inforex weekly#64

16
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°64 IYUL 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 12

Upload: inforex

Post on 01-Apr-2016

230 views

Category:

Documents


3 download

DESCRIPTION

InForex Weekly- treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#64

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°64 IYUL 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ12

Page 2: Inforex Weekly#64

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Cütlük ötən həftə qeyd olunmuş dəstək səviyyəsini-1.3580 nöqtəsini qırmağa çalışsa da hələ ki,buna nail olmayıb. Hazırda bu dəstək diqqət mərkəzindədir,qırıla bilməzsə,qalxış dinamikasının başlanmasını gözləmək olar.İlkin qalxış hədəfi 1.3674 nöqtəsindədir,ardınca 1.3780 səviyyyəsi götürülə bilər.1.3580-50 dəstəyinin qırılacağı halda 1.3515 və 1.3470 ətrafına yol açılacaq.

Page 3: Inforex Weekly#64

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Həftəlik proqnoz 7 – 11 iyul , XAU/USD:

Ötən həftənin 5 gününü qızıl artımla başa vurdu,buna da yaxın Şərqdə geosiyasi gərginlikdən tutmuş,FOMC-un pul-kredit siyasətini sərtləşdirməməsi ümumi fon yaratdı.Ştatlarda iqtisadiyyat ikinci rübdə davamlı qalxış nümayiş etdirib ,bu da dollarda buğalar üçün əlverişlidir.Bu fonda qızılın qalxışının davam etməsi şübhəli görünür və 1300 ətrafına texniki korreksiya gözləmək olar. Ortamüddətli gözləmələr: XAGUSD – Artımda işləmək olar.Trend xəttinin qırılması mümkündür

XAGUSD məzənnəsi qiymətli metalların artımı fonunda trend xəttini qırıb və 25,52–26,16 səviyyəsinə hədəflənib. Ümumi qeyri-stabillik və fiziki tələbin az olması fonunda qiymətli metal konsolidasiya fazasına daxil olub. Qiymətli metalların,eyni zamanda gümüşün alışlar üçün cəlbedici olacağı gözlənilir. 18,19 və 18,65 minimumlarından və 25.10 təpəsindən trend xətti keçirilərsə, 25,52 səviyyəsinə hədəflənmiş yan kanalı alınacaq. 25,52–26,16 qiymət zonası güclü müqavimıət ərazisidir,bu zonaya çatmaq üçün məzənnə 22,20 aralıq müqavimətini qırmalıdır. 25,5 – səviyyəsinin əldə olunması təxminən 1 sentyabrda gözlənilir

Page 4: Inforex Weekly#64

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Barclays bu həftə avstraliya dollarının alışlarını tövsiyyə edir

Barclays Capital bildirir ki,qısamüddətli ticarət aparan treyderlər bu həftə avstraliya dollarında alışlara üstünlük versələr əlverişli olar. Barclays Capital ekspertləri 0.9350 səviyyəsinin qırılacağı halda 0.9200 ətrfına eniş gözləyir və bu səviyyədə ,hədəf 0.9760 olmaqla alış orderləri açmağı tövsiyyə edir.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Scotiabank avro/dollarda proqnozu təstiq edib

Avropa MB-nın son iclası xaraktecə neytral olduğuna görə Scotiabank-da bildirirlər ki,AMB iqtisadi siyasəti ABŞ -da pul-kredit siyasətində gözlənilən dəyişikliklərdən zəifdir və bu da avronun xeyrinə işləməyəcək.Bank,cütlüyün ilin sonunda $1.3000 ətrafında ticarət aparacağını gözləyir.

Citi dollara inanır

Citi Bank bildirir ki, RiksBank,Norveç Bankı,AMB,Yaponiya Bankı, RBA-bütün bu banklar öz milli valyutalarının zəifləməsini istəyir,ona görə də dollar möhkəmlənməyə məhkumdur.Bank qeyd edir ki,valyutalar ötən cümə axşamı hadisələrinə nisbətən zəif reaksiya verib,bu dollarda buğaların nəfəsini dərməsinə səbəb olub və hazırda bazar greenbacks-da (dollar) davamlı qalxış tendensiyasına hazırlaşır.

Sumitomo Mitsui Trust Bank-dan avro və yenaya dair şərhlər Sumitomo Mitsui Trust Bank-dan bildirirlər ki,dollar/yena yəqin ki,yeni siqnalların olmaması səbəbindən kiçik Y101.80-102.50 diapazonunda qalacaq.Nəzərə alsaq ki, USD/JPY ABŞ optimist rəqəmlərinə zəif rekaisya göstərib,iclas protokollarının da cütlükdə kəskin reaksiya yaratmayacağını gözləmək olar.Bankın fikrincə EUR/USD cütlüyü də kiçik $1.3560-1.3630 diapazonunda qalacaq.

