Ön sÖzbao.az/pdf/b_tuncay-az_ İmperatorluğu.doc · web viewazƏrbaycan İmperatorluĞu...

333
Bəxtiyar Tuncay AZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) 1

Upload: others

Post on 30-Dec-2019

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Bəxtiyar Tuncay

AZƏRBAYCAN İMPERATORLUĞU

(Əlyazması hüququnda)

BAKI 2012

1

Page 2: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd Əmin Rəsulzadəyə ithaf edirəm.

l BÖLÜMAZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF

MƏRHƏLƏLƏRİ

AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLK DÖVLƏT – ARATTA.

Azərbaycanda qurulan ilk dövlət, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-birini tamamlamaqdadırlar. Həmin məlumatlara əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir.

Vlll əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəsin (Olcayın) soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlumatlar verilməkdədir:

"Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı"

Bu məlumatdan göründüyü kimi, Vlll əsr tarixçisi, Yafəsə verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll - V əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vll fəslində Yafəsi Albaniyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir.

Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də müşühisə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur:

“...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-lar, albanlar, qarqarlar.., sarmatlar.., meotlar,iskitlər, tavriyalılar.., bastaranlar...Yerləşdikləri ölkələr isə bunlardır; Midiya, Albaniya, Meotiya, Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi...”

Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir.

2

Page 3: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

XlX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll - XlV əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəl-lifi Xondəmirin “Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğulları barədə ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir. Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mətkəz kimi “Şərq ölkələri və Türküstsnın” adını qeyd etməkdədirlər. Bu baxımdan XlV əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir:

“Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, Nuh əleyhissəlam, - Allah ona rəhmət eləsin, - yer üzünün adamlar yaşayan hissəsini oğlanları arsında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə böyük oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı. O, səhrada yaşayırdı.

Olcay xanın yaylağı və qışlağı Türküstan torpaqlarında idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə - Qaraqorum adı altında məşhur olan Qaraqumdakı Borsuk adlanan yerdə olurdu. Həmin yerdə iki şəhər vardı: Biri Talas, o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı. İndi orada müsəlman türklər yaşayır, həmin yer Kunçi mülklərinin yaxınlığındadır və Kaydudan asılıdır... Olcay xanın paytaxtı da burada yeləşirdi.”

Türklərin mənşəyinin Nuhun oğlu Yafəsə bağlanması fikrində bütün yəhudu, xristian və müsəlman mənbələri yekdildirlər. Bu baxımdan türkologiyanın atası hesab edilən Kaşğarlı Mahmudun söylədikləri də maraqlıdır

“Türklər əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam Nuh peyğəmbərin oğlu Yafəsə, Yafəsin oğlu Türkə qədər uzanır.”

Olcay xanın, yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və müsəlman tarixçilərinin verdikləri məlumatlar ilk baxışdan bir-birindən fərqli görünsə də, birincilərin daha düzgün məlumat verdiklərini söyləyə bilərik. Əslində müsəlman tarixçilərin söylədikləri sələflərinin söylədiklərini inkar etmir. Məsələ burasındadır ki, xristian mənbələrində, o cümlədən “Alban tarixi” kitabında Azərbaycanın şimalı, yəni Albaniya həm də “Şərq ölkəsi” adlandırılır ki, bu barədə kitabımızın növbəti bölümlərindən birində məlumat verəcəyik. Fəzlullah Rşidddin də “Şərq ölkələri” ifadəsini işlədir. Bu ifadənin açmasını biz irəlidə, Parfiya dövlətindən söhbət açarkən və l əsr müəllifi Pompey Troqdan sitatlar gətirərkən verəcəyik. “Türküstan” ifadəsinə gəlincə, bu ifadə müəyyən dövrdə Azərbaycanı da əhatə etmişdir və bunun ən gözəl sübutu “Kitabi – Dədə Qorqud”dur. Bu əsərdə Həm Qazan xan, həm də Bayandır xan “Türküstanın dirəyi” adlandırılır. Bu fikri başqa bir Azərbaycan tarixçisi Əbu Bəkr əl – Tehrani əl – İsfahaninin “Kitabi – Diyarbəkriyyə” əsəri də təsdiqləyir. Həm yazılı mənbələr, həm də mövcud arxeoloji və yerüstü abidələr bir-birini heyrətamiz şəkildə tamamlayaraq, Yafəsin (Olcayın) atası Həzrət Nuhun yaşayış yeri kimi Azərbaycan ərazisinə işarə etməkdədir. Deyilənlərin ən əsas və təkzibedilməz sübutu Həzrət Nuh əleyhissəlamın məzarının Azəbaycanda, daha dəqiq desək, Naxçıvanda olmasıdır.

3

Page 4: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Mahmud Kaşğarlı da Azərbaycanı Türküstan, başqa sözlə, Turan sınırları içərisində göstərmişdir. Bu barədə Zəki Vəlidi Toğan belə yazmışdır:

“”Oğuz” dastanının əsas əməlini təşkil edən “Şu” və Tonqa Alp” rəvayətlərində, İran hökmdarları ilə hərb edikləri anladılan xaqanların mərkəzi Çu hövzəsində Balasağun və şərqi Türküstandakı Kaşğar şəhərləridir. Ancaq Azərbaycann şimalndakı Şabran ilə cənubundakı Qəzvin şəhərləri də bu Tonqa Alpın (Əfrasiyabın) şəhərləri olaraq göstərilməkdədir”.

Həzrət Nuh və tufan barədə ən qədim məlumata “Bilqamıs dastanı”nda rast gəlirik. Tövrat və Qurani-Kərimdəki süjetlərlə, cüzi fərqlər nəzərə alınmazsa, bü-tünlüklə üst-üstə düşən şumer süjetində sözügedən peyğəmbər Utnapişti adı ilə yad edilməkdədir. Baş verənlər isə onun öz dilindən nəql edilir. Xatırladaq ki, söhbət Tövratdakı süjetdən təqribən 2 min il daha qədim olan süjetdən gedir.

Tövratda Nuhun gəmisinin yan aldığı dağın Anadolunun şərqindəki Ağrı dağı olduğu bildirilir. Qurani – Kərimədə isə söhbət Cudi dağından gedir. ”Bilqamıs dastanı”nda isə bu dağ Nisir dağıdır. Bu halda söhbət Naxçıvandakı Nəhcir dağından gedir. Azərbaycan rəvayətlərində isə belə deyilir: Nuhun gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına yan alır, sonra Haçadağa toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhcir dağına ilişib dayanır. Nuh gəmidən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir. “Naxçıvan” adı da buradan yaranıb.

Hər halda, fakt budur ki, Nuhun qəbri Naxçıvandadır və minillərdir ki, xalq tərəfindən ziyarət edilir. Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də l - ll əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır. O, Nuhun Nuksuanada, yəni Naxçıvanda yaşayıb burada öldüyünü, burada yerdən duz çıxarmaqla məşğul olduğunu qeyd etmişdir.

Maraqlıdır ki, Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər öncə, yəni təqribən Həzrət Nuh dövründən başlandığını göstərmişdir ki, bu da Ptolomeyin məlumatını təsdiq edir. Üstəlik də Duzdağ ərazisində aparılan son arxeoloji tədqiqalar nəticəsində məlum olub ki, həmin ərazi dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.

Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sərdabə tikildiyini, sonrakı əsrlərdə bir çox səyyahların bu sərdabəni ziyarət edərək, əsərlərində bu barədə qeydlər etdiklərini əlavə etmək lazımdır. Yəni bu şəxsin heç də mifik şəxsiyyət deyil, real tarixi şəxsiyyət olduğu, fəqət sonrakı dövrlərdə ətrafında bir çox miflər uydurulduğu heç bir şübhə oyatmır.

İkiçayarasında uzun müddət arxeoloji qazıntılar aparmış və şumerlərin qədim Ur şəhərinin qalıqlarını üzə çıxarmaqla məşhurlaşmış görkəli amerikalı arxeoloq Leonard Vulli qazıntılar zamanı “Nuh tufanı” nın izlərini aşkarlamış və beləcə, sözügedən olayın mif olmadığını sübut emişdir. Deməli, Həzrət Nuh gerçək tarixi şəxsiyyət olduğu kimi, tufan da qədimdə baş vermiş gerçək bir hadisədir.

Madam ki, bu belədir, deməli, xristian və müsəlman tarixçilərin Yafəsin türklərin ilk şahı olması və böyük bir dövlətə başçılıq etməsi barədə söylədiklərinə tam ciddi yanaşmaq lazımdır. Həmin mənbələr bu dövləti dünyann ilk dövləti kimi

4

Page 5: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

təqdim edir. Təsadüfi deyil ki, qədim şumer mənbələri ölkəmizin ərazisində mövcud olan və Şumer dövləti ilə iqtisadi-siyasi əlaqələr saxlayan bir dövlətdən söz açmaqdadır. Söhbət mixi yazılarda Aratta adı altında yad edilən və Şumer ilə eyni dövrdə mövcud olmuş qədim bir dövlətdən gedir.

Görkəmli Azərbaycan alimi, qədim Şərq tarixinin gözəl bilicisi, mərhum Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl lll minillikdə Azərbaycanda dövlət qurmlarının meydana gəldiyi müşahidə olunur.

Cənubi Azərbaycan İkiçayarasına yaxın bir ərazidə yerləşirdi. İkiçayarası-nın qədim Azərbaycan tayfaları ilə erkən siyasi münaqişələri və iqtisadi əlaqələri Şumer-Akkad mixi yazılarında əks olunmuşdur. Bu qaynaqlar göstərilən hadisələrlə əlaqədar Aratta ölkəsini, kuti, lullu və su tayfalarını yad edir. Uruk şumer şəhər - dövləti Aratta ilə iqtisadi əlaqələr yaratmaq və hətta ölkəni özünə tabe etmək istəyirdi. Akkad hökmdarları kuti və lullu tayfalarının İkiçayarasına müdaxiləsinə qarşı mübarizə aparırdılar. Şumerlər və akkadlar Cənubi Azərbaycan, onun təbii sərvətləri barədə müəyyən təsəvvürə malik idlər.

Aratta dövləti Azərbaycan ərazisində yerləşirdi. Şumer və Aratta dövlətləri arasında əlaqələr “En - Merkar və Aratta hökmdarı”, “En - Merkar və En-Sukuşsiranna”, “En - Merkar və Luqlbanda”, “Luqalbanda və Hurrum dağı” kimi bir neçə şumer dastanında əks olunmuşdur. Sözügedən dastanların və digər mənbələrin təhlili Arattanın ərazisinin Cənubi Azərbaycanın ərazisi ilə üst-üstə düşdüyünü, onun cənub sınırlarının Qəzvin və Həmədandan keçdiyini söyləməyə əsas verir.

Aratta Cənubi Azərbaycanda miladdan öncə lll minilliyin birinci yarısında, bəlkə, ondan da qabaq meydana gəlmiş ilk dövlət qurumu idi. Bu dövlətin Şumer dövləti ilə diplomatik, siyasi və iqtisadi əlaqələri ümumdünya beynəlxalq diplomatiya, siyasət və iqtisadi əlaqələr tarixinin başlanğıc nöqtəsidir. Aratta və Şumer şahları arasındakı yazışma isə tarixin ilk diplomatik sənədləridir. Həmin sənədlərin məzmunu şumer mixi kitabələri sayəsində dövrümüzədək ulaşmışdır.

Mixi yazılardan belə aydın olur ki, Şumerə hökmranlıq edən Uruk sülaləsindən En-Merkar, bugünkü dillə desək, Merkar (Berkə) xan Aratta xanından Uruka tabe olmağı tələb etmiş, Aratta xanı da öz növbəsində Uruku və bütün Şumer şəhərlərini özünə tabe etmək üçün tədbirlər görmüşdür. Mənbələrin məlumatına görə, Şumer xanı Arattanı ziyarət etmiş, bu iki dövlətin başçıları arsında daim məktublaşma aparılmış, sami tayfalarının Şumerə hücumları zamanı Merkar xan Aratta xanına kömək üçün müraciət etmiş, o da Şumerdən yardım əlini əsirgəməmişdir. Hətta Şumerin dağıdılmış məbədlərini bərpa etmək üçün ora tikinti materialları və sənətkarlar göndərmişdir.

Arattada çoxtanrıcılıq mövcud idi. Şumerdə olduğu kimi, Arattada da İninni (Umay Ene) və Utu kultları geniş yayılmışdı. Məhsuldarlıq və çobanlar tanrısı Dumuzi də böyük hörmət görməkdə idi. Lama adlı bir tanrıya sitayiş edildiyi barədə də məlumat var.

Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qur-ğuşun, mis, dağ daşı, lacivərd istehsal edirdi. Qiymətli metallardan hazırlanan əşyalar və lacivərd Şumerə ixrac edilirdi.

5

Page 6: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Şumer mətnləri bizə təkcə Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlət, onun mədəniyyəti, iqtisadiyyatı və xarici siyasəti barədə deyil, həmçinin Arattanın dövlət quruluşu barədə də çox önəmli məlumat verməkdədir. Bu mətnlərdən göründüyü kimi, Arattanı ali kahin (qam, şaman) idarə edirdi. Bu isə dövlətin teokratik yapıya sahib olduğuna dəlalət edir. Ən maraqlı məlumat isə odur ki, Arattada parlament tipli bir şura da mövcud olmuş və hökmdar bəzi hallarda həmin şuranın fikrinə də müraciət etmişdir. Bu barədə Y. Yusifov yazır:

“Şumer ilə Aratta arasında siyasi rəqabət gücələnirdi. Aratta hökmdarı En-Sukuşsiranna En-Merkarın onu ali hökmdar kimi tanımasını tələb edir. En-Merkar isə ona əks tələb göndərir. Belə olduqda En-Sukuşsiranna şuranı toplayır. Şura üzvləri ona En-Merkara tabe olmağı məsləhət görürür. Aratta hökmdarı bu təklifi rədd edir...”

Şumer mənbələrindən göründüyü kimi, Azərbaycan ərazisində hələ e.ə lll minillikdə parlament tipli bir qurum da olmuşdur ki, bu qurumu dünya parlamentarizm tarixinin başlanğıc nöqtəsi kimi qəbul etmək olar və lazımdır. Fəqət hökmdarın bu qurumun təklifini rədd etməsi onun hüquqlarının məhdudluğuna dəlalət edir. Bununla belə, Şumer – Akkad mənbələri sübut edir ki. Artıq e.ə lll minillikdə ölkəmizin ərazisində dövlət başçısının seçilməsi, özü də bəlli bir müddətə seçilməsi praktikası da mövcud olmuşdur. Üstəlik də əcdadlarımız bu praktikanı hakimiyyətləri altına aldıqları Şumer və Akkad ərazisində də tətbiq etmişlər. Bu barədə Manna (Mahan) dövləti və kutilər (oğuzlar) haqqında söz açarkən danışacağıq.

Yuxarda söylənilənlrdən belə aydın olur ki, Azərbaycan ərazisində mövcud olmuş ən qədim türk dövlətilə, yəni Aratta ilə qədim Şumer dövləti arasında sıx iqtisadi, siyasi, diplomatik və mədəni əlaqələr mövcud olmuş, hər iki dövlət eyni tanrılara sitayiş etmişlər. Türklərin sitayiş etdikləri Tenqri qədim Şumerdə Dingir adı ilə məşhur idi. Bundan başqa hər iki ölkədə türklərin Odu və ya Qodu, şümerlrin isə Utu dedikləri eyni günəş tanrısına və türklərin Umay, Umay Nənə, Umay Ene (Ana) və ya da sadəcə Ana və ya Nənə, şümerlrin isə İninni və ya İnana adlandırdıqları doğum və bərəkət ilahəsinə sitayiş edilmişdir. Əldə olan şumer mətnləri bu günə qədər Azərbaycanda yaşamaqda olan bəzi inanc və adətlərin Şumerdə də mövcud olduğunu göstərməkdədir.

Maraqlıdır ki, ölkəmizin ərazisində kökü minilliklərin dərinliklərinə, daha dəqiq desək, ən azı Eneolit dövrünə qədər uzanan “yağış çağırmaq” ovsunu Aratta dövləti dövründə (e.ə lll – ll minilliklərdə) də davam etmişdir ki, bu barədə şumer mətnləri xəbər verməkdədir. Həmin mətnlərdən aydın olur ki, Aratta əhalisinin həyatında əkinçilik önəmli yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Əkin sahələrinin məhsuldar olması isə yağışın yağıb – yağmamasından asılı idi. Əsasən taxıl və noxud əkən Aratta əhalisi quraqlıq zamanı kahinə (şamana) müraciət edir, o da ovsun oxumaqla yağışın yağmasını təmin edirdi. Bu, şümer mixi kitabələrinin birirndə öz əksini belə tapmışdır:

“Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çaxdırır, dağlara lərzə salır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir... yetişən buğdanı anbara... Arattanın ali kahini üçün gətirir və sarayda onun qabağına tökür...”

Burada ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik.

6

Page 7: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Şumer mənbəyində haqqında bəhs edilən olay bu ənənənin köklərinin ən azı lll minilliyə və Azərbaycan (Aratta) ərazisinə uzandığını sübut edir. Arxeoloji qazıntılar nəticəsində isə məlum olmuşdur ki, ölkmizin ərazisində bu inam və adət hələ Eneolit dövründə (e.ə. Vl – lV minilliklər) mövcud olmuşdur. Xatırladaq ki, arxeoloq H. Cəfərovun yazdığına görə, Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “çağırmaq”mərasimi ilə bağlayırlar.

Şumer mənbələri Arattanın mədəni səviyyə baxımından Şumerdən üstün olduğunu, bu üzdən də Şumer hökmdarı En – Merkarın (Merkar xanın) öz ölkəsində məbədlər tikdirmək üçün arattalı ustalara ehtiyac duyduğunu əks etdirməkdədir. Həmin mənbələrə görə, Şumer hökmdarı Aratta sənətkarlarına sahib olmaq üçün İniniyə (Umay Nənəyə) dua edərək deyərmiş :

“Xanımım İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parcalarından, qızıl – gümüş qatışığındn, təmiz lacivərddən... Urukda, açıq təpədə, sən yaşadığın “Anşan evində” qoy (məbəd) tiksinlər. İşıqlı Giparın (İnini və kahinlərin yaşadığı ibadətgahın) ortasını, sən yaşadığın yeri Aratta (adamları) qoy mənim üçün bəzəsin... Aratta adamları dağlarından dağ daşı gətirsinlər, qoy mənim üçün böyük ibadətgah ucaltsınlar. Böyük məbədi, (tanrılar) məbədini qoy parıldatsınlar. Mənim ayinlərimi kulabda qoy mənim üçün qoy düzgün ifadə etsinlər. İşıqlı dağa bənzər “abzu”(hovuz, şəlalə, fontan) qoy mənim üçün qursunlar, (meşəli) dağa bənzər “eredu” mənim üçün qoy təmizləyib hazırlasınlar...”

Bu mətndən gördüyümüz kimi, Şumer şahı təkcə məbədlər tikmək üçün yox, həm də dini ayinləri düzgün ifa etmk üçün arattalılara ehtiyac duymuşdur ki, bu da dolayısı ilə şumerlərin Arattanın dini təsiri altında olduğunu və ya hər iki ölknin eyni dini görüşləri paylaşdıqlarını göstərir. Başqa bir mətndən isə belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni yazıdan istfadə olunurdu. Həmin mətdə şumer qasidinin En – Merkarın məktubunu Aratta hökmdarına (ali kahininə) gətirməsindən söz açılır və deyilir:

“Arattann ali kahini bişmiş gili (mixi kitabəni) elçidən aldı..., gilə baxdı, sözlər mismar kimi qalxdılar”.

Aratta sakinlərinə, yəni bu ölkənin əsas etnosuna gəlincə, mixi yazılarda onlardan “turuk” adı altında bəhs edilir. Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi. Turukkular Aratta ilə Aşşur arasında qalan ərazilərə sahib olmaq uğrunda aşşurlarla mübarizə aparırdılar. Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi yazılarında "turukku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus - sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri "türk" etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir. Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edilmişdir. Urartu mənbələrində həmin xalqın adı "turuxi" kimi çəkilr.

7

Page 8: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən "turukku"e tnonimi "türk"etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır. İlk dəfə Zelik Yampolski tərəfindən söylənilən bu fikrə sonralar Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofik Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar. Yusif Yusifovun yazdığına görə, "türk" adına erkən orta əsrlərə aid hind qaynaqlarında “turukka", Xotən mətnlərində "ttrruki", Tibet mənbələrində "druq" və "druqu" formasında rast gəlmək mümkündür.

Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid Aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə "turux" (və ya turuxi) adı ilə Urartu mənbələrində məlumat verildiyini vurğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir. Mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl ll minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır. Onlar Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil olurdular. Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər. Ümumiyyətlə, onlar bu ərazi uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar. Aşşur mixi yazılarından belə məlum olur ki, Aşşur hökmdarı l Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər. Aşşur hökmdarı l İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir: "O ki qaldı Şuşarra olkəsinə, siz mənə yazırsınız ki, bu ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik. Qoy qasid sizə vəziyyəti izah etsin. Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağıtmışdılar. Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çəkildilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz." Təbii ki, mixi yazılardaki "turukku", "turuxi", "turuk" adlarını "türk" enonimi ilə eyniləşdirən alimlərimiz haqlıdırlar. Lakin bu fikrin əleyhinə çıxanlar, yəni bu halda söhbətin sadəcə adların təsadüfi bənzəyişindən gedə biləcəyini, türk xalqının Altayda formalaşdığını və çox-çox sonralar Ön Asiya və Qafqaza gəldiklərini iddia edənlər də təəssüf ki, az deyillər və hətta daha çoxdurlar. Odur ki, biz mövqeyimizi təkzibedilməz şəkildə sübut etməliyik. Hərçənd ki, Aşşur mənbələrində turuklarla (türklərlə) yanaşı, kumen (kuman), qaşqay, tirqiş (türkeş), sak, kanqar, subar, kimmer və s. türk soy və boylarının adının çəkilməsi artıq təkzibedilməz sübutdur. Lakin, görünür, oponentlərimizi susdurmaq üçün bu faktlar da yetərli deyil. Biz də bu fikirdəyik ki, adlarına ilk dəfə eradan əvvəl lll minilliyə aid Akkad və Aşşur mixi yazılarında "turuku" kimi və eradan əvvəl l minilliyə aid Urartu mənbələrində "truxi" kimi rast gəlinən və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan bu xalq sonrakı dövrlərdə, Vl - Vlll əsrlərdə

8

Page 9: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi indiki Monqolustan ərazisi olmuşdur. Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onlarından biri bu xalqın Qərbdən - Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir. Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır. Birinci rəvayətdə deyilir ki. hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının, yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi. Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar. Bu fəla-kətdən yalnız bu gənc qurtuldu. Bu gəncin iki arvadı vardı. Biri yaz tanrısının, digəri qış tanrısının qızı idi. Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi. İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin, yəni Xəzər dənizinin qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı. Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir. Bunlardan yalnız bir oğlan uşağı sağ qalır. Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir, onu böyüdür və onunla evlənir. Oğlandan hamilə qalan qurd onu götürüb dənizin şərq tərəfinə keçirir və Altaya aparır. Orada dişi qurd 10 oğul doğur. Bu oğullardan türk xalqı törəyir Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə dörd məqam diqqəti cəlb edir. 1-ci məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl lll - ll minilliklərə aid Akkad və Aşşur mənbələri, eləcə də eradan əvvəl l minilliyə aid Urartu mənbələri təsdiqləyir. Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə görə, türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın 4- cü şahı olmuşdur. Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su adlı bir ölkədən çıxmış olması faktıdır. Mövzumuz baxımından bu fakt o qədər böyük əhəmiyyət daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır. Su ölkəsi harada yerləşmişdir? Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki, eradan əvvəlki lll minlliklərə aid mixi yazılarda Azərbaycan ərazisində yaşamış kuti, lulu, subar, kuman və turuk, yəni türk xalqları ilə yanaşı su xalqından da söz açılmaqda və Su ölkəsinin adı çəkilməkdədir. Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub lullu" ifadəsi işlənməkdədir:

9

Page 10: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta... və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir ərazinin müxtəlif adları olmuşdur. Sular da turukku və lullu tayfa birləşməsinə daxil idilər." Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları, haqqında qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə yerləşdiyi vurğulanan Su ölkəsi Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin - Aratta dövlətinin başqa bir adıdır.

Mövzu ilə bağlı Lev Qumilyov yazır:"İkinci əfsanə türklərin mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla

bağlayır. So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən... məhv olurlar. Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney Altayda Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus çayınnda məskunlaşdılar. Bu əfsanəni şərh edən N. A. Aristov əfsanədəki "So"nu Altayın quzeyindəki Biye çayı sahillərində yaşayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə - ku kijilərlə (ku kişiləri, ku adamları)...eyniləşdirmişdir."

Maraqlıdır ki, "Su" (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi, "ku" və "kuman" etnonimlərinə və "Altay" toponiminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi çəkilir) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından Azərbaycan və Ön Asiya etnonim və toponimləri kimi söz açılmışdır.

Su ölkəsi ilə bağlı türk genoloji əfsanəsində deyildiyi kimi, türklərin başbuğu Kapan Punun 16 qardaşı var idi. Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlasığmaz dərəcədə üst-üstə düşən bir məlumat var və həmin məlumata əsasən, Quti sülaləsinin hakimiyyətdə olduğu çağda ( e.ə.XXlll əsrdə ) Akkad qoşununun quzeydə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boy olmuşdur.

Əgər gerçəkdən də mixi yazılardakı "turuk"larla Göytürk Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də öncə Xəzərin qərbində yaşamışsa və sönralar dənizin şərqinə, oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət etmişsə, ola bilməzdi ki, bu köç barədə heç bir yazılı mənbə qalmamış olsun. Əgər belə bir mənbə olarsa, oponentlərimizə elə bir öldürücü zərbə vurmuş olarıq ki, ağ bayraq qaldırmaqdan başqa heç bir çarələri qalmaz.

Xoşbəxtlikdən belə bir mənbə var və həmin mənbə təkcə türk xalqının deyil, eləcə də albanların Xəzərin qərbindən şərqinə, oradan da Çin tərəfə yayıldıqlarını təsdiq edir. Söhbət Vl əsr müəllifi İordanın özünün çox məşhur "Qotların mənşəyi və əməlləri haqqında" adlı əsərində yazdıqlarından gedir:

"İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır, sonra isə geniş və dairəvidir və hunların, albanların və sereslərin yayıldıqları uzaq ərazilərə qədər uzanır."

Müəllif bir qədər sonra isə deyir:"İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq şərqdə sereslər ölkəsi-

nə çatır. Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar."İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Appolodor və s.

müəlliflərin əsərlərində də söz seres xalq barədə mütəxəssislər müxtəlif fərziyyələr

10

Page 11: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

irəli sürsələr də bir fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sərhədində yaşayırdı, əsil adları da "ser" və ya "sir" idi. Yəni "seres" formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi "es" qədim yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə "ser" və ya "sir"dir.

Eramızın l əsrində ser (sir) xalqı və onu yerləşdiyi coğrafiya haqqında ən ilk məlumat verənlərdən biri Pomponiy Mela (l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı iskitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir. Eyni əsrdə yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə yad etməkdədir.

ll əsr müəllifi Klavdi Ptolomey yazır:"İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsininin (Skifiyanın)

sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Serika) təşkil edir."

Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir:"Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mənbəyininin birini, artıq qeyd

etdiyimiz kimi, Avzakiya dağı yaxınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya dağları yaxınlığında, 174 dərəcə-47 dərəcə 30 dəqiqədə yerləşir..."

Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiyaşünas alim bu ölkənin şəhərlərinin - Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir:

“Serika (Türk – sirlər ölkəsi) qərbdən İmay dağının o tayında, uzunluq dairəsi üzrə yerləşən İskitiya (Skifiya, İskitlər ölkəsi) ilə, şimaldan Fuludan keçən paralel xətt üzrə uzanan bataqlq torpaqlarla, şərqdən son ucu 180◦/63◦ və 180◦/35◦ arasında yerləşən naməlum torpaqlarla, cənubdan isə öncə Qanq çayının o tayında yerləşən Hindistanla, 173◦/35◦ xətti ilə, sonara isə eyni xətt üzrə sonu bilinməyən Çinlə əhatələnmişdir.

Serikadan (Türk - sirlər ölkəsindən) keçən dağlar bunlardır: Son ucu 153◦/ 60◦ və 171◦/ 56◦ arasında yerləşən “Annib” adlandırılan dağlar; 167◦ / 47◦30′ və 174◦ / 47◦30′ arasında yerləşən Avzak dağlarının şərq tərəfi; 167 / 47◦30′ və 174◦ / 47◦30′ arasında yerləşən və “Asmirey” adlandırılan dağlar; son ucu 162◦ / 44◦ və 171◦ / 40◦ arasında qalan Kasi dağları; ortası 170◦ / 43◦ - yə düşəm Faqur dağı; sonu 165◦ / 36◦ ilə əhatələnən, bəzən “Ser” (Sir) də adlandırılan Emod dağları və 169° / 36° və 176° / 39° arasında qalan Ottorokara dağı.

Serikanın bütün ərazisi boyu əsasən iki çay axır: Bir mənbəyini yeri artıq qeyd edilmiş Avzak dağlarından, digər mənbəyini isə Asmirey dağlarından (174° / 47°30′) alan, 160° / 49°30′ üzrə Kasi dağlarına tərəf istiqamətlənən və bir qolunu da oradan (161° / 44°15′) alan Oyxard və mənbələrini eyniylə Kasi (160° / 43◦), Ottorkara (176° / 39°) və Emod (160° / 37°) dağlarından alan Bautis.

Serikanın şəhərlərinin adları bunlardır: Damna - 156° / 51° 40′; Piada -160° / 49°40′; Asmireya - 170° / 48°/20′; Aspakara - 162°30′ /42°40′; Drosaxa - 167°40′ / 42°30′; Paliana - 162°30′ / 41°-; Abraqana - 163°30′ / 39°30; Foqara -171°20′ / 39°40′; Daksata - 174◦ / 39◦40′; Orosana - 162◦ / 37◦30′; Ottorokara - 165° / 37°15′; Solana - 169° / 37°30′; paytaxt Sera - 169° / 37°30′...

11

Page 12: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Paytaxt Sera 14 saat 45 dəqiqəyə bərabər olan ən uzun günə sahibdir və Aleksandriyadan (İskəndəriyyədən) 7 saat 50 dəqiqə və ya tam 8 saat şərqdə yerləşir...”

İordanın yazdıqlarından isə ser (sir) xalqının öncə Xəzər sahillərində yaşadıqla-rı və sonradan Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri aydınlaşır .

Sir və ya ser xalqının kim olduğunu isə biz Orxon-Yenisey abidələrindən öyrənirik. Belə ki, uzun müddət Göytürk xaqanlarının vəziri olmuş Tonyuquq ucaltdırdığı abidədə özünün mənsub olduğu xalqı "türk sir xalqı" adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq:

" Türk sir bodun yerintə bod kalmadı" (Türk sir xalqının yerində boy qalmadı). Eyni abidənin 11-ci sətrində isə deyilir:"Türk sir bodun yerintə idi yorımazun" (Türk sir xalqının yerində yiyə

yürüməsin).Tonyuquq abidəsinin 60, 61 və 62-ci sətirlərində də eyni etnonim ilə

rastlaşırıq:"Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi

yok ertəçi erti. İltəris kağan, Tonyukuk kazğantuk üçün Kapağan kağan, türk sir bodun yorıduku... Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xaqanın türk sir xalqını yürində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyuquq qazandığı üçün Kapağan xaqanın türk sir xalqı yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək (taxtda) oturur). Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına alıb Ötüge-nə, yəni Türk Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan ərazisində yer- ləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapı-nın, yəni Dərbəndin də adını çəkməkdədir:

"Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk." ( Doğma türk xalqını Ötügen yürinə mən - müdrik Tonyuquq özüm gətirdim. 17 - ci sətir).

"Təmir Kapığa təgi irtimiz, anta yanturtımız... Ol küntə təgdi türk bodun Təmir Kapığka." (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq... Həmin gün türk xalqı Dəmir qapıya çatdı. 45 - 46 - cı sətirlər).

Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qərbindən gəldikləri bildiriən türklərin Çin qaynaqlarında adı "Kapan Pu" kimi çəkilən ilk xaqanlarının adının "Tonyuquq" abidəsindəki Qapağan xaqanın adı ilə səsləşməsini də əlavə etmək laımdır.

Türklərin qədim Çin mnbələrində əbədiləşərək dövrümüzədək ulaşan “Boz qurd” dastanının, daha doğrusu qurda totem münasibətinin Qafqaz xalqları içərisində geniş yayılması da türk-sirlərin Qafqaz mənşəli olmasının əlavə sübutu kimi gözdən keçirilə bilər. Məlumat üçün bildirək ki, bənzər mifik süjetə osetinlərin, xevsurların, çeçenlərin, meqrellərin və s. Qafqaz xalqlarnn əsatirlərində rast gəlinir.

KUTİLƏR VƏ MAHAN (MANNA) DÖVLƏTİ

12

Page 13: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı qədim mənbələrdən "kuti" kimi çəkilən tayfa olmuşdur. "Kuti" etnonimi e.ə. III - II, eləcə də I minilliklərə aid qaynaqlarda yad edilir. Aratta dövlətinin də əsas sakinlərindən olan kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Yusif Yusifovun yazdığına görə, tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə türk mənşəli Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər.

Tədqiqatçı B.Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə "quz" (oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək, B.Landeberqerin fikrini təsdiqləmişdir. Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmaqdadır. O, kuti hökmdarlarının daşıdıqları Yarlaq adını qədim türk yazılarındakı Yarlakar Kan Ata adı ilə, İbra adını "Kitabi - Dədə Qorquddakı İmrə adı ilə, Kurum adını qədim bulqarların xanı Kurum xanın və Altun Orda xanı Kurum xanın adları ilə, Elulameş adını oğuzlar içərisində yayğın olan Elalmış (İlalmış) adı ilə və s. tutuşduraraq, kuti hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur.

S.N. Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV fəslində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən buradakı Mahan toponimidir:

"Ölkələr... Mahan və Dilmun baxaraq mənə,Dilmun gəmiləri şalban daşıyır.Mahan gəmiləri göyə qədər yüklənib,Meluhhidən "mahilum" yelkənli gəmilərQızıl və gümüş gətirir onlar.Hamısı daşıyırlar Nippura." Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas

cəhət ona türk tarixi mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu da "Oğuz şəhəri" deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:

"Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə alaraq onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumurtalar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə

13

Page 14: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

gəldilər. Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə xarabalıq qalır. Bu yeri "Axlat məhəlləsi" adlandırırlar."

Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıqları dövrlər arasında təqribən 4700 - 5000 illik məsafə var?! Doğrudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.

Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı alimlər 1883 - cü ildə müəyyənləşdirə bilmişlər. Fərat sahilində, yerli ərəblərin "Nuffar" (Nippur adının bir qədər dəyişikliyə uğramış forması) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə həmin il versə də, bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893 - 1896 – cı illərdə davam etdirilən qazıntılar qədim Şumer şəhərini gün üzünə çıxardı.

Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında, Bağdaddan yuxarıda, Bugünkü Türkiyə ərazisində yerləşirdi. Bu gün də Anadoluda eyni adı daşıyan bölgə var. Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.

Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

"Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlumatında ("Qorqud Kitabı"nda oğuzların baş hakimi) Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, "Qorqud Kitabı"ndakı Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.

Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan "Qorqud Kitabı"ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir."

Övliya Çələbinin yazdığına görə, Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi. Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmalı idilər. Artıq qeyd edildiyi kimi,

14

Page 15: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Şumer - Akkad mənbələrində adlarına "kuti" (quti) formasında rast gəlinən xalqı türk-oğuz xalqı hesab edən alimlər də var və görünür, onlar səhv etmirlər.

Görəsən, şumer mənbələrindəki Mahan ölkəsi sonrakı minilliklərdə adına Aşşur-Babil və qədim yəhudi mənbələrində "Manna (Man, Minni, Munaş) ölkəsi" kimi rast gəldiyimiz ölkə deyil ki, axı, bu ölkə bəzən mixi yazılarda Qutium, yəni "kutilər ölkəsi" də adandırılır? Bu suala heç bir tərəddüd etmdən müsbət cavab vermək olar.

Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyaya görə, Manna dövləti e.ə l minillikdə, Cənubi Azərbaycan ərazisində formalaşmışdır. Halbuki, yuxarıda artıq qeyd etdiyimiz kimi, bu dövlətin adına e.ə lll minilliyə aid şümer mənbələrində “Mahan” formasında rast gəlinmişdir. Əlbəttə, bu, adların təsadüfi bənzəyişi də ola bilərdi. Fəqət Manna dövlətinin başqa bir mənbədə Şumer, Elam və Hett dövlətləri ilə birlikdə yad edilməsi şumer mənbələrindəki Mahan ilə Aşşur – Babil və Uratu mənbələrindəki Manna (Mana, Man, Munaş) dövlətinin eyni dövlət olmasına heç bir şübhə yeri qoymur. Söhbət Bibliyadakı, daha dəqiq desək Əhdi – Ətiqdəki məlumatdan gedir. Məlumat üçün bildirək ki, e.ə l minillikdə nə Şumer, nə də Hett dövlətləri artıq yox idi. Hett dövlətinin e.ə ll minillikdə mövcud olduğunu nəzərə alsaq, Bibliyada e.ə ll minillikdə baş vermiş hadisədən söz açıldığını tam əminliklə söyləmək olar.

İstər Manna (Man, Maan, Mahan) dövlətinin, istərsə də onun əsas sakinləri olan kutilərin (oğuzların) adı mixi yazılarda e.ə. Vll əsrə qədər hallanmaqda davam etmişdir. Azərbaycan tarixşünaslığında bu dövlətin e.ə X-lX əsrlərdə formalaşdığı və ərazisinin də sadəcə Urmiya gölü ətrafını və ona yaxın əraziləri əhatə etdiyi qəbul edilmişdir. Halbuki, qədim mənbələrin dərindən incələnməsi sözügedən dövlətin sərhədlərinin Cənubi Azərbaycan torpaqlarından başqa paytaxtı Partav (Bərdə) olan və Kür-Araz ovalığını əhatə edən Zikkertu (Saqarta, Saqaşen) vilayətini, Nisir (Nəhcir) dağının yerləşdiyi və Naxçıvan və ətrafını əhatə edən Zamua vilayətini, Qərbi Azərbaycan (bugünkü qondarma Ermənistan) ərazisini əhatə edən Aza vilayətini, əsas şəhərlərindən biri Simqur (Şəmkir) olan Kürdən şimalda və şərqdə yerləşən Simqur vilayətini, eləcə də indiki Dağıstanı (Andiya) və Çeçenistanı (Durdukka) içinə aldığını söyləməyə tam əsas verir.

Mannanın ən qüdrətli çağlarında o dövrlərdə Biştu (Pəştu) adlanan indiki Əfqanıstana və Parsua adlana Fars əyalətinə də sahib olduğu məlum olur. Lakin bu, çox da uzun sürməmişdir. Çünki sözügedən dövlət tez-tez Urartu və Aşşur (Assuriya) kimi qüdrətli qonşularının təcavüzünə məruz qalırdı ki, bu da ölkə daxilindəki əyalətlərdə mərkəzi hökumətə qarşı üsyanların baş verməsini və separatizmi stimullaşdırırdı. Eyni zamanda, Mannanın bütövlükdə Aşşurdan asılı vəziyyətə düşdüyü və ya torpaqlarının çox hissəsinin Urartu tərəfindən işğal edildiyi dövrlər də olmuşdur. Bu barədə sırası gəldikdə söhbət açacağıq.

Firidun Ağasıoğlu yazır:"Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində

yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi

15

Page 16: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yazılarda "quti" adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir. Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir."

Yusif Yusifov isə bildirir:“E.ə lll minillikdə Urmiya gölünün qərb və cənub - qərb hissəsində kuti

(yaxud quti) tayfa birləşmələri mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşmsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer İkiçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.

Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir "qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı.”

Mənbələrdən belə məlum olur ki, Naran-Suen e.ə. 2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200 - e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L. Helpen e.ə. 2622-ci ili, E.Meyer, Ş.Günaltay e.ə. 1250-2374 ci illər arasını göstərirlər. İ,Dyakonov bu hakimiyyətin son ili kimi e.ə. 2109-cu ili qəbul edir ki, F.Ağasıoğlu da bu fikrə şərik çıxır. Məlumat üçün bildirək ki, Akkad mənbələrində Kutium, yəni kutilər ölkəsi adının sinonimi kimi “Umman Manda” (Manda odusu) ifadəsi də işlənmişdir. Sonrakı dövr mənbəlrində (e.ə. l minillik) eyni ad kimmer, iskit, sak və madaylara (midiyalılara) da şamil edilmişdir. Görünür buradakı Manda ifadəsi Mahan (Manna, Man, Munaş) adının akkad variantı olmuşdur.

Çox güman ki, Aratta dövlətinə də Mahan dövləti, yəni kutiər (oğuzlar) son qoymuş və Şumer və Akkad kimi Aratta da Mahanın bir vilayətinə çevrilmişdi. Hər halda, e.ə. l minilliyə aid Aşşur və Urartu mənbələrdə Arattadan (Urartu mənbələrində Alateye, türkcə Aladağ) Mannanın (Mahanın) bir əyaləti kimi söz açılır.

Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, kutilərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdır:

16

Page 17: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi."

Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir.

Firidun Ağasıoğlu bu halı, tam haqlı olaraq, qədim türk - oğuz El (dövlət) sistemi ilə izah edərək yazmışdır:

"Quti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş ölçüyə sığmır. Ona görə də İ. M. Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarlarını) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin İkiçayarasında idarəetmə işlərinə qoşulub alışmadıqları üçün böyük dövlətçilik təcrübəsi qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda dünyada ilk imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük. İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi? Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.

Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda (qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə (2, 3, 6, 7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5 - i onlara ayrılmş hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. Bunlardan sonuncu - Tirikan devrilmiş, digər 4 - ü isə, görünür, ya vəzifədə ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar..."

Şübhəsiz ki, Firidun Ağasıoğlu tam haqlıdır, fəqət onun böyük bir imperiyanın başçılarnı “elbəyi” adlandırması ilə razılaşmaq mümkün deyil. Çünki türklərdə bəy titulu hər hansı bir türk ölkəsinin kiçik bir ərazisinin hakimlərini ifadə edirdi. Türkcə imperatora xaqan deyirdilər. Odur ki, Kuti – oğuz imperatorluğunun seçilən başçıları bəy və ya elbəyi yox, xaqan idilər. Təsadüfi deyil ki, Oğuz xan mənbələrdə məhz “Oğuz Kaan”, yəni Oğuz Xaqan adlandırılır.

Alimin aşağıdakı sözləri ilə isə razılaşmamaq mümkün deyil:"Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "El" sözü ilə ifadə

olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk demokratik dövlət olan

17

Page 18: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixindən öyrənirik ki, Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik dövlət qurulmuşdur."

Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin "primitivliyi" kimi dəyərləndirilən bu möhtəşəm fakt bir yandan ölkəmizin gerçəkdən də demokratik dövlətçilik və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim oğuzlar olduğunu söyləyən elm adamlarının haqlı olduğunu göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi İslamın qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir:

"Onları (oğuzları) aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur."

Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk - oğuz cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində olmuşdur.

Füzuli Bayat mövzu ilə bağlı yazır:"Bir çox qəhrəmanlıq dastanlarıı kimi "Oğuz kağan" da ulu toyla qurtarır.

Dastanda belə toy bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşayiət olunmur. Oğuznamə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göründüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğaları müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur."

Süleyman Əliyarov izlərinə "Dədə Qorud"da rast gəlinən demokratiya və Parlament sistemi barədə deyir:

"Kitabdakı "qocalar" anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı "kəngəş bəyləri"nə tam uyğundur; Rəşidəddinin "kəngəş yapın, bəylərin istədiyi nə olsa, elə hökm verin" yazısı bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura (ağsaqqallar şurası) oğuz tarixində doqquz "qocadan" - kəngəş bəylərindən ibarət olmuşdur."

Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn "El" termininin işlənməsi, demokratik düşüncənin ifadəçisi kimi çıxış edən "toy" və "qurultay" terminləri ilə yanaşı "kengəş" (şura, parlament) kəlməsinin də olması və Avropa dillərindəki "konqres" (qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla kişi arasında hüquq

18

Page 19: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut etməkdədir.

Şübhəsiz ki, bütün bunlar kuti - oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər. Eyni fikri sübut edən başqa fakt da var. Yuxarıda qeyd edildiyi kimi, yazılı mənbələrdə İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5 - 5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix "Oğuznamə"lərdə söylənilənlərlə üst-üstə düşür. "Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi" adlı çox maraqlı monoqrafiyanın müəllifi J. Dögin (1721 - 1800) yazır:

"Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)... fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu... Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 ildə yaşamış olacaqdır."

Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920 - ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:

"Bu tarix J. Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır."

Xatırladaq ki, L. Halpen kutilərin İkiçayarasındakı hakimiyyətlərinin başlanğıcını e.ə. 2622 - ci, E.Meyer və Ş.Günaltay e.ə. 2550 – 2374 - ci illərə aid etmişlər.

Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir. Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində möv-cud olmuş Aratta dövlətindən söz açılmaqdadır.

Yusif Yusifovun yazdığına görə, mixi yazılarda Aratta dövlətinin adına eradan əvvəl lll minilliyin birinci yarısından başlayaraq l minilliyə qədər vaxtaşırı məlumat verilmişdir. Bu da həmin dövlərtin ən azı 2 min il davam etdiyini sübut etməkdədir. “Aratta” kəlməsinin mənası dağ deməkdir. Eradan əvvəl Vlll əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.

Fikrimizcə, Rəşidəddin "Oğuznamə"sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən "Oğuznamə"də oxuyuruq:

"Yay aylarında onlar (oğuzlar) bu vilayətlərin bütün yaylaqlarını Səbalan, Alataq və Ağdiberiyə qədər bütün dağlıq yerlərini ələ keçirdilər. Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində "meydana gələn", "dikələn" bir şeyə səbalan deyilir."

Yeri gəlmişkən qeyd edək ki, istər uyğur “Oğuznamə”sində, istərsə də “Oğuznamə”nin Rəşidəddin tərəfindən qələmə alınmış müsəlman variantında şumer mətnlərindəki məlumatlar ilə üst – üstə düşən daha bir maraqlı məqam var. Söhbət Oğuz xaqanın Urum ölkəsinin xanı ilə (Urum xanla) savaşından gedir.

19

Page 20: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Şumer mətnlərində də, daha dəqiq desək, “Luqalbanda və Hurum dağı” adlı əsərdə də Aratta ilə bağlı Hurum (Urum) dağından söhbət gedir.

Əbu Bəkr əl - Tehrani əl - İsfahaninin yazdıqlarından belə məlum olur ki, oğuzlar həmin ərazidə minillər öncələrdən yaşamışlar. Həmin müəllif və onun əsəri barədə tanınmış tarixçi alim Yaqub Mahmudov yazır:

“Azərbaycan ən qədim zamanlardan başlayaraq tarixin bütün dövrlərində əsas Türk məskəninin önəmli parçası, qədim Oğuz yurdu, Azərbaycan xalqı isə bu diyarn ən qədim yerli xalqı olmuşdur. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1453-1478) əmri ilə yazılmış və indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalmış Əbu Bəkr əl - Tehrani əl - İsfahaninin “Kitabi Diyarbəkriyyə” adlı kitabında açıq şəkildə yazılmışdır ki, Azərbaycan ən qədim Türk - Oğuz yurdlarından biridir. Qədim oğuzlar və hətta Oğuz xanın özü də, xanlar xanı Bayundur xan, bunlardan sönrakı dövrlərin məşhur Oğuz-Türk sərkərdələri, hətta Qıpçaq xanın özü də Azərbaycanda yaşamş və burada ölmüşlər.”

