azƏrbaycan respublikasi heterogen katalİzatorlarin

36
1 AZƏRBAYCAN RESPUBLIKASI Əlyazması hüququnda HETEROGEN KATALİZATORLARIN İŞTİRAKI İLƏ BİTKİ YAĞLARINDAN BİODIZELİN ALINMASI VƏ ONUN ƏSASINDA DİZEL YANACAQ KOMPOZİSİYALARININ HAZIRLANMASI VƏ TƏDQİQİ İxtisas : 2314.01 Neftkimyası Elm sahəsi: Kimya İddiaçı: Lalə Rafiq qızı Mahmudova Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın AVTOREFERATI Bakı - 2021

Upload: others

Post on 20-Oct-2021

18 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

1

AZƏRBAYCAN RESPUBLIKASI

Əlyazması hüququnda

HETEROGEN KATALİZATORLARIN İŞTİRAKI İLƏ BİTKİ YAĞLARINDAN BİODIZELİN ALINMASI VƏ ONUN

ƏSASINDA DİZEL YANACAQ KOMPOZİSİYALARININ HAZIRLANMASI VƏ TƏDQİQİ

İxtisas : 2314.01 – Neftkimyası

Elm sahəsi: Kimya

İddiaçı: Lalə Rafiq qızı Mahmudova

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

Bakı - 2021

Page 2: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

2

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun «Yanacaqlara aşqarlar» laboratoriyasında yerinə yetirilmişdir.

Elmi rəhbər : - kimya elmləri doktoru, professorMirzə Məmməd oğlu Mövsümzadə

Elmi məsləhətçi : - kimya elmləri doktoru, professor

Rəsmi opponentlər : - kimya elmləri doktoru, professorSevinc Rafiq qızı Hacıyeva

- kimya elmləri doktoru, dosentMütəllim Məhərrəm oğlu Abbasov

- kimya elmləri doktoru, professorƏli Binnət oğlu Əliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik

Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.16 Dissertasiya Şurası

Dissertasiya şurasının sədri: k.e.d., akademik_____________ Vaqif Məcid oğlu Fərzəliyev

Dissertasiya şurasının elmi katibi: k.e.d., dosent _____________ Lalə Məhəmməd qızı Əfəndiyeva

Elmi seminarın sədri: k.e.d., dosent _____________ Füzuli Əkbər oğlu Nəsirov

İdris Məcid oğlu Əhmədov

Page 3: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

3

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı və işlənmə dərəcəsi. Elm və texnikanın sürətli inkişafı və dünyada kəskinləşən iqtisadi rəqabət mühiti, bəşəriyyətin gələcək yaşamına həlledici təsir göstərəcək ekoloji problemlərin də sürətlə artmasına səbəb olmuş, onların həllini olduqca aktuallaşdırmışdır. Bununla bağlı sənaye istehsalının intensiv inkişafı, digər tərəfdən yanacaqla işləyən istilik texniki vasitələrin həcminin sürətlə artması, ətraf mühitin ekoloji balansının pozulması, digər tərəfdən də yanacaq enerjisinin əsas istehsal mənbəyi olan xam neftin tükənmə ehtimalının yaranması - bütün bunlar müasir dövrün qlobal problemi kimi insanların diqqət mərkəzinə çevrilmişdir. Ədəbiyyat məlumatına görə 30 - 40 ildən sonra istilik elektrik enerjisinin əsas mənbəyi olan xam neftin tükənməsi gözlənilir. Analitik hesablamaların göstərdiyi kimi, bu günə olan 156.7 mlrd. tоn neft ehtiyatı indiki sürətlə istifadə edilərsə, o, təxminən 41 ildən sonra tükənəcəkdir 1. Ona görə XX yüzilliyin axırlarından başlayaraq yanacaqların qeyri neft məhsullarından alınması üçün alternativ yolların axtarışına maraq xeyli artmışdır. Belə alternativ üsullardan biri də müxtəlif bitki yağlarından (günəbaxan, qarğıdalı, pambıq, raps, soya, palma, kanola) biodizelin alınmasıdır. Biodizelin alınması prosesində «yaşıl» katalizatorların sintezi və tətbiqi müasir dövrün aktual problemlərindən biridir. Təqdim olunan disserasiya işi bitki yağlarından yüksək çıxımla biodizel əldə etmək məqsədilə yeni effektli katalizatorların sintezinə və alınan biodizel əsasında ekoloji təhlükəsiz və yüksək istismar keyfiyyətinə malik yanacaq kompozisiyaların hazırlanmasına həsr olunmuşdur. Tədqiqatın obyekti və predmeti. Tədqiqatın əsas obyektini hete-rogen katalizatorların iştirakı ilə bitki yağlarından biodizelin alınması 1Аббасов, В.М., Мамедова, Т.А., Рустамов, М.И., Талыбов, А.Г., Андрющенко, Н.К. Биодизельные топлива из растительного сырья Азербайджана // Материалы конференции посвященной 100-летию акад. М.Ф.Нагиева, НАНА, Институт Химических Проблем, - Баку: - 2008, - С. 198.

Page 4: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

4

və onun əsasında yanacaq kompozisiyalarının işlənilməsi təşkil edir. Tədqiqatın predmeti isə bitki yağlarının transefirləşmə reaksiyası vasitəsilə biodizelin alınması prosesində müxtəlif katalizatorların seçilməsi və alınan biodizel əsasında hazırlanan kompozisiyaların istismar xassələrinin öyrənilməsidir. Tədqiqatın məqsəd və vəzifələri. Müxtəlif bitki yağlarından biodizelin alınması prosesində tətbiq etmək üçün nano zərrəcikli CaO; La2(SO4)3/TiO2, tərkibində 5 - 25% CeO2 olan CeO2/γ-Al2O3 katalizatorlarının hazırlanması və tətbiqi, alınan biodizel və ənənəvi dizel yanacağı əsasında yanacaq kompozisiyalarının işlənilməsi və istismar xassələrinin öyrənilməsi dissertasiya işinin əsas məqsədidir. Tədqiqat metodları. Yeni üsulla sintez olunmuş nano CaO zərrəciklərinin quruluşu Atom Qüvvət Mikroskopunda (СЗМУ-ЛД5), üzvi maddələrin quruluş tərkibinin analizində isə müasir analiz üsullarından (İQ-, 1H, 13C NMR-spektroskopiya) istifadə edilmişdir. Hazırlanan yanacaq kompozisiyalarının yeyilməyə qarşı yağlayıcılıq xassələri dörd kürəli sürtünmə maşınında (ЧМТ - 1) ГОСТ 9490-76 tələblərinə uyğun, korroziyaya qarşı qoruyucu effekti dəyişən kontakt üsulu ilə Pinkeviç aparatında ГОСТ 5162-49 tələblərinə uyğun, mikroorqanizmlərin təsirinə biodavamlılığının mikrobioloji sınaqları ГОСТ 9.023-74 tələbinə əsasən aparılmışdır. Müdafiəyə çıxarılan əsas müddəalar: - Bitki yağlarının kiçik molekullu spirtlərlə transefirləşmə reaksiyasından biodizelin yüksək çıxımla alınması üçün yeni üsulla nano zərrəcikli CaO, La2(SO4)3/TiO2 və tərkibində 5 - 25% CeO2 olan CeO2/γ-Al2O3 katalizatorlarının hazırlanması və prosesdə katalitik fəallığının öyrənilməsi; - Bitki yağlarından biodizelin alınması prosesində nano CaO, La2(SO4)3/TiO2 və CeO2/γAl2O3 katalizatorlarının iştirakı ilə transefirləşmə reaksiyasının parametrlərinin təyini və optimal şəraitinin öyrənilməsi; - Transefirləşmə reaksiyasında biodizel ilə bərabər aralıq məhsul kimi alınan qliserini reaksiya qarışığından təmiz və itkisiz ayırmaq üçün yeni üsulun işlənib hazırlanması və alınan qliserinin yeni tətbiq sahələrinin araşdırılması;

Page 5: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

5

- Transefirləşmə reaksiyası vasitəsi ilə alınan mürəkkəb efirin ikiqat rabitəsinin KMnO4 vasitəsi ilə dihidroksilləşmə reaksiyası nəticəsində dihidroksibiodizelin sintezi və dizel yanacağına aşqar kimi öyrənilməsi; - Sintez olunmuş biodizel və ənənəvi dizel yanacağı əsasında ekoloji təhlükəsiz və yüksək istismar keyfiyyətlərinə malik yeni dizel yanacaq kompozisiyalarının hazırlanması və onların istismarı zamanı setan ədədinin, mühərrik detallarının yeyilməyə qarşı yağlayıcılıq, korroziyaya qarşı inhibitor və biosid xassələrinin öyrənilməsi; - Biodizelin mikroorqanizmlərə qarşı davamlığını təmin etmək məqsədilə yeni biostabil biodizel yanacağının işlənib hazırlanması və tədqiq edilməsi.

