemi

tələblərinin uyğun gəlməməsi, istehsalın qeyri-səmərəli

yerləşdirilməsi, kreditor borclarının debitor borclarını dəfələrlə

üstələməsi məcmu tələblə məcmu təklif arasındakı inflyasiya

fərqlərini (pulun nominal dəyəri, nominal tələb ilə istehsalın

nominal həcmi və qiymət səviyyəsi arasındakı fərqlər) xeyli

artırmışdı, dövlət maliyyəsini iflic vəziyyətə salmışdı, əsil pul-

kredit böhranı baş vermişdi. Ona görə də postsovet ölkələrində

islahatların ilk illərində, o cümlədən Azərbaycanda dövriyyədə

olan pul kütləsinin, milli valyutanın, kreditiəşmənin makroiqtisadi

tənzimlənməsi real, ilkin şərtlər, xüsusiyyətlər nəzərə alınmadan

sərt restriksion siyasət qaydasında həyata keçi

80

rildi. Restriksion kredit siyasəti inflyasiyanın aşağı düşməsinə

səbəb oldu. İnflyasiyanın artım səviyyəsinin depozit faizindən

aşağı olması depozit qoyuluşunun artmasına stimul yaratdı,

kommersiya banklarının hesablaşma hesabında sərbəst pul

vəsaitini artırdı, əhalinin pul yığımı da artdı. Beləiklə, restriksion

siyasət dövlət xərclərinin azalmasına, pul emissiyasını, ssuda

faizini məhdudlaşdırsa da, vergi dərəcələrini artırsa da, nəticə

etibarilə inflyasiyanı aşağı salsa da, müəyyən mənfi nəticələrə də

səbəb oldu. Bankların yüksək faiz dərəcələri müştərilərin,

istehsal-ticarət strukturların bank kreditinə marağını azaltdı,

sənaye və digər müəssisələrdə ödəmələr probleminin baş

verməsi isə onların da kredit alma imkanını məhdudlaşdırdı, hətta

sıfıra endirdi. Beləliklə, banklarda çoxlu pul vəsaiti yığılıb qaldı, bu

resurslardan istifadə edənlərin isə sayı azaldı. Banklannsa likvidlik

vəziyyəti pisləşdi. Ödəmələr böhranı myəssisələri iflas vəziyyətinə

saldı. Qeyd etmək lazımdır ki, restriksion siyasət sənayecə inkişaf

etmiş bir sıra ölkələrdə də aparılmışdır. Lakin postsovet

dövlətlərində bunu etmək üçün müvafiq şərait və təcrübə yox idİ.

Belə siyasət nəticə etibarilə inflyasiya amilini zəiflədə bilmədi,

əksinə istehsalın dondurulması, staqflyasiya prosesi vasitəsilə

inflyasiyanı bir az da artırdı. Bu da asaöıdakı sadə məntiqə,

iqtisadi aanunauväunlualara əsaslanır İstehsal. ÜDM-un artımı

zəiflədikdə, dayandıqda oulun əmtəə təminatı da azalır, zəifləyir.

Burada ən vacib məsələ dövlətin bu prosesə, problemə müdaxilə

etməsidir, istehsalın artımını, invetisiyanı fəal- laşdırmasıdır, çevik

və səlist maliyyə mexanizminin tətbiq edilməsidir. Burada elmi

mülahizələr, elmi mövqelər əsas götürülməlidir. Ona görə də digər

məsələlərlə yanaşı dövlət strukturları ilə kommersiya vasitəçilik

strukturlar arasındakı əlaqələrin, pul axınının şəffaf olması,

nəzarətdən kənar təkrar

81

gizli emissiyalann aradan qaldırılması (borc və ödəmələr pul

resurslarından təkrar emissiya kimi istifadə), lisenziyasız qiymətli

kağızların buraxılışının dayandırılması, bu və ya digər pul

vəsaitlərinin kölgəli, gizli dövriyyəyə buraxılmasının qarşısının

alınması son dərəcə vacibdir.

82

§13 Maliyyə resurslarının inflyasiyalı yenidən

bölüşdürülməsi.

inflyasiya əmtəə-pul münasibətləri, birbaşa maliyyə

resurslarının inflyasiyalı yenidən bölüşdürülməsi ilə bağlıdır. Onu

da nəzərə almaq lazımlır ki, inflyasiya prosesi yeni dəyər yaratmır,

yalnız yenidən bölüşdürür. Gəlirlərin yenidən bölüşdürülməsi

intensivliyi və dərinliyi inflyasiyanın nüfuz etdiyi sferalardan da (ev

təsərrüfatları, maliyyə sektoru, əhalinin, qey- h-maliyyə sektoru,

dövlət, müəssisə, ayrı-ayrı sahələr, borclar, kredit, bütövlükdə pul

resursları, aktivlər, passivlər) asılıdır. Bütün bunlar bu və ya digər

formada, birbaşa və ya dolayısı yolla ictimai təkrar istehsalın

maliyyə mütənasibliyi və maliyyə resurslarının dövriyyəsi ilə

bağlıdır. Yenidən bölüşdürmə prosesi yuxarıda göstərilən sferalar

üzrə özünəməxsus mexanizmlərlə, kanallarla (nisbi qiymətlər,

əlavə dəyərin sahələrarası bölüşdürülməsi, pul axınları, borc

ödəmələri, xol- dinq gəlirlər və s.) həyata keçirilir. Resursların

yenidən bölüşdürülməsi inflyasiyanın əhatə etdiyi sferalar üzrə

iqtisadi mənafelərə də müxtəlif halda təsir edir: Məsələn, ev

təsərrüfatında-real əmək haqqının aşağı düşməsi, əmək haqqı

üzrə yığılıb qalan borcların qiymətdən düşməsi, qeyri-maliyyə

sektoru üzrə xoldinq mənfəətinin, qarşılıqlı borcların qiymətdən

düşməsi, dövlət üzrə-iqtisadi və sosial sahələr üzrə

subsidiyaların,vergilər üzrə borcların qiymətdən düşməsi, maliyyə

sektoru üzrə-müəssisə borclarının, kreditlər üzrə real faiz

ödənişlərinin qiymətdən düşməsi, müəssisə depozitləri faizinin

aşağı düşməsi və s.

83

§14 Firmalarda debitor borcları və inflyasiya

Debitor borclarının müəssisəyə daxil olması və ya

olmaması, ləngiməsi də bütövlükdə və habelə ayrı-ayrı əmtəə,

xidmət qrupları üzrə qiymətlərə, inflyasiya səviyyəsinə təsir edir.

Çünki hər hansı bir müəssisə debitorlardan ödənişləri əldə etməsə

(bu da mühüm pul vəsaiti mənbəyidir), pul qıtlığı problemi

meydana çıxa bilər ki, bu da onun öz məhsulunu satmaq və yaxud

nəsə almaq şərtlərini dəyişə bilər və yaxud kredit almaq (lazım

gələrsə), vermək və inkassasiyada dəyişikliyin (səmərəli və yaxud

səmərəsiz) baş verməsinə gətirib çıxarar, cari aktivlərin

dövriyyəsinə, satış potensialına təsir edər. Ona görə də həmişə

ardıcıl olaraq debitor borclarının faktorinqi qiymətləndirilməlidir,

təhlil edilməlidir. Burada: debitor borclarının xarakteri, debitor

borclarının cari aktivlərdəki xüsusi çəkisi, real dəyəri, debitor və

kreditor borcları arasındakı nisbət, borcların daxilolma proqnozu və

s. nəzərə alınmalıdır. Bu problemi nəzərə alan bir çox firma və

şirkətlər məhsulunu yalnız kreditlə deyil, əvvəlcədən ödəmə

qaydasında satır, həm də bunu müvafiq bankın qarantiyası ilə

çevik müqavilə şərtləri ilə həyata keçirir. Burada maraqlı cəhət həm

də ondan İbarətdir ki, firma və şirkət inflyasiyadan qorunmaq ücün

ce- vik qiymətlərdən istifadə edirlər, konkret məhsullar üzrə

inflyasiya indeksləri nəzərə alınır, ödəmələrin faktiki müddəti və

habelə pul vəsaitinin alternativ qoyuluşu da nəzərə alınır. Burada

Ödənişlərin əvvəlcədən, vaxtında həyata keçirilməsi ilə əlaqədar

olaraq müştərilərə güzəştlər, kontraktların bağlanması strategiyası

(perspektivli, ümidverici müştəri ayrı-ayrı xüsusi hallar) ilə əlaqədar

meydana çıxa biləcək itkilər inflyasiya nəticəsində satılacaq

məhsulun cari qiymətlərinin aşağı düşməsi variantları müqayisə

edilməli, səmərəli variant əsas götürülməlidir. Bununla əlaqədar

olaraq aşağıdakı gös

84

təricilər nəzərə alınmalıdır; 1.Qiymət indeksi. 2. İnflyasiya

səviyyəsi (minimum, orta, yoxsa yüksək) 3, Milli pulun alıcılıq

qabiliyyətinin aşağı düşmə əmsalı. 4. İnflyasiya ilə bağlı itkilər (hər

min, yüz min və s. hesabı ilə) 5, Güzəştlərin verilməsi ilə əlaqədar

xərclər (hər min, yüz min və s. hesabı ilə) 6, Güzəşt və

inflyasiyanın müqayisəli nəticələri (hər min, yüz min və s. hesabı

ilə). 7. Bank kreditinin ödənilməsi (illik 10,12,14% və s. hesab ilə).

8. Alternativ qoyuluşdan əldə edilən gəlir (rentabelliyi və

inflyasiyanı nəzərə almaqla). Bunların əsasında yol verilə biləcək

güzəştlərin həcmi, İtki və qazanclar müqayisəli halda araşdırılır və

yekun nəticə əldə edilir. Bu cəhətlər özünü heç bir vəchlə

doğrultmasa debitor borclar satıla bilər, satış haqda müqavilə

bağlanır və müəssisə borclu müəssisəyə bu barədə (borclu olan

haqda) məlumat verir.

İndi də respublikada kiçik, orta və İri müəssisələrin bəzi

maliyyə göstəricilərini nəzərdən keçirək.

Respublika müəssisə və təşkilatlarının maliyyə fəaliyyətinin

nəticələri

Cədvəl 13

NB Gösləhcilər

İllər

2001 2005

Keçən ilin müvafiq dövrü* nə

nisbətən, %

1 Mal va məhsulun (İşin və xidməlin)

satışından əldə edilən ümumi gəlir

(ƏDV, aksiz və məhsula hesablanan

digər vergilər nəzərə alınmadan)

19036512,4 15780123,7 120.6

2 Məhsulun mava dəyəri 13557821.3 15743392,9 116,1 3 Satışdan yaranan mənfəət 2124546.4 2858660.9

4 Hesabat dövrünün mənfəəti 2061603 3018159,7

5 Mənfəət vergisi 635106.7 884445.5 139.3 6 Müəssisənin sərəncamında qatan

mənfəət 1465221,6 1657031.1

7 İşçilərə ödənişlər: a) əmək haqqı

fondo 911438,8 1907610.9 120.4

b)maddi yardım 25266,4 27367.9 108.3 c) sosial xarakterli ödənişlər 25432.1 27798 109.2

85

13 saylı cədvəldən göründüyü kimi 2001-2002-ci illər

ərzində mal və məhsulların satışından əldə edilən ümumi mənfəət

1,21 dəfə, yəni 3256388,7 mln. manat məbləğində azalmışdır.

Qeyd olunan dövrdə məhsulun maya dəyəri isə təxminən 1,2 dəfə

(13,9%) artmışdır. Artım 2185571,6 mln. manat məbləğində

olmuşdur. 2001-ci ildə məhsulun maya dəyəri mal və məhsulların

satışından əldə edilən ümumi mənfəətin təxminən 71,2%-ni təşkil

etmişdir. 2002-ci ildə isə bu göstərici 99,8% olmuşdur. Bu artım

yuxarıda qeyd etdiyimiz kimi əldə edilən ümumi gəlirin 2002-ci ildə

azalması ilə əlaqədardır.

Satışdan yaranan mənfəət 2001-ci ildə əldə edilən ümumi

gəlirin 11,1%-nİ təşkil etmişdir. Bu nisbət 2002-ci ildə 18,1%

olmuşdur. Onu da qeyd edək ki, 2001-2002-ci ildə satışdan

yaranan mənfəətin həcmi təxminən 1,3 dəfə (25,7%), yəni

734114,5 mln. manat məbləğində artmışdır.

2001-2002-ci illərdə hesabat dövrünün mənfəəti təxminən

1,5 dəfə (31,7%) artmışdır. Bu artım məbləği 956556,7 mln, manat

təşkil etmişdir. Qeyd olunan dövrdə mənfəət vergisinin həcmi isə

249338,8 mln. manat məbləğində, yəni təxminən 1,4 dəfə (28,2%)

artmışdır. 2001-ci ildə mənfəət vergisi əldə edilən ümumi gəlirin

3,3%-ni təşkil etmişdir, 2002-ci ildə isə 5,6%-i həcmində olmuşdur.

2001-2002-ci illərdə müssisənin sərəncamında qalan

mənfəət isə 191809,5 mln. manat məbləğində, təxminən 1,1 dəfə

(11,6%) artmışdır. Qeyd edilən dövrdə əmək haqqı fondu isə

996172,1 mln. manat məbləğində, təxminən 2,1 dəfə (52,2%)

artmışdır. 2001-ci ildə əmək haqqı fondu əldə edilən ümumi

mənfəətin 4,8%-ni təşkil etmişdir, 2002-ci ildə 12,1%-i həcmində

olmuşdur. 2001-2002-ci illərdə işçilərə verilən maddi yardımların

həcmi təxminən 1,1 dəfə (7,7%), yəni 2101,5 mln. manat

məbləğində artmışdır. Sosial xarakterli ödənişlərin

86

həcmi isə 1,1 dəfə (8,6%), yəni 2365,9 min. manat məbiəğin- də

artmışdır. 2001-ci üdə işçiiərin əmək haqqı fondu onlara verilən

maddi yardıma insbətən təxminən 36,1 dəfə (97,2%), yəni

886172,4 mln. manat məbləğində çox olmuşdur. 2002-ci ildə isə

bu artım təxminən 70 dəfə (98,6%), yəni 1880243 mln, manat

məbləğində çox olmuşdur. Belə artım 2002-ci ildə əmək haqqı

fondunun artımı ilə əlaqədar olmuşdur.

Sənayedə maliyyə fəaliyyətinin nəticələri.

Cədvəl 14

Nd Gösldhcildr

lltef

2001 2005 Keçən ilin müvafiq

dövrünə nisbətən. %

1 Ma! vd mah&ulun (işin va xidmətin) sait-

ştndan əldə edilən ümumi gəlir (ƏDV, aK-

siz və məhsula hasablanan digər vergilər

nəzərə alınmadan) 8259671.2 S50S661.4 1M.1

7

Ifçllera ödanif lar a) əm^ haqqı fondu 462416,0 52S96.6 113.7

b) maddi yardım 10266 8882.4 85,5 c) sosial xarakterli ödənislar 11766 13338 113.4

2001-2002-ci illərdə sənaye üzrə mal və məhsulların

satışından əldə edilən ümumi gəlirin həcmi təxminən 1,04 dəfə

(3,9%), yəni 338990,2 mln. manat məbləğində artmışdır. Qeyd

olunan dövrdə əmək haqqı fondu isə təxminən 1,14 dəfə (12%),

yəni 63179,8 mln. manat məbləğində artmışdır, 2001-ci ildə

işçilərin əmək haqqı fondu əldə edilə ümumi gəlirin 5,6%-ni,

2002-ci ildə 6.1%-ni təşkil etmişdir.

2001-2002-ci illərdə işçilərə verilən maddi yardımın

məbləği 1383,6 mln. manat məbləğində, yəni təxminən 1,2 dəfə

(13,5%) azalmışdır. Qeyd olunan dövrdə sosial xarakterli

ödənişlərin məbləği isə 1572 mln. manat məbləğində, təxminən

1,1 dəfə(11,8%) artmışdır. 2001-ci ildə işçilərə verilən maddi

yardımlar əldə edilən ümumi gətirin 0,12%-i, 2002-ci il

87

§15 Defisit maliyyələşdirmə və inflyasiya.

Defisit maliyyələşdirmə adından da bəlli olduğu kimi büdcə

qıtlığından irəli gəlir və həm də bunu iqtisadi artımın, dövlət

xərclərinin artımının nəticəsi kimi də qiymətləndirmək olar, Defisit

maliyyələşdirmə həm də müəyyən proqramların yerinə yetirilməsi

üçün əlavə pul vəsaitinin səfərbərliyə alınması ilə əlaqədardır.

Çünki bir tərəfdən xərclərin artımı, habelə investisiya fəallığının

artırılması, digər tərəfdən isə maliyyə resursları məhdudluğu belə

maliyyələşdirmə qaydasını zəruri edir. Vaxtilə bəzi iqtisadçılar

bunu sırf büdcə qıtlığı problemi adlandırırdılar. Belə olan şəraitdə

dövlət istiqrazları buraxılışı, əlavə pul emissiyası, dövlət

borclarının yığılıb qalması halları intensivləşir. Həm də

kommersiya banklarında dövlət öhdəliklərinin yerləşdirilməsi,

xəzinə vekselləri və s. dövriyyəyə artıq pul kağızlarının daxil

olması təhlükəsi yaradır. Bundan başqa banklar süni qaydada

depozitlərin artması yolu İlə də dövriyyədə pul kütləsini artıra bilər.

Ona görə də kreditləşmə bu və ya digər yolla emissiya mexanizmi

ilə bağlıdır. Bu o deməkdir ki, defitsit maliyyələşdirmə, pul tədavülü

və inflyasiya bİr-biri ilə bağlıdır. Bir çox hallarda dövlətin özü

xəzinədar vekselləri mərkəzi bankda yerləşdirməklə həmin

banklardan öhdəlik qaydasında kredit alır. Bu, dövlət üçün xarici

valyuta almaqdan və yaxud emissiyadan daha əlverişlidir, bank

banknotunu veksel, daha doğrusu əmtəə vekseli əvəz edir. Çünki

vekselin əmtəə dəyəri vardır.

Digər qiymətli kağızlar kimi veksel bazarı da mövcuddur,

Büdcə öhdəliklərinin yerinə yetirilməsində (vəsait çatış- madıqda)

xəzinə vekseli vasitəsilə bu borc ödənilir. Veksel ödəniş vasitəsi

rolunu icra edir. O, həm də bazarda qiymətli kağız kimi

alınıb-satılır. Veksellər müəssisələrarası qarşılıqlı borcların

ödənilməsi baxımından da mühüm vasitədir. Bir çox ölkələrdə

hətta müəssisələr vergi borcları əvəzinə xəzinədar

89

lığa veksel təqdim edir. Pul çatışmadıqda müəssisələr veksellər

xammal, material alışını təmin etməklə əmtəə dövriyyəsinə, pul

tədavülünə təsir edir.

Defısit maliyyələşdirmədə dövlət istiqrazlarının da böyük

əhəmiyyəti vardır. Bu, əlverişli variantlardan biridir. Çünki dövlət

qiymətli kağızlar bazarında istiqrazı satmaqla dövriyyədə mövcud

olan pul hesabına maliyyə vəsaiti əldə edir, ən başlıcası isə bu,

dövriyyədə olan pulun miqdarını artırmır. Çünki əhali onu

dövriyyədə olan pul hesabına alır. Burada sanki əhali dövləti

kreditləşdirən mənbə rolunu, «ictimai bank» rolunu oynayır.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, milli valyutaya

etimad azaldıqda, milli pul vahidi qiymətdən düşdükdə defıtsit

maliyyələşmə üçün də yeni problemlər yaranır. Nəticədə aşağıdakı

hallar baş verir: xüsusi kapital öz pulunu zinyət əşyaları almağa

sərf edir; daşınmaz əmlaka meyl edir; öz pulunu xarici banklara

keçirir; xaricdə kapital qoyuluşunu həyata keçirir; pulları tüfeyli

həyat tərzi üçün sərf edir. Bütün bunlar ölkədə yığıma mənfi təsir

göstərir, yığım normasını aşağı salır, spekul- yativ və kontrabanda

halları artır, sosial-siyasi ziddiyətlər artır.

Bununla belə inflyasiya iqtisadi inkişafdan irəli gətən və ilk

baxışda obyektiv əsası olan bir hadisə kimi baş verə bilər. Bəzən

inflyasiyaya haqq qazandırmaq üçün onu inkişafdan irəli gələn bir

hal kimi qiymətləndin'rlər. Bununla tamamilə razılaşmaq olmaz.

Çünki belə halda defitsit maliyyələşdirmə probleminə sistemli

qavdada prioritet xərclər və sahələr aspektində, makroiqtisadi

aspektdə-səmərəli seçim metedoloaivası qaydasında yanaşmaq

lazımdır. Problemə bu cür yanaşıldıqda izafi dövlət xərclərinin

artırılması son dərəcə qeyri-səmərəli görünür. Əlbəttə, belə

olduqda defisit maliyyələşdirmə nəinki favdah devildir. hətta ölkə

iqtisadiyyatı üçün inflvasivə yaradıcı amil kimi son dərəcə

təhlükəlidir.

90

§16 İnflyasiyanın monetarist konsepsiyası və onun

məhdud çərçivədə dərk edilməsi haqqında.

Monetarist konsepsiyanın aparıcı nümayəndəsi M.Frid-

men də inflyasiyanı, inflyasiya prosesini pul kütləsinin artması,

dövriyyədə olan pulun miqdarı ilə əlaqələndirir, pul sanki

inflyasiyanın sinonimi hesab edilir. Monetaristlər deyirlər ki, pul

özünə tələb yaradır. Bu düzdür, lakin bütün hallar- damı pul

inflyasiyaya səbəb olur? Belə çıxır ki, inflyasiyanı ləğv etmək üçün

pulu ləğv etmək lazımdır, bu isə mümkün olan variant deyildir,

lakin mümkün olanlar çoxdur. Monetarİs- lər də dolayısı yolla

İnflyasiyanı yumşaltmaq üçün əmək haqqını dondurmağı

məqsədə uyğun hesab edirlər. Lakin monetaristlər əsas səbəbi

pul nişanələrinin həddindən artıq emissiyasında görürlər. Əlbəttə,

burada qiymət amili də əsas şərt rolunu oynayır, praktikada pul

kütləsininmi, yoxsa qiymə- tinmi səbəb və yaxud nəticə rolunu

oynamasını ayrıd etmək o qədər də asan deyildir. Situasiyadan

asılı olaraq səbəb və nəticə yerini dəyişə bilər. Monetarist

konsepsiya burada inflyasiyanın nəinki digər amillərini, hətta belə

maliyyə-kredit sistemi ilə bağlı digər amilləri də nəzərə almır. Eyni

zamanda antitsiklik dövlət tənzimləmə aspektini qəbul etmirlər,

lakin pul kütləsinin tənzimlənməsini qəbul edirlər. Lakin istehsalın

və istehlakın genişlənməsində kredit və vergilərin rolu inkar edilir,

monetarist konsepsiya bir amilli inflyasiya modelinə əsaslanır və

konsepsiyanın özü ziddiyyətlidir. Bizə belə gəlir ki, sovetlər

dövrünün əksər iqtisadçıları, habelə müasir iqtisadçılar

M.Fridmenin nəzəriyyəsini, konsepsiyasını, praktiki tövsiyyə- lərini

birtərəfli qavdada izah etmiş, bu nəzəriyyəni ideal bir variant kimi

qiymətləndirmişlər. Lakin Miiton Fridmenin özü belə

düşünməmişdir. O, yazırdı: „Axırda irəli sürdüyümüz təklifin

təvazökar məqsəd daşıdığını qeyd etmək istərdim... bu heç

91

də istehsal amillərinin tam məşğulluğunu, son əmtəə istehsal üçün

çevik qiymətlərin yaranmasını təmin etmir. Bu, həm də məhsul

buraxılışı və məşğulluqda tsiklik kənarlaşmaları, tərəddüdləri

aradan qaldırmır»^

indi isə M.Fridmenin kredit-pul, büdcə-vergi sferalarında

monetar konsepsiyasının özünütənqid baxımından digər

məqamlarını da nəzərdən keçirək,

Məqam 1. O, göstərir ki, bu konsepsiya kredit-pul və

büdcə-vergi tədbirlərinin stabilliyini təmin etsə də, bu sahədəki bir

sıra qeyri-müəyyənlikləri və arzuolunmaz siyasi nəticələri aradan

qaldırmır, (səh 174).

Məqam 2, O, göstərir ki. təklif olunan fikir, irəli sürülən

siyasət tsiklik kənarlaşmanın müəyyən həddinə qədər uğursuz ola

bilər. Tsiklik kənarlaşmaya şərait yaradan qüvvələr inadkar və

güclü ola bilər və ona görə də irəli sürülən siyasət həmin

qüvvələrin təsirini yolverilən səviyyəyə qədər yumşalda bilmir.

M.Fridmen yazır: «Mən deyə bilmərəm, doğrudan- mı bu belədir,

bunu necə yoxlamaq olar.»^

Məqam 3. Nəzərə almaq lazımdır ki, Keynsdən fərqli olaraq

Fhdmen daha çox praqmatik iqtisadçı idi. O. özü Keynsi

«intellektual inqilabın baş meman» adlandırırdı (səh16) və eyni

zamanda onun bir çox konsepsiyalarını qəbul etmirdi. M.Fridmen

əslində öz konsepsiyasını 1948-1958-ci illərdə qərbi Almaniya,

İtaliya, İngiltərə. Fransa və habelə ABŞ-da baş

' MHJITOH OpıutMeH «OCHOBW MonerapH3Ma» M.2002. s. 174 *

səh. 175

92

verən iqtisadi proseslərə istinad edərək hazırlamış və Almaniyanın

«iqtisadi möcüzəsi» və yuxarıda adı çəkilən ölkələrin onun

adlandırdığı kimi «ucuz pu!» siyasətinin açıq inflyasiyaya gətirib

çıxarmasını, bəzi hallarda isə bir sıra nəzarət edici tədbirlərin

İnflyasiyaya müsbət təsirini (azalması mənasında) araşdırmışdır.

Nəticədə pul siyasətinin, pulun əhəmiyyətinin həmin ölkələrdə

lazımi dərəcədə dərk edilməməsinə tənqidi qaydada yanaşmışdır.

Bununla əlaqədar olaraq o, bank islahatlarının aparitması,

borcaların idarə edilməsi, pul və bank razılaşmalarının (qanunlar,

normalar, normativlər, təşkilati strukturlar və s.), bu işdə dövlətin

müəyyən rolunun olmasını, müəyyən dövlət pul siyasəti

meyarlarının zəruriliyini də və s. qeyd edir, (səh 17-18) Həm də

burada irəli sürülən təkliflərin, meyarların yalnız səmərəli iqtisadi

vasitələr, mexanizmlər şəraitində yaxşı nəticələr verə biləcəyini

göstərir.

Məqam 4. M.Fridmenİn konsepsiyası, modeli pozitivizmi

metodologiyasına əsaslanır ki, bu da müəyyən kateqoriyalar

aparatı və hipotezlərlə bağlıdır ki, bu da praktiki materialların

sistemləşdirilməsi və təhlil edilməsini tələb edir. Lakin məlumatlar

bir çox hallarda ziddiyyətli olur. Fridmenin modeli isə, özünün

dediyi kimi, irəli sürülən proqnozların dəqiqliyini nəzərdə tutur,

(səh 8)

Məqam 5. Pul sisteminin optimal qaydada qurulması və

tənzimlənməsində Fridmen «dövlət məsuliyyəti» konsepsiyasını

irəli sürmüşdür. O. həm də Federal Ehtiyat Sisteminin

93

maliyyə səlahiyyətindən danışarkən ümumi pul kütləsinin

müəyyən edilməsində, borc kapitalı və depozitlərin yerləşdirilməsi,

banklarda əməliyyatların tənzimlənməsi, kredit siyasəti, istehlak

krediti, faizlər üzərində nəzarət, pul ehtiyatlarına tələbatın düzgün

müəyyənləşdirilməsi məsələlərini də irəli sürmüşdür. Bütün bu

məsələləri sərbəst ehtiyatlar, aktiv pullar, pul təklifinin fasiləsiz

olaraq artması, pul və kredit siyasətinin səmərəliliyi, bu sahədə

baş verən müsbət və mənfi dəyişikliklərlə üzvü şəkildə

əlaqələndirir. Maraqlı cəhət odur ki, Frid- men qiymətli kağızların

dövlət satışını aktiv pulların miqdarının azalması kimi

qiymətləndirir. Həm də bunu kommersiya bankları tərəfindən

qiymətli kağızların satışının inflyasiya ilə şərtlənməs! ilə

əlaqələndirir. Qəribə də olsa, o hesab edir ki, kommersiya

banklarının qiymətli kağızlar satışı inflyasiya yaratmır. O, bunu

qiymətli kağızların satışından əldə edilən qazancın Federal

büdcənin xəzinəsinə daxil olması ilə izah edir.Əlbəttə, onun fikri

mübahisəli xarakter daşıyır və bütün hallarda bu fikirlə razılaşmaq

olmaz.

Məoam 6. O, daxili pul siyasətindən, qızılın rolundan

danışarkən yazır: «Mən bizim indiki pul siyasətimizin gələcəkdə

davam etməsinin özünü doğrultması əlamətini görmürəm» (səh

108)

Məqam 7. Maraqlı cəhətlərdən biri də pul siyasətinə,

qiymətin səviyyəsinə nəzarətə M.Fridmen baxışıdır. O göstərir ki.

Federal Ehtiyat Sistemi qiymət üzərində nəzarəti həya

94

ta keçirmir. Ancaq özünün xüsusi gəlir aktivlərini nəzarətə alır. O

göstərir ki, pul ehtiyatı ilə qiymət səviyyəsindəki əlaqə birbaşa və

sərt qaydada olsaydı, onda birinə nəzarət digərinə nəzarəti

nəzərdə tuta bilərdi. Lakin əlaqə bu tərzdə deyildir. Ona görə də

onalr arasındakı əlaqə müxtəlif variasiyalarda ola bilir, daimi

sinxron halda özünü göstərmir. Nəticədə hətta ani hallarda belə

pulla qiymətlər arasında böyük fərqlər meydana

çıxır(səh113-114). Bununla əlaqədar olaraq Fridmen belə hesab

edir ki, qiymət və digər iqtisadi indikatorlar aşağıdakıların

əvvəlcədən müəyyən edilə biləcəyi hallarda inkişaf üçün səmərəli

oriyentir rolunu oynaya bilər;

a) Gələcək uzun müddətli dövr üçün qeyri-pul amillərinin

qiymət səviyyəsinə təsirini;

b) Pul tədbirlərinin, aksiyalırının ayrı-ayrı hallarda həyata

keçməsi müddəti;

c) Alternativ pul tədbirlərinin səmərəsi, (səh 114)

Fridmen Öz əsərində belə bir cəhəti də qeyd edir ki,

1930-cu il Böyük depressiya hadisəsindən sonra iqtisadçıların

əksəriyyəti tsiklik kənarlaşma, tsiklə nəzarət, iqtisadi sistemlərin

inkişaf perspektivləri, tsikiin idarə edilməsi məsələlərinə diqqət

yetirirlər. Onun nöqteyi-nəzərincə bu məqəsəd kredit-pul,

büdcə-vergi siyasəti ilə vəhdət halında həyata keçirilməlidir. Bu, o

deməkdir ki, M.Fridmen heç də əksər iqtisadçıların fikirləşdiyi kimi

tsiklik inkişafın ümumi cəhətlərini öz konsepsiyasında yaddan

çıxarmamışdır. Bu, onun «iki tipli

95

məqsədə nail olmaq», «tsik!ik inkişafın ümumi şərtləri» (səh 151)

və digər müddəalarında öz əksini tapmışdır. Biz bu cəhəti 8-ci

məqam adlandırardıq.

Məqam 9. M.Fridmenin əsərində transferi ödəmələri, əlavə

xərclər, əlavə gəlir, əlavə vergi daxil olmaları, real büdcə, məcmu

tələb (spros), ona uyğun, adekvat olan pul təklifi, diskresion

hərəkət, stabil büdcə, məqsədlərin əsaslandırılması heç də

bəzilərinin başa düşdüyü kimi özünü təşkil etmə qaydasında deyil,

sistemli əlaqəli halda nəzərdən keçirilir.

96

IV FƏSİL INFLYASIYALI XƏRCLƏR NƏZƏRİYYƏSİ.

§17 Xərclər inflyasiyası və xərclər nəzəriyyəsi

Xərclər inflyasiyası aşağıdakı hallarla, şərtlərlə də bağlıdır.

Burada ölkə daxili qiymətlərin (bütün qiymət növlərinin) dünya

qiymətlərinə çatdırılması, yaxınlaşması cəhdi əsas amillərdən

biridir. Bu, istehsal xərclərini topdansatış qiymətlər vasitəsilə xeyli

dərəcədə artırır. Bu mənada təklifin səviyyəsi istehsal alimlərinin

qiymət səviyyəsindən asılıdır.

Bundan başqa, mənzil-kommunal təsərrüfatları üçün

dotasiyaların azalması da qiymət və tariflərin artırılmasına şərait

yaradır. Dotasiyalar, digər büdcə xərclərini azaltmaqla inflyasiyanı

bütün hallarda azaltmaq olmur. Əksinə, inflyasiya şəraitində

büdcə gəlirləri, büdcə xərcləri öz dəyərini azaldır, özü

inflyasiyanın əsirinə çevrilir. Ona görə də birinci növbədə büdcə

kəsirinin örtülməsinin qeyri-inflyasiyalı maliyyə resurslarındın

istifadə edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, xərclər inflyasiyası

restriksion siyasətlə optimal halda əlaqələndirilməlidir, bu proses

kompleks halda idarə olunmalıdır. Nəzərə almaq lazımdır ki,

bərabər şərait daxilində restriksion siyasət tələbi məhdudlaşdırır.

Xərclər inflyasiyası nəzəriyyəsi çoxşaxəlidir. Belə ki,

burada bir çox iqtisadi məsələlər (“əmək haqqı-qiymət” spiralı

konsepsiyası, „konyuktur tsikl,, konsepsiyası, əmək məhsuldarlığı

ilə əmək haqqı arasındakı nisbətlər, İqtisadi tarazlıq, iqtisadi artım

və qiymət, defisit maliyyələşdirmə və s.) sistemi nəzərdən keçirilir.

Burada da digər inflyasiya nəzəriyyələri kimi əsas diqqət əmək

haqqına yönəldilir, «əmək haqqı-qiymət» spiralı inflyasiyalı spiral

adlandırılır. Nəzərdən qaçırılır ki, əmtəənin dəyəri, xərcləri yalnız

əmək haqqından ibarət deyildir,

97

ona görə də əmək haqqı istehsal xərclərinin bir hissəsi olmaqla

əmtəə dəyərini (qiymətcə dəyərin ifadəsidir) müəyyən edə bilməz.

Hələ biz burada yeni yaradılmış dəyəri nəzərdə tutmuruq. Həm də

belə bir faktı nəzərə almaq lazımdır: yüngül sənayedə (onun alt

sahələri üzrə) əmək haqqı istehsal xərclərinin cəmi 10-15 faizini,

digər xərclər 80-85%-nİ təşkil edir. Neft hasilatı sənayesində

amartizasiya ayrımları 40-50% təşkil edir. Yalnız kömür

sənayesində əmək haqqının xərclərdəki xüsusi çəkisi 50%-dir.

Demək, əmək haqqının, “əmək haqqı-qiymət” spiralının

inflyasiyanın başlıca səbəbi kimi irəli sürülməsi bu ciddi problemə

primitiv bir yanaşmadır. Əlbəttə, əmək məhsuldarlığının əmək

haqqı artımını qabaqlaması obyektiv bir zəru- riyyətdir, təkrar

istehsalın qanunauyğunluqlarından biridir və bu, “əmək

haqqı-qiymət"spiralı konsepsiyası olmadan da məlumdur. Burada

həm də yalnız əmək məhsuldarlığı deyil, ÜDM, işçi qüvvəsi dəyəri,

ona daxil olan əmtəələrin (istehlakı) dəyəri də nəzərə alınmalıdır.

Bu baxımdan «əmək haqqı-qiy- mət» spiralınt əksinə ifadə

etdikdə, yəni «qiymət-əmək haqqı» yazdıqda başqa bir məna

almaq olar.

Əmək haqqı, inflyasiya, həyatın dəyəri, işsizlik problemi bir

sıra iqtisadçılar tərəfindən ziddiyyətli halda İrəli sürülür. Məsələn,

vaxtilə filips əyrisi adlanan konsepsiyada əmək haqqı və işsizlik

bir-birinə alternativ kimi qoyulur, göstərilir ki, işsizlik artdıqca əmək

haqqı, qiymət aşağı düşür.

Əvvəla bütün hallarda işsizliklə əmək haqqı, qiymət

arasında belə bir əlaqə yoxdur. Digər tərəfdən isə belə çıxır ki,

inflyasiya, əmək haqqı və işsizlik adamlar arasında dilemma kimi

qoyulmalıdır. Həm də əmək haqqı ilə işsizlik arasındakı əlaqə real

həyatda da, hətta tələb və təklif qanunu baxımından da

qeyri-xəttidir. Ola öilər ki, işsizlik şəraitində belə bəzi peşələr üzrə

təlabat çox olduğuna görə əmək haqqı yüksək olsun və

98

yaxud əksinə. Həm də son illərin, müasir dövrün məlumatları

göstərir ki, işsizliklə əmək haqqı arasındakı əlaqə illər, konkret

şərait üzrə qeyri-sabit olur. Həm də işsizliyə nisbətən qiymətlərin

əmək haqqına təsirini real həyatda hiss etmək olar.

Bir qayda olaraq inflyasiya həm də gəlirlərlə əlaqələn- dirlir.

Lakin burada istər əhali və istərsə də dövlət və sahibkar

gəlirlərinin necə və nəyə xərclənməsi də inflyasiya baxımından

vacib məsələdir. İnflyasiya baxımından ən vacib məsələ əhali

istehlakında, xərclərində hansı əmtəələrin (tez bahalaşmağa

məruz qalanların) daha çox və az olmasıdır. Məsələn, ərzaq və

sənaye malları, xidmət haqqları (mənzil, elektrik enerjisi, su,

kanalizasiya, qaz. telefon, nəqliyyat haqqı) burada başlıca amil

rolunu oynayır. Burada nəinki milli pul vahidinin, həmçinin mövcud

gəlirlərin aiıcıiıq qabiliwətİ də mühüm əhəmiyyət kəsb edir. Bizcə

pulla yanaşı gəlirlərin də alıcılıq qabiliyyəti haqqında danışmaq,

təhlil aparmaq lazımdır.

Xərclər inflyasiyası, maliyyə sağlamlaşdırılması problemi

firma və şirkətlərdə onların (xərclərin) ardıcıl olaraq monitorinqinin

keçirilməsini tələb edir. Xərclərin normativ metodu qiymətlərin,

xarici amillərin dəyişilməsi ilə optimal halda əlaqələndirilməli, bu,

bütün xərc maddələri üzrə avtomatlaşdırılmış iqtisadi sistem

qaydasında idarə olunmalıdır. Resursların dəyərinin

dəyişilməsinin məhsulların normativ resurslarına təsiri, müstəqim

xərclər monitorinqini-dinamik kontrolinqin həyata keçirilməsi

burada xüsusi əhəmiyyət kəsb edir.

99

§18 İstehsal xərcləri inflyasiyası təklif inflyasiyanın

əsası kimi.

Biz qeyd etmişdik ki, inflyasiya pul təklifinin pula olan tələbi

üstələdiyi şəraitdə baş verir ki, bu da qiymət arttmı ilə nəticələnir.

Və bu, haqlı olaraq tələbin inflyasiyası adlandırılır. Bu, daha çox

pul tədavülü fenomeni kimi özünü göstərir. Lakin burada təklifin

özünün inflyasiyasını da yaddan çıxarmaq olmaz. Bu inflyasiya

növünün xüsusiyyəti ondan ibarətdir ki, 0, nə tədavüldə olan pulun

miqdarı ilə, nə də pui tələbi ilə şərtləşir. Təklif inflyasiyası istehsal

sferası ilə bağlıdır. Daha dürüst desək, məhsula çəkilən xərclərin

intensiv olaraq artması ilə bağlıdır. Bu halı hətta xərclər və vaxud

təklif soku da adlandırmaq olar. Əvvəllərdə göstərdiyimiz kimi bura

ilkin xammal, materialın enerjidaşıyıcılarının bahalaşması mühüm

təsir göstərir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, İran- İraq

müharibəsi vaxtında neftin bir barreli 83 dollar olan zaman bir çox

ölkələrdə təklif inflyasiyası əhəmiyətli dərəcədə artmışdır. Bu və

ya digər məqamları nəzərə alsaq və ondan heç olmasa intuitiv

qaydada nəticə çıxara bilsək, inamla demək olar ki, nəinki

Azərbaycanda, qloballaşmış dünyada təklif inflyasiyası bİr nömrəli

problem olacaqdır. Necə deyərlər, gələcək təklif inflyasiyana

məxsusdur, bəşəriyyəti, gələcək nəsilləri təklif inflvasivası

təhlükəsi aözləvir. Ona görə hər bir ölkə, o cümlədən Azərbaycan

öz təbii sərvətlərinə ehtiyatla, göz bəbəyi kimi yanaşmalıdır. Yeri

gəlmişkən. təəssüflə aevd etmək lazımdır kİ. Azərbaycanda dəniz

neft vataaları ilə yanası. quru neft yataqlarının intensiv qavdada

istismar edilməsi cəhdini heç bir vəchiə basa düşmək olmur.

Birinci ona görə ki, 40-50 ildən sonra neft ehtiyatları tükəndikdə

istehsal olunan məhsulun maya dəyərində enerjidaşıyıcılarının

xüsusi çəkisi əhəmiyyətli dərəcədə artacaqdır, ikincisi, ona görə ki,

ən

lOO

azı 15-20 ildən sonra bir barrel neftin qiyməti 300 dollara qədər,

bəlkə də daha çox arta bilər. Üçüncüsü, nəinki dəniz, eyni

zamanda quru neft yataqlarını da tələm-tələsik istismara

verməklə (hazırda quru neft yataqları üzrə xarici ölkələrlə 9 neft

müqaviləsi vardır) gələcəkdə iqtisadi imkan yarandıqda belə

həmin yataqları öz vəsaitimiz hesabına istismar etmək

imkanından özümüzü çox asanlıqla məhrum etmiş oluruq. Yeri

Qəlmiskən onu da nəzərə almaq lazımdır ki. Azərbaycan

iqtisadiyyatı birinci növbədə milli iqtisadiyyat olmalıdır.

Təklif inflyasiyası bizcə tələb inflyasiyası ilə müqayisədə

avtonom mövqeyə malikdir. Nə üçün? Dünya ölkələrinin təcrübəsi

göstərir ki, hətta sərt pul-kredit siyasəti, monetarist konsepsiyası

tətbiq edildiyi bir şəraitdə belə istehsal xərcləri inflyasiyasının

olması qiymət artımına gətirib çıxara bilmişdir. Belə bir şəraitdə

dövlət müəssisələrə verdiyi satınalma sifarişindən ya imtina

etmiş, ya da müqavilə şərtlərini pozmamaq xatirinə həmin

məhsulları alsa da, bu, dövlət üçün sərfəli olmamışdır. Belə olan

hallarda müəssisələr öz məhsulları üçün yeni bazar axtarmaq

məcburiyyətində qalırlar. Necə deyərlər, bazar altlığı bas verdikdə

İsə burada üç hal ola bilər: ya müəssisə məhsullarını ucuz

satmalı, ya istehsalı dayayndırmalı, ya da məhsullarını çölə

atmalıdır. Burada bizcə dördüncü hal da ola bilər. Belə ki, bir

məhsul istehsalı ilə bir neçə müəssisələr məşğul olduqda

birindəki istehsal xərclərinin artması digərində də istehsal

xərclərinin artmasına gətirib çıxarır. Bu hal mənfəətin azalması ilə

şərtləndiyinə görə qiymət artımına gətirib çıxarır. Qəribə də olsa,

burada pul kütləsi konsepsiyası özünəməxsus halda modifikasiya

olunur, əks təqdirdə müəssisələrin ödəmələr problemi meydana

çıxır. Bu o deməkdir ki. bütün hallar- da.xüsusi olaraq indiki halda

oul təklifinin məhdudlaşdırılması nəinki inflyasiyanı azaldır, hətta

onu daha da sürətləndirir.

101

Həm də belə bir maraqlı cəhəti nəzərə almaq lazımdır ki,

tələb inflyasiyası daha çox, üstün olaraq tədavüllə, büdcə kəsiri ilə

təmasda olursa, onunla şərtləşirsə, xərclər, təklif inflyasiyası bizim

yuxarıda göstərdiyimiz 4 haldan, məqamdan başqa ən pis

variantla-müəssisələrin iflası ilə sona yetə bilər. Başqa cür desək,

staqnasiya halı baş verə bilər. Bundan başqa, hər bir Ölkədə, hər

bir iqtisadi model şəraitində təklif inflyasiyası özünü müxtəlif

formada göstərə bilər. Məsələn, sovet modeli şəraitində zərərlə

işləyəin bəzi müəssisələrin məhsuluna da tələbat var idi. Ona görə

də təklif inflyasiyası özünü açıq şəkildə göstərmirdi. Bazar sistemi

şəraitində isə bəzi hallarda, xərclərin köhnəlmiş normativlərə

əsaslandığı halda belə yüksək qiymətqoyma əsasında xeyli

mənfəət əldə etmək mümkün olur.

Təklif inflyasiyası ilk baxışda müəssisənin problemi olsa da,

bu, həm də bütövlükdə dövlətin, cəmiyyətin problemidir. Bu

inflyasiya növünün neqativ təsirini zərərsizləşdirmək məqsədilə

dünyanın bir çoz Ölkələri lazım gəldikdə təklif yaradıcı təbirlər

görürlər. Bu məqsədlə bir sıra iqtisadi vasitələrdən, həlqələrdən, o

cümlədən dotasiyalaşmadan, ssudalardan, vergi güzəştlərindən

istifadə edilir. Bu vasitələr bir nÖv təklif inflyasiyanın

kompensasiya edilməsinin, zərərsizləşdirilməsi- nin mənbəyi və

iqtisadi formasıdır. Lakin burada digər bir cəhəti də qeyd etmək

lazımdır. Bu da tələb və təklif inflyasiyası arasındakı ziddiyyətlə

bağlıdır. Bu da ondan irəli gəlir ki, müəssisələrin fəaliyyətində baş

verən staqfilyasiya prosesi həm də tələb (spros) inflyasiyası ilə

şərtləşə bilər ki, nəticə etibarilə baş verən ziddiyyətli proses

makroiqtisadi səviyyəyə qalxar, iqtisadiyyatın, xidmət sahələrinin

mövcud strukturuna mənfi təsir göstərə bilər. Planlı təsərrüfatda

müəssisələr üçün büdcə məhdudiyyəti olmadığına görə həmin

problem kəskin

102

şəkildə özünü göstərmirdi. Müəssisələrin xərclə bağlı pula tələbatı

dövlət tərəfindən ödənilirdi. Lakin iqtisadi sistemlərin birinin

digərinə keçməsi şəraitində bu metoddan, demək olar ki, istifadə

edilmədi, əksinə müəssiəslərin staqnasiya vəziyyətinə düşməsi

sürətli özəlləşdirmə ideoloaivası baxımından sərfəli idi, əlverişli

variant idi. Bütün bu proses sanki siyasi məqsəd üçün edilirdi.

Beləliklə də, qiymətlərin liberalfaşdırlıması nəticəsində

müəssisəiərin xüsusi dövriyyə vəsaitləri qiymətdən düşdü, ssuda

borclarının müddəti ildən-ilə kəmiyyətcə artdı, müəssisəiərarası

qarşılıqlı ödəmələr problemi kəskinləşdi, tələb və təklif inflyasiyası

sözün neqativ mənasında bir- birini tamamladı, mürəkkəb bir

situasiya yarandı. Şübhəsiz ki, bu situasiyanın formalaşmasına

keçmiş sovet respublikaları arasında 70 ildən artıq mövcud olmuş

istehsal, iqtisadi əlaqələrin pozulması da mühüm təsir

göstərmişdir. Bəlkə də təklif inflyasiyanın meydana çıxmasının

40-50-%-i məhz bununla əlaqədar olmuşdur. Çünki istehsal

əlaqələrinin, istehsal kooperasiyasının pozulması ayrı-ayrı

müəssisələri' onlara lazım olan hissələri artıq xərclə fərdi, kiçik

seriyalı halda istehsal etməyə məcbur edirdi,

Yaponiyada təklif inflyasiyadan qorunmaq üçün firmalar

özünəməxsus iqtisadi manevrlərdən istifadə edirlər. Bu, bəzən

yapon firmalarının yeni qiymət strategiyası kimi qiymətləndirilir.

Məsələn, yapon firmaları yeni məhsul istehsal edərkən ilk

dövrlərdə daxili və dünya bazarlarına çıxmaq üçün qiyməti istehsal

xərcləri səviyyəsində müəyən edirlər. Eyni zamanda, əhalinin

alıcılıq qabiliyyətinin 100%-i həcmində deyil. 40-50% həcmində

qiymət müəyyən edir. Ona görə də ilk vaxtlar firma zərərlə işləyir,

lakin bazarda mümkün olan rəqiblərini sıradan çıxardıqdan sonra

özünə böyük miqdarda alıcı, müştəri potensialı tapmış olur.

Beləliklə, kütləvi istehsal baş

103

verir, qiymət səviyyəsi normal həddə çatır, əvvəlki zərərin əvəzi

ödənilir, eyni zamanda əlavə mənfəət əldə edilir. Nəticə etibarilə

yapon firmaları hər dəfə özlərinə dəyən zərəri ödəmə fondu

yaradırlar.

Bütün yuxarıda göstərilənlər monetar makroiqtisadi

antiinflyasiya tənzimlənməsi (pul kütləsi artımının azaldılması)

inflyasiyalı xərclər problemi ilə heç də vəhdətlik təşkil etmir. Çünki

pul kütləsi artımının məhdudlaşdırılması istehsal xərcləri

inflyasiyası problemi ilə əlaqələndirilmədikdə böhranlı vəziyyətdən

optimal çıxış yolunu tapmaq mümkün olmur. Bəzi hallarda

inflyasiyanın tənzimlənməsində defilyasiya siyasəti də

staqflyasiya siyasəti və prosesləri ilə düzgün əlaqələndirilmir.

Məlumdur ki, staqflyasiya şəraitində İqtisadiyyatın vəziyyəti,

durumu, əsasən 2 halda-staqnasiya (durğunluq) və pülün

qiymətdən düşməsi, yəni inflyasiya halında olur. Belə şəraitdə

qiymətin qalxması və istehsalın həcminin azalması əvvəldə

göstərdiyimiz kimi tələbin inflyasiyası ilə oxşarlıq təşkil etmir və

məzmunca edə də bilməz. Çünki staqflyasiya mühiti, durumu

məcmu tələbin azalmasıdır ki, bu da xərclər inflyasiyasından irəli

gəlir. Xərclər inflyasiyası isə bir sıra obyektiv və subyektiv

amillərlə, inhisarçı qrupların qeyri-normal iqtisadi davranışları İlə,

habelə inflyasiya gözləmələri ilə əlaqədar olur. Burada inflyasiya

gözləmələri də başlıca neqativ rola malik olur. Belə ki. bir çox

sahibkarlar, istehsal amillərinin mülkiyyətçiləri tələbin inflyasiyası

zamanı gəlirlərin azalmasından narahat olduqlarına görə

qiymətləri qaldırırlar ki, bu da istehsal xərclərinin artmasına,

təklifin azalmasına gətirib çıxarır. Beləliklə, bir tərəfdən tələbin

inflyasiyası ilə inflyasiyalı gözləmə arasında, digər tərəfdən isə

staqflyasiya, xərclər inflyasiyası arasında üzvü əlaqə vardır.

Burada xərclər inflyasiyası staqflyasiyanın bir hissəsi, bir tərəfi

kimi özünü göstərir. Göründüyü kimi tələb və

104

təklifin bir-birinə qarşılıqlı təsiri və qarşılıqlı əlaqəsi müxtəlif

amillərin təsiri altında baş verir.

Göründüyü kimi, istər tələbin inflyasiyası, İstərsə də təklifin

inflyasiyası bir çox amillərin və qanunauyğunluqların təsiri ilə

şərtləşir və formalaşır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, pul,

kredit sahəsində görkəmli mütəxəssis olan V.V.Usov’

istehsal xərcləri, təklif inflyasiyanı xammal-materialın

qiymətinin qalxması, əmək haqqının çoxalması ilə yanaşı

mənfəətin artması ilə də əlaqələndirir ki, bizcə bunu nəzəri-

metodoloji cəhətdən düzgün hesab etmək olmaz.^

Çünki mənfəət istehsal xərclərinə daxil olmur, əksinə ya

istehsal xərclərinin azalmasının, ya da qiymətin artması

nəticəsində mümkün olur. Bundan başqa bir çox müəlliflər kimi

Usov da istehsal xərcləri inflyasiyanı təklifin inflyasiyası ilə

eyniləşdirir. Düzdür, onlar arasında son dərəcə üzvü, ayrılmaz

əlaqə vardır. Bəlkə də, müəyyən mənada eynilik də mövcudur.