Sözügedən dövrdə Kuti imperatorluğunun paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (s) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır.

Bütün bu deyilənləri, yəni türklərin Azərbaycanın ən qədim sakinləri olması faktını ərəb mənbələri də təsdiqləməkdədir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin "Xəbərlər" əsərində (Vll əsr) yazılır ki, xəlifə l Müaviyə (661 - 680) Azərbaycanın işğalı çağında ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da "Azərbaycan ən qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır" - deyə cavab vermişdir. Eyni fikir 1126 - cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi əsərdə də təkrarlanır:

"Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir" .Mövzumuz baxımından professor Helmoltun ümumi rəhbərliyi altında 120

alimin kollektiv əməyinin nəticəsi olan "Bəşəriyyətin ümumi tarixi" kitabının "At-ropatena" bölümündə yazılanlar da böyük önəm daşımaqdadır:

"...Tarixin göstərə bilmədiyi məchul bir zamandan bəri bu yerlərdə başdan-başa türklər yaşamaqdadır.

Elmdə kutilərin dilini Elam – Zaqroş (?!) və Qafqaz dillərinə bağlamaq cəhdləri də olmuşdur. Bu barədə Nizami Xudiyev yazır:

"Ön Asiyanın qədim dillərində - yazılı abidələrində bir sıra türk sözləri (güman ki, Azərbaycan ərazisində yaşayan türklərin dillərindən keçmiş) qeydə alınmışdır ki, bu, türk etnoslarının Azərbaycanda, ümumən Ön Asiyada... müəyyən rol oynadıqlarını təsdiq edir. Azərbaycan ərazisində ən qədim zamanlardan məskunlaşan kuti və lullubilər, məlum olduğu kimi, şumer və akkadlarla sıx əlaqə

20

Page 21: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

şəraitində yaşamış, daha doğrusu o zamana qədər mövcud olan münasibətləri yeni tarixi şəraitdə davam etdirmişlər.

Azərbaycan ərazisində mövcud olan... bu ən qədim tayfaların dil mənsubiyyəti barədə daha hansı mülahizələr mövcuddur? İlk tədqiqatçılar lullubi dilini elam dilinə qohum hesab edirdilər. Elam dilinin ilk tədqiqatçılarından Q. Hüzinq lullubi, həm də kuti dilini elam dilinə, sonuncusunu isə Qafqaz dilləri ailəsinə daxil etmişdir. Q. Kameron həmin dillərin elam dilinə aid olduğunu göstərmişdir. A. Şpayzer regionun bir sıra toponimlərinin müqayisəsinə əsaslanaraq kuti, lullubi və elam dillərini Zaqroş dil qrupunda birləşdirmişdir. Q. A. Melikaşvili elam, kassi, kuti və lullubi dillərini Zaqr - elam dil qrupuna daxil etmiş və həmin qrup dillərin Qafqaz dillərinə yaxın olduğunu göstərmişdir. E. Hersfeld elamları, kassiləri, kutiləri, lullubiləri və s. eyni etnolinqvistik qrupa aid etmişdir. İ. M. Dyakonov kuti və lullubi dillərini elam dillərinə aid etmiş və eyni zamanda kutilərin dili ilə Qafqaz albanlarının dili arasındakı qohumluq ehtimalından danışmış, sonra isə lullubi etnosunun mövcudluğunu inkar edib kutilərin dilini şimal-şərqi Qafqaz qrupuna daxil etmişdir. İ. Əliyev kuti dilinin Qafqaz, lullubi dilinin isə kassi və elam dillərinə yaxınlığını qeyd etmişdir və s. və i. a."

Maraqlıdır ki, bu gün dilçilik elminə nə "Elam - Zaqroş", nə də "Zaqr - elam" adlı dil qrupları məlum deyildir. Bu "qrupları" böyük tarixçi alim olmalarına baxmayaraq, dilçilik sahəsində tam delitant olan elm adamları uydurmuşlar və bu cür uydurmaların heç bir ciddi elmi əsası yoxdur. Qədim elam dilinə gəldikdə isə, onun Qafqaz dilləri ilə qohumluğu barədəki fərziyyələr özünü doğrultmamışdır və dilçi alimlər həmin dili dravid dilinə qohum sayırlar.

Mövzu ilə bağlı, şübhəsiz ki, bizim üçün ən mötəbər fikir qədim şərq dilləri və mixi yazılar üzrə görkəmli mütəxəssis Yusif Yusifovun və ömrünü bu kimi məsələlərə həsr etmiş professional dilçi alim Firidun Ağasıoğlunun fikirləridir. Xüsusən də həm böyük tarixçi, həm də böyük dilçi olmuş mərhum Yusif Yusifovun söylədikləri maraq doğurmaqdadır:

"Kutilərin dil və etnik mənsubiyyəti barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Q.Hüzinq və F.Borkun elam dilinə aid araşdırmalarında kuti dilinin elam dilinə qohum olması və bunların öz növbəsində Qafqaz dilləri ilə qohumluq təşkil etməsi barədə mülahizə irəli sürülmüşdür. Lakin bu qohumluğu göstərə biləcək dəlillər gətirilməmişdir. Digər ehtimala görə (Z. Yampolski), kuti adı sonralar antik qaynaqlarda Azərbaycan ilə əlaqədar yad edilən "uti" etnoniminin ilkin forması olmuşdur, yəni sonrakı dövrlərdə guya "k" səsi düşmüşdür. Lakin bu hal da müşahidə olunmur. Əksinə, mixi qaynaqlar göstərir ki, kuti və utu // itu (uti adının ilkin forması) tayfa adları müxtəlif formalarda işlənirdilər."

Yusif Yusifov eyni zamanda bildirir ki, utu // itular turuk (türk) etnosuna mənsub idilər. Alimin fikrincə, həm kutilər, həm də utilər (utu, itu) türkdilli olmuşlar. O yazır:

"Eyni zamanda qaynaqlar burada turukki və lullularla əlaqədar Uta / Utem (-m şəkilçidir) ölkəsinin adı çəkilir. Şübhəsiz, ad Utu/İtu etnonimindən əmələ gəlmişdir. Məlum olduğu kimi utu/itu tayfası sonralar (e.ə. Vlll-Vll əsrlər) Assuriyada (Aşşurda) muzdlu döyüşçü sifətilə hərbi xidmətə cəlb olunurdular.

21

Page 22: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Utu/itular turukki etnosuna mənsub idilər. Çox güman ki, utu/itu tayfa adı sonrakı (e.ə. V əsrdən etibarən) Azərbaycan ərazisində çox geniş təmsil olunmuş "uti" tayfa adının ilkin formasını təşkil edirdi. Etnonim hun tayfalarından olan türk mənşəli "utiqur" (uti xalqı) adını təmsil edir."

Biz utilərin utiqurlarla eyniləşdirilməsini də doğru saymırıq və utiqurlarla bağlı fikrimizi kimmerlərdən söz açarkən söyləyəcəyik.

Elmi ədəbiyyatda, artıq yuxarıda qeyd etdiyimiz kimi, kutiləri utilərlə, utiləri də bu gün Azərbaycanın Qəbələ və Oğuz rayonlarınada yaşamaqda olan udinlərlə eyniləşdirmək cəhdləri olmuşdur. Mixi yazılara istinadən, kuti və utilərin qohum olmalarına baxmayaraq, ayrı-ayrı etnik qruplar olduğunu göstərən Yusif Yusifov eyni mənbələrdə udinlərin də adına fərqli bir etnonim kimi (udin adamı) rast gəlindiyini göstərmişdir.

Uti və udinlərin ayrı - ayrı etnik qruplar olduğu və Qafqaz Albaniyasının fərqli bölgələrində yaşadıqları Musa Kağankatlının "Alban tarixi" kitabından da açıq aydın sezilməkdədir. Musa Kağankatlı özünün "Alban tarixi" kitabında Yafəs soyundan olan Albaniya hökmdarı Aranın (Ərənin) adını çəkərək bildirir ki, albanlar, utilər və qarqarlar bu hökmdarın nəslindəndirlər. Bu məlumatı əldə əsas tutan və utiləri qafqazdilli udinlərlə eyniləşdirən bəzi mütəxəssislər utilərlə birlikdə albanları və qarqarları da qafqazdilli xalq hesab etmişlər. Halbuki, utilər və udinlər ayrı-ayrı xalqlar olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində yaşamışlar. Bu bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki ətrafında idi və Udin vilayəti adlanırdı. Musa Kağankatlı yazır:

"Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa, yəni ermənilərə, albanlara və gürcülərə əlifba düzəldən ... şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir... Qüdsdən qayıdanda Ərməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir... O, xaçpərəstliyi burada yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində Albaniya, Lpiniya, Kaspiya, Çola keçidinə qədər uzanan torpaqlarda... İncili təbliğ edir."

Gördüyümüz kimi, Uti və Udin Şərq ölkəsinin, yəni Albaniyanın fərqli vilayətləri idilər və burada fərqli xalqlar yaşayırdı. Bu məsələ mövzumuz baxımından o qədər əhəmiyyətlidir ki, onun üzərində bir qədər ətraflı durmağa ehtiyac var. Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:

"Hazırda Azərbaycanda yaşamaqda olan qafqazdilli xalqlardan biri də udinlərdir. Onlar özlərini "udi" adlandırırlar... Udi etnonimini, ilk dəfə Herodot və Strabon tərəfindən Midiya sakinləri kimi yad edilən utilərlə bağlayırlar.

Uti qəbiləsi ilə bağlı məsələ Albanşünaslıqda xüsusi yerə sahibdir, çünki bəzi mütəxəssislər, yuxarıda qeyd edildiyi kimi, udinləri alban etnosu ilə eyniləşdirirlər. Z. İ. Yampolskinin yazdığına görə, "Albaniyanın köklü əhalisi özünü uti adlandırırdı". Belə bir fikir də var ki, alban əlifbası udin dili əsasında yaradılmışdır. İ. Q. Əliyev də utiləri Albaniyanın başlıca qəbiləsi hesab edirdi. V. L. Qukasyan isə bildirmişdir ki, "uti-udinlər Qafqaz Albaniyasının tayfa ittifaqına daxil idilər və burada aparıcı rola sahib idilər."

Bu fikirlərlə razılaşmayan və haqlı olaraq, Albaniyanın aparıcı etnosunun albanlar olduğunu və albanlarla udinlərin eyni dildə danışmadıqlarını bildirən, alban əlifbasının da udin dili əsasında deyil, qıpçaq-qarqarların dili əsasında

22

Page 23: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yaradıldığını çoxsaylı mənbələrlə isbat edən Qiyasəddin Qeybullayev qeyd edir ki, Albaniyadakı utilərin mənşəyi hələlik tam müəyyənləşdirilməmişdir:

"Ən başdan qeyd edək ki, ədəbiyyatda yanlış olaraq, Strabonun "Uti"si, Ptolomeyin cənubdakı, Atropatena ərazisindəki "Otiena"sı, qədim erməni mənbələrinin Kür - Araz hövzəsində qeydə aldığı "Uti" və Ermənistanda (Qərbi Azərbaycanda), Sevan (Göyçə gölü) bölgəsindəki Uti vilayəti eyniləşdirilmişdir və bu üzdən də qarmaqarışıqlıq yaranmışdır."

Udinlərin mənşəyi ilə bağlı ən düzgün fikri L. M. Meliksetbekov irəli sürmüşdür. O, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri-Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir. O, haqlı olaraq göstərmişdir ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər.

Meliksetbekovun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər.

Deməli, utilər qədim mixi yazıların qeydə aldqqları utu/itulardır ki, sonrakı dövrlərdə Musa Kağankatlı onların "Uti" adlanan vilayətdə (Bərdə və ətrafı) yerləşdiklərini yazmışdır. Etiun/udinlər isə qədim Uratu ərazisindən köçərək Musa Kağankatlının "Udin" adlandırdığı bölgədə (Qəbələ-Oğuz bölgəsi) məskən salmışlar və bugünə qədər həmin bölgədə yaşayırlar. Maraqlıdır ki, qafqazdilli udinlərin ilk vətənləri olmuş Urartu əhalisi də qafqazdilli idi.

Elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Parta (Bərdə) şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir. Mənbələrdə sözügedən şəhər Saqarta vilayətinin paytaxtı adlandırılmaqdadır. Bu da Aşşur mənbələrindəki Zikertu ilə yunan mənbələrindəki Saqartanın və sonrakı mənbələrdəki Sakasenanın (Şakaşenin) eyni şey olduğunu sübut etməkdədr.

Yuxarıda söylənilənlərdən çıxan və bizim üçün böyük önəm daşıyan nəticə budur: Udin və Uti qədim Albaniyanın fərqli bölgələri, udinlər və utilər isə fərqli etnosları olmuşlar. Utilər Uti vilayətinndə saklarla (Sakasena ilə) qonşuluqda yaşamışlar və Bərdə şəhəri bu vilayətdə yerləşirdi. Bu vəziyyət Vll əsrdə qeydə alınmışdır. Həmin dövrdə albanlar aparıcı mövqedə idilər və bu üzdən də həm saklar, həm də utilər Albaniyanın digər soy və boyları kimi öz xüsusi adları ilə yanaşı, ümumiləşdirici "alban" adı ilə də tanınırdılar. Herodotun yazdıqlarından isə belə məlum olur ki, 1200 il öncə, yəni e.ə. V əsrdə də utilər eyni bölgədə yaşamışlar. Tarixin atası onların Araz çayı yaxınlarında yaşadıqlarını yazmışdır.

23

Page 24: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Biz bu mövzunun üzərinə kitabımızin “Albaniya dövləti” bölümündə yenidən qayıdacağıq.

Adların oxşarlığı üzündən həm əski, həm də çağdaş müəlliflər çox vaxt utilərlə udinləri qarışıq salmışlar. Gerçək isə budur ki, qafqazdilli udinlər adlarını bu günə qədər qoruyub saxladıqları kimi, türkdilli utilər də bu yaxın zamanlara qədər öz adları ilə (udulu) Şahsevən tayfalarının bir qolu kimi yaşamaqda davam etmiş və öz adlarını Şamaxı və Dəvəci rayonlarında mövcud olan və əhalisi Azərbaycan türkcəsində danışan Udulu kəndlərinin adında həkk etdirmişlər. Eyni türk xalqının adına "uduit" (udu + "it" cəm şəkilçisi, yəni udular) Fəzlullah Rəşidəddində də rast gəlinməkdədir. Fəzlullah Rəşidəddin bu xalqdan türk xalqlarından biri kimi danışmaqdadır.

Gördüyümüz kimi, kuti, uti və udin ayrı-ayrı xalqların adları olmuşdur. Bunlardan ilk ikisi türk, sonuncusu isə qafqazdilli idi. Odur ki, kutiləri udinlərlə eyniləşdirənlər səhvə yol verirlər.

Kutilərin türklüyünə zərrə qədər də şübhə etməyən və şumer-türk paralellərini kutilərin İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu yazır:

"Eyni sözləri türk - şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV - ll minilliklərdə şumerlərlə kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək mümkündür... "şumer - türk əlaqəsini də "dil ittifaqı" hesab etmək olar.

Türk dillərinin başqa sistemli dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer, dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur. Doğu və quzey-doğu istiqamətlərə miqrasiya edən türk boyları da çin, monqol və ural dilləri ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi üzərində qurulan qondarma "Altay nəzəriyyəsi" ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Türk etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər. Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru da təsdiq edir. Protoazər türkləri (Azərbaycan prototürkləri) isə ilkin Ata yurdda qalmışlar."

Məlumat üçün bildirək ki, Yusif Yusifov kutilərin türk olduqlarını təsdiqləsə də onları oğuzlarla yox, qədim türk soylarından kularla müqayisə etməyi daha düzgün saymışdır. Onun fikrincə “kuti” etnonimi “ku” etnonimi və qədim türk dilində siyasi birlik bildirən “-ut” cəm şəkilçisindən ibarətdir:

"...Həm kuçi, həm də quz (oğuz) etnonimlərinin kuti etnonimi ilə eyniləşdirilməsi şübhəli olaraq qalır. Mixi qaynaqlarda kuti adı ku kimi də yazılır. Etnonimin əsasını ku sözü təşkil edirmiş, -ti isə şəkilçi vəzifəsini yerinə yetirirmiş. Qətim türk dillərində -t cəm şəkilçisini bildirirdi. Ku sözü türk dilləri baxımından izah edilərsə, o “ağ, ağımtıl, sarı, ağımtıl sarı” mənalarını daşıyır. Belə halda kuti etnonimini “ağbəniz, ağımtıl” kimi mənalandırmaq olar. Bu məna onunla da təsdiq olunur ki, mixi sənədlərinin birində bir neçə “ağbəniz kuti qulu” yad edilmişdir.”

24

Page 25: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Yusif Yusifovun önə sürdüyü fərziyyə ağlabatan olsa da, inandırıcı deyil, çünki elə onun özünün yazdığı kimi, ku etnonimi e.ə. ll minilliyin ikinci yarsına aid mixi yazılarda kumen (kuman) etnoniminin sinonimi kimi çəkilmkdədir. Məhz bu variant (ku – kuman) türkoloji ədəbiyyatda qəbul edilmiş və təsdiqlənmiş variantdır. Kutilrə gəlincə isə, onlar haqqında mixi yazılarda söylənilənlər Rəşidəddin “Oğuznamə”sində söylənilənlərlə və Övliya Çələbinin Mahan ölkəsi və oğuzlar barədə yazdıqları ilə səsləşdiyindən bizə B. Landsberqer və K. Balkanın önə sürdükləri fikir daha doğru görünməkdədir. Bu mülahizlərdən hansının doğru olub – olmamasından asılı olmayaraq, hər iki mülahizənin müəllifləri kutilərin türk olduqlarını təsdiqləyir ki, bizim üçün önəmli olan da məhz budur.

Kutilərin tarix səhnəsindən çəkilməsinə paralel ayrı - ayrı dövrlərdə subarların (suvarların), kumenlərin (kumanların), turukların (türklərin) və digər türk soy və boyların üstün vəziyyətə yüksəlməsi müşahidə edilmiş və ən nəhayət, e.ə. Vlll əsrdən etibarən isə kimmerlər, iskitər və saklar Azərbaycan və Ön Asiya ərazisində aparıcı siyasi qüvvə rolunda çıxış etməyə başlamışdılar.

Mahan (Manna) əhalisindən, onun etnik tərkibindən danışarkən, lulular barədə də bir neçə söz demək vacibdir. Çünki onların da Azərbaycan tarixində silinməz izləri qalmışdır. E.ə. l minilliyə aid mənbələrdə lulular Mannanın (Mahanın) Zamua vilayətinin sakinləri kimi təqdim olunurlar. Eyni mənbələrdə Zamuada yerləşən Nisir dağının da adı çəkilir. Qədim Şumer mənbələrindən isə sözügedən dağın Nuhun (Utnapiştinin) endiyi dağ olduğu qeyd edilib. Şumer mənbələrindəki məlumatın Azərbaycan əfsanələri ilə tutuşdurulmasından söhbətin Naxçıvan ərazisindəki Nəhcir dağından getdiyi məlum olur. Bu isə o deməkdir ki, Zamua indiki Naxçıvan və ətrafını əhatə etmişdir və bu vilayəti Urmiya gölü yaxınında yerləşdirən alimlər, şübhəsiz ki, səhv edirlər. Lakin luluların adı e.ə. lll minilliyə aid mənbələrdə də çəkilməkdədir və onlar kuti (oğuz), turuk (türk), subar, kuman, su və digər türk soy və boyları ilə birlikdə Aratta sakinləri olmuşlar.

Məlum olduğu kimi, Azərbaycnın ən qədim soy və boylarının hamısı barədə ayrı – ayrı türk şəcərə əfsanəlrində bu və ya digər dərəcədə məlumat tapmaq mümkündür. Bu baxımdan lulular da istisna deyildir və onlar barəsində özbək “Xannamə”sində söz açılır. Fəqət digər soy və boylardan fərqli olaraq, bu xalq Nuh oğlu Yafəsin soyundan gələn xalqlar, yəni türk soylu xalqlar sırasına daxil edilmir, luluların türkmənlərlə birlikdə Nuhun qızı Vəjilənin soyundan gəldikləri qeyd edilir. Daha doğrusu, türkmənlər gerçək Vəjilənin, lulular isə Vəjilənin simasını alan köpəyin övladları kimi təqdim edilir:

“Nuhun Ham, Sam, Yafəs adlı üç oğlu ilə bir də Vəjilə adlı bir qızı var idi. Nuh qızını tufanda gəmini qayıran dülgərlərə verməyi vəd etmişdi. Tufan qurtardıqdan sonra gəmini qayıran üç dülgər gəlmiş və Nuha bu sözünü xatırlatmışlar. Nuh peyğəmbər Allahn izni ilə bu vədi vermişdi. Lakin tufandan sonra bu vədi yerinə yetirmək ona çox çətin gəlirdi. Tanrı Cəbrayılı Nuhun yanna göndərir, bir eşşəklə bir it alıb, onları qızı Vəyilə ilə bir otağa salmağı əmr edir. Nuh Allahın əmrini yerinə yetirir və bir müddət sonra otağın qapısını açanda orada bir – birinə bənzəyən üç qız görür. Nuh bu üç qızı üç dülgərə ərə verir və maraqla nəticəni gözləyir...

25

Page 26: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular törəyir.”

Maraqlıdır ki, özbək “Xannamə”sində Azərbaycanın qədim sakinlərindən kimmerlərin də adına rast gəlinməkdədir. Bu isə buradakı süjetlərin bir çoxunun Ön Asiya və Qafqaz mənşəli olduğunu göstərməkdədir. Dastanda suriyalılardan da (aşşurlardan) söhbət açılması bu fikri möhkəmləndirir. Görünür, bu süjeti Orta Asiyaya özbəklərin etnogenezində yaxından iştirak etmiş matienlər (myutenlər) aparmışlar. Adlarına e.ə. ll – l minilliklərə aid mixi yazılarda Azərbaycan və Şərqi Anadoluda yaşayan türkdilli xalqlardan biri kimi rast gəlinən bu boyun əfsanələrində onların indiki Özbəkistan ərazisinə Urmiya gölü sahillərindən köç etdiklərini əks etdirən süjet də yer almaqdadır. Bu barədə məşhur rus türkoloqu L. Tolstova özünün “Xorəzm vadisinin tarixi onamastikasının bəzi məsələləri” adlı məqaləsində ətraflı məlumat verməkdədir.

Qeyd etmək lazmdır ki, Nuh peyğəmbərin qızı Vəjilə ilə bağlı eyni mifoloji süjet Azərbaycanda da mövcuddur və bu süyetdə də köpəyin qıza çevrilməsi və dülgərlərdən birinə ərə verilməsi barədə fraqment yer alır, fəqət bu “qızdan” lulu xalqının törəməsi barədə bir söz deyilmir.

Məlumat üçün bildirək ki, bu xalqın adına çox – çox sonralar hunların tərkibində hərbi birləşmələrdən biri kimi rast gəlirik. Sonralar isə onların Şərqi Türküstan və Tibet tərəfə köçdüyünü düşünmək olar. Bunu Şərqi Türküstan ərazisindəki Luluan (luluların məkanı) adlı yaşayış məntəqəsinin adı, eləcə də Tibet tayfalarından birinin lulu adlanması sübut edir. Tibetdəki luluların artıq çoxdan tibet dilinə keçməsinə baxmayaraq, onların XVl əsrə aid yazılı abidələri dövrümüzədək çatmışdır. Onların dili tibet dili deyil. Nə olduğu hələ müəyyənləşdirilməyib. İohannes Fridrix özünün “Yazı tarixi” kitabında bir neçə lulu sözünü vermişdir ki, həmin sözlər türk dilindəki analoqlarına çox bənzəyir:

Ka – qapı (şumercə ka)Le = əlLou – qolYeri gəlmişkən qeyd edək ki, əski türk mənbələrində tübütlər adlandırılan

tibetlilərdən söz açan Mahmud Kaşğarlı onları ikidilli kimi vəsf etmiş və danışdıqları iki dildən birinin türk dili olduğunu yazmışdır:

“Ən təmiz və doğru dil yalnız bir dil bilən, farslarla qarışmayan və əcnəbi ölkələrə gedib - gəlməyən adamların dilidir. İki dil bilən şəhərlilərlə oturub – duran adamların dili nöqsanlıdır. Xaricə gedib - gələn və əcnəbilərlə qarışanlar isə xotən, tübüt və tanqutların bir qismidir. Bunlar türk elinə sonradan gəlmişlər. Mən bunların hər birinin dilindən danışacağam...

Tübüt və Xotənin ayrı dilləri və yazıları vardır. Onların ikisi də türk dilində yaxşı danışa bilmirlr...

Tübüt: Türk diyarında yaşayan qələbəlik bir qövmdür... ““Qabusnamə”də isə türk xalqlarından söz açılarkən, oğuz, qıpçaq, xotən,

tatar, xallux (karluq) və s. ilə yanaşı tibetlilərin adı da çəkilir.Madam ki, Tibetdə (Tübütdə) yaşayan və sonralar tibet dilinə keçən luluların

dili ən azı XVl əsrə qədər tibet dili olmamışsa və həmin dövrdə bu ölkədə tibet və

26

Page 27: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

türk dillərində danışılıbsa, eləcə də bu gün Tacikistanda yaşayan lulular tacik dili ilə yanaşı özbəkcə (türkcə) də danışırlar, demək, lulular türk idilər.

“Xannamə” də lulularla türkmənlərin yanaşı xatırlanması da diqqətəlayiqdir. Məsələ burasındadır ki, sözügedən dastanda “türkmən” adı oğuzlara şamil edilir. Ümumiyyətlə, “türkmən” adının “oğuz” etnoniminin sinonimi olduğu məlumdur. Bu barədə Mahmud Kaşğarlı da yazmışdr. E.ə. lll – ll minilliklərə aid mixi yazılardan gördüyümüz kimi, lulularla oğuzlar (kutilər) eyni və ya çox yaxın ərazilərdə yaşamışlar.

Q. Qeybullayev lulu hökmdarlarının mixi yazılı kitabəlrdə dövrümüzədək ulaşmş adlarını təhlil edərək, onların şumer adları olduğunu göstərmişdir. Lulu şahlarından birinin Cənubi Azərbaycan ərazisindən tapılan kitabəsi isə akkad dilində qələmə alınmışdır. Bu gün Özbəkistan və Tacikistanda (əsasən Tacikistanda) lulu adını daşıyan bir xalq da yaşamaqdadır. Onlar iki dildə - tacik və türk - özbək dillərində danışırlar. Taciklər onları “qaraçı” adlandırırlar. Hətta tacik dilində lulu etnonimi (luli) “qaraçı” (çingənə) sözünün sinoniminə çevrilmişdir. Bunun da səbəbi sovet dövründə köçəri həyat tərzi keçirn luluların pasportlarının zorla toplanaraq, onların milli adlarının qaraçı adı ilə əvəz edilməsi olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyaya görə, Manna dövlətinin e.ə l minillikdə, Cənubi Azərbaycan ərazisində, Urmiyə gölü hövzəsində formalaşdığı hesab edilir. Bu da ondan qaynaqlanır ki, öncəki dövrlərə aid mənbələrdə bu dövlət haqqında olduqca az məlumat vardır. E.ə l minilliyin başlarına aid mənbələrdə isə Manna (Mahan) haqında məlumatların sayı – hesabı yoxdur. Üstəlik də e.ə lll minilliyə aid mənbədə onun adı Mahan, e.ə l minilliyə aid Aşşur – Babil və Urartu mənbələrində Manna, Mana, Mannaş, Muna və ya Man şəklində çəkilir. Elə bu səbəbdən də Mahan və Mannanın eyni şey olduğu diqqətdən kənarda qalmış, Manna dövlətinin həmin dövrə, yəni e.ə. l minilliyə aid tarixi daha yaxşı öyrənilmişdir. Bu dövr artq Mannanın öncəki qüdrətini itirdiyi və önmli dərəcədə zəiflədiyi dövrdür. Həmin dövr bütünlüklə Aşşur (Assuriya) və Urartu dövlətlərinin işğalçılıq siyasətinə, eləcə də daxili separatizmə qarşı mübarizə şəraitində keçmişdir.

MAHAN (MANNA) DÖVLƏTİ E. Ə. l MİNİLLİKDƏ. MAHAN DÖVLƏTİNİN SÜQUTU

Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki,

müəyyən dövrlərdə Mannanın (Mahanın) sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğunu, Mənbələrdə adı artıq “Manna” (Manaş, Mana, Man, Muna) kimi çəkilməyə başlayan bu ölkənin ərazisinin düşünüldüyündən çox-çox böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını, saklar və iskitlər ölkəsi kimi tanınan Sakasenanın (Zikertu, Saqarta, Şakaşen) da bu dövlətin bir əyaləti olduğunu göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəssislərin, demək olar ki, hamısı

27

Page 28: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

(V. V. Struve, İ. M. Dyakonov, K. V. Trever, İ. Q. Əliyev, V . F. Minorski, A. P. Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər. Məsələn, İ. Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır. İ. Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir. M. İsmayıl da eyni fikirdə olmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan və Qərbi Azərbaycan (Ermənistan) ərazisi də daxil idi.

Məlum olduğu kimi, "Sakasena" adına antik müəlliflərin, "Şakaşen" adına isə erməni müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen - bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə Aşşur və Urartu mənbələrində paytaxtı Parta (Bərdə) olan Saqarta (Zikertu) toponimilə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir.

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir, lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları utilərlə birlikdə yad edir, utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir. Və məsələ təkcə bu faktla bitmir. İş birasındadır ki, sonrakı əsr mənbələrində Bərdə və ətrafı Uti, yəni utilər ölkəsi kimi qeyd edilmişdir.

Məlum olduğu kimi, Mannanın (Mahanın) əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir. Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar . Fəqət bu vilayətin guya Xəzərin cənub – qərbində yerləşdiyi bildirilmişdir.

Q. Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Partav şəhəri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çəkmiş, amma bunu mannalıların guya qafqazdilli olduqlarını "sübut" etmək üçün etmişdir. Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşmişdir, fəqət bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlumat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdədirlər. Fəqət sovet dövründə onların milli kimlikləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir. Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə "Avarskoye Koysu", digəri isə andilərin adı ilə "Andiyskoe Koysu" adlanmaqdadır.

Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna (Mahan) hökmdarına qarşı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil

28

Page 29: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

olmuşdu. Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də "Durdukka" olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur. Q. Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan "durdzuk" (Dağıstanda bu gün də çeçenlərə "durdzuk" deyirlər) etnonimi ilə bağlıdır. Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür. O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan didoyların da adını çəkmişdir. Maraqldır ki, “durdzuk” etnotoponiminə Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində də “druz” formasında ras gəlinməkdədir. Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində həmin şerdə işlnmiş “druz” (çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbaycan ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta (Zikertu, Sakasena) da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm də güney ərazilərini əhatə edirdi.

Mənbələrdə bundan başqa Mannanın digər ərazilərinin – Zamua (Naxçıvan və ətrafı), Mazamua (Balakən rayonu və Dağıstanın ona bitişik əraziləri, Mazımçay hövzəsi), Gilzan (Giləzi?), Allabria, Karalla, Meişta – Mesi, Alataye (qədim mənbələrdəki Aratta. Təbriz və ətrafı), Maday (Həmədan, Tehran və Qəzavin üçbucağı), Surikaş, Missi, Gizilbunda, Uişdiş, Parsua (Kürdüsan), Parsuamaş (Fars), Buştu, (Pəştu, Əfqanıstan) Bara – Sanqibutu, Simkur (Şəmkir), Darbani (Dərbənd) və s. vilayətlərinin adı çəkilir. Bu vilayətlərin adları dövrümüzədək yaddilli mənbələrdə çatdığı üçün onların türkcə adları məlum deyil. Şübhəsiz ki, onların bəzisinin əhalisi türk olsa da, çoxunun əhalisi etnik baxımdan yekcins deyildi. Məsələn, Parsua (Kürdüstan), Parsuamaş (Fars) və Biştu (Pəştu) əyalətlərinin əhalisi əsasən irandilli, Andiya, Mazamua və Durdukkanın əhalisi əsasən qafqazdili və qismən türkdilli, Maday, Zikertu, Simqur, Darbani və Alateyenin, eləcə də mərkəzi əyalətlərin əhalisi türk idi. Odur ki, Mannaya monoetnik dövlət kimi deyil, mərkəzi Azərbaycanda yerləşən, kutilərin (oğuzların) hakimiyyətdə olduğu böyük imperiya kimi baxmaq lazımdır. Bu impriya özünü ən qüdrətli çağlarında hakimiyyətini və sərhədlərini Andiya (bugünkü Dağıstan), Durdukka (bugünkü Çeçenistan), eləcə də Parsua (Kürdüstan), Parsuamaş (Fars) və Biştu (Pəştu, bugünkü Əfqanıstan) əraziləri hesabına genişləndirə bilmişdi. İmperiyanın mərkəzi isə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan ərazisi idi və dövlətin paytaxtı Urmiya gölünə yaxın bir yerdə yerləşirdi.

Bu vilayətlər keçmişdə Mahan dövlətinin tərkibində və kutilərin (oğuzların) hakimiyyəti altında olsalar da, əslində ayrı-ayrı ölkələr idi və onlar uğrunda Manna (Mahan), Aşşur və Urartu dövlətləri arasında mübarizə gedirdi və onlar gah bu, gah da o biri tərəfin əlinə keçirdi. Manna özünün ən güclü çağlarında onların üzərində hakimiyyətini bərqərar edə bilmişdi. Bu ölkələr bəzən müstəqil və yarımmüstəqil də olmuş, bəzən isə Aşşur və ya Urartu tərəfindən işğal edilərək, onların tərkibində yaşamaq məcburiyyətində olmuşlar. Fəqət bu gunə qədər siyasi məqsədli qondarma rus – sovet konsepsiyalarına əsaslanmaqda davam edən

29

Page 30: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Azərbaycan tarixşünaslığı Mannanı Urmiya hövzəsində var olan kiçik bir dövlət, bu əyalətləri də həmin kiçik ərazidə səpələnmiş kiçik əyalətlər kimi təqdim edir. Halbuki, onların bəzisi Aralıq dənizi (Aşşur mənbələrində günbatan dəniz) sahillərində yerləşirdi. Bu üzdən də çıxarılan nəticələr də səhv olur. Məsələn, “Azərbaycan tarixi” kitablarında, eləcə də Solmaz Qaşqayın “Manna tarixi” kitabında belə bir fikir təkrar olunur:

“Assurlar (aşşurlar) Uraş qalasını ələ keçirərək dağıtdılar, Gizilbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçü itirdi, özü isə 200 döyüşçü ilə əsir düşdü. Qaynağın məlumatna görə, assurlar (aşşurlar) Uraş şəhərinin küçələrini qırmızı yun kimi döyüşçülərin qanına boyanmışdı. Əsirlər tutuldu, əhalinin əmlakı talan olundu...V Şamsi – Adadın dediyinə görə, o, Günbatan dənizə (Xəzər) kimi əhali arasında vahimə yaratdı.”

Sözügedən kitabların hamısında cüzi dəyişikliklərlə yer alan bu sitatda hər yerdə “Günbatan dəniz” ifadəsinin ardınca mötərizədə “Xəzər” ifadəsi yazılmışdır ki, bu həmin kitabların müəlliflərinin həmin sitatı ağına – bozuna baxmadan hansısa rus müəllifindən və bir –birindən köçürdüklərini sübut edir. Şübhəsiz ki, bu fakt delitantizmin və savadsızlığın klassik nümunəsi hesab edilə bilər. Çünki bu halda müəlliflərin Aşşur dövlətinin ya coğrafi mövqeyini, ya da ümumiyyətlə coğrafiyanı bilmədiklərini göstərir. Məsələ burasındadırki, Akkad dövlətinin varisi və birbaşa davamı olan Aşşur dövlətinin mərkəzi indiki Suriya (Suriya adı Assuriya, yəni Aşşur adından törəmişdir) və qismən də İraq ərazisi idi. Paytaxtı Ninəviyə (indiki Mosul) İraq ərazisində yerləşirdi. Suriya və İraqdan günbatan tərəfdə, yəni qərbdə Xəzər yox, Aralıq dənizi yerləşir. Xəzər isə Aşşurdan gündoğanda, yəni şərqdə idi.

Həmin kitablarda eyni səhv başqa yerdə də təkrarlanır:“Bu zaman, yəni (e.ə) lX əsrin sonlarında Gizilbunda hökmdar tərəfindən

idarə olunurdu və Mannadan hələ tam asılı deyildi. E.ə lX əsrin sonunda assur (Aşşur) hökmdarı lll Adadnirari (810 - 783 – cü illər) öyünür ki, Günbatan (Xəzər) dənizə kimi yerləşən ərazini işğal etmişdir.”

Gördüyümüz kimi, bu halda söhbət heç də Mannann Urmiya sahillərindki kiçik əyalətlərindən yox, Aralıq dənizinə yaxın yerlərdə yerləşən və Mannadan asılı olan ölkələrdən gedir. Həmin ölkələr Mannanın tərkibinə minillər öncə keçmişdi. Əgər kitablarda əks olunan yanlış konsepsiyaya istinad etsək, gəlcəyimiz nəticə bu olacaq: Mannada vahid mərkəzi hakimiyyət yox idi və o, tayfalar birliyindən ibarət idi, yəni yenicə dövlət olurdu. Daim qonşular tərəfindən işğal olunurdu. Bu, rus imperialistlərinin bizə təlqin etdikləri və alimlərimizin də kor – koranə qəbul və təbliğ etdikləri yanlış, qeyri – elmi və sırf siyasi məqsədli konsepsiyadır.

Gercək isə budur ki, Manna (Mahan) dövləti kökü e.ə. lll minilliyə qədər uzanan, kutilər (oğuzlar) tərəfindən idarə edilən və e.ə l minilliyin başlarında öz qüdrətini qismən qoruyub saxlayan güclü dövlət idi. Güclü olduğu üçün də sərhədlərini Aralıq dənizinə, eləcə də Fars və Əfqanıstana qədər genişləndirməyi bacarmış qüdrətli bir imperatorluq idi. Farsın (Parsuamaş) Hind okean sahilində yerləşdiyini nəzərə alsaq, tam qətiyətlə söyləyə bilərik ki, qüdrətli çağlarında Mannanın cənub sərhədləri Hind okenına qədər uzanmışdır.

30

Page 31: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Yuxarıda qeyd edildiyi kimi, Mahan (Manna) dövlətinin adına ilk dəfə e.ə. lll minilliyə aid Şumer - Akkad mətnlrində, daha sonra isə e.ə. ll minillikdə baş vermiş hadisələrlə əlaqədar Əhdi – Ətiqdə rast gəlinmişdir. Aşşur və Urartu mənbələrində isə həmin dövlətin adı e.ə. l minilliyin birinci yarsında baş vermiş siyasi və geosiyasi olaylarla bağlı hallanmaqdadır. Bir sözlə, söhbət Tunc və Dəmir dövrlərini, yəni ən azı 2 minillik bir dövrü əhatə edən uzun bir zaman kəsiyindən gedir ki, həmin zaman kəsiyinin başlanğıcı Azərbaycanda Kür – Araz mədəniyyətinin ortaya çıxdığı dövrlə üst –üstə düşür. Maraqlıdır ki, həmin mədəniyyətin izləri Mahan (Manna) imperatorluğunun yayıldığı geniş cöğrafi ərazinin tamamnı əhatə etməkdədir.

Məlumat üçün bildirək ki, tarixdə Eneolit dövründən sonra gələn dövr Tunc dövrü adlanır. Bu dövr e.ə. lV minilliyin sonu və lll minilliyin əvvəllərindən başlayaraq ll minilliyin sonu və l minilliyin əvəllərinə qədər davam etmişdir. Bu dövr xronoloji cəhətdən üç mühüm hissəyə bölünür: ilk, orta və son Tunc dövrləri. Mövzu ilə bağlı tanınmış arxeoloq alim Rəşid Göyüşovun yazdıqlarını bir daha yada salaq.:

“İlk Tunc dövrü tuncun kəşfi ilə başlanır. Bu dövr üçün başlıca xarakterik xüsusiyyətlərindən biri həmin dövr mədəniyyətinin ümumi Qafqaz miqyasında eyniliyidir. Azərbaycanda ilk Tunc dövrü abidələri elmi ədəbiyyatda “Kür – Araz mədəniyyəti” adı ilə məşhurdur. Hazırda müəyyən olunmuşdur ki, ilk Tunc dövrünə aid Kür – Araz mdəniyyəti üçün xarakterik olan abidələrin yayılma ərazisi olduqca genişdir. Tədqiqatçılar Kür – Araz mədəniyyətinin izlərinə bütün Zaqafqaziyada (Güney Qafqazda), İranın şimal – qərbində (Güney Azərbaycanda və bugünkü İranın ona bitişik ərazilərində), Şərqi Anadoluda, Dağıstanda, Çeçen – İnquşetiyada və b. yerlərdə təsadüf etmişlər.”

Yuxarıda təqdim edilən sitatdan da göründüyü kimi, ilk Tunc dövrünü səciyyələndirən Kür – Araz mədəniyyətinin yayılma arealı mənbələrdə Manna (Mahan) vilayətləri kimi qeyd edilən coğrafi ərazilərin cəmini əhatə etmişdir. Yəni bu mədəniyyətin arealı ilə Manna dövlətinin əhatə arealı tamamilə üst – üstə düşmüşdür.

Rəşid Göyüşovun yazdığına görə, həmin dövrü səciyyələndirən abidələrin yayılma arealı və onların sıxlığı haqlı olaraq belə nəticəyə gəlməyə imkan vermişdir ki, ilk Tunc dövründə Azərbaycan ərazisində əhalinin sayı xeyli artmışdı. Bu dövr, başlıca olaraq, məişət abidələri – yaşayış məskənləri vasitəsilə izlənmişdir:

“Naxçıvanda l Kültəpənin ll təbəqəsi, ll Kültəpənin alt təbəqəsi, Babadərviş yaşayış yerinin üst qatı, Mingəçevir abidələri kompleksinin ilk dövrü, Kültəpə, Meynətəpə, Uzuntəpə və digr abidələr Kür – Araz mədəniyyətini səciyyələndirən maddi – mədəniyyət qalıqları ilə olduqca zəngindir. Bu mədəniyyətin izlərinə Qobustan abidələri kompleksində də təsadüf olunmuşdur. Göstərilən abidələrdə aparılmış arxeoloji qazıntılar, həmin dövrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsini, yaşayış məskənlərinin xarakterik cəhətlərini, İlk Tunc dövrü üçün səciyyəvi olan bir sıra adət - ənənələri, həmçinin Kür – Araz mədəniyyəti sakinlərinin həyatında baş vermiş digər iqtisadi, ictimai və ideoloji dəyişiklikləri üzə çıxarmışdır...

31

Page 32: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

1949 – cu ildən başlayaraq, Mingəçevirdə Kür çayının sol sahilində ilk Tunc dövrünə aid iri ölçülü dörd yaşayış binasının qalıqları öyrənilmişdir. Bu binaların ümumi uzunluğu 8 m – dən 14 m - ə qədər, eni isə 4 – 8 m – dir. Uzunsov, yarımqazma halında olan bu binalar saman qarışıqlı palçıqdan (möhrədən) tikilmişdir. Onların döşəməsində çoxlu ocaq yerləri vardır. Otaqların divarlar boyu dirək yerləri üzə çıxarılıb. Görünür, bu binaların tavanı sütunlar üzərində qurulmuşdur.”

Maraqlıdır ki, indiyə qədər üzə çıxarılan və alimlər tərəfindən Manna şəhər-ləri kimi xarakterizə edilən şəhərlərin binalarının böyük əksəriyyətində sütunlardan istifadə edilmişdir. Yəni bu, Manna (Mahan) memarlığının ayrılmaz elementlərindən biri idi. Mingəçevirdən tapılan və ilk Tunc dövrünə aid edilən tikililər sübut edir ki, bu elementdən istifadə edilməsi Kür – Araz mdəniyyətinin tarix səhnəsinə çıxdığı dövrdən başlamışdır. Deməli, bu mədəniyyət və incəsənət hadisəsi Kür – Araz mədəniyyəti ilə birbaşa bağlıdır. Eyni hala e.ə. l minilliyin əvvəllərinə, başqa sözlə, “Manna” adının Aşşur və Urartu mənbələrində peyda olduğu dövrə, yəni Dəmir dövrünə aid edilən arxeoloji abidələrdə rast gəlinmişdir. Yeri gəlmişkən qeyd edilməlidir ki, bu dövr Manna abidələri arxeoloqlar tərəfindən daha yaxşı öyrənilmiş və təsvir edilmişdir.

XX əsrin ortalarında indiki İran ərazisində - Urmiya gölünün şimal – qərbində, Xəzər dənizinin cənub sahillərində, bugünkü İranın Kaşan şəhəri yaxınlarında, eləcə də Loristanda maraqlı arxeoloji qazıntılar aparılmış və həmin ərazilərdən e.ə. 1300 – e.ə. 600 – cü illəri əhatə edən zəngin maddi mədəniyyət abidələri üzə çıxarılmışdır. Bu abidələrdən Kaşan yaxınlığındakı Təpə - Sialkdan (Sialk Təpədən), Tehran yaxınlğındakı Qaytariyə və Xurvindən, Gilan ərazisindəki (Xəzərin cənubu) Mərlik və Kalurazdan, Loristandakı Var – Kabud, Qali – Çinan, Qodin Təpə, Babacan Təpə, Təpə Giyan (Giyan Təpə), Sorxi - Dumb və Tattulbandan, Urmiya yaxınlığındakı (Güney Azərbaycan) Göytəpə, Dinha Təpə, Həsənlu və Ziviyədən, eləcə də Kürdüstandakı Nuşican Təpədən, Farsdakı Təpə - Maliandan (Malian Təpədən) və s. tapılmış abidələrin adını xüsusi çəkmək lazımdır.

Mövzu ilə bağlı M. Dandamayev və V. Lukonin yazırlar:“İranda Dəmir dövrünün dövrlər üzrə təsnifi 60 – cı illərdə, həmin dövrə

aid çoxsaylı arxeoloji abidələr, ilk növbədə də Həsənlu abidəsi tədqiq edildikdən və müqayisəli təhlillər aparmaq üçün yetərincə material (keramika, silah, bəzək əşyaları, qəbir və memarlıq abidələri) əldə edildikdən sonra gerçəkləşdirilmişdir. Dəmir dövrünün dövrlərə bölünməsi istiqamətində gəldiyi nəticələri hər kəsdən daha yaxşı əsaslandıran T. Kayler – Yanq olmuşdur. O öz araşdrmalarının əsası kimi Həsənlu, Giyan və Göytəpə (bütün bu abidələr mürəkkəb sertifikasiyaya sahibdirlər) abidələrindən əldə edilən keramikanı götürmüş və nəticələri həmin nümunələri Sialk və Xurvin abidələri, eləcə də Əhəmənilərəqədərki bir sıra abidələr ilə müqayisə etdikdən sonra açıqlamaışdır.

Kayler – Yanqın gəldiyi ən əsas nəticə ondan ibarətdir ki, başlanğıcı e.ə. 1300 – cü ilə təsadüf edən Qərbi İran mədəniyyəti bütün region üçün yeni bir fenomen olmuş və həmin dövrdə “arxeoloji inqilab” baş vermişdir. Kayler – Yanqın fikrincə, bu “inqilab” keramik qabların forma və bəzəklərinin bütünlüklə

32

Page 33: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

dəyişməsi ilə səciyyələnir. Təsvirli keramika itir və yerində bütün Qərbi İran ərazisində monoxrom (tünd boz, qara, qırmızı oxralı və ya qırmızı) keramika geniş yayılır, ayrı – ayrı abidələrdə bir – birinə çox yaxın yeni formalar peyda olur, eləcə də dəfn adətləri dəyişir (Tunc dövrünə xas olan yaşayış evlrinin içindəki çox dəfə istifadə edilən qəbirləri yaşayış evlərindən kənarda dəfn edilmiş təknəfərli qəbirlər əvəz edir).”

