hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla...

15

Upload: others

Post on 06-Sep-2019

23 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək
Page 2: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

2

Respublikanın ümumtəhsil məktəblərinin

7-ci sinifləri üçün “Biologiya” dərslik komplekti

Müəlliflər: Yaşar Seyidli

Xumar Əhmədbəyli

Nailə Əliyeva

Bakı: Bakı Nəşr 2014

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

Page 3: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik

komplektində verilmiş materiallar “Canlıların quruluşu və müxtəlifliyi”, “Bioloji

proseslər”, “İnsan və onun sağlamlığı”, “Canlılar və ətraf mühit” məzmun xətləri

üzrə 6 əsas və 14 alt standartın reallaşdırılmasına yönəlmişdir.

Dərslik 8 fəsil (“Canlı orqanizmlər və onların öyrənilməsi”, “İbtidai və ali

sporlu bitkilər”, “Ali toxumlu bitkilər”, “Bakteriyalar, göbələklər, şibyələr”,

“Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi”, “Çoxhüceyrəlilər yarımaləmi.

Molyusklar və buğumayaqlılar”, “Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-

quruda yaşayanlar və sürünənlər”, “Xordalı heyvanlar. Quşlar və məməlilər”),

55 mövzu və 144 səhifədən ibarətdir. Burada həmçinin “Başlıqlar” və “Layihə”

hissəsi, hər fəsil üzrə “Ümumiləşdirici tapşırıqlar”, hər mövzu üzrə

“Maraqoyatma (motivasiya)”, “Fəaliyyət”, “İzahlar”, “Öyrəndiklərinizi tətbiq

edin”, “Nə öyrəndiniz”, “Açar sözlər”, “Öyrəndiklərinizi yoxlayın” kimi

bölmələr verilmişdir.

Dərslik komplektində fənn kurikulumundakı bütün məzmun standartları əsasən

reallaşmışdır. Mövzularda didaktik tələblər əsasən gözlənilmişdir. Hər bir mövzuda

interaktiv dərsin bütün mərhələlərinə uyğun materiallar verilmişdir.

Təlim materiallarının seçilməsində və faktların verilməsində elmi-metodiki

tələblər nəzərə alınmış və faktların dəqiqliyinə fikir verilmişdir.

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik

komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə

nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı

isə yeni səhvlərə yol verilmişdir. Bunlar aşağıdakılardır:

Page 4: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

4

Materialların verilməsində sadədən mürəkkəbə doğru ardıcıllıq prinsipinə,

fənlərarası və fəndaxili inteqrasiyaya tam əməl edilməmişdir. Dərslikdə təbii

sərvətlərdən səmərəli istifadə haqqında az məlumat verilmiş, ictimai və milli-mənəvi

dəyərlərin təbliğinə çox az yer ayrılmışdır. Mövzuların bəzən qısa və aydın olmayan

şəkildə verilməsi müstəqil təlimə imkan yaratmır. Örtülütoxumluların fəsilələrinin

çiçək formulunda bitişik hissələrin mötərizə içərisində verilməsi məsləhət deyil.

Çünki istənilən fəsilədə istisnalıq təşkil edən bitkilər var. Bu hal şagirdlərdə çaşqınlıq

yarada bilər. Zoologiya hissəsində yazılmış məlumatlar ənənəvi dərsliklərdə olan

məlumatlarla oxşarlıq təşkil edir. Həmçinin həşəratların və onurğalıların ayrı-ayrı

dəstələrinin əlamətləri göstərilməmişdir. “Mamırların çoxalması və əhəmiyyəti”,

“Yastı qurdların həyat fəaliyyəti”, “Həşəratların müxtəlifliyi və təbiətdə rolu”,

“Məməlilər sinfi”, “Çoxhüceyrəlilər yarımaləmi. Bağırsaqboşluqlular tipi”

mövzularında izahların bir qədər geniş verilməsi tövsiyə edilir.

Səhifə 9. “Motivasiya”da “Məsələn, təyyarənin uçuşu quşları, həşəratları və

uçan məməliləri xatırladır” cümləsi verilmişdir. Təyyarənin uçma prinsipi quşun

uçma prinsipindən çox fərqlidir. Buna görə cümlənin dəyişdirilməsi tövsiyə edilir.

Səhifə 12. “Motivasiya”da “Məsələn, münəccimlər göy cisimlərinə baxmaq

üçün sadə teleskoplardan, dənizçilər uzaq məsafələrə baxmaq üçün isə

durbinlərdən istifadə edirdilər” cümləsində “münəccimlər” deyil, “astronomlar”

yazılması məqsədəuyğundur.

