bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/təlim... · 2018-10-30 · 3 1. büdcənin...

23
1 Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi Dövlət büdcəsi. Vergi daxilolmalarının büdcə gəlirlərində rolumövzusu üzrə TƏLİM MATERİALI Dinləyicilər Müsabiqə yolu ilə vergi orqanlarına staj müddətinə işə qəbul edilən əməkdaşlar; Təhsilalma forması əyani; Tədris müddəti 2 saat; Müəllif Qarayev İmran Əliyar oğlu, kafedra müdiri. Tədrisin məqsədi - mövzunun tədrisinin məqsədi dinləyicilərin büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu ilə yaxından tanış olması, Azərbaycan Respublikasının büdcə sistemi, büdcə siyasəti haqqında biliklərə yiyələnməsi vergi daxilolmalarının büdcə gəlirlərində rolunun müəyyənləşdirilməsindən ibarətdir. Bakı - 2018

Upload: others

Post on 02-Mar-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

1

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

Tədris Mərkəzi

“Dövlət büdcəsi. Vergi daxilolmalarının büdcə gəlirlərində rolu”

mövzusu üzrə

TƏLİM MATERİALI

Dinləyicilər Müsabiqə yolu ilə vergi orqanlarına staj müddətinə işə qəbul

edilən əməkdaşlar;

Təhsilalma forması əyani;

Tədris müddəti 2 saat;

Müəllif Qarayev İmran Əliyar oğlu, kafedra müdiri.

Tədrisin məqsədi - mövzunun tədrisinin məqsədi dinləyicilərin büdcə sistemi

haqqında Azərbaycan Respublikasının Qanunu ilə yaxından tanış olması, Azərbaycan

Respublikasının büdcə sistemi, büdcə siyasəti haqqında biliklərə yiyələnməsi və vergi

daxilolmalarının büdcə gəlirlərində rolunun müəyyənləşdirilməsindən ibarətdir.

Bakı - 2018

Page 2: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

2

MÜNDƏRİCAT

1. Büdcənin iqtisadi məzmunu

2. Büdcə siyasətinin nəzəri əsasları

3. Büdcə təsnifatı

4. Dövlətin büdcə siyasəti

5. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu

6. Dövlət büdcəsinin gəlirləri

7. Dövlət və vergi daxilolmaları

8. Büdcə siyasətinin təkmilləşdirilməsi

9. Azərbaycan Respublikasının 2018-cı ilin dövlət büdcəsi

10. Nəzarət sualları

11. Müstəqil öyrənmək üçün tapşırıqlar

12. Ədəbiyyat

Page 3: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

3

1. Büdcənin iqtisadi məzmunu

Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta, torba mənasında

işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna

etibarilə xəzinə sözünə yaxın olmuşdur.

Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə

orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək

üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.

Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərilərinə düşən vəzifə və

funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdcə vəsaiti hesabına idarəetmə aparatını və

ordunu saxlayır, sosial-mədəni tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf

etdirir.

Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət hakimiyyəti və

bələdiyyə orqanlarına onların fəaliyyətini yerinə yetirməyə imkan verir. Büdcə dövlətin

maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir. Büdcə

ölkədə milli gəlirin və Ümumi daxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul

vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən

tənzimlənməsini həyata keçirir.

Büdcə maliyyə münasibətlərini əks etdirən tarixi iqtisadi kateqoriyadır. Onun

yaranması və inkişafı dövlətin yaranması və formalaşması ilə bilavasitə əlaqədədir. Dövlət

büdcədən özünün funksiyalarının həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə

edərək, eyni zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir.

Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini

təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir.

Büdcə aşağıdakı funksiyaları həyata keçirir:

ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;

iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;

dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;

mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində

nəzarət.

Büdcə vasitəsilə ÜDM-un yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-biri ilə

sıx əlaqədə olan ikitərəfli prosesdir:

- büdcənin gəlirlərinin yaradılması;

- büdcə vəsaitlərinin istifadəsi (büdcənin xərcləri).

Page 4: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

4

Büdcə gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və

yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş

qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli

büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.

Büdcə gəlirlərinin yaranması prosesində, ictimai istehsal prosesində yeni yaranan

ÜDM-un bir hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə məcburi yenidən bölüşdürülməsi

baş verir. Bununla dövlətlə və bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə

münasibətləri yaranır.

2. Büdcə siyasətinin nəzəri əsasları

Dövlət öz funksiyalarını yerinə yetirmək üçün lazımi miqdarda maliyyə vəsaitini

səfərbərliyə almalı və istifadə etməlidir ki, bu da əsasən büdcə vasitəsilə həyata keçirilir.

Büdcə mexanizmi vasitəsilə maliyyə vəsaitinin toplanması və istifadəsi zamanı dövlətlə

hüquqi və fiziki şəxslər arasında müəyyən maliyyə münasibətləri əmələ gəlir. Həmin

maliyyə münasibətləri dövlətin maliyyə-büdcə siyasəti vasitəsilə tənzimlənir.

