e l şən baĞirzadƏ “ menecment İqtisadiyyatı ” fənninin mühazirə qeydləri

22
E l şən BAĞIRZADƏ Menecment İqtisadiyyatıfənninin mühazirə qeydləri MBA proqramı, Azərbaycan Universiteti, Bakı - 2013

Upload: wyanet

Post on 19-Mar-2016

267 views

Category:

Documents


1 download

DESCRIPTION

E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ” fənninin mühazirə qeydləri MBA pro q ramı , A zərbaycan Universiteti , Bakı - 2013. 1. “Menecment iqtisadiyyat ı ” n ın predmeti və metodları. MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ. “Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək; - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Elşən BAĞIRZADƏ

“Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri

MBA proqramı, Azərbaycan Universiteti, Bakı - 2013

Page 2: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

11“Menecment

iqtisadiyyatı”nın predmeti və

metodları

Page 3: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ

• “Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək;• “Menecment iqtisadiyyatı”nın məşğul olduğu məsələlərin çərçivəsini

müəyyən etmək;• Pozitiv və normativ iqtisadiyyat arasındakı fərqi izah etmək;• “Menecment iqtisadiyyatı”, iqtisadi nəzəriyyə və qərar elmləri arasındakı

münasibətləri izah etmək;• Marketinq və maliyyə kimi biznes sahələrində “Menecment

iqtisadiyyatı”nın digər fənnlərlə necə əlaqəyə girdiyini şərh etmək;• “Menecment iqtisadiyyatı”nın əsas öyrənmə sahələrini müəyyən etmək,

onların bir-birilə necə əlaqədə olduğunu izah etmək və onların mətndə necə təşkil və təqdim olunmasını təsvir etmək;

• Elmi nəzəriyyələrin inkişafı çərçivəsində istifadə olunan metodları şərh etmək və onların “menecment iqtisadiyyatı” ilə əlaqəsini göstərmək;

• İqtisadi nəzəriyyənin pedaqoji baxımdan necə təqdim edilməsini və bunun mətndə materialın təşkili və təqdimi ilə necə əlaqəli olduğunu şərh etmək.

Page 4: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

GİRİŞ

• Əsas başlanğıc suallar:

• “Menecment iqtisadiyyatı” nəyi öyrənir?

• “Menecment iqtisadiyyatı” hansı problemlərlə məşğuldur?

• “Menecment iqtisadiyyatı” biznesdə və ya başqa sahələrdə daha yaxşı qərarlar qəbul etməyimiz üçün bizə necə kömək edə bilər?

Page 5: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN TƏRİFİ

• “Menecment iqtisadiyyatı” - iqitsadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiq edilməsidir.

• Sual: Menecerlər iqtisadi nəzəriyyə və metodları biznesin qərar qəbulu prosesinə nə üçün tətbiq edərlər? • Cavab: Qarşılarına qoyduqları hədəflərə çatmaq üçün öz

məhdud resurslarını ən səmərəli şəkildə bölüşdürmənin yolunu tapmaq məqsədilə…

• Tərifdəki “biznes” ifadəsini daha geniş mənada da işlətmək mümkündür: iki və daha çox tərəflər arasında transaksiyanın (əqd, əməliyyat, sövdələşmə) baş verdiyi istənilən situasiya.

Page 6: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR

Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq aşağıdakı məsələləri:1. Həll edilməli problem varmı?2. Həyata keçirilə biləcək strategiyalar və ya fəaliyyət istiqamətləri baxımından

problemin həlli və ya həlləri varmı? 3. Bu strategiyalar üçün hansı hədəfi və ya hədəfləri müəyyən etmək olar?4. Hər hansı strategiyanın reallaşdırılması baxımından hansı məhdudiyyətlər

mövcuddur?5. Problemin həlləri kimi strategiyaları necə müəyyən edə bilərik? 6. Bu strategiyaları, xüsusilə də onlar həyat və sağlamlıq məsələlərini əhatə etdikləri

zaman, gəlirlər və xərclər baxımından necə qiymətləndirə bilərik?7. Müvafiq verilənlərin ölçülməsinin ən yaxşı yolu hansıdır?8. Təhlilimizdə hansı fərziyyələri irəli sürə bilərik?9. Gələcəkdə risq və qeyri-müəyyənlik problemi və strategiyaların effektlərinin

öhdəsindən necə gələ bilərik?10. Müxtəlif ölkələr, istehlakçılar və istehsalçılar arasında mənafe konfliktləri

problemlərinə necə yanaşa bilərik?11. Müxtəlif mümkün fəaliyyət istiqamətləri arasından strategiyaları seçmək üçün hansı

kriteriyadan istifadə edə bilərik?12. Təcrübədə qərar qəbulu prosesinə siyasi meyllər və gündəliklər necə təsir göstərir?

