fƏnn: İnfeksion xəstəliklərin əsasları mÖvzu: “ Çiçək və ornitoz ”

19
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: Çiçək və ornitozMÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010

Upload: darice

Post on 23-Feb-2016

217 views

Category:

Documents


8 download

DESCRIPTION

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Çiçək və ornitoz ” - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

  BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ

 EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA

KAFEDRASI

FƏNN: İnfeksion xəstəliklərin əsasları  

MÖVZU: “Çiçək və ornitoz”  

MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu   

Gəncə-2010

Page 2: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

PLAN1. Tarixi məlumat2. Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri3. Epizootoloji məlumatlar4. Patogenez5. Xəstəliyin gedişi və kliniki əlamətləri6. Patoloji –anatomiki dəyişikliklər7. Diaqnoz8. Təfriqi diaqnoz9. Müalicə10. İmmunitet11. Profilaktika və mübarizə tədbirləri.

Page 3: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Istifadə olunan ədəbiyyatlar 1. R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi

epizootologiya”. Bakı, Maarif, 1990.2. R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”.

Bakı, Maarif, 1998.3. Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”.,

2006.4. R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev,

İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002.

5. Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.

Page 4: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

ÇİÇӘK (Variola) Çiçәk kontagioz infeksion xәstәlik olub isitmә, dәri vә selikli qişalar üzәrindә

spesifik sәpkilәrin әmәlә gәlmәsi ilə səciyyәlәnir. Çiçək Afrika, Avropa, Asiya qitәsindә geniş yayılmış vә xüsusilә Aralıq dənizi

sahillәrindәki ölkələrdə bu infeksiyanın davamlı zonaları mövcuddur. Tarixi mәlumat. Çiçək çox qәdim dövrlәrdәn insanlara məlum olmuşdur. Yalnız

1766-cı ildә Burcel xəstəliyin infeksion olmasını müәyyәn etmiş vә 1896-cı ildә Cenner inәklәrin çiçәyini qeyd etmişdir. Çiçəyin törәdicisinin virus olması 1902-ci ildә Marks vә Ştiger tәrәfindәn qeyd olunmuşdur. Rusiyada xәstәlik XVIII vә XIX әsrlәrdә geniş yayılmış ancaq 1979-cu ildə planlı qaydada aparılan spesifik profilaktik tәdbirlәr nәticəsindә yox dərәcәsinә çatdırılmışdır.

İqtisadi zәrәr. Qoyunçuluq vә donuzçuluq tәsәrrüfatlarında böyük letallıqla özünü göstәrir. Bundan әlavә yun vә әt mәhsuldarlığı aşağı düşür. Müxtәlif profilaktik vә sağlamlaşdırıcı tәdbirlәr hәyata keçirilir ki, bu da müәyyәn qәdәr vәsaitin xәrclәnmәsinә sәbәb olur.

Page 5: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Törәdicisi. Xәstəliyin törәdicisi DET-li virus olmaqla poksavirus ailәsinә mәnsubdur. Bu virusun aşağıdakı sәrbәst novləri mövcuddur: Orthopoxvirus, Carpipoxvirus, Suipoxvirus və Avipoxvirus.

Virusun ölçüsü 17-350 nm-ә bәrabәr olmaqla kub şәklindәdir vә virion xaricdәn möhkәm qişa ilә әhatә olunmuşdur.

Müxtәlif növ heyvanlarda çiçәyin virusu morfoloji xüsusiyyətlәrinә görә oxşardır, ancaq immunoloji xüsusiyyətlәrinә görә fәrqli cәhәtlәri vardır.

Virusda epiteliotropizm xüsusiyyәti mövcuddur. Epiteli hüceyrəlәrindә amil ovalvarı cisimciklәr: Paşep, Qvarpieli, Bollimker cisimciklәri yaradır ki, bunları da Morozoz üsulu ilә boyadıqda aşkar edilir.

Qoyun, keçi, donuz vә quşların tәbii çiçәk virusları yalnız uyğun heyvan növünә patogendir. Ancaq qaramalın təbii çiçәk virusu vә çiçək vaksinlәri isә geniş patogenlik spektrinә malikdir.

Çiçәk virusunu yetişdirmәk üçün toyuq embrionu, insan vә qaramalın böyrәyindәn hazırlanmış hüceyrә kulturalarından istifadә olunur. Hüceyrә kulturalarında kәskin sitopatogen tәsirlә xarakterlәnir.

