İsanın təlimi (iii rüb 2014-сi il)

135
III rüb 2014-сi il Isanın təlimi Mündəricat Giriş. İlahi Müəllim Dərs 1. 28 iyun-4 iyul Bizi sevən Səmavi Atamız Dərs 2. 5-11 iyul. Oğul Dərs 3. 12-18 iyul. Müqəddəs Ruh Dərs 4. 19-25 iyul. Xilas Dərs 5. 26 iyul – 1 avqust. Xilası necə əldə etməli Dərs 6. 2-8 avqust. Məsihdə böyümək Dərs 7. 9-15 avqust. Məsih kimi yaşamaq Dərs 8. 16-22 avqust. İmanlılar cəmiyyəti Dərs 9. 23-29 avqust. Bizim missiyamız Dərs 10. 30 avqust – 5 sentyabr. Allahın Qanunu Dərs 11. 6-12 sentyabr. Şənbə Dərs 12. 13-19 sentyabr. Ölüm və dirilmə Dərs 13. 20-26 sentyabr. İsanın İkinci gəlişi Karlos E. Stecer 1

Upload: anar-r-guliyev

Post on 28-Dec-2015

68 views

Category:

Documents


0 download

DESCRIPTION

İsanın Təlimi (III rüb 2014-сi il)

TRANSCRIPT

Page 1: İsanın Təlimi (III rüb 2014-сi il)

III rüb 2014-сi il

Isanın təlimi

Mündəricat

Giriş. İlahi MüəllimDərs 1. 28 iyun-4 iyul Bizi sevən Səmavi AtamızDərs 2. 5-11 iyul. OğulDərs 3. 12-18 iyul. Müqəddəs RuhDərs 4. 19-25 iyul. XilasDərs 5. 26 iyul – 1 avqust. Xilası necə əldə etməliDərs 6. 2-8 avqust. Məsihdə böyüməkDərs 7. 9-15 avqust. Məsih kimi yaşamaqDərs 8. 16-22 avqust. İmanlılar cəmiyyətiDərs 9. 23-29 avqust. Bizim missiyamızDərs 10. 30 avqust – 5 sentyabr. Allahın QanunuDərs 11. 6-12 sentyabr. ŞənbəDərs 12. 13-19 sentyabr. Ölüm və dirilməDərs 13. 20-26 sentyabr. İsanın İkinci gəlişi

Karlos E. Stecer

1

Page 2: İsanın Təlimi (III rüb 2014-сi il)

İlahi Müəllim

Yəqin ki, bizlərdən çoxumuz həyatımızda böyük təsir iziburaxmış, çox fəxr etdiyimiz və qiymətləndirdiyimiz istedadlı birmüəllimimizi xatırlayırıq. Bəzi müəllimlərin təsiri onların zamançərçivəsinin hüdudlarından kənara çıxır və növbəti nəsillərəqədər uzanır. Görkəmli müəllimlr bəşəriyyətin həyatına vəinkişafına müəyyən dərəcədə təsir göstərirlər ə çox vaxt bütündünyanın tanıdığı insanlara çevrilirlər. Lakin bütün müəllimləriçində ən görkəmli Müəllim – İsadır.

Onun müasirləri Onun Müəllimliyini qəbul edirdilər, çünki ilkyüzillikdəki müəllimlərin səciyyəvi cəhətlərinə sahib idi. Bütünmüəllimlər kimi, O da oturur və öyrədirdi. İsa tez-tez Yazılardansitat gətirir və şərhlər verirdi. Onu diqqətlə dinləyən, Onunardınca gedən və Ona xidmət edən şagirdlər qrupu var idi. Odövrün və o ərazinin müəllimləri üçün səciyyəvi olan əsascəhətlər belədir.

Lakin İsa və digər müəllimlər arasında dərin fərqlər var idi.Digər müəllimlərin diqqəti konkret bir fənnin intellektial aspektiüzərində çəmləşirdi, İsa isə dinləyicilərinin həyatının bütünsahələrinə toxunurdu, onları Allaha dönməyə dəvət edirdi.Bundan əlavə, İsanı eşidənlər “Onun təliminə təəccüb etdilər,çünki O, ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi tə’limöyrədirdi” (Mk. 1:22). Məsih insanlarda etibar oyadırdı, çünkinecə danışırdısa, elə də yaşayırdı. Lakin Onun səlahiyyətininən yüksək mənbəyi elə Özü idi. İsa həqiqəti öyrədirdi, çünki O – Həqiqətdir.

Bu rüb ərzində Müjdələrdəki yazılar əsasında İsanın şərhetdiyi bəzi vacib həqiqətləri öyrənəcəyik. Xilaskar bizim ruhanivə praktiki həyatımızla bağlı çox dərslər keçib. O, İlahi təlimimüxtəlif auditoriyalara təqdim edirdi, şərh etmə metodunumüxtəlif cür dinləyicilərə müvafiq olaraq dəyişirdi. Bəzən İsavəz edirdi, bəzən də ayrı-ayrı insanlarla və ya qruplarla dialoqqururdu. Bəzən açıq danışırdı, bəzən isə sözlərini obrazlar vəməsəllərlə çatdırırdı. Lakin hər zaman Allah və xilas haqqında

2

Page 3: İsanın Təlimi (III rüb 2014-сi il)

həqiqəti danışırdı.İsanın təlimlətini sistemləşdirmə və şərh etmənin çoxlu

üsulları var. Məsələn, Onun məsəllərini ayrıca öyrənmək və yadanışdığı vəzləri araşdırmaq olar. Digər bir metoddan istifadəedərək, onun ayrı-ayrı insanlarla və ya insan qrupları ilə dialo-qunu araşdırmaq olar. Məsihin işlərinin, tutduğu mövqenin,vacib dərsləri çatdırmaq məqsədi ilə istifadə etdiyimöcüzələrinin üzərində diqqət cəmləşdirmək maraqlı olardı.Bu metodların hər biri faydalıdır, lakin İsanın təlimini hərtərəfliəhatə etmək üçün bu vəsait bir neçə yanaşmanı özündəcəmləşdirir. Dərslik Onun təliminə sistemli şəkildə yanaşaraq,İsanın müxtəlif şəraitlərdə və müxtəlif üsullarla müəyyənmövzuları necə təlim etdiyini açıqlayır. Bu, Onun təlimlərinidaha yaxşı başa düşməyimizə kömək edəcək.

Bu rüb ərzində Müqəddəs Yazıları açdığımız və İsanınsözlərini oxuduğumuz zaman özümüzü Onun dağınyamacında, dənizin sahilində və ya sinaqoqda dinləyəndiqqətli dinləyiciləri arasında təsəvvür edək. Onun müjdəsinibaşa düşmək və çarmıxda təzahür edən sonsuz məhəbbətinidərk etmək üçün dua edib ruhani müdriklik diləyək. Onun biziÖz ardınca çağıran incə səsini eşidəndə, yenidən hözümüzühəsr edək ki, hər gün inam və itaətkarlıqla Onda qalaq. Onunayaqları önündə nə qədər çox vaxt keçirsək, Emmausa gedəniki şagird kimi daha əminliklə deyə bilərik: “O, yolda bizimlədanışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizimürəklərimiz alışıb-yanmırdımı?”(Lk. 24:32).

Karlos E. Stecer pastor, müəllim, redaktor və administratorvəzifələrində çalışıb. Hal-hazırda River Pleyt adventist univer-sitetinin ilahiyyat məktəbinin dekanıdır. Həyat yoldaşı Etelləbərabər üç övlad və üç nəvə sahibidir.

3

Page 4: İsanın Təlimi (III rüb 2014-сi il)

Dərs 128 iyun-4 iyul

BİZİ SEVƏN SƏMAVİ ATAMIZ

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Mat. 7:9-11;Yəh. 14:8-10; Lk. 15:11-24; Mat. 6:25-34; İbr. 9:14.

Yadda saxlanacaq ayə: “Görün Ata bizə necə məhəbbətgöstərib ki, biz Allahin övladlari adlaniriq! Doğrudan da,beləyik! Dünya Onu tanimadiğina görə bizi də tanimir” (1 Yəh. 3:1).

İsa Allahı Ata kimi təsvir edərək danışmağı sevirdi.Müjdələrə əsasən, Xilaskar 130 dəfədən çox halda Allahı Ataadlandırıb. Bəzi hallarda O, “Ata” sözünə müxtəlif sifətlər əlavəedirdi: “Səmavi Ata” (Mat. 6:14), “Yaşayan Ata” (Yəh. 6:57),“Müqəddəs Ata” (Yəh. 17:11), “saleh Ata” (Yəh. 17:25). “Ata”adı sıx bağlara işarə edir, bu bağlar bizi Rəbbimizləbirləşdirməlidir.

Ənənəvi olaraq ata deyəndə ağıla məhəbbət, müdafiə,təhlükəsizlik və ailənin birliyi gəlir. Ata ailəyə öz adını verir vəailə üzvlərini birləşdirir. Allahı öz Səmavi Atamız kimi qəbul et-diyimiz zaman bu və digər üstünlüklərə görə sevinə bilərik.Atanı tanımaq bizim üçün həddindən artıq vacib olsa da,məqsədimiz sadəcə intellektual və ya nəzəri anlayışdan ibarətolmalı deyil. Müqəddəs Kitabda bir kimsəni tanımaqdan bəhsedilərkən həmin şəxslə yaxın şəxsi münasibətlərin olmasınəzərdə tutulur. Bunun Səmavi Atamızı tanımağımıza nəqədər böyük aidiyyəti var!

Bu həftə ərzində İsanın Öz Atası və Onun bizə olan sonsuzməhəbbəti haqqındakı verdiyi dərsləri araşdıracağıq.Həmçionin, Ata, Oğul və Müqəddəs Ruhun bir-biri ilə qarşılıqlıəlaqəsinə baxacağıq.

4

Page 5: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar, 29 iyun

SƏMAVİ ATAMIZ

Allaha verilən “Ata” adı İsanın dinləyiciləri üçün yeni deyildi.Əhdi-Ətiq də bəzən Allahı Atamız kimi təsvir edir (Yeş. 63:16I64:8; Yer. 3:4, 19; Məz. 102:13), lakin bu addan o qədər dətez-tez istifadə edilmir. İsrail üçün Allahın şəxsi adı YHWH idi(Yehovanın tələffüz versiyalarından biri). Əhdi-Ətiqdə bu ada6800 dəfədən çox rast gəlinir. İsa bizə Yehovadan fərqlənənbaşqa bir Allahı açmaq üçün gəlmədi. Onun missiyası AllahınƏhdi-Ətiqdə Özü haqqında verdiyi açılışı genişləndirməkdənibarət idi. Bu məqsədi güdərək də O, Allahı bizim SəmaviAtamız adlandırırdı.

İsa Atanın göylərdə olduğunu bizə aydın şəkildə başa saldı.Allah haqqında düzgün təsəvvürə malik olmaq üçün buhəqiqəti unutmamaq zəruridir. Bizi sevən Atamız var, O Özövladlarının ehtiyaclarını görür. Lakin eyni zamanda biz dərkedirik ki, bu qayğıkeş Ata göylərdədir, orada saysız-hesabsızmələklər Ona səcdə edir, çünki O, Kainatın Külli-İxtiyarHökmdarıdır. Allahın – bizim Atamız olması faktı bizi Onunyanına uşaq inamı ilə gəlməyə vadar edir. Digər tərəfdən,Allahın göylərdə olması həqiqəti bizə Onun idrak hüdudlarınasığmadığını xatırladır, Onun önündə ehtiramla səcdə etməyinzəruriliyini anlayırıq.

Əgər diqqətimizi bu aspektlərdən yalnız birinin üzərindəcəmləşdirib digərlərinə etinasız yanaşsaq, bizdə Allahhaqqında təhrif olunmuş təsəvvür yaranacaq, bu isə praktiki,gündəlik həyatımıza təsir edən ciddi nəticələrə səbəb olacaq.

Mat. 7:9-11-i oxuyun. Burada yazılanlara əsasən,yerdəki ata göydəki Atamızın xasiyyətini necə əks etdirəbilər? ________________________________________________________________________________________________________________________________________________

Heç də hamımızın qayğıkeş, məhəbbətli atası olmur. Bəzi

5

Page 6: İsanın Təlimi (III rüb 2014-сi il)

insanlar isə müxtəlif səbəblərdən öz atalarını heç tanıya dabilmirlər. Ona görə də onlar üçün Allahın “Ata” adı çox azəhəmiyyət kəsb edir və ya ümumiyyətlə heç bir məna daşımır.Lakin hər birimiz yer üzündəki yaxşı ata haqqında müəyyəntəsəvvürə malikik. Bundan əlavə, həqiqətən yaxşı ata olaninsanları tanıya bilərik.

Əlbəttə, yer üzündəki bütün atalar kamillikdən uzaqdırlar,lakin biz, valideynlər olaraq, öz uşaqlarımızı sevirik və bütünqüsurlarımıza rəğmən onlara hər şeyin ən yaxşısını verməyəçalışırıq. Ancaq Səmavi Atamızın bizim üçün nələr etməyəqadir olduğunu düşünün!

Allaha öz Səmavi Atanız kimi müraciət etmək faktışəxsən sizin üçün nə kimi əhəmiyyət kəsb edir? Bəsəslində nə kimi əhəmiyyət kəsb etməlidir?

Bazar, 30 iyun

OĞULDA TƏZAHÜR ETMİŞ

Müjdəçi Yəhya Atadan bəhs edərkən belə yazır: “Allahı heçkəs heç vaxt görməyib” (Yəh. 1:18). Adəm və Həvvanın gü-naha batdığı zamandan bəri biz Allahla üz-üzə ünsiyyət qurabilmirik. Musa Allahı görmək istəyirdi, lakin Rəbb ona izah etdi:“Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qal-maz” (Çıx. 33:20). Bununla belə, Allahı tanımaq bizimqarşımızda duran başlıca məqsəd olmalıdır, çünki əbədi həyatAllahı tanımaqdan ibarətdir (Yəh. 17:3).

Allah haqqında nəyi bilməyimiz xüsusilə vacibdir? Bax.Yer. 9:23, 24. Nə üçün bunu bilmək vacibdir? ____________________________________________________________________________________________________

Böyük mübarizədə şeytan başlıca olaraq Allahınxasiyyətinə qarşı həmlə edir. İblis əlindən gələni edir ki, hər birkəsi Allahın xudbin, qəddar və zalım olduğuna inandırsın.İsanın yer üzündəki həyatı ərzində ən böyük məqsədlərindən

6

Page 7: İsanın Təlimi (III rüb 2014-сi il)

biri bu iddiaların yalan olduğunu uğurla ifşa etmək idi. MəsihAllahın təbiətini və xasiyyətini açmaq, İlahi təbiət haqqındakıgeniş yayılmış yanlış təsəvvürü düzəltmək üçün gəldi. “Allahıheç kəs heç vaxt görməyib, amma Atanın qucağındakı ÖzüAllah olan vahid Oğul Onu tanıtdı” (Yəh. 1:18).

Yəh. 14:8-10-u oxuyun. Diqqət yetirin ki, şagirdlər İsailə birlikdə üç ildən artıq vaxt keçirmələrinə rəğmən Atahaqqında nə qədər az biliyə sahib idilər. Bu faktdanözümüzə hansı ibrət dərsii götürə bilərik?____________________________________________________________________________________________________

Filipin xahişini eşidən İsanın həm ovqatı təlx olmuş, həm dəheyrətə düşmüşdü. Rəbbin incə məzəmməti Onun heç nə an-lamayan şagirdlərinə münasibətdə səbrli məhəbbətini təzahüretdirir. İsanın cavabı təxminən aşağıdakıları nəzərdə tuturdu:“Doğrudanmı Mənimlə birlikdə olduqdan, sözlərimidinlədikdən, möcüzələrimə - böyük insan kütlələrininyedirilməsinə, xəstələrin şəfa almasına və ölülərin dirilməsinə -şahid olduqdan sonra hələ də Məni tanımırsınız? DoğrudanmıAtanın Mənim vasitəmlə və Mənim bütün həyatımda etdiyiişlərdən Onu tanıya bilmədiniz?

Şagirdlərin İsanın xidmətində Atanı tanıya bilməmələrio demək deyildi ki, İsa Atanı yanlış təmsil edirdi. Əksinə,İsa əmin idi ki, Atanı ən yüksək səviyyədə təzahüretdirərək, Öz missiyasını həyata keçirmişdir. Məhz bunagörə O Öz şagirdlərinə belə deyirdi: “Əgər Mənitanısaydınız, Atamı da tanıyardınız... Məni görən Atanıgörmüş olur” (Yəh. 14:7, 9).

Çərşənbə axşamı, 1 iyul

SƏMAVİ ATAMIZIN MƏHƏBBƏTİ

İsa Əhdi-Ətiqdə açılmış həqiqəti təqdiqləmək üçün gəldi.Ata bizə misilsiz bir məhəbbətlə baxır (Yer. 31:3; Məz. 103:13).

7

Page 8: İsanın Təlimi (III rüb 2014-сi il)

“Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahınövladları adlanırıq” (1 Yəh. 3:1). Külli-İxtiyar Allahın, KainatınHökmdarının milyardlarla qalaktikalar arasında kiçicik birplanetdə yaşayan biz yazıq, miskin günahkarların Ona Atademəyimizə imkan verməsi heyrətamizdir. O bunu bizi sevdiyiüçün edir.

Atanın bizə məhəbbətinin ən yüksək göstəricisi nədri?Yəh. 3616, 17._______________________________________________________________________________________

İsa çarmıxa ona görə çəkilmədi ki, Atanın ürəyindəbəşəriyyətə qarşı məhəbbət oyatsın. İsanın əvəzedici ölümüAtanı bizi sevməyə əmin etmək üçün bir vasitə deyildi; bu ölümona görə gerçəkləşdi ki, Ata bizi dünya yaranmazdan əvvəlsevmişdi. Atanın məhəbbətini sübuta yetirmək üçün İsanınçarmıxdakı qurbanından daha böyük bir şəhadət ola bilərmi?

“Ata bizi ona görə sevmir ki, bizim uğrumuzda böyükəvəzedici Qurban təqdim olunmuşdur. Tam əksinə: O, bizisevdiyi üçün əvəzedici Qurbanı hazırladı” (Y. Uayt. Allahaaparan yol, səh. 13).

Bəziləri fikirləşir ki, Atanın bizə elə bir xüsusi rəğbəti yoxdur.İsanın – bizim Vasitəçimiz olması faktı o demək deyil ki, O,Atanı bizi sevmək üçün yola gətirir. İsa bu yanlış fikri ifşaedərək belə deyirdi: “Çünki Ata Özü sizi sevir” (Yəh. 16:27).

Lk. 15:11-24-ü oxuyun və atanın itmiş oğula məhəbbətihaqqında düşünün. Oğulun atanın məhəbbəti haqqındahansı şəhadətlərə malik olduğunu sadalayın.____________________________________________________________________________________________

Hər birimiz hansı cəhətlərimizə görə itmiş oğuluxatırladırıq? Siz də belə bir təcrübədən keçmisinizmi?

Çərşənbə, 2 iyul

SƏMAVİ ATAMIZIN İNCƏ QAYĞISI

8

Page 9: İsanın Təlimi (III rüb 2014-сi il)

Qayğımızın çəkildiyini bilməyimiz vacibdir. Bəzi insanlarbizə qarşı laqeyd və etinasız ola bilsələr də, İsa GöylərdəkiAtanın daim bizim qayğımıza qaldığını öyrədirdi. Onunmərhəməti və nəvazişi insan temperamentinə xas olan eniş vəçıxışlarla şərtlənmir; Onun məhəbbəti daimidir, dəyişməzdir vəşəraitdən asılı deyil.

Mat. 6:25-34-ü oxuyun. Bu hissədə bizi ruhlandıranhansı sözlərdən istifadə olunmuşdur? Verilmiş ayələrdətəsvir edilmiş Allaha daha çox güvənməyi necə öyrənəbilərik? _______________________________________________________________________________________________________________________________________________

“Həyat tarixçəmizdə elə bir fəsil yoxdur ki, Allahın oxuyabilməyəcəyi dərəcədə mürəkkəb olsun; bizim üçün anlaşılmazolan heç bir şey Onun kömək edə bilməyəcəyi dərəcədə çətindeyil. Onun övladlarından ən kiçiyinin belə düçar olduğu heçbir bədbəxtlik,qəlbi narahat edən heç bir həyəcan, heç bir sev-inç, heç bir səmimi dua – heç bir şey Səmavi Atamızıngözündən yayına bilməz, O, hər bir şeylə yaxından maraqla-naraq, cavab verir. “O, sınıq qəlblərə şəfa verər, yaralarınısarıyar” (Məz. 147:3). Al lahla hər bir insan arasındakımünasibətlər o qədər dəqiq və dolğundur ki, elə bil həmininsan yer üzündə Səmavi Atanın qayğı göstərdiyi və uğrundaÖz sevimli Oğlunu qurban verdiyi yeganə insandır” (Y. Uayt.Allaha aparan yol, səh. 100).

Bəzən faciə və iztirabların bizi yaxaladığı faktını danabilmərik. Hətta bu gün araşdırdığımız ayədə də İsa xüsusiləqeyd edir: hər günün öz qayğısı var (Mdt. 6:34), yəni, heç dəhər şey rahat və asan olmayacaq. Biz həqiqətən də şər vəonun acı nəticələri ilə əhatə olunmuşuq. Lakin başlıca fikirbudur ki, hətta çətinliklər və qayğılarla əhatə olunarkən beləAtanın məhəbbətinə zəmanət verilir, bu məhəbbət bizədəfələrlə açılıb, ən aydın təzahürünü isə çarmıxda tapıb.Səmavi Atamızın ənamlarını və xeyir-dualarını daim görməkbizim üçün nə qədər vacibdir, əks halda biz həyatımızda

9

Page 10: İsanın Təlimi (III rüb 2014-сi il)

qaçınılmaz olan çətin şəraitlərdə tez ruhdan düşürük. Çətin anlar yaşayarkən Allahın sizə olan məhəbbətinin

gerçəkliyini hiss etmisinizmi? Bu məhəbbət necə təzahüredib? Bu məhəbbət necə təzahür edib?Əvvəlkitəcrübənizdən nə öyrəndiniz? Bu təcrübənizi böhranyaşayan və Allahın məhəbbətinin gerçəkliyinə şübhə iləyanaşan adamla necə bölüşə bilərsiniz?

Cümə axşamı, 3 iyul

ATA, OĞUL, MÜQƏDDƏS RUH

Isa İlahiliyin üç İlahi Şəxsiyyətdən: Ata, Oğul və MüqəddəsRuhdan təşkil olunduğunu öyrədir və Öz həyatı ilə təzahür et-dirirdi. Bu həqiqəti ağlabatan bir şəkildə izah edə bilməsək də,lakin onu inamla qəbul edirik (bir çox Müqəddəs Kitab ayələriniolduğu kimi) və Paulla birlikdə “idrakın verdiyi kamil etimadınbütün zənginliyinə nail olmağa çalışırıq ki, Allahın sirri olanMəsihi dərk edək” (Kol. 2:2). Yəni, bir çox şeyi başa düşməsəkdə, iman, itaətkarlıq, dua və öyrənmək vasitəsilə özanlayışımızı get-gedə daha da genişləndirə bilərik.

Üç İlahi Şəxsiyyət Xilas planının həyata keçirilməsindəfəal iştirak edirdilər. Bu hadisələrdə hər bir Şəxsiyyətinrolunu müəyyənləşdirin. Doğulma: Lk. 1:26-35____________________________________________________________________________________________________Vəftiz: Lk. 3:21, 22____________________________________________________________________________________________________Çarmıxa çəkilmə____________________________________________________________________________________________________

İsanın yer üzündəki xidməti başa çatmaq üzrə ikən, OÖzünün təlaşvə qüssə içində olan şagirdlərinə söz verdi ki, on-

10

Page 11: İsanın Təlimi (III rüb 2014-сi il)

lara Müqəddəs Ruhu göndərəcək. Burada yenə də üçŞəxsiyyətin qarşılıqlı fəaliyyətinin şahidi oluruq. “Mən də Atayayalvaracağam ki, sizə daim sizinlə olacaq başqa bir Vəsatətçigöndərsin” (Yəh. 14:16, 17; həmç. bax. Yəh. 14:26).

İsa izah edirdi ki, Xilas planında üç İlahi Şəxsiyyət tamahəngdar şəkildə çalışır. Oğul Atanın məhəbbətini təzahüretdirərək Onun adını izzətləndirdiyi kimi (Yəh. 17:4),Müqəddəs Ruh da Oğulun lütfünü və məhəbbətini dünyaya aç-maqla Onu izzətləndirir (Yəh. 16:14).

Müqəddəs Kitabın izahı çətin olan bəzi digər ağlasığmazhəqiqətləri haqqında düşünün. Təbiət aləmindəanlaşılması çətin olan faktlar barəsində də düşünün.Təbiətin sirləri bizim düşüncəmizin nə qədər məhdudolduğunu və imanla yaşamağımızın vacib olduğunu necəaçır? Cavablarınızı şənbə dərsində bölüşün.

Cümə, 4 iyul

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

Y. Uaytın “İmanlılar cəmiyyəti üçün şəhadət” kitabının 8-cicildindən “Allah – Şəxsiyyət” fəslini (səh. 263-278) oxuyun.

“Allaha imanımızı möhkəmlətmək üçün Məsih bizə Onayeni adla səslənməyi öyrədir. Bu ad insanın ürəyinə ən dəyərlihəyəcanlar və xatirələrlə bağlıdır. O, bizə Haqq-Taala AllahaAtamız kimi müraciət etmək hüququ verir. Ona müraciət etdiy-imiz və Onu adlandırdığımız bu ad bizim Ona olanməhəbbətimizin və etibarımızın əlaməti, həmçinin Onun bizəata diqqəti və rəğbətinin sübutudur.

Allahdan mərhəmət və xeyir-dua dilədiyimiz zamançəkdiyimiz bu ad Onun üçün musiqi kimi səslənir. Ona Ata kimimüraciət etməyi lovğalıq saymayaq deyə, O Özü bu adıdəfələrlə təkrarlayır. O istəyir ki, bu ad və bu cür müraciəttərzinə vərdiş edək və bizim üçün təbii hala çevrilsin.

11

Page 12: İsanın Təlimi (III rüb 2014-сi il)

Allah bizə Özünün övladları kimi baxır. O bizi bu laqeyddünyadan satın aldı və seçdi ki, biz Səmavi Padşahın ailəsininüzvləri, Onun oğulları və qızları olaq. Allah bizi dəvət edir ki,Ona bir uşağın yer üzündəki atasına göstərdiyindən dahaböyük bağlılıqla, daha güclü şəkildə etibar edək. Valideynlər özuşaqlarını sevirlər, lakin Allahın məhəbbəti hər hansı bir bəşərövladının məhəbbətindən daha güclü, daha dərin və dahagenişdir. O, ölçüyəsığmazdır” (Y. Uayt. Həyat dərsləri, səh.141, 142).

“Göylərdəki Atamız hər birimizə olan məhəbbətini Qalqotaçarmıxında təzahür etdirdi. Ata bizi sevir, O, şəfqət və incəmərhəmətlə doludur” (Y. Uayt. Dövrün əlamətləri, 30 sentyabr1889-cu il).

Müzakirə üçün suallar:

Yerdəki atası ilə münasibətləri heç də yaxşı ol-mayan insanın Allahı sevməsinə və Ona Öz SəmaviAtası kimi etibar etməyi öyrənməsinə necə köməketmək olar?

Allah bizi sevirsə, biz niyə əziyyət çəkirik?Cümə axşamı üçün olan dərsin sonuncu sualına

verdiyiniz cavabları müzakirə edin.Kainatın ağlasığmaz miqyaslarını təsəvvür etməyə

çalışın. İsanın, Kainatın Yaradıcısının bizimuğrumuzda çarmıxda öldüyünü düşünün. Buheyrətamiz və ümidverici müjdə haqqında kifayətqədər düşünürükmü? Allahın məhəbbətinin bu cürheç bir dərrakəyə sığmayan açılışına hər an sevinməyinecə öyrənə bilərik?

12

Page 13: İsanın Təlimi (III rüb 2014-сi il)

Dərs 25-11 iyul

OĞUL

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri:Mat. 24:30; Dan. 7:13, 14; Mat. 11:27; Lk. 5: 17-26; Yəh.

8:58; Mat. 20:28.

Yadda saxlanacaq ayə: “Çünki Bəşər Oğlu gəlmədi ki,Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin. Çox insanısatın almaq üçün Öz canını fidiyə verməyə gəldi” (Mk.10:45).

İctimai xidmətə iki ildən artıq vaxt sərf edən İsa Özşagirdlərindən soruşdu: “Adamların dediyinə görə Bəşər Oğlukimdir?” (Mat. 16:13). Adamlardan eşitdiklərini Ona danışmaqşagirdlər üçün elə də çətin olmadı. Lakin İsanın növbəti sualıonlara daha çətin gəldi: “Bəs siz nə deyirsiniz? Sizcə Mənkiməm?” (Mat. 16:15). İndi sual birbaşa onlara verilmişdi. İsaonlarda hansı təəssüratı yaratdığı barədə və ya Onun xasiyyətiilə bağlı nə düşündüklərini soruşmurdu. Onun sualı İsanınŞəxsiyyətinin məğzi ilə bağlı idi. O, şagirdlərdən öz şəxsiqənaətlərini və inamlarını ifadə etmələrini istəyirdi.

Əvvəl-axır hamımız bu suala cavab verməli olacağıq.İsanın onun nəzərində Kim olduğuna dair hər bir insan şəxsənqərar qəbul etməlidir. Başqa insanların sözlərini və yaəqidəsini təkrarlamağın bizə heç bir faydası olmayacaq;şəxsən mən nəyə inanıram – bax bunu hər kəs səmimi şəkildəbildirməlidir. Əlbəttə ki, hər bi insanın taleyi bu suala verdiyicavabdan asılıdır.

Bu həftə ərzində İsanın Özünün dediyi sözlər və ya etdiyiəməllər əsasında cavab axtarmağa çalışacağıq. Bizimməqsədimiz – imanla Peterin verdiyi cavaba gəlib çıxmaqdır:“Sən Var olan Allahın Oğlu Məsihsən” (ayə 16).

13

Page 14: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar, 6 iyulBƏŞƏR OĞLU

Isa hər şeydən çox Özünü Bəşər Oğlu adlandırmağı se-virdi. Müjdələrdə qeyd olunur ki, O Özünü bu adla 80 dəfədənçox adlandırmışdı. Başqa adamlar heç vaxt Ona bu cürmüraciət etmirdilər. O, bu adı xüsusi məqsədlə seçmişdi.

Bu cür idiomatik ifadə olunma Əhdi-Ətiq üçün səciyyəvi idi.Bir hal istisna olmaqla, bu ifadə həmişə insana aid edilirdi;beləliklə, İsa bu ifadədən Özünün bəşəri təbiətini vurğulamaqüçün istifadə edirdi.

Yazılar İsanı həqiqi İnsan kimi təqdim edir. O, körpəşəklində doğuldu, uşaq kimi böyüdü (“uşaq böyüyür,qüvvətlənir və hikmətdə yetkinləşirdi” (Lk. 2:40, 52)), Onunqardaşları və bacıları vardı (Mat. 13:55, 56). O, yemək yeyirdi(Mat. 9:11), yatırdı (Lk. 8:23), yorulurdu (Yəh. 4:6), acırdı vəsusayırdı (Mat. 4:2; Yəh. 19:28), kədər və narahatlıq hissedirdi (Mat. 26:37).

Hər hansı bir müşahidəçinin gözündə İsa adi bir İnsan kimigörünürdü, insanların arasında yaşayırdı, çox sayda insanlar-dan Biri idi. Onun müasirlərinin çoxu Onda yalnız bir İnsanıgörürdülər (Yəh. 7:46). Bir çoxları Ona özlərindən Biri kimimünasibət bəsləyirdilər, bəziləri isə Ona rişxənd edirdilər (Lk.8:53), tənqid edirdilər (Mat. 11:19), hətta “Onu ələ sala-saladöyürdülər” (Lk. 22:63). Onların nəzərində O, sadəcə bir İnsanidi.

Təəssüflər olsun ki, onlar Bəşər Oğlu adında daha böyükbir şey görə bilmədilər. Halbuki, Dan.7:13, 14-ə əsasən “BəşərOğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən VarOlana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət,izzət və padşahlıq verildi”. Yəhudilər bu Bəşər Oğlunu Messiyailə eyniləşdirirdilər. Ona görə də İsa bu addan istifadə edirdi, OÖzünün vəd olunmuş Messiya, insan bədənində gəlmiş Məsiholduğuna dair həqiqəti açırdı.

Mat. 24:30; 25:31; 26:64-ü oxuyun. İsanın bu sözləri

14

Page 15: İsanın Təlimi (III rüb 2014-сi il)

Dan. 7:13, 14-lə necə kəsişir? İsanın həqiqətən İnsan olduğunu bilmək niyə bizim

üçün çox vacibdir? Onun insan təbiəti bizim xilasımızüçün nə kimi əhəmiyyət kəsb edir? Bu insani təbiət bizimgündəlik həyatımız üçün, xüsusilə də sınaq və günahlamübarizə apardığımız zamanlarda nə kimi əhəmiyyət kəsbedir?

Bazar ertəsi, 7 iyul

ALLAH OĞLU

“Allah Oğlu” adından təkcə Cəbrayıl deyil (Lk. 1:35), bəziinsanlar da İsaya müraciət edərkən istifadə edirdilər (Mat.14:33; Mk. 15:39; Yəh. 1:49; 11:27). O, bu cür müraciəti qəbuledirdi, lakin Özündən bəhs edərkən ondan ehtiyatla istifadəedirdi, çünki daşqalaq edilə bilərdi. Bununla belə MüqəddəsKitab Onun Ata ilə xüsusi münasibətlərindən dəfələrlə bəhsedir. İsa vəftiz olunarkən Ata Onu Öz Oğlu kimi tanıdı (Vat. 3:17),Onun görünüşü dəyişdiyi zaman da eyni cür baş verdi (Mat.17:5).

Ata ilə Oğulun qarşılıqlı münasibətləri təkrarolunmazdır.Məsih – bütün Kainatda yeganə Şəxsdir ki, bu cürmünasibətlərdən zövq alır, çünki O da Ata ilə eyni təbiətə ma-likdir. Bizlərə, imanlı insanlara Allahın övladları olmaq üstün-lüyü bəxş edilib. Lakin İsa həmişə Allahın yeganə Oğlu olub,indi də elədir və həmişə də elə olacaq.

Verilmiş ayələr Ata və Oğulun kamil birliyindən necəsöz açır? Mat. 11:27; Yəh. 3:35; 5:17; 10:30.____________________________________________________________________________________________

İsa və Atanın tam birliyi Bir-Birinin haqqında kamil biliyəmalik olmanı, iradə, məqsəd və arzuların birliyini özündəehtiva edir. O həm də təbiətən birliyi nəzərdə tutur. Ata və Oğul

15

Page 16: İsanın Təlimi (III rüb 2014-сi il)

– bir (eyni) təbiətə malik (“bir”) iki Şəxsiyyətdir (“Mən və Ata”),bu fakt “birik” sözü ilə vurğulanıb (1 Kor. 3:8 ilə müq. edin).

Lakin yadda saxlamalıyıq ki, İsa bu yer üzündə insanolaraq yaşamağa gəldiyi üçün, Özünü könüllü surətdə heçedərək qul surətinə saldı (Flp. 2:6-8). Bu, funksionalməqsədyönlü bir məhdudiyyət idi, lakin bu məhdudiyyət Onunmahiyyətinin bir hissəsi deyildi. İsa Özünü müəyyən məqsədüçün, xüsusi bir niyyətlə heç etmişdi.