Səhifə 15. “Orqanizmlərdə oxşar əlamətlər” yarımbaşlığında bütün canlıların

hüceyrələrdən ibarət olduğu verilmişdir. Lakin qeyd etmək lazımdır ki, həyatın

hüceyrəsiz formaları olan viruslar da mövcuddur.

Yenə həmin səhifədə “Göbələklər” yarımbaşlığına “Göbələkdə heyvanlar kimi

xitinə təsadüf edilir” cümləsinin əlavə edilməsi tövsiyə edilir.

Səhifə 17. “Yaşıl yosunların qidalanması” yarımbaşlığına xlamidomonada

yosununun miksotrof orqanizm olduğunu əlavə etmək tövsiyə edilir.

Səhifə 19. “Çoxhüceyrəli yaşıl yosunlar” mövzusunda ulotriksi torpağa

bağlayan hüceyrənin ölü, şəffaf hüceyrə olmasının göstərilməsi tövsiyə edilir. Çünki

bu hüceyrənin xromatofor və nüvəsi yoxdur.

Səhifə 29. “Qıjıkimilərin əhəmiyyəti” yarımbaşlığında “Ondan, həmçinin,

metaləritmədə istifadə edilən koks qazı, anilin boyası, ətriyyat sənayesində

istifadə olunan maddələr və s. alınır” cümləsinə düzəliş edilməsi tövsiyə edilir.

Çünki metaləritmədə koks qazı deyil, bərk koks özü istifadə olunur.

Page 5: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

5

Səhifə 31. “Çılpaqtoxumlular şöbəsi” mövzusunda “Sibir şamı” haqqında

məlumatın verilməsi tövsiyə edilir.

Səhifə 34. “Öyrəndiklərinizi yoxlayın” bölməsində 1-ci tapşırığın şərtində

“İynəyarpaqlı ağacların budaqlarında iki üç cür dişi qozalar inkişaf edir”

cümləsində “İynəyarpaqlı ağacların” əvəzinə “Adi şam ağacının” yazılmalıdır.

Çünki çılpaqtoxumluların hamısında qozalar olmur və olanlarda da rənglər müxtəlif

olur.

Səhifə 35. “İkiləpəli bitkilər sinfi” yarımbaşlığında “İkiləpəlilərdə, adətən,

mil kök sistemi olur” əvəzinə “Toxumla çoxalan ikiləpəlilərdə, adətən, mil kök

sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn

ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək.

Səhifə 40. Paxlalılar fəsiləsinin çiçək formulunun “K3+(2)L5E(9)+1D1” kimi deyil,

“K(5)L5E10D1” şəklində verilməsi məqsədəuyğundur. Digər tərəfdən bu formul heç də

bütün paxlalılar üçün keçərli deyil. Belə ki, qara yoncada beş ləçəyin hamısı

bir-birinə birləşmişdir. Həmçinin bu fəsilənin nümayəndələri arasında erkəkciklərinin

hamısı bitişik və ya sərbəst olan bitkilərə də rast gəlinir.

Səhifə 45. 3-cü abzasda “Taxıllarda çiçək qrupu─mürəkkəb sünbül, qıça və

ya süpürgədir” cümləsində “qıça” əvəzinə “mürəkkəb qıça” yazılması

məqsədəuyğundur.

Səhifə 48. “Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri və onlardan

istifadə qaydaları” mövzusunda “Şirin biyan” ifadəsinin “biyan” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 53. 4-cü abzasda “Qidalanması” yarımbaşlığında “Papaqlı göbələklər

üzvi qalıqlarla qidalandığından saprofit göbələklər hesab edilir” cümləsi

verilmişdir. Nəzərə almaq lazımdır ki, papaqlı göbələklərin əksəriyyəti bitkilərin

kökləri ilə simbioz həyat tərzi keçirir (mikoriza) və özləri torpaqdan üzvi maddələri

sora bilmir, onları bitkilərdən alır.

Səhifə 60. “Qamçılılar sinfi” yarımbaşlığında yaşıl evqleninin 20-25 ədəd

xloroplasta malik olduğu verilmişdir. “Xloroplast” əvəzinə “xromatofor” yazılması

daha dəqiq olar.

Səhifə 64. “Çoxhüceyrəlilər yarımaləmi. Bağırsaqboşluqlular tipi”

mövzusunda bağırsaqboşluqluların əsas əlamətlərdən olan boşluq daxili həzmin

meydana gəlməsi, sinir hüceyrələrinin yaranması, refleks və s. göstərilməsi

məqsədəuyğun hesab edilir.