Lakin bizə belə gəlir ki, xərclər inflyasiyası sözün əsil mənasında

təklif inflyasiyası deyildir. Çünki əmtəə təklifinin özünəməxsus

amilləri və qanunauyğunluqları da vardır. Bundan başqa müəllifin

özünün haqlı olaraq göstərdiyi kimi burada xərclərlə yanaşı, vergi

sistemləri də həmin məhsul istehsalı ilə vergiyə cəlbetmə

formaları,vergi növləri (aksizlər, əlavə dəyər vergisi) İnflyasiyanın

detonatoru rolunu oynayır. Həm də qeyd etmək

' B.B.VCOB. fleıibm. üeııoKnoc o6pameıiHe. HHrjvwuHii. M. 1999, səh. 198 ^SƏh.

198

105

lazımdır ki, xərclər inflyasiyası daha çox müəssisə daxili istehsalat

fəaliyyəti ilə bağlıdır, təklif isə həm də müəssisədən kənar

amillərlə, bazarın vəziyyəti, bazarın konyukturası, onun tarazlı və

qeyri- tarazlı və s. ilə əlaqədardır. Beləliklə, təklifi formalaşdıran

spesifik amillər də mövcuddur.

iqtisadçılar arasında inflyasiyanın pul və qeyri-pul

amillərinə aid fikirləri də nəzəri-metodoloji baxımdan mübahisə

doğurur. Əlbəttə, inflyasiyanın pul və qeyri-pul amilləri mövcuddur,

lakin bu amillərin təsnifatında müəyyən metodoloji səhvə yol

verilir. Məsələn, professor V.V.Usov inflyasiyanın qeyri-pul

amillərinə aşağıdakıları aid edir; əmək məhsuldarlığının aşağı

düşməsi, istehsalın həcminin azalması; maddi istehsal sahələrinə

nisbətən xidmət sferasının inkişafı; enerji daşıyıcıları sahəsində

böhranla əlaqədar olaraq qiymətin qalxması; «əmək

haqqı-qiymət» spiralının və burada işçilərin əmək haqqının

artırılması uğrunda mübarizəsi, qiymət artımında liderlik (iri

şirkətlərin öz məhsullarına qiymət qoyması) (səh 205). Bizcə

yuxanda göstərilənlərin hamısını inflyasiyanın qeyri-pul amilinə

aid etmək olmazdı. Əlbəttə, əmək məhsuldarlığının artıb azalması

qeyri-pul amilidir, lakin enerji daşıyıcılarının qiymətinin

bahalaşması və digər məsələlər pul amili deyildirmi?

Ümumiyyətlə, inflyasiya prosesinin dərinləşməsi pul və qeyri-pul

amillərinin asimliyasiyası hesabına baş verir. Bundan başqa, əgər

problemə real mövqedən yanaşsaq, bizcə inflyasiyanın ən başlıca

qeyri-pul amili kimi

106

inhisarlaşmanı hesab etmək olar. Əsasən 1993-cü ildən

başlayaraq enerjidaşıyıcılarının qiymətlərinin artması

inflyasiyanın xərclər amillərini dominantlığını artırdı, monetar

amillərin rolunu xeyli sıxışdırdı. Nəticədə pul kütləsinin artımı

qiymət artımı dinamikasından geri qaldı, müəssisələrin qarşılıqlı

ödəmələri çoxaldı, kəskinləşdi, kreditlərin real məzmunu aşağı

düşdü, ona görə də həddindən artıq pul restriksasiyasını da bütün

hallarda müsbət hal kimi qiymətləndirmək olmaz. Burada

inflyasiyanın qeyri-monetar və struktur amillərini də nəzərə almaq

lazımdır.

107

V FƏSİL QİYMƏTİN LİBERALLAŞMASI VƏ

İNFLYASİYA

§19 Qiymətin dəyərdən kənarlaşması problemi

Bu problem həm tələb və təklif, həm də fərdi və ictimai

zəruri əmək sərfi və həm də ictimai dəyər və bazar dəyəri ilə bağlı

proseslərlə vəhdət halında bağlıdır. Bu prosesləri formalaşdıran

amillər (itstehsal amilləri, şəraiti, əmək intensivliyi, əmək

məhsuldarlığı, fərdi və orta əmək, habelə istehsal xərcləri

arasındakı fərqlər və s.) arasında kəmiyyyət və keyfiyyət fərqləri

vardır. Lakin bütün əmtəələr özündə bütün bu amilləri eyni

səviyyədə, dərəcədə əks etdirmir, hətta etdirsə də belə (bunu şərti

mənada deyirik) onların qiymətlərində tələb və təklif qanunu bazar

fərqləri əmələ gətirir. Hər hansı əmtəə kütləsi (eyni cinslər,

əmtəələr, orta hesabla sahələr, bütövlükdə ölkə üzrə) onun təklifi

müəyyən məcmu tələbata uyğun gəlir. Lakin bu tələbat

(potrebnost) istər şəxsi, istərsə də istehsal İstehlakı baxımından

pulla məhdudlaşan tələbatdan (spros) çox ola bilər, axırıncını təklif

olunan əmtəə kütləsinin pulla ifadə olunmuş hissəsi adlandırmaq

olar. Sual olunur, bəs təkliflə tələb arasındakı nisbətin əsasında nə

durur, yalnız tələbatmı? Mütəşəkkil cəmiyyətdə sərf edilən əməyin

miqdarı ilə ictimai tələbat arasındakı əlaqəni görmək,

proqnozlaşdırmaq daha asandır. Bazar sistemi şəraitində bu və ya

digər nisbətlər təsadüfi səciyyə daşıyır, tələb və təklifin bərabərliyi

də təxminən bu tərzdə formalaşır, bunun üçün gərək qiymətlər

bazar dəyərinə bərabər olsun. Onda belə bir sual meydana çıxır,

qiymətin əsasında nə durur, dəyər qanunu, ictimai əmək sərfi,

yoxsa təklif və tələb? K.Marks bu problemi həm də haqlı olaraq

ictimai əməyin, sərvətin izafi israfçılığı ilə də əlaqələndirir. Çünki

tələb təklifdən az olduqda (tədiyyə tələbi

m

baxımından) əmtəələrə sərf olunan əməyin xammal, materialın

əhəmiyyəti də məna kəsb etmir, müəssisə və cəmiyyət üçün

birbaşa itkiyə çevrilir. Bu, İstehsalda təklif və tələb arasındakı

nisbətlərin təsadüflərdən asılı olmasından İrəli gəlir. Lakin qiymət

baxımından nəticə etibarilə bazar dəyəri və yaxud ictimai dəyərlə

məcmu ictimai xərclər arasındakı nisbət, bazar qiymətinin bazar

dəyərindən kənarlaşması amilləri bazar sistemi üçün xüsusi

əhəmiyyət kəsb edir ki, bu da ictimai əməyin, əmtəə mübadiləsinin

fərdi və məcmu səmərəlilik prinsipini pozmuş olur. Təklifin bazar

dəvəri (kəmiyyət baxımından) faktiki, real sərf olunmuş əməklə,

xərclərlə, bazar qiymətləri ilə əks istiqamət alır. Lakin tələbin

təkliflə müqayisədə xeyli aşağı endiyi şəraitdə müvafiq olaraq

həmin məhsulun qiyməti bazar qiymətinə nisbətən aşağı düşür,

rəqabət güclənir,firma iflasa uğrayır. Belə şəraitdə çıxış yolu yenə

də dəyərə, dəyər qanuna, xərcləri aşağı salmağa qalır. Bu isə

yenə də elmi-texniki tərəqqi, yüksək əmək məhsuldarlığı ilə

bağlıdır. Əlbəttə, tələbin təklifi qabaqladığı variantlarda, hallarda

aşağı səmərəli istehsal və əməyin təşkili şəraitində belə qiymət

dəyərdən yüksək ola bilir, çünki belə şəraitdə bazar dəyərinin özü

aşağı düşmüş olur. Beləliklə, qiymətin dəyərdən kənarlaşması

amilləri bərabər şərait daxilində təkrar istehsalla, əməyin

səmərəliliyi ilə əlaqədardır. Burada qəribə bir iqtisadi, istehsal və

sosial proseslər, əlaqələr (birbaşa və qayıdış əks əlaqə) baş verir.

Belə ki, bir tərəfdən təkliflə tələb arasındakı nisbət bazar

qiymətlərinin bazar dəyərindən kənarlaşmasını müəyyən edirsə,

digər tərəfdən bazar qiymətlərinin (dəyərinin) aşağı düşməsi

tələbin genişlənməsinə, enməsi isə tələbin özünün azalmasına

səbəb olur. Bu diametral proseslərdəki baş verən kənarlaşmalar

həddi inflyasiyaya da birbaşa təsir edir. Tələbin təklifi bir neçə dəfə

qabaqladığı hal

109

da hətta əmtəələrin fərdi dəyərləri (xərctər səviyyəsi) bazar

qiymətlərinin tənzimləyicisi rolunu oynaya bilir. Bir sıra inhisarçı

qruplar bu variantı əsas götürərək təklifi süni olaraq azaltmaqla

bazar qiymətlərini yüksəltməyə üstünlük verirlər. Saxta biznes

baxımından bu cox əlverişlidir, çünki veni texnika olmadan,

investisiya xərcləri aparmadan qivmət. inflvasiva hesabına vüksək

mənfəət əldə edilir. Həm bu və buna bənzər «tədbirlər» bazar

konyukturası, bazar qanunları kimi qiymətləndirilir.

Bizə belə gətir ki, qiymətlərin tələb və təklif, kontraktlar

əsasında müəyyən edilməsini mütləq mənada, qaydada başa

düşmək düzgün deyildir. Burada inhisarçılıq və digər neqativ

halların qarşısını alamq məqsədilə «qanunsuz qiymətlər və

tariflər», «qanunsuz mənfəət» haqqında qanunların qəbul

edilməsi məqsədə uyğundur.

Qeyd etdiyimiz kimi inflyasiya pulun qiymətdən

düşməsində özünü təzahür etdirir. Ona görə də bir çox iqtisadçılar

digər tədbirlərlə yanaşı pulun dövriyyəsinin sürətləndirilməsini

inflyasiyanın qarşısının alınması vasitələrindən biri hesab edirlər.

Əlbəttə, bu bərabər şərait daxilində belədir. Lakin tədavüldə Dul

kütləsi onsuz da cox olduqda evni zamanda Pul dövriyyəsinin

sürətlənməsi əksinə, inflvasivanı bir az da sürətləndirir.

110

§19 Qiymətin liberallaşması və qiymət artımı problemi.

Biz bu məsələdə mövcud konsepsiya ilə əks mövqedəyik.

Əksər iqtisadçı alimlər belə hesab edir ki, qiymətlərin

liberallaşması ilə əlaqədar olaraq maliyyə vəziyyəti yaxşılaşar,

milli valyuta möhkəmlənər və s. Bu fikir xüsusi olaraq sovetlər

ittifaqının dağılması ərəfəsində və postsovet dövlətlərinin ilk

illərində (1991-1992) daha geniş yayılmışdır. Lakin təcrübə

göstərdi ki, qiymətlərin liberallaşması bütün maliyyə-kredit

strukturlarını pozdu, inflyasiya ən yüksək həddə çatdı, istehsalın

həcmi azaldı, əhalinin kütləvi yoxsulluğu baş verdi. Belə bir

vəziyyət radikal istehsalat adlandırıldı. Lakin «radikallıq» islahatın

keyfiyyət məzmununda deyil, onun xarakterində mövcud idi.

Nəticədə qiymətlər dünya ölkələrinin iqtisadi tarixində ən

görünməmiş həddə çatdı. Belə ki, 1991-1992-ci illərdə is- tehlak

mallarının qiyməti Rusiyada 2600% artdı, istehlak qiymətləri

Azərbaycanda da aylar üzrə 1800%, bəzən 2000% və daha çox

oldu. Səbəb nə idi? Səbəblər, amillər çox idi. Ancaq başlıca səbəb

problemə qeyri-elmi, qeyri-ciddi-bir sözlə subyektiv qaydada

yanaşma idi. Bazar sistemi, bazar prisipləri formalaşmadan

qiymətlərin liberallaşmasına keçildi. Xatırladaq ki, İngiltərə,

Fransa, Almaniya 1945-1946-cı illrdə bazar iqtisadiyyatına

keçəndən 20 il sonra, yəni 1967-ci ildə qiymətləri liberallaşdırdı.

Bu faktın özü çox şey deyir. Beləliklə, qiymətlərin vaxtından əvvəl

liberallaşmasının qeyri-elmiliyi özünü aşağıdakı istiqamətlərdə

təzahür etdirdi: Birincisi, rəqabat mühitinin demək olar ki, olmadığı

şəraitdə qiymətlərin tam azad, sərbəst buraxılması istər

nəzəri-metodoloji və istərsə reallıq baxımından düzgün deyildir.

Bu iqtisadiyyata dağıdıcı təsir edə bilər, müəssisələr iflasa

uğrayar, ödəmələr prot3İemi kəskinləşər və s. E!ə belə də oldu.

İkincisi, totalitar dövlət

U

mülkiyyəti şəraitində qiymətlər liberallaşa bilməz, bilsə də lazımı

səmərə verə bilməz. Ücüncüsü. planlı sistemlə bazar sisteminin

iqtisadi mexanizmləri ani olaraq, qısa vaxt kəsiyində bir-birinə nə

uyğunlaşa bilər, nə də assimiliyasiya oluna bilər. Dördüncüsü,

təkrar istehsalın bütün mərhələlrində mənfəət, qazanc əldə etmə

hərisliyi də neqativ hallara, inflyasiyaya səbəb olur. Belə olan

halda qiymətlər gəlirdən, mənfəətdən sürətlə artır. Yeri gəlmişkən

qeyd edək ki, inflyasiyaya görə «əmək haqqı-qiymət» spiralından

narahat olan iqtisadçılar «qiymət-gəlir-mənfəət» spiralını

unudurlar. Besincisi. bazar iqtisadiyyatının yalnız mübadilə sferası

kİmİ başa düşülməsi də qiymət, inflyasiya və istehsal

problemlərinə ziddiyyətli yanaşmağa gətirib çıxarmışdır. Ona görə

də inflyasiya prosesləri bütün iqtisadiyyata, iqtisadi sistemlərə,

təkrar İstehsala sirayət etdi. Altıncısı, liberallaşma konsepsiyası

pərdəsi altında qeyri-iqtisadi, tənzimləmə vasitələri demək olar ki,

fəaliyyətdən düşdü. Halbuki dünya ölkələrinin təcrübəsi göstərir ki,

bazar sisteminə keçid şəraitində belə vasitələr, həlqələr son

dərəcə zəruridir. Bizə belə gəlir ki, liberallaşmanın bu tərzdə dərk

edilməsi demokratiya pərdəsi altında mafioz qrupların daha çox

var-dövlət qazanmasına xidmət etmişdir, ümumiyyətlə, biz eqoist

aksioloji neqativ dəyərlərə xidmət edən təlimləri, 0 cümlədən

iqtisadi təlimləri qəbul etmirik. Yeddincisi. uzun illər ərzində

respublikalar arası mövcud olan iqtisadi əlaqələrin kəsilməsi,

habelə struktur deformasiyası da inflyasiya artımına təkan

vermişdir. Səkkizincisi. məhsul istehsalının 95%-dən çoxunun

istehsal edildiyi dövlət müəssisələrindən, habelə dövlət

sektorundan dövlətin radikal qaydada İmtina etməsi.

Doqauzuncusu. xarici iqtisadi əlaqələrin liberallaşması

nəticəsində dövlətin bu sferadakı inhisarının (nəzarətinin)

zəifləməsi və nəticədə xammal, valyuta resurslarının dağıdıcı

12

qaydada xaricə ötürülməsi. Məsələn, strareji məhsullar olan neft,

qaz, kömür, meşə materialları, qara və əlvan metallurgiya

məhsulları, bəzi neft-kimya məhsullarının satışı üzərindən dövlət

inhisarının götürülməsi nəticəsində yalnız 1991-1992- ci illərdə

Rusiyadan xarici banklara 35-40 milyard dollar pul axını olmuşdur.

Belə hallar əksər postsovet dövlətlərində təkrar

olunmuşdur. Hətta açıq-aşkar antisovet, antisosializm

mövqeyində duran bir sıra xarici siyasətçilər, alimlər belə

yenidənqurmanın bu tərzdə deformasiyaya uğramasına

təəccüblənirdilər. Dövriyyəyə qazanılmamış çoxlu pullar daxil

olurdu, hiperinflyasiya ən yüksək həddə qalxmışdı, pul qiymətdən

düşdüyünə görə dönərli valyutaya çevirmək çətinləşirdi. İnflyasiya

həm azlıq, həm də çoxluq şəraitində baş verir. Lakin baxır nəyin

azlığından, qıtlığından və nəyin çoxluğundan söhbət gedir. Bəzi

proseslər isə ikili səciyyə daşıyır. Məsələn, qiymətin inflyasiyalı

həddi, səviyyəsi həm də optimal, aşağı səviyyəsi olur və bu

müxtəliflik fərqli inflyasiya, staqflyasiya potensialı formalaşdırır.

Tələbin qiymətlər üzrə elastikliyinin zəifliyi nəinki əhalinin, həm də

müəssisə və şirkətləri yüksək inflyasiya gözləmələri həmin

potensialı daha da artırır. Bu artım qeyri-səmərəli artımdır. Pul

dövriyyəsi kanalının artıq ödəniş vasitəsilə doldurulması da

səmərəli hal hesab edilmir, istehsal xərcləri dinamikasının aşağı

düşməsi isə pozitiv haldır. Bütün bunlar makroiqtisadi

disproporsiyalardan, bazar transformasiyasının qeyri-elmi,

qeyri-təkmil səviyyədə aparılmasından, irrosional qiymət

mexanizmindən irəli gəlir. Bu və digər hallar həm də nəinki cari,

habelə uzun müddətli antiinflyasiya tədbirlərinin zəruriliyinin lazımı

dərəcədə qiymətləndirilməməsindən irəli gəlir. Əks nəticə əldə

edildikdə əslində büdcə inflvasivası. kredit inflyasiyası halları baş

verə bilir. Bu isə yalnız inflyasiyalı iqti

113

sadi siyasətin nəticəsində baş verə bilər. Belə olan halda kredit

investisiyalar, büdcə gəlirləri, kapital qoyuluşu, büdcə xərcləri,

əhali gəlirləri zəncirvari həlqə kimi qiymətdən düşür və iqtisadi

artıma neqativ halda təsir edir.

Qiymət artımı son vaxtlar tikinti materialları, tərpənməz

əmlak, bir sıra ərzaq məhsulları üzrə daha aydın şəkildə Özünü

göstərir. Bu vəziyyət nəinki miüi valyutanı, ABŞ dollarını da

inflyasiyaya uğradır. Məsələn, 5-6 il əvvəl 3 otaqlı «xruşşovka»

evlər 12-15 mİn dollar «staHinka» evlər 35-40 min dollar idisə, indi

müvafiq olaraq 30-40 mİn və 60-70 min dollar olmuşdur.

Qiymət artımı

Cədvəl 16

N9 Mal V8 məhsullar illər ABŞS 2001 AB$$ 2005

1 Usaq veməvi: malıs 8000 1.72 12000 2.6 2 Tikinti materialım:

Sement 8000 1.72 28000 6.1 3 Taxta (1 m^l 6052BO 130 836080 180 4 Bova 6000 1.3 10000 2.2 5 Da$ 800 0.7 2000 0,43 6 İran perosoku 1500 0,32 2.8-3000 0.61-0.65 7 Kara yaqı 11000 2.36 17000-18000 3.68-3,9 8 Səker 2000 0.43 2600 0.6 9 Yumurta 250 0,05 700 0.15 10 İran yumurtası 200 0,04 500 0,11 11 Dərmanlar (qan tazyiqi üqün

kristapin) 3000 0,64 12000 2,6

12 Əl 12-13000 2.6-2.8 18-19000 3.9-4,1 13 Ağ balıq 6000 1.3 35000 7.6 14 Kürü 160000 34,36 1500000 325 uL Tovuq 7000 1,5 12000 2,6

16 saylı cədvəldən göründüyü kimi 2001-2005-ci illər ərzində

göstərilən bütün mal və məhsulların qiymətləri bir neçə faiz

artmışdır. Belə ki, qeyd olunan dövrdə mal və məhsullar içərisində

ən çox qiymət artımı ağ balıq (82,9%), kürü (89,3%),

dərmanların(75%), tikinti materiallarından sementin (71,4%),

daşın (60%). ərzaq məhsullarından yumurtanın (64,3%), iran

114

yumurtasının (60%) qiyməti üzrə müşahidə edilmişdir. Nisbətən

az qiymət artımı şəkərin (23,1%), ətin (33,3-31,6%) və uşaq

yeməyinin (33,3%) qiyməti üzrə müşahidə edilmişdir. Digər

məhsullardan İran paraşokunun (yuyucu toz) qiyməti 46,4- 50%

boyanın qiyməti 40%, toyuğun qiyməti isə 41,7% artmışdır.

Xatırladaq ki, 2001-ci ildə bir ABŞ dollan=4656 manat, 2005-ci ilin

sonlarında isə 4620 manat olmuşdur.

Qiymət diskriminasiyası bazarın hakim rola malik olması,

xüsusi qiymət siyasətinin aparılması ilə bağlıdır. Bu mənada

diskriminasiya mənfi məna kəsb edir. Lakin «diskriminasiya»

anlayışı latınca fərqli mənasında da işlənir. Məsələn, mövsümdən,

məkandan, vaxtdan, keyfiyyətdən asılı olaraq müxtəlif qiymət

səviyyəsi müəyyənləşə bilər. Lakin bütövlükdə hər bir istehsalçı,

inhisarçı müəssisə öz əmtəəsini maksimum qiymətə satmağa

cəhd edir ki, bu da bəzi iqtisadi ədəbiyyatlarda alıcıların gəlirləri

üzrə diskriminasiya adlanır. Qiymət diskriminasiyası sifarişin

həcmindən, satışın həcmindən və s-dən asılı olaraq qiymətin,

qiymət diskontunun (güzəşt), kumulyativ güzəşt (illik, aylıq, günlük

qiymətlər fərqi), alıcılar qrupu, bazar seqmentləri üzrə müxtəlif

qiymətlərdə də özünü göstərir.

Bu vəziyyətə malların topdansatış qiymətinin strukturu da

təsir edir. Istehlak malları üzrə sərbəst topdansatış qiymətlərinin

strukturu belədir; maya dəyəri, mənfəət, aksizlər, ƏDV. Bununla

belə, topdansatış qiymətlər bəzi hallarda ƏDV-sini nəzərə

almaqla və nəzərə almamaqla da müəyən edilir. Topdansatış

qiymətlərinin istehsal və qeyri-istehsal əlaqələri çox cəhətli və

həm də genişdir. Məsələn, topdansatış qiymətlərinin əlaqələri

əsasən aşağıdakı kimidir: 1) müəssisələrlə və dövlətlə; 2) istehsal

və qeyri istehsal sferaları ilə; 3) məhsul istehsalçıları və ticarət

təşkilatlan ilə; 4) kommersiya istehlakçıları ilə; 5) qiymət növləri

üzrə (hesablanmış, qeyd

115

məti arasındakı {istehsalçının qiyməti) əvvəlcədən müəyyən

edilmiş fərq olduğuna görə onu eyni mənalı qaydada vergi

adlandırmaq olmazdı. ƏDV-si isə özünün hesablanma və tətbiqi

qaydasına görə çox mürəkkəb bir prosesdir. Burada nöqsanlar

ehtimalı da çoxdur. Ona görə Rumıniyada ƏDV deyil, satışdan

vergi forması tətbiq edilir. Advolar dərəcəsi üzrə dövriyyədən də

istifadə vergilər də edilə bilər. ABŞ-ın özündə də ƏDV-si elmi

diskussiya obyektinə çevrilmişdir və orada da satışdan vergi

qaydasından istifadə edilir. Lakin buna baxmayaraq, Avropa

birliyinə daxil olmağın iqtisadi şərtlərindən biri də ƏDV-nin tətbiq

edilməsi öhdəliyidir.

Dünya qiymətlərinin tətbiq edilən növləri də qiymət

səviyyəsinə istər-istəməz təsir edir. Xatırladaq ki, dünya bazarında

qiymətlərin əsasən aşağıdakı növləri vardır: 1) kontrakt qiymətlər.

2) Birja qiymətləri (əmtəə birjaları). 3) Auksion qiymətlər 4)

sorğu-məlumat qiymətlər. 5) Orta statistik qiymətlər (statistik

məcmüələr üzrə).

Milli, regional qiymətlərdən fərqli olaraq dünya

qiymətlərində bəzi məhsulların qiymətləri istehsal xərclərindən

asılı olmur. Məsələn, dünya bazarında xammal resurslarının

qiyməti onların hasilatı İlə bağlı olan xərclərə əsasən deyil, tələb və

təklif, birja kotirovkası, hər bir dövlətin sosial-iqtisadi vəziyyətinə

əsasən müəyyən edilir.

Dünya qiymətlərinə bir çox amillər təsir edir. Bu amillərin

çoxluğuna baxmayaraq onlar əsasən dörd qrupa ayrılır. Bu qruplar

aşağıdakılardır; 1) ümumiqtisadi amillər (məcmu tələb və təklif,

inflyasiyanın səviyyəsi, iqtisadi inkişaf tsiklinin fazaları və s.). 2) hər

hansı bir əmtəənin istehsalı ilə bağlı vəziyyət (xərclər, mənfəət,

vergi səviyyəsi, keyfiyyət, tələb və təklif). 3) xüsusi amillər

(mövsümilik, dövlət təminatı və s.). 4) bazar tipi (oliqopoliya bazan,

inhisarçı rəqabət bazarı, təkmil

118

rəqabət bazarı, xalis inhisar bazarı).

Əksər hallarda daxili qiymətlərin artımı bu qiymətlərin

dünya qiymətlərinə uyğunlaşdırılması ilə əlaqələndirilir. Halbuki

ölkə daxili qiymətlərin artımı çox hallarda dövlətin büdcə, gəlir

potensialı, dotasiyaları, subsadiyalan azaltmaqla bağidır. Lakin

bəzi ölkələrdə, o cümlədən Azərbaycanda bünün özünəməxsus

«milli xüsusiyyətləri)) də vardır. Məlumdur ki, 1993-cü və 2001-ci

ildə, sonra isə 2006-cı İ! yanvarın 1-dən əsas enerji daşıyıcılarının

qiymətləri 2 dəfə artırıldı. Bunun səbəbi dövlət qurumları

tərəfindən əsasən aşağıdakılarla izah edilir: 1) Yanacaq ucuz

olduqda onun sərhəddən kənar satışının təşkili ehtiyacının

çoxalması. Başqa cür deyilsə dövlətin nəzarət funksiyasını

çətinliklə icra edə bilməsi. 2) Duru yanacağın ağ neftin fərqli

qiymətlərinin olmasının guya yanacaq məntəqələrində onların

bir-birilə qarışdırılıb satılmasına səbəb olması. Burada yenə də

nəzarət problemi meydana çıxır ki, yağla şorun, ayranla-qatığın

eyni qiymətə olması hallarına haqq qazandırmaq lazım gəlir.

indi də konkret olaraq qiymət artımı haqqında: Enerji

daşıyıcılarının qiymətlərinin artırılmasında sahələrarası balans

konsepsiyası, tam xarclər (birbaşa və dolayı xərclər) problemin və

ondan irəli gələn və gələ biləcək fəsadlar. Respublika tarif

şurasının qərarı ilə dizel yanacağının, ağ neftin, məişət sobaları

yanacatının bir litirinin qiyməti köhnə manatla 1800 manat, yenisi

ilə 0,36 qəpik olmuşdur. Bu qiymət səviyyəsi A- 93 markalı

benzinin qiyməti ilə üst-üstə düşür. Başqa cür deyilsə, pərakəndə

qiymətlərəvvəlki topdan satış qiymətləri iiə müqayisədə orta

hesabla 2 dəfə artmışdır. Soba yanacağının dəyəri isə 3,3 dəfə,

ağ neftinki 2,3 dəfə artmışdır. Bəzi iqtisadçılar belə hesab edir ki,

enerji daşıyıcılarının qiymətinin artması inflyasiyanın maksimum

2-5% artmasına səbəb ola-

19

çaqdır. Lakin nəzərə alsaq ki, kənd təsərrüfatı məhsullarının maya

dəyərində dizel yanacağı üzrə xərclər 10-12 faiz təşkil edir

(taxılçılıq, pambıqçılıq, tərəvəz və s.) və nəzərə alsaq ki, bu

proses sərnişin və yük daşımaların qiymətlərinin artması ilə

müşayət olunacaq. Onda inflyasiyanın xeyli dərəcədə qalxmasını

proqnozlaşdırmaq olar. Yanacağın bahalaşması Avrobiznesə,

regional İnkişafa da mənfi təsir edəcəkdir, teni- kanın lizinqə

götürülməsi marağı azaldacaqdır. Əgər əvvəllər bir hektar

torpağın şumlanması əvvəlki pulla 60-65 min manata (12-13

dollar) başa gəlirdisə İndi 100-110 min manata (20- 21 dollara)

başa gələcəkdir. Çünki avroservizin göstərdiyi 14- 15 xidmətlər

içərisində bu daha çox xərc tutumludur. Rusiyada ayrı-ayrı vergi

növləri neftin pərakəndə qiymətlərinin 60%- ni, ABŞ-da isə 20%-ni

təşkil edir. Azərbaycanda İsə Rusiyadakı səviyyədədir. Həm də

nəzərə almaq lazımdır ki, ABŞ Rusiya və Azərbaycandan fərqli

olaraq əsəsən neft idxalı ölkəsidir və burada su nəqliyyatı xərcləri

vacib amİI roluna malikdir.

120

§ 21 Transferi qiymətamələgəlmə və ofşor mərkəzlərinin

fırıldaqları

Transfert qiymətəmələgəlmə xarici transmilli şirkətlərlə,

istehsalın qlobal milliləşməsi, beynəlxalq biznes fəaliyyəti ilə

bağlıdır, daha doğrusu onlardan irəli gəlir. Transfert qiymətlər

korporativ, firmadaxili əmtəə axını, xidmətlər və digər məqsədlər

üçün istifadə olunur. Transfert qiymətlərin müəyyən edilməsi

mexanizmi çox mürəkkəb və geniş şaxəlidir. Daxili transfert

qiymətlər bir qayda olaraq iki metodla-«xərclər-üstə- gəl» və

«qazanc-minus» və yaxud «yenidən satma» (alıb-satma)

qaydasında müəyyən edilir. Birinci metodda verilmiş aktivlərin

kalkulyasiya edilmiş ilkin dəyəri götürülür, ona bütün bölmələr

üzrə satışda mənfəət normasını nəzərdə tutan əlavələr edilir,

ikinci metodda isə əsasən hazır məhsulun qiyməti müəyyənləşir,

hazır məhsulun qiymətindən hər bir alıcı bölmələr üçün mənfəət

norması saxlamaq üçün güzəştli faizlər çıxılır. Lakin hər iki

metodun özündə çatışmayan cəhətlər çoxdur və təkmilləşməyə

ehtiyacı vardır. Birincisi, məhsulların yenidən satılmasında son

satış qiymətlər səviyyəsi transmilli şirkətlərin inhisarçılığına məruz

qala bilər, ikincisi, qiymətlə mənfəət arasındakı sıx əlaqə (ikinci

birincini müəyyən edir) vardır və sonuncunun vergiyə cəlb edilib

edilməməsi transmilli bölmənin hansı ölkədə yerləşməsindən

asılıdır. Üçüncüsü, burada digər amillər-rüsum dərəcəsi, valyuta

risqIəri səviyyəsi, aktivlərin kapitallaşması, antiinhisar tədbirləri,

xərclərin konkret tərkibi, uçota alınması səviyəsi və s. də öz təsirini

göstərə bilər. Məsələn, mənfəətin, gəlirlərin ötürülməsi problemini

götürək. Nüfuzlu beynəlxalq təşkilatlardan birinin apardığı

sorğuya görə respondentlərin 61%-i hesab edir ki, xarici və həm

də milli şirkətlər öz gəlirlərini inkişaf etmiş ölkələrdə saxlayır,

yerləşdirir. Soruşulanların 70%-i bunun cid

121

di probiem olduğunu demişdir. Sorğuda həmçinin məlum olmuşdur

ki, xarici ölkələrdə yerləşən filiallar gəlirləri özlərinin ana

şirkətlərinə keçirməklə vergi ödəmələri öhdəçiliyindən yayınmış

olurlar. Sorğuda iştirak edənlərin 87%-i bunu da ciddi problem kimi

qiymətləndirmişlər.’ İstinad etdiyimiz məqalənin müəllifi N.X.Vafina

özü də bu problemin daha ciddi olduğunu göstərmiş, mürəkkəb və

ədalətsiz situasiyaların yarada bilməsini qeyd etmişdir.

Transfert qiymətəmələgəlmə problemi ədalətli bazar

qiymətləri və vergi Ödəmələri ilə də üzvü halda bağlıdır. Burada

konkret şəraitin, regionun və müqayisə olunmaqlığın mühüm

əhəmiyyəti vardır. Lakin İstər daxili və istərsə də xarici ofşor

şirkətlərin fəaliyyətində bu baxımdan ciddi nöqsanlar mövcuddur.

Həmin nöqsanların meylləri, «mexanizmləri» əsasən

aşağıdakılarla şərtləşir; 1) vergi ödəmələrini minimuma endirmək

meyli; 2) nisbətən az vergilər ödəyən regionlarda qeydə alınan

ofşorlarda mənfəəti hesablamaq; 3) xüsusi iqtisadi zonalarda ofşor

şirkətlərin qeyri qanuni qiymət sövdələşmələri; 4) təxminən eyni

mənfəət səviyyəsinə, vergi ödəmə potensialına malik olan bir neçə

şirkətlərin razılaşma əsasında (düşünülmüş qaydada) birini az

mənfəətli, digərini isə zərərlə işləyən kimi göstərmək imkanına

malik olmaları (xüsusi qiymətlər tətbiq etməklə); 5) digər regionun

büdcə zərərinə hər hansı bir regionun xeyrinə olaraq

sövdələşmələrin icrası; 6) saxta ixrac əməliyyatları, firmalar,

xüsusi qiymətlər vasitəsilə kriminallığa yolvermə halları; 7) bİr-biri

ilə istehsal, satış, texniki-texnoloji cəhətdən asılı olmayan

şirkətlərin süni olaraq qarşılıqlı əlaqədə olanlar kimi göstərilməsi

və buradan irəli gələn neqativ hallara yol verilməsi; 8) şirkətlərarası

sövdələşmə qiymətləri ilə bazar qiymətləri, barter əməliyyatları

üzrə ciddi

‘Omıancbi u KpenHT, 2003, səh. 31

122

fərqlərin olması. Bəzən qiymətdəki fərqlər (əksər halda qiymət

azaltma) qısa bir müddətdə 20-50% həddinə çata bilir.

Beləliklə, göründüyü kimi, necə deyərlər fəlsəfənin zaman

və məkan anlayışı (amilləri) ofşor şirkətlərin fəaliyyətində mühüm

əhəmiyyətə malik olur. Ona görə də şirkətlərin sövdələşməsindəki

«xüsusi», «qeyri-adi» hallara diqqət yetirmək lazımdır.

İri beynəlxalq maliyyə alverçiləri, onların təmsil etdikləri iri

dövlətlər antikorrupsiyadan danışdıqları halda Özləri şəffaflıqdan

kənar işlər görür və bunu milli dövlətlərin idarəçilik, tənzimləmə

dairəsindən kənara çıxarmaq yolu ilə icra edirlər. Mütəxəssislərin

hesablamalarına görə indi dünyada ofşor maliyyə mərkəzlərinin

illik dövriyyəsi 7 trilyon dollardan çoxdur, onların aktivlərinin həcmi

isə 11 trilyon dollardır. Ofşor maliyyə sektorunda bankların xüsusi

çəkisi 85 faizdir (aktivlərdə). Depozit ofşor banklarda olan depozit

pul vəsaitləri 1,5 trilyon dollardan çoxdur. Ofşor mərkəzlərin

ərazisində on min investisiya fondları vardır. Ofşor mərkəzlər milli

kapitalı xaricə İxrac etməyin əsas vasitəsidir, mexanizmidir.

Beynəlxalq valyuta fondunun özünün hesablamasına görə

dünyada çirkli kapital yuyulmasının illik həcmi 1,5-2 trilyon

dollardır.'

' Cl>MH3HCbl H KpeflHT. 2004, səiı. 89

123

IV FƏSİL. PUL-VALYUTA MÜNASİBƏTLƏRİNİN

İNFLYASİYA ASPEKTLƏRİ VƏ MEXANİZMLƏRİ.

§ 22 Pul münasibətləri və inflyasiya proseslərinin

mexanizmləri.

Tarixən müxtəlif pul sistemlərinin meydana gəlməsi, onların

təkamülü və nəhayət kağız pul formasının geniş yayılması,

təkmilləşməsi inflyasiya prosesini iqtisadi sistemlərin ayrılmaz bir

ünsürünə çevirmişdir. Hətta belə, qızıl monometalizm pul tədavülü

və qiymətin əmələ gəlməsinə sabitlik gətirsə də bu, kağız pulu

rolunu tam dolğunluğu ilə icra edə bilmədi. Həmin məhdudiyyət

özünü təxminən 100-120 il əvvəl daha qabarıq halda göstərməyə

başladı. Bu, sadəcə olaraq yalnız qızıl monet standartlarının

texniki məhdudiyyəti, cəhəti deyildi, inhisarçıların, dövlət-inhisarçı

iqtisadi sisemin, quruluşların oyun qaydalarımdan biridir. Burada

bir sıra səbəblərlə bahəm qiymətli kağız pulların, xüsusilə dolların

qızıl standartlarla müqayisədə sərvətin, milli gəlirin inhisarçı

qrupların mənafelərinə yenidən bölüşdürmədə daha çevik,

səmərəli mexanizmə, imkana malik olmasıdır. Ona görə də belə

şəraitdə qiymətin əmələ gəlməsi və pul kütləsinin formalaşmasına

yeni aspektdən yanaşıldı, inhisarçıların bu sferadakı qoi-qanadt

açıldı, qiymətlərin subyektiv qaydada müəyyənləşməsinə şərait

yaradıldı. Qiymətlərin və pul tədavülünün əvvəlki bazar

mexanizmlərinin özü də dəyişmiş olur. Lakin bizcə, bir cox

iqtisadçılar. xüsusilə Qərb iqtisadçıları əvvəllərdə də. müasir

dövrdə də bu veni qaydanı, mexanizmi vanlış. məhdud çərçivədə

başa düşmüşlər. Çünki həmin mexənizmlər nə qədər dəvişsə də.

pul tədavülündəki aivmətin əmələ gəlməsindəki deformasiyalar

təkrar istehsalın bütün fazalarına nəticə etibarilə öz neqativ təsirini

göstərir. Bu da bir obyektiv prosesdir, qanunauyğunluqdur. Lakin

1929-1933-cü illərdəki ABŞ-dakı

124

vəziyyət, ikinci dünya müharibəsindən sonrakı Qərb ölkələrinin

iqtisadi inkişafı bir daha sübut etdi ki, inhisarçı qrupların bu

sahədəki fəaliyyət mexanizmləri təkmil və qeyri-məhdud deyildir,

bazar mexanizmini özlərinə bayraq edənlər bu mexanizmi

asanlıqla poza bilməzlər. Çünki inhisar məhsullarının

qiymətlərinin hər vəchiə qaldırılması inflyasiyaya gətirib çıxarır ki,

bu da iqtisadi artıma, məşğulluğa, tədiyyə balansındakı

qeyri-normal hallara, qeyri-taraziığa səbəb olur. Belə olan halda

dövlət subyektiv qaydada İşə müdaxilə etməli olur, bazar

mexanizminə öz mexanizmini əlavə etmək məcburiyyətində qalır.

Əlbəttə, 1929-1933-cü illərdəkindən, bəzi Avropa dövlətlərinin

1946-1949-cu illərdəki iqtisadi inkişaf üzrə proqram tədbirlərindən

fərqli olaraq inhisarçıların əsas mövqeyə malik olduğu ölkələrdə

dövlətin digər sahələrdə olduğu kimi burada da rolu passiv

səciyyə daşıyır, az səmərə verir, bəzən isə paradoksal vəziyyət

yaradır, istehlak qiymətlərinin, digər qiymətlərin qalxması pulun

alıcılıq qabiliyyətini aşağı salır, həyatın dəyərini artırır, durğunluq

halları çoxalır və belə şəraitdə vergilərin həcmi də azalmış olur.

Problemin bu cəhəti Fərid Quliyevin «Gəlirlər nəzəriyyəsi))

əsərində Öz əksini tapmışdır.’ Göründüyü kimi, inflyasiyanın İstər

iqtisadi və istərsə də sosial sferada əhatə dairəsi çox genişdir.

Görünür, məhz bu səbəbdən Qərb iqtisadçıları inflyasiyanı dövlət

üçün bir nömrəli problem adlandırır.

inflyasiya prosesləri mexanizmində K.Marksın vaxtilə

müəyyənləşdirdiyi pul tədavülü qanunu və bu qanunun iqtisadi

fəaliyyət komponentləri arasındakı səbəb-nəticə asılılığı dərəcəsi

(səviyyəsi) İnflyasiya üçün mühüm amil rolunu oynayır. Həmin

başlıca iqtisadi komponentlər aşağıdakılardan ibarətdir; a) əmtəə

və xidmətlərin qiymətləri; b) kredit; c) nəğdsiz

Fərid Quliyev. «Gəlirlər nəzəriyyəsi*, 2004, səh. 87-92

125

ödənişlər, qarşılıqlı öhdəliyi örtmə müddəti; d) pul vahidinin

dövriyyəsi sürəti; e) pul kütləsinin kəmiyyəti, İqtisadi

komponentlər arasındakı asılılıq Marks tərəfindən aşağıdakı kimi

müəyyən edilmişdir:

PK= Əq-k+ö-Qö

TM

Burada, PK- pul kütləsi;

Əq- əmtəə və xidmətlərin qiyməti;

k-kreditlə reallaşma; ö-ödəniş müddəti

üzrə öhdəçilik:

Qö-qarşı!ıqh ödəmə Öhdəliyi;

TM-pul vahidinin dövriyyəsi müddəti.

Qeyd etmək lazımdır ki, müasir pul sistemində kreditlərin

rolu Marks dövrünə nisbətən artmış və inflyasiyaya təsiri də yeni

qanunauyğunluqlarla şərtləşmişdir. Həm də müasir dövrdə qızıl

standartlarının yoxluğu şəraitində yuxarıda göstərilən hər bir

iqtisadi ünsür ölkənin pul vahidinin qiymətdən düşməsinə öz

təsirini göstərə bilər. Ona görə də bu baxımdan (yəni həmin

ünsürlərin pulun dövriyyəsi mexanizminə qarşılıqlı təsiri)

inflvasiva prosesi üstün olaraq oul-kredit və qiymətin

əmələgəlməsi amili kimi özünü göstərir. Lakin dünya ölkələrinin

təcrübəsi göstərir ki, pul kütləsinin inflyasiyaya birbaşa təsiri

kredit sistemi və kredit münasibətlərinin, inhi- sarçılığın zəif

olduğu ölkələrdə daha aydın nəzərə çarpır. Çünki belə şəraitdə

pulun qiymətdən düşməsi onun həddindən artıq emisiyasını tələb

edir. Pulun emisiyası isə birinci növbədə dövlət xərclərinin

ödənilməsi zəruriyyətindən irəli gəlir, bu isə obyektiv olaraq

qiymətlərin qalxması ilə müşayiət olunur. Beləliklə, paradoksal bir

səhnə alınır; dövlət xərcləri ödəyir, inhisarçılar yüksək

qiymətlərdən əlavə gəlir əldə edir,

126

inflyasiya aztəminatlı əhalinin olan-qalan gəlirlərini yeyir. Əlbəttə,

bəzi iqtisadçıların səhvən fikirləşdiyi kimi bu hələ o demək

deyildir ki, inkişaf etmiş ölkələrdə pul kütləsi amili inflyasiya

baxımından öz təsirini tamamilə itirmişdir. Düzdür, indi şərait

dəyişmişdir. Lakin pul dövriyyəsinin kağız pullarla həddindən

artıq doldurulması amili həmişə öz inflyasiya törədici rolunu

saxlayacaqdır. Lakin fərq ondan ibarətdir ki, pul kütləsi amili

müasir dövrdə inflyasiyanın vacib amili olsa da, əvvəlki kimi

yeganə amil deyildir. Əlbəttə, inflyasiya törətmə mexanizmləri

sistemində ayrı-ayrı ölkələrin qiymətin əmələgəlməsi təcrübəsi,

qiymət sisteminin müxtəlif ünsürlərinin hansı səviyyədə nəzərə

alınması qaydası da, dövlətin, inhisarçıların bu proseslərə təsir

etmə, müdaxilə dərəcəsi də mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, inflyasiya mexanizmləri kimi, amilləri də

kompleks səciyyə daşıyır. Burada mövcud obyektiv şərait,

qanunauyğunluqlar və həm də iqtisadi subyektlərin təsiri bir-

birini tamamlayır, iqtisadi subyektlər içərisində nəinki milli

inhisarlar, həm də beynəlxalq inhisarlar, emissiya, kommersiya,

mərkəzi banklar bu sahədə apano rola malikdir. İqtisadi

subyektlərin rolu burada eyni məzmunlu deyildir. Belə ki,

mənfəəti maksimum həddə çatdırmaqla inflyasiya yaratmaq amili

istehsalla bağlı fhəcmini çoxaltma, istehsal xərclərini azaltmaq,

məhsulun qiymətini yüksəltmək, süni qıtlıq yaratmaq və s.), bank

fəaliyyəti ilə baölı fdövlət büdcəsi kəsirini bağlamaq, örtmək

məqsədilə dövlətdən qısa müddətli öhdəliyin əldə edilməsi, milli

valyutanı xarici valyutaya mübadilə etmək məqsədilə dövriyyəyə

artıq banknotların buraxılması). İnflyasiyanın artmasına sənaye

və digər inhisarlar birbaşa, kredit təşkilatları isə dolayısı volla

təsir edir. Belə bir cəhəti də qeyd etmək lazımdır ki, deyək ki, 100

il bundan əvvəlki

127

dövrə nisbətən müasir sənayecə inkişaf etmiş dövlətlər büdcə

kəsirini örtmək üçün pul dəzgahlarından deyil, bir qayda olaraq

bankların kredit pullarından istifadə etməyə üstünlük verirlər.

Məlumdur ki, pul dəzgahlarının işi banknotların emissiyası,

kommersiya banklarınınkı isə dövriyyədə depozit-çek- lərin

genişlənməsi ilə bağlıdır. Ona görə də dövlət borclarının hamısı

inflvasivalı təbiətə malik devildir. Belə ki, kredit sistemi yolu ilə

əldə edilən veksel və istiqrazların bir hissəsi yığım və əmanətlər

hesabına olur.

Banknotların, habelə depozit-çeklərin emisiyası dövlət

öhdəçiliyi hesabına həddini aşdığı təqdirdə bu da inflyasiya

prosesini sürətləndirə bilər.

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, inflyasiya yalnız

dövlət səviyyəli borclarla şərtlənmir. Ayrı-ayrı şirkətlər, firmalar

kommersiya banklarından ssuda alarkən də belə nəticə əldə edilə

bilər. Bu alınmış vəsait formal olaraq bank hesabı açmaq xatirinə

edildikdə və real çəkiyə malik olmadıqda inflyasiya baxımından

daha neqativ məna kəsb edir.

128

§ 23 Pufun fə/əJb və təklif problemi

Pula tələb birinci növbədə xərclərlə bağlıdır. Bu, həm

dövlət, həm ailə, həm də müəssisə xərclərində öz ifadəsini tapır.

Həmin xərclər həm istehsal, həm də əmtəə, xidmət sferaları ilə

bağlıdır. Bu xərclər nəticə etibarilə İnflyasiya mexanizmləri İlə

assimilyasiya olunur. Bu assimilyasiya üstün olaraq özünü pul

tədavülündə, əmtəə mübadiləsində göstərir. Beləliklə, iqtisadi

subyektlərin hər biri özünəməxsus qaydada maliyyə resurslarına

tələbat hiss edir. Maliyyə, pul resurslarına ehtiyac duyur. Digər

resurslarla pul resursları arasındakı nisbət dərəcəsi isə müxtəlif

amillərlə şərtləşir. Birinin azlığı, digərinin çoxluğu müəyyən

fəsadlar doğurur və bu fəsadlara uyğun olaraq adekvat tədbirlərin

görülməsini tələb edir. Görülən tədbirlərin əsaslandırılması və

elmi səviyyəsidən asılı olaraq kredit-pul sistemləri inflyasiyanın

artması və yaxud da azalmasına gətirib çıxarır. Bu zaman

inflyasiyanın intensivlik dərəcəsi müxtəlif ola bilir. Bundan asılı

olaraq inflyasiya iqtisadiyyata bu və ya digər formada təsir

göstərir, inflyasiya daha çox istehlak bazarı ilə bağlı olur. Lakin

təcrübə göstərir kİ, inflyasiya yalnız əmtəə qıtlığı şəraitində deyil,

əmtəə çoxluğu şəraitində də baş verir. Pula tələbata müəssi-

sələrarası nəğdsiz və nəğd hesablaşmaların nisbəti də təsir

göstərir. Nəğdsİz hesablaşmalarda bank-kredit hesablaşmaları

mühüm rol oynayır. Bəzən bu, ümumi pul dövriyyəsinin

60-70%-dən çoxunu təşkil edir. Pula tələbatın azalmasında

antiinflyasiya tədbirləri də mühüm əhəmiyyət kəsb edir. Lakin

iqtisadi ədəbiyyatlarda, bir qayda olaraq, antiinflyasiya tədbirləri

sadəcə olaraq qiymətlərin aşağı salınması mənasında başa

düşülür. Halbuki, antiinflyasiya tədbirləri eyni zamanda dövlət

büdcəsi xərclərinin bir hissəsinin azaldılmasını, xərclərin müxtəlif

istiqamətlərdə səmərəliləşdirilməsini,

129

xərclər üzərində nəzarətin gücləndirilməsini, müxtəlif layihələrin

iqtisadi baxımdan əsaslandırılmasını və s. nəzərdə tutmaqla, həm

də pula tələbatı azaldır. Bu, eyni zamanda pul təklifi ilə tələbi

arasında müəyyən uyğunluğun təmin edilməsinə imkan verir.

Fikrimizcə, bunu məzmun baxımından əmtəə tələbi və təklifi ilə

eyniləşdirmək, onlar arasında paralellik aparmaq düzgün deyildir.

Məsələn, əmtəə tələbi və təklifi ilə əlaqədar olaraq xüsusilə, ərzaq

qıtlığı ilə əlaqədar olaraq tarazlıq qiyməti adalanan tənzimləmə

qaydası tətbiq olunur. Burada qiymət vasitəsilə tələblə təklif

arasındakı nisbət tənzimlənir və əmtəə qıtlığı aradan qalxır,

tarazlıq qiymət vasitəsilə təmin olunur, lakin əslində, qıtlığın özü

aradan qalxmır. Lakin qiymətin qalxması əmtəə təklifinin artımını

stimullaşdırır, eyni zamanda ona tədiyyə tələbini aşağı salır.

Beləliklə, bazar tarazlığı mexanizmi əsasən qiymət mexanizmi

vasitəsilə həyata keçirildiyinə görə bu proses mürəkəb və çətin bir

şəraitdə baş verir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu

şəraitdən inhisarçı bazar çox bacarıqla istifadə edir; İstədikdə

qıtlıq yaradır və yaxud qiyməti artırır, bəzən burada qeyri-bazar

amillərindən də istifadə edilir.

Müəssisələrin-bankların ayrı-ayrı sahibkarların,

istehlakçıların sərəncamında çoxlu miqdarda pul toplanıldığı

halda pulun təklifi onların real tələbatından, yəni pula olan

tələbatından dəfələrlə çox olur. Belə olan şəraitdə pul

sahiblərində daha çox pul xərcləmək imkanı və stimulu yaranır.