Məlumat üçün bildirək ki, söhbət irandilli tayfaların sözügedən ərazilərdə peyda olmasından bir neçə əsr öncəki dövrdən və Dəmir dövrünün Tunc dövrünü əvəz etməsi ilə ortaya çıxan, yəni etno – mədəni dəyişikliklərlə bağlı olmayan “arxeoloji inqilab”dan gedir. Öz fikirlərini əsasən Güney Azərbaycan abidələri əsasında söyləyən T. Kayler – Yanq Dəmir dövrünün “keramik horizontlar” adlandırdığı periodlarını aşağıdakı kimi sıralamışdır:

1) Erkən qərbi boz keramika horizontu (e.ə. 1300 – 1000 – ci illər);2) Son boz keramika horizontu (e.ə. 1000 – 800 –cü illər);3) Qırmzı keramika horizontu (e.ə 750/700 – 550 – ci illər).Maraqlıdır ki, Mahan – Manna imperatorluğunun özəyi olan Güney

Azərbaycanda müşahidə edilən bu hal bütünlüklə Quzey Azərbaycan üçün də xarakterik olmuşdur. Xatırladaq ki, antik yunan müəllifləri dəmirin kəşfini iskitlərin, yəni türklərin adına çıxmışlar. O da maraqlıdır ki, Eneolit, yəni Mis-Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir. Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır.

Bu yaxın zamanlara qədər rus dilində işlənmiş "bulat" (polad), bu gün də işlənməkdə olan "çuqun" (çuğun) "latun" ("altun" sözündən), eləcə də əksər Avropa dillərində işlənən "bronz" (rus dilində "bronza", bürünc), monqol dilinə keçmiş "timur" (dəmir) və "timuçin" (dəmirçi), fars dilindəki "pulad" (polad), "berenc" (bürünc) kimi metallurgiya ilə bağlı türkizmlər də metallurgiya sənətinin banilərinin əcdadlarımız olduğunu sübut etməkdədir. Əldə olan məlumatlar türklərin Orta əsrlərdə də metallurgiya sahəsində öncül yerə sahib olduqlarını söyləməyə əsas verir. Təkcə İbn Fədlanın haqqında söz açdığı və dəmir ticarəti ilə məşğul olduğunu bildirdiyi türk Təkini yada salmaq kifayətdir.

Xl əsr gürcü tarixçisi Leonti Mrovelinin "Kartli çarlarını həyatı" əsərindən bir sitatla bağlı Y. S. Takayişvilinin yazdıqları da çox maraqlıdr:

"Gürcü salnaməsi "Kartlis sxobreba"nın yazdığına görə, buntürklər və ya türklər, başqa sözlə, turanlılar gələcək fars hökmdarı Kayxosronu və ya Kayxosroyu öz sərhədlərindən çıxarmaq üçün Gürgan, yəni Xəzər dənizindən Kür çayı boyunca yuxarı yürüyərək, Msxetiyə 28 (başqa varianta görə 28000 ailə) gəldi. Msxeta mamasxalisi, hökmdarı və bütün kartvellərin, yəni gürcülərin müsaidəsi ilə farslara qarşı mübarizədə öz köməklərini vəd edən buntürklər Msxetidən qərbdə qaya kahalarında yerləşdirildilər. Onların möhkəm istehkama çevirdiyi bu yer nəticədə Sarkine və ya Sarkineti adını aldı ki, mənası "dəmir tapılan yer" deməkdir.

33

Page 34: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Diqqət edirsinizmi, haqqında söz açılan məkan məhz türklər oraya yerləşdikdən sonra "dəmir tapılan yer" oldu. Bu o deməkdir ki, türklər ora köçər - köçməz dəmir istehsalına başladılar.

Lev Qumilyov da özünün "Qədim türklər" kitabında Göytürklərin tarixlərinin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.

Deyilənlərə onu da əlavə edək ki, 2009 – cu idə Tovuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövrünə aid bir abidədən dəmir tapılmışdır ki, bu da Dəmir dövrü ilə bağlı qəbul edilmiş əski təsəvvürləri kökündən dəyişə bilər. O da maraqlıdır ki, T. Kayler – Yanqın haqqında söz açdığı abidələrdən iskit mədəniyyətinin ən qədim nümunələri üzə çıxmşdır və bu fakt Mahan dövlətinin əsas əhalisinin və qurucularınn etnik tərkibi barədə tam təsəvvür yaratmaqda və antik yunan müəlliflərinin iskitlərin dəmirin baniləri olduqları barədə söylədiklərini bütünlüklə təsdiqləməkdədir. İskitlərin Azərbaycanın və Avrasiyann geosiyasi səhnəsində oynadıqları möhtəşəm rol, onların etnik mənsubiyyəti, dili və qədim ədəbiyyatı barədə sonrakı bölümlərdə bir qədər ətraflı məlumat veriləcəkdir.

Yeri gəlmişkən qeyd edək ki, e.ə. 1300 – cü ildə baş verən “arxeoloji inqilab”ı Tunc dövrünün Dəmir dövrü ilə əvəzlənməsi ilə əlaqələndirən T. Kayler – Yanqdan fərqli olaraq, R. Dayson bu “inqilabı” sözügedən bölgədə baş verən etnik dəyişikliklə, yəni yerli avtoxton əhalinin yeni gələn etnoslarla əvəzlənməsi ilə izah etməyə çalışmışdır. Onun fikrincə, yeni gələnlər irandillilr idilər. Fəqət bu əsaslandırılmamış fikirdir və irandillilərin həmin ərazilərə çox – çox sonralar, yəni e.ə lX – Vlll əsrlərdə gəldiyi dəqiq məlumdur və biz bu barədə Atropatenanın əhalisindən söz açarkən danışacağıq. Üstəlik də irandillilərin özləri ilə yeni və üstün mədəniyyət gətirmədikləri və yerli əhalinin mədəniyyətini qəbul etdikləri məlumdur. Bu barədə də bir qədər sonra. R. Daysonun fikrini bir də o fakt inkar edir ki, istər e.ə. lll minilliyə aid Şumer - Akkad, istərsə də e.ə l minilliyə Aşşur və Urartu mənbələrində sözügedən ərazilərin əsas əhalisi kimi kutilərin (oğuzların) adı çəkilir, eyni dövlətlərdən; Aratta (Alateye), Qutium və Mahandan (Mannadan) söhbət açılır.

Onu da xüsusi qeyd etməliyik ki, eyni ərazidə daha bir “arxeoloji inqilab” e.ə. lV minilliyin başlarında, yəni Eneolit dövrü Tunc dövrü ilə əvəz edilərkən də baş vermişdi və o zaman da təsvirli keramikanı boz – qara rəngli keramika əvəz etmiş və müqabil olaraq bəzək əşyalarında və silahlarda da dəyişikliklər baş vermişdi. Bu da təbiidir. Çünki dövrlərin əvəzlənməsi həmişə “arxeoloji inqilab”larla müşayiət edilir və bu da texnoloji inqilablarla bağlı olur. Eyni hadisə e.ə. 1300 – cü ildə də baş vermişdir.

L. Vanden - Berqe Tunc dövrünün Dəmir dövrü ilə əvəzlənməsinə səbəb olan texnoloji inqilabın nəticəsi olan “arxeoloji inqilab”ı aşağıdakı kimi xarakterizə etmişdir:

1) Ölüləri artıq evlərin döşəmələri altında basdırmrlar, əksinə evlərdən bir qədər kənarda xüsusi qəbirstanlıqlar düzəldilir;

34

Page 35: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

2) Bu qəbirstanlıqdakı qəbirlər daş qutular və ya qutu formasında kərpicdən hörülmüş qəbirlərdir, onların üstü daş pilitələrlə örtülür və qəbrin içinə müxtəlif əşyalar qoyulur:

3) Bu əşyalar əsasən məişətdə də istifadə edilən eyni formalı müxtəlif keramik qablardır;

4) Keramikadan başqa qəbrə metaldan, əsasən tuncdan düzəldilmiş müxtəlif bəzək əşyaları və silahlar da qoyulur. Metal əşyalara isə, istisnasız olaraq, ll Dəmir dövründən (Orta Dəmir dövrü) etibarən rast gəlinir.

5) Qəbir inventarı içərisində bəzi hallarda qızıldan düzəldilmiş incəsənət əsərlərinə, əsasən də iskit heyvani üslubunda düzəldilmiş əsərlərə rast gəlinir.

Manna mədəniyyətinin tipik xüsusiyyətlərindən söz açan bütün arxeoloq və tarixçilərin fikirlərini əsaslandırmaq üçün haqqında söz açdıqları ən önəmli abidələrdən biri Güney Azərbaycan ərazisindən, daha dəqiq desək, Urmiya gölü yaxınlğından tapılan Həsənlu abidəsidir. ABŞ – ın Pensilvaniya Universitetinin əməkdaşlarının Metropoliten Muzeyinin əməkdaşları ilə birlikdə 1951 – 1960, 1964, 1970 və 1972 – 1975 ci illərdə Həsənlu təpəsində apardıqları çoxillik arxeoloji qazıntılar nəticəsində e.ə Vl minillikdən, yəni Eneolit dövründən başlayaraq İslam dövrünə qədər uzanan təqribən 25 metrlik mədəni təbəqə aşkar edilmişdir. Mədəni təbəqənin öyrənilməsi nəticəsində məlum olmuşdur ki, burada 6 min ildən artıq bir dövrdə fasiləsiz oturaq həyat olmuş və Mahan (Manna) dövlətini quranlar da məhz bu fasiləsiz mədəniyyətin yaradıcıları olmuşlar.

Həsənludan üzə çıxarılan çoxminillik mədəniyyət qalıntılarının V – lll qatları Dəmir dövrünü əhatə etməkdədir. Məhz bu qatlar, xüsusən də e.ə. 1000 – e.ə. 800 – cü illəri əhatə edən lV qat Manna dövlətinin son dövrlərini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Onlardan sonuncusu Maday (Midiya) dövrünü də özündə birləşdirməkdə və fars – Əhəməni dövrünə qədər uzanan bir dövrü əhatə etməkdədir.

Həsənlunun mərkəzi hissəsində aparılan qazıntılar lV təbəqəyə aid nəhəng tikililər kompleksinin aşkar edilməsi ilə nəticələnmişdir. Bu binaların böyük əksəriyyəti odda yanmışdır və elmi ədəbiyyatda “BB” (burned building, yəni yanmış bina) kimi qeyd edilmişlər. Eyni dövrə aid 12 bürclü qala divarı da aşkarlanmışdır. Öz formasına görə dövrün Urartu qalalarını xatırladan bu qala bürcləri arasındakı məsafələr 10 metrdir. Qalanın Urartu qalalarını xatırlatması tapılan şəhərin Urartu şəhərlərindən biri olması barədə ehtimalların doğmasına səbəb olsa da sonradan müəyyən edildi ki, onun tarixi mənbələrdə Urartunun adı çəkilməyə başlayan dövrdən daha əvvəlki dövrlərə aiddir. Beləcə, qalıqları aşkarlanan bu möhtəşəm şəhərin Manna (Mahan) şəhərlərindən biri olduğu üzə çıxdı.

Eynən Kür – Araz mədəniyyəti dövrünə aid Mingəçevir tikilisində olduğu kimi burada da analoji sütun altlıqları tapılmışdır ki, bu da Manna (Mahan) dövləti və mədəniyyətinin köklərinin Kür – Araz mədəniyyəti ilə sıx bağlı olduğunu təsdiq etməkdədir. Həsənludan tapılan binaların həm dövr, həm də memarlıq baxımından analoqlarına Suriya ərazisindəki Zəncirli abidəsində də rast gəlinmişdir. Bu isə o deməkdir ki, Mannanın ərazisi müəyyən dövrlərdə indiki Suriya ərazilərini də əhatə etmişdir. Yəni bu analogiyanı biz qüdrətli çağlarında Manna ərazisinin

35

Page 36: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

günbatan dənizə, yəni Aralıq dənizinə qədər çatması barədə Aşşur mənbələrinin məlumatının arxeoloji təsdiqi hesab edirik. Maraqlıdır ki, Zəncirli abidəsi də Həsənlu abidəsi kimi çoxtəbəqəlidir və minillərlə ölçülən mədəni qata sahibdir. Fəqət bu abidənin müəyyən təbəqələrində hettlərin izinə də rast gəlinmişdir. Bu isə müəyyən dövrlərdə (e.ə. ll minillikdə) həmin ərazilərin Hett imperatorluğuna daxil olduğunu göstərir. Xatırladaq ki, Əhdi – Ətiqdə Şumer, Elam və Manna dövlətlərinin girişdikləri böyük müharibənin iştirakçılarından biri kimi hettlərin də adı çəkilməkdədir.

Kutilərin (oğuzların) hələ e.ə. lll minillikdə, yəni Aratta və Erkən Mahan dövrlərində bütün İkiçayarası, o cümlədən Şumer və Akkadla yanaşı, Suriya ərazisini də öz imperatorluqlarına daxil etdiklərini Rəşidəddin “Oğuznamə”si də təsdiqləməkdədir.

Yuxarıda qeyd edildiyi kimi, lV təbəqənin binaları yanaraq kül olmuşdur. Arxeoloqların fikrincə, bu binalar təqribən e.ə. 800 – cü ildə baş vermiş yadellilərin hücumları zamanı oda verilmişdir. Belə hesab edilir ki, şəhəri xarabalığa çevirənlər urartulular olmuşlar. Bunu şəhərdən tapılan və urartululara aid olan zəfər kitabəsi də təsdiq edir.

Faktlar Manna imperiyasının Urartuya qarşı çox zaman Aşşurla müttəfiq kimi çıxış etdiyini söylməyə tam əsas verir. E.ə lX əsrin ikinci yarısından etibarən Mannanın nəzərəçarpacaq dərəcədə zəiflədiyi, parçalandığı və Urartu işğallarına məruz qaldığı müşahidə edilir. Hətta həmin dövrdən Aşşur dövlətindən asılı vəziyyətə düşdüyü də danılmaz faktdır.

Urartu dövləti e.ə. lX əsrdən etibarən mənbələrdə haqqında söz açılan, Anadolunun şərqindəki Van gölü hövzəsində yaranan bir dövlət idi. Onun yerləşdiyi ərazi eynən Aşşurun yerləşdiyi ərazi kimi bir zamanlar (e.ə. lll minillikdə) Mahan imperatorluğunun tərkibində olmuşdur. Əhalisinin əksəriyyəti qafqazdilli xattlardan (kəttişlər - onların nəsilləri hazırda Quba rayonunun Xınalıq kəndində yaşayırlar, sayları bir neçə min nəfərdir), hürrilərdən (herlər – sonrakı əsrlərdə Albaniya və İberiyaya köçərək müasir gürcülərin etnogenezində yaxından iştirak etmiş, gürcülərin və ingiloyların içrəisində ərimişlərl) və otenlərdən (udinlər – hazırda Azərbaycann Oğuz – Qəbələ bölgəsində yaşayırlar, sayları bir neçə min nəfərdir) ibarət idi. Bu ölkədə qədimdən baranlu (qədim mənbələrdə abaren, barean, barn, parn) adlı oğuz tayfası da yaşamaqda idi. Olkənin adı elam dilində “Dağlıq ölkə” demək idi. Bu dövlət etnomədəni varislik baxımından Xatt (Xattuş) imperiyasının davamı hesab edilə bilər. Məlumat üçün bildirək ki, Xatt dövlətinə hind – Avropa xalqlarının ulu babası hesab edilən hettlər son qoymuş və onların ölkəsinə sahib olmuşdular. Dövrümüzədək ulaşmış Urartu kitabəlrinin dilini təhlil edən alimlərin fikrincə, bu dil Qafqaz dil ailəsinə daxil olan Dağıstan dillərinə yaxın olmuşdur və fikrimizcə, udin dili bu dilin birbaşa davamıdr.

İohanes Fridrixin yazdığına görə, mixi yazı sistemindən istifadə edən urartulular bu yazı sistemini aşşurlardan əxz etmişdilər. Bu fikirlə razılaşmayan İ. Dyakonov Urartu yazsının əsasnda hürri yazısının durduğunu iddia etməkdədir. Hazırda elmə bu dildə yazılmış onlarla kitabə məlumdur. Onların hamısı oxunmuş, tərcümə və nəşr edilmişdir. Fəqət bu gün “Urartu yazısı” kimi qəbul edilən, fəqət “oxuna bilinməyən” yazılar da mövcuddur ki, onlar barədə susmağa üstünlük

36

Page 37: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

verilir. Bu yazıların ya baranluların, ya da mannalıların yazıları olduğunu ehtimal edirik. Azərbaycan alimlərindən İlhami Cəfərsoy bu yazılardan bəzisini oxuduğunu və onların dilinin türkcə olduğunu iddia edir.

Urartu hökmdarları vaxtaşırı Manna əraziləri hesabına öz ərazilərini genişləndirməyə çalışırdılar. Məsələn, Urartunu birlikdə idarə edən İşpiuni və oğlu Menuanın dövründə (e.ə 810-781) urartulular Mannanın bir neçə qalasını ələ keçirməyə nail olmuşdular. Onlar e.ə. 812 – ci ildə Mannadan Meişta şəhərini qoparmağı və oradan da cənuba yürüş edərək Parsuanın (Kürdüstanın, Urartu mənbələrində Barşua) bir çox şəhərlərini işğal etməyi bacarmışdılar. Bu barədə Menuanın kitabəsində deyilir:

“Tanrı Haldinin qüdrəti ilə İşpuni oğlu Menua Mana ölkəsinə yola düşdü, ölkəni dağıtdı, oda tutdu.”

Lakin mannalılar, aşşurların köməyi ilə işğal edilmiş torpaqları azad edə bildi. E.ə. Vlll əsrin birinci yarısında Aşşurun zəifləməsi ilə Urartu Ön Asiyanın ən qüdrətli ölkəsinə çevrildi. Urartu hökmdarı l Argişti (e.ə 781-760) 779, 777 və 774 –cü illərdə üç dəfə Mannaya hücuma keçdi və Biştuya (Pəştu, Əfqanıstan) qədər irəliləyərək böyük qənimət ələ keçirdi. Bir çox Manna şəhər və kəndləri, o cümlədən İrkuni yandırıldı, əhalisi əsir götürüldü. Argiştinin kitabəsində 777 – ci il yürüşü belə təsvir edilmişdir:

“Tanrı Haldi Manna ölkəsinə qalib gəldi. Biştu ölkəsinə qalib gəldii... Mən Biştu ölkəsinə getdim. Aşkaya ölkəsinin vadisini tutdum. Uqişyini ölkəsinin Şatirarqani vilayətinə mərhəmət göstərdim, Uşna ölkəsini tutdum. Mən Alateye dağlıq ölkəsinə çatdım, ölkəni yandırdım, şəhərlərini dağıtdım, kişi və qadınlarını oradan apardım”.

Urartunun Mannaya qarşı işğalçılıq siyasəti ll Sardurinin (e.ə 760 – 730) hakimiyyəti illərində də davam etmişdir. Onun e.ə 745-ci ildə ucaltdırdığı kitabədə oxuyuruq:

“Mən Manna ölksinə gəldim, ölkəni tutdum, şəhərləri yandırdım, dağıtdım, ölkəni taladım, kişi və qadınları Urartu ölkəsinə apardım. Darbani (Dərbənd, bu şəhər öz adını heç də fars dilindəki “dər” (qapı) və “bənd” (çəpər, hasar) sözlərinin birləməsindən deyil, qədim türk-tatar soyu derbentlərin adından almışdır. O dövrdə o, sadəcə bir qala idi ) qalasını, istehkamı döyüşlə tutdum. Orada hərbi dəstələr yerləşdirdim, ölkəni öz ölkəmə birləşdirdim”

Bu yazıdan göründüyü kimi, ll Sardurunun dövründə Manna dövlətinə müvəqqəti olaraq son qoyulmuş və onun ərazisi bütünlüklə Urartuya birləşdirilmişdi. Lakin Aşşur mənbələrindən belə aydın olur ki, Mannanın vilayətlərindən Maday Urartuya qarşı müqavimət göstərərək, müstəqil dövlətə çevrilə bilmişdi. E.ə Vlll əsrdə aşşur dövlətinin özünə gəlməsi və Urartuya qarşı uğurlu müharibələr aparması bütün bölgədə geosiyasi vəziyyəti dəyişdi.

Urartuya qarşı müharibədə qələbə ardınca qələbə çalan Aşşur hökmdarı lll Tiqlatpalasarın (e.ə. 744-727 –ci illər) dövründə aşşurlar Urartu işğalı altında olan keçmiş Manna vilayətlərindən Mazamuanı işğal etdi. Müstəqil siyasət yeridən, yəni müstəqil dövlətə çevrilmiş Maday (Midiya) ilə müharibə apardı, fəqət məğlub olaraq geri çəkildi.

37

Page 38: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Urartu ilə Aşşur arasında gedən müharibələrdən istifadə edən Manna yenidən istqlalını əldə etməyi bacardı. Manna hökmdarı İranzu (Oranəəzi) aşşurların yardımı ilə tez bir zamanda Sanqibutu, Zikertu (Saqarta, Kür – Araz ovalığı), Aza (Qərbi Azərbaycan), Darbani (Dərbənd), Andiya (Dağıstan) və Durdukka (Çeçenistan) üzərində hakimiyyətini bərpa etməyə nail oldu. Parsua (antik müəlliflərdə Qordiana, yəni Kürdüstan), Parsuamaş (Fars) və Biştu (Əfqanıstan), eləcə də Cənubi Azərbaycanın şərq ərazilrini, o cümlədən, Alateyeni öz içinə alan Maday (Midiya) dövləti müstəqil qaldılar. Bir müddət sonra isə Parsua, Parsuamaş və Biştu (yeni adı Ariana) Maday dövləti tərəfindən tutuldu.

İranzu (Oranəəzi e.ə 740-719) Mannanın ərazisinin müəyyən bir hissəsini birləşdirməyə nail olaraq Aşşurun müttəfiqi kimi Urartuya qarşı müharibələrə cəlb olunmuşdu, daxildə isə vəziyyət heç də sabit deyildi. Zikertu, Andiya və Durdukka da müstəqillik istəyirdilr və bu əyalətlərdə Urartunun təhrik və yardımı ilə tez – tez üsyanlar baş qaldırırdı. Tarixçi alim Yusif Yusifov həmin dövr haqqında yazır:

“Bu dövrdə Mannada ikimeyilli xarici siyasət mövcud idi. Bir qrup Assuriya (Aşşur) ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlayır və Urartunun işğalçılıq niyyətlərinə sədd çəkirdi. İranzu Assuriya ilə müttəfiq kimi davranır və onun siyasi üstünlüyünü tanıyrdı. Uzun müddət Urartu müdaxiləsinə qarşı mübarizə aparan Mannaya əmin – amanlıq lazım idi. Digər qrup Urartu ilə ittifaqa meyl göstərir və Assuriya əleyhinə qüvvələri birləşdirməyə çalışırdı”

Solmaz Qaşqayın yazdığına görə, Assuriya (Aşşur) meyilli xarici siyasət Manna dövlətini Urartu işğallarından xilas edir, ölkənin mərkəzi hakimiyyətinin güclənməsinə şərait yaradırdı. Amma İranzunun (Oranəəzinin) mərkəzləşdirmə siyasəti əyalətlərdəki müstəqilliyə can atan yerli vali və hakimləri məmnun etmirdi. Onlar Urartu ilə separat danışıqlara girir və hər imkanda mərkəzi hakimiyyətə tabe olmamağa çalışırdılar. Əgər Andiya və Durdukka əhalisi bu halda Urartu əhalisi ilə etnik yaxınlığından çıxış edirdisə, Zikertunun (Saqartanın) kimmer – iskit –sak əhalisi kutilər kimi türk idilər və məqsədləri kuti (oğuz) hakimiyyətinə son qoyaraq öz hakimiyyətlərini bərqərar etmək idi. Bunu iqtidar uğrunda siyasi çəkişmə də adlandırmaq olar.

Mənbələrdən belə məlum olur ki, Urartu hökmdarı l Rusa (e.ə. 730-714) Mannada daxili vəziyyəti gərginləşdirmək üçün Zikertu hakimi Metatti (Mete) ilə sazişə girərək Manna vilayətlərində əhalini üsyana qaldırmaq üçün ona silah və digər lazımı vəsaitlə yardım etdi. Şuandahul və Durdukka əhalisi Metattinin təhriki ilə üsyan edərək bu əyalətdəki dövlət məmurlarının bir hissəsini öldürdülər, digər hissəsi isə qaçmağa məcbur oldu. Vəziyyətin öhdəsindən gəlməyi bacarmayan İranzunun yardımına Aşşur hökmdarı ll Sarqon (e.ə. 722-705) gəldi. O bu barədə öz kitabəsində yazmışdır:

“Hakimiyyətimin üçüncü ilində Şuandahul və Durdukka (Çeçenistan) əhalisi öz ağalarına, mənim buyuruğum altında olan Manna hökmdarı İranzuya qarşı üsyan fikrinə düşdülər və zikertulu Metattiyə arxalandılar. Zikertulu Metati onlara öz döyüşçülərini və süvarilərini verməklə yardım göstərdi. Mən tanrı Aşşurun çoxsaylı qoşununu silahlandırıb bu şəhərləri tutmağa getdim.”

38

Page 39: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ll Sarqon Manna dövləti qarşısında üzərinə götürdüyü himayəçilik öhdəliyinə əsasən üsyançıların üzərinə qoşun çəkdi. Beləcə, İranzuya (Oranəəziyə) qarşı hazırlanmış üsyan qanlar içərisində yatırıldı. Bununla belə müstəqil sak dövlti yaratmaq üçün əlindən gələni edən Metatti (Mete) yenə də dinc durmur, fürsət gözlyirdi. Belə bir fürsət İranzunun vəfatı oldu. Metatti (Mete) İranzunu (Oranəəzinin) yerinə hakimiyyətə keçən oğlu Azanın (e.ə 718-716) vziyyətə hələ tam nəzarət etmədiyindən istifadə edərək, yenə də üsyan etdi. Urartu yenidən Mannann daxili işlərinə kobud surətdə müdaxilə edir və üsyançılara yardım etməyə ara vermirdi.

Uişdiş vilaytinin hakimi Baqdatti (Baqatur) və Zikertu (Saqarta) hakimi Metatti (Mete) l Rusanın təhriki ilə sui – qəsd təşkil edib Azanı qətlə yetirdilər.

ll Sarqonun kitabəsində bu barədə belə yazılıb:“Hakimiyyətimin altıncı ilində urartulu Ursa (l Rusa) Manna canişinləri

uişdişli Baqdatti və zikertulu Metattini Şarukinə (ll Sarqona) və ağalarının (İranzunun) oğlu Azaya qarşı ayaqlandırdı... Onlar əlçatmaz Uauş (Şərurdakı Hauş qayası) dağında Manna ölkəsinə ölüm gətirdilər və ağaları Azanı ora atdılar.”

Azanın həlak olmasından sonra qardaşı, İranzunun digər oğlu Ullusunu (Ulu Toyon, e.ə. 715-680) Manna taxt – tacına sahib oldu. Mənbələrdən belə aydın olur ki, onu üsyançılar hakimiyyətə gətirmişdilər. Təbii ki, bunda Urartunun istəyi əsas rol oynamışdı. Yəni o, hakimiyyəti ələ keçirmək üçün urartulular və üsyançılarla əlaqəyə girmişdi. Görünür, elə bu səbəbdəndir ki, o, hakimiyyətə gələr – gəlməz, Urartuya 22 Manna qalasını peşkəş edir. Aşşur mənbələrində bu olay belə təsvir edilir:

“ Mannalı Ulusunu atasınn taxtına oturub urartulu Ursaya arxalandı və 22 qalasını ona rüşvət verdi.”

Ullusununun hakimiyyətə gəlməsi ilə Mannanın illərdən bəri davam edən siyasi orientasiyası 180 dərəcə dəyişdi. Bu dəfə Manna Urartunun müttəfiqinə çevrilərək, Aşşura qarşı cəbhə aldı. Bu barədə ll Sarqonun kitabəsində deyilir:

“Ullusunu Aşşurun yardımından imtina etdi, urartulu Ursaya arxalandı, qonşu əyalətləri mənə qarşı qaldırdı. Sonra “Urartu ilə müttəfiq olmaq lazımdır” - deyə, onlara müraciət etdi.”

Mənbələrdən belə aydın olur ki, Ullusunu (Ulu Toyon) Aşşur dövlətinin əlində olan keçmiş Manna əyalətlərindən Karalla və Allabriyanın hakimlrini Aşşura qarşı üsyana təhrik etmişdi. Bu hal ll Sarqonu qəzəbləndirdi və o, Mannaya hücuma (e.ə. 616) keçdi.

Ullusunu (Ulu Toyon) ölkəsinin müdafiəsini təşkil edə bilməyərək, dağlara qaçır. Sarqon ölkənin paytaxtını və daha iki şəhəri ələ keçirərək oda verir və Azanın qətlində iştirak etmiş Baqdattini tutub dərisini soydurur və onun cəsədini Manna şəhərlərində nümayiş etdirir. Zikkertulu Metatti adamlarını ölümə verməmək üçün onlarla birlikdə qaçıb meşədə gizlənir. Beləcə, Mannadakı müxalif qüvvələrin bir qismi zərərsizləşdirildi, lakin tam məhv edilmdi. Ullusunu ağsaqqalları toplayıb onun yanına gəldi və mərhəmət dilədi. Sarqon yazır:

“Mən onun (Ullusununun) saysız – hesabsıız günahlarını bağışladım, ona mərhəmət göstərdim və onu hökmdar taxtına oturtdum. Ursa və Metattidən aldığım

39

Page 40: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

22 qalanı və 2 istehkamı ona verdim, onun məzlum ölkəsini bərpa etdim. Mən hökmdar təsvirimi düzəltdim, Aşşurun, mənim ağamın qələbələrini ora yazdırdım və gələcək günlər üçün onu paytaxt İzirtuda (Mannann paytaxtında) dikəltdim.”

Mənbədən də göründüyü kimi, ll Sarqon Mannanı ilkin sərhədləri içərisində bərpa edir və Ullusununu (Ulu Toyonu) bağışlayır. Fəqət dinc oturmayan zikertulular (saklar) və andiyalılar (dağlılar) yenidən üsyan qaldırdılar və ll Sarqonun üzərlərinə gəldiyini eşidib Urartu hökmdarına kömək üçün müraciət etdilər. l Rusa onlara köməyə gəlib, Uauş dağı yaxınlarnda (İndiki Şərur ərazisində) ll Sarqonun qarşısına çıxdı , fəqət uduzaraq döyüş meydanından qaçdı. Oradan Kür – Araz ovalığına, yəni Zikertuya (Saqartaya) gələn Sarqon bu ölkənin paytaxtı Pardanı (Bərdəni) yandırdı. Oradan Andiyaya (indiki Dağıstana) üz tutdu. Andiya hakimi Telusinanın qalası ələ keçirildi və burada yaşayan əhalidən qaçıb canını qurtara bilməyən 4200 nəfər əsir alındı. Andiyanın bütün mal – qara və qoyun sürüsü aşşurların əlinə keçdi. ll Sarqon üsyanı yatırdı və bir daş kitabdə bu sözləri yazdırdı:

“Mən məzlum Manna ölkəsini bərpa etdim.”Bundan sonra üzünü Mannann mərkəzi hakimiyyətinə tabe olmaq istməyən

və müstqil siyasət yürütməyə çalışan Madaya, Parsuaya və digər Manna vilayətlərinə tərəf tutan ll Sarqon həmin ölkələri də ram edərək, Ullusununun hakimiyyətini tanımağa məcbur edir. Maday və digər əyalətlərin hakimləri Sarqonun yanına gəlib əfv diləyirlər.

Əfv diləyənlər içərisində Andirapatenu şəhərinin hakiminin də adı çəkilir. Bu o şəhərin hakimi idi ki, onun adı sonrakı dövrlərdə bütün Azərbaycanın adına (Atropatena) çevrilmişdir. “Andirapatenu” türklərin Azərbayqan (Azərbaycan bu adın ərəbləşmiş variantıdır) dedikləri yerin aşşur dilindəki adı idi ki, sonralar bu ad aşşur dilindən fars dilinə “Aturpatakan”, yunan dilinə isə “Atropatena” şəklində keçmişdir. Şəhər əfsanəvi Oğuz xanın qurdurduğu və adını verdirdiyi bir təpənin ətrafında yaranmışdı və adını da bu təpədən almışdı.

Mənbələrdən belə aydın olur ki, bundan sonra da Mannanın ayrı – ayrı vilayətləri Mannadakı mərkəzi hakimiyyətə qarşı baş qaldırmış və hər dəfə də onları Manna hökmdarı yox, ll Sarqon yatırmışdır. Yəni həmin dövrdə Manna dövləti o qədər zəiflmişdi ki, özü öz problemlərini həll etmk iqtidarında deyildi və Aşşur dövlətinin hesabına ayaqda qalırdı. Nəticədə mərkəzi hakimiyyət sakların (zikertuluların) əlində bir oyuncağa çevrildi. Bu Ahşerinin (Ajiray) dövründə (e.ə 675-650) baş verdi. Aşşurda Aşşurbanipal (e.ə. 669-627) hakimiyyətə gəldikdən sonra Ahşeri (Ajiray) sakların təhriki ilə Aşşura qarşı çıxdı. Vəziyyəti belə görən Aşşurbanipal Mannaya hücum etdi və tez bir zamanda ölkənin paytaxtını və bir neçə şəhərini tutub yandırdı, var – dövlətini talan etdi. Bu kutilərin (oğuzların) Ahşeriyə (Ajiraya) qarşı üsyan etmsinə, onu öldürməsinə, oğlu Uallini hökmdar elan etmələrinə səbəb oldu.

Ualli hakimiyyətə gələr – gəlməz, Aşşurla sülh müqavilsi imzaladı və əski Aşşurpərəst xarici siyasətə sadiq olacağına söz verdi. Fəqət o, ölkənin birliyini təmin edə bilmədi. Beləcə, daxili separatizmə, eləcə də Aşşur və Urartunun zərbələrinə tab gətirməyən Manna dövləti iki hissəyə parçalandı. Azərbaycanın ərazisində iki fərqli qədim türk xalqının adını daşıyan iki müstəqil və ya

40

Page 41: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yarımüstəqil xanlıq yarandı. Bunlardan biri Aşşur-Babil mənbələrində “Madayya”, qədim yunan mənbələrində isə “Midiya” adlandırılan Maday dövləti, digəri isə Aşşur mənbələrində Zikertu və ya “Ska”(Sak), Babil mənbələrində “Qamirra”, antik mənbələrdə“Kimmer”, “İskit” (Skif) “Saqarta” və ya “Sakasin”, erməni mənbələrində “Şakaşen”, qədim yəhudi mənbələrində “Aşkenaz” adlandırılan Kimmer-İskit-Sak dövləti idi. O, Azərbaycanın Arazdan şimaldakı torpaqlarını əhatə edirdi.

Bunlardan birincisi ilk dövrlərdə Tehranla Cənubi Azərbaycanın Qəzvin və Həmədan şəhərləri arasında kiçik bir Manna vilayəti ikən, tez bir zamanda böyüyüb Azərbaycanın Arazdan cənubda yerləşən bütün ərazilərinə, eləcə də bütün indiki İran və Əfqanıstan ərazilərinə, sonralar isə Urartu dövlətinə son qoyaraq, Anadolunun şərq əyalətlərinə sahib oldu. Ölkənin paytaxtı Ögbatan (qədim türk dilində “Heyvan batan yer” deməkdir. Bugünkü Həmadan) şəhəri idi. Dövləti quranlar, yəhudi, xristian və müsəlman mənbələrinin türklərin ulu babası hesab etdikləri Nuh oğlu Yafəsin övladlarından biri Madayın soyu olan maday xalqı idi. Avropa alimlərinin əksəriyyəti tərəfindən türk və turanlı hesab edilən madayları irandilli xalq hesab edənlər də az deyil. Fəqət bu soyun Azərbaycan xalqının etnogenezində yaxından iştirak etdyi barədə hər kəs həmfikirdir. Eyni türk soyu qazax türklərini təşkil edən soylardan biri kimi, özü də türk-qıpçaq dilində danışan bir soy kimi də qeydə alınmışdır. Odur ki, onların türk olduqları heç bir şübhə oyatmır. Bu dövlət barədə bir qədər sonra söhbət açılacaqdır.

KİMMER – İSKİT – SAK DÖVLƏTİ

E.ə. Vlll-Vll əsrlərə aid mixi kitabələrdə kimmerlər Azərbaycan və Ön Asiya sakinləri kimi göstərilsə də, Herodot e.ə. V əsrdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmışdır. Sonrakı dövrlərdə yaşamış digər antik müəlliflər də onları Qara dəniz sahillərində yaşayan xalq kimi xarakterizə etmişlər. Tarixin atası, eyni zamanda, onların bu əraziyə iskitlərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqazdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum olan faktdır.

Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər. Rus və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə, bu xalq irandilli idi. Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya "İlliada" və "Odiseya" kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan "at südü sağanlar" kimi bəhs etmişdir. At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə adətə rast gəlinməmişdir. Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə bilər:

41

Page 42: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar."

Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri,o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.

Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir:

“Vaxtilə Kimmer kralının Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kənarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlər, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə - üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır”.

Kimmerlərin türklüyünü sübut edən faktlardan biri də onların adlarına özbək “Xannamə”sində rast gəlinməsidir. Həmin əsərdə kimmer xanı və vəzirindən söhbət açılır. Hətta türklərin ulu babası hesab edilən Yafəsin oğlu Kimerin (Qamərin) Oğuz xanın vəziri olduğu bildirilir. Bu barədə Bahəddin Ögəl yazır ki, “Xannamə”də Yafəsin oğlu Kimerin Oğuz xanın və sonrakı türk padşahlarının yanında vəzirlik etdiyini görürük.

Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər (Kimer) idi və qamərlər, yəni kimmerlər onun soyundandır. Müəllif eyni zamanda kimmerlərin soy babası olan Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri olmuşdular. Olduqları üçün də onların adı bir müddət ölkəmizin onlarla qohum olan və onların hakimiyyəti altında yaşayan digər xalqlarına da, o cümlədən iskit və saklara da şamil edilmişdir.

Mixi yazılar bu versiyanı bütünlüklə təsdiq edir. Məsələ burasındadır ki, 1933 - cü ildə Aşşurbanipalın (e.ə. 668 - 663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R. Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor iddia etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan kutilərin və sakların üzərində də hökm sahibi imiş.

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalqlardan biri də saklar olmuşdur. Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət

42

Page 43: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

açmışlar. Bu baxımdan Qiyasəddin Qeybullayev, Mirəli Seyidov, Mahnud İsmayıl, Yusif Yusifov, Firidun Ağasıoğlu və digər görkəmli Azərbaycan alimlərinin adını xüsusi vurğulamaq lazımdır.

Ön Asiya və Qafqazda yaşamış iskit və saklarla bağlı mövzuya V. V. Struve, Q. A. Melikaşvili, İ. M. Dyakonov, V. İ. Abayev, B. B. Piotrovski, E. İ. Krupnov, B. A. Litvinski, V. F. Minorski, E. A. Qrantovski, M. İ. Poqrebova, A. M. Xazanov, B. V. Terexov, A. N. Terenojkin, İ. V. Pyankov, O. A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı fikirlər söyləmişlər.

Yuxarıda adı çəkilən alimlərdən İ.V. Pyankov və B.A. Litvinov qədim fars kitabələrində adları çəkilməkdə olan sakların yerləşdikləri coğrafyanın müəyyənləşdirilməsi istiqamətdə geniş tədqiqatlar aparmış və belə qərara gəlmişlər ki, Azərbaycan ərazisi də Ön və Orta Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən coğrafi areala aiddir. Doğrudur, onlar sakları Orta Asiya və Qazaxıstanın avtoxton əhalisi hesab etmiş və onların Azərbaycana gəlişini sonrakı dövrlərə aid etmişlər. Məsələn, B.A. Litvinov yazır ki, saklar Orta Asiyanın Son Tunc dövrü tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının və dəfn adətlərinin eyniliyi sübut etməkdədir. Alimin fikrincə, bu xalq məhz həmin ərazidən, Qafqaz dağlarını keçərək, Ön Asiya və Azərbaycan ərazisinə miqrasiya etmişdir.

Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə "Sakasena" və ya "Şakaşen" kimi qeyd olunan ərziyə işarə etmşlər. İ. M. Dyakonovun İran dilləri materialına istinadən "şaka şuana", yəni "saklar ölkəsi" kimi şərh etdiyi "Sakasena" adına ilk dəfə l əsr müəllifi Strabonun əsərinin dörd yerində rast gəlinməkdədir. İ. M. Dyakonov sözügedən ərazini Gəncə və ətrafına şamil etmişdir. Qiyasəddin Qeybullayevin fikrincə, ilk dövrlərdə bu əraziyə erməni mənbələrində Sisakan (Sünik) adlandırılan Zəngəzur ərazisi də daxil olmuşdur.

Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:

"Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir."

Mütəxəssislər ilk dəfə 371 - ci ildə baş vermiş hadisələrlə əlaqədar Favst Bu-zand tərəfindən adı "Şakaşen" kimi çəkilən məkanla Sakasenanın eyni ərazinin bir qədər fərqli səslənişli adları olduğu fikrində yekdildirlər və bu halda da söhbətin məhz Gəncə və ətrafından getdiyini bildirirlər. Alimlər bu fikirlərini Gəncənin əsasının Şakaşen ərazisində qoyulduğunu yazmış Musa Kağankatlının sözləri ilə əsaslandırırlar və şübhəsiz ki, haqlıdırlar. Bu fikri XVl əsrdə Gəncə yaxınlığındakı çaylardan birinin Şəkiçay adlanması faktı da təsdiq etməkdədir.

Antik müəlliflər ölkəmizin ərazisində yaşamış sakları bəzən sakasanlar, bəzən isə sakapanlar kimi yad etmişlər. ll əsr müəllifi Arrian isə Qavqamela döyüşü ilə bağlı məlumatında albanlar və sakesinlərin eyni cəbhədə döyüşdüklərini yazmışdır. Arrianın bu məlumatını şərh edən İ. Dyakonov və İ. Əliyev bildirirlər ki, sözügedən döyüşdə albanlar və Sakasenanın sakinləri olan sakasinlər midiyalıların müttəfiqi kimi çıxış etmişlər.

43

Page 44: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Maraqlıdır ki, əsərində Sakasena haqqında dörd dəfə məlumat verən Strabonun məlumatlarından ikisində sözügedən ölkə barədə Araz çayından cənubda, yəni Güney Azərbaycan ərazisində, Qirkaniyadan aşağıda yerləşən ölkə kimi söhbət açılır. Uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmış bu məsələyə ilk dəfə münasibət bildirən Qiyasəddin Qeybullayev olmuşdur.

İ. Dyakonov və İ Əliyevin fikrincə, Herodotun “ortokoribant” adlandrdğı saklar ilə Kür və Araz hövzəsinin Sakasenasının əhalisi, eləcə də, tiqraxauda saklarla qədim fars mənbələrindəki şişpapaqlı saklar eyni şeydir. Bu fikirlə razılaşmayan Qiyasəddin Qeybullayev yazır:

"R. Fray öz əsərinin bir yerində yazır ki, tiqraxauda saklar Midiya ərazisində, X satrapiyada məskun idilər. Biz burada adlarına qədim fars mənbələrində rast gəlinən bütün sak qruplarının mübahisəli məskunlaşma məsələsinə toxunmayacağıq. Yalnız onu qeyd edək ki, "tiqraxauda sak" Kür və Araz çayları arasında deyil, Midiya ərazisində yaşayan sak qrupunun farsca adıdır. Strabonda Midiya ərazisində məskun olan sakların yaşadıqları ərazi də Sakasena adlanır."

Qiyasəddin Qeybullayevin eyni Sakasenadan iki eyniadlı dövlə və ya ölkə kimi danışması sovet tarixşünaslığndan bizə miras qalmış bir yanlış konsepsiyadan – Midiyanın (Madayın) guya sadəcə Arazdan cənubdakı torpaqları əhatə etməsi və Quzey Azərbaycana heç bir aidiyyatı olmaması fikrindən qaynaqlanır. Halbuki, irəlidə görəcəyimiz kimi, Midiya (Maday) dövləti, Qəzvin – Həmədan – Tehran bölgəsində ortaya çxsa da, sonrakı dövrlərdə Azərbaycanın tamamın əhatə etmişdir. Təsadüfi deyil ki, orta əsrlər Avropa səyyahları, əski qaynaqlara dayanaraq, Şirvandan da Midiya kimi bəhs etmişlər.

Sakların Azərbaycanın avtoxton əhalisi deyil, gəlmə xalq olduğu barədə rus alimlərinin fikrinə şərik çıxan Mahmud İsmayıl bunun e.ə. Vll yüzillikdə baş verdiyini düşünməkdədir:

"Hələ lap qədim zamanlarda Azərbaycanda yerli soylarla yanaşı, uzaq yerlərdən, xüsusən Orta Asiyadan keçib bu yerlərə gəlmiş soylar da yaşamışlar. Bu soylardan ən çox saylısı sak-massagetlər olmuşdur. Tarix ədəbiyyatında onları işquzlar da adlandırırlar.

Həmin soyların hələ miladdan əvvəl Vll yüzillikdə qədim Azərbaycan torpaqlarına gəlmələri barəsində bizə ilk məlumatı miladdan qabaq V yüzillikdə yaşamış, "tarixin atası" çağırılan Herodot vermişdir. XlX yüzilliyə qədər Heodotun bu əsəri Rusiya və Avropa alimlərinin nəzərini çəkmişdi. Keçən son iki yüzillikdə isə bu əsərdə verilən külli miqdarda məlumat barəsində yüzlərlə müxtəlif, bəzən bir-birinə zidd fikirlər söylənmişdir. İşquz-saklar probleminə həsr olunmuş əsərlərin böyük əksəriyyətində, mütəxəssislərin özlərinin etiraf etdikləri kimi, hadisələrin şərhinə obyektiv yanaşılmamış, "gündəlik siyasətə" tabe edilmişdir."

Yusif Yusifov da saklardan gəlmə xalq kimi bəhs etmiş və o da bu xalqın ölkəmizin ərazisinə e.ə. Vll əsrdə köç etdiyini vurğulamış, onların şimaldan gəldiyini qeyd etmişdir:

44

Page 45: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"E.ə. Vll əsrin birinci rübündə şimalda yaşayan kimmer, iskit və onların tərkibində sak tayfalarının Ön Asiyaya böyük bir axını başlanır. Bu tayfaların bir qismi qədim Azərbaycanda məskunlaşır."

Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:"Ədəbiyyatda sakların mənşəyi və Albaniyaya gəlmələri barədə müxtəlif

fikirlər vardır.1. Saklar e.ə. Vlll-Vll əsrlərdə Ön Asiyaya, o cümlədən Midiyaya gəlmiş

iskitlərdir və yaxud onların bir hissəsidir. Kür və Araz çayları arsında yerləşən Sa-kasena Ön Asiya iskit xaqanlığının özəyi olmuşdur. Bu fikri İ. Dyakonov, E. Krupnov, K. Trever, İ. Əliyev, V. Minorski, A. Xazanov və digər alimlər dəstəkləmişlər...

2. Ön Asiya üzərində 28 illik hakimiyyətdən sonra iskitlərin böyük bir hissəsi Qafqaz dağlarının şimalına geri döndükdən (belə hesab edilir ki, iskitlər Ön Asiyadan Quzey Qafqaza e.ə. 584 - cü ildə dönmüşlər) sonra onların bir qismi cənubda, əsasən Sakasena ərazisində qaldılar və məskunlaşdılar. Bu fikrin sahibi B. Qafurova görə, Albaniya sakları irandilli iskitlərdir, Sakasena iskit xaqanlığının tərkib hissəsi olmamışdır, saklarsa "qalan iskitlərdir".