Tədqiqatın elmi yeniliyi. İlk dəfə olaraq: • Yeni üsulla nano CaO katalizatoru hazırlanmış və bitki yağlarından (günəbaxan, qarğıdalı, pambıq) biodizel yanacağı almaq üçün transefirləşmə reaksiyasında tətbiq olunmuşdur; • Etanolamin mühitində, etilenqlikola nisbətən daha kiçik ölçülü nano CaO katalizatoru alınmışdır. Müəyyən edilmişdir ki, nano zərrəcikli CaO katalizatorunun iştirakı ilə bitki yağlarının metil və etil spirtləri ilə transefirləşmə reaksiyasında 90 - 95% çıxımla biodizel əldə etmək olar;

• Bitki yağlarının C1 və C2 spirtləri ilə transefirləşmə reaksiyası La2(SO4)3/TiO2 «yaşıl» katalizatorun iştirakında öyrənilmiş və müəyyən edilmişdir ki, göstərilən katalizator digər katalizatorlardan fərqli olaraq, regenerasiya olunma və bir neçə (3 - 5) tsikl istifadə qabiliyyətinə malikdir; • Tərkibində 5-25% CeO2 olan CeO2/γ-Al2O3 katalizatoru hazırlanmış və bitki yağlarının C1 və C2 spirtləri ilə transefirləşmə reaksiyasında tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, bu katalizatorun aktivliyinin qələvi, qələvi metal oksidləri, HCl və H2SO4 turşularına nisbətən zəif olmasına baxmayaraq, onlardan fərqli olaraq, bir neçə tsikl işləmə qabiliyyətinə malikdir. Katalizatorun bir üstünlüyü də biodizeldən tez ayrılması və su ilə yuyulmasına ehtiyac olmamasıdır;

Page 6: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

6

• Transefirləşmə reaksiyası vasitəsi ilə sintez olunmuş mürəkkəb efirin (biodizelin) C=C rabitəsi KMnO4 ilə oksidləşdirilərək dihidroksid törəməsi sintez edilmişdir; • Transefirləşmə reaksiyasında biodizel ilə bərabər aralıq məhsul kimi alınan qliserini reaksiya qarışığından təmiz, itkisiz ayırmaq üçün yeni üsul işlənib hazırlanmış, alınan qliserinin 1,3-dioksolanları əsasında ilk dəfə aminometil və mürəkkəb efir törəmələri sintez edilmiş, dizel yanacağına aşqar kimi xassələri (yeyilməyə qarşı yağlayıcılıq, korroziya inhibitoru və biosid xassəsi) öyrənilmişdir; • Sintez olunmuş biodizel və ənənəvi dizel yanacağı əsasında yanacaq kompozisiyaları hazırlanmış və istismar xassələri (setan ədədi, yağlayıcılıq və korroziya inhibitoru) öyrənilmişdir; • Kompozisiyaların mikroorqanizmlərə qarşı davamlılığını təmin etmək məqsədilə tərkibinə tədqiq edilmiş biosid aşqarı (α-fenil-β-nitroeten və α-furil-β-nitroeten) əlavə etməklə mikroorqanizmlərə qarşı bioloji stabilliyi təmin olunur, saxlama müddəti artır. Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yeni üsulla hazırlanmış nano zərrəcikli CaO katalizatorunun iştiraki ilə bitki yağlarının metil və etil spirtləri ilə transefirləşməsindən yüksək çıxımla (90 - 95%) biodizel alınmışdır. Bərk super turş «yaşıl» katalizatorların iştirakı ilə bitki yağlarının C1 və C2 spirtləri ilə transefirləşmə reaksiyalarından alınan biodizelin su ilə yuyulmasına ehtiyac qalmır. Bu da təmiz suya qənaət etmək və ekologiyaya zərər verməməklə işin praktiki əhəmiyyətini göstərir. Transefirləşmə reaksiyalarından alınan təbii qliserinin təmiz (99%) və itkisiz halda əldə edilməsi müasir dövrün əsas problemlərindən biridir. Təcrübə nəticəsində müəyyən edilmişdir ki, bitki yağlarından alınan biodizelin setan ədədi (47 - 49) normal dizel yanacağına (42 - 45) nisbətən yüksəkdir. Müəyyən edilmişdir ki, biodizel, dizel yanacağından fərqli olaraq, aşqar kimi yüksək yağlayıcılıq və korroziya inhibitoru kimi aşqar xüsusiyyətlərinə malikdir. Aprobasiyası və tətbiqi. Dissertasiya işinin əsas nəticələri

Page 7: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

7

aşağıda adları çəkilən respublika və beynəlxalq elmi konfranslarda məruzə edilmiş və müzakirə olunmuşdur: VII-Бакинская Международная Мамедалиевская конференция по нефтехимии, посвященная 80-летию Института Нефтехимических процессов НАН Азербайджана (Баку - 2009); Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların V Respublika Elmi Konfransının materialları (Bakı-2011); Akademik Ə.M. Quliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı (Bakı - 2012); Sumqayıt Dövlət Universitetinin 50-illik yubileyinə həsr olunmuş «Monomerlər və polimerlər kimyasının müasir problemləri» üzrə II Respublika Elmi Konfransı (Sumqayıt - 2012); Альтернативные источники сырья и топлива. Тезисы докладов Международной научно-технической конференции (Минск - 2013; 2015; 2017; 2019); Akad. Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş «Sürtkü materialları, yanacaqlar, xüsusi mayelər, aşqar və reagentlər» mövzusunda Respublika Elmi Konfransı. Məruzələrin tezisləri (Bakı - 2015); Тезиси докладов IX Бакинская Международная Мамедалиевская конференция по нефтехимии (Баку - 2016); Akad. B.Q. Zeynalovun 100 illik yubileyinə həsr olunmuş «Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz» mövzusunda beynəlxalq elmi-texniki konfrans (Bakı - 2017); Professor S.Ə. Sultanovun 90 illik yubileyinə həsr olunmuş respublika elmi-texniki konfransı «Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar» Məruzələrin tezisləri (Bakı - 2017), Akad. M.Nağıyevin 110 illiyinə həsr olunmuş «Nağıyev qiraətləri» elmi konfransının materialları (Bakı - 2018). Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirilmişdir. Müəllifin şəxsi iştirakı. Dissertasiyaya daxil olmuş əsas ideyalar, məsələlərin qoyuluşu və onların yerinə yetirilməsi, təcrübə sınaqlarının aparılması, alınan nəticələrin ümumiləşdirilməsi, məruzə

Page 8: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

8

və dərc olunması şəxsən müəllif tərəfindən həyata keçirilmişdir. Həmmüəllif olduğu elmi əsərlərdə iştirakı aparılan tədqiqatların istiqamətlərinin verilməsindən, qoyulmuş məsələlərin və eksperi-mentlərin metodikasının seçilməsindən və əsaslandırılmasından ibarət olmuşdur. Çap olunmuş elmi əsərlər. Dissertasiya işinin nəticələri 29 elmi əsərdə dərc olunmuşdur: onlardan 9-u məqalə, 2-si konfrans materialı və 15-i isə məruzələrin tezisidir. Dissertasiya işinin nəticələri ilə əlaqədar 3 Azərbaycan Respublikası Patenti alınmışdır. Çap olunmuş əsərlər dissertasiyanın mahiyyətini tam əks etdirir. Dissertasiya işinin quruluşu və həcmi. Dissertasiya işi giriş, 3 fəsil, nəticələr və nəşrə istinadı əhatə edən 225 sayda biblioqrafik adda istinad olunmuş ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işi 44 cədvəl, 14 şəkil, 7 qrafik və ümumi həcmi 155 səhifə çap olunmuş materialdan təşkil olunmuşdur. Giriş hissədə mövzunun aktuallığı, dissertasiya işinin məqsədi, işin elmi yeniliyi, praktiki əhəmiyyəti, nəticələrin etibarlılığı, işin aprobasiyası, quruluşu və həcmi, nəşrlər əsaslandırılmış, fəsillərin mahiyyəti qısa şəkildə xarakterizə edilmişdir. Birinci fəsil biodizelin alınması və bu prosesdə istifadə olunan katalizatorların hazırlanması haqqında məlumatları özündə əks etdirən ədəbiyyat icmalından ibarətdir. Bu sahədə tədqiqatların aparılmasına ehtiyac olduğu və biodizelin «Yaşıl Kimya» üsulu ilə sintezinin, aralıq maddə kimi alınan qliserinin təmiz şəkildə ayrılmasının aktual problem olduğu əsaslandırılaraq son dövrün elmi ədəbiyyatları araşdırılmışdır. İkinci fəsil nano CaO zərrəciklərinin və «yaşıl» katalizatorların (La2(SO4)3/TiO2 və CeO2/γ-Al2O3) hazırlanması və bitki yağlarının C1 - C2 spirtləri ilə transefirləşmə reaksiyasından biodizel və qliserinin alınmasında tətbiqi, alınan birləşmələrin fiziki-kimyəvi xassələrinin tədqiqi və spektral analiz üsulları ilə quruluş-larının təsdiqi, qliserinin təmiz şəkildə ayrılması və onun əsasında aminometil və efir törəməsinin alınması, biodizel və ənənəvi dizel yanacağı əsasında yeni yanacaq kompozisiyalarının hazırlanması və onların istismar xassələrinin öyrənilməsinə həsr olunmuşdur.

Page 9: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

9

Üçüncü fəsildə tədqiqat üsulları və aparılan tədqiqatlardan alınan nəticələrin müqayisəli şəkildə təhlili əks olunmuşdur. Dissertasiyanın sonunda aparılmış tədqiqatların mahiyyətini özündə əks etdirən nəticələr, istinad olunmuş ədəbiyyatların siyahısı təqdim olunmuşdur.

