jan pol sartr-sözlər.pdf

146
JAN POL SARTR Tərcümə: Nəriman Əbdülrəhmanlı Sözlər (Povest) Oxuma Ötən əsrin qırxıncı illərinin sonunda elzaslı çoxuşaqlı məktəb müəllimi dərddən baqqal oldu. Amma rütbəsi əlindən alınmış keşiş-tərbiyəçi hayıf çıxmağı arzulayırdı: o, ağılları tərbiyə etmək haqqını qurban verdi – qoy oğullarından biri qəlbləri tərbiyə etsin. Ailədə keşiş olacaq. O, Şarl olacaq. Amma Şarl sirkdə atçapan qızın dalınca düşüb aradan çıxmağa üstünlük verdi. Ata oğlunun şəklini üzü divara çevirməyi əmr eləyib onun adını çəkməyə qadağa qoydu. Növbəti kimdir? Ögüst atasının yoluyla getməyə tələsdi, kommersant olub uğur qazandı. Balacada, Luidə diqqət çəkən meyl yox idi. Ata bu sakit oğlanın taleyilə özü məşğul oldu və uzun-uzadı fikirləşməyib onu keşiş elədi. Nəticədə Lui öz oğulluq itaətini o qədər genişləndirdi ki, öz növbəsində dünyaya həyat yolu hamıya tanış olan keşiş Albert Şveytseri gətirdi. Bununla belə, Şarl öz atçapan qadınını haqlaya bilməmişdi. Atasının rəmzi hərəkəti onda silinməz möhür qoymuşdu: onda ömür boyu ali şeylərə meyl qaldı, adi əhvalatları hadisələrəcən şişirdib dəridən- qabıqdan çıxırdı. Başqa cür desək, o, heç də özündə ailə meylini boğmağa çalışmırdı, yalnız özünü daha liberal yönümlü ruhani fəaliyyətə həsr eləmək, atçapan qadınlarla bir yerə sığışan mənsəb qəbul eləmək istəyirdi. Universitet sahəsi lap yerinə düşdü. Şarl alman dili müəllimi olmaq qərarına gəldi. O, Hans Saks haqqında dissertasiya müdafiə elədi, sonralar özünü onun banisi elan el əyib «birbaşa metod»un tərəfdarlarından oldu, cənab Simonnoyla birgə sanballı «Deutches Lesebuch» dərsliyi buraxdı, sürətlə ucaldı:

Upload: taleh-soltanov

Post on 19-Dec-2015

29 views

Category:

Documents


2 download