Davamlılığı. Virus 55°C temperaturda 20 dəqiqə, 70°C-dә 5 dәqiqә vә qaynadıldıqda isә ani olaraq mәhv olur. Çiçәk virusu aşağı temperaturda davamlıdır. Qartmaqda amil 1,5 ilә, qoyun yataqlarında isә 6 ay, xәstәlikdәn sağalmış heyvanların yununda isә 2 aya qәdәr sağ qalır.

Kimyəvi dezinfeksiya maddәlәrindәn 3%-li karbol turşusu, 3%-li natrium qәlәvisi, 1%-li formaldehid vә 5%-li lizol mәhlulu amili bir neçә dәqiqәyә mәhv edır.

Page 6: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Epizootoloji xüsusiyyәtlәri. Tәbii şәraitdә xәstəliyә xırda vә iribuynuzlu heyvanlar, donuzlar, atlar və quşlar hәssasdır.

Tәbii şәraitdә iribuynuzlu heyvanlar, camışlar, atlar, qatırlar, dәvәlәr vә hind donuzları inәklәrim tәbii çiçәk virusu və çiçәk vaksini ilә yoluxur. Donuzlarda xәstəliyi donuzların çiçәk virusu vә çiçәk vaksini törәdir. Qoyunlarda xәstәliyi qoyunların tәbii çiçәk virusu, keçilәrdә isә keçilәrin təbii çiçәk virusu törәdir. Toyuqlar, hind quşları, göyәrçinlər, firәng toyuqları, qırqovul, tutuquşu və s. tәbii quşlar çiçək virusu ilә yoluxurlar.

İnfeksiya törәdicisinin mənbəyi xәstә vә virusgәzdirәn heyvanlar olmaqla burun axıntısı vә pustula mayesi ilә amili xarici mühitә yayırlar. Virus orqanizmə tәnaffüs vә hәzm üzvlәri vasitәsilә, selikli qişalar vә dәri zәdәlәnmələri ilә daxil olur.

Müәyyәn olunmuşdur ki, virus transmissiv yolla da yayıla bilәr. Bundan әlavә ana (bәtnindә transovarial yolla da yoluxma müşahidә edilir. Virus orqanizmdәn burun vә göz axıntısı ilә ağızsuyu vә qartmaqlar vasitәsiə xarici mühitә yayılır.

İnfeksiya törәdicisinin yayılmasında yem, su, xidmәt vasitәlәri, peyin vә s. mühüm rol oynayır. Xәstәlik bütün fәsillәrdә baş verirsә dә әn çox vә әn ağır gediş nәmli vә soyuq hava şәraitindә

olur. Tövlә şәraitindә xәstәlik bәzәn binadakı bütün heyvanları әhatә edir. Keyfiyyətsiz yemlәrlә

yemlәndirmә, sıx vә natәmiz şəraitdә saxlanma epizootik prosesi fәallaşdırır. İnәklәrdә çiçək yüngül gedişli olmaqla yelindә vә xayatorbasında törədicilәrin sәpkilәrinin әmәlә gәlmәsi ilә sәciyyәlәnir.

Page 7: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Patogenez. Müxtәlif yollarla orqanizmә daxil olmuş virus bir neçә gündәn sonra qanda vә parenximatoz orqanlarda müşahidә edilir. Sonra virus dәri vә selikli qişaların epiteli hüceyrәlәrindә toplanır. Orqanizmin cavab reaksiyası kimi burada müәyyәn mәrhәlәlәrlә inkişaf edәn çiçәk ekzenteması yaranır. Әvvәlcә dәri vә selikli qişalar üzərindә qırmızı lәkәlәr-rezeolalar yaranır. 1-2 gündən sonra isә bu lәkәlәr düyünlәrә-papulaya çevrilir vә 1-3 gündәn sonra düyünlәr qabarcıqlara-vezekulalara çevrilir. Qabarcıqların daxilindә sarımtıl-serozlu maye olur. Bu mәrhəlә 5-6 günәdək davam edir vә pustulalara çevrilir. Bu dövrdә qabarcıqların içәrisindәki maye qatılaşır vә tәdricən irin kütlәsi ilә dolur. Bu mәrhәlә 3 gün davam etdikdәm sopra krustoz mәrhәlәsi yaranır, yeni qurumuş pustula qartmaq әmәlә gәtirir vә bunun altında dәrinin epiteli tәbәqәsi bərpa olunur. Qartmaq adәtәn 5-6 gündәn sonra qopub düşür.