Page 6: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

6

Yenə həmin səhifədə ektoderma qatında hissi hüceyrələrin verilməsi tövsiyə

edilir.

Səhifə 67. “Bağırsaqboşluqluların həyat fəaliyyəti” mövzusunda

bağırsaqboşluqlularda həzm prosesinin 2 mərhələdə getməsi aydın verilməmişdir.

Səhifə 68. Sonuncu abzasda “Bədənləri bel-qarın istiqamətində

yastılaşmışdır və ektoderma, entoderma, mezoderma adlanan hüceyrə

qatlarından ibarətdir” cümləsinin “Yastı qurdların toxumaları və orqanları üç

rüşeym vərəqindən─ektoderma, entoderma, mezodermadan əmələ gəlmişdir” kimi

yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Yastı qurdlar tipi” mövzusunda 4 növ əzələ və

regenerasiya hadisəsi haqqında məlumatın verilməsi tövsiyə edilir.

Səhifə 73. “İnsan askaridinin həyat fəaliyyəti” yarımbaşlığında 2-ci abzasda

“Eninə əzələləri olmadığı üçün onu uzadıb-qısalda bilmir” cümləsinə düzəliş

edilməsi tövsiyə edilir. Çünki askaridin bədənini uzadıb-qısalda bilməməsinin əsas

səbəbi, onun bədən boşluğunda olan mayenin yüksək təzyiq altında olmasıdır.

Səhifə 87. 1-ci abzasda “Başın alt hissəsində bir cüt üst çənə, iki cüt alt çənə

və üç cüt çənə-ayaqlardan ibarət ağız aparatı yerləşir” cümləsinə düzəliş edilməsi

tövsiyə edilir. Çünki çay xərçəngində çənə-ayaqları bədənin döş hissəsində yerləşir.

Yenə həmin səhifədə sonuncu abzasda “Xərçəngdə qısa bığcıqlar qoxubilmə,

uzun bığcıqlar isə lamisə funksiyasını həyata keçirir” cümləsinə düzəliş edilməsi

tövsiyə edilir. Çünki xərçəngdə qısa bığcıqlar yalnız qoxubilmə deyil, həm də lamisə

funksiyasını həyata keçirir.

Səhifə 90. 1-ci abzasda “Maye qidanın sonrakı həzmi sorucu mədədə və

bağırsaqda gedir” cümləsinə düzəliş edilməsi məqsədəuyğundur. Çünki sorucu

mədədə həzm getmir.

Səhifə 95. “Həşəratların müxtəlifliyi və təbiətdə rolu” mövzusunda

həşəratların dəstələri haqqında verilmiş məlumatın bir qədər genişləndirilməsi tövsiyə

edilir.

Səhifə 99. 2-ci abzasda “Həlqəvi qurdlarda olduğu kimi, metanefridilərdən

ibarətdir” cümləsində “metanefridilərdən” deyil, “nefridilərdən” yazılması

məqsədəuyğundur.

Səhifə 107. “Suda–quruda yaşayanlar sinfi” mövzusunda suda-quruda

yaşayanlarda 3-cü göz qapağının olmasının qeyd olunması tövsiyə edilir.

Page 7: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

7

Səhifə 118. 3-cü abzasda “Sürünənlərin qədim nümayəndələri hazırda məhv

olmuşdur. Onların məhv olmasının əsas səbəbi kimi yeni meydana gələn quru

onurğalıları ilə rəqabətə davam gətirməmələri ehtimal olunur” fikri düzgün

deyil. Çünki sürünənlərin məhv olmasına əsas səbəb asteroidin düşməsi və vulkan

püskürməsi ilə əlaqədar olan iqlim dəyişilmələri olmuşdur.

Səhifə 120. Sonuncu abzasda “Başda buynuz maddəsindən təşkil olunmuş

üst və alt dimdik vardır” cümləsi düzgün deyil. Çünki üst və alt dimdik sümükdən

təşkil olunmuşdur.

Səhifə 130. 1-ci abzasda “Məməlilərin əksəriyyəti bətndaxili diri bala doğur”

cümləsinin “Məməlilərin əksəriyyəti diri bala doğur” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 131. “Məməlilər sinfi” mövzusuna gövşəyən məməlilərin mədəsinin

hissələri və həzm sistemində kor bağırsağın olması haqqında məlumatın əlavə

edilməsi tövsiyə edilir.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 9. 1-ci abzasda “Вам знакомы ботаника, изучающая растения,

зоология - животных, микология - грибы и другие” cümləsinin “Вам знакомы

ботаника, изучающая растения, зоология-животных, микология-грибы” kimi

yazılması tövsiyə edilir.