İŞİN ƏSAS MƏZMUNU

Dissertasiya işində yerinə yetirilmiş tədqiqatlar yeni tərkib katalitik sistemlərin alınması, onların iştirakında bitki yağlarının metil və etil spirtləri ilə transefirləşmə prosesini həyata keçirərək yüksək çıxımla biodizel əldə etmək və onun əsasında ekoloji təhlükəsiz və yüksək istismar xassələrinə malik yanacaq kompozisiyaları hazırlamaqdır. Biodizelin sintezində əsas problemlərdən biri də alınan təbii qliserinin reaksiyaya girməyən yağ, di- və monoqliserid qarışıqlarından təmizlənməsidir. Müasir dövrdə tibb, kosmetika, qida və kimya sənayesində təmiz (99%) təbii qliserinə böyük tələbat olduğu nəzərə alınaraq 2, təqdim olunan dissertasiya işində bu aktual problem də həll edilmişdir.

Nano CaO katalizatorunun hazırlanması

Nano CaO katalizatoru aşağıdakı tənliklər üzrə hazırlanmışdır:

Ca(NO3)2 Ca(OH)2-

Ca(OH)2 CaO

.4 H2 O

2 NaOH4 H2OHO-CH2-CH2-NH2+ + 2 NaNO3

t + H2O

Ekvimolekulyar nisbətdə Ca(NO3)2 · 4H2O və NaOH qarışığı təzə distillə olunmuş etanolamin mühitində otaq temperaturunda 30 dəq.

2 Pereira, B.R., Carvalho, R.M., Caetano, S.T. Cosmetic production from glycerine the biodiesel // Periodico Tche Quimica, Brazil: – 2018. volume 15, № 30, – p. 185-192.

Page 10: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

10

müddətində mexaniki qarışdırıcı ilə sürətlə qarışdırılıb, 5 saat sükunətdə saxlanıldıqdan sonra əmələ gələn Ca(OH)2 çöküntüsü süzülüb ayrılır, bir dəfə su ilə yuyularaq vakuum eksikatorda qurudulur. Ca(OH)2-in kalsinasiya prosesi xüsusi kontakt termometrlə təchiz olunmuş Mufel sobasında aparılır. Kalsinasiya temperaturundan (500oC-ə qədər) və zamandan asılı olaraq, 10 - 147 nm ölçülü CaO zərrəcikləri almaq mümkündür. Təcrübə nəticəsində müəyyən edilmişdir ki, bir qəfəsdə olan Ca(OH)2-in sayı nə qədər az olarsa, onun kalsinasiyasından alınan nano CaO zərrəciklərinin ölçüləri də bir o qədər kiçik olar. Nano CaO zərrəciklərinin quruluşu yarımkontakt rejimdə (СЗМУ-ЛД5) Atom - Qüvvət Mikroskopunda (Bakı Dövlət Universiteti) öyrənilmişdir. Şəkil 1-də nano CaO zərrəciklərinin 2D və 3D proyeksiyası verilmişdir.

Şəkil 1. Nano CaO zərrəciklərinin 2D və 3D proyeksiyası

Page 11: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

11

Nano CaO-in katalitik iştirakı ilə günəbaxan yağının metil spirti ilə transefirləşməsindən biodizel və qliserinin alınması

Bitki yağlarının transefirləşmə reaksiyası üç mərhələdə gedir. Birinci mərhələdə biodizel-diqliserid, ikinci mərhələdə biodizel-monoqliserid, üçüncü mərhələdə biodizel-qliserin alınır. Təcrübə zamanı CaO nano zərrəciklərin ölcüsünün, miqdarının, yağın spirtə olan nisbətinin, temperaturun və reaksiya müddətinin günəbaxan yağının metil spirti ilə transefirləşməsindən alınan biodizelin çıxımına təsirinin optimal şəraiti öyrənilmişdir: yağ: CH3OH =1:6, t=60-70oC, τ =2saat, CaO nano zərrəciklərin ölçüsü 10-15nm, miqdarı 1.5%. Bu optimal şəraitdə çıxım 95% təşkil edir [7]. Transefirləşmə reaksiyası aşağıdakı ardıcıllıqla gedir:

CH3OH

CaO

monoqliserid qliserin

+H-OCH3

H

CH2-OH

CH2-OH

CH-OH

CH2-OH

CH-OH

CH2-OH

+

biodizel

diqliserid

+

triqliserid

- R-COOCH3

- R-COOCH3

CH2-O-CO-R

CH-O-CO-R

CH2-O-CO-R

CH2-O-CO-R

CH-O-CO-R

CH2-O-CO-R

CH-O-CO-R

CH2-O-CO-R

CH2-O-CO-R

OCH3...

CH-O-CO-R

CH2-O-CO-R

CH2-O-CO-R

R-COOCH3

R = C16 - C18

Nano CaO katalizatorunun miqdarının biodizelin çıxımına təsiri şəkil 2-də verilmişdir. Qrafikdən göründüyü kimi, nano CaO-in miqdarının 0.5-dən 1.5%-ə qədər artması biodizelin çıxımının 90 - 95%-ə qədər yüksəlməsinə səbəb olur. Lakin nano CaO-in miqda-rının sonrakı artımı biodizelin çıxımının azalmasına səbəb olur. Optimal variant 1.5% qəbul edilmişdir.

Page 12: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

12

Belə fərz etmək olar ki, istifadə olunan nano CaO katalizatorunun miqdarının 1.5%-dən çox olması transefirləşmə reaksiyası başa çatdıqdan sonra heteroreak-siyanın başlanmasına, yəni əmələ gələn biodizel (C16 - C18 turşuların metil efiri) və qliserin qismən reaksiyaya girərək, yenidən mono- və diqliseridin əmələ gəlməsinə səbəb olur. Alınan biodizelin kinematik özlülüyünün və xüsusi çəkisinin artması bu fərziyyənin doğruluğunu təsdiq edir:

Şəkil 2. Nano CaO-in miqdarının

biodizelin çıxımına təsiri

COOCH3 CH3OH-monoqliserid diqliserid

R + +OHHO OCOROH OHHO OCORHO

OCOR

Məlumdur ki, günəbaxan yağının tərkibi 55 - 65% linol, 33 - 36% olein, 5 - 10% palmitin və stearin turşularının qarışıq triqliserid-lərindən ibarətdir. Bu yağdan sintez olunan biodizelin tərkibi də yuxarıda göstərilən doymuş və doymamış C16 - C18 turşuların metil efirlərinin qarışığıdır. Biodizelin müasir GX analizi (Agilent Technologies 7890 A GC system) (Şəkil 3.) göstərir ki, onun tərkibindəki doymuş və doymamış turşu efirlərinin nisbəti yağın tərkibində olan turşuların nisbətinə uyğun gəlir. Bu nəticəyə əsasən demək olar ki, günəbaxan yağının tərkibində olan müxtəlif turşu qliseridləri metil spirti ilə təxminən eyni nisbətdə efir əmələ gətirirlər.

Page 13: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

13

Şəkil 3. Biodizelin xromatoqramması

Günəbaxan yağının spektrindən fərqli olaraq, biodizelin H1-NMR spektrində (Şəkil 4.) qliserin fraqmentinə -OCH2-CH(O)-CH2O- aid protonların müşahidə pikləri (4.2 - 4.5 m.h.) yoxdur. Spektrdə -OCH3 qrupuna aid intensiv pik 3.60 m.h. müşahidə olunur. Biodizelin CH3 və HC=CH fraqmentlərinin protonları isə 0.85 və 5.30 - 5.40 m.h. sahədə intensiv piklər şəklində müşahidə olunur.

Şəkil 4. Biodizelin 1H-NMR spektri

Page 14: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

14

Biodizelin quruluşu həmçinin Varian 3600 FT-İR spektrometri ilə də öyrənilmişdir. Spektrdə 1120sm-1, 1190sm-1 udulma zolaqları C - O rabitəsinə, 1620sm-1 udulma zolaqları C = C rabitəsinə, 1740sm-1

udulma zolaqları C = O rabitəsinə uyğun gəlir. Spektrdə 2750 - 3000sm-1 udulma zolaqları CH2 və CH3 qruplarının valent rəqslərinə uyğun gəlir. Nano CaO katalizatoru ilə günəbaxan yağının etil spirti ilə transefirləşməsindən 85 - 95% çıxımla aşağıdakı tənlik üzrə biodizel sintez edilmişdir.

ROCO C2H5OH R - COOC2H5+OHHO OHOCOR

OCOR+3 3

Təcrübə zamanı müəyyən edilmişdir ki, etil spirti də metil spirti ilə aparılan reaksiya üçün tapılmış optimal şəraitdə (yağ : C2H5OH = 1 : 6, t = 60 - 70oC, τ = 2 saat, katalizatorun miqdarı - 1.5% (yağa görə)) günəbaxan yağı ilə reaksiyaya girərək 90 - 95% çıxımla biodizel əmələ gətirir. Etil radikalına malik biodizelin quruluşu da 1H - NMR və 13C -NMR-spektroskopiya üsulu ilə öyrənilmişdir (Şəkil 5) .

