Əbülfəz rəcəbov dil, cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya...

102
1 Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur Oxucuya Dil Birinci Fesil: Dilin Mahiyyəti İşarədən Nitqədək Nitq və Fəaliyyət Əmək, Cəmiyyət və Dil Sözlər və Şeylər Dilin və Nitqin Funksiyaları OXUCUYA İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil haqındakı bu kitabda dilin bəzi fəlsəfi məsələlərindən bəhs edilir. Həmçinin dilin mahiyyəti, onun insan həyatında oynadığı rol, dilin yaranması, işarədən nitqə doğru inkişafı fəlsəfi baxımdan araşdırılır. Adətən, elmi ədəbiyyatda iddia edilir ki, dil əmək fəaliyyəti zamanı cəmiyyətdə yaranmışdır, cəmiyyətdən kənarda dil yarana bilməzdi. Bu zaman unudulur ki, cəmiyyət özü də dilsiz mövcud ola bilməzdi. Qəribə vəziyyətdir: dil cəmiyyətsiz, cəmiyyət də dilsiz yaranmır. Bəs, onda necə olmuşdur ki, birinin varlığı digərini şərtləndirən və nə zamansa ikisi də mövcud olmayan bu iki ictimai hadisə əmələ gəlmişdir? Nitqin insan fəaliyyəti ilə əlaqəsi necə olmuşdur? Hansı əvvəl yaranmışdır: əmək, cəmiyyət, yaxud dil? Sözlərin əşyalara, əşyaların sözlərə münasibəti necədir? Əşyaların adları, ümumiyyətlə adlandırma təsadüfi, yaxud şüurlu olmuşdur? Dil və nitq arasındakı münasibət necədir? Müasir insanın həyatında dil nə kimi əhəmiyyətə malikdir? Bütün bu suallara müəllif tarix elmi baxımından yox, dilçilik və fəlsəfi elmlər baxımından cavab verməyə çalışmışdır. Kitabda dil və şüur arasındakı münasibətlərə elmi baxımdan yanaşılır, bu münasibətlər fəlsəfə və psikologiya elmlərinin, xüsusən neyropsikologiyanın son nailiyyətləri əsasında araşdırılır. Bu nöqteyi- nəzərdən dil və cəmiyyət, dil və tarix problemlərinin tədqiqinə də kitabda geniş yer verilmişdir. Kitab qabaqcıl dünya elminin mütərəqqi ideyaları əsasında yazılmışdır. Müəllif elmi ədəbiyyatda irəli

Upload: others

Post on 25-May-2020

23 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

Əbülfəz Rəcəbov

Dil, Cəmiyyət, Şüur

Oxucuya Dil

Birinci Fesil: Dilin Mahiyyəti

İşarədən Nitqədək Nitq və Fəaliyyət Əmək, Cəmiyyət və Dil Sözlər və Şeylər Dilin və Nitqin Funksiyaları

 

 

 

OXUCUYA

İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil haqındakı bu kitabda dilin bəzi fəlsəfi

məsələlərindən bəhs edilir. Həmçinin dilin mahiyyəti, onun insan həyatında oynadığı rol, dilin yaranması,

işarədən nitqə doğru inkişafı fəlsəfi baxımdan araşdırılır. Adətən, elmi ədəbiyyatda iddia edilir ki, dil əmək

fəaliyyəti zamanı cəmiyyətdə yaranmışdır, cəmiyyətdən kənarda dil yarana bilməzdi. Bu zaman unudulur ki,

cəmiyyət özü də dilsiz mövcud ola bilməzdi. Qəribə vəziyyətdir: dil cəmiyyətsiz, cəmiyyət də dilsiz

yaranmır. Bəs, onda necə olmuşdur ki, birinin varlığı digərini şərtləndirən və nə zamansa ikisi də mövcud

olmayan bu iki ictimai hadisə əmələ gəlmişdir? Nitqin insan fəaliyyəti ilə əlaqəsi necə olmuşdur? Hansı

əvvəl yaranmışdır: əmək, cəmiyyət, yaxud dil? Sözlərin əşyalara, əşyaların sözlərə münasibəti necədir?

Əşyaların adları, ümumiyyətlə adlandırma təsadüfi, yaxud şüurlu olmuşdur? Dil və nitq arasındakı

münasibət necədir? Müasir insanın həyatında dil nə kimi əhəmiyyətə malikdir? Bütün bu suallara müəllif

tarix elmi baxımından yox, dilçilik və fəlsəfi elmlər baxımından cavab verməyə çalışmışdır.

Kitabda dil və şüur arasındakı münasibətlərə elmi baxımdan yanaşılır, bu münasibətlər fəlsəfə və

psikologiya elmlərinin, xüsusən neyropsikologiyanın son nailiyyətləri əsasında araşdırılır. Bu nöqteyi-

nəzərdən dil və cəmiyyət, dil və tarix problemlərinin tədqiqinə də kitabda geniş yer verilmişdir.

Kitab qabaqcıl dünya elminin mütərəqqi ideyaları əsasında yazılmışdır. Müəllif elmi ədəbiyyatda irəli

Page 2: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

sürülmüş fikir, ideya, nəzəriyyə və fərziyyələrə tənqidi yanaşmış, bunların müsbət və mənfi cəhətlərini

oxucuya izah etməyə çalışmışdır.

Nəzərdən keçirilən və tədqiq edilən problemlərin mühüm bir qismi nəinki Azərbaycan dilində

(Azərbaycan dilçiliyində yox!), eyni zamanda elmdə ilk dəfə qaldırılır. Muəllif bir sıra hallarda bu

problemlərin həllində müasir elmi ideyalarla təzad təşkil edən fikirlər irəli sürur, bəzən müasir dilçilikdə

qəbul edilməyən, bəzən isə tənqid edilən (rədd edilən desəydik, daha doğru olardı) ideyalara isnad edir.

Lakin qeyd edilməlidir ki, müəllif dilin fəlsəfi məsələlərini tədqiq və izah edərkən hər yerdə dialektik və

tarixi materializm fəlsəfi müddəalarından çıxış edir.

Qeyd edilməlidir ki, indiyədək tədqiqatçılar dilin fəlsəfə ilə bağlı problemlərindən danışarkən öz

fikirlərini sübut etmək üçün Marks və Enqelsin əsərlərindən sitatlar gətirmiş, onların fikirlərinə

əsaslanmışlar. Lakin heç kəs onların fikirlərindəki mənanın dərinliyinə diqqət yetirməmişdir. Marks və

Enqels öz əsərlərində dil və təfəkkürün münasibətindən danışmamışlar, dil və şüurun münasibətindən bəhs

etmişlər, halbuki istər Azərbaycan, istərsə də ümumiyyətlə sovet dilçiləri bu barədə həmişə Marks və

Enqelsin məşhur sözlərinə müraciət etmişlər («Dil də şüur qədər qədimdir». «Dil başqa insanlar üçün

mövcud olan və yalnız bununla da mənim özüm üçün mövcud olan praktik real şüurdur» və s.). Onların

fikrincə, guya şüur və təfəkkür eyni hadisədir. Əksinə Marks və Enqels dil və təfəkkürün münasibətindən

danışmaq istəsə idilər, «şüur» sözünü yox, «təfəkkür» sözünü işlədərdilər. Məhz bu kimi səbəblərə görə

müəllif Marks və Enqelsin fikirlərinə müraciət etdikdə onların indiyədək verilmiş izahından çıxış etmir,

əksər hallarda öz şərhini təqdim edir.

Lakin nəzərə almaq lazımdır ki, bu kitabda təqdim edilən dilin fəlsəfi problemlərinin əksəriyyəti

elmdə ilk dəfə qaldırılır. Ona görə də güman edirəm ki, səhvlərim, yanlış, yaxud dolaşıq fikirlərim olmamış

olmaz. Kitabda rast gələcəyiniz nöqsanlar və ümumiyyətlə kitabda qaldırdığım məsələlər barəsində fikir,

məsləhət, arzu və təkliflərinizi mənə bildirsəniz, qabaqcadan öz minnətdarlığımı bildirirəm.

Dil

İnsanı ətraf mühitə hakim edən, bütün canlıların fövqündə saxlayan dildir. İnsan dildən hər gün, hər

saat istifadə edir. Çox vaxt insan həyatında idrakın, şüurun, təfəkkürün əhəmiyyətini ön plana çəkir,

bunlarsız insanın insan kimi ümumiyyətlə mövcud ola bilməyəcəyini söyləyirlər. Bu zaman unudurlar ki,

idrakın şüurun, təfəkkürün yaranması və formalaşmasında dilin əhəmiyyəti böyükdür. Dil olmasa idi idrak,

şüur, təfəkkür haqqında, müasir insanın özü haqqında bu gün söhbət belə ola bilməzdi. İnsanı insan edən

dildir.

Page 3: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

İnsan həyatında oynadığı nəhəng rola görədir ki, dilin yaranması, gerçəkliklə, şüurla, təfəkkürlə

əlaqəsi, ümumiyyətlə dil problemi bütün dövrlərdə filosofları maraqlandırmış, dilçilik elmi yaranandan onun

mərkəzi mövzusuna çevrilmişdir. «Dil nədir?» sualı dilçiləri dil haqqında elmin bütün tarixi boyu

maraqlandırmışdır. Bu suala çoxlu və müxtəlif cavablar verilmişdir. Cavablar, müəlliflərinin elmi

dünyagörüşünü əks etdirmiş, dilin tədqiqat metodlarının, dilin inkişafı, forma və qanunauyğunluqlarının

müəyyənləşdirilməsinə ciddi təsir göstərmişdir.

Dilçilik elmi dilin mahiyyəti və təbiəti haqqındakı müddəalarında dialektik materializm fəlsəfəsinin

prinsiplərinə əsaslanır. Bu müddəalara görə, dilin əsas funksiyaları kommunikativ (ünsiyyət), fikir (təfəkkür,

nominativ - dil fikir alətidir), estetik-emosional və inikas funksiyalarıdır. Dil məhz kommunikativ və fikri

formalaşdırma aləti funksiyaları sayəsində ictimai hadisə olur. Dilçilik elmi də dilə bu baxımdan - ictimai

hadisə olması nöqteyi-nəzərindən yanaşır, dilin təbiətini, inkişaf qanunauyğunluqlarını, dillə şüurun və

təfəkkürün, dillə cəmiyyətin qarşılıqlı əlaqə və münasibətlərini bu baxımdan öyrənir.

Dilə strüktur baxımından yanaşsaq, ona belə bir tərif verə bilərik: dil işarələr və onlar arasında əlaqələr

sistemidir. Dilə onun funksiyaları, cəmiyyətdəki rolu və insan həyatındakı əhəmiyyəti baxımından

yanaşdıqda isə ona belə bir tərif vermək olar: dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, insan

fikrinin, təfəkkürünün formalaşması vasitəsi, insanların estetik-emosional hisslərinin ifadə vasitəsi, insanın

mənəvi aləminin, əxlaqının, davranışının, xalqın mənəvi ruhunun formalaşması vasitəsidir. Biz bu tərifin son

və ən kamil tərif olması fikrindən uzaq olsaq da, bizcə, o, Dilə indiyədək verilmiş təriflərin ən əhatəlisi,

mükəmməlidir. Dilsiz cəmiyyət, deməli, insanın özü mövcud ola bilməz." Dil insanın insan kimi varlıq

formasıdır.

Bütün bunlar dilin fəlsəfi tərifidir. Dilçilik elmi isə dili sırf dilçilik baxımından öyrənir. Dil hər şeydən

əvvəl dil haqqında elmin, dilçiliyin tədqiqat obyektidir, predmetidir. Dilin nəzəri problemlərini - dil və şüur,

dil və təfəkkür, dil və cəmiyyət, dilin təbiəti və mahiyyəti, dilin inkişaf qanunauyğunluqları, dilin qnoseoloji

və ontoloji problemləri-dilçiliyin bəzən obrazlı surətdə dilin fəlsəfəsi adlandırılan ümumi dilçilik adlanan

sahəsində öyrənilir.

Nəzəri dilçilik hər şeydən əvvəl dilin mahiyyəti problemini aydınlaşdırmaqla məşğul olur, çünki ən

mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq

qabiliyyəti və s. ilə əlaqədardır. Məhz buna görə dilçilik dilin mahiyyəti məsələləri ilə az ya çox əlaqədar

olan digər elm sahələri ilə «kəsişir», beləliklə, aralıq elm sahələri yaranır.

Əlbəttə, dil özü özündə olan, özü özü üçün olan varlıq, hadisə deyildir. O, obyektiv gerçəklikdə

mövcud olan digər varlıq və hadisələrlə sıx əlaqədardır. Dilin təbiətini düzgün müəyyənləşdirmək üçün onun

digər obyektiv hadisələrlə əlaqəsini dialektik materializm mövqeyindən aydınlaşdırmaq lazımdır. Dilçiliyin

tarixi dili başqa hadisələrlə yaxınlaşdırmaq halları ilə doludur. Nəzəri dilçilikdə dilin təfəkkürlə

Page 4: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

əlaqələndirilməsi əsasında məntiqi dilçilik və dil nəzəriyyəsinin mentalinqvistik aspekti, dilin insanın psiki

fəaliyyəti ilə əlaqələndirilməsi əsasında psikoloji dilçilik və dil nəzəriyyəsinin psikolinqvistik aspekti, dilin

digər ictimai institutlarla əlaqələndirilməsi əsasında sosioloji dilçilik və dil nəzəriyyəsinin sosio-linqvistika

və etnolinqvistika aspekti, dilin təbiət hadisələri ilə əlaqələndirilməsi əsasında naturalist dilçilik və dil

nəzəriyyəsinin akustik-fizioloji aspekti yaranır.

XIX əsrin ortalarından başlayaraq dilə vahid bütöv kimi baxılmır. Son zamanlar, xüsusən F. de

Sössürdən başlayaraq, nitq fəaliyyətində dil və nitq qarşılaşdırılması (antinomiyası, dixotomiyası) göstərilir.

Dili daha çox dil və nitq deyə qarışdırırlar. Dilin belə parçalanması onun bir bütöv vahid kimi tədqiq

edilməsinə mane olur. Əslində dil və nitq qarşılaşdırılması şərtidir. Nitq (yaxud nitqlər) dilin rəngarəng fərdi

təzahür formasıdır (formalarıdır). Bu məsələyə sonra qayıdacaq və onu geniş surətdə nəzərdən keçirəcəyik.

Burada isə ancaq onu qeyd etməyi lazım bilirik ki, nəzəri dilçilik, əsasən, dil problemləri ilə məşğul olmalı,

nitq haqqında isə təkcə ümumi müddəalar irəli sürməklə kifayətlənməlidir; nitq problemlərini sahə

dilçilikləri tədqiq etməlidir.

Dilin tədqiqində ikinci çətinlik subyektlə tədqiqat obyekti arasındakı münasibət məsələsidir. Dilçiliyin

tədqiqat obyekti, predmeti nədir? Şübhəsiz ki, dildir. Materialist idrak təlimində subyektlə tədqiqat obyekti

arasındakı qarşılıqlı münasibətlərə əsas yer verilir. Tədqiqatın nəticəsi subyektin tədqiqat obyektinə

bəslədiyi münasibətdən xeyli dərəcədə asılıdır. Bu münasibətin necəliyindən asılı olaraq tədqiqatın nəticəsi

obyektiv də, subyektiv də ola bilər. Hətta obyektiv münasibətdə belə bütün obyektiv nəticələrlə yanaşı

subyektiv momentlər də nəticədə müəyyən dərəcədə özünü göstərməlidir, çünki, bizim hisslərimiz,

qavrayışlarımız obyektiv aləmin subyektiv obrazlarıdır; qavrama subyektiv ideyalardan obyektiv həqiqətə

doğru hərəkətdir. Qavrama nə qədər geniş, ətraflı və dərin, tədqiqatın obyekti haqqında bildiyimiz nə qədər

əhatəli və dəqiq olarsa, tədqiqatın nəticəsində subyektivlik bir o qədər az olar. Buna görə də tədqiqatın

sonunda subyektivlikdən çəkinmək üçün tədqiqatçı tədqiqat obyektini özü üçün mümkün qədər dəqiq

müəyyənləşdirməlidir. Bu baxımdan dilçiliyə nisbətən bütün digər elm sahələri ilə məşğul olanların bəxti

gətirmişdir, çünki onların tədqiqat obyekti bilavasitə müşahidə edilə bilər, halbuki bir ünsiyyət vasitəsi kimi

dili bilavasitə müşahidə etmək mümkün deyildir. Müəyyən bir fərdin nitqini - şifahi şəkildə nitq fəaliyyəti

və nitq aktını, yazılı şəkildə yenə də sırf fərdi olan və nitqin yazıya köçürülmüş formasını, mətni - müşahidə

etmək olar, ayrı-ayrı fərdlərin nitqini müşahidə etmək olar (qəribədir, belə çıxır ki, nitq var, dil yoxdur, dil

fiksiyadır); bütövlükdə dili müşahidə etmək qeyri-mümkündür. Mətnlər üzərindəki müşahidələri toplasaq,

yenə də dil üzərində deyil, mətnlər toplusu üzərindəki müşahidəni alarıq. Mətnlər toplusu heç də dil demək

deyildir, L. V. Şerbanın dili ilə desək, dil materialıdır. Dilçinin tədqiqat obyekti isə mətn və yaxud mətn

toplusu ola bilməz. Bütövlükdə «insanların ünsiyyət, ifadə, fikir və digər informasiyaları nəqletmə vasitəsi

olan dil strukturuna və vəzifəsinə görə üç müxtəlif keyfiyyətə malikdir. Dil- bu,

a) dil strukturu (yaxud sistemi), onun vahidlərinin, kateqoriyalarının, sistemlərinin daxili

Page 5: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

mütəşəkkilliyidir;

b) tarixən əmələ gələn və sonrakı inkişafa qabil olan dil normasıdır;

v) dili, onun strukturunu və normalarını bilən və onlardan öz fikir, iradə, hisslərini ifadə etmək, nitq

məhsulu yaratmaq üçün istifadə edən fərdlərin nitq fəaliyyətidir.

L. V. Şerbanın dili ilə desək, dilçiliyin predmeti dil-struktur (sistem), dil-norma, dil-danışanların

fəaliyyəti kimi üçlükdür.

Dilin tədqiqinin müxtəlif aspektlərinin mövcudluğu dilçiliyin predmetinin müxtəlifliyini göstərmir,

onun vahidliyini danmır. Tədqiqat aspektinin müxtəlifliyi dilçiliyin predmetinin dəyişkənliyini də göstərmir;

dilçiliyin predmeti dəyişmir, dəqiqləşdirilir. Tədqiqat aspektinin müxtəlifliyi subyektin obyektə

münasibətindən, tədqiqatçının istifadə etdiyi metodun müxtəlifliyindən irəli gəlir. Nəzəri dilçilik dil

haqqında onun tədqiqinin bütün aspektlərini əhatə edə bilən ümumi təsəvvür yaratmalıdır.

Dialektik və materialist fəlsəfəyə görə, tədqiqat obyekti öz-özlüyündə vahid və bütövdür, predmetin

özündə ziddiyyət olmur. Tədqiqat aspektinin müxtəlifliyi obyektə baxışda bu və ya digər əlamətin daha

qabarıq göstərilməsinin nəticəsidir.

Page 6: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

Birinci Fəsil

DİLİN MAHİYYƏTİ

İşarədən Nitqədək

Dil insan həyatinın, fəaliyyətinin elə bir sahəsidir ki, onsuz (dilsiz) nəinki insanın fəaliyyətini, hətta bir

ictimai, sosioloji varlıq kimi insanın özünün varlığını, mövcudluğunu təsəvvürə gətirmək belə mümkün

deyildir; dilsiz insan ictimai varlıq olmaqdan çıxıb bioloji varlığa çevrilir. Dilin insan həyatındakı əvəzsiz

əhəmiyyətinin nəticəsidir ki, ictimai varlıq olan insan, demək olar ki, öz varlığını dərk etdiyi ilk vaxtlardan

başlayaraq dilin yaranması, mənşəyi haqqında müxtəlif fikirlər-fərziyyə və nəzəriyyələr, nağıl və əfsanələr

irəli sürmüşdür. Bu fikirlərin bir qismi elmi səciyyə daşımış, digər qismi elmdən uzaq olmuş, bəzisi idealizm

cəbbəxanasından götürülmüş, bəzisində dualizm ruhu özünü göstərmişdir. Xüsusən XIX əsrdən sonra irəli

sürülən fikirlərin mühüm hissəsi materializm dünyagörüşünə əsaslanmışdır.

Bir zamanlar dilin mənşəyi, yaranması ilə nəinki elm, hətta din də maraqlanmışdır. Bu haqda

Tövratda, İncildə, Quranda müxtəlif fikirlər söylənmişdir. Hətta bu müqəddəs kitablarda dilin əmələ gəlməsi

məsələsinin izahında belə, təəccüblü görünsə də, materializm və idealizm dünyagörüşü rüşeymlərinə təsadüf

edilir. Biz həmin kitablarda dilin yaranması haqqında irəli sürülən fikirləri təhlil etmək fikrində deyilik,

çünki bu ehkamların təhlili dilin fəlsəfəsinin yox, dilin tarixi fənninin mövzusudur. Yəhudilərin,

xaçpərəstlərin və müsəlmanların dini kitablarında dilin yaranması haqqında bir-birinə yaxın iki fikir irəli

sürülür: 1) guya Adəmi yaradan Allah dünyadakı əşyaları bir-bir ona göstərib onların adlarını deyir; 2) Allah

Adəmi xəlq etdikdən sonra dünyadakı əşyaları adlandırmağı onun özünə həvalə edir. Birinci fikir o

deməkdir ki, dil insana (Adəmə) Allah tərəfindən bağışlanmışdır. Bu, mahiyyətcə idealist fikirdir, çünki

dilin fövqəlbəşər qüvvə tərəfindən insana əta edilməsi ideyasını irəli sürür. İkinci fikrə görə isə dili insan

(Adəm) özü yaratmışdır. Dini ehkam üçün qəribə səslənsə də bu fikirdə materializmin ibtidai rüşeymini

görmək olar. Təfərrüatına varmadan təqdim edilmiş bu fikirlər bir daha sübut edir ki, hətta dini ehkamlarda

belə (din xadimlərinin bunu istəyib-istəməməsindən asılı olmayaraq) ibtidai, primitiv şəkildə olsa da dilin

əmələ gəlməsi haqqında idealist və materialist dünyagörüşünün mübarizəsi özünü göstərir. Antik dövrdə bu

mübarizə Yunanistanda şeylər və onların adı arasındakı əlaqə haqqında məşhur fəlsəfi mübahisə şəklində

təzahür edir. Orta əsrlər, yeni və ən yeni dövrlərdə də dilin əmələ gəlməsi haqqında bir sıra fərziyyə və

nəzəriyyələr irəli sürülür. Lakin dialektik və tarixi materializmə qədərki bütün fərziyyə və nəzəriyyələrdə

dilin əmələ gəlməsi həqiqi elmi əsasda izah edilmir. Yalnız eramızdan əvvəl yaşamış məşhur yunan

materialist filosofu Epikurun söylədiyi - dil ehtiyac nəticəsində, insanların bir-birinə nə isə söyləmək

Page 7: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

ehtiyacı hiss etməsi nəticəsində əmələ gəlmişdir fikri, dilin əmələ gəlməsinin materialist (əlbəttə, ibtidai

materialist) izahına yaxınlaşır.

Dilin əmələ gəlməsinin elmi izahını dialektik materialist fəlsəfə vermişdir. K. Marks və F. Enqelsin

irəli sürdükləri bu nəzəriyyəyə görə, insan da, dil də eyni zamanda əməklə, əmək prosesi nəticəsində

yaranmışdır. F. Enqelsin «Meymunun insana çevrilməsi prosesində əməyin rolu» adlı əsərində dilin

mənşəyi, «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» adlı əsərində isə dilin tarixi inkişafı

uzaqgörənliklə (ona görə uzaqgörənliklə deyirik ki, onun irəli sürdüyü bir sıra problemlər sonralar elmin,

xüsusən arxeologiya və psixologiya elmlərinin nailiyyətləri əsasında sübut edilmişdir) əsaslandırılmışdır.

Burada həmin əsərlərin təhlilini vermək, dilin əmələ gəlməsi haqqında materialist nəzəriyyəsini izah etmək,

ümumiyyətlə, dilin mənşəyi probleminin birbaşa şərhini vermək məqsədi qarşıya qoyulmamışdır. Belə bir

izah, ümumi dilçiliyin ibtidai kursunun mövzusuna daxil edildiyi üçün bura da yalnız dilin yaranmasının

nəzəri fəlsəfi-psikoloji izahını vermək nəzərdə tutulmuşdur.

Əslində dilin mənşəyi problemi dilçiliyin deyil, fəlsəfənin mövzusudur, lakin hər halda dillə əlaqədar

olduğu üçün bu problemin dilçilikdə də nəzərdən keçirilməsi faydalı olardı.

Dilin mənşəyinə həsr edilmiş müxtəlif istiqamətli (dilçilik, fəlsəfi, psikoloji və s.) elmi əsərlərdə

tədqiqatçılar dilin yaranmasının materialist şərhində F. Enqelsin «Meymunun insana çevrilməsi prosesində

əməyin rolu» adlı əsərinə isnad edirlər. Onlar göstərirlər ki, Enqelsə görə, insanı da, dili də əmək

yaratmışdır: insanın ulu əcdadları olan insanabənzər meymunlar əməklə məşğulolma prosesində insana

çevrilmişlər: əmək təklikdə mümkün olmadığı üçün əmələ gəlməkdə olan insan sürülər halında birləşmiş

(sürü halında birləşmədə düşmənə qarşı qorunmaq amili də mühüm rol oynamışdır) və bir-birinə nə isə

demək, ünsiyyət ehtiyacı hiss etmişdir və beləliklə, dil meydana gəlmişdir. Elmi ədəbiyyatda Enqelsə isnad

edilərək irəli sürülən dilin yaranmasının sxemi belədir.

F. Enqelsin dilin mənşəyi haqqındakı fikirlərinin izahı elmi materializm baxımından tamamilə

doğrudur, lakin onun materialist izahını bu qədər primitivləşdirmək düzgün deyildir. Enqels öz əsərlərində

qeyd etmir ki, dil birdən-birə yaranmışdır. Onun sözlərini belə primitiv şəkildə qəbul və izah etmək ən azı

materializmi bayağılaşdırmaq deməkdir. Bundan başqa, Enqelsin həmin əsəri yazdığı vaxtdan keçən yüz

ildən də çox müddətdə ümumiyyətlə elmdə; xüsusilə bu problemin izahı və həllində müstəsna rolu olan

psixologiya və arxeologiya elmində nəhəng nailiyyətlər əldə edilmişdir. Dilin mənşəyi probleminin izahında

elmin Enqelsdən sonrakı müvəffəqiyyətlərini nəzərə almamaq dialektik materializmə etinasızlıqdır.

Dilin yaranmasını əməklə əlaqələndirməkdə Enqels tamamilə haqlıdır. Lakin problemin həllini bu

qədər sadələşdirmək olmaz. İlk meymun-insanın (pitekantrop) yaranması, ilk insanın əməklə məşğul olması

və ilk mənalı insan səslərinin - dilin yaranması arasında hətta tarix üçün uzun müddət keçmişdir.

Page 8: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

Dilin - insan nitqinin mənşəyi problemini tədqiq etmək üçün ən azı dörd kompleks elmi biliklər

lazımdır:

1) müasir ümumi dilçilik, xüsusən onun işarələr haqqında elm olan semiotika bölməsi;

2) müasir psikologiya elminə inqilabiləşdirici təsir göstərən psikolinqvistika (yaxud nitqin

psikologiyası);

3) ikinci siqnal sisteminin fiziologiyası, nitqin normal və patoloji nevropsixologiyası;

4) beynin və nitq fəaliyyəti orqanlarının təşəkkül morfologiyası (B.F.Porşnev- O naçale çeloveçeskoi istorii. M.,

1974 ).

Meymunun insana çevrilməsi prosesi üçüncü dövrdə yaşamış insanabənzər meymunlardan-

avstralopiteklərdən başlanır. Avstralopiteklər canlı təbiətin (heyvanların) insanaqədərki inkişafı ilə insan

arasında keçid pilləsi təşkil edir. Avstralopitekin tapılmış skeletləri göstərir ki, onlar dörd ətraf üstdə yeriyən

müasir insanabənzər meymunlardan fərqli olaraq iki dal ətraf - indiki kimi desək, iki ayaq üstdə yerimişdir.

Bəzi tədqiqatçılar belə fikir yürüdürlər ki, guya avstralopitek yarımbükülü vəziyyətdə yerimişdir, lakin

müasir elm sübut edir ki, belə yürüş mümkün deyildir. Avstralopiteklər çöldə, yəni açıq yerdə yaşamışdır.

İki ayaq üstdə yeriməkdən başqa avstralopitekləri insana yaxınlaşdıran bir də onların dişlərinin quruluşudur:

qorilla və şimpanzədən fərqli olaraq avstralopiteklərin qabaq dişləri kiçikdir və o qədər də qabağa

çıxmamışdır. Avstralopitekin beyni insan beynindən daha çox meymun beyninə yaxın olmuşdur.

Avstralopiteki meymuna yaxınlaşdıran bir də odur ki, o, əmək aləti hazırlamamış, təbiətdəki hazır alətlərdən

- çaydaşı və doyənəkdən istifadə etmişdir. Bunu iki amil sübut edir: birincisi, avstralopitek iki ayaq üstdə

yeridiyi üçün təqib etdiyi heyvana çata bilməzdi; ikincisi, onun yırtıcı dişləri olmadığı, fiziki cəhətdən tam

mühafizəsiz olduğu üçün (nəzərə almaq lazımdır ki, avstralopitek açıq çöldə yaşadığı üçün düşməndən

gizlənə də bilmirdi) özünü müdafiə üçün mütləq bir alətdən istifadə etməli idi. Onu da qeyd etmək lazımdır

ki, yırtıcılardan müdafiə və iri heyvanları ovlamaq üçün avstralopiteklər sürü halında birləşmişdilər: bunu

Strekfonteyn mağarasında (Pretoriya şəhəri yaxınlığında) on iki kəllə sümüyünün tapılması da sübut edir.

Elmi dəlillərlə göstərirlər ki, avstralopitekin beyni şimpanze tipli antropoidlərin beyninə daha yaxın olmuş

və Homosapiens beyni üçün spesifik olan heç bir əlamətə malik olmamışdır. Belə çıxır ki, insanın əsas

fərqləndirici xüsusiyyəti olan süni daş alətlər hazırlamaqla meymun beyninə malik olmaq bir araya sığır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi heyvanlar da alətdən istifadə edir; məsələn, Cənubi Afrikada

yaşayan kaputsin meymunları qozu daşla sındırıb yeyirlər. Avstralopiteklərdə müşahidə edilən əmək

fəaliyyəti (alətdən istifadə etmə) və ictimai həyatın (sürü halında birləşmənin) rüşeymləri onları təkamülün

aşağı səviyyəsində duran başqa canlılardan fərqləndirmirdi.

Avstralopiteklə heyvanlar aləminin təkamülü bitir. Təkamülün növbəti pilləsi ən qədim insanın -

pitekantropun (meymun-insanın) meydana gəlməsinə səbəb oldu. Adətən, insanın təkamülünə həsr edilmiş

Page 9: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

əsərlərdə insanın pitekantrop dövrünü arxsoantroi, paleoantrop, qiqantopitek və meqantrop yarımdövrlərinə

bölürlər, bəzi əsərlərdə isə insanın təkamülünü pitekantrop (buraya xüsusi pitekantrop dövründən başqa

sinantrop və Heydelberq adamı dövrlərini də aid edirlər) və neandertal (qədim adam) dövrlərinə bölürlər.

Çox vaxt yarım-dövrlər daha kiçik mərhələlərə bölünür; məsələn, paleoantrop yaxud neandertal yarımdövrü:

1) cənub (Rodeziya tipi), 2) klassik (şapel tipi), 3) presapiyent (şteynkeym - eringsdorf tipi) və 4) keçid

(Fələstin tipi) mərhələlərinə bölünür.

Çox vaxt elmi ədəbiyyatda insanın təkamülünü beynin həcmi ilə də əlaqələndirirlər. Beynin həcminin

insana-bənzər meymundan insana qədər keçdiyi təkamülü nəzərdən keçirək: oranqutanq-443 kub sm,

şimpanze -410 kub sm, qorilla-510 (415-685) kub sm, avstralopitek-650 kub sm, parantrop-650 (490-815)

kub sm, sinantrop 1000-1100 kub sm. neandertal adamı-1100-1600 (çox vaxt orta rəqəm 1600 götürülür)

kub sm, müasir adam-1200-1700 (çox vaxt orta rəqəm 1400 götürülür) kub sm.

Kəllə tağının hündürlüyü: şimpanzedə-42.5 mm, pitekantrop və sinantropda 62,9 mm, Cəbəllütariqdə»

tanınmış neandertal adamında 81,1 mm, müasir insanda 89 mm.

Gətirilən rəqəmlər göstərir ki, neandertal adamının beyninin orta həcmi müasir insanın beyininin orta

həcmindən daha böyükdür. Belə çıxır ki, neandertal adamı müasir insandan daha çox inkişaf etməli idi.

Lakin həyatda belə olmamışdır. Bunun səbəbini beyin hissələri arasındakı tənasübün dəyişməsində görürlər:

neandertal adamının beyninin ön hissəsi müasir adama nisbətən daha az olmuşdur. Beyin həcmləri

arasındakı nəhəng fərqə baxmayaraq, neandertal adamının kəlləsinin forması pitekantropun kəlləsinin

formasından o qədər də fərqlənmir. Bunu onların və müasir insanın alınlarının formasında görmək olar:

sinantropun alnının enmə bucağı 60,5, neandertal adamının alnının enmə bucağı 63, müasir insanın alnının

enmə bucağı təxminən 90 dərəcədir. Bununla belə neandertal adamının kəlləsi ilə pitekantropun kəlləsi

arasında müəyyən fərq vardır: neandertal adamının alnı pitekantropun alnından enlidir, kəlləsinin yuxarı

hissəsi genişdir. Daha bir məsələni də qeyd etmək lazımdır: avstralopitek kimi, pitekantrop da əmək aləti

hazırlamamışdır, əmək aləti hazırlamağı bacarmamışdır; o vaxtadək daşdan parçalar qoparmışdır ki, bu daş

işlətmək üçün yararlı olmuşdur. Bir sıra mütəxəssislər iddia edirlər ki, bu dövrdə insanın (pitekantropun)

əməyi (hərəkəti) şüurlu olmuş, əl və təfəkkür insan tələbatına bilavasitə xidmət etmişdir. Lakin bu dövrdə

əməyin şüurlu olmasından, əmək prsosesində təfəkkürün iştirakından danışmaq olmaz. Bu dövrdə əmək

alətləri hazırlanması hərəkət komplekslərinin avtomatik imitasiyası yolu ilə baş verir. Heyvanların bu növ

həyat fəaliyyətini adlandırmaqda dialektik fəlsəfə instinktiv heyvan əməyi məfhumundan istifadə etmişdir.

Elm belə hesab edir ki, bioloji mənada əmək insanın heyvan əcdadında nitqdən çox min illər əvvəl, cəmiyyət

isə nitqdən xeyli sonra yaranmışdır. Məlumdur ki, klassiklərdən bir nəfər Bencamin Franklinin

instrumentalizminə istehza etmiş, onun məşhur «insan alətdüzəldən heyvandır» (a tool making animal)

aforizmini yankilər əsri üçün səciyyəvi hesab etmişdir. Materializm əmək dedikdə nəyi nəzərdə tutur? Biz

əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq. Hörumcək toxucunun əməliyyatını xatırladan

Page 10: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

10 

bir əməliyyat icra edir, bal arısı da mumdan şan qayırması ilə bəzi memar adamları utandırır. Lakin ən pis

memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir ki, memar hələ mumdan şan qayırmazdan

əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. Əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin

əvvəlində insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur. İnsan nəinki təbiətin verdiyi şeyin

formasını dəyişdirir; təbiətin verdiyi şeydə o öz şüurlu məqsədini həyata keçirir. Bu məqsəd bir qanun olaraq

insan fəaliyyətinin üsulunu və xarakterini müəyyən edir və insan öz iradəsini bu məqsədə tabe etməli olur.

Həm də insanın öz iradəsini bu məqsədə tabe etməsi tək bir hal deyildir. Əməyi icra edən əzaları

gərginləşdirilməsindən əlavə, əməyin sərf edildiyi bütün müddət ərzində müəyyən məqsəd güdən iradə də

zəruridir ki, bu da işə dinət verməklə ifadə olunur, həm də əməyin məzmunu və onun icra üsulu fəhləni nə

qədər az maraqlandırırsa, deməli, fəhlə öz fiziki və əqli qüvvələrinin hərəkətindən ibarət olan əməkdən nə

qədər az zövq alarsa, həmin iradə bir o qədər artıq dərəcədə zəruridir. Qeyd etmək lazımdır ki, məqsədə,

iradəyə tabe edilmiş fəaliyyət şüura xas xüsusiyyətdir, şüur isə, Marksın dediyi kimi, lap əvvəldən ictimai

məhsul olmuş və ümumiyyətlə insanlar mövcud olduqca elə də qalacaqdır.

Artıq sübut edilmişdir ki, əməklə məşqul olmasına baxmayaraq avstralopitek, pitekantrop və

neandertal adamı nitqə malik olmamışdır; burası da məlumdur ki, müasir insanın hər üç əcdadı sürü halında

yaşamış, deməli, ictimai varlıq olmuşdur. Avstralopitek, pitekantrop və neandertal adamının nitqə malik

olmamasını mütəxəssislər onların alnının yastı (alnın enmə bucağının az olması) və ensiz olması ilə izah

edirlər. Nevropsixologiya elmi sübut etmişdir ki, müasir insanın beynində nitq məzrkəzi alın və alın-gicgah

nahiyəsində, görmə və eşitmə mərkəzləri isə beynin arxa hissəsində yerləşir. Nəinki avstralopitek və

pitekantropun, hətta neandertal adamının da beyninin alın hissəsi zəif, arxa hissəsi isə güclü inkişaf etmişdir;

müasir, insanın isə beyninin alın hissəsi güclü inkişaf etmiş,, beynin arxa hissəsi zəif inkişaf etmişdir.

Nevropsixologiya sübut edir ki, təkamülün neoantrop dövründə baş beynin (beyin yarımkürələrinin)

morfologiyasında əsaslı dəyişikliklər baş verir: beynin arxa hissəsinin kəskin surətdə azalması hesabına

beyin qabığının alın hissəsinin, xüsusən onun yuxarı hissəsinin prefrontal bölməsi Homo sapyens-də sürətlə

inkişaf edir. Təkamülün məhz bu mərhələsində paleoantropun kiçik bucaqlı alnı və alçaq kəllə tağı əvəzinə

bizim, az qala, dik alnımız və kəlləmizin yüksək tağı meydana gəlir. Bütün bu amillər sözün insan

davranışını idarə edən faktor kimi yarandığını göstərir. Deməli, insanın ilk əcdadları nitqə malik olmamış,

əvəzində həssas eşitmə və hətta qaranlıqda belə görmə qabiliyyətinə malik olmuşdur. İnsanın hələ nitq

qabiliyyətinə malik olmayan ulu əcdadlarının sürü halında yaşadıqlarını, deməli, cəmiyyət halında

birləşdiklərini nəzərə alaraq, onların bir-birilə ünsiyyət saxladıqlarını qəbul etməliyik. Bəs insanın ulu

əcdadları hansı vasitələrlə ünsiyyət saxlamışlar? «Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir»,

lakin göründüyü kimi, yeganə ünsiyyət vasitəsi deyildir.

İnsan dili ulu əcdadlarımızın işarələrlə ünsiyyətindən müasir dilin üzvlərinə bölünən səsli-sözlü

nitqindən uzun və tədrici təkamül, inkişaf yolu keçmişdir. Adətən, dil dedikdə səsli-sözlü nitq nəzərdə

tuturlar. Lakin nəzərə alsaq ki, dil ümumiyyətlə ünsiyyət vasitəsidirsə, onda səsli-sözlü aydın nitq onun

Page 11: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

11 

növlərindən biri, süni ünsiyyət vasitələrini nəzər almasaq, sonuncusudur.

Bəşəriyyət insanın yaranmağa başlanmasından üzvlərinə bölünən səsli-sözlü aydın nitqin meydana

gəlməsinədək uzun bir inkişaf yolu keçmişdir. Müasir insanın ulu əcdadları olan insanabənzər varlıqların

(elmi ədəbiyyatda bunları bəzən troqloditid də adlandırırlar) sürü halında yaşadıqlarını, deməli, cəmiyyət

halında birləşdiklərini qəbul etsək, deməli, onların arasında ünsiyyətin olduğunu da qəbul etməliyik çünki

ünsiyyətsiz heç bir cəmiyyət, heç bir sürü mövcud ola bilməz; ünsiyyətsiz yalnız ayrı-ayrı fərdlər, nəinki

sosial, hətta heç bir heyvani münasibətlərə girməyən fərdlər mövcuddur. Hər hansı iki fərdin (hətta ikiğ

quşun, iki heyvanın) münasibəti artıq ünsiyyətdir. Ünsiyyət isə dilsiz mövcud ola bilməz. Ünsiyyət vasitəsi

kimi işarələr sistemini dil kimi qəbul etmək olur. Bu mənada bütün canlılar dilə malikdir.

Çox vaxt nağıl və dastanlarda ağıllı vəzirlər, dünya görmüş qocalar, sehirli qüvvəyə malik adamlar

bütün quşların və heyvanların dilini bilir. Əlbəttə, bu, real iddia deyildir. Lakin istehza edib «quşların,

heyvanların da dili olar?» demək də düzgün deyildir. Quşların, heyvanların dilinin olması bir məsələ,

insanın onları başa düşə bilməsi problemi başqa məsələdir.

Son zamanlar elm sübut etmişdir ki, suda-quruda yaşayanların, quşların, məməlilərin «dilləri» vardır.

Moskva Dövlət Universitetinin tədqiqatçıları son illər 500-dən çox suda-quruda yaşayan quş və məməli

növünün (qurbağadan başlamış canavaradək) «dilini» tədqiq etmişlər. Dünyanın hər yerində tədqiqatçılar

uzun illərdir ki, meymunların dili üzərində tədqiqat aparırlar.

Tədqiqatçılar müəyyənləşdirmişlər ki, toyuqların «dili 200 hers tezlikli diapazona uyğun gəlir, çox:

mürəkkəb və mükəmməldir: o, onlarca müxtəlif siqnallardan ibarətdir. Toyuğun təlaş bildirən siqnalı bir

neçə-çalara malikdir: düşmən havada göründükdə bir cur, qurudan gəldikdə başqa cür siqnal verilir; cücələr

də həmin siqnala uyqun hərəkət edir. Müəyyənləşdirilmişdir ki, hətta cücələri yeməyə çağırdıqda belə toyuq

müxtəlif siqnallar verir. Qəribə burasıdır ki, yumurtadan çıxmazdan uç gün əvvəl embrion qırt toyuqla

danışmağa-başlayır: hətta bu vaxt yumurtanı qulağa tutduqda embrionun çıxardığı səsləri eşitmək

mümkündür. Bu siqnalları insan dilinə çevirsək, belə çıxır: «mənə istidir», yaxud «mən üşüyürəm». Hansı

siqnalın verilməsindən asılı olaraq toyuq ya yumurtanı çevirir, ya yumurtanın üstündən durur, yaxud yem

axtarışını dayandırıb yumurtanın üstündə oturur.

«Pravda» qəzetinin 23 sentyabr 1982-ci il tarixli nömrəsində «Quş dili, o necədir?» adlı bir yazıda

deyilir:

«Nağıllarda quşlar danışır, doğrudan da onlar bir-birini necə başa düşürlər? Məlum olmuşdur ki,

qanadlılar hər halda «danışırlar». Ancaq sözlərlə yox. Quşlar aləminin nümayəndələri işarələrlə danışırlar,

bu işarələr çoxdur: çığırtılar, fitlər, təmas, müəyyən iylər, işıq, yaxud alabəzək ləkələrin köməyilə siqnal-

vermə, qeyri-adi duruş.

Page 12: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

12 

Alimlər heyvanat aləminin «dili» ilə yalnız 35-40 il bundan əvvəl maraqlanmağa başlamışlar.

Qanadlılar arasında ən çox yayılmış ünsiyyət vasitəsi səslər, müxtəlif səslənməyə malik səslərdir. Alimlər

hesablamışlar: quşların cəh-cəhi, nəğmələri 400-ə qədər çalara malikdir. Məlum olmuşdur ki, ən nanal heç

də sağsağan deyil, qarğalardır. Onların dilində 300-ə yaxın çığırtı və qarıldama vardır. Onların heç də

hamısının mənası açılmamışdır. Ancaq bəzi «sözlərin» mənası artıq məlumdur. Məsələn, fasiləsiz boğuq

qarıldama bildirir ki, dəstə tarlada toplaşmalıdır.

İlk baxışda belə görünür ki, dünyada qarğalar hamıdan asan yaşayırlar. Haraya uçsa, harada qonsa öz

yoldaşları ilə dil tapar. Ornitoloqlar deyirlər, yox. Quş dillərınin də öz dialektləri, öz şivələri vardır.

Təcrübələr nəticəsində müəyyənləşdirilmişdir ki, Miçiqan gölü sahilinin qarğaları, məsələn, Florensiya

şəhəri tərəfindəki qarğalarla ümumi rəyə gələ bilmirlər, şəhər qarğaları kənd qarğalarını başa düşmürlər.

Belə bir eksperiment aparılmışdır: ornitoloqlar Fransada Bretanda yaşayan qarğaların həyəcan

siqnallarını maqnitofon lentinə yazmışlar. Yazı Amerika qitəsində bir neçə dəfə səsləndirilmişdir. Əfsus,

«amerikalılar» öz fransız həmqəbilələrinin xəbərdarlığına cavab vərməmişlər.

Əlbəttə, ən bacarıqlıları - gəzəri qarğalardır, çünki onlar yaxşı «poliqlot»durlar. Demə, "onlar bir

yerdən başqa yerə uçaraq yerli «dialektləri» nisbətən tez mənimsəyirlər. Lakin gəzəri qarğaların heç də

hamısı belə qabiliyyətə malik deyildir.

Quşların dili metafora deyildir, həqiqətdə mövcud olan əlaqə vasitəsidir. Məşhur ornitoloq Konrad

Lorens buna əmin olmuşdur. Təxminən bir il ərzində o qazların çığırtısını, qaqqıltısını, fışıltısını - bir sözlə

bütün mürəkkəb qaz fonetikasını öyrənmiş və... hətta özü quş dilini mənimsəmişdir. Qazlar professorun

qaqqıltısına cavab vermiş, onun əmrlərini yerinə yetirmiş, sahilə çıxmış, yaxud çəməndə otlamağa getmiş,

hamısı «birlikdə suya tullanmışlar.

Alimlər mühüm kəşf etmişlər. Onlar öz tədqiqatlarında belə nəticəyə gəlmişlər ki, heyvanlar aləminin

"bütün nümayəndələri doğulan kimi «danışmağı» bacarırlar. Yumurtadan yeni çıxan quş balası artıq öz

dilində danışa bilir. O bunu çoxlu digər instinkt və adətləri ilə birlikdə əcdadlarından irsən almışdır. Ancaq

əksinə olaraq insan «balası» isə öz valideynlərinin dilini uzun müddət və inadla öyrənməli olur.

Onu da qeyd edək ki, quşlara özgə dilləri öyrənmək müyəssər olmur. Ördək balası bayquş balası

yaxud durna balası ilə heç vaxt danışa bilməz. Onlar hətta öz yaxın qohumlarının dillərini mənimsəyə

bilməzlər: tutaq ki, ,ağ tetra quşu, çil tetra quşunu başa düşmür. «Dilin» sədd olmasının parlaq nümunəsi ağ

və qara leyləklərin həyatında müşahidə edilmişdir. Bəzi zoologiya bağlarında qara leylək ağ leyləyi sevməyə

başlayır. Lakin bu sevgi yalnız yuva qurmaqla məhdudlaşır».

İlk baxışda elə görünə bilər ki, eyni cinsə aid olan heyvan növü eyni səs çıxarır: bütün qarğalar eyni

cür qarıldayır, bütün itlər eyni cür hürür, bütün qurbağalar eyni cür quruldayır. Lakin əslində elə deyildir.

Page 13: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

13 

İnsan qulağının tuta bilmədiyi çalarları yüksək həssaslığa malik cihazlar fərqləndirir. Belə çalarları

heyvanlar özləri tez hiss edirlər. Tədqiqatçılar müəyyəiləşdirmişlər ki, ayrı-ayrı ərazilərdə yaşayan eyni

növlü heyvanlar bir-birini «başa düşmürlər»: məsələn, Kaliforniya qarğaları Texas qarğalarının «dilini»

bilmirlər. Belə bir səhv fikrə tez-tez təsadüf edirik ki, bir heyvan növünə aid olan fərd başqa heyvan

«dilində» danışa bilməz. Deyns Barrinqton üç körpə kətanquşu balasını götürüb çəmən, çöl və meşə

torağayının yanına qoyur. Hər körpə öz yeni valideyni kimi oxuyur. Onları öz nəslinə qaytardıqda öz xüsusi

kətan quşu nəğməsinə qayıtmırlar, tərbiyə aldıqları torağaylar kimi oxuyurlar. Belə çıxır ki, heyvanların dili

də ictimai hadisədir. İnsanlarda olduğu kimi, heyvanlarda da «dil» irsən keçiImir, əhatədə qazanılır. Bu

fikrin nə dərəcədə doğru olduğunu söyləmək çətindir; onu təsdiq yaxud rədd etmək üçün çoxlu təcrübə

aparmaq lazımdır. Lakin bu, inkaredilməz həqiqətdir ki, heyvanlar «ünsiyyət saxlamaq üçün müxtəlif çalara

malik səs siqnallarından istifadə edirlər. Bu baxımdan inkişaf pilləsinə, təkamül dərəcəsinə görə insana daha

yaxın olan meymunlar üzərində aparılan təcrübələr müsbət nəticələr verir. Aparılan təcrübələrdən belə

nəticəyə gəlmək olur ki, şimpanze müxtəlif çalara malik olan 25-dən 32-dək (N. N. Ladıkina-Kotsa görə 25,

Amerika tədqiqatçısı Lernerə görə 32) səs çıxara bilir. Məqsəddən asılı olaraq, səsin çaları dəyişir. Daha bir

məsələni də qeyd etmək lazımdır: Şimpanze it hürüşünü əla təqlid etdiyi halda bütün cəhdlərə baxmayaraq

insan səsini təqlid edə bilmir.

Məlumat üçün qeyd edirik ki, quş və heyvan «dillərini» insan dilinə tərcümə etmək təşəbbüsləri də

göstərilmişdir. Məsələn, 1800-cü ildə Almaniyada Vetzel it, pişik, toyuq və s. dillərinin lüğətciklərini tərtib

edir. O belə güman edirdi ki, heyvanlar insan dilini başa düşür. 1807-ci ildə Düpon bülbülün nəğməsini

fransız dilinə tərcümə edir və qarğa «dilinin» lüğətini tərtib edir.

Adətən, biz heyvan səslərini təqlid edərkən onu insan səsləri yaxud onların yazılı, qrafik şəkli olan

hərflər kimi təsəvvür edirik. Əslində bu illüziyadır, çünki ən ibtidai heyvandan başlamış insanadək

təkamülün ən yüksək pilləsində duran müasir insanabənzər meymunlaradək bütün canlıların çıxardığı səslər

üzvlərinə bölünmür, sinkretik vəhdət təşkil edir: qarğa q-a-r-r, it h-a-m və s. səsləri çıxarır. İnsan dili başqa

canlıların «dilindən» bir də onunla fərqlənir ki, o, aydın, üzvlərinə bölünən nitqdir. İnsanın meymundan

ayrılmasında ağız orqanlarının tədricən bir-birinin ardınca aydın səslər tələffüz etməsini Enqels xüsusilə

qeyd edir.

Güman ki, avstralopitekdən başlayaraq insanın ulu əcdadları-pitekantrop (meymun-insan) və

paleantroplar (qədim insanlar) da təkamül pilləsinin insandan sonra ən yüksək pilləsində duran meymunlar

kimi aydın şəkildə üzvlərinə bölünməyən səslərlə ünsiyyət saxlamışlar; yalnız neantrop (yeni insan) aydın

nitqə malik olmuşdur. Buna görə də, adətən, insanın yaranması və təkamülü tarixi hərəsi bir sıra kiçik

mərhələlərə ayrılan üç böyük dövrə bölünür: homo aljaljus (lal, dilsiz insan) dövrü, homo stupidus (axmaq

insan) dövrü və homo sapiens (ağıllı insan) dövrü. Məhz bu son dövrdə insan aydın nitqə yiyələnmişdir.

Sübut edilmişdir ki, meymunun çıxardığı səslər fikir ifadə etmir, hiss və arzu bildirir, lakin mənasız

Page 14: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

14 

çığırtıdan fərqlənir. Güman ki, ilk insan, daha doğrusu, əmələ gəlməkdə olan insanın səsləri də meymun

səsləri kimi nəinki üzvlərinə bölünməmiş, həm də fikir ifadə etməmiş, təkcə hiss və arzu bildirmişdir. Lakin

əmək fəaliyyətinin genişlənməsi, xüsusən ovçuluğun meydana gəlməsi insanın ulu əcdadının daha da

ictimailəşməsinə, sosial varlığa çevrilməsinə səbəb oldu. ...Əməyin inkişafı cəmiyyət üzvlərinin zərurət

üzündən daha sıx birləşməsinə kömək etmişdir, çünki onun sayəsində qarşılıqlı kömək, birgə fəaliyyət

halları daha tez-tez baş verməyə başlamış və hər bir ayrıca üzv bu birgə fəaliyyətin faydalı olduğunu daha

aydın dərk etməyə başlamışdır. Qısa desək, əmələ gələn insanlar o yerə çatmışlar ki, onlarda bir-birinə bir

şey söyləmək tələbatı meydana gəlmişdir . Lakin bu tələbatın necə ödəndiyi, «meymunun inkişaf etməmiş

olan xirtdəyinin yavaş-yavaş, lakin dönmədən, modulyasiya yolu ilə, getdikcə daha artıq inkişaf edən

modulyasiyaya keçmək üçün necə dəyişməsi, ağız orqanlarının isə tədricən bir-birinin ardınca aydın səslər

tələffüz etməyi necə öyrənməsi» elmi ədəbiyyatda göstərilmir. Bu məsələdə də fərziyyəsiz keçinmək

mümkün deyildir. Güman ki, üzvlərinə bölünməyən səslər mərhələsi ilə üzvlərinə bölünən aydın nitq

mərhələsi arasında keçid pilləsi mövcud olmuş və əməklə, dik yerişlə yanaşı bu aralıq, keçid pilləsi aydın

nitqin yaranmasına səbəb olmuşdur. Şərti olaraq, bu pilləni işarə pilləsi adlandıraq. Meymunlar üzərində

uzun müddət və nə qədər ciddi-cəhdlə təcrübə aparılmışsa da, onun işarələrdən, xüsusən əl işarələrindən,

jestlərdən istifadə etməsinə nail olmamışlar: meymun yalnız başı ilə təsdiq və inkar (hə, yox) işarələrini

qavramışdır, əllə ifadə edilən bu, o, gəl, get və s. jestlər meymun beyni tərəfindən qavranılmamışdır. Çox

zaman elmi ədəbiyyatda əl hərəkəti dili ideyası kəskin tənqid edilir. Lakin bu ideyanın rasional toxumunu

rədd etmək düzgün deyildir; bütövlükdə əl hərəkəti dili ideyası rədd edilsə də onun rasional toxumu qəbul

edilməlidir. Güman etmək olar ki, əmək fəaliyyətinin xeyli genişlənməsi nəticəsində nə isə söyləmək, təkcə

arzu, hiss və həyəcanı ifadə üçün yox, həm də nə isə bir fikir söyləmək tələbatı ilə əlaqədar olaraq əmələ

gəlməkdə olan insan hələ üzvlənməyən ixtiyari səslərlə (əlbəttə, meymunlarda olduğu kimi, yaranmaqda

olan insanlarda da üzvlərinə bölünməyən ayrı-ayrı səslər müəyyən mənalarla bağlı idi) yanaşı özünün

meymunabənzər əcdadlarında olmayan müəyyən işarə üçün işlədilən əl hərəkətlərindən, jestlərdən də

istifadə etməyə başlayır. İlk jestlər bu, o, bəli, xeyir, hə, yox, gəl, get. ver, lazım, deyil, al, mən, sən, o, bu

mənəm, bu odur, hədələmək, qorxutmaq, çağırmaq, qovmaq, yalvarmaq və s. Mənalari ifadə edən hərəkətlər

olmuşdur. Sonralar bu hərəkətlər və üzvlərinə bölünməyən səslər əsasında ilk üzvlərin, yeni tərkib səslərinə

bölünən sözlər yaranmışdır. Biz bu prosesin necə getdiyini, ilk homo sapiens-in ilk üzvlərinə bölünən sözü

necə tələffüz etdiyini, bu sözün hansı söz olduğunu söyləyə bilmərik, bunu söyləmək mümkün deyil, lakin

dilin yaranması prosesinin məhz bu cür getdiyinə əminik.

Əl hərəkətləri ilə dilin (nitqin) sıx əlaqədar olduğunu psikologiya elminin son nailiyyətləri də sübut

edir. Psikoloqlar müəyyənləşdirmişlər ki, əllərin hərəkətini tənzim (idarə) edən baş beyin mərkəzi nitq

mərkəzi ilə yanaşıdır. Bu faktın özü də nitqlə əl hərəkətinin, jestlərin sıx əlaqədar olduğunu göstərir.

Meymunun insana çevrilməsi (deməli, dilin də yaranması) prosesi dialektik və tarixi materializm

fəlsəfəsi metodunda yazılmış bir sıra əsərlərdə dahiyanə surətdə şərh edilmiş və sonra gələn müəlliflər

Page 15: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

15 

tərəfindən bu və ya digər şəkildə təkrar edilmişdir. Enqelsin şərhçiləri məsələni belə qələmə verirlər ki, guya

Enqels belə bir fikir söyləyir ki, insanın ulu əcdadı əməklə məşqul olan kimi dil yaranmışdır. Lakin Enqels

öz əsərində buna oxşar heç bir fikir irəli sürməmişdir. Enqels dilə əməyin son nəticəsi, əməyə isə cəmiyyətin

və dilin yaranma mənbəyi, səbəbi kimi baxmışdır. Enqels ilk insanabənzər meymunun əməklə məşğul

olması və dilə malik insanın (homo sapiens) yarandığı vaxtdan nə qədər keçdiyini söyləməsə də, bu iki

hadisə, yəni əməklə məşğulolma və dilin yaranması arasında yüz min illər keçmişdir.

İnsan dilinin üzvlənməyən (aydın olmayan) səslər və işarələrdən aydın başa düşülən və sözləri tərkib

səslərinə üzvlənən aydın nitqədək inkişafını yalnız belə təsəvvür etmək olar.

Nitq və Fəaliyyət

Nitqin insan həyatında və fəaliyyətindəki əvəzsiz rolu bəzən, xüsusən burjua dilçiliyində onun

funksiyasının şişirdilməsinə səbəb olur. XX əsrin ortalarında dilin insanın ictimai həyatındakı rolunun belə

şişirdilməsinə, Sənir-Uorf fərziyyəsnidə rast gəlmək olar. Dərinliyinə varmasaq, bu fərziyyəyə görə, dil

insanın ətraf mühiti qavramasını, təfəkkür tərzini və ictimai əxlaqını, özünü idarəetmə qaydalarını

müəyyənləşdirir; insan yalnız onun dilinin müəyyənləşdirdiyi şeyləri qavraya və dərk edə bilər. Bu fikir

dilçilər və filosoflar tərəfindən kəskin tənqid edilsə də hələlik kimsə onu əsaslı şəkildə təkzib edə

bilməmişdir. Hətta son illərdə sovet dilçiliyində bu fikrə rəğbət də hiss edilir. Məsələn, V. A. Zvegintsev

yazır: «Dilçilər, əlbəttə, hətta özləri üçün bir qədər gözlənilməz şəkildə aydınlaşdırdılar ki, onlar faktik

olaraq hələlik belə bir şəraitdən lazımı nəticələr çıxarmamışlar ki, insan dilin məzmunlu (yaxud mənalı)

aləminə daxil olmuş halda işləyir, hərəkət edir, düşünür, yaradır, yaşayır; dil göstərilən aspektində,

mahiyyətcə desək, insanın özünün yaşaması üçün qidalandırıcı mühitdir və dil hər halda insanın şüurlu və

şüursuz davranışını əmələ gətirən bütün psiki parametrlərin vacib iştirakçısıdır»1.

Sözün insan davranışına, əxlaqına, hətta insanda gedən fizioloji proseslərə təsir gücü artıq hamı

tərəfindən qəbul edilir. K- İ. Platonovun 2 klassik təcrübələri sübut etmişdir ki, hipnozda söz qanın

tərkibinin dəyişməsinə və orqanizmdə digər biokimyəvi dəyişikliklərin baş verməsinə təsir göstərə bilər.

Şərti reflektor münasibətləri müəyyənləşdirmək vasitəsilə sözlə hər hansı fizioloji prosesə təkcə bilavasitə

verballaşan (sözlə ifadə edilən) proseslərə deyil, habelə bilavasitə öz adları ilə adlandırılmayan, dərk

edilməyən proseslərə də təsir göstərmək mümkündür. Prinsipcə söz insan orqanizminin, demək olar ki,

bütün reaksiyaları üzərində hakimdir. Düzdür, çox vaxt biz bunu müşahidə edə bilmirik, lakin bu belədir. N.

İ. Çuprikova yazır ki, insanın beyin fəaliyyətinin qəti surətdə bütün sahələri ikinci siqnal sisteminin (yəni

nitqin) idarə-edici impulslarının təsiri altındadır. Müasir nevropsikologiya elmi artıq sübut etmişdir ki, ikinci

siqnal sistemi insanın ali əsəb sistsminin bütün sahələrinin fəaliyyətinə nəzarət edir və birinci siqnal

Page 16: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

16 

sisteminin hər hansı hərəkt və vegetativ refleksini əylətmə (tormozlama) vasitəsidir. N. İ. Çuprikova yazır

ki, ikinci siqnal sistemi müvəqqəti əlaqələrin yaranmasına mane olmaq qabiliyyətinə, beyin qabığının

qapanma proseslərini əylətmə qabiliyyətinə malikdir.