Səhifə 12. “Применение полученных знаний” bölməsindəki sxemdə

“Описание” əvəzinə “Примеры” yazılması məqsədəuyğundur.

Səhifə 13. 1-ci abzasda “В биологии для микроскопических

исследований обычно используют препараты с тонким срезом или частью

живого объекта” cümləsinin “В биологии для микроскопических исследований

обычно используют препараты изготовленные в виде тонких срезов живых

объектов или определенной части живого обьекта” kimi yazılması tövsiyə edilir.

Səhifə 15. “Грибы” yarımbaşlığında “Грибы являются гетеротрофами,

как и животные” cümləsinin “Все грибы являются гетеротрофами, как и

большинство животных” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə dərsliyin Azərbaycan dilində olan variantında bakteriyalar

haqqında verilmiş “Birhüceyrəli orqanizimlərdir. Formalaşmış nüvəsinin və bir

çox hüceyrə orqanoidlərinin olmamasına görə bitki və heyvan hüceyrəsindən

fərqlənir” fikri rus dilində olan variantda verilməmişdir.

Page 8: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

8

Səhifə 17. Sonuncu abzasda “Хламидомонада в некоторых случаях

использует в пищу готовые органические вещества” cümləsi dərsliyin

Azərbaycan dilində olan variantına uyğun olaraq “Хламидомонада и некоторые

другие водоросли в некоторых случаях используют в пищу готовые

органические вещества” kimi yazılmalıdır.

Səhifə 24. “Проверьте свои знания” bölməsində 1-ci tapşırığın c) bəndində

“Cфагнум отличается от кукушкина льна отсутствием листьев / ризоидов”

cümləsi “Взрослое растение сфагнум отличается от кукушкина льна

отсутствием листьев / ризоидов” kimi yazılmalıdır.

Səhifə 29. “Значение папоротникообразных” yarımbaşlığında 1-ci cümlədə

“Из останков отмерших папоротников” ifadəsi “Из останков отмерших

папоротникообразных” kimi yazılmalıdır. Bu yarımbaşlıqda “Помимо этого,

папоротникообразные являются лекарственными травами” cümləsində

“травами” əvəzinə “растениями” yazılmalıdır.

Səhifə 30. “Проверьте свои знания” bölməsində 1-ci tapşırığın şərtində

“отделом”, 2-ci tapşırığın şərtində isə “отделaм” əvəzinə “группой” yazılmalıdır.

Səhifə 32. “Применение полученных знаний” bölməsində 1-ci tapşırığın

2-ci bəndində “папоротники” əvəzinə “папоротникообразные” yazılmalıdır.

Səhifə 37. Dərsliyin Azərbaycan dilində variantında 1-ci abzasda

“Xaççiçəklilər fəsiləsi. Fəsilənin 3 minə yaxın növü var. Əksəriyyəti ot bitkisidir.

Bəzilərində əsas kök yoğunlaşaraq meyvəköklər əmələ gətirir. Yarpaqları gövdə

üzərində növbəli düzülür” fikri dərsliyin rus dilində olan variantında verilməmişdir.

Səhifə 38. 2-ci abzasda “К дикорастущим представителям семейства

относятся такие травянистые растения, как манжетка, лапчатка,

гравилат, спаржа и др.” cümləsində dərsliyin Azərbaycan dilində olan variantına

uyğun olaraq “спаржа” əvəzinə “лобазник” yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Применение полученных знаний” bölməsində

tapşırığın 1-ci bəndində “Чашечка состоит из четырех чашелистиков и

четырех лепестков” cümləsində “чашечка” əvəzinə “околоцветник”

yazılmalıdır.

Səhifə 45. 4-cü abzasda “У большинства злаков в цветке 2 цветковые

чешуи, 2 сросшиеся цветковые пленки, три тычинки и один пестик с

двумя рыльцами” cümləsində “двумя рыльцами” əvəzinə “двухлопастным

рыльцем” yazılmalıdır.

Page 9: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

9

Səhifə 48. Çərçivənin daxilində sonuncu abzasda “Сладкая солодка”

ifadəsinin “солодка” kimi yazılması məqsədəuyğundur.

Səhifə 60. “Тип Инфузории” yarımbaşlığında 6-cı cümlədə “половом

размножении” əvəzinə “половом процессе” yazılmalıdır.

Səhifə 64. Sonuncu abzasda “В Тихом и Индийском океанах известковые

скелеты погибших полипов образуют коралловые рифы” cümləsinə düzəliş

edilməsi tövsiyə edilir. Çünki ölmüş poliplər mərcan rifləri deyil, mərcan adaları

əmələ gətirir.

