hesabat 21-30 dekabr 20183 yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq...

16
HESABAT – 21-30 DEKABR 2018 BAKI - 2018

Upload: others

Post on 05-Mar-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

HESABAT – 21-30 DEKABR 2018

BAKI - 2018

Page 2: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

1

Mündəricat

Yarmarkanın keçirilməsinin əsasları ....................................................................... 2

Yarmarkanın keçirilməsində məqsəd ..................................................................... 3

Yarmarkanın keçirilməsi ilə əldə edilən nailiyyətlər ............................................... 4

Təcrübədə .............................................................................................................. 4

İctimaiyyətlə əlaqələr və əhalinin məlumatlandırılması ......................................... 5

Yarmarkanın işləmə proseduru .............................................................................. 6

Yarmarkada satışda olan məhsullar ....................................................................... 7

Məhsula satış qiymətinin təyin edilməsi ................................................................ 8

Yarmarkanın iş qrafiki ............................................................................................ 9

Kommunikasiya, sanitariya və təmir-bərpa işləri .................................................... 9

Yarmarkanın təchizatı .......................................................................................... 10

Fermer kartı ......................................................................................................... 13

Mühafizə xidməti ................................................................................................. 14

Statistik tədqiqat .................................................................................................. 14

Aparılan statistik təhlillər: .................................................................................... 14

Page 3: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

2

Yarmarkanın keçirilməsinin əsasları

Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və əhalinin

ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan

Respublikasının Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008-

2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı

təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikasının

prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsulları bazarının

təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 16 yanvar 2014-cü il tarixli,

221 nömrəli sərəncam imzalanmışdır. Bundan başqa, Azərbaycan Respublikası

Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair

Strateji Yol Xəritəsi”ndə “Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun

inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması” strateji hədəf

müəyyən olmuşdur.

Göstərilən sərəncam və fərmanlardan irəli gələn məsələlərin icrası

məqsədilə Bakı şəhərində keçirilən “Kənddən Şəhərə” yarmarkası müasir

standartlara uyğun və qapalı şəraitdə qurulmuş, əhali və fermerlər üçün əlverişli

ticarət mühiti yaradılmışdır.

Page 4: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

3

Yarmarkanın keçirilməsində məqsəd

Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət

sabitliyinin qorunub saxlanması məqsədilə şəhərin mərkəzində kənd təsərrüfatı

məhsullarının satışı ilə bağlı “Kənddən Şəhərə” yarmarkası təşkil olunmuşdur.

Yarmarkanın keçirilməsində əsas məqsəd Respublikada yaranan süni

qiymət artımının qarşısını almaq, vətəndaşların müxtəlif çeşidli ərzaq

məhsullarına olan tələbatını aşağı qiymətlərlə əldə etməsinə dəstək olmaqdır.

Eyni zamanda, sözügedən yarmarkada fermerə öz məhsulunu özünün satış

etməsinə şərait yaradaraq onlara dəstək göstərilir.

Page 5: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

4

Yarmarkanın keçirilməsi ilə əldə edilən nailiyyətlər

- Əhalinin aztəminatlı təbəqəsinin bu yarmarkalarda ucuz qiymətə ərzaq

məhsulları əldə edə bilməsini təmin etmək;

- Fermerləri kənd təsərrüfatı məhsulları istehsal etməyə stimullaşdırmaq;

- Fermerlərə məhsullarının satışını həyata keçirmək üçün şəraitin

yaradılması;

- İstehlakçıların seçim imkanlarının artırılmasına xidmət edən yarmarkanın

təşkili ilə süni qiymət artımının qarşısının alınması;

- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyilə keyfiyyətsiz və insan

sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması;

- Məhsulun keyfiyyətini yüksəltmək, kənd təsərrüfatı məhsulları

istehsalçılarının sərbəst rəqabətini səmərəli təşkil etmək;

Təcrübədə Paytaxt Bakının mərkəzi küçələrindən olan Nizami küçəsi 154C ünvanında

qapalı şəraitdə kənd təsərrüfatı məhsullarının satışı üçün şərait yaradılmışdır.