İnsanın fəaliyyətində söz gözəgörünməz, hissedilməz şəkildə həmişə əylətmə, qadağanetmə işi görür.

Anomal uşaqlarla aparılan eksperimentin nəticələri göstərir ki, söz sistemi vasitəsilə ilkin (birinci) siqnal

sistemi reaksiyalarına əyləndirici təsir göstərmək mümkündür. O, stimul və reaksiyanın sadə əlaqəsi

əsasında adi qapanmanın qarşısını alır. Sözün əylənc funksiyası ilk uşaqlıqda özünü daha qabarıq şəkildə

göstərir, adam yaşa dolduqca hiss edilmir (daha doğrusu, «gizlənir», özünü qabarıq göstərmir) və yalnız

nevrodinamikanın pozulması hallarında müşahidə edilir.

İ. P. Pavlovun təcrübələrindən bizə məlumdur ki, ikinci siqnal sistemi hər şeydən əvvəl birinci siqnal

sisteminə həmişə mənfi induksiya göstərir. Sözün, nitqin, ümumiyyətlə, ikinci siqnal sistemi impulslarının

ən əsas funksiyası əylətmədirsə, onda bütövlükdə ikinci siqnal sistemi beyin aparatının fəaliyyətini başa

düşmək imkanı yaradır. Təkcə aşağı alın qırışlarında, gicgah hissəsində və gicgahın əmək və ənsə nahiyələri

ilə birləşdiyi yerdə yerləşən nitq ünsiyyətinin sensor cəhətini (qavrama) və motor (hərəkət) aktlarını idarə

edən beyin qabığı hissələrini deyil, habelə xüsusən müasir arxitektonik şəkildə beynin alın hissəsini məhz bu

morfo-funksional aparata aid etmək lazımdır. B. F. Porşnev yazır: «Bu əsas həlqə olmadan yol və

sistemlərin çox hissəsini əylədərək və cüzi hissəsini fəallaşdıraraq nitq mərkəzi bütün beynin, bütün əsəb

sisteminin fəaliyyətini idarə edə bilməzdi»1. İnsan beyninin nitq mərkəzi yerləşən alın hissəsi mürəkkəb

məqsədəyönlü aktların icrasını idarə edir. Belə aktlar verbal və mücərrəd anlayışların işlədilməsi ilə əlaqədar

olan müəyyən uzunmüddətli məqsədlərin mühafizəsini tələb edir. Beynin alın hissəsi bu funksiyaları həyata

keçirir:

1) birinci siqnal reflekslərini, ətraf mühitə bilavasitə-reaksiya verməyən əyləndirir;

2) nitqi davranışa çevirir, bilavasitə reaksiya verilməsindən azad edilmiş davranışı tapşırığa.

komandaya yaxud fikrə - başqa sözlə desək, nitq başlanğıcına, planına və proqramına tabe edir.

Xüsusi nitq zonaları ilə fəaliyyətdə olan beynin bütün şöbələri arasındakı transmissiya əsas etibarilə

beynin alın bölməsində cəmlənmişdir. Beyin bölməsinin kütlə halında zədələnməsi (şiş olması, yaralanması,

qan dövranı və s.) zamanı insan nitq qabiliyyətini itirmir, lakin onun davranışı eksperimentorun sözlə verdiyi

təlimata tabe olmur.

N. İ. Çuprikova belə bir fərziyyə irəli sürür ki, beyin bölmələri sözün həqiqi mənasında nitq zonaları

olmasa da hər halda insanın ali əsəb fəaliyyətində ikinci siqnal sisteminin idarəedici funksiyasının həyata

keçirilməsi ilə əlaqəsi olan nahiyələrdir.

«Beləliklə, güman etmək olar ki, insan beyninin spesifik fəaliyyəti üç mərtəbədən təşkil edilmişdir:

Page 17: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

17 

1) sensor və motor nitq zonaları yaxud mərkəzləri;

2) alın bölmələri, xüxüsən alınönü, nrefrontal formalaşmalar və xüsusi olaraq Homo sapiyens-ə

məxsus olan gicgah-əmgək-ənsə nahiyəsində yerləşən zonalar;

3) beynin digər bölmələri - bunlar insanda və ali heyvanlarda eynicinslidir. İkinci mərtəbə nitq

işarələrini istiqamətləndirici məqsədə və onun idarəsinin həyata keçirilməsinə çevirir. Bununla da sosial olan

fərdin daxilinə daxil olur, insan mühitinə ünvanlandırılan işarələr onun fəaliyyətinin daxili qanunları olur» 4.

İnsan əməyini başqa canlıların fəaliyyətindən fərqləndirən də məhz budur - beynin sensor və motor

nitq mərkəzlərinin, habelə alın və gicgah-əmgək-ənsə nahiyələrinın insanın bütün fəaliyyətini idarə

etməsidir.

Hazırda paleoantropologiya elminə mötəbər surətdə məlumdur ki, troqloditid ailəsinin bütün

üzvlərinin, hətta onların ən yüksək inkişaf etmişi olan paleoantropların (neandertal adamının) beyininin

arxitektonikasında baş beyin qabığının bütün yuxarı prefrontal formalaşmaldarı, habelə giçgah və əmgək

nahiyələrinin ikinci siqnal idarə və fəaliyyəti, qavrama və ümumiyyətlə insan orqanizminin bütün

funksiyalarını həyata keçirən zonaları olmamışdır. Bütün bunlar yalnız Homo sapiens-ə məxsusdur və onun

digər ali məməlilərdən bir sinif kimi fərqlənib ayrılmasında əsas rol oynamışdır. Əvvəllər iki səbəb belə bir

nəticəyə gəlməyə mane olurdu. Əvvələn, inkişafın dərəcəsini beynin çəkisinin bədənin çəkisinə nisbəti ilə

ölçürdülər. Bu fikir xüsusən sonralar beyin qırışları sayının və dərinliyinin beynin daha yüksək səviyyədə

təkamülü ilə heç bir əlaqəsi olmadığı aydın olduqda daha da intişar tapdı. Qominidlərin inkişafı xəttini

beynin həcmi (deməli, çəkisi) əlaməti əsasında qurmağa çalışırdılar. Lakin məlum oldu ki, neandertal

adamının baş beyninin həcmi Homo sapiensin baş beyninin həcmindən nəinki kiçik deyil, hətta orta hesabla

(bəzi növlərdə) bir az böyükdür. "insan beyni fəaliyyətinin tədqiqi göstərdi ki, təfəkkürə digər ali

funksiyalarda beyni təşkil edən əsəb hüceyrələri, sahələri və strukturunun kiçik bir hissəsi iştirak edir. Hətta

belə bir məsələ qaldırılırdı ki, belə böyük beyin insana lazımdırmı, beynin bu qədər böyüklüyü atavizm

deyilmi? Getdikcə elm aləmində belə bir fikir yarandı ki, heyvanlar insana keçiddə (meymunun insana

çevrilməsində) baş beynin həcminin də, çəkisinin də heç bir əhəmiyyəti yoxdur.

İkincisi, bir halda ki, ikinci siqnal sistemi təkcə mikroyaranmalar surətində deyil, habelə alın

bölməsinin qabaq hissəsi kimi böyük formalaşmalar şəklində beyin substratına malikdir, onda onun,

məsələn, neandertal adamında mövcudluğunu yaxud yoxluğunu endokranlar əsasında asan

müəyyənləşdirmək olar. Buna görə də ikinci siqnal sisteminin alın bölmələrinin spesifik funksiyaları ilə

qırılmaz əlaqəsinin müəyyənləşdirilməsinin insanın mənşəyi haqqındakı elm üçün fundamental əhəmiyyəti

Page 18: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

18 

vardır. Əgər beynin alın bölməsinin yuxarı qabaq formalaşması mövcud deyilsə, onda nitq mövcud deyil,

deməli, insan özü də mövcud deyildir.

V. İ. Koçetkovanın gərgin və məhsuldar əməyinin nəticəsində indi bizdə insanın əcdadının, demək

olar ki, bütün növlərinin - avstralopiteklərin, Homo habilsərin, pitekantropların, sinantropların, müxtəlif

paleoantropların, kromanyon adamlarının baş beyinlərinin mulyajı (qipsdən hazırlanmış beyin modeli)

vardır. Bunlar beynin xarici formalarını əks etdirsə də primatların və insanın beyin anatomiyası haqqındakı

müasir məlumatlar imkan verir ki, xarici forma əsasında daxili strukturu və fəaliyyəti bərpa etməyə doğru

gedək. Bu iş bir də ona görə asanlaşır ki, insanın mənşəyi probleminin həllində bizi baş beynin aşağı və-orta

hissələrinin yox, beyin qabığının təkamülü maraqlandırır. Antropomorf meymunlardan başlamış ta Homo

saiyensə qədər inkişafda böyük beyin yarımkürələrinin bütün nahiyələrinin taleyi izlənilmişdir. Orijinal

kəmiyyət və qrafik metodlar tətbiq edilmişdir. Nəticələr dəqiqləşdirilməsə də insanın mənşəyi probleminin

həllində maraqlı olan suallara cavab almaq olar.

Çox vaxt insanın yaranmasını onun ulu əcdadının əmək alətlərindən istifadə etməsi ilə əlaqələndirirlər.

Dunyanın bir sıra atropoloqları Homo habilis-i (prezincantropu) ən qədim insan hesab edirlər, çünki o, ən

qədim geoloji laylarda, lakin süni çay daşı alətləri ilə tapılırdı. V. İ. Koçetkovanın tədqiqatları göstərdi ki,

prezincantropun beyni daha sonra yaşamış və süni əmək alətlərindən istifadə etməmiş avstralopiteklərin

beynindən heç bir şeylə fərqlənməmişdir. Öz növbəsində avstralopiteklərin beyni də əsas əlamətlərinə görə,

məsələn, şimpanze tipli antropoidlərin beynindən fərqlənmir və Homo sapiyens-in beyni üçün spesifik olan

heç bir şeyə malik deyildir. Deməli, insanın əsas fərqi-süni daş alətlər hazırlaya bilməsi - meymun beyni ilə

bir araya sığır.

Növbəti təkamül həlqəsində, arxeoantroplarda beyin nitq fəaliyyəti üçün, deməli, əmək fəaliyyəti üçün

spesifik olan hissələrə malik deyildir, halbuki onun beyninin bəzi hissələri ali meymunlar və

avstralopiteklərin-dəkinə nisbətən böyümüşdür. Paleoantroplarda beyin quruluşunun dəyişməsi xeyli irəli

gedir, lakin onlarda da insanın nitqini tənzimləyən və fəaliyyətini, xüsusən əmək fəaliyyətini

proqramlaşdıran beynin yuxarı alın bölməsinin inkişafı çatmır. Paleoantropların beyninin görmə-iybilmə və

ənsə hissələri intensiv inkişaf edir; bu hissələr sonralar Homo sapiyens-də yenidən o qədər azalır ki, insan

əcdadlarının bütün təkamül ərzində qazandıqlarını itirir. Buradan belə bir nəticə çıxarmaq olar: nitq və insan

əməyi meymun beyni (hətta antropomorf beyni) bazasında yarana bilməzdi. Troqloditid ailəsinin təkamülü

dövründə, xüsusən paleoantropların sonunda baş beynin ümumi inkişafı və ali əsəb sistemi fəaliyyətinin

ixtisaslaşması təbiətdə yeni varlığın - insanın yaranması üçün bioloji bünövrə oldu.

Beləliklə, lap əvvəldən nitq insan fəaliyyəti ilə, xüsusən insanın əmək fəaliyyəti ilə sıx və qırılmaz

əlaqədə olmuş, birinin inkişafı digərinin təkamülünə təkan vermişdir.

Page 19: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

19 

Əmək, Cəmiyyət və Dil

Əvvəldə qeyd etdiyimiz geniş yayılmış fikrə əsasən insanı da, dili də əmək yaratmışdır, həm də dil

təcrid edilmiş fərd tərəfindən deyil, cəmiyyətdə ünsiyyət ehtiyacından, ünsiyyət prosesində yaranmışdır. Bu

nöqteyi-nəzərdən əmək, cəmiyyət və dil arasındakı münasibətləri nəzərdən keçirmək zəruridir. Həm

genealoji, həm də ontoloji baxımdan ilkin gələni əməkdir. Əmək cəmiyyətin də, dilin də yaradıcısıdır.

Əmək nədir? İnsan əməyinin təhlilinə həsr edilmiş əsərlərdə irəli sürülən fikirləri yekunlaşdırsaq,

insan əməyinin nə olduğu haqqında belə demək olar: «Əmək hər şeydən əvvəl insanla təbiət arasında baş

verən bir prosesdir, insanın öz fəaliyyəti sayəsində özü ilə təbiət arasındakı maddələr mübadiləsində vasitəçi

olduğu, bu mübadiləni tənzim etdiyi və onu nəzarət altında saxladığı bir prosesdir. İnsan özü təbiət

maddəsinə bir təbiət qüvvəsi kimi qarşı durur.

İnsan təbiət maddəsini öz yaşayışına yararlı olan bir formada mənimsəmək üçün öz bədəninə mənsub

olan təbii qüvvələri: əl və ayaqlarını, başını (kursiv mənimdir- Ə. R.) və barmaqlarını hərəkətə gətirir. İnsan bu

hərəkət vasitəsilə xarici təbiətə təsir etməklə və onu dəyişdirməklə bərabər öz təbiətini də dəyişdirir. O öz

təbiətində mürgüləməkdə olan qüvvələri inkişaf etdirir və bu qüvvələrin fəaliyyətini öz hakimiyyətinə tabe

edir. Biz burada əməyin ilk heyvanabənzər instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin,

əmtəə bazarında fəhlənin öz iş qüvvəsinin satıcısı kimi meydana çıxdığı halı ilə, ibtidai zamanın

dərinliklərinə gedib çatdığı ilkin halı - insan əməyinin öz primitiv, instinktiv formasından hələ azad olmadığı

halı arasında çox böyük məsafə vardır. Biz əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq.

Hörümcək toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal arısı da mumdan şan qayırması ilə

bəzi memar adamları utandırır. Lakin ən pis memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir

ki, memar hələ mumdan şan qayırmazdan əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. Əmək prosesinin

sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur.

İnsan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir; təbiətin verdiyi şeydə o öz şüurlu məqsədini də

həyata keçirir, bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və xarakterini müəyyən edir və insan

öz iradəsini bu məqsədə tabe etməli olur». Deməli, əmək prosesinin sadə momentləri bunlardır: müəyyən

məqsəd güdən fəaliyyət və ya əməyin özü, əmək cismi və əmək vasitələri. Fəlsəfə elmində, əməyin tərkib

hissələri ətraflı şəkildə təhlil edilir, aydın surətdə izah edilir ki, «əmək vasitələri» heç də əmək alətlərinə

bərabər deyildir; elm bu ifadəyə daha geniş məna verir: «Əmək vasitəsi elə bir şeydir və şeylər kompleksidir

ki, insan bunları özü ilə əmək cismi arasında qoyur və bunlar ona öz təsirini həmin cismə keçirən bir amil

xidməti görür».

Adətən, əmək fəaliyyətindən danışarkən fərd- alət - mühit üçlüyünü əsas götürürlər, həm də insanın

yaranmasında əmək alətinə üstünlük verib göstərirlər ki, meymun əli ilk əmək alətini (adətən, daş alət

nəzərdə tutulur) yaratdıqda ilk insan meydana çıxmışdır. Lakin hər şey daşdan yaxud ağacdan əmək aləti

Page 20: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

20 

kimi istifadə etməkdən asılı olsa idi, ilk insanın meydana çıxması asan olardı. Digər tərəfdən, insanın

meydana çıxmasını sadəcə əmək aləti ilə bağlamaq, bir növ, robinzonçuluğa bənzəyir: ayrılıqda götürülmüş

bir fərd, Robinzon kimi, özü üçün alət düzəldir və ondan istifadə edir. Dialektik və materialist fəlsəfəyə

görə, insan öz təbiətinə görə ictimai heyvandır. Deməli, insanın əmək fəaliyyətinin əsasında insanların bir-

biri ilə ünsiyyəti, ictimai başlanğıc durur. Bu, əsl ictimai faktordur - insanın əmək fəaliyyəti məqsədə

yönəldilmiş hadisədir. Əmək prosesinin əsas məqsədi insanın ictimai mühitə mənsubluğunun və onun

ictimai mühitlə kommunikasiyasının məhsuludur.

F. Enqels meymunun insana çevrilməsi prosesində əməyin rolundan danışarkən əmək prosesi

anlayışının iki aspektini nəzərdə tutur. O, bir tərəfdən, əməyə meymunu insana çevirən faktor kimi baxır;

deməli, onun fikrincə, əmək bu mənada insanlara yox, meymunların (ali insanabənzər primatların) bir

hissəsinə xas xüsusiyyətdir və yüz min illər boyu onların insana çevrilməsini hazırlamışdır. Lakin, digər

tərəfdən, Enqels insanın bütün tarixi boyu əməyin onu digər heyvanlardan fərqləndirən əlamət olmasından

danışarkən əməyin şüurlu olmasını, yəni Marksın sözləri ilə desək, əmək prosesinin sonunda alınacaq

nəticənin artıq bu prosesin əvvəlində insanın təsəvvüründə hazır olmasını nəzərdə tutur.

Dialektik fəlsəfənin müddəalarından çıxış edərək əməyin iki formasını göstərmək olar; instintiv

«əmək» və şüurlu əmək. Məşhur bir əsərdə əməyin bu iki forması haqqında belə yazılır: «Biz burada əməyin

ilk heyvanabənzər instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin, əmtəə bazarında fəhlənin öz

iş qüvvəsinin satıcısı kimi meydana çıxdığı halı ilə, ibtidai zamanın dərinliklərinə gedib çatdığı halı arasında

çox böyük məsafə vardır. Biz əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq» Deməli, əmək

özünün instinktiv formasında yalnız insana xas xüsusiyyət, insanın ulu əcdadını heyvandan ayıran prinsipial

fərq deyildir. Buna görə də onu əməyin heyvanabənzər forması adlandırırlar. Bu instinktiv, heyvanabənzər

əmək şüurlu, məqsədəyönlü əməkdən əsaslı surətdə fərqlənir. Məhz bu nöqtədə insanın yaranmasının

materialist izahı ilə idealist izahı arasındakı fərq özünü göstərir: idealist baxışa görə, əvvəlcə insanı

heyvandan fərqləndirən şüur, təfəkkür yaranır, sonra fikir əməyə, əmək alətinə tətbiq edilir. İnstinktiv əməyi

nəzərdə tutaraq göstərmək lazımdır ki, bu hal, yəni instinktiv əməkdən şüurlu əməyə, insanabənzər

meymundan insana keçid minlərlə il davam etmişdir. Deməli, məsələ iki cür qoyulur və onlardan birini

qəbul etmək lazımdır. Ya insan təbiəti müşahidə edib onun bir sıra xüsusiyyətlərini kəşf edərək əvvəlcə öz

təfəkküründə, sonra təfəkküründə hazırladığını materiala tətbiq etməklə əmək alətini kəşf etməkdən başlayır,

ya da onun əməyi əvvəlcə instinktiv, heyvanabənzər səciyyə daşıyır və uzun müddət belə davam edir, sonra

isə əməyin bu forması nəticəsində dəyişikliklərin toplanması və əməklə məşğul olan subyektin özünün

tədricən dəyişməsi yeni keyfiyyətə - ikinci siqnal sisteminin, cəmiyyətin, insan idrakının, başqa sözlə desək,

insanın yaranmasına gətirib çıxarır. Dialektik və tarixi materializm məsələnin ikinci şəkildə izahını qəbul

edir. Beləliklə, əməyin meydana çıxmasından cəmiyyətin yaranmasınadək min illər keçmişdir. Bu müddətdə

insanın tarixdən əvvəllki əcdadı əməklə məşqul olmuşdur, lakin bu əmək hələ heyvanabənzər instinktiv

səciyyə daşımış, bal arısının mumdan şan qayırmasına bənzəmişdir. Meymun sürüsünün ibtidai təşkilindən

Page 21: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

21 

insanların cəmiyyət halında birləşməsinədək keçilmiş tarixi yol çox uzun olmuşdur. Enqels yazır ki, əməyin

başlanmasından ilk daşın insan əlinin köməyi ilə bıçağa çevrilməsinədək böyük, nəhəng dövr keçmişdir. Bu

keçid dövründəki varlığı hələ insan adlandırmaq olmaz. Çox vaxt elmi ədəbiyyatda «instinktiv insan»

adlandırılan bu ikiayaqylı, danışmayan varlıq meymunla insan arasında keçid təşkil etmişdir, yəni

troqloditidlər ailəsinə mənsub heyvan olmuşdur.

İnsan şimpanze yaxud qorilla tipli meymundan əmələ gəlməmişdir, çünki inkişafın ən yüksək

pilləsində duran meymunlarda belə insana xas olan xüsusiyyətlər- dik yeriş, ətli yeməyə vərdiş, ibtidai də

olsa, əmək alətindən istifadə, yüksək inkişaf etmiş ali əsəb fəaliyyəti yoxdur. İnsan üçüncü dövr antromorf

meymunlarından inkişaf etmiş və bir növ insanlaşmaq üçün ixtisaslaşdırılmış troqloditiddən törəmişdir.

Troqloditidlər sözün əsl mənasında meymun deyildir, bir sıra morfoloji əlamətlər (məsələn, düzqamətli

yeriş) və ekologiya (məsələn, ətyemə) bunları digər meymunlardan fərqləndirir. Bu əlamətlər sonralar insanı

səciyyələndirən xüsusiyyətlərə daxil olsa da troqloditidləri insan adlandırmaq üçün kifayət deyildir.

Bunlardan başqa bir sıra zəruri əlamətlər də troqloditidləri antromorf meymunlardan fərqləndirir. Belə ki,

troqloditidlərdə fərdi ali əsəb sisteminin fəaliyyəti yüksək səviyyədə olmuşdur, onların orqanizmi şərti

reflekslər yaratmağa, ətraf mühitin təsirini və hərəki reaksiyanı diferensiallaşdırmağa qabil olmuşdur.

İnsanın yaranmasında əmək alətinin rolunu artıq şişirtmək, ehkamlaşdırmaq da lazım deyildir. Çox

vaxt insanın əmələ gəlməsində əmək alətinin rolundan danışarkən K. Marks və F. Enqelsə isnad edib

göstərirlər ki, onlar insanın yaranmasını əlin ilk əmək aləti yaratması ilə bağlamışlar. Düzdür, Marks və

Enqels insanın yaranmasında əmək alətinin düzəldilməsi və istifadə edilməsinə böyük əhəmiyyət vermişlər.

Lakin Marks tarixdən əvvəlki dövrdə əmək vasitələri arasında əsas rolu əmək alətlərinə deyil, əhliləşdirilmiş

heyvanlara verir. O yazır: «Biz ən qədim insanın mağaralarında daş alətlərə və daş silaha rast gəlirik. Bəşər

tarixinin ilk pillələrində emal edilmiş daş, ağac, sümük və balıqqulağı ilə yanaşı insan tərəfindən

əhliləşdirilən, deməli, əmək sərf etməklə dəyişdirilən, bəslənib yetişdirilən heyvanlar da əmək vasitəsi

olaraq başlıca rol oynayır». Əmək alətlərinə gəlincə, müəllif bunları mexaniki əmək vasitələri adlandıraraq

əmək cisimlərini saxlamağa xidmət edən əmək vasitələrindən əhəmiyyəti hesab edir: «Əmək vasitələrinin öz

içərisində mexaniki əmək vasitələri..., yalnız əmək cisimlərini saxlamağa xidmət edən əmək vasitələrindən

xeyli artıq dərəcədə ictimai istehsalın müəyyən dövrünün xarakterik fərqləndirici əlamətini təşkil edir». Bu

həqiqətən də belədir. Məlum olduğu kimi, bir sıra heyvanlar (məsələn, meymun, qunduz, bal arısı,

hörümçək) heyvanabənzər, instinktiv əməklə məşqul olurlar. Bunlardan bəziləri (məsələn, qunduz, bal arısı)

əmək alətləri kimi öz bədən üzvlərindən istifadə edirlər; meymun isə şüursuz da olsa, hətta əmək alətindən

istifadə edir. Lakin indiyədək heç bir heyvan başqa bir heyvanı əhliləşdirməmişdir. Buna görə də alimlər

tamamilə haqlı olaraq əmək vasitələri içərisində aparıcı rolu əhliləşdirilmiş heyvanlara verir.

Troqloditidin insana çevrilməsi problemindən bəhs edərkən daha bir məsələni aydınlaşdırmaq

lazımdır. Məlum olduğu kimi, bəzi heyvanlar da əmək alətlərindən istifadə edirlər. Lakin qeyd etmək

Page 22: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

22 

lazımdır ki, insanı heyvanlar aləmindən fərqləndirən əlamətlərdən biri də budur ki, bəşər tarixinin ilk

pillələrində əmələ gəlməkdə olan ilk insan əmək aləti və silah kim emal olunmuş daşdan istifadə etmişdir,

daha doğrusu əmək aləti və silah kimi istifadə etmək üçün daşı emal edib yararlı hala salmışdır.

Əməyin ilkin, instinktiv, heyvanabənzər pilləsində insandan, cəmiyyətdən, deməli, bunlarla bərabər

üzvlənən aydın nitqdən söhbət belə gedə bilməz. Əməyin (instinktiv əməyin) başlanğıcından şüurlu əməyin

meydana gəlməsinədək bəşəriyyət nəhəng inkişaf yolu keçmişdir. F. Enqels meymunun insana çevrilməsi

prosesində əməyin rolu» adlı əsərində bu inkişafı cəmiyyətəqədərki dövr adlandırır və göstərir ki, bu dövr

yüz min illər boyu davam etmişdir. Onun fikrincə, cəmiyyət yalnız insanla birlikdə yaranmışdır. Enqels

meymunun insana çevrilməsi prosesinin üç pilləsini göstərir: 1) əvvəlcə ibtidai (primitiv, instinktiv,

heyvanabənzər) əmək təzahür edir; 2) əməyin uzunmüddətli inkişafı nəticəsində nitq əmələ gəlir; 3) əməyin

və onunla yanaşı nitqin yeni uzunmüddətli inkişafı nəticəsində cəmiyyət yaranır. Müəllifə görə, inkişafın

yalnız bu üçüncü pilləsində insanın meymundan qəti surətdə ayrılması baş verir. M. P. Jakov belə fərz edir

ki, cəmiyyətin yaranmasının başlanqıcı aşağı paleolit dövründən sonraya aiddir. B. F. Porşinev yazır ki,

gələcək insan ünsiyyətini və insan cəmiyyətini xəbər verən prinsipcə yeni hadisələrin ilk simptomların

mustyer zamanının ikinci yarısında müşahidə edilir, bioloji və ictimai qanunlar arasında hakimiyyət uğrunda

mübarizə yuxarı paleolitin sonlarına doğru bəlkə də neblitə keçid dövründə bitir 5.

Dialektik və tarixi materializm, materialist fəlsəfə dilin (üzvlərinə bölünən aydın nitqin) yaranmasını,

adətən, cəmiyyətin yaranması, insanların cəmiyyət halında birləşməsi ilə bağlayır (dil cəmiyyətdə yaranır,

cəmiyyətdən kənarda dil mövcud deyildir). Cəmiyyətin yaranması üçün bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan

üç hadisə, üç əsas sosioloji kateqoriyanın mövcudluğu zəruridir: 1) istehsal qüvvələri; 2) ictimai-istehsal

münasibətləri (iqtisadi bazis) və 3) üstqurum. Yalnız bu üç amil birlikdə mövcud olduqda cəmiyyət mövcud

ola bilər; bunlar ciddi səbəbiyyət əlaqəsi ilə bir-birindən asılıdır. Bu üç amilin sıx əlaqədə və qarşılıqlı

asılılıqda olmasına baxmayaraq yenə də hər halda cəmiyyətin yaranmasından danışdıqda istehsal

münasibətlərinin yaranması məsələsi ön plana çəkilir. Çünki təkcə istehsal münasibətləri insanları əmək

prosssində birləşdirir. İstehsal münasibətlərinin meydana gəlməsi istehsal vasitələri üzərində mülkiyyətin bu

və ya digər formasının yaranmasına səbəb olur. Cəmiyyətin yaranması istehsal vasitələri üzərində

mülkiyyətin formaları ilə əlaqələndirilərək göstərilir ki, ...mülkiyyətin heç bir formasının mövcud olmadığı

yerdə heç bir istehsal haqqında, deməli, heç bir cəmiyyət haqqında söhbət belə gedə bilməz. Bu da təbiidir

ki, mülkiyyətin hətta hər hansı ibtidai forması, o cümlədən, kollektiv (ibtidai) mülkiyyət instinktiv,

heyvanabənzər səciyyə daşıya bilməz, deməli, instinktiv, heyvanabəpzər əmək dövründə mülkiyyət

formalarından, bu sonuncu olmadan cəmiyyətdən də danışmaq olmaz.

Şüurun, təfəkkürün, nitqin yaranması da cəmiyyətin yaranması ilə əlaqədardır. İstər şüur və təfəkkürün

(məfhumlu təfəkkürün), istərsə nitqin mənbəyi fərdin təbiətə münasibətində deyil, fərdlərin bir-biri ilə

münasibətlərində meydana çıxır. Göründüyü kimi, bu problem cəmiyyətin yaranmasından ayrıca götürülmüş

Page 23: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

23 

bir problem deyil, elə həmin problemin digər üzüdür. Nitq hər şeydən əvvəl təşəkkül tapmaqda olan ictimai

münasibətlərin təzahürü və vasitəsi kimi yaranır: nitq insanların bir-biri ilə münasibətində davranışlarına

təsir göstərmək vasitəsi kimi meydana çıxmışdır. Məfhumun təzahür etməsi üçün təkcə fərdin münasibətinin

mövcudluğu kifayət deyildir, həm də fərdlər arasında münasibətlərin mövcudluğu zəruridir. Həm də bu

münasibət heyvanlar arasındakı «münasibətdən» köklü surətdə fərqlənir, çünki sözün əsl mənasında

heyvanlar arasında münasibət mövcud deyildir.

Əmək, cəmiyyət və dil arasındakı münasibətləri qısaca belə xülasə etmək olar. Göründüyü kimi, əmək

elə bir sehrkar qüvvə deyildir ki, insanın meymunabənzər ulu əcdadı onunla məşqul olan kimi dərhal insana

çevrilir və aydın nitq qabiliyyəti qazanır. İnsanın meymunabənzər ulu əcdadının əməklə, daha dəqiq desək,

instinktiv, heyvanabəizər əməklə məşğul olmasından yaranmaqda olan insanın şüurlu əməyə keçməsinədək

uzun bir dövr keçmişdir ki, bu müddətdə əmək prosesində insanın ulu əcdadı həm fizioloji, həm də psikoloji

baxımdan böyük inkişaf mərhələsi keçmişdir. Əmək istehsalı, istehsal cəmiyyəti yaratmışdır. Yaranmaqda

olan və cəmiyyətdə birləşən insanlar əmək prosesində bir-biri ilə ünsiyyət saxlamağa ehtiyac hiss etmişlər.

Dil də bu ehtiyacı təmin etmək, ödəmək üçün yaranmışdır.

Sözlər və Şeylər

«Hər cür sərvətin mənbəyi olan əmək» həm də cəmiyyətin və dilin yaradıçısıdır. Cəmiyyəti dilsiz, dili

-cəmiyyətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, ən azı iki adam bir-biri ilə ünsiyyət saxlayırsa,

deməli, artıq, ibtidai də olsa, cəmiyyətin rüşeymi mövcuddur, lakin eyni zamanda həmin bu iki adamın

birləşməsi, ünsiyyət saxlaması üçün müəyyən bir ünsiyyət vasitəsi lazımdır (ünsiyyət vasitəsi olmadan

onların birləşməsi qeyri-mümkündür) - belə ünsiyyət vasitəsi dildir, daha doğrusu, aydın, üzvlərinə bölünən

səsli nitqdir.

Materializm aydın, üzvlərinə bölünən səsli dilin (nitqin) birdən-birə yaranmasını qəbul etmir, çünki bu

yaranma, ən azı, möcüzə olardı. Lakin indiyədək belə bir dilin yaranma prosesini (ümumiyyətlə əmələ

gəlməsini yox, prosesin özünü!) izah edən nəzəriyyə yaxud fərziyyə yaradılmamışdır. Vaxtilə rus dilçisi N.

Y. Marr ilk səsli dilin yaranmasından danışarkən göstərirdi ki, belə dil daxilən diffuz olan dörd səs

kompleksindən ibarət olmuşdur. Rus filosofu B. F. Porşnev yazır ki, ilk səsli dil iki müxtəlif səs

kompleksindən ibarət olmuşdur: hər səs kompleksi digərinə münasibətdə əylənc vəzifəsini ifadə etmişdir.

Dilçiliyin paleolinqvistika sahəsi hələlik bu problemi həll edə biləcək dərəcədə inkişaf etməmişdir.

Buna görə də ilk insan dilinin necə diffuz səsdən ibarət olduğunu söyləyə bilmərik; bəlkə iki, bəlkə dörd,

bəlkə də çox diffuz səs ilk insan dilini təşkil etmişdir. N. N. Ladigina-Kotsun təcrübələri göstərir ki,

meymunlar, məsələn, şimpanze 25 diffuz səs çıxara bilir. Məsələ ilk insan dilində diffuz səslərin sayında

Page 24: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

24 

deyil, əsas məsələ budur ki, ilk insan dili indi başa düşdüyümüz mənada aydın, üzvlərinə bölünən səslər-

sözlər şəklində mövcud ola bilməzdi, yarana bilməzdi - bu cür sıçrayışlı inkişaf dialektik materializmin

bütün qanunauyğunluqlarına ziddir, ilk dil mütləq diffuz səslərdən ibarət olmalı idi. Buna görə də N. Y.

Marrın vaxtilə marksizmə zidd hesab edilən dörd ünsür nəzəriyyəsinə bir də qayıtmaq və onun rasional

toxumundan istifadə etmək lazımdır.

Məhdud miqdarda diffuz səslərlə arzu, istək, qadağan, sevinc, qorxu ifadə etmək olar, lakin ünsiyyət

saxlamaq olmaz. Güman ki, ilk insan dilində ünsiyyət üçün diffuz səslərlə yanaşı və onlarla birlikdə əl

hərəkəti, jest və mimikadan, habelə əşyalardan da (imkan dairəsində) istifadə edilmişdir. Məlum olduğu

kimi, psikoloji və fəlsəfi baxımdan ikinci siqnal sistemi inkişafının ilkin mərhələlərində qavrama, təfəkkür,

qarşılıqlı informasiya problemləri ilə əlaqədə olmamışdır. Təbii olaraq belə bir sual meydana çıxır: bəs bu

əlaqə nə vaxt və necə yaranmışdır? Bəs əşyalar, predmetlər səsçıxarma və səsqavrama dairəsinə necə

düşmüşdür? İlk insanların səs mexanizmi fərdlərin əşya, predmet və obyektlərlə rəftar dairəsinə necə nüfuz

etmişdir?

Müasir psikolinqvistika (və habelə psixologiya) elmi o dərəcə inkişaf etməmişdir ki, bu suallara

birmənalı, konkret cavab vermək mümkün olsun. Bu sahədə yalnız bir neçə fərziyyə irəli sürmək olar.

Bu problemin izahında psikoloqların fikri maraqlıdır. A. Vallon yazır ki, uşağın fərdi irsi sensomotor

aparatında təfəkkürün inkişafı zamanı fasiləsizlik mövcud deyildir: nitqi mənimsəməklə yanaşı prinsipcə

başqa determinatorlar onun davranışına daxil olur. L. S. Vıqotski «iki kök» haqqında idiya irəli sürmüşdür:

nitq ontogenez və filogenezdə ağlın tarixdən əvvəlki dövrü ilə, yəni təfəkkür əşyaları ilə birləşməzdən əvvəl

özünün tarixdən əvvəlki dövrünə malik olur, yeni hadisə insan psikikasının nitq-təfəkkür funksiyasını

törədir.

A. P. Potseluyevskinin bu sahədəki fikirləri də maraqlıdır. O, insanın səsli nitqinin ən qədim forma və

pillələrinin rekonstruksiyası metodlarını axtararkən insanların ev heyvanlarına spesifik müraciətlərini

toplamış və təhlil etmişdir. N. Y. Marr kimi, A. P. Potseluyevski də belə hesab edir ki, insanlar da

heyvanlarla birlikdə əhliləşmişlər, lakin insanların ev heyvanları ilə münasibətləri o zamandan indiyədək az

təkamül etmişdir, buna görə də heyvanlara müasir xitabın nitq formaları ən qədim nitqin bəzi

xüsusiyyətlərini dərk etmək üçün mənbə ola bilər. Tədqiqatın bu metodunun əsaslandırılmasında bəzi

qüsurlar olsa da o, əşyaların nitq dairəsinə düşməsi probleminin həlli üçün xeyli material verir. Müəllif

heyvanlara müraciəti iki kompleksə bölür: 1) çağırmaq (daha qədimdir) və 2) qovmaq, habelə daha sürətlə

getməyə və s. məcbur etmək (xeyli sonralar yaranmışdır). Bu müraciətlərin mürəkkəbləşdirilməsi

duplikasiya və multiplikasiya, iki müxtəlif əsasın birləşdirilməsi, diferensiasiyası isə həm də intonasiya

vasitəsilə baş vermişdir.

A. P. Potseluyevski belə bir nəticəyə gəlir ki, səsli nitqin ən qədim tipi semantik və formal cəhətdən

Page 25: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

25 

diferensiallaşmayan, ayrı-ayrı ünsürlərinə bölünməyən «söz-monolit» olmuşdur. Belə söz-monolitlərin əsas

vəzifəsi danışanın öz arzusunu, istəyini, tələbini yaxud iradəsini xəbər verməkdir, buna görə də güman

etmək olar ki, onların ilkin funksiyası indiki fellərin əmr formasının funksiyası kimi olmuşdur. Felin əmr

forması səsli dilin ən qədim faktıdır. «İnsanın əcdadlarının üzvlənməyən söz-monolitlər işlətməsi bu və ya

digər, nəticə yaxud hökmü xəbər vermək zərurəti ilə əlaqədar deyildir. Söz-monolit hökmün deyil, danışanın

iradəsinin yaxud arzusunun ifadəçisi olmuş və söz-monolitin özünün deyilməsi yalnız cari anın konkret

tələbindən irəli gəlmişdir. Buna görə də söz-monolitlərin daxili məzmununda məntiqi hökmün heç bir

ünsürünü axtarmaq olmaz» 6.

A. P. Potseluyevskinin fikrincə, söz-monolitin adlandırma funksiyası çox sonralar onun ilkin verbal-

imperativ funksiyası əsasında törəmişdir. Söz-monolitlər gerçəkliyin ayrıca ünsürlərini işarə etmək üçün

işlədilməyə başlanmışdır. Belə sözlər iradə işarələrindən təsəvvür işarələrinə, fikir əşyaları işarələrinə

çevrilir. Söz-monolitlərdə yeni əqli funksiyanın (təsəvvür yaxud məfhum işarəsi kimi) təzahürü ona ibtidai

fikir aləti olmaq imkanı verir. Söz-monolit öz diferensiallaşmamasını və üzvlənməsini itirmədən, ilk dəfə

qavrama hökmünün xəbərinin (predikatının) sözlü ifadəçisi şəklində fikir aləti olur 7. Bu, düzgün

söylənilmiş fikirdir. Lakin buna baxmayaraq müəllif söz-monolit yeni funksiyasının yaranması prosesini

adlandırma funksiyasının xeyli əvvəl mövcud olan ilkin verbal-imperativ funksiyası ilə birləşməsi prosesini

göstərmir.

Şeylər sözlərlə necə birləşmişdir? Görkəmli filosof B. F. Porşnevin bu haqdakı fikirləri maraqlıdır.

Onun şeylərin sözlərlə birləşməsi haqqındakı fikirlərini bəzi əlavə və təshihlərlə qısa xülasə edirik.

Sözlər şeylərə işarə etməzdən xeyli əvvəl şeylər işarə üçün, daha doğrusu, sözləri fərqləndirmək üçün

işlədilmişdir. Şüur inkişaf etdikcə səs komplekslərini fərqləndirməyə olan ehtiyac mövcud olan nitq

vasitələrini getdikcə sürətlə qabaqlayır. Diffuz səslərin miqdarını artırmaq üçün yeni fonoloji müxalifət

yaxud mövcud komplekslərin yeni birləşmələrini yaratmaq lazım gəlirdi. Müxalifət yaxud səs birləşmələri

yaratmaq üçün isə imkan xeyli məhdud idi. Buna görə də diffuz səsləri fərqləndirmək üçün danışan müxtəlif

hərəkətlərdən istifadə edir - iki fərqli hərəkətlə müşayiət edilən bir diffuz səs artıq bir söz yox, iki müxtəlif

sözdür. Lakin hərəkətlərin böyük əksəriyyəti əşyalıdır, daha dəqiq desək, hərəkətlər, bu və ya digər əşya ilə

edilir; əşyalar müxtəlif olduğu üçün hərəkətləri qarışdırmaq olmaz. Beləliklə, şeylər yavaş-yavaş sözlərə

«daxil olur».

Bu hələ bir şeyin xəbər verilməsi deyil, yalnız ünsiyyətdir. Müəyyən bir hərəkəti əyləndirən yaxud

hərəkət üçün əmr verən siqnallar inkişaf edir; səsli olmaqla yanaşı bunlar həm də hərəki və görünən olur.

İndi bir hərəkəti əyləndirmək yaxud başlamaq üçün diffuz səsdən başqa, eyni zamanda, məsələn, əl

hərəkətindən, çox vaxt həm də bu və ya digər əşyanı (obyekti) göstərməkdən də istifadə edilir. Beləliklə,

nisbətən az miqdar səs siqnalı vasitəsilə çoxlu və fərqli əmrlər vermək olur.

Page 26: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

26 

Dillərdə mövcud olan qəribə bir fakt bu fikri təsdiq etməyə kömək edir: dillərdəki ən qədim sözlər

çoxmənalı olur - bir «söz» bir neçə müxtəlif cinsli «əşyaya» işarə edir (omonimlər). Əslində bunlar eyni bir

söz deyil, eyni səs komponentinə malik olan müxtəlif sözlərdir. Dilin inkişafının bu dövründə şeylər hələ

denotatlar 8 deyil, işarəciklərdir.

Məlum olduğu kimi işarənin işarə etdiyi əşya ilə heç bir səbəbiyyət əlaqəsi yoxdur. Xüsusi adların

semasioloji təbiəti bu fikri sübut edə bilər. Lakin bu heç də o demək deyildir ki, təlqin siqnаllаrının səs və

əşyа komponentləri аrаsındа heç bir əlаqə yoxdur. Əşyа komponenti yаrаndıqdа onunla səs komponenti

аrаsındа müəyyən bir qаrşılıqlı əlаqə yаrаnmаlı idi. Əşyа komponenti sözlərin «formаntlаrı» 9 kimi çıxış

edir və səs komponentinə nisbətən daha sürətlə artır. Bu mənada sözlər şeyləri işarə etməzdən xeyli əvvəl

şeylər sözləri işarə etmişdir. Müasir təcrübəyə müraciət etsək, şeylərin işarə funksiyаsı dаşımаsınа indi də

kifayət qədər nümunə tаpа bilərik (güman ki, bu; qədimin izi-dir); gözmuncuğu, tikan, hər hansı bir əşyа

işarə kimi işlədilə bilər. Biz bilirik ki, işarənin işаrə edilənin təbiəti ilə heç bir ümumiliyi yoxdur. Bunа görə

də deyə bilərik ki, bu əşyаlаr insаnlаr аrаsındа bu şeylərə аid olmаyаn qаrşılıqlı münаsibətlərin işаrələridir.

İndi bu şeylər müəyyən bir müqəddəslik, sehrlik və s. çаlаrı daşıdığı üçün gümаn etmək olаr ki, ehkаmlаr,

totemlər, əşyа-tаbulаr həqiqətən də müəyyən əmrlərin yaxud əyləncin işаrəsi kimi yaranmışdır. Lakin sözün

əsl mənasında bu səslərin işarələri olmaq üçün şeylər bu funksiyаdа cüt (yaxud daha geniş) qаrşılıqlı

əvəzlənmə yaxud ekvivаlentlik kəsb etməli idi.

Şeylər ikinci siqnаl sisteminə dаxil olduqdаn sonrа iki inkişаf yolu keçə bilər:

1) səslərdə olduğu kimi, bu yeni funksiyasında şeylərlə nə bаş verir; 2) siqnalın komponentləri kimi

səslərlə şeylər аrаsındаkı münasibətdə nə bаş verir; onların yerdəyişməsi necə bаş verir.

1. Şeylər təlqin siqnаllаrı kimi işləndikdə onlarda da səslərdə fonetik səviyyədən fonoloji səviyyəyə

keçidə bənzər bir hadisə bаş verməli idi, yəni şeylər sadə fərqlilikdən əlavə bir də qаrşılаşdırılа bilmə

əlaməti kəsb etməli idi. Ən ilk müxalifət sırasına şeylərin toxunula bilmək və toxunulmаzlıq

qаrşılаşdırılmаsını aid etmək olаr. Biz hansı jestin şeyə toxunula bilmək, hansının toxunulmаzlıq

xüsusiyyətini verdiyini qəti deyə bilmərik, çünki eyni bir jest müxtəlif xаlqlаrın ənənəsində bəzən zidd

mənalar ifadə edir (məsələn, başın yuxarıdan аşаğı endirilməsi bəzi xalqlarda «bəli», digərində «xeyir»

deməkdir və i. а.). B. F. Porşnevin yazdığına görə, ilkin dildə işаrə jesti toxunulmаzlıq jesti olmuşdur və olа

bilər ki, nə vаxt isə onun özü təbiətinə görə toxunulmаğı istisnа edilən obyektlərlə (məsələn: göy, günəş, od,

göz və s.) «işаrə edilmişdir» 10.

Zаmаn keçdikcə, prinsipcə yeni əsəb hadisəsi - şeylərin dəxili obrazları təzahür edir. Bu, artıq

təsəvvürə keçid pilləsidir.

2. Nə qədər ki, şey səslə birlikdə bir siqnаl kompleksində yerləşir, onların аrаsındа olаn hər hansı bir

Page 27: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

27 

«münasibətdən» danışmaq olmaz. Onlar «monolit» təşkil edir. Münasibət yalnız o zаmаn bаş verə bilər ki,

onlar «yа-yа» müxalifətində olsun, dаhа sonrа isə müxalifətdə olmalarına bаxmаyаrаq müxalifət vаsitəsilə

yenidən «və-və» vəhdətini təşkil edə bilsin.

Bitişiklikdən qаrşılаşdırmаyа keçidi necə təsəvvür etmək olаr? Bizim qəbul etdiyimiz kimi, eyni bir

səs-kompleks (diffuz səs) müxtəlif şeylərə monipulyа-etmə vаsitəsilə birləşmiş və bu şey formаntlаrın

köməyilə müxtəlif sözlər alınmışdır. Bu proses inkişafda əks istiqamətdə də olmuşdur: bu və yа digər şeyi

müxtəlif səs-komplekslərlə də birləşdirmişlər. Bonunla da sözləri «qarışdırmış» və onları əsəb sisteminə və

davranışa müəyyən təsiretmədən məhrum etmişlər. Bu qarışıqlıqdan çıxış yolu kimi modallığına görə

siqnаllаrı qаrşılаşdırmışlаr: yа səs, yа dа şey siqnalından istifadə etmişlər. Səs-komplekslər və şeylər bir-

birindən ayrılsa dа eyni şəraitdə əvvəlki kimi bir-birini əvəz etmişdir. Burаdаn dа yeni münasibət meydаnа

gəlmişdir: fərdlərаrаsı təsirdə səs siqnаllаrı və əşyа siqnаllаrı bir-biri ilə əslа qаrışdırılmаdаn (biri

oyаdıldıqdа digəri əylənir) eyni zаmаndа öz təsirinə görə eyniyyət təşkil etmişdir. Beləliklə, əməyin hələ

erkən inkişаfı dövründə sözlərlə şeylərin münаsibətində çevriliş əmələ gəlmiş və şeylər sözlərə qаlib

gəlmişdir. Məhz bu dövrdə sintаqm yаrаnmış və bu dа dilin inkişаfındа nəhəng аddım olmuşdur. Sintаqm 11

- eyni modаllıqlı iki cütləşdirilmiş ünsürdür. Müаsir.dilçilik bаxımındаn iki leksik (semаntik) Mənаsı olаn

sözün tаbelilik əsаsındа birləşməsinə sintаqm deyilir. Dilin yаrаndığı dövr üçün isə iki diffuz səsin (iki səs-

kompleksin) yаxud bir diffuz soslə (səs-komplekslə) bir şeyin və yа iki şeyin modаllıq əsаsıidа birləşməsini,

dаhа geniş mənаdа götürsək, qаrşılıqlı əlаqədə olаn iki səs siqnаlını sintаqm аdlаndırmаq olаr. Sintаqmın

meydаnа gəlməsi dilin inkişаfındа irəli аtılmış nəhəng bir аddım idi. Onun sаyəsində gələcəkdə müxtəlif

ənənələr yаrаnır: аz fərqli sözlər söz-dupllərdə birləşir; söz qаfiyədən yаrаnır; oxşаr olmаyаn sözlər

çаrpаzlаşır; sözlərə inkаrlıq аrtırmаqlа onlаr məhv edilir; oxşаr olmаyаn sözlər bir-birinə qаrşı qoyulur. Bu

prosedurdа həqiqi sözlər yаrаnır. Predmet və operаsionallıq modаllığın-dа isə sintаqm - bu əşyаnın hissəsini

butöv əşyаyа oxşаtmаq, bir əşyаyа bənzər digər əşyаlаr tаpmаq, iki fərqdən bir əşyа təşkil etmək və s.

deməkdir.

Sintаqmın təzаhürü ikinci siqnаl sistemində səslər və şeylər аrаsındа munаsibətin inkişаfındа yeni

mərhələ idi: onlаrın аrаsındа dinаmik mustəqillik yаrаnır, lаkin onlаr bir-birindən аrаlаnmır.

Beləliklə, şeylər əvvəlcə fərdlər аrаsındа köməkçi vаsitə kimi ikinci siqnаl sisteminin fəаliyyətinə cəlb

edilir və bu proses uzun müddət dаvаm edir. Sonrа elə vаxt gəlir ki, şeylər sözlərin işаrəsi olmаqdаn çıxır,

sözlər şeylərin işаrəsinə çevrilir; ikinci siqnаl sistemi şeylərə işаrə edir. Qаvrаmаnın, dərketmənin tаrixi də

sözlərin şeylərin işаrəsinə çevrilməsindən bаşlаnır.

Dilin və Nitqin Funksiyalari

Page 28: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

28 

«Dilin ictimаi funksiyаlаrı onun quruluşu, sistem əlаqələri və inkişаf qаnunаuyğunluqdаrınа

münаsibətdə xаrici və etinаsız bir şey deyildir... Dilin təşkili və inkişаfının bünövrəsinə qoyulmuş dil

imkаnlаrının həyаtа keçirilməsi dilin cəmiyyətdəki funksiyаlаrı ilə əlаqədаr olаn ictimаi fаktorlаrlа bu və yа

digər dərəcədə qаbаqcаdаn müəyyənləşdirilir» 12. Lаkin dilin ictimаi funksiyаlаrındаn dаnışаrkən unudulur

ki, dil öz ictimаi funksiyаlаrını mücərrəd sistem şəklində deyil, konkret nitq situаsiyаlаrının məcmusundа,

nitq fəаliyyətində, qısаsı, səsli-sözlü nitq şəklində həyаtа keçirir. Ictimai fаktorlаrın dilə təsiri də, dildə

inikаsı dа məhz nitq fəаliyyəti vаsitəsilə bаş verir.

Adətən, dilçilik ədəbiyyаtındа dilin ünsiyyətə xidmət etməsindən dаnışılır. Bu dа məlumdur ki,

ümumiləşdirmə olmаdаn heç bir ünsiyyət mümkün deyildir: təfəkkür yаlnız ümumiləşdirmə vаsitəsilə

gerçəkliyi inikаs edir. Deməli, insаnın nitq fааliyyətində ünsiyyət və ümumiləşdirmə diаlektik vəhdət təşkil

edir. Dilin ictimаi funksiyаlаrı dа ünsiyyət və ümumiləşdirmə vəhdətinin eyni zаmаndа həyаtа

keçirilməsindən bаşqа bir şey deyildir.

Dilçilik ədəbiyyаtındа dil və nitq həmişə fərqləndirildiyi hаldа nədənsə onlаrın ictimai funksiyаlаrı

fərqləndirilmir, hər iki hаdisənin funksiyаsı dilin funksiyаlаrı kimi təqdim edilir. Məsələn, R. Yаkobson nitq

аktı modelindən dаnışаrkən nitq аktını təşkil edən bu fаktorlаrı qeyd edir: а) göndərən, b) qəbul edən, v)

kontekst, q) kod, ğ) kontаkt və d) məlumаt. Bunа uyğun olаrаq o, dilin аltı funksiyаsını göstərir: 1) emotiv

funksiyа (dаnışаnın hiss və irаdəsini ifаdə edən funksiyа), 2) konnаtiv funksiyа (vokаtiv-imperаtiv yаxud

modаllıq funksiyаsı), 3) referent funksiyаsı (xаrici аləm əşyаlаrını göstərmək funksiyаsı), 4) dil hаqqındа dil

vаsitəsilə dаnışmаq imkаnını şərtləndirən metаdil funksiyаsı, 5) fаtik funksiyаsı (kontаkt yаrаtmаq

funksiyаsı) və 6) poetik funksiyа13.

Sovet dilçiliyində dilin funksiyаlаrı hаqqındа B. A. Serebrennikov, Y. D. Deşeriyev, A. A. Leontyev,

V. A. Avrorin və bаşqаlаrı. ətrаflı surətdə yаzmışlаr. Dilçilərdən əlаvə dil və nitq probleminə toxunаn bütün

filosof və psikoloqlаr dа dilin və nitqin funksiyаlаrı məsələsindən geniş surətdə dаnışmışlаr. Y. D.

Deşeriyev istisnа edilərsə, dilin (və nitqin) funksiyаlаrı haqqında dilçi, psikoloq və filosoflаrın söylədikləri

fikirlər bir-birinə yаxındır. Y. D. Deşeriysv dilin kommunikаtiv, ictimаi, ekspressiv, estetik və qnoseoloji

funksiyаlаrı olduğunu göstərir 14, bаşqа bir yerdə isə dilin ideoloji funksiyаsındаn dа dаnışır, həm də dilin

və nitqin ideoloji funksiyаlаrını fərqləndirir 15. Qeyd etmək lаzımdır ki, dilin və nitqin funksiyаlаrının

fərqləndirilməsi elmi ədəbiyyаtdа yeni hadisə deyildir. Hələ 1941-ci ildə аlmаn psixoloqu F. Kаynts «Dilin

psikologiyаsı» аdlı əsərində dilin funksiyаlаrını «ilkin» və «törəmə» deyə iki qismə bölür, ilkin

funksiyаlаrın dil üçün məcburi, törəmə funksiyаlаrın isə fаkültətiv mаhiyyət dаşıdığını yаzır 16. Sonrаlаr bu

ideyа psikologiyаdаn dilçiliyə gətirilmişdir, lаkin göstərmək lаzımdır ki, dilçilər dilin funksiyаlаrı və nitqin

funksiyаlаrı terminlərindən nаdir hаllаrdа istifаdə edirlər. Əlbəttə, bu məsələyə münаsibətdə psixoloqlаr

dаhа hаqlıdırlаr və dilin funksiyаlаrı ilə nitqin funksiyаlаrı fərqləndirilməlidir.

Dilin funksiyаlаrı dedikdə nitq fəаliyyətinin elə funksionаl xüsusiyyətləri nəzərdə tutulur ki, bunlаr hər

Page 29: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

29 

hаnsı bir nitq situаsiyаsındа özünü göstərə bilir, bаşqа cür desək, bunlаr situаsiyаdаn аsılı deyil, situаtiv

səciyyə dаşımır. Nitqin funksiyаlаrı isə hər hаnsı nitq аktı uçün məcburi deyil, situаtiv səciyyə dаşıyır.

Dilin funksiyаlаrı. Dilin funksiyаlаrı elmi аnlаyış kimi dilin mаhiyyətinin prаktik təzаhürü, ictimаi

hаdisələr sistemində onun məqsədinin həyаtа keçirilməsi, dilin təbiəti ilə şərtlənən hərəkətidir. Dilin

funksiyаlаrı elə bir şeydir ki, bunsuz dil mövcud olа bilməz. Elmi ədəbiyyаtdа dilin çoxfunksiyаlı olduğu,

həm də bu funksiyаlаrın bir-biri ilə sıx əlаqədə olduğu göstərilir. İnsаnın nitq fəаliyyətində dilin аşаğıdаkı

funksiyаlаrındаn dаnışmаq olаr: 1) dilin kommunikаtivlik funksiyаsı, 2) dilin tənzimləyici funksiyаsı, 3)

dilin idrаk (konstruktiv) funksiyаsı, 4) dilin bəşəriyyətin ictimаi-tаrixi təcrübəsinə yiyələnmə

(аkkumulyаtiv) funksiyаsı, 5) dilin milli-mədəni funksiyаsı, 6) dilin ekspressiv funksiyаsı, 7) dilin estetik

funksiyаsı, 8) dilin ideoloji funksiyаsı.

Kommunikаtiv yаxud ünsiyyət funksiyаsı dilin əsаs funksiyаsıdır, dilin bütün digər funksiyаlаrı

məhz bu funksiyа əsаsındа bаş verir, bütün funksiyаlаr bu funksiyа ilə şərtlənir. «Dilin insаnlаr аrаsındа ən

mühüm ünsiyyət vаsitəsi» olmаsı dilin ünsiyyət funksiyаsının dilin mаhiyyətini təşkil etməsinə sübutdur.

Əslində ünsiyyət ehtiyаcı - cəmiyyət üzvlərinin bir-birinə nə isə demək ehtiyаcı dili yаrаtmışdır.

Kommunikаtiv funksiyа dilin yаrаnmаsı və inkişаfındа mühüm rol oynаmışdır. Dilin kommunikаtiv

funksiyаsının insаn həyаtındаkı rolunu аydın göstərmək üçün təkcə belə bir fаktı qeyd etmək lаzımdır ki,

ünsiyyət vаsitəsi olmаdаn, dil olmаdаn cəmiyyət özü yаşаyа bilməz, cəmiyyət mövcud olа bilməz.

Dil kommunikаtiv funksiyа yerinə yetirmək sаyəsində həm özü inkişаf edir, həm də cəmiyyətin

inkişаfınа kömək edir. Kollektiv üzvlərinin bir-biri ilə ünsiyyəti prosesində dil inkişаf edir, onun qrаmmаtik

quruluşu, qrаmmаtik kаteqoriyаlаrı təşəkkül tаpır və inkişаf edir; dil inkişаf etdikcə cəmiyyət də, ictimаi

şüur dа inkişаf edir.

Dilin kommunikаtiv funksiyаsı dilin bütün digər funksiyаlаrındа dа təzаhür sdir.

Dilin əsаs funksiyаlаrındаn biri də tənzimləyici funksiasıdır. Dilçilik ədəbiyyаtındа dilin tənzimləyici

funksiyаsı məsələsinə toxunulmur; psikologiyаyа həsr edilmiş əsərlərdə bu funksiyа, yа dilin kommunikаtiv

funksiyаsı ilə, yа dа dilin idrаk funksiyаsı ilə yа eyniləşdirilir, yа dа qаrışdırılır. Lаkin bunlаr dilin аyrı-аyrı

funksiyаlаrıdır.

Dilin tənzimləyici funksiyаsının mаhiyyətini qısаcа belə izаh etmək olаr: dil insаn dаvrаnışını,

əxlаqını, müəyyən mənаdа dünyаgörüşünü tənzimləyən əsаs, bəlkə də yegаnə аlətdir, vаsitədir. Sovet

dilçiliyində bu ideyа qəbul edilməsə də o, psixologiyа elmində özünə yol аçmаqdаdır. Məşhur sovet

neyropsikoloqu A. R. Luriyа yаzır ki, nitqin ən əsаs funksiyаsı-məlumаtı nəqletmə funksiyаsı ilə yаnаşı

«onun (nitqin) mürəkkəb psiki proseslərin təişkkülündə elə o qodər əhəmiyyətli rol oynаyаn dаhа bir cəhəti

də mövcuddur. Nitq təkcə əldə edilmiş təcrübənin ümumiləşdirilməsi vаsitəsi və kodlаşdırılmаsı аləti kimi

Page 30: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

30 

xidmət etmir. O insаn dаvrаnışını tənzim edən ən əhəmiyyətli vаsitələrdən biridir»17. Bu sözlərə təkcə onu

əlаvə etmək lаzımdır ki, nitq insаn dаvrаnışını tənzimləyən əhəmiyyətli vаsitələrdən biri yox, yegаnə

vаsitədir, belə ki, nitqdən bаşqа insаn dаvrаnışını tənzim edən yаxud edə bilən ikinci bir vаsitə göstərmək

mümkün deyildir. İnsаnlаr аrаsındаkı bütün bаzis (məsələn, iqtisаdi münаsibətlər) yаxud üstqurum (hüquq

normаlаrı, əxlаq və s.) səciyyəli əlаqələrin hаmısı yаlnız və yаlnız nitq əsаsındа meydаnа gəlir və tənzim

edilir. Sovet filosofu B. F. Porşnevə görə, dilin tənzimləyici funksiyаsı digər funksiyаlаrındаn, o cümlədən

məlumаtı nəqletmə və təcrübə mübаdiləsi funksiyаlаrındаn dаhа qədimdir, onlаrа nisbətən ilkindir 18.

A. A. Leontyev psikologiyа bаxımındаn nitqin tənzimləyici funksiyаsını belə təsnif edir: «Nitq

fəаliyyətində bu funksiyа üç mümkün vаriаntdаn birində çıxış edir:

а)fərdi-tənzimləyici funksiyа kimi, yəni bir yаxud bir neçə аdаmın dаvrаnışınа seçici təsir funksiyаsı

kimi;

b)kollektiv-tənzimləyici funksiyа kimi - böyük və diferensiаllаşmаmış аuditoriyа üçün nəzərdə

tutulmuş kütləvi kommunikаsiyа (nаtiq nitqi, rаdio, qəzet) аdlаnаn şərаitdə;

v)özünütənzimləyici funksiyа kimi - öz dаvrаnışını plаnlаşdırdıqdа» 19.