Səhifə 73. 3-cü abzasdakı 1-ci cümlə dərsliyin rus dilində olan variantında

verilməmişdir. Buraya Azərbaycan dilində olan varianta uyğun olaraq “В переднем

конце аскариды имеется ротовое отверстие, снабженное тремя губами”

cümləsinin əlavə edilməsi tövsiyə edilir. 2-ci cümlə “Изо рта пища попадает в

глотку, в пищевод, затем в кишку, оканчивающуюся анальным отверствием”

kimi yazılmalıdır.

Yenə həmin səhifədə 6-cı abzasda “Нервная система состоит из

окологлоточного нервного кольца, имеющего отдельных нервных узлов и

отходящих от него нервных разветвлений” cümləsinin “Нервная система

состоит из окологлоточного нервного кольца, двух нервных узлов и отходящих

от нервного кольца нервных стволов” kimi yazılması məqsədəuyğundur.

Səhifə 88. “Проверьте свои знания” bölməsində 1-ci tapşırığın 6-cı bəndində

“Глаза сидят на подвижных стебельках” cümləsi dərsliyin Azərbaycan dilində

olan variantına uyğun olaraq “На стебельках сидят подвижные глаза”

yazılmalıdır.

Səhifə 91. “Применение полученных знаний” bölməsində tapşırığın

şərtində “паукообразным” əvəzinə dərsliyin Azərbaycan dilində olan variantına

uyğun olaraq “пауку –крестовику” yazılmalıdır.

Səhifə 95. Dərsliyin Azərbaycan dilində olan variantında 1-ci abzasdakı

“Quruluşuna görə həşəratları bir çox dəstələrə ayırırlar. Onların arasında

faydalı və zərərverici həşəratlara rast gəlinir” fikri dərsliyin rus dilində olan

variantında verilməmişdir.

Səhifə 103. “Размножение и развитие рыб” yarımbaşlığında sonuncu

abzasda “Оплодотворение происходит вне тела - в воде” cümləsinin “У

большиниства рыб оплодотворение происходит вне тела - в воде” kimi

yazılması məqsədəuyğundur.

Page 10: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

10

Səhifə 104. “Многообразие рыб. Охрана рыбных запасов” mövzusunda

“Численность костных рыб превышает численность хрящевых” cümləsi

dərsliyin Azərbaycan dilində olan variantına uyğun olaraq “Численность видов

костных рыб превышает численность хрящевых” yazılmalıdır.

Səhifə 115. “Применение полученных знаний” bölməsində tapşırığın 9-cu

bəndindəki “Развитие идет с превращением” cümləsinin “Развитие идет с

полным превращением” kimi yazılması məqsədəuyğundur.

2. Dil və yazı üslubu baxımından

Dərslik komplektindəki materiallar dil və yazı üslubu baxımından şagirdlərin

yaş səviyyəsinə uyğunlaşdırılmışdır. Dil qaydalarına əməl olunmuşdur. Nitqin

inkişafında önəmli olan söz ehtiyatlarından daha səmərəli istifadə edilməsi dil

qaydası üçün əsas şərtdir. Dərslik komplektində buna diqqətlə yanaşılmışdır. Yeni

söz və terminlərin izahı da dərslik komplektində kifayət qədər aydın verilmişdir.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 18. “Birhüceyrəli yaşıl yosunların çoxalması” yarımbaşlığındakı

“Xlamidomonadanın möhtəviyyatının bölünməsinəticəsində çoxlu sayda

ikiqamçılı qametlər (cinsiyyət hüceyrələri) yaranır” cümləsində

“bölünməsinəticəsində” sözü “bölünməsi nəticəsində” kimi yazılmalıdır.

Səhifə 86. “Buğumayaqlılar tipinin ümumi əlamətləri” yarımbaşlığında 1-ci

abzasda “Buğumayaqlılar tipinin xərçəngkimilər, hörümçəkkimilər və həşəratlar

kimi 3 əsas sinifləri var” cümləsində “3 əsas sinifləri” ifadəsi “3 əsas sinfi” kimi

yazılmalıdır.

Səhifə 96. 3-cü abzasda “Arılar, qarışqalar və minicilər pərdəqanadlılar və ya

zərqanadlılar dəstəsinə aiddir” cümləsində “zərqanadlılar” sözünün

“zarqanadlılar” kimi yazılması məqsədəuyğundur.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 11. 1-ci abzasda “Для познания биологических объектов

используют различные методы (греч. methodos – путь, исследование,

способ познания)” cümləsində “познания” əvəzinə “изучения” yazılması

məqsədəuyğundur.