Daha doğrusu, belə bir proses artıq həyata keçirilir. Bu proses

əslində pul tələbinin genişlənməsi deməkdir və bu genişlənmə

nəticə etibarilə qiymətin qalxmasına gətirib çıxarır, qiymətin

həddindən artıq qalxması isə onun alıcılıq qabiliyyətinin aşağı

düşməsi ilə nəticələnir. Bir çox ölkələrdə İqtisadi sabitliyi təmin

etmək və inflyasiyaya qarşı mübarizə aparmaq məqsədi

130

lə hətta monetarist konsepsiya, model şəraitində belə dövlət

bankları tərəfindən ölkədə pul kütləsinin dəyişilməsi üzərində

nəzarət həyata keçirilir. Burada pul tədavülü ilə pul bazası

arasındakı əlaqə tənzimlənir. Pul bazası dedikdə isə mövcud

olan nəğd pul məbləği, habelə kommersiya banklarının mərkəzi

bankdakı ehtiyat hesabları qalığı başa düşülür və bununla

əlaqədar olaraq bank depozitləri pul bazasının törəməsi kimi

qiymətləndirilir. Bu yolla, yəni pul bazasına təsir etməklə pul

kütləsinin həcmini tənzimləmək mümkün olur. Bu isə pul kütləsi

artımının məhdudlaşmasına səbəb olur. Lakin buna kredit

resurslarına olan tələb və təklif arasındakı nisbətlər də təsir

göstərir. Bütün bu cəhətlər kağız pula qədər mövcud olan qızıl

standartlarının tətbiqinə nisbətən müasir pul tədavülü,

bank-kredit sistemi şəraitində daha mürəkkəb mexanizmlər

vasitəsilə həyata keçirilir. Başqa cür desək, əvvəllər mövcud olan

kortəbii bazar mexanizmi, tədavüldə pulun öz-özünə tənzimləmə

mexanizmi daha müasir mexanizmlərlə zənginləşmiş, bəzi

hallarda əvəz edilmiş olur. Bütün bunlar pul tədavülü üzərində

nəzarəti gücləndirməyi, bu məqsədlə müəyyən məhdudiyyət

hallırını, metodlarının və mexanizmlərinin işlənib hazırlanmasını

tələb edir. Bu mənada, monetarist konsepsiyanı, modeli, ideyanı

pul kütləsini idarə etməyin mühüm vasitəsi adlandırmaq olar.

Əlbəttə, burada bank fəaliyyətində tələb və təklif sisteminin

tənzimlənməsi, tədavüldə olan pulun miqdarının idarə edilməsi

mühüm əhəmiyyət kəsb edir. Pula tələbin miqdarı və pul təklifinin

miqdarı, kəmiyyəti müxtəlif yollarla həyata keçirilir. Pula olan

tələb bir qayda olaraq dolayısı yolla-mərkəzi bankın kredit vermə

şərtlərinin dəyişilməsi ilə və dövlət qiymətli kağızlarının satışı

şərtləri ilə tənzimlənir, müəyyən edilir. Pula olan təklif isə mərkəzi

bankların banknotlar emissiyası və habelə.

131

müxtəlif depozit növlərinin minimal məcburi ehtiyatlan

səviyyəsinin dəyişilməsi ilə müəyyən edilir. Burada kommersiya

banklarının depozit-çek emissiyası müəyyən rol oynayır. Lakin

bütün bu tədbirlər ölkənin konkret iqtisadi və maliyyə durumu

şəraitini, baş verən çoxşaxəfi iqtisadi hadisə və prosesləri nəzərə

almaqla həyata keçirilməlidir. Çünki bütün hallarda pul kütləsinin

azalması heç də qiymətin aşağı düşməsinə gətirib çıxarmır. Bəzi

hallarda isə bu, investisiya və istehsal həcminin aşağı düşməsi ilə

nəticələnir. Bu və ya digər cəhətləri nəzərə alaraq hələ 1974-cü

ildə Almaniyanın Bundesbank! tərəfindən pul kütləsinin

tənzimlənməsi üzrə məqsədli meyli onların adlandırdığı kimi

targetləşdirmə (məqsədləşdir- mə) konsepsiyası irəli sürüldü.

Targetləşdirmə öz xarakteri və üsulu baxımından bir növ bu

prosesin proqnozlaşdırılması, pul aqreqatlarının təhlili, burada

baş verən aşağı və yuxarı həddin kənarlaşması məsələlərini

əhatə edirdi. Ən başlıcası, bütün məsələlərdə, o cümlədən pulun

emissiyası və pul kütləsinin artımının yol verilən həddinin

müəyyən edilməsi idi. Burada bank sisteminin likvidliyinin

nəzarətdən yayınma halları hesabına artmasına gətirib çıxara

bilən bank, kommersiya və digər əməliyyatların

zərərsizləşdirilməsi diqqət mərkəzində olmuşdur. Burada kreditə

olan tələb, habelə faiz dərəcələri ilə qiymət, istehsalın inkişafı,

büdcə kəsiri və xarici iqtisadi əlaqələr vəhdətlik halında nəzərdən

keçirilir. Almaniyada bu probiemin həllində ən səmərəli üsul pul

kütləsi komponentlərinin təhlili, araşdırılmasıdır. Daha doğrusu,

pul kütləsi strukturunun öyrənilməsidir. Məlumdur ki, pul

kütləsinin komponentləri, əsasən, onların likvidlik dərəcəsi ilə

müəyyən edilir. Başqa cür desək, likvidlik dərəcəsi ilə, yəni onun

pul vasitəsinə, hesablaşma vasitəsinə çevrilmə dərəcəsi ilə

müəyyən olunur. Bu, birinci növbədə nəğd puldur (MQ).

I32

Kommersiya banklarının cari hesablarındakı məbtəğiə birlikdə bu,

M-| pui aqreqatını əmələ gətirir. Həmin depozitlərdən

pul vəsaiti kimi İstifad etmək üçün onlar nəğd pula və yaxud

bankın cari hesabına keçirilməlidir və bu səbəbdən M2 pul

aqreqatı kütləsi özünə M>| göstəricisindən başqa təcili əmanətləri

də daxil edir. Bütün bunlara bir çox amillər, o cümlədən faiz

dərəcələri, valyuta məzənnəsi, makroiqtisadi səviyyədə isə

ümummilli məhsulun həcmi təsir göstərir.

Göründüyü kimi, pula tələbin müəyyən edilməsi bir çox

mürəkkəb iqtisadi proseslər, hadisələr və göstəricilərlə bağlıdır.

Ona görə ki, pul dövriyyəsi, ümumiyyətlə pul sistemi çox-

məqsədli, çoxşaxəli iqtisadi təsərrüfat sistemləri ilə əlaqədardır.

İstər iqtisadi sistemdə, istərsə də bazar mexanizmində hakim olan

obyektiv və subyektiv amillər də burada öz təsirini büruzə verir.

Beləliklə, daha konkret yanaşsaq, pula tələbin aşağıdakı

amillərini, İstiqamətlərini göstərmək olar: 1. təsərrüfat

subyektlərinin dövriyyə vəsaitlərinə olan tələbatını ödəmək. 2.

pula tələbatın əmtəələrin qiymət səviyyəsi və dinami- kaıs ilə

şərtləşməsi. Məsələn, tikinti materiallarının, maşın və

avadanlıqların, ərzaq məhsullarının qiyməti deyək ki, 40-50%

artıbsa, təxminən bir o qədər də əvvəlki dövrə nisbətən pu! kütləsi

lazımdır. 3. maliyyə aktivlərinin {daşınmaz əmlak, şirkətlərin

səhmləri, bank sertifikatları, valyuta alışı və s.) əldə edilməsi üçün.

4. maliyyə aktivlərinə faiz dərəcələri. Bu, əslində aktivlərin qiymət

funksiyasım yerinə yetirir. Bu dərəcələr bir qayda olaraq real

sektorun rentabelliyindən xeyli yüksək olur. 5. pul tədavülünün

sürəti. 6. dönərli və milli valyutanın həcmi, onlar arasındakı nisbət.

Çünki dönərli valyuta da bir çox hallarda ümumi tələbə xidmət

edir. Məsələn, beynəlxalq iqtisadi kontraktların ödənilməsində,

inflyasiyadan irəli gələn itkilərin azaldiimasında, bir sıra ticarət,

alqı-satqı sövdələşmələrində.

133

7. innovasiyanın, investisiyanın maliyyə, pul resursları təminatı

üçün. 8. yalnız iqtisadi deyil, digər amillərlə bağlı tələbatın

ödənilməsi üçün. Pula tələbatla yanaşı maliyyə, pul resursları

potensialını da nəzərə almaq zəruridir. Burada şəxsi yığımların,

bank, firma hesablarında olan depozitlərinin həcmi və qalığının

da böyük əhəmiyyəti vardır.

Pula tələbat nə qədər mürəkkəb iqtisadi proseslərlə

bağlıdırsa, pul təklifi ondan da çətin və çoxşaxəli iqtisadi və

qeyri-iqtisadi proseslərlə, situasiyalarla şərtləşir. Çünki burada

ölkənin ümumi daxili məhsulunun, milli gəlirinin artımı im- kanlığı,

maddi resurslar, tədiyyə balansının vəziyyəti, əmtəə dövriyyəsi,

vergi daxil olmaları, qızıl-valyuta ehtayatları, maliyyə balansı,

qiymətli kağızlar satışından əldə edilən pul vəsaiti, əmanət,

kommersiya banklarının hesabına daxil olan pul vəsaiti,

ixrac-idxal əməliyyatları, dövlət bankının balans vəziyyəti,

emissiyaya təsir edən amillər (pul tələbi-təklifi arasındakı əiaqə,

nisbət) pul təklifi ilə bağlıdır. Əslində, yuxarıda adı çəkilənlərin

hamısı pul təklifini müəyyən edir. Yalnız bir neçəsi əks əlaqə, əks

amil rolunu oynayır. Məsələn, İxrac pul təklifini artırır, idxal isə

azaldır. Pul təklifinin artmasında ticarət balansının aktiv saldosu

mühüm rola malikdir. Pulun emissiyası da pul təklifinə eyni mənalı

qaydada təsir etmir.

Pul təklifinin formalaşması və təşkilində ölkənin pul

aqreqatlarının strukturunun müəyən edilməsi, büdcə resurslarının

düzgün xərclənməsi, dövlət bankı ilə kommersiya banklarının pul

vəsaitlərinin optimal qaydada idarə olunması, dövlət bankı

tərəfindən kommersiya banklarının kreditlərinə. dövlət qiymətli

kağızlar bazarına nəzarət və xarici valyuta ehtiyatları üzərində

nəzarət mühüm əhəmiyyət kəsb edir.

Bir sıra iqtisadçılar, o cümlədən V.Burlaçkov pul təklifini

sahibkarlıq fəaliyyətinin təklifi, bank krediti, faiz dərəcəsi, kre-

134

dillərdən aktiv istifadə, real sektorun rentabelliyi və digər

məsələlərlə əlaqələndirir. Və müəllif haqlı olaraq göstərir ki,

kreditin həcmi spekulyativ maliyyə əməliyyatları üzrə və yaxud

ticarət alış fəaliyyəti ilə əlaqələndirildikdə, bu, inflyasiyanın

artmasına gətirib çıxarır. Eyni zamanda, pul bazası ilə M2 aqreqatı

üzrə iqtisadiyyatın monetizasiyası arasında böyük fərqlərin əmələ

gəlməsinə səbəb olur. Müəllif göstərir ki, 2004-cü ildə Rusiyanın

pul bazası ümumi daxili məhsulun 14 faizini, Amerikada isə 7

faizini təşkil etmişdir, lakin Rusiya iqtisadiyyatının M2 aqreqatı

üzrə monetizasiyası ÜDM-ə nisbətdə 28 faiz, Amerikada isə 77

faiz təşkil etmişdir.’

Burada kredit-pul münasibətləri, dövlət bankının dövlət

qiymətli kağızlar və xarici valyutadakı aktivləri də mühüm

əhəmiyyət kəsb edir. Lakin bazar münasibətləri, bazar qanunları

şəraitində dövlətin, dövlət banklarının bu aktivlərə təsiri birbaşa

və birmənalı olmur. Ona görə də burada tələb və təklif qanunu

mühüm rol oynayır və bir sıra mənfi nəticələrə gətirib çıxarır.

Hətta dövlət borclarının çoxalmasına, faiz dərəcəsinin artmasına

və s. səbəb olur, tədavül vasitəsi və kredit resurslarına tələbat

arasındakı nisbət də dəyişilmiş olur.

Burada güzəştlərin monetizasiyası da müəyyən əhəmiyyət

kəsb edir. Monetizasiya prosesinə müxtəlif mövqelərdən

yanaşmaq olar. Burada büdcə, dövlətin sosial öhdəlikləri, sosial

ədalət, sosial güzəşt, istehlak, yaşayış minimumu, sosial risqIər,

pul tədavülü və s. aspektlər vardır. Axırıncı aspekti nəzərdən

keçirək. Məlumdur ki, monetizasiya sosial güzəştlərin natural

formasının pul ödəmələri ilə əvəz edilməsi ilə bağlıdır. Deyək ki,

tibbi yardım, pulsuz dərman, pulsuz şəhər nəqliyyatı və s. pulla

kompensasiya edildikdə bu istər-

’ Boııpocbi əKüiıoMMKH. 2005 JV03, səh, 51

135

istəməz pul dövriyyəsinə, pul kütləsinin artmasına təsir edəcək.

Qeyri-bazar prinsipinin bazar prinsipi ilə əvəz edilməsi bərabər

şərait daxilində inflyasiyaya, istehlakın strukturuna, sosial risqə

də təsir etmiş olur, 2002-ci ilİn əvvəlinə güzəştlərin ləğvinin

zəruriliyinin əsas dəlili, səbəbi kimi sosial güzəştlərlə bağlı

sahələrin səmərəli işləməsini təmin etmək, bu sahədə israfçılığı

aradan qaldırmaq, həmin sahələrə xarici investisiyanı cəlb

etməkdir. Burada müəyyən məntiq vardır. Lakin ləğv olunan

sosial güzəştlər müqabilində verilən kompensasiyalar onun cüzi

bir hissəsini təşkil edir. Belə ki, ləğv olunan güzəştlər 450-500

milyard manat idisə, kompensasiyanın həcmi 183 milyard manat

olmuşdur. Bu da dövriyyədə olan pulun miqdarına öz təsirini

göstərdi.

136

§ 24 Pul kütləsi və inflyasiya

Pulun miqdar nəzəriyyəçilərindən biri də məşhur Amerika

iqtisadçısı I.Fişerdir. O da bu konsepsiyanın digər tərəfdar- lan

kimi hesab edir ki, tədavüldə olan pulun miqdan nə istehsal

şəraitindən, nə də əmtəənin dəyəri və qiymətindən asılıdır, guya

qiymət tədavül sferasında yalnız pulun və əmtəələrin miqdarı

nisbətlərindən asılı olur. Məsələn, İ.Fişer qiymət səviyyəsinin pul

kütləsindən asılılğını riyazi baxımdan belə müəyyən edir;

QƏ=PC

Burada Q- əmtəə qiymətlərinin səviyyəsi;

Ə- dövriyyədə olan əmtəələrin miqdarı;

P- pul kütləsi;

C-pulun dövr etmə sürəti.

Bu formula əsasında əmtəə qiymətəri belə hesablanır:

Q= PC

Bu formulada, bu konsepsiyada pulun dəyəri onun

miqdarına əks nisbət halında götürülür və deyildiyi kimi, əmtəə

qiymətləri məbləği ilə dövriyyədəki pul kütləsi arasında miqdar,

kəmiyyət asılılığı mövcuddur. İlk baxışda belə bir sadə həqiqət

alınır: pul nə qədər çox olarsa, qiymət də bir o qədər yüksək olar.

Lakin burada oulun cox funksionallıaını və iqtisadi fəallıq

dərəcəsini nəzərə almamaq da olmaz. Əslində pul kütləsinin, pula

tələbatın mütləq mənada başa düşülməsi və izah edilməsi

M.Fridmenın da monetar nəzəriyyəsinin əsasını təşkil edir. Bu,

əslində köhnəlmiş klassik nəzəriyyənin müasir şəraitdə ba-

yağılaşdırılmasıdır. Burada istehsal amillərinin qiymətinin

qalxması, onun istehsal xərcləri inflyasiyasına, bahalaşmış

əmtəələr təklifinə təsiri və digər amillər nəzərə alınmamışdır. Ona

görə də pula, onun miqdarına olan tələbata təsir edən məcmu

137

amillər sistemli qaydada nəzərə alınmalıdır. Həm də nəzərə

almaq lazımdır kİ, konkret şəraiti nəzərə almadan iqtisadi

siyasətdə monetarist mövqe tutma, istiqamət götürmə pula

məcmu tələbatı artırdığına görə inflyasiyanı daha da artırır. Ona

görə də bu, həm də pul qıtlığı yaradır. Qəribə bir mənzərə yaranır:

Inflvasiva artdıöı halda pul aıtlıäı da yaranmış olur, firma və

şirkətlərin maliwə vəziyyəti pisləsir. borclar çoxalır. Bir sıra

konkret hallarda pul dövriyyəsinin artması, qiymətlərin

liberallaşması, rəqabətin zəifləməsi, dövriyyəyə buraxılan pulların

dövlət bankına xeyli az miqdarda qayıtması və digər amillər

inflyasiyanın yaranmasına eyni dərəcədə təsir göstərmir. Məhz bu

və digər cəhətlər, amillər və konkret situasiyalar şəraitində

monetarist siyasət, pul kütləsini azaltma cəhdləri tamamilə

neqativ əks nəticələr verdi, müəssisələrin istehsal-maliyyə

fəaliyyətini iflic vəziyyətə saldı. Beləliklə, inflyasiya nəinki pul

artıqlığı. hətta pula olan tələbatın tam Ödənilmədiyi şəraitdə də

bas verə bilər. İnflyasiya hətta əmtəə təklifinin dövriyyədəki pulun

miqdarından çox olduğu, əhalinin tədiyyə qabiliyyətini xeyli

dərəcədə qabaqladığı şəraitdə də baş verə bilər. Əmtəə

çoxluğunu ticarət təşkilatlarının mal ehtiyatlarından da görmək

olar. Bu haqda məlumat 17 saylı cədvəldə öz əksini tapmışdır.

Ticarət təşkilatlarının mal ehtiyatları

(İlin sonuna)

Cədvəl 17

2000 2001 2002 2003 2004 Cdfni mal ehtiyatlan,

milyon manatla 532100 537608 561269 454315 570413 0 cümkədan; Ərzaq

mallan 125915 111823 105674 98543 126744 Oeyh-ərzaq makian 406185 425785 455595 355772 443669 Cəmi mai teminatı.

Qünlddə 64 69 63 58 55 0 cümlədən; arzaq mallan 22 29 22 20 19 Qeyri-ərzaq mallan 150 112 109 91 118

138

17 saylı cədvəldən göründüyü kimi 2000-2004-cü illərdə

ticarət təşkilatlarının mal ehtiyatları davamlı olaraq artmışdır. Bu

artım təxminən 38313 mln. manat məbləğində olmuşdur. Mal

ehtiyatlarının həcminin azalması 2003-cü ildə qeydə alınmışdır ki,

bu da ən aşağı göstərici olmuşdur. Belə ki, 2002-2003-cü ildə mal

ehtiyatlarının həcmi 106954 mln. manat azalaraq, 454315 mln.

manat olsa da, 2004-cü ildə artım 116098 mln. manat həcmində

olmuş, mal ehtiyatları 570413 mln. manat olmuşdur.

2000-ci ildə ticarət təşkilatlarının mal ehtiyatlannın 23,7%-

ni ərzaq malları, 76,3%-ni qeyri-ərzaq malları təşkil etmişdir. Onu

da qeyd edək ki, ərzaq mallarının həcmi 2000-2003-cü illərdə

davamlı olaraq təxminən 27372 mln. manat həcmində azalsa da,

2004-cü ildə bu həcm göstəricisi 28201 mln. manat məbləğində

yenidən artmışdır. Mal ehtiyatlarının ümumi həcmində ərzaq

mallarının payı 2001-2004-cü illər ərzində uyğun olaraq 20,8%,

18,8%, 21,7% və 22,2% təşkil etmişdir.

Qeyri-ərzaq mallarının mal ehtiyatlarında payı 2000-2003-

cü illərdə davamlı olaraq artmışdır. Artım 49410 mln. manat

məbləğində olsa da, qeyri-ərzaq mallarının həcmi 2003-cü ildə

99823 mln. manat azalaraq 2000-2004-cü illər ərzində ən aşağı

səviyyəyə düşmüşdür. 2004-cü ildə isə bu mal ehtiyyatlannın

həcmi 87897 mln. manat artaraq 443669 mln. manat təşkil

etmişdir. Ticarət təşkilatlannın mal ehtiyyatlannda qeyri-ərzaq

mallannın payı 2000-ci ildə 76,3 %, 2001-ci ildə 79,2%, 2002-ci

ildə 81,2%, 2003-cü ildə 78,3%, 2004-cü ildə 77,8% olmuşdur.

Həm də pulun hərəkətini, nəğd və nəğdsiz pulun

dövriyyəsini, banka qaytarılmasını idarə etmə sahəsindəki ciddi

nöqsanlar da inflyasiya prosesini tam dolğunluğu ilə dərk etməyə

imkan vermir. Beləliklə, inflyasiyada pul amili vacib olsa da.

yeganə amil deyildir. Həm də burada pul amilinə də ye

139

ni, sistemli qaydada yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır

ki, əmtəə istehsalına təkan verən rəqabət qabiliyyətli məhsul

istehsalı məqsədilə investisiyalaşmış pul vəsaitləri tələbi

ödəməklə daha az inflyasiyalı nəticələrə səbəb ola bilər.

Deyəndəki inflyasiya tədavüldə olan pulun artıqlığı ilə

bağlıdır burada real inflvasiva ilə büdcə kəsirini örtmək üçün pul

emissiyası və digər yollarla dövriyyəyə əlavə pul kütləsinin

buraxılması yolu İlə inflyasiya yaratma amillərini eyniləşdirmək

düzgün olmazdı. Həm də demək olmaz kİ, istər kəmiyyət və

istərsə də müəyyən zaman kəsiyi baxımındın pul kütləsinin

müəyyən artım faizi, səviyyəsi eyni səviyyəli qiymət artımına

gətirib çıxarır. Digər tərəfdən isə pərakəndə qiymətlərin

çoxalması, məhsul vahidinə çəkilən xərclərin çoxalması bərabər

şərait daxilində mövcud pul kütləsini azaldır. Onda nominal pul

kütləsini artırmıq zəruriyyəti meydana çıxır. Nominal pul kütləsi

əvəzinə (bu məqsədəuyğun hesab edilmir) faiz dərəcəsi

artırıldıqda real pul kütləsinə olan təlabat azalır, lakin yüksək faiz

dərəcəsi öz növbəsində əmtəə və xidmətlərə məcmu tələbi

azaldır, daraldır, eyni zamanda qiyməti də aşağı salır. D.Beqq,

S.Fişer, R.Dornbuş göstərirlər ki, burada nəticə etibarilə tarazlıq

pozulur və tarazlığın pozulması, maliyyələşdirmə yolu ilə bərpa

olunur. Görünür, bu mənada monetaristlər, monetarist siyasət

inflyasiyanı xalis pul fenomeni hesab edirlər, Çünki əksər

ölkələrdə qiymətlərin artması tədavüldə olan pulun artım

miqdarının maliyyələşdirməsi yolu ilə həll edilir. Lakin bu

müəyyən müddətdən sonra pul kütləsinin və qiymətlərin

çoxalmasına, artmasına gətirib çıxara bilər. Lakin dövriyyəyə

emissiya yolu ilə əlavə pul buraxılmasa, qiymətin artımının özü

mövcud pul kütləsini azaldır və deflyasiya halı baş verər. Lakin

həddini aşan deflyasiya halı da iqtisadiyyat üçün zərərlidir. Milli

pul vahidi kütləsindən danışarkən ölkənin nəğd

140

pul resurslarının bankdankənar (MQ) VƏ kommersiya bankları

hesabında olan nəğdsiz vəsaitlər arasındakı mütənasibliklər,

nisbətlər, habelə iqtisadiyyatın monetizasivası əmsalı (onun pul

vəsaitləri ilə təmin olunma səviyyəsi) da nəzərə alınmalıdır, illər

üzrə pul kütləsinin (M2} real artımı ilə iqtisadiyyatın

monetizasiyasının artımı {və yaxud azalması), nəğd pul artımı

(və yaxud azalması) müqayisəli, sistemli halda təhlil edilməli,

kənarlaşma halları dəqiqləşməlidir.

Pul aqreqatları əslində pul kütləsinin ölçülməsidir,

müəyyənləşməsidir. Mövcud olan qaydaya görə pulun strukturu

aşağıdakı kimi müəyyn edilmişdir:

1. Mo“tədavüldəki nəğd pul. 2. Mı—MQ-üstəgəl cari hesablarda olan

pul («tələb olunana qədər» hesabda) sövdələşmə üçün

pul, sözün dar mənasında pul aqreqatı.

3. M2-M-I üstəgəl kommersiya banklarının

təcili və əmanət banklarındakı pul, maliyyə qurumların-

dakı depozitlər, geniş mənada pul,

4. M2X-M2 üstəgəl xarici valyutada

depozitləri. 5. M3-M2 üstəgəl depozit sertifikatlar,

dövlət istiqrazları, dövlət kommersiya banklarının digər

qiymətli kağızları, 6. M4-MQ,M^,M2,M3 pul aqreqatlarının

məbləği üstəgəl hüquqi və fiziki şəxslərin sığorta

ödəmələri.

7. M5-M4 pul aqreqatları üstəgəl pul

bazarına qiymətli kağızlar qoyuluşları. 8. L- milli valyutanın ümumi alıcılıq qabiliyyəti.

141

Pul nəzəriyyəsi baxımından xarici valyuta milli bazarı və pul

tədavülünü xeyli dərəcədə pozur, bir növ paralel pul dövriyyəsi

varadır, müstəqil milli pul-kredit siyasətini məhdudlaşdırır. Xarici

valyuta, əsas dollar və qismən də avro əhalinin yığım vasitəsi

funksiyasını, onların əmanət bankiarındakı depozitlərin xeyli

hissəsini təşkil edir. Çünki indi əhali dollara qızıl külçəsi qədər,

bəlkə də ondan artıq etibar edir. Bundan başqa dönərli valyutalar

qismən dəyər ölçüsü, tədavül vasitəsi funksiyalarını da icra edir.

Son vaxtlar bİr sıra iqtisadçılar mil- İi iqtisadiyyatın

dollarlaşdıniması meylinin azalması zəruriliyini qeyd edirlər.

Burada milli valyutanın məzənnəsinin artması tam dönərliyin

təmin edilməsinin, antidollarlaşdırılmasının əsas şərti kimi

göstərilir. Məsələn, S.K. Seminov yazır: «...rublun real

məzənnəsinin artması, iqtisadiyyatın sağlam- laşdırılması...milli

pul vahidinin tam dönərliyinə şərait yara- dır»' Lakin bu, bütün

hallarda müəllifin dediyi amillərlə şərtləşmir. Yeri gəlmişkən, qeyd

etmək lazımdır ki, bir çox ölkələrin, xüsusilə postsovet

dövlətlərinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına

gələcəkdə daxil olması ilə əlaqədar olaraq maliyyə sferasının,

maliyyə xidmətinin daha da liberallaşması xarici kapitalın, dolların

maliyyə-bank bazarlarına müdaxiləsi artacaq, faiz dərəcələri və

depozit qoyuluşlarına təsir edəcək, maliyyə xidmətləri sferasında

dövlət in- hisarçılığı ləğv ediləcək, bu sahəyə bank sektoruna

dövlət müdaxiiəsi xeyli dərəcədə zəifləyəcəkdir. Həm də qəribə də

olsa, ümumdünya ticarət təşkilatı bu işdə az təcrübəsi olan

postsovet dövlətləri üçün həmin təşkilat qarşısında 231 tam, 768

qismən öhdəlik qoyduğu halda, inkişaf etmiş ölkələr üçün 80 tam,

1000 qismən öhdəlik müəyyn etmişdir. Hal-hazırda 70 ölkə bu

təşkilatın üzvüdür.

’ (İJtmaHchi II Kpe.ntrr, 2004 M4, səh, 62

142

§25 Kredit pulu. Elektron «pul».

Kredit, borc münasibətləri, ictimai kapitalın dövriyyəsi,

əmtəələrin kreditlə verilməsi kredit pulunu zəruri etmişdir.

Kredit-bank krediti (pul formasında), kommersiya krediti (fiziki və

hüquqi şəxslərin bir-birinə borc öhdəçiliyi və yaxud əmtəə

formasında), İstehlak krediti (əmtəə və xidmət istehlakçılarına öz

tələbatlarını ödəmək üçün), qısa müddətli, uzun müddətli və s.

formada olur. Burada veksel və banknotlar başlıca kredit pulu,

ödəniş forması hesab edilir. Kredit pulu Ödəniş hesablaşma

mexanizmlərinin əsasını təşkil edir. Burada pul kapitalı, borc,

kredit pulu kimi təzahür edir. Kredit pulu təkamül baxımından

veksel, aksent veksel, banknot, çek, elektron pul, kredit kar-

toçkas! formalarında olmuşdur. Kredit pulun müasir forması

elektron puludur. Ayrı-ayrı ölkələr, habelə mütəxəssislər «elektron

pulu» anlayışına müxtəlif mövqedən yanaşırlar. Bu özünü

aşağıdakı istiqamətlərdə təzahür etdirir; 1. Elektron pul elektron

qurğularda saxlanılan pul dəyəridir. 2. Fond və yaxud maliyyə

dəyəri haqqında informasiyadır. 3. Qurğuda əks olunmuş, qeyd

edilmiş elektron puldur. 4. Ödəniş vasitəsidir (tran- saksiya,

sövdələşmə) 5. Elektron qurğuda pul məbləğidir (Finlandiyada

belə hesab edilir). 6. Elektron pul maliyyə və yaxud ödəniş xidməti

vasitəsidir (Amerikada belə hesab edirlər). ABŞ-da elektron pul,

pulun yeni forması hesab edilmir. 7. Elektron pul depozitin, bank

borcunun yeni formasıdır, yeni ödəniş vasitəsidir (Yaponiya,

Sinqapur və s.). Elektron pul nəticə etibarilə emissiya, ödəniş

amilləri ilə bağlıdır və bu xüsusiyyət pula tələbata, inflyasiyaya,

bütövlükdə pul-kredit sisteminə təsir edir, bir çox hallarda nəğd

pulu əvəz edir. Bütövlükdə pul kütləsinin həcminə, emissiyanın

səviyyəsinə, pul xidmətinə öz təsirini göstərir.

143

§ 26 Valyutanın mübadilə məzənnəsi inflyasiya

amili kimi.

Qiymətlərin dəyişməsi ilə valyutanın məzənnəsi arasında

müəyyən əlaqə vardır. Devolivasiya prosesində pul qiymətdən

düşdüyünə görə valyutanın məzənnəsi bir qayda olaraq digər

ölkələrin valyutasına nisbətən aşağı düşür. Ona görə də milli

valyutanın məzənnəsi, pulun qiymətdən düşməsi, ölkənin tədiyyə

balansı və məhsul ixracı arasında üzvü əlaqə vardır. Eyni

zamanda valyuta məzənnəsinə tədiyyə balansı, pulun qiymətdən

düşməsi, ölkəyə daxil olan və ölkədən gedən qısamüddətli kapital

və s. təsir göstərir. Burada müəyyən valyuta risqIəri də baş verə

bilər. Risq xarici valyuta məzənnəsinin dəyişilməsi və onun xarici

valyuta əməliyyatları apararkən baş verən itkilərdə özünü göstərə

bilər. Məsələn, müəyyən kontraktların bağlandığı və icra

olunduğu vaxtda, müddətdə valyuta dəyişikliyi hər hansı bir ölkə

üçün itkiyə səbəb ola bilər. Valyuta məzənnəsinə pul dövriyyəsi,

pul kütləsi, onun strukturu, parametrləri, nəğd pulun miqdarı,

əhalinin depozitləri, müəssisənin kommersiya banklarındakı

depozitləri, bankların depozit sertifikatları, istiqrazlar mühüm təsir

göstərir. Ona görə də ən vacib məsələlərdən biri pul kütləsinin

azalmasının valyuta məzənnəsinin hansı səviyyədə qalxmasına,

bahalaşmasına təsirini müəyyən etməkdən ibarətdir. Çünki onlar

arasında üzvü əlaqə vardır. Həm də burada, bir tərəfdən,

valyutanın real məzənnəsinin {milli valyutanın real dəyərini əks

etdirməsi), digər tərəfdən isə bazar valyuta məzənnəsinin (bazar

tələb və təklifinin təsiri ilə) formalaşmasının xüsusiyyətlərinin və

amillərinin öyrənilməsi vacibdir. Əlbəttə, valyuta məzənnəsinə pul

tədavülündən başqa digər iqtisadi, siyasi, hüquqi, struktur, hətta

psixoloji təbiətə malik amillər də təsir edir. Burada A. Naqovitsinin

haqlı olaraq

144

göstərdiyi kimi ən başlıca amil rolunu milli gəlirin həcmi, ticarət

balansının vəziyyəti, uçot dərəcəsi, inflyasiyanın gözlənilən artım

sürəti və dövlət tənzimlənməsi formaları, metodları təşkil edir.’

Əslində valyuta məzənnəsinin obyektiv İqtisadi əsasını qızılın

miqdarı təşkil edir. Bu, müqayisə olunan valyutanın pul vahidində

öz əksini tapır. Əslində, bu, həm də valyutanın qızıl pariteti adlanır

və pul vahidinin qızıl məzmununu təşkil edir. Bu, valyuta

məzənnəsinin qızıl pariteti əsasında formalaşmasını göstərir. Milli

valyutanın qızıl məznnəsi bİr çox ölkələrdə dövlətin qanunu ilə

müəyyənləşir. Bəzi iqtisadçılar bu faktla razılaşır, bəziləri isə

razılaşmır. Xatırladaq ki, 1961- ci il yanvarın 1-də keçmiş SSRİ-də

rublun (manatın) qızıl məzmunu 0,987412 qr. saf qızıl həcmində

müəyyən edilmişdir. Xatırladaq ki, həmin dövrdə Amerikada 1

dolların qızıl məzmunu 0,888671 qr. qızıl idi. Buna əsasən rublun

(manatın) və dolların qızıl pariteti aşağıdakı nisbətdə olmuşdur;

0,888671

0,987412

Göründüyü kimi dolların qızıl məzmununun rubla (manata)

olan nisbəti 0,9 idi və yaxud 1 dollar 90 qəpiyə bərabər idi.

Göründüyü kimi, dolların ABŞ-da sovet rubluna kotirovkası

(müqayisəli qiymətləndirilməsi) rublun üstünlüyünü göstərirdi. O

vaxtlar xarici banklardan fərqli olaraq Sovetlərin xarici və dövlət

bankı xarici valyutanı eyni məzənnə ilə alırdı, burada alıcı və

satıcıların məzənnəsi nəzərə alınmırdı. Vahid valyuta mə-

' A-r.HaroBHnıiH. Ba/ıioTiias nojuiTMKa. M., 2Ö00.səh. 403-404.

145

zənnəsi siyasəti həyata keçirilirdi. Müasir bazar iqtisadi sistemi

şəraitində isə əslində, valyuta məzənnəsi qeyri-müəyyənlik

şəraitində valyuta pariteti ətrafında tərəddüd edir. Qızıl tədavülü

kağız pul tədavülü İlə əvəz edildikdən sonra inflyasiya prosesi

intensiv xarakter daşımağı başladı. Bu, o deməkdir ki, valyuta

məzənnəsi kağız pulun qiymətdən düşməsi, tədiyyə balansının

vəziyyəti, xaricdən gələn əmtəələrin daxili qiymətlərinin

dəyişilməsindən, nəinki dolların, həm də digər ölkələrin

valyutasındakı fərqlərdən asılı olur. Qiymətlərin inflyasiyalı artımı

ölkə daxilində pulun qiymətdən düşməsinə səbəb olur, başqa cür

desək, onun alıcılıq qabiliyyətini azaldar və eyni zamanda valyuta

məzənnəsini aşağı salar. Valyuta məzənnəsinin aşağı düşməsi

isə daxili qiymətlərə və pulun alıcılıq qabiliyyətinə əks təsir

göstərir. Valyuta məzənnəsinin aşağı düşməsi isə daxili

qiymətlərə və pulun alıcılıq qabiliyyətinə əks təsir göstərir. Valyuta

məzənnəsinin aşağı düşməsi, əslində, milli valyutanın özünün

qiymətdən düşməsi deməkdir.

Valyuta məzənnəsinə, inflyasiyaya tədiyyə balansının

vəziyyəti, xaricdən daxil olan dönərli nəğd pullar, xarici valyutaya

olan tələb və təklif arasındakı nisbət də təsir göstərir. Eyni

zamanda, valyuta məzənnəsi idxal və ixrac qiymətlərinə, xarici

ticarətin ümumi həcminə təsir edir və bununla da tədiyyə

balansının vəziyyətini müəyyənləşdirir. Bu prosesdə ən vacib

məsələlərdən biri istər aşağı, istərsə də yuxarı valyuta məzənnəsi

şəraitində pulun alıcılıq qabiliyyəti, müəyyən əmtəələrin

qiymətindəki əldə edilən zərər (daxili və xarici bazarlarda satılan

zaman meydana çıxan fərq) valyuta məznnəsindəki fərqlə

müqayisə olunmalıdır. Çünki valyuta məzənnəsindəki pozitiv fərq

mənfəət gətirə bilər və göstərilən xərci Ödəyə bilər.

Son zamanlar Rusiya ədəbiyyatında rublun real kursunun

müəyyən edilməsi, onun artması və azalmasına təsir

146

edən amillər, məzənnənin artması və azalmasının müsbət və

mənfi cəhətləri haqqında elmi mübahisələr gedir. Bəzi iqtisadçılar

milli valyutanın zəifliyinin tərəfdarı kimi çıxış edir və bunu milli

istehsalçıların xarici rəqiblərdən müdafiə olunmasının bir vasitəsi

kimi qiymətləndirirlər. Güclü, möhkəm pul mövqeyində duran

iqtisadçılar isə belə hesab edirlər kİ, xarici rəqiblərdən qorunma

heç də müsbət hal deyildir, bu, ölkədə struktur

islahatına əngəl törədər və iqtisadi asılılığı artırar.’ -A-Orlov yazır;

wRusiya ixracında əmtəələr üçün yüksək qiymət konyuktu-

rasının müəyyən edilməsi rublu obyektiv olaraq yuxarı qaldırır,

yəni o qiymətdən düşür.^> Eyni zamanda müəllif bu prosesin neft

və qaz ixracı üçün əlverişli qiymət konyukturası yaratmasını

göstərir. Göründüyü kimi, müəllifin fikri ziddiyyətlidir. Eyni

zamanda müəlllif göstərir ki, 1998-ci ilin sentyabrından 2000- ci

ilin dekabrına qədər rublun nominal dəyəri 53,6% artsa da, rublun

məzənnəsi yalnız 2000-ci ildə 5,6% aşağı düşmüşdür. Valyuta

məzənnəsinin formalaşmasında yalnız pul amilləri deyil, struktur

amilləri, İxracın səmərəliliyi, topdansatış və pəra- kəndə satış

qiymətləri arasındakı fərq, habelə istehsal sahələrinin rəqabət

qabiliyyəti mühüm rol oynayır. Əlbəttə, burada real məzənnə

dedikdə, onun özünə də aşağıdakı aspektlərdən yanaşmaq olar:

a) istehlakçılar üçün real məzənnə; b) istehsalçı müəssisələrin

qiymət dəyişikliklərinə görə real məzənnə. Bu, müəssisələr üçün

onların rəqabət qabiliyyəti baxımından

' 3K0H0MHCT. 2003, M'8, səh.53

* Yenə də orada

147

vacibdir. Müasir şəraitdə milli valyutanın nominal məzənnəsi

üzərində nəzarətin həyata keçirilməsinə nisbətən onun real

məzmununu müəyyən etmək daha çətindir. Ona görə də belə olan

şəraitdə inflyasiyaya qarşı mübarizə aparmaq da nisbətən az

səmərə verir və real məzənnəni möhkəmləndirmək, zəruri

ehtiyatları toplamaq, yığmaq və inflyasiyanı məhdudlaşdırmaq

xeyli çətinləşir. Həm də burada ancaq nominal pul parametrinə

istinad etmək problemə birtərəfli yanaşmaya zəmin yaradır,

valyuta sisteminin sabitliyi ilə milli valyutanın nominal və real

məzənnələri arasında uyğunsuzluq əmələ gətirir. Belə

uyğunsuzluq halları isə müəyyən müddətdən sonra valyuta

qeyri-sabitliyini yarada bilər.

İqtsadçılar arasında valyuta məzənnəsinin və milli

valyutanın möhkəmliyi, onun iqtisadi inkişafa, valyuta ehtiyatları

yığımına təsiri bir qaydalı olaraq izah edilmir. Məsələn, S. Alek-

saşenko, A. Klepaç və digərləri belə hesab edirlər ki, güclü xarici

ticarət balansı valyuta ehtiyatlarının intensiv halda yığılmı- sına

səbəb olur və pul təklifinin artmasına, artıq likvidliyin əmələ

gəlməsinə gətirib çıxarır. Bununla müəlliflər qeyd edirlər ki, bu hal

məzənnənin stabilliyini pozur və inftiyasiyanı artırır.’ Lakin burada

müəlliflər pul təklifinin hansı yolla artmasını nəzərdən qaçırırlar.

Onda belə çıxır ki, aktiv ticarət balansı faydasız, səmərəsiz bir

iqtisadi fəaliyyətdir. Digər tərəfdən isə müəlliflə-

'BonpocH 3KO1I0MHKİJ. 2001, JM"8 səh. 7-8

148

rin özləri də qısamüddətli planda (aspektli) deyil, uzun müddət

baxımından ehtiyatların toplanması və yüksək likvidliyin təmin

olunmasının real kursun artırılmasına təsirini inkar etmirlər. Son

vaxtlar milli valyutanın real kursunun hesablanması məsələsini

irəli sürürlər, Burada əsasən üç fikir mövcuddur; Birinci halda

nominal məzənnənin inflyasiya səviyyəsini nəzərə almaqla

hesablanması. İkinci fikir milli valyutanın digər dövlətlərin cari

valyuta bazar mübadilə məzənnəsi ilə əlaqələndirilməsi. Üçüncü

fikir isə milli valyutanın alıcılıq qabiliyyəti səviyyəsinin digər

ölkələrin valyutasının alıcılıq qabiliyyəti ilə əlaqələndirilməsi. Lakin

valyutanın real məzənnəsinin müəyyən olunması bir sıra

inflyasiya göstəriciləri və amilləri ilə, inhisarçılıq təzyiqləri ilə,

kommersiya stukturlarının fəaliyyəti ilə, milli valyutanın sabitliyi və

qeyri-sabitliyi amilləri ilə, bazarın tələb və təklif şərtləri və amilləri

ilə, əhalinin real gəlirlərinin səviyyəsi ilə şərtləşir. Burada əlbəttə,

həmin valyutaya olan tələb və təklif arasındakı nisbət mühüm

əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, valyuta məzənnəsi heç də

sabit bir kəmiyyət deyildir, valyuta bazarında yuxarıda göstərilən

nisbət dəyişildikdə məzənnə də dəyişiləcəkdir. Yəni, artıq təklif

olduqda aşağı düşəcək, təklif məhdud olduqda artacaqdır.

Məlumdur ki, milli valyutanın pul vahidi məzənnəsinin xarici

valyutaya görə müəyyən edilməsi müəyyən dövr üçün valyutanın

kotirovkası adlanır. Valyutanın kotirovkası müstəqil və

qeyri-müstəqil halda olur. Valyuta məzənnələrinin nominal və real

(inflyasiyanı nə

149

zərə almaqla), rəsmi və bazar (müəyyən etmə metoduna görə),

qeydə alınmış, sürüşək, qarışıq (istifadə rejiminə görə), alıcı və

satıcıya görə (sövdələşmənin iştirakçıları), cari sövdələşmə

məzənnəsi, təcili sövdələşmə məzənnəsi (valyuta

sövdələşmələrinin növləri) kimi növləri vardır. Həmin məzənnə

növlərinə tələb və təklifin təsiri müxtəlif qaydada olur və müxtəlif

variantlarda özünü göstərir.

Valyuta məzənnəsinə inflyasiya da təsir göstərir, yəni

inflyasiya səviyyəsinin dəyişməsi valyuta məzənnəsinin

dəyişməsinə gətirib çıxarır. Milli valyuta məzənnəsinin səviyyəsi,

onun dollarla müqayisədə alıcılıq qabiliyyəti pariteti ilə

səciyyələnir. Lakin belə bir cəhəti də yaddan çıxarmaq olmaz ki,

alıcılıq qabiliyyəti pariteti baxımından daxili dövriyyəyə xidmət

edən valyutanın mübadilə məzənnəsi daha aparıcı mövqeyə

malikdir. Çünki ona beynəlxalq amillər birbaşa təsir etmir. Əlbəttə,

bir və bir neçə valyutanın müəyyən əmtəə və xidmətlər üzrə

alıcılıq qabiliyyəti arasındakı nisbət (bu məhz alıcılıq qabiliyyəti

paritetidir) özü də sabit olmur və ən başlıcası nəinki zaman, həm

də məkan (ölkələr üzrə) müxtəlif olur. Nəinki qeyri-dönərli valyuta,

hətta dönərli valyuta olan ABŞ dolları da (deyək ki, 100 dollar)

müxtəlif ölkələrdə əmtəə alıcılığı qabiliyyətinə görə müxtəlif

məzənnəyə malik olur, özündə müxtəlif adda və məbləğdə əmtəə

çeşidini, əmtəə səbətini ifadə edir. Qeyd etmək lazımdır ki, bir sıra

Qərb iqtisadçıları, o cümlədən R.Xoutri alıcılıq qabiliyyəti paritetliyi

nəzəriyyəsinin kifayətlən-

150

dirici olmadığını deyir. O, hesab edir ki, paritetlik əsasında müxtəlif

ölkələrin valyutasının alıcılıq qabiliyyətini deyil, əmək haqqını

əsas götürmək lazımdır.’ Lakin bizcə R.Xoutri problemə yanlış

qaydada yanaşır. Çünki o, burada əhalinin əmək haqqından

başqa digər gəlirlərini nəzərə almır. Həm də burada ümumi

gəlirdən asılı olaraq istehlakın, əmtəələrə tələb və təklifin

dəyişilməsi, ayrı-ayrı ölkələrdə məhsullar üzrə xərclər, xərclər

inflyasiyası da nəzərdən qaçırılır. Bundan başqa, mövcud alıcılıq

qabiliyyəti paritetliyınin müsbət cəhətlərini də İnkar etmək olmaz.

Ona görə də valyuta məzənnəsinin onun alıcılıq qabiliyyətinə görə

hesablanması nəticələrinin müxtəlif olmasına baxmayaraq, həmin

hesablamanın müəyyən müsbət cəhətləri də vardır. Belə ki, bu

hesablama əsasında hansı məhsulun hansı ölkədən alınmasını,

hansı ölkəyə hansı məhsulun göndərilməsini, hansı ölkədə

investisiya qoyuluşunu müəyyən etmək, düzgün nəticə çıxarmaq

olur. Bu, o deməkdir ki, eyni əmtəələrin ayrı-ayrı valyutalara görə

müxtəlif qiymətləri ola bilər. Məsələn, hər hansı sənaye və ya

ərzaq məhsullarının dollarla qiyməti, manatla qiyməti, dinarla

qiyməti və s. Buradan həm də belə nəticə çıxır ki, milli valyutanın

nominal və real məzənnəsi, əmtəə tutumluğu dinamik xarakter

daşıyır. Bundan başqa idxal-ixrac əməliyyatlarındakı dəyişiklik də

milli valyutanın məzənnəsinə təsir göstərir. Məsələn, neft

’ OıiHaııcu H KpeflHT, 2004, J'JülS, səh.64

151

və qazın, metalın ixrac qiymətlərinin qalxması və yaxud enməsi,

yəni dünya qiymətlərində baş verən dəyişikliklər milli valyutanın

mübadilə məzənnəsinə müxtəlif qaydada təsir göstərir. Burada

şübhəsiz ki, milli pulun devolivasiyası da öz təsirini göstərir. Ona

görə də başlıca məsələlərdən biri milli valyutanın mübadilə kursu

İlə alıcılıq qabiliyyəti pariteti arasındakı fərqləri və ziddiyyətləri

görməkdən və ona təsir edən amilləri sistemli halda təhlil

etməkdən ibarətdir. Sözün geniş mənasında isə, milli valyutanın

mübadilə məzənnəsi ilə alıcııq qabiliyyəti paritetinin kəmiyyətcə

bir-birinə uyğun gəlməsini iqtisadi inkişafın müsbət halı kimi

qiymətləndirmək olar. Ona görə də bu uyğunluğu təmin etmək

üçün digər stabilləşmə tədbirləri ilə yanaşı antiinflyasiya

tədbirlərinin görülməsi vacibdir. Lakin təcrübə göstərir ki, hər iki

kateqoriyanı təmsil edən kəmiyyətlər heç də həmişə üst-üstə

düşmür. Məsələn, K.Zolotuxina göstərir ki, Rusiyada rublun

mübadilə məzənnəsi alıcılıq qabiliyyəti paritetindən iki dəfə

aşağıdır.'

Valyuta məzənnəsi prinsip etibarilə beynəlxalq İqtisadi

münasibətlərlə müəyyən edilsə də, onun səviyyəsi hər bir ölkənin

hökuməti tərəfindən müəyyən vaxt üzrə müəyyən edilir, kotirovka

edilir. Valyuta məzənnəsinin kotirovka məkanından asılı olaraq

(daxili milli bazarda) aşağıdakı formaları mövcuddur: Birja valyuta

məzənnəsi; nəğd valyuta mübadilə məzən-

’ Bonpocbi 3KOHOMHKH, 2004, M>6, səh. 101

152

nəsi; birjadan kənar banklararası məzənnə. Bir qayda olaraq,

valyuta məzənnəsi alıcılar və satıcılar üzrə fərqli olur. «Alıcı»,

«satıcı» anlayışı yalnız ayrı-ayrı insanlara (mübadilə

məntəqələrində) deyil, həm də banklara aiddir. Banklar xarici

valyutanı alır və birbaşa kotirovka yolu ilə onu satır və

məzənnələrdəki fərq mənfəətin mənbəyi kimi çıxış edir və marja

adlanır.

153

§ 27 Valyuta məzənnəsi və makroiqtisadi

parametrlər.

Valyuta məzənnəsi, valyuta məzənnəsi rejimi bir çox

iqtisadi proseslərlə, daxili və xarici qiymətlərlə, makroiqtisadi

parametrlərlə əlaqədardır. Valyuta məzənnəsi nəinki idxal olunan

əmtəələrə, həbelə ölkənin özündə də istehsal olunanlara da təsir

edir. Bu, xüsusi olaraq həmin əmtəələrin istehsal xərclərinin bir və

yaxud əsas hissəsinin idxal olunan məhsullarla (xammal və

yarımfabrikat) şərtləndiyi halda özünü xüsusi olaraq göstərir ki, bu

da daxili qiymətlərin səviyyəsinə mühüm amil kimi təsir edir.

Həmin vəziyyət və digər amlillər milli valyutanın devalvasiyasına

gətirib çıxartdığı halda həmin ölkənin ticarət vəziyyətini, ixrac və

idxal nisbətlərini xeyli dərəcədə pisləşdirə bilər. Daxili qiymətlərlə

valyuta məzənnəsi arasındakı əlaqələr yüksək inflyasiya

şəraitində özünü daha aydın şəkildə göstərir. İqtisadiyyatı

dollarlaşmış ölkələrdə dönərli valyutalar milli valyutalara mübadilə

edildiyinə görə nominal valyuta məzənnəsi birbaşa daxili

qiymətlərə təsir edir. Bu təsir ölkənin tədiyyə balansında da özünü

göstərir. Məsələn, idxal məhsullarının dollar və yaxud manat

ifadəsindəki fərqlər həmin məhsullar üzrə idxalın həcminə təsir

edir ki, bu da həmin məhsula həmin qiymətlər üzrə tələbin

elastikliyin- dən asılı olur. Tələbin elastikliyi isə öz növbəsində üç

amildən-idxal olunan məhsula tələbin qiymətdən asılılığından,

həmin məhsulun istehlakı həcmində idxal edilən məhsulun xüsusi

çəkisindən və ölkənin özünün istehsalçılarının daxili qiymətlə milli

məhsulu elastikliyindən asılı olur. Burada (üçüncü amildə) vaxt

amili, həmin məhsullar üzrə daxili bazarın formalaşması mühüm

əhəmiyyət kəsb edir. Məsələn, 8-10 il bundan əvvəl

Azərbaycanda ümumi istehlakda idxal edilən ərzaq məhsullarının

xüsusi üstünlük təşkil etdiyi halda, indi yerli

154

məhsulların istehsalı xeyli artmışdır. Valyuta məzənnəsi yalnız

tədiyyə balansına, onun müvafiq maddələrinə deyil, həm də

dövlət büdcəsinə, onun mədaxil və məxahc hissəsinə də təsir

edir. Belə ki, valyuta məzənnəsinin dəyişməsi milli valyuta

ifadəsində büdcəyə advolar xarici ticarət rüsumlarının daxil

olmasına səbəb olur. Xarici ticarət dövriyyəsinin artması xarici

ticarətdən daxil olan vergilərin, idxal və ixrac lisenziyaların

satışından gəlirləin artmasına səbəb olur. Bu, daxili vergilərin,

xüsusilə ƏDV-si, aksizlər, satışdan vergi vasitəsilə artmasına

imkan verir. Valyuta məzənnəsi büdcə xərclərinə də təsir edir. Bu,

özünü əmtəə və xidmətlərə dövlət sifarişində, büdcə təşkilatları

işçiləri üçün əmək haqqının verilməsində və milli valyuta

ifadəsində xarici borcların ödənilməsində göstərir. Bu, o deməkdir

ki, valyuta məzənnəsinin dəyişilməsi ilə dövlət büdcəsinin

vəziyyətinin yaxşılaşması və yaxud pisləşməsi xeyli dərəcədə

yuxarıda göstərilən amillərlə (xarici borcların həcmi və strukturu,

gəlirlərin həcmi və s.) bağlı olur.