Dövlətin büdcə siyasəti ilə əlaqədar bir-neçə konsepsiya vardır. Birinci konsepsiyanın

mahiyyəti ondan ibarətdir ki, büdcə hər il tarazlaşdırılmalıdır. Son zamanlaradək milli

iqtisadiyyatın sabit inkişaf etdirilməsini təmin edən büdcə, maliyyə siyasətinin məqsədini

ifadə edən və hər il tarazlaşdırılan büdcə hesab edilirdi. Lakin bu problemi bir qədər

dərindən və hərtərəfli nəzərdən keçirsək aydın olacaq ki, belə büdcə dövlətin fiskal

siyasətinin səmərəliyini ya tamamilə aradan qaldırır, yaxud da onu azaldır. Bunu yaxşı

başa düşmək üçün bu vəziyyəti nəzərdən keçirək. Tutaq ki, iqtisadiyyatda uzunmüddətli

işsizlik hökm sürür və əhalinin gəlirləri gündən-günə azalır. Aydın məsələdir ki, bu zaman

vergilər hesabına büdcəyə daxilolmalar azalacaqdır. Hökumət, büdcəni tarazlaşdırmaq

üçün ya vergi dərəcələrini qaldırmalı, ya dövlət xərclərini ixtisar etməli, yaxud da onları bir-

biri ilə əlaqələndirməlidir. Lakin bunlar ümumi tələbin daha da azalmasına səbəb ola bilər.

Büdcə siyasəti ilə əlaqədar ikinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, büdcə

hər il yox, iqtisadi tsiklin gedişində tarazlaşdırılmalıdır. Bu konsepsiyanın məntiqi cəhətdən

Maliyyə-büdcə siyasəti – hər bir konkret tarixi dövrdə cəmiyyətin idarə edilməsi,

iqtisadi-sosial və siyasi vəzifələrinin həyata keçirilməsi məqsədilə dövlətin

mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və

məqsədəuyğun istifadəsi ilə əlaqədar olaraq həyata keçirdiyi tədbirlər sistemindən

ibarətdir.

Page 5: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

5

əsaslandırılması olduqca sadədir. Belə ki, istehsalın azalmasının qarşısını almaq üçün

hökumət vergiləri azaldır və dövlət xərclərini artırır, yəni şüurlu surətdə müvəqqəti olaraq

büdcə kəsirinin artmasına şərait yaradır. İstehsalda yüksəlişə nail olunduqda vergilər

artırılır, dövlət xərcləri isə ixtisar olunur. Büdcədə əmələ gələn müsbət qalıqdan, istehsal

azaldığı dövrdə meydana çıxan kəsirin “örtülməsi” üçün istifadə edilir. Beləliklə, dövlət bu

cür siyasət yeritməklə iqtisadi tsiklin müxtəlif mərhələlərində büdcəni tarazlaşdırır.

Bu konsepsiyanı reallaşdırdıqda meydana çıxan başlıca problem ondan ibarətdir ki,

iqtisadi tsikldə azalma və yüksəliş, müddətlərinə görə eyni olmurlar. Məsələn, istehsalın

uzun müddətli azalma meyli qısa müddətli yüksəliş dövrü ilə əvəz oluna bilər. İstehsal

azaldığı dövrdə əmələ gələn büdcə kəsiri və dövlət borcu yüksəliş dövründə əldə edilən

çox da böyük olmayan müsbət qalıqla örtülmür. Bu isə o deməkdir ki, büdcədə vaxtaşırı

kəsir əmələ gəlir.

Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin

maliyyələşdirilməsini təmin edir. Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar

məqsədli dövlət fondlarıdır. Büdcədənkənar fondlar həm sosial, həm də istehsal xarakterli

olurlar. Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca

məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, infrastruktur sahələrin inkişafının

stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s.

ibarətdir.

Dövlət büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin edilməsində mühüm

alətdir. Onun köməyi ilə dövlət milli gəlirin bölüşdürülməsini təmin etməklə, ictimai

istehsalın strukturunu dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir.

Dövlət büdcəsi gəlir və xərclər bölməsindən ibarətdir. Gəlir bölməsində müəssisə və

təşkilatlardan, əhalidən və s. kateqoriyalardan alınan müxtəlif növ vergilər və digər gəlirlər,

xərclər hissəsində isə milli iqtisadiyyatın, sosial-mədəni tədbirlərin, idarəetmənin

maliyyələşdirilməsi və sair xərclər göstərilir. İqtisadiyyatın tənzimlənməsi üçün büdcə

mexanizmindən istifadə edilməsi dövlətin sərəncamında olan pul vəsaitinin manevr etmək

vasitəsilə həyata keçirilir. O, ictimai istehsalın sürət və proporsiyalarını məqsədyönlü təsir

etməyə imkan verir.

Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri

fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır.

Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir.

Page 6: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

6

3. Büdcə təsnifatı

.

Hələ XIX əsrin əvvəllərində rus iqtisadçısı M.Speranskiy özünün "Maliyyə planı"nda

xərclərin təsnifatını yaratmışdır.