Yarmarkanın sahəsi 700 m2 olmuşdur. Ümumilikdə yarmarkada 104

piştaxta yerləşdirilmişdir.

Page 6: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

5

İctimaiyyətlə əlaqələr və əhalinin məlumatlandırılması

Müasir formada yarmarkanın keçirilməsi və ünvanı barədə Bakı şəhərinin

əhalisi məlumatlandırılmışdır. Belə ki, bu barədə televiziyada xüsusi

buraxılışların göstərilməsi, qəzetlərdə (“Azərbaycan” qəzeti, “Xalq” qəzeti,

“Respublika” qəzeti, “Vergilər” qəzeti) dərc olunması və internet saytlarında

(www.qafqazinfo.az, www.azvision.az, www.azertag.az, www.oxu.az və s.)

məlumatların yerləşdirilməsi təmin olunmuşdur.

Sözügedən yarmarkanın açılış mərasiminin, yaradılan şəraitin və s.

professional şəkildə foto və video çəkilişi təşkil olunmuşdur.

Page 7: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

6

Yarmarkanın işləmə proseduru:

Yarmarkada satışı aşağıdakı subyektlər həyata keçirir:

- Kəndli

- Fermer

- Şirkət

Yarmarkada iştirak etmək istəyən subyektlər agrotrade.gov.az saytı vasitəsilə

onlayn qeydiyyatdan keçə, Dövlət Aqrar Ticarət Şirkətinin zəng mərkəzinə

müraciət edə və ya Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf

Mərkəzlərinə müraciət edə bilərdilər.

Şəxsin qeydiyyatdan keçməsi üçün şəxsiyyət vəsiqəsi, satış edəcəyi

məhsullar haqqında detallı məlumat, və əkin etdiyi sahənin çıxarışı tələb olunur.

Püşkatma əsasında şəxslərin yarmarkadakı yerləri təyin olunur. Yarmarkanın

keçirildiyi müddət ərzində şəxs yarmarkaya gəlir, təyin olunmuş piştaxtada

məhsullarını yerləşdirir və satışını həyata keçirir.

Yarmarka müddəti ərzində bütün satıcılar Dövlət Aqrar Ticarət Şirkəti

tərəfindən tərəzilər və xalatlarla təmin olunmuşdur.

Page 8: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

7

Yarmarkada satışda olan məhsullar

- Ət və ət məhsulları

- Süd və süd məhsulları

- Meyvə

- Tərəvəz

- Toyuq və toyuq məhsulları

- Quru meyvələr

- Bal və digər arı məhsulları

“Kənddən Şəhərə” yarmarkasına fermerlər tərəfindən 20 tondan artıq

meyvə-tərəvəz və süd məhsulları (pendir, kərə yağı, motal pendiri), 4 tondan artıq

bal və arı məhsulları, 2 tona yaxın ət (mal əti, kənd çolpası, hind toyuğu) məhsulları

çıxarılmışdır. Tərəfimizdən keçirilən sorğu əsasında məlum olmuşdur ki, meyvə-

tərəvəz məhsullarının 80%-i, ət məhsullarının demək olar ki, hamısı, bal və arıçılıq

məhsullarının isə 13%-i satılmışdır. Bəzi fermerlər isə yarmarkanın ilk 5

günlüyündə gətirdikləri məhsullarının hamısının satışını təşkil edə bilmişlər.

Page 9: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

8

Məhsula satış qiymətinin təyin edilməsi

Qiymətlər kənd təsərrüfatı mallarının satıcısı olan fermerlərin birbaşa özü

tərəfindən təyin olunur. Əgər təyin olunan qiymət bazar qiymətindən yuxarıdırsa

bu zaman müdaxilə olunur və qiymətlər bazar qiymətindən aşağı qiymətə

uyğunlaşdırılır.