Valyuta məzənnəsindəki dəyişikliklər pul bazarına da təsir

edir. Belə ki, valyutanın devalvsiyası qiymətlərin qalxmasına

səbəb olur. Qivmət artımı isə bərabər şərait daxilində Dula olan

tələbi coxaldır. Valyuta məzənnəsini həmin səviyyədə saxlamaq

üçün dövlət bankı valyuta bazarına müdaxilə edir, xarici valyuta

ehtiyatlarını artırır, mİİli valyutaya tələbi ödəmək üçün onun

satışını təmin edir.

Valyuta məzənnəsi məcmu tələb və məcmu təkliflə də

əlaqədardır. Məzənnənin tələb və təklifə, İdxal və ixraca təsiri çox

ziddiyyətlidir. Məsələn, valyutanın devalvasiyası İxracı

stimullaşdırır (bərabər şərait daxilində), inflyasiyanı isə artırır, pul

kütləsinin real dəyərini aşağı salır. Həm də tədiyyə balansı, idxal,

ixrac, bütövlükdə, iqtisadiyyatın vəziyyəti yalnız nominal valyuta

məzənnəsindən deyil, həm də inflyasiyanın artım sə

155

viyyəsindən asılıdır. Ona görə də burada yalnız nominal deyil, real

valyuta məzənnəsini nəzərə almaq lazımdır. Ona görə də

makroiqtisadi inkişaf, makroiqtisadi tənzimləmə valyuta rejiminin

seçilməsi və istifadəsindən xeyli dərəcədə asılıdır. Məsələn,

fiksasiya edilmiş valyuta məzənnəsi bundan başqa, həm də

antiinflyasiya baxımından da effektli bir vasitədir.

Valyuta məzənnəsi xarici ticarətin liberallaşdığı şəraitdə

xarici ticarət məhdudiyyətliyini aradan qaldırmasında, valyuta

bazarlarında tələb və təklifin tarazlaşmasında, milli valyutanın

möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Valyuta

məzənnəsi rejiminin seçilməsi xeyli dərəcədə iqtisadiyyatın

açıqlığından, qlobal iştisadi sistemə daxil olmasından,

iqtisadiyyatın inkişaf səviyyəsindən, maliyyə bazarının

vəziyyətindən, tədiyyə balansından, xarici valyuta ehtiyatlarının

həcmindən, iqtisadiyyatın xarici ticarətdən asılılığından,

ictimai-siyasi şəraitdən, milli pul sisteminin vəziyyətindən və s.

asılıdır. Başqa cür desək, valyuta məzənnəsi sistemli iqtisadi

proseslərin, münasibətlərin nəticəsidir. Valyuta məzənnəsi

mühüm iqtisadi amillər olan hər adam başına görə ÜDM, xarici

ticarət, qiymət dinamikası, pul tədavülünün vəziyyəti, faiz

dərəcəsinin səviyyəsi, valyuta tənzimləməsi qaydaları və

metodlarının nəticəsidir. Bir sözlə, bir sıra xarici və daxili

makroiqtisadi göstəricilərlə, amillərlə şərtləşir.

156

§ 28. Manatın və dolların məzənnəsi.

Xatırladaq ki, 2000-ci ilin axırları və 2001-ci ilin əvvəllərində

manata nisbətən ABŞ dollarının məzənnəsinin artması meyli

mövcud İdi və bu, həm də hökumət tərəfindən zəruri bir hal kimi

qiymətləndirilirdi. Belə kİ. 1995-1998-ci illərdə manatın dollara

nisbətən məznnəsinin 17 faiz artması hardasa qey- ri-müsbət hal

hesab edilirdi. Bu səbəbdən manatın məzənnəsi tədricən

buraxıldı. Bu, dövriyyədə olan pul kütləsinin aşağı olması (pul

kütləsi ÜDM-un 7-8 faizi həcmində idi) ilə İzah edilirdi. Lakin

məzənnə heç də bütün hallarda dövriyyədə olan pul kütləsinin

həcmindən asılı olmur. Müasir dövrdə milli valyutaların

məzənnəsinin qalxması və yaxud aşağı enməsi qəribə də olsa, bir

çox hallarda iqtisadi amillərə söykənmir. Məsələn. 1994-cü il

oktyabrın 11-də Rusiyada böhran baş verdi, bir gün ərzində rubl

dollara nisbətən 32%-dən artıq dəyərdən düşdü, dolların

məzənnəsi bİr neçə ay ərzində 1,5 dəfə artdı. Halbuki rublun

kəskin halda dəyərdən düşməsinin əsaslə iqtisadi səbəbi yox idi.

Belə ki, iqtisadiyyatda əvvəlki illərlə müqayisədə sabitləşmə

meylləri artırdı, inflyasiyanın aylıq səviyyəsi 6-7%-ə enmişdi,

ticarət balansında müsbət saldo əldə edilmişdi. Buna

baxmayaraq, rubl qiymətdən düşürdü, rus iqtisadçıları bunu

«rublun faciəsi» adlandırırdı. Moskvada qəribə bir vəziyyət əmələ

gəlmişdi. Moskvanın valyuta birjasında dollara tələbat kəskin

olaraq artmışdı. Kommersiya bankları isə bir neçə gündən, hətta

saatdan sonra daha çox qazanacaqlarını ehtimal edərək dolları

satışa çıxarmağa bİr o qədər də tələsmirdilər. İnflyasiya da

çoxalırdı. Kredit faizləri 45-50 rəqəmini keçmişdi, bəzi hallarda bu,

80-100% edirdi.

Azərbaycanda da rublla yanaşı manatın dəyərdən düşməsi

halları baş verdi. Belə bir cəhəti də qeyd etmək lazımdır ki,

Rusiyada baş verən hadisə Azərbəycanda da dolların mə

157

zənnəsinin gözlənümədən artmasına səbəb oldu. Elə həmin gün,

yəni oktyabrın 11-də «qara bazarda» bır dolların qiyməti qalxaraq

3200 manata çatdı, sonrakı gündə İsə birdən-birə 2200 manata

qədər aşağı endi. Bunun müxtəlif siyasi, psixoloji, spekulyativ

səbəbləri var idi. Əlbəttə, alverçilik, möhtəkir- lik amilləri də öz işini

görürdü. Rusiyada dolların məzənnəsinin qalxmasından istifadə

edən dəllallar əllərində olan dolları yüksək məzənnə ilə satmış

{hər dollarda 1000 manat qazanmışdır), Xeyli gəlir əldə etmişlər.

Yerİ gəlmişkən qeyd etmək lazımdır ki. Azərbaycanda 2005-ci İl

sentyabrın 15-də (şənbə günü) baş verən hadisədə isə vəziyyət

başqa cür olmuşdur. Birdən-birə, gözlənilmədən bir dolların

məzənnəsi 4600-4700- dən 3800, 3500 manata qədər enmişdir.

Ən parodoksal hal ondan ibarətdir ki, 11 oktyabrda Rusiyada baş

verən məzənnə böhranı zamanı dolların qalxmasından.

Azərbaycanda isə dolların qiymətdən düşməsindən qazananlar

olmuşdur. Qeyd etmək lazımdır ki, 1995-ci ilin axırlarında da

dolların məzənnəsi xeyli dərəcədə aşağı düşmüşdür. 1995-ci ilin

dekabr ayının 20 günü ərzində dolların məzənnəsi 160-165 manat

aşağı enmişdi. Belə bir şayə yayılmışdı ki. 1996-cı ildən 100

dollarlıq əskinaslar yenisi ilə əvəz ediləcək və banklar 2 faiz

həcmində köhnələri yenisi ilə dəyişəcəkdir. Ona görə də əhali

əldə olan dolları milli pula dəyişirdilər. Bakıdakı ABŞ səfirliyi

bəyanət verdi və göstərdi ki, bu doğru olmayan informasiyadır.

Buna baxmayaraq kommersiya banklarında xeyli müddət ərzində

dolların məzənnəsi manata nisbətən aşağı səviyyədə

müəyyənləşdi. Sual olunur nə ücün 1995-ci ildə də. 2005-ci ildə

də dollar manat məzənnə məsələsi ilin axırında meydana cıxır?

Bəlkə bu. bank hesabatları, balanslarına lazımdır?

Həm də bazarlarda, mağazalarda pərakəndə satış qiymətləri

ucuzlaşma əvəzinə bahalaşmışdı. Amma əksinə ol-

158

malı idi. Çünki xaricdən aldığımız xeyli ərzaq, sənaye məhsulları

dollarla qiymətləndirildiyinə, müəyyən edildiyinə görə manatın

qiymətdən düşməsi məhsulların bahalaşmasına (məzənnələrə

uyğun olaraq), manatın möhkəmlənməsi, dolların dəyərdən

düşməsi isə ucuzlaşmaya səbəb olur.

Ümumiyyətlə, hər bir valyutada olduğu kimi Azərbaycan

manatının məzənnəsində də qısa bir zaman kəsiyində dəyişiklik,

deformasiya halları kəskin halda nəzərə çarpır. Elə hallar olur ki,

Türkiyədə lirənin məzənnəsi bir gündə 200-300 faiz aşağı enir.

1992-ci il oktyabr ayının əvvəllərində bir dollar 150 manat

idisə, 1993-cü ilin əvvəllərində (10 gün ərzində) dolların

məzənnəsi 1835 manatdan 2440 manata qədər yüksəldi. Bu, o

deməkdir ki, bir il ərzində manat ABŞ dollarına nisbətən 16

dəfədən çox dəyərdən düşməyə başladı, inflyasiya səviyyəsi isə

1400-1500%-dən çox oldu. Qısa bir müddətdə, yəni 1994- cü il

aprel ayının 1-nə dolların məzənnəsində ciddi dəyişiklik oldu,

«qara bazarlarda» onun alış məzənnəsi 640 manat, satış

məzənnəsi 645-650 manat oldu. Prezidentin 5 aprel 1994- cü il

tarixli «Azərbaycan Respublikasında xarici ticarətin

sərbəstləşdirilməsi haqqında» fərmanından sonra 10-15 gün

ərzində dollara və rubla tələbat iki dəfəyədək artdı, manata

nisbətən bu valyutaların məzənnəsi orta hesabla 35-40 faiz

yüksəldi. Starateji məhsullara ölkənin birinci növbədə tələbatının

ödənilməsi, satışdan ölkəyə valyuta vəsaitinin qaytarılması,

tender və birjaların (bunlar haqda hələ qanunlar yox idi) fəaliyyəti

kimi məsələlər fərmanın icrasında boşluq yaradırdı. Cədvəl

halında göstərsək 1992-2004-cü illərdə ABŞ dollarının orta

məzənnəsi aşağıdakı kimi olmuşdur.

159

Cədvəl 18

1992-1

1994- 1

1995- 1

1996- 1

1997- 1

1998- 1

1999- 1

2000- 1 2001-1 2002-1 2003- 1

2004- 1

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

ABŞ dolları

16 manat

1216.0 manat

4417.5 manat

4295.5 manat

3986.8 manat

3868.8 manat

4118.0 manat

4474,2 manat

4656,4 manat

4860.8 manat '

4910,8 manat

4913.6 manat

18 saylı cədvəldən göründüyü kimi 1992-2004-cü illər

ərzində Azərbaycan manatına nisbətən ABŞ dollannın orta

məzənnəsi təxminən 4 dəfəyədək artmışdır. 1992-ci ilə nisbətən

daha çox olmuşdur. 1994-cü ildə 1 ABŞ dollan 1216,0 manat

olduğu halda, 1 il ərzində, yəni 1995-ci ildə bu məzənnə təxminən

3,6 dəfə artaraq 4417,5 manat olmuşdur. 1996-1999-cu illərdə 1

ABŞ dollarının orta məzənnəsi tədricən azalmaya doğru meyilli

olmuşdur. Onu da qeyd edək kİ, ən aşağı məzənnə

1998- ci İldə qeydə alınmışdır ki, bu da 548,7 manat həddində

olmuşdur. 1998-ci ildən etibarən 2004-cü ilədək dolların orta

məzənnəsi yüksəlməyə doğru meyilli olmuşdur. 2003-cü ildə bu

artım 1042,0 manat təşkil etmişdir. 1999-2000-ci ildə dolla- nn

manata nisbətən məzənnəsi orta hesabla 356,2 manat,

2000- 2001-cİ illərdə 182,2 manat, 2001-2002-ci ildə 204,4

manat, 2002-2003-cü illərdə isə 50,0 manat, 2003-2004-cü illərdə

3,2 manat səviyyəsində artmışdır. Göründüyü kimi illər üzrə

nisbətən ən çox artım 1999-2000-ci iliərdə otmuşdur.

160

§29 «Sürüşkən» valyuta məzənnəsi və inflyasiya.

«Sürüşkən» valyuta məzənnəsi rejimi konsepsiyasının

müəllifləri inflyasiyaya yalnız xalis pul fenomeni kimi yanaşırlar.

Bu rejim beynəlxalq hesablamalarda 1973-cü ilin mart ayından

tətbiq edilməyə başlanılmışdır. Bu rejim daha çox xarici amillərin

inflyasiyaya təsirini azaltmaq məqsədini güdür. «Sürüşkən» rejim

konsepsiyasının müəllifləri belə hesab edirlər ki, fiksasiya edilmiş

valyuta məzənnəsi şəraitində hər hansı bir ölkədə xarici amilin

inflyasiyaya təsirini aradan qaldırmaq olmaz, çünki fiksasiya

pariteti sistemi qiymətin stabilliyi siyasətinin həyata keçməsinə

mane olur. Bu, onunla izah olunur ki, mərkəzi bank fiksasiya rejimi

şəraitində inflyasiyanın qarşısını almaq üçün ümumi faiz

dərəcəsini artırır və bu da xarici kapitalın ölkəyə axınına səbəb

olur. Həmin xarici valyuta milli pul vahidinə dəyişiləndə ölkədə pul

kütləsinin həcmi artır, inflyasiya sürətlənir. «Sürüşkən» valyuta

məzənnəsi konsepsiyanın dəlilləri əsasən bundan ibarətdir. Və

belə hesab edirlər kİ, «sürüşkən» valyuta rejimi şəraitində müvafiq

Ölkənin valyuta məzənnəsi aşağı düşür, idxal üçün stimul

yaranmır və eyni zamanda ixracın da artımına əngəl törətmir, tə-

diyyə balansı da öz tarazlığını saxlayır, inflyasiyanın beynəlxalq

miqyasda uzun müddət çərçivəsində yayılmasının qarşısı alınır.

Belə çıxır ki, «sürüşkən» valyuta rejimi konsepsiyası inflyasiyanın

artımının qarşısını almağın sanki ideal variantıdır. Fiksasiya

edilmiş paritet və məzənnə şəraitində isə hər hansı bir ölkə

mümkün olan ikİ variantdan birini seçməlidir: ya ölkədə pulun

qiymətdən düşməsinə yol verməli, ya da milli valyutanı

revalvasiya etməlidir.

Qeyd etmək lazımdır ki, «sürüşkən» valyuta

konsepsiyasının hazırlanması və tətbiqinin başlıca səbəbi keçən

əsrin 60-70-ci illərində Qərbi Avropa ölkələrində, ABŞ və Yaponi

161

yada kapitalın bir ölkədən digər ölkəyə intensiv olaraq axını,

yerləşməsi olmuşdur. Bu isə həmin ölkələrin iqtisadi inkişafının,

pul kütləsi dinamikasının xarici amildən asılılığını sürətləndirmişdi.

Ona görə də inflyasiyaya qarşı beynəlxalq mübarizədə

«sürüşkən» valyuta rejimindən əsas bir vasitə kimi istifadə olundu.

Bu valyuta rejimi inflyasiyanın idxalının qarşısının alınması

baxımından da müəyyən müsbət cəhətə malikdir, Lakin

«sürüşkən» valyuta rejimi əvvəldə göstərdiyimiz kimi yalnız pulun

kəmiyyət nəzəriyyəsinə əsaslandığına görə inflyasiya, geniş təkrar

istehsal problemində xalis pul amilini əsas götürür, ona görə də

inflyasiyaya qarşı mübarizədə pul dövriyyəsi sferası ilə

məhdudlaşır. Bu səbəbdən də antiinflyasiya tədbirləri pul, kredit və

fıskal metodlar çərçivəsində olur. Bu tədbirlərdə müəyyən müsbət

cəhətlər olsa da valyuta sferasında bazar münasibətlərinin

dərinləşməsinə xidmət edir. Bununla belə beynəlxalq

hesablaşmaların valyuta məzənnəsi və qiymətləri nəzərə almaqla

aparılmasını önəmli hal kimi qiymətləndirmək olar. Lakin

«sürüşkən» valyuta rejiminin tətbiqilə xarici iqtisadi əlaqələrdə

valyuta itkisi risqIəri də çoxalır. Bu, birinci növbədə valyuta

məzənnəsinin dəyişməsi ilə bağlıdır. Bundan başqa, inflyasiyanın

«idxalı» və «ixracı» problemi yalnız bu rejimlə deyil, beynəlxalq

əlaqələr forması, inhisarçı dövlət tənzimlənməsi, daxili

antiinflyasiya tədbirləri, istehsal xərcləri inflyasiyası, tədiyyə

balansı göstəricilərinin milli xüsusiyyətləri və s. məsələlərlə də

şərtləşir. Buna müəyyən dərəcədə hegemon valyuta bazarları da

təsir edİr.

Müasir valyuta bazarı, maliyyə bazarının mühüm, vacib

tərkib hissəsidir. Valyuta bazan valyuta sferası ilə, xarici

valyutanın alqı-satqısı ilə əlaqədar baş verən İqtisadi proseslərlə

iqtisadi münasibətlərlə əlaqədardır. Valyuta bazarları beynəl-

162

xalq, milli-daxili, regional bazar halında otur. Dünyanın ən irİ

bankları Londonda, Nyu-Yorkda, Parijdə, Tokioda,

Sinqapurdadır. Burada London lider vəziyyətindədir. Londonda

günlük valyuta dövriyyəsi 400-600 mlrd, dollardır kİ, bu da dünya

valyuta dövriyyəsinin 39%-ni təşkil edir.'

163

§30 Valyutanın möhkəmliyi və inflyasiya

Milli valyutanın möhkəmləndirilməsinin inflyasiyaya təsirini

ayrı-ayrı iqtisadçılar, ölkələr və dünyanın maliyyə qrumla- n

müxtəlif qaydada başa düşür. Məsələn, D.Orskiy hətta neftin

qiymətinin qalxmasını rublun real məzənnəsinin və İnflyasiyanın

artmasının şərti hesab edir. O, belə hesab edir ki, neftin qiyməti,

inflyasiya və miili valyutanın bahalaşması arasında birbaşa əlaqə

vardır.'

. O, həm də belə hesab edir ki, milli valyutanın

məzənnəsinin artması iqtisadi artıma mənfi təsir göstərir. Bizə

belə gəlir ki, bərabər şərait daxilində müəllif bütün hallarda haqlı

deyildir. Həm də həmişə və bütün hallarda valyutanın

möhkəmlənməsi inflyasiyanın artması İlə şərtləşmir, onunla

paralel getmir. Əlbəttə, milli valyuta ilə dollar, dollarla Avro, milli

valyuta ilə Avro arasındakı məzənnə fərqləri problemlər, risqIər

yarada bilər və onlar arasındakı nisbətlər həmişə nəzərə

alınmalıdır. Məsələn, Çin Xalq Respublikası millİ valyutası olan

yuanın məzənnəsini dolla- nn məzənnəsinə mütənasib qaydada

aşağı salır. İtaliya, İspaniya, Yunanıstan son vaxtlar Avropa, Asiya

bazarlarında rəqabət qabiliyyətini itirdiklərinə görə milli valyutanı

devolvasiya etmək, problemlərini daxili resurslar hesabına həll

etməyə cəlb edirlər. Avropa bankı isə bu birliyə daxil olan

ölkələrdə staqnasiya hallarının qarşısını almaq məqsədilə onsuz

da aşağı səviyyədə olan uçot faizi dərəcəsini aşağı salmaq

məsələsini irəli sürür.

20-ci əsrin axırlarında Amerika dollarının məzənnəsi digər

ölkələrin milli valyutaları ilə müqayisədə xeyli dərəcədə artmağa

başladı. Həm də dolların məzənnəsinin artımı Amerika üçün

aşağıdakı qeyri-pozitiv iqtisadi proseslər şəraitində baş verdi:

1. İqtisadi artımın əvvəlki illərə nisbətən azalması,

müəssisələrin səhmlərinin kotirovkası və mənfəət gös-

164

təricilərinin aşağı düşməsi.

2. iqtisadiyyatın strukturunda disproporsiyaların baş

verməsi.

3. İqtisadiyyatın qeyri-maliyyə sektorunun

borclarının həcminin və artım sürətinin çoxalması.

4. Daxili investisiya tələbi ilə əhali yığımı səviyyəsi

arasındakı böyük fərqin yaranması.

5. Amerika şirkətlərinin bazar kapitallaşması ilə

onla- nn aktivlərinin real dəyəri arasındakı böyük fərqlərin

olması.

6. Cari əməliyyatlar üzrə Amerikanın tədiyyə

balansında böyük mənfi saldonun olması.

Bəzi faktlara müraciət edək. 2002-ci ilin ortalarına dövlət və

xüsusi qeyri-maliyyə sektorunun məcmu borc öhdəliyi 25 trl. dollar

olmuşdur, bu ÜDM-un artımını qabaqlayır’

Cari əməliyyatlarla tədiyyə balansının mənfi saldosu

xroniki hala çevrilmişdir ki, bu da ölkənin təhlükəsizliyi baxımından

da neqativ haldır, qiymətlərin inflyasiyalı artımına, milli valyutanın

devalivasiyasına gətirib çıxara bilər.

Əslində belə meyllər şəraitində hər hansı bir ölkənin milli

valyutasının məzənnəsi aşağı düşür. Lakin 2001-ci ilin axırına və

növbəti ilin əvvəlinə qədər dolların mövqeyi möhkəm olaraq

qalmışdır. 2002-ci ilin may-iyun aylarında dolların məzənnəsi bir

neçə həftə ərzində aşağı düşməyə başladı. Həmin dövrdə

Amerikanın fond bazarında qalmaqal başlandı (Amerikanın iri

şirkətlərinin maliyyə hesabatlarındakı yol verilmiş saxtakarlıqlar

səbəbindən), lakin dolların məzənnəsi yenə qalxdı. Yuxanda

göstərilən mənfi meyllər şəraitində dolların məzənnəsinin aşağı

düşməsinə səbəb beynəlxalq transmilli banklar və şirkətlərin, iri

investisiya fondlarının da rolu olmuşdur.

’ OHHaHCbi H KpeaHT, 2004, JVl>14, səh. 15

165

§31 Denominasiya haqqında.

Denominasiya ən çətin problemlərdən biridir. Denomi-

nasiyanın iqtisadi, maliyyə, siyasi, sosial, psixoloji və texniki

aspektləri vardır. Denominasiya bəzi hallarda sırf pul miqyasının

dəyişilməsi, bəzi hallarda isə-geniş mənada pul islahatı və fiskal

siyasəti halında aparılar. Pul miqyasının dəyişilməsi isə müxtəlif

nisbətlərdə müəyyən edilir. Bu, mağazalar və bazarlarda

pərakəndə qiymətlərin minlərlə, yüz minlərlə dəfə ixtisar olunması

deməkdir. Burada ən vacib məsələ denominasiya prosesinin

inflyasiya yarada biləcək amilə çevrilməsinin qarşısının

alınmasıdır. Maliyyə baxımından İsə sıfırların silin- məsinin milli

valyutanın stabilliyi, məzənnəsi ilə düzgün əlaqələndirilməsidir.

Elə etmək lazımdır ki, bu proses ajiotaj səciyyə daşımasın,

idxal-ixrac əməliyyatlarına mənfi təsir göstərməsin. Çünki

denominasiya prosesinə yalnız texniki baxımdan yanaşılsa və

digər ciddi problemlər nəzərdən qaçırılsa, hətta müsbət meyllər

mənfi meyllərə çevrilə bilər. Denominasiya prosesi milli bankın

fəaliyyətinə və beynəlxalq hesablamalar sisteminə, mühasibat və

maliyyə uçotuna, maliyyə resurslarının yerləşdirilməsinə, pul

kütləsi hərəkətinə, idxal-ixrac qaydalarına yeni qaydada

yanaşmağı tələb edir. Denominasiya xeyli müddət ərzində milli

valyutanın köhnə və denominasiya olunmuş variantda uçota

alınmasını tələb edir. Bu, müəyyən dərəcədə milli valyutanın

dönərli valyutaya çevrilməsində də müəyyən problemlər yarada

bilər və burada valyutanın məzənnəsində nəinki obyektiv, həm də

subyektiv qaydada səhvlər meydana çıxa bilər. Hətta bankların

hesab planında maxinasiya hallarına yol verilə bilər. Çünki köhnə

və yeni variantlarda milli valyutanın uçotunun aparılması kriminal

«3X», 2004, MÖİ8. səh. 5

166

əməliyyatlara şərait yarada bilər, əhalinin alıcılıq qabiliyyətinə

ziyan vura bilər. Həm də pulların dəyişilməsi çirkli pulların

yuyulması üçün də şərait yarada bilər.

Məlumdur ki, 7 fevral 2005-ci ildə prezidentin fərmanı ilə

Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin

və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) qərara

alınmışdır. Fərmanın imzalanmasında məqsəd manatın

məzənnəsini dünyanın aparıcı valyutalarının mübadilə

məzənnələrinə uyğun səviyyədə qurmaq, ölkədə pul dövriyyəsini

daha da yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını

optimallaşdırmaq, manatın funksiyalarının daha səmərəli icra

edilməsini təmin etmək, uçot və hesabat sistemini sadələşdirmək,

dövlət xərcəlrinə qənaət etməkdir. Fərmana görə 2006- cı üdə 1

yeni manat 5000 köhnə manata bərabər olacaqdır və 2007-cİ il

yanvarın 1-dən etibarən isə köhnə pul nişanlarının Milli Bank

tərəfindən qeyri-məhdud şəkildə və müddətsiz olaraq

dəyişdirilməsi nəzərdə tutulmuşdur. Fərmanda həmçinin yeni pul

nişanlarının 2005-ci ilin sonunadək hazırlanıb respublikaya

gətirilməsi və 2006-cı il yanvarın 1-dən dövriyyəyə buraxılması

nəzərdə tutulmuşdur.

Milli Bankın rəsmilərinin məlumatlarına görə köhnə kup-

yurların, necə deyərlər, həyat tsikli 4-5 ilə başa çatacaq. Bu

müddətdə dövriyyəyə tamamilə yeni manatlar buraxılacıq, metal

monetlərin hazırlanması İsə 2-3 il çəkəcək. Ümumiyyətlə, qeyd

etmək lazımdır ki, dövriyyəyə yeni manat buraxılmamışdan əvvəl

inflyasiya törədə biləcək bir sıra makro və mik- ro amillərin təsiri

proqnozlaşdırılmalıdır. Çünki qiymətlərin li- berallaşdırılması,

mənzil-kommunal tariflərinin müəyyənləşdirilməsi, meydana gələ

biləcək situasiyalar yeni manat şərai-

’ .HetfF,™ II KpeaHT. 2002, >ID1 !, səh.42

167

tində də inflyasiyaya şərait yarada bilər. Həm də burada nəzərə

almaq lazımdır ki, manatın məzənnəsinin dolların məzənnəsinə

bərabər tutulması hələ hər şey demək deyildir. Dünyanın bir çox

inkişaf etmiş ölkələrinin milli valyutası dollara nisbətən 100

dəfələrlə aşağı məzənnədə olur. Məsələn, güclü ölkə olan

Yaponiyanın 100 milli valyutası (iyen) 1 ABŞ dollarına bərabərdir.

Denominasiya tədbirlərinin həyata keçirilməsində bir çox

ölkələrin təcrübəsi bu sahədə dəqiq öyrənilməli və ondan nəticə

çıxarılmalıdır. Bu cəhətdən keçmiş SSRİ-də 1947 və 1961-ci ildə

həyata keçirilmiş pul islahatlarının böyük əhəmiyyəti vardır.

1947-ci ildə islahata görə 10:1 nisbətində nəğd pullar mübadilə

olundu, lakin əmanət kassasında olan əhalinin pulu 3:2

nisbətində, 10 mindən yuxarı olan əmanətlər isə 2:1 nisbətində

dəyişmişdir, 3 minə qədər olan əmanətlər isə yenidən

qiymətləndirilmədi, necə idisə, elə də qaldı. Kooperativ

təşkilatların kredit müəssisələrində olan vəsaiti güzəştli qaydada,

yəni 5:4 nisbətində, dövlət təşkilatlarının və müəssisələrin

hesabında olan pul vəsaitləri isə ümumiyyətlə, yenidən

qiymətləndirilmədi. Qısa müddətdə, yəni 1948-ci ilin birinci

rübündə rublun alıcılıq qabiliyyəti 41% artmaqla, işçilərin əmək

haqqı isə əvvəlki səviyyədə saxlanıldı. Bu, əslində 10 dəfə

artırılması demək idi. 1961-ci ilin yanvarın 1-də bütün əmtəələrin

qiymətləri, əmək haqqının tarif sistemi, pensiyalar, bütün ödəniş

öhdəlikləri və s. 10 dəfə aşağı salındı. Eyni zamanda rublun qızıl

məzmunu əhəmiyyətli dərəcədə artdı. Belə ki, 1961-ci ilin

yanvarına qədər rublun qızıl məzmunu 0,222168 qr. olduğu halda,

islahatdan sonra 0,987412 qr. təmiz qızıla bərabər olmuşdur. Bir

qram qızılın rəsmi qiyməti isə 1 rubla bərabər olmuşdur. Rublun

valyuta məzənnəsi xeyli möhkəmləndi. Belə ki, islahatdan əvvəl 4

rubl 1 dolara bərabər idisə, sonra 1 dol

168

lar 90 qəpiyə bərabər oldu. 1950-ci ildən isə rublun xarici

valyutaya görə müəyyən edilməsi ləğv olundu.

Hələ üç il öncə Milli Bankdan verilən məlumata görə, Böyük

Britaniya şirkəti ilə banknotların çap edilməsinin sürətləndirilməsi

haqda danışıqlar aparılıb. Sifariş verilən əskinas- ların 2,5 milyon

ədədi 250 manatlıq, 20 milyonu 500 manatlıq, 120 milyonu 1000

manatlıq, 55 milyonu 10000 manatlıq və 5 milyonu 50000

manatlıqdır. Zahiri görünüşdə yeniləşmə prosesi bütün pul

nişanlarına şamil edilmişdir.

Bu günə qədər fiziki cəhətdən köhnəlmiş 600 milyard

manat pul kütləsi dövriyyədən çıxarılsa da hazırda dövriyyədə 1

trilyon 400 min manat qalmışdır. Və bu pulların 50-60%-i tamamilə

yarasız halda idi. Yeni 1000 manatlıqlar dövriyyəyə buraxılsa da

hələlik eyni dəyərə malik köhnə pullarda alqı-sat- qı

əməliyyatlarında iştirak edirdi. Dövlət hələ o vaxtlar köhnəlmiş

pulları dövriyyədən tədricən çıxarmağı nəzərdə tuturdu.

MB-ın məlumatlarında deyilirdi kİ, başlıca konseptual

əsaslar müəyyənləşdirilməlidir ki, 2006-cı ildə milli valyutanın

denominasiyasını həyata keçirmək mümkün olsun. Belə ki, MB üç

il sonra milli pulların dəyərini idarə edən rəqəmlərin üç sıfırını

ixtisar etmək fikrində idi. Yəni 1000 manatlıqlar 1 manat, 10000

manatlıqlar 10 manat, 50000 manatlıqlar 50 manat olacaq. Belə

olan təqdirdə 500, 250, 100 və 50 manatlıq- ların da 50, 25, 10 və

5 qəpikliklərə çevrilməsi nəzərdə tutulmuşdur. Bəlkə də bu

nisbətlər daha önəmli olardı.

169

VII FƏSİL. İNHİSARLAŞMA VƏ İNFLYASİYA.

§32 İnhisar siyasəti.

«inhisarlaşma» sadəcə olaraq bizim leksikonumuzda,

tənqidi hədəflərdə işlənilən ifadə deyildir. İnhisarlaşma indi dünya

ölkələrinin təsərrüfat həyatının əsasını təşkil edir və bu səbəbdən

də qiymət sisteminə-demək inflyasiya proseslərinə əhəmiyyətli

dərəcədə təsir etmək gücünə malikdir. Aparıcı təsərrüfat

sahələrinin, iqtisadi sferaların inhisarların əlində toplanması

onların iqtisadi oyun qadalarına dirijorluq etmək imkanı verir:

bahaçılıq yarada bilir, yüsək mənfəət əldə edir, qiymətlər

sisteminə istiqamət verir, dövlət işlərinə müdaxilə edir və s. Bir

sözlə, inhisarlaşma, inhisarlar cəmiyyətdə böyük qüvvəyə

çevrilmişdir. Dünyanın bir çox ölkələrində inhisarlar əksər əmtəə

və xidmətlərin qiymətlərini müəyyən edir, ona nəzarəti həyata

keçirir, inhisarçılıq siyasəti hətta tələb və təklifə, istehsal

xərclərinə, dövriyyədəki pul kütləsinə-bir sözlə, qiymət əmələ

gətirən əsas amillərə də təsir göstərir. Burada pul qazancı,

mənfəət və rəqabətdən uğurla çıxmaq əsas hərəkətverici rola

malikdir. Lakin bununla yanaşı bazar, mübadilə və rəqabətlə bağlı

bir sıra obyektiv cəhətlər, problemlər də vardır. Həmin

problemlərin, cəhətlərin yanlış və yaxud kifayət qədər nəzərə

alınmaması inhisarçı qiymətlərə müəyyn hədd qoyur ki, bu da

mənfəətin azalmasına səbəb ola bilər. Məsələn, rəqabətdə uğur

qazanmaq məqsədi ilə qiymətlərin xeyli qaldırılması, həm də

əmtəə və xidmətlərin azalmasına-belə- liklə də mənfəət kütləsinin,

ümumi qazancın azalmasına gətirib çıxarır. Çünki burada bazarın

tutumu, konvuktura və əhalinin tədivvə qabiliyyətli tələbi və dioər

amillər nəzərə alınmır. Bu o deməkdir ki, inhisarçıların siyasəti

həm də konkret situasiyalar, obyektiv amilləri nəzərə almaqla

formalaşmalıdır.

170

inflyasiya məsələləri bərabər şərait daxilində həm də sahəiə-

rarası (müxtəlif məhsullar) və sahədaxili (eyni cinsli məhsullar)

rəqabət və situasiyalarla da bağlıdır. Burada kəskin mübarizə ilə

yanaşı, eynicinsli əmtəələri eyni qiymətə satmaq barədə

razılaşma halları da ola bilər. Əmtəələrə tələbat artdıqda, bir sözlə

inhisarlar üçün əlverişli şərait yarandıqda bahalaşmaya yaşıl işıq

yandırılır, inhisarçı mənafelər geniş miqyasda təmin edilir.

Beləliklə, bazar yalnız istehsalın həcmi və çeşid) ilə deyil, həm də

əhalinin tədiyyə tələbatı ilə genişlənir və yaxud daralır,

məhdudlaşır.

İnhisar qiymətlər yuxanda göstərilən və digər amillərin

təsiri ilə arta və azala bilər. Artma və azalma həmin amillərin təsir

dairəsindən asılıdır. Əks istiqamət baş verdikdə inhisarçı satışı

stimullaşdırmaq üçün qiymətləri aşağı salmağı daha

məqsədəuyğun sayır. Bərabər şərait daxilində bu prosesdə

istehsal xərcləri amili əsas rola malikdir. İstehsal xərcləri

inflyasiyası haqqında bu kitabda ayrıca danışılacaqdır.

İnhisarçılıq bütün istiqamətlər üzrə qiymətlərə təsir edir.

Belə ki, bahalaşma meylləri hiss edildikdə istehsal üçün xammal

və materiallar, habelə istehlak malları xeyli əvvəlcədən alınır ki,

bu da onlara olan tələbatı yenidən artırır və yenidən qiymətlər

qalxır. Lakin müəyyn prosesdən, dövrdən sonra sanki hər şey

yenidən təkrar olunur, iqtisadiyyatın tsiklik qaydada davamına

uyğun bir anoloji hallar baş verir. Sanki qiymət artımının,

inflyasiyanın birinci effekti ikinci effektsizliklə əvəz olunur.

Bununla belə, qabaqcıl texnikanı, mütərəqqi texnologiyanı tətbiq

etməklə əmək məhsuldarlığının yüksəldilməsi, məhsul vahidinə

xammal, material sərfinin azaldılması, ən başlıcası-buraxılan

məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi müəyyən müddət

üçün nisbətən qiymət sabitliyini təmin etməyə imkan yaradır.

171

Təkrar istehsal şərtləri və şəraitinin pozulması inflyasiya

yaradan amillərə, habelə inhisarçılıq fəaliyyətinə müxtəlif qaydada

və istiqamətlərdə təsir edir. Bu, xeyli dərəcədə iqtisadiyyatın

İnflyasiyalı və inflyasiyasız artımı, tsiklik inkişaf səciyyəsi ilə də

şərtləşir.

172

§ 33 İnhisarçılıq şəraitində qiymət problemi. Bir qayda olaraq, inhisar qiymətlər ayrı-ayrı sahələrin oli-

qopoliya strukturu qaydasında inhisarlaşması ilə bağlıdır. Lakin bir

sıra postsovet dövlətlərində, o cümlədən Azərbaycanda

inhisarçılıq əsasən hər hansı bİr xalq təsərrüfatı sahəsi üzrə deyil,

daha çox müəyyən klanların, qruplaşmaların, məmurların istehsal,

bölgü, alqı-satqı və digər sahələrə nüfuz etməsi İlə səciyyələnir.

Ona görə də bir qayda olaraq dünya miqyasında qəbul olunmuş

inhisarçılıq, sahə oliqopoliya strukturu və mənfəət normasının

formalaşması xüsusiyyətləri postsovet dövlətlərində

özünəməxsus dəyişikliyə uğramışdır, modifikasiya olunmuşdur.

Bu mənada, biz deyərdik ki, inhisar qiymətlərinin özünün

formalaşması qanunauyğunluqları, hətta onun mahiyyəti və zahiri

əlamətləri belə dövlət-inhisarçı kapitalizmdəki inhisarçılıq və

inhisarçı qiymətlərdən xeyli dərəcədə fərqlənir, sanki inhisarçılıq

anlayışına yeni bir məna gətirir.

Məlumdur ki, hər bir inhisarçılıq rəqabət, tələb və təklifə

təsir etmə, həmin iqtisadi proseslərin məhdudlaşdırılması, bazar

üzərində hakimlik (mütləq və qismən) dərəcəsi ilə müəyyn olunur.

Müqayisə üçün deyək ki, qəribə də olsa feodalizm şəraitində

ayrı-ayrı sənətkar sexləri və manufaktura müəyyən məhsul

İstehsalı və müəyyn bazarda onun satışı üzərində tam hüquqa

malik idi. Sex və ya manufaktura sənətkaralar! müəyyən məhsul

istehsalı və bazan üzrə mütləq İnhi- sarçılığa malik idi. Bu, özünü

həm də müstəmləkələr və metropoliyalar miqyasında da

qiymətlərin müəyyən olunmasında da göstərirdi. Həm də bu

inhisarçı məhduduiyyətlilik bir çox hallarda stabil xarakter

daşımamış, qiymətin qalxması bir qayda olaraq milli bazar

səviyyəsində deyil, dar çərçivəli ərazi bazarları ilə məhdudlaşırdı.

Bir cəhəti də qeyd etmək lazımdır ki, inhisarçı kapitalizmdən fərqli

olaraq göstərilən şəraitdə

173

bir sıra hallarda qiymətin qalxması yalnız inhisarçı mühitlə deyil,

həm də təklifin məhdudlaşdırılması və azad rəqabət mexanizmi

vasitəsilə saxta mənfəət əldə edilməsi səbəbindən irəli gəlmişdir.

Burada qiymətin artırılması, rəqabətin məhdudlaşdırılması imkanı

da mühüm rol oynamışdır. İnhisarçı-dövlət kapitalizm şəraitində

bazar üzərində hakimiyyət istehsal və kapitalın təmərküzləşməsi,

məhsulların məhdud, az miqdar aparıcı şirkətlərin əlində

cəmləşməsi ilə səciyyələnir. Burada elmi-texniki tərəqqi,

innovasiya amilləri mühüm əhəmiyyətə malikdir. Ona görə də

bazarın ələ alınması, bazar üzərində nəzarət qiymətin

formalaşmasında rəqabətin rolunu xeyli dərəcədə məhdudlaşdırır.

Sanki qiyməti dövlət əvəzinə inhisarlar müəyyən edir. Bundan

başqa oliqopoliya strukturuna malik olan xalq təsərrüfatı

sahələrində qiymətin müəyyən edilməsinə qeyri-qiymət amilləri də

təsir göstərir. Lakin rəqabətin məhdudlaşdırılması bərabər şərait

daxilində iqtisadi inkişafa mane olan amillərdən biridir. Ona görə

də dünya ölkələrinin müəyyən inkişaf mərhələsindən sonra hər

hansı bir ölkənin sabit inkişafının özündə rəqabət və tənzimləmə

amilləri, onların düzgün əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb

edir. Bu, xüsusi olaraq iri şirkətlərin fəaliyyətində özünü daha

aydın göstərir. Hətta, bir sıra ölkələrdə bu, «məqsədli qiymətin»

əmələ gəlməsi və habelə «tam xərclərw prinsipi üzrə qiymətin

əmələ gəlməsi adlanır. Əlbəttə, burada qeyri-qiymət amilləri,

subyektivizm halları özünü daha çox göstərir.

inhisarların özlərinə məxsus bazar siyasəti vardır. Onlar

istədiyi halda hər hansı bir məhsul üzrə bazarı genişləndirə və

məhdudlaşdıra bilər. Hətta inhisarlar mənfəət əldə etmək

məqsədindən asılı olaraq, yəni real istehsal xərclərini nəzərə

almadan mənfəət normalarını müəyyən edirlər. Ona görə də bu,

yuxarıda göstərdiyimiz kimi «məqsədli qiymət əmələ gəl

174

mə» qaydası adlanır. Əlbəttə, bu qaydada da müəyyən amillər

nəzərə alınır, lakin bu amillər daha çox sahə mənsubiyyət- li

əmtəələr bazarındakı vəziyyət, bazar tutumluğu, qiymətli kağızlar

bazarı və s. əlaqədar olur. Hətta bəzi iri şirkətlərdə əvvəlcədən

müəyyən olunmuş mənfəət norması (məqsədli mənfəət norması)

vergi ödəmələrindən sonra müəyyən olunur. Bu, müəyyən

dərəcədə mənfəətdən vergi ödəmələrinin əmtəənin qiymətinə

daxil edilməsi kimi özünü göstərir və qey- ri-müstəqim vergilər

növü kimi satılıq məhsulun qiymətini artırır və göründüyü kİmİ

belə hal alıcının, əhalinin hesabına baş verir. Dünya təcrübəsi

göstərir ki, ayrı-ayrı şirkətlərdə inhisar vergi vasitəsilə qiymətlərin

artırılması müxtəlif formalarda ola bilər; ya şirkətin xüsusi fondları

hesabına, ya mənfəət hesabına, ya da tam və qismən, yəni hissə

qaydasında. Qiymətin məqsədli mənfəət əldə etmə məqsədi ilə

müəyyən edilməsi əmtəələrə tələbatın olduğu, əlverişli

konyuktura şəraitində daha da intensiv xarakter alır. Və bu, tələb

və təklifin elastikliyi- nə mühüm təsir edir. Bəzi şirkətlər möhkəm

qiymətlər sistemindən də istifadə edir, hətta istehsalın həcmini

azaltmaq əvəzinə qiymət səviyyəsini aşağı salır. Çünki bu

variantda K.Marksın vaxtilə göstərdiyi kimi mənfəət norması

ayrı-ayrı məhsullar üzrə azalsa da, mənfəət kütləsi artır. Əlbəttə,

burada yenə də bazar potensialı, bazarın həcmi, satışın bazar

şəraiti mühüm əhəmiyyət kəsb edir. Şirkətlər arasında real və

məqsədli mənfəət normasının əldə edilməsi bir qayda olaraq üç

səviyyədə-aşağı, orta illik və orta illikdən yuxarı səviyyələrdə

müəyyən edilir. Şirkətlərin bundan asılı olaraq qiymət səviyyəsinə

görə də liderliyi müəyyən olunur. Bəzi şirkətlər isə rəqabət

prosesində, qiymətin əmələ gəlməsində qiymət liderliyini deyil,

qiymətlər səviyyəsinin stabilliyini əsas götürürlər. Bu problem

sahələrarası və sahələrdaxili inhisarçı şirkətlər

175

arasında müxtəlif qaydada və metodla müəyyən edilir. Məsələn,

sahə daxilində liderin qiyməti oliqopoliya strukturuna daxil olmuş

şirkətlərin qiymətlərinə təsirini razılaşma yolu ilə

müəyyənləşdirmək ciddi problemlər yaradır, liderin qiyməti digər

strukturlar üçün bütün hallarda əlverişli şərait yarada bilmir. Ona

görə də qiymət siyasətini razılaşdırmaq heç də asan olmur.

İstehsal xərclərindəki böyük fərqlər burada mühüm rol oynayır.

Bəzən kartellər arasında qiymət məsələsi üzrə gizli danışıqlar da

aparılır, digər kartellər arasında məsləhətləşmələr aparılır və bu,

kartellər şurasında müzakirə olunur. Burada mövcud bazarın

saxlanılması və yaxud genişlənməsi, qiymət, maliyyə məsələləri

üzrə mənafelər toqquşması baş verir. Hətta bu və buna bənzər

problemlər nəinki sahədaxili, həm də sahələrarası orta mənfəət

normasının əmələ gəlməsində, kapital axınında özünü göstərir.

Buna həm də ayrı-ayrı sahələrdəki istehsal xərcləri və mənfəət

norması da təsir göstərir. Bizcə buna, həm də istehsalın cari

modernləşməsi ilə strateji İnvestisiya siyasətindəki fərqlər də öz

təsirini göstərir. Mənfəət normalarındakı bu böyük fərqlər bəzən

rəqabət yolu İlə kortəbii qaydada tənzimlənir. Lakin bərabər şərait

daxilində sahə mənfəət normalarındakı fərqlər, daha doğrusu

yüksək mənfəət normasının müəyyən edilməsi xeyli dərəcədə

orada inhisarçılıq səviyyəsindən asılı olur. Ona görə müasir

dövrdə inhisarçı qiymətlər, məqsədli qiymət əmələ gəlmə

qaydası, istehsal qiymətləri konsepsiyası, modeli müəyyən

dərəcədə vəhdətlik təşkil etməlidir, istehsal xərcləri inflyasiyası ilə

ziddiyyət təşkil etməməlidir. Ona görə də burada tam azad,

sərbəst rəqabətdən, tam nəzarətdən kənar qiymət qoymadan

söhbət gedə bilməz. Nəzərə almaq lazımdır ki, inhisarçı

qiymətlərin özü də tələbdən asılı olduğuna görə daimi ola bilməz.

Bu, demək olar ki. bütün bazar amillərindən asılıdır. Bu

176

rada istehsal amilləri resurslarının vəziyyəti, bölüşdürülməsi,

istehsal xərcləri və rentabellik səviyyəsi mühüm amil kimi çıxış

edir. Bu mənada, hətta inhisar qiymətlərinin nisbi stabilliyi heç də

inhisarların və belə qiymətlərin əbədi olaraq bazara hakim

kəsilməsi demək deyildir. Görünür ona görə də iqtisadi seçim

qaydalarını müəyyənləşdirərkən kompleks məsələləri optimal

qaydada nəzərə almaq lazımdır. Həm də burada konkret tarixi

şərait, əmtəə və qiymətli kağızlar bazarının xüsusiyyətləri və

onlara təsir edən hər bir amilin konkret rolunun qiymətləndirilməsi

vacibdir. Doğrudan da qiymət səviyyəsinin dəyişilməsi çoxamilli

proseslərlə bağlıdır. Burada əvvəllərdə göstərdiyimiz kimi

qeyri-qiymət amilləri də təsir göstərir. Məsələn. əhalinin savının

getdikcə artması və bunun nəticəsində əmtəə təklifinin azalması

da aivmətin artmasının mühüm amilidir. Həm də bu amil

müvəqqəti deyil, daimi amildir. Bu proses uzunmüddətli yanaşma

baxımından bəşəriyyət üçün ən böyük problem olacaqdır.

Yenə də inhisarçılıq və onun qiymətə təsiri probleminə

qayıdaraq qeyd etmək istərdik ki, burada ən vacib məsələlərdən

biri qiymətin inflyasiyalı və qeyri-inflyasiyalı artımı arasındakı fərq

amillərinin hərtərəfli təhlil edilməsidir. «Səmərəli rə- qabət»

konsepsiyasını müdafiə edənlər qiymət artımında əsas amil kimi

məhsulun keyfiyyətinin yaxşılaşması və yeni çeşidli məhsul

istehsalını qəbul edirlər. Lakin inflyasiya meyllərinin artmasında

əsas səbəb kimi əmək haqqını götürürlər. Amma bu nəzəriyyədə

təəssüf ki, oliqopoliya strukturlarının necə deyərlər, sərbəst

hərəkətləri, qiymətin qeyri-çevikliyi və digər neqativ cəhətlər

nəzərə alınmır. Həm də onlar «gizli» iqtisadiyyatın «gizli»

qiymətlərin bu dəyişikliyə təsirini lazımınca qiymətləndirmirlər.

Halbuki bir çox hallarda qiymət preyskurantları, qiymətə əlavələr

və yaxud güzəştlər oliqopoliya strukturların

177

da «gizli» (kölgəli) qiymət qaydasında həll olunur. Bu İsə

qiymətlərin hərəkətinə mühüm amil kimi təsir göstərir. Bir sözlə,

iqtisadiyyatda inhisarçı strukturların formalaşması azad rəqabətin

inhisarların hökmranlığı ilə əvəz olunmasına gətirib çıxarır. Ona

görə də yüksək inhisarçılıq şəraitində qiymətlərin qalxması azad

rəqabət mühitindəki (dövründəki) kimi fövqəladə hadisələrlə

(müharibələr, təbii fəlakətlər) deyil, İnhisarçılı- ğın, oliqopoliyanın

öz təbiəti, mahiyyəti, inflyasiyalı maliyyələşdirmə,

qeyh-məhsuldar xərclər, pul dövriyyəsinin çirkli pullarla

doldurulması kimi səbəblərdən irəli gəlir.

178

§ 34 İnhisarçılıq və qiymət artımı.

Bazar sistemində rəqabət və inhisarçılıq bir çox hallarda

əks istiqamətlərdə davam edir, qiymətin əmələ gəlməsində

pozitiv rola malik olmaq əvəzinə bir-birinə qarşı alternativ

istiqamət alır. Bu özünü postsovet dövlətlərində daha aydın və

bayağı halda göstərir, nümayiş etdirir. Postsovet ölkələrində

sənayecə inkişaf etmiş ölkələrlə müqayisədə İnhisarçılığın

qiymətə güclü təsiri aşağıdakılarla şərtləşir;

1. Rəqabət mühitinin özünün yetkinləşməməsi,

formalaşmaması.

2. Bazar mədəniyyətinin, bazar birliyinin zəif olması.

3. İnhisarçılıq ideologiyasının son dərəcə təmənnalı.

dağıdıcı səciyyə daşıması.