Bu konsepsiyanı nəzərə alsaq, İsanın bu sözləri deməkdənə məqsəd güddüyünü anlaya bilərik: “Oğul Atanın nə etdiyinigörməsə, Özündən bir şey etməz” (Yəh. 5:19), “çünkiməqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinəyetirməkdir. Bu funksional nöqteyi-nəzərdən O belə deyəbilərdi: “Çünki Ata Məndən üstündür” (Yəh. 14:28).

İsa tam olaraq Allah və tam olaraq İnsan idi. Buheyrətamiz həqiqət Göylərlə Yerin arasındakı sıx əlaqəninecə açır? Bu cür sıx əlaqənin olması bizə nə cür təsəlliverir?

Çərşənbə axşamı, 8 iyul

MƏSİHİN İLAHİ TƏBİƏTİ1-ci hissə

Məsihin İlahiliyi bizim imanımızın əsasını təşkil edir. Adi birinsan həyatı nə qədər qeyri-adi olursa olsun, heç bir zamanbizim xilaskarımız ola bilməzdi. Bütün Əhdi-Cədid bpyuncaİsanın İlahi təbiəyi haqqında şəhadət verilmişdir. Biz isı OnunÖzünün bu mövzu ilə bağlı nə dediyinə diqqət yetirəcəyik.

İsanın Kim olduğunu insanlara izah etməsi heç də asan işdeyildi. Onun missiyası tələb edir ki, Özünün məsihliyini, insanbədənində yaşayan Allah olduğunu bəyan etsin. Lakin XilaskarÖz sözlərini çox ehtiyatla seçirdi, birbaşa “Mən – Allaham” vəya “Mən – Məsihəm” demək yerinə Öz İlahi təbiətinə eyhamvurmağı, beləliklə də dinləyicilərini Öz İlahiliyini dərk etməyə

16

Page 17: İsanın Təlimi (III rüb 2014-сi il)

görünməyən, dolayı yolla aparmağı üstün tuturdu. Əks haldaÖz həyatını təhlükəyə məruz qoymuş olardı.

İsa Öz İlahi təbiətini tədricən açdıqca, dinləyicilərininəksəriyyəti Onu başa düşürdülər, lakin Onun açılışını qəbuletməkdən imtina edirdilər, çünki bu açılış onların Məsihhaqqında kök salmış təsəvvürlərinə uyğun gəlmirdi. Bu,onların xahişində də öz əksini tapırdı: “Nə vaxta qədərürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə,bizə açıq söylə” (Yəh. 10:24). Kontekstdən də göründüyü kimi,təəssüflər olsun ki, onların sualı səmimi deyildi.

Dünənki dərsimizdə İsanın Ata ilə xüsusi münasibətlərihaqqında dəfələrlə danışdığının şahidi olduq. Bu, Onun Özİlahiliyini açma metodlarından biri idi. İsa deyəndə ki, Allah –Onun Atasıdır, Özünü Ataya bərabər sayanda bir çoxları Onudüzgün başa düşdülər.

Lk. 5:17-26-ı oxuyun. İsa Öz İlahiliyi haqqında açıqbəyan etmədən, onu obrazlı şəkildə necə ifadə etdi? ______________________________________________________________________________________________________________________________________________________

“Bu, artıq çürüməkdə olan bədənə şəfa vermək üçünyaradıcı qüvvə lazım idi. Yerin torpağından yaradılmış insanahəyat nəfəsini verən Kəs indi də ölməkdə olan iflic adamahəyat bəxş etdi” (Y. Uayt. Əsrlərin arzusu, səh. 269, 270).

İsa günahları bağışlamaq səlahiyyətinə malik olduğunubəyan edirdi. Həmçinin “Öz izzətli taxtına oturacağını” (Mat.25:31) və xalqlara hökm edərək, hər bir kəsin əbədi taleyinimüəyyənləşdirəcəyini söyləyirdi. Buna yalnız Allahın ixtiyarıçatır. Onun əslində Kim olduğunu açmaq üçün bu Yer üzündədaha nə etmək olardı?

Xalqın rəhbərlərinin əksəriyyətinin İsaya münasibətdınecə amansız olduqlarını düşünün. Üstəlik bu adamlarxalqın ruhani müəllimləri hesab olunurdular! Amansız in-sanlara çevrilmədiyimizə necə əmin ola bilərik?

17

Page 18: İsanın Təlimi (III rüb 2014-сi il)

Çərşənbə, 9 iyul

MƏSİHİN İLAHİ TƏBİƏTİ2-ci hissə

İsa Atanınkinə bərabər, ölümə qalib gəlməyə qadir birqüvvəyə sahib olduğunu bəyan etdi və göstərdi. “Ata ölüləridirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi kəslərə həyatverir” (Yəh. 5:21). Yalız Allah bunu bəyan edə bilər: “Dirilmə vəhəyat Mənəm” (Yəh. 11:25).

İsanın İlahiliyinə dair digər aydın şəhadəti Onun həmişə varolduğu haqqında bəyanatında görürük. O, göydən eniv (Yəh.3:13), çünki Onu Ata göndərib (Yəh. 5:23). Daha sonra MəsihÖzünün əbədi varlığı haqqındakı faktı bir daha təsdiqləyir: “EyAta, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkənmalik olduğum izzəti indi Mənə Öz yanında ver” (Yəh. 17:5).

Nə üçün Yəh. 8:58 İsanın İlahiliyinin ən bilavasitə vədərin sübutlarından biri hesab olunur? Həmçinin Çıx. 3:13,14-ə baxın. _________________________________________________________________________________________________________________________________________________________________________________ ____________

Bir vaxtlar mövcudiyyət alan (burada “olmaq” kimi tərcüməedilmiş yunan sözü “qinomay”ın hərfi mənası belədir)İbrahimdən fərqli olaraq, İsa Özünü əbədi mövcud olan Birikimi bəyan edir. O, saədəc İbrahimin doğuluşuna qədərmövcud deyildi, O, həmişə mövcud olub. “Var Olan Mənəm”ifadəsi daimi mövcudiyyəti nəzərdə tutur. Bundan əlavə, “VarOlan Mənəm” – Yehovanın Özünün tituludur (Çıx. 3:14). Xalqınrəhbərləri hər şeyi düzgün başa düşmüşdülər: İsa Musayayanan kol içində görünən həmin “Var Olan Mənəm” olduğunaiddia edirdi. Onlar bunu Allaha küfür kimi qiymətləndirdilər,buna görə də “İsanı daşqalaq etmək üçün yerdən daşgötürdülər” (Yəh. 8:59).

Müjdə şahidlik edir ki, İsa insanların səcdəsini qəbul edirdi.

18

Page 19: İsanın Təlimi (III rüb 2014-сi il)

O, çox yaxşı bilirdi ki, Yazılara əsasən yalnız Allah səcdəyəlayiqdir, çünki Özü şeytana belə demişdi: “Allahın Rəbbəsitayiş et və yalnız Ona qulluq et - deyə yazılmışdır” (Mat.4:10). Ona görə də ətrafdakı insanların sitayişini qəbuletməklə, İsa onlara Öz İlahiliyini açırdı. Dənizdəki şagirdlər(Mat. 14:33), şəfa almış kor adam (Yəh. 9:38), İsanınməzarının yanındakı qadınlar (Mat. 28:9), Qalileyadakışagirdlər (Mat. 28:17) – hamısı Məsihin İlahiliyini etiraf edərək,açıq şəkildə Ona sitayiş edirdilər. Tomanın İsaya “Ya Rəbbimvə Allahım” deyə müraciətini (Yəh. 20:28), Allahla danışdığınıaydın şəkildə dərk etməyən heç bir yəhudi dilinə gətirməzdi.

Yəh. 20:29-u oxuyun. Görmədiyiniz şeylərdən hansınainanırsınız? Verdiyiniz cavab ümumiyyətdə imanməsələsində nə kimi əhəmiyyət kəsb edir?

Cümə axşamı, 10 iyul

MƏSİHİN MİSSİYASI

Isanin Kim olduğunu araşdıraraq, Onun bizim üçün nə et-diyini daha yaxşı başa düşə bilərik.

ŞeytanAllahı ittiham edfir, İsa isə Atanın xasiyyətini açaraqvə Onun haqqındakı yanlış təsəvvürü düzəldərək, bu ittiham-lara cavab verməyə gəldi. O istəyirdi ki, biz Allahı tanıyaq,çünki əbədi həyatı yalnız bu cür əldə etmək mümkündür (Yəh.17:3).

Lakin bizim xilasımız üçün sadəcə bilikdən daha böyük birşeyə ehtiyacımız var. Bizə Xilaskarı bəxş edən Allahaehtiyacımız var, elə “İsa” adı da buna işarə edir – Yehovaxilaskardır (Mat. 1:21). İsa Öz missiyasını kifayət qədərkonkret bir şəkildə təsvir edirdi: “Çünki Bəşər Oğlu itmişləriaxtarıb xilas etmək üçün gəlmişdir” (Lk. 19:10). Eden bağındainsanlar Allahla qarşılıqlı münasibətləri əldən buraxdılar,müqəddəsliyi itirdilər, evdən və əbədi həyatdan məhrum oldu-lar. İsa isə hər şeyi bərpa etmək üçün gəldi: Satınalanımız olan

19

Page 20: İsanın Təlimi (III rüb 2014-сi il)

İsa bizim Ata ilə münasibətlərimizi bərpa edir (Yəh. 1:51),günahlarımızı bağışlayır (Mat. 26:28), necə yaşamalıolduğumuza dair nümunə göstərir (1 Pet. 2:21) və bizə əbədihəyat bəxş edir (Yəh. 3:16).

İsa Öz missiyasının mahiyyətini necə açırdı? Yəh. 10:11, Mat. 20:28.___________________________________________________________________________________________________________________________________

Nə üçün İsa ölməli idi? Çünki O, könüllü surətdə bizim yer-imizi tutdu və bizim günahlarımızı Öz üzərinə götürdü. Bizhamımız günahkarıq (Rom. 3:10-12), ona görə də əbədi ölüməlayiqik (Rom. 6:23). Xilasımızın dəyəri o qədər böyükdür ki,onu ödəmək üçün Allah Oğlunun həyatı tələb olunurdu.

“Pozulmuş Qanun günahkarın həyatını tələb edirdi. BütünKainatda yalnız bir Nəfər var idi ki, insan uğrunda Qanununtələbini ödəyə bilsin. Allahın Qanunu da Allahın Özü qədərmüqəddəs olduğuna görə yalnız Allaha bərabər olan bir Kəsqanunsuzluğun əvəzini ödəyə bilərdi. Məsihdən başqa heç birkəs günaha batmış bəşəriyyəti Qanunun lənətindən satın alavə onu yenidən Göylərlə barışığa gətirməyə qadir deyildi” (Y.Uayt. Ağsaqqallar və peyğəmbərlər, səh. 63).

Dünyamızın taleyi və bu dünyada yaşayan hər birinsanın aqibəti haqqında düşünün. Hər şey sonu qəbirləbaşa çatsaydı, bizim nə ümidimiz olardı? Əgər Xilas planıolmasaydı, bizim heç bir ümid yerimiz olmazdı. AllahınMəsihdə bizim üçün etdiyi işlərə görə Onaminnətdarlığımızı necə ifadə edə bilərik?

Cümə, 11 iyul

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

YGA Müqəddəs Kitab şərhlərinin 5-ci cildindən (Y. Uaytınşərhləri) “Xilaskarın İlahi-bəşəri təbiəti” bölməsini opxuyun(səh. 1126-1128).

20

Page 21: İsanın Təlimi (III rüb 2014-сi il)

“Lakin Müqəddəs Kitab Məsihin Yer üzündə yaşadığımüddətdə sahib olduğu bəşəri təbiətindən bəhs edərkən,Onun əbədi mövcudluğunu da tamamilə aydın şəkildə qeydedir. Kəlam İlahi Varlıq kimi, əbədi Allah Oğlu kimi Öz Atası iləbirlikdə mövcud olub.

Dünya Onun tərəfindən yaradılıb “və yaranan şeylərdənheç biri Onsuz yaranmadı” (Yəh 1:3). Əgər bizi Məsihyaradıbsa, deməli O, hər şeydən öncə mövcud olub. Bubarədə deyilən sözlər o qədər aydındır ki, heç bir kəsin ağlındakiçicik bir şübhəyə belə yer qalmamalıdır. Məsuh sözün əslmənasında Allah idi. O, əbədiyyətdən bəri Allah idi, hər şeydənyüksəkdə duran, əbədi izzətə malik Allah.

Rəbb İsa Məsih, Allahın Oğlu xüsusi bir Şəxsiyyət olaraq,lakin eyni zamanda Ata ilə bir olan bir Şəxsiyyət kimibaşlanğıcdan bəri mövcuddur” (Y. Uayt. Seçilmiş müjdələr, 1-cikitab, səh. 247).Məsihdə həyat var – özünə xas, başqasından alınmamış, əzəlihəyat var. “Oğula malik olan şəxsin həyatı var” (1 Yəh. 5:12).Məsihin İlahiliyi – Ona iman edən kəs üçün əbədi həyatzəmanətidir” (Y. Uayt. Əsrlərin arzusu, səh. 530).

Müzakirə üçün suallar:

Cinlərİsanın – “Allahın Müqəddəsi”(Mk. 1:24),“Allahın Oğlu” (Mk. 3:11), “Allah-Taalanın Oğlu” (Mk.5:7) olduğunu bilir və etiraf edirdilər. (Həmçinin bax.Yaq. 2:19). Nə üçün bu cür etiraf xilasımız üçün kifayətetmir? İsanın Allahın Oğlu olduğunu ağılla dərketməkdən başqa daha nə vacibdir?

Çarmıxın önündə daynan yüzbaşı İsanın necəöldüyünü görəndə etiraf etdi: “Həqiqətən, bu AdamAllahın Oğlu idi” (Mk. 15:39). İsanın ən yaxşı çarmıxınönündə başa düşmək olar. Bəs siz orada tez-tez olur-sunuzmu? Axırıncı dəfə çarmıxın önünə nə vaxt

21

Page 22: İsanın Təlimi (III rüb 2014-сi il)

gəlmisiniz? Niyə elə indi vaxt ayırıb, İsanın bizimxilasımız uğrunda verdiyi ölçüyəsığmaz qurbanıhaqqında düşünməyəsiz?

İsanın müasirlərinin çoxu Onu rədd edirdilər, çünkiMessiya haqqında yanlış təsəvvürə malik idilər.Təəssüf ki, bu gün də bir çox insanlar İsa haqqında özyanlış rəyləri və ya təhrif olunmuş təsəvvürləriüzündən öz həyatlarını Ona verməkdən imtina edirlər.

İsanın olduğu kimi görmələrinə necə kömək edəbilərik? Biz yeddinci günün adventislərində olan xü-susi bir cəhət nədir ki, onun vasitəsilə insanlarınİsanın əslində Kim olduğunu daha aydın bir şəkildəanlamalarına yardım edə bilərik?

Dərs 312-18 iyul

MÜQƏDDƏS RUH

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri:Yəh. 14:16-18; 14:26, 15:26; Mat. 12:31, 32; Yəh. 16:8; Yəh.

3:5-8; Lk. 11:9-13.

Yadda saxlanacaq ayə: “Mən də Ataya yalvaracağam ki,sizə daim sizinlə olacaq başqa bir Vəsatətçi göndərsin”(Yəh. 14:16).

İlahi üçlüyün Şəxsiyyətlərində ən az başa düşüləniMüqəddəs Ruhun Şəxsiyyətidir. Təəccüblüsü isə budur ki, bizəən yaxın olan, bizdə yeni yaradılış yaradan, bizdə yaşayan vəbizi dəyişdirən Şəxsiyyət haqqında bu qədər az bilirik.

Niyə? Gəlin ondan başlayaq ki, Müqəddəs Kitab MüqəddəsRuh haqqında Ata və Oğul haqqında danışdığı kimi ətraflıdanışmır. Müqəddəs Yazılar Müqəddəs Ruhu dəfələrlə

22

Page 23: İsanın Təlimi (III rüb 2014-сi il)

xatırladır, lakin bu xatırlatmaların əksər hissəsi metaaforik vəsimvolik xarakter daşıyır. Müqəddəs Kitab bizə Ruhunfəaliyyəti haqqında geniş məlumat verir, lakin Onun təbiətihaqqında az danışır. Digər səbəb isə Müqəddəs Ruhun xidmətinin özündən irəligəlir. O, daim bizim diqqətimizi Öz Şəxsiyyətinin üzərindədeyil, Məsihin üzərində cəmləşdirməyə çalışır. Xilas PlanındaRuh Ataya və Oğula xidmət edir, lakin bu xidmət daha aşağımövqeni nəzərdə tutmur.

Bu həftə ərzində İsanın Ruh haqqındakı təlimini dinləyərək,Onun dəyişdirici qüvvəsinin həyatımızda iştirakı üçün ürəkdəndua edəcəyik.

Bazar, 13 iyul

MƏSİHİN TƏMSİLÇİSİ

Isanin ölümünün qaçılmazlığı haqqında söylədiyi sözlərişagirdlər qorxu və kədər içində dinləyirdilər. O, yanlarında ol-mayanda kim onların Müəllimi, Dostu və Məsləhətçisi olacaq?Onların böyük ehtiyacını bilən Məsih onlarla qalması üçün ÖzTəmsilçisini göndərməyi vəd etdi.

İsa Öz Təmsilçisini necə adlandırırdı? Yəh. 14:16-18. Nəüçün bu ad Müqəddəs Ruhu dəqiqliklə xarakterizə edir?Yəh. 14:26.____________________________________________________________________________________________________________________________________________

Köməkçi, Məsləhətçi və Təsəlliverici – yunan sözü olan“parakletos”un müxtəlif tərcümələridir, bu söz “para”sözönündən (yanında) və “kletos” sifətindən (çağırılmış)ibarətdir. Hərfi mənada “yanında olmaq üçün çağırılmış”deməkdir, köməyə çağırılan şəxsi nəzərdə tutur. Bu sözvasitəçiyə, müdafiəçiyə, köməkçiyə, məsləhətçiyə və həttavəkilə işarə edə bilər.

Əhdi-Cədiddə “parakletos” sözündən yanız Yəhya istifadə

23

Page 24: İsanın Təlimi (III rüb 2014-сi il)

edir. Maraqlısı budur ki, o, bu sözdən İsanın Özündən bəhsedərkən də istifadə edirdi (1 Yəh. 2:1).Yer üzündəki xidməti ərzində Məsih Öz şagirdlərininMəsləhətçisi, Yardımçıəsı və Təsəllivericisi idi. Ona görə dəOnun Davamçısına da eyni adın verilməsi tamamiləməntiqlidir. Müqəddəs Ruh Ata tərəfindən Oğulun xahişinəcavab olaraq və Oğulun adıyla göndərilib (Yəh. 14:16, 26).Müqəddəs Ruh Məsihin Yer üzündəki xidmətini davam etdirir.

İsa Müqəddəs Ruh vasitəsilə şagirdlərinin yanında olurdu.“Sizi yetim qoymaram, yanınıza gələcəyəm” (Yəh. 14:18), -dedi Rəbb. O, təsadüfi bir baş çəkmədən bəhs etmirdi, bu,köməksiz “yetimlərə” o qədər də böyük təsəlli olmazdı, söhbətdaimi yaxın münasibətlərdən gedirdi. “Mən sizdəyəm” (Yəh.14:20. Bu, yalnız Müqəddəs Ruhun iştirakı sayəsində mümkünoldu.

Əlbəttə, Məsihin bəşəri təbiəti Onun eyni anda müxtəlifyerlərdə şəxsən iştirak etməsinə imkan vermirdi. LakinMüqəddəs Ruh – hər yerdədir (Məz. 139: 7). Olduqları yerdən,Məsihlə aralarındakı fiziki məsafədən asılı olmayaraq hər birkəsin Müqəddəs Ruh vasitəsilə Xilaskara əli çatır.

Müqəddəs Ruhun təbiətini başa və həyatımızdakıfəaliyyətini başa düşmək asan olmasa da, MüqəddəsRuhun gerçəkliyini hiss etmisinizmi?

Bazar ertəsi, 14 iyul

MÜQƏDDƏS RUH – ŞƏXSİYYƏT

Y. Uayt yazırdı: “Müqəddəs Ruhun təbiəti bizim dərketməyə qadir olmadığımız bir sirr olaraq qalır... Bu sirlər insantəfəkkürü üçün həddindən artıq dərindir və burada susmaq –qızıldır” (Həvarilərin işləri, səh. 52).Bununla belə o həm də belə bəyan edirdi: “Müqəddəs RuhŞəxsiyyətdir, başqa cür olsaydı, O, bizim ruhumuza və ruhu-muzla birgə bizim – Allah övladları olduğumuza şəhadət edə

24

Page 25: İsanın Təlimi (III rüb 2014-сi il)

bilməzdi. Müqəddəs Ruh məhz İlahi Şəxsiyyət olmalıdır, əkshalda Allahın düşüncəsində gizlənmiş sirləri bilməzdi” (Y. UaytMüjdəçilik, səh. 617). Bu bəyanat Müqəddəs Kitaba əsaslanbır(Rom. 8:16 və 1 Kor. 2:10, 11). Beləliklə, bizim bəşəritəbiətimiz nə qədər məhdud olsa da, Yazılardan öyrənə bilərikki, Müqəddəs Ruh – İlahi Şəxsiyyətdir. Bu nəticə İsanınsözlərində də öz təsdiqini tapır.

Müqəddəs Ruhun işləri Onun – Şəxsiyyət olduğununecə açır? Yəh. 14:26; 15:26; 16:7-14.____________________________________________________________________________________________________

İsa Ruhun bir sıra işlərini xatırladırdı ki, bu işlərdən hər birişəxsiyyət anlayışını nəzərdə tutur. Bizi bir şəxsiyyətdən dahayaxşı kim öyrədə və Məsihlə bağlı hər şeyi yada salmağımızakömək edə bilər (Yəh. 14:26)? Yaxud İsa haqqında şəxsiyyətiolan bir varlıqdan daha yaxşı kim şəhadət edə (Yəh. 15:26),dünyanı ifşa edə (Yəh. 16:8), bizi hər cür həqiqətə yönəldə,eyni zamanda eşidə və danışa bilər (Yəh. 16:13)? Yalnızşüurlu bir şəxsiyyət Məsihi izzətləndirə bilər (Yəh. 16:14).

İsanın təliminə əsaslanan Əhdi-Cədid müəllifləri aydınşəkildə göstərirdilər ki, Müqəddəs Ruh şəxsiyyət üçünsəciyyəvi olan cəhətlərə sahibdir: iradə (1 Kor. 12:11), idrak(Həv. İş. 15:28; Rom. 8:27), emosiyalar (Rom. 15:30; Ef. 4:30).

Müqəddəs Ruh – İlahi Şəxsiyyət olduğuna görə biz Onuniradəsinə və rəhbərliyinə itaət göstərib tabe olmalıyıq. Onuürəklərimizdə məskunlaşmağa (Rom. 8:9), həyatımızıdəyişdirməyə (Tit. 3:5) və xasiyyətimizdə Ruhun bəhrələriniyetişdirməyə (Qal. 5:22, 23) dəvət edirik. Biz öz-özlüyümüzdəgücsüzük, yalnız Onun bizdə fəaliyyət göstərən gücü ilə İsadavəd edilmiş şəxsiyyətlərə çevrilə bilərik.

Müqəddəs Ruh – bu da bir ənamdır və əksər ənamlarıolduğu kimi, Ondan da imtina etmək mümkündür.Müqəddəs Ruhun sizin həyatınızda görmək istədiyiişlərdən imtina edirsinizmi? Bunun belə olmadığına necəəmin ola bilərsiniz?

25

Page 26: İsanın Təlimi (III rüb 2014-сi il)

Çərşənbə axşamı, 15 iyul

MÜQƏDDƏS RUH – İLAHİ ŞƏXSİYYƏT

İsa şagirdlərə Müqəddəs Ruhdan bəhs edəndə, Onu“başqa bir” Təsəlliverici adlandırır (Yəh. 14:16). İsanın istifadəetdiyi yunan sözü “allos” “eyni növdə başqa bir” (daha bir)deməkdir, bu söz “fərqli növdə və keyfiyyətdə olan başqa bir”mənasını verən “xeteros” sözündən fərqlənir. Ata və Oğulunbir-birinə bağlayan təbiətin bənzərliyi, Oğul və Müqəddəs Ruharasındakı münasibətlərdə də açılır.

İsa deyirdi ki, Müqəddəs Ruh “gələcəyi sizə bildirəcək”(Yəh. 16:13). Yalnız İlahi Şəxsiyyət gələcəyi bildirə bilər (Yeş.46:9, 10).

Müqəddəs Ruhun İlahiliyi həm də Onun MüqəddəsYazıların müəlliflərini ilhamlandırmadakı rolu ilə təsdiqlənir,Ruhun bu funksiyasını İsa birmənalı şəkildə etiraf edirdi. Odeyirdi: “Davud özü Müqəddəs Ruh vasitəsilə deyib” (Mk.12:36; həmçinin bax. Məz. 110:1). Yer üzündə yaşayarkən İsa daim Müqəddəs Ruhunrəhbərliyinə tabe olurdu. Vəftiz zamanı Ruhla məsh olunaraq(Mat. 3:16, 17), “Ruh tərəfindən səhraya aparıldı” (Lk. 4:1).Yoldan azdıan şeytana qalib gələrək, Öz xidmətini başaçatdırmaq üçün “İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı” (Lk.4:14). O Öz möcüzələrini Müqəddəs Ruh vasitəsilə həyatakeçirirdi (Mat. 12:28). Allahın Oğlunun Ruhdan asılılığı faktıRuhun İlahiliyinin daha bir sübutudur, çünki Allah Oğlunun İlahibir Şəxsiyyətdən daha aşağı səviyyədə birindən asılı olmasınıtəsəvvür etmək qeyri-mümkündür.

Ruhun İlahiliyinin daha bir sübutunu Müqəddəs Kitabın bəziayələrində bu Şəxsiyyətin adının Ata və Oğulla eyni səviyyədəxatırladılmasıdır. Beləliklə, İsa həvarilərə yeni şagirdləri “Ata,Oğul və Müqəddəs Ruh adı ilə vəftiz etməyi” əmr etmişdi (Mat.28:19).

Müqəddəs Ruhun İlahiliyini başa düşməyimizə

26

Page 27: İsanın Təlimi (III rüb 2014-сi il)

aşağıdakı ayələrə necə kömək edir? Mat. 12:31, 32.____________________________________________________________________________________________________

Bəşər Oğluna qarşı deyilmiş sözlərlə (bağışlana biləngünah) Müqəddəs Ruha qarşı deyilmiş sözlərin(bağışlanmayan günah) arasındakı müqayisə göstərir ki, Ruh– qeyri-adi bir Şəxsiyyətdir. Allaha küfr – bilavasitə Allaha qarşıedilmiş günahdır. Beləliklə, bu nəticəyə gəlirik ki, MüqəddəsRuh İlahi Üçlüyün Şəxslərindən biridir.

“Bağışlanmayan günah” haqqında çox yazılsa da, birbaşakontekst o insanları təsvir edir ki, onlar öz ürəklərini Ruha vəOnun xilasımızdakı roluna qarşı daşlaşdıraraq, Onun işini ib-lisin işi kimi qələmə verirlər!

Çərşənbə, 16 iyul

MÜQƏDDƏS RUHUN FƏALİYYƏTİ

Müqəddəs Ruhun insan bədənində gəlmiş Məsihinhəyatındakı və Müqəddəs Yazıların müəlliflərininilhamlanmasındakı vacib rolunu artıq qeyd etdik. İndi isədiqqətimizi Ruhun bizim xilasımız üçün fəaliyyəti barəsindəİsanın təlimi üzərində cəmləşdirəcəyik.

Müqəddəs Ruh bizi Xilaskarı qəbul etməyə hazırlarkənhansı işi həyata keçirir? Yəh. 16:8.____________________________________________________________________________________________________

Kim xəstə olduğunu dərk etmədən dərman qəbul edər?Eləcə də biz özümüzün günahkar olduğunu etiraf etməsək,xilas əldə edə bilmərik. Müqəddəs Ruh yumşaq bir tərzdə,lakin qəti surətdə bizi əmin edir ki, biz günah etmişik,təqsirkarıq və Allahın ədalətli hökmünə məruzuq.Sonra isə Ruh bizi Məsihə yönəldir, bizim yeganə Xilaskarımızkimi Onun haqqında şahidlik edir (Yəh. 15:26). İsa həqiqətolduğuna görə (Yəh. 14:6), bizi İsaya aparan Ruh, bizi həm də

27

Page 28: İsanın Təlimi (III rüb 2014-сi il)

həqiqətə aparır (Yəh. 16:13). Başqa cür ola da bilməz, çünkiMüqəddəs Ruh həqiqət Ruhu adlanır (bax. Yəh. 14:17).

Günaha düçar ikən (bu isə günahlardan tövbəni tələb edir)və İsaya və Onun həqiqətinə yönələrkən, Müqəddəs Ruhunbizdə Öz böyük işini həyata keçirməsinə hazır oluruq.

Nə üçün “Ruhdan doğulmaq” bu qədər vacibdir? Yəh. 3:5-8.___________________________________________________________________________________________

Öz qüvvəsi ilə öz həyatını dəyişməyə çalışan insanlar özsəylərinin nə qədər puç olduğunu bilirlər. Allahın müdaxiləsi ol-madan öz pozulmuş günahlı həyatımızı dəyişə bilmərik.Günahkarın yenidən doğulması yaradıcı qüvvə tələb edir ki,bunu da yalnız İlahi Müqəddəs Ruh verə bilər. Biz “yuyun-maqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurubtəzələməsi ilə” xilas oluruq (Tit. 3:5). Müqəddəs Ruhunfəaliyyəti əvvəlki həyatın zahirən dəyişməsi və yaxşılaşmasınıdeyil, insanın əxlaqi təbiətinin dəyişməsini, yeni həyatınyaranmasını nəzərdə tutur. Belə bir möcüzənin nəticələri aydıngörünür və Müjdənin lehinə danılmaz bir dəlilə çevrilir.

Müqəddəs Ruhun işinə yalnız məsihçi həyatımızınbaşlanğıcında deyil, daim ehtiyacımız var. O, ruhaniinkişafımıza yol açaraq, bizi öyrədir və İsanın öyrətdiyi hər şeyiyadımıza salır (Yəh. 14:26). Əgər icazə versək, Ruh həmişəKöməkçimiz, Təsəllivericimiz və Məsləhətçimiz olaraq bizdəqalacaq(Yəh. 14:16).

Xasiyyətimizdəki mənfi vədrişləri və cəhətləri dəyişməkçətindir, elə deyilmi? Əgər daimi oyaq vəziyyətdə olmu-ruqsa, onlar dəfələrlə təkrar-təkrar bizi üstələyə bilər. İrsənaldığımız zəifliklər və günaha meyllilik Müqəddəs Ruhunrəhbərliyinə daimi ehtiyacımızı necə açmalıdır?

28

Page 29: İsanın Təlimi (III rüb 2014-сi il)

Cümə axşamı, 17 iyul

MÜQƏDDƏS RUHLA DOLANLAR

Şübhəsiz, Müqəddəs Ruhun kim olduğunu bilmək vacibdir.Lakin əgər bu bilik bizi Onun həyatımızda iştirakı üçünqapılarımızı geniş açmağa yönəltmirsə, ondan mənasızdır. İsabizə aydın başa salırdı: əgər səmavi Vəsatətçini hər günbizdə qalması üçün dəvət etmiriksə, onda boş həyatımızıdolduqmağa və orada ruhani fəlakət yaratmağa can atanbaşqa bir ruh da var (Mat. 12:43-45). İsa Özü “MüqəddəsRuhla dolu idi” (Lk. 4:1). “O, hər gün Müqəddəs Ruhla yenidənvəftiz olurdu” (Y. Uayt. Həyat dərsləri, səh. 139).

Lk. 11:9-13 Müqəddəs Ruhu mnecə ala biləcəyimizbarədə nə deyir? Bu ayələr Atanın bizə Müqəddəs Ruhubəxş etmək istəyini necə açır? ___________________________________________________________________________________________________________________________

Gizli axşam yeməyi zamanı İsa şagirdlərinə vəd etdi ki, on-lara Müqəddəs Ruhu göndərəcək. O, Ruhun təsəlliverici vəöyrədən xidmətini xüsusi vurğuladı, bu xidmət onlarınehtiyaclarını vaxtlı-vaxtında qarşılamalı idi. Lakin Məsihindirilməsindən sonra şərait dəyişdi və şagirdlər yeni çətinliklərləüzləşdilər.

Məsihin ölümündən sonra şagirdləri Müqəddəs Ruhualmalı idilər, İsanın bu barədəki vədinin mahiyyəti nədəidi? Həv. Iş. 1:4-8._______________________________________________________________________________________________________________________________________

Yalnız Həv. Iş. 1:5-də İsanın Müqəddəs Ruhla vəftizhaqqında sözləri yazılmışdır. Vəftizçi Yəhya da xüsusi birvəftizdən söz açırdı (Mat. 3?11; Yəh. 1:33), lakin bu, Məsihingöyə ucalmasından sonra baş verməli idi. Ruhla vəftiz olmaqnə deməkdir?

Həv. Iş. 1:8-də İsa Özü bunu paralel bir ifadə ilə izah edir.

29

Page 30: İsanın Təlimi (III rüb 2014-сi il)

“Müqəddəs Ruh üzərinizə enəndə” (Həv. Iş. 1:8) siz“Müqəddəs ruhla vəftiz olacaqsınız” (Həv. Iş. 1:5). Vəftiz olmaq– nəyəsə tamamilə gömülmək deməkdir, adətən bu, suda başverir. Müqəddəs Ruhla vəftiz o deməkdir ki, insan tamamiləMüqəddəs Ruhun təsiri altındadır, Ruhla doludur (Ef. 5:18). Butəcrübə “bir dəfə və həmişəlik” baş vermir, daim yenilənməsitələb olunur.

Əgər birisi sizdən soruşsa ki, “Siz nə vaxtsa MüqəddəsRuhla dolmusunuzmu” necə cavab verərsiniz və nə üçünelə cavab verərsiniz?

Cümə, 18 iyul

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN:

Y. Uaytın “İmanlılar cəmiyyəti üçün şəhadət” kitabının 8-cicildindən “Vəd olunmuş qüvvə” fəslini (səh. 19-23),“Həvarilərin işləri” kitabından “Ruh ənamı” fəslini oxuyun (səh.47-56).

“İstənilən vaxtda və istənilən yerdə, bütün kədər vəiztirablarda, gələcəyin qaranlıq və keçilməz göründüyü zaman-larda, özümüzü çarəsiz və tənha hiss etdiyimiz zamanlarda,imanla etdiyimiz dualara cavab olaraq bizə Vəsatətçigöndəriləcək. Şərait bizi yer üzündəki bütün dostlarımızdanayıra bilər, lakin heç bir hadisə, heç bir məsafə bizi göylərinTəsəllivericisindən ayıra bilməz. Harada olsaq da, hara getsəkdə, O, həmişə bizə kömək etmək, dəstək olmaq,möhkəmlətmək və ruhlandırmaq üçün yanımızdadır” (Y. Uayt.Əsrlərin arzusu, səh. 669).