Belә ardıcıl mәrhәlәlәr iribuynuzlu heyvanlarda vә atlarda görünür, digər növ heyvanlarda mәrhәləlәrin bәzisi müşahidә edilmir.

Çiçәk virusunun dәridәn orqanizmә keçmәsi zamanı heyvanların yüngül xәstәlәnmәsi, respirator vә alimeptar yoluxmada isә ağır xәstәlәnmә nәzәrә çarpır.

Gedişi vә kliniki әlamәtlәri. Kәnd tәsərrüfatı heyvanlarında xәstәlik abortiv, yayılmış vә hemorroji formada müşahidә edilir. Abortiv forma zamanı dәri üzәrindә az miqdarda çiçәk ocaqları yaranır vә bütün mәrhəlәlәr yaranmadan tezliklә sağamla ilә nәticәlәnir.

Yayılmış forma zamanı çiçәk ocaqları böyük sahәni әhatә edir, heyvanın temperaturu kәskin dәrәcәdә yüksəlmәklә onun vәziyyәti ağırlaşır.

Hemorroji forma zamanı dәridә vә pustula içәrisində çoxlu miqdarda qan sağıntıları nәzәrә çarpır vә buna «qara çiçәk» dә deyilir.

Page 8: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Şәkil. Әmcәkdә çiçәk zәdәlәri

Page 9: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Dәri forması zamanı quşların pipiyi, dimdik, әtraflar vә ayaqlar üzәrindә çiçәk qabarcıqları görünür. Sonra bunlar quruyaraq qartmaq әmәlә gәtirir. Qartmaq qopub düşdükdәn sonra yerindә çapıq toxuma qalır. Körpələrdә xәstәlik ağır formada getmәklә çox vaxt onların ölümü ilә nәticәlәnir.

Difteritiki forma zamanı yuxarı tənəffüz yollarının vә ağız boşluğunun selikli qişasında zədәlәnmәlәr görünür. Hәmin nahiyәlәrdә sarımtıl-ağ rәngdə pәrdəlәr yaranmaqla bunlar selikli qişaların dәrin qatlarına keçir vә belә difteritiki pәrdәni selikli qişalar üzәrindon qopardıqda qan axıntısı baş verir. Quşlarda yem qәbulu və tәnәffüs çәtinlәşir. Çox vaxt burun kanalı vә infra-orbital sinus prosesә tutulur. Xәstәliyin difteritiki forması çox vaxt sekundar mikroflora ilә mürәkkәblәşir ki, bu da onların ölümünә sәbәb olur.

Qarışıq forma zamanı iltihab hәm dәri üzәrindә vә hәm dә ağız boşluğunun selikli qişası üzәrindә müşahidә edilir.

Kataral forma konyuktivanın burun boşluğunun vә gөzaltı sinusların iltihabı ilә özünü göstәrir.

Page 10: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Patoloji-anatomik dәyişikliklәr. Heyvan cәsәdlәrindә hemorroji diatez dәyişikliklәri görünür. Seroz örtüklәrdә qan sağıntıları, hәzm vә respirator orqanların selikli qişası üzәrindә hemorroji iltihab, yara vә eroziyalar görünür. Ağciyәrdә krupoz pnevmoniya vә qanqrena sahәlәri, limfa düyünlәrinin böyümәsi, qaraciyәr, ürәk vә böyrәklәrdә parenximatoz degenerasiya müşahidә edilir.

Quşların dәrisi üzәrindә epiteliomalar selikli qişalarda difteriki iltihab, göz yaşı kanalında kataral-fibrinozlu eksudat görünür vә göz alması atrofiya etmiş olur. Bәzәn hәzm üzvlәri, parenximatoz orqanlar vә hava kisәlәrindә dә iltihab görünür. 10%-li gümüş -nitratla işlәnmiş histoloji kәsiklәrin mikroskop altında müayinәsi zamanı tünd palıdı rәngdә xüsusi cisimciklәr görünür.

Diaqnoz. Xәstәliyә diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyәtlәri, kliniki әlamәtlәri, patoloji-anatomik dәyişikliklәri nәzәrә alınır vә laboratoriya müayinәlәri aparılır. Laboratoriya müayinәlәrinә patoloji materialdan hazırlanmış yaxmaların mikroskopiyası, müxtәlif canlı sistemә əkmә vә bioloji sınaq daxildir.

Mikroskopiya mәqsәdilә çiçәk sahәlәrindәn material götürülür, yaxma hazırlanır vә Morozov üsulu ilә boyanır. Mikroskop altında xüsusi cisimciklәr-Paşen cisimciklәri aşkar edilir.