Page 7: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ

• Qərar qəbuluna yanaşma kimi “Menecment iqtisadiyyatı” aşağıdakılarla əlaqəlidir:

• İqtisadi nəzəriyyə

• Qərar elmləri

• Biznes funksiyaları

Page 8: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ

• “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas qollarından olan mikroiqtisadiyyatla əlaqəlidir.

• “Menecment iqtisadiyyatı”ı mikroiqtisadi nəzəriyyənin əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır:• Firma nəzəriyyəsi;• İstehlakçı davranışı nəzəriyyəsi (tələb);• İstehsal və xərc nəzəriyyəsi (təklif);• Qiymət nəzəriyyəsi;• Bazarın strukturu və rəqabət nəzəriyyəsi.

• İki fənn arasında bir başlıca fərq vardır: Mikroiqtisadiyyat deskriptiv, “menecment iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır. Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ iqtisadiyyatdır.

Page 9: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN QƏRAR ELMLƏRİ İLƏ ƏLAQƏSİ

• Qərar elmləri “Menecment iqtisadiyyatı”nı təhlilin üsul və vasitələri ilə təchiz edir. Bununla bağlı ən mühüm aspektlər aşağıdakılardır: • Rəqəmli və cəbri təhlil;• Optimallaşdırma;• Statistik qiymətləndirmə və proqnozlaşdırma;• Risq və qeyri-müəyyənliyin təhlili;• Diskontlaşdırma və zaman-dəyər-pul üsulları

Page 10: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN BİZNES FUNKSİYALARI İLƏ ƏLAQƏSİ• Hər bir firma fəaliyyət funksiyalarına uyğun

olaraq aşağıdakı bölmələrdən ibarət olur: • İstehsal və əməliyyat;• Marketinq;• Maliyyə və mühasibat;• İnsan resursları

• Qeyd olunan hər bir funksional sahənin özünəməxsus nəzəriyyə və metodları vardır. “Menecment iqtisadiyyatı” müvafiq funksional sahə üzrə qərarların qəbulunda həmin nəzəriyyə və metodlardan da istifadə edir.

Page 11: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN ƏSAS ÖYRƏNMƏ SAHƏLƏRİ VƏ ƏLAQƏLƏRİ

Page 12: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI

• Metodların iki əsas aspekti vardır:

• Profesionalların fənni inkişaf etdirmək üçün istifadə etdiyi metodlar;

• Tələbələrə fənni öyrətmək üçün materialların təqdim edilməsində istifadə edilən metodlar.

Page 13: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

• Elmi nəzəriyyə aşağıdakı iki əsas funksiyanı yerinə yetirir:• Bizim müşahidə etdiyimiz fenomenlər arasında

əlaqələri təsvir və ya şərh etmək;• Test edilə bilən mühakimə və proqnozlar vermək.

• Elmi nəzəriyyənin formalaşma mərhələləri:• 1. Hipotezlərin irəli sürülməsi;• 2. Hipotezlərin empirik tədqiqatlarla test edilməsi

(eksperiment və ya müşahidə yolu ilə);• 3. Testlərin statistik təhlillərlə davam etdirilməsi

(ekonometrika).

Page 14: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

Nəzəriyyənin inkişaf etdirilməsi prosesi

Hipotez

Empirik tədqiqat

Statistik təhlil

Qəbul / İnkar

Dəyişdirmə / Düzəltmə

Page 15: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

• Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə alsaq, onda menecerlərin daha yaxşı qərar qəbul etmələri üçün daha “yaxşı” nəzəriyyələrə ehtiyacı olduğunu söyləmək mümkündür. Bu baxımdan “yaxşı” nəzəriyyə aşağıdakı xüsusiyətləri daşımalıdır:• Mövcud müşahidələri yaxşı izah edir;• Düzgün proqnozlar formalaşdırır;• Əhatə etdiyi dəyişənlər dəqiq və etibarlı ölçülə bilir;• Çoxlu sayda müxtəlif situasiyalar üçün tətbiq oluna

bilir;• Mümkün qədər az miqdarda fərziyyələrə əsaslanır.

Page 16: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ

• İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb bir sahəsini öyrənir. Bunun üçün də həmin sahədəki mövcud münasibətləri sadə modellərlə təqdim etməyə çalışır.