Dövlət xərclərinin ixtisar edilməsi bu qaydalara əsaslanırdı: zəruri xərcləri saxlamaq,

faydalıları sonraya saxlamaq, artıq xərcləri isə kənara qoymaq. Əlbəttə, bu prinsip I

Aleksandrın hökmranlığı dövrdə Rusiyadan büdcə kəsirinin büdcə xərclərində 85%-ə

çatdığı bir şərait üçün nəzərdə tutulmuşdur.

Xərclər təsnifatını yaradarkən M.Speranskiy bü bölgünü 5 meyara ayırmışdır:

Birinci meyar – idarəetmə növünə görə. Yəni burada idarəetmə orqanına xərclərin

nəzərdə tutulduğu göstərilir. Belə bölgü inzibati mənsubiyyətinə uyğun olaraq maliyyə

vəsaitlərinin bölgüsünü nəzərdə tutur.

İkinci meyar – zərurilik səviyyəsinə görə. Bu halda xərclər zəruri, faydalı, artıq,

faydasız xərclərə bölünür. Faydalı xərclər o zaman zəruri olar ki, onlar xalq təsərrüfatı

sahələrinin inkişafına sərf edilmiş olsun.

Üçüncü meyar – xərclərin məkanlığına görə. Burada xərclərin ümumdövlət və yerli

əhəmiyyətli olması nəzərdə tutulur. Ümumdövlət xərcləri dövlət büdcəsindən, yerli

əhəmiyyətli xərclər isə yerli büdcələrdən maliyyələşdirilməlidir.

Dördüncü meyar – xərclərin müddətliyidir. Bu xərclər adi və fövqəladə xərclərə

bölünür. Heç bir adi xərc fövqəladə xərclərə kifayət edə bilməz. Fövqəladə hallar üçün

nəzərdə tutulan vəsaitlər hazırda ehtiyat fondundan ödənilir.

Beşinci meyar – sabitlik. Xərclərin ümumi həcmi daimi və dəyişkən ola bilər.

Bu cür təsnifatı qəbul edib xərclər üzrə maddələrin növlərinə görə elə qruplaşdırmaq

olar ki, hər bir xərc növünə görə onların idarə edilməsi, zəruriliyi, məkanlığı, müddətliliyi və

sabitliyi təmin edilmiş olsun.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1993-cü ildə büdcə gəlirləri və

xərclərinin funksional, iqtisadi və inzibati (təşkilatlar üzrə) təsnifatını hazırlanmışdır. Həmin

dövrdə Azərbaycan Respublikasında qəbul edilmiş və hazırda fəaliyyətdə olan, üç növə

bölünən xərclər üzrə büdcə təsnifatı müəyyənləşdirilmişdir:

– funksional, dövlətin əsas funksiyalarının həyata keçirilməsi üçün büdcə vəsaitlərinin

səviyyələr üzrə qruplaşdırılmasıdır;

– iqtisadi, bütün səviyyəli büdcələrin iqtisadi məzmununa görə qruplaşdırılmasıdır;

– təşkilati, dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçılar arasında bölüşdürülməsi

üzrə qruplaşdırılmasıdır.

Page 7: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

7

Vahid büdcə təsnifatının strukturu və tərkibi Azərbaycan Respublikasının Maliyyə

Nazirliyi tərəfindən Beynəlxalq Valyuta Fondunun Dövlət Maliyyə Statistikasının tərtibi

qaydaları (A Manual on Goverment Finance Statistics) adlı sənədində əks edilən

beynəlxalq standartlara əsasən müəyyən edilir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatı fəaliyyət

göstərir və bu təsnifatın strukturuna aşağıdakılar daxildir:

1. Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin funksional təsnifatı;

3. Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatı;

4. Azərbaycan Respublikası dövlət büdcəsinin daxili və xarici maliyyələşdirmə

mənbələrinin təsnifatı;

5. Azərbaycan Respublikası dövlət daxili və xarici borcunun növləri üzrə

maliyyələşdirmənin təsnifatı;

6. Azərbaycan Respublikası dövlət büdcəsi xərclərini təşkilatlar üzrə təsnifatı;

Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı müxtəlif səviyyəli

büdcələrin gəlirlərinin qruplaşmasını təşkil edir və müxtəlif səviyyəli büdcələrin gəlirlərinin

formalaşması mənbəyini müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik

aktlarına əsaslanır.

Gəlirlər bölməsi onların mənbələri və alınması qruplarına görə konkret gəlir növlərini

birləşdirir.

Gəlirlər 4 bölməyə bölünürlər:

1. ''Vergilərdən daxilolmalar'' bölməsinə aşağıdakı köməkçi bölmələr daxildir:

gəlirlərdən (mənfəətdən) vergilər;

məcburi dövlət sosial sığorta haqları;

əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər (ehtiyat);

mülkiyyətdən vergi;

mal və xidmətlərdən alınan daxili vergilər;

xarici iqtisadi fəaliyyətlə bağlı vergilər (gəlirlər);

Öz növbəsində köməkçi bölmələr konkret vergi növlərinə və rüsumlarına bölünürlər.

