inforex weekly#83

11
inforex WEEKLY №83 NOYABR 2014 ANALIZ+ PROQNOZ+ STRATEGIYALAR+ FIKIRLƏR+ ANALITIKA+ XƏBƏRLƏR+ Inforex Proqnoz 03 Texniki Analiz 01 Dalğa Analizi 09

Upload: inforex

Post on 06-Apr-2016

229 views

Category:

Documents


0 download

DESCRIPTION

Inforex Weekly#83: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

inforexWEEKLY

№83 NOYABR 2014

ANALIZ+ PROQNOZ+ STRATEGIYALAR+ FIKIRLƏR+ ANALITIKA+ XƏBƏRLƏR+

Inforex Proqnoz03Texniki

Analiz01 Dalğa Analizi09

INFOREX WEEKLY | TEXNIKI ANALIZ

BANKLARIN ortamüddətli perspektiv üçün proqnozlar

Credit Suisse və Credit Agricole CIB avro/dollar barədə

Credit Suisse valyuta tsrteqləri bildirirlər ki,avronun eniş templərinin zəifləməsinə baxmayaraq stop $1.2645,hədəf $1.2230 olan satış orderini saxlayıblar.Bankda qeyd edirlər ki,cütlüyün $1.2510 səviyyəsindən yuxarı qalxması qalxış üçün dəstək verə bilər,amma onların fikrincə bu qalxış $1.2560/78 ətrafında başa çatacaq. Credit Suisse ilin sonunda avro/dolların $1.26 və 2015-ci ilin birinci və ikinci rübündə $1.25 ,$1.22 ətrafında ticarət aparacağını gözləyir. Credit Agricole CIB-da əks fikir səsləndirərək enişlərdə cütlüyü almağı tövsiyyə edirlər.Bankda cütlüyün ilin sonunda $1.28 ətrafına qalxacağını gözləyirlər.Həm Credit Suisse,həm də Credit Agricole CIB avro/dolların gələn il $1.20 səviyyəsinə düşəcəyini gözləyirlər.

01

Avro/dolların əsas yaratması barədə ehtimallar real görünür

Bank of America Merrill Lynch analitikləri avronun $1.2510 səviyyəsindən yuxarı qalxışını pozitiv siqnal kimi qəbul edirlər və hazırda buğalar qalxışa ümid edə bilərlər.Bankda yeni eniş cəhdlərinin mümkünlüyünü istisna etmir və qeyd edirlər ki,cütlük dəstək zonasını $1.23 ərazisində formalaşdıra bilər. BoA ML avro/dolların qalxış hədəfinin $1.29/$1.30 səviyyəsində olacağını hesab edir.

Kemeron ikinci qlobal iqtisadi böhran barədə xəbərdarlıq edib

Böyük bRitaniya baş naziri D.Kemeron The Guardian qəzetinə müsahibəsində bildirib ki, «dünya iqtisadiyyatının alətlər panelində qırmızı xəbərdarlıq siqnalları yanır ». «Mən G20 ölkələri liderləri ilə görüşümdə problemlərin artıq üzə çıxdığını gördüm », - deyə Kemeron yazır.

Rusiya nəyə görə qızılı kütləvi surətdə alır?

Xarici mətbuat Rusiya Mərkəzi Bankının kütləvi qızıl alışlarının motivləri barədə yazır.Bu iqtisadi müharibəyə hazırlıqdır ya Rusiya hakimiyyətinin paranoyasıdır? «Martda Putinin iqtisadi məsləhətçisi Qlazyevin ideyası əsasında Krımın qəsb edilməsindən sonra ,elitanın təhlükəsizliyi baxımından diqqətlər hazırda «iqtisadi suverenitet»ə yönəlib.»-deyə Bloomberg View üçün L.Berşidskiy yazır.Mayda Qlazyev proqnoz vermişdi ki,qızıl bahalaşacaq,amma o səhv etmişdi,Rusiyanın qızılı aktiv almasına baxmayaraq hazırki qiymət martdakı illik maksimumdan 16% ucuzdur.Əgər İsveçrə öz qızıl ehtiyatlarını artırmağa başlasa,qızılın qiyməti bahalaşa bilər.Müəllif bildirir ki,bu baş verərsə,Rusiya üçün sanksiyalara və neftin qiymətinin ucuzlaşmasına davam gətirmək asan olacaq.

Maaliyyə-iqtisadi mətbuat icmalı

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 02

Qızıl: Kim haqılıdır və nə etmək lazımdır?

Qızıl ötən həftə əsasən təzyiq altında qalmasına baxmayaraq həftəni pozitiv ərazidə başa çatdırdı.Dünyada aşağı infliyasiya gözləmələri əvvəlki kimi qiymətli metalın artımının qarşısını alır,eyni zamanda dolların möhkəmlənməsi aktiv üçün neqativ faktordur.