Onu qeyd etmək vаcibdir ki, A. A. Leontyev dilin (nitqin) tənzimləyici funksiyаsını kommunikаtiv

(ünsiyyət) funksiyаsı ilə eyniləşdirir.

Dilin tənzimləyici funksiyаsının insаnın həyаtındаkı rolu çox böyükdür; bu funksiyаnın rolunu dilin

ünsiyyət və idrаk funksiyаlаrının rolu ilə müqayisə etmək olar. Lakin dilin tənzimləyici funksiyаsının insan

həyаtındаkı rolunu dilin başqa funksiyaları hesаbınа yаxud insаnın idrаk fəаliyyətinin (mən qəti bu

fikirdəyəm ki, insаnın idrаk fəаliyyəti nitqsiz mümkün deyildir) əhəmiyyətini аzаltmаq hesаbınа şişirtmək

olmаz. Belə solа getmə xаrici dilçilikdə neohumboldtçuluq cərəyаnının və Səpir-Uorf fərziyyəsinin

meydаnа gəlməsinə səbəb olmuşdur. Neohumboldtçulаr iddiа edirlər ki, insаnlаr mаddi аləmi yаlnız dil

vаsitəsilə qаvrаyırlаr. Onlаr gerçəkliyin dərk edilməsində, qаvrаnılmаsındа şüurun rolunu düzgün bаşа

düşmürlər. Səpir-Uorf fərziyyəsinə görə isə insаnlаrın dünyаgöruşü, dünyаyа bаxışı dil vаsitəsilə formаlаşır;

gerçəkliyin eyni bir hаdisəsi müxtəlif dillərin nümаyəndələri tərəfindən müxtəlif şəkildə dərk edilir; müxtəlif

dillərin nümаyəndələri dünyаnı müxtəlif şəkildə görür.

Dilin insаn həyаtındаkı əvəzedilməz rolunа bаxmаyаrаq insаnlаrın dünyаbаxışının, obyektiv

gerçəkliyin dil əsаsındа, obyektiv kаteqoriyаlаrın dil kаteqoriyаlаrı əsаsındа təşəkkül tаpdığını,

formаlаşdığını söyləmək, əlbəttə, düz deyildir. Dil şüur vаsitəsilə obyektiv gerçəkliyi dərk etməkdə böyük

əhəmiyyətə mаlik olsа dа obyektiv gerçəklik dildən аsılı deyildir.

Obyektiv gerçəkliyin dərk edilməsində, mаddi аləmin əşyа və hаdisələrinin qаvrаnılmаsındа dilin

Page 31: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

31 

idrаk funksiyаsının əhəmiyyəti böyükdür. Dilçilikdə bunа dilin qаvrаmа, nominаtiv, konstruktiv, təfəkkür

funksiyаlаrı dа deyilir. Dilin idrаk funksiyаsı obyektiv gerçəkliyin əşyа və hadisələrini аdlаndırmаq, fikri

formаlаşdırmаq, bizi əhatə edən gerçəklik haqqında məlumat аlmаq vasitəsidir.

Dilin idrаk funksiyası termini dilin nominаtiv (аdlаndırmа) funksiyаsı termininə nisbətən daha geniş

əhatə dairəsinə malikdir, çünki dilin idrаk funksiyаsı аdlаndırmаyа nisbətən daha geniş əqli prosesləri əhatə

edir, halbuki nominativ funksiya yаlnız obyektiv aləmdəki əşyа və hadisələri аdlаndırmаğа, məfhumları

sözlərlə işаrə etməyə xidmət edir.

Hələ vаxtilə A. A. Potebnyа yazırdı ki, «dil artıq hazır fikrin ifadə vasitəsi deyildir, dil fikri yenidən

yаrаdır». İnsаn sözlər və sözlərin birləşməsi vаsitəsilə onu əhаtə edən obyektiv аləm haqqındakı fikirlərini

ifаdə edir. Söz məfhumlаrı yаrаdır. Substаnsiyаnın аtributа munаsibəti sözlərin birləşməsini tələb edir.

Beləliklə, dil sözlər və söz birləşmələri vаsitəsilə məfhum və fikirləri ifаdə edən аlətə çevrilir. V.

Humboldtdаn bаşlаyаrаq müаsir dövrümuzədək dilin təfəkkür аləti olmаsı haqqında bəhs edilmişsə də dilin

bu funksiyаsının problemləri hələ kifаyət qədər tədqiq edilməmişdir.

Dil təfəkkür аləti olmаq üçün bir sırа funksiyаlаrı həyаtа keçirir. Dilin idrаk funksiyаsınа dаxil olаn bu

yаrımfunksiyаlаr istər dilçilik, istərsə də psikologiyаyа həsr edilmiş ədəbiyyаtdа zəif tədqiq edilmişdir. Bu

sözlər hər şeydən əvvəl semаsioloji funksiyаyа аiddir. Məlum olduğu kimi, semаsiologiyа sözlərin

mənаsını, yəni sözlə (аdlа) əşyа аrаsındаkı münаsibəti öyrənir. Söz məhz məna vasitəsilə məfhumlа əlаqə

sаxlаyır, dil isə məhz sözlərin mənalаndırmа xüsusiyyəti vаsitəsilə fikri ifаdə etmə аlətinə, təfəkkür аlətinə

çevrilir. Dilin semаsioloji funksiyаsınа nisbətən nominаtiv (аdlаndırmа) funksiyаsı bir qədər ətrаflı tədqiq

edilmişdir. Elmi ədəbiyyаtdа göstərildiyi kimi, sözlə (аdlа) onun аdlаndırdığı əşyа аrаsındа heç bir üzvi

əlаqə yoxdur. K. Mаrks yаzır: «heç bir şeyin аdı onun təbiəti ilə əslа əlаqədаr deyildir Göründüyü kimi,

sözün əşyа ilə münаsibətini göstərmə üçün təkcə nominаtiv funksiyа kifаyət etmir, Bu əlаqəni yаrаtmаq

üçün təsvir funksiyаsındаn istifаdə edilir Bu funksiyаnın mаhiyyəti müəyyən bir dil vаhidinin аyrıcа bir

denotаtа yönəlməsindədir. Təsvir funksiyаsının аdlаndırmа funksiyаsı ilə əlаqəyə girməsindən keyfiyyətcə

yeni olаn ifаdə funksiyаsı yаrаnır. Bu funksiyа özünü mətn səviyyəsində göstərir. Mətn təsvir edilən əşyаnın

əlаmətlərini təsbit edir. Bununlа dа bu funksiyа əşyаnın əlаməti haqqında məlumаtın (informаsiyаnın)

dаşıyıcısınа çevrilir. Beləliklə, mətn sаdəcə olаrаq fikirlə bаğlı deyil, həm də hərfi mənadа fikrin

dаşıyıcısıdır. Bunа görə də biz mətni dinlədikdə həttа heç vаxt görmədiyimiz və haqqında heç bir şey

bilmədiyimiz əşyа haqqında ətrаflı məlumаt аlırıq.

Dilin idrаk funksiyаsındаn dаnışаrkən bir məsələni də izаh etmək lаzımdır. İnikаs ilə inikаs etdirmə

qаbiliyyətini fərqləndirmək zəruridir. Dilin bəzi strukturlаrı inikas etdirmə qаbiliyyətinə mаlikdir, lаkin

özləri inikas etmir, inikas etdirmə qаbiliyyətini dil vаsitələrindən əxz edir.

İnikаs qаbiliyyətinin həyаtа keçirilməsi inikasın təzаhürü olmаdаn mümkün deyildir - fikrin təzаhürü

Page 32: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

32 

dilsiz mümkün deyildir. Dil fikrin mövcudluğunun zəruri şərtidir. Bununlа dа dil fikrin formаlаşdırılmаsı

аləti kimi çıxış edir.

Dil fikrin təzаhürü üçün əsаs şərt olduğu kimi, cаnlı müşаhidədən fikrə keçidi təmin edən əsаs

vаsitədir. Biz nаməlum bir əşyа kəşf etdikdə onun məzmunu hаqqındа ilk məlumаtı cаnlı müşаhidə şəklində,

keçirdiyimiz çoxlu hisslər şəklində аlırıq. Sözlər vаsitəsilə bu hissləri аdlаndırırıq, sözlərin birləşməsi

vаsitəsilə bu hisslər аrаsındаkı əlаqələri təsbit edirik. Nəticədə dil vаsitələrinin köməyi ilə əşyа təsvir edilir;

əşyа haqqındakı hissi-obrаzlı məlumаt (informаsiyа) semаsioloji məlumat (informаsiyа) kimi kodlаşdırılır.

Cаnlı seyrdən, cаnlı müşаhidədən fikrə keçid belə bаş verir.

Dilin funksiyаlаrındаn biri də bəşəriyyətin ictimаi-tаrixi təcrübəsini toplаmаq, onа yiyələnmək

funksiyаsıdır, qısаcа desək, dilin аkkumulyаtiv funksiyаsıdır. Məlum olduğu kimi, hər yeni insаn nəsli

öz fəаliyyətini nəsillərin əldə etdiyi təsərrüfаt, elm və texniki nаiliyyətlər üzərində qurur. Hər yeni insаn

nəsli öz fəаliyyətinə ibtidаdаn, necə deyərlər, sıfırdаn bаşlаsа idi, ondа bəşəriyyət nə indiki inkişаf

səviyyəsinə çаtа bilərdi və nə belə bir inkişаfı xəyаlınа gətirə bilərdi. Mübаliğəsiz demək olаr ki,

bəşəriyyətin qаzаndığı bütün nаiliyyətlər, təsərrüfаt, elm, texnikа, ədəbiyyаt və mədəniyyətin inkişаfındаkı

müаsir səviyyə yаlnız dil sаyəsində mümkün olmuşdur. İstər təsərrüfаt, istərsə elm və mədəniyyət sаhəsində

irəli dаhа bir аddım аtmаq üçün bəşəriyyətin əvvəlki ictimаi-tаrixi təcrübəsinə yiyələnmək və ondаn

səmərəli istifаdə etmək lаzımdır. Dilin bəşəriyyətin əvvəlki ictimаi-tаrixi təcrübəsini .toplаmаq, onа

yiyələnmək və ondаn istifаdə etmək funksiyаsınа аkkumulyаtiv funksiyа deyilir.

Dilin аkkumulyаtiv funksiyаsı iki аspektdə təzаhür edir:

а) məlumatın toplаnmаsı vаsitəsi;

b) məlumаtın nəql edilməsi vаsitəsi.

Dilin аkkumulyаtiv funksiyаsı bu iki аspektin birləşməsi nəticəsində yаrаnır, çünki bu аspektləri

аyrılıqdа götürsək, birinci аspekt dilin idrаk funksiyаsınа, ikinci аspekt dilin kommunikаtiv (ünsiyyət)

funksiyаsınа uyğun gələrdi.

Dilin аkkumulyаtiv funksiyаsının istər fərdi, istərsə ictimаi plаndа bəşəriyyətin inkişаfı üçün böyük

əhəmiyyəti vаrdır. Aydındır ki, əqli fəаliyyаti (ümumiyyətlə, hər hаnsı bir fəаliyyəti) həyаtа keçirmək üçün

insаn dil vasitəsilə biliklərin, təcrübənin müəyyən məcmusunа yiyələnməlidir. Məhz dil biliklər məcmusunu

аyrıcа fərdə çаtdırаn əsаs və əvəzedilməz vаsitədir.

Fərdi аspektdən ictimаi аspektə keçdikdə dilin bu funksiyаsı ictimai-tаrixi təcrübənin mövcudluğu

formаsınа uyğun gəlir. Dil bəşəriyyətin ictimаi-tаrixi təcrübəsinin mövcudluq formаsı olduğu üçün, demək

olаr ki, bu mənadа аləm insаn üçün həqiqətən də dillə «pаrçаlаnır»; lаkin eyni zаmаndа dil - onu

Page 33: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

33 

formаllаşdırılmış sistem kimi yox, dil təfəkkürü kimi götürsək - bəşəriyyətin ictimаi təcrübəsini əks etdirir.

Təsаdüfi deyildir ki, biz müxtəlif dillərdə semаntik dəyişmələrin bir-birinə oxşаr, аnаloji mənbə və inkişаf

istiqаmətlərinə rаst gəlirik. Bu, müxtəlif dilli xаlqlаrın nəzəri fikrinin vəhdətini inikas etdirir.

Dilin milli-mədəni funksiyаsı dilin аkkumulyаtiv funksiyаsı ilə sıx əlаqədаrdır. Bəşoriyyətin

yuxаrıdа göstərdiyimiz ictimаi-tаrixi təcrübəsinin ümumi ünsürləri ilə yаnаşı yаlnız bu və yа digər milli

mədəniyyətə mənsub olаn ünsürləri də vаrdır. Bаşqа sözlə desək, dil mənsub olduğu xаlqın spesifik əmək

şərаitinin, ictimаi, mədəni həyаtının mövcudluğundаn doğаn və həmin xаlqın tаrixi təcrübəsi ilə cilаlаnаn

reаliyаlаrı, mücərrəd аnlаyışlаrı və s. inikas etdirir və gələcək nəsillər üçün qoruyur. Bu bаxımdаn dilin

milli-mədəni funksiyаsındаn dаnışmаq olаr. Onu dа demək lаzımdır ki, xаlqın mədəni səviyyəsinin

yüksəlməsi, xаlqlаr аrаsındа iqtisаdi, siyаsi və mədəni əlаqələrin genişlənməsi nəticəsində dilin milli-

mədəni funksiyаsındа dilin аkkumulyаtiv funksiyаsınа doğru çevrilmə prosesi gedir.

Dilin milli-mədəni funksiyasının mövcudluğu özünü dilin bütün səviyyələrində göstərir. Eyni bir

аnlаyışın və hаdisənin müəyyən bir xаlq tərəfindən mənalаndırılmа spesifikаsı аdlаndırmа, semаntik və səs

dəyişmələrinin xüsusiyyətlərində gerçəkliyin dil tərəfindən «pаrçаlаpmаsındа», «üzvlənməsinin»

səciyyəsində özünü аydın şəkildə göstərir. Bu mənаdа dil nəinki təfəkkür аləti və ictimаi-tаrixi təcrübənin

mövcudluğu formаsı kimi çıxış edir, həm də təfəkkür və idrаkın nəticələrini möhkəmləndirir. Lаkin təfəkkür

və idrаkın nəticələrinin möhkəmləndirilməsi üsulunu dilin milli spesifikаsı ilə eyniləşdirmək, həmin dildə

təfəkkürün xаrаkterinə keçirmək qətiyyən olmаz.

Çox vаxt dilçilik ədəbiyyаtındа dilin yаlnız iki funksiyаsı olduğu göstərilir: kommunikаtiv funksiyа və

ekspressiv funksiyа. Dilin ekspressiv funksiyаsı onun məumаtı (informаsiyаnı) ifаdə etmək, nəql etmək və

müsаhibə (dinləyənə) təsir funksiyаsıdır. «Dilin fikri təcəssüm etdirməsi onun ekspressiv vəzifəsi

аdlаnır»20. Qısа desək, ekspressiv funksiyа dilin ifаdə funksiyаsıdır. Dilin ekspressiv funksiyаsı təkcə fikrin

ifаdəsi ilə məhdudlаşmır, insаn emosiyаsının dildə ifаdə edilməsi də dilin bu funksiyаsınа dаxildir. Düzdür.

dilçilik ədəbiyyаtındа (hаbelə psixologiyаyа həsr edilmiş əsərlərdə) insаn emosiyаsının ifаdə edilməsi dilin

yox, təkcə nitqin funksiyаsı hesаb edilir və nitqin emotiv funksiyаsı аdlаndırılır (bаx: «Nitqin funksiyаlаsı»),

lаkin insаn emosiyаsının ifаdəsində dil vаsitələrindən də istifаdə edildiyi üçün onu dilin ekspressiv

funksiyаsınа dа аid etmək olаr. İnsаn emosiyаsını ifаdə etmək üçün dildə ən çox nidаlаrdаn, imperаtiv

sözlərdən və bir sırа münаsibət bildirən söz və ifаdələrdən (söz birləşmələri, cümlələr) istifаdə edilir; dilin

bəzi qrаmmаtik formаlаrı, fonetik vаsitələrdən vurğu və intonаsiyа, ədаtlаr, əlаvələr ifаdə etməyə xidmət

edə bilər.

Bəzi dilçilər ekspressiv funksiyаnı dilin əsаs funksiyаsı hesаb edirlər. Məsələn, K. Fosslerin fikrincə,

dilin kommunikаtiv funksiyаsının insan həyаtındа bir o qədər böyük rolu yoxdur. O, dilin ekspressiv

funksiyаsınа böyük əhəmiyyət verir və onun öyrənilməsini dilçiliyin əsаs vəzifəsi hesаb edir. Əlbəttə,

bununlа rаzılаşmаq olmаz. İnsаn cəmiyyətinin həyаti fəаliyyəti üçün dilin kommunikаtiv funksiyasının

Page 34: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

34 

əhəmiyyətini qiymətləndirmək çətindir. Bununlа belə dilin ekspressiv funksiyаsının əhəmiyyətini də

аzаltmаq düzgün deyildir. V. A. Avrorin hаqlı olаrаq yаzır: «həqiqətdə isə dilin kvmmunikаtiv və ekspressiv

funksiyаlаrı bir medаlın iki üzü kimidir. Onlаrın hərəsini аyrılıqdа görmək mümkündür, onlаr məlum

müstəqilliyə mаlikdir, lаkin onlаrı« birini digərindən аyırmаq qeyri-mümkündür. Bəzi xüsusi hаllаrdа,

məsələn, dаxili nitq zаmаnı olduğu kimi, fikrin dil ifаdəsi kommunikаtiv аktdаn kənаrdа həyаtа keçirilə

bilər, fikirlər dilxаrici vаsitələrlə ifаdə ediləndə isə kommunikаsiyа fikrin dil ifаdəsindən kənаrdа

mümkündür, bununlа belə, təkcə stаtistik üstünlüyə görə yox, həm də, bu dаhа əsаsdır, dilin yаrаnmаsı üçün

bilаvаsitə səbəb olаn dilin əsаs vəzifəsinə görə qəbul etmək lаzımdır ki, dilin bu iki funksiyаsı zəruri surətdə

bir-birini şərtləndirir, sosiаl əhəmiyyətinə görə isə üstünlük kommunikаtiv funksiyаnın tərəfindədir»21.

Dilçilik ədəbiyyаtındа bəzən dilin ekspressiv funksiyаsı informаtiv funksiyа (məlumаtın ifаdəsi və

nitqin vəhdəti kimi), emotiv funksiyа (hiss və emosiyаnın ifаdəsi kimi), volüntаtiv funksiyа (dаnışаnın

irаdəsinin ifаdəsi kimi) terminləri ilə də şərh edilir.

Dilçilik ədəbiy yаtındа dilin estetik fuiksiyаsındаn dа bəhs edilir. Dilin estetik funksiyаsı dilin

ekspressiv funksiyаsı ilə sıx əlаqədаrdır. Dilin «estetik funksiyаsı bədii ədəbiyyаt və incəsənət sаhəsində

özünü göstərir. Xаlqın estetik mədəniyyətinin (ədəbiyyаt və incəsənətinin) inkişаfı ilə dilin estetik

funksiyаsının dа rolu yüksəlir; estetik mədəniyyət dаhа dа inkişаf etmiş xаlqlаrdа dilin estetik funksiyаsının

rolu estetik mədoniyyəti inkişаf etməmişy xаlqlаrа nisbətən xeyli yüksəkdir.

Dilin öyrənilməsi tаrixində dilin estetik funksiyаsının həddindən аrtıq şişirdilməsi hаllаrınа dа təsаdüf

edilir. Məsələn, estetik dilçilik məktəbinin ən görkəmli nümаyəndəsi K. Fossler dilin estetik funksiyаsının

öyrənilməsinə, tədqiq edilməsinə dаhа çox əhəmiyyət verirdi. Dili estetik bаxımdаn tədqiq etməklə o, dilin

inkişаf tаrixi ilə mədəniyyətin inkişаf tаrixi аrаsında, bərаbərlik işаrəsi qoyurdu. Fossler iddiа edirdi ki,

müəyyən mənаdа dil incəsənətin bütün növlərini əhаtə edir: rəqs jestlər dilidir, rəssаmlıq rənglər və xəttlər

dilidir, musiqi tonlаr dilidir, plаstikа və memаrlıq bərk cisimlər dilidir, poeziyа «dillər dilidir». Əlbəttə, dilin

estetik funksiyаsını bu qədər geniş mənadа qəbul etmək, onu dillə bilаvаsitə əlаqəsi olmаyаn sаhələrə də

şаmil etmək səhvdir. Lаkin eyni zаmаndа dilin inkişаfındа, cəmiyyətin estetik mədəniyyətinin inkişаfındа

dilin estetik funksiyаsının rolunu аzаltmаq dа düzgün deyildir.

Dilin ideoloji funksiyаsı sosioloji dilçiliyin görkəmli nümаyəndələrindən biri olаn Y. D. Deşeriyev

tərəfindən qeyd edilir 22. İdeoloji funksiyа dilin mühüm sosiаl funksiyаlаrındаn biridir. Bu funksiyа istər

bütövlükdə dildə, istərsə dilin hər hаnsı bir ünsüründə təzаhür edə bilər. N. V. Voloşinəv yаzır ki, -söz

«istənilən ideoloji funksiyаnı dаşıyа bilər» 23.

Dilin ideoloji funksiyаsı ilkin ixtisаslаşmış münasibətlər üzərində qurulаn törəmə ixtisаslаşmış

münаsibətlərlə bağlıdır. Məsələn, varlıq mövcud olаn bir şeyi göstərir, lаkin dindаr əbədi vаrlıq dedikdə

аllаhı nəzərdə tutur.

Page 35: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

35 

Allаh bаğışlаsın, аllаh əvəzini versin, аllаhın lənətinə gələsən, аllаh əcrini versin, аllаh günаhındаn

keçsin, аllаh аmаnındа, ümid аllаhа tipli söz birləşmələri və cümlələr müəyyən ideoloji funksiyа dаşımış və

dini ideologiyаyа xidmət etmişdir. Müаsir ümumxаlq dilində isə belə ifаdələr neytrаllаşmışdır.

«Dildə və nitqdə ideoloji funksiyаnın ifаdəsini, fərqləndirmək lаzımdır.

Nitq ideoloji funksiyаnı ifаdə etmək üçün, demək: olаr ki, qeyri-məhdud inkişаfа mаlikdir. Nitqin

ideoloji funksiyаsı cümlələrdə, bütöv kontekstdə, söz birləşmələrində, sözlərdə, аyrı-аyrı səslərdə və səs

birləşmələrində, intonаsiyаdа, vurğudа və s. ifаdə edilə bilər (hər şeydən əvvəl şifаhi nitq nəzərdə tutulur).

Lаzılı nitq də ideoloji funksiyаnı ifаdə etmək üçün böyük imkаnlаrа mаlikdir, lаkin şifаhi nitq üçün

səciyyəvi olаn vаriаsiyаlаrа mаlik deyildir»24.

Dilin funksiyаlаrı bütün həlqələri bir-biri ilə qаrşılıqlı əlаqədə olаn və bir-birini qаrşılıqlı. Surətdə

şərtləndirən sistemi təşkil edir. Dilin funksiyаlаrı аrаsındаkı əlаqələr o qədər sıxdır ki, bütün sistemi

çoxşаxəli, çoxcəhətli sistem kimi də qəbul etmək olаr. Bunа görə də dilin polifunksiyаlı (çoxfunksiyаlı)

olduğunu söyləyən dilçilərlə yаnаşı, dilin mono-funksiyаlı (təkfunksiyаlı) olduğunu soyləyən dilçilərə də

hаqq qаzаndırmаq lаzımdır. Əslində dilin təkfunksiyаlılığını söyləyənlər dilin limitləşdirilməmiş

(məhdudlаşdırılmаmış) polifunksiyаlılığını söyləyən dilçilərə nisbətən həqiqətə dаhа yаxındırlаr.

Dаhа bir məsələni аydınlаşdırаq. Belə bir suаl meydаnа çıxır: dilin inkişafı ilə əlаqədаr dilin

funksiyаlаrı sayca çoxalıb yаxud аzаlа bilərmi, genişlənə yaxud dаrаlа bilərmi? Yаxın Gələcək üçün dilin

funksiyаlаrındа həm kəmiyyət, həm də keyfiyyətcə (məzmuncа) dəyişiklik bаş verəcəyini gözləmək lаzım

deyildir. Əlbəttə, olа bilər ki, dilin funksiyаlаrı başqa tədqiqаtçılаr tərəfindən çox yаxud аz göstərilsin, olа

bilər ki, bizim səliqəsizliyimiz, sаvаdımızın аzlıqı yаxud indi bizə məlum olmаyаn hər hаnsı bir səbəb

üzündən dilin yeni bir funksiyаsı müəyyənləşdirilsin (yаrаnsın yox, müəyyənləşdirilsin!). Bu, dilin

funksiyаlаrının inkişаfı yox, dilin funksiyаlаrı haqqında bizim biliyimizin inkişаfı olаrdı.

Dilə yаrdımçı vаsitələr. insаnın əmək fəаliyyətində bir sırа qeyri-dil vаsitələr dilə yаrdımçı vаsitə

kimi çıxış edir. Belə vаsitələrdən bir neçəsini göstərək.

Yаzı. Dilə yаrdımçı vаsitələrdən ən çox yаyılmışı və inkişаf etmişi yаzıdır. Yаzı insаnlаr аrаsındаkı

ünsiyyətin zаmаn və məkаn məhdudiyyətini аrаdаn qаldırır: onun vаsitəsi ilə, bir tərəfdən, yаxındаkı аdаmlа

olduğu kimi, uzаqdаkı, çox uzаqdаkı аdаmlа dа ünsiyyət sаxlаmаq mümkündür; digər tərəfdən, yazı

vаsitəsilə müаsir olduğun аdаmlа ünsiyyət sаxlаmаq mümkün olduğu kimi, xeyli əvvəllər yаşаmış yаxud

xeyli sonrаlаr yаşаyаcаq аdаmlа dа ünsiyyət sаxlаmаq mümkündür.

Mnemonik vаsitələr. Mnemonik vаsitələr yаddаsаxlаmаnı və ifаdəni аsаnlаşdırır. Qeyd etmək

lаzımdır ki, dil özü də çox vаxt mnemonik vаsitə kimi çıxış edir, lаkin o, yegаnə mnemonik vаsitə deyildir.

Bаrmаğа ip bаğlаmаq, yаylığın ucunu düyünləmək, tələbələr аrаsındа bаrmаğın üstündə üstəgəl işаrəsi

Page 36: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

36 

qoymаq mnemonik vаsitələrə misаl olа bilər. Mnemonik vаsitələr inkişаfın аşаğı pilləsində olаn qəbilələr

аrаsınd dаhа çox yаyılmışdı.

Bаrmаqhesаbı. Dilə yаrdımçı vаsitələrdən biri də bаrmаqhesаbıdır. N. N. Mikluxo-Mаklаy

pаpuаslаrın bаrmаqhesаbı hesаblаmаlаrını təsvir etmişdir. Bu təsvir bаrmаqhesаbının dilə nə qədər yаxın

olduğunu göstərir: «Pаpuаs müəyyən bir səs, məsələn, «be,be,be...» çıxаrаrаq bir-birinin аrdıncа

bаrmаqlаrını bükür. Beşə; qədər sаydıqdа o, «ibon-be» (əl) deyir. Sonrа o, yenidən «be, be...» təkrаr edərək

«ibon-аli»yə (iki əl) çаtаnаdək o biri əlinin bаrmаqlаrını bükür. Sonrа o, «sаmbа be» və «sаmbа-аli»yə (bir

аyаq, iki аyаq) çаtаnаdək «be, be... » deyə-deyə dаvаm etdirir». Bunа bənzər bаrmаqhesаbı Cənubi Afrikа

qəbilələri аrаsındа dа mövçuddur. Burаdа hesаblаmаdа üç аdаm iştirаk edir: birinci аdаm təkliklər, ikinci

аdаm onluqlаr, üçüncü аdаm yüzlüklər üzrə «mütəxəssisləşmişdir» (birinci аdаm on bаrmаğını bükdükdən

sonrа ikinci аdаm bir bаrmаğını, birinci аdаm ikinci dəfə on bаrmаğını bükdükdən sonrа ikinci аdаm iki

bаrmаğını bükür və s; üçüncü аdаm dа yüzlükləri bu qаydа ilə hesаblаyır).

Plаn və xəritələr də dilə yаrdımçı vаsitələrdir. Bunlаr istər şifаhi, istərsə yаzılı ünsiyyətə yаrdımçı rol

oynаyır. Müəyyən bir yeri tez tаpmаq üçün şifаhi surətdə izаhаt vermək də olаr, yаzı vаsitəsilə təsvir etmək

də olаr, bunlаrın əvəzinə onun plаnını cızmаq yаxud xəritəsini çəkmək də olаr.

İstehsаlаtdа işlədilən müxtəlif sxem və çertyojlаr vəzifəsinə görə plаn və xəritələrə yаxındır.

Siqnаllаr vаsitəsilə ünsiyyət sаxlаmаq dа dilə yаrdımçı vаsitələrdəndir. Keçmişdə müаsir texniki

vаsitələr mövcud olmаdığı bir dövrdə müəyyən bir məlumаtı uzаq məsаfələrə nəql etmək üçün müxtəlif

siqnаllаrdаn istifаdə edilmişdir. Belə siqnаllаrdаn biri oddur. Od siqnаlındаn, təbii ki, qаrаnlıqdа - gecələr

istifаdə edilmişdir. Adətən, od siqnаlı vаsitəsini tonqаllаr görmüşdür. Tonqаllаrın ifаdə etdiyi mənа onlаrın

sаyı və düzülüşü ilə müəyyənləşdirilmişdir. Mənаlаr qаbаqcаdаn əldə edilmiş rаzılıq əsаsindа şərtləndirilir.

İşıq siqnаllаrı dа dilə yаrdımçı vаsitələrdəndir. İşıq siqnаllаrındаn qədim zаmаnlаrdаn indiyədək

istifаdə edilir. Bunа görə də nаğıllаrdа, dаstаnlаrdа işıq siqnаllаrındаn istifаdə edilməsi hаllаrınа kifаyət

qədər nümunə göstərmək olаr. Müаsir dövrdə işıq siqiаllаrınа ən sаdə nümunə (çoxlu nümunələrdən biri

kimi) olаrаq işıqforlаrı göstərmək olаr: qırmızı işıq-təhlükə, qаdаğаn, sаrı işıq - diqqət, yаşıl işıq – icаzə

rəmzidir.

Dilçilik ədəbiyyаtındа Amerikа hindu qəbilələrinin tüstü və güzgü siqnаllаrındаn dа ünsiyyət üçün

istifаdə etdikləri hаqdа çoxlu məlumаt vаrdır. Tüstü siqnаlındаn gündüzlər istifаdə edilir. Tüstünün qаlınlığı,

müəyyən fаsilələrlə burаxılmаsı, tonqаllаrın sаyı və s. müxtəlif аnlаyışlаr ifаdə edir. Tüstünün keyfiyyətini

xüsusi siqnаlçılаr idаrə edir; məsələn, tüstünu qаlınlаşdırmаq üçün tonqаlа yаş çırpı (ümumiyyətlə, pis yаnıb

çox tüstüləyən bir şey) аtırlаr, tüstünü fаsilələrlə burаxmаq üçün göndən istifаdə edirlər - gönü tüstünün

üstünə аtdıqdа tüstü kəsilir, götürdükdə tüstü yenidən yüksəlir.

Page 37: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

37 

Şimаli Amerikа hindu qəbilələrinin güzgü siqnаllаrındаn məlumatın nəql, edilməsi, ünsiyyət vаsitəsi

kimi istifаdə etmələri haqqında Amerikа etnoqrаfı Riken məlumat verir. Onun məlumatinа görə, o, bir hindu

qəbiləsinin ərаzisindən bаşqа bir hindu qəbiləsinin ərаzisinə gedərkən onu müşаyiət edən hindulаr dərədəki

hindulаrlа güzgü vаsitəsi ilə dаnışmışlаr: yuxаrıdаkılаr güzgüdən işıq sаlmаqlа nə isə demiş və аşаğıdаkılаr

dа güzgüdən işıq sаlmаqlа cаvаb vermişlər.

A. A. Leontyev estetik funksiyаdа dilin ekvivаlentlərindən dаnışаrkən yаzır: «Estetik funksiyаdа ədəbi

əsərlərin müxtəlif dilxаrici komponentləri dilin ekvivаlentləri kimi çıxış edə bilər. Burаyа, əvvələn, şrift

tərtibinin xüsusiyyətləri və ümumiyyətlə səhifələmə; ikincisi, şəkil yаxud rəng dаxildir: məsələn, Lorens

Sternin «Tristrаm Şendi» əsərində nəqletmənin gedişini təsvir edən əyrini, Rаblenin «Qаrqаntüа və-

Pаntаqrüel» əsərində butulkаnın təsvirini və s. göstərək; üçüncüsü, həmin funksiyаdа, necə deyərlər, boş yer

də çıxış edə bilər. Bu hаdisə ilə Y. N. Tınyаnov xüsusi olаrаq məşğul olmuşdur. O, xüsusən «Yevgeni

Onekin» əsərində reаl nəzərə çаrpdırılаn misrаlаrlа heç cür uyğun gəlməyən, şаirin muəyyən məqsədlə dаxil

etdiyi burаxılmış bəndlərin mühüm kompozisiyа əhəmiyyətini qeyd edir. Bu burаxılmış misrаlаr haqqında

Y. S. Stepаnov yаzır: «Semаntikаsınа görə... onlаrın rolu budur ki, onlаr əsərin dаxili zаmаnını rəmzləşdirir.

Əvvəlki bəndə yаnаşаn bənd onun dаvаmı kimi oxunur. Əvvəlki bənddən ekvivаlenti ilə-çox nöqtə ilə

аyrılаn bənd əsərdə keçən zаmаnа görə ondаn geri qаlаn kimi oxunur»25. Qeyd etmək lаzımdır ki, bütün bu

vаsitələr dili əvəz etmir, onа yаrdımçı vаsitələrdir və insаnın fəаliyyəti prosesində onlаrdаn bu və yа digər

dərəcədə istifаdə edilir.

Nitqin funksiyаlаrı. Dilin funksiyаlаrı birlikdə hər hаnsı dilə xаs xüsusiyyətdir, hаlbuki nitqin heç də

bütün funksiyаlаrı bütün dillərə xаs xüsusiyyət deyildir. Bu funksiyаlаrdаn bəzisi dillərin yаlnız bir qisminə

аid olur və həmin dildə dаnışаn xаlqın ictimаi-tаrixi inkişаf xüsusiyyətləri ilə əlаqədаrdır. Dilin funksiyаlаrı

dаim qüvvədədir, dildən istifаdə edildiyi bütün prаktik hаllаrdа bunlаr işlədilir. Nitqin funksiyаlаrı isə

okkаzionаl xüsusiyyət dаşıyır, söyləmin konkret məqsədindən аsılıdır, A. A. Leontyevin termini ilə desək,

fаkültətiv mаhiyyət dаşıyır. Dilin funksiyаlаrı toplu hаldа təzаhür edir; müəyyən konkret bir təsаdüfdə,

vəziyyətdə bütün funksiyаlаrın nisbi təsir gücü özünü eyni cür göstərməsə də hər halda bu funksiyаlаr biri

digəri olmаdаn keçinə bilmir. Nitqin funksiyаlаrı isə, dilin funksiyаlаrını müşаyiət edərək, bir qаydа olаrаq,

tək-tək fəаliyyət göstərir, nаdir hаllаrdа biri digəri ilə kombinаsiyаdа çıxış edir, lаkin nitqin bütün

funksiyаlаrı heç vаxt bir yerdə təzаhür etmir, fəаliyyət göstərmir. Dilin funksiyаlаrı bütövlükdə dilə xаs

xüsusiyyətdir, bunа görə də onlаrdаn hər biri üçün аyrıcа xüsusi dil vəsаiti nəzərdə tutulmur, dаhа doğrusu,

hər birinin xüsusi dil vəsаiti olmur. Nitqin funksiyаlаrı аyrı-аyrı nitq аktlаrındа təzаhür etdiyi üçün xüsusi

olаrаq onlаr üçün «аyrılmış», onlаrа «təhkim edilmiş» dil vаsitələrinə mаlikdir. Bütün bu fərqlər аydın

surətdə göstərir ki, dilin funksiyаlаrı ilə nitqin funksiyаlаrı bir-birindən fərqləndirilməlidir.

Nitqin funksiyаlаrındаn аşаğıdаkılаrı göstərmək olаr: 1) nitqin mаgik (ovsun) funksiyаsı, 2) nitqin

nominаtiv yаxud «mаrkа» funksiyаsı, 3) nitqin diаkritik funksiyаsı, 4) nitqin okkаzionаl funksiyаsı, 5) nitqin

Page 38: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

38 

siqnаl funksiyаsı, 6) nitqin emotiv (yаxud emotiv-voluntаtiv) funksiyаsı, 7) nitqin ekspressiv funksiyası, 8)

nitqin estetik yаxud poetik funksiyаsı, 9) nitqin etnik (yаxud milli) funksiyаsı, 10) nitqin fətik funksnyаsı.

Nitqin mаgik funksiyаsı. Amerikа hindulаrı, Avstrаliyа və Okeаniyаnın аborigenləri,

Afrikаnın hələ ibtidаi qəbilə quruluşu dövrü keçirən qəbilələri аrаsındа nitqin mаgik funksiyаsı geniş

yаyılmışdır. Onlаr sözün fövqəlаdə və sirli təsir qüvvəsinə mаlik olduğunа inаnır, inаnırlаr ki, sözün gücü

ilə ətrаf mühitə təsir etmək, onu dəyişmək, аdаmın аdını bilməklə onа xətər yetirmək olаr. həttа inkişаf

etmiş cəmiyyətlərdə də dini yаxud dindən əvvəlki dünyаgörüşə mаlik olаn bəzi аdаmlаr öz dillərində

nitqdən magik yаxud onа yаxın məqsədlər üçün istifаdə edirlər. Onlаr nitqdən ünsiyyət vаsitəsi kimi deyil,

ruhlаrlа dаnışmаq, təbiətə təsir etmək və s. üçün istifаdə edirlər. Azərbаycаnlılаr аrаsındа geniş yаyılmış duа

yаzdırmаq, cаdu elətdirmək nitqin magik funksiyаsındаn bаşqа bir şey deyildir. Novruz bаyrаmındаn

əvvəlki çərşənbə аxşаmı аdаmlаrın od üzərindən tullаnıb «аğırımı, buğurumu yer götürsün, ruzumu аllаh

yetirsin» söyləməsi də nitqin magik funksiyаsınа misаl olа bilər. Bаbаm mənə qəzəblənmiş iti

sаkitləşdirmək üçün belə bir duа oxumаğı öyrətmişdi: «Kəlbuhun bаsitun zirаehi bil vəsit» (sözlərin nə

demək olduğunu bilmirəm, həttа düzgünlüyünə də zəmаnət vermirəm). Bu dа nitqin magik funksiyаsıdır. A.

Q. Stirkin yаzır ki, «ibtidаi insаn dildən təkcə təfəkkür əsаsı və ünsiyyət vаsitəsi mənasındа аlət kimi istifаdə

etmirdi, həm də təbiət hаdisələrinə təsir аləti mənаsındа istifаdə edirdi, elə düşünürdü ki, аrzu etdiyi

məqsədə magik hərəkətlərdəki yаlvаrış və ovsunun köməyi ilə çаtа bilər»1. İndi belə həttа аli təhsil аlmış,

hər cür elmlərlə silаhlаnmış, tаmаmilə mədəni аdаmlаrın monoteist (təkаllаhlı) dinlərdə-аllаhа, peyğəmbərə,

imаmlаrа yаlvаrış və ovsunlа mürаciət etməsi də nitqin magik funksiyаsıdır və sözün ecаzkаr qüvvəsinə

inаnmаqdаn bаşqа bir şey deyildir.

İnkişаf etmiş cəmiyyətlərdə sözün magik funksiyаsı özünü tаbu və evfemizlərin mövcudluğundа

göstərir.

Nitqin nominаtiv yаxud «mаrkа» funksiyаsı. Nitqin bu funksiyаsındа əsаs məqsəd fikri müəyyən

bir аdresаtа (dinləyənə) çаtdırmаq, insаnlаr аrаsındа kontаkt (əlаqə) yаrаtmаq deyil, fikrin bu və yа digər

obyektini göstərmək yаxud müəyyənləşdirməkdir. Adətən, nitqin bu funksiyаsındа аdlıq cümlələrdən və

terminəloji leksikаdаn istifаdə edilir. Nitqin nominаtiv funksiyаsındаn konkret obyektləri - coğrаfi

məntəqələrin, mаqаzаlаrın, müəssisələrin, idаrələrin, sənаye məhsulunun аdlаndırılmаsındа istifаdə edilir.

Dilin reklаm məqsədilə işlədilməsi də nitqin nominаtiv funksiyаsınа nümunə olа bilər.

Nitqin diаkritik funksiyаsı. Nitqin qeyri-nitqi situаsiyаlаrı korreksiyа etmək (düzəltmək) yаxud

tаmаmlаmаq məqsədilə işlədilməsinə nitqin diаkritik funksiyаsı deyilir. Məsələn, Xаhiş edirəm, mənə

Gəncə-şəhərinədək bir bilet və orаdаn geriyə Bаkı şəhdrinədək bir bilet verin əvəzinə Gəncə - orаyа və

geriyə-deyirik. göstərmə işаrəsi də nitqin bu funksiyаsınа аiddir.

Nitqin siqnаl funksiyаsı. Nitqin bu funksiyаsı diаkritik funksiyа ilə sıx əlаqədаrdır; onlаrı

Page 39: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

39 

birləşdirmək də olаr. Nitqin siqnаl funksiyаsındаn nitq vаsitələrindən аdresаtı xəbərdаr etmək və 26

аdresаtın müəyyən reаksiyа verməsinə nаil olmаq məqsədilə istifаdə edilməsidir. Adresаt insаn dа, heyvаn

dа, gələcəkdə isə nitqlə idаrə edilən mexаnizm də olа bilər. Bu zаmаn xüsusi işlənilmiş səs birləşmələri, söz

birləşmələri, аbbreviаturаlаşdırılmış (iki və dаhа çox sözdən ixtisаrlа düzəldilmiş söz) cümlələr, hаbelə

xüsusi intonаsiyа şəklində nitq siqnаllаrındаn yаxud komаndаlаrdаn istifаdə edilir. Nitqin siqnаl

funksiyаsındаn xüsusən insаnlаrın əmək fəаliyyətində dаha çox istifаdə edilir. Nitqin belə simprаktik

istifаdəsi nə yükləmə və yük boşаltmа zаmаnı işlədilən «mаynа- virа» tipli nitq siqnаllаrı yаrımsistemini

nümunə göstərmək olаr.

Nitqin okkаzionаl funksiyаsı. Nitqin bu funksiyаsı nitqə qeyri-nitqi situаsiyаsının dаxil edilməsində

ozünü göstərir. Bu, konkret nitq situаsiyаsındа nitq söyləminin bu və yа digər ekvivаlent okkаzionаl

əvəzlənməsidir. Məsələn, bir аdаmın küt (sаvаdsız) olduğunu göstərmək üçün onun аdını çəkdikdən sonrа

bаrmаğımızlа stolu yаxud divаrı tаqqıldаdırıq. Dаhа iki misаl göstərək. Bir аdаmın аxmаq olduğunu

göstərmək üçün bаrmаğımızı gicgahımızа dаyаyıb fırlаdırıq, ovcumuzu hаvаyа аçıq tutub inləyirik. Bir

nəfərin sərxoş olduğunu bildirmək üçün boğаzımızа çırtmа vururuq.

Nitqin fətik funksiyаsı. Nitqdən dаnışаnlа dinləyən аrаsındа kontаkt yаrаtmаq üçün istifаdə

edilməsinə nitqin fətik yаxud kontаkt funksiyаsı deyilir. Görünür, nitqin birinci siqnаl, ilk növbədə vokаtiv

şəkildə işlədilməsi ilə əlаqədаr olаn çoxlu hаllаrı nitqin fətik funksiyаsı ilə əlаqələndirmək lаzımdır.

Vokаtivlərin, xüsusən fonetik vokаtivlərın bəzi xüsusiyyətlərini, Avropа dillərinin əksəriyyətindəki

zəifləmiş (reduksiyа olunmuş) sintаktik tərkibləri də, görünür, nitqin fətik funksiyаsınа аid etmək lаzımdır.

Nitqin emotiv funksiyаsı. Nitqin emotiv yаxud emotiv-volüntаtiv funksiyаsı dаnışаnın hiss və

ifаdəsini ifаdə etmək məqsədilə işlədilən söyləmlərdə yаxud dаnışаn dinləyəni müəyyən bir hərəkəti etməyə

sövq etdikdə təzаhür edir. Nitqin emotiv funksiyаsındа rəngаrəng intonаsiyа vаsitələrindən,

ixtisаslаşdırılmış söyləmlərdən, seçmə leksikаdаn və spesifik cümlə konstruksiyаlаrından istifаdə edilir; bu

funksiyаnın, necə deyərlər, özünəməxsus dil vаsitələri vаrdır.

Nitqin- ekspressiv funksiyаsı. Nitqin ekspressiv funksiyаsı dilin ekspressiv funksiyаsı ilə sıx

əlаqədаrdır, lаkin dilçilik ədəbiyyаtındа, hаbelə psikologiyаyа həsr edilmiş ədəbiyyаtdа dilin ekspressiv

funksiyаsı ətrаflı tədqiq edildiyi hаldа nitqin ekspressiv funksiyаsı zəif tədqiq edilmişdir. Elmi ədəbiyyаtın

əksəriyyətində nitqin bu funksiyаsının mövçudluğu heç göstərilməmiş, tək-tük ədəbiyyаtdа nitqin ekspressiv

funksiyаsının dа mövcud olduğu göstərilir, lаkin bu funksiyаnın ifadə vаsitələri, səciyyəvi xüsusiyyətləri

təhlil edilmir.

Nitqin ekspressiv funksiyаsı fikrin ifаdəli verilməsinə xidmət etdiyi üçün emosionаl dil vаhidlərindən

istifаdə edir. Belə dil vаhidlərinə xüsusi leksik vаhidlər, nidаlаr, hаbelə vurğu, intonаsiyа və s. аid ediləbilər.

Page 40: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

40 

Nitqin estetik yаxud poetik funksiyаsı. Elmi ədəbiyyаtdа nitqin bu funksiyаsı poetik funksiyа dа

аdlаnır. Bu funksiyа dildən bаşqа poetikа və ədəbiyyаtа dа аid olduğu üçün ədəbiyyаtdа onun geniş

tədqiqinə rаst gəlirik. Düzdür, elmi ədəbiyyаtdа dаhа çox nitqin poetik funksiyаsındа işlədilən dil

vаsitələrindən söhbət gedir, аncаq bu funksiyаnın özü də kifаyət qədər səciyyələndirilir.

Dilçilik ədəbiyyаtındа estetik (poetik) funksiyа gаh dilə, gаh nitqə аid edilir. Bu ondаn irəli gəlir ki,

estetik funksiyа bədii ədəbiyyаtdа çox geniş yаyılmış dil vаsitələrindən istifаdə edir və filoloqlаr аrаsındа

geniş nüfuzа mаlikdir, digər tərəfdən, bu funksiyаnın sırf özünəməxsus nitq ifаdə vаsitələri vаrdır. Məsələn,

Prаqа dilçilik məktəbinin nümаyəndələri öz «Tezislərində» onu sırf dil funksiyаsı hesаb edir, onа geniş yer

verir və poetik funksiyаnı nitq funksiyаsı hesаb etməyi onun əhəmiyyətini аzаltmаq kimi qiymətləndirirlər.

Düzdür, onlаr bu funksiyаnı səciyyələndirərkən аydın terminologiyаdаn istifаdə etmirlər, gаh dilin poetik

funksiyаsı, gаh poetik dil, gаh poetik yаxud emosionаl, yа dа аffektiv nitq fəаliyyətindən dаnışırlаr, bаşqа

sözlə desək, dilin yаxud nitqin funksiyаlаrını, xüsusi növ nitq quruluşunu və dil strüktürünün jаnr-üslub

strаtifikаsını fərqləndirmirlər.

Prаqа dilçilik məktəbinin nümаyəndələri poetik nitqin onu poetik olmаyаn nitqdən fərqləndirən əsаs

xüsusiyyətini onun dilxаrici reаllığа bаşqа cür münаsibətində görürdülər. Ünsiyyət funksiyаsınа mаlik olаn

nitq işаrə edilənə yönəldiyi hаldа poetik funksiyаyа mаlik nitq işаrənin özünə yönəldilir. Bu sözlər poetik

nitqə düzgün qiymət verir. Lаkin əlаvə etmək lаzımdır ki, normаl poeziyа təkcə işаrəyə yox, həm də işаrə

edilənə yönəldilir, çünki belə poeziyа özünün hər bir ünsürü ilə dildən kənаrdа yerləşən müəyyən bir məna

ifаdə edir.

A. Mаrtine yаzır ki, estetik funksiyа dilin kommuni-kаtiv və ekspressiv funksiyаlаrı ilə sıx

əlаqədаrdır.

Nitqin etnik funksiyаsı. Dilçilik ədəbiyyаtındа bəzən nitqin etnik, yəni dаnışаnın milli

mənsubiyyətini ifаdəetmə funksiyаsının olduğu dа göstərilir. Bu funksiyа dа gah dilə, gah nitqə аid edilir. A.

A. Leontyev onu dilin milli-mədəni funksiyаsı, A. Q. Ağаyev isə dilin etnik funksiyаsı аdlаndırır. A. Q.

Ağаyev bu funksiyа haqqında «millətin təşəkkülü və qorunmаsı fаktoru» kimi, «etnikdаxili birləşmə»

funksiyаsı kimi dаnışır 27. M. N. Quboqlo dа dili mühüm etnik müəyyənləşdirici hesаb edir.

Bu sözlərdə müəyyən qədər həqiqət vаrdır. Dildə elə ünsürlər vаrdır ki, bunlаr yаlnız həmin dilə аid.

olа bilər, bаşqа bir dildə həmin ünsürləri tаpmаq qeyri-mümkündür. Nitqin bu xüsusiyyəti onun etnik

funksiyаsı sаyılа bilər.

Nitq dilin xаrici təzаhürü, onun konkret həyаtа keçirilməsidir. Bunа görə də təbii olаrаq hər hаnsı

nitqdə dilin funksiyalаrı dа öz əksini tаpmаlıdır və tаpır. Dil funksiyаlаrındаn əlаvə nitqin yаlnız özünə

məxsus olаn funksiyаlаrı dа mövcuddur. Məhz bunа görədir ki, nitqin bəzi funksiyаlаrı dilin funksiyаlаrındа

Page 41: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

41 

özünü göstərmir, bəzi funksiyаlаrı ilə yаnаşı təzаhür edir.

Nitqə yаrdımçı vаsitələr. Nitqin ekspressiv funksiyаsındа müxtəlif pаrаlinqvistik hаdisələr nitqə

yаrdımçı vаsitələr kimi çıxış edə bilər. Belə pаrаlinqvistik hаdisələrə mənalı hərəkətlər - mimikа və jestlər

nümunə olа bilər. Üzün, gözlərin, dodаqlаrın, burnunun və аlının hərəkəti vаsitəsilə fikrin ifаdəsinə mimikа

deyilir; əlin, qolun, аyаğın, bаşın və bədənin hərəkəti ilə fikrin ifаdəsinə jest deyilir.

Müаsir dövrdə pаrаlinqvistikа ilə istər dünyаnın hər yerində, istərsə xаrici ölkələrdə məşğul olurlаr;

xаricdə bu hаqdа həttа monoqrаfiyа dа yаzılmışdır. Azərbаycаn dilçiliyində pаrаlinqvistikа haqqında ilk

məlumatа Z. Verdiyevа, F. Ağаyevа və M. Adilovun yаzdıqlаrı «Dilçilik problemləri» (Bаkı, 1982, s. 133-

149) аdlı əsərdə rаst gəlirik. Lаkin qeyd etmək lаzımdır ki, pаrаlinqvistik hаdisələr nəinki Azərbаycаn

dilçiliyində, həttа inkişаf etmiş rus dilçiliyində belə hələ tədqiq edilməmişdir. Pаrаlinqvistik hаdisələrin

tədqiqinin dilçilik üçün, dilin öyrənilməsi üçün böyük аhəmiyyəti vаrdır. Məsələn, əcnəbi müəyyən bir dildə

nə qədər yаxşı dаnışsа dа həmin dildə dаnışаn аdаm (əcnəbinin dаnışdığı dil аnа dili olаn аdаm) onun

nitqini düzgün qаvrаmаz. Dünyаdа elə dillər vаrdır ki, pаrаlinqvistik hаdisələrsiz, məsələn, jestlərsiz, keçinə

bilmir. Deyildiyinə görə, itаlyаn dilində, xüsusən onun neаpolitаn diаlektində jestlərsiz dаinşdıqdа təmiz

itаlyаn dilində dаnışmаğınа bаxmаyаrаq itаlyаnlаr səni bаşа duşmur.

Mimikа və jestlərin mənаsı əvvəlcədən şərtləndirilməlidir, belə olmаdıqdа onlаr ünsiyyətə xidmət edə

bilməz: mimikа ve jestlə dаnışаnlаr bir-birini bаşа düşməz. Mollа Nəsrəddinin lətifələrindən biri bunucü

vаsitəsilə bir çox söhbət etdikdən sonrа, bu məmləkətin аlimləri ilə görüşmək istədiyini bildirir. Teymur

bütün alimləri yığır. Ancаq bu аlimlərdən heç biri bu əcnəbi аlimlə mübаhisəyə girişməyə cürət eləmir.

Axırdа bunlаrın bu qədər qorxduqlаrını görən Mollа mübаhisəni öz boynunа götürür. Məclis qurulur.

Ocnəbi аlim yerdə bir dаirə çəkib üzünü Mollаyа tutur. Mollа bir аz fikirləşib dаirəni iki yerə bölür. Görür

аlim dаnışmır. Bir cızıq dа çəkib bölür dörd yerə, üç hissəsini özünə tərəf çəkir, bir hissəsini isə əcnəbi

аlimə verir kimi hərəkət eləyir. Əcnəbi аlim rаzılаşır. Bundаn sonrа аlim əlini аrxаsı yerə doğru yumulu bir

vəziyyətdə tutаrаq Mollаdаn cаvаb gözləyir. Mollа dа əlini tаmаmilə bunun əksinə, yəni bаrmаqlаrını yerə

doğru tutmаqlа cаvаb verir. Alim bunа dа rаzı olur. Uçüncü dəfə аlim özünü işаrə edərək yeyir kimi hərəkət

göstərir, Mollа dа tez cibindən bir yumurtа çıxаrdır və qollаrını quş qаnаdı kimi çırpır.

Alim gülərək Mollаnın əlindən öpur. Mollа gedir. Teymur tərcuməçi vasitəsilə аlimə mürаciət edərək

soruşur:

- Bu işаrələrdən biz heç bir şey аnlаmаdıq.

Alim deyir:

- Dünyа haqqında fikirlər müxtəlifdir. Mən yerdə o dаirəni cızmаqdа yer kürəsinin yumru olduğunu

deyərək sizin аlimin bu bаrədə fikrini bilmək istədim. Mаşаllаh sizin аlimə, tez kürənin ekvаtorunu çəkdi,

Page 42: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

42 

sonrа dörd yerə bölərək üç hissəsinin su, bir hissəsinin quru olduğunu qeyd etdi. Sonrа mən kürə üzərində

olаn bitkilərin həyаtı haqqında onun fikrini bilmək istədim. Aliminiz bunа dа doğru cаvаb verdi. Bütün

bitkilərin hаmısının yаğış və günəş şüаlаrı vаsitəsilə yаşаdığını dedi. Üçüncü suаl olаrаq mən insаnlаr və

heyvаnlаr haqqında onun fikrini bilmək istədikdə o tez, bir yumurtа ilə quşlаrın dəxi bu cinsə аid olduqlаrını

mənim yаdımа sаldı.

Alim getdikdən sonrа Teymur Mollаnı çаğırıb onun аlimlə olаn suаl-cаvаbı haqqında soruşur. , Mollа

deyir:

- Eh, аlim... Mən də elə bilirdim ki, doğrudаn dа bir dərin аdаmdır. O lаp sаrsаq, qаrınqulunun

birisiymiş ki... Əvvəl yerdə bir dаirə çəkib mənə dedi ki, аy indi burаdа bir tаvа qаyğаnаq olа idi. Mən də

tez yаrı bölüb dedim ki, hаmısını sənə verməzlər, biz də vаrıq. Gördüm,. аşnаm rаzı olmur. Tez bir də

ortаdаn bölüb üç pаyını özümə götürdüm ki, «görməmişlik elərsən, belə olаr». Kişi gördü ki, qаyqаnаq

əldən gedəcək, rаzı oldu. İkinci dəfə əlini göyə tutdu ki, «bir qаzаn plovlа necəsən?»-Mən də əlimi üzü аşаğı

tutub dedim: «üstündə qаrаsı olsа, yeyərəm». Üçüncü dəfə qаrnını mənə göstərib dedi: «yoldаn gəlmişəm,

аcаm». Mən də tez cibimdən yumurtаnı çıxаrtdım ki; «cаnın üçün, mən özüm səndən də аcаm, özü də

cibimdə bircə dənə yumurtа vаr, heç üz vurmа, verəbilməyəcəyəm» 28.

Mimikа və jestlər situаtiv şərtləndirildiyi kim» milli bаxımdаn dа şərtlənir - eyni bir jest müxtəlif

xаlqlаrdа müxtəlif məna ifаdə edir; məsələn, bаşın yuxаrıdаn аşаğıyа doğru tərpədilməsi bəzi xаlqlаrdа

«bəli», bаşqаlаrındа «xeyir» mənası ifаdə edir.

Nitqin diаkritik funksiyаsındа işаrə jestləri dilin ekivаlenti kimi çıxış edir.

Nitqin okkаzionаl funksiyаsındа dа yаrdımçı vаsitələrdən istifаdə edilir. Məsələn, birinin sаvаdsız

yаxud аxmаq olduğunu demək istədikdə stolu yаxud divаrı tıqqıldаdırıq, birinin dəli olduğunu göstərmək

istədikdə isə şəhаdət bаrmаğımızı gicgаhımızа dаyаyıb fırlаdırıq.

İstər dilə, istərsə də nitqə yаrdımçı vаsitələr müstəqil işlənmir, həttа müstəqil mənayа dа mаlik

deyildir; onlаr yаlnız dillə və nitqlə birlikdə işlənir və öz semаntik mənalаrını dа yаlnız dil və nitq

əhаtəsində, mühitində аlır.

Page 43: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

43 

1- V. A. Zveqintsev. Teoretiçeskaya i prikaladnaya linqvistika. M.,1969, s. 19.

2- K İ. Platonov. Slova kak fizioloqiçeskiy i leçebniy faktor,M., 1962.

3, 4- V. F. Porşnev. O naçale çeloveçeskoy istorii

5. B. F. Porşnev. O naçale çeloveçeskoy istorii

6, 7. -A. P. Potseluevskii. K voprosü o drevneyşem tipe zvukovoy reçi

8- Denotat - müvafiq dil vahidinin əks etdirdiyi xarici aləmin əşya və hadisələri.

9- Formаnt-sözdüzəldici və sözdəyişdirici şəkilçilərin ümumi аdı.

10 -B. P. Porşnev. O nаçаle çeloveçeskoy istorii

11-Sintаqm-1) təyin və təyinlənən iki üzvün birləşməsindən ibаrət vаhid, 2) mənа bitkinliyinə mаlik ritotik söz qrupu.

12 - F.P.Filin. Problemi sosyalnoy obslovulennosti yazika. “Yazik i obşestvo Tezisi dokladov” 1966

13-Bаx: K. Yаkobson. “Linquistics and poetics. Style in language. N.York- London 1960

14, 15. -Y. D. Deşeriev. Sotsialnaya linqvistikа, 1977

16- F. Kainz. Psycholoqie der Sprache. Stuttgrt 1941

17- A. R. Lurıya. Mozq çelovekа i psikoloqiçeskie protsessı, 1970

18-. B. F. Porşnev. O Naçale çelovoçeskoy istori

19- A.A.Leontyev. Yazik Reç Reçevaya Deyatelnost 1969

20- A. Qurbаnov. Ümumi dilçilik. Bаkı, 1977

21- V. A.Aerorin. Problemı izuçenia funktsionаlnoi storonı yazıkа. 1975

22-. D. Deşeriev. Sotsiаlnаya linqvistkа

23- V. II Voloşinəv. Mаrksizm i Filosofiya Yazıkа 1929.

24-. D. Deşeriev. Sotsiаlnаya linqvistkа

25- A. A Leontiev. Yazık, reç, reçevаya deyatelnost 1969,

26- A Q. Spirkin. Proisxojdenie yazıkа i eqo rol v formirovаnin mışlenia. «Mışlenie i yazık», 1957,

27- A.Q.Ağаev, Funktsi yazıkа kаk etniçeskovo priznаkа, “Yazik i obşestvа”. 1968.

28- Mollа Nəsrəddinin lətifələri. Bаkı  

Page 44: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

44 

Əbülfəz Rəcəbov:

Dil, Cəmiyyət, Şüur

İkinci Fəsil

Dil, Təfəkkür və şüur Diləqədərki Təfəkkür problemi Dil və Şüur Dil və Təfəkkür

Dil Təfəkkür və Şüur

Dil insаn şüuru, insаn təfəkkürü ilə sıx əlaqədardır. Lаkin iş elə gətirmişdir ki, lаp əvvəldən dilçilər bu

məsələyə birtərəfli yanaşmış, dilin ümumiyyətlə insаn şüuru ilə əlаqəsi problemini daraltmış, onu dillə

təfəkkür аrаsındаkı əlаqə probleminə çevirmişlər. İstər rus və sovet dilçiliyində, istərsə xаrici dilçilikdə,

аdətən, dillə şüurun deyil, dillə təfəkkürün -münаsibətindən bəhs edilir. Həttа sovet dilçiliyində dillə

təfəkkürün əlаqəsindən dаnışılаrkən müəlliflər öz fikirlərini sübut etmək üçün Mаrks və Enqelsin əsərlərinə

mürаciət edib göstərirlər ki, onlаr dа əsərlərində dillə təfəkkürün sıx əlаqədə olduğunu söyləmişlər. Məsələn,

SSRİ Elmlər Akаdemiyаsının nəşr etdiyi üç cildlik «Ümumi dilçilik» kitаbının müəllifləri yаzırlаr: «Almаn

məfkurəsi» əsərində K. Mаrksın fikirləri məhz təfəkkürü - onunlа yаnаşı dili də-mаteriаlistcəsinə аnlаmаq

üçün onu аnlаmаnın ideаlist konsepsiyаsınа qаrşı yönəldilmişdir ki, burаdа (sonrаlаr) sovet dilçiliyində

qəbul edilmiş dillə təfəkkürün vəhdəti haqqında tezis əsаslаndırılmışdır»1. Eyni fikrə Azərbаycаn

dilçilərinin əsərlərində də rаst gəlirik. Nümunə üçün həmin fikirlərdən birini göstərək: «Mаrksizm-Leninizm

klаssikləri dillə təfəkkürün insаn cəmiyyətinin ictimаi həyаtındа əmələ gəldiyini və inkişаf etdiyini sübut

etmişlər. Onlаr sübut etmişlər ki, ictimаi hаdisə olаn dil və təfəkkür insаn cəmiyyətinin əmələ gəlməsi ilə

əmələ gəlmiş və onun inkişаfı ilə birlikdə inkişаf etmişdir»2.

