İlk insan və peyğmbər olan adəm əleyhissəlamdan ... · web viewsonrakı nəsillər də eyni...

267
Elman Cəfərli Təbriz Ağayev NƏSİLLƏRƏ ÖRNƏK HƏYAT YOLU Bu kitab Azərbaycan dövlətinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının əziz xatirəsinə ithaf edilir. Korrektor: Zülfiyyə Salayeva

Upload: others

Post on 05-Jan-2020

35 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Elman Cəfərli Təbriz Ağayev

NƏSİLLƏRƏ ÖRNƏK HƏYAT YOLU

Bu kitab Azərbaycan dövlətinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının əziz xatirəsinə ithaf

edilir.

Korrektor: Zülfiyyə Salayeva

Page 2: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Düşüncəli və qayğıkeş oxucu!Bu memuar xarakterli əsərdə Milli Azadlıq Hərəkatında bu və ya digər

dərəcədə hər hansı bir xidməti olmuş şəxslərin adları və fəaliyyətləri, müəyyən dərəcədə də olsa, öz əksini tapıb. Çalışmışam ki, həmin şəxslərə o dövrün dəyərləri prizmasından yanaşım, etdikləri xidmətləri gözlər önünə sərim. Şübhəsiz ki, onlar buna və ümumiyyətlə hörmətlə yad edilməyə layiqdirlər. Vətənin azadlığı və müstəqilliyi naminə özlərinin və ailələrinin həyatlarını təhlükə altında qoymaqdan belə çəkinməyən, sürgün, həbs və məhrumiyyətlərlə dolu bir həyat yaşayan bu fədakar insanların – məsləkdaş və dostlarımın bir qismi, təəssüf ki, artıq dünyalarını dəyişmişlər. Ancaq onların qurduqları müstəqil Azərbaycan dövləti və ucaltdıqları üçrəngli bayrağımız yaşayr və əbədiyyən də yaşayacaqdır.

İnqilabın öz balalarını yediyi barədə deyim xalq arasında zərbi-məsələ çevrilsə də, etiraf etmək lazımdır ki, bu hal heç də xoşagələn və arzulanan hal deyil. Çünki yaradanları, yaşadanları dəyərləndirmək haqq və ədalətdəndir.

Memuarda adları çəkilənlərin bir qismi hadisələrin sonrakı mərhələlərində inqilabçıya, gerçək patriota yaraşmayan mövqe göstərsələr də, biz bu məsələyə toxunmamağa və bu şəxslərin sadəcə xidmətlərindən söhbət açmağa üstünlük verdik.

Dost və məsləkdaşlarımla yanaşı məni özlərinə mürşid sayan çoxsaylı müridlərim olmasaydı, burada haqqında danışılan işlərin heç yarısı da ərsəyə gəlməzdi. Təpədən dırnağa qədər türkçü olan, mayası Vətən və Millət sevgisi ilə yoğrulmuş olan, haqq və ədalət üçün mübarizə əzmkarlığını bü gündə itirməyən əzabkeş, mətin dostlarım, eləcə də Maştağadan iki minə yaxın, Buzovnada üç minə qədər, Nardaran, Keşlə, Mərdəkan, Şüvəlan, Zirə, Türkan, Binə, Suraxanı, Lerik, Astara, Masallı, Cəbrayıl, Dəvəçi, Xızı, Quba və Siyəzəndə bir neçə min şagirdim olmasaydı, adi bir təşkilatla müstəqil Azərbaycanın quruculuğunda effektiv iştirak qeyri-mümkün olardı.

Kitabda adları çəkilən və çəkilməyən müridlərimin əvəzsiz xidmətlərini hər kəs bilməlidir. Onlar bunu öz sədaqətləri, mətinlikləri, cəsarətləri ilə qazanmışlar və adlarının hörmətlə yad edilməsini haqq etmişlər.Bu kitabın ərsəyə gəlməsində adlarının çəkilməsini istəməyən dostlarıma əbədi minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Nəsir Ağayev

Tərtibçidən

Bu kitabın tərtibi və hazırlanması mənim üçün çətin olsa da, övladlıq və vətəndaşlıq baxımından şərəf işidir. Bəlkə də oxucuların müəyyən qismi atam Nəsir Ağayev haqqında olan bu kitabın tərtibatına və hazırlanmasına rəhbərlik etdiyim üçün məni təvazökarlıqdan kənar hesab edəcəklər. Lakin o dövrdə baş verən hadisələrin mahiyyətinə vardıqca şübhəsiz nə dərəcədə

Page 3: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

hazır olduğuma əmin olacaqlar. Mən düşünməyə başlayandan atamı narahat, gərgin, evimizdə isə səhərdən ta gecə vaxtına qədər insan axınının ardı-arasının kəsilmədiyinin şahidi olmuşam. Atamın ailəsindən daha çox milli dövləti, xalqı, müstəqilliyi ciddi düşündürürdü. Bax buna görə də mən ailəsi üçün bütün həyatı, tətləbatlarını artıqlaması ilə yerinə yetirən şəxsdən deyil, əksinə milli dövlət və müstəqillik naminə şəxsi rahatlığının, sağlamlığının qeydinə qalmayan fədakar bir insandan bəhs edən bu kitabın nəşrinə bütün varlığımla qoşuldum. Çünki mən də ali təhsilli jurnalist kimi bilirəm ki, Sovet imperiyasının qanun və xalq adından törətdiyi cinayətlər, cəzalar dövründə bu rejimə qarşı çıxmaq ağlasığmaz və təsəvvürəgəlməz idi. Çünki çox adam bilir ki, Nəsir Ağayev 1978-ci ildən 1982-ci ilə qədər DTK tərəfindən istintaqa cəlb edilmişdi. O Milli Azadlıq Hərakatından, milli dövlətdən danışmağa mənəvi haqqı olan liderlərdəndir. Bakı kəndlərində milli hərəkatı, mitinq dalğalarını onsuz təsəvvürə gətrimək qeyri-mümkün idi. Eləcə də, 1989-1992-ci illərdə Moskvanın bütün dövrlərdə işlətdiyi bu və ya digər formada olan hiylə, fitnə planı Bakıda vətəndaş qarşıdurması , vətəndaş müharibəsi ilə nəticələnməli idi. Məhz bu planın o dövrdə pozulmasında atamn danılmaz xidmətləri, əvəzsiz fəaliyyəti olmuşdur. Beləliklə, milli dövlətin bərpasında, milli bayrağın rəsmən tanınmasında Azərbaycanın Sovet imperiyasından ayrılaraq müstəqil olmasında göstərdiyi fəaliyyət, bu yolda əzab-işgəncə, məhrumiyyətlərə fövqəladə iradə göstərən, dözən atam olmasaydı belə bir insan haqqında olan kitabın hasilə gəlməsi həyatımda şərəf işi olardı. Buna görə də kitabın hazırlanıb ərsəyə gəlməsində üzləşdiyim çətinlikləri bi övlad olaraq atamın mübarizə yoluna halal edirəm.

ÖN SÖZ

İlk insan və peyğəmbər olan Adəm əleyhissəlamdan dövrümüzədək nə qədər vaxt keçdiyini kimsə bilmir. Bilinən budur ki, heç bir insan, o cümlədən heç bir alim, heç bir peyğəmbər əbədi yaşamır və Allah tərəfindən təyin edilmiş ömür sürəsini tamamladıqdan sonra mütləq bu dünyanı tərk edir, axirət dünyasına köçür. Bu, Rəbbimizin qoyduğu dəyişilməz qanunlardan biridir. Beləcə, babaların yerini atalar, ataların yerini oğullar, oğulların yerini nəvələr, nəvələrin yerini nəticələr, nəticələrin yerini isə kötükcələr turur. Bir sözlə, nəsillər bir-birini əvəz edir.

Həzrət Adəmdən (ə) günümüzədək keçən illərin sayını Allahdan başqa kimsə bilmədiyi kimi, o vaxtdan bu günə qədər neçə nəsil dəyişdiyi də Allahdan başqa kimsəyə məlum deyil. Məlum olan budur ki, hər bir nəsil babalarından və atalarından öyrəndiyi, əxz etdiyi biliklərə özünün həyatı boyu qazandığı yeni bilik və bacarıqları əlavə edərək, sonrakı nəsillərə ötürür. Sonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən sonrakılara miras qoyur. Beləcə, insanların bilikləri, elmi artır.

Danılmaz bir həqiqətdir ki, dünyaya gələn hər yeni nəsil özündən əvvəlkilərdən daha çox bilir. Məsələn, XlV əsrdə yaşamış böyük alim və mütəfəkkir Nəsirəddin Tusi öz dövrünün ən bilikli adamı olub. Amma bu gün orta məktəbdə əla qiymətlərlə oxuyan istənilən məktəbli ondan daha çox bilir. Çünki

Page 4: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

məktəbdə ona həm Nəsrəddin Tusinin yazıb qoyduqlarını, həm də ondan sonrakı alimlərin yazdıqlarını tədris edirlər. Elə bu səbəbdən də bu günün məktəblisi təkcə ondan deyil, hətta İbn Sina, İsaak Nyuton, Albert Eynşteyn və əski dövrün digər alimlrindən daha biliklidir.

Əlbəttə, dünyaya yeni gələn insanlar bu səviyyəyə birdən birə çatmırlar. Bu səviyyəyə çata bilmək üçün onlar öncə valideynlərinin köməyi ilə gəzmək, danışmaq və s. bu kimi ən sadə bilik və bacarıqlara yiyələnirlər. Sonra məktəbə gedir, əlifba ilə tanış olur, yazıb-oxumaq vərdişləri qazanırlar. Və günlərin birində özlərinin atalarından daha çox bildiklərini və daha bacarqlı olduqlarını düşünməyə başlayırlar. Bir vaxt hər məsələdə möhtac olduqları valideynlərinin artıq qocalaraq, onların özlərinə möhtac vəziyyətə gəldiklərini görmələri isə düşüncələrinə hakim olmağa başlayan bu fikri daha da möhkəmləndirir. Elə bu səbəbdən də elm aləmində “atalar və oğullar” adlandırılan problem ortaya çıxır. Bu problem həmişə olub, bu gün də var və gələcəkdə də olacaq. Bir çoxları haqlı olaraq bunu əbədi problem adlandırır və nəsillərarası ziddiyyətləri, yeni nəsillərin əski nəsilləri inkar etməsini normal hal sayırlar.

Eyni problem bu gün Azərbaycanda daha kəskin hiss edilməkdədir. Bunun da bir neçə səbəbi var. Əsas səbəblərdən biri gənc nəslin yaşlı nəsildən fərqli olaraq yeni texnologiyaları, xüsusən də kompüter texnologiyasını daha asan mənimsəməsi və nəticədə özünü bu sahədə gözəgəlimli uğur qazanmaqda çətinlik çəkən, hətta cib telefonlarından, bankomatlarından belə çətinliklə baş çıxaran yaşlı nəsildən daha ağıllı və bacarıqlı hiss etməsidir. Etiraf etmək lazımdır ki, bu məsələdə onlar haqlıdırlar. Digər önəmli səbəb isə sovet dövründə dünyaya gələn və bazar iqtisadiyyatına uyğunlaşmaqda çətinlik çəkən yaşlılardan fərqli olaraq, bu dövrün yetirməsi olan gənc nəsil özünü daha rahat hiss edir. Belə olduğu üçün də bəzi gənclər düşünürlər ki, artıq onların atalarının öyüd və məsləhətlərinə heç bir ehtiyacı yoxdur. Amma bu belə deyil. Tarix dəfələrlə sübut edib ki, övladların ata məsləhətinə, ağsaqqal nəsihətinə ehtiyacı olub, var və həmişə də olacaqdır. Gənclərin bir çoxu bunu bir qədər gec, başları daşdan daşa dəydikdən sonra anlamağa başlayırlar. Öyüd – nəsihətə vaxtında qulaq asıb ibrət alanlar isə həyatdakı maneələri daha asanlıqla aşa və arzuolunmaz hallardan çətinlik çəkmədən yan keçməyi bacarırlar.

Bugünkü gənc nəslin, eləcə də bir vaxt onları əvəz edəcək sonrakı nəsillərin sözünü dinləməli və həyat təcrübəsindən ibrət götürməli olduqları ağsaqqallardan biri də, şübhəsiz ki, Azərbaycanın Müstəqillik Tarixinin gerçək memarlarından biri olan, ürəyini çırağa çevirərək xalqının mübarizə yoluna işıq tutan, ona istiqamət göstərən, həyatını, canını, sağlamlığını millət və Vətən yolunda xərcləməkdən çəkinməyən böyük insan, böyük şəxsiyyət Nəsir Ağayevdir. Bu ad orta və yaşlı nəsilləri təmsil edən hər bir azərbaycanlıya yaxşı məlumdur. Türkiyə və İranda da onu tanıyanlar az deyil. Gənc nəslin nümayəndələrinə gəldikdə isə, təəssüf ki, vəziyyət bir qədər fərqlidir. Əlbəttə, bu heç də o demək deyil ki, gənclər içərisində onu tanıyanlar yoxdur. Təbii ki, var. Xüsusən də Bakı kəndlərində yaşayan bir çox gənc onu yaxşı tanıyır. Lakin bununla belə, belələrinin sayı azdır. Bölgələrimizdə isə yox sayılacaq qədər cüzidir. Onu tanıyan, fəaliyyətindən xəbərdar olan yeni

Page 5: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

nəsil nümayəndələrinin saylarnın olduqca az olması bir yana, məlumatlı olanların da məlumatı yarımçıq və natamamdır.

Bu kitab bütünlüklə Nəsir Ağayevin zehninin məhsuludur, biz sadəcə onun söylədiklərini qələmə almışıq, daha doğrusu kitabı tərtib etməkdə ona yardımçı olmuşuq. Yəni kitabın müəllifi o, tərtibçisi isə bizik, çünki həyatını və sağlamlığını Azərbaycanın azadlığı uğrunda qurban vermiş bu gözəl insan ömrünün qalan hissəsini əlil arabasında keçirməyə məhkumdur, xəstəliyi ona müstəqil surətdə hərəkət etməyə imkan vermir. Əlləri də qələm tutacaq vəziyyətdə deyil. Nəsir bəy bu kitabı ərsəyə gətirməkdə məqsədini açıqlayarkən fikrini belə ifadə edib:

“Öz azadlığı, müstəqilliyi uğrunda əsrlər boyu qətiyyətli mübarizəsi ilə bəşəriyyətin sevgisini qazanmış xalqlardan birinin – Azərbaycan türkünün zaman-zaman düçar olduğu məhrumiyyətlər, bu xalqın övladı kimi məni də həmişə düşündürüb və narahat edib. Bunun başlıca səbəbi məlum olsa da hələ də çoxlu qaranlıq məqamlar və vaxtı çatmayan deyiləsi hadisələr mövcuddur.

Lakin bir şey tam aydındır ki, Azərbaycan xalqı öz istiqlaliyyətinə uzun sürən inadlı mübarizə nəticəsində nail olmuşdur. Bəzi hallarda bu mübarizə silahlı üsyan xarakteri daşımış (polkovnik Kazım bəyin başçılıq etdiyi Gəncə üsyanı, qaçaq hərəkatı və s.) və bu üsyanların gedişində vətənpərvərlər yüksək qəhrəmanlıq və inqilabi qətiyyət göstərmişlər.

Çox təəssüf ki, bu qədər keşməkeşli, ağrılı-acılı tarix yaşayan xalqımızın düçar olduğu məhrumiyyətlərin səbəbləri haqqında ötən dövrlərdə analitik təhlilə əsaslanan sanballı əsərlər yazılmayıb. Bəlkə də elə buna görədir ki, qarşılaşdığı taleyüklü problemlərin həlli zamanı buraxılan səhvlər, anlaşılmaz taktiki gedişlər milli varlığımıza dəfələrlə zərbələr vurmuş və həmin səhvlər müəyyən zaman keçdikdən sonra yenidən təkrar olunub.

İnkarolunmaz bir həqiqətdir ki, anlaşılan təhlillər, analizlər olmasa əvvəlki səhvlərin növbəti dəfə buraxılacağı labüd və qaçılmazdır.

İstər salnamələrdə, istərsə də elmi-tarixi araşdırmalarda baş vermiş olayların yalnız görünən, üzdə olan məqamlarını oxuyuruq. Ancaq yazılanlarda bu olayların başvermə səbəblərini tam dürüstlüyü ilə görmür, buraxılan səhvlərin nədən ibarət olduğunun ciddi təhlili ilə rastlaşmırıq. Elə bu səbəbdən, tarixin xalqımıza qismət etdiyi keşməkeşli bir dövrdə yaşadığım, XX əsrin sonlarında baş verən Milli Azadlıq Hərəkatının özəyində olduğum üçün, həmin dövrlə bağlı tam sərbəst və dərin analitik təhlilə əsaslanmaqla, belə bir kitabı yazmağı özümün vətəndaşlıq borcum bildim. Ola bilsin ki, təhlillərimdə və o dövrdə baş vermiş olaylara münasibətdə hansısa oxucu mənimlə razılaşmasın. Bu təbiidir. Lakin hesab edirəm ki, bu səpkidə geniş əhatəli bir kitabın yazılmasının gələcək nəsillər üçün böyük əhəmiyyəti olacaq. Bu kitab şübhəsiz bu mövzuda daha sanballı, elmi araşdırma və təhqiqatlara, ciddi təhlillərə əsaslanan kitabların ərsəyə gəlməsinə təkan verəcək”.

Bu kitabın yazılma səbəblərindən biri də ölkəmizin istiqlalının əldə edilməsində mühüm rol oynamış Bakı və Kəndlər Birliyinin, eləcə də onun üzvlərinin misilsiz xidmətlərini vurğulamaqdır. Heç şübhəsiz ki, lideri lider edən onun ətrafıdır. Nəsir bəy bu barədə danışarkən, həmişə Həzrət Əli İlə bağlı bir hadisəni misal çəkir. Hadisə isə belədir:

Page 6: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bir gün Həzrət Əlidən soruşurlar:-Niyə Əbubəkrin dövründə müsəlmanlar arasında heç bir təfriqə baş vermirdi,

sənin xəlifəliyin dövründə isə təfriqələr baş alıb gedir?Həzrət Əli deyir:-Çünki Əbu Bəkrin ətrafı bizlər idik. Mənimsə ətrafım sizlərsiniz.Ümumiyyətlə, Nəsir Ağayev bu tip rəvayətləri misal çəkməyi çox sevir. Ona

“inqilabı siz etdiniz, bəhrəsini isə başqaları yeyir” deyəndə həmişə Şeyx Şamil ilə rus çarının söhbətini müsal çəkir və bildirir ki, bir gün rus çarı ona əsir düşmüş Şamili öz sarayının qızıl heykəllər və gözəl fəvvarələrlə bəzədilmiş bağçasına dəvət edir. Ətrafdakı gözəllikləri göstərərək deyir:

-Sənin cənnətin yuxu kimi xəyali bir şeydir. Mənim yaratdığım cənnətsə bir gerçəklikdir.

Şeyx gülümsəyir və cavab verir:-Sən əbədi cənnətə düşməyəcəyini bildiyin üçün bu dünyada özünə keçici bir

cənnət yaratmısan. Bununla da özünə təsəlli verir, özün-özünü aldadırsan.Yuxarıda qeyd etdik ki, xəstəliyi səbəbindən Nəsir bəy qələm tutacaq

vəziyyətdə deyil. Və nə qədər qəribə və inanılmaz olsa da, o, bu vəziyyətinə baxmayaraq, dərin mütaliə, müşahidə və tarixi, siyasi biliklərinin məntiqi nəticələrini həyati təlabat kimi dərk edən Nəsir bəy dostlarının, tələbələrinin köməyi ilə, Milli Azadlıq Hərəkatının gerçək liderlərindən, Müstəqil Azərbaycanın gerçək memarlarından biri olmağı bacarmış və adını İstiqlal tariximizə əbədi olaraq qızıl hərflərlə həkk etdirmişdir. Bu baxımdan onun bu fədakarlığını Boris Polevoyun “Əsil insan haqqında povest” əsərinin qəhrəmanı Aleksey Meresyevin fədakarlığı ilə müqayisə etsək, qətiyyən səhv etmərik. Hətta tam qətiyyətlə deyə bilərik ki, Nəsir bəy Polevoyun qəhrəmanından daha böyük mətanət göstərməyi, ondan daha yüksəyə ucalmağı bacarıb. O, dörd dəfə ABŞ prezidenti seçilmiş F.Ruzveltlə müqayisə edilə biləcək şəxsiyyətdir desək, mübaliğəyə yol vermiş olmarıq.

Elm

an Cəfərli

ƏSİL İNSAN HAQQINDA POVEST

Kimdir Nəsir Ağayev? Onu tanımaq bizə nə üçün lazımdır?Bu sualın cavabını, qismən də olsa, “Olaylar” qəzetinin 2007 – ci ilin iyun

ayında Nəsir bəyin 60 illik yubileyi münasibətilə qələmə alınan təbrik yazısında tapmaq olar. Yazıda qəhrəmanız belə xarakterizə edilir:

“Çağdaş Milli Azadlq Hərəkatının öncüllərindən biri, Azərbaycanın bütövlüyü uğrunda yorulmaz mübariz, Xalq Hərəkatı Partiyasınn sədri Nəsir Ağayevin 60 yaşı tamam olur.

Nəsir Ağayev hələ ötən əsrin 60-70 – ci illərində Quzey Azərbaycanın azadlığı və müstəqilliyi ideyasına inanan və bu yolda mübarizəyə başlayan ziyalılarımızdan biridir. Hələ SSRİ-nin güclü, Kreml qılıncının kəsərli çağlarında böyük öndər Əbülfəz Elçibəy Azərbaycanın müstəqil olacağından, Bütöv

Page 7: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Azərbaycandan danışanda az adam – tələbələri və az sayda milli ruhlu ziyalılar buna inanırdı. Onlardan biri də Nəsir bəy idi. N. Ağayev hələ o illərdən Vətənimizin azadlığı uğrunda mübarizəyə könül verdi. Nəsir bəy kimi mətin ziyalılarımızın öndə olduğu hərəkatımız qalib gəldi – müstəqil olduq. Amma Vətənimizin güneyi hələ azad deyil.

Həyatının böyük hissəsini təmənnasız olaraq Azərbaycan savaşına həsr etmiş Nəsir bəyi 60 illik yubileyi münasibətilə təbrik edir, ona Bütöv Azərbaycan uğrunda mübarizədə uğurlar arzulayıram.

70 illiyini Təbrizdə qeyd etmək arzusu ilə”. Yunus Oğuz bu fikri ilə hər şeyi, lakonik olsa da, tam doğru ifadə edib. Amma

eyni zamanda, faktiki olaraq, heç nə deməyib. Odur ki, bu sözləri ortaya qoyduğumuz sualın qaneedici cavabı hesab etmək qətiyyən doğru olmaz. Bu kimi simvolik təbriklərin sayı yüzlərlədir və biz onlardan sadəcə birini misal çəkməyi lazım bildik.

Sevimli şairimiz, istiqlal carçısı Xəlil Rza Ulutürkün 1990 –cı ilin aprelində, Lefortovo zindanında qələmə aldığı bir şerinin Nəsir Ağayevə həsr edilən misraları da onun gerçək portretinin sadəcə bəzi ştrixləri hesab edilə bilər:

Əl üstündə gətirilən Nəsir bəyə - oğula bax.O qartaldır... bükülsə də iflic olmuş bir cüt ayaq.İçsə Xəzər dənizini soyuyarmı yanar bağrı?Bir ildırım yuvasıdır onun natiq dodaqları.Bu misralar, şübhəsiz ki, çox şeydən xəbər verir. Amma onlar da, təbii ki,

yetərli deyillər.Suala daha dolğun cavab tapmaq üçün şüurlu həyatının Azərbaycanın azdlığı

və bütövlüyü uğrunda mübarziyə həsr etmiş bu fədakar insanın ömür yoluna nəzər salaq.

Azərbaycanın torpaqları müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlərin tərkibinə daxil edilib. İndiki Azərbaycan Respublikasını ərazisindən dəfələrlə böyük olan Güney Azərbaycanı farsların hakimiyyəti altındadır. İrəvan və Zəngəzur mahalları ərazisində Rus İmperiyasının köməyi sayəsində Ermənistan dövləti yaradılıb və bu gün orada bir nəfər də soydaşımız qalmayıb. Borçalı mahalı Gürcüstanın tərkibinə daxil edilib. Bu mahalda yaşayan Azərbaycan türkləri ayrı-ayrı vaxtlarda təzyiqlərə məruz qalsalar da, doğma yurdlarını tərk etməmiş, əzab-əziyyətlərə dözmüşlər. İndinin özündə də burada xeyli Azərbaycan türkü yaşayır. Bundan başqa, Rusiyanın Dağıstan vilayətində yerləşən Dərbənd, Türkiyə Respublikasının Qars-Ərzurum, Anadolu, İqdir vilayətlərində Azərbaycan türkləri bir toplum halında yaşamaqdadırlar.

Müxtəlif hadisələrlə əlaqədar olaraq dünyanın yüzdən artıq ölkəsinə yayılan Azərbaycan türklərinin Azərbaycan adlı bir vətəni var. Və bu Vətən vahid Türk dünyasının bir parçasıdır...

Page 8: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Qeyd etdiyimiz kimi, Cənubi Azərbaycan öz azadlığı uğrunda mübarizəyə bir əsrdə bir neçə dəfə qalxsa da hərəkatın arxasında siyasi təşkilatların olmaması səbəbindən, bütün dövrlərdə onların haqq səsi boğulub, öndə gedənlərin əksəriyyəti edam edilib, bəziləri isə vətənin şimal hissəsində sığınacaq tapıblar. Milli Azadlıq Hərəkatımızın öndə gedənlərindən biri, millət və vətən fədaisi Nəsir Ağayevin atası Zərbəli Ağabala oğlu da qədim Azərbaycanın gözəl güşələrindən biri, Azərbaycan-türk tayfalarının məskunlaşdığı Ərdəbil şəhərində anadan olmuşdu. 1909-cu ildə gənc Zərbəli atası Ağabala kişi ilə birlikdə Bakıya köçmüşlər. Nəsir bəyin anası Sitarə Şükür qızı isə dünyaya Xızı kəndində göz açıb.

Nəsir bəygil 7 qardaş, 1 bacı olmaqla (Sabir, Nəsir, Ağabala, Məsumə, Hüseynəli, Xalıq, Cəmşid, Cümşüd) böyük ailə olublar. Nəsir orta məktəbi Buzovnada 125 saylı məktəbdə bitirib. Məktəbdə ona gələcəkdə göstərəcək siyasi fəaliyyətində önəmli rol oynayacaq Nəsrulla İshaqi, Heydər Eyvazov və Davud Məmmədzadə kimi qabaqçıl maarif işçiləri dərs demişlər. Ədəbiyyatı, tarixi, coğrafiyanı çox sevdiyi üçün müəllim və yoldaşlarının xüsusi hörmət və qayğısı ilə hər zaman əhatə olunurdu. Hələ orta məktəbin 8-ci sinfində oxuyarkən poeziyaya maraq göstərmiş, dərnək və klublarda fəal iştirak etmişdir. Ümumiyyətlə, Nəsir bəyin məktəb illərində Voyniçin “Ovod”, Heminqueynin “Qoca və Dəniz”, Bayronun “Şərq” poeması, Cek Londonun “Martin İden”, “Həyat eşqi”, “Son yarpaq”, Drayzerin “Kerri bacı”, “Amerika faciəsi”, “Dahi”, Şərq ədəbiyyatından isə Füzuli, Həbibi, Həqiqi, Nəsimi, Şah İsmayıl Xətai poeziyası, Cəlaləddin Ruminin “Məsnəvisi”, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” və digər əsərlərini oxuması onun ədəbi-siyasi təfəkkürünün formalaşmasında böyük rol oynayıb. Xüsusilə siyasi-ictimai düşüncə tərzinin formalaşmasında önəmli rol oynamış və bu gün də oynamaqdadır. Yeri gəlmişkən belə bir fikri də qeyd etməyə dəyər ki, Azərbaycan xalqının tarixi ədəbi, ərkanı, mənəviyyatı bir sözlə kimliyi haqqında Sabir poeziyasının mötəbər sənəd olması şübhəsizdir. Bu ona görə qeyd edilir ki, onun düşüncəsinin istiqaməti və fəaliyyəti məhz bu görkəmli simaların yaradıcılıq və həyatlarından güc alıb. Bu günün özündə belə Sabirlərin, Cəlillərin, Cavidlərin və digər söz mülkədarlarımızın düşüncə payından qaynaqlanaraq karvan yükü ilə yüklənib ömür yaşayanlar yetərincədir...

Məktəb illərində qazanılanlar, bir qayda olaraq, düşüncə sahiblərinin sonrakı taleyinin və alın yazısının müəyyənləşməsində vacib rol oynayır. Ona görə də qazanılan bilikləri reallaşdırmaq üçün zaman və məkan önəmli rol oynayır. Artıq zaman yetişmək üzrəydi və Azərbaycan xalqı da dünyada gedən tarixi proseslərdən yararlanaraq, öz sözünü deməli, ortaya yeni bir düşüncə qoymalı idi. Milli düşüncə sahiblərinin formalaşması zamanın tələbi idi. Belələrini tarixi şərait, eləcə də xalqımızın başına gətirilən müsibətlərin özü yetişdirməkdəydi. Odur ki, Bakı, Naxçıvan, Lənkəran, Gəncə və Azərbaycanın digər yerlərində gizli təşkilatlar yaranır və fəaliyyət göstərirdilər. Belə təşkilatlardan birinin gizli qərargahı Bakının Buzovna qəsəbəsində, Cəlil Məmmədquluzadə küçəsindəki 42 nömrəli evin 1-ci mərtəbəsində yerləşirdi. Qərargah rolunda çıxış edən mənzillərdə bir qayda olaraq, milli qaynaqlarımızı əks etdirən kitablar toplanar, birgə mütailə və müzakirə edilərdi. Bu baxımdan Buzovnadakı mənzil-qərargah da istisna deyildi.

Page 9: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Nəsirin yaşadığı evin birinci mərtəbəsində onun həmyaşıdları Qəni Mövsumov, Ağabala Ağayev, Sabir Ağayev (o, gizli fəaliyyət göstərirdi), İsmayıl Cabbarov, Məmmədəli Məmmədov, Nazim Məmmədov, Salman Abbasi, Vətən Abbasi və digərləri ilə Azərbaycanın tarixindən, siyasətdən, mədəniyyətdən geniş və əhatəli bəhs edərdilər. Bütün bu müzakirələr illər sonra öz müsbət nəticələrini Milli Azadlıq Hərəkatının müxtəlif mərhələlərində göstərmiş oldu:

Həmin dövrdə məhəllələrində divar qəzetlərinin buraxılması da adət şəklini almışdı. Nəsir Ağayevin də gənclik illərində “Əqrəb” adlı divar qəzeti buraxması uşaqların təlim-tərbiyəsində vacib rol oynamışdı. Bu qəzetdə valideynlərini incidən, sözə baxmayan, dərs oxumayan uşaqlar haqqında yazılar dərc edilirdi. Bu yazılar isə çox zaman qonşular arasında qızğın mübahisələrə səbəb olurdu. Lakin hər halda uşaq düşüncəsinin məhsulu olan bu yazılar böyük bir hadisə kimi qiymətləndirilirdi. Nəhayət məktəb illəri başa çatır. Nəsirin düşüncəsində yaşayan bölünmüş Azərbaycan barədə düşüncələr onu tarix fakultəsinə doğru apardı. Valideynləri ali təhsilli olmasalar da onun yüksək təhsil almasını arzulayırdılar. Odur ki, ailədə ilk “ali təhsilli şəxs olmaq” missiyası, qohumlarından və ətrafdakı uşaqlardan öz dərrakə və çalışqanlığı il seçilən Nəsirin üzərinə düşmüşdü...

Nəsir bəy həmin dövrü duyğusal bir şəkildə belə dilə gətirir:“Çılğın, sərt qayalara dalğa – dalğa çırpınan Xəzər dənizi. Sahildən bir qədər

aralı döngəli-dalanlı, uzaqdan xalça ilmələri kimi görünən qədim Buzovna kəndi...Sahil boyu sinəsi oyuq-oyuq olan dəniz, ətirli yosunlarla çələngə bürünmüş

bu qayalar qoca tarixin vəfalı şahidləri idi. Sahildən bir qədər aralı üzüm tənəkləri, əllərini göyə açan qoca əncir ağaclarını, sərinlik mücəssiməsi qarağacları ana nəvazişi ilə bağrına sıxan sarı kəhrəba qumları...

Bir zamanlar sahildən Buzovnaya baxdıqda bu qədim kəndin evləri amfiteatr kimi görünərdi. Kənd ilə dəniz arasında böyük boşluq var idi. İndi gördüyümüz bağrı yarılmış qayalar, betonlaşdırılmış sahil, daş hasarları həbsxana kamerasını xatırladan binalar, saraylar onda yox idi. Zağulbadan Bakıya qədər gəzərək, sərbəst şəkildə, heç bir maneəyə rast gəlmədən getmək heç bir çətinlik törətmirdi. İndisə vəziyyət dəyişib, vəzifə və nüfuz sahibləri öz şəxsi rahatlıqları və ildə sadəcə bir neçə günlük istirahətləri üçün bu yolu kəsmiş, hər tərəfdə dənizin sularına qədər uzanan səkilər, kulafirənglər yaratmışlar. Bura uşaqlıq xatirələrini yaddaşlarında yenidən canlandırmaq üçün gələnlər bu gün həmin izləri, işarə və əlamətləri tapa bilməyərək, yəqin ki, çox məyus olacaqlar. Dənizi, qayaları, kəhrəba loğman qumları və sərt təbiəti ilə yaddaşlara həkk olunmuş gilavarlı-xəzrili Abşeron artıq həmin təbii Abşeron deyil.

Vaxt vardı, çarşablı nənələrin, kəlağayılı anaların Xəzərin sahilində, Buzovna bağlarında dilə gətirdikləri şirin rəvayətləri, əfsanə və nağılları lövhə-lövhə yaddaşımıza köçürər, uzun müddət onların təsiri altında olardıq. Həmin dövrdə Hüseyn Cavid Əfəndi, doktor Əlabbas kişinin kitab ticarəti ilə məşğul olan atası Qafur kişi bu sahillərə tez-tez baş çəkərdilər. Cəfər Cabbarlı və Mikayıl Müşfiq də Buzovnaya gəlib istirahət etməkdən xüsusi zövq alardılar. Məşhədi Azər Buzovnalı da öz mənalı ömrünü kəndimizin tozlu torpaqlı yollarında, ətrafdakı Tuğay bağlarında, ağsiyal bostanlarında keçirərək başa vurmuşdur. Mikayıl Müşfiq özünün dillər əzbəri olan “Yenə o bağ olaydı” şerini burada,

Page 10: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Buzovna qayalarında duyğulanaraq, ata-baba bağında, tuğaylıqda yazıb. Fəqət bu gün nə şairi vəcdə gətirmiş o qayalardan, nə o təmiz dənizdən, nə o təbiətdən, nə də ata bağ olan o bağdan əsər-əlamət qalmayıb.

Tofiq Mahmud necə də gözəl deyib:“Ey Buzovna qayaları, sal daşsınız siz,Amma mənə insan kimi sirdaşsınız siz”.Dünənin xatirələrini bu gün də eynən əvvəllər olduğu kimi qəlbimdə

yaşatmaqda olan dar küçələrə sahib olan bu kənd qəlbimə əbədi olaraq həkk olunub, əbədiyyət rəmzinə çevrilib. Çünki mən Vətənimizi, doğma Azərbaycanımızı, elimizi, xalqımızı, eləcə də dünyamızı sevməyi, ona bağlı olmağı məhz bu kənddə öyrənmişəm, dərk etmişəm. Həyat amalıma çevrilmiş Azadlıq eşqi, mübarizə həvəsi də məhz bu kənddə qəlbimə hakim kəsilmişdir. Bir sözlə, mənim bir şəxsiyyət kimi formalaşmamda Buzovnanın sərt təbiətinin rolu heç də az olmayıb.

Tez – tez düşüncələrə varır, düşünərək sonsuzluğa qərq oluram. Bu sonsuz düşüncələr dünyasında özümü tam unudur, özümdən ən kiçik bir əlamət belə hiss etmirəm.

Atam Zərbəli Ağabala oğlu 1907 – ci ildə Ərdəbil şəhərində anadan olub. Üç yaşında ikən, ehtiyac üzündən anası Mənsumə, bacısı Mərcan, qardaşı Ağababa və digər qardaşları ilə birlikdə neft Bakısına köçmək məcburiyyətində qalıb.

Ailə ilk dövrlərdə Bakının “Həmşəri palanı” adlanan məhəlləsində məskunlaşır, burada kirayə tutduqları evdə yaşayır. O dövrdə Bakı ən sürətlə inkişaf edən və sənayeləşən şəhərlərdən olduğu üçün bura dünyanın bir çox yerindən güclü mühacir axını başlamışdı. Bu baxımdan Güney Azərbaycan da istisna deyildi və güneylilər mühacirlərin böyük əksəriyyətini təşkil edirdi. Quzey Azərbaycanın iqtisadi cəhətdən inkişafında onların müstəsna rol oynadıqları danılmaz bir həqiqətdir. Onlar daha çox neft mədənlərində işləyir, balıqçılıq və sənətkarlıqla məşğul olurdular.

XlX əsrin birinci yarısnda əhalisi sadəcə 50 min civarında olan Bakı artıq XX əsrin ilk rübündə ikiyüzminlik bir şəhərə çevrilmişdi. Həmin dövrdə Bakının kəndlərinin də əhalisi sürətlə artmada idi. Bu baxımdan qalanın və Maştağanın adını xüsusi çəkmək lazımdır. Güneylilərin Quzeyə axını bundan öncələr də müşahidə edilməkdə idi. Məsələn, böyük ədibimiz Mirzə Fətəi Axundzadənin atası da Güneydən, Xəmnədən köçərək Şəkidə məskunlaşmışdı. Fəqət XX əsrin əvvəllərində köç kütləvi hal almağa başladı. Bu faktı xüsusi qeyd etməkdə məqsədim, Vətən torpaqlarının siyasi sərhədlərlə iki yerə parçalanmasına rəğmən, hər iki tərəfdə xalqın birlik şüurunu itirməməsini, zərurət halında bir-birinə qucaq açmasını diqqətə çatdırmaqdır. Bəli, siyasi sərhədlər eyni millətə mənsubluq şüurunu qətiyyən zədələməmişdi. Elə bu səbəbdən də Şamaxıda doğulan böyük Sabirin sədası gah Təbrizdən, gah da Tehrandan gəlirdi. Böyük öndər Məmməd Əmin Rəsulzadənin də siyasi fəaliyyətinin mühüm bir hissəsi Güneydə keçmişdi.

Anam Sitarə Şükür qızı Xalıqova 1924-cü ildə Xızıda anadan olub. Ana tərəfimdən qohumlarımın bir qismi Xızıda, bir qismi isə Yasamalda, dağlı məhəlləsində, eləcə də Siyəzəndə, Zarat və Qalaaltıda yaşayırdılar və bu gün də yaşamaqdadırlar. Bir sözlə, atam güneyli, anamsa quzeyli idi, bu üzdən də özümü

Page 11: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

həmişə Vahid və Bütöv Azərbaycanın təcəssümü hiss etmişəm. Görünür, bu mənim alın yazımmış.

1937 – ci ildə, repressiyaların ən qızğın çağında atamın qohumlarının böyük hissəsi, əksər güneylilər kimi İrana sürgün edildilər. Həmin dəhşətli dövrün şahidi olan atamın bütün ömrü təlaş və səksəkə içində keçib. Odur ki, həmişə çox ehtiyatlı davranmağa, sözünü və hərəkətlərini ölçüb-biçməyə çalışırdı...

Mən 1947 – ci ildə, iyun ayının 13-də Bakının Dağlı məhəlləsində doğulsam da, bir-neçə gün sonra ailəmiz atamın iş şəraiti ilə əlaqədar olaraq, Cəlilabadın Həşimxanlı kəndinə köçməli olduğundan doğum haqqında şəhadətnaməmi orada almışam və bu üzdən də şəhadətnamədə doğum yerim kimi həmin kəndin adı qeyd edilib. İranla sərhəddin düz mərkəzində yerləşən və bir vaxtlar abad bir yurd yeri olan bu kəndin indi xarabaları qalmaqdadır.

Sonralar Bakının Bakıxanov qəsəbəsinə köçdük, bir müddət burada yaşadıqdan sonra, 1949-cu ilin ortalarında atam Buzovnada torpaq sahəsi aldı və iki otaqdan ibarət kiçik bir ev tikdi. Düz səkkiz il, yəni 1957-ci ilədək döşəməsi torpaqdan olan bu zirzəmi tipli evdə yaşayası olduq. Yalnız bundan sonra indi yaşamaqda olduğumuz evi ərsəyə gətirə bildik. Evimizin yerləşdiyi əyri-üyrü, tozlu küçə xəyalımda bir nağıl təki əbədi həkk olunub. Nağıl demişkən, gecələr anamdan nağıl dinləmədən gözümə yuxu getməzdi.

O dövrdə bütün Bakı kəndlərində olduğu kimi, Buzovnada da xüsusi ədəb-ərkan qaydaları mövcud idi. Böyüyün böyük yeri vardı, kiçiyin kiçik yeri. Ağsaqqalların sözü qanun idi. Odur ki, böyüklər olan yerdən ya keçməz, ya da çox ehtiyatla, ədəb-ərkanla keçərdik.

Təhsil aldığım 125 saylı orta məktəb mənim üçün sözün əsil mənasında bir elm, bilik və nur ocağna çevrilmişdi. Məktəbə ilk qədəmlərimi 1954-cü ildə atdım. O dövrdə hələ həyatı, təbii ki, dərk etmir, dünyanı məhəlləmizdən ibarət təsəvvür edir, ətrafa evimizin pəncərəsindən baxırdım. Lakin tale üzümə güldü, mənə bu gün də böyük minnətdarlıq hissi ilə xatırladığım Heydər Eyvazov, Seyidəhməd Əfəndiyev, Mirsəməd Seyidov, Sitarə Şıxəliyeva, Səfurə Ağayeva, Əlövsət İdrisov, Vaqif Hənifəyev, Nadir Axundov, Muradəli Muradov, Səkinə Əliyeva, Nəsrullah Ishaqi, Davud Məmmədzadə, Zərifə Sərdarlı və s. böyük pedaqoqlardan dərs almaq şərəfi qismət etdi. Onların yardımı ilə elmlərin sirrlərinə yiyələndim, dünyagörüşüm genişləndi, həyata və dünyaya yeni nəzərlərlə baxmağı öyrəndim. Ən əsası isə onlar mənə kitabı sevməyi öyrətdilər.

Kitablar mənim ən böyük dostlarıma çevrilmişdilər. Yaxşı yadımdadır, hələ 6-7 – ci siniflərdə oxuyanda zirzəmidə kiçik bir kitabxana yaratmışdım. Ətrafıma da kitabsevər dostlarımı toplamışdım. Bu kitablardan ən çox məhəllə uşaqları -Manaf Manafov, Mayıl Ağadadaş oğlu, Süleyman Mövsümov, İslam Əliyev, Məmmədəli Məmmədov, Qəni Mövsümov, Lətif Seyidov, İsmayıl Cabbarov, Vaqif Heybətov, Arif Eyvazov, Ramiz Gülməmmədoğlu və başqaları istifadə edirdilər. Öncə kitabları oxuyar, sonra isə onları müzakirə edərdik. Ən çox və daha qızğın müzakirə etdiyimiz əsərlər isə Cəlil Məmmədquluzadənin “Ölülər”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, Mirzə Ələkbər Sabirin satirik şeirləri və Voyniçin “Ovod” əsərləri olmuşlar.

Page 12: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

8-ci sinifdə oxuyanda “Əqrəb” adlı məhəllə qəzeti buraxardım. Orada məhəllə sakinlərinin tədbirləri barədə məlumatlar verər, böyüklərin sözünə baxmayan dəcəl uşaqları tənqid atəşinə tutardım. Dostlarım da mənə yaxından kömək edərdilər. Bu fəaliyyətimiz bütün məhəllənin təqdirini qazana bilmişdi. Qonşularımızdan biri hər dəfə mənimlə üzləşdikdə həmişə zarafatla eyni sözləri deyərdi: “Maşallah, hər şeyi qəzetində yazırsan, yaxşı bilirəm!”

Beləcə, özüm də hiss etmədən, tədricən ictimai fəaliyyətlə məşğul olmağa başlamışdım. Bütün təşəbbüslər məndən gəldiyi üçün dostlarım da məni lider qismində görürdülər.

8-ci sinifdən etibarən Abbas Səhhət, Sabir, Cəlil Mmmdquluzadə, Məhəmməd Hadi, Mirzə Əli Möcüz, Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi yerli, Onore de Balzak, Viktor Hüqo, Şekspir, Heyne, Höte, Voyniç, Teodor Drayzer, Ernest Hemenquey, Rabindranat Taqor, Lev Tolstoy, Lermantov və Bayron kimi xarici ədiblərin yaradıclığı ilə tanış olmağa başlamışdım. Şübhəsiz ki, dünyagörüşümün, düşüncələrimin formalaşmasında bu böyük zəka sahiblərinin böyük rolu olub.

9-10 – cu siniflərdə eyni vaxtda həm dram, həm də ədəbiyyat dərnəyinə gedirdim. Dram dərnəyində mənimlə birlikdə İsmayıl Cabbarov, Qəni Mövsümov, Məmmədəli Məmmədov və Salman Abbasi də çox fəal iştirak edirdilər. Əvvəlki kimi yenə də mənim kitabxanama toplaşır və müzakirələrimizə davam edərdik. Artıq müzakirələrimizin əhatə dairəsi bir qədər də genişlənmişdi. Tez-tez bu və ya digər dram əsərinə və hər hansı bir drammaturqun yaradıcılığına müraciət edirdik. Bu müzakirələr zamanı aktyor və rejissor sənəti barədə də uzun – uzadı mübahisə edər, bəzən fikirlərimiz üst-üstə düşmədiyindən bir- birimizdən inciyərdik, amma heç vaxt küsməz, ortaq məxrəcə gəlməyə çalışardıq. Beləcə, yavaş-yavaş polemika mədəniyyətinə yiyələnir, təhlil etməyi, fikirlərimizi səlis ifadə etməyi öyrənirdik.

Sən demə, bütün bunlar da tale yazımmış və beləcə, tale məni gələcək mübarizəyə, siyasi fəaliyyətə hazırlayırmış. Xosrov Ruzbeh demişkən, yol hədəfi inkar etməməlidir. Hələlik isə ideyalar toqquşması Füzulinin, Hadinin, Sabirin, Bayronun, Rəsul Rzann, Tofiq Fikrətin, Əbdülhaqq Hamidin, Cəfər Cabbarlının, Müşfiqin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Nazim Hikmətin bəşəri ideyaları ətrafında cərəyan edirdi. Heç yadımdan çıxmaz, bir dəfə Şekspir və Cabbarlı drammaturgiyasını müqayisəyə çəkmişdik. Müzakirəyə o qədər aludə olmuşduq ki, vaxtın necə keçdiyini qətiyyən hiss etməmiş, zirzəmini tərk etdikdə havanın çoxdan qaraldığını görüb təəccüblənmişdik. Bir dəfə isə günorta saat 13.00-da başlayan müzakirə axşam saat 18.00-da sona çatmışdı.

O dövrdə, təbii ki, bütün bunların bizi hara apardığının, hansı önəmli hadisələrə hazırladığının hələ fərqində deyildik. Amma artıq bildiyimiz və qəlbimizə yerləşərək, hər birimizi narahat etməyə başlayan bir həqiqətin fərqində idik. O da Vətənimizin bölünmüş olması, quzeyin rus, güneyin isə fars əsarətində qalması faktını ehtiva edən acı həqiqət idi. Doğrudur, bu həqiqətin dərki birdən - birə baş vermədi. Verə də bilməzdi. Çünki 1937-ci ilin vahiməsi insanları hələ də tərk etməmişdi. Bu baxımdan müəllimlərimiz də istisna deyildi. Odur ki, Heydər Eyvazov kimi böyük pedaqoq bizə Səməd Vurğunun “Azərbaycan” şeiri vasitəsilə Vətənə qızğın məhəbbət hissini aşılamağı bacarsa da, “Azərbaycan, Azərbaycan!”

Page 13: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

misrasının gerçək məna yükünü izah etməmiş, bunu zamanın və bizim şəxsi dərrakəmizin öhdəsinə buraxmışdı. Amma ədalət xatirinə deyək ki, həqiqəti dərk edə bilməmiz üçün ipucu verməyi də unutmamışdı.

Dövr çox pis dövr idi. Vətənsevərlik, millətsevərlik böyük cinayət hesab edilirdi. Bunu dilə gətirən və təbliğ edənlərin başları üzərində ölüm və işkəncə kabusu dolaşırdı. Eyni aqibət Allahı sevənləri, dininə-imanına bağlı olanları da gözləyirdi. Bizə tarix dərsi keçir və təhrifedilmiş tarixi gerçək kimi qələmə verirdilər və təbii ki, biz bundan hələ xəbərsiz idik. Axı, o dövrdə bizə həqiqəti söyləməyə kimin cəsarəti çatardı? Bizə nəinki həqiqəti söyləmir, əksinə, xalqımızın azadlıq carçıları olan müsavatçılar düşmən kimi, xalqımızın qanına susamış 26-lar isə xalq qəhrəmanları kimi təlqin edilirdi. Kommunist Partiyası fetişləşdirilmişdi. Bir sözlə, azad və müstəqil düşüncələrə sövq edə biləcək bütün nəsnə və vasitələr aradan qaldırılmşdı. Müstəqil fikir sahibləri dərhal DTK – ya çağrılır, işgəncələrə məruz qalır, yaxşı halda həbs edilərək sürgünə göndərilir, pis halda isə məhv edilirdilər. Bu qorxunc təşkilat hər yerə, orta və ali məktəblərə, zavod və fabriklərə, müəssisə və idarələrə tam nüfuz etmişdi və hər şeyi və hər kəsi nəzarət altında saxlayırdı.

Azadlığından və milli sərvətlərindən məhrum edilmiş xalqın nümayəndələri ya fədaiyə çevrilərək mübarizəyə qatılmalı, ya da bütün proseslərə laqeyid qalaraq tam bir biganəlik nümayiş etdirməlidirlər. Dövlət insanları məhz ikinci ruhda tərbiyə etmək üçün əlindən gələni əsirgəməmiş, bu da öz nəticəsini vermişdi. Olkədə tam bir biganəlik və laqeydlik hökm sürürdü. İnsanlar müstəqil düşünmək vərdişindən məhrum edilmiş, komanda ilə çalışan robotlar ordusuna çevrilmişdilər. Bununla belə düşünənlər vardı və onların sayı heç də az deyildi. Fəqət hamı təklikdə düşünür, fikirlərini məlum səbəbdən bölüşməyə, başqaları ilə paylaşmağa ehtiyat edirdi.

Biz də ədəbi əsərləri, dahi yazarların, fikir adamlarının düşüncələrini müzakirə edə-edə müstəqil şəkildə düşünməyi öyrənir, fikrimizi isə söyləməkdən çəkinmirdik. Çünki hələ uşaq idik və valideynlərimizdən fərqli olaraq, “37 xofu”nu dadmamışdıq. Odur ki, qorxmurduq, qorxmaq lazım olduğunu bilmirdik. Bu bizim heç ağlımıza da gəlmirdi.

Oxuduğum 125 saylı orta məktəbdə, ədəbiyyat dərnəyində Bayronun “Şərq” poemasının müzakirəsini heç vaxt unutmayacağam. O dövrdə məni bir sual çox düşündürürdü. Bilmək istəyirdim ki, lord olan Bayronu Yunan-Türk savaşına qatılmağa nə məcbur etmişdi, o niyə bu qərara gəlmişdi? Axı, adamlar var ki, nəinki başqalarının savaşında, hətta öz xalqının, ölkəsinin apardığı müharibədə iştirak etmək istəmirlər. Belələrini Vətəninin problemləri qətiyyən maraqlandırmır. Bayronun qərarının səbəbləri üzərində çox baş sındrmış, amma qaneedici bir nəticəyə gələ bilməmişdim. Oxuduğum hər bir kitab qarşıma bu tip çox sayda suallar çıxarırdı. Onlar üzərində çox düşünürdüm və düşünməyə məhkum idim, çünki tale məni qarşıda gözlənən böyük bir hadisəyə - Azərbaycan xalqının aparacağı və qələbə ilə sonuclandıracağı Milli Azadlq Hərəkatına hazrlayırdı. Bunu sonralar başa düşdüm. Başa düşdüm ki, bütün bunlar Tanrı tərəfindən xüsusi olaraq mənim üçün cızılmış alın yazısıymış. Hələlik isə oxuyur və düşünürdüm. Hər gün nə isə yeni bir şey öyrənməsəm, yata bilmirdim. Ziyalıları, mədəniyyət

Page 14: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

adamlarını onlarla görüşə, söhbətlərinə qulaq asa və fikir mübadiləsi apara bilmək üçün, sözün yaxşı mənasında, dəngəsər etmişdim.

Nəhayət, həsrətlə gözlədiyim an gəlib çıxdı. 1961-ci ilin ortalarında Azərbaycan rəssamlarının bir qrupu – “Abşeron məktəbi” adlandırılan cərəyanın nümayəndələri Buzovnaya toplaşmışdılar. Onlarla təmas qurdum. Şeir, poeziya həvəskarı olduğumu sezən rəssamlardan biri – Əlövsət Dadaş oğlu Əliyev məni öz evinə dəvət etdi. Onun evinə ayaq basdığım ilk gün heç vaxt yadımdan çıxmayacaq.

Sərin bir payız axşamı idi, havadan xəzan yarpaqlarnın qoxusu gəlirdi. Evin həyətində diqqətimi çəkən ilk şey üzərindəki barlarının hər biri kasa boyda olan, al qırmızı rəngli nar ağacı oldu. Gələcəyimi indidən qazanmaq ümidi ilə evə daxil oldum. Rəssamın kiçik otağının bir küncündə duran, üstünə qoyun dərisi sərilmiş, taxtadan qayrılmış qədim çarpayı diqqətimi dərhal özünə çəkdi. Ətrafa göz gəzdirdim. Buradakı əşyaların böyük əksəriyyəti qədimdən qalma idi. Odur ki, otağa bir qədimilik, tarixilik ab-havası hakim idi. Divarda xüsusi zövq və məharətlə ovulmuş cumaxatan isə məni sözün əsil mənasında sehirləmişdi.

Əlövsət əlindəki qəlyanını tüstülədə - tüstülədə məni otağa dəvət etdi, oturmağa yer göstərdi. Burada məndən başqa daha bir neçə nəfər də vardı. Bunlar ev sahibinin rəssam dostları Arif Əsgərov, Kamal Əhmədov və Rəfail Muradov idilər. Kimi kətildə, kimisə taxta çarpayıda oturmuşdu. Mən də keçib bir kənarda oturdum. Onların maraqlı söhbətlərini dinləməyə başladım. Dostlar Mopassan, Balzak, Napaleon, Niççe, Mikelancelo, Heminquey, Puşkin, Müşfiq və Sabir barədə elə həyacanla danışırdılar ki, onların sözlərinin sehrinə düşməmək mümkün deyildi. Rəssamları dinlədikcə bir yandan mənim üçün tam yeni olan fikirlərlə tanış olur, digər yandan isə mənəvi dünyamın hələ nə qədər kasad olduğunu anlayırdım. Əlbəttə, bunda təəccüblü bir şey yox idi, axı, cəmi 14 yaşım vardı. Amma həmin gün daha bir şeyi başa düşdüm. Başa düşdüm ki, tam bir yol ayrıcındayam, ya əksəriyyət kimi bivec, hər şeyə laqeyd olan bioloji varlıqlardan biri olmalıyam, ya da ki, elm, mədəniyyət, ürfan aləminə istiqamət götürüb mənən zənginləşmək və kamilləşmək yolunu tutmalıyam. İkinci yol məni özünə cəzb edirdi.

Utana-utana onlara bir iki şerimi oxudum. Bəzi misralarımı bəyəndiklərini söyləyib, çox mütaliə etməmi məsləhət gördülər. Dedilər ki, istedadın var, mütaliə etməklə yolunu özün tapacaqsan. Kitablar özləri sənə yol göstərəcək.

Axşam oradan ayrıldım. Daşlı – kəsəkli, dolanbac küçələrlə evimizə tərəf yola düşdüm. Mollarzəligilin qapısı tərəfdən evimizə tərəf yoxuş başlayırdı. Yoxuşu qalxıb evlərdən birinin hasarına söykənərək, Buzovnanı qoynuna almış Xəzəri seyr etməyə başladım. Qarşımda açılan mənzərə necə də əsrarəngiz idi. Evlərin qurtardığı yerdən sonra başlayan kəhraba rəngli qumluq ərazi dənizə qədər uzanırdı. Seyrək qaraağac və əncir ağacları göz oxşayırdı. Dərin düşüncələrə qərq olmuşdum. Dənizə baxır və hey düşünürdüm. Dəniz necə də təmiz idi. Onda həsəddən, paxıllıqdan, kin və küdurətdən əsər-əlamət belə yox idi. Bütün bu mənzərənin özü bir məktəb idi – Abşeron məktəbi... Sərt küləklərin, fırtınaların yaratdığı böyük bir həyat məktəbi. Bu məktəb kimləri yetirməmişdi ki?

Page 15: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

İndi həmin mənzərə bütünlüklə pozulub. Bu isə o deməkdir ki, artıq Abşeron məktəbi yoxdur. Halbuki bu məktəb Azərbaycana Mircavad Cavadov, Qafar Seyfullayev, Arif Əsgərov (ona Saqqal Arif də deyərdilər), Əlövsət Əliyev, Rəfail Muradov, Kamal Əhmədov, Xanlar Əhmədov, Fərhad Xəlilov, Fuad Bakıxanov, Əlihüseyni, rəssam Mirnadir Zeynalov kimi istedadlı rəssamları bəxş edib. Yadımda qalmayanların sayı isə qalanlarınkından qat-qat çoxdur.

Yeniyetməlik dövründə insana romantizmə meyl, inadkarlıq, xəyalpərəstlik daha çox xas olur. Mən də, dostlarım Qəni, İsmayıl, Məmmədəli, Vaqif, Cənnətəli, Manaf və başqaları da bu baxımdan istisna deyildik. Əvvəllər olduğu kimi, yenə də evimizin zirzəmisində toplaşır və müzakirələrimizə davam edirdik. Müzakirələr yenə də, əvvəllər olduğu kimi, saatlarla davam edirdi. Fikrimizi daha çox Cəfər Cabbarlnın “Oqtay Eloğlu” və Aydın” pyesləri üzərində cəmləşdirmişdik. Bu əsərləri günlərlə, hətta həftələrlə təhlil edirdik. O zaman hələ Cəfər Cabbarlının böyüklüyünü tam mənasıyla anlamırdıq. Yalnız sonralar, ali məktəbdə oxuyarkən anladıq ki, Şekspir ingilislər üçün nədirsə, cəmi 34 il ömür yaşamış Cabbarlı da bizim üçün, yəni Azərbaycan üçün odur.

Yaz gələndə Buzovna gül-çiçəyə bürünərdi. Şobbu, məxmər, levkip, nərgiz güllərinin ətri bir-birinə qarışardı. Həyat çox çətin və ağır keçirdi. Söhbət təkcə maddi deyil, həm də mənəvi çətinliklərdən, ən əsası isə azad şəkildə düşünməyin, fikir söyləməyin qeyri-mümkün olmasından gedir. Bununla belə, sözünü deməkdən çəkinməyən kişilər də tapılırdı, daha doğrusu vardı. Yəni yadellilərin zülmü altında inləyən Vətənin təəssübünü çəkənlər yox idi, - desək, doğru olmaz. Amma laqeyd və biveclər, başqa sözlə manqurtlar daha çox idi. Belələrini tarixi abidələrimizin sökülüb-dağılması qətiyyən narahat etmirdi. Abidələr isə sürətlə sökülüb-dağılmada idi. Amma salamat qalanları da vardı.

Buzovna Aşağı məhəllə, Yuxarı məhəllə və Daşlı məhəllə deyilən üç hissədən ibarətdir. Bunlardan Daşlı məhəllə daha qədimdir. Bu məhəllədən sonra Xan bağı adlanan ərazi gəlir. Kənd əhli maldarlıq, əkinçilik və bağçılqla məşğul idi. Bağlar Zağulbaya qədər uzanırdı. Albalı bağları daha böyük idi. Buzovnanın qərb çıxacağından Tuğay bağları başlayırdı. Vaxtilə Ağsiyal bağları və kənd sakinlərinin bostan sahələri də mövcud olub. Bu məkanda indi büllur və alüminum zavodları yerləşir. Bir qədər aralıda neft mədənləri qərar tapıb. Ötən əsrin otuzuncu illərinə qədər Ağsiyal bağlarında yetişdirilən qovun-qarpız çox məşhur idi. Deyilənə görə bal kimi şirin olurdular. Sonralar həmin ərazilərdə neft tapıldığından bağlar ləğv edildi. Bostanlar və digər təsərrüfat sahələri də eyni aqibətlə üzləşdi. Buna qarşı çıxmağa cəsarət edənlər isə qolçomaq elan edilərək, Sibirə sürgün edildilər. Hacı İsgəndəri isə güllələdilər. Sibirə sürgün edilənlər içərisində Ruhulla Axundov kimi ziyalılar, axund Mirzəli və axund Məzahir kimi ilahiyyatçı alimlər də vardı. Repressiyalar dalğasının kəndimizi daha şiddətlə vurduğunu söyləmək olar. Bunun əsas səbəblərindən biri də Mircəfər Bağırovun yay istirahət bağının Buzovnada yerləşməsi, onun istirahət üçün tez-tez bura gəlməsi idi.

Olduqca qaranlıq bir dövr idi. Həmin dövrdə “Kommunist” və “Pravda” qəzetlərinin yaydığı məlumatlardan fərqli məlumatlar, ideyalar yaymaq cinayət hesab olunduğundan insanlar düşündüklərini dilə gətirməkdən qorxurdular. Fərqli düşüncələr isə əsasən “BBS” və “Amerikanın səsi” radiostansiyalarının yaydıqları

Page 16: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

xəbərlər və siyasi şərhlər əsasında formalaşırdı. Bütün bu qorxu piramidasının zirvəsində İosif Stalin dururdu. Georgi Dmitrovun yazdığına görə, 1937-ci ilin 7 noyabrında K. Y. Voroşilovun mənzilində nahar zamanı Stalin nəinki Sovet İttifaqına, Kommunist Partiyasının qərarlarına qarşı çıxanların özlərinin, eləcə də onların qohumlarının, yaxınlarının, ailə üzvlərinin məhv edilməsinin və ya sürgün edilməsinin zəruriliyini dilə gətirmişdi.

Odur ki, bütün SSRİ - də olduğu kimi, Azərbaycanda da, o cümlədən Bakıda və Bakı kəndlərində də kütləvi tuthatutlar, həbslər başlamışdı. Çoxları izsiz-soraqsız yola çıxırdı. Ən dəhşətlisi isə bu idi ki, digərləri susur və özlərini bundan xəbərsiz kimi aparırdılar. Susmağa məcbur idilər. Çünki qorxurdular. Bir çoxları isə özünü və ailəsini bu fəlakətdən qorumaq üçün xəbərçilik, böhtançılıq yolunu tuturdu.

Repressiyaya uğrayan təkcə insanlar deyidi. Milli və dini ruhun daşlarda yaşayan izlərini əks etdirən abidələr də eyni aqibətlə üz-üzə qalmışdılar.

Kəndimizin tarixi eradan əvvəl l minilliyə qədər uzanır. Burada tarixin müxtəlif dövrlərini əks etdirən çox sayda abidə olsa da, onların çox az bir hissəsi dövrümüzədək çatıb. Onlar da olduqca acınacaqlı vəziyyətdədir. Qum hamamından, Buzovna qalasından, eləcə də Hun qəbristanlığındakı kitabələrdən isə əsər-əlamət belə qalmayb. Bütün bunlar insanları milli köklərindən ayırmaq, milli ruhun alovlanmasına təkan verə biləcək hər şeyi məhv etmək üçün edilirdi.

Məktəbdə oxuduğum illərdə sözün qüdrətini anlamış, onun vasitəsilə ifadə edilən fikrin gözəllik və aydınlığının məhz sözlərin düzülüşündən asılı olduğunu başa düşmüşdüm. Odur ki, fikirlərimin aydın və ifadəli olmasına çox çalışırdım. Diksiya, intonasiya məsələlərinə də ciddi fikir verir, vurğuları düz vurmağa, məntiqli olmağa çalışırdım. Təbii ki, dərslərimi də böyük səylə öyrənirdim. Nəticədə məktəbimizin ən nümunəvi şagirdinə çevrilmişdim. Müəllimlərim mənimlə fəxr edirdilər. Onların bu xoş münasibətini özüm üçün ən böyük hədiyyə hesab edirdim. Eyni zamanda Buzovnada keçirilən bütün tədbirlərdə fəal iştirak etməyə çalışırdım. Bu baxımdan Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə və Seyfəddin Dağlı ilə keçirilmiş görüşlər yaddaşıma əbədi olaraq həkk olunub.

1966 – cı ildə orta məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verməyi qərara aldım və bu qərarımda çox israrlı idim. Çünki Azərbaycan ədəbiyyatnı, folklorunu az-çox bilsəm, də Azərbaycan tarixindən, demək olar ki, tam xəbərsiz idim. Bu tarixi öyrənmək, mənimsəmək istəyirdim”

Nəsir bəy Bakı Dövlət Universitetinin tarix fakültəsinə iki il daxil ola bilməsə də inadından dönmür, nəhayət ki, üçüncü il, 1969-cu ildə daxil olur. O dövrdə respublikanın hər yerində xüsusilə də Bakı Dövlət Universitetində milli özünü dərk istiqamətində bir oyanış, fəallıq mövcud idi. Burada xüsusilə Əbilfəz Elçibəyin gənclərlə apardığı təbliğatın nəticəsi olaraq Nəsir Ağayev daha aktiv siyasi-ictimai fəaliyyətə qoşulur. Tələbələr Şıxəli Qurbanovun Fəxri xiyabandakı məzarını hər Novruz bayramı günü səmənilərlə bəzəmək və şam yandırmaqla yad edirdilər. O illərdə hətta Şixəli Qurbanovun fotoşəkli və şəklin aşağısında “Şamlar yandı, vətən çıraqban oldu, Yarəb, nədən Şıxəli qurban oldu?” sətirləri olan xatirə bukletləri buraxılmışdı. Azərbaycanda Novruz bayramının keçirilməsi Şıxəli

Page 17: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Qurbanovun adı ilə bağlıdır. Bu barədə mənə bir neçə il əvvəl Masazırdan olan Rizvan Naiboğlu mühüm faktlar danışmışdı. Azərbaycanda Moskva tərəfindən məsləhət görülən ikinci katib Yelistratov Şixəli Qurbanov haqqında Moskvaya həqiqətdən kənar məlumatlar verirdi. Eləcə də Brejnevin yaxın qohumu Azərbaycan DTK-nın sədri Sviqunun başçılıq etdiyi təşkilat da Şıxəli Qurbanova qarşı ədalətsiz mövqe tutmuşdu. Hətta iş o dərəcəyə çatmışdı ki, Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov Şıxəli Qurbanovu yanına çağıraraq demişdi: “Moskva mənim işləməyimə imkan vermir. Bircə onu bacarmışam ki, səni Azərbaycan KP MK-ə katib, Siyasi Büroya üzv kimi namizədliyini irəli sürmüşəm. Bu haqqda Mixail Suslova məlumat vermişəm. Təcili Moskvaya uç və onunla görüş. Nəyahət, Suslov Ş,Qurbanovun namizədliyinə öz razılığını bildirir. Yelistratov və ona bənzər yerli məmurlar bu razılıq qarşısında haqqsız hücumlarına bir qədər fasilə verirlər. O illərdə Tahirov soyadlı Azərbaycanın “Pravda” qəzetində təmsil edən bir jurnalist çalışırdı. Ş.Qurbanov Binədəki təyyarə meydanında Bahar bayramına aid fundamental bir yazısını Tahorva verərək bildirdi ki, çalış bu yazı “Pravda” qəzetində çıxsın. Əgər bu yazı “Pravda” qəzetində çıxmasa, məni millətçilikdə ittiham edənlərin hücumundan xilas olmaq üçün Azərbaycanı tərk etməli olacağam. Nəhayət, yazı “Pravda” qəzetində dərc olunur.

O vaxt gəncliyin formalaşmasında təkcə Əbilfəz Elçibəyin deyil, eyni zamanda Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Sabir Rüstəmxanlının, Məmməd İsmayılın, Rəsul Rzanın, Anarın, Söhrab Tahirin, Balaş Azəroğlunun və klassiklərimizin bizə miras qoyub getdikləri əsərlərin rolu son dərəcə böyük vardı. Bunda Sabir və Mirzə Cəlil kimi dahi ədiblərimizin irsinin müstəsna rol oynadığını xüsusi vurğulamaq lazımdır.

1972-ci il oktyabr ayının 29-da Nəsir Ağayevin təşəbbüs və başçılığı ilə Buzovnada, Cəlil Məmmədquluzadə küçəsində, 42 nömrəli evin 1-ci mərtəbəsində Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası məqsədi güdən AXDP (Azərbaycan Xalq Demokrat Partiyası) adlı gizli təşkilatı yaradılır. Bu təşkilatın fəal üzvlərindən Qəni Mövsumov, Fəxrəddin Məcidoğlu, Məmmədəli Məmmədov (Şəmi), Nazim Məmmədov (Buzovna), Salman Abbasi, Aslan Məmmədov, Tusi Orucov, Pakizə Rəhimova, Ağabala Ağayev, Vaqif Heybətov (Oğul), Fəxrəddin Zeynalov (Müller), Nəsir Ağayev (Fəryad), Həsən Vəliyev (Maştağa) və başqalarınn adını çəkmk olar. Bu gizli təşkilatın 5 nəfərdən ibarət siyasi şurası seçilir. Siyasi şuraya Nəsir Ağayev, Ağabala Ağayev, Nazim Məmmədov (Bakı), Vaqif Heybətov və Həsən Vəliyev daxil idilər. Siyasi Şura üzvləri gizli səsvermə ilə Nəsir bəyi partiyanın baş katibi seçir.

Nizamnaməyə əsasən baş katibə səlahiyyət verilirdi ki, təşkilatın qorunması və təhlukəsizliyi üçün məsul şəxsi heç kəsə bildirmədən özü müəyyənləşdirsin. Nəsir Ağayev bu vəzifəyə Vaqif Rəhim oğlu Heybətovu layiq görür və bu məsul işi ona tapşırır. Gizli fəaliyyət göstərən təşkilatın imkanları məhdud olsa da, onun üzvləri elə ilk günlərdən başlayaraq, Bakıda, Saatlıda, Siyəzəndə milli kadrların yetişməsi üçün ideoloji fəaliyyətə başlayır. Şimali və Cənubi Azərbaycanın birliyinə gətirib çıxarmalı olan fikir və düşüncələrin geniş yaranması üçün əsasən

Page 18: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Buzovna qəsəbəsinin müxtəlif yerlərində sakinlər ilə Söhrab Tahir, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Səidə İmanzadə, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Balaş Azəroğlu, Xəlil Rza, Əbülfəz Elçibəy və digər milli ziyalılar görüşlərini təşkil edirlər. Nəsir Ağayev qəlbi vətənin azadlığı ilə çırpınan o gənclərin fəaliyyətindən həyəcanla danışır: “...Biz hər bazar Cəlil Məmmədquluzadə küçəsi ev № 42 ünvanında toplaşırdıq. Həsən Vəliyev və Tusi Orucov “BBS” , “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının yaydıqları xəbərləri, eləcə də siyasi şərhləri kassetlərə yazırdılar. Birlikdə onları dinləyir, onları sovet mətbuatındakı xəbərlər və şərhlərlə tutuşdurur, müqayisələrdən çıxan fərqləri müzakirə edir, təhlillər aparırdq...

Çox zaman birlikdə kəhrəba qumlara iz sala-sala, dəniz kənarına, Buzovna qayalarının seyrinə gedərdik. Milli ideologiya, milli tariximiz, Vətənimizin bölünməsin səbəbləri və bunun acı nəticələri barədə uzun-uzadı söhbətlər edərdik. Düşünürdük ki, nefti, balığı, pambığı, çayı, mineral suları, zəngin filiz yataqları və digər təbii sərvətləti bol olan Azərbaycan nə üçün müstəqil ola bilməsin? Cavabını axtardığımız və tapdığmız bu sual kimi suallar bizi iradəli, mətin olmağa, müqəddəs amala doğru addımlamağa səfərbər edirdi. Xosrov Ruzbehin “Yol hədəfi inkar etməməlidir” fikri qəlbimizə və şüurumuza hakim kəsilmişdi. Abbas Səhhətin aşağıdakı misraları isə həyat amalımıza çevrilmişdi:

Şişə çəksəz də diriykən ətimi,Atmaram mən Vətəni, millətimi.Demək olar ki, vaxtımızın çoxu bu tip şüar xarakterli deyimlərin şərhinə və

təhlilinə həsr edir, mövcud vəziyyətdən çıxış yolu arayırdıq. Onları özümüz tapmaq və seçmək məcburiyyətindəydik. Bütün kitablar, ilk növbədə də tarixlə bağlı kitablar Lenindən, Marksdan, Engelsdən gətirilən sitatlarla dolu idi və onlar göz çıxarırdı. Bizə lazım olan, könlümüzü oxşayan deyimlər isə müxtəlif kitablara seyrək şəkildə səpələnmiş vəziyyətdə idi. Onları zərrə-zərrə toplayaraq, bir araya gətirirdik. Çətin iş olsa da bundan nəinki usanmır, əksinə böyük zövq alırdıq.

Məni bolşevik inqilabının lideri Leninin də həyatı çox maraqlandırırdı. O dövrdə bu monstrın fikirlərinə bütün kitablarda bol-bol rast gəlinirdi. Hara baxırdınsa, onun şəklini və ya heykəlini görürdün. Azərbaycanın elə bir şəhər, rayon və ya kəndi yox idi ki, orada onun ya ayaq üstə durmuş, ya da oturmuş vəziyyətdə yapılmış heykəlləri olmasın. Halbuki, bu adam və onun müəllifi olduğu ideoloji sistem onlarla xalqa, milyonlarca insana bədbəxtlik gətirmişdi. Mənim xalqımın və Vətənimin də bədbəxtliyinin səbəbkarı məhz o idi. Onun Feliks Dzerjinskiyə ünvanladığı bir məktubu həyacansız oxumaq olmur. O yazırdı: “Mümkün qədər çox ziyalının qırılmasına səy göstərin. Onları kütləvi surətdə qırın...”

Tarixdə bu cür anormal hallar, yəni nadanların alqışlandığı, aqillərin isə qarğışlandığı dövrlər az olmayıb. Yaşadığmız dövr də onlardan biri idi.

Nəhayət, məlum evdə Azərbaycan Xalq Demokratik Partiyasın təsis etmək qərarna gəldik və bu fikrimizi 1972-ci ilin oktyabr aynn 28-də gerçəkləşdirdik...

Ayda bir dəfədən gec olmayaraq ümumi iclaslarımız olurdu. Bundan başqa, demək olar ki, hər həftə bir araya gələr, ABŞ, Çin, Rusiya, İran və s. ölkələrin tarixlərində baş vermiş mühüm olayları, xalq hərəkatlarını müzakirə edər, bu

Page 19: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

hərəkatların səbəb, məqsəd və mahiyyətlərini təhlil edərdik. Mən diqqəti daha çox Türkiyənin qədim və yeni tarixi üzərində cəmləşdirməyə çalışrdım.

Qəbul etdiyimiz minimum proqrama əsasən, bütün Azərbaycan miqyasında milli düşüncəli ziyalılar tapmaq, onlarla əlaqə yaratmaq və onları milli kadrlar kimi hazırlamağa çalışırdıq. Məqsədimiz onların respublikann idarəçiliyində təmsil olunmasına, vəzifə pillələrində yüksəlməsinə nail olmaq və idarəçiliyi tədricən ələ keçirmək idi. İstəyirdik ki, rəhbər vəzifələrdə çalışan türklərin sayı nəzərəçarpacaq dərəcədə artsın və rusları üstələsin. Azərbaycanın müstəqilliyinə bu yolla nail ola biləcəyimizi düşünürdük. Bu ideyanın müəllifi sevimli müəllimimiz Əbülfəz Əliyev (Elçibəy) idi. Sonralar bildim ki, onun tələbələri içərisində mənim etdiklərimi edən, gizli təşkilatlar quran və sözügedən ideyanın gerçəkləşməsinə çalışanlar heç də az olmayıb. Bizlər bir-birimizdən xəbərsiz eyni işi görür, eyni amal uğrunda çalışırdıq.

Maksimum proqramımızda isə Azərbaycanın quzeyi ilə güneyinin birləşməsi, yəni ölkəmizin bütünləşməsi, itirilmiş bütün torpaqlarımızın qaytarılması nəzərdə tutulmuşdu. İstəyimiz Azərbaycanı Şah İsmayılın dövründə olduğu kimi bütöv və qüdrətli görmk idi”.

Nəsir Ağayev həmin illərdəki fəaliyyətlərindən danışarkən, gördükləri önəmli işlər içərisində 1970-ci ildə təmtəraqla Nəriman Nərimanovun yubileyini keçirmələrini də həmişə xüsusi qeyd edir:

“Moskvada bəzi dairələr Nəriman Nərimanova milliyyətçilik damğası vurmaqla, onun adının tarixdən silinməsi üçün canfəşanlıq edirdilər. Belələrinin başında ermənilər, ilk növbədə də Şaumyan və Mikoyann övladları gəlirdilər. Onlar Nərimanovun yüzillik yubileyinin keçirilməməsinə çalışırdılar. Respublikanın özündə də bu məsələdə tərəddüdlər var idi. Odur ki, məsələyə çox ciddi önəm verirdik. Yubileyin gecikdirilməsi bizi bərk narahat edirdi. Belə olan halda təşəbbüsü öz üzərimə götürdüm və Əzizbəyov rayon kitabxanasına, əlaqədar orqanlara müraciətlər etdim. Sonda, çox çətinliklərdən sonra BAİB-in Mədəniyyət sarayında yubileyin keçirilməsinə nail oldum. Dostlarımla birlikdə bütün təşkilati məsələlri ən qısa müddətdə və ən yüksək səviyyədə görüb tamamladıq.

Tədbirdə iştirak etmək üçün ADU-nun müəllimlərindən Səidə İmamzadə, Əbülfəz Əliyev (Elçibəy), Radio Komitəsindən orada redaktor işləyən İsmayıl Xudavediyev dəvətimizi qəbul edərək Buzovnaya gəlmişdilər. İştirakçılar arasında əməkdar müəllim Heydər Eyvazov da var idi.

Yubiley gecəsini son dərəcə gözəl və aydın diksiyaya malik İsmayıl Xudaverdiyev aparırdı. Mən Nərimanovun həyat və yaradıcılığı barədə geniş məruzə etdim. Sonra söz alimlərə verildi. Səidə xanımın və Əbülfəz bəyin dərin məzmunlu çıxışları Mədəniyyət sarayının zalını başdan-başa doldurmuş tədbir iştirakçılarının ürəyincə oldu. Çıxış edənlərə gül dəstələri təqdim edildi.

Yubiley gecəsini konsert proqramı ilə başa vurduq. Həmin dövrdə musiqi dərnəyində fəaliyyət göstərən Məmmədbağır Bağırzadənin ürəyə yatımlı səsi iştirakçıların könlünü oxşadı.

Bu tədbiri keçirməklə buzu əritməyə nail olduq. Nəticədə Nərimanovun yubileyi, bir il gecikmə ilə də olsa, respublika səviyyəsində, rəsmi qaydada keçirildi. Şübhəsiz ki, buna məhz bizim tədbir təkan vermişdi. Çünki yuxarılarda

Page 20: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

başa düşdülər ki, bunu etməsələr, bu kimlərinsə etirazına səbəb ola bilər. Çünki bizim bu işi görməmiz, əslində, Moskvanın və respublika rəhbərliyinin sərgilədiyi mövqeyə etiraz mahiyyətində idi. Təsadüfi deyil, bu tədbirdən sonra onun təşkilatçıları müvafiq orqanların daha çox diqqət mərkəzinə gəldi və onlara nəzarət daha da artırıldı”.

Nəsir bəy 1973-cü ildə Nəsir Ağayev Bakı Dövlət Universitetini bitirir. Gördükləri gizli işlərin nəticəsi olaraq, uzun müddət işsiz qalır. İşsizlik, təşkilatın qarşıya qoyduğu məsələlərin daha ciddi şəkildə yerinə yetirilməsinə zəmin yaradır. Onun siyasi baxışlarına Universiteti bitirərkən hazırladığı və diplom işi kimi müdafiə etdiyi “Nəsimi hürufizmində ictimai-siyasi motivlər” mövzusu olduqca önəmli rol oynayır...

Nəhayət 1975-ci ilin avqust ayında Nəsir Ağayevi Buzovna qəsəbəsindəki 55 nömrəli orta texniki peşə məktəbinə pedaqoq işə kimi qəbul edilir. Şagirdlərə tarix, hüququn əsasları və ictimayyət fənlərindən dərs deməyə başlayr. 1975-78-ci illərdə “Muğam gecələri”, “ Sabir poeziyası”, “Böyük Vətən müharibəsi”, “Azərbaycanın tarixi” kimi tematik tədbirlərin ssenarinin hazırlanması və icrasında əsas rol oynayır. Onun bu illər ərzində Nizami Gəncəvi, Məşədi Azər Buzovnalı, Söhrab Tahir, Xəlil Rza, Məmməd Araz, Əli Vəliyev, Hüseyn Abbaszadə ilə qəsəbə ziyalılarının görüşlərinin təşkili Bakı ətrafı kəndlərdə olduğu kimi, respublikanın digər bölgələrində də böyük əks-səda doğurur.

Eyni zamanda gənclər ilə fərdi iş aparmağı da unutmayan Nəsir bəyin sözlərinə görə, həmin dövrdə Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, “Latın dili” kimi şerləri, eləcə də Xəlil Rzanın “Ana dili” şeri gənclərə xüsusi təsir bağışlayır, onlarda milli hisslərin oyanmasına güclü təkan verirdi. Novruz bayramları ərəfəsində Novruz tədbirlərinin səhnələşdirilməsinin, bu yolla milli adət-ənənələrimizin yaşadılmasının, eləcə də digər bu səpkili tədbirlərin təşkili milli şürun formalaşmasında və xalqımızın bir millət kimi özünü dərk etməsində çox vacib rol oynayırdı.

Novruz bayramının dövlət səviyyəsində keçirilməsində ictimai-siyasi xadim Şıxəli Qurbanovun əvəzsiz xidmətləri olmuşdu. O bu bayramın rəsmiləşdirilməsinə çalışırdı. Milli ruhun ayaqda qalmasında zəngin ədəbiyyatımız və adət-ənənələrimizlə yanaşı muğamlarımızın da rolu az olmayıb. Qırmızı Rus imperializmi Azərbaycanın dövlətini müstəmləkəyə, xalqımızı kölə vəziyyətinə salmağı bacarsa da, milli ruhun daşıyıcısı olan ədəbiyyatımzı, milli adət-ənənələrimizi, muğamlarımızı qəlblərdən və şüurlardan söküb atmaqda aciz idi. Odur ki, Nəsir bəy qurduğu dərnək vasitəsilə apardığı təbliğat işində, onlardan bol-bol istifadə edir, bu yolla şagirdlərində milli ruhu oyatmağa, onlara azadlq ideyalarını aşılamağa çalışırdı. Bir sözlə, vaxtilə Əbülfəz Əliyevdən görüb öyrəndiklərini məharətlə tətbiq edirdi.

Nəsir bəy həmin dövrü belə xatırlayır.“Azad fikir, azad düşüncə olmadan heç bir məmləkət azadlığına nail ola

bilməz. Yaratdığım təşkilatın üzvləri qadağan olunmuş kitablar əldə edər, onları öyrənər və yayırdılar. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski haqqında, çox çətinliklə də olsa, müəyyən məlumatlar əldə edir, onları digər gənclərə çatdırırdılar. Təşkilat üzvləri “BBS” və “Amerikanın səsi” radio stansiyalarına

Page 21: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

qulaq asır, eşitdiklərin yaymaqla məşğul olurdular. Həmin dövrdə kütləvi yerlərdə “mən “BBS” - yə qulaq asıram” demək müstəsna qəhrəmanlıq kimi qiymətləndirilirdi. Bir sözlə, siyasətdən danışan şəxslədən ehtiyat edir, onlardan uzaq olmağa çalışırdılar. Əhalinin əksəriyyəti belə hesab edirdi ki, siyasətlə məşğul olmaq hüququ yalnız Kommunist Partiyasına məxsusdur, digərləri isə onunla məşğul ola bilməzlər. Buna görə də digərlərinin siyasətdən danışmasına və fərqli düşünclərə sahib olmasına təəccüblə baxır, belələrini millət xaini, dövlət düşməni hesab edirdilər”.

