"journal of qafqaz university" jurnalının baş redaktorundan

2

Click here to load reader

Upload: qafqazlife-qu

Post on 10-Apr-2015

4.163 views

Category:

Documents


5 download

DESCRIPTION

"Journal of Qafqaz University" jurnalının baş redaktorundan...

TRANSCRIPT

Page 1: "Journal of Qafqaz University" jurnalının baş redaktorundan

“Journal of Qafqaz University” A n I n t e r n a t i o n a l J o u r n a l

Jurnalın seriyaları

Fizika

Riyaziyyat və informatika

İqtisadiyyat

Huquq, tarix və siyasi elmlər

Filologiya və pedaqogika

Təbiət elmləri:

Sosial və humanitar elmlər:

Page 2: "Journal of Qafqaz University" jurnalının baş redaktorundan

“Journal of Qafqaz University” A n I n t e r n a t i o n a l J o u r n a l

Hörmətli ................................................

1997-ci ildən etibarən Qafqaz Universitetinin nəşr etdiyi “Journal of Qafqaz University” beynəlxalq elmi jurnalı ildə 4 sayı olmaqla iki seriyadan (Təbiət elimləri seriyası və İctimai elmlər seriyası) ibarətdir. “Journal of Qafqaz University” elmi nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Nəşr olunduğu ilk gündən etibarən jurnal Azərbaycan və dünyadakı mühüm elmi tədqiqat işlərinin nəticələrini yüksək tərtibatla oxuculara təqdim edir. Jurnalda nəşr olunan hər bir məqalə bu sahə üzrə beynəlxaq səviyyədə tanınmış iki alimin müsbət rəyi alındıqdan sonra nəşr olunur. Jurnalda nəşr olunan bütün məqalələr eyni zamanda Qafqaz Universitetinin internet səhifə-sindəki jurnalın internet sayısına daxil edilərək elektron versiyası şəklində bütün dünyaya çatdırılır. ”Journal of Qafqaz University” nəşr edilmiş nüsxələri isə həm Azərbaycanın, həm də bir çox ölkələrin universitetlərinin kitabxanalarına göndərilir. Jurnalın redaksiya heyətində dünyanın ondan çox ölkəsinin, otuzdan çox qabaqcıl elm mərkəzlərinin tanınmış alimləri yer almaqdadır. Bunun nəticəsi olaraq jurnalın hər yeni sayında nəşr olunan elmi məqalələrin həm keyfiyyəti, həm də məqalə müəlliflərinin göndəriliş çoğrafiyası genişlənməkdədir. Jurnalda Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Singapur, ABŞ və diğər ölkə alimlərinin məqalələri çap olunmuşdur.

Artıq on üçüncü ildir ki, nəşr olunan jurnal, 2009-cu ildən etibarən dünyanın bir çox mötəbər elmi internet databazalarına daxil edilmişdir. Bunlardan Russian Periodicals Catalog, Directory of Open Access Journals, Middle East Virtual Library, The International Consortium for the Advancement of Academic Publication, JournalSeek, Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO, Indexcopernicus, ASOS və başqalarını qeyd etmək olar. 30 aprel 2010-cu il tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komitəsinin qərarı ilə

1. Fizika 2. Riyaziyyat

İnformatika 4. İqtisadiyyat elmləri 5. Huquq elmləri 6. 7. Pedaqogika elmləri 8. o elmləri

üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Bu databazalara daxil olunduqdan sonra “Journal of Qafqaz University” nəşr olunan mə-qalələr çox tez bir zamanda elm ictimaiyyətinin diqqətinə çatdırılır. Xüsusi olaraq Google axtarış sisteminin elmi tədqiqat axtarış sistemi olan Google Scholarda Azərbaycanla əlaqəli elmi tədqiqatlarların əhəmiyyətli bir hissəsi bu databazalara “Journal of Qafqaz University” tə-rəfindən daxil edilmiş məqalələr təşkil edir.

Sizin də jurnalımızda dəyərli məqalələrinizlə cıxış etmənizdən məmnun olarıq.

Hörmətlə,

Baş Redaktor: Prof. Dr. Niftalı Qocayev

................................................................................................................................................

3.

Tarix və siyasi elmlər

Fil logiya