3. Üçüncü fikir də mövcuddur. Həmin fikrə görə, saklar Güney Qafqaza müstəqil surətdə, e.ə. Vl əsrdə Dərbənddən keçərək gəlmişlər. Bu mülahizənin müəllifi V. Struvedir. O, Strabonun Sakasena barədə söylədikləri ilə bağlı yazmışdı ki, saklar Kür-Araz ovalığına iskitlərdən müstəqil surətdə Əhəmənilər dövrünün başlarında gəlmişlər. Əgər onunla razılaşsaq və sakların iskitlərdən ayrı və başqa bir vaxtda gəldikləri ehtimalını qəbul etsək, o zaman Sakasenanı iskit xaqanlığının bir hissəsi kimi qəbul etmək məntiqi olmaz."

Azərbaycan tarixşünaslığında son dövrdə qəbul edilmiş, möhkəmlənmiş və özünə çox sayda tərəfdar toplamış bir fikrə görə, "iskitlər Şimali Qara dəniz sahillərinə və Ön Qafqaza e.ə. Vlll əsrin ikinci yarısında gəlmişlər. Herodot və Diador iskitlərin Araz çayı sahillərindən gəldiklərini söyləyirlər. Herodota görə, iskitlər Asiyada yaşayırmışlar və massagetlər onları bu yerlərdən qovmuşlar. İskitlər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlərlə döyüşdə qələbə çalmış və onların bir qismini əsarət altına almışdılar. Kimmerlərin digər böyük bir qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun məlumatına görə, iskitlər kimmerlərin arxasınca düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsi ilə Ön Asiyaya çatmış, Ön Qafqaza və şimali İrana yayılmışlar. Beləliklə, iskitlər Araz çayı sahilindən şimala doğru hərəkət etmiş oraya gəlmə hesab edilirlər. Burada məskunlaşdıqdan sonra onların bir qismi kimmelərin ardınca Ön Asiyaya hərəkət etmişlər.

Saklar iskit tayfası hesab olunurlar. Strabon yazırdı ki, iskitləri həmçinin sak adlandırırlar. Onlar da geniş ərazidə təmsil olunmuşdular. İlk dəfə "sak" adı e.ə. Vll əsrin ortalarına aid Assur (Aşşur) mixi yazılarında, sonra isə Vl əsrin sonunda Bisitun kitabəsində çəkilmişdir. Sakların bir qismi Azərbaycan ərazisində məskunlaşmışdı."

Qeyd edək ki, yuxarıdakı sözlərin sahibi Yusif Yusifovdur. Onun sözlərinə görə, iskitlər Qərbi Azəbaycanda, Urmiya gölünün qərbində və şimalında məskən salmışdılar. Alim mixi qaynaqda qeyd edilən "İskitlər Manna ölkəsinin vilayətində

45

Page 46: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yaşayırlar" sözlərinə istinadən iskitlərin Urmiya gölünə qədər geniş ərazidə məskunlaşdıqları fikrini əsaslandırır və bildirir ki, kimmerlər də Mannanın hüdudlarına gəlmişdilər. Bu fikrini isə o, e.ə. 715 - ci ilə aid Aşşur mənbəsində qeyd edilən "Kimmerlər Manna ölkəsini tərk edib, Urartuya gəldilər" sözlərinə istinadən vurğulayır:

"Kimmer, iskit və sakların Azərbaycanda məskunlaşması yer adlarında öz əksini tapmışdır. Mixi qaynaqlarda antik mənbələrin" kimmer" adı "qimiraya" (qimirə mənsub) şəklində əks olunmuşdur. Azərbaycanın müasir toponomiyasında Qımır və Qımırlı (Zaqatala" rayonu) yer adları qalmışdır. Saklar əsasən Azərbay-canın Urmiya gölünün şimalına qədər uzanan ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada "şiş papaq" saklar yaşayırdılar. Həmin yerdən şimalda Araz çayının Kürə qovuşduğu çay arasında da saklar təmsil olunmuşdular. Erkən orta əsr qaynaqları buranı Balasaqan (türk. bala "çöl, düzən"; mənası "Sak düzü") adlandırır. Beləliklə, e.ə. Vlll əsrin sonu - Vll əsrin əvvəllərində Qafqaz dağarını keçib Ön Asiyada yayılmış kimmer və sak tayfaları qədim Azərbaycan ərazisində də məskunlaşmışdılar."

Qeyd edək ki, elmi ədəbiyyatda kimmer-iskit-sak mövzusu ətrafında böyük bir qarmaqarışıqlıq yaranmışdır və ədalət xatirinə bildirməliyik ki, bu qarmaqarışıqlıq müəyyən dərəcədə ilkin mənbələr arasındakı ziddiyyətlərdən qaynaqlanmaqdadır. Alimlərimiz bugünə qədər əski rus – sovet konsepsiyasına sadiq qalaraq, iskit-sakların Azərbaycana e.ə. Vlll-Vll əsrlərdə guya kənardan gəlmə olduqları barədə yekdil fikir sərgiləsələr də, bu məsələ şübhəlidir və qədim mənbələrin söylədikləri və arxeolji qazıntıların nəticələri ilə üst-üstə düşmür. Sözügedən xalqların etnuk mənsubiyyəti və dili barədə söylənilənlər isə bir-birinə daban-dabana ziddir. Bir sözlə, mövzu ətrafında əməlli-başlı xaos hökm sürməkdədir. Odur ki, məsələni yenidən və diqqətlə incələməyə böyük ehtiyac duyulmaqdadır.

Qiyasəddin Qeybullayev haqlı olaraq yazır ki, iskitşünaslıqda "iskit" adına münasibətdə açıq-aşkar tam sərbəst bir yanaşma hiss edilir:

"İskit və sak ilk dövrlərdə (Sak və İşquz adlarının Midiyanın ayrı - ayrı əyalətlərinin adları kimi qeyd edildiyi Aşşur mənbələrindən də göründüyü kimi) bir-biri ilə, çox güman ki, qohum olan ayrı-ayrı etnik qrupların adları olmuşlar. Fəqət antik mənbələrdə bu etnonimlər əsasən ümumiləşdirici adlar kimi çıxış etməkdədir. Əgər iskit və sak etnonimlərinin hansı halda konkret etnik qrupların adları, hansı halda isə ümumiləşdirici adlar kimi çıxış etdiyini müəyyənləşdirmək çətindirsə, o zaman Albaniya saklarını Qara dəniz sahilinin iskitləri ilə qarışdır-maq lazım deyildir. İskitlərin və sakların eyniləşdirilməsi antik müəlliflərin məlumatlarının şərhlərindəki qarmaqarışıqlığın əsas səbəbi olmuşdur."

Alimin sözlərinin təsdiqi kimi qeyd edək ki, Mahmud İsmayıl yazılarında iskit əvəzinə hər yerdə "işquz", Firidun Ağasıoğlu isə "sak" etnonimini "saqa" və "saqat" formasında yazmış və onsuz da elmdə mövcud olan qarmaqarışıqlığı daha da çözülməsi çətin hala gətirmişlər. Doğrudur, sözügedən müəlliflər belə edərkən, müəyyən məntiqə əsaslanmışlar. Məsələn, Mahmud İsmayıl "işquz" formasından istifadə edərkən elmdə mövcud olan və "iskit" termininin Aşşur mixi yazılarındakı "işquz" etnonimindən törədiyi məntiqini əsas götürən fikrə əsaslanmışdır. Bu

46

Page 47: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

metod ilk baxışdan doğru görünsə də, əslində uğurlu deyil. Çünki Aşşur mənbələrindəki "işquz" etnonimi konkret bir etnik qrupu ifadə edir və bu qrup saklardan fərqləndirilir. "İşquz" terminindən törədiyi söylənilən "iskit" terminini isə Herodot və digər antik müəlliflər ümumiləşdirici mənada işlətmiş və bir çox qohum etnik qrupları, o cümlədən sakları, ilk növbədə isə "skolot" adlandırdıqları Qara dəniz iskitlərini bu terminlə adlandırmışlar. Alim kimmerlərdən isə Aşşur mənbələrinə istinadən "qimmir" kimi söz açır:

"Herodot yazır ki, qimmirlər (kimmerlər) Asiyada yaşayan işquzlar (iskitlər) tərəfindən şərqə doğru sıxışdırılmışlar, işquzları isə öz növbəsində massagetlər sıxışdırdılar."

Firidun Ağasıoğlunun işlətdiy "saqat" termininə gəlincə, qeyd edək, bu dilçi alim "sak" etnonimini "saqa" kimi yazıb - oxumağın daha doğru olacağını düşünməkdə, "iskit" terminin də "saqa" və "at"(ut) cəm şəkilçisinin birləşməsindən yarandığını, "iskit" əvəzinə "saqat" (saqlar) termininin işlədilməsinin məqsədəuyğun olduğunu hesab etməkdədir. Alim elmdə qəbul edilmiş "kimmer" termininin əvəzinə də daha doğru olan "qamər" yazmağı lazım bilmişdir:

"Miladdan öncə Vlll əsrdə Qara dənizlə Azaq (Azov) dənizi yaxalarından qalxıb, Güney Qafqaza gələn və burada dövlət quran, uzun müddət ətraf ölkələrin şahlarını rahatsız edən, sonra yenidən Azaq yaxalarına qayıdaraq, orada yeni dövlət quran saqa (sak) boyundan söhbət açmışdıq. Burada isə saqa və qamər (kimmer) boylarının Azərbaycanla bağlı maraqlı tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub."

Eynən Mahmud İsmayıl, Yusif Yusifov, Qiyasəddin Qeybullayev və bir çox digər alimlər kimi iskit və sakları Azərbaycan ərazisinə kənardan gəlmiş xalq hesab edən Firidun Ağasıoğlunun işlətdiyi "qamər", "saqa" və "saqat" terminləri doğru, məntiqi və cəlbedici görünsə də, artıq qəbul edilmiş formalarla birləşərək lazımsız qarmaqarışıqlıq yaradır ki, buna da, fikrimizcə, ehtiyac yoxdur.

Məlumat üçün bildirək ki, rus elmi ədəbiyyatında "iskit" etnonumi "skif" formasında işlənməkdədir və bu forma uzun illər, rus dilindən Azərbaycan elmi ədəbiyyatına keçərək, Azərbaycan elmi ədəbiyyatında da işlək olmuşdur. Məsələn, Q.Qeybullayevin içindən sitatlar təqdim etdiyimiz kitabında bəzən "iskit", bəzənsə "skif" yazılmışdır. "İskit" termininə gəlincə, bu, Türkiyədə qəbul olunmuş formadır və son dövrlər Azərbaycan elmi ədəbiyyatında da geniş istifadə edilməkdədir. Biz də doğru olmamasına rəğmən, eyni formadan istifadə etməyi lazım bildik. Çünki bu forma artıq Azərbaycan ədəbiyyatında "vətəndaşlıq hüququ" qazanmışdır. Hərçənd ki, onu "skit" formasında işlədənlər də vardır. Bu baxımdan Yusif Yusifovu misal çəkə bilərik.

Qeyd edək ki, ingilis dilində sözügedən etnonim "scyth" formasında yazılmaqda, "skiz" kimi oxunmaqdadır. Türkiyə və Azərbaycan ədəbiyyatında işlək olan "iskit" termini ingiliscədəki "scyth" yazılış formasının türkcə oxunuşu və tələffüzü nəticəsində ortaya çıxmışdır. Ruslar isə həmin sözü, yəni "scyth" yazılış formasını özlərinə məxsus şəkildə "skif" kimi oxumuş və bu şəkildə də qəbul etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, eyni forma uzun müddət Azərbaycan elmi ədəbiyyatında da geniş işlənmiş və bu gün ondan, demək olar ki, bütünlüklə imtina edilmişdir.

47

Page 48: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Fikrimizcə, kəlmənin düzgün formasına ingiliscə tələffüz forması olan "skiz" forması daha yaxındır və Herodot həmin formanı Aşşur mənbələrindəki "işquz" etnonimindən ya birbaşa, ya da sələfləri vasitəsilə əxz etmiş, fəqət ümumiləşdirici və daha geniş mənada işlətmişdir. Bu baxımdan tədqiqatçı alim Zaur Həsənovun fikirləri xüsusi diqqətə layiqdir. Bu barədə bir qədər sonra söhbət açacağıq. Hələlik isə qeyd edək ki, Herodotdan öncə iskitlər barədə Aristey, ondan öncə isə e.ə. Vlll əsrdə yaşamış Hesiod məlumat vermişdir. T. Sulmirski bldirir ki, "iskit" terminini ilk dəfə məhz Hesiod işlətmişdir.

Herodotun əsərlərində rast gəldiyimiz "iskit" etnoniminin düzgün oxunuşunun "skuthai", yəni "skuzay" olduğunu əsaslandıran İ.Dyakonov bu fikrini Aşşur mənbələində adlarına "asquzay" (aşquzlar), Babil mənbələrində "işquzay" (işquzlar), qədim yəhudi mənbələrində isə "aşquz" kimi rast gəlinən etnik qrupun adı ilə əsaslandırmış və tamamilə haqlı olarq, qədim yunan mənbələrindəki "iskit" (skiz) adının bu etnik qrupun adından qaynaqlandığını bildirmişdir.

Onun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev yazır:"Vll əsrə aid aşşur mənbələrində iskitlər "aşquzay" (aşğuzay) və "işquzay"

(işğuzay) adlandırılır. İ. M. Dyakonov yazır ki, aşquzay və işquzay onların (iskitlərin) özlərinin-özlərinə verdikləri addır. Çünki aşşurlar yeni gələn tayfalara özlərindən yeni ad verə bilməzdilər... İ. M. Dyakonov haqlı olaraq hesab etmişdir ki, yunan termini olan "iskit" kəlməsi aşşurların "aşquzay", "işquzay" kəlməsindən törəmişdir. Lakin etnonimin əvvəlindəki "a","i" hərflərinin guya aşşur dilinin əlavəsi olduğunu və guya "d" səsinin "z" hərfi vasitəsi ilə ifadə edildiyini söyləyəndə səhvə yol vermişdir."

"Çar iskitləri" adlı çox sanballı əsərində bütün bu deyilənləri dərindən təhlil edən, İ. Dyakonovun oxunuşunu və mülahizələrini düzgün sayan Zaur Həsənov Herodotun sözügedən etnonimi qədim sami (Aşşur, Babil, yəhudi) mənbələrindən birbaşa deyil, sələfi Aristey vasitəsi ilə əxz etdiyini vurğulamaqdadır. Onun fikrincə, Aristey də həmin termini sözügedən sami mənbələrin yazıldığı dövrdə yaşamış Hesioddan qəbul etmişdir. Tədqiqatçı "skuz" oxunuşunu düzgün saymaqla bərabər, həmin etnonimin "quz" (oğuz) etnonimi ilə bağlılığını önə sürmüşdür. Şübhəsiz ki, o, tamamilə haqlıdır. Biz də o fikirdəyik ki, qədim sami mənbələrində adlarına rast gəldiyimiz işquzlarla (aşquzlar, asquzlar) oğuzlar arasında sıx bağlılıq var və bu fikri bizdən çox-çox öncələr söyləmişlər. Bu barədə sırası gəldikdə söhbət açılacaqdır. Lakin bu fikri istisnasız olaraq sami mənbələrində konkret etnik qrup kimi qeyd edilən işquzlara aid edirik. Zaur Həsənov isə eyni fikirlə iskitlərə, daha dəqiq desək, xaqan iskitlərinə münasibətdə də çıxış etməkdədir. Şübhəsiz ki, bu mövqe məntiqi və cəlbedici görünsə də, hələlik, sadəcə, bir ehtimaldır və tam sübut edilmədiyi və əsaslandırılmadığı üçün onu sübut edilmiş həqiqət kimi qəbul etmək mümkün deyil. Çünki antik müəlliflər "iskit" ("skuz" kimi oxunsa da) termini ilə konkret bir etnik qrupu deyil, bir-biri ilə qohum olan və eyni dildə danışan bir çox etnik qrupları adlandırmışlar. Lakin bu da faktdır ki, Herodot sözügedən adın məhz "çar (xaqan) iskitləri"nə aid olduğunu bildirmişdir. Məsələyə sırf bu baxımdan yanaşsaq, "çar iskitlərinin" oğuzlar olduğu barədə Zaur Həsənovun irəli sürdüyü fikrin tam məntiqi olduğunu etiraf etməkdən başqa çarə qalmayacaq.

48

Page 49: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Konkret olaraq saklar barədə bizə nələr məlumdur? Yuxarıda artıq qeyd edildiyi kimi, "sak" etnoniminə ilk dəfə e.ə.Vll əsrin

ortalarına aid Aşşur mənbələrində rast gəlinmişdir. Eyni dövrə aid Aşşur mənbələrində işquzlardan (asquz, aşquz) da ayrıca söhbət açılmaqdadır. Yəni Aşşur mənbələri sakları və işquzları ayrı-ayrı etnik qruplar kimi tanımaqda və təq-dim etməkdədir. Sözügedən dövrə aid mənbələrdə kimmerlərin adı da "qimiraya" kimi çəkilmişdir.

Maraqlıdır ki, Aşşur mənbələrində işquzlarla saklar arasında dəqiq fərq qoyulsa da, saklarla kimmerlər arasında qoyulan fərq konkret cizgilərə sahib deyildir, eyni hadisələrin iştirakçısı olan etnik qrup bəzən "kimmer" (qimiraya), bəzən isə "sak" adlandırılır. Bu barədə E.Qrantovski yazmışdır:

"1933 - cü ildə Aşşurbanipalın (e.ə. 668 - 663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısı dərc edildi. Başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme bu yazıda (146-cı sətirdə) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor sübut etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan iskitlərin (sakların) üzərində də hökm sahibi imiş, Qutium isə Mannanın başqa bir adı olub." .

Əlbəttə, X. Tadmorun məntiqi ilə razılaşmamaq çətindir. Aşşurbanipalın yazısı gerçəkdən də sübut edir ki, onun yaşadığı dövrdə Tuqdamme həm kimmerlərin, həm sakların, həm kutilərin, həm də bütövlükdə Manna dövlətinin hökmdarı idi. Hərçənd, ola bilər ki, həmin dövrdə saklar kimmerlərdən yox, əksinə, kimmerlər saklardan asılı vəziyyətdə olmuşlar. Mətndən başqa bir ehtimal da doğur: Burada ya "sak" konkret bir etnik qrupun adıdır, "kimmer" etnonimindən ümumiləşdirici ad kimi istifadə edilmişdir, ya da əksinə. Bu, həmin dövrdə hakimiyyətdə kimin - sakların, yoxsa kimmerlərin olmasndan asılıdır. Çünki tarixi mənbələrdən anlaşıldığı kimi, çox zaman tabeçilikdə olan soy və boylar da hakim soy və ya boyun adı ilə yad edilir. Yəni bu zaman hakim soyun adı bütün digər soy və boyların ümumiləşdirici adı kimi çıxış edir.

Qeyd edək ki, əgər sakların adına e.ə. Vll əsrin ortalarından rast gəlinməyə başlanırsa, kimmerlərin adı e.ə. Vlll əsrə , kutilərin adı isə e.ə. lll - ll minilliklərə aid mənbələrdə qeyd edilmişdir. Sakların yazılı mənbələrdə gec peyda olmasını mütəxəssislər onların Azəbaycan ərazisinə sonradan gəlmələri ilə izah edirlər ki, bu barədə artıq məlumat vermişik. Lakin bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, "sak" etnoniminə Aşşur-Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi kitabələridir və həmin kitabələr saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya saklarından bəhs edən mənbələrə gəlincə, onlar, haqqında söz açdığımız kitabələrdən çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr sakların Orta Asiyadan

49

Page 50: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Ön Asiya və Azərbaycana gəldiklərini deyil, əksinə Azəbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini təsdiqləyir. İrəlidə görəcəyimiz kimi, həm antik dövr tarixçilrinin məlumatları, həm də arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir.

Sakların adının kuti, subar, turuk, kumen və kimmerlərə nisbətən mənbələrdə daha sonra peyda olması isə onların gəlmə olduqlarından deyil, öncəki dövrlərdə qeyri-fəal olmaları və aparıcı mövqelərə sahib olmamaları ilə bağlıdır. Yəni onlar aktivləşdikdən, geosiyasi arenada daha fəal rol oynamağa başladıqdan və hakim mövqeyə yüksəldikdən sonra adlarını duyurmağa başlamışlar və bu üzdən də dövrün yazılı mənbələrində əsas personajlardan birinə çevrilmişlər. Bu, e.ə.Vll əsrin ortalarında baş vemişdir. Ən azı e.ə. Vl əsrdən etibarən isə saklar bütün qohum etnik qruplarını öz hakimiyyətləri altında toplaya bilmişlər. Elə bu üzdən də Əhəmənilər dövrünə aid qədim fars mənbələri saklardan gen - bol bəhs etdiyi halda, nə kutiləri, nə də kimmerləri tanımamaqdadır. Halbuki, Bisitun kitabəsinin farsdilli mətnində "sak" yazıldığı halda, eyni mətnin akkadca olan tərcüməsində ənənəvi olaraq, "kimmer" (qimiraya) yazılmışdır. Bu onu göstərir ki, həmin dövrdə kimmerlər artıq öncəki önəmini itirmiş və saklardan asılı vəziyyətə düşmüşdülər. Əslində isə, kimmerlərin kutilərlə birlikdə sakların başçılığında qurulmuş yeni tayfa ittifaqına daxil olmaları e.ə. Vll əsrin ortalarında baş vermişdir ki, bunu Aşşurbanipalın kitabəsi sübut etməkdədir. Bundan öncələr isə saklar kuti və kimmerlərin növbə ilə başçılıq etdikləri tayfa ittifaqlarına daxil idilər və bu üzdən də heç kəsə məlum deyildilər.

Herodotun yazdıqlarından belə anlaşır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır. Lakin tarixin atası bu hadisəni iki versiyada nəql etmişdir. İkinci versiyaya görə iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar. Lakin mütəxəssislər həmişə birinci versiyaya üstünlük vermiş və bu iskitlərdən gəlmə xalq kimi söhbət açmışlar. Halbuki, arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də iskit və sakların ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir. Bu barədə bir qədər sonra.

Herodot Qara dəniz sahillərində yaşayan iskitləri "skolot" adlandırır. Skolotların tədqiqi bu əsərdə qarşıya qoyulan hədəflərin obyektlərindən biri olmasa da, iskitlərin dil və etnik mənsubiyyəti barədə müəyyən təsəvvür əldə etmək üçün onlar barədə də bir neçə kəlmə söyləməmiz lazımdır.

Qiyasəddin Qeybullayev "skolot" etnonimi barədə yazır:"Hesab edirik ki, Qara dənizin quzey sahillərində qeydə alınmış "skolot"

etnoniminin "iskutay", "iskuday" (Müəllif “işquz” etnonimini belə oxumaq lazım olduğunu düşünür) etnoniminə heç bir dəxli yoxdur, çünki, birincisi, bu etnonim (ərəb müəllifləri tərəfindən bulqarların bir qolu kimi qeyd edilən və Orta Asiyanın bir çox türk xalqlarında qorunub saxlanılan ad olan)"eskel", eşkil", "iskil", "eskil" etnonimindən və qədim türk dilindəki "-ut", "-"ot" cəm şəkilçisindən yaranmışdır, ikincisi, "skolot" bütün iskitlərin deyil, yalnız Qara dənizin quzeyində yaşayan iskitlərin adı olub."

50

Page 51: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Deməli, alimin haqlı olaraq qeyd etdiyi kimi, "skolot" adı "eskel" etnonimi və "-ut" cəm şəkilçisindən yaranmış bir etnonimdir. Yəni bu halda vaxtilə ərəb mənbələrində bulqar türklərinin bir qolu kimi qeydə alınmış eskel xalqından söhbət gedir. Maraqlıdır ki, hazırda Macarıstan və Rumıniyada yaşamaqda olan, artıq bütünlüklə macar dilində danışan, fəqət öz türk köklərini unutmayan bir xalq yaşayır. Onlar özlərini "sekel" adlandırırlar. Bu xalqın ən azı XVl əsrə qədər türk- -run (Orxon-Yenisey) əlifbasından istifadə etdiyi, bu əlifba ilə yazılmış zəngin ədəbiyyata malik olduğu, dillərinin isə Avropanın geniş əraziləində işləndiyi məlumdur. Bu barədə Murad Aci yazır:

"Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda Fuqqerlərə mənsub knyaz və qrafların arxivində işlərkən, 1553 - 1555-ci illərin hadisələrindən bəhs edən qədim mətnlərə rast gəldi. Bu mətnlər əvvəllər, çox güman ki, tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir əhəmiyyət vermirdi. Lakin Babinger Tomsenin əsərləri ilə tanış olduğundan bu mətnin hərflərinin qədim türk əlifbasının hərflərini xatırlatdığını dərhal sezdi və onları Kopenhagenə - Vilhelm Tomsenə göndərdi. Mətnləri alan Tomsen çətin vəziyyətə düşdü. Yazının hərfləri türk hərflərini xatırlatsa da, onlardan bir qədər fərqlənirdi. Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə türk dilinin Avropa dialekti çıxmışdı."

Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi. Mətnin dilini Tomsen "qədim macar dili" adlandırdı. Sonralar məlum oldu ki, bu sekellərin dilidir. Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da, özlərinin türk mənşəliliyini unutmamışdılar.

Herodota istinadən skolotların, yəni sekellərin dörd soydan - avxat, katair, traspi və paralat soylarından ibarət olduğunu söyləyən Qiyasəddin Qeybullayev avxatların bu günə qədər qırğız türklərinin etnik qruplarından biri olan avaqatlar, paralatlların isə Cənubi Rus düzənliyində peçeneq türklərinin içərisində qeydə alınmış borotalmatlar olduğunu bildirir.

Bütün bu deyilənlərdən nəticə çıxmamalıdır ki, kimmerləri Azərbaycan və Ön Asiayadan sıxışdıranlar sekellər imiş. Çünki irəlidə görəcəyimiz kimi, bu xalq işquzlar olmuşlar və onların təqibindən yaxa qurtarmağa çalışan kimmerlərin tərkibində sakların bir qismi Qara dənizin şərq və şimal sahillərinə köçməli olmuşdular. Elə bu üzdən də Prokopiya keçmişdə "kimmer" adlanan utiqurlardan və hunlardan söhbət açarkən onlarla qonşuluqda saqinlərin (sakasinlərin), yəni sakların da adını çəkimişdir.

Kimmerlərin bir zamanlar Azərbaycanda yaşadıqlarını çoxsaylı etnotoponimlər də sübut etməkdədir. Artıq qeyd etdiyimiz kimi, Yusif Yusifov kimmerlərin adının aşşur mənbələrində "qimiraya" (qimirə mənsub) kimi çəkildiyini əldə əsas tutaraq, Zaqatala rayonu ərazisindəki Qımır və Qımırlı yer adlarının bu xalqdan yadigar qalan etnotoponimlər olduğunu bildirmişdir. Firidun Ağasıoğlunun yazdığına görə, Quzey Azərbaycandakı Qəmərli və Kəmərli, eləcə də Güney Azərbaycandakı Kəmər, Komar, Xomarlu kimi yer adları kimmerlərdən qalma yer adlarıdır. Qiyasəddin Qeybullayev Qərbi Aərbaycandakı Gümrü, Güney Azərbaycandakı Komar, Kəmər və Kəmərdaran topnimlərinin də kimmerlərlə bağlı

51

Page 52: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

olduğunu yazır və həmin kəndlərin azəbaycanlı, yəni türk kəndləri olduğunu vurğulayır. Alim eyni zamanda, XlX əsrdə Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) 5 Kəmərlu adlı kəndin qeydə alındığını və onlarda da Azərbaycan türklərinin yaşadıqlarını diqqətə çatdırır, Qazax rayonu ərazisindəki Kəmərqaya və Borçalıdakı Böyük Kəmərli və Kiçik Kəmərli kəndlərinin kimmerlərin adını bu günə qədər yaşatdıqlarını vurğulayır, İranın müxtəlif bölgələrində yerləşən Kəmər (2 dənə), Kəmərabad, Qomar,Qəmərabad və s. yaşayış məntəqələrini, eləcə də Türkiyədəki Kemerli kəndini də eyni sıraya daxil edir. Müəllif İranın cənubunda yaşayan qaşqay türklərinin soylarından birinin bugünə qadər " qamər" adlandığını diqqətə çatdırmağı da unutmur.

Kimmerlər barədə tarixdə ilk dəfə söz açan ən ilk mənbələr onlardan Azərbaycan, daha dəqiq desək, Manna sakinləri kimi söz açmaqdadır. Bu etnik qrupun e.ə Vll əsrdə Kür - Araz ovalığında yaşadıqları barədə də yetərincə məlumat vardır. S. T. Yeremyana görə, iskitlər bura gələnə və onları sıxışdırana qədər kimmerlər Araz düzənliyində yaşamışlar.

Konkret olaraq sak adı ilə tanınan etnik qruplara gəlincə, birmənalı şəkildə deyə bilərik ki, kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gördüyümüz kimi, müəyyən bir dövrdə bu qruplar üçün "kuti" və "kimmer" adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün vəziyyətə gəlmiş və digər qohum etnik qruplar da bu ümumiləşdirici adla tanınmışlar. Bu hal fars - Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mənbələrində, ilk növbədə də Bisitun kitabəsində bütün bu qruplar eyni ad altında, yəni "sak" (saka) adı altında qeyd edilmişdir. Halbuki, bu xalqlardan yalnız biri gerçək saklar idilər.

Kimmerlərin və Qara dəniz iskitlərinin (sekellərin) irandilli deyil, türkdilli olduğunu yuxarıda göstərdik. Sakların da türkdilli olduğunu irəlidə göstərəcəyik.

Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlərin adına aşşur mənbələrində e.ə. Vlll əsrdən etibarən rast gəlinməkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə almışlar. Onların ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar onları bir-birindən fərqləndirərək, onlardan birini "qimirri", digərini isə "işkuz" adlandırırdılar. Aşşurlara ayrıca saklar da məlum idi. Babil mənbələində isə Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların adı ümumiyyətlə heç işlənməmiş, onların əvəzinə hər yerdə "qimirri", (yəni kimmer) yazılmışdır. M. A. Dandamayev və V. Q. Lukoninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən ilk Şərq xalqı məhz kimmerlər olmuşlar.

Herodotun yazdığına görə, farslar bütün iskitləri "sak" adlandırırdılar. Onun haqlı olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum olan bütün etnik qruplar ümumiləşdirici "saka" adı ilə adlandırılır. Yunanlar isə bütün bu xalqları "iskit" hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəlliflər özlərini çətinə salmamaq üçün "İskit-saklar", digərləri isə "kimmer-iskit-saklar" terminindən istifadə etmişlər. Mixi yazılarda isə bütün bu xalqların, o

52

Page 53: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

cümlədən onlarla etnik və dil baxımından qohum olan madayların (midiyalıların) "umman manda" (Manda ordusu) adlandırılması halı ilə də üzləşmək mümkündür. Məsələn, Nabopallasarın "Xronika"sında Midiya hökmdarı Kiaksar "umman Manda" hökmdarı kimi qələmə verilir. Halbuki, eyni yazıda o, sadəcə "madayya" (midiyalı) adlandırılır. Nabonidin kitabələrindən birində isə "Manda hökmdarı" ünvanı başqa bir Midiya hökmdarına-Astiaqa aid edilir. Fars hökmdarı Kirin Midiyanın işğalından bəhs edən silindirik möhürdə isə "umman Manda"lıların məğlub edildiyi göstərilir.

İSKİT VƏ SAKLARIN MƏNŞƏYİ VƏ ETNİK MƏNSUBİYYƏTİ

Ayrı - ayrı aşşur kitabələrində kimmerlərin və sakların hökmdarı kimi qələmə verilən Tuqdamme (Toxtamış) bir yerdə "umman manda hökmdarı" adlandırılır. İ. M. Dyakonova görə, buradakı "umman manda" adı kimmerlərə verilən addır. Onun fikrincə, "Umman manda" və "Maday" Midiyanın fərqli adları olmuşdur. Kameron isə hesab edirdi ki, "umman Manda"lılar iskitlər idilər və Kiaksar e.ə. 612 - ci ildə iskitləri özünə tabe etdikdən sonra bu ad Midiya hökmdarlarına da şamil edilməyə başlanmışdır.

"Manda" kəlməsini "kim bilir" kimi tərcümə edən B. Landsberqer və T. Bauer bildirirlər ki, bu adla bir çox xalqların koalisiyası ifadə edilmişdir. B. B. Piatrovski və İ. Əliyevin fikrincə "umman manda" adıyla midiyalılar və şimal köçəriləri adlanmışlar.

Şübhəsiz ki, bütün bu eyniləşdirmələrin yalnız və yalnız bir səbəbi olmuşdur: bütün bu xalqlar, yəni həm kutilər, həm kimmerlər, həm saklar, həm işquzlar, həm də madaylar (midiyalılar) eyni etnosun ayrı - ayrı qrupları, başqa sözlə, soy və boyları idilər. Əslində bu məsələdə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı onların hansı etnosun qrupları olduqları və hansı dildə danışdıqları barədədir. Bəziləri onları irandilli hesab etməkdə, digərləri isə türkdilli olduqlarında israr etməkdədirlər. Birinci versiyanın tərəfdarları əsasən tarixçilər, ikinci versiyanın tərəfdarları isə əsasən dilçilərdir. Birincilərin arqumentləri o qədər əsassız və məntiqsizdir ki, həmin versiya üzərində durmaq belə mənasızdır. İkincilərin arqumentləri isə təkzibedilməz faktlara söykəndiyi üçün tədqiqatımız baxımdan böyük önəm daşımaqdadır. Çünki bütün bu etnik qruplar Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmişlər.

Qeyd edək ki, yunanların "iskit", farsların isə "sak" adlandırdıqları bu qohum xalqlara aid indiyə qədər Avrasiyanın geniş düzənliklərindən - Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahllərinə qədər yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kurqanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən, demək olar ki, bütün mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır.

53

Page 54: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları irandilli hesab edən İ. M. Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə yaşadıqlarını yazmışdır.

Eynən Oranski kimi iskitləri və sakları irandilli hesab edən R. Fray yazmışdır:

"İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, eyni zamanda Sibir, Altay, eləcə də Şərqi və Qərbi Türküstanın geniş ərazilərində məskun idilər... Altay və hətta Çin səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsirlərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik müşahidə olunmaqdadır. Belə aydın olur ki, irandilli tayfalar burada xüsusi rola sahib olmuşlar."

B.Q.Qafurov bildirir:"İran dillərinin qədim zamanlarda yayılma arealı orta əsrlərə və indiki

dövrə nisbətən daha geniş idi. Bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlarının ümumi vətəni də bu sərhədlər içərisində mövcud olmuşdur."

E.A.Qrantovski yazmışdır: "E.ə. l minillikdə irandilli tayfalar və xalqlar bizim ölkəmizin (keçmiş SSRİ -

nin) - Çin sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər. Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəlliflərin hamısı sözüge-

dən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və sekellərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cəfəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir.

Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V. İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də, Herodot da daxil olmaqla, bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun iskitlərin ilkin vətəni kimi Araz çayı sahillərinin adını çəkməsi və Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdu. Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu barədə irəlidə söhbət açılacaqdır.

A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli hesab edərək, yazmışdır:

"Buradan bir qədər şərqdə - Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan... qəbilələr məskun idilər. Məhz bu ərazilər

54

Page 55: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

iskitlərin qaynağı və Ata yurdu olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdilər."

A. İ. Terenojkin isə başqa, gercəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:

"İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar."

İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur. Birincisi ona görə ki, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu Herodotun öz yazdıqları sübut edir:

"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..."

"(Farslardan, midiyalılardan, saspirlərdən...) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir..."

İkincisi ona görə ki, iskit - sak dairəsinə daxil olan xalqların - kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazı-larda onlardan məhz Azərbaycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də Herodotun söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır:

"Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının arasından axır...

(Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Prototiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı iskit orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları Asiyada da təqib etdilər və indi də Midiya torpaqlarına soxuldular.

(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar məğlub oldular, onların qüdrəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər."

Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya (Maday) torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir:

55

Page 56: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə Araz çayının keçib kimmerlər ölkəsinə gəldilər."

Bu məlumatdan isə belə məlum olur ki, iskitləri Araz çayını keçməyə massagetlər məcbur etmişdilər. Massagetlərin isə ən azı e.ə Vll əsrdən Azərbaycan sakinləri olduqlarını bütün mənbələr birmənalı şəkildə təsdiqləyir. Yəni iskitlər Azərbaycana kənardan gəlməmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuşdular. Kimmer torpaqlarına daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını keçib Van sahilləri və Ağrı dağı istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını əhatə edirdi. Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya da var idi.

Üçüncüsü, iskit və saklara xas mədəniyyətin ən qədim nümunələri Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir. Həmin xəzinə 1947 - ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R. Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir.

M. A. Dandamayev və V. Q. Lukonin xəzinə barədə yazmışlar:"Həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi

rayonları ilə normal əlaqələr üçün münasib deyildi. Bu üzdən də bir çox əşyalar, ilk növbədə də qiymətli metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalarsa yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır."

Sözügedən xəzinəyə aid 341 əşyanın (43 - ü qızıldan, 71 - i gümüşdən, 103 - ü fil sümüyündən) tam siyahısını, hazırlanma materiallarını və ölçülərini ilk dəfə R.Qrişman dərc etdirmişdir. Bir vaxtlar İranın Arxeoloji Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğu fikrini ifadə etmişdi. "Heyvani üslub" terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaların çoxu Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.

Andre Qodar digər böyük alim E.Hersfeldin ardınca bu incəsənətin iskit incəsənətinə başlanğıc verdiyini söyləmiş, sözügedən incəsənətin "Manna" incəsənəti olduğunu bildirmişdir. Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun kitabəsində "Zubie qalası" kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu söyləyərək göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapıntılar içərisində də rast gəlinmişdir. O, Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir.

56

Page 57: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

R. Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Güney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit kurqan-larından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu incəsənətlərinin təsiri ilə yarandığını iddia etmişdir.

Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən biri də Y.Y. Kuzminadır. O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya qədər yayıldığını bildirmişdir.

İskit və saklara aid edilən "heyvani üslub" barədə bir çox alimlər fikir söylə-mişlər. Bu baxımdan A. Alfoldi, D. Karter, E. Farkaş, V. Abayev, K. Şefold, İ. Yatsenko, Q. Fyodorov - Davıdov, A. Xazanov, A. Şkurko, M. Rostovtsev, İ. Braginski, K. Trever, S. Tolstov, Q. Puqaçenkova, S. Rudenko, B. Litvinski, V. Lukonin, D. Rayevski, Q. Bonqard - Levin, A. Akişev, B. Mazolevski, V. Qolmsten, A. Qraç, L. Dyula, Q. Qeybullayev və s. kimi elm adamlarını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını qeyd etmişlər.

Məsələn, A. M. Xazanov iskit incəsənətinin On Asiyanın mədəni ölkələrinin təsiri ilə formalaşdığını söyləməkdə, B.A.Texov isə iskit mədəniyyətinin Kiçik və Ön Asiyadan yayıldığını qeyd etməkdədir:

"Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə.Vll - Vl əsrlərə aiddir. Beləliklə aydın olur ki, Ön Asiya iskitləri Midiya üzərindən orta Asiya və Sibirə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər. Burada isə ortaya çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub) adətən, Amu - Dərya və Volqa tərəfdən gələn iskitlərlə əlaqələndirilir, halbuki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb."

Maraqlıdır ki, iskit incəsənətinin Ön Asiyanın mədəni xalqlarının incəsənətinin təsiri ilə formalaşdığn söyləyən təkcə A.M. Xazanov deyildir. Bənzər fikri bir çox digər rus alimləri də dilə gətirmişlər. Belələri içərisində M. Dandamayev və V. Lukoninin adlarını da xüsusi çəkmək lazımdır. İskit – sak incəsnətinin, bütövlükdə Manna mədəniyyətinin guya Aşşur və Urartu mədəniyyətinin təsiri ilə formalaşdığını iddia edən bu alimlər fikirlərini isbat etmək üçün e.ə Vlll əsrə aid Aşşur və Uratu sənət nümunələri içərisində rast gəlinən paralelləri misal çəkmişlər. Fəqət e. ə. Vlll əsrə aid incəsənət əsərlərinin e.ə. lX əsrdə, yəni özündən 1 əsr öncə yaranmış iskit – sak (Manna) mədəniyyətinə necə təsir göstərə biləcəyini izah etməmişlər. Məsələn, M. Dandamayev və V. Lukonin birlikdə qələmə aldıqları “Qədim İranın mədəniyyəti və iqtisadiyyatı” (M. 1980) adlı kitabın 91 – ci səhifəsində Ziviyədən və Həsənludan tapılan Manna, eləcə də iskit – sak incəsənət nümunələrinin e.ə lX əsrə aid olduğunu təsdiq edirlər. Həmin kitabın 92 – ci səhifəsində bu mədəniyyətin Aşşur və Urartu mədəniyyətinin təsiri ilə yarandığını iddia edən bu müəlliflər bu iddianı “sübut

57

Page 58: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

etmək” üçün 95 – ci səhifədə e.ə. Vlll əsrə aid Aşşur barelyefindəki bir təsviri misal gətirirıər.

Qəribədir, deyilmi? Açıq - aydın görünür ki, bu cür cəfəng, qeyri – elmi və qeyri – məntiqi fikrlərin ortaya atılmasında məqsəd Azərbaycan (Manna) – türk (iskit) mədəniyyətinin özünəməxsusluğunu və önəmini azaltmaq, buna kölgə salmaqdır. Həqiqət isə budur ki, şumer mənbələrindən göründüyü kimi, e.ə. lll - ll minilliklərdə Şumer mədəniyyətinə güclü təsir göstərmiş Azərbaycan – türk mədəniyyəti e.ə l minillikdə də Aşşur – Babil və Urartu (e.ə. Vlll – Vll əsrlər), eləcə də fars – Əhəməni incəsənətinə təkan vermiş, həlledici təsir göstərmişdir. Ədalət xatirinə söyləyək ki, adıçəkilən müəlliflər fars-Əhəməni mədəniyyətinin Manna – Midiya mədəniyyətinin, yəni Azərbaycan mədəniyyətinin təsiri ilə yarandığını inkar etməmişlər.

İskit və sakların incəsənətini dərindən tədqiq edən M.İ.Artomonov "heyvani üslubun" əsas motivinin maral motivi olduğunu göstərmişdir. Bu təsbitin iskit və sakların, eləcə də onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də maral motivi iskit-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində "iskit maral daşları" adı altında tanınan daşların üzərində də rast gəlinməkdədir. Və "iskit maral daşları"nın kökləri e.ə. lX əsrdə formalaşan "heyvani üslub"dan daha qədim dövrlərə qədər uzanır. Və bu köklər də məhz Azərbaycana işarə edir.

Mövzu ilə bağlı tarixçi alim X. Mahmudova deyir:"Maral daşları iskitlər dövrünün incəsənətini, ideologiyasının və sosial

həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir. XX əsrin 70 - ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edilmişdir. Belə abidələrə Kabarda - Balkar ərazisindəki Qızburun - 1 kurqanında, Rumıniyada, Dinoqeti - Tarvanadlı yerdə, Bolqarıstanda, Almaniyada, Gürcüstan-da, Şərqi və Mərkəzi Qazaxıstanda, Baykal gölü ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir.

Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir. Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.”

Maraqlıdır ki, qaya üzərində cızılmış ən qədim maral təsvirlərinə Qobustanın petroqlifləri içərisində rast gəlinmişdir.

Nəsir Rzayevin yazdığına görə, son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyldir. Bu dövrdə ən çox rast gəlinən petroqliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 № - li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 № - li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.

Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda, daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir. Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki, bu təsvirlər iskit - sak

58

Page 59: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söylə-məyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.

Yeri gəlmişkən qeyd edək, maral motivi Altaydakı saklara aid Pazırıq kurqanından tapılmış (e.ə V əsr) dünyanın ən qədim xalısında da özünü göstərməkdədir.

Artıq qeyd etdiyimiz kimi, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ilk öncə Araz çayı sahilində yaşadıqlarını, sonradan Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını bildirmiş, digər yunan müəllifləri isə mis alətlərin yaradılmasını, dolayısı ilə Eneolit dövrü səhifəsinin açılmasının iskitlərlə bağlı olduğunu qeyd etmişlər. Bu qədim türk xalqı haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl Vll - Vl əsrlərə aid Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz açmaqdadır. Təbii ki, Eneolitin başlanğıcına təsadüf edən yazılı mənbələr ola bilməzdi və yox idi də. Lakin fakt budur ki, bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.

Tarixçi alim A. Seyidov bununla bağlı bildirir:Naxçıvan ərazisi çox - çox qədim zamanlardan, eramızdan əvvəl Vl

minillikdən başlayaraq, yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-dən biri kimi çıxış etmişdir. Burada çox sayda qədim metal məmulatı nümunəsi, eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki, bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdişlrin ortaya çıxdığını sübut edir. Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə yardım edir.

Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələrindən olan Kültəpə abidəsindən əldə edilmiş ilk metal məmulatlarının spektral analizini apararkən onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu üzə çıxarmışdır. Kültəpənin erkən Eneolit dövründən son Tunc dövrünə qədərki bütün mərhələlərini əks etdirən və qalınlığı 22, 2 metr olan mədəni təbəqəsindən tapılan məmulatların təhlili əsasında edilmiş bu böyük kəşf sayəsində Azərbaycanda və sonrakı dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir mis-arsen mərhələsinin olduğu dünyaya məlum oldu.

Məlum olduğu kimi, metallurgiyanın yaranması və inkişafı üçün xammal bazasının olması vacibdir. Naxçıvan ərazisində belə bir baza vardır. Bu, mis, arsen və polimetal yataqlarıdır. Azərbaycanda qalaydan başqa bütün zəruri metal yataqları mövcuddur. Və bu yataqlarda malaxit, azurit, xalkopirit, helenit, sfalerit, antimonit və sairə minerallara da rast gəlinir. Onların erkən dövrlərdən emal edildiyini sübut edən çox sayda qədim metalçıxarma və metalişləmə sənayesi izləri tapılmışdır. Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ, Dizixçay, Parağaçay, Göy - göl, Ağyurd və Şəkərdərədə rast gəlinmişdir.”

Maraqlıdır ki, Ordubadın Nüsnüs kəndindən qərbdə "Sak dağı" adlanan bir dağ iskitlərin, daha dəqiq desək, sakların adını yaşatmaqdadır. Sözügedən kəndin

59

Page 60: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ən böyük küçələrindən biri "Sak" adını daşıyır və bu küçə Sak dağının şərqindədir. Mahmud İsmayıl bu toponimlərin, eləcə də Nüsnüs kəndinin şimal - şərq, Naxçıvanın qərb istiqamətində yerləşən Saqqarsu adlı yerin də saklarla bağlı olduğunu yazmışdır .

Siciliyalı Diodorun aşağıdakı sözləri bu xalqın ilkin vətəninin Araz sahilləri olduğunu və onların məhz buradan Avrasiyanın geniş ərazilərinə yayıldıqlarını göstərməklə yanaşı, adlarının daha öncələr nədən eşidilmədiyinin, yəni daha qədim mənbələrdə hansı səbəbdən qeyd olunmadığını da anlamağa kömək edir:

"İndi də (hindlilərlə) qonşu ölkədə məskun olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə yaşayırdılar, lakin sonralar özlərinin artan qoçaqlığı, hərbi gücü ilə böyük ərazilər zəbt edib öz boylarını şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrət sahibləri olmadıqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən bir savaşqan başçılarının başçılığı altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə özlərinə ölkə əldə etdilər... Xeyli vaxt keçəndən sonra ...Tanais çayından o tərəfdə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa istiqamətdə yönəltdilər, Misirin Nil çayına qədər özlərinin hökmranlığını yaydılar."

Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə. 63 - b.e. 23) iskitləri əsasən iki yerə: roksolanlara və sarmatlara bölmüş, ikincilərin isə çar sarmatları və kaziq sarmatlarından ibarət olduqlarını vurğulamışdır. İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə "iskitlərin sarmat adlanan hissəsi" ifadəsini işlətməkdədir.

Yuxarıda qeyd etdiymiz kimi, Strabona görə, sarmatların bir bölümü " sarmat - kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olmuşlar. Musa Kağankatlının yazdığına görə, sarmatların soy babası, Yafəsin başqa bir oğlu olan Aşkenazdır. Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdivacından törəmişlər və iskit dilində danışırdılar.

Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara dəniz iskitlərindən və Don çayından şərqdə məskun idilər. Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya, Həştərxan, Stavropol, Krasnodar və Rostov bölgələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları "savromat" da adlandırmışlar. Məsələn, Herodot "savromat" yazdığı halda, eradan əvvəl lV əsrdə yaşamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş, Ovidiy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların sarmatları "savromat" adlandırdıqlarını bildirmişdir.

Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar Midiyadan (Madaydan), yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin sarmatları midiyalıların (madayların) törəmələri hesab etmişlər. Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır. Eradan əvvəl

60

Page 61: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla eyniləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soylarından biri də sarmatlardır və onlar qazaxların içərisində "şermat" və "sarmat teleu" adları ilə məşhur idilər. Bu fakt qədim Atropatenanın paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nədən qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur. Əslində isə qıpçaq elementinin Azərbaycandakı kökləri ən azı kumanların tarixi qədər qədimdir. Xatırladaq ki, e.ə. lll – ll minilliklərə aid mixi yazılarda kumanların adına “kumen” formasında, Azərbaycan və Şərqi Anadolu sakinlərindən birinin adı kimi rast gəlinməkdədir.

Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıqları maday xalqının da qazaxların etnogenezində iştirak etdikləri məlumdur. Bu barədə Qiyasəddin Qeybullayev özünün rusca qələmə aldığı “Azrbaycan xalqınn etnogenezi” adlı kitabında ətraflı məlumat verməkdədir. Eyni kitabda sarmatlar barədə də yetərincə bilgi yer almışdr.

Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz açılarkən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl lX - Vlll əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan - maday xalqından və eradan əvvəl Vll - Vl əsrlərə aid mixi yazılarda isə bu xalqın Azərbaycanın cənubunda qurduğu Madayya dövlətindən söhbət açılır. Qədim yunan müəllifləri, o cümlədən eradan əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər.

Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində yaxından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar.

Azərbaycandan iskitlər tərəfindən köçə zorlanan və Şimali Qafqaz ərazisində məskunlaşan sarmatlar hunlar tərəfindən darmadağın edildikdən sonra bir neçə istiqamətə yayılmışdılar. Bunların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax xalqnın etnogenezində yaxından iştirak emiş, ikinci bir hissəsi Fransa və İspaniyaya mühacirət edərək uzun müddət bu ərazidə hökm sürmüşlər. Ücüncü qrup isə Britaniya istiqamətinə yürüş edərək, orada Britaniya dövlətçiliyinin və ilk kral sülaləsinin əsasını qoymuşdular. İngilis mənbələrinə görə, Britaniyanın ilk əfsanəvi kralı, əfsanəvi Kamelot şəhər - dövlətinin və kral sülaləsinin əsasını qoyan ser Artur sarmat idi. O öldükdən sonra əsl türk kimi dəfn edilmiş və məzarının üzərində böyük bir kurqan ucaldılmışdı. Dördüncü qrup isə Quzey Afrikya qədər gedib çıxmışdı.

Klavdi Ptolomey (ll əsr) özünün "Coğrafiya bələdçisi" adlı əsərinin "Avro-pa Sarmatiyasının mövqeyi" adlı bölümündə bu ölkənin sakinlərindən biri kimi iskit-alanların da adını çəkməkdədir. İosif Flaviy də özünün "Yəhuda savaşı haqqında" əsərində alanları iskitlərin bir qolu adlandırır.

Alanlara xüsusi bir tədqiqat əsəri həsr edən və var gücü ilə bu xalqın guya irandilli osetinlərin əcdadı olduğunu sübut etməyə çalışan V.B.Kovalevskaya məsələ antropologiyaya gəldikdə yazır:

61

Page 62: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Katakomba tipli qəbirlərdən çıxan kəllələrinin quruluşu bir çox mütəxəssis tərəfindən incələnmişdir. Alanlar ensiz sifətli, uzun başlı cənubi avropoid irqinə məxsus olmuşlar və həm özləri ilə çağdaş olan girdəbaş tipli yerli əhalidən, həm də onların birbaşa varisləri olan müasir osetinlərdən fərqlənmişlər" .

Maraqlıdır ki, arxeoloji tədqiqatlar nəticəsində tapılan və ən azı Mezolit dövründən tutmuş son Tunc dövrünə qədərki böyük bir zaman kəsiyini əhatə edən skeletlər uzunbaşlı kaspi-oğuz tipinin bütün Qafqaz ərazisini əhatə etdiyini, girdə-baş kafkasion tipinin daşıyıcılarının isə bu bölgəyə çox - çox sonrakı dövrlərdə gəl-diklərini sübut etməkdədir.

Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:“Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif

dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki- coğrafi şəraitinin mürək-kəbliyi və bu mürəkkəbliyin ayrı - ayrı etnosların təcridinə gətirib çıxarması etnogenez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleo-antropoloji materialın önəmini artırmaqdadır. Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz” mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır. Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis - daş və Tunc dövrlərində də xas olmuşdur. Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz” tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir.”

Antropoloji tədqiqatlar bütün Qafqaz və Cənubi Azərbaycan ərazisində Me-zolit dövründə yaradılan zəngin mədədniyyətin qurucularının məhz Azərbaycan türklərinin əcdadları olduğunu birmənalı şəkildə sübut etməkdədir. Bu faktı Qobustan ərazisində təsbit edilən və ayrı - ayrı türk soy və boylarına aid soy tamğaları da sübut etməkdədir. Mövzu ilə bağlı F. Muradova deyir:

“Qobustanda insan, heyvan, balıq və sairə təsvirləri lə yanaşı,müxtəlif işarə və tamğalara da rast gəlinməkdədir."

İskit, sak və sarmatları irandilli hesab edən bir çox elm adamı alanların da irandilli olduğunu söyləyərək, onları osetinlərin ulu babaları olduqlarını iddia etməkdədirlər. Lakin həmin alimlər eyni zamanda sarmat və alan qəbirlərindən tapılmış skeletlərin antropoloji cəhətdən irandilli osetinlərə deyil, qıpçaq mənşəli, türkdilli qaraçay və balkarlara uyğun gəldiyini, həmin qəbirlərdən çıxan əşyaların üzərində tük-run yazılarına və türk tamğalarına rast gəlindiyini etiraf etmiş, bunu izah etməkdə çətinlik çəkmişlər. Halbuki, bu halı izah etmək üçün alanların və asların dili haqqında Biruninin (Xl əsr) söylədiklərini yada salmaq tamamilə yetərlidir. Bu böyük alim həmin xalqların qıpçaq və Xorəzm (karluq) dillərinin qarışığı olan xüsusi bir dildə danışdıqlarını yazmışdır.

Maraqlıdır ki, qaraçay və balkar türkləri bugünə qədər özləini alan-kumanların davamı hesab etməkdədirlər. Osetinlər də balkar türklərini "ası" və ya "asiaq" (aslar), qaraçay türklərini isə "Stur - Asiaq" (böyük aslar) adlandırırlar.

62

Page 63: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Tarixi mənbələrdə kumanların da iskitlərlə eyniləşdirilməsi, onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə edilmişdir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:

"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur."

İskitləri "işquz” adlandıran Mahmud İsmayılın yazdığına görə, l yüzilliyin müəllifləri Pomponi Mela və Pliniy iskitləri türkdilli hesab etmiş, V yüzilin müəllifi Zozima isə yazmışdır ki, bəziləri iskitləri hunlar adlandırırlar. Xl əsrdə yaşamış gürcü tarixçisi Leonti Mroveli özünün Kartlis Tsxvoreba" (Gürcü çarlarının tarixi) adlı əsərində iskitləri xəzər türkləri ilə eyniləşdirmişdir. Eyni dövrə aid edilən rus salnaməsində - "Ötən illərin salnaməsi"ndə də xəzərlərlə iskitlər arasında bərabərlik işarəsi qoyulmuşdur.

Bir vaxt Atillanın qərargahında olmuş və bu böyük türk hökmdarı ilə görüşmək şərəfinə nail olmuş Prisk isə hun türklərini "çar iskitləri" adlandırmışdır. Ondan öncə isə Yevnapiy eyni fikri söyləmişdir. lV əsrdə yaşamış Misir yepiskopu Seneziyanın Roma imperatoru Arkadiyə yazdığı məktubda da hunlardan iskit kimi söz açılmaqdadır.

Vlll əsrin Bizans tarixçisi Feofan özünün "Xronoqrafiya" əsərində iskit və xəzər türkləri arasında heç bir fərq qoymur, xəzərləri iskit adlandırır. Bizans müəlliflərinin, demək olar ki, hamısı, o cümlədən Zemarx, Menandr və Simokatta türklərdən iskit kimi söhbət açmış və iskitlərin türk olduqlarını təsdiqləmişlər. Bu hal XV əsrə qədər davam etmişdir. Mençen-Helfen özünün "Hunların dünyası" adlı əsərində iskitlərlə, eləcə də kimmerlərlə hun türklərini eyniləşdirən bütün əski qaynaqları ortaya qoymuşdur.

Bu qaynaqları dərindən incələyən görkmli rus şərqşünası A. N. Bernştam haqlı olaraq yazmışdır:

“Türklərin substrat etnogenezi birbaşa hunlarla bağlıdır. Hunların sələfləri bilavasitə iskitlərdir. Həm Asiya, həm də Avropa hunları iskit bətnindən doğulmuşdur. Hunları türklələ bağlayan nəzəriyyə belə deməyə əsas verir ki, iskitlər də türkdür.”

Başqa bir tanınmış rus şərqşünası V. V. Bartold isə demişdir:“Ərəb coğrafiyaşünaslarının əsərlərində Ptolomeyin iki iskit yurdundan biri

qərbdə yerləşir və “Türk torpaqları” anlamına uyğun gəlir, ikincisi isə şərqdədir, doqquz oğuz torpaqlarıdır.”

Eyni müəllifin aşağıdakı sözləri də eyni fikri ifadə etməkdədir:“Vl əsrdə böyük bir imperatorluq qurmuş türkləri qədim türklərlə

əlaqələndirmə cəhdləri olmuşdur... Qərbdəki türklərin iskitlərin yaxın qohumu və ya ən azı bu xalqın bir parçası olduğu düşünülməktədir.”

Şübhəsiz ki, bu fikir boş yerdən yaranmamışdır. Bartoldun haqqında söz açaraq, Vl əsrdə böyük imperatorluq qurduqlarını söylədiyi türklər elmi ədəbiyyatda “türküt” (türk + “üt” cəm şəkilçisi) adı altında tanınmaqdadırlar. Y. Oğuz l əsr müəllifi Strabona istinadən yazır ki, Strabonun dövründə, yəni l əsrdə Tiras (Dnestr) çayı sahilində iskitlər yaşayırdılarlar və bu bölgə “Türket” (Türküt) adlanırdı.

63

Page 64: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Strabondan fərqli olaraq, türkütləri “turaqet” və “turreqetau” adlandıran Pliniyin yazdığına görə, iskitlr və saklar, turreqetau və ya turaqetlərdir. Farsların bütün iskitləri “sak” adlandırması səbəbindən onlara “sak” deyirlər.

Bizans imperatoru Aleksi Kommenonun qızı Anna Komninanın qələmə aldığı və atasına həsr etdiyi “Aleksiada” kitabında da mövzumuz baxımından maraq doğuran bilgilər bulunmaqdadır. Xl əsrin sonları, Xll əsrin əvvəllərində baş vermiş hadisələrdən söz açılan bu kitabda Bizans ordusundakı muzdlu türk əsgər və komandanlarından da söz açılmaqda və onlar “iskit” adlandırılmaqdadır. Bu barədə fikrini bölüşən Yunus Oğuz yazır:

“Məlum həqiqətdir ki, Bizans ordusunda məşhur türk sərkərdələri vardı. Anna Komnina onların ikisinin adını qeyd etmişdir. Birinin adı Uz (Oğuz) xalqınn adına uyğun olaraq Uz, digərinin Uz xalqına aid olan Ərgir Qaracadır. Anna Kominina atasının qıpçaqlardan ibarət daha bir ordu qurduğunu yazır və sarayda qıpçaqlara, uzlara və digər türk xalqlarınn hamısına “iskit” deyildiyini bildirir.”

D. İlovayski yazır:“Çeşidli qaynaqlarda hunları iskit adlandrırlar. Bununla yanaşı, Bizans

elçisi Prisk hunların baş komandan Atilla haqqında təəssüratlarını yazmışdır; “iskitlər... böyük həvəslə hun dilində danışırlar. Bu torpaqlarda toplanmış xalqlar iskit dilində danışırlar””

D. İlovayskinin sözlərini təhlil edən Y. Oğuz haqlı olaraq bildirir ki, Prisk “hun yasaları”. “hun dili” yerinə “iskit yasaları”, “iskit dili” ifadəsini işlədir:

“Əgər biz hunların babalarının iskitlər olduğu tezisini qəbul ediriksə və Prisk də onların adını tez – tez dəyişdirərək, “hun dili” əvəzinə “iskit dili” deyirsə və bunda bir problem görmürsə, demək, biz də “iskit dili” əvəzinə “türk dili” deyə bilərik.”

Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır:"Saklar (e.ə. Vll-lll əsrlər) türklərin tarix öncəsinin, Teoman və Metedən

öncəki türk tarixinin ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir... Yunanların "ska" dediyi qövmdür. Xanədan və hakim ünsür türkdür...

Sakların ən böyük hökmdarı iranlıların Əfrasiyab dedikləri Alp Ər Tonqa-dır. Türkləin yetişdirdiyi ilk böyük tarixi şəxsiyyətdir."

Maraqlıdır ki, qədim hind mənbələri də şakyalar (saklar), turuşkalar (türklər) və hunlar arasında bərabərlik işarəsi qoymaqda, onlardan eyni etnos kim danışmaqdadırlar. Gördüyümüz kim, qədim və orta əsr mənbələri iskit və sakları birmənalı olaraq türk kimi təqdim etməkdədir. Artıq həmin mənbələrin söylədiklərinin doğruluğunu təsdiq edən təkzibedilməz arxeoloji dəlillər də tapılmışdır. Söhbət Qazaxıstan ərazisində, saklara aid İssık kurqandan tapılan gümüş nimçə üzərindəki türk yazılarından gedir. Bu barədə söhbətə keçməmişdən öncə qeyd edək ki, Qədim Çin mənbələrində saklardan e.ə.V əsrdən etibarən söz açılmaqdadır. Çin arxeoloqlarının Cunqariyada üzə çıxardıqları və tədqiq etdikləri sak qəbirləri də e.ə. V - lV əsrlərə aid edilir. İssık, İsıkkul və Altay (Pazırıq) kurqanları, eləcə də Urumçi yaxınlığından tapılan kurqanlar da sak kurqanları hesab edilir və həmin dövrü əhatə edir.

64

Page 65: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Bu kurqanlardan birindən, daha dəqiq desək, Qazaxıstan ərazisindəki İssık kurqanından tapılan türkcə yazılar sakların zəngin yazı və ədəbiyyat ənənələrinə sahib olduqlarını söyləməyə əsas verir. Bu barədə Oljas Süleymenov yazır:

"...1970 - ci ilin yazında Alma-Atanın həndəvərində, İssık gölünün yaxınlığında Altay tipli kurqan-qəbir aşkar edildi; ilkin araşdırmaya görə, yeni tapıntı Pazırık kurqanı dövrünə (e.ə. Vl - V əsrlər)aid edildi...

...İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərf-dən ibarət ilan bu əlifba Orxon-Yenisey yazısını xatırladır."

Mahmud İsmayıl bildirir: "Məlum olduğu kimi, 1970-çi ildə Alma-Ata şəhəri yaxınlığında, İssık

rayonunda arxeoloqların açdıqları kurqanda bir sak döyüşçüsünün qızıl geyimi və üzərində yazı olan bir gümüş cam aşkar edilmişdir. Qazax alimi A. S. Amonjolov cam üzərindəki yazını oxumuş və belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur."

İssık kurqanından tapılmış yazı ilə bağlı Murad Aci yazır:"Arxeoloq K. A. Akişevin tədqiqatarı xüsusi maraq doğurur, o," iskit məsələ-

si" mövzusunda son nöqtəni qoymuşdur. Alim Yeddisudakı (Qazaxıstan)İssık kurqanından üzərində run əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmışdır. Tapıntının, eynən kurqanın özü kimi, 2500 il yaşı var. Beləcə, bu yazı iskit və sakların ilk yazılı abidəsi oldu, bu abidə onların dili barədə məlumat verməkdə-dir."

İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı olduğunu və onlar arasındakı genetik bağlılığı inandırıcı şəkildə açıb göstərən Elməddin Əlibəyzadə mövzu ilə bağlı deyir:

"İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diqqəti cəlb edir. İkicə cümlədə hər şey aydın olur. Bu dil, təxminən 2500 - 3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun yazıda ifadəsidir".

Tanınmış qazax alimi A.Amonjolov isə bildirir:"Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənər yazı, nəticə

etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir".İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan

yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu-rad Acinin yazdığına görə, Termez yaxınlığındakı Kara - Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı ll - lV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkar-lanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastlamış-lar.

Murad Acinin söylədiklərini İ. Dyakonov da, B. Livşits də təsdiqləməkdədirlər. Fəqət bütün əsərlərində iskit və sakları irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə "İssık yazısı" adlandırmışlar. Məsələn İ. Dyakonov yazır:

"Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin – Alma - Atadan 50 km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə. Vl -

65

Page 66: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə, şərti olaraq, "İssık" adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış yazılarla birlikdə rastlanmışdır. Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və l - Vl əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub - şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir."

Bir sözlə, İ. Dyakonov təkzibedilməz fakt qarşısında qalmasına baxmayaraq həmin yazının guya sakların kənardan əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nədən həmin yazının ən qədim nümunəsinə məhz saklara aid kurqanda rast gəlindiyini izah etmir. Və bu onun yeganə ziddiyyətli fikri deyil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il işlənmişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra isə "İssık" yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar arasında müəyyən oxşarlığın olduğunu etiraf edir, amma nədən "İssık" yazısını həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.

MADAY (MİDİYA) DÖVLƏTİ VƏ MADAY - İŞQUZ (İÇ OĞUZ) MÜNASİBƏTLƏRİ

Artıq qeyd etdiyimiz kimi, Aşşur və Urartunun zərbələrinə tab gətirməyən Manna dövləti iki hissəyə parçalanmışdı ki, bunun da nəticəsində Azərbaycanın ərazisində iki fərqli qədim türk xalqının adını daşıyan iki müstəqil və ya yarımüstəqil xanlıq yaranmşdı. Bunlardan biri Aşşur - Babil mənbələrində “Madayya”, qədim yunan mənbələrində isə “Midiya” adlandırılan Maday dövləti idi. Bu etnotoponim haqqnda Firidun Ağasıoğlu yazır:

“Yeri gəlmişkən qeyd edək ki, qərb müəlliflərinin Mediya, Midiya kimi verdiyi ölkə adı Tövratda Maday, qədim farsca Mada, elamca Mata şəklində yazılmışdır. Qədim formanı Altay eposu “Maday Kara” saxladığı kimi, karaimlər (Krım və Litvada yaşayan musəvi türklər) indi də “midiyalı” anlamnda “madaylı” ifadəsini işlədirlər”.

Madaylar (midiyalılar) ilk öncə Mannanın tərkibində, Cənubi Azərbaycanın Zəncan, Qəzvin və Həmədan şəhərləri ilə bugünkü Tehran arasında yerləşən ərazidə məskun idilər. Aşşur mixi kitabələrində onlar haqqında ilk məlumat e.ə. 835 - ci ilə aiddir. Həmin mənbədə və sonrakı mənbələrdə onlar "maday" (amaday, matay) olkələri də "Maday" adları ilə yad edilirlər. Antik müəlliflərin əsərlərində isə "Midiya" və "midiyalı" adları keçərlidir. Azərbaycan elmi ədəbiyyatında da bu adlar daha çox işlənir. Hərçənd ki, aşşur mənbələrindəki ad daha doğrudur.

Midiyalıları (madaylar) da, kimmer, iskit və sakları da irandilli və Azərbaycana kənardan gəlmə sayan Q. Hüzinq, R. Hauşild, F. Heninq, E. Qran-tovski, İ. Əliyev və digərləri onların guya Qafqazın quzeyindən, yəni Avropadan,

66

Page 67: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

E. Meyer, V. Geyger, A. Kristensen, C. Kameron, İ. Oranski, V. Brandenşeyn, V. Masson, H. Nüberq və başqaları isə Orta Asiyadan gəldiklərini iddia etmişlər. Fəqət bu tarixçi alimlər, əgər gerçəkdən də madaylar Azərbaycana kənardan gəlmişlərsə, nədən onların adına ilk dəfə məhz Ön Asiya mənbələrində və Azərbaycan sakinləri kimi çəkildiyini izah etməmişər? Bu sual açıq qalır. Açıq qalan başqa bir sual isə belədir: əgər midiyalılar gerçəkdən irandilli olmuşlarsa, nədən Sibir türklərinin və qazaxların bir qolu olan madaylar (mataylar) türkcə danışmışlar və nə üçün ll Sarqonun e.ə. 713-cü ildə qələmə alınmış kitabəsində midiyalılarla arilər arasında fərq qoyulur? Nədən bu xalqın ulu babası Maday tarixi mənbələrdə türklərin ulu babası Yafəsin oğullarından biri kimi yad edilir?

Yəhudi və xristian mənbələrinə görə, o cümlədən Tövrada bildirilənə görə, madayların soy babası Maday, türklərin ulu babası Yafəsin oğullarından biri olub. Eyni zamanda, bu xalqın qazax və Sibir türklərinin soylarından biri olduğu və qıpçaq türkcəsində danışdığı məlumdur. Bu barədə V. V. Vostrov və M. S. Mukanov “Родоплеменной состав и расселение казахов” (Alma – Ata, 1968) adlı kitabın 118 – ci səhifəsində, eləcə də V. V. Radlov “Из Cибири” kitabının (Moskva, 1989) 600, 727, 720, 726, 728, 731, 732 – ci səhifələrində yetərincə məlumat bulunmaqdadır.

Yuxarıda qeyd edildiyi kimi, Pliniy və Yuliy Solin sarmatları midiyalıların (madayların) törəmələri hesab etmişlər. Bu xalqın da qıpçaq soylarından biri olduğu və qazax türklərinin tərkib hissəsi kimi çıxış etdiyi məlumdur.

Məlumat üçün bildirək ki, Musa Kağankatlı madayları (midiyalları) öz yazısı olan millətlər içərisində qeyd etmişdir. Bu gün bu fakt heç bir tədqiqatçıda heç bir şübhə oyatmır, fəqət onların hansı əlifbadan istifadə etdiklri barədə alimlər arasında yekdil fikir yoxdur. Maday (Midiya) ərazisindən tapılan və Vlll – V əsrlərə aid edilən vazalar üzərində rastlanmış arami mənşəli, fəqət arami dilində olmayan, ümumiyyətlə, Yaxın Şərqin heç bir qədim dilində olmadığı anlaşılan və bu günə qədər oxunmamış qalan yazıların madaylara aid olduğu hesab edilir. Mətnlərin üzərində əsasən semitoloq və iranşünaslar baş sındırsalar da, bir nəticəyə gələ bilməmişlər. Həmin yazıların türkcə ola biləcəyi heç kəsin ağlına gəlmədiyindən onları türkcə oxumağa cəhd edilməmişdir. Türkoloqların isə bu yazılardan ümumiyyətlə xəbəri yoxdur. Həmin yazılar H. S. Nilander tərəfindən dərc edilmişdir (Nylander H. S. Assyria grammata. Remarkas on the 21 st “Letter of The mistokles”. – “Opuscula Atheniensia”. Vol. 8. 1968, səh. 119 - 136).

Madayların eyni zamanda müxtəlif dövrlərdə millətlərarası ünsiyyət vasitəsi olmuş akkad və arami dillərindən də istifadə edikləri məlumdur. Məsələn, Midiya ərazisindən e.ə. lX əsrə aid bir tunc lövhə və bu lövhə üzərində yerli hökmdarlardan birinə aid yazı tapılmşdır. Bu yazı akkad dilindədir. E.ə. Vll əsrdən etibarən isə akkad dilini sıxışdıraraq millətlərarası ünsiyyət vasitəsinə çevrilən arami dili Madayda, eləcə də sonrakı əsrlərdə Əhəmənilər imperiyasnda dövlət dillərindən biri olmuşdur.

Qədim yunan mənbəlrinə görə, müstəqil Maday (Midiya) dövlətinin qurucusu Deyok (Dayık) sayılır. O, həm də ilk Maday xanı idi. Bir çox alimlər onu, Aşşur mənbələrində Manna vilayətlərindən birinin canişini olduğu bildirilən Dayaukku (Dayucci) ilə eyniləşdirirlər. Yəni bu alimlərin fikrincə, Dayukku,

67

Page 68: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

haqqında Herodotun məlumat verdiyi, ilk Midiya hökmdarı adlandırdığı Deyokla (Dayık) eyni adamdır. Dayukku ilə Deyokun eyni şəxs olduğunu söyləyən İ. Dyakonovun fikrincə, Dayukku Manna hökmdarı yox, Mannanın sadəcə bir vilayətinin-Midiyanın (Madayın) başçısı idi. Herodotun sözlərinə görə, Deyok maday (Midiya) tayfalarını birləşdirmiş və Midiya dövlətinin əsasını qoymuşdur. Bu dövlətin paytaxtı Cənubi Azərbaycanın Həmədan (Ögbatan) şəhəri idi.

Mannadan və onun əyalətlərindən söz açan qədim aşşur mənbələrində Madayın adı dəfələrlə Mannanın (Mahanın) əyalətlərindən biri kimi yad edilmişdir. Həmin mənbələrdən Mannaya hücuma keçən Aşşur hökmdarlarının müstəqilliyə can atan bu əyaləti susdurması və xəraca bağlaması haqqında xeyli zəngin material əldə etmək mümkündür. Belə görünür ki, aşşurlar maday ərazisini çapıb talayır, yerli hakimləri Aşşurdan və ya Aşşurun müttəfiqi olan Mannadan asılı vəziyyətə salırdılar. Yusif Yusifov yazır:

“E.ə. lX əsrin ikinci yarısında V Şamşi – Adad, sonra isə onun oğlu lll Adadniari Midiyaya (Madaya) hərbi yürüş etmişdilər. E,ə. Vlll əsrin ikinci yarısında lll Tiqlatpalasar “güclü midiyalıların” (madayların) ərazisinə çatmış, Midiya hakimlərinin xəracını qəbul etmişdi. ll Sarqon Manna yürüşü zamanı Midiya (Maday) torpaqlarına da soxuldu. Midiya hakimlrindən sayılan, lakin Manna canişini olan Dayaukku (Daayuççi) Urartunun fitnəsinə uyaraq mərkəzi hakimiyyətə qarşı çıxırdı. ll Sarqon Dayaukkunu ailəsi ilə birlikdə Hamat şəhərinə köçürdü. Rəvayətə görə, Deyok (Dayık) Midiya (Maday) tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdı. O, Ekbatana (Ögbatan, bugünkü Həmədan) şəhərini saldırmış, qala divarı çəkdirmiş və onu Midiya dövlətinin paytaxtı elan etmişdi. İskitlrin (sakların) Ön Asiyaya gəlməsi ilə Midiya Assuriyaya (Aşşura) qarşı mübarizdə fəallaşdı. Herodotun məlumatına görə, bu mübarizəyə Fraorta (Fərhad) başçılıq edirdi. Mixi yazlarda o Kaştariti (Xarsatördö) adlanırdı. Yəqin ki, Mannada yerləşən iskitlər (saklar, zikertulular, saqartalılar) midiyalıların mübarizəsinə yardım edirdilər.”

Qeyd etməliyik ki, Yusif Yusifov da iskitləri (sakları) Ön Asiyaya və Mannaya kənardan gəlmə xalq sayırdı. Əslində isə köməyə gələnlər Mannadan müstəqilliyini əldə etmiş zikertulular (saqartalılar), yəni saklar idi və artıq gördüyümüz kimi, iskit və saklar Azərbaycanın ən qədim yerli sakinlərindən olmuşlar və kənardan gəlməmişdilər. Həmin dövrdə onlar artıq bütün Quzey Azərbaycana, o cümlədən Andiyaya (Dağıstana) hakim idilər və tam müstəqil dövlət qurmuşdular ki, bu bardə artıq yuxarıda söhbət etmişik. Onlar aşşurlara nifrət edirdilr.

Deyilənlrdən və digər faktlardan görünür ki, Manna dövlətinin süqutu, Urartu, Aşşur və Babil dövlətlərinin zəifləməsi ilə Ön Asiya və Qafqazda yeni gosiyasi vəziyyət yarandı. Bölgə uğrunda yenidən qızğın döyüşlər başladı. Döyüşən tərəflər öz aralarında ittifaqlar bağlamışdılar. İlk öncə Urartunu sıradan çıxaran və ərazilərini öz aralarında bölən babillilər, madaylar və saklar bir cəbhədə, aşşurlar və işquzlar (iç oğuzlar) isə digər cəbhədə yer almışdılar.

Həmin dövrdə madayların başında artıq Kaştaritinin (Xarsatördö) oğlu Kööckara xan dururdu. Onun adı qədim yunan mənbələrində Kiaksar, qədim fars mənbələrində isə Xvaşxatra (Avestada) və ya Keyxosrov (Şahnamədə) kimi qeyd

68

Page 69: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

edilmişdir. Maday (Midiya) dövlətini Fars, Əfqanıstan və Urartu əraziləri hesabına genişləndirərək bir imperatorluq halına gətirən bu şəxs Maday imperatorliğunun gerçək qurucusu hesab edilir. Təsadüfi deyil ki, o, özünə eynən Aşşur hökmdarları kimi “şahlar şahı” (türkcə xaqan və ya xanlar xanı) titulunu götürmüşdü.

Saklara Toxtamış xan başçılıq edirdi. Bu böyük türk xanının adı aşşur mənbələrində Tuqdamme, qədim yunan mənbələrində isə Liqdames kimi çəkilir. O, zəmanəsinin adlı - sanlı türk hökmdarlarından Işbara xanın (aşşur mənbələrində İşpakay, yunan mənbələrində Sparaqapis) oğlu idi. Işbara xan Aşşur hökmdarı Assarhadon tərəfindən qətlə yetirilmişdi ki, elə bu da Toxtamış xanı aşşurlara qarşı cəbhədə daha fəal yer almağa məcbur etmişdi.

Mənbələrin “iskit” və “sak” adlarını əksər türk xalqlarına, o cümlədən işquzlara (iç oğuzlara) şamil etdiklərindən məsələyə tam aydınlıq gətirmək lazımdır. Əks təqdirdə hadisələrin mahiyyətini düzgün anlamaq çətin olacaq.

Artıq qeyd edildiyi kimi, Herodot yunanların "iskit" çağırdıqları xalqlara farsların "sak" dediklərini yazmışdır. Bunun gerçəkdən də belə olduğunu fars - Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsi də sübut etməkdədir. Bu kitabədə üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar).

Daha qədim mənbələrdə, yəni e.ə. Vlll - Vll əsrlərə aid mənbələrdə isə əsasən iki sak xalqından söhbət açılır. Onlardan biri kimmerlərlə eyniləşdirilir, digəri isə həm də "işquz" adı altında yad edilir və saklardan Manna sakinləri kimi söhbət açılır:

"Manna ölkəsində oturan... Mana ölkəsindən çıxıb Urartuya hücum edən.. .Aşşur sınırlarını aşıb yağmalar edən" .

Eyni xalqdan ll Sarqonun kitabəsində "qamir" (kimmer) kimi söz açılır:"Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Urartuya daxil oldu...

bütün Urartu qorxu içindədir." Maraqlıdır ki, Aşşur mənbələri saklardan qəsbkar, yağmalar törədənlər kimi

söz açır. Bisitun kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz edilir və məhz həmin saklar eyni kitabənin akkad variantında "kimmer" adlandırı-lır:

"Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdilər. Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim."

Qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləşdirilməsi keçmişin ənənələri ilə bağlı olmuşdur. Yəni bir zamanlar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış olduqları üçün uzun müddət xüsusi "sak" (şaki) adı ilə yanaşı ümumiləşdirici "kimmer" adını da daşımışlar. Yuxarıda bu barədə söhbət açarkən, müəyyənləşdirmişdik ki, bu saklar utilərin, yəni paytaxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonşuluğunda yaşayan saklar idi ki, b.e. Vll əsrinə qədər Kür və Araz çayları arasında yaşamaqda davam edirdlər və həmin ərazidəki Sakasena (Şakaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, bəzi alimlərin fikrincə, həmin sakların guya Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edilir ki, Manna Cənubi Azərbaycanda, Urmiya gölünün cənubunu və şərqini əhatə edən bir

69

Page 70: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ölkə idi və Quzey Azərbaycan ərazisi onun sınırlarına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə güneydə) Sakasena olduğunu iddia edən Qiyasəddin Qeybullayev haqlıdır və sözügedən Sakasenanın Manna ərazisindəki Sakasenaya, birinci Sakasenada yaşayan sakların isə "Manna sakları"na heç bir aidiyyatı yoxdur.

Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. Biz də bu barədə fikrimizi artıq bildirmişik.

Mənbələrdən belə aydın olur ki, həmin dövrdə "sak" adı Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş. Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətinin deyil, Saqartanın (Zikkertunun) mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də "sak" adı ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.

Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal-qərbində, Xəzər sahillərində yaşamış massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər. Sonrakı dövr mənbələrində "maskutlar" adlandırılan bu xalqın bəzi mütəxəssislərin fikrincə, Dərbəndlə Beşbarmaq dağı arasında, digər mütəxəssislərin fikrincə isə, Kür çayına qədər olan ərazilərdə və Muğanda yaşadıqları bildirilimişdir. Antik müəlliflərin massaget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında, daha sonra isə isə erməni müəlliflərinin əsərlərində "maskut" kimi çəkilməkdədir. Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə massagetləri midiyalılarla birlikdə yad etmişdir.

Herodot massaget tayfaları barədə yazırdı ki, "bu xalq qədərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində issidonlarla üzbəüz yaşayır. Bəzilərinin fikrincə, bu iskit xalqıdır." Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi. Strabon qeyd etmişdir ki, iskitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar və Araz çayı sahilində yaşayırdılar. Əhəməni şahlarının yazılarında ayrıca "massaget" adına rast gəlinmir və onlar da ümumiləşdirici "sak" adı altında tanınırdı. Və maraqlıdır ki, Prokopiy, Musa Kağankatlı, Dionisiy Perieqet və erməni mənbələri massagetləri hunlarla eyniləşdirmişlər, yəni dolayısı ilə onların türk xalqlarından biri olduğunu vurğulamışlar.

Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsində üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar).

Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə eyniləşdirilən saklar idi. Həmin mənbələr sayəsində bu sakların bir neçə hökmdarlarının adı da dövrümüzədək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay (Işbara xan), Tuqdamme (Toxtamş xan) və onun oğlu Sandakşatrudur (Sandaqaç Şat). Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678 - ci, Mannalıların köməyinə gələn İşbara xanla (İşpakayla) isə e.ə. 670 - ci ildə döyüşmüş və onlara qalib gəlmişdilər. Asarhaddonun kitabəsindən belə məlum olur ki, aşşurlar saklardan çəkinirmişlər:

70

Page 71: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya şəhərinin keçidini... keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəddindən böyük qənimət, əsirlər aparacaqlarmı?"

Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin süqutu ilə nəticələnir:

"Mən Manna ölkəsinin sakinlərini, dinc oturmayan kutiləri darmadağın etdim, onu xilas edə bilməyən müttəfiqini - sak İşpakayın ordusunu əzdim".

Mannanın süqutu kutiləin (oğuzların) Cənubi Azərbaycanda hakimiyyətinin süqutu anlamına gəlməkdəydi və bu üzdən də adı mixi yazılarda Tuqdamme (Toxtamış) kimi çəkilən sak hökmdarı Aşşur mənbələrində "Saka və Qutium hökmdarı" kimi yad edilir. Bu isə o anlama gəlir ki, kutilər (oğuzlar) artıq həmin dövrdən saklara tabe olmuşdular. Yəni saklar Mannanın faktiki hakiminə çevrilmişdilər. Söhbət gerçək saklardan gedir.

Təqribən eyni dövrdə Azərbaycanın siyasi arenasında daha iki qüvvə hakimiyyət uğrunda mübarizəyə atılır. Bu, madaylar (midiyalılar) və bir müddət saklardan asılı vəziyyətdə yaşadıqları üçün ümumiləşdirici "sak" adı ilə yanaşı özlərinin əsl adı ilə də yad edilən, kutilrin, yəni oğuzların bir qolu olan işquzlar (iç oğuzlar) idilər. Aşşur mənbələrində Partatua (yunan mənbələrində Prototiy, fars mənbələrində Əfrasiyab, türk mənbəlrində Alp Ər Tonqa) və oğlu Madiy (Maday) işquzların hökmdarı kimi təqdim olunurlar. Bunlar psevdo, yəni yalançı saklar idilər. Beləcə, Azərbaycanın üç qədim türk boyu arasında Mannanın və kutilərin (oğuzların) mirası, yəni taxt-tacı uğrunda amansız, qanlı mübarizə başlayır.

Manna uzun müddət Aşşurla ittifaqa sadiq qalsa da, güclənməkdə olan kimmer-iskit-sak qəbilələrinin təhriki ilə bu ittifaqı pozmalı oldu. Artıq qeyd etdiyimiz kimi, bu, Manna hökmdarı Ahşerinin dövründə (e.ə. 675 - 650) baş vermişdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya qarşı müharibəyə başladı və qələbə çaldı.

Əslində həmin dövrdə aşşurların vəziyyəti də yaxşı deyildi. Belə ki, bu hadisədən çox-çox öncə, daha dəqiq desək, e.ə. Vlll əsrin ikinci yarısından etibarən güclənməyə başlayan babillilər Aşşura qarşı üsyan etmiş və elamlılarla birləşmişdilər.

E.ə. 720 - ci ildə Der qalası yaxınlığında elamlılarla aşşurlar arasında qanlı müharibə baş verdi və aşşurlar məğlub oldular. E.ə. 716 - cı ildə Urartu hökmdarı Rusa aşşurların zəifləməsindən istifadə edərək, onların müttəfiqi Mannaya hücuma keçdi və 22 Manna şəhər-qalasını işğal etdi, e.ə. 715 - ci ildə isə Maday hakimi Dayukku əsir alındı. Həmin döyüşdə Mannadan müstəqilliyə can atan Saqarta (Zikkertu) və Andiya əhalisi, yəni saklar və andiyalılar urartulularla eyni mövqedən çıxış edirdilər.

Belə bir vəziyyətdə Manna ilə ittifaqa sadiq qalan Aşşur hökmdarı ll Sarqon Saqarta və Andiyaya hücum edərək üsyançıları darmadağın etdi. ll Sarqon Urartu ordusunu da məğlub edərək, itirilmiş 22 şəhər-qalanı mannalılara geri qaytardı. Üstəlik də 55 Urartu istehkamı və 11 Urartu qalası Mannanın tərkibinə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edidi, əvəzində isə Urartu hökmdarı l Rusa əsir edildi. Həmin döyüşdə saklar da Manna tərəfdən Urartuya qarşı çıxış edirdilər və

71

Page 72: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Rusanın məğlub edilməsində böyük rol oynamışdılar. Qələbədən sonra Kappadokiya və Urartunun böyük bir hissəsi sakların hakimiyyəti altına keçdi. Bu barədə Strabon yazır:

"Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də yaxın məsafəli yürüşıər təşkil edirdilər. Beləcə. onlar Baktriananı (indiki Özbəkistan və Əfqanıstanın şimal – qərbi) və Ərməniyyənin (Urartu, yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tutaraq oranı öz adları ilə Sakasena adlandırdılar. Onlar Kappadokiyaya... qədər çatdılar."

Strabonun yazdıqlarından bir daha belə aydın olur ki, saklara şamil edilən kimmer adı əski ənənəçilikdən qaynaqlanmışdır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni zamanda o da məlum olur ki, Urartu Saqartanın (Sakasenanın) tərkib hissəsinə çevrilmişdi. Saklar faktiki olaraq Mannanın da sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal xarakter daşıyırdı. Kimmer-saklar Friqiya üçün də təhlükə mənbəyinə çevrilmişdilər.

E.ə. 710 - ci ildə ll Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı Marduk apla-iddina isə cənuba qaçmaq məcburiyyətində qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas ll Sarqona kömək üçün müraciət etdi. Fəqət kimmer-saklar o qədər güclənmişdilər ki, Aşşurun özü də onlardan çəkinirdi.

E.ə. 705 - ci ildə, ll Sarqonun ölümündən sonra Babil hökmdarı Marduk - apla - iddina Aşşurun bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koolisiyaya Elam, Yəhuda, eləcə də Tir, Arad və Askalon kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər. E.ə. 700 - cü ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693 - cü ildə, Aşşur hökmdarı Sinaxxeribin dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular. Məhz həmin dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güclü Sak dövlətinin mövcud olduğunu söyləmək olar. Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay (Işbara xan), Tuqdamme (Toxtamş xan) və Sandakşatru (Sandaqaç Şad) kimi hökmdarlarının adı məlumdur.

Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə midiyalılar (madaylar) da, saklar da, yəni həm kimmer-saklar həm də işquzlar tədricən əsas tərəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urartuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Aşşur şahı Asarhaddonun kürəkəni Partatuanın (Alp Ər Tonqann) isə aşşurların müttəfiqi kimi çıxış etdiyi məlumdur.

Alimlərin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki işquzları "Kitabi Dədə Qorqud"dakı İç Oğuzla, başqa sözlə, oğuzlarla eyniləşdirmişlər. Şamil Cəmşidovun fikrincə, həmin mənbələrdəki işquzlar İç Oğuza, aşquzlar isə Daş Oğuza mənsub oğuzlardır. Şübhəsiz ki, alim tam haqldır və biz onun bu fikrini paylaşrıq. Məhəmməd Hatəmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuşduraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Aşşur mənbələrində "Partatua", Herodotda "Prototiy", Avestada "Franqrasyan", Firdovsinin "Şahnamə"sində "Əfrasiyab" kimi rast gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük türk – oğuz və Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Maday (Midiya) hökmdarı Kiaksardır (Kööskara). Məlumat üçün bildirək ki,

72

Page 73: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Keyxosrovun prototipinin məhz Kiaksar, Əfrasiyabın prototipinin isə Alp Ər Tonqa olduğunu Məhəmməd Hatəmi Tantəkindən öncə türkiyəli tədqiqatçı E. Yavuz, ondan da öncə isə böyük başqırd alimi Z. V. Toğan söyləmişlər. Farsların Alp Ər Tonqanı Əfrasiyab adlandırdıqlarını Xl əsr müəllifi Yusif Balasaqunlu da təsdqləməkdədir. lX əsr ərəbdilli mənbələrdə də bu böyük türk – oğuz hökmdarı Frasiyab və Əfrasiyab adı ilə yad edilir. V.V. Bartold, X. Koroğlu və A.N. Savoyloviç kimi alimlər də Əfrasiyabla Alp Ər Tonqanın eyni şəxs olduğunu təsdiqləmişlər.

Mənbələrdən belə aydın olur ki, Alp Ər Tonqa döyüşlərin birində Kiaksarın atası Kaştaritini (Xarsatördönü) öldürmüşdü. Kiaksar da ondan intiqam almaq hissi ilə yaşayırdı və nəhayət, onu hiylə ilə, barışıq adı altında Urmiya gölü sahilində təşkil etdiyi böyük ziyafətə dəvət edərək, adamları ilə birlikdə zəhərləyərək öldürməyi bacardı.

Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də "sak" adlandırıl-ması faktından çıxış edərək, Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu dövləti isə iskit-sak dövləti saymışlar. Eyni fikrə Yeni Türk Ensiklopediyasında da rast gəlirik. Camal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Madiy (yunan mənbəlrində Madis, türkcə Maday) ilə eyniləşdirmişdir. Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlibəyzadə də təkrarlamışlar. Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılardakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmdarının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır. Eyni sözləri adın yunan variantı barədə də söyləmək mümkündür. Söhbət Herodotda rast gəldiyimiz Prototiy formasından gedir: ALP -- ƏR – TONQA (türkcə) P -- AR -- TATUA (aşşurca) P -- RO -- TOTİY (yunanca)

Məlum olduğu kimi, Mahmud Kaşğarlı "Divan"ında yer alan çoxsaylı şer nümunələrindən biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır. Nizami Xudiyev bildirir:

"Eradan əvvəl l minilliyin ortalarından etibarən ümumi türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin, bunun ardınca isə ədəbi dillərin formalaşmasına təsir edir. Qədim türk şerinin mükəmməl şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı dövrlərdə yazıya alınmışdır. Turan hökmdarı, farslaın Əfrasiyab adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur: Alp Ər Tonqa öldümü, İsiz ajun kaldımu, Ödlək öcin aldımı? İmdi yürək yırtılır...

Biz heç də o fikirdə deyilik ki, bu, eradan əvvəl l minilliyin ikinci yarısından eramızın l minilliyinin birinci yarısı Azərbaycan dili nümunəsidir, ancaq burası da inkar edilməzdir ki, qədim Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu, funksional ifadə səviyyəsi bunu xatırlatmışdır."

Elməddin Əlibəyzadə mövzu ilə bağlı yazır:

73

Page 74: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Alp Ər Tonqa miladdan öncə Vll əsrin qüdrətli Turan-türk hökmdarı və qəhrəmanı olub. O, qeyri - adi ağlına, tədbirinə və mərdliyinə, müdrikliyinə görə böyük hörmət və ehtiram qazanmış, şöhrət tapmışdır. İran - Turan müharibələrin-də əfsanəvi qəhrəmanlıq göstərmiş və bu onu dastanlaşdırmışdır."

Kaşğarlı Mahmudun yazdığına görə, Türküstandakı Barsqan, Sayram və Koyaş şəhərlərini Alp Ər Tonqa saldırmışdır. 12 illik türk dövri heyvan təqvimini də o icad etmişdir. Əski fars qaynaqlarında onun Xorəzm, Xorasan, bugünkü İran və Azərbaycan ərazilərində çox sayda şəhər saldırdığı qeyd edilməkdədir. Məsələn, Sasanilər dövründə pəhləvi dilində qələmə alınan, müəllifi bilinməyən və elm aləmində şərti olaraq "İran şəhərləri" adlanan bir kitabda Aturpatakandakı, yəni Azərbaycandakı Gəncə şəhərinin əsasının Əfrasiyab, yəni Alp Ər Tonqa tərəfin-dən qoyulduğu qeyd edilir. Övliya Çələbi isə öz “Səyahətnamə”sində yazır:

“...Naxçıvan Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xan çoxlu əsgərə sahibdir. Bu şəhəri qədim zamanlarda Əfrasiyab şah tikdirmişdir ki, indi də əcdadlarınn dəfn olunduğu yer açq – aşkar görünür”.