Nəsir bəyin başçılıq etdiyi gizli təşkilat get-gedə genişlənirdi. Bakının Buzovna, Bilgəh, Nardaran, Maştağa, Keşlə, Zabrat, Binə, Şüvəlan, Mərdəkan, Zirə və s. kəndlərində, eləcə də Azərbaycanın müxtəlif rayonlarında təşkilatla əlaqə saxlayanların sayı durmadan artırdı, təşkilat üzvləri lazımi məlumatlar toplayır və yayardılar. Nəsir bəyin sözlərinə görə, gənclərə XVl əsrdə on dörd yaşlı Şah İsmayıl Xətainin 1 mln kv. km.- dən artıq əraziyə sahib Azərbaycanı birləşdirib bütövləşdirdiyini və onun dövründə Azərbaycanın paytaxtının Təbriz şəhəri olduğunu dedikdə, onlarda xüsusi maraq və gələcəyə ümidlə üçün stimul yaranırdı...”

Nəsir bəyi dinləyək: “...Rəssamlar demək olar ki, azadlığı həyatları bahasına yaratdığı əsərləri ilə

qazanan insanlardır. Bu azad düşüncə sahiblərinin qəlbinin və ağıl süzgəcinin çərçivəsi, əvvəli və sonu bilinmir. Zaman kimi sonsuzdur bu azadlıq fədailərinin düşüncələri. Bütün dövrlərdə olduğu kimi, tariximizin bu mərhələsində də inqilab ruhlu rəssamlardan Əlövsət Dadaş oğlu Əliyev, Arif Lətif oğlu Əskərov (saqqal Arif), Rəfail Həsən oğlu Muradov, Əli Zeybulla oğlu, Kamal Əhmədov, Oleq İbrahimov, Fuad Bakixanov, Fərhad Xəlilov, Aydın Rəcəbli, və başqalarını bu gün də dərin minnətdarlıq hissi ilə xatırlayıram və onlar buna layiqdirlər.

Rəssamların, görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərini öyrənmək gerçəkdən də çox maraqlıdır. Bu tip adamlar haqqında, misal üçün, Van Qoq, Qoyya, Rembrant, Modelyani, Pikasso, Mikelancelo, Leonardo da Vinçi haqqında onların yaradıcılığına, həyat yoluna bələd olmadan yalnız nadan meşşanlar danışmağa cəsarət edə bilərlər. Eləcə də Gəncəli Cavadxan, Macar şairi Şandor Petefi, Napoleon Bonapart, Corc Vaşinqton, Kardinal Rişelye, Səlahəddin Əyyubi, Nadir şah, Şah İsmayıl, Məmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Teodor Ruzvelt, Məhəmməd Hadi kimi bir sıra görkəmli şəxslərin dərindən öyrənilməsi və dərk edilməsi üçün illər tələb olunur. Hər bir insanın qazandığı elm və bilik onun həyat yolunda aparacağı yükü müəyyənləşdirir...

Yaranmış gizli təşkilatın fəaliyyəti, mahiyyəti onun üzvlərinin nəzəri bilikləri əsasında tənzimlənirdi. Bu biliklər bizi Azərbaycanın bütövlüyü, onun mənəvi birliyi, azadlığı uğrunda fəaliyyətə sövq edir, bizə böyük stimul verirdi. Axı necə ola bilər ki, dili, adət-ənənəsi, dini bir olan bir xalq parçalanmış və əsarətə məhkum halda yaşasın və bununla barışsın? Bu mümkün deyil. Madam ki, bu hal bizi və bizim kimiləri narahat edir, demək, hələ ümid var, ruhdan düşmək üçün heç bir əsas yoxdur. Çalışmaq, çalışmaq və yenə də çalışmaq lazımdır”.

Page 22: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

1974-cü ildə Bakı Dövlət Universitetində Dövlət Təhlukəsizlik Komitəsi bir sıra həbslər keçirdi. Əbülfəz Əliyev həbs edildi. O, ermənilərə, farslara və ruslara qarşı yönəlik qatı millətçilikdə ittiham edilirdi:

“Nəsir Ağayev və digər təşkilat üzvləri, qoyulmuş qadağaya baxmayaraq, müəllimlərinin məhkəməsində iştirak etməyi özlərinə mənəvi borc hesab edirdilər. Əbülfəz Elçibəy o zaman Kommunist küçəsində (indiki İstiqlal) yerləşən Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin qarşısında tələbələri tez-tez söhbət edər, qorxub çəkinmədən, onlara Azərbaycanın azadlığı fikrini aşılamağa çalışardı. 27-28 yaşı olan bu gənc müəllim tələbələrə qaynayıb qarışmaqla böyük nüfuz qazanmışdı. O, müəyyən çətinliyə, maddi imkansızlığa düçar olan tələbələrindən yardımını heç vaxt əsirgəməzdi. Bir dəfə müəllimlərdən Məmməd Əfəndiyev adlı birisi tələbələrə yaxınlaşaraq deyir ki, “Əbülfəzlə bu görüşlərinizdə nədən danışırsınız, bu toplantıların məqsədi nədir?”

Həmin an tələbələr arasında olan Nəsir Ağayev cavab verir: “Heç, elə belə görüşürük, bizə lazım olan bilikləri əldə edirik, cavabını

bilmədiyimiz suallara cavab tapırıq”. Şamil müəllim ciddi görkəm alaraq onlara bildirir ki, onun, yəni Əbülfəz

müəllimin fəaliyyəti onunla nəticələnəcək ki, Dövlət Təhlukəsizlik Komitəsi bir çoxlarınzı həbs edəcək və belə getsə, Universiteti bütünlüklə tikanlı məftillə əhatəyə alacaqlar.

Əbülfəz Əliyevin məhkəməsində bir vaxt cəsarətdən, qorxmazlıqdan danışanların bir çoxu onun üzünə durdular. Əbülfəz müəllim isə onlara qarşı heç bir söz də demədi. O, tələbələrini zərbə altında qoymamaq üçün bildirdi:

“Bəli, mənə qarşı deyilənlər düzdür və mən onlara qarşı heç nə deyə bilmərəm. Mənə görə onları günahlandırmayın, bütün gunahlar məndədir”.

O zaman Əbülfəz müəllimin milli məsələyə görə həbs edilməsi böyük siyasi hadisə və demək olar ki, çoxları üçün böyük gələcəyə malik möhtəşəm məktəb idi...”

Məmməd Əlizadənin Nəsir bəyin sözlərinə istinadən yazdıqlarından belə məlum olur ki, həmin dövrdə, bütün bu mürəkkəb hadisələrin fonunda yüzlərlə mübariz ruhlu insan, xüsusilə də Nəsir Ağayev hər gün təhlukəsizlik komitəsi tərəfindən çağırılacaqları anı gözləyirdi. Fəqət, o anın nə zaman gələcəyini bilmirdilər. Həyəcanverici məqamlardan biri də o idi ki, 1978-ci ilin avqust-sentyabr aylarından etibarən Əbülfəz Əliyevin tələbələrinin məskun olduqları bütün evləri, xüsusən də Nəsir Ağayevin yaşadığı Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanındakı ev ciddi nəzarətə götürülmüşdü. Ev, demək olar ki, bir çox istiqamətdən ciddi nəzarət altında idi.

Nəsir Ağayev həmin dövrü belə xatırlayır: “Bunu məhəlləmizə heç bir aidiyyatı olmayan adamların tez-tez

görünməsindən hiss edirdim. Qonşuluqdakı 44 № - li evdə məskunlaşan hündür boylu birisinin hər səhər işə gedərkən məni müşayiət etdiyini görürdüm. Sən demə, bu şəxs mənim arxamca gələn maşınların nömrələrini, seriyalarını qeyd edir, gələn adamların siyahısını, adlarını müəyyənləşdirirmiş. Günlərin birində 44 N-li evin sakini Kəbirə Kamil qızından soruşdum:

Page 23: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

“Kəbirə, mən hər səhər işə gedəndə sizin qapıdan bir kişi çıxıb nəzərləri ilə məni yola salır. O, kimdir?”

Kəbirə cavab verdi: “O, qardaşım Abdullanın dostudur. Ağdamdan Bakıya iş dalınca gəlib, bizdə

qalır”. Əslində isə həmin bu şəxs mənim haqqımda hər gün müvafiq orqanlara

məlumat verirdi. Artıq ciddi şəkildə bir gün həbs olunacağımı düşünməyə başlamışdım. Amma həbsimin hansı səbəbdən bu qədər uzandığını heç cür anlaya bilmirdim. Bəzən gecələr də küçədə şübhəli adamlar görünürdü. Sən demə, bizim təşkilatla qətiyyən heç bir əlaqəsi olmayan, əsgərlikdə olan Bəxtiyar adlı bir həmkəndlimiz əsgərlikdə tez-tez Buzovnada gizli təşkilatın olduğunu və mənim bu təşkilata rəhbərlik etdiyimi deyibmiş.

Hərbi hissədə olan xüsusi şöbə Bəxtiyarı istintaqa cəlb edir. Şöbənin əməkdaşları belə bir qənaətə gəlirlər ki, mən BAİB zavodu üçün kadrlar hazırlayan peşə məktəbində dərs deməklə, həm də bu zavodu nəzarətim altında saxlayıram. Əslində isə, bu zavodda işləyən 5 mindən artıq işçinin özləri bir-birinə nəzarət edirdilər. Bu zavodda raket başlıqları və digər hərbi sursatlar istehsal edilirdi. Sən demə, o vaxt Buzovna südçülük, tərəvəzlik sovxozunun direktoru olan Abdulla Səlimov oğlu Kamili yanına çağırıb ondan DTK – ya gedərək, mənim barəmdə, eləcə də başçılıq etdiyim təşkilat haqqında bildiklərini danışmasını tələb edibmiş. Kamil Səlimov da atasının təhriki ilə gizli təşkilatda aparılan danışıqlar və söhbətlər haqqında təqribən 3 vərəqlik məlumat yazaraq DTK-ya təqdim edibmiş. Artıq Fəxrəddin Zeynalov, Qəni Mövsumov, Məmmədəli Məmmədov, Vaqif Heybətov istintaqa cəlb edilmiş, onlardan izahatlar alınmışdılar. Yalnız Fəxrəddin Zeynalovdan məlumat yazmağı tələb etmişdilər. Bununla da DTK əməkdaşları izi itirməyə və onlara təşkilatımız barədə ilkin məlumatları ötürmüş şəxsi gizli saxlamağa çalışırdılar. Artıq məhəllədə, müəllimlik etdiyim məktəbdə gərginlik hiss edilirdi.

Dərs dediyim 8-ci otağın qarşı tərəfində hərbi kabinet yerləşirdi. Burada TOZ- tipli silahlar var idi. Bu silahlara el içində “Mantikres” də deyirlər. Tez-tez həmin hərbi kabinetə məndə heç bir şübhə doğurmayan orta boylu, bir qədər şişman görünən, xəz paltolu, “Jiquli” avtomobili olan (nömrəsi 12-55 idi) bir şəxs gəlib - gedirdi. Sonralar bildim ki, bu şəxs ona görə hərbi kabineti gəlib yoxlayırmş ki, mənim vasitəmlə təşkilat üzvlərinin buradakı silahların müəyyən qismini ələ keçirə biləcəklərindən ehtiyatlanırmışlar. Onu da bildim ki, hərbi kabinetə gələn bu şəxs Əzizbəyov rayon Dövlət Təhlukəsizlik Şöbəsinin rəis müavinidir.

Əbülfəz Elçibəyin məhkəməsindən sonra insanlarda cəmiyyətdəki haqsızlıqlara qarşı mübarizə ruhu formalaşmağa başlamışdı. Moskvanın Azərbaycana yad, düşmən münasibəti gəncləri daha da radikallaşdırmışdı. Günlərin birində, daha dəqiq desəm, 1978-ci ilin sentyabır ayının ortalarında o vaxt 55 saylı texniki peşə məktəbinin azad komsomol katibi işləyən Ağabala Ağayev məni 55 saylı texniki peşə məktəbinin müəllimlər otağının sağ tərəfində yerləşən metodiki kabinetə dəvət etdi.

Page 24: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Mən içəri daxıl olanda o içəridən qapını bağladı. Oturduq. Həddindən ziyadə gərgin və ciddi görünürdü. Bilirsən, - deyə o, mənə müraciət etdi:

“KQB (DTK) səni dindirə bilər. Nə deyə biləcəksənsə fikirləş. Artıq bir çox adamları dindiriblər. Hamısından da iltizam alıblar ki, Nəsir Ağayev haqqında burda aparılan danışıqlar və alınan izahatlar haqqında heç yerdə, heç kəsə danışa bilməzlər. Əgər bu iltizamı pozsalar, onlara qarşı cinayət işi qaldırıla bilər”.

Ağabala Ağayev həmçinin bildirdi ki, DTK-da başçılıq etdiyim gizli təşkilat və onun üzvləri barədə müfəssəl məlumat var. Təəccüblə bunları haradan bildiyini soruşdum. Cavab verməyəcəyini sanırdım, amma gözlədiyimin əksinə olaraq, cibindən diyircəkli qələmini çıxarıb ağ bir vərəqdə “Fəxrəddin Zeynalov” yazdı.

Artıq hər şey mənə məlum olmuşdu. Fəxrəddinin, əslində təşkilatımızdan xəbəri yox idi. O, tez-tez bizə gələr, toplandığımız günlərdə də bəzən bizdə olardı. Amma çox zaman ikinci mərtəbədə olar, zərurət olmasaydı aşağı düşməzdi. Nə üçün toplaşdığımız, nəyi müzakirə etdiyimizlə də heç vaxt maraqlanmazdı. Ancaq o bilirdi ki, yanıma gələnlərin əksəriyyəti müəyyən vaxtda siyasi məsələlər və təşkilati işlər üçün gəlirlər. Onun “Moskviç - 412” markalı maşını vardı. Tez-tez maşını ilə müxtəlif kəndlərə gedər, orada görüşlər keçirərdim. O, toplantılarda iştirak etməz, kimlərlə görüşdüyümü bilməzdi. Görünür, bəzi şeyləri sezə bilibmiş.

Yaxşı bilirdim ki, həyat yalnız əyləncə və oyundan ibarət deyil, onun sərt imtahanları da olur və onlardan şərəflə çıxmaq hər kişinin işi deyil, amma bu imtahanlardan üzü ağ çıxmaqdan böyük şətəf ola bilməz. Bu söhbətdən sonra başa düşdüm ki, ən ağır, ən çətin bir yükü öhdəmə götürəndə necə sevinmişdimsə, indi onun ağırlığını, əzabını çəkməyə də eyni dərəcədə hazır olmalıyam.

Bütün baş verənlərə görə heç kimi günahlandırmaq da olmazdı. Ona görə olmazdı ki, bu yolu özüm könüllü olaraq seçmişdim. Madam ki, özüm seçmişəm, təqib, təzyiqlərə də dözməliyəm, necə ki, məndən öncəkilər dözmüşdülər.

1978-ci ilin oktyabr ayının əvvəlləri idi. Müəllimlər otağından sinif jurnalını götürəndə hiss etdim ki, arxamdan kimsə mənə nəzarət edir. Cəld geri dönərək ucadan dedim:

“Aparacaqsınızsa, kişi kimi gəlin, üzümə deyin. Hər gün bu gizlanpaç oyunu kimə lazımdır? Bilirəm ki, aparacaqsız. Bunu gecikdirməyə dəyməz”.

Məni nəzərləri ilə müşayiət edən həmin şəxs tələbələrin və müəllimlərin içərisində görünməz oldu. Bir neçə gün keçdi. bir gün Nazim Məmməd oğlu Məmmədov evimizə, mənim yanıma gələrkən, Gilavar tərəfdə yaşayan qonşumuz ondan hara getdiyini soruşur və deyir:

“Nəsirin yanına gedirsənsə, getmə, o, bugün-sabahlıqdır, onu tutacaqlar”. Bütün bunları mənə Nazim söylədi. Bir sözlə, artıq Buzovnada

Təhlukəsizlik Komitəsinin bütün ciddi cəhdlərinə baxmayaraq gizli təşkilatın və mənim həbsimə dair söhbətlər böyüməkdə, yayılmaqda idi. Oktyabrın hər günü həyəcan və gərginliklə keçirdi, gecələri isə sonsuzluq qədər uzun gürünürdü. Oktyabrın 18-də səhər peşə məktəbinə gəldim. Həmişə ciddi, etik münasibətlərə çox dəqiq əməl edən müdirimiz Zöhrab Qədirov mənə yaxınlaşdı və dedi:

“Nəsir müəllim, sizi “raykom partiyaya” çağırırlar, sizi mən aparmalıyam”. On dəqiqədən sonra mən artıq Zöhrab müəllimin “Jiquli” maşınında

əyləşmişdim. Yola düşərkən əlimlə Məmmədəliyə aparıldığımı işarə etdim. Yol

Page 25: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

boyu Abbas Səhhət, Sabir və Şəhriyardan millətçi ruhlu şerlər deyirdim. Mərdəkanın girəcəyində Abbas Səhhətin şerindən iki misra məni yerimdən oynatdı. Həmin misraları xüsusi şövqlə dilə gətirdim:

“Şişə çəksəz də diriykən ətimi,Atmaram mən Vətəni, millətimi”.Dəqiq bilirdim ki, məni rayon Partiya Komitəsində deyil, DTK- nın yerli

şöbəsində gözləyirlər. Zöhrab müəllim mənə çevrilərək, əlini dizimə qoydu: “Nəsir müəllim, məni bağışla, səni arxadan gələn maşın mənə tapşırıb. Çalış

ürəyindəkiləri açma. Ətrafındakıların hamısı heç də millətini sənin kimi sevmir. Ehtiyatlı ol”.

Söhbət kəsildi ...”Nəsir bəyi DTK-nın dar dəhlizi ilə kiçik bir otağa gətirirlər. Dəhlizi

geçərkən yaxınlıqdakı otaqda kimisə dindirildiyini və onu dindirən müstəndiqin ucadan hədələyici səsini eşidir. Bu onun, istər-istəməz, bir qədər həyacanlanmasına səbəb oldu, amma özünü ələ almağı bacardı. Nəsir bəyi gətirdikləri otaq çox cansıxıcı idi. Bu otaqda tam bir saat gözləməli oldu. Nəhayət, içəri Əzizbəyov rayon DTK-nın rəis müavini Ağabala Manafov daxil olur. Əvvəlcə Nəsir müəllimə diqqətlə baxır, sonra ciddi, zəhmli baxışlarla soruşur:

“Özünü burda necə hiss edirsən?”. Nəsir bəy sakitcə: “Dövlətimdə olduğu kimi”. Sonra Manafov həyatından, təhsil illərindən və orqana necə gəlməsindən

danışmağa başlayır. Mənalı baxışlarla Nəsir bəyə baxır və onun da öz həyatından, təhsil aldığı ali məktəbdən danışmasını istəyir. Nəsir Ağayev ona qısaca məlumat verməklə kifayətlənir. Bu tanışlıq xarakterli görüş iki saata yaxın davam edir. Sonra Manafov ayağa qalxıb, -bir azdan gəlirəm, deyərək otaqdan çıxdı. Otaqda tək qalan Nəsir bəy bir anın içərisində keçdiyi mübarizə dolu ömür yolunu gözləri önündən keçirir. Buraxdığı səhvləri götür-qoy edir, harada və nə dediyini yadına salmağa çalışır. Özünü necə aparmalı olduğunu, ehtimal edilən suallara verəcəyi cavabları düşünür. Özünü dialoqun sonrakı hissəsinə hazırlamağa başlayır. Ürəyində özü-özünə suallar verir, özü də onları cavablandırır. Sonra yenidən harada səhvə yol verdiyini düşünməyə başlayır:

-Mən nəyi düşünürdüm? Rüşvətsiz, korrupsiyasız Azərbaycanı. Dövlət hakimiyyətində tam milli kadrların yerləşdirilməsini və nəhayətdə azad, bütöv Azərbaycanı...

Mühakimə və düşüncələrində məntiqsizlik və səhv yox dərəcəsində idi. Səhv onun ətrafında olan insanlarda və cəmiyyətin acı reallıqlarında idi. Çünki o zamankı reallıq millətçilərin, vətənpərvərlərin, iman sahiblərinin qənimi və düşməni idi.

Birdən həyəcanlı şəkildə ayağa qalxı və tənha qaldığı otağı diqqətlə nəzərdən keçirdi. Əvvəlcə diqqətini divardan asılmış “Politiçeskaya karta mira” xəritəsinə cəmləmək istədi, xəyalı Hüseyn Cavidin əsərindəki qırxdan bir əskik yazısının 39-cu kamerada olmasını tarixin yaddaşına ismarlaması idi. Birdən cibindən qələmi çıxarıb Azərbaycanın tarixi ərazisini işarələdi və cəld arxaya çəkilib yana çevrildi.

Page 26: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Masanın arxa tərəfində Heydər Əliyevin ağ-qara rəngdə şəkli asılmışdı. O, general-mayor formasında idi. Ortalıqda telefondan başqa diqqəti, demək olar ki, heç nə çəkmirdi. Divarda kabinetdə olan əşyaların adları göstərilən siyahı asılmışdı. Artıq bir saatdan çox idi ki, tənha qalmışdı. Bəlkə də kənardan özünü necə apardığını müşahidə edirdilər, bunu bilmirdi. Odur ki, bayaqdan üstündə oturduğu stulu, guya yerini dəyişmək məqsədilə, döşəməyə bərk vurdu. Beləcə, otaqda olduğunu xatırlatmaq istədi. Bircə dəqiqə belə keçməmiş, içəri hündür boylu, sarışın rus qızı daxil olur:

“Çto nado?” (Nə lazımdır?) Nəsir bəy “Heç nə” - deyərək, Azərbaycan dilində cavab verir... Artıq 2 saata yaxın vaxt keçirdi. Nəhayət qapı açılır, Manafov içəri daxil

olur və Nəsir bəyi rəisin yanına aparır. O dövrdə Əzizbəyov rayon Dövlət Təhlükəsizlik Komitəsinin rəisi Dağ Quşçu kəndindən olan Fərəc Babayev idi. Telefonla danışa-danışa nəyisə qeyd edən Fərəc müəllim və bir qədər danışdıqdan sonra telefonun dəstəyini yerinə qoyur və ayağa qalxır:

“O,...Ağayev.... Nəsir müəllim, buyurun oturun” - deyir. Təbii ki, hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini Nəsir bəy bilə

bilməzdi. Bircə onu bilirdi ki, qəlbinə və şüuruna Böyük və Bütöv Azərbaycan ideyası hakimdir və o özünü bu müqəddəs ideyanın daşıyıcısına yaraşacaq bir şəkildə, şərəf və ləyaqətlə aparmalı idi. Rəis təmkinlə soruşur:

- Yəqin bilirsiz sizi nə üçün çağırmışıq?- Hər halda, lazım bilmisiniz ki, çağırmısız, - deyə Nəsir Ağayev cavab

verir.- Bu otaqda hansı hissləri keçirirsiz? - Çox adi hisslər keçirirəm.- Həyəcən və qorxu hissiniz varmı?- Mən Dövlət Orqanında nə üçün qorxmalıyam? Axı, bu orqan Dövlətin və

Millətin Təhlukəsizliyini təmin edən təşkilatdır.- Siz doğrudanmı bura nə üçün çağırıldığınızı hələ də başa düşmürsünüz?- Axı, sizin mənim haqqımda nə düşündüyünüzü mən haradan bilə bilərəm.- Hər şeyi etiraf edin. Cəzanız yüngül olsun.- Axı, mənim günahım nədədir, mən nədə günahlandırılıram?- Vətəndaş Ağayev, siz hər şeyi gözəl bilirsiniz. Onu da bilin ki, Moskva hər

həftə bizdən sizinlə əlaqədar məlumat istəyir. Yaxşı olar ki, nə özünüzü yorasınız, nə də bizi. Elə etməyin ki, yaxın yoldaşlarınızı sizinlə üzləşdirək.

Nəsir cavab verdi:- Mən üzləşmədən çəkinmirəm və məni ittiham edənlərin üzümə durmasını

istərdim.Rəis soruşdu:- Yaxşı, Universitetdə sizə kimlər dərs deyib? Adlarını yaz.Onlar, şübhəsiz ki, Nəsir Ağayevdən Əbülfəz Əliyevin adını çəkməyini

istəyirdilər. O isə Əbülfəz bəyin adını nə əvvəl də, nə də axırda, ona dərs demiş müəllimlərin siyahısının tam ortasında yazdı.

- Millətçiliyi hardan öyrənmisiniz? Nə üçün nərd oynayanda “Türk qanım coşdu” deyirsən və evinizdə Atatürkün portretini saxlayırsan?

Page 27: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

- Millətçiliyi mənə tariximiz, Azərbaycanın bölünmüşlüyü, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Süleyman Rüstəm öyrədib. Türk qanım isə mənim Türk olmağımla əlaqədardır. Çünki dilimiz Türk dillərinin Oğuz qrupuna aiddir. Türk dilləri on iki budaqdan ibarətdir. Atatürkün portretinə gəldikdə isə, Leninlə Atatürk arasında yazışmalar olub. Belə çıxır ki, buna görə Lenin də məsuliyyət daşımalı idi.

8 saata yaxın aparılan sorğu-sual nəhayət bugünlük başa çatdı. Bu bir gün təkcə Nəsirə deyil, onun kimi istintaqa çəkilən yüzlərlə mübariz insana haqq yolunda olduqların bir daha təsdiqlədi, onları gerçək həqiqətin nədən ibarət olduğunu öyrətdi. Bu həqiqət inandığını və bildiyini sübuta yetirməkdir. Qorxsan, cəsarətini itirsən, biliyinə inanmasan, həqiqəti inkar etsən, yaltaq, qorxaq, xain olarsan.

18 oktyabr 1978-ci il tarixi Nəsir bəyin yadından heç vaxt çıxmayacaq. Həmin gün ilk dəfə xüsusi xidmət orqanlarına çağırılmış, dindirilmiş və özünü ləyaqətlə aparmağı bacarmışdı. Bir sözlə, imtahandan üzü ağ, alnı açıq çıxmışdı. Elə bu da onun sonrakı dindirmələr zamanı daha mətin ola bilməsi üçün zəmin hazırlamışdı. Ən əsası isə o idi ki, tutduğu yolun yeganə doğru yol olduğuna əminliyi daha da artmışdı. Bu yolu axıra qədər getmək lazım idi, bunu millətimizin, dövlətimizin nənafeyi tələb edirdi. Xosrov Ruzbeh demişkən, “yol hədəfi inkar etməməlidir”.

Nəhayət, Nəsir bəyi gətirən maşın 8-ə qalmış Mərdəkandan Buzovnaya istiqamət aldı. DTK-nın rəis müavini Manafov bildirdi:

“Nəsir müəllim, mütləq 55 saylı orta texniki peşə məktəbinə getməliyik ki, Zöhrab müəllim sizi görsün. Çünki o sizə görə çox həyəcan keçirir və siz burda dindirilərkən mənə zəng edərək bildirib ki, Nəsir müəllimi görməmiş evə getməyəcəyəm”.

Söhbət əslən Şamaxıdan olan Zöhrab Qədirovdan gedirdi. Həqiqətən də çox sərt, ciddi görkəmli Zöhrab müəllim onu gözləyirdi. O, ikinci mərtəbədən həyətə düşərək Nəsirə yaxınlaşır:

“Şükür Allaha, səni gördüm!” O, Manafovdan əziyyət verdiyinə görə üzr istədi və təşəkkürünü bildirdi.

Nəsir bəy DTK-ya yola düşərkən onu bir vasitə ilə xəbərdar edə bilmişdi. Evlərində Nəsiri böyük iztirab və həyəcanla gözləyirdilər, evdə də, qonşuda

da hər kəs narahat idi. Axı, oktyabrın 29-da onun toyu olacaqdı... Nəsir evə daxil olanda anası Sitarə xanımla atası Zərbəli bəy intizar dolu

baxışlarla, bir qədər də qorxu ilə ona baxırlar. Çox zaman evə gec gələndə aynabəndin qapısını ehmalca açıb içəri pəncələrinin üzərində girərdi ki, səs çıxmasın. Atası Zərbəli kişi yataqda olsa da həmişə oyaq olardı. Başını qaldırıb “Ay laməzhəb, yenə Sovet hökumətini yıxmaqdan gəlirsən?”- deyərdi.

Atası həyəcanlı olsa da bunu qətiyyən bürüzə vermək istəmirdi. Çünki, o bilirdi ki, onun kimilərin Sovetlər olkəsində yaşamaları, necə deyərlər, “gözlə kiprik arasındakı məsafə” kimidir. 37-ci illərdə vətəndaşlığı olmayan güneylilərin ölkədən çıxarılması, elcə də bir çox həmyerlisinin həbs, sürgün edilməsi, güllələnməsi hələ də yadından çıxmamışdı. Çıxa da bilməzdi. Belə şeylər

Page 28: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

yaddaşlara əbədi olaraq həkk olunur. O çox yaxşı bilirdi ki, eyni aqibət oğlunun da başına gələ bilər.

Zaman hər şeyi yerinə qoyur. Bu günü dünənə, sabahı isə bu günə çevirir. Millətin də taleyini, gələcəyini zaman, zamanla bir-birini əvəz edən nəsillər müəyyənləşdirir. Bu universal qanun, təbii ki, Azərbaycandan da yan keçə bilməzdi və keçməmişdi.

1982-ci ilə qədər davam edən, bəlkə də qeyri-rəsmi xarakter daşıyan dindirmələr onunla nəticələndi ki, tanışlar, qohumlar, qonşular Nəsirgilin ailəsi ilə kəlmə kəsməkdən belə qorxmağa, çəkinməyə başladılar. Daim DTK-nın nəzarəti altında olan Nəsir Ağayevin dostları, qonşuları, hətta qohumları ondan yan gəzir, onunla qorxa-qorxa, ətrafına diqqət yetirə-yetirə salamlaşır, tez də ötüb keçirdilər. Bütün bunları Nəsir görür, bilir, amma özünü o yerə qoymurdu. Həmin anlar öz əksini müəyyən qədər onun ilk dindirmədən sonra qələmə aldığı “Taleyimin sonu” adlı bədii - publisistik yazısında tapmışdı.

Artıq bütün gizli təşkilatların və onlarn üzvlərinin, demək olar ki, böyük əksəriyyəti nəzarət altında idi. Onların qrup şəklində yığışmaları təhlükəli idi. Odür ki, Nəsirin göstətişi bütün əlaqə və görüşlərin fərdi qaydada gerçəkləşdirilməsi qərara alındı və bu qərar hər kəsə çatdırıldı. İnsanları bir araya gətirmək və təbliğati işi davam etdirmək üçün isi yeni forma tapıldı. 1983-cü ildən 1986-ci ilə qədər hər il Buzovna, Mərdəkan və digər yerlərdə “Şəhriyar poeziya günləri” adı altında toplantılar düzənləndi. Onları keçirməklə Azərbaycanın birliyi ideyasını geniş kütlələrə, xüsusən də gənc nəslə təlqin etməyə çalışırdılar və əldə etdikləri nəticə gözlədiklərindən də yaxşı oldu.

Bu tip tədbirlərin ilki 1983-cü il fevralın 13-də ilk dəfə 55 saylı texniki peşə məktəbinin foyesində keçirildi. Tədbirdə Söhrab Tahir, Xəlil Rza, Alı Mustafayev, Maştağalı Seyidağa, Nardaranlı Mail, Əhmədağa Muğanlı, Mürsəl Həkimov, qəzəlxan Sərraf, Yusif Bağırov, Sabir Əmiri, Qulamrza Cəmşidi və başqaları iştirak edirdilər. Bu tədbirin ssenarisi və təşkilati məsələləri Nəsir Ağayev tərəfindən hazırlanmışdı. 125 saylı orta və 55 saylı peşə məktəblərinin şagirdləri Şəhriyarın “Vətən həsrətli” və “Heydər babaya salam” poemalarından nümunələr söyləyərək görüş iştirakçılarını vəcdə gətirirlər.

Xəlil Rzanın təlatümlü, qarşısı alınmaz qasırğanı xatırladan çıxışı peşə məktəbinin hüdudlarını aşaraq bütün Bakı kəndlərində əks-səda yaradır. Çıxışın əks-sədası, təbii ki, müvafiq dövlət orqanlarına, o cümlədən təhlukəsizlik orqanlarına da çatır. Səhəri gün Nəsir işə gələrkən məktəbin direktoru Salman Əliyev ona yaxınlaşaraq deyir:

“Ay Nəsir müəllim, Xəlil Rza dünən elə danışdı, elə fırtına qopartdı ki, indi məni KQB-yə (DTK-ya) çağırıblar. Aləm bir-birinə dəyib. Əslinə baxanda, mən heç nədən qorxmuram. Bir də ki, sən nə istəsən, mən ikiəlli onu müdafiə edəcəyəm. Buna əmin ola bilərsən”.

Artıq sözə ehtiyac yox idi, hər şey onsuz da aydın idi, artıq “yuxarılar” 55 saylı texniki peşə məktəbində keçiriləcək bütün tədbirlərə güclü nəzarət edəcəklər. Əslində isə, nəzarət onsuz da vardı və güclü idi.

Müxtəlif vaxtlarda keçirilən “Şəhriyar poeziya günləri”ndə Balaş Azəroğlu, Əbülfəz Hüseyni, akademik Mahmud İsmayılov, akademik Mirabbas Qasımov,

Page 29: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

elmlər doktorları Həmid Məmmədzadə, Şövkət Tağıyeva, Hüseyn Çəndirli, Bəhlul Abdullayev, Buzovna şairlərindən Əlabbas Zaki, Ağəmi İslam oğlu, Maştağalı Sərraf, Aslan Meyramlı, Nurəddin İsmayılov və başqalarının maraqlı çıxışları maraqla qarşılanır. Hər tədbirdən sonra gərginlik daha da artdı. Odur ki, yeni bir üsula əl atmaq lazım idi ki, gərginlik nisbətən azalsın. Odur ki, Azərbaycan tarixinə dair xüsusi kurslar təşkil etmək, bu kurslarda Azərbaycanın müxtəlif rayonlarından zəkalı gənclərin iştirakını təmin etmək, sonradan onları öz rayonlarına göndərməklə, təbliğati işi bütün bölgələrə yaymaq qərara alınır. Bu yolla gizli təşkilat öz əsas hədəfinə daha asan yolla nail ola bilərdi ki, bu da olduqca vacib idi. Seçilən gəncləri ali məktəbə hazırlamaq adı ilə, həm də əslində elə bu mqsədlə Nəsir müəllimin yanına gətirərdilər. Gənclərlə Azərbaycanın tarixi, ermənilərin ərazilərimizə avantürist iddiaları, Azərbaycanın müstəqilliyi, müsavatçılıq ideologiyası haqqında söhbətlər edilir bu mövzular onlara ətraflı izah edilirdi. Bu gənclərin əksəriyyəti sonralar Şərur rayonunda, Ordubadda, Maştağada, Şüvəlanda, Neftçalada, Saatlıda, Qubada, Siyəzəndə, Şamaxıda və digər rayonlarda Azərbaycanın müstəqilliyi ilə bağlı ideyanı yaymaqlaa ciddi məşğul olmağa başladılar. Onlar bu ideyanı yerlərdə Mirzə Ələkbər Sabirə, Hüseyn Cavıdə, Məhəmməd Hadiyə, Cəlil Məmmədquluzadəyə və digər şəxsiyyətlərə istinadən yaymağa çalışırdılar.

Görülən işlər öz nəticəsini gözləniləndən də tez verdi. Günlərin birində, daha dəqiq desək, 1988-ci ilin fevral ayının 19-da Nəsir bəyin Şərurdan olan Nurəddin İsmayılov (hazırda ADP sədrinin müavinidir-müəll.) adlı bir tələbəsi zəng edərək sevinc və həyəcanla deyir:

“Ustad, Bakıda tələbələr ermənilərin Xankəndində olan pozuculuq əməllərinə etiraz olaraq nümayışə çıxıblar. Bu nümayış və mitinqlərdə ADU-nun tələbələri aparıcılıq edir. Bu haqda fikirinizi deyin”.

Bunu gözləməyən Nəsir bəy duruxur, qulaqlarna inanmır. Bəli, uzun illərin gərgin zəhməti öz bəhrəsini vermişdi. Tələbəsi ona müraciət edərək göstəriş almaq istəyirdi. O, Ermənistan-Azərbaycan münasibətlərinin əslində həmişə gərgin olduğunu bilirdi. Ermənilərin ərazı iddialarından da tələbələrinə gen-bol danışmışdı”.

...Tələbələrin etiraz mitinqi ilə başlayan və tez bir zamanda geniş xalq kütlələrini əhatə edərək, Milli Azadlıq Hərəkatına çevrilən hərəkat 1989-cu ilin oktyabr ayından etibarən daha da gücləndi...Xalq hərəkatının təşkilatlanmasında 1989-cu ilin 16 iyulunda təsis edilən AXC İdarə Heyətinin üzvü, Bakının Pirşağı kəndindən olan fizika-riyaziyyat elmləri namizədi Canbaxış Umudovun əvəzsiz və misilsiz xidmətləri olmuşdu. Onun Bakı və ətrafında apardığı böyük təbliğati və təşkilati işləri bu gün kimsə dana və öz adına çıxa bilməz. Nəsir Ağayevin rəssam dostlarından birinin oğlu, 16-17 yaşlarında olan Vüqar Muradlı və BAİB zavodunun işçisi Xaqani İsmayılovun da AXC-nin təsis konfransının təşkilində və sonrakı proseslərdə xidmətlərini unutmaq olmaz. Onlarla Canbaxış Umudov arasındakı əlaqəni bilavasirə Nəsir bəy yaratmışdı.

Hələ 1989-cu ilin avqust ayının axırlarında Bakı kəndlərinin Milli Azadlıq Hərəkatında daha sıx təşkilatlanmış qaydada iştirakını təmin edə bilmək üçün Buzovna qəsəbəsinin mərkəzdə, Cümə məsçidinin qarşısında Bakı kəndlərinin

Page 30: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

nümayəndələrinin iştirakı ilə izdihamlı bir mitinq keçirilmişdi. Dörd mindən artıq insanın qatıldığı mitinqi Nəsir Ağayev təşkil etmişdi, özü də onu idarə edirdi. Buzovna qəsəbəsi bütünlüklə milis dəstələri və daxili qoşunlar tərəfindən ikiqat mühasirəyə alınmışdı. Qəsəbədəki 14 N-li xəstəxana da hər ehtimala qarşı boşaldılmışdı. Oəsəbənin bütün giriş və çıxışları güc strukturları tərəfindən bağlanmışdı. Bu isə gərginliyə, kütləni coşmasına səbəb olmuşdu. Bu səbəbdən də Nəsir bəy gərginliyi aradan aparmaq üçün milislərə müraciətlə onlara hədəflərinin nə olduğunu anlatmış, onlara Moskvanın və ermənilərin xalqımıza qarşı apardıqları siyasəti anladan çıxış etmişdi. Axı, onlar da xalqımızın nümayəndələri idilər, hərəkat isə ümumxalq hərəkatı idi. Onun bu alovlu çıxışı milislərin böyük əksəriyyətini kövrəltmişdi. Nəsir Ağayev yüksək rütbəli bir milis nəfərlərinə isə hamının eşidəcəyi bir tərzdə, ucadan bu sözləri demişdi:

“Sizin əksəriyyətinizin paqonunda olan ulduzlar millətimizə xəyanət etmək üçün verilib. Mən istərdim ki, aldığınız ulduzlar Azərbaycanın azadlığına, millətin xoşbəxtlik rəmzinə çevrilsin. Bu azadlıq mübarizəsində böyük və rəhmsiz düşmənlərlə üz-üzə qaldığımız bir vaxtda Azərbaycan milisi Azərbaycanın iradəsinə qarşı getməməlidir. İttifaq siyasətinin hiylələrinin mahiyyəti bizi bir-birimizə qarşı çevirməkdi. Diqqətli olun, özünüzə, milli kökünüzə sayğı ilə yanaşın...””

Həmin hadisələri Nəsir bəy belə xatırlayır:“Bu mitinqdə Zirədən Mustafa Mirzəyev, İsmixan Fərəcov, Türkandan

Piri müəllim, Pirallahıdan Elman Qasımov, Binədən Zabil Nağıyev, Sulduz Yadigarov, İlham Əzizov, Mərdəkandan Vidadi Yaftumov, Kazım kişi, türk Vaqif, Şüvəlandan Ağaverdi Bədəlov, Buzovnadan Bəhlul Abdullayev, Tofiq Həsənov, Xalıq Ağayev, Əmrulla Dadaşzadə, Mirzə Ağabəyli, Maştağadan Həsən Vəliyev, Hacı Zakir, Məmməd kişi, Kürdəxanıdan Ağaverdi Ağaverdiyev, Qasım, Kamil, Balaxanıdan Dilarə Əliquliyeva, Bakıdan Nazim Məmmədov, Balaxanıdan Firuz Orucov, Firdovsi Nəzərov və yüzlərlə vətəndaşlarımız iştirak edirdi. Müxtəlif Bakı kəndlərini təmsil edən bu şəxslər şahidi və iştirakçısı olduqları prosesin öz kəndlərinə də sıçramasını təmin etdilər. Bakıdan mitinqi izləmək üçün, Fəzail Ağamalı, Məmməd Əlizadə, Ağası Hun və digərləri getmişdilər. Bu zaman Vaqif Heybətov onlara yaxınlaşaraq vəziyyət olduqca ağır olduğunu söyləyir. Bildirir ki, milislərə mitinq iştirakçılarını güclə dağıtmaq tapşırılıb. Onlar da bildirir ki, bu barədə dərhal mənə (Nəsir Ağayevə-müəll.) məlumat verilsin. Mitinqdə çıxış etdiyim yerdə Vaqif mənə oxumaq üçün bir vərəq verdi. Azərbaycanın düçar olduğu bəlalardan danışa-danışa vərəqdəki yazıya göz gəzdirməyə başladım. Orada yazılmışdı: “Nəsir, ehtiyatlı ol. Buzovna tam mühasirədədir. Azərbaycan SSR daxili işlər nazirinin müavini Barannikov 14 saylı xəstəxanadan hadisələri diqqət mərkəzində saxlayır”.

Mitinqin gedişi zamanı əhalinin tələbləri tədricən formalaşır, son da verəcəyimiz qətnamə müəyyənləşirdi. Bu zaman Əzizbəyov RPK-nın 1 katibi Niyazi Nəcəfov mitinqin idarə olunduğu yerə yaxınlaşdı. B. Abdullayev mənə yavaşca dedi: “Yaxşı deyil, kişi ayaq üstündədir, yerimi ona verirəm”.

Page 31: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

O bunu deyib oturduğu stuldan qalxmaq istədi. Onun bu hərəkəti gözlərini bizə dikmiş minlərlə insanı çaşdıra bilərdi. Odur ki, əlimlə Abdullayevin çiynindən aşağı basdım və dedim:

“Əgər yerini versən, səninlə şəxsi əlaqələrimi tam kəsəcəyəm”. Bir az keçmiş, arxa tərəfdə məsçidin pəncərəsinə söykənmiş tacirlərdən

biri arxadan dilləndi: “Nəsir müəllim, Niyazi Nəcəfova yer verin”. Bu tacirdən başqa 5-6 nəfər də “yer, ver” sözlərini təkrar etdi. Mənsə

danışmaqda davam edir, onlara heç bir əhəmiyyət vermirdi. Çıxışımı bitirməmiş mənə bildirdilər ki, Niyazi Nəcəfov söz istəyir. Mən də açıq şəkildə, birbaşa mikrafonla kütləyə çatdırdım ki, bura partiya komitəsinin siyasi bürosu deyil ki, 1-ci katib onu idarə etsin:

“1-ci katibə söz yalnız qətnamə qəbul edildikdən sonra qonaq qismində verilə bilər”.

Belə olan halda, Nəcəfov mənə yaxınlaşaraq dedi: “Oğlum Nəsir, heç olmasa de ki, BAİB hərbi zavodu sabah tətil etməsin”. Nəcəfova bildirdim ki, mən camaatın iradəsini ifadə edirəm: “Mənim iradəm camaatın iradəsi deyil”. Bu sözləri eşidən kütlə cuşa gəldi. Beş minə yaxın adam bir ağızdan şüar

verməyə başladı: “Tətil! Tətil! Tətil!” Kütlənin səsi əzəmətli bir səda, yenilməz bir qüvvə kimi ətrafa yayıldı.

Mitinqi çəkmək istəyənlərin videokamera və fotoaparatları zorla əllərindən alınırdı. Bununla belə sorağı Əbdürrəhman Vəzirova da çatan bu mitinqin əks-sədası Bakının və Azərbaycanın bütün rayonlarına yayıldı. Maraqlıdır ki, bu kütləvi aksiyadan sonra Bilgəhdən, Nardarandan, Zabratdan, Hökməlidən, Qobudan, Qaraşəhərdən mənə yüzlərlə zəng gəldi. Müxtəlif kəndlərdən gələn zənglərin, təbriklərin, eləcə də nümayəndələrin ardı-arası kəsilmirdi...”

Hadisənin bilavasitə şahidi olmuş Məmməd Əlizadənin yazdığına görə, artıq Nəsir Ağayev Türkanda, Zirədə, Sabunçuda, Maştağada, Nardaranda və digər yerlərdə Xalq Cəbhəsinin yaranmasında birbaşa iştirak edirdi. Kəndlərin sakinləri onun qismində öz gerçək liderlərini görürdülər. Nəsir bəyin özü həmin dövrü belə xatırlayır:

“Bir gün Qaz aparatları zavodunda işləyən Məmməd adlı şəxs “Jiquli” markalı maşını ilə evimizə gələrək, Maştağada, Ədalət Hacıyevgildə Cəbhənin yerli özəyinin yaradılmasında iştirak etmək üçün məni ora apardı.

Sentyabrın əvvəlləri olardı, axşamüstü Maştağanın dar dalanları ilə hərəkət edərək məni Ədalət Hacıyevin yaşadığı ünvana apardılar. Burda məni təqribən 9 nəfər gözləyirdi. Onların içərisində sonralar millət vəkili olan, 1998-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Füzuli Axundov da var idi. O, sağ tərəfimdə, yerdə bardaş qurub oturmuşdu. Mən cəbhənin nizamnaməsi, fəaliyyəti haqqında danışdım, təsis protokolunun tərtibi haqqında iştirakçılara məlumat verdim. Təsis protokolunun hazırlanmasını Füzuli Axundov öz üzərinə götürdü.

Page 32: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Artıq çoxları məni lider qismində görməyə başlamışdı. Üzərimə çox böyük məsuliyyət düşürdü. Tələbələrimlə söhbətlərimdə həmişə izah etməyə çalışırdım ki, hər hansı bir yerdən seçilən yerli lider əsasən ümummilli dəyərlərə malik olmalıdir. Obyektivlik, nizam-intizam, dəqiqlik, ədalətlilik, təşkilatçılıq, məsuliyyət, qətiyyət və insaf liderin əsas xüsusiyyətidir. Lider məxsus olduğu kütlənin, xalqın yaxşı və pis nümayəndələrini eyni səviyyədə qəbul edib, dinləməyi bacamalıdır. Yalnız bu yolla o, əksəriyyətin inamını qazana bilər. Eyni zamanda lider məxsus olduğu etnosun, kütlənin ümumiləşdirilmiş obrazdır.

Tələbələrimə başa salmağa çalışırdım ki, bu məsələdə diqqətli olmaq lazımdır, çünki bəzən başqa cür də olur. İnsanların inandığı, müqəddəs ideya daşıyıcısı kimi tanıdığı, özünə lider seçdiyi adamlar xalqın etimadını nəinki doğrultmur, əksinə, həyatın sakit və gərgin anlarında pərdə arxasında oyunlar oynayaraq satqınlıq missiyasını yerinə yetirirlər. Təəssüf hissi ilə qeyd etməliyəm ki, sonrakı uğursuzluqlarımızın səbəbi diletant, səriştəsiz, vəzifəpərəst, yalançı, var-dövlət hərislərinin lider maskası ilə xalqın önünə keçməsi oldu.

Sonralar Xalq Cəbhəsinin dayaq dəstələri Binə, Mərdəkan, Nardaran, Bilgəh, Balaxanı, Şaqan, Cilovadası, Novxanı, Binəqədi, və s. qəsəbələrdə təsis edildi. Artıq Azadlıq meydanında keçirilən bütün mitinqlərdə Bakı kəndlərinin ağrlığı və aktivliyi hiss edilirdi”.

Nəsir bəyin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq 1989-cu ilin iyul ayının ortalarında bilavasitə onun təşəbbüsü ilə BAİB zavodunun Buzovnadakı Mədəniyyət sarayında Əzizbəyov rayon Xalq Cəbhəsinin təsis konfransı çağırıldı. Tədbirin Yusif Səmədoğlunun “Qətl günü” romanının müzakirəsi adı altında keçirilməsi nəzərdə tutulmuşdu:

“Mədəniyyət sarayının müdiri M. Sərdarov romanın müzakirəsi üçün 100 nəfərlik yerə malik otağı bizə məsləhət görmüşdü. Bu gizli yığıncağa Pirallahıdan, Binədən, Mərdəkandan, Şağandan, Buzovnadan 30-a yaxın nümayəndə dəvət edilmişdi. Eyni zamanda, tədbirə Əbülfəz Əliyev (Elçibəy), Yusif Səmədoğlu, Sabit Bağırov, Tofiq Qasımov, Nəcəf Nəcəfov, Fəzail Ağamalı, Canbaxış Umudov, Ağası Hun, və digərləri də dəvət edilmişdilər.

Lakin Rayon Partiya Komitəsindən, hüquq mühafizə orqanlarından Mədəniyyət Sarayına zəng zəng dalınca gəlməyə başladı. Onlar sarayn müdiri Sərdarova zəng edərək, adamların saraya hansı səbəbdən yığışdqlarını soruşurdular. Sərdarov da öz növbəsində bildirirdi ki, Nəsir müəllimin başçılığı ilə “Qətl günü” romanının müzakirəsidir. Nəhayət, rayonun məsul şəxslərindən biri zəng edərək, Sərdarovu məzəmmət etməyə başladı və dedi:

-Sən nə danışırsan? Nə qətl günü? Nə roman? Orada Xalq Cəbhəsinin konfransı keçiriləcək. Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev, Xalq Cəbhəsinin idarə heyətinin üzvləri Canbaxış Umudov, Tofiq Qasımov, Nəcəf Nəcəfov, Sabit Bağırov, Yusif Səmədoğlu və başqaları ora gəlirlər.

Həmin dəqiqə mədəniyyət sarayının qapıları bağlandı. Mənsə 2 nəfər silahdaşmla sarayn 2-ci mərtəbəsində heç nədən xəbərsiz qonaqları gözləyirdim. Konfrans saat 2-də başlamalı idi. Bir də gördüm, Malik Sərdarov həyəcanla, narazı şəkildə mənə tərəf yaxınlaşır:

Page 33: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

-Bu nə oyundur başıma gətirirsən? Bütün aləm qarışıb bir-birinə... Bəs sən demədin ki, “Qətl günü” romanının müzakirəsidir? Şəhərdə nə qədər cəbhəçi var, yığılıb tökülübsən bura.

Vəziyyətin gərginliyi göz qabağnda idi. Uşaqlara dərhal dedim: -Məni bayıra aparın.Malik həyəcanla mane olmağa çalışdı. “Nəsir, sən Allah, bayıra çıxma, hər

şey yaxşı olacaq” - dedi və getdi. Silahdaşlarım məni oturduğum stulla birlikdə götürərək Mədəniyyət sarayının foyesinə qədər gətirdilər. Burada rayon partiya komitəsinin, hüquq mühafizə orqanlarının nümayəndələri toplanmışdılar. Onlar qətiyyətlə bildirdilər ki, mədəniyyət sarayında bu yığıncağın keçirilməsinə icazə verilmir. Onlara kəskin şəkildə iradlarını bildirdikdə partiya komitəsinin 2-ci katibi əsəbi halda dedi:

-Nəsir müəllim, sən başımızda oturmusan, lap ağ eləmisən. Mənsə cavabında dedim: -Sənin başında çoxdan oturublar, mənim oturmağım üçün yer qalmayıb.O zaman Mirzə Ağayev üzünü Malik Sərdarova və RPK-nın II katibinə

tutaraq emosional bir şəkildə tənə etdi:-Bəs, siz deyirdiniz ki, partiya ilə xalq həmrəydir. Bəs, nə oldu dediyiniz

həmrəylik?Mədəniyyət sarayının qapısının bağlı olduğunu görən nümayəndələr və

qonaqlar qayıdıb getmək istəyirdilər. Təkidlə məni onlarn yanna aparmağı tələb etdim. Böyük çətinlikdən sonra Mədəniyyət sarayının həyətinə çıxarılmağıma nail oldum. Mədəniyyət sarayının həyətində nümayəndələr və qonaqlarla görüşdükdən sonra tam qətiyyətlə bildirdim:

-Madam Mədəniyyət Sarayında bizə imkan vermirlər, biz konfransımızı açıq səma altında xalqın gözü qarşısında keçirəcəyik. Oturacağımız yer isə asfaltın üstü olacaq.

Bu təkidli, israrlı qərardan sonra konfrans işinə başladı. Açıq havada keçirilən bu konfransda birdən-birə minə yaxın insan toplaşdı.

Minlərlə adamın içərisində yalnz 20 nəfər nümayəndə nümayəndə qismində iştirak edirdi. O 20 nəfər numayəndə təsis konfransında iştirak etmək üçün razılıq vermişdilər. Bunlar Türkandan Piri müəllim, Zirədən Fərəcov İsmixan, Mərdəkandan Yaftumov Vidadi (Baba), Şağandan Rəfael, Şüvəlandan Ağaverdi müəllim, Pirallahıdan Elman Qasımov, Tariyel, Binədən Sulduz Yadigarov, Əli Həsənov, Məzahir Nəsirov, İlham Əzizov, Buzovnadan Mirzə Ağayev, Müşfiq Əlizadə, Xaqani, Etibar, və başqaları idilər”.

“Qətl günü” romanı adı altında keçirilən bu konfrans sonralar müsbət nəticələrini bütün Azərbaycan səviyyəsində hiss etdirdi. Konfransın əks-sədası təkcə Buzovnaya deyil, Maştağaya və demək olar ki, bütün Bakı kəndlərinə yayıldı. Nəticədə müxtəlif kəndlərdən olan hərəkat üzvləri arasındakı əlaqələrin daha da sıx olmasına nail olundu. Bundan sonra milis, yaxud hər hansı bir orqan kimisə tutub aparsaydı o zaman bütün üzvlərin və kəndlərin artıq bundan xəbəri olacaqdı:

“Beləcə, Nəsir Ağayev Bakının hər bir kəndinin tarixini, demoqrafiyasını bir-bir öyrənə-öyrənə, öyrədə-öyrədə onları xalq hərəkatına qoşdu. O, Nardarana

Page 34: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

daxil olmaq üçün “ən münasib yolun” Binədən keçdiyini, Zirəyə gedən “yolun” isə qədim Xızıdan keçdiyini yaxşı bilirdi. Bunları isə bilmək üçün bu yerlərin mentalitetinə bələd olmaq lazım idi.

Nəsir Ağayev gənclərə Azərbaycanın hər güşəsinin onların vətəni olduğunu deməklə, vətənsevərliyi, milliliyi, türkçülüyü təlqin etməklə bu hissləri könüllərdə yaşadan yeni bir nəslin yetişməsində olduqca önəmli rol oynaya bilmişdir. O həmişə deyirdi ki, yerliçilik düşüncəsi xalqı bir-birindən ayrır, onun şüurunda gözə görünməyən sərhədlər yardır...”

1989-cu ilin avqustun axırlarında BAİB zavodunun Buzovnadakı Mədəniyyət Sarayının qarşısında, eləcə də şəhərdə, Səttarxan zavodunun qarşısında və onlarla sənaye obyektnin qarşısında növbəti mitinqlərin keçirilmsi qərara alınmışdı. Bu xəbər Əbdurrəhman Vəzirovu ciddi surətdə narahat etmişdi və o bu mitinqlərin qarşısının alınması üçün, bütün raykomlara, rayon və qəsəbə sovetlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müxtəlif təxribatlara əl atmaq barədə ciddi tapşırıqlar verilmişdi.

Nəsir Ağayev həmin dövrü belə xatırlayır: “Mitinqə iki gün qalmış Buzovna qəsəbə sovetinin sədri Fəxrəddin

Atakişiyev yanıma gələrək bildirdi ki, rayon partiya komitəsində məni, o ki var, tənqid ediblər. Deyiblər ki, sən nə üçün hadisələrdən uzaq düşmüsən:

-Buna görə də istəyirəm ki, yerli hökümət kimi bu mitinqi mən aparım. Ani olaraq düşündüm. Əgər mən qəsəbə sədrilə razılaşmasam mitinqin

keçirilməsinə ciddi maneələr yaradılacaq. Çünki bilirdim ki, qəsəbə sədri partiya komitəsinə mitinqi özünün idarə edəcəyini söyləsə, onlar sakitləşərlər. Biz də mitinqə rahat şəkildə hazırlaşarıq. Odur ki, onun bu fikrinə etiraz etmədiyimi bildirdim.

Mitinqə bir gün qalmış artıq onun mütləq baş tutacağına əmin olan DTK-nın bir məsul işçisi mənə zəng edərək bildirdi:

-Nəsir müəllim mitinqdə nə kömək lazımdır? Mən cavab verdim: -Sizin mitinqə ən böyük köməyiniz, kömək etməməyinizdir. Artıq bütün hazırlıq işləri başa çatmışdı. BAİB, eləcə də Yol Təmiri və

Əlvan Metallar zavodlarının nümayəndələrinə və Buzovna sakinlərinin bəzilərinə hər ehtimala qarşı vaxtdan bir qədər əvvəl, yəni saat 3-də mitinq üçün nəzərdə tutulan yerə kiçik dəstələr halında gəlməyi tapşırdım.

Saat 16.00-da artıq Mədəniyyət sarayının qarşısında idim. Qəsəbə sədri mitinqi açdıqdan sonra ilk sözü mənə verdi. Mikrofonu

qarşısıma çəkdim və əvvəlcədən nəzərdə tutduğu plana uyğun olaraq mitinqi idarə etməyə başladım. Təqribən 2500-3000-ə yaxın adamın iştirak etdiyi mitinqdə Etibar Məmmədov, Məmməd Əlizadə, Əli Vəzirov, Ağası Hun, İsa Qəmbər, Ziyad Səmədzadə, Bəhlul Abdulla, Rəşad Orucov, Rəfiqə Kəblərza qızı, Niyazi Nəcəfov iştirak edirdi. Tədbirin mühafizəsi isə Fəxrəddin Zeynalov, Vaqif Heybətov, Mirzə Ağayev, Fəxrəddin Məcidoğlu, Etibar Kərimov, Sulduz Yadigarov, Əmrulla Dadaşzadə və Xalıq Ağayevə həvalə edilmişdi. Bu mitinqdə ən məzmunlu çıxışı Etibar Məmmədov etdi.

Page 35: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Həmin gün Buzovna qəsəbəsi yenə də ikiqat mühasirəyə alınmışdı. Malik Sərdarovun Mədəniyyət Sarayındakı otağı adi müdirin kabinetindən daha çox Mərkəzi Komitənin, Bakı Şəhər Partiya Komitəsinin, Dövlət Təhlukəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun qərargahına bənzəyirdi. Bir sözlə, burada kimə istəsəydin rast gələ bilərdin.

Mitinq başa çatdı. Hər şey normal qurtardı. İndi azadlıq fədailərini yeni-yeni səfərlər və tədbirlər gözləyirdi. Bu ərəfədə ölkədə xaos, özbaşınalıq hakim idi. Dövlət və hökumət qurumları, demək olar ki, fəaliyyət göstərmirdilər. Spitakdan, Masisdən, Vedidən, Amasiyadan, Exiqonadzordan, Dərələyəzdən, Göyçədən və Qərbi Azərbaycanın digər bölgələrindən erməni zülmündən qaçanlar Naxçıvanda, Bakı və onun kəndlərində, Sumqayıtda özlərinə sığınacaq yerləri axtarırdılar. Sayları yüz minlərlə ölçünən qaçqınların fəryadına nə Moskva, nə Moskvapərəst Azərbaycan hökuməti, nə Vaşınqton, nə də Avropa ölkələri eşidirdi. Bütün ümidlər Azərbaycan Xalq Cəbhəsinə idi. 1989-cu il 16 iyulda təsis edilən bu təşkilat çox keçmədi ki, Azərbaycanın ən ucqar yerlərində belə öz varlığını hiss etdirməyə başladı.

80 ildən artıq qapalı olan avtoritar bir ölkə birdən-birə azadlıq və demokratiya burulğanına səhnə olduğundan idarəolunmaz hala gəlmişdi. İttifaq dövlətinin o zamankı ideoloqları qapalı rejimdən çıxmağın ağırlığını və əzablarını əsasən türk və islam dünyası üzərinə istiqamətləndirməyi bacarmışdılar. Beləki, Qazaxıstanda, Özbəkistanın Fərqanə vadisində, Şimali Qafqazda, və s. yerlərdə milli və dini zəmində toqquşmalar və münaqişələr baş verirdi. Azərbaycan da bu hadisələrdən kənarda qalmamışdı. Belə bir şəraitdə yerli kommunistlərindən, yerli hökumətdən heç bir kömək görməyən xalq inandığı bir təşkilatın yaradılması üçün özünü səfərbər etmişdi. Səfərbər etməyə məcbur idi. Çünki Ermənistan Kommunist Partiyası erməni millətçilərinin tələblərinə cavab verən mövqe tutmuşdu. Azərbaycanda isə yerli kommunistlər nə milli dəyərləri qoruyurdular, nə də milli hərəkata qoşulurdular. Bu isə Azərbaycanda bu və ya digər formada itkilərin və faciələrin qaçılmaz olacağından xəbər verirdi. Bununla belə, torpaqları və xalqı təhlukə altında olsa da, Azərbaycan yaşayır və yaşamaq üçün mübarizə aparırdı.

Heç yadımdan çıxmaz eşidəndə ki, Xızıya və Altıağaca ermənilər tərəfindən qovulmuş azərbaycanlılar yerləşdirilib elə sentyabrın birinci on günlüyündə oraya getməyi planlaşdırdıq. Qaçqınlar üçün birinci növbədə ərzaq və geyim, tibb ləvazimatları yığmağa başladıq. Bu işdə Binə, Buzovna, Mərdəkan, Zirə, Nardaran, Maştağa kəndlərinin müstəsna rolları var idi. Yardımların alınmasında Buzovnanın iş adamları Rahib Rzayev, Oqtay, Nardarandan Hacıağa Nuriyev, Cəbrayıl Əlizadə, Mərdəkandan Kazım kişi, Vidadi Yafdımov, Fərhad və Teyyub Əliyev, Binədən Məzahir Nəsirov, Sulduz Yadıgarov, Zabil bəy böyük rol oynadılar. Bu şəxslər iri yük maşınlarından tutmuş minik maşınlarına qədər bütün maddi xərclərin əksər hissəsini öz üzərlərinə götürmüşdülər. Biz maşın karvanı ilə əvvəlcə Xızıya gəldik. İşıqları sönmüş bir məktəbin dəhlizində, 200-ə yaxın qaçqının müvəqqəti məskunlaşdığı yerdə görüşümüzü keçirdik.

Bir sözlə, Bakı kəndlərinin sakinləri Qərbi Azərbaycandan olan soydaşlarımıza bacardığı mümkün köməkliyi göstərməyə hazır idi. Hətta

Page 36: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

baxmayaraq ki, istər Buzovnada, istərsə də Mərdəkanda, Bakıxanovda, elə Bakının özündə də yerli əhalinin mənzilə olan ehtiyacı çox böyük idi, yerli əhali Bakını və onun kəndlərini kütləvi surətdə tərk edən qaçan ermənilərin evlərinə qaçqınları dəvət edir və yerləşdirirdi. Moskva və onun Bakıdakı əlaltıları qaçqınlarla yerli əhali arasında narazılıq yaratmaq üçün əlindən gələni əsirgəmirdi. Biz isə buna hər cür mane olurduq. Bu missiya, bəlkə də, Tanrnın və tarixin mənə həvalə etdiyi ən müqəddəs tapşırıq idi. Bu işdə mənə Azərbaycan xalqının qiymətli və dəyərli oğlu jurnalist Ağası Hun, Azərbaycanın səsini bütün dünyaya yayan Rəhbər Bəşir, eləcə də maddi yardımını bizdən əsirgəməyən Cənnətəli Əliyev (Ağası), Tusi Rəşid oğlu Orucov, Ağabala Alxasov, Zülfalı Rəşid oğlu Orucov, Firuz Ağası oğlu Əliyev, Firuz Orucov kimi Vətən övladlarının adlarını bu gün iftixarla çəkməyi özümə borc bilirəm.

Payızın ilıq səhəri idi. 2 maşınla Pirallahı qəsəbəsinin girəcəyindəki vertalyot meydançasına yaxınlaşdıq. Cilov adasına uçmalıydıq. Nəhayət saat 12-nin yarsında havaya qalxdıq. Cilov adasında bizi Maarif adlı şəxs gözləyirdi. Bu adada rusların strateji bazası yerləşirdi. Burda işləyən əhali əsasən ətraf kənd və qəsəbələrdən gəlirdi. Məni bu səfərdə Ə. Dadaşzadə, Vaqif Heybətov, Aslan Məmmədov müşayiət edirdilər. Bizi Cilov adasının mədəniyyət evinə dəvət etdilər. Biz ora çatanda içəridə əlliyə yaxın adam var idi. Səhnəyə qalxdıq. Mən çıxış edərək erməni təcavüzü, xalqın çıxılmaz vəziyyəti, sərvətlərimizin talanması, millətimizin səfil vəziyyəti haqqında danışdım. Altını cızaraq qeyd etdim ki, əgər Azərbaycan müstəqil olsa, onun iqtisadiyyatı bu gün ac və səfil görünən bu millətin bütün ehtiyaclarını ödəməyə yetər. Axı, nefti, balığı, qara kürüsü, pambığı, çayı, zəngin meyvə - tərəvəzi əvəzsiz təbii sərvətləri olan bir diyar nə qədər ki, xalqın öz ixtiyarında deyil, bu sərvətlər yadlar, biganələr, beynəlxalq dəllallar tərəfindən talanacaqdır.

Bir müddət sonra zala vətənpərvər şair Xəlil Rza Ulutürk və Mikayıl Mirzə daxil oldular. Onlar da öz növbəsində tribunaya qalxaraq camaatı mübarizəyə səslədilər”.

Nəsir bəyin anlatdıqlarından belə məlum olur ki, yığıncaqdan sonra geriyə uçmaq üçün bir saatdan artıq gözləməli olmuşdular:

“Getdikcə güclənməkdə olan xəzri küləyinin altında vertalyotun gəlib-gəlməyəcəyi haqqında düşünürdük. Nəhayət, səmadan vertalyot səsi eşidildi və biz geri qayıtdıq...

Oktyabr ayının ortaları idi. Azərbaycanda siyasi böhran günbəgün dərinləşməkdə idi. Qarabağ əhalisi dişinə qədər silahlanmış erməni yaraqlılarına qarşı əliyalın vəziyyətdə, qalmşdı. Nə isə etmək lazım idi. Vəziyyəti nəzərə alaraq, gözəl alim, isdedadlı arxitektor, Bakı və Bakı ətrafında böyük hörmətə sahib, əslən Qala kəndindən olan Hacıəmi ilə görüşüb baş verə biləcək təhlükənin qarşısını almaq yollarını müzakirə edirdik. Söhbət əsnasında yeni bir qurumun yaradılması fikrində həmfikir olduğumuzu hiss etdik. Çünki bu kimi problemlərin həlli bəzi hallarda qanunlardan kənara çıxmağı tələb edir. Demokratik hərəkat olan AXC-nin üzərinə isə kölgə düşməsinə imkan vermək olmazdı. Bu düşmənləri müqəddəs amallara xidmət edən hərəkatımıza şər və böhtan yaxmaq üçün əsas verə bilərdi. Əsasən Bakını və bütünlükdə Abşeron yarımadasını əhatə edəcək bir qurumun,

Page 37: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bakı - Abşeron Birliyi (BAB) adı altında fəaliyyət göstərəcək təşkilatın yaradılması qərarına gəldik. Məqsədimiz həm də Bakıda və Abşeronda demoqrafik ziddiyyətləri aradan qaldırmaq, kənd və qəsəbələrin təbii və yerli potensialını nəzərə alaraq, yerli təsərrüfat bölgüsünü qorumaqla Milli Azadlıq mübarizəsini daha da dərinləşdirmək idi. Qərara gəldik və dərhal da qərarımızı həyata keçirdik”.

Müxtəlif məsələlər üzündən narazı olanlar dərdlərini demək üçün bu qapıya - Nəsir Ağayevin rəhbərlik etdiyi BKB-nin qərargahına gəlirdilər. Hətta 1989-cu il oktyabrın əvvəllərində Şuşadan, Cəlilli, Kosalar və digər kəndlərdən belə gələnlər var idi. Müraciət edənlər içərisində Şuşa caamatı arasında xüsusi hörmət sahibi olan Ramiz Qəmbərov da var idi. Ona, Kərki-Cahandan Xankəndinə gedən və erməni hərbi dəstələrinə xidmət edən içməli su borusunun partladılması üçün əllidən artıq dinamit, eləcə də iki ədəd tüfəng, 20 ədəd R-1 qumbarası, 10 ədəd RQD tipli qumbara verildi. Üstəlik ermənilərin mühasirəsində olan Şuşa şəhərinin camaatına kömək üçün ilk mərhələ üçün 2 min manata yaxın pul da göndərildi.

Nəsir bəy Dağlıq Qarabağda baş verən hadisələri daim nəzarətdə saxlayır, Şuşalı Akif bəydən gündəlik məlumatlar alırdı. Üstəlik Sədərək və Ermənistanın əhatəsində olan Kərki kəndi ilə də Nurəddin İsmayılov və başqaları vasitəsilə əlaqələr saxlanılırdı. Bakı ilə olan əlaqələr bakılıların tutduğu yolun və apardıqları mübarizənin düzgünlüyünə dəlalət edirdi. Düşmən qüvvələr Azərbaycanda şəhərli – rayonlu, yerli – gəlmə qarşıdurması yaratmağa çalışanda Bakı və Kəndlər Birliyinin yaradılmasına ehtiyac yarandı. Bu addım Azərbaycana qarşı düşmən mövqeyində olan ölkələrin təşkil etdiyi düşünülmüş təxribatçı planların qarşısının alınması üçün yeganə, düzgün cavabı idi. Nəsir bəy və dostları bu planı 1989-cu ilin noyabr ayında BKB-nin bazasında gerçəkləşdirdilər və dərhal da fəaliyyətə başladılar.”

POLAD NECƏ BƏRKİDİ?

Biz Nəsir bəyin, sözün əsil mənasında, tarixin yaddaşına əbədi həkk olunmuş örnək həyat və fəaliyyəti barədə söhbətimizə qaldığımız yerdən davam edəcək, bu böyük şəxsiyyətin Vətən və millət qarşısındakı digər xidmətlərinə də açıqlıq gətirəcəyik. Lakin bunu etməmişdən öncə daha bir suala cavab tapmağa ehtiyac duyuruq: “Hərəkət məhdudiyyəti olan bu şəxs bu qədər enerjini haradan alırdı, onu hərəkətə gətirən, ağlasığmaz fədakarlıqlara imza atmağa hansı qüvvə sövq edirdi?”

Əslində tarix bu suala Babək, Ömər Muxtar, Cüzeppe Qarribaldi, Janna d. Ark, Çe Gevara və s. bu kimi alovlu üsyankar və inqilabçıların simasında dəfələrlə cavab vermişdir. Cavab birdir: Vətənə və xalqa məhəbbət, əqidəyə sədaqət.

Bəli, Nəsir Ağayev öz tükənmək bilməyən enerjisini dünyalar qədər sevdiyi Vətənindən və xalqından alırdı və o öz əqidəsinə ən azı Ostrovskinin “Polad necə bərkidi” əsərinin qəhrəmanı Pavel Korçagin qədər sadiq idi. Fərq isə onda idi ki, Korçaginin əqidəsinin əsasında kommunizm barədə utopiyalar, Nəsir bəyin əqidəsinin əsasında isə Vətəninin əsarətdən azad olması və bütövləşməsi kimi müqəddəs bir ideya dururdu. Elə bu da onu daha da mətin edir, polad kimi möhkəm və əyilməz olmağa səsləyirdi.

Page 38: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Nəsir Ağayevin sahib olduğu əqidə bilavasitə dövrün reallıqlarından qaynaqlanırdı. Nələr idi bu reallıqlar? Bu suala Nəsir bəyin ayrı-ayrı çıxışlarında, müsahibələrində söylədiklərini, eləcə də bizimlə söhbətində dediklərini ümumiləşdirərək aşağıdakı kimi ifadə etmək olar:

Tarixin hərəkətverici qüvvəsindən söz açan, fəqət əksər hallarda fərqli mövqelər sərgiləyən tədqiqatçıların bir qismi bu qüvvəninin öz mənbəyini sosial münasibətlərdən, başqa sözlə müxtəlif zümrə və siniflər arasında mövcud olan iqtisadi ədalətsizlikdən və əzilən siniflərin öz tapdanmış hüquqları və mənafeləri uğrunda mübarizəsindən qaynaqlandığını irəli sürürlər. Belələri düşüncələrinə haqq qazandırmaq üçün müxtəlif ölkələrdə baş verən kəndli üsyanlarını, işçi hərəkatlarını misal çəkirlər. Digərlərinin fikrincə isə, bu qüvvənin əsasında mədəniyyətlər, yəni dinlər arasında mübarizə durur. Bu fikri sübut etmək üçün isə daha çox xaç yürüşlərini, müxtəlif din mənsubları arasında baş vermiş müharibələri misal gətirirlər. Millətlər arasında mənafe davasının durduğunu söyləyənlər və buna dövlətlər arasında milli mənafelər naminə aparılan rəqabəti və milli azadlıq hərəkatlarını misal çəkənlər də vardır. Şübhəsiz ki, bütün bu söylənilənlərdə həqiqət payı var. Fəqət mütləq həqiqət bundan ibarətdir ki, tarix öz hərəkətverici enerjisini hər üç mənbədən eyni dərəcədə və eyni zamanda almaqdadır.

Nəsir bəyi, təbii ki, daha çox milli münasibətlər və millətlərin, xüsusən də əsir millətlərin öz mənafe və hüquqları uğrunda apardıqları mübarizə, ilk növbədə isə imperiyalara qarşı aparılan mübarizələr maraqlandırırdı. Onun fikrincə, imperializm bəşəriyyəti bir qrup imtiyazlı böyük dövlətlərə və yer üzündəki digər millətlərin həmin dövlətlər tərəfindən birbaşa və ya dolayısıyla zülm görən və istismar edilən əksəriyyətinə bölmüşdür. İmperializm müstəmləkə sistemi xalqların barbarcasına istismar edilməsi deməkdir. Bu sistemə daxil edilən ölkələr siyasi istiqlaliyyətindən məhrum edilir, onlara xüsusi tipli siyasi, sosial və iqtisadi münasibətlər qəbul etdirilir. Yəni bu ölkələrin təsərrüfatı metropoliyaların aqrar-xammal əlavəsinə çevrilir, bu təsərrüfat məcburi surətdə yadelli işğalçı və istismarçıların mənafeyinə uyğun şəkildə ixtisaslaşdırılır, xalqın müqavimət qüvvəsini qırmaq üçün isə acımasız assimilyasiya siyasəti aparılır. İmperialistlər əsarət altına aldıqları xalqların mənəvi həyatında da öz hökmranlıqlarını qurur, müstəmləkəçilərin milli və irqi üstünlüyü ideyalarını yayır, onların mədəni sərvətlərini məhv edir, tarixlərini qəsdən təhrif edirlər. Bu baxımdan rus imperializminin əsarət altına aldığı türk ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafına vurduğu zərərlər ölçüyəgəlməyəcək dərəcədə böyükdür.

Şübhəsis ki, türk xalqları heç zaman əsarətlə barışmamış, müstəmləkəçilərlə fədakarcasına mübarizə aparmış, azadlıq və istiqlaliyyət uğrunda çarpışan onminlərlə mərd mübariz yetişdirmişdir. Lakin qüvvələr bərabər olmadığından müstəmləkəçilərin hərbi maşını xalq üsyanlarını amansızca yatırmışdır.

M.Qorbaçovun XX əsrin 80-ci illərində ortaya atdığı “Aşkarlıq” və “Yenidənqurma” siyasətindən sonra tarixi proseslərin istiqaməti dəyişdi, rus imperializminin onsuz da sarsılmaqda olan möqeləri daha da sarsıldı, müstəmləkə “respublika”larda yaşayan əsir millətlər yenidən mübarizəyə ruhlandı, onlar bütün Avrasiya məkanını bürüyən azadlıq hərəkatının vahid axarına vüsət verdilər.

Page 39: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Nəticədə “SSRİ” adlanan nəhəng və dəhşətli imperiya çökdü. Bu imperiyanın çöküşü ilə ll Dünya Müharibəsindən sonra qurulan və “super dövlətlər” adlandırılan imperialist dövlətlərin maraqlarını ifadə edən iqtisadi-siyasi tarazlıq pozuldu və müstəmləkə sistemi dərin böhran dövrünə daxil oldu ki, bu gün şahidi olduğumuz qlobal iqtisadi böhran əslində həmin illərin bir uzantısı, bir əks-sədasıdır.

Azərbaycanda Milli Azadlıq hərəkatının yüksəlişi keçmiş SSRİ-yə daxil olan xalqların, o cümlədən Qafqaz, Volqaboyu, Ural, Sibir və Orta Asiya türklərinin və digər müsəlman xalqlarının milli azadlıq hərəkatının yüksəlişi üçün stimul yaratdı. Bu mübarizə misilsiz bir vüsət aldı, bütün əsir türk və müsəlman xalqlarını bürüdü. Yaranmış yeni siyasi-iqtisadi şəraitdə Rusiyanın müstəmləkələrini əlində saxlaması və ya əski metodlarla idarə etməsi qeyri-mümkün hal almışdı. SSRİ-nin süqutu ilə 14 kemiş rus müstəmləkəsi, o cümlədən Azərbaycan da daxil olmaqla, 6 türk respublikası müstəqil dövlət kimi yeni həyata qədəm qoydu. Rus əsarətindən qurtula bilməyən xalqlar isə öz muxtar hüquqlarını artırmağa nail oldular. Azərbaycan da öz istqlalına qovuşdu və bu bütövlükdə xalqımızın, ayrılıqda isə Nəsir Ağayev kimi fədailərin inanılmaz səyləri nəticəsində baş verdi.

Qeyd etdiyimiz kimi, bütün bu inanılmaz səylərin, fədakarlıqların təkanverici qüvvəsi kimi Nəsir bəy kimilərin sahib olduqları sarsılmaz əqidə, ideya çıxış etməkdə idi. Bu ideya isə öz qaynağını Azərbaycanın zəngin mədəniyyətindən, ədəbiyyatndan, ən əsası isə onun keşməkeşli tarixindən almaqda idi. Nəsir Ağayevin tarix vizionu, təbii ki, birdən-birə formalaşmamışdı və formalaşa da bilməzdi. Bunda ona BDU – da dərs demiş müəllimlərinin, ilk növbədə də Əbülfəz Elçibəyin müstəsna rolu olmuşdu. Bu gün bu vizion daha da genişlənib.

Nəsir bəy deyir: “Rusiya İmperiyasının XIX əsrin əvvəllərində əvvəlcə Qarabağ xanlığının

Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla 14 may 1805-ci ildə imzaladıqları TRAKTAT; sonra 12 oktyabr 1813-cü ildə Rusiya ilə Azərbaycan-Qacarlar səltənəti arasında bağlanmış “Gülüstan”, daha sonra isə 10 fevral 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrinə görə Azərbaycan səltənətinin və bilavasitə Azərbaycanın ərazisi iki hissəyə parçalanaraq onun quzey hissəsi Rusiyanın, güney hissəsi isə Qacarların ərazisi hesab edildi. Azərbaycanın tarixi faciələrinin əsası da bununla başladı. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirildi.

1827-ci ilin martında Qafqaz idarəçiliyində general A.P.Yermolov İ.F.Paskeviçi əvəz etdi. Böyük Azərbaycan tarixçisi, şair, alim və ictimai xadim A.Bakıxanov İ.F.Paskeviçin Qafqaz xüsusi korpusunun komandanı olduğu dövrdə onun yanında xidmət etmişdir. 1826-1829-cu illərdə A.Bakıxanov rusların Qacar və Osmanlı imperatorluqlarına qarşı bütün yürüşlərinin iştirakçısı idi. İ.F.Paskeviç etiraf edirdi ki, A.Bakıxanovun pers dilini mükəmməl bilməsi və yorulmaz fəaliyyəti ruslara böyük fayda vermişdir.

Page 40: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

“Pers dili” dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Çünki Qacarlar dövründə dövlət dili hələ də Azərbaycan türkcəsi idi və ruslar Azərbaycan-Qacarlar səltənətinin bütün əhalisini milli mənsubiyyətindən asılı olmayaraq “pers”, Quzey Azərbaycan əhalisini isə “tatar” adlandırırdılar. Qacarların əlində olan torpaqlarda türk dili ilə yanaşı fars dili də işlək idi, fəqət üstünlük türk dilində idi. 1827-1828-ci illərdə Azərbaycan – Qacarlar səltənəti ilə aparılan bütün danışıqlar A.Bakıxanovun iştirakı ilə aparılmışdır. 1827-ci ilin noyabr-dekabr aylarında Dehxarqanda və 1828-ci ilin fevralında Türkmənçayda aparılan və “Türkmənçay müqaviləsi”nin bağlanması ilə nəticələnən danışıqlarında A.Bakıxanov tərcüməçi sifəti ilə işləyirdi. Rusiya tərəfindən bu danışıqlarda tanınmış rus yazıçısı və diplomatı A.S.Qriboyedov da iştirak etmişdir.

1828-ci ilin əvvəllərində Qriboyedov Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.Paskeviçə göndərmək məqsədilə “Ermənilərin Persiyadan bizim vilayətlərə köçürülməsi barədə” qeydlərini qələmə aldı.

Məlumat üçün bildirək ki, rus və Avropa mənbələrində Azərbaycan səltənəti əsrlər boyu yanlış olaraq “Persiya” adlandırılırdı. Çox təəssüflər olsun ki, bu gün həmin mənbələr ana dilimizə tərcümə edilərkən, “Persiya” ifadəsi yanlış olaraq “İran” kimi tərcümə edilir və bu da oxucularda həmin əsrlərdə guya İran adlı dövlətin olmuş olması barədə yanlış təsəvvür yaradır. Həqiqət isə budur ki, bu gün İran kimi tanıdığımız dövlət, yuxarıda qeyd edildiyi kimi bu adı 1936-cı ildən daşıyır və çox qədim dövrlərdə bu ad Əfqanıstan ərazilrinin adı olmuşdur. “Persiya” adına gəlincə isə hələ XVl əsrdə Səfəvilərin İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat yazmışdır ki, avropalılar bizim səltənəti yanlış olaraq Persiya, yəni Fars adlandırırlar, halbuki Fars bizim səltənətin yalnız və yalnız bir əyalətidir. O, səltənətin mərkəzinin Azərbaycan olduğunu da vurğulamış və bu zaman bir italyan müəllifindən sitat gətirmişdir.

Bununla belə, XVlll əsrdə Nadir şahın ölümündən sonra Azərbaycan səltənətinin farslar və digər irandilli xalqlar yaşayan hissəsində hakimiyyəti ələ keçirən, eləcə də Tehrana da müvəqqəti sahib olmağı bacaran milliyyətcə lor Kərim xan Zənd əlində olan torpaqları İran, özünü isə İran şahı elan etdikdən sonra həmin ərazilərin adı İran kimi tanınmağa başladı və bu hal Ağa Məhəmməd şah Qacarın Zəndilərin hakimiyyətinə son verməsinə qədər davam etdi. İlk Qacarlar isə eynən Elxanlı, Çobani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi şahları və Nadir şan Əfşar kimi özlərini Azərbaycan şahı, son Qacarlar isə Azərbaycan və İranın birləşmiş məmləkətlərinin (xanlıqlarının) hökmdarı adlandırırdılar. Bu halda İran adı sadəcə farslar və bəzi irandilli xalqlar (bəxtiyarilər, lorlar və mazandaranlılar) yaşayan ərazilərin adını ifadə edirdi.