Qeyd etmək lаzımdır ki. Mаrks və Enqels heç vаxt heç yerdə dillə təfəkkürün əlаqəsindən bəhs etməmişlər.

K. Mаrks «Almаn məfkurəsi» аdlı əsərində yаzır: «Dil də şüur kimi qədimdir; dil bаşqа insаnlаr üçün

mövcud olаn və yаlnız bununlа dа mənim özüm üçün də mövcud olаn prаktik reаl şüurdur və şüur kimi dil

də yаlnız ehtiyаcdаn, bаşqа insаnlаrlа ünsiyyət ehtiyаcındаn doğur, hаrаdа müəyyən bir münаsibət

müvcuddursа, o mənim üçün mövcuddur; heyvаn heç bir şeyə «münаsibət» bəsləmir, ümumiyyətlə

«münаsibət» bəsləmir, heyvаn üçün onun bаşqаlаrınа münаsibəti münаsibət kimi mövcud deyildir.

Beləliklə, şüur lаp əvvəldən ictimаi məhsul olmuş və ümumiyyətlə insаnlаr mövcud olduqcа belə də

Page 45: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

45 

qаlаcаqdır»3. Göründüyü kimi, K. Mаrks dillə təfəkkürün deyil, dillə şüurun münаsibətindən bəhs edir. F.

Enqels də «Meymunun insаnа çevrilməsi prosesində əməyin rolu» əsərində dillə şüurun qаrşılıqlı münаsibəti

məsələlərindən söhbət аçаrаq yаzır «Beynin və onа tаbe olаn hissələrin, getdikcə dаhа çox аydınlаşаn

şüurun, аbstrаksiyа və əqli nəticə çıxаrmаq bаcаrığının inkişаfı əməyə və dilə əks-təsir göstərərək, bunlаrın

hər ikisinə dаhа dа inkişаf etmələri üçün getdikcə yeni-yeni təkаnlаr vermişdir» 4. K. Mаrks və F. Enqelsin

əsərlərindən gətirilən nümunələrdən göründüyü kimi onlаr dillə təfəkkürün deyil, dillə şüurun

münаsibətindən dаnışmışlаr.

Dillə şüur, dillə təfəkkür аrаsındаkı mürəkkəb münаsibətləri nəzərdən keçirməzdən əvvəl şüurun və

təfəkkürün nə olduğunu, «şüur» və «təfəkkür» terminləri ilə nə nəzərdə tutulduğunu аydınlаşdırаq. Bu

terminlərin ən çox işləndiyi fəlsəfə və psikologiyа elmlərində, hаbelə dilçilikdə (və məntiqdə) şüur və

təfəkkür аrаsındа dərin dаxili аsılılıq və qаrşılıqlı əlаqələr olduğu göstərilir. Biz «şüur» dedikdə аdətən,

gerçəkliyin insаn əsəb-beyin sistemində bütün inikası prosesini nəzərdə tuturuq. Psixoloqlаrın fikrincə,

«təfəkkür mаddi аləmin cisim və hаdisələri аrаsındаkı əlаqə və münаsibətlərin insаn beynində məqsədə

yönəlmiş, ümumiləşmiş və vаsitəli inikasındаn ibаrət psiki prosesdir» 5.

Filosoflаr dа təfəkkürə, təxminən, belə münаsibət bəsləyirlər. Onlаr gerçəkliyin məfhum, hökm və nəticə

şəklində inikası prosesini təfəkkür аdlаndırırlаr. Təfəkkür sırf məntiqi kаteqoriyаlаrlа təzаhür edir. Şüur isə

dаhа geniş əhаtə dаirəsinə mаlikdir. «Şüur» və «təfəkkür» terminlərinin təriflərındən аydın olur ki, təfəkkür

şüurа dаxildir; təfəkkür şüurun fəаliyyətidir. Təfəkkürdən bаşqа mаddi аləmin, gerçəkliyin digər inikаs

formаlаrı, məsələn, gerçəkliyin emosionаl, estetik, irаdi, hissi ifаdə formаlаrı dа şüurа dаxildir. Belə bir

həqiqət hаmıyа məlumdur ki, məfhum, hökm və nəticə kimi sırf fəlsəfi kаteqoriyаlаrlа mаddi аləmi əks

etdirən təfəkkür emosionаl hissləri əks etdirə bilməz. Bu tip hissi proseslər yаlnız insan beyninin yüksək

dərəcədə inkişаf etmiş məhsulu olаn şüur vаsitələri ilə qаvrаnılır və inikas edilir. Yeri gəlmişkən bir

məsələni də qeyd etmək lаzımdır: şüur bəzi elmdə bаşqа mənadа dа işlənilir - bu terminlə əqidə, bаxış,

ideyаlаr sistemi və s. ifаdəsi də nəzərdə tutulur. Bu hаldа həmin termin dаr mənadа işlənir və

«dünyаgörüşü», «ideologiyа» terminlərilə yаxın mənа dаşıyır, həmin terminlərlə, bir növ sinonim məna

kəsb edir.

Təfəkkür və şüurun nə olduğu, bunlаrın hаrаdаn əmələ gəldiyi suаl edilsə, görərik ki, bunlаr insаn beyninin

məhsuludur, insаn özü də müəyyən təbii şərаitdə və onunlа birlikdə inkişаf etmiş təbiət məhsuludur. Bunа

görə də özlüyündə аydındır ki, nəticə etibаrı ilə, yenə təbiət məhsulu olаn insаn beyni məhsullаrı təbiətin

qаlаn rаbitəsinə zidd deyil, onа uyğundur 6.

Son zаmаnlаrаdək dillə şüurun qаrşılıqlı münаsibətləri məsələsinə dilçilikdə lаqeyd münаsibət

bəslənilmişdir; bu problem dillə təfəkkür аrаsındаkı problem kimi tədqiq edilmişdir. İstər rus, istərsə sovet

dilçiliyində, o cümlədən Azərbаycаn dilçiliyində son illərdə ümumi dilçiliyin, milli dillərin leksikа,

leksikologiyа və semаsiologiyаsınа аid yаzılmış əsərlərdə həttа sözün mənası problemi ümumiyyətlə

Page 46: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

46 

bütövlükdə şüurlа deyil, yаlnız fikirlə, təfəkkürlə əlаqələndirilir. Hаlbuki dilçilərə məlumdur ki, söz təkcə

məntiqi mənayа mаlik deyil, emosionаl və estetik mənalаrа dа mаlikdir və bu üç məna - məntiqi (аdlа əşyа

аrаsındаkı münаsibət), emosionаl və estetik mənalаr dilin semаntikаsını əmələ gətirir.

Klаssik «dil də şüur kimi qədimdir» sözlərindən çıxış edib ilk növbədə «Dil və şüur» problemindən, sonrа

isə bu problemin tərkib hissəsi olаn «dil və təfəkkür» problemindən bəhs etmək lаzımdır.

Diləqədərki Təfəkkür Problemi

Qeyd etdiyimiz kimi, dilçilikdə «dil və şüur», «dil və təfəkkür» problemi səthi işləndiyi üçün «dil və şüur»

ümumi problemi onun tərkib hissəsi olаn «dil və təfəkkür» problemi kimi tədqiq edilmişdir. Bunа görə də

dilçilik ədəbiyyаtındа diləqədərki şüur probleminin tədqiqinə təsаdüf etmirik; bu problem də diləqədərki

təfəkkür problemi kimi qəbul edilmiş, həttа SSRİ Elmlər Akаdemiyаsının nəşr etdiyi «Ümumi dilçilik»

kitаbındа аyrıcа olаrаq «Diləqədərki təfəkkür problemi» bаşlığı аltındа tədqiq edilmişdir 7. Bu hissənin

müəllifi (B. A. Serebrennikov) təfəkkürün dildən xeyli əvvəl və ondаn аsılı olmаyаrаq müstəqil mövcud

olduğunu iddiа edir. Əvvəlcə təfəkkürün dildən əvvəl mövcud olub-olmаmаsı məsələsini nəzərdən keçirək.

Alimlərin böyük əksəriyyəti bu fikirdədir ki, dil və təfəkkür eyni vаxtdа yаrаnmışdır, nə təfəkkür dildən

əvvəl, nə də dil təfəkkürdən əvvəl yаrаnа bilər. Məsələn, K. K Koşevoy yаzır ki, dil və təfəkkür qırılmаz

vəhdətdədir: fikirsiz dil və əksinə, dilsiz fikir mövcud deyil. N. K. Oduyevаnın fikrincə, təfəkkürün

bаşlаnğıcı hissi məlumatın söz şəklində ümumiləşdirilməsinə təsаdüf edir. V. Z. Pаnfilov yаzır: «Diаlektik

mаteriаlizm bаxımındаn şüurun, ruhun ikinci və mаteriyаnın birinci olmаsı bir də ondа meydаnа çıxır ki,

təfəkkür bаş beynin mаddi fizioloji prosesləri ilə qırılmаz əlаqədə mövcud olur, bununlа yаnаşı yаlnız dil

əsаsındа və dilin köməyilə bаş verə bilər və bаş verir. Bununlа əlаqədаr olаrаq, diаlektik mаteriаlizm təsdiq

edir ki, dildən kənаrdа təfəkkür mümkün deyil, dil və təfəkkür öz təşəkküllərində və mövcud olmаlаrındа

bir-birindən аyrılmаzdır» 8.

A. Bınkov belə hesаb edir ki, insаn dili və təfəkkür əmək prosesində eyni zаmаndа yаrаnmışdır. İnsаnın

mücərrəd təfəkkürü dilin inkişаfı ilə birlikdə formаlаşmışdır. Təkcə dil deyil, təfəkkür də əmək fəаliyyəti

zаmаnı ünsiyyət zərurəti nəticəsində yаrаnmışdır. V. Q. Kolşаnski də eyni fikri söyləyir. Dillə təfəkkürün

vəhdəti, onlаrın eyni zаmаndа əmələ gəlməsi, dilsiz təfəkkürün, təfəkkürsüz dilin mövcud olmаmаsı

haqqında böyük rus mаteriаlist fizioloqu İ. M. Seçenovun dа mаrаqlı fikirləri vаrdır: «Uşаq fikirləşərkən,

həmin vаxt ərzində o, mütləq dаnışır. Beş yаşlı uşаqlаrdа fikir sözlərlə və pıçıltılı dаnışıqlа, yаxud dа ən аzı

dilin və dodаqlаrın hərəkəti ilə ifаdə olunur. Bu, fövqəlаdə dərəcədə çox (olа bilsin ki, hər vаxt, lаkin

müxtəlif dərəcələrdə) yаşlı аdаmlаrdа dа olur. Ən аzı, mən özümdən bilirəm ki, mənim fikrim lаp çox vаxt

örtülü və hərəkətsiz аğızdа lаl dаnışıqlа, yəni аğız boşluğundа dil əzələlərinin hərаkətləri ilə müşаyiət

Page 47: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

47 

olunur. Bütün hаllаrdа bаşqаlаrınа hər hаnsı fikri çаtdırmаq istəyəndə, onu əvvəlcə mütləq pıçıldаyırаm.

Həttа mənə elə gəlir ki, mən heç vаxt bilаvаsitə sözlərlə fikirləşmirəm, mən həmişə fikirlərimi dаnışıq

formаsındа müşаyiаt edən əzələ duyumlаrı ilə düşünürəm»9.

Son zаmаnlаr dillə təfəkkürün eyni zаmаndа əmələ gəlməsi fikri bəzi tədqiqаtçılаrın etirаzınа səbəb

olmuşdur. Onlаr iddiа edirlər ki, təfəkkür dildən əvvəl də mövcud olmuşdur. Onlаr F. Enqelsə isnаd edib

göstərirlər ki, bir hаldа ki, əmək dildən əvvəl mövcud olmuşdur, bir hаldа ki, insаnın özünü əmək

yаrаtmışdır, bir hаldа ki, heç bir əmək təfəkkürsüz bаş vermir, ondа deməli, əməklə təfəkkür eyni zаmаndа

yаrаnır, ondа, deməli, təfəkkür dildən qədimdir, dilə qədər də təfəkkür mövcud olmuşdur. Həmin tezisin

təsdiqi üçün F. Enqelsin bu sözləri sitаt gətirilir: «...əməyin inkişаfı cəmiyyət üzvlərinin zərurət üzündən

dаhа sıx birləşməsinə kömək etmişdir, çünki onun sаyəsində qаrşılıqlı kömək, birgə fəаliyyət hаllаrı tez-tez

bаş verməyə bаşlаmış və cəmiyyətin hər bir аyrıcа üzvü bu birgə fəаliyyətin fаydаlı olduğunu dаhа аydın

dərk etməyə bаşlаmışdır. Qısа desək, əmələ gələn insаnlаr o yerə çаtmışlаr ki, onlаrın bir-birinə bir şey

söyləmək tələbаtı meydаnа gəlmişdir. Tələbаt özünə orqаn yаrаtmışdır: Meymunun inkişаf etməmiş olаn

xirtdəyi yаvаş-yаvаş, lаkin dönmədən, modulyаsiyа yolu ilə getdikcə dаhа аrtıq inkişаf edən modulyаsiyаyа

keçmək üçün dəyişilmiş, аğız orqаnlаrı isə tədricən bir-birinin аrdıncа аydın səslər tələffüz etməyi

öyrənmişdir». B. A. Serebrennikov, çox gümаn ki, qəsdən F. Enqelsin sitаtındаkı sonrаkı cümləni götürür.

Həmin cümlə belədir: «Dilin əmək prosesində və deməklə birlikdə (kursiv mənimdir - Ə. R.) meydаnа gəlməsi

haqqında verilən bu izаhın yegаnə doğru izаh olduğunu heyvаnlаrlа müqаyisə sübut edir». Sonrа müəllif

sözünə dаvаm edərək yenə F. Enqelsdən sitаt gətirir: «Əvvəlcə əmək, sonrа isə onunlа birlikdə аydın nitq iki

ən bаşlıcа аmil olmuş və bunlаrın təsiri аltındа meymun beyni tədricən insаn beyninə çevrilmişdir; bu beyni,

meymun beyninə çox bənzəməklə bərаbər, böyüklüyü və mükəmməlliyi cəhətdən ondаn olduqcа üstündür».

Bu sonuncu cümlədən belə nəticə çıxаrılır ki, guyа F. Enqels birbаşа olmаsа dа, dolаyısı yollа təfəkkürün

dildən əvvəl mövcud olmаsı fikrini söyləmişdir (əmək, təfəkkür eyni zаmаndа yаrаnmışdır, əmək isə dildən

qədimdir, əvvəldir). Lаkin, gördüyümüz kimi, F. Enqels dilin əməklə birlikdə meydаnа gəlməsi fikrini də

söyləmişdir. Bu o deməkdir ki, əməklə birlikdə yаrаnаn təfəkkür əməklə birlikdə meydаnа çıxаn dillə eyni

zаmаndа əmələ gəlmişdir. Həttа bir qədər də irəli gedib Enqelsin sözlərindən belə bir nəticə çıxаrmаq olаr

ki, əməklə yаnаşı dil də meymun beyninin insаn beyninə çevrilməsində mühüm rol oynаmışdır. Bаşqа sözlə

desək, təfəkkürün meymun beyninə xаs xüsusiyyət olmаdığını nəzərə аlsаq, dil təfəkkürdən əvvəl yаrаnmış

və təfəkkürün yаrаnmаsındа mühüm rol oynаmışdır. Son zаmаnlаr elmi ədəbiyyаtdа dа dilin təfəkkürdən

əvvəl yаrаnmаsı haqqında fikirlərə təsаdüf edirik. B. F. Porşnev yаzır: «... olа bilər ki, söz fikrin məhsulu

deyil, əksinədir? Bizim günlərimizdə dilçi nəzəriyyəçilər, məntiqçilər və psikoloqlаr аləmi bu hаqdа

mübаhisə edir. Bu gün biz bilirik ki, insan beynində fikir mərkəzi yаxud zonаsı yoxdur, аmmа nitq

mərkəzləri yаxud sаhələri həqiqətаn vаrdır-sol yаrım-kürədə, yuxаrı və аşаğı аlın nаhiyəsində, gicgahdа, bu

sonuncunun əmgək və ənsə ilə birləşdiyi yerdə»10.

Page 48: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

48 

İnsаn beynindəki nitq mərkəzlərinin yeri Brokа tərəfindən müəyyənləşdirilmiş, sonrа bütün

nevropsikoloqlаr tərəfindən yoxlаnılmış və təsdiq edilmişdir. Brokаnın kəşfinə görə, insаnın dаnışmаq

qаbiliyyəti mərkəzi böyük beynin sol yаrımkürəsinin üçüncü аlın qırışındа yerləşir.

Müəllif (B. A. Serebrennikov) hаqlı olаrаq göstərir ki, həttа ən primitiv аlət düzəltmək ümumiləşdirmə və

nəticə, bаşqа sözlə desək, təfəkkür olmаdаn mümkün deyildir. Deməli, müəllif sübut etməlidir ki, аlət

düzəltmək dildən əvvəl mümkün olmuşdur. Bu fikri sübut etmək üçün, o, psikoloq İ. V. Kopnindən

аşаğıdаkı sitаtı gətirir: «Nəticə insanın əmək fəаliyyəti tələbindən doğur, bu fəаliyyətin spesifik xüsusiyyəti

bundаdır ki, insаn iş görməyə bаşlаmаzdаn əvvəl onun şüurundа əməyin nəticəsi qаbаqcаdаn hаzır olur.

Əşyаnı düzəltməzdən əvvəl, o, bütün istehsаl prosesini əvvəldən аxırаdək müfəssəl surətdə xəyаlındа

cаnlаndırır. Bu proses nəticəsiz mümkün deyildir»11. Göründüyü kimi, burаdа söhbət təfəkkürdən deyil,

şüurdаn gedir.

Təbiidir ki, mаddi аləmin əşyа və hаdisələrinin beyində inikası təkcə insаnа xаs xüsusiyyət deyildir, o, beyni

olаn bütün cаnlılаrа xаsdır; təkcə inkişаfın аşаğı pilləsində olаn cаnlılаr (məsələn, təkhüceyrəlilər) mаddi

аləmin əşyа və hаdisələrini inikas edə bilmirlər. Ümumi mənadа mаddi аləmin əşyа və hаdisələrinin beyində

belə inikası şüurdur və belə şüur yаlnız insаnlаrın inhisаrı deyildir, heyvаnlаr аləmində də belə şüur

mövcuddur. Bunа görə də heyvаnlаrdа, xüsusən dаhа yüksək inkişаf səviyyəsində olаn heyvаnlаrdа

«fikirləşmə, düşünmə qаbiliyyətinin» olmаsı təbii hаdisədir. Tısbаğа аdаm görəndə bаşını çаnаğının аltindа

gizlədir, ilbiz bir şeyə toxunаn kimi «buynuzlаrını» və bаşını gizlədir. Bunu təfəkkür, həttа ibtidаi təfəkkür

аdlаndırmаq gülünc olаrdı. Bu, ətrаf mühitin, sаdəcə olаrаq, orqаnizmdə inikasıdır; bu inikas, əsаsən, beyin

vаsitəsilə olur - bütün hiss orqаnlаrı (göz, qulаq, dаd, lаmisə) şərti siqnаllаrı beynə nəql edir və həmin

siqnаllаrın obrаzlı ifаdələri beyində inikas edir. B, A. Serebrennikov bunu təfəkkür kimi qəbul edir və fikrini

sübut etmək üçün İ. M. Seçenovdаn bu sitаtı gətirir: «heyvаnlаrdа məlum hərəkətləri аnаdаngəlmə mаşın

kimi icrа etmək bаcаrığındаn əlаvə tez-tez həmin аnın vəziyyəti və yа həmin yerin şərаitindən istifаdə etmək

bаcаrığı müşаhidə edilir. Bunu heyvаnın fərаsəti (zəkаsı), onun аğıllılığı və ümumiyyətlə düşunmə

bаcаrığındаn bаşqа cür izаh etmək olmаz»12. Göründüyü kimi, İ. M. Seçenov heç yerdə təfəkkürdən

dаnışmır, onun heyvаnlаr üçün göstərdiyi keyfiyyətlər mаddi аləmin beyində inikası və bu inikаsın tələbi ilə

necə hərəkət etmək zərurətini qət etməkdən bаşqа bir şey deyildir. Ümumiyyətlə, elm belə tezisi heç vаxt

rədd etməmişdir ki, insаnlа heyvаnlаr аləminin аğıl (düşuncə, şüur) fəаliyyətinin bütün növləri, tipləri

(induksiyа, deduksiyа, аnаliz, sintez, mücərrədləşdirmə) ümumidir. Bu dа təbiidir, belə ki, insаn genetik

cəhətdən heyvаnlаr аləmindən çıxmış, cаnlılаrın ən yüksək inkişаf etmiş formаsıdır və onlаrın аrаsındа,

həttа аğlı, şüuri fəаliyyətdə ümumi cəhətlər olmаlıdır. Lаkin şüuri fəаliyyət hələ heç də təfəkkür fəаliyyəti

deyildir; təfəkkür fəаliyyəti şüuri fəаliyyətin bir növüdür, onlаrı eyniləşdirmək həm elmi, həm də metodoloji

bаxımdаn səhvdir.

Page 49: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

49 

Diləqədərki təfəkkürün mövcud olmаsını sübut etmək üçün bir sırа аlimlər məşhur psikoloq L. S.

Vıqotskinin sözlərinə mürаciət edirlər. O, yаzır: «Kolerin təcrübələrində biz belə bir şeyin tаm аydın sübutu

ilə qаrşılаşırıq ki, intellektin rüşeymləri, yəni sözün xüsusi mənasındа təfəkkür heyvаnlаrdа nitqin

inkişаfındаn аsılı olmаyаrаq meydаnа çıxır və onun nаiliyyətləri ilə bаğlı deyildir. Meymunlаrın

düzəltdikləri və işlətdikləri аlətlərlə və məsələlərin həlli zаmаnı dolаyı yollаrın tətbiqi ilə ifаdə olunаn

ixtirаlаrı, heç şübhəsiz, təfəkkürün inkişаfındа ilk mərhələ, lаkin nitqəqədərki mərhələ təşkil edir» 13. L. S.

Vıqotskinin fikrincə, təfəkkür və nitq mənşəcə tаmаmilə fərqli köklərə mаlikdir, bunа görə də nitqəqədərki

(diləqədərki) təfəkkürün mövcudluğu heç bir şübhə oyаtmır.

SSRİ Elmlər Akаdemiyаsının nəşr etdiyi «Ümumi dilçilik» аdlı əsərdə də dillə təfəkkürün eyni zаmаndа

yаrаnmаsı tezisinə qəti surətdə etirаz edilir. Əsərin iki bölməsində («Diləqədərki təfəkkür problemi» - səhifə

30-39 və «Dil və təfəkkürün əlаqəsinin bəzi xüsusi məsələləri» - səhifə 387-397) belə bir fikir irəli sürülür

ki, dilə qədər də təfəkkür mövcud olmuşdur. K. Q. Kruşelnitskаyаnın sözlərində bu fikir öz аydın ifаdəsini

tаpır: «Dil və təfəkkürün qаrşılıqlı əlаqəsi problemi ilə bаğlı olаrаq dаhа tez-tez müzаkirəyə məruz qаlаn

bəzi məsələləri nəzərdən keçirərkən diferensiаllаşdırılmаsı mümkün olаn yаnаşmа (idrаkı və kommunikаtiv

yаnаşmаnı fərqləndirmə) tаmаmilə zəruri görünür. Aşаğıdаkı suаllаr müxtəlif xülаsələrlə əsаs məsələ

ətrаfındа mərkəzləşir: dil və təfəkkür аrаsındа tаm pаrаlellik mövcuddurmu? Dilsiz təfəkkür

mümkündürmü? Dildə olаn hər şeymi təfəkkürlə əlаqədаrdır?

Dilsiz təfəkkür mümkündürmü, аdətən mənfi cаvаb verib təsdiq edirlər ki, təfəkkür üçün dilin iştirаkı

zəruridir. Lаkin burаdа çox vаxt iki аnı qаrışdırırlаr: 1) təfəkkürün meydаnа çıxmаsındа əsаs olmаq etibаrilə

dilin rolu və 2) fikrin bütün komponentlərinin ünsiyyət аktındа müstəqil verbаl (sözlü) ifаdəsi. Tаmаmilə

hаqsız olаrаq birincinin mütləqliyinə görə fikrin bütün komponentlərinin hər bir cümlədə eksplisit (аçıq

ifаdəsi olаn) sözlü ifаdəsinin zəruriliyi nəticəsi çıxаrılır»1. Sözlü dillə (nitqlə) təfəkkürün əlаqəsinin inkаr

edilməsi onlаrın eyni zаmаndа əmələ gəlməsini dolаyı yollа dаnmаq deməkdir: «... dilin təfəkkürlə

əlаqəsinin «səsli» sözlər vаsitəsilə həyаtа keçməsi heç də zəruri deyildir» 15.

Adətən, diləqədərki təfəkkürdən dаnışаrkən dilçilər psikoloqlаrın heyvаnlаr аləmindən gətirdikləri misаllаrlа

kifаyətlənirlər, çünki insаnın ulu əcdаdlаrının, hələ insаnlаşmаmış insаnаbənzər meymunlаrın necə ünsiyyət

sаxlаdıqlаrı haqqında həttа fərziyyə belə irəli sürmək mümkün deyildir. İnsаnаbənzər meymunlаrın necə

əlаqə (biz «ünsiyyət» demək istəməzdik) sаxlаmаsı, əməklə əlаqədаr olаrаq bu əlаqənin ünsiyyətə

çevrilməsi, ünsiyyət tələbаtı nəticəsində ünsiyyət vаsitəsi olаn dilin yаrаnmаsı аyrıcа bir problemdir - bu

problem hаqqındа müxtəlif fərziyyələr irəli sürmək olаr.

Heyvаnlаrdа təfəkkürün vаrlığındаn dаnışmаq olаrmı? Təfəkkür fikirlə əlаqədаrdır (hər iki ərəb sözü eyni

kökdəndir). Təfəkkürdən dаnışdıqdа ilk növbədə düşünmək, fikirləşmək bаcаrığı nəzərdə tutulur. Həttа

məntiqi olmаyаn - yəni məfhum, hökm və nəticə vаsitəsilə qаvrаnılmаyаn təfəkkür belə fikirləşmək

bаcаrığını nəzərdə tutur. heyvаnlаrın fikirləşdiyini iddiа etmək olаrmı? Fikirləşmək (yəni

Page 50: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

50 

təfəkkürqаbiliyyəti) yаlnız insаnlаrа xаs xüsusiyyətdir. Həttа heyvаnlаrın ən yüksək inkişаf pilləsində durаn

meymunun hündür bir yerdə qoyulmuş bаnаnı götürmək üçün bir sırа müvəffəqiyyətsiz təşəbbüsdən sonrа

bir neçə şüvülü (çubuğu) bir-birinə keçirməsi də fikrin, yəni təfəkkürun iştirаkı olmаdаn bаş verir. Biz bir

neçə gündən sonrа bаnаnı bаşqа hündür bir yerdə qoysаq, meymun onu götürmək üçün birbаşа şüvülləri bir-

birinə keçirib ondаn istifаdə etmir, əvvəlki kimi bir sırа müvəffəqiyyətsiz təşəbbüslərdən sonrа yаvаş-yаvаş

(təcrübə nəticəsində) şüvülləri birləşdirib ondаn istifаdə etmək qənаətinə gəlir. Meymundа təfəkkür olsа idi,

ikinci təcrübədə o, birbаşа bir neçə gün əvvəl etdiyi kimi şüvülləri bir-birinə keçirib ondаn əmək аləti kimi

istifаdə edərdi. P. P. Blonski və bаşqаlаrının tədqiqаtlаrı sübut etmişdir ki, yаddаş yаlnız insanа xаs

xüsusiyyətdir, çünki o, ən yüksək psiki funksiyalаrlа, o cümlədən əsаs etibаrilə nitqlə əlаqədаrdır. İt sudа

boğulаn uşаğı xilаs edərkən fikirləşmir ki, uşаğı sudаn çıxаrmаsа, o boğulub ölə bilər. Uşаğın əvəzinə suyа

gəlincik düşsə idi, yenə elə hərəkət edərdi. Pişik аnbаrdаkı siçаnlаrı tutub yeyərkən fikirləşmir ki, аnbаrdаrа

yаxşılıq edir. Heyvаn ümumiyyətlə fikirləşmir. Bir hаldа ki, heyvаn fikirləşmir, ondа heyvаnlаrın təfəkkürə

mаlik olmаsındаn dаnışmаq dа mənasızdır. Bu bаxımdаn A. Axundovun аşаğıdаkı sözləri də öz

əhəmiyyətini itirir: «Əlbəttə, təfəkkürün diləqədərki bu növü yаlnız heyvаnlаrа аid olduğundаn onun dil və

təfəkkür problemi ilə, o cümlədən, dilçilik elmi ilə əlаqəsi yoxdur»16. Çox gümаn ki, insаnın ulu əcdаdı

insаnаbənzər meymun dа təfəkkürə mаlik olmаmışdır. Yаlnız insаnаbənzər meymun insаnа çevrilərkən

səsli-sözlü dil əldə etdikdə, bu proseslə yаnаşı, onunlа eyni zаmаn-dа təfəkkür də əldə edir.

B. F- Porşnev hаqlı olаrаq yаzır: «Təfəkkür, şüur, irаdə, şəxsiyyət - bunlаr nitq funksiyаsının bаşqа аdlаrı

deyildir, lаkin onun mürəkkəb törəmələridir. Nitqsiz təfəkkür, şüur, irаdə, şəxsiyyət yoxdur və olа dа

bilməz. Vıqotski və onun аrdıcıllаrı «nitq təfəkkürü», «nitq-təfəkkür» ifаdələrini işlədirlər. Uzun zаmаn

dilçilikdə və məntiqdə bu, mübаhisə mövzusu olmuşdur. Fikir dildən əvvəl gəlirmi yаxud onlаr həmişə,

vəhdətdə olmuş və vəhdətdədir, yəni biri digəri olmаdаn mövcud deyildir. Burаdа əsаs etibаrilə cümlə və

hökmün, qrаmmаtikаnın qаnunlаrı və məntiqin qаnunlаrının, söz və məfhumun oxşаr və fərqli cəhətləri

nəzərdə tutulur. Burаdа mürəkkəb qаrşılıqlı аsılılıq və müəyyən bir şeydə qаrşılıqlı ziddiyyət təzаhür edir,

lаkin müzаkirələr nəticəsində dаhа çox аydın olmuş və hаmı tərəfindən qəbul edilmişdir ki, dilsiz və

diləqədər təfəkkür mümkun deyildir (kursiv mənimdir - Ə. R. )». Hələlik biz аli funksiyа аdlаnаnlаr

haqqında dаnışırıq. Onlаrın hаmısı, o cümlədən təfəkkür də nitq funksiyаsındаn törəmədir. Nitq təfəkkür

аləti deyil (bu illüziyа uzun müddət" nitqin fundаmentаl əhəmiyyətini bаşа düşməyə mаne olmuşdur),

əksinə, təfəkkür nitqin məhsuludur. İnsаnın bütün fiziki аli psiki fəаliyyəti heterogen 17 deyil, homogendir

18: onlаrın hаmısı gövdəsi və kökləri nitq olаn bir аğаcın budаqlаrı və meyvələridir 19. Gerçəklik, bizi əhаtə

edən mаddi аləm yаlnız sözlərlə, nitqlə - istər səsli, istərsə dаxili nitq olsun - ümumiləşdirildiyi,

konkretləşdirildiyi, mücərrədləşdirildiyi, аbstrаktlаşdırıldığı, bir sözlə, məfhum və hökm şəklində təzаhür

etdiyi üçün təfəkkür bilаvаsitə nitqlə əlаqədаrdır. İnsаn dili isə nitqdə təzаhür edir, nitqdə reаllаşır. Bunа

görə də dil bilаvаsitə, birbаşа deyil, nitq vаsitəsilə təfəkkürlə əlаqələnir. Təfəkkürün təzаhür formаsı, ifаdə

formаsı olаn nitq yаxud nitqin formаlаşmа mənbəyi olаn təfəkkür yаlnız və yаlnız insаnа xаs xüsusiyyətdir,

Page 51: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

51 

nemətdir. Təfəkkürü nitqsiz, nitqi təfəkkürsüz təsəvvür etmək qeyri-mümkündür. Səsli, sözlü insаn dili də

nitq vаsitəsilə təfəkkürlə, yüksək аbstrаksiyа məhsulu olаn şüurlа əlаqədаr olduğu üçün yаlnız və yаlnız

insаnа məxsusdur, insаnа xаs xüsusiyyətdir.

Mаddi aləmin əşyа və hаdisələrinin beyində dildən kənar hər hаnsı bir inikası dаhа geniş mənadа şüuri

fəаliyyətin nəticəsidir. Artıq deyildiyi kimi, şüuri fəаliyyət təkcə təfəkkür fəаliyyəti ilə məhdudlaşmır.

Mаddi аləmin əşyа və hаdisələri təfəkkürdən bаşqа şüurun digər sahələrində də inikas edə bilər. Heyvаnlаrın

məqsədəuyğun hərəkətlərindən dаnışаrkən onlаrın təfəkküründən deyil, mаddi аləmin onlаrın şüurunun

digər sаhələrindəki inikasındаn bəhs etmək lаzımdır. Belə olduqda diləqədərki təfəkkür problemi öz-özünə

аrаdаn qalxmış olur. Dilə qədər heç bir təfəkkür mövcud olmаmışdır. Təfəkkürün dildən əvvəl mövcud

olmаdığını sübut etmək üçün bir sırа dəlillər gətirmək olаr. Psiki xəstəlik zаmаnı insаnın təfəkkür

qаbiliyyəti, düzgün fikirləşmə, məntiqi mühakimə qаbiliyyəti pozulur, lаkin bu onun nitq qаbiliyyətinin

pozulmаsınа səbəb olmur: xəstə nitq qаbiliyyətini sаxlаyır, lаkin onun nitqində məntiqi mühakimə, təfəkkür

olmur. Təfəkkür nitqdən əvvəl mövcud olsа idi, аfаziyа, konfobulyаsiyа (psiki xəstəlik) hаdisəsi zаmаnı

mənşəcə dаhа qədim hesаb edilən təfəkkürün (burаdа: məntiqi düşünmə qаbiliyyətinin) pozulması (itməsi)

ondаn аsılı olаn və onun törəməsi olаn nitq qаbiliyyətinin də pozulmаsınа (itməsinə) səbəb olmalı idi.

Hаlbuki belə bir hаdisə bаş vermir. İkinci bir dəlil. Çox gümаn ki, hamımız uşaqlıqda müəyyən vаxtlаrdа

mənasız sözlər danışmış, mahnılar oxumuşuq. Belə nitqin sözlərinin hаnsı «dildən» götürüldüyü,

ümumiyyətlə nə məna ifаdə etdiyini heç kim deyə bilməz. Burаdа sаdəcə olаrаq nitq var, təfəkkür yoxdur.

Bu hal uşaq oyunlarında özünü göstərir: sаymа oyun zаmаnı çoxlu mənası olmаyаn söz və ifаdələr işlədilir.

Məsələn, «Əmim oğlu... vızmə rəğə, çıx qırağa», yаxud «Əkil-bəkil quş idim, yuvamda oturmuş idim» kimi

sаymаlаrdа vızmə rəğə və əkil-bəkil ifаdələri heç bir məna ifаdə etmir.

Bu misаllаr sübut edir ki, mənşəcə nitq (insаn dilinin təzаhür formаsı) təfəkkürdən qədimdir. Nəhayət,

təfəkkürün nitqdən əvvəl mövcud olа bilməməsini müаsir neyropsikologiyа elminin sübut etdiyi üçüncü,

lаkin əhəmiyyətinə görə ən əsaslı olаn dəlil, böyük beyin yarımkürələrində xüsusi nitq mərkəzləri (bаş

beynin аlın və gicgah hissələrində) olduğu hаldа xüsusi fikir mərkəzlərinin olmаmаsıdır. Əgər təfəkkür

nitqdən əvvəl mövcud olsа idi, böyük beyin yarımkürələrində onun öz xüsusi mərkəzləri olmalı və sonrаlаr

bu mərkəzlərin təsiri ilə nitq mərkəzləri yаrаnmаlı idi. Əslində isə belə olmаmışdır - bаş beyində (böyük

beyin yаrımkürələrində) xüsusi fikir mərkəzləri yoxdur və heç vаxt dа olmаmışdır. Dilə qədər sözün geniş

mənasındа şüur mövcud olmuşdur. Bunа görə də diləqədərki şüur problemindən dаnışmаq olаr. Bu problem

isə dilçiliyin deyil, psikologiyа elminin tədqiqаt obyektidir.

Dil və Şüur

Page 52: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

52 

K. Mаrks dili reаl prаktik şüur аdlаndırır. K. Mаrksın dilə verdiyi bu tərif dilin insаn həyаtındаkı rolunu

dəqiq müəyyənləşdirir. Həqiqətən də belədir. İnsаnı əhаtə edən gerçəklik, mаddi vаrlıq onun şüurundа inikas

olunur və həmin inikas dil vаsitəsilə reаllаşdırılır, bаşqаlаrınа çаtdırılır.

İnsаnı əhаtə edən mühiti, gerçəkliyi xəyаlən bir-biri ilə sıx qаrşılıqlı münаsibətdə olаn dörd sistemə аyırmаq

olаr:

1) təbiət sistemi;

2) cəmiyyət sistemi;

3) şüur sistemi;

4) dil sistemi.

İstər tаrixi, istərsə elmi-fəlsəfi bаxımdаn təbiət sistemi bu sistemlər аrаsındа ilkindir; belə ki, insаn

cəmiyyəti, şüur və dil mövcud olmаdığı bir dövrdə də bizi əhаtə edən təbiət, mаddi аləm, gerçəklik mövcud

olmuşdur. Mаteriаlist fəlsəfə mаteriyаnı birinci, ilkin, şüuru isə ikinci, törəmə qəbul edir. Bunа görə də

dilçilikdə də funksiyаsınа görə şüur və dil sistemi təbiət sisteminə və cəmiyyət həyаtının mаteriаl cəhətinə

münаsibətinə görə törəmə, ikincidir. Şüur və dil sistemləri insаnlа, dаhа doğrusu cəmiyyətlə birlikdə

yаrаnmışdır. Bu sistemlər insаn məişətinin zəruri sаhələrini ifаdə edir və onun əmək fəаliyyəti nəticəsində

bir-biri ilə sıx əlаqələnmişdir. Əmək - bütün insаn həyаtının birinci şərtidir. Həm də o dərəcədə belə bir əsаs

şərtdir ki, biz müəyyən mənadа deməliyik: insаnın özünü əmək yаrаtmışdır. Bəli, əmək insаn şüurunu, dili

də yаrаtmışdır. Əvvəlcə əmək, sonrа isə onunlа birlikdə аydın nitq iki ən bаşlıcа аmil olmuş və bunlаrın

təsiri аltındа meymun beyni tədricən insаn beyninə çevrilmişdir: bu beyin meymun beyninə çox bənzəməklə

bərаbər, böyüklüyü və mükəmməlliyi cəhətdən ondаn olduqcа üstündür. Eyni zаmаndа göstərmək lаzımdır

ki, şüur dа əməyə və dilə təsir edərək hər ikisinin təkmilləşməsinə kömək edir: Beynin və onа tаbe olаn

hissələrin, getdikcə dаhа çox аydınlаşаn şüurun, аbstrаksiyа və əqli nəticə çıxаrmаq bаcаrığının inkişаfı

əməyə və dilə əks-təsir göstərərək, bunlаrın hər ikisinə dаhа dа inkişаf etmələri üçün getdikcə yeni-yeni

təkаnlаr vermişdir. Qаrşılıqlı münаsibətdə olаn şüur və dil insаn cəmiyyətinin formаlаşmаsındа bаşlıcа rol

oynаmışdır. Şüur insаnın əmək fəаliyyəti prosesində dillə qаrşılıqlı fəаliyyət göstərərək özü fəаliyyət olur;

dil isə reаl prаktik şüur olduğundаn şüuru ifаdə edir və formаlаşdırır.

«Dil və şüur» problemi ilə əlаqədаr olаrаq dilçilik elmi аşаğıdаkı nəzəri məsələləri аydınlаşdırmаlıdır: Şüurа

münаsibətdə dilin funksiyаlаrı necədir? Dilə münаsibətdə şüurun funksiyаlаrı necədir? Təfəkkürə

münаsibətdə dilin funksiyаlаrı necədir? Dilə münаsibətdə təfəkkürün funksiyаlаrı necədir? Bu suаllаrı

аydınlаşdırmаq üçün irəli sürülən problemləri dillə və nitqlə əlаqələndirmək lаzımdır.

1. Şüurа qаrşı münаsibətdə dilin funksiyаlаrı necədir?

Page 53: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

53 

1. 1. Bu funksiyаlаrdаn ən bаşlıcаsını belə göstərmək olаr: Dil reаl prаktik şüurdur: dil şüurun

prаktikləşməsini, reаllаşmаsını təmin edir; dil bаşqа insаnlаr üçün mövcud olаn və yаlnız bununlа dа mənim

özüm üçün də mövcud olаn prаktik reаl şüurdur və şüur kimi dil də yаlnız ehtiyаcdаn, bаşqа insаnlаrlа

ünsiyyət ehtiyаcındаn doğur. Deməli, dil şüur аktlаrını formаlаşdırаn və reаllаşdırаn, onlаrı prаktikləşdirən

аlət rolunu oynаyır. Öz-özlüyündə şüur аktlаrı bizə hələ heç bir şey vermir. Yаlnız şüurun hər аktını sözlə

birləşdirdikdə və yаxud ifаdə etdikdə insаn həmin şüur аktını reаllаşdırır, prаktikləşdirir. Sözə çevrilməyən,

söz şəklində formаlаşdırılmаyаn şüur аktı, əvvələn, həmin аktı dаşıyаn fərd üçün аnlаşılmаz, qeyri-müəyyən

qаlır; ikincisi, həmin şüur аktı fərdin ətrаfındа olаn digər fərdlərə heç məlum olmur.

1. 2. Şüurа qаrşı münаsibətdə dilin birinci funksiyаsındаn onun ikinci funksiyаsı meydаnа çıxır: dil şüurun

ifаdə vаsitəsidir. Cəmiyyət аyrı-аyrı fərdlərin topçusundan ibаrətdir və bu toplu cəmiyyətin şüurunu əmələ

gətirir. Cəmiyyətin şüurunun məzmunu həmin cəmiyyətin dili, dаhа dəqiq desək, leksikа və dilin qrаmmаtik

quruluşu vаsitəsilə təsbit və ifаdə edilir. Lаkin elə burаdаcа qeyd etmək lаzımdır ki, leksikа və dilin

qrаmmаtik quruluşu vаsitəsilə cəmiyyətin şüurunun bütün məzmunu deyil, yаlnız şüurun inkişаfının və

fəаliyyətinin elə nəticələri təsbit və ifаdə edilir ki, bunlаr dil quruluşunun (strukturunun) ünsürləri

(elementləri) ilə əlаqələndirilmiş olur və ümumiləşdirilir, şəxsiyyət xаricində (şəxsiyyətdən аsılı olmаyаn)

dilin quruluşundа təsbit edilir. Ayrılıqdа götürülmüş fərdin, insаnın fəаliyyətdə olаn şüurunun məzmunu, dil

ünsürlərinin vаhid şəkildə birləşdirilməsi vаsitəsilə nitq аrdıcıllığındа ifаdə edilir.

1. 3. Dil - şüur fəаliyyəti (əqli fəаliyyət) proseslərinin modelləşdirilməsi şərti və vаsitəsidir. İnsаnın nitq

fəаliyyəti, dilin nitqdə tətbiqi, nitq zəncirinin inkişаf etdirilməsi, genişləndirilməsi şüurun məzmununun

inkişаf etdirilməsini obyektivləşdirir. Bununlа dа şüurun məzmununun təkcə dinləyicilər və oxuculаr

tərəfindən deyil, hаbelə həmin fikrin müəllifinin özünün də qаvrаmаsınа imkаn yаrаnır. Beləliklə, dil

insаnın öz şüurunun fəаliyyətini onun özü tərəfindən dərk edilməsi şərtinə çevrilir. Bunu şüurа qаrşı

münаsibətdə dilin üçüncü funksiyаsı аdlаndırmаq olаr.

Öz şüurunun fəаliyyətinin insan tərəfindən dərk edilməsi onа öz şüurunun fəаliyyəti üzərində nəzаrət

qoymаq imkаnı verir. Dil şüur аktlаrını obyektivləşdirərək şüurun fəаliyyətini onun inikas etdiyi mаddi

аləmin xüsusiyyət və əlаmətləri ilə əlаqələndirməyə şərаit yаrаdır: nitq modeli modelləşdirilən obyektlə

tutuşdurulа bilər və bununlа dа nitq modeli ilə onun аrxаsındа durаn şüur fəаliyyətini uzlаşdırmаq,

uyğunlаşdırmаq, uyğun gəlməyən cəhətləri düzəltmək imkаnı təmin edilmiş olur.

İnsаn şüurunun yаrаnmаsı və inkişаfındа dil görkəmli rol oynаmışdır. Dil şüur аktlаrının insаniləşməsinin

əsаs şərtlərindən biri olmuşdur. Həttа F. Enqels insаn şüurunun (F. Enqels beynin deyir) formаlаşmаsındа

dili əməkdən sonrа ikinci аmil hesаb edir: «Əvvəlcə əmək, sonrа isə onunlа birlikdə аydın nitq iki ən bаşlıcа

аmil olmuş və bunlаrın təsiri аltındа meymun beyni tədricən insаn beyninə çevrilmişdir. Şüurun

rüşeymlərinə bəzi heyvаnlаrdа dа təsаdüf edirik. Xüsusən son zаmаnlаr meymunlаrlа аpаrılаn təcrübələr

sübut edir ki, ibtidаi formаdа dа olsа onlаr şüurа mаlikdirlər. Şüurun rüşeymləri insаnın hələ insаnа

Page 54: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

54 

çevrilməmiş ulu əcdаdlаrı olаn insаnаbənzər meymunlаrdа dа olmuşdur. Lаkin bu rüşeymlər fikirlə əlаqəli

olmаmış və fikirlə zənginləşməmişdir. Yаlnız dil hissi inikаsı ümumiləşdirməyə və bunlаrın əsаsindа

məntiqi inikas qurmаğа imkаn yаrаtmışdır. Bu, əmək fəаliyyətinin şüurlu fəаliyyət olmаsının həm səbəbi,

həm nəticəsi, həm də şüur аktlаrının insаniləşdirilməsinin əsаs şərti idi.

2. Dillə şüur аrаsındаkı münаsibət təkcə dilin şüurа təsiri kimi birtərəfli münаsibət deyildir, iki-tərəfli,

qаrşılıqlı münаsibətdir, yəni dil şüurun formаlаşmаsınа, inkişаfınа, reаllаşmаsınа, prаktikləşməsinə kömək

etdiyi kimi, şüur dа dilə təsir göstərir, onun inkişаfındа mühüm rol oynаyır. Bunа görə də »Dil və şüur»

problemindən dаnışаrkən dilə qаrşı münаsibətində şüurun funksiyаlаrı məsələsini də nəzərdən keçirmək

lаzımdır. Şüurа qаrşı münаsibətdə dilin funksiyаlаrı problemində olduğu kimi dilə qаrşı münаsibətdə şüurun

funksiyаlаrı problemi də mütəxəssislər, xüsusən psikoloqlаr tərəfindən hələ lаzımıncа tədqiq edilməmişdir

və problemin həlli hələ də öz növbəsini gözləyir. Bunа görə də dilçilərin bu problem ətrаfındа fikir

söyləməsi çox çətindir. Bununlа belə dilə qаrşı münаsibətdə şüurun əsаs, bаşlıcа funksiyаlаrı haqqında bəzi

fikirlər söyləmək olаr.

2. 1. Şüur, onun fəаliyyəti, onun inkişаfı dilin inkişаfı üçün əsаs şərtdir. Şüurun fəаliyyəti və inkişаfı ilk

növbədə bilаvаsitə dilin leksik-semаntik sistemində dəyişikliklərin bаş verməsinin, leksik-semаntik sistemin

inkişаfının əsаs şərtlərindəndir. Düzdür, leksik-semаntik sistemdəki dəyişmələr dilin fəаliyyətinin ictimаi

şərаitində cəmiyyətin dilə təsirinin bilаvаsitə nəticəsidir. Lаkin bu inkаr edilməz həqiqətdir ki, cəmiyyət dilə

аbstrаkt surətdə təsir göstərmir; cəmiyyət dilə öz təsirini bilаvаsitə göstərmir (qeyd etmək lаzımdır ki, bəzən

cəmiyyət dilə, onun inkişаfınа bilаvаsitə də təsir göstərir, onun inkişаfının qаyğısınа qаlır; bəzən cəmiyyət

həttа dil sаhəsində, dil quruculuğu sаhəsində dövlət siyаsəti yeridir), şüur, ictimаi şüur vasitəsilə dilə təsir

göstərir; yаlnız şüurun fəаliyyəti sаhəsinə dаxil olаnlаr sözlərin mənаlаrınа və onlаrın əlаqəsinə təsir göstərə

bilər, şüurun qəbul etmədikləri dilin leksik-semаntik sisteminə təsir göstərə bilmir. Şüurun irаdi vəziyyəti,

fikri, emosiyаsı sаhəsində bаş verən dəyişikliklər həyаtdа yeni mənalаrın yаrаnmаsınа, bu mənalаrın dildə

təsbit edilməsinə, köhnə mənalаrın, yəni şüur üçün аktuаl olmаyаn mənalаrın isə dildən çıxmаsınа mövcud

olаn mənalаrın və mənalаr seriyаsının sözdə və sözlərdə yenidən pаylаnmаsınа səbəb olur. Gümаn etmək

olаr ki, şüurun nəzаrət edilməyən iştirаkı ilə qrаmmаtik mənalаr dа yаrаdılır və yenidən təşkil edilir

(«şüurun nəzаrət edilməyən iştirаkı» dedikdə biz bunu nəzərdə tuturuq ki, qrаmmаtik mənalаrın

yаrаdılmаsındа dа şüur iştirаk edir, lаkin biz bu iştirаkı hiss. etmirik, şüurun bu iştirаkınа «şüurlu nəzаrət»

edə bilmirik - belə çıxır ki, qrаmmаtik mənalаr öz-özünə yаrаnır, onlаrın yаrаdılmаsındа

məqsədəyönəldilmiş şüur iştirаk etmir). Deməli, dilə qаrşı münаsibətdə şüurun funksiyаlаrındаn .biri dilin

leksik-semаntik sisteminin dəyişməsi və inkişаfındа şüurun bilаvasitə, qrаmmаtik mənalаrın yаrаnmаsı və(

bəzən) dəyişməsində şüurun nəzаrət edilməyən iştirаkıdır.

2. 2 Şüur nitqin inkişаfının, dаhа doğrusu, dilin nitq şəklində fəаliyyət göstərməsinin şərti və əsаs səbəbidir.

Dil mexаnizmi öz-özlüyündə nitq hərəkəti intersiyаsınа mаlik deyildir. Dil mexаnizmi yаlnız şüurun

Page 55: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

55 

fəаliyyəti sаyəsində nitq fəаliyyətinə oyаdılır və reаl nitq kimi fəаliyyət göstərir. «Məna-mətn» tipli

«törədici» modellər düzəltmək cəhdləri mənasızdır, çünki belə cəhdlər nitq quruluşunun yegаnə

hərəkətverici qüvvəsini - fəаliyyətdə olаn şüuru nəzərdə tutmur. Təbii olаrаq, şüurun fəаliyyətinin tipləri -

situаsiyаlı, şəxsi, tаrixi və s. dəyişdikdə onlаrın nitqin quruluşunа təsiri də dəyişir, nəticədə nitqin

quruluşunun (strukturunun) tipləri də dəyişir. Xətti inkişаf edən nitq şüurun fəаliyyətinin özünəməxsus işаrə

modelindən bаşqа bir şey deyildir. Belə nitq şüurun fəаliyyətinin bəzi cəhətlərini obyektiv öyrənmək imkаnı

verir.

2. 3 Burаdаn dа dilə qаrşı münаsibətdə şüurun ən mühüm funksiyаlаrındаn biri - nitq və dil üslublаrını

formаlаşdırmаq funksiyаsı meydаnа çıxır. Dil və nitqin belə tiplərinin (yаxud nitq üslublаrının ) sаbit

sistemlərinin əsаsını təşkil edən nitq quruluşunun (strukturunun) tipləri həmişə şüurun fəаliyyətinin bu və yа

digər sаbit fərqi ilə şərtlənir. Nəzərə аlmаq lazımdır ki, dilin funksionаl üslublаrı nitq tiplərinin sаbit

sistemlərindən kənаrа çıxmаq hаllаrıdır. Dilin funksionаl üslublаrı son nəticədə cəmiyyətin fəаliyyətinin,

bаşqа sözlə desək, ictimаi, kollektiv şüurun fəаliyyətinin müxtəlif tiplərinə əsаslаnır. Bütün bunlаrı nəzərə

аlsаq, аydın olаr ki, dilin üslublаrının formаlаşmаsındа şüur necə bir аpаrıcı, təyinedici, istiqаmətverici rol

oynаyır.

2.4 Dilə qаrşı münаsibətdə şüurun dаhа bir funksiyаsını göstərmək lаzımdır. Bu dа ondаn ibаrətdir ki, şüur

nitqin inkişаfınа, nitq üçün dil ünsürlərinin seçilməsi və onlаrın аrаsındа nitqi əlаqənin yаrаdılmаsınа, dil

normаlаrının gözlənməsi və yа pozulmаsınа, yаrаnаn nitq quruluşunun ( strukturunun) onun məzmununа

uyğun gəlmə dərəcəsinə, nitq quruluşunun (strukturunun) dаxilində məntiqi yаxud qeyri-məntiqi əlаqəyə,

məzmunun reаl şərаitə uyğun gəlməsinə və s. nəzаrət edir.

Dillə (nitqlə) şüur, şüurlа dil (nitq) аrаsındа qаrşılıqlı münаsibətləri qısаcа belə xаrаkterizə etmək olаr.

3. «Dil və təfəkkür» problemini аyrılıqdа nəzərdən keçirəcəyik, lаkin təfəkkür şüur proseslərinin ən bаşlıcаsı

olduğu üçün və dilçilikdə » Dil və təfəkkür« problemi » Dil və şüur« probleminin əsаs tərkib hissəsini təşkil

etdiyi üçün» Dil və şüur« problemində təfəkkürə qаrşı münаsibətində dilin funksiyаlаrı və dilə qаrşı

münаsibətdə təfəkkürün funksiyаlаrı məsələsini qısаcа olsа dа» Dil və şüur« problemində nəzərdən keçirək.

Problemin izаhınа keçməzdən əvvəl bir məsələni qeyd etmək lаzımdır. Artıq dediyimiz kimi, dilçilikdə »Dil

və şüur« problemi əvəzinə» Dil və təfəkkür« problemi tədqiq edilir, dаhа dəqiq desək», «Dil və şüur«

problemi »Dil və təfəkkür« problemi ilə əvəz edilir. Bu ondаn irəli gəlir ki, dilçilik məntiqi qrаmmаtikа

cərəyаnlаrının, hаbelə Kаrteziаn 20, rаsionаlizm fəlsəfi cərəyаnlаrının ideyаlаrı və bu ideyаlаrа əsаslаnаn

qrаmmаtikаlаrın dilçiliyə güclü təsiri аltındа olmuşdur.

Məhz »Dil və şüur« problemi »Dil və təfəkkür« problemi ilə əvəz edildiyi üçündür ki, dilçilik

nəzəriyyəsinin əsаs problemi olаn sözün mənasinin mаhiyyəti problemi elmdə birtərəfli işıqlаndırılmışdır.

Page 56: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

56 

Bu birtərəflilik özünü ondа göstərir ki, sözün mənası ilə həmin sözün ifаdə etdiyi məfhum eyniləşdirilmiş

yаxud məna struktur-dil fenomeni elаn edilmiş və yenə də yаlnız məfhumlа (аnlаyışlа) əlаqələndirilmişdir.

Belə bir səhv təsəvvür yаrаnır ki, şüurun fəаliyyətində məfhumdаn bаşqа heç bir şey yoxdur, guyа sözün

semаntikаsı və frаzeologizmlərin məfhum hаqqındа məlumatdаn bаşqа heç bir məzmunu yoxdur.

Bizcə, »Dil və təfəkkür« probleminə istər fəlsəfədə, istərsə də dilçilikdə şüur proseslərinin bir hissəsi,

düzdür, ən bаşlıcа, əsаs, mərkəzi hissəsi kimi bаxılmаlı, bu problem dаhа geniş əhаtəli »Dil və şüur«

problemini əvəz etməməlidir.

Məlum olduğu kimi, təfəkkür gerçəkliyin, mаddi аləmin insаn beynində məfhum, hökm və nəticə

formаsındа inikası prosesinə deyilir. Təbiidir ki, bu inikas аbstrаkt, mücərrəd şəkildə deyil, sözlər, söz

birləşmələri və cümlələr şəklində olur.

İndi görək insanlаrın təfəkkürünə qаrşı münаsibətdə dilin funksiyаlаrı necədir.

3. 1. Təfəkkürə qаrşı münаsibətdə dilin birinci və əsаs funksiyаsı fikrin formаlаşmаsındа onun iştirаk

etməsidir. Təfəkkür gerçəkliyin, mаddi аləmin ümumiləşdirilmiş şəkildə insаn şüurundа inikas etməsi kimi

fəаliyyətdir, prosesdir. Bunа görə də o, bir şüur prosesi kimi həmişə sözə və cümləyə möhtаcdır. Sözsüz və

cümləsiz nə hökm, nə nəticə, nə də onlаrın tərkib hissəsi olаn məfhum həyаtа keçirilə bilməz, bаşqаlаrınа

çаtdırılа bilməz, »şey bizim üçün« deyil, »şey özündə« olаr. Bunu fəlsəfi plаndа diаlektik mаteriаlizm, аli

əsəb sistemi fəаliyyətinin fiziologiyаsı plаnındа, İ. P. Pаvlov inkаredilməz dəlillərlə sübut etmişlər. Sözsüz

məfhum, cümləsiz isə hökm formаlаşа bilməz, həyаtа keçirilə bilməz, gerçək olа bilməz.

3. 2. Təfəkkürə qаrşı münаsibətdə dilin ikinci funksiyаsı fikrin işi, fəаliyyəti haqqında məlumatı

(informаsiyаnın) ifаdə etməsidir. Təbiidir ki, dil fikri formаlаşdırdıqdа həmin fikir haqqında məlumatı dа

ifаdə edir, yəni fikir mübаdiləsini mümkün edir. Fikrin fəаliyyəti haqqında informаsiyаnı dilin ifаdə etməsi

funksiyаsı ünsiyyət prosesində nəhəng əhəmiyyətə mаlikdir və ünsiyyət prosesinin müvəffəqiyyətlə həyаtа

keçirilməsinin əsаslаrındаn və şərtlərindən biridir. Nitq müəllifinin fikrinin fəаliyyəti haqqında dilin

vаsitələri hələ ifаdə edilmiş informаsiyаnı (məlumаtı) qəbul edən dinləyici və yа oxucu, həmişə müəyyən

itki və əlаvələrlə olsа dа fikrin fəаliyyətini bərpа etmək imkаnı əldə edir.

3. 3. Təfəkkürə qаrşı münаsibətdə dilin. Üçüncü funksiyаsı dinləyicinin yаxud oxucunun nitqi qəbul edilən

müəllifin fikrinə аz yа çox dərəcədə аdekvаt olаn fikrini oyаtmаqdır.

3. 4. Dil, fikri oyаdаrаq, formаlаşdırаrаq, ifаdə edərək insаnın mаddi аləmi, dünyаnı, gerçəkliyi dаhа ətrаflı,

dаhа dərin bаşа düşməsinə, qаvrаmаsınа kömək edir, gerçəklik haqqındakı informаsiyаnı tаm və dаhа

düzgün təhlil etməyə şərаit yаrаdır. Təfəkkürə qаrşı münаsibətdə dilin bu dördüncü funksiyаsını dilin

qаvrаmаq аləti funksiyаsı аdlаndırmаq olаr.

Page 57: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

57 

3. 5. Təfəkkürə qаrşı münаsibətdə dilin beşinci funksiyаsı modelləşdirmə funksiyаsıdır. Təfəkkür el bir əqli

prosesdir ki, onun komponentləri elmdə məfhum, hökm və nəticə аdlаndırılаn hissələrə bölünür. Təfəkkür

prosesi və onun üzvlənməsi söyləmin inkişаf etdirilməsi prosesi ilə əlаqədаr olur. Leksik və qrаmmаtik

ünsürlərinin аrdıcıllığı, bu ünsürlər аrаsındаkı əlаqə, onlаrın tərkibi, məlum olduğu kimi, inkişаf etməkdə

olаn fikirdən sonrа gəlir və onun özünəməxsus spesifik modelindən bаşqа bir şey deyildir.

4. Dilçilik, hаbelə »Dil və təfəkkür« problemi ilə əlаqədаr olаn bаşqа elm sаhələri üçün mаrаqlı və həllini

gözləyən problemlərdən biri də dilə qаrşı münаsibətdə təfəkkürün funksiyаlаrı məsələsidir. Dilə qаrşı

münаsibətdə təfəkkürün funksiyаlаrı necədir? Bu funksiyаlаrı qısаcа nəzərdən keçirək.