Şəkil 5. Etil-biodizelin 1H-NMR - spektri

Page 15: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

15

Biodizelin karbonil zəncirinin CH3 qrupu 0.9 m.h. triplet şəklində müşahidə olunduğu halda, -CH3-CH2O- (etoksi) fraqmentinin CH3-qrupu 1.1 m.h.-də triplet (J=7.2Hz), CH2O qrupu isə 4.15 m.h.-də kvadruplet (J=7.2Hz) şəklində rezonans olurlar. Biodizelin tərkibində -HC=CH- rabitəsinin protonları isə 5.30-5.50 m.h. arasında müşahidə olunur. Biodizelin 13C- spektrində metil qrupunun C atomu 15 m.h., C=C atomları 126, 129 m.h., C=O qrupunun karbon atomu isə 210 m.h.-də müşahidə olunur. Müəyyən edilmişdir ki, nano CaO katalizatorunun iştirakında qarğıdalı və pambıq yağları da günəbaxan yağı üçün müəyyən edilmiş optimal şəraitdə metil və etil spirti ilə transefirləşmə reaksiyasında 80 - 90% çıxımla biodizel əmələ gətirirlər. Qeyd etmək lazımdır ki, pambıq yağından alınan biodizelin faizlə miqdarı digər iki yağa nisbətən az olur (80 - 82%). Buna səbəb pambıq yağının tərkibində digər iki yağa nisbətən aminfosforlu lipidlərin çox olmasıdır. Bitki yağlarının nano CaO katalizatorunun iştirakı ilə C1 - C2 spirtləri ilə transefirləşməsindən alınan biodizelin fiziki-kimyəvi xassələri öyrənilmişdir. Qeyd etmək lazımdır ki, qələvi və qələvi torpaq metalların oksidləri, əsasları və duzları, eyni zamanda mineral turşular (HCl, HNO3, H2SO4) transefirləşmə reaksiyasında katalizator kimi yalnız bir tsikl istifadə olunur və alınan biodizel bir və bir neçə dəfə su ilə yuyulmalıdır. Bu da iqtisadi cəhətdən sərfəli deyil. Ona görə də son zamanlar heterogen katalizatorların sintezi və transefirləşmə reaksiyasında tətbiqi aktual problem sayılır.

La2(SO4)3/TiO2 katalizatorunun hazırlanması və bitki yağlarının

C1 və C2 spirtləri ilə transefirləşmə reaksiyasında tətbiqi La2(SO4)3/TiO2 katalizatoru Keqqin tipli bərk heterofil-turşudur. Göstərilən katalizatorun yalnız efirləşmə reaksiyasında istifadə olunması haqqında ədəbiyyatda məlumat vardır 3. 3 Yanq,L., Guo,H., Synthesis of ethyl oleate catalyzed by solid superacid SO4

-2/ TiO2/La+3 //Chemical Researches of Chinese Universities.– 2010. №26, – p. 92-97

Page 16: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

16

Təqdim olunan işdə bitki yağlarının metil və etil spirtləri ilə transefirləşmə reaksiyalarından biodizel almaq üşün La2(SO4)3/TiO2 bərk heterofil turşusundan ilk dəfə katalizator kimi istifadə olunmuşdur. Katalizator ədəbiyyatda məlum olan aşağıdakı sxem üzrə sintez edilmişdir:

TiCl4 TiO2 La2(SO4)3 / TiO2

1. H2O

2. NH4OH, pH=7-8

1. La(NO3 ) 3

2. H2SO 4

Təcrübə zamanı bitki yağının spirtə olan nisbətinin, katalizatorun miqdarının, temperaturun və vaxtın biodizelin çıxımına təsiri öyrənilmişdir. La2(SO4)3/TiO2 katalizatorunun iştirakında günəbaxan yağının metil spirtinə 1:6 nisbətində və 4 saat müddətində biodizelin çıxımı 40% təşkil edir. Vaxtı 6 saata qədər davam etdirdikdə çıxım 69%-ə qədər yüksəlir. Lakin 8 saatdan sonra çıxım sabit qalır. Müəyyən edilmişdir ki, katalizatorun miqdarının 6%-ə qədər (yağa görə) artması biodizelin çıxımının artmasına səbəb olur. Lakin sonrakı artım biodizelin çıxımına təsir etmir. Qeyd etmək lazımdır ki, La2(SO4)3/TiO2 katalizatorunun iştirakı ilə qarğıdalı və pambıq yağlarından da yuxarıda göstərilən optimal şəraitdə biodizel sintez edilmişdir. Bu katalizatorun üstün cəhətlərindən biri, onun təcrübədən sonra ayrılıb regenerasiya olunmasıdır. Keqqin tip katalizatorlarda olduğu kimi, La2(SO4)3/TiO2 katalizatorunun iştirakı ilə bitki yağlarının metil və etil spirtləri ilə transefirləşmə reaksiyasının mexanizmi aşağıdakı kimidir.

CH3OH

-

CH2O C

O

R

-

C

O

RCH2 O

-

-C

O

RCH2 O

-

HOCH2 - CH(OCOR) - CH2OCOR + R - COOCH3

- O - M - O - M - - O - M - O - M - - O - M - O - M - - O - M - O - M --+ +-

+OCH3H

+OCH3H

+

+ OCH3H

M+

= La, Ti

-+ +- -+ +- -+ +-

+

+

Page 17: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

17

Sxemdən göründüyü kimi, katalizator ilə metil spirti qarışdırılır. Bu zaman metil spirtinin hidrogen atomu katalizatorun səthində oksigen, metoksi fraqmenti isə müsbət metal atomu ilə zəif rabitə əmələ gətirir və bu rabitələr hesabına metil spirti polyarlaşır. Sonrakı mərhələdə katalizatorun səthində polyarlaşmış metoksi qrup yağın tərkibindəki karbonil qrupa nukleofil hücum edir, metoksi qrupun

mənfi yükü karbonil qrupuna C=O , katalizatorun oksigen atomuna bağlanmış hidrogen atomu isə yağın tərkibindəki qliserinin oksigen atomuna bağlanır. Metil spirti, bitki yağı və katalizatorun əmələ gətirdiyi kompleksdə elektron yüklərinin yenidən paylanması nəticəsində bir yağ (triqliserid) molekulundan bir biodizel və bir diqliserid molekulu əmələ gəlir. Reaksiya başa çatdıqdan sonra iki təbəqə yaranır: üst təbəqə biodizel, az miqdarda yağ, mono- və diqliserid qarışığından, alt təbəqə isə katalizator və xam qliserin qarışığından ibarətdir. Katalizatoru qliserin təbəqəsindən ayırdıqdan sonra bir dəfə su ilə yuyub Mufel sobasında 250oC-də 3 saat müddətində regenerasiya edib yenidən istifadə etmək olar. Lakin növbəti tsikllərdə biodizelin çıxımı azalır. Katalizatorun aktivliyinin azalması su ilə yuyulma zamanı lantan sulfatın qismən katalizatorun tərkibindən ayrılması ilə izah edilə bilər. Təcrübə zamanı müəyyən edilmişdir ki, La2(SO4)3/TiO2 katalizatorunun iştirakı ilə qarğıdalı və pambıq yağının C1 və C2 spirtləri ilə transefirləşmə reaksiyasından 50 - 60% çıxımla biodizel sintez etmək mümkündür.

CeO2/γ-Al2O3 katalizatorunun hazırlanması və bitki yağlarının

C1 və C2 spirtləri ilə transefirləşmə reaksiyasında tətbiqi

Ədəbiyyatda CeO2 və Al2O3-in ayrı-ayrılıqda, qələvi metal oksidləri və qələvilərlə modifikasiya olunmadan bitki yağlarının spirtlərlə transefirləşmə reaksiyasında katalitik aktivlik göstərməsi haqdında məlumat yoxdur. Keqqin tip bərk katalizatorların tərkibinə müəyyən miqdar CeO2 əlavə edilməsi onların aktivliyini xeyli artırır.

Page 18: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

18

Bu oksidlərin müəyyən nisbətdə (10-25%) qarışıqları kalsinasiya edildikdən sonra bitki yağlarının spirtlərlə transefirləşmə reaksiyalarında katalitik aktivlik göstərməsi belə bir fikir söyləməyə imkan verir ki, onların qarışığının müəyyən nisbətində «sinergetik» effekt yaranır.

Bu məqsədlə γ-Al2O3-in üzərinə 5 - 25% CeO2-in çökdürülməsi prosesi aşağıdakı tənlik üzrə aparılmışdır: γ-Al2O3, 6H2O, t Ce(NO3)3 · 4H2O CeO2/γ-Al2O3+ 3NO2+ 4H2O

Hesablanmış miqdar Ce(NO3)3 · 4H2O və γ-Al2O3 distillə edilmiş suda əvvəlcə 80oC-də homogen sistem əmələ gələnə qədər qarışdırılır. Sonra suyu «Rotopar» cihazında ayırdıqdan sonra qalıq Mufel sobasında 350 - 400oC-də 4 saat müddətində qurudulur.

Müəyyən edilmişdir ki, tərkibində 5% CeO2 olan CeO2/γ-Al2O3 katalizatorunun iştirakında (yağa görə 8%) günəbaxan yağının metil spirti ilə (1: 6 nisbətində) transefirləşmə reaksiyasından 10% biodizel alınır. Lakin tərkibində 25% CeO2 olan CeO2/γ-Al2O3 katalizatorunun iştirakı ilə (yağa görə 8%), optimal şəraitdə (temp.- 90oC, reaksiya müddəti - 8 saat) biodizelin çıxımı 60 - 66% təşkil edir. Katalizatorun miqdarının sonrakı artımı biodizelin çıxımına təsir etmir. Bu fakt onu göstərir ki, CeO2 və γ-Al2O3 qarışıqlarının müəyyən nisbəti «sinergetik» effekt göstərir [5].