Qriboyedov həmin yazısında bugünkü İran ərazisində yaşayan ermənilərin o dövrdə artıq Rusiyanın tərkibində olan Quzey Azərbaycan torpaqlarına köçürülməsi məsələsi haqqında yazırdı ki, İ.Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur olan polkovnik Lazarev (milliyyətcə erməni idi) bu köçürülmənin əsas təşəbbüsçüsü idi... Eyni zamanda A.Qriboyedov həmin qeydlərində, bu məsələdə L.Lazarevə knyaz Arqutinski və Qamazovun kömək etdiklərini göstərirdi. Lazarev Qarabağda və Azərbaycanın digər ərazilərində ermənilərin yerləşdirilməsi ilə

Page 41: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

bərabər, həm də onların hərbi dəstələrinin yaradılmasını da təklif edirdi. Bu erməni mənşəli üzdəniraq polkovnikin ifrat təklifləri bəzən rusların özlərinin də narazılığına səbəb olurdu. Lazarevin hətta yaxın məsləkdaşı knyaz Arqutinski belə çox vaxt onun bu sayaq tədbirlərindən narazı qalırdı.

A.Qriboyedov öz qeydlərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesində ciddi səhvlərə yol verdiyini Paskeviçə çatdıraraq yazırdı: 1. Ermənilərin əksər hissəsi müsəlmanların mülkədar torpaqlarında yerləşdirilmişdir. Bunu hələ yay mövsümündə etmək olardı. Müsəlman sahiblərinin əksər hissəsi yaylaq köçlərində idilər və yad dinli gəlmələrlə təmasda az olurdular.

2. Köçkünlərin tam yerləşdirilməsi üçün münasib yerlər ayrılmamış və heç bir hazırlıq görülməmişdir. Öz vaxtında hazırlıq tədbirləri unudulmuşdur. Belə səhvləri bu il aradan qaldırmaq artıq gecdir. Erməni köçkünləri haqlı olaraq narazılıq bildirən müsəlmanları sıxışdırırlar...

3. ... Sayca böyük olan bir əhalini yedizdirmək üçün taxıl alınmamışdır.Rus diplomatının qeydlərinə görə, ermənilərin Azərbaycan torpaqlarında

yerləşdirilməsinə rəhbərlik edən mayor Vladimirovun da kobud səhvləri olmuş və bunun nəticəsində bölgədə ciddi problemlər yaranmışdır. Onda vəziyyətdən çıxmaq üçün podpolkovnik Arqutinski və A.Qriboyedov yerli əhali olan Azərbaycan türklərini inandırmağa çalışırdılar ki, ermənilər bu torpaqlarda müvəqqəti yerləşdirilirlər və onların bu cür dözülməz yaşayışı uzun çəkməyəcəkdir.

Başqa imkanı və çıxış yolu olmayan sadəlövh yerli əhali rus diplomatına inanmaq məcburiyyətində idi. Amma tarix tezliklə A.Qriboyedovun yalançı olduğunu, Azərbaycan türklərini aldatdığını sübut etdi. Bir daha oxucuların diqqətinə Azərbaycanın parçalanmasında əsas rol oynamış müqavilələrə yönəltməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş olarıq. Bunlar bizim faciələr dolu dünənimizdir, tariximizin qanlı səhifələridir.

Azərbaycan tədqiqatçılarından heç kəs “Gülüstan” və “Türkmənçay” müqavilələrindən heç birinin əsillərini görməmişdir. Əlimizdə olan mətnlər sovet dövründə ruslar tərəfindən ciddi redaktə edilərək dərc edilmiş mətnlərdir.

1809-cu ildən demək olar ki, Rusiyanın rəsmi dövlət sənədlərində “Azərbaycan” məvhumunun işlənməsi nəinki qadağa qoyulmuşdu, Bu toponim bir etno-siyasi toponim kimi hətta ləğv edilmişdi. Daha sonralar isə xəritələrdən belə silindi.

1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Qədim Türk-Azərbaycan torpağı olan Türkmənçay kəndində bağlanan müqavilə Gülüstan müqaviləsinin qüvvədən düşməsinə səbəb oldu. Bununla da Güney Qafqaz Rusiyaya qəti şəkildə birləşdirildi, Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirdi, Azəbaycan – Qacar səltənəti üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyuldu. Türkmənçay müqaviləsi 1804-1813 və 1826-1828-ci illər Rusiya-Azərbaycan savaşına son qoysa da vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçaladı.

Page 42: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrində Qafqaz Azərbaycanının adı yox idi. Təkcə keçmiş xanlıqların adı qeyd olunmuşdur.

Qafqaz Azərbaycanının bu vəziyyəti 1918-ci il mayın sonlarına kimi davam etmişdi. Arazın quzeyində yerləşən Azərbaycan respublikasının ərazisinin sərhədləri üçün isə 1813-cü ildə tərtib olunmuş xəritə əsas götürülmüşdür. Tarixi Dərbənd şəhəri 1919-cu ildə Denikin qoşunları tərəfindən işğal olundu və bir daha təkrar etməyə dəyər ki, 1920-ci il dekabrın 1-də Moskvanın təzyiqi ilə torpaqlarımızın böyük bir hissəsi, Zəngəzur da daxil olmaqla ermənilərə “peşkəş” edildi.

O, zaman böyük həyacan və sevinclə Lenin qeyd edirdi ki, “Peterburqda atılan güllə səsinə Şərqdə ilk səs verən proletar Bakısı oldu”. Həqiqətdə isə “atılan gülləyə səs verənlər” Bakıda yaşayan ermənilərdən ibarət saxta bolşevik mafiyası və neft mədənlərində işləmək üçün bu şəhərə gəlmiş rus fəhlələrinin qurduğu azsaylı marksist dərnəklər idi. Tarix və keçdiyimiz yol göstərdi ki, ermənilərin siyasi məqsədi heç də Sovet hökuməti yox, bu ad altında Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq olmuşdur. Biz bunu sonradan bizə məlum olan bolşevik Şaumyanın tayqulaq Andronikə göndərdiyi təbrik məktubunda bir daha gördük. Şaumyan Andronikə Naxçıvanda “Sovet hökuməti” qurması ilə əlaqədar yazırdı: “Bizimlə birləşin və bir yerdə Qafqazda Azərbaycan torpaqlarında Ermənistan Sovet dövləti quraq”.

Bəli Andronik, Şaumyan və digər daşnakların məqsədi, heç də Azərbaycan milli varlığının azad inkişafını təmin edəcək müstəqil demokratik dövlət qurmaq deyil, əksinə erməni dövləti qurmaq idi. Bu azmış kimi sovet ideologiyası millətimizin təməlində dini, əxlaqi, mənəvi dəyərlərə müxtəlif damğalar vurmaqla milli-mənəvi, əxlaqi dəyərləri yaddaşlardan silməklə yeni adət-ənənə aşılamışdır. Etiraf etmək lazımdır ki, qısa bir zaman kəsiyində insanları ictimai bir əşyaya çevirməyi bacardı. Sovet idarə üsulu qoyduğu qadağalarla insanın daxili əxlaqını düşünülmüş çərçivəyə sala bildi. Mənəviyyatını, şüurunu zəhərlədi, bir sözlə insanı sosialist əmlakına çevirdi.

Bir daha qeyd etməyə dəyər ki, XVIII əsrin əvvəllərində Rusiya, Osmanlı və Azərbaycan səltənətləri arasında Güney Qafqaz uğrunda siyasi mübarizə kəskinləşmişdi. Əslində bu kəskinləşmə əsrin əvvəllərindən, yəni Qacarlardan çox-çox öncədən, son Səfəvi şahları dövründən hiss edilməkdə idi.

XVlll əsrin əvvəllərində Səfəvi hökumətinin idarəçiliyində olan Azərbaycan səltənəti ağır iqtisadi və siyasi böhran dövrünə qədəm qoymuşdu. Dövlət xəzinəsi o qədər boşalmışdı ki, Şah Sultan Hüseyn ata-babasının Ərdəbildəki məqbərəsində olan qızıl və gümüş əşyaları əritməyi və pul kəsməyi əmr etmişdi. Mərkəzi dövlətin zəifləməsindən istifadə edən bəzi bəylərbəyilər separatizmə meyl edirdilər. Separatizm meylləri əsasən Şirvanda, xüsusilə də sünni müsəlmanların əksəriyyətdə olduqları bölgələrdə, Car-Balakəndə, Qazi-Qumuqda (Dağıstanda), eləcə də Şəki-Zaqatala, Qazax-Ağstafa, Tiflis və İrəvan bölgələrində daha güclü hiss edilirdi. Bu bölgələrdə şiəliyin ələvilik qolunu dövlət siyasətinə çevirmiş Səfəvilərə qarşı tez-tez üsyanlar baş verirdi. Azərbaycan tarixşünaslıq elmi bu üsyanları sovet dövrünün konsepsiyasına uyğun olaraq, feodalizmə qarşı kəndli üsyanları kimi qələmə verir. Bu kökündən yanlış bir fikirdir. Üsyanların kökündə

Page 43: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

bu bölgələrin əhalisinin də bütün dünya müsəlmanları kimi Osmanlı sultanlarını xəlifə, yəni müsəlmanların dini rəhbəri kimi tanıması və ələviləri kafir hesab etmələri idi.

Məlumat üçün bildirək ki, şiə-ələvilər digər şiə məzhəbləri kimi xəlifəni dini rəhbər kimi tanımır və Xilafətə qarşı İmamət ideyasını irəli sürüdü. Elə bu da Azərbaycan səltənətini İslam dünyasından təcrid etməklə yanaşı, səltənətin sünni əhalisinin də daim üsyan etməsinə səbəb olurdu. Səfəvi hakimiyyətindən qurtulmaq üçün Osmanlı sultanına müraciət edən sünni müsəlmanlardan fərqli olaraq, yerli xristianlar (udinlər, gürcülər, ermənilər) da ruslara müraciət etməkdə, onları Qafqaza dəvət etməkdə idilər.

XVll-XVlll əsrlərdə Rusiya dövləti sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmlənmiş, onun beynəlxalq nüfuzu önəmli dərəcədə artmışdı. Bu dövlətin inkişaf etməkdə olan sənayesi Qafqazda, xüsusilə də Azərbaycanda istehsal edilən mallara böyük ehtiyac duyurdu. Fəqət Rusiyanın Qafqaza marağının yeganə səbəbi bu deyildi, həm də Səfəvilərin yeritdiyi məzhəbçilik siyasətindən cana doymuş bəzi sünni bölgələrin hakimlərinin Osmanlı Türkiyəsinə müraciət etməsi və Osmanlıları Şirvana dəvət etməsi idi. Bu hal Rusiyanı narahat etməyə bilməzdi.

1721-ci ildə İsveç üzərində qələbədən sonra 1722-ci ilin iyulunda l Pyotr böyük bir ordu və 274 gəmi ilə Həştərxandan Azərbaycanın Şirvan və Xəzəryanı bölgələri istiqamətində hərbi yürüşə başladı. Güney Qafqazın hüquqi cəhətdən Azərbaycan – Səfəvi dövlətinə tabe olmasına baxmayaraq, I Pyotr mərkəzi dövlətin zəifləməsindən istifadə edərək Azərbaycanın Xəzər sahili ərazisini zəbt etdi, XVIII əsrin 20-30-cu illərində Güney Qafqazın qalan hissəsi isə Osmanlı İmperiyasının, başqa sözlə İslam Xilafətinin tərkibinə keçdi. Öncə Nadir şah, daha sonrakı dövrdə isə Ağa Məhəmməd şah Qacar rusları Azərbaycan səltənətinin ərazisindən sıxışdırmağa nail olsalar da ruslar Qafqazı təkrar işğal edə bildilər, yəni rus işğalları Ağa Məhəmməd şah Qacarın ölümündən sonra da davam etdi və Abbas Mirzə Qacarın qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Azərbaycanın bir hissəsinin işğalı və iki yerə parçalanması ilə nəticələndi.

1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.

Türkmənçay müqaviləsinə görə Azərbaycan hökmdarı Fətəli şah Azərbaycanın şimal hissəsindən, o cümlədən Tiflis (Kartli – Kaxetiya), Qazi Qumuq (Güney Dağıstan), İrəvan və Qarabağ xanlıqlarından imtina etməli idi, lakin o, böyük çətinliklə də olsa, paytaxtı Təbrizə köçürməklə Azərbaycanın cənub hissəni əlində saxlaya bildi. Qafqazda vəziyyət həm də milli və dini dəyişikliklərə gətirib çıxartdı. Provoslavlar, yəni ruslar Qacarların hakimiyyəti altında olan torpaqlarda yaşayan erməniləri ruslar tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməklə Tiflis xanlığınn ərazisində Azərbaycan türklərinə məxsus torpaqları gürcü knyazları arasında bölüşdürməklə bərabər, həm də bir milyondan çox Azərbaycan türkünü Güney Azərbaycana və Türkiyəyə köçməyə məcbur etdi. Ermənilər isə onlara göstərilən himayədən bacarıqla istifadə edərək, Qərbi Azərbaycana, yəni əski İrəvan xanlığının ərazisinə (bugünkü Ermənistan),

Page 44: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Naxçıvana, Qarabağa və Yelizavetpol quberniyasına (əski Gəncə xanlığının ərazisinə) köçüb məskunlaşdılar.

Şərəfsiz rus siyasətinin səyi nəticəsində mühacirətin demək olar ki, 1-ci mərhələsi başa çatdıqda çar I Nikolay ermənilərin azlıq təşkil etməsinə baxmayaraq, İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına qondarma “Erməni vilayəti”nin yaradıldığını bildirdi.

Qeyd etmək lazımdır ki, XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində on altı xanlığın—xırda feodal dövlətinin (bura Qazi-Qumuq və Tiflis, yəni Kartli – Kaxetiya xanlqları da daxil edilməlidir, fəqət bu elmi ədəbiyyatda müəyyən siyasi məqsədlər üzündən həmin xanlıqlardan söz açılmır və xanlıqların sayı 14 kimi göstərilir) yaranması tariximizin maraqlı və ürəkağrıdan mərhələlərindən biridir.

XVlll əsr Azərbaycan tarixinin ən gərgin dövrlərindən biridir. Yuxarıda qeyd edildiyi kimi həmin əsrin 20-ci illərində səltənətin quzey bölgələrinin bir qismi ruslar tərəfindən, digər qismi isə Osmanlılar tərəfindən işğal edilmişdi. Bu azmış kimi, Ərəb İraqı da, Güney Azərbaycanın əksər əraziləri də Osmanlıların əlinə keçmişdi. Xorasanda özbək və əfqanlar ağalıq edirdilər. Səltənətin cənub bölgələri, o cümlədən Fars və İsfahan əyalətlərini isə əfqanlar zəbt etmişdi. Əfqanlarla yaxın qohum olan farslar əfqanların əlində olan torpaqlarda müstəqil İran dövlətinin yaradılmasına çalışır, bu istiqamətdə güclü təbliğat işi aparırdılar. Fəqət farsların şiə - cəfəri olmaları və əfqanların bütün şiələrə olduğu kimi farslara da ikrah hissi ilə yanaşması üzündən bu ideya özlərini İslam mücahidi sayan əfqanlara zərrə qədər də cəlbedici görünmürdü. Onlar da, özbəklər də formal da olsa, xəlifənin, yəni Osmanlı sultanının hakimiyyətini tanıyır, fəqət müstəqil siyasət aparırdılar. Azərbaycan səltənətinin varlığı de-fakto şübhə altına düşmüşdü.

Səfəvi hökmdarı Şah ll Təhmasib səltənətin taleyi barədə ciddi düşünmək məcburiyyətində idi. İşğalçılara qarşı bütün sadiq qüvvələri yumruq kimi birləşdirmək lazım idi. Belə bir vaxtda Xorasanda əfşar tayfasından Nadirqulu adlı bir müflisləşmiş bəy oğlunun başçılığı ilə özbək və əfqanlara qarşı xalq üsyanı başladı və üsyançılar tez bir zamanda Xorasanın bir qismini işğalçılardan azad etdilər.

Şah üsyançıların başçsına xan titulu verdi və onu Azərbaycan ordusunun əmiri, yəni baş komandanı təyin etdi. Bundan sonra Nadirqulu xan Əfşar kimi tanınmağa başlayan bu millət qəhrəmanı qısa bir zamanda nəinki bütün Xorasanı əfqanlardan azad etdi, hətta Heratı da ələ keçirməyi bacardı və Hind-Moğol imperatorluğu ilə ticarətin bərpasına imkan yaratdı. Bu möhtəşəm zəfər onun nüfuzunun artmasına səbəb oldu. O, bundan sonra işğal altında olan torpaqlarımızı azad etmək üçün qanlı müharibələrə başladı, əfqanları fars və İsfahandan qovdu, rusların Xəzəryanı sahillərin bir qismindən çıxmasını təmin etdi və Osmanlılarla döyüşlərdə bir çox qələbələrə imza atdı, fəqət Xorasanda çıxan üsyanı yatırmaq üçün üzünü Xorasana çevirməli oldu. O, Xorasanda ikən özbaşına qərarlar qəbul edib məğlubiyyətə uğrayan II Təhmasibin xəyanətkar müqavilələr imzaladığını eşitdi. Odur ki, geri dönüb 1732-ci ildə şahı taxtdan salıb onun 8 aylıq oğlu lll Abbası şah elan etdi və onun qəyyumu kimi, onun adından səltənəti faktiki olaraq özü idarə etməyə başladı. O, II Təhmasibin imzaladığı bütün müqavilələri ləğv

Page 45: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

edib Osmanlılardan işğal etdiyi bütün torpaqları azad etməyi tələb etdi. Qarşı tərəfin rədd cavabı yeni müharibəyə səbəb oldu.

Müharibənin ilk ayları Nadirqulu xan üçün uğursuz olsa da, 1733-cü ildə o, Osmanlıları Bağdad yaxınlığında böyük bir məğlubiyyətə uğratdı. Osmanlı komandanı Əhməd Paşa ilə Nadirqulu xan arasında sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Osmanlılar bir neçə il öncə imzalanmış Qəsri-Şirin müqaviləsində göstərilən sərhədlərə çəkilməli, Azərbaycanın işğal edilmiş ərazilərini azad etməli idi. Fəqət sultan bu müqaviləni təsdiq etmək istəmədi. Buna baxmayaraq, Azərbaycan ordusunun Şirvanda və Quzey Azərbaycann digər bölgələrində uğurlu əməliyyatlarından sonra həm Osmanlılar, həm də ruslar Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Rusiya və Azərbaycan imperatorluqları arasındakı sərhəd kimi Sulak çayı qəbul edildi.

1736-cı ildə Səfəvilərin sonuncu nümayəndəsi şah III Abbasın qəflətən vəfat etməsi Azərbaycan səltənətində hakimiyyət boşluğuna səbəb oldu. Vəziyyəti belə görən Nadirqulu xan bütün xanları Muğanda qədim türk adətincə Böyük Xalq Qurultayına çağırdı. Qurultay böyük səs çoxluğu ilə Nadirqulu xan Əfşarı Azərbaycan səltənətinin hökmdarı seçdi. O, Nadir şah adı altında Azərbaycanın imperatorluq taxtına oturdu. Qurultayda Nadirin əleyhinə çıxış edən xan ailələri, o cümlədən Ziyadoğlu-Qacar sülaləsindən olan Gəncə xan sülaləsi, 32 Kəbirli və Cavanşir tayfalarının başçıları ailələri ilə birlikdə Xorasana sürgün edildilər. Qazax və Borcalı əraziləri Gəncə xanlığından alınıb Azərbaycan səltənətinə və şəxsən Nadirə sədaqətlə xidmət edən Tiflis xanı İrakliyə verildi.

Azərbaycanı vahid inzibati ərazi halında birləşdirən və qardaşı İbrahim xanı Azərbaycan hakimi təyin edən, bununla da Azərbaycanı yenidən səltənətin siyasi mərkzi halına gətirən Nadir şah qısa bir müddətdə bütün Orta Asiya və Hindistanı fəth edərək böyük fateh kimi şöhrət qazandı. Onun dövründə Azərbaycan sələnətinin ərazisi tarixinin maksimum səviyyəsinə yetişdi. Fəqət bu hal uzun sürmədi. Nadirin ölümündən (1747-ci il) sonra feodal çəkişməlri nəticəsində nəinki səltənətin ərazisi, eləcə də Azərbaycanın özü çoxsaylı kiçik xanlıqlara parçalandı.

Bu xanlıqlar sırasında Qarabağ xanlığının təşəkkül tapması digər Azərbaycan xanlıqlarından fərqlənir. Əgər Azərbaycan xanlıqlarının demək olar ki, hamısı bu və ya digər qədim şəhərlər ətrafında yaransa da, Qarabağ xanlığının ilkin mərhələdə sabit siyasi və iqtisadi mərkəzi olmamışdır.

Qarabağ xanlığı 1747-1805-ci illərdə Azərbaycan səltənətində hakimiyyət uğrunda bir-biri il amansız mübarizə aparan Əfşarlara, Zəndilərə, Qacarlara və eləcə də Osmanlılara tabe olmadan separatist siyasət aparmış, müstəqilliyə can atmışdır. Bu xanlığın qurucusu Pənahəli xan özünün Çingiz xanın nəslindən olduğunu iddia edərək, Azərbaycan səltənətinə özünün başçılıq etməli olduğunu iddia edir və əslində onun siyasətini separatizmdən daha çox Azərbaycan səltənəti uğrunda Əfşarlar, Zəndilər və Qacarlarla rəqabət adlandırmaq daha doğru olar. Onun oğlu İbrahim Xəlil xanın dövrümdə Azərbaycanın bir çox xanları, o cümlədən Tiflis xanı İrakli xan onua Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdülər, Təbriz də ona boyun əymişdi.

Maraqlıdır ki, Azərbaycan səltənətini bərpa etməyə nail olan Azərbaycan şahı Ağa Məhəmməd Şah Qacar da həmlələri zamanı Qarabağ xanlığını və onun

Page 46: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

paytaxtı Şuşanı tuta bilməmiş, bir il sonra isə Şuşada öldürülmüşdü. Yalnız sonrakı Qacarlar dövründə Qarabağı ram etmək mümkün oldu. Bundan sonra Quba, Şəki və Tiflis xanlıqları kimi separatist siyasət yeridən və faktiki olaraq xəyanətkar mövqe tutan Qarabağ xanı 1805-ci ildən etibarən Rusiya dövlətinin tabeliyinə keçmiş və Azərbaycanın faciələr dolu yeni tarixinin əsasını qoyanlardan biri olmuşdur. 1822-ci ilə kimi daxili muxtariyyatı qalmaqla, digər xanlıqlarından fərqli olaraq, Qarabağ xanlığının tarixinə, nə az, nə çox yeddi əsər-səlnamə həsr olunmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi tarixi sənədlərin heç birində nə Qarabağda ermənilərin yaşaması haqqında, nə də ki, onların Rusiyanın tabeliyinə keçməsi haqqında heç nə deyilmir və sənədlərdə öz əksini tapmamışdır...

Beləliklə Rusiyanın özünü Qafqazda möhkəmləndirmək siyasəti nəticəsində ermənilər Azərbaycan torpaqlarında yerləşdirilməklə onun daimi sakinlərinə çevrildilər. Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şamaxı, Bakı mahallarında məskunlaşdırılmış ermənilər Azərbaycan torpaqlarında ev-eşik qurdular, Çar Rusiyasının yerli dövlət idarələrində işlə təmin olundular. Zaman-zaman cürbəcür əyri yollarla və rusların dəstəyi ilə Azərbaycan torpaqlarında çoxlu var-dövlət əldə edən ermənilər tədricən Bakının neftlə zəngin olan topaqlarına da sahib çıxdılar. Nəticədə, Azərbaycanın neft sənayesində erməni milyonçuları – Lianozov, Mantaşev, Qukasov, Tumayev və başqaları böyük nüfuz sahibi kimi formalaşdılar. Onlar əldə etdikləri var-dövlətin böyük bir hissəsini ermənilərin millətçi-şovinist partiyası olan “Daşnaksütun”un sıralarının möhkəmlənməsinə və fəaliyyətinin genişlənməsinə sərf edirdilər.

Bakı milyonerləri hesabına varlanmış daşnaklarla erməni sosial-demokratları birləşərək, Azərbaycan türklərinə qarşı ağlasığılmaz vəhşiliklər törətməyə başladılar. Azərbaycanın bütün ərazisi boyunca, xüsusən Bakıda və Şamaxıda ermənilər millətimizə qan uddurdular və ona qarşı əsil soyqırımı həyata keçirdilər.

1917-ci ilin oktyabrında baş vermiş Sosialist İnqilabı nəticəsində Rusiyada hakimiyyət, Lenin başda olmaqla, bolşeviklərin əlinə keçdi. Bakıda isə hakimiyyəti daşnak Şaumyanın rəhbərliyi altında “Bakı kommunası” zəbt etdi.

Birinci Dünya savaşı, daxildə gedən milli azadlıq mübarizəsi və vətəndaş müharibələri nəticəsində zəifləyən Rusiya İmperiyasının ərazisində milli dövlətlər yaranmağa başlandı. Belə dövlət qurumlarından biri, mərkəzi Tiflis şəhəri olan Qafqaz Respublikası Seymi idi. Lakin bu respublikanın ömrü uzun sürmədi. Belə ki, 1918-ci ilin may ayının 26-da həmin Seymin varlığına son qoyuldu. Elə həmin gün gürcü menşevikləri tərəfindən Gürcüstan Respublikası elan olundu.

İki gün sonra, 1918-ci il mayın 28-də isə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması elan edildi. Ərazisi 114 min kv. km olan bu yeni dövlətin ilk müvəqqəti paytaxtı Gəncə şəhəri oldu və Azərbaycan Hökuməti burada yerləşdirildi.

1918-ci il mayın 28-də daşnaklar da Ermənistan Respublikasının yaradılmasını elan etdilər. Lakin bu dövlətin ərazisi olduqca kiçik idi. Ona görə də, Gürcüstan hökumətinin xahişi ilə Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbərləri İrəvan şəhərini paytaxt olaraq Ermənistana verdilər. Bu xeyirxahlığın

Page 47: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

əvəzində Ermənistan elə ertəsi gün rusların köməyi ilə Azərbaycana və Gürcüstana qarşı müharibəyə başladı.

Bundan başqa, 1918-ci il dekabrın 1-də Qarsda yerləşən Azərbaycan Milli Şurası Cənubi-Qərbi Qafqaz Demokratik Cümhuriyyətinin yaranmasını elan etdi. Tarixdə eyni vaxtda yaradılmış ikinci Azərbaycan dövlətinin ərazisinə Qars, Batum vilayətləri, Axalsıq, Axalkələk, Naxçıvan, Şərur, Sürməli əraziləri, İrəvan mahalının Göyçə gölündən başlanan cənub-qərb rayonları daxil idi. Qara dənizə çıxışı olan bu cümhuriyyət coğrafi baxımdan olduqca əlverişli ərazidə yerləşirdi. Təəssüf ki, bu cümhuriyyətin mövcudluğu uzun sürmədi. Belə ki, erməni daşnaqları və gürcü menşeviklərinin təkidilə ingilis hərbi qüvvələrinin apardıqları əməliyyat nəticəsində 1919-cu ilin 12 aprelində, yəni 133 gün ömür sürdükdən sonra Cənubi-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ləğv edildi. Azərbaycan Demokratik Cümhuriyyəti bütün səylərinə baxmayaraq, bu dövlətin köməyinə gələ bilmədi. Qafqazdakı ingilis qoşunlarinin komandanı general Tomsonun göstərişi ilə 65 deputatı olan Parlament, onun sədri Əsədbəy Hacıyev və Nazirlər Şurasının sədri İbrahimbəy Cahangirov başda olmaqla, milli hökumətin bütün üzvləri həbs edilərək, Malta adasına sürgün edildilər.

Azərbaycan Demokratik Cümhuriyyəti isə cəmi 701 gün, başqa sözlə, 23 ay ömür sürdükdən sonra, yəni 28 aprel 1920-ci ildə Sovet Rusiyasının XI Qırmızı Ordusunun Azərbaycanı işğal etməsi nəticəsində süqut etdi. Yerli bolşeviklərin və milli satqınların xəyanəti nəticəsində Azərbaycan Demokratik Cümhuriyyəti öz yerini Rusiyanın oyuncağı olan Azərbaycan Sovet Sosialist Respublikasına verdi. Beləliklə də, Demokratik Respublika quruluşuna yenicə qədəm qoyan, müstəqil milli dövlətçilik ənənələrini bərpa etmək sahəsində ilk addımlarını atan Azərbaycan tarixi inkişaf yolundan büdrədi.

1920-ci ildə rus ordusu tərəfindən Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğradıqdan, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin növbəti məkrli niyyəti baş qaldırdı. Rus bolşeviklərilə birgə işləyən erməni daşnakları öz hakimiyyətlərindən istifadə edərək, qədim Azərbaycan torpaqlarında-İrəvanda, Zəngəzurda, Göyçədə öz dövlətlərini quran ermənilər, sonradan Naxçıvan və Qarabağ iddiasına düşdülər. Türkiyə Cümhuriyyətinin başçısı Mustafa Kamal Atatürk paşanın Azərbaycanda baş verən hadisələrə müdaxiləsindən sonra, Sovet dövlətinin rəhbəri V.İ.Leninlə aparılan danışıqlar nəticəsində Naxçıvan problemi aradan götürüldü. Lakin Qarabağ iddiasından əl çəkməyən ermənilər hər vasitə ilə bu torpağı Ermənistanın tərkibinə qatmağa çalışırdılar. Nəhayət, Azərbaycan türklərinin Qarabağ məsələsində qətiyyətini görən Moskva, DQMV-ni təsis etdi və ona Azərbaycan daxilində mədəni muxtariyyət verdi

Sovet rəhbərliyində hər cür alçaq əməllərə gedərək mühüm postlar tutan erməni daşnakları bundan sonra Azərbaycan türklərinə qarşı məkrli niyyətlərini müntəzəm olaraq davam etdirdilər. Xalqın əsil türk adının dəyişdirilib azərbaycanlı adlandırılması, 1930-cu illər repressiyalarında panturkist damğası ilə görkəmli ziyalılarımızın məhv edilməsi və sair bu kimi qəddar əməllər də, bilavasitə həm Moskvada, həm də Bakıda mühüm dövlət postlarını tutmuş erməni daşnaklarının iyrənc siyasətinin nəticəsi idi. İkinci Dünya Müharibəsindən az sonra —1947-ci

Page 48: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

ildə Stalinin bir imzası ilə 150 min Azərbaycan türkünün indi Ermənistan adlandırılan dədə-baba torpaqlarından qovulması- erməni daşnaklarının rus ağalarının köməyi ilə həyata keçirdiyi məqsədyönlü iyrənc siyasətin nəticəsi idi. 1968-ci ildə Şuşada bir neçə azəri türkünün ermənilər tərəfindən yandırılması ilə növbəti qarşıdurma yarandı. O zaman bu hadisənin böyüməsinin qarşısı alındı və ermənilərin növbəti iyrənc niyyətlərini beşikdəcə boğuldu.

70 ildən artıq ömür sürən Sovet totalitar rejimi dövründə Azərbaycan xalqına qarşı əsil soyqırım siyasəti aparılırdı. Bu dövrdə xalqımızın minlərlə ziyalısı güllələnmiş, bir milyondan artiq oğul və qızının var-yoxu əlindən alınmış və özləri isə Qazaxıstanın, Orta Asiyanın ilan mələyən çöllərinə, Uzaq Sibirin soyuq tayqalarına gedər–gəlməz meşələrinə sürgün olunaraq məhv edildi. Bu illərdə, ilk növbədə, xalqımızın tanınmış dövlət və ictimai xadimləri, alimləri, şair və yazıçıları, maarifçiləri, həkimləri, mühəndis və texnikləri, hərbi mütəxəssisləri, din xadimləri, bir sözlə düşünən beyinləri planlı şəkildə ölümə məhkum edilirdilər. Solovkidən tutmuş Qazaxıstan və Maqadana kimi uzanan yollarda Azərbaycanin minlərlə oğul və qızı sürgündə, ölüm düşərgələrində dözülməz həyat şəraiti və işgəncələr məngənəsində məhv edildi və cəsədləri yad torpaqlarda ümumi, adsız qəbrlərdə dəfn olundu. Sovet dövləti ərazisində yaşayan xalqlarin tarixinə qara səhifə kimi daxil olan 1937-ci ilin qanlı repressiyalari, əslində Azərbaycan türkləri üçün çox-çox əvvəl başlamış və ondan sonrada on illərlə davam etmişdir. Mikayıl Müşviq, Hüseyn Cavid, Ruhulla Axundov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Salman Mümtaz, Bəkir Çobanzadə və adlarını sadalamadığımız yüzlərlə, minlərlə vətənpərvər ziyalılarımız totalitar kommunist rejiminin qurbanı oldular.

İkinci Dünya Müharibəsində yüz minlərlə azəri oğul və qızları həlak oldu, hələ bu azmış kimi, bu müharibədə əsir düşmüş yüz minlərlə soydaşımız müharibədən sonra, onun ağrı-acısını müxtəlif səbəblər ucbatından sərt hərbi düşərgələrdə dadmaqda davam etməyə məhkum olundular.

Xalqımıza qarşı sovet dövləti səviyyəsində tətbiq olunan bu amansız terror aktlarında erməni daşnaklarının mühüm rolu olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra partiya təşkilatlarında, ictimai və dövlət orqanlarında, idarəçilik qurumlarında sanballı vəzifələrə soxulan məkrli ermənilər kommunist maskası altında uzun illər öz iyrənc daşnak əməllərini həyata keçirməyə başladılar. Sovet hakimiyyəti illərində İttifaqın, demək olar ki, hər yerində erməni daşnak proqramına əsasən, türk və müsəlman xalqlarına qarşı qəddar, qanlı terror aktları aparıldı. Bu terror aktları Sovet quruluşunu qorumaq, möhkəmləndirmək pərdəsi altında həyata keçirilirdi. Ermənilər öz üzdəniraq siyasətlərini həyata keçirmək üçün milliyyətcə Azərbaycan türkü olan Azərbaycan rəhbərlərindən də məharətlə istifadə edirdilər. Tutduqları vəzifələri itirməkdən qorxan həmin üzdəniraq “milli rəhbərlər” erməni hiyləsinə uyaraq, beynəlmiləlçilik bayrağı altında öz millətinin məhv edilməsində fəal iştirak edirdilər. Onlar millətçilik damğasından qorxaraq, hətta cinayət törədən ermənilərə belə toxunmur, əksinə ermənilərə havadarlıq edirdilər. Uzun müddət öz manqurtlarımızın əli ilə başımızı kəsənlər, sonralar onları da bir cinayətkar kimi aradan götürərək, xalqımızı inandırmağa çalışırdılar ki, guya, bizə qarşı

Page 49: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

törədilən vəhşiliklər ancaq özümüzünkülərin əli ilə törədilib. Bir sözlə, Azərbaycan xalqının soyqırımı planlı surətdə həyata keçirilirdi, öz əlimizlə özümüzü qırır, başımıza olmazın oyunlar açırdılırdı. Sovet hakimiyyəti illərində zaman-zaman Azərbaycan və Məhsəti türkləri Ermənistan və Gürcüstandakı öz tarixi torpaqlarından qovulur, sürgün edilirdilər. Umumiyyətlə, totalitar Sovet rejimi dövründə İrəvan mahalından, Gürcüstanın Türkiyə ilə sərhəd rayonlarından, Borçalıdan bir milyondan artıq soydaşımız məcburən Azərbaycanın Aran torpaqlarına və Orta Asiyanın, Qazaxıstanın şoran çöllərinə köçürülürdülər. Yad iqlimə uyğunlaşa bilməyən, vətən həsrətinə dözməyən və verilən işgəncələrə tab gətirməyənlərin yarısından çoxu elə yollardaca həlak olurdular...

Azərbaycan bu gün dünyada azsaylı dövlətlərdəndir ki, onun torpaqları vahid dövlət, vahid ölkə təşkil etmir. Gec də olsa, İkinci Dünya Müharibəsinin acı nəticələrinə gorə iki hissəyə bölünmüş Almaniya birləşdi. İki hissəyə parçalanmış Vyetnam vahid dövlət elan edildi. Koreya dövləti ikiyə bölünsə də, hər halda hər ikisi Koreyadır.

Azərbaycanın torpaqları zaman-zaman müxtəlif dövlətlər tərəfindən işğal olunaraq mənimsənilmiş, o ərazilərdə yaşayan soydaşlarımıza öz ana dilindən rəsmən istifadə etmələrinə, tarixinin tam, düzgün öyrənilməsinə imkan verilməmişdir. Milli sərvətlərimiz, mədəni abidələrimiz məhv edilmiş, qiymətli mədəniyyət nümunələrimiz qonşu xalqlar tərəfindən oğurlanaraq onların milli sərvətinə çevrilmişdir. Təəssüflə qeyd edim ki, ana dilimizin bu gün də vahid adı yoxdur. İranda, Türkiyədə yaşayan soydaşlarımız özlərini türk, dillərini də türk dili adlandırırlar. Ümumiyyətlə, dünyanın yüzdən artıq ölkəsində yaşayan qardaş və bacılarımız özlərini türk olaraq tanıyırlar. Lakin Azərbaycanın quzeyində və keçmiş SSRİ ərazilərində yaşayan soydaşlarımız milliyətlərini azərbaycanlı, dillərini isə Azərbaycan dili adlandırmağa məcbur edilmişlər və bu gün də qəti qərara gələ bilmirlər. Hətta soyadlarını türkləşdirib, milliləşdirmək çoxlarının yadına belə düşmür. Maraq üçün qeyd edim ki, adətən torpaq, yurd orada yaşayan millətin adı ilə adlanır. Məsələn, gürcü və gürcülərin yaşadığı Gürcüstan, Latış – Latviya, rus – Rusiya, alman – Almaniya, özbək – Özbəkistan və s. O yerlərdə ki, xalq torpağın, coğrafi məkanın adı ilə adlanır, onda o xalqa köklü, yerli yox, gəlmə xalq deyirlər. Məsələn Peru – perulu, Meksika – meksikalı, Amerika – amerikalı, Kanada – kanadalı və s. Bu da onu göstərir ki, həmin xalqlar o yerlərə dünyanın müxtəlif ölkələrindən köçüb gəlmişlər. Düşmənlərimiz bizim də köklü xalq olduğumuzu unutdurmaq, Azərbaycana haradansa köçüb gəldiyimizi yalandan “sübut etmək” üçün bizi azərbaycanlı adlandırırlar. Bu millətə, onun soy-kökünə edilən ən böyük qəsddir. Buna görə də, daim təzyiqlər altında yaşamış, mənəvi sarsıntılarla üzləşmişik.

Baxın, Azərbaycanın torpaqları müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlərin tərkibinə daxil edilmişdir. İndiki Azərbaycan Respublikasını ərazisindən dəfələrlə böyük olan Güney Azərbaycanı farsların hakimiyyəti altındadır. İrəvan və Zəngəzur mahalları ərazisində Rus İmperiyasının köməyi sayəsində Ermənistan dövləti yaradılmış və bu gün orada bir nəfər də soydaşımız qalmamışdır. Tiflis və Borçalı mahalı Gürcüstanın tərkibinə daxil edilmişdir.

Page 50: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bu mahalda yaşayan Azərbaycan türkləri ayrı-ayrı vaxtlarda təzyiqlərə məruz qalsalar da, doğma yurdlarını tərk etməmiş, əzab-əziyyətlərə dözmüşlər. İndinin özündə də burada xeyli Azərbaycan türkü yaşayır. Bundan başqa, Rusiyanın Dağıstan vilayətində yerləşən Dərbənd, Türkiyə Respublikasının Qars-Ərzurum, Anadolu, İqdir vilayətlərində Azərbaycan türkləri bir toplum halında yaşamaqdadırlar.

Müxtəlif hadisələrlə əlaqədar olaraq dünyanın yüzdən artıq ölkəsinə yayılan Azərbaycan türklərinin Azərbaycan adlı bir vətəni var. Və bu vətən vahid Türk dünyasının bir parçasıdır...

Hələ 60-cı illərdə bizə aydın idi ki, ermənilər böyük dövlətlərin köməyi ilə Bakıya, Şəkiyə, Naxçıvana, bütünlüklə Dağlıq və Aran Qarabağa ərazi iddiasındadırlar. O dövrdə ermənilərin bu istiqamətdə Moskvada, Leninqradda, İrəvanda, müxtəlif müəlliflər tərəfindən böhtan və qərəz dolu kitabları çıxırdı. Bunlara qarşı etiraz isə SSRİ DTK-sı tərəfindən yaxşı qarşılanmırdı. Və belə şəxslər haqqında qonşulardan, iş yoldaşlarından müəyyən məlumatlar toplanılırdı. Beləliklə, SSRİ tərkibində olan, o vaxt əhalisi 2,5 milyona çatan sovet Ermənistanı ərazilərini getdikcə artırmaq və sovet ordusunda yüksək rütbəli zabitlər yerləşdirmək siyasəti yürütməyə başlayırlar. O vaxt əhalisi 7 mln olan Azərbaycan isə ittifaq dövlətinin ayrı seçkiliyinin nəticəsində Sovet İttifaqına 4-5 general verə bilmişdir. Bu dövrdə Azərbaycanın ərazisi 94 min kv. km-dən azalaraq 86,4 kv. km-ə endirildi. İrəvan, Göyçə, Zəngəzur, Vedibasar, torpaqlarını erməniləşdirirlər. Rus imperiyasının biləvasitə Azərbaycanın qanına susamış düşməni hər tərəfli böyüyür. Bu düşmən iqdisadi əməkdaşlıq, milli həmrəylik, beynəlmiləlçilik şuarları altında güc və qüvvə toplayırdı. O dövrdə Azərbaycan və Ermənistanın qardaşlığı haqqında yazılan kitablar, aparılan işlər ərzində ermənilərin İrəvanda, Vedibasarda, Naxçıvanda, Bakıda, Şamaxıda, Qubada 100-minlərlə azərbaycanlını və digər millətlərin nümayəndələrini amansızcasına qırması məhz Sovet dövlətinin ciddi cəhdləri nəticəsində yaddan çıxarıldı. Bu hadisələri yada salanlar isə geridə qalmış, köhnəliyin qalığı millətçi kimi damğalanır, DTK-nın xüsusi nəzarət zonasında saxlanılırdı.

Bu dövrdə isə istər sovet Ermənistanında, istərsə xarıcı ölkələrdə, istərsə də ittifaq dövlətlərində erməni millətçiliyinə qida verən təbliğat-təşviqat işi daha da genişləndirildi. Misal üçün 26 Bakı Komisarı deyilən bədnam qrumda cəmi 2 Azərbaycanlı Komisar, 8 erməni komisarı var idi. Yerdə qalanlar digər millətlərin nümayəndələri idi. Və bu “şanlı” Bakı komissarları haqqında nədənsə düz Bakının mərkəzində sanki 1918-ci ildə 12 min bakılını qırdığına görə parkda abidə ucaldılmışdı. Bütün bunların başında isə Azərbaycanı özündən əbədi asılı etmək istəyən rus millətçiləri ilə yanaşı başqa qüvvələr də edirdi. Anastasi Mikoyan, Marşal Qəribvonyan, Marşal Baqramyan, Marşal Babacanyan və başqaları Zəngəzurda, İrəvanda azərbaycanlı qadınlarının qarınlarını diri-diri yardıran, körpə uşaqlarının gözü qarşısında ata-analarının başlarını kəsdirən yüzlərlə azərbaycanlını məsçidlərə dolduran yandırtdıran Androniki milli qəhrəman elan etmiş, ona abidə qoydurmuşdular”.

AZƏRBAYCAN VƏ ERMƏNİ PROBLEMİ

Page 51: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Nəsir bəyin tarixən Azərbaycan xalqına qarşı xəyanətkar mövqe tutmuş ermənilərlə bağlı maraqlı fikirləri var. Nəsir bəy deyir: “Ümumiyyətlə, antropoloji tarixdə erməni adlı millət və ya xalq yoxdur. Onlar haydırlar və tarix boyu özləri özlərinə “hay” demişlər. Ərməni sözünün erməniyə aidiyyatı yoxdur. Bu adı son vaxtlar qərb dünyası verib haylara. Ermənilərin bir millət kimi etnik və antropoloji baxımdan tam və inandırıcı təsnifatı yoxdur. Bunu dünyanın bir neçə məşhur alimləri də təsdiqləmişdir.

Antropoloji nöqteyi-nəzərdən ermənilərin (hayların) əksəriyyəti braxisefal, yəni qısaboyunlu və yastıbaşdırlar. Bu cəhətdən Şantrın, Erketrin və başqalarının tədqiqatlarından aydın olur ki, onlar daha çox xaldey aysorlara yaxındır. Onların mənşəyi müəmmalıdır və az öyrənilmişdir.

J.Doniker: “Ermənilər müxtəlif ünsürlərdən təşkil olunmuş qarışıq bir irqə məxsusdurlar. Boyları 163-169 sm arasında, yastıbaşlı, 85-87 baş ölçülü, irqləri hindu, əfqan, aysor və türk irqlərindən yaranmışdır”.

Doğrudan da, antropoloji cəhətdən başlarının eni uzunundan artıqdır, qısabaşlıdırlar. Bu cəhətdən dağ yəhudilərinə və assuriyalılara daha çox oxşayırlar.

N.Kassoviç qan qrupları və antropoloji cəhətdən “erməni irqi təmiz (yekcins) bir irq deyildir” fikrini soyləmişdir.

Rusiyanın Qafqazdakı nümayəndəsi Veliçko 1904-cü ildə nəşr olunmuş “Qafqaz” əsərində yazır ki, “Qarabağın (Albaniya və Aqvaniya) düzgün olmayan (keçmişə aid) erməni adlandırılan və xristian dininə itaət edən əhalisi dağlı və türk tayfalarından törəmiş və üç-dörd əsr bundan əvvəl erməniləşmişdir”. Həmçinin tarix-arxeologiya sahəsində ermənilərin Azərbaycanı və eyni zamanda gürcüləri vicdansızlıqla qarət etmələri haqqında da məlumat vermişdir: abidələr üzərində gürcü yazılarını pozur, qədim provaslavların məbəd və kilsələrini ələ keçirir, tarixi uydurmalar həkk edir, hər bir daşın gürcü çarlığının keçmişindən xəbər verdiyi yerləri erməni torpaqları kimi qələmə verirdilər.

F.Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində yazır ki, “Ermənistanda Anaitis hisrodulları ilk fahişələr idi”. Daha ətraflı deyiminə görə, “Erməni qul və kənizləri, Korinfdə Afrodita kənizləri, habelə Hindistanın məbədlərində xidmət edən dini rəqqasələr ilk fahişələr idi”. Bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, ermənilərlə qonşu olan osmanlı türkləri, Azərbaycan türkləri, farslar, ərəblər və gürcülər erməni qadınları ilə istədikləri vaxt yaxınlıq etmiş və beləliklə də, onların qanlarında dəyişiklik etmişlər. Zaman-zaman qorxaq ermənilər içərisindən cəsur adamların çıxması da bununla izah oluna bilər.

Aleksandr Puşkinin bu xalq haqqında formulası da çox dəqiqdir: “Sən qorxaqsan, sən köləsən, sən ermənisən!”.

Fransız səyyahı Qraf de-Şole ermənilər haqqında yazırdı: “Onların haramzadalığı elə mənfur alçaqlıq, elə hərarətli əclaflıq, elə dəhşətli hiddət doğurandır ki, mənim onlarla heç vaxt yaxınlığım olmamışdır”.

Alman səyyahı Alfred Kerte özünün “Anadolu eskizlərində” yazır ki, “bu əyalətlərdə xalqla təmasda olan hər bir adam türklərə hörmət və məhəbbət bəslər, yunanları ləyaqətsiz sanar, ermənilərə isə nifrət edər və ikrah hissi ilə yanaşar...”.

Page 52: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bu deyim “Bir yunan iki yəhudini, bir erməni isə iki yunanı aldada bilər” zərb məsələsi ilə hər vaxt özünü doğruldur.

“Anadolunun hər hansı bir yerində səni aldadıblarsa, bilin ki, siz erməniyə rast gəlmisiniz”. Eyni zamanda, qeydlərinin birində A.Kerte demişdir ki, “...ermənilərlə yazılı surətdə də heç bir iş görmərəm, ona görə ki, onların yalançılığı, fitnə və fəsadları, hətta yazılı şərti də poza bilər”.

İsveçrə şərqşünası Adam Metsin fikrincə “Dərisi ağ qulların ən pisi ermənidir. Abır-həyaları yoxdur, oğurluqları məşhurdur, ermənilər ancaq dəyənək və qorxu altında yaxşı işləyirlər”.

Tasit ermənilər haqda yazırdı: “Bu xalq əzəldən həm xasiyyətinə, həm də təbiətinə görə həqiqətən ikiüzlü olmuşdur və daima romalılara münasibətdə nifrət, parfiyalılara münasibətdə isə həsəd hissindən partlayıb dağılır”.

Böyük fransız yazıçısı və səyyahı Aleksandr Düma ermənilər haqqında bunları söyləmişdir. “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə, öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”.

Hitlerin sözləri ilə daha gözəl vurğulasaq, “Bic və qantökən millət olan ermənilər yazıq, fağır bir xalq kimi dünyaya təqdim olunur”.

Vinkler, Karl Hibur və Henrix Şurs “Ümumdünya tarixi” əsərində yazırlar ki, erməni xalqı özünün “riyakarlığı, hiyləgərliyi” ilə fərqlənir, “çürütmə fermenti” olub “təhlükəli və tüfeyli kimi hər sağlam bədəni üzür, dağıdır” və “alverçi fırıldaqlığı əsrlər boyu inkişaf edən, vücudunda inkaretmə və spektizm kimi dağıdıcı qüvvələrin fəaliyyət göstərdiyi yəhudi tayfası ilə öz xarakterinə görə, maraqlı və ibrətamiz xarakter təşkil edir”. Rusiya imperiyasının Ərzurumdakı Baş konsulu general Mayevski 1902-ci ildə “Erməni genosidi” əsərində yazır ki, “türkləri hər cür vəhşilikdə nə cür təqsirləndirirlər, mən yalnız onu deyə bilərəm ki, ermənilərlə müsəlmanlar arasında Türkiyənin müxtəlif şəhərlərində baş vermiş toqquşmalar haqqında şəxsən mənə məlum olanlar, məni belə bir əqidəyə gətirir ki, bu qanlı işlər hər yerdə məhz ermənilərin öz təşəbbüsü ilə başlanıb”.

Daha sonra o qeyd edib ki, “Onların (yəni ermənilərin-müəlliflər) dinc, silahsız, zavallı müsəlmanları soyuqqanlıqla öldürmələri haqda məndə təkzibedilməz sübutlar vardır”. “Onların yazdıqlarında həqiqət yoxdur, ona görə ki, erməni müəllifləri ondan bilə-bilə yayınırlar. Onlarda hər şey faktların şişirdilməsi üzərində qurulmuşdur. Onların bütün fəaliyyəti ermənilərə rəğbət, türklərə isə nifrət yaradan uydurmalar üzərində qurulmuşdur”.

Mayevski həmin əsərin 28-ci səhifəsində yazırdı: “Ermənilərin xalq qəhrəmanları haqqında nə məlumdur? Hanı onların azadlıq uğrunda mübarizələrinin adı? Onlar yoxdur. Nə üçün? Çünki bu mübarizlər öz xalqı üçün xilaskardan çox cəllad rolu oynamışlar. Erməni quldur dəstələri adətən qarışıqlıq, qırğın salır, sonra isə aradan çıxırdılar... Silahsız erməni kütlələri isə sonradan öz qanı və əmlakı ilə öz silahlı qardaşlarının “qəhrəmanlıqlarının” əvəzini verməli idilər”.

Karl Marks Libknextə məktubunda yazırdı: “Biz qətiyyətlə türklərin tərəfində dururuq, çünki biz türk kəndlilərini, başqa sözlə türk xalq kütləsini ətraflı

Page 53: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

öyrənmişik, onun simasında Avropada kəndlilərin ən işgüzar və mənəvi keyfiyyətlərə malik nümayəndələrindən birini görürük”.

Ermənilərin “azadlıq fədaisi” hesab olunan Nalbandyanın 1988-ci ildə erməni gənclərinə türklər haqqında belə bir öyüdü var: “Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsən, eybi yoxdur, ilandır. Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqın düşmənisən, sən erməni deyilsən..”.

Silva Kaputikyan: –“Erməni uşağının beşikdə qulağına pıçıldamaq lazımdır ki, ey Tiqran, sənin bir nomrəli düşmənin türkdür” – fikrini söyləmişdir.

Böyük alman filosofu Hegel göstərir ki, ilk başlanğıc tarixi heç vaxt öz sübutunu itirmir. Reflektiv olan erməni tarixi isə nəinki digər xalqların tarixçilərinin dodağında, hətta saxta tarix yaradan erməni alimlərinin də dodağında “gülünc” vəziyyət yaradır. Bəs onda belə bir sual doğur; ermənilərin kimliyi haqqında həqiqətlər hansılardır?

Erməni akademiki M.Ağanbekyan “erməni dili hibrid (calaq) dildir, o biri yandan erməni qəbiləsi də hibriddir. Urartu və başqa qonşulardan assimilyasiya olmuşlar ”.

Akademik B.Piotrovski isə S.Ayvazyanın savadsızlığının səviyyəsini göstərir və onu elmi vicdansızlıqla təqsirləndirir, “konsepsiyanın cəfəngiyat olduğunu sübut edir”. B.Piotrovski yazırdı: “Təəccüblü təkcə Ayvazyanın hipotezlərinin genişliyi deyil, həm də savadsızlığı ilə seçilən bu cədvəlin “Komsomolets” qəzeti tərəfindən çap olunması, “Hayk yazısı” nəzəriyyəsinin “Qarun” jurnalı tərəfindən müdafiə edilməsidir”.

Erməni varlıları, xüsusən də, məşhur “neftxudalar” pul hesabına hər cür iyrəncliklərə əl ataraq, erməni “tarixinin” yaradılmasında yaxından iştirak edirdilər, eyni zamanda muzdla tutulmuş elmi qüvvələr cəlb etməkdən çəkinmirdilər. Onların rus ədəbiyyatında ilk elmi nökəri Baron Brambeus təxəllüslü şərq dilləri professoru Osip İvanoviç Senkovski olmuşdur. O, yazırdı: “VI Vaxtanqa qədər gürcülərin salnaməsi olmamış, miladın XII əsrinə qədər, hətta gürcülərin özləri belə mövcud olmamışdır. İber adı altında dağlı tayfaları mövcud olub. Kürün o tayında, indi Tiflis və Gürcüstanın yerləşdiyi məkan qədimdən ermənilərə məxsus olub və burada ermənilər yaşamışlar...”

Erməni tarixçiləri N.Emin, Xudobaşov və Yeritsov tarixi faktlara zidd olaraq, öz fəaliyyətlərini davam etdirirdilər. Bax, budur erməni riyakarlığı, erməni xisləti!

Yuxarıda qeyd etdiyimiz kimi, ermənilər özlərini hay adlandrırlar. Bu barədə Firudin Ağasıoğlunun “Azər xalqı” adlı kitabında yazdığına görə, əsl soy adları olan hay etnonimi bugünkü ermənilərin öz içində yaşadığı halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik. Ancaq erməni etnonimi ilk dönəmlərdə haylara deyil, tamam başqa dil və mədəniyyətə malik bir türk boyuna aid olmuşdur. Haylar Ərməniyyə (Armeniya, keçmiş Urartu. Van gölü və ətrafı – M.Ə) ölkəsinə gələndən xeyli sonra, xüsusilə xristianlığın qəbulundan sonra, ətraf bölgələrə yayıldıqca, bu ad onlara şamil edilməyə başlanmışdır. Haylar özlərindən əvvəlki xalqın, yəni türk – ermənilərin adların mənimsədikləri kimi, əlifba düzəldib özlərinə tarix yazarkən də onların tarixlərini mənimsəmişlər.

Page 54: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Firudin Ağasıoğlunun fikrincə, bu səbəbdən də “erməni” adının mənşəyindən söz açarkən, vacib şərtlərdən biri gerçək türk – erməniləri, psevdoermənilərdən, yəni hay-ermənilərdən fərqləndirməkdir:

“ Özünə hay deyən xalqın (psevdoermənilərin) etnogenezi mürəkkəb bir prblem kimi çoxlu elmi simpoziumların mövzusu olmuş, lakin hay tarixçi və alimlərinin V əsrdən üzü bəri dolaşığa saldğı kələfin ucu hələ də tapılmamışdır...

Hayların mənşəyi haqqında mövcud fikirləri iki əsas qrupa ayırmaq olar. Bunlardan biri hayların Anadoluda yerli xalq olması konsepsiyası üzərində qurulan müxtəlif fərziyyələri, digəri isə hayların bura (Anadoluya – M.Ə.) gəlmə xalq olması konsepsiyasını əhatə edir...Hayların Ərməniyyəyə gəlmə xalq sayan alimlər çox olduğundan miqrasiya yolu və tarixi haqqndakı versiyalar da xeyli müxtəlifdir.

Ermənilərin vəhşiliklərinin sübutu Ermənistan ərazisindəki atəşpərəstlik, alban mənşəli və islam dövrünə aid olan qədim abidələrin qayğısızlıq nəticəsində məhv olub getməsidir. Ermənistanda mütəmadi olaraq türk toponimləri, şəhər və kənd adları dəyişilir və hətta bütün coğrafi xəritələrdə iri aykonimlərə erməni adı verilir. Ad dəyişdirilməsində hərdən səfeh və kobud səhvlərə yol verirlər... Yaxın keçmışdə Ermənistan Yerevan şəhərinin 2750 illiyini təntənəli surətdə qeyd etdi. Bayramdan sonra ermənilər İrəvan şəhərinin adını dəyişərək Erebuni qoydular.

Latınca “Erebuni” cəhənnəm deməkdir. Antarktidada Erebuni adlı fəal vulkan var, hansı ki, geoloqlar ona “cəhənnəm” adı vermişlər. Ermənilər “Erebuni” adlı konyaklar, siqaretlər buraxırdılar. İrəvan (düz, rəvan) kəlməsi “cəhənnəmlə” əvəz edildi. Ən maraqlı hal odur ki, 1967-ci ildə Səfəvi şahı I Şah İsmayılın 1508-ci ildə ucaltdığı İrəvan qalasının tarixini Azərbaycan alimlərinin, Azərbaycan hökumətinin gözləri qarşısında nə az, nə çox düz 2250 il artırdılar. Lakin bizim bircə alimimiz də buna etiraz etmədi. Amma o zaman Demokratik Almaniya Respublikasından gələn bir arxeoloq alim həmin eranın tapıntısı olan daşa baxandan sonra deyibmiş: İndi elmi tərəqqi elə bir dövrə çatıb ki, hər bir süxurun, daşın milyon illik yaşını öyrənmək mümkündür. Amma mən sizin daşa baxan kimi məlum etdim ki, bu yazılı daşın tarixi siz dediyinizə uyğun deyil. Tarixi saxtalaşdırmaq olmaz!

Tiflisdə Qafqaz Mineral Xammalları İnstitutu fəaliyyət göstərirdi və burada ildə iki dəfə görüşlər təşkil edilirdi. Hansı ki, bu görüşlərdə Azərbaycan, gürcü, erməni və Şimali Qafqaz alimləri iştirak edirdilər. Məclislərin birində S.Bektaşi erməni alimi S.Abovyana deyir: “Styopa, siz düzənliyi cəhənnəmlə əvəz etmisiniz?” İrad erməniyə çatır, Erebuni adı götürülür, İrəvan Yerevanla əvəz olunur. Şərq dillərini pis bildikləri üçün Basarkeçərin adını da Vardenis qoymuşdular. Əslində isə Basarkeçərin adı basıb keçmək deməkdir və bu ad Teymurləngin sərkərdəsi Basarın adı ilə adlandırılmışdır. Çünki Basar Qarabağdan qalxaraq Kəlbəcər gədiyini aşıb və bu yerlərdən keçərək Anadoluya girmişdir. “Vardenis” isə qondarma addır, ermənilər tərəfindən quraşdırılıb.

İrəvan haqqında daha qədim tarixi faktı xatırlayaq. Hicri tarixi ilə 810-cu ildə (1432 miladi) Teymurləngin sevimlilərindən biri olan tacir Xoca xan Lahicani Ağtəpə ölkəsinə qədəm qoydu və məhsuldar torpaq görüb, öz adamları ilə burada məskunlaşaraq, günü-gündən artan varın hesabına burada yeni yaşayış məskəninin təməlini qoydu. Sonralar hicri tarixi ilə 915-ci ildə (1508) Şah İsmayıl Xətai öz

Page 55: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

sərkərdəsi Rəvan Qulu xana həmin yerdə qala tikməyi əmr etdi. Rəvan Qulu xan Zəngi çayının sağ sahilində bir il ərzində qala tikdirdi və öz şərəfinə Rəvan adlandırdı. Deməli Yerevan (İrəvan) yalnız XVI əsrdə Azərbaycan hakimi Şah İsmayıl Xətainin dövründə şəhərə çevrilmişdir. Beləliklə Yerevanın yaşı 5 dəfə böyüdülmüşdür”.

Nəsir bəyin haqlı olaraq anlatdığına və Məmməd bəyin onun anlatdıqları əsasında (təbii ki, öz bəzi düşüncə və fikirlərini əlavə etməklə) yazdığına görə, hər xalqın spesifik fərqləndirici xüsusiyyətləri olur, erməni bu baxımdan hər şeyi özünükiləşdirməklə səciyyələnir. Haylar öz keçmişlərini dərinləşdirmək yolunda bütün dünyaya həyasızlıqla haray salırlar ki, kamança, tütək, zurna, balaban, qara zurna, nağara və s. guya ermənilərin çalğı alətləridir. Eyni zamanda, bizim milli “Uzundərə”, “Tərəkəmə”, “Yallı”, “Sarı gəlin”, “Vağzalı” və s. rəqslərimizi də özlərininki elan ediblər. Bizim milli xörəklərimiz olan plov, dolma, küftə, piti, basdırmakabab, qutab, ayran, hətta lavaş da “erməni xörəkləri” siyahısına salınır. Əriyi erməni meyvəsi kimi qələmə verənlərə nə ad vermək olar. Bu qaranın ağ kimi gözə dürtülməsi, həqiqətin boğulması, haqqım iflic edilməsi demək deyilmi?!

...Azərbaycan Respublikasının yaradılması Gürcüstan və Ermənistanın da azad olmasına şərait yaratmış oldu. Ermənistanda 30 noyabr 1920 və Gürcüstanda 21 fevral 1921-ci ildə Sovet hakimiyyəti quruldu. Ancaq təəssüflər olsun ki, Ermənistan yaradılarkən ərazisi 9 min kv.km idi və biz yarım qiymətli və qiymətli metallarla zəngin Zəngəzur mahalını ermənilərə hədiyyə verdik. Heç olmasa, verilən ərazinin enini şərqdən və qərbdən bir qədər kəssəydik mis-molibden yataqlarının əksəriyyəti Azərbaycana düşərdi. Bu da xalqımızın çoxsaylı səhvlərindən biri idi.

Qarabağ məsələsi 1921-ci il iyulun 4-də Qafqaz bürosunda müzakirə edilmişdi və bu sıraya daxil olan iştirakçılar— RKP MK-nın üzvü Stalin, Qafqaz bürosunun üzvləri –Orconikidze, Maxaradze, Myasnikyan– milliyəti erməni, Nərimanov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner olublar. Müzakirə zamanı iki fikir formalaşıb və səsə qoyulub:

a) Qarabağ Azərbaycanın tərkibində saxlanılsın: lehinə—Nərimanov, Maxaradze, Nazaretyan; əleyhinə—Orconokidze, Myasnikyan, Kirov, Fiqatner

b) Bütün Qarabağ əhalisinin – ermənilər və azərbaycanlıların iştirakı ilə rəy sorğusu keçirilsin: lehinə—Nərimanov, Maxaradze

v) Qarabağın dağlıq hissəsi Ermənistanın tərkibinə daxil edilsin: lehinə—Orconokidze, Myasnikyan, Kirov, Fiqatner

q) Rəy sorğusu yalnız erməni əhalisi arasında keçirilsin: lehinə—Orconikidze, Myasnikyan, Fiqatner, Nazaretyan

Qərar: Dağlıq Qarabağ Ermənistanın tərkibinə daxil edilsin və ermənilər arasında rəy sorğusu keçirilsin.

Qarabağ məsələsində səsvermə zamanı Oraxelaşvili iclasda yox idi, Stalin isə səsvermədə iştirak etmədi. Orconikidze və Kirov bütün bəndlərin müzakirəsində Azərbaycana qarşı səs vermişdilər. Biz isə onların şərəfinə böyük şəhərimiz olan Gəncənin adını (Kirovun) və Azərbaycan Dövlət Universitetinin adını verdik, bu azmış kimi, ona Bakıda möhtəşəm heykəl də ucaltdıq. Orconikidze

Page 56: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

bizə olan kinini Daşkəsən vasitəsilə biruzə verdi. Onun təşəbbüsü ilə Daşkəsənin dəmir filizləri Gürcüstana daşındı və Gürcüstanın Rustavi sənaye şəhəri tikildi.

N.Nərimanov qəti olaraq qərarın əleyhinə çıxaraq, müzakirənin RKP MK-yə keçirilməsini tələb etmişdi. İyulun 5-də Qafqaz bürosu plenumu, bu məsələ barədə yeni iclas təşkil etdi və qərar qəbul olundu: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın” və bununla da Nərimanov öz məqsədinə çatmış oldu. Deyilənlərə görə, Nərimanov 5-6 iyul arasındakı gecə V.İ.Lenini məlumatlandırmış ermənilərin, gürcülərin və həmçinin Kirovun qulağını onun hesabına burdurmuşdu. Bu zaman N.Nərimanovla kürək-kürəyə duran isə gürcü Maxaradze olmuşdur.

1923-cü ilin noyabrında Azərbaycan SSR MİK Rəyasət Heyəti və XKS (Xalq Kommissarları Soveti) Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında əsasnamə təsdiq etdi və DQMV-nin tərkibinə Şuşa, Cavanşır və Cəbrayıl qəzalarının dağlıq hissələri daxil edildi. 1923-cü il 27 dekabrda vilayətdə ilk qurultay keçirildi.

Ermənilərə respublika daxilində muxtariyyat verildi. Düşmənlər bununla da kifayətlənmədilər. Azərbaycana qarşı olan ədalətsizlik yenə də öz axarında davam edirdi. Stalinin, Myasnikyanın, Mikoyanın, Orconikidzenin və başqalarının Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar qərəzli münasibəti və Azərbaycan rəhbərliyinin mütiliyi nəticəsində Ermənistanın cənubunda Qəmərli, Vedi, Zəngibasar, şimalında Basarkeçər, Çənbərək, Calaloğlu, Vorontsovka, Amasiya və Gürcüstan SSR (Borçalı, Lüksemburq, Qarayazı, Ağbulaq, Başkeçid) ərazisində birgə yaşayan azərbaycanlılara heç bir muxtariyyat verilmədi. Necə olur ki, Qarabağın dağlıq hissəsində yaşayan 80 minlik erməni əhalisinə muxtariyyat verildi, həmin vaxt Ermənistanın 580 minlik və Gürcüstanın 400 minlik azərbaycanlı əhalisinə muxtariyyat verilmədi? Bəli, ermənilər öz siyasətlərindən dönmürdülər. Biz isə...

Həmçinin ermənilərə böyük dəstəyi Stalin verirdi, o Azərbaycana bir vaxt partlayacaq barıt çəlləyi kimi baxırdı. Stalin 1937-ci ildə Mircəfər Bağırova yazdığı məktubda “Azərbaycan ziyalıları arasında az xalq düşməni ovlanır” –deyə, xəbərdarlıq etmişdi. Və nəticə etibarı ilə, Azərbaycanda güdaza getmiş adamların 70 minindən 29 mini ziyalılar oldular. Cənubi Azərbaycanda qurulmuş milli hökuməti dağıdan və Pişəvərinin qətlini təşkil edən də Stalin olmuşdu.

İlk sovet diplomatı hesab edilən Çiçerin 8 dekabr 1922-ci ildə Lozanna konfransında demişdi: “Bütün Şərqdə işğalçı siyasətin aparıcıları, xarici kapitalın agentləri, xain və satqın erməni daşnaklarıdır”. Milliyətcə erməni olan Rus İmperator Elmlər Akademiyasının üzvü Kerop Patkapyan yazırdı: (Venskie nadpisi i ix znaçenie dlya istorii peredney Azii). “...Ermənistan heç vaxt bəşər tarixində xüsusi rol oynamamışdır. Bu, siyasi termin deyil, erməni məskənlərinin səpələndiyi coğrafi adıdır. Ermənilər torpağa həmişə pis sahiblik etmişlər. Lakin həmişə özlərininkiləri sataraq, əcnəbilərin güclü qoşunlarına (romalılara, səlcuqlara, bizanslara, ərəblərə, türklərə, səfəvilərə və Rusiyaya) bacarıqla qulluq etmişlər”.

Erməni tarixçisi A.Lalayan “Əksinqilabçı”, “daşnaksütyun” və 1914-1918-ci illərin imperialist müharibəsi” əsərində yazırdı: “Qaniçən xipabetlərin (Andronik paşa) başçılıq etdiyi daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qoca və

Page 57: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

xəstələrin məhv edilməsində maksimum “igidlik” göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulan türk kəndləri canlı insanlardan “azad edilir” və eybəcər hala salınmış qurbanlarla dolu xarabalıqlara çevrilirdi. Novo-Bayazetli daşnaq “qəhrəman”larından biri olan Vaarama 1920-ci ildə öz “igidliklərini” təsvir edərək vicdan əzabı çəkmədən demişdir: “Mən Basarkeçərin türk əhalisini qırdım. Bu zaman bəzən adamın gülləyə heyfi gəlirdi. Bu itlərə qarşı ən etibarlı üsul odur ki, döyüşdən sonra sağ qalanları yığıb quyulara doldurasan və üstlərinə ağır daşlar tökəsən ki, birdəfəlik yer üzündən silinsinlər. Mən belə də etdim. Bütün kişiləri, qadınları və uşaqları və yaralıları quyulara töküb, üstünü daşla doldurdum...”

Bütün bunları oxuduqca dəhşətə gəlirsən və düşünürsən ki, necə oldu ki, belə bir murdar millətə “qardaş” dedik, necə oldu ki, onlarla bir yastığa baş qoyub türk insanını belə murdar məxluqla qohumlaşdırdıq. Elə indinin özündə də Azərbaycanımızın və Türk dünyasının qarşısında əngəllər törədən zövcəsi və anası erməni olan satqınlardı. Tam məsuliyyətlə etiraf etməliyəm ki, bu qanıqarışıq və ermənidən törəyən satqınlar hazırda Azərbaycan hökumətinin ən yüksək eşalonunda özlərinə yer tutublar. Yuxarıda göstərilən faktlara nəzər salanda, bir daha bu qənaətə gəlirsən ki, əsl genosid ermənilər tərəfindən törədilmişdir. 28 may 1918-ci ildə çıxan “Bakı fəhləsi” qəzetində cinayətkar, şərəfsiz A.Əmiryan yazırdı: “Təkcə İrəvan quberniyasında daşnaklar tərəfindən 200 Azərbaycan kəndi dağıdılmışdır”.

Hörmətli oxucu, mən nəyə görə “erməni kimdir?” sualı üzərində belə geniş dayanıram. Sözsüz, erməni türk millətinin tarixi düşmənidir. Biz bunu bilirik və gələcək nəslə də belə çatdırmalıyıq. Yüksəlmənin əsas şərtlərindən biri düşmənin kim olduğunu bilməkdirsə, ikincisi tədbirli və təvgirli, ehtiyatlı olmaqdır. Ermənilərin törətdikləri vəhşiliyi dərk etdiyimiz üçün, ilk dəfə olaraq, mən və dostlarım özünümüdafiə dəstələri yaradaraq torpaqlarımızı düşmənlərdən qorumaq, gələcəkdə baş verəcək erməni terrorunun qarşısını almaq üçün tədbirlər planı hazırlayırdıq.

Qarşımızda duran ilk əsas məsələ Bakıda və Gəncədə ermənilərin zərəsizləşdirilməsi idi, çünki zaman və tarix özü bunu bizə diktə edirdi. Çünki ermənilər tərəfindən törədilən ən dəhşətli qırğın 1918-ci ilin mart ayında Bakıda olmuşdur. Üç gün ərzində daşnak dəstələri kommunistlərin rəhbərliyi ilə şəhəri talan etmiş və 18 mindən çox günahsız qoca, qadın, uşaq və xəstələri qılıncdan keçirmişdilər. Nəriman Nərimanov Şaumyanla görüşmüş və ona bildirmişdir ki, Bakı küçələrində baş verən hadisələr inqilab yox, milli qırğındır. Biz bunun uğrunda mübarizə aparmamışıq. Özü də, bu, qırğında ermənilər silahlı, müsəlman tərəf isə silahsızdır. Şaumyan isə Leninə yazdığı məktubda Bakı hadisələrinin milli qırğın olduğunu boynuna alır və onu qəsdən etdiklərini açıqca bəyan edirdi. Onun məqsədi Azərbaycan ərazisində erməni dövləti qurmaq və Bakını həmin dövlətin paytaxtı etmək idi. Məhz ona görə də, onlar nəinki Bakıda, hətta Şamaxıda, Qubada bu sayaq qırğınlar törətdilər. Bütün bunlara məhəl qoymayan daşnak-kommunist quldurları eyni vəhşiliyi Şamaxıda törətdilər. “Yaşına və cinsinə baxmadan bütün azərbaycanlıları öldürdülər; görünməmiş dəhşətli faciələr törətdilər; uşaqları süngüləyir, qalanları qılıncdan keçirirdilər; camaatı məscidə

Page 58: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

yığıb, neft töküb yandırırdılar; hər evi qarət edirdilər və beləliklə, bütün şəhər yandırıldı”.

Bütün bu soyqırımın qarşısını köməyimizə gəlmiş qüdrətli “Qafqaz İslam Ordusu” aldı. Bütün bunları xatırladıqca unudulmaz Ənvər Paşaya və Azərbaycan torpaqlarında şəhid olmuş hər bir türk oğluna Allahdan qəni-qəni rəhmət diləyirik və onların unudulmaz şücaəti qaşısında baş əyirik.

Dünyada və türk-islam aləmində baş verən hadisələri diqqətlə izlədikcə yaxın günlərdə Bakıda yeni qırğınının törədiləcəyinə heç şübhə qalmırdı. Çünki Erməni-Azərbaycan qaşıdurmasında Azərbaycanın təklənməsi, Ermənistanın isə böyük güclər tərəfindən dəstəklənməsi buna əsas verirdi. Müsəlmanları bir-birinə qarşı qoymaq Rus imperiyasının əsas məqsədi idi. Beləliklə, Türkiyədə PKK terroru, İranda vaxtından əvvəl 30 milyon Azərbaycan türklərinin milli özünüdərketmə hərəkatı, Özbəkistanda Mesxeti türklərinə qarşı qardaş qırğını, Rusiyada çeçenlərə divan tutulması, Yuqoslaviyada Bosniya soyqırımı və sairə hadisələr buna canlı misaldır. Bizdə isə Azərbaycanın tarixi düşməni olan ermənilər Rusiya tərəfindən dəstəklənir, “sülhməramlı” rus qoşunları Qarabağda və Azərbaycanın başqa ərazilərində ən müasir silahlarla bizə qarşı döyüşlər aparırdı. Yeni yaranmaqda olan Azərbaycan ordusunun qüdrətini görən Rusiya yeznələrdən və zahirən türk, daxilən satqın və sapı özümüzdən olan baltalarla torpaqlarımızı boşaldıb ruslara (ermənilərə) təhvil verirdilər. Məqsəd də ondan ibarət idi ki, millət o qənaətə gəlsin ki, biz Rusiyanın köməyi olmadan heç nə edə bilmərik. Bir sözlə, Nəriman Nərimanovun “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır” fikri bir daha təsdiqlənsin. Azərbaycanın başına gələn müsibətlər zaman-zaman bu siyasətə xidmət etməyə yönəlmişdir.

Deyirlər ki, tarix təkrar olunur. Bu həqiqətdir. Erməni-daşnak münasibətlərinə və təcavüzünə dəfələrlə məruz qalmış xalqımızın daha ayıq-sayıq, daha uzaqgörən və diqqətli olmasını arzulayıram. Tarixi səhvlərimiz çoxdur, ancaq onların həlli yollarını öz ağlımız, idrakımız və öz gücümüzlə axtarıb tapmalıyıq. Tale sükanı nə qədər ki, düşmən əli ilə idarə olunur o vaxta qədər də belə faciələr, nəinki təkrar olunacaq, hətta daha geniş vüsət alacaq. Və beləliklə millətimizin varlığı və gələcəyi daha böyük fəlakətlərlə üzləşəcək.

Bu günkü Azərbaycan üçün faciəli hadisələrin bayis və baiskarları kimlərdir? Bu sıraya daşnak ideyalarının təmsilçisi Z.Balayan daxildir. O, “Ocaq” əsərində həyasızcasına millətçilik, irqçilik ideyalarını təbliğ edir, tarixi həqiqətləri saxtalaşdırır, azərbaycanlıların milli hisslərini və qürurunu inkar edir və iki qonşu xalq arasında ədavət toxumu səpirdi. Araqarışdıranlardan digəri, Parisdə daşnak elitası qarşısında çıxış edən akademik Ağambekyan deyirdi: “Mən dəqiq öyrənmişəm ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ ermənilərin olmuşdur. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ Azərbaycandan daha çox Ermənistana aiddir”. O, düşünürdü ki, aşkarlıq və yenidənqurma şəraitində Qarabağın Ermənistana verilməsi öz müsbət həllini tapacaqdır. A.Mikoyanın oğlu Stepan Mikoyan “Literaturnaya qazeta”nın səhifələrində SSRİ-nin ərazi quruluşunun təftişini təklif edirdi ki, bu prosesdə də Qarabağ torpağı ermənilərə keçməli idi. Araqarışdıranların sırasına akademik Saxarovun ikinci arvadı, yəhudi-erməni əsilli madam Yelena Bonner, yazıçı kökü Urmiyalı olan Silva Kaputikyan,

Page 59: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Daşnakstyun partiyasının lideri Paruyr Ayrikyan və “Qarabağ” və “Krunk” antiAzərbaycan təşkilatlarının bir sıra rəhbərləri daxil idilər.

Stalin rejimi dövründə Sovet İmperiyasının çürüklüyünü, təcavüzkarlığını nəinki imperiyada yaşayan xalqların, bütövlükdə bəşəriyyətin düşməni olmasını açıq şəkildə demək qeyri-mümkün idi. Stalinin vəfatından sonra N.Xruşşovun hakimiyyətə gəlməsi siyasi iqlimi xeyli yumşaltdı. Eyni zamanda, 60-cı illərin əvvəllərində Sovet İmperiyasının iqtisadiyyatı tənəzzülə uğradı. Çünki bu vaxta qədər Sovet rejimi xalqa yağlı vədlər verməklə onu aldatmış, digər tərəfdən əhalini inzibati qaydada zorla işlətmişdir. Elə, həmin andan başlayaraq kommunist rejiminə və onun vədlərinə xalqın inamı çat verdi və bu çat get-gedə dərinləşməyə başladı. L.İ.Brejnyevin hakimiyyəti dövründə isə bu böhran daha da dərinləşdi və imperiyanın süqutunun əlamətləri açıq-aydın görünməyə başladı. Bunu hiss edən BDU-nun qeyrətli müəllimləri imperiyanın mahiyyətini tədris prosesində və tədrisdən kənar vaxtlarda müəllim və tələbələrə izah etməyə başladılar. Bu sahədə BDU-nun etika və estetika kafedrasının dosenti Asif Ata (Asif Əfəndiyev) xüsusilə fərqlənirdi. O, öz fikirlərini əvvəlcə mühazirələrində, daha sonra elmi əsərlərində ifadə edir, eyni zamanda, marksizm-leninizm ideologiyasının mürtəcə etibarı ilə heçliyini tələbələr arasında geniş təbliğ edirdi. Azərbaycanda milli şüurun oyanmasında Asif Atanın gizli şəkildə təşkil etdiyi “Ocaq” təşkilatının mühüm rolu olmuşdur. O öz həmfikirlərini toplayaraq imperiyanın sonunun yaxınlaşdığını deyir və Azərbaycanın gələcək taleyini müəyyənləşdirməyə çalışırdı. Nəhayət, “Tənqid və zəmanə” adlı jurnal məqaləsinə görə, mətbuatda onu antimarksist və təfriqəçilikdə ittiham etdilər. 1982-ci ildə ona qarşı olan hücumlar artdı, daha sonra onu Sov.İKP-dən xaric etdilər, bütün elmi rütbələri əlindən alındı, işdən çıxarıldı və hətta ailəsi də qəsdən dağıdıldı.

Asif Ata xatirələrindən birində deyir: “Mənim məsələm partkomda müzakirə ediləndə bir DTK polkovniki başda olmaqla buraya toplaşmış “görkəmli” alimlər məni antimarksizmdə təqsirləndirdilər. Mən o vaxt onlara dedim: “Bu saat siz marksistsiniz. Sabah əgər bir hadisə olsa, hamınız birinci olaraq marksizmə qarşı çıxış edəcəksiniz”.

Elə belə də oldu. 1984-cü ilədək mən heç yerdə işləmədim. Oturub öz əsərlərimi yazırdım, – deyə o sözünə davam etdi: –Hazırda yalnız “Yol” kitabım çap olunmuşdur. Qalan 35 kitabım öz növbəsini gözləyir.

Onda Asif Atanı beş yarlıqla “mükafatlandırdılar”: Antimarksist,Antikommunist,Millətçi,Panturkist,Klerikalist. Bütün bunları Azərbaycanda gizlətdilər. Bu işləri bilənlərə millətçi, şovinist

damğası vurulurdu. Azərbaycanın bütün dövlət strukturlarında ermənilərə, erməni əsillilərə və xanımı erməni olanlara üstünlük verilirdi. Çünki, hələ Ermənistan Kommunist partiyasının nəzdində “xaricdə yaşayan ermənilərlə əlaqə” şöbəsi yaradılmışdı. Bundan isə Moskvanın, DTK-nın 100-də 100 faiz xəbəri və razılığı var idi. Akademik, astronom Ambrasyiyan məhşur Abastuman rəsədxanasında

Page 60: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

olan teleskopu ilə yalnız fəza cisimlərini deyil sən demə Azərbaycanı da nəzarət və müşahidə altında saxlayırmış. Bakıda isə Sayat-Nova ilə Aşıq Ələskərin dostluğundan, Sumqayıtla Leninəkanın qardaşlığından, Bakı ilə İrəvanın həmrəyliyindən danışılırdı. Əslində isə erməni - Azərbaycan münasibətlərinin əsil mahiyyəti SSRİ çempionatında oynayan ermənilərin “Ararat” futbol klubu ilə Azərbaycanın “Neftçi” futbol klubu arasında olan görüşündə özünü göstərirdi. Yəni Dağlıq Qarabağa yiyələnmədən futbol klubları arasında milli ədavətin qızışması, aydınlaşması ittifaq və erməni dövlətinə sərf etmirdi. Buna görə də bu komandaların görüşü 100 qat nəzarət altında keçirilirdi. Çünki Azərbaycana gələcəkdə olan təcavüzü hələlik futbol meydanlarında aşkar etmək olmazdı. Ancaq Tehranda, Afinada, Daşkəndə, Parisdə, Kaliforniyada, Livanda, Suriyada, erməni təbliğatını, erməni iqtisadiyyatını gücləndirmək üçün mümkün olan işlər görülürdü. Əslində bu gün Azərbaycanın Qarabağ məsələsində düşdüyü çətinliklər keçmiş dövrlərdən, hadisələrdən çıxarılmayan nəticələrin şərhi idi.

Dünya ölkələrinə səpələnmiş cənublu, şimallı, 40 mln-dan artıq azərbaycanlının dünya ölkələrinə səpilmiş 3 mln-a yaxın erməniyə cavab verə bilməməsi məntiqə uyğun deyil. Çünki bu böyük və kiçik xarici dövlətlərin Azərbaycana və Ermənistana olan bu və ya digər münasibətləri ilə müəyyənləşir. Bax, məsələnin əsil mahiyyəti bundan ibarətdir. Bu mürəkkəb hallar isə cəmiyyətə qarşısı alınmayan burulğanlar yaradır. Okean və dənizlərə məcrasından çıxan dalğalar formalaşdırır. Bax burda Sədi Şirazi necə də haqlı olaraq demişdir: “Sənə demədimmi dəryaya çıxma, indi ki, dəryaya çıxmısan, taleyini tufanlara tapşır”.