Səhifə 12. “Moтивация”da “Так, например, звездочеты для изучения

небесных тел использoвали телескоп, а моряки, для обозрения отдаленных

Page 11: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

11

предметов пользовались биноклем” cümləsində “обозрения” əvəzinə

“наблюдения” yazılması tövsiyə edilir.

Səhifə 13. “Правила работы со световым микроскопом” bölməsində 2-ci

bənddə “С помощью зеркала направьте свет в отверстие на предметном

столе” cümləsində “предметном столе” ifadəsinin əvəzinə “предметном

столике” yazılması məqsədəuyğundur.

Səhifə 21. Sonuncu abzasda “Красные и бурые водоросли питаются

автотрофном, дышат растворенным в воде кислородом” cümləsində

“автотрофном” əvəzinə “автотрофно” yazılması məqsədəuyğundur.

Səhifə 23. 2-ci abzasda “Корень у мхов отсутствует” cümləsinin “Корни у

мхов отсутствуют” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 3-cü abzasda “Зеленый кукушкин лен” ifadəsinin

əvəzinə “Зеленый мох кукушкин лен” yazılması tövsiyə edilir.

Səhifə 59-143. “Подцарства одноклеточные и многоклеточные” fəslində

səhifələrin başlıq hissəsinin sağ küncündə “радел” sözü “раздел” kimi yazılmalıdır.

Səhifə 90. Sonuncu abzasda “Опасными для человека являются

чесоточный клещ и таежный клещ, являющиеся переносчикими

заболевания энцефалит” cümləsində “переносчикими” sözünün

“переносчикaми” kimi yazılması məqsədəuyğundur.

Səhifə 111. 3-cü abzasda “На сушу их спинной гребень не развивается”

cümləsində “На сушу” əvəzinə “На суше” yazılması məqsədəuyğundur.

3. Dizayn və bədii tərtibat baxımından

Dərslik komplektində rəsm və illüstrasiyalar orijinal verilmişdir. Mətnə görə

şəkillər əsasən düzgün yerləşdirilmiş, həcm nisbətində uyğunluq gözlənilmişdir. Üz

qabığının tərtibatı dərsliyin məzmununa uyğundur.

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 14. “Canlı orqanizmlərin müxtəlifliyi” mövzusunda “Motivasiya”dakı

şəkildə göbələklər heyvanlarla bitkilər arasında keçid bir forma kimi başa düşülə

bilər. Bu isə şagirdlərdə səhv təsəvvürün yaranmasına səbəb olar. Düzəliş edilməsi

məqsədəuyğundur.

Səhifə 27. “Qıjının çoxalması” sxemində anteridi və arxeqoninin adlarının

yazılması tövsiyə edilir.

Page 12: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

12

Səhifə 33. “Fəaliyyət” bölməsindəki şəkillərdə dişi qozaların rəngdəyişmə

ardıcıllığı düzgün verilməmişdir.

Səhifə 34. Şəkildə “Çılpaqtoxumluların inkişaf dövriyyəsi” əvəzinə “Adi

şamın inkişaf dövriyyəsi” yazılması məqsədəuyğundur.

Səhifə 57. “Şibyələrin müxtəlif formaları” şəklində qazmaqşəkilli şibyə kimi

divar ksantoriyası göstərilmişdir. Əslində isə divar ksantoriyası yarpaq şəkilli

şibyədir. Daş xına ilə əvəz olunması məqsədəuyğundur.

Səhifə 71. Ağ planarinin sinir sisteminə aid verilmiş şəkildə “Sinir axmaları”

ifadəsi “Sinir atmaları” kimi yazılmalıdır.

Səhifə 114. Kərtənkələnin həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemlərinə aid

şəkildə “Tpaxeya” sözü “Traxeya” kimi yazılmalıdır.

Səhifə 137. Şəkildə “Kaşalot” yazılsa da, bığlı balina göstərilmişdir.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 38. Şəkildəki yazıda “Ложный плод шиповникамногоорешек”

əvəzinə “Ложный плод шиповникацинародий, а настоящий плод многоорешек”

yazılması məqsədəuyğundur.

Səhifə 87. Səhifənin sonunda çay xərçənginin qan-damar, tənəffüs və ifrazat

sisteminə aid şəkildə “брюшной сосуд” ifadəsi “брюшная артерия” kimi

yazılmalıdır.

Səhifə 99. Dərsliyin Azərbaycan dilində olan variantında “Neştərçənin daxili

quruluşu” şəklində “Atrial dəlik” göstərilsə də, rus dilində olan variantında bu

hissə təsvir edilməmişdir.