• Bəs model nədir? Model öyrənilən sistemin əsas xüsusiyyətlərini və münasibətlərini özündə birləşdirməklə onun təmsilçisi rolunu oynayan nəzəri konstruksiyadır.

• İqtisadi modellər çox vaxt qrafiklər, diaqramlar və ya düsturlarla ifadə olunur.

• İqtisadiyyat elmində neoklassik yanaşmaya üstünlük verilməsi də bu yanaşmanın məhz belə modellərə əsaslanması ilə əlaqədardır.

Page 17: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF

• Tələb və təklif anlayışları bütün iqtisadi anlayışlar arasında ən mühüm olanlardır.

• Tələb və təklif təkcə iqtisadçının silah deposunda olan təhlil vasitələri deyil, eyni zamanda onlar müxtəlif iqtisadi situasiyaların təhlilində müvafiq faktorları müəyyənləşdirməyə və izah etməyə imkan verirlər.

Page 18: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

Xülasə• “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların

biznesin qərar qəbulu prosesinə tətbiqini öyrənir.• Bu tərifdə biznes termini iki və daha çox tərəflər arasında

istənilən transaksiyanı ifadə edən çox geniş mənada da işlədilə bilər. Bu “menecment iqtisadiyyatı” fənninin daha geniş tətbiq dairəsi olduğunu göstərir.

• Qərar qəbulu prosesi bir sıra mərhələləri əhatə edir: problemin dərk edilməsi, hədəflərin müəyyən edilməsi, məhdudiyyətlərin şərh edilməsi, strategiyaların seçilməsi, strategiyaların qiymətləndirilməsi və strategiyalar arasından seçimin kriteriyasının müəyyənləşdirilməsi.

• “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə, qərar elmləri və biznes funksiyaları ilə əlaqəlidir.

• İqtisadi nəzəriyyənin əhatə olunan əsas elementləri bunlardır: firma nəzəriyyəsi, istehlakçı və tələb nəzəriyyəsi, istehsal və xərc nəzəriyyəsi, qiymət nəzəriyyəsi və rəqabət nəzəriyyəsi.

Page 19: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

Xülasə

• Neoklassik yanaşma iqtisadiyyatda fərdləri və firmaları ölçülə bilən hədəflərini optimallaşdıran rasional subyektlər kimi qəbul edir.

• Pozitiv açıqlamalar elə açıqlamalardır ki, onlar empirik və məntiqi yollarla test edilə bilir. Normativ açıqlamalar dəyər mühakimələrini ifadə edir.

• İqtisadi prinsiplərin tətbiqi yuxarıda göstərilən hər iki açıqlama tipinin formalaşdırılmasında faydalıdır.

• Nəzəriyyə müşahidə etdiyimiz fenomenlər arasındakı əlaqələri təsvir və ya şərh edən açıqlamadır və test edilə bilən mühakimə və proqnozlar yaradırlar.

Page 20: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

Xülasə

• İqtisadi nəzəriyyələr empririk tədqiqatlar və ekonometrik metodlardan istifadə etməklə test edilə bilinməlidir.

• İqtisadiyyat fənni sadə modellər qurmaqdan ötürü ilk növbədə çoxlu fərziyyələr irəli sürür, sonra isə daha real şeylər əldə etmək və daha yaxşı nəzəriyyələr təmin etmək məqsədilə mərhələli olaraq bu fərziyyələri yüngülləşdirir.

• Təhlil edilən situasiyalar çox mürəkkəb olduğundan daha əhatəli və inkişaf etmiş təhlil metodlarına ehtiyac duyulur.

Page 21: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

Özünü yoxlama sualları

1. Nə üçün “menecment iqtisadiyyatı” fənnindən çox müxtəlif problemlərin həllində istifadə etmək olar?

2. Qərar qəbulu prosesi necə izah oluna bilər?3. Normal olaraq biznes transaksiyası kimi qəbul

edilməyən bir neçə transaksiya nümunəsi göstərin.4. “Yaxşı” nəzəriyyə nə deməkdir?5. “Yaxşı” nəzəriyyələrin menecerlər üçün hansı

səbəbdən əhəmiyyətli olduğunu misallarla izah edin.6. Nə üçün biz iqtisadiyyatı öyrənən zaman başlanğıcda

daha yaxşı nəzəriyyələri öyrənməyə meyl etmirik?

Page 22: E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ”  fənninin mühazirə qeydləri

Copyright © 2004 South-Western/Thomson Learning

TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR

• Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005

• Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011

• Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008

• Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010

• İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009

• Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010