BVF: Dünya iqtisadi artım templəri zəifləyib

BVF sədri K.Laqard bildirir ki,investisiyaların azalması səbəbindən qlobal iqtisadi artım templərində azalma müşahidə olunur.Amma Laqard iqtisadi artımın 2015-ci ildə yüksələcəyini gözləyir.Ayrı ayrı regionlar barədə o belə bir şərh verib: ABŞ-da iqtisadi aktivlik yüksələcək,artıq bunun əlamətləri müşahidə olunur. Avrozona tənəzzüldən çıxmaqdadır,amma iqtisadiyyatın güclənməsi templəri olduqca zəifdir,bu da işsizlik səviyyəsinə və ÜDM -ə neqativ təsir edir. Yaponiyada davamlı yüksəliş üçün struktur və fisal islahatlara ehtiyac var. İnkişaf etməkdə olan bazarlarda və ölkələrdə iqtisadi qalxış ixracatın zəifləməsi üzündən zəifləsə də,bu ölkələr dünya iqtisadiyyatının əsas hissəsini təşkil edir.

Page 5: Inforex Weekly#64

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Westpac -dan yenilənmiş valyuta proqnozları

Avstraliya Bankı Westpac-ın bəzi valyutalarda yenilənmiş proqnozlarını təqdim edib .Rəqəmlər göstərilən perio-dun sonu üçün nəzərdə tutulur.

Avro yenə də uduzdu ( icmal 30 iyun – 7iyul)Ötən həftə əsas valyutalar üçün mürəkkəb həftə oldu:avro yenidən 1.36 qiymətindən aşağı getdi,funt hər vəchlə 1,72 ətrafına çatmaq istəyir, avstraliya dolları hücumdadır,yapon yenası geri çəkilməyə hazırdır. MB-lar həmişəki kimi ayın əvvəlində iclaslar keçirdilər.Avstraliya Rezerv Bankı üçün iclas standart keçdi-faiz dərəcələri əvvəlki kimi saxlandı,şərhlərdə də ciddi dəyişiklik olmadı.

Avropa MB üçün heç də hər şey asan olmadı.İclas özlüyündə standart ,sensasiyasız və ildrım sürətli xəbərlərsiz keçdi,amma elə bu iclas avronun zəifləməsinə daha bir səbəb yaratdı.M.Draqi sentyabr və dekabrda AMB LTRO proqramı keçirəcək.Bu LTRO hərraclarının tezliklə hansısa effekt verəcəyinə,ümumiyyətlə effekt verəcəyinə inam elə də güclü deyil. Avrozonada infliyasiya əvvəlki səviyyədə qalıb,bu da belə bir iri həcmli iqtisadiyyat üçün çox azdır.Amma AMB buna görə narahat olmur və bildirir ki,bu normaldır. ABŞ ötən həftə əmək bazarına dair tam blok məlumatlar dərc etdi.Faktiki rəqəmlər gözləmələrdən güclü oldu,amma bir şey var ki, rəqəmlər xidmət sektorundakı mövsümu faktorlar əsasında güclənib və yayın sonunda yenə də azala bilər.

Həftəlik gözləmələr, 7-11 iyul BU həftə bazar iştirakçıları Avrozonanın iki əsas iqtisadiyyatı-Fransa və Almaniyada ,istehlka infliyaisyası,sənaye istehsalı və ticarət balansı rəqəmlərini izləyəcəklər.Bu rəqəmlərdə eniş müşahidə olunarsa,avro 2014 minimu-munu- 1,3475 səviyyəsini yoxlaya bilər. Cümə axşamı İngiltərə Bankının iclası keçiriləcək.Faiz dərəcələrinin və aktivlərin alışının dəyişilməz qalacağı gözlənilir.Britaniya valyutasının 4.5 fiqur qalxdığını nəzərə alsaq, 1,7050 səviyyəsinə korreksiya,ardınca isə 1,7220 səviyyəsinə qayıdış gözləmək olar. Bu həftə aussi və luni də maraqlı dinamika əks etdirə bilərlər.Avstraliyada işsizlik səviyyəsinin azalması və məşğulluq səviyyəsinin artması gözlənilir.Kanadada işsizlik səviyyəsinin əvvəlki səviyyədə qalacağı və məşğulluq səviyyəsinin artması gözlənilir .Yapon yenasının dinamikasını təyin edəcək 2 vacib xəbər gözlənilir- FOMC iclas protokolları və Yaponiya Bankının faiz dərəcələri ilə bağlı qərarı.Cütlük 102,75 maksimumunu yoxlaya bilər.