Səhifə 102. Dərsliyin Azərbaycan dilində olan variantında balığın daxili

quruluşuna aid şəkildə “Pilorik çıxıntılar” göstərilsə də, rus dilində olan variantında

bu hissə təsvir edilməmişdir.

Səhifə 111. Şəklin altında “обыкновенная древесная лягушка” əvəzinə

“обыкновенная квакша” yazılmalıdır.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Tapşırıq və çalışmalarda şagirdlərin yaş səviyyəsinə uyğunluq, forma və tipinə

görə rəngarənglik gözlənilmişdir. Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayında

və nəzəri məlumatlarla praktik tapşırıqlar arasında mütənasiblik nəzərə alınmışdır.

Page 13: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

13

Dərslik komplektinə şagirdlər üçün özünüqiymətləndirmə materialları da daxil

edilmişdir.

Səhifə 32. “Öyrəndiklərinizi tətbiq edin” hissəsində, 4-cü bənddə “Küknar

meşələri qaranlıq, şam meşələri isə işıqlı olur” cümləsi verilsə də, bu barədə

mövzuda məlumat verilməmişdir.

Dərsliyin rus dilində olan variantında da qüsura rast gəlinir:

Səhifə 16. “Обобщающие задания” bölməsində 4-cü tapşırığın şərti

“Отличительные особенности растений, животных и грибов” kimi

yazılmalıdır. Bu tapşırığın 1-ci bəndi “В основном гетеротрофное питание”, 5-ci

bəndi “В основном автотрофное питание” kimi yazılmalıdır. 6-cı bənd (“Həzm

sistemi”) isə dərsliyin Azərbaycan dilində olan variantında verilsə də rus dilində olan

variantda verilməmişdir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodiki vəsait 144 səhifədən ibarətdir. Burada, “Kitabın

içindəkilər”, “Dərslik komplekti haqqında”, “Dərslik komplektinin strukturu”,

“Biologiya fənn kurikulumu haqqında”, “Fənn üzrə məzmun standartlarının

reallaşma cədvəli”, İllik planlaşdırma nümunəsi”, “Fənlərarası inteqrasiya

cədvəli”, “Biologiya dərslərində müasir təlim texnologiyaları”, “Şagird

nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və üsulları”, “Mövzular üzrə təlim

materialları ilə iş texnologiyasının şərhi”, “Gündəlik planlaşdırılmaya dair

nümunələr”, “Tövsiyə olunan mənbələr” verilmişdir. Həmçinin 7 kiçik summativ

qiymətləndirmə nümunəsi, I yarımil üzrə ümumiləşdirici dərs verilmişdir. Vəsaitdə

dərsliyin hazırlanma prinsipləri verilmiş və əsasən şərh edilmişdir. İnnovativ

metodların tətbiqində şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmışdır. Fənn

kurikulumunun tələblərinin reallaşma mexanizmləri verilmiş, lakin qismən

əsaslandırılmışdır. Təlim məqsədlərinin standartlara uyğunluğu, tətbiq olunan metod

və üsulların məzmun standartlarının reallaşdırılmasında rolu gözlənilmişdir.

Qruplaşdırılmış təlim materialları üzrə iş texnologiyası əsasən şərh olunmuşdur.

Dərsin gedişi zamanı əlavə vəsaitlərə istiqamətləndirmə aydın verilmişdir.

“Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli”ndə II yarımil üzrə

ümumiləşdirici dərs nəzərdə tutulsa da, vəsaitdə bu verilməmişdir.

Page 14: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

14

MMV-də 3-cü mövzudan başlayaraq göstərilən еlеktron rеsurslar yalnız rus

bölməsi üçün yararlıdır.

Səhifə 24. “A” hissəsindəki 1-ci sxem dəqiq deyil.

Səhifə 37. “I və II fəsillər üzrə kiçik summativ qiymətləndirmə”də 1-ci

tapşırığın 2-ci cümləsində “əşya şüşəsinin üzərinə....” əvəzinə “əşya şüşəsinin

üzərindəki...” yazılması məqsədəuyğundur.

Səhifə 38. “I və II fəsillər üzrə kiçik summativ qiymətləndirmə”də 6-cı

tapşırığın şərtində “Açar sözlərin hansı bitkilərə aid olduğunu müəyyən edin”

cümləsi verilmişdir. Lakin “Açar sözlər”də verilmiş “tozcuq” sözü şəkildəki

bitkilərdən heç birinə uyğun gəlmir.