CeO2/γ-Al2O3 katalizatoru da La2(SO4)3/TiO2 katalizatoru kimi reaksiyadan sonra qarışıqdan asanlıqla ayrılır. Bu katalizatorun da iştirakı ilə qarğıdalı və pambıq yağlarından 40 - 50% çıxımla biodizel sintez edilmişdir. Lakin regenerasiya prosesindən sonra serium tərkibli katalizatorun aktivliyi lantan tərkibli katalizatora nisbətən xeyli azalır. Buna səbəb su ilə yuyulma zamanı katalizatorun tərkibindən CeO2-in daha asan ayrılmasıdır.

Serium və lantan tərkibli hər iki katalizatorun iştirakı ilə bitki yağlarının spirtlərlə transefirləşmə reaksiyası eyni mexanizmlə gedir.

Page 19: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

19

Transefirləşmə reaksiyasında alınan biodizel qarışığından təmiz (99%) qliserinin ayrılması və bəzi çevrilmə reaksiyaları

Məlumdur ki, bitki və heyvani yağların qələvi, qələvi metal

oksidləri və onların duzlarının iştirakı ilə kiçik molekullu (C1 - C2) spirtlərlə transefirləşmə reaksiyası zamanı biodizel ilə yanaşı onun ayrılmaz hissəsi olan qliserin alınır.

Son zamanlar biodizelə olan tələbat sürətlə artdığına və biodizelin alınma texnologiyası müasirləşdiyinə görə, bu prosesdə onunla paralel alınan qliserinin də reaksiya qarışığından təmiz və itkisiz ayrılması və onun yeni tətbiq sahələrinin axtarışı aktuallaşmışdır 4.

Təbii qliserinin (99%) tibb, parfümeriya, kosmetika, yeyinti, neft-kimya sənayesində və başqa sahələrdə geniş istifadə olunan qiymətli kimyəvi xammal olduğu nəzərə alınarsa, onun qarışıqdan səmərəli, iqtisadi cəhətdən əlverişli üsulla təmiz halda əldə olunmasının aktual problem kimi böyük elmi və praktiki əhəmiyyət kəsb etdiyi aydın olar.

Müəyyən edilmişdir ki, nano CaO-in iştirakında günəbaxan yağının metil spirti ilə transefirləşmə reaksiyasından alınan qliserin təbəqəsinə 5%-li H3PO4 ilə təsir etdikdə qarışıqda olan CaO və Ca(OH)2, yağ turşularının səthi aktiv kalsium duzları (Ca3(PO4)2) şəklində çökür və qarışığın xüsusi çəkisi azaldığına görə mono-, di- və triqliserid qarışığı qliserin təbəqəsindən asanlıqla ayrılır.

Qliserin təbəqəsini distillə etdikdən sonra NMR-spektroskopiya üsulu ilə onun təmizliyinin 99% olduğu müəyyən edilmişdir [16].

Alınmış qliserinin bəzi törəmələri (1,3-dioksolanlar əsasında 4-dietilaminometoksimetil-2,2-pentametilen-1,3-dioksolan və 4-ase-toksimetil-2,2-pentametilen-1,3-dioksolan) aşağıdakı reaksiya sxemi üzrə sintez edilmiş və fiziki-kimyəvi xassələri öyrənilmişdir [22].

Sintez olunmuş aşqarlardan müxtəlif qatılıqlarda ənənəvi dizel yanacağına əlavə etməklə, yanacaq kompozisiyaları işlənib 4 Maghami, M., Sadrameli, S.M., Shamlo, M. Glycerine purification using asymmetric nano-structured ceramic membranes from production of waste fish oil biodiesel // Heat Mass Transfer, – 2018, volume 54, – p. 2683-2690

Page 20: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

20

CH2O, HN(C2H5)2 OCH2N(C2H5)2

OHOO CH3COOH

OOOCOCH3OO

C

C

C

hazırlanmış və onların istismar xassələrinin (yeyilməyə qarşı yağlayıcılıq, koroziyaya qarşı inhibitor, neft məhsullarında biosid) tədqiqi üçün sınaqlar aparılmışdır. Sınaqlar həm laboratoriya şəraitində, həm də mühərrik sınaq stansiyasında yerinə yetirilmişdir. Sintez olunmuş birləşmələrin dizel yanacağına aşqar kimi xassələri hərtəfli öyrənilmişdir.

Müəyyən edilmişdir ki, aminometil törəməsini dizel yanacağına 0.5 - 1% əlavə etməklə hazırlanan kompozisiyanın istismarı zamanı mühərrik detallarının yeyilməyə qarşı yağlayıcılıq xassəsi 36 - 40% yaxşılaşır və koroziyadan 86% müdafiə olunur. Eyni zamanda kompozisiyanın neft məhsullarını zədələyən mikroblara qarşı effektliliyi yoxlanılmış və bakterisid xassəyə malik olması müəyyən edilmişdir. O, həm dizel yanacağında, həm də M-8 neft yağında bakteriyalara qarşı effektlidir.

Qliserinin mürəkkəb efir törəməsinin (4-asetoksi-metil-2,2-pentametilen-1,3-dioksolan) sınaq nəticələrinə əsasən müəyyən edilmişdir ki, sintez olunan efir yağlayıcı və yeyilməyə qarşı qoruyucu xassəyə malikdir. Bu birləşməni dizel yanacağına əlavə etməklə hazırlanan komopozisiyanın yeyilməyə qarşı qoruyucu xassəsi 16 - 32% yaxşılaşır, korroziyanın qarşısı 87% alınır, setan ədədi artır. Bu da dizel yanacaqları üçün qənaətbəxş hesab olunur.

Günəbaxan yağının metil spirti ilə transefirləşməsindən alınan mürəkkəb efirin ikiqat rabitəsinin KMnO4 vasitəsi ilə

dihidroksilləşmə reaksiyasının tədqiqi

Günəbaxan yağının metil spirti ilə transefirləşməsindən alınan mürəkkəb efirin molekulunda bir və ya bir neçə ikiqat rabitənin

Page 21: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

21

C C =və mürəkkəb efir qrupunun (-COOCH3) olması onun

dizel yanacağının istismar xassələrini yaxşılaşdırmaqla bərabər, bir polifunksional reaktiv kimi də diqqəti cəlb edir. Bunu nəzərə alaraq, ilk dəfə günəbaxan yağının metil spirti ilə transefirləşməsindən sintez olunmuş mürəkkəb efirin ikiqat rabitəsinin KMnO4-ın sulu məhlulu ilə otaq temperaturunda dihidroksilləşmə reaksiyası aparılmışdır.

Transefirləşmə reaksiyasından alınan mürəkkəb efirin dihidroksilləşmə reaksiyası aşağıdakı mexanizm üzrə gedir: MnO4 anionu efirin ikiqat rabitəsindən birinə birləşərək, karboanion intermediatorunu əmələ gətirir, sonra müsbət karbon atomu manqan ionunun oksigen atomu ilə birləşərək aralıq maddə əmələ gətirir. Reaksiyanın sonunda bu kompleksi zəif HCl turşusu ilə parçaladıqda dihidroksil birləşməsi əmələ gəlir.

OHOH

MnCl2 KCl

R1 - CH = CH - R2 + O - Mn = O

O

O

-R1 - CH - CH - R2

O

O

O

O

Mn

R1 - CH - CH - R2

O

O

O

O

Mn

HCl, H2O+ +R1 - CH - CH - R2

+

Sintez olunmuş dihidroksibiodizelin quruluşu İQ – spektros-

kopiya üsulu ilə öyrənilmişdir. Müəyyən edilmişdir ki, dihidroksibiodizelin İQ - spektrində biodizelin spektrindən fərqli olaraq, 3000 - 3380sm-1 sahədə hidroksil qrupuna aid geniş udulma zolağı müşahidə olunur.

Biodizel və dizel yanacağı əsasında kompozisiyaların

hazırlanması və istismar xassələrinin tədqiqi

Biodizelin neft karbohidrogenlərindən fərqli kimyəvi tərkibə malik olması, molekulda adsorbsiya qabiliyyətli polyar mürəkkəb