Page 6: Inforex Weekly#64

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/USD cütlüyü təzyiq altındadır. Qiymət 1,378 müqavimətindən aşağıda qalıb və hədəflər 1,345 , 1,33 olmaqla satışlar üstün ola bilər. 1,378 səviyyəsinin yuxarı qırılması isə 1,4 və 1,4245 yaxınlığına qalxışa yol açar.

Əsas dəstək/müqavimətlər:

1,4245 1,4 1,378 1,3541 1,345 1,33 1,31

EURUSD

Page 7: Inforex Weekly#64

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

GBP/USD-ortamüddətli periodda 1,665 zonası dəstəkdir.Cütlük bu səviyyədən yuxarıda ticarət apardıqca hədəflər 1,74 və 1,79 olmaqla alışa üstünlük vermək olar. 1,665 dəstəyi aşağı qırılarsa 1,645 və 1,62 ətrafına eniş mümkündür.

Əsas dəstək/müqavimətlər:

1.8471,79 1,74 1,704 1.6651,645 1,62 1,587

GBPUSD

Page 8: Inforex Weekly#64

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

USD/JPY Dönüş nöqtəsi və dəstək :100,3.Qiymət rtamüddətli periodda bu dəstəkdən yuxarıda ticarət apara-rsa hədəf nöqtələri 103,7 və 105,45 olmaqla alışlar üstün olacaq. 100,3 dəstəyinin aşağı qırılacağı halda 97,7 və 96 ətrafına eniş mümkündür.

Əsas dəstək/müqavimətlər:

107,5 105,45 103,7 102,095 100,3 97,7 96

USDJPY

Page 9: Inforex Weekly#64

08INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Qızıl 1332 ətrafından aşağıda ticarət aparmaqda davam edərsə,hədəflər 1235 ,1180 olmaqla satışlar üstün olacaq.1332 səviyyəsinin yuxarı qırılması 1390 və 1434 ətrafına qalxışa yol açacaq.

Əsas dəstək/müqavimətlər:

1434 1390 1332 1281,35 1235 1180 1080

QIZIL

Page 10: Inforex Weekly#64

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Nəyə görə faiz dərəcələri hələ uzun müddət aşağı səviyyədə qalacaq?2008 ci ildə fopnd bazarının süqutundan sonra ABŞ-da faiz dərəcələri rekord aşağı səviyyəyə endirilib və artıq neçə ildir ki,ucuz pullar maaliyyəçilərin əsas maraqlarından biridir.

Nə zaman nəhayət ki,faiz dərəcələri artacaq?Analitiklər hər il onların qaldırılacağını proqnozlaşdırırlar,amma hər dəfə də səhv edirlər. Eyni zamanda aşağı faiz dərəcələri korporativ borcalanlar ,daşınmaz əmlak alıcıları və maaliyyə bazarları treyderləri üçün göydəndüşmə olub.

Hazırda iqtisadçılar və bazar iştirakçıları yenə də faiz dərəcələrinin artımını müzakirə edirlər.İlk baxışdan belə görünür ki,bunun üçün şərait yaranıb,amma əksər ekspertlər yaxın bir neçə ildə fazi drəcələrinin artırılacağına inanmırlar.

Əlbəttə ki,aşağı faiz dərəcələri bazarda məzənnələri və daşınmaz əmlak qiymətlərini stabil saxlamağa,investisiya yatırımları etməyə stimul verir.Amma təqaüd fondları nə etməlidir?Onların istiqrazlarda yüksək faiz dərəcələrinə olan ümidləri puç ola bilər,gələcək təqaüdçülərə problemsiz qocalıqla bağlı verilən vədlər isə boş sözlərə çevrilə bilər.

FRS sədri C.Ellen son iclasda açıq bildirdi ki,requlyator faiz dərəcələrini 2015-ci ildən tez qaldırmayacaq.FRS narahatlıqaları əsasən Amerika iqtisadiyyatının bərpasının çox uzun zaman aparması,həm də zəif tempi ilə bağlıdır.Əgər bu narahatlıqlar özünü doğruldarsa,faiz dərəcələrinin qaldırılması təlükəli ola bilər. Analoji ssenarini PİMCO investisiya şirkəti və Prudential Investment Management də irəli sürür və bildirirlər ki,əgər FRS faiz dərəcələrini qaldırarsa,iqtisadiyyatda istənilən büdrəmə çətin vəziyyət yarada bilər.