4. Qiymət, tarif sistemindəki nöqsanlar.

5. Transferi qiymətlərinin tətbiqindəki əyintilər.

6. istehsal xərclərinin hesablanmasındakı əyintilər.

7. Gömrük-tarif və qeyri-tarif tənzimləmədəki

nöqsanlar.

8. Ayrı-ayrı inhisarçıların, məmurların özbaşınalığı.

qiymətlərin rəqabət prinsipləri əsasında deyil, bazarda,

istehsalda, habelə idxalda inhisarçı mövqe qazanma

əsasında formalaşması.

9. Bank-kredit sahəsindəki nöqsanlar, çatışma-

mazlıqlar,

10. Antiinhisar və antİİnflyasiya

mexanizmlərinin, tədbirlərinin qeyri-ardıcıl və təkmil

olmaması.

11. Bir sıra məmurların və onların

havadarlarının rəqabətə mane olmaları, bunun üçün nəinki

179

suliyyət daşımamalan, hətta rəqiblərinə qarşı inzibati və

digər tədbirlər görmələri, inhisarçılar arasında antimilli

iqtisadi inkişaf, antibiznes sövdələşmələrinin aparılması,

nəinki real, həm də potensial rəqiblərin haqsız metodlarla

sıradan çıxarılması. Nəticədə qeyri sağlam rəqabətin ilk

baxışda haqlı rəqabət kimi özünü göstərməsi, qiymətə

təsirinin pərdələnməsi.

12. İqtisadi proseslərin tənzimlənməsi

baxımından adətən müsbət hal kimi qiymətləndirilən oliqo-

poliyadan, xarici və daxili oliqopoliya şirkətlərindən neqativ

halda, bazarları zəbt etmək məqsədləri üçün istifadə

edilməsi. Beləliklə də, rəqabətli bazara antiinhisar

tədbirlərinin təsiri zəifləmiş olur.

13. Rəqabət və antiinhisar haqqında

qanunların bəzi müddəalarının bİr-birini tamamlamaması,

habelə dünya standartlarına uyğun gəlməməsi.

14. Antiinhisar tədbirlərində hüquq-mühafizə

orqanlarının zəif iştirak etməsi və yaxud edə bilməməsi.

Bütün bunlar onu göstərir ki, antiinhisarçılıq bərabər

şərait daxilində antiinflyasiya tədbirlərinin mühüm

istiqamətlərindən biridir. Antiinhisar tədbirlər dünya

standartlarına uyğun gəldikdə, ən başlıcası isə aşkarlığa

əsaslandıqda daha çox səmərəli ola bilər. Dünya, Avropa

standartları üzrə təxminən aşağıdakı tədbirlər nəzərdə tutulur;

1. Antiinhisar qanunçuluğu pozulduqda inhisarların

pozulma dərəcəsindən asılı olaraq min Avrodan 50 min

Avroya qədər cərimələnməsi. Yeri gəlmişkən, qeyd etmək

lazımdır ki, bu qanun pozğunluğuna inhisarçı şirkətlərə

edilən sorğudan onların imtina etmə halları da daxildir.

Ləkin bir cox firma və şirkətlər bu imtinaetməni

180

bəzən kommersiya sirri kimi, az aala baza sisteminin qanunu

kimi gələmə verirlər.

2. Qıtiıq yaratmaq və yaxud qiymətləri qaldırmaq

məqsədi güdən əmtəələrin tədavüldən götürülməsi.

3. Mal alqı-satqısında müqavilələrdə müqavilənin

məzmununa dəxli olmayan, qarşı tərəfə zərər vuran

hallara qarşı mübarizə tədbirləri.

4. Qiymətlərdən, tariflərdən istifadədə normativ

aktların pozulması, qəsdən nəzərə alınmamasına görə

tədbirlərin görülməsi.

5. Əmtəə bazarlarında haqsız, rəqabətdən kənar

üstün mövqe qazanmalarına görə inhisarlara, təsərrüfat

subyektlərinə qarşı müvafiq tədbirlərin görülməsi. Onu da

qeyd etmək lazımdır ki, bazarların «işğalı» həm də

əmtəələrin ucuz qiymətlə satmaqla da həyata keçirilə

bilər.

6. Bəzi pozğunluqlara görə inhisarçıların, təsərrüfat

subyektlərinin satdıqları məhsul və ya xidmət

dövriyyəsinin 10-15%-i həcmində cərimələnməsi. Bəzi

iqtisadçılar, mütxəssislər bunu hətta məbləğə nisbətdə 5-

10 dəfə, hətta daha çox artırmağı məqsədəuyğun hesab

edirlər.

7. Lazım gəldikdə qeyri tarif tənzimləmə

vasitələrindən, o cümlədən antidempinq, kompensasiya

etmə və digər xüsusi tədbirlərə əl atma.

8. Bəzi inhisarların birjadan kənar transfert

qiymətləri ilə məşğul olmaları, burada pozğuntulara,

qiymət sövdələşmələrinə yol vermələrinə qarşı tədbirlərin

görülməsi.

9. Müəyyn təsərrüfat subyektlərinə özününkü kimi

prinsipi əsasında sifarişlərin, o cümlədən dövlət sifarişinin

verilməsi.

181

Göründüyü kimi, inhisarçılıq qiymətartırma, inflyasiya

fenomeninə çevrilmişdir, yüksək mənfəət əldə etmə qeyri-adi

sindromları aşkara çıxarmış, kriminal qurumların, qrupların «milli»

həmrəyliyini kriminal «qardaşlığını, dostluğunu»

formalaşdırmışdır.

Bizə belə gəlir ki, belə «dostluğun», deformasiya hallarının

formalaşmasında bəzən yersiz, şəraitə uyğun gəlməyən

neoliberalizm konsepsiyası da az rol oynamamışdır. Keçid

dövründə, xüsusilə ilk illərdə klan inhisarçılığındansa sağlam

dövlət inhisarçılığı daha önəmli olardı. Biz yalnız indi deyil, həmişə

bu elmi mövqedə olmuşuq. Xatırladaq ki, azad bazar prinsipini

qəbul edən Qərbi Avropa ölkələrində dövlət sektoru iqtisadiyyatda

30-70% təşkil edir. Məsələn, Norveçdə dövlət idarəçiliyi, dövlət

inhisarçılığı üstünlük təşkil edir. Burada elə şirkətlər var ki,

dövlətin payı 40, 70 faiz təşkil edir. İtaliyada, İsveçdə və digər

ölkələrdə də belə hallara təsadüf olunur. Sual olunur, əhalisi cəmi

4,5 milyon nəfərdən ibarət olan Norveç belə idarəçilik

qaydalarından nə itirmişdir? Norveç sosial dövlətdir. Onu bəzən

İsveçlə bahəm axırıncı sosialist dövləti adlandırırlar. Rəqəmlərə

müraciət edək: 2005-ci ildə Norveçin dövlət büdcəsi 140 milyard

dollar, xərc hissəsi isə 107 milyard dollar həcmindədir. Adam

başına düşən gəlirin miqdarına görə Norveç dünyada dördüncü

yeri tutur. Maraqlı cəhət odur ki, 4,5 milyon əhalisi olan Norveçin

büdcə gəliri əhalisi 150 milyondan çox olan Rusiyanın büdcə

gəlirinə bərabərdir. Burada əmək haqqı, sosial yardım ən yüksək

səviyyədədir. Onu demək kifayətdir ki, Norveçdə 18 yaşına çatana

qədər hər ay hər uşağa dövlət hesabına müavinət verilir.

Əlbəttə, ərzaq qiymətlərinin artımına yalınz fərdi məhsul

istehsalı və satışı inhisarçılığı deyil, sahə və sahələrarası

inhisarçılıq və buradan irəli gələn xərclər-əmələaətirmə amilləri

182

də təsir göstərir. Burada energetika, qaz, dəmir yol, kənd

təsərrüfatının alış qiymətləri, dolların, milli valyutanın mübadilə

məzənnəsi və s. mühüm əhəmiyyət kəsb edir. Sahələrarası

baxımdan yanaşıldıqda isə qiymətin səviyyəsinə ilkin xammalla,

hasilatla bağlı sahələrlə emal sahələri, sənaye ilə kənd təsərrüfatı

qiymətləri səviyyəsi, onlara mənsub olan məhsul qiymətlərindəki

fərqlər də təsir edir. Burada həm fərq və həm də maddi və dəyər

strukturu baxımından böyük disproporsiyalar mövcuddur.

Son vaxtlar iqtisadi ədəbiyyatlarda antiinhisar tənzimləmə

faktının özü mahiyyət etibarilə tənqid olunur, hətta onu dövlət

tənzimləməsinin «qeyri-səmərəli vasitəsi» hesab edirlər.’

Burada professor Y.Balatskinin fikri daha səciyyəvidir. O,

belə hesab edir kİ, antiinhisar qanunçuluğunun həddindən artıq

fəal tətbiq edilməsi, qadağaların qoyulması, müvafiq sanksiyaların

verilməsi xüsusi hüquq normalarına ziddir. O, hətta bir az da irəli

gedərək qeyd edir ki, azad istehsalçılara demək olmaz ki, nə

İstehat etməlisən, hansı qiymətə satmalısan, müqaviləni necə

bağlamalısan, sövdələşmə və strategiya necə olmalıdır. İlk

baxışda müəllifin dediklərində müəyyən həqiqət vardır. Lakin o,

yaddan çıxarır ki, əgər inhisarçı saxta yollarla hər hansı məhsul

istehsalı və satışı üzrə, deyək ki, bazarın 90%-ni işğal edirsə,

rəqibləri üçün haqsız rəqabət şəraiti yaradırsa, onda nə üçün

antiinhisar tədbirlərinin görülməsini səmərəsiz tədbir adlandırmaq

olar. Y.Balatski öz mülahizəsini əsaslandırmaq üçün digər bir

dəlilə əsaslanır. O göstərir ki, antiinhisar tənzimləmə bir qayda

olaraq ayrı-ayrı məsələlərin izahında eyni mənalı səciyyə daşımır

və bu səbəbdən dövlət orqanları onu istədiyi kimi, volyuntrist

qaydada, hətta yaxşı iş-

’ ƏKOHOMHCT, 2003, J'feS. səh. 47

183

ləyən müəssisələrə qarşt çevirə bilir və bundan qeyri-sağlam

rəqabət mühiti yaratmaq üçün istifadə edir. Əlbəttə, Rusiya

reallığı, əslində postsovet ölkələri baxımından müəllif bəlkə də

haqlıdır. Lakin məsələyə bu meyarla yanaşılsa, həmin vəziyyəti

bir çox qanunlar və onların tətbiqində də görmək olar. Belə olan

halda, necə deyərlər, qanundan və onun tətbiqindən imtina etmək

yox, əksinə bəzi inhisarlara himayədarlıq edən, qanadı altına alan

məmurların və fiziki şəxslərin cəzalandırılmasını antiinhisar və

digər qanunlarda xüsusi bir maddə kimi nəzərdə tutmaq olar.

Səhv etmiriksə, belə bir tədbir bir sıra ölkələrin antiinhisar

qanunlarında artıq nəzərdə tutulmuşdur.

Müəllif üçüncü dəlil kimi göstərir ki, antiinhisar tədbirləri

nəticə etibarilə özünü doğrultmamış və lazımi nəticə verməmişdir,

bu işə məhkəmələrdə müəmmalı halda baxılmışdır. Yenə də

müəllif problemə sırf praktiki baxımdan yanaşır. Amma dünya

təcrübəsi göstərir ki, antiinhisar qanunlarının tətbiqinin müsbət

nəticələri də olmuşdur.Dördüncü dəlil kimi müəllif göstərir ki,

nəhəng müəssisələr antiinhisar qanunları əsasında kompromis

variant qaydasında bir neçə hissəyə ay- rtisa beiə, onların üzərinə

nəzarəti yenə də əvvəlki mülkiyyət, əmlak sahibi həyata

keçirəcəkdir (səh 48). Ona görə də bu parçalanma bazardakı

vəziyyətə mühüm təsir göstərməyəcəkdir. Bəlkə də müəllif Rusiya

və digər postsovet dövlətləri baxımından tamamilə haqlıdır. Lakin

bu, heç də nəhəng inhisarçı şirkətlərin parçalanmasının rəqabətə

göstərdiyi pozitiv təsirin inkarı demək olmamalıdır. Həm də

burada lazım gəldikdə mülkiyyət, əmlak, səhm məsələlərinə

yenidən, yeni qaydada yanaşmaq olar.

Müəllifin rəqabət və inhisarçılıqla bağlı fikirləri də qeyri-

adidir. O, göstərir ki, rəqabətin mənası, məğzi rəqibinə qalib

gəlmək və onu məhv etməkdir və bununla da bazarda inhi

184

sarçılıq yaratmaqdır (səh.49). Ona görə də belə hesab edir ki,

rəqabət cinayət hüququnun predmeti ola bilməz, hətta

məhkəmədə araşdırma obyekti ola bilməz və bunun əsasında

müəssisələri bağlamaq, fəaliyyətlərini dayandırmaq olmaz. Müəllif

digər məsələdə də ardıcıl məntiqli mövqe tutmur. Məsələn, xırda

sahibkarlıqdan danışarkən göstərir ki, rəqabət aparanlara

köməklik göstərmək, onları inhisardan qorumaq lazımdır (şəh 52.)

Lakin o, yaddan çıxarır ki, antiinhisarçılıq tədbirlərinin özü bu

köməkliyin mühüm formasıdır. Real həyatda isə bu tədbirlərin

özünü necə doğruldub-doğruttmaması artıq başqa bir problemdir.

Nəzərə almaq lazımdır ki, bazar münasibətləri şəraitində

bazar taraziığının hər an pozulması ehtimalı vardır. Ona görə belə

şəraitdə hər hansı inhisarçının, o cümlədən İstehsalçı-inhisarçının

mövqeyi birtərəfli qaydada möhkəmlənə bilər, hətta istədiyi

qaydada xərclə qiymətlər arasında süni nisbətlər yarada bilər,

müxtəlif qaydada müqavilələr bağlaya bilər. Məsələn, bəzi

ölkələrdə müqavilə qiymətlərinə inhisarçılar əsaslı olmayan bir çox

xərcləri də daxil edirlər. Belə olduqda, hətta istehsal xərclərinin

yüksək olduğu bir şəraitdə belə artıq mənfəət əldə edilir. Bu isə

nəticə etibarilə daxili bazardakı stabilliyi pozur, inhisarların

hakimiyyətini möhkəmləndirir.

Bir qayda olaraq, istər nəzəri-metodoloji, istərsə də praktiki

baxımdan nədənsə əsas diqqət mövcud İnhisarçılığa qarşı

mübarizəyə yönəldilir. Lakin bunun vacibliyini inkar et- məməklə

yanaşı, birinci növbədə inhisarların formalaşması prosesinə diqqət

yetirmək lazımdır. Çünki artıq formalaşmış inhisarçılığa qarşı

mübarizə aparmaq çətin olur. Bu, inhisarların dövlət, hakimiyyət

strukturları ilə əlaqələrinin sıxlaşdığı şəraitdə bir qədər də

mürəkkəbləşir, hətta ayrı-ayrı banklar özləri bu işdə neqativ

mövqe tutur. Ən vacib məsələlərdən biri

185

inhisarçılığın ayrı-ayrı maddi istehsal, xidmət sferaları, idxal- ixrac,

kreditləşmə və s. üzrə sistemli halda araşdırılmasıdır, onların

neqativ fəaliyətinin vaxtlı-vaxtında məhdudlaşdırılması və ya ləğv

edilməsidir, habelə inhisarçılıq səviyyəsinin həmin sahə və

sferalar üzrə müəyyən edilməsi və konkret qaydada

qiymətləndirilməsidir, rəqabət aparan bütün təsərrüfat subyektləri,

bazar iştirakçıları üçün bərabər və yaxud müəyyən normal şəraitin

yaradılmasıdır.

Ona görə də istər nəzəri, istərsə də praktiki baxımdan

rəqabət münasibətlərinə, rəqabət siyasətinə, rəqabət mühitinə

yeni, sivil qaydada yanaşmaq tələb olunur. Burada sosial, inzibati

və iqtisadi amillərin pozitiv mənada vəhdətliyini təmin etmək

lazımdır. Lakin etiraf etmək lazımdır ki, respublikamızda bir çox

müəssisələr, təsərrüfat subyektləri yalnız formal baxımdan

rəqabət iştirakçılarıdırlar. Çünki onların maliyyə vəziyyəti pis

olduğundan, habelə istehsal etdikləri məhsullar yüksək keyfiyyətə

malik olmadığından bazarda özlərinə mövqe tuta bilmirlər.

Əlbəttə, anoloji olaraq istehsal olunan həmin məhsuldan idxal

edilən məhsul da bu işə mane ola bilər.

Gizli iqtisadiyyat, iqtisadi fəaliyyət ölkə və əhalinin iqtisadi

təhlükəsi üçün başlıca amildir. Bu özünü təsərrüfat-maliyyə,

kriminal (cinayətkar), qeyri-qanuni, qanuna zidd fəaliyyət

növlərində göstərir. Burada cinayətkar gəlirlər, «çirkli pul- ların»

yuyulub «təmiz» pullara çevrilməsi, birbaşa neqativ yolla əldə

edilən gəlirlər, sövdələşmələr əsas rola malikdir. Bu hal hər bir

ölkədə olur, birində çox, birində az. Demək kifayətdir ki, ABŞ-da

narkotik maddələr satışından əldə edilən qanunsuz gəlirlər hər ildə

110 milyard dollar həcmində olur.’ Belə halların qarşısını almaq

üçün bəzi ölkələr cinayət işi qaldırıb həbs tədbiri görmür, əldə

edilən məbləğ, hətta onun iki

' ÄypHajı «OHHanch[M, 1992, səh 6, səh,48

186

misli həcmində cərimə tədbiri görülür. Biz bu tədbir variantına

üstünlük veririk. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, SSRİ- də

gizli İqtisadiyyatın mövcudluğu inkar edilsə də bu, onun da-

ğılmasındın sonra etiraf edildi və hətta rəsmi dövlət jurnalında öz

əksini tapdı. Bunu aşağıdakı cədvəldən görmək olar.

«Gizlİ iqtisadiyyatdan» gəlirlər. (1990)^

Cədvəl 18

Gəlir növləri M İr. manat (rubl) Spekulvativ mal satışı, benzin oğurluğu 23,1 Qeyri-qanuni ticarət 24.3 Samaqon araq istehsalı və satışı 35,0 Rüşvət 3,0 Vergidən yayınma 4,2 Dövlət əmlakım mənimsəmə 5,4 Narkobiznes, kontrabanda, seksual fəaliyyət 4,8 Cəmi 99,8

Belə bir cəhəti qeyd etmək lazımdır kİ, o dövrdəki gizli

iqtisadiyyatla indiki arasında oxşar cəhətlərlə yanaşı müəyyən

fərqlər də vardır. Məsələn, 1990-cı ildə 23,1 milyard manat (rubl)

hesab edilən gizli iqtisadiyyat qeyri-ərzaq məhsulları olan tikinti

materiallarının, minik maşınlarının ehtiyat hissələrinin alınıb

yenidən baha qiymətə satılması, qismən də benzin oğurluğu ilə

bağlı idi. Bütün bünlar da müəyyən dərəcədə inhisarçılığa, onun

iqtisadi dayaqlarına xidmət edir.

BecTHHK CTaTHCTHKH, 1992, M«2, səh.71

187

Vin FƏSİL. QLOBAL İQTİSADİ MÜNASİBƏTLƏR

VƏ İNFLYASİYA.

§ 33 İqtisadi əlaqələr və qiymət səviyyəsi

İndi dünya ölkələri elə bir dövrdə yaşayır ki, xarici İqtisadi

əlaqələri, xarici amilləri nəzərə almamaq mümkün deyildir. Çünki

daxili və xarici iqtisadi proseslər sanki bütöv bir sistemin, tamın

ayrılmaz hissələrinə çevrilmişlər. Bu baxımdan inflyasiya yalnız

milli deyil, həm də dünya hadisəsidir. Burada həm yaxşı, həm də

çatışmayan cəhətlər vardır. Belə ki, müsbət inteqrasiya əlaqələri

ilə yanaşı ayrı-ayrı ölkələrin iqtisadi siyasətindəki fərqlər, iqtisadi

inkişafın öz xüsusiyyətləri, iqtisadi durumun tsikləri və onların

fəsadları (depressiya), artım, canlanma qanunauyğunluqları,

nəzarətdən kənarda qalan bir çox iqtisadi proseslər, tənzimləmə

üsulları və s. inflyasiya prosesləri, inflyasiya problemləri ətrafında

mürəkkəb, zəncirvari situasiya yaradır.

inflyasiyanın qlobal, beynəlxalq İqtisadi münasibətlərlə

ziddiyyətli, biz deyərdik kİ, paradoksal qaydada, istiqamətdə

əlaqəsi vardır. Bu əlaqə pozitiv və neqativ istiqamətlərdə olur.

Ümumiyyətlə, ölkə daxilində olduğu kimi, beynəlxalq əlaqələrdə,

münasibətlərdə də inflyasiya daha çox neqativ haliarla şərtləşir.

Lakin beynəlxalq əlaqələr, münasibətlər normal, bərabər

tərəfdaşlıq qaydasında getdikdə inflyasiyanın neqativ tərəflərini

xeyli dərəcədə neytrallaşdırmaq, hətta müəyyən həddi

çərçivəsində ondan faydalanmaq da olar. Lakin qloballaşma,

ümumiyyətlə, beynəlxalq iqtisadi münasibətlər şəraitində hələ ki,

inflyasiyanın neqativ tərəfləri daha çox nəzərə çarpır. Bu,

dövlətlərarası münasibətlərdə özünü aşağıdakı istiqamətlərdə

göstərir: 1. inflyasiya şəraitində beynəlxalq ticarətdə baş verən

qeyri-bərabər, proteksionist münasibətlər

188

xeyli dərəcədə güclənir, aynseçkilik halları tezləşir, kompleks,

sistemli çətinliklər törənir. 2. İnflyasiya kapitalın ixracı, nəhəng

beynəlxalq inhisarların fəaliyyəti sferalarında daha ciddi,

qeyri-bərabər iqtisadi qarşıdurmalar yaradır. Bu, bir sıra hallarda

siyasi hegemonluqla müşayiət olunur. 3. Həmin və digər

səbəblərdən ölkələr arası iqtisadi əlaqələrə, normal əməkdaşlığa

əngəl törədən bir vasitəyə çevrilir. Qlobal inflyasiya xammal

bazasına malik olmayan Ölkələrin, həmin ölkə sahibkarlarının

iqtisadiyyatına, maliyyə vəziyyətinə sarsıdıcı təsir göstərir. Ona

görə də qlobal inflyasiya bütün ölkələrin mənafelərinə eyni

dərəcədə təsir etmir. İnflyasiya prosesləri xammal ehtiyatları olan

ölkələr üçün də başqa siyasi, İqtisadi problemlər yaradır. 4.

Konkret situasiyalaradan asılı olaraq ayrı-ayrı beynəlxalq

təşkilatlar, şirkətlər, hətta dövlətlər inflyasiyadan öz məqsədləri

üçün birtərəfli qaydada istifadə etməyə çalışırlar.

5. Təxminən 100-150 il bundan əvvəlki dövrə nisbətən

inflyasiyanın daha çox dünya məhsullarına, xüsusilə geniş çeşidli

sənaye mallarına, ərzaq məhsulları və yanacağa sirayət etməsi

hazır məhsullar və xammal bazarlarında, ofşar zonalarda

spekulyativ halların artması ilə müşayiət olunmuşdur. Belə

şəraitdə qiymətin əmələ gəlməsinin mühüm amilləri olan istehsal

xərcləri, tələb və təklif, mənfəət norması arasında olan əlaqə və

nisbətlər də qeyri-normal vəziyytə düşmüşdür.

6. Lakin inflyasiya necə deyərlər, beynəlmiləlləşəndə, əksər

ölkələrə sirayət edəndə, bir növ daxili və xarici qiymətlər nisbətən

vahid bir proses halını alanda bu, həm də dünyəvi bir problem

yaradır, dünya bazarına çıxarılan əmtəə və xidmətlərə çəkilən

xərcləri artırır, bazarlarda qiymət nisbətlərini pozur, dağıdır, hazır

məmulatların qiyməti ilə xammalın qiyməti arasında böyük

fərqlərin meydana çıxmasına səbəb olur, hazır məhsulların ixrac

qiymətlərinin xammal qiymətlərindən bir ne

189

çə dəfə çox olmasına gətirib çıxarır. Əlbəttə, burada istehsal

xərcləri amili də müəyyn dərəcədə özünü göstərir. 7. İnflyasiya

prosesləri ölkələrarası mal göndərmə və mal idxalına da

bütövlükdə dünya ticarətinə, ixracla idxal arasındakı kvota

nisbətlərinə də Öz təsirini göstərir. 8. Qloballaşma şəraitində

dünya qiymətlən ilə milli qiymətlər (daxili qiymətlər) arasındakı

əlaqə daha da sıxlaşır, onların bir-birindən asılılığı güclənir. Necə

deyərlər, ortaq bir qiymət həddinin formalaşmasında beynəlmiləl

dəyər əsas amilə çevrilir. Bunula yanaşı, beynəlxalq xammal

inhisarları şəraitdən mümkün qədər manipulyasiya etməyə

çalışırlar. 9. Dünya qiymətləri ilə miili qiymətlərin qloballaşma

şəraitində bir-birinə yaxınlaşması qlobal inflyasiyaya, dünya

qiymətlərinin artımına səbəb oldu. Burada beynəlxalq ticarətin

liberallaşması, mübadilənin genişlənməsi, gömrük rüsumlarının

bəzi məhsullar üzrə az olması və yaxud tamamilə olmaması və

digər şərtlər beynəlxalq ticarətdə qiymətlərin bahalaşmasına

şərait yaratdı. 10. Dünya miqyasında universal dönərli

valyutaların (ABŞ dolları. Avronun, funt sterlinqin)

məzənnəsindəki dəyişikliklər də inflyasiyaya bu və ya dərəcədə

təsir edir.

Dünya əmtəələri və xidmətlərinin nomenklaturası və

ümumi məbləği bu valyutalarda öz İfadəsini tapdığına görə həmin

valyutaların məzənnəsinin aşağı düşməsi inflyasiyanı artıran

amilə çevrilir. Dolların milli pul vahidinə kütləvi halda mübadilə

edilməsi, iqtisadiyyatın dollarlaşması da inflyasiya artımına səbəb

olur. Məsələn, dolların milli pula çevrilməsi milli pula olan tələbatı

artırır, kommersiya banklarında yığılıb qalan xarici valyutaların

milli pula çevrilməsi (milli, mərkəzi banklar vasitəsilə) də bu

prosesi sürətləndirir, depozit-çek emissiyasına əsas yaradır.

Bir qayda olaraq ölkələrin inflyasiya proseslərinə xarici

190

təsirlər aşağıdakı yolla baş verir:

1. Banklar (mərkəzi, milli) vasitəsilə xarici valyu-

tanın milli valyutaya çevrilməsi və yaxud əksinə.

2.

3.

yişikliklə.

4.

5.

ixrac və idxal qiymətləri vasitəsilə. Xarici ticarət dövriyyəsi həcmindəki müsbət də-

İxrac və idxal həcmi arasındakı nisbətlə.

Xarici valyuta axınının ölkə daxili valyuta ehti-

yatlarını çoxaltmaqla və bununla da əlavə ödəniş vasitələrinin

formalaşmasına təkan vermək.

6. Kredit ekspansiyasının genişləndirilməsi və bununla da

əlavə inflyasiya tələbatının (spros) yaradılması, qısa müddətli

spekulyativ kapitalın oyun qaydaları, beynəlxalq kreditin inkişafı,

milli valyuta məzənnəsinin artması və ya digər valyutaların onunla

müqayisədə məzənnəsinin enməsi.

Müasir dövrdə yuxarıda göstərilən amillər və digər şərtlərin

dünya qiymətlərinin qalxmasına təsiri daha çox nəzərə çarpır. Bu,

birinci növbədə qloballaşma şəraitində daxili və xarici qiymətlərin

bir-birindən asılılığının artması ilə əlaqədardır. Lakin ayrı-ayrı

ölkələrdə ixrac və idxal qiymətlərinin, topdansatış qiymətlərinin

artım sürətində, habelə daxili bazarın xarici mallarla təchiz

olunmasında müəyyən fərqlər ola bilər. Bu fərqlərin araşdırılması

xüsusi tədqiqat mövzusudur. Lakin onu demək olar ki, daxili və

dünya qiymətləri arasındakı yeni nisbətlər problemi dövrün ən

vacib xüsusiyyətlərindən biridir. Bu. dünva ticarətinə, dünva

ticarət dövriyyəsinə inflyasiyanın nüfuz etməsinin başlıca

yollarından biridir.

inflyasiya hər hansı bir ölkənin ticarət balansına da neqativ

qaydada təsir edir. Bu necə olur, hansı mexanizmlər vasitəsilə

özünü göstərir? Belə ki, inflyasiya ölkədə yüksək, eyni zamanda

iqtisadiyyatın rəqabət qabiliyyəti aşağı olduqda

191

milli məhsulların xarici bazarlara çıxışı məhdudlaşır. Bu, o

deməkdir ki, qiymətlərin artım sürəti milli iqtisadiyyatın rəqabət

qabiliyyətli məzmunundan, imkanından irəli gəlir. Belə olan halda

istehsalın, ümumi daxili məhsulun həcmi də azalır. Azərbaycanın

neft və aqrar xammal bazası, resursları zəif olsaydı, bu azalma

özünü daha aydın hiss etdirərdi. Ticarət balansı baxımından belə

bir cəhəti qeyd etmək vacibdir ki, yuxarıdakı vəziyyət həm də milli

məhsulların istehsal xərclərinin yuxarı olduğu şəraitdə vəziyyət

daha da kəskinləşir, həmin ölkəyə xarici ölkələrdən ucuz hazır

malların gəlməsinə, axınına geniş imkan yaranır. Ölkənin ticarət

balansı pisləşir, inflyasiya firma daxili, şirkət daxili transfert

qiymətlərə, şərti-hesablaşma qiymətlərə də mənfi təsir edir. Belə

bİr cəhəti də nəzərə almaq lazımdır ki. firmadaxili ticarət

beynəlxalq ticarətin 20-25 faizini, bəzi illərdə daha çox hissəsini

təşkil edir. Həm də maraqlı cəhət ondan ibarətdir ki, transfert

qiymətlər tələb və təklif qanunundan daha çox mənfəəti artırmaq

hərisliyindən irəli gəlir. Ona görə də beynəlxalq inhisarlar öz

məhsullarını dünyanın daha bahalı bazarlarına ixrac etməyə

çalışırlar, bunun üçün yeni-yeni coğrafi məkan axtarırlar. Yeri

gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanda demokratik

qüvvələr adlanan adamlar hakimiyyətə gəldiyi günlərdən

başlayaraq Rusiya ilə iqtisadi əlaqələri kəsmək təşəbbüsündə

olma ölkəni, əhalini ən ənəvi bazardan məhrum etmə sanki bir

üstünlük, qəhrəmanlıq və milli ləyaqət rəmzi hesab edildi.

Bəzən ölkənin ticarət balansı ilə İnflyasiya arasındakı

qeyri-normal vəziyyəti önəmli məcraya salmaq məqsədilə başqa

bir orijinal variantdan da istifadə edilir. Məsələn, bir sıra dövlətlər

burada deflyasiya üsulundan istifadə edir və bu, paralel olaraq

valyuta problemlərini, çətinliklərini vəhdət halında həll etmək

qaydasında aparılır. Bu məqsədlə ölkə daxilində

192

tələb məhdudlaşdırılır, əldə edilmiş resurslar ixraca yönəldilir və

təbii ki, idxal azaldılır. Lakin bu variant ixrac potensialı geniş olan

daxili tələbatını ödəyə bilən ölkələr üçün önəmlidir. Həm də daxili

tələbatı (spros) məhdudlaşdırma ilə ixracı artırma arasındakı

əlaqə həmişə birmənalı olmur. Həm də əhalinin ölkə daxili alıcılıq

qabiliyyətini məhdudlaşdırmaq, həyat səviyyəsinə pis təsir

etməklə istehsalın artımını da məhdudlaşdırır.

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, ixrac, xüsusilə

ixrac qiymətləri yalnız milli məhsullann milli xərcləri, milli əmək

məhsuldarlığı səviyyəsi ilə deyil, həm də valyutanın qiymətdən

düşməsi ilə bağlıdır. Valyutanın qiymtədən düşməsinə qəribə də

olsa bir çox hallarda milli inhisarlar tərəfindən rəvac verilir. Qiymət

artırmanın nəzarətdən çıxması hələ keçən əsrin 60-cı illərində bir

çox ölkələrdə, o cümlədən ABŞ-da «üzən» valyuta məzənnəsi

sisteminə keçilməsi haqqında hökumət qərarına əsas verdi.

Həmin dövrdə qiymətlərin fasiləsiz artması nəticəsində Amerika

dolları və funt sterlinq Qərbi Almaniya markası və yapon iyenasına

nisbətən qiymətdən düşmüşdür.

inflyasiya iqtisadi artımla bağlı olan amillərə də mənfi təsir

edir. Maksimum mənfəət əldə etmə cəhdi elmi-texniki tərəqqiyə,

xüsusi olaraq istehsalat kooperasiyasına əngəl olur. Xammal,

material və yarımfabrikatların qiymətlərinin qalxması son məhsul

istehsalını bahalaşdırır və kontraktların bağlanmasında qiymət

məsələsini əsas problemə çevirir, iqtisadi itkiləri çoxaldır,

beynəlxalq istehsal, əmək kooperasiyasının genişlənməsinə

mane olur.

İnflyasiyanın qeyri-bərabər inkişafı inhisarçıları öz pul

aktivlərinin qiymətdən düşməsinə görə narahat etdiyindən onun

kapital axını kimi xaricə, real sektora qoymağa vadar edir. Belə

şəraitdə valyutası zəif olan ölkələrə kapital ixracı məhsul

ixracından daha sərfəli olur. Dolların qiymətdən düş

193

məsi və məzənnəsinin enməsi nəticəsində 60-cı illərdə bir çox

Qərbi Avropa ölkələrinin kapitalı Amerikaya axmağa başladı.

Beynəlxalq inhisarçılar tərəfindən kapital axını prosesinin həyata

keçirilməsini eyni zamanda onun gəldiyi ölkə üçün kredit kimi

qiymətləndirmək olardı.

İdxal və ixrac əməliyyatlarının, əmtəə ixracı və idxalının

inflyasiyaya təsirindən danışarkən ölkədaxili məhsullarla

rəqabətdə olan və olmayan xarici malları fərqləndirmək lazımdır.

Bəzən bu rəqabətii və rəqabətsiz idxal adlandırılır. Əgər idxal

olunan məhsuldan ölkədə istehsal olunursa, onun qiymətinin

artması idxalın həcmini azalda bilər və bu, inflyasiya yaratmaz.

Xarici kapitalın ölkəyə daxil olması və ölkədən getməsi

yalnız tədiyyə balansı və digər amillərlə deyil, daha çox bankın

uçot dərəcəsinin aşağı və yuxarı olması ilə şərtləşir. Dollara

dünyada olan tələb və təklifin səviyyəsi ölkədaxili bankın uçot, faiz

dərəcəsinə də təsir edir. Faiz dərəcəsi öz əksini dollar bazarında

tapır ki, bunun da digər ölkələrin pul-kredit sisteminə mühüm təsiri

olur.

İnflyasiyaya İdxal qiymətlərinin artması da təsir edir. İdxal

qiymətləri artanda daxili qiymətlər də yüksəlir, inflyasiya güclənir.

Əslində bu, milli valyutanın, hətta dolların qiymətdən düşməsinə

də səbəb olur. Azərbaycanda milli valyutanın dollara nisbətən

məzənnəsinin artdığı bir şəraitdə ilk baxışda bu hiss edilmir. Lakin

idxal qiymətlərinin, xüsusi olaraq tikinti materiallarının, məişət

mallarının və s.-nin İdxal qiymətlərinin artması nəticəsində

əvvəllər deyək ki, 5 dollara alınması mümkün olan şeyləri indi 7

dollara almaq olmur. İdxal qiymətlər artanda həmin əmtəə

kütləsinin məbləğinə uyğun əlavə pul (valyuta) vəsaiti ölkədən

gedir. Ona görə də istər bu və istərsə də İnflyasiya baxımından

idxal, ixrac qiymətləri və daxili qiymətlərin pul kütləsinə təsiri

sistemli halda təhlil edilməli

194

dir. Ayrı-ayrı ölkələrdə həmin qiymətlərin inflyasiyaya təsir

dərəcəsi müxtəlif olur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bir

çox iqtisadçılar idxalın çoxalmasını dövriyyədə olan pulun

azalması, inflyasiyanın aşağı enməsi baxımından, İxracın

azalmasını isə pul kütləsinin çoxalması, milli valyutaya az

miqdarda valyuta dəyişmə baxımından az qala müsbət bir hal

kimi qiymətləndirirlər. Problemə bu qaydada yanaşmaq düzgün

deyildir. Burada ölkənin tədiyyə balansı vəziyyəti əsas meyar kimi

götürülməlidir. Həm də inflyasiya problemində əsas səbəblərdən

biri kimi xaricdən ölkəyə sərbəst likvidlik vəsaiti formasında

qısamüddətli kapitalın gətirliməsində görmək lazımdır. Əks

təqdirdə bəzi iqtisadçıların fikri əsas götürülsə, onda belə çıxır ki,

hər hansı ölkə ixrac potensialı barədə düşünməməlidir.

195

§ 36 Tədiyyə balansı.

Tədiyyə balansında iqtisadi tarazlığı təmin etmək ən çətin

problemdir. Bu problemin çətinliyi yalnız nəzəri-metodoloji

aspektlərdən deyil, həm də azad bazarla əlaqədar olmasındadır,

Azad bazar sistemindəki rəqabətlə bağlı kənarlaşmalar tədiyyə

baiansındak! iqtisadi tarzlığa mənfi halda təsir edir, ümumiyyətlə

bazar sistemi şəraitində belə tarazlığın mümkünlüyünü şübhə

altına alır. Çünki bu sistem çərçivəsində dövlət çətin ki bütün

İqtisadi sektorlar üçün sərbəst (azad) və rəqabətli bazar imkanını,

iqtisadiyyatda tam məşğulluğu təminq edə bilsin. Lakin bütün

bunlarıdan asılı olmayaraq ən vacib məsələlərdən biri ölkənin

tədiyyə balansına təsir edən amillərin öyrənilməsidir. Bu amillər

əsasən aşağıdakılardın ibarətdir: inflyasiyanın sürəti; ÜDM-un

real artımı; faiz dərəcəsi; «spot» valyuta məzənnəsi. Bu amillər

müstəqil rola malik olsalar da bir-birilə əlaqədardır. Məsələn,

inflyasiya artımı qeyri-rezident alıcılara mənfi təsir edir, ixracın

səviyyəsini azaldır, idxal əməliyyatları çoxalır. «Spot» valyuta

məzənnəsi (kassa əməliyattalır üzrə valyuta məzənnəsi) ölkə

daxili istehsal edilən əmtəələrlə müqayisədə idxal edilən

əmtəələrin nisbi dəyərinə təsir edir. Xarici valyutanın

məzənnəsinin yüksək olması idxal əməliyyatlarına mane olur,

İxraca isə şərait yaradır, aşağı məzənnəsi isə idxala müsbət,

ixraca mənfi təsir göstərir. Bir sözlə, valyuta məzənnəsindəki

gözlənilən faktiki dəyişikliklər ticarət və kapital axınına, valyutaya

olan tələbə təsir edir. Əgər ixrac əməliyyatları prosesində ölkənin

dönərli valyuta ifadəsində (dollarla) gəliri xeyli artırsa və nəticədə

ona olan tələbat azalırsa, onda onun (dolların) məzənnəsi də

aşağı düşür. Və yaxud da əksinə ola bilər. Hər iki halda ölkənin

tədiyyə balansında valyutanın, xüsusi olaraq milli valyutanın

məzənnəsi nəzərə alınmaqla müvafiq dəyişikliklər edilməlidir. Onu

da nəzərə almaq la-

196

zimdır ki, «spot» məzənnəsinin müxtəiif mübadiiə sistemi

şəraitində (sürüşkən, fiksasiya edilmiş, nəzarət edilən məzənnə)

müəyyən edilməsinin Özünəməxsus xüsusiyyətləri vardır. Azad,

sərbəst valyuta bazarında mübadilə məzənnəsi həmin xarici

valyutaya olan tələb və təklifdən asılı olur. Yüksək valyuta

məzənnəsi əmtəə və xidmətlərin qiymətini yüksəldir, tələbi isə

azaldır, aşağı mübadilə məzənnəsi isə xarici valyutaya tələbatı

artırır, həm də milli valyutanın, deyək ki, manatın dollar və yaxud

Avro qiymətinə təsir edir. Əlbəttə, burada nəzərə alınmalı olan ən

vacib məsələlərdən biri də «spot» və «for- vard» (təcili

sövdələşmə), faiz dərəcəsi və inflyasiya arasındakı əlaqənin,

alıcılıq qabiliyyəti paritetliyidir. Burada bir qayda olaraq

spekulyativ meyllərə tez-tez təsadüf etmək olar. Ayrı- ayrı

ölkələrdə dönərli valyutanın məzənnəsi də, alıcılıq qabiliyyəti

paritetliyi də müxtəlif olur. Məsələn, Hollandiyada bir litr suyun

qiyməti 2 Avrodan (dollarla daha çox) ibarətdir. Azərbaycanda isə

bu məbləğə neçə dəfə artıq miqdarda su alamq olar. Ayrı-ayrı

ölkələr üzrə alıcılıq paritetliyini, qarşılıqlı mübadilə

münasibətlərini, habelə inflyasiya fərqlərini aşkara çıxarmaq üçün

aşağıdakı modeldən də istifadə etmək olar.'

S=SM Pd

Pi

Burada S- yeni və yaxud cari mübadilə məzənnəsi, Sj.-ı “köhnə mübadilə məzənnəsi,

Pd-araşdırılan ölkədəki qiymət indeksi.

Pi-ikinci (digər) Ölkədəki qiymət İndeksi.

Bununla əlaqədar olaraq Maksimov V. Enq, Frensis A.Lis və

Lourens Dj. Mauer alıcılıq paritetliyinə belə bir sadə

’ MaKCHMOB B. 3nr VƏ S. MnpoBwe ((MiHaHcM. M., 1998. səh.111

197

misal gətirirlər. Məsələn, fərz edək kt. hər hansı bir əmtəə

kütləsinin qiyməti Fransada 100 frank, Almaniyada 20 alman

markasıdırsa, onda markanın məzənnəsi 5,0 Fransa frankına

bərabər olacaqdır. Bunu mövcud mübadilə məzənnəsi, əmtəə və

xidmət qiymətləri əsasında asanılıqla istənilən ölkələr üzrə

hesablamaq olar. Müəlliflər burada həm də inflyasiya fərqlərini

nəzərə almaqla alıcılıq qabiliyyətinin bərpa olunmasını da

nəzərədən keçirmişlər. Göstərirlər ki, fərz edək ki, Almaniyada

inflyasiya 10%, Fransada 35%-dir. Onda paritet qabiliyyətini

bərpa etmək üçün mübadilə məzənnəsi aşağıdakı kimi

tənzimlənməlidir; Fransada qiymət indeksi

----------------------------------- X köhnə məzənnə = yem məzənnə Almaniyada qiymət indeksi

İnflyasiyadan sonra alman markasının bahalaşması 22,7%

olmuşdur. Bahalaşma faizi: yeni məzənnə/köhnə mə- zənnə-1

=6,136/5,0-1,0=1,227-1,0=22,7%’

' yenə orada, səh 112

I98

§ 37 İdxal-ixrac əməliyyatları, əlaqələri.

İdxal-ixrac əməliyyatları ölkənin iqtisadi həyatında həlledici

əhəmiyyətiə malikdir. Bu ixrac potensialı, valyuta yığımı, dönərli

valyuta əməliyyatları, rüsumların səviyyəsi, daxili qiymətlər,

tədiyyə balansı, daxili bazarın qorunması, bütövlükdə xarici

iqtisadi əlaqələrin optimallaşdırılmasmı ilə bağlıdır. Burada

rəqabət qabiliyyətli ixrac potensialının artırılması, maliyyə

mexanizmlərinin təkmilləşdirilməsi mühüm şəraitlərdən bindir.

Burada tarif və qeyri-tarif tənzimləmənin, malların düzgün

təsvirinin, onların kodlaşdırılmasının, kömrük rüsumlarının elmi

və proqmatik cəhətdən əsaslandırılması mühüm əhəmiyyət kəsb

edir, idxal-ixrac əməliyyatlarının düzgün təşkili və aparılmasında

mütərəqqi dünya elmlərininin müddəalarına, beynəlxalq norma və

normativlərə əmə! olunması əmtəə, no- menklaturalarının dəqiq

təsnifləşdirilməsi, beynəlxalq ticarət standartlarına əməl

olunması, valyuta nəzarəti və tənzimlənmənin ardıcıl və düzgün

olaraq aparılması, kömrük statistikası və kömrük mühasibatının

düzgün aparılması da mühüm əhəmiyyətə malikdir. Lakin qeyd

etmək lazımdır ki, kömrük statistikası və mühasibatında bir sıra

obyektiv və subyektiv səbəblər üzündən müəyyən nöqsanlar,

çatışmamazlıqlar vardır. Bu, bir tərəfdən statistika və

mühasibatda məqsədyönlü qaydada, bilərəkdən nöqsanlara,

əyintilərə yol verilməsi, digər tərəfdən isə orada əks olunan bir

sıra göstəricilərin özünün düzgün qurulmaması, bir-biri ilə qeyri

ardıcıl əiaqələndiri- liməsi və bütövlükdə mühasibat və statistika

elminin müasir elmi müddəalarına, dünya standartlarına cavab

verməməsi ilə əlaqədardır.

199

19 saylı cədvəldən göründüyü kimi 2000-2004-cü illər

ərzində ayn-ayrı əməliyyat növləri üzrə ixracın səviyyəsi ardıcıl

olaraq artmışdır. Yalnız 2002-ci ildə 2001-ci illə müqayisədə 6,3%

azalma müşahidə edilmişdir. 2001-ci ildə 2000-ci ilə nisbətən

24,6% artım olmuşdur, 2003-cü ildə isə əvvəlki ilə nisbətən 16,3%

artım, 2004-cü ildə isə 28,4% artım müşahidə edilmişdir. Deməli,

qeyd olunan illər ərzində ən çox artım 2004 və 2001-ci illərdə

olmuşdur.

Uzaq xarici dövlətlərin əməliyyat növləri üzrə ixracda payı

2000-ci ildə 86,5%, 2001-ci ildə 90,4%, 2002-ci ildə 88,8%,

2003-cü ildə 87,2%, 2004-cü ildə İsə 83% olmuşdur. MDB

dövlətlərinin payı isə uyğun olaraq 13,5%, 9,6%, 11,2%, 12,8% və

17% olmuşdur. Onu da qeyd edək ki, əməliyyat növləri üzrə uzaq

xarici ölkələrlə ixrac əməliyyatlarının həcmi 2001-ci ildə 2000-ci ilə

nisbətən 27,8% artmış, MDB dövlətləri üzrə isə bu göstərici 5,27%

azalmışdır. 2002-ci ildə

2001- ci ilə nisbətən birincilər üzrə 8% azalma, ikincilər üzrə isə

9,6% artım olmuş, 2003-cü ildə uyğun olaraq 14,9% və 26,7%

artım olmuş, 2004-cü ildə isə yenə də hər ikİ qrup üzrə uyğun

olaraq 24,8% və 45,9% artım müşahidə edilmişdir. Göründüyü

kimi uzaq xarici dövlətlərlə İxrac əməliyyatlarının həcmində ən çox

artım 2001-ci ildə 27,8% həddində, MDB dövlətləri ilə ixrac

əməliyyatlarının həcmində isə 2004-cü ildə 45,9% artım müşahidə

edilmişdir. Eyni zamanda, 2000-2004- cü illər ərzində ayrı-ayrı

əməliyyat növləri üzrə ümumi ixracda uzaq xarici dövlətlərin payı

üzrə ən yüksək göstərici 2001-ci ildə 90,4% səviyyəsində, MDB

dövlətlərinin payı üzrə isə 2004-cü ildə 17% səviyyəsində qeydə

alınmışdır.

2000-2004-cü illərdə əməliyyat növləri üzrə ixracın ümumi

həcminin əksər hissəsi sərbəst dönərli valyuta ilə hesablaşmalar,

barter əməliyyatları üzrə hesablaşmalar, müəs

201

sisə və obyektlərin tikintisi haqqında saziş-öhdəlik hesabına

malların keçirilməsi, digər əməliyyat növləri vasitəsilə yerinə

yetirilmişdir. Belə kİ, 2000-ci üdə əməliyyat növləri üzrə ixracın

46,53%-i sərbəst dönərli valyuta hesablaşmaları ilə aparılmışdır

ki, bunun da 86,4%-ni uzaq xarici dövlətlərlə ixrac, 13,6%-ni isə

MDB dövlətləri ilə ixrac təşkil etmişdir.

2000-2004-cü illərdə sərbəst dönərli valyuta İlə

hesablaşmalar üzrə ixracın həcmi ardıcıl olaraq artmışdır. Belə ki,

bu nisbət 2001-ci üdə 24,6%, 2002-ci ildə 9,5%, 2003-cü ildə

13,6%, 2004-cü ildə isə 29,2% artmışdır. 2000-ci ildə sərbəst

dönərli valyuta ilə hesablaşmalar üzrə uzaq xarici dövlətlərlə

ixracın həcmi ümumi ixracın 86,4%-ni, MDB dövlətlərilə isə

13,6%-ni təşkil etsə də, növbəti illərdə bu göstəricilərin səviyyəsi

dəyişmişdir. Bu mənada sərbəst dönərli valyuta ilə hesablaşmalar

üzrə həyata keçirilən ixrac əməliyyatında uzaq xarici ölkələrlə

ixracın həcmi 2001-ci ildə 2000-ci ilə nisbətən 22,9%, MDB

dövlətləri ilə isə 34,3% artmışdır. 2002-ci ildə uzaq xarici ölkələr

üzrə bu göstərici artsa da, MDB dövlətləri üzrə azalmışdır.

2003-2004-cü illərdə isə həm uzaq xarici ölkələr, həm də MDB

dövlətləri İlə sərbəst dönərli valyuta hesablaşmaları üzrə ixracın

həcmi uyğun olaraq 2003-cü ildə 12,6% və 19,3%, 2004-cü ildə

29,1% və 30% artmışdır.

2000-2004-cü illərdə milli valyuta ilə hesablaşmalar üzrə

ixracın həcmində davamlı artım müşahidə edilmişdir. Əvvəlki illə

nisbətdə 2001-ci ildə bu artım 38%, 2002-ci ildə 72,95%, 2003-cü

ildə 26,9%, 2004-cü ildə isə 1,4% olmuşdur. Göründüyü kimi, ən

çox artım 2002-ci ildə, ən az artım isə 2004-cü ildə müşahidə

edilmişdir.

2000-2004-cü illərdə qapalı valyuta İlə hesablaşmalar üzrə

ixracın həcmində də artım müşahidə edilmişdir. Bu artım 2001-ci

ildə 22,4%, 2002-ci ildə 43%, 2003-cü ildə 63,9%,

202

2004-cü ildə isə 19,8% həddində olmuşdur. Göründüyü kimi, ən

çox artım 2003-cü ildə, ən az artım isə 2004-cü ildə olmuşdur. Onu

da qeyd edək ki, uzaq xarici ölkələrlə qapalı valyuta ilə

hesablaşmalar üzrə ixracın həcmi 2000, 2001, 2002 və 2004-cü

illərdə demək olar ki, sıfır olmuşdur. Yalnız 2003-cü ildə bu

ölkələrlə ixracın həcmi bu növ hesablaşmaların 0,03%-i

həcmində, yəni 10500 dollar məbləğində olmuşdur.

Barter əməliyyatları üzrə ixracın ən aşağı həddi 2004- cü

ildə qeydə alınmışdır kİ, bu da həmin dövrdə ümumi ixracın

0,025%-i həcmində olmuşdur.

Onu da qeyd edək ki, 2000-2004-cü illərdə milli valyuta ilə

hesablaşmalar üzrə ixracın həcmində uzaq xarici Ölkələrin payı

davamlı olaraq artmışdır. Bu mənada, 2000-ci ildə uzaq xarici

ölkələrlə milli valyuta ilə hesablaşmaların həcmi ümumi ixracın

14,6%-ni, 2001-ci ildə 29%-ni, 2002-ci ildə 30%-ni, 2003-cü ildə

32,1%-ni və 2004-cü ildə isə 47,4%-ni təşkil etmişdir. Lakin bu

dövrdə milli valyuta ilə hesablaşmalar üzrə uzaq xarici ölkələrlə

ixracın həcmi əvvəlki ilə nisbətdə aşağıdakı səviyyədə artmışdır;

2001-ci ildə 70%, 2002-ci ildə 71,9%, 2003-cü ildə 36,2%,

2004-cü ildə 33,3%. MDB ölkələri üzrə isə qeyd olunan artım

həddi aşağıdakı kimi olmuşdur: 2001-ci ildə 25,4%, 2002-ci ildə

73,4%, 2003-cü ildə 22,4% artım olmuş, 2004-cü ildə isə 21,5%

azalma olmuşdur.