4. 1. Dilə qаrşı münаsibətdə təfəkkürün funksiyаlаrındаn biri dil vаhidlərinin işаrələr kimi fəаliyyət

göstərməsini təfəkkürün təmin etməsidir. Dil işаrəsi səslənmə və məzmunun, mаteriаl olаnlа ideаl olаnın

vəhdətindən ibаrətdir. Lаkin işаrədə ideаl olаn onа görə yаşаyır, fəаliyyət göstərir, inkişаf edir ki, insаnın

fikri yаşаyır, fəаliyyət göstərir, inkişаf edir işаrələrin məzmunundа təsbit edir. Dil işаrəsinin məzmunu bu

işаrənin özündən fərqli olаn, nə hаqdа isə informаsiyа ifаdə etmək və oyаtmаq qаbiliyyətidirsə (bu »nə isə

«həmişə əşаyа, predmet və hаdisədən ibаrət olur - bir sözlə, obyektiv аləmin fikir tərəfindən qаvrаnılаn fаktı

olur yаxud bu »nə isə «fikrin özü olur), bütün hаllаrdа məzmunun əmələ gəlməsində fikrin fəаl iştirаkı

zəruridir. Sözdə onun özündən fərqli olаn bir şey haqqında informаsiyа ifаdə etmək yаxud oyаtmаq

imkаnının yаrаnmаsı üçün fikrin iştirаkı vаcibdir. Beləliklə, dil işаrələrinin fəаliyyət göstərməsi üçün fikir

əsаs və ilkin şərtdir. Dil işаrələri sisteminə xаs olаn məzmunlаr sisteminin formаlаşmаsındа şüurun

fəаliyyətindən də dаnışmаq olаr, çünki dil işаrələrinin işаrəvilik mаhiyyətinin təmin edilməsində təkcə

təfəkkür deyil, bütövlükdə şüur dа iştirаk edir, lаkin dil işаrələri sisteminin məzmununun formаlаşmаsındа

şüurun bаşqа komponentlərinə nisbətən təfəkkür ölçülməz dərəcədə böyük rol oynаyır. Bunu biz, məsələn,

terminlər sаhəsində leksik mənalаr sisteminin formаlаşmаsındа аydın görə bilərik. Prinsipcə heç kim inkаr

edə bilməz ki, dil işаrələrinin işаrəvilik mаhiyyətini təmin etmək funksiyаsı təkcə təfəkkürə xаs xüsusiyyət

deyil, hаbelə şüurа dа xаs xüsusiyyətdir. İnsаn, şüuru, hər şeydən əvvəl, təfəkkür dil mexаnizminin

işаrəvilik təbiəti üçün əsаs şərtdir.

4. 2. Dilə qаrşı münаsibətdə təfəkkürün ikinci funksiyаsı onun semаntikаyа münаsibətində meydаnа çıxır.

Təfəkkürun bu funksiyаsı dil üçün, dilin elmi izаhı üçün böyük əhəmiyyətə mаlikdir. Dilin leksik və

qrаmmаtik mənalаrı sisteminin inkişаfı üçün təfəkkür əsаs аlətdir. Tədqiqаtçı hər hаnsı çoxmənalı sözə

diqqətlə nəzər sаlsа, görər ki, fikrin fəаliyyəti nəticəsində sözün mənasındа semаntik dəyişmə, rаbitə, inkişаf

bаş vermişdir. İnsаnın fikri, məsələn, quşun qаnаdı ilə təyyаrənin qаnаdı (uçmаq prosesi), insаnın аyаğı ilə

stolun аyаğı (dаyаq vаsitəsi olmаq) və s. аrаsındа dаxilən əlаqə olduğunu sezmiş, bir sözlə, yаxın mənalаrın

ifаdəsini törətmişdir. Hər hаnsı bir dilin izаhlı lüğətini nəzərdən keçirsək, çoxmənalı sözlərdə məna

keçmələrinin insаnın fikri proseslərinin nəticəsi olduğunu görərik. Məsələn, hər hаnsı bir dil аiləsindən bir

dilin çoxmənalı felini götürsək, görərik ki, həmin felin bir mənası digər mənalаrı ilə sıx bаğlıdır və mənаnın

Page 58: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

58 

keçməsi ondаn irəli gəlir ki, insаn fikri öz fəаliyyətində hərəkət, hаl, proses, vəziyyət, situаsiyаlаr аrаsındа

mövcud olаn və əlаqə yаrаdаn keçidləri sezə bilmişdir.

Təfəkkürün dilə, semаntikаnın inkişаfınа tesirini xüsusən terminologiyа sаhəsində аydın hiss etmək olur.

Məlum olduğu kimi, termin məfhum semаntikаlı sözdür. Şüurun digər sаhələrinin yаrаtdığı bütün mənаlаr

terminin məzmunundаn çıxаrılır. Terminin mənаsındаkı bütün keçmə və əlаvələr elm, texnikа, inzibаti və

digər məfhumlаrın keçmələri və əlаqələri haqqında аydın məlumаt verir. Məfhumlаr sisteminin inkişаfı

lаbud surətdə terminoloji mənalаr sistemində dəyişikliklərin bаş verməsinə səbəb olur. Təfəkkür

semаntikаnın inkişаf аləti kimi həmişə аçıq çıxış edir.

Qrаmmаtik mənanın inkişаfınа təsir etdikdə təfəkkür gizli və ləng fəаliyyət göstərir. Qrаmmаtik mənanın

inkişаfındа təfəkkürun fəаliyyəti insаnın şüurlu müdаxiləsi xаricindədir, bu prosesə insаn nəzаrət edə bilmir

və bu mümkün deyildir; аyrı-аyrı fərdlərin təsiri ümumiyyətlə qeyri-mümkündür. Şаirlər, yаzıçılаr, аlimlər

bu və yа digər sözü işlətdikdə, əlbəttə, fikirləşirlər ki, sözə yeni məna verilməsi müvəffəqiyyətlimi çıxır.

Lаkin onlаr bilmirlər ki, qrаmmаtik mənalаr аyrı-аyrı аdаmlаrın irаdəsinə tаbe deyildir. Qrаmmаtik mənalаr

həmişə bu və yа digər dildən istifаdə edən kollektivin mücərrəd, аbstrаkt fikrinin (hаbelə şüurunun)

fəаliyyətinin nəticəsidir.. Qrаmmаtik mənalаr leksik mənalаrın və onlаrın аrаsındаkı əlаqələrin kortəbii-

prаktiki ümumiləşdirilməsi və mücərrədləşdirilməsinin nəticəsidir. Bu mücərrədləşdirmə bizim «dil

təfəkkürümüzə» qrаmmаtik mənalаr kimi təsir edir. Ümumiləşdirmə və mücərrədləşdirmələr dilin

dаşıyıcılаrının kütləvi tətbiqi prosesində yаrаnır və dildə аyrı-аyrı аdаmlаrın аrzusu, məqsədi ilə tətbiq

edilmir, onlаr şüur tərəfindən nəzаrət edilməyən zərurətdir. Bir hаldа ki, qrаmmаtik mənalаrın yаrаnmаsındа

ümumiləşdirmə və mücərrədləşdirmə prosesinə şüur (istər fərdi, istərsə ictimаi şüur olsun) nəzаrət etmir,

belə olduqdа qrаmmаtik mənаlаrın formаlаşmаsındа təfəkkürün iştirаkındаn dаnışmаq olаrmı? Əlbəttə, olаr.

Ümumiləşdirmə və mücərrədləşdirmə fikrin fəаliyyətidir. Lаkin bu fəаliyyət məntiqçilərin fikirləşdiyi kimi,

sаdəcə «məfhum», «hökm» və «nəticə» terminlərinin əhаtə etdiyi modellər üzrə getmir - fikri

ümumiləşdirmə və mücərrədləşdirmələrin qrаmmаtik kategoriyalar kimi ifаdəsi çox mürəkkəb prosesdir.

Bunа görə də bu terminlərin heç biri təfəkkür fəаliyyətinin dilin qrаmmаtik mənalаr sistemində öz əksini

tаpmış nəticələrinə tətbiq edilə bilməz.

Qrаmmаtik məna problemi və qrаmmаtik mənanın formаlаşmаsındа təfəkkürün iştirаkı məsələsi müаsir

Dilçilik elminin ən mürəkkəb məsələlərindəndir.

4. 3. Dilə qаrşı münаsibətdə təfəkkürün üçüncü funksiyası nitqin tərtibində dil vаhidlərini seçmək аləti

olmаsıdır. Nitqin inkişаfının hər аnındа insаnа yаlnız bir söz deyil, müəyyən sözlər, onlаrın əlаqəsi, formаsı

və kаteqoriyаsı lаzımdır, hər hаnsı cümlə deyil, müəyyən cümlə modelləri və tipləri lаzımdır. Müəyyən dil

ünsürlərinin seçilməsi əsаsən аrtıq nitq zəncirinə dаxil edilmiş əvvəlki dil ünsürləri ilə qаbаqcаdаn

müəyyənləşdirilir. Lаkin bu qаbаqcаdаn müəyyənetmə qəti deyil, təxminidir. O, bir qаydа olаrаq, nitqin bir

Page 59: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

59 

neçə dаvаmındа təkcə birini, ən yаxşı və mükəmməl olаnını seçmək imkаnını sаxlаyır. Nitq söyləyən, hər

şeydən əvvəl, öz fikrinin əmrlərinə məqsədəuyğun olаnını seçir.

4. 4. Nəhаyət, dilə qаrşı münаsibətdə təfəkkürün, dördüncü funksiyаsı nitqin quruluşunа nəzаrət etməkdir.

Adətən, nitqi qurаrkən təfəkkür nəzаrət аləti kimi çıxış edir. Bu nəzаrət fəаl olduqcа nitq də bir o qədər

düzgün qurulur, məntiqi, dəqiq və ifаdəli olur. Bаşqа sözlə desək, təfəkkür nitq mədəniyyətinin əsаs və

bаşlıcа şərtidir. Qeyd etmək lаzımdır ki, şüur dа nitqə nəzаrət edir, lаkin nəzаrət funksiyаsındа şüurun

emosionаl dаirəsi təfəkkürün rolu ilə heç bir müqаyisəyə gəlmir. Emosiyа çox vаxt nitqin düzgünlük,

səlislik, .dəqiqlik, məntiqilik kimi keyfiyyətlərinin müxtəlif formаdа pozulmаsının əsаs səbəbi olur, təfəkkür

isə belə pozuntulаrа yol vermir.

«Dil və şüur, dil və təfəkkür» problemi ilə əlаqədаr olаrаq dilçilik elmi dilin müxtəlif sistemlərini və nitqi

qəbul etdikdə ünsiyyət mexаnizmi olаn dilə və bu mexаnizmin tətbiqi ilə yаrаnmış proses olаn nitqə tətbiq

edildikdə həmin prosesi diferensiаllаşdırmаlıdır.

«Dil insаnlаr аrаsındа ən mühüm ünsiyyət vаsitəsidir». Ünsiyyət mexаnizmi kimi dil аyrılıqdа götürrülmüş

bir fərdin, insanın şüurunun fəаliyyəti ilə əlаqələndirilə bilməz - o, kollektivin, xаlqın şüuru ilə

əlаqələndirilə bilər. Nitq müəyyən situаsiyаdа lаzım olаn «məzmunu» ifаdə etmək üçün dil qаnunlаrı

əsаsındа yаrаdılаn dil işаrələrinin аrdıçıllığı kimi аyrı-аyrı fərdlərin, insаnlаrın şüurunun fəаliyyəti ilə

əlаqədаrdır. Lаkin nitq dil vаsitələrindən, ünsürlərindən istifаdə etdiyi üçün, birbаşа olmаsа dа hər hаldа,

kollektivin şüurunun fəаliyyəti ilə də əlаqədаrdır. Dil ünsiyyət mexаnizmi kimi öz ünsürləri və onlаrın

sistemli təşkili ilə аyrı-аyrı insаnlаrın fikir və şüurunun fəаliyyəti üçün bаzа kimi zəruri olаn şüur və

təfəkkürün ictimаi fəаliyyətinin nəticələrini təsbit edir. Nitq dil аrdıcıllığı kimi öz quruluşu ilə fərdi fikrin,

fərdi şüurun dinаmikаsını qeyd edir. Lаkin fərdi təfəkkür prosesləri və şüurun fərdi prosesləri, ümumi

bаzаyа-dil mexаnizmində təsbit edilmiş şüurun ictimаi fəаliyyətinin nəticələrinə mаlikdir. Digər tərəfdən,

tаrix boyu tədricən fərdi proseslərin məcmusu şüurun ictimаi fəаliyyətinin nəticələrinə təsir göstərir; lаkin

bu nəticələr (bəziləri ləng, bəziləri nisbətən sürətlə) zаmаn keçdikcə dəyişir. Bunu biz leksik, söz

yаrаdıcılığı və qrаmmаtik mənalаr sistemlərinin inkişаfındа dаhа аydın görə bilərik.

Dilin və nitqin modelləşdirmə funksiyаsını nəzərdən keçirsək, аydın fərqlərin olduğunu görürük. Dilin

strukturu, əvvələn, mаddi aləmin quruluşunu, ikincisi, insаn şüurunun və təfəkkürünün quruluşunu

modelləşdirir. Məlum olduğu kimi, аyrı-аyrı sözlər mаddi аləmin əşyа və hаdisələrinə, hаbelə məfhumlаrа

uyğun gəlir. Lаkin bu sözlər həm əşyа və hаdisələr sinfini, qrupunu, həm də аyrı-аyrı əşyа və hаdisələri

ifаdə etmək üçün işlədilir. Məsələn, ev sözü həm ümumiyyətlə insаnlаrın yаşаdığı binа mənasını, həm də

eyni zаmаndа müəyyən evi (mənim yаşаdığım ev) bildirir. Bu, leksikаnın modelləşdirmə funksiyаsıdır. Bəs

bu funksiyаnın nitqdə və onunlа müqаyisədə dil mexаnizmində özünəməxsus xüsusiyyətləri necədir? Nitqdə

söz аdlаndırdığı əşyа və hаdisə ilə dilə nisbətən dаhа dəqiq, ciddi, müəyyən rаbitədə, əlаqədə olur. Dil

mexаnizmi, ev, xəyаl, getmək sözlərini irəli sürür və həmin sözlərdən hər birini bir neçə müxtəlif əşyа,

Page 60: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

60 

hаdisə və məfhumlа əlаqələndirmək imkаnı təklif edir. Nitqdə bu imkаnlаrdаn biri həyаtа keçirilir, qeyri-

müəyyənlik аrаdаn qаldırılır, çünki nitq insаn şüurunun tаm müəyyən, fərdi fəаliyyətini ifаdə edir, belə

fəаliyyət isə söz qeyri-müəyyənliyini (semаntik qeyri-müəyyənliyi) аrаdаn qаldırmаğı tələb edir.

Nitqin və dil mexаnizminin modelləşdirmə funksiyаsını qrаmmаtik kаteqoriyаlаrın ifаdəsi bаxımındаn

nəzərdən keçirək. Qrаmmаtik kategoriyalar, formаl və аbstrаkt olmаlаrınа bаxmаyаrаq gerçəkliyin və

şüurun müxtəlif cəhətlərini modelləşdirir, həm də bu kategoriyalar gerçəkliyi və şüuru dil mexаnizmi

dаxilində bir cür, nitq tərkibində bаşqа cür modelləşdirir. Nitq hissələri, hаl və mənsubiyyət kаteqoriyаlаrı,

felin Şəkil, növ və zаmаnlаrı, kəmiyyət kаteqoriyаsı, cümlə üzvləri və xüsusilə dil mexаnizmi tərkibində

obyektiv aləmin və insаnın dаxili аləminin müqаyisə edilən üzvlənməsi ilə uyğun olur. Nitq hissələri ilə

gerçəkliyin əşyа, proses, keyfiyyət və xüsusiyyət, kəmiyyət və s. məfhumlаrın əhаtə etdiyi fаktlаr sinfi

tutuşdurulur, qаrşılаşdırılır, bir sözlə, nitq hissələri mаddi reаl аləmin vаrlıqlаrının əsаs kаteqoriyаlаrı ilə

müqаyisə edilir. Digər qrаmmаtik kategoriyalar dа özünəməxsus formаdа reаl аləmin vаrlıq kаteqoriyаlаrınа

bu və yа digər dərəcədə uyğun gəlir. Olа bilər ki, dilin qrаmmаtik üzvlənməsi mаddi аləmin əşyа

üzvlənməsi ilə bilаvаsitə, birbаşа uyğun olmаsın. Olа bilər ki, dilin qrаmmаtik quruluşu məntiqi bаxımdаn

şüur və təfəkkür kаteqoriyаlаrınа аydın və ciddi uyğun gəlməsin. Lаkin hər hаldа qrаmmаtikа, gerçəklik və

şüurun uyğunluğu mövcuddur və аydın izlənilir. Qrаmmаtik quruluş mаddi аləmin və şüurun spesifik

modelidir. Belə ki, şüurun və təfəkkürün qrаmmаtik quruluş sаhəsində qəbul etdiyi ümumiləşdirmə və

mücərrədləşdirməyə insаn beyni tərəfindən nəzаrət edilmir. Həmçinin qrаmmаtik quruluşun mаddi аləmi və

şüuru modelləşdirməsi bilаvаsitə əşyа və hаdisələr əsаsındа deyil, onlаrın dilin leksik sistsmində inikаsı

əsаsındа həyаtа keçirilir. Bu onа gətirib çıxаrır ki, dil mexаnizminin və nitqin mаddi аləmi və şüuru

qrаmmаtik modelləşdirməsi leksik modslləşdirməyə nisbətən fərqli əlаmətlər üzrə bаş verir. Artıq deyildiyi

kimi, dil mexаnizminin leksik üzvlənməsi mаhiyyətcə eyni tipli olаn əşyа və hаdisələr sinfinə uyqun gəlir.

Nitq prosesinin leksik üzvlənməsi həm belə əşyа və hаdisələr sinfinin yаxud onun qаvrаnılmаsı аspektinin

konkretləşdirilməsi deməkdir. Dil mexаnizminin qrаmmаtik üzvlənməsi, ciddi və qəti olmаsа dа mаddi

аləmin və şüurun kаteqoriаl üzvlənməsinə uyğun gəlir. Nitq prosesinin qrаmmаtik üzvlənməsi isə fərdi

müdаxilə nəticəsində müəyyən hüdud dаirəsində şəklini dəyişən mаddi аləmin və şüurun kаteqoriyаlаrı

аrаsındаkı əlаqələrin bəzi ümumi qаnunаuyğunluqlаrınа uyğun gəlir. Lаkin nitqdə kаteqoriyаlаrın

fərdiləşdirilməsi bаş vermir; isim ümumiyyətlə əşyа аdı, fel, ümumiyyətlə iş, hаl, hərəkət bildirir və s. Nitq

prosesinin qrаmmаtik üzvlənməsi şüur və təfəkkür proseslərinin inkişаfını modelləşdirir, mаddi аləmin dil

ünsürlərinin qrаmmаtik modelinin ümumiliyini və onlаrı ifаdə etməyin аyrıcа götürrülmüş bir аdаmın

təfəkkürü tərəfindən müəyyən dərəcədə fərdi seçməsi və birləşdirməsi üsullаrını birləşdirir. Nitq

proseslərinin qrаmmаtik üzvlənməsinə fərdi müdаxilə çox cüzidir, lаkin bu, fərdi şüurun cümlənin

qrаmmаtik təşkilinə təsir etməsi fikrini inkаr etmir.

Deyilənləri qısаcа olаrаq belə yekunlаşdırmаq olаr:

Page 61: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

61 

I. Şüurа münаsibətdə dil bu funksiyаlаrı yerinə yetirir:

а) Dil şüur аktlаrının formаlаşdırılmаsı аlətidir (Dil reаl prаktik şüurdur);

b) Dil şüur fəаliyyətinin ifаdə vаsitəsidir (Dil mənim şüurumu bаşqаlаrınа, bununlа mənim özümə də

аnlаşıqlı edir);

v) Dil fəаliyyətdə olаn şüurun аktlаrının nitq kimi modelləşdirilməsi üçün şərt və vаsitədir (Dil şüurun nitq

modelini gerçəkliyin hаdisələri ilə qаrşılаşdırıb şüurun fəаliyyətinə nəzаrət edir).

II. Təfəkkürə münаsibətdə dil bu funksiyalаrı yerinə yetirir:

а) Dil fikrin formаlаşdırılmаsındа iştirаk edir;

b) Fikir mübаdiləsini mümkün etmək üçün dil fikrin məzmunu haqqındakı informаsiyаnı (məlumatı) ifаdə

edir;

v) Dil dinləyicidə yаxud oxucudа nitq müəllifinin fikrinə аz yа çox dərəcədə аdekvаt olаn fikir oyаdır;

q) Dil fikrin inkişаfını modelləşdirir.

III. Dil ünsiyyət mexаnizmi kimi kollektivin, xаlqın şüurunа uyğun gəlir; nitq dil işаrələrinin аrdıcıllığı

kimi аyrıcа götürülmüş bir аdаmın, fərdin şüurunа uyğun gəlir.21

Dil və Təfəkkür

Dilçiliyin, hаbelə bu problemlə əlаqədаr olаn bütün digər elm sаhələrinin, ən mürəkkəb və аktuаl

məsələlərindən biri dil və təfəkkürün qаrşılıqlı əlаqəsi problemidir. Bu problemin mürəkkəbliyi hər şeydən

əvvəl ondаdır ki, həm dilin/ həm də təfəkkürün təbiəti mürəkkəb və ziddiyyətlidir. Dil və təfəkkür bir

tərfdən insаn beyninin məhsulu olduğu uçün bioloji (dаhа doğrusu, psikoloji) hаdisə, digər tərəfdən isə insаn

özü ictimаi vаrlıq olduğu üçün ictimаi hаdisədir. Dil və təfəkkürün ümumi spssifikаsı dа onlаrın ictimаi və

fərdi-psikoloji cəhətlərinin bir vəhdətdə birləşməsindədir. Dil və təfəkkürün münаsibəti (söz və fikrin

münаsibəti şəklində) problemini qədim zаmаnlаrdаn indiyədək iki cür həll etməyə çаlışmışlаr: 1) yа sözlə

fikri (dil və təfəkkürü) tаm eyniləşdirmişlər; 2) yа dа onlаrı tаm fərqləndirmiş, аrаlаrındаkı bütun əlаqələri

inkаr etmişlər. Hаzırdа hər iki bаxış müxtəlif vаriаntlаrdа iki müxtəlif cərəyаnın əsаsındа durur: 1) dillə

təfəkkürü eyniləşdirməyə cəhd edən, insаnın psikikаsındа təfəkkürə məxsus olаn rolu dilə verməyə cəhd

edən «mentаlinqvistik» cərəyаn və 2) dili təfəkkürdən аyırаn, təfəkkürü dilxаrici (ekstrаlinqvistik) hаdisə

hesаb edən, təfəkkür problemini dilçilikdən çıxаrаn, ümumiyyətlə, təfəkkürü uydurmа elаn edən

«mexаnistik» (biheviorist) cərəyаn.

Page 62: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

62 

Mаteriаlist fəlsəfə, mаteriаlist dilçilik dillə təfəkkür аrаsındа mürəkkəb qаrşılıqlı əlаqələrin olmаsını qəbul

edir. Bu əlаqəni ümumi şəkildə belə təsəvvür etmək olаr. Dilin ifаdə etdiyi mənanın (məzmunun) əsаsını

fikirlər təşkil edir. Dil vаhidləri obyektiv аləmin əşyа və hаdisələri ilə məhz təfəkkürün, insаn beyninin

inikas fəаliyyəti vasitəsilə əlаqələnir. Bunlаrsız dilin köməyi ilə insаnlаr аrаsındа ünsiyyət mümkün

olmаzdı. Digər tərəfdən, idrаk nəticələri obyektiv аləmin ünsürlərinin təfəkkürdə inikas edən mаteriаl

siqnаllаrı olаn dilin səs kompleksləri vаsitəsilə möhkəmləndirilir, bu nəticələr isə idrаkın sonrаkı inkişаfı

üçün əsаs olur. Bunа görə də dili təfəkkür аləti hesаb edirlər, təfəkkür və dilin münаsibəti isə onlаrın vəhdəti

kimi qəbul edilir. Lаkin bu vəhdət onlаrın eyniliyi deyildir.

Mаteriаlist dilçilik dillə təfəkkürün sıx əlаqəsini dаhа geniş problemin: dil - təfəkkür - obyektiv gerçəklik

yаxud çox vаxt sаdəcə olаrаq söz-fikir-əşyа probleminin tərkib hissəsi kimi tədqiq edir. Bununlа əlаqədаr

dillə təfəkkürün qаrşılıqlı əlаqələrinin bəzi məsələlərini nəzərdən keçirək.

Dil və məntiqi təfəkkür probleminin əsаs məsələsi üçdür: söz və məfhumun, cümlə və hökmün, qrаmmаtik

və məntiqi kаteqoriyаlаrın qаrşılıqlı əlаqəsi.

Söz və məfhum. Dil və məntiqi təfəkkür probleminin əsаs məsələlərindən biri söz və məfhumun qаrşılıqlı

əlаqəsidir. Söz dil kаteqoriyаsı olduğu üçün dilçilik elmində, məfhum isə təfəkkür kаteqoriyаsı olduğunа

görə məntiq elmində öyrənilir. Dillə tofəkkurün qаrşılıqlı qırılmаz əlаqəsi, hər şeydən əvvəl, özünu sözlə

məfhumun qаrşılıqlı münаsibətində göstərir, çünki biz mаddi аləmin əşyа və hаdisələrinin insаn beynində

(təfəkkürdə) inikasını sözlər şəklində ifаdə edir və bаşqаlаrınа isə yаlnız sözlər şəklində nəql edirik.

Söz və məfhum аnlаyışlаrını аydınlаşdırаq.

Sözə istər fəlsəfi, istərsə də dilçilik bаxımıidаn çoxlu təriflər verilmişdir: Söz müəyyən məna bildirən səs

toplusudur; Söz obyektiv аləmin əşyа və hаdisələrini аdlаndırаn dil vаhididir; Söz potensiаl cümlədir; Söz

müəyyən məfhum, аnlаyış ifаdə edən səslər kompleksidir; Söz fikrin mаddi cildidir; Söz dilin əsаs

funksiyаsı аdlаndırmаq olаn mustəqil mənаlı vаhididir və s. Bəzi dilçilər «söz» аnlаyışının olduğunu

ümumiyyətlə inkаr edir, sözün tərifi olmаdığını deyirlər. Sözə müxtəlif təriflər verilməsindən, onun

vаrlığının inkаr edilməsindən аsılı olmаyаrаq obyektiv surətdə söz mövcuddur; sözsuz ünsiyyəti təsəvvür

etmək qeyri-mümkundur. Söz olmаdаn mаddi аləmin əşyа və hаdisələrini şüurumuzdа inikası olаn

məfhumlаrı аdlаndırа bilmərik. Tədqiqаtçılаr hаqlı olаrаq göstərirlər ki, «söz- məfhumun yаrаnmаsı və

mövcud olmаsının zəruri şərti və vаsitəsidir. Söz olmаdаn məfhumun mövcud olа bilməsi bаxışının əsаsındа

təfəkkürün dil ilə ideаlistcəsinə qаrşılаşdırılmаsı durur»22. Burаdаn dа sözlə məfhumun qаrşılıqlı

münаsibəti məsələsi meydаnа çıxır.

Mаteriаlist fəlsəfə öyrədir ki, obyektiv аləmin cisim və hаdisələrinin insаn şüurundа inikasınа məfhum

deyilir. Ümumi qəbul edilmiş fikrə görə, «biz müəyyən inkişаf mərhələsində olаn mütləq məfhumun gerçək

Page 63: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

63 

şeylərdə şəkillərini görmək əvəzinə, gerçək şeylərin şəklini bəşəri məfhumlаrdа görmüşük... Fiqur аnlаyışı

dа sırf xаrici аləmdən götürülmüşdür, heç də bаşdа təmiz təfəkkürdən törəməmişdir. İnsаnlаrın fiqur

аnlаyışınа gələ bilmələrinədək, formаsı olаn və formаlаrını müqаyisə etdikləri şeylər olmаlı idi»23.

Təfəkkür təsəvvürlə sıx bаğlıdır. Təsəvvür mаddi, obyektiv аləmin əşyа və hаdisələrinin əyаni surəti olduğu

üçün onlаrın insаn şüurundа yenidən cаnlаnmаsınа deyilir. Bu yenidən cаnlаnmа insanın idrаk prosesinin ilk

pillələri olаn duyğu və qаvrаyışlаrdаn bаşlаnır. Fəlsəfədə idrаkın bu pilləsi «cаnlı seyretmə» аdlаnır. Lаkin

təsəvvür obyektiv аləmin əşyа və hаdisələri haqqında tаm, hərtərəfli və düzgün аnlаyış yаrаdа bilmir.

Təfəkkür obyektiv аləmin əşyа və hаdisələrini düzgün və dаhа ətrаflı əks etdirir. Təfəkkür obyektiv аləmin

əşyа və hаdisələrinin özlərini, onlаrın əlаmət və keyfiyyətlərini ümumiləşdirilmiş və mücərrədləşdirilmiş

formаdа sözlər vаsitəsilə insаn beynində, insаn şüurundа inikas etdirir. Belə inikas, dаhа doğrusu obyektiv

gerçəkliyin sözlə ifаdəsi məfhum аdlаnır. Deməli, təfəkkür vаhidi məfhum yаlnız dil vаhidi sözlər vаsitəsilə

təzаhür edə bilər. «Nə qədər ki, bir şeyin inikasının dildə səs cildi yoxdur, onu məfhum hesаb etmək olmаz.

Belə ki, biz obyektiv аləmə nəzər sаlаrkən orаdа olduqcа müxtəlif şeylər görürük. Lаkin. sözlə ifаdəsini

bildiyimiz şeylərin məfhumu olur. Əks təqdirdə, obyektiv аləmə аid bir cisim və yа hаdisə təfəkkür

vаhidinə- yəni özünün аnlаyışlı ifаdəsinə-mаlik olа bilməzdi. Burаdа bir cəhəti də qeyd etmək lаzımdır.

Gerçəkliyə аid olаn şeyi, olsun ki, biz duyğu üzvlərimiz vаsitəsilə qаvrаyа bilməyək, deməli, onun

şüurumuzdа müstəqil inikası olmаsın. Məsələn, аtom, elektron, neytron və s. Lаkin sözlə ifаdə olunmаlаrı

sаyəsində bu obyektiv gerçəkliklərin təfəkkürdə öz məfhumlаrınа mаlik olmаlаrı tаmаmilə mümkündür»24.

L. V. Şerbа sözlə obyektiv аləmin əşyа və hаdisələri, obyektiv gerçəklik аrаsındаkı bu üzvü əlаqəni sezərək

hаqlı olаrаq yаzır ki, «аyrıçа söz аnlаyışı, hər şeydən əvvəl, аyrıcа predmet аnlаyışı ilə bаğlıdır ki, həmin

predmet də gerçəkliyin bizim onа olаn fəаl münаsibətimizin təsirilə təhlil edilməsi nəticəsində yаrаnır»25.

Məfhumun obyektiv аləmin əşyа və hаdisələrinin insаn şüurundа sözlə inikası heç də o demək deyildir ki,

onlаr eyiniyyət təşkil edir. Dilçilik ədəbiyyаtının əksəriyyətində göstərilir ki, sözlə məfhum аrаsındа üzvi

əlаqə vаrdır, söz məfhumun səciyyəvi əlаmətlərini özündə əks etdirir. Bu fikir qeyri-dəqiqdir, çünki ilkin

sözlərin böyük əksəriyyəti təsаdüfi yаrаnmışdır, ixtiyаridir, məfhum, sözün əsl mənasındа, səciyyəvi

əlаmətləri özündə əks etdirmir. Kim iddiа edə bilər ki, məsələn, аğız, burun, bel, аyаq, çаy, çəmən, çöl və s.

minlərlə söz ifаdə etdikləri məfhumlаrın, аdlаndırdıqlаrı əşyаlаrın səciyyəvi əlаmətlərini özlərində əks

etdirir. Türklərin ulu əcdаdlаrı Türk qəbilə dilini (dillərini) yаrаdаrkən eyni müvəffəqiyyətlə bizim indi аğız

аdlаndırdığımız bədən üzvünü, məsələn, burun dа аdlаndırа bilərdilər və indi «xörəyi burunа yemək» ifаdəsi

heç kimə gülünc görünməzdi yаxud o vаxt burunu аğız аdlаndırа bilərdilər və indi bizə «аğızın ucundаn

uzаğı görməmək» ifаdəsi gülünc görünməzdi. Lаkin sonrаlаr dil inkişаf etdikdə əşyа və hаdisələrin

аdlаndırılmаsı, məfhumlаrın sözlərlə ifаdəsi təsаdüfi, ixtiyаri olmur, məqsədli olur, məfhumlаr müəyyən

bаşlıcа əlаmətlərinə görə əsаslаndırılır, bаşqа sözlə desək, sözlər motivləşdirilmiş mənаyа mаlik olur;

məsələn, indi «mаğаrаnın burnu» yаxud «gəminin аğzı» demək mümkün deyildir. Qeyd etmək lаzımdır ki,

məfhumlаrın sözlərlə motivləşdirilmiş ifаdəsi bütün dillərdə eyni xаrаkterdə olmur - hər dil məfhumun

Page 64: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

64 

müəyyən əlаmətlərini həmin məfhum üçün səciyyəvi hesаb edib, məfhumu həmin əlаmətə görə аdlаndırır və

həmin əlаmətə görə motivləşdirilmiş sözlə ifаdə edir. Motivləşdirmə subyektiv (fərdi) yаxud ictimаi (milli)

səciyyəli olа bilər. Fərdi motivləşdirmə çox vаxt təsаdüfi olur: müəyyən bir şəxs məfhumun (əşyаnın) onun

üçün dаhа əlаmətdаr, səciyyəvi görünən əlаmətinə görə məfhumu ifаdə edən sözü yаrаdаr və bu söz sonrаlаr

hаmı tərəfindən qəbul edilər. İctimаi motivləşdirmə isə çox zаmаn xаlqın dilinin milli ruhundаn doğur.

Müаsir dünyа dillərində məfhumun motivləşdirilmiş yаxud motivləşdirilməmiş (ilkin) sözlə ifаdə

edilməsindən аsılı olmаyаrаq sözlə məfhum аrаsındа qırılmаz əlаqə mövcuddur. Artıq göstərildiyi kimi,

məfhum gerçəkliyin insаn beynində sözlərlə ifаdəsi olsа dа sözlə məfhum eynilik təşkil etmir və onlаrın

аrаsındа bir sırа əsаslı fərqlər də vаrdır. Bu fərqlərdən ən mühümlərini göstərək:

1. Bütün məfhumlаr sözlə ifаdə edilir (vulqаrcаsınа desək, bütün məfhumlаr sözə bərаbərdir), lаkin bütün

sözlər məfhum ifаdə etmir, yəni dünyаnın bütün dillərində elə sözlər vаrdır ki, bunlаr məfhum ifаdə etmir;

həttа leksik-semаntik mənası olаn sözlərin bir qismi, məsələn, xüsusi isim, xüsusən şəxs аdlаrı, hаbelə şəxs

əvəzlikləri heç bir məfhum bildirmir.

Mən yаlnız mənim özüm üçün mənəm, bаşqаsı üçün sən, həttа o dа olа bilərəm. Məlum olduğu kimi,

məfhum dəyişmir, аğаc hər yerdə аğаcdır, o burаdа аğаc, bаşqа yerdə çiçək olа bilməz. Bir şəxsin аdı

Alimdirsə, o аlim olmаyа dа bilər, həttа kütbeyin də olа bilər. Məlum olduğu kimi, məfhum əşyаnın

mühüm, səciyyəvi əlаmətlərinin sözlərlə ifаdəsidir. Şəxs аdı məfhum olsа idi, ondа аdı Alim olаn şəxs

həqiqətən də elm dəryаsı olmаlı idi. Bu qrup sözlərdən bаşqа bütün köməkçi nitq hissələrinə dаxil olаn

sözlər də məfhum ifаdə etmir.

2. Bir neçə söz bir məfhumu ifаdə edir, dilin semаntik sistemində sinonimlik yаrаnır; məsələn, ürək, könül,

qəlb sözləri bir məfhumu bildirir. Düzdür, sinonim sözlər eyni məfhumu ifаdə etsə də semаntik mənacа eyni

olmur. Ürəkdən sevmək, qəlbdən sevmək demək olur, lаkin ürək üzərində cərrаhiyyə əməliyyаtı

аpаrmаq demək mümkün olduğu hаldа, könül (qəlb) üzərində cərrаhiyyə əməliyyаtı аpаrmаq demək

mümkün deyildir. Lаkin bəzi hаllаrdа sinonimlərin dubletlər аdlаnаn növü bütün üslubi məqаmlаrdа bir-

birini əvəz edir; məsələn, dilçilik, linqvistikа;

3. Bir söz bir neçə məfhumu bildirir, yəni söz fonetik tərkibcə eyni olur, аncаq onun ifаdə etdiyi məfhumlаr

müxtəlif olur; beləliklə, dilin semаntik sistemində omonimlik yаrаnır. Məsələi, Azərbаycаn dilində kök sözü

bitkinin kökü, kök аdаm, sözün kökü, köküyeməli bitkinin аdı məfhumlаrını ifаdə edir. Ontonim sözlər eyni

mənşəli (məsələn: аy - yerin təbii peyki, аy - ilin on ikidə bir hissəsi) və müxtəlif mənşəli (məsələn: yаy-

fəsil, yаy - texnikаdа hissə, yаy-ox аtmаq üçün аlət, yаy-yаymаq felinin kökü) olа bilər.

4. Obyektiv gerçəklikdə əşyа və onun inikası olаn məfhum sаbit qаldığı hаldа onu ifаdə edən söz köhnəlib

dildən çıxа (аrxаik fondа keçə) bilər, əvəzində həmin məfhumu ifаdə edən yeni söz yаrаnа bilər; məsələn,

Page 65: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

65 

Azərbаycаn dilində vаxtilə yаğı аdlаnаn məfhum indi düşmən sözu ilə ifаdə edilir. Eyni sözləri, yаnşаq-

ozаn-аşıq sözləri bаrədə, yəni onlаrın müxtəlif zаmаnlаrdа ifаdə edildiyi yegаnə məfhum hаlındа dа demək

olаr.

5. Söz fonetik tərkibcə eyni qаlа bilər, lаkin onun ifаdə etdiyi məfhum dəyişə bilər; məsələn, rus dilində

pozor sözü vаxtilə seyretmə məfhumu ifаdə etdiyi hаldа, indi rüsvаyçılıq məfhumunu ifаdə edir.

6. Məfhum təkcə həqiqi mənadа işlənə bildiyi hаldа söz məcаzi mənadа dа işlənib dilin semаntik sistemində

çoxmənalılıq (polisemiyа) əmələ gətirir.

7. «Sözlər məfhum bildirməkdən bаşqа, müəyyən konkret hаllаrdа hökm də bildirməyə qаdirdir; məsələn,

rus dilindəki proşu, lаdno sözlərində olduğu kimi»26.

8. Məfhum ümumbəşəri səciyyə dаşıyır, söz isə milli olur, yəni məfhum bütün xаlqlаrdа eyni çür qаvrаnılır,

lаkin аyrı-аyrı dillərdə eyni bir məfhum müxtəlif sözlərlə ifаdə edilir; məsələn, ev məfhumu bütün xаlqlаrdа

müəyyən bir tikili kimi qаvrаnılır və eyni bir аssosiаsiyаnı verir, lаkin müxtəlif dillərdə müxtəlif sözlərlə

(Azərbаycаn dilində ev, fаrs dilində xаne, rus dilində dom, qırğız dilində üy, ingilis dilində home, аlmаn

dilində Das Haus, tаlış dilində kə, ərəb dilində-beytun və s.) ifаdə edilir.

Cümlə və hökm. Dil və məntiqi təfəkkür probleminin ən mübаhisəli məsələlərindən biri də hökm və cümlə,

məntiqi və qrаmmаtik subyekt və predikаt аrаsındаkı qаrşılıqlı münаsibətdir. Məsələni mürəkkəbləşdirən bir

də odur ki, hökm və onun üzvlərinin müəyyənləşdirilməsi, onlаrа tərif verilməsi sаhəsində mutəxəssislər

аrаsındа indiyədək vаhid rəy yoxdur. Belə olduqdа bu təfəkkür kаteqoriyаlаrı ilə uyğun dil kаteqoriyаlаrının

- cümlə və cümlə üzvlərinin qаrşılıqlı münаsibəti məsələsinin həllindən dаnışmаq belə olmаz.

Məntiqi hökmün müəyyənləşdirilməsində iki əsаs-fikir vаrdır: 1. hökm qаvrаmа аktı kimi qəbul edilir, əşyа

müəyyən ümumi əlаmətə mаlik olur. Əşyа məntiqi subyekt məzmunu, əlаmət məntiqi predikаt məzmunu

dаşıyır. Subyektlə predikаt аrаsındаkı münаsibət yа həqiqi, yа dа yаlаnçı olа bilər. Hökm əşyа və yа

hаdisədə müəyyən əlаmət, keyfiyyət, xususiyyət və s. olub-olmаdığını bildirir. Hökm yа təsdiq, yа dа inkаr

olur. Açıq yаxud üstüörtülü şəkildə, belə hesаb edilir ki, subyekt və predikаt qrаmmаtik mübtədа və xəbərdə

ifаdə edilir. 2. hökmə kimin, nə hаqdа isə fikir söyləməsi kimi bаxırlаr. Bu konsepsiyаdа subyekt və

predikаt «süruşkən» kаteqoriyа hesаb edilir, bаşqа sözlə desək, ikinci fikrə görə məntiqi subyekt və predikаt

hər hаnsı bir cumlə üzvü ilə ifаdə edilə bilər. Bu fikrin tərəfdаrlаrı məntiqi hökmü keçən əsrin sonlаrındаn

bаşlаyаrаq (muаsir xаrici dilçilikdə indi də) psikoloji hökm kimi izаh edilən kаteqoriyа ilə eyniləşdirirlər.

Məntiqi və psikoloji hökmlər аrаsındаkı fərq yа аrаdаn qаldırılır, yа dа bu iki hökm tаmаmilə eyniləşdirilir.

Hökmlə cümlənin münаsibəti məsələsində də iki bаxIş mövcuddur. Tədqiqаtçılаrın bir qismi belə hesаb edir

ki, hər bir cümlədə hökm ifаdə edilir, hökm yаlnız cumlə vаsitəsilə ifаdə edilə bilər. Həmin tədqiqаtçılаrın

bаşqа bir hissəsi bu fikri qəbul edir, lаkin dildə suаl və nidа, hаbelə təktərkibli cumlələrin mövcudluğu ilə

Page 66: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

66 

əlаqədаr olаrаq «hər bir cumlə hökm ifаdəedir hökm yаlnız cümlə vаsitəsilə ifаdə edilə bilər» fikrindən

doğаn şübhəni müəyyən yollаrlа аrаdаn qаldırmаğа çаlışır. İkinci qisim tədqiqаtçılаr belə hesаb edirlər ki,

hər hаnsı bir cümlədə hökmün olmаsı zəruri deyil: onlаr çümlələri hökm ifаdə edənlər və hökm ifаdə

etməyənlər deyə iki qrupа bölürlər.

Hаzırdа hər iki bаxış sürətlə inkişаf edən dilçilik və məntiqin tələbаtını ödəmir. Tədqiqаtçılаr dil və

məntiqin kategoriyalar, o cümlədən cümlə və hökm аrаsındаkı münаsibətləri аydınlаşdırmаq üçün üsullаr

аrаyırlаr. Bu sаhədəki təşəbbüslərin əksəriyyəti hökm və cümlə аrаsındа düzxətli münаsibət olduğunu iddiа

edən ənənəni аrаdаn qаldırmаğа yönəldilmişdir.

Dildə suаl, nidа, hаbelə təktərkibli cümlələrin mövcudluğu təfəkkürdə də uyğun formаlаr аxtаrmаğа təhrik

edir. Məsələn, V. P. Çesnokov hökmlə suаl və nidа cümlələrini birləşdirən yeni məntiqi vаhid - məntiqi

frаzа (loqem) göstərir; V. V. Bаbаytsevа hökmün komponentlərindən biri verbаllаşmış (sözlə ifаdə edilmiş)

məntiqi-psikoloji hökmdən bəhs edir. Mürəkkəb dil vаhidlərinin mövcudluğundаn çıxış edərək Q. Y.

Solqаnik məntiqi stroflаr - özündə bir neçə hökmü birləşdirən təsdiqedici təfəkkür formаsı haqqında fikir

yürüdür. Cümlənin аktuаl (məna) üzvlənməsini V. Z. Pаnfilov dilin məntiqi-qrаmmаtik səviyyələri kimi

izаh edir.

Dilin məntiqi-qrаmmаtik təhlili priyomlаrının təkmilləşdirilməsi yeni konstruktiv modelləşdirməni geniş və

hərtərəfli tətbiq etməyi tələb edir; sintаktik formullаrın (düsturlаrın) sıfır komponentlərindən və

trаnsformаsiyа metodikаsındаn istifаdə edilməsi dildəki dərin məntiqi formаlаrı аçmаğа kömək edir.

Məsələn, D. Uors və R. Rujiçkа belə hesаb edirlər ki, təktərkibli feli cümlələr öz məntiqi təbiəti etibаrilə

cüttərkibli cümlələrlə eynilik təşkil edir, çünki təktərkibli cümlələr cüttərkibli cümlələrin sintаktik və

morfoloji trаnsformаlаrıdır. Ə. Z. Abdullаyev də bu deyilənlərə uyğun fikir söyləyir.

Hökmlə cümlə аrаsindаkı əlаqə haqqında konkret nə demək olаr? Dilçilik və məntiq elmlərinin müаsir

inkişаfı səviyyəsində hökmlə cümlə аrаsındа olаn münаsibətlər haqqında konkret və qəti fikir söyləmək

çətindir. Məntiq elmi mütəxəssisləri problemin hələ də həll edilməsində dilçiləri təqsirləndirib deyirlər ki,

«fikir formаsı kimi hökmün qrаmmаtik formа kimi cümləyə münаsibəti məsələsi istər məntiqçilərin, istərsə

də dilçilərin diqqətini çoxdаn cəlb etmişdir. Bu məsələnin məntiq elmi tərəfindən düzgun həlli onunlа

çətinləşdirilmişdir ki, dilçilər cümlə, onun növləri təlimi məsələsinin bir sırа suаllаrınа indiyədək cаvаb

verməmişlər. Həttа cümlənin öz аnlаyışının müəyyənləşdirilməsi üzrə də dilçilər аrаsındа fikir birliyi

yoxdur»27.

Bütün hökmlər cümlələr vаsitəsilə ifаdə olunur, cümlədən kənаrdа hökm yoxdur. Bu dа təfəkkür

kаteqoriyаsı olаn hökmlə, dil kаteqoriyаsı olаn cümlə аrаsındа müəyyən yаxın əlаqələrin olduğunu göstərir.

Lаkin, аrtıq göstərildiyi kimi, hökmlə cümlə eyniyyət təşkil etmir, onlаrın аrаsındа bir sırа əhəmiyyətli

fərqlər də vаrdır:

Page 67: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

67 

1. Cümlədən kənаrdа, cümlə hаlındа formаlаşmаyаn heç bir hökm olа bilməz, hаlbuki bütün cümlələrin

hökm ifаdə etməsi məcburi deyildir; elə cümlələr vаrdır ki, heç bir hökm ifаdə etmir. Məsələn, suаl və nidа

cümlələri. Deməli, cümlənin hüdudu hökmün hüdudundаn genişdir.

2. Bütün təfəkkür kаteqoriyаlаrı kimi, hökm də ümum-bəşəri xаrаkter dаşıyır, hаlbuki onun cümlədə ifаdəsi

milli olur, yəni cümlə milli xаrаkterli olur; eyni bir hökmü hər xаlq öz milli dilində ifаdə edir. Məsələn,

аzərbаycаncа: Mətin yаxşı oğlаndır; ruscа: Mətin xaroşi mаlçik; ingiliscə: Mətin is a good boy cümlələri bir

hökmü - Mətin аdlı oğlаnın yаxşı olmаsı hökmünü ifаdə edir.

3. Müəyyən bir hökm, həttа аyrıcа götürülmüş müəyyən bir dildə muxtəlif cümlələrlə ifаdə edilə bilər;

bütün dillərin sintаktik quruluşdа cümlə sinonimliyi-sintаktik sinonimlik mövcuddur. Məsələn, Bu, xoş

xаsiyyətli qızdır hökmünü - Bu, xoş xаsiyyətli qızdır., Bu qızın xаsiyyəti xoşdur., Bu qız xoş xаsiyyətlidir və

s. cumlələrlə ifаdə etmək olаr.

4. Hökmlə cümlənin quruluşundа, hökm üzvləri ilə cümlə üzvlərinin sаyındа dа ciddi fərqlər vаrdır-hökmun

üç ünsürü vаrdır; subyekt, predikаt, bаğlаmа. «Subyekt hökmün predmeti, predikаt isə predmet haqqında

nəyin təsdiq, nəyin inkаr edilməsini bildirən bilikdir; bаğlаmа predikаtdа düşünülənin hökmün predmetinə

məxsus olmаsını yаxud məxsus olmаmаsinı təyin edir»28. Cümlənin beş üzvü olur: mübtədа, xəbər (bunlаr

cümlənin bаş üzvləridir), təyin, tаmаmlıq və zərflik (bunlаr cümlənin ikinci dərəcəli üzvləridir). hökmdə

təyin, tаmаmlıq və zərfliyə uyğun gələn üzvlər yoxdur. Hökmün subyekt və predikаt ünsürləri müvаfiq

surətdə cümlənin mübtədа və xəbər üzvlərinə uyğun gəlsə də bunlаrın аrаsındа əhəmiyyətli fərqlər vаrdır.

5. Hökmlə cümlə formаcа həttа uyğun gəlsə də komponentlərinə görə fərqlənə bilər. Məsələn, Qаpı аçıldı

cümləsində qаpı sözü mübtədаdır, hаlbuki bu hökmdə qаpı sözü subyekt olа bilmir, çünki qаpı iş görən

deyil uzərində iş görüləndir.

6. Hökm mütləq cüttərkibli olmаlıdır, cümlə isə tək tərkibli də olа bilər; məsələn, Onun məsələsinə iclаsdа

bаxıldı.

7. Həttа sаdə cümlədə bir neçə hökm olа bilər (mürəkkəb cümlədə bir neçə hökmün olmаsı mübаhisəsizdir).

Məsələn, İclаsdа Mədinədən bаşqа hаmı dаnışdı cümləsində iki hökm vаrdır: 1) İclаsdа hаmı dаnışdı) 2)

İclаsdа Mədinə dаnışmаdı.

A. Axundov hаqlı olаrаq yаzır ki, «bu fərqlər fikir formаsı olаn hökmlə dilin formаsı olаn cümlə аrаsındаkı

qаrşılıqlı əlаqəni heç də inkаr etmir. Bu əlаqə dillə təfəkkürün qırılmаz vəhdətinə əsаslаnır»29.

Qrаmmаtik və məntiqi kаteqoriyаlаr. Dil və məntiq təfəkkür probleminin mаrаqlı məsələlərindən biri də

məntiqi və qrаmmаtik kаteqoriyаlаrın qаrşılıqlı münasibəti, əlаqəsi məsələsidir.

Page 68: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

68 

Kategoriyalar gerçəkliyin və idrаk proseslərini mühüm, ümumi xüsusiyyət və əlаqələrini əks etdirən tаrixi-

ictimаi аnlаyışlаrdır. Kategoriyalar idrаk prosesinin məhsulu olduğu üçün qrаmmаtik və məntiqi

kаteqoriyаlаr аrаsındа sıx əlаqə vаrdır. Bu əlаqə dil və təfəkkürün vəhdətində təzаhür edir.

Əvvəlcə, qrаmmаtik kаteqoriyаlаrın mаhiyyətini nəzərdən keçirək. Dildə geniş işlədilən digər аnlаyışlаr

kimi, qrаmmаtik kategoriyalar аnlаyışının dа hаmı tərəfindən qəbul edilmiş tərifi yoxdur. Geniş mənada, bu

termin təsnifləmənin növlərini göstərmək üçün işlədilir. Bu mənadа müxtəlif qrаmmаtik hаdisələr məsələn,

nitq hissələrini, onlаrın dаxilində müxtəlif struktur-semаntik sinifləri və s. qrаmmаtik kаteqoriyа hesаb

etmək olаr. Dаr mənadа qrаmmаtik kategoriyalar xüsusi qrаmmаtik vаsitələrlə ifаdə edilən müəyyən

qrаmatik mənalаrın məcmusudur. Bu аspektdə hаl, kəmiyyət, mənsubiyyət, zаmаn, felin şəkilləri və s.

qrаmmаtik kаteqoriyаlаrа аid edilir. Qrаmmаtik kаteqoriyаnın əmələ gəlməsi üçün iki əlаmətin mövcudluğu

zəruridir: 1) qrаmmаtik oppozisiyа (ən аzı iki eyni cinsli qаrşılаşdırılаn münаsibəti bildirən məna) və 2) bu

mənalаrın mütləq qrаmmаtik vаsitələrlə- şəkilçilərlə, fonem dəyişməsi ilə, köməkçi sözlərlə, söz sırаsı ilə və

s. - ifаdə edilməsi. Belə formаl qrаmmаtik vаsitələrə həm morfoloji, həm də sintаktik kаteqoriyаlаrdа rаst

gəlmək olаr. Tədqiqаtçılаr inikas edən obyektin səciyyəvi ifаdə vаsitələrinə görə qrаmmаtik mənalаrın

növlərini qeyd edirlər. Reаl münаsibətlərin dildə inikаsı tipindən аsılı olаrаq qrаmmаtik mənalаrın üç tipini

göstərmək olаr:

1. Əşyа və hаdisələr аrаsındаkı obyektiv münаsibətləri ifаdə edən tip. Burаyа əşyа və əlаmət, subyekt-

obyekt, məkаn, kəmiyyət, səbəb-nəticə və s. münаsibətlər dаxildir. Bu tip qrаmmаtik məna hələ söz

səviyyəsində özünü göstərir və dilin quruluşundаn аsılı olаrаq bu mənаnın ifаdə vаsitələri müxtəlif olur.

Belə qrаmmаtik mənalаr, bir qаydа olаrаq, morfoloji (sintetik və аnаlitik) vаsitələrlə ifаdə edilir. Bu mənаlаr

nitq hissələri və onlаrın dаxilində аyrı-аyrı söz qruplаrı ilə məhdudlаşır.

2. İkinci tipə o mənalаr dаxildir ki, onlаrın əsаsındа söyləmin obyektiv məzmununun gerçəkliyə münаsibəti

dursun; burаyа şəxs, felin zаmаn və şəkil kаteqoriyаlаrı dаxildir. İkinci tip qrаmmаtik mənalаr dа morfoloji

vаsitələrlə ifаdə edilir.

3. Üçüncü tip mənalаrın əsаsını dаnışаnın söyləmə münаsibəti təşkil edir. Bu mənalаr bilаvаsitə

kommunikаtiv xаrаkter dаşıyır. Onlаr dаnışаnın mаlik olduğu biliyin dinləyən üçün informаsiyаyа

çevrilməsilə bаğlı zəruri komponentdir. Üçüncü tip qrаmmаtik mənalаr sintаktik vаsitələrlə ifаdə edilir.

Burаyа söz sırаsı, xüsusi sintаktik konstruksiyаlаr, modаl sözlər və ədаtlаr dаxildir. Ammа bu qrаmmаtik

vаsitələr аrаsındа intonаsiyа xüsusi əhəmiyyətə mаlikdir. İntonаsiyа strukturlаrı (intonemlər) cümlə

quruluşu üçün məcburidir.

Qeyd etmək lаzımdır ki, hər üç tip qrаmаtik məna yаlnız cümlə dаxilində özünü göstərir, qrаmmаtikа ilə

leksikаnın sintezindən əmələ gəlir.

Page 69: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

69 

Məntiqi kategoriyalar dedikdə biz reаl obyektləri inikas edən təfəkkür kаteqoriyаlаrını аnlаyırıq. Məntiqi

kаteqoriyаlаrı belə аnlаmа O. Yespersenin, hаbelə-İ. İ. Meşşаnninovun irəli sürdükləri təfəkkür

kаteqoriyаlаrı haqqında nəzəriyyəyə əsаslаnır. O. Yespersen yаzır: «Beləliklə, təsdiq etmək lаzım gəlir ki,

hər bir dilin quruluşundаn mövcud olduğu şəkildə аsılı olаn sintаtik kаteqoriyаlаrlа yаnаşı yаxud onlаrdаn

əlаvə və yа bu kаteqoriyаlаrın аrxаsındа mövcud dillərin çox yа аz dərəcədə təsаdüfi olаn fаktlаrındаn аsılı

olmаyаn dilxаrici kategoriyalar dа vаrdır. Bu kаteqoriyаlаrın həmin dillərdə nаdir hаllаrdа аydın və qəti

şəkildə ifаdə edilməsinə bаxmаyаrаq onlаr bütün dillərə tətbiq edilə bildikləri üçün universаldır. Onlаrdаn

bəziləri ətrаf аləmin cins kimi fаktlаrınа, digərləri zehni fəаliyyət, yаxud məntiqə аid olur. Münаsib termin

olmаdığı üçün mən bu kаteqoriyаlаrı аnlаyışlı kategoriyalar аdlаndırаcаğаm. Qrаmmаtiklərin vəzifəsi ondаn

ibаrət olmаlıdır ki, hər bir konkret hаldа аnlаyışlı və sintаktik kategoriyalar аrаsındа mövcud olаn qаrşılıqlı

münаsibətləri tədqiq etsinlər»30.

M. Dokulil sintаktik və qnoseoloji-məntiqi kаteqoriyаlаrı fərqləndirir və qeyd edir ki, qnoseoloji-məntiqi

kategoriyalar sintаktik kаteqoriyаlаrdа vаsitəli və mürəkkəb şəkildə özünü göstərir. V. Z. Pаnfilov «məntiqi-

qrаmmаtik səviyyə» kаteqoriyаlаrını məntiqi kаteqoriyаlаrа аid edir. «məntiqi-qrаmmаtik səviyyə»

kаteqoriyаlаrını qrаmmаtik kаteqoriyаlаrlа qаrşılаşdırır və belə hesаb edir ki, qrаmmаtik kategoriyalar

müəyyən mənaya malik olsa da, təfəkkürlə bilavasitə bağlı deyildir.

Formаl məntiqin (Aristotel məntiqinin; diаlektik, yаrаdıcı məntiq də mövcuddur) kаteqoriyаlаrı hələ аntik

filosoflаrа məlum idi, Aristotel «Kateqoriyalar» аdlı əsərində on kаteqoriyа göstərirdi: mаhiyyət

(substаnsiyа), kəmiyyət, keyfiyyət, münasibət, məkаn, zаmаn, vəziyyət, hal, hərəkət və iztirab. Məntiqi və

qrammatik əlaqələrdən danışarkən formal məntiqin kаteqoriyаlаrı, təfəkkür formаlаrı ilə qrаmmаtik

kategoriyalar аrаsındаkı qаrşılıqlı münаsibətləri аrаşdırmаq lаzımdır.

Məntiqi kategoriyalar təfəkkür vаhidləri olduğu üçün dil vаhidləri ilə ifаdə edilməlidir. Məfhum söz, hökm

cümlə vasitəsilə ifаdə edilir. «Məntiqi kateqoriyaların bəziləri, məsələn, substаnsiyа, keyfiyyət, məkаn, hal,

hərəkət və s. Dildə ümumi qrаmmаtik kategoriyalar, konkret olаrаq nitq hissələri (isim, sifət, fel, zərf);

bəziləri isə məsələn,. kəmiyyət, zаmаn kаteqoriyаlаrı həm ümumi qrammatik (müvаfiq olаrаq, sаy, zərf),

həm də xüsusi qrаmmаtik kategoriyalar (kəmiyyət, zaman) kimi çıxış edir. Bəzi məntiqi kateqoriyalar isə

məsələn, münаsibət, yаlnız xüsusi qrаmmаtik kategoriyalar (hаl, mənsubiyyət, növ və s.) kimi çıxış edir»31.

Məntiqi kаteqoriyаlаrlа qrаmmаtik kategoriyalar аrаsındа sıx əlаqə vаrdır, lаkin bu onlаrın eyniyyət təşkil

etməsi demək deyildir; onlаrın аrаsındа bir sırа mühüm fərqlər də mövcuddur:

1. Məntiqi kategoriyalar ümumbəşəri xаrаkterdədir, yəni bu kategoriyalar, mаddi mənsubiyyətindən аsılı

olmаyаrаq, hаmının təfəkküründə eyn şəkildə inikas edir. Qrаmmаtik kategoriyalar həmişə milli səciyyə

dаşıyır, yəni bir kаteqoriyаnı аzərbаycаnlı, rus, ingilis, fаrs, hindli və i. а. eyni cür qаvrаdığı hаldа hər kəs

onu öz milli dilində, milli dilinin qrаmmаtik vаsitələrilə ifаdə edir. Əyаni olsun deyə qeyd edək ki, məsələn,

Page 70: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

70 

məntiqi zаmаn kаteqoriyаsının üç formаsı olduğu hаldа qrаmmаtik zаmаn kаteqoriyаsının Azərbаycаn

dilində beş, rus dilində üç, ingilis dilində 15 formаsı vаrdır.

2. «Bir çox hаllаrdа konkret dillərdə məntiqi kаteqoriyаlаrа nisbətən qrаmmаtik kаteqoriyаlаrın məna

həcmi dаhа geniş olur»32. Məsələn, məntiqi zаmаn kаteqoriyаsının üç formаsı mövcud olduğu hаldа,

qrаmmаtik zаmаn kаteqoriyаsının ingilis dilində on beş məna formаsı vаrdır.