“Müqəddəs Ruh – Onun Öz xalqının əxlaqi cəhətdənyüksəlişi üçün Atadan istəyə bildiyi bütün ənamlardan ənböyüyü idi. Ruh dirçəldici təsir göstərməlidir, O olmadanMəsihin qurbanı mənasız olardı. Əsrlər keçdikcə, şərin təsiridə artır və insanların özlərini şeytanın əsarətinə təslimetdirmələri doğrudan da heyrət doğurur. Yalnız İlahi Üçlüyün

30

Page 31: İsanın Təlimi (III rüb 2014-сi il)

üçüncü Şəxsiyyəti, Müqəddəs Ruh sayəsində günahamüqavimət göstərmək və onunla mübarizə aparmaq olar. OÖzünü şəkli dəyişmiş enerjidə göstərmir, əksinə insanın ürəyinitəmizləyən İlahi qüvvəni tamlığı ilə açır. Ruh – dünyanınXilaskarının etdiyi hər şeyi kəsərli edir” (eyni kitabda, səh.671).

Müzakirə üçün suallar:

İnsanın özünü yüksəltməyə meylli olduğunu nəzərəalsaq, Müqəddəs Ruhun təvazökar və itaətli fəaliyyətibizə hansı ibrət dərsini verir?

Nikodimlə söhbətində İsa Müqəddəs Ruhun işiniküləklə müqayisə edirdi. Bu müqayisədən hansıruhani dərsləri götürə bilərik?

Bəzi adamlar iddia edirlər ki, Müqəddəs Ruhla vəftizolunmanın şəhadəti dillərdə danışmaq qabiliyyətidir.Bu cür iddialara necə cavab verməliyik?

Biz belə hesab edirik ki, Müqəddəs Ruh hər bir in-sana ayrı-ayrılıqda təsir edir və bu, doğrudur. Eyni za-manda bir bədən olaraq Onun bizim İmanlılarcəmiyyətində iştirakının reallığını necə yaşaya bilərik?

Dərs 419-25 iyul

XİLAS

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 18:9-14;Yəh. 6:44; Lk. 15:3-10; Mat. 20:28; Yəh. 8:34-36; Yəh. 6:35,47-51.

Yadda saxlanacaq ayə: “Çünki Allah dünyanı eləsevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Onaiman edən hər kəs həlak olmasın, amma əbədi həyatamalik olsun” (Yəh. 3:16).

31

Page 32: İsanın Təlimi (III rüb 2014-сi il)

İnsanlar çox vaxt deyirlər ki, ölüm – həyatın bir hissəsidir.Xeyr, ölüm – həyatın bir hissəsi deyil, həyatın başa çatmasıdır.Lakin biz ölümün gerçəkliyinə o qədər alışmışıq ki, bu yanlıştərifi veririk, onu əslində olmadığı bir şəkildə qələmə veririk. Buməsələni necə başa düşməyimizdən asılı olmayaraq, bir şeyidəqiq deyə bilərik: Allahın köməyi olmasaydı, bizim hamımızınümumi aqibəti əbədi ölüm olardı.

Xoşbəxtlikdən bu kömək gəldi. Allah Özünün sonsuzməhəbbətində bizə Məsih vasitəsilə xilas təklif edir. MələkMessiyanın doğuluşunu xəbər verəndə, Ona İsa adını verdi(ibranicə bu sözün mənası”xilas” deməkdir), “çünki O Özxalqını günahlarından xilas edəcək” (Mat. 1:21).Həftə ərzində İsanın xilasedici işini nəzərdən keçirəcəyik. İlknövbədə xilasımızın əsasına, sonra isə nəticələrinə diqqətyetirəcəyik.

Müqəddəs Kitab günahımızın əvəzini ödəmək üçün yalnıziki yolun olduğunu aydın şəkildə qeyd edir: ya biz özgünahlarımızın əvəzini odlu göldə ödəyirik, ya da Məsihimbizim əvəzimizə çarmıxda ödədiyi fidiyəni qəbul edirik. AllahınMəsih vasitəsilə verilmiş səxavətli lütf ənamını nəzərdənkeçirərkən, şəxsi Xilaskarımız olan İsaya imanımızı bir dahahəlimliklə yeniləyək.

Bazar, 20 iyul

XİLAS – ALLAHIN ƏNAMI

Yəh. 3:16-da Allahın bizim xilasımız üçün hıyatakeçirdiyi işləri təsvir etmək üçün iki feldən istifadə olunur.Bu fellər hansılardı və bir-biri ilə nə kimi əlaqəsi var? Bufellər xilasımızın mənbəyini necə açır?___________________________________________________________________________________________________

Bu gün “sevmək” sözü tez-tez başdansovma istifadəyəməruz qaldığına görə yunanca “aqapao” (“sevmək”) felinin

32

Page 33: İsanın Təlimi (III rüb 2014-сi il)

nəzərdə tutduğu səmimi marağın dərinliyini tam aça bilmir.Əhdi-Cədiddə bu termin və onunla eyni kökdən olan “aqape”ismi (“məhəbbət”) Allahın Öz yaratdığı varlıqlara dərin vədəyişməyən məhəbbətini açır, halbuki o yaradılmışlar buməhəbbətə layiq deyillər. Məhəbbət – Allahın xasiyyətinin ənmühüm cəhətidir. İş sadəcə Onun bizi sevməsi ilə bitmir, OÖzü məhəbbətdir (1 Yəh. 4:8). Allahın məhəbbəti – hissələrə və ya üstünlük verilən şeylərəəsaslanmış bir impuls deyil. Onun məhəbbəti seçici deyil,bizim əməllərimizdən asılı deyil. Allah dünyanı sevdi, yənibütün insanları sevdi, buraya Onu sevməyənlər də daxildir.

Həqiqi məhəbbəti onun gördüyü işlərdən tanımaqmümkündür. Bəzən kimisə sevdiyimizi söyləyirik, lakinəməllərimiz bunun tam əksini göstərir (1 Yəh. 3?17, 18). LakinAllah belə deyil. Onun məhəbbəti öz əksini əməllərdə tapır.Məhəbbətlə idarə olunan Allah Öz Vahid Oğlunu bizimxilasımız üçün verdi. Allah bu davranışı ilə sahib olduğu hərşeyi bizə verdi, bizə Özünü verdi.

Lk. 18:9-14-ü oxuyun. Allaha və Onun lütfünəmünasibətimiz necə olmalıdır?_______________________ ____________________________________________________________________________________________________

Bu məsəli dəfələrlə oxumuşuq və İsanın hökmü artıq bizitəəccübləndirmir: “Sizə deyirəm ki, o farisey yox, vergiyığanevinə saleh sayılaraq getdi” (Lk. 18:14). Lakin İsanındinləyiciləri Onun bu sözlərini eşidəndə yəqin ki heyrətəgəldilər. Məgər bu ədalətli idi?

Əlbəttə, yox! Günahkar layiq olmadığı bəraəti almışdı.Lakin xilasın məğzi bu cürdür. Bu, Allahın ənamıdır. Ənamıqazanmırlar, sadəcə qəbul edirlər. Biz xilası satın ala bilmərik,sadəcə onu ala bilərik. İsa “lütf” sözündən çox nadir hallardaistifadə etsə də, aydın şəkildə öyrədirdi ki, xilas lütfə görə ver-ilir, yəni insan layiq olmadığı bir şeyi alır.

Əgər Allah bizə layiq olduğumuzu versəydi, nə alardıqvə nə üçün?

33

Page 34: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar ertəsi, 21 iyul

XİLAS: ALLAHIN TƏŞƏBBÜSÜ

Müjdəni sadəcə oxuyarkən görürük ki, bütünlükdə özxilasımızı Allaha borcluyuq. İsa bu dünyaya bizim dəvətimizəgörə gəlmədi, ona görə gəldi ki, Özünü bizim uğrumuzda qur-ban vermək qərarını könüllü sürətdə qəbul etdi və Ata bizəolan məhəbbətinə görə Onu Yer üzünə göndərdi. Məsih Özüdəfələrlə deyirdi: “Məni O göndərdi”, “Məni göndərən Ata”(bax. Yəh. 7:28; 8:29; 12:49). Allah bizim xilasımız üçün başqa nə edir? Yəh. 6:44.___________________________________________________________________________________________________

Biz günahkar olsaq da və Allahı sevməsək də, O, bizi sevdivə Oğlu vasitəsilə günahlarımızın bağışlanmasının qayğısınaqaldı (1 Yəh. 4:10). Bu heyrətamiz məhəbbət bizi Ona cəzbedir.

İlahiliyin bütün Şəxsiyyətləri bizim xilasımızda iştirak edir:Ata, Oğul və Müqəddəs Ruh. İsa bu dünyaya müəyyən bir mis-siya ilə gəldi. “Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etməküçün gəlmişdir” (Lk. 19:10). Hər dəfə biz Onun yerdən yuxarıqaldırılmasını seyr edəndə, bizi Özünə cəzb edir (Yəh. 12:32).

Rəbbimiz bizi xilas etmək üçün göstərdiyi cəhdlərdə nəqədər uzağa getməyə hazırdır? Lk. 15:3-10.__________________________________________________________________________________________

Bu iki məsəl göstərir ki, Allah passiv şəkildə gözləmir ki, bizOna gələn, əksinə fəal şəkildə bizi axtarır. Allahımız – axtaranAllahdır. Uzaq təhlükəli yerdə azmağımızdan və ya özevimizdə itib batmağımızdan asılı olmayaraq, Rəbb bizi tapanaqədər yorulmadan axtaracaq.

“Bu tək quzunun itdiyini bilən kimi çobanın ürəyininarahatlıq bürüyür. O, sürünü təkrar-təkrar sayır. Quzununhəqiqətən itdiyinə əmin olan kimi bir dəqiqə belə itirmir.

34

Page 35: İsanın Təlimi (III rüb 2014-сi il)

Doxsan doqquz quzunu axırda qoyaraq, itmiz quzunuaxtarmağa gedir. Gecə getdikcə daha qaranlıq və yol da dahatəhlükəli olduqca, çobanın narahatlığı da artır və daha böyüksəylə axtarır. Bu itmiş quzunu tapmaq üçün əlindən gələni edir.

Quzunun uzaqdan zorla eşidilən mələməsini duyandaböyük bir rahatlıq hiss edir. Həmin səsə doğru can ataraq,sıldırım qayalara dırmaşır, uçurumun kənarı ilə gedərək özhəyatını təhlükəyə məruz qoyur. Budur, nəhayət onunsəylərinin nəticəsi görünür: itmiş tapıldı” (Y. Uayt. Həyatdərsləri, səh. 187, 188).

Çərşənbə axşamı, 22 iyul

ZƏRURİ ÖLÜM

Vəftizçi Yəhya İsanı “dünyanın günahını aradan götürən”Allah Quzusu adlandırır (Yəh. 1:29). Məbəddə həyata keçirilənqurbangətirmə mərasimi ilə və Əhdi-Ətiqin din tarixi ilə tanışolan hər bir israilli bu obrazı tamamilə başa düşürdü. İbrahiminandı ki, “yandırma qurbanı olacaq quzunu Allah Özühazırlayacaq”; Rəbb doğrudan da İshaqın yerinə qurbanolaraq təqdim etmək üçün heyvanı bəxş etdi (Yar. 22:8, 13).Misirdə ikən israillilər quzu qurbanını xalqının Allah tərəfindənMisir köləliyindən azad edilməsinin simvolu olaraq təqdimetmişdilər (Çıx. 12:1-13). Daha sonra, müqəddəs yerdə xidməttəşkil olunduqdan sonra hər gün qurbangahda hökmən ikiquzu qurban verilirdi: biri səhər, biri axşam (Çıx. 29:38, 39).

Bütün bu qurbanlar gələcək olan Məsihin simvolları idi, O,“kəsilməyə aparılan quzu kimi idi”, çünki “Rəbb hamımızın şərəməllərinin yükünü Onun üzərinə qoydu” (Yeş. 53:6, 7). Bunagörə də İsanı “dünyanın günahını aradan götürən” AllahQuzusu kimi təsvir edərkən Vəftizçi Yəhya Məsihin xilasediciölümünün əvəzedici təbiətini açır.

Öz xidməti ərzində İsa dəfələrlə Öz ölümündən bəhsetmişdi, halbuki şagirdləri Onun niyə ölümə məhkum olduğunu

35

Page 36: İsanın Təlimi (III rüb 2014-сi il)

başa düşməkdə çətinlik çəkirdilər (Mat. 16:22). İsa Özölümünün daşıdığı böyük məqsədi tədricən onlara izah etdi.

İsa bizim Əvəzedicimiz kimi ölməli olduğunu göstərməküçün hansı obrazlı ifadələrdən istifadə edirdi? Mat. 20:28;Yəh. 10:11.________________________________________ ____________________________________________________________________________________________________

“Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verənadamın məhəbbətindən üstün ola bilməz” (Yəh. 15:13), - in-sanlar bu qurbanı başa düşməsələr və qəbul etməsələr də, bubəyanat həqiqət olaraq qalır. İsa çarmıxda “günahlarınbağışlanması üçün çoxları uğrunda” Öz qanını axıtdı (Mat.26:28).

Qeyd etmək lazımdır ki, İsa könüllü surətdə öldü.Bəşəriyyəti satın almaq üçün Ata Öz Vahid Oğlunu verdiyi kimi,Oğul da Öz həyatını verdi. Bunu etməyə Onu heç kim məcburetmədi. “Canımı Məndən heç kəs ala bilməz, amma onu Özümverirəm” – İsa bəyan edirdi (Yəh. 10:18). Hətta İsanı açıq-açıq rədd edən və Onu öldürmək üçün sui-qəsd hazırlayan Qayafa belə dediklərinin mahiyyətini özü anla-masa da, İsanın əvəzedici ölümü haqqında şəhadət vermişdi(Yəh. 11:49-51).

Məsihdə verilən xilasa görə insanların Allaha nə qədərnaşükür olduqlarını düşünün. Bizim də eyni tələyədüşmədiyimizə necə əmin ola bilərik? Nə üçün xüsusilə çətinanlar yaşadığımız zaman bu tələyə düşmək daha asandır?

Çərşənbə, 23 iyul

GÜNAHDAN AZADLAR

Məsih olmadan biz günahın qulları idik, pozğun insantəbiətimizin günahlı impulslarının qullar idik. Biz Allahın izzətiüçün yaşamaq əvəzinə özümüzü məmnun edərək xudbinhəyat yaşayırdıq. Bu cür ruhani köləliyin qaçılmaz nəticəsi isə

36

Page 37: İsanın Təlimi (III rüb 2014-сi il)

ölümdür, çünki ölüm günahın əvəzidir. Lakin İsa “əsirlərə azadlıq... məzlumları sərbəstliyə buraxmaqüçün” gəldi (Lk. 4:18). Bunlar hərfi mənada qullar deyil,şeytanın ruhani qullarıdır (bax. Mk. 5:1-20; Lk. 8:1, 2). İsaVəftizçi Yəhyanı Hirodun zindanından çıxarmadı, lakin günahlıhəyatın zəncirləri ilə buxovlanmışları sərbəstliyə buraxdı,onları ağır təqsir yükündən və əbədi hökmdən azad etdi.

Verilmiş ayələrdə hansı böyük vəd verilmişdir? Yəh. 8:34-36. __________________________________________________________________________________________________________________________________________

36-cı ayədə istifadə olunmuş “həqiqətən də” sözü göstərirki, yalançı azadlıq da var, bu yalançı azadlıq insanlarıbuxovlayır və onlar Allaha qarşı çıxmağa davam edirlər. İsanındinləyiciləri ümid edirdilər ki, onların İbrahimlə əlaqəsiazadlığın zəmanətidir. Biz də bu cür təhlükəyə məruzuq.Düşmən istəyir ki, xilas məsələsində biz Məsihdən başqa hərşeyə inanaq, məsələn, doktrinalar haqqında biliyı, şəxsimöminliyə, xeyirxahlığa, Allaha xidmətdə iştiraka. Nə qədərmühüm olsalar da, sadalanan bu şeylərdən heç biri bizi günah-dan və günahın hökmündən azad etməyə qadir deyil.

Yeganə həqiqi Azadedici heç vaxt günaha boyun əyməyənOğuldur. İsa böyük məmnuniyyətlə insanların günahlarınıbağışlayırdı. Dörd nəfər iflic adamı Onun yanına gətirəndə, Obilirdi ki, bu adam öz pozğun həyat tərzi nəticəsindəxəstələnib, eyni zamanda bilirdi ki, iflic adam artıq tövbə edib.Rəbb onun yalvarış dolu baxışlarında ürəyinin bağışlanmaarzusunu və yeganə Köməkçisi olan İsaya imanını görürürdü.İsa ona nəvazişlə dedi: “Oğlum, günahların bağışlandı” (Mk.2:5). Bu, iflic adamın ömrü boyunca eşitdiyi ən gözəl sözlər idi.Onun düşüncəsi ümidsizlik yükündən azad oldu, bağışlanmaqəlbini sülhlə doldurdu. Məsihdə ruhani və fiziki şəfa tapdı.

Fariseyin evində günahkar qadın İsanın ayaqlarını gözyaşlarıyla yudu və ətirli yağ çəkdi (Lk. 7:37, 38). İsa fariseyinbu işə yaxşı baxmadığını başa düşdüyünə görə ona izah etdi:

37

Page 38: İsanın Təlimi (III rüb 2014-сi il)

“Bu qadının çox olan günahları bağışlandı” (Lk. 7:47). SonraO, qadına dedi: “Sənin günahların bağışlandı” (Lk. 7:48).

“Sənin günahların bağışlandı”. Nə üçün bu bizim nəvaxtsa eşitdiyimiz ən yaxşı sözlərdir?

Cümə axşamı, 24 iyul

MƏSİH ƏBƏDİ HƏYAT

Biz günahkarlarıq və buna görə də ölümə layiqik. LakinMəsih çarmıxda bizim yerimizi tutdu və ölümü daddı, əks haldabu ölümü biz dadmalıydıq. Təqsirsiz ola-ola O, bizimtəqsirimizi öz üzərinə götürdü və cəzamızı çəkdi ki, bizgünahlarımızdan tövbə edərək günahsız elan edilək. Onunvasitəsilə biz ölüm əvəzinə əbədi həyat alırıq. Yəh. 3:15-dəbizə heyrətamiz bir vəd verilmişdir: “Ona iman edən hər kəsəbədi həyata malik olsun”; bu vəd Yəh. 3:16-da təkrarlanır.Bəziləri fikirləşir ki, hətta Məsihi Xilaskar kimi qəbul etsələr də,əbədi həyat vədi yalnız Onun İkinci gəlişindən sonra gerçəkolacaq. Lakin xilas vədi indiki zamanda ifadə olunmuşdur:“Oğula iman edən şəxs əbədi həyata malikdir” (Yəh. 3:36).Məsihən iman edən indi “əbədi həyata malikdir” və “ona hökmçıxarılmayacaq”, “əksinə, ölümdən həyata keçib” (Yəh. 5:24).Beləliklə, biz hətta ölüb, qəbirdə dincəlsək də, bu müvəqqətiyuxu əbədi həyat gerçəkliyini əksiltmir.

İsa bizim Xilaskarımız olduğu zaman həyat tamamilə yeniməna kəsb edir və biz onun verdiyi nemətlərdən və tamlıqdanzövq ala bilərik. “Mən gəldim ki, həyata, bol həyata malikolsun” (Yəh. 10:10). Həqiqi zövq verməyə qadir olmayanmüvəqqəti dünyəvi həzlər yerinə, Xilaskar bizə Ondatükənməyən məmnunluqla dolu tamamilə fərqli bir həyat təklifedir. Bu yeni xeyir-dualı həyat bizim bütün varlığımızı bürüyür.İsa çox sayda adamın fiziki həyatını bərpa etmək üçün çoxmöcüzələr yaradıb. Lakin hər şeydən çox O istəyirdi ki, onlarayenilənmiş, günahlardan təmizlənmiş, Ona imanla və xilasa

38

Page 39: İsanın Təlimi (III rüb 2014-сi il)

ümidlə dolu ruhani həyat bəxş etsin. İsa Onu Xilaskar kimi qəbul etməyin nəticələrini ifadə

etmək üçün hansı metafordan istifadə edirdi? Bu, bizimgündəlik həyatımızda nə kimi əhəmiyyət kəsb edir? Yəh.6:35, 47-51.____________________________________________________________________________________________________________________________________________

Əbədi həyat konsepsiyası haqqında düşünün. Bu,sadəcə bitməyən mövcudiyyət deyil, bu, yeni yerdə Allahlaünsiyyət sevgisi ilə dolu xeyir-dualı, sevincli, xoşbəxthəyatdır. İndiki dünyada yaşamağa davam edərkən, əbədihəyatı dərk etməkdən (heç olmasa bir az) necə zövq alabilərik?

Cümə, 25 iyul

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

Y. Uaytın “Allaha aparan yol” kitabından “Günahkarın Xi-laskara ehtiyacı var” fəslini (səh. 17-22); “Seçilmiş müjdələr”kitabının 1-ci cildindən “1883-cü ildə baş qaldırmış sual” fəslini(sıhş 350-354) oxuyun.

“Çarmıxa çəkilmiş Xilaskara baxaraq Göylərin Əzəmətininverdiyi qurbanın əhəmiyyətini və mənasını daha tam şəkildədərk edirik. Xilas planının gözəlliyini dərk edirik, Qalqotahaqqındakı düşüncələr isə ürəklərimizdə müqəddəs hisslərdoğurur. Qəlbimiz və dilimizlə Allahı və Quzunu izzətləndiririk,çünki Qalqota iztirablarını hafizəsində qoruyan insanlardatəkəbbür və özünü bəyənmişlik kök sala bilməz.

Xilaskarın müqayisəolunmaz məhəbbətini görən insanındüşüncələri yüksəlir, ürəyi təmizlənir, bütün mahiyyəti dəyişilir.O, dünyaya işıq olur və bu sirli məhəbbəti müəyyən dərəcədəəks etdirir. Məsihin çarmıxını nə qədər çox düşünsək,həvarinin bu sözlərinin o qədər yaxşı başa düşərik: “MənsəRəbbimiz İsa Məsihin çarmıxından başqa heç bir şeylə əsla

39

Page 40: İsanın Təlimi (III rüb 2014-сi il)

öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxaçəkildi, mən də dünya üçün çarmıxa çəkildim” (Qal. 6:14)” (Y.Uayt, Əsrlərin arzusu, səh. 661).

Müzakirə üçün suallar:

Xilas bir ənamdır, deməli onun üçün dəyər ödəməklazım deyil. Elə isə məgər onun heç bir dəyəri yoxdur?Bu ənamı qəbul etmək bizə nəyin bahasına başa gəlirvə nə üçün xilas ənamı yenə də dünyadakı hər şeydəndaha qiymətlidir?

Bazar ertəsi xilasın Allahın təşəbbüsünün nəticəsiolduğuna dair ayələr oxuduq. O, bizi xilas etmək üçünÖz tərəfindən əlindən gələni edir. Bununla belə İsadeyirdi ki, biz Allahın Padşahlığını və Onun salehliyiniaxtarmalıyıq (Mat. 6:33). Xilaskarın “dar qapıdangirməyə çalışın” sözləri o deməkdir ki, biz xilasaxtarışında səy göstərməliyik. Bunu necə izah edəbilərik?Isanın çarmıxdakı ölümü Allahın ədalətini vəmərhəmətini necə açır?

Əgər biz öz səylərimizlə, yaxşı əməllərimizlə və yaQanuna sərbəst şəkildə əməl etməklə əbədi həyatıqazana bilsəydik, bu, günahın ciddiliyini necə açardı?Düşünün, günah o qədər dəhşətlidir ki, yalnız İsanınölümü bizi günahdan satın ala bildi!Dindar yəhudilər şənbəni əbədi həyatı dadmaq hesabedirlər. Nə üçün bu fikri (şənbədə öz əksini tapmışəbədi həyatı) kifayət qədər ağıllı fikir hesab edəbilərik?

40

Page 41: İsanın Təlimi (III rüb 2014-сi il)

Dərs 526 iyul – 1 avqust

XİLASI NECƏ ƏLDƏ ETMƏLİ

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 5:27-32;13:1-5; Mat. 22:2-14; Zək. 3:1-5; Yəh. 8:30, 31; Lk. 14:25-27.

Yadda saxlanacaq ayə: “Musa çöldə ilanı yuxarıqaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki,iman edən hər kəs Onda əbədi həyata malik olsun” (Yəh.3:14, 15).

Səhrada israilliləri ilan sancanda Allah Musaya misdən birilan düzəltməyi və uzun bir ağacdan asmağı tapşırmışdı ki, ilansancmış hər kəs ona baxsın və sağ qalsın.

Misdən hazırlanmış bir ilanın nə kimi şəfavericixüsusiyyətləri ola bilər? Heç bir. Şəfa Allahdan gəlirdi. Lakinmisdən hazırlanmış bu əşyaya baxarkən, israillilər həyata vəxilasa yeganə ümid yeri kimi Allaha imanlarını nümayişetdirirdilər.

Rəbb onlara ruhani dərs vermək istəyirdi. O, ölüm simvol-unu həyat simvoluna çevirmişdi. Misdən ilan bizim xilasımıznaminə günahlarımızın Daşıyıcısına çevrilmiş Məsihin simvoluidi. Biz çarmıxdan asılmış Məsihə imanla baxa və qədim ilanın,şeytanın ölümcül sancmasından şəfa tapa bilərik. Əks haldabiz öz günahlarımızda ölməyə məhkumuq. Allahın Kəlamı bizədanılmaz bir həqiqəti açır: insan olaraq biz, lütfə ehtiyacı olangünahkarlarıq, bu lütf isə bizə İsa Məsihdə təklif edildi.

Həftə ərzində biz xilas üçün zəruri praktiki addımlarla bağlıMəsihin təlimlərini araşdıracağıq.

41

Page 42: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar, 27 iyul

ÖZ EHTİYACIMIZI ETİRAF ETMƏK

Lk. 5:27-32-i oxuyun. Burada adı çəkilən insanqruplarının hansına mənsub olduğunuzu necə öyrənəbilərsiniz?_____________________________________ ______________________________________________

Bir çox insanlar fiziki cəhətdən sağlamdırlar və həkiməehtiyacları yoxdur. Lakin kim həqiqətən ruhani cəhətdənsağlamdır? İnsanlar arasında “bir nəfər də olsun yaxşı iş görənyoxdur” (Məz. 14:3), “saleh olan yoxdur, bir nəfər belə, yoxdur”(Rom. 3:10). Biz doğru əməllər edə bilərik, lakin özümüzüAllah qarşısında saleh edə bilmərik. İsa “salehləri çağırmaqüçün gəlmədiyini” deyəndə (Lk. 5:32), özlərini saleh hesabedən fariseyləri nəzərdə tuturdu, əslində onlar saleh deyildilər.Allahın gözündə yaxşı göründüklərini düşünsələr də, təəssüfki, ruhani cəhətən kor idilər (Yəh. 9:40, 41).

Beləliklə, günahdan şəfa almaq üçün ilk addım öz günahlıvəziyyətini və öz-özünə şəfa vermək iqtidarında olmadığını eti-raf etməkdir. Lakin əgər biz kpruqsa, onda həqiqi ehtiyacımızınecə görə bilərik? Əgər günahlarımız bizə öz cari vəziyyətimizigörmək imkanı vermirsə, onda günahkar olduğumuzu necə eti-raf edək?

Xilaskara böyük ehtiyacımızı dərk etməyimiz üçünruhani gözlərimizi kim aça bilər? Yəh. 16:8.____________________________________________________________________________________________________

Öz həqiqi ruhani vəziyyətimizi görməyimizə kömək etməkiqtidarında olan yeganə “göz mərhəmi” Müqəddəs Ruhdur. O,bizdə hər hansı bir işi icra etməzdən öncə bizim günahlarımızıifşa etməlidir. O, inadla bizim vicdanımıza səslənir ki, biz özgünahlarımızı dərk edək və dərin təqsirkarlıq hissi duyaq;yalnız o zaman Xilaskara böyük ehtiyacımızı görəcəyik. Buçağırışı eşidərkən ona tabe olmalıyıq, əks təqdirdə tezliklə

42

Page 43: İsanın Təlimi (III rüb 2014-сi il)

Müqəddəs Ruhun təsirinə qarşı o qədər hissiyyatsız olacağıqki, O artıq bizim üçün heç bir şey edə bilməyəcək. Necədəhşətli bir fikirdir!

Bəzən təqsirkarlııq hissi gücümüzə görə olmayan biryükə çevrilə bilsə də, yenə də Müqəddəs Ruh bu hissdənbizim ruhani rifahımız üçün necə istifadə edə bilər?

Bazar ertəsi, 28 iyul

TÖVBƏ

Sadəcə öz günahlarını etiraf etmək kifayət etmir, etirafınardınca tövbə gəlməlidir. Müqəddəs Kitabda tövbə anlayışı üçvacib aspekti nəzərdə tutur: öz günahını etiraf etmək, edilmişgünaha görə dərin kədər və günah etməmək arzusu. Əgər buaspektlərdən biri çatışmırsa, həqiqi tövbə baş vermir. Məsələn,Yəhuda öz günahını etiraf etdi, lakin öz Müəllimini ələverdiyinə görə dərin kədər duymurdu (Mat. 27:3, 4). Vicdanıonu incidirdi, lakin həqiqi tövbə baş verməmişdi. Onun etirafıMəsihə məhəbbətdən deyil, mümkün nəticələrdən qorxmaq-dan irəli gəlirdi.

Tövbənin zəruriliyini bir faktda görə bilərik ki, Vəftizçi Yəhyavə İsa öz xidmətlərini başlayarkən belə təbliğ edirdilər: “Tövbəedin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb” (Mat. 3:2; 4:17).Daha sonra, İsa on iki şagirdini ilk vəzçilik səfərinə yolasalarkən, onlar da “tövbəni” təbliğ edirdilər (Mk. 6:12). Əllincigündən sonra da Peter xalqı tövbəyə çağırmışdı (Həv. Iş..2:38; 3:19).

İsa hər bir insanın xilas əldə etməsi üçün tövbəyəehtiyacı olduğunu necə vurğulayırdı? O bizə hansıxəbərdarlığı verir? Lk. 13:1-5.___________________________________________________________________

İsa bütün insanların günahkar olduqlarını bəyan edirdi, onagörə də Öz dinləyicilərinə xəbərdarlıq edirdi: “Tövbəetməsəniz, hamınız onlar kimi məhv olacaqsınız” (ayə 5).

43

Page 44: İsanın Təlimi (III rüb 2014-сi il)

Tövbə olmadan satın alınma mümkün deyil, çünki tövbəninolmaması göstərir ki, insanlar Rəbbə etibar etməkdən imtinaedirlər.

Həvari Paul xüsusi qeyd edirdi: “Allahın xeyirxahlığı sənitövbəyə yönəldir” (Rom. 2:4). Bu nə deməkdir? Buz parçasıxırda hissəciklərə parçalana bilər, lakin bu hissəciklər buzolaraq qalacaqlar. Lakin həmin buz parçasını odun yaxınlığınaqoymaq olar, onda buz əriyərək suya dönəcək.Məğrurluğumuzun buzu yalnız o zaman əriyə bilər ki,Allahımızın lütfünün və məhəbbətinin istisi bizə təsir etsin. Onagörə də Allahın məhəbbətinin şəhadətinə mümkün qədər tez-tez nəzər salmalıyıq. “Biz Allah bizi sevsin deyə tövbə etmirik, əksinə O Özməhəbbətini bizə açır ki, biz tövbə edə bilək” (Y. Uayt. Həyatdərsləri, səh. 189).

Allahın məhəbbətinə dair hansı sübutları irəli sürəbilərsiniz? Sizin yaşadığınız və ya başqalarının yaşadığıhansı anlar Allahın lütfkarlığına daha çox etibar etməyəəmin edir? Nə üçün bu təcrübələri həmişə, xüsusilə dəçətin anlarda yada salmaq vacibdir? Çərşənbə axşamı, 29 iyul

İSAYA İNANMAQ

Həqiqi tövbə yeganə Xilaskarımız olan İsaya imanla yan-yana gedir. İsa Ondan xeyir-dua almaq üçün Ona inanmağınvacib olduğunu tez-tez söyləyirdi. “İman edən üçün hər şeymümkündür” (Mk. 9:23). İman xilas üçün hədddindən artıqvacibdir. Şeytan bunu bilir, ona görə də iman etməyimizə maneolmaq üçün var gücü ilə səy göstərir (Lk. 8:12).

İsanın təliminə əsasən, iman etmək nə deməkdir? Bu,birdən nə isə baş verəcəkmiş kimi həyəcanlı bir hiss deyil. Bu,zehni məşğələ də deyil. Xilasedici imanın müəyyən hədəfi var– İsa Məsih. Yalnız nəyəsə deyil, əsas etibarilə Kiməsə imanetmək mümkündür. İman – İsaya etibardır, Onun bizim

44

Page 45: İsanın Təlimi (III rüb 2014-сi il)

uğrumuzda ölümünə ümid bağlamaqdır. İsaya inanmaq – Onutanımaq, Onun Kim olduğunu bilmək (Yəh. 6:69) və Onuşəxsən qəbul etməkdir (Yəh. 1:12). Allah dünyanı elə sevdi ki, İsanı verdi, bunu ona görə etdi ki,Ona həqiqətən iman edənlər əbədi həyatı miras alsınlar. LakinOnun ölümü hamının xilas olacağı demək deyil. Biz Onunsalehliyinə bürünməliyik. Ona iman edərkən salehlik qazanırıq,son gündə Onun bizi dirildəcəyi haqqında vədə əminlik əldəedirik (Yəh. 6:40). İsa Məcdəlli Məryəmə dedi: “Sənin günahların bağışlandı...İmanın səni xilas etdi” (Lk. 7:48, 50).

Bu nə deməkdir? İmanımız bizi xilas edirmi?____________________________________________________________________________________________________

Müjdələrdə yazılanlara görə, İsa bəzi adamlara şəfaverəndə belə deyirdi: “İmanın səni xilas etdi” (Mat. 9:22; Mk.10:52; Lk. 17:19). Bu sözləri dilə gətirərkən Rəbb onlarınimanının hansısa şəfaverici qüvvəyə malik olduğunu nəzərdətutmurdu. Onların imanı İsanın şəfa verməyə qadir qüvvəsinətamamilə ümid bağlamaqdan ibarət idi. İman qüvvəsi imanlı in-sandan deyil, bu insanın inandığı Allahdan gəlir.

Nə üçün duada imanın rolunu çox diqqətlədəyərləndirməliyik, xüsusilə də şəfa diləyərkən? Yuxarıdaqeyd etdiyimiz ayələri nəzərə alsaq, bu fikrə gəlmək nəüçün yanlışdır: əgər duamız nəticəsində xilas almırıqsa,deməli kifayət qədər inamımız yoxdur?

Çərşənbə, 30 iyul

TOY LİBASI

İsa bəzən dinləyicilərini heyrətə gətirən sözlər deyirdi:“Əgər sisin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindənartıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz” (Mat.5:20). Qanunu fariseylərdən daha dəqiqliklə hərfən həyata

45

Page 46: İsanın Təlimi (III rüb 2014-сi il)

keçirən az adam tapılardı. Bununla belə onlar uğursuzluğadüçar oldular, çünki Allaha itaət göstərməkdən daha çox, in-sanlarda təəssürat yaratmağa can atırdılar. İsa bu cür səhvəqarşı bizi xəbərdar edir (Mat. 6:1). Allahın qarşısında hansı yolla saleh ola bilərik? Toy ziyafətihaqqındakı məsəl həqiqi salehlik mənbəyinə işarə edir.

Mat. 22:2-14-ü oxuyun. Nə üçün padşah hər bir qonağıntoy libası geyindiyinə əmin olmaq istəyirdi? Bu libas nəyisimvolizə edirdi? Həmçinin bax. Yeş. 61:10; Zək. 3:1-5. ____________________________________________________________________________________________________

Padşah qonaqlara toy libası paylamışdı, bu libas üçün haqqödəmək lazım deyildi. İştirakçılar təsadüfi şəkildə dəvətedilmişdilər. Onları müxtəlif yerlərdən toplamışdılar, yəqin kimünasib toy libasları yox idi, bəzilərinin isə toy libası almağapulu yox idi. Həm dəvət, həm də libaslar padşahın hədiyyəsiidi. İştirakçılardan tələb olunan yeganə şey – hər iki hədiyyəniqəbul etmək idi.