Viruslu materiala toyuq embrionu vә ya hüceyrә kulturası yoluxdurulur. Әgәr götürülmüş materialda virus olarsa toyuq embrionunun xloriollantois qişasında xüsusi çiçәk lәkәləri vә embrionunda qan sağıntıları müşahidә edilir. Hüceyrә kulturasında isә sitopatogen dəyişikliklәr nәzәrә çarpır.

Page 11: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Tәfriqi diaqnoz. Xәstәliyi qoyunlarda kontagiozlu pustulyozlu dermatit vә qoturluqdan, qaramalda dabaqdan, çoşqalarda qeyri-infeksion xarakterli ekzantemalardan, vezikulyar xstәlikdәn, atlarda mәxmәrәkdәn, quşlarda respirator mikoplazmoz, infeksion larinqotraxit vә kandidamikozdan tәfriq etmәk lazımdır. Bu zaman mütlәq çiçәyin mәrhәlәlәr üzrә inkişafı nәzərә alınmalıdır.

Müalicә. Qoyunların çiçәyi zamanı xәstәlәr ayrılır vә isti yerә aparılaraq keyfiyyәtli vә asan hәzmolunan yemlәrlә tәmin edilir. Spesifik müalicә vasitәlәri olmadığı üçün simptomatik müalicә aparılır. Әgәr bakterial infeksiyalarla mürakkәblәşmә olarsa antibiotiklәrdәn istifadә edilir.

Qaramalda әsas proses yelindә getdiyinә görә yelin süddәn azad edilmәli vә çiçәkli sahәlәrә sink vә bor mәlhәmlәri çәkilmәlidir.

Donuzlarda zәdәlәnmә nahiyәlәri 0,5%-li kalium-permanqanat mәhlulu ilә işlәnmәlidir. Ağız boşluğunun selikli qişasını yumaq üçün 3%-li hidrogen-peroksid vә ya kalium permanqanat 1:1000-dә mәhlulundan istifadә etmәk lazımdır.

Atlarda dәrinin çiçәklә zәdәlәnmiş sahәlәrini yodoform vә sink mazı ilә işlәmәk lazımdır. Ağız boşluğunu yumaq üçün 1%-li lizol mәhlulu işlәdilir.

Quşlarda simptomatik müalicә aparılır, rasionu A vitaminli yemlәrlә zənginlәşdirilir.

Page 12: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

İmmunitet. Tәbii şәraitdә xәstәlәnib sağalmış heyvanlarda yüksәk gәrginlikli immunitet yaranır. Belә heyvanların qanında neytrallaşdırıcı, presipitinlәşdirici, komplement-birləşdirici әkscisimlәr vә aqqlütininlәr yaranır.

Quşların çiçәyinә qarşı Az.ETBİ tәrәfindən 27-AŞ ştammından embrion-virus hazırlanıb. Vaksin bud nahiyəsinә skarifikasiya yolu ilә tәtbiq edilir. İmmunitet 15-20 gündәn sonra yaranmaqla körpәlәrdә 4 ay, yaşlılarda isə 9-10 ay davam edir.

R.A.Qәdimov qoyunların çiçәk, qarayara vә anaerob infeksiyalarına qarşı birgә vaksinasiya üsulunu tәklif etmişdir.

Qaramalda peyvәnd mәqsәdilә insanlarda işlәdilən detritdәn istifadә olunur. Detrit 1:1000-dә fizioloji mәhlulla duruldulub, skarifikasiya üsulu ilә vә ya 0,5 ml dərialtına vurulur.

Donuzların peyvәndi üçün yenә hәmin detrit işlәdilir. Bu mәqsәdlә skarifikasiya olunmuş dәri sәthinә 2-3 damla detrit sürtülür. Detritlә peyvәnd olunmuş donuzlarda 6 ay müddәtindә immunitet yaranır.

Keçilәrin çiçәyinә qarşı T.Y.Bannovski tәrәfindәn hidrooksialüminium formolqliserinli vaksin hazırlanıb. Yaşlılara 3 ml, körpәlәrә isә 1,5-2 ml vurulur vә yaranmış immunitet 10 aya qәdәr davam edir.

Atların peyvәndi üçün detritdәn istifadә edilir.