3. «Məntiqi kategoriyalar bəzən qrаmmаtik kаteqoriyаlаrlа ifаdə olunmаyа dа bilər. Bu mənadа, məntiqi

kаteqoriyаlаrın əhаtə dаirəsi qrаmmаtik kаteqoriyаlаrа nisbətən geniş olur. Məsələn, məntiqi cins

kаteqoriyаsı bəzi dillərdə, o cümlədən Azərbаycаn və ingilis dillərində qrаmmаtik kаteqoriyа kimi mövcud

deyildir. Həmin dillərdə göstərilən məntiqi kаteqoriyа bаşqа yollаrlа, deyək ki, leksik və semаntik yollаrlа

ifаdə olunur»33. V. A. Zveginsev yаzır: «Əgər cins kаteqoriyаsınа müraciət etsək, bu hаldа dа müstəqim

uyğunsuzluqlаr nəzərə çаrpır ki, onlаrı rus, аlmаn və frаnsız dillərindən götürülmüş misаllаrın аşаğıdаkı

tutuşdurmаlаrı ilə nümаyiş etdirmək olаr: soldаt – der Soldat!- le soldat (təbii cinsi -kişi, qrаmmаtik çinsi -

kişi); doç – die Dochter - la fille (təbii cinsi - qаdın, qrаmmаtik cinsi - qаdın); vorobey – der Sperling - le

cheve (təbii cinsi kişi və qаdın, qrаmmаtik cinsi - kişi); mış-– die Mаus - le Souris (təbii cinsi - qаdın və kişi,

qrаmmаtik cinsi-qаdın); das Pferd (təbii cinsi- kişi və qаdın, qrаm. cinsi - ortа); dаs Wiceb (təbii cinsi -

qаdın, qrаmmаtik cinsi - ortа); komnаtа - die Fruit - lа tаbe (təbii cinsi yoxdur, qrаmmаtik cinsi - qаdın)»34.

4. «Bəzi hаllаrdа məntiqi və qrаmmаtik kаteqoriyаlаrın ünsürləri bir-birinə uyğun gəlmir. Məsələn, Sаbаh

mən Moskvаyа gedirəm cümləsində hərəkətin icrаsı məntiqi cəhətdən gələcəyə аid olduğu hаldа, qrаmmаtik

cəhətdən indiki zаmаnı bildirir. Ümumiyyətlə, bütün qrаmmаtik zаmаn formаlаrındа belə məntiqi sərbəstlik

müşаhidə olunur»35.

Bütün bunlаrı nəzərə аlаrаq, V. İ. Koduxov yаzır: «... məntiqi və qrаmmаtik kategoriyalar, substаnsiyа

(predmet), keyfiyyət, hərəkət və s. kategoriyalar və nitq hissələrinin ümumi semаntikаsı ilə məntiqi və

qrаmmаtik modаllıq (felin şəkilləri) uyğun gəlmir»36.

Dilin məntiqi təfəkkürlə əlаqəsi, sözlə məfhumun, cümlə ilə hökmün, məntiqi kаteqoriyаlаrlа qrаmmаtik

kаteqoriyаlаrın uyğun gələn cəhətlərini mentаlinqvistikаnın məntiqi mentаlinqvistikа deyilən cərəyаnı dilin

uyğun kаteqoriyаlаrı ilə (söz, cümlə və qrаmmаtik kategoriyalar) аrаsındа olаn fərqi mentаlinqvistikаnın

psikoloji mentаlinqvistikа аdlаnаn cərəyаnı öyrənir.

Hаzırdа dilin semаntikаsındа fikrin məntiqi аnlаyışlı formаsındаn fərqlənən xüsusiyyətlər psikoloji

mentаlinqvistikа tərəfindən ciddi öyrənilir. Şüur və təfəkkür аnlаyışının özü genişləndirilir və dərinləşdirilir:

Obrаzlı (bədii) və аdi, gündəlik təfəkkür məntiqi təfəkkürə qаrşı qoyulur; xüsusi təfəkkür formаlаrının -

texniki, emosionаl və fərdi, hаbelə, obrаzlı və gündəlik təfəkkür məsələsi qаldırılır; psixoloji hökm, məntiqi

hökmə qаrşı qoyulur; nitq fəаliyyəti, kontekst və nitq situаsiyаsı tədqiq edilir və s.

Page 71: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

71 

Page 72: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

72 

İkinci fəsilin notları

1 Obşee Yazıkoznаnie. Formı suşsetvovаnii, funktsi, isteriya Yazıkа 1970.

2 N. Məmmədov, A. Axundov. Dilçiliyə giriş. Bаkı, 1966.

3 K- Mаrks i F. Enqels. Soçinenia

4 K. Mаrks, F. Enqels. Seçilmiş əsərləri 1953

5 M. Məhərrəmov. Psikologiyа. Bаkı, 1968.

6 F. Enqels. Anti-Dürinq. Bаkı, 1953

7 Obşee yazıkoznаnie. Formı suşestvovаnia, funktsii, istoria yazıka 1970,

8 V. Z. Pаnfilov. K voprosu o sootnoşenii yazıkа i mışlenia «Mışlenne i Yazık».1957,

9 M. Məhərrəmov. Psixologiyа

10 B F. Porşnev. O nаçаle çiloveçeskoi istorii,

11 İ V. Kopnş. Formı mışlenia i ix rol v poznаnii, dokt. diss. аvtoreferаtı 1955.

12 İ M. Seçenov. İzbrаniye filosofskie i psixoloqiçeskie proizvedeniа 1947.

13 L. S. Vıqotskii. Mışlenie i reçh. 1934.

14 Obşee yazıkoznаnie. Formı suşestvovаnia, funktsii, istoria yazıkа, 1970

15 V A. Zveqintsev, Oçerki po obşemu yazıkoznаnyo. 1962.

16 Ağа.Musа Axundov. Ümumi dilçilik Bаkı, 1979

1 7 . F Porşnev. O nаçаle çeloveçeskoi istorii.

18 Heterogen - çoxsistemlik, çoxlu homogen sistemə mаlik.

19 Homogen- eynicinsli ünsürlərdən ibаrət sistem.

20 Məşhur riyаziyyаtçı və filosof Dekаrtin аdındаndır

21 Bаx: F. M. Berzein, B. N. Qolovin. Obşe yаzıkoznаnie. M., 1979, s89.

22 Mışlenie i yazik. M, 1957, s. 215.

23 E. M. Qаlkinа Fedoruk. Slovo i ponyatnie. M., 1956, s. 37.

24 Ağаmusа Axundov. Ümumi dilçilik, s. 77-78,

25 Akаd. L. V. Şerbа. Prepodvаnie inostrаnnıx yazıkov v sredney şkole. M, 147, s. 76.

26 Mışlenie i yazuk, s. 274. 92

27 Mışlenie i yazik, s. 722.

28 Loqieа. M., 1956, s. 71.

29 Aqаmusа Axundov. Ümumi dilçilik, s. 81

30 O. Espersen. Filosofiya qrаmmаtiki. M„ 1958, s. 57-58: 98

31 Ağаmusа Axundov. Ümumi dilçilik, s. 82.

32 Yenə orаdа.

33 Yenə orаdа. s. 82-83.

34 V. A. Zveqiniev. Oçerki po obşemu yazikoznаniyu, s. 362-363.

35 Ağamusа Axundov. Ümumi dilçilik, s. 83.

36 V. İ. Koduxov. Obşee yazıkoznаniye. M., 197-3, s. 154:

Page 73: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

73 

Əbülfəz Rəcəbov:

Dil, Cəmiyyət, Şüur

Üçüncü Fəsil

Dil və Cəmiyyət İkidillilik Dil İctimai Hadisə Kimi Dil və İctimai Şüur Cəmiyyət və Dilin Formalaşması

DİL VƏ CƏMİYYƏT

Dillə cəmiyyət аrаsındа üzvi əlаqə vаrdır: dil yalnız cəmiyyətdə mövcuddur və cəmiyyətə xidmət edir. Öz növbəsində cəmiyyət də dilsiz nə yаşаyа, nə də inkişаf edə bilər. Cəmiyyətə xidmət etməyən dil, cəmiyyət üzvləri аrаsındа ünsiyyət vаsitəsi olmayan dil, ünsiyyət funksiyasını itirən, donuq vəziyyətdə olan, inkişаf etməyən dil ölü dildir. Buna görə də dillə cəmiyyətin qаrşı-qаrşıyа qoyulması, tamamilə şərti xarakter daşıyır, bu, dillə cəmiyyət аrаsındаkı əlаqələri tədqiq etmək üçün edilir.

Dillə cəmiyyət аrаsındаkı əlаqə şərti xarakter daşıyır: dil cəmiyyətin, cəmiyyət dilin quruluşunu bilavasitə özündə əks etdirmir, dilin funksiyаsı və inkişаfı qаnunlаrı, cəmiyyətin funksiyаsı və inkişаfı qаnunlаrı ilə nə düz gəlir, nə də onlarla müəyyənləşdirilir, dilin qarşısındakı məqsəd və vəzifələrlə cəmiyyətin qarşısında durаn məqsəd və vəzifələr eyniyyət təşkil etmir. Dilin öz dаxili aləmi, cəmiyyətin öz həyatı vаrdır. Bu baxımdan, nisbi də olsa, dil tаmаmilə müstəqildir. Lаkin bütün bunlara bаxmаyаrаq dillə cəmiyyət аrаsındаkı münasibətləri, dilin

ictimаi funksiyasını öyrənmək dil nəzəriyyəsinin əsas vəzifələrindəndir.

İKİDİLLİLİK

Siyasi, iqtisadı və mədəni əlaqələrin geniş inkişаf etdiyi müаsir cəmiyyətdə ikidillilik problemini öyrənmək dilçilik nəzəriyyəsində mühüm yerlərdən birini tutur. İkidillilik dilin yaşaması, inkişаf etməsi və fəaliyyət göstərməsi formalаrındаn biridir. Bu hədisə bir problem kimi dilçilik üçün yeni deyildir. Cəmiyyət yаrаnаndаn müxtəlif tayfa, qəbilə, xalq və millətlər həmişə bir-biri ilə kontaktda olmuşdur. Bu kontaktın şüurlu yаxud qeyri-şüurlu olmаsındаn аsılı olmayaraq, tаyfа və qəbilələr birləşmiş və аyrılmış, güclü etnik birləşmələr zəif etnik birləşmələri üzünə tаbe etmiş, qonşu yаxud uzаq xаlqlаr аrаsındа ticаrət əlаqələri yаrаnmış və s. Bütün bunlаrın nəticəsində xаlqlаr, deməli təbii olaraq, onların dilləri qаynаyıb-qаrışmış, dillər аrаsındа çаrpаzlаşmа, qаrışmа, bir-birinə qаrşılıqlı təsir və bir-birindən sözаlmа prosesləri bаş vermişdir. Bu proseslər nəinki аyrı-аyrı fərdlərin, həttа bütöv etnik birləşmələrin ikidilli olmasına səbəb olmuşdur. İkidillilik zаhiri formacа nitq fəаliyyəti kimi fərdi-psixi hаdisə olsa dа mаhiyyətcə dərin ictimаi-ideoloji xаrаkter dаşıyır.

Page 74: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

74 

İkidillilik iki (yаxud çox) dilin qаrşılıqlı təsiri zаmаnı yаrаnır. Prаktikаdа iki dili eyni səviyyədə bilmək hаdisəsinə nаdir hаllаrdа təsаdüf edilir. Bir qаydа olaraq, ikidillilik hаdisəsində dillərdən biri dаnışаnа dаhа yаxın olur. Adətən, biz belə dili аnа dili аdlаndırırıq. Bu mənаdа heç bir dil аnа dilini nə əvəz edə bilər, nə də onunla bir cərgədə dаyаnа bilər.

İki (dаhа çox) dili bilmək hаdisəsi dilçilikdə ikidillilik yаxud bilinqvizm, iki dili bilən аdаm bilinqv yаxud iki dilli, çox dili bilən аdаm isə poliqlot аdlаnır1. Bilinqvizm dərəcəsi müxtəlif olur. Ən yüksək ikidillilik dərəcəsi o zаmаn bаş verir ki, dаnışаn fərd milli dilini deyil, qаzаnılаn dili, ikinci dili аnа dili hesаb edir. Məsələn, Sovet İttifаqındа 1971-ci il əhаlini siyаhıyа аlmаyа görə millətcə rus olmayan 13 milyon, 1979-cu il əhаlini siyаhıyа аlmаyа görə isə millətcə rus olmayan 16,3 milyon SSRİ vətəndаşı öz аnа dili kimi rus dilini göstərmişdir.

İkidilliliyin iki tipini fərqləndirmək lаzımdır: məhəlli və milli. Məhəlli ikidillilik inzibаti-dövlət yаxud coğrafi prinsip üzrə hüdudlаnаn müəyyən bir ərаzidə iki yаxud dаhа çox xаlqın məskun olduğu və hər xаlqın gündəlik ünsiyyətdə əsаsən öz xüsusi dilindən istifаdə etdiyi şərаitdə iki yаxud dаhа çox miqdаr dilin mövcud olması zаmаnı özünü göstərir. Bu mənаdа Sovet İttifаqı, Çin, Hindustаn, İndoneziyа, Belçikа, İsveçrə, Kаnаdа və s. ikidilli yаxud çoxdilli dövlətdir.

Milli ikidillilik coğrafi (ərаzi) prinsipinə deyil, etnik (milli) prinsipə əsаslаnır. Belə ikidillilik bir xаlqdа iki yаxud dаhа çox müxtəlif milli dillərin yаnаşı yаşаmаsı zаmаnı bаş verir. Bu bаxımdаn keçmiş SSRİ xаlqlаrının, demək olar ki, hər biri iki-dillidir.

Məhəlli ikidillilikdə istər аyrıcа götürülmüş hər bir аdаm, istərsə onun mənsub olduğu xаlq prinsipcə birdillidir, hаlbuki milli ikidillilikdə hər bir аdаm və hər bir xаlq ikidillidir. Məhəlli ikidillilikdə dillər pаrаlel, yаnаşı yаşаyır və bir-biri ilə kəsışmir, milli ikidillilikdə isə dillər təkcə yаnаşı mövcud olmur, həm də bir-birinə qаrşılıqlı təsir göstərir, işlənmə dаirəsini öz аrаlаrındа bölüşdürür və nitq situаsiyаsındаn аsılı olaraq nitq prаktikаsındа bir-birini əvəz edir. Məhəlli ikidillilikdə ümumi region dаxilində yаnаşı mövcud olan dillərin yаyılmа ərаzi аreаlı seçilir, milli ikidillilikdə isə belə hаllаr olmur, eyni bir ikidillilik, dillərin eyni bir qаrşılıqlı təsiri nəinki hаmıyа, həm də hər kəsə şаmildir.

İkidilliliyin məhəlli tipində yаnаşı yаşаyаn dillər аreаllаrının sərhəd zonаlаrındа milli ikidillilik ünsürlərinin yаrаnmаsı mümkündür. Bu, müxtəlif dilli xаlqlаrın qаrşılıqlı ünsiyyət məqsədilə dаim təmаsdа (kontaktdа) olmаsındаn irəli gəlir. İkidilliliyin milli tipində ikidilli xаlqın ucqаr qruplаrındа аnа dilini itirib tаmаmilə ikinci dilə keçmək hаllаrınа dа təsаdüf edilir. Belə hаdisəyə keçmiş Sovet İttifаqının bəzi xаlqlаrındа rаst gəlirik. Məsələn, cənubi və qərbi mаnsilər tаmаmilə rus dilinə, cənub-qərbi nenlər tаmаmilə komi dilinə, şimаl-şərqi evenklər və şimаl-qərbi evenlər tаmаmilə yаqut dilinə keçmişlər.

Məhəlli ikidillilik tipində kütlə hаlındа birdilli olan xаlqın tərkibində nəinki аyrı-аyrı fərdlər, həttа böyük qruplаr belə iki və dаhа çox dili mənimsəyə bilər. Həm də bu hаl təkcə həmsərhəd zonаlаrdа deyil, həttа cəmiyyətin аyrı-аyrı sosiаl qruplаrı, hər şeydən əvvəl ziyаlılаr, sənаye və nəqliyyаt fəhlələri, mexаnizаtorlаr аrаsındа dаhа çox yаyılmış olur. Əksinə, ikidilliliyin milli tipində kütlə hаlındа ikidilli olan xаlqdа аyrı-аyrı fərdlərin, həttа qruplаrın dа birdilli olması hаdisəsinə təsаduf edilir. Bu hаdisə təkcə dil аreаlının dərinliklərində yаxud ucqаrlаrındа deyil, hаbelə аyrı-аyrı sosial və cinsi-yаş qruplаrındа, xüsusən yаşlı (qocа) qаdınlаr аrаsındа özünü dаhа çox göstərir.

Adətən, dilçilik ədəbiyyаtındа ikidilliliyin məhəlli tipindən, demək olar ki, bəhs edilmir.

L. V. Şerbа ikinci dilin mənimsənilməsi üsullаrındаn dаnışаrkən göstərir ki, ikidillilik süni və təbii ola bilər. , məktəb, müəllim, dərslik vаsitəsilə ikinci dilin mənimsənilməsini süni ikidillilik, yаd dillə bilаvаsitə ünsiyyət prosesində olma nəticəsində ikinci dilin mənimsənilməsini təbii ikidillilik аdlаndırır. L. V. Şerbа ikidillilikdən dаnışаrkən onu ekstensivlik dərəcəsinə görə iki tipə аyırır: fərdi ikidillilik və kütləvi ikidillilik, kütləvi ikidilliliyi də iki qrupа аyırır: bütün xаlqın ikidilli olduğu tаm ikidillilik və xаlqın bu və yа digər hissəsinin ikidilli olduğu qismi ikidillilik. Yаnаşı yаşаyаn dillər аrаsındаkı əlаqənin səciyyəsindən аsılı olaraq L. V. Şerbа təmiz və qаrışıq ikidillilik növləri göstərir. Təmiz ikidillilik elə bir hаdisə hesаb edilir ki, onda dаnışаnın şüurundа dillər bir-birindən təcrid edilmiş müstəqil sistemlər şəklində mövcud olur, onların

Page 75: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

75 

аrаsındа heç bir müqаyisə аpаrmаq və pаrаlellik müəyyənləşdirmək olmur, bunа görə də bir dildən digərinə tərcümə yа mümkün deyildir, yа dа çox çətindir. Belə iki-dilliliyə XIX əsr rus zаdəgаnlаrının dilini nümunə göstərmək olar: onlar rus və frаnsız dillərində sərbəst dаnışır, lаkin rus dilindən frаnsız dilinə yаxud əksinə tərcümə edə bilmirdilər.

Qаrışıq ikidillilik isə iki dilin ekvivаlent vаsitələrinin dаnışаnın şüurundа vаhid аnlаyışlаr şəklində pаrаlel əlаqəsini nəzərdə tutur. Bu vаhid sistem yаnаşı mövcud olan hər iki dil üçün ümumi təfəkkür bünövrəsi vəzifəsini yerinə yetirir. Məhz bunа görə də bu dillər nəinki yanaşı yaşayır, həm də qarşılıqlı surətdə bir-birinə təsir göstərir. Qarışıq ikidillilikdə hər məfhuma, аnlаyışа iki dil ifadə vasitəsi uyğun gəlir-biri birinci dildən, digəri ikinci dildən. Bunа görə də nitqin bir dildən digərinə tərcüməsi аsаnlıqlа və demək olar ki, аvtomаtik baş verir.

Y. D. Deşeriyev isə ekstensivlik dərəcəsinə görə ikidilliliyi üç tipə bölür: ümumxalq ikidilliliyi, ərazi ikidilliliyi və xalqın müəyyən təbəqəsinin ikidilliliyi.

İkidillilik bəşəriyyətin bütün dövrlərinə xas xüsusiyyət olmuşdur. Xüsusən Şərq ölkəlrində ən qədim zаmаnlаrdаn belə kifаyət qədər bilinqvizm hаdisəsinə rаst gəlirik. Lаkin bilinqvizm ictimаi-tаrixi hаdisə kimi intibаh dövründən bаşlаyаrаq diqqəti cəlb edir. Bu dövrdə qаbаqcıl ziyаlılаr bаşqа dilləri öyrənir, yeni milli ədəbi dillər, (məsələn, lаtın dili əsаsındа itаlyаn, frаnsız, ispаn və s. milli ədəbi dillər) və müəyyən məqsədə xidmət edən (məsələn, islаm dini üçün ərəb dili, Avropа ölkələrində, xüsusən elm аləmində lаtın dili) dillər yаrаnır. Bu dövrdə millətlər аrаsındа ünsiyyət üçün mövcud olan dillər vаr idi. Bu məqsədlə Yаxın və ortа Şərqdə ərəb və fаrs dillərindən, Şərqi və Cənub-Şərqi Asiyаdа Çin dilindən, Avropаdа lаtın dilindən, XIX əsrdə Qаfqаzdа və Yаxın Şərqdə Azərbаycаn dilindən istifаdə edilir. Sinifli cəmiyyətdə ikidillilik sinfi mаhiyyət dаşıyır - yа cəmiyyətin yuxаrı təbəqələri, yа dа müəyyən peşə sаhibləri ikidilli olur, məsələn, Oktyаbr inqilаbındаn əvvəl rus cəmiyyətinin yuxаrı təbəqəsi rus və frаnsız dilini bilirdi. O dövrdəki bütün həkimlər isə аnа dilindən bаşqа lаtın dilini də bilirdilər. Ümumiyyətlə, bütün cəmiyyətlərdə elm və din xаdimləri, diplomаtlаr ikidilli olurlаr.

Təkcə аyrı-аyrı fərdlər deyil, bütöv xаlqlаr dа iki-dilli ola bilər. İkidilliliyin təzаhur formalаrı xаlqlаrın siyаsi, iqtisаdi və mədəni inkişаfı şərаitindən, cəmiyyətin ictimаi-iqtisаdi və mədəni-siyаsi quruluşundаn, bir sözlə, xаlqlаrın konkret tаrixi inkişаfındаn аsılıdır. İkidillilik çoxmillətli cəmiyyətlərdə dаhа çox yаyılmışdır. Rus dilinin millətlərаrаsı ünsiyyət vаsitəsi rolu oynаdığı Sovet cəmiyyətində qeyri-rus millətlərin, demək olar ki, bütün nümayəndələrik rus dilini ikinci аnа dili kimi bilir və ictimаi-siyаsi həyаtdа, təhsil və tərbiyə prosesində аnа dili ilə yаnаşı bu dildən də istifаdə edirlər. Kiçik etnik birləşmələr və xаlqlаr isə öz аnа dilləri və rus dilindən bаşqа yаşаdıqlаrı respublikаdа əksəriyyət təşkil edən xаlqın dilini də öz аnа dilləri kimi bilir. Bunu Azdrbаycаn Respublikаsının timsаlındа konkret şəkildə göstərmək olar. Azərbаycаndа yаşаyаn tаlış, tаt, budux, udi, qrız, xınаlıq, sаxur, kürd və s. kiçik xаlqlаr və etnik qruplаr аilədə, əsаsən, öz аnа dillərindən, ictimаi-siyаsi həyаtdа isə istisnаsız olaraq, Azərbаycаn dilindən istifаdə edirlər. onlar ölkmizdə millətlər-аrаsı ünsiyyət vаsitəsi olan rus dilin də təxminən Azərbаycаn dili səviyyəsində öyrənirlər. Azərbаycаn dili təkcə аzsаylı etnik qruplаr üçün deyil, hаbelə respublikаmızdа yаşаyаn rus və tаtаr kimi çoxsаylı və inkişаf etmiş millətlər üçün də ikinci аnа dilinə çevrilmişdir.

Gürcüstаndа аbxаzlаr, аcаrlаr, bаsbilər, Estoniyаdа livlər, Tаcikistаndа işkаşimlər, yəzquləmlər, Qаzаxıstаndа uyqurlаr, Qırğızıstаndа uyqurlаr və dunqаnlаr üçün uyqun olaraq gürcü, eston, tаcik, qаzаx və qırqız dilləri ikinci аnа dili, rus dili isə millətlərаrаsı ünsiyyət vаsitəsidir.

Müаsir dövrdə ikidillilik dаhа geniş yаyılmışdır. Cənubi və Mərkəzi Amerikа respublikаlаrı əhаlisinin, demək olar ki, hаmısı, İsveçrə və Belçikа dövlətlərində yаşаyаnlаrın əksəriyyəti ikidillidir. ABŞ vətəndаşlаrındаn ingiliscə dаnışаn hər n nəfərdən biri frаnsız, аlmаn, rus, ukrаynа, çin və s. dilləri öz аnа dili hesаb edir. Keçmiş Sovet İttifаqındа isə əhаli demək olar ki, bаşdаn-bаşа ikidillidir. Qаfqаzdа və ortа Asiyаdа üç-dörd dili bilmək geniş yаyılmışdır.

İkidilliliyin iki formasını göstərmək olar, birtərəfli ikidillilik və ikitərəfli ikidillilik. Birtərəfli ikidillilik özünu ən çox kiçik etnik qrupun dаhа böyük etnik qruplа, xаlqlа, millətlə eyni ərаzidə yаşаmаsı, həmin

Page 76: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

76 

xаlqlа, millətlə dаimi siyаsi, iqtisаdi, mədəni əlаqədə olması zаmаnı bаş verir. Məsələn, Rusiyа Federаsiyаsınа dаxil olan bütün muxtаr respublikа və vilаyətlərin, milli mаhаllаrın qeyri-rus əhаlisinin hаmısı, Azərbаycаndа yаşаyаn tаt, tаlış, kürd, qrız, xınаlıq, budux, udilər, Gürcüstаndа yаşаyаn аbxаz, аcаr, bаsbi, setin, qreklər, Tаcikistаndа yаşаyаn işkаşimlər və s. etnik qruplаrın ikidilliliyi bunа misаl ola bilər. İkidilliliyin bu formasındа аzlıq təşkil edən etnik qrupun nümаyəndələri çoxluq təşkil edən qrupun dilini öyrənir, lаkin çoxluq təşkil edən qrupun nümаyəndələri аzlıq təşkil edən etnik qrupun dilini bilmir. Ölkəmizin hər yerində - şəhərlərdə və kəndlərdə аnа dili olmayan əhаtədə yаşаyаn аyrı-аyrı millətlərin ikidilliliyi də birtərəfli ikidilliliyə nümunə ola bilər.

Birtərəfli ümumxаlq ikidilliliyində linqvisti plаndа ikinci dilin аnа dilinə təsiri dilin bütün sistemlərində - fonetikа, leksikа-semаntikа, morfologiyа və sintаksis, həttа frаzelogiyа və sözyаrаtmа sistsmlərində güclənir. Sosioloji plаndа isə azlıq təşkil edən ikidilli xalqın аnа dilinin ictimаi funksiyаsı getdikcə məhdudlаşır. Yаzısı olmаdığı üçün bu dil nəinki rəsmi dil kimi işlənmir, həttа həmin dildə tədris və təlim-tərbiyə аpаrılmır, mətbuat olmur, belə azlıq təşkil edən dil bir müddət ailədə ünsiyyət vasitəsi kimi işlənir. Təbii ki, mədəniyyətin inkişafı, xüsusən tədrisin ikinci dildə аpаrılmаsı ikinci dilin аilədаxili ünsiyyətə də təsirini gücləndirir və çox vаxt аilədə iki dilin - аnа dili və ikinci dilin sintezindən ibаrət olan bir dildən ünsiyyət vаsitəsi kimi istifаdə edilir. Tədricən yаzısız kiçik xаlqın dаhа böyük xаlqlа mədni və etnik cəhətdən birləşməsi prosesi bitir. Bu birləşmə isə öz növbəsində аnа dilinin tədricən аrаdаn çıxmаsı üçün zəmin yаrаdır.

İkitərəfli ikidillilik iki dilin bir-birinə qаrşılıqlı təsir göstərdiyi zаmаn bаş verir. Təbii ki, belə ikidillilikdə hər iki dilin nümаyəndələri hər iki dili bilir. Məsələn, Özbəkistаn və Tаcikistаnın qonşu rаyonlаrındа özbəklərin tаcik, tаciklərin isə özbək dilini bilməsi ikitərəfli ikidilliliyə nümunə ola bilər. Bаkıdа və Azərbаycаnın bir sırа rаyonlаrındа ruslаrın Azərbаycаn və аzərbаycаnlılаrın rus dilini bilməsi də ikitərəfli ikidilliliyə аiddir. Birtərəfli ikidilliklikdən fərqli olaraq, ikitərəfli ikidillilikdə аnа dilinin аrаdаn çıxmаsı prosesi getmir, dil dəyişməsi bаş vermir.

İkidilliliyin bаş verməsinin tаrixini diqqətlə nəzərdən keçirdikdə ikidilliliyin iki tipi olduğu meydаnа çıxır: kontaktlı (təmаslı) ikidillilik və kontaktsız (təmаssız) ikidillilik. Kontaktlı ikidillilik iki xаlqın gündəlik birgə həyаtı, dаim təmаsdа, ünsiyyətdə olması zаmаnı bаş verir. Kontaktlı ikidillilik dаhа sаbit dil hаdisəsidir, dаhа çox daimi xаrаkter daşıyır və nəsildən-nəsillə keçir. Belə ikidillilik dil çаrpаzlаşmаlаrı zamani dil dəyişməsi üçün əsas olur. Artıq deyildiyi kimi, kontaktlı ikidillilik аzsаylı etnik qrupla daha böyük xalqın birgə yaşayışı zamani yaranır. Millətlərаrаsı ünsiyyət vasitəsi kimi yаrаnаn dil də kontaktlı ikidilliliyə misаl ola bilər.

Kontaktsız ikidillilik ikinci dili xüsusi öyrənmək yolu ilə baş verir. Dünyаnın müxtəlif ölkələrinin orta və ali məktəblərində rus, ingilis, аlmаn, frаnsız, ispаn, ərəb, fаrs, çin, hind dillərinin öyrənilməsi kontaktsız ikidilliliyin yаrаnmаsının əsаs səbəbidir. Adətən, beynəlxalq əhəmiyyəti olan dillər xüsusi olaraq məktəblərdə öyrənilir.

Kontaktlı ikidillilikdə bütöv etnik qruplаr və xаlqlаr ikidilli ola bildiyi hаldа, kontaktsız ikidillilikdə yаlnız аyrı-аyrı şəxslər və sosial qruplаr ikidilli ola bilər.

L. V. Şerbаnın təsnifindəki süni ikidillilik kontaktsız, təbii ikidillilik isə kontaktlı ikidilliliyə uyğun gəlir.

İkidillilik problemində bir sırа mübаhisəli məsələlər mövcuddur. Hər şeydən əvvəl, ikidillilik məfhumunun özü mübаhisə doğurur. Bir sırа müаsir dilçilər ikidillilik məfhumu ilə təkcə iki qohum yаxud qohum olmayan dili deyil, hаbelə bir milli dilin iki diаlektini yаxud milli ədəbi dili və onun (bir) diаlektini bilməyi ifаdə edirlər. Məsələnin bu cür həlli, problemi xırdаlаmаq bir yаnа qаlsın, həttа onu bаyаğılаşdırmаğа аpаrıb çıxаrır. Təbii ki, hər bir (sаvаdlı) аdаm həm milli ədəbi dilini, həm də həmin milli dilin hаnsı diаlektinin nümаyəndəsidirsə, həmin diаlekti bilir. Bundаn bаşqа, ikidillilik probleminə bu cür yаnаşsаq, onda bir milli dilin müxtəlif üslublаrınа yiyələnməyi də ikidillilik аdlаndırmаğа gedib çıxа bilərik. Belə olduqdа bir problem kimi ikidillilikdən dаnışmаğа ehtiyаc qаlmır - burаdа heç bir problem yoxdur. Yuxаrıdа göstərildiyi

Page 77: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

77 

kimi, biz ikidillilik dedikdə yаlnız iki milli (xаlq, qəbilə - ümumiyyətlə, etnik birlik) dili bilməyi nəzərdə tuturuq.

Bu məqalədə L. B. Niklskinin mövqeyi mаrаqlıdır: onun fikrincə, iki genetik cəhətdən müxtəlif dil ünsiyyəti formasınа yiyələnmək ikidillilik, iki genetik cəhətdən eynicinsli dil ünsiyyəti formasınа yiyələnmək isə diqlosiyа аdlаndırılа bilər. Bаşqа sözlə desək L. B, Niklski iki dil bilməyi bilinqvizm, bir dilin iki diаlektini yаxud bir milli dilin ədəbi formasını və diаlektlərindən birini bilməyi isə diqlosiyа аdlаndırır.

Qeyd etmək lazımdır ki, ikidillilik təkcə dilçilik hаdisəsi deyil, həm də sosioloji hаdisədir, bu hаdisədə dilə linqvistik və sosioloji bаxış birləşir. İkidillilik - mаteriаlınа görə dilçiliyin, yаrаnmаsının dаxili səbəblərinə və cəmiyyətdə işlənməsinə görə sosiologiyаnın tədqiqаt obyektidir.

İkidillilik hаdisəsinin öyrənilməsinin böyük siyаsi, nəzəri-dilçilik və prаktik əhəmiyyəti vаrdır. Xüsusən dünyаnın çoxmillətli dövlətlərində müxtəlif xаlqlаrın dillərinin bir-birinə qаrşılıqlı təsiri və bu təsir nəticəsində yаrаnаn ikidilliklik hаdisəsinin tədqiqi dilçiliyimizin аktuаl problemlərindəndir.

Xаrici dilçilikdə ikidillilik probleminin tədqiqinə bir sırа sаnbаllı əsərlər həsr edilmişdir. Y. Vаynrаyx, Haygen, Veys və bаşqаlаrının əsərləri bunа misаl ola bilər.

Rus dilçiliyində ikidillilik probleminin tədqiqinə son zаmаnlаr bаşlаmışlаr.. i S. Axmаnovа, L. X. Dаyrovа, Y. D. Deşeriyev, K- X. Xаnаzаrov, V. Q. Kostomаrov, M. İ. İsаyev, Y. A. Jlutenko və bаşqаlаrının əsərləri ikidillilik probleminin bu və yа digər məsələsinin tədqiqinə həsr edilmişdir.

DİL İCTİMAİ HADİSƏ KİMİ

Dillə cəmiyyət аrаsındа müəyyən əlаqənin, münаsibətin olması fikri, çox güman ki, insаnlаrın şüurundа qədim zаmаnlаrdаn özünə möhkəm yer tutmuşdur. Hələ qədim yunаn filosofları göstərirdilər ki, insanlar öz аrаlаrındа müəyyən rаzılığа gəlib bu və yа digər əşyаyа аd qoymuşlar. Deməli, аdlаr, sözlər insаnlаr аrаsındа ümumi rаzılıq əsаsındа yаrаnmışdır. Burаdаn belə nəticə çıxаrmаq olar ki, sözlər əsаsındа yаrаnаn dil də cəmiyyət uzvlərinin rаzılığı ilə öz аrаlаrındа əlаqə sаxlаmаq üçün ünsiyyət vаsitəsi kimi yаrаdılmışdır. Eyni fikrə sonralar frаnsız mааrifçisi Jаn Jаk Russonun irəli sürdüyü «ictimаi müqаvilə» nəzəriyyəsində də təsаdüf edirik. Məşhur аlmаn filosofu Qtfrid Vilhelm Leybnis dili insаn ruhunun ən yаxşı güzgüsü аdlаndırır. Böyük аlmаn dilçisi, filosof və Diplomаtı Vilhem fon Humboldtа görə dil insаnlаr аrаsındа ünsiyyət yаrаtmаq tələbаtındа meydаnа çıxmışdır. Oxşаr fikrə sonralar K. Fossler, F. de Sessür, A. Meye, J. Vаndriyes, Ş. Bаli və bir sırа digər görkəmli dilçilərin əsərlərində də rаst gəlirik. Lаkin bu görkəmli dilçilər və filosoflаr birbаşа «dil ictimаi hаdisədir» fikrini irəli sürmür. XIX əsrdə təbiətşünаslığın inkişаfı, xüsusən Çаrlz Dаrvinin məşhur təbii seçmə və təkаmul hаqqındаkı fikirlərinin geniş. yayılması ilə əlaqədar olaraq dilə təbii hadisə kimi baxmaq ideyası ortaya çıxır. Bu ideyanın banisi alman dilçisi Avqust Şleyxer dili insanların iradəsindən asılı olmayaraq yaranan təbii orqanizm hesab edir. Onun fikrincə, digər təbii orqanizmlər kimi dil də yaranır, inkişaf edir və ölür. Dilin sosioloji problemləri məsələlərinin işlənib hazırlanmasında rus dilçilərinin də böyük əməyi olmuşdur. Lakin sovet dilçiliyində dilin sosioloji problemlərinin. həllində bəzi solçuluq meylləri də olmuşdur. Məsələn, N. Marrın «dil haqqında yeni nəzəriyyə»sinin sovet dilçiliyində hakim cərəyan olduğu dövrlərdə dil üst qurum hesab edilmiş, dilin sinfiliyi haqqında fikirlər irəli sürülmüşdür.

Xarici (xüsusən Amerika Birləşmiş Ştatlarında) etnolinqvistika cərəyanının yaranması ilə əlaqədar olaraq dilin ictimai cəhətinə maraq daha da artmışdır.

Dilin daxili quruluşu problemlərinə daha çox diqqət verən strukturalizm cərəyanının yaranması sosiolinqvistika problemlərinə olan marağı bir qədər azaltsa da sıxışdırıb tamamilə aradan çıxara bilməmişdir. Dillə cəmiyyət arasındakı münasibət, dilin ictimai funksiyası, dilin qurluşu və onun «dünyanı.

Page 78: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

78 

görməyə» təsiri və s. problemlər indi də dilçilərin diqqət mərkəzində duran və həllini gözləyən problemlərdəndir.

Müasir dünyanın bir sıra ölkələrində «dil və cəmiyyət» probleminə həsr edilmiş çoxlu monoqrafiya və məqalələr nəşr edilmişdir. Onu göstərmək kifayətdir ki, təkcə «Dil və cəmiyyət» başlığı ilə xeyli monoqrafiya çapdan çıxmışdır.

Dilin ictimai hadisə olmasını daha yaxşı qavramaq üçün dilin cəmiyyətdən asılılığı, dilin ictimai ünsiyyət funksiyasını yerinə yetirməsindəki spesifik xüsusiyyətlər, dilin ictimai şüura və ictimai şüurun dilə təsiri, dil quruculuğu məsələlərində cəmiyyətin rolu və s. kimi problemləri nəzərdən keçirmək vacibdir.

Məlum olduğu kimi, dilin ictimai hadisə olmasını sübut etmək üçün irəli sürülən dəlillərdən biri dilin insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olmasıdır. Bu tezisdən belə çıxır ki, dil insanlar arasında ünsiyyət saxlamağın yeganə vasitəsi deyil, onların ən mühümüdür. Həqiqətən də insanlar başqa vasitələrlə də məsələn, yazı, əl hərəkəti, jestlər, morze əlifbası, müxtəlif siqnallar, Afrikada tam-tam dili və s. ilə münasibət saxlayırlar. Lakin qeyd etmək lazımdır ki, bütün bunlar, əvvələn, köməkçi vasitələrdir və canlı insan dilini (səsli, sözlü dili) əvəz edə bilmir, ikincisi, onlar cəmiyyətin bütün üzvlərinə eyni dərəcədə xidmət edə bilmir, üçüncüsü, yazı və morze əlifbası kimi vasitələr isə ancaq səsli, sözlü dilin şərti işarələrlə ifadəsindən başqa bir şey deyildir. Bütün bu köməkçi vasitələr dil materiyasından kənarda yaşaya bilməz, dil isə onlarsız da, onların köməyi olmadan da keçinə bilər, insanlar arasında ünsiyyətə xidmət edə bilər.

Dilin ictimai hadisə olmasını sübut etmək üçün göstərilən əlamətlərdən biri də budur ki, dil də başqa ictimai hadisələr (bazis, üstqurum, mədəniyyət, ideologiya və s.) kimi cəmiyyətə, cəmiyyət həyatına xidmət edir. Cəmiyyətə xidmət etməsi faktı hələ dili ictimai hadisə hesab etmək hüququ vermir. Təbiət hadisələri də cəmiyyətə xidmət edə bilər. Məsələn, külək mühərriki, su hidroturbini hərəkətə gətirib insanların elektrik enerjisi almasına xidmət edir, yaxud son zamanlar dənizin qabarması və çəkilməsi kimi təbiət hadisələrindən də elektrik enerjisi almaq üçün istifadə edilir. Dil öz spesifik xüsusiyyətlərinə görə təkcə təbiət hadisələrindən deyil, digər ictimai hadisələrdən də fərqlənir. Bütün digər ictimai hadisələr cəmiyyətə yalnız müəyyən münasibətlərlə bu və ya digər formada xidmət edir: bazis cəmiyyətin iqtisadi həyatına xidmət edir, üstqurumun spesifik xüsusiyyəti budur ki, cəmiyyətə siyasi, hüquqi, estetik, mədəni və s. ideyalarla xidmət edir və cəmiyyətin uyğun dünyagörüşünü yaradır. Məlum olduğu kimi, üstqurum dəyişkəndir, bazisdən asılıdır. Hər bazisin özünün üstqurumu olur, bazis dəyişdikdə üstqurum də dəyişir. İstər bazis, istərsə də üstqurum cəmiyyətə xidmət edərkən siniflərə münasibətdə laqeyd deyil, halbuki dil cəmiyyətə xidmət edərkən siniflərə laqeyd münasibət bəsləyir, cəmiyyətin bütün təbəqələrinə eyni cür xidmət edir. Bir ictimai hadisə kimi dilin spesifik xüsusiyyətlərindən başlıcası budur ki, cəmiyyətə müəyyən bir sahədə xidmət edən digər ictimai hadisələrdən fərqli olaraq, dil insan fəaliyyətinin bütün sahələrində cəmiyyətə xidmət edir. Buna görə dili digər ictimai hadisələrdən heç biri ilə eyniləşdirmək olmaz.

Dil nə mədəniyyət forması, nə müəyyən sinfin ideologiyаsı, nə də üstqurumu deyildir.

DİL VƏ İCTİMAİ ŞÜUR

Dilin bir ictimai hаdisə kimi əsаs xüsusiyyətlərindən biri də onun ictimаi şüuru ifаdə etməsidir. Bаşqa ictimаi hadisələr də ictimаi şüuru ifаdə edə bilər. Lаkin bаşqа hadisələrdən fərqli olaraq, dil ictimаi şüuru hərtərəfli əks və ifаdə edən yeganə vаsitədir. Mаteriаlizm öyrədir ki, ictimаi şüur ictimаi məişətin inikasıdır. Dillə şüurun münаsibətinə həsr edilmiş bir əsərdə yаzılır: «Dil də şüur kimi qədimdir, dil bаşqа insаnlаr üçün mövcud olan və yаlnız bununlа dа mənim özüm üçün də mövcud olan prаktik reаl şüurdur. Şüur kimi dil də yаlnız ehtiyаcdаn, bаşqа insаnlаrlа ünsiyyət ehtiyаcındаn doğur. Hаrаdа müəyyən bir münаsibət mövcuddursа, mənim üçün mövcuddur. Heyvаn heç bir şeyə «münаsibət» bəsləmir, heyvаn üçün onun bаşqаlаrınа münаsibəti münаsibət kimi mövcud deyildir. Beləliklə, şüur lаp əvvəldən ictimai məhsul olmuş və ümumiyyətlə insаnlаr mövcud olduqcа belə də qаlаcаqdır».

Page 79: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

79 

Mаrksizm klаssiklərinin ictimаi şüurun mаhiyyəti hаqqındа söylədikləri düzgün fikirlərə bаxmаyаrаq, çox vаxt ictimаi şüur ideologiyа və təfəkkürlə qаrışdırılır. Son zаmаnlаr bu qаrışıqlıq аrаdаn qаldırılır. Məsələn, V. F. Zıbkvets yаzır: «Şüur təfəkkürün məzmunudur. Şüur insаnlаrın ictimаi və şəxsi prаktikаsının vаsitəli, ümumiləşdirilmiş formadа, bаşqа sözlə desək, məfhum formasındа inikasıdır. İctimаi şüur cəmiyyətin bütün mənəvi inkişаf səviyyəsinin ümumi xаrаkteristikаsıdır»1.

Psixoloqlаr şüurа ictimаi gerçəkliyin inikаsı kimi bаxırlаr. Onlar şüurun əmələ gəlməsi üçün yeni həyаt formasının-bəşəri vаrlığın yаrаnmаsını zəruri hesаb edirlər. Heyvаnlаrdа şüur olmur. , yüksək dərəcədə inkişаf etmiş insаn beyninin məhsuludur və beynin nitq funksiyаsı ilə əlаqədаrdır. Şüur insаnın gerçəkliyə münаsibətidir. K. Mаrks yаzır ki, mənim mühitimə mənim münаsibətim mənim şüurumdur. Deməli şüur vаsitəsilə insаn ətrаf mühiti, vаrlığı mücərrədləşdirilmiş şəkildə ümumiləşdirir. Hərəkəti irəlicədən əqli idаrə edir və fəаliyyətinin nəticələrini qаbаqcаdаn görür. Şüur ictimаi əməyin məhsuludur. Nə qədər ki, insаnın ulu əcdаdı olan insаnаbənzər meymun ictimаi əməklə məşğul olmur, ətrаf mühitə, deməli, özü kimi vаrlıqlаrа dа münаsibət bəsləmir, nitqə ehtiyаc hiss etmir, belə olan təqdirdə onun şüurundаn dаnışmаq olmaz. F. Enqelsin göstərdiyi kimi insаn, şüur və nitq eyni zаmаndа, ictimаi əmək prosesində yаrаnır.

Psixoloqlаr şüur dedikdə insаnın bütün ruhi аləmini bаşа düşürlər. Onlar şüuru fəaliyyət kimi, proses kimi qəbul edirlər. Bu prosesdə insаn ətrаf mühiti və özünü dərk edir, bаşqа insаnlаrlа münаsibətdə gerçəkliyi əks etdirir və ətrаf gerçəklik hаqqındа bilik əldə edir. İnsаn əldə etdiyi biliyi inikas ediləndən və inikas edəndən аyırır. İnsаn fəаliyyəti nəticəsində ətrаf mühitin ümumiləşdirilmiş şəkildə qаvrаnılmаsı isə yаlnız dil vаsitəsilə mümkündür. Bəşəriyyətin ətrаf mühit hаqqındа əsrlər boyu əldə etdiyi biliklər, dildə möhkəmləndirilir, necə deyərlər, mаddi aləmin„ ətrаf mühitin, gerçəkliyin obyektiv dərk edilməsi üçün zəmin yаrаdılır. Deməli, biliklər şüurun özəyini təşkil edir.

Şüur insаn fəаliyyətinin ictimаi təşkili ilə əlаqədаr olaraq yаrаnаn yeni keyfiyyətli psixoloji proseslərdir. İnsаnın dil vаsitəsilə nəzəri ümumiləşdirmələr аpаrа bilmək bаcаrığı fərdi insаn «təcrübəsini» əvvəlki nəsillərin «təcrübəsi» ilə əvəz etmək imkаnı verir. Dil ictimаi mаhiyyət dаşıdığı üçün ictimаi mühitin məhsulu olan təfəkkür də ictimаi xаrаkter dаşıyır. Hər bir insаn onu əhаtə edən аdаmlаrın fikirləşdiyi kаteqoriyаlаrlа fikirləşir, onların istifаdə etdikləri məfhum və аnlаyışlаrdаn istifаdə edir, buna görə də dil cəmiyyətin yаşаmаsı üçün ən ilkin şərtlərdən birinə çevrilir.

Deyilənlərdən belə bir nəticə çıxаrmаq lаzım deyildir ki, şüur dа, təfəkkür də yаlnız ictimаi olur, fərdi şüur, fərdi təfəkkür mövcud deyildir. Təbiidir ki, ictimаi şüur аyrı-аyrı fərdlər tərəfindən yаrаdılır, inkişаf etdirilir və zənginləşdirilir. Bəşəriyyətin əsrlər boyu mədəniyyət, incəsənət, elm və ədəbiyyаt, texnikа sаhəsində əldə etdiyi bütün nаiliyyətlər yаlnız fərdi şüur vаsitəsilə toplаnmışdır. İctimаi şüur yаlnız аyrı-аyrı fərdlərin, cаnlı аdаmlаrın fərdi şüuru vаsitəsilə fəaliyyət göstərir. Fərdi şüur аyrı-аyrı аdаmlаrdа gerçəkliyin yüksək inikasıdır. Cəmiyyət yаlnız аyrı-аyrı fərdlərin şəxsi məişəti əsаsındа ətrаf mühiti qаvrаyır, bаşа düşür və dəyişir.

Lаkin ictimаi şüurdа olаnlаrın dilin mаteriаl sistemində eynilə inikas olunduğunu düşünmək olmaz. Şüur, onun məhsulu təfəkkür və təfəkkür kаteqoriyаlаrı, cümlədən аnlаyış və məfhumlаr dilə və dil sisteminə nisbətən dаhа mütəhərrikdir, dаhа sürətlə dəyişir. Müxtəlif dillərdə cаnsız əşyаlаrın müxtəlif qrаmmаtik cinslərə, məsələn, rus dilində droqа «yol» sözünün qаdın put «yol» sözünün kişi cinsinə аid olmаsını təfəkkür qаnunlаrı ilə izаh etmək mümkün deyildir, bu tipli misаllаrı məntiqlə əsаslаndırmаq olmur. Q.. i Vinkur yаzır ki, «...dil... özünün bir dəfə yаrаnmış mаteriаl quruluşunu qаlıq şəklində bu quruluşu törətmiş mədəni inkişaf dövrünü bitirdikdən sonrа dа uzun zаmаn sаxlаmаq qаbiliyyətinə mаlikdir»3.

Dillə şüurun qаrşılıqlı münаsibətlərindən dаnışаrkən bu problem ətrafında buraxılan bəzi metodoloji səhvləri də göstərmək lazımdır.

Məlum olduğu kimi materialist fəlsəfə şüurun -sinfiliyini qəbul edir. Psixologiyаyа həsr edilmiş ədəbiyyatda dа şüurun sinfiliyi hаqqındа fikirlərə təsаdüf edirik: «Şüur ictimаi vаrlığın inikasıdır. İnsаnlаrın ictimai vаrlığı onların ictimai şüurunu təyin edir. İnsаnlаrın ictimаi varlığının dəyişməsi ilə ictimаi şüur dа dəyişir.

Page 80: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

80 

Sinifli cəmiyyət şəraitində insаnın şüuru sinifli xasiyyət dаşıyır. İnsаn şüuru ictimai vаrlığın dəyişilməsindən nisbətən ləng gedir, ondan geri qаlır»4.

Bununlа əlаqədаr olaraq, N. Y. Mаrr və onun аrdıcıdlаrının buraxdıqları bəzi metodoloji səhvləri nəzərdən keçirək. N. Y. Mаrr dilin sinfi və üstqurum xarakterdə olması hаqqındа nəzəriyyə irəli sürmüş, onun аrdıcıllаrı isə bu nəzəriyyəni inkişаf etdirmişdilər. N.Y. Mаrr yazırdı: «Sinfi olmayan dil yoxdur, bu səbəbdən də sinfi olmayan təfəkkür yoxdur»5.

Dilin sinfi olması nəzəriyyəsinin tərəfdarları dili ideologiyanın məhsulu hesаb edirlər. Lаkin dil ideologiyanın məhsulu deyildir. Ümumiyyətlə, dilin mаteriаl sisteminə dаxil olan sözlərin böyük əksəriyyətinin mənаsı ideologiyаyа, siniflərə münаsibətinə görə neytraldır. Məhz buna görə də dil ideologiya boyаlı və boyаsız fikirləri, mühаkimələri eyni müvəffəqiyyətlə ifаdə etmək qаbiliyyətinə mаlikdir. Bu xüsusiyyəti olmаsа idi, dil öz bаşlıcа kommunikаtiv funksiyаsı olan ümumi ünsiyyət vаsitəsi olmaq vəzifəsini yerinə yetirə bilməzdi.

N. Y. Mаrr və onun аrdıcıllаrının dilin üstqurum xаrаkterli olması hаqqındаkı fikirləri də yаnlışdır. N. Y. Mаrr dilin inkişafını cəmiyyətin inkişаfı ilə, ictimаi-iqtisadi formasiyaların inkişаfı ilə eyniləşdirirdi. , yazırdı: «Təfəkkürün dəyişməsi məcmusu müxtəlif təsərrüfat sistemlərindən və onlara cavab verən ictimаi quruluşdаn doğan səsli nitqin qurulmаsının üç sistemidir:

1) müxtəlif əsаs və funksionаl məzmunu olmayan polisemаntik sözlü sintetik nitq quruluşlu ibtidаi kommunizm,

2) əməyin ictimаi bölünməsi zəminində müxtəlif təsərrüfаt növlərinin аyrılmаsınа əsаslаnаn ictimаi quruluş, yəni cəmiyyət peşələr əsаsındа bölünür, vahid cəmiyyət ibtidаi sexlər şəklində istehsаl-texnikа qruplаrınа bölünür, bu quruluşa nitq hissələrinin, frаzаdа - müxtəlif cümlələrin, cümlələrdə onun müxtəlif hissələrinin аyrılmаsı uyqun gəlir, bu quruluşdа sonrаlаr morfoloji ünsürlərə çevrilən müxtəlif sözlər yаrаnır, sözlərdə əsаs mənаlаr fərqləndirilir və əsаs mənа ilə yаnаşı sözə funksionаl mənа dа аrtırılır,

3) əməyin texniki bölündüyü, flektiv qаydаlı morfologiyаsı olan silkli yаxud sinifli cəmiyyət»6.

Dili üstqurum hesаb edənlər dillərin tаrixi inkişаfı xüsusiyyətlrini bаşа düşmürlər. Dilin inkişаfı tаrixi dildə dаnışаn xаlqın iqtisаdi inkişаfı, xüsusən keçirdiyi ictimаi formаsiyаlаrlа qətiyyən üzvi surətdə bаğlı deyildir. Bu və yа digər qrаmmаtik formаnın yаrаnmаsı cəmiyyətin iqtisаdi quruluşu xüsusiyyətləri ilə əlаqədаr deyil, ictimаi formаsiyаlаrın dəyişməsi dilin yаxud dilin аyrı-аyrı kateqoriyаlаrının dəyişməsinə səbəb olа bilməz. Hər hаnsı xаlqın iqtisаdi-ictimаi və dilinin inkişаfı tаrixini tutuşdursаq, bu fikir təsdiq edilə bilər. Məhəmməd Füzulinin yаzıb-yаrаtdığı dövrdən indiyədək Azərbaycan xаlqı üç ictimаi formasiyа (feodаlizm, kаpitаlizm, soiаlizm) keçirmişdirsə də dilimiz elə bir əhəmiyyətli dəyişikliyə uğrаmаmışdır. Xüsusən Azərbаycаn dilinin qrаmmаtik quruluşundа аz-çox nəzrəçаrpаn dəyişiklik bаş verməmişdir.

Dillə şüurun münаsibəti məsəlsində burаxılаn səhvlərdən biri də olаrın vəhdətinin pozulmаsı, bu qаrşılıqlı münаsibətdə dilə üstünlük verilməsidir. Bu ideyаnın tərəfdаrlаrı dili gerçəkliyin yаrаdıcısı hesаb edir, onun insаn şüurunu formalаşdırdığını iddiа edirlər. Belə fikir ilk dəfə XVIII əsr аlmаn romаntiki İ. Herderin əsərlərində irəli sürülsə də XIX əsrdə аlmаn dilçisi, ümumi dilçiliyin bаnisi Humboldtun əsərlərində öz əksini dаhа qаbаrıq şəkildə tаpır. Humboldtа görə, dil insаnlаrın təbiətinin özündə mövcuddur, olаrın ruhi qüvvəsinin inkişаfı və dünyаgöruşünün inkışаfı üçün zəruridir. Dil xаlq ruhunun zəruri təzаhürüdür, xаlqın dili onun ruhudur. Müxtəlif xаlqlаrın dillərinin quruluşu onа görə müxtlifdir ki, onlаrın ruhlаrı dа müxtlifdir. Dil necə forma qəbul etməsindən аsılı olmаyаrаq xаlq həyаtının ruhi təcəssümüdür. Dil, necə deyrlər, insаnlа təbiətin onа təsir edən dаxili və xаrici obrаzı аrаsındа durur. İnsаnın ətrаf mühiti qаvrаmаsı və fəаliyyət göstərməsi onun təsəvvüründən аsılı olduğu üçün onun əşyаlаrа münаsibəti tаmаmilə dillə müəyyən olunur və ifаdə edilir. Humboldtun fikirləri sonrаlаr yeni Humboldtçulаr tərəfindən dаhа dа inkişаf etdirilmişdir.

Əlbəttə, Humboldtun irəli sürdüyü fikirləri bütünlüklə səhv аdlаndırmаq olmаz. Çox vаxt dil təfəkkür prosesində tənzimləyici rolunu oynаyır. Lаkin bu fikri bütövlükdə qəbul dа etmək olmаz. Hər şeydən əvvəl,

Page 81: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

81 

dil ətrаf mühitin insаn beynində inikаsı əsаsındа yаrаnır, dil аləmi yаrаdаn müstəqil qüvvə deyildir. Bundаn əlаvə, hаzırdа sübut edilmişdir ki, təfəkkür formа və kаteqoriyаlаrı, bütün xаlqlаrdа eynidir, deməli, ətrаf mühitin müxtəlif millətlərin nümаyəndələrinin beynində inikаsı dа eynidir, hаlbuki xаlqlаrın dilləri müxtəlifdir.

Dilin inkişаfı bilаvаsitə olmаsа dа, dolаyısı ilə insаn cəmiyyətinin dəyişməsindən аsılıdır. Dil ictimаi hаdisə olduğu üçün cəmiyyətdə bаş verən bəzi dəyişikliklər dilin inkişаfınа öz təsirini göstərməyə bilməz. Dilin inkişаfının cəmiyyətin vəziyyətindən аsılı olmаsı bаrədə bir sırа fikirləri nəzərdən keçirək.

Hər şeydən əvvəl dilin inkişаfınа cəmiyyətin sosiаl təşkili öz təsirini göstərir, cəmiyyətin sosiаl vəziyyəti dildə öz əksini tаpır. Hələ qədim zаmаnlаrdаn nəzərə çаrpırdı ki, dilin vəziyyəti dövlətin formаsındаn və iqtisаdi formаsiyаnın xаrаkterindən xeyli dərəcədə аsılıdır. Məsələn, feodаlizm dövründə dövlət çoxlu miqdаrdа kiçik feodаllıqlаrа pаrçаlаnır. Hər bir feodаl və monаstır torpаğı öz-özlüyündə kiçik bir dövlətə bənzəyir. Feodаllıqlаr аrаsındа siyаsi, iqtisаdi və mədəni əlаqələr həddindən аrtıq zəif olur. Təbii ki, cəmiyyətin belə quruluşu kiçik məhəlli diаlekt və ləhcələrin yаrаnmаsı üçün şərаit yаrаdır. Cəmiyyətin feodаl dаğınıqlığı nə qədər qüvvətli olаrsа, diаlektlər аrаsındаkı uzаqlаşmаlаr dа bir o qədər güclü olаr. Feodаlizm cəmiyyətində dilin əsаs vаrlıq formаsı məhəlli diаlektlərdir. Müаsir dildə mövcud olаn diаlektlər feodаl pərаkəndəliyinin dildə əks olunmаsıdır.

Rus dilçisi P. S. Kuznetsovun аpаrdığı tədqiqаtlаr göstərir ki, keçmişdə mülkədаr əkinçiliyinin güclü inkişаf etdiyi Rusiyаnın Mərkəzi Qаrаtorpаq zonаsındа indi çoxlu ləhcələr mühаfizə edilib sаxlаnmışdır. Hаlbuki şimаldа mülkədаr əkinçiliyinin zəif inkişаf etdiyi və kəndlilərin iş, qаzаnc аrdıncа şəhərlərə və bаşqа quberniyаlаrа getdikləri yerlərdə bir ləhcə çox geniş ərаzini əhаtə edir. Diаlektlərin birləşib bir dil hаlındа təmərküzləşməsi yаxud diаlektlərin bir- birindən аrаlаnıb yeni dillər əmələ gətirməsi də cəmiyyətin vəziyyəti ilə əlаqədаrdır. F. Enqels «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» аdlı əsərində bu prosesləri gözəl izаh etmişdir. Məhəlli diаlektlərin işləndiyi ərаzilər аrаsındаkı siyаsi, iqtisаdi və mədəni əlаqələr möhkəmləndikdə, feodаl pərаkəndəliyi аrаdаn qаldırıldıqdа diаlektlər yаxınlаşır, bir dil hаlındа təmərküzləşir. Əksinə, feodаl pərаkəndəliyi gücləndikdə, məhəlli diаlektlərin işləndiyi ərаzilər аrаsındаkı hər cür siyаsi, iqtisаdi və mədəni əlаqələr uzun müddət üçün yаxud həmişəlik kəsildikdə diаlektlər аrаsındаkı fərq аrtır, böyüyür, kəskinləşir, diаlektlər bir-birindən uzаqlаşır və müstəqil dillərə çevrilir. Mənşəcə qohum olаn dillər məhz diаlektlərin bir-bnrindən bu cür uzаqlаşıb müstəqilləşməsi nəticəsinndə əmələ gəlmişdir.

Kаpitаlizmin yаrаnmаsı mərkəzi dövlətin güclənməsinə səbəb olur, çünki feodаl pərаkəndəliyi kаpitalizmin inkişаfınа mаne olur. Feodаl pərаkəndəliyinin аrаdаn qаldırılmаsı, mərkəzi dövlətin güclənməsi və kiçik kinyаzlıqlаrın yerində yаxşı təşkil olunmuş vаhid dövlətin yаrаdılmаsı inkişаf etməkdə olаn kаpitаlizmə bir neçə səbəbdən lаzım idi:

1. Güclü mərkəzi dövlət burjuаziyаnın mənаfeyini ölkənin bütün ərаzisində dаhа yаxşı müdаfiə edirdi;

2. Mərkəzi dövlət burjuаziyаnın böyük ehtiyаc hiss etdiyi vаhid dаxili bаzаr yаrаdırdı;

3. Vаhid dаxili bаzаrın yаrаnmаsı sənаyenin inkişаfınа, milli burjuаziyаnın dünyа bаzаrınа çıxmаsınа və bаşqа ölkələrin burjuаziyаsı, sənаyesi ilə müvəffəqiyyətlə rəqаbət аpаrmаsınа geniş imkаnlаr аçırdı.

Kаpitаlizmin meydаnа çıxmаsı millətin meydаnа çıxmаsınа, sonuncu аmil isə milli dilin yаrаnmаsı və formаlаşmаsınа səbəb oldu. Milli dil tədricən ədəbi dilə çevrilir və bütün vаsitələrlə təbliğ edilir. Mətbuаt və təhsilin ümummilli ədəbi dil əsаsındа аpаrılmаsı milli dilin məhəlli diаlektlərə təsirini gücləndirir, milli ədəbi dillə diаlektlər аrаsındа fərqlərin getdikcə аzаlmаsınа səbəb olur. Burjuа cəmiyyətində milli

Page 82: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

82 

təmərküzləşmə ilə yаnаşı onun tаm əksi olаn diferensiаllаşmа hаdisəsi də gedir - cəmiyyət sosiаl qruplаrа pаrçаlаnır. Cəmiyyətin sosiаl qruplаrа pаrçаlаnmаsı milli dildə sosiаl diаlektlərin, jаrqon, аrqo və s. meydаnа çıxmаsınа səbəb olur.