80-ci illərin ikinci yarısında dünyada gedən ictimai-siyasi proseslər özünün yeni mərhələsinə qədəm qoydu. Bu mərhələ uzun illər kapitalist və sosialist sistemləri arasında gedən siyasi mübarizədə artıq ikincilərin dərin iqtisadi-siyasi böhrana yuvarlanması ilə yadda qaldı. Bu prosesin ortaya çıxmasının əsasında planl – sosialist iqtisadi sisteminin puçluğu və kapitalist – bazar iqtisadiyyat ilə rəqabətdə yetərsizliyi əsas rol oynamışdır. Bunu vaxtında başa düşən və sovet iqtisadiyyatının ağır rəqabət şəraitinə dözməyərək çökəcəyini öncədən hesablayan Qərb və əlbəttə ki, ilk növbədə də ABŞ Sovetlər Birliyini silahlanma yarışına cəlb etməklə onun iqtisadiyyatını sarsıtmağı qarşılarına məqsəd qoymuşdular və zamanla bu məqsədinə də nail oldular. SSRİ – nin iqtisadiyyatı çökdü. Çöküş gözləniləndən də tez baş verdi. Səbəb isə o idi ki, Sovetlər Birliyi “dünya kommunist hərəkatları”nn dəstəklənmsin də həddən artıq vəsait xərcləyirdi. Bundan başqa Əfqanıstanda aparılan və sonu gəlməyən yorucu müharibə də öz mənfi təsirini göstərirdi. Dünya bazarında neftin qiymətinin həddən artq ucuzlaşmasının təsiri də böyük idi. Bütün bu faktorlar birləşincə, çox əcaib bir mənzərə yarandı.

Dünyann iki supergücündən biri sayılan böyük bir dövlət öz əhalisini ərzaqla təmin etməkdə ağlasığmaz çətinliklərlə üz-üzə qalmışdı. Dükanlar boşalmış, ərzaq üçün uzun növbələr yaranmış, kart sistemi tətbiq edilməyə başlamışdı. Belə bir vəziyyətlə üzləşən xalq kommunizmin zəruri qələbəsi, sosialist iqtisadiyyatının üstünlüyü və s. haqqında indiyə qədər aparılan təbliğatn boş və mənasız olduğunu bütün çılpaqlığı ilə anlamağa başladı. Saatlarla növbələrdə durmaqda və yetərincə qidalana bilməməkdən cana yığılmış xalq arasında narazılıq artırdı. Fəqət bu

Page 61: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

narazılığı dilə gətirmək imkan yox idi. Lakin bir müddət sonra bu imkan da yarandı. Çətin vəziyyətə düşən SSRİ öz əzəli rəqibi və düşməni ABŞ-a maliyyə yardımı üçün müraciət etmək məcburiyyətində qaldı. Yardım isə gecikmədi. Fəqət yardım müqabilində kommunist rejimi qarşısında demokratikləşmə tələbi irəli sürülmüşdü. Bu tələbin nəticəsi kimi tarixin maraqlı dönüş nöqtələrindən biri olan “Aşkarlıq” və “Yenidənqurma” siyasəti adı altında demokratikləşməyə start verildi.

O dövrki sovet rəhbərliyinin ağlına belə gəlməzdi ki, tətbiq edlən yenilik mütiliyə alışmış sovet xalqını çox qısa bir zaman dönəmində, özü də dövlətə və kommunist partiyasına qarşı baş qaldırmağa cəsarət edə biləcək səviyyədə qızğın fəaliyyət və hərəkətə sövq edəcək, milli respublikalarda millətçilik ideyalarının alovlanmasına səbəb olacaq və kommunistlər ağlasığma sürətlə ölkə və xalq üzərində nəzarəti itirəcəkdir.

Dünyada kommunist hərakatının zəifləməsi nəticəsində Şərqi Avropada mövcud zorakı totalitar sosialist rejimləri süquta uğradı, kommunist kabusu sayılan SSRİ-də sovet inzibati-amirlik sistemi get-gedə tənəzzülə uğradı və Sovet məkanına daxil olan müttəfiq respublikalarda yeni siyasi proseslər formalaşmağa, suverenlik və milli-azadlıq meylləri güclənməyə, milli özünüdərk ruhu baş qaldırmağa başladı.

Bu ictimai-siyasi proseslər həmçinin Quzey Azərbaycanın da ictimai-siyasi həyatına nüfuz etməyə başladı. Burada, hələ 1960-70-ci illərin maarifçilik hərakatı gedişində formalaşan siyasi xətt, siyasi mübarizəyə keçid üçün zəmin yaratmışdı. Artıq respublikanın hər yerində siyasi ab-hava dəyişməyə, demokratik hərəkat, milli-azadlıq mübarizəsinin ilk cücərtiləri boy verməkdə idi. Xüsusilə, 1970-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycanda milli özünüdərketmə, milli şüurun yüksəlməsi, iqtisadi, siyasi və elmi-mədəni sahələrdə elə bir tarixi yüksəliş başlandı ki, bu haqda yazmamaq, bu dövrün üstündən sükutla keçmək doğru olmazdı.

Məhz bu dövrdə Azərbaycan televiziya və radiosunda milli dəyərlərə əsaslanan verilişlərin yaranması (“Ozan”, “Bulaq”, “Karvan”, “Muğam axşamı”və.s) xalqın keçmişinə, milli qəhrəmanlıqlarına və mənəviyyatına həsr edilmiş tarixi kino-filmlərin (“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Tütək səsi”, “Axırıncı aşırım”, “Nizami” və.s) araya-ərsəyə gəlməsi , uzun müddət antisovet ədəbi və elmi simaların (M.Müşviq, H.Cavid, R.Axundov, Y.Məmmədəliyev, S.Mümtaz, H.Hüseynov və.s) irsinin təbliği, onların və Nizami, Füzuli, Vaqif, Sabir, C.Məmmədquluzadə, S.Vurğun və s. kimi klassiklərin bütün SSRİ səviyyəsində yubileylərinin keçirilməsi, H.Cavidin qəbrinin Uzaq Sibir çöllərindən vətənə gətirilməsi və saysız-hesabsız tədbirlər xalqımızın milli şüurunun inkişafında misilsiz rol oynadı. Həmin dövrdə işıq üzü görən bir çox elmi əsərlərin, xüsusən də K. Kərimovun “Azərbaycan miniatürləri”, L. Kərimovun “Azərbaycan xalçaları”, M. Allahverdiyevin “Azərbaycan xalq teatrı”, M. Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, R. Əfəndiyevin “Azərbaycan incəsənəti dünya muzeylərində”, “Azərbaycanın daş plastikası”, N. Rzayevin “Möcüzəli qərinələr”, “Qayalar danışır”, O. Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” və s. bu kimi kitablar azərbaycançılıq və türkçülük ideyalarının

Page 62: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

yayılmasına əməlli-başlı stimul vedi. “Sovetskaya tyurkologiya” jurnalının və “Azərbaycan filologiyası məsələləri” almanaxının dərc edilməsi də bu istiqamətdə mühüm addım idi. Deyilənlərə dilçi alim A. Məmmədovun Az. TV – də apardığı silsilə verilişləri və bu verilişlərdə türkçülüyün təbliğini də əlavə etmək lazımdır.

Deyilənlərə 1978-ci ildə Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan Ədəbiyyatı katibliyinin yaradılmasını, həmin il qəbul olunan Azərbaycan SSR-nin Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını əlavə etmək lazımdır. Amma çox təəssüf ki, bütün bunlarla bərabər Azərbaycan SSR-nin dövlət himni də dəyişdirildi. Milli təfəkkürə çox nüfuz edən himnin bəndləri bir növ millilikdən partiyalaşmağa doğru meyl götürdü.

Bütün bunlar Azərbaycan xalqında milli-mənəvi ideologiyanın formalaşmasına, nəticə etibarilə azadlıq uğrunda mübarizəyə qalxmasına münbit şərait yaradırdı.

Bu yerdə, bir faktı da xatırlatmaq yerinə düşər ki, 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun SSRİ rəhbərliyinə gəlişi erməniləri öz niyyətlərini həyata keçirmək üçün növbəti planlarını hazırlamağa sövq etdi. 1987-ci ilin oktyabrında M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi işləyən Ağanbekyan Fransada Daşnakstyun partiyasının üzvləri qarşısında çıxış edərək DQMV iddiasına start verdi. Burada çıxış edən Ağanbekyan deyirdi: “Mən DQMV-nin iqtisadi cəhətdən Azərbaycan SSR-dən daha çox Ermənistan SSR ilə bağlı olması və buna görə DQMV-nin Ermənistan SSR-nin tərkibinə qatılması haqqında Sov. İKP MK-ya təklif vermişəm”. Şübhəsiz ki, Heydər Əliyevin Vətəninə, millətinə bütün varlığı ilə bağlı olduğunu və onun qüdrətini ermənilər düzgün qiymətləndirə bilmişdilər. Əks təqdirdə, onların avantüralarının beşikdəcə boğulacağı şəksiz idi.

1988-ci ildə “Qarabağ problemi”nin ortaya atılması ilə Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəbləşdi. Bu problem imperiyanın süqutunun qarşısını almaq üçün sovet rəhbərlərinin əl atdıqları tədbirlərin tərkib hissələrindən biri kimi meydana çıxmışdı. Belə ki, dəfələrlə sınanmış vasitədən millətlərarası münasibətləri gərginləşdirməklə xalqlar arasında toqquşmalar yaratmaqdan istifadə edən imperiya rəhbərləri bu dəfə də öz ənənələrinə sadiq qalaraq Qazaxıstanda, Orta Asiyada, Baltikyanı Respublikalarda, Moldovada və eləcədə, Cənubi Qafqazda yaşayan millətlər, toplumlar arasında süni qarşıdurmalar yaratmaqla imperiyanın ömrünu uzatmağa cəhd edirdilər. Yenidənqurma adı altında ortaya atılan bu avantürist siyasət demək olar ki “Qarabağ problemi” ilə sonuclandı.

“Qarabağ problemi” ətrafında hər kəs, necə deyərlər öz “kartı”nı oynayırdı. Belə ki, əgər imperiya rəhbərlərinə “Qarabağ kartı” imperiyanın ömrünün uzadılması üçün vacib idisə, bu prosesdən bir vasitə kimi istifadə edən ermənilər üçün isə öz ağalarının kölgəsində illər boyu içərisində gizlətdikləri “Böyük Ermənistan” dövləti yaratmaq xülyasını gerçəkləşdirmək üçün lazım idi. Elə bu səbəbdən də, Sovet İttifaqının partiya, dövlət orqanlarında yüksək vəzifələr tutan erməni və ermənipərəst qüvvələrin himayədarlığına, habelə dünyanın iri dövlətlərində yaşayan və iqtisadi cəhətdən olduqca güclü olan erməni lobbisinə

Page 63: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

arxalanan Dağlıq Qarabağ erməniləri sosial-iqtisadi problemləri önə çəkərək, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirildiyini elan etdilər. Ermənistan SSR Ali Sovetinin sessiyası isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qeyri-qanuni qərar çıxartdı. Bununla da, faktiki olaraq Ermənistan-Azərbaycan müharibəsinin başlanmasına münbit şərait yaradıldı. Bu hadisələrdən az sonra, ermənilər zorakılıqla qədim Oğuz yurdlarından—Göyçədən, Ağbabadan, Dərələyəzdən, Pəmbəkdən, hətta Qarabağın özündən minlərlə Azərbaycan türkünü qovdular. Ermənilər Sovet beynəlmiləlçiliyi pərdəsi arxasında özlərinin şovinist siyasətini və dənizdən-dənizə uzanan xəyali “Ermənistan” ideyasını ön plana çəkirdilər. Bizdə isə bunların əvəzinə hər vasitə ilə Sovet beynəlmiləlçiliyi və Lenin milli siyasətinin təbliğinə üstünlük verilirdi.

Xalqımız üçün bu gün də ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərindən çox deyilib, çox yazılıb. Güman ki, bu mövzuda gələcəkdə də daha əhatəli və daha ciddi təhlillərə, araşdırmalara əsaslanan kitablar yazılacaq. İndilikdə isə bu münaqişənin siyasi kökləri və hərəkətverici qüvvələri haqqında qısa təhlıl aparmağa ehtiyac var.

Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın bir hissəsini öz tərkibinə qatmağa nail olmuş Çar Rusiyası xalqımızın bu haqsızlıqla barışmayacağını və tezliklə ayağa qalxıb azadlığını əldə edəcəyini yaxşı başa düşürdü. Bunun qarşısını almaq və öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün İran və Türkiyə ərazisində yaşayan, tarixən böyük dövlətlərə qulluq göstərməkdən fərəh duyan 120 mindən çox ermənini Azərbaycanın bir sıra əyalətlərində İrəvan quberniyasında, Zəngəzurda, Göyçədə və Yelizavetpol quberniyasının dağlıq hissəsində yerləşdirdi. Bu yerləşdirmənin ən başlıca tərəflərindən biri öz dindaşlarını himayə etmək idisə də, o biri tərəfi İran və Türkiyə sərhədlərini ermənilər və ruslar hesabına möhkəmlətmək, “can bir, qan bir, din bir” olan millətin bir-birilə yaxınlaşmasına imkan verməmək idi. Ermənilər Azərbaycan torpaqlarında məskunlaşdıqan az sonra imperiya siyasətinin əsil mahiyyəti məlum oldu. Belə ki, XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində öz mənfur niyyətlərini həyata keçirməyə-Azərbaycan torpaqlarında Ermənistan dövləti qurmaq ideyasını gerşəkləşdirməyə başladılar və fürsət düşdükcə öz azadlığı üçün ayağa qalxan, üsyan edən Azərbaycan türklərini müxtəlif üsullarla qırmağa başladılar. 1918-ci ilin 31 martında Bakı, Şamaxı, Quba, daha sonra Zəngəzur, Naxçıvan, Göyçə, Qarabağ qırğınları bu məqsədlə həyata keçirilmişdi. 1920-ci ildə ADR-nın süqutunda da əsas və başlıca rolu məhz kommunist cildinə bürünmüş erməni-daşnak qrupları aparırdı.

1985-ci ildə SSRİ rəhbərliyinə yenicə gəlmiş M.S.Qarbaçov ölkəni beynəlxalq aləmin təcridindən qurtarmaq məqsədilə demokratiya və aşkarlıq prinsipinə üstünlük verdi. Keçmiş imperiyanın ayrı-ayrı xalqlarında, o cümlədən Azərbaycanda uzun on illər boyu gedən Azadlıq mücadiləsindən yaxşı xəbərdar olan SSRİ DTK-sı, Azərbaycan xalqının demokratiyanın imkanlarından yararlanaraq müstəqilliyə can atacağını yaxşı bilirdi. Məhz xalqımızı qabaqlamaq, belə bir fikrə düşməməsinə nail olmaq məqsədilə Moskva SSRİ-nin bir sıra regionlarında olduğu kimi, Azərbaycanda da münaqişə ocağı –“Qarabağ problemi” adlanan bir problem yaratdı. O zaman M.S.Qorbaçovun

Page 64: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

erməni əhatəsində olmasından, Ağanbekyan, Şahnazaryan, Strovoytova, Balayan və digərlərinin onunla yaxın ilişkilərindən yararlanan ermənilər də bu miskin, sonda özləri üçün əbədi bəlaya çevriləcək məkrli oyuna başladılar.

Qeyd etdiyimiz kimi, erməni millətçilərinin uydurma “Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi” məsələsini ortalığa atması və Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikri geniş yayılmışdır. Bütün bu səhv və məkrli fikirləri təkzib edən bəzi tarixi faktlara diqqət yetirdikdə, onların nə qədər mənasız və saxta olduğu aşkarlanır.

Avropa ölkələrinin parlamenti tərəfindən “Ermənistanda genosid gününün qeyd olunması haqqında 1987-ci il iyun ayında qəbul edilən qərarı artıq bütün istiqamətlərdə Azərbaycana edilən təzyiqlərdən xəbər verirdi. Dünyanı türkçülük, və islamçılıq idealogiyasından təcrid etməyi qarşısına strateji məqsəd kimi qoyan Amerika, Fransa, İngiltərə, Rusiya, İtaliya, Çin, Hindistan, bu məqsədlərinə nail olmaq üçün Azərbaycanı fəlakətlər burulğanına düçar etdilər. 1988-ci il fevralın sonlarında Sumqayıt hadisələrində super dövlətlərin maraqlarına cavab verən Ermənilərin təxribatı qısa bir müddət ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar tərəfindən azərbaycanlıların vəhşi kimi qəbul olunması ilə nəticələndi. Ermənilərin Azərbaycana qarşı dövləti, ağlasığmaz cinayətləri haqqında Moskvaya göndərilən məktub və teleqramlar nəzərə alınmırdı. Hətta SSRİ ordusunun kəşfiyyat rəisinin müavini olan general-mayor Şironun “Pod kalpakom kontur razvetki” kitabında göstərirdi ki, ordu əks kəşfiyyatının diplomatik poçtla göndərmiş olduğu erməniləri ittiham edən məlumatlar belə Qorbaçova çatdırılmırdı...

1988-ci ilin dekabr ayında Ermənistanda baş vermiş zəlzələ, türkçülüyün və islamçılıqın düşməni olan dövlətlər və təşkilatlar bu ağır faciədən də istifadə edərək humanitar yardım adı ilə dərman, paltar, ərzaq, tikinti materiallarının konteynerlərinə kütləvi şəkildə müasir silahlar göndərirdilər. Hətta o vaxtkı birinci katib Ə. Vəzirov çağırılmamış qonaq kimi 80 nəfər azərbaycanlını “İL” təyyarəsi ilə Leninakana göndərir. Ermənilər isə bu təyyarəni havada vururlar. Sumqayıtda erməni təxribatı nəticəsində məhv edilən 10-15 erməninin ölümü bütün azərbaycanlıların ziyanına dünyada əks-səda verdiyi halda 80-dən artıq azərbaycanlının ermənilər tərəfindən Leninakanda məhv edilməsi demək olar ki, dünyanın Rusiya, Amerika, Fransa, İtaliya, Çin, İran kimi mötəbər dövlətləri tərəfindən nəinki düzgün qiymətləndirilmədi, sadəcə insanlıq naminə belə olsun, xatırlanmadı da. Bu hadisənin üstündən sükutla keçildi. Ümumiyyətlə, azərbaycanlılara qarşı ermənilərin tarixin müxtəlif vaxtlarında etdiyi düşmənçiliyi yada salmasına yerli məmurların əksəriyyəti yəqin ki, özlərində xəbəri olmadan Moskvanın idarəçiliyi ilə keçmişi yada salmaq, ədavət aparmaq, qısqanclıq kimi qiymətləndirilirdi. 1905-ci il qırğını. Biz bu faciəni yada salmadıq. Nəticə də 1918-ci ilə qədər Bakıda 100 minə yaxın erməni məskunlaşdı. 1918-ci il mart qırğınını yaddan çıxardıq. 12-min Bakıda 1000-lərlə insan Şamaxıda, Qubada, Gəncədə öldürüldü. 1920-ci ildən 1937-ci ilə qədər Bakıda və onun Mərdəkan, Buzovna, Keşlə, Zabrat, Sabunçu, Bakıxanov, Şıxov qəsəbələri də daxil olmaqla dörd yüz minə yaxın erməni məskunlaşdı. O dövrün statistikasi və idealoji mərkəzi bütün bunları bilib, susurdu. 1948-ci il Göyçədə, Amasiyada, İrəvanda 300 mindən artıq

Page 65: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

azərbaycanlı ermənilərin oyuncaq mənafeyi nəzərə alınaraq Moskvanın siyasi strategiyası ilə Mil-Muğan zonasında yerləşdirildi. Artıq biz bu tarixi də yaddan çıxarmalı idik. Çünki əks halda bizi keçmişə qayıtmada, qisasçılıqda, düşmənçilikdə ittiham edərlər deyə düşünməyə məcbur edirdilər. Bunları həyəta keçirmək üçün bütün vasitələrin hazırlığı görülmüşdü. Nəticədə Bakı və onun ətrafında beş yüz min erməni məskunlaşır. Bu isə Bakının ümumiyyətlə Azərbaycanın iri dövlətlərin himayəsi ilə ermənilər tərəfindən tutulması demək idi. Bizi yenə də keçmişə qayıdmamaq üçün erməniyə “Qardaş” deməyə məcbur edildik. Nəticədə 1988-ci ildən başlayaraq dörd yüz əlli mindən artıq azərbaycanlı tarixi ərazilərində dünya ölkələrinin və təşkilatlarının gözü qarşısında qanına qəltan edilərək taleyin kərdişinə buraxıldı. Yalnız bu zaman Azərbaycanın müstəqil olmaq ideyası və formalaşmaqda olan hərəkat onun strateji düşmənlərini bir birinin ardınca müəyyənləşdirdi. Kimin kim olduğu artıq məlum idi. Sadəcə olaraq müəyyən vaxt lazım idi ki, Azərbacan müstəqil iqtisadiyyatını və ordusunu milli maraqlara əsasən müəyyənləşdirib, milli dövlətini gücləndirsin. Moskva artıq Azərbaycanda etnik zəmində qırğın sala bilmədiyi üçün regionları və siyasi qüvvələri bir birinə qarşı qoymaq təxribatına diqqət yetirmək planını işə salmağa başlayır...

NƏSİR AĞAYEV MEYDAN HƏRƏKATI BARƏDƏ

...1988-ci ilin fevral ayının 20-də DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR-yə verilməsi haqda olan “müraciət” Azərbaycan xalqının suverenliyi və respublikanın ərazi bütövlüyünə qarşı açıq təcavüz idi. Sovet İKP MK-nın 24 mart 1988-ci il qərarına əsasən ölkəmizdə milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilən tələblər Azərbaycan və Ermənistan zəhmətkeşlərinin mənafelərinə ziddir və millətlərarası münasibətlərə ziyan vurur. Onda bu qərar xalqımız tərəfindən razılıq hissi ilə qarşılanmışdı. Elə, bu andan da Yerevanda Ermənistanın digər şəhərlərində və DQMV-də nümayişlər və mitinqlər gücləndi. Stepanakertdə, Yerevanda on minlərlə erməni küçələrə və meydanlara axışaraq dövlətə təzyiq göstərməyə cəhd etdilər. Yerevanda günlərlə müəssisələr işləmədi, Dağlıq Qarabağda isə iş tamamilə dayandırılmışdı. Separatçılar camaatı məcburi mitinqlərə təhrik edir, getmək istəməyənləri xalq arasında biabır edirdilər. Balaca uşaqlar belə meydanlarda “miatsum” (birlik) qışqıraraq, özlərini faşist Almaniyasının “hitelyugend” uşaq təşkilatının üzvləri kimi aparırdılar. Qarabağda yaranan iğtişaşlara “Krunk” və “Qarabağ” separatçı təşkilatları rəhbərlik edirdilər. Həmin təşkilatın rəhbərləri hal-hazırda Ermənistanda və Dağlıq Qarabağda rəhbər dövlət vəzifələrində çalışır və onların da başında-R.Köçəryanla, Qukasyan durur.

Əlbəttə, “Qarabağ problemi”nin ortaya atılmasını təkcə imperiya rəhbərlərinin üzərinə yıxmaqla ermənilərə haqq qazandırmaq olmaz. Qeyd edək ki, siyasi boşboğazlıqların ssenarisi Moskvada imperiyanın müxtəlif institutları tərəfindən hazırlanıb, həyata keçirilməsində isə şübhəsiz ki, son iki əsrə yaxın bir dövrdə rus müstəmləkəçiliyinin Qafqazda əsas dayağı olan ermənilərdən istifadə olunurdu. Eyni zamanda ermənilər də öz növbələrində yaranmış əlverişli

Page 66: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

şəraitdən bacarıqla istifadə edərək, illər boyu hazırladıqları “Böyük Ermənistan” ideyasını həyata keçirirdilər. Sovet İttifaqı Kommunist Partiyasının dövlət orqanlarında rəhbər vəzifə tutan erməni və ermənipərəst qüvvələrə, ABŞ-da, Fransada və dünyanın bir sıra nüfuzlu dövlətlərində formalaşmış, iqtisadi-siyasi cəhətdən güclü erməni lobbisi dayaq dururdu.

DQMV-də yaşayan ermənilər, guya, sosial-iqtisadi vəziyyətlərinin ağırlığını və hüquqlarının pozulmasını bəhanə edərək, Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşmək istəklərini meydanlarda, mitinqlərdə elan edirdilər ki, bu da sadəcə, quru böhtandan savayı bir şey deyildi. On illər ərzində Qarabağ erməniləri Azərbaycanın digər bölgələrindəki azərbaycanlılardan qat-qat yaxşı yaşayırdılar. Onların iqtisadi həyatlarını daha da varlı etmək üçün hətta Azərbaycan hökuməti 1976-cı ildən etibarən onlara iqtisadi müstəqillik vermiş, Dağlıq Qarabağ Muxtar Vilayətinin mədəni və sosial tərəqqisinin yüksəldilməsi haqqında xüsusi qərar da qəbul etmişdilər. Həmin qərara əsasən DQMV-nin təsərrüfatları istehsal etdikləri məhsullardan özləri sərbəst istifadə hüququ qazanmışdılar, yalnız onu demək kifayətdir ki, onlar üzümü və taxılı hara istədi sata bilərdilər. Və həmin qərara uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayətində bir neçə elmi idarə, institut açıldı. Yeni nəhəng müəssisələr tikildi. Vilayət başdan-başa elektrikləşdirildi və qazlaşdırıldı. Yeni yollar çəkildi, abad yaşayış binaları tikildi. Çox təssüf ki, bu idarələrdə, institutlarda və müəssisələrdə işləmək üçün ixtisaslı kadrlar da Ermənistandan gətirildi.

Ermənistan Ali Sovetinin sessiyasının isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qərar qəbul etməsi, faktiki olaraq, Ermənistan-Azərbaycan müharibəsinin başlanğıcına rəvac verdi. Bu hadisədən az sonra, Ermənistanda yaşayan Azərbaycan türkləri oradan qovuldu. Yüz minlərlə soydaşımız öz doğma el-obasından didərgin düşərək dədə-baba torpağında qaçqına çevrildi. Bütün bunlar da 1988-ci ildə erməni separatçılığına rəvac verən amillərdən ən birincisi oldu.

Ermənilər respublikamızda yaranmış qarışıqlıqdan istifadə edərək xalqımıza qarşı müxtəlif təxribat xarakterli tədbirlər həyata keçirməyə müvəffəq oldular. Bu təxribatların fonunda ermənilər tərəfindən törədilmiş Sumqayıt hadisələri daha önəmlidir. Bu hadisə necə baş vermişdir?

Qarabağ böhranı və bu böhranla bağlı baş verən hadisələr respublikada ictimai-siyasi vəziyyətin kəskin xarakter almasına səbəb olmuşdu. Əvvəlcə Bakıda və respublikanın digər iri şəhərlərində ermənilərin özbaşınalığına, respublika rəhbərliyinin qətiyyətsizliyinə, mərkəzin isə bu məsələlərə birtərəfli yanaşmasına etiraz əlaməti olaraq yürüşlər, mitinqlər keçirilməyə başlandı. İlk dövrdə bu aksiyalar kortəbii xarakter daşıyırdısa da, sonradan yavaş-yavaş siyasiləşməyə doğru üz tuturdu. Nəticədə, bir tərəfdən bütün Sovetlər Birliyinin hər yerində gedən sosial-siyasi proseslər, digər tərəfdən isə Qarabağ böhranı Azərbaycanda siyasi atmosfer şkalasının yeniləşməsinə, demoratik və milli-azadlıq hərəkatının inkişafına təkan verdi.

Ümumiyyətlə, Quzey Azərbaycanda demokratik və milli-azadlıq hərəkatını şərti olaraq bir neçə mərhələyə bölmək olar. İlkin mərhələ 1988-ci ilin fevralından noyabrın 17-nə qədər olan dövrü əhatə edir ki, bu mərhələni

Page 67: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

hərəkatın kortəbii kütləvilikdən siyasiləşməyə doğru keçid mərhələsi adlandırmaq düzgün olardı. Bu dövrdə yuxarıların zahirən yenidənqurma adı altında, əslində isə məcburiyyət üzündən cəmiyyətə “demokratiya”, “aşkarlıq” dərsləri verməsi nəticəsində, digər tərəfdən isə Qarabağ ətrafında baş verən hadisələrlə bağlı respublika əhalisinin müxtəlif etiraz aksiyaları keçirməsi, bu tədbirlərin getdikcə böyüyərək kütləvi hərakata çevrilməsi və hərəkatın yavaş-yavaş siyasiləşməsilə müşayiət olunurdu.

Məlumat üçün bildirək ki, Azərbaycan Xl Qızıl Ordu tərəfindən işğal edildikdən dərhal sonra ölkəmizdə müxtəlif miqyaslı, gizli və açıq müqavimət hərəkatları müşahidə edilmişdir. Bunlardan birincisi Gəncədə rus – bolşevik işğalna qarşı polkovnik Kazım bəyin başçılığı ilə baş qaldıran və qanlar içində boğulan silahlı üsyan idi. Daha sonra isə yurdumuzun ayrı-ayrı dağlıq bölgələrində işğalçılara qarşı qaçaq hərəkatlarının baş qaldırdığı da məlumdur. Məmməd Əmin Rəsulzadənin yazdığna görə, Azərbaycann kommunust rəhbərlərindən Xanbudaqov adlı birisinin ölkəmizin Sovetlər Birliyinin tərkibindən çıxaraq müstəqil olması istiqamətində fəaliyyəti və bu şəxsin repressiyaya uğraması hadisəsi də baş vermişdir ki, bu barədə tarix kitablarnda heç bir məlumata rast gəlmirik. Eyni zamanda Azərbaycanda 1937 – ci ilə qədər Cəfər Cabbarlınn öndərlik etdiyi gizli “İstiqlaliyyət” təşkilatının varlığı və fəaliyyəti barədə də bizə Mirzə Bala Məmmədzadə məlumat verməkdədir. Yəni 70 illik işğal dövründə xalqımız əlini - əlinin üstünə qoyub boş oturmamışdır. Bu dövr ərzində bir çox gizli təşkilatlar qurulmuş və gizli təbliğat işi aparmışdır ki, onlardan bir neçəsi barədə bu kitabda məlumat verilməkdədir. 1956 – cı ildə azərbaycanlı tələbə Cahid Hilaloğlunun qız qalasının başına üçrəngli Azərbaycan bayrağını asması da belə təşkilatların fəaliyyətinin nəticəsi idi.

Sovetlər Birliyində Mixail Qorbaçovun hakimiyyətə gəlişindən və imperiyada “Aşkarlıq” və “Yenidənqurma” siyasətinə rəvac verilməsindən sonra bu tip təşkilatların leqallaşması üçün müəyyən şərait yarandı. İlk qaranquş 1987-ci ildə Bəxtiyar Tuncay, Tofiq Rəsulzadə, Fuad Ağayev, Məhəmməd Hatəmi Tantəkin, Ağası Hun, Vurğun Əyyub və digər ziyalılarımızın təşəbbüsü ilə qurulan “Çənlibel” təşkilatı oldu ki, bu təşkilatın tarix səhnəsinə çıxışı ilə bu günə qədər gizli və pərakəndə şəkildə aparılan milli fəaliyyət leqallaşdı və vahid təşkilat ətrafında cəmləşdi. Bu təşkilatın təsiri ilə Bakıda və ölkənin bütün bölgələrində çox sayda bənzər təşkilatlar qurulmağa başladı. 1988-ci ildən geniş vüsət alan Milli Azadlıq Hərəkatının əksər aparıcı simaları, o cümlədən Əbülfəz Əliyev (Elçibəy), Məhəmməd Hatəmi, Nemət Pənahlı və s. bu təşkilatlarla, ilk növbədə də “Çənlibel”lə bu və ya digər dərəcədə bağlı olmuşlar.

“Çənlibel”in bətnindən doğulan milli təşkilatlar içərisində dilimiz uğrunda geniş hərəkata vüsət verən “Oğuz” təşkilatının da adını xüsusi çəkmək lazımdır. Bu tip təşkilatlarda aparılan iş sonda Qarabağ probleminin partlaq verməsi ilə böyük bir hərəkata çevrildi.

Qeyd edilməlidir ki, həmin dövrdə istər Qarabağ problemini, istərsə də respublikanın üzləşdiyi digər problemləri həll etməyə qətiyyət və cəsarəti olmayan Azərbaycanın kommunist rəhbərlərinin səriştəsizliyi, mərkəzin ermənipərəst mövqeyi respublikada onsuz da mürəkkəb olan vəziyyəti daha da

Page 68: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

gərginləşdirirdi. Onda Ermənistan rəhbərləri xalqı milli dövlətçilik ruhunda formalaşdırırdısa, Azərbaycan rəhbərləri milli özünüdərkin qarşısına sipər çəkirdilər. Ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, milləti Qarabağ savaşına hazırlamaq məqsədilə gizli təşkilatlar yaradılmasına rəvac verirdilər. Bu səbəbdən də, Ermənistanda və Dağlıq Qarabağda böyük erməni milli təşkilatları yaranmışdı. Azərbaycan hələ də beynəlmiləlçilik bayrağı altında mürgü vururdu. Xalq isə bu vəziyyətlə heç cür barışmaq istəmirdi və öz torpağını öz qanı ilə qorumağa hazır idi. Ona görə də, ölkədə bir oyanış, silkələnmə və siyasiləşmə hərəkatı başlamışdı.

Qarabağ olayları ilə pillə-pillə yüksəlib formalaşan Demokratik və Milli Azadlıq hərəkatını şərti olaraq bir neçə mərhələyə bölmək olar. Bu mərhələlərin birincisi 1988-ci ilin fevralın 17-dən noyabrın 17-nə qədər olan dövrdür. Bu dövrü hərəkatın kütləviliyə və siyasiləşməyə doğru gedən keçid dövrü də adlandırmaq olar. Hadisələrin ilk başlanğıc dövründə baş verənlərə ötəri nəzər salsaq, dediklərimiz daha aydın olar. Məlumdur ki, ermənilər 1987-ci ilin sentyabrından başlayaraq müxtəlif mətbuat vasitələrində DQMV-nin Ermənistana birləşdirilməsi haqqında ideoloji təbliğata başlamışdılar. Bu təbliğata isə respublika rəhbərləri tərəfindən heç bir reaksiya verilmirdi ki, bu da onları şirnikləşdirdi 1988-ci il fevralın 13-də Stepanakertdə (Xankəndində) ilk mitinq keçirildi. Ermənilər iddialarını açıq-aşkar irəli sürdülər. Erməni hiyləgərliyinin gözəl bir nümunəsidir ki, ilk mitinqlərdə erməni tələbələri əllərində Azərbaycan və Ermənistan xalqlarının dostluğunun sarsılmazlığına, qardaşlığın əbədiliyinə dair şüarlar tutub meydana gəlirdilər. Qarabağ problemi ilə bağlı ermənilərin iddialarına azərbaycanlıların ilk etiraz çıxışı 1988-ci il fevralın 17-də Ağdamda keçirilən izdihamlı mitinq oldu. Bundan iki gün sonra fevralın 19-da Bakıda tələbə və gənclərin yürüş mitinqi keçirildi.

Fevralın 17-dən Ağdamın mərkəzi meydanında başlanan və on minlərlə adamın toplaşdığı bu mitinqlərdə Moskvaya ardı-arası kəsilməyən teleqramlar göndərsələr də, Moskva susurdu. Bakıda da yürüş-mitunq keçirildi və yürüş-mitinqçilər “Azadlıq” meydanından MK-nın (prezident aparatının) qarşısına qədər hərəkət etdilər. MK qarşısında mitinq edən tələbə gənclərin qarşısına MK-nın birinci katibi Kamran Bağırov çıxdı. O mitinqçilər qarşısında çıxış edərək DQMV-nin heç bir vəchlə Azərbaycan tərkibindən ayrılmasına yol verməyəcəyini bildirdi.

Buna baxmayaraq, fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyasında vilayətin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə qatılması ilə bağlı qərar və SSRİ rəhbərliyinə müraciət qəbul edildi ki, bu da xalqın hiddətini son həddə çatdırdı. Fevralın 21-də Ağdamda çoxminlli mitinq keçirildi. Mitinqdə SSRİ rəhbərliyindən həmin qərarın ləğv edilməsi qətiyyətlə tələb edirdi. Əks təqdirdə Vətəni öz qanları ilə qoruyacaqlarını bildirən Ağdam gəncləri, elə ertəsi gün dediklərindən dönməyəcəklərini sübut etdilər. Nəhayət fevralın 22-də səhər saat 8:00 radələrində Vətən naminə ayağa qalxan Ağdam, Ağcabədi, Bərdə, Yevlax, Tərtər rayonları ilə həmrəylik bildirən respublikanın ən ucqar rayonlarının gəncləri Ağdama toplaşdılar, izdiham Ağdam meydanından Stepanakertə doğru irəliləməyə başladı. Xalqın kükrəyən hiddətinin və vətənini qorumaq üçün ayağa qalxmış əliyalın Ağdam gənclərinin önünü Əskəranda rus

Page 69: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

ordusu kəsdi. Dinc yürüş keçirən gənclər gülləbaran edildi. Nəticədə ilk şəhidlərimiz—Ağdam gəncləri Əli və Bəxtiyarın qanı axdı Vətən torpağına. On yeddi nəfər isə yaralanaraq xəstəxanaya düşdü. Gözləmək olardı ki, bu hadisədən respublika rəhbərliyi nəticə çıxarar və daha ağıllı addımlar atar. Lakin bu belə olmadı. Rayon və respublika rəhbərləri yürüşü müxtəlif üsullarla dayandırdı və qəzəblənmiş kütləni geri dönməyə məcbur etdilər və üstəlik də, bu hadisədə iştirak edən insanların qəhrəmanlıqlarını qiymətləndirmək əvəzinə respublika rəhbəliyi həmin gün şəhid olanları unutdu. Azərbaycan KP MK-nın katibi Telman Orucov Ağdam rayon partiya komitəsinin zalında keçirdiyi iclasda, Əsgəran yaxınlığında yaralanmış bir neçə gənci təhqir etdi. Sovet İKP MK Siyasi bürosu DQMV ermənilərinin qərarını rədd etdiyinə görə belə bir yürüş “ekstremizm”dir! – dedi.

Halbuki, Sovet İKP MK Siyasi bürosunun 21 fevral 1988-ci il tarixli qərarında açıq-aydın yazılmışdır: “..Yaranmış indiki şəraitdə DQMV XDS-nin qərarını həyata keçirmək mümkün deyil”. Yəni şərait yarandıqda qərar həyata keçəcək! Dəhşətli faciə idi ki, Azərbaycan KP-nin o zamankı rəhbərləri bu qərarı Azərbaycanın xeyrinə qəbul edilmiş sənəd kimi təqdim edirdilər. O zamankı hakimiyyət təkcə bununla kifayətlənsəydi, dərd yarı idi. Respublika prokurorluğunun göstərişi ilə, Əsgərana dinc yürüş edən Ağdam gəncləri prokurorluğa, milis şöbəsinə çağırılır. Onların yürüşdə iştirak etdiyini sübut edən fotoşəkillər göstərərək həmin adamları həbs etməklə hədələyib, ciblərini “soymağa” başladılar. Eyni zamanda respublika Nazirlər Soveti Ağdamda yaşayan əhalidən bütün ov və quş tüfənginin yığılıb DİŞ-də saxlanması haqqında qərar qəbul etdi. Faciəyə baxın, Ermənistan və dünya erməniləri Qarabağdakı dığaları silahlandırdığı halda, Azərbaycan hökuməti əhalidən ov tüfənglərini yığırdı. Belə bir məqamda ermənilərin və SSRİ DTK-nın əli ilə, xüsusi ssenari əsasında hazırlanırdı və həmin ssenarinin də adı “Sumqayıt” idi. Hadisə ssenari əsasında 26 fevral baş verir. Hər kəsə məlumdur ki, bu hadisə DTK-nın təşkil etdiyi ssenari üzrə Paşa ləqəbli bir erməninin əli ilə törədilmişdir. Məqsəd isə məlum idi: Beynəlxalq aləmdə “Vəhşi azərbaycanlı” obrazı yaratmağa nail olmaq və “yazıq, fağır” ermənilərin belə bir xalqla birgə yaşamasının qeyri- mümkünlüyünü “sübut etmək” idi. Lakin respublikanın o zamanki rəhbərliyinin acizliyindən istifadə edən Moskva bu hadisəni az qala “erməni soyqırımı” kimi qiymətləndirdi. Bunun nəticəsində də yüzlərlə qeyrətli oğullarımız həbsxanalara salındı, olmazın işgəncələrə məruz qaldılar.

Hadisənin, məhz azərbaycanlılar tərəfindən törədildiyini sübut etmək məqsədilə respublika rəhbərlərinin maymaqlığından və satqınlığından yararlanan ermənipərəst Moskva, bu azmış kimi, Vətənin qeyrətli oğlu Əhməd Əhmədovun haqqında ölüm hökmü çıxartdı. Bütün bu hadisələr xalqı şoka salmışdı. Öz rəhbərlərinin tutduğu mövqedən çaşbaş qalan əhali bir müddət susmaq məcburiyyətində qaldı. Daha doğrusu xalq “zorla” susduruldu. Ancaq ermənilərin DQMV ərazisində at oynatmasına dözə bilməyən vətən oğulları 1988-ci il may ayında yenidən meydanlara axışdı. Ağdamda, Şuşada, Naxçıvanda, Bakıda yenidən izdihamlı mitinqlər başladı. Respublikadakı ictimai-siyasi prosesləri öz nəzarətində saxlamaq, imperiyanın maraqlarının axarına yönəltmək məqsədi ilə

Page 70: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

onun başçıları tərəfindən respublika rəhbərliyində kosmetik dəyişikliklər edildi. 1988-ci ilin may ayında Azərbaycanda rəhbərlik dəyişdirildi. Vəziyyətdən çıxış yolunu istefa verməkdə görən Kamran Bağırov Azərbaycan KP MK-nın birinci katibliyindən azad edilməsi haqqında ərizəsini Sovet İKP MK-ya təqdim etdi. Bundan sevinən Qorbaçov hakimiyyəti tez-tələsik xalqın yaddaşında “Vəziryan, bambılı” kimi qalan Əbdürrəhman Vəzirovu xaricdə diplomatik fəaliyyətdən geri çağıraraq, Azərbaycan KP MK-ya I Katib göndərdi.

Ağdamda, Şuşada, Sumqayıtda və digər regionlarda baş verən hadisələrə heç də laqeyd qalmayan Bakı isə içərisindən qaynayırdı...

Bakıda demokratiya uğrunda mübarizəyə DQMV-də ermənilərin iddialarına qarşı ilk etiraz çıxışlarına tələbələr başladılar. İlk izdihamlı nümayiş keçirən tələbələr milli-demokratik hərəkatın əsas hərəkətverici qüvvəsi olmaqla həm də onun əsasını qoydular. Bundan başqa, bu dövrdə bir sıra ictimai-siyasi təşkilatlar, o cümlədən “Çənlibel”, “Varlıq”, “Yurd”, “Gənc alimlər” və sair fəaliyyətə başladı. Artıq genişlənməkdə olan xalq hərəkatında iki aparıcı xəttin, yəni demokratik və milli xəttin formalaşması aşkarlanırdı. Bu təşkilatların yaranmasına iki amil rəvac vermişdir. Birinci uzun illər siyasi amirlik məngənəsində çıxılan milli azlıqlar “Yenidənqurma” siyasətindən bəhrələnib, öz milli varlıqlarını dərk edirdilər və ikinci də Qarabağ hadisələri millətdə, xüsusilə millətin gənc nəslində milli vətənpərvərlik və milli təəssübkeşlik hissləri oyatmışdı.

“Qarabağ problemi”nin ortaya çıxması isə milli təəssübkeşliyi ön plana çəkmişdi. Bu xətt də özlüyündə demokratik prinsip və dəyərlərə söykənirdi . İmperiyanın əlində asanlıqla oyuncağa çevrilən Əbdürrəhman Vəzirov tezliklə mərkəzdəki erməni və ermənipərəst qüvvələrin təsiri altına düşdü və fəaliyyətini onların diktəsi əsasında qurdu. Əslində bu belə də olmalı idi. Çünki Vəzirovu elə bu məqsəd üçün Azərbaycana göndərmişdilər. Yeni rəhbər təyin olunmuş Əbdürrəhman Vəzirov rəhbərliyinin birinci həftəsi xalq kütlələrini “Azadlıq” meydanına toplayaraq böyük nitq söylədi. Bu nitqi rus dilində oldu. Xalqı əmin etdi ki, DQMV Azərbaycanın olub və həmişə də belə olacaq. Bundan az sonra, iyun ayının 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyətində həm Azərbaycan SSR-in, həm Ermənistan SSR-in, həm də DQMV-nin nümayəndələrinin iştirakı ilə məsələyə baxıldı. İlk baxışda, guya “ədalətli” qərar qəbul edən SSRİ Ali Sovetiin Rəyasət Heyəti, həmin qərarda da məkrli bir siyasət işlətdi. Bu qərara əsasən DQMV Azərbaycanın tabeçiliyindən çıxarılaraq, ittifaq tabeçiliyinə verilirdi. Təəssüf ki, respublikanın başbilənləri yenə də bu incəliklə planlaşdırılan məkrli niyyəti görə bilmədilər. Eyni zamanda, hələ mart ayında DQMV-nin sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsi məqsədilə ittifaq hökumətinin büdcədən 500 milyon rubl vəsait ayırması da həmin məkrli niyyətin tərkib hissəsi idi. Onu da qeyd edim ki, bu qərar da bilavasitə erməni təhriki ilə edilmişdir. Guya ermənilər siyasi yox iqtisadi çətinlikləri naminə mitinqlər edir və Azərbaycandan ayrılmaq istəyir.

Bu kökündən səhv idi. Çünki o dövrdə Qarabağ erməniləri Azərbaycanın ən varlı bölgələrindən də yaxşı yaşayırdılar. Bu üstünlük yuxarıda dediyim kimi onlara hələ 1976-cı ildən verilmişdi. DQMV Respublika hökumətinin qərarı ilə

Page 71: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

iqtisadi müstəqillik əldə etmişdi və Sosialist Əməyi Qəhrəmanı Mamunts istehsal etdiyi üzümü və şərabı sərbəst surətdə İrəvana gətirdi. Hamı 1988-ci il qərarına uyğun olaraq ermənilər Şuşada Topxana meşəsini qırıb, orada hansısa bir zavod tikmək istəyirdilər. Xalq bunu yaxşı başa düşürdü və rəhbərlikdən “tikintinin” dayandırılmasının tələb etsə də, respublika başbilənləri xalqın başını aldatmağa, “hamam”, “qoz ağacı” kimi düşük siyasətlə milləti əsas mətləbdən yayındırmağa can atırdılar.

Mətbuatdan və Xəlil Rza Ulutürkün xatirələrindən mənə məlum olan dəhşətli bir faktı xatırlatmaq istəyirəm. Rəhbərliyin satqınlığını görüb dözə bilməyən ziyalılar 1988-ci ilin yayında Qarabağa gəlir, əhali ilə görüşürdü. Avqustun sonlarında Xəlil Rza Ulutürk Ağdama gəlir. Şuşada, Xocalıda, Malıbəylidə, Quşçularda, Sırxavənddə, Məliklidə və digər kəndlərdə yaşayan Azərbaycan türkləri ilə görüşür, onlara ürək-dirək verir. Avqustun 29-da bu görüşlərdən xəbər tutan Azərbaycan DTK Xəlil Rza Ulutürkün təcili həbsi barədə göstəriş verir. Ağdamın tanınmış ziyalısı Zeynal Məmmədov həmin görüşdən xəbər tutur. Öz maşını ilə Xəlil Rza Ulutürkü aradan çıxarıb gizli yolla Bakıya gətirir. Bu fakt onu deməyə əsas verir ki, həmin dövrdə nəinki respublika rəhbərləri milli-mənafe naminə heç bir iş görmür, hətta öz vicdanının hökmü ilə iş görənləri təqib etməkdən belə çəkinmirdilər. Nəticədə, Azərbaycan rəhbərlərinin maymaqlığını görən DQMV-nin erməni əhalisi 1988-ci ilin sentyabrında yenidən ayağa qalxdı. Bu dəfə silahlı hücumdan belə çəkinməyən ermənilər sentyabrın 18-də Xocalı qəsəbəsinə hücuma keçdilər. Yerli əhali düşmənin niyyətini başa düşdüyündən onları atəşlə qarşılayırdı. Xeyli itki verən düşmən, meyitlərini və yaralılarını götürüb geri çəkilməyə məcbur oldu. Bu hadisə də tərtib edilmiş xüsusi planın tərkib hissəsi idi. Belə ki, həmin hadisədən iki gün sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti müəmmalı bir qərar qəbul etdi: DQMV-də və Ağdam rayonunda fövqalədə vəziyyət elan edildi, regiona ordu hissələri yeridildi, komendant saatı tətbiq olundu. Maraqlıdır, niyə DQMV ilə birlikdə Laçında, Kəlbəcərdə deyil, məhz Ağdamda fövqalədə vəziyyət elan edilmişdi?

Hadisələrin sonrakı inkişafını izlədikcə aydın olur ki, həm ermənilərin, həm də İttifaqın xüsusi xidmət orqanları Ağdamı həmişə xüsusi diqqət mərkəzində saxlamış və burda zaman-zaman müxtəlif formalarda planlar quraraq həyata keçirilmişlər. Görünür, Dağlıq Qarabağ iştahasına düşən ermənilər məhz Ağdam gənclərinin dəliqanlığından daha çox ehtiyatlandıqlarından Moskvada hazırlanan planlarda bu nəzərə alınmışdır.

Bakıda hər hansı bir addım atmağın qeyri mümkünlüyünü dərk edən ziyalılarımız Qarabağa yollanır, yerli əhali ilə görüşlər keçirir, onlarda vətənpərvərlik duyğusunun artırılmasına çalışırdılar. Xalq şairləri Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Famil Mehdinin, yazıçılardan Anarın, Elçinin, Əkrəm Əylislinin, görkəmli elm xadimlərimiz Xudu Məmmədovun, Nurəddin Rzayevin, Murtuz Ələsgərovun, Aydın Məmmədovun, Sabir Rüstəmxanlının, Misir Rəhimovun, tanınmış incəsənət xadimləri Həsən Turabovun, Siyavuş Aslanın, Mikayıl Mirzənin, Afaq Bəşirqızının, Nurəddin Quliyevin və başqalarını ardı-arası kəsilməyən səfərləri Qarabağda yaşayan soydaşlarımızda ruh yüksəkliyi, mübarizlik əhval-ruhiyyəsi yaradırdı.

Page 72: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Belə bir şəraitdə isə, xalq hərəkatının getdikcə genişlənməsi, onun vəzifə və məramının konkretləşdirilməsi, sosial bazanın möhkəmləndirilməsi zərurəti labüdləşirdi. Məhz bu baxımdan 1988-ci ilin ortalarında ”Bakı şəhər alimlər klubu” ətrafında fəaliyyət göstərən ziyalıların nümayəndələri Xalq Hərəkatına rəhbərlik edəcək bir təşkilatın—Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması üçün təşəbbüs qrupu yaratdılar. Bu qrup yaradılacaq təşkilatın Proqram və Nizamnaməsini hazırlamaq üçün işə başladı. Lakin yuxarıda adları çəkilən ayrı-ayrı təşkilatların DTK tərəfindən salınmış xüsusi adamlar hər vasitə ilə onların vahid qüvvə halında birləşməsinə, AXC kimi bir təşkilatın formalaşmasına imkan verməməyə çalışırdılar. 1988-ci ilin oktyabrında Üzeyir Hacıbəyovlinin ev muzeyinin zirzəmi zalında gizli toplaşan həmin qurumların rəhbərləri arasında başlanan mübahisə, hər kəsin özünü daha güclü hesab edərək başqalarının ona birləşməsi iddiası ilə çıxışlar etməsi, nəticədə yenə vahid birliyin yaranmasına mane oldu. Görünür belə vəziyyətə ürəyi tab gətirməyən böyük ziyalı, dünya şöhrətli alim Xudu Məmmədov da, məhz həmin toplantının sonunda dünyasını dəyişdi. Dəhşətli hal burasıdır ki, o zaman Əbdürrəhman Vəzirov Xudu Məmmədovun həmin toplantıda vəfatını eşidib, onun təntənəli yas mərasiminə və Fəxri Xiyabanda dəfn olunmasına mane oldu. Ancaq qədirbilən xalqımız öz oğlunu böyük ləyaqətlə son mənzilə yola saldı.

Qarabağ böhranı ətrafında baş verən hadisələr respublikada ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhərlərdə erməni separatçılarının qarşısında acizlik nümayiş etdirən respublika rəhbərliyinə qarşı etiraz nümayişləri, mitinqlər keçirməyə başlandı və beləliklə də, get-gedə kortəbiilikdən siyasiləşməyə doğru gedən bir hərəkat formalaşmağa başladı.

Bir sözlə, Qarabağda baş verənlər Bakı əhalisinin hiddətini günbəgün artırırdı.

Azərbaycan Xalq Hərəkatının ikinci dövrü 1988-ci ilin 17 noyabr - 5 dekabr dövrünü “Meydan mərhələsini” əhatə edir. Noyabrın 17-də BDU-da fəaliyyət göstərən “Yurd” cəmiyyəti tərəfindən Azadlıq meydanında təşkil olunan, sonradan Nemət Pənahlı və Sabir Rüstəmxanlı tərəfindən idarə edilən milli demokratik mübarizənin davamı olan “Meydan hərəkatı” uzun illər susdurulmuş bir xalqın inamını özünə qaytarmaqla yanaşı, milli-mənafe naminə onun birlik, mütəşəkkillik, əzmkarlıq nümayiş etdirmək qabiliyyətinə malik olduğunu bir daha aşkarladı. Bu baxımdan Milli Azadlıq hərəkatı tarixində “Meydan Hərəkatının” xüsusi yeri və rolu vardır. İnam, ümid və birlik meydanı.

Öncə qeyd edək ki, noyabrın 17-də Elmlər Akademiyasının və BDU-nun qarşısında toplaşmış mitinqçilər, müxtəlif istiqamətlərdən hərəkətə gələrək Politexnik İnstitutu (Texniki Universitet) qarşısındakı dəstə ilə birləşdi. Böyük izdihama çevrilmiş kütlənin qarşısı, Azadlıq meydanına qədər üç dəfə milislər tərəfindən kəsildi. Əvvəl Ali Sovetin, sonra isə Bakı Sovetinin yanında qarşısı kəsilən mitinqçilər çox tezliklə milislərin yaratdıqları canlı hasarı yarıb irəliləyə bildilər. Qoşa qala qapısı qarşısındakı meydanda isə onları milislər xeyli ləngidə bildilər. Elə buradaca, təcili olaraq hakimiyyət orqanları tərəfindən təşkil edilmiş mikrofon vasitəsilə keçmiş 26-lar rayon Partiya Komitəsinin I katibi Vəli

Page 73: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Məmmədov nitqə başladı. Lakin xalq kütlələri onu eşitmir, milis qüvvələrini dəf edib meydana yollandılar. Nizami muzeyi tərəfindən hərbçilərin canlı səddini yarmaq mümkün oldu və Azadlıq meydanına yürüş başlandı. Beləliklə, Azadlıq meydanı ələ keçirildi və mitinq başlandı. Mitinqin əsas təşkilatçısı olan “Yurd” cəmiyyəti noyabrın 17-18-də meydanı idarə etsələr də, 18-dən 19-ba keçən gecə artıq geri çəkilmək, meydanı boşaltmaq haqqında fikirlər irəli sürməyə başladılar. Lakin Nemət Pənahlı çıxış edərək irəli sürülən tələblər yerinə yetirilməyincə meydanı boşaltmağın əleyhinə olduğunu bildirdi, səbəb isə meydanda bəzi qüvvələrin ona etdiyi təzyiq idi. İzdiham onun bu təklifini gurultulu alqışlarla qarşıladı. Beləliklə tələblər yerinə yetirilənə qədər meydanda mitinqi davam etdirmək qərara alındı. Tələblər isə bunlar idi.

1. Yürüş zamanı həbs edilən gənclərin təcili azad edilməsi (bu tələb elə mitinqin ilk günü yerinə yetirildi);

2. Sumqayıt hadisəsi ilə bağlı həbs edilmiş azərbaycanlıların istintaqının ittifaq orqanlarından alınıb respublika hüquq mühafizə orqanlarına verilməsi;

3. DQMV-dəki Topxana meşəsində tikinti işlərinin dayandırılması;4. Ağdamdan xüsusi vəziyyətin və komendant saatının götürülməsi;5. Ermənilərin iddiasına İttifaq rəhbərliyi tərəfindən qəti və birmənalı cavab

verilməsi;6. DQMV-dəki separatçı qüvvələrin məsuliyyətə cəlb edilməsi; Tələblərdən göründüyü kimi, hərəkatın bu mərhələsində xalqın Sovet

rəhbərliyinə müəyyən qədər inamı var idi və sadəlövhcəsinə hesab edirdi ki, İttifaq hökuməti xalqın tələbini yerinə yetirəcək və problemin obyektiv həllinə çalışacaq. Dogrudur, mitinqdə Sovet İmperiyası, Kommunist rejimi ilə bağlı, ayrı-ayrı çıxışlarda kəskin ittihamlar da irəli sürülür, Milli Azadlıq, Demokratik cəmiyyət barədə tələblər də səslənirdi. Lakin ayrı-ayrı tələblər, elə tələb olaraq qalırdı.

Məhz meydanı tətk etməli, yoxsa tərk etməməli məsələsində yaranan fikir ayrılığı mitinqi idarə edən liderlərin ayrılmasına səbəb oldu. Birinci tərəf, yəni Nemət Pənahlı və onunla həmfikir olanlar tələblər yerinə yetirilənə qədər meydanda qalmağın, ikinci tərəf-Sabir Rüstəmxanlı və onunla həmfikir olanlar isə mitinqi dayandırmağı, tələblərin yerinə yetirilməsi üçün hakimiyyət orqanlarına vaxt verilməsi, yerinə yetirilmədiyi təqdirdə yenidən mitinq keçirilməsi təklifi ilə çıxış edirdilər.

Bu fikir ayrılığı izdiham içərisində də ikitirəliyə səbəb oldu. Mitinqi idarə etmək üçün nümayiş komitəsi yarandı: çadırlarda aclıq edən insanlarla birgə Nemət Pənahlının rəhbərlik etdiyi komitə və keşmiş Lenin prospekti 3-də yerləşən binanın birinci mərtəbəsində yaradılmış Sabir Rüstəmxanlının rəhbərlik etdiyi komitə.

Qeyd etmək lazımdır ki, hər iki tərəfin çıxışları əsaslanmış, arqumentlərə söykənmiş çıxış təsiri bağışlayırdı. Yəni hər iki tərəf Meydan Hərəkatından ümummilli mənafe naminə daha çox yararlanmaq istəyirdi. Sadəcə bu yararlanmanı hərəsi bir istiqamətdə götürdü.

Əsasən, Qarabağ probleminin həlli ilə bağlı respublika rəhbərliyi tərəfindən qəti tədbirlər görülməsi tələblərinin ön plana çəkildiyi bu nümayişdə həm

Page 74: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

imperiyaya qarşı açıq çıxışların səslənməsi totalitar rejimin qorxu eyforiyasının dağıdılması baxımından olduqca əhəmiyyətli idi.

Meydan hərəkatı, Azərbaycanda başlamış kortəbii milli-müqavimət hərəkatının inkişaf edərək mütəşəkkilləşməyə, siyasiləşməyə doğru getməsində, Xalq hərəkatı liderlərinin yetişməsində mühüm rol oynadı.

17 noyabr-5 dekabr “Meydan hərəkatı”na rəhbərlik edən N.Pənahlının meydanı nizamlı və mütəşəkkil idarə etməsi o dövrdə bütün dünya siyasətçilərini heyrətə gətirmişdi. Həmin dövrdə “meydan hərəkatı” xalqın illər boyu məhv edilmiş inamını özünə qaytardı, xalqın milli mənafe naminə mütəşəkkillik, birlik, mübarizlik kimi mənəvi dəyərlərini aşkara çıxartdı. “Meydan hərəkatı” Azərbaycan rəhbərliyini xalqla hesablaşmağa məcbur edə bildi.

Bununla belə, “meydan hərəkatı” səhvlərsiz də ötüşə bilmədi. Belə ki, heç də mövcud siyasi imkanlardan istifadə edilmədi. Meydanı idarə edənlərin konkret siyasi gerçəkliyə əsaslanan proqramı və ya ssenarisi yox idi. Bu da təbii idi. Əvvəla heç kəsdə bənzər situasiyalarla bağlı heç bir təcrübə yox idi. Təcrübə bilavasitə meydanda əldə edilirdi. Bu üzdən də proseslərə improviztivlik hakim edilirdi. Bəzi hallarda edilən emosional, populist çıxışlar, irəli sürülən qeyri-real tələblər meydana qaragüruhçu əhval-ruhiyyə donu geyindirirdi. Meydanda toxunulan məsələlərin əsasən “Qarabağ problemi” fonunda cərəyan etməsi, Azərbaycanın real suverenliyə malik olmadan bu problemin həll olmasının qeyri-mümkünlüyünün dərk olunmaması, hərəkatı idarə etmək üçün bir kütləvi ictimai təşkilatın yaradılması üçün yaranmış əlverişli vəziyyətdən istifadə edilməməsi, hərəkata rəhbərlik edənlər arasında fikir ayrılıqlarının, şəxsi təkəbbürlərin və liderlik meyllərinin meydana çıxması hərəkatın kobud səhvlərə yol verdiyinə dəlalət edirdi. Lakin etiraf etmək lazımdır ki, başqa cür də ola bilməzdi. Məhz buna görə də, bəzən meydan öz məqsədindən yayınırdı. Meydanda əsas fikir ayrılığı yaranır, siyasi motivlər dini motivlərə çevrilirdi. Meydanda Azərbaycan bayrağı ilə birgə İran, Türkiyə dövlətlərinin bayraqları qaldırılır və Xomeyninin, Atatürkün şəkilləri görünürdü ki, bu da meydanı dağıtmaq istəyən qüvvələrə-Sovet ideoloqlarına və DTK-ya imkan verirdi ki, xalqın ümumi fikrini, milli azadlıq arzularını başqa səmtə çevrilməsinə, pantürkist, panislamist ideyaları ilə pərdələməyə imkan verirdi. Şübhəsiz ki, bu qəbildən olan hallar kiçik qrupların işi idi və fraqmentar xarakter daşıyırdı. Görünür, spontan xalq hərəkatlarında bu cür halların baş verməsi təbiidir. Çünki xalq hərəkatlarına ilk dövrlrdə müəyyən qədər kortəbiilik xas olur, həmin dövrdə vahid siyasi xətt və rəhbərliyin tam bəlli olmaması üzündən hər bir qrup və hətta hər bir kəs öz daxili intiusiyası və fantaziyası əsasında cərəyan edir. Lakin bu, uzun sürmür, zaman keçdikcə mövcud amorfluğu, oturuşmuş prinsiplər əvəz etdikcə, tədricən, yavaş-yavaş hər şey öz yerini tutur. Bu gün eçilmiş yolun qazandırdığı təcrübə işığında çıxış edərək o dövrün hadisələrini və həmin hadisələrin hərəkətvericilərini tənqid etmək çox asandır. Fəqət o dövrdə təcrübəsizlik özünü hər addımda göstərirdi. İşin ən maraqlı tərəfi isə budur ki, insanların bir çoxu ən azı sosialist inqilabları və xalq hərəkatları barədə bəzi nəzəri biliklərə sahib olsalar da, hər gələn yeni gün özü ilə yeni nüanslar və şərtlər gətirirdi ki, dünən qazanılan təcrübə bu günkü şərtlərdə optimal yolu tapmaq üçün çox vaxt yetmirdi. Təbii ki, nəzəri biliklərin də bir o qədər

Page 75: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

faydası olmurdu. Bir sözlə, hərəkatçılar bəzi hallarda kobud səhvlər edə-edə, öz səhvlərindən nəticələr çıxara-çıxara öyrənir və öyrədirdilər.

Bundan əlavə, meydanda yeni, müxtəlif fikirli “liderlər” yaratmışdı və onlar da çıxışlarında xalqın fikrini ümumi etməkdən yayındırırdılar. Bununla əlaqədar bir hadisə indiki kimi yadımdadır. O zaman milli azadlıq hərəkatının fəallarından olan Məmməd Əfşan meydanın altıncı-yeddinci günü axşam çağı mikrafona yaxınlaşaraq dedi: “Çox hörmətli və qüdrətli xalqım! Düz bir həftədir ki, bu yalançı millət qəhrəmanları, bu mikrafon öküzləri, kimlərinsə dəyirmanına su tökən naqislər sizə “Ay mənim Babək ürəkli, Koroğlu qeyrətli, Qaçaq Nəbi hünərli, Şah İsmayıl təpərli xalqım” – deyərək ləbbe döyürlər. Xüsusən, fikir ayrılıqlarının meydanda az qala məfkurə ayrılığına gətirib çıxarma həddinə çatması Sabir Rüstəmxanlının, Aydın Məmmədovun, Firudin Cəlilovun və başqalarının rəhbərliyi ilə bir, Nemət Pənahlının, Əbülfəz Əliyevin (Elçibəy) və digərlərinin rəhbərliyi ilə başqa mitinq komitəsinin fəaliyyət göstərməsi narahatlq doğururdu. Məhz bu ayrılığın yaradacağı problemləri nəzərə alaraq ziyalılar, Milli Mücahidlər, habelə rayonlardan gələrək meydan hərəkatına qoşulmuş Asəf Kələntərli, Ramiz Qəmbərov, Eldar Bağırov, Qazaxlı Alik, Arif Paşayev və başqaları çıxışlar edir hər iki qütbü birliyə, vahid qüvvə kimi fəaliyyət göstərməyə dəvət edirdi. Bu iki tərəf arasında heç bir qarşıdurma baş verməsə də, təəssüfləndirici haldır ki, bütün bu məzmunda olan çağırışlar faydasız qaldı və ayrı düşmüş qüvvələr vahid məxrəcə gələ, birgə mübarizə aparmaq məqsədilə birləşə bilmədilər.

Bütün bunlara baxmayaraq, meydan hərəkatı imperiyanın 70 illik dayaqlarını laxlatdı. Ən əsası isə meydan milyonlarla insan üçün böyük bir siyasi məktəb oldu, indiyə qədər öncə dar ziyalı dairələrində, daha sonra isə müxtəlif kiçik milli təşkilatlarda müzakirə ediln milli məsələ və problemlər, tariximizin qapalı səhifələri ilə bağlı məqamlar, milli hədəf və məqsədlərimiz barədə düşüncələr, eləcə də milli istiqlal və milli dövlətçilik məfkurəsi bütün xalqın malına və amalına çevrildi. Bundan başqa meydan hərəkatı milli hədəf və məqsədlərə çatmaq üçün siyasi bir təşkilata ehtiyac olduğu gerçəyini də ortaya qoydu. Nəhayət, xalqın meydanı tərk etməyəcəyinə əmin olan İttifaq rəhbərliyi hələ noyabrın 23-dən “Hərbi vəziyyət” elan edərək Bakıya tökdüyü hərbi kontingentə meydanı boşaltdırmaq əmri verdi. Şəhərdə qadağan saatı tətbiq edildi. Edilən hədə-qorxulara, təqib və təzyiqlərə baxmayaraq, xalq meydanı dekabrın 4-nə qədər tərk etmədi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet əsgərləri zorakı vasitələrlə meydanda toplaşmış əhalini dağıtmağa başladı.

Həmin gecə 100-dən artıq mitinqçi həbs edildi. Bununla da Milli Azadlıq hərəkatının ikinci dövrü —Meydan Hərəkatı başa çatdı.

Meydan “susdurulduqdan” sonra demokratik və Milli Azadlıq hərəkatında müvəqqəti bir sükunət, nisbi bir durğunluq hökm sürməyə başladı. Əsasən, hərəkat fəallarına qarşı aparılan siyasi represiyalarla izah olunan bu sakitlik əslində keçici xarakter daşıyırdı. Artıq bir şey məlum idi ki, heç bir qüvvə respublikanı bürümüş milli-demokratik hərəkatın genişlənməsinin qarşısını ala bilməyəcək. Belə ki, əgər Qarabağ böhranının daha da, dərinləşməsi, Ermənistanda yaşayan soydaşlarımızın öz yurd –yuvalarından vəhşicəsinə

Page 76: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

qovulması və.s bu kimi problemlər bir tərəfdən xalq hərəkatının geniş vüsət almasına təkan veriridisə, digər tərəfdən isə, bu proses özlüyündə təbii tarixi təkamülün məntiqi nəticəsi kimi çıxış edirdi. Dəfələrlə tədqiqatçılar tərəfindən qeyd olunmasına baxmayaraq Xalq Hərəkatı gedişində 1988-ci ilin 17 noyabr-5 dekabr hadisələri xüsusi əhəmiyyət kəsb edir və haqlı olaraq “Meydan mərhələsi” kimi xüsusi olaraq araşdırılır.

Doğrudur, xalqın meydanlara axışması və meydanı “mənimsəməsi” bu tarixdən öncə başlamışdı. Xüsusən də eyni ilin may ayında xalq sözügedən məkanda 2 dəfə izdihamlı mitinq təşkil etməyə nail olmuşdu. Bunlardan birində Məhəmməd Hatəmi Tantəkin və Xəlil Rza Ulutürk xalqı hökumət strukturları ilə danışıqlarda təmsil etmək üçün 16 nəfərdən ibarət komissiyanın yaradıldığını bəyan etmişdilər. Bu komissiyaya Məhəmməd Hatəmi və Xəlil Rzadan başqa Əbülfəz Elçibəy, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Mikayıl Mirzə, Bəxtiyar Tuncay, Nurəddin Quliyev, Firudin Cəlilov (Ağasıoğlu), Rüstəm Behrudi, Vurğun Əyyub, İsa Qəmbər və digərləri daxil idilər. 17 noyabr – 5 dekabr mitinqlərindən öncəki mitinqlərin bir çoxunun keçirilmsi həmin bu komissiyanın qərarı ilə gerçəkləşmişdir. Sonradan bu qrup aralarında taktika və strategiya məsələlərinə münasibətdə yaranan fikir ayrılığı üzündən iki yerə parçalanmışdı. Başlanğıc günü tariximizə Milli Dirçəliş günü kimi düşmüş misilsiz olayın baş qəhrəmanı Nemət Pənahlının o dövrdə kütlə tərəfindən daha yaxından tanınması da məhz həmin mitinqlər dövründə baş vermişdi.

Meydanda yaranan deyim nümunələrinə diqqət yetirdikdə görürük ki, xalqın uzun müddət içində bəsləyib saxladığı etiraz əlamətlərini sanki üsyankar bir səslə deyilməy can atırdı:

Biz ölərik, meydanı tərk etmərik!Biz ölərik, Neməti tək qoymarıq!Qurban olum Qarabağın daşına, Daşı düşsün erməninin başına.Ay camaat, qışqırın, meydanı qızışdırın.Dəstə bizim dəstədi, ermənilər xəstədir.Biz ki, varıq, sabaha qalanlarıq.Milləti aldatdılar! Qarabağı satdılar!Domsovetdə bir kişi var, yoxsa yox?!Daim bizə eşq olsun!Bu gün hava soyuqdur, ermənilər toyuqdur!A yordu-yordu-yordu, görək kim-kimi yordu...Ay can alan candı bizim Bərdə də, Erməni qurbandı bizim Bərdədə.Burda nümayiş gedir. Topxanada iş gedir.Domsovetdə yatdılar. Topxananı satdılar.Bu gün hava bürküdü. Ermənilər tülküdü.Ay can alan, can Qarabağ bizimdi. Olsa da üsyan—Qarabağ bizimdi!

Page 77: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Uzun illər torpaqları qıyma-qıyma doğranmış və yadellilərə bağışlanılmış, zülm-zillət içərisində yaşayan bir xalqın gəncliyinin damarlarından və qan yaddaşının süzgəcindən sızıb gələn nalələr, etirazlar idi, bu deyimlər.

Meydan öz dünyasında Azərbaycanın sıxıntı içərisindən boğub çıxarmağa çalışan bir meydan kolliqrafiyası da yaratdı. Yaratdı onu bütöv Azərbaycana çatdıra bildi. O tələbə auditoriyalarında hazırlanıb, meydanda gerçəkləndi. Həmin o şaxtalı gecədə hazırlanan düşüncələr etiraz səsləri idi ki, xalqımızın məhz buna görə də Meydan hadisəsi zaman-zaman qoruyub saxlamaqla yanaşı vədəsi gələndə realizə etməliyik. Meydan daha yeni tələb şəklində şüarlar da ortaya qoydu. Həmin şüarların bir neçəsini nümunə üçün kitaba daxil edirəm.

Erməni ekstremistləri məhkəmə qarşısında cavab verməlidirlər. Qarabağ bizimdir. Mətbuata ar olsun! Tı rab, tı vor, Tı armenin.

A.S.Puşkin Kirovabad şəhəri dahi şair Nizami Gəncəvinin adını daşımalıdır. Azərbaycan dili –dövlət dili! Ləzgi milləti həmişə sizinlədi! Topxanamızı dağıdanların quşxanasını dağıdarıq! Xalq hökumət üçün deyil, hökumət xalq üçündür! Qarabağ bizim olacaq! Öldü var, döndü yoxdur! Nərə çəksə Qarabağ, Yerevan ac qalacaq. Rəhbər vəzifələrə seçki yolu ilə! Babək, Koroğlu qeyrətli oğullar ayağa qalxsın! Ermənistandan didərgin düşmüş azərbaycanlılar Dağlıq Qarabağda

yerləşdirilsin! Axdın ciblərinə yadın, özgənin, Adın odlar yurdu—odun özgənin! Vazgenə “Xalqlar dostluğu” ordeni haram olsun. Bu ordeni ona verənə ar

olsun! İqtisadi əlaqələr gərilsin! Öz ana dilini bilməyən satqındır! Vəzirov öz ana dilini bilmir. Azərbaycan xalqı dinc xalqdır! Ermənilərə ölüm! Kənd Əhmədli sizinlədi! Böyük Vətən müharibəsi əlili İsmayıl İsmayılov aclıq elan edib. Buna son qoymaq üçün dövlət qəti tədbir görməlidir. Xalqımın haq səsi gərəkdir mənə, Onların birliyi qidadır mənə, Mən də öz borcumu aclığım ilə, Halal eyləyirəm doğma vətənə. Kəlbəcər rayonunun Keşdək kəndi sizinlədir.Bütün bunlar kütlənin qaldırdığ və səsləndirdiyi, bugünkü məfkurə

baxımından çox primitiv görünən şüarlar idi. Lakin həmin dövrdə o şüarlarla çıxış

Page 78: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

etməyin özü də bir çoxlarından cəsarət tələb edirdi. Sözügedən şüarlar meydana gələn kütlələrin siyasi səviyyəsinin, istək və arzularının göstəricisi idi. Bu siyasi səviyyə və istək arzularla meydana gələn xalq onu milli istiqlal və milli dövlətçilik şüuru, istəyi və arzusu ilə tərk etdi. Bir sözlə, meydan milli şüurda kütləvi inqilab yaratdı.

Bütün bunları bir daha yada saldıqca əmin olursan ki, xalqımıza qarşı edilən haqsızlıqlar heç vaxt unudulmamış, əksinə zamanı gəldikdə onunla qəti mübarizəyə qalxmışdır.

Qeyd etdiyimiz aspektdən Azərbaycanın keçdiyi yola nəzər salsaq görərik ki, 1988-ci il milli-demokratik mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, “Çənlibel”, “Varlıq”, “Xalq Qurtuluş hərəkatı”, Bakı Dövlət Universitetində təməli qoyulan “Yurd” cəmiyyəti və digərləri tərəfindən başlanan (əlbəttə ondan əvvəl neçə-neçə cəmiyyətlər yaranmışdır ki, bu haqda yeri gəlmişkən məlumat verəcəyik) və kütləvi şəkildə aparılan nümayişlərin yekun nöqtəsi idi. Bu yekun nöqtə milli dirçəliş üçün olduqca güclü təkan oldu və özünüdərk üçün önəmli rol oynadı. Bu iki mübarizədə yəni mövcud imperiya strukturlarının atributlarının bərpasına çalışmaq, istədiyimiz atributlarla xalqın özünün yenilərinin imperiyaya qarşı qoyması olduqca önəmli rol oynayırdı. Bir tərəfdən sovet bayrağı, digər tərəfdən üçrəngli Azərbaycan bayrağı, bir tərəfdən manqurtlaşmış sovet inzibati orqanları, digər tərəfdən isə milli simvola çevrilmiş, heykəlləşmiş bozqurd eşqi, bozqurd qurtuluşu nəğməsi, bütün bu təzadlar içərisində imperiyanın idealogiyasına qarşı ziyalı sinfi ayağa qalxdı. Onu bu eşqə, bu mübarizəyə sövq edən tələbə hərəkatı—gənclər idi. Bir topxana bəhanəsilə meydanlara axılan gənclik, öz valideynlərini mənəvi sıxıntı içərisində qoydu. “Bizim başlamalı olduğumuz işi onlar başladılar, buna dözmək olmaz, bu gündən meydana, bu gündən tətilə” deyə düşüncələrini ortaya qoydular.

Gəncliyin heç bir hədə-qorxuya təslim olmayan, güzəşt etməyən, qətiyyətli iradəsi azadlıq hərəkatının bütün Azərbaycana yayılacağından verirdi. Meydan hərəkatında Nəsir bəyin başçılığı ilə AXDP-nin (Azərbaycan Xalq Demokrat Partiyası) üzvləri də, o cümlədən Sumqayıtdan Mərcan Mehdiyeva, Lökbatandan tələbə Vəsxanım Ağayeva, Buzovnadan Aslan Məmmədov, Mərdəkandan Vidadi bəy, Şüvəlandan Abidin Qafarov və bunların təşkilatçılığı ilə olan yüzlərlə vətənpərvər azadlıq naminə həyatlarını tərəddüdsüz olaraq təhlükə qarşısında qoymaqdan belə çəkinməmişdilər.

Elə buradaca, bu meydanda totalitar rejimə qarşı olan qorxu və vahimə tilsimini demək olar ki, sındırdı, özünün süni olaraq yaratdığı məğlubolunmazlıq mifini darmadağım etdi. Bu zaman hər tərəfdən meydana axın başladı. Özü də bu proses olduqca sürətlə getdiyindən meydan özünə-Azərbaycan xalqının potensial gücünə malik lider ortalığa çıxara bilmədi. Bunun bir səbəbi meydanın birdən-birə təşkili idisə, digər tərəfdən milli ziyalıların həkərikli məfkurəyə tam sahib olmaması və onlarda totalitar Sovet rejimi yetişmiş 1937-ci il xofu və kommunist olmaq qorxusu qalmaqda idi. Üçüncü tərəfdən isə, yuxarıda dediyimiz kimi meydanı ələ alan yalançı millət qəhrəmanları milli ziyalıları yaxın buraxmırdılar.

Yaxşı yadımdadır. Azərbaycan xalqının milli müstəqillik ideyasının formalaşmasında xüsusi rolu olan və bu səbəbdən də Azərbaycan xalqının böyük

Page 79: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

hörmət və rəğbətini qazanan akademik İmam Mustafayevi xeyli müddət meydanın binasına yaxın buraxmamışdılar. Fəqət kütlənin təzyiqi ilə o, nəhayət ki, tribunaya qalxa bildi, lakin nitq söyləməyə başlar – başlamaz, kütlə onu köhnə fikirli, kommunist ideyalı adam kimi nitqini yarımçıq kəsməyə məcbur etdi. Niyə? Ona görə ki, akademik milləti təmkinə, səbrə çağırırdı və hər şeyi hay-küylə yox, ağlın, təfəkkürün gücü ilə yüksək siyasi qaydalarda həll etməyə çağırırdı. Başqa bir neçə mötəbər ziyalımız da elə o səbəbdən, fitə basılaraq qovulmuşlar. Nə qədər qəribə olsa da, eyni aqibəti bir zamanlar özünün “Gülüstan” poeması ilə Azərbaycan xalqının milli şüuruna güclü təsir etmiş böyük milliyyətçi şair Bəxtiyar Vahabzadənin də başına gəldi. Halbuki, millət onu tribunaya çıxış etmək üçün böyük hörmətlə çiyinlərində gətirmişdi. Bir sözlə, kütlə onun istək və arzularına cavab verməyənlərə qarşı barışmaz mövqe sərgiləyirdi. Belə bir şraitdə tədricən siyasiləşən, nizamlanan meydan özünə lazım olan liderlərini özü seçdi, özü yaratdı. Həmin dövrdə cəsarət simvolu olan və öz alovlu çıxışları ilə kütləni cuşa gətirən “Nemət Pənahlı-Sabir Rüstəmxanlı” fenomeni yarandı. Bu fonemenlərin əks qütblü olduqları səbəbindən bu birliyin nəticəsi boşluqda, heçlikdə, dünən üçün mənasız, gələcək üçün mənalı bir acı sonluqla başa vuruldu. Lakin, dünən parçalanmanın qarşısı alındısa bu gün üçün birləşməyə mane olan amilləri aradan qaldıra bildi. Bunlarla yanaşı, “qazancımız” kütləvi sürətdə xainlər ordusunun meydana gəlməsi oldu. Maraqlıdır ki, belə halda Bakı Dövlət Universiteti bir müddət həm dirijor, həm də tamaşaçı rolunu oynadı. Yəni, bu mərhələdə özünü imperiyaya qarşı ciddi hazırlıq əzmində olduğunu və tələbə-müəllim zəkasının, təfəkkürünün kodlaşdırılmış zərbəsini zamanında vura bildi. Bütün bu deyilənlərin durğunluğu səbəbindən, Elmlər Akademiyasında yaradılmış Gənc Alimlər klubu üzvləri tərəfindən AXC təşəbbüs qrupu yaranır və ümumilikdə hərəkatı ələ almaq cəhdi edilir.

“Meydan Hərəkatı” bizə nə verdi? Bu suala düzgün cavab vermək üçün aşağıdakılara baxmaq kifayətdir.

- Dekabrın 5-də sovet ordu hissələri tərəfindən vəhşicəsinə dağıdılan “Meydan” istiqlala gedən olduqca əzablı, lakin şərəfli bir yolun, keyfiyyətcə yeni mərhləsinin başlanğıcı oldu.

- 70 illik Sovet totalitar sisteminin xalqın ürəyində olan dəhşətli qorxu buzunu əsaslı şəkildə sındırdı. Millətin illərlə bağlı qalan dilini açdı. Azərbaycan xalqı 70 ildə ilk dəfə olaraq totalitar sistemin anti-demokratik, anti-insani xarakterini kəskin bir dillə tənqid etməyə başladı.

- Meydan hərəkatı Sovet dövlətinin bayağı milli siyasətinin puçluğunu göstərdi. Leninin milli siyasət ideologiyasının boş sözdən savayı bir şey olmadığını xalqa anlatdı. Xalqımız ilk dəfə duyub hiss etdi ki, Lenin milli siyasəti pərdəsi arxasında SSRİ-də qatı millətçilik, milli şovinizm cücərib boy atmış və bundan bəhrələnən ermənilər bütün dövrlərdə özlərinin avantürist xülyaları, “Böyük Ermənistan” iddiaları ilə yaşayırmışlar. Bu da onu göstərir ki, erməni millətçiləri Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağı bizdən qoparmaq üçün rus şovinistləri, daha doğrusu rus şovinist kommunistləri ilə çoxdan sövdələşmələr aparmışlar.

Page 80: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

- Meydan hərəkatı Azərbaycan xalqının milli birliyinin, milli həmrəyliyinin və milli özünüdərkin rəmzinə və təntənəsinə çevrildi.

- Bütöv, vahid, qüdrətli Azərbaycan ideyaları aşılandı. Bu meydanda alim də, şair də, ictimai xadim də, fəhlə də, kəndli də əl-ələ verərək düz 17 gün əsil əzmkarlıq nümayiş etdirdi.

- Bu meydanda milli özünüdərk, azərbaycançılıq, vətəndaşlıq və vətənpərvərlik ideyaları birləşdi. Burada rus da, türk də, ləzgi də, talış da, avar da, tat da, kürd də... bir sözlə, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı adını daşıyan hər kəs Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda Azərbaycan naminə birgə mübarizə apardı.