Bu böyük türk xaqanı haqqında məlumat verən və eradan əvvəl Vll əsrə aid olan aşşur mixi kitabələrində onun adı Partatua kimi qeyd edilib və o, İşkuz, yəni İç Oğuz hökmdarı adlandırılıb. Maraqlıdır ki, Firdovsi də "Şahnamə"də onu oğuz - türkmən mühiti ilə bağlayır. Firdovsiyə görə, Əfrasiyab (Alp Ər Tonqa) dördüncü oğlu Qara xana oğuzların da daxil olduğu türk odusunun komandanlığını vermişdir:

"Sərkərdə Qara xan, dördüncü oğulƏlbisəsini geyinib, atasının yanına gəldi.Atası ona otuz minlik türk - çiqil atlılarınıVerdi, döyüş yerindən qorxmayanHəmçinin taraz, oğuz, xalac atlılarıOtuz minlik sınaqdan çıxmış atlı."Eyni zamanda Əfrasiyabın (Alp Ər Tonqanın) atası Pəşəngin başında

durduğu otuz minlik qoçaq türkməndən də söz açmaqdadır:"Onların sərkərdəsi-təcrübəli qoca NastulQoçaq Pəşəngin himayəsi altındaOtuz min igid türkmənDöyüş baltaları ilə silahlanmış,Yayla-oxla silahlanmış döyüşə getdilər."Təsadüfi deyil ki, oğuz olduqları heç bir şübhə oyatmayan Səlcuqlular

özlərini Alp Ər Tonqanın (Əfrasiyabın) soyundan hesab etmişlər. O. Aydnın sözlərinə görə, Daş Oğuz elinin başçısı Alp Aruz da onun nəslindən olub. Zəki Vəlidi Toğan da Alp Ər Tonqa ilə bağlı rəvayəti “Oğuznamənin” təməl ünsürlərindən biri kimi qələmə verməkdədir.

"Avesta"da Alp Ər Tonqanın (Franqrasyanın) bol duzlu Çiçəstə gölü sahilində qətlə yetirildiyi bildirilir. "Bundaxşinin kitabı"nda söylənilənlərdən isə belə məlum olur ki, Çiçəstə gölü Aturpatakanda, yəni Azəbaycanda yerləşir.

Bu məlumatlardan göründüyü kimi, Alp Ər Tonqa Cənubi Azərbaycanda yerləşən bol duzlu Urmiya gölü sahilində qətlə yetirilmişdir. Onun Azərbaycanda öldürüldüyünü Yeni Türk Ensiklopediyası da təsdiqləməkdədir:

74

Page 75: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Alp Ər Tonqa iranlılarla çox uzun bir mücadiləyə girmiş... Altaylara qədər təqib edilmiş, yenə həmlə etmiş, nəhayət, Azərbaycanda... öldürülmüşdür (m.ö. 624)."

Deməli, ona həsr edilən ağı da məhz həmin bölgədə, başqa sözlə, Azərbaycanda yaranmışdır. Təsadüfi deyil ki, Azərbaycanda yaradılmış digər ağılar kimi bu ağı da təmiz oğuz türkcəsindədir.

Məulmat üçün bildirək ki, iç oğuzlar (işquzlar) mixi yazılada adlarına rast gəlinən yeganə oğuz tayfası deyil. ll Aşurnasirpalın kitabəsində oğuz tayfalarından baranluların (baranların) da adına "barean" formasında rast gəlirik. Sonrakı əsrlərə aid yazılı mənbələrdə onlardan "abaren", "aparn", "parn" adları altında Ərməniyyə sakinləri kimi söz açılmaqda, Parfiya dövlətini qurmuş Arsaklar sülaləsinin həmin etnik qrupa aid olduğu bildirilməkdədir. R. Frayın yazdığına görə, parfiyalılar özlərini parn, yəni baranlu adlandırırdılar. Strabon onları "aparn" adı ilə Xəzərin şərqində də qeyd etmişdir:

“Aparnlar hər şeydən öncə Qikaniyaya (Gürgana) və onunla həməsrhəd olan dənizə (Xəzər) yaxın yerdə yaşayırlar.”

XlV-XV əsrlərdə Van gölü yaxınlarında yaşamış bu xalq Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasında yaxından iştirak etmişdir. V.Minorski və Q.Rabinota görə, bu türkmən boyunun adı yer adından, F.Sümər və İ.Artukun fikrincə isə, qədim türkcədəki "baran" (qoç) sözündən yaranmışdır.

Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:"...Başqa variantlarda olduğu kimi, Oğuzun 6 oğlu, hər oğlundan da 4

nəvəsi dünyaya gəlir. Böyük oğluna Cəmşid xan adını qoyurlar, o, Baran adlı yerdə yaşadığı üçün Qayı xan ləqəbini alır və Osmanlıların əcdadı olur. Ənvəri Oğuz eli ilə bağlı bir neçə dəfə Baran adını çəkir.

Bu gün də...Van gölünün cənubu... Daru - Baran adlanır." Belə görünür ki, baranlular təkcə Van gölündən cənubda deyil, eyni

zamanda şimalda, Kür çayının mənbəyinə (Şərqi Anadolu) yaxın yerdə də yaşamışlar. Çünki Bizanslı Stefanın yazdığına görə, obarenlər (baranlular) Ərməniyyənin Kür çayına bitişik bölgəsində yaşayırdılar.

Mənbələrdən belə aydın olur ki, Partatuanın (Alp Ər Tonqanın) ölümündən sonra oğlu Madiy (Maday) işquzlaın hökmdarı olmuşdur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kimmer-sakları bölgədən didərgin salmış, Midiya və ətraf bölgələr üzərində 28 il sürən hakimiyyət qurmuşdur ki, bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır:

"Bu ad üzərində geniş dayanmağa ehtiyac yoxdur, çünki onun Ön Asiyada ən işlək adlardan olduğunu görmək olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında mənası türkcə aydın olan adlar işləndiyi üçün "Maday Kara" dastanı da güman ki, həmin gələnəyi saxlamışdır" .

Madiyin (Madayın) ölümündən sonra onun övladları arasında başlayan hakimiyyət davasından istifadə edən Midiya hakimi, Kööskaranın oğlu İstəmi Bögü xan (yunan mənbələrində Astiaq, Babil mənbələrində İştivequ) Maday dövlətinin müstəqilliyini bərpa etdi və özü isə madayların, yəni Midiyanın xaqanı oldu. O dövrdə bu dövlət Azərbaycan, bütün indiki İran, Əfqanıstan, Şərqi İraq və Şərqi Anadolu ərazisini əhatə edirdi. Azərbaycanın Arazdan şimaldakı

75

Page 76: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

torpaqlarında isə sakların bir qolu olan massagetlər bir qədər sonra müstəqillik elan etdilər və orada Massaget Xanlığı quruldu.

Maday dövləti çox da uzun sürmədi. Belə ki, İstəmi Bögü xanın (Astiaqın) oğlu yox idi. Qızı isə bir farsa ərə getmişdi. Bu izdivacdan doğulan Kir bu halın ona verdiyi üstünlükdən istifadə edərək, bir neçə farsla birlikdə saray çevrilişi edib hakimiyyəti ələ keçirdi və Maday dövlətinin başına keçdi. Hakimiyyətdəki bütün maday türklərini zərərsizləşdirərək, fars hakimiyyəti qurdu və fars-Əhəməni sülaləsinin əsasını qoydu. Dövlət bir müddət, əski ənənəyə uyğun olaraq, Maday dövləti adlansa da, sonralar dövlətin paytaxtı Ögbatandan (Həmədandan) Fars əyalətindəki şəhərlərdən birinə köçürüldü. Beləcə, bir vaxt Madayın (Midiyanın) bir əyaləti olan Fars (Persiya) imperiyanın mərkəzinə, Madayın özü isə onun bir parçasına və müstəmləkəsinə çevrildi. Strabon yazır:

“Böyük Midiya (Maday) qədim zamanlarda suriyalıların dövlətini (Aşşuru) darmadağın etdikdən sonra bütün Asiyaya hökm etməyə başladı. Sonra isə, Astiaq şahın (İstemi Bögü xanın) dövründə Kir və farslar onun bu qüdrətinə son qoydular. Bununla belə, o öz əski şöhrətini saxlamaqda davam edirdi. Ekbatan (Ögbatan) farslarn, daha sonra isə... makedoniyalıların qış (yay?) paytaxtına çevrildi və bu gün də parfiyalılarn paytaxtıdır.”

Madayın (Midiyanın) əski qüdrətini əlində cəmləyən Persiya bu qüdrət sayəsində Hun imperatorluğundan sonra dünyanın ikinci qüdrətli dövləti halına gəldi. Əksər tarixçilər antik müəlliflərin “Persiya” adlandırdıqları bu dövləti yanlış olaraq “İran dövləti”, fars-Əhəməni şahlarını da “İran şahları” kimi qələmə verirlər. Halbuki, istər Maday dövləti dövründə, istərsə də onun yerini tutan Persiya dövləti dövründə İran (Ariana, Aryana, yəni arilər ölkəsi) indiki Tacikistanı və Əfqanıstanın şimal – şərqini əhatə edirdi. Biruni və Balami İran – Turan sərhəddinin Məşhəd ilə Sərxəs arasındakı Məzduran (Mərzi – Turan, yəni Turan sərhəddi) olduğunu yazmışlar. Biruninin yazdıqlarından isə belə məlum olur ki, Ariananın, yəni tarixi İranın sərhədləri Orta Asiyadakı Soğd və Bəlx (yunan mənbələrindəki Baktriya. Bugünkü Tacikistan və Əfqanıstanın şimal – şərqi) bölgələrini əhatə etmişdir. Onun sözlərinə görə, Xorəzmdə isə arilərlə türklər iç – içə yaşamışlar və oranın hakimi Alp Ər Tonqann qızı ilə evli olan iranlı Siyavuş idi. “Şahnamə”yə görə İranla Turann sərhəddi Amu – Dərya çayı olub. Bir sözlə, tarixi İranın, yəni Ariananın bugünkü İrana heç bir dəxli yoxdur.

Öncə Madayın, daha sonra isə Persiyanın çoxsaylı əyalətlərindən və müstəmləkələrindən biri olan İranın (Arianann) sakinləri hesab edilən arilər fars dilinə yaxın bir dildə danışsalar da, antik müəlliflər arilərlə farsları biri-birindən ayırırdılar. Məsələn Strabon yazmışdır:

“Ariana adı Persiya (Fars) və Midiyanın (Madayın) bir hissəsinə, eləcə də baktriyalıların və soqdiyalıların ölkələrinin şimal hissəsinə şamil edilir. Axı, bu xalqlar kiçik fərqlər nəzərə alınmazsa, demək olar ki, eyni dildə danışırlar.”

Yeri gəlmişkən qeyd edək ki, bəzi müəlliflər Strabonun bu sözlərini təhrif edərək, bu sözləri guya madaylarn (midiyalıların) dilinin farsların və arilərin (arianalıların) dili ilə yaxın olması kimi şərh etmişlər. Halbuki, mətndən açıq – aydın görünür ki, burada söhbət Ariana əhalisinin dili ilə Baktriya və Soğdiananın (Soğd) şimalında yaşayan əhalinin dili ilə yaxın olmasından gedir. Ariana isə öncə

76

Page 77: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Madayın (Midiya), daha sonra isə Persiyanın sadəcə bir əyaləti olmuşdur. Şimal tərəfdəki əhalisinin ari dilinə yaxın bir dildə danışdığı bildirilən Baktriya və Soğdiananın (Soğd) əhalisinin digər hissəsini isə saklar, yəni türklər təşkil edirdilər. Bu isə o deməkdir ki, həmin ölkələrdə ikidillilik hakim idi. Əhali türk (sak) və ari (soğd) dillərində danışırdı. Bu hal min il sonra da dəyişməmişdi. Elə bu səbəbdən də Strabondan təqribən 1000 il sonra yaşamış Mahmud Kaşğarlı Soğdiananın əhalisinin (soğdların dili haqqında) bunları yazmışdır:

“Soğdak. Balasağuna gəlib yerləşmiş br boydur. Bunlar soğd xalqındandrlar. Soğd Buxara ilə Səmərqənd arasındadır. Bunlar türk qılığını almışlar, xarakterləri də türkləşmişdir.”

Soğdların özlərinin xüsusi əlifbası olmuş və bu əlifba ilə Vl – Vlll əsrlərə aid olduğu söylənən, türkcə və soğdca (ari dilində) qələmə alinan çox sayda mətn dövrümüzədək ulaşmışdır. Bu mətnlərin iki dildə - ari (soğd) və türk (sak) dillərində olması mətnlərin qələmə alındığı dövrdə də Soğdianada (Soğdda) ikidilliliyin davam etdiyini göstərir. Türkdilli mətnlərin uyğur türkcəsində olması sak dilinin uyğur türkcəsindən başqa bir şey olmadığını sübut etməkdədir.

Maraqlıdır ki, İranın qədim hökmdar sülalələrindən və şahlarından söz açan “Şahnamə”də Əhəmənilər yad edilmir, Əhəmənilərin adı Firdovsiyə məlum olmayıb, bu ölkənin (İranın, yəni Ariananın) ilk şah sülaləsi kimi “Piştadiyan”, yəni pəştular (əfqanlar) təqdim edilir. Əhəməni şahının “Bisütun” kitabəsində də İrandan (Arianadan) Persiyanın müstəmləkələrindən biri kimi söz açılır. Belə ki, həmin kitabədə fars imperatorluğuna daxil edilən və içlərində Ariananın (Areyanın) da adı olan ölkələr belə sıralanmışdır: Persiya (Fars), Elam, Babil, Aşşur, Ərəbistan, Misir, Lidiya, İoniya, Midiya (Maday), Ərməniyyə, Kappadokiya, Parfiya, Dranqiana, Ariana, Xorəzm, Baktriya, Soqdiana, Qəndəhar, Saklar ölkəsi, Sattaqidiya, Araxosiya, Maka”.

Məlumat üçün bildirək ki, bu gün İran kimi tanıdığımız dövlət bu adı rəsmən 1935 - cı ildən daşıyır. Bu barədə sırası gəldikdə söhbət açacağıq. Bununla belə, bugünki İranın rəsmi dairələri İran tarixinin başlanğcını Əhəmənilər dövrünün başlanğıcından hesablayırlar. Əhəmənilərdən qabaq indiki İran ərazisində mövcud olmuş dövlətləri, o cümlədən Mahan (manna) və Maday (Midiya) dövlətini həmin tarixə daxil etmirlər.

Yaxın və Orta Şərqdə işğalçılığı ilə məşhur olan fars-Əhəməni imperiyasının hökmdarı II Kir Massaget (Quzey Azərbaycan) hökmdarı olan Tomirisə şərəfsiz təklif irəli sürümüşdü. Tomris vətənin bütövlüyü, şərəfi və müstəqilliyi naminə özündən qat-qat güclü olan Əhəməni dövləti ilə e.ə. 530 - cu ildə müharibəyə başlamış, onu darmadağın etmişdir. Həmin döyüş barədə qədim yunan tarixçisi Herodot yazır:

“Mən bu döyüşü barbarlar arasında gedən ən qorxulu və dəhşətli döyüş hesab edirəm. Döyüşün gedişi barədə belə söylədilər ki, əvvəlcə düşmənlər üz-üzə dayanıb, bir-birinin başına ox yağdırıblar. Oxları tükəndikdən sonra onlar qışqıra - qışqıra əlbəyaxa döyüşə başlayıblar. Nizə və xəncərlə aparılan bu qanlı döyüş uzun müddət davam etsə də, heç kəs geri çəkilməyib. Nəhayət massagetlər üstün olduqlarını sübuta yetiriblər. Fars ordusu məhv edilmiş,

77

Page 78: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

meydan boyu cəsədləri sərilmişdi. Kir özü də öldürülmüş, bu döyüşdən sağ çıxmamışdı” (Heredot, “Tarix” kitabı I kitab, Klio, paraqraf 214, səh.79).

“Məğlubedilməz” sayılan Kir bu döyüşdə öldürüldü. Maraqlıdır ki, fars-Əhəməni dövləti Maday dövlətinin özülü üzərində qurulduğundan və Əhəmənilərin də Maday şahlarının hüquqi varisi sayıldığından bu dövlət ilk dövrlərdə ənənəyə uyğun olaraq uzun müddət “Maday (Midiya) dövləti” adlandırılmışdır. Məsələn, Herodotun qələmə aldığı və Tomiris ilə Kirin savaşından bəhs edən hekayədə Tomiris farsların şahına “Ey midiyalıların (madayların) şahı” - deyə müraciət edir. “Əhdi - Ətiq”də, daha dəqiq desək, Həzrət Daniyalın (ə) kitabında da Əhəməni şahı Dara gah Midiya (Maday), gah da Persiya (Fars) şahı kimi təqdim edilir. Elə bu fakt da bəzi alimlərə madaylarla farsların guya etnik cəhətdən qohum olduqları barədə fikir yürütməyə əsas vermişdir. Madayların bir neçə dəfə fars hakimiyyətinə qarşı üsyan qaldırdıqları məlumdur. Bunlardan ən böyüyü bir türk şamanı olan Qam Atanın başçılıq etdiyi üsyan idi ki, Dara bu üsyanı qanlar içində boğmuşdu.

Zərdüşt və Firdovsi Kööskaranın (Kiaksar, Keyxosrov) həm də Ariananın (İranın) şahı hesab edilməsi, yəni bu ölkənin Maday imperiyasına daxil olduğu faktından və bu faktın qədim tacik rəvayətlərində əks olunmasından çıxış edərək, Maday hökmdarı Kööskaranı (Kiaksar, Keyxosrov) da İran şahı kimi təqdim etmiş, Maday - İç Oğuz savaşlarından da İran - Turan savaşları kimi söz açmışlar. Firdovsi madayların həmin dövrdə müttəfiqi olan sakların nümayndələrindən olan Zal oğlu Rüstəmi isə əsərinin əsas qəhrəmanlarından birinə çevirmiş və bu zaman türk, daha dəqiq desək, iskit – sak əfsanələrindən yararlanmışdır. Təsadüfi deyil ki, mütəxəssislər Zal oğlu Rüstəmin atının itməsi, onun atını axtara – axtara Turana gəlib çıxması və burada Turan şahnın qızı Təhminə ilə evlənməsi süjeti ilə Tarqıtay (Tarqutay) haqqında iskit əfsnəsi və xakas türklərinin “Çis Sibaldey və Altun Çaqa” adlı əfsanəsi arasında yaxınlıq görürlər.

Zərdüşt və Firdovsinin təsvir etdiklri İranın bugünkü İran ərazisinə heç bir aidiyyatı yoxdur və söhbət tarixi İrandan, yəni bu günkü Tacikistan və Əfqanıstan ərazilərini əhatə etmiş Arianadan gedir və onun şimal sərhəddi Amu – Dərya çayı kimi qeyd edilmişdir. Bu həm də Çin səddinə qədər uzanan İşquz İmperatorluğu (Skifiya, Türküstan, Turan) ilə Maday imperatorluğunun sərhədlərindən biri idi. Həmin dövrdə İşquz, yəni Oğuz imperatorluğunun (Türküstanın, Turann) mərkəzi Quzey Azərbaycan, paytaxtı isə Gəncə şəhəri (Avestada Qanqxa) idi. Yunanlar həmin dövləti Skifiya (iskitlər, iç oğuzlar ölkəsi) adlandırırdılar. Onun sərhədləri Karpat dağlarından Çin sddinə qədər uzanırdı.

Məlumat üçün bildirək ki, mənbələrin əksəriyyətinin də təsdiq etdiyi kimi, həm Zərdüşt, həm də Firdovsi əslən Arianadan (Cənubi Tacikistandan, yəni gerçək İrandan) olmuşlar. Hərcənd ki, bəzi ərəbdilli müəlliflər (Məsələn, İbn Xordadbeh) Zərdüştün Azərbaycanda doğulduğunu yazmışlar. Ola bilsin ki, Zərdüştün Azərbaycandan olması barədə yayğın olan fikir onun əslən Azərbaycandan olan başqa bir peyğəmbərlə - türklərin Azrua, farsların isə Zərvan dedikləri peyğəmbərlə qarışıq salınmasından qaynaqlanmışdır. Təbii ki qədim Azərbaycan sakinlərinin guya türk deyil, irandilli olmasını “sübut” etmək üçün dəridən – qabıqdan çıxan rus və fars “alim”lərinin bu fikrin təbliğində müstəsna “xidmətləri”

78

Page 79: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

olmuşdur. İdeyalarının İranda (Arianada) qəbul eilməmsi və təqiblərə məruz qalması ucundan Zərdüşt Farsa (Persiyaya) pənah gətirməyə və fars – Əhəməni şahlarına sığınmağa məcbur qalmışdı. Elə farslar da onun dinini qəbul edib yaymağa başlamışdılar. Sonralar bu din bütün irandilli xalqların ortaq dininə çevrildi.

MANNA (MAHAN) VƏ MADAY (MİDİYA) ƏHALİSİNİN DİNİ DÜNYAGÖRÜŞÜ

Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar və hətta onun dininin guya qədim türk dini olduğunu iddia edənlər də var. Halbuki, atanın öz doğma qızı, ananın öz doğma oğlu, qardaşın öz doğma bacısı ilə evlənməsini təşviq edən və türklərə nifrət hissi aşılayan bu dinin nə türklərlə, nə də Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bunu iddia etmək həm uca türk millətinə, həm də doğma Azərbaycanımıza ən böyük iftira və təhqirdir.

Musa Kağankatlının yazdığına görə, fars - Sasani şahı Yəzdəgirdin Albaniya və Ərməniyyədə zorla atəşpərəstliyi yaymağa çalışması bu ölkələrin əhalisi tərəfindən böyük təpgi ilə qarşılanmış və farslar niyyətlərinə çata bilməmişdilər. Eyni müəllifin yazdıqlarından belə məlum olur ki, massagetlər günəşə sitayiş edir, ona at qurbanı kəsirdilər. Antik müəlliflər isə albanların xristianlıqdan öncə göy cisimlərinə sitayiş etdiklərini qeyd etmişlər. Saklara gəlincə isə, Daranın Bisitun kitabəsindən bu türk xalqının zərdüştülərin baş tanrısı Ahura Məzdaya hörmət etmədikləri, yəni atəşpərəst olmadıqları açıq şəkildə bildirilməkdədir:

“Saklar qəsbkar idilər, Ahura Məzdaya hörmət etmirdilər. Mənsə Ahura Məzdaya hörmət edirdim və Ahura Məzdanın yardımı ilə onlarla istədiyim kimi davrandım.”

Eyni kitabədə yazılanlardan o da məlum olur ki, Midiyada fars hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata atəşpərəst məbədlərini dağıtmaqla məşğul idi. Bir sözlə, Azərbaycanın qədim türk mənşəli sakinlərinin, maqlar (miklər, muğlar) istisna olmaqla, zərdüşti, yəni atəşpərəst olduqlarını təsdiq edəcək bircə dənə də mənbə yoxdur. Əksinə, əldə olan bütün yazılı mənbələr ulu babalarımızın farsların yalançı peyğəmbərinə və şeytani dininə qarşı şiddətlə müxalifət etdiklərini sübut edir.

Bəzi folklorşünas alimlər nağıllarımızda rast gəlinən və “Avesta” süjetləri ilə səsləşən bəzi motivlərdə, ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər və onlar qismən haqlıdırlar. Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa "Avesta" ilə bağlı deyildır. Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin "Avesta" və zərdüştiliklə birbaşa bağlılığı yoxdur. Bütün bu motiv və süjetlər Azərbaycan ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin "Şahnamə"sinin təsiri ilə ortaya çıxmışdır.

Təsadüfi deyil ki, nə şifahi, nə də yazılı ədəbiyyatımızda "Avesta terminologiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir.

79

Page 80: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan məfhumların hamısı yeni fars dilinin, başqa sözlə, "Şahnamə"nin qələmə alındığı dilin nümunələridir:

-------------------------------------------------------------------------------------------- "Avesta"da "Şahnamə"də --------------------------------------------------------------------------------------------1. Ahura Məzda Hörmüzd --------------------------------------------------------------------------------------------2. Anqra Manyu Əhrimən--------------------------------------------------------------------------------------------3 Dayva Div --------------------------------------------------------------------------------------------4 Qayomarta Kəyumərs--------------------------------------------------------------------------------------------5. Yima Cəmşid--------------------------------------------------------------------------------------------6. Zaratuştra Zərdüşt--------------------------------------------------------------------------------------------7 Aryana İran--------------------------------------------------------------------------------------------8 Turyana Turan--------------------------------------------------------------------------------------------9 Franqasyan Əfrasiyab--------------------------------------------------------------------------------------------10 Xuvaşxatra Keyxosrov--------------------------------------------------------------------------------------------"Avesta"nın dili ilə yeni fars dili arasında göylə yer qədər fərq var və bu

dillərdə eyni məfhumları ifadə edən söz və adlar da bir-birindən çox fərqlənir. Belə ki, "Avesta"da xeyir tanrısının adı Ahura Məzda, şər tanrısının adı isə Anqra Manyu ikən, "Şahnamə"də onlar müqabil olaraq Hörmüzd və Əhriməndir. Azərbaycan ədəbiyyatında Hörmüzd və Əhrimən adlarına sıx-sıx rast gəlindiyi halda, nə Ahura Məzda, nə də Anqra Manyu adlarına bircə dəfə də rast gəlinməmişdir. Eləcə də "div" sözü nağıllarımızda çox işlənir, fəqət "dayva" kəlməsinə yaxın bircə kəlmə belə yoxdur. "Şahnamə"dən hər kəsə bəlli olan Kəyumərs, Cəmşid, Zərdüşt, Əfrasiyab, Keyxosrov kimi adlarla həm folklorumuzda, həm də yazılı ədəbiyyatımızda üzləşə bilirik, halbuki, onların “Avesta”dakı ilkin variantları - Qayomarta, Yima, Zaratuştra, Tranqrasyan və Xuvaşxatra kimi adlar yalnız və yalnız dar mütəxəssilər dairəsinə məlumdur. Eləcə də ədəbiyyatımızda "Avesta"dakı Aryana və Turyana ölkə adlarna heç rast gəlinmir. "Şahnamədəki İran və Turan adları isə hər bir Azərbaycan türkünə məlumdur.

Təkcə bu fakt "Avesta"nın Azərbaycan türklərinə heç bir aidiyyatı olmadığını, əcdadlarımızın ədəbi yaradıcılığına zərrə qədər də təsir etmədiyini sübut edir. Odur ki, ədəbiyyatımızda izlərinə rast gəlinən zərdüştilik motiv və süjetləri islamdan sonrakı təsirlər kateqoriyasına daxil edilməli və yeni fars

80

Page 81: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ədəbiyyatının təsiri kimi gözdən keçirilməlidir. Təbii ki, "Məlikməmməd nağılı"ndakı və digər nağıllarımızdakı div surətləri də islamdan sonrakı dövrün əlavələridir.

Nizami Cəfərov haqlı olraq deyir:"Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan ədəbiyyatı qədim türk

ədəbiyyatının diferensiyasının nəticəsidir. Bu isə o deməkdir ki, qədim türk ədəbiyyatında ehtiva olunmayan onun etnokültüroloji hüdudlarından kənara çıxan hər hansı ədəbi abidə Azərbaycan ədəbiyyatının hadisəsi sayıla bilməz. Azərbaycan ədəbi-ictimai təfəkkür tarixinin sonrakı dövrlərində "Avesta" ideyalarının müəyyən dərəcədə ehtiva olunması bu abidənin İran mədəniyyətinin faktı olmasını inkar etmir."

Dilçi alim Firidun Ağasıoğlunun da fikrincə, "Avesta"nın və Zərdüştün nə Azərbaycana, nə də türklərə heç bir dəxli yoxdur. Bu, fars, İran abidəsidir. Bunu belə bilmək, belə də qəbul etmək lazımdır. Məhərrəm Qasımlı da eyni fikirdədir.

Bu gün Azərbaycanda tədqiqatçılar arasında hər bir qədim sənət abidəsində zərdüştiliyin izlərini axtarmaq və görmək meyli çox güclüdür. Suraxanıdakı atəşgədəni də zərdüştiliyin, yəni atəşpərəstliyin abidələrindən biri kimi görən və buna inanalar heç də az deyil. Halbuki. bu abidənin hind dilində yazılmış kitabəsindən açıq-aydın görünür ki, bu abidə bir-neçə əsr öncə hindli zəvvarlar tərəfindən tikilmiş Şiva məbədidir. Bu məbədin hindlilərin müharibə və intiqam tanrısı Şiva məbədi olmasını onun üzərindəki üçdişli də sübut edir. Məsələ burasındadır ki, üçdişli Şivanın simvollarından biridir. Bir sözlə, Suraxanıdakı abidənin nə atəşpərəstliklə, nə də zərdüştiliklə heç bir əlaqəsi yoxdur.

Belə iddia edilirdi ki, guya sözügedən məbəd əski zərdüşti məbədinin bünövrəsi üzərində ucaldılmışdır. Fəqət 2010 – cu ildə aparılan arxeoloji qazıntılar həmin tikilinin tarixinin XVlll srdən qədimə getmədiyini, söylənilən iddiaların da puç olduğunu göstərdi.

Bir çoxları Ibn Xordabehin “Kitab əl – məsalik vəl məmalik” adlı kitabnda atəşpərəstlərin əsas məbədinin – Azərguşnəsbin Azərbaycandakı Şiz şəhərində yerləşdiyi barədəki məlumatı əldə əsas tutaraq, Azərbaycan əhalisinin atəşpərəst olduğunu iddia edirlər. Bu məbədin Sasanilər, yəni fars hakimiyyəti dövründə Azərbaycanda tikilmiş olması Azərbaycan türklərinin zərdüşti olması anlamına gəlməz, necəki bu gün Azəbaycanda çox sayda kilsə və sinaqoqun olması Azərbaycan türklrinin xristian və yəhudi olduqlarına dəlalət etmir. Ölkəmizdə o dövrdə irandilli azlıqlar, o cümlədən farslar da yaşayırdılar və sözügedən mənbədə ibadət üçün türklərin deyil, məhz fars şahlarının, özü də Mədaindən piyada gəldiklri bildirilməkdədir.

Eləcə də kökü ən azı 5 min il öncəyə qədər uzanan və hələ qədim şumerlər tərəfindən qeyd edilən Novruz bayramını da zərdüştiliklə bağlamağa çalışanlar var. Bəzi tədqiqatçıların fikrincə, novruz bayramı zamanı tonqal üzərindən atlanılması zərdüştiliklə bağlıdır. Lakin bu fikir kökündən yanlışdır. Cünki mərasim zamanı tonqal üzərindən atlananlar "Ağırlığım, uğurluğum odda yansın!" - deyirlər ki, zərdüştiliyə görə oda belə demək günahdır. Çünki bu dinin kanonlarına görə atəş müqəddəsdir, ona hətta insan nəfəsi belə toxunmamalıdır, insan öz nəfəsi ilə

81

Page 82: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

müqəddəs odu murdarlaya bilər. Od üstündən hoppananların isə belə demələri odun təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə bağlıdır.

Məsələn, Türk xaqanının yanına göndərilən Bizans heyətinin başçısı olmuş Menandrın yazdığına görə, onları xaqanın yanına aparmamışdan öncə odla təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə məcbur etmişdilər. Təbii ki, oda bu münasibət zərdüştilərin münasibətindən köklü surətdə fərqlənir. Vll əsrin yunan müəllifi Feofilat Simokattanın yazdıqları da çox maraqlıdır.

"Türklər hər şeydən çox oda ehtiram edirlər, hava və suya da ehtiramları böyükdür, torpağa həsr edilmiş himnlər oxuyurlar. Sitayişi isə "Tək Tenqri" adlan-dırdıqları yeri və göyü yaradana edirlər. Ona at, qoc və öküz qurban verirlər.”

Maraqlıdır ki, Zərdüştün öz “Avesta”sında verdiyi məlumatdan Alp Ər Tonqanın (Franqrasyanın) da Tək Tenqriyə sitayiş etdiyi, ona at, qoç və öküz qurban verdiyi məlum olur. Fəqət Zərdüşt türklərə nifrət edən bir fars milliyətçisi idi və bu üzdən də türklərin Tenqrisini iblis, yəni Əhrimən kimi qələmə vermişdir.

Məlumat üçün bildirək ki, "Avestada" iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki (Firdovsi “Şahnamə”sindəki) adıdır. Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqu" da deyirdilər. "Menqu" qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində, o cümlədən yakut türkcəsində "Tenqri Menqu" ifadəsi "Tanqra Menqu" kimi səslənməkdədir.

-------------------------------------------------------------------------------------------- Qədim türkcə Yakut türkcəsində Avestada-------------------------------------------------------------------------------------------- Tenqri Menqu Tanqra Menqu Anqra Manyu--------------------------------------------------------------------------------------------Zərdüştün verdiyi məlumatdan o da aydın olur ki, turanlılar, o cümlədən Alp

Ər Tonqa, onun atası Pəşəng (“Avesta”da Besak) həm də Anahidə at, qoç və öküz qurbanı verirdilər. Anahid isə türk mifologiyasından fars mifologiyasına keçən Umayın (Umay Ene, Umay Ana, Umay Nənə, şumerlrdə İnini) farslaşdırılmış adıdır. Deməli, Alp Ər Tonqa, elcə də işquzlar, yəni iç oğuzlar Tenqri ilə birlikdə Umayı da əziz tutmuşlar. Maraqlıdır ki, Orxon – Yenisey abidələrində Umay Tenqri il birlikdə yad edilir. Məsələn, Tonyukuk abidəsinin qərb tərəfində, 38-ci sətirdə belə deyilir:

"Tenqri, Umay, ıduk Yer-Sub basa berti erinc."Tarixi mənbələrdən belə aydın olur ki, tək Tanrıya inam, başqa sözlə,

Tenqriçilik türklərin əsas dini olmuşdur. Professor Osman Turan özünün türk cahan hakimiyyəti məfkurəsi tarixi" adlı 2 cildlik kitabının l cildinin 48- ci səhifəsində yazır:

"Hunlar dövründə "tanrı" kəlməsi həm göyü, həm də Allahı ifadə edirdi.Bu dövrün hökmdarlarına verilən "tanrı qulu" ünvanı da türklərin ilahi hakimiyyət şüurunun formalaşmasını, göylə bağlı olduğunu və tək Allah inancına doğru bir

82

Page 83: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

təkamülün mövcudluğunu göstərir. Eləcə də göytürklər dövründə göylə əlaqəsi olmaqla bərabər, mücərrəd mənası ilə, tək bir Tanrının varlığı inancı çıxmışdı."

De Quiqnes isə özünün "Türklərin ümumi tarxi" kitabında bildirir:"...Türklər bu dövrdə yüksəliş və süqutlarını, qabiliyyətli və ya qabiliyyətsiz

xaqan və bəylərin özləri-özlərinə vasitə olmasını ilahi himayə və cəzanın nəticəsi olduğuna və Tanrının qadiri-mütləq olduğuna inanırdılar."

İbn Fədlan da bu barədə öz müşahidələrini qeydə almışdır: "Bir türk zülmlə üzləşdiyi və çətinliyə düşdüyü zaman göyə baxıb, "Bir Tan-

rı" deyərək dua edir.”Türklərin tək Tanrı inancları barədə ilk yazılı mənbə Fransadan tapılan və

eradan əvvəl 2500 - ci ilə aid edilən "Qlozel" kitabələri hesab edilməlidir.Oradakı türkcə qələmə aiınmış bir cümlə xüsusi diqqət çəkir:

"Oda tapınarkən Tək Tanrını bulduq.Bu cümlədə ifadə edilən fikir təqribən 3200 il sonra Bizans salnaməçisi

Feofilakt Simokattanın söylədikləri ilə, demək olar ki, üst-üstə düşür.Eyni inancın tatarlar arasında da hakim inanc olduğunu söyləmək üçün əldə

bəzi əsaslar var. Məsələn, tatarların arasında missionerlik fəaliyyəti ilə məşğul olmuş İohan de Plano Karpini 1246 - cı ildə yazmışdır:

"Onlar görünən və görünməyən bütün şeylərin yaradıcısı olan tək bir Tanrıya inanır, onu həm bütün ləzzət və sərvətlərin, həm də əzabların yaradıcısı hesab edirlər. Fəqət onlar Onu həmd və ayinlərlə zikr etmirlər."

Vilhelm de Rubruk da tatarlaın inanc sistemi barədə təqribən eyni şeyləri söyləmişdir:

"Mən soruşdum: -Siz Allaha necə inanaırsınız?Onlar cavab verdilər: -Biz yalnız bir və tək olan Tanrıya inanııq. Soruşdum:-Siz onun mənəvi - ruhani, yoxsa maddi bir varlıq olduğuna inanırsınız?Dedilər: -Biz onun mənəvi - ruhani bir varlıq olduğuna inanırıq. O zaman mən yenə soruşdum:-Siz onun heç bir vaxt insan qiyafəsinə girmədiyinə inanırsınızmı?Onalar cavab verdilər: -Heç vaxt!"Teologiya tarixi üzrə böyük mütəxəssis Derferin fikirləri isə çox böyük

maraq doğurur: "Göy Tanrı dini öz forma və məzmununa görə, Ön Asiya mənşəli dinlərlə,

xüsusən də xristianlıqla bənzər xüsusiyyətlərə malikdir... Lakin bu din, deyəsən, həm xristianlıqdan, həm də musəvilikdən daha qədimdir... İşin ən maraqlı tərəfi isə budur ki, bu dinə sitayiş edən Sibir və Altay türkləri içərisində Bibliya süjetlərindən, demək olar ki, heç nə ilə fərqlənməyən süjetlər də yer almaqdadır.”

Türklərin böyük əksəriyyətinin sitayiş etdikləri Göy Tanrı dininin əsasının Həzrət Nuh əleyhissəlam tərəfindən qoyulduğu heç bir şübhə oyatmır. Hər halda,

83

Page 84: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

həm Tövrat, həm İncil, həm də Qurani-Kərim bu şəxsin Tanrı elçisi olsuğunu və Tövhid dinini, yəni təktanrıçılığı təbliğ etdiyini təsdiq etməkdədir.

Maraqlıdır ki, qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərində, o cümlədən İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir. Üstəlik də bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat almaq mümkündür:

-------------------------------------------------------------------------------------------- İslam terminologiyası Tenqriçilik terminologiyası--------------------------------------------------------------------------------------------1. Allah Tenqri2. Peyğəmbər, nəbi Yalavac,Yalmac3. Rəsul Elçi4. Kitab (müqəddəs kitablardan biri) Biti, Bitiq 5. Cənnət, Uçmaq6. Cəhənnəm Tamuğ7. Din xadimi, ruhani Tenqirkən8. İbadədgah (məscid, came) Tenqirlik9. Qurban Yağışlıq10. İbadət Tapıq11. Sitayiş Tapınmaq12. Müqəddəs Iduq, İduq-Qut13. Oruc Baçaq14 Şəriət Törü, Törə15. Ruh, Can Qut16. Günah Yazuq, Yazınc17. Həmd Alqış18. Axirət Mengü ajun19. Mələk Yumışçı20. Qeyb Örtüklük21. Ehsan Basan 22. İblis Yekkə23. Namaz qılmaq Yükünmək --------------------------------------------------------------------------------------------Məsələn, qədim türklər Allaha "Tenqri" demişlər və bu kəlmə təmiz türk-

cədir. Bu kəlməyə Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinir."Peyğəmbər" və "nəbi" kimi ərəb və fars mənşəli sözlərinin qarşılığında isə "yalavac" və ya "yalmac" kimi təmiz türk kəlmələri işlənmişdir:

"Tenqri yalavac itdi.”(Kaşğarlı Mahmud) “Mühəmməd yalavac xəlaiq başı.”(Yusif Balasaqunlu)Qədim türklərdə rəsul mənasında "elçi " kəlməsinin olduğu da məlumdur.

Bu kəlmənin işləndiyi mətnlərdən biri 1 - ci Yenisey abidəsidir ki, orada belə bir maraqlı cümlə yer almaqdadır:

"Tenqri elkə elçisi erdim." (Elimə, xalqıma Tanrı elçisi kimi döndüm.)

84

Page 85: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Qədim türk dilində yazı və kitab mənalarını verən "biti" və "bitiq" kimi sözlər xüsusi hallarda səmavi kitab mənasında da işlənmişdir ki, bu halda, çox güman ki, Gök Tanrı dininin nə zamansa mövcud olmuş və sonradan itmiş müqəddəs kitabı nəzərdə tutulur.

Ana dilimizdə mövcud olmuş "uçmaq" və" tamuğ" kimi kəlmələr isə müqabil olaraq cənnət və cəhənnəmi ifadə etmişlər. Bu terminlərə klassik Azərbaycan ədəbiyyatında, o cümlədən Şah İsmayıl Xətai və İmadəddin Nəsimidə də rast gəlinir.

Bundan başqa qədim türk dilində digər dinlərdə, o cümlədən İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir. Məsələn, din xadimi - tenqirkən, ibadətgah - tenqirlik, qurban - yağışlıq, ibadət - tapıq, sitayiş - tapınmaq, müqəddəs - ıduq, oruc - baçaq, şəriət - törü və ya törə, ruh - qut, günah - yazuq, həmd - alqış, axirət - mengü ajun, mələk - yumışçı, qeyb - örtüklük, ehsan - basan, iblis-yekkə və sairə.

Maraqlıdır ki, bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar. Bu baxımdan qurban mənasında işlənən "yağışlıq" kəlməsi böyük maraq döğurur. Bir vaxtlar yağış "çağırmaq", yağış "kəsmək" və "Qodu-Qodu ayinlərinin icrası zamanı günəş tanrısı Qoduya verilən xəmiraşı, bal və yağ qurbanlarını ifadə edən bu kəlmə sonrakı dövrlərdə, yəni təktanrıçılığa keçdikdən sonra həm də Göy Tanrıya kəsilən at, öküz və qoyunları da ifadə etmişdir.

Qədim türklərin təktanrıçılığa keçməmişdən öncə günəş tanrısına da eyni qurbanları verdikləri, yəni at, öküz və qoyun kəsdikləri məlumdur. Məsələn, Musa Kağankatlının yazdığına görə, massaqet türkləri günəşə sitayiş edir və ona sözügedən qurbanları verirdilər.

İstər Orxon - Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən "uçmaq" termini də təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır. Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış "Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxuda gördüklərini Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:

O mənə toxunaraq, məni quşa çevirdi,Qanad taxtı çiynimə, adəti quş qanadı.Üzümə baxdı, baxdı, sonra məni apardı,İrkallanın evinə - zülmət evinə vardı." X-Xl əsrlərdə Orta Asiyada qələmə alınmış bir Quran təfsirinin leksikonunu

gözdən keçirən rus şərqşünası Borovkovun yazdığına görə, sözügedən təfsirdə bütün Quran terminlərinin türkcə olduğunu vurğulamış və türk dilinin dini terminologiya baxımından zənginliyindən duyduğu heyrəti gizlədə bilməmişdir.

Yeri gəlmişkən qeyd edək ki, bu əsərdə əsasən, təmiz oğuz kəlmələrindən istifadə edilmişdir və bu kəlmələrin bir çoxu ədəbi ümumtürkcənin müvafiq terminologiyasından fərqlənir:

85

Page 86: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

-------------------------------------------------------------------------------------------- Ümumtürk ədəbi dilində Oğuz türkcəsində Mənası-------------------------------------------------------------------------------------------- Yalamac Savçı Peyğəmbər, nəbi ----- Ev budunu Əhli-Beyt Bu baxımdan təfsirdə yer alan və peyğəmbər mənasında işlədilən "savçı"

sözünü misal çəkmək olar. Ümumtürk ədəbi dilindəki "yalamac" kəlməsinə uyğun gələn bu kəlmə sırf oğuz terminidir. Diqqəti çəkən başqa bir ifadə isə Qurandakı "Əhli-Beyt" ifadəsinin qarşılığında işlədilmiş "ev budunu" sözbirləşməsidir. Həzrət Məhəmmədin ev sakinlərini, yəni ailə üzvlərinin cəmini ifadə etmək üçün istifadə edilmiş bu sözbirləşməsi son dərəcə uğurlu seçilib. Bu sözbirləşməsi oğuz türkcəsi nümunəsi olmaqla yanaşı, həm də ümumtürk mahiyyəti daşımaqdadır.

Azərbaycanda şamanizmin izləri də ən qədim zamanlardan izlənməkdədir. Bəziləri yanlış olaraq şamanizmlə Göy Tanrı dinini eyniləşdirirlər. Əslində isə şamanizm bir din yox, spritualist maqiya sənətidir.

Elmi ədəbiyyatda daha çox yayğın olan "şaman" kəlməsi türk sözü deyil, tunqus-mancur mənşəli bir termindir. Onun mənşəyini sanskrit dilinə bağlayanlar da var. Türklər isə şamana ən qədim zamanlardan "qam" demişlər. Bu kəlməyə Turfandan tapılan qədim uyğur mətnlərində, Yusif Balasaqunlunun "Qutaduqu - Bilik" və Mahmud Kaşğarlının "Divan ül - Lüğət ət - Türk" kitablarında, eləcə də "Kodeks Kumanikus " və "Kitab ül - İdrak"da rast gəlinir. "Qam" kəlməsi Radlovun "Qədim Türk lüğəti”ndə də yer almaqdadır. Bir çox dillərdə, o cümlədən hind - Avropa dillərində rast gəlinən "maq" kəlməsi də bu kəlmənin metatezası ilə ortaya çıxmışdır.

Yusif Balasaqunluya görə, qam xəstəni sağaldan həkim, Mahmud Kaşğarlıya görə isə, qeybdən xəbər verən, falçılıq edən adamdır. Görkəmli türkoloq Radlov isə bu sözü "şaman" kimi tərcümə edir və onun daha geniş məna daşıdığını bildirir.

Təbil şamanın vazkeçilməz aləti və əlamətidir. Təbilin içi və xarici müxtəlif naxış və rəsmlərlə bəzədilir. Həmin naxış və rəsmlər nəsildən nəslə ötürülərək, demək olar ki, heç dəyişmir. Yəni bu halda ənənəviliyə ciddi əməl olunur. Məsələn, Koybal şamanlarının təbillərinin birinin üzərində çəkilmiş maraqlı bir rəsm Qobustan təsvirlərindən biri ilə inanılmaz dərəcədə bənzərlik təşkil edir.

Hər iki rəsmin piktoqrafik yazı nümunəsi olması və eyni elementlərdən təşkil edilməsi diqqəti xüsusi ilə cəlb edir, eyni zamanda Sibir və Altay türklərinin şamanizm ənənələrinin qədim Qobustan ovçularının ovsunçuluq ənənlərindən qaynaqlandığını sübut edir.

Sənətşünas alim Nəsir Rzayev deyir:"Qobustanda, Böyükdaşın aşağı mərtəbəsində 9 № - li daşdakı Tunc

dövrünə aid petroqlifdə piktoqram xarakterli böyük təsvir kompozisiyası verilmişdir. Bu təsvirdə qədim rəssam əl - ələ vermiş silahsız adamların iki cərgədən ibarət bir sədd təşkil edərək sağ tərəfdəki çəpərlə keçinin yolunu kəsməsini əyani surətdə nəql edir. Heyvanın boğazına ip keçirilmişdir. Mürəkkəb kompozisiyalı bu piktoqramda qədim rəssam təsvir vasitələrinin köməkliyi ilə

86

Page 87: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

qəbilədə baş vermiş mühüm bir hadisə - heyvanların əhliləşdirilməsi barədə qəbilə üzvlərinə xəbər verir. Tunc dövrünə aid bu petroqlifdə insanlar siluet şəklində, heyvanlar isə konturlu xətlərlə kiçik miqyasda, həm də çox sxematik və statik vəziyyətdə təsvir edilmişdir."

Şamanizmin Katanov və Alekseyeva kimi görkəmli tədqiqatçılarının fikrincə, təbildəki təsvir də piktoqrafiya nümunəsidir və burada üçlü dünya sistemi barədə şamanist təsəvvürlər öz əksini tapmışdır.