Məsələn, mülkiyyətdən vergilərə daxildir:

torpaq vergisi;

əmlak vergisi;

hədiyyələrdən və vərəsə qalan əmlakdan vergi;

qiymətli kağızlarla əməliyyatlardan vergi.

2. ''Vergi olmayan gəlirlər'' bölməsinə aşağıdakı köməkçi bölmələr daxildir:

Page 8: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

8

mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər;

inzibati tədiyyələr və rüsumlar;

cərimə və sanksiyalar üzrə daxilolmalar;

dövlət idarəçiliyi daxilində dövlət qulluqçularının sosial təminat və təqaüd fondlarına

ayırmalar;

vergi olmayan sair daxilolmalar.

3. ''Əsaslı gəlirlər'' bölməsinə (kod 3) aşağıdakı köməkçi bölmələr daxildir:

əsaslı vəsaitlərin özəlləşdirilməsi;

dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar;

torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar;

qeyri-rəsmi mənbələrdən əsaslı ödənişlər (transferlər);

4. ''Rəsmi qaydada alınan vəsaitlər (transferlər)'' bölməsinə aşağıdakı köməkçi

bölmələr daxildir:

xaricdən alınan vəsaitlər ;

digər səviyyəli büdcələrdə alınan vəsaitlər.1

4. Dövlətin büdcə siyasəti Dövlətin büdcə siyasəti dedikdə, büdcənin gəlir və xərclərinin, habelə büdcə kəsirinin

idarə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlər nəzərdə tutulur.

Dövlətin büdcə siyasəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, ”Büdcə

sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, ayrı-ayrı hakimiyyət

orqanlarının büdcə prosesi sahəsində funksiyalarını və səlahiyyətlərini ifadə edən digər

qanunvericilik aktları ilə müəyyən edilir. Büdcə siyasətini yalnız büdcə prosesinə aid etmək

olmaz. Büdcə siyasəti haqqında qanun hər bir dövlət hakimiyyəti orqanının büdcə

prosesindəki funksiyalarını dəqiq ifadə edir.

Dövlətin maliyyə siyasətinin tərkib hissəsi kimi büdcə siyasətinin işlənib

hazırlanmasında dövlət hakimiyyətinin qanunverici və icraedici həlqələri iştirak edir. Müasir

dövrdə Azərbaycan Respublikasının inkişaf xüsusiyyətləri şəraitində cari dövr perspektiv

üçün ölkənin iqtisadi siyasətinin, o cümlədən maliyyə-büdcə siyasətinin əsas

istiqamətlərinin müəyyən edilməsində Respublika Prezidenti aparıcı rol oynayır.

Ölkənin iqtisadi inkişafının və sosial sabitliyin təmin edilməsi məqsədi ilə Respublika

Prezidenti dövlətin iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyən edir. Buna

əsasən dövlətin Respublika hökuməti dövlətin maliyyə-büdcə siyasətini həyata keçirmək

1 Qeyd: vergilərdən daxilolmalar (bölmə 1) + vergi olmayan gəlirlər (bölmə 2) = CARİ GƏLİRLƏR. Cari gəlirlər + əsaslı gəlirlər (bölmə 3) + rəsmi qaydada alınan vəsaitlər (bölmə 4) = ÜMUMİ GƏLİRLƏR.

Page 9: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

9

üçün müvafiq qanun layihələrini hazırlayır və müzakirə və qəbul üçün Milli Məclisə təqdim

edir.

Həyata keçiriləcək büdcə siyasəti respublikada maliyyə sabitliyinin saxlanılmasını,

inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların

sürətlənməsinə təkan verməlidir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin

aztəminatlı təbəqələrinin sosial müdafiəsi təmin olunmalıdır. Bu məqsədlə büdcə

siyasətində aşağıdakı istiqamətlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır:

büdcə proqnozları iqtisadi cəhətdən tam əsaslandırılmalı, vergilərin real yığılma imkanları düzgün qiymətləndirilməlidir;

büdcənin gəlir və xərcləri düzgün tarazlaşdırılmalı;

qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımını təmin etmək;

vergi borclarının azaldılması istiqamətində lazımı işlər görmək;

vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləşdirmək;

vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş vergini tətbiq etmək;

dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi hesabına özəlləşdirmədən daxilolmaların artımına nail olmaq;

təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmaq;

büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata, səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosial yönümlü məqsədlərə ayrılan vəsaitlər artırmaq;

dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdirmək;

büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;

dövlət qısa, orta və uzun müddətli istiqrazlarının buraxılması ilə qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütləsinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.

Page 10: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

10

5. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu

”Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu büdcə sisteminin

təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati,

hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının,

yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edir.

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan

Respublikası Konstitusiyasından, bu Qanundan, bu Qanuna müvafiq olaraq hər büdcə ili

üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanundan, digər qanunlardan və normativ

hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq

müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dövlət

büdcəsi (bundan sonra—dövlət büdcəsi), Naxçıvan Muxtar Respublikasının büdcəsi və

yerli büdcələr təşkil edir.