Page 13: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Profilaktika vә mübarizә tәdbirlәri. Çiçәyin profilaktikası üçün baytarlıq-sanitariya tәdbirlәrinә tәsәrrüfatlarda ciddi şәkildә әmәl edilmәlidir. Yeni qәbul edilmiş heyvanlar karantində saxlanmalı, yemlәr üzәrindә baytarlıq nəzarәti olmalı, çiçәyә qarşı vaksinasiya edilmiş heyvandarlıq işçilәri 14 gün işdәn azad olunmalıdır.

Xəstəliyə görә sağlam tәsәrrüfatlara daxil edilmiş qoyun vә keçilәr 1 ay karantindә saxlanmalıdır. Xırdabuynuzlu heyvan, dәvә vә quşların çiçәyi zamanı tәsәrrüfata karantin, digәr heyvanların çiçәyindә isә mәhdudlaşmalar qoyulur. Çiçәk zamanı bütün xırdabuynuzlu heyvanlar müayinədәn keçirilir vә müayinənin nəticəsindən asılı olaraq 2 qrupa ayırmaq olar. Tәzə xәstəliyә tutulanlar vә xəstəliyə şübhәlilәr, ikincisi-sağlam heyvanlar. Birinci qrup heyvanları ayırıb müalicә edirlәr, ikinci qrup heyvanlar isә peyvәnd edilir. Xәstәlikdә mәcburәn kəsilmiş heyvanların әti vә hәmçinin sağılan süd tәsәrrüfat daxilində paylanılır, ölmüş heyvan cәsәdlәri isә yandırılır. Tәsәrrüfatlarda qoyunlar peyvәnd edilir vә beləliklə tәsәrrüfat әtrafında immun zona yaradılır. Cari dezinfeksiya mәqsәdilә 3%-li natrium qәlәvisi, 3%-li xlorlu ohәnk vә 2 %-li sönmüş әhəng mәhlullarından istifadə edilir.

Mәhdudlaşmalar qaramalın çiçәyindә axırıncı heyvanın sağalmasından 20 gün sonra, donuzlarda isә 14 gün keçmiş götürülür.

Quşçuluq təsәrrüfatlarına yeni qəbul edilmiş quşlar 1 ay karantindә saxlanmalıdır. Quşçuluq tәsәrrüfatlarında çiçək müəyyәn edildikdә xәstә quşlar öldürülür, әti bişirildikdәn sonra satışa verilir. Yumurta yalnız qida maddәsi kimi istifadә edilir. Sağlam quş qrupu tәcili olaraq vaksinasiya edilir. Quş binalarının dezinfeksiya edilmәsi üçün 4%-li natrium qəlәvisi vә ya formaldehid, 20%-li sönmüş әhәng məhlulu işlәdilir. Karantin quşçuluq tasәrrüfatlarında xəstəliyin ləğv edilmәsindәn 2 ay sonra götürülür. Quşların hәmin tәsәrrüfatdan başqasına keçürülmәsinә karantin götürüldükdәn 6 ay sonra icazә verilir.

 

Page 14: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

ORNITOZ - PSITTAKOZ (Ornithosis) Quşların və insanların xarakterik gedişli infeksion respirator xəstəliyi olub, əsasən

tənəffüs orqanlarının zədələnməsi əlamətləri ilə səciyələnir. Konyuktivit xəstəlik üçün xarakterikdir.

Tarixi məlumat. Xəstəlik ilk dəfə 1874-cü ildə Almaniyada qeydə alınmışdır. Insanlarda xəstəliyi ilk dəfə 1879-cu ildə Yurkerson və Ritter öyrənmişlər. 1895-ci ildə Fransız tədqiqatçısı Moranc xəstə tutu quşlarından insanların yoluxmasını müşahidə etmiş və xəstəliyi Psittakoz (latınca psittacus-tutu quşu) adı ilə qeydə almışdır. Daha sonra Psittakoz bir çox növ quşlar arasında qeydə alınmış və Moyerin təklifi ilə, xəstəlik Ornitoz adlandırılmışdır. Sonra Ornitoz iri buynuzlu heyvanlar arasında da qeydə alınmışdır. Tutu quşları və vəhşi quşlar arasında xəstəliyin tədqiqi ilə Moyer (1941) məşğul olmuşdur. Ornitoz əksəriyyət Avropa ölkələrində, Amerika və Asiyada müşahidə edilməklə, 132 quş növü, o cümlədən ev quşları arasında qeydə alınmışdır.

Keçmiş SSRI-də Ornitozun öyrənilməsində I.I.Terskiy, N.N.Basova, E.S.Zalmazov xüsusi xidmətlər göstərmişlər.