Page 22: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

22

efir qrupunun, ikiqat rabitənin mövcudluğu onun daha yüksək yağlayıcılıq və korroziya inhibitoru xassəsinə və başqa faydalı göstəricilərə malik olacağına əsas verir. Bu nöqteyi-nəzərdən dizel yanacağının və tərkibinə müxtəlif miqdarda biodizel əlavə edilmiş dizel yanacağı kompozisiyalarının yağlayıcılıq, korroziyadan müdafiə və setan ədədi göstəriciləri müqayisəli öyrənilmişdir. Dizel yanacağının istismar keyfiyyətlərinə təsir edən əsas amillərdən biri onun yeyilməyə qarşı yağlayıcılıq xassəsinin yaxşılaşdırılması problemidir. Mühərrikdə yanacaq aparatının detallarının sürtünməsi nəticəsində yeyilməsi problemi, yanacağın yanma kamerasına nasosun köməyi ilə forsunka (çiləyici) vasitəsi ilə verilməsi zamanı yaranır. Bu prosesdə yanacaq əsas funksiyasından başqa, həm də yağlayıcılıq vəzifəsini yerinə yetirməlidir. Əks halda nasosun gərgin şəraitdə işləyən detallarının parametrlərinin tənzimlənməsi pozulur, faydalı iş əmsalı aşağı düşür, ömrü qısalır. Xüsusilə də, yüksək temperatur şəraitində yanacağın özlülüyü aşağı düşdüyündən yağlayıcılıq xassəsi pisləşir, korroziya təsiri yüksəlir, oksidləşmə nəticəsində həll olmayan bərk maddələr əmələ gəlir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mühərrik yanacaq aparatlarının normal işləməsini təmin etmək üçün yanacağın özlülüyünü artıran, yağlayıcılıq və yeyilməyə qarşı xassələrini yaxşılaşdıran effektli aşqarlara nə dərəcədə ehtiyac olduğu aydın olur. Bu məqsədlə biodizeli aşqar kimi dizel yanacağına 3, 5, 7% miqdarında əlavə etməklə müxtəlif variantlarda yanacaq kompozisiyaları işlənib hazırlanmış və onların istismarı zamanı metal hisssələrin yeyilməyə qarşı yağlayıcılıq xassələri öyrənilmişdir. Kompozisiyaların yeyilməyə qarşı yağlayıcılıq xassəsinin tədqiqi dörd kürəli sürtünmə maşınında (ЧТМ - 1) ox üzrə təzyiqin 196 N qiymətində ГОСТ 9490-75 tələblərinə uyğun aparılmışdır. Müəyyən edilmişdir ki, kompozisiyaların istismarı zamanı mühərrik detallarının yeyilməyə qarşı davamlılığı 20 - 31% yaxşılaşır [17]. Bu nəticələr biodizelin neftdən alınan dizel yanacağına nisbətən üstün yağlama effektinə malik ola bilmə ehtimalını təsdiq edir və

Page 23: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

23

istismar prosesində yanacaq kompozisiyalarının təmasda olduğu detalların daha uzunömürlü ola biləcəyi ehtimalını əsaslandırır. Dizel yanacaqlarının istismarı zamanı yaranan əsas problemlərdən biri də onların təmasda olduğu metal hissələrini korroziyaya uğratmasıdır. Korroziyaya məruz qalan avadanlıqlar vaxtından əvvəl sıradan çıxır, onların təmir və ya dəyişdirilməsinə böyük xərc tələb olunur. Yanacaqların saxlanması, nəqli və istismarı zamanı onların korroziya aktivliyi yüksəlir. Nəticədə yanacağın metalla təmasda olan hissəsində yaranan aqressiv mühit korroziya prosesinin daha da sürətlənməsinə səbəb olur. Yanacaqlarda korroziya prosesini ləngidən, onun qarşısını alan üsullardan biri onlara xüsusi inhibitorların əlavə edilməsidir. Bu, iqtisadi cəhətdən əlverişli və qənaətli üsuldur, cünki əlavə edilən inhibitor yanacaqların dəyərinin çox cüzi hissəsini təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tədqiqatların bir istiqaməti də biodizel və ənənəvi dizel yanacağı əsasında hazırlanan yanacaq kompozisiyalarının korroziya xassələrinin öyrənilməsinə həsr olunmuşdur. Dizel yanacaqlarının korroziya aqressivliyi və biodizeli dizel yanacağına əlavə etməklə hazırlanan yanacaq kompozisiyaların korroziyaya qarşı qoruyucu effekti dəyişən kontakt üsulu ilə Pinkeviç aparatında (ГОСТ 5162 - 49 tələblərinə uyğun) öyrənilmişdir. Kompozisiyaların effektliliyini və alınan nəticələrin dəqiqliyini əldə etmək məqsədilə sınaqlar aşağıdakı ardıcıllıqla aparılmışdır. Əvvəlcə dizel yanacağının özünün korroziya dərəcəsi təyin olunur. Yanacağın korroziya dərəcəsi təyin olunduqdan sonra biodizel və dizel yanacağı əsasında hazırlanan kompozisiyaların sınaqları aparılır, proses təkrar olunur və korroziyanın qarşısının alınması effekti hesablanır. Sınaq nəticələrinə əsasən müəyyən edilmişdir ki, kompozisiyalar yüksək inhibitor (100%) xassəsinə malikdir və onların istismarı zamanı təmasda olduğu metal hissələr korroziyaya uğramır [8, 12]. Dizel yanacaqlarının istehsalı zamanı onun setan ədədinin tənzimlənməsinə böyük diqqət tələb olunur. Setan ədədinin yanacağın istismar xassəsinə təsirinin vacib göstərici olduğunu və

Page 24: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

24

aktuallığını nəzərə alaraq, hazırlanan kompozisiyaların setan ədədinin öyrənilməsi məqsədəuyğun hesab edilmişdir. Dizel yanacağının setan ədədini yaxşılaşdırmaq üçün ən əlverişli və məqsədyönlü üsul xüsusi üzvi birləşmələrdən istifadə olunmasıdır. Dizel yanacağının istismarı zamanı onun setan ədədini tənzimləyən yeni keyfiyyətli birləşmələrin axtarışı və aşqar kimi tətbiqi bu gün də aktual problem olaraq qalmaqdadır. Sınaq tədqiqatlarını aparmaq üçün günəbaxan yağının metil və etil spirtləri ilə transefirləşməsi əsasında alınan metil və etil efirlərindən (biodizel) və ənənəvi dizel yanacağından istifadə edilmişdir. Bunun üçün qeyd olunan efirlərdən (biodizeldən) müxtəlif miqdarda - 3, 5, 7% (kütlə) dizel yanacağına əlavə edərək, yanacaq kompozisiyaları hazırlanmış və müqayisəli setan ədədi göstəriciləri öyrənilmişdir.

Kompozisiyaların setan ədədi Y.S. Çurşukovun empirik formulundan istifadə edilərək təyin edilmiş, həm də H.Əliyev adına Bakı Neft Emalı zavodunda öyrənilmişdir. Müəyyən olunmuşdur ki, kompozisiyaların istismarı zamanı dizel yanacağının setan ədədi artır və yanacağa qənaət olunur. Apardığımız tədqiqatların nəticələrinə əsaslanaraq, biodizeli dizel yanacağının setan ədədini yaxşılaşdıran yüksək təsir effektinə malik aşqar kimi qəbul etmək olar [11].

Biodizel və dizel yanacağı əsasında hazırlanan yanacaq

kompozisiyasının biosid xassəsinin yaxşılaşdırılması Biodizel və dizel yanacağı əsasında hazırlanan yanacaq kompozisiyasının saxlanması, nəqli və istismarı zamanı bir sıra müsbət göstəricilərin olmasına baxmayaraq, kompozisiyaların istismar xassələrinə mənfi təsir edən amillərdən biri də onların mikroorqanizmlərin təsirinə məruz qalmasıdır. Biodizel və dizel yanacağının əsas çatışmayan cəhəti istehsalından müəyyən müddət (təxminən 3 ay) keçdikdən sonra mikrob və bakteriyaların təsiri nəticəsində mikrobioloji zədələnməyə məruz qalmasıdır. Bunun nəticəsində onların karbohidrogen tərkibi dəyişir, fiziki-kimyəvi xassələri korlanır, turşuluğu və korroziya aqressivliyi

Page 25: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

25

artır və nəticədə yanacaq kimi istismara yararsız olur. Bu prosesin sürəti yanacaqların saxlanma şəraitindən asılıdır. Belə ki, yüksək rütubət və temperatur şəraitində mikroorqanizmlər daha intensiv inkişaf edirlər. Yanacaqların mikrobioloji zədələnməsinə qarşı mübarizənin ən üniversal üsulu xüsusi biosid aşqarların tətbiqidir. Biodizelin dizel yanacağına nisbətən çoxfunksiyalı aşqar kimi, bir sıra üstünlüklərə malik olması aparılan tədqiqatlarda müəyyən edilmişdir. Ədəbiyyatda dizel yanacağına biosid aşqarları əlavə etməklə onun biosid xassəsinin yaxşılaşdırılmasına dair geniş məlumat olsa da, bitki yağlarından biodizel yanacağının alınması yeni sahə olduğundan biodizel və onun dizel yanacağı ilə kompozisiyasının biodavamlılığı üçün mikrobioloji tədqiqatlar haqqında məlumat yoxdur. Biodizelə mikroblara qarşı biosid aşqarı əlavə etməklə, biosid xassəsinin yaxşılaşdırılması istiqamətində tədqiqatlar ilk dəfə bizim tərəfimizdən aparılmışdır [24].

Biodizeli mikrobioloji zədələnmədən mühafizə etmək məqsədilə biosid aşqarı kimi həm yüksək təsir effektinə malik, həm də asan əldə olunan α-fenil-β-nitroeten və α-furil-β-nitroetendən istifadə edilmişdir. Bu biosidlər təklif olunan qatılıqda kompozisiyaların tərkibində uzun müddət qaldıqda çökmürlər. Əsas fiziki-kimyəvi və istismar xassələrinə təsiri öyrənildikdə müəyyən edilmişdir ki, biosidlər yanacaq kompozisiyalarının korroziya, oksidləşməyə qarşı xassələrinə və setan ədədinə mənfi təsir göstərmir [18, 26].

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, biodizel və dizel yanacağı əsasında hazırlanan kompozisiyanın tərkibinə 0.1 - 0.5% miqdarında α-fenil-β-nitroeten və α-furil-β-nitroeten əlavə etməklə hazırlanan kompozisiyanı tam və uzun müddət mikrobioloji zədələnmədən mühafizə etmək mümkündür.