Qanunda istifadə olunan əsas anlayışlar. Büdcə sistemi haqqında Azərbaycan

Respublikasının Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

büdcə ili - yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrü əhatə edir

büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə

orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə

yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas

maliyyə sənədidir

büdcə təsnifatı - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin,

yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və

maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında

qruplaşdırılmasıdır

büdcədənkənar dövlət fondları - qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən

hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə

malik olan məqsədli dövlət maliyyə fondlarıdır

icmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin

(büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət

fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar

səviyyəsində əks etdirən maliyyə sənədidir

Page 11: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

11

büdcə kəsiri (defisit) - büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

büdcə artıqlığı (profisit) - büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir

dövlət büdcəsinin kassa icrası - büdcə gəlirlərinin büdcəyə daxilolmasını və

xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı

istifadəsini təmin edən icra mexanizmidir

büdcə ssudaları - dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan

Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli

büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən

müddətə verilən maliyyə vəsaitidir

dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli

büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən

maliyyə vəsaitidir

qrant - daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə

yardımıdır

subvensiya - məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət

büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə

verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə

edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir

subsidiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli

büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir

məqsədli büdcə fondları - dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi

və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan

və istifadə edilən pul vəsaitidir

sekvestr - dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli

büdcələrin , həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə

mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc

maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən

olunmuş qaydada ixtisarıdır

Page 12: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

12

Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin

maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar müəyyən olunmuş rüblük göstəricilərdən

kənarlaşdıqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri

arasında tarazlığın pozulması təhlükəsi yarandıqda dəyişikliklər aparılmaqla aradan

qaldırılması mümkün olmadıqda, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla, may

ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə

yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ

qaldırıla bilər.

Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin

maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə müəyyən

olunmuş göstəricilərdən 30 faiz az olduqda, qanunvericilik təşəbbüsü qaydasında və

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə

alınmaqla oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisi

qarşısında dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması barədə məsələ

qaldırılır.

Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki

daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin

hesabatlar Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrində müzakirə edilir.

Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə

nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata

1• əmək haqqı;

2• əmək haqqına üstəlik;

3• pensiya, başqa sosial müavinətlər və ödənişlər;

4• dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;

5

• hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.

müdafiə olunan xərc maddələri - büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr

tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləridir

Page 13: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

13

keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan

Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat

fondları yaradıla bilər.

Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5

faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla

müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət

büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti

ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi Azərbaycan Respublikasının Milli Məclisində

cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir.

6. Dövlət büdcəsinin gəlirləri Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər

strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi

üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və

istifadəsini təmin etməkdir. Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş

gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir.

büdcə gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının

və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən

olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə

və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır

büdcə xərcləri - büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan

Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə

tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir

mərkəzləşdirilmiş gəlir - dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun

olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlirdir

mərkəzləşdirilmiş xərc - büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində

nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə

bağlı xərclərdir

Page 14: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

14

7. Dövlət büdcəsi və vergi daxilolmaları

2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 766,0 milyon manat proqnoza

qarşı 16 milyard 516,7 milyon manat və ya proqnoz 98,5 faiz yerinə yetirilmişdir.

Büdcənin xərcləri isə proqnoza nisbətən 98,1 faiz və yaxud 17 milyard 594,5 milyon

manat icra olunmuşdur.

Neft Fondundan 2017-ci ildə 6 milyard 100 milyon manat vəsait dövlət büdcəsinə

transfer edilmişdir ki, bu da 2016-cı illə müqayisədə 1 milyard 515 milyon manat və ya

19,9 faizi az olmuşdur.

Cədvəl 1. Dövlət büdcəsinin gəlirləri (2016-2017

Göstəricilər

(milyon manatla) 2016-cı il

2017-ci il 2016-cı illə

müqayisə,

faizlə Proqnoz İcra Faizlə

GƏLİRLƏR 17 501,2 16 766,0 16 516,7 98,5 94,4

o cümlədən

AR-nın Vergilər

Nazirliyi 7 015,6 7 645,0 6 973,5 91,2 99,4

AR-nın Dövlət

Gömrük Komitəsi 2 291,6 2 250,0 2 608,8 115,9 113,8

AR Dövlət Neft

Fondu 7 615,0 6 100,0 6 100,0 100,0 80,1

yerli gəlir - dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan

ayrı-ayrı şəhər və rayonlar üzrə gəlirdir

yerli xərc - büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və

mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclərdir

Page 15: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

15

Sair gəlirlər 579,0 771,0 834,4 108,2 144,1

1-ci cədvəlin məlumatlarında da büdcə daxilolmalarının strukturunda Neft

Fondundan transferlərin azaldığı müşahidə olunur. Belə ki, əgər 2016-cı ildə Neft

Fondundan transferlərin büdcə daxilolmalarında xüsusi çəkisi 43,5 faiz olmuşdursa, 2017-

ci ildə bu rəqəm 6,2 faiz bəndi azalaraq 36,9 faizə bərabər olmuşdur.