2000- 2004-cü ildə ümumi ixracda müəssisə və

obyektlərin tikintisi haqqında saziş-öhdəliklər üzrə ixracın həcmi

2000-ci ildə 44,5%, 2001-ci ildə 49,3%, 2002-ci ildə 40,1%,

2003-cü İldə 41,3%, 2004-cü üdə 36,8% olmuşdur. Bu əməliyyat

növü üzrə uzaq xarici ölkələrlə ixracın həcmi əvvəlki ilə nisbətdə

aşağıdakı kimi dəyişmişdir: 2001-ci ildə 31,9% artmış, 2002-ci ildə

23,8% azalma olmuş, 2003-cü ildə 18,7% və 2004-cü ildə 19,6%

artım olmuşdur. MDB dövlətləri ilə bu

203

növ əməliyyatlar üzrə ixracın həcmi üzrə yalnız 2004-cü ildə

ümumi ixracın 0,05%-i həddində göstərici qeydə alınmışdır.

Digər əməliyyat növləri üzrə ixracın həcmi ümumi ixracda

aşağıdakı kimi olmuşdur; 2000-ci ildə 7,61%, 2001-ci İldə 3,22%,

2002-ci ildə 40,1%, 2003-cü ildə 4,7%, 2004-cü ildə 9,3%. Uzaq

xarici ölkələrlə digər əməliyyat növləri üzrə ixracın həcmi ümumi

ixracın aşağıdakı nisbətində olmuşdur:

2000- ci ildə 17,1%-i, 2001-cİ ildə 47%-i, 2002-ci ildə 56,62%- i,

2003-cü ildə 44,3%-i və 2004-cü ildə 21,8%-i nisbətində. MDB

dövlətləri üzrə bu göstərici uyğun olaraq aşağıdakı kimi olmuşdur:

2000-ci ildə 83%, 2001-ci ildə 53%, 2002-ci ildə 43,4%, 2003-cü

ildə 55,7%, 2004-cü ildə 72,4%. Uzaq xarici ölkələrlə

2000-2004-cü illərdə digər əməliyyat növləri üzrə ixracın həcmi

əvvəlki illərə nisbətdə aşağıdakı kimi dəyişilmişdir; 2001-Cİ ildə

35,4%, 2000-ci ildə 40% artmış, 2003-cü ildə 8,2% azalmış və

2004-cü ildə yenidən 26,6% artmışdır. Bu nisbət MDB dövlətləri

üzrə aşağıdakı kimi dəyişmişdir: 2001- ci ildə 64,1% azalma

olmuş, 2001-ci üdə 11,9%, 2003-cü ildə 33,7%, 2004-cü ildə

74,3% artım olmuşdur.

Sövdələşmə xarakteri təyin olunmayan əməliyyat növləri

üzrə ixrac yalnız 2000-ci ildə həyata keçirilmişdir ki, bu da ümumi

ixracın 0,002%-i həcmində olmuşdur,

2000-2004-cü illərdə ayrı-ayrı əməliyyat növləri üzrə idxal

və ixracın həcmini müqayisəli təhlil edərkən məlum olur ki, idxal və

ixracın həcmləri də fərqli olmuşdur. Belə ki, 2000-ci ildə əməliyyat

növləri üzrə ixrac idxala nisbətən 37,8%, 2001- ci ildə 35,2%,

2002-ci ildə 23,16%, 2004-cü ildə isə 2,8% artıq olmuşdur. Yalnız

2003-cü ildə əməliyyat növləri üzrə idxal ixraca nisbətən 1,4%

artıq olmuşdur.

204

20 sayit cədvəidən göründüyü kimi ayn-ayn əməliyyat

növləri üzrə uzaq xarici dövlətlər və MDB dövlətlərindən idxalın

həcmi müxtəlif olmuşdur. Belə ki, ümumilikdə idxalla bağlı

əməliyyat növlərinin təxminən 68%-i uzaq xarici dövlətlər, 32%-i

isə MDB dövlətləri ilə həyata keçirilmişdir. Əməliyyat növlərinin

demək oiar ki, təxminən 62,5%-i sərbəst dönərli valyuta ilə

hesablaşmaların payına düşür ki, bunun da təxminən 72,2%-i

uzaq xarici dövlətlərin, 27,8%-i isə MDBdövlətlərinin payına

düşmüşdür. Milli valyuta ilə hesablaşmalar isə əməliyyat

növlərinin 0,02%-nİ təşkil etmişdir ki, bu da 229000 dollar

məbləğində olmuşdur. Bu məbləğin təxminən 82%-i MDB

dövlətləri, 18%-i isə uzaq xarici dövlətlərin payına düşmüşdür.

İdxalın 8,8%-İ qapalı valyuta üzrə hesablaşmaların payına

düşmüşdür ki, bu da 103120200 dollar məbləğində olmuşdur. Bu

məbləğin də 0,52%-i uzaq xarici dövlətlərdən idxalın payına

düşmüş, 99,5%-İ isə MDB dövlətlərinin payına düşmüşdür.

Klirinq üzrə hesablaşmalar vasitəsilə idxalın 0,05%-i

həyata keçirilmişdir ki, bu da 583800 dollar məbləğində olmuşdur.

Bu məbləğin təxminən 0,4%-i uzaq xarici dövlətlərin, 99,6%-i isə

MDB ölkələrinin payına düşmüşdür.

Müəssisə və obyektlərin tikintisi haqqında sazİş-öhdəlik

hesabına idxal ümumi idxalın çox cüzi bir hissəsini, demək olar ki,

0,004%-ni təşkil etmişdir. Bu məbləğ 45100 dollar olmuşdur ki,

bunun da 90,7%-i uzaq xarici dövlətlərin, 9,3%-i isə MDB

dövlətlərinin payına düşmüşdür.

Digər əməliyyat növləri ilə idxal ümumi idxalın 27,8%-ni

təşkil etmişdir. Bu, 324322300 dollar məbləğində olmuşdur ki,

bunun da 81,88%-i uzaq xarici dövlətlərin, 18,12%-i isə MDB

dövlətləərinin payına düşmüşdür.

İdxalın 0,008%-i sövdələşmə xarakteri təyin olunmayan

əməliyyatlarla həyata keçirilmişdir ki, bu da 95900 dollar

206

məbləğində olmuşdur. Bu məbləğin 78,7%-i uzaq xarici

dövlətlərin, 21,3%-i isə MDB dövlətlərin payına düşmüşdür.

Ümumilikdə, uzaq xarici dövlətlərdən idxalın çox hissəsi,

demək olar ki, 66,4%-i sərbəst dönərli valyuta ilə hesablaşma

əməliyyatlarının, cüzi bir hissəsi isə 0,0003%-i isə kli- rinq üzrə

hesablaşmaların payına düşmüşdür.

2001- ci ildə isə əməliyyat növiəri üzrə idxal 2000-ci illə

müqayisədə 18,1% çox olmuşdur. 2001-ci ildə də əməliyyat

növləri üzrə uzaq xarici dövlətlərin idxalda payı MDB dövlətləri ilə

müqayisədə çox olmuşdur və bu, 45,2% təşki etmişdir.

2001- ci İldə İdxalda uzaq xarici dövlətlərin payı 2000-ci ildəki

göstəriciylə müqayisədə 19,9% artaraq 985873600 dollar

məbləğində olmuşdur. MDB dövlətlərinin payı isə 15,6% artaraq

445233800 dollar məbəlğində olmuşdur.

2001-ci ildə idxalın təxminən 76,7%-i sərbəst dönərli

valyuta ilə hesablaşmaların payına düşmüşdür. Bu əməliyyat

növü ilə idxalın təxminən 66%-i uzaq xarici dövlətlərin payına,

34%-i isə MDB dövlətlərinin payına düşmüşdür ki, bu da 2000-ci

ilin müvafiq göstəriciləri ilə müqayisədə 195091500 dollar və

169077500 dollar çox olmuşdur.

2001-ci ildə qapalı valyuta üzrə idxal əməliyyatlarının

həcmi 47,2% (təxminən 1,9 dəfə) azalmışdır. Bu, uzaq xarici

dövlətlərin və MDB dövlətlərinin idxalda payına da təsir

göstərmişdir. Belə ki, MDB dövlətlərinin payı əvvəlki İlin müvafiq

göstəricisi ilə müqayisədə 47,6% azalmışdır. Uzaq xarici

dövlətlərin payı isə əksinə 24,1% artaraq 712900 dollar olmuşdur.

Milli valyuta ilə hesablaşmalar üzrə idxalın həcmi İsə

əksinə, 2000-ci illə müqayisədə 69,4% artmışdır.

Digər kommersiya əməliyyatları üzrə idxalın həcmi 2000-ci

illə müqayisədə 48,2% az olmuşdur. Lakin uzaq xarici dövlətlərlə

bu növlü idxalın həcmi 2000-ci ilin müvafiq gös

207

təricisi ilə müqayisədə 58,5% çox olmuşdur, təxminən 2170800

dollar məbləğində olmuşdur. MDB dövlətləri ilə idxalın həcmi isə

əksinə, 2000-ci illə müqayisədə 79,5% həcmində, 7393200 dollar

məbləğində çox olmuşdur. Lakin

2001- ci İldə bu növ idxal əməliyyatlarının həcmi uzaq xarici

dövlətlər üzrə çox olmuşdur.

2001- ci ildə digər əməliyyat növləri üzrə idxalın həcmi

əvvəlki illə müqayisədə 15,8% (yəni, 51280900 dollar) az

olmuşdur. Lakin uzaq xarici dövlətlərlə bu növlü idxalın həcmi

MDB dövlətləri ilə müqayisədə təxminən 93,9% az olmuşdur. Bu

göstərici 2000-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,1%

həcmində az olmuşdur. MDB dövlətləri üzrə İsə bu göstərici

73,3% aşağı olmuşdur. Ümumilikdə, digər əməliyyat növləri üzrə

idxalın 94,2%-ni uzaq xarici dövlətlər, 5,8%-ni isə MDB dövlətləri

ilə həyata keçirilən idxal əməliyyatları təşkil etmişdir.

Sövdələşmə xarakteri təyin olunmayan əməliyyatlar üzrə

həyata keçirilən idxalın həcmi əvvəlki İllə müqayisədə 54% az

olmuşdur. Təxminən 208100 dollar məbləğində. Bu məbləğin

90,2%-i uzaq xarici dövlətlərlə aparıltn idxalın, 9,8%-i isə MDB

dövlətlərinin payına düşmüşdür.

2002- ci ildə əməliyyat növləri üzrə idxalın həcmi 2000 və

2001-ci illərlə müqayisədə 29,6% və 14% az olmuşdur.

2002- ci ildə uzaq xarici dövlətlərlə idxalın həcmi də əvvəlki 2 illə

müqayisədə 21,5% və 2,9% çox olmuşdur. MDB dövlətləri üzrə də

idxalın həcmi 2002-ci ildə əvvəlki illərlə müqayisədə 42,3% və

31,6% çox olmuşdur. Yəni, ümumilikdə 2000 və 2001-ci illərlə

müqayisədə həm idxalın ümumi həcmində, həm də uzaq xarici

dövlətlər və MDB dövlətləri İlə idxalın həcmində artım müşahidə

edilmişdir.

2002- ci İldə əməliyyat növləri üzrə idxalın 65%-ni sərbəst

dönərli valyuta İlə hesablaşmalar, 30,5%-ni digər əməliyyat növ

208

ləri üzrə idxal, 3,8%-ni qapalı valyuta üzrə idxal, 0,68%-ni digər

kommersiya əməliyyatları üzrə idxal, 0,002%-ni sövdələşmə

xarakteri təyin olunmayan əməliyyatlar üzrə İdxal, çox cüzi bir

hissəsini, təxminən 0,00004%-ni isə, yəni 6700 məbləğində klirinq

üzrə idxal əməliyyatlan təşkil etmişdir. Axırıncı əməliyyat üzrə

idxal yalnız uzaq xarici dövlətlərlə həyata keçirilmişdir. Milli valyuta

ilə idxal əməliyyatlarının həcmi 2001-ci illə müqayisədə bir o qədər

də çox olmamışdır, təxminən 13300 dollar həcmində. Lakin

2001-ci ildə uzaq xarici dövlətlərlə milli valyuta ilə hesablaşmalar

üzrə idxalın həcmi əvvəlki illərlə müqayisədə çox olmuşdur. MDB

dövlətləri üzrə isə əksinə, bu göstərici az olmuşdur.

Uzaq xarici dövlətlərlə sərbəst dönərli valyuta üzrə idxalın

həcmi 2000 və 2001-ci illərlə müqayisədə azalmışdır. MDB

dövlətləri ilə idxalın həcmi isə müvafiq olaraq 63,9% və 33,5%

aşağı olmuşdur. 2001-ci ildə sərbəst dönərli valyuta üzrə İdxalın

həcmi 1,5% azalmışdır. 2000-ci illə müqayisədə 2001-ci ildə klirinq

üzrə hesablaşmalar kəskin şəkildə, təxminən 98,5% həcmində

azalmışdır.

Qapalı valyuta əməliyyatları üzrə idxalın həcmi 2001-ci illə

müqayisədə 15% artmışdır.

Digər kommersiya əməliyyatlan üzrə idxalın həcmi 2000 və

2001-ci illərlə müqayisədə 5% və 51% artmışdır. 2002-ci ildə bu

növ əməliyyatlar üzrə idxalın həcmində uzaq xarici dövlətlərlə

idxalın payı 95,6%, MDB dövlətlərinin payı isə 4,4% olmuşdur.

Digər əməliyyat növləri üzrə idxalın həcmi isə 2000 və

2001- ci illə müqayisədə 36,14% və 46,2% artmışdır. Uzaq xarici

dövlətlərin bu növ əməliyyatlar üzrə idxalda payı 95,7%, MDB

dövlətlərinin payı isə 4,3% olmuşdur. Sövdələşmə xarakteri təyin

olunmayan əməliyyatlar üzrə idxal yalnız uzaq xarici dövltələriə

apanimışdır.

2003- cü ildə əməliyyat növləri üzrə idxalın həcmi 2002- ci

ilə nisbətən 36,6% artaraq 2626181100 dollar məbləğində

209

olmuşdur. Bu məbləğin 67,6%-i uzaq xarici dövlətlərlə idxal

əməliyyatların, 32,4%-i isə MDB ölkələri ilə idxal əməliyyatlarının

payına düşmüşdür.

Milli valyutalarla hesablaşmalar üzrə idxalın məbləğində

nəzərə çarpacaq ciddi dəyişikliklər olmamışdır. Yalnız 2002-cİ illə

müqayisədə mİllİ valyuta ilə hesablaşmaqla uzaq xarici ölkələrlə

aparılan idxal əməliyyatlarının həcmi azalmış, MDB dövlətləri üzrə

eyni adlı göstərici isə artmışdır.

2003- cü ildə əməliyyat növləri üzrə idxalın 52,7% sərbəst

dönərli valyuta ilə aparılan hesablaşmaların, 2,9%-i qapalı valyuta

ilə hesablaşmaların, 44,3%-i digər əməliyyat növləri, 0,06%-i digər

kommersiya əməliyyatları üzrə malların keçirilməsinin payına

düşmüşdür.

Sərbəst dönərli valyuta ilə hesablaşma əməliyyatları üzrə

idxalın 47%-i uzaq xarici ölkələr, 53%-i isə MDB dövlətləri İlə

idxalın payına düşmüşdür.

Qapalı valyuta İlə hesablaşmalar üzrə bu göstəricilər

müvafiq olaraq 3% və 96%, digər əməliyyat növləri üzrə 96,4% və

3,6%, barter əməliyyatları üzrə isə 82,8% və 17,2% olmuşdur.

2004- cü ildə də əməliyyat növləri üzrə idxalın həcmi

əvvəlki İldən çox olmuşdur. Belə ki, bu göstərici 2003-cü ilin

müvafiq göstəricisinə nisbətən 26,3% artaraq 351586110

məbləğində çox olmuşdur. Bu məbləğin 65,9%-İ uzaq xarici

ölkələrlə idxal əməliyyatlarının, 34,1%-i isə MDB dövlətləri ilə

həyata keçirilən idxal əməliyyatlarının payına düşmüşdür.

Eləcə də, 2004-cü ildə ayrı-ayrı əməliyyat növləri üzrə

idxalın ümumi həcminin 50,4%-i sərbəst dönərli valyuta ilə,

3,33%-i qapalı valyuta üzrə, 46,2%-i digər əməliyyat növləri ilə

həyata keçirilmişdir.

Milli valyuta ilə hesablaşmaların həcmi üzrə əvvəlki 4 illə

müqayisədə ən yüksək göstərici qeydə alınmışdır. Bu,

210

2003- cü illə müqayisədə 39,6% çox olmuşdur. Eyni zamanda,

2004- cü ildə milli valyuta ilə hesablaşmalar üzrə uzaq xarici

ölkələrlə idxalın həcmində də təxminən 67,5% artım olmuşdur.

2004- cü ildə sərbəst dönərli valyuta ilə aparılan idxal

əməliyyatlarının 45,1 %-i uzaq xarici ölkələrin, 54,9%-i isə MDB

dövlətlərinin payına düşmüşdür.

Qapalı valyuta ilə aparılan idxal əməliyyatlarının 4,21 %-i

uzaq xarici ölkələrin, 95,8%-i İsə MDB dövlətlərinin payına

düşmüşdür.

Digər əməliyyat növləri üzrə isə bu göstəricilər müvafiq

olaraq 93% və 7,6% olmuşdur.

2004-cü ildə idxal əməliyyatlarının az bir hissəsi isə digər

kommersiya kanalları üzrə, yəni barterlə aparılmışdır ki, bu da

ümumi idxalın 0,006%-i həcmində olmuşdur.

İdxal edilən mühüm növ malların orta qiymətlərinin

dinamikası Cədvəl 21

Msilann adt 2000 2001 2002 2003 2004 Mal ati. ton 1074.4 2740.6 1064.5 1335.9 930.8 Qu$ Bti. ton 628.9 859.9 575.7 524.9 S10.6 Kara vağt ton 1068.8 1260.3 986.4 1135.9 987.9 Pandir va kasmik, ton 1301.8 1711,5 1227.2 1060.3 1147,7 Kartof, ton 115.9 121.0 87.0 107.8 1S1J . 5/frus mayvalari.ton 385.7 397.1 367.4 312.5 377.5 Çav. ton 2409.S 3377,5 2773,4 2296.7 1930.0 Budda, ton 124.4 112,8 104,4 134.9 164,1 Düvü. ton 327.1 237.5 170.2 182,6 214,1 Budda unu. ton 226,2 231.2 211,0 237.2 296,9 Bitki yadian. ton 484.3 352,0 443,8 458.8 467,6 Martjifin. ton 782.0 998,0 854.7 833.2 726,1 Ət kofbaaa&i. ton 1248.8 1203.7 949,3 915.4 979.7 Ət kon$arvlart. ton 976.2 1104,1 925.5 1139.8 804,9 S^ar, ton 231.0 207.4 166.2 160.3 165.8

Şakarti qannadı mahsuh lan, ton 993.4 926.6 826,4 723.3 399,7 Makaron mamulatlan, ton 3S8.B 275.1 339,1 374.0 268.0

Çorak. unlu qannadı məmulatları. ton 504.8 463.1 470.5 565.9 355,4 Tutun, ton 2743.2 2241.7 1670.1 1184.9 706.7 Taöii barium sulfatı (ba- Ht}. tan 74.1 61.0 68.3 65.5 71.3

211

minən 3 dəfə aşağı qeydə alınmışdır. Kərə yağı idxalı qiyməti üzrə

də ən yüksək göstərici 2001-ci ildə 1260,3 dollar həcmində qeydə

alınmışdır. 2002 və 2004-cü illərdə bu göstərici 1,3 dəfə az

olmuşdur. Quş ətinin 1 tonunun qiyməti isə mal əti ilə müqayisədə

1,71 dəfə, 445,5 dollar aşağı olmuşdur.

2000-2004-cü illər ərzində respublikamıza idxal olunan

pendir və kəsmiyin qiyməti üzrə ən yüksək göstərici 2001-ci ildə

qeydə alınmışdır. 2003-cü ildə bu rəqəm təxminən 38% azalaraq

1060,3 dollar düşsə də, 2004-cü İldə 7,62% artaraq 1147,7 dollar

qalxmışdır. Ət kolbasasının ən yüksək idxal qiyməti 2000-cİ ildə

1248,8 dollar həddində qeydə alınsa da, 2003-cü ildə bu göstərici

26,7% azalmış və 915,4 dollar olmuşdur. 2004-cü ildə qiymətin

səviyyəsində 6,6% artım qeydə alınmışdır.

İdxal olunan şəkərin 1 tonu isə 2000-cİ ildə 231,0 dollar

olsa da, 2003-cü ildə bu qiymət səviyyəsi 31% azalaraq 160,3

dollar olmuşdur. 2004-cü ildə bu məhsulun idxal qiyməti 3,32%

artaraq 165,8 dollar olmuşdur. Kartofun qiyməti İsə 2002-2004-cü

illər ərzində 43% artaraq 87,0 dollardan 152,7 dollara qalxmışdır.

Tütün, şəkərli qənnadı məhsulları, çörək, unlu qənnadı

məmulatları, marqarinin, çayın idxal qiymətlərində 2002- 2004-cü

illər ərzində davamlı azalma müşahidə edilmişdir. Kartof, buğda,

düyü, bitki yağlarının idxal qiymətlərində isə müvafiq dövr ərzində

artım müşahidə edilmişdir. Təkcə idxal olunan tütünün 1 tonunnun

qiyməti 2000-2004-cü illər ərzində 74,3% azalmışdır. Bu azalma

qeyd olunan dövr ərzində davamlı olaraq baş vermişdir.

Qeyri-ərzaq malları içərisində isə müxtəlif təyinatlı mallar

vardır. Bunların içərisində bir sıra malların idxal qiymətlərində

2000-2004-cü illər ərzində kəskin dəyişiklik olmamışdır.

Bunlardan sement, sement klinkerləri, təbii qaz, minik

avtomobilləri üçün şinlər, yük avtomobilləri üçün şinləri qeyd et

213

mək olar. Lak və boyaq maddələrinin 1 tonunun idxal qiyməti

2000-2001-ci il arasında 38% azalsa da, 2001-2004-cü illər

ərzində 60,1% artım olmuş və qiymət səviyyəsi 1328,9 dollar

artaraq 882,7 dollardan 2211,6 dollara qalxmışdır.

Sintetik yuyucu maddələrin 1 tonunun idxal qiyməti

2000-2002-ci ildə davamlı olaraq təxminən 46% (1,85 dəfə)

azalsa da, 2002-ci ildə qiymətlərin səviyyəsi yenidən 41% artaraq

(1,7 dəfə) 496,4 dollardan 840,6 dollara yüksəlmişdir.

İsti vərdələnmiş poladın idxal qiyməti isə 2000-2004-cü illər

ərzində davavmlı olaraq artmışdır. Artım bu illər ərzində 67,5%

(3,1 dəfə) olmuş və 191,2 dolardan 588,0 dollara yüksəlmişdir. Üz

çəkilmiş poladın 1 tonunun İdxal qiyməti isə əksinə, bu illər

ərzində azalmışdır. Azalma 21% olmuşdur və bu malın qiyməti

260,7 dollardan 206,2 dollara düşmüşdür.

Bucaqlar və şvellerlərin idxal qiymətlərindəki artım da

nəzərə çarpacaq dərəcədə yüksək olmuşdur. Belə ki, bu malların

1 tonunun idxal qiyməti 2000-2004-cü illər ərzində 81% (5.2 dəfə)

artaraq 166,9 dollardan 873,4 dollara yüksəlmişdir. Belə davamlı

artım tempi qazma borularının idxal qiymətlərində də müşahidə

edilmişdir. Artım 43% olmuşdur, idxal qiymətlərinin səviyyəsi

2000-2004-cü İldə təxminən 1,8 dəfə artmışdır.

Onu da qeyd edək ki, 1 tonunun idxal qiymətinin səviyyəsi

baxımından bu qeyri-ərzaq təyinatlı mallar içərisində ən yüksək

idxal qiyməti 2000-ci ildə metal konstruksiyaların timsalında qeydə

alınmışdır ki, bu da 2980,6 dollar məbləğində olmuşdur.

2000-2002-C! illər ərzində metal konstruksiyaların idxal

qiymətlərində 52% azalma müşahidə edilsə də, 2002-2004-cü

illərdə yenidən 28% artım müşahidə edilmiş və qiymətlərin

səviyyəsi 1,4 dəfə yüksələrək 2017,7 dollar olmuşdur.

İdxal olunan minik vasitələrinin də qiymətləri kifayət qədər

yüksək olmuşdur. Belə ki, 2000-ci ildə idxal edilən avtobus-

214

IriMynuziu heyvanın dah> (ən. ifsn 140,5 155.7 147.5 214.5 140,3 Qoyun və quzu dardəri, mm edəd 754.6 577.9 539,2 897.1 1141,7 Barama, ton 2673.1 3003.7 4606.3 Pambıq mahlıcı. ion eƏ3.B 751,1 736.9 99S.Q 986,4 Qara metai qınrttjiart və tul-

(antıları, ton 38.1 54,3 - - 1460.9

Çubuqlar və armaturlar, ton 149.6 199,2 203,0 240,6 300,2 Bucaqlar və sveiledar, ton 60.2 194,6 170,0 176,6 246,6 Neft-qaz kəməri borulan, ton 182,3 136,2 999,0 868,8 605.4 Mis lutentılan və qrtnblan. ton 576,6 652,5 - 697.2 Emal olımmamtş alüminium.

ton 704.8 655,2 ■ 1322.2 1541.0 Miəve nasoslan, ədəd 457.5 460.9 1661.2 2095.6 791.1

Məişət kondisoinərleri. ədəd 190.3

311.1 174,5 240.2 Bütün növ elektrik

mühərrikləri, ədəd 10.6 15,5 119,2 272,1 21.4 EiektnV transformətortən. ədəd 308.9 725.4 2647,8 1190,0 1339,0

22 saylı cədvəldən göründüyü kimi ixrac edilən mallar

içərisində həm ərzaq, həm də qeyri-ərzaq malları vardır. Ərzaq

malları içərisində üzüm şərabı, təzə və dondurulmuş balıq, qoz,

fındıq, şabalıd, çay, nisbətən də günəbaxan yağı məhsulları

yüksək ixrac qiymətləri və onun artım dinamikası ilə fərqlənir. Belə

ki, təzə və dondurulmuş balıq məhsulunun ixrac qiymətləri 2000-

2003-cü illərdə təxminən 95,4% artaraq 1 tonu üçün 155,8 dol-

tardan 3376,6 dollara yüksəlmişdir. Lakin 2004-cü ildə bu qiymət

96,1% azalaraq (25,6 dəfə) 131,9 dollaradək azalmışdır. Qoz,

fındıq və şabalıdın 1 tonunun ixrac qiyməti 2000-2002-ci illər

ərzində təxminən 23,6% (1,31 dəfə) azalsa da, 2002-2004-cü

illərdə bu göstərici davamlı olaraq artmış və 2004-cü ildə ən

yüksək həddə, 1 tonu üçün 30528,4 dollara çatmışdır. Bu, 2002-ci

ildəki göstəriciyə nisbətən 94,2%, yəni 17 dəfə çox olmuşdur.

Günəbaxan yağının da ixrac qiyməti 2000-2002-ci illərdə 59,3%

azalsa da, 2003-2004-cü illər ərzində bu göstərici 72,31% və

78,8% artaraq, 2004-cü ildə 1508,0 dollar olmuşdur.

Nisbətən davamlı artım tempi İsə üzüm şərabının ixrac

qiymətində müşahidə edilmişdir. 2000-2004-cü illər ərzində

216

üzüm şərabının min dkl-nin ixrac qiyməti 76% artmış və 2004- cü

ildə 6212,2 dollar olmuşdur.

2000-2004-cü illər ərzində pambıq yağının ixrac qiymətləri

davamlı olaraq artmışdır. Bu artım təxminən 21,3% olmuşdur və

ixrac qiyməti 341,4 dollardan 2004-cü ildə 399,6 dollara

yüksəlmişdir. Ərzaq malları içərisində şəkər çuğundurunun ixrac

qiyməti ən aşağı hədd, 38-50 dollar məbləğində olmuşdur. Nərə

kürüsünün 1 kiloqramının ixrac qiyməti isə 2002-2004-cü illərdə

22% artaraq, 2004-cü ildə 483,6 dollar olmuşdur.

İxrac edilən qeyri-ərzaq mallar içərisində barama, pambıq

mahlıcı, qoyun və quzu dəriləri, emal olunmuş alüminium, maye

nasosları, elektrik transfarmatorlan qeydə alınmışdır. İxrac olunan

baramanın qiyməti 2000-ci ildə 1 ton üçün 2673,1 dolar olduğu

halda, 2004-cü ildə bu qiymət 42% (1,73 dəfə) artaraq 4608,3

dollar olmuşdur.

Xam neftin 1 tonunun ixrac qiyməti 2000-2004-cü illər

ərzində 28,8% artmışdır. Mator benzini, ağ neft, dizel yanacağının

1 tonunun ixrac qiymətində 2002-2004-cü illər ərzində davamlı

olaraq artım olmuşdur. Neft koksunun, bitumun qiyməti isə demək

olar ki, 2000-2004-cü illər ərzində sabit qalmışdır.

2000-2002-ci illər ərzində pambıq mahlıcının 1 tonunun

qiyməti 17,6% azalsa da, 2003-cü ildə onun qiyməti yenidən 26%

artmışdır. Lakin 2004-cü ildə bu artım 1% azalma ilə əvəz

olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, 2000-2004-cü illərdə ixrac

olunan bəzi mallar həmin illərdə həm də idxal olunmuşdur. Belə

mallardan çubuqlar və armaturlar, bucaqlar və şvellerlər, neft-qaz

kəməri boruları, maye nasosları, bütün növ elektrik mühərriklərini

qeyd etmək olar ki, onların da idxal-ixrac qiymətləri arasında fərq

olmuşdur. Belə ki, 2000-ci ildə çubuqlar və armaturların 1 tonunun

ixrac qiyməti 149,8 dollar olduğu halda,

217

onun idxal qiyməti 16% çox olmuşdur. 2001-ci ildə isə bu fərq

0 qədər də böyük olmamışdır. 2002-2003-cü illərdə bu malların

idxal qiyməti ixrac qiyməti ilə müqayisədə 20%-17,52% çox

olmuşdur. 2004-cü ildə isə əksinə, ixrac qiyməti idxal qiyməti ilə

müqayisədə 12, 4% çox olmuşdur. Bucaqlar və şvellerlərin idxal

və ixrac qiymətlərində isə əhəmiyyətli fərqlər müşahidə edilmişdir.

Belə ki, 2000-ci ildə bu malların idxal qiyməti ixrac qiyməti ilə

müqayisədə 64% çox olmuşdur. 2002,2003,2004-cü İllərdə isə

idxal qiyməti ixrac qiyməti ilə müqayisədə uyğun olaraq 46,7%,

56,11% və 72% çox olmuşdur.

2000- 2001-ci illər ərzində neft-qaz kəməri borularının

idxal qiyməti ixrac qiymətindən 67,7% və 86% çox olmuşdur.

2002- 2003-cü ildə isə bu fərq ixrac qiymətinin xeyrinə 45% və

14% çox olmuşdur.

Maye nasoslannın ixrac qiyməti idxal qiyməti ilə

müqayisədə 2000-2001-ci illərdə 51% və 49% çox olsa da,

2002-ci ildə 85,9% az olmuşdur. 2003-cü ildə isə bu nisbət daha

da artaraq 87,7%-ə çatmışdır. 2004-cü ildə isə ixrac qiyməti idxal

qiyməti ilə müqayisədə 7,7% çox olmuşdur.

Bütün növ elektrik mühərriklərinin ixrac qiyməti idxal

qiyməti ilə müqayisədə 2000-ci ildə 98% az olmuşdur. Bu fərq

2004-cü ilədək davam etmiş və 2001-2004-cü itlər ərzində uyğun

olaraq 74,53%, 71,6% və 96% həddində olmuşdur.

İxrac edilən emal olunmamış alüminium, alüminium

qırıntıları və tullantılarının 1 tonunun qiyməti 2000-2004-cü illərdə

müvafiq olaraq 54,3% və 46,6% artmışdır.

Elektrik transformatorlarının ixrac qiyməti də bu dövr

ərzində qeyri-sabit olmuşdur və ən yüksək qiymət 2002-ci ildə

1 ədəd üçün 2647,8 dollar olmuşdur. Bu. 2000-ci illə müqayisədə

88% çoxluq təşkil etmişdir.

218

məmulatları, kərə yağı, çay üstünlük təşkil etmişdir. Belə ki.

2001-ci ildə respublikamıza 15140300 dollar həcmində 17607,4

ton quş əti idxal edilmişdir. Bunun təxminən 99,9%4 uzaq xarici

dövlətlərdən, 0,11%-i isə MDB dövlətlərindən idxal edilmişdir.

Sadə hesablaşmalarla müəyyən etmək olar ki, uzaq xarici

ölkələrdən idxal edilən quş ətinin 1 tonu təxminən 858,7 dollara

başa gəlmişdir. 2001-ci ildə Azərbaycan manatının dollara

nisbətən məzənnəsinin 46564 man. olduğunun nəzərə alsaq, o

zaman uzaq xarici idxal olunan quş ətinin 1 kq-nın 3998 manata

başa gəldiyini görərik. Eyni müqayisəni MDB dövlətləri üzrə

aparsaq, o zaman bu rəqəm 8628 man alınar. Göründüyü kimi

uzaq xarici dövlətlərə nisbətən MDB dövlətlərindən idxal edilən

quş ətinin 1 kq-nın qiyməti milli valyutamızla təxmini 2,2 dəfə baha

başa gəlmişdir. Bu fərq dollar hesabı ilə də 2,2 dəfə olmuşdur.

Ərzaq məhsulları içərisində daha çox şəkər və şəkər tozu, kartof,

bitki yağları üstünlük təşkil etmişdir. 2001-ci ildə respublikamıza

54986,2 ton kartof idxal edilmişdir ki, bunun da 1 tonu təxminən

121 dollara başa gəlmişdir. İdxal edilən kartof məhsulunun

təxminən 86,7%-i uzaq xarici ölkələrin, 13,3%-i isə MDB

dövlətlərinin payına düşür. İdxal olunan şəkər və şəkər tozunun

həcmi isə 94508,2 ton olmuşdur. Bunun 85,3-i, yəni 17229100

dolları uzaq xarici ölkələrin, 14,7%-i, yənİ 2367800 dolları isə MDB

ölkələrinin payına düşmüşdür. 2001-ci ildə idxal olunan bitki

yağlarının həcmi İsə 28918,2 ton olmuşdur. Bunun məbləği İsə

orta hesabla hər ton üçün 352 dollar olmuşdur, idxal edilən bitki

yağlarının təxminən 86,7%-i, yəni 25084,0 tonu uzaq xarici

ölkələrin, 13,3%-i, yəni 3834,2 tonu MDB ölkələrinin payına

düşmüşdür. Uzaq xarici ölkələrdən idxal edilən bitki yağının 1 tonu

357 dollar, MDB ölkələrindən idxal olunan bitki yağlannın 1 tonu

isə 320 dollara başa gəlmişdir.

220

Buğda, pivə, etil spirti isə nisbətən azlıq təşkil etmişdir.

Belə ki, 2001-ci ildə respublikamıza 615100 ton buğda idxal

edilmşdir. Bunun təxminən 2%-i uzaq xarici ölkələr, 98%-i isə

MDB ölkələrinin payına düşmüşdür. Ümumilikdə, idxal edilən

buğdanın hər tonu 113 dollara başa gəlmişdir. Uzaq xarici

ölkələrdən idxal edilən buğdanın hər tonu üçün 128,6 dollar

ödənildiyi halda, MDB ölkələrindən idxal olunan buğdanın hər

tonu üçün 113 dollar ödənilmişdir. İdxal edilən 83800 ton pivənin

təxminən 73%-i MDB ölkələrinin, 27%-i isə uzaq xarici ölkələrin

payına düşmüşdür. Etil spirtinin hamısı isə, yəni 52100 tonu MDB

ölkələrindən idxal edilmişdir,

2001-ci ildə respublikamıza idxal edilən digər növ ərzaq

məhsulları, o cümlədən çay, quş yumurtası, düyü, buğda unu,

marqarin, ət kolbasası, makaron məmulatları kimi məhsulların

idxalında uzaq xarici ölkələrin payı çox olmuşdur,

2001- ci ildə idxal edilən qeyri-ərzaq təyinatlı məhsulların

içərisində daha çox sement, sement ktinkerləri və alüminium filizi

və konsentrantları üstünlük təşkil etmişdir. Belə ki, qeyd olunan

dövrdə respublikamıza 240100 ton sement, sement klinkerləri

idxal edilmişdir ki, bunun da ümumi məbləği 1198400 dollar

olmuşdur. Bu məhsulların 74,2%-i uzaq xarici ölkələrin, 25,8%-i

isə MDB ölkələrinin payına düşmüşdür. Onu da qeyd edək ki,

uzaq xarici ölkələrdən idxal edilən sement məhsulunun 1 tonu

52,3 dollar olduğu halda, MDB ölkələrindən bu mhsulun 1 tonu

üçün 43 dollar ödənilmişdir. İdxal edilən alüminium filizi və

konsentratlarının miqdarı 168400 ton, məbləği isə 8142700 dollar

olmuşdur ki, bunun da hamısı uzaq xarici ölkələrin payma

düşmüşdür. Bu məhsulun 1 tonu isə təxminən 48,4 dollara başa

gəlmişdir. İdxal edilən təbii qaz və qəzet kağızının hamısı MDB

ölkələrindən idxal edilmişdir. Təbii qazın 1000 m^-nin qiyməti 51

dollara, qəzet kağtzı-

221

nın 1 tonu isə 544 dollara respublikamıza idxal edilmişdir.

Digər növ məhsullardan isə təbii barium sulfatı, mineral

kübrələr, uzununa doğranmış meşə materialları ağac yonqar- lı

plitələr, çubuqlar və armaturlar, bucaqlar və şvellerlər, rezin şinlər,

isti və soyuq yayılmış polad, üz çəkilmiş polad prokatı, qazma

borularının idxalı nisbətən üstünlük təşkil etmişdir. Bu məhsullar

içərisində uzununa doğranmış meşə materiallarının

həcmi 179600000m^, məblğəi isə 12833400 dollar olmuşdur.

Bunun təxminən 0,06%-i, yəni 100000m^-i uzaq xarici dövlətlərin,

99,94%-i isə MDB dövlətlərinin payına düşmüşdür.

Uzaq xarici dövlətlərdən bu məhsulun lOOOm^-üçün 1186 dollar

ödənildiyi halda, MDB dövlətlərindən idxal edilən belə

meşə materiallarının 1000m^ üçün 71 dollar, yəni 17 dəfə çox

məbləğ ödənilmişdir.

Maraqlı göstəricilərdən biri də elektrik enerjisi ilə bağlı

qeydə alınmışdır. Belə ki, 2001-ci ildə respublikamız 1425100000

kilovat saat elektrik enerjisi idxal etmişdir ki, bunun da məbləği

170732700 dollar olmuşdur, İdxal edilən elektrik enerjisinin

49,7%-i uzaq xarici dövlətlərin, 50,3%-i isə MDB ölkələrinin payına

düşmüşdür. Uzaq xarici ölkələrdən idxal edilən elektrik enerjisinin

1000 kv.s. 31,12 dollara başa gəldiyi halda, MDB ölkələrindən

idxal edilən elektrik enerjisinin 1000 kv.s. 7,8 dollara başa

gəlmişdir. Bu məbləğ təxminən 4 dəfə çox olmuşdur.

Bundan başqa, idxal olunan isti və soyuq yayılmış polad, üz

çəkilmiş polad prokatı, çubuqlar və armaturlar, bucaqlar və

şvellerlər, maye nasosları və və digər məhsulların idxalında MDB

ölkələrinə üstünlük vermişdir. Lakin qazma borularının İdxalında

daha çox uzaq xarici Ölkələrə üstünlük verilmişdir ki, bu da idxal

olunan 23333,5 ton qazma borusunun təxminən

222

78,6%-i həcmini təşkil etmişdir. Onu da qeyd edək ki, uzaq xarici

ölkələrdən bu məhsulun 1 tonunun idxal qiyməti 1568,52 dollar

olduğu halda, MDB ölkələrindən onun 1 tonunun idxalı 58,65

dollara, təxminən 2,7 dəfə baha qiymətə başa gəlmişdir.

2000-ci ildə idxal edilən əczaçılıq məhsullarının demək olar

ki, 66%-i MDB ölkələrindən idxal edilmişdir. Mineral küb- rələrin

idxalının isə 91%-i MDB ölkələrinin payına düşmüşdür. Uzaq xarici

ölkələrdən idxal edilən əczaçılıq məhsullarının 1 tonu 1318,7

dollara, MDB ölkələrindən idxal edilən bu məhsulları 1 tonu isə

2137 dollara başa gəlmişdir. Bu göstərici mineral kübrələr üzrə

müvafiq olaraq 38,2 və 101,33 dollar olmuşdur.

2000-2004-cü illərdə ərzaq məhsullarının idxalı Cədvəl 24

tHer Jäxat oluıian drzdq məhsiıi- tarının həcmi (mil* yon dollar} İdxalda ərzaq m uKannın xüsusi çakıs>. faizle

1999 209,9 20,3% 2000 222,6 19.0% 2001 234.3 16.4% 2002 238.1 14.3% 2003 310,1 11.8% 2004 413.8 11.8%

Cədvəl 24-dən göründüyü kimi 1999-2004-cü illər ərzində

respublikaya idxal edilən ərzaq məhsullarının həcmi təxminən

1,86 dəfə artmışdır və 1999-cu ildə 209900000 dollardan 2004-cü

ildə 413800000 dollara yüksəlmişdir. Onu da qeyd edək ki,

1999-2002-ci illər ərzində idxal olunan ərzaq məhsullarının

həcmində artım azalmaya doğru meylli olmuşdur. Belə ki, 2000-ci

ildə əvvəlki illə müqayisədə artım 1,06 dəfə, yəni 12700000 dollar

olmuşdursa. 2002-ci ildə bu artım 1,01 dəfə, yəni 3800000 dollar

həcmində olmuşdur. 2003-cü ildən etibarən isə əvvəlki illə

müqayisədə 1,31 dəfə artım olmuş və fərq

223

və s. heyvan mənşəli ərzaq məhsullarının idxalı ümumi idxal

həcminin 0,53%-i həddində olmuş və 12369400 dollar təşkil

etmişdir. Bu məhsulların ixracı isə qeydə alınmamışdır. Qeyd

edilən ərzaq məhsulları içərisində idxal həcminə görə piylər, bitki

və ya heyvan mənşəli yağlar öndə gedir. Bunların idxal həcmi

ümumi idxal məbləğinin 0,86%-ni təşkil edərək 19997700 dollar

həcmində olmuşdur. Bu məhsulların ixracı isə qeyd edilən

məbləğin təxminən 2%-i həddində, 407200 dollar məbləğində

olmuşdur. Çay, qəhvə və ədviyyat malların idxal həcmi isə ümumi

idxim 0,80%-i qədər, 18571700 dollar məbəlğində olmuşdur. Bu

məbləğin 0,04%-i həcmində isə həmin məhsulların ixracı

olmuşdur. Onu da qeyd edək ki, şəkər və ondan hazırlanmış

qənnadı məmulatlar, kakao və ondan hazırlanmış məhsullar, süd

və undan hazırlanmış məhsullar, unlu qənnadı məmulatlar, çörək

dənlilərinin ixracı həyata keçirilməmişdir. Lakin meyvə və qozlar,

əkin üçün toxum və meyvələr, ət və balıq məmulatlarının ixracı

idxaldan yüksək olmuşdur. Belə ki, əkin üçün toxum və meyvələrin

idxalı ümumi idxalın 0,03%-i həddində, 64400 dollar məbləğində

olsa da, onların ixracı bu məbləğdən 99,1% çox, yəni 6809900

dollar məbləğində olmuşdur.

Meyvə və qozların ixrac məbləği İdxala nisbətən 32,2%

çox, yəni 4264800 dollar məbləğində olmuşdur.

Yeyinti sənayesinin qalıq və tullantıları ümumi idxalın

0,22%-i həddində, 511700 dollar məbləğində olsa da, onların

ixracı bu məbləğdən 80% qədər az, 1026700 dollar məbləğində

olmuşdur.

İdxal və ixracın strukturunda qeyri-ərzaq malları ərzaq

mallarına nisbətən çoxluq təşkil etmişdir. Məbləğ etibarilə də bu

mal qrupları üzrə fərqli göstəricilər qeydə alınmışdır. Bu cəhətdən

idxalın strukturunda məbləğ etibarilə birincilik qaza

228

nanlar avadanlıqlar, mexaniki cihazlar və onların hissələri qara

metallardan hazırlanmış məmulatlar, elektrik maşınları və

avadanlıqları, mebel, yığma inşaat konstruksiyaları və sair

məmulatlara məxsus olmuşdur. Bu mənada 2004-cü ildə ümumi

idxal həcminin 29,39%-ni qazanlar, avadanlıqlar, mexaniki

cihazlar və onların həssələrinin idxalı təşkil etmişdir ki, bu da

680484000 məbləğində olmuşdur. Bu məbləğin 1,65 %-i, ümumi

ixracın isə 0,37%-i həddində sözü gedən məhsulların ixracı həyata

keçirilmişdir. 2004-cü ildə qara metallardan hazırlanmış

məmulatların idxalı ümumi idxal strukturunda 18,43% təşkil

etmişdir ki, bu da 426776800 dollar məbləği qə- dərindədir. Bu

məbləğin 0,47%-i, ümumi ixracın isə 0,07%-i həcmində qeyd

edilən məhsulların ixracı həyata keçirilmişdir. Elektrik maşınları və

avadanlıqları, onların hissələrinin idxalı isə ümumi idxal

məbləğinin 11,50%-i qədərində olmuşdur ki, bu da 266165300

dollar təşkil etmişdir. Bu məhsulların ixracı qeyd edilən məbləğin

0,53%-i, ümumi ixracın isə 0,05%-i həcmində 1421900 dollar

məbləğində olmuşdur. Mebel, yığma inşaat konstruksiyaları və

sair məmulatlar isə ümumi idxalın 6,22%-i həcmində, 144095900

dollar məbləğində olmuşdur. Onların ixracı isə qeyd olunan

məbləğin təxminən 0,52%- i, ixracın strukturunun isə 0,03%-i

həcmində, 750800 dollar məbləğində olmuşdur.

Bu məhsullardan sonra isə optik, tibbi və digər cihaz və

aparatlar, onların hissələri, filiz və konsentratlar, qara metallar,

polimer materiallar, plastik kütlələr və onlardan hazırlanmış

məmulatlar, toxunma paltar və paltar ləvazimatları, mineral

yanacaq, neft və neft emalı məhsulları, kağız, karton və onlardan

hazırlanmış məmulatlar, sair kimyəvi məhsullar, əczaçılıq

məhsulları, azqiymətli metallardan alətlər, bıçaq, qaşıq və

çəngəllər, keramika məmulatları idxal-ixrac strukturunda

229

üstüniük təşkil etmişdir. Qeyd olunan mal qrupları içərisində

bəzilərinin ixrac həcmi idxal həcmi ilə müqayisədə çox otmuşdur.

Belə ki, mineral yanacaq, neft və neft emalı məhsulları ümumi

idxalın 1,25%-ni təşkil etsə də. onların ixracı ümumi ixracın

92,25%-ni təşkil etmişdir ki, bu da 2768643200 dollar məbləğində

olmuşdur, idxal məbləği isə qeyd olunan məbləğin 1,05%-i

qədərində olmuşdur. Onu da qeyd edək ki, bu mal qrupunun ixrac

həcmi digər mal qrupları içərisində birincilik təşkil etmişdir.

Yuxarıda qeyd etdiyimiz məhsullar içərisində polimer

materiallar, plastik kütlələr və onlardan hazırlanmış məmulatların

da ixracı idxala nisbətən 13,6% çox olmuşdur.

İxracın strukturunda üstünlük təşkil edən digər mal

qruplarına pambıq, aliminium və ondan hazırlanmış məmulatlar,

üzvü kimyanın birləşmələri və yuxarıda qeyd etdiyimiz mal

qruplarından qara metalların ixracı üstünlük təşkil etmişdir.

Üzvü kimyanın birləşmələrinin İdxalı ümumi idxalın 0,16%-i

həcmində, 371500 dollar məbləğində olmuşdur. Bu məhsulların

ixracı isə bu məbləğdən təxminən 69,8% çox olmuş və ümumi

ixracın 0,41 %-ni təşkil etmişdir. Pambıq məhsulunun ixracı isə

idxala nisbətən 96,6% çox olmuş və ümumi ixracın 0,62%-ni təşkil

etmiş. 18723900 dolar məbləğində olmuşdur. Alüminium və

ondan hazırlanmış məmulatların ixracı isə ümumi ixracın 1,61

%-ni təşkil etmiş və idxala nisbətən 79,8% çox olmuşdur. Qara

metalların ixracı isə ümumi ixracın 1,32 %-i qədərində olmuş, lakin

bu göstərici idxala nisbətən 22,2% az olmuşdur.

Gön və dəri xammalının (xəzdən başqa) ixracı idxala

nisbətən 99,65% çox olmuş, ümumi ixracın 0,08%-ni təşkil

etmişdir. Bu məbləğ 2448300 dollar olmuşdur, ipək mallarının

ixracı isə ümumi ixracın 0,05%-i həddində 1510200 dollar

məbləğin

230

də olmuşdur ki, bu da idxala nisbətən 93,96% çox olmuşdur.

Bunlardan başqa idxal və ixracın strukturunda elə mal

qrupları vardır ki, onlar yalnız idxal edilmişdir. Bunlardan zülal

maddələri, nişasta və yapışqan, foto və kino malları, təbii və süni

xəz, onlardan hazırlanmış məmulatlar, kimyəvi saplar, liflər,

müxtəlif toxuculuq lifləri, mantar və ondan hazırlanmış

məmulatlar, küləş və digər hörgü materiallarmdan məmulatlar,

maşında və əldə toxunma trikotaj parça, hopdurulmuş, üzlənmiş

toxuculuq materialları, xüsusi parçalar, krujevalvr, tikmələr və

qobelentlər, yun, lələk və quş tükü; süni güllər; tükdən

hazırlanmış məmulatlar, qurğuşun və ondan hazırlanmış

məmulatlar, sink, qalay və onlardan hazırlanmış məmulatları

qeyd etmək olar.

İdxal və ixracın strukturunda ən aşağı göstəriciyə malik

mal qruplarından isə az qiymətli metallar, metal keramika, musiqi

alətləri və onların hissələri, incəsənət əsərləri və antikvarları,

ağac kütləsi və maklaturanı qeyd etmək olar. Ümumiyyətlə, mal

qrupları İçərisində ən az həcmdə idxal ediləni yun olmuşdur ki,

onun da məbləği 2200 dollar təşkil etmişdir. Onun ixracı isə

həyata keçirilməmişdir.

1999- 2004-cü illərdə neft və neft məhsullarının ixracı Cədvəl 26

Jllər İxrac olunan neft we nefE məhsulları Miqdan, min loo müyon cfollar İxracda xüsusi çəkisi, %

1999 6746.6 700.6 73.4% 2000 7616.1 1464.9 84.0% 2001 11466.3 2106.1 91.0% 2002 11536.6 1901,9 87.8% 2003 10951.8 2212.4 85.4%

• 2004 11501.2 2962,3 81,9%

Cədvəl 26-dan göründüyü kimi 1999-2004-cü illər ərzində

ixrac olunan neft və neft məhsullarının həcmi təxminən 1,7 dəfə

artmışdır. 2000-ci ildə idxal olunan neft və neft məhsul-

231

larinin həcmi əvvəlki illə müqayisədə 1,13 dəfə artsa da, ixrac

məbləği 2,1 dəfə artmışdır. Bu göstərici səviyyəsində 2001-ci ildə

müvafiq olaraq 1,52 dəfə və 1,42 dəfə artım olmuş, 2002- ci ildə

1,01 dəfə artım olsa da, ixracın miqdarı 1,12 dəfə azalmışdır.

2003-cü İldə 0,95 dəfə və 1,16 dəfə artmış, 2004-cü ildə isə 1,1

dəfə və 1,34 dəfə artmışdır.