Eden bağında günaha batdığı gündən bəri insan ruhanicəhətdən çılpaqdır. Allaha itaətsizlik göstərən Adəm və Həvvaöz çılpaqlıqlarını hiss etdilər və əncir yarpaqları ilə örtünməyəçalışdılar. Lakin bu cür geyinmək həm narahat, həm də puç idi(Yar. 3:7). İnsanın öz səyi ilə əldə edə biləcəyi ən yaxşısalehlik murdar əski ilə müqayisə olunur (Yeş. 64:6).

Məsəldəki padşah kimi, Allah da bizə lazımi libası verir. O,Adəmlə Həvva üçün libaslar hazırladı və onları geydirdi (Yar.3:21), bu isə Onun tövbə edən günahkarı örtən salehliyininsimvolu idi. Rəbb Məsihin salehlik donunu Öz İmanlılarCəmiyyətinə də bəxş edir ki, o da “təmiz, parlaq və incə kətan”geyinə bilsin (Vəh. 19:8) və “ləkə, qırışıq yaxud başqa qüsurolmasın” (Ef. 5:27).

“Kətan – Məsihin Özünün salehliyi, Onun şəxsi qüsursuzxasiyyətidir, o, Məsihi öz şəxsi Xilaskarı kimi qəbul edən kəsəiman vasitəsilə verilir” (Y. Uayt. Həyat dərsləri, səh. 310).

Nə üçün biz başa düşməliyik ki, xilasımız Məsihin bizə

46

Page 47: İsanın Təlimi (III rüb 2014-сi il)

havayı verdiyi salehliyindən asılıdır? Nə üçün bunuhəmişə yadda saxlamalıyıq?

Cümə axşamı, 31 iyul

İSANIN ARDINCA GETMƏK

İman edərək öz ehtiyacımızı etiraf edəndə, tövbə edəndə,günahlarımızı etiraf edəndə və Məsihin salehliyinə ümidbağlayanda, Onun şagirdlərinə çevrilirik. İsa Öz xidmətiərzində Peter, Yaqub və Yəhya kimi müxtəlif insanları Onunşagirdi olmaları üçün dəvət etmişdi. Bu dəvət Məsihin ardıncagetmək naminə hər şeyi tərk etməyi nəzərdə tuturdu (Mat.4:20, 22; Mk. 10:28; Lk. 5:28). Demək olar ki, Müjdələrdə“ardınca getmək” feli “şagird” sözünün sinoniminə çevrilib. İsanın şagirdi olmaq üçün hansı iki vacib cəhət lazımdır?

Yəh. 8:30, 31.__________________________________________________________________________________________________________________________________________

Bəzi insanlar İsaya imanı Onun təliminin ardıcılı olmaqdanayırmağa çalışırlar, sanki birincisi ikincisindən daha vacibdir.Lakin İsa bu cür ayırmırdı. Həqiqi şagirdlik kontekstində hər ikiaspekti bir-biri ilə sıx bağlayırdı. İsanın şagirdi həm OnunŞəxsiyyətinə, həm də Onun sözlərinə sadiqdir. Doktrina vəimanın şəkillərinə həddindən artıq diqqət yetirib, İsanın Özününəzərdən qaçırmaq təhlükəsi həmişə olsa da, digər ifratçılığavarıb, Rəblə münasibətlərimizdə yalnız İsaya imanınəhəmiyyət kəsb etdiyini düşünməyin də təhlükəli olduğunubaşa düşməliyik.

Şagird olmaq nəyin bahasına başa gəlir? Lk. 14:25-27. __________________________________________________________________________________________________________________________________________

Isa “üstün tutmaq” (hərfi tərcümədə “nifrət etmək”) felindənhiperbola (şişirtmə) kimi istifadə edirdi ki, “daha az sevmək”

47

Page 48: İsanın Təlimi (III rüb 2014-сi il)

fikrini açsın. Bu hissəyə paralel olaraq Mat. 10:37 Onunsözlərinin mənasını açıqlayır: “Atasını ya anasını Məndən artıqsevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıqsevən də Mənə layiq deyil”. İsanın şagirdləri olmaq istəyiriksə,O, həyatımızda birinci yeri tutmalıdır.

Məsihin ardınca getmək və Onun şagirdi olmaq sizənəyin bahasına başa gəlir? Verdiyiniz cavab Rəbləmünasibətlərinizi necə açır?

Cümə, 1 avqust

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

Y. Uaytın “Allaha aparan yol” kitabından “ Tövbə” fəslini(səh. 23-32) oxuyun.

“Biz Məsihin vicdanı oyadan Ruhu olmadan tövbə edəbilmədiyimiz kimi, Məsih olmadan bağışlanma da əldə edəbilmərik” (Y. Uayt. Allaha aparan yol. Səh. 126).

“Qalqota çarmıxına çəkilmiş Allah Quzusuna baxarkənsatınalınmanın sirrini daha yaxşı başa düşməyə başlayırıq,Allahın mərhəməti bizi tövbəyə aparır. Günahkarların xilasınaminə ölümü ilə Məsih heç bir dərrakəyə sığmayanməhəbbət nümayiş etdirdi. Günahkar insanın dərk etdiyi buməhəbbət onun ürəyini yumşaldır, şüurunu əsir alır vəqəlbində tövbə yaradır” (eyni yerdə, səh. 26, 27).

“Həqiqi tövbə etmiş itaətkar və sarsılmış ürək heç olmasabir az Allahın məhəbbətini və Qalqotada verilmiş qurbanı dərkedə bilər. Oğul məhəbbətli atasının qarşısında öz səhvəməllərini etiraf etdiyi kimi, həqiqətən tövbə edən günahkar dabütün qanunsuzluqlarını Allaha açacaq. “Amma günahlarımızıetiraf ediriksə, - Müqəddəs Kitab deyir, - Allah sadiq və ədalətliolduğu üçün günahlarımızı bağışlayacaq və bizi hərhaqsızlıqdan təmizləyəcək” (1 Yəh. 1:9)” (eyni yerdə, səh. 41).

48

Page 49: İsanın Təlimi (III rüb 2014-сi il)

Müzakirə üçün suallar:

Bir çoxları təqsirkarlıq hissini spirtli içkilərlə,narkotiklərlə, dünyəvi həzlərlə və ya işlərə həddindənartıq gömülməklə basdırmağa çalışır. Nə üçün bumetodların heç biri səmərəli deyil? Bu vəziyyətdə olaninsanın təqsirkarlıq probleminin həqiqi həllinitapmasına necə kömək etmək olar?

“Tövbənin bəhrələrini” vermədən də günahları eti-raf etmək mümkündür. Nə üçün bu, həqiqi tövbədeyil? Bəs “tövbənin bəhrələri” nədir? Bəlkə bu, Al-laha məqbul olmağa çalışaraq edilən yaxşı əməllərdir?Öz cavabınızı izah edin.

Məsihin salehliyi bizə ənam olaraq verilsə də, çoxbaha başa gəlir, bu barədə düşünün. Biz bu salehliküçün heç nə ödəməsək də, Rəbbimiz bunun üçünçarmıxda misilsiz bir qiymət ödəməli oldu. Necə birdüşkün vəziyyətdə olduğumuzu düşünün, günahınbütün ciddiliyini təsəvvürünüzə gətirin, axı bizimxilasımız üçün Allahın Öz Oğlunun ölümü kimi buqədər “ekstremal bir şey tələb olundu!

Dərs 62-8 avqust

MƏSİHDƏ BÖYÜMƏK

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Yəh. 3:1-5;Mat. 13:33; 2 Kor. 5:17; Yəh. 15:4-10; Mat. 6:9-13; Lk. 8:23,24.

Yadda saxlanacaq ayə: “İsa ona cavab verdi:Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən

49

Page 50: İsanın Təlimi (III rüb 2014-сi il)

doğulmasa, Allahın Padşahlığını görə bilməz” (Yəh. 3:3).

Məsih Nikodimi cəlb edirdi, lakin o, Onun yanına açıqşəkildə gəlməyə cürət edə bilmirdi, ona görə də gecə gəldi.İsanı nəzakətlə salamladı, Onun Allahın yanından gələn birMüəllim olduğunu etiraf etdi. Rəbb bilirdi ki, bu ədəblisalamlamanın arxasında həqiqət axtarışına çıxmış bir adamdayanır, ona görə də bir an belə itirmədən Nikodimə dedi:onun nəzəri biliklərdən daha çox ruhani dirçəlişə, yenidəndoğulmağa ehtiyacı var.

Nikodim üçün çətin idi. İbrahimin nəslindən olduğuna görədüşünürdü ki, Allahın Padşahlığından onun yeri hazırdır. Həmdə son dərəcə dəqiq farisey olduğuna görə Allahın rəğbətinəhökmən layiq idi, elə deyilmi? Bu cür köklü dəyişikliyə nəehtiyacı var?

İsa səbirlə izah etdi ki, ruhani dəyişiklik – Müqəddəs Ruhunhəyata keçirdiyi fövqəltəbii bir işdir. Bunun necə baş verdiyinigörməsək də, çox vaxt başa düşməsək də, bu işin nəticələrinigörə bilərik. Buna dönüş, Məsihdə yeni həyat adlandırırıq.

Biz nəinki Rəbbin bizi necə çağırdığını və Özünədöndərdiyini unutmamalıyıq, həm də daim, hər gün Ondaolmalıyıq ki, bizi getdikcə daha çox Öz surətinə görə dəyişsin.

Bazar, 3 avqust

YENİDƏN DOĞULMA

Ciddi məsihçi olan qadın siyasi xadimlə qarşılaşdığı zamansoruşdu: “Siz yenidən doğulmusunuzmu?” Qadına elə gəldi ki,siyasətçi bu qədər şəxsi olan bir suala çox əsəbləşdi və cavabverdi: “İlk dəfədən alınıb, təşəkkür edirəm”.

Günaha batmış təbiətimizi nəzərə alsaq, ilk doğulmamızbizə kifayət etmir, ən azından əbədi həyat üçün yetərli deyil.Ona görə də yenidən, yuxarıdan doğulmalıyıq.

Yəh. 3:1-15- də İsanın Nikodim ilə söhbətini oxuyun.

50

Page 51: İsanın Təlimi (III rüb 2014-сi il)

Yenidən doğulmanın nə demək olduğunu İsa necə icahetdi?______________________________________________________________________________________________

Şübhəsiz, İsrailin müəllimi olan Nikodim “yeni ürəyə” sahibolmanın zəruriliyindən bəhs edən Əhdi-Ətiq Yazılarını bilirdi,Allahın bizdə “yeni ürək” yaratmaq istəyini də bilirdi (Məz.51:10; Yez. 36:26). İsa Nikodimə bu həqiqəti və onun necə başverə biləcəyini başa saldı. Yəhyanın yazdığı dialoq İsanın sözləri ilə başa çatır. Nikodimheç bir cavab vermir. Yəqin ki o, dərin düşüncələr içində evəqayıtmışdır. Müqəddəs Ruh onun üzərində sakitcə işləyirdi vəüç ildən sonra Nikodim açıq şəkildə İsanın şagirdi olmağahazır idi.

Yuxarıdan doğulmağımızın vacib olması faktı göstərir ki,ruhani nöqteyi nəzərdən ilk doğulma kifayət etmir. Yenidəndoğulma ikiqat olmalıdır: sudan və Ruhdan. Vəftizci Yəhyanınxidməti fonunda Nikodim sudan doğulmanın su ilə vəftizə dairolduğunu tamamilə başa düşürdü. Lakin o həm də bilməli idiki, Ruhdan doğulma – ürəyin Müqəddəs Ruhla təzələnməsidir.

Fiziki və ruhani doğuluş arasında oxşarlıq var. Hər ikisi yenibir həyatın başlanğıcının əlamətidir. Həm də heç bir doğuluşuinsan özü həyata keçirmir; bunu onun əvəzinə başqaları edir.Lakin bu iki doğuluş arasında vacib bir fərq də var: əgər fizikidoğulma bizim razılığımız olmadan baş vermişdisə, ruhanidoğulmada is əksinə, yalnız bizim seçim etmək haqqımız var.Yenidən doğulma yalnız o insanlarda baş verir ki, onlarMüqəddəs Ruhun onlarda yeni ruhani varlıq yaratmasına icazəverirlər. Allah bizim azadlığımıza hörmətlə yanaşır, bizidəyişdirməyi çox istəsə də, bunu zorla etmir.

Allahın sizi necə dəyişdirdiyini düşünün. Ola bilsin ki,sizin dəyişməniz dramatik şərait nəticəsində baş verib, yada ki uzunmüddətli, nəzərə çarpmayan bir proses olub.Yuxarıdan doğulmanı necə hiss etmisiniz?

51

Page 52: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar ertəsi, 4 avqust

MƏSİHDƏ YENİ HƏYAT

Yenidən doğulma yalnız Müqəddəs Ruh sayəsində başverə bilər. İsa Allaha dönmə prosesini obrazlı təsvir etməküçün mənası “ruh” və “külək” olan “pneuma” yunan sözündənistifadə edirdi (Yəh. 3:8). Külək əsir, lakin heç birimiz onuçağıra, yönəldə və ya dayandıra bilmərik. BU, insan iradəsinətabe olmayan böyük bir qüvvədir. Biz yalnız ona reaksiya verəbilərik, müqavimət göstərə və ya onun ppotensialından özmaraqlarımızda istifadə edə bilərik.

Beləcə də Müqəddəs Ruh insan ürəyinin üzərində daimişləyir, onu Məsihə cəlb edir. Heç kim Onun böyük dəyişdiriciqüvvəsini idarə edə bilməz. Biz ona müqavimət göstərə və yaqəbul edə bilərik. Müqəddəs Ruhun öyüdlərinə vəməzəmmətinə açıq olduğumuz zaman, O, bizdə yeni həyatyaradır.

Bizdə yenidən doğulmanın baş verib vermədiyini öyrənməkolarmı? Bəli. Ruh həqiqətən gözəgörünməz şəkildə hərəkətedir, lakin O, bizim daxilimizdə etdiyi dəyişiklikləri zahiritəzahürlərdə həmişə göstərir. İsanın dediyi kimi: “Onlarıbəhrələrindən tanıyacaqsınız” (Mat. 7:20).

Məsihdə yeni həyat – müəyyən zahiri dəyişikliklərdə özünübüruzə verən davamsız bir şey deyil. Bu, əvvəlki həyatəmşəklinin dəyişməsi və ya yaxşılaşması deyil – bu, tamamiləkökündən dəyişilmədir.

Aşağıda verilmiş ayələr yenidən doğulmamıznəticəsində baş verən prosesləri necə açıqlayır? Tit. 3:5-7; 2 Kor. 5?17; Qal. 6:15___________________________________________________________________________________________________________________________

Müqəddəs Ruh vasitəsilə Məsih bizə yeni düşüncələr,hisslər və motivlər verir. Bizim vicdanımızı oyadır,təfəkkürümüzü nəyişdirir, hər bir günahlı istəyə qalib gəlməyə

52

Page 53: İsanın Təlimi (III rüb 2014-сi il)

kömək edir və bizi Göylərin şirin sülhü ilə doldurur. Dəyişikliklərdərhal baş verməsə də, zaman keçdikcə biz həqiqətənMəsihdə yeni varlıqlara çevrilirik. Bu, vacibdir, çünki insangünahlıdır və öz-özünü dəyişdirmək iqtidarında deyil.

Son 24 saat ərzindəki həyatınızı düşünün. Ətrafınızdakıinsanlar sizin sözlərinizdə, baxışlarınızda, əməllərinizdəMəsihi gördülər mi? Xasiyyətinizdə Məsihi kədərləndirəncəhətlər varsa, onların dəyişilməsi üçün dua edin.

Çərşənbə axşamı, 5 avqust

MƏSİHDƏ QALMAQ

Uğurlu ruhani həyat yalnız o zaman mümkündür ki, bizhəmişə Məsihdən asılı olaq. İsa bu asılılığı bizə öyrətmək üçünüzüm meynəsi istifadə etmişdi. “Meynə Mənəm, sizsəbudaqlarsınız”, - deyirdi İsa (Yəh. 15:5). Əhdi-Ətiqdə İsrailAllahın üzüm bağı adlanırdı (Yeş. 5:1-7; Məz. 80:8, 9; Yer.2:21). Lakin İsa Özünü həqiqi meynə adlandırır (Yəh. 15:1) vəÖz ardıcıllarını budaqlar meynə ilə bir olduğu kimi, Onunla birolmağa dəvət edir.

Aşağıda verilmiş hissə daim Məsihdə qalmağı necəizah edir? Yəh. 15:4-10. _________________________________________________________________________________________________________________________________

Bir qədər öncə meynədən kəsilmiş budaq bir müddət canlıgörünə bilər, lakin o, hökmən quruyacaq və məhv olacaq,çünki həyət mənbəyindən ayrılıb. Beləcə də biz yalnız Məsihləəlaqə sayəsində həyat əldə edirik. Lakin bəhrəli olmağımızüçün bu əlaqəni qorumaq vacibdir. Səhərlər Allahla ünsiyyətvacibdir, lakin bu ünsiyyət bütün gün ərzində də davametməlidir. Məsihdə qalmaq - daim Ona can atmaq, Onunrəhbərliyi üçün yalvarmaq, Onun iradəsinə tabe olmaq üçünOnun qüvvəsini istəmək və Onun məhəbbəti üçün dua etməkdeməkdir.

53

Page 54: İsanın Təlimi (III rüb 2014-сi il)

Rəbdən asılı olmadan məsihçi həyatı yaşamağa cəhd - əntəhlükəli tələlərdən biridir. “Mənsiz heç nə edə bilməzsiniz”(Yəh. 15:5). Onsuz biz heş bir sınaq qarşısında dayanabilmərik, heç bir günahı üstələ bilmərik və ya özümüzdəMəsihinkinə bənzər xasiyyət inkişaf etdirə bilmərik. Yeni ruhanihəyat yalnız Məsihlə daimi ünsiyyət nəticəsində inkişaf edəbilər.

Allahın Kəlamını oxuyaraq və onun üzərində düşünərəkqidalanırıq və möhkəmlənirik. “Sizə söylədiyim sözlər Ruh vəhəyat gətirir” – isa deyirdi (Yəh. 6:63). Ürəyimizdə vədüşüncəmizdə qoruduğumuz bu sözlər bizim dualarımızıilhamlandıracaq ki, Rəblə əlaqəmizi qoruya bilək. “Bu dövrünqayğıları”na fikrimizi yayındırmaq asan olsa da, İsada qalmaqüçün məqsədyönlü səy göstərməliyik.

Daim Məsihdə qalmağınıza ən çox nə mane olur? Bumaneələri dəf etmək və ya üstələmək üçün hansıaddımları ata bilərsiniz?

Çərşənbə, 6 avqust

DUA

Məsihdə qalmaq və ruhani cəhətdən inkişaf etmək üçün,Müqəddəs Kitab təlimi ilə yanaşı dua da zəruridir. Hətta İsaÖzü Ata ilə əlaqəni saxlamaq üçün duaya ehtiyac duyurdu.Xilaskarımız bizim üçün dua həyatının nümunəsini qoyub.Onun həyatının ən böhranlı anlarında həmişə dua var. O,vəftiz olanda dua etmişdi; tez-tez adam olmayan yerlərdəsəhər dan yeri sökülənə qədər, ya da dağ yamacında günəşbatdıqdan sonra dua edirdi. İsa çox hallarda bütün gecəniduada keçirmişdi, məsələn, on iki həvarisini seçməzdən əvvəl.Lazarın dirilməsindən əvvəl dua etmişdi. Hətta çarmıx beləOnun duasına mane ola bilməmişdi.

Əgər “Atanız nələrə ehtiyacınız olduğunu siz Ondandiləməzdən əvvəl bilir”sə (Mat. 6:8), onda ehtiyaclarımızı

54

Page 55: İsanın Təlimi (III rüb 2014-сi il)

duada Allaha bildirməyimiz nəyə lazımdır? Çünki biz özümüzəgüvənməməyi dua vasitəsilə öyrənirik və Allahdan daha asılıoluruq.

“Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyünvə sizə açılacaq”, - İsanın vədi belədir (Mat. 7:7). Gərəksiztəkrarlardan ibarət sonsuz dualarımızla Onda təəssüratyaratmağa çalışmaq lazım olmasa da (Mat. 6:5-8), duadaisrarlı olmalı, hər şəraitdə Onun vədinə güvənməliyik (Yəh.15:7; 16:24).

Rəbbin duasının müxtəlif hissələri Məsihdəböyüməyimizə necə kömək edə bilər? Mat. 6:9-13.____________________________________________________________________________________________________

İsa – bizim Göylərdəki Vasitəçimizdir. Ona görə də O, bizədualarımızı İsa Məsihin adı ilə Allaha yönəltməyi öyrədib.“Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadannə istəsəniz, onu sizə verəcək” (Yəh. 16:23). Məsih öyrədirdiki, bu heyrətamiz vədin yerinə yetməsi üçün müəyyən şərtlərəəməl etməliyik. Allahın bizə cavab verə biləcəyinə inanmalıyıq(Mat. 21:22). Həmçinin öz qonşumuzu bağışlamağa hazırolmalıyıq (Mk. 11:25). Ən başlıcası isə: bizim iradəmiz həmişəAtanın iradəsinə tabe olmalıdır (Mat. ::10; Lk. 22:42).Cavabdakı hər hansı “ləngimə” bizi məyus etməməlidir, əksinə,həmişə dua etməli və ruhdan düşməməliyik (Lk. 18:1).

“Ya Rəbb, bizə dua etməyi öyrət” –(Lk. 11:1) – Məsihiöz Xilaskarımız kimi nə vaxt qəbul etməyimizdən asılı ol-mayaraq, bu xahiş həmişə aktualdır. Dua həyatınızın hansıhissəsində inkişafa və Allahın lütfünün toxunuşa ehtiyacvar?

Cümə axşamı, 7 avqust

HƏR GÜN ÖZ “MƏN”İ ÜÇÜN ÖLMƏK

Inanilmazdir, lakin yalnız məcazi mənada ölərək həqiqi

55

Page 56: İsanın Təlimi (III rüb 2014-сi il)

mənada yaşaya bilərik. Vəftiz – köhnə insanın, günahlı təbiətinölümünün və yeni həyat üçün dirilmənin simvoludur. Əgərgünahlı köhnə insan vəftiz zamanı suya gömüləndə birdəfəlikölsəydi, əla olardı. Lakin geç və ya tez başa düşürük ki, bizimkeçmiş vərdişlərimiz və meyllərimiz hələ də sağ qalıblar vəsəylə bizim üzərimizdə hökmranlıq etməyə çalışırlar. Vəftizdənsonra öz köhnə təbiətimizi təkrar-təkrar öldürmək lazımdır.Ona görə də İsa məsihçi həyatını çarmıxla müqayisə edirdi.

Lk. 9:23, 24-də sözü gedən çarmıx nəyi nəzərdətutur?_______________________________________________________________________________________

Bir çoxları fikirləşirlər ki, daşımalı olduqları çarmıx – ciddibir xəstəlik, xoşagəlməz həyat şəraitləri və ya daim əməkqabiliyyətinin olmamasıdır. Bütün bunlar həqiqətən də çətinolsa da və “çarmıx” sözü bəzən belə bir məna kəs etsə də,İsanın dediyi sözlərin mahiyyəti daha dərin idi. Öz çarmıxınıgötürmək – hər gün özündən imtina etmək deməkdir.Hərdənbir deyil, hər gün; özündəki hər hansı bir şeydən deyil,bütünlüklə özündən.

Məsihçi həyatı – çarmıxabənzər bir həyatdır. “Məsihləbirlikdə çarmixa çəkildim. Artiq mən yaşamiram, Məsih məndəyaşayir” (Qal. 2620). Qədim zamanlarda çarmıxa çəkilənlərdərhal ölmürdülər Onlar adətən çarmıxda saatlarla, bəzən birneçə gün asılı qalaraq çox iztirab çəkirdilər. Bizim köhnətəbiətimiz də, çarmıxa çəkilsə də, sağ qalmağa, çarmıxdanqurtulmağa çalışır.

Özündən imtina etmək asan deyil. Günahlı təbiət geriçəkilmir, köhnə insan ölmək istəmir. Həm də biz özümüzüçarmıxa mismarlaya bilmərik. “Heç kim öz “mən”indən azadola bilməz. Biz sadəcə Məsihin bu işi görməsinə izin verəbilərik. Qəlbiniz bu sözləri nida etməlidir: “Ya Rəbb, mənimürəyimi götür, çünki özüm onu Sənə vermək iqtidarındadeyiləm. Mənim zəif, Sənin surətini itirmiş “mən”imincəhdlərinə rəğmən məni xilas et. Məni yenidən yarat və yenilə,məni göylərin təmiz və müqəddəs yüksəkliklərinə ucalt, orada

56

Page 57: İsanın Təlimi (III rüb 2014-сi il)

Sənin məhəbbətinin səxavətli axını mənim qəlbimi yuyubtəmizləyə bilər”.

Bu cür özündən imtina yalnız məsihçi həyatımızınbaşlanğıcında baş verməməlidir. Biz Göylərə gedən həryeni addımımızda yenilənməliyik... Yalnız daim özümüzdənimtina edərək və Məsihdən asılı qalaraq, təhlükəsizlikdəyaşaya bilərik” (Y. Uayt. Həyat dərsləri, səh. 159). Hər günözümüzü Rəbbə vermək vacibdir. Öz “mən”iniz üçün axırıncı dəfə nə vaxt ölmüsünüz?Xüsusilə də bu gün öyrəndiyimiz ayələrin kontekstindəsizin cavabınız nəyi göstərir?

Cümə, 8 avqust

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

Y. uaytın “Allaha aparan yol” kitabından “Həsrolunma”fəslini (səh. 43-48); “Əsrlərin arzusu” kitabından “Nikodim”fəslini oxuyun (səh. 167-177).

“Öz “mən”i ilə mübarizə - insanların bütün ömürləri boyuapardıqları ən böyük savaşdır. Öz “mən”ini ram etmək,tamamilə Allahın iradəsinə boyun əymək üçün səy göstərməklazımdır. Özünü Allahın əllərinə vermədən insan yenimüqəddəs həyat əldə edə bilməz” (Y. Uayt. Allaha aparan yol,səh. 43).

“Biz öz “mən”imizdən bərk-bərk yapışaraq, eyni zamandada Allahın tamlığı ilə dola bilmərik. Xudbinlikdən azadolmalıyıq. Əgər Göyləri əldə edəcəyiksə, bu yalnız öz“mən”imizdən imtina və İsa Məsihin ağlını və iradəsini qəbuletmək sayəsində mümkün olacaq” (Y. Uayt. Səmaviməskənlərdə, səh. 155).

“Allahın Ruhu insanın ürəyini ələ alanda, həyatımızıdəyişdirir. Günahlı fikirlər yox olur, insan şər əməllər törətmir,əvvəllər hirsin, paxıllığın və ədavətin hökm sürdüyü yerdə indiməhəbbət, itaətkarlıq və sülh hökm sürür. Kədərin yerini sevinc

57

Page 58: İsanın Təlimi (III rüb 2014-сi il)

tutur, insanın üzü göylərin nurunu əks etdirərək aydınlanır...Qəlbi inamla Allaha tabe olan insan xeyir-dua alır. O zamaninsan gözünün görə bilmədiyi qüvvə bizdə Allahın surətinəgörə yeni varlıq yaradır” (Y. Uayt. Əsrlərin arzusu, səh. 173).

Müzakirə üçün suallar:

Şəxsən sizin Məsihdə qalma təcrübəniz necədir?İsa ilə birləşdiyiniz zaman nə baş verir? Əks halda nəbaş verir?

Kim cavabsız kimi görünən duasına görə həyəcankeçirməyib? İstəklərinizə arzu olunan cavabıalmadığınız zaman Allaha və Onun vədinə inamınızınecə qoruya bilirsiniz? Bu cür vəziyyətdə hansıhəddindən artıq vacib həqiqəti unutmamalıyıq?

Özümüzdə, öz varlığımızda hər gün nədən imtinaetməliyik? Düşünün: əgər özünüzdən imtinaetməsəydiniz, eqoizminizin sizin düşüncə vəəməllərinizi idarə etməsinə yol versəydiniz, həyatınıznecə olardı? Belə bir həyat Müəllimimizin həyatınaheç oxşayardımı? Verdiyiniz cavab özünüz haqqındanəyi açır, Məsih olmasaydı, necə bir adam olardınız?

Dərs 79-15 avqust

MƏSİH KİMİ YAŞAMAQ

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Mat. 9:36;Mk. 10:21; Lk. 10:30-37; Mat. 25:31-46; Lk. 6:32-35; Yəh.15:4-12.

Yadda saxlanacaq ayə: “Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizisevin” (Yəh. 13:34).

58

Page 59: İsanın Təlimi (III rüb 2014-сi il)

Qonşunu sevmək haqqındakı əmr Əhdi-Cədiddən çox-çoxəvvəl var id. Əhdi-Ətiqdə Allah Öz xalqına artıq əmr vermişdi:“qonşunu özün kimi sev” (Lev. 19:18) və “hər kəs onu (qəribi)özünü sevən kimi sevsin” (Lev. 19:34).

Nə üçün isa bu sözləri deyirdi: “Sizə yeni bir əmr verirəm”?İsanın verdiyi əmrin yeniliyi onun yeni ölçülərində idi – “Mənsizi sevdiyim kimi”. Məsih insan bədənində gəlməzdən əvvəlAllahın məhəbbətinin bütün tamlığı insanlara hələaçılmamışdı. İndi isə Özünün təmənnasız həyatı və ölümü iləİsa məhəbbətin həqiqi, ən dərin mənasını açdı.

“Məsihin fəaliyyət göstərdiyi, gəzdiyi və çalışdığı mühitməhəbbət idi. O, dünyanı Öz məhəbbətinin ağuşuna almaqüçün gəldi... Biz, Məsihin qoyub getdiyi örnəyə əsaslanmalıyıq,ətrafımızdakı insanlara Onun bizi göstərdiyi məhəbbət kimiməhəbbət göstərincəyə qədər Ondan nümunə götürməliyik” (Y.Uayt. Atamızın qayğısı, səh. 27).

Bu həftə ərzində İsanın insanlara nəvazişli, şəfqət və diqqətdolu, məhəbbətli həyatı haqqında düşünəcəyik. Onun fəalməhəbbət prinsipi qoy bizim ürəyimizə toxunsun və dolsun, buprinsip həqiqi məsihçiliyin əlamətidir.

Bazar, 10 avqust

ISA NECƏ YAŞAYIRDI

Isa şeytanın sərt həmlələrinə həmişə məruz qalsa da, Onuntəmənnasız həyatı məhəbbət və xidmət üzərində qurulmuşdu.Onun diqqəti ilk növbədə Öz üzərində deyil, ətrafdakıinsanların üzərində cəmləşirdi. Uşaqlığından çarmıxa qədər O,daim başqalarına xidmət etmək arzusu nümayiş etdirirdi. Özyaratdığı varlıqların dərdlərini yüngülləşdirmək üçün həmişəəlini uzatmağa hazır idi. Yaşadığı cəmiyyətdə böyükdəyəri olmayan insanların – uşaqların, qadınların, qəriblərin,cüzamlıların, vergiyığanların qayğısına böyük məhəbbətləqalırdı. “Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər,

59

Page 60: İsanın Təlimi (III rüb 2014-сi il)

gəldi ki, Özü xidmət etsin” (Mat. 20:28). Ona görə də “İsaxeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə mə’ruzqalanların hamısına şəfa verdi” (Həv. Iş. 10:38). Ətrafdakı in-sanlara duyduğu şəfqət və onların rifahına göstərdiyi maraqOnun üçün Özünün qidaya və ya sığınacağa fizikiehtiyacından daha vacib idi. Hətta çarmıxda belə Xilaskarı Öziztirablarından daha çox anasının rifahı narahat edirdi (Yəh.19:25-27).

Verilmiş ayələr İsanın insanlara münasibətini necəaçır? Mat. 9:36; 14:14; 15:32.____________________________________________________________________________________________________

İsa insanların ehtiyaclarına həssas davranırdı və onlarınqayğısına həqiqətən qalırdı. Onun qəlbi çoxsaylı yorğun,pərən-pərən düşmüş insanlara münasibətdə şəfqətlə dolu idi.Yerixondan olan iki kor (Mat. 20:34), kömək üçün yalvarancüzamlı (Mk. 1:40, 41) və yeganə oğlunu itirmiş dul qadın kimi(Lk. 7:12, 13) köməksiz insanların halına həmişə acıyırdı.

Müxtəlif insanlarla qarşılaşarkən İsa hansı prinsipirəhbər tuturdu? Mk. 10:21; Yəh. 11:5.____________________________________________________________________________________________________

İsanın hər bir mərhəmətli davranışı, hər bir möcüzəsi, hərbir sözü Onun sonsuz, sarsılmaz və əbədi məhəbbətinəəsaslanırdı. Həyatının sonunda şagirdlərini əmin etdi ki, onlarıbaşlanğıcdan sevərək, “axıra qədər də sevdi” (Yəh. 13:1).Çarmıxdakı ölümü ilə Xilaskar bütün Kainata göstərdi ki,təmənnasız məhəbbət – hər şeyə qalib gələn qüvvədir.Qalqotanın fonunda görünür ki, fədakar məhəbbət prinsipi Yerüzündə və Göylərdə yeganə etibarlı həyat təməlidir.

“Heç kəsin məhəbbəti dostları uğrunda canını qurbanverən adamın məhəbbətindən üstün ola bilməz” (Yəh.15:13). Gündəlik praktiki həyatda bu sözlərin mənasınınecə başa düşürsünüz? Bu cür məhəbbəti hər gün necətəzahür etdirmək olar?

60

Page 61: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar ertəsi, 11 avqust

QONŞUNU SEVMƏK

Isa kimi yaşamaq – Onun göstərdiyi məhəbbəti göstərməkdeməkdir. Rəbb bu məhəbbəti qanunşünaslardan birinəssöylədiyi xeyirxah samariyalı haqqındakı məsəldə (Lk. 10:30-37) obrazlı şəkildə ifadə etmişdi. Qanunşünas Allah vəyaxınlarımız qarşısında vəzifə borcumuzun xülasəsinivermişdi: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütüngücünlə və bütün ağlınla sev. Qonşunu da özün kimi sev” (Lk.10:27). Qanunşünas Yazıları çox yaxşı bilirdi (o, Qan. Tək.6:5-i və Lev. 19:18-i əzbərdən sitat gətirmişdi), lakin görünür,qonşusuna məhəbbət göstərmədiyinə görə özünü təqsirkarhiss edirdi. Özünü təmizə çıxarmağa çalışaraq, İsadansoruşdu: “Bəs mənim qonşum kimdir?” (Lk. 10:29).