Mikrobioloji sınaqlar ГОСТ 9.023-74 tələbi üzrə aparılmışdır. Sınaqlar üçün neft yanacaqlarını zədələyən əsas qrup mikroorqanizmlərdən istifadə olunub. Aparılan sınaqların nəticələrinə əsasən müəyyən edilmişdir ki, biodizel, dizel yanacağı, biodizel və onun dizel yanacağı əsasında işlənib hazırlanan 7%-li kompozisiyası sınağın artıq ikinci günündə həm bakteriya, həm də

Page 26: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

26

göbələklərlə tam zədələndiyi halda, tərkibində 0.1 - 0.5% α-fenil-β-nitroeten və α-furil-β-nitroeten olan kompozisiyalar hətta mikroorqanizmlərlə məcburi zədələnmədə belə mikrobioloji zədələnməyə qarşı tam və uzunmüddətli davamlılığa malik olurlar. Etalon kimi qəbul edilmiş 8-oksixinolin 0.4% qatılıqda bakteriyalara qarşı təsirli olduğu halda göbələklərə təsir etmir.

Beləliklə, bitki yağlarından biodizel almaq üçün nano zərrəcikli CaO və Keqqin tip «yaşıl» katalizatorlar La2(SO4)3/TiO2, CeO2/γ-Al2O3 hazırlanmışdır. Biodizelin mikroorqanizmlərə qarşı davamlılığını artırmaq üçün yeni kompozisiyalar hazırlanmış və istismar xassələri öyrənilmişdir.

NƏTİCƏLƏR

1. Bitki yağlarından (günəbaxan, qarğıdalı və pambıq) bioyanacağın yüksək çıxımla alınması prosesi üçün ilk dəfə yeni üsulla və yüksək təsir effektinə malik nano CaO zərrəcikləri alınmış və yarımkontakt rejimdə Atom Qüvvət Mikroskopu vasitəsi ilə ölçüləri, 2 D və 3 D proyeksiyaları öyrənilmişdir. Müəyyən edilmişdir ki, nano CaO-in alınması prosesində həlledici kimi etanolamindən istifadə edildikdə daha kiçik ölçülü (10 - 15 nm) nano CaO zərrəcikləri almaq olar [9, 10]. 2. Bitki yağlarının C1 - C2 spirtlərilə transefirləşmə reaksiyasında kiçik zərrəcikli nano CaO-in (10 - 15nm), böyük ölçülü (100 - 147nm) nano CaO-ə və normal CaO-ə nisbətən daha yüksək aktivliyə malik olması müəyyən edilmişdir. Biodizelin çıxımı - 95% təşkil edir [2, 7]. 3. Transefirləşmə reaksiyasının parametrləri təyin olunmuş və optimal şəraiti öyrənilərək müəyyən edilmişdir ki, bitki yağlarından biodizelin alınması prosesində nano CaO katalizatorundan 1.5 % (yağa görə) istifadə edildikdə yağın spirtə 1 : 6 nisbətində, 60 - 70oC temperaturda və 2 saat müddətində biodizelin çıxımı 95%-ə çatır. 4. İlk dəfə olaraq, «super» bərk turş La2(SO4)3/TiO2 və CeO2/ γ-Al2O3 katalizatorlarının iştirakı ilə bitki yağlarının spirtlərlə

Page 27: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

27

(C1 - C2) transefirləşməsindən biodizel sintez edilmişdir. Müəyyən edilmişdir ki, homogen katalizatorlara nisbətən La2(SO4)3/TiO2 katalizatoru transefirləşmə reaksiyasında bir neçə tsikl iştirak etmək və regenerasiya olunaraq yenidən istifadə olunmaq qabiliyyətinə malikdir [14]. 5. CeO2 və γ-Al2O3 ayrılıqda bitki yağlarının spirtlərlə transefirləşmə reaksiyasında katalitik effekt göstərmədiyi halda, onların müəyyən nisbətdə qarışığı Keqqin katalizatorları kimi təsir göstərir. Buna səbəb Ce və Al metalları arasında «sinergetik» effektin yaranmasıdır. γ-Al2O3 səthində müəyyən qədər CeO2 saxlayan CeO2/γ-Al2O3 ikiqat oksidi, γ-Al2O3-ə nisbətən transefirləşmə reaksiyasında katalizator kimi daha yüksək təsir effektinə malik olur [5]. 6. Transefirləşmə reaksiyasında aralıq məhsul kimi alınan qliserini reaksiya qarışığından təmiz (99%) və itkisiz ayırmaq üçün ilk dəfə iqtisadi cəhətdən sərfəli üsul işlənib hazırlanmışdır [16]. Alınan qliserin əsasında bəzi çevrilmə reaksiyaları aparılmış və alınan birləşmələrin dizel yanacağında aşqar kimi xassələri öyrənilmişdir [22, 29]. 7. Transefirləşmə reaksiyası vasitəsi ilə alınan mürəkkəb efirin (Biodizelin) ikiqat rabitəsinin KMnO4 vasitəsilə dihidroksilləşmə reaksiyası nəticəsində dihidroksibiodizel sintez edilmişdir. Müəyyən edilmişdir ki, alınan dihidroksibiodizeli dizel yanacağına əlavə etdikdə onun setan ədədi artır və digər istismar xassələrinə mənfi təsir etmir [25]. 8. Sintez olunmuş biodizel və dizel yanacağı əsasında yanacaq kompozisiyaları işlənib hazırlanmış və tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, dizel yanacağına 3 - 7% biodizel əlavə etməklə hazırlanan kompozisiyaların setan ədədi artır və yanacağa qənaət olunur, onların dizel mühərriklərində istismarı zamanı detalların yeyilməyə qarşı davamlılığı 20 - 31% yaxşılaşır, yanacağın təmasda olduğu metal konstruksiyalar korroziyaya məruz qalmır, kompozisiyaların mikroorqanizmlərə qarşı davamlığını təmin etmək məqsədilə tərkibinə tədqiq edilmiş biosid aşqarı əlavə edildikdə mikroorqanizmlərə qarşı bioloji stabilliyi təmin olunur, saxlama

Page 28: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

28

müddəti artır, ən vacibi isə ətraf mühitin ekologiyasının qorunmasına xidmət etmiş olur [18, 24, 26, 28]. Dissertasiya işinin əsas müddəaları aşağıdakı elmi əsərlərdə dərc olunmuşdur:

1. Mövsümzadə, M.M., Mahmudova, L.R., Əliyev, N.A. CaO nano hissəciklərinin katalizi ilə bitki yağlarının transefirləşməsi // VII-Бакинская Международная Мамедалиевская конференция по нефтехимии, посвященная 80-летию Института Нефтехими-ческих процессов НАН Азербайджана, – Баку: – 29 сентября – 2 октября, – 2009, – с. 130. 2. Mövsümzadə, M.M. Günəbaxan yağının nano CaO katalizatorunun iştirakında metil spirti ilə transefirləşməsi / M.M.Mövsümzadə, L.R.Mahmudova, N.A.Əliyev, S.Ə.Məmmədov // Azərbaycan Neft Təsərrüfatı, – Bakı: – 2011. №5, – s. 42-46. 3. Mövsümzadə, M.M., Mahmudova, L.R., Əliyev, N.A., Əhmədov, İ.M. İkinci nəsil biodizelin sintezi və tətbiqi // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların V Respublika Elmi Konfransının materialları, – Bakı: – 5 – 6 may, – 2011, – s. 103-104. 4. Mövsümzadə, M.M., Əhmədov, İ.M. Mahmudova, L.R., Əliyev, N.A. Bitki yağlarından biodizel yanacaqların alınması // Akademik Ə.M. Quliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı. Məruzələrin tezisləri, – Bakı: – 12 - 14 iyun, – 2012, – s. 26. 5. Mövsümzadə, M.M., Əhmədov, İ.M., Mahmudova, L.R., Əliyev, N.A., Haciyeva, G.R. Günəbaxan yağının CeO2/Al2O3 kataliza-torunun iştirakında metil spirti ilə transefirləşməsi // Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş «Monomerlər və polimerlər kimyasının müasir problemləri» üzrə II Respublika Elmi Konfransı. Məruzələrin tezisləri, – Sumqayıt: – 24 -25 oktyabr, – 2012, – s. 84-86. 6. Мовсумзаде, М.М., Ахмедов, И.М., Махмудова, Л.Р., Алиев, Н.А., Эйвазова, И.М. Трансэтерификация подсолнечного масла