Şaman təbilləri bir qayda olaraq, dağ keçisi dərisindən düzəldilir. Ətrafı qayın ağacından olur. Təbilin səsi boğuq çıxsın deyə, çubuğunun başına samur və ya dövşan ayağının dərisi taxılır.

Şamanist xalqlarda qamlar iki qrupa ayrılır: ağ qamlar və qara qamlar.Ağ qamlar Ülgenin hakim olsuğu işıq aləminə, yəni xeyirxah ruhlara qamlıq

edirlər. Onların qiyafələri nisbətən az bəzəkli və sadə olur. Onlar özləri ilə təbil daşımırlar. Qara qamlar isə yeraltı dünyanın və zülmətin hakimi Erliyə, ona bağlı olan şər ruhlara qamlıq edirlər. Onların geyimi saysız amuletlər, rəmzlər, muncuqlar metal lövhələr, heyvan və quş sümükləri, quş lələkləri və sairə ilə bəzədilmiş olur. Çox zaman papaqları və libasları elə bəzənir ki, nəticədə şaman quşa bənzəmiş olur. Lakin bunsuz da onun guya yuxarı və aşağı dünyalara uça bildiyinə inanılır.

Şaman vəcdə gəlmiş halda olarkən, dua edərsə, dinləyənlər "dediklərin olsun, Qam ata!" - deyirlər. Məhz bu müraciət formasındakı ifadəyə, yəni "Qam ata" ifadəsinə Bisitun kitabəsinin Elamdilli mətnində, midiyalı üsyançıdan söhbət açılan yerdə rast gəlirik. Bu mətndə üsysnçı "kam adda", yəni "Qam ata" adlandırılır.

Eradan əvvəl Vlll - Vl əsrlərdə Cənubi Azərbaycan ərazisində madayların qurmuş olduqları qüdrəli Midiya dövlətinin, eləcə də ondan əvvəl, eradan əvvəl lX - Vll əsrlərdə həmin ərazidə mövcud olmuş Manna dövlətinin şahlarının adlarının təhlili onların şamanist olduqlarını söyləməyə ciddi əsas verir.

Məlum olduğu kimi, əksər xalqların milli adları içərisində həmin xalqın sitayiş etdiyi dindən qaynaqlanan adlar önəmli yer tutur. Məsələn, yəhudilər içərisində Tövratdan götürülmüş Moşe, Aaron, İsaak, İzmail, Yakov və sair peyğəmbər adları geniş yayılmışdır. Eyni adlar müsəlmanlarda da Qurandakı səsləniş formasında yayğındır: Musa, Harun, İshaq, İsmayıl, Yaqub və s.

Xristian ruslar arasında məşhur olan İvan, Matvey, Pyotr, Pavel və s. bu kimia adlar da İncildən qaynaqlanır. Müsəlmanlar içərisində Yusif, Yunus, Adəm, Məhəmməd, İsa və s. peyğəmbər adları ilə yanaşı, Əbubəkr, Ömər, Osman, Əli, Həsən, Hüseyn və sairə din böyüklərinin adlarına da sıx - sıx rastlanır. Eyni zamanda biz uşaqlarımıza Allahın 99 gözəl adlarından olan Rauf, Qafar, Kərim, Rəhman, Rəhim və s. teofor adlar da qoyuruq.

Övladlara teofor adlar, yəni Tanrının və ya tanrılaın adlarından düzəldilmiş adlar vermək ən qədim zamanlardan bütün xalqlara xas olub. Ən çox da belə isimləri hökmdar nəslindən olan uşaqlara verərdilər. Məsələn, qədim Misir fironu Ramzesin adında Misirin baş tanrısı - günəş tanrısı Ranın adına rast gəlirik. Mitridat adında farsların günəş tanrısı Mitranın adı gözə çarpır. Babil hökmdarı Marduk – Apla - İddinin adında babillilərin baş tanrısı Mardukun adını görməmək

87

Page 88: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

mümkün deyildir. Elam şahı Humbaniqaşın adında isə Elamın baş tanrısı Humbanın adını görürük.

Manna və Midiya şahlarının adlarında isə türk-şaman pantenuna daxil olan adlar açıq-aydın sezilməkdədir. Bu isə həmin dövrlərdə Cənubi Azərbaycanda şamanizmin hakim ideologiya olduğunu göstərməkdədir:

--------------------------------------------------------------------------------------------Mana-Midiya hökmdarlarının Mənbə Şaman panteonuna daxil adları olan adlar--------------------------------------------------------------------------------------------1.İranzu Aşşur-Babil Oranəəzi (Tuva)2.Aza Aşşur-Babil Aza (Tuva, kumandin) 3.Ullusunu Aşşur-Babil Ulu Toyon (yakut)4.Ahşeri Aşşur-Babil Ajiray (yakut)5.Deyok Herodot Dayık (Altay) Dayaukku Aşşur-Babil Dayuççı (teleut)6.Kaştariti Aşşur - Babil Xarsatördö (yakut) Xşatrita 7.Kiaksar Herodot Kööskara (Altay)8.Astiaq Herodot İştivequ Aşşur-Babil İstemi Bögü (?) Tarixi mənbələrdən adı məlum olan ilk Manna hökmdarı İranzu olmuşdur.

Bu antroponimi Melikaşvili Qafqaz, Dyakonov isə İran dilləri əsasında izah etməyə calışmışlar. Fəqət bir nəticə əldə etməmişlər.

Halbuki, Aşşur - Babil mixi yazılarında qeydə alınmış bu adın analoquna cüzi fərqlə türk - şaman panteonunda Oranəəzi formasında rast gəlirik. Bu mifik varlıq Tuva türklərinin inanc sistemində yer almaqdadır və onun adı Tuva türkcəsində "kainatın yiyəsi, ağası" mənasını verir.

İranzudan sonra Mana taxtına onun böyük oğlu Aza sahib olmuşdur. Onun adına isə eyniylə şaman panteonunda rast gəlinir. Aza Tuva şamanlarının inanc sistemində aşağı dünyanı təmsil edən ruhlardan hesab olunur.

Azadan sonra onun yarinə qardaşı Ullusunu hökmdar olmuşdur. Ullusunu adına yakut türklərinin şaman panteonunda Ulu Toyon formasında rast gəlinməkdədir. Yakut mifologiyasına görə qara şamanlar Ulu Toyona tabedirlər. Yakut türkcəsində "Ulu Toyon" böyük cənab deməkdir.

Adı dövrümüzədək gəlib çıxan növbəti Manna hökmdarı Ahşeridir. Aşşur mənbələrindən məlum olan bu ad yakut şamanlarının Ajiray adlandırdıqları ruhun adının yad dildə bir qədər təhrif edilmiş formasıdır.

Xronologiya baxımından sonrakı yerdə Herodotun Deyok adlandırdığı, Aşşur - Babil mixi yazılarında isə adı Dayaukku kimi çəkilən hökmdar gəlir. Herodota görə o, Midiya, Aşşur-Babil mənbələrinə görə isə Manna hökmdarı olmuşdur. Bu hökmdarın adı Dayık formasında Altay türklərinin şaman panteonunda da yer almaqdadır. Altay türkcəsində Dayık "qurucu" deməkdir. Maraqlıdır ki, teleut türkləri bu mifik varlığın adına Dayuççı deyirlər ki, bu da Deyokun Aşşur-Babil mənbələrində qeydə alınmış adına, yəni Dayaukku adına uyğun gəlir.

88

Page 89: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Mənbələrdən adı məlum olan növbəti hökmdar Midiya xaqanı Kaştaritidir. Herodot bu xaqanın adını “Fraort” kimi çəkmiş, mixi yzılarda isə bu ad Kaştariti və ya Xşatrita kimi qeyd edilmişdir.Yakut şaman panteonunda isə eyni ada Xarsatördö şəklində rast gəlirik.

Herodotun yazdığına görə, Kaştaritidən sonra oğlu Kiaksar Midiya xaqanı olmuşdur. Bu ad da Altay kijilərin şaman panteonunda Kööskara kimi qeydə alınmışdır. Adın Altay türkcəsindəki mənası köksü, sinəsi poladdan olan, yəni polad sinəli, polad kökslü deməkdir.

Herodot sonuncu Midiya hökmdarının adını Astiaq, Aşşur-Babil mənbələri isə İştivequ kimi çəkməkdədirlər. Bu ad, çox güman ki, şaman panteonu ilə bağlı deyil və onun əsli sonrakı dövrlərdə türk xaqanları içərisində geniş rast gəlinən İstemi Bögü olmuşdur və şamanizmlə bağlı deyildir.

Unutmaq lazım deyil ki, Manna və Midiya xaqanlarının adları dövrümüzədək yad mənbələrdə ulaşmışdır və təbii ki, bir qədər təhrif olunmuşdur. Bunula belə, şaman panteonunda rast gəlinən adlarla o qədər böyük yaxınlıq var ki, deyilənlər heç bir şübhə oyatmır.

Bu sözlərlə demək istədiyimiz isə budur ki, eyni ad ayrı-ayrı xalqların dillərində fərqli cür səslənir. Məsələn, İncildə İohan kimi qeyd edilən adı ruslar İvan, fransızlar Jan, İtalyanlar Covanni, ingilislər isə Con kimi tələffüz edirlər. Tövratda İosif kimi çəkilən ad isə italyanlar tərəfindən Cüzeppe, fransızlar tərəfindən Jozef kimi təlffüz edilir. İspanların tələffüzündə eyni ad Xose, ərəblərin tələffüzündə isə Yusif kimi səslənir.

Nəzərə almaq lazımdır ki, türk şaman panteonundakı adları rus alimləri XlX- XX əsrlərdə qeydə almağa başlamışlar. Bu isə o deməkdir ki, Manna və Midiya hökmdarlarının qeydə alındığı dövrlə həmin dövr arasında 2500-3000 il keçmişdir. Buna və Manna-Midiya şahlarının adlarının dövrümüzədək yad dillərdə gəlib çatmasına baxmayaraq, ortadakı fərq o qədər cüzidir ki, heyrət etməyə bilmirsən, Deməli, Mana və Midiyada şamanizmin hakim ideologiya olması öz təsdiqini tapır. Məhz buna görə də farslara qarşı midiyalıların üsyanına şaman başçiliq etmişdi. Təsadüfi deyil ki, Manna və Midiya (Maday) dövlətlərinin sələfi olmuş Aratta dövlətinə də şaman başçılıq edirdi ki, bu barədə artıq məlumat vermişik.

ATROPATENA (AZƏRBAYCAN)DÖVLƏTİ

Fars - Əhəməni imperatorluğu e.ə 331 - ci ilə qədər davam etdi və həmin il böyük İskəndər bu dövlətə son qoydu. Dövlətin bütün ərazisi makedoniyalıların əlinə keçdi. Strabonun yazdığına görə, yaranmış situasiyadan yararlanan Atropat (antik müəlliflər onu belə adlandırır, əsil adı məlum deyil) adlı yerli bir feodal e.ə lV əsrin sonlarında Azərbaycanın Kürdən cənubdakı ərazilərdə tam müstəqil siyasət yeridən bir dövlət qurmağa nail olur. Antik mənbələrdə adı Atropatena, fars, erməni və Suriya mənbələrində Aturpatakan, türk və ərəb mənbələrində isə Azərbayqan və Azərbaycan kimi çəkilən və son şəkli ilə dövrümüzədək ulaşan bu dövlətin adının mənşəyi barədə bir çox fikirlər söylənilsə də, mütəxəssislər arasın-

89

Page 90: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

da yekdil bir fikir yoxdur. Bizə Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin “Cəmi ət - Təvarix” əsərində irəli sürdüyü etimilogiya daha ağlabatan görünməkdədir:

“Orada olarkən bir gün Oğuz xan əmr etdi ki, böyük bir təpə ucaltmaq üçün hər kəs özü ilə bir xərək torpaq gətirib bir yerə töksün. Öncə o özü xərəkdə torpaq gətirdi və tökdü. Bütün əsgərlər onun kimi etdilər və böyük bir təpə alındı. Ona Azərbayqan dedilər. Türkcə “Azər” uca, “bayqan” isə böyük və varlı adamlar ölkəsi deməkdir (Bu ölkə bu adla məşhurlaşdı və bu üzdən də bu gün Azərbaycan adlanır)”.

Elmi ədəbiyyatda yayğın olan bir yanlış konsepsiyaya görə, guya “Azərbaycan” adındakı “azər” hissəsi orta fars (Sasani) dilindəki “azər” (od) sözündən törəmişdir. Bu fikir həqiqətə uyğun deyil, çünki “Azərbaycan” forması ərəblərdən sonra yayğınlaşmşdır. Fars Sasanilərin dövründə isə bu toponim “Aturpatakan” formasında yazılırdı.

Xatırladaq ki, bu ada hələ e.ə. Vlll - Vll əsrlərə aid mixi yazılarda “Andripatenu” formasında rast gəlinmişdir. Odur ki, bu adın guya Atropatın adından yarandığı barədə Strabonun fərziyyəsi həqiqətdən uzaqdır.

Strabon deyir:“Midiya (Maday) iki hissədən ibarətdir. Birinə Böyük Midiya deyirlər, onun

paytaxtı böyük və qüdrətli Ekbatan (Ögbatan, indiki Həmədan) şəhəridir (O, bu gün də Parfiya şahlarına paytaxt kimi xidmt edir və onların yay paytaxtıdar. Çünki Midiya soyuq ölkədir, qış paytaxtı isə Babil yaxınlığındakı Selevkiya şəhəridir).

İkinci hissə Atropaten Midiyasıdır. O öz adını ölkəsinin eynən Böyük Midiya kimi makedoniyalılardan asılı vəziyyətə düşməsinə imkan verməyən sərkərdə Atropatın adından almışdr. Həqiqətən də şah elan edilən Atropat öz iradəsi ilə bu ölkəni müstəqil etdi və bu gün də onun ailəsindən olanlar bu ölkəni irsən idarə edirlr. Onlar Ərməniyyə və Parfiya şahzadələri ilə evlənərək müstəqilliklrini davam etdirməyi bacarmışlar”.

Ümumiyyətlə, Strabon qədim yunan əfsanələrinə əsaslanaraq, bu tip fərziyyələr irəli sürməkdə usta idi. Əgər ona inansaq, Midiya adı da guya Medeyanın oğlu Medin adından yaranıb. Təbii ki, bu cür fikirlri ciddi qəbul etmək mümkün deyildir. Üstəlik də Strabondan fərqli olaraq, Polibi Atropatenanın (Azərbaycanın) hələ Əhəmənilər dövründən müstəqil siyasət yürütdüyünü bildirir. Yəni bu ölkə Atropatdan öncə də bu adla tanınırdı və onun müstəqillik qazanması heç də Atropatın adı ilə bağlı deyildi və o, sözügedən müəllifin sözlərinə görə, İsgəndərin nəzərindən kənarda qalmışdı.

Azərbaycan tarixşünaslığında qəbul edilmiş fikrə görə, Atropat hələ Əhəmənilər dövründə Kiçik Midiyanın satrapı, yəni canişini idi və İsgəndər fars – Əhəməni hakimiyyətinə son qoyduqdan sonra Atropat bu ölkəni müstəqil elan etmişdir. Üstünlük, təbii ki, Strabonun söylədiklərinə verilir. Polibiyin söylədikləri isə diqqətə alınmır. Pompey Troqun söylədiklərindən belə çıxır ki, onu Kiçik Midiyaya hakim vəzifəsinə makedoniyalılar təyin etmişlər. Lakin o, ölkənin adının Atropatın adından törədiyini söyləmir.

Hər halda fakt budur ki, Əhəməni şahlarının hakimiyyəti altında olan ölkələr sırasında bu dövlətin adına rast gəlinmir. Bu faktı həm o dövrdə Atropatena adlı ölknin hələ yaranmadığı, həm də müstəqil olduğu üçün bu siyahıya düşmədiyi kimi

90

Page 91: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yozmaq olar. Ola bilsin ki, fars Kir hiylə ilə Maday (Midiya) imperatorluğunun başına keçəndə həmin ərazinin (Andripatanu – Atropatena - Azərbaycan) hakimi farslara tabe olmaq istəməmiş və Madayın bu hissəsi (Kiçik Midiya) müstəqil dövlət kimi fəaliyyət göstərmişdir. Sonralar tarixi şəraitdən, yəni İsgəndərin fars imperatorluğuna son verməsindən sonra ərazilərini bir neçə dəfə böyüdə bilmişdir.

Azərbaycan ərazisində türk dövlətçilik tarixinin kökləri 5000 il öncələrə qədər uzansa da, sırf Azərbaycan dövlətinin tarixini Atropatena dövlətinin tarix səhnəsinə çıxması dövründən (e.ə. lV əsr) hesablamaq daha doğru olar. Lakin fakt budur ki, bu dövlət özündən əvvəlki türk dövlətlərinin (Aratta, Mahan – Manna, Kimmer – İskit – Sak, Maday), ilk növbədə də Maday (Midiya) dövlətinin birbaşa varisi idi və onun zəngin ənənələri üzərində ucalmışdı. Elə bu səbəbdən də mənbələrdə o, bəzən “Kiçik Midiya” da adlandırılır. Dövlətin paytaxtı Qazax (antik mənbələrdə Qazaka) şəhəri idi. Bu şəhərin indiki Qazax rayonuna yaxın bir yerdə (Sarıtəpə ərazisində) yerləşdiyini ehtimal edirik. Lakin bu, ölkənin yay paytaxtı idi, qış paytaxtı isə Strabonun Vera kimi qeyd etdiyi Bərdə idi:

“Onların yay paytaxtı düzənlikdə yerləşən Qazaka (Qazax), şimal paytaxtı isə parfiyalılara qarşı yürüş sırasında Antoninin mühasirədə saxladığı möhkəm divarlı Vera (Bərdə) qalasıdır. Antonini parfiyalılara qarşı yürüş zamanı müşayiət edən dostu Dellinin yazdığna görə, bu qala Ərməniyyəni Atropatenadan ayıran Araz çayından 2400 stadiya məsafədə yerləşir.”

Yeri gəlmişkən qeyd edək ki, X əsr ərəb müəllifi Kudama da Bərdədən Azərbaycanın paytaxtı kimi söz açmışdır. Əlbəttə, bu deyilənlər bir çoxlarına qəribə görünə bilər, çünki əski rus – sovet tarixşünaslığının cızdığı sınırlardan hələ də kənara çıxa bilməyən Azərbaycan tarixşünaslığında qəbul edilərək möhkəmlənmiş fikrə görə, guya Atropatena Arazdan cənubda mövcud olmuşdur. Əlbəttə ki, bu kökündən yanlış fikirdir. Məsələ burasındadır ki, Polibinin yazdığına görə, Atropatenanın (Azərbaycanın) bir hissəsi Fazisdən (Gürcüstandakı Rioni çayı) yuxarıda Pont (Qara dəniz) dənizinə, digər hissəsi isə Qirkan (Xəzər) dənizinə qədər uzanırmış:

“...Bu sonuncu (Atropatena şahı Artabazan) bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi, atropatenalılar və qonşu xalqlar üzərində hökm edirdi... Qərar qəbul edildikdən sonra ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan (Fazis, Gürcüstandakı Rioni çayı) yuxarıda yeləşən hissəsi Pont (Qara dəniz) üzərində yüksələn, digər hissəsi isə Qirkan (Xəzər) dənizinə qədər uzanan ölkəsinə soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və özü – özünü at və müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən kənarda qalmışdı.”

Gördüyümüz kimi, Polibi ilə Strabonun sözləri bir – birini tamamlayır. Halbuki, onlar ayrı – ayrı dövrlərdə yaşamışlar. Onlardan birincisi təqribən e.ə. 205 – 123 – cü illər arasında, ikincisi isə e.ə. l əsrin sonları – b.e. l əsri arasında yaşamışlar. Elə çıxır ki, Atropatenanın ərazisi Arazdan şimalda da geniş torpaqları əhatə etmişdir. Görünür, elə bu səbəbdən də Avropada Don Juan adı ilə tanınan,

91

Page 92: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

şah Abbas dövründə Azərbaycanın İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat öz kitabında Atropatenanın adını çəkərkən, Şirvan ərazisini onun sərhədləri içərisində göstərmişdir:

“...Bu gün Gürcüstan adı ilə tanınan ölkə əvvəllər İberiya adlanırdı... Şərqdə o, indi Şirvan əyaləti adlanan Midiya Atropatenası ilə həmsərhəddir.”

Maraqlıdır ki, orta əsr Avropa səyyahları da əski ənənələrdən çıxış edərək, Quzey Azərbaycandan Midiya (Maday) kimi söhbət açmışlar. Məsələn, Ambrozio Kontarini, Antoni Cekinson və s. Şirvan və Muğanı Midiya kimi təsvir etmiş, Artur Eduards və Larens Çempen Şamxını Midiyanın ən gözəl şəhəri kimi vəsf etmişdilər. Görünür, Manna kimi Midiya da, iddia edilənin əksinə olaraq, müəyyən dövrlərdə Güney Azərbaycanla yanaşı Quzey Azərbaycan ərazilərini də əhatə etmiş və Maday (Midiya) dövləti iki yerə parçalanarkən bu ərazilər Atropatenanın tərkibinə keçmişdir.

Sasanilər dövrünə aid, müəllifi bilinmyən, şərti olaraq “İran şəhərləri” adlandırılan bir əsərdə Əfrasiyabın (Alp Ər Tonqanın) Gəncə şəhərinin əsasını qoyması qeyd edilir və bu şəhərin Aturpatakanda (Atropatenada), yəni Azərbaycanda yerləşdiyi qeyd edilir. Erməni (hay) tarixçisi Favst Buzand da Gəncədən (Qandzak) “Aturpatakan” şəhəri kimi söz açır. Eyni zamanda, Dərbənd qalasnda Sasanilər dövründə orta fars dilində qeyd edilmiş bir yazıdan isə belə anlaşılır ki, həmin dövrdə Dərbənd bu ölkənin şimal – şərq sərhddini təşkil etmişdir. Yəni Albaniya ərazisi də “Aturpatakan” (Atropatena, Azərbaycan) anlayışına daxil olmuşdur. Söhbət Vl əsrə aid edilən yazılardan gedir.

Dərbənd qalası üzərində qeyd edilmiş bu yazılar barədə ilk dəfə l Pyotr dövründə Dmitri Kantemir məlumat vermişdir. 1928 – ci ilə qədər 20 belə yazı aşkar edilmişdir. Onlar 1929 – cu ildə Y.A. Paxomova tərəfindən nəşr edilmişdir. Onları oxuyan Q. S. Niberq belə bir informasiyaya rast gəlmişdir:

“Buranı və buradan yuxarı hissəni Aturpatakan amakarı (canişini) yerinə yetirmişdir,”

Atropatenanın yarandığı andan Araz çayının hər iki tərəfini, yəni həm Şimali, həm də Cənubi Azərbaycan ərazilərini əhatə etdiyini 1982 – ci ildə Moskvada işıq üzü görmüş “Qədim dünya tarixi” (История древнего мира. Расцвет древних обществ) kitabında yazılanlar da təsdiqləməkdədir

Son 200 ildə, xüsusən də sovet dövründə rus siyasətçilərinin Güney Qafqazı və Rusiyanın ən azı Avropa hissəsini türklərdən və müsəlmanlardan təmizləməyi və bu əraziləri xristianlaşdırmağı hədəfləyən gizli geosiyasi məqsədlərinə uyğun bir şəkildə tarixi məqsədyönlü şəkildə təhrif etməklə məşğul olan rus tarixçilərinin Atropatenanı Arazdan cənubda göstərməsinin əsas səbəblərindən biri Azərbaycan əraziləri hesabına rusların dəstəyi ilə qurulan qondarma xristian Ermənistan və Gürcüstan “dövlət”lərinin mövcudluğu üçün “elmi” (ideoloji) zəmin yaratmaq idi. Elə bu məqsədlə də türklərin köçəri olduqları və Güney Qafqaza çox – çox sonralar kənardan gəldikləri barədə yalançı konsepsiyalar dövriyyəyə buraxılmışdı. Bu konsepsiyalara qarşı çıxanlar təqib və təzyiqlərə məruz qalır, bir çox hallarda isə “pantürkist” adı ilə damğalanaraq həbsə atlır və məhv edilirdi. Buna paralel olaraq Ermənistan və Gürcüstandan, o cümlədən hələ də əhalisinin böyük əksəriyyətini

92

Page 93: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

türklərin təşkil etdiyi İrəvan və Tiflisdən türklərin Orta Asiyaya kütləvi surətdə köçürülməsi gerçəkləşdirilirdi.

Bu proses əslən gürcü olan Stalinin hakimiyyəti dövründə xüsusi amansızlqla həyata keçirilirdi. Bu tiran Hitlerə yazdğı və bu yaxınlarda üzə çıxan gizli məktubunda bildirirdi ki, onun məqsədi təkcə Qafqazı deyil, eləcə də Türkiyəni türklərdən təmizləmək və bütün türkləri Orta Asiyaya göndərməkdir. Məhz onun dövründə Krım tatar türklərindən, Quzey Qafqaz isə qaraçay – balkar türklərindən, eləcə də müsəlman çeçenlərdən təmizlənmiş və bu xalqlar toplu halında Orta Asiyaya sürgün edilmişdilər.

Eyni konsepsiya İranda da həmişə akual olub. Fars şovinisləri də həmişə iddia ediblər ki, guya “Azərbaycan” adı İranın şimal – qərb bölgələrinin adıdır və Şimali Azərbaycana heç bir dəxli yoxdur.

Siyasi məqsədlərlə Atropatenanın Arazdan cənubda göstərilməsinin bir səbəbi də növbə ilə Qarabağı, ardınca isə bütün Kür – Araz ovalığını türklərdən təmizləyərək ermənilərə hədiyyə etmək idi. Madam ki, Atropatena, yəni Azərbaycan Arazdan cənubda yerləşmişdir və antik müəlliflər Araz çayının Ərməniyyə (Ermənistan) ilə Atropatena (Azərbaycan) arasında sərhəd olduğunu, Albaniyanın isə Kürdən şimalda yerləşdiyini söyləmişlər, o zaman Kür – Araz ovalığının “Ermənistan” olduğu heç bir şübhə oyatmayacaqdır. Buna paralel olaraq erməni (hay) tarixçilərinə (M. Çamçayan, M. Kanayan, M. Barxudaryan, Y. Manandyan, Q. Kapantsyan, S. Yeremyan, B. Ulubabayan, A. Mnatsakanyan, A. Xaçatryan, Ş. Smbatyan, A. Akopyan, N. Adonts, S. Ter - Avatesyan və s.) sözügedən ərazilərin guya “Ermənistan” olduğunu “sübut” etmək üçün yaşıl işıq yandırıldı. Bu işdə onlara rus almləri də (N. Piqulevskaya, K. Trever və s.) əllərindən gələn köməyi edirdilər. Bu barədə bir qədər sonra söhbət açacağıq.

Atropatenanın (Azərbaycanın) paytaxtının adının Qazax olması türk – qıpçaq soyunun bu torpaqlarda ən qədim zamanlardan oynadıqları möhtəşəm rolun göstəricisidir. Qədim qıpçaq soylarından olan qazaxların adı əski mənbələrdə bəzən sarmatların bir qolu (Sarmat – kezeklər) kimi, bəzən isə müstəqil bir türk boyu (kasoq) kimi çəkilir. İndiki Qazaxıstanın əsas yerli türk əhalisi, yəni qazaxlar, eləcə də XVlll əsrdən etibarən slavyanlaşaraq ruslaşan, fəqət özlərinin türksoylu olduqlarını günümüzədək unutmayan kazaklar bu qədim boyun birbaşa davamıdır. Qiyasəddin Qeybullayevin əski mənbələrə istinadən yazdığına görə, Albaniyanın (Aranın) Girdman vilayətinin ilk sakinləri albanlar, saklar, kəngərlər və qazaxlar olmuşlar. Alim bildirir ki, bu bölgədə Qazax şəhərinin olduğu da mənbələrdən məlumdur.

Məlumat üçün bildirək ki, hələ sovet dövründə Qazax rayonu ərazisində aparılmış qazıntılar zamanı qədim Qazaka (Qazax) şəhərinin, yəni Atropatenanın paytaxtının qalıqları (saray və sütun altlıqları) tapılmışdı.

Ümumiyyətlə, ölkə əhalisinin əsasını türkdilli kuti (oğuz), iskit (işquz, İç oğuz), sak, maday, sarmat, kuman, subar və digər soy və boyların nəsillərinin davamı olan türklər təşkil edirdi. Aparıcı etnos isə o dövrün mənbələrində, yəni antik qaynaqlarda “uksi” kimi qeyd edilmiş oğuzlar idi. İqrar Əliyev özünün “Midiya tarixi” kitabında uksilərin oğuzlar olduqlarını qeyd etməsə də, Atopatenanın əsas əhalisinin bir hissəsinin uksilər olduğunu vurğulamışdır. Eyni

93

Page 94: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

müəllif Atropatena əhalisinin guya əsasən irandilli olduğu bardə söylənilən fikirlərin əsassız olduğunu da qeyd etmişdir. X əsr ərəb müəllifi Əl – İstəhri də Xəzərin qərbində yerləşən düzənlikdə, yəni Azərbaycanda oğuzların (ğuzların) yaşadığını yazmışdır.

Antik müəlliflərin məlumatlarından çıxış edən İqrar Əliyev Atropatenanın əsas etnuk qruplarından söz açarkən, uksulərlə (oğuzlarla) yanaşı kərkilərin (karklar) də adını çəkmişdir. Azərbaycan toponimikasında özlərini əbədiləşdirən kərkilərin adına Naxçıvandakı Kərki , Qazax rayonu ərazisindəki Kərki – Başlı, Qarabağ ərazisindəki Kərki - Cahan kəndlərinin və s. adlarında rast gəlirik. Türkdilli kərkilər türkmnlərin və özbəklərin də içərisində qeydə alınmışdır. Bu barədə N. Aristov özünün “Türk tayfa və xalqlarının etnik tərkibi və sayı barədə qeydlər” və S. Şaniyazov özünün “Özbəklərin etnik tarixi bardə” adlı əsərlərində məlumat verməkdədirlər.

Bir sözlə, Atropatena bir türk ölkəsi, bir türk vətəni idi. Təsadüfi deyil ki, professor Helmoltun ümumi redaktəsi altında 120 tarixçi alimin birgə yazdığı "Ümumi bəşəriyyət tarixi" əsərinin ll cildində, Atropatenaya, yəni Azərbaycana həsr edilən bölümdə belə deyilir:

"Tarixin göstərə bilmədiyi məchul bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır."

Eyni fikri bir çox başqa qaynaqlar da təsdiqləyir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin Vll əsdə qələmə aldığı "Xəbərlər"əsərində yazılır ki, xəlifə l Müaviyə Azərbaycanın işğalı ərəfəsində ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da cavab vermişdir ki, Azərbaycan ən qədimdən türklər ölkəsidir və orada türklər yaşayır. 1126 - cı ildə tərtib edilmiş, müəllifi bilinməyən farsca bir tarix əsərində isə Himyar şahlarından Rəişəyə istinadən bildirilir ki, Azərbaycan ən qədim zamanlardan türklərin əlində olan ölkədir. Bununla belə, Strabonun yazdqlarından belə anlaşılır ki, Atropatenanı (Azərbaycanı) Böyük Midiyadan ayıran və onu əhatələyən dağlarda irandilli kürdlər, təbərilər və amardlar da yaşayırdılar:

“Bu ölkənin (Atropatenanın) bütün bölgələri məhsuldardır, şimal dağlıq əraziləri isə soyuq və sərtdir. Burada dağlı tayfalar – kaduslar (mütəxəssislər bu xalqı talışların ulu babası hesab etsə də, bunu sübut etmək üçün heç bir ciddi dəlil gətirə bilmirlər), amardlar, tapirlər (təbərilər, mazandaranlıların əcdadları), kirtlər (kürdlər) və digər avara və quldur xalqlar yaşayır. Onlar Zaqr və Nifatu dağlarında məskundurlar: kirtlər və amardlar Persidada (axı, amardlar həm də bu adı daşıyırlar), eləcə də bugünə qədər Ərməniyyədə də (Van gölü və ərafı) vardırlar. Bu insanların hamısı xarici görkəmcə eynidirlər.”

Gördüyümüz kimi, Atropatenanın sərhədlərindəki dağlarda mədəni səviyyəsi çox aşağı olan yarıvəhşi, Strabonun dili ilə desək, “avara” və “quldur” irandilli xalqlar da yaşayırdılar. Onlar azsaylı idilər və ictimai – siyasi həyatda heç bir önəmli rola sahib deyildilər.

Talış, kürd və bu gün tat adı ilə tanıdığımız amardlar (parslar) günümüzədək Azərbaycanda, yüzillər öncə olduğu kimi, yenə də dağlıq və dağ- ətəyi ərazilərdə yaşamlarını davam etdirirlər. Onların içərisində mazandaranlıların əcdadı olan təbərilərin (tapirlərin) də qeyd edilməsi sübut edir ki, Strabonun

94

Page 95: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

dövründə Atropatenanın sərhədləri Mazandarana (əski Təbəristan) qədər uzanırdı. Bu isə o deməkdir ki, Gilan bütünlüklə ölkəmizin sınırları içində idi (Gilan ərazisi 1945 – 1946 –cı illərdə Cənubi Azərbaycanda mövcud olmuş Azərbaycan Demokratik Respublikasının da tərkibində idi). Bu fikri İbn Hövqəlin cızdığı Xəzər dənizinin xəritəsi də təsdiq edir. Bu xəritədə Dağastanın böyük hissəsi, o cümlədən Dərbənd və Gilan da daxil olmaqla, Xəzərin şərq və cənub – şərq sahil zolağı Azərbaycana aid edilmişdir.

Mənbələr kaspi və maqlardan (maq, mik, muğ) da Atropatena sakinləri kimi danışmaqdadır. Bunlardan birincisi, heç şübhəsiz ki, türk idi. Maqların da türk olduğunu söyləyən tədqiqatçılar az deyil. Fəqət bu, hələ tam sübut olunmamışdır. Maqların atəşpərəst olduğunu təsdiq edən təkzibedilməz sənədlər var.

İrandillilərin Manna və Midiya, yəni Azərbaycan və bugünkü İran ərazisinə e.ə. X-lX və sonrakı əsrlərdə gəldiklərini tam əminliklə söyləmək olar. Bu məsələ tədqiqatçıları daim maraqlandırmış və bir çoxları kimmer, iskit, sak və madayları irandilli hesab etdiklərindən onların adının mixi yazlarda ilk dəfə peyda olduğu e.ə. lX – Vlll əsrləri irandillilərin sözügedən ərazidə peyda olma tarixi kimi qəbul etmişlər. Belə bir fikir formalaşmşdır ki, guya irandilli xalqlar indiki İranın şimal – qərb rayonlarına, eləcə də Azərbaycan ərazisinə e.ə. lX əsrdə indiki Rusiya ərazisindən, daha dəqiq desək, Quzey Qafqzdan gəlmişlər. Bu halda ilk növbədə kimmer – iskit – saklar nəzərdə tutulur. Biz isə adı çəkilən xalqların türksoylu olduqlarnı və türksoyluların sözügedən bölgələrin aborigenləri olduqlarını dəqiq bilirik. Eləcə də onu da bilirik ki, qısa və girdə başlı irandillilərdən fərqli olaraq həm kimmerlər, həm iskit və saklar, həm də madaylar, eləcə də onların sələfləri kuti, turuk, subar və kuman uzun başa sahib kaspi (oğuz) irqinə mənsub idilər. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, qısa, girdə başlı və gödək boylu irandillilər bu ərazilərə e.ə. lX – Vlll əslərdən gəlmişlər. Elə həmin əsrlərdən də mənbələrdə parsua (fars) və kirt (kürd) etnonimləri peyda olmuşdur. Daha sonrakı mənbələrdə isə tiberlər (təbərilər, mazandaranlıların əcdadları), amardlar, anariaklar (Strabon onları da pars, yəni fars adlandırır) və kadusilərin (talışların əcdadları?) də adına da rast gəlirik.

İrandillilərin Azərbaycan və indiki İran ərazisinə gəlmə tarixlərinin müəyyən edilməsi məsələsi barədə bir çox Avropa və rus alimləri fikir söyləmişlər. Bu baxımdan F. Şpigel, Y. Praşek, F. Köniq, V. Hinz, E. Meyer, C. Kameron, İ. Dyakonov, İ. Əliyev, E. Qrantovski, M. Dandamayev, V. Abayev, V. Lukonin və başqalarını göstərmək olar.

XX əsrin ortalarına qədər alimlrin bir çoxu, o cümlədən E. Meyer, C.Kameron, İ. Dyakonov və İ. Əliyev belə hesab edirdilər ki, irandillilərin ata yurdu Mərkəzi Asiya və ona bitişik ərazilər olmuşdur və e.ə. lX – Vlll əsrlərdə onların Midiya ərazisinə axını başlamışdır. F. Köniq və V. Abayev isə irandillilərin ata yurdlarını Cənubi Rus düzənliyində (Dəşti – Qıpçaq) axtarmaq lazım olduğunu söyləmiş və onlarn indiki İran ərazisinə şimaldan gəldiklərini iddia etmişlər. Onlar öz fikirlərini R. Qrişmann apardığı arxeoloji qazıntıların nəticələri ilə əsaslandrmağa çalışmışlar.

Bütün bu fikirləri təhlil edən və deyilənləri mixi yazılarn məlumatları ilə tutuşduran E. Qrantovski bildirmişdir ki, Qafqaz nəzəriyyəsi Mərkəzi Asiya

95

Page 96: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

nəzəriyyəsinə nisbətən daha inandırıcı görünsə də, bu nəzəriyyəni hələlik sübut edilmiş hesab etmək mümkün deyildir. Onun fikrincə, e. ə. lX – Vlll əsrlərdə Qərbi İran, o cümlədən Midiya ərazisində peyda olan irandilli tayfalar bu ərazilərin həyatında indiyə qədər düşünüldüyündən daha fəal rol oynamışlar.

Öncələr Qrantovskiyə müxalif mövqedən çıxış edən İ. Dyakonov və İ.Əliyev sonralar bu alimin irandillilərin Midiya və İran ərazilərinə gəlmə tarixlərini daha doğru dəqiqləşdirdiyini etiraf etmiş və bunun e.ə. lX əsrdən gec baş vermədiyi fikrinə şərik çıxmışlar. Alimlərin bu fikirdə həmrəy olmalarının əsas səbəbi aşşur mixi yazılarında söylənilənlərdir.

Farsların (pars, pers) adına mixi yazılarda ilk dəfə Aşşur şahı lll Salmanasarın e.ə. 843 – cü ildə tərtib edildiyi edildiyi hesab edilən kitabəsində rast gəlinməkdədir. Daha doğrusu, həmin kitabədə Parsua vilayətinin adı çəkilir. M. Dandamayev və V. Lukonin “Qədim İranın mədəniyyəti və iqtisadiyyatı” adlı kitabda yazırlar:

“843 – cü ildə bu əyalətin “27 çarı”ndan vergi almışlar. Yaxın zamanlara qədər alimlər belə hesab edirdilər ki, Parsua Urmiya gölü yaxınlğında yerləşirdi. Lakin mütəxəssislərin – arxeoloq və tarixçilərin yekdil fikrinə görə, Parsuada fars (pars, pers) tayfaları yaşayırdılar və əyalət də öz adını onların adından almışdır. Farslar hələ birləşməmişdilər və başlarında duran və bir – biri ilə əlaqəsi olmayan ayrı - ayrı tayfa başçıları tərəfindən idarə edilirdilər. Bir qədər sonra isə, yəni e.ə. Vlll əsrin sonlarında aşşur mətnlərində indiki Süleymaniyyədən şərqdə, yəni Elamdan şimal – qərbdə Parsuamaş adlı əyalətin adı peyda oldu. Belə düşünülür ki, təqribən e.ə. 800 – cü ildə farslar midiyalılardan aralanaraq, uratuluların və mannalıların təzyiqləri nəticəsində cənuba – Zaqros dağları vadisinə, daha sonra isə tədricən cənub – şərqə hərəkət etməyə məcbur olmuşlar. E.ə. 714 cü ildə onlar artıq Aşşur şahı ll Sarqonun təbəələri kimi yad edilmişlər. Farslar tədricən İranın cənub – qərbindəki Elam ərazisində məskunlaşdılar və bu ərazi gəlmələrin adı ilə Parsuamaş (...qədim fars mnmələrində Parsa, yunan müəlliflərində Persida, hazırki Fars ostanı) adlandırılmağa başlandı.”

Yuxarıda Strabondan gətirdiyimiz sitat bu deyilənləri təsdiqləməklə yanaşı, əslində farsların, daha doğrusu irandillilərin heç də hamısının Elam (Parsuamaş) ərazisinə köçmədiklərini, onların bir qisminin (kürd və amardların) Manna ərazisində, daha dəqiq desək, Mannann Parsua (İran və İraq Kürdüstanları, eləcə də Cənub - Şərqi Anadolu, yəni əski Urartu – Ərməniyyə) əyalətində qaldıqlarını göstərir. Bu ərazi sonralar Midiya imperatorluğuna daxil olmuş, Midiyanın iki hissəyə parçalanmasından sonra əksər hissəsi Böyük Midiyanın, kiçik hissəsi isə Atropatenanın (Azərbaycan) tərkibində qalmışdı. Bu isə o deməkdir ki, Azərbaycan dövləti tarix səhnəsinə çıxanda Kürdüstanın bir qismi onun tərkibində olub. Sonralar, Ərməniyyənin Azərbaycanın tərkibinə keçməsindən sonra Van gölü və ətrafı da bu ərazilərə qatılmışdır.

Strabon Araz çayının Atropatenanı Ərməniyyədən (Armeniya, əski Urartu ərazisi) ayırdığını , Kür çayının isə Albaniyanın cənub və qərb sərhədini təşkil etdiyini qeyd edir. Əlbəttə ki, bu halda söhbət Araz çayının şimaldan cənuba doğru axdığı hissəsi, yəni Qərbi Azərbaycan (indiki qondarma Ermənistan) və Naxçıvanla Türkiyə arasından axan hissəsi nəzərdə tutulur. Bu is o deməkdir ki,

96

Page 97: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

həm Naxçıvan, həm də Qərbi Azərbaycan, yəni bugünkü qondarma “Ermənistan” ərazisi Azərbaycanın (Atropatenanın) tərkibində idi. Bunu ərəb mənbələri də təsdiq edir. Məsələn, Yaqut əl – Həməvi Naxçıvanla bağlı bunları yazmışdır:

“Naşava (Naxçıvan) Azəbaycandadır, bəziləri belə hesab edir, Ərməniyyənin yaxınlığında, Aranda yerləşir”.

Övliya Çələbi isə öz “Səyahətnamə”sində yazır:“...Naxçvan Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xan çoxlu əsgərə

sahibdir. Bu şəhəri qədim zamanlarda Əfrasiyab şah tikdirmişdir ki, indi də əcdadlarınn dəfn olunduğu yer açq – aşkar görünür”.

Ərməniyyənin yerləşdiyi Van gölü hövzəsi ilə Azərbaycanın həmsərhəd olduğunu X. F. Linç də təsdiqləməkdədir:

“Van gölü hövzəsi ilə Azərbaycan arasında keçən sərhəd xətti dağlıq yerlərdən çox, sözün əsl mənasında, təpəlik yerlrdən keçir.

Strabonun sözlərindən belə aydın olur ki, Sakasena (əski Zikertu) adlanan Kür – Araz ovalığı, deməli, həm də o cümlədən Gəncə şəhəri Azərbaycanın (Atropatenanın) tərkib hissəsi idi və Kür çayı onu Albaniyadan ayırırdı. Əlbəttə, Makedoniyalı İskəndərin və sələflərinin dövründə hələ Albaniya meydana çıxmamışdı və həmin ərazi Strabonun dövründə belə adlandığı üçün o da bu adı işlətmişdir. Həmin dövrdə Azərbaycanın Kürdən şimaldakı torpaqlarında hələ də massagetlər hakim idi və yenə də, fars – Əhəməni şahı Kirin dövründə olduğu kimi, başlarında başqa bir qadın hökmdar dururdu.

Strabonun yazdıqlarından belə görünür ki, müəyyən dövrlərdə Atropatenanın bir hissəsi, o cümlədən onun indiki Gürcüstanın qərbini əhatə edən və Qara dənizə çıxışı olan torpaqları Ərməniyyə tərəfindən işğal edilmişdi. Bu işğallar Artaşes və oğlu ll Tiqran dövründə baş vermişdi və nəticədə Atropatenadan işğal edilən torpaqlar hesabına Ərməniyyə Albaniya ilə həmsərhəd olmuşdu:

“Daha sonra söyləyirlər ki, əvvəllər balaca bir ölkə olan Ərməniyyə Artaksiy (Artaşes) və Zariadriyanın apardıqları müharibələr sayəsində genişlənmişdir. Onlar öncələr Böyük Antioxun (makedoniyalı şahlardan biri) sərkərdələri idilər və onun məğlub olmasından sonra şah oldular ( birincisi Sofenanın, Akisenanın, Odomantidanın və digər ərazilərin, digəri isə Artaksat ətrafının). Onlar qonşularının torpaqlarını zəbt edərək öz ərazilərini birlikdə genişləndirdilr. Belə ki, midiyalılardan Kaspiananı (indiki Gürcüstan ərazisindəki Kaspiana nəzərdə tutulur, bunu F. Ağasıoğlu sübut etmişdir), Favnitidadan Bosorpedanı, iberlərdən Pariadr dağının ətəklərini, Xoreznanı və Kür çayının o biri tərəfində yerləşən Qoqarenanı, xaliblərdən və mosineklərdən Karenitidanı və kiçik Ərməniyyə ilə həmsərhəd və onun tərkib hissəsi olan Kserksenanı, kataonlardan Akilisenanı və Antitavr ətrafında olan əyaləti, suriyalılardan Taronitidanı (əski oğuz yurdlarından biri kimi məşhur ölkə) qopardılar və bu üzdən də indi bütün bu ərazilərdə eyni dildə danışılır.”

Yuxarıda Starbondan gətirdiyimiz sitatda adları çəkilən və “bir dildə” danışdıqları qeyd edilən Ön Asiya xalqları içərisində kataonların, yəni xotənlərin də adının çəkilməsi böyük maraq çəkməkdədir. Belə görünür ki, bir hissəsi sakların tərkibində hələ eradan çox – çox öncəlr Hindistana, oradan Şərqi Türküstana (Xotənə), daha sonra isə indiki Monqolustan ərazisinə mühacirət edən

97

Page 98: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

və hazırda Monqolustanda yaşamaqda olan xotənlərin bir qismi əski yurdlarında qalmışdı. Onlar haqqında ilk məlumatı verən antik müəlliflərdən Hekatey olmuşdur.

Həmin dövrdə bu gün “erməni” kimi tanıdığımız haylar, ola bilsin ki, hələ Ərməniyyə ərazisinə gəlməmişdilər. Urartulular isə tarixin arxivinə mal olmuşdular. Görəsən, həmin dövrdə bütün bu ərazilərdə xalqlararası ortaq ünsiyyət vasitəsi kimi danışılan “eyni dil” hansı olmuşdur? Bir qədər sonra qüdrətli Parfiya dövləti haqqında məlumat verərkən görəcəyik ki, bu dövlətin rəsmi dili sak, yəni türk dili idi.

Qeyd edək ki, işğalların ən intensivləşdiyi dövrlər eramızın l əsrinə, yəni Armeniya çarları Artaşesin və onun oğlu Tiqranın hakimiyyəti illərinə təsadüf etmişdir. Strabon davam edir:

“Artaksinin (Artaşesin) varisi Ərməniyyə üzərində gerçək hakimiyyət quran Tiqran idi. Bu ölkənin Midiya, Albaniya və İberiya ilə Kolxida və Evksin Pontundakı Kappodokiyaya qədər sərhəddi var. (Tiqran)... Atropatena və Qordiana (Kürdüsan) hökmdarlarını ram edib, Messopatamiyanın qalan hissəsini də fəth etdi.”