- Meydan Azərbaycan xalqının düşmənə qarşı birgə mübarizəsinin, sarsılmaz döyüş əzminin simvoluna çevrildi. İnqilabi qaydaları öyrətdi. Tam əminliklə demək lazımdır ki, 4 dekabr meydan döyüşü bizə 20 yanvar 1990-cı ilin dəhşətli gecəsində qaniçən sovet ordusunun qarşısında duruş gətirən yenilməz ruh yetişdirdi. 1988-ci ilin 4 dekabrında rus əsgərlərinin dəyənəyinin ağrılarına mətanətlə cavab verən oğullarımız 1990-cı ilin Qanlı Yanvar gecəsi sinələrini polad tanklara sipər elədi. Azərbaycan oğullarının bu şücaətini, qorxmazlığını və dözümlülüyünü meydan formalaşdırmışdı.

- Meydan hərəkatı Azərbaycan xalqının içindən öz milli liderini, milli mənlik və ləyaqətlə böyümüş milli siyasətçilərini yetişdirdi. İndi hamımızın yaxşı tanıdığımız milli dirçəlişdə və milli istiqlal savaşında özünəməxsus yeri olan Əbülfəz Elçibəy, Məhəmməd Hatəmi, Nəsir Ağayev, Etibar Məmmədov, İsa Qəmbər, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk, Zakir Quliyev, Famil Mehdi, Nəcəf Nəcəfov və onlarla digər mübariz siyasi meydana məhz Meydan hərəkatından gəldilər.

- Meydan hərəkatı Azərbaycan xalqının milli zənginliklə qidalanan kök üstündə siyasiləşməsinin əsasını qoydu. İlk inqilabi dalğalar, siyasi çıxışlar və siyasi təşkilatlar öz təşəkkülünü meydanda tapmışdılar. Meydan hadisələri millətə göstərdi ki, azadlığa gedən yolun ilk cığırı siyasi kamillikdən başlayır.

- Meydanda ilk dəfə olaraq sonradan yaranan və torpaqların, eləcə də Xalq Hərəkatı liderlərinin müdafiəsində əvəzsiz xidmətlər göstərən Milli Müdafiə Komitəsinin əsası qoyuldu. Məhz meydanda yaranmış mühafizə dəstəsi gələcək MMK-nın əsasını təşkil etdi ki, MMK da öz növbəsində Milli Ordunun yaranması və formalaşmasına gətirib çıxardı.

- Meydan hadisələri millətin içindəki dönükləri, xainləri, düşmən dəyirmanına su tökənləri, imperiyaya nökərçilik edənləri saf-çürük elədi. Millət bu meydanda və ondan sonra kimin kim olduğunu, kimin ardınca gedib, azadlığa doğru yürüşə qoşulmaq istiqamətini müəyyənləşdirdi.

- Meydan hərəkatı susdurulduqdan sonra onun fəallarına qarşı başlanan, siyasi repressiyalarla müşayiət olunan dövrün əvvəlində hərəkatda bir süstlük, ətalət duyulmağa başladı. Lakin az sonra hadisələrin gedişi göstərdi ki, əslində bu sükut nisbi xarakter daşıyır və heç bir irtica qüvvəsi Azərbaycanda başlamış olan Milli Azadlıq Hərəkatını boğa bilməyəcək...

Page 81: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ də mənfur düşməni öz iddiasından çəkindirmədi. 1989-cu ilin əvvəllərində bir qədər sakitləşən ermənilər, həmin ilin yazından yenə də sərsəm iddialarını təkrarlamağa başladılar.

Bakıda isə Meydan hərəkatından sonra nisbi sakitlik yaransa da, yarı açıq, yarı gizli fəaliyyət davam edirdi. 1989-cu ilin mayında artıq AXC-nin təşəbbüs qrupu formalaşaraq fəaliyyətə başladı. Tanınmış ziyalılar—İsmayıl Şıxlı, Ziya Bünyadov, Anar, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu və digərləri Bakıda fəaliyyət göstərən bütün təşkilatların birləşməsinə çalışsalar da, 1988-ci ilin sentyabrında Xudu Məmmədovun vəfatından sonra artıq belə bir birliyin baş tutmayacağı məlum oldu. Bunun səbəbi bütün bu təşkilatların ambisiyalı mövqeyi ilə bağlı idi. Amma biz bu fikirlə qətiyyən razı deyilik. Çünki adı çəkilən insanlar, Xəlil Rza, istisna olmaqla, azadlıq eşqi ilə alışıb – yanan xalqın, xüsusən də gənc nəslin tələblərinə artıq cavab vermirdilər. Xalqa həqiqəti söyləməkdən qorxmayan, ölümün gözünə dik baxmağı bacaran liderlər lazım idi. Bəxtiyar Vahabzadə və digərlərinin mayak kimi çıxış etdikləri dövr artıq çoxdan keçmişdi. Bu da təbii idi. Çünki hər dövrün öz tələbləri var.

Azərbaycandakı demokratik hərəkat və müstəqillik uğrunda gedən mübarizə bir neçə mərhələdən və yadda qalan keçidlərdən ibarət olmuşdur.

1988-ci ildə yaranmış Milli-Azadlıq Hərəkatı dalğası, respublikada baş verən ictimai-siyasi vəziyyət və hakimiyyətsizlik mövcud hakimiyyəti yıxmaq əzmində idi. Lakin hakimiyyət uğrunda mübarizə aparanların bacarıq və qabiliyyəti yüksək səviyyədə deyildi. Belə bir vaxtda, yəni kütləvilikdən siyasiləşməyə doğru yön alan AXC-ni Xalq Hərəkatı dalğası hakimiyyətə gətirdi.

Qustav Lebon “Xalqların və kütlələrin psixologiyası” əsərində qeyd edir ki, nə inqilablar, nə konstitusiyalar, nə də despotizm heç bir xalqa onda olmayan xarakteri verə bilməz, eyni zamanda ondan ala bilməz. Çünki, dönə-dönə deyilib ki, hər bir xalq yalnız özünə layiq idarəetmə formasını əldə edir. Onun başqa idarə üsuluna nail olması çətin ki, mümkün olsun... Təkcə daxili aləmlərinə görə müxtəlif xalqlar bir rejim altında yaşaya bilməzlər. İrland, ingilis, slavyan, macar, ərəb, fransız yalnız sonsuz çətinliklər və aramsız inqilablar hesabına bir qanun altında saxlanıla bilərlər. Müxtəlif xalqlardan ibarət olan böyük imperiyalar gec-tez məhvə məhkumdur... Xalqların psixologiyasının dərindən öyrənilməsi siyasət üçün çox faydalı ola bilər”.

20 YANVAR HADİSƏSİ VƏ ƏRƏFƏDƏ BAŞ VERƏNLƏR

Nəsir bəy 20 yanvar hadisəsi və ərəfədə baş verənlər barədə bunları söyləyir:1989-cu ilin yanvar ayında DQMV-də Xüsusi İdarəetmə Komitəsinin

yaradılması, ona ermənipərəst Arkadi Volskinin rəhbərlik etməsi, elə həmin ilin mayında Azərbaycan rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağın təsərrüfat srtukturlarının Ermənistana və digər respublikalara tabe etdirilməsi Azərbaycanın real təhlükəyə sürüklənməsinə şərait yaradırdı və faktiki olaraq respublikanın DQMV ilə əlaqələrinin tam qırılmasına gətirib çıxarırdı.

Digər tərəfdən, Ermənistandan bölgəyə silahlı dəstələr yeridilməyə başlandı, bu isə orada yaşayan Azərbaycan türkləri üçün olduqca təhlükəli idi.

Page 82: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Respublika rəhbərliyinin vilayətdə yaranmış vəziyyətə müdaxilə edə bilməməsini və bütün məsələlərin həllində yalnız Moskvanın göstərişi ilə hərəkət etməsini, mərkəzin isə ermənipərəst mövqeyini görən və rəsmi dairələrə inamını itirən xalq Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün hansısa bir ictimai-siyasi təşkilatın yaradılması zərurəti qarşısında qaldı. Belə bir təşkilat isə AXC oldu, Meydan hərəkatı zamanı özülü qoyulan bu təşkilat tədricən formalaşmağa başladı.

1989-cu ilin mart ayında AXC Təşəbbüs qrupunun və “Varlıq” təşkilatının təşəbbüsü ilə AXC-nin Müvəqqəti Təşəbbüs Mərkəzi və Əlaqələndirmə Şurası yaradıldı. Nəhayət, 1989-cu ilin 16 iyulunda Bakıda yarımleqal şəkildə AXC-nin təsis konfransı keçirildi. Konfrans 15 nəfərdən ibarət İdarə Heyətini, Məşvərət Şurasını, Ali Məclisini və təşkilatın sədrini seçdi. Siyasi baxışlarına görə uzun müddət təqib və təzyiqlərə məruz qalan, 70-ci illərdə DTK tərəfindən həbs edilən, keçmiş dissident, şərqşünas alim Əbülfəz Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. Konfrans eyni zamanda AXC-nin İdarə Heyətini və Ali Məclisini seçdi, Proqram və Nizamnaməsini qəbul etdi.AXC-nin ilk Nizamnaməsini və Məramnaməsini Nəsir bəy hazırlayıb. Nəsir bəy bu barədə deyir: “1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin birinci qurultayı çağırılanda öncə onun proqram və Nizamnaməsinə hazırlıq yığıncağı keçrildi. Daha sonra Buzovnada geniş hazırlıq toplantısı oldu. Ağabala Alxasov adında bir şəxsin evində keçirildi toplantı. Bu adam Azərbaycan Xalq Hərəkatına böyük köməklik edib. Lakin sonrakı dönəmlərdə bu adamla münasibətlərim kəskinləşdi. Mənim hakimiyyətə gətirmiş olduğum qüvvələr elə hərəkət etdilər ki, Ağabala Alxasov məndən incidi. Ancaq Nizamnamənin qəbulu ilə bağlı hazırlıq iclasının bütün əziyyətini Ağabala bəy çəkmişdi. Hazırlıq iclasında Nizamnamə komissiyasının sədri kimi mən, Arif Rəhimoğlu və Aydın Kərimov iştirak edirdik”. Həmin proqrama əsasən AXC kütləvi ictimai təşkilat olmaqla, onun əsas məqsədi respublika həyatının müxtəlif sahələrinin yenidən qurulmasına, demokratikləşməsinə, Azərbaycanda hüquqi dövlətin bərqərar olmasına nail olmaqdan ibarət idi. Bundan başqa respublikada mövcud iqtisadi məsələlərə, milli problemlərə və.s münasibət bildirilən bu proqramda Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaqmaq şərtilə onun iqtisadi və sosial inkişafına, milli dəyərlərinin qorunmasına səy göstərmək qərara alındı. Çox güman ki, o vaxt məsələnin bu cür qoyuluşu dövrün siyasi gerçəkliyinə uyğunlaşdırılmışdı.

AXC-nin Təsis Konfransından az sonra təşkilatın rəhbərliyinə məlumat daxil oldu: SSRİ Ali Sovetinin DQMV-də vəziyyətlə bağlı, məhşur Ukrayna yazıçısı Oleynikovun rəhbərliyi ilə yaratdığı komissiya Qarabağa gəlib və bu günlərdə Şuşada əhali ilə görüş keçirəcək. AXC İdarə Heyəti təcili toplandı və həmin komissiyaya öz fikirlərinin çatdırmaq məqsədilə Şuşaya getmək üçün 8 nəfərdən ibarət qrup yaratdı. Qrupa aşağıdakılar daxil oldu: Əbülfəz Elçibəy (AXC sədri), Nəcəf Nəcəfov, Hikmət Hacızadə, Zərdüşt Əlizadə, Rəhim Qazıyev, Leyla Yunusova (AXC İH üzvləri), B.Fərzəliyev ( AXC NTK-nın üzvü) və Təhmasib Novruzov (AXC Ağdam şöbəsinin əlaqəçisi, Ali Məclisin üzvü).

Page 83: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

AXC-nin ilk tədbirlərindən olan Ağdam-Şuşa-Laçın səfəri təşkilatın nüfuzunu xeyli gücləndirdi. Bu səfər həm təşkilatın, həm də, ümumən xalqın mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Səfərə Ağdamdan başlayan qrup rayonda rayon əhalisi ilə bir neçə görüş keçirdi. Yerli əhali tərəfindən rəğbətlə qarşılanan AXC nümayəndələri, rayon rəhbərlərinin etirazına baxmayaraq, xalqla birlikdə Mədəniyyət sarayının zalında Oleynikov və digər deputatlarla keçirilən görüşdə iştirak etdi. AXC adından çıxış edən Nəcəf Nəcəfov tribunadan özünü AXC İH-nin üzvü kimi təqdim edəndə bütün zal ayağa qalxdı və salon 15 dəqiqə sürəkli alqışlara qərq oldu. Nəcəf Nəcəfov qısa və konkret bəyanatla AXC-nin mövqeyini bildirdi və tribunadan endi.

Şuşadan Laçına gələn nümayəndələr eynilə böyük rəğbətlə qarşılandılar. Bu, AXC-nin xalq arasında ilk günlərdən böyük nüfuza malik olduğunu sübut edir.

1989-cu il iyul ayının sonunda respublikada baş verən hadisələr artıq milli demokratik hərəkatı yeni mərhələyə - kütləvi ictimai hərəkat mərhələsinə qədəm qoymasından xəbər verirdi. Belə ki, iyulun 29-da Bakıda başlanan kortəbii mitinqlər sonradan avqustun 5-12-si və daha sonradan AXC-nin rəhbərliyi ilə keçirildi. Bu mitinqlərdə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasının çağırılması və DQMV Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətinin dayandırılması, respublikanın siyasi suverenliyi, iqtisadi müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunması, Bakıda qadağan saatının ləğv edilməsi kimi tələblər irəli sürülürdü. Respublika rəhbərliyi bu tələblərə heç bir reaksiya vermədiyi üçün avqustun 14-də, 21-i və 22-də xəbərdarlıq, sentyabrın 4-də isə bir həftəlik ümummilli tətillər keçirildi. Bu tətillərin, xüsusən də sentyabrda keçirilən bir həftəlik tətilin mütəşəkkil keçirilməsi, artıq AXC-nin güclü bir təşkilata çevrildiyini sübut edirdi. AXC Tətil Komitəsinin sədri Etibar Məmmədovun yüksək bacarıqla idarə etdiyi tətil hərəkatı SSRİ-nin iqtisadi tənəzzülünə əsaslı şəkildə təsir göstərirdi. Beləliklə, AXC-nin getdikcə böyüyərək nüfuzlu bir təşkilat kimi formalaşması istər-istəməz Azərbaycanın rəhbərliyini onunla hesablaşmaq məcburiyyətində qoyurdu. Məhz buna görə də 1989-cu il 15 sentyabrında Azərbaycan SSR Ali Sovetinin sessiyasının qərarı ilə DQMV-də Xüsusi İdarəetmə Komitəsi ləğv olundu, sentyabrın 23-də isə respublikanın suverenliyi haqda Konstitusiya Aktı qəbul edildi.

Bundan başqa, uzun müddət Azərbaycanın kommunist rəhbərləri tərəfindən etinasız münasibət göstərilən AXC, 1989-cu ilin 5 sentyabrında respublika hökuməti tərəfindən rəsmi qeydiyyata alındı.

Milli Azadlıq Hərəkatı dövründə ən mühüm hadisələrdən biri də Azərbaycanda Müstəqil Xarici İnformasiya Mərkəzinin yaradılması oldu. BDU-nun baş elmi işçisi Mehdi Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən bu mərkəz qısa bir müddətdə “Azadlıq”, “Amerikanın səsi”, “Bi-Bi-Si” kimi məşhur beynəlxalq radiostansiyalarla əməkdaşlıq əlaqələri yaradıldı. Bu isə Azərbaycanda gedən ictimai-siyasi proseslər, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətində qismən də olsa təsəvvür yaranmasına şərait yaradırdı.

Page 84: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Ümumiyyətlə, Xalq hərəkatının respublikada kütləviləşməsində və nüfuz qazanmasında bu mərkəzin böyük xidməti olmuşdur.

Təəssüf ki, tezliklə AXC-nin liderləri arasında fikir ayrılığı əmələ gəldi. Bu AXC Ali Məclisinin oktyabrın 27-28-də keçirilən I sessiyasından sonra özünü xüsusilə biruzə verdi. Nəticədə AXC rəhbərliyi “liberallar”a (İsa Qəmbər, Pənah Hüseyn, Hikmət Hacızadə, Zərdüşt Əlizadə və başqaları) və “radikallar”a (Etibar Məmmədov, Nemət Pənahov, Rəhim Qazıyev) parçalandı. Əslində burada təəccüblü bir şey yox idi. Tarixən mövcud olmuş bütün hərəkatlar öz inkişafının müəyyən mərhələsində bənzər olayla üzləşmişlər və bu gün də üzləşirlər. Təsadüfi deyil ki, Azərbaycanda XX əsrin əvvəllərində vücuda gələn və Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaranması ilə nəticələnən hərəkat da vaxtilə eyni eyni halı yaşamışdı ki, bu barədə Mirzə Balanın məlum kitabının “Radikallar və liberallar” başlıqlı bölümündən məlumat almaq mümkündür. Budəfəki bölünmə isə istiqlal ideyasının Xalq Cəbhəsinin əsas siyasi xətti elan edilib-edilməməsi ilə, daha doğrusu bunun vaxtının gəlib çatıb-çatmaması ilə bağlı idi.

Məlumat üçün bildirək ki, AXC -nin proqramında bu barədə fikir yer almırdı və təşkilatın məqsədinin SSRİ daxilində suverenlik olduğu qeyd edilirdi. Yalnız məlum 20 Yanvar hadisəsindən sonra AXC – nin proqramında dəyişiklik edildi və təşkilatın əsas məqsədinin Azərbaycanın müstəqilliyi olduğu yazıldı. Bundan öncə isə bu məsələ ətrafında ciddi diskussiyalar gedirdi və bu ideyanın rəsmi sənəddə qeyd edilməsinə əsasən Zərdüşt Əlizadə, Leyla Yunus, İsa Qəmbər, Yusif Səmədoğlu və başqaları qarşı çıxırdılar. Etibar Məmmədov və Nemət Pənahlı isə istiqlal ideyasının qızğın tərəfdarı idilər. Əslində bu ideya həmin dövrdə öz radikallıqları ilə fərqlənən “Birlik” Cəmiyyəti (sonradan Azərbaycan Milli Demokrat “Yeni Müsavat” Partiyası) və Qızılbaş Xalq Cəbhəsi (sonradan Milli Qurtuluş Partiyası) kimi təşkilatlar tərəfindən tam gücü ilə təbliğ edilirdi və bu təşkilatların üzvləri məhz bu məsələyə görə AXC rəhbərliyini xəyanətdə suçlayırdı.

Əlbəttə, məsələ təkcə bunda deyildi. Ortada vəziyyətin günü-gündən pisləşdiyi Qarabağ hadisələri də vardı və bu istiqamtdə də bir sıra radikal tədbirlrin alınmasına böyük ehtiyac duyulurdu. Fikir ayrılığı burada da özünü göstərirdi. Nəticədə AXC daxilində iki bir – biri ilə kəskin rqabət aparan qanad ortaya çıxdı.

Təbii ki, bu iki qanadın arasında münasibətlərin kəskinləşərək qarşıdurmaya çevrilməsi istər AXC-nin, istərsə də bütövlükdə xalq hərəkatının sonrakı fəaliyyətinə mənfi təsir göstərdi. Az sonra, 1989-cu ilin dekabrında AXC-nin idarə heyətinin fəaliyyəti dayandırılaraq Müvəqqəti təşkilat qrupu yaradıldı. Təşkilat qrupuna Əbülfəz Elçibəy, Nəcəf Nəcəfov, Hikmət Hacızadə, Rəhim Qazıyev və Etibar Məmmədov daxil idilər. Təşkilat qrupu AXC-nin qurultay səlahiyyətli konfransını hazırladı və konfrans 7-8 yanvar 1990-cı ilində keçirildi.

AXC Məclisinin 1990-cı il 8 yanvarında İdarə Heyətinin yeni tərkibinin seçilməsi “liberallar”ın qələbəsi ilə nəticələnməsi cəbhədaxili qarşıdurmanı daha da gücləndirdi. Bu seçkilərdən əvvəl isə radikalların və onların tərəfdarlarının hücumlarına etiraz əlaməti kimi Leyla Yunusova və Zərdüşt Əlizadə AXC sıralarını tərk etdilər. Sonralar Leyla Yunusova Zərdüşt və Araz Əlizadə

Page 85: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

qardaşları ilə birlikdə Sosial-Demokrat Partiyasını yaratdılar. Nemət Pənahlı isə uzun müddət təkbaşına fəaliyyət göstərməyə üstünlük verdi.

1989-cu ilin dekabr ayının sonlarında dövlət sərhədlərinin dagıdılması da xalq hərəkatının fəaliyyət tarixinə mühüm bir hadisə kimi daxil oldu. Ayrı-ayrı siyasətçilər tərəfindən heç də birmənalı qarşılanmayan Naxçıvan-İran sərhədlərinin dagıdılması (31 dekabr 1989-cu il) hər halda iki əsrə yaxın bir dövrdə xalqda zorla formalaşdırılmış qul psixologiyasının darmadagın edilməsində, millətin özünəinam hissinin bərpa olunmasında, Güney Azərbaycanda yaşayan soydaşlarımızla əlaqələrin genişlənməsində xüsusi rol oynadı.

Sonradan, yəni 2 il sonra Heydər Əliyevin təşəbbüsü ilə əvvələr Naxçıvan Ali Məclisində, sonra isə Azərbaycan Respublikası Milli Məclisində həmin günün – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi qərara alındı. O gündən etibarən Dünya Azərbaycanlılarının Həmrəylik günü rəsmi qeyd olunmağa başlandı.

Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi, səriştəsizliyi, Xalq Cəbhəsinin isə sosial bazasının genişlənməsi, onun xalq arasında mövqeyinin möhkəmlənməsi 1989-cu ilin sonu 1990-cı ilin əvvəllərində Azərbaycanda faktiki olaraq ikihakimiyyətlilik şəraitinin yetişdirirdi. Xalq hərəkatının get-gedə inkişaf edərək, mütəşəkkil bir təşkilata çevrilməsi, xalq arasında onun nüfuzunun getdikcə yüksəlməsi təbii ki, imperiyanın ciddi narahatlığına səbəb olurdu. Onlar xalq hərəkatını ləğv etmək üçün hər cür vasitəyə əl atırdılar. Odur ki, 1990-cı ilin yanvarından başlayaraq imperiyanın xüsusi idarələri Bakıda pozuculuq fəaliyyətlərinin genişləndirməyə başladılar. Onlar Ermənistandan gələn qaçqınların əli ilə erməni əhaliyə qarşı müxtəlif təxribatlar törətməyə, bundan sonra isə, imkan olarsa, yerli əhali ilə qaçqınlar arasında, elcə də azərbaycanlılarla rusdilli əhli arasında qarşıdurma yaratmağa cəhd edirdilər. Belə bir vaxtda, AXC-nin bəzi liderləri imperiyanın təxribatçılıq tədbirlərinə aldanaraq Milli Müdafiə Şurası yaratmaqla, Əbdürrəhman Vəzirovun gəncləri silahlandırmaq təklifini dəstəkləməklə ciddi səhvlərə yol verdilər. İmperiya nökərləri bu səhvdən məharətlə yararlandılar.

Yanvarın 13-də AXC-nin Milli Müdafiə Şurasının yaradılmasının elan edildiyi mitinq hələ davam etdiyi zaman şəhərdə imperiya strukturlarının təşkil etdiyi erməni talanları başlandı. Məqsəd respublikada baş verəcək qırğının qarşısını almaq, guya öz vətəndaşlarının təhlükəsizliyinin qorumaq bəhanəsilə Bakıya Sovet ordu hissələri yeritmək, şəhərdə fövqaladə vəziyyət elan edərək xalq hərəkatını məhv etmək üçün əlverişli şərait yaratmaqdan ibarət idi. Məhz buna görə də o vaxt Bakı və onun ətrafında yerləşdirilmiş 12 min nəfərlik milis və daxili qoşun hissələri təxribatçılar tərəfindən təşkil edilmiş erməni talanlarının qarşısını almağa cəhd etmədi. Yeri gəlmişkən, törədilmiş bu təxribatın qarşısını məhz AXC aldı.

Artıq yanvarın 16-da şəhərdə sabitliyin bərqərar olunması imperiyanın planlarını puça çıxardı. Lakin bu hadisə ərəfəsində Mixail Qorbaçovun DQMV-də və digər rayonlarda fövqaladə vəziyyət, Bakı və Gəncədə isə qadağan saatı tətbiq etmək haqqındakı fərmanı respublikadakı vəziyyəti daha

Page 86: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

da gərginləşdirdi. Yanvarın 17-19-da Bakıda keçirilən fasiləsiz mitinqlərdə bu fərmanın ləğv edilməsi, Ə.Vəzirov başda olmaqla respublika rəhbərliyinin istefasi tələb olunurdu. Azərbaycan Respublikasının partiya və hökumət rəhbərləri 17 yanvar, axşam saat 19.00-dan etibarən bütünlüklə işdən kənarlaşdırılmış, fəaliyyətləri dondurulmuşdu. 18-19 yanvarda heç bir dövlət idarəsi—Nazirlər Kabineti və MK aparatı işləmirdi. Hakimiyyət Primakovun rəhbərliyi ilə Kiriyenko, Polyaniçkonun əlində cəmləşmişdir. Bu zaman ancaq Vaqif Hüseynovun başçılıq etdiyi DTK işləyirdi. Şəhərə hücum planı da DTK-da hazırlanırdı.

Ordunun şəhərə girməsi yanvarın 20-nə planlaşdırılmamışdı. Amma ordu hansı gündəsə mütləq şəhərə daxil olmalı, “qanun-qayda” bərpa edilməliydi. Bunu 19 yanvar axşam saat 5.30-da Primakov da demişdi. O, Etibar Məmmədovun təkidi ilə MK-dan çıxaraq, MK-nın qarşısında gedən mitinqə gəldi və elan etdi ki, camaat dağılısın, yollardan barikadalar götürülsün. “Mən söz verirəm, şəhərə qoşun girməyəcək”. Bu zaman xüsusi öyrədilmiş araqarışdıranlar, daha doğrusu DTK agentləri Primakovun üstünə cumaraq onu döymək istəmişdilər. Bu münaqişədə onun paltosunun yaxası cırılmışdı. Qızışmış kütlənin əlindən alınıb MK binasına salınan Primakov elə oradanca zəng edərək Bakıya dərhal qoşun yeridilməsini tələb etmişdir. Bunu sabiq MK katibi Yakovlyev da öz müsahibələrində dönə-dönə təsdiqləmişdi”.

Nəsir bəyin anlatdıqlarından belə məlum olur ki, həmin dövrdə Bakıda ermənilərin müəyyən fəallığı müşahidə edilirdi. Belə ki, Şimal DRES-ində, Buzovnada yaşayan ermənilər gündüzlər gözə görünməsələr də gecə səhərə qədər evlərinin işığı yanırdı. Buzovnada “Finski” deyilən evlərin birində olan Artur və Edik adlı ermənilər hərbi mundirlə gəzərdilər. Onları gəzdirən “Vilis” maşınının çox zaman nömrələri palçıqlı və görünməz olardı. Bu şəxslər və bu maşın hərəkatçılar tərəfindən nəzarətə götürülmüşdü. Günlərin bir günü həmin “Vilis” izlənilərkən məlum olur ki, 5 kq-lıq dəmir konserv qablarında müxtəlif kolibrli güllələri onlar Zaqulba dəmir yolunun yaxınlığında basdırıblar. Bu güllələri tapan, əldə edən şəxs onu sahə müvəkkilinə göstərir:

“O, zaman sahə müvəkkili də “başının ağrımaması” üçün bu cinayəti ört-basdır edir. Nəticədə bu güllələri mənə gətirirlər. Mən yazılı məlumat və izahat aldıqdan sonra güllələri aktlaşdırıb, təhvil aldım. Sonra o zaman Əzizbəyov rayon DTK-də müavin işləyən Eldar Əliyevdən xahiş etdim ki, bu güllələri ekspertizadan keçirib, təyinatını bizə bildirsin. Nəhayət, təqribən 15 gündən sonra Moskvadan gələn ekspertiza rəyinə əsasən məlum oldu ki, bu güllələr ABŞ-da istehsal edilmişdir. Pulemyot silahının və “Kolt” markalı tapancanın güllələridirlər. Tapılan güllələrin sayı 2 mindən artıq idi. Təbii, bu güllələr özü-özlüyündə heç nəyə yaramırdı. Onları istifadə etmək, yəni atmaq üçün silahlı da olmalı idi. Deməli, Bakıda və Bakı ətrafında olan ermənilər mərkəzləşmiş qaydada fəaliyyət göstərir və təlimatlandırılırdılar. Bu “güllə məsələsinin” Buzovna qəsəbəsində açılması yeganə fakt deyildi. Bu proses Azərbaycanın ermənilər yaşayan bütün məntəqələrdə baş verirdi. Sadəcə olaraq, hüquq-mühafizə orqanları ittifaq dövlətinə bir qul kimi tabe olduqlarından, bu məsələlər xalqdan gizli saxlanılırdı. İşin ən dəhşətli tərəfi isə bu idi ki, sözügedən fəaliyyətlə məşğul olan

Page 87: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

ermənilər açıq şəkildə Moskva tərəfindən himayə edilirdilər və bizimkilər də onları həbs edə bilmirdilər. Həbs etdikdə isə yuxarıdan gələn əmrə əsasən azad etməyə məcbur olurdular.

Dəfələrlə Türkan məsçidində, kitabxanasında, Zirədə İsmixan Fərəcovun evində, Bülbülə, Əmircan, Saray, Maştağa, Binə məsçidlərində yerli təşkilatların iştirakı ilə görüşlər keçirildi. Narahatlığımıza səbəb olan başqa bir xüsus da Sovet Ordusunda qulluq edən azərbaycanlıların ruslar tərəfindən incidilməyə başlanması faktı idi. İncidilən əsgərlər haqqında Milli Azadlıq Hərəkatının öndə gələnləri məlumatlandırılırdı. Mən və əqidədaşlarım öz növbəmizdə Sovet Ordusunda baş verən bu iyrənc hallarla xalqımızı mətbuat vasitəsilə xəbərdar edirdik. İncidilən minlərlə əsgərlərdən biri də Nardaranda yaşayırdı. Bu faktı dəqiqləşdirmək üçün Nardarana getdim. Şair Zəkinin iştirakyla bir necə Nardaran ağsaqqalı ilə söhbət apardıq. Onlara vəziyyətin nə dərəcədə ağır olduğunu izah etdik. Müzakirələrdə Hacıağa Nuriyev, Kərim, Hacı Rafiq, Şair Zəki, İslam Əli, Hacı Əlikram, Hacı Vaqif və Cəbrayıl Əlizadə iştirak edirdilər. Onlarla bir neçə dəfə görüşüb söhbətlər apardıq. Nəticədə onlar belə qərara gəldilər ki, mənim iştirakım ilə rayon rəhbərliyini Nardaranın girəcəyində olan mədəniyyət evinə dəvət edib gənclərimizin hərbi xidmət məsələləri, eləcə də işıq-qaz və digər sosial problemlərə əlaqədar yığıncaq keçirsinlər. Bu yığıncağa ciddi şəkildə hazırlıq aparıldı. Çünki rayon rəhbərliyini çıxılmaz vəziyyətdə qoya biləcək və bütün kəndlərdə əks-səda doğura biləcək tədbirin keçirilməsinə nə Zabratda, nə Sabunçuda, nə Bakıxanovda, nə Balaxanıda, nə də hər hansı bir digər kənddə deyil, məhz Nardaranda nail olmaq olardı.

Yığıncaq günü mən Nardarana getdim. Zal ağzına qədər dolmuşdu. Tədbirin hazırlanmasında əsas rolu Hacı Haciyev, Hacı Rafiq, Cəbrayıl Əlizadə və başqaları oynamışdılar. Yığıncaq iştirakçılarından biri mənə müraciətlə dedi:

-Nəsir bəy, rayonun başçısını, voyenkomunu, milis rəisini, qaz-işıq idarələrinin rəislərini dəvət etmişik.

Dedim: -Narahat olmayın, onlara bütün sözünüzü, təklifinizi bildirəcəksiniz. Bir necə dəqiqədən sonra Lenin rayonunun birinci katibi Salman Əliyev

kluba daxil oldu, camaatın arasında oturdu. O, vaxtilə mənim dərs dediyim 55 saylı OTPM-də direktor işləyib. Məni çox yaxşı tanıyırdı. Və səmimi münasibətini gizlətmirdi. Məhz onun vaxtında 55 saylı OTPM “Şəhriyar”, “Sabir” poeziya gündüzləri demək olar ki, respublika səviyyəsində keçirilirdi.

Eyni zamanda vəziyyəti də yaxşı bilirdi. Ancaq onun arxasınca gələn hərbi komissar və qaz idarəsinin rəisi zalın içindən keçərək səhnəyə qalxdılar. Camaat susur, heç nə danışmırdı. Onlara iradımı bildirərək dedim:

-Sizi səhnəyə kim dəvət etdi? Hansı xidmətinizə görə özünüzü yüksəkdə görürsüz? Düşün aşağı camaatın içində oturun. Nardaran əhli öz dərdlərini danışandan sonra lazım gələrsə, sizi bura dəvət edərik.

Bu sözlər və ardınca zalı başına götürən “Allahu Əkbər” təkbiri elə bir psixoloji şərait yaratdı ki, illərlə əhalinin qapısını aça bilmədiyi məmurlar suyu süzülmüş hala düşdülər. Vəziyyətin belə hal alması Nardaranda yüksək mübarizə əhval - ruhiyyəsi yaratdı. Demək olar ki, məmurlar camaatın bütün təkliflərini

Page 88: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

sözsüz qəbul etdilər. Bu yığıncaq 4 saatdan artıq çəkdi. Bu yığıncaq Bakı kəndlərində indiyədək görülməmiş əks-səda yaratdı. Xalqın ağlasığmaz sürətlə təşkilatlanmasına səbəb oldu. Nəticədə 1989-cu ilin noyabr ayından başlayaraq Azadlıq meydanındakı mitinqlərdə Bakı kəndlərinin əhalisi mütəşəkkil qaydada iştirakı etməyə başladı. Məhz bunun sayəsində mütəşəkkil qaydada tətillərin keçirilməsi də mümkün oldu.”

Nəsir bəyin sözlərinə görə, təkcə hərbi zavod kimi tanınan BAİB, hərəkat fəallarının fəaliyyətinə və təkidinə baxmayaraq, tətil etmək fikrində deyildi. Eyni zamanda müdriyyət və təhlukəsizlik komitəsinin əməkdaşları tətilin baş tutmaması üçün bütün mümkün və qeyri-mümkün variantlara baş vururdular:

“Mən kənardan BAİB-də vəziyyətin necə olması ilə maraqlandım. Çox çəkmədi ki, Etibar Kərimov, Bəhlul Abdullayev, Əmrulla Dadaşzadə və Vaqif Heybətov yanıma gələrək dedilər:

-Zavodun girəcəyində 2000-nə yaxın fəhlə tərəddüd içərisindədir. 300-500-ə qədəri isə içəridə işlə məşğuldur.

Qarşımda belə bir tələb qoyulur ki, mütləq zavoda getməliyəm. Zavoda gedəcəyimi bildirdim. Özümlə Ermənistanda, İrəvanda nəşr olunan, içi anti-Azərbaycan, anti-türk, məzmunlu məqalələrlə dolu olan və rus dilində çıxan “Kommunist” qəzetinin bir neçə nömrəsini də götürdüm. Zavoda gələr-gəlməz, minlərlə BAİB işçisi məni əhatəyə aldı. Əlimdəki “Kommunist” qəzetlərini yuxarı qaldıraraq fəhlələrə müraciət etdim:

-Camaat, Ermənistanın bütün vəzifəli adamları millətinin istəyinə cavab verir, xalqı ilə bir yerdədir. Biz isə bu məkrli düşmənə qarşı parçalana, bir-birimizlə didişə-didişə çətin bir mübarizə aparırıq. Belə getsə, biz hələ torpaqlarımızın çoxunu itirəcəyik. İş gör nə dərəcəyə çatıb ki, Azərbaycanın paytaxtı Bakıda uydurma 26 Bakı Komissarı əbədiləşdirilib. Hansı ki, bu 26 nəfərdən 8-i erməni, ancaq 2-i nəfəri azərbaycanlıdır, qalanları da digər millətlərdəndir. Özü də bunların 26 – sı deyil, yalnız 5-6 nəfəri komissar olmuşdur. Buna görə də Azərbaycanda milli dəyərə malik kadrlar yox dərəcəsindədir. Ermənistanda isə biz bunun əksini görürük. Bu gün tətil torpaqlarımızın bütövlüyü, azərbaycanlıların hüquqlarının qorunması üçün edilir. Bu məsələlərdə mövqe ayrılığı ola bilməz!

Beləliklə zavodun fəhlələri yekdilliklə tətilə qoşulmaq barədə qərar qəbul etdilər. Əzizbəyov rayonunun qaz aparatları, əlvan metallar, büllur qablar zavodları və digər müəssisələr də tətilə qoşuldular. Çünki BAİB zavodu Əzizbəyov rayonunda 5000-dən artıq işçisi olan ittifaq əhəmiyyətli zavod idi, onun tətil etməsi təsirsiz ötüşə bilməzdi

Dekabr ayının ilk günlərində Maştağa qəsəbəsindəki Mədəniyyət evindən böyük bir yığıncaq təşkil etmiş, iclası idarə etmək üçün məni də dəvət etmişdilər. Tədbirdə Sabir Rüstəmxanlı, Nemət Pənahlı və Yusif Səmədoğlu iştirak edirdilər. İclası Ağa Axundov açdı və sözü mənə verdi. Mən çıxış edərək, Bakı kəndlərinin ermənilərə qarşı mübarizədə bir-birilə sıx əlaqə saxlamasının zəruriliyindən söz açdım. Bundan sonra Bakı kəndlərinin birgə fəaliyyəti ideyası, demək olar ki, reallaşmağa başladı. Sonralar Hacı Zakir Quliyevin cəsarətli, düşünülmüş fəaliyyəti nəticəsində Bakı kəndlərinin bir-birilə mehribançılığı daha da artdı.

Page 89: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Böyük gücə malik olan bu şəxs baş verəcək hadisələrin qarşısını almaq, əks tədbirlər görmək məharətinə qadir idi. Çünki məhz onun ardıcıl, düşünülmüş tədbirləri nəticəsində Bakı kəndlərində siyasi, ideoloji fəaliyyət aparılırdı. Hacı Zakirin Maştağada, Zirədə, Zabratda, xüsusilə Qobuda və Xırdalanda gördüyü işlər onun Azərbaycanın müstəqilliyi, azadlığı, bütövlüyü uğrunda aparılan imumi mübarizənin vacib tərkib hissəsi idi”.

Hadisələrin davamını Nəsir Ağayevin sözlərini qələmə alaraq ortaya çox maraqlı bir əsər qoymuş Məmməd Əlizadənin “dilindən” izləyək:

“1989-cu ilin dekabrın 6-7 AXC-nin Elmlər Akademiyasının iri zalında qurultay səlahiyyətli konfransı keçirilməsi nəzərdə tutulmuşdu. AXC-nin radikal qanadı üstünlüyü ələ almaq üçün mühafizə adı altında zala müəyyən adamları yerləşdirmişdilər. Bir sözlə, bu konfransda müəyyən qüvvələrin destruktiv fəaliyyəti və qarşıdurması gözlənilirdi. Məhz Nəsir Ağayevin gücündən istifadə edilərək əsasən Buzovna, Zirə, Binə, Maştağa, Bülbülə, Yasamaldan olan 80-nə yaxın karate ilə məşğul olan şəxslər konfrans günü tanınmaq üçün qollarına mavi rəngdə parça bağlayaraq təhlukəsizlik tədbirlərini həyata keçirdilər. Həmin gün özlərini güclü göstərmək istəyən radikallar istədiklərinə nail ola bilmədilər. Nəticədə gələcək parçalanmanın demək olar ki, əsası qoyuldu.

1989-cu ilin dekabr ayının 10-15-i Bakı Kəndlər Birliyi Nəsir Ağayevin təşəbbüsü ilə Nardarandakı klubda yığıldılar. Bu yığıncaqda Buzovna, Xırdalan, Kürdəxanı, Məhəmmədi, Fatmayı, Bilgəh, Maştağa, Zabrat, Balaxanı, Bülbülə, Əmircan, Zirə, Qala, Şüvəlan, Mərdəkan, Binə, Binəqədi kəndlərdən bir çox nümayəndələr iştirak edirdi.

Bu yığıncaqda Əbülfəz Elçibəy, Ziya Bünyadov, Yusif Səmədoğlu, Canbaxış Umudov, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabit Bağırov, Leyla Yunusova, Hacıəmi Atakişiyev, Telman Əbiyev, İlham Əzizov, Mirrəhim Məcidov və digərləri iştirak edirdilər. İclasda qərara alındı ki, Bakı kəndlərinin növbəti dəfə təsis yığıncağı 1990-cı il yanvarın 13-ü Şüvəlan yazıçılar evində keçirilsin. İşçi qrupuna Quliyev Zakir İbrahim oğlu, Hacıəmi Atakişiyev, Ziya Bünyadov, Fərrux Hüseynov, Bəhlul Abdullayev, Hacıağa Nuriyev, Canbaxış Umudov, İsmixan Fərəcov cəlb edildilər. Əbülfəz Elçibəy gözəl bilirdi ki, gələcək uğurlar Bakı və onun kəndlərini milli azadlıq hərəkatındakı fəaliyyətindən və mövqeyindən çox asılıdır. Çünki bu ərəfələrdə müəyyən qüvvələr tərəfindən rayonlu, bakılı, yerli, gəlmə və müxtəlif ayrı-seçkiliklər toqquşma və qarşıdurma yaradacaq səviyyədə aparılırdı.

1990-cı il 10-12 yanvara qədər bir sıra kəndlərdə o cümlədən Balaxanıda Firuz Orucovun, Pirşağada Canbaxış Umudovun, Xırdalanda Cavanşir Axundovun, Binəqədidə Cabir kişinin, Coratda, Sumqayıtda İsmayıl Əbdüloğlunun, Zarat, Həmyə, Siyəzən məntəqələrində Zal Rüstəmov, Hüseynov Güləddin, Abbasov Firudin, Binədə Zabil bəy, Zirədə Fərəcov İsmixan, Mərdəkanda Vidadi bəy, Türk Vaqif, Şağanda Rafael, Şüvəlanda Bədəlov Ağaverdi, Nardaranda Hacıağa Nuriyev, Maştağada Quliyev Zakir İbrahim oğlu, Kürdəxanıda İlyas bəy, Kamil bəy, Casim bəy, Əmircanda Vaqif Hüseynov, Bülbülədə Telman Əbiyev, Allahverdi bəy və digərləri vasitəsilə Nəsir Ağayevin iştirakı ilə konfransa hazırlıq işləri aparıldı. Buzovnada Zairov Şahin, Məmmədov

Page 90: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Aslan, Məmmədov Xudadat, Əmrulla Dadaşzadə və digərləri konfransa ciddi hazırlıq işləri görürdülər.

Nəhayət yanvarın 13-nə bir–iki gün qalmış Bakını əksər kəndlərinin nümayəndələri Buzovna qəsəbəsi C. Məmmədquluzadə küçəsi ev 42-nin zirzəmisində yığışdılar. Nardarandan İslaməli Əliyev, Əlikram Əliyev, Hacıağa Nuriyev, Şair Zəki, Cəbrayıl Əlizadə, Maştağadan Məşədi Əbdül, Eynulla bəy, Həsən Vəliyev, Zakir bəy Quliyev və bir çox kəndin nümayəndələri mövcud şərait haqqında geniş müzakirələr apardılar. Bu zaman müstəqilliyimizi, birliyimizi istəməyən qüvvələr azadlıq hərəkatını zəiflətmək üçün gəlmə, yerli, rayonlu, bakılı söhbətlərini genişləndirmişdilər. Bakı kəndləri içərisində belə bir şayiə yayılmışdır ki, qaçqınlar və rayondan gələnlər Bakı kəndlərində evləri və yerləri zəbt edəcəklər. Buna görə də yerli əhalinin bəzi sakinləri özünü müdafiə etmək məqsədilə təşkilatlanmaq və onlara qarşı mübarizə aparmaq düşüncələrini irəli sürürdülər. Hiss edilirdi ki, qaçqınların və köçkünlərin daha çox iştirak etdiyi xalq hərəkatında və mitinqlərdə Bakı kəndlərinin əhalisini yuxarı səviyyədə neytrallaşdırmağa və hərəkata qarşı qoymağa çalışırdılar”.

Nəsir Ağayev həmin hadisələri belə xatırlayır: “Təqribən yanvarın 9-10-u olardı. Axşam saat 7 radələrində Maştağadan Rza

adında bir şəxs ağ rəngli “Qaz-24” markalı maşınla yaşadığım mənzilə gəldi. Yollar buz bağlandığından sürüşkən idi. Ahəstə-ahəstə lopa-lopa qar yağırdı. Rza mənə bildirdi ki, Bakı Şəhər Partiya Komitəsinin binasında Bakı kəndlərinin çox sayda sakini yığışıb:

-Ora gedək. Yalnız sənin “Hə” deməyin kifayətdir ki, maşınımız, pulumuz, qərargahımız olsun. Düzü təəcübləndim. Axı, necə ola bilərdi ki, hələ yaradılmamış bir təşkilatın fəaliyyəti bu cür müəyyənləşsin?

Mən şəhərə getdim. Məni ikinci mərtəbəyə qaldırdılar. Otağa daxil olarkən Müslüm Məmmədovun yanında oturan Ağa Axundovu gördüm, O, ayağa qalxdı. Məni orda oturtdular. Bu yığıncaqda Maştağadan Kazım doktor, Mərdəkandan, Şüvəlandan, Bilgəhdən, Keşlədən, Xırdalandan, Saraydan bu gün yadımdan çıxan şəxslər iştirak edirdilər. Demək olar ki, iştirak edənlər Bakıda komendant saatının uzadılmasını və rus əsgərləri ilə birgə Bakı kəndlərinin nümayəndələrinin də asayişin keşiyində birgə olmasını təklif edirdilər. Bir sözlə, Azərbaycanı gözləyən təhlükələrdən Bakının uzaq saxlamağa çalışırdılar. Bununla da Dağlıq Qarabağda və Azərbaycanın digər ərazilərinində ermənilərin özbaşınalığına qarşı etiraz edən bakılıları proseslərdən kənar qoymağa çalışırdılar. Tədbirin ruhundan hiss olunurdu ki, imperiyapərəst qüvvələr Bakını Azərbaycanın digər bölgələrindən təcrid etmək, onun yerli əhalisini rayonların əhalisinə qarşı qoymaq üçün məkrli plan hazırlayırlar. Bir çoxları bunu hiss etsələr də, digərləri bunun mahiyyətinə varıb, törədilmək istənilən təxribatın verə biləcəyi fəsadları ağıllarına belə gətirmirdilər. Çıxışında paytaxtda asayiş və sabitliyin bərpasının vacibliyindən dəm vuran Müslüm Məmmədov sonra sözü kəndlərin nümayəndələrinə verdi. Nümayəndələr isə əsasən yolların çəkilməsi, qaz və işığın normal olması haqqında danışdılar. Burdakı danışıqlardan belə çıxırdı ki, yolumuz rahat, qazımız, ışığımız normal olsa, biz heç nəyə qarışmarıq. Yəni Azərbaycanı narahat edən ictimai-siyasi hadisələrə qoşulmarıq. Hətta, əksinə, ictimai-siyasi hərəkata mane olarıq.

Page 91: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Çünki, Bakı və Bakı kəndlərini normal dolanışıq maraqlandırır. Bu isə əslində Bakıya və bakılılara vurulan növbəti xəyanət zərbəsi idi.

O zaman mən bu yığıncağın qeyri-qanuni olduğunu, vaxtsız çağırıldığını bildirərək məsuliyyətsiz çıxışlara son qoyulmasını tələb etdim. Bildirdim:

-Bakı kəndlərinin təsis yığıncağı yanvarın 13-də keçiriləcək. Burda oturanlardan soruşmaq istəyirəm. Hələ təsis edilməmiş təşkilatın adından danışmaq üçün kim sizə səlahiyyət verib?

Mənim çıxışım və replikalarıma baxmayaraq, yığıncaq gecə saat 21:30 - dək davam etdi və yalnız bundan sonra dağıldı. Qərara alındı ki, görüşlərin davamı da olsun. Beləliklə, mənim üçün indiyə qədər gizli qalmış bir həqiqət aydınlaşdı. Hiss etdim ki, belə görüşlər keçirilərsə və buradakı ziyanlı ideya və fikirlər təbliğ edilərək yayılarsa, bir neçə min insanın məişəti, cüzi də olsa yaxşılaşacaq, milyonlarla azərbaycanlı isə əzablar burulğanına sürüklənəcək.

Bu toplanışanlarn məqsədi aydn idi. Bizi qabaqlamaq və qondarma bir qurum yaratmaqla bakılılarn diqqətini milli məsələlərdən, ilk növbədə isə Milli Azadlıq Hərəkatından yayındırmaq idi.

O dövrün hadisələrinə bu günün gözü ilə baxanda nəyin haqq, nəyinsə nahaq olduğunu görmək heç də çətin deyil. Ancaq həmin dövrdə, hadisələrin bilavasitə içində nəyin nə olduğunu müəyyənləşdirmək son dərəcə çətin idi...” Bu hadisədən bir neçə gün sonra keçirilən Bakı və Kəndlər Birliyinin təsis konfransı keçirildi. 13 yanvar 1990-cı il. Saat 10:00. Konfransı idarə edən Hacıəmi Atakişiyev, Nəsir Ağayev, Ziya Bunyadov, katiblik edən Fərhad Muradov və Maştağadan Seyid artıq səhnədə öz yerlərini tutdular. Yazıçılar Birliyinin Şüvəlandakı yaradıcılıq evinin böyük zalı ağzına qədər dolmuşdu. Əlavə oturacaqlar da gələnlərə azlıq edirdi. Havanın soyuq olmasına baxmayaraq, konfrans zalı gündəlikdə olan məsələlərin müzakirəsi zamanı söz alıb yerli-yersiz istək və arzularını tarixi zərurət kimi sırımağa çalışanların təkəbbür və təkidlərindən daha da qızışmışdı. Hacıəmi Atakişiyev təşkilatın məqsəd və vəzifələrindən danışarkən zalda səs-küy daha da gücləndi. Hiss olunurdu ki, iştirakçılar təşkilatın hansı işlərlə məşğul olacağını və üzvlərə nə vəd verəcəyi ilə maraqlanırlar. Konfransda iştirak edən nümayəndələr arasında Milli Azadlıq hərəkatının tələblərinə müəyyən qədər cavab verəcək 40-a yaxın tərəfdar var idi. Qalan nümayəndələr Azərbaycan Kommunist Partiyasının müvafiq strukturları tərəfindən, eləcə də DTK, DİN, və digər orqanlar tərəfindən göndərilmiş və öyrədilmiş adamlar idi.

Nəsir Ağayev o günləri belə xatırlayrı:“Azərbaycan Xalq Cumhuriyyətinin 1920-ci ilin 28 aprelində süqutundan

sonra Abşeron və Bakıda müstəqil siyasətə demək olar ki, son qoyulmuşdu. Xüsusən də Məmməd Əmin Rəsulzadənin doğma kəndi Novxanıdan olanlara heç bir dövlət işi verilmirdi. Böyük öndərin bütün nəsli, onlara salam verənlər və onlardan salam alanlar belə həbslərə, sürgünlərə məruz qalırdılar. Məhz bunun nəticəsi idi ki, 1956-cı ilə qədər Novxanı kəndi xarabaya bənzəyirdi. Demək olar ki, bu kəndə gedən bütün yollar elə bir vəziyyətdə idi ki, ora getmək çətindən də çətin idi. Bu çətinliyi isə yerli hökumət kimlərinsə göstərişi ilə qəsdən yaratmışdı. Novxanıda dənizə tərəf olan bir çox mülklər və bağlar dövlət tərəfindən yerli əhalidən zorla alınaraq Sovet hökumətində müxtəlif vəzifələrdə çalışan məmurlara

Page 92: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

paylanmşdı. Bu yerlərin həqiqi sahibləri isə sürgün və həbslərdə çürüyür, varisləri isə Novxanının uçuq-sökük, lampa ilə işıqlandırılan, odunla qızışan qədim evlərində bu haqsızlığı seyr edir, zaman-zaman biganələşirdilər. Beləliklə, Məmməd Əmin Rəsulzadəyə görə Novxanı kəndinin bütün sakinləri, eləcə də Azərbaycanın müxtəlif yerlərində olan Azadlıq fədailəri amansızcasına cəzalandırılırdı. Balaxanı kəndi də başqalarının yaşadığı faciəni yaşamışdır. Demək olar ki, Bakıda memarlıq cəhətcə bir çox binalar tikdirən balaxanlılar həbsə və sürgünə məhkum edilməklə əmlaklarından məhrum edilirlər. Halal və haramın məna tutumunu mənəvi dəyərləri çərçivəsində qoruyub saxlamağa cəhd edən azərbaycanlılar bir çox hallarda başqasının mülkündə yaşamağı günah hesab edirdilər. Buna görə də o vaxtlar bu cür binalara ermənilər, ruslar, yəhudilər və digər millətlər köçürülürdülər. Beləliklə, bu hal həm də Bakı şəhərinin milli tərkibinə ciddi zərbə vururdu. Buna görə də Bakı beynəlmiləl şəhər adlanırdı. Əslində bu beynəlmiləlçilik islam və türk aləminə zülm və düşmənçilik üzərində qurulmuşdu. Sadəcə olaraq hər hansı bir şəhəri məhv etməyin kommunistvari metodu beynəlmiləlçilik pərdəsi ilə maskalanmışdı.

Bakı və Kəndlər Birliyinin təsis konfransından sonra qərara alındı ki, növbəti yığıncaq 1990-cı ilin 20 yanvarında Xırdalanda keçirilsin. Qeyd etdiyimiz kimi, həmin dövrlərdə DTK-nın və Mərkəzi Komitənin birgə səyləri və Bakı kəndlərində olan müəyyən şəxlərin iştirakı ilə qarşıdurma hazırlanırdı. Bakının bir sıra bazarlarında “rayonlu-bakılı” mexanizmi əsasında yaradılan süni narazılıqlar haqqında ciddi məlumatlar gəlirdi.

Biz - Vətənimizi müstəqil görmək istəyənlər gözəl dərk edirdik ki, müstəqilliyə qovuşmaq üçün daxilimizdə düşmənçilik yaratmağa çalışacaqlar. Bu səbəbdən də planlarmızı tədricən, lakin qəti şəkildə həyata keçirməyə, məkrli siyasətlərin qarşısını mətinliklə almağa çalışmalıyıq. Bunun üçün səbr, dözüm, məsuliyyət, hadisələrin nəticələrini öncədən duymaq qabiliyyəti, zamanın hakimi-mütləq olduğunu zamanında dərk etmək vacibdir.

Konfransın səhəri günü Türkan hərbi aerodromunda işləyən Yefrim Qafar oğlu Maniyev (Şüvəlanlıdır, məhşur Maniyevlərdəndir. Yaşıdları ona Rafiq deyə müraciət edirdilər) Ağaverdi Bədəlovun tapşırığı ilə səhər saat 10:00 radələrində Buzovnaya gələrək, mənimlə görüşdü və bildirir ki, hərbi nəqliyyat təyyarələri ilə Türkan hərbi bazasında yaşı 30-la 45 arasında olan Bakıdan qaçan bir çox ermənilər toplaşmışlar. Eyni zamanda Krasnodar, Volqoqrad, Stavropol, Yekaterinburq şəhərlərindən də 5000-dən artıq xüsusi təlim keçmiş, müsəlmanlara nifrət edən, türkə düşmən hissləri bəsləyən və muzdlu qüvvələr toplaşıblar və onlar hərəkətə keçmək üçün səbrsizliklə əmr gözləyirlər. Onlara Bakının kənd və qəsəbələrinin xəritəsi də verilmişdi. Xalqımızın qanına susamış, ağlagəlməz vəhşilikərə hazır olan bu muzdlulara sovet ordusunun geyimləri geyindirilib. Hərbi aerodroma gətirilmiş yüzlərlə tank və təyyarələr Bakı nefti ilə baklarını ağzına qədər doldurub, Bakı küçələrində və ərazisində faciələr törətməyə hazır vəziyyətdə gözləyir.

Maniyev onu da bildirirdi ki, daxili qoşunlardan, hərbi əks-kəşfiyyatdan, hərbi dəniz piyadalarından, Dövlət Təhlukəsizlik Komitəsinin qoşun hissələrindən, hərbi desant qüvvələrindən ibarət olan silahlı dəstələr hər gün islam dinini, türk

Page 93: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

millətini söyür, cürəbəcür narkotik maddələr qəbul edir, qan axııtmaq, insan öldürmək üçün əmr gözləyirlər.

Yanvarın 13-dən başlayaraq Türkan hərbi aerodromuna hər səhər saat 4-ld enən “Ruslan” tipli hərbi təyyarələrlə qoşun hissələri daşınmağa başlanmışdı. Moskvann çirkin niyyət və məqsədi yavaş-yavaş aydınlaşırdı. Nə isə etmək lazım idi. Artıq açıq-aydın məlum idi ki, Kreml ipə-sapa yatmayan Azərbaycan xalqın cəzalandırmağa hazırlaşır”.

Nəsir bəyin sözlərinə görə, Moskva istəmirdi ki, nefti, qızı, pambığı, tütünü, üzümü, misi, boksiti, balığı, qara kürüsü olan bir məmləkətdə Azərbaycan türkləri yaşasın və öz sərvətlərinə hakim olsun:

“Belə bir təbii sərvətlər diyarını onun gerçək sahiblərindən təmizləmək, lazım idi. Bunun üçün bu millətin gözünü qorxutmaq onu satqına, yaltağa, dilənciyə çevirmək lazım idi. Bunun üçün isə Azərbaycanın xaricində, Rusiya, Fransa, İngiltərə, Amerika kimi dövlətlərin dırnaqarası demokratları, daxildə isə başda Azərbaycan Azərbaycan KP MK, onun yerli təşkilatları, Azərbaycan Nazirlər Soveti olmaqla bütün düşmən qüvvələr birləşmişdilər. Azərbaycanın gələcəyi təhlükə altında.

1990-cı il 16 yanvarda “Azərbaycan xörəkləri” restoranının qarşısında ( Qala-Bakı yolu) Əzizbəyov rayonu Xalq Cəbhəsinin və Bakı kəndlərinin birgə mitinqi keçirildi. Mitinqi Əzizbəyov rayon AXC-nin İdarə Heyətinin üzvləri Vaqif Heybətov, Bəhlul Abdullayev, Firuz Ağasıoğlu, və digərləri idarə edirdilər.

Mitinqdə qarşıdan gələn təhlükədən xilas olmanın yolları təhlil edilir, baş verəcək təxribatları dəf etmək üçün mütəşəkkil olmağın, heç bir təxribata uymamağın vacibliyi vurğulandı. “Zəngəzur” cəmiyyətinin sədri, AXC fəallarından olan Fəzail Ağamalı çıxış edərək bakılı-rayonlu qarşıdurmasının müəllifinin Mərkəzi Komitənin şərəfsiz rəhbərlərinin olduğunu, Qarabağdan və digər döyüş bölgələrindən Bakı kəndlərindən kömək uman insanların bu saatda, bu anda Büzovnada mənimlə görüşdüklərini mitinq iştirakçılarının diqqətinə çatdırdı...

Hadisələrin məsuliyyətini dərk edərək Büzovnadakı evimi qərargaha çevirmişdim. Həm Ağdam, Şuşa, Kərki və digər cəbhə bölgələrindən gələn telefon zənglərinə cavab verir, həm də həmin rayonlardan gələnləri qəbul edirdim. Hadisələri sürətlə cərəyan edirdi. Vəziyyət hər an dəyişə bilərdi”.

Bəzən elə olurdu ki, bir saat əvvə çıxarılan düzgün qərar bir saatdan sonra böyük səhvlərə yol açan sənədə çevrilirdi. Bax, bunun üçün hərəkətdən, gücdən daha çox dəqiq informasiyaya, obyektiv düşüncəyə ehtiyac var idi. Hərəkat liderləri bütün proseslərdən xəbərdar olmaq üçün tez-tez Büzovnaya Nəsir Ağayevin Yanına gələrdik, fikirlərini öyrənərdilər. Hər dəfə də C. Məmmədquluzadə ev 42-nin aynabəndi, otaqları, həyəti qaçqın, köçkün və azadlıq fədailəri ilə dolu olardı. Qərbi Azərbaycandan olan qaçqınlara başqalarına talonla satılan ərzaq - ət, yağ, qənd talonsuz və pulsuz paylanılırdı. Bütün bu işlərin rəhbərliyi Nəsir bəy tərəfindən özü də qaçqın olan Məhəbbət adlı bir şəxsə tapşırılmışdı.

1990-cı il yanvarın 16-sı idi. İctimai vəziyyətlə əlaqədar olaraq məlumat almışdıq ki, Əzizbəyov rayon partiya komitəsi və bir sıra dövlət və təsərrüfat

Page 94: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

orqanları bir növ səlahiyyətlərini dayandırıblar. Əsas ağırlıq faktiki gücə malik hüquqi səlahiyyəti olmayan Xalq Cəbhəsinin üzərinə qoyulmuşdur. Bu çox təhlukəli hal idi. Nə qədər ki, siyasi sistem dəyişməyib, qanunları hələ mövcuddur, səlahiyyətlərini qəsdən dayandıran, vəzifəsinin mənimsənildiyini iddia edən məmurları üzə çıxarıb zorla işlətmək lazım idi. Çünki Lənkəranda, Cəlilabadda dövlət vəzifələrinin mənimsənilməsi idarəolunmaz vəziyyət təsiri yaratmışdı. Kommunistlər də məhz buna istinad edərək, konstitusiyasının pozulduğu, dövləti cinayətlərin artdığını, kütləvi ixtişaşların çoxaldığını əsas gətirərərək qırğın törətməyi planlaşdırırdılar. Əldə edilən məlumatlar, bizlərə verilən bilgilər əsasında bu çirkin niyyətin reallaşacağını hiss edilirdi. Yanvarın 16-sı Fəzail Ağamalı, Məhyəddin Məmmədov, Məmməd Əlizadə və Nurəddin İsmayılov Nəsir Ağayevlə görüşmək və vəziyyəti təhlil etmək qərarna gəlirlər və Buzovnaya gedirlər. Nəsir Ağayev saat 17 radələrində rayon partiya komitəsinə zəng edir. Dəstəyi katibə Təranə Səftər qızı götürür.

O, Nəsir bəylə Nəcəfov arasında əlaqə yaradır. Nəcəfovun amiranə səsi eşidildi:

-Eşidirəm, Nəsir müəllim, Vaqif Heybətov da yanımdadır” Nəsir bəy: -Niyazi bəy, heç kəs sizin səlahiyyətlərinizi mənimsəyə bilməz. Siz qanuni

vəzifənizi icra edin, rayonumuzda özbaşınalıq yaratmaq olmaz və imkan verməyin ki, xalqı qırsınlar!-

Sonra o, telefonu Vaqıf Heybətova verməsini xahiş etdi. Nəsir Ağayev Heybətova deyir

-Nəcəfovla mənim xəbərim olmadan nə danışıqlar aparırsan? Vaqif Heybətov: -Nəsir müəllim, mitinqin ümumi qərarına əsasən raykomun binası Xalq

Cəbhəsinin qərargahına çevriləcək, Niyazi Nəcəfovun yerində də Xalq Cəbhəsi oturacaq. Ancaq mərdəkanlılar deyir ki, bu bina Mərdəkanda yerləşdiyinə görə Rayon Partiya Komitəsinin katibi də mərdəkanlı olmalıdır.

Nəsir bəy işə qarışdıqdan sonra məsələ nizamlanır.Təxribatların ardı-arası kəsilmirdi. Bakıda törədilməsi planlaşdırılan qırğını

əsaslandrmaq üçün DTK Kremlin tapşırığı Bakıda ermənilərə qarşı zorakılıq aktları planlaşdırmışdı. Bunun da qarşısını almaq, Bakını xoşluqla tərk etmk qərarına gəlmiş ermənilərin təhlükəsizliyini təmin etmək lazım idi. Bu məqsədlə Mərdəkanda bir neçə qrup yaradılmışdı. Qruplardan birinə Əşrəf, digərinə Lətif Mürşüd oğlu Cəlilov rəhbərlik edirdi. Nəsir Ağayev Bakı kəndlərinin nümayəndələrinə və AXC üzvlərinin hər birinə ciddi surətdə tapşırmışdı ki, ermənilərin evlərindən dəniz vağzalına qədər təhlükəsizlikləri təmin edilsin, heç bir zorakılığa yol verilməsin. Bu evlərə isə yalnız qaçqın və köçkünlər yerləşdirilə bilər. Heç bir halda qarətə, soyğunçuluğa yol vermək olmaz. Bütün bu işlərin nizamlanması Milli Müdafiə Komitəsindən Nurəddinə, Bakı kəndlərindən isə Vaqif Heybətova həvalə edilmişdi. Onlar da bu işin nizamlanması üçün müəyyən işlər görürdülər. Lakin Mərdəkanda, Şüvəlanda və digər yerlərdən, xüsusilə də Bakı şəhərindən, belə hallara qarşı mübarizə aparılmasına baxmayaraq, Xalq

Page 95: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Cəbhəsinin adından müəyyən erməni evlərini qarət edənlər haqqında məlumatlar daxil olurdu.

Nəsir Ağayev o dəhşətli günləri belə xatırlayr:Bütüm səylərimizə baxmayaraq, xüsusi hazırlanmış müəyyən qruplar

Moskvadakı “ağalarının” sifarişi ilə qarətlə məşqul olurdular. Bakının, demək olar ki, bütün rayonlarında, xüsusilə də Əzizbəyov rayonunda Xalq Cəbhəsinin radikal qanadı raykom binalarının tutlmasını, onların səlahiyyətlərinin mənimsənilməsini öz fəaliyyətlərinin əsası kimi qəbul etmişdilər. Faciələrə, müsibətlərə səbəb olacaq, özümüzü özümüzə qarşı qoyacaq qərara qarşı tədbir görülməliydi.

1990-cı ilin yanvar ayının 17-də, saat 11.00-da, Şüvəlanda, Xalq Cəbhəsinə verilmiş binada İdarə Heyətinin fövqəladə yığıncağının keçirilməsi qərarlaşdırılmşdı. İdarə Heyətinin iclasında Vaqif Heybətov, Rəşid Orucov, Sulduz Yadigarov, Bəhlul Abdullayev, Ağaverdi Bədəlov, İsmixan Fərəcov, Əmrulla Dadaşzadə, Aslan Məmmədov, Davud Axundov və mən iştirak edirdik. İclasda Vaqif Heybətov raykom binasının tutulmasını və bütün səlahiyyətləri öz üzərinə götürməyi təklif etdi. Söz alaraq dedim:

-Dövlət içərisində dövlət, qanun içərisində qanun olmaz. Hələlik dağılmayan bu dövlət mövcud qanunlar ilə nizamlanır. Bu dövlət və sistem dəyişmədən heç bir hərəkətə yol vermək olmaz. Çalışmalıyıq ki, ideoloji, iqtisadi, siyasi, hərbi, asılılığı, ittifaq dövlətində mərkəzləşdirən cəmiyyəti dəyişdirək.

Sonra isə bildirdim: -Sizin bu yalnış qərarınız yüzlərlə kadr itkisinə səbəb ola bilər. Əlavə

problem yaratmayın. Ermənilər ərazilərimizi tutur, millətimizi qırır, ittifaq hökuməti bütün hərbi gücündən istifadə edərək bizi cinayətkar bir dövlət kimi yer üzündən silməyə hazırlaşdığı bir anda sizin bu qərarınız təxribatdır. Əgər cənab Vaqif Heybətov, sizin təklifiniz qəbul edilsə, mən Xalq Cəbhəsinin İdarə Heyətindən və üzvlüyündən azad olunmağıma dair ərizə ilə AXC sədri Əbülfəz bəyə müraciət edəcəyəm.

Bir anlığa otağa dərin sükut çökdü. Bura toplaşan hər kəsə bəlli idi ki, mənim AXC-rəhbərliyi, xüsusən də Əbülfəz Elçibəylə çox isti münasibətlərim var. Ona görə də ehtiyatlı davranmağa üstünlük verdilər. Çıxış üçün söz alan Davud Axundov bu qərarın səhv olduğunu məntiqlə əsaslandrmağa çalşdı. Yalnız bundan sonra raykomun binasını tutmaq, partokratların səlahiyətlərini mənimsəmək kimi səhv qərardan daşındılar. Çünki bu səhv qərar nəticə etibarilə bütün Əzizbəyov rayon Xalq Cəbhəsi üzvlərinin “cinayətkarlar” adı ilə damğalanmasına səbəb ola bilərdi.

Şüvəlan yığıncağı başa çatan kimi Xalq Cəbhəsinin Çapayev küçəsində yerləşən binasına gəldim. Burada hər kəsin üzündə həyəcan, təlaş və nigarançılıq hiss edilirdi. Hamını yalnz bir sual narahat edirdi: Görəsən, tanklar və qoşun hissələri şəhərə girəcək ya yox? Xalq Cəbhəsinin qarşısında ilk görüşdüyüm adamlar Məmməd Əlizadə, Nəcəf Nəcəfov, Nürəddin İsmayılov və Məhyəddin Məmmədov oldular. Sonra Fəzail Ağamalı və İsa Qəmbərlə görüşdüm. Söhbətin əsas məğzi bu oldu ki, ordu şəhərə girəcək və əhalini amansızca qıracaqlar. Təklifim bundan ibarət oldu ki, itki olmasın deyə, təxribata yol vermədən, qoşunun şəhərə girəcəyi vaxt barikadalar yaradan insanlar mövqelərini tərk etməlidirlər. İsa

Page 96: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Qəmbər bildirdi ki, İdarə Heyətini bir yerə yığıb bu məsələləri müzakirə etmək olduqca müşkül məsələdir. Bu görüşdən və verilən cavabdan məyyus olmuşdum, məni yola salarkən təkcə bunu dedim:

-Milləti qıracaqlar! Vaxt itirmədən barrikadalar qurulan yerlərə getmək qərarına gəldim. İlk

öncə Binədə “Kanal üstü” deyilən yerə getdim. Burada yol hər iki tərəfdən köhnə təyyarə və maşın təkərləri ilə qalanmışdı. Təqribən 200-250-yə yaxın adam dayanmışdı. Alınlarına qırmızı və yaşıl lent bağlamış gənclər maşınları yoxlayır, şübhə doğuran şəxsləri rayon milis orqanlarına təhvil verirdilər. Maşını izdihamın düz sıx hissəsinə sürməyi göstəriş verdim. Museyib Yusifov, Sulduz Yadigarov, Zakir bəy, Məzahir Nəsirov məni əhatə etdilər. Başında qotazlı idman papağı olan Sulduz Yadıgarov dedi:

-Nəsir bəy, biz möhkəm dayanmışıq. Mən mülayim halda cavab verdim: -Sulduz bəy, tanklar gəlsə, çalış, əhalini kənara çəkəsən və burdakı təkərləri

benzinlə alışdırarsan. Heç olmasa, tankların hərəkəti 10-15 dəqiqə gecikdirilsin. Kənardan kiminsə səsi eşidildi: -Nəsir bəy, biz qorxaq deyilik, kişi kimi dayanacağıq. Bir daha Sulduza müraciət etdim: -Öz başınıza qərar qəbul etməyin. Qayğılı halda qapını örtdüm. Sürücüyə “Türkan hərbi aerodromunun yanına

sür” - dedim. Sürücü Firuz Cabbarov maşını hərəkətə gətirib soruşdu: -Nəsir bəy, səncə, vəziyyət necə ola bilər?” Cavab verdim:-Əgər “Kanal üstün”də olanlar mənim sakit, mülayim tərzdə dediyim qərarı

yerinə yetirməsələr, onların əksəriyyəti ordu tərəfindən məhv ediləcək. Amma çox heyif. Onları mənim düşündüyüm reallığa inandırmaq üçün aylar lazımdır. Buna isə vaxt yoxdur...”

Nəsir Ağayevin yaşadığı mənzil Xalq Cəbhəsinin qərargahı elan edilmişdi. Onun 53-21-88 nömrəli telefonuna isə Naxçıvandan, Moskvadan, Leninqraddan, Almaniyadan, Şuşadan və digər yerlərdən fasiləsiz zənglər gəlirdi. Baş verən hadisələr, eləcə də akiv mövqe və fəaliyyəti Nəsir bəyin üzərinə böyük vəzifələr qoymuşdu. Çox zaman telefon dəstəyini qulağından çəkmədən ani yuxuya gedir, dərhal da oyanırdı. Uzun günlərin yorğunluğu özünü əməlli – başlı göstərirdi. Yatmağa haqqı yox idi. Çünki ömrünü müqəddəs bir amala həsr etmişdi. O və dostlar ermənilərin, Moskvanın, digər xarici və daxili düşmənlərin təxribatlarna cavab verəcək tədbirlər hazırlamağa cavabdeh idilər. Eyni zamanda “Azadlıq” radiosunda çıxış etməyin Azərbaycanın informasiya blokadasından çıxmasına böyük kömək olacağına inanırdılar. 1988-ci ildən başlayaraq həm Mehdi Məmmədov, həm Etibar Məmmədov, həm də Nəsir Ağayev mütəmadi olaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün “Amerikanın səsi” radiosu vasitəsilə Bakı kəndləri, Naxçıvan, Şuşa və digər bölgələr haqqında, Mərkəzi hökumətin ədalətsiz mövqeyi barədə dünya xalqlarına dəqiq məlumatlar

Page 97: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

çatdırırdılar. Həmin dövrdə Azərbaycanın böyük bir təhlukə ilə üzləşəcəyi haqqında dünya ictimaiyyətini məlumatlandra bilmişdilər.

Nəsir Ağayevin tələbəlik illərindən könül verdiyi ideya, Azərbaycanı azad, müstəqil görmək arzusu beşikdəcə boğulmaq təhlükəsi ilə üzləşmişdi. Cəbhədaşlarının belə qarışıq, məsuliyyətli anda ortalıqda olmaması onu bərk sarsıtmışdı.”

Nəsir bəyi dinləməkdə davam edək: “...Əmrulla Dadaşzadə maşından düşərək “Azərbaycan xörəkləri”

restoranının həyətində yığılamış izdihamın içərisinə girdi. Bir az keçməmiş, o vaxt Mərkəzi Komitədə səlahiyyət sahibi olan Ziyad Səmədzadə göründü. O mənimlə və digər fəallarla salamlaşdı. Ona bildirdim:

-Niyazi Nəcəfova deyin ki, vəzifəsini icra etsin. Xalq yazıqdır. Təcili surətdə Türkan hərbi bazası əlaqə saxlayın. Baş verə biləcək qırğının qarşısını almağa içalışın.

Bir qədər keçməmiş Niyazi Nəcəfov da göründü. Tankın üstündə olan rus əsgəri başımda milli papaq olduğundan cəmi 5 metrlikdən mitinqin təşkilatçılarına, xüsusən də mənə qanlı-qanlı baxırdı. Həmin gün, yəni yanvar ayının 16-da tanklar bazaya qayıtdılar. Yeri gəlmişkən bir məsələni xatırladım. Yanvarı 17-si xəbərlər proqramında Az. KP MK-nın 1-ci katibi Əbdürrəhman Vəzirov xarici və rus jurnalistlərinə müsahibə verirdi. Müsahibəsində belə bir cümlə işlətdi: “Yanvarın 13-də bakılıların böyük və güclü təşkilatı təsis edilib. Biz onlara dövlət səviyyəsində hər cür kömək göstərəcəyik. Görək indi naxçıvanlılar, yerazlar bunun qarşısını necə alır”.

Elə çıxır ki, Şüvəlan yazıçılar evində yanvarın 13-də yığşlan 500-dən artıq adamın, olsa-olsa, 25-30 nəfəri xalq hərəkatının nümayəndəsi imiş. Deməli, ideyası Hacıəmi Atakişiyev tərəfindən irəli sürülən bu təşkilat nəticə etibarı ilə Moskvanın və yerli hökumətin göstərişlərini icra etməli idi? Bütün bunların acı sonluğunu dərk edərək, bu çirkin oyunlara mane olmaq məqsədilə Quliyev Zakiri, Məmmədov Aslanı, Muradov Rəfaeli, Muradov Vüqarı, Fərəcov İsmixanı, Orucov Firuzu, Orucov Tusini, Zeynalov Fəxrəddini, Abbasi Salmanı, Məmmədov Məmmədəlini, Axundova Rəfiqəni və digərlərini məsləhətləşmələr aparmaq üçün bir araya topladım. Yığıncaqda iştirak edənlərin diqqətinə çatdırdım ki, Moskva və respublika hakimiyyəti getdikcə güclənməkdə olan xalq hərəkatını zəiflətmək üçün onu, nəyin bahasına olursa olsun, parçalayaraq zəiflətməyə nail olmaq istəyir.

Belə bir məqamda Bakı da daxil olmaqla onun ətrafında yerləşən kənd və qəsəbələri nəzarətdən kənarda qoymaq olmazdı. Bunun üçün Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə danılmaz və müstəsna xidmətləri olan Quliyev Zakir İbrahim oğlu çevik dəstələrlə müəyyən şəxslərlə profilaktiki işlər aparır, kəndlər içərisində adi bir narazılığın da olmaması üçün bütün imkanlarından istifadə edirdi. Bir sözlə, xalq hərəkatında hər bir kəs öz funksiyasını icra etməklə mübarizənin qələbə əzmini artırırdı. Ən təhlukəli hal isə gücün siyasətə, kütlənin ideologiyaya əks təsiri idi.”

Yanvar ayının 18-də milli mudafiə komitəsinə məlumat daxil olur ki, Lətif Cəlilov və ətrafı özbaşına, heç bir göstəriş olmadan Zaqulba və Buzovnanın müəyyən yerlərində erməni və erməni mənşəlli ailələrin qovulması üçün planlar

Page 98: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

hazırlayır. Bu məlumat təcili olaraq Xalq Cəbhəsinin mərkəzi qərərgahına-Milli Müdafiə Komitəsinə çatdırıldı. Nəsir Ağayev baş verənlərdən artıq xəbərdar idi. Bunun qarşısını almaq üçün Nəsir Ağayev təcili olaraq Heybətov Vaqifə, Ağayev Xalıqa, Zeynalov Fəxrəddinə, Hüseynov Fəxrəddinə göstəriş verir ki, Lətif Cəlilov kimilərinin bu cür hərəkətlərinin qarşısı alınsın və rayon milis orqanlarının iştirakı ilə ermənilər Bakı Dəniz Limanına aparılsın. Özü də ermənilərin təhlukəsizliyi təmin edilsin.

MMK-sinə məlumat daxil olmuşdu ki, Bakı kəndlərində yaşayan ermənilərin bir hissəsi Dövlət Təhlukəsizlik Komitəsinin Buzovna ilə Bilgəh arasında yerləşən istirahət evində gizlədilir. Onlarn say 300-ə yaxındır. Bu haqda Nəsir Ağayevə məlumat verildi və o, dərhal həmin bağın rəisinə (Rus idi) telefon edərək, bildirir:

-Xalq sizin yeri mühasirəyə alsa, böyük qırğın yarana bilər. Bu təxribatdan çəkinmək üçün 4 saat ərzində qoruduğunuz erməniləri müvafiq qaydada Azərbaycandan çıxarmağınızı məsləhət görürük”.

Nəsir Ağayev xatırlayır: Amasiya, Şişqaya, Güllücə, Spitak, İrəvan, Leninakan, Qafan və

Xankəndində ermənilər tərəfindən azərbaycanlıların vəhşicəsinə öldürülməsinə, qovulmasına Moskva heç bir tədbir görməmişdi. Minlərlə azərbaycanlı öldürülmüş, fəqət Ermənistanda tətbiq edilən komendant saatı, Azərbaycandakı qədər yerli əhaliyə zülm etməmişdi. Bütün bunlar hər kəsə məlum idi. Bütün bunlardan ən incə detallarına qədər xəbərdar olan polkovnik Sədiyar Abbasov DTK-nın istirahət evinin rəisi ilə mənim aramda baş vermiş telefon söhbətindən xəbər tutan kimi mənə zəng etdi və təşəkkür edərək bildirdi ki, siz baş verə biləcək toqquşmanın qarşısını aldınız...

Həmin dövrdə Milli Azadlıq Hərəkatının fəalları onlarla belə hadisənin qarşısını məharətlə almağı bacarmışdılar. Yanvarın 18-dən 19-na keçən gecə səhərə qədər Şuşadan Akiflə, Naxçıvanın Kərki kəndindən İsmayılov Nurəddinlə və digər bölgələrdəki dostlarımızla mütəmadi əlaqə saxlanılırdı. Vəziyyət çox gərgin idi. Hadisələr o həddə çatmışdı ki, istənilən bir adam hər hansı bir cinayəti törədib, günahı başqasının üzərinə ata bilərdi. Hətta qarışıqlıq və münaqişə yaratmaq üçün yanvarın 14-dən başlayaraq, qaçqınların Bakı kəndlərinə basqın edəcəyi haqqında fikir və şayələr yayılırdı. Bakı kəndlərində barikadalarda dayanan minlərlə adamın yalnız 40-50 nəfəri Xalq Cəbhəsinin üzvləri olardı. Yerdə qalanları isə Kommunist Partiyasının təxribatçıları idilər.

Tam aydın idi ki, ən yuxarı səviyyədə yerli əhali ilə qaçqın və köçkünləri qarşı-qarşıya qoymaq planlaşdırılmışdı. Bu isə qaçqınlara bəslənilən səmimi münasibətin düşmənçilik münasibəti ilə əvəz olunması ilə nəticələnməli idi. Bizim xəbərimiz və razılığımız olmadan yüzlərlə adam istədiyi yerdə barikadalar qurur və bu işi Xalq Cəbhəsinin adı ilı bağlayırdılar. Türkan hərbi aerodromunda səbirsizliklə Müdafiə Nazirinin azərbaycanlıları qırmaq əmrini gözləyən təpədən-dırnağa qədər silahlanmış qoşun hissələri Bakının hər hansı bir kənd və qəsəbəsində döyülən və yaxud öldürülən erməniyə görə yüzlərlə azərbaycanlının öldürülməsinə tam hazır idi. Moskva ermənilərdən alət kimi istifadə edərək, Moskvanın törətdiyi Sumqayıt hadisələrinin formalaşdırdığı “vəhşi azərbaycanlı”

Page 99: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

obrazını formalaşdrmaq üçün əlindən gələni etmişdi. İndi isə bütün dünyaya məlumat yayırdı ki, guya Azərbaycanda erməniləri kütləvi surətdə qətlə yetirirlər. Bir sözlə, planlaşdırılan böyük qrğınlar üçün ideoloji zəmin hazırlanırdı. Azərbaycanın yerli kommunist rəhbərlərinin maymaqlığı da buna əməlli-başlı imkan yaratmış olurdu. Bizim gecəli-gündüz demədən heç bir zaman məhdudiyyəti olmadan Bakı və ətrafında, xüsusilə də Əzizbəyov, Sabunçu və müəyyən qədər Suraxanı və Abşeron rayonlarında müəyyən dəstələrlə gerçəkləşdirdiyimiz ciddi nəzarətə baxmayaraq, vəziyyət olduqca ağır idi. Əhalinin psixoloji durumuna da gərginlik hakim idi. Bu da təbiidir. Çünki hadisələr sürətlə dəyişir, Bakıya, Xankəndi, Şuşa, Laçın, Sədərək və Culfadan gələn ziddiyyətli, həyacanverici xəbərlərin ard-arası kəsilmirdi.

Evimdə qoruyub saxladığım təşkilata aid sənədləri iki hissəyə bölərək bir hissəsini o zaman fəal hərəkatçı olan Mirzə Ağabəyli, digər hissəsini isə Xalq Cəbhəsinin və Azadlıq hərəkatının inkişafında, müstəqilliyin qazanılmasında danılmaz xidmətləri olan Davud Axundova verdim. Bu hərəkatda ən çox inandığım, etibar etdiyim şəxslərdən olan Davud bəy ona bəslədiyim bu inam və etibarı hərəkətləri ilə doğrultmuş, özünün güvənilən insan olduğunu cəsarəti və ardıcıl fəaliyyəti ilə təstiq etmişdi. Beləliklə, evimizi hər hansı bir ehtimal edilən və gözlənilən axtarışa hazır vəziyyətə gətirmişdim.

Yanvarın 19-zu saat 18:00 olardı. Bakıdan Fəzail Ağamalı mənə zəng edərək, vəziyyətin getdikcə ağırlaşdığını bildirdi. Nə qədər cəhd etsəm də, AXC rəhbərliyi ilə əlaqə yarada bilmədim. Demək olar ki, hər tərəfdən fərqli informasiyalar daxil olurdu. İnformasiyalar burulğanında hansı informasiyanın həlledici olduğunu bilmək dözüm və peşəkarlıq tələb edirdi. Bu isə mövcud şəraitdə heç də asan deyildi.