Qonşumuzun kim olduğunu İsa necə izah etdi?Xeyirxah samariyalı haqqındakı məsəl bizim üçün nə kimiəhəmiyyət kəsb edir? Bax. Lk. 10:30-37. Qonşunu özünkimi sevməyin zəruriliyi haqqındakı əmrin qızıl qanun ilənə kimi əlaqəsi var? Mat. 7:12.____________________________________________________________________________________________________

İsa “Mənim qonşum kimdir?” sualına cavab verərkəngöstərdi ki, qonşumuz bizim köməyimizə ehtiyacı olan istəniləninsan ola bilər. Ona görə də “Qonşum mənim üçün nə edəbilər?” deyə soruşmaq əvəzinə “Mən öz qonşum üçün nə edəbilərəm?” deyə soruşmalıyıq. İsa bu qaydanın o vaxt mövcud olan “Özünün xoşunagəlməyəni başqasına da etmə” şəklində mənfi ifadəsindəndaha uzağa getdi. Müsbət tərədən yanaşaraq, nədənqaçmağımız gərəkdiyini deyil, daha çox nəyi etməyimizgərəkdiyini açıqladı. Unutmamalıyıq: bu prinsipdə deyilmir ki,ətrafdakılara onların bizə davrandığı kimi davranmalıyıq. Axıbizə xeyirxahlıq göstərənlərə qarşı xeyirxah olmaq, bədxahlara

61

Page 62: İsanın Təlimi (III rüb 2014-сi il)

qarşı isə bədxah olmaq asandır – bu cəhət əksər insanlara xasbir cəhətdir. Lakin bizim qonşumuza məhəbbətimiz heç vaxtonun bizə münasibətindən asılı olmamalıdır.

Sizə pis münasibət göstərən insan barəsində düşünün.Buna necə reaksiya verirsiniz? Isanın Onunlaqəddarcasına davranan insanlara necə münasibətgöstərdiyini yadınıza salın. Məsihin nümunəsi sizəxeyirxah münasibət bəsləməyən adamlara daha yaxşımünasibət göstərməyə oyadırmı?

Çərşənbə axşamı, 12 avqust

MƏHƏBBƏT XİDMƏTİ

Mat. 25:31-46-da hansı müjdə verilmişdir? ____________________________________________________________________________________________________

Son gündə çox sürprizlər olacaq. Bəşər Oğlunun sağtərəfində duranlar heç vaxt təsəvvür edə bilməzdilər ki, onlarıntəmənnasız məhəbbəti həlledici rol oynayacaq. Məsih təkcəgözəl nitqlə söylənmiş vəzləri, könüllü surətdə görülmüş böyükişi, səxavətlə verilmiş könüllü nəzirləriqiymətləndirmir. O, həmdə Onun ən kiçik qardaşlarına bir az da olsa qayğı göstərmişinsanları da böyük sevinclə Göylərə dəvət edəcək.

Sol tərəfdə dayananlar da Padşahın çıxardığı fərmanınsəbəbinə təəccüblənəcəklər. Bəziləri hətta deyəcəklər: “YaRəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi?Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çoxmö’cüzələr yaratmırdıqmı?” (Mat. 7:22). Bunlar hamısıxeyirxah əməllər olsa da, məhəbbətdən məhrum olduqlarınagörə öz dəyərlərini də itirmişdilər. Bu insanlar Məsihə xidmətetdiklərini açıq şəkildə bəyan edirdilər, lakin Rəbb onlarıÖzününkülər qəbul etmir (Mat. 7:33), çünki onlar heç vaxt Onuvə Onun qardaşlarını həqiqətən sevməmişdilər. Onlar həqiqidin prinsipləri ilə yaşamırdılar (Yaq. 1:27).

62

Page 63: İsanın Təlimi (III rüb 2014-сi il)

Şərhçilər “ən kiçik qardaşlar”ın kim olduğu ilə bağlı müxtəlifşərhlər irəli sürürlər (Mat. 25:40). Məsihçi məsuliyyətimizindərəcəsini bilmək üçün bu adamların kim olduğunu bilməliyik.Bəzi şərhçilər iddia edirlər ki, İsanın ən kiçik qardaşları –həvarilər və digər məsihçi vəzçilərdir. Onlar öz görüşlərini Mat.10:40-42-ə əsaslandırırlar və hesab edirlər ki, bəşəriyyətintaleyi insanların məsihçi vəzçilərinə münasibətindən asılıdır.Digər tədqiqatçılar isə Mat. 12:48-50-ə əsaslanaraq hesabedirlər ki, İsanın kiçik qardaşları – bütünlükdə Onunardıcıllarıdır. Şübhəsiz, İsanın bütün ardıcılları Onunqardaşlarıdır, lakin İsanın sözlərinin miqyası daha genişdir.Məsih “Özünü hər bir insanla eyniləşdirir... O – Bəşər Oğludur,buna görə də O – hər bir Adəm övladının qardaşıdır” (Y. Uayt.Əsrlərin arzusu, səh. 638).

Ümidsiz dərəcədə köməyə eytiyacınızın olduğu vəkiminsə sizə kömək etdiyi zaman haqqında düşünün.Yaşadığınız əziyyət və kədərinizdə göstərilmiş bu köməksizin üçün nə kimi əhəmiyyət kəsb edirdi?

Çərşənbə, 13 avqust

DÜŞMƏNLƏRİ SEVMƏK

Həqiqi məsihçiliyin ən yüksək təsdiqi düşmənlərəməhəbbətdir. İsa yaşadığı dövrün geniş yayılmış dünyagörüşündən tamamilə fərqli olan bu yüksək standartı təyin etdi.“Qonşunu özün kimi sev” (Lev. 19:18) əmrinə çoxları Rəbbinheç vaxt söyləmədiyi və düşünmədiyi bir cümlə əlavəetmişdilər: “və düşməninə nifrət et”. Əlbəttə, bu cümləninMüqəddəs Kitabdakı ayə ilə heç bir əlaqəsi yoxdur.

Məsihin təliminə əsasən, düşmənlərə məhəbbət əməlitəcrübədə necə təzahür edir? Lk. 6:27, 28. ____________________________________________________________________________________________________

Düşmən bizə qarşı üç istiqamətdə ədavət aparır: kim (“sizi

63

Page 64: İsanın Təlimi (III rüb 2014-сi il)

sevməyənlərə”), pis sözlər (“sizi lənətləyənlərə”) və təhqiramizhərəkətlər (“sizi incidənlərə və təqib edənlərə) (Mat. 5:44).Məsih öyrədir ki, bu üç ədavət ifadəsinə üçqat məhəbbətifadəsi ilə cavab vermək lazımdır: onlara yaxşılıq etmək (on-lara “yaxşılıq edin”), onlara xoş sözlər söyləyin (onlara “xeyir-dua verin”) və onlar üçün Allah qarşısında vəsatətçilik edin(onlar üçün “dua edin”). “Pislik sənə üstün gəlməsin, pisliyəyaxşılıqla qalib gəl” (Rom. 12:21) - ədavətə və kinə qarşıməsihçinin verəcəyi cavab budur.

Diqqət yetirin: İsa əvvəlcə düşmənlərimizi sevməyi və sonrabunun nəticəsi olaraq, məhəbbətimizi xeyirxah əməllərimizdə,sözlərimizdə və vəsatətçi dualarımızda göstərməyimizi istəyir.Yuxarıdan ilham almış məhəbbət olmadan bu davranışlar,sözlər və dualar cingildəyən mis və danqıldayan sinc kimi ola-caq (bax. 1 Kor. 13:1).

Düşmənlərimizi nə üçün sevməli olduğumuzu izahedərkən İsa hansı səbəbləri sadaladı? Lk. 6:32-35.____________________________________________________________________________________________________

Bu ali əmri başa düşə bilməyimiz üçün Rəbb üçarqumentdən istifadə etdi. Birincisi, bizim həyatımız budünyanın standartlarından daha yüksək standartlar üzərindəqurulmalıdır. Hətta günahkarlar belə bir-birini sevirlər, həttacinayətkarlar belə bir-birinə kömək edirlər. Əgər Məsihnardınca getmək bizi ucaltmırsa, bizdə dünyəvi insanlarda dahayaxşı yaşamaq və daha güçlü sevmək istəyi oyatmırsa, ondaOnun ardınca getmənin nə dəyəri var? İkincisi, Allahdüşmənlərimizi sevdiyimizə görə bizi mükafatlandıracaq; bizmükafat üçün sevməsək də, O, bizə bu mükafatı səxavətləhədiyyə edir. Üçüncüsü, bu cür məhəbbət bizim Göylərdəki Atailə sıx ünsiyyətimizin sübutudur, Ata “nankorlara və pisadamlara da xe»irxahdır” (Lk. 6:35).

64

Page 65: İsanın Təlimi (III rüb 2014-сi il)

Cümə axşamı, 14 avqust

İSANIN YAŞADIĞI KİMİ NECƏ YAŞAMALI

Isanin təlimi elə yüksək təmənnasız, məhəbbətlə dolu həyatidealı təyin edir ki, bizlərdən çoxu yəqin ki, heyrətlənir və ruh-dan düşür. Biz, xudbin təbiətli insanlar öz qonşumuzu necətəmənnasız sevə bilərik? Bir də ümumiyyətlə, düşmənimizisevə bilərikmi? İnsani nöqteyi-nəzərdən bu qeyri-mümkündür.Lakin Rəbb bizə düşmənimizi sevə bilməyimiz üçün lazım olanhər şeyi bəxş etməsəydi, ədavətli və xoşagəlməz insanlarısevməyimizi heç vaxt istəməzdi. “Hər bir əmrin, Allahın verdiyihər bir göstərişi tımılində müəyyən həyatverici vəd yatır. AllahOna bənzəyə bilməyimiz üçün lazım olan hər şəraiti hazırlayıb,öz pozğun iradəsini Ona qarşı qoymayan və beləliklə də Onunlütfünü rədd etməyən hər kəsi kamilləşdirəcək” (Y. Uayt.Məsihin dağüstü vəzi, səh. 76).

Düşmənlərə məhəbbət əmrinin əsasında hansı əhdlərdayanır? Bu, Allahın nankorlara və pislərə qarşı (Lk. 6:35, 36),biz də daxil olmaqla, xeyirxah və mərhəmətli olmasının sübu-tudur. Düşmənlərimizi sevə bilərik, buna görə də biz Allahındüşmənləri ikən Allah ilk olaraq bizi sevdi (Rom. 5:10). Onunbizim uğrumuzda çarmıxda verdiyi məhəbbət dolu qurbanıqəbul etdiyimizi hər gün təsdiqləyəndə, Onun fədakar,təmənnasız məhəbbəti həyatımızı doldurur. Rəbbinməhəbbətini nə qədər çox dərk edir və hiss ediriksə, Onunməhəbbəti bizim vasitəmizlə başqalarına bir o qədər çoxötürüləcək, buraya düşmənlərimiz də daxildir.

Məsihdə və Onun məhəbbətində qalmağın qonşumuzaməhəbbətlə nə kimi əlaqəsi var? Yəh. 15:4-12.___________________________________________________________________________________________________________________________________________

Hər gün təkcə Məsihin bizim uğrumuzda ölümünü qəbuletməyə deyil, həm də iradəmizi Onun iradəsinə tabe etdirməyə

65

Page 66: İsanın Təlimi (III rüb 2014-сi il)

və Onda qalmağa ehtiyacımız var. İsa Özü belə davranırdı, Öziradəsini deyil, Atanın iradəsini axtarırdı (Yəh. 5:30), - biz dəİsadan və Onun iradəsindən asılı olmalıyıq. Çünki Onsuz heçbir şey edə bilmərik.

Hər gün iradəmizi İsaya tabe etdirmək qərarını qəbuledəndə, O, bizdə və bizim vasitəsilə yaşayır. Onda “artıq mənyaşamiram, Məsih məndə yaşayir” (Qal. 2:20) və mənim xud-bin istəklərimi fədakar, məhəbbətlə dolu həyata çevirir.

Yəh. 15?4-12-i bir daha oxuyun. İsa burada hansısevincdən bəhs edir? Ətrafımızdakı şəraitdən çox da razıolmasaq da, İsaya xidmətin nəticəsində gələn sevinci özhəyatımızda necə hiss edə bilərik?

Cümə, 15 avqust

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

Y. Uaytın “Əsrlərin arzusu” kitabından “Xeyirxah samariyalı”fəslini (səh. 497-505) və “Mənim ən kiçik qardaşlarımdanbirinə” fəslini (səh. 637-641) oxuyun.

“Ətrafımızda – zavallı, yorğun insanlar var, onların şəfqətlisözlərə və əməldə dəstəyə ehtiyacları var. Diqqət və yardımaehtiyacı olan dullar, yetimlər, Məsih onların qayğısına qalmağıÖz ardıcıllarına həvalə etmişdi... Onlar – Allahın böyükailəsinin üzvləridirlər və məsihçilər, Allahın idarəçiləri olaraq,onlara görə məsuliyyət daşıyırlar. “Onun qanını, - Rəbb deyir, -sənin əlində axtaracağam” (Y. Uayt. Həyat dərsləri, səh. 386,387).

“Bizim gördüyümüz işin böyüklüyü deyil, onu gördüyümüzzaman idarə olunduğumuz məhəbbət və sədaqət Xilaskarıngözündə məqbul sayılır” (Y. Uayt. Səmavi məskənlərdə, səh.325).

Müzakirə üçün suallar:

İlk baxışdan elə gəlir ki, qoyunlar və keçilər

66

Page 67: İsanın Təlimi (III rüb 2014-сi il)

haqqında məsəl əməllərlə xilası öyrədir; yəni, nəqədər çox yaxşı işlər görsək, Allahın Padşahlığınagirmək üçün o qədər çox şans qazanırıq. Lakin xilasolmuşların təəccüblənməsi onu göstərir ki, onlarməhəbbət göstərərkən nəyəsə nail olmaq məqsədigüdməmişdilər. İsa aydın şəkildə öyrədirdi ki, əbədihəyat – Ona imanın nəticəsidir (Yəh. 3:15; 6:40, 47;11:25, 26). Həqiqi sevgi dolu əməllər Allaha iman vəməhəbbətdən irəli gəlir (Qal. 5:6). Bu cür əməllərxilasın səbəbi deyil, xilas haqqında şəhadətdir. Həmsevgi dolu işlər görə, həm də bunu Göylərə düşməkhüququ qazanmaq məqsədilə etdiyimizə dair yanlışdüşüncədən necə qaça bilərik? Nə üçün xilasınbəhrələri və onu əldə etmək vasitəsi arasındakı fərqihəmişə görə bilməliyik?

“Düşmən” dediklərimiz sadəcə xoşagəlməzəməkdaşlar, kobud tanışlar və ya nankor qonşularkimi qıcıqlandırıcı, qeyri-səmimi insanlardırsa, bu,onları sevmək işin sadəcə bir tərəfidir. Bəs əsldüşmənləri – sizı və ya ailənizə zərər vurmuş və yavurmaq niyyətində olan insanları sevmək? Bəs onlarınecə sevək? Bizdən onları “özümüz kimi” sevməktələb olunmaması fikri bizi bir az da olsa rahatladırmı?

İnsanlar ilahiyyatçı mövzularda, bizim təlimimizlə,həyat tərzimizlə bağlı və ya digər məsələlərdə bizimləmübahisə edə bilərlər. Lakin təmənnasız, fədakarməhəbbətə qarşı nə demək olar? Təmənnasızməhəbbət bütün ağlabatan və ya məntiqiarqumentlərin hamısından yüksəkdə duran birqüvvəyə malikdir. Nəyin bahasına olursa olsun, bu cürməhəbbət nümayiş etdirməyi necə öyrənə bilərik?

67

Page 68: İsanın Təlimi (III rüb 2014-сi il)

Dərs 816-22 avqust

IMANLILAR CƏMİYYƏTİ

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Qan. Tək.32:4; Məz. 27:1; Yəh. 17; Yəh. 15:1-5; Mat. 7:1-5; Mat. 5:23,24: 18:15-18.

Yadda saxlanacaq ayə: “Yalnız onlar üçün deyil, onlarınsözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki,hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndəolduğum kimi onlar da Bizdə olsun ki, dünya Məni Səngöndərdiyinə iman etsin” (Yəh. 17:20, 21).

Məsihçi İmanlılar cəmiyyətinin kpkləri Adəmə, İbrahimə vəİsrail oğullarına gedib çıxır. Rəbb İbrahimi, daha sonra isəisrailliləri çağırmışdı ki, onlarla əhd münasibətləri qursun vəonlar vasitəsilə bütün dünyanı xeyir-dualasın. Əsrlər sonra buəhd münasibətlərinin varisi İmanlılar cəmiyyəti oldu.

İmanlılar cəmiyyəti həvarilər və ya başqa bir insantərəfindən qurulmamışdı. Məsih Öz xidməti müddətindəİmanlılar cəmiyyəti qurmaq niyyəti haqqında Özü bəyanetmişdi: “Mən cəmiyyətimi quracağam” (Mat. 16:18). İmanlılarcəmiyyəti öz mövcudluğunu İsa Məsihə borcludur. O,cəmiyyətin Müəllifidir.

Müjdələrə əsasən, İsa yalnız üç dəfə “cəmiyyət” sözündənistifadə etmişdi (Mat. 16:18; 18:17). Lakin bu o demək deyil ki,O, bu məsələ ilə məşğul olmurdu. Əslində O, İmanlılarcəmiyyəti ilə bağlı çox vacib konsepsiyalar irəli sürmüşdü. Buhəftə ərzində araşdırmalarımız iki əsas fikir üzərindəcəmləşəcək: İmanlılar cəmiyyətinin təməli və İmanlılarcəmiyyətinin birliyi.

68

Page 69: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar, 17 avqust

İMANLILAR CƏMİYYƏTİNİN TƏMƏLİ

Isa deyirdi: “Mən cəmiyyətimi bu Qayanın üzərindəquracağam” (Mat. 16:18). İmanlılar cəmiyyətinin təməlindədayanan bu “Qaya” kim idi (yunanca “petra” – qaya, qayaparçası, sıldırım qaya)? Bəzi tədqiqatçılar belə hesab edirlərki, bu qaya Peterdir. Lakin yunanca mətnin daha dərindənaraşdırılması belə bir nəticəyə yol verməz. Rəbb burada sözoyunundan istifadə edir: “daş” və “qaya” (yunanca petros vəpetra). Mattanın yazdığı yunanca çətn petros (daş) sözünüpetra (qaya) sözündən ayırır və bu fərqə diqqət yetirməməkolmaz.

Petra sözünün Məsihə aid olduğunu söyləməyə əsasımızvar. İsanın sözlərinin bilavasitə konteksti (Mat. 16:13-20) Pe-terin deyil, Məsihin missiyası və şəxsiyyəti üzərindəcəmləşmişdi. Bundan əlavə, İsa daha əvvəl də daş üzərindətikilmiş ev obrazından istifadə edərək, daşın Onu və Onuntəlimini göstərdiyini açıq şəkildə bildirmişdi (Mat. 7:24, 25).

“Qaya” (“qala, istinadgah) sözünün Əhdi-Ətiqdəkisimvolik mənası necədir? Qan. Tək. 32:4; Məz. 28:1; 31:2,3; 62:2; Yeş. 17:10. _________________________________ ____________________________________________________________________________________________________

Peter və digər həvarilər İsanın Öz cəmiyyətini qayaüzərində quracağını eşidəndə Əhdi-Ətiqdəki bu obrazı, onunAllahın simvolu olduğunu yada salmalı idilər. Peter özü qeyd edirdi ki, Məsih “siz “bənnaların rədd etdiyidaş”, amma “guşədaşı”dır” (Həv. Iş. 4:11). Eləcə də özMəktubunda o, Məsihi İmanlılar cəmiyyətinin əsası kimigöstərərkən “daş” sözündən istifadə etmişdi (1 Pet. 2:4-8; bu-rada artıq başqa bir söz dayanır, petros deyil, litos). Məsihçiləri“diri daşlarla” müqayisə edən Peter “qaya” (petra) sözünüyalnız Məsihə münasibətdə istifadə etmişdi. Müqəddəs

69

Page 70: İsanın Təlimi (III rüb 2014-сi il)

Kitabda heç bir insan petra sözü ilə adlanmır, yalnız İsa bu cüradlanır.

Həvari Paul da Məsihdən bəhs edərkən petra sözündənistifadə etmişdi (Rom. 9:33; 1 Kor. 10:4) və qətiyyətlə bildirirdiki, “çünki heç kim qoyulan bünövrədən, yə’ni Isa Məsihdənbaşqa bir təməl qoya bilməz” (1 Kor. 3:11). Ona görə də beləbir nəticəyə gəlirik ki, həvari İmanlılar cəmiyyəti həmfikir olarakbaşa düşürdülər: İsa Məsih Özü – təməldə dayanan petradır(qaya), İmanlılar cəmiyyətin onun üzərində qurulub, Peter dədaxil olmaqla bütün peyğəmbərlər və həvarilər isə İmanlılarcəmiyyətinin ruhani tikintisində diri daşların ilk “təbəqəsidirlər”(Ef. 2:20).

Bəzən zəif görünən İmanlılar Cəmiyyətinin təməlindəMəsihin Özünün dayandığını unutmamaq nə üçün vacib-dir?

Bazar ertəsi, 18 avqust

MƏSİHİN BİRLİK HAQQINDA DUASI

Cümə axşamı günü gecə vaxtı idi. Gizli axşam yeməyindənsonra İsa və şagirdləri Zeytun dağına yola düşdülər.Getsimaniyə gedən yolda İsa dayanıb, Özü üçün, şagirdləriüçün və həvarilərin vəzi nəticəsində Ona iman edəcək hər kəsüçün dua etdi. Qarşıda Onu çarmıx əzabı gözləsə də, Rəbbhər şeydən çox Özü üçün deyil, ardıcılları üçün narahat olurdu.Yəh. 17-dəİsanın Müqəddəs Kitabda yazılmış ən uzunvəsatətçi duası verilmişdir. İsanın biz də daxil olmaqla, Onaiman edən hər kəs üçün dua etdiyini bilmək çox xoşdur.

Yəh. 17-i oxuyun. İsanın imanlılarla bağlı Atadan duadadilədiyi başlıca şey nə idi? (21-23-cü ayələrə xüsusi diqqətyetirin)._______________________________________________________________________________________________________________________________________________

İmanlılar cəmiyyətində birlik həddindən artıq vacibdir. Onun

70

Page 71: İsanın Təlimi (III rüb 2014-сi il)

vacibliyinə ən azından ona görə əmin ola bilərik ki, Məsihin Özduasında ardıcılları arasında birliyin olmasını çox istədiyinidörd dəfə dilə gətirdi (Yəh. 17:11, 21-23). Bu xüsusi sonsaatda Rəbb bir çox başqa əhəmiyyətli və vacib məsələlərbarəsində də dua edə bilərdi. Lakin O Öz duasını imanlılarınbirliyi üzərində cəmləşdirdi. O bilirdi: rəqabət ruhu və ayrılıqİmanlılar cəmiyyəti üçün böyük təhlükə yaradacaq.

İsa bir cürlük haqqında deyil, Ata ilə Onun arasındakı birlikkimi, şəxsiyyətlərin birliyi haqqında dua edirdi. İsa və Ata – bir-birindən fərqli olan və müxtəlif funksiyaları həyata keçirən ikiİlahi Şəxsiyyətdir. Lakin Onlar təbiətlərinə və məqsədlərinəgörə birdirlər. Beləcə də biz hamımız – müxtəlif temperamentli,müxtəlif ailələrdən gəlmiş, müxtəlif qabiliyyətləri və rolları olaninsanlar – İsa Məsihdə bir olmalıyıq.

Bu cür birlik öz-özünə yaranmır. Birliyə nail olmaq üçün,Məsihin həyatımızdakı rəhbərliyinə bütünlüklə tabe olmalıyıq.O, bizim xasiyyətimizi formalaşdırmalı, biz isə iradəmizi Onuniradəsinə tabe etdirməliyik.

Birlik öz-özlüyündə bir məqsəd deyil. O, dünyanı MəsihinAtadan gələn Xilaskar olduğuna inanmağa ruhlandıran birşəhadətdir. Müxtəlif insanlar arasındakı ahəng və birlik –Allahın Öz Oğlunu günahkarları xilas etmək üçün göndərdiyinədair ən güclü sübutlardan biridir. Bu, Məsihin xilasedici vədəyişdirici qüvvəsinin danılmaz şəhadətidir. Bu şəhadətibaşqalarına çatdırmaq kimi bir üstünlüyümüz var.

Çox vaxt birlik eqoizm təhlükəsi ilə üz-üzə qalır. Sizinxudbin istəkləriniz icmanın birliyini param-parça etmirmi?Buna necə əmin ola bilərsiniz? Çərşənbə axşamı, 19 avqust

MƏSİHİN BİRLİYƏ GÖSTƏRDİYİ QAYĞI

Isa Öz İmanlılar cəmiyyətinin birliyinin təməlində nəgörmək istəyirdi? Yəh. 17:23; 15:1-5.__________________________________________________

71

Page 72: İsanın Təlimi (III rüb 2014-сi il)

__________________________________________________“Siz Məndəsiniz və Mən sizdəyəm” (Yəh. 14:20) – İsa ilə bu

cür sıx münasibətlətimiz olmalıdır. Məsihin ürəklərimizdəyaşaması birlik doğurur. O, birliyin iki vacib tərkib hissəsinihəyatımıza gətirir: Allah Kəlamı və İlahi məhəbbət.

İsa bizim ürəyimizdə yaşayırsa, deməli Onun Kəlamı dabizdədir, bu isə əslində Atanın Kəlamıdır (Yəh. 14:24; 17:8,14). İsa “həqiqətdir” (Yəh. 14:6), Atanın Kəlamı da “həqiqətdir”(Yəh. 17:17). İsada birlik – Allah Kəlamında birlikdir. Birliyə nailolmaq üçün Allahın Kəlamında verilmiş həqiqətlərazılaşmalıyıq. Müqəddəs Kitab təliminə əsaslanmadan birliyənail olma cəhdləri uğursuzluğa məhkumdur.

Rəbb həm də istəyir ki, Onun ardıcılları həqiqi məhəbbətləbirləşsinlər. Əgər qəlbimizdə İsa yaşayırsa, deməli bizdəAtanın Oğula bəslədiyi kimi kamil məhəbbət var (Yəh. 17:26).Belə məhəbbət – müvəqqəti emosiya və ya ötəri hiss deyil, diriəbədi prinsipdir. Həqiqi məhəbbətə sahib olmaq üçün özümüzhaqqında daha az düşünməli, İsa haqqında daha çoxdüşünməliyik. Qürurumuz ölməli, onun yerini İsa tutmalıdır. Ozaman biz həqiqətən, səmimi şəkildə bir-birimizi sevərək,İsanın haqqında dua etdiyi kamil birliyə nail olacağıq.

“Özünü həqiqətə inananlar adlandıranlar həqiqətlə təqdisolunanda, Məsihdən Onun həlimliyini və itaətkarlığınıöyrənəndə, İmanlılar cəmiyyətində tam və kamil birlik olacaq”(Y. Uayt. Əsrlərin arzusu, 19 sentyabr 1900-cü il).

Yüksək həqiqət standartlarına əməl etmək və eyni za-manda da bir-birinə qarşı dərin məhəbbət duymaq heç dəhəmişə asan olmur. Birini başqasının hesabına önə çıxarmaqtəhlükəsi var. Bir vaxtlar birliyin başlıca elementi doktrinahesab olunurdu. Xoşbəxtlikdən, bu cür nataraz mövqe tədricəndüzəldi. Lakin bu gün biz digər tərəfdən ifrata varmaq təhlükəsiilə üz-üzə dayanırıq: həqiqəti olmayan məhəbbət kordur,məhəbbəti olmayan həqiqət isə bəhrəsizdir. Düşüncə və ürəkbirlikdə çalışmalıdırlar.

Həvari İmanlılar cəmiyyətində Məsihin duada istədiyi

72

Page 73: İsanın Təlimi (III rüb 2014-сi il)

birlik bərqərar oldu. “Onlar da özlərini həvarilərintə’liminə, şərikliyinə, birgə çörək bölməyə və duaya həsretdilər” (Həv. Iş. 2:42).

Çərşənbə, 20 avqust

BİRLİK ÜÇÜN CİDDİ MANEƏ

İsanın Mat. 7:1-5-də yazılmış sözləri İmanlılarcəmiyyətində ayrılıqlardan və münaqişələrdənqaçmağımıza necə kömək edə bilər?__________________ ____________________________________________________________________________________________________

Ətrafdakıların qüsurlarını görmək özümüzünkülərigörməkdən daha asandır. Tənqid özünü üstün hissetmə kimiyalançı bir hiss yaradır, çünki tənqidçi özünü ətrafdakı insan-larla müqayisə edir, ona elə gəlir ki, onlar ondan daha pizvəziyyətdədirlər. Lakin bizim məqsədimiz özümüzü ətrafdakıinsanlarla deyil, İsa ilə müqayisə etməkdir.

Əgər hamı Allahın “Xalq arasında xəbərçilik etmə” (Lev.19:16) əmrinə əməl etsəydi, nə qədər problemdən qaçmaqmümkün olardı. Bu sözlər çox acı bir gerçəkdir: “Qeybətçi əzizdostları ayırar” (Sül. Məs. 16:28). Digər tərəfdən elə hallar olur ki, başqa biri haqqında danışmaqlazım gəlir. Lakin bunu etməzdən qabaq özümüzə üç sualıverməliyik:

1. Məni demək istədiyim şey həqiqətdirmi? “Heç kimə qarşıyalan şahidlik etmə” (Çıx. 20:16). Bəzən biz hansısa fakthaqqında danışırıq, lakin bu sadəcə bizim gümanımız və yafərziyyəmiz olur. Həm də özümüz də bilmədən öz subyektivfikrimizi əlavə edərək, başqa insanların niyyətlərini yanlışqələmə vermək riski ilə qarşılaşa bilərik.

2. Mənim deyəcəyim söz ibrətamizdirmi? Sözlərimdinləyənlərə kömək edəcəkmi? Paul bizi “başqalarinininkişafina səbəb olan sözlər” deməyə çağırır (Ef. 4:29). Əgər

73

Page 74: İsanın Təlimi (III rüb 2014-сi il)

hər hansı informasiya həqiqətdirsə, lakin insanlara faydagətirmirsə, bəlkə onu heç deməyək?

3. Bunu məhəbbətlə demək olarmı? Bizim nə dediyimizvacib olduğu kimi, necə dediyimiz də çox vacibdir (bax. Sül.Məs. 25:11). Əgər informasiya düzgündürsə, ibrətamizdirsə,onda əmin olmalıyıq ki, onu başqalarını incidəcək tərzdədeməyəcəyik.

Yaqub dili böyük meşəni yandıra biləcək kiçik alovlamüqayisə edir (Yaq. 3:5, 6). Qeybət eşitdiyimiz zaman alovaodun əlavə etməməliyik, çünki “odun qurtaranda ocaq sönər,Qeybətçi olmayan yerdə dava bitər” (Sül. Məs. 26:20). Dedi-qodunun yayılması üçün canlı dedi-qoduçu zənciri lazımdır.Biz sadəcə dedi-qodunu dinləməkdən imtina edərək bu zənciriqıra bilərik; əgər artıq nə isə eşitmişiksə, bunu başqalarınaötürmədən də zənciri qıra bilərik. “Dedi-qodu etmək vəbununla da şər yaratmaq yerinə, gəlin Məsihinmüqayisəolunmaz qüvvəsindən bəhs edək, Onun izzətindəndanışaq” (Y. Uayt. Nəzərlərimizi yuxarıya yönəldərkən, səh.306).

Başqalarını tənqid etmək bizi özümüzü üstün saymağavadar edir, bu şübhəsizdir. Bəs özümüzü İsa ilə müqayisəedərkən nə baş verir?

Cümə axşamı, 21 avqust

BİRLİYİN BƏRPASI

Nə üçün Allahın səcdəmizi qəbul etməsinin şərti in-cimiz qardaşımızda barışıqdır? Mat. 5:23, 24.____________________________________________________________________________________________________

Qurbangaha müxtəlif qurbanlar gətirirdilər, lakin görünür İsagünahkara Allahdan bağışlanma almaq imkanı verənqurbangətirməni nəzərdə tuturdu. Allahdan bağışlanma almaz-dan əvvəl ətrafımızdakı insanlarla münasibətlərimizi

74

Page 75: İsanın Təlimi (III rüb 2014-сi il)

düzəltməliyik. Barışıq öz təqsirini həlimliklə qəbul etməyi tələbedir. Qonşularımızla barışmadan Allahdan bağışlanmanı necədiləyə bilərik?

Kimsə bizi incidibsə, hansı üç addımı atmalıyıq? Mat. 18:15-18.__________________________________________________________________________________________________________________________________________

İsa belə öyrədir: kiminsə yanlış davranışını ətrafdakılarlamüzakirə etmək əvəzinə, ilk növbədə bu səhvə yol verənadamla danışmalıyıq. Ən başlıcası isə, danışığımızın məqsəditənqid deyil, insana səmimi qəlbdən kömək etmək arzusu,onun səhvini başa salıb, təvbəyə çağırmaq olmalıdır (Lev.19:17). Biz həlimlik və incə məhəbbət ruhu ilə əlimizdən gələnietməliyik ki, onun öz səhvini görməsinə yardım edək, tövbəetməsinə və üzr istəməsinə imkan yaradaq. İnsanın əməlinihər kəsin önündə ifşa edib onu utandırmamaq çox vacibdir.Bu, onun səhvini düzəltməsi prosesini mürəkkəbləşdirə bilər.

Ən yaxşı halda üz-üzə söhbət tövbəyə və barışığagətirməlidir. Lakin əgər incidən tərəf öz səhvini boynunaalmırsa və hər şeyi yoluna qoymaq istəmirsə, növbəti addımbir və ya iki şahid çağırmaq olacaqdır (Qan. Tək. 19:15) ki,onlar yanlış davranan adamı inandırmağa kömək etsinlər.Onlar münaqişəyə şəxsən cəlb olunmamalıdırlar ki, insanıtövbəyə çağırarkın maraqlı tərəf olmasınlar. Əgər incidən tərəfonların məsləhətini eşitmək istəməzsə, onlar barışıq vəməzəmmətə cəhd etdikləri barədə şahidlik edə bilərlər.

Nəhayət, əgər ilk iki cəhd uğurla baş tutmadısa, o zamanicmaya xəbər verməliyik, lakin bunu inzibati cəza üçün deyil,son dəfə tövbəyə çağırmaq məqsədi ilə etmək lazımdır. Bütünbu prosesinin başdan sonadək məqsədi – cəzalandırmaqdeyil, düzəltməkdir (Qal. 6:1).

Yadda saxlamalıyıq ki, səhvini düzəltmək münaqişəyəqoşulmuş hər bir insana şəfa verməyin ən yaxşı yoludur.Kimsə bizim qəlbimizi qırırsa, nə üçün biz çox vaxt İsanınqoyduğu qayda ilə davranmırıq? Ağlımızı dumanlandıran qisas

75

Page 76: İsanın Təlimi (III rüb 2014-сi il)

arzusunu buxovlamağı necə öyrənə bilərik?

Cümə, 22 avqust

GƏLƏCƏK ARADIŞMALAR ÜÇÜN:

Y. Uaytın “İmanlılar cəmiyyəti üçün şəhadət” kitabının 5-cicildindən “Məsihçi birliyi” fəslini (səh. 236-248); 8-ci cildindən“Allahda Məsihlə birlik” fəslini (səh. 239-243) oxuyun.

“Güc – birlikdədir, zəiflik – ayrılıqdadır. Şeyran bunu yaxşıbaşa düşür. Allahın xalqının arasənda inciklik və ayrılıqyaradaraq Onun həqiqətini gücdən salmaq üçün şeytan indihəmişəkindən daha qətiyyətlə çalışır” (Y. Uayt. İmanlılarcəmiyyəti üçün şəhadət, 5-ci cild, səh. 236).

“Əgər şərait bizi başqa cür düşünməyə vadar etmirsə,bütün insanlar haqqında, xüsusilə də qardaşlarımız haqqındayaxşı düşünməyə çalışmalıyıq. Başqalarının qeybətinə tezqulaq asıb, inanmamalıyıq. Dedi-qodular çox vaxt paxıllığın vəya yanlış anlaşılmanın nəticəsi olur, yaxud da şişirtmənin və yahəqiqətlərin bir hissəsini gizlətməyin nəticəsi olur” (eyni yerdə,səh. 58).

