inforex weekly#86

14
inforex WEEKLY №86 DEKABR 2014 ANALIZ+ PROQNOZ+ STRATEGIYALAR+ FIKIRLƏR+ ANALITIKA+ XƏBƏRLƏR+ Inforex Proqnoz 01 Texniki Analiz 03 Dalğa Analizi 11

Upload: inforex

Post on 06-Apr-2016

225 views

Category:

Documents


1 download

DESCRIPTION

Inforex Weekly#86 : treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#86

inforexWEEKLY

№86 DEKABR 2014

ANALIZ+ PROQNOZ+ STRATEGIYALAR+ FIKIRLƏR+ ANALITIKA+ XƏBƏRLƏR+

Inforex Proqnoz01Texniki

Analiz03 Dalğa Analizi11

Page 2: Inforex Weekly#86

Eur/usd cütlüyündən hal hazırki vəziyyətə əsasən göstərilən eniş trendi daxilində göstərilən hədəflərə uyğun hərəkət gözləmək olar.

SABINA MƏMMƏDQIZIekspert-analitik

INFOREX WEEKLY | INFOREX PROQNOZ01

Page 3: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 02

BANKLARIN ortamüddətli perspektiv üçün proqnozlar

Nomuradan gənən ilə dair bəzi gözləmələr

Nomura qlobal valyuta proqnozunu açıqlayıb və burada əsasən avronun və yenanın,eləcə də enerji daşıyıcı ixrac edən ölkələrinin valyutalarının zəifləməsi öz əksini tapır.Proqnozlara görə aktivlərin bölünməsi prossesi avro və yenaya neqativ təsir edəcək.Nomura strateqləri gələn il bazarı idarə edəcək 3 faktoru qeyd edirlər: ABŞ-da iqtisadi artımı və normallaşan pul-kredit siyasətini əks etdirən güclü dollar.Aktivlərin avrozonadan və Yaponiyadan cəlbedici olmayan perspektivlər səbəbindən axını. Xammal aktivlərinə ticarət şərtlərinin psiləşməsi vı kapital axınının zəifləməsi səbəbindən təzyiqin artması.

«Həftənin əsas hadisələri – Nomura»

Nomura həftənin təqvimini analiz edirlər.«Bu həftə RBNZ və SNB monetar siyasətə dair iclas keçirəcəklər.RBNZ (Yeni Zellandiya) -dən elə də ciddi dəyişiklik gözlənilmir,İsveçrə MB isə yəqin ki,frankın bağlandığı nöqtəni qorumaqda davam edəcək. Cümə axşamı ABŞ pərakəndə satış rəqəmlərini dərc edəcək.Biz indeksin 0.4% artacağını gözləyirik.Cümə günü Miçiqan universitetinin istehlak qiymətləri indeksi açıqlanacaq.Son 4 ay ərzində bu göstərici artaraq 7illik maksimuma çatıb. Bundan başqa Avropa Almaniya və Fransa ticarət balanslarını,Fransa dövlət büdcə balansını ,sənaye istehsalını,ABŞ federal büdcə balansını təqdim edəcək.

«AMB QE müzakirəsini təxirə salıb,amma bu müddət uzun olacaqmı ? - ING»

ING Bank analitikləri hesab edirlər ki,AMB növbəti ilin 1-ci rübündən müzakirələri davam etdirəcək.Balansın genişləndirilməsinə gəlincə,növbəti TLTRO əməliyyatı 11 dekabrda keçiriləcək. Belə görünür ki,AMB-nin bütün üzvləri Mərkəzi Bankın balansının qərar qəbulu üçün əsas götürülməsinin tərəfdarıdırlar.Amma infliyasiyanın davamlı tərzdə aşağı düşməsi alman monetaristlərinə QE-ni blok etməyə icazə verməyəcək.

GBPUSD -cütlüyündə ayılar bu həftə 1.5430 və 1.5320 səviyyələrinə hədəfləniblər – MarketChartist

MarketChartist analitiki S.Mayli bildirir ki,bu həəftə satıcıların aktivləşməsi GBP/USD cütlüyünün 1.5430 və 1.5320 ətrafına enişinə səbəb olacaq. 1.5745 və 1.5827 səviyyələri qalxışa mane olacaq müqavimətlərdir.Aralıq hədəf 1.5503/00 nöqtəsindədir,onun qırılması 1.5430 ilkin hədəfinə yol açacaq.İlin sonunda isə cütlük 1.5320 səviyyəsində ticarət aparacaq.