Həm AXC-nin mərkəzi qərargahında, həm də mənim rəhbərliyim ilə fəaliyyət göstərən Bakı kəndlərinin Bizovnadakı mənzil-qərərgahında məlumat və insan axınının ardı-arası kəsilmirdi.

Artıq yanvarın 19-u saat 19:30-idi. Ayazlı, şaxtalı, soyuğu iliyə qədər işləyən bir gün idi. Mavi səmada topa-topa qara buludlar cəmlənirdi, sanki təbiət də Azərbaycanda baş verəcək hadisələrə hazırlığını görürdü. İnsanların üzündən gülüş, təbəssüm sanki yoxa çıxmışdı. Bu günlərdə Azərbaycan xalqı birdən-birə ciddiləşmiş, müdrikləşmişdi. 10-15 yaşlı uşaqların üzündən qocalara məxsus qayğıkeşlik oxunurdu. Bu düşmənimizin nə qədər qəddar, taleyimizin isə hələ də öz əlimizdə olmadığından xəbər verirdi. Ətrafdan kömək gözləmək mənasız idi. Yalnız Türkiyəyə ümid etmək olardı. Fəqət bu dövlət də hadisələrə hazır deyildi. Türkiyədəki soydaşlarmız informasiya blokadasnı yara bilməmiz üçün bizə əllərindən gələn köməyi əsirgəmirdilər. Özümüz öz başımıza çarə qılmalıydıq. Buna da bizi düşdüyümüz vəziyyət, üzləşdiyimiz tale, həqiqəti əks etdirən qocaman Tarix məcbur edirdi. Bizim bu adı həqiqəti başa düşməmiz üçün təqribən 350 il farslar və ruslar tərəfindən qırılmalı, döyülməli, əxlaqımız, dinimiz, milli mənliyimiz təhqir edilməli idi. Təhqir edilməli idik ki, Türk olduğumuzu başa düşək, bundan qürur duya bilək.

Əhali artıq Moskvadan, Bakıdakı hakimiyyətdən ümidini tam kəsmişdi. Silahı və maliyyə imkanları çox məhdud olan AXC-də yalnız və yalnız türkiyəli

Page 100: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

qardaşlarımıza inam vardı. Çünki, 1918-il mart hadisələrində Azərbaycanın demək olar ki, bütün rayonlarının, xüsusilə də Bakı və onun kəndlərinin ermənilər tərəfindən tutulub viran edilməsinin qarşısını o zaman məhz Türkiyə almışdı. Tələt Paşa, Nazim Paşa, Camal Paşa, Mürsəl Paşa, Nuru Paşa, Vahid Paşa və təbii ki, Ənvər Paşanın yorulmaz fəaliyyətləri Azərbaycanın namusunu, qeyrətini, torpağını ləkələmək istəyən, onu rus və ermənilərin məkrindən xilas etdilər. O vaxt şəhid olan türklərin qəbirlərindən biri Mərdəkanda H.Z.Tağıyev tərəfindən tikilmiş olan 123 saylı məktəbin həyətində idi. Həmin qəbir 1989-cu ildə milli azadlıq fədailərindən olan 80 yaşlı Ənvər həkim və 75 yaşlı Kazım kişinin iştirakı ilə bir metrə qədər dərinlikdən aşkara çıxarılmışdı. Hal-hazırda bu yerdə türk şəhidləri üçün abidə qoyulmuşub.

Maraqlıdır ki, burada keçirilən tədbirlərin heç birinə onun ideya müəlliflərini, o cümlədən məni dəvət etməmişdilər. Necə deyərlər, dəvət etməyi “yaddan çıxarmışdılar”.

Həmin dövrdə Naxçıvan özünün ən ağır günlərini yaşamaqda idi. Bölgə ermənilər tərəfindən blokadada saxlanırdı. Eyni zamanda onlar bura da iddia edirdilər. Naxçıvanın da işğal edilmə və itirilmə təhlükəsi yaranmışdı. XİX etibarən Qərbi Azərbaycan torpaqlarına köçürülən ermənilər XX əsrin əvvəllərində rusların birbaşa yardımı ilə burada həmin torpaqlarda qondarma Ermənistan Respublikası yaratdıqdan və sonrakı onilliklər ərzində ərazini azərbaycanlılardan bütünlüklə təmizlədikdən sonra indi də gözlərini Qarabağ və Naxçıvana dikmişdilər. Artıq genişmiqyaslı təxribatlara da start verilmişdi. Naxçıvan əhalisinin bütün ümidləri Bakıya idi. Bakıda isə vəziyyət çox gərgin idi. Bakıda vəziyyət durulmadıqca köməkdən söhbət belə ola bilməzdi.

Hadisələr get-gedə daha gərgin vziyyət alırdı. Yanvar ayında erməni və ruslarn birgə səyi ilə öncə Bakıdan radio-televiziya verilişlərinin translyasiyasının qarşısı alındı, daha sonra isə rabitə əlaqəsi də kəsildi. Yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan və Ermənistan respublikalarının sərhədləri boyunca fövqaladə vəziyyət elan etdi. Məqsəd əslində Naxçıvanın işğalı və azərbaycanlı əhalidən təmizlənməsi üçün münbit şərait yaratmaq idi. Rəyasət Heyətinin bu qərarı əks etdirən fərmana əsasən fövqaladə vəziyyət əslində Azərbaycan, o cümlədən Naxçıvan ərazisində elan edilmişdi. Səbəb isə doğma torpaqlarınn müdafiəsinə qalxmış azərbaycanlıları silahszlaşdırmaq, bu yolla onların müqavimət gücünü qırmaq idi. Fövqəladə vəziyyət Ermənistan sərhəddindən çox-çox uzaqda olan Gəncəyə də şamil edilirdi.

Buna baxmayaraq, Azərbaycan əhalisi, o cümlədən naxçıvanlıların tabe olmaq fikri yox idi. Bununla, belə Naxçıvanda əhali arasında böyük bir narahatlıq və nigaranlıq hakim idi. Amma xalq ümidini itirmirdi.

Naxçıvan şəhərinin mərkəzində keçirilən çoxsaylı mitinqlərin birində ərazi bütövlüyümüzün və hüquqlarımızın qorunmayacağı təqdirdə Naxçıvanın və bütövlükdə Azərbaycanın SSRİ-nin tərkibindən çıxacağı elan edildi. Daha doğrusu, bu bir tələb kimi irəli sürüldü.

Naxçıvan rəhbərliyinin Azərbaycan rəhbərliyinə etdiyi müraciətlər cavabsız qalırdı. Ruslardan dəstək alan və həmişəki kimi ruslara arxalanan erməni silahlı dəstələrinin bütün cəbhə boyu hücümları isə tam şiddəti ilə davam edirdi.

Page 101: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Naxçıvan əhalisi Güney Azərbaycandakı soydaşlarımızın yardımı ilə əldə edilən az miqdarda silah-sursatla müdafiə olunurdu. Bütün sərhəd boyu gərgin döyüşlər gedirdi. İtkilərimiz çox böyük idi. Fəqət xalqın ruhunu qrmaq mümkün olmurdu.

Vəziyyətdən başqa çıxış yolu görməyən Naxçıvan Muxtar Respublikasi Ali Soveti fövqaladə sessiya çağırdı və xalqın tələbinə tabe olaraq, muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul etdi”.

Sonrakı saatlarda aparılan yüksək səviyyəli təşkilati işlər qəbul edilmiş qərarın dərhal bütün dünyaya yayılmasını təmin etdi. Belə bir qərarın alına biləcəyini və ildırım sürəti ilə bütün dünyaya yayıla biləcəyini gözləməyən Kreml şok vəziyyətə düşmüşdü:

“Bu qərarla Azərbaycan türkləri Qorbaçov rejiminin hazırladığı mənfur planı yerlə bir etdilər. Moskva bütün dünyaya car çəkmişdi ki, guya Naxçıvanda ekstermistlər muxtar respublikanın qanuni hakimiyyətini devirməyi, hakimiyyəti ələ keçirərək respublikanın ərazisində İran modelində “İslam Respublikası” qurmağı planlaşdırıblar. Bu təbliğatla Moskva gerçəyi dünya ictimaiyyətindən gizlətməyə, Azərbaycan və Naxçıvanda baş qaldırmış Milli Azadlıq Hərəkatına, eləcə də xalqın erməni işğalına qarşı müqavimət hərəkatına şər yaxmağa çalışırdı. Ali Sovetin qərarı və bu qərarın ildırım sürəti ilə bütün dünyaya yayılması əsil həqiqəti üzə çıxardı”.

Nəsir bəyin sözlərinə görə, 70 ildən artıq bir dövr ərzində özünü sarsılmaz və bölünməz bir dövlət kimi tanıdan və belcə də tanınan Sovetlər Birliyinin yaratdığı mif sabun köpüyü kimi partlamışdı. Bu mifi naxçıvanlılar öz muxtar qurumlarnı müstəqil elan etmklə qırmışdılar:

“Yanvar ayının 19 – da baş vermiş bu möhtəşəm hadisə rus zülmü altında yaşayan bütün xalqlar üçün bir örnək oldu və hər kəs tərəfindən böyük sevinclə qarşılandı. Əslində bu, gözlənilən idi. Amma hamı belə bir addımın ilk öncə Baltikyanı respublikaların atacağını gözləyirdi. Fəqət bunu azərbaycanlılar, daha dəqiq desək, türklər etdilər.

Bütün əsir millətlərdən, o cümlədən Baltikyanı xalqlarından Naxçıvana təbrik və dəstək gəlirdi ki, bu da hadisələrin bundan sonra zəncirvari reaksiya xarakteri alacağndan xəbər verirdi. Bu olayın tarixi əhəmiyyəti gerçəkdən də misilsizdir”.

Məlumat üçün bildirək ki, Naxçvan Muxtar Respublikası Ali Sovetinin almış olduğu bu qərarın altında Azərbaycan xalqının qəhrəman qızı, həmin dövrdə Ali Məclisin sədri olmuş Səkinə xanım Əliyevanın imzası durmaqdadır. Bu imza öz sahibinin adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmışdır.

Bütövlükdə hadisələri izləyən hərəkatçılar səbirsizliklə AzTV-nin 20:00-da olan Xəbərlər proqramını gözləyirdi. Çünki məlumat verilmişdi ki, xəbərlər proqramında Bakıda fövqəladə vəziyyətin elanı və qoşunların Bakıya girib, girməyəcəyi haqqında məlumat veriləcək. Əbülfəz Elçibəy, Etibar Məmmədov çıxış edəcəklər. 19-51-də birdən-birə ekran qaraldı.

Ekranın bu cür sönməsi, daha doğrusu söndürülməsi xalqı alçaltmaq demək idi. Sanki Azərbaycan sönmüşdü. Birdən-birə hər kəs televiziyanın necə böyük qüvvə olduğunu daha yaxşı anlamağa başladı. Son inam və ümidimizi əlimizdən alanların artıq Bakıda və bütövlükdə Azərbaycanda nələr törətməyə

Page 102: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

hazırlaşdıqlarını başa düşmək bir o qədər də çətin deyildi. Narahatçılıq, nigarançılıq, informasiyasının birdən-birə kəsilməsi, idarə olunmaz bir vəziyyətin yaxınlaşdığından xəbər verirdi. Artıq bizim üçün nəzərdə tutulmuş bataqlıq, demək olar ki, hazır idi. Bataqlıqda tərpəndikcə daha dərinlərə sovrulub batdığın kimi cəmiyyətdə də bəzən elə hadisələr olur ki, ordakı fəaliyyətin, hərəkətin, əməllərin sənin məhvini sürətlə yaxınlaşdırır. Bu isə siyasi leksikonumuzda “İctimai bataqlıq” kimi adlandırılır...”

Saat 23:00-dan başlayaraq, həm AXC mərkəzi qərargahı ilə, həm Nəsir Ağayevlə, həm də demək olar ki, əsas aparıcı təşkilatlarla bütün informasiya əlaqələri kəsilmişdi. Bakıda bir anlığa informasiya boşluğu yaranmışdı.

Nəsir bəy həmin anları belə xatırlayır:“Artıq saat 24-ə yaxınlaşırdı. Birdən birə atəş səsləri, iri caplı pulemyot

güllələrin sədası nigaran baxışların, nigaran ürəklərin, beyinlərdə formalaşan düşüncələrin səssizliyinə, kimsəsizliyinə son qoydu. Elə bil, hamı bu qırğını gözləyirdi... Xalqımz rusları, erməniləri, DTK-nın “Alfa” cəza hissələrini, hərbi hava qüvvələri desantını, daxili qoşun hissələrini və ehtiyatda olan on minə yaxın irqçi erməni, rus hərbçilərini lənətləyirdi. Tankların nəriltisi, beynəlxalq qanunlara görə, qadağan olunmuş 5,45 kalibrli yivli avtomat güllələrinin və digər silah növlərinin yaratmış olduğu tükürpədici səs-küy Qala yolundan Buzovnanın kənd evlərinə qədər, Sumqayıt yolundan Xırdalana, Sumqayıta, XI Qızıl ordu meydanından (daha sonra 20 yanvar meydanı adlanacaq. M.İ.) gəlirdi”.

Zaman-zaman əsəb, təqib və təzyiq dolu illəri yaşamış, sağlamlığını, fiziki aktivliyini itirmiş, ayaqlarını iflic vəziyyətinə salmış, lakin zehni və əxlaqi varlığı ilə vətəninin, xalqının azadlığı uğrunda aparılacaq mübarizədə yüzlərlə nəsirlər hazırlayan, ətrafındakıları onu istənilən yerə apardıqları üçün qürur duyan, bütöv Azərbaycan eşqini qəlbində yaşatmağa qadir və qabil olan Nəsir Ağayev bu anlarda tək qalmışdı. Nəsir Ağayevin gücü yalnız əllərini üzünə tutub hönkür-hönkür ağlamağa çatdı. Axı, indi o, uşaqlıq illərindən evlərinin kəndarında oturub tamaşa etdiyi Xəzərin sahilinə boylanmağa da qadir deyildi. İlk dəfə idi ki, ölümünü arzuladı. Özünü gülərüz, gözü-könlü tox göstərməyə çalışan Nəsir bəy qəlbinin dərinliyində hər an sızım-sızım sızlayan gözlərinin və ürəyinin dərinliyində “antey əzabı” çəkirdi. İndi onun heç vaxt olmayan qədər qayğıya, sevgiyə, təsəlliyə ehtiyacı vardı. O isə kimsəsiz, heç kimə lazım olmayan tənha bir insana çevrilmişdi...”

Nəsir bəy tənha qaldığı həmin anı belə xatırlayır: “Birdən aynabəndin qapısı açıldı. Vaqif Heybətovun həyat yoldaşı milliyətçə

yəhudi olan Mira içəri girərək, həyəcanla dedi:-Nasir, qde moy Vaqif? (Nəsir mənim Vaqifim hanı?) Mənə deyiblər ki,

Vaqifi öldürüblər. Mən onu səndən alacağam. Mira “Qde moy Vaqif” deyə -deyə bayıra çıxdı. Artıq saat 00:05 dəqiqə idi.

Qaynım Əflatun içəri girdi: -Nəsir müəllim, camaatı qırırlar, nə edək? Güllələrin və cürbəcür maşın siqnallarının aramsız səsləri, imperiyanın

hərəkətə gətirdiyi “ölüm maşını” öz işini görməyə başlamışdı. Bir anlığa fikrimi cəmləyərək, özümü ələ aldım və qətiyyətlə dedim:

Page 103: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

-Güc danışan yerdə ağıl susar, sükut edər. Get adamlara de ki, heç bir hərəkət etməsinlər, özlərini qorusunlar.

Artıq yarım saat idi ki, güllələr və tanklar düşmənlərimizin, daxili xəyanətkarların millətimizə, dövlətimizə, müstəqillik arzumuza ünvanlanmış şərəfsiz imzasını şəhid olanların, yaralananların, ağacların, binalarım üzərində yazırdı. Ana-bacılarımızın fəryadı göylərə ucalmışdı”.

Məmməd Əlizadə yazır:Mərkəzi qərargahda AXC idarə heyətinin üzvlərindən təkcə Nəcəf Nəcəfov

vardı, müdafiə komitəsinin üzvlərinin isə, demək olar ki, hamısı qərargahda idilər. Saat 1-in yarısı Məhyəddin, Şaiq, Kamil, Tələt televiziyada yayım aparatının partladığını biləndən sonra Mərkəzi Komitəsinin (İndiki Prezident aparatı) qarşısında olmuş, sonra “Xl Qızıl Ordu” meydanına getmiş, orada da camaatla danışmış, geriyə qayıdarkən rus əsgərləri ilə qarşı-qarşıya gəlmişdilər. Yalnız təsadüf nəticəsində onlar sağ qalmışdılar. Mənə məlumat verdilər ki, Rəşid Behbudov küçəsində də əsgərlərlə sakinlər arasında qarşıdurma yaranıb, orada ölən və yaralananlar var.

Mən Məhyəddin Məmmədov, Tələt Əlizadə və Kamil ilə birlikdə Şaiqin maşınında həmin yerə yollandıq. Yolda “Azadlıq” radiostansiyasını açmağı rica etdim. Bu zaman “Azadlıq” radiosundan aparıcı qız ağlaya-ağlaya Nəsir Ağayevə müraciət etdi:

-Nəsir bəy, millətimizi qırırlar, danış qardaş, səsimizi dünyaya yay, Mirzə Xəzər xəttə səni gözləyir.

Nəsir Mirzə Xəzərə bir çox silah növləri ilə kənd və qəsəbələri atəşə tutan müxtəlif qoşun növləri haqqında danışdı. Türkan, Qala, Binə yollarının artıq viranəyə çevrildiyini dedi. Kimsəsiz, aciz hala salınan bu xalqın üzləşdiyi sonu görünməyən faciələrindən bəhs etdi. Axırda “Bizi qırırlar, ey dünya ölkələri, siz bunun şahidi olun!” dedi”.

Nəsir Ağayev həmin anları belə xatırlayır: “Təsəvvürə gəlməz vəhşiliklərlə həyata keçiriln dəhşətli ölüm hallarını

düşünürdüm. Artıq özümü ölümü şərəflə qəbul etməyə hazırlamışdım. Düşünürdüm ki, ruslar və ermənilər məni öldürməsələr, kəndlərin sakinlərinin, xüsusən də Buzovnada yaşayan camaatın üzü məndən dönəcək, minlərlə insanın qınaq obyektinə çevriləcəyəm. Çünki bu xalq tarixin ən həssas məqamlarında öz liderlərini qorumağı ilə deyil, öldürülməyi ilə tanınırdı. Bax, bu mənə anamın südü qədər aydın idi. Çox çəkmədi ki, Binə aeraportundan və 26 nömrəli Mərdəkan xəstəxanasından mənə zəng edərək bildirdilər:

-Əliyev Nasir ağır yaralanıb, sizin telefonunuzu verib, xahiş edib ki, evlərinə bildirəsiz.

Bu kimi dərdli, kədərli xəbərlərin hər biri mənə ölümdən də betər idi. Özümdə birtəhər güc taparaq, Əliyev Nasirin yaxın qohumu Alxasov Ağabalagilə zəng etdim. Həyəcandan kimlə danışdığımın fərqinə varmadan Nasirin Binə aeroportundan evə gələrkən güllə yarası aldığını, hazırda 26 nömrəli xəstəxanada olduğunu dedim. Əslində onu Binə aeroportuna mən göndərməmişdim. O bunu öz vicdanınn səsi ilə etmişdi. Bir neçə dəqiqədən sonra onun qaynanası mənə zəng etdi:

Page 104: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

-Alçaqlar, vicdansızlar! Özün evdə oturmusan, camaatı vermisən qırğına. Sonra isə anamı, bacımı, nəslimi xalqıma yaraşmayan söyüşlərlə söydü.

Mən isə bu qadının üzləşdiyi dərdi nəzərə alaraq susurdum. “Anam, əsəbiləşmə, nə deyirsən qəbulumdur”- deyirdim. Telefonu yerinə qoydum. Nasirin qayınanası bir də zəng etdi...

Həmin an insanlar başlarını itirmişdilər. Düşməni erməni və rusların içində deyil, öz içimizdə axtarırdılar. Çoxları Milli Azadlıq Hərəkatınn liderlərini suçlayır, onları ən nalayiq söyüşlərlə lənətləyirdilər. Mən də bu baxımdan istisna deyildim. İçlərində bəziləri, yəqin ki, dərimi soymağa, başımı kəsməyə hazır idilər. Bir təhər, çox çətinliklə də olsa, dözürdüm. Dözməyə məhkum idim. Dözdüm də. Hətta Buzovna-Mərdəkan yolunda həqiqi düşmənini tanımayan, gücə itaət edən kütlə evimizə basqın etməyi irəli sürərkən ədalət və haqq tərəfdarı olan əsil ziyalı Adəm Əlirza oğlu Məlikov onların bu azğın hərəkətinin qarşısını cəsarətlə aldı. Həmin gecə həmin qadın bir neçə dəfə zəng edib məni təhqir etmişdi. Üçüncü dəfə qadın ağzını açmamış ona kəskin cavab verərək bildirdim ki, milisə müraciət edə bilər, məhkəməyə müraciət edə bilər, lazım gələrsə, onlar bizi həbs edərlər. Bizi günahımız olmaya-olmaya təhqir etməsi, özü də bu zaman bütün hədləri aşması yaxş hal deyildi.

Bir müddət sonra Vaqif Heybətov, Hacı Əmrulla və digər dostlarım gəldilər, israrla evi tərk etməli olduğumu söylədilər:

-Müəllim, sən evdən çıxmalısan. Xalqımın bu vəziyyətində evdən çıxmağımı qorxaqlıq, fərrarilik hesab

etdiyimi bildirdim. Onlar isə israr edirdilər. Düzü, həbsimə və ölümümə razı idim, amma səngərə çevrilmiş evimi tərk

etməyə razı deyildim. Lakin Aslan Məmmədovun qətiyyətlə söylədiyi sözlər ağlıma batdı. O dedi:

-Əsgərlər bizi nə edirlər? Onlara sən lazımsan. Çünki fəaliyyət və idealogiya səndədir. Sənin məhvin həmin idealogiya və fəaliyyətin məhvidir. Ona görə də sən yaşamalısan və evdən çıxmalısan.

Dostlarm məni qolları üzərinə götürüb Zirədən gələn maşına qoydular. Qabaqda Mirzə Fərəcovun əyləşdiyi maşın yola düzəldi. Rafael Muradovun evinə çatanda Hacı Əmrulla qabağdakı maşını saxlatdırdı. Məni maşınından düşürdərək, Mirzə Fərəcovun maşınına qoydular. Zirəlini isə “Məşədi Qərib” məsçidinə yola saldılar. Maşınla yüz metrə yaxın irəliyə getdikdən sonra məni aşağı saldılar. Mirzə Fərəcov cəld maşını işə salaraq uzaqlaşdı. Mənisə 2-ci mərtəbədəki balaca bir otağa gətirdilər.

Hacı Əmrulla, Aslan Məmmədov, Vaqif Heybətov “Əliayağı” ziyarətgahının şeyxi Arif və başqaları burada, yanımda idilər. Aslan Məmmədov bildirdi ki, bayırdan qaz torbası 3 dəfə iki-iki döyüləcək. Yalnız bundan sonra bilinəcək ki, gələn səninlə əlaqədardır. Vaqif Heybətov yanımda qaldı. O biri silahdaşlarımsa getdilər. Vaqifin əlindəki balaca çanta diqqətimi çəkdi. Soruşdum:

-O çantada nə var? O oradan qundağı kəsilmiş qoşa lüləli tüfəng, 20-yə yaxın patron, 1 ədəd

balta, 1 neçə ədəd “F-1” qumbarası çıxardaraq mənə göstərdi. Çox qəribə idi. O,

Page 105: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

güllələri qurtarandan sonra qumbaraları da istifadə edib, sonda baltadan istifadə etməyi planlaşdırmışdı. Burda məni səmimi bir gülmək tutdu. Dedim:

-Bəlkə elə düşmən ilk gülləylə bizi vurdu, baltaya ehtiyac qalmadı. Vaqif “hər ehtimala qarşı götürmüşəm” - dedi... Yanvarın 22-si gecə saat 11-də Aslan Məmmədov, Vaqif Heybətov, Hacı

Əmrulla məni maşınla Zaqulbadakı başqa bir evə apardılar. Bu evin bayırındakı və həyətindəki bütün işıqlar söndürülmüşdü ki, məni içəri alanda görən olmasın. İçəridə məni ailəm gözləyirdi. İki qızım, oğlum və həyat yoldaşım. Onlar məni görən kimi dizlərimi qucaqlayıb “Dədə” deyərək kövrəldilər.

O gün həmin mənzildə divarın içində olan sobada qaz gurhagurla yanırdı. Bir neçə kartofu dilimləyərək sobanın içərisində bişirtdilər.

Sobanın qabağında qalın, yumşaq xalça var idi. Məni bu xalçanın üzərində uzandırdılar. Səhərə qədər yata bilmədim. Axı, necə yata bilərdim? Hər şey, sanki, bir anda məhv olmuşdu. Bütün arzu və istəklərimizə son qoyuldu deyə düşünür və xəyallarımı cilovlaya bilmirdim...”

1990-cı ilin 20 yanvar qanlı hadisələrdən sonra rus əsgərlərinin gecənin qatı, qaranlığında hərəkatın liderlərin mənzillərinə basqın etməsi hələ də könüllərdə acı xatirə kimi yaşamaqdadır. Nəsirin də ailəsi o acı günləri yaşamışdı. O zaman 11 yaşlı Məhsətinin, 10 yaşlı Lütviyyənin, 7 yaşlı Təbrizin və nəhayət bütün əzablarına, iradlarına səbrlə dözən həyat yoldaşı Gülzar xanımın xatirələrində ömürlərinə əbədi yazılan yaddaş ömrü kimi əbədiləşib. Əsgərlərin silahlı dəstələrlə onu axtarması övladlarının qəlbində bir vahimə, qorxu hissini yaratmışdı. Sonralar qızları - Məhsəti və Lütviyyə ilə olan qısa görüşlərdə onlar Nəsirdən soruşmuşdılar:

-Dədə səni nə üçün axtarırlar? Əsgərlər səni tutsalar öldürəcəklər?” Övladları bu kimi suallar yağdırırdılar. O isə tutduğu yolun çətinliyini və

az qala bir ayda 4-5 dəfə ölümlə üz-üzə qaldığını onlara necə başa salaydı. Çox zaman Bakı və rayonlardan yanına axışıb gələnlər ailəsinin varlığını hiss etmirdilər. Çünki, o mübarizə meydanında onların rahatlığını və təhlukəsizliyini söyləməyi heç ağlına belə gətirmirdi. Hadisələrdən zaman-zaman uzaqlaşdıqca ailəsinin amansız taleyin hökmünə buraxdığını dərk edir.

Nəsir bəyi dinləyək:“Yanvar ayının 22-dən 23-nə keçən gecə ata mülkümüzə, C.

Məmmədquluzadə küçəsi ev 42-yə gələn bütün yollar əsgərlər tərəfindən tutulmuş, bina mühasirəyə alınmış, əsgərlər hasarların üzərinə çıxaraq, həyəti nəzarətə götürmüşdülər. Qardaşım Xalıq qoşa diferli “Zil” maşınını küçədə, pəncərənin altında saxlamışdı. O, bir ay əvvəl Quliyev Ağarəfi Ağahüseyn oğluna köhnə üçatılan tüfəngi düzəltmək üçün vermişdi. Evdə silah yox idi. Həmin gecədən bir gün əvvəl dövlət orqanlarında işləyən vətənpərvər oğullar mənzilimizə və BAİB zavodunun Mədəniyyət Sarayının direktoru Malik Sərdarova zəng edərək bildirmişdilər ki, dostunuza de ki, evdən çıxıb getsin, onlara rus əsgərləri basqın edəcək.

Lakin qardaşlarımın həyat yoldaşları “Biz evimizdən heç yana getmirik” deyiblərmiş. Qardaşlarım da evdə qalmışdılar. Qonşuların həyacanla bütün kəndin

Page 106: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

hərbçilər tərəfindən üzük qaşı kimi əhatəyə alındığını və evlərin bircə-bircə arandığını söyləməsi də onları qərarlarından döndərməmişdi.

Evimizə basqın gecə saat 12-yə yaxın oldu. Əsgərlər 35 nəfərlə həyətə basqın edərkən qapını əynində nazik köynəklə açan Cümşüdün ayaqlarına möhkəm təpik vurmuş, ayaqları aralı vəziyyətdə, üzü divara durmağa məcbur etmişdilər. Bir əsgər də avtomatı kürəyinə söykəyərək “Tərpənsən vuracağam” demişdi. Onlardan üçü mülki geyimdə idi. Həm onlar, həm də hərbi geyimdə olanlar səs çıxmasın deyə idman çəkmələrində idilər. Başlarında bir nəfər polkovnik rütbəli zabit dururdu.

20-yə qədər əsgər balkona, aynabəndə daxil oldu. Əsgərlər baş otağa hücum etdilər. Xalıqı avtomat qundağı ilə vura-vura aynabəndə çıxardılar. Qardaşım Ağabalanı öldürməklə hədələdilər. Birinci dərəcəli əlil olan və zahirən mənə bənzəyən Cəmşidi süngü bıçağı ilə silkəliyərək yuxudan oyatdılar. Yuxudan kal ayılan Cəmşid hələ də nələrin baş verdiyini anlamağa çalışdığı bir vaxtda saçları çiyinlərinə tökülmüş, hündür əsgərlər onun üstünə bağırdılar:

-Sən, Ağayev Nəsir, tez ol, silahların yerini de. Bu evə gəlməmişdən əvvəl rayon Partiya Komitəsində əsgərlərin rəisinə

Ağayevləri əzmək, məhv etmək tapşırılmış və belə deyilmişdi: “İlk dəfə üç rəngli bayraq o evdə qaldırılıb. Bakının bütün kəndlərinə o evdən rəhbərlik edilib. O ev sovet hökumətini yıxmaq üçün mövcud olan bir qərargahdır”.

Bu gecə basqını qonşularmızda əməlli-başlı vahimə yaratmışdı. Odur ki, hamı baş verənləri yalnız pəncərədən və qapı arxasından seyr etməklə yetinir, kimsə eşiyə çıxmağa cəsarət etmirdi. Sonradan qardaşım Cəmşid Ağayevdən öyrəndim ki, bu hadisədən bir neçə gün keçdikdən sonra da qapımızı açan, anamım halı ilə maraqlanan olmamışdı.

Hamıdan çox anam qorxu və həyacan keçirirdi, ona görə ki, bir vaxt doğmalarının kommunist rejiminin qaniçən liderləri tərəfindən represiyaya məruz qaldığını öz gözləri ilə görmüş, bu faciəni birbaşa yaşamış, sıxıntılar keçirmişdi. O, həmin soyuq qış gecəsində nazik paltarda və ayaqyalın ora-bura var-gəl edir, övladlarının vəziyyətlərini yüngülləşdirmək üçün əlindən gələni etməyə çalışırdı. Amma biçarə qadının əlindən nə gələrdi ki?! Həmin gecə ona bərk soyuq dəydi.

Evdə döşəklər söküldü, un kisələrini süngülərlə yoxladılar Həyətdə istixanada qərənfilləri çıxardıb, diblərini yoxladılar. Onlar bu yerlərdə silah axtarırdılar. Əsgərlər Ağabalanı, Xalıqı, Cümşüdü silah altında UAZ avtobusuna mindirdilər. Sonra geriyə qayıdıb Cəmşidi də aparmaq istədilər. Lakin o özü gəzə bilmədiyindən Xalıq dedi ki, mən onu götürərəm. Və əsgərlərə “Siz faşitsiz!” deyib Cəmşidi qucağına götürdü və “Jiquli” maşınına qoydu.

Ananın fəryadı ətrafdakı hər kəsi kədərləndirmişdi. Bu zaman zabit nə qədər çalışdısa, maşın işə düşmədi. Bu fakt idi. Bunu 30-a qədər əsgər və zabit öz gözləri ilə gördülər. Sonra bir neçə zabit gizli təşkilatın formalaşdığı, iclasların keçirildiyi aşağı evə düşdü. Orada 10 minə yaxın kitab, qədim əlyazmalar var idi. Eyni zamanda 30-a yaxın türk sultanlarının rəngli portretləri var idi. Vandalızmın klassik nümunəsini göstərən bu əsgərlər 100-ə yaxın qədim mis və gümüş sikkələri, 50-ə yaxın qədim əlyazma kitabları, yuxarıda və aşağıda olan bütün telefon aparatlarını yığışdırıb apardılar. Mənim qaldığım otağın qapısına isə bərk

Page 107: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

bir təpik vuraraq açdılar və içəriyə atıldılar. Mən bu otaqda qalır, burdan “Amerikanın səsi”, “Azadlıq” radiosuna məlumatlar verirdim. Qardaşlarım isə əlləri boyunlarnın arxasında durmuş vəziyyətdə həyətdə dayanıb hadisələri sadəcə seyr edirdilər. Birdən, daxilindəki qorxunu dəf edən anam rus dilində zabitə dedi:

-Oğlanlarımı hara aparırsız? Rus zabiti isə aşağı evdəki kitabları, evin ümumi mənzərəsini gördükdən

sonra bir qədər sakitləşmiş, yumşalmşdı. O, vəzifəcə özündən yüksək olan zabitə dedi:

-Bunlar savadlı, ancaq yoxsul, kasıb adamlardır. Tam qətiyyətlə bildirirəm ki, Azərbaycanda ikinci belə ailə tapmaq mümkün deyil.

Cəmşidi nəhayət geri qaytardılar və tapşırdılar ki, heç yana gedə bilməzsən, lazım olsa, arxanca gələcəyik, sənədlərini də özləri ilə apardılar. Cəmşid isə həmin müddətdə, əlil olmasına baxmayaraq, Arif Məlikovla, beynəlxalq təşkilatlarla, Şeyxülislam Allahaşükür Paşazadə ilə, eləcə də Eldar Salayev və Tofiq İsmayılovla əlaqə yaradaraq onlarla danışıqlar apardı, qardaşlarının hüquqlarının müdafiəsi üçün əlindən gələni etdi.. Artıq yanvarın 25-də bütün Azərbaycan bilirdi ki, Buzovnada bir evdən Azərbaycanın Müstəqilliyi üçün mübarizə aparmış 5 qardaş və onların ailələri işgəncə, məhrumiyyət və əzablara məruz qalıb.

Maraqlıdır ki, bir neçə gün sonra evimizə KQB-nin Əzizbəyov rayon şöbəsinin bir rus əməkdaşı gəlmiş anamdan və Cəmşiddən mənim harada olduğumu öyrənməyə cəhd etmiş, bir şey öyrənə bilməyib geri qayıtmışdı. Cəmşidin dediyinə görə, bir gün sonra evimizə bir nəfər rus zəng edərək, “Rodina” cəmiyyətindən Protopopov olduğunu söyləmiş, “Abşeron” mehmanxanasında qaldığını demiş, mənim harada olduğumla maraqlanmışdı. “Rodina” cəmiyyəti o dövrdə Rusiyanın demokratik təşkilatlarından hesab edilirdi. Cəmşid məsələni aydınlaşdırmaq üçün dayım oğlu Hidayəti Protopopovla görüşmək üçün “Abşeron” mehmanxanısına göndərmiş, o isə orada KQB əməkdaşlarının təzyiqləri ilə üzləşmiş, üstünə silah çəkilmişdi. Məlum oldu ki, Protopopov sovet əks – kəşfiyyatna işləyirmiş və “Rodina” cəmiyyətinə də onlar tərəfindən yerləşdirilibmiş. Bunun üstü açılar-açılmaz onu cəmiyyətdən uzaqlaşdırdılar.

Bir sözlə, məni axtarırdılar və tapmaq üçün bütün vasitələrə əl atırdılar. Məsələn, sonralar Buzovnadakı “Məşhədi Qərib” məscidinin rəisi Hacı Sadiqdən öyrəndim ki, “Alfa” qrupu onu silah altında məscidə aparmış, məscidin qapılarını açmağa məcbur etmiş və məni işığı yandırmadan, fənərlərdən işıq salmaqla məsciddə, o cümlədən minbərdə də axtarmışlar.

Vəziyyətin belə olduğunu görən əqidədaşlarm, xüsusən də müridlərim mənə görə bərk narahat idilər. Cəmşidin dediyinə görə, Naxçıvandakı şagirdlərim onunla tez-tez əlaqə saxlayır, vəziyyətimlə maraqlanırdılar. Hətta fevralın 1-də Şuşada keçirilən mitinqin iştirakçıları elə mitinqdəncə evimizə zəng etmiş və mənə dəstək ifadə etmişdilər.

Azərbaycanın demək olar ki, bütün bölgələrində yüzlərlə belə hadisələr, haqsızlıqlar və ədalətsizliklər baş vermişdi. Lakin çox təəsüf ki, istər müxalifət, istərsə də dövlət mətbuatında belə hadisələrə lazım olan diqqət yetirilməmişdi.

Ayın 25-də tələbəm Ədalət Bayramova zəng etdim. Ona bildirdim ki, təcili yanıma gəlsin. Onun əvəzinə başqa tələbəm - Mənsur hava qaralan kimi yanıma

Page 108: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

gəldi. Baş verənlərdən onun vasitəsilə xəbər tutdum, öyrəndim ki, qardaşlarım evlərindən didərgin salınıb. O gecə məni Şimal DRES-ində yaşayan tələbəm Muradgilin evinə apardılar. Üç gün orda qaldım...

Radioda bütün gün yalnız ürək dağlayan, kədər-qəm dolu musiqi verilirdi. Murada bildirdim ki, atana de, mənim burda olduğumu heç kəsə bildirməsin. Lakin Muradın atasının həyəcan və vahimə içərisində olduğu hiss edilirdi. Murada tapşırdım ki, Buzovnaya gedib Aslan Məmmədovu tapsın və bu axşam yanıma gəlsin. Axşam Hacı Əmrulla, Aslan Məmmədov, Mirzə Fərəcov arxamca gəldilər. Məni maşına qoyub, magistral yola çıxmadan Şağanın içi ilə bir təhər keçərək, mədənlərin arasındkı yolla Maştağaya Vəliyev Həsənin evinə apardılar. Vəliyev Həsən əvvəlcədən hazırlıq işi görərək evdə bütün vəziyyəti ona görə hazırlamışdı.

Üstümdə yalnız gecə maykası var idi. Bu vəziyyətdə gəldiyimdən Həsən mənə qalın, qırmızı rəngli, dama-dama pamazı köynək verdi. Neçə gün idi ki, isti xörəyə, təzədəm çaya həsrət qalmışdım, artıq 7 olardı ki, üzümü qırxa bilmirdim. Xulasə, 2 gün də burda qaldım. Üçüncü gün Aslan Məmmədov və Hacı Əmrulla Nardarana Cəbrayıl Əlizadənin yanına gedərək mənim oraya gələcəyimi bildirdilər. Razılıqdan sonra axşamüstü Nardarana istiqamət aldıq. Mənim qalacağım ev Hacıağa Nuriyevin qohumunun evi idi.

Maşın həyətə daxil oldu. Bu yerdə, uzun müddət kimsəsiz olduğundan, bir qarışdan artıq xəzələ dönmüş yarpaq var idi. Məni qalacağım aynabəndin yuxarı başına apardılar. İçəri görünməsin deyə bütün pəncərələr ağ parça ilə tutulmuşdu. Dəmir soba qaz olmadığından odunla qalanmışdı. Yorğan-döşək, hər şey hazır idi. Xəstəliyim ucbatından ağzımın dadını da itirmişdim. Sadəcə qaynanmış ağ suyun içinə zəfəran atıb içirdim.

Fevralın 8-i olardı. İşıqlar sönmüşdü. Həyətdə bir neçə nəfərin səsi gəldi. Aynabəndin qapısı açıldı. Mustafa müəllim, Hacı Vaqif və Cəbrayıl Əlizadə aynabəndə girdilər. Mustafa müəllim yanındakılara deyirdi:

-Yazıq Nəsir bəy, görəsən, türmədə necə dözür əzab - əziyyətə? Onlar düz üzərimə gəlirdilər. Saqqal məni tanınmaz etmişdi. Lap mənə

yaxınlaşanda gözləri zəif görən Mustafa müəllim ocağın işıltısında bir təhər üzümü gördü. Mustafa müəllim sanki yerində dondu, dili tutuldu, hönkürə-hönkürə diz üstə çökərək boynumu qucaqladı. “Nəsir bəy, mən elə bildim səni türməyə salıblar. Şükür Allaha, çox şükür olsun Allaha” - dedi...””

Hadisələrin ardının Məmməd Əlizadənin əsərindən izləyək: “Fevral ayının axırlarında Nəsir Ağayevi Novxanıya apardılar. On yeddi

gün orda qaldı. Qardaşları isə Ulyanovsk vilayətinin İnza məntəqəsinə sürgün edilmişdilər. 45 gündən sonra əzab və müsibətlər çəkə-çəkə İnzanın küçələrindən keçərək, düşərgəyə aparılarkən, onları bir qrup erməninin qarşısından keçirmişdilər. Onlar isə çığır-bağır salaraq, ətrafdaklara yanlış məlumat verərər insanları onların üzərinə qısqırtmağa çalışmışdılar:

-Vot oni ubiytsı. Ubeyte ix!” (Budur həmin qatillər. Öldürün onları!) Ermənilərin təhriki ilə ruslardan ibarət antitürk və antiislam əhval-ruhiyyəli

kütlə qardaşlarının başlarına daş, butulka, konserv qabları atırdılar. Müstəqillik, azadlıq uğrunda aparılan mübarizənin bu cür acılı-şirinli xatirələrini unutmamaq lazımdır. O anlar minlərlə vətənpərvərlərin qəlbində bu gün də yaşamaqdadır.

Page 109: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

1990-cı il, martın 18-i idi. Nəsir Ağayevi artıq C. Məmmədquluzadə küçəsi ev 42-ilə üzbəüz olan 43 nömrəli evin zirzəmisinə gətirmişdilər. Natiqi anasını çağırmaq üçün göndərdilər. Çox çəkmədi ki, anası gəldi və ikinci mərtəbəyə qalxdı. 30 dəqiqə keçəndən sonra rəngli, tirmə şallı anası Səkinə xanımla birlikdə aşağı zirzəmiyə endilər. Anası Nəsiri görən kimi ağladı və ağlaya-ağlaya dedi:

- Mən bilirdim, ürəyimə dammışdı ki, sən sağsan... Üç gündən sonra onu, başqa bir yerə, 8-ci km-ə aparırlar. Aprel ayının 10-

na qədər burda qalır. Demək olar ki, hələ də təhlükə sovuşmamışdı. Onun axtarışı davam edirdi. Belə anlarda da Nəsir Ağayev sakit durmur, başqa bir adla yerlərlə əlaqə saxlayırdı.

Nəsir bəy xatırlayır: “Aprelin 10-a qədər 8-ci kilometrdə qaldım. Sonra Hacı Əmrulla məni

yarıgizli-yarıaşkar yenidən Novxanıya, bacısı Məsumənin evinə apardı. Orada bir neçə gün qaldıqdan sonra ümumi qərar belə oldu ki, camaat içərisində çox görünməmək şərti ilə Buzovnaya, ata mülkümə qayıdım. Elə də etdik. Doğrudan da adamın öz evini heç nə əvəz edə bilməz. Beləcə, evimizə döndüm və burada, öz ata yurdunda şad, xürrəm yaşamağa başladım.

Evdə olmadığım günlər ailə üzvlərim, xüsusilə də yaşlı anam çox sarsntı keçirməli olmuşdular. Həmin çətin günlərdə bacım Mənsumə Zərbəli qızı öz mətanət və dəyanəti ilə hər kəsə toxtaqlıq və təsəlli olmağı bacarmış, ailəyə sözün əsil mənsanda dayaq və dəstək vemişdi. Bu da təbiidir. Çünki o da mənim kimi milli mübarizəni özünə həyat amalı seçmişdi. Həyat yoldaşı Vidadi Xanmurad oğlu İsayev ilə birlikdə Milli Azadlıq Hərəkatında fəal iştirak edir, milli ideyanın təbliği ilə məşğul olurdu. O, eyni zamanda, Novxanı və Dügahda hakimiyyət dairələrinin qızışdırmağa çalışdığı yerli-gəlmə qarşıdurmasının qarşısının alınmasında böyük rol oynamışdı.

Günlərin birində heç gözləmədiyim, lakin gələcək həyatında təsiredici rol oynayan hadisə baş verdi. Hər dəfə sinifə daxil olarkən zabitəsindən, sirayətedici baxışlarından güzəşt bilməyən tələbkarlığından bütün uşaqları özünü yığışdırmağa, məsuliyyət hissini artırmağa məcbur edən Heydər müəllimin səsi eşidildi. Səs evimizin həyətindən gəlirdi:

-Ay ev yiyəsi! Ay ev yiyəsi! Qohumum Vidadi İsayev Heydər müəllimi evə dəvət etdi. O mənə yaxınlaşaraq boynumu qucaqladı, köksünə basdı:

-Nəsir, ehtiyatlı ol, ətrafındakıların heç də hamısı vətənpərvər deyil. Sən millətə lazımsan!

Müəllimim bu sözləri deyərkən gözləri doldu. Üzünü yana çevirdi, yaylığı ilə gözlərini sildi. Bu mənzərə heç vaxt yadımdan çıxmayacaq. Hər dəfə yadıma düşəndə gözlərim dolur, qəhər məni boğur.

Heydər müəllim şagirdlərinə Vətən sevgisini, milliyətçilik duyğularını romantik hay-küyçülükdən uzaq bir şəkildə təlqin etməyi bacaran müəllimlərdən idi. Şagirdlərinə Vətəni sevdirən əsil patriot idi. İndi öz keçmiş sevimli şagirdi ilə üzbəüz oturub təzə dəmlənmiş çaydan içə-içə dənizə baxır, onunla, yəni mənimlə bundan sonra xalqmızı gözləyən hadisələrdən danışır, çıxış yollarını müzakirə edirdi. O, gətirdiyi Mirzə Adıgözəl bəyin, Əhməd bəy Cavanşirin

Page 110: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

“Qarabağnamə”lərini mənə verdi. O, kitablar indi də evində ən əziz və unudulmaz xatirə kimi qorunmaqdadır.

Bir neçə gün keçdi. Tədricən, haqqımda gəzən söz-söhbətlərə, şayiələrə aydınlıq gətirmək üçün kənd içində görünməyə başladım. Hər dəfə geriyə tamam başqa yolla qayıdardım. Bu hərəkətimlə hər kəsə mesaj verməyə çalışırdım: “Ay tində durub ora-bura baxanlar, daş üstündə oturanlar, ömrünüzü azadlığa həsr edin. Məni görün, mən bu yoldan çəkinmədim. İnamımı, ümidimi itirməmişəm”...

Həmin dövrdə hərəkatda iştirak edənlərin soyadlarını daşıyan hər kəsi çağırıb izahat alırdılar. Bu üzdən Ağayev familiyalı kim var idisə komendaturaya çağırılmış, onlardan izahatlar alınmışdı. Onlardan təkidlə mənim yerimi soruşurdular. Ağaverdi Bədəlov, Vidadı Yaftumov, Taleh Məmmədov, Mirzə Ağayev dəfələrlə dindirilmişdilər.

İyunun ortaları idi, dəniz mövsümü yenicə başlayırdı. Buzovnanın qayaları, kəhrəba qumları və Xəzərin sərin suyu minlərlə adamı qoynuna almışdı. Fövqaladə vəziyyət hələ də qüvvədə olduğundan ağlma orijinal bir fikir gəldi: Xalq Cəbhəsinin və kəndlərin yığıncağını dəniz sahilində qum üzərində keçirmək”.

FIRTINADAN DOĞULMUŞLAR

Respublikada vəziyyətin nəzarətdən çıxdığını görən Mərkəz Azərbaycana dərs vermək və bununla da digər regionları qorxutmaq, xalq hərəkatını məhv etmək, beləliklə də, qarşıdan gələn seçkilərdə AXC-nin labüd qələbəsinə mane olmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə heç bir xəbərdarlıq etmədən şəhərə qoşun yeritdi və Qanlı Yanvar hadisəsini törədildi. Yüzlərlə günahsız insan 1920-ci ildə olduğu kimi “şanlı” şovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildi, minlərlə insan yaralandı və xəsarət aldı.

Bakıda tökdüyü qandan doymayan Qırmızı Ordu Kürdəmirdə, Lənkəranda və Neftçalada da soydaşımızı al-qanına boyadı. Ağdamda törətmək istədikləri təxribat isə məhz Milli Müdafiə Komitəsinin Ağdam, Naxçıvan, Gəncə və digər rayon təşkilatlarının fədakarlığı nəticəsində baş tutmadı. Xalq hərəkatının fəallarına, liderlərinə qarşı təqiblər, repressiyalar başlandı. Yüzlərlə AXC üzvü həbsxanalara atıldı. AXC İdarə Heyətinin üzvləri Etibar Məmmədov, Rəhim Qazıyev, xalq hərəkatının liderlərindən şair Xəlil Rza Ulutürk, Milli Qurtuluş Partiyasının sədri Məhəmməd Hatəmi, həmin partiyanın üzvü Seyid Tahir, AXC Milli Müdafiə Komitəsinin sədri Məmməd Əlizadə həbs edilərək Moskvaya “məşhur” Lefortovo zindanına aparıldılar.

Lakin bütün bunlar xalqımızın mübarizə ruhunu sarsıda bilmədi. Əksinə, “Yanvar hadisəsi” xalqımızın milli-azadlıq mübarizəsi tarixində dönüş mərhələsi oldu. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, heç bir silahlı ordu onu istiqlal mübarizəsindən sapdıra bilməz. Bu xalq əli yalın qalsa belə, son damla qanı qalanadək öz milli-azadlığı naminə çarpışacaq. 20 Yanvar həm də Azərbaycanda Sovet rejiminə, kommunist idealogiyasına ciddi zərbə vurdu, kommunist rejiminə qalan az-çox inamın da ölməsinə, imperiyaya qarşı mübarizənin güclənməsinə təkan verdi.

Page 111: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Xalqın təzyiqi ilə yanvarın 22-də Ali Sovetin sessiyası çağırıldı və fövqəladə vəziyyətin ləğv edilməsinə dair qərar qəbul edildi. Bu ərəfədə Azərbaycan xalq hərəkatında xüsusi fəallığı ilə fərqlənən Naxçıvan cəbhəçilərinin təşəbbüsü ilə Muxtar Respublikanın Ali Sovetinin qəbul etdiyi qərar sovet imperiyasını silkələtməklə yanaşı, bütün dünyanın diqqətini Azərbaycana cəlb etdi.

Nəsir Ağayevin polad kimi əyilməz və mətin bir insan, başqa sözlə, əsil insan kimi formalaşmasına səbəb olan sarsılmaz əqidəsinin onu odun-alovun içindən necə mətanətlə keçirdiyini anlatdıqdan sonra onun və dostların sonrakı fəaliyyətləri haqqında söhbət etməyin vaxtı çatdı.

Bu bölümə başlıq kimi Maksim Qorkinin inqilabi proseslərdən və inqilabçılardan bəhs edən məşhur “Frtınadan doğulmuşlar” əsərinin adını seçmək qərarına gəldik. Çünki məhz bu ad Nəsir bəyin və əqidədaşlarının xarakterini ortaya qoymaq və coşğun fəaliyyətlərini səciyyələndirmək baxımndan ən uğurlu addır. Axı, onların hamısı Abşeron cocuqları idilər və təbiətlərinə fırtınaları əskik olmayan Ana Xəzərin ab-havası, təbiəti hopmuşdu. Onlar bu havanı ciyərlərinə çəkə-çəkə böyümüş və formalaşmışdılar.

1990-cı ildə Nəsir Ağayev deputatlığa namizədliyini irəli sürdü. Buzovnanın əksər məhəllələrində təbliğat kompaniyasını genişləndirdi. “Məşədi Qərib” məsçidinin qarşısında, Qaz aparatı, Billur və Aliminium zavodlarında və digər yerlərdə apardığı seçki kampaniyası üstünlüyünün tam onun tərəfində olmasını göstərirdi. Onun rəqibi isə BAİB zavodunun baş direktoru Məhəmməd Namazov idi. Yaradılan və meydana çıxarılan bütün maneələrə baxmayaraq sonuncu görüşünü BAİB zavodunun həyətində, açıq havada keçirdi. Çıxışının məzmunu satqın rəhbərliyin dəyişilməsi, xalqın xeyrinə olmayan deputatların layiqlilər ilə əvəzlənməsi istiqamətində idi. Çıxışında iqtisadi, siyasi, hərbi, mənəvi, geriləmələrin səbəblərini imkan daxilində sadə bir dillə seçicilərinə izah etməyə çalışırdı. Nəhayət, bu seçki kampaniyası nəticəsində kütləni, camaatı yenidən silkələdi. Demək olar ki, Nəsir Ağayev kimi milli kadrlar Azərbaycanın bütün bölgələrində öz namizədliklərini irəli sürmüşdülər. Bu proses demək olar ki, 20 yanvarın amansız xofunu və təsirini bütünlüklə aradan qaldırdı. Keçirilən seçki və onun nəticəsi yuxarıların razılığı ilə saxdalaşdırıldı. Vəziyyətin belə olduğunu görən Nəsir Ağayev oktyabrın ortalarında Hacıəmi Atakişiyevə zəng etdərək Bakı və Kəndlər Birliyinin təsis konfransının sənədlərini ona çatdırmasını xahiş etdi və ondan soruşdu ki, bu təşkilatın qeydiyyatdan keçməsi üçün Ədliyyə Nazirliyinə müraciət edilib ya yox. O, bildirir ki, heç bir müraciət edilməyib. Bakının Şors küçəsindəki bir ofisə yığılmaq qərarına gəlinir.

Nəsir Ağayev xatırlayır:“Bakı və Kəndlər Birliyinin yaradılmasında əsas məqsəd əslində Bakı

kəndlərində yaşayan cəbhəçiləri qorumaq idi. Çünki həmin dövrdə kəndlərdə yuxarıların sifarişi ilə naxçıvanlılara və Qərbi Azərbaycandan olan soydaşlarımza qarşı təbliğat aparılır və cəbhəçilər də onların himayəçiləri kimi qələmə verilirdi. Təbliğat elə qurulmuşdu ki, ona uyanlar AXC-yə aid hər nə var idisə məhv etməyə hazır idilər. Belələri asanlıqla yönləndirilir, idarə edilirdi. Bu səbəbdən də yerli

Page 112: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

cəbhəçiləri bu tip insanların təhqir, təzyiq və hədələrindən qorumağa ehtiyac yaranmışdı. Elə bu ehtiyac da bizi BKB-ni yaratmağa sövq etdi.

Məlum olduğu kimi, rus imperiyası həmişə bakılıları Azərbaycanın digər bölgələrindən olanlara qarşı qoymağa çalışırdı. Bu dəfə də eyni ssenariyə start verilmişdi. Fəqət BKB-nin yaradılması imperiya siyasətini puça çıxardı. Belə olan halda başqa üsula əl atdılar, təşkilatın içində parçalanma yaratmağa, onu demokratlara və antidemokratik qüvvələrə bölməyə, qismən də olsa, nail oldular.

Oktyabr ayının 28-də Hacı Əmrulla, Vaqif Heybətov və mən Şors küçəsinə gəldik. Bu yığıncağa Zirədən İsmixan Fərəcov, Binədən Məzahir Nəsirov, İlham Əzizov, Sulduz Yadigarov, Şüvəlandan Ağaverdi Bədəlov, Mərdəkandan Kazım kişi, Vidadi Yaftumov və başqaları dəvət edilmişdilər. Bakı və Kəndlər Birliyinin bu iclasına Hacı Mail sədrlik edirdi. Lakin iclasın nə protokola, nə məramnaməyə, nə də ki, nizamnaməyə aidiyyatı yox idi. Sadəcə olaraq hörmət naminə hamı susmağa üstünlük verirdi”.

Yığıncaqlardan birində kimsə Kəndlər Birliyinin yaradılmasında Nəsir bəyin də əvəzsiz rolunu qeyd edir, sədarətdə oturmağına nail olur. Keçirilən bir neçə iclasın qərarlarının nə müddəti, nə də icrasına məsul şəxslər göstərilmirdi. Beləliklə, iclaslara söz - söhbətlərə gəlir, söz-söhbətlə də gedirdilər. Həmin dövrdə belə bir şayiə yayılır ki, Nəsir Ağayev sədr seçilib. 1990-cı il dekabrın əvvəllərində “Azad qadın” heykəlinin arxasındakı binanın 7-ci mərtəbəsində “Tövbə”, “Qardaşlıq”, Bakı və Kəndlər Birliyinin birgə iclasının keçiriləcəyi elan edilir. Nəsir bəy israrla bildirir ki, bu iclasa maksimum qüvvə ilə gəlməliyik. Çünki burda bir sıra məsələlər aydınlaşacaqdır. İclas günü Nəsir Hacı Əmrulla ilə o binaya gedir. Yaftumov Vidadi və Hacı Ağa Nuriyev onu zala aparırlar.

Nəsir bəy xatırlayır: “Rəyasət heyətində “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül, “Qardaşlıq”

cəmiyyətinin sədri Ağa Axundov, Bakı və Kədlər Birliyi adından isə hələ təstiq edilməmiş Hacı Mail Əliyev oturmuşdu. Burada əsas məsələ mitinq və çıxışlar edən Universitet tələbələrini cəzalandırmaq, bu üç təşkilatı birləşdirərək “Bakı bakılılar üçün” şüarını icra etmək, Qərbi Azərbaycan və Naxçıvandan olanları sıxışdırmaq idi. Çıxışların məzmunları bu istiqamətdə idi.

Yığıncaqda Bakı şəhər prokuroru Məmməd Quliyev, Bakı şəhəri Daxili İşlər İdarəsinin rəisi Bəxtiyar Əliyev, Respublika Dövlət Təhlukəsizlik Komitəsinin sədri İlhüseyn Hüseynov, Bakı şəhər partiya komitəsinin katibi Rüfət Ağayev, millət vəkili Eldar Bağırov, ali təhsil ocaqlarının rektorları, daxili işlər naziri, rayon milis və prokurorluq orqanlarının işçiləri və s. iştirak edirdilər. Regionçuluq, yerliçilik prinsipinin rəhbər tutulduğu bu yığıncağın iştirakçları, dəfələrlə söz istəməyimə baxmayaraq, mənə söz vermək istəmirdilər. Nəhayət, yerimdən qışqıraraq bildirdim:

-Bakı və Kəndlər Birliyini yaradan əsas şəxslərdən biri kimi mən fikrimi bildirmək istəyirəm. Sözümü çıxışlar üçün qəbul edilmiş 5 dəqiqəyə deyil, 2 dəqiqəyə başa çatdıracağam. Qalan 3 dəqiqəmi mənim əleyhimə danışmaq istəyənlərə verirəm.

Naçar qalıb mənə də söz verdilər. Çıxışımda ümid etdiyimi bildirdim ki, buraya bakılı kimi gəlib, azərbaycanlı kimi gedəcəyik:

Page 113: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

-Lakin, burda olan çıxışlar bizi daha da parçalamaq kursuna xidmət edir. Elə bilirəm ki, bundan sonra Bakıda baş verə biləcək hər hansı toqquşmaya və töküləcək qanlara görə məsuliyyəti bu yığıncağı təşkil edənlər daşıyacaq. Tarix bunu bizə bağışlamayacaq.

Bu qısa çıxışdan sonra zala ani sükut hakim oldu. Sonra isə yığıncaqa gələnlər zalı tərk etməyə başladılar. Eldar Bağırov zalın sol tərəfində olan oturacaqdan qalxaraq yuxarı sıraya yanıma gəldi və dedi:

-Sağ ol Nəsir bəy! Halal olsun sənə. Əhsən! Sən çox düz dedin. GörüşərikSözünü deyərək məndən ayrıldı. Yığıncaqda iştirak edən təşkilatların təmsilçiləri xudahafizləşmədən, yalnız

soyuq baxışları ilə məni süzərək zal tərk etdilər. Bakıda formalaşan qarşıdurmanı heç zaman laqeyidcəsinə qarşılamaq olmazdı. Mən evə yenicə çatmışdım ki, telefon zəng çaldı. Dəstəyi qaldırdım, “Azadlıq” qəzetinin nüfuzlu yazarlarından Xalıq Bahadur idi. O mənə təşəkkür edərək bildirdi:

-Nəsir bəy, “Azad Qadın” abidəsinin arxasındakı binada olan iclasdan da və sizin qətiyyətli, mərdanə çıxışınızdan da məlumatımız var.

O məndən müsahibə almaq istədiyini bildirdi. Razılaşdım. Səhəri gün sözügedən məclis haqqında fikirlərimin əks olunduğu müsahibə, eləcə də Xalıq Bahadurun mövzu ilə bağlı geniş məqaləsi “Azadlıq” qəzetinin səhifələrində dərc edildi və demək olar ki, bütün Bakıda və Azərbaycanda böyük əks-səda yaratdı. Qəzetdə söylənən fikirlər öz müsbət təsirini göstərdi. Kim bilir o zaman bu yığıncağın gedişinə müdaxilə etməsəydim, hadisələrin sonrakı axarı necə ola bilərdi”.

Tam əminliklə deyə bilərik ki, o zaman keçirilmiş həmin yığıncaq Bakıda və eləcə də bütün Azərbaycanda hadisələrin sonrakı inkişafını müəyyənləşdirən və müvafiq məmurlara istiqamət verən bir yığıncaq idi. Doğrudan da bu yığıncaqda edilən müzakirələr və aparılan kəskin müzakirələr qısa bir vaxtda bütün Azərbaycana yayıldı. Artıq burda qüvvələr nisbəti öz həlledici təsirini göstərməli idi. Yığıncaqdan sonra, növbəti bazar günü Şors küçəsindəki binada növbəti yığıncaq üçün yığıldılar. Qapılar bağlı idi, ətrafda da milis işçiləri onların hərəkətlərini seyr edib, ratsiya ilə haralarasa məlumatlar verirdilər”.

Nəsir Ağayev xatırlayır: “Maştağa, Kürdəxanı, Binə, Yasamal, Mərdəkan, Nardaran, Balaxanı,

Şüvəlan, Buzovna, Xırdalan, Zirə, Türkan, Novxanı kəndlərdən olan nümayəndələrə təklif etdim ki, yığıncağı məsçidlərin birində keçirək. Hamı bu təklifimlə razılaşdı. Çünki Allah evindən başqa heç bir yerə gümanımız yox idi”.

Çox maraqlıdır ki, AXC-nin 1-ci və 2-ci qurultayları haqqında qələmə alınmış çoxsaylı yazı və xatirələrdə Bakı ətrafında baş verən hadisələrin və bakılıların milli istiqlalımızın qazanılmasında göstərdikləri misilsiz xidmətlərin üzərindən nədənsə həmişə sükutla keçməyə üstünlük vermişlər. Bu da təbiidir, sifarişlə yazılan tarix əsərlərində sifarişçilərin arzu və istəkləri əsas götürülür. Nəticədə oxucuya təhrifedilmiş məlumat verilir. Bu baxımdan ən yeni tariximiz də istisna deyil.

Şors küçəsindəki mənzilin bağlı qapıları arxasında keçirilmiş məlum toplantıdan sonra Maştağa, Buzovna, Binə, Qobu, Nardaran, Saray, Bülbülə, Zirə,

Page 114: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Türkan, Balaxanı və digər kəndlərin məsçidlərində Bakı və Kəndlər Birliyinin bir neçə iclası keçirildi. Yığıncaqlar çox zaman böyük çətinliklər, risklər bahasına keçirilirdi. Hər iclasdan sonra təşkilata qoşulanların sayı artırdı. Təşkilat sürətlə böyüyür və bütün Bakı kəndlərində ən nüfuzlu təşkilata çevrilirdi. Hətta 1990-ci ilin dekabr ayında Buzovnada Hacı Nasir adı ilə məşhur olan Nasir Əliyev də Nəsir bəyə yaxınlaşaraq Bakı və Kəndlər Birliyinə qoşulmaq istədiyini bildirmişdi.

Nəsir bəy deyir: “1990-cı ilin yanvar-fevral aylarında əsasən Buzovnada, C.

Məmmədquluzadə küçəsi ev 42-də keçirilən iclas və yığıncaqlar fevralın ortalarından Hacı Zakirin təşəbbüs və təminatı ilə Maştağa kəndindəki məsçidlərin birində davam etdirildi, 1991-in fevralın axırıncı bazar günü Qobu kəndinin məsçidində Bakı və Kəndlər Birliyinin tərəfimizdən hazırlanan Nizamnamə və Məramnaməsi müzakirə edilərək, qəbul edildi. Burda əsas diqqəti cəlb edən hallardan biri də Zakir Quliyevin Hökməlidən gələn bir neçə nəfərlə bayırda üç saata yaxın mübahisə və fikir mübadiləsi etməsi oldu. Bir sözlə, həyatın və tarixin sərt sınaqlarında formalaşan təşkilat getdikçə daha da bütövləşir, fəaliyyətində birlik nümayiş etdirirdi.

Qəbul edilən Nizamnamədə BKB-nin AXC-nin Ali Məclisində təmsili, Xalq Cəbhəsinin tərkib hissəsi olduğuna dair maddələr yer almaqda idi. Buna qarşı az sayda çıxanlar olsalar da, bir şeyə nail ola bilmədilər. Məni xəyanətdə ittiham edib, təşkilatdan uzaqlaşdılar. Bu insanlar başa düşmək istəmirdilər ki, hərəkatı tamamlamaq üçün ondan ayrılmaq yox, əksinə, ona qatılaraq, onu daha da bütövləşdirmək lazımdır. Çünki, məhz ümumilli hərəkat nəticəsində müstəqil milli dövlət yaratmaq mümkündür. Hərəkatın regionlaşdırılmasına çalışanların adı, şübhəsiz ki, tarixin səhifələrinə şərəfsizlik nümunəsi kimi yazılmışdır”.

Hərəkat Bakı, Abşeron, Naxçıvan, Qərbi Azərbaycan, Qarabağ, Muğan və s. regionların marağını deyil, ümumilikdə vahid Azərbaycan xalqının marağını əks etdirdiyinə görə xalq hərəkatı hesab edilir. Amma çox təəssüflər olsun ki, yalnız şəxsi marağı naminə hərəkata qoşulub, sonra da özlərinin müəyyənləşdirdiyi məqamda ondan ayrılanlar da olur...

Görəsən, belələri eynən Nəsir bəy kimi əsəbdən, həyəcandan iflic olsaydılar, ömürlərinin 40 ilini elmə, milli azadlığa həsr etsəydilər, SSRİ-nin güclü vaxtında DTK tərəfindən nəticəsi bilinməyən istintaqa düçar olsaydılar, 1990-cı ilin 20 yanvar hadisələrində qardaşlarını sürgündə ölümlə dirim arasında qoysaydılar və həyətdə özləri də ölüm və həbs qorxusu altında çox yox 5 ay yaşasaydılar, onlar bu gün nələr deyər, hansı iddialarla yaşayardılar? Yəqin ki, çoxlarını və daha kimləri qanun, ədalət, xalq, demokratiya, müstəqillik adından ittiham edərdilər. Nəsir Ağayevin isə gözlərinin dərinliyində antey əzabı, qəlbində sızım-sızım sızlaması, gündəlik yaşam tərzinin isə aşağı olması bizim milli azadlıq hərəkatımıza, azadlığımıza verilən qiymətdir. Eynilə azadlıq, müstəqillik uğrunda fədai ömrü yaşamış, Milli Azadlıq Hərəkatımızın təmənnasız liderlərindən biri olmuş Məhəmməd Hatəmi də hələ layiq olduğu qiymətini gözləyir.

Nəsir bəy davam edir: “1991-ci il 3 mart Nardaran kəndinin Ağa məsçidində BKB-nin möhtəşəm

konfransı keçirildi. Bu konfransda Nizamnamənin nəzarət təftiş komissiyası

Page 115: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

maddəsi izah edilərkən, rəssam Füzuli Axundov qətiyyətlə israr etdi ki, bir-birimizə inanırıqsa, nəzarət-təftiş komissiyası barədə maddə Nizamnaməyə salınmamalədır. Onun gurultulu, emosional çıxışından sonra iştirakçıların 80 %-i NTK barədə maddənin ümumiyyətlə BKB-nin Nizamnaməsindən çıxarılması qənaətinə gəldilər. Sədr kimi səlahiyyətimdən istifadə edərək izah etdim ki, hər hansı təşkilatın varlığını qorumaq üçün NTK mütləq qeyd edilməlidir:

-Eyni zamanda, bu təşkilatın Nizamnaməsini NTK barədə maddə göstərilmədən Ədliyyə Nazirliyinə təsdiq üçün verilməsi bizə nə kimi münasibət formalaşdıracağını təsəvvürə belə gətirmək çətindir.

Nəhayət, ortaq məxrəcə gəldik və bir müddət sonra tərəfimdəm yazılan Nizamnamə və Məramnamə Ədliyyə Nazirliyinə təqdim edildi. Təşkilatın sənədlərinin Həzi Aslanov adına “Qızıl Şərq” mətbəəsində nəşri, möhürünün hazırlanması və digər işlərin gerçəkləşdirilməsi üçün lazım olan xərcləri ödəmələri məqsədilə Malik Atakişiyevə və Rahib Rzayevə müraciət etdik. Onlar da köməkliklərini əsirgəmədilər.

BKB-nin sənədlərinin Ədliyyə Nazirliyinə təqdim edilməsi milli hərəkatda böyük xidmətləri olan Mir Salam Məmmədova həvalə edilmişdi. Bu işdə ona Hacı Vaqif, Hacı Hacıağa, Hacı Əlikram yardımçı oldular. Mir Salam Məmmədov Ədliyyə Nazirliyinin məsul işçiləri ilə olan görüşlərində təşkilatın qeydiyyatdan maneəsiz keçməsi üçün əlindən gələni etdi.

1991-ci ilin aprel ayının əvvəllərində Əmircan kəndindəki Murtuza Muxtarovun tikdirdiyi məsçiddə növbəti yığıncaq keçirildi. Binədən Zabil Nağıyev, Nardarandan Hacı Vaqif, Maştağadan Zakir Quliyev, Zirədən İsmixan Fərəcov, Əmircandan Vaqif Hüseynov və başqaları bu iclasa xüsusi olaraq dəvət edilmişdilər. Onlar da burda baş verə biləcək hər hansı bir hadisəyə hazırlıqlarını görmüşdülər. Bir nömrəli məqsədimiz isə süni surətdə yaradılmaq istənilən münaqişələrin danışıqlar yolu ilə həll edilməsi idi. Eyni zamanda bu yığıncaq ciddi əhəmiyyətə malik olduğundan iclasda əlliyə yaxın insan, o cümlədən İlham Əzizov, Rübail Muradov, Vüqar Muradov, Şahin Zairov, Sulduz Yadigarov, Teyyub Əliyev, Firuz Orucov, Əziz Balaxanlı, Arif Səmədov, Hacı Teymur, Firudin Qurbansoy, Ağası Hun, Ağaverdi Bədəlov, Hacı Əmrulla, Aslan Məmmədov, Vaqif Heybətov iştirak edirdilər. Məsçiddəki yığıncağımza yenicə başlamışdıq ki, bir neçə nəfər məsçiçidə daxil olaraq təxribat törətməyə çalışdı.

Nə qədər acı olsa da, azərbaycanlıq ideyasına zidd olan qüvvələr hələ də mövcud idi. Buna görə də xalqın bütövlüyü naminə mövcud münaqişəni hiss olunmadan, tədricən aradan qaldırmaq məqsədə uyğun idi. Çünki burda baş verə biləcək hər hansı bir qarşıdurma tezliklə bütün Bakı kəndlərini əhatə edə, qarşısının alınmas çətin olan arzuolunmaz hadisələrə təkan verə bilərdi. Odur ki, ehtiyatlı davranmaq lazım idi. Dostlarımızdan heç də hamısı bunu anlamırdı. Onlar məni ürəyi yumşaqlıqda, güzəştə getməkdə günahlandırır, çox mülayim davranmağıma görə qınayırdılar. Onlar anlamaq istəmirdilər ki, bu mövqeyimin səbəbi daxili toqquşmalara yol verməməkdir. Bütün bu məqamlarda Hacı Zakirin əvəzsiz xidmətləri var idi. Məsələn, Xırdalan yaxınlığında qaçqın və köçkünlərin yenicə məskən saldıqları Çaylı kəndinə 4-5 maşın naməlum adam gəlmiş, qaçqın və köçkünlərin burdan getmələrini tələb etmiş, bakılılar adından hədə-qorxu

Page 116: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

qəlmişdilər. Bu hadisələri Zakir Quliyev eşidən kimi Çaylı kəndinə getmiş, gələnlərin kimliyini müəyyən qədər aydınlaşdıra bilmişdi.

Bu hadisədən 2 gün sonra Bakı və Kəndlər Birliyinin Çaylı hadisələrində oynadığı müsbət rola dair Rövşən Mahmudovun “Müxalifət” qəzetində ətraflı yazısı dərc edildi.

Nəsir bə mövcud ekstremal vəziyyətləri nəzərə alaraq, Zakir İbrahim oğluna fərdi qaydada qərar qəbul etmək səlahiyyəti vermişdi. Çünki elə yerlər olurdu ki, mənim oraya getməm ya mümkün olmurdu, ya da təşkilatı zərbə altında qoya bilərdi. Belə hallarda Zakir Quliyev məsuliyyəti öz üzərinə götürür, səlahiyyətli şəxs kimi davranırdı. Ümumiyyətlə, Hacı Zakirin Azərbaycan sevgisi, ümumilli məsələlərdə əsil vətəndaş mövqeyində olması hər kəsin ona sayğı ilə yanaşmasına, sözünü dinləməsinə səbəb olurdu. Bu da gördüyü işlərin səmərəsini artırırdı...

Növbəti yığıncaqların biri 1991-ci ildə, may ayının ortalarında Saray kəndinin məsçidində keçirilməli idi. Bu yığıncağın keçirilməsinə Şüvəlandan İmamverdi (ona Şüvəlanda Vaqif də deyirdilər) vasitəçilik edirdi. O, Sarayda olan dostlarına və qohumlarına bu haqda xəbər etmişdi.

Təqribən 45 nəfərə yaxın nümayəndə ilə Saray məsçidinə yaxınlaşdıqda günəşli, aydın bir hava var idi. Badam ağaclarının Sarayın girəcəyində göz işlədikcə uzanan açıq çəhrayi görüntüsü yenidən doğulan təbiətin həyat eşqindən xəbər verirdi. Çox təəssüf ki, 1991-ci ildə görünən o badam ağacları 2008-ci ildə demək olar ki, məhv edilmişdir. Bu ağacları əkənlərin övladları isə bu torpağa həsrətlə baxmağa məhkum edilmişlər.

Saray məsçidinin həyətinə daxil olanda burada əllərində ratsiya aparatı çox sayda milisin və 4-5 milis maşınının dayandığını gördük. Günəşin qəlb oxşayan, məst edici istisi iştirakçıların ovqatına təsir etmişdi. Məsçidin həyəti otluq, ağaclıq idi. Bura yığışanlardan bəziləri təklif etdilər ki, yığıncağı məsçidin həyətində açıq havada keçirək. Bunu təklif edənlər bu yığıncağa qarşı əvvəlcədən təlimatlandırılmış təxribatçılarn, eləcə də milisin və gözə görünməyən neçə-neçə qüvvənin hansı təxribatlar törədəcəyini fikirləşmirdilər. Odur ki, dedim:

-Həyətdə kənar adamlar olduğundan elə məsçiddə olmağımız məsləhətdir. Bu qərarımı izah etməyə heç imkan da tapmadım. Məni dərhal məsçidin

içərisinə apardılar. İclası açıq elan etdim. Sonradan bildim ki, bayırda 40-a yaxın əlavə adam toplanıb. Milislələ birlikdə sayları 50-55 nəfər edirdi. Əgər yığıncaq açıq havada keçirilsə idi, ağla gəlməyən hadisələrin olacağına şübhə etməmək olardı. Çünki hakimiyyətdə olanlar kreslolarını itirmək istəmədiklərindən əsəbilik, gərginlik keçirir, təxribatlara əl atmağa çalışırdılar. Lakin zaman artıq o zaman deyildi. Bir vaxt Bakı kəndlərini Naxçıvana, Qərbi Azərbaycana, Qubadlıya, Laçına, Zəngilana qarşı qoyanların özləri indi Bakı kəndlərinin güclü müqaviməti ilə qarşı-qarşıya qalmışdılar. Bununla belə, Bakının bütün kəndləri demək olar ki, 2 yerə-mövcud hakimiyyətin tərəfdarlarna və əleyhdarlarına parçalanmışdı.

Demokratik qüvvələr may ayının 28-ni Novxanıda, Məmməd Əminin doğulduğu evin qarşısında mitinq keçirmək, tədbiri parlamentin açıldığı bina qarşısında davam etmək və sonda şəhidlər xiyabanını ziyarət etməklə qeyd etməyi qərara almışdılar. Artıq üzərində türkçülük, islamçılıq və müasirliyə aid şüarların

Page 117: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

yazıldığı göy, qırmızı və yaşıl parçalar da hazır idi. İclasımız da həmin tədbirə hazrlıqla bağlı idi.

AXC bir sıra qurum və təşkilatlara şəhərdə bir yerə yığılmağı, ordan Novxanıya birlikdə getməyi təklif etmişdi. Mən vəziyyəti nəzərə alaraq, Novxanıya müstəqil şəkildə gələcəyimizi bildirdim. Səbəb isə o idi ki, 20 yanvar hadisəsindən sonra xalqın bir-birinə qarşı qoyulması, uzun müddətli komendant saatları Bakıda və onun kəndlərində demokratik və müstəqil fikrin inkişafına hiss ediləcək dərəcədə maneə yaratmışdı. Buna görə də kəndlərdən birinin məsçidinin qarşısında yığılmaq və oradan Novxanıya getmək qərarına gəlmişdik. Müzakirələrdən sonra Məhəmmədi kəndini seçəsi olduq. Mayın 28-də saat 12-nin yarısında deyilən yerdə yığıldıq. Məlumat gəldi ki, Yanardağdağda, yəni Məhəmmədinin çıxacağında dövlət səviyyəsində Qarabağ xeyriyyə marafonu keçirilir. Buraya da Bakı kəndlərindən yüzlərlə adam cəlb edilib.

Maşın karvanı “Yanardağ”dan keçərkən heç bir təxribata uymamağı tapşırdım. Qabaqda gedən maşın üç rəngli bayrağımızı yelləndirməkdə idi. Ardınca gələn maşına isə Məmməd Əminin portreti bərkidilmişdi. Digər maşınlardan da kiçik bayraqlar dalğalandırılırdı. Yanardağın qarşısına çatanda qalın bir izdiham göründü. İzdihamdan bir neçə nəfər ayrılaraq qabaqda gedən maşının qarşısını kəsdilər. Mən bu maşında idim. Həmin şəxlər bizə təklif etdilər ki, onların keçirdikləri xeyriyyə tədbiriində iştirak edək. Onlara dedim:

-Novxanıda əvvəlcədən planlaşdırılan çox mühüm tədbirimiz olmasaydı, sizin tədbirinizdə böyük məmnuniyyətlə iştirak edərdik..

Onlar kənara çəkildilər və biz də heç bir münaqişəyə səbəbiyyət vermədən mütəşəkkil qaydada Novxanıya istiqamət aldıq.

Novxanı mitinqindən sonra Bakıda da, rayonlarda da, kəndlərdə də müəyyən bir canlanma hiss olunmağa başladı. Milli Azadlıq Hərəkatı getdikcə yenidən dirçəlir, əski qüdrət və qüvvələrini bərpa edirdi. Keçirilən hər tədbir məhz buna xidmət edirdi. Belə tədbirlərin sonunda görülən bütün işlər, buraxılan səhvlər bir qayda olaraq müzakirə olunardı. Müzakirələrdə mənimlə birlikdə Aslan Məmmədov, Zakir Quliyev, Ağabala Ağayev, Fəxrəddin Zeynalov, Vaqif Heybətov, İsmixan Fərəcov, İlham Əzizov və digərləri iştirak edərdilər. Buraxılan səhvləri aradan qaldırmağın yollarını birlikdə müəyyənləşdirərdik. Nəticədə hər dəfə sonrakı tədbirimiz əvvəlkilərdən daha mütəşəkkil və möhtəşəm alınırdı.

Azərbaycan başda olmaqla, bütün SSRİ-ni inqilabi proseslər bürümüşdü. Bütün respublikalarda xalq hərəkatları getdikcə daha genş vüsət alırdı. Müstəqillik, demokratiya və azadlıq ideyasının gerçəkləşməsinin qarşısını almaq üçün 1991-ci il avqustun 18-də mərkəzi və yerli televiziyalar vasitəsilə Dövlət Fövqəladə Hallar Komitəsinin yaradıldığı elan edildi. Bu komitə SSRİ-nin bərpasını icra etməli idi. Mövcud durumla barışmaq və bu qara qüvvəyə boyun əymək bütün imperiya ərazisində milyonlarla adamın yenidən repressiyalara uğraması, həbs edilməsi, güllələnilməsi, sürgün edilməsi ilə barışmaq demək olard. Avqustun 19-da gərginlik özünün ən yüksək nöqtəsinə qalxdı...

Həmin gün Ağabala mənə zəng edərək bildirdi:-İki gündür səni sahə müvəkkili və komendantın müavini axtarırlar.

Page 118: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Mən ona bildirdim ki, onlarla ayın 20-də, günorta ata mülkümdə görüşə bilərəm. Ayın 20-si, nəzərdə tutulmuş görüşdən öncə Hacı Əmrullaya dedim ki, hərbi komendantla olacaq görüşümün gizli yazılması üçün özü ilə qəzetə bükülmüş diktafon götürsün. Görüş saat 14:00-a nəzərdə tutulurdu. Hacı Əmrulla, Fəxrəddin Zeynalov, Sövdum oğlu Həci təqribən saat 1 radələrində bizə gəldilər. Bütün hazırlıq işləri görüldü. Bu elə bir gün idiki, diktaturanı bərpa etmək istəyənlər inamsız görünür, demokratiya tərəfdarları isə mübarizələrində müəyyən dərəcədə tərəddüd içərisində görünürdülər. Yəni vəziyyət qeyri-müəyyən idi. Bu üzdən də hərbi komendantın müavini ilə görüş və aparılacaq danışıq hər hansı bir tərəfin qələbəsinə inam yarada bilərdi. Dəqiqələr ötdükcə, rus hərbi komendantı ilə gözlənilən görüş 20 yanvar hadisələri ərəfəsindəki psixoloji durumu xatırladırdı.

Bu danışıqda nəyin bahasına olursa – olsun, psixoloji, diplomatik və siyasi üstünlüyümü sübut etməli idim. Bunun üçün də özümü bütün psixoloji hallara daxilən hazırlamışdım. Qələbənin baş verməsi üçün yalnız bir şey – üzərində qələbə çalmağa hazırlaşdığım rəqibin özü çatışmırdı.

Nəhayət, sahə müvəkkili və yanında da hərbi komendantın nümayəndəsi içəri daxil oldular. Oturan kimi rus dilində amiranə surətdə bildirdi ki, siz xalq cəbhəsinin liderlərindən biri kimi Əzizbəyov rayonunda asayişin, sakitliyin bərpası üçün məsuliyyət daşıyırsınız. Cavabında dedim ki, bunun üçün milis və digər hüquq mühafizə orqanları mövcuddur.

Sonra hərbi komendantın nümayəndəsi qovluğunu açaraq oradan bir sənəd çıxardı. Bu yazılı xəbərdarlıq idi. Sənəddə yazılmışdı ki, rayon ərazisində və digər yerlərdə yığıncaqlar, mitinqlər keçirmək qadağandır. Hər hansı mitinq və yığıncaq keçirilərsə onun məsuliyyətini mən daşıyacağam. Əgər belə olarsa, ailəvi olaraq respublikadan kənara sürgün ediləcəyəm. Düz gözlərinin içinə baxaraq, qətiyyətlə dedim:

-Yəqin siz fövqəladə dövlət komissiyasının yaradılmasını və fəaliyyətini 1937-ci ilin başlanğıcı hesab edirsiz. Bilin ki, yanılırsınız və səhv yoldasız. Hələ bilmək olmaz hakim kim olacaq, məhkum kim. Bir də, unutmayın ki, 1937-ci ildə buraxılan səhvlərə görə sonralar nə qədər əhv fərmanları imzalansa da itkilərin acısı azalmadı. Çox çəkməz ki, Dövlət Fövqəladə Komitəsi də bugünkü hərəkətlərinə görə özünə bəraət qazandırmağa çalışar. Ona görə də bu gün siz - icraçılar əməlinizi, onun yaradacağı halları hərtərəfli ölçüb-biçməyi bacarmalısız.