Amma həftənin son günündə gəlirlərin fiksasiyası qızıla həftəni 1188.50 ətrafında bağlamağa imkan yaratdı.

Həftəlik proqnoz 17 noyabr – 21 noyabr:

XAU/USD:

Həftənin əvvəlində В 1205/1215 ətrafına qalxış mümkündür və buradan da yeni satış dalğası başlaya bilər. 18 və 20 noyabrda Böyük Britaniya və ABŞ-da infliyasiya relizləri dərc olunacaq və onlardan sürpriz gözləməyinə dəyməz.

Ötən həftə İngiltərə Bankı və Amerika FRS həmçinin qısamüddətli perspektivdə infliyasiya gözləmələrini aşağı saldı.XAU/USD-ın qalxışından tarqet 1160 olmaqla satışlar üçün istifadə etmək olar.

Eur/usd cütlüyü D qrafikində eniş trendində hərəkət edir.Diqqət mərkəzində olan səviyyələr müqavimət olaraq 1.25 fiquru və 1.2520 ətrafıdır,bu zonanın yuxarı qırılması 1.2653-1.2850 yaxınlığına yol açacaq.Əsas dəstək hazırda 1.2330 ətrafıdır buradan aşağıda möhkəmlənmə 1.2150 yaxınlığına yol açacaq.BU həftə ticarətlərin dinamikasını Avrozonada İstehlak qiymətləri indeksi-infliyasiya səviyyəsi və İngiltərə Bankının infliyasiya hesabatı təyin edəcək.

SABINA MƏMMƏDQIZIekspert-analitik

INFOREX WEEKLY | INFOREX PROQNOZ03

EUR/USD İki ayı ssenarisi

Günlük qrafik : Bollincerin orta xətti əldə olunub (1.2579) ki, bu da eniş trendinin davamı üçün mümkün olan maksimal korreksiya nöqtəsidir.Enişin aşağı xətt (1.2348 ) ətrafına doğru davamını gözləyə bilərik

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 04

GBP/USD Nəzarət nöqtəsi 1.5575

Günlük qrafik : Həm Bollincer konverti,həm də ADX enişin davamına meyllidir,ona görə də yeni minimumlara çıxış gözləmək olar və ardınca 1.58 ətrafına korreksiya mümkündür.

Əsas cütlüklərə texniki baxış

USD/JPY 3 freym ayıların tərəfindədir ,bir buğa arqumenti mövcuddur

Günlük qrafik: Ossilyatorun massiv divergensiyasına baxmayaraq ,Bollincerin yuxarı xətti daha yüksəkdən keçir 118.96 və bu da buğalar üçün hazırda əsas hədəfdir.

INFOREX WEEKLY | TEXNIKI ANALIZ05

EUR/JPY İşimoku indikatoru analizi - Texniki analiz və taymfremlərin qarşılıqlı əlaqəsi

Həftəlik –Günlük :Bazarda üstünlük alıcıların tərəfində oldu.Hazırda cütlük günlük qrafikdə Çinkou qırılması hədəfini əldə edib,aylıq maksimum yeniləyib və tarixi üfüqi İşimoku səviyyəsinə (146,54) toxunub.Günlük Çinoku hədəfindən yuxarıda möhkəmlənmə daha böyük taymfremlərdə həftəlik Çinkouya hədəflənməyə kömək edəcək.Dəstəklər İşimoku qızıl xaçları ,Günlük Tenkandır (144,31).

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 06

Mİçiqan indeksinə gözlənilməz kəskin reaksiya investorların bu həftə Ştatlardakı statistikanı diqqətlə izləyəcəyini göstərir. Çərşənbə günü FRS-in son iclas protokolları ,cümə axşamı infliyasiya rəqəmləri dərc olunacaq və bunlar requlyatorun faiz dərəcələrini artıracağı vaxt barədə bazarda gözləmələrə təsir edəcək.Əgər protokollarda « uzun zaman » ifadəsi çıxarılarsa,investorlar bunu ritorkanın sərtləşdiirlməsi kimi qəbul edəcəklər.İnfliyasiya barədə statistika da vacib əhəmiyyətli olacaq.

Ümumi olaraq belə nəticə çıxarmaq olar ki,həftənin çərşənbə -cümə axşamı dollar üçün neqativ ola bilər Requlyator tərəfindən ritorikanın sərtləşdiriləcəyi barədə əlamətlər müşahidə olunmur,hadisələrin bu cür inkişafı dolların yüksəkgəlirli valyutalar qarşısında ucuzlaşmasına səbəb ola bilər

FRS PROTOKOLLARI VƏ INFLIYASIYA RƏQƏMLƏRI HƏFƏTNIN ƏSAS HADISƏLƏRIDIR

Ardıcıl təpələr/diblər dönüş modeli barədə

Bu modelin inkişafı aşağıdakı qayda əssaında baş verir (qalxış trendinin eniş trendi ilə əvəz olunmasına baxaq):

Qalxış trendi inkişaf edir,qiymət maksimumları yenilədikcə trendin davamnı təstiqləyir.Amma elə bir an gəlir ki,alıcılar artıq növbəti piki qıra bilmirlər.Qiymət fletə daxil olur və buradan çıxış ya trendin davamı,ya da dönüşü şəklində ola bilər.