Page 4: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ03

Ötən həftənin icmalı

Ötən həftə olduqca volatil keçdi,buna rəsmilərin açıqlamaları və vacib makroiqtisadi göstəricilər kömək etdi.

Bazar ertəsi avro zəif PMİ rəqəmlərinə baxmayaraq dollar qarşısında nisbətən möhkəmləndi.

Çərşənbə axşamı avro 100 punkt itirərək dollar qarşısında dəyərini itirdi.Ticarətlərin gediişinə FRS rəsmisi Fişerin şərhləri təsir etdi,belə ki,o qeyd etdi ki,faiz dərəcələrinin qaldırılması statistik göstəriiclərdən asılı olacaq.

Çərşənbə günü avro Avropada xidmət sektoru rəqəmləri və AMB iclası gözləmələri fonunda yeni minimum təyin etdi.

Cümə axşamı M.Draqinin şərhləri avroya qəfil qalxışa və yeni maksimum təyin etməyə təminat verdi.

Cümə günü ABŞ əmək bazarı rəqəmləri avronun kəskin enişinə və yeni minimum təyin etməsinə səbəb oldu.

Funt həftə ərzində dollar qarşısında qarışıq hərəkət edib,sonda isə davamlı eniş fiksə edə bilib.

Yena dollar qarşısında enişi davam edərək Y121 səviyyəsini qırıb.

Page 5: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 04

Page 6: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ05

EUR/USD

Eniş kanalının müqavimət xətti növbəti dəfə qalxış cəhdlərini məhdudlaşdırdı,nəticədə eur/usd 1.2360 səviyyəsindən aşağı düşdü.Hazırki vəziyyətdə risklər enişin xeyrinədir və yeni qalxış cəhdlərinə yol aça bilər,ümumiyyətlə isə 1.2040 ətrafının yoxlanması mümkündür.

Texniki baxış

GBP/USD

Enişi davam edib və 1.5500 səviyyəsi yoxlanıb. Onun qırılması eniş trendinin davamına və 1.5000 , 1.4810-1.4830 yaxınlığına yol aça bilər.

Page 7: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 06

USD/JPY

120.00 psixoloji səviyyəsi əminliklə qırılıb,bu da qalxışın 124.15 ətrafına qədər davam edəcəyinə işarə edir. Amma cütlüyün güclü alışı konsolidasiya və ya korreksiya ola biləcəyini istisna etmir. 120.00 səviyyəsindən yuxarıda möhkəmlənmə 124.15 yaxınlığına yol açır.

FACEBOOK SƏHIFƏMIZ

Page 8: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ07

Trend potensialının təyin edilməsi

EUR/USD Sapmadan sonra 1.22 ətrafına eniş başlaya bilər Günlük qrafik: Buğa konvergensiyası davam edə bilər,amma daha böyük taymfremlərdə 1.2026 zonasına təzyiq müşahidə edirik. Ona görə də dönüş ssenarisinə hələ baxılmır.Qalxış 1.2574 səviyyəsi ilə məhdudlaşa bilər.

GBP/USD satışlar üçün giriş nöqtələri axtarılmalıdır

Günlük qrafik: ADX dən güclü trend təzyiqi müşahidə olunur,ona görə də enişin davamını gözləmək olar.Ortamüddətli eniş hədəfləri 1.5270 və 1.4863 nöqtələrində götürülə bilər.

Page 9: Inforex Weekly#86

08INFOREX WEEKLY | TEXNIKI ANALIZ

«Brent» neft

Aylıq qrafik: əsas dəstək 67.45 nöqtəsindədir.Əgər o davam gətirməzsə,qiymət 51.87, 35.00 (qırmızı xətt) ətrafına düşər.Dəstəyin özünü doğruldacağı halda 90.00 ərazisinə sıçrayış mümkündür ki,burada da eniş yenilənə bilər. ADX-in aqressiyası nəzərə alınarsa,əsas variant kimi birbaşa eniş götürülə bilər.