Yenə həmin səhifədə 8-ci tapşırığın sonuncu bəndində “gəmişdir” sözü

“gəlmişdir” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 9-cu tapşırığın sxemində 1 rəqəmi göstərilməmişdir.

Səhifə 54. “III fəsil üzrə kiçik summativ qiymətləndirmə”də 2-ci tapşırığın

6-cı bəndinin “Yarpaqları iynəşəkilli olan nümayəndələri var”, 7-ci bəndinin

“Küləklə, həşəratlarla və öz-özünə tozlanan nümayəndələri var”, 8-ci bəndinin isə

“Həmişəyaşıl nümayəndələri var” kimi yazılması məqsədəuyğundur.

Səhifə 65. “IV fəsil üzrə kiçik summativ qiymətləndirmə”də 8-ci tapşırığın

4-cü bəndinin “Şibyə göbələklərdən, sianobakteriyalardan və.....ibarətdir” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 85. “V fəsil üzrə kiçik summativ qiymətləndirmə”də 3-cü tapşırığın

2-ci bəndində “Yastı qurdların bədəni üçqatlıdır” cümləsinin “Yastı qurdların

bədəni 3 rüşeym qatından əmələ gəlib” kimi yazılması məqsədəuyğundur. Bu

tapşırığın 6-cı bəndində “Yastı qurdlar bütün bədən səthi ilə tənəffüs edir”

cümləsi “Bütün yastı qurdlar bədən səthi ilə tənəffüs edir” kimi yazılmalıdır. Çünki

yastı qurdların bəziləri bədən səthi ilə tənəffüs etdiyi halda, digərləri bədən səthi ilə

tənəffüs etmir.

Səhifə 100. “VI fəsil üzrə kiçik summativ qiymətləndirmə”də 1-ci tapşırığın

şərtində “Şəkildə molyusklar sinfinin hansı nümayəndəsi göstərilmişdir?”

cümləsində “molyusklar sinfinin” əvəzinə “molyusklar tipinin” yazılması

məqsədəuyğundur.

Yenə həmin səhifədə 4-cü tapşırığın 3-cü bəndində “Qidalanma xarakterinə

görə hörümçəkkimilər yırtıcıdırlar” cümləsində “hörümçəkkimilər” əvəzinə

Page 15: hsil m - derslik.edu.az · sistemi olur” yazılması məqsədəuyğundur. Çünki vegetativ yolla əmələ gələn ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək

15

“hörümçəklər” yazılmalıdır. Çünki gənələr hörümçəkkimilərə aid olsa da, yırtıcı

heyvan deyil.

Səhifə 114. “VII fəsil üzrə kiçik summativ qiymətləndirmə”də 2-ci tapşırığın

şərtində “1-8 rəqəmləri ilə nə işarələnmişdir?” sualı verildiyi halda, şəkildə

rəqəmlər 1-dən 7-yə qədər göstərilmişdir.

Səhifə 142. “Siyənəkkimilər” yarımbaşlığında “Siyənəklərdə yan xətt orqanı

və başda pulcuq örtüyü yoxdur, üzgəcləri yumşaqdır” cümləsinin “Siyənəklərdə

yan xətt orqanı zəif inkişaf etmişdir, başda pulcuq örtüyü yoxdur, üzgəcləri

yumşaqdır” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə çəkikimilərə aid olan balıqların arasında Azərbaycan

dilində olan variantda “karp”, rus dilində olan variantda isə “dabanbalıq”

verilmişdir. Burada həmçinin “Siyənəkkimilər”, “Çəkikimilər” hissəsində

Azərbaycan və rus dilində olan variantlarda fərqlilik vardır.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 71. Səhifənin sonunda nömrələnmədə “142” əvəzinə “71” yazılmalıdır.

Səhifə 141. “Осетрообразные” hissəsində “Передняя часть головы

вытянута в более или менее длинный выступ - рострум, чувствительные

усики” cümləsinin “Передняя часть головы вытянута в более или менее

длинный выступ - рострум, по бокам рта расположены чувствительные

усики” kimi yazılması məqsədəuyğundur.

Qeyd: “Tövsiyə olunan mənbələr” ifadəsi əvəzinə “İstifadə olunmuş

ədəbiyyat” yazılması məqsədəuyğundur. Bu hissədə istifadədə olan dərsliklərə istinad

verilmişdir. Beynəlxalq aləmdə qəbul olunmuş qaydalara görə dərslik hazırlanarkən

istifadədə olan dərsliklərə istinad edilməməlidir.

1. Учебник под ред. Латюшина В.В., Шапкина В.А. Биология. 7 класс.