Neft və neft məhsullarının ixracı üzrə yüksək göstərici

2002- ci ildə qeydə alınmışdır ki, bu da 2004-cü ilə nisbətən

35400 ton çox olmuşdur. Neft və neft məhsullarının ixracda xüsusi

çəki üzrə ən aşağı göstəricisi məhz 1999-cu ildə qeydə alınmışdır.

Ən yüksək göstərici isə 2001-ci ildə 91,0% həddində qeydə

alınmışdır. Lakin 2001-2004-cü illər ərzində neft və neft

məhsullarının ixracda xüsusi çəkisi davamlı olaraq təxminən 10%

həddində azalmışdır. Bunu da müəyyən mənada müsbət hal kimi

qiymətləndirmək olar, çünki bu hal digər məhsulların da İxracına

imkan yaradır.

Azərbaycanın ixracında əsas tərəfdaşların xüsusi çəkisi

Cədvəl 27

Dövtdlldf Xüsusi cakisi, faizlə Yeri 2000 2001 2002 2003 2004 2000 2001 2002 2003 2004

43.7 57.2 50,0 52,0 44.7 1 1 1 1 1 Israrf 7.7 7,1 7.1 5.3 9.0 3 2 3 4 2

Rusıva 5.6 3.4 4.4 5.7 5.6 S 6 5 3 3 Gürcüstan 4.3 4.5 3.7 4.2 5.2 6 3 7 5 4 Törfciva 6.0 2.9 3.8 4.1 5.1 4 7 6 6 5

İran 0,4 0.4 1.4 1.9 4.2 22 20 10 10 6 Tüf1^m»Aislan 0.5 0.5 0.4 0.2 4.0 17 18 20 28 7

Xorvtflivd 0.2 1.1 0.3 2.4 3.0 31 11 21 9 9 Rumifwa 0,4 0.4 1,3 0.1 1.3 23 21 14 34 10 Ffar\sa 11.B 2.9 7.7 8.1 1.9 2 8 2 2 11

Bolqanstan 0.2 0,1 0.1 0.5 1.4 31 35 33 16 12 Taokistan 1.1 0.5 1.3 1.3 1.3 13 17 14 12 13 Almaniya 0.5 0.6 1.3 0.3 1.0 16 16 12 22 14

Cın 0.3 0.1 0.1 0.7 0,9 27 32 32 15 15 Birləşmiş Statiər 0.5 0.6 2.4 2.5 0.7 18 15 9 8 16

Yunanıstan 1.3 2.2 2.5 2.8 0.6 12 9 8 7 17 Nidoriand 1.5 0.7 0.4 0.2 0.4 9 13 19 26 20

Ukrayna 1.4 0.3 0.6 0.8 0.3 n 25 16 13 22 Latviya 0,7 0.1 0.1 0.4 0.3 15 31 33 18 23

Qazaxıstan 0.4 0.3 0.5 0.4 0.3 26 26 17 19 25 Sloveniya 0,1 0.1 0.2 0.3 0.3 35 36 24 24 24

Birtəsmıs Krafiwj 1.1 1.5 0.4 0.3 0.2 14 10 18 21 30 Litva 0.1 0.1 0.1 0.2 0.2 34 39 28 29 31

H»nd«stan 0.0 0.0 0.1 0.1 0.1 50 43 35 39 33

232

Cədvəldən 27-dən göründüyü kimi 2000-2004-cü illər

ərzində Azərbaycanın ixracında İtaliya liderliyi qoruyub

saxlamışdır. Bu dövrdə ixracda italiyanın xüsusi çəkisi 43,7-57,2%

arasında dəyişmişdir. İtaliyadan sonra bu sırada liderlik Fransa,

israil, Rusiya, Türkiyə, Gürcüstana məxsus olmuşdur. Belə ki,

2000-ci ildə Fransa 11, 8% xüsusi çəki ilə İtaliyadan sonra 2-ci yeri

tutmuşdur. 2001-ci ildə isə İtaliya 7,1%-lə bu sırada 2-ci yeri

tutmuş, Fransa isə 2,9%-lə 8-ci yerə düşmüşdür. Gürcüstan isə bu

tərəfdaşlıq sırasında 4,5% xüsusi çəki ilə 3-cü yerdə olmuşdur.

2002-2003-cü illərdə Azərbaycanın ixracında Fransa 7,7-8,1%

xüsusi çəki ilə yenidən 2-ci sıraya qalxmışdır. 2002-ci ildə israil

7,1%-lə 3-cü sıraya düşmüşdür. 4-cü sırada isə 4,8%-lə İspaniya

olmuşdur. Onu da qeyd edək ki, 2001-ci ildə İspaniya 4,4%-lə bu

tərəfdaşlıq sırasında 4-cü yeri tutmuşdur. 2003-cü ildə isə Rusiya

5,7%-lə 3-cü sıraya qalxmış, İsrail isə 5,3%-lə 4-cü sıraya

düşmüşdür. Onu da qeyd edək ki, 2000-2002-ci illərdə Rusiya

3,4-5,6%-lə 5-ci və 6-cı yerləri tutmuşdur. 2004-cü ildə isə israil

yenidən 9,0%-lə 2-ci sıraya qalxmışdır. Rusiya isə yenə də

5,7-5,8%-lə 3-cü sırada dayanmışdır. Gürcüstan isə 4-cü yerə

qalxmışdır.

2000- 2004-cü illər ərzində MDB dövlətləri arasında

Azərbaycanla ixracında Rusiya ön sırada olmuşdur. Gürcüstan isə

bu sırada Rusiyadan sonra 3-7-cİ sıralarda olmuşdur.

Türkmənistan, Qazaxıstan və Ukraynanın bu sferada tərəfdaşlığı

demək olar 1%-ə belə çatmamışdır. Yalnız Ukrayna 2000-ci ildə

1,4% paya malik olmuşdur. Və Türkmənistan da 2004-cü İldə

4,0% xüsusi çəki ilə 2003-cü ildə 28-ci sıradan 6-cı sıraya

yüksəlmişdir.

Yaxın qonşumuz olan iran isə 2000-2004-cü illərdə

Azərbaycanın ixracında xüsusi çəkisi artaraq 4,2%-lə 22-cİ

sıradan 6-cı sıraya yüksəlmişdir.

233

Xorvatiya, Rumıniya, Bolqarıstanın ixracat sferasında

xüsusi çəkisi artmağa doğru meylli olmuşdur. 2000-2004-cü illər

ərzində Xorvatiya ixracatla bağlı Azərbaycan tərəfdaşları arasında

31-ci sıradan 9-cu sıraya qalxmış, Rumıniya 10-cu sıraya,

Bolqarıstan isə 31-ci sıradan 12-ci sıraya yüksəlmişdir. Onun

xüsusi çəkisi isə 0,2%-dən 1,4%-ə qalxmışdır.

2004-cü ildə tərəfdaşlar sırasında Çinin xüsusi çəkisi

artmağa meylli olmuşdur. Birləşmiş Ştatlar isə 2002-2003-cü

illərdə nisbətən yüksək xüsusi çəkiyə malik olmuş və 8-9-cu

sırada qərar tutmuşdur. Yunanıstanla da tərəfdaşlıq 2001-

2003- cü illərdə sıx xarakterli olsa da 2004-cü ildə 0,6%-lə

Yunanıstan bu sırada 7-ci sıradan 17-ci sıraya düşmüşdür.

2000- 2002-ci illərdə Kiprin Azərbaycanla ixracat

sırasında tərəfdaşlar sırasında sıfıra bərabər olsa da, qeyd olunan

dövrdə Kiprin bu sırada yeri 100-cü sıradan 56-cı sıraya

qalxmışdır. Yalnız 2003-2004-cü illərdən Kiprlə ixracat

tərəfdaşlığında bir canlanma müşahidə edilmişdir və o, 2004-cü

ildə 27-ci sıraya yüksəlmişdir.

2000-2004-cü illərdə Latviya, Lüksemburq, Sloveniya,

Birləşmiş Ərəb Əmirlikləri, Seneqal, Suriya Ərəb Respublikası,

Litva, Hindistan, Korea Respublikasının bu tərəfdaşlıq sferasında

xüsusi çəkisi demək olar ki, 1%-ə çatmamışdır.

Azərbaycanın idxalında əsas tərəfdaşların xüsusi çəkisi Cədvəl 28

Dovf^ler XLISUSI çəkisi, İƏİZİ9 Yeri 2000 2001 2002 2003 2004 2000 2001 2002 2003 2004

Rusrva 21,3 10.7 16.9 14.6 16.2 1 2 1 1 1 Birlasmiş Kraihq 5,0 3.8 5.1 10,9 12 5 9 7 2 2

Qazaxtstan 4,9 7,0 9.0 5.3 6.7 6 5 3 7 3 Türioy® 11.0 10.4 9.4 7.4 6,4 2 3 2 3 4

Almanivə 5,a 5.1 a.o 6.5 5.6 4 6 6 5 5 Ukrayda 3.1 2,7 4.8 4,5 4.8 9 11 9 9 6 Niderland 1,6 0.9 1.0 1,7 4.3 15 21 19 15 7

C«n 2,0 2.9 3,1 3.5 4.1 11 10 11 12 8

234

Qirlaşmış Ştatlar 6.9 16.1 5.9 5.0 3.8 3 6 6 9 Yaponiva 1.4 4.7 2.9 3.9 3.6 16 7 12 10 10 Malayziya 0.2 0.2 0.3 3.8 3.6 36 39 35 11 11

Fransa 1.6 1.8 7.1 5.9 3.4 14 12 5 6 12 Türkmənistan 0.8 9.4 7.2 7.2 3.3 21 4 4 4 13

İtaliya 2.4 1.7 1.6 2.8 3 10 13 14 13 14 Özbəkistan 0.1 0.4 0.1 0.1 2.3 57 28 50 45 15

Norveç 0.5 0.3 1.2 1.3 2.1 26 36 18 18 16 İran 4.B 3.9 3.5 1.9 1.3 7 8 10 14 19

Bəlcika 0,4 1.4 0.7 1.0 0.9 31 15 22 20 21 İsveçrə 4.8 1.3 1.3 0.6 0.8 8 18 15 22 22 Qvineya 2.0 0.0 - - 0.7 11 69 - . 24

Polsa 1.8 0.8 0,4 0.3 0.5 12 23 29 30 25 Gürcüstan 0.9 0.3 0.8 0.4 0.4 20 32 21 26 28 Irtanotvə 0^ 0.2 0.1 0.2 0.2 45 43 47 41 35

Cədvəl 28-dən göründüyü kimi Azərbaycanın idxalında 1-

ci yeri Rusiya tutmuşdur. 2000-2004-cü illər ərzində demək olar

ki, Rusiya birinciliyə malik olmuşdur, yalnız 2001-ci ildən başqa,

2001- ci ildə isə idxalda əsas tərəfdaşımız Birləşmiş Ştatlar

olmuşdur ki, onun da xüsusi çəkisi 16,1% təşkil etmişdir. Onu da

qeyd edək ki, tərəfdaşların İdxalda xüsusi çəkiləri ilbəil

dəyişilmişdir. Belə ki, Birləşmiş Ştatlar 2001-ci ildə bu istiqamətdə

birinci yerdə dursa da, 2002-2004-cü illərdə onun xüsusi çəkisi

5,9-3,8%-ə düşmüş və bu sıraya 6-9-cu yerləri tutmuşdur.

Birləşmiş Krallıq, Qazaxstan, Ukrayna, Almaniya, Türkiyə

2000-2004-cü illər ərzində bu tərəfdaşlıq sırasında ön yerləri

tutmuşlar. Hətta Birləşmiş Krallığın idxalda payı 2000-ci ildə

5,0%-dən 2001-ci ildə 3,8%-ə düşsə də 2002-2004-cü illər

ərzində bu göstərici 5,1%-dən 12-ədək yüksəlmiş və Birləşmiş

Krallıq tərəfdaşlıq arasında 9-cu yerdən 2-ci yerə sahib olmuşdur.

Türkiyə 2000-ci ildə özünün ən yüksək çəki payına malik

olmuşdur. 2004-cü ildə bu göstərici 6,4%-ə düşmüş və Türkiyənin

yeri 4-cu sırada olmuşdur. Birləşmiş Ştatlar isə 2001-ci ildə birinci

yerdən 2004-cü ildə 9-cu yerə düşmüşdür. Tərəfdaşlıqda xüsusi

çəkisi isə 16,1%-dən 3,8%-ə qədər azalmışdır, Niderlandın bu

sırada yeri isə dəyişərək 2001-ci ildə 19-cu yerdən 2004-cü ildə

7-ci yerə qalxmışdır. Çin də 2000-2003-cü illərdə 10-12-ci yerdə

olsa da, 2004-cü

235

ildə tərəfdaşların sırasında onun xüsusi çəkisi 4.1% təşkil etmiş və

sırada 8-ci yerə qalxmışdır. 2000-2002-ci illərdə bu sırada

Fransanın xüsusi çəkisi 1,6%-dən 7.1%-ə qalxaraq 5-ci yeri

tutsada, 2003-2004-cü il ərzində bu nisbət 2.1% azalaraq 3.4%

olmuş və Fransa yenidən bu sırada 12-ci yerə düşmüşdür.

Türkmənistan isə 2000-ci ildə 21-ci yerdən 2001-ci ildə 4-cü yerə

qalxmışdır. 2004-cü ildə isə 13-cü yerə düşmüşdür.

Onu da qeyd ki, MDB ölkələri arasında idxalda ən yüksək

payı olan əvvəldə qeyd etdiyimiz kimi Rusiya olmuşdur. Bu sırada

ən az paya malik Özbəkistan, Gürcüstan və Belarus olmuşdur.

Flətta Gürüstan və Belarusun. 2000-2003-cü İllər ərzində də

Özbəkistanın Azərbaycanın İdxalında tərəfdaşlıq payı 1%-ə

çatmamışdır. 2004-cü ildə isə Özbəkistan bu sırada 57-ci yerdən

15-ci yerə qalxaraq 2,3% paya malik olmuşdur. Malayziya da

2000-c İldə 38-ci yerdən 2004-cü ildə 11-ci yerə qalxmış və

0,2%-dən 3,6%-paya malik olmuşdur.

Qvineya isə bu dövlətlər sırasında yeganədir ki, 2001-

2003- cü illər ərzində idxalda heç bir paya malik olmamış və

69-cu sırada olmuşdur. Özbəkistan kimi Belçika, Norveç. İsveç

dövlətlərinin bu tərəfdaşlıqda payı 2000-2004-cü illərdə artmış və

onlar 2-ci onluğa düşmüşlər.

2000-2004-cü İllərdə Beynəlxalq Standart Ticarət Təsnifatı

üzrə idxal və ixracın quruluşu (min ABŞ dolları)

Cədvəl 29

rİ İUt

2000 2001 2003 2003 ' 2004 tdMäi luwc

İMtWC Uııl İMt9C idjäi Ixnc /dvof Imc

117X71.2 1745219.9 1431107.4 2314206.1 1665484.0 2167399.7 2626161.1 2S90377.8 JStSMf.t 3615449.8 ia/t vs {Ar? ttey-

vtnfar 190127J 33706.3 193952.9 22468.4 188377.9 3950X4 259504.7 76351,9 349646.6 96237.3

1SX1.9 17687.4 24805.2 27829.5 23018.0 22137.5 23657.3 12806.2 3085X0 166S4.2 SB8S5.0 83013.6 40630. B 38228.1 41401.6 44911.6 68131.6 72803.9 102487.2 93437.0

236

2001-ci ildə 38,2%, 2002-ci ildə 23,2%, 2004-cü ildə 2,8% artım

olmuş, 2003-cü İldə isə 1,4% azalmışdır.

Yeyinti məhsulları və diri heyvanların idxalı ümumi idxalın

16,2%-i həcmində olmuşdur. Bu göstərici bu məhsulların

ixracından təxminən 82,3% çox olmuşdur. 2000-2004-cü illərdə

bu məhsulların idxalı davamlı olaraq artmışdır. Yeyinti məhsulları

və diri heyvanların idxalı əvvəlki illərə nisbətən aşağıdakı kimi

artmışdır. 2001-ci ildə 1,8%, 2002-ci ildə 2,2%,

2003- cü ildə 23,6%, 2004-cü ildə isə 25,8% artmışdır.

Yeyinti məhsulları və diri heyvanların ixracı həcmi isə

əvvəlki illərə nisbətən aşağıdakı nisbətdə dəyişmişdir; 2001- ci

ildə 33,3% azalmış, 2002-ci ildə 43,1% artmış, 2003-cü ildə 49,6%

artmış, 2004-cü ildə isə 18,6% artım olmuşdur.

2000-2004-cü ildə idxalın strukturunda içkilər və tütünün

idxal həcmi ümumi idxalın aşağıdakı nisbətində olmuşdur: 2000-ci

ildə 1,56%-i, 2001-ci ildə 1,72%-i, 2002-ci ildə 1,38%-i, 2003-cü

ildə 0,9%-i, 2004-cü ildə isə 0,88%-i həddində olmuşdur. Bu

məhsulların idxalı həcmi 2001-ci ildə əvvəlki ilə nisbətən 25,7%

artsa da, 2002-ci ildə 6,5% azalmışdır. 2003-2004-cü illərdə isə

artaraq, 2003-cü ildə 2,7%,

2004- cü ildə isə 23,6% artaraq ən yüksək həddə olmuşdur.

İçkilər və tütün məhsullarının ixracı isə 2000-2004-cü

illərdə ümumi ixracın aşağıdakı həcmində olmuşdur; 2000-ci ildə

1,02%-i, 2001-ci ildə 1,2%-i, 2002-ci ildə 1,02%-i, 2003-cü ildə

0,5%-i, 2004-cü ildə isə 0,46%-i həddində olmşudur. İçkilər və

tütün məhsullarının 2000-2004-cü illərdə idxalı ixraca nisbətən

aşağıdakı kimi dəyişmişdir; 2000-ci ildə 2,3% çox olmuş, 2001-ci

ildə 11,9% az otmuş, 2002-ci ildə 3,9% artmış, 2003-cü ildə 45,9%

çox olmuş, 2004-cü ildə isə 46,2% çox olmuşdur. Deməli,

2000-2004-cü illərdə yalnız 2001-ci ildə içkilər və tütün

məhsullarının idxalı ixraca nisbətən az olmuşdur.

2.38

Qalan illərdə idxal ixraca nisbətən çox olmuşdur.

2000-2004-cü illərdə qeyri-ərzaq xammalının (yanacaq-

dan başqa) ixracı üzrə ən yüksək göstərici 2004-cü ildə, ən aşağı

göstərici isə 2001-c ildə qeydə alınmışdır. Bu məhsulların idxalı

üzrə isə ən yüksək göstərici 2004-cü ildə, ən aşağı göstərici

2001-ci ildə qeydə alınmışdır ki, 2001-2004-cü illərdə onların

idxalı həcmi 60,4% artmışdır. 2000-2004-cü illərdə bu növ

məhsulların idxalı ixraca nisbətən aşağıdakı kimi dəyişmişdir:

2000-ci ildə 29,1% az olmuş ,2001-ci İldə 5,8% çox olmuş,

2002-ci ildə 7.9% az olmuş, 2003-cü İldə 6,4% az olmuş, 2004-cü

itdə isə 8,8% artmışdır.

2000-2004-cü illərdə mineral yanacaq, sürtgü yağları,

analoji materialların ixracı üzrə ən aşağı göstərici 2000-ci ildə, ən

yuxarı göstərici isə 2004-cü ildə qeydə alınmışdır ki, bu illərdə də

onların ixracı həcmi 50,05% artmışdır. Bu məhsulların idxalı üzrə

İsə ən aşağı göstərici 2000-ci ildə, ən yüksək göstərici isə

2004-cü ildə qeydə alınmışdır ki, həmin dövrdə də onların idxalı

həcmi 85,8% artmışdır. 2000-2004-cü illər ərzində bu növ

məhsulların idxalı ixraca nisbətən aşağıdakı həcmdə dəyişmişdir;

2000-ci ildə 96,2%, 2001-ci ildə 89,8%,

2001- ci ildə 84,8%, 2003-cü ildə 86,7% və 2004-cü İldə 86,5%

çox olmuşdur. Deməli, ümumilikdə, 2000-2004-cü illərdə bu növ

məhsulların ixracı idxala nisbətən çox olmuşdur.

Heyvan və bitki mənşəli yağlar, piylərin 2000-2004-cü

illərdə ixracı üzrə ən yüksək göstərici 2004-cü ildə, ən aşağı

göstərici isə 2001-ci ildə qeydə alınmışdır ki, qeyd olunan dövrdə

onların ixracı 92,9% artmışdır. Bu məhsulların idxalı üzrə isə ən

aşağı göstərici 2000-ci ildə, ən yüksək göstərici

2004- cü ildə qeydə alınmışdır ki, bu dövrdə də onların idxalı

həcmində təxminən 69,5% artım olmuşdur. 2000-2004-cü illərdə

bu növ məhsulların ixracı idxala nisbətən aşağıdakı

239

həcmdə dəyişmişdir; 2000-ci ildə 60,8%, 2001-ci İldə 76,8%,

2002- c i İldə 73% az olmuş, 2003-cü ildə isə 26% və 2004-cü

ildə də 26% çox olmuşdur.

Kimyəvi mallar və digər kateqoriyalara daxil edilməyən

analoji məhsulların 2000-2004-cü illərdə idxalı üzrə ən aşağı

göstərici 2001-ci ildə, ən yüksək göstərici isə 2004-cü ildə qeydə

alınmışdır ki, bu dövrdə onların ixracı həcmi 54,5% artmışdır.

Qeyd olunan məhsulların ixracı üzrə ən aşağı göstərici 2001-ci

ildə, ən yüksək göstərici İsə 2004-cü ildə qeydə alınmışdır. Bu

dövrdə ixracın həcmi təxminən 71,1% artmışdır. 2000-2004-cü

iiiərdə göstərilən məhsulların İxracı İdxala nisbətən aşağıdakı kimi

dəyişmişdir; 2000-ci ildə 63% 2001-ci ildə 66,4%, 2002-ci ildə

58%, 2003-cü ildə 65,3%,2004-cü ildə də 43% az olmuşdur.

Deməli, 2000-2004-cü ildə bu növ məhsulların ixracı idxala

nisbətən az həcmdə olmuşdur.

2000-2004-cü illərdə əsasən materialların növünə görə

təsnifləşdirilən sənaye mallarının ən aşağı ixracı həcmi 2000- ci il,

ən yuxarı ixracı həcmi isə 2004-cü ildə müşahidə edilmişdir. Bu

dövrdə ixracın həcmi təxminən 85% artmışdır. Bu məhsulların

idxalı həcmi 74% artmışdır və idxalın həcmi üzrə ən aşağı

göstərici 2000-ci ildə, ən yüksək göstərici isə 2004- cü ildə qeydə

alınmışdır. 2000-2004-cü illərdə bu növ məhsulların ixracı onların

idxalına nisbətdə aşağılakı kimi dəyişmişdir; 2000-ci ildə 91,8%,

2001-ci ildə 92%, 2002-ci ildə 92,9%,

2003- cü ildə 89,7% və nəhayət 2004-cü ildə 85,9% az olmuşdur.

Yəni 2000-2004-cü illərdə bu növ sənaye mallarının ixracı həcmi

idxala nisbətdə kəskin şəkildə aşağı olmuşdur.

Maşınlar və nəqliyyat avadanlıqlarının 2000-2004-cü

illərdə həcmi isə belə olmuşdur ki, onların ixracı həcmi 61,5%,

idxalı həcmi isə 64,7% artmışdır. Bu malların ixracı üzrə ən aşağı

göstərici 2002-ci ildə, ən yüksək həddi isə 2004-cü ildə.

240

idxalının həcnnt üzrə isə ən aşağı göstərici 2000-ci ildə, ən yuxan

göstərici isə 2004-cü ildə müşahidə edilmişdir. Bu malların ixracı

həcminin onların idxalına nisbəti aşağıdakı kimi olmuşdur: 2000-ci

ildə 86,6%, 2001-ci ildə 92,4%, 2002-ci ildə 93,4%, 2003-cü ildə

96,4% və 2004-cü ildə isə 87,7% az olmuşdur. Deməli, qeyd

olunan mal qrupunun ixracı səviyyəsi idxala nisbətən kəskin

şəkildə aşağı olmuşdur.

2000-2004-cü illərdə müxtəlif sənaye məmulatlarının idxalı

və ixracı səviyyəsi də fərqli olmuşdur. Belə ki, bu malların idxalı

qeyd olunan dövrdə 77%, İxracı həcmi isə 72,4% artmışdır. Lakin

onların idxalı ixraca nisbətən aşağıdakı həddə dəyişmişdir;

2000-ci ildə 88,7%, 2001-ci ildə 75,7%, 2002- ci üdə 74%,

2003-cü ildə 92,3%, 2004-cü ildə 90,6% çox olmuşdur. Deməli,

yenə də İdxalın həcmi ixracı üstələmişdir.

Digər kateqoriyalara daxil edilməyən mallar isə ən aşağı

göstərici həddinə malik olmuşlar.

Ümumiyyətlə, cədvəldən göründüyü kimi, göstərilən

təsnifat üzrə mineral yanacaq, sürtgü yağları, analoji materialların

ixracı həcmi yüksək göstəriciyə malik olmuşdur. İdxalın həcmində

də maşınlar və nəqliyyat vasitələri, materialların növünə görə

təsnifləşdirilən sənaye malları, yeyinti məhsulları və diri heyvanlar

üstünlük təşkil etmişdir.

1991-2004-cü illərdə idxal və ixracın dinamikası (min ABŞ

dolları)

Cədvəl 30

Dövriyy® İdxal İxrac Saldo Owalü iə rwbalan. DÖVTiwa İdxat ixrac

1991 4002234.3 18812667 2120966.1 239701.9 . - - 1992 2423835.0 939662.0 1483973.0 544111.0 60.6 so.o 70J) 1993 1353467.1 628806.0 724661.1 95855.1 SS.8 «6.9 46.6 1994 1430644.7 777910.5 652734.2 • 125176.3 105.7 123.7 90.1 1995 13046S6.5 667657.2 637199.3 '30457.9 917 85.6 97.6

241

1996 1591884.8 960636.3 631245.5 •329390.8 122.0 1439 99.1 1997 1575662.9 794343,2 781309.7 • 13033.5 99.0 82,7 123.8 1998 1682647.9 1076497.4 606150,5 -470348.9 106,8 135,5 77.6

1999 1965552.4 103S868.B 929683.6 • 106225.2 116,8 96.2 153.4 2000 2917291.1 1172071.2 1745219,9 673148.7 140,4 113,1 187J 2001 374S313.S 1431107.4 2314206,1 883098.7 128.4 122.1 132.6 2002 3832B83.7 1685484.0 2167399,7 501915.7 102.3 116.4 937 2003 5216558.0 2626181.1 2590377,8 -35803,3 136,1 157.7 1T9.5

20öd 713131Ö.9 3515061.1 3615449,8 99508.7 136,7 133.9 139,6

Cədvəl 30-dan göründüyü kimi dövriyyənin strukturunda,

idxalın və ixracın dinamikasında 1991-ci ildə müşahidə edilən

yüksək səviyyə növbəti illərdə tədricən azalmağa doğru getmiş və

1996-1997-ci illərdən başlayaraq dövriyyənin həcmində artım baş

vermişdir. Belə ki, 1991-ci ildə dövriyyənin həcmi 4002234300

ABŞ dolları olsa da, 1992-ci ildə bu göstərici təxminən 1,7 dəfə

azalaraq 242383500 dollar olmuşdur ki, bu da 1991-ci ilin müvafiq

göstəricisinin 60,6%-ni təşkil etmişdir. 1993-cü ildə isə bu göstərici

1,8 dəfə azalaraq, əvvəlki ilin müvafiq göstəricisinin 55,8%-ni

təşkil etmişdir. Bu dövrdə idxalın həcmi 1992-ci ilin müvafiq

göstəricisinin 66,9%-i, İxrac isə uyğun olaraq 48,8%-i həddində

olmuşdur. Onu da qeyd edək ki, bu illər ərzində xarici ticarət

saldosu müsbət olmuşdur. Belə ki, 1991-ci ildə idxal ticarət

dövriyyəsinin 47%-nİ, ixrac isə 53%-ni təşkil etmişdir və idxalla

ixrac arasındakı fərq 239701900 dollar olmuşdur. 1992-ci ildə isə

ticarət dövriyyəsinin təxminən 39%- İ İdxal, 61%-i isə ixracın

payına düşmüşdür. 1993-cü ildə isə bu göstəricilər müvafiq olaraq

46% və 54% olmuşdur. Qeyd edilən illər ərzində ticarət saldosu

müsbət olmuşdur və göründüyü kimi saldonun ən yüksək həddi

1992-ci ildə qeydə alınmışdır ki, bu da əvvəlki ilə və 1993-cü ilə

nisbətən 304409000 dollar və 448255900 dollar çox olmuşdur. Bu

məbləğlər uyğun olaraq 1991-ci illə müqayisədə təxminən 2,3

dəfə, 1993-cü illə müqayisədə isə 5,7 dəfə yüksək olmuşdur.

1994-1999-cu illərdə isə ticarət dövriyyəsinin həcmində

artıb-azalmalar müşahidə edilmiş, hətta 1997-ci ildən başlaya

242

raq davamlı artım tempi müşahidə edilmişdir. 1994-cü itə ticarət

dövriyyəsinin həcmi 1993-cü illə müqayisədə 5,7% artaraq,

dövriyyə 105,7%-ə çatmışdır, 1994-cü ildə ticarət dövriyyəsinin

54,4%-ni idxal, 45,6%-ni isə ixrac təşkil etmişdir. Bu dövrdə

İdxalın səviyyəsi əvvəlki ilə nisbətən 23,7% artmış, ixracın

səviyyəsi İsə 9,9% azalaraq 90,1% təşkil etmişdir. Lakin

1994-1999- cu illər ərzində xarici ticarət saldosu mənfi olmuşdur.

Dövriyyənin həcminin artıb azalması ilə əlaqədar ticarət

saldosunun də səviyyəsi dinamik olmuşdur. 1994-1999-cu İllər

ərzində mənfi ticarət saldosunun ən yüksək səviyyəsi 1998-ci İldə

qeydə alınmışdır ki, bu dövrdə idxalın səviyyəsi ixraca nisbətən

təxminən 1,8 dəfə çox, yəni 470346900 dollar çox olmuşdur.

Həmin ildə idxalın səviyyəsi əvvəlki ilə nisbətən 26,2% artımışdır,

ixracın səviyyəsi isə 22,4% azalmışdır. 1999-cu ildə isə ticarət

dövriyyəsinin də həcmi əvvəlki ilə nisbətən 16,8% artmışdır. Bu

dövrdə İxracın səviyyəsi isə əvvəlki ilə nisbətən 53,4% artım

olmuşdur.

2000-2004-cü illərdə isə ticarət dövriyyəsinin həcmi

təxminən 2,4 dəfə artmışdır. Lakin əvvəlki ilə nisbətən artım faizi

2000-2002-ci illərdə azalmağa doğru meylli olmuşdur. Bu illər

ərzində ticarət saldosu da müsbət olmuşdur, yalnız 2003- cü ildə

saldo mənfi qiymət almışdır. Ticarət saldosunun ən yü- sək

səviyyəsi 2004-cü ildə qeydə alınmışdır. 2000-2004-cü illərdə

ixracın səviyyəsi təxminən 2,1 dəfə artmışdır. Bu artım davamlı

olmuşdur. İdxalın səviyyəsində əvvəlki illərə nisbətdə artım faizi

isə bu dövrdə dəyişkən olmuşdur və ən çox artım səviyyəsi

2003-cü ildə əvvəlki ilə nisbətən 57,7% həddində olmuşdur.

İxracın səviyyəsində də əvvəiki illərə nisbətdə artım faizi dəyişmiş

və ən yüksək artım 2000-ci ildə əvvəlki ilə nisbətdə 87,7%

həddində olmuşdur. 2000-2004-cü illərdə ümumən ixracın

səviyyəsində 1-1,4 dəfə artım olmuşdur.

243

Qloballaşma şəraitində bir çox postsovet respublikalarının,

o cümlədən Azərbaycanın ümumdünya ticarət təşkilatına daxil

olmasının müsbət cəhətlərindən daha çox mənfi cəhətləri çoxdur.

Bu, özünü aşağıdakı istiqamətlərdə göstərir; 1. Xarici ticarət

əlaqələrinin ümumdünya ticarət təşkilatı (ÜTT) prinsipləri üzrə

qurulması milli istehsal sahələrinə, milli sahibkarlığa mənfi

qaydada təsir edər, onları iflas vəziyyətinə salar. Çünki milli xırda

və orta sahibkarlıq fəaliyyəti yüksək səviyyədə səmərəli deyildir,

məhsulları rəqabət qabiliyyətində deyildir. Bu baxımdan onlar daha

çox istehsal xərcləri inflyasiyasına daha artıq həssasdır. ÜTT-ı

xarici məhsulların milli bazarlara müdaxiləsini qeyri-məhdud edir,

tarif məhdudiyyətlərini aradan qaldınr. 2. Bundan irəli gələn

iqtisadi, təsərrüfat risqləri də artmış olur. 3. Bu, özünü ÜTT-nın

qadağan edici qərarları şərtləndirir. Məsələn, ÜTT ixrac

subsidiyalarını (ixrac məhsullarının istehsalı üzrə), aşağı səviyyəli

ixrac kreditini, İxrac mənfəətindən vergini, ƏDV və yaxud ƏDV-nin

azalmasından, bir sıra digər güzəştlərdən. Dünya iqtisadi mühitində

baş verən dəyişikliklər, o cümlədən dünya maliyyə bazarının

formalaşması, dünya İqtisadi strukturun, iqtisadi əlaqələrin

inteqrasiyası, bütün sferalarda qloballaşma prosesi, çoxmilli

şirkətlərin diversifikasiyası, beynəlxilq investisiyalaş- ma və s.

beynəlxiln kapitalın hərəkətinə də təsir etmişdir. Bu proseslərdə

beynəlxalq maliyyə təşkilatları fəal iştirak edirlər ki, bu da özünü

maliyyə inteqrasiyası və maliyyə innovasiya- sında daha çox

göstərir. Beynəlxalq maliyyə təşkilatları ölkələr arasında həmin

(maliyyə) sferasında rəqabətin güclənməsində, milli dövlətlərin

maliyyə problemlərinə, daxili bazara, kapitalın hərəkətinə az

müdaxilə etmələrində maraqlıdırlar. Məsələnin bu tərəfi sadəlövh

olmayan və azacıq iqtisadi təfəkkürü olan hər bir adam üçün

aydındır. Lakin o da aydındır

244

ki, belə şəraitdə maliyyə bazarı risqIərinin, faiz risqlərinin, valyuta

risqlərinin, hətta geosiyasi risqlərin ehtimalı xeyli artır və onlar

üzərində nəzarət etmək beynəlxalq qurumların özünə çətinlik

törədir, problemlər yaradır.

245

IX fəsil. Antiinhisar siyasəti və antiinflyasiya təd

birləri.

§ 38 İnflyasiyanın targetləşdirilməsi.

Son vaxtlar dünya ölkələrinin maliyyə, pul-kredit

siyasətində baş verən nöqsanlar, çatışmazlıqdır, habelə digər

cəhətlər bu sahədə həm aralıq, həm də strateji məqsədlərin dəqiq

müəyyənləşməsini tələb etmişdir. Bu baxımdan, inflyasiyasının

targetləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. D.Levçenko belə

hesab edir ki, burada aralıq məqsədlərin müəyyən edilməsi

siyasətdə məqsədli kəmiyyət müəyyənliyinin irəli sürülməsi

inflyasiyanın proqnozlaşdırılması üçün mühüm əhəmiyət kəsb

edir.' Müəllif göstərir ki, inflyasiyanın tar- gettəşdirilməsi özünə

aşağıdakı ünsürləri daxil edir; inflyasiyanın orta müddətli plan

göstəricilərinin geniş miqyasda açıqlanması; qiymət stabilİİyinin

institusionai qaydada razılaşdırılması və onun uzun müddətli

pul-kredit siyasətinin əsası kimi qiymətləndirilməsi; bu sahədə

strategiyanın geniş informasiyaya əsaslanması; monetar siyasətin

transporentliyinin, şəffaflığının artırılması; inflyasiya üzrə plan

göstəriciləri üçün bu işi tənzim edən orqanların məsuliyyətinin

artırılması. Əlbəttə, yuxarıda göstərilənlər targetləşdirmənin

ünsürlərindən çox onun müəyyən cəhətləridir və nəticə etibarilə

inflyasiyanın kəmiyyət parametrlərinin özünün şəffaflığının təmin

edilməsidir, inflyasiyanın kəmiyyət parametrlərinin müəyyən

edilməsi isə müəllifin göstərdiyindən fərqli olaraq müvafiq

riyazi-statistik modellər əsasında hesablamaların aparılması və

proqnozların verilməsini tələb edir. Çünki əks təqdirdə inflyasiyalı

məqsəd mücərrəd xarakter daşıya bilər, inflyasiyanın

targetləşdirilməsi

'fleHLi'H II KpejiHT, 2001, JV«10. səh 28

246

siyasəti çevik olmalıdır, milli valyutanın mübadilə kursu ilə

inflyasiyanın digər amilləri arasındakı əlaqəni düzgün əks

etdirməlidir. Müəllif inflyasiyanın targetləşdirilməsini məhdud

diskresion siyasətlə əlaqələndirir və hesab edir ki, hər hansı bir

ölkənin mərkəzi bankı targetləşdirmədə, targetləşdirmə modelinin

seçilməsində tam sərbəst olmalıdır. Hətta göstərir ki, mərkəzi

bankın necə hərəkət etməsi üçün heç bir təlimat lazım deyildir və

hər hansı bir tənzimləmə modelinə istinad edilməməlidir. Pul

siyasəti qaydalarında daim düzəlişlər edilməlidir. Lakin müəllif

yaddan çıxarır ki, mərkəzi banklar bundan, bu imkanlar- dın

korrupsiya məqsədi üçün istifadə edə bilərlər. Bundan başqa

burada inflyasiyalı targetləşdirmə rejimi çərçivəsində konkret

indekslərin target kimi götürülməsində bir sıra nəzəri- metodoloji

çətinliklər də vardır. Çünki qiymət stabilliyi, valyuta məzənnəsi,

hətta biz deyərdik ki. inflyasiya səviyyəsi üzrə eyni mənalı, dəqiq

meyarlar, göstəricilər mövcud deyildir. Görünür, bəlkə də bu

səbəbdən müəllifin özü inflyasiyalı targetləşdirmədə inflyasiya

göstəricisi kimi istehlak qiymətlərinin indeksini əsas hesab

etmişdir. Lakin qeyd etmək lazımdır ki, istehlak qiymətlərinin

indeksi heç də xalis olmur. Burada əlavə dəyər vergisi və aksizlər,

habelə idxal-ixrac prosesləri də mühüm əhəmiyyət kəsb edir.

İstehlak qiymətləri indeksində yuxarıda göstərilən cəhəti, amili

nəzərə almaq da son dərəcə çətindir. Çünki bu, həmin göstərici

üzrə inflyasiya İndeksinin necə deyərlər, təmizlənməsini,

saflaşmasını, yəni yuxanda göstərilən amillərin hesablaşmalarda

nəzərə alınmamasını, yeni hesablama metodikasını tələb edir.

Bu, həm də bankların hesabatlarında müvafiq dəyişikliklərin

edilməsini irəli sürür. Ümumiyyətlə, inflyasiyanın ölkədaxili və

qlobal bir problemə çevrildiyini nəzərə alaraq banklarda inflyasiya

üzər aylıq, rüblük və illik hesabatların tərtib edilməsi zəruridir.

Həmin hesabatlar, necə deyərlər.

247

inflyasiya dəhlizi, göstəriciləri çərçivəsində kənarlaşmaların

operatv qaydada tənzimlənməsinə imkan verə bitər. Əlbəttə,

inflyasiyanın targetləşdiritməsi problemini yalnız istehlak

qiymətləri ilə məhdudlaşdırmaq olmaz. Məsələn, burada xarici

valyuta məsələsini də nəzərə atmaq lazımdır. Çünki bir çox inkişaf

etmiş ölkələrdə iqtisadi aktivlər və passivlər xarici valyutaya

nominasiya edilmişdir. Ona görə də burada bir sıra makroiqtisadi

indikatorların deformasiya olunması, ölkədə situasiyanın

gərginləşməsi, inflyasiyanın artımı bu problemlə də bağlı ola bilər.

Ona görə də birinci növbədə belə ölkələr valyuta məzənnəsi

üzərində ardıcıl nəzarət aparmalı, pul təklifinin genişlənməsi və

istehsal resursrahndan istifadə məsələləri ilə ciddi məşğul

olmalıdırlar. Qeyd etmək lazımdır ki, inflyasiyalı targetləşdirmə

strategiyasına keçən ölkələr içərisində Braziliyanın təcrübəsi

daha maraqlıdır. Braziliyada targetləşdirmə stabilləşmə

proqramına, habelə mübadilə məzənnəsinin özünün

tərgetləşdirilmə- sinə əsaslanmışdır. Bizcə, bunu eyni zamanda

müəyyən dərəcə antiinflyasiya tədbiri kimi də qiymətləndirmək

olar.

İnflyasiya hal-hazırda dünyəvi və qlobal bir problemə

çevrildiyinə görə iqtisadi siyasət, o cümlədə pul-kredit siyasəti

birinci növbədə inflyasiyanın aşağı salınması, məhdudlaşdırılması

prinsipinə əsaslanır. Bəzi müəlliflər göstərir ki, ayrı-ayrı ölkələrin

dövlət bankları inhisar qiymətləri üzərində nəzarəti həyata keçirə

bilmədiklərinə və qiymətin əmtəə təklifinin real dəyişikliyinə nə

dərəcədə uyğun gəlib-gəlməməsini müəyyən edə bilmədiyinə,

habelə xarici konyukturanı tam dolğuniuğu ilə nəzərə ala

bilmədiyinə görə inflyasiya prosesinə nəzarət də xeyli çətinləşir.

Ona görə də banklar əsasən qaiıq və yaxud baza inflyasiya

adlanan mexanizmdən istifadə edirlər. '' Ona görə də burada baza

inflyasiyanın qiymətləndi- ’ npoö.ncMw npomo3upoRafiHH. 2003, ^fj3, səh. 121

248

hlməsi metodikası və bu metodikanın özünün təkmilləşdirilməsi

son dərəcə vacibdir. Məqalə müəllifi O.Osipova bununla əlaqədar

olaraq real əmtəə təklifi amilləri, ekzogen amillər, pul tələbinin

dəyişilməsi ilə əlaqədar olaraq çevik və qeyri-çe- vik qiymətlər

(şəraitə uyğunlaşma məqsədi ilə), onların dinamikasının.

inflyasiyanın makroiqtisadi parametrlə əlaqəsi, inflyasiyanın

istehlakın strukturu ilə əlaqəsi, xərclərin strukturu, əhaliyə pullu

xidmət və s. məsələləri nəzərdən keçirir. Müəllif baza inflyasiyanın

indeksini hesablayarkən burada öl- kədaxili kənd təsərrüfatı

məhsulu qiymətlərinin idxalın yüksək rəqabət qabiliyyətindən asılı

olduğunu qeyd edir və bunun dünya aqrar bazarındakı qiymət

dəyişikliyi ilə birbaşa əlaqədə olduğunu göstərir. Müəllif burada

valyuta məzənnəsinin qiymətin inflyasiya indeksində təsirini

getdikcə aşağı düşməsini göstərir. Düzdür bu, müəyyən dövrdə

belə ola bilər, lakin bütün hallarda müəllifin dediyi kimi olmur.

Çünki idxal məhsullarının qiymət artımına təsiri baxımından sırf

pul amilləri, valyuta məzənnəsi və istehsalçıların qiyməti özünü

məcmu halda göstərir, eyni qaydada da inflyasiyaya təsir edir.

249

§ 39 Antiinflyasiya tədbirləri.

İnflyasiyanın mövcudluğu şəraitində iqtisadi proseslərə

nüfuz etmək nə qədər çətindirsə, bir o qədər də vacibdir. Çünki

inflyasiya yalnız proses deyil, həm də iqtisadi hadisədir, iqtisadi

hadisələr isə bir qayda olaraq ona elmi baxımdan yanaşmağı tələb

edir. Postsovet dövlətlərinin uzun müddət qeyri-ba- zar mühitində

yaşaması onlara həmin problemin dərinliyi və ağırlığını hİss

etməyə imkan verməmişdir, inflyasiyanın idarə edilməsi

mexanizmi bu səbəbdən arxa plana çəkilmişdir. Bununla belə,

ədalət xatirinə demək lazımdır ki, pul-kredit tənzimləmə metodu

iqtisadi problemlərin praktiki həlli baxımdan xeyli dərəcədə

üstünlük təşkil etmişdir. Sovetlər dövründə əsasən inflyasiyanın

əmtəə qıtlığı forması hakim mövqeyə malik olmuşdur. Bu, bir

tərəfdən sovet iqtisadiyyatının reallığından irəli gəlirdisə, digər

tərəfdən onun bəzi iqtisadçılar tərəfindən nəzəri-metodoloji

cəhətdən əsaslandırılmaması ilə bağlı idi.

inflyasiya kimi antiinflyasiya tədbirlərinin miqyası olduqca

genişdir. Burada ümumi iqtisadi tədbirlərlə yanaşı konkret pul və

əmtəə dövriyyəsi, pul-kredit tənzimlənməsi, inhisarçılıq problemi.

investisiya problemi, uzunmüddətli investisiya, ticarət, pullu xidmət

və digər məsələlər də xüsusi əhəmiyyət kəsb edir.

İnflyasiya tədbirləri içərisində qiymətlər sisteminin və əhali

gəlirlərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.

Burada müəssisələrin maliyyə cəhətdən sağlamlaşdırıl-

ması, büdcə kəsirinin azaldılması, mütərəqqi vergi sisteminin

tədbiqi, sərt emissiya sisteminin həyata keçirilməsi, bank

fəaliyyətinin səmərəliliyinin artırılması, inflyasiyanın xarici

amillərinin neytrallaşdınlması, ixracın strukturunun

təkmilləşdirilməsi, idxal edilmiş əmtəələrin satışının düzgün təşkili,

yəni burada birinci növbədə spekulyativ halların aradan

qaldırılması, iqtisadi mənafelərlə bağlı sahibkarların və cəmiyyətin

özünün priori-

250

tet münasibətlərinin saflaşdın İma sı, bir sıra əmtəələr üzrə pulun

alıcılıq qabiliyyətinin artırılması, fond bazarının düzgün

formalaşması, qiymətdən düşmüş pulun kompensasiya edilməsi

yollarının düzgün seçilməsi, istehsalçıların inflyasiyalı motivlərinin

məhdudlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bundan başqa

pul tədavülünün sağlamlaşdırılması, habelə burada qısamüddətli

və uzunmüddətli məqsədlərin seçilməsi üzrə proqramların tərtib

edilməsi də vacibdir. Bu sferada inflyasiya hallarını aradan

qaldırmaq üçün malliyyə əməliyyatlarının tənzimlənməsi zəruridir.

Bir sözlə, pul tədavülü, maliyyə və kredit problemləri vəhdət

halında həll edilməlidir. Nəzəri-metodoloji baxımdan antİİnflyasiya

tədbirləri içərisində fiskal, monetar proseslərin, kateqoriyaların

bir-birİ ilə düzgün əlaqələndirilməsi, qiymətlə mənfəət, mənfəətlə

əmək haqqı, vergi sistemi ilə büdcə daxil olmaları, nəğd pulla

kredit arasındakı əlaqənin elmi prinsiplər üzrə təmin edilməsi

zəruridir. Belə olan halda monetar amillərin özünün də təsiri

tarazlı və sabit ola bilər. Daha konkret desək, ayrı-ayrı iqtisadi

həlqə və mexanizmlərin, tədbirlərin inflyasiyalı və antiinflyasiyalı

təbiətə malik olması araşdırılmalı və lazım gəldikdə bu sahə üzrə

müvafiq ekspertiza keçirilməlidir. Bundan başqa dövriyyədə çirkli

pulların çoxluğunu nəzərə alaraq, həmin pulların tədavüldən

götürülməsi üzrə müvafiq tədbirlərin görülməsi də faydalı olardı.

Burada ayrı-ayrı müəssisə və əhalinin pul yığımının məhsuldar

şəkildə istifadə olunması mexanizminin yaradılması da vacibdir.

İnflyasiyanın qarşısının alınmasında ayrı-ayrı firma və

şirkətlərdən iqtisadi davranışının, bəzi hallarda deyildiyi kimi

bazar davranışım qaydaya salınması da vacibdir. Onların iqtisadi,

kommersiya fəaliyyətində heç bir əsası olmadan pul gəlirlərinin

inflyasiya yarada biləcək hallarının məhdudlaşdırılması və ya

aradan qaldırılması zəruridir.

251

Antiinflyasiya tədbirləri içərisində inflyasiya törədə biləcək

pul və qeyri-pul amillərinin təsiri sistemli halda tədqiq edilməli,

araşdırılmalıdır, istehsal xərcləri inflyasiyası tədqiq edilərkən

həmin xərcləri əmələ gətirən ünsürlərin özünün inflyasiyası,

istehsal amilləri inflyasiyası, xüsusi olaraq xammal materialın,

enerjidaşıyıcılarının qiymətinin qalxmasının son məhsul

istehsalına təsiri də nəzərə alınmalı və öyrənilməlidir. Təəssüf ki,

bunun əvəzinə bəzi Qərb iqtisadçılarının ifa- dəsincə desək,

«əməyin bahalaşması» (əmək haqqı mənasında) ön plana çəkilir.

Enerjidaşıyıcılarının, ilkin xammalın qiymətinin artmasının

sahələrarası inflyasiva yaratma qabiliyyətini aşağıdakı rəqəmdən

görmək olar. Məsələn, 1992-ci il ərzində enerjidaşıyıcılarının

qiyməti 80 dəfə və bununla əlaqədar olaraq istilik enerjisi, kimya

və neft-kimya, metallurgiya sənayesində isə topdansatış qiyməti

40 dəfə artmışdır. Yəni bu, o deməkdir ki, enerjidaşıyıcılarının

qiymətinin qalxması qiymətlərin ümumi halda artmasına,

inflyasiyaya gətirib çıxarır. Həm də pis mənada olsa da, maraqlı

cəhət odur ki, qaz sənayesi rentabelli olduğu şəraitdə 1 ildən

sonra, yəni 1993- cü ildə qazın qiyməti 5 dəfə artırılmışdır. Həm

də burada nəinki inflyasiya baş verir, həm də enerjidaşıyıcıları ilə

bağlı olan digər sahələr, xüsusi olaraq emal sənayesinin maliyyə

durumu pisləşir, staqnasiya halı baş verir, ödəmələr problemi baş

verir. Həmin sahələrin və bütövlükdə bu sahələrlə bağlı büdcənin

gəlir bazası zəifləyir və beləliklə, buradan irəli gələn digər neqativ

hallar meydana çıxır. Ona görə belə bir şəraitdə əlavə kredit

emissiyası, ümumiyətlə kreditləşmə, kredit resursları da az

səmərəli olur. İstehsal xərclərinin inflyasiyası həm də müəyyən

dərəcədə dövlət gəlirlərinin nəinki azalmasına, həm də qiymətdən

düşməsinə səbəb olur. Ayrı-ayrı sahələr üzrə qiymət artımındakı

fərqlər qiymət mexanizmi vasi

252

təsilə spekulyativ əməliyyatlar aparmaq üçün əlverişli şərait

yaradır. Bundan başqa, qiymətin əsassız olaraq artması

amortizasiya fondlarının qiymətdən düşməsinə səbəb olur ki, bu

da investisiya bazasının zəifləməsinə gətirib çıxarır.

İnflyasiyaya qarşı mübarizə apararkən birinci növbədə

inflyasiya formalarının (açıq və ya gizli), inflyasiya amillərinin

ölkənin bu və ya digər inkişaf mərhələlərində təzahür etmə

xarakterini nəzərə almaq lazımdır. Çünki ölkələr və onların inkişaf

mərhələlərindəki iqtisadi şərait bir qayda olaraq inflyasiya amilləri

ilə əlaqədar olur. Ona görə də inflyasiyaya qarşı mübarizə

tədbirləri seçilərkən bu xüsusiyyət nəzərə alınmalıdır. Bu, xüsusi

olaraq özünü açıq (qiymət inflyasiyası) və gizli (qıtlıq inflyasiyası),

habelə iqtisadi tarazlığın olub-olmaması, büdcə xərclərinin

çoxluğu, azlığı, büdcə gəlirlərinin xərcləri qabaqlaması və yaxud

əksinə olması xarici iqtisadi əlaqələrdə milli valyutanın aşağı və

yaxud yuxarı məzənnəsindən istifadə olunması, ölkədə əhali

gəlirlərinin və digər gəlirlərin indeksləşdirilməsi və yaxud da

indeksləşdirilməməsi, aşağı və yaxud yuxarı faiz dərəcələrinin

mövcudluğu şəraitində təzahür etdirir. Bütün bunlar inflyasiyanın

intensivlik səviyyəsi, büdcə kəsirinin maliyyələşdirilməsi formaları,

gəlirlərin yenidən bölüşdürülməsi xarakteri, kredit ekspansiyası,

gəlirlərin indeksasiya olunub-olunmamasına və yaxud olunma

dərəcəsi və digər məsələlərlə şərtlənir.