Page 15: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Xəstəliyin törədicisi-(Chlamydia Psittaki) Xlamidiya cinsinə mənsubdur. Amil hərəkətsiz, kokkabənzər mikroorqanizmlər olub, ölçüsü 0,2-1,5 mkm olmaqla, amilin diametri obliqat hüceyrə daxili həyat fəaliyyətinin inkişaf siklinin özünəməxsusluğu ilə əlaqədardır.

Chlamydia Psittaki–(kokkabənzər elementar hissəciklər) hazırlanmış yaxmalarda, mikroskopiya zamanı tək-tək, cüt-cüt, bəzən tut meyvəsini xatırladan yığım formasında müşahidə edilir. Xlamidiyanın inkişaf sikli 40 saata qədər davam edir ki, bu da özünü hüceyrənin sitoplazmatik vakuolunda elementar hissəciklərin mikrokoloniyaları formasında birüzə verir. Xəstəlik törədicisi Romanovski-Gimza, Makkiavello, Ştamp üsulları ilə yaxşı boyanır.

Chlamydia Psittaki mürəkkəb antigen strukturasına malikdir. Törədicidə komplementbirləşdirici antigen mühüm diaqnostik əhəmiyyətə malikdir. Belə ki, cins üçün spesifik olan antigen termostabil komponentlərdən, növ üçün spesifik olan isə termolabil komponentlərdən təşkil olunmuşdur. Ayrı-ayrı quş növlərindən əldə olunmuş xəstəlik törədicilərinin təfriqi məqsədilə, Neytrallaşma reaksiyası tətbiq edilir.

Davamlılığı. Chlamydia Psittaki 700C-dək istilikdə 10 dəqiqə ərzində məhv olur. Suda 17 günədək, qurudulmuş vəziyyətdə 5 həftəyədək, otaq temperaturu və günəş şualarının təsirindən 6 günədək, quş peyinində 120 gün, yumurta qabığında 4 günədək, dondurulmuş halda isə 3(üç) ilədək yaşama qabiliyyətini saxlayır. Kimyəvi dezinfeksiya maddələrindən 5%-li lizol, 3%-li fenol, 2%-li formaldehid, 3%-li xloraminin təsirindən törədici 3 saata məhv olur.

Page 16: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Epizootoloci məlumatlar. Ornitozla əsasən yüksək həssaslıqla tutu quşları və göyərçinlər xəstələnirlər. Onlar xəstəlik törədicisinin daşıyıcısı rolunu oynayırlar. Xəstəliyə eyni zamanda 100 növdən çox vəhşi quş həssaslıq göstərirlər. Kənd Təsərrüfatı quşlarından isə ördəklər, toyuq, hind quşu, qaz və fazanlar xəstəliyə tutulurlar. Cavanlar, yaşlılara nisbətən xəstəliyə daha tez tutulurlar. Eksperimental yolla ağ siçanlar, hind donuzu, ada dovşanı, ev və çöl siçanları, quzu, çoşka, buzov və meymunları da yoluxdurmaq olar.

Xəstəlik törədicisinin əsas mənbəyi xəstə quşlar və xəstəlikdən sağalmış xlamidiya daşıyan quşlar sayılır. Yoluxma əsasən respirator yolla, bəzi hallarda isə alimentar yolla da baş verir. Infeksiya mənbəyi olaraq tutu quşları daha qorxulu hesab edilir. Xəstəlikdən sağalmış quşlar 6 ay və daha çox müddətdə xlamidiya daşıyıcı olaraq, törədiciləri respirator yolla, öskürək vasitəsilə və nəcis ifrazı ilə xarici mühitə yayırlar.

Bir çox növ quşlarda, Ornitoz simptomsuz kecir. Quşların saxlanma şəraiti pis olduqda, tam dəyərli qida maddələrilə yemləndirilmədikdə, həmçinin diqər infeksion xəstəliklərin (Salmonellyoz, mikoplazmoz və s.) nəticəsində ornitozun baş verməsi, yayılması və klinik formaya keçməsinə səbəb olur. Xəstəlik əsasən ilin isti aylarında baş verir.