Müzakirə üçün suallar:

Yanlış fikirləri olan (buna əminsiniz), lakin dünyagörüşünüzdəki fərqə baxmayaraq sizə qarşı xeyirxah,yaxşı münasibət bəsləyən adamlarla necədavranırsınız? Onlara necə münasibət bəsləməlisiniz?Digər tərəfdən, dini məsələlərdə sizinlə razılaşan,lakin kobud, ittihamçı ruhda olan, onunla eyni fikirdəolmayanları sevməyən adamlara münasibətiniznecədir? İcmanızda birliyi qorumaq mümkün olurmu? Qeyri-məsihçi bir adam məsihçilərə baxaraq “məsihçi bir-

76

Page 77: İsanın Təlimi (III rüb 2014-сi il)

liyini” necə görə bilər? İsa öyrədir ki, bizi incidənləri bağışlayaq. Lakin

əgər onlar tövbə etmirlərsə və bizdən üzr istəmirlərsə,onda necə? O zaman onlara necə münasibətbəsləməliyik? Məhəbbət və intizamın arasında nə kimi əlaqə var? Ekumenik cərəyanın (bütün məsihçi konfessiyalarınıbirləşdirmək istəyən cərəyan) nümayəndələri Məsihinduasında bəhs etdiyi birliyi yaratmağa çalışdıqlarınaiddia edirlər. Onların motivləri nə qədər yaxşı olsa da,bu cərəyanda axır zamanın hadisələrinə dairproblemlərlə bərabər, daha hansı problemlərigörürük?

“Əgər şərait bizi başqa cür düşünməyə vadaretmirsə, bütün insanlar haqqında, xüsusilə dəqardaşlarımız haqqında yaxşı düşünməyəçalışmalıyıq”. Xüsusilə günaha batmış insan təbiətikontekstində Yelena Uaytın bu sözlərini necə başadüşməliyik.

Dərs 923-29 avqust

BİZİM MİSSİYAMIZ

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Mat.5:14-16; Lk. 24:48, 49; Yəh. 20:21; Mat. 28:19, 20; Vəh. 14:6-12.

Yadda saxlanacaq ayə: “Səmavi Səltənətin bu Müjdəsibütün millətlərə şəhadət olmaq üçün bütün dünyada təbliğediləcək. O zaman son gələcək” (Mat. 24:14).

İsa xidmətinin başlanğıcında Peter və Andreyi çağırmışdı

77

Page 78: İsanın Təlimi (III rüb 2014-сi il)

ki, Onun şagirdləri olsunlar. Bu o demək idi ki, onlar Onunmüjdəsini başqa insanlara çatdırmalı idilər: “Ardımca gəlin,Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız” (Mat.4:19). Daha sonra Rəbb on iki şagirdi təyin etdi ki, “bu adamlarOnun yanında olsun, həm də onları Müjdə yaymağagöndərsin” (Mk. 3:14). Məsih on iki şagirdini, daha sonra isəyetmiş şagirdini Müjdənin təbliğinə göndərirdi (Mat. 10:5-15;Lk. 10:1-12).

Dirilməsində sonra qırx gün ərzində Məsih bir neçə dəfəşagirdlərinə göründü (1 Kor. 15: 3-8) və onların üzərinəMüjdəni təbliğ etmək vəzifəsini qoydu (Həv. Iş. 1:2, 3). O, Xoşxəbəri təbliğ etmələrini onlara təkrar-təkrar tapşırdı.Müjdələrin müəlliflərindən heç biri İsanın söylədiklərinisözbəsöz yazmasalar da, ancaq onlardan hər biri Rəbbintapşırığını bir neçə cümlə ilə qeyd ediblər və bu yazılanlarınhər biri müjdəçilik tapşırığının ayrı bir aspektinə toxunur.Beləliklə, verilmiş tapşırığın məqsədi, metodologiyası vəmiqyası haqqında çox qiymətli açılış alırıq.

Həftə ərzində müjdəçilik tapşırığını İsanın Özünün onutəqdim etdiyi işıqda araşdıracağıq.

Bazar, 24 avqust

DÜNYAYA NUR OLMAQ

Mat. 5:14-16-ı oxuyun. Isa burada hər birimizə vəümumiyyətdə İmanlılar cəmiyyətimizə nə deyir? ___________________________________________________________________________________________ _ ________

Bütün Müqəddəs Kitabda nur dedikdə ağıla Allah gəlir.“Rəbdir nurum”, - deyə oxuyurdu Davurd (Məz. 27:1), Yəhyaisə bəyan edirdi: “Allah nurdur və Onda zərrə qədər dəqaranliq yoxdur” (1 Yəh. 1:5). Allah – nur mənbəyidir. Əslindəbaşlanğıcda nuru O, yaratdı, çünki həyat üçün nur zəruri idi.

Nur ilə Allah arasındakı sıx əlaqəni təsvir edərkən,

78

Page 79: İsanın Təlimi (III rüb 2014-сi il)

Müqəddəs Yazılar tez-tez nuru həqiqətin, biliyin və salehliyinsimvolu kimi istifadə edir. Nurda gəzmək – Allahın xasiyyətinəbənzər xasiyyətə sahib olmaq deməkdir (Ef. 5:8; 1 Yəh. 1:7).Nur – Allahı, qaranlıq isə - şeytanı simvolizə edir. Ona görə də“qaranlığı işıq, işığı qaranlıq sayanlar” ağır günaha yol verirlər(Yeş. 5:20).İsa Məsih, əbədi Allah Oğlu “insanların nuru... həqiqi Nur idi vədünyaya gələrək hər bir insanı işıqlandırırdı” (Yəh. 1:4, 9).Dünyanı günahlara boğan qaranlığı aydınlatmağa qadir olanNur yalnız Odur. Onun vasitəsilə “Öz ehtişaminitanimağimizdan doğan nuru” ilə (2 Kor. 4:6), yəni Onunxasiyyətini öyrənərək aydınlana bilərik.

Məsihi Xilaskarımız kimi qəbul edəndə “nur övladlarına”çevrilirik (Yəh. 12:36; 1 Salon. 5:5). Lakin bizim özümüzdə nuryoxdur. Ay kimi, biz də yalnız üzərimizə düşən nuru əks etdirəbilərik. İsanın bizim vasitəmizlə nur saçmasına izin verərəkxeyirxah işlər görürük, bunu özümüzün nə qədər yaxşıolduğunu göstərmək üçün deyil, insanları Allaha izzət verməyəyönəltmək üçün edirik.

“Məsih ürəyimizdə yaşadığı zaman, Onun hüzurunun nu-runu gizlətmək qeyri-mümkündür. Özlərini Məsihin ardıcıllarıadlandıran adamlar... ətraflarına nur yaymırlarsa, deməlionların nur Mənbəyi ilə əlaqələri yoxdur” (Y. Uayt. Dağüstüvəz, səh. 41).

Çırağı sadəcə “qabın yaxud yatağın altına qoymaq” (Mk.4:21) üçün yandırmaq mənasız bir hərəkət deyilmi? Nə üçünbiz bəzən Məsihdən aldığımız nurla bu cür davranırıq?Gizlində qalmış şagirdin faydası qaranlıq gecədə qabın altınaqoyulmuş çıraqdan daha faydalı deyil. Ona görə də Rəbb bizəçağırış edir: “Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzətiüzərinə gəldi!” (Yeş. 60:1).

Artıq dediyimiz kimi, Ayın özündə işıq yoxdur, o,günəşin işığını əks etdirir. Bu nümunəyə əsaslanaraq,bizim ruhani işığımızın necə təzahür etməli olduğunudüşünün.

79

Page 80: İsanın Təlimi (III rüb 2014-сi il)

Bazar ertəsi, 25 avqust

ŞAHİDLƏR OLMAQ

İsanın dirilmədən sonra şagirdləri ilə ilk görüşü çox vacibidi. Onlar çox qorxmuş, məyus olmuş, çaşbaş qalmış,sarsılmışdılar. Şagirdlər qorxularından oturduqları otağınqapılarını bağlamışdılar, lakin İsa içəri daxil oldu və onlarınarasında dayandı. O, aydın və mülayim bir səslə dedi: “Sizısülh olsun”. Heyrətə gəlmiş və qorxmuş həvarilər gözlərinə vəqulaqlarına inana biləmədilər. İsa məhəbbətlə Öz əllərini vəayaqlarını şagirdlərə göstərərək, Yazılarda Onun haqqındayazılan hər şeyi izah etdi. Həmin gecə isanın hüzuru və sözlərionları dəyişdirdi, onların narahatlığını və inamsızlığını aradanqaldırdı, onların ürəklərini Rəbbin dirilməsinə əminlikdəndoğan sülh və sevinclə doldurdu.

Daha sonra Məsih şagirdlərinə onların missiyasını izahedərək, tədricən Onun həyatının, ölümünün, dirilməsinin,günahları bağışlamaq və həyatı dəyişdirmək qüvvəsininşahidləri kimi hər birinin üzərinə düşən cavabdehliyin nə qədərmühüm olduğunu dərk etmələrinə kömək etdi (Lk. 24:46-48).Onlar Onun ölümünün dəqiq şahidi olmuşdular, indi isə Onudiri seyr edirdilər. İndi şagirdlər İsanın – dünyanın Xilaskarıolduğu haqqında şahidlik edə bilərdilər.

Yalnız hər hansı bir hadisəni gözü ilə görmüş bir adamşahid ola bilər. Əgər insan kiminsə sözlərinə əsaslanaraq ifadəverirsə, o, şahid sayıla bilməz. Başqasının təcrübəsinəəsaslanaraq deyil, yalnız öz təcrübəmizə əsasında şahid olabilərik. Günahlarımızın bağışlanmasına və xilasa nail olaraq,İsanın bizim üçün etdiklərini başqalarına da çatdırmaq kimi birüstünlüyümüz var.

Müqəddəs Ruhu almaqla Məsih haqqında şəhadətarasında nə kimi əlaqə var? Lk. 24:48, 49; Həv. Iş. 1:8.Həmçinin bax. Yeş. 43:10, 12; 44:8.__________________________________________________

80

Page 81: İsanın Təlimi (III rüb 2014-сi il)

__________________________________________________Həvarilərin İşləri kitabı göstərir ki, imanlıların şəhadəti

yalnız onların ürəklərindəki Müqəddəs Ruh sayəsindəinandırıcı qüvvəyə malik ola bilər. Müqəddəs Ruhu alaraq,“həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüvvə iləşəhadət edirdi” (Həv. Iş. 4:33). Yəni onlar şahidi olduqları vəyaşadıqları şeylər haqqında açıqca və böyük qüvvə ilə danışabilirdilər. Məsih haqqında şəhadətimizə həmişə Onunla şəxsitəcrübəmiz də daxil olmalıdır.

Rəblə necə bir şəxsi təcrübəniz var? Allah həyatınızdanələr edib, başqalarına nə barəsində şahidlik edəbilərsiniz? Cavabınızı şənbə günü dərsdə bölüşün.

Çərşənbə axşamı, 26 avqust

“MƏN DƏ SİZİ GÖNDƏRİRƏM”

Yəhyanın Müjdəsi də İsanın yuxarı otaqda şagirdləri ilə ilkgörüşünü təsvir edir, lakin Lukanın müjdəsində qeyd olun-mayan bəzi incəliklərə toxunur.

Yəhyanın Müjdəsinə əsasən İsa imanlılar üçün necə birmissiya təyin etdi? Yəh. 20:21.____________________________________________________________________________________________________

İsa bu fikri bir neçə gün öncə dua edərkən də diləgətirmişdi: “Sən Məni dünyaya göndərdiyin kimi Mən də onlarıdünyaya göndərdim” (Yəh. 17:18). Kimisə göndərmək odeməkdir ki, göndərən şəxsin göndərilən üzərində müəyyənsəlahiyyəti var. Buraya həm də müəyyən bir məqsəd daxildir,çünki insanı yerinə yetirməsi tələb olunan müəyyən bir missiyailə göndərirlər. Ata İsanı dünyanı xilas etmək üçün göndərdi(Yəh. 3:17), biz isə İsa tərəfindən Onun bəxş etdiyi xilashaqqında bəyan etmək üçün göndərilirik. Bizə Məsihin işinidavam etdirmək tapşırılıb, bu iş isə bütün insanlaratəmənnasız xidmət etməkdən ibarətdir (Mat. 9:35). Lakin İsa

81

Page 82: İsanın Təlimi (III rüb 2014-сi il)

bizdən sadəcə Onun başladığı işi davam etdirməyi tələbetmir. “Mənə iman edən, - Rəbb dedi, - özü də gördüyüm işləriedəcək. Hətta bunlardan da artığını edəcək” (Yəh. 14:12).

İsa Müqəddəs Ruhu göndərdi ki, şagirdlər öz missiyasınıicra edə bilsinlər. Yaradılışda Allah Adəmub “burnuna həyatnəfəsi üfürdü” (Yar. 2:7). İndi isə İsa şagirdlərinə “üfürdü” ki,“Müqədd Ruhu alsınlar” (Yəh. 20:22). Həyat nəfəsi cansıztorpağı canlı varlığa çevirdiyi kimi, Müqəddəs Ruh daqorxmuş, məyus şagirdləri güclü şahidlərə çevirdi ki, İsanınişini davam etdirsinlər. Bu gün bizə tapşırılmış işi yerinə yetirəbilməmiz üçün biz də Müqəddəs Ruhla bu cür məshedilməliyik.

İsa bizi şahidlər olmağa dəvət edib. Siz nə barəsindəşahidlik edə bilərsiniz? Yəni İsa ilə nə gördünüz və yayaşadınız ki, ətrafdakılara bunun haqqında danışabilərsiniz?

Çərşənbə, 27 avqust

ŞAGİRDLƏR EDİN

İsa dirildikdən sonra Qalileyada dağda şagirdləri iləgörüşdü, onlara oraya getmələrini söyləmişdi (Mat. 28:16).Yalnız on bir həvari deyil, beş yüzdən çox qardaşlar dirilmişRəbbi qarşılamaq üçün toplaşmışdılar (1 Kor. 15:6). Ölüməqalib gəlmiş Rəbb onlara dedi: “Göydə və yer üzündə bütünsəlahiyyət Mənə verilmişdir” (Mat. 28:18). İndi artıq Məsihinqüvvəsi və səlahiyyəti yer üzündə ölduğu vaxtlardakı kimi kp-nüllü surətdə məhdud deyildi. İnsan bədənində gəlməzdənöncəki kimi, Onun səlahiyyəti bütün Kainatı əhatə edirdi. RəbbÖzünün danılmaz səlahiyyətinə əsaslanaraq, ardıcıllarınaonların missiyasını başa salır.

Mattanın yazdıqlarına görə, İsa böyük tapşırığını diləgətirərkən dörd feldən istifadə etmişdi: gedin, şagirdim edin,vəftiz edin və öyrədin. Təəssüflər olsun, ki Müqəddəs Kitabın

82

Page 83: İsanın Təlimi (III rüb 2014-сi il)

bir çox tərcümələri yunan mətnindən yalnız bir felin əmrşəklində olması faktını əks etdirmir – “şagirdim edin”, digər üçsöz isə - feli sifətlərdir. Bu o deməkdir ki, cümlənin mərkəzində“şagirdim edin” söz birləşməsi dayanır, digər üç iş isə ondanasılıdır.

“Şagirdim edin” əmrinin icrasında getmək, vəftiz etməkvə öyrətmək kimi işlərin nə kimi rolu var? Mat. 28:19, 20.____________________________________________________________________________________________________

İsanın tapşırığı insanları şagirdliyə yönəltməklə əlaqəli üçişi göstərir. Bu üç işin dəqiq ardıcıllıqla baş verməsi vacibdeyil; onlar daha çox bir-birini tamamlayırlar. Müxtəlif yerlərəbaş çəkərkən, zaman keçdikcə müjdəni bütün dünyaya ya-yaraq, İsanın öyrətdiyi hər şeyi öyrətməli, Onu Xilaskarı kimiqəbul edənləri və Onun əmr etdiyi hər şeyə əməl etməkistəyənləri vəftiz etməliyik.Kimsə vəftiz olduğu zaman sevinirik, lakin vəftiz – hekayəninsonu deyil. Bu sadəcə şagirdliyə aparma prosesinin birhissəsidir. Bizim işimiz – insanları İsanın ardınca getməyədəvət etməkdir, bu isə Ona inanmaq, Onun təliminə əməletmək, Ondan nümunə götürmək və ətrafdakıları da Onunşagirdi olmağa dəvət etmək deməkdir.

Bu gün araşdırdığımız ayədəki bütün sözü çox mühüməhəmiyyət kəsb edir. Bütün səlahiyyət İsaya verildiyinə görə,biz bütün millətlərin yanına getməli, onlara Müjdədə söylənənhər şeyə əməl etməyi öyrətməliyik və bu zaman əmin olmalıyıqki, Məsih dövrün sonuna qədər hər gün bizimlədir.

Öz icmanız haqqında düşünün. İbadətgahınızın üzvləriyeni imana gəlmiş insanları öyrətmək və düzgünistiqamətləndirmək üçün nə edirlər? Daha nələr etməkolar? Özünüzə bu sualı da verin: Müjdənin tapşırığındaistifadə edə biləcəyiniz hansı talantlarınız var?

83

Page 84: İsanın Təlimi (III rüb 2014-сi il)

Cümə axşamı 28 avqust

MÜJDƏNİ BƏYAN EDİN

Markın Müjdəsi Rəbbin böyük tapşırığını özünəməxsuslakoniklik və aydınlıqla bir qısa cümlədə ifadə edir: “Dünyanınhər tərəfinə gedin, bütün xilqətə Müjdəni bəyan edin” (Mk.16:15). Mattanın Müjdəsində olduğu kimi, “gedin” feli yunancaorijinal mətndə əsas işə deyil, əsas işi icra etmək üçün lazımolan hərəkətə işarə edən feli sifətdir. Missiyanın özü yunandilində əmr şəklində “keryusso” sözü ilə ifadə olunmuşdur.“Keryusso” “yüksəkdən bəyan etmək, bildirmək, təbliğ etmək”deməkdir. Mark bu termindən bütün digır müjdəçilərdən dahaçox, on dörd dəfə istifadə edir. İmanlılar cəmiyyəti Müjdənibəyan etməlidir.İsanın xidməti müddətində on iki şagird bütpərəstlərin yanınadeyil, yalnızca “İsrail xalqının itmiş qoyunlarının yanına”gedirdilər (Mat. 10:6). İndi isə onlar bütün dünyada “bütünxilqətə” təbliğ etmək üçün göndərilirdilər. On bir şagird Müjdənibütün dünyaya, yer üzündə yaşayan hər bir insana heç vaxtçatdıra bilməzdilər. Bu cür dünya miqyaslı tapşırıq bütünİmanlılar cəmiyyətinin bu işdə iştirakını tələb edir. Bu iş bütünəsrlər boyunca İsaya iman etmiş hər kəsə tapşırılmışdır, bundasizin və mənim iştirakım da vacibdir.

Vəh. 14:6-12-i oxuyun. Burada İmanlılar cəmiyyətininümümdünya missiyası haqqında nə dey-ilir?______________________________________________ __________________________________________________

Müjdənin bütün insanlara təbliği - hər bir insan eşitdiyimüjdəni avtomatik surətdə qəbul edəcək demək deyil. Yalnız“iman edib vəftiz olan xilas olacaq” (Mk. 16:16). Biz ciddi səyləmüjdəni təbliğ etməliyik, hər bir dinləyicimizin müjdənindəvətinə cavab verəcəyinə ümid etməliyik. Bununla belə birşeyi yadda saxlamalıyıq: geniş qapılar obrazı ilə aydın şəkildəgöstərildiyi kimi, bir çoxları Allah Kəlamını qəbul etməyəcəklər

84

Page 85: İsanın Təlimi (III rüb 2014-сi il)

(Mat. 7:13, 14). İmanlılar cəmiyyətinin ümumdünya missiyasının yerinə

yetəcəyinə nə kimi zəmanətimiz var? Mat. 24:14_________________________________________ __________________________________________________Mk. 16:15 və Mat. 24:14 arasında bizi ruhlandıran bir paralelmüşahidə edə bilərik. Hər iki ayə Müjdənin bütün dünyayatəbliğindən bəhs edirlər, lakin birinci ayədə İsanın təbliğ etməktapşırığı verilirsə, ikinci ayədə bu missiyanın hökmən həyatakeçəcəyi barəsində vəd verilir.

Məsih “qarşıda duran iş üçün onlara lazım olan hər şeyivermişdi, işin uğuru üçün cavabdehliyi isə Öz üzərinəgötürmüşdü. Nə qədər ki onlar Onun sözünün rəhbər tuturlarvə birlikdə çalışırlar, heç vaxt uğursuzluğa düçar olmaya-caqlar” (Y. Uayt. Əsrlərin arzusu, səh. 822). İndi isə özümüzəbu sualı verək: Məsihin bu ən vacib işdə bizdən istifadəetməsinə nə dərəcədə hazırıq?

Cümə, 29 avqust

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN:

Y. Uaytin “Əsrlərin arzusu” kitabından “Gedin, bütünxalqları Mənim şagirdim edin” fəslini (səh. 818-828);“Həvarilərin işləri” kitabından “Böyük tapşırıq” fəslini (səh. 25-34) oxuyun.

“Hər bir həqiqi şagird Allahın İmanlılar cəmiyyəti üçünvəzçiyə çevrilir. Diri suyu içən hər kəs özü həyat mənbəyinəçevrilir. Özü alan kəs verməyə başlayır. İnsanın qəlbindəMəsihin lütfü səhradan axan çeşmə kimidir: fışqırır ki, hamıyatəravət gətirsin və ölümə məhkum canlarda həyat suyundaniçmək arzusu oyatsın” (Y. Uayt. Əsrlərin arzusu, səh. 195).

“Xilaskarın şagirdlərinə verdiyi tapşırıq bütün imanlılara aid-dir. O, dövrün sonuna qədər Məsihə inanan hər kəsə aiddir.İnsanların xilası – yalnız əl qoyulub dualanmış xidmətçilərin

85

Page 86: İsanın Təlimi (III rüb 2014-сi il)

işidir deyə düşünmək çox ciddi bir səhvdir... Məsihdə həyatalmışların hamısı öz yaxınlarının xilası üçün çalışmağaçağırılmışlar. İmanlılar cəmiyyəti də bu məqsədlə təşkil olunub,onun müqəddəs vədlərini öz üzərimizə götürərkən, Məsihinhəmişçilərinə çevrilməyi vəd etmiş oluruq” (Eyni yerdə, səh.822).

Müzakirə üçün suallar:

Hər kəsin dünyanı gəzib Müjdəni təbliğ etməkimkanı yoxdur. Lakin Üç mələyin müjdəsikontekstində Müjdəni dünyaya bəyan etmək işindəhər birimiz necə iştirak edə bilərik?

Sizin icmanız yaşadığınız şəhərdə İsanın xidmətininecə davam etdirir? İbadətgahınızda vəzçilik işininecə yaxşılaşdıra bilərsiniz?

İsa müjdənin bütün dünyaya bəyan ediləcəyinisöyləmişdi. Onun bu sözləri dediyi vaxtdan ən yenitarixə qədər insanlar arasındakı rabitə sistemi deməkolar ki, dəyişməmişdi. 200 il bundan əvvəlinformasiyanı ötürmə sürəti 2000 il əvvəl İsa müjdətapşırığını verdiyi zamandakından o qədər də sürətlideyildi. Əlbəttə hər şeyi xüsusilə son 50 ildə dəyişdi,bəşəriyyət informasiyanı ötürmək üçün yeniheyrətamiz metodlar işləyib hazırladı. Bu ağlasığmaztexnologiyadan Müjdənin təbliği işində ən səmərəlişəkildə istifadə etməyi necə öyrənə bilərik?

Bazar ertəsinidərsindəki suala geri dönərək, arzuedənlərə İsa ilə təcrübələrini bölüşməyi təklif edin. Özşəhadətlərimizdən insanlarla ünsiyyətdə necə istifadəedə bilərik? Nə üçün öz şəxsi təcrübəmizə müraciətetməliyik?

86

Page 87: İsanın Təlimi (III rüb 2014-сi il)

Dərs 1030 avqust – 5 sentyabr

ALLAHIN QANUNU

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri:Mat. 5:17-19; 5:21-44; Mk. 7:9-13; Mat. 19:16-22.

Yadda saxlanacaq ayə: “Əgər Məni sevirsinizsə, əmrləriməəməl edərsiniz” (Yəh. 14:15).

Israilin bir çox ruhani rəhbərləri Qanunu uca tutub,yüksəltsələr də, bəziləri onun məqsədini yanlış anlayırdılar,çünki düşünürdülər ki, Qanuna əməl etməklə salehlik əldəedəcəklər. Paulun yazdığı kimi: “Çünki onlar Allahdan gələnsalehliyi anlamayıb öz salehliklərini bərqərar etməyəçalışmaqla Allahın salehliyinə tabe olmadılar” (Rom. 10:3).

Məhz buna görə isa tez-tez “ata-babaların” adət-ənənələrinə şübhə ilə yanaşır və hətta rədd edirdi (Mk. 7:1-13). Onlar isə öz növbəsində Qanunu yanlış anlayaraq İsanıtənqid edir və Onun Qanuna baxışına qarşı çıxırdılar. Bir şeyibaşa düşmək vacibdir: İsa fariseylərin qanunpərəst adət-ənənələrini açıq şəkildə tənqid etsə də, Özü On Qanunu ucatuturdu, Dekaloqun əbədiliyini aydın şəkildə bəyan edirdi vəhətta onun mahiyyətini və məqsədini izah edirdi. Məsih ÖzüQanunu icra etmək üçün gəldiyini deyirdi (Mat. 5:17). Onunölümü Allahın Qanununun qüvvədə olduğunu təsdiqlədi.

Bu həftə biz İsanın Qanunla bağlı təlimini araşdıracaq vəOnun təliminin bizim həyatımıza nə kimi təsir göstərməsigərəkdiyi barədə düşünəcəyik.

Bazar, 31 avqust

İSA QANUNU DƏYİŞMƏDİ

87

Page 88: İsanın Təlimi (III rüb 2014-сi il)

Mat. 5:17-19-da İsanın Qanuna münasibəti necə açılır? ____________________________________________________________________________________________________

“Qanun” sözü çox vaxt Müqəddəs Kitabın ilk beş kitabına(Tövrat kimi də bilinir) münasibətdə istifadə olunsa da, buhalda kontekst İsanın məhz On Əmrdən bəhs etdiyini göstərir.Qanunu “pozmaq” üçün gəlmədiyini vurğulayan İsa hərfimənada bu sözləri dedi: “Mən On Əmri qüvvədən salmaq vəya ləğv etmək üçün gəlmədim”. Onun ifadəsi tamamiləaydındır. Həm də İsa göstərdi ki, Qanunu O deyil, dinirəhbərlər (ata-babalar) pozublar, öz adət-ənənələri ilə qanununfəaliyyətini aşağğı salıblar (Bax. Mat, 15: 2-6). Onlarındavranışının əksinə Məsih Qanunun daha dərin mənasınıaçdı, onu icra etdi və Allahın iradəsinə kamil şəkildə itaətetməyin yolunu bizə göstərdi (bax. Rom. 8:3, 4).

Həv. Iş. 7:38-i oxuyun. Musa ilə danışan və Sinadağında ona Qanunu verən Mələk kim idi? Yeş. 63:9; 1Kor. 10:4. Bunu bilmək nə üçün vacibdir?____________________________________________________________________________________________________

“Məsih təkcə yəhudiləri səhrada istiqamətləndirmirdi...İsrailə Qanunu verən Kəs də O idi. Sina dağında möhtəşəmizzətlə əhatə olunaraq, Məsih bütün xalqın qarşısında AtasınınQanununun On Əmrini bəyan etdi. O, daş lövhələr üzərindəhəkk edilmiş Qanunu Musaya təqdim etdi” (Y. Uayt.Ağsaqqallar və peyğəmbərlər”, səh. 366). Məsihin Özünün Sina dağında Musaya Qanunu verməsi faktıözü bir daha göstərir ki, biz Qanuna çox ciddi yanaşmalıyıq.Bundan əlavə, əgər Qanunvericinin Özü müjdələrdə qazıldığıkimi, Ötəlimində Qanunu izah edirsə, onda biz də bu Qanununtələblərinə əməl etməklə doğru davranmış olarıq. İsanınhəyatında və təlimində On Əmrin məsihçilər üçün vacibolmadığına dair heç bir göstəriş yoxdur. Onun sözləri və təlimibizə tam əksini öyrədir.

Qanunun tələblərinin icrasının mütləq olduğunu

88

Page 89: İsanın Təlimi (III rüb 2014-сi il)

bilərək, həm də onun bizi xilas etmədiyini dərk edirik (bax.Qal. 3:21). Qanunla lütf arasındakı qarşılıqlı əlaqəni necəbaşa düşmək olar?

Bazar ertəsi, 1 sentyabr

İSA QANUNUN MAHİYYƏTİNİ DƏRİNLƏŞDİRDİ

On Əmrin dəyişməzliyini təsdiqləyən İsa Dağüstü vəzinədavam edərək, Əhdi-Ətiq əmrlərindən bir neçə xüsusi misalaaydınlıq gətirdi. İnsanlar Əmrlərin mahiyyətini başadüşmürdülər, buna görə də İsa onların əsl mahiyyətini açmağızəruri hesab edirdi.

Dağüstü vəzində toxunduğu Qanun aspektlərinə İsanecə aydınlıq gətirdi? Hər bir halda O, kimin nüfuzuna isti-nad edirdi? Mat. 5:21-44.____________________________________________________________________________________________________

Diqqət yetirin ki, hər bir halda İsa əvvəlcə Əhdi-Ətiqdənayəni sitat gətirir (Çıx. 20:13, 14; Qan. Tək. 5617, 18; Çıx.21:24; Lev. 24:20; Qan. Tək. 19:21), sonra isə onunmahiyyətini dərinləşdirir. Isa əxlaq Qanununu şübhə altınaqoyurdumu? Əlbəttə, yox. Dini rəhbərlərin formal səviyyəyəsaldığı şeyləri izah edib genişləndirərək, sadəcə fariseylərintəlimini Qanunun həqiqi mahiyyəti ilə müqayisə edirdi.

Ravvinlər Qanunun şərhində nüfuzlu mənbə kimi adət-ənənələrə istinad edirdilər. Onlardan fərqli olaraq, Məsih Qa-nunverici kimi Öz şəxsi nüfuzuna söykənirdi. “Mən isə sizədeyirəm” ifadəsinə bu fəsildə altı dəfə rast gəlinir. RəbbinÖzündən başqa kim bu cür bəyanatla çıxış edə bilərdi?

Maraqlıdır ki, Məsihin tələbləri Qanunun sadə şəklininçərçivəsindən kənara çıxırdı. Onun təlimində ruh var idi, bu ruhqadi halda bir formaya çevrilə biləcək şeylərə məna və həyatverirdi. Qanun – lütfə görə xilası açıqlayan həqiqətin ifadəsidir.Qanunun icrasını qarşıya əsas məqsəd olaraq qoyulması

89

Page 90: İsanın Təlimi (III rüb 2014-сi il)

yalnız ölümə aparır. Qanunşünas və fariseylərin Mat. 23:3-5, 23-28-də təsvir

edilmiş mövqelərini müzakirə edin. Bu cür riyakarlığa vəqanunpərəstliyə varmadan Allahın əmrlərinə necə itaətgöstərə bilərik? Lütfü dərk etmək bizi qanunpərəstlikdənnecə qoruya bilər?

Çərşənbə axşamı, 2 sentyabr

İSA VƏ YEDDİNCİ ƏMR

Mat. 5:27, 28-ə əsasən İsa Qanunun mahiyyətini necəgenişləndirdi? 29 və 30-cu ayələrdə O nə deyir? Bu sözlərinecə başa düşməliyik?____________________________________________________________________________________________________

Verilmiş ayələrdə Məsih iki əmrə toxunur: yeddinci vəonuncu. O vaxta qədər israillilər zinanı öz həyat yoldaşındanbaşqa birisi ilə cinsi əlaqə kimi qiymətləndirirdilər. İsa isə Onəmrin əsasında göstərdi ki, əslində zinaya günahlı fikirlər vəistəklər də daxildir. 29 və 30-cu ayələrdə Məsih obrazlı ifadədən istifadə edir.Əlbəttə, kimsə deyə bilər ki, Məsihlə əbədi həyatdan məhrumolmaqdansa, şikəst yaşamaq yaxşıdır. Lakin burada Məsihşikəstlikdən deyil (bu, digər bir Müqəddəs Kitab təliminə ziddolardı – Lev. 19:27, 28; 21:17-20), daha çox öz düşüncə vəistəklərini iradə etməyin vacibliyindən danışır.

Gözün çıxarıb atılmasından və ya əlin kəsilməsindəndanışarkən, Məsih əslində özünü sınaqlardan və günahdanqorumaq üçün ciddi qərar və addımların qəbul edilməsininzəruriliyini ön plana çəkir.

Mat. 19:13-də fariseylər İsadan nə soruşurdular və nəüçün bu çaşdırıcı bir sual sayılırdı? (Bax. Ayə 7). İsa nəcavab verdi? Mat. 19:4-9; Mat. 5:31, 32 ilə müqayisəedin._____________________________________________

90

Page 91: İsanın Təlimi (III rüb 2014-сi il)

____________________________________________________________________________________________________

Hər iki ayə (Mat. 5:31 və 19:7) Qan. Tək. 24:1-ə istinadedir. Isanın vaxtında iki ravvin məktəbi bu ayəni iki fərqliistiqamətdə izah edirdi. Gilleyin məktəbi iddia edirdi ki, buradasöhbət yalnız açıq zinadan gdir. Fariseylər hiyləgərlikləçalışırdılar ki, İsa ya bir məktəbin, ya da digərinin mövqeyinitutsun. Lakin onlar unutdular ki, Allahın planındaboşanmağa ümumiyyətlə yer yox idi, ona görə də İsa dedi:“Allahın birləşdirdiyini insan ayırmamalıdır” (Mat. 19:6). Dahasonra isə “ürəyiniz inadkar olduğuna görə Musa” (Mat. 19:8)icazə verdi ki, arvadınızda “ləyaqətsiz bir şey” tapdığınız üçünona “talaq kağızı” yazıb verəsiniz (Qan. Tək. 24:1).

Məsih bu hissənin mənasını izah edərək, nikahınmüqəddəsliyini və dəyişməzliyini vurğuladı; Allah qarşısındaboşanma üçün yeganə səbəb – cinsi pozğunluq və ya “zina”(yunanca – “porneyya”, hərfi mənada “əxlaqsızlıq”,“pozğunluq”) ola bilər.

İsanın gözü çıxarmaq və ya əli kəsmk haqqındakıxəbərdarlığını nə dərəcədə ciddi qəbul edirik? Günahınbizim əbədi aqibətimizə necə təsir edə biləcəyinə dair bun-dan daha aydın bir xəbərdarlıq verə bilərdimi? Əgər buxəbərdarlıq sizi qorxudursa, bu, pis deyil?

Çərşənbə, 3 sentyabr

ISA VƏ BEŞİNCİ ƏMR

İsanın qanunşünas və fariseylərlə digər bir görüşündə (Mat.15:1-20; həmçinin bax. Mk. 7:1-13) onlar Ondan Musanın qa-nununda rast gəlinməyən ata-babaların adət-ənənələribarəsində soruşdular. Bu adətlərə görə yeməkdən qabaq əlləriqumaq lazım idi, lakin İsanın şagirdləri buna etinasızyanaşmışdılar. Məsih fariseylərin digər bir adətini misalgətirərək cavab verdi, bu adət isə beşinci əmrə zidd çıxırdı.