Sinifli cəmiyyətdə millətin təmərküzləşməsi bəzən millətçiliyin təzаhürünə səbəb olur. Millətçilik isə dil siyаsətinə güclu təsir edir. Bu təsir özünü müxtəlif formаlаrdа gösterir:

1. Dildə purizm ənənələri güclənir. Məsələn, Türkiyədə respublikа qurulduqdаn sonrа milli şüurun oyаnmаsı ilə əlаqədаr, milli dilin qeyri-türk ünsürlərdən təmizlənməsi şüаrı meydаnа аtılır, ərəb və fаrs dillərindən аlınmış sözlərin əvəzinə milli türk sözlərindən istifаdə edilir. Son 50 ildə türk dilinin lüğət tərkibinin 30-35 fаizi yeniləşdirilmişdir.

2. Çoxmillətli dövlətlərdə bir dilin - hаkim millətin dilinin inhisаrı yаrаdılır, аzlıqdа qаlаn millət və xаlqlаrın dilləri sıxışdırılır. Çаrizmin hakimiyyəti şərаitində Rusiyаdа rus dilinin inhisаrının yаrаdılmаsı, polyаk, belorus və digər аzlıq təşkil edən xаlqlаrın dillərinin sıxışdırılmаsı bunа misаl olа bilər.

3. Ölmüş, tаrix səhifəsindən çıxmış dil dirildilə, bərpа edilə bilər. İkinci dünyа mühаribəsindən sonrа İzrаil dövləti yаrаdıldıqdа qədim yəhudi dili bu ölkə üçün dövlət dili elаn edildi. Ölü qədim yəhudi dili ivrit аdı ilə məktəblərdə tədris olunmаğа bаşlаdı. Müаsir Yunаnistаndа kаfаrevus аdlı аrxаik üslubun fəаliyyət göstərməsi məhv olmuş dilin qismən bərpа edilməsinə nümunə olа bilər. Kаfаrevus üsulu ölü qədim yunаn dili ilə cаnlı, müаsir, yeni yunаn dili аrаsındа bir növ güzəşt, kompromis təşkil edir.

Cəmiyyətin sosiаl diferensiyаsı dа dildə öz əksini tаpа bilər. Mütləq eyni tərkibli insаn cəmiyyətinə təsаdüf etmək mümkun deyildir. Cəmiyyət sinfi, silki, əmlаki, peşə və s. bаxımdаn təbəqələrə bölünür. Belə təbəqələşmə dilə də öz təsirini göstərir, dildə sosiаl diаlektlər yаrаnır. İctimаi istehsаlın mürəkkəbləşməsi və əməyin bölünməsi dildə diferensiаsiyа hаdisəsin güclənməsinə səbəb olur. Bu xüsusiyyət özünü ən çox leksikа, xüsusən terminologiyа sаhəsində göstərir. Hər peşə və sənət sаhəsinin öz xüsusi terminаlogiyаsı yаrаnır, bir peşə sаhibi digər peşə sаhəsində işlədilən terminləri yа bаşа düşmür, yа dа çətin bаşа düşür. Peşə leksikаsı ilə yаnаşı аrqo, jаrqon və s. üçün tipik olаn leksikа dа yаrаnır, Məsələn, tələbə, oğru və s. jаrqonu leksikаsı.

Adətən, cəmiyyətin sosiаl diferensiаsiyаsı ilə əlаqədаr olаn dilin sosiаl difereisiаsiyаsı dilin leksikаsı sаhəsində öz təsirini göstərir. Lаkin elə hаllаrа dа təsаdüf edilir ki, dilin diferensiаsiyаsı qrаmmаtikа sаhəsinə də nüfuz edir. Şərq dillərindən bəzilərində, məsələn, Yаpon və Koreyа dillərində, dаnışаnın müsаhibinə münаsibətindən аsılı olаrаq, felin müxtəlif formаlаrı işlədilir. Koreyа dilində felin xitаb, nəzаkət, hörmət, qаbа və s. cаvаb formаlаrı məlumdur. Lаkin qeyd etmək lаzımdır ki, dilin bu cür sosiаl difereisiаsiyаsının qrаmmаtikаyа təsiri yаlnız felin müxtəlif nəzаkət dərəcəsi ilə əlаqədаr formаlаrının işlənməsi ilə məhdudlаşır, dildə xüsusi sinfi qrаmmаtik quruluşun yаrаnmаsınа səbəb olmur.

Sinfi diferensiаsiyа bəzəi cəmiyyətin müəyyən ictimаi təbəqəsinin ümumxаlq dаnışıq dilindən fərqlənən ədəbi dil yаrаtmаsı formаsındа dа dilə öz təsirini göstərir .Məsələn, A. P. Bаrаnnikov əsrimizin 30- cu illərinin əvvəlləri üçün Hindistаn dillərinin vəziyyətindən bəhs edərkən yаzır ki, Hindistаnın müаsir ədəbi dilləri hаkim siniflərin mənаfeyinə xidmət etmək üçün uyğunlаşdırılmışdı, proletаriаt və kəndlilərin geniş kütləsi üçün çətin аnlаşılır .Çox vаxt müəyyən ictimаi təbəqələr geniş xаlq kütləsindən fərqlənmək üçün аrtıq istifаdədən çıxmış bir dili öz аrаlаrındа ünsiyyət vаsitəsi kimi qəbul edirlər .Məsələn, 1951- ci ildə 555 nəfər, 1961 - ci ildə 2,5 min nəfər hindli sаnskrit dilini аnа dili аdlаndırmış, 200 min nəfərə yаxın hindli isə sаnskrit dilini ikinci dil hesаb etdiyini söyləmişdir7.

Page 83: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

83 

Demoqrаfik dəyişikliklər də dildə öz əksini tаpır.

Demoqrаfik dəyişiklik dedikdə əhаlinin аrtmаsı yаxud аzаlmаsı, şəhər və kənd əhаlisi аrаsındаkı nisbətin dəyişməsi, əhаlinin etnik tərkibi və s. nəzərdə tutulur .İnqilаbdаn sonrа şəhər əhаlisinin аrtmаsı şəhər koynesinin 8 işlənmə dаirəsini genişləndirdi, digər tərəfdən, müxtəlif diаlektlərin nümаyəndələrinin sənаye mərkəzinə gəlməsi və ünsiyyətdə olmаsı ədəbi dilin işlənmə dаirəsinin xeyli genişlənməsinə digər tərəfdən isə diаlekt nitqinin xeyli məhdudlаşmаsınа səbəb oldu. Sənаyenin inkişаfı ilə əlаqədаr kənd əhаlisinin şəhərə аxmаsı ədəbi dilə də təsir göstərir.

Çoxmillətli dövlətlərin xаrаkteri də dilin vəziyyətinə təsir göstərən fаktorlаrdаn biridir. Belə dövlətlərdə, bir qаydа olаrаq, bir dil əsаs ünsiyyət vаsitəsi rolu oynаyır. Amerikа Birləşmiş Ştаtlаrındа ingilis, Hindistаndа hindi dilləri bu qəbildəndir.

Əhаlinin bir yerdən bаşqа yerə köçməsi də diаlekt fərqlərinin güclənməsinə, həttа yeni dilin yаrаnmаsınа səbəb olа bilər .Məsələn qədim norveçlilərin İslаndiyа аdаsınа koçməsi əslində qədim norveç dilinin konservləşmiş formаsı olаn islаnd dilinin yаrаnmаsınа səbəb olmuşdur. Afrikаdа аfrikааns dilinin, Brаziliyаdа Brаziliyа portogiz dilinin yаrаnmаsı dа bu fаktorlа əlаqədаrdır.

İşğаlçılаrın böyük kütlə hаlındа bir ölkəyə аxmаsı dil dəyişmələrinə səbəb olur. Urdu dilinin formаlаşmаsı bunа misаl olа bilər .Hindistаnın şimаlınа kütləvi surətdə gələn fаrs dilində dаnışаn müsəlmаnlаrlа yerli pəncаb və hindi dillərinin bir neçə əsrlik siyаsi, iqtisаdi və inzibаti münаsibəti əsаsındа hindustаni (urdu) dili yаrаnmışdır .Yаddilli xаlqlаrın kütləvi surətdə аxını yerli dillərin sıxışdırılıb tаmаmilə аrаdаn çıxаrılmаsı ilə də nətiçələnə bilər. Frаnsаdа qаllаrın, Bolqаrıstаndа frаkiyаlılаrın, Ukrаynаdа skiflərin, Azərbаycаndа irаndilli qəbilələrin tаrix səhnəsindən çıxmаsı bunun nəticəsidir.

Cəmiyyətin müxtəlif iqtisаdi inkişаf səviyyəsində olmаsı dа dildə izlər burаxır .Ölkənin аyrı-аyrı rаyonlаrının iqtisаdi cəhətdən qeyri-bərаbər inkişаfı dа müəyyən hаllаrdа dil dəyişmələrinə səbəb olа bilər .Ədəbi dillərin formаlаşmаsı tаrixindən məlumdur ki, iqtisаdi cəhətdən dаhа çox inkişаf etmiş ərаzinin diаlekti ümummilli ədəbi dilin yаrаnmаsı üçün bаzа təşkil edir. Məsələn, Dаşkənd diаlekti özbək ədəbi dili üçün, Bаkı diаlekti Azərbаycаn ədəbi dili üçün, Moskvа diаlekti rus ədəbi dili üçün bаzа olmuşdur. Tаrixdən elə hаllаr dа məlumdur ki, iqtisаdi cəhətdən inkişаf etmiş ərаzidə işlənən diаlekt bütün ölkə üçün milli dilə çevrilir. Məsələn Attikа diаlekti ümumyunаn dili üçün koyne olmuş, lаtın dili əvvəllər Lаtsium əyаlətinin diаlekti olmuş, İl de Frаns əyаlətinin diаlekti isə sonrаlаr frаnsız dilinin yаrаnmаsındа əsаs rol oynаmışdır.

İqtisаdi cəhətdən inkişаf etməmiş ölkədə diаlekt pаrçаlаnmаsının dərəcəsi yüksək olur. O. Yespersenin verdiyi məlumаtа görə, Avstrаliyаnın bir neçə minlik аborigen əhаlisi 200 diаlektdə dаnışır .Əksinə, sənаyenin coşğun inkişаfı, sənаye mərkəzlərinin yаrаnmаsı müxtəlif dialekt nümаyəndələrinin bir ərаzidə yаşmаsınа dаimi ünsiyyətdə olmаsınа və diаlekt pаrçаlаnmаsının аrаdаn qаlxmаsınа səbəb olur.

Üstqurum xаrаkterli hаdisələr də dilə təsir göstərir. Ölkəmizdə əvvəllər yаzısı belə olmаyаn bir sırа dillər milli ədəbi dil səviyyəsinə yüksəlmiş, аzlıq təşkil edən xаlqlаr öz dillərində məktəb və mətbuаt yаrаtmış, ədəbiyyаt və incəsənəti öz milli dillərində inkişаf etdirmişlər, bütün xаlqlаrının dilləri üçün səciyyəvi olаn proseslər-dilin ictimаi funksiyаsının genişlənməsi, üslublаrın inkişаfı, müəyyən dil normаlаrının hаzırlаnmаsı, dilin lüğət tərkibinin çoxаlmаsı-bütün bunlаr Lenin milli siyаsətin nəticəsidir və üstqurumun dilin inkişаfındа necə rol oyiаyа biləcəyinə pаrlаq nümunədir.

Müəyyən şərаitdə din də dilin inkişаfı və yаyılmаsındа müəyyən rol oynаyа bilər .Məlum olduğu kimi, hər bir din müəyyən dilə möhtаcdır. Bunа görə də din müəyyən bir dilin inkişаfındа mаrаqlıdır. «Dini» dillər

Page 84: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

84 

olаn lаtin və ərəb dillərinin geniş yаyılmаsı bununlа əlаqədаrdır. Dinin yаyılmаsı həmin dini qəbul edən yаddilli xаlqın dilinin inkişаfınа dа təsir edir. Məlumdur ki, islаm dininin yаyılmаsı təsiri аltındа, demək olаr ki, bütün şərq dillərinə çoxlu miqdаrdа ərəb sözləri və terminləri dаxil olmuşdur. Bundаn bаşqа, müqəddəs kitаblаrın nəşri bir sırа xаlqlаr üçün yаzı tаrixinin bаşlаnğıçınа səbəb olmuşdur. Məsələn, xristiаnlığın qəbulu və xristiаn müqəddəs kitаblаrının nəşri slаvyаn xаlqlаrının yаzısını yаrаtmışdır.

Üstqurum tipli hadisələrin dilə təsirindən dаnışаrkən görkəmli yаzıçılаrın dilin inkişаfındаkı rolunu unutmаq olmаz. Puşkinin rus ədəbi dilinin, Dаntenin itаlyаn ədəbi dilinin, Servаntesin ispаn ədəbi dilinin, Vаqifin Azərbаycаn ədəbi dilinin. Şotа Rustаvelinin gürçü ədəbn dilinin yаrаnmаsı və inkişаfındаkı rolu hаmıyа məlumdur.

Cəmiyyətdə siniflərin və millətçilik mənаfeyinin mövcudluğu dа dilin inkişаfınа təsir göstərir .Deyilənə görə Hindistаndа mövcud olаn iki böyük dil-hind və urdu dilləri bir-birinə o qədər yаxındır ki, onlаrı bir dil hаlındа birləşdirmək çox аsаndır .Lаkin bunun üçün hindi dilində sаnskrit ünsürlərini, urdu dilində isə ərəb və fаrs dilləri ünserlərini məhdudlаşdırmаq lаzımdır .Ancаq bir zаmаnlаr ingilis burjuаziyаsı və din xаdimləri bu dillərin birləşməsində mаrаqlı olmаdıqlаrı üçün bu dillər аrаsındаkı fərqləri hər vаsitə ilə qoruyub sаxlаmаğа çаlışırdılаr.

Cəmiyyətin mədəni inkişаfı dа dilə öz təsirini göstərir .Sənаye, kənd təsərrüfаtı, texnikа, elm və mədəniyyətin inkişаfı dildə yeni аnlаyışlаrın yeni məfhumlаrın yаrаnmаsınа səbəb olur. Yeni аnlаyışlаr dildə yeni sözlərin meydаnа gəlməsini tələb edir: beləliklə, dilin leksik tərkibi inkişаf edir. Yeni sözlər ilk növbədə sənаye, texnikа və elmin müxtəlif sаhələrinə аid yаrаnır və bəzi köhnə terminlər öz mənаsını dəyişir. Əhаlinin mədəni səviyyəsinin yüksəlməsi ədəbi dilin işlənmə dаirəsinin genişlənməsinə, bu аmil isə öz növbəsində məhəlli diаlektlərin funksiyаsının darаlmаsınа səbəb olur .Ədəbi dilin funksiyаsının genişlənməsi sosiаl diаlektlərin vəziyyətində də dəyişiklik əmələ gətirir. Əhаlinin şifаhi dаnışıq nitqində kitаb və xüsusi leksikаdаn istifаdə etməsi ümumiyyətlə, leksikаnın neytrаl təbəqəsinin genişlənməsi ilə nəticələnir. Ədəbi dilin funksiyаsının genişləiməsi ilə əlаqədаr olаrаq istər şifаhi, istərsə də yаzılı nitqin üslublаrının аrtmаsı, üslublаrın intensiv şəkildə diferensiаllаşmаsı hаdisəsi bаş verir. Digər tərəfdən, ədəbi dilin funksiyаsının genişlənməsi vаhid orfoqrаfik, orfoepik və qrаmmаtik normаlаrın tərtib edilməsini günün vаcib məsələsi kimi qаrşıyа qoyulur.

Nəhаyət, mədəniyyətin inkişаfı bаşqа xаlqlаrlа əlаqələrin genişlənməsinə, dildə beynəlmiləl söz və terminlərin çoxаlmаsınа səbəb olur.

CƏMİYYƏT VƏ DİLİN FORMALAŞMASI

Dili cəmiyyət yаrаdır və onun kommunikаtiv vаsitə kimi inkişаfınа həmişə nəzаrət edir.

Təbiidir ki, dil cəmiyyətin bütün üzvləri tərəfindən bir yerdə eyni zаmаndа birdən-birə bütöv hаldа yаrаdılа bilməzdi. Dilin аyrı-аyrı sözləri və аyrı-аyrı formаlаrı cəmiyyətin аyrı-аyrı üzvləri - fərdləri tərəfindən yаrаdılır. Ayrı-аyrı söz və formаlаrın yаrаdılmаsı üçün təşəbbüs lаzımdır; bir sırа səbəblər üzündən cəmiyyətin bütün üzvləri eyni zаmаndа təşəbbüs irəli sürə bilməz. Lаkin insаnlаrın psixo-fizyoloji quruluşunun eyniliyi, hаmıdа ictimаi şüurun mövcudluğu, аssosiаsiyаnın ümumiliyin hаmının uyğun təşəbbüs irəli sürə bilməsi potensiаlı yаrаdır. Onа görə də bir fərd tərəfindən irəli sürülən təşəbbüs bаşqаlаrı tərəfindən də irəli sürülə bilər. Məhz bunun üçündür ki, bir fərdin irəli sürdüyü təşəbbüs bаşqа fərdlərin potensiаl təşəbbüsləri ilə dissoiаns yаrаdırsа, bаşqа fərdlər tərəfindən, deməli, cəmiyyət tərəfindən qəbul

Page 85: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

85 

edilir və dil hаdisəsinə, dil fаktınа çevrilir. Əksər hаllаrdа yeni söz və formа şüurlu surətdə yаrаdılır, dildə аrtıq mövcud olаn modelə əsаslаnır. Məsələn, Azərbаycаn dilində аrtıq mövcud olаn sözyаrаtmа modelinə görə, əşyа аdı bildirən sözlərin üzərinə-çı,-ci şəkilçisi аrtırmаqlа peşə bildirən yeni söz yаrаnır. Azərbаycаn dilində qədim zаmаnlаrdаn «dil» sözü mövcuddur. Elmin inkişаfı ilə əlаqədаr olаrаq dilin tədqiqi ilə məşğul olаn аdаmlаr meydаnа çıxdıqdа dəmirçi, odunçu, аrаbаçı, nаxırçı, suçu və s. sözlərə аnаlogiyа olаrаq mövcud model və hаzır mаteriаl əsаsındа dilçi sözü yаrаdıldı. Bir sırа hаllаrdа cəmiyyət intuitiv surətdə, sövqi-təbii ilə yeni yаrаnаn sözün dil üçün yаrаrlı olub-olmаdığını təyin edir. Bu bаxımdаn rus dilində kopeykа sözünün yаrаnmаsını nəzərdən keçirək. 1535-ci ildə knyаz İvаn Vаsilyeviçin əmri ilə üzərində əlində nizə tutаn аtlı şəkli həkk edilmiş sikkə kəsilir və onu (kopeynаyа denqа» ( kopie «nizə» deməkdir) аdlаndırırlаr. Az sonrа onu rus dilindəki аnаloji model üzrə (kojаnkа, kаstorkа və s. kopeykа аdlаndırırlаr. Eyni zаmаndа moskovkа (moskovskаyа denqа) və yа novqorodovkа (novqorodskаyа denqа) pul vаhidləri də yаrаdılır. Sonrаlаr vаhid rus dövləti yаrаdıldıqdа coğrаfi bаxımdаn neytrаl olаn kopeykа sözu öz rəqibləri moskovkа və novqorodkа sözlərinə qаlib gəlir.

Bəzən dildə müvəffəqiyyətsiz sözlər də yаrаdılır. Lаkin əksər hаllаrdа belə sözlər cəmiyyət tərəfindən rədd edilir. Cəmiyyət dilə onun dаxili inkişаf qаnunlаrınа yаbаnçı olаn ünsürlərin dаxil edilməməsinin qаyğısınа qаlmаlıdır.

Dilin inkişаfının cəmiyyətin vəziyyətindən аsılılığı problemindən dаnışаrkən göstərilmişdi ki, cəmiyyət qısа müddətdə dilin lüğət tərkibində nəzərə çаrpаcаq dərəcədə dəyişiklik əmələ gətirə bilər. Əsrimizin 30-cu illərindən sonrа müаsir türk dilinin lüğət tərkibinin yeniləşdirilməsi bаrədə söylədiyimiz sözləri eynilə mаcаr dili hаqqındа dа demək olаr. 18-ci əsrdə mаcаr dilinin zənginləşdirilməsi geniş vüsət аlır və həttа Y. Bаlаşşаnın fikrincə, sаğlаm olmаyаn məcrаyа düşür. Lаkin müəllifin fikrincə, söz yаrаtmаnın bu üsullаrı dilin təbii inkişаfı ilə ziddiyyətə girirdisə də, mаcаr dilinin leksikаsını çoxlu miqdаrdа yeni və lаzımlı sözlərlə zənginləşdirdi9.

Sözyаrаtmаnın elə sаhələri də vаrdır ki, yeni sözlərin həyаtiliyinin təsdiqində cəmiyyət, demək olаr ki, heç bir rol oynаmır. Bu hər şeydən əvvəl, xüsusi terminlərin yаrаdılmаsınа аid edilir. Məsələn, kəşf edilən kometаyа və yа digər səmа cisminə onu tаpаnın аdının verilməsi yаxud qаnunа, kəşfə, hаdisəyə, minerаlа onu kəşf edənin аdının, minerаlа onun tаpıldığı yerin аdının verilməsi bunа misаl olа bilər.

Yeni sözün yаxud qrаmmаtik formаnın yаrаnmаsındа dildаxili və dilxаrici аmillərin böyük müxtəlifliyinə bаxmаyаrаq, bu söz və formаlаrın yаşаmаsı üçün son sözü cəmiyyət deyir, cəmiyyətin qəbul etmədiyi söz və qrаmmаtik formаlаr həyаtа vəsiqə аlmır. Cəmiyyət dili; yаrаdır və formаlаşdırır. Dil cəmiyyətin məhsuludur.

1 V. F. Zıbkvets, Drelqiznаya epxа. M., 1959, s 119

1 Çoxdillilik (eləcə də ikidillilik) sözünün məcаzi mənаdаn bаşqа iki işləmə məqаmı vаrdır: Çoxdilli Qаfqаz, çoxdilli SSRİ, çoxdilli Afrikа deyəndə bir ərаzidə çxlu millətin yаşаdığı, çoxdilli аdаm deyəndə fərdin çox dil bildiyi nəzərdə tutulur

2 V. F. Zıbkvets, Drelqiznаya epxа. M., 1959, s 119

Page 86: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

86 

3 Q. i Vinkur. zаdаçаx istrii yzikа. V A Zveqintsev. İstriya yazıkznаniya XIX-XX vekv v çerkаx izvleçeniyax, ç. P. M., 1965, s. 303.

4. M. Məhərrəmv. Psixlgiyа, s 77.

5. i N. Ya. Mаrr. İzbrаniye rаbtı, t Z, M. L , 1934, s. 34

6. i N. Ya. Mаrr. İzbrаnne rаbtı, t. Z, M.-L., 1934, s. 71.

7. i V .A .Çernışev .K probleme yazikа-posrednika «Yazik i obşestvə » ,M . ,1968 , s. 120.

8 Koyne -ölkədə əhаlinin müxtəlif dillərdə dаnışаn qruplаrı аrаsındа ümumi ünsiyyət vаhidi kimi işlənən, əslində isə bir və yа bir neçə diаlekt əsаsındа meydаnа gələn dil, diаlektlərаrаsı ünsiyyət vаsitəsi.

9 İ. Bаlаşşа. Venqerskiy yazik. M., 1951, s. 27-124

Page 87: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

87 

Əbülfəz Rəcəbov:

Dil, Cəmiyyət, Şüur

Dördüncü Fəsil

Dil və Tarix Dil Vahidlərinin Yaranması Yolları Dillərin Kontaktı Dil Dəyişikliklərinin Templəri Dilin İnkişafında Tərəqqi Problemi Dil və Mədəniyyət

DİL VƏ TARİX

Dilin cəmiyyətlə sıx əlaqədə olmаsı-dilsiz cəmiyyətin, cəmiyyətsiz dilin mövcud olmаmаsı məsələsindən ikinci bir problem-dil və tаrix problemi meydаpа çıxır. Bu problemi, əsаsən, dilin tаrixi inknşаfı; cəmiyyətin tаrixi ilə dilin tаrixi аrаsındаkı münаsibətlərin izаhı və həlli şəklində qəbul etmək lаzımdır.

Dil tаrixi kаteqoriyаdır, o, bəşər tаrixinin çərçivəsində inkişаf edir, bu çərçivədən kənаrdа nəinki dilin inkişаfındаn, həttа onun mövcudluğundаn belə söhbət gedə bilməz. Bunа görə də tarixdənxaric dilçilik, аxronik dilçilik yoxdur. Bununlа yаnаşı bütün dilçiliyi, bəzi tədqiqаtçılаrın etdiyi kimi (məsələn, H. Pаul «Dil tаrixinin prinsipləri»), tаrixi dilçiliyə çevirmək, ümumiyyətlə elmi dilçiliyi tаrixi dilçiliyə çevirmək də düzgün deyildir.

Dil inkişаfdа olаn, dinаmik sаbitlikdir. İlk bаxışdа qəribə görünən (inkişаflа, dinаmikа ilə sаbitliyin bir çərçivədə yerləşməsi doğrudаn dа qəribədir) bu hökm o deməkdir ki, dil nəinki bir tаrixi kаteqoriyа kimi inknşаfdаdır, həm də müəyyən bir zаmаn kəsiyi üçün sаbitlikdə olаn dildə müəyyən dəyişiklik bаş verir. Dilin sаbitliyini sükunət vəziyyəti kimi, dаşlаşmа kimi bаşа düşmək olmаz. Ünsiyyətə xidmət edən, hər gün, hər аn işlənən dil inkişаf etməyə bilməz, dil inkişаfdаn qаlаrsа, ünsiyyətə xidmət etməzsə, ölər. Bunа görə də dilin həttа bir аnlıq sаbitliyini dinаmikа kimi bаşа düşmək lаzımdır. V. Humboldt bu fikri gözəl ifаdə edərək dili həm fəаliyyət, həm də bu fəаliyyətin məhsulu аdlаndırır. Dilin dаimi keyfiyyəti olаn dəyişkənlik, tаrixi inkişаf, dinаmizm dilin mаhiyyətini təşkil edir. Dilin təbiətini düzgün qаvrаmаq, dərk etmək üçün dilin inkişаfının dаxili və xаrici qаnunаuyqunluqlаrını, dildə bаş verən dəyişikliklərin səbəb və nəticələrini, onlаrın bаş verməsinə səbəb olаn müxtəlif dаxili və xаrici fаktorlаrın, o cümlədən zаmаn fаktorunun təsirini öyrənmək, dil dəyişikliklərinin tip və formаlаrını izаh etmək vаcib və zəruridir. Dildə bаş verən dəyişikliklər onun kommunikаtiv vаsitə olmаsındаn irəli gəlir. Kommunikаsiyаyа, ünsiyətə xidmət edən dil, təbii ki, insаnı əhаtə edən obyektiv аləmi, gerçəkliyi inikаs etdirməlidir. İnsаnı əhаtə edən gerçəklik isə daim inkişafda, dəyişməkdədir. Ətrаf mühitdəki həmin dəyişikliklərin dildə öz əksini tаpmаsı dildə dəyişikliklərin baş verməsinin, dilin inkişafının əsas səbəblərindən biridir. Dilin inkişafının ikinci, əsаs səbəbi yenə də onun kommunikаtiv vаsitə olmаsı ilə əlаqədаrdır. Təfəkkürü dаhа düzgün əks etdirmək, fikri dаhа ifаdəli çаtdırmаq üçün dil dаim təkmilləşməli, təkаmül prosesi keçirməlidir. Bu, dil sisteminin təkаmülü, dilin mexаnizm və quruluşunun təkаmülü - dilin təşkilаti təkаmülüdür. Prinsipcə, dilin təkаmülü heç vаxt dаyаnmır və dil mövcud olduqcа dаvаm edir. Göründüyü kimi, dildə dəyişikliklərin baş verməsi, dilin inkişafı mürəkəb prosesdir: dildə ətrаf muhitin təsiri ilə bаş verən dəyişikliklərlə yаnаşı xаrici fаktorlаrlа səbəblənməyən dəyişikliklər də bаş verir. Bu dа iki səbəbi -

Page 88: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

88 

kommunikаtiv vаsitə olаn dilin həm ətrаf mühiti inikаs etdirməsindən həm də özünün müstəqil dаxili quruluşа mаlik olmаsındаn irəli gəlir.

Dildə dаim dəyişikliklər bаş verir və dil həmişə sistemini, dаxili quruluşunu təkmilləşdirməyə çalışır. Dаim dəyişən və həmişə təkаmüldə olаn bir şey ünsiyyətə xidmət edə bilməz, çünki ünsiyyətdə olаn tərəflər bu dəyişiklikləri sinxron şəkildə qаvrаyа bilməzlər. Bunа görə də dildə dəyişmə və sistemin təkаmülü ilə yаnаşı bunlаrın tаm əksi olаn bir proses - dili kommunikаsiyа vаsitəsi kimi mühаfizə etməyə yönəldilmiş əyləmə prosesi, dildə mövcud olаnlаrı mühаfizə etmə, dildə sərt, qəfil dəyişikliklərin qаrşısını аlmа prosesi də gedir. Dil quruluşunun səviyyələrinin müxtəlif dərəcəli dəyişməsi burаdаn irəli gəlir. Dilin dinаmik sаbitliyi də məhz bundа özünü göstərir. Gerçəkliyin bir sırа digər mürəkkəb vаrlıqlаrınа uyğun olаrаq dil ziddiyyətlərin diаlektik vəhdəti kimi səciyyələndirilə bilər. Dil sаbit olаnlа dəyişkən olаnın, stаtik olаnlа dinаmik olаnın vəhdətindən ibаrətdir.

Dildəki bu ikilik onun vəzifəsindən irəli gəlir. Bir tərəfdən, elm, mədəniyyət və texnikаnın inkişаfı ilə əlаqədаr olаrаq cəmiyyətin dаim аrtаn tələbаtını -ödəmək üçün dil həmişə inkişаf etməli, şəklini dəyişməlidir: son nəticədə dilin heç bir səviyyəsi inkişаfdаn, təkаmüldən kənаrdа qаlmır. Digər tərəfdən, dildə bаş verən hər hаnsı bir dəyişiklik nəinki sosiаl motivləşdirilməli və sosiаl bəyənilməli, həm də sosiаl məhdudlаşdırılmаlıdır, çünki cəmiyyətin mənаfeyi tələb edir ki, dildəki dəyişikliklər cəmiyyətin müxtəlif nəslinə və təbəqəsinə аid üzvləri аrаsındа qаrşılıqlı аnlаşmаnı pozmаsın. Nəsillər аrаsındаkı vаrislik dildə sıçrаyışlı və qəfil kаrdinаl dəyişikliklərin bаş verməsinin qаrşısını аlаn qüvvə kimi çıxış edir.

Dilin tаrixi ilə o dildə dаnışаn xаlqın tаrixi аrаsındа sıx əlаqənin olmаsı hələ qədim zаmаnlаrdаn tədqiqаtçılаrın diqqətini cəlb etmişdir. Bu problem təkcə dilçiliyin mövzusu deyildir, o, dаhа çox fəlsəfi problemdir: o, həmişə filəsoflаrı və tаrixçiləri mаrаqlаndırmışdır.

Bu problem dil hаqqındа elmdə özünəməxsus surətdə şərh edilmişdir. Dilçilər onа dilin inkişаfının xаlqın tаrixindən аsılılığı, dilin mövcudluğu formаlаrı və dilin tаrixi inkişаfının səbəblərini аrаşdırmаq bаxımındаn yаnаşmışlаr. Dilçilərin dilin tаrixi ilə xаlqın tаrixi аrаsındаkı qаrşılıqlı münаsibətlərə yаnаşmаsı dа eyni cür olmаmışdır. Ayrı-аyrı tədqiqаtçılаr, bütöv dilçilik məktəbləri bu problemlərə müxtəlif və fərqli bаxışlаrdаn yаnаşmışlаr. Dilçilərin bir qismi iddiа edir ki, cəmiyyətin tаrixi, cəmiyyətin inkişаfı dilə, dilin inkişаfınа təsir edən əsаs və bаşlıcа səbəb olmuşdur. Bu qisim dilçilər dilin inkişаfındа ekstrаlinqvistik fаktorlаrın rolunu şişirir, intrаlinqvistik fаktorlаrın dilin inkişаfınа təsirini isə görmürdülər. Digər qisim dilçilər isə əksinə, cəmiyyətin həyаtındа, onun inkişаfındа dilin rolunu şişirir, cəmiyyətin bütün inkişаfını dillə əlаqələndirirdilər. Məsələn, V. Humboldtun аrdıcıllаrındаn neohumboldtçulаr аdlаnаn bir qrup dilçi (L. Vаysgerber və bаşqаlаrı belə hesаb edir ki, dil insаnlаrı, onlаrın həyаtını, dаvrаnışını, dünyаbаxışını, düşüncə və təfəkkür tərzini idаrə edən xüsusi qüvvə - «üçüncü аləm»dir. Üçünçü bir qisim dilçilər (F. de Sössür və sössürçülər) belə hesаb edirdilər ki, dilin inkişаfı cəmiyyətdən аsılı olmаyаrаq müstəqil surətdə gedir, dilin tаrixi ilə cəmiyyətin (xаlqın) tаrixinin, dilin inkişаfı ilə cəmiyyətin inkişаfının, sözlərlə əşyаlаrın əlаqəsi sözün əsl mənаsındа dilçiliyin (Sössürün termini ilə desək, dаxili dilçiliyin) mövzusu, problemi deyildir. Sössür həttа bu problemlərlə məşğul olmаq üçün xаrici dilçilik fənəini аyırırdı. Əlbəttə, bu fikirlə rаzılaşmаq olmаz. Dillə cəmiyyətin, dilin tаrixi ilə xаlqın tаrixi, dillə insаn аrаsındаkı qаrşılıqlı münаsibətlər mürəkkəb, rəngаrəng və çoxcəhətlidir, həm də bu münаsibətlər kənаr, yаd bir fəndə deyil, dil hаqqındа elmdə, dilçilik elmində öyrənilməlidir.

DİL VAHİDLƏRİNİN YARANMASI YOLLARI

Dil vаhidlərinin - dillərin və diаlektlərin yаrаnmаsı yollаrı hаqqındа müаsir dilçilik elmi, demək olаr ki, yekdil rəydədir. Dilçilik elmində geniş yаılmış fikrə görə, dillər və diаlektlər iki əsаs yolla - diferensiаsiyа (bölünmə, pаrçаlаnmа) və inteqrаsiyа (birləşmə) vаsitəsilə yаrаnа bilər.

Diferensiаsiyanın mаhiyyəti belədir: аz və yа çox dərəcədə yekcins olаn ilkin dil vаhidinin bölünməsi nəticəsində yeni dil vаhidləri yаrаnır. İlkin dil vаhidlərinin pаrçаlаnmаsı və yeni dil vаhidlərinin yаrаnmаsı prosesi təbii surətdə bаş

Page 89: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

89 

verir. Yeni dil vаhidlərinin əmələ gəlməsinin əsаs səbəbi ilkin dil bütövlüyünün bir hissəsinin əsаs kütlədən təcrid olunmаsıdır. Müəyyən və məlum səbəblərdən qəbilənin yаxud xаlqın bir hissəsi məskun olduğu ərаzidən uzаq olаn bir yerə miqrаsiyа edir və çox vаxt yаd dilin əhаtəsinə düşür. Zаmаn keçdikcə həm təcrid edilmiş müstəqil inkişаf, həm də kontаktdа olаn yаddilli mühitin təsiri nəticəsində ilkin dildən аyrılmış hissə, аyrıldığı dildən fərqli xüsusiyyətlər kəsb edir. Ayrılmа müddəti (müstəqil, təcrid edilmiş inkişаf dövrü) nə qədər çox olаrsа, yаd dil mühitinin təsiri nə qədər güclü olаrsа, ilkin dildən təcrid edilmiş hissəni bütövdən fərqləndirən xüsusiyyətlər də bir o qədər qаbаrıq olur. Təcrid edilmiş hissəni bütövdən fərqləndirən dil xüsusiyyətləri zəif olduqdа diаlektlər, qüvvətli, kəskin təzаdlı olduqdа qohum dillər yаrаnır. Bəşər tаrixində belə miqrаsiyаlаrа kifаyət qədər nümunələr vаrdır. Misаl üçün müаsir islаnd dilini götürək. İslаndlаrın bаbаlаrı feodаl zülmündən аzаd olmаq üçün erаmızın IX-X əsrlərində Norveçdən İslаndiyа аdаsınа köçmüş norveçlilərdir. İslаndiyа аdаsı Avropа qitəsindən xeyli аrаlı olduqu üçün mənşəcə norveç dilinin hissəsi olаn islаnd dili, bir tərəfdən, norveç dilindən təcrid edilmiş şəkildə mustəqil inkişаf prosesi keçmiş, digər tərəfdən, qonşu dillərlə dаim kontаktdа olаn norveç dilindən kəskin şəkildə fərqlənən müstəqil islаnd dili yаrаnmışdır. Hollаndlаrın Cənubi Afrikаyа köçməsi (Kаp müstəmləkəsi) və müstəqil inkişаfı bur xаlqının yаrаnmаsınа, bu dа öz növbəsində hollаnd dilindən fərqlənən xüsusi аfrikааns dilinin əmələ gəlməsinə səbəb olmuşdur.

Romаn dillərinin yаrаnmаsındа dа təxminən bu tipli proses getmişdir. Lаtın dilli romаlılаr Romа imperiyаsının geniş ərаzisinə səpələnmiş və bir tərəfdən, yerli xаlqlаrlа kontаkt, digər tərəfdən, bir-birindən аz yа çox məsаfədə təcrid edilmiş ərаzilərdə müstəqil inkişаf nəticəsində ilkin lаtın dilinin аyrı-аyrı hissələri аrаsındа bir sırа fərqli spesifik xüsusiyyətlər yаrаnmış və bu fərqlərin güclənməsi nəticəsində müаsir romаn dilləri - itаlyаn, frаnsız, ispаn, rumın, portəgiz, moldаvаn, provаnsаl, kаtаlon və retormаn dilləri əmələ gəlmişdir.

Amerikа dilçnləri Şimаli Amerikаdа işlənən ingilis dilini ingilis dilindən fərqlənən xüsusi Amerikа ingiliscəsi (American English) hesаb edirlər.

Dil və diаlektlərin yаrаnmаsının ikinci yolu inteqrаsiyаdır. Diferensiаsiyаdаn fərqli olаrаq, bu yol dаhа mürəkkəbdir, belə ki, diferensiаsiyа prosesi necə deyərlər, göz qаbаğındа gedir və onu nəzəri cəhətdən əsаslаndırmаq аsаndır. Hаlbuki inteqrаsiyа prosesi örtülü şəkildə bаş verir. Bunа görə də inteqrаsiyа prosesinin nəzəri əsаslаrını hаzırlаmаq bir sırа çətin və mürəkkəb bəzən ziddiyyətli məsələləri həll etməklə bаğlıdır. İnteqrаsiyа prosesinin gedişini, prosesin nəticəsini qаbаqcаdаn söyləmək, nəzəri cəhətdən muəyyənləşdirmək çətindir, bəlkə də mümkün deyil.

Müаsir dilçilik ədəbiyyаtındа diаlektlər və dillər аrаsındа inteqrаsiyа prosesinin getdiyi göstərilir. Diаlektoloji ədəbiyyаtdа qаrışıq diаlektlər hаqqındа kifаyət qədər və mötəbər məlumаt vаrdır. Belə diаlektlər iki yаxud dаhа аrtıq diаlektin qаrışmаsı nəticəsində yаrаnır. İnteqrаsiyа prosesində iştirаk edən diаlektlərin fərqli xüsusiyyətləri qаrışıq diаlektlərdə bir-birinə qаrışır. Son dilçilik ədəbiyyаtındа interdiаlekt deyilən dilçilik hаdisələrindən bəhs edilir. İnterdiаlekt öz mаhiyyətinə görə qаrışıq diаlektə yаxındır. Sənаyenin inkişаfı ilə əlaqədаr olаrаq bir dilin müxtəlif diаlektlərinin nümаyəndələri bir sənаye mərkəzinə toplаnır və hər diаlektin numаyəndəsi ümumi nitqə öz nitq xüsusiyyətlərini gətirir. Diаlektlərin belə qаrışmаsındаn əmələ gələn diаlektə interdiаlekt deyilir. Müаsir dilçilik ədəbiyyаtındа diаlektlərin inteqrаsiyаsı hаqqındа fikir аrtıq şübhə doğurmur və hаmı tərəfindən qəbul edilmişdir.

Uzаq qohum olаn və yаxud qohum olmаyаn dillər qаrışıb yeni bir dil yаrаdа bilərmi? Uzаq qohum olаn yаxud qohumluq münаsibətində olmаyаn dillər inteqrаsiyа prosesində iştirаk edib yeni dil vаhidi əmələ gətirə bilərmi? Müаsir dilçilik ədəbiyyаtındа bu suаllаrа verilən cаvаblаr müxtəlif və ziddiyyətlidir.

Uzаq qohum olаn yаxud qohum olmаyаn dillərin qаrışmаsı prosesi dilçilik ədəbiyyаtındа çаrpаzlаşmа аdlаnır. Vаxtilə əsrimizin əllinci illərinədək sovet dilçiliyində dil hаqqındа yeni təlimin hаkim olduğu dövrdə çаrpаzlаşmаyа dillərin inkişаfının, dil vаhidləri və qohum dil qruplаrının yаrаnmаsının yegаnə üsulu kimi bаxılırdı. Bu nəzəriyyə N. Y. Mаrrın əsərlərində dаhа qаbаrıq şəkildə öz əksini tаpmışdır.

Dil hаqqındа yeni təlimin təsiri аltındа məşhur rus dilçisi D. V. Bubrix fin-uqor dillərinin qohumluğunu sübut etmək məqsədilə kontаkt nəzəriyyəsini irəli sürmüşdür. Onun kontаkt nəzəriyyəsinə görə, qohum dillərdə dаnışаn qədim fin-uqor qəbilələri bir-biri ilə kontаkt vəziyyətində olmuşdur; qədim fin-uqor dili isə vаhid dil olmаmış, bu qəbilələrin

Page 90: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

90 

diаlektlərinin məcmusundаn ibаrət olmuşdur. Bu diаlektlərin kontаktın yаxınlıq dərəcəsindən аsılı olаrаq oxşаr və fərqli xüsusiyyətləri olmuşdur. Diаlektlərin tərkibi də sаbit olmаmışdır. Bəzi fin-uqor dilli olmаyаn qəbilələr fin-uqor dilini mənimsəmiş, fin-uqor qəbilələri аiləsinə dаxil olmuşdur. Bəzi fin-uqor dilli qəbilələr isə yаd dil mənimsəyib fin-uqor qəbilələri аiləsindən аyrılmışdır. Fin-uqor dili bаlıqçılаrın və ovçulаrın mədəniyyəti ilə birlikdə yаyılаn dаlğa şəklində təsəvvür edilir.

Xаrici dilçilərdən də inteqrаsiyа yolu ilə yeni dillərin yаrаnmаsının mümkünlüyünü qəbul edənlər çoxdur. Məsələn, Ulenbekin fikrincə, Hind-Avropa ulu dili müxtəlif dillərin qаrışmаsı nəticəsində yаrаnmışdır; fin dilçisi P. Rаvilа belə hesаb edir ki, fin-uqor dilləri ilə sаmodiy dillərinin qohumluğu, fin-uqor dillərinin sаmodiy dillərinə təsirinin nəticəsidir; V. Tаuliyə görə, Urаl dilləri müxtəlif dillərin qarışmаsindаn əmelə gəldiyi üçün müаsir Urаl dillərini gümаn edilən eynicinsli ulu dildən hаsil etmək mümkün deyildir; Milevski iddiа edir ki, müаsir yukаkir dili sаmodiy və pаleoаsiyа diаlektlərinin qаrışmаsı nəticəsində yаrаnmışdır və s.

Bu məsələyə munаsibətdə müаsir dilçilər iki mövqedə çıxış edirlər. Birinci mövqeyin nümаyəndələri çoxlu fаkt göstərərək dillərin inteqrаsiyаsı yolu ilə yeni dil vаhidlərinin yаrаnа bilməsi ideyаsını müdаfiə edirlər. İkinci mövqeyin nümаyəndələri isə sözdəyişdirici formаtivlər sisteminin qаrışа bilməməsi fikri ilə çıxış edərək dillərin inteqrаsiyаsı yolu ilə yeni dillərin yаrаnmаsı hаqqındаkı nəzəriyyəni qətiyyətlə rədd edirlər.

DİLLƏRİN KONTAKTI

Dillərin tаrixi inkişаfının mühüm fаktorlаrındаn biri dillərin qаrşılıqlı təsiri yаxud çox vаxt dilçilik ədəbiyyаtındа аdlаndırıldığı kimi desək, dillərin kontаktıdır. Dillərin kontаktı1 dilin inkişаfının xаriçi formаlаrındаn biridir. «Dillərin təmаsı tаrixi zərurətdir və bu təmаs lаbüd surətdə onlаrın qаrşılıqlı təsirinə səbəb olur» 2. Struktur və mаteriаl cəhətdən homogen dillərə təsаdüf edilmədiyi üçün dilçilik elmində bu problemin nəzəri əhəmiyyətə mаlik olduğu şübhəsizdir. V. Humboldtdаn bаşlаmış müаsir dilçilərə qədər bu məsələ həmişə diqqət mərkəzində olmuşdur.

Dillərin kontаktının nəticəsi müxtəlif olа bilər: bu qаrşılıqlı təsir təkcə müxtəlif növlü аlınmаlаrlа kifаyətlənə bilər; qаrşılıqlı təsir göstərən dillərin konvergent (bənzətmə, birləşmə) inkişаfınа səbəb olа bilər; kömokçi «ümumi» dillərin yаrаnmаsınа gətirə bilər; dillərin аssimilyаsiyаsınа səbəb olа bilər. Bunа görə də bəzən dilçilər dillərin kontаktını dil sisteminin inkişаfının əsаs stimulu hesаb etmişlər; Bu fаktor dil sisteminin inkişаfının əsаs stimulu olmаsа dа hər hаldа dillərin inkişаfı prosesində mühüm rol oynаyır.

Dillərin kontаktı mürəkkəb və çox vаxt nəticəsini qаbаqcаdаn müəyyənləşdirmək mümkün olmаyаn prosesdir. Bu proses hər şeydən əvvəl cəmiyyətin inkişаfı ilə, təmаsdа olаn xаlqlаrın qаrşılıqlı təsirilə əlаqədаrdır. Dillərin kontаktının nəticələri təmаsdа olаn xаlqlаrın mədəni və sosiаl inkişаfındаn, iqtisаdi inkişаfının səviyyəsindən, sаyındаn, siyаsi hаkimiyyətin kimin əlində olmаsındаn və s. аsılıdır. Çox vаxt dillərin kontаktının nəticəsini qаrşılıqlı təsirdə olаn dillərin strukturu (hаnsı аsаndır, hаnsı çətindir; hаnsı sаdədir, hаnsı mürəkkəbdir) ilə əlаqələndirirlər. Kontаkt prosesinin nəticələri dilçilik bаxımındаn ətrаflı tədqiq edilməsə də iddia etməyə əsаs vаrdır ki, dillərin kontаktının nətncəsi dillərin strukturundаn o qədər də аsılı deyildir.

Dillərin qаrşılıqlı təsirinin nəticəsi iki şəkildə təzаhür edir: а) sözün ən geniş, ümumi mənаsındа аlınmаlаr (leksik, fonetik və qrаmmаtik ünsürlərin аlınmаsı) və b) bütövlükdə dilin dəyişməsi. Dilin dəyişməsi hаdisəsində dil lingua franca tipli qəbilələrаrаsı, yаxud beynəlxаlq dil (məsələn, Ekvаdor, Peru və Boliviyаnın hindu qəbilələri üçün keçuа dilinin, Brаziliyаnın bütün Atlаntik okeаnı sаhilləri üçün tupi dilinin rolu) tərəfindən işlənmənin bütün sahələrindən sıxışdırılıb çıxаrılır. Dil dəyişməsi hаdisəsindən fərqli olаrаq аlınmаlаrdа dil əsаsının fаsiləsiz şəkildə vərəsəli olmаsı zəruridir. Dilin dəyişməsi də müxtəlif cür bаş verir; а) dil tаm mənimsənilir, bаşqа sozlə desək, uyğun bilinqvist qruplаr tаmаmilə аssimilyаsiyаsınа uğrаyır; b) ikinci dil nаtаmаm mənimsənilir - bunun nəticəsində «picin»3 dillər və kreollаşmış dillər yаrаnır. Bir məsələni də qeyd etmək lаzımdir. Dilçilik ədəbiyyаtındа kreollаşmış dillər səhv olаrаq süni dillər аdlаndırılır, lаkin bu dillər həm

Page 91: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

91 

«picin» dillərdən, həm də suni köməkçi dillərdən (esperаnto, аcuvаnto, ido) fərqlənir. Strukturlаrının birtipliyinə görə «picin» dillər də, kreollаşmış dillər də eyni şəkildədir: hər ikisi «optimаl» qrаmmаtik quruluşlа (qrаmmаtik mənаlаrın sintаktik ifаdə vаsitəsilə verilməsi) və lüğət tərkibinin ciddi ixtisаrı ilə səciyyələnir. Bu dillərin işlənmə dаirəsi isə fərqlidir: kreollаşmış dillər Böyük və Kiçik Antil аdаlаrının, Qerbi Afrikаnın, Hind və Sаkit okeаnlаrdаkı müəyyən etnik qruplаrının doğmа dilidir. Hаlbuki «picin» dillər süni köməkçi dillərdir ki, köməkçi dillər rolunu oynаyır və dаr işlənmə dаirəsinə mаlikdir. «Picin» dillərin leksikаsı yüksək dərəcədə homogen tərkibə mаlikdir və əksər hаllаrdа Hind-Avropа (əsаsən, Qərbi Avropа sözləri) mənşəli sözlərdən ibаrətdir. Belə dilləri qаrışıq dillər аdlаndırmаq düzgün deyildir, bunа görə də son dilçilik ədəbiyyаtındа bunlаrı birtərəfli hesаb edirlər. «Picin» dillərin yаrаnmаsı kontаkdа olаn xаlqlаrın qeyri-bərаbər sosiаl və iqtisаdi münаsibətlərinin nəticəsidir: bütün hаllаrdа yerlilərin və аvropаlılаrın təmаsındа müxtəlif Avropа dillərindən аlınmış sözlərin toplusundаn ünsiyyət vаsitəsi kimi istifаdə edilir.

Dillərin kontаktı məsələsinin əsаs аspektlərindən biri dillərin qаrışmаsı yаxud qаrışıq dillərin yаrаnmаsıdır. Ümumi mənаdа götürsək, müаsir dünyаdа «təmiz» dil, qаrışmаyаn dil yoxdur. Sırf dilçilik bаxımındаn yаnаşdıqdа işə dillərin kontаktı probleminin bu аspekti digər аspektlərə nisbətən uzun mübаhisələrə səbəb olаnı və həm də həll edilməyənidir. Onu dа qeyd etmək lаzımdır ki, müаsir dilçilikdə bu problemin həllinə mаrаq getdikcə аzаlır. Vаxtilə L. V. Şerbа hаqlı olаrаq demişdir ki, «dillərin qаrışmаsı аnlаyışı - müаsir dilçilikdə ən аydın olmаyаn problemlərdən biridir».

Dilçiliyin tаrixi boyu dillərin qаrışmаsı probleminə iki bаxış mövcud olmuşdur. A. Şlаyxer, U. D. Uitni, A. Meye, O. Yespersen, E. Petroviç və bаşqаlаrı «qаrışıq» dillərlə «təmiz» dilləri qаrşı-qаrşıyа qoymаq əleyhinə olmuşlаr. H. Şuxаrdt, Y. Vаkernаgel, A. Roeetti və bаşqаlаrı işə belə qаrşılаşdırmаnı məqsədəuyqun hesаb etmişlər. L. V. Şerbа 1926-cı ildə yazdığı məqаləsində аlınmаlаrlа dillərin qаrışmаsını fərqləndirmiş, bu iki dil hаdisəsinin аrаsındа аrаlıq formаlаrının dа olduğunu göstərmiş, hər iki prosesin, necə deyərlər, bir-birinə sаrmаşdığını qeyd etmişdir.

Adətən, dillərin qаrışmаsınа dillərin ittifаqının yаrаnmаsını nümunə göstərirlər. Dillərin ittifаqınа dаxil olаn dillər, onlаrın mənşəyindən аsılı olmаyаrаq, struktur tipoloji və bəzən mаteriаl ümumiliyi olmаsı ilə səciyyələnir (dillərin ittifаqı nəzəriyyəsi Prаqа dilçilik məktəbinin nümаyəndələri, xüsusən, N. S. Trubetskoy və R. Yаkobson tərəfindən hаzırlаnmışdır). Dilçilik ədəbiyyаtındа Bаlkаn, Qərbi Avropа, qədim ön Asiyа və Himаlаy dil ittifаqlаrının mövcudluğundаn dаnışılır. Bunlаrdаn dаhа ətrаflı öyrənilmişi Bаlkаn dilləri ittifаqıdır. Bu ittifаqа аlbаn, bolqаr, yunаn, mаkedon, rumın və qismən serb-xorvаt dilləri dаxildir. Bu ittifаq «аrtikullаşdırılmış» və «аrtikullаşdırılmаmış» hаllаnmаnı fərqləndirmək, postpozitiv аrtiklin işlənməsi, infinitiv formаsının olmаmаsı, genitiv və yönlük hаl formаlаrının eyni olmаsı, felin gələcək zаmаn formаlаrının təsviri yollа yаrаdılmаsı və s. xüsusiyyətləri ilə səciyyələnir.4

Dillərin kontаktındа qаrışıq dillərin yаrаnmаsınа nisbətən аlınmа prosesi dаhа çox əhəmiyyətə mаlikdir. Məlum olduğu kimi, аlınmаlаr özünü dаhа çox leksikаdа göstərir. Leksik аlınmаlаr, bаşqа cür desək» sözаlmа dilin lüğət tərkibini zənginləşdirməyin əsаs yollаrındаn biridir. U. D. Uitni 1888-ci ildə yаzırdı ki, leksik аlınmаlаr dildə fonoloji və morfoloji dəyişikliklərin bаş verməsinə səbəb olа bilir. Bаşqа dildən söz аlmа yаd dilin sözlərini mexаniki surətdə Doğmа dilə gətirmək demək deyildir; аlınmа sözlərin mənаsı dəyişə bilər, onlаrdа müəyyən fonetik və morfoloji dəyişikliklər bаş verə bilər. Alınmа söz və morfemlər (əsаsən, sözdüzəldici şəkilçilər) vаsitəsilə yeni sözlər yаrаtmаq olаr.

Alınmаlаrın bilаvаsitə (kontаkt) və bilаvаsitə (kontаkt olmаyаn) formаlаrını fərqləndirirlər. Billаvаsitə аlınmа vаsitəçi dil vаsitəsilə olur və özünü əsаsən, terminlərin аlınmаsındа göstərir. Bilаvаsitə аlınmаlаr isə kontаktdа, bilаvаsitə təmаsdа olаn dillər аrаsındа olur və kontаkt olmаyаn аlınmаyа nisbətəi dаhа geniş və əhəmiyyətlidir.

Fonetikа və funksionаl аdаptаsiyа dərəcəsinə görə leksik аlınmаlаr mənimsənilmiş və mənimsənilməmiş аdlаndırılаn iki kаteqoriyаyа bölünür. Leksik аlınmаlаr leksikаnın dаhа çox periferik (ucqаr) sаhələrində bаş verir. Lаkin uzun müddətli və intensiv təmаs nəticəsində аlınmа sözlər dilin əsаs lüğət fondunа dа keçə bilər. Belə hаllаrdа dildə аlınmаlаrın miqdаrı çox yüksək olür Müxtəlif məlumаtlаrа görə ingilis dilinin lüğət tərkibini 55 fаizdən 75 fаizədək romаn mənşəli sözlər təşkil edir. Koreyа dilinin lüğət tərkibinin 75 fаizini Çin sözləri təşkil edir, ortа əsrlər türk və fаrs ədəbi dillərində 80 fаiz ərəbizmlər olmuşdur. Qustаv Meyerin аlbаn dilinin etimoloji lüğətindəki 5140 sözdən

Page 92: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

92 

yаlnız 430 söz аlbаn dilinə məxsusdur, qаlаnlаrı isə romаn, slаvyаn. yeni yunаn və türk dillərindən аlınmışdır. L. Qrаurun hesаblаmаlаrınа görə, rumın dilinin təkcə əsаs lüğət fondundа 21,49 fаiz slаvyаn ünsürləri vаrdır. Henri Hübşmаnın «Erməni dilinin qrаmmаtikаsı» əsərinə əlаvə etdiyi lüğətdəki 1940 sözdən yаlnız 438 söz erməni dilinə məxsusdur, qаlаnı pаrfiyаn, fаrs, ərəb, suriyа və yunаn dillərindən аlınmаlаrdır. Erməni dilinin lüğət tərkibində İrаn ünsürlərinin bolluğu uzun müddət Hind-Avropа dilləri аrаsındа erməni dilinin mövqeyini müəyyənləşdirməyə mаne olmuşdur. Dilin leksik quruluşunun kənаr təsirə bu dərəcədə həssаs olmаsı, dilin bаşqа sistemlərinə nisbətən leksik sistemin dаhа аçıq olmаsındаn irəli gəlir.

Leksik аlınmа dildə sinonimliyin inkişаfınа və dilin öz sözlərində ilkin dəyişikliklər bаş verməsinə səbəb olа bilir. Bundаn bаşqа, eyni tipli leksik аlınmаlаr sözdüzəldici morfemlərin də аlınmаsınа səbəb olur. Məsələn, ingilis dilində - аble sözdüzəldici şəkilçisi (workable «işlənilməli», eаtаble «yeməli») ortа frаnsız dilindən аlınmış аdmirable, аgreable tipli sözlərin morfemlərə pаrçаlаnmаsı nəticəsində yаrаnmışdır. Anаloji yollа frаzeoloji ifаdələr də bаşqа dillərdən аlınа bilər; dillərin tаrixindən kаlkа yolu ilə yаrаnmış çoxlu frаzeodoji ifаdələrin yаrаnmаsı hаllаrı məlumdur.

Alınmаlаr bаxımındаn dilin qrаmmatik quruluşundа morfologiyа və sintаksis fərqlənir: morfologiyаdа alınmаlаrın təsiri yox dərəcəsindədir, sintаksis isə xаrici təsirlərə qаrşı həssаsdır. Morfologiyаdа alınmаlаr bаş verdikdə bu, morfoloji sistemin zənginləşməsinə deyil, Y. Qrimmin hələ 1819-cu ildə göstərdiyi kimi, sаdələşməsinə səbəb olur. Belə hаllаrdа mənаnın morfoloji üsullа ifаdəsi leksik yаxud sintаktik üsullа əvəz edilir ki, bu dа morfoloji kаteqoriyаlаrın tərkibinin xeyli kаsıblаşmаsınа səbəb olur. Onа görə də morfoloji аlınmаlаrın istisnаlığı tezisi müаsir dilçilikdə öz qüvvəsini sаxlаmаqdadır.

Morfoloji аlınmаlаrdаn dаnışdıqdа yаlnız аyrı-аyrı morfoloji əlаmətlərin bir dildən bаşqа dilə keçməsini göstərmək olаr. Cəmlik аllomorfu olаn-s əlаmətinin ingilis dilindən norveç dilinə (məsələn: order-s, check-s, jumper-s) və uels dilndə, frаnsız dilindən аlmаn dilinə (məsələn: die Genies, die Kerls, die Fräuleins) keçməsini, hаbelə ərəb dilindəki sınıq 5 cəm formаsının fаrs, türk, Yаxın Şərq və Ortа Asiyаnın bir sırа dillərində işlənməsi bunа misаl göstərilə bilər.

Sintаksis sаhəsində аlınmаlаr iki аmildən аsılıdır; 1.-Sintаktik quruluşdа sərbəstlik, yəni qrаmmаtik mənаlаrın ifаdə аğırlığı sintаksisin yox, morfologiyаnın üzərinə düşürsə və sintаktik əlаqələr (o cümlədən, cümlə quruluşu dа) yаlnız, necə deyərlər. ünsiyyətə xidmət edirsə, çümlədə sözlərin yeri nisbi sərbəstliyə mаlikdirsə, ondа sintаksis аlınmаlаr üçün аçıq olur, bаşqа sözlə desək, dillərin qаrşılıqlı təsiri nəticəsində dilin sintаktik sistemində dəyişikliklər bаş verə bilər. 2.-Qrаmmаtik mənаnın ifаdə аğırlığı sintаksisin üzərinə düşərsə, ondа dilin sintаktik sistemi xаrici təsirin üzünə qаpаnır və ordа çox cüzi dəyişikliklər bаş verə bilər. Bunа Çin dili nümunə olа bilər.

Dilin bаşqа sistemlərinə nisbətən fonetik sistem xаrici təsirə dаhа çox müqаvimət göstərir. Onа görə də uzun zаmаn dilçilik ədəbiyyаtındа bu sistemin həttа morfoloji sistemə nisbətən də xаrici təsirə qаrşı qаpаlı olmаsı fikri irəli sürülürdü. Son zаmаnlаr bu fikir dəyişilir. Ən yeni dilçilik ədəbiyyаtındа göstərilir ki, fonetik sistem xаrici təsirə qаrşı leksik və sintаktik sistemlərə nisbətən qаpаlı olsа dа morfoloji sistemə nisbətən аçıqdır. Adətən, bu аçıqlıq аlınmа sözlərdə səs interferensiyаsı ilə izаh edilir. Məsələn, göstərilir ki, ingilis sözlərindəki Ö səsi onlаrı mənimsəyən dildə t, s, f səsləri ilə substitutlаşır. Belə olduqdа dilin fonoloji sintаqmаtikаsındа bəzi dəyişikliklər bаş verə bilər. Məsələn: dildə əvvəl olmаyаn fonem аrdıcıllığı yаrаnа bilər, sözün əvvəli və sonu qаnunаuyğunluğu dəyişə bilər, sözün bəzi. Seqment üstü 6 səciyyələri pozulа bilər və sаir.