Quşlar arasında xəstəliyin baş verməsində saxlanma şəraiti (yüksək nəmlik, tozlu, pis iyli və qazlı binalar), qidalanma reciminin pozulması, birtərəfli yemlənmənin və bir çox stress-faktorların mühüm rolu vardır. Quşçuluqda istifadə edilən Alət və vasitələrin, törədici ilə çirklənmiş yem və su nümunələrinin, həmçinin ektoparazitlərin Ornitozun yayılmasında müstəsna əhəmiyyəti vardır. Insanlar təbii olaraq xəstəliyə yüksək həssaslıq göstərirlər. Insanlarda xəstələnmə hallarına, quşçuluqda sıx baqlı olanlar arasında təsadüf edilir, xüsusilə quş fabriklərində, ət kombinatlarında, zoomaqazinlərdə, zooparklarda çalışanlar, eləcə də ekzootik quş həvəskarları, ovçular arasında ornitozla xəstələnmə hallarına rast gəlinir.

Insanlar əsasən xlamidiyalarla çirklənmiş hava ilə tənəffüs zamanı yoluxurlar. Yoluxma həmçinin törədici ilə sirayətlənmiş ərzaq məhsullarının qəbulu zamanı (alimentar yolla) da baş verə bilir.

Page 17: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Patogenez. Xlamidiyalar quşlarda aerogen yolla ağ ciyərlərə və hava kisələrinə daxil olduğdan sonra, tənəffüs orqanlarında artıb-çoxalaraq, iki sutkadan sonra qana keçir, orqanizmin orqan və toxumalarına yayılır. Bu zaman septisemiya baş verir. Alimentar yoluxma zamanı simptomsuz infeksiya inkişaf edir. Qan dövranı sistemi ilə yayılaraq, daxili orqanlarda lokalizasiya etmiş törədici, Patoloji-proses törədir. Sonra maddələr-mübadiləsi prosesi pozulur, orqanizmin rezistentliyi kəskin olaraq zəifləyir və ikincili infeksiyaların yayılmasına real zəmin yaranır. Xəstəliyin latent forması, orqanizmə müxtəlif stress-faktorların təsiri zamanı kliniki formaya keçir.

Gedişi və kliniki əlamətləri. Quşlarda xəstəliyin inkubasiya dövrü, əsasən amilin virulentliyindən asılı olaraq 10 gündən 4 aya qədər davam edir. Insanlarda inkubasiya dövrü 4 gündən 17 günədək, bəzən 8-12 gün gün davam edir. Quşların Ornitozunun simptomokompleksi, müxtəlif növ quşlarda müxtəlif xarakterə malik olur. Xəstəlik üçün əsas xarakterik əlamətlər, ümumi halsızlıq, göz qapaqlarının şişkinliyi, konyuktivit, tənəffüs üzvləri sisteminin kataral iltihabı, qanad və ətrafların iflici, ishal, ümumi bədən temperaturunun yüksəlməsidir.

Göyərçinlərdə əsasən rinit, serozlu konyuktivit, bəzi hallarda bronxit xarakterik əlamətlərdəndir. Tutu quşlarında halsızlıq, tüklərin pırpızlaşması, iştahının pozulması, bədən temperaturunun yüksəlməsi, arıqlıq, ətrafların paralici xarakterik kliniki əlamətlərdən sayılır. Ördəklərdə kliniki xəritə, göyərçinlərdə olduğu xarakterə malikdir. Xəstəlik hind toyuqlarında ümumi ölgünlük, rinit, sinusit, tənəffüs yollarının iltihabı, ətrafların iflici, qanlı ishalla özünü birüzə verir.

Ornitoz zamanı körpələr gec tüklənir, onlarda yaşıl rənqdə ishal baş verir. Insanların ornitozu zamanı bədəndə sızıltılı ağrılar, baş ağrısı və əzələ sistemində ağrılar meydana çıxmaqla, bədən temperaturu 38-400C-dək yüksəlir. Xəstəlik zamanı quru öskürək, qırtlağın və traxeyaların iltihabı baş verir. Xəstəliyin 5-7 günündə döş qəfəsində ağrılar meydana çıxmaqla, tənginəfəslik, öskürəklə qanlı-seliyin ayrılması, pnevmoniya əlamətləri səciyyəvi hal sayılır. Xəstəlik zamanı baş gicəllənməsi halları da ola bilir. Ornitozla xəstə insanlarda qaraciyər və dalaq böyüyür. Letallıq 2-3%-dir.

Page 18: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Patoloji-anatomiki dəyişikliklər. Xəstəlik nəticəsində qaraciyərin və dalağın kəskin böyüməsi xarakterik olmaqla, onlarda nekroz ocaqları müşahidə edilir. Qaraciyərin zəfəran rəngini xatırlatması, dalağın isə tünd qırmızı olması səciyyəlidir.