Buğalar yenidən qiyməti yuxarı aparmağa cəhd edirlər,amma qiymət fletdən əvvəlki trendin davamı istiqamətinə çıxmayaraq aşağı sərhədi qırır ,bu da ayıların üstünlük qazandığını,qiymətin korreksiyaya başladığını göstərir.Sonra qiymət yenə də fletin sərhədinə qayıda bilər,amma əks tərəfdən.Nəticədə əvvəlcə dəstək olan zona müqavimətə çevrilir.

Bazara giriş fletin aşağı sərhədinin qırılması zamanı həyata keçirilə bilər.Amma bu zaman qiymət yenidən qayıdıb qıırlm zonasını yoxladığı üçün ən optimal variant qiymətin bu zonanı yoxlayaraq yenidən enişə başladığı anda bazara daxil olmaqdır.

INFOREX WEEKLY | TEXNIKI ANALIZ07

JPMorgan Chase 200-ildən çox tarixə malikdir.

Bank ABŞ xəzinədarlığının birinci katibinin ölümündə dolayı ,Birinci Dünya Müharibəsi qələbəsində,2008-ci il maaliyyə böhranında birbaşa rol oynayıb. Şübhəsiz ki,bu kompaniyanın işçiləri pis maaş almır,bunu Glassdoor monitorinq portalının hesabatından görmək olar.Digər iri banklarda olduğu kimi , JPMorgan -da da gigant həcmli bonuslar vardır .

Məsələn,vise -prezidentin maaşı ildə $172,902,bonusla bir yerdə isə $337,121 edir.Glassdoor 15 vəzifədə verilən maaşların hesabatını açıqlayır :

1. Aparıcı proqramçı: $144,3392. Vise prezident —istiqamət rəhbəri: $147,0743. Kiçik analitik : $152,9274. Layihə rəhbəri : $160,0745. İnvestisiya bölməsinin kiçik əməkdaşı: $162,8876. Vise prezident : $177,2037. Vise prezident — İnvestisiya texnologiyaları bölməsi: $191,6198. Fond bazarının kiçik analitiki : $196,6079. İT direktoru : $198,30410. Vise prezident— Kəmiyyət analizi : $228,78711. Baş vise prezident: $277,63512. İdarəedici direktor: $296,32013. İcaredici direktor: $322,54014. İnvestisiya bölməsinin Vise prezidenti: $337,12115. İnvestisiya bölməsinin İcaredici direktoru: $344,270

Ardıcıl təpələr/diblər dönüş modeli barədə

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 08

Divergensiyalar analizi: GBP/USD

Buğa divergensiyası cütlüyə nisbi qalxışı həyata keçirməyə kömək edib, amma onun son lousu keçilib, qiymət isə 61,8% - 1,5772 səviyyəsindən aşağı düşüb.

Nəticədə cütlük 50,0% - 1,5587 istiqamətində hərəkətə başlayıb. 50,0% korreksiyadan uzaqlaşma treyderlərə 61,8% ətrafını hədəf götürərək işləməyə imkan verəcək.

Yetişmiş divergensiya müşahidə olunmur. 38,2% - 1,5409 ətrafına hərəkət davam edə bilər.

INFOREX WEEKLY | DALGA ANALIZ09

Dalğa analizi

EUR/USD

Mümkün variantlardan biri , (E) of [B] eniş ziqzaqının yaranmasını ehtimal edir.Hazırda B of (E) qalxış korreksiyasının inkişaf etməsi ehtimal olunur.

GBP/USD

İri (С) diaqonalının 4 of (C) ziqzaqının inkişaf etməsi ehtimal olunur. [a] of 4 eniş diaqonalının başa çatmasından sonra [b] of 4 qalxış korreksiyasının başlaması gözlənilir.

USD/CHF

Mümkün sıralamalardan birinə görə E son qalxış dalğası yaranır və iri ziqzaq forması ala bilər. [a] of E impulsu başa çata bilər və sonra [b] of E eniş korreksiyasının başlaması mümkündür.

USD/JPY

(A) qalxış impulsunun başa çatması ehtimal olunur.Bu ehtimala üstünlük verilərsə, (B) iri eniş korreksiyası gözləmək olar.

INFOREX WEEKLY | DALGA ANALIZI 10