Rus nümayəndə məni sona qədər dinlədikdən sonra tələsdiyini bildirdi. Sənədə imza atmağını təkid etdi. Azərbaycanlı sahə müvəkkili də ona dəstək verərək mənə müraciətlə dedi:

-Nəsir bəy, qol çək, qurtarıb getsin də. Yoxsa başımızı ağrıdacaqlar. Onsuz da bunlar qol çəkməyənə qədər əl çəkən deyirlər.

Hətta ətrafımda olan bir neçə nəfər də səbirsizlik edərək, “qolun nə dəxli var, çək getsin də!”- deyə israr etdilər. Mənsə üzünü onlara tutaraq bildirdim

-Mən hiyləgərcəsinə yazılmış bu sənədə qol çəkə bilmərəm. Bura general da gəlsə, mənə qol çəkdirə bilməz. Qol çəksəm, atdığım imzayla düşmənin törədəcəyi və edəcəyi bütün cinayətlərə haqq qazandırmış olaram. Bu isə mənim tərəfimdən qeyri-mümkündür.

Page 119: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Hərbi komendantın nümayəndəsi yenidən hər şeyin yaxşılıqla olmasını arzuladığını söyləyərək, imza çəkməyimi təkid etdi. Ona milis sahə müvəkkili də qoşuldu. Bütün bu danışıqlar əvvəlcədən tədbirini gördüyümüz qayda üzrə, Hacı Əmrullanın qəzetin içərisidə bükülü olaraq saxladığı diktafona yazılırdı”.

Çoxları üçün adi görünən bu dialoq və görüş əslində Məmməd Əmin, Mirzəbala, Yusif Vəzir, Cabbarlı, Müşviq, Cavid, Heydər Hüseynov və digərlərinin acı taleyini yeni formada gözlər önünə sərən bir hadisə idi. 1937-ci ildə bir çoxları işgəncələrə dözməyərək, etmədikləri günahları boyunlarına almaqla canlarını, sanki, qurtarmağa çalışmışlar. Bu isə sonrakı illərdə onların bütün nəslini ittiham edən sənədə çevrilmişdi. O zaman heç kimə inandırmaq olmurdu ki, bu imzanı atanlar barmaqları sındırılan, saçları kəlbətinlə çəkilən, bədənləri döşəmədə sındırılmış şüşələrlə kəsilən günahsız “günahkarların” məcburən çəkdikləri imzalardır.

Çox şükürlər olsun ki, qeyrət, namus hisslərinə qiymət verməyi bacaranlar Nəsir Ağayevə qarşı nankor, xəyanətkar, xəbis mövqe tutanlara layiq olduqları yeri göstərdilər. Bu çətin zamanda Ağabala Alxasov, Rahib Rzayev kimi qədirbilənlər onu darıxmağa, problemlərin burulqanında tək qalmağa qoymurdular. Onların etdikləri şəxsi yardımları hesabına ona güc, qüvvət verirdilər.

Fövqəladə Dövlət Komissiyasına ümid bəsləyən yerli “bolşeviklər” demokratik inkişafı ləğv etmək, demokratik qüvvələrə divan tutmaq üçün mərkəzdən sadəcə bir işarə gözləyirdilər. Lakin ümidlri puça çıxdı, “Komitə” tam formalaşmadan iflasa uğradı. Rusiyadakı demokratik qüvvələr onlar üzərində möhtəşəm bir qələbə qazandılar. Bu, bütün sovet məkanında olduğu kimi, Azərbaycanda da mərkəzi hakimiyyət tərəfdarları ilə müstəqil, azad hakimiyyət tərəfdarları arasındakı qüvvələr nisbətini hiss ediləcək dərəcədə ikincilərin xeyrinə dəyişdi. Onların qələbəyə olan inamlarnı birə min artırdı. Artıq paytaxt Moskva imperiyanın deyil, yalnız Rusiya Federasiyasının paytaxtı hesab edilirdi. Rusiyann RTR kanalı isə artq hansı respublikada baş verməsindən asılı olmayaraq, bütün demokratik proseslərə maksimum diqqət yetirirdi ki, bu da bütün demokratik qüvvələrə güclü stimul verirdi.

Həmin dövrdə Buzovnanın üzərində üç gün ard-arda hərbi vertolyotlarn uçduğunu xatırlayan Nəsir Ağayev deyir:

“FHDK - nın sədri Yanayevin və üzvləri Puqo, Kruçko, Yazov və başqalarının həbsi artıq SSRİ-nin tam çökdüyü, milli respublikaların da ən qısa zamanda müstəqilliklərinə qovuşacaqları demək idi. O dövrdə mövcud olan imperiyapərəst qüvvələrin lokal təxribat və psixoloji təzyiqlərinə baxmayaraq, Azərbaycanda demokratik qüvvələr müstəqillik yanğısı, azadlıq eşqi ilə fəaliyyətlərini daha da genişləndirirdilər. AXC rəhbərliyi avqustun 23-də Azərbaycan Xalq Cəbhəsinin indiki Qafqaz Universitetində yerləşən qərargahında toplaşaraq, onun qarşısında demokratiyanın müdafiəsi üçün geniş mitinq keçirilməyi planlaşdırmışdı. Mitinqdən öncə Ə. Elçibəyin başçılığı ilə mən, Pənah Hüseyn, Xanım Xəlilova, Abbas Abdulla, Arif Hacıyev, Sabir Rüstəmxanlı, Nurəddin İsmayılov və digərləri kiçik bir otaqda toplaşaraq vəziyyəti müzakirə edirdik. Əbülfəz bəy həmişə olduğu kimi, danışanlara qulaq asır, sadəcə gülümsəyirdi...

Page 120: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Mitinqdə ilk çıxış edən Arif Hacılı oldu, sonra söz Pənah Hüseynə verildi. Mitinqin gedişində hiss edilirdi ki, müəyyən təxribatçı qüvvələr təxribat hazırlayıblar və zorakılıqdan belə çəkinməyəcəklər. Mitinqin aparıldığı binanın qarşısında böyük bir avtobus da saxlanılmışdı. Məqsəd o idi ki, mitinqdəki fəalları yaxınlıqda olan avtobusa yığıb istintaqa cəlb etsinlər. Açıq aydın hiss edilirdi ki, Azərbaycanda gedən demokratik prosseslərə və qüvvələrə qarşı Bakı kəndlərini qoymağa çalışırlar. Ona görə də çxış növbəsi mənə çatanda dostlarımı xəbərdar etdim:

-Diqqətli olun, təxribatçı qüvvələr məhz mən danışanda əməliyyata başlayacaqlar.

Çıxışlımda əsas vurğunu Bakı kəndlərinə etdim, bu kəndlərin sakinlərinin Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda gedən mübarizədəki iştirakından, etdikləri xidmətlərdən danışdım...

Elə bir iki cümlə demişdim ki, demokratik qüvvələri susdurmağa çalışan təxribatçı qüvvələr işə keçdilər. Bu, Ayaz Mütəllibovu müdafiə edənlər idi və əksəriyyəti də bizim kimi Bakı kəndlərinin təmsilçiləri idilər. İçlərində dağlılar da az deyildi. Xalqa müraciətlə dedim:

“Məmməd Əmin, Mirzəbala, Almas İldırım kimi demokratik mübarizələr yetirən Bakı kəndləri bu gün də bu missiyanı yerinə yetirməyə hazırdırlar. Biz imkan verə bilmərik ki, təxribat, pozuculuq Bakı kəndlərinin siyasi fəaliyyətini kölgə altında qoysun”. Elə bu an tribunaya hücum oldu. Boyları təqribən 1.85, 1.90 sm olan üç nəfər idmançı görkəmli gənc mikrafonu dərhal əlimdən aldılar. Bu hadisə o qədər qəfildən və ani baş verdi ki, çoxları nəyin baş verdiyini belə anlamağa imkan tapmadılar. Elə ilk rezin dəyənək də mənim başına dəydi. Təxribatçı qüvvələr hərəkatın önundə gedən və radikallığı ilə seçilənləri, bir sözlə Mütəllibov hakimiyyəti üçün təhlükə yaradanları cəzəlandırmaq istəyirdilər. Hərəkatda fəallığı ilə seçilən, BDU-nun tarix fakültəsinin tələbəsi Paşa, biologiya elmlərin namizədi Asiya xanım öz bədənləri ilə məni qorumaq üçün başımın üzərində bir növ çətir yaratdılar. Mənim üçün nəzərdə tutulan, fəqət Paşaya və Asya xanıma dəyən zərbələr nəticəsində başlarından axmağa başlayan qan mavi rəngli köynəyimi al qırmızı rəngə boyamışdı. Bu, çöx dəhşətli, amansız bir mənzərə idi. Bu an kimsə qışqırdı:

-Nəsir bəyi qərargaha, içəri aparın!Məni zərbələrdən qoruya-qoruya içəri apardılar və dərhal da qərargahın

qapılarını bağladılar. Biz də qərargaha daxil olduq. Sabir Rüstəmxanlı, Pənah Hüseyn, Məmməd Əlizadə, Ələsgər Sarıyev, İsa Qəmbər və digərləri, eləcə də mən Əbülfəz Elçibəyin oturduğu otağa yığışdıq. Milis qüvvələri qərargahın qapısını döyür, təpikləyir, içəri girmək üçün sındırmağa çalışırdılar. Əbülfəz Elçibəyə baxdım, mənim bu vəziyyətimə görə dərin sarsıntı keçirirdi. Bunu hiss edər-etməz, dedim:

-Əbülfəz müəllim, bu günkü hadisələr demokratiyanın qələbəsinin başlanğıcıdır.

Əbülfəz bəy bu sözlərimi sükut və qayğıyla qarşıladı. Çünki köynəyimdəki qan ləkələri onu çox məyus etmişdi. İnana bilmirdi və inanmaq istəmirdi ki, ağlı başında olan hər hansı bir normal Azərbaycan vətəndaşının mənim kimi əlini

Page 121: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

qaldırıb özünü müdafiə etmək iqtidarında olmayan, daim oturaq vəziyyətdə qalmağa məhkum olan bir ziyalıya əl qaldıra bilər. Bu onun heç ağlna da gəlməzdi və gətirməmişdi də. Onu da deyim ki, məni öz vücudları ilə fədakarcasına qoruduqları üçün Asiya xanımın və Paşa bəyin başları bir neçə yerdən partlamışdı.

Məhz bu mitinqdə bir daha əmin olduq ki, hakimiyyət uğrunda mübarizə qarşıdurmaya və vətəndaş müharibəsinə yol aça bilər. Buna görə də hakimiyyət uğrunda mübarizəni demokratik prinsiplərə əsaslanaraq, yalnız siyasi yollarla aparmaq lazım olduğu bir daha vurğulandı. Bunun üçün konstitusiyada müvafiq maddə və maddələr olmalıdır.

Tarix dəfələrlə sübut edib ki, hakimiyyəti qeyri-qanuni yollarla mənimsəmək, bir qayda olaraq, qırğın və qanla nəticələnir. Xalq hərəkatının aparıcıları bunu bir daha gördü və anladı, bir sözlə, mübarizənin yalnız və yalnız demokratik yollarla aparmağın zəruriliyini bir dəfəlik başa düşməyə imkan yarandı.

Otaqda olan qadınlardan kimsə qadınların başqa otağa keçmələrini bildirdi. Bu an Əbülfəz bəy bildirdi:

-Onlara mən lazımam! Açın qapını gəlib məni aparsınlar! Qadınlar yan otağa ona görə keçmişdilər ki, milis işçilərinin içəri girərək bizi

necə vuracaqlarını görməsinlər. Nəhayət, qapılar açıldı, milis işçiləri içəri girərək plakatları cırmağa, şüşələri

sındırmağa başladılar, sonra ikinci mərtəbəyə qalxdılar. Arif Hacılı və Abbas Abdulla köməkləşərək məni birinci mərtəbəyə endirdilər. Qabaqda Əbülfəz Elçibəy gedirdi. Dəhlizlə arxaya baxmadan gedirdi.

Mən dəqiqliklə gördüm ki, milis işçilərindən bir neçəsi Elçibəyə baş nahiyyəsindən bir neçə zərbə endirdilər.

Elçibəy aldığı zərbələrin gücündən səntirləsə də, al qana boyansa da, geriyə baxmadı. Bu liderin gücünün, qüvvəsinin, inamının, mətanətinin göstəricisi idi. Bu mənzərə indiyədək gözlərim önündən getmir. Avrora və Amerikanın qəbul etdiyi demokrat Əbülfəz bəyə necə qıymaq olardı, axı? Hər kəsə aydın idi ki, ona əl qaldıranlar nə Bakını, nə Naxçıvanı, nə də Qarabağı sevən adamlar deyil. Onu vuranlar millətinin tarixindən və taleyindən xəbərsiz zavallılardır. Fəqət nə edək ki, biz bu adamlarla yanaşı yaşamaq, bir yerdə mövcud olmaq məcburiyyətindəyik.

23 avqust hadisələri yerli və xarici mətbuatda böyük əks-səda verdi. Hətta bir sıra xarici ölkələr tərəfindən Azərbaycan iqtidarına bu qanlı hadisələri törədənləri cəzalandırmaq üçün müraciətlər edildi. Bu hadisələrdə Sabir Rüstəmxanlının başı bir neçə yerdən partlamışdı, Pənah Hüseynin qolu sındırılmışdı. Yaxşı yadımdadır, içəriyə hətta keyləşdirici qaz da buraxılmışdı. Çünki içəri girən milis işçiləri ağızlarını nəm əski ilə örtmüşdülər. Milis işçilərindən biri qışqıra-qışqıra, əlində dördbucaqlı taxta parçası üstümüzə gəldi və Ayaz Mütəllibovu nəzərdə tutaraq bağırdı:

- Nə üçün qoymayırsınız işləsin?! Axı nə istəyirsiz? Sizi qırmaq lazımdır. O, əlindəki dördbucaqlı taxtanı qaldırıb məni vurmaq istəyəndə arxadan arıq,

hündürboylu milis zabiti bərkdən 2 dəfə “Ona dəymə, ona dəymə” qışqırdı. Bir sözlə, mitinqin məhz mənim çıxışım vaxtı pozulması çox şeydən xəbər

verirdi. Aldığımız zədələr və içəriyə buraxılan qaz, eləcə də keçirdiyimiz həyəcan orada bu hadisələri gözləri ilə görənləri şok halına salmışdı. Artıq qərargahın

Page 122: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

qapısında, bir neçə gənc məni əlləri üstündə apararkən, bir milis baş leytinantı dözməyərək furaşkasını yerə çırpdı və əsəbi halda dedi:

-Belə kişilik olmaz! Dağlı məhəlləsinin bir çox sakinləri bu vəhşiliyi gördükdən sonra “Qardaşlıq”

və “Tövbə” cəmiyyətlərini tərk edərək, demokratik qüvvələrin tərəfinə keçdilər. Beləliklə, məhz 23 avqust hadisəsindən sonra Azərbaycan demokratiya və müstəqilliyə saatbasaat yaxınlaşırdı. Demək olar ki, iqtidar yaratmış olduğu bu təxribatın girovuna çevrildiyindən özünün xilas yollarını öz əlləri məhv etmişdi. Bu hadisə bütün Bakı kəndlərinin siyasətə qoşulmayan adamlarına belə təsir etmiş, onları hiddətləndirmişdi. Belə bir məqamda isə qarşıdurmaya getmək demokratik mübarizədən uzaqlaşmaq olardı. Bizə bu qətiyyən lazım deyildi. Məqsədimiz azad, müstəqil və demokratik Azərbaycan dövlətinin bərqərar edilməsi idi.

Nəhayət, avqustun 25-27 – də qərargahın yanında orta məktəbin aşağı hissəsində yenidən mitinq elan edildi. Mitinq günü izdiham daha böyük idi. Çünki qaraguruh həm daxildən, həm də xaricdən ikiqat zərbə almışdı. Mitinqdə Arif Hacılı, Ə.Elçibəy, İ.Qəmbər, İ.Həmidov, T. Qarayev, mən və digərləri çıxış etdik. Bu mitinqdə milis zabitinin bayram formasında olan Əliyev İntiqam Məhərrəm oğlu çıxışı ilə nəzərlərii cəlb etdi. O, bildirdi ki, bu gündən etibarən sovet milis zabitliyindən imtina edir və həyatını öz xalqının azadlıq yolunda sərf edəcək. O, eyni zamanda Azərbaycan milislərinə də müraciət etdi. Bu psixoloji hal o zaman bütün Azərbaycan milisinə dərin təsir etmişdi.

Mitinqdə Bakı komendantı Valeri Bünyadov (məhşur akademik Ziya Bunyadovun oğludur) da çxış etdi. O, çıxışında bildirirdi ki, özbaşınalıqların qarşısı tamamilə alınacaq və hərbi komendant daha camaatı sorğu-suala çəkməyəcək. Növbəti mitinq xalqa yasaq edilmiş “Azadlıq” meydanında oldu.

“Azadlıq” meydanını milislər əhatə etmişdi. Avqustun axırlarında on minlərlə insan “Azadlıq” meydanına axışdı. Demək olar ki, milislər artıq müqavimət göstərmirdilər. Hüquq-mühafizə orqanlarının yaratmış olduqları süni çəpər tezliklə gənc və çevik insanlar tərəfindən yarıldı. “Azadlıq” meydanı xalqın iradəsi ilə, mübarizəsilə, yenidən demokratiya və müstəqillik tribunasına çevrildi.

Avqust hadisələri diktatura və totalitar rejimin sınma, demokratiyanın isə yüksəliş istiqamətini müəyyənləşdirdi. Sadəcə davamlılıq və ardıcıllıq lazım idi. Beləliklə, diktaturann Moskvadan başlayan məğlubiyyətlər seriyası SSRİ-nin dağıldığını sübuta yetirən faktor rolunda çıxış edirdi. Artıq FHDK-nı (QKÇP) müdafiə edən bütün qüvvələr qanundan kənar elan edilmişdilər. Çox maraqlıdır ki, Azərbaycanda 20 yanvar qırğınına rəhbərlik edənlərin hamısı - SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Puqo, SSRİ DTK-nın sədri Kryuçkov, Daxili Qoşunların komandanı Varenikov məhz bu FHDK-nın üzvləri idilər. Bu adamlardan Puqo özünü güllələmiş, Axrameyev intihar etmiş, qalanları isə həbs edilmişdilər.

Bakı və Kəndlər Birliyi, nəhayət, sentyabırın 11-i ədliyyə naziri Əlisahib Orucovun imzası ilə təsdiq edildi. Qeydiyyat haqqında sənədi Nəsir Ağayevə Nardaran sakinləri, kollegiya iclasında iştirak emiş Hacı Vaqif və Hacıağa Nuriyev təqdim etdilər.

Page 123: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

1991-cu ilin avqustun əvvəllərində Əbülfəz bəy mənə bildirmişdi ki, avqustun ortalarında Türkiyədə təhsil almaq üçün qəbul komissiyasında iştirak etməlisən. Bu mənə böyük etimad və inamdan irəli gəlirdi. İlk gördüyüm iş Buzovna qəsəbəsində gəncliyi, dəqiqliyi və əzmkarlığı ilə seçilən Əlizadə Müşviq Nəriman oğlunu dilə tutaraq ona qəbul imtahanında iştirak etməyə sövq etmək oldu. Dostlarıma bu iş üçün istedadlı gənclərin seçilməsini tapşırdım.

Bir neçə gündən sonra Zirə kəndindən İsmixan Fərəcov Mehdi Vəliyev adlı bir gənclə yanıma gələrək onu Nəsimi həvəskarı kimi təqdim etdi. Ona bir neçə sual verdim, fəqət yarımçıq cavablar aldım. Hətta hürufizmin mahiyyətini belə bilmədi. Lakin Zirə kəndində İsmixan bəyin hörmətini, nüfuzunu qaldırmaq üçün Mehdi Vəliyevə səhvlərini söyləyərək, qəbul imtahanına ciddi hazırlaşmağı tapşırdım.

Nəhayət qəbul imtahanında Müşviq Əlizadə etimadı tam doğrultdu. Mehdi isə yalnız İsmixana hörmət əlaməti olaraq Türkiyəyə təhsil almağa gedən tələbələrin sıralarına daxil edildi. Tələbələri Türkiyəyə yola salarkən onlara tapşırıldı ki, əgər Azərbaycanda müstəqillik itirilərsə, onlar Azərbaycana qayıtmasınlar. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini Türkiyədə və digər yerlərdə davam etdirsinlər və özlərini təxribatdan qorusunlar.

Mübarizə aparmaq üçün yalnız inam və nikbinliklə yaşamalısan. Bakı kəndlərində xüsusilə Zirədə, Əmircanda, Keşlədə, Zabratda, müxtəlif maneyə və təxribatlarla üzləşsək də fəaliyyətimiz ardıcıl olaraq davam etdirilirdi. BKB qeydiyyatdan keçdikdən sonra onun hər hansı bir kənd və qəsəbədə fəaliyyətinin qarşısının alınması bu təşkilatın varlığını sual altında qoya bilərdi. Nəticədə isə qarşıdurma hərisləri, yerliçilik xəstəliyinə tutulanlar çirkin niyyətlərini zamanın tələbi kimi göstərə bilərdilər.

Yaxşı yadımdadır, Zirə kəndində olan yığıncaqların birində müəyyən qüvvələr təxribatçı suallarla yığıncağı pozmağa çalışırdılar. Lakin soyuqqanlı, dözümlü mövqeyimizlə bu təxribatın baş tutmasına imkan vermədik. BKB qeydiyyatdan keçəndən sonra onun ictimai hadisələrlə bağlı bəyanat və müraciətləri respublika və xarici mətbuat səhifələrində əks edilməyə başlamışdı. “Azadlıq” radiosu tez-tez Bakı kəndlərində və Azərbaycanda baş verən ictimai-siyasi proseslərə dair məndən geniş müsahibələr götürürdü. Mən bu müsahibələrin əksəriyyətində Azərbaycanın beynəlxalq aləmdə təklənməsini, Rusiya və Ermənistanın Azərbaycana qarşı təcavüz və ərazi işğalının, çox ehtimal ki, razılaşdırılaraq, həyata keçirilməsindən, beynəlxalq təşkilatların Azərbaycana özlərinin dövlət və milli maraq çərçivəsində baxmasından bəhs edirdim.

Eyni zamanda, BKB-nin beynəlxalq səviyyədə və ölkə daxilindəki ardıcıl ümumilli fəaliyyəti müəyyən qüvvələrin onunla hesablaşmasını zəruri edirdi. Bu dövrdə qaz aparatı zavodunun direktoru Azər Abdullayev BKB-nin bank hesabına təqribən 40 min rubl pul köçürdü. Eləcə də, Binə sovxozu da hardasa 3000 rubla yaxın hesabımıza pul köçürmüşdü. BKB-nin ştat cədvəli müəyyənləşdi. Artıq dekabr ayında Vaqif Heybətov, İntiqam Əliyev və daha bir neçə nəfər təşkilatın maaş alan üzvləri idilər.

Page 124: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Təqribən 1991-ci ilin dekabr ayının ortalarında Qarabağın Papravənd, Sirxavənd, Gülablı kəndlərində ermənilərə qarşı döyüşən polis işçiləri Buzovnaya, mənim yanıma gəldilər. Onlar bildirdilər:

-Bizə rəislər 5-10 güllə verir, ermənilər isə minlərlə gülləyə malikdir. Özümüzü qorumaq üçün məcburuq ki, güllənin birini 3 rubla alaq. Bax, biz belə bir vəziyyətdəyik. Nəsir bəy, xahiş edirik bizə heç olmasa 500-ə yaxın 7.62 kalibrli avtomat gülləsi tapasınız.

Mən təcili olaraq Bakıda cəbhəçilərdən biri ilə danışdım. O, bildirdi ki, bu güllələri 1 rubula hərbi hissələrdən alırlar. Heç olmasa bu

xərci ödəsinlər. Mən isə bildirdim ki, xərci özüm ödəyəcəm. Mən gələn Paprəvənd, Sırxavənd milisləri ilə Bakıda yaşayan cəbhəçinin

yanına getdim. Baş leytenant olan, adını unutduğum şəxsi güllələri almaq üçün göndərdim. O, qayıdanda üzü gülürdü. Çünki ona 1300-dən artıq 7.62 kalibirli avtomat patronu vermişdilər.

İmkan daxilində Qarabağa bu cür yardımlar edilirdi. Çünki Qarabağ yalnız qarabağlıların deyil, hər bir azərbaycanlının Vətəni idi. Bəzən elə olurdu ki, müəyyən adamlar bildirirdi ki, Qarabağı qarabağlılar azad etməlidir. Bakının bütün kəndlərindən Qarabağda şəhid olanlar kifayət qədər çox idi. Lakin ordu quruculuğunda müxtəlif siyasi düşüncələrin, hakimiyyət uğrunda mübarizələrin yaratmış olduğu neqativ hallara baxmayaraq, kiçik də olsa, qələbələr qazanırdq. Amma ümumiyyətdə vəziyyət çox ağr idi. Hər yerdə də xaos mövcud idi. Hadisələrin tez-tez dəyişməsi insanların psixologiyasına da dərin təsirini göstərirdi. Öz içərisində mərkəzi güc vahidi tapa bilməyən və yaratmağı bacarmayan kütlə xarici güc mərkəzlərinə sığınmaq barədə düşünürdü.

Azərbaycanda dövlət idarəçiliyi ən qədim zamanlardan tayfa və sülalə prinsipi əsasında idarə edilib. Burda dövlət idarəçiliyində ümumilli maraq və mənafe nəzərə alınmayıb. Avropada, ilk növbədə də Fransa və İngiltərədə isə XVII əsrin əvvəllərindən daxili çəkişmələri aradan qaldırmaq, xarici müdaxilənin qarşısını almaq üçün milli maraq, milli mənafeyə əsaslanan dövlət strukturlarını qura bilmişdilər. Xalqlarının mənafeyini bütün dünyada qoruya bilən milli dövlətlərini yaramışdılar.

Fəqət Şərqdə biz bunun çox zaman əksini görürük. Çox zaman burdakı dövlətlər xarici siyasət və diplomatiyanı fərdi qaydada quraraq hökumdarın iradəsinə uyğunlaşdırmışlar. Nəticədə Şərqdə olan hər hansı bir sülalə və tayfa hakimiyyətə gəlmək üçün xalqının maraqlarına deyil, həmişə özünün və xaricdən ona kömək ola biləcək dövlətin maraqlarına əsaslanıb. Bu isə nəticə etibarilə Şərqdə dövlətə və rəsmi ideologiyaya inamsizliq formalaşdirıb. Bütün bu göstərdiyim hallar Azərbaycandan da yan keçmədi.

1991-ci ilin sentyabr ayında prezident seçkiləri ilə əlaqədar Azərbaycan televiziyasında tez-tez Bakı kəndlərindən olan müəyyən şəxslər ekrandan birbaşa, bəzən də dolayısı ilə xalqa hədə-qorxu gəlməklə, Mütəllibovun rejiminin xeyrinə çıxışlar edir, bununla da bu siyasi kampaniyanın iyrəncliyini özləri də bilmədən, öz qeyri-etik danışıq və hərəkətləri ilə sübuta yetirirdilər. Belə ki, qaz aparatı zavodunda işləyən Balabacı adlı qadın heç bir siyasi, əxlaqi, etik keyfiyyətlərə malik olmadığı halda, televiziyada və fəvvarələr meydanında Ayaz Mütəllibovun

Page 125: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

xeyrinə danışmaqla onun namizədliyinə, gələcək fəaliyyətinə böyük bir hərəkatın vurmadığı zərbəni vurmuşdu. Qarşı tərəf məhz onun kimi şəxsləri seçki kampaniyasında ortaya atmaqla, özü-özünü gözdən salırdı.

Nəhayət, saxta prezident seçkiləri başa çatdı. Mütəllibov xalqın iradəsinin ziddinə olaraq, qalib elan edildi. Bakıda bundan ruhlanan 20-yə yaxın mütəllibovçu gənc idmançı keçirilən mitinqlərin birində Firudin Qurbansoyun, mənim və digərlərinin oturduğumuz maşına hücum çəkdilər. Bunu elə etdilər ki, sanki, amansız bir düşməndən qisas alacaqlarmış.

Onların fikri maşını mühasirəyə alıb, bizi bayıra çıxarmaq və təhqir etmək idi. Lakin maşının sükanı arxasında oturmuş Əmrulla maşını dala verərək, arxadakıları vurdu, qabaqda dayananları da vuraraq bardürdən aşırdı. Polislə mülki adamlar bir-birinə qarışdı. Arxamızca bir neçə maşın düşdü. Oturduğumuz maşın sürətlə hərəkət edərək, yol hərəkəti qaydalarına məhəl qoymadan, təqribən 20 dəqiqə Bakının küçələrində manevrlər etdi. Əzizbəyov metrosuna çata-çatda Hacı Əmrulla soruşdu:

-Arxamızca düşən maşınlardan yalnız biri bizi təqib edir, maşını saxlayım? Cavab verdim:

-Bir qədər qabaqda saxla. Arxadan gələn maşından iki nəfər düşərək hay-küylə maşınımıza

yaxınlaşdılar: -Xalaoğlu, siz bizi söymüsüz. Onlar bu sözləri deyib maşının içərisinə boylandılar. Onlara bildirildi ki, sizi

qəsdən qızışdırıb üstümüzə göndəriblər. Şirin dillə səhvlərini özlərinə başa saldıq.Bu gələnlər Türkan sakinləri idi. Üzr istəyərək ayrıldılar. Bunun bu hadisələr

bir daha göstərir ki, Azərbaycanın müstəqilliyinə nail olmaq heç də asanlıqla başa gəlməmişdir. Xalqın iradəsini və mənafeyini həyatından da üstün tutan, lazım gələrsə, ölümün gözünə düz baxan Zakir Quliyev kimi haqq və azadlıq fədailərini unutmaq olmaz, onların Vətən və millət qarşısındakı xidmətləri gerçəkdən də əvəzsizdir. Bu gün tam əminliklə demək olar və lazımdır kı, Bakı kəndlərinin mürəkkəb, heç bir siyasi və diplomatiya ölçülərinə sığmayan münasibətlərinin balanslaşdırmasında Zakir bəyin müstəsna xidmətləri olub. Kimlərinsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, bu gerçəkliyi inkar etmək milli xəyanətə bərabər bir şeydir. Qiymətləndirməmək nankorluqdur.

Hər şey axır və dəyişir. Həyat davam edir. 1991-ci il 18 oktyabr Milli Məclis tərəfindən xalqın təzyiqi ilə qəbul edilmiş

müstəqillik haqqında Konstitusiya aktının xalqda yaratmış olduğu sonsuz sevinc Qarabağdakı hadisələrin kədər notları ilə əhatə olunmuşdu. Belə çıxırdı ki, bu dövlət xalqın iradəsini və mənafeyini ardıcıl şəkildə ifadə edən sistemi ya yarada bilmir, ya da yaratmaq fikrində deyil.

Həmin dövrdə əhalinin ən azı 80%-i iqtidardan və məmurlardan narazı idilər. Hadisələr xaotik inkişaf edə bilərdi. Bu da öz növbəsində yeni-yeni ərazilərin itirilməsi ilə nəticələnərdi. Buna görə də 1992-ci il fevral ayının 22-23-də Müvəqqəti İnqilabi Şuranın yaradılmasına dair Bakıda qapalı iclas keçirildi. Bu iclasda Azərbaycanda mövcud olan partiyaların əksəriyyətinin lider və nümayəndələri iştirak edirdi. Tədbirdə azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy

Page 126: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

mövcud çətinliklər barədə geniş danışdı. Qərara alındı ki, bu İnqilab Şurasının sədri seçilsin, bütün partiya rəhbərləri şuranın üzvü olsun və bütün partiyalar onun çıxarmış olduğu qərarı sözsüz yerinə yetirsin.

İclasda o da vurğulandı ki, Ayaz Mütəllibov son zamanlarda müxalifətlə qətiyyən hesablaşmır. Buna görə də burda onunla danışıqlar aparmaq və hakimiyyəti xoşluqla təhvil verməsini təmin etmək üçün heyət yaratmaq lazımdır. Əgər o, respublikanı borandan çıxarmaq üçün bu heyətlə razılaşmasa o zaman konstitusiyaya uyğun olaraq onu hakimiyyətdən kənarlaşdırmaq lazımdır. Bu iş isə İnqilab Şurasının sədrinə həvalə edildi. Nəhayət, gizli səs vermə oldu. Heyətə seçilən 7 nəfər arasında ən çox səsi mən qazandım. Bu vəzifənin nə demək olduğunu yoldaşlarımızın bəzisi, deyəsən, dərindən hiss etmirdilər. Bir məsələ tam aydın idi ki, əgər iclasın gedişatı və müzakirənin məzmunu iqtidara məlum olarsa, şuranın üzvləri və sədri heç evlərinə də gedib çata bilməyəcəklər. Burada seçilmiş şura üzvlərinin çoxunun təxribatlarla üz-üz qala biləcəyi ehtimalı çox böyük olduğundan qərara gəldik ki, bu gündən etibarən şura üzvləri tamamilə ayrı bir yerdə yaşasınlar. Məni Günəşli qəsəbəsində bir mənzildə yerləşdirdilər. Əlaqəçilərim isə Aslan Məmmədov və Vaqif Heybətov idilər. Evim və ailəmlə bütün əlaqələrim kəsilməli idi.

Xocalı faciəsi Azərbaycanda siyasi hadisələrin gedişini surətləndirdi. 1992-ci il fevral ayının 25-26-na keçən gecə Xocalı faciəsi ilə əlaqədar Azərbaycanın ictimai həyatında gözlənilməz hadisələr, nəzərdə tutulmayan aksialar kor-təbii surətdə artmaqda idi. Xocalıda ermənilər tərəfindən öldürülənlərin meyitləri yük maşınlarında o zaman Ali Sovetin və Prezident aparatının qarşısına gətirilimişdi. Ölənlərin yaxın qohumları qışqıraraq yuxarıda adı göstərilən dövlət binalarında oturan məmurların, prezident A. Mütəllibovun ünvanına kəskin, təhqiramiz ittihamlar səsləndirirdilər.

Hadisələrin bu cür cərəyan etməsi Milli Azadlıq Hərəkatını müvəqqəti olaraq əsas hədəflərindən sapdıra da bilərdi. Hadisələrin nəzarətdən çıxmaması və idarə edilə bilinməsi vahid informasiya mərkəz yaradıldı. Bəzi qüvvələr Xocalı faciəsi ilə əlaqədar mitinq və kütləvi tədbirlərin fevralın 27-28-də keçirilməsi təkid edirdilər. Şura üzvləri beynəlxalq və respublikadakı ictimai - siyasi vəziyyəti müzakirə etdilər. XX əstrin ən dəhşətli faciəsi olan Xocalı faciəsi Nəsir bəyə ağır təsir etmişdi. O günləri belə xatırlayır: “Xocalı faciəsi ilə əlaqədar olaraq Azərbaycanın ictimai həyatında gözlənilməz hadisələr, nəzərdə tutulmayan aksiyalar kortəbii surətdə artmaqda idi. Hətta, Xocalıda ermənilər tərəfindən öldürülənləri müəyyən qədər meyitləri yük maşınlarında o zamankı Ali Sovet və Prezident Aparatının qarşısına gətirilmişdi. Ölənlərin yaxın və qohumları qışqıraraq yuxarıda adı göstərikən dövlət binalarında oturan məmurların, prezident Ayaz Mütəllibovun ünvanına kəskin, təhqiramiz ittihamedici ifadələr işlədirdilər. Hadisələrin bu cür cərəyan etməsi Milli Azadlıq Hərəkatını hətta inkişaf xəttindən uzaqlaşdıra da bilərdi. Sadəcə olaraq nəzarətdən çıxmaması və idarə edilməsi üçün hər saat informasiyaları mərkəzləşdirən mərkəz yaradıldı. Bəzi qüvvələr Xocalı faciəsi ilə əlaqədar mitinq və kütləvi tədbirləri hardasa fevralın 27-28-də keçirilməsini təkid edirdilər. Şura üzvləri beynəlxalq və respublikadakı ictimai-siyasi vəziyyəti

Page 127: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

müzakirə edərək, qərara alır ki, 1992-ci il 2 martda Azərbaycanın BMT-yə qəbulu məsələsinə baxılacaq. Azərbaycanın BMT-yə qəbuluna xələl gətirməmək üçün mitinqin martın 2-dən sonra keçirilməsi məqsədəuyğun hesab edilir. Həqiqətən də martın 2-də Azərbaycan Respublikası BMT-nin bərabərhüquqlu dövlətləri sırasına qəbul edildi. Bu hadisə xalqımızın beynəlxalq aləmdə iftixar, əzəmət və vüqarı demək idi. Milli Azadlıq Hərəkatının heç bir vəzifə güdməyən hərəkata təmənnasız qoşulan üzvləri 2 mart 1992-ci ili apardıqları mübarizənin nəticəsi kimi qəbul edirdilər. Bu böyük bir bayram idi. Mənə indi çox qəribə gəlir ki, 2 mart günü nə üçün ümummilli, ümumdövlət səviyyəsində geniş keçirilmir. Axı bu gün müstəqil Azərbaycanın dünya miqyasında rəsmən, hüquqi və faktiki tanınması deməkdir. Adi bir şəxsin, yazıçının, siyasi xadimin il dönümü, yubileyi, mümkün qədər, imkan düşdükcə, daha geniş keçirilən respublikamızda 2 mart BMT-yə qəbulun səssiz-səmirsiz keçib getməsi müəyyən qədər düşünülən, əsasən də düşünülməyəndir. Fransızlar demişkən bəlkə də həyat belədir. Yəni “seləvi”. Fəqət bəlkə də hadisələrə münasibət belədir. Yəni cəmiyyətdə baş verən hadisələr üçün hər şeydən əvvəl liderlər, vətəndaşlar, xüsusilə ziyalılar çox ciddi məsuliyyət daşıyırlar. Bəzən bizim ən böyük günahlarımız kiçik bir qrupa aid olan hadisəni böyütmək, ümummilli olan böyük bir hadisənin isə mahiyyətini bilmədiyimizdən onu kiçiltməyimiz olub”.

1992-ci ilin 2 martında Azərbaycanın BMT-yə qəbulu məsələsinə baxılacağı üçün etiraz aksiyalarının martın 2-dən sonra keçirilməsi məqsədə uyğun hesab edildi.

Martın 2-də Azərbaycan Respublikası BMT-nin bərabərhüquqlu dövlətləri sırasına qəbul edildi. Bu hadisə xalqımızın beynəlxalq aləmdə iftixar, əzəmət, və vüqarı demək idi. Milli Azadlıq hərəkatının heç bir vəzifə güdməyən, hərəkata təmənnasız qoşulan üzvləri 2 mart 1992-ci ili apardıqları mübarizənin nəticəsi kimi qəbul edirdilər. Bu böyük bir bayram idi.

Nə qədər qəribə olsa da, bu gün 2 mart günü nə üçünsə ümummilli, ümumdövlət səviyyəsində geniş qeyd edimir. Axı, həmin gün müstəqil Azərbaycanın dünya miqyasında rəsmən, hüquqi və faktiki tanınması baş vermişdir. Adi bir şəxsin, yazıçının, siyasi xadimin ildönümüün, yubileyinin mümkün qədər, imkan düşdükcə təmtəraqla keçirildiyi respublikamızda 2 martın - BMT-yə qəbul gününün səssiz, sədasız keçib getməsini, qeyd edilməməsini başa düşmək çətindir. Cəmiyyətdə baş verən bu cür anlaşılmaz hadisələr üçün hər şeydən əvvəl liderlər, vətəndaşlar, xüsusilə ziyalılar çox ciddi məsuliyyət daşıyırlar. Bəzən bizim ən böyük günahlarımız kiçik bir qrupa aid olan hadisəni həddən artıq böyütmək, ümumilli mahiyyət daşıyan böyük bir hadisənin mahiyyətini bilmədiyimizdən onu kiçildməyimiz olub.

Nəhayət martın 3-ü axşam mənə Nardarandan zəng edərək bildirdilər ki, Zakir bəy martın 5-də keçirilməsi nəzərdə tutulan mitinqin Bakı və Kəndlər Birliyi tərəfindən keçirilməsini irəli sürüb və bu təklif qəbul edilib. Bu böyük bir siyasət idi. Çünki, o dövrdə iqtidar Bakı, Abşeron və Şirvan zonalarında dövlət səviyyəsində müəyyən təlimatlarla sosial bazasının gücləndirilməsinə çalışırdı. Əgər, martın 5-də keçiriləcək mitinqi Xalq Cəbhəsi aparsa idi, onda Bakı kəndlərindən olan hazırlanmış qüvvələr böyük qarşıdurma yaratmağa, rayonlu-

Page 128: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

bakılı adı altında qardaş qırğını ilə nəticələnə biləcək xaosa rəvac verə bilərdilər. Əslində hakimiyyətə sərf edirdi ki, bu mitinqi Xalq Cəbhəsi idarə etsin. Onlara qarşı ifrat yerliçilik damğası vurmaq planı isə hələ 1989-cu ildən hazırlanmışdı.

Zakir bəyin 5 mart mitinqini Bakı və Kəndlər Birliyi tərəfindən keçiriləcəyinin elan edilməsi hakimiyyətin təxribat planlarını alt-üst etdi. Milli Azadlıq Hərəkatında ağır və çətin sınaqlardan çıxmış Buzovna, Binə, Maştağa, Nardaran, Yasamal, Zirə, Masazır, Qobu, Balaxanı, Keşlə, Türkan, Mərdəkan, Şüvəlan kimi kənd və qəsəbələrin sakinlərinə bu mitinqə ciddi hazırlaşmaqları tapşırığı verildi. Mitinqin mühafizəsi və təhlukəsizliyi üçün Zakir bəy bir sıra tədbirlər hazırladı. Beləliklə, martın 4-ü axşamadək aparılan kütləvi idealoji və təbliğati iş öz müsbət nəticəsini verdi. Məlum oldu ki, Bakı kəndlərindən 500-ə yaxın nüfuzlu, tanınan adam mitinqdə iştiraka razılıq verib. Əhali də onları tam dəstəkləyir. Mart ayının ilk günlərində Nardaran, Maştağa, Hökməli, Saray, Mərdəkan kəndlərindən olan müəyyən şəxslər dövlət televiziyasında və mətbuatında demokratik qüvvələrə qarşı kəskin və hədələyici çıxışlar edirdilər. Hətta televiziya ekranından tamaşaçılara barmaq silkələyənləri də olurdu. Mənim və dostlarımn ünvanına deyilən yalan və böhtanlar da ifrat dərəcəyə çatmşdı. Bəziləri də televiziya ekranna çıxaraq, Allaha ibadət etdiyindən, haqdan, ədalətdən danışr, sonra isə təkidl deyirdilər ki, Bakıda Bakı və Abşeron haqqında ancaq bakılılar danışa bilərlər.

Nəhayət, martın 5-i Ali Sovetin qarşısına hərəkət etdik. Bu mitinqi açmalı idim. Bu mitinqdə Zakir bəyin müstəsna təşkilatçılıq fəaliyyəti özünü hiss etdirirdi. Çünki, 3-3, 5-5 təşkilat üzvlərinin dayanmadan mitinqin içərisində və ətrafında hərəkət etməsi təhlukəsizlik üçün müəyyən dərəcədə zəmanət verirdi. Axı, bura Zirədən, Saraydan, Xırdalandan, Yasamaldan, Mərdəkandan, Keşlədən, Novxanıdan olan bəzi regionçu, antidemokratik qüvvələrin soxulmayacağına və təxribata əl atmayacağına heç bir zəmanət yox idi.. Bu qüvvələr Zakir bəyin timsalında Bakı kəndlərinin gücü, qətiyyəti, haqqı deməsi nəticəsində geri çəkilərək, sadəcə seyircilərə çevrilirdilər. Hərçənd ki, BKB-nin çağırışı ilə mitinqdə ən azı 1000-ə yaxın adam iştirak edirdi və lazım olacağ halda, onlar da sözlərini deməyə hazır idilər. Əslində BKB-nin adı ilə çağırılan bu mitinq ümummilli antiregional bir bir mitinq idi.

Martın 5-i hava soyuq idi. Günəşin ilıq şüası insanların həsrət və həyəcan dolu baxışlarına və dodaqlarına hərarət gətirəcək səviyyədə deyildi. Xocalıda baş verən soyqırım, hərbi əməliyyatların uğursuzluğu, dövlət siyasətinin regionçuluqla əvəz edilməsi, milli mənafeyin regional mənafeyə çevrilməsi insanların ümidlərini sarsıtmış, baxışlara nigarançılıq yazmışdı. Bütün bunların qarşısını almaq üçün məhrumiyyətləri nəzərə almadan qətiyyət, əzm inam nümayiş etdirmək lazım idi.

Nəhayət mitinqi açmaq üçün söz mənə verildi. Həmişəki kimi nazik geyindiyimdən soyuq iliyimə qədər işləmişdi. Soyuqdan dişlərim bir-birinə dəyirdi. Bu halın qarşısını almaq üçün isti yay günlərini xatırlayır, gözlərim önündə dənizə gedən yolda isti qovurğa kimi adamların ayağını yandıran sarı kəhrəba qumları canlandırmağa çalışırdım. Bir sözlə autotreninqlə məşğul olaraq, soyuğun təsirini yox etməliydim. Mitinqi əvvəlcədən əldə etdiyimiz razılığa əsasən

Page 129: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

vətənpərvər şair, publisist, Məmməd İsmayil, tanınmış şair Abbas Abdulla, BKB-dən isə Vaqif Pənahov aparırdılar.

Məmməd İsmayil mitinqi açmaq üçün sözü mənə verəndə soyuq üzündən dostlarımın çiynimə salıdıqları paltonu götürərək məni mikrafona yaxınlaşdırdılar. Çıxışımı məntiqi, siyasi, hüquqi cəhətdən ciddi əsaslandıraraq Azərbaycan xalqına müraciət etdim. Bildirdim ki, millətinin təhlukəsizliyini təmin edə bilməyən, torpaqların toxunulmazlığına zəmanət verməyən prezident normal şəraitdə milli mənafe naminə istefa verməlidir. Çıxışımda ordunun regional əlamət üzrə qurulmasının müdafiə işini iflic vəziyyətə salmasını söylədim. Bildirdim ki, bütün bunların qarşısını almaq üçün milləti bütövləşdirən yeni bir siyasi qüvvəyə ciddi ehtiyac var...

Qısa bir zamanda şaiyə yayıldı ki, məni öldürməklə mitinqi pozmağa çalışacaqlar. Amma buna heç bir əhəmiyyət vermədik. Çünki Zakir bəy və onun mühafizə dəstəsi mitinqin keçirildiyi meydanının hər santimetrini ciddi nəzarət altında saxlayırdılar. Odur ki, hər hansı bir təlaş üçün əsas yox idi. Lakin axşam alatoronlığı düşəndə Hacı Əmrulla həyəcanla mənə yaxınlaşaraq dedi:

-Müəllim, biz təcili getməliyik, çünki səni öldürmək planlaşdırılıb. Ondan soruşdum: -Bunu sənə kim dedi? O, cavab verdi ki, Bunu ona Ali Sovetin mühafizə dəstəsindən olan Vaqif adlı

buzovnalı bir mayor dedi. Özü də tapşırdı ki, təcili Nəsir bəyi xilas edin, yoxsa gec olar. Bu informasiyanı Zakir bəyə çatdırdım:

-Hər ehtimala qarşı mən mitinqin pozulmaması üçün təhlukəsiz bir yerə getməliyəm.

Zakir bəy bildirdi ki, sizə qarşı o addımı atmaq mümkün deyil. Lakin, özünüz qərar verin.

Hacı Əmrulla maşını işə saldı. Zakir bəy də hər ehtimala qarşı bizi şəhərin çıxacağına qədər müşaiyət etdi. Həmin gün mən Buzovnada başqa bir evdə qaldım. Mitinq sabaha, yəni martın 6-na qədər davam etdi. Camaat gecəni Ali Sovetin qarşısında keçirdi. Adamlarn dağılmaması üçün Binədə yaşayan vətənpərvər aktyor İlham Əzizov öz parodiyaları ilə böyük bir ordunun görmədiyi işləri görürdü. Soyuqdan küncdə-bucaqda, daldada qızışanlar belə Ali Sovetinin qarşısına gələrək İlham Əzizovu eşitmək istəyirdi. Çünki, parlamentdəki müzakirələrdən bir xəbər olmadığından mitinq iştirakçılarının bir qismi tədricən dağıla bilərdi. Buna isə yol vermək olmazdı. Çünki bu Milli Məclisin üzvlərinin əksəriyyəti milli ordunun yaradılmasına qarşı çıxırdlar.

Təsəvvür edin, torpaqlar tutulur, əhali qırılır, təbii sərvətlər yad ellərə daşınır, fəqət deputatlar milli ordunun yaradılmasının əleyhinə çıxır. Həmin adamlar bu gün utanıb-çəkinmədən bütün itkilərin, faciələrin səbəbkarı kimi Xalq Cəbhəsini, onun vətənpərvər üzvlərini müqəssir elan edirlər. Halbuki, general-leytenant Valeh Bərşadlı və Tacəddin Mehdiyevlə olan müxtəlif görüşlərdə, söhbətlərdə dəfələrlə qətiyyətlə bildirmişdim ki, ordusu olmayan xalqın özü köçkünə, dövləti isə beynəlxalq təşkilatlara əl açıb dilənən dilənçiyə bənzəyir.

1988-1992-ci illər ərzində üzləşdiyimiz bütün itkilərin əsas səbəbi, şübhəsiz ki, azadlıq hərəkatı ilə mövcud hakimiyyət və onun kadrları ilə olan ziddiyyətlər

Page 130: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

idi. Ermənistan kommunistləri isə bizimkilrdən fərqli olaraq, bütün hərbi kadrları ilə birgə tərəddüdsüz, şərtsiz Ermənistan Ümummili Hərəkatını dəstəkləyirdilər. Çünki onların qarşısında bir erməni olaraq Qarabağı, Naxçıvanı, Arazla Kürün qovuşacağı yerə qədər olan bütün ərazilərimizi tutmaq, nəhayətdə Azərbaycan adlı dövlətin varlığına son qoymaq kimi niyyətləri var idi. O niyyət bu gün də “Böyük Ermənistan” istəyi ilə yaşayan ermənilərin hər birinə hakimdir. Onlara bu məsələdə bütün türk düşmənləri, o cümlədən ruslar, farslar və s. tam dəstək verirdilər. Belə bir şəraitdə bizə birlik lazım idi. Fəqət Ayaz Mütəllibov başda olmaqla yerli kommunistlər əksinə, qardaşı-qardaşa qarşı qoymağa çalışırdılar.

Azərbaycan daxili və beynəlxalq şəraitin müsaid olmadığı bir siyasi burulğanda, super dövlətlərin geostrateji maraqlarının kəsişdiyi məkanda taleyin, vətənpərvər oğulların gümanına qalmışdı. Çünki bu zaman hərbi peşəkarlığı ilə fəxr edən generallar hələ də Rusiyanın ədalətinə inanmaqla Azərbaycanda milli ordu quruculuğuna ciddi maneələr, inamsızlıqlar yaradırdılar. Buna görə də Azərbaycan milli ordusu əsasən peşəkar hərbçi generallar tərəfindən deyil, həyatından keçən fədakar hərəkatçıları tərəfindən yaradıldı. Bu tarixi gerçəklikdir.

1992-ci ilin 6 martinda artıq tam aydın idi ki, xalqımız yeganə çarənin mövcud hakimiyyətin dəyişməsində görür. Ali Sovetin qarşısına yığılan şəxslərin ehtiyaclarını ödəmək üçün adamlar qarşılıqlı surətdə bir-birini ərzaqla və digər zəruri şeylərlə təmin edirdilər. O vaxt Bakı şəhəri üzrə BKB-nin səlahiyyətli nümayəndəsi olan Nazim Məmmədov Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışmağına baxmayaraq, mitinq iştirakçılarına bacardığı köməkliyi əsirgəmirdi.

Nəhayət, gözlənilən xəbər gəldi. Bildirildi ki, Ayaz Mütəllibov istefa verib. Beləliklə, ölkənin ictimai həyatında mühüm rol oynayan BKB öz ilk böyük qələbəsinə imza atdı. Yəni ölkə daxilində vətəndaş qarşıdurması təhlukəsi aradan qaldırıldı. Məhz bu BKB-nın Azərbaycan xalqına və Azərbaycan tarixinə müstəsna və əvəzsiz xidməti idi. 6 mart hadisələrindən sonra Azadlıq Hərəkatı daha da genişləndi.

Cəbhə bölgələrində yaranmış hərbi sursat qıtlığını aradan qaldırmaq üçün BKB xalqa müraciət qəbul etdi. Müraciətdə göstərilirdi ki, hər bir azərbaycanlı yaşından və cinsindən asılı olmayaraq, imkan daxilində milli orduya, döyüşən əsgərlərə, sərhəd zonasına maddi və mənəvi yardımını əsirgəməməlidir. Aprel ayının ortalarında bu müraciətlə əlaqədar BKB-nə ən böyük maddi yardım Əzizbəyov rayon Maarif şöbəsindən göstərildi. Əzizbəyov rayonunun Xalq Maarif şöbəsinin müdiri İlham Məmmədov 85 min 600 rubla yaxın məbləği bizə təqdim etdi. Mən onu sənədləşdirdim. O puldan 60 min rubl Qobudan olan Mübarizə və Rəhman Nəriman oğluna verildi. Çünki onlar Rusiyanın Güzdəkdə və o ətraflarda olan hərbi hissələrindən zirehli geyim, onlarla rabitə vasitəsi, gecə görmə qurğusu, mina axtaran, 80-dən artıq piyadaya qarşı mina, 10-dan artıq tanka qarşı mina, 100-lərlə F-1 müdafil qumbarası, bir o qədər də RQD hücum qumbarası, iri çaplı “Şilka” pulemyotu, yarım maşından artıq zəruri tibbi ləvazimat alınmışdı. “Şilka” pulemyotu Allahverdi Bağırovun Ağdamda döyüşən taburuna çatdırmaq üçün Nəsrəddin adlı şəxsə verildi.

Nəsir bəy ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə, bu mübarizəyə qoşulanlara daim həssas yanasıb. 1992-ci ildə qardaş Türkiyədən Atilla Yumak adlı

Page 131: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

bir könüllü Qarabağda döyüşmək üçün gəlibmiş. Nəsir bəy xəbər tutur ki, Atilla Yumak AXC-nin qərargahında gecələyir, masaların üzərində yatır. Xəbər Nəsir bəyə gecə çatır: “O gecə xəcalətimdən yatmadım. Düşünürdüm ki, bu adam bizdən ötrü döyüşməyə gəlib, ancaq biz onu layiqli ağırlaya bilməmişik. Səhər tezdən AXC-nin qərargahına getdim, Atilla Yumakı tapdım. Dedim, övlad, sən torpaq uğrunda döyüşməyə gəlmisən, ən yüksək şəraitdə də yaşamalısan. Bu gündən qonağımsan. Mən harda qalsam, orda qalacaqsan, nə yesəm, ondan yeyəcəksən”. Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş, sonralar Qubadlının Basarat kəndində kontuziya alaraq ermənilərə əsir düşmüş Atilla Yumak sənədlərini qaydasına salana qədər, 6 ay Nəsir bəyin evində qalır.

Televiziyada, radioda və mətbuatda respublikadakı vəziyyətlə əlaqədar olaraq tez-tez BKB-nin müraciət və fəaliyyəti əks etdirilirdi. Bir sözlə, ümummilli maraqlar, ümummilli mövqe gözlənilirdi. İstənilən yerliçilik, regionçuluq və tayfabazlıq halı BKB-nin amansız müqavimətinə rast gəlirdi. Aprel ayının ikinci on günlüyündə BKB-nin Məhəmmədi kəndinin girəcəyində olan sovxozun akt zalında növbəti məclisi keçirildi.

Məclisdə gündəlikdə olan bütün məsələlər müzakirə edildi. Müvafiq zəruri qərarlar qəbul edildi. Nəhayət növbəti iclasın harada keçiriləcəyi təklifi müzakirəyə çıxarıldı. Bu iclasda BKB-yə qarşı hər zaman gözlənilən təxribatlardan bəhs edildı. Biz fəaliyyətimizi və düşüncəmizi bu cür toqquşmalara deyil, milli dövlətçiliyin yaranmasına, ordunun güclənməsinə, bütün resursların təcavüzkar ermənilərə qarşı yönəldilməsi istiqamətində qururduq. Səbr, dözüm hadisələrin soyuqqanlı təhlili düzgün qərar qəbul etməyə kömək edirdi.

Bundan əvvəlki iclasların birində Çeçenistandakı ictimai-siyasi vəziyyət təhlil edilərkən qərara alınmışdı ki, N. Məmmədov, M. Axundov, Məşhədi Əbdül və s. Dostlarımızdan ibarət nümayəndə heyəti C. Dudayevlə həmrəylik bildirmək məqsədi ilə Qroznıya getsin. Qroznda keçirilən görüşlərin hamısı lentə alınsa da, sonradan məlum oldu ki, bütün fotolar hansısa səbəbdən yanıb. Bununla belə, BKB üzvlərinin Çeçenistan səfəri Rusiyanın “Pravda” və “İzvestiya” qəzetlərində yetərincə işıqlandrılmışdı. İclasda bu səfər barədə də hesabat dinlənildi.

İclasın ortalarında Vaqif Pənahov ayağa qalxaraq dedi ki, Məstavər bəy yaxşı təklif edir. Xırdalanda yığışmağı məsləhət görür.

Mən bir söz demədim. Çünki dəqiq bilirdim ki, destruktiv qüvvələr əsasən Coratda, Hökməlidə, Novxanıda, Sarayda, eləcə də Xırdalanda hiss ediləcək qədərdir. Xırdalanda yarana biləcək hər hansı bir maneə, müqavimət BKB-nin sonrakı fəaliyyətinə dərin psixoloji təsir göstərə bilərdi. Çünki artıq azadlıq hərəkatının mahiyyətini başa düşməyən, onu ancaq siyasi hakimiyyətə gəlməklə məhdudlaşdıran eybəcər və yaramaz, ləyaqətini itirmiş şəxslər kifayət qədər isi. Hər hansı tədbirin keçirilmsi zamanı bunu nəzərə almamaq doğru olmazdı. Bir sədr kimi təşkilatı hər hansı toqquşma və münaqişədən qorumağa borclu idim. Hər hansı mənasız münaqişəyə cəlb edilməklə əsas hədəflərimizdən müvəqqəti də olsa, yayna bilərdik ki, bu da bizə indiki həssas zamanda qətiyyən lazım deyildi. Üzərimizə millətə xidmət kimi böyük missiya götürmüşdük və bu missiyanı tamamlamalydıq.

Page 132: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Məstavər Axundov təklifində qərarlı idi. O, ayağa qalxaraq növbəti məclisin saat 4 radələrində Xırdalandakı mədəniyyət sarayında çağırılmasında israr etdi və bildirdi:

-Nəsir bəy, Bakı kəndləri bir neçə yerə bölünüb, yaxşı olar ki, elə onları da dəvət edək, bir yerdə yığışaq. Elə bilirəm ki, bu ümumi işin xeyrinə olar. Kəndlər içərisində də umu-küsü olmaz. Mən Xırdalandakı iclasa cavabdehəm, orda heç bir artıq hərəkət ola bilməz. Sadəcə olaraq bir-birimizi eşıtməliyik”.

Üzümü məclis üzvlərinə tutaraq dedim: -Cənablar, təşkilatın daxilində rəngbərəng siyasi düşüncələrin baş

qaldırması artıq kəskin münaqişə deməkdir. Buna görə də mən Məstavər Axundovun təklifini şəxsən qəbul etməsəm də, sizin təkidinizlə razıyam. Lakin ciddi hazırlaşmaq lazımdır. Çünki bizi orada əvvəlcədən hazırlanmış qüvvələr gözləyəcək.

Xülasə təşkilatın fəaliyyətinə bilərəkdən və ya bilməyərəkdən belə təkliflərlərlə problem yaradılması açığı məni narahat edirdi. Bu cür səhvləri düzəltmədən, reallığı əks etdirməyəm qərarları çoxluğun səsi ilə qəbul edərək bunu demokratiya adı ilə adlandırmaq fəlakət idi. Nə etməli, bir zamanlar, yəni 1920-ci il aprelin 27-si Azərbaycan Cümhuriyyətinin üzvləri də yaranmış vəziyyətdən çıxmaq üçün demokratiyanın xəyanət və fəlakət duyğusunu qəbul etdilər. İntiqam Əliyevə ciddi tapşırıq verdim ki, Xırdalan görüşünə hazırlaşarkən təhlukəsizlik tədbirlərinə xüsusi diqqət verilsin:

-Çünki orda bizi münaqişələr və təxribatlar silsiləsi gözləyir. Xırdalan tədbirinə Yadigarov Sulduz, Abdullayev Yusif, Məmmədov Vaqif,

Heybətov Vaqif, Hüseynov Abbas, Məmmədov Nazim, Əmrulla Dadaşzadə, Xalıq Ağayev, Quliyev Zakir İbrahim oğlu, Mərdəkanlı Vidadi, Masazırdan Səmədov Arif, Zaratdan Abbasov Firudin xüsusi səlahiyyətlə iştirak edirdilər. Əmin idim ki, orada bizi gözləyən tərəf silahlı olacaq. Buna görə də biz bunu da nəzərə almışdıq. Xırdalan görüşü günü əvvəlcə Piriküşküldəki hərbi hissəyə getdik.

Burda ordu qarşısında çıxış edərək bildirdim ki, ordu millətin və dövlətin olduğu üçün heç bir siyasətə qoşulmamalıdır. Çünki, ordu müxtəlif siyasətlərə xidmət etsə dövlətini, xalqını, torpağını qorumaq əvəzinə, hakimiyyət uğrunda mübarizədə vətəndaş qırğını yaradacaq. Bir sözlə, həm hüquq-mühafizə orqanları, həm də ordu bu və ya digər təşkilatın deyil, bütövlükdə xalqın iradəsini ifadə edən dövlətin mənafeyinə xidmət etməlidir.

Əsgərlərlə görüş saat 3-ə qalmış bitdi. Hərbçilərə xeyir-dua verərək, oranı tərk etdik. Mənimlə olanlara bildirdim ki, Xırdalanda bizi kəskin mübarizə gözləyir. Bu mübarizəyə hazırlaşın. Nəhayət, Xırdalan Mədəniyyət Sarayına yaxınlaşdıq. Burada 60-dan artıq maşın var idi. Maşınımızı saxlamağa yer olmadığından onu səkinin üzərinə çıxaraq. Mədəniyyət Sarayına yaxınlaşdıq. İntiqam Əliyevə bildirdim ki, Sarayın böyük zalına getsin. Səhnənin düzülüşünə diqqət yetirsin, görsün ora neçə stul qoyulub? Məstavəri də yanıma çağırsın.

Çox çəkmədi ki, İntiqam geri qayıtdı. O mənə bildirdi ki, zalın girəcəyində sağ sırada 100-ə qədər adam oturub. Onların içərisində məşhur qəzəlxan füzulişunas Əliyev Hacı Mail İsmayıl oğlu, Hökməlidən Ramiz, Coratdan Molla

Page 133: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Ənvər, “Tövbə” cəmiyyətindən Hacı Əbdül, Qurtuluş təşkilatından Məlik dayı və s. şəxslər var. Zalın səhnəsində isə 7 ədəd stul qoyulub. Mən İntiqama dedim:

-Artıq zalda qüvvələr özlərini ayırıblar. Hətta səhnədə neçə nəfərin oturmalı olduğunu da müəyyənləşdiriblər. Bunun üçün sən, Yusif, Sulduz, Məmmədov Vaqif içəri girib, səhnədə 3 stul saxlayarsız, qalan stulları səhnənin arxasına ötürün. Adlarını saydığım şəxslər səhnəyə çıxaraq pərdənin arxasında zala nəzarət edərək hər ehtimala qarşı tam hazır vəziyyətdə olsunlar.

Çox keçmədi ki, Məstavər yanıma gəldi və bildirdi ki, iclasa başlamaq olar. Mən bu zaman Məstavərə dedim ki, burda ola biləcək hər hansı hadisəyə görə məsuliyyət daşıyırsan və təhlukəsizliyə cavabdehsən. Mən artıq içəri aparılarkən İntiqam ona vermiş olduğum tapşırıqları tam yerinə yetirmişdi. Bizimlə bu iclasda Çeçenistan-İçkeriya respublikasının prezidenti C. Dudayevin şəxsi nümayəndəsi Əli Cabbar bəy də iştirak edirdi. Məstavər Axundov tribunaya keçərək bu ümumi yığıncağın birlik üçün çağırıldığını elan etdi. Bildirdi ki, qüvvələrimizi dağınıq halda deyil, birləşdirib fəaliyyət göstərməyimiz yaxşıdır. Umu-küsüləri bir yana qoyaq. Biz Bakı kəndlərində demək olar ki, eyni adamlarıq

Mən səhnədə tək oturmuşdum. Zalda olan bütün psixoloji gərginliyi içimdə yaşasam da, sakit görünməyə çalışırdım, hər bir sözə ciddi diqqət verirdim. Çünki zalda bizdən əvvəl yer tutan şəxslərin nə istədiyini və nə məqsəd güddüklərini ani deyilmiş bir sözdən tutmaq lazım gələcəkdi. Onlar isə susurdular. Nəhayət, Hacı Mail Əliyev Məstavərə üz tutaraq bildirdi:

-Biz sizinlə tamamilə başqa-başqa adamlarıq. Bu söz sağ tərəfdə oturanların danışıq və razılığa gəlmək məqsədi deyil, iddia

və tələblərlə çıxış etmək məqsədi güddüklərindən xəbər verməkdədəydi. Sonra Saraydan İntiqam adlı bir şəxs tribunaya çxaraq zalda oturanlara əsli və nəsli haqqında məlumat verdi. Sonra mənə üz tutaraq dedi:

-İndi sədrimiz bizə atası, anası, nəsli haqqında məlumat versin. Mən üzümü ona çevirərək dedim: -Mən sizin sədriniz deyiləm.Doğrudan da qeydiyyatdan keçmiş bir təşkilatın üzvü olmayan şəxslərə

kütləvi bir tədbirə təşkilat sədrinin cavab verməsi üzvlərinin hörmətdən salınması deməkdir. Buna görə mən zala baxıb təşkilat üzvlərinin məqsədə uyğun fəaliyyətini gözləyirdim. Çünki mənim suallara cavab verməyim, özünü bizdən ayrı hesab edən tərəfin hücumlar qarşısında tək qalmağım demək olardı. Bunun üçün BKB üzvləri danışmalı idi. Axı, mən əks tərəfəbir başa bildirə bilməzdim ki, siz BKB-nin üzvləri olmadığınıza görə, eyni zamanda bu təşkilatın nizamnaməsi və strukturları ilə razılaşmadığınız üçün bu məclisdə iştirak edə bilməzsiz. Bu fikirləri yalnız BKB üzvləri deyə bilərdi. Təşkilat böyük sınaq və imtahan qarşısında idi.

Tam aydın idi ki, Abşeron rayon polis idarəsi, Bakı şəhər Daxili İşlər İdarəsi, Dövlət Təhlukəsizlik Komitəsinin orqanları Xırdalanda keçirilən bu yığıncağın məhz təxribati hissəsində maraqlı idilər. Çünki 1992-ci il 5-6 mart hadisələrində prezident Ayaz Mütəllibovun istefasına nail olan əsas və aparıcı qüvvələrdən biri məhz Bakı və Kəndlər Birliyi idi.

Page 134: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bakı kəndlərinə hətta şayiələr yaymışdılar ki, mənim ya atam, ya da anam guya əslən Qərbi Azərbaycandandır, yəni “yeraz”dır. Məqsəd məni sədrlikdən kənar etməklə yanaşı təşkilatı siyasi və ictimai bazadan məhrum etmək idi. Nəhayət Hacı Əmrulla təşkilatın yaranması, fəaliyyəti haqqında BKB-nin üzvü olmayan əks tərəf də məlumat verərək bildirdi:

-Bizi bakılı, rayonlu deyil, azərbaycançılıq maraqlandırır. Burada BKB-nin məclisinin yığıncağı keçirilir, bu iclasda ancaq məclis üzvləri ola bilər. Bu zaman Hacı Mail yerindən soruşdu:

-Neçə kəndin nümayəndələri sizin təşkilatda iştirak edir? Hacı Əmrulla protokola əsasən 28 kəndin nümayəndələrinin iştirak etdiyini

bildirdi. Bu yığıncaqda Hacı Əmrulla təşkilatımızı ləyaqətlə müdafiə etdi. Yerdən atılan replikalara kəskin cavablar verdi. Ayrı-ayrı tərəflərdə oturan regionçu qüvvələrlə, azərbaycançı, demokratik qüvvələr arasında qısa fasilələrlə söz döyüşü başlandı.

Çox gərgin vəziyyət yaranmşdı. Mənim hər hansı bir fikrim əks tərəfə gözlənilən təxribatı yerinə yetirməyə imkan verə bilərdi. Mən bunu bütün varlığımla hiss edirdim. Elə bu vaxt zala Quliyev Zakir İbrahim oğlu 10 nəfər şəxslə daxil oldu, qətiyyətli addımlarla sakitcə BKB üzvlərinə yaxınlaşdı və onların arasında oturdu. Zala dərin sükut çökdü. Çünki bu halda hər hansı bir düşünülməmiş hərəkətin Bakı kəndləri arasında düşmənçiliyin güclənməsinə səbəb olacağını hamı başa düşürdü. Zakir bəy zalda gedən prosesləri hələlik təmkinlə seyr edirdi. Eyni zamanda, BKB analitik mərkəzinin rəhbərləri Nazim Məmmədov və Mirrəhim Məcidov da çox təmkinli görünürdülər. Ümumiyyətlə, məclisin keçirilməsinə maneəçilik olduğuna görə təxribatın daha da genişlənməməsi üçün təcili surətdə zalı tərk etməli idik.

Belə də oldu. Cəbrayıl Əlizadə, Hacı Kərim, Qabil bəy səhnəyə qalxaraq bu yığıncağı tərk etməyimizi təkid etdilər. Bizi qoruyan güclü mühafizə dəstəsi ilə zalı tərk edərkən, tanımadığımız şəxsləri yoldan kənarlaşdırırdlar, mənə yaxınlaşmağa imkan vermirdilər. Bu mühafizənin təşkilində başda Zakir bəy olmaqla, İntiqam Əliyev, Sulduz Yadigarov, Mirrəhim Yadigarov, Mehman Məmmədov, Bahadur İsmayılov, Xalıq Ağayev, Məzahir Nəsirov, Aydın Rəcəbov müstəsna xidmət göstərdilər. Biz maşına oturanda bir neçə nəfərin bizə yaxınlaşmaq istədiyini gördük. Onlar məndən iclasın çəkildiyi kasseti istəyirdilər. Bu zaman Abbas Hüseynov onların qarşısını kəsərək cavablarını verib geri qaytardı. Özü də bu zaman Hüseynov Abbasın tabel silahı üstündə idi. 50-yə yaxın məclis üzvü ilə birlikdə iclası Məhəmmədi kəndindəki məsciddə davam etdirməyi qərara aldım.

Sonradan öyrəndim ki, Xırdalanda bizə qarşı olan qüvvələr biz gedəndən sonra özlərinin ayrıca “Bakı və Kəndlər Birliyini” elan etmişdilər. Zalda oturan Zakir bəy onlara layiqli cavab vermişdi. Eyni zamanda Məmmədov Nazim də qarşı tərəfin iç üzünü tanımaq üçün Xırdalandakı iclasda oturub baş verənləri diqqətlə müşahidə etmişdi.

Beləliklə, Məhəmmədi məscidində BKB-nin iclasını keçirdik, növbəti iclasın Zirədə keçiriləcəyi planlaşdırılırdı. Aprelin axırlarında baş verən Xırdalan hadisəsinin təkrarına imkan vermək olmazdı. Əks təqdirdə bunun mənfi nəticələri ola bilərdi. Odur ki, Buzovnaya qayıdan kimi, təqribən saat 20.00 radələrində

Page 135: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Azərbaycan Dövlət Televiziyasına zəng edərək Xırdalanda keçirilən BKB məclisinə qarşı təxribat törədildiyi barədə məlumat verdim, məclisin davamını Məhəmmədi kəndindəki məsciddə keçirmək məcburiyyətində qaldığımızı bildirdim. İclas zamanı qəbul olunan qərarları “Günün xəbərlər”i verlişinin redaktoruna çatdırdım. Eyni zamanda “Günün xəbərləri”ndə mütləq BKB-nin iclasının Məhəmmədi kəndində keçirilməsini işıqlandırmağı onlardam rica etdim. Doğrudan da “Günün ekranı”nda BKB-nin Məhəmmədi kəndində keçirilən iclası barədə məlumat verildi.

Həmin axşam mən respublika prokurorluğuna, Az.TV-nin sədrinə, Daxili İşlər Nazirliyinə Xirdalanda baş verən təxribatla əlaqədar etirazımı bildirdim. Müəyyən pozucu qüvvələri BKB-nın adını mənimsəmək iddiasında olduğunu nəzərlərinə çatdırdım. Bu bəyanata BKB-nin Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Nizamnaməsi, Ədliyyə Nazirliyinin qeydiyyat vərəqi, təşkilatın hüquqi atributlarını əks etdirən sənədləri də əlavə etdim. Sonda isə bu təxribatçı qüvvələrə qarşı qısa bir zamanda lazımi tədbirlərin görülməsini tələb etdim. Əks təqdirdə, baş verə biləcək qarşıdurma, töküləcək qanlar üçün məsuliyyətin dövlət orqanlarının üstünə düşdüyünü bildirdim.

Bundan sonra fəaliyyətimizi daha da genişləndirməliydik. Çünki bizə əks çıxan tərəf də Bakıda və Bakı kəndlərində fəaliyyətlərini ümummilli səviyyədə olmasa da regional səviyyədə genişləndirməyə çalışacaqdılar. Bu, Azərbaycan cəmiyyətində təbii sosial bir proses idi. Bu ictimai prosesdə məhdud xarakterli siyasətə deyil, əbədiyyəti yaradan tarixə inanmaq lazım idi. Elə insanlar, elə şəxslər olur ki, bütün düşüncəsini həyatı boyu yalnız tarixə görə mövqe tutmağa, tarixə görə hərəkət etməyə yönəldir. Alqışa və yalvarışa qulluq edən qüvvələr çox zaman həmin düşüncəli adamlara sadəlöv, ələ imkanlardan özü üçün istifadə etməyən sadəlövh adam kimi baxırlar...

Xırdalan hadisəsindən sonra, daha dəqiq desək, mayın əvvəllərində respublikadakı ictimai vəziyyətlə əlaqədar olaraq prezident səlahiyyətlərini icra edən Ali Məclisin sədri Yaqub Məmmədov müşavirə çağırmışdı. Bu müşavirədə Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Məmməd Quliyev, İsmayıl Şıxlı və digər aparıcı təşkilatların nümayəndələri iştirak edirdilər. Mən də dəvət olunanlar sırasında idim. Müşavirədə əsasən prezident seçkilərinin keçirilməsi ilə əlaqədar və digər zəruri məsələlər müzakirə edilirdi. Orada tərəfimizdən siyasətə avantüristcəsinə yanaşan şəxslərə və Rusiyasız Azərbaycanın müstəqilliyinə şübhə ilə baxanlara kəskin cavablar verilirdi. Millət öz taleyini yada, əcnəbiyə etibar etməməlidir. Çünki insan cəmiyyəti yaranandan bəri biz bunu dəfələrlə hiss etmişik. Əlbəttə ki, söhbət tarixi biliklər vasitəsilə öyrənib bildiyimiz faktlardan gedir.

Yalnız düşmən ona məxsus dövlətdə eksperiment keçirmək fikrinə düşə bilər. Əsl milli lider isə dövlətini və xalqını eksperiment obyektinə çevirməməlidir. Çox zaman bu eksperimentlər düşmənin təsiri ilə qardaş qırğınına, vətəndaş müharibəsinə çevrilir. Demək olar ki, 1992-ci ilin aprelin 15-dən mayın əvvəllərinə qədər olan dövrdə Azərbaycanda vətəndaş müharibəsinin ola bilmə ehtimalı çox böyük idi. Cəmiyyətin, ictimai təşkilat liderlərinin əsəbləri hadisələrin sürətli inkişafı nəticəsində elə gərilmişdi ki, ani səhv milləti uçuruma yuvarlada bilərdi.

Page 136: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bakıda hiss edilən qarşıdurmalar, Qarabağda ermənilərə qarşı mübarizənin pərakəndə aparılması, torpaqların itirilməsi bahasına siyasi hakimiyyətə qəlməyin, məkrli klassik forması həmin dövrün acı reallığı idi. Bir çox yerlərdə Azərbaycanın xarici siyasətində Rusiya, Türkiyə, İran və ABŞ dövlətlərindən hansının aparıcı olması müzakirə edilirdi. Azərbaycan dövlətinin, xalqın milli maraqlarına uyğun olaraq formalaşdırılması isə bəzən unudulurdu.

May ayının 2-3-də “Azadlıq” meydanında izdihamlı bir mitinq keçirildi. Bu mitinqdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı, bütün

türk dünyasının sevimli oğlu Alpaslan Türkeş də iştirak edirdi. Bu mitinqdən sonra “Gülüstan” sarayında türk səfirliyi böyük bir ziyafət verdi.

Ziyafət də mən də iştirak edirdim. Orada Türkeşlə üç saata yaxın söhbət etmək imkanımız oldu. SSRİ-nin çöküşündən sonra Avrasiya məkanında yaranmaqda olan geosiyasi vəziyyəti, bu vəziyyətdə Türk dünyasının perspektivlərini müzakirə etdik.

Tədbirin qızğın çağında Türk səfirinin, yəni Altan Karamanoğlunun müavini olan Məmmədəli Bayar bildirdi ki, Hacı Əbdul başda olmaqla bir qrup adamın Ali Məclisin qabağında yığılıb mitinq keçirdir. Onun üzündən açıq-aşkar təlaş hiss edilirdi. Çünki bu hal qarşıdurmaya gedən yolun başlanğıcı idi. Sonralar məlum oldu ki, Ali Məclisin qabağında keçirilən bu mitinqlərdə Mərdəkandan olan Lətif adlı şəxs çox canfəşanlıq edib. Eləcə də Saraydan, Şağandan, Zirədən, Buzovnadan, Maştağadan, Nardarandan da, az da olsa, müəyyən təsirə düşənlər bu mitinqdə iştirak edirdilər.

Məlum oldu ki, bu bədnam mitinqdə çıxış edənlərin əksəriyyəti mənim ünvanıma o ki var təhqir, böhtan, yalan döşəmişlər. Sanki mən millət xaini, dövlətin düşməni imişəm. Elə bil, 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda apardığım mübarizəyə görə DTK tərəfindən dəfələrlə istintaqa cəlb edilən Nəsir Ağayev deyilmişəm. Halbuki, məni yaxından tanıyanların əksəriyyəti yaxşı bilirdi ki, millətimi və dövlətimi nə qədər, necə sevirəm. Ünvanıma böhtan və təhqir deyənlərin əksəriyyəti yaşadığı ömrün heç bir saatını belə Vətən və millət naminə sərf etmiş adamlar deyildilər. Çünki onların əksəriyyəti sərvətə görə həbs edilməyi Vətənə görə həbs edilməkdən üstün tutanlar idi. Ünvanıma hədyan danışanların əksəriyyəti milli ideologiyaya, siyasi kapitala, əməli fəaliyyətə malik olmayan adamlar idi...

Bəli, may ayının 4-ü mən Alı Arslan Türkeşlə onun üçün ayrılmış Prezident Aparatının yanında olan özü də ciddi nəzarət edilən qərargahda oldum. Mənimlə gedənlər Bahadur İsmayılov, İntiqam Əliyev, Əmirulla Dadaşzadə, Vaqif Hümbətov, Aslan Məmmədov və bir neçə nəfər texniki işçilər idi. Demək olar ki, bizə tam inam olduğundan mənim mühafizə dəstəmin silahlarını belə almadan Alı Arslan Türkeşin yanına buraxdılar. Alı Arslan Türkeşlə mənim 2 satdan arıtq söhbətim oldu. Bu söhbətdə Azərbaycanın mövcud vəziyyəti, Elçibəyin prezident seçilə bilməyi haqqında ciddi müzakirələr oldu. Yaxşı yadımdadır, rəhmətlik Türkeş mənə kağız və parça istehsalı üçün bir neçə milyon dollar dəyərində texnika və maşın təklif etdi. Mən isə ətrafıma baxaraq bu məsuliyyətin altına girə biləcək və onu doğruldacaq şəxs görmədiyimdən sadəcə susdum. Hətta mənimlə

Page 137: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

gedənlərdən kim bu məsuliyyəti öz üzərinə götürər deyə soruşdum. Kadr çatışmamazlığı, peşəkarların az olması artıq özünü hiss etdirməyə başlamışdı. Böyük türk ulu öndər Türkeş mənə bildirdi ki: - “Nəsir bəy, əgər sizin maddi bazanız olmasa, çətin duruş gətirəcəksiniz. Buna görə də sizə böyük para lazımdır”.

May ayının 6-7-si Şuşa ətrafında gedən döyüşlər daha da kəskinləşdi. Sırxavənd, Papravənd ətrafında davamlı döyüşlər gedirdi. Çox təəssüf ki, Azərbaycan dövləti bütün siyasi gücləri birləşdirib, onu ümummilli marağa çevirə bilmədi. Nəticədə yenə Azərbaycan üçün ağır və faciəli oldu. Mayın 8-də Şuşa süqut etdi.

Şuşa ermənilər tərəfdən işğal edildikdən sonra televiziyada, dövlət mətbuatında, müəyyən yığıncaqlarda az qala Azərbaycanın müstəqilliyini istəyən qüvvələrin düşmən kimi təqdim edən qüvvələrə də rast gəlmək olurdu. Sanki Xalq Cəbhəsi, AMİP, BKB bu məğlubiyyətdə əsas günahkar imiş. Bu cür düşünənlər bilmirdilər ki, bu təşkilatların Müdafiə Nazirliyi yoxdur. Bu məğlubiyyət üçün prezident, nazirlər, bir də müvafiq orqanlar məsuliyyət daşıyırlar. Burda əlavə izahata və təhqiqata ehtiyac yoxdur. Çox təəsüf ki, Şuşanın işğalı ilə əlaqədar Ali Sovetinin qarşısında və mümkün olan bir çox yerlərdə demokratik qüvvələrə qarşı məqsədyönlü təxribatlar artırıldı. Nəticədə 1992-ci ilin mayın 14-də Milli Məclisin geniş iclası çağırıldı, Yaqub Məmmədovun sədrliyi, Ziya Səmədzadənin iştirakı ilə Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtmış elan edildi. Bu iclasda bu gün hakimiyyətdə olan şəxslərin özlərini necə apardığı hamıya məlumdur. Bu iclasda görüşənlər də, öpüşənlər də, gülüşənlər də xalqa bəllidir.

Bu, ən yeni tariximizin ziddiyyətlərilə ən dolu məqamlarından biri idi. İclasda antikonstitusion çevrilişin olacağını qabaqcadan bildiklərinə görə demokratik qüvvələr bu iclasda iştirak etmirdilər. Ayaz Mütəllibovun müxalifət cəbhəsini tribunadan necə təhqir etdiyi də tarixin yaddaşına əbədi həkk olunub. Hətta bəzi dövlət məmurları sabahdan komendant saatının olacağını, yığıncaq və mitinqlərin qadağan ediləcəyini, 5-6 mart hadisələrində iştirak edən təşkilatların liderlərinin mütləq həbs ediləyəcəyini Ali Məclisin tribunalarından sevinc içində bəyan edirdilər. O vaxt Araz Əlizadə BKB-nin birbaşa günahkar olduğunu zaldakı mikrafondan bildirdi. Bax, bu idi Milli Məclisdə erməni və rus təcavüzünə qarşı formalaşan “siyasi mədəniyyətimiz” və onun gözlənilən acı nəticələri.