Müasir şəraitdə nəzəri-metodoloji, hətta praktiki baxımdan

inflyasiyaya Keynsçilik, monetarist və struktur inflyasiya

nöqteyi-nəzərindən yanaşılması və ona uyğun olaraq fərqli

antiinflyasiya tədbirlərinin işlənib-hazırlanması və həyata

keçirilməsi vacibdir. Məludur ki, inflyasiyaya Keynsçilik

konsepsiyası baxımından yanaşılması istehsalın

stimullaşdınlması nöqteyi-nəzərindən sürüşkən inflyasiya

modelini, monetarist

253

konsepsiyası baxımından yanaşılma isə inflyasiyaya qarşı

mübarizədə sərt kredit-pul məhduduluğunu əsas götürür. Bu

konsepsiyalardan başqa struktur inflyasiya konsepsiyası,

nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyəyə görə inflyasiya dinamik

prosesin nəticəsi kimi qiymətləndirilir və hesab edilir ki, bu

prosesdə sahələr və iqtisadi sektorlar arasında mütənasiblik

pozulur, istehsal amillərinin mobilliyi zəifləyir, qiymətlərin

dəyişilməsində qeyri-çeviklik əmələ gəlir, təklif tələbə qarşı

qeyri-etastiki xarakter daşıyır. Ona görə də struktur inflyasiya

konsepsiyası inflyasiya mexanizmini tələb strukturunun

dəyişilməsində, bir növ tələbin yerdəyişməsində görür. Bu

konsepsiya da Keynsçi konsepsiya kimi inflyasiyanın iqtisadi

artıma stimuledici təsirini qəbul edir. Ona görə də göstərdiyimiz

kimi ölkənin inkişaf mərhələsinin xüsusiyyətindən asılı olaraq

həmin konsepsiyalardan hər hansı birindən və yaxud onların

hamısındın müəyyən çərçivədə, həddə istifadə etmək

məqsədəuyğun olardı. Bir sözlə, necə deyərlər, inflyasiya

situasiyasını, onun intensivlik dərəcəsini nəzərə almaqla fəaliyyət

göstərmək lazımdır,

Antiinflyasiya tədbirləri sistemində qiymətin sərbəst, azad

formalaşması, bazarın və istehsalçıların bir-birindən asılılığının

təmin edilməsi problemi ilə bir tərəfdən qiymətin sta- billiyi, digər

tərəfdən isə bu proseslərin törətdiyi İnflyasiya halları bir-biri ilə

ziddiyyətli əlaqə yaradır. Belə bir şəraitdə bazar sistemində geniş

yayılmış «şok terapiyası» özü də qeyri-adi müalicə xarakteri alır,

stabilləşmə və dağılma prosesi paralel qaydada həyata keçirilir,

iqtisadi inkişafda dövlətin rolunu inkar edən həmin «müalicə»

tərəfdarları iqtisadiyyatı stabifləş- dirmək üçün normativ qaydada

dövlət tədbirlərinin görülməsini zəruri hesab edirlər. Lakin burada

İnflyasiyalı qiymətin əmələ gəlməsi halları hardasa nəzərdən

qaçırılır. Belə bir və

254

ziyyətdən çıxmaq üçün Çin Xalq Respublikasındı istehsal və

xidmət sahələrində inhisarçılıq meylləri üstün olan fəaliyyət

növlərinə nəzarət gücləndirilir. Bir sıra məhsulların əvvəlcədən

müəyyən edilmiş aşağı qiymətə satılması təşkil olunur, bəzi

məhsulların isə yüksək qiymətə satılmasına şərait yaradılır.

Müəssisələr arasında maddi-texniki təchizat məsələləri müqavilə,

müqavilə qiyməti əsasında həyata keçirilir.

Azad bazar münasibətləri və onun törətdiyi bir sıra

fəsadlar, o cümlədən intensiv inflyasiya hallan istər nəzəri, istərsə

də praktiki baxımdan dünya ölkələri və iqtisadçıları arasında

müəyyən çaşqınlıq yaradır. Antiinflyasiya tədbiri kimi bəzən gah

dövlətin rolunun daha da artırılması, Sovet sisteminin necə

deyərlər, restavrasiyası, gah da lazım gəldikdə iqtisadi artımın

ləngiməsi variantlarına əl atılır. Məsələyə bu cür yanaşma da öz

növbəsində ziddiyyətli xarakter daşıyır. Ən böyük ziddiyyətli hal

ondan ibarət olmuşdur ki, postsovet dövlətlərinin meydana gəldiyi

İlk illərdə istehsal və xidmət sahələrinin ümumi həcmi və strukturu

deformasiyaya uğradığı, ərzaq məhsulları istehsalının aşağı

düşdüyü bir şəraitdə qiymətlərin liberallaşması inflyasiya

proseslərinin daha da çiçəklənməsinə potensial şərait yaratdı.

Vaxtİlə istehsalçıların istehlakçılara diktə etməsini tənqid edənlər

özləri inflyasiya gərginliyinin iştirakçısına çevrildilər.

Bu mənada, biz deyərdik kİ, inflyasiya proseslərinin in-

tensiviəşdirilməsi heç də bütün hallarda iqtisadi demokratiya ilə

uyuşqanlıq, adekvatlıq təşkil etmir, əksinə bəzi hallarda bir qrup

adamların, inhisarçıların iqtisadi diktaturasına çevrilir.

Azad iqtisadi münasibətlər obyektiv olaraq pul, bütövlükdə

iqtisadi sistemdə deformasiya haiları yaradır. Bunu və inflyasiyanı

aksiomatik bir hal kimi qəbul etmək lazımdır. Ona görə də bəzi

iqtisadçıların inflyasiyanı ya mənfi və ya müsbət

255

(xüsusi olaraq Keyns konsepsiyasından sonra) fenomen ad-

landırması hardasa eyni mənalı deyil, nisbi xarakter daşıyır.

Keyns özü etiraf edirdi ki, azad sahibkarlıq, rəqabət ciddi böhran

və uzunmüddətli staqnasiya halları törədir. Ona görə də bu reallığı

qəbul etmək şərti ilə söhbət ancaq inflyasiyanın və digər halların

vurduğu zərərin (həm iqtisadi, həm də sosial) minimum həddə

endirilməsindən gedə bilər. İndi əsas problem onu kimin və necə

edəcəyidir. Bəziləri bunun üçün «dəmir əl- )ərin» zəruriliyini qəbul

edirlər. Bəziləri də haqlı olaraq göstərir ki, bu «dəmir əllər» bir çox

hallarda inhisarçılıq, korrupsiya yaradır, bürokratizmi çiçəkləndirir.

Sual olunur, onda bəs nə etməli? Sual asan, cavabı isə çətindir.

Bu çətinliyi tək biz yox, dünya iqtisadçıları da dərk edirlər, çıxış

yolları axtarırlar. Bu yollardan biri maliyyə, kredit-pul, valyuta,

digəri tədiyyə qabiliyyətinə təsir etmə, onu stimullaşdırma, daha

doğrusu əmtəə və xidmət təklifinin artırılması yoludur. Birinci

halda dövriyyədə olan pul kütləsinin tənzimlənməsi, yeri gəldikdə

onun azaldılması, ikinci haida isə (əsasən Keyns variantı) əksinə,

əmtəə və xidmət təklifini artırmaqla pul təklifini çoxaltmaq

variantıdır. Burada istehsal resurslarından səmərəli istifadə, tam

məşğulluq mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd

etmək lazımdır ki, bir çox iqtisadçılar Keynsİn məşğulluq

konsepsiyasından danışarkən «məşğulluq» anlayışını yalnız işçi

qüvvəsi ilə məhdudlaşdırırlar. Bu, düzgün yanaşma deyildir. İndiki

halda «məşğuiluq» dedikdə bütün istehsal amillərinin,

resurslarının cari dövrdə tam, səmərəli İstismarı, işləməsi,

fəaliyyət göstərməsi başa düşülür. Elə bu baxımdan da faiz

dərəcəsinin aşağı düşməsini də Keyns investisiyanın

stimullaşdırı!- masının mühüm amili hesab etmişdir. Keyns dövlət

xərclərinin artmasının inflyasiya təhlükəsinin azalmasına təsirini

də məhz onun (xərclərin) əmtəə təklifinin artmasına müsbət təsiri

ilə

256

əlaqələndirmişdir. Doğrudan da. belə olduğu halda həmin

xərclərin xeyli artması büdcə kəsirinin çoxalmasına gətirib çıxarsa

da, müsbət əhəmiyyət kəsb edir. Göründüyü kimi, Keynsin iqtisadi

konsepsiyası, modeli bərabər şərait daxilində artıq pul tələbinin

(spros) artmasını irəli sürür. Pula tələb yalnız istehsalın

stimullaşdırılması ilə deyil, dövlət büdcəsi kəsiri, qıtlığı yolu ilə

maliyyələşdirmə qaydasında təmin edilir. Lakin son 30-40 ildə

istehsal amilləri ünsürlərinin, enerjidaşıyıcılarının qiymətinin

qalxması, bir sözlə istehsal xərcləri inflyasiyası bu problemə bəlkə

də yeni qaydada yanaşmağı tələb edir. Görünür ona görə də

keçən əsrin 60-70-ci illərindən sonra bir çox ölkələrdə deflyasiya

siyasətinə böyük əhəmiyyət verilir. Bu, birinci növbədə pul

tələbinin mümkün qədər məhdudlaşdırılma- sına yönəlmişdir.

Burada dövlət xərclərinin müəyyən hissəsinin azaldılması, verilən

kredit faizinin artırılması, vergi dərəcələrinin bazasının-bütövlükdə

vergi potensialının artırılması, pul kütləsi artımının

məhdudlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Lakin nəzərə

almaq lazımdır ki, həmin tədbirlər bərabər şərait daxilində iqtisadi

artıma, sosial məsələlərin həllinə mənfi təsir göstərə bilər. Ona

görə hər bir dövlət bu məsələnin həllinə ehtiyatla yanaşmalıdır,

necə deyərlər, yüz ölçüb, bir biçməlidir. Yuxanda göstərilən

məhduduiyyətlərin təsirini kompensasiya etmək məqsədilə

(istehsalın azalmasının təsiri mənasında) bir sıra dövlətlər əmtəə

qıtlığını azaltmaq üçün qiymətlərin qalxmasında maraqlı olur.

Bunun özü də bəzi iqtisadçılar tərəfindən antiinflyasiya tədbiri kimi

qiymətləndirilir. Halbuki bunu antiQitlıq tədbiri adlandırsaq daha

düzgün olardı. Əlbəttə, istər antiinflyasiya, istərsə də antiqıtlıq

tədbirləri zəruridir. Lakin bunu nəyin bahasına olursa-olsun etmək

lazım deyildir. Burada bir çox cəhətləri, o cümlədən bazar

şəraitinin özünün normallığını, iqtisadi durumu, inflyasiyadan

əhalinin nə

257

dərəcədə, hansı səviyyədə itirə biləcəyi variantları nəzərə almaq

lazımdır. Axırıncı məsələdə istehlak qiymətlərinin indeksləri,

yaşayış minimumu, əhalinin həyatının keyfiyyəti, istehlak səbəti,

gəlirlərin, xüsusi olaraq aztəminatlı əhalinin gəlirlərinin

indeksasiyası mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq bu, pul

dövriyyəsi və əmtəə dövriyyəsi arasındakı nisbətin deformasiya

olunduğu bir şəraitdə problematik əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yuxarıda göstərilən

və digər cəhətlər, bəzi kənarlaşma halları bir sıra ölkələr, birinci

növbədə Amerika və İngiltərə tərəfindən hətta dövlət səviyyəsində

Keyns konsepsiyasından imtina etmək dərəcəsinə gətirib

çıxarmışdır. Bu, xüsusi olaraq keçən əsrin 70-ci, 80-ci illərində

olmuşdur. Səbəb nə idi? Çünki Keynsin antiinflyasiya

konsepsiyası külli miqdarda dövlət xərcləri tələb edirdi. Bu isə

büdcə kəsirini artırır və digər fəsadlara səbəb olurdu. Ona görə də

Reyqan və Tetçer başda olmaqla Amerikanın və İngiltərənin

konservativ, mühafizəkar administrasiyası, habelə Fransanın sol

radikal qüvvələri yeni bir iqtisadi konsepsiya variantını irəli

sürdülər. Bu, «təklifin iq- tisadiyyatı» konsepsiyası kimi qəbul

olundu. Burada həm dövlət tənzimləməsinin konservativ variantı,

həm neoklassik monetarist nəzəriyyə və digər kompleks iqtisadi

müddəalar öz əksini tapmışdır. Bu konsepsiyada iqtisadi inkişafda

dövlətin tənzimləyici roluna, Keynsin baxışlarına əks mövqedən

yanaşılırdı, sahibkarlığa, necə deyərlər bazar sahibkarlığına,

rəqabətə üstünlük verilirdi. Bu konsepsiya bizcə əslində bərabər

şəraitdə bir çox iqtisadi, sosial problemlərin həllində dövlət

qayğısının azalmasını nəzərdə tuturdu. Görünür ona görə də

deflyasiya siyasətinə yeni qaydada yanaşılır, Keynsin pul tələbinin

stimul yaratdığı fikri kənara atılır, dövlət xərclərinin

258

məhdudiaşdınlması üzrə ən sərt tədbirlər görülür, kağız pul

kütləsinin mümkün qədər azaldılması məsələləri nəzərdə tutulur.

Bununla belə, mühafizəkar iqtisadi mövqeyi müdafiə edən həmin

ölkələrin özləri bir sıra sosial məsələlərin həllində tam sərt mövqe

tuta bilmirlər. Buna sosial gərginliyin artması təhlükəsi mane olur.

Beləliklə, deflyasiya siyasətinin mühafizəkar variantı daimi, sabit

deyil, çevik xarakter daşımağa başladı. Təsadüfi deyil kİ, bu hal

bəzən M.Fridmenin özü tərəfindən də tənqidə məruz qalmışdır.

Lakin bizə belə gəlir ki, mühafizəkar konsepsiya hardasa Keyns

konsepsiyasından uzaqlaşa bilmir, onu tam təkzib edə bilmir.

Bunu hətta mühafizəkar iqtisadi konsepsiyanı əsas götürən həmin

ölkələrin «istehsal xərcləri» antiinflyasiya tədbirlərindən də

görmək olar. Məsələn, burada sahibkarlıq fəaliyyətinin stimullaş-

dırılması, şirkətlərin vergi dərəcələrinin azaldılması, investisiya

üçün yığımların stimullaşdırılması, istehsalın rəqabət

qabiliyyətinin gücləndirilməsi, az rəqabətli istehsal sahələrinə

dövlət yardımından imtina edilməsi, belə sahələrin beynəlxalq

rəqabətdən qorunmaması nəzərdə tutulur. Bu tədbirlər

sistemində yalnız deflyasiya siyasətindəki dəyişikliklər deyil, həm

də istehsalın və rəqabətin stimullaşdırılması sistemi mühüm rol

oynamışdır ki, bu da nəticə etibarilə qiymətlər tarazlığı

mexanizminə müsbət təsir göstərmiş və inflyasiya mülayim, «sü-

rüşkən» səviyyədə olmuşdur.

Antiinflyasiya tədbirlərinin hazırlanması və həyata

keçirilməsi müasir inflyasiya şəraitində klassik inflyasiya

formasına nisbətən daha çətindir. Bunun üçün klassik və müasir

inflyasiyanın səciyyəvi cəhətlərini nəzərdən keçirək. Klassik

inflyasiya tipinin səciyyəvi cəhəti onun tez aşkara çıxarılması və

nisbətən qısa müddətdə stabiiləşməsi ilə əlaqədardır. Burada

xarici amil, büdcə kəsiri, büdcə kəsirinin pul emissiyası

259

vasitəsilə maliyyələşdirilməsi səciyyəvidir. Ona görə də bu

inflyasiya tipi şəraitində inflyasiyaya qarşı mübarizə daha çox

ənənəvi üsullardan istifadə edilməsi ilə əlaqədardır. Bunlar

aşağıdakılardan ibarətdir; büdcə kəsirinin azaldılması, vergilərin

artırılması, subsidiyaların azaldılması, beynəlxalq qurumların

resurslarından istifadə olunması, gəlirlərin yenidən

bölüşdürülməsi və s.

Müasir, qeyri-klassik inflyasiya klassik inflyasiya tipindən

həm səbəbi, həm mexanizmləri, həm də nəticələrinə görə

fərqlənir. Bunun başlıca əlamətləri aşağıdakılardan ibarətdir:

müasir inflyasiyanın vahid, universal, eyni mənalı səbəbinin,

amillərinin olmaması; daxili borcun mövcudluğu, maliyyə

sisteminin pozulması, inflyasiya şəraitinə uyğunlaşma

mexanizminin zəifliyi və s. Ona görə burada stabilləşmə

siyasətinə böyük əhəmiyyət veriləmlidir. Stabilləşmə sistemi

çərçivəsində qiymət həddinin, faiz dərəcəsinin, valyuta

məzənnəsinin, əmək haqqının və s. tənzimlənməsi mühüm

əhəmiyyət kəsb edir. Bəzi hallarda qeyri-ənənəvi metodlardan,

dövlətin birbaşa müdaxiləsindən istifadə edilir. Burada pulun təklifi

üzərində nəzarət, büdcə kəsirinin azaldılması, faiz dərəcəsinin

artırılması, qısamüddətli depozitlərin uzunmüddətli istiqrazlarla

əvəz edilməsi hesabına pul kütləsinin azaldılması, bütövlükdə

qəbul olunmuş stabilləşmə proqramının səmərəliliyinin artırılması

kimi məsələlər diqqət mərkəzində durur. Antiinflyasiya

tədbirlərində daxili qiymətlərin tənzimlənməsində məhdud,

nəzarət edilən pul emissiyasının, kommersiya banklarının

məcburi ehtiyat normalarının, mərkəzi bank tərəfindən müəyyən

edilmiş faiz dərəcəsinin, açıq bazarda həyata keçirilən

əməliyyatların mühüm əhəmiyyəti vardır. Məsələn, tədavüldə pul

kütləsinin tənzimlənməsində faiz dərəcəsi siyasəti aparıcı

mövqeyə malikdir. Mərkəzi banklar faiz dərəcəsini aşağı saldıqda,

kommer

260

siya bankları ssuda almaqda daha çox maraqlı olurlar. Eyni

zamanda, kommersiya banklarının həmin ssuda hesabına

verdikləri kreditlər pul təklifini artırmış olur. Və yaxud da əksinə,

faiz və ya uçot dərəcəsi mərkəzi (dövlət) bank tərəfindən artırıldığı

halda kommersiya bankları ssuda almaqda az maraqlı olurlar. Bu

isə həmin bankların verdikləri kreditin həcminin və nəticədə

müvafiq olaraq pul təklifinin həcminin azalmasına gətirib çıxarır.

Lakin bu faiz uçot dərəcəsinin də müəyən edilməsinin

həddi-hüdudu olmalıdır. Məsələn, dünya təcrübəsi göstərir ki,

inflyasiyanın səviyyəsi aşağı olduğu halda faiz dərəcəsinin aşağı

salınması ilə iqtisadiyyatda pul kütləsinin artmasına stimul

yaratmaq olar. Bu da investisiya prosesinin canlanmasına şərait

yaradar. Ümumiyyətlə, faiz dərəcəsi, qiymət indeksinin artması,

inflyasiyanın səviyyəsi və iqtisadi artım arasında optimal əlaqə

olmalıdır. Həmin əlaqənin pozulması makroiqtisadi tarazlığın,

mövcud iqtisadi durumun pozulmasına gətirib çıxara bilər. Bir sıra

iqtisadçılar dünyanın 150 ölkəsi üzrə iqtisadi artımla inflyasiya

arasındakı əlaqəni təhlil edərkən belə bir nəticəyə gəlmişlər ki,

əgər illik qiymət indeksi 40%-i ötərsə, onda iqtisadi artım dayanır,

illik inflyasiya səviyyəsi isə 100%- ə çatarsa, sənaye istehsalı

dayanar və ümumi daxili məhsulun dəyəri aşağı düşər.

İnhisarlaşmanın, inflyasiyanın məhdudlaşdırılması və

qeyh-sağtam rəqabətə qarşı mübarizənin aparılması, tədbirlərin

görülməsi bir qayda olaraq sahibkarlıq, biznes fəaliyyətini də

əhatə edir. Lakin ümumiyyətlə, qiymətin tənzimlənməsi və bu

sahədə olan neqativ hallar yalnız biznes fəaliyyəti İlə

məhdudlaşmır.

Ümumiyyətlə, antiinflyasiya tədbirləri, qiymət problemi

geniş və çoxşaxəlidir. Bu səbəbdən onları bir iqtisadi və ya riyazi

model halında sintezləşdirmək çətindir. Lakin buna bax-

261

mayarəq, ayrı-ayrı aspektlər, istiqamətlər baxımından bunu

etmək, araşdırmaq, konkret nəticəyə gəlmək mümkündür.

Genişlənmiş konsepsiya baxımından antiinhisar tədbirləri

aşağıdakı məsələlərin araşdırılmasını və həllini tələb edir;

1. Ölkədə iqtisadi və digər rəqabət və

inhisarçılıq formaları və hallarının araşdırılması,

hüdudunun müəyyən edilməsi.

2. Bazarda hansı təsərrüfat subyektlərinin

inhisarçı vəziyyətdə olmasının konkret olaraq

müəyyənləşməsi, aşkarlanması.

3. İnhisardan kənarda qalan təsərrüfat

subyektlərinə, sahibkarlara qarşı haqsız məhdu-

dedici rəqabət təzyiqlərin, hətta təhqirlərin konkret

qaydada qarşısının alınması.

4. Ayrı-ayrı sahələr və sferalar üzrə (hasilat,

emal, yeyinti sənayesi, ticarət, yanacaq

energetikası, məişət xidməti, iaşə, poliqrafiya,

səhiyyə, təhsil və s.) inhisarçılıq xüsusiyyətlərinin

öyrənilməsi və ona uyğun olaraq qeyri-inhi- sar

struktur tədbirlərinin həyata keçirilməsi.

5. Ayn-ayrı məhsullar, əmtəələr (uh, qənd,

papiros, spirtli içkilər, tikinti, kənd təsərrüftı

məhsulları və s.) üzrə qeyrt-inhisarçılıq

xüsusiyyətlərinin görülməsi.

6. İdxal və ixrac sferasında antiinhisar

tədbirləri.

7. inhisarlar tərəfindən diskriminasiya (ay-

nseçkilik) qaydasında qiymət və tariflərin müəyyən

edilməsinin konkret səbəblərinin aşkar edilməsi və

müvafiq tədbirlərin görülməsi.

8. Əmtəə bazarlarında inhisarların törət-

262

dikləri qeyri-stabil hərəkətlərin (İnhisarçı qiymət

qoyma, İstehsalı məqsədli qaydada dayandırma,

rəqibi bazardan kənarlaşdırma, digər təsərrüfat

subyektlərinə müxtəlif yolla təzyiq etmə, bununla

da alıcı və satıcılara neqativ qaydada təsir etmə

və s.) öyrənilməsi və tədbirlərin görülməsi.

9. Bir sıra təsərrüfat subyektlərinin öz

inhisarçı vəziyyətindən, reytinqindən istifadə

edərək qanunsuz olaraq əldə etdiklərinin dövlət və

ya yerli büdcəyə keçirilməsi, digər qeyri-inhisar

subyektlərə vurulan zərərin ödənilməsi, buna görə

maliyyə sanksiyalarının edilməsi.

10. Qanunsuz sövdələşmələrin,

kontraklann ləğv edilməsi.

11. İnhisarçı subyektlərdə səhmlərin

məzənnəsi və işçilərə düşən pay, ayrı-ayrı

adamların səhm məbləğindəki xüsusi çəkisinə

nəzarətin edilməsi.

12. Təsərrüfat subyektlərinin

birləşməsinə, təmərküzləşməsinə, istehsal

kooperasiyasına nəzarətin həyata keçirilməsi.

13. Bəzi inhisarların digər subyektləri

iqitisadi, istehsal əlaqələri baxımından özündən

asılı vəziyyətə salması hallarına qarşı tədbirlərin

görülməsi, inhisarlar bunu İstehlakçılara qarşı da

edə bilirlər. Məsələn, hər hansı xidmət növünü öz

əllərində cəmləşdirə bilirlər.

14. Dövlət mülkiyyətinin özəlləşdiril-

məsinin transformasiya edilməsinin inhisarların

formalaşmasına təsirinin öyrənilməsi

Azərbaycanda inhisarçılıq meylləri, istiqamətləri özünü

263

aşağıdakı deformasiya olunmuş halda göstərir:

1. Bazarların bir qrup adamlar tərəfindən

zəbt edilməsi, biz deyərdik ki, işğalı.

2. İnhisar yaradan subyektlərin əsasən

sahibkarlar deyil, bəzi məmurların, hətta bəzi siyasi

partiyaların, parlament üzvlərinin olması.

3. Belə «sahibkarlar», inhisarlar üçün xüsusi,

yazılmamış güzəştli qanunların mövcudluğu.

4. Daşınmaz əmlakın, torpağın, bahalı

binaların, mənzillərin sanki pul kimi dövriyyəyə

buraxılması (gətirilməsi). Nəticədə tikinti materiallarının,

metalın (armaturun) sürətlə bahalaşması, onun

mənzillərin digər məhsullar üçün sanki qiymətartırma

etalonu (qızıl kimi) rolu oynaması. Burada qiymətlərin

xərcə nisbətən 500-1000 faizə çatması.

5. Ölkə səviyyəsində enerjidaşıyıcıların

qiymətlərinin bir neçə dəfə artmasının özünün digər

məhsulların qiymətlərinə, istehsal xərclərinə təkan

verməsi.

6. İnhisarların məhsula olan qiymət, tarif

dərəcələrinin dövlət tərəfindən məhdudlaşdırılmaması,

məhdudlaşdırıcı tədbirlər əvəzinə şirnikləndirici

üsullardan istifadə edilməsi.

7. Rəqabət mühitinin özünün inhisara

alınması, yad, özgə kiçik və orta sahibkarların sıxışdırılıb

aradan çıxarılması.

8. Kiçik sahibkarlığın qeyri-adi kriminal

inzibati təzyiqlərə məruz qalması.

9. Bir sıra bahalı, əlverişli dövlət sifarişlərinin,

tenderlərin yaxın, münasib adamlara verilməsi, həvalə

edilməsi.

264

10. Regionlarda başlıca istehsal, satış, ictimai

iaşə obyektlərinin inhisarlaşdırılması, bir qrup adamların

əlində cəmlənməsi.

11. ixrac və idxal edilən məhsulların pərakəndə və

topdansatış qiymətləri və həcmi haqqında operativ

informasiyaların olmaması. Rusiyada da tədbirlər zəif olsa da

amma belə məlumatlar vardır. Məsələn, İtaliyadan Rusiyaya

gətirilən ayaqqabının miqdarı rəsmi statistikada göstəriləndən 4,7

dəfə, dəyəri isə 22 dəfə, Çindən gətirilən dəri və ayqqabının

miqdarı 10 dəfə çoxdur. Bunu həmin ölkələrin informasiyasından

əldə etmək olar.’

12. Xam neftin dünya qiymətlərinin

əhəmiyyətli dərəcədə qalxmasına, beləliklə də İstehsal

xərclərini bir neçə dəfə örtməsinə yüksək ixrac

rüsumlarına baxmayaraq duru yanacağın və digər neft

məhsullarının yüksək aksiz dərəcələri və əlavə dəyər

vergisi hesabına qiymətlərin xeyli qalxması.

13. Ayrı-ayrı «strateji» (çox gəlir gətirən)

məhsul satışının inhisara alınması, inhisarçılığın

əmtəələr, məhsullar üzrə «ixtisaslaşması»

14. Alınan və satılan məhsullar üzrə qiymə-

tartımının bəzi spekulyativ hallarının dünya bazarında

neftin qiymətinin artması ilə qondarma qaydada «əsas-

landırılması». Qeyd etmək lazımdır ki. 2004-cü ildə

2003-cü ilə nisbətən idxal qiymətləri taxıl məhsulları üzrə

25%, kartof üzrə 50%, soğan üzrə, şəkər üzrə 5%,

qənnadı məhsulları üzrə 14-15% yüksəlmişdir. Eyni

zamanda idxal olunan taxıl və taxıl məhsullarının həcmi

bu dövrdə 46%, ət 26%, yumurta 53%, qənnadı 49%

artmışdır. Bizcə bu cür artımı heç də həmişə nef-

' 3)K, 2004, J^8, səh. 37

265

tin qiymətilə əlaqələndirmək dü^güıı olmazdı. Belə çıxır

ki, bazar deyİl, bazara inhisarçılar qiyməti diqtə edir.

15. Bank sistemindən kənar pul kütləsinin

artması, bir çox əməliyyatların bankların İştirakı olmadan

aparılması.

16. Çirkli pulların yuyulmasının müxtəlif

mexanizmləri, variantlan və istiqamətlərinin mövcudluğu.

266

§40 Gəlirlərin indeksasiyası antiinflyasiya və kon-

pensasiya tədbiri kimi.

İqtisadiyyatın, qiymətlərin liberallaşması öz qarşısına bir

çox problemlərin həllini, o cümlədən istehlak bazannda tələb və

təklifin tarazlığının təmin edilməsini məqsəd kimi qoymuşdur.

Lakin bu tarazlıq bütün hallarda təmin edilmir. Ona görə də

qiymətlərin liberallaşması, sərbəst buraxılması şəraitində

inflyasiyanın idərə edilməsi ən çətin problemlərdən birinə çevrilir.

Təcrübə göstərir ki, qiymətlər bazar sisteminin ən dinamik,

ən kövrək ünsürüdür. Bu sferadakı dəyişiklik həm istehsal

xərclərinə, həm tələbə, həm də gəlirlərə təsir göstərir. Ona görə

də qiymətlər dinamikasının ardıcıl olaraq nəzarətdə saxlanılması,

öyrənilməsi, gəlirlərin indeksasiya edilməsi, antiinflyasiya

tədbirləri sistemində mühüm əhəmiyyət kəsb edir. Burada eyni

zamanda gəlirlərin özünün formalaşması mexanizmlərinin

öyrənilməsi, gəlir növlərinin hansının daha çox inflyasiya

yaratması, inflyasiya nəticəsində əhalinin gəlir itkilərinin

kəmiyyətcə öyrənilməsi və itirilmiş gəlirlərin konpen- sasiyası

məsələsi diqqət mərkəzində olmalıdır. Əlbəttə, kompensasiya

zamanı birinci növbədə inflyasiyanın intensivlik dərəcəsi, sosial

ədalət prinsipi, pul gəlirlərinin konkret indeksa- siyası

mexanizmləri və bunun ölkənin maliyyə vəziyyətinə, pul

tədavülünə təsiri kimi məsələlər nəzərə alınmalıdır.

Bəzən deyirlər İnflyasiya gəlirləri yeyir. Bu,doğrudan da

belədir. Bunun özünün də səbəbləri müxtəlifdir və çoxdur. Burada

ən vacib məsələ qiymət və tariflərin Özünün hərəkətinin,

dinamikasının öyrənilməsidir. Burada qiymətin və tələbin özünün

süni olaraq artırılması, iqtisadi inkişafdakı qeyri-normal

kənarlaşmalar ayrı-ayrı əmtəələrin qiymətlərinə və gəlir növlərinə,

bütövlükdə əmtəə kütləsinin gəlir məbləğinə və əhalinin məcmu

pul gəlirinə mənfi təsir göstərir, deformasiya

267

halları baş verir, nəticədə əmtəə və pul kütləsi arasındakı tarazlıq

pozulur və inflyasiya prosesləri özünə geniş yol açır.

İnflyasiya ilə əlaqədar olaraq gəlirlərin indeksasiyası həm

də əhalinin sosial müdafiəsi ilə birbaşa bağlıdır. Lakin elə

indeksasiya növü vardır ki, bu, sosial müdafiə ilə bağlı deyildir.

Məsələn, kreditləri, borcları, mənzİl-kooperativ səhmdar

cəmiyyətlərinə qoyulmuş pul vəsaitləri və s. buna aid etmən olar.

Gəlirlərin indeksasiyası sosial müdafiə baxımından müsbət hadisə

olsa da, eyni zamanda inflyasiyanın mənbələrindən birinə çevrilə

bilər. Çünki bu, bərabər şərait daxilində tədavüldə pul kütləsinin

artmasına səbəb olur, büdcə kəsirini artırır, tələb və təklifə təsir

göstərir. Ona görə də indeksasiya- nın sosial aspekti iqtisadiyyatın

stabilləşməsi və inflyasiya problemi ilə üzvü şəkildə

əlaqələndirilməlidir. İqtisadi ədəbiyyatda indeksasiyanın Öz

növbəsində inflyasiyaya gətirib çıxarması problemi də son

zamanlar diqqət mərkəzindədir. Məsələn S.Juravlyov, A.ivanter

bu problemi, yəni indeksləşdirmənin inflyasiya səviyyəsinə

təsiretmə mexanizmini aşağıdakı sadələşdirilmiş bərabərlik

vasitəsilə müəyyən etməyə çalışmışlar.’

l-PS=PS(i)+(1/k)(PS)

Burada

l-vergiləri və məcburi ödəmələri çıxmaqla əhalinin pul

gəlirləri;

P-istehlak qiymətlərinin səviyyəsi;

S-müxtəlif növ uzunmüddətli maliyyə aktivləri (səhm,

istiqraz, təcili əmanət və s.) ilə əlaqəli əhali gəlirləri;

I -bu aktivlərin gəlirliliyi (faiz və s.)

(1/k)(PS)-pul kütləsini artıran istifadə olunmamış gəlirlərin

qalan hissəsi (burada M1-pul aqreqatı, yəni nəğd pulun

' Bonpocbi 3KOHOMHKH, Ns2, 1992, səh.48

268

kassa qalığı, depozit və ona uyğun gələn qiymət səviyyəsi

nəzərdə tutulur), ona mütənasib olan-həmçinin qiymət səviyyəsi

(pul kütləsinin əks sürəti əmsalı-k, yəni alınmış əmtəə kütləsinin

həmin alqı-satqıya xidmət edən pul ehtiyatına nisbəti).

Lakin müəllif burada xərclər və gəlirlər məsələsini dövlət

büdcəsinin xərcləri və gəlirləri və əhali büdcəsinin gəlirləri və

xərcləri baxımından eynimənalı izah edə bilməmişdir. O, səhvən

İnflyasiya sürəti ilə büdcə kəsiri arasında mütləq bərabərlik görür.

Lakin nəzərə almaq lazımdır ki, büdcə kəsiri sözün geniş

mənasında həmişə inflyasiyanın sürəti ilə şərtləşmir və inflyasiya

faizinin ifadə etdiyi kəmiyyətlə üst-üstə düşmür. Həm də müəlliflər

pulun dövriyyə sürətinin artmasını «katostrofik» hal kimi

qiymətləndirir. Bundan başqa, müəlliflər nədənsə indeksləşdirmə

mexanizmlərini, amillərini «indeksləşdirmənin inflyasiya

təhlükəsi» adlandırırlar (səh 53). Bu müəlliflər də bir çox qərb

iqtisadçıları kimi indeksləşdirməni, xüsusi olaraq əmək haqqının

indeksləşdirilməsini istehsal xərclərinin artıniması, iqtisadi

proseslərdə böhran hallarının çoxalması mənbəyi hesab edirlər.

Və bir növ bəzi iqtisadçılann «indeksləşmiş iqtisadiyyat»

konsepsiyasını müdafiə edirlər ki, bu fikirlə də tamamilə

razılaşmaq olmaz. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki,

gəlirlərin artırılması heç də bütün hallarda, variantlarda yuxarıda

göstərilən neqativ hallara gətirib çıxarmır. Belə ki, gəlirlərin

yenidən bölüşdürülməsi, əhalinin geniş təbəqəsinin bundan

bəhrələnməsi yalnız sosial gərginliyi azaltmır, həm də iqtisadi

tsiklə müsbət təsir göstərir. Çünki bu, tədiyyə qabiliyyətini

artırmaqla, istehsalın inkişafına və investisiyaya stimulverici təsir

göstərir. Bu, həm də inflyasiya proseslərinin təsirini yumşaldır. Bu,

o deməkdir ki, indeksasiya prosesi, onun mexanizmi digər sosial,

iqtisadi proseslərlə vəhdət halında, paralel qaydada aparılmalıdır.

inflyasiya bazar sistemində real sosial-iqtisadi hadisədir.

269

Bu, dönməz bir prosesdir. Və bu işdə İşçinin, istehlakçının günahı

yoxdur. Lakin buna baxmayaraq, bəzi iqtisadçılar səhvən belə

hesab edir ki, gəlirlərin indeksasiyası guya əhalidə hima- yəçilik,

ələbaxımlıq psixologiyası yaradır və bu, əmək gəliri hesabına əldə

edilmir. Əvvəla, qeyd etmək lazımdır ki, birincisi, inflyasiya artıq

itirilmiş gəlirlərin kompensasiyasıdır. Bunun ələbaxımlılıqla heç bir

əlaqəsi yoxdur. İkincisi, əldə edilmiş gəlirlər, o cümlədən əmək

haqqı, pensiya, müavinətlər, təqaüd və s. gəlirlər əmək gəliri ilə

bağlıdır. Ümumiyyətlə, hansı gəlirin nə ilə bağlılığını müəyyən

etmək asan deyildir. Bütün bu və digər məsələlər aşağıdakı

sualları irəli sürür. Bütün əhalinin, yoxsa yalnız az təminatlı

əhalinin gəliri indeksasiya olunmalıdır, inflyasiya ilə bağlı bütün

itkilər, yoxsa onun bir hissəsi kompensasiya olunmalıdır; belə

şəraitdə indeksasiya olunacaq gəlirin həcmİ nə qədər olacaqdır?

Burada gəlirlərin təsnifatı, növləri, mənsubiyyəti və mənbələri kimi

cəhətlər də yuxarıda göstərilən problemlər daxilindədir. Ona görə

də iqtisadçılar tərəfindən inflyasiya ilə əlaqədar itkilərin

kompensasiya edilməsinin müxtəlif variantları irəli sürülür və bu

işdə müxtəlif məhdudiyyətlər qoyulur. Burada ən prinsipial

məsələlərdən biri də qiymət artımının hansı həddindən sonra

indeksasiyanın aparılmasıdır. Bİr qayda olaraq, qiymət artımı

5-6% həddini keçdikdən sonra indeksasiyanın aparılması

məqsədəuyğun hesab edilir, İqtisadçılar arasında mübahisə

doğuran məsələlərdən biri də budur ki, indeksasiya zamanı

əvvəlki dövrə nisbətən bahalaşmış əmtəələrin əldə edilməsinə

sərf olunan pulun həcmi, yoxsa ehtiyat halında bütün pul kütləsi

indeksasiya olunmalıdır? Əgər kompensasiya zamanı bütün pul

kütləsi əsas götürülsə, onda həm kompensasiya edilməli olan

pulun həcmi, həm də bahalaşma nəticəsində dəyən zərərin

miqdarı da artmış olur. Burada mühüm problemlərdən biri də

gəlirlərin

270

inleksasiyasının maliyyələşdirilməsi mənbələrinin müəyyən-

ləşdirilməsidir. Bəzi iqtisadçılar bunun dövlət büdcəsindən,

bəziləri sosial müdafiə fondu, bəziləri sosial sığorta fondu, bəziləri

isə işçilərin işlədikləri müəssisələrin hesabına

maliyyələşdirilməsini məqsədəuyğun hesab edirlər.

İnflyasiya nəticəsində müxtəlif gəlirlərin, əmək haqqının,

pensiyaların, sosial ödəmələrin, qiymətli kağızların indeksasi-

yası variantından başqa onların sığortalanması variantı da ola

bilər. Bu problem birinci dəfə 1968-ci ilin iyun ayında Münhen

şəhərində keçirilən 18-ci konqresdə irəli sürülmüşdür. Bu

məsələyə həyatın uzunmüddətli sığortalanması kontekstində

baxılmışdır. Burada həm sığorta olunanın sosial-iqtisadi

mənafeyinin, həm də sığorta edənin iqtisadi mənafeyinin

əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə, göründüyü kimi

istər maliyyə resursları, istərsə də inflyasiyanın sığortalanması

proseduru baxımından müvafiq göstəricilərin seçilməsi də

vacibdir. Çünki göstəricilər dəqiq müəyyən edildikdə inflyasiyanın

mənfi təsirini də tam dolğunluğu ilə qiymətləndirmək də asan olur.

Bir qayda olaraq burada pərakəndə satış qiymətlərinin indeksi

əsas götürülür. Lakin bəzən topdansatış qiymətlərinin indeksi,

kənd təsərrüfatı məhsullarının indeksi də nəzərə alınır. Hətta bəzi

ölkələrdə qiymətli kağızların, o cümlədən dövlət istiqrazlarının

indeksasiyası topdansatış qiymətlərinin in- deksasiyası əsasında

aparılır. Əlbəttə, burada gəlir növlərinin xüsusiyyətləri və əhalinin

sosial təbəqələrinin həyat səviyyəsi də fərqli qaydada nəzərə

alınmalıdır. Görünür bu mənada pensiya və müavinətlərin

indeksasiyası üçün meyar kimi yalnız pərakəndə satış qiymətinin

indeksi deyil, ölkədə mövcud olan orta əmək haqqı göstəricisi və

yaxud yaşayış minimumum göstəricisi, minimum istehlak səbəti

göstəricisi götürülə bilər. Əlbəttə, uzunmüddətli sığortalanmada

bunu müəyyən

271

ləşdirmək çox da asan deyildir. Ona görə də istər cari, istərsə də

uzunmüddətli zaman kəsiyində əmtəələrin və xidmətlərin

qiymətinin indeksi itə həyatın dəyəri indeksi müqayisəli halda təhlil

edilməli, nəzərə alınmalıdır. Əlbəttə, burada başlıca meyar, etalon

kimi İstehlak səbətinin dəyəri nəzərə alınmalıdır. Məsələn, deyək

kİ, 10 il öncə və sonra 50 min manata hər hansı məhsuldan və

yaxud məhsul qrupundan hansı miqdarda almaq mümkün idi və

ola bilər. Əlbəttə, burada əmtəələr və xidmətlər üzrə qiymətlərin

indeksi haqqında tam dolğun məlumat əldə etmək, hətta biz

deyərdik ki, onun müəyyən müddətdən sonra kiminsə tərəfindən

rəsmi qaydada təsdiqini tapması da xeyli dərəcədə çətindir. Planlı

təsərrüfatda bunu etmək nisbətən asandır. Çünki rəsmi dövlət

orqanları, o cümlədən statistika xidməti bunun rəsmi olaraq

qeydiyyatını aparırdılar. İndiki şəraitdə isə istehlak bazarındakı

sərbəstlik, qeyri-müəyyənlik, konyuktura halları dəqiq rəqəmlər

əldə edilməsinə imkan vermir, antiinflyasiya proseslərinə qarşı

tədbirlərin görülməsini çətinləşdirir. Bütün bunlar inflyasiya ilə

bağlı gəlir itkilərinin daha dəqiq müəyyən edilməsi zərurətini irəli

sürür. Burada ən maraqlı cəhətlərdən biri də qiymətli kağızların

sığortalanması, saxlanılmasıdır. Bu işdə fond birjaları mühüm rol

oynamalıdır. Qiymətli kağızlar kimi səhm və istiqrazlardan əldə

edilən gəlirlər, habelə sertifikat gəlirləri, qiymətli kağızların vacib

növlərindən biri olan xəzinə öhdəlikləri üzrə gəlirlər, bütün bunlar

mühüm sosial əhəmiyyət kəsb edir, in- deksasiya və hardasa

sığortalanma məzmununa malik olur.

Burada ən çətin problemlərdən biri təşkilatın, subyektin bir

nümayəndəsi kimi sığorta edənlərlə sığorta olunanlar arasında

normal münasibətin, əlaqələrin qurulması, yaradılmasıdır. Burada

sığorta təşkilatlarının sabit maliyyə vəziyyəti, itkilərin

kompensasiya olunması üçün maddi təminatın olması

272

məqsədilə bir sıra ehtiyat fondların yaradılması mühüm əhəmiyyət

kəsb edir. Bundan başqa sərbəst, azad ehtiyat fondunun özündən

müvəqqəti olaraq qiymətli kağızlar depozit kimi sığorta təşkilatları

tərəfindən istifadə edilə bilər. Burada müxtəlif banklar, xüsusi

olaraq əmanət bankları pul yığımında mühüm rol oynaya bilər. Bir

çox ölkələrdə xüsusi səhmdar sığorta şirkətləri yaradılır və onlar

inflyasiya şəraitində əhalinin iqtisadi mənafelərini qorumaq

məqsədilə yalnız uzunmüddətli dövrü deyil, həm də qısamüddətli

risqIi məqamları da nəzərə alırlar. Burada sığorta ödəmələri

məqsədilə yalnız əhalinin şəxsi gəlirlərindən deyil, həm də işçilərin

işlədikləri müəssisənin vəsaitindən istifadə olunur.

Əhaliyə, iqtisadiyyata dəyən zərəri . itkini indeksasiya

etmək, sığortaiamaq üçün birinci növbədə inflyasiyanın özünün

səviyyəsi düzgün müəyyən olunmalıdır. Burada əlbəttə, qiymət

artımı göstəricisi əsas meyar rolunu oynayır. Çünki qiymət indeksi

qiymətlə gəlirlər arasındakı funksional asılılığı xeyli dərəcədə

səciyyələndirir. Həm də bu, əsasən qiymətin gəlirdən asılılığını,

elastikliyini, tələblə təklifin əlaqəsini şərtləndirir. Lakin yeri

gəlmişkən qeyd etmək lazımdır ki, burada qiymət inflyasiyası ilə

gizli inflyasiya arasındakı əlaqəni tam dolğunluğu ilə görmək

olmur, indiki halda bizi məsələnin bu cəhəti maraqlandırmır.

Hərçənd, bütövlükdə inflyasiya baxımından dövriyyəyə artıq pulun

buraxılması ilə əlaqədar olaraq pulun qiymətdən düşməsi

problemi də vacibdir. Bu məsələ kitabın müvafiq bölmələrində

nəzərdən keçirilmişdir.

Ümumiyyətlə, bu məsələdə qiymət və xərclər arasındakı

əlaqənin müəyyən edilməsi çox vacibdir. Həm də xərcləri

makroiqtisadi, dövlət xərdəri, eyni zamanda əhali xərcləri

mənasında başa düşmək olar. Əgər qiymətlər sabit qalarsa,

dəyişməzsə, inflyasiyanın pulun özünün qiymətdən düşməsinə,

xərclərin gəlir

273

ləri üstələməsi halında, şəraitində təsiri baş verir, özünü göstərir.

2005- ci il may ayının 31-də respublika Prezidenti i.

Əliyev Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin

gücləndirilməsi haqqında fərman imzaladı. Fəramnda göstərilir ki,

2004-cü ilin son aylarından başlayaraq istehlak qiymətlərinin

artımı müşahidə olunur. Səbəb kimi fərmanda aşağıdakılar

göstərilir; dünya bazarlarında xam neftin qiymətinin artmasının

istehsal xərclərinə təsiri nəticəsində idxal mallarının bahalaşması,

dövriyyədə olan pul kütləsi həcminin artması, İzafi pul kütləsindən

istifadə mexanizminin zəif olması, investisiya strukturunun təkmil

olmaması, əsas sferalarda- istehsalatda, ticarətdə idxal-ixrac

əməliyyatlarında inhisarçılı- ğa qarşı mübarizənin yetərli

olmaması.

Prezident fərmanında antiinflyasiya tədbirləri ilə bağlı

aşağıdakı iqtisadi qurumlara tapşırıqlar verilmişdir; Maliyyə

Nazirliyinə, Milli Bank, İqtisadi İnkişaf Nazirliyinə, Nazirlər

Kabinetinə, Qiymətli Kağızlar Komitəsinə, Vergilər Nazirliyinə,

Dövlət Gömrük Komitəsinə. Dövlət Sosial Müdafiə Fonduna,

Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərin icra başçılarına.

274

Mündəricat

I fəsil İnflyasiya və sosial-iqtisadi problemlər.

§ 1. İnflyasiya-oyun

qaydalarının obyekti kimi ............................................... 6

§ 2. İnflyasiya çoxaspektli problem kimi ......................... 8

§ 3. İnflyasiyanın milli xüsusiyyətləri ............................ 13

§ 4. İqtisadi sistem və inflyasiya ................................... 18

§ 5, İnflyasiya-mürəkkəb və ziddiyyətli

sosial-iqtisadi proses kimi ............................................ 22

§ 6. İnflyasiyanın mənfi sosial-iqtisadi nəticələri. ...28

II fəsil İnflyasiyanın əmtəə tələbi və təklifi aspektləri.

§ 7. İnflyasiyalı tələb nəzəriyyəsi.................................. 32

§ 8. Əhalinin tədiyyə qabiliyyəti,

gəlirləri və inflyasiya ..................................................... 41

III fəsil, inflyasiyanın maliyyə-kredit aspektləri və

problemləri.

§ 9. İnflyasiyanın maliyyə problemləri .......................... 67

§10.İnflyasiyanın maliyyə-kredit amili ........................... 71

§11.Deflyasiya problemi ............................................... 77

§12.Restriksion siyasət və onun nəticələri ................... 80

§13.Maliyyə resurslarının inflyasiyalı

yenidən bölüşdürülməsi ............................................... 83

§14.Firmalarda debitor borcları və inflyasiya ............... 84

§15.Defitsit maliyyələşdirmə və inflyasiya .................... 89

275

§16.inflyasiyanın monetarist konsepsiyası və onun məhdud

çərçivədə dərk edilməsi haqqında ................................ 91

IV fəsil. İnflyasiyalı xərclər nəzəriyyəsi.

§17.Xərclər inflyasiyası və

xərclər nəzəriyyəsi ........................................................ 97

§18.İstehsal xərcləri inflyasiyası təklif inflyasiyanın əsası

kimi ............................................................................. 100

V fəsil. Qiymətin liberallaşması və inflyasiya.

§19.Qiymətin dəyərdən

kənarlaşması problemi ............................................... 108

§20.Qiymətin liberallaşması və

qiymət artımı problemi ................................................ 111

§21.Transfert qiymət əmələgəlmə ofşor mərkəzlərinin

fırıldaqları ................................................................... 121

VI fəsil. Pul, valyuta münasibətlərinin inflyasiya aspektləri

və mexanizmləri.

§22.Pul münasibətləri və inflyasiya proseslərinin

mexanizmləri .............................................................. 124

§23.Pulun tələb və təklifi problemi .............................. 129

§24.Pul kütləsi və inflyasiya ........................................ 137

§25.Kredit pulu. Elektron «pui» .................................. 143

§26.Valyutanın mübadilə məzənnəsi

inflyasiya amili kimi ..................................................... 144

§27.Valyuta məzənnəsi və

makroiqtisadi parametrlər ........................................... 154

276

§28.Manatın və dolların məzənnəsi ........................... 157

§29.«Sürüşkən» valyuta

məzənnəsi və inflyasiya............................................. 161

§30.Valyutanın möhkəmliyi və inflyasiya ................... 164

§31.Denominasiya haqqında ..................................... 166

VII fəsil. İnhisarlaşma və inflyasiya.

§32.İnhisar siyasəti .................................................... 170

§33.İnhisarçılıq şəraitində qiymət problemi ............... 173

§34.İnhisarçılıq və qiymət artımı ................................ 179

VIII fəsil. Qlobal iqtisadi münasibətlər və inflyasiya.

§35.İqtisadi əlaqələr və qiymət səviyyəsi ................... 188

§36.Tədiyyə balansı .................................................. 196

§37.İdxal-ixrac əməliyyatları, əlaqələri....................... 199

IX fəsil. Antiinhisar siyasəti və antiinhisar tədbirləri.

§38.İnflyasiyanın targetləşdirilməsi ............................ 246

§39.Antiinflyasİya tədbirləri ........................................ 250

§40.Gəlirlərin indeksasiyası antiinflyasiya və konpensasiya

tədbiri kimi .................................................................. 267

277

Çapa imzalanmışdır: 15.03.2006

Formatı 60x84 1/16. Ofset kağızı 17,5.

Tiraj 800, Sifariş 25,

“Qərənfil” mətbəəsində imzalanmışdır.