Page 11: Inforex Weekly#64

10INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Nəyə görə faiz dərəcələri hələ uzun müddət aşağı səviyyədə qalacaq?Üçbucaq patterni (ardı)Bu patternin yarandığı halda ticarət strategiyası

Strategiyanın mahiyyəti

1) Giriş nöqtəsi tredn xəttinin hər hansı istiqamətdə qırılma ilə təyin olunur.Ən yaxşı variant qiymətin qırılmış trend xəttini yenidən yoxlayaraq xətdən uzaqlaşması halında olur.Bu qırılmaların bəzilərinin yalnış olduğunu nəzərə alaraq bildirmək lazımdr ki,bazara daxil olmaq üçün qırılmanın , fiqurun ilk 2/3 hissəsində baş verdiyi hal əsas götürülməlidir. Əgər qırılma ,fiqurun son 1/3 hissəsində baş verirsə,bu yalnış qırılma ola bilər.

2) T/P təyin edilən zaman əsas hədəf fiqurun hündürlüyünə bərabər məsafədə götürülə bilər .Həmçinin bunu şəkildə göstərildiyi kimi ,fiqurun qırılmış xəttinin əks tərəfindən xətt keçirməklə təyin etmək olar.

Page 12: Inforex Weekly#64

Dalğa+Fibo analizi

EUR/USD

Ötən həftə cütlük eniş tendensiyasını inkişaf etdirərək həftəni 36-cı fiqur ətrafında başa çatdırıb və 5 dalğalı struktur başa çatmış kimi görünsə də,onun nisbətən mürəkkəbləşməsini və qiymətin 1,3570-1,3560 yaxınlığını yoxlayacağını gözləmək olar.

İstənilən halda indikatorların həddindən artıq satılmış zonada olması tezliklə məzənnənin 1,3650 ətrafına istiqamətlənəcəyi və 3-cü və ya C dalğasının mürəkkəb formada inkişaf edəcəyi istisna olunmur.

Eniş dalğası hədəfləri:

1,3558 – 11,4%-Fibo

1,3500 – 1,3400

Qalxış dalğası hədəfləri:

1,3689 – 38,2% Fibo

1,3712 – 200,0% Fibo

Ümumi nəticələr:

Cütlük trendin eniş sahəsini işləyir.Qalxış dalğası daxilində qiymətin qalxışının yenilənməsi , 38,2% и 200,0%-lik Fibo ətrafına qalxış gözləmək olar.3 və ya C eniş dalğası daxilində qiymət enişi davam etdirərsə, 1,3558 (11,4% Fibo səviyəsi ), 35 və 34 cü fiqura eniş mümkündür . Trendin eniş sahəsinin dalğa strukturu mürəkkəb şəkil alır və uzanmış formaya düşə bilər .

INFOREX WEEKLY TEXNIKI ANAlİZ11

Page 13: Inforex Weekly#64

INFOREX WEEKLY 12DALGA ANALIZI

GBP/USD

Cütlük hərəkət istiqamətini təyin etməkdə çətinlik çəkir və son günlərdə 1,7180 — 1,7130 diapazonunda hərəkət edir.Cütlüyün 5 dalğalı struktur daxilində 4-cü dalğanın daxili formasını inkişaf etdirməsi prossesi davam edir.Əgər bu ehtimal özünü doğruldarsa,4-cü dalğa üfüqi üçbucaq şəklini ala bilər.

Eniş dalğa strukturu hədəfləri:

1,7079 – 161,8%-Fibo səviyyəsi

1,7029 – 127,2% Fibo səviyyəsi

Qalxış dalğası hədəfləri :

1,7211 – 161,8% Fibo səviyyəsi

Ümumi nəticələr:

Britaniya valyutası trendin qalxış ərazisini işləyir.Qalxış dalğası daxilində hərəkət 1,7211 nöqtəsinə qədər davam edə bilər.

Eniş dalğası daxilində qiymətin 1,7079 , 1,7029 ətrafına enişi mümkündür.

Page 14: Inforex Weekly#64

INFOREX WEEKLYDALGA ANALIZI13

USD/JPY

Cütlük 102-ci fiqur ətrafında möhkəmlənib.Eyni zamanda dalğa strukturu eniş korreksiyasının mürəkkəb və uzanan şəkildə formalaşacağını ehtimal edir.

Eniş dalğası hədəfləri:

102,01 – 23,6% Fibo səviyyəsi

101,67 – 11,4% Fibo səviyyəsi

Qalxış dalğası hədəfləri:

102,41 – 38,2% Fibo səviyyəsi

102,74 — 50,0% Fibo səviyyəsi

Ümumi nəticələr :

Ola bilsin ki,cütlük 5 dalğalı eniş strukturunu başa çatdırıb .Bu ehtimala üstünlük verilərsə,qiymət qalxışının 102,41 , 102,74 və daha da yuxarı ətrafa qədər davam etməsi mümkündür .

Eniş dalğası daxilində 102,01 , 101,67 nöqtələri yoxlana bilər.

Page 15: Inforex Weekly#64

INFOREX WEEKLY 14DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

Page 16: Inforex Weekly#64