Qızıl

Həfətlik qrafik: Buğa divergensiyası 1331.19 ətrafına qalxışı ehtimal edir,amma arada 1236.94 müqaviməti qalxışa maneə ola bilər.

Page 10: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ09

Morgan Stanley 2015-ci il üçün valyuta bazarına dair ticarət ideyalarını açıqlayıb

Morgan Stanley strateqlərinin 2015-ci il üçün ticarət planında avronun dollar qarşısında satışı nəzərdə tutulur:

1. Avro qlobal deflyasiya və borcların çoxluğu nətəcəsində təzyiq altında qalır.

2. İqtisadi artım perspektivləri əvvəlki kimi investorlarda optimizm yaratmayaraq AMB-nin stimullaşdırıcı addımlarını genişləndirəcəyi gözləmələrini gücləndirir.

3. Görülən siyasi tədbirlər növbəti il ərzində avronun təzyiq altında qalacağını təmin edir.

4. Portfel investisiyalarının axını və avronun maaliyyələşdirmə valyutası kimi istifadəsinə maraq artacaq.

Morgan Stanley-in mövqeyi: biz 2015-ci ilin sonunda avronun dollar qarşısında 1.1200 səiyyəsinə düşəcəyini gözləyirik.

Risklər. Avroya ayı baxışı üçşün risklər Mərkəzi Bankların tədbirləri ola bilər,belə ki,onlar yenidən öz valyuta ehtiyyatlarını genişləndirə bilərlər ki,bu da bazarda avroya tələb yarada bilər.

Brent neqativə köklənib

Brent məzənnəsinin 5 illik minimumlara dönüşünə ABŞ NFP indeksinin artımı səbəb olur.Hazırda neft bazarında təklifin həddindən artıq çoxalması müşahidə olunur,OPEK isə neft hasilatını azaltmağı düşünmür. Obamanın iqtisadi müşaviri C.Furmanın sözlərinə görə,

Ştatlar qiymətin aşağı düşməsinə baxmayaraq istehsalı davam etdirir.

ABŞ üçün neft hasilatının maya dəyəri aşağı olduğunu ( MarketWatch hesablamalarına görə , Şimali Dakotada bu rəqəm $42, Makkenzidə $29-30 -dir), həmçinin bazarda hecləmələrin aktivləşməsini nəzərə alsaq ,görərik ki,Vaşinqton WTI neftinin $45-50 ətrafına düşməsinə qədər bazarda davam gətirə biləcək.

Ər-Riyad da eynisini edə biləcəkmi?

İqtisadiyyatın və büdcənin neft üzərində qurulması nəzərə alınarsa,Brent-in $60 -a qədər düşəcəyi halda Səudiyyənin artıq narahat olacağını gözləmək olar.

Yəqin ki,deyilən rəqəm artıq 2015-ci ilin 1-ci rübündə əldə ediləcək,amma hələ ki,mövsüm faktorları təsirindən ABŞ-da ehtiyatların azalması hələ ki,buğaların xeyrinə ola bilər.

Page 11: Inforex Weekly#86

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 10

INFOREX SITE

Page 12: Inforex Weekly#86

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY

Eur/Usd

Mümkün variantlardan biri , (E) of [B] eniş ziqzaqının yaranmasını ehtimal edir.Hazırda A of (E) korreksiyasının başa çatması və B of (E) qalxış korreksiyasının inkişaf etməsi ehtimal olunur.

GBP/USD

İri (С) diaqonalının 4 of (C) ziqzaqının inkişaf etməsi ehtimal olunur . [a] of 4 eniş diaqonalının başa çatmasından sonra [b] of 4 qalxış korreksiyasının başlaması gözlənilir.

INFOREX WEEKLY | DALGA ANALIZI11

Page 13: Inforex Weekly#86

INFOREX WEEKLY | DALGA ANALIZ 12

USD/CHF

Mümkün sıralamalardan birinə görə E son qalxış dalğası yaranır və iri ziqzaq forması ala bilər. [a] of E impulsu başa çata bilər və sonra [b] of E eniş korreksiyasının başlaması mümkündür.

USD/JPY

(A) qalxış impulsunun başa çatması ehtimal olunur.Bu ehtimala üstünlük verilərsə, (B) iri eniş korreksiyası gözləmək olar.

Page 14: Inforex Weekly#86