Artıq Ali Məclisdə bütün demokratik qüvvələrə qarşı açıq müharibə elan edilmişdi. Bununla barışmaq müstəqilliyə hörmətsizlik, şəhidlərin ruhuna xəyanət demək idi. Ayın 14-dən 15-nə keçən gecə mən evimdə BKB-yə aid olan bütün sənədləri müvafiq yerlərdə gizlətdirdim. Həmin gecə 16 nəfər BKB üzvünə ardıcıllıqla fövqəladə səlahiyyət verildi. Bu səlahiyyəti təsdiq edən vəsiqələr hazırlandı və bu vəsiqələri onlara şəxsən təqdim etdim. Bunlar Zakir Quliyev, Fərəcov İsmixan Muğdad oğlu, Rəcəbov Aydın Məmmədağa oğlu, Məmmədov Aslan Məmmədxan oğlu, Heybətov Vaqif Rəhim oğlu, Əzizov İlham, Məcidov Mirrəhim Mirkərim oğlu, Məmmədov Nazim Əbdüləziz oğlu, Hacı Əmrulla Dadaşzadə, Əlizadə Cəbrayıl Zərbəli oğlu, Ağayev Ağabala Zərbəli oğlu və Əliyev İntiqam Məhəmməd oğlu idilər. Bütün bu şəxslərə yuxarıda qeyd etdiyimiz ardıcıllıqla fövqəladə səlahiyyət verilirdi. Çünki çox şey ola bilərdi. Təkcə mən

Page 138: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

yox, adları çəkilən şəxslərin bir çoxu ya öldürülə, ya da həbs edislə bilərdi. Beləliklə, Quliyev Zakir İbrahim oğluna, sədr yığıncaqlarda iştirak etmədikdə, onun adından danışmaq səlahiyyəti verildi. Mən hər ehtimala qarşı ayın 15-də, səhər tezdən bir neçə nəfər silahdaşım ilə birlikdə 8-ci km-də Yusif Abdullayevin evinə getdim. Evimi tərk edərkən ailə üzvlərimə özlərini qorumalarını tapşırdım. Evdən çıxarkən geriyə dönməyəcəyimi, yalnız bir halda, 14 may dövlət çevrilişinin nəticələri ləğv edildikdən sonra dönəcəyimi söylədim. Əliyev İntiqama və Hacı Əmrullaya isə bildirdim ki, qəti hərəkət etmək lazımdır. İntiqama bir neçə avtomat silah da verdim, qəti şəkildə tapşırdım ki, yalnız sizə atəş açılacağı halda siz də çəkinmədən cavab verin.

Artıq mayın 15-i səhər-səhər Hacı Zakir Xalq Cəbhəsinin qərargahına gələrək gördü ki, sənədləri və müəyyən sursatları harasa daşıyıb gizlədirlər. Bu zaman Zakir bəy qətiyyət, iradə nümayiş etdirərək üzünü təlaş içərisində ora-bura qaçanlara demişdi:

-Hara qaçırsız, hara yığışırsız? Heç kim heç yerə gedə bilməz.! Bir azdan qapalı iclas keçiriləcək.

Saat 12 radələrində cəbhədə Zakir bəyin təkidi ilə qərar qəbul edildi ki, Ali Məclisə yürüş təşkil edilsin və mayın 14-də Ali Məclisdə baş vermiş antikonstitusion dövlət çevrilişi ləğv edilsin, konstitusiya normaları bərpa edilsin. O vaxt Zakir bəy ölümün gözünə mərdanə baxaraq təxribatçı qüvələrin bir çoxunu neytrallaşdıra bildi. Məhz onun iradə və qətiyyəti sayəsində gerçəkləşən yürüş Ayaz Mütəllibovun hakimiyyətinə əsaslı surətdə nöqtə qoydu.

Həmin yürüşdə yüzlərlə şagirdimin də iştirak etdiyini xatırlamaqdan xüsusi qürur duyuram. Çünki bu, sözün əsl mənasında, böyük bir tarixi hadisə idi. Yeri gəlmişkən onu da bildirim ki, yürüşdən öncə AXC qərargahı qarşısında keçirilən mitinqdə çıxış edən Qurban Məmmədov bir neçə dəqiqə öncə Heydər Əliyevlə telefon əlaqəsi saxladığını və Heydər Əliyevin onları dəstəklədiyini demişdi ki, bu da yürüş iştirakçılarına əlavə ruh və cəsarət vermişdi. Ayaz Mütəllibovun ölkədən qaçması ilə nəticələnən bu aksiyanın əsas iştirakçıları AXC, BKB, AMİP və AVP idi. Yürüşün önündə gedən zirehli maşının üstündə BKB üzvləri Hacı Əmrulla, Məşhədi Əbdül və Cəbrayıl Əlizadə oturmuşdular. Zakir Quliyev isə bütün əməliyyata və təhlükəsizlik məsələlərinə birbaşa rəhbərlik edirdi. İzdihamın içində Xalıq Ağayev, Müşfiq Əlizadə, Abbasağa Məmmədov, B.Orucov və yüzlərlə BKB üzvü əzmkarlıqla iştirak edirdilər. Beləcə, BKB ən yeni tariximizə növbəti dəfə öz şərəfli möhürünü vurmuş oldu”.

Nəsir bəyin sözlərinə görə, aksiyaçılar Ali Sovetin binasını ələk-vələk edərək, Ayaz Mütəllibovu axtarsalar da tapa bilmədilər:

“Sonradan məlum oldu ki, o, Türkan hərbi aerodromundan təyyarə ilə Moskvaya uçub.

Ali Sovetin qarşısında müddətsiz mitinqlərə start verildi və bu, mayın 18-nə qədər davam etdi. Həmin mitinqdə mən də çıxış edərək vəziyyəti ətraflı təhlil etdim və bundan sonra görməli olduğumuz işləri kütləyə izah etdim. Daha sonra isə Ali Sovetin iclasına qatıldım. Həmin tarixi iclasda İsa Qəmbər parlamentin sədri seçildi və konstitusiyaya uyğun olaraq, prezidentlik səlahiyyətlərini icra etməyə başladı. Ardınca Prezident Sarayında təhvil-təslim işləri aparıldı.

Page 139: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Parlamentimizin adı da əsaslı surətdə “Milli Məclis” kimi rəsmiləşdirildi. Əslində isə o, artıq “Ali Sovet” deyil, “Ali Məclis” adlanırdı.

Hakimiyyət dəyişikliyinə nail ola bilsək də, təəssüf ki, sözün əsil mənasında xalq hakimiyyəti qura bilmədik. Hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyü, eləcə də müxtəlif hakimiyyət strukturlarında yüksək vəzifələr tutan bəzi BKB üzvləri, təəssüf ki, səriştəsizlik göstərdilər. Onu da bildirməliyəm ki, hakimiyyət hərisliyi ilə yanan təxribatçı qüvvələrin, müxtəlif siyasi qüvvələrin demokratiyanı ata mülkü kimi qəbul edənlərin xalq qruplarının da siyasi böhranın dərinləşib hərbi qiyamla nəticilənməsində “xidmətləri” olmuşdur. Beləliklə, millətin inamı və əzmkarlığı ilə hakimiyyətə gələn milli qüvvələr qısa bir müddətdə təcrübələri olmadığından təcrübəli qüvvələr tərəfindən təkləndilər. Mayın 20-dən sonrakı günlərin birində prezident aparatındakı geniş müşavirəyə dəvət edilmişdim. Bir çoxları elə bilirdi ki, bizi həlledici vəzifələrdən birinə təyin edəcəklər. Beləliklə, müşavirəyə getdim. Maşınım Prezident Aparatının filarmoniyaya baxan qapısında səkinin üstündə dayandı. Məni stul qoyaraq içəri aparmaq istədilər. Mənim təkidimlə stulumu döndərərək üzümü şəhərə tərəf oturtdular. Ordan aşağı baxdım. Sanki Prezident Aparatı qərib kimi görünürdü. Elə mən də özümü tənha hiss etməyə başladım. Bir zamanlar bu gün piyada gəzən adamların yerindən bura həsrət və maraqla baxardım. Bu gün isə içəri girənlərin cəbhəçi, BKB imtiyazları məni əsəbiləşdirirdi. Çünki dövlət cəbhə və BKB-nin deyil, millətin olmalıdır. Dövlət heç zaman bir siyasi qurumun iradəsi-ifadəsi deyil, xalq iradəsinin ifadəçisi olmalıdır. Məni içəriyə apardılar. Müşavirə başlanmamışdı. Öncə mən söz alaraq, xalqın inamını itirməklə bağlı bir rəvayət danışdım. O rəvayətdə deyilir ki: “At həvəskarı olan bir bəy var imiş. O bəy bir gün eşidir ki, ona məxsus kəndlərin birində olan bir kəndçinin çox yaxşı cins atı var. O, həmin kəndçiyə bu atın əvəzində istədiyi qədər pul, istədiyi qədər at və yaşamış olduğu kəndi verməyə hazır olduğunu bildirir. Lakin kəndli bu təkliflərin heç birini qəbul etmir. Bir neçə müddət keçir. Həmin kəndli tarlasında iş görərkən ona saqqallı yavaş-yavaş addımlayan bir dilənçini görür. Dilənçi kəndliyə yaxınlıqdakı kəndə getmək üçün ona kömək etməsini istəyir. Kəndli atını ağacdan açaraq yüyəni dilənçiyə verərək qonşu kəndin istiqamətini göstərib, bildirir ki, bu at ilə o kəndə çatarsan. Birdən lazımın olsa atı qaytarmaya bilərsən. Qoca dilənçi ata minərək bir qədər uzaqlaşandan sonra üzünə taxmış olduğu maskasını çıxarır, cırıq, köhnə paltarlarını yerə atır. Kəndli görür ki, bu dilənçi qiyafəti də sən demə at həvəskarı həmin o bəy imiş. Bəy kəndliyə baxaraq,-“”Ay kişi, mən bu atın əvəzinə sənə ömrün boyu firavan yaşayacağın qədər mal-dövlət təklif etdim, sən razılaşmadın. Bəs necə oldu ki, dilənçiyə bu atı bağışladın?! ”. Kəndli: “Bəy, qurbanın olum, burda baş verən hadisəni heç bir yerdə danışma. Yoxsa, xalq insafını və inamını itirər”. Mən bu rəvayəti danışaraq müşavirədə iştirak edənlərə üzümü tutaraq bildirdim ki, bu rəvayətdən nəticə çıxarın. Xalqın bizə olan inamını itirməməliyik. Əgər inamı itirməsək, bir çox şeyləri həll edə biləcəyik. Beləliklə, bu müşavirə mənim üçün tarixi yadda qalan bir tədbir idi. May ayının axırlarında xüsusilə Ağdam, Füzuli bölgələrində Bakı kəndlərindən maşınlarla hərbi sursat, ərzaq göndərildi. Qardaşım Cümşüd Ağayev dəfələrlə Şuşaya, Laçına, Ağdama yardımların aparılmasında iştirak edib. Bu dəfə də o, mənim göstərişimlə Ağdamda

Page 140: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

fəaliyyət göstərən hərbi hissənin komandiri Şirin Mirzəyevə hərbi sursat, minaaxtaran, zirehli jiletlər, səyyar ratsiyalar, gecə göstərən aparatura, ərzaq məhsulları apardı. Şirin Mirzəyevə mənim təşəkkürüm çatdırıldı. Sonralar Şirin Mirzəyev qəhrəmancasına həlak olandan sonra mən ailə büdcəmdən təqribən 4 aya yaxın cəsur komandirin ailəsinə qardaş köməyi göstərmişəm. Çünki Şirin Mirzəyev peşəkar hərbiçi olmaqla bərabər millətini, dövlətini, vətənini sevən şəxsiyyət idi. Mən hiss edirdim ki, milli ordunun yaradılması üçün Şirin Mirzəyev kimi oğullara ehhtiyac və tələbat var. Mayın axırlarında məni dövlət katibi Pənah Hüseynov otağına dəvət etdi. O, mənə bildirdi ki: “” Nəsir bəy, Bəylə də məsləhətləşmişik, sənə rahatlığını nəzərə alaraq dörd min nəfərdən artıq olan işçiyə malik “tarixi abidələrin bərpası və mühafizəsi” komitəsinə sədr göndərmək istəyirik”. Bir anlığa tutuldum. Bu vəzifə mənə gözlənilməz zərbə idi. Çünki mən Azərbaycanın azadlığı, müstəqilliyi üçün mübarizəyə qoşulanda səhhətimi nəzərə almamışdılar. 1978-82-ci iləq qədər DTK tərəfindən dindirilərkən 1988-94-cü illərdə Xızıda, Nəvaidə, Buzovnada məskunlaşan Qərbi Azərbaycanlıları dəfələrlə başa çıxarkən onlara ərzəl və mamüyə yardımları edərkən, Xalq Hərəkatının güclənməsi üçün Neft Daşları cilov adasına bir neçə dəfə vertolyotla uçarkən, hər anı ölümlə nəticələnən görüşlərdə, yığıncaqlarda, 1990-cı il 20 yanvar hadisələrində evimizə olan rus əsgərlərinin basqınında, üç qadaşımın sürgün edilməsində, özümün isə 6 aya yaxın ailəmdən ayrı siyasi didərgin kimi yaşamağımda səhhətimi nəzərə almamışdım. Beləliklə, dövlətçilikdə, siyasi fəaliyyətdə iştirakım sanki dayandırılırdı. Mən Pənah Hüseynova razılığımı bildirdim. Bakıdan Buzovnaya gələrkən yol boyu keçdiyim həyatyolu məqsəd və arzularım düşüncələrimdə bir təlatüm yaratdı. Axı, vəzifəyə mənim köməyim ilə gələnlərin bir çoxundan fərqli olaraq mən milli dövləti yaratmaq üçün həyatımdan keçməyə hazır idim. Mənə barmaq arası, yüngül baxmaq olmazdı. Çünki, bu tarixə, haqqa xəyanətdir. Evə gəlib dövlət telefonu ilə İsa Qəmbərə zəng etdim. Çünki bilirdim ki, saat 20:00-da mənim vəzifəyə təyin olunmağım haqqında televiziyada məlumat veriləcək. Buna görə də İsa bəyə bildirdim ki: “İsa bəy, Pənah bəyə de ki, mən (yəni Nəsir Ağayev) Qəbələdə Azərbaycan Prezidenti olmaq istəmirəm. Yəni təklif edilən vəzifədən imtina edirəm”. Axı, məni dövlət quruculuğundan, ideologiyadan təcrid etmək kişi işi deyildi. Yenə mayın 25-27-si arasında Pənah Hüseynovla görüşdüm. Baxmayaraq ki, o zamankı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əliyev Salman Əyyub oğlu ilə mənim bir ziyalı kimi yoldaşlıq münasibətlərim var idi. Özü də o vaxt Əliyev Salman mənə həmişə hörmətlə yanaşırdı. Bir daha qeyd edirəm ki, bütün bunlara baxmayaraq mən siyasi prinsipiallıq xatirinə şəxsən mənəvi əzaba düçar olsam belə Pənah bəyə Cəbrayıl Əlizadənin Sabunçunun icra başçısı olmasını təklif və təkid etdim. Hətta Cəbrayıl Əlizadəyə görə kəskin mübahisələrim də oldu. Dövlət katibinin otağında Pənah bəy Salman Əliyevin yerinə Cəbrayıl Əlizadənin təyin edilməsinə razılıq verdi. Mənimlə üzbəüz oturmuş Cəbrayıl bəy birdən coşaraq: -“Bilirsiniz ki, iş nə forumdu? Mən kentlərə getmeydən moşunımi dağıtmışam. Parnikimin gəlirini mitinqlərə, tədbirlərə həsr etmişəm. Bilirsuz bu furum olmaz. Mənim altı qızım var. Onların xərci-xəracatı var”. Mən Cəbrayılın bu sözlərindən daxilən dəhşətə gəldim. Əgər əvvəlcədən onun bu düşüncələrini bilsəydim, mən onun vəzifəyə

Page 141: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

təyin edilməsinə qəti imkan verməzdim. Artıq gec idi. Ancaq daxilən böyük səhv etdiyimi dərk etsim. Robindron—Taqor demişkən: -“İnsanı kəşf etdiyi öz silahı məhv edəcək”. Mən bunları bilirdim. Fəqət mənə qarşı olan xəyanət və böhtanların yaşayacağına, böyüməsinə inanmırdım. Mən gərək bunlara inanaydım. Mən közü əlimlə götürdüyümdən əlimi yandırdım. Közü gərək maşa ilə götürəsən. İyun ayının əvvəllərində səhhətimlə əlaqədar Kurortologiya İnstitunda müalicə olunurdum. Yanıma tanımadığım və tanıdığım adamlar da gəlirdi. Gələnlərin də əksəriyyəti təzə çıxan meyvələrdən on-on beş kq. gətirirdi. Üçüncü gün İntiqam Əliyevlə Mehman Məmmədov (Mühafizəçilər) mənə dedilər ki; - “Müəllim, meyvələr çürüyür. Onlardan evinizə göndər. Mən isə gətirilən meyvələrin hamısını yanıma gətirməyi tələb etdim. Meyvələrin hamısını yudurtdum, öz payımı, mühafizəçilərin payını ayırandan sonra yerdə qalan meyvələri qaldığım xəstəxanada gəzə bilməyənlərə, uzaqdan gələn xəstələrə, qocalara paylamağı tapşırdım. Çünki mən başa düşürdüm ki, bu meyvələri mənim üçün deyil, nüfuzuma görə gətirmişdilər. Bu meyvə gətirənlərin əksəriyyəti ”Xalq” anlayışını tanımayan adamlar idi. Buna görə də mən onların xalqın boğazından kəsdiklərini burda xalqın özünə qaytarırdım. Bu mənə mənəvi bir rahatlıq verirdi. O zaman bir çoxları pul sayanda mən də xəstələrə çatan meyvələrin qablarını saymaqla məşğul idim. Elə bu mənim üçün xalqa xidmət demək idi. Bu günün özünün də xəstəxanada etdiyim bu hərəkəti xatırlayıb həzz alıram. İyun ayının əvvəllərində Türkiyəyə dövlət səviyyəsində müalicəyə göndərməyi planlaşdırdılar. Artıq mənə qarşı yaradılan və yaradılacaq təxribatların nəticəsini bildiyimdən asanlıqla Türkiyəyə getməyə razılıq verdim. Lakin o dövrdə məni sevənlərdən tutmuş açıq və gizli nifrət edənlər də elə düşünürdülər ki, guya mən aldadılaraq, Türkiyəyə müalicəyə göndərilmişəm. Əslində dövlət strukturlarının qurulması və işləməsi üçün heç olmasa 6-7 ay vaxt lazım idi. Ətrafımdakıların əksəriyyəti isə “soğan olsun, nəğd olsun” prinsipi ilə yaşayırdı. Səhər saat 8-dən gecə saat 2-3-ə qədər yanımda fasiləsiz adamlar olurdu. Əksəriyyəti vəzifə istyəyirdi. Bəzən BKB-nin üzvləri peşəkarlığı, savadı nəzərə almadan mitinqdə daha çox kimi iştirak etdiyini önə çəkirdilər. Hətta bəziləri ona dəyən dəyənəklərin sayını vəzifə trampilini hesab edirdi. Mən isə daxilən belə üzvlərə bütün varlığımla nifrət edirdim. Bəli, mən bilirdim ki, madam məni dövlət quruculuğundan, ideologiyadan, siyasətdən bir növ kənar vəzifəyə göndərirlərsə deməli ətrafların, inandıqlarımın əksəriyyəti hakimiyyətə gəlməsinə müəyyən qədər kömək etdiklərim artıq məni oxunmuş səhifə hesab edirlər. Onlara cavab vermək isə hakimiyyətin bir il ərzində deyil, dörd ayın içində bəlkə də dəyişməsinə səbə ola bilərdi. Mayın axırı, iyunun əvvəllərində Kənd Təsərrüfatı Nazirliyindən balansdan-balansa köçürülməklə BKB üçün haqqı ödənilməklə aldığım QAZ31 kvaz avtobusu aldım. O dövrdə Müzamil Abdullayev yanıma gəldi. Kənd Təsərrüfatı və iqtisadiyyatın dirçəldilməsi üçün təklif və planlarını mənimlə müzakirə etdi. Dövlətin yeni qurulduğunu nəzərə alaraq daxili sabitliyin qorunması üçün hər hansı münaqişəyə yol vermədən milli kadrlar formalaşana qədər kommunist dövrünün kadrlarından istifadə etməyi məqsəduyğun hesab etdim. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyində tanınan, mənim inanıb, etibar etdiyim Əlibala Talıbovla (o şərabçılıq üzrə əvəzsiz mütəxəssisdir) bir neçə dəfə söhbətim oldu. O

Page 142: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

bildirdi ki, Müzamil Abdullayevin maliyyə imkanları hədsiz dərəcədə genişdir. Belə bir adamı yenicə qurduğumuz dövlətdən incik salmaq olmazdı. Ya gərək onların maliyyə və peşə imkanlarından dövlətçün istifadə edəsən, ya da bu qəbildən olan adamları nədəsə ittiham edib güllələyəsən. Çox təəssüf ki, bu ərəfədə Məhəmmədi kəndindən olan və mənim tərəfimdən vaxtilə yüksək qiymətləndirilən, qarajların birində ekspeditor-sürücü işləyən Məşədi Vaqif Pənah Prezident Aparatında mənim dövlət vəzifələrinə məsləhət bildiyim adamların siyahısını görərək fəryad qoparmış, başına bir neçə nəfəri yığaraq bizim əleyhimizə vicdana, şərəfə, ləyaqətə yaraşmayan sözlər işlətmişdir. Onu eşidənlər də onu sakitcə dinləmiş, Vaqif Pənahovun ağzından vurmaqdansa, onun yalan və savadsız mövqeyinin yayılmasına kömək etmişlər. Bütün bunların isə səbəbi mənim üçün çox aydındır. 1992-ci ilin mayın 20-si ilə 23-ü arasında Xaqlq Cəbhəsinin qərargahında II mərtəbədə Arif Hacıyev. Mən, Vaqif Pənahov və bir neçə yoldaş yanımızda idi. Bir-birindən hal-əhval tutduqdan sonra Arif Hacıyev mənə dedi ki, - “Nəsir bəy, Məşədi Vaqifi təbrik edə bilərsən. O, Abşeron rayonuna bir neçə gündən sonra icra başçısı təyin olunacaq. Mən isə çox təəccüblənərək dedim. Onu icra başçısı göndərməklə kəndlər birliyini çətin vəziyyətdə qoymuş olursuz. Çünki Vaqif Pənahov Məhəmmədi şöbəsnin təmsilçisi, AXC rəyasət heyətinin üzvü olsa da təəssürat və kütlənin idarəçiliyi və təşkilində peşəkarlığa və təcrübəyə malik deyildi. Buna görə də yaxşı olar ki, Məşədi Vaqifi birinci müavin qoyasınız”. Mən hiss etdim ki, mənim bu sözlərim Məşədi Vaqifə çox pis təsir etdi. Görünür ki, mitinqlərdə çəkinmədən etdiyi bir neçə çıxışlar onu özündən razı hala gətirmişdir. O, gərək yadından çıxarmayaydı ki, alqışlar kişinin gücünü alır, qadının isə gücünü artırır. O isə bunları bilmədiyindən ağlına gələni deyil, ağzına gələni dedi. Və nəticədə uçuq koma, sınmış kareta və gündəlik fəsadlarla üzbəüz qaldı. Bu cür qəbildən olan insanlar öz səhvlərini heç zaman görmək istəmir, digərinin həqiqətini səhv kimi yaymaqdan həzz alır. Adamda bir insaf olar. Axı belə deyirlər ki, “insaf dinin yarısıdır”. Məşədi Vaqif Pənahov Məhəmmədi kəndində 3 nəfərdən artıq adam nə yığıncaq, nə də mitinqə gətirməmişdir. Hətta 1992-ci il prezident seçkilərində yarıtmaz təbliğat və təşviqat nəticəsində Məhəmmədi kəndində Əbülfəz Elçibəy böyük fərqlə rəqiblərinə uduzmuşdu. Bütün bunlar isə çox şeydın xəbər verir. Sonralar icra başçısının I müavini olandan sonra da Kəndlər Birliyinin Məhəmmədi kəndində olan üzvlərinin sayı maksimum 10 nəfərdən yuxarı arta bilmədi. Məhz buna görə də deyirlər “ətraf var ki, hörmətilə ustadını ucaldar, ətraf var ki, ustadını şər-böhtanla qocaldar”. İyun ayının əvvəllərində hələ müalicədə ikən eşitdim ki, baş nazir Rəhim Hüseynovun vəzifədən çıxarmaq istədilər. Hələ bundan qabaq Səhiyyə Nazirinin I müavini olan Fəxrəddin Gülmirzə oğlu Cavadovu vəzifədən çıxarmaq istəyirdilər. Mənə bu çox pis təsir edirdi ki, vəzifə tutmaq üçün peşəkarlığı deyil, siyasi mənsubiyyəti əsas götürürlər. Bu mənada mən müdafiə etdiyim və vəzifəyə layiq gördüyüm şəxslərin heç birində hər hansı bir təşkilatan çıxmasını tələb etməmişəm. Beləcə Fəxrəddin Cavadovu cəbhəçi olmadığına görə işdən çıxarmaq istəyənləri bir neçə dostumun köməyi ilə yerində oturdum. Bu sadə və adi görünən köməyimə görə Fəxrəddin Cavadov əsl insan, vətənpərvər bir oğul kimi bu gün də mənə Azərbaycanın müstəqilliyində müstəsna xidmətlərinə görə bacardığı köməyi, qayğını əsirgəmir. Lakin mənim

Page 143: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

təkidimlə Sabunçu, Əzizbəyov, Suraxanı, Abşeron rayonlarında yüksək vəzifələr tutan şəxslər mənə yaraşmayan şəxs olduqlarını hərəkət və pafoslarında göstərmişlər. Mən Türkiyədən müalicədən geri qayıdarkən artıq mənə qarşı zəngvari xəyanət torları qurulmuş, iftira və böhtan komnikasiyaları öz işini görmüşdü. Lakin bütün bunlara baxmayaraq mən bacardığım qədər ləyaqətli, peşəkar, ziyalı Azərbaycan övladlarına təsir və təzyiqləri baxmayaraq köməyimi əsirgəmirdim. Çünki mən siyasətdə 1969-cu ildən mövcud idim. Hər halda 1988-ci ildən hərəkata gələnlər ən azı bunu nəzərə almalı idilər. Belə ki, hal-hazırda Onkologiya İnstitunun baş direktoru olan Cəmil Əliyev 1992-ci ilin payızında yanıma gələrək həm mənim qara ciyərimi müayinə etdilər, həm də Cəmil Əliyev Cəbhəçilər tərəfindən sıxışdırıldığını bildirdi. Mən isə o zaman kimlərlə nə dərəcədə qohum olduğunun fərqinə varmadan bildirdim ki, sizin kimi peşəkar həkimə, ziyalıya əsil cəbhəçi, toxuna bilməz. Qorxmadan, çəkinmədən işlərinə davam et. Belə də oldu. Ancaq, dövlət vəzifələrinin ovunda olanlar ağıla gəlməz dərəcədə şəraitə uyğunlaşmağı bacarırdılar. Demək olar ki, mənim ətraflarımın əksəriyyəti naraazılıq, giley-güzar içərisində idi. Elçibəyin prezident seçkilərində istər-istəməz respublikanı əhatə edəcək ictimai vəziyyət özünü əks etdirirdi. Əgər Etibar Məmmədov prezidentliyə namizədliyini geri götürməsəydi, Əbülfəz Elçibəyin elə birinci turda qalib gəlmədi şübhə altında qala bilərdi. Tamerlan Qarayev də namizədliyini geri götürmüşdü. Əsasən Nizami Süleymanov hiss ediləcək dərəcədə təbliğatını gücləndirmişdi. Mən əsasən seçicisi çox olan yaşayış məskənlərinə xüsusi diqqət yetirirdim. Belə ki, iyunun əvvəllərində prezident seçkisində Mərdəkanda, Zirədə,təbliğat aparıldığından öz əksini nəticədə göstərdi. Nəhayət o qədər də böyük olmayan fərqlə Elçibəy prezident seçildi. Prezidentin inaquriasiyasında (təsdiqi və andiçmə mərasimi) Cəfər Vəliyev (Mərkəzi Seçki Komissiyasının sədri) Allah Şükür Paşazadə çıxışlar etdilər. Bu tədbirdə mən Elçibəylə tədbirdən sonra görüşəndə o oğlum Təbrizi əllərinə alaraq başı üzərinəq aldırdı. Sonra alnından öpərək, “Atana layiq kişi ol” dedi. Bu səhnə indiyə qədər gözlərimin önündən çəkilmir. Çünki gecəli-gündüzlü ötən illər ərzində apardığım mübarizənin bu hadisə əvəzsiz nəticəsi idi. Mən elə bilirdim ki, daha mübarizə aparmaq bir o qədər çətin olmayacaq. Lakin bu mövqeyində hədsiz dərəcədə yanılırdım, sən demə hakimiyyət, vəzifə hərisləri nəinki bizləri yatmağa, düşünməyə, hətta müalicə olunmağa belə imkan verməyəcəklər. İş o dərəcəyə çatmışdı ki, mən evimdə deyil, Zaqulba yaxınlığındakı uşaq xəstəxanasında həm qalırdım, həm də müalicə olunurdum. İnsanların bir çoxu o zaman məni hər şeyə qadir şəxs bilirdilər. Hətta bir çoxları siyasi mübarizənin mənqtiqli nəticəsi kimi prezident aparatında məsul vəzifədə, Bakının İZB-si kimi görürdülər. Lakin bir çoxlarının xəbəri yox idi ki, BKB-üzvlərinin bəziləri bildirmədən Prezident Aparatına gedir, istədikləri fəaliyyəti göstərirdilər. Nəticədə təşkilatda özbaşınalıq, mərkəzdən qaçma şəxsən mənə qarşı yersiz. əsassız şübhələr təşkilatın iflasına təsir göstərdi. Vəzifəyə irəli sürülən üzvlər tez-tez mənə “Sən siyasi lidersən, biz isə prezidentə tabe dövlət məmurlarıyıq və ancaq prezidentə tabeyik”-deyirdilər. Hətta Əzizbəyov rayonuna tərəfimizdən göstərmiş olduğu fəaliyyət nəzərə alınmaqla İcra başçısı qoyulan Hacı ---- sonralar özünün etiraf etdiyi kimi mənim ev, iş və dövlət telefonuma gizlin qulaq asmaq qurğusu yaratmışdı. 1989-cu ildən

Page 144: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

tanıdığım bu şəxs 1992-ci ilin oktyabr ayəna qədər özünü yaxşı tərəfdən göstərmişdisə, sonralar ağıla gəlməz səhvlər və xətaları ilə mənim 35 illik siyasi fəaliyyətimi zərbə altında qoydu. Hətta ali təhsili, müvafiq iş təcrübəsi olmayan şəxsləri o məsul vəzifələrə qoydu. Beləliklə, bu ----- özünü demək olar ki, bir çox yerlərdə göstərirdi. Bir çoxları mənə iri şirkətlər, iqtisadi birliklərə rəhbərlik təklif edirdi. Lakin mən başa düşürdüm ki, siyasətçi kommersiya lə məşğul ola bilməz. Bu dövr yalnız “Boz Oğuz” bankını təsis etdim. Özü də onun rəhbəri olmaq istəmirdim. Lakin təsisçi olan iri zavod müdirləri bu banka prezident olmağımı təkid edirdilər. Bütün bu bankın yaranmasından isə Şucai İslam düşməncəsinə istifadə etdi. Bu həmin Şücai İslam atası insaf və ədalət sahibi olan Qulam adlı bir kişidir. Məhz onun Cənubi Azərbaycandakı inqilabı fəaliyyətini nəzərə alaraq o zaman İskra küçəsində yerləşən “Tudə” partiyasının Bakı komitəsi təklifilə Azərbaycan hökuməti İslam Şücaini müsabiqədən kənar baxmayaraq ki, universitetin tarix fakultəsinin əyani şöbəsinə sənəd verən təqribən 1400 nəfərdən yalnız 17-18 nəfəri müsabiqə yolu ilə, qalan 7-8 nəfər isə hazırlıq kursunun nəticələrinə görə qəbul edilirdi. Beləliklə “4” və “5” qiymət alanların əksəriyyəti belə üzdən iraq “fərqləndirmə”nin məcburi qurbanlarına çevrilirdi. Bu dövrdə İslam mənimlə olan yaxınlığından istifadə edərək Tovuzdan olan Etibar adlı iş adamına, Gəncədən olan “Şampan” zavodunun direktoru Talıb və qardaşı Tahirdən onlarla buna bənzəyən faktlardan düşməncəsinə istifadə etmişdir. Hətta Gəncəli Talıb mənim xəbərim olmadan İslama 5 min dollar verərək demidi ki: - “Bu müəllimə ver ki, müəyyən xeyriyyə işlərini görsün”. Mən bundan yalnız 50 gün keçəndən sonra xəbər tutdum. Bunu təsadüfən Talıbın qardaşı mənim kiçik qardaşım Xalığa demişdi. Yalnız mənim işə müdaxiləm nəticəsində İslam 1000 dolları rus puluna çevirərək mənə qaytardı. Mən də pulu hal-hazırda Buzovnada 206 nömrəli məktəbin qarşısında qoyulan Məşədi Azər Buzovnalının abidəsinə xərc etdim. Bu abidənin bürüncü qaz aparat zavodunun direktoru Azər Abdullayevdən alınmışdı. Abidədən artıq qalan bir tondan artıq əlvan metal təqribən 1996-97-ci illərdə qəsəbənin icra nümayəndəsi olanlar tərəfindən necə deyərlər “yox” edilmişdir. Beləliklə İslam Şücai sonralar bir növ qeybə çəkildi. Onu da deməliyəm ki, İslam Universiteti bitirmək üçün “Cənubi Azərbaycan və Səttarxan” mövzusunda diplom müdafiə etməli idi. Lakin o bu mövzunu yaza bilmədiyindən mənə müraciət etdi. Baxmayaraq ki, mənim onunla münasibətim o dövrdə müəyyən qədər soyuq idi. Lakin mən ona açıq bildirdim ki, “İslam, mən sənə görə deyil, Səttarxanın adına görə bu diplomu yazacağam”. Yazdım da. Onun elmi rəhbəri Sədulla Aslani bu diploma yüksək qiymət vermişdi. Bu şəxs, yəni İslam hətta Zaqulbadakı “Gənclik” düşərgəsini də əlinə keçirməyə çalışırdı. Hətta yanımda olan İntiqam Əliyev, Abbasağa Məmmədov, Abdullayev Yusif mən yuxudan ayılandan ta yatana qədər İslamın iqtisadçılığından, müstəsna bacarığından mənə danışmaqla çalışırdılar ki, Turbazanı İdlama verilməsinə nail olum. Nə yaxşı ki, mən bunu etmədim. Nə isə...1992-ci ilin dekabrın əvvəllərində Əzizbəyov İcra Hakimiyyətində birinci müavin işləyən Heybətov Vaqif Rəhim oğlu, Məmmədov Aslan Məmmədxan oğlu yanıma gəldilər. Heybətov Vaqif bəlkə də Şüvəlanda yerləşən 42 nömrəli ticarət məktəbində usta işlədiyindən bu vəzifədə artıq digərləri özünü doğrulda bilmirdi.

Page 145: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Buna görə də vəzifə səlahiyyətləri onun şəxsi keyfiyyətlərini deformasiyaya uğratmışdı. Artıq mən yeniləri yaratmaqla deyil, köhnələri başa salmaqla məşğul idim. Xülasə ətrafı düzgün seçmədiyimdən bir sözlə mən öz kadrlarımın girovuna çevrilmişdim. Müxtəlif kənd və qəsəbələrdə mənim haqqımda ağıla sığmayan rəvayətlər, əfsanələr danışırdılar. Hətta yaşadığım suyu və lifti problem olan 9-cu mərtəbədəki beton evinin söhbəti ağızdan-ağıza gəzirdi. Bəli, bu beton evdə mənə çox görülürdü. Hətta prokurorluq mənim bu evi nə cür almağımı yoxlamışdı. Özü də bu yoxlamanı təşkil edənlər məhz mənim əlimlə hakimiyyətə gələnlər idi. 1993-cü il 13 yanvarda Şüvəlan Yazıçılar Evində BKB-nin 3 illiyi ilə əlaqədar keçirilən təntənəli yığıncaqda mən çıxışımda kadrlarımızın yarıtmaz əməllərindən danışdım. Hətta onların vəzifədən kənar edilmə məsələsini irəli sürdüm. Bu yubiley tədbirindəki kəskin çıxışımdan sonra bizə qarşı avinturist şəxslərin hərəkəti artdı. Dövlət vəzifələrində olan məni tanıyanlara 27 saat ərzində 55 saat yalan və böhtan dolu məlumatlar adi hala çevrilmişdi. Mən isə yalnız bir şey milli dövlətin bu gedişlə itiriləcəyi daha çox narahat edirdi. Hətta o zaman hər gün yanımda olan İntiqam Əliyev, Abşeron İH I müavini işləyən Məşədi Vaqif Pənah yanına çağıraraq bildirmişdi ki, “Sən Nəsirin yanından uzaqlaş, nə qədər onun yanındasan. Sən vəzifə görmüyəcəksən. Çünki biz bir çox yerlərdə onun əleyhinə lazım olan işləri görmüşük”. İntiqam Vaqifə bildirir ki, “Mən həmişə müəllimin yanında olacağam”. Bu halda Vaqif gülümsəyərək: ”- Sağ ol İntiqam, mən səni yoxlayırdım. Əsl kişisən. Sonralar isə aprel ayının əvvəlləri 1993-cü ildə o zaman Bakı şəhəri İH-nin müavini işləyən Axundov Füzuli Əliyev İntiqamı yanına çağıraraq ona bildirir ki: “İntiqam, səni İcra başçısı göndəririk. Ancaq bununçun sən Ağa Nəsir haqqında “Azadlıq” qəzetində onu ifşa edən müsahibə verməlisən. Çünki kim onun haqqında nə danışsa, inandırıcı olmaz. Ancaq sən həmişə onun yanında olduğuna görə sənə inanacaqlar. Bizə də bu lazımdır. Prezident Aparatında müvafiq adamlardan bu haqda razılıq da alınıb. Lakin İntiqam Əliyev mənim haqqımda böhtan yazmağı qəbul etmir. Bir sözlə, o, böhtan, məkr və hiylə kampaniyasının dövlət səviyyəsində aparıldığını hiss edir. Füzuli Axundov İntiqamın mövqeyini biləndən sonra bildirir ki, Mən səni yoxluyurdum, İntiqam. Əhsən sənə! Sonra “müvafiq adamlar” dövlətçilik ağacından yetişmiş tut kimi yerə sərildilər. Hətta bu gün bu “müvafiq adamların” maşınlarından tutmuş evlərinə qədər xalq həyatından uzaq məişət tərzləri var. Bu da bir həqiqətdir ki, dövlət, dövlətçilik siyasət, diplomatiya haqqında anlayışı olmayanların bir çox məsələlərə müdaxiləsi mənim kimi bir çoxlarını zərurət altında qoydu. Yaxşı yadımdadır, 1993-cq il aprelin 16-da mənim müəllimim prezident Elçibəylə son görüşüm oldu. Mən baxmayaraq ki, istəyirdim ki, onun xalqa və dövlətə həsr olunan vaxtı əlindən alım. Buna görə də mən nadir hallarda müəllimimlə görüşürdüm. Lakin onu da bilirəm ki, güc gəlib tez öyrənən “elə siyasətçilər” var idi ki, şəxsi iddia və təkəbbürlərinə görə Prezident Aparatının yolunu ağartmışdılar. Bəli, 16 aprel 1993-cü il... mən Elçibəyə bildirdim ki, dövlət quruculuğu və kadr siyasətində buraxılan xətalar aradan qaldırılmalı, Bakı qapalı şəhər elan edilməlidir. Lənkəranda, Gəncəbasarda, Qusar, Xaçmaz ətrafında separatçılığa qarşı mübarizə aparmaq üçün Bakıda inamlı idarəçilik Azərbaycanın bütün rayonları ilə əlaqələndirilsin.

Page 146: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bunun üçün mənə Bakı şəhəri İH başçısının səlahiyyəti lazımdır. Siz Əbülfəz müəllim, Bakının idarəçiliyində deyil, Azərbaycanın idarəçiliyi ilə məşğul olmalısız. Bunun üçün mənə səlahiyyət verin. Belə gedərsə müstəqilliyi, milli dövlətçiliyi itirə bilərik”. Prezident düşüncəli tərzdə gülümsəyərək: “-Bəy, nə danışırsan. Bu haqda söz ola bilməz. Yox sənə səlahiyyət verə bilmərəm”. Mən xudahafizləşərək Buzovnaya istiqamət aldım. Şəxsi taleyini düşünməyən insanın sonradan qəlb titrədən beyin sarıdan peşimançılığı yaşayırdım. Üzümü Əliyev İntiqama çevirərək bildirdim ki, belə getsə hər şey bitdi. Müəllimimin də ətrafı mənim ətrafım kimi idi. 1993-cü il iyunun 5-i Xətai rayonunda Şah İsmayılın abidəsinin açılışına dəvət edildim. Abidənin açılışında Söhrab Tahir, Fərhad Xəlilov, Füzuli Axundov, Zəlimxan Məmmədli, Rauf Gülməmmədov və başqaları iştirak edirdi. Bu tədbirdə artıq Gəncədə baş verən toqquşma adamlar arasında pıçıltı yarandı. İyunun 8-9-u 1993-cü ildə xüsusi idarənin rəisi C.Teymur Quliyevin bağında yanıma gələrək Gəncədə baş verən hadisələrə münasibətimi öyrəndi. Çünki prezident qvardiyasının 20-yə yaxın üzvü Gəncədə güllə-baran edilmiş, hərbi hissənin əmlakı dağıdılmış, böyük maddi ziyan itkisinə yol verilmişdi. Səlahiyyət almadan Gəncədə baş verən münaqişənin qarşısını almaq olmazdı. Buna görə də mən polkovnik C.Vəliyevə bildirdim ki, prezidentə bildirin razılıq və səlahiyyət versə, mən getməyə hazıram və münaqişənin qarşısını 60% ala bilərəm. Çünki Gəncədə bir çox adamlarla o cümlədən “Elsevərlər” cəmiyyəti ilə mənim yaxın münasibətlərim var idi. Bu münasibətləri müəyyənləşdirən faktor müstəqillik və milli dövlətçilik ideyası idi. Çox təəssüf ki, mənim təklifimə cavab vermədi. Bir neçə gündən sonra Gəncəyə İ.Mustafayev, F.Maqsudov, Sabir Rüstəmxanlı və başqaları hadisənin mahiyyətini öyrənmək üçün getdilər. onlar qayıdandan sonra Milli Məclisdə İmam Mustafayev çıxış edərək qırğının əsas səbəkarı kimi dövlət orqanlarını günahlandırdı. Eləcə də Fərəməz Maqsudov da Gəncə hadisələrinin əsas günahkarlarını bir sözlə Bakıda axtarmağı məsləhət gördü. Vəziyyət çox gərgin idi. Gəncədən çıxan silahlı kiçik bir qüvvə Tovuzun girəcəyində Türkçülüyün qoyulan təqribən 250 min dollar dəyərində olan monumental abidəni top mərmisi, avtomat gülləsi ilə məhv etdilər. Bundan sonra hərbi hissə Yevlax-Bakı istiqamətində hərəkət edərək yerlərdə hakimiyyəti ələ keçirdilər. Çox zaman hakimiyyət hərisləri Gəncə ilə əlaqə yaradaraq özlərini yerlərdə icra başçısı elan etdilər. Bütün bu hərəkətlərlə bağlı 1993-11 iyunda Buzovna qəsəbəsində Bakı və Kəndlər Birliyinin hadisələriylə bağlı fövqəladə iclası keçirildi. Qərara alındı ki, birliydən bir neçə nümayəndə Gəncəyə gedib hadisələrin mahiyyətini öyrənsin. Bu dövrdə Gəncə hadisələrinə silahlı münaqişə kimi yanaşdığıma görə mənə qarşı güclənməkdə olan təbliğat beşinci sürətlə hərəkət etməyə başladı. Bakının bir sıra kəndlərində hadisələrin şahidi böyük hörmət bəslədiyim Rövşən Cavadov Milli Məclisdə iclasın birbaşa televiziyada verildiyi bir vaxtda tribunada çıxış edərək bildirdi ki, ordu dağılıb, polis əmrə tabe olmur, xalqın 80%-dən artığı prezident Elçibəy iqtidarını istəmir. Rövşən Cavdovun bu sözləri bütün Azərbaycanı silkələdi. Sanki bu çıxış yerlərdə hakimiyyət və hüquq-mühafizə strukturlarının ardıcıl olaraq bir-birinin dalınca hərbi münaqişə törədənlərə təslim oldu. Çox maraqlıdır ki, mövcud iqtidarın mövcud güc nazirlikləri onu qoruya bilmədi. Bu dövlət idarəçiliyi sistemində

Page 147: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

birinci dərs oldu. Əslində Rövşən Cavadovun prezidentə qarşı olan fikri ölkəni ümidsiz, başsız qoymaq demək idi. İyunun 14-də Səhiyyə Nazirinin I müavini Fəxrəddin Cavadov yanında da Onkologiya Mərkəzi Xəstəxanasının baş direktoru akademik Cəmil Əliyev Gənclikdə yerləşən Teymur Quliyevin bağına, mənim yanıma gəldilər. Vəziyyətin ağır olduğunu dedilər. Mən də onlara bir neçə saat ərzində getdikcə ümidini itirən Azərbaycan haqqında danışdım. Dövlət idarəedilməz vəziyyətdə yaşayırdı. Mən Fəxrəddin və Cəmilə bildirdim ki, 2 gün mən hadisələri, düşüncələrimi Azərbaycan reallığına uyğunlaşdırıb, tarixi nəticə çıxara bilərəm. Beləliklə, müəyyən vaxt keçəndən sonra Fəxrəddin Cavadov və Cəmil Əliyev yanıma gəldilər. Milli dövlət təhlükədə idi. Bir yandan erməni təcavüzü, bir yandan İran-Rusiya təxribatları, digər tərəfdən Cənubda talış məsələsi, Şimalda ləzgi məsələsi, Gəncədə də ------ secəmil perat mövqe Azərbaycanın axırına çıxmaq üzrəydi. Bu fəlakətlərin qarşısını almaq üçün kəsəri olmayan gücdən deyil, nəticəsi olan siyasət və diplomatiyadan istifadə etmək lazımdır. Buna görə mən milli dövlətin yaşaması üçün o dövrdə hakimiyyətdə olan bir çox məmurların saatlarla, günlərlə görüşdükləri Heydər Əlirza oğlu ilə mən də birinci dəfə görüşməyi qərara aldım. Fikrimi Cəmil Əliyevə deyən kimi o köməkçi Ta---- əlaqə taratdı. Telefona Məmmədquliyev Mahmud gəldi. Cəmil Əliyev Məmmədquliyevlə danışaraq bildirdi ki: “Mahmud, Nəsir bəy Heydər müəllimlə görüşmək istəyir. Əlaqə yaradın”. Çox keçmir ki, Cəmil Əliyev Heydər Əliyevlə danışaraq dəstəyi mənə uzadır. Ümumi salamlaşdıqdan sonra dövlətçilik naminə onunla görüşmək istədiyimi bildirdim. O, razılaşdı. Səhəri gün mən Milli Məclisdə getdim. Qurban Məımmədov da orada idi. Qəbul otağında Rəfael Allahverdiyev mənimlə görüşdü. Bir az keçdi Məmmədquliyev Mahmud göründü, bir neçə nəfərin əhatəsində Heydər Əliyev göründü, ümumi salamlaşaraq iş otağına keçdi. Bir qədər keçməmiş məni otağa dəvət etdilər. Mən bildirdim ki: “Heydər bəy, Azərbaycan heç bir partiyanın deyil, partiyalar və partiyasızlar Azərbaycanındır. Buna görə də milli dövlətin yaşaması üçün mən bütün siyası titullarından imtina etməyə hazıram. Azərbaycanın iqtisadi dirçəliş, ərazi bütövlüyü, milli sərvətin ədalətli bərabər bölünməsi istiqamətində mümkün köməkliyimi etməyə hazıram”. Təqribən 1 saata yaxın Bakı kəndləri işsizlik və s. problemlərdən danışıldı. Heydər Əlirza oğlu mənimlə çox əlaqə saxlamağı Rəfael Allahverdiyevə tapşırdı. O zaman mənim Heydər Əliyevlə olan görüşümə millətə və müstəqilliyə xəyanət kimi baxanlar 14 il keçəndən sonra belə bir görüşün onlar üçün mümkün olmasına görə dəridən-qabıqdan çıxırlar. Fəqət 14 il bundan əvvəl məni Heydər Əliyevlə görüşüb separatçılıqda, xəyanətkarlıqda ittiham edənlər görəsən bu gün başa düşürlərmi ki, hadisələri əvvəlcədən görmək millətə, dövlətə görə risk etmək heç zaman xəyanətkarlıq deyil. Əsl xəyanətkar onlardır ki, Azərbaycanı və Bakı kəndlərini siyasi savdsızlıq nəticəsində 14 il geri çəkmişlər. Yaratmış olduğum Bakı və Kəndlər Birliyi bu gün real ticarətçiyə deyil, real siyasətçiyə ehtiyac duyur.

---- bilməyənlər məsuliyyət hissindən kənar adamlar danışmağa başlamışdı. İyunun 13-də 1936-cü ildə Rüstəm Mustafayev adına İncəsənət Muzeyində geniş mətbuat konfransı keçirərək milli dövlətçiliyn təhlükə qarşısında olduğunu bəyan etdim. Bu ərəfələrdə harda iyunun 12-13-də Fərəc Quliyev mənə zəng edərək artıq Nəv---- kəndində olan Surətin qoşunlarına qarşı kömək istədi. Mən Hüseynov

Page 148: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Abbasa tapşırdım ki, Bakı kəndlərindən 100-ə yaxın hərbi təlim görmüş şəxsləri AXC-yə gətirsin və AXC icra aparatının sədri Fərəc Quliyevlə danışıqlar aparsın. Xülasə məlum olanda ki, Bakı kəndlərindən gələn şəxslərə heç bir status verilməyib, əvvəlcə Şıxovdakı hərbi hissəyə, sonra Nəvaiyə göndərmək planlaşdırılır. Bu şəxslər işərisində Bakı, Yasamal, Keşlə, Masazır. Zirə, Türkan, Binə, Maştağa, Buzovna və digər kəndlərdən idi. Bu şəxslərin çoxu ailəli idi. Buna görə də mən onları statusları müəyyən edilmədən təxribat meydanına göndərə bilməzdim. Kim bilir mən məsuliyyətimi dərk etmsəydim, neçə-neçə günahsız ölümə səbəb ola bilərdi. Mən Hüseynov Abbasa bildirdim ki, vətənpərvər --- evlərinə yola sal. Çünki onlara bir şey olsaydı onların ailələri və uşaqları qarşısında cavabdeh mən olacaqdım. Bax belə... Hadisələr isə getdikcə kəskinləşirdi. Artıq ehtimal edilən Talış-Muğan respublika ideyası Adtara və Lənkəranı əhatə etmiş Tehran və Moskva növbəti əməliyyatları cızmağa sövq edirdi. Qusar. X--, Balakən zonalarında avar-ləzgi məsələsi gündəmə atılmışdı. Dərbənddən Hacı Zeynalabdin (keçmiş Nasosnu) qəsəbəsinə qədər ərazini millətçi ləzgi ərazisi hesab edirdi. Talış-Muğan ideyası ilə yaşayanlar isə ərazilərinin Astaradan başlayıb Qobustan, Bayıl tərəfdə başa çatdığını iddia edirdilər. Bu azmış kimi --- hadisələrdən sonra qondarma Gəncəbasar quberniyası meydana çıxdı. Gəncə hadisələrinin qarşısnın alınması üçün Müdafiə Naziri Milli Məclisdə səviyyəsiz olduğunu göstərdi. MTN imkanlarının tükəndiyini elan etdi.

NƏSİR BƏYİN SİYASİ PORTRETİNƏ DAHA BİR NEÇƏ ŞTRİX

Nəsir Ağayevin Milli Azadlıq Hərəkatından sonrakı, yəni 1993-1994 – cü illərdəki mövqeyinə və fəaliyyətinə gəlincə, bu barədə məlumatı onun “Xalq Cəbhəsi” qəzetinin 4 oktyabr 2002 – ci il tarixli müsahibəsindən almaq mümkündür. Həmin müsahibə zamanı müxbirin eyhamla söylədiyi “Sizin 1993-1994 – cü illərdə iqtidara yaxınlaşdığınz bildirilir” sözlərinə qarşılıq olaraq Nəsir bəy belə demişdi:

“Mən iqtidara yox, dövlətçiliyə yaxınlaşdım. Məni milli dövlətçilik maraqlandırırdı. İqtidara həmişə onlar yaxınlaşmağa cəhd göstəriblər. Əminəm ki, iqtidarın hər hansı bir naziri onlara nəsə təklif etsə, Vətən, millət adından danışanlar şəxsiyyətini, namusunu, qeyrətini Dubaya gedən qadınlardan da tez itirə bilərlər.

Mən o vaxt iqtidarı dövlətçiliyə görə dəstəkləmişəm. 1993-1994 – cü illərdə məlum hadisələr baş verəndə, Surət Hüseynovun qiyamı olanda dövlət strukturları, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Milli Təhlükəsizlik nazirinin Milli Məclisdə çıxış edib faliyyətsizliyini etiraf etməsi məni dəhşətə gətirmişdi. Müdafiə naziri də qoşunun ona tabe olmadığını bildirdi, Rövşən Cavadov da əhalinin 90 faizinin iqtidarı istəmədiyini söylədi. Belə olandan sonra – güc nazirlikləri vəziyyəti xalqa açıqlayandan sonra hans siyasi təşkilat onların rolunu ifa edə bilərdi?”

Page 149: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Nəsir Ağayevin sözlərinə görə, o dövrdə o, xüsusi idarənin bir əməkdaşı ilə birlikdə Gəncəyə yola düşmüdü. Çünki Gəncədə vətəndaş qırğını törətmək planlaşdırılmışdı:

“Mən Gəncədə Hacı Vaqifin yanında oldum, ona dedim ki, Bakıda Surət Hüseynovun və sizin adınzdan nömrəsiz maşınlar müəyyən qarətlərlə məşğul olduğunu bildiriblər. Sən buna necə baxırsan? Axı, biz dövlətçiliyimizi itirə bilərik? Adamları itirsək, buna bir təhər dözmək olar. Müstəqil dövlətimizin itirilməsi isə yolverilməzdir. Xaosdan Rusiyann xüsusi xidmət orqanları istifadə edə bilər. Hacı Vaqif mənə dedi ki, bu ola bilməz. Eyni zamanda bildirdi ki, Zobik Gəncədə özbaşınalq edir, onu cəzalandıracağam. Sonra Hacı Vaqif mənə İcra Hakimiyyəti binasınn qarşısnda keçirilən mitinqdə iştirak etməyi təklif etdi. Mən bildirdim ki, təcili Bakıya qayıtmalıyam. İH başçısı məni əmin etdi ki, haqq naminə iş görəcəklər. Lakin çox çəkmədi ki, ya iyunun 21-də, ya da 22-də Gəncənin İH başçısı öz iş otağında qətlə yetirildi. Bu müəmmalı qətl bu günə qədər tariximizə ləkə olaraq qalır.

Mən Bakya qayıtdım və adamlara göstəriş verdim ki, Surət Hüseynovun adından qarətçilik edən şəxslər tutularaq yanıma gətirilsin”.

Məlum olduğu kimi, həmin dövrdə Azərbaycan gerçəkdən də xaosa sürüklənmişdi və dövlətçiliyimizin, müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı və məsələ təkcə Surət Hüseynovun başında durduğu qiyamla bağlı deyildi. Eyni zamanda Əlikram Hümbətovun başçılığı ilə ölkəmizin cənubunda talış separatizmi baş qaldırmaqda idi. Ölkənin şimalnda isə “Sadval” təşkilatı ləzgiləri azərbaycanlılara qarşı qaldırmaq üçün əlindən gələni əsirgəmirdi. Dövlət strukturları tam iflic vəziyyətinə düşmüşdü. Bütün bunlarn fonunda torpaqlarımızı itirə-itirə gedirdik.

Nəsir bəyin fikrincə, yaranmış vəziyyətin obyektiv və subyektiv səbəbləri vardı. Obyektiv səbəblər o idi ki, müstəqil Azərbaycan dövlətinin yaranmasında qətiyyən maraqlı olmayan, bu üzdən də gənc dövlətimizin qarşısında əlindən gələn problemləri yaratmağa çalışan Rusiya və İran kimi dövlətlər destruktiv əməllərinə ara vermir, yaranmış vəziyyətdən istifadə edən Ermənistan da adı çəkilən dövlətlərin dəstəyinə arxalanaraq, Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirmək istəyirdi. Subyektiv səbəb isə o idi ki, hərəkatçılardan heç birinin dövlətçilik və idarəçilik təcrübəsi yox idi. Bununla belə onların hər biri hakimiyyət strukturlarında yer tutmağa çalışırdılar. Deyilənlərə AXC-Müsavat iqtidarının yerlərdə olan məmurlarının yarıtmaz siyasətini də əlavə etmək lazımdır. O bu barədə tənqidi fikir və iradlarını dəfələrlə həm prezident Əbülfəz Elçibəyə, baş nazir Pənah Hüseynə, həm də parlamentin spikeri İsa Qəmbərə bildirsə də, eyni zamanda, BKB – nin 3 illiyinə həsr edilən və 1993-cü ilin yanvar ayınn 13-də Yazıçılar Birliyinin Şüvəlandakı istirahət evində keçirilən toplantısında iqtidarın kadr siyasətini kəskin şəkildə tənqid etsə də, ona qulaq asan olmamışdı.1992-ci ildə keçirilən Nəsir bəyin rəhbərliyi ilə keçirilən Böyük Xalq Qurultayı da ölkədə baş verən neqativ prosesləri önləmək, cəmiyyəti duyuq salmaqdan ötrü idi. Nəsir bəy o günləri belə xatırlayır: “Böyük Xalq Qurultayının təşəbbüskarı o dövrdə tələbə-gənclərin yaratdığı Gənc Azərbaycan Partiyası idi. Mənə müraciət etdilər. Mən də razılıq verdim. Çünki Azərbaycanın çətinlikdən çıxması üçün

Page 150: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

atılan hər bir addım mənim diqqətimdə idi. BXQ-nın sədrliyini mənə tapşırdılar. Azərbaycanın nüfuz sahiblərinin əksəriyyətinə dəvətnamə göndərdim. Generalları, admiralları, iqtidar və müxalifət liderlərinin hamısını dəvət etmişdim. Xalq qurultayının əsas məqsədi Azərbaycanın daxili və xarici siyasətini gücləndirmək və milli təhlükəsizlik proqramını hazırlamaq idi. Milli təhlükəsizlik proqramına daxil idi: Xarici və daxili siyasətin tənzimlənməsi, iqtisadiyyat, səhiyyə, ərzaq sahəsində də millətin təhlükəsizliyinin təmini. Lakin qurultayın gedişində müxtəlif partiyaların ambisiyaları BXQ-nən məqsədinə yetişməsinə mane oldu. Böyük Xalq Qurultayının ən böyük problemini bu tədbirə dəvət olunan partiyaların özlərini yaratmışdı. Hakimiyyət uğrunda mübarizə dövləti də, dövlətçiliyi də məhv edir. Bunlar tamamilə bu ideyada olmadıqların göstərdilər. Belə olan halda Təşkilat Komitəsinin sədri olaraq qurultayın sənədlərini yerinə yetirilməsi mümkün olmadığı üçün özümdə saxladım”.

Nəsir bəy həmin dövrdən danışarkən, həmişə Ali Sovetdə Gəncə qiyam ilə bağlı müzakirələri təəssüf hissi ilə yad edir, həmin gün parlamentdən səslənən fikirləri xatırlayarkən, çox əsəbiləşir:

“...Müdafiə naziri bildirdi ki, qiyamı yatırtmaq üçün göndərilən vertolyotlar və hərbi dəstələr Surətin tərəfinə keçiblər. Daxili işlər nazirinin birinci müavini Rövşən Cavadov isə prezident Əbülfəz Elçibəyin üzünə dedi ki, əhalinin 95 faizi onu istəmir, onun əleyhinədir”.

Həmin dövrdə bir çoxları belə düşünürdü ki, ölkəni yaranmış vəziyyətdən yalnız zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev xilas edə bilər. Hərəkatçıların bir qismi tərəddüd edir, digərləri isə Heydər Əliyevin adını belə eşitmək istəmirdilər.

İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. O bu vəzifəyə seçilər-seçilməz, həm özü, həm də tərəfdarları isctimai-siyasi proseslərə bu və ya digər dərəcədə təsir etmək iqtidarında olan hərəkat liderləri ilə əlaqaələr qurmaq, onlarla müzakirələr aparmaq və onların dəstəyini qazanmaq istiqamətində fəaliyyətə başladılar.

Məlum olduğu kimi Ali Sovetin binasında Heydər Əliyevlə Nəsir Ağayev arasında üz-üzə görüş oldu. Görüşdə Rafael Allahverdiyev də iştirak edirdi. Vəziyyət müzakirə olundu. Nəsir bəy fikir və düşüncələrini söylədi. Sonda Heydər Əliyev Nəsir Ağayevdən şəxsən onun üçün nə edəcəyini soruşdu. Nəsir bəy isə 7 milyon xalq üçün nə edəcəksə, onun üçün də həmin şeyin edilməsinin yetərli olduğunu və şəxsi mənafelərini güdmədiyini bildirdi.

Bu görüşdən sonra sükanın etibarlı əllərdə olduğuna əmin olan Nəsir Ağayev siyasi fəaliyyətdən uzaqlaşmağa qərar verdi. Onun əsas məqsədi Azərbaycanın müstəqil dövlət olması idi, bu məqsədinə də yetişmişdi. Yəni müssiyasını tamamlamışdı. İndi müsəqilliyimizi və dövlətçiliyimizi qoruyub saxlamaq əm ümdə məsələ idi. Bunun üçün isə Heydər Əliyevə dəstək vermək və ya ən azı ona mane olmamaq lazım idi.

Çox təəssüflər olsun ki, hərəkatçıların bir çoxu buna başa düşmədilər və ya düşmək istəmədilər. Onlar müxalifətə keçərək, radikal mövqe tutdular və özləri kimi düşünməyənləri isə xain elan etdilər. Bu yanlış mövqedən Nəsir bəy də

Page 151: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

nəsibini aldı. Fəqət o, fikrində qəti idi. Üzərinə Tanrı tərəfindən qoyulmuş möhtəşəm missiya artq tamamlanmışdı.

Böyük siyasətdən çəkilmək heç də aktiv ictimai həyatdan uzaqlaşmaq demək deyildi. Odur ki, Nəsir Ağayev sonrakı illərdə də geniş ictimai fəaliyyətlə məşğul oldu. “Boz Oğuz” nəşriyyatnı təsis edərək, həmin nəşriyyatda “Abşeron meyxanaları” adlı kitab buraxdrdı. Eyni zamanda Ağabala Əliyevin ana dilimizdə musiqi məktəbləri üçün yazdığı “Solfedjio” kitabının nəşrinə yardım etdi. “Vəhdət” qəzetini təsis edərərək, gənc qələm sahiblərinin öz istedadlarını nümayiş etdirə bilmələri üçün şərait yaratdı. Bir neçə imkansız ailələnin uşaqlarının təmənnasız olaraq, sünnət edilməsini, eləcə də bir neçə imkansz gəncin toy məclisinin keçirilməsini təşkil etdi. Buzovnada Məşhədi Azərin tuncdan heykəlinin qoyulmasının təşəbbüskarı kimi çıxış etdi. “Xəzri” futbol komandasının meydana gəlməsində də onun xidmətləri olmuşdur. Rusiyada ermənilər tərəfindən şərlənərək istintaq cəlb edilən Fərhad adlı bir gəncin Rusiya hüquq-mühafizə orqanlarına verilməsini əngəlləmək kimi daha bir xeyirxah missiyanı üzərinə götürən Nəsib bəyin ictimai fəaliyyəti sadalanmaqla bitən deyil.

Nəsir bəyin öz sözlərinə istinadən onun ictimai - siyasi portretini tamamladıqdan çızmış olduğumuz portretə yeni rənglər əlavə etdikdən sonra maraqlı bir tablonun yarandığını söyləyə bilərik. Fəqət bu tabloya daha bir neçə ştrix də əlavə etməyə, Nəsir Ağayevin mənəvi dünyasını bir qədər başqa rakursdan nümayiş etdirməyə ehtiyac var. Bunu etmək üçün isə bizə vaxtı ilə bu böyük şəxsiyyətin müxtəlif qəzetlərə vermiş olduğu müsahibələr, etdiyi müraciətlər yardımçı ola bilər. Məhz bu materiallar onun daxili aləmini fərqli bucaqdan nümayiş etdirir.

Konkret misallara keçək.“Olaylar” qəzeti, 5 oktyabr 2007-ci il, № 181 (1755).Qəzetin müxbiri Məlahət Həsənli Nəsir bəyə belə bir sualla müraciət edir:“Putin hökuməti yüzlərlə xalqın yaşadığı, 16 muxtar respublikanın mövcud

olduğu Rusiyada unitar dövlət qurmaq istəyir. Sizcə bu cəhdlər fayda verəcəkmi?”Ümumiyyətlə bu siyasətin tarixi nöqteyi-nəzərdən düzgün olmadığnı

söyləyən Nəsir Ağayev sualın cavabında bildirmişdir ki, bütün dövlətlərin yaranmasının tarixi, ictimai və siyasi kökləri olmalıdır:

“O köklər yarandıqdan sonra həmin dövlət meydana çıxır. Rusiyann tarixinə nəzər salsaq, bu ölkənin uzaq tarixində nə qədər paradoksal hadisələrin şahidi olarıq. Belə ki, lX əsrin ortalarında Kiyev Rus dövləti elan olundu. Rusiya öz əsasını bu dövlətdən götürdü. Lakin tarixin başqa mərhələlərində başqa hadisələr baş verdi. Rusiya özgə torpaqları hesabına genişləndi.”

Daha sonra slavyan mənşəli rus dövlətinin türk – tatar xanlıqlarını (Kazan, Krım, Həştərxan, Sibir və s.) bir-bir işğal etməsinin tarixlərindən söhbət açan Nəsir bəy qeyd etmişdir ki, bugünkü Rusiyanın əksər hissəsini tarixi türk torpaqları təşkil edir və bu ölkədəki türk izlərini bütünlüklə silmək mümkün deyildir.

Müxbirin növbəti sualı belə idi:“Tarixən Rusiyanı türk xalqları qoruyub. Bu gün ruslar türklərin əməyini

niyə itirir və onları niyə öz torpaqlarından sıxışdırır?”Cavab:

Page 152: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

“Çünki dünyanın qlobal siyasətində islama, türkçülüyə böyük təhlükə kimi yanaşırlar. Xristian dünyası geostrateji baxımdan optimal islama təhlükəli qüvvə kimi baxır. Onlar yaxşı bilirlər ki, Kamçatkadan Avropaya qədər əraziləri əhatə edən və dünyanın 3 qitəsində tarixən mövcud olan bir imperiya qurmuş türk xalqı bu gün hələ də dünyanın sayılıb-seçilən xalqlarından biri ola bilər”.

Nəsir bəyin fikrincə, xristianlar türklərin birləşməyə nə qədər çox meylli olduğunu və bu baxımdan hansı potensiala sahib olduqlarını yaxşı bildiklərindən bunun baş verməməsi üçün əllərindən gələni edirlər və bu gün də etməkdədirlər.

“Bəs, Rusiya ilə ABŞ-ı yaxınlaşdıran nədir? Rusiya ilə Fransanı yaxınlaşdıran nədir? Xüsusən də Rusiya ilə İranı yaxınlaşdıran nədir?” sualını ortaya qoyan və səbəbin anti-türk siyasətində olduğunu diqqətə çatdıran Nəsir Ağayev daha sonra tarixdən bir neçə örnək gətirərərk bildirmişdir ki, bütün bunları açıqlamaqda məqsədi Rusiyada unitar dövlətin yaradılmasının puç və mənasız olduğunu anlatmaqdır:

“...Bunun heç bir kökü yoxdur. Əslinə qalanda, Rusiyanın adı ilk dəfə 1147 –ci il tarixli bir salnamədə çəkilib. Özü də bir şəhər kimi yox, 6-7 taxta evdən ibarət bir qəsəbə kimi. Yalnız türklərin ora yürüşündən sonra... daş evlər tikilib. Taxta ev mədəniyyətinə malik olan slavyanlar türklərə minnətdar olmalıdır ki, onları daş evlərin tikilmsinə məcbur ediblər”.

Nəsir bəyin sözlərinə görə, Rusiya başqa xalqları əritməyə çalşmamalı, özü öz içindən bütünləşməlidir. Bu xəttin əsasını Soljenitsin qoyub:

“O zaman o, Rusiya hökumətinə, xüsusilə Boris Yeltsinə məsləhət vermişdi ki, başqa xalqları heç bir vəchlə Rusiyaya cəlb etməyin. Təmiz Rusiya olmalıdır. Burada zorakılıq lazım deyil. Zorakılıq əks-təsir yarada bilər”.

Müxbirin sonuncu sualı da, ona verilən cavab da çox maraqlıdır. Sual belə qoyulmuşdu:

“Deyirlər ki, rus xalqı “sürətlə azalan millətlər” siyahısına düşüb. Hətta Putin bildirib ki, hər il bir milyon rus məhv olur. Bu gediş Rusiyanı hara aparır?”

Cavab belə idi:“Bir milyon rusun ölümü...Bu gediş Rusiyanı yeniləşməyə aparmalıdır. Bu yeniləşmə Rusiyann unitar

dövlət elan edilməsi ilə nəticələnə bilməz. Belə bir addım əhalisi sürətlə qocalmaqda olan Rusiyanın məhvini daha da tezləşdirər. Rusiya cavanlaşmalı, özünə qayıtmalıdır. Rusiya öz mədəniyyətini tapmalıdır, özgə mədəniyyətinə söykənməməlidir”.

Əgər yuxarıdakı müsahibəsində Nəsir bəyin Rusiya ilə bağlı fikirləri yer almışdısa, “Həftə içi” qəzetinin 5 iyul 2007 – ci il tarixli nömrəsində dərc edilmiş nömrəsində onun ölkədaxili məsələlərə, xüsusən də iqtidar-müxalifət münasibətləri yer almaqda idi. Onun həmin müsahibəsində söylədiyi bəzi fikirləri gözdən keçirək:

“Ümummilli məsələlər deyəndə mən Qarabağ problemi ilə yanaşı, həm də Azərbaycan təbiətinin pozulmasını, paytaxtımızın istər ekologiyasının, istrsə də demoqrafik vəziyyətinin faciəvi şəkildə dəyişməsini nəzərdə tuturam.”

Page 153: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

“Müxalifətin qarşısına qoyduğu məqsəd onun bir araya gəlməsinə ən böyük maneədir. Bu məqsəd ayrı-ayrılıqda hər birinin idarəçiliyin ən yüksək zirvəsində yer tutmaq istəməsi şəklində ifadə edilə bilər”.

“Hər bir partiya ortaq məxrəcə gəlmək əvəzinə öz mövqeyini ortaya qoymağa üstünlük verir. Məsələn, biri Qarabağ məsələsinin həllini Zəngəzurun ələ keçirilməsi və İrəvana doğru yürüşün edilməsində görür, digəri bakı ilə Təbrizin birləşməsini əsas götürür. Bütün bunlar dövlət maraqlarından yan keçərək baş verir”.

Sözügedən müsahibədəki ən maraqlı fikirlərdən biri müxbirin millətə hakim olan vətənpərvərlik hissinin səviyyəsi ilə bağlı sualın cavablandırılması zamanı səslənib. Nəsir bəy Milli Azadlıq Hərəkat illərinə işarə edərək deyir:

“Onda kütlənin vətənpərvərlik hissinə qarşı heç bir lider dayana bilməzdi. Sadəcə, liderlərə qulaq asan kütlənin vətənpərvərliyi daha coşğun idi. Çünki kütlə nəyi tələb edirdisə, lider də o istiqamətdə fəaliyyət göstərirdi. Ancaq müəyyən dövrdə, inam sarsılanda, ümidlər reallaşmayanda, istəklər gerçəkləşməyəndə kütlənin fəallığı azalır və vətənpərvərliyi aşağı düşür. Çünki vətənpərvərlik təmtəraqla, dəbdəbə, əylncə ilə bir araya sığa bilməz. Bu gün həmin dəbdəbə hökm sürür. Liderlərə inam da əvvəlki kimi deyil.”

Nəsir Ağayevin “Olaylar” qəzetinin 30 dekabr 2010-cu il tarixli nömrəsində dərc edilmiş müsahibəsi isə Türk dünyasının inteqrasiyası məsələlərinə həsr edilmişdir. Bu müsahibəsində Türk dünyasının birliyini tarixin diktəsi adlandıran Nəsir bəy eyni zamanda hazırda Türk dünyasının birliyi qarşısında duran əsas maneələrdən də söz açmaqda, bu maneələr içərisində xristian dünyasının mkrli siyasətini göstərməkdədir. O, 1402 – ci ildə Əmir Teymurla İldırım Bəyazid arasında baş vermiş müharibənin Avropada doğurduğu əks-sədadan söz açaraq Roma papasınn sözlərini xatırlatmışdr. O zaman papa Romada bəyan etmişdi ki, Avropa xilas olundu. Eyni zamanda Avropa ölkələrinin Səfəviləri ələ almaq və Osmanlıya qarşı çıxmağa sövq etmək üçün çalışan avropalların apardıqları məkrli siyasətdən də söhbət açan Nəsir Ağayevin sözlərinə görə, bu siyasət bu gün də davam edir.

Bu kimi fikirlər bizə Nəsir Ağayevin başqa bir keyfiyyətini, filosof kimliyini kəşf etməyə yardımçı olur. Əlimizin altında olan bir sənəd isə Nəsir bəyin ictimai fəaliyyətinə, elcə də ədəbiyyata olan dərin marağına işıq tutmaqdadır. Söhbət onun Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ünvanladığı 17. 04. 2011-ci il tarixli Müraciətindən gedir ki, onun məzmununu bütünlüklə, olduğu kimi verməyi lazım bildik.

Müraciətdə deyilir:“Möhtərəm Anar müəllim, zərurət üzündən sizə müraciət etməyi mümkün

hesab etdim.Azərbaycan ədəbiyyatı tarixində Mikayıl Müşfiq kimi korifey sənətkarın

müstəsna xidmətləri bir həqiqətdir. Ancaq onun faciəli taleyi bu günün özündə belə poeziyaya biganə olmayan hər bir kəsi zaman-zaman düşündürür, onlarn duyğular aləminə tam reallığı ilə sirayət edir. Mikayıl Müçfiqə ata yurdu Xızıda xudmani xatirə muzeyi yaradılıb və muzeyin qarşısında da büstü qoyulub. Onun ata kəndi Sayadlarda isə bu gün əlamətdar heç bir nişanə yoxdur.

Page 154: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Bakıda da M. Müşfiqin büstü qoyulmuşdur. Vaxtilə M. Müşfiqin ata – babalarının Buzovnada Tuqay bağlarında qaldıqları bağ olmuşdur. M. Müşfiq həbs edilərkən Buzovnadakı bağın bir neçə otağı, suyu dolmaçarxla çıxarılan quyusu, nəhəng tut ağacı, meynəlik, əncirlik, çarhovuz, 3-4 metr hündürlüyü olan külafirəngi var idi. Məhz bu bağda M. Müşfiq bu gün ifaçılarına şöhrət, dinləyicilrinə heyrət gətirən “Yenə o bağ olaydı” şerini yazmışdır. M. Müşfiqin ailəsi dağılmış, övladı olmamış, hətta məzarı da yoxdur. Ədəbiyyatımız qarşısında misilsiz xidmətləri olmuş bir şəxs qarşısında bu gün cəmiyyətimizin, milli təfəkkürə malik hər bir ziyalının edə biləcəyi xidmətlərə, göstərəcəyi fədakarlığa tarixi ehtiyac var. Çünki biz itirə-itirə getdiyimiz zamanda itirdiklərimizin tapılacağına gümanımız belə qalmayacaqdır. Buna görə də M. Müşfiqin Buzovnada olan bağında otaqlar sökülmüş, çarhovuz dağılmış, tut ağacı məhv olmuş, külafirənginin izi belə qalmamış, yalnız əllə qazılmış yeganə xatirə su quyusu qalmışdır.

Təklif edirəm: Bu yerdə heç olmasa, xatirə lövhəsi vurulmaqla M. Müşfiqin büstü qoyulsun. Bu yerdə müəyyən abadlıq, bərpa işlərinin görülməsi məqsədə müvafiq hesab edilsin. Xatirə ev muzeynin fəaliyyəti nəzərə alınsn.

Ümid edirəm ki, Murtuza Muxtarovun bağında Sergey Yeseninin xatirə muzeyi və barelyefinin yaradılmasındansa, M. Müşfiqin Buzovnadakı bağında tarixi həqiqətin bərpa edilməsi ədəbiyyatımıza, mədəniyyətimizə, dövlətimizə, nəhayət, bir millət olaraq bizlərə daha çox gərək olardı.

Möhtərəm Anar müəllim, sizə etdiyim bu müraciət, inanıram ki, tərəfinizdən müsbət həllini tapana qədər fəaliyyətinizdə aktual olacaqdır. M. Müşfiqin bağının indiki vəziyyətini əks etdirən iki foto şəkli müraciətə əlavə edirəm.

Sizə dərin hörmətlə Nəsir Ağayev.”Çox təəssüflər olsun ki, Nəsir bəyin bu müraciəti bu günədək cavabsz qalır.

Əslində Mikayıl Müşfiqə olan bu ögey, soyuq, düşmən münasibət gərək Müşfiq bəraət aldıqdan sonra tam əksinə dəyişəydi. Hərçənd ki, müvafiq dövlət orqanları, xüsusilə o zamankı Yazıçılar İttifaqı Müşfiqin ata-baba bağını və Yasamal rayonu Qədirli küçəsi ev 23-də olan ata mülkünü də də tanıyırdılar. Bu yerlərin viran edildiyindən də çox yaxşı xəbərdardırlar.

Bəli günümüzün gerçəyi belədir ki, bu gün tariximizə, mədəniyyətimizə, dünənimizə, milli köklərimizə bir biganəlik hökm sürür. Bu biganəlikdən nəsibini alan, təbii ki, təkcə Mikayl Müşfiq deyil. Bir vaxt Vətənimizin cənubunda qurulmuş və sadəcə bir il müstəqil yaşamış Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Seyid Cəfər Pişəvəri də eyni biganəliyin qurbanlarndandr. Məzarı bir neçə dəfə bir yerdən digərinə köçürülən bu böyük şəxsiyyətdə bir zamanlar başçılıq etdiyi firqənin üzvləri ilə birlikdə Buzovnada fəaliyyət göstərmişlər. Çox qəribədir ki, bu yer əvvəllər hərbi hospital, sonra demokratların yaşayış yeri və qərargahı, daha sonralar vərəm xəstəxanasına çevrilmişdir. Axı Buzovnanın ən görkəmli yeri olan bu yerdə Seyid Cəfər Pişəvərinin xatirəsini əbədiləşdirmək üçün büstün qoyulması, xatirə lövhəsinin vurulması zəruridir.

Fəqət bunun da bu gün heç bir nişanəsi qalmamışdır.

Page 155: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

Kitaba Nəsir bəyin “Gənclərə-gəlcəyə xitab”ı ilə tamamlamağı məqsədəuyğun hesab edirik. Xitabda deyilir:

“Sən, ey Gənclik! Nə qədər bir uğurlu bir zamanda yaşadığının fərqinə varanda ata-

babalarının gəncliyini köləlik və əsarət şəraitində yaşadığına əmin olacaqsan. Əsrlər boyu torpağında rahatlıq, azadlıq, rifah tapmayan Vətən oğulları dünyanın bir çox ölkələrinə yayılmışlar.

Sən, ey Gənclik!Onu da bil ki, yalnız dövləti olmayan xalqlar dünyanın özlərinə

münasib məkanlarına səpələnirlər. Azərbaycan adlı torpağın türk övladları vətənlərinin və dövlətlərinin olmalarına baxmayaraq, tarixi minilliklər ərzində hakimiyyət çəkişmələri, dolanışq çətinliyi və ən nəhayət, intiqam üzündən, az da olsa, didərginlərə çevrilmişlər.

Ey Gənclik!Xalqı, milləti yalnız onun dövləti və həmin dövlətin xarici ölkələrdəki

səfirlikləri təmsil edə bilər. Ayrı-ayrı fərd və qrupların xarici ölkələrdə yaratdıqları təşkilatlar isə, müəyyən uğurlarına baxmayaraq, çox zaman istənilən nəticəni vermir. Buna görə də beynəlxalq aləmdə ictimai rəy formalaşdıran, böyük hüquqi bazaya malik iqtisadi, siyasi, humanitar, hərbi təşkilatlara təsir vasitələrini ümummilli dəyərlərə malik, aidiyyatı üzrə olan qurumlar müəyyənləşdirməlidir.

Sən, ey Gənclik!Bil ki, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz azadlıq ancaq

əyləncə, eyş-işrət, eləcə də həddi və xərci bilinməyən rahatlıq deyildir. Bu azadlıq millətin bayrağı, dövləti, sərvəti, əxlaqı, əzəməti ilə çəkinmədən fəxr etməsi üçündür. Bu Vətən bütün yeraltı və yerüstü sərvət və zənginlikləri ilə birlikdə sənindir. Bu dövlət heç bir siyasi qüvvəyə üstünlük verməmək üçün, daha da əzəmətli olmaq üçün xalq hakimiyyətinin əlamətlərini yaşatmalıdır.

Sən, ey Gənclik!Bu dövlətin bütün zənginliklərinin və sərvətinin gerçək sahibi sənsən.

Çalış, sahiblik hissini itirməyəsən. Tariximizi bütləşdirilən fərdlərin deyil, ikiyə bölünmüş Azərbaycan türkünün ortaq tarixi kimi öyrən və tanı.

Onu da bil ki, həqiqətdən uzaqlaşdıqca yalan və əfsanəyə çevrilə bilərsən.

Sən, ey Gənclik!Bu dövlətə, sərvətə, mülkiyyətə olan təbii və qanuni hüququnu, bir

anlğa da olsa, yaddan çıxarma.Allah haqqı, ədaləti, insanları sevənlərə-Sizlərə yar olsun!!!”

REDAKTORDANKitabın redaktəsi üzərində işlərkən, Nəsir bəy mənə zəng etdi və bu kitabın

ərsəyə gəlməsində ona əlindən gələn köməyi edən, kitabın həmmüəllifi və sponsoru olan oğlu Ağayev Təbrizə xüsusi minnətdarlıq hissini dilə gətirdi və bu hisslərinin kitabda hər hansı formada əksini tapmasını istədi. Onun bu istəyini böyük məmnuniyyətlə gerçəkləşdirməklə yanaşı, Nəsir bəyin Təbriz barədə

Page 156: İlk insan və peyğmbər olan Adəm əleyhissəlamdan ... · Web viewSonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən

kövrəkliklə söylədiyi bir neçə faktı da oxuculara çatdırmağı özümə borc bildim. Düşündüm ki, əlavə etmək istədiyim aşağıdakı bir-iki cümlə Nəsir bəyin kitabda cızılmış portretinə mənimim kiçik bir tövhəmiz olar.

Nəsir Ağayevin sözlərindən belə məlum olur ki, oğlu hələ 7-8 yaşnda ikən (onda sovet rejimi hələ çökməmişdi) Azərbaycan himnini əzbər bilir və oxuyurmuş. Hətta Bakı və Kəndlər Birliyinin konfrans və qurultaylar balaca Təbrizin ifa etdiyi himnlə açılarmış. Nəsir bəyi ən çox kövrəldən isə Təbrizin 3-4 il öncə ona vermiş olduğu aşağıdakı sual olub: “Ata, sən Azərbaycanın müstəqilliyi və dövlətçiliyimiz üçün bu qədər iş görmüsən. Nəyə görə bu müstəqillikdən ən çox yararlananlar, ciblərini dolduranlar, mal-mülk sahibi olanlar səni yada salmırlar?”

Bu sualı bu gün ləzzətini dada-dada yaşadığımz azadlığı bizə qazandıran, bu yolda hər şeyini təmnnasız olaraq fəda edən, hazırda isə unudulan bütün əski inqilabçıların övladları da verir və bu ədalətsizliyin səbəbini heç cür anlaya bilmirlər. Anlaya bilmir və ya anlamaq istəmirlər ki, inqilab öz balalarını yeyir. İnqilabın ssenarisini dahilər cızır, fanatiklər həyata keçirirlər. Faydalananlar isə alcaq və əclaflar olur. Bəli, alçaq və əclaflar! Ancaq bir tarixi həqiqət də var ki, bir dəyərli insanlarımızı unutdurmaqla yanaşı qiymətləndirmədikcə cəmiyyətmizin dəyərini nəhayətdə onun gələcəyini sual altında qoymuş oluruq.