Xəstələrdə pnevmoniya baş verməklə, tənəffüs orqanlarının selikli qişası kataral iltihaba məruz qalır, perikarda və hava kisələrinin divarında serozlu fibrinozlu eksudat toplanır. Göyərçinlərdə bunlardan əlavə enterit də müəyyən etmək olur. Böyrəklər böyümüş olur və orada boz ləkələr müşahidə edilir. Xəstəlik başqa infeksiyalarla mürəkkəbləşdikcə, Patoloji dəyişikliklər daha xarakterik nəzərə çarpır.

Diaqnoz. Xəstəliyə diaqnoz Epizootoloci məlumatlar, kliniki-əlamətlər, Patoloji-anatomiki göstəricilər nəzərə alınmaqla, laboratoriya müayinələri əsasında qoyulur.

Patoloji material.Laboratoriyaya müayinə məqsədilə, xəstəlikdən ölmüş quşun cəsədi göndərilir. Xəstəlikdən ölmüş şübhəli quşun cəsədi 5%-li lizol yaxud fenol hopdurulmuş tənzifə bir neçə qat bükülərək, laboratoriyaya göndərilməlidir. Patoloji materialdan hazırlanmış suspenziyada (1:10) bakterial mikrofloranı məhv etmək üçün steptomisin (50 mikroqr) və pensillin (1000 TV/ml) istifadə edilir.

Quşların ornitozunun diaqnostikasında həmcinin allergendən də istifadə edilir. Insanlardada Ornitozun allergik diaqnozu metodu işlənib hazırlanmışdır.

Təfriqi diaqnoz. Ornitoz ördəklərin viruslu-sinusiti və salmonellyozu, toyuqların respirator mikoplazmoz və koliseptisemiyasından, eləcə də Nyukasl xəstəliyi və Qripdən təfriq edilməldir.

Müalicə. Bu məqsədlə antibiotiklərdən terramisin və dibiomisin işlədilir. Immunitet. Xəstəlikdən sağalmış quşlarda davamsız immunitet yaranır. Spesifik profilaktika

vasitəsi təklif olunmamışdır.

Page 19: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Çiçək və ornitoz ”

Profilaktika və mübarizə tətbirləri. Xəstəliyə qarşı profilaktikanın əsasını xəstə və xəstəliyə şübhəli quşların müəyyən edilərək, ayrılması, onların izolyatorda yerləşdirilməsi təşkil edir. Təsərryfatda xəstəlik qeydə alındıqda, həmin təsərrüfat qeyri sağlam elan edilir, seroloci və Allergiya müayinə metodları ilə Ornitoza görə sınaq aparılır, kliniki xəstələr və xəstəliyə şübhəlilər ayrılaraq zərərsizləşdirilir, yerdə qalan quşlara terramisin preparatı təlimata uyğun işlədilir. Yoluxmaya şübhəlilərin əti qaynadıldıqdan sonra istifadə edilir.

Xəstəliklə mübarizədə başqa ölkələrdən və təsərrüfatlardan gətirilmiş quşların üç ay müddətində profilaktik karantində saxlanması və müayinədən keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyri-sağlam quşçuluq təsərrüfatlarından quş və quş məhsullarının çıxarılmasına icazə verilməməlidir. Quş binalarında 10%-li lizol məhlulu, 5%-li xlorlu əhənq, 4%-li xloramin, 0,5%-li natrium qələvisi ilə dezinfeksiya aparılmalıdır. Dezinfeksiya məqsədilə formalin-ksilonaft qarışığı (3:1) 1m2 sahəyə 1 litr hesabı ilə tətbiq edildikdə də səmərəli nəticə verir.

Binaların dezinfeksiyasında 40%-li formaldehid məhlulu-nun 2 m3 həcmə 10-15 ml miqdarında aerozol üsulla tətbiqidə məqsədəuyğun sayılır. Qeyri-sağlam quşçuluq təsərrüfatlarında, kəsim məntəqələri və zooparkda, insanların təhlukəsizliyini təmin etmək üçün, onların xüsusi geyim formaları ilə təmin edilməsi (xələt, kalpak, eynək, pambıq tənzifli sarıq) olduqca vacibdir.

Yoluxmazlığı təmin etmək üçün insanlar Baytarlıq-Sanitariya qaydalarına ciddi əməl etməli, quşlar arasında xəstəliyə qarşı mübarizəni və profilaktikanı düzgün təşkil etməlidir.