91

Page 92: İsanın Təlimi (III rüb 2014-сi il)

Məsihin əsaslandırmasını araşdırmazdan əvvəl, fariseylərinqoyduğu ənənəni başa düşməliyik, bu ənənəyə “korvan”deyirdilər (“ənam” mənasını verən sözdən əmələ gəlib). Birinsan hər hansı bir şeylə bağlı “Bu korvandır” deyirdisə, o, andiçmiş hesab olunurdu. Artıq həmin şey Allaha və məbədəməxsus olurdu.

Mk. 7:9-13-ü oxuyun. Fariseylərin ənənəsi beşinci əmrinecə pozurdu? Allaha qurbanların gətirilməsinin vacibliyi(Çıx. 23:15; 34:20) və Allaha verilən vədin müqəddəsliyi(Qan. Tək. 23:21-23) barədə düşünün. ____________________________________________________________________________________________________

Deyəsən fariseylər valideynləri qanuni qardımdan məhrumetmək üçün əla bəhanə tapmışdılar. Onlar Tövratda yazılmışmöhkəm prinsipləri heç edərək onları insan qayda-qanunlarıilə əvəz etmişdilər, dini rəhbərlərin fikrincə bu qayda-qanunlarAllahın əmrlərindən birini əvəz edə bilərdi.

Bu, İsanın bu cür ruhani təhriflərlə mübarizə apardığıyeganə hal deyildi: “Amma vay halınıza, ey fariseylər! Çünkinanə, sədəfotu və hər cür göyərtinin ondabirini verirsiniz, lakinədalətə və Allahın məhəbbətinə qayğısızlıq göstərirsiniz.Amma ondabiri verməklə bərabər bunlara əməl etməli idiniz”(Lk. 11:42). Onlar hər iki əmrə əməl etməli idilər: həm ata-analarına hörmət etməli, həm də Rəbbə qurban təqdimetməyə davam etməli idilər.

Təəccüblü deyil ki, İsa irəli sürdüyü əsaslandırmanın so-nunda fariseyləri Yeşaya peyğəmbərin kitabındakı sözlərlətəsvir etdi. Məsihdən 700 il əvvəl Yeşaya israillilər haqqındabelə demişdi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Ammaqəlbləri Məndən uzaqdır. Boş yerə Mənə səcdə edirlər, İnsanəmrindən çıxardıqları tə’limləri öyrədirlər” (Mat. 15:8, 9). İsaOn Əmri bir daha ucaltdı və öz mövqeyini fariseylərinmövqeyinə qarşı qoydu.

Öz vəzifə borcunuzu yerinə yetirməmək üçün hansı“yollar” tapırsınız?

92

Page 93: İsanın Təlimi (III rüb 2014-сi il)

Cümə axşamı, 4 sentyabr

İSA VƏ QANUNUN MƏĞZİ

Mat. 19: 16-22-i oxuyun. Bu qeyri-adi hadisədən Qanunhaqqında hansı vacib həqiqətləri öyrənə bilərik?____________________________________________________________________________________________________

Varlı gənc başa düşə bilmirdi ki, günahdan azad olmanınQanunun tələblərinə əməl etməklə heç bir əlaqəsi yoxdur.Qurtuluğu Qanunverici, Xilaskar verir. İsraillilər bu həqiqəti ənbaşından bəri bilirdilər, lakin unutmuşdular. İndi isə İsa onlarınbirinci növbədə diqqət yetirməli olduqları şeyi izah edirdi: Al-laha itaət və tam həsrolunma bir-biri ilə o qədər sıx bağlıdır ki,biri olmadan digəri – məsihçi həyatı deyil, yalnız riyakarlıqhesab olunur. “Biz Allaha itaət göstərməsək, O, bizdən heç birşeyi qəbul edə bilməyəcək. Məsihin təliminin mahiyyəti öz“mən”indən imtinadır. Özündən imtinaya çağırış çox vaxt qətisəslənir, lakin insan üçün xasiyyətinə ölümcül təsir vuracaq hərşeyi kəsib atmaqdan başqa xilas yolu yoxdur” (Y. Uayt.Əsrlərin arzusu, səh. 523).

Digər bir görüşdə sadukeylər İsadan dirilmə haqqındasoruşdular. Məsihin cavabı onları heyrətə düşürdü və sus-durdu. Sonra isə fariseylər son bir həmləni etmək üçün bir yerətoplaşdılar, onlar Xilaskarın elə sözlər sərf etməsini istəyirdilərki, sonra həmin sözləri Qanuna zidd kimi şərh edə bilsinlər.Fariseylər bir qanunşünas seçdilər və o, İsadan Qanundahansı əmrin daha üstün olduğunu soruşdu (Mat. 22:35-40).

Bəlkə də, qanunşünasın sualı ravvinlərin bütün əmrlərikiçikdən böyüyə sıraya düzmək cəhdlərindən irəli gəlirdi. Əgəronlar iki əmrin bir-birinı zidd olduğunu düşünürdülərsə, ondadaha vacib hesab etdikləri əmrə üstünlük verirdilər, beləcəinsan “daha az vacib” sayılan əmrləri pozmağa haqqı çatdığınıdüşünürdü. Fariseylər O əmrin ilk dördünü xüsusilə yüksək tu-turdular, onları digər altısından daha əhəmiyyətli hesab

93

Page 94: İsanın Təlimi (III rüb 2014-сi il)

edirdilər, bunun nəticəsində dinə praktiki nöqteyi nəzərdənzərər dəyirdi.İsa səlahiyyət sahibi kimi cavab verdi: ən vacib olan şey –ürəkdə məhəbbət yaşamalıdır. Məhəbbət olmadan itaət qeyri-mümkün və mənasızdır. Əgər insan Allahı səmimi qəlbdənsevirsə, o, heç şübhəsiz həyatını Allahın On əmrdə öz əksinitapmış iradəsinə uyğun şəklə gətirəcəkdir. Ona görə də İsadedi: “Əgər Məni sevirsinizsə, əmrlərimə əməl edərsiniz” (Yəh. 14:15).

Cümə, 5 sentyabr

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN:

Y. Uaytın “Məsihin Dağüstü vəzi” kitabından “Qanununruhaniliyi” fəslini (səh. 45-78); “Əsrlərin arzusu” kitabından“Dağüstü vəz” fəslini (səh. 307-314) və “Mübahisə” fəslini (səh.606-609) oxuyun.

“Qanundan bəhs edərkən İsa qeyd edir: “Mən ləğv etməküçün deyil, icra etmək üçün gəldim”... yəni Qanunun bütüntələblərini icra etmək və Allahın iradəsinə tamamilə tabe olmaqnümunəsi göstərmək. Məsihin missiyası “qanunu ucaldıb izzətləndirmək”dən ibarətidi (Yeş. 42:21). O, insanlara onun ruhani məğzini, hər şeyiəhatə edən prinsiplərini və dəyişməzliyini açmalı idi...

Isa, Atasının dəqiqliklə bənzəri, Onun izzətinin parıltısı,fədakar Xilaskar yer üzündəki səyahətində İlahi məhəbbətinQanunun xarakterinin canlı təcəssümü idi. O Öz həyatı iləgöstərirdi ki, əbədi əxlaq qanunlarının təməlində səmaviməhəbbət və Məsihinkinə bənzər prinsiplər dayanır” (Y. Uayt.Məsihin Dağüstü vəzi, səh. 48, 49).

Müzakirə üçün suallar:

Fariselər kimi biz də Əmrlərə riayət edərkən necə

94

Page 95: İsanın Təlimi (III rüb 2014-сi il)

qanunşünasa çevrilə bilərik? Bu və ya digər tərəfdənifarata varmamaq üçün bizə kömək edəcək praktikihəll yollarının siyahısını tutun. Öz fikirlərinizi sinifdəbölüşün.

Bildiyimi kimi, On əmrə bütün hücumlar şənbəniqorumaq istəməməkdən irəli gəlir. Şənbə günü şəfaverməklə bağlı Müjdələrdə yazılmış bütün hekayələrəbaxın. Bu hekayələr yalnız bütünlükdə Allah Qa-nununun deyil, həm də şənbəni hüquqi qüvvəsininecə təsdiqləyir? Nə üçün şənbəni rədd edənlərinİsanın sözlərinə nümunəsinə arxalanmağa haqqı yox-dur?

İlahiyyatçılar bəzən “əxlaqi Kainat” kimianlayışlardan istifadə edirlər. Bu nə deməkdir? Bizimdünyamız nəyə əsasən “əxlaqi” sayılır? Dünyanıəxlaqlı edən sizin fikrinizcə nədir? Əxlaqi KainatdaAllahın Qanunun rolu necə olmalıdır? Kainatı Öz əxlaqQanunu ilə idarə edən Allah olmadan kainat əxlaqlı olabilərdimi? Bunu müzakirə edin. Əxlaqi Kainatda AllahQanununun olması şeytanın bu Qanunu qüvvədənsalmaq cəhdlərini necə açıqlayır?

Dərs 116-12 sentyabr

ŞƏNBƏ

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Yəh. 1:1-3;Mat. 12-1-5; Lk. 4:16-21; Yəh. 5:16, 17; Mat. 24:20.

Yadda saxlanacaq ayə: “Sonra İsa onlara dedi: “İnsanŞənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir” (Mk. 2:27,28).

95

Page 96: İsanın Təlimi (III rüb 2014-сi il)

Yer üzündəki xidməti ərzində Məsih dəfələrlə dinirəıhbərlərin Onun şənbəyə düzgür riayət etməməsi ilə bağlıittihamlarına məruz qalmışdı. Tənqidə məruz qaldığı zamanMəsih Özünün Şənbə gününün Sahibi kimi səlahiyyətini xüsusiqeyd etdi (Mat. 12:8; Mk. 262; Lk. 6:5). O, həm də Şənbənidüzgün saxlamağın nə demək olduğunu göstərdi.

Bu gün biz şənbəni “düzgün saxlamamaq” problemi ilədeyil, şənbə deyil, bazar gününün istirahət günü olduğuna dairpopulyar yanaşma problemi ilə üzləşirik. Lakin Bazar günününtərəfdarları Müjdələrdə öz baxışlarının lehinə heç bir şəhadəttapa bilmirlər. Müjdələrdə qeyd olunmuş şənbə ilə bağlımübahisəlıər yalnız şənbəni necə saxlamaq məsələsinə aiddir,nə vaxt saxlamaq deyil. İsanın həyatı və təlimi yeddinci gün,şənbənin hətta Məsihin ölümü və dirilməsindən sonra daistirahət günü olağa davam etdiyinə dair heç bir şübhəyaratmır.

Həftə ərzində Məsih haqqında, Onun Yaradan və ŞənbəGünün Sahibi olması haqında düşünəcəyik. İsanın Şənbəninqorunması ilə bağlı təlimini araşdıracağıq və Onun bundaşəxsi nümunəsinə baxacağıq. Eyni zamanda, İsanın şənbəhaqqında nə dediyini və Onun dirilməsindən sonra həvarilərinhansı nümunəni göstərdiklərini nəzərdən keçirəcəyik.

Bazar, 7 sentyabr

MƏSİH – ŞƏNBƏ GÜNÜNÜN YARADICISIDIR

Verilmiş ayələr İsanın yaradılışdakı rolu barəsində nədeyirlər? Nə üçün xüsusilə şənbənin yaranmasından bəhsedərkən bunu bilmək çox vacibdir? Yəh. 1:1-3; Kol. 1:16;İbr. 1:1,2. _____________________________________________________________________________________________________________________________________________

Yəhya öz Müjdəsini məşhur ifadə ilə başlayır: “Başlanğıcda

96

Page 97: İsanın Təlimi (III rüb 2014-сi il)

Kəlam var idi... Hər şey Onun vasitəsilə yarandı və yarananşeylərdən heç biri Onsuz yaranmadı” (Yəh. 1:1-3). Yəhya vəPaul Məsihin yaradılışdakı roluna heç bir şübhə yeri qoy-murlar. Allah Oğul, İsa Məsih, hər şeyi yaradıb: “Çünkigöylərdə və yerdə olan, görünən və görünməyən hər şey... nəvarsa, Onun vasitəsilə və Onun üçün yarandi” (Kol. 1:16).Məsih vasitəsilə Allah Kainatı yaratdı, buraya Günəş sistemi,Yer üzü və orada olan canlı və cansız hər şey daxildir.

İnsanların Xilaskarı olacaq Məsih, həm də onların Yaradanıidi. Yaradılış həftəsinin sonunda Rəbb bizə istirahət, rahatlıqgünü verdi. “Şənbə günü insan üçün yaradıldığına görə, o,Rəbbin günüdür... Hər şeyi O yaratdı, şənbəni də O yaratdı. O,bu günü yaradılış günlərinin xatirəsi olaraq yaratdı” (Y. Uayt.Əsrlərin arzusu, səh. 288).

İstirahətə ehtiyacı olan insanı yaradan həmin Allah, bunauyğun imkanın qayğısına da qaldı, həftənin bir gününü ayırdı,həmin günü insanların gündəlik işlərini və qayğılarını birkənara qoyub, Yaradanda rahatlıq tapmalıdırlar. O Özüyaradılış işlərini başa çatdırıb yeddinci gün istirahət etmişdi,lakin bunu yorulduğu üçün deyil, şənbə gününə xeyir-duaverib, təqdis etmək və bizə şənbəni qorumağa dair nümunəqoymaq üçün etmişdi. Çarmıxda bizim xilas işimizi başaçatdıran Rəbb şənbə günü rahatlığa qovuşdu ki, (bütün hərşeydən əlavə) şənbənin keçib-getməyən dəyərini bir dahatəsdiqləsin. Bəşəriyyəti Onda rahatlıq tapmağa çağıran Məsih(Mat. 11:28, 29), bizi həftədə bir gün, hər şənbə günü xüsusişəkildə dincəlməyə dəvət edir.

Şənbənin qorunması bizi Yer üzünün yaradılışınınbaşlanğıcı ilə, mövcudiyyətimizin əsası ilə birləşdirir.Allahın mənə bəxş etdiyi həyatla necə davranıram, belə birvacib sual üzərində düşünmək üçün şənbədən daha yaxşıvaxt varmı?

Bazar ertəsi, 8 sentyabr

97

Page 98: İsanın Təlimi (III rüb 2014-сi il)

MƏSİH – ŞƏNBƏ GÜNÜNÜN SAHİBİ

Mat. 12:1, 2-i oxuyun. Ayələr nədən bəhs edir? Nə üçünfariseylər İsanın şagirdlərinin davranışlarını qanuna ziddhesab edirdilər? _______________________________________________________________________________________________________________________________________

Qan. Tək. 23:25 belə səslənir: “Qonşunuzun zəmisinəgirəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraqvurmayın”. Deməli, problem davranışın özündə deyil, bununhansı gün baş verməsində idi. Şübhəsiz, şənbə günü məhsulyığımı, taxıl döymə və sovurma kimi işlər yolverilməzdir. Lakin,fariseylərin fikrincə, başaqları yığarkən, ovxalarkən və qabığınıtəmizlərkən, şagirdlər yuxarıda sadalanan bütün işləri görmüşolurdular.

Nə üçün fariseylərə cavab verərkən İsa iki misaldanistifadə etdi? Mat. 12:3-5.________________________________________________________________________________________________________________________________

Birinci misalı gətirərkən (1 Şam. 21:1-6) Məsih göstərdi: adişəraitlərdə Davud və adamlarının kahinlər üçün nəzərdətutulmuş çörəkləri yeməyə haqqı olmasa da (Lev. 24:9),yaranmış şəraiti nəzərə alaraq, Davudun və adamlarınınəməlini ümumi qaydaya yolverilən pozuntu kimidəyərləndirmək olar, çünki onların həyatı təhlükədə idi. İsanınqeyd etdiyi ikinci misal (Mat. 12:5) şənbə günü məbəddəhəyata keçirilən xidmətə aid idi. Həmin xüsusi gündə israillilərbaşqa günlərdəkindən ikiqat artıq qurban və könüllü nəzirlərgətirirdilər (Say. 28:9, 10). Yəhudilər özləri etiraf edirdilər ki,məbəddəki xidmət şənbə gününün qorumasından daha vacib-dir.

Bu misalları gətirən isa iki bəyanatla çıxış edir ki, bubəyanatlar Onun şənbənin qorunması ilə bağlı fariseylərtərəfindən qoyulmuş yükü aradan qaldırmaq səlahiyyətinitəsdiqləyir: (1) “insan Şənbə günü üçün deyil, Şənbə günü

98

Page 99: İsanın Təlimi (III rüb 2014-сi il)

insan üçün yaradılıb” (Mk. 2:27). Burada İsa şənbənin Edenbağında kəsb etdiyi mahiyyətə geri dönür və insanla şənbəyədair vacib olan şeyləri düzgün sırasına qoyur: şənbə günüinsanın faydası üçün yaradılıb və Allahın ənamı olaraq qalır;şənbə bəşəriyyətə xidmət edir, bəşəriyyət şənbəyə xidmətetməli deyil. (2) “Bəşər Oğlu Şənbə gününün də Sahibidir”(Mk. 2:28) deyərək Məsih Özünün Yaradan və Şənbə günününTəsisçisi statusunu təsdiqlədi. Məhz buna görə Onun şənbəniinsanların düşündükləri qayda-qanunlaran azad etməksəlahiyyəti var idi.

Xalqın ruhani rəhbərlər Şənbə gününün SahibiniÖzünün yaratdığı və təqdis etdiyi günü pozmaqdagünahlandırırdılar. Bu, belə həqiqətləri yaxşı bilməsigərəkən insanların arasında ruhani korluq təhlükəsininecə açır?

Çərşənbə axşamı, 9 sentyabr

İSANIN NÜMUNƏSİ

Lk. 4:16 İsanın şənbəyə münasibətini necə açır? Nəüçün bu gün bunu bilməyimiz vacibdir? Yəh. 14615; 1 Pet.2:21. _________________________________________________________________________________________________________________________________________________

Lukanın 16-cı ayədə istifadə etdiyi “adətə görə” sözü, artıqöz yerini tutmuş bir vərdişi ifadə edən yunan sözündən əmələgəlmişdir. Yəni İsa imkanı olduqca, hər şənbə sinaqoqagedirdi. Həm də ki bu o qədər vacib bir sualdır ki, Luka özMüjdəsində dörd dəfə İsanın şənbı günü sinaqoqda olduğunuxatırladır (Lk. 4:16; 4:31; 6:6; 13:10). Luka həm də şəmbənihəftənin yeddinci günü kimi xüsusi qeyd edir (Lk. 23:54-24:1).Isa Məsihin Yer üzündəki xidməti zamanı yəhudilərlə birlikdəyeddinci günü, şənbəni qoruması faktı göstərir ki, bu həftədövriyyəsi Sina dağında Qanunun verildiyi vaxtdan bəri və

99

Page 100: İsanın Təlimi (III rüb 2014-сi il)

hətta yaradılışdan bəri itirilməmişdi. Onun şənbəni qorumaqnümunəsi bütün məsihçilər üçün örnək olmalıdır, onlar həm dəşənbəni vaxtına və qorunma tərzinə diqqət yetirməlidirlər.

İsa sinaqoqda nə oxuyurdu? Nə üçün bu vacibdir? Lk.4:16-21. _____________________________________________________________________________________________________________________________________________

Bu, İsanın sinaqoqda oxuduğu birinci dəfə deyildi. Onunİordan çayında vəftiz olduğu gündən bir ildən də artıq vaxtkeçmişdi. Lakin bu, Onun həyatının ilk 30 ilini keçirdiyi dülgəremalatxanasını tərk etdiyi vaxtdan sonra Nazaretə ilk gəlişi idi,o vaxtlar da O yerli sinaqoqa gedirdi. İsa Gənc ikən “tez-tezşənbə günləri sinaqoqda Onu peyğəmbərlərin yazılarınıoxumağa dəvət edirdilər və adamlar Müqəddəs Yazılardan on-lara tanış olan, lakin yeni şəkildə səslənən sözləri eşidərkənsevinirdilər” (Y. Uayt. Əsrlərin arzusu, səh. 74).

Lakin bu dəfə hər şey başqa cür idi. İsa xüsusi birhissəni seçmişdi – Ye. 61:1, 2. Ayələr Messiyanın Yerüzündəki işini təsvir edirdilər, O, “Rəbbin lütf ilini bəyanetmək üçün” gələcəkdi (Lk. 4:19). Peyğəmbərliyə əsasənbu, şənbə ili və ya yubiley ili, istirahət zamanı olacaq.Beləliklə, İsa istirahət günü, şənbəni seçdi ki, Özününsatınalan, qurtuluş və şəfa verən xidməti haqqında xəbərversin. Həqiqətən, biz hər şənbə İsada rahatlıq, gerçəkistirahət tapırıq.

Çərşənbə, 10 sentyabr

ŞƏNBƏ GÜNÜ MÖCÜZƏLƏR

Müjdələr İsanın şənbə günü həyata keçirdiyi bir neçəmöcüzəvi şəfadan bəhs edir. Maraqlıdır ki, əksər hallarda şəfavermək təşəbbüsü İsadan gəlirdi, sanki O Özü bilərəkdənşənbə günü şəfa verməyə can atırdı, halbuki bunu başqaistənilən bir gün də edə bilərdi. Isa göstərmək istəyirdi ki,

100

Page 101: İsanın Təlimi (III rüb 2014-сi il)

şənbə günü şəfa vermək Qanun pozuntusu deyil. Əksinə, bu,bir çox farisey və din rəhbərlərinin şənbəyi günü etməyə vərdişetdikləri işlərdən daha qanuni idi.

Ayələrdə İsanın şənbə günü verdiyi şəfaların lehinəhansı dəlillər verilmişdir? Mat. 12:10-12; Lk. 13:15, 16;Yəh. 5:16, 17.__________________________________________________________________________________________________________________________________________

Allahın əmrinə əsasən şənbə günü biz bütün işimizi vəşəxsi maraqlarımızı bir kənara qoymalıylq (Çıx. 20:9; Yeş.58:13), lakin şənbəni heç bir halda faydasız, boş vaxt keçirməkimkanı kimi düşünmək olmaz. Fariseylərlə müzakirə apararkənMəsih aydın başa saldı: “Şənbə günü xeyirxah iş görmək qa-nuna görə düzgündür” (Mat. 12:12). Ravvinlərin adətinə görə,şənbə günü adamı yalnı o halda müalicə etmək olardı ki, onunxəstəliyi həyatı təhlükə daşısın. Lakin əgər qoyun və ya öküzçuxura düşürdüsə, heyvanın həyatını qurtarmaq üçün onu çux-urdan şənbə günü də çıxarmağa icazə verilirdi. Onlar özheyvanlarına su verirdilər, lakin insan sağlamlığının bərpasınaqarşı çıxırdılar.

İsa eyni zamanda bəyan edirdi: “Mənim Atam indiyə qədəriş görür, Mən də iş görürəm”, burada Allahın Öz yaratdıqlarınınrifahı üçün etdiklərini nəzərdə tuturdu. Hətta şənbə günü Allahhəyat bəxş etməyə və Kainatı dəstəkləməyə davam edir (İbr.1:2, 3).

İsa öyrədirdi ki, biz şənbəni qorumaq məsələsinəqanunşünasların mövqeyindən yanaşmalı deyilik. Şənbəni qo-rumaq – öz işlərindən “istirahət etmək” deməkdir (İbr. 4:10) vədaha da vacibi özünə xilas qazanmağa cəhd etməməkdir,istənilən halda bu mümkün deyil. Şeytan bizi əmin etməyəçalışır ki, şənbəni xudbin fikirlərdən irəli gələrək qoruyaq. O,bizi şənbəyə qarşı çıxarda bilməsə, onda bizi digər ifratçılığa –qanunşünaslığa sürükləyəcək.

Şənbəni qorumaq məsələsində iki ifratçılıqdan birinədüşmək mümkündür: ya qanunşünaslıq, ya da hər şeyə

101

Page 102: İsanın Təlimi (III rüb 2014-сi il)

yol vermək. Düzgün tarazlığı necə qorumaq olar? Nə üçünbaşqalarının şənbəni necə qoruduqlarını dəyərləndirərləmdiqqətli olmalıyıq (unutmayın: fariseylər də Məsihinşənbəni qorumasını dəyərləndirirdilər)?

Cümə axşamı, 11 sentyabr

MƏSİHİN DİRİLMƏSİNDƏN SONRA ŞƏNBƏ

Bir çox məsihçilər şənbə yerinə bazar gününü qoruyurlar vəbunun üçün müəyyən əsaslar irəli sürürlər. Bu əsaslardanbaşlıcası isə Məsihin dirilməsidir. Lakin Məsihn dirilməsinə aidhissələr də daxil olmaqla bütün Əhdi- Cədiddə şənbəgününün bazar günü ilə əvəz edilməsini göstərən bir dənə beləayə yoxdur. Bundan əlavə, Əhdi-Cədid aydın göstərir: MəsihÖz övladlarının hətta Onun dirilməsindən sonra da şənbəniqorumalarını istəyirdi.

Məsih Özünün dirilməsindən sonrakı şənbə haqqındanə deyirdi? Mat. 24:20.__________________________________________________________________________________________________________________________________

Məsihin Mat. 24:20-dəki sözləri göstərir ki, eramızın 70-ciilində (Onun ölümündən təxminən 40 il sonra) şənbə yenə dəhəmişə olduğu kimi, müqəddəs gün olaraq qalacaq.Qarmaqarışıqlıq, həyəcan, qorxu, Yerusəlimdən qaçış – bütünbunlar şənbə gününün müqəddəsliyinə uyğun olmazdı.

Məsihin dirilməsindən sonra belə yeddinci günşənbənin müqəddəs gün olaraq qaldığına dair Əhdi-Cədiddə hansı dəlilləri tapırıq? Həv. Iş. 13:14, 42; 1461;17:1, 2; 18:4.___________________________________________________________________________________________________________________________________________

Həvarilər üçün sinaqoqa getməyin kəsb etdiyi mənanı bugün bizim ibadət evlərinə getməmiz də kəsb etməlidir –şənbəni qorumağın ən yaxşı yolu. Bu, müntəzəm surətdə

102

Page 103: İsanın Təlimi (III rüb 2014-сi il)

şənbə günləri sinaqoqa gedən həvari Paulun həyatında xüsusigörünürdü. İanın nümunəsinə görə hərəkət etmək onun üçünbir adət halı almışdı (Həv. Iş. 17:2). Paul bütpərəstlərin həvarisiolsa da, imana görə bəraət haqqında həqiqətin uğrundamübarizə aparsa da, adətən şənbə günləri sinaqoqa gedirdi,bunu təkcə yəhudilərə vəz etmək üçün deyil, həm dəmüqəddəs şənbəni qorumaq üçün edirdi.

Şənbələrdən birində, sinaqoqda xidmət başa çatandabütpərəstlər Pauldan xahiş etmişdilər ki, növbəti şənbə günüonlara Müjdəni təbliğ etsin. Həvari onları növbəti gün, bazargünü onu dinləməyə dəvət edə bilərdi, lakin o, növbəti həftənigözlədi. “Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçündemək olar ki, bütün şəhər əhalisi toplaşmışdı” (Həv. Iş.13:44). Bu ayələr ilk İmanlılar cəmiyyətinin şənbəni qorumağadavam etdiyini göstərən möhtəşəm dəlillərdir.

Şənbə gününü müqəddəs saymaqda haqlı olduğumuzubilirik. Bu, şübhəsiz, çox vacibdir. Lakin şənbəni qorumaqbizi necə daha şəfqətli, daha məhəbbətli və daha qayğıkeşməsihçilərə çevirə bilər?

Cümə, 12 sentyabr

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

Y. Uaytın “Əsrlərin arzusu” kitabından “Şənbə” fəslini (səh.281-289) oxuyun.

“Bax, Bəşər Oğlu Şənbə gününün də Sahibidir”. Bu sözləröyüd və təsəlli ilə doludur...Göylərdə və yer üzündəki hər şeyiYaradan, hər şeyi Saxlayan – İmanlılar cəmiyyətinin Başıdır vəOnun qüvvəsi sayəsində biz Allahla barışırıq. Çünki İsrailhaqqında danışarkən O deyirdi: “Onlara Öz Şənbə günlərimidə verdim ki, Mənimlə onların arasında əlamət olsun və onlarıtəqdis edənin Mən Rəbb olduğunu bilsinlər” (Yez. 20:12). Bunagörə də şənbə Məsihin bizi təqdis edən qüvvəsinin simvoludur.Şənbə Məsih tərəfindən təqdis olunan hər kəsə verilir. Onun

103

Page 104: İsanın Təlimi (III rüb 2014-сi il)

təqdisedici qüvvəsinin əlaməti olaraq, Məsih vasitəsilə Allahınİsrailinin bir hissəsinə çevrilən hər bir kəsə verilmişdir” (Y.Uayt. Əsrlərin arzusu, səh. 288).

Müzakirə üçün suallar:

Biz yaradılış və satın alınma hüququna görə Məsihəməxsusuq. Şənbə hansı xüsusi yolla bu ən vacibhəqiqəti bizim yadımıza salır?Dördüncü əmrə əməl olunması məsələsindəqanunşünaslıq problemi nədən ibarətdir? Digərtərəfdən, məgər təkcə şənbə məsələsində bu cürproblem baş qaldıra bilər? Hansı əsas element AllahQanununa riayəti, həmçinin şənbənin qorunmasınıhəqiqi xeyir-duaya çevirir? Nə üçün şənbə günü və həmin gün istirahət etməkimkanı bizə öz əməllərimizlə deyil, Məsihin xidməti,Onun bizim uğrumuzda göstərdiyi şücaəti sayəsindəxilas olduğumuzu xatırlatmalıdır? Şənbə günü Rəblə daha dərin, daha zəngin ünsiyyəttəcrübəsini yaşamağı necə öyrənə bilərik? Şənbənin qorunmasına dair Məsihin nümunəsindən,xüsisilə də “şənbə günündə verdiyi” şəfalardan hansıdərsi götürə bilərik? Bu şəfalar şənbənin mahiyyətinidaha yaxşı başa düşməyimizə necə kömək edir? Bizə şənbə gününü “müqəddəs saymaq” əmr olunub.Şənbə günü nə ilə məşğul olduğunuzu düşünün. Bu,verilmiş əmrə nə dərəcədə uyğun gəlir?

Dərs 1213-19 sentyabr

ÖLÜM VƏ DİRİLMƏ

104

Page 105: İsanın Təlimi (III rüb 2014-сi il)

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Yəh. 11:11; Yəh. 1:1-4; Lk. 8:54, 55; Yəh. 5:28, 29; Mat. 5:22,29; Yəh. 11:38-44.

Yadda saxlanacaq ayə: “İsa ona dedi: «Dirilmə və həyatMənəm. Mənə iman edən ölsə də, yaşayar” (Yəh. 11:25).

İnsanların ılümü qəbul etməməsi təbii bir haldır, çünki onlarəbədi həyat üçün yaradılmışlar. Ölüm – çağırılmamış qonaqdır,o, olmamalıdır.

Ona görə də İsa yer üzündəki xidməti müddətindəyaxınlarını itirən insanlara xüsusi münasibət bəsləyirdi. Nainşəhəridən olan, yeganə oğlunu dəfn etmiş dul qadını görəndə“Rəbb ananı görəndə ona yazığı gəldi və qadına dedi:“Ağlama!” (Lk. 7:13). Məsih bir müddət öncə on iki yaşlı qızıvəfat etmiş, kədərdən üzülən ataya təsəlli verdi: “Qorma,yalnız iman et!” (Mk. 5:36). Hər dəfə sevdiyimiz insanlar ölümətuş gələndə, bizim kədərimiz İsanın ürəyinə də toxunur. Onunşəfqətli ürəyi bizimlə bərabər hönkürüb ağlayır.

Lakin Məsih təkcə bizim kədərimizi bölüşmür. Öz ölümü vədirilməsi ilə ölüm üzərində qələbə çalan İsanın əlində ölümünaçarı var və Ona iman edən hər bir kəsi əbədi həyat üçündiriltməyi vəd edir. Bu, şübhəsiz, Allahın Kəlamında bizəverilmiş ən böyük əhddir, axı son sözü ölüm demiş olsaydı,bütün həyatımız və bütün əldə etdiklərimiz öz mahiyyətinitamamilə itirərdi!

Bazar, 14 sentyabr

ÖLÜLƏRİN VƏZİYYƏTİ

Əhdi-Ətiqin bütün müəllifləri insanı bölünməz bir varlıqhesab edirdilər. “bədən”, “can2 və “ruh” kimi tərcümə olunanmüxtəlif yəhudi terminləri insan şəxsiyyətinin bölünməzliyinimüxtəlif nöqte-nəzərlərdən təsvir etmək üçün alternativ

105

Page 106: İsanın Təlimi (III rüb 2014-сi il)

vasitələrdir. Bu perspektivdən çıxış edərək, Yazılar ölümütəsvir etmək üçün də müxtəlif metaforalardan istifadə edir.Onların arasında “yuxu” metaforası Müqəddəs Kitabınölülərin vəziyyəti ilə bağlı görüşünü əks etdirən ən uyğunsimvol kimi nəzərə çarpır (bax. Eyy. 3:11-13; 14612; Məz.13:3; Yer. 51:39; Dan. 12:2). Ölüm – həyatın tamamilə başaçatmasıdır. Ölüm – şüursuz bir vəziyyətdir, bu zaman heç birdüşüncə, emosiya, əmək və ya hır hansı qarşılıqlımünasibətlər olmur (Vaiz 9:5, 6, 10; Məz. 146:4).

Lakin İsanın dövründə insana və xüsusilə də ölümə bu cürbaxış bütpərəstlərin ruhun ölməzliyi haqqında geniş yayılmışdualist konsepsiyasına zidd çıxırdı.İsa Öz dostu Lazarın ölümünü necə təsvir edirdi?

Yəh.11:11._________________________________________________________________________________________

Buna və digər ayələrə rəğmən bir çox məsihçilər İsanınruhun ölməzliyinə inandığını iddia edirlər, çünki çarmıxda ikənquldura: “Sənə doğrusunu deyirəm ki, bu gün sən Mənimləbirlikdə cənnətdə olacaqsan” demişdi (Lk. 23:43).

Cümlədə qoyulan vergüllərin yerinin dəyişməsi ilə buayənin mənası tamamilə dəyişir. (Əhdi-Cədidin ən qədimyunan əlyazmalarında durğu işarələri yoxdur). Əgər vergülMüqəddəs Kitabın bir çox tərcümələrin olduğu kimi “sənədeyirəm ki” sözlərindən sonra qoyularsa, onda bu, İsa və qul-dur həmin gün cənnətdə idilər deməkdir. Əgər vergülün yeridəyişilərsə və “bu gün” sözündən sonraya qoyularsa (“bu günsənə deyirəm ki”) onda məna dəyişir və aydın görünür ki, İsaqulduru gələcək xilasa əmin edir. Əslində İsa xilasa əminliyivurğulayır, quldurun Səmaya daxil olacağı vaxtı deyil. Bu,kontekstdə də öz təsdiqini tapır. Birincisi, quldur ölümdəndərhal sonra Göyə aparılmağı diləməmişdi. O diləmişdi ki,Rəbb Öz Padşahlığı ilə gəldiyi zaman onu da yada salsın.Həm də üç gündən sonra İsa Özü hələ Göylərə daxilolmadığını qeyd edirdi (Yəh. 20:17). Ona görə də bu ayəölülərin ruhlarının ölümdən sonra Göylərə qalxmasını öyrətmir.

106

Page 107: İsanın Təlimi (III rüb 2014-сi il)

Biz – ölümün şüursuz bir yuxu vəziyyəti olduğunu başadüşsək də, dirilmə haqqındakı təlim niyə bizim üçünböyük əhəmiyyət kəsb edir?