Diaqram 1. 2017-ci il üzrə dövlət büdcəsində daxilolmaların strukturu

2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 921,1 milyon manatı və ya 62,1 faizi

cari xərclərə, 5 153,5 milyon manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1 513,6 milyon

manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə

yönəldilmişdir. Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6 690,8 milyon manatı sosial

təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq

xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2016-cı illə müqayisədə 453,7

milyon manat və ya 7,3 faiz çoxdur.

AR-nın Dövlət

Gömrük

Komitəsi

15,8%

AR Dövlət Neft

Fondu

36,9%Sair gəlirlər

5,1%

AR-nın Vergilər

Nazirliyi

42,2%

Page 16: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

16

Dövlət büdcəsinin kəsiri 1 077,8 milyon manat və ya təsdiq olunan yuxarı həddən

97,2 milyon manat az olmuşdur.

Cədvəl 2. Dövlət büdcəsinin xərcləri barədə məlumat

2016-

cı il

2017-ci il

2016-ci il ilə

müqayisə

Göstəricilər

(milyon

manatla) Proqnoz İcra

Fərq

Məbləğlə Faizlə Məbləğlə Faizlə

XƏRCLƏR 17

742,4 17 941,0

17

594,5 -346,5 98,1 -147,9 -0,8

Kəsir

/Profisit -241,2 -1 175,0

-1

077,8

2017-ci ildə Vergilər Nazirliyi tərəfindən büdcəyə 7 milyard 645,0 milyon manat

proqnoza qarşı 6 milyard 973,5 milyon manat vəsaitin daxil olması təmin edilərək,

proqnoza 91,2 faiz əməl edilmişdir. Hesabat dövrü ərzində toplanılan vergilərin 5 milyard

189,5 milyon manatı və ya 74,4 faizi qeyri-neft sektorunun, 1 milyard 784,0 milyon manatı

və ya 25,6 faizi isə neft sektorunun payına düşür.

Cədvəl 3. Vergi daxilolmalarının icrası

İllər 2016-cı il 2017-ci il

Göstəricilər

(milyon manatla) Proqnoz İcra İcra faizi Proqnoz İcra

İcra

faizi

CƏMİ 7 010,0 7 015,6 100,1 7 645,0 6 973,5 91,2

O cümlədən

Neft sektoru 1 610,0 1 610,1 100,0 1 840,0 1 784,0 96,9

Qeyri-neft sektoru 5 400,0 5 405,5 100,1 5 805,0 5 189,5 89,4

Page 17: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

17

Qeyri-neft sektoru üzrə daxilolmaların həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən

4,0 faiz (216,0 milyon manat) azalmışdır.

2017-ci ildə vergi daxilolmalarının tədiyələr üzrə icrasını təhlil etdikdə görmək olar ki,

cəmi vergi daxilolmaları əsasən ƏDV (27,2 faiz) və mənfəət vergisi (32,8 faiz) hesabına

formalalaşmışdır. Eyni zamanda digər tədiyələrdə, xüsusilə gəlir vergisi ümumi vergi

daxilolmalarına da öz təsirini göstərmişdir.

Diaqram 2. Cəmi vergi daxilolmaları

ƏDV üzrə ödəmənin azalmasının əsas səbəbi gömrük sistemində şəffaflaşma

nəticəsində ƏDV depozit hesabından idxala görə ödənilən vəsaitin 2016-cı ilə nisbətən

2017-ci ildə artması və ödənilən ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Eyni zamanda,

Azərenerji ASC-yə borcun ödənilməsi ilə bağlı ayrılmış vəsaitlər hesabına 2016-cı ildə

dövlət büdcəsinə ƏDV ödənişləri artmış və bunun nəticəsində 2017-ci ildə bu tədiyyə üzrə

Azərenerji ASC-nin dövlət büdcəsinə ödənişlərində 159,9 milyon manat azalma müşahidə

edilmişdir.

2017-ci il üzrə qeyri-neft sektorunda tədiyələr üzrə daxilolmalar ƏDV, gəlir vergisi,

mədən vergisi, aksizlər və əmlak vergisi istisna olmaqla qalan bütün tədiyələr üzrə 2016-cı

ilə nisbətən artmışdır.