Page 10: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

9

Yarmarkanın iş qrafiki

“Kənddən Şəhərə yarmarkası” 21-30 dekabr 2018-ci il tarixində hər gün saat

08.00-dan 21.00-a qədər fəaliyyət göstərmişdir.

Kommunikasiya, sanitariya və təmir-bərpa işləri

Yarmarka ərazisində pulsuz sanitar qovşaqları yerləşdirilmişdir. Hər hansı

nasazlıq yarandığı təqdirdə yarmarka üçün ayrılmış işçi qrupu yerindəcə

müdaxilə edir.

Hər gün yarmarka bağlandıqdan sonra daxilində təmizlik işləri aparılır.

Yarmarka keçirildiyi müddətdə hər gün inventarların təhlükəsizliyinə və təmizlik

işlərinə tam nəzarət edilir.

Page 11: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

10

Yarmarkanın təchizatı

Yarmarkanın labaratoriya ilə təmin olunması

Müasir formada təşkil olunan “Kənddən Şəhərə” yarmarkasında

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının və

laboratoriyalarının növbətçiliyi təmin olunmuşdur.

Page 12: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

11

Satıcıların xalatlarla təmin olunması

“Kənddən Şəhərə” yarmarkasında satıcılar yaşıl rəngli üzərində Kənddən

Şəhərə logosu olan xalatlarla təmin olunmuşdur. Bunun üçün 100 ədəd xalat

sifariş olunmuş və satıcılara paylanmışdır.

Tərəzilər ilə təminat

Alıcıların rahatçılığını təmin etmək məqsədilə ticarət qaydalarına uyğun olaraq

yarmarkada bütün satıcılar tərəzilərlə təmin olunmuşdur.

Qiymət lövhələrilə təminat

Qiymətlərə nəzarət etmək, süni qiymət artımının qarşısını almaq üçün qiymət

lövhələri quraşdırılmışdır.

Page 13: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

12

Elektrik və istiliklə təminat

Yarmarkada işıqlandırma sistemi quraşdırılmış, elektrik enerjisi ilə təmin

olunmuşdur. Bundan başqa yarmarkada temperaturun tənzimlənməsi üçün

havalandırma sistemi də quraşdırılmışdır.

Tullantı qabları ilə təminat

Alıcılar və satıcıların rahatçılığını və sanitar norma və qaydaları təmin etmək

məqsədilə yarmarka 4 ədəd böyük tullantı qabı ilə təmin olunmuşdur.

Yarmarkada əlavə olaraq satıcılara tullantıları yığmaq üçün paket və zibil

yeşikləri, mallarını ticarət qaydalarına uyğun yerləşdirmək və alıcılara təqdim

etmək üçün piştaxtalar, sanitar qovşağı və ictimai-iaşə yerləri təqdim edilmişdir.

Page 14: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

13

Fermer kartı

Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü və “Kapital Bank”ın dəstəyi ilə kənd

təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə

yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə

ödənilir. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı

tutulmur.

Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu verilir, alqı-satqı prosesinin

qeydiyyatı aparılır. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq

təmin olunur.

Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan

verirk, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdırır.

Yarmarka zamanı 7 fermerə fermer kartı verilmişdir.

Page 15: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

14

Mühafizə xidməti

Yarmarka günü iş qrafiki bitdikdən sonra bütün yarmarka məhsulları və

avadanlıqlar gecə işləyən mühafizə qrupu tərəfindən qorunur.

Statistik tədqiqat

Yarmarka günü boyunca Aqrar İnkişaf Könüllüləri tərəfindən alıcılardan rəy

sorğusu keçirilmişdir. Bundan əlavə satılan məhsulların da qeydiyyatı

aparılmışdır.

Aparılan statistik təhlillər:

- Satılan məhsula görə

- Satışda fərqlənən rayona görə

- Satışdan əldə edilən gəlirə görə

- Vətəndaş məmnuniyyətinə görə

Page 16: HESABAT 21-30 DEKABR 20183 Yarmarkanın keçirilməsində məqsəd Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət sabitliyinin qorunub saxlanması məqsədilə

15