Bazar ertəsi, 15 sentyabr

DİRİLMƏYƏ ÜMİD

Yaradılışda “Rəbb Allah yerin torpağından insanı düzəltdivə onun burnuna həyat nəfəsi üfürdü”. Nəticədə “insan canlıbir varlıq oldu” (Yar. 2:7). Nə qədər ki Allah canlı varlıqlardahəyat nəfəsini saxlayır, onlar sağdırlar. Lakin Allah onlarınnəfəsini götürdüyü zaman onlar ölürlər və torpağa qayıdırlaq(Məz. 104:29; Vaiz 12:7). Bu, Allahın Özünün istəyindən irəligələn qərar deyil, günahın qarşısıalınmaz nəticəsidir. Xoşxəbər isə ondan ibarətdir ki, Məsih sayəsində bizim ümidimizvar.

Yəh. 1:1-4-ü oxuyun. Bu ayələr İsanın ölüləri diriltməkqüvvəsi haqqında nə deyir?____________________________________________________________________________

Məsihin Özündə həyat var, çünki O Özü həyatdır (Yəh.14:6). O hər şeyi yaratdı və istədiyi insana həyat verməksəlahiyyəti var (Yəh. 5:21). Ona görə də O, ölüləri dirildə bilər.

Dirilmə necə baş verir? Lk. 8:54, 55. __________________________________________________________________

Müqəddəs Kitaba əsasən, dirilmə - həyata qayıtmaqdır.Allah həyat nəfəsini yenidən verdiyi zaman ölüm geri çəkilir.Luka Yairin qızının dirilməsini məhz bu cür təsvir edir. On ikiyaşlı qızın öldüyünü eşidən isa Yairin evinə gəldi və qızınyatdığını söylədi. Sonra O, “qızın əlindən tutub səslədi:“Qızcığaz, qalx!” Qızın ruhu (pneuma) bədəninə qayıtdı və odərhal ayağa qalxdı” (Lk. 8:54, 55). Isanın İlahi əmrinəəsasən Allahın verdiyi həyat qıza geri döndü. Lukanın buradaistifadə etdiyi yunan termininin (pneuma) mənası “külək”,“nəfəs” və ya “ruh” deməkdir. Müqəddəs Kitab bu sözdən in-

107

Page 108: İsanın Təlimi (III rüb 2014-сi il)

sanlara münasibətdə istifadə edərkən, o, heç vaxt bədəndənkənarda şüurlu mövcudluğu nəzərdə tutmur. Burada o açıqşəkildə həyat nəfəsinə işarə edir.

Ölüm – o qədər tez-tez baş verən bir haldır ki, biz onuolması gərəkən bir şey kimi qəbul edirik. İndi ölüm qalibgəlirmiş kimi görünsə də, Allahın əbədi həyat haqqındavədinə ümid bağlamağı necə öyrənə bilərik?

Çərşənbə axşamı, 16 sentyabr

DİRİLMƏ VƏ MƏHKƏMƏ

Indiyə qədər öyrəndiyimiz həqiqətlər belə bir fikrə gətiribçıxara bilər ki, yalnız çox az sayda insan diriləcək. Lakin İsabizi əmin edir: vaxt gələcək ki, “qəbirdə yatanların hamısıOnun səsini eşidib qəbirlərindən çıxacaq” (Yəh. 5:28, 29).İmanlılar və imansızlar, xilas olmuşlar və məhvə məhkumlar –hamı diriləcək. Paulun bəyan etdiyi kimi: “Həm saleh, həm dəsaleh olmayan insanlar diriləcək” (Həv. Iş. 24:15).

Son nəticədə hər kəs ölümdən dirilsə də, hamı əbədihəyat almayacaq. Insanların yolları ayrılacaq. Hər kəsin özaqibəti olacaq. Müjdə hansı iki yoldan bəhs edir? Yəh. 5:28, 29.________________________________________________________________________________________

Dirilmənin ümumi olması son gündə hamının əbədi həyatınizzətli sevincini miras alacağı demək deyil. “Torpağın altındayatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət vərüsvayçılıq üçün oyanacaq” (Dan. 12:2).Müqəddəs Kitab öyrədir ki, Allah insanın həyatına nəzər sala-caq, Yer üzündə nə vaxtsa yaşamış bütün insanların əbəditaleyini həll edəcək (Vaiz 12:14; Rom. 2:1-11). Lakin Allahınhökmünün icrası insanın ölümündən sonra deyil, dirilməsindənsonra baş verir. O ana qədər isə həm xilas olmuşlar, həm dəölümə məhkumlar heç bir şey bilmədən torpağın altındayatırlar. Dirilmə öz-özlüyündə mükafat da deyil, cəza da. Bu,

108

Page 109: İsanın Təlimi (III rüb 2014-сi il)

əbədi həyat və ya əbədi hökm almaq üçün ilkin şərtdir. İki dirilmədən bəhs edən İsa xüsusilə qeyd edirdi ki, bizim

taleyimiz əməllərimizin əxlaqi dəyəri (yaxşı və ya pis) əsasındahəll olunacaq. Lakin Lakin bu fakt o demək deyil ki, biziəməllərimiz xilas edir. Əksinə, İsa aydın şəkildə öyrədirdi ki,xilasımız tamamilə Xilaskarımıza olan imanımızdan asılıdır(Yəh. 3:16). Elə isə nə üçün bu əməllər diqqətə alınacaq?Çünki onlar bizim Məsihə imanımızın və Ona həsrolunmamızınhəqiqiliyindən xəbər verir (Yaq. 2:18). Əməllərimiz bizim“təqsirlərimiz və günahlarımız üzündən” hələ də ölüolduğumuzu (Ef. 2:1), yoxsa “Məsih İsada olaraq günahamünasibətdə ölü, Allaha münasibətdə isə diri” olduğumuzu(Rom. 6:11) göstərir.

Hər birimizin son aqibəti haqqında düşünün. Əgərsizinlə əbədi həyat arasında nə isə dayanırsa, nə üçünbundan azad olmaq qərarını elə indi qəbul etməyəsiniz?Axı nəyəsə görə əbədi həyatdan məhrum olmağadəyərmi?

Çərşənbə, 17 sentyabr

İSA CƏHƏNNƏM BARƏDƏ NƏ DEYİRDİ

Ölüm və günahkarların cəzasından bəhs edərkən, İsa ikiyunan sözündən istifadə edirdi, “ad” və “heenna”. “Ad”(“cəhənnəm”) sözünün müasir mənasını nəzərə alaraq, onaxüsusi diqqət yeterməliyik.

“Ad” – yəhudi sözü “şeol”un ekvivalentidir, ölülər diyarınıgöstərən Əhdi-Ətiq terminidir. Bu söz sadəcə qəbiri və yabütün ölülərin getdiyi yeri göstərir, heç bir cəza və ya mükafatmənası yoxdur. Lakin bir ayədə, cəhənnəm sanki cəza ilə bağlıkimi görünür. Bu, varlı adam və Lazar haqqındakı məsəldir.

Lk. 16:19-31-i oxuyun. Bu məsəldə verilən başlıca dərsnədir (27-31-ci ayələrə diqqət yetirin). Nə üçün bu məsəlinəsasında insanların ölümdən dərhal sonra cənnətə və ya

109

Page 110: İsanın Təlimi (III rüb 2014-сi il)

cəhənnəmə getdiklərinə iddia etməkolmaz?______________________________________________________________________________________

Qeyd edilmiş məsəl ölü insanın vəziyyəti haqqında deyil.İsanın müasirlərinin bir çoxunun həmfikir olduğu məşhur, lakinMüqəddəs Kitaba uyğun olmayan bir baxış bu çox vacib dərsverən məsəlin fonunda dayanır: bizim gələcək taleyimiz bugün verdiyimiz qərarlarla müəyyənləşir. Əgər həyatda ikən bizAllahın açdığı işığı rədd ediriksə, ölümdən sonra artıq onuqəbul etmək imkanımız olmayacaq. Bu məsəli hərfi mənadaşərh etmək atılan istənilən addım çox sayda həllolunmazproblemlərə aparıb çıxarır. Əslində mənzərənin ayrı-ayrıxırdalıqları xüsusi olaraq qeyri-adi şəkildə təsvir olunur ki,İsanın bu sözlərin hərfi mənada qəbul edilməsini istəmədiyinigöstərsin.

İsa cəhənnəm barəsində hansı xəbərdarlıqları diləgətirirdi? Matş 5:22, 29, 30; 23:33._________________________________________________________________________________________________________________________

Müqəddəs Kitabın bir çox tərcümələrində “ad” sözü İsanındilindən 11 dəfə səslənir. Əslində isə O, yunan sözü olan“heenna”dan istifadə edirdi, bu söz yəhudi adı “Ben-Hinnom”dan (Hinnom oğullarının dərəsi) irəli gəlirdi. Əhdi-Ətiqə əsasən, Yerusəlimdən cənubda yerləşən bu dərədəAxap və Menaşşe padşahlar dəhşətli bütpərəst ayinləri icraedərək, öz uşaqlarını Moloxa qurban verirdilər (2 Sal. 28:3;33:6). Lakin saleh padşah Yoşiya bu işə son verdi (2 Pad.23:10). Yeremya peyğəmbərlik etmişdi ki, orada baş verən gü-nahlara görə Allah o yeri “qırğın dərəsi” edəcək (Yer. 7:32, 33;19:6). Sonradan bu dərə günahkarlar üçün son hökm vəcəzanın simvoluna çevrildi. İsa “heenna” sözündən istifadəedərkən, Müqəddəs Kitabın digər hissələrində rastgəldiyimiz kimi, cəzanın zamanı və yerinə aid xırdalıqları izahetmirdi. Görünür ki, cəhənnəm - əbədi cəza yeri deyil.

110

Page 111: İsanın Təlimi (III rüb 2014-сi il)

Cümə axşamı, 18 sentyabr

İSA ÖLÜMƏ QALİB GƏLDİ

Niyə Lazarın dirilməsi Məsihin yer üzündəki xidmətininzirvəsində duran bir möcüzə idi? Yəh. 11:38-44.__________________________________________________________________________________________________

O vaxta qədər İsa artıq iki nəfəri diriltmiş olsa da, odirilmələrdən heç biri bu qədər dramatik deyildi. Lazar artıqdörd gün idi ki, ölmüşdü – Marta özü onun qəbrinin yanında bufaktı təsdiqlədi. İsa bu möcüzəni günün günorta çağı,Yerusəlimdən olan hörmətli şahidlər yığınının gözü önündəhəyata keçirdi. Belə bir şəhadəti rədd etmək mümkün deyildi.

Lakin daha vacib dirilmə İsanın Özünün dirilməsi idi. ÇünkiMəsihin Özündə həyat var, O, təkcə ölüləri dirilmək vəistədiklərinə həyat vermək qüvvəsinə malik deyil (Yəh. 5:21,26), həm də Öz həyatını vermək və yenidən geri almaqsəlahiyyəti var (Yəh. 10:17, 18). Onun dirilməsi bu barədəinandırıcı şəhadət verir.

Məsihin dirilməsi ilə bizim dirilməmiz arasında nə əlaqəvar? Niyə Onun dirilməsi bizim xilasımız üçün vacibdir? 1Kor. 15:17-20.__________________________________________________________________________________________________________________________________________

Məsihin ölümün buxovlarını qırmaq səlahiyyəti danılmazdır.O, Onda yatmış ölülərdən dirilmiş İlk Şəxs olaraq qəbirdənqalxdı. Onun dirilməsi hər bir imanlının dirilməsininzəmanətidir, çünki ölümün açarları Onun əlindədir (Vəh. 1:17,18).

“İmanlılar üçün Məsih dirilmə və həyatdır. Günah üzündənitirilmiş həyat Xilaskarımızda bərpa olur, çünki O Özündəhəyata sahibdir ki, arzu edən hər kəsi canlandırsın. Onunölümsüzlük bəxş etmək hüququ var. O, bəşəriyyət uğrunda

111

Page 112: İsanın Təlimi (III rüb 2014-сi il)

verdiyi həyatı yenidən qəbul edir və insanlara bəxş edir” (Y.Uayt. Əsrlərin arzusu, səh. 786). Bəzi varlı insanlar ölməzdən öncə vəsiyyət edirlər ki, onlarıncəsədlərini dondursunlar və elm onları həyata qaytarmağıbacarana qədər xüsusi şəraitdə qorusunlar. Lakin indiyəqədər belə bir şans olmayıb. Ölüm o qədər güclüdür ki, yalnızhəyatı Yaradan onu bərpa edə bilər.

Yalnız bizi diriltməyə qadir olan və Öz vədinə görə bunumütləq edəcək İsaya etibar etməyimiz gərəkdiyi buhəqiqət necə açır? Cümə, 19 sentyabr

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN:

Y. Uaytın “Əsrlərin arzusu” kitabından “Lazar, çölə çıx” fəslini(səh. 524-536) və “O dirildi” fəslini (səh. 779-787) oxuyun.

“Lərzəyə gələn yerin, çaxan şimşəklərin, göy gurultularınınarasında Allah Oğlunun səsi torpaqda yatan müqəddəslərisəsləyir. O, salehlərin qəbirlərinə baxır və sonra əlini göyəqaldıraraq nida edir: “Oyanın, oyanın, oyanın, torpaqda yatan-lar, qalxın!” Dünyanın hər yerində ölülər bu səsi eşidəcək vəeşitdikləri an diriləcəklər.... Onlar qəbirin köləliyindən azadolaraq, ölümsüz izzəti geyinib nida edəcəklər: “Ey ölüm,qələbən hani? Ey ölüm, neştərin hani?” (1 Kor. 15:55). Ozaman “ölümü dadmamış” salehlərin və dirilmiş müqəddəslərinsəsi sevinc dolu qələbə nidalarında birləşəcək” (Y. Uayt. Böyükmübarizə, səh. 644).

Müzakirə üçün suallar:

Biz hamımız ölümün gerçəkliyi ilə, görünən son həddolması və mənasızlığı ilə mübarizə aparırıq. Əgər birçoxlarının hesab etdiyi kimi, Allah yoxdursa, əbədi həyataümid yoxdursa və dirilmə yoxdursa, onda insan həyatınınmənası nədir? Əgər nə vaxtsa yer üzündə yaşamış hər bir

112

Page 113: İsanın Təlimi (III rüb 2014-сi il)

insan əvvəl-axır öləcəksə və əbədilik unudulacaqsa, ondahəyatın nə mənası var? Dirilmə haqqında anlayışımız buhəlledilməz kimi görünən problemə necə cavab verir?

Canın ölməzliyi ideyasında hansı təhlükələr gizlənir?Nə üçün şeytan bu Müqəddəs Kitaba zidd baxışı bizətəlqin etməyə çalışır? Bu konsepsiya axır zamanın dinissenarisində nə kimi rol oynayacaq? Bu ideyadakı bütünyanlış fikirlər haqqında düşünün, ölümün dirilməyə qədərbir yuxu olduğunu başa düşən insanlar bu yanlışlıqdanuzaqdırlar.

Dərs 1320-26 sentyabr

İSANIN İKİNCİ GƏLİŞİ

Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Yəh. 14:1-3; Mat. 16:27; 1 Salon. 4:13-18; Mat. 24:3-14;24:42, 44.

Yadda saxlanacaq ayə: “Qoy ürəyiniz narahat olmasın.Allaha iman edin, Mənə də iman edin. Atamın evində çoxluməskən var. Əgər olmasaydı, sizə deyərdimmi ki, sizinüçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yerhazırlayandan sonra yenə gəlib sizi Öz yanımagötürəcəyəm ki, siz də Mənim olduğum yerdə olasınız”(Yəh. 14:1-3).

Əhdi-Cədiddə 300 dəfədən artıq xatırladılan İsanın İkincigəlişi təlimimizin künc daşıdır. Bu doktrina yeddinci gününadventistləri olaraq bizi səciyyələndirməkdə mühüm əhəmiyyətkəsb edir. Bu müqəddəs inam İmanlılar cəmiyyətimizin adındahəkk olunub, vəz etməyə çağırıldığımız Müjdədə ona əsas yerverilib. Məsihin gəlişi haqqında vəd olmadan bizim imanımızmənasızdır. Bu gözəl həqiqət bizi gözləyən gələcəyi hiss

113

Page 114: İsanın Təlimi (III rüb 2014-сi il)

etməyimizə kömək edir və bizi vəzçilik xidmətinə ruhlandırır. Kimsə fikirləşə bilər ki, bu qədər uzun müddət gözləməyinnəticəsində İsanın gəlişi haqqında vədə inam artıq itib.Ancaq bu belə deyil. Çoxumuz həmişəkindən daha böyük arzuilə Məsihin qayıdışını gözləyirik.

Həftə ərzində İsanın müqəddəs inam və “Allah və Xi-laskarimiz Isa Məsihin izzətli zühuru” (Tit. 2:13) haqqındasöylədiklərini araşdıracağıq.

Bazar, 21 sentyabr

VƏD

Gizli axşam yeməyindən sonra İsa şagirdlərinə dedi ki,onların gedə bilməyəcəkləri (ən azından hələlik) bir yerə gedir(Yəh. 13:33). Müəllimdən ayrı düşmək fikri onların ürəyinikədər və qorxu ilə doldurdu. Peter soruşdu: “Ya Rəbb, haragedirsən?.. niyə indi ardınca gələ bilmərəm?” (Yəh. 13:36, 37).Məsih onların arzusunu bilirdi və şagirdləri əmin etdi ki, buayrılıq müvəqqəti olacaq.

Yəh. 14:1-3-də Məsihin bizə verdiyi vədi oxuyun. Busözləri özünüzə aid edin. Niyə onlar bizim üçün böyükəhəmiyyət kəsb etməlidir? ____________________________________________________________________________________________________

Rəbbimizin vədi bundan daha aydın ifadə oluna bilməzdi.Yunan dilində “yenə gələcəyəm” sözü indiki zamandaişlənmişdir ki, bu da əminliyi və dəqiqliyi göstərir. Bu ifadənihərfi mənada belə tərcümə etmək olardı: “Mən yenə gəlirəm”.

İsa bizi Öz İkinci gəlişinə əmin edirdi. O demirdi: “BəlkəMən yenə gəldim”. O nida edirdi: “Yenə gələcəyəm”. Hər dəfəÖz qayıdışını xatırladanda dəqiq və müəyyən şəkildədanışırdı.

Bəzən biz elə vədlər veririk ki, ən fəal səylərimizə vəqətiyyətimizə baxmayaraq, sonda onu yerinə yetirə bilmirik.

114

Page 115: İsanın Təlimi (III rüb 2014-сi il)

Lakin Məsihin vədləri belə deyil. O, öz sözünün etibarlıolduğunu dəfələrlə səhvsiz olaraq sübut edib. Özünün insan bədənində gəlişində Rəbb Davud vasitəsiləpeyğəmbərlik sözlərini bəyan etdi: “Budur, gəlmişəm” (Məz.40:7). O gəldi (İbr. 10:5-7). Onun Birinci gəlişinin gerçəkliyi İk-inci gəlişinin də şübhəsizliyinə zəmanət verir.

Yer üzündə xidməti zamanı İsa ümidini itirmiş ataya vədverdi: “Qorxma, yalnız iman et və qızın xilas olacaq” (Lk. 8:50).Yairin ölmüş qızı həqiqətən də həyata döndü. Məsihölümündən üç gün sonra qəbirdən qalxacağını bəyan etdi vəbelə də oldu. O, şagirdlərinə Müqəddəs Ruh göndərməyi vədetdi və müəyyən zamanda Öz Ruhunu onların üzərinəyağdırdı. Əgər Rəbbimiz verdiyi bütün sözləri yerinə yetiribsə,hətta insani nöqteyi-nəzərdən qeyri-mümkün görünın şeyləridə həyata keçiribsə, onda əmin ola bilərik: O, İkinci gəlişihaqqındakı vədinə əməl edəcək.

İsanın İkinci gəlişini gözləyərkən, ürəyinizdə inam və ümidalovunu necə qoruya bilərsiniz?

Bazar ertəsi, 22 sentyabr

İKİNCİ GƏLİŞİN MƏQSƏDİ

İkinci gəliş böyük Xilas planının kulminasiya anı olacaq.Məsihin yer üzünə qayıdışı olmadan Onun insan bədənindəyaşaması, ölümü və dirilməsi bizim xilasımızda heç bir şəkildəöz əksini tapmazdı.

İsanın ikinci gəlişinin əsas səbəbi nədir? Mat. 16:27.__________________________________________________________________________________________

Həyat heç də həmişə ədalətli olmur, daha dəqiq desək, çoxvaxt ədalətsiz olur. Öz cəmiyyətimizdə heç də həmişə ədalətləqarşılaşmırıq. Günahsız insanlar əziyyət çəkirlər, pis adamlarisə deyəsən kef çəkirlər. Çoxları layiq olduqlarını ala bilmirlər.Lakin şər və günah həmişə hökm sürməyəcək. Isa gələcək ki,

115

Page 116: İsanın Təlimi (III rüb 2014-сi il)

“ hər kəsə öz əməlinə görə əvəz versin” (Vəh. 22:12).Bu fikir onu nəzərdə tutur ki, Məsihin dönüşündən əvvəl

məhkəmə olmalıdır. İsa gəldiyi zaman hər bir insanın taleyiartıq həll edilmiş olacaq. İsa toy ziyafəti haqqında məsəldə buməhkəməni aydın şəkildə göstərirdi (Mat. 22:11-13). Biziməməllərimizə görə məhkəmə olunmamız, əməllərimizə görə vəetdiyimiz yaxşı işlərə görə xilas olduğumuz demək deyil. XilasıAllahın lütfü bəxş edir və biz onu İsaya iman vasitəsilə alırıq(Mk. 16:16; Yəh. 1:12), bu imanımızı isə əməllərimizdə təzahüretdiririk.

Mat. 16:27-də ədalətin bərpa olunacağı barədə vəd verilir.Biz sadəcə bunu gözləməliyik.

Eləcə də İkinci gəlişində Məsihdə yatmışlar əbədi həyatüçün oyanacaqlar. Bu, bizim üçün xüsusi əhəmiyyət kəsb edir,çünki ölülərin qəbirlərdə yatdığını bilirik.

“Lərzəyə gələn yerin, çaxan şimşəklərin, göygurultularının arasında Allah Oğlunun səsi torpaqda yatanmüqəddəsləri səsləyir. O, salehlərin qəbirlərinə baxır vəsonra əlini göyə qaldıraraq nida edir: “Oyanın, oyanın,oyanın, torpaqda yatanlar, qalxın!” Dünyanın hər yerindəölülər bu səsi eşidəcək və eşitdikləri an diriləcəklər. Hərxalqdan, hər millətdən, hər qəbilədən və hər dildən olandirilmişlərin nəhəng ordusunun hərəkətə gəlməsi ilə bütünyer üzü lərzəyə gələcək. Onlar qəbirin köləliyindən azadolaraq, ölümsüz izzəti geyinib nida edəcəklər: “Ey ölüm,qələbən hani? Ey ölüm, neştərin hani?” (1 Kor. 15:55). Ozaman “ölümü dadmamış” salehlərin və dirilmişmüqəddəslərin səsi sevinc dolu qələbə nidalarındabirləşəcək” (Y. Uayt. Böyük mübarizə, səh. 644).

Çərşənbə axşamı, 23 sentyabr

İSA NECƏ GƏLƏCƏK?

Məsih Özünün peyğəmbərlik vəzində Onun İkinci gəlişi ilə

116

Page 117: İsanın Təlimi (III rüb 2014-сi il)

bağlı yalancı təlimlər barəsində xəbərdarlıq vermiş vəşagirdlərini Onun adı ilə gəlib “Məsih mənəm” deyəcək (Mat.24:5; həmçinin bax. 23-26-cı ayələr) insanlardan özləriniqorumalarını söyləmişdi. Isa ardıcıllarının aldanmasınıistəmirdi, ona görə də necə gələcəyini aydın şəkildə izahetmişdi.

Mat. 24:27-də İsanın necə qayıdacağından bəhsedilir?_________________________________________ ______________________________________________

İldırımı saxtalaşdırmaq və və ya gizlətmək qeyri-mümkündür. O, alışır və göy üzünü yararaq parıldayır. Hamıonu görür. İsanın İkinci gəlişi də bu cür olacaq. İnsanlarındiqqətini bu hadisəyə cəlb etmək üçün reklama ehtiyac olmay-acaq. Hər bir insan, istər yaxşı, istər pis, istər xilas olmuş, istərməhvə məhkum, hətta “Onun bədənini deşənlər də” (Vəh. 1:7)Məsihin gəlişini görəcəklər (Mat. 26:64).

1 Salon. 4:13-18 İkinci gəlişin necə baş verəcəyinianlamağımıza kömək edirmi?___________________________________________________________________________

İkinci gəlişində Məsih Özünün İlahi izzətini tamamiləaçaraq “Padşahlarin Padşahi və ağalarin Ağasi” (Vəh. 19:16)kimi zühur edəcək. İnsan bədənində gələrkən Allah Oğlu çoxtəvazökar bir şəkildə, heç bir parıltısı olmadan gəlmişdi, “Onunnə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahirisiması da yox idi” (Yeş. 53:2). Ancaq bu dəfə O, Özünün bütünəzəməti və ehtişamı ilə, müqəddəs mələklərin əhatəsində(Matş 25:31) və “şeypur səsi” ilə gələcək (Mat. 24:31). Bundanəlavə, ikinci gəliş zamanı Məsihdə ölmüşlər ölümsüzlük üçündiriləcəklər.

Ikinci gəliş kimi belə bir ağlasığmaz hadisə ilə bağlıRəbbə etibar ediriksə, onda niyə həyatımızın nər bir as-pektini Ona etibar etməyək?

Çərşənbə, 24 sentyabr

117

Page 118: İsanın Təlimi (III rüb 2014-сi il)

İSA NƏ VAXT GƏLƏCƏK?

Məbəddə danışarkən İsa dedi: “Onların daşı daş üstündəqalmayacaq, hamısı yerlə yeksan olacaq” (Mat. 24:2), şagirlərbu sözləri eşidəndə heyrətə düşdülər. “Bizə söylə, budediklərin haçan baş verəcək? Sənin gəlişin və dövrün sonunahansı əlamətlər olacaq?” (ayə 3) – onlar yalvardılar. Onlarındüşüncəsində məbədin dağılması Məsihin gəlişi ilə Yer tarix-inin bitməsi ilə bağlı idi. Isa Öz cavabında hər iki hadisənin əlamətlərini uğurlu birşəkildə bir araya sığdırdı: eramızın 70-ci ilində Yerusəlimindağılması və Özünün İkinci gəlişi; çünki şagirdlər bu hadisələribir-birindən ayırmağa hazır deyildilər.

Bu hadisələrin təbiətini və bu əlamətlərin məqsədini başadüşməyimiz vacibdir. Onlar bizə İsanın dönüşünün tarixinimüəyyənləşdirmək üçün verilməyib, çünki “o günü və o saatınə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kimbilmir” (Mat. 24:36). Bu əlamətlər daha çox hadisələrin tarixigedişatını göstərərək, Onun Gəlişinin lap yaxında, qapıağzında olduğunu yadımıza salır. Biz tarix təyin etməməliyik,lakin baş verən hadisələrə etinasız yanaşa da bilmərik.

Mat. 24:3-14, 21-26, 29, 37-39 (bax. həmçinin Mk. 13 vəLk. 21). Isa burada dünyanın necə bir mənzərəsini açır?Bu mənzərə bu gün yaşadığımız dünyaya nə dərəcədəuyğun gəlir?_________________________________________________________________________________________İsanın şagirdlərinin ağlında həkk etmək istədiyi ən vacibhəqiqət Onun Gəlişinin yaxın olması idi. Əslində, Onun bütünpeyğəmbərlik vəzi həvarilərə elə ünvanlanmışdı ki, sanki onlarOnun gəlişində gələ sağ olacaqdılar (bax. Mat. 24:32, 33, 42).

Əslində hər birimiz üçün İkinci gəliş ölümümüzdən bir anlıqməsafədə dayanır. Ölüm – dərin huşsuz bir yuxudur.Öldüyümüz zaman gözlərimizi yumuruq və istər bir il, istər minil, nə qədər zaman keçməsindən asılı olmayaraq, növbəti

118

Page 119: İsanın Təlimi (III rüb 2014-сi il)

görəcəyimiz şey İsanın ikinci gəlişi olacaq. Ona görə dəMəsihin gəlişinin yaxınlığı ideyasını Paul, Peter və Yaqub daçox müdrik və anlaşılan bir şəkildə bölüşmüşlər. Bir dahaqeyd edək: hər birimiz üçün Onun Gəlişi ölümümüzdən biranlıq məsafədədir.

Bu konsepsiya Məsihin İkinci gəlişinin yaxınlığını başadüşməyimizə necə kömək edir?

Cümə axşamı, 25 sentyabr

OYAQ OLUN VƏ HAZIR OLUN

Oyaq olmaq və İsanın gəlişinə hazır olmaq bizim üçünniyə vacibdir? Mat. 24:42, 44.___________________________________________________________________________

İsanın peyğəmbərlik vəzinin əsas məqsədi oyaq durmaq vədiqqətli olmaq göstərişidir. Burada söhbət vaxtını boş keçirərəkgözləməkdən getmir. Biz fəal şəkildə oyaq durmalıyıq, necə kiev sahibi həmişə diqqətli olur ki, evini istənilən potensialoğrudan qoruya bilsin (Mat. 24:43). Oyaq qalıb gözlədiyimizmüddətdə biz, ağasının səfərdə olduğu müddətdə onuntapşırığını icra edən sadiq qul kimi çalışmalıyıq (Mat. 24:45;Mk. 13:34-37).

İsanın İkinci gəlişinə inandığını bəyan edən bizlər üçünhansı mövqe ölümcül ola bilər? Mat. 24:48-51; Lk. 21:34,35. Bu cür səhvdən özümüzü necə qoruyabilərik?_____________________________________________________________________________________________

Pis qul haqqında məsəl xüsusilə bizim üçün, yeddincigünün adventistləri üçün ayıldıcı bir məsəldir. Həmin qul –Məsihin İkinci gəlişinə inandıqlarını bəyan edənlərdir ki, onlarhəm də bu gəlişin çox da tez baş verməyəcəyinə inanırlar.Belələri hesab edirlər ki, Rəbb geçikir, ona görə də hələ xudbinyaşamaq və günahlı istəklərdən zövq almaq olar. Onlar

119

Page 120: İsanın Təlimi (III rüb 2014-сi il)

əmindirlər ki, İkinci gəlişə hazırlaşmaq üçün kifayət qədərvaxtları var. Təəssüf ki, bu, ölümə aparan tələdir, çünki heç kimİsanın dönəcəyi vaxtı bilmir.

Həm də Məsih hələ gəlməsə də, hər birimiz gözlənilmədənbu həyatdan köçə bilərik, o zaman Allahla barışmaq imkanı daqəfildən yox olacaq. Bütün bunlardan başqa, günaha təkrar-təkrar yol vermək vicdanı sərtləşdirir və kütləşdirir və tövbəetmək getdikcə daha da çətinləşir. Nə qədər ki İsanın İkincigəlişinə hazırlaşmaq işini təxirə salırıq, bu hadisəyə nəzəricəhətdən inanmağımız şeytanı bir o qədər də narahat etmir.

Bu gün necə hazır ola bilərik? Tövbə edərək, etirafetmədiyimiz günahlarımızı İsaya etiraf edərək, Onun çarmıxdabizim uğrumuzda ölümünə imanımızı təzələyərəl və özistəklərimizi tamamilə Ona tabe etdirərək. Onunla ünsiyyətdəyaşayaraq, dərin sülhdən zövq ala və Onun salehlik donunugeyinə bilərik.

İkinci gəliş haqqında çox düşünürsünüzmü? Buhadisənin gerçəkliyi sizin həyatınıza nə dərəcədə təsiredir? Gündəlik işinizi görərəl, eyni zamanda da Məsihingəlişinə hazırlaşaraq düzgün tarazlığı necə qurursunuz?

Cümə, 26 sentyabr

GƏLƏCƏK ARAŞDIRMALAR ÜÇÜN

Y. Uaytın “Əsrlərin arzusu” kitabından “Zeytun dağında”fəslini (səh. 727-636); “Böyük mübarizə” kitabından “Dan yerimüjdəçiləri” fəslini (səh. 299-316) oxuyun.

“Tezliklə şərqdə insan ovucu boyda qara bir bulud peydaolacaq. Xilaskarı əhatə edən bu bulud uzaqdan çənəbürünmüş kimi görünür. Allahın xalqı bunun Bəşər Oğlununəlaməti olduğunu bilir. Onlar təntənəli bir sükunət içindəgetdicə daha parlaq və gözəl olan buludun Yer üzünəyaxınlaşmağını müşahidə edirlər, nəhayət o, təməlində həryeni yandırıb külə döndərən alova bənzər izzərin dayandığı

120

Page 121: İsanın Təlimi (III rüb 2014-сi il)

nəhəng ağ buluda çevrilir, buludun üzərində isə əhdin göyqurşağı dayanır. İsa əzəmətli Qalib kimi enir... Ən gözəlsəmavi himnlər oxuyan saysız-hesabsız müqəddəs mələklərİsanı müşayiət edirlər. Bütün göy üzü nur saçan varlıqlarladoludur; onların sayı “yüz minlərlə və milyonlarladır”. İnsanqələbi bu mənzərəni təsvir etmək iqtidarına deyil, ölümlüinsanın şüuru bu əzəməti və gözəlliyi dərk edə bilməz” (Y.Uayt. Böyük mübarizə, səh. 640).

Müzakirə üçün suallar:

Məsihin gəlişinin yaxınlığına inanmalı olsaq da,fanatizmə qapılmaqdan necə azad ola bilərik? Bu,həmişə asan olmur. Axı çox fanatiklər özlərini heç fa-natik hesab etmirlər?

İkinci gəliş haqqında şəxsi, fərdi səviyyədədüşünsək, nə qədər yaşamağımızdan asılı olmayaraq,ölümümüzdən bir anlıq məsafədədir. İkinci gəlişin hərbirimizə həqiqətən də nə qədər yaxın olduğunu bufikir necə açır? İkinci gəliş ideyasına rişxənd edənlərə nə cavabverərdiniz? Hər hansı bir cavab verməzdən öncəözünüzü onların yerinə qoymağa, onların nöqteyi-nəzərindən baxmağa çalışın. Bunu etdikdən və onlarınarqumentlərini gözdən keçirdikdən sonra nə cavabverə biləcəyiniz haqqında düşünün.

Biz bir xalq olaraü İkinci gəlişi ya tezləşdirə, ya daləngidə bilərik, bu fikrə münasibətiniz necədir? Bufikrin lehin və ya əlehinə hansı arqumentləri söyləməkolar?

Isanın gələn həftə gələcəyini bilsəydiniz,həyatınızda nəyi dəyişərdiniz?

121

Page 122: İsanın Təlimi (III rüb 2014-сi il)

122

Page 123: İsanın Təlimi (III rüb 2014-сi il)

123

Page 124: İsanın Təlimi (III rüb 2014-сi il)

124

Page 125: İsanın Təlimi (III rüb 2014-сi il)

125

Page 126: İsanın Təlimi (III rüb 2014-сi il)

126

Page 127: İsanın Təlimi (III rüb 2014-сi il)

127

Page 128: İsanın Təlimi (III rüb 2014-сi il)

128

Page 129: İsanın Təlimi (III rüb 2014-сi il)

129

Page 130: İsanın Təlimi (III rüb 2014-сi il)

130

Page 131: İsanın Təlimi (III rüb 2014-сi il)

131

Page 132: İsanın Təlimi (III rüb 2014-сi il)

132

Page 133: İsanın Təlimi (III rüb 2014-сi il)

133

Page 134: İsanın Təlimi (III rüb 2014-сi il)

134

Page 135: İsanın Təlimi (III rüb 2014-сi il)

135