2.1

08

,2

1.9

83

,2

1.1

45

,7

53

2,2

50

,3

17

4,7

11

0,3

70

,0 30

3,8

10

5,6 43

1,6

1.8

95

,4

2.2

85

,8

1.0

40

,3

51

8,7

50

,4

17

8,6

11

1,1

99

,5 37

1,4

10

7,7

31

4,6

2.5

83

,0

2.3

20

,0

1.1

96

,0

55

4,0

50

,0

18

2,0

13

6,0

73

,0 38

0,0

11

2,0

32

1,0

2016 icra 2017 icra 2018 proqnoz

milyon manatla

Page 18: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

18

Diaqram 3. Qeyri-neft vergi daxilolmaları

Diaqram 4. Cəmi, neft və qeyri-neft vergi daxilolmalarının dinamikası

1.8

21

,7

1.4

66

,0

1.1

45

,7

27

,1

18

,2

96

,2

1,6 70

,0 30

3,8

10

5,6 34

9,7

1.5

38

,5

1.6

91

,4

1.0

40

,3

20

,4

21

,4

92

,3

1,5 9

9,5 3

71

,4

10

7,7

20

5,1

2.3

06

,0

1.5

84

,0

1.1

96

,0

46

,0

35

,0

12

8,0

7,0 73

,0

38

0,0

11

2,0

16

0,0

2016 icra 2017 icra 2018 proqnoz

milyon manatla

2013 2014 2015 2016 2017

6.6

64

,0

7.1

13

,7

7.1

18

,2

7.0

15

,6

6.9

73

,5

3.7

61

,9

4.3

06

,5

5.0

28

,4

5.4

05

,5

5.1

89

,5

2.9

02

,1

2.8

07

,2

2 0

89

,8

1 6

10

,1

1 7

84

,0

milyon manatla

Cəmi vergi daxilolması Qeyri-neft vergi daxilolması Neft vergi daxilolması

Page 19: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

19

Vergi orqanları tərəfindən 2017-ci il üzrə vergi daxilolmalarının proqnozunun icra

vəziyyəti 3-cüı cədvəldə göstərilişdir.

Cədvəl 3. Vergi daxilolmalarının 2016-2017-ci illər üzrə icrası və

2018-ci il üzrə proqnoz məlumatları

milyon manatla

İllər 2016-cı il 2017-ci il 2018-ci

il

Göstəricilər Proqnoz İcra Proqnoz İcra Proqnoz

CƏMİ 7 010,0 7 015,6 7 645,0 6 973,5 7 907,0

Neft sektoru 1 610,0 1 610,1 1 840,0 1 784,0 1 880,0

DNŞ 1 240,0 1 252,4 1 365,0 1 317,5 1 380,0

PSA mənfəət 370,0 383,9 475,0 522,9 500,0

Qeyri-neft sektoru 5 400,0 5 405,5 5 805,0 5 189,5 6 027,0

Bakı şəhəri üzrə cəmi 4 813,1 4 875,1 5 206,1 4 653,6 5 403,8

ƏVİ+ƏVD cəmi 586,9 600,8 598,9 626,3 623,2

2 saylı ƏVD 130,4 131,5 130,2 137,9 135,4

3 saylı ƏVİ 41,1 41,5 44,1 48,7 46,7

4 saylı ƏVİ 13,0 13,4 14,3 14,6 14,9

5 saylı ƏVİ 54,2 59,7 58,6 61,1 59,9

6 saylı ƏVİ 50,0 52,3 54,0 55,6 55,7

8 saylı ƏVİ 46,0 47,2 46,5 47,1 48,2

9 saylı ƏVİ 28,0 28,2 28,2 28,4 28,8

10 saylı ƏVİ 21,6 21,8 23,0 23,1 25,6

11 saylı ƏVD 83,0 84,4 74,2 74,9 76,6

12 saylı ƏVD 63,1 63,6 63,5 69,0 66,4

13 saylı ƏVİ 15,5 16,1 16,7 17,1 17,1

14 saylı ƏVİ 40,8 41,1 45,6 48,8 47,9

Page 20: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

20

Vergi daxilolmalarını iqtisadiyyatın sahələri üzrə nəzərdən keçirsək, 2017-ci ildə

əvvəlki illə müqayisədə ən çox artım bank və sığorta, xidmət, tikinti və kənd təsərrüfatı

sahələrində olunmuşdur. Bu artım daha çox kənd təsərrüfatı sahəsində (48,1 faiz), bank

və sığorta sahəsində (27,1 faiz) və xidmət sahəsində (18,3 faiz) olmuşdur.

Cədvəl 4. İqtisadiyyatın sahələri üzrə vergi daxilolmaları barədə məlumat

milyon manatla

Göstəricilər 2016-cı il x/ç 2017-ci il x/ç Artım

məbləği

Artım

faizi

Cəmi 7 015,6 100,0 6 973,5 100,0 -42,1 -1,5

Sənaye 2 435,0 34,7 2 371,8 34,0 -63,2 -2,6

Xidmət 1 088,9 15,5 1 288,5 18,5 199,6 18,3

Tikinti 1 057,1 15,1 1 095,9 15,7 38,8 3,7

Ticarət 729,6 10,4 665,7 9,5 -63,9 -8,8

Rabitə 397,7 5,7 386,6 5,5 -11,1 -2,8

Nəqliyyat 327,5 4,7 313,4 4,5 -14,1 -4,3

Bank və sığorta 235,5 3,4 299,3 4,3 63,8 27,1

Kənd təsərrüfatı 12,0 0,2 17,8 0,3 5,8 48,1

Digər 732,4 10,4 534,5 7,7 -197,9 -27,0

4-cü cədvəldən göründüyü kimi fəaliyyət sahələri üzrə vergi daxilolmalarının əsas

hissəsini sənaye təşkil edir. Bununla yanaşı xidmət, tikinti və ticarətin də vergi

daxilolmalarında əhəmiyyətli xüsusi çəkisi vardır. Kənd təsərrüfatı məhsullarının

istehsalçıları mənfəət vergisi, ƏDV, sadələşdirilmiş vergi, əmlak vergisi və sahibkarlıq

fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisindən azad olunduğu üçün bu

fəaliyyət sahəsi üzrə vergi daxilolmaları aşağıdır.