Page 29: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

29

метиловым спиртом в присутствии катализатора. Синтез Биоди-зельного топлива // Альтернативные источники сырья и топлива. Тезисы докладов IV Международной научно-техничес-кой конференции, – Минск, Беларусь: – 28 - 30 мая, – 2013, – с. 14. 7. Мовсумзаде, М.М. Трансэтерификации растительных масел низкомолекулярными спиртами в присутствии наноразмерного катализатора / M.M.Мовсумзаде, И.М.Ахмедов, Л.Р.Махмудова, Н.А.Алиев, И.М.Эйвазова // Нефтепереработка и нефтехимия, – Москва: – 2013. №12, – с. 39-40. 8. Mövsümzadə, M.M. Biodizel və dizel yanacağı əsasında yanacaq kompozisiyaların hazırlanması və tədqiqi / M.M.Mövsümzadə, L.R.Mahmudova, İ.M.Əhmədov, N.A.Əliyev, İ.M.Eyvazova, X.Ə.İmanova // Kimya problemləri jurnalı, – Bakı: – 2013. №3, – s. 355-358. 9. Мовсумзаде, М.М., Ахмедов, И.М., Махмудова, Л.Р., Алиев, Н.А. Трансэтерификация подсолнечного масла метиловым спиртом в присутствии катализатора. Синтез Биодизельного топлива // Альтернативные источники сырья и топлива. Сборник научных трудов, – Минск, «Беларуская наука»: – 2014, – с. 72-83. 10. Mövsümzadə, M.M., Bitki yağlarının transefirləşmə reaksiyaları üçün katalizatorun alınma üsulu, İxtira İ 2015 0076, Azərbaycan Respublikası / Əhmədov İ.M., Mahmudova L.R., Əliyev N.A., Eyvazova İ.M. 11. Mövsümzadə, M.M. Biodizel və dizel yanacağı əsasında kompozisiyaların setan ədədinin öyrənilməsi / M.M.Mövsümzadə, Əhmədov, İ.M., L.R.Mahmudova, N.A.Abbasov, Z.B.Quliyeva // Azərbaycan Neft Təsərrüfatı, – Bakı: – 2015. №2, – s. 44-47. 12. Мовсумзаде, М.М. Разработка топливных композиций на базе биодизельных и дизельных топлив, улучшающих эксплуатационные свойства дизельных двигателей / M.M.Мовсумзаде, И.М.Ахмедов, Л.Р.Махмудова, Н.А.Алиев, Х.А.Иманова // Нефтепереработка и нефтехимия, – Москва: – 2015. № 9, – с. 40-41.

Page 30: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

30

13. Махмудова, Л.Р., Мовсумзаде, М.М., Ахмедов, И.М., Алиев, Н.А., Султанова, Н.Р., Эйвазова, И.М. Синтез биодизельных топливных композиций и их эксплуатационные характеристики // Альтернативные источники сырья и топлива. Тезисы докладов V Международной научно-технической конференции, – Минск, Беларусь: – 26 - 28 мая, – 2015, – с. 17. 14. Mövsümzadə, М.М., Əhmədov, İ.M., Mahmudova, L.R., Əliyev, N.A. Bərk super turş katalizatorun SO4

-2/TiO2/La2+3 iştiraki

ilə günəbaxan yağindan biodizelin sintezi // Akad. Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş “Sürtkü materialları, yanacaqlar, xüsusi mayelər, aşqar və reagentlər” mövzusunda Respublika Elmi Konfransı. Məruzələrin tezisləri, – Bakı: – 13 - 14 oktyabr, – 2015, – s. 24. 15. Mövsümzadə, М.М., Əhmədov, İ.M., Mahmudova, L.R., Əliyev, N.A., Quliyeva, Z.B. Tərkibində müxtəlif funksional qruplar saxlayan yeni biodizelin sintezi və tədqiqi // Akad. Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş «Sürtkü materialları, yanacaqlar, xüsusi mayelər, aşqar və reagentlər» mövzusunda Respublika Elmi Konfransı. Məruzələrin tezisləri, – Bakı: – 13 - 14 oktyabr, – 2015, – s. 26. 16. Mövsümzadə, M.M., Bitki yağlarının transefirləşmə reaksiyalarından alınan qliserinin reaksiya qarışığından təmiz ayrılması üsulu, İxtira İ 2016 0022, Azərbaycan Respublikası / Əhmədov İ.M., Mahmudova L.R., Əliyev N.A., Eyvazova İ.M. 17. Махмудова, Л.Р., Мовсумзаде, М.М., Ахмедов, И.М., Султанова, Н.Р. Разработка биодизельных композиций и исследование их влияния на эксплуатационные характеристики топлив // Альтернативные источники сырья и топлива. Сборник научных трудов. – Минск. «Беларуская наука»: – 2016, – вып.2, – с. 42-49. 18. Mahmudova L.R. Developing biostable fuel compositions based on diesel fuels and biodiesels / M.L.Mahmudova, M.M.Моvsumzadeh, I.M.Аhmedov, N.A.Aliyev, M.T.Abbasova, N.R.Sultanova, I.M.Eyvazova // ISJ Theoretical &Applied Science, – USA: – 2016. v.39, – p. 70-74.

Page 31: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

31

19. Mövsümzadə, M.M., Əhmədov, İ.M., Mahmudova, L.R., Əliyev, N.A., Sultanova, N.R., Quliyeva, Z.B., Eyvazova, İ.M. Yeni hibrid biodizel-ketallarin (1,3-dioksalan) sintezi // Тезисы докладов IX Бакинская Международная Мамедалиевская конференция по нефтехимии, – Баку: – 4 - 5 октябр, – 2016, – с. 71. 20. Mövsümzadə, M.M., Əhmədov, İ.M., Mahmudova, L.R., Əliyev, N.A., Sultanova, N.R., İmanova, X.Ə., Quliyeva, Q.M. Dizel yanacağinin bakterisid xassəsinin yaxşilaşdirilmasi // Тезисы докладов IX Бакинская Международная Мамедалиевская конференция по нефтехимии, – Баку: – 4 - 5 октябр, – 2016, – с. 181. 21. Mövsümzadə, M.M., Əhmədov, İ.M., Mahmudova, L.R., Əliyev, N.A., Quliyeva, Z.B. Bitki yağlarının transefirləşməsindən alınan qliserinin reaksiya qarışığından təmiz ayrılması üsulu // Akad. B.Q. Zeynalovun 100 illik yubileyinə həsr olunmuş «Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz» mövzusunda beynəlxalq elmi-texniki konfrans, – Bakı: – 29 - 30 iyun, – 2017, – s. 45. 22. Мовсумзаде, М.М., Махмудова, Л.Р., Ахмедов, И.М., Султанова, Н.Р., Абдуллаев, Б., Алиев, Н.А., Эйвазова, И.М. Разработка присадок к дизельным и биодизельным топливам на основе глицерина // Альтернативные источники сырья и топлива. Тезисы докладов VI Международной научно-технической конференции. – Минск, Беларусь: – 30 мая – 1 июня – 2017, – с. 29. 23. Mövsümzadə M.M., Əhmədov, İ.M., Mahmudova, L.R., Əliyev, N.A., Sultanova, N.R., İmanova, X.Ə., Quliyeva, Z.B. Biodizel yanacaqlara aşqar kimi // Prof. S.Ə. Sultanovun 90 illik yubileyinə həsr olunmuş «Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar» adlı Respublika elmi-texniki konfrans, – Bakı: – 3 oktyabr, – 2017, – s. 33. 24. Mövsümzadə, M.M., 1-Furil-2-nitroeten biodizel yanacaq-larına antimikrob aşqar kimi, İxtira İ 2018 0051, Azərbaycan Respublikası / Əhmədov İ.M., Mahmudova L.R., Abbasova M.T., Əliyev N.A., Sultanova N.R., Quliyeva Q.M.

Page 32: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

32

25. Mövsümzadə, M.M., Əhmədov, İ.M., Mahmudova, L.R.,Əliyev, N.A., Sultanova,N.R., Quliyeva,Z.B. Biodizelindihidroksilləşməsi və tədqiqi // Akad. M.Nağıyevin 110 illiyinə həsrolunmuş «Nağıyev qiraətləri» elmi konfransının materialları, – Bakı:– 07 may, – 2018, – с. 55.26. Movsumzadeh, M.M. Designing Microbiologically StableBiofuel / M.M. Movsumzadeh,I.M.Akhmedov, L.R.Makhmudova,M.T.Abbasova, N.A.Aliyev,N.R.Sultanova,G.M.Kuliyeva // Petro-leum Chemistry, – Moscow: – 2019. Vol.59, – No.2, – p. 192-193.27. Мовсумзаде, М.М., Махмудова, Л.Р., Алиев, Н.А., Аббасова,М.Т., Кулиева, Г.М. Микробиологически стабильноебиодизельное топливо // Альтернативные источники сырья итоплива. Тезисы докладов VII Международной научно-технической конференции. – Минск, Беларусь: – 26 - 28 мая –2019, – с. 111.28. Makhmudova, L.R. Improvement of operational properties ofdiesel fuel // Chemical Problems, – Baku: – 2019. №3 (17), – p. 435-443.29. Mahmudova, L.R. Bitki yağlarının transefirləşməsi nəticə-sindəalınan qliserinin aldehid və ketonlarla bəzi çevrilmə reaksiyaları //Azərbaycan Neft Təsərrüfatı, – Bakı: – 2019. №10, – s. 56-60.

Page 33: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

33

Page 34: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

34

Page 35: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

35

Dissertasiyanın müdafiəsi 05 05 2021 il tarixində saat 1300 AMEA akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.16 Dissertasiya Şurasında keçiriləcək.

Ünvan : AZ 1025, Bakı ş., Xocalı prospekti, 30

Dissertasiya ilə AMEA akad. Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun kitabxanasında tanış olmaq mümkundür.

Dissertasiya və avtoreferatın elektron versiyaları www.nkpi.az rəsmi internet saytında yerləşdirilmişdir.

Avtoreferat 02 04 2021 il tarixində zəruri ünvanlara göndərilmişdir.

Page 36: AZƏRBAYCAN RESPUBLIKASI HETEROGEN KATALİZATORLARIN

36

Çapa imzalanıb: 01.04.2021

Kağızın formatı: A5

Həcm: 43109

Tiraj: 100