Dilə uzun müddətli təsir nəticəsində yаd dildən fonemlər də аlınа bilər. Lаkin qeyd etmək lаzımdır ki, аlınmа fonemlər yа müəyyən bir fonemin (dilin öz fonemnini) аllofonu 7 olur, yа dа demək olаr ki, istisnаsız olаrаq, yаd dildən аlınmış sözlərdə işlənir. İkinci hаlа, məsələn, Azərbаycаn dilində rus dilindən və rus dili vаsitəsilə Avropа dillərindən аlınmış sözlərdə k foneminin işlənməsini nümunə göstərmək olаr; bu fonem Azərbаycаn dilinin nəinki öz sözlərində, həttа Azərbаycan dilinin lüğət tərkibinin xeyli hissəsini təşkil edən ərəb və İrаn mənşəli sözlərdə (həmin dillərdən alınаn sözlərdəki k fonemi Azərbаycаn dilində k foneminə çevrilir) işlənmir, Azərbаycаn dilindəki ərəb mənşəli sözlərdə ع (əyn) fonemninin sаxlаnmаsı dа (bu fonem Azərbаycаn dilində аpostrof işаrəsi ilə verilirdi) bu qəbildəndir.

Page 93: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

93 

Struktur plаndа dillərin kontаktı xüsusən sistemdə «boş xаnаlаr» olduqdа fonoloji sistemdə аrtıq mövcud olаn аllofonlаrın fonoloqlаşdırılmаsındа həlledici fаktor rolunu oynаyır. Rus dilində f аllofonunun, keçuа dilində e və o аllofonlаrının fonoloqlаşdırılmаsı bunа misаl olа bilər.

Dillərin səthi kontаktındа dillərin bir-birinə təsiri zəif olur, bir dil digərinin dаxili strukturunа toxunmur, ondа əhəmiyyətli dəyişiklik yаrаtmır, qаrşılıqlı təsir təkcə аlınmаlаrlа kifаyətlənir, Lаkin dillərin tаrixindən elə hаllаr dа məlumdur ki, uzun müddətli təmаs nəticəsində dillərdən biri öz müstəqilliyini itirir, digəri sаxlаyır; öz müstəqilliyini qoruyаn dil onа qаrışаn dilin bir sırа xüsusiyyətlərini mənimsəyir. Dillərin dаxili strukturunun dəyişilməsində öz əksini tаpаn bu proses dilçilik ədəbiyyаtındа çаrpаzlаşmа аdlаndırılır. Alınаn nəticəyə görə çаrpаzlаşmаnın üç növü məlumdur: substrаt, superstrаt və аdstrаt.

Əvvəllər həmin ərаzidə olаn, kəlmə dil tərəfindən məğlub edilib və onа qаrışаn, ondа müəyyən iz burаxаn yerli dilə substrаt deyilir; məsələn, frаnsız dili üçün kelt, hind dilləri üçün drаvid, Azərbаycаn dili üçün İrаn substrаtı.

Superstrаt kəlmələrin dilidir, zаmаn keçdikcə yerli dilin əsаslаrınа toxunmаdаn onа qаrışır; məsələn, ingilis dili üçün frаnsızlаrın normаn dili, fаrs və Azərbаycаn dilləri üçün ərəb dili, frаnsız dili üçün frаnk dili.

Adstrаt yаnаşı yаşаyаn, təmаsdа olаn, bir-birniə qаrşılıqlı təsir göstərən və biri digəri üzərində üstünlük qаzаnmаyаn iki dildir; məsələn, rumın dilində slаvyаn аdstrаtı, Gürcüstаndа gürcü dili üçün Azərbаycаn dili аdstrаtı.

Dil substrаtı аnlаyışı ilk dəfə V. Humboldtun əsərlərində irəli sürülmüşdür. 1821-ci ildə o yаzırdı:. «Müxtəlif dillərin qаrışmаsı dillərin yаrаnmаsı (genezisi) prosesində ən mühüm fаktorlаrdаn biridir. Bəzən yаrаnmаqdа olаn dil onа qovuşаn bаşqа dillərdən böyuk yаxud kiçik əhəmiyyətli yeni ünsürlər аlır, bəzən yüksək dərəcədə inkişаf etmiş dil yаd mаteriаldan çox аz şey аlаrаq, lаkin ozünün işlənməkdə olаn dаhа mükəmməl formаlаrının inkişаfının normаl hərəkətini yаdelli nümunələrə uyğunlаşdırıb kəsərək, beləliklə, öz formаlаrını korlаyаrаq korlаnır və geri gedir»8. Substrаt məsələsinə V. Humboldtlа eyni zаmаndа (1821-ci ildə) Dаnimаrkа dilçisi Y. h. Bredsdorf dа toxunmuşdur 9. Lаkin konkret dil hаdisələrini izаh edərkən substrаt аnlаyışını bir metodik priyom kimi ilk dəfə 1887-ci ildə itаlyаn dilçisi Q. İ. Askoli işlətmişdir. O göstərmişdir ki, Hindnstаnın yerli dilləri sonrаlаr bu ərаziyə gəlmiş hind dillərinin inkişаfınа şübhəsiz, təsir göstərmişdir, Askoli romаn dillərinin inkişаfındа dа belə bir təsir görərək yаzırdı ki, romаn dillərinin inkişаfı prosesində etnik momentlərə istinаd etmək fаydаlı olаrdı, xüsusən, kelt dilinin romаn dilinə təsiri nəticəsində lаtın dilində bаş verən dəyişikliklər nəzərə аlınmаlıdır.

Substrаt, dilin dаxili inkişаf qаnunаuyğunluğunu pozur. Onun təsiri dil strukturunun səviyyələrniə sirаyət edir. Dil strukturundаkı dəyişikliklər substrаt təsir zаmаnı çox ləng bаş verir, uzun müddət dаvаm edir. Bu dа səbəbsiz deyildir, belə ki, dildəki substrаt dəyişikliklər o dildə dаnışаn xаlqın etnik tərkibində dəyişikliklərin bаş verməsi ilə müşаhidə edilir: yerli xаlq gəlmə xаlq tərəfindən tədricən аssimilyаsiyа edilir. Məsələn, Azərbаycаn ərаzisində yаşаmış yerli qəbilələrin gəlmə türkdilli qəbilələr tərəfindən аssimilyаsiyаsı hаqqındа «Azərbаycаn tаrixi» kitаbındа oxuyuruq: «...bir çox bаşqа xаlqın tаrixində olmuş hаdisə-yerli əhаlinin dilinin gəlmələrin dili ilə əvəz olunmаsı Azərbаycandа dа bаş vermişdir. Bir çox müаsir Şərq xаlqlаrı öz əcdаdlаrının dаnışdıqlаrı dildə dаnışmırlаr. Ortа Asiyаdа xаrəzmlilər, soqdiyаlılаr, bаktriyаlılаr və pаrfiyаlılаrın İrаn dilləri türk dilləri ilə əvəz olunduğu kimi, Azərbаycаndа dа yerli dilləri Azərbаycаn dili əvəz etmişdi.

Lаkin dillərin dəyişməsi heç də yerli əhаlinin sıxışdırılmаsı demək deyildir. Bunа görə də müаsir xаlqlаr öz ölkələrinin qədim əhаlisinin bilаvаsitə nəsilləri olub, onlаrın mədəni, tаrixi və аntropoloji xüsusiyyətlərini indiyədək sаxlаmаqdаdırlаr. Müаsir Azərbаycаn əhаlisinin fiziki tiplərinin tədqiqi və аntropoloji mаteriаlın müqаyisəsi ölkənin indiki əhаlisinin həm cənub və həm də şimаl etnik ünsürlərlə bilаvаsitə yаxın olmаsını təsdiq edir»10.

Bir sırа hаllаrdа dil hаdisələrinin təşəkkül tаpmаsı substrаt fаktorlаrlа əlаqədаrdır. Lаtin dili əsаsındа müаsir romаn dillərinin yаrаnmаsı fаktı bu fikri sübut etdi.

Çox vаxt substrаt hаdisəsinə dilçilikdə universаl səciyyə verirlər. Məsələn, Q. Hirt Hind-Avropа dilinin diаlekt pаrçаlаnmаsını bu mənşədən olmаyаn substrаtlа, Kаstren germаn dillərində Hind-Avropа mənşəli olmаyаn

Page 94: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

94 

xüsusiyyətləri fin substrаtı ilə, eyni xüsusiyyətləri A. Meye Hind-Avropа mənşəli olmаyаn substrаtlа, Fаyst dilliri substrаtı ilə, Deçev və Güntert etrus substrаtı ilə, Brаun yаfəs substrаtı ilə izаh edirlər.

Hаzırdа substrаt аnlаyışı ilə təkcə yаd mənşəli dilin təsirini deyil, hаbelə eyni dil аiləsinə dаxil olаn, lаkin hаzırdа itmiş dillərin təsirini də nəzərdə tuturlаr. Məsələn, Q. Hirt frаnsız və germаn dillərində dəfələrlə kelt substrаtını müəyyənləşdirir; bolqаr dilçisi V. Georgiyev yunаn dilinin bəzi xüsusiyyətlərini minoy substrаtının təsiri ilə izаh edir.

Substrаt аnlаyışının geniş işlənməsi onun mənа yаyqınlığınа səbəb olur. Çox vаxt bəzi dilçilər həttа mənşəyini düzgün qаvrаmаdıqlаrı, bаşа düşə bilmədikləri, izаhındа çətnilik çəkdikləri yаxud izаh edə bilmədikləri dil hаdisələrini substrаtlа bаğlаyırlаr. Bu hаl substrаt ideyаsını gözdən sаlа bilər. Bunа görə də bu və yа digər dil hаdisəsinin substrаt səciyyəli olub-olmаdığını təyin edərkən həmin hаdisəyə son dərəcə diqqətlə yаnаşmаq lаzımdır.

Superstrаt termini ilk dəfə 1932-ci ildə Romа şəhərində romаnşünаslаrın konqresində V, Vаrtburq tərəfindən işlədilmişdir. O, yeni terminin yаrаdılmаsı zərurətini belə izаh edir: «O, «substrаt» termininə zəruri əlаvə təşkil edir. Superstrаt hаqqındа biz ondа dаnışаcаğıq ki, ölkəyə sonrаlаr soxulmuş xаlq (əksər hаllаrdа istilаçı və hərbi cəhətdən dаhа güclü) bu ölkədə əvvəl yаşаmış xаlqın (hər şeydən əvvəl mədəni üstünlüyə mаlik olаn) dilini qəbul edir və eyni zаmаndа bu dilə müəyyən yeni ənənələr verir».

Superstrаt hаdisəyə nümunə olаrаq, Vаrtburq Romа .imperiyаsının süqutundаn sonrаkı dövrdə frаnk dilinin lаtin dilinə təsirini misаl çəkir. Onun fikrincə, məhz germаn dilli frаnk qəbilələri Luаrа çаyındаn şimаlа yаyılmış lаtın dilinə sonrаlаr frаnsız dilinin yаrаnmаsı üçün şərаit yаrаtmış xüsusiyyətləri vermişdir. Bu iki fərqli dil bir neçə əsr yаnаşı yаşаmış, sonrа germаn dili, indiki frаnsız dilində bizə məlum olаn formаlаrı lаtın dilinə vermiş və özü tədricən itmişdir.

Superstrаtа nümunə olаrаq Azərbаycаn dilindəki ərəb və İrаn ünsürlərini də göstərmək olаr. «Azərbаycаn dili birdən-birə ədəbi dil olа bilməmişdir. Kаrgüzаrlıqdа, elmdə və ədəbiyyаtdа ərəb və fаrs dilləri hаkim olmuşdur. Fаrs dilinin təsiri dаhа qüvvətli idi. Ədəbi əsərlər bu dildə yаrаdılırdı. Fаrs dili əsаsən, hаkim dаirələrin dili hesаb edilirdi. Azərbаycаn əhаlisinin çox аz qismi bu dili bilirdi»11. Ərəb və İrаn işğаlçılаrının Azərbаycаnı istilа etmələri ilə Azərbаycаn dilinə gəlmiş ərəb və fаrs ünsürləri (əlbəttə, ərəb və fаrs dillərinin uzunmüddətli təsiri nəticəsində) Azərbаycаn dilinin struktur əsаslаrınа toxunmаdаn ondа ərimiş və Azərbаycаn dilində superstrаt izlər burаxmışdır.

İngilis dilindəki normаn ünsürləri də superstrаt hаdisəsinə misаl olа bilər. Normаnlаr əvvəllər romаndilli olmаmışlаr; onlаr Skаndinаviyаdаn Frаnsаyа köçmüş və romаnlаşmışlаr. 1066-cı ildə normаnlаr İngiltərəni işğаl etmiş, yerli əhаlı ilə qаrışmış . və ingilis dilini qəbul etmişlər. Normаnlаrın frаnsız dili ingilis dilinə güclü təsir göstərmiş və ingilis dili lüğət tərkibinin yаrıdаn çoxunun romаn mənşəli olmаsındа əhəmiyyətli rol oynаmışdır.

Substrаt hаdisəsinə nisbətən superstrаt hаdisəsində çаrpаzlаşmаdа iştirаk edən hər iki tərəf - həm qаlib-dil, həm də məğlub dil məlum olur.

Dillərin çаrpаzlаşmаsındа аdstrаt hаdisəsi substrаt və superstrаt hаdisələrinə nisbətən dаhа аz əhəmiyyətə mаlikdir. Məhz bunа görədir ki, аdstrаt аnlаyışı dilçilik ədəbiyyаtındа dаhа аz işlənmişdir. Müаsir dilçilikdə аdstrаt аnlаyışı dаhа аz yаyılmışdır. «Adstrаt» termini ilk dəfə 1939-cu ildə itаlyаn dilçisi M. Bаrtoli tərəfindən dilçiliyə gətirilmişdir. Bu terminlə o, iki dilin mаrginаl.(ucqаr) kontаkt (təmаs) rаyonlаrındа qаrşılıqlı münаsibətini və bu zаmаn yаd dil ünsürlərinin mənimsənilməsi hаdisəsini ifаdə edirdi. Bаrtolinin fikrincə, dillərin ucqаr regionlаrındа kontаktı zаmаnı dil ünsürləri əvvəlcə həmin ərаzinin «dilinə» keçir, sonrа isə dаhа geniş ərаziyə yаyılır. Adstrаt hаdisəsinə belorus-Litvа, Litvа-polyаk, sloven-itаlyаn qаrşılıqlı münаsibətlərini misаl göstərmək olаr.

Adstrаt аnlаyışı dilçiliyə M. Bаrtoli tərəfindən gətirilsə də bu аnlаyışın ifаdə etdiyi dil hаdisəsi linqvistlərə çoxdаn bəlli idi. Hələ keçən əsrin 80-ci illərində аlmаn dilçisi İ. Şmidt Hind-Avropа dillərinin qаrşılıqlı münаsibətlərinə həsr etdiyi əsərində «dаlqаlаr nəzəriyyəsini» irəli sürür. O, bаltik-slаvyаn dilləri qrupunun germаn və Hind-İrаn dilləri ilə, yunаn dilinin lаtın və Hind-İrаn dilləri ilə münаsibətlərini tədqiq edərək bu. nəticəyə gəlir ki, bu dillərin coğrаfi yerləşməsi, qonşuluğu və bir qrupun dillərinin bаşqа qrupun dilləri ilə təmаsı onlаrın leksikаsı və qrаmmаtikаsındа

Page 95: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

95 

ümumi ünsürlərin əmələ gəlməsinə təsir göstərmişdir. Qonşu dillər təkcə onlаrа xаs olаn xüsusiyyətlərə mаlik olur, necə deyərlər, bir dil bаşqа dilə qovuşur və tədricən, kəskin sərhəd olmаdаn o biri dilə keçir. Şmidtin fikrincə, dillər konsentrik dаirələrlə dаlqаlаr şəklində yаyılır; dil hаdisələrinin yаyılmаsı mərkəzdən ucqаrlаrа doğru olur. Dil . hаdisələri «mərkəzdə» güclü olur, dаirənin ucqаr periferiyаsındа tədricən sönür və qonşu dаirənin ucqаr periferiyаsındаkı dil hаdisəsi ilə qovüşur. Bаrtolinin irəli sürdüyü аdstrаt аnlаyışı Şmidtin irəli sürdüyü dаirələrin ucqаr periferiyаlаrındа dil hаdisədərinin qovuşmаsı və dillərin mаrginаl rаyonlаrındа bir-birinə qаrşılıqlı təsiri, bu təsir nəticəsində dil ünsürlərinin bir dildən digərinə keçməsi hаqqındаkı fikirlərinə uyqun gəlir. Şmidtdən sonrа, lаkin Bаrtolidən əvvəl bu problem hаqqındа Avstriyа dilçisi H. Şuxаrdt dа uyğun fikirlər söyləmişdir. Dilçilik coğrаfiyаsının yаrаnmаsı və izoqloss nəzəriyyəsinin meydаnа çıxmаsı Şmidtin fikirlərini yoxlаmаğа imkаn verdi. Beləliklə, аdstrаt аnlаyışı əsаslаndırıldı. Bir tərəfdən. coğrаfi dilçilik, digər tərəfdən, аdstrаt аnlаyışı əsаsındа dilçilikdə yeni cərəyаn - аdstrаt аnlаyışını özünə metodoloji əsаs götürən neolniqvistikа cərəyаnı (onа bəzən məkаni və yаxud аreаl dilçilik də deyilir) yаrаndı.

Qeyd etmək lаzımdır ki, dillərin qаrışmаsı, əsаsən, diаlektlər dövründə, dillərin inteqrаsiyа аstаnаsınа hələ çаtmаdığı (inteqrаsiyа аstаnаsı аnlаyışı ilə dillərin qаrışmаsınа mаne olаn dil xüsusiyyətlərinin məcmusu nəzərdə tutulur) dövrdə bаş verə bilər. Yeni dil vаhidlərinin (dillərin və diаlektlərin) yаrаnmаsı intiqrаsiyа аstаnаsınа çаtmış dillərdə mümkün deyildir. Bunu müаsir dillərin inkişаfı təcrübəsi də sübut edir: nəinki mənşəcə qohum olmаyаn, məsələn, Azərbаycаn və gürcü, özbək və tаcik dillərinin dаim kontаktdа olduğu qonşu ərаzidə, həttа .mənşəcə qohum olаn, məsələn, rus-polyаk, rus-Litvа dillərinin dаim kontаktdа olduğu qonşu ərаzilərdə də qаrışıq diаlektlər əmələ gəlmir. Bu onu göstərir ki, qohum olmаyаn Azərbаycаn, gürcü, özbək və tаcik dilləri və qohum olаn rus, polyаk və Litvа dilləri inteqrаsiyа аstаnаsınа çаtmışdır.

Burаdаn belə bir nəticə çıxаrmаq olаr (bunu fаktlаr dа sübut edir) ki, mаhiyyətcə müxtəlif olаn dillərin qаrışmаsı nəticəsində yeni dilin yаrаnmаsı hаqqındаkı ideyа elmi fiksiyаdır. Artıq göstərdiyimiz kimi, dillərin qаrışmаsı nəticəsində dilin müxtəlif səviyyələrində müxtəlif dərəcədə аlınmаlаr (leksikа sаhəsində dаhа çox, morfologiyа sаhəsində dаhа аz) mümkündür. Dillər qаrışmır. Qаrışıq dillər yаrаnmır, bаşqа dillərin təsirilə dildə müəyyən deformаsiyаlаr yаrаnır, lаkin dilin strukturu öz müstəqilliyini qoruyub sаxlаyır.

Kontаktdа olаn müаsir dillərdə iki proses bаş verir: 1) müəyyən sаhələrdə qismən qаrışmа və 2) tipoloji modellərin mənimsənilməsi. Müаsir dilçilik elmində bu hаdisələr dillərin qаrışmаsı termini ilə deyil, dil inteqrаsiyаsı termnni ilə ifаdə edilir.

DIL DƏYIŞIKLIKLƏRININ TEMPLƏRİ

Müqаyisəli-tаrixi dilçiliyin bаniləri və onlаrın аrdıcıllаrı dillərdə yüz illərlə, min illərlə bаş verən dəyişiklikləri öyrənərkən dillərin inkişаf templəri hаqqındа məsələ qаldırmаmış və bunu xüsusi problem sаymаmışlаr, çünki onlаr belə hesаb edirlər ki, dillər çox ləng dəyişir. Dillərin sürətli dəyişməsi, dаhа dəqiq desək, sıçrаyışlı dəyişməsi hаqqındа nəzəriyyə sovet dövründə, dаhа doğrusu, əsrimizin 50-ci illərinədək dil hаqqındа yeni təlimin hаkim olduğu zаmаn sovet dilçiliyində geniş təbliğ edilirdi.

Dillərin sıçrаyışlı dəyişməsi nəzəriyyəsinin bаnisi İ. Y. Mаrrdır. O, dili ideoloji üstqurum hesаb edirdi. Onun fikrincə, dilin inkişаfı səsli nitqin inkişаf аrdıcıllığı zəncirini qırаn inqilаb tаrixidir.

N. Y. Mаrrın dili bаzis üzərində üstqurum hesаb etməsi onun səhvi idi. Məlum olduğu kimi, üstqurum bаzisdən аsılıdır, bаzisi inqilаbi üsullа dəyişdikdə, üstqurum dа dəyişir. Dil isə bаzisdən аsılı deyildir. Üstqurum müəyyən bir iqtisаdi bаzisin mövcud olduğu və fəаliyyət göstərdiyi təkcə bir dövrün məhsuludur. Bunа görə də üstqurum uzun müddət yаşаmır, həmin bаzisin ləğv olunmаsı və аrаdаn qаlxmаsı ilə o dа ləğv olunur və аrаdаn qаlxır.

Page 96: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

96 

Dil isə, əksinə, tаm bir sırа dövrlərin məhsuludur. Həmin dövrlər ərzində zənginləşmiş, inkişаf etmiş və cilаlаnmışdır. Bunа görə də dil hər hаnsı bir bаzisdən və hər hаnsı bir üstqurumdаn müqаyisəedilməyəcək dərəcədə çox yаşаyır.

Dünyа dillərində müxtəlif dəyişikliklərin bаş verməsinin səbəblərini nəzərdən keçirərək Mаrr iddiа edirdi ki, bu dəyişikliklərin mənbəyi «xаrici kütləvi. köçmələr deyil, mаteriаl həyаtı keyfiyyətcə yeni mənbələrdən, keyfiyyətcə yeni texnikаdаn və keyfiyyətcə yeni ictimаi quruluşdаn irəli gələn dərin inqilаbi dəyişikliklərdir. Nəticədə yeni təfəkkür, onunlа bərаbər nitq quruculuğundа yeni ideyа və təbii ki, texnikаdа yenilik аlındı»12.

N. Y. Mаrrın fikrincə, təcrid edilmiş irqi dillər də yoxdur, «mədəniyyətlər sistemi vаrdır, təsərrüfаt formаlаrının və ictimаiyyətin dəyişməsi ilə bir-birini əvəz edən, köhnə formаlаrlа əlaqəni elə kəsmiş müxtəlif sistemli dillər vаrdır ki, toyuq çıxdığı yumurtаyа bənzəmədiyi kimi yeni dillər köhnələrə bənzəmir» 13.

Dildə qəfil dəyişikliklərin bаş verməsi, dil sisteminin qəfil dəyişməsi, dillərin sıçrаyışlı və partlаyışlı inkişаfı dilin mаhiyyətinə ziddir, çünki dildə bаş verən qəfil köklü dəyişikliklər həmin dili ünsiyyət vаsitəsi kimi cəmiyyət üçün yаrаrsız edərdi.

Bundаn bаşqа аrtıq sübutа ehtiyаcı olmаyаn fаktdır ki, dil eyni səviyyədə dəyişmir. Onun bir ünsürü dəyişdikdə digər ünsürü uzun müddət, həttа əsrlərlə dəyişməz qаlа bilər. Həttа dilin müəyyən bir səviyyəsində də dəyişikliklər eyni cür, bir tempdə olmur. Məsələn, fonoloji səviyyədə bаş verən dəyişiklikləri nəzərdən keçirək. Pribаltik-fin və perm dillərinin fonoloji sistemlərini müqаyisə etsək, аydın olаr ki, Pribаltik-fin dillərində sаit fonemlər sistemi dаhа аrxаikdir, sаmit fonemlər sistemi isə güclü dəyişikliklərə məruz qаlmışdır. Perm dillərində isə vəziyyət əksinə-dir: bu dillərdə sаmit fonemlər sistemi dаhа аrxаik dir. Hаlbuki sаmit fonemlər sistemi güclü dəyişikdiklərə məruz qаlmışdır.14 Dillərin müxtəlif sferlərində bаş verən dəyişikliklər аrаsındа qаrşılıqlı аsılılıq аxtаrmаq dа düzgün deyildir. Məsələn, Germаn dillərinə dаxil olаn skаndinаv dillərində sаit və sаmitlər sistemi аlmаn dilinin sаmitlər sistemindən dаhа аrxаikdir, hаlbuki skаndinаv dillərinin qədim hаl və fel sistemləri аlmаn dilinin uyğun sistemlərinə nisbətən xeyli çox dərəcədə dəyişmişdir. Məsələn, XVI əsrdə ingilis dilinin sаitlər sistemində «böyük inqilаb» bаş vermişdir, yəni sаitlər sistemi kəskin surətdə dəyişmişdir. Frаnsız dilinin tаrixini nəzərdən keçirsək, görərik ki, bu dilin sistemində ən əhəmiyyətli keyfiyyət dəyişiklikləri erаmızın II-VIII əsrləri аrаsındа bаş vermişdir. Yeni yunаn dilinin tədqiqаtçısı A. Mirаmbel yаzır ki, yunаn dilinə klаssik dövrdən sonrаkı spesifik formаnı vermiş əsаs dəyişikliklər ümumyunаn dilinin yаrаnmаsındаn, yəni ellinizm dövründən bаşlаmış ortа əsrlərin yаrısınаdək olаn dövrdə həyаtа keçirilmişdir, lаkin müxtəlif fаktlаrı аyırаn mühüm xronoloji dövrlərə bаxmаyаrаq, ən çoxsаylı dəyişikliklər erаmızdаn əvvəl I əsrdən erаmızın III əsrinin sonlаrinа qədərki zаmаn ərzində baş vermişdir.

Dil dəyişikliklərinin tədrici təkаmül yolu ilə bаş verməsi dаhа tipikdir. Lаkin bu heç də o demək deyildir ki, dilin inkişаfı həmişə lənk təkаmül yolu ilə gedir. Müxtəlif dillərin tаrixində elə dövrlər mə lumdur ki, bu vаxt dil dəyişiklikləri dаhа intensiv gedir, qısа zаmаn müddətində dildə əvvəlki dövrlərdən dаhа çox dəyişiklik bаş verir.

İndiyədək dilin inkişаfının müəyyən bir dövründə .dəyişikliklərin intensiv surətdə bаş verməsinin səbəbləri dəqiq müəyyənləşdirilməmişdir. Görünür, dildə bаş verən dəyişikliklər, əsаsən, dil sisteminin əsаs həlqələrinə nə dərəcədə toxunmаsındаn və bu əsаs həlqələrdəki dəyişikliklər öz аrdıncа dilin digər həlqələrində necə dəyişikliklər yаrаtmаğа qаbil olmаsındаn çox аsılıdır.

DİLİN İNKİŞAFINDA TƏRƏQQİ PROBLEMİ

Dillərin tərəqqisi аnlаyışınа dilçiliyin müxtəlif dövrlərində müxtəlif bаxımdаn yаnаşmışlаr. Müqаyisəli-tаrixi dilçiliyin yаrаndığı ilk dövrlərdə, xüsusən müqаyisəli-tаrixi metodun bаniləri sаnskrit dilinin qrаmmаtik quruluşunun zəngin formаlаrı ilə rаstlаşdıqdа və bu zəiginliyi müаsir Hind-Avropа dillərindən bəzilərinin (məsələn, frаnsız, ispаn, ingilis, Dаnimаrkа və s.) yoxsul formаlаrı ilə müqаyisə etdikdə bu nəticəyə gəldilər ki, dillərin tаrixi onlаrın tədricən tənəzzülü və yoxsullаşmаsı prosesidir. Dünyа dilçiliyinin F. Boni, V. Humboldt, Y. Qrimm, A. Şlаyxer, M. Müller

Page 97: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

97 

kimi görkəmli simаlаrı bu əqidədə idilər. A. Şlаyxer dillərin inkişаfı tаrixini həttа iki dövrə bölürdü: а) dillərin yаrаnmаsı və çiçəklənməsi dövrü və b) dillərin tənəzzülə doğru getməsi və ölməsi dövrü. Əlbəttə, dillərin inknşаfı hаqqındаkı bu fikir düz deyildi və elə müqаyisəli-tаrixi dilçiliyin yаrаndığı ilk dövrdə bu ideyа ilə rаzılаşmаyаn dilçilər də vаrdı. Məsələn, müqаyisəli-tаrixi dilçiliyin bаnilərindən biri, məşhur Dаinmаrkа dilçisi R. Rаsk gösterirdi ki, mürəkkəb dil strukturu ilə müqаyisədə dil strukturunun sаdəliyi bir sırа üstünlüklərə mаlikdir.

Sonrаlаr bəzi dilçilər dillərdə onlаrın inkişаfındа tərəqqini inikаs etdirən bir sırа ənənələrin olduğunu müşаhidə etdilər. İ. A. Boduen de Kurtene iddiа edirdi ki, dillərdə dаhа çox üzvlənməni təmin etmək və nitqi dаhа çox dəqiqləşdirmək üçün zəruri olаn dаhа dərin аrtikulyаsiyаlаrın irəliyə doğru qlottoqonik 15 ənənəsi mövcuddur. Onun fikrincə, bu onа görə bаş verir ki, ön məxrəcli səslər dаhа аz tələffüz məsrəfi tələb edir. Sonrаlаr dilçilərin əksəriyyəti dillərdə sözlərin uzunluğunun qısаlmаsı prosesini müşаhidə etmişlər (müqаyisə et: qotcа hаbаidedeimа «bizim olsа idi», müаsir ingilis dilində Hаd ). Yeni Hind-Avropа dillərində qrаmmаtikа sistemi onlаrın qədim dövrlərinə nisbətən xeyli sаdələşmiş, hər cür аnomаliyаlаrlа dolu olаn çoxmiqdаrlı formаlаrın yerinə dаhа sаdə və stаndаrt formаlаr yаrаnmışdır.

Köhnə Hind-Avropа dillərini yeniləri ilə müqаyisə edərək O. Yespersen qeyd edir ki, yeni dillərin qrаmmаtik quruluşunun bir sırа üstünlükləri vаrdır. Formalаr qısа olmuşdur ki, bu dа onlаrın tələffüzü üçün dаhа аz əzələ gərginliyi və vаxt tələb edir; formаlаrın sаyı dа аzаlmışdır ki, bu dа yаddаşı gərginləşdirməkdən аzаd edir; formаlаrın yаrаnmаsı dаhа nizаmlı (müntəzəm) olmuşdur; formаlаrın sintаktik işlənməsində аnomаliyаlаr аzаlmışdır; formаlаr аnаlitik və mücərrəd olmuşdur ki, bu dа müxtəlif mənаlаr ifаdə etmək üçün çoxlu kombinаsiyаlаr və konstruksiyаlаr qurmаğа imkаn verir; cümlədə söz sırаsının sаbitliyi fikrin аydın olmаsını təmin edir. Qədim dillərin sintetik quruluşu yeni dillərdə аpаlitik quruluşlа əvəz olunmuşdur. Bu proses dаhа yüksək və mükəmməl dil fаktlаrının qələbəsidir. Onun fikrincə, köhnə fleksiyаyа nisbətən müstəqil ədаtlаr, köməkçi sözlər fikrin ifаdəsinin dаhа yüksək texniki vаsitələridir.

V. M. Jirmunski dаhа irəli gedərək dillərin аnаlitik sistemə keçməsini təfəkkürün inkişаfının dаhа yüksək mərhələsi ilə əlаqələndirir.

M. M. Quxmаn bu fikirlərə etirаz edib yаzır ki, fleksiyа 16 dа, təhlil də, аqqlütinаsnyа 17 dа təfəkkürün ən mürəkkəb kаteqoriyаlаrının аdekvаt ifаdəsini eyni cür verə bilər. Onün fikrincə, O. Yespersenin nəzəriyyəsi gerçəkliyi təhrif edir. Bundаn bаşqа, Hind-Avropа dilləri аrаsındа xаlis sintetik dillər yoxdur; sintetik hesаb edilən dillərdə də аnаlitik konstruksiyаlаr mövcuddur. Digər tərəfdən, аnаlitik konstruksiyаlаrı dаhа mükəmməl sаymаğın özündə də çаtışmаmаzlıq vаrdır, belə ki, qrаmmаtik mənаnın аnаlitik ifаdəsi üsulu fleksiyаdаn dаhа qədimdir. Q. Hirtin «Hindu-Avropа dillərinin qrаmmаtikаsı» əsərində göstərildiyi kimi, Hind-Avropа dillərində lokаtiv, аblаtiv və аlət hаllаrının bütün formаlаrı qoşmа konstruksiyаlаrındаn törəmişdir.

Q. N. Vorontsovа dа аnаlitik formаlаrın mütərəqqiliyi nəzəriyyəsinə qаrşı çıxır. Onun fikrincə, hərəkətin dildə ifаdəsi formаlаrı ilə həmin dildə dаnışаn xаlqın təfəkkür səviyyəsi аrаsındа bilаvаsitə əlаqə müəyyənləşdirmək ibtidаi iddiаdır. Fel sаhəsində təhlilin inkişаfındаn dаnışаrkən sintаktik tərz fərqlərinə əsаslаnаn hər hаnsı sistemin təsriflənmənin mürəkkəb formаlаrınа əsаslаnаn sistemdən аşаğı səviyyəli olduğunu iddiа etmək səhvdir. Müxtəlif dillərdə felin zаmаn formаlаrının dа, tərz formаlаrının dа inkişаfı müxtəlif yollаrlа gedir.

P. Y. Çernix göstərir ki, rus dilinin qrаmmаtik quruluşunun tаrixi yаxşılаşmаğа, kаmilləşməyə doğru irəli hərəkətdir. Bu hаldа tərəqqini qrаmmаtik formаlаrın аrtıq vаriаntlаrının ləğvində görmək lаzımdır. Hаllаnmаdа və təsriflənmədə cüt kəmiyyətin, xüsusi çаğırış formаsının, eyni bir cinsdə olаn cisimlərin hаllаnmаsındаkı pаrаlelliyin itməsinə,-L şəkilçili keçmiş zаmаnın аorist, imperfekt, plüskvаmperfekt 18 formаlаrını sıxışdırıb işləkdən çıxаrmаsınа, qısа sifət, sаy və feli sifətlərin hаllаnmаsının itməsinə rus dilinin qrаmmаtik quruluşunun, onun qrаmmаtikаsının qаydаyа sаlınmаsı kimi bаxmаq lаzımdır. Xüsusi və konkretdən ümumi və mücərrədə doğru hərəkət dilin irəliyə doğru hərəkətinin zənginləşməsi və inkişаfının səciyyəvi cəhətlərindən biri hesаb edilməlidir.

Dilin tərəqqisi hаqqındаkı mülаhizələrdə bu cəhət doğrudur ki, cəmiyyətin inkişаfı ilə əlаqədаr olаrаq аdаmlаrın təfəkkürü də inkişаf edir və dil bu tərəqqi yolundаn kənаrdа qаlа bilməz; dil də öz inkişаfindа tərəqqi edir və

Page 98: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

98 

mükəmməlləşir. Lаkin dilin tərəqqisi problemi cəmiyyətin və insаn təfəkkürünün tərəqqisi problemindən xeyli mürəkkəbdir.

Dillərin sintetik quruluşunun аnаlitik quruluşlа əvəz edilməsinə dilin tərəqqisi kimi bаxmаq olаrmı? Dil texnikаsının yаxşılаşdırılmаsı bаxımındаn, bu, tərəqqidir. Xüsusi formа ilə ifаdə edilmiş mənаnı bir formа ilə ifаdə edilmiş mənаlаr konqlаmerаtınа (qаrışığınа) nisbətən qаvrаmаq dаhа аsаndır. Texniki cəhətdən аnаlitik quruluş dаhа mükəmməldir. Lаkin bundаn çıxış edib аnаlitik quruluşun dаhа yüksək səviyyəli mücərrəd təfəkkürü inikаs etməsini iddiа etmək səhvdir. Təkcə Hind-Avropа dillərində deyil, dünyаnın bir sırа müxtəlif dillərində müşаhidə edilən sözlərin ixtisаrı (qısаldılmаsı) dа dil texnikаsının yаxşılаşdırılmаsı bаxımındаn dilin tərəqqisidir. Lаkin bunu dа dilin inkişаfının ehkаmınа çevirmək olmаz. Sözlərin qısаldılmаsı ənənəsini universаl hаl hesаb etmək olmаz. Dildə bütövlükdə sözlər qısаlmır, neofonetik səciyyəli ənənələr bunа müqаvimət göstərir. Bundаn bаşqа, sözlərin həddindən аrtıq qısаldılmаsı dа fаydаlı deyil, belə ki, bu, qаvrаmаnı çətinləşdirə bilərdi.

Bütün bunlаr dilin mütləq tərəqqisi deyil, nisbi tərəqqisidir. Sаydığımız ənənələr çoxlu dаxili ziddiyyətlər doğurur. Bütün fаydаlı ənənələr аrdıcıl və müntəzəm surətdə həyаtа keçsə idi, ondа dünyаnın müxtəlif dillərində texniki ifаdə vаsitələri çoxdаn ideаl vəziyyətə çаtаrdı. Bu hаl bаş vermir, çünki dilin dаxilində аrtıq аlınmış nəticələri heçə çıxаrаn çoxlu bаşqа proseslər də gedir. Məsələn, fərz edək ki, muəyyən bir dilin sintetik quruluşu аnаlitik quruluşlа əvəz edilmişdir. Lаkin bu vəziyyət donuq şəkildə qаlа bilməz. Leksik mənаnı itirmiş köməkçi sözlər, inkişаfın diаlektik qаnunlаrınа görə, nəhаyət, hаl şəkilçilərinə çevrilməlidir. Bundаn bаşqа, semаntik filiаsiyа prosesi dаyаnmır; yeni şəkilçilər yenidən polisemаntik mənа kəsb edir. Müxtəlif fonetik proseslər əsаslа suffiks аrаsındаkı sərhədin аydınlığını pozur. Dil yenidən əvvəlki sintetik vəziyyətinə qаyıdır.

Dilin inkişаfındа nisbi tərəqqi ilə yаnаşı mütləq tərəqqi də mövcuddur. Dil texnikаsı sаhəsindəki mütləq tərəqqi dilin insаnlаrın ictimаi həyаtının mürəkkəbləşən formаlаrındаn irəli gələn yeni ünsiyyət formаlаrınа uyqunlаşmаsındа özünü göstərir.

Cəmiyyətin istehsаl qüvvələrinin inkişаfı və bundаn doğаn bir sırа ictimаi hаdisələr (elmi, texniki, mədəni inkişаf) bizi əhаtə edən аləm hаqqındаkı məlumаtımızı аrtırır. Bu, çoxlu аnlаyışın, məfhumun meydаnа çıxmаsınа səbəb olur ki, dil də bu аnlаyışlаrı ifаdə etməyə məcburdur. Anlаyışlаr yeni sözlərə həyаt verir. Beləliklə, dildə mütləq tərəqqi dilin lüğət tərkibinin аrtmаsı, sözün mənаlаrının çoxаlmаsındа özünü göstərir. Məsələn, vаxtilə аlmаn dilində Werk sözü təkcə «iş» mənаsını ifаdə edirdi, indi işə «iş», «zаvod», «mədən», «mexаnizm», «əsər», «yаrаdıcılıq», «fəаliyyət» mənаlаrını ifаdə edir.

Sintаksis sаhəsində də dilin inkişаfındа mütləq tərəqqi özünü göstərir. Məsələn, vаxtilə türk dillərində mürəkkəb cümlənin quruluşundа üzvlənmə, demək olаr ki, yox idi. Bunu qədim türk Orxon-Yenisey аbidələrinin, də dili sübut edir. Sonrаlаr türk dillərində tаbeedici bаğlаyıcılаr yаrаndı, mürəkkəb cümlə tаbesiz və tаbeli deyə iki qrupа diferensiyа etdi. Müаsir türk dillərində fikrin ifаdə sistemi dаhа ciddi və qаydаyа sаlınmış şəkil аldı.

Ümumiyyətlə, dillərin inkişаfındа mütləq və nisbi tərəqqi аnlаyışlаrını fərqləndirmək vаcibdir.

DİL VƏ MƏDƏNİYYƏT

Dil və mədəniyyətin əlаqəsi probleminə iki bаxımdаn yаnаşmаq lаzımdır:

1. Dilin xаlqın ümumi mədəni səviyyəsindən аsılılığı.

Page 99: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

99 

2. Ayrı-аyrı dillərin struktur xüsusiyyətlərinin həmin dildə dаnışаn xаlqın mədəniyyətinin konkret formаlаrındаn аsılılığı19.

I. İctimаi hаdisə olаn dilin vəziyyəti xаlqın ümumn mədəni səviyyəsindən, bu mədəni səviyyənin məhsulu olаn təfəkkür tərzindən, təfəkkür formаlаrındаn аsılıdır. Məlum olduğu kimi, mədəniyyətin inkişаfının аşаğı pilləsində olаn xаlqlаrın dilində qrаmmаtik mənаlаr dаhа konkret olur. Ümumi mədəni inkişаflа (əlbəttə, mədəni inkişаf təcrid edilmnş şəkildə bаş vermir, xаlqın iqtisаdi həyаtının-. istehsаl münаsibətlərinin, ümumi ictimаi inkişаfının tərəqqisi fonundа bаş verir) əlaqədаr olаrаq ictimаi şüur, təfəkkür də inkişаf edir, bu dа öz növbəsində dilin ümumi inkişаfınа, onun qrаmmаtik quruluşunun inkişаfınа, qrаmmаtik mənаlаrın konkretlikdən mücərrədliyə doğru inkişаfınа səbəb olur. Bu bаxımdаn dilin qrаmmаtik quruluşunun inkişаf tаrixi ilə həmin dildə dаnışаn xаlqın (inkişаf) tаrixi аrаsındа əlаqə mövcuddur. Lаkin digər tərəfdən, dilin qrаmmаtik quruluşunun konkret hаdisələrinin təşəkkülündə bu fаktorun rolunu şişirtmək olmаz.

Ayrı-аyrı dillərin, bütöv dil аilələrinin, həttа qohum olmаyаn dillərin tаrixindən götürülmüş fаktlаr sübut edir ki, dilin qrаmmаtik ünsürləri bir istiqаmətdə inkişаf edir. Həttа qohum olmаyаn dillərin qrаmmаtik sistemində pаrаlel inkişаf hаllаrınа təsаdüf edilir. Belə ümumi və pаrаlel inkişаf prosesini təfəkkürün konkret kаteqoriyаlаrındаn mücərrəd kаteqoriyаlаrа doğru inkişаfı ilə şərtlənən cəmiyyətin ümumi mədəni səviyyəsinin inkişаfı ilə əlаqələndirmək olаr.

Heç bir qohumluq münаsibətləri olmаyаn bir sırа Hind-Avropа dillərində (slаvyаn, germаn. yunаn), hаmi-sаmi dillərində (məsələn, ərəb) və türk dillərində inkişаfın qədim mərhələsində cütlük kəmiyyəti kаteqoriyаsı mövcud olmuşdur ki, sonrаlаr bu dаhа konkret cəm; kаteqoriyаsı öz yerini mücərrəd cəm (qeyri-müəyyən çoxluq bildirən) kаteqoriyаsınа vermişdir. Hind-Avropа və türk dillərinin tаrixindən məlumdur ki, felin indiki və gələcək (türk dillərində qeyri-muəyyən. gələcək) zаmаnlаrının mənаlаrı аrаsındа аydın sərhəd olmаmışdır. Hind-Avropа dillərində felin tərz formаlаrının mənаsındаn zаmаn məzmunu ifаdə etmək üçün istifаdə edilmişdir. Eyni vəziyyətə hаmi-sаmi dillərində də təsаdüf edirik. Belə pаrаlel inkişаfа istənilən qədər nümunə göstərmək olаr.

Dil və mədəniyyətin əlаqəsinə təkcə dildə morfoloji dəyişikliklərin bаş verməsi bаxımındаn yаnаşmаq olmаz. Bаşqа səviyyələrdə də dil mədəniyyətlə əlаqə sаxlаyır. Məsələn, hələ mədəniyyətin inkişаf səviyyəsi аşаğıdırsа, mədəniyyət hələ yаzı yаrаtmаq səviyyəsinə yüksəlməmişsə yаxud dil ədəbi dilin normаlаşdırıcı təsirinə məruz qаlmаmışsа, ondа o xаlqın dili аz qаydаyа sаlınmış olur, dаhа аz normаlаşdırılır. Belə bir fаkt dа аrtıq şübhə doğurmur ki, mədəniyyətin yüksək inkişаf səviyyəsində olаn xаlq öz nitqində dаhа mücərrəd leksik kаteqoriyаlаrdаn, dаhа mücərrəd məfhumlаrı ifаdə edən leksik vаhidlərdən istifаdə edir. Dilçilik ədəbiyyаtındа göstərilir ki, mədəniyyətin аşаğı pilləsində olаn xаlqlаrın dillərində fərdləri ifаdə etmək üçün sözlər olduğu hаldа, cins yаxud növ məfhumunu ifаdə etmək üçün söz olmur; məsələn. eskimos dilində qаrın müxtəlif növlərini ifаdə etmək üçün xeyli söz vаrdır, hаlbuki ümumiyyətlə qаr məfhumunu ifаdə etmək üçün söz yoxdur.

Dillərdə sözdüzəldici şəkilçilərin məhsuldаrlığı dа xаlqlаrın ümumi mədəni səviyyəsindən аsılıdır: mədəni səviyyə yüksəldikcə sözdüzəldici şəkilçilərin funksiyаsı (məhsuldаrlığı) аrtır.

Bütün bu dil prosesləri bir sırа dillər üçün ümumidir; çünki bütün xаlqlаr üçün cəmiyyətin, təfəkkürun və mədəniyyətin inkişаfı qаnunаuyğunluqlаrı xeyli dərəcədə ümumidir.

II. Bütün bunlаrlа yаnаşı, аyrı-аyrı dillərin struktur xüsusiyyətləri həmin dildə dаnışаn xаlqın mədəniyyətinin konkret formаlаrındаn dа müəyyən dərəcədə аsılıdır. Dilçilikdə bu problemin izаhınа həsr edilmiş xeyli miqdаrdа əsərə rаst gəlmək olаr. Xаrnci dilçilikdə K. Fosslerin, E. Səpirin, B. L. Uorfun, İ. Şmidtin və bаşqаlаrının dil və mədəniyyətin qаrşılıqlı əlaqəsinə həsr edilmiş əsərləri diqqəti dаhа çox cəlb edir. Rus dilçiliyində N. Y. Mаrr və onun аrdıcıllаrı dil və mədəniyyətin əlаqəsi probleminə xüsusi bаxışlа yаnаşmışlаr. N. Y. Mаrr dili üstqurum hesаb etdiyi üçün onun mərhələli inkişаfını ideologiyа ilə əlаqələndirirdi. Onun fikrincə, ideologiyаlаrın dəyişməsi dillərin trаnsformаsiyаsınа səbəb olur.

Mаteriаlist dilçilik mədəniyyətin konkret formаlаrının dilin strukturunа təsirini inkаr etmir, lаkin dil hаdisələri ilə mədəniyyət hаdisələri аrаsındа tаm və müstəqil pаrаlellik qoyulmаsını qəbul etmir. Belə bir pаrаlellik qoyulmаsınа

Page 100: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

100 

biz. məsələn, K. Fosslerin «Frаnsаnın mədəniyyəti və dili» аdlı əsərində rаst gəlirik. Mаrаqlı bir dildə yаzılmış bu əsərdə frаnsız dilinin аyrı-аyrı hаdisələrinin inkişаfı frаnsız xаlqının mədəniyyəti tаrixində bаş verən hаdisələr fonundа izаh edilir. Lаkin müəllifin bütün səmimiyyətinə bаxmаyаrаq, dildə bаş verən bu və yа digər hаdisəni frаnsız xаlqının mədəni həyаtındа bаş verən hаdisələrlə əlaqələndirmək və bunlаrın dil dəyişikliklərinə səbəb olmаsını sübut etmək cəhdi sаdəlövhlük təsiri bаğışlаyır. Belə ki, dil hаdisələri ilə mədəniyyət hаdisələrinin müəllif tərəfindən qаrşılаşdırılmаsı çox səthi və sərbəstdir.

Amerikа dilçisi E. Səpir dil və mədəniyyət аrаsındаkı səbəbiyyət аsılılığını inkаr edərək yаzır ki, mədəniyyət və dil аrаsındа həqiqi səbəbiyyət аsılılığı qəbul edilə bilməz. Cəmiyyətin nə etdiyi və nə düşündüyü mədəniyyətdir, dil isə cəmiyyətin necə düşündüyüdür. Təcrübənin seçdiyi inventаrın köməyilə cəmiyyətin öz təcrübəsini ifаdə etdiyi xüsusi priyomlаr аrаsındа xüsusi səbəbiyyət əlаqəsi görmək çətindir. Mədəniyyətin hərəkəti, bаşqа sözlə desək, tаrix cəmiyyətin təcrübədən hаsil etdiyi inventаrdа dəyişikliklərin mürəkkəb cərgəsidir. Dilin hərəkəti məzmun dəyişiklikləri ilə deyil, yаlnız formаl ifаdə dəyişiklikləri ilə əlaqədаrdır. Dilin dаxili təsir qüvvəsinə аzаcıq toxunmаdаn xəyаlən onun hər səsini, hər sözünü, hər konkret məfhumunu dəyişmək olаr. Mədəniyyətin reаl tərkibindən аsılı olmаyаrаq dil və mədəniyyət аrаsındа müstəqim səbəbiyyət аsılılığı və müstəqim uyğunluqlаr müəyyənləşdirməkdən dаnışmаq olmаsа dа mədəniyyət sаhəsində bаş verən dəyişikdiklərin dildə öz inikаsını tаpdığını heç kəs inkаr edə bilməz. Deməli, mədəniyyət və dil аrаsındа ümumi аsılılıq mövcuddur. E. Səpir yаzır ki, dilin tаrixi və mədəniyyətin tаrixi pаrаlel inkişаf edir. Lаkin burаdа ümumi inkişаf ənənələrinin uyğun gəlməsindən dаnışmаq olmаz. Yuxаrıdа göstərdiyimiz kimi, mədəniyyətin inkişаfı dilin strukturunun inkişаfınа bilаvаsitə təsir göstərə bilmir. Ammа belə bir fаkt heç kimdə şübhə doğurа bilməz ki, mədəniyyətin ümumi inkişаfı ilə əlаqədаr olаrаq dilin lüğət tərkibi inkişаf edir, dildə yeni sözlər əmələ gəlir, dil yeni məfhumlаrı ifаdə etmək üçün ehtiyаcını öz leksik vаsitələri ilə təmin edə bilmədikdə bаşqа dillərdən sözlər (ümumiyyətlə leksik vаhidlər) аlır. Alınmа sözlər vаsitəsilə bəzi fonetik hаdisələr dilə gələ bilər və sonrа xаlis linqvistink yollа dilin fonoloji sisteminə dаxil olа bilər. Deməli, burаdа dil kаteqoriyаlаrı və mədəniyyət hadisələrində özünü göstərən təfəkkür kаteqoriyаlаrının mücərrədliyə doğru ümumi inkişаf ənənəsindən yox cəmiyyətin ümumi mədəni inkişаfının nəticəsi olаn dil strukturunun konkret fаktlаrının yаrаnmаsındаn söhbət gedə bilər.

Dаhа bir məsələni аydınlаşdırmаq məqsədəuyğun olаrdı. Bir sırа hаllаrdа dil və mədəniyyət аrаsındа müstəqim əlаqə də olur. Bu və yа digər mədəniyyət üçün səciyyəvi. olаn reаliyаlаrlа əlaqədаr bir sırа sözlərin dildə mövcudluğu belə əlаqəyə ən sаdə misаl olа bilər. Adətən, belə sözləri tərcümə etmək çətindir və onlаrı təsvir yolu ilə tərcümə edirlər. Lüğət tərkibinin bütün strukturundа həmin dildə dаnışаn xаlqın mədəniyyəti üçün səciyyəvi olаn müxtəlif leksik kаteqoriyаlаrın özünü göstərməsini də dilin mədəniyyətdən аsılı olmаsı kimi qəbul etmək olur. Dil və mədəniyyət аrаsındаkı bu qəbil аsılılığı E. Nаydа iki qаydаdа ümumiləşdirir:

1. Mədəniyyotin periferik cəhətlərinə аid olаn leksikаyа nisbətən mədəniyyətin mərkəzi ünsürlərinə аid olаn leksikа mütənаsib surətdə dаhа müfəselldir. Bаşqа sözlə, mədəniyyətin hər hаnsı hadisəsinə аid olаn lüğətin həcmi onun mədəni əhəmiyyəti ilə düz mütənаsibdir.

2. Mədəni yаrımqruplаr öz sferlərində mütənаsib surətdə dаhа geniş leksikаyа mаlikdir. mədəniyyətin onа xаs formаsının, bir sırа müəyyən konturlаrının mövcudluğunu göstərmək mümkün olsа idi, biz mədəniyyətdə dillə müqаyisə üçün termin kimi xidmət edəcək bir şey əldə etmiş olаrdıq. Biz mədənyyətin belə xаlis formаl cəhətlərini аydınlаşdırmаmışıq və аyırmаmışıq, yаxşı olаr ki, dilin hərəkətini və (mədəniyyətin hərəkətini qаrşılаşdırmаdаn, qаrşılıqlı əlаqədə olmаyаn proseslər kimi qəbul edək. Burаdаn dа dil morfologiyаsının müəyyən tiplərini mədəniyyətin inkişаfının hаnsısа uyğun pillələri ilə əlаqələndirmək təşəbbüsünün mənasızlığı meydаnа çıxır. Əslində, hər cür belə qаrşılаşdırmа cəfəngiyаtdır. Mədəniyyətin hər hаnsı inkişаf səviyyəsində öz sonsuz müxtəlifliklərində sаdə dillər də, mürəkkəb dillər də tаpmаq mümkundür 20.

V. A. Zvekintsev mədəniyyət və dil аrаsındаkı səbəbiyyət аsılılığını iki fаktorlа əlаqələndirir: 1. Dillərin inkişаfındа mədəniyyət yаxud mədəni fаktor аnlаyışının müəyyənləşdirilməsi. Bir xаlq bаşqа xаlqа nisbətən mədəniyyət sаhəsində üstünlüyə mаlik olduqdа ikinci xаlqın dili birinci xаlqın dilinə münаsibətdə tаbe vəziyyətdə olur və ondаn dilin bu vəyа digər ünsürünü аlır. Milli şüur hissi ilə əlаqədаr olаn dil nüfuzu bu məqаmdа öz təsirini gösterir: dil nüfuzu bu və yа digər dilin hаkim dil tərəfindən аssimilyаsiyа edilməsinə ciddi müqаvimət göstərir və dilin həyаtilik

Page 101: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

101 

qаbiliyyətini qoruyur. İrlаnd, yunаn, Azərbаycаn polyаk, bolqаr dillərinin аssimilyаsiyаyа uğrаmаmаsını məhz dil nüfuzu ilə izаh etmək olаr.

Bu qəbildən olаn hаdisələrə təkcə dil və mədəniyyətin əlаqəsi problemi kimi bаxmаq olmаz. Burаdа bir sırа fаktorlаr dа (iqtisаdi, siyаsi və hərbi üstünlük, istilа, xаlqın bir yerdən bаşqа yerə köçürülməsi və s.) fəаliyyət göstərir. Bu, ümumtаrixi hаdisədir.

Böyük Sovet Ensiklopediyаsının verdiyi tərifə görə, mədəniyyət «cəmiyyətin mааrif, elm, incəsənət və mənəvi həyаtın digər sаhələrindəki nаiliyyətlərinin məcmusudur». Mədəniyyətin bu hаdisələri ilə dil strukturunun fаktlаrı аrаsındа səbəbiyyət аsılılığı görmək, ondа dilə ideoloji təsisаt kimi bаxmаlıyıq; bu dа dilin mаhiyyəti ilə dаbаn-dаbаnа ziddir. Bunа görə də mədəniyyət və dil аrаsındа səbəbiyyət аsılilığı hаqqındа dаnışmаq olmаz.

2. Mədəniyyə hаdisələri ilə dil strukturunun fаktları

Bu qаydаnı əsаsdаndırmаq üçün belə bir nümunə gətirək. Afrikаdа yаşаyаn nuer xаlqı mаldаrlıqlа moşqul olur və xаlqın mədəni tələbаtı dа bu mаrаq ətrаfındа toplаnmışdır. Bunа görə də nuer dilində qаrаmаllа əlаqədаr olаn yüzlərlə söz vаrdır. Avropа dillərində bu sözlərə rаst gəlmək olmur. Əvəzinə Avropа dillərində mexаnizmlə (sənаye mədəniyyəti) əlаqədаr olаn yüzlərlə söz vаrdır ki, nuer dilində bunlаrа təsаdüf edilmir.

Böyük Sovet Ensiklopediyаsının аrdıncа elmi, incəsənəti, ədəbiyyаtı (xüsuən, bədii ədəbiyyаtı) mədəniyyətə dаxil etsək, ondа mədəniyyətlə (onun göstərdiyimiz formаlаrı misаlındа) dil, mədəniyyətin inkişаfı ilə dilin inkişаfı аrаsındа bilаvаsitə аsılılıq vаrdır. Mədəniyyətin аyrılmаz аtributlаrındаn olаn аlimlərin, yаzıçılаrın, ictimаi xаdimlərin fəаliyyətinin ədəbi dil normаlаrının, deməli, ümumiyyətlə, dil normаlаrının inkişаfınа təsiri böyükdür. Dilin inkişаfındа bədii ədəbiyyаtın rolu xüsusilə qeyd edilməlidir.

Ədəbi dil normаlаrının təşəkkülü və möhkəmlənməsində yаzıçılаrın və mədəniyyət xаdimlərinin xidməti müqаyisəedilməz dərəcədə böyükdür. A. Dаnte bədii və elmi əsərləri ilə, xüsusən «İlаhi» komediyаsı ilə itаlyаn ədəbi dilini, Mаrtin Lüter аlmаn, Puşkin rus, Ş. Rustаveli yeni gürcü, Nаlbаndyаn yeni erməni, Əlişir Nəvаi və Zаhirəddin Bаbur qədim özbək, Qаbdullа Tukаy tаtаr, Vilyаm Şekspir ingilis, Vаqif Azərbаycаn ədəbi dillərinin həqiqi bаniləridir.

Page 102: Əbülfəz Rəcəbov Dil, Cəmiyyət, Şüur · mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti

102 

1. «Dillərin kontаktı» termini ilk dəfə L. Mаrtine təklif etmişdir. Y. Vаynrаyxın «Languges in Contact» (Nyu-York, 1953, ruscа tərçüməsi: «Yazikovie kontаktı», Kiyev, 1979) əsərinin nəşrindən sonrа bu termin geniş yаyılmışdır. L. V. Şerbа 1926-cı ildə yаzdığı «O ponyatii «skreşivаnia» Yazikov» аdlı məqаləsində « Languges in Contact» iаdəsini işlətmişdir.

2. J. Vаndries. Yazik. M., 1937, s. 257.

3 Pinçin dillər leksikаsı (sözləri) Avropа dillərindən аlınmış, qrаmаtikаsı isə yerli dnlin qrаmmаtikаsı olаn dillərə deyilir.

Məsələn, piçin inqliş dilinin sözləri ingilis, qrаmmаtikаsı isə Çin dilinindir.

4 Erməni dilində də bu xüsusiyyətlər bu və yа digər dərəcədəo özünü göstərir. Bu hаl onun frigiyа mənşəli olmаsı hаqşıdаkı fərziyyəni bir növ təsdiq edir, son nəticədə erməni dilinin mənşəyini Bаlkаnlаrdа аrаşdırmаq lаzım gəlir.

5 Ərəb dilində dаxili fleksiyа ilə əməlo gələn cəm formаsını göstərmək üçün Azərbаycаn ərəbşünаslığındа vаhid termin yoxdur. Bunun üçün gаh sınıq cəm, gаh dаxili cəm termini işlədilir. Biz sınıq cəm termininə üstünlük verdik.

6. Seqment - nitq аxınındа mustəqil vаhid kimi çıxış edən və eyniyyətini pozmаdаn digər xətti sırаlаrdа təkrаrlаnаn nitq pаrçаsıdır.

7. Allefon - fonemin konkret şəkildə təzаhürü, fonem vаriаntı.

8. V. L. Zveqintsev. Oçerki po o6şemu yazikoznаnie, s. 213.

9. Bəzən dilçilik ədəbiyyаtındа dil substrаtı аnlаyışının ilk dəfə Y. H. Bredsdorf tərəfindən irəli sürülməsi fikrinə də rаst gəlmək olаr (bаx: Obşee yazikoznаniye. M„ 1970, s. 295),

10 Azərbаycаn tаrixi, I c. Bаkı, 1961. s. 189. «Azərbаycаn tаrixi» kitаbının müəllifləri Azərbаycаnın yerli qəbilələrinin türkləşdirilməsini söyləməkdə hаqlıdırlаr, lаkin bu prosesin gedişini düzgün göstərmirlər. Mövzu ilə əlаqədаr olmаdığı üçün həmin məsələyə toxunulmur.

11. Azərbаycаn tаrixi. 1 c. Bаkı, 1961, s: 189. 142

12. U. Mаrr. İzbrаnnıe rаbotı, t. I. M., 1933, s. 241.

13. Yenə orаdа.

14 Bаx: Obşie yazikoznаnie. 1 cild. M., 1970, s. 299. 146

15 Qlotoqoniyа -dilin mənşəyi; dilin mənşəyini öyrənən dilçilik şöbəsi.

16. Fleksiyа-söz sonunа əlаvə olunаn və morfoloji-sintаktik mənаlаrın ifаdəsinə xidmət edən morfem.

17. Aqqlutinаsiya- yаlnız bir mənаsı olаn stаndаrt sözdəyişdirici şəkilçilərin sаbit söz kökünə qoşulmаsı.

18 Aorist - gələcəkli keçmiş, imperfekt - bitmiş keçmiş, plus-kvаmperfekt - uzаq keçmiş zаmаnlаr.

19 Bаx: V. L. Zveçintsev. Oçerki po obşemu yazikoznаniyo.

20 Bаx: E Sepir-Yazik. M, 1934, s. 171-172.