8. Büdcə siyasətinin təkmilləşdirilməsi

Dövlət büdcəsinin yeni sistemə uyğun olaraq təkmilləşdirilməsi üçün onun tərkibini

və büdcə siyasətini müəyyən etmək əsas şərtlərdən biridir. Bazar iqtisadiyyatı şəraitində

büdcə sisteminin tənzimlənməsi iki istiqamətdə aparılmalıdır :

Page 21: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

21

Dövlət büdcəsinin layıhəsi hazırlanarkən ilk növbədə iqtisadi proqnozlaşdlrma

göstəriciləri hazırlanmalıdır. Bu zaman iqtisadiyyatın meylləri və inkişaf istiqamətləri əsas

götürülür.

9. Azərbaycan Respublikasının 2018-ci ilin dövlət büdcəsi

Azərbaycan Respublikasının 2018-cı il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min

manat, xərcləri 20 905 700,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 476

312 min manat, yerli gəlirləri 650 671,5 min manat, mərkəzləşdirilmiş xərcləri 20 18 1601

,0 min manat, yerli xərcləri 724 092,0 min manat) məbləğində təsdiq edilmişdir.

Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsinin gəlirləri 15 955 000,0 min

manat, xərcləri 16 600 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 312

619 min manat, yerli gəlirləri 642 381,5 min manat, mərkəzləşdirilmiş xərcləri 15 881730 ,0

min manat, yerli xərcləri 642 381,0 min manat) məbləğində təsdiq edilmişdir.

10. Nəzarət sualları

1. Məcmu tələbin, məşğulluğun və gəlirin səviyyəsinə təsir etmək üçün dövlətin

xərclərdən, vergiqoymadan və borclanmadan istifadə edərək həyata keçirdiyi siyasət necə

adlanır?

2. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılmasının əsas məqsədi

nədir?

3. Büdcənin gəlir və xərclərinin, habelə büdcə kəsirinin idarə edilməsi ilə əlaqədar

dövlət tərəfindən hansı tədbirlər həyata keçirilir?

1• birinci növbədə dövlət büdcəsi tarazlaşdırılmalı;

2

• ikincisi, büdcənin gəlir və xərcləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmalıdır.

Page 22: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

22

4. Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin

və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin

funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında necə qruplaşdırlır?

5. Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş

və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları

necə adlanır?

6. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar

Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən

bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə

vəsaiti necə adlanır?

7. Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən

Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin

məqsəd üçün və ya müəyyən edilmiº müddətdə istifadə edilmədikdə geri qaytarılan

maliyyə vəsaiti necə adlanır?

8. Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə

və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti necə adlanır?

9. Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə

istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi necə adlanır?

10. Büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun

olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi necə

adlanır?

11. Büdcə kəsiri hansı mənbələr hesabına maliyyəşir?

12. Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği necə adlanır?

13. Dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi

gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir necə adlanır?

14. Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə

ödənilməli olan borc necə adlanır?

15. Büdcə ili hansı dövrü əhatə edir?

11. Müstəqil öyrənmə üçün tapşırıqlar

1. Dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirən orqanlar haqqında;

2. Büdcədənkənar fondlar haqqında ətraflı məlumat.

3. "Azərbaycan Respublikasının 2018-cı il dövlət büdcəsi haqqında" Azərbaycan

Respublikasının Qanunu

Page 23: Bakı - 2018tedris.taxes.gov.az/assets/upload/files/Təlim... · 2018-10-30 · 3 1. Büdcənin iqtisadi məzmunu Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta,

23

4. "Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında" Azərbaycan

Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı

5. "Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında" Azərbaycan

Respublikasının Qanunu

6. "Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında" Azərbaycan

Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

12. Ədəbiyyat

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

2. Azərbaycan Respublikasının Konstitusiyası.

3. ”Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanun

4. “Azərbaycan Respublikasının 2016-cı il Dövlət Büdcəsi haqqında qanunu

5. “Azərbaycan Respublikasının 2017- ci il Dövlət Büdcəsi haqqında qanunu

6. “Azərbaycan Respublikasının 2018-ci il Dövlət Büdcəsi haqqında qanunu

7. Z.Vəliyev Büdcə sistemi . Bakı 2012

4. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Bakı, 2003

9. Ələkbərov Ə.Ə. Azərbaycan Dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə

sisteminin rolu. Bakı, 2005

10. http://www.maliyye.gov.az/