Bu məlumatdan göründüyü kimi, Tiqranın dövlətinin sərhədlrinin guya Xəzər dənizinə çatması barədə çağdaş erməni (hay) tarixçilərinin yazdıqları nağıldan başqa bir şey deyildir. Bununla belə həm Artaşesin, həm də Tiqranın böyük ərazilər işğal etdiyi şübhəsizdir.

Bunlardan birincisi Azərbaycanın Göyçə gölünə qədər olan torpaqlarını zəbt etmiş və hətta zəbt etdiyi torpaqlaraın sərhədlərinə xüsusi sərhəd daşları da basdırmışdı ki, onlardan ikisi dövrümüzədək ulaşmışdır və hazırda Rusiya muzeylərindən birində qorunan həmin daşların üzərindəki yazılar arami əlifbası ilə qeyd edilmişdir. Və o yazıların dili Aralıq, Qara və Xəzər dənizləri arasında danışılan ümumi dilin hansı dil olduğuna işıq tutur.

Böyük bir bölgədə bir çox xalqların danışdıqları dilin müəyyən edilməsi sahəsində görkəmli dilçi alimimiz Firidun Ağasıoğlunun ölçüyəgəlməz dəyərə malik, misilsiz bir kəşfinin böyük rol oynadığını xüsusi qeyd etməliyik. Söhbət Ərməniyyə məliyi l Artaşesin (e.ə-189-160) sərhəd daşları üzərindəki yazıların oxunmasından gedir. Məlum olduğu kimi, Artaşes öncə Antioxun sərkərdələrindən biri idi və sonralar Parfiyanın vassalı qismində Ərməniyyənin məliyi (çarı) olmuşdur. Onun Araz yaxınlarında (Arazın qərb sahilində, indiki Türkiyə ərazisində) Artaşat şəhərini saldıraraq öz ərazilərinin paytaxtı etdiyi məlumdur. Korneli Tasitin yazdıqlarından belə məlum olur ki, ikiüzlü və dəyişkən ərməniyyəlilər çoxsaylı qarışıq evlənmələr səbəbiylə parfiyalılara yaxındırlar və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirlər.

Görünür, bu meyl və yaxınlığın səbəb və nəticəsidir ki, l Artaşesdən dövrümüzədək gəlib çıxan sərhəd daşlarının üzərindəki yazılar türkcə, daha dəqiq desək, sak dilinin qərb (Parfiya) şivəsindədir. Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Qərbi Azərbaycandan, Göyçə gölü yaxınlığından tapılmışdır. Rus alimlərinin “səylərinə” baxmayaraq, yazının birinci iki sözündən-Artaşesin adından (Artaxşsi) və sonrakı "məlik" (mlk) sözündən başqa digər sözlərinin mənasını tapmaq mümkün olmamışdı. Yəni yazının arami əlifbası ilə yazıldığı

98

Page 99: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

müəyyənləşdirilsə də və onun səslənişi dəqiqləşdirilsə də, alimlər yazının məzmununu dərk etməmiş, fəqət tam qəti bir şəkildə onun erməni (hay) dilində olmadığı qənaətinə gəlmişdilər. Bu yazının dilinin urartu və sami dillərilə də heç bir bağlılığı yox idi. Hər iki daşdakı yazı eynidir və onların səslənişi belədir:

Artxşsi mlkbryi yritir bundknxltBütün sami əlifbalarında olduğu kimi, burada da saitlərin böyük əksəriyyəti

qeyd edilməmiş, sözlər bir-birinə bitişik yazılmışdır.Firidun Ağasıoğlunun oxumağa müvəffəq olduğu yazının mənası belədir:Artxşsi (Artaşes) mlk (məlik) bryi (birəyi-ərazisi) yritir (yeridir). Bund

(bunda-burada) knxlt (konxuldu-qonuldu,qoyuldu). Yəni bu sərhəd daşı bura Artaşes məliyin ərazilərinin sərhəddini göstərmək üçün qoyulmuşdur. Sözügedən yazıda “burada” əvəzinə “bunda”, qonuldu, qoyuldu anlamında isə “konxultu” formasının işlənmiş olması yazının dilinin qıpçaq türkcəsi olmasına dəlalət edir. Fikrimizcə, cənab Ağasıoğlu “bireyi” ifadəsini doğru tərcümə etməyib və bu kəlməni “şəxsi”, “özəl”, “fərdi” kimi ərcümə emək doğrudur. Məlumat üçün bildirək ki, “birey” sözü bu gün də Türkiyə türkcəsində həmin mənalarda işlənməkdədir.Yeri gəlmişkən, ola bilsin ki, bu daşlar heç də Ərməniyyə məliyinə yox, Artaxsi adlı hansısa yerli türk-alban və ya Midiya məliyinə aid olub. İndi bunu dəqiqləşdirmək mükün deyil.

Məlumat üçün bildirək ki, dövrümüzədək ulaşan Parfiya sikkələrinin üzərindəki yazılar da eyni əlifba ilə - 22 hərfli (saitlər işarə olunmurdu) arami əlfbası ilə yazılmışdır. Sonralar farslar (Sasanilər) bu əlifbanı parfiyalılardan qəbul edərək, öz dillərinə (orta fars, tat) uyğunlaşdırmışdılar. İrəlidə görəcəyimiz kimi, Parfiya əlifbası və yazı sistemi V əsrə qədər Albaniyada və Xəzər xaqanlığında keçərli olmuşdur.

Çox – çox sonrakı dövrlərdə Ərməniyyə (əski Urartu) ərazisinə köç edərək buranın türk, yəni sak əhalisinin tarixinə sahib çıxan erməni (hay) tarixçiləri Ərməniyyə əhalisinin tarixindən, ilk növbədə də onun türk mənşəli şahlarının şəcərəsindən danışarkən, eynən alban tarixçisi Musa Kağankatlı və Xəzər xaqanı İosif kimi, bu şəcərə ağacını türklərin ulu babası hesab edilən Yafəslə (Olcayla) başlamış, Toqarmanın da adını çəkməyi unutmamışlar. Mövzu ilə bağlı Firidun Ağasıoğlu haqlı olaraq yazır:

“Məsələn Ərmən ölkəsinə (Ərməniyyəyə) hayların (bugünkü ermənilərin) ilkin ata yurdu yox, ikinci ata yurdu demək olar... Nuh əfsanəsinin hay versiyasındakı “Yafet (Yafəs, Olcay) → Qamer → Tiras →Torqom (Toqarma) → Hayk” soy şəcərəsinin (Xorenatsi, l. Xll) haylardan əvvəl verilən boyların yerli miflərinə kökləndiyini düşünmək olar, belə ki, Haykın saqa (sak) boyları qamər, tiras və Xəzər xaqanı İosifin məktubundakı xəzər soykökü Toqarma (Torqom) boylarından sonra verilməsi də onu göstərir ki, haylardan qabaq Ərmən ölkəsində həmin türk boyları yaşamışlar”.

Hay (erməni) tarixçisi M. Xorenatsinin tarix kitabında Ərməniyyənin haylaraqədərki tarixi ilə bağlı aşağıdakı sözləri də çox maraqlıdır:

99

Page 100: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

“Bizim ilk hökmdarımız, Varbak (Maday - Midiya hökmdarlarından birinin erməni – hay mənbələrindəki adıdır) tərəfindən təyin edilən Skayordinin (Skayordi hay – erməni dilində “sak oğlu” deməkdir) oğlu Paruyr idi”.

M. Xorenatsinin sözlərindn belə məlum olur ki, Ərmniyyənin, yəni əski Urarunun midiya tərəfindən işğalından sonrakı hökmdarlar (məliklər) sülaləsi sak, yəni türk əsilli idilər. Eyni müəllifin Şərq ölkəsinin, Albaniyanın hökmdarı haqqında söylədikləri də diqqətəlayiqdir:

“Vağarşak Haykakın nəvəsi Paskamın soyundan qabarq cizgili sifəti, dik burnu, batq gözü, vəhşi baxışı, hündür boyu ilə seçilən, lakin idbar görkminə görə Angeğ – Tun adlanan Torku (Türkü) Şərq ölkəsinin hökmdarı təyin etdi. Əgər istəsən sənə onun haqqında ağlasığmaz hekayələr danışaram. Necə ki, farslar Saqcik Rüstmdə 120 fil gücü olduğunu deyirlər, Onun haqqındakı nəğməlrdə də elə igidlik və qoçaqlıqdan bəhs olunur ki, bunları nə Samson, nə Herkules, nə də Saqcik haqqında demək olmur”.

Maraqlıdır ki, M. Xorenatsi həmin qəhrəmanlıqlardan söhbət açarkən Təpəgöz haqqında məşhur türk – oğuz mifini danışır. Çox güman ki, tarixçi bu halda e.ə Vll əsrdə baş vermiş hadisədən – Quzey Azrbaycanda Alp Ər Tonqanın başçlığı altında işkuzlarn (İç Oğuz) hakimiyyətinin bərqərar olmasından söhbət açmışdır.

Yeri gəlmişkən qeyd edək ki, erməni (hay) tarixçisi, Torkdan (Türkdən) danışarkən, Paskamın, yəni Pəşəngin, eləcə də Saqcik Rüstəmin adını da çəkir ki, bu da söhbətin Alp Ər Tonqanın şəcərəsindən getdiyini təsdiqləyir. Məsələ burasndadır ki, 1259 – cu ildə qələmə alınmış “Təbakəti – Nəsəri” adl əsərdə də bənzər şəcərənamə yer almaqda, orada Əfrasiyab adı altında Alp Ər Tonqadan da söz açılmaqdadır. Həmin kitabda deyilir ki, Əfrasiyab (Alp Ər Tonqa) Bəşəncin (Pəşəng, Paskam), Bəşənc Rüstəmin, Rüstəm isə Türkün oğludur.

M. Xorenatsinin sözügedən əsərində dolayısı ilə Alp Ər Tonqa ilə bağlı olan başqa bir türk mənşəli əfsanə də yer almaqdadır. Söhbət Altay türklərində “Alp Manaş”, özbəklərdə isə “Alpamış” adı ilə məşhur olan dastanın süjeti ilə üst – üstə düşən bir süjetdən gedir. Bu süjetdə əsərin qəhrmanı Majan adlanır. “Kitabi – Dədə Qorqud”un Bamsı Beyrəkdən söz açılan boyu ilə səsləşən həmin süjetin Altay və özbək süjetləri ilə eyniliyi məsələsinə ayrı – ayrı vaxtlarda V. Jimunskiy və M. H. Tantəkin toxunmuşlar. Eyni əfsanənin Firdovsi tərəfindən qeydə alınmış variantında (Bijən və Mənijə) həm Kiaksarın (Keyxosrov), həm də Alp Ər Tonqanın (Əfrasiyab) adına rast gəlinir.

Firdovsinin yazdığına görə, Ərməniyyə elçiləri Keyxosrovun yanına gələrək ölkələrini basmış donuz sürülərindən onları xilas etmələrini xahiş edirlər. Keyxosrov bu məqsədlə Bijəni Ərmniyyəyə göndərir. Gərgini ona bələdçi kimi qoşur. Ərməniyyəni düşdüyü fəlakətdən xilas edən Bijən Gərgidən Turan şahı Əfrasiyabın qızı, gözəllər gözəli Mənijə barədə eşidir və görmədən qıza aşiq olur. Onun ardınca Turana yola düşür. Burada Əfrasiyab onu zindana salır və Rüstəm gəlib onu xilas edənə qədər zindanda qalır. Bu müddətdə Mənijə ona həmişə baş çəkir. Sonda o, Mənijə ilə birlikdə öz ölkəsinə dönür.

Maraqldır ki, həm Musa Kağankatlı, həm Pamfila oğlu Yevseviy, həm Portlu İppolit, həm də hay (erməni) tarixçiləri türklərin ulu babası hesab edilən

100

Page 101: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Yafəsin soyunun hakim olduğu ölkələrdən söz açarkən, Midiya, Atropatena və Albaniya ilə yanaşı Ərməniyyənin də adını çəkmişlər. Eyni fikrə dolayısı ilə Əl -İstəhridə (X əsr) də rast gəlirik:

“Azərbaycan, Ərməniyyə və Arranın dili ərəb və əcəm (Azərbaycan türkcəsi) dilləridir. Yalnız Dəbil şəhəri istisnadır. Orada və ətrafda erməni dilində danışırlar...”

Bəzi tədqiqatçılar buradakı “əcəm” (ərəb olmayan) sözünü “fars dili” kimi tərcümə etməklə mövzunu sapdırmağa çalışmışlar. Halbuki, ərəblər həm farslar, həm də azərbaycanlıları “əcəm” adlandırmışlar. Əcəmləri isə “fars əcəmlri” və “azəriyyə (Azərbaycan) əcəmləri” deyə bir – birlərindən fərqləndirmişlər. Bu məlumatdan göründüyü kimi, hətta X əsrdə Ərməniyyədə (Van gölü və ətrafı) türk dili əsas dil olmuş, erməni dilində isə sadəcə Dəbil və ətrafında danışılmışdır. Lakin Əl – İstəhrinin “erməni dili” kəlməsini hansı anlamda işlətdiyi məlum deyil. Çünki bu şəxs əsərinin başqa bir yerində ermənilərdən xəzərlərin bir qolu kimi söz açmaqdadır. Əgər bu halda haylar nəzərdə tutulmuşsa belə, onların sadəcə Dəbildə yaşadıqlarını tam əminliklə söyləmək olar. Fakt isə budur ki, Mahmud Kaşğarlının (Xl) xəritəsində bütün Qafqaz ərazisi “Dərbənd – Xəzəran” (Xəzərlər ölksi) kimi qeyd edilmiş, Azəbaycan isə həmin ərazidən cənubda göstərilmişdir. Bu xəritədə nə “Ərməniyyə”, nə də “Gürcüstan” adlarına rast gəlinmir. Anadolunun şərqində oğuz türklərinin bir boyu olan beçeneqlərin adı yazılmışdır.

Dəbil əski Ərməniyyənin tərkib hissəsi idi. Bütövlükdə Ərməniyyə bir türk dövləti idi. Erməni – haylar da bu ölkədə əhəmiyyətsiz bir azlıq kimi yaşayırdılar və təbii ki, onu öz ölkələri və dövlətləri sayırdılar. Tarix kitablarında da Ərməniyyəni öz ölkələri və dövlətləri adlandırmışlar. Lakin bu heç də o demək deyil ki, həmin dövlət bir hay dövləti idi. Necə ki, bu gün çukçalar vətəndaşı olduqları Rusiyanı öz dövlətləri hesab edirlər və rusiyalı adlanırlar, haylar da erməni, yəni ərməniyyəli adlandırılırdılar. Fakt isə budur ki, ermənilər özlərini “erməni” yox, “hay” adlandırırlar. Ölkələrinə də “Hayastan” deyirlər. Maraqlıdır ki, XX əsrin əvvəllərində Azərbaycan türkcəsində də ermənilərin yaşadıqları ərazilər “Ərmniyyə” və ya “Ermənistan” adı ilə deyil “Hayastan” adı ilə tanınmışdır. Bu baxımdan deyilənlərə ən gözəl sübut A. Abeeğyan adlı bir erməninin “İrşad” qəzetinin 27 fevral 1906 – cı il tarixli nömrəsində dərc edilən və Azərbaycan türkcəsində qələmə alınmış məqaləsidir:

“Tarix bizi bir böyük millət ilə birləşdiribdir. O da bizim babalarımızın xahişi ilə Rusiya dövlətindən ibarətdir ki, bizi dirilik zəmininə və siyasətinə və tayfamızın çoxalıb artmaq dərəcəsinə yetiribdir. Nə qədər Qafqaz sərhəddində və bizim Hayastanda (“Hayastanın” Qafqaz səhədlərindən kənarda göstərilməsi diqqətçəkicidir) onun hökuməti qaimdir, biz ümid edə bilərik ki, dirilik edib artaq. Hərgah məzkur hökumət məhv olsa, o vaxt hamımız yüz il bundan qabaqkı qaydaya düşər”.

Görünən budur ki, qədim ərməni xalqının adını (erməni) haylara siyasi məqsədlərlə ruslar şamil etmişlər, yalnız bundan sonra “erməni” etnonimi bizim dildə də rus dilinin təsiri ilə “hay” adının sinoniminə çevrilmişdir.

Ərməniyyə, Azərbaycan və Aranda eyni dildə danışıldığı barədə Əl – İstəhrinin dediklərini tanınmış türkiyəli alim Fuad Köprülünün sözləri də

101

Page 102: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

təsdiqləyir. Bu böyük alim tarixi Ərməniyyənin vaxtilə yerləşdiyi Şərqi Anadolunun şivəsi barədə yazmışdır:

“... Şərqi Anadolunun ədəbi dili, bu sahələr Osmanlı dövləti tərəfindən fəth edilincəyə qədər, Azəri ləhcəsi idi. Və indiyə qədər də həmin ərazidə Azərbaycan dili şivələri işlənir.”

Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən bir gürcü mənbəsində isə bunlar yazılmışdır:

“Qışı türklər...Tiflislə Bərdə arasında keçirirlər... Yazda isə onlar Somxet və Ararat (Ağrı) dağlarına qalxırlar”.

Görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu uzunmüddətli araşdrmalardan sonra belə bir nəticəyə gəlmişdir ki, “ərmən” (armen, ermən) etnonimi indiki ermənilərə, yəni haylara şamil edilməmişdən öncə bu adı Ərməniyyənin əsas əhalisi olan türk mənşəli subarlar daşımışlar. O bu barədə “Azər xalqı” kitabında ətraflı məlumat verməkdədir.

Artaşesin sözügedən sərhəd daşlarının Göyçə yaxınlarından tapılması onu göstərir ki, l Artaşesin dövründə Qərbi Azərbaycanın Araz çayından Göyçə gölünə qədər olan hissəsi işğal edilmiş və həmin dövrdə Ərməniyyənin tərkibində olmuşdur. Hər halda, onun işğalçılıqla məşğul olduğunu Strabon da təsdiqləməkdədir. Artaşesin oğlu Tiqranın dövründə isə işğal edilən ərazilərin sayı özünün maksimum həddinə çatmışdı, fəqət bu, əhəmiyyətsiz dərəcədə qısa dövrü əhatə etmişdi. Artaşesin "məlik" titulu daşımış olması sübut edir ki, o da, oğlu Tiqran da, heç də erməni tarixçilərinin qələmə verdiyi kimi müstəqil çar olmamışlar. Məlik, yəni Parfiyanın vassalı olmuş və hər bir vassal kimi oğullarını parfiyalıların yanında əsir və girov qoymuşlar. Bu, sovet dövründə rus dilində dərc edilmiş "Qədim dünya tarixi” kitabında yazılanlardan da açıq-aydın görünməkdədir:

"Bu cür “çar”ların gerçək hakimiyyəti Parfiyadakı ümumi əhval-ruhiyyədən asılı olurdu. Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Ermənistan taxtına oturdacağı təqdirdə Atropaten ərazilərindən Parfiyaya "70 dərə" verəcəyini vəd edərək ll Mitridatı razı sala bildi. E.ə. 95-ci ildə Tiqran Armeniya çarı oldu."

Artaşesin yazısının dili sübut edir ki, türk dili, yəni sak dilinin qərb (Parfiya) şivəsi həm Parfiya imperiyasının, həm də ondan asılı olan dövlətlərin, o cümlədən Ərməniyyənin rəsmi dövlət dili olmuş və bu dilin yazısı üçün arami əlifbasından istifadə edilmişdir. Parfiya sikkələrinin üzərindəki yazılar da məhz eyni əifba ilə yazılmışdır. Sonrakı əsrlərdə fars - Sasanilər həmin əlifbanı parfiyalılardan cüzi fərqlə əxz etmişlər

Məlumat üçün bildirək ki, e.ə lV əsrin sonlarında bugünkü Türkmənistan ərazisində müstəqil Parfiya (Bardıq, Partı) dövləti yaranmışdı. Bu dövləti quranlar vaxtilə Alp Ər Tonqa tərəfindən Azərbaycan ərazisindən köçə zorlanan və uzun müddət sərgərdan həyat keçirdikdən sonra bugünkü Türkmənistandakı soydaşlarının himayəsinə sığınan saklar idilər. Onlara “pard” (türkcə “bardıq”, yəni sərgərdan, avara, qaçqın) deyirdilər. Məskunlaşdıqları ölkə də bu addan yaranmışdı – Bardıq (Partı, Parfiya, qaçqınlar ölkəsi). Yunanlar onu Partiya adlandırsalar da, bu ad rus elmi ədəbiyyatına, eləcə də rus ədəbiyyatı vasitəsi ilə Azərbaycan elmi ədəbiyyatına “Parfiya” kimi düşmüşdür və biz də, yanlış olmasına rəğmn, bu

102

Page 103: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

formanı işlətməyi lazım bildik. Sakları ümumiləşdirici adla iskit adlandıran Pompey Troq yazmışdır:

“...Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indi Şərq üzərində hökmranlıq edən partlar (parfiyalılar) iskit qaçqınlarının törəmələridirlər. Bu, onların adından da məlumdur, çünki iskit dilində pardı (bardıq) sözü qaçqınları bildirir.”

Başlarında, Strabonun yazdığına görə, oğuzların baranlu (parn) boyundan olan Arsakın nəsli dururdu və bu şah nəsli elə onun adı ilə də Arsaklar adlanırdı. Arsak ana tərəfdən makedoniyalıların hakimiyyəti dövründə Parfiyaya (Bardıq, Partı) təyin edilən əslən fars – Əhəməni soyundan olan hakimlər sülaləsi ilə qohum idi. Bu üzdən də Arsaklar özlərini siyasi məqsədlərlə Əhəmənilərin varisi kimi qələmə verirdilər. Məqsəd isə keçmiş Əhəməni imperatorluğunun bütün keçmiş ərazisinə hakim olmaq idi. Onlar buna çox qısa bir zamanda nail ola bildilər və Böyük Parfiya imperatorluğu qura bildilər. Arsaklar türk olsalar və türkcə danışsalar da, fars kültürünün güclü təsirinə məruz qalmışdılar və hətta fars adları daşıyırdılar. Saklar tez bir zamanda Parfiya, Midiya və Ərməniyyədə hakim duruma gələn bu sülaləyə çox bağlı və sadiq idilər. Sonralar isə onlar bütün indiki İran, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistanı, eləcə də İraqın Fəratdan şərqdəki hissəsini əhatə edən böyük imperatorluğa çevrildilər və Həmədanı (Ögbatanı) özlərinə paytaxt etdilər. Çox keçmədi ki, massagetlərin, ardınca albanlarn da başına bu sülalənin nümayəndələri keçdilər. Arsaqların bir qolu da Ərməniyyə məliyi oldu.

Arsaklar sülaləsindən bir şahzadə olan peyğəmbər, filsof, rəssam və şair Maninin (lll əsr) dövrümüzədək gəlib çatmış şerlərinin dili bu qədim sülalənin danışdığı dil və ləhcə barədə tam bir təsəvvür yaradır:

"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!Turunqlar, kamağ bəglər, kadaşlar,Tanq Tenqriq ögəlim! ...............................................................Körünüqmə Kün Tünqri,siz bizi küzədinq!Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..." Baranluların bir qismi əski Urartu ərazisində yaşayırdılar. Onların

yaşadıqları Daru – Baran (Van gölündən cənubdakı torpaqlar) ölkəsi Otena, yəni udinlər ölkəsi (Araz çayının qərb sahili. Udinlər sonrakı əsrlərdə Azərbaycan ərazisinə köçmüşlər və bu günə qədər Oğuz – Qəbələ ərazisində yaşayırlar) ilə birlikdə Urartunun iki əsas əyalətindən biri idi. Fars hakimiyyəti illərində sözügedən ərazinin adı “Harmana” (Armeniya və Ərməniyyə sözləri buradandır) kimi dəyişdirilmişdi. “Urartu” qədim Elam dilində “Dağlıq ölkə” demək idi. Farslar bu adı eyni mənanı verən fars sözü ilə əvəz etdilər və beləcə, Urartu “Harmana” oldu. Yunanlar isə həmin sözü Armeniya kimi tələffüz etdiklərindən ölkənin adı daha çox Armeniya, ərəblərdən sonra isə Ərməniyyə kimi tanınmağa başlamışdı. Söhbət Şərqi Anadolunun Van gölü ətrafındakı ərazilərdən, başqa sözlə, qədim Urartu ərazisindən gedir.

103

Page 104: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Saklar Azərbaycanın şimalından məhz həmin əraziyə qovulmuşdular. Oralar isə o dövrdə madayların əlində idi. Maday hökmdarı Kööskara (Kiaksar, Keyxosrov) onlardan olan, erməni mənbələrində Skaordi oğlu Paruyr, yəni Sakoğlunun oğlu Paruyr (Börküyaruq?) adlandırılan bir zadəganı həmin ərazilərin hakimi təyin etmişdi. Onun nəsli öncə madaylara, sonra farslara, daha sonra isə makedoniyalılara tabe olmuş və ölkə üzərində hakimiyyətlərini qoruya bilmişdilər.

Adı çəkilən dövlətlərdən Parfiya dövləti tez bir zamanda çox böyük güc və qüdrət sahibinə çevrildi və artıq qeyd etdiyimiz kimi, qısa bir zaman içində genişləyərək, keçmiş fars-Əhəməni ərazilrini əhatə etməyə başladı. Həmədanı özlərinə paytaxt edən Parfiya imperatorluğunun başında baranlu boyuna mənsub Arsaklar soyu durmaqda idi. Roma imperatoruğu ilə yanaşı dünyanın iki supergücündən biri halına gələn türk-Arsaqlar imperatorluğu, rəqibi Roma ilə İraq və Suriya uğrunda qanlı müharibələrə girişdilər. Həm Atropatena, həm Albaniya, həm də Ərməniyyə Arsaqlara tabe olduqlarını elan etməklə bir müddət müstəqilliklərini (söhbət vassallıqdan gedir) qorumağa nail oldular. Armeniya çarları Arsaqlarla qohum olmalarından istifadə edərək dəfələrlə Atropatenaya hücum edir, onun torpaqlarnı işğal edirdi, fəqət bu işğallar uzun sürmür, atropatenalılar bir müddət sonra torpaqlarını geri almağa müvəffəq olurdular.

Bütün bu deyilənlər haqqında sevgidəyər oxucularımızda tam təəssürat yaransın deyə, kitabımızın bu yerində ilk mənbələrdən bəzi fraqmentləri təqdim etməyi vacib sayırıq.

Strabon bildirir:“Bu ölkə (Atropatena) Ərməniyyə və Mantianadan (Türkiyədəki Van gölü

və onun ətrafındakı eyni adlı vilayət) şərqdə, Böyük Midiyadan qərbdə və hər ikisindən şimalda yerləşir və cənubda o, Xəzər sahilindəki çökəkliyə qədər uzanır. Bu ölkə hərbi baxımdan kifayət qədər önəmli bir ölkədir. Belə ki, Apollonidin sözlərinə görə, meydana 10 000 atlı və 40 000 piyada çıxara bilir. Midiyada (kiçik Midiya, yəni Atropatenada) duzların bərkiməsinin və kristallaşmasının baş verdiyi Kapavt (Urmiyə) gölü yerləşir.... Doğrudur, atropatenlilərin onların torpaqların talan edən ərmənlər və parfiyalılar (partlar) kimi güclü qonşuları var. Lakin onlar müqavimət göstərir və hər dəfə də işğal edilmiş torpaqlarını geri almağı bacarırlar. Məsələn, Ərməniyyə romalıların hakimiyyəti altına keçdiyi sırada onlardan Simbakanı ala bilmişlər....”

“Ərməniyyənin cənubu onu Dəclə və Fərat arasının Messopatamiya adlanan digər ərazilərindən ayıran Tavra söykənir. Şərq hissəsi Böyük Midiya və Atropatena ilə həmsərhəddir. Şimalında isə alban, iber və Qafqaz xalqlarını əhatələyən və Xəzər dənizi üzərində ucalan Paraoxafr dağı yerləşər....

Ərməniyyənin şəhərləri bunlardır: Hannibal tərəfindən Artaksiy (Artaşes) şah üçün tikilmiş Artaksata (onu Artaksisata da adlandırırlar) və Arksata. Onların hər ikisi Araz sahilində, Atropatena ilə sərhədin yaxınlığında yerləşir...

Ərməniyyədə böyük göllər də var. Onlardan biri Mantianadır (Türkiyədəki Van gölü) və göy deməkdir. O, Meotiydən sonra ən böyük duzlu göldür.”

Qısa şərh:Strabonun dediklərindən belə aydın olur ki, Ərməniyyə indiki Türkiyənin

şərqindəki Van gölü hövzəsində, əski Urartunun yerində yerləşirdi. Onun cənubu

104

Page 105: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Kürdüstan dağlarına, şimalı isə Qafqaz dağlarının Türkiyədəki hissəsinə qədər uzanırdı və Qara dənizə qədər çatmırdı. Ərməniyyənin sərhədləri Qara dənizə ll Tiqranın dövründə çatmışdı ki, o da bu ərazini Atropatenadan işğal etmişdi. Tiqran eyni zamanda Azərbaycandan Qordiananı, yəni Kürdüstanı, o cümlədən Arbela (Ərbil) və Ninəviyəni (Mosulu) qopara bilmişdi və bunun sayəsində də bir müddət Böyük Midiya ilə həmsərhəd olmuşdu. (Bu hal sadəcə bir neçə il davam etmiş və Atropatena həmin ərazilərini geri qaytara bilmişdi). Elə bu üzdən də Strabon Atropatenanın Ərməniyyədən qərbdə və şimalda yerləşdiyini söyləyir. Yəni bu o deməkdir ki, Strabonun dövründə də eynən Polibiyin döründə olduğu kimi bugünkü Türkiyənin Qara dəniz sahillərinin Şərq hissəsi Atropatenanın tərkibində idi. Təsadüfi deyil ki, Yaqut Həməvi Azərbaycanın qərb sərhədlərinin Ərzincana qədər uzandğını yazmışdır.

Mənbələr birmnalı şəkildə sübut edir ki, Qara dənizin Gürcüstana aid hissəsi də, ümumiyyətlə, Tiflisin yerləşdiyi ərazi də daxil olmaqla, indiki Gürcüstanın 80 faizi Atropatena dövlətinin tərkibində olmuşdur. Bunu arxeoloji tapıntılar da sübut edir. Məsələ burasındadır ki, Gürcüstan ərazisindən də Qazax ərazisindəki Sarıtəpədən (Atropatenanın paytaxtı Qazakanın yerləşdiyi yerdən) tapılan sütün altlıqlarının eynisi tapılmışdır. Arxeoloqlar hər iki tapıntını eyni dövrə və eyni mədəniyyətə aid etmişlər. Gürcü dövləti hesab edilən İberiyaya gəlincə isə, o, bugünkü Gürcüsanın çox kiçik ərazisini əhatə edirdi. Bundan başqa Atropatena bugünkü Azərbaycan Respublikasının Kürdən cənubdakı ərazilərini, o cümlədən Qərbi Azərbaycanı (bugünkü qondarma Ermənistanı) və Həmədan xaricində bütün Cənubi Azərbaycan ( o cümldən əski Kaspiana, indiki Qəzvin) ərazisini və Gilanı əhatə etmişdir. Həmədan (Ögbatan) isə Böyük Midiyanın tərkibində qalmışdı və onun paytaxt idi. Strabonun dövründə isə o, Parfiya imperatorluğunun tərkib hissəsi idi.

Albaniya ilk dövrlərdə “Azərbaycan” anlayışına daxil deyildi. Atropatena, yəni Azərbaycan yuxarıda deyilən sınırlar daxilində, Qara dənizlə Xəzər dənizi arasında tarix səhnəsinə çıxmşdı. Kürdən şimalda yerləşən torpaqlarımız isə orada eyni etnosun yaşamasına və Azərbaycanın tərkib hissəsi hesab edilməsinə baxmayaraq, Ateopatenaya aid deyildi. Yalnız fars – Sasani və ərəb hakimiyyəti illərində həmin torpaqlar Azərbaycan inzibati ərazisinə daxil edilmişdi. Bunu Dərbənd qalasında Sasanilər dövründə orta farsca yazılmış yazılar da sübut edir ki, bu bardə yuxarıda məlumat vermişik. lX – X əsrlər müəllifi Əbu İshaq ibn Məhəmməd əl – Farisi əl - İstəhri də Azərbaycanın şəhərlərini sayarkən, Quzey Azərbaycan şəhərlərini də bu sırada yad etmişdir: Ərdəbil, Marağa, Urmiya, Miyanic, Xunəc, Ucan, Dəxərrəqan, Xuvey, Səlmas, Mərənd, Təbriz, Bərzənd, Varsan, Muğan, Cobravan, Uşnuh, Bərdə, Kərnə, Ləsub, Yəqtan, Bab əl – Əbvab (Dərbənd), Tiflis, Beyləqan, Bərdic, Şəmaxiyyə (Şamaxı), Şirvan, Abxaz, Şabran, Qəbələ, Şəkki (Şəki), Cənzə (Gəncə), Şəmkur, Xunan, Zəncan, Bakuh (Bakı) və s.

Əl – İstəhrinin adlarını çəkdiyi şəhərlər arasında Tiflis və Abxaz şəhərlərinin (vilayətinin) adları, xüsusən də “Abxaz” adı diqqəti xüsusi çəkməkdədir. Təbii ki, bu halda söhbət bugünkü Gürcüstanın şimal – qərbində, Qara dəniz sahilində yerləşən Abxaziyadan gedir ki, bu da Polibinin söylədikləri ilə tam üst – üstə düşür. Həmin dövrdə Abxaz və Tiflisin yerləşdiyi ərazilər də daxil olmaqla, bütün

105

Page 106: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Qərbi Gürcüstan ərazisini, daha dəqiq desək, onun ərazisinin təqribən 70 - 80 faizi Azərbaycanın Aran (Arran) vilayətinin tərkib hissəsi idi. Maraqlıdır ki, həmin ərazi əski gürcü mənbələrində “Didi Türkoba” (Böyük Türk obası) adlandırılmaqdadır. Bu barədə Voroşil Qukasyan belə deyir:

“ Təsadüfi deyi ki, o dövrdə (Xl əsrdə) Gürcüstan gürcü tarixçilərinə iki ad altında məlum idi: Kartveloba (hərfi mənada Gürcü obası) və Didi Türkoba (Böyük Türk obası). Bütün Qərbi və Şərqi Gürcüstan Didi Türkobaya daxil idi”.

Mənbələr Didi Türkobanın əhalisinin qıpçaq olduğunu göstərməkdədir. Çağdaş gürcü tarixçiləri bu xalqın guya Gürcüstan ərazisinə gəlmə olduqlarını sübut etməyə çalışırlar. Mənbələr isə sözügedən ərazilrin ən əski çağlardan türklər ölkəsi olduğunu təsdiqləməkdədir. Eyni şeyi arxeoloji qazıntılar zamanı tapılan iskit - sak qəbirləri də ortaya qoymuşdur (Пирцхалава М.С. Памятники скифской архаики (Vlll-Vl вв. до н. э.) на территории древней Грузии. Афтореф. канд. дис.,Тбилиси, 1975.). Eyni ərazinin adı antik və erkən orta əsrlər Avropa müəlliflərinin əsərlərində bəzən Bersiliya və ya Berziliya adlandırılır, xəzərlrin (qıpçaqların) bu ölkədən çıxdıqları qeyd edilir. Həmin ad zamanla bir qədər təhrif edilərək “Borcalı” şəklində dövrümüzədək ulaşmışdır. Bu ad qədim türk soylarından barsillərin (basillərin) adı ilə bağlıdır. Barsillər isə Azərbaycanın 4 – cü əfsanəvi şahı Toqarmanın 10 oğlundan birinin soyu idi. Təsadüfi deyil ki, əski erməni (hay) mənbələri kimi əski gürcü mənbələri də öz tarixlərinin başlanğıcını Həzrət Nuhun (ə) oğlu, türklərin ulu babası hesab edilən Yafəsə və onun övladlarından Toqarmaya, yəni Azərbaycanın 4 – cü şahı və 10 türk soyunun babasına bağlayırlar. Gürcü mənbələrində Toqarma eynən erməni mənbələrindəki kimi “Torqomos” adlandırılır.

Maraqlıdır ki, “gürcü” adı ilk dövrlərdə qıpçaqların bir hissəsinin adı olmuşdur. Təsadüfi deyil ki, bu gün “gürcü” adlandırdığımız xalq özünü “kartvelo” adlandırır və azərbaycanlıların onları nə üçün “gürcü” adlandırdıqlarını anlamırlar. Özünü “gürcü” adlandıran xalq isə Türkiyədə yaşayan, Türkiyə türkcəsində danışan, fəqət dilində qıpçaq türkcəsinin qalıqları açıq – aydın hiss edilən və kartvel (bugünkü anlamda gürcü) dilini anlamayan müsəlman Rizə türkləri və hazırda Ukraynada Staroiqnatovka – Gürcü kəndində yaşayan və qıpçaq türkcəsində danışan xristian qıpçaq – gürcülərdir. Sovet dövründə sonuncuları qıpçaqdilli urumların bir qolu hesab etmək qəbul edilsə də, qıpçaq türkcəsinin yaxın şivələrində danışmalarına baxmayaraq, urumlar onları özlərindən ayırır və “gürcü” adlandırırlar. Qıpçaq - gürcülər də öz növbəsində “urum” adını qəbul etmirlər.

Urum dilinin üç əsas şivəsinin – qıpçaq - oğuz, oğuz - qıpçaq və oğuz şivələrinin olduğunu yazan A. Qarkavets “gürcü dili”ni oğuz – qıpçaq şivəsinə aid edir.

Mənbələr qıpçaq - gürcülərin ilk hökmdarı sayılan qıpçaq qızı Tamaranın (Xll əsr) saraynda qıpçaq dilində danışıldığını, ordunun da qıpçaqlardan ibarət olduğunu göstərməkdədir. Bu faktı A. Krımski də təsdiq etmək məcburiyyətində qalmışdır:

“Tamaranın sarayında türk dili heç də istisna deyildi. Amma bu, Xl əsrdə Səlcuqlu istilaları dövründə Orta Asiyadan Qafqaza gələn və Gürcüstanın tam

106

Page 107: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

sərhəddində, o cümlədən Gəncə yaxınlğındakı Aranda məskunlaşan, öz köçəri məişətini davam etdirən və hərbi yürüşlərə meyilli olan müsəlman türklərin dili deyildi. Tamara, təbii ki, onları da tanıyırdı və onun hökuməti onların Kür və İori çaylarının qovşaq sahillərinə yürüş etməmsinə çox diqqət edirdi. Tiflis sarayında isə hörmət və sevgi sahibi olanlar isə... başqa türklər – poloveslər, yəni qıpçaqlar idi. Xll əsirdə bu qıpçaqsevərlik gürcü çarlğında (?!) irsi idi, şəxsi türk qvardiyası çarı təhlükələr vaxtı feodallara hərbi güc üçün müraciət etməməyə imkan verirdi”.

Xatırladaq ki, Mahmud Kaşğarlının Xl əsrdə cızdığı xəritədə bütün Qafqaz ərazisi, o cümlədən bugünkü Gürcüstan ərazisi “Dəbənd – Xəzəran”, yəni “Xəzərlər ölkəsi” kimi göstərilmiş, Azərbaycan isə ondan cənubda qeyd edilmişdir. Yeni türk Ensiklopediyasının Xl cildinin 4371 – ci səhifəsində bildirilir:

“...Acarlar əslən kuman – qıpçaq türkü olub, ortodoksluq yolu ilə gürcüləşmişdir”.

Əl – İstəhri Azərbaycanın batı (qərb) və quzey sərhədlərindən söz açarkən, Lan ölkəsinin adını çəkir:

“Azərbaycan, Arran və Ərməniyyəni biz bir xəritədə yerləşdirib, vahid iqlim (kimi qəbul) etdik. Şərqdən buranı Cibəl, Deyləm, Xəzər dənizinin qərb (hissəsi), qərbdən Ərmən və Lan sərhədləri, Cəzirə sərhəddinin bir hissəsi, şimaldan Lan və Qabq (Böyük Qafqaz) dağları, cənubdan İraq və Cəzirə sərhədlərinin bir hissəsi var.”

Məlumat üçün bildirək ki, ərəblər Lan deyərkən, qədim yunanların Alaniya (alanlar ölkəsi) adlandırdıqları və bugünkü Rusiyanın Gürcüstanla sərhəd olan Quzey Qafqaz torpaqlarını nəzərdə tuturdular. Lan ölkəsinin Azərbaycanın şimal və qərb sərhədlərini təşkil etməsi indiki Gürcüstanın böyük hissəsinin, eləcə də Dağıstanın, Çeçenistanın və İnquşetiyanın Terek çayına qədər olan hissəsinin “Azərbaycan” anlayışına daxil olduğunu sübut etməkdədir. Təsadüfi deyil ki, Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində rast gəlinən “druz” (durdzuk”, çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

Xlll əsrin əvvəllərində qələmə alınmış farsdilli anonim bir mənbədə (Əcaib əd – dünya) “Lan” əvəzinə “Alaniya” yazılmışdır:

“Alaniya. Bu şəhər Abxazla Qıpçaq arasında yerləşir. Orada çoxlu müsəlman yaşayır.”

Maraqlıdır ki, Əl – İstəhri, Azrbaycan əhalisindən, daha dəqiq desək, Xəzərin qərbindəki geniş düzənlikdə yaşayan əhalidən danışarkən, onları “ğuz”, yəni “oğuz” adlandırmış və onların türk boylarından biri olduğunu qeyd etmişdir. Bu da Atropatenanın əsas sakinlrinin uksilər (oğuzlar) olduğunu bildirən antik müəlliflərin dedikləri ilə üst – üstə düşür.

Əl – İstəhrinin xahişi ilə onun əsərini genişləndirən və ona şərhlər yazan X əsr müəllifi İbn Hövqəl Azərbaycanın, daha dəqiq desək, Aranın şəhərlərindən danışarkən, Tiflisin də adını bu siyahıda göstərmişdir. X əsrin digər müəllifi Əl – Müqəddəsi də özünün “Kitab əhsən ət – təqasim fi – mərifət əl - əqalim” adlı əsərində Tiflisi Aranın, yəni Azərbaycanın şəhərlərindən biri kimi qeyd etmişdir. O, eyni zamanda yazmışdır:

107

Page 108: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

“Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara Varzaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk (Kazbek) sıra dağları birləşir. Bu dağlar çox böyükdür.”

Mənbəlrdən belə aydın olur ki, Azərbaycanın, daha dəqiq desək, Aranın tarixi şəhərlərindən olan Tiflis artıq Xl əsrdə xəzər (qıpçaq) - gürcülərin əlinə keçmiş və bir müddət Gürcüstanın (Kartvelobanın) paytaxtı olmuşdur. Şəhərin əhalisi isə bütünlüklə müsəlman türklərdən ibarət idi. Qıpçaq - gürcülər buna müsəlman oğuzlarla ədavət aparan digər xristian qıpçaqların (Didi Türkoba əhalisinin) yardımı sayəsində nail olmuşdular. Tiflisin o dövrki vəziyyəti barədə fars dilində (Xlll əsrin əvvəllərində, Əbubəkr İldəgizin hakimiyyəti dövründə) qələmə alınmış, müəllifi məlum olmayan “Əcaib əd – Dünya” adlı kitabda bunlar yazılmışdır:

“Bu, böyük və müdafiəsi yaxşı təşkil edilmiş, əlçatmaz bir dərədə yerləşən şəhərdir. Şəhərin tam ortasından keçən çayın üzərində böyük bir körpü inşa ediblər, körpünü ətrafında çoxlu sayda ticarət yerləri hazırlayıblar. Şəhərlə üzbəüz yaxşı inşa edilmiş qəsr var, qəsrdə hökmdarların saraylar tikilib, çoxlu nəzarət qüllələri var. Çay qəsrin önündən keçir, odur ki, kiçik darvazadan nə atılarsa, çaya tökülür.

Tiflis Arana aid edilir, (ona) əvvəl müsəlmanlar hakim idi, indi isə artıq 110 ilə yaxındr ki, ora gürcülər hakimdirlər (söhbət kartvellərdən yox, xristian qıpçaq - gürcülərdən gedir). Oranın əhalisi müsəlmanlardır, dində qatı təkallahlı və qəriblərə dostdurlar, çoxlu məscidləri var və namaza da yaxşı səsləyirlər.”

Məlumat üçün bildirək ki, bu hal uzun sürməmiş və şəhər tezliklə Azərbaycanın tərkibinə qayıtmışdı. Onu da xatırladaq ki, Abxaziya, eləcə də bugünkü Gürcüstan (keçmiş Tiflis xanlığı) Azərbaycanın digər şimal əraziləri ilə birlikdə 1813 – cü ildə Gülüstan müqaviləsi əsasında Azərbaycan səltənətinin tərkibindən qoparılaraq Rusiyanın yurisdiksiyasına keçmişdi. Bu fakt sözügedən müqavilənin 3 –cü bəndində öz əksini tapmışdır:Orada deyilir:

“Şah Əlahəzrətləri Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölü əyaləti ilə birlikdə) İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir. “

Bu maddədən göründüyü kimi, Azərbaycanın Qacarlar hökuməti Gürcüstanın (Tiflis xanlığının) və bu gün Gürcüstanın tərkibində olan İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın, eləcə də Dağıstanın, yəni Qazi Qumuq xanlığının da digər Azərbaycan əyalətləri kimi Azərbaycandan Rusiyaya keçməsinə məcbur və boyun olmuşdur. Bu isə o deməkdir ki, həmin torpaqlar rus işğalına qədər Azərbaycana aid idi. Azərbaycan tarixşünaslığı bu barədə susur.

108

Page 109: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Türkməncay müqaviləsinin 3-cü maddəsində isə Azərbaycanın başqa bir xanlığının – İrəvan xanlığının adı çəkilir.

Tiflisin aid edildiyi Azərbaycanın Aran vilayətinə gəlincə, bu vilayət haqqında eyni mənbədə (Əcaib əd – dünya) bunlar yazılmışdır:

“Arran. Münbit yerdir, naz - nemətlə zəngindir, şahların qışlaq yeri olub. Dünyanın heç bir yerində Arranda olduğu qədər imarət yoxdur. Heç bir yerdə buradakı qədər çoxlu sayda türk yoxdur. Deyirlər ki, orada yüz min türk atlısı var. Arranın eni və uzunu 30 X 40 fərsəngdir.”

Təqribən eyni dövrdə Şihabəddin Nəsəvi isə yazmışdır:“Arranda türkmənləri bir yerə toplasaydılar, qarışqa və çəyirtgə yığnağını

xatırladardı”.Maraqlıdır ki, bəzi ərəb müəllifləri Arandan (Arrandan) danışarkən

onu iki hissəyə bölmüşlər. Məsələn, İbn Hövqəl (X əsr) “hər iki Arran” ifadəsini işlədərək, Kabk (Kazbek, Qafqaz) hakimlərinin Azərbaycan hökmdarına vergi verdiklrini qeyd edir, Azərbaycan hökmdarını isə “Azərbaycan, Ərməniyyə və hər iki Arranın şahı” adlandırır. Bu isə o deməkdir ki, həm Aran, o cümlədən bugünkü Gürcüstanın böyük bir hissəsi və tarixi Ərməniyyə (Van gölü və ətrafı) Azərbaycanın əyalətlərindən və tərkib hissəsindən başqa bir şey olmamış, Quzey Qafqaz xalqları da Azərbaycandan asılı olmuşlar. Yəni “Azərbaycan dedikdə, Arazdan güneydəki torpaqlarımzla yanaşı, Qafqazın bütünü – həm güneyi, həm də quzeyi başa düşülməlidir.

A. S. Sumbatzadə mövzu ilə bağlı yazır:“Bizə elə gəlir və bu da tarixi gerçəkliyə uyğundur ki, bu “Arran”lardan

birincisi dedikdə, Derbənddən Tiflisə qədər Xəzər sahili və Kürün sol sahili boyunca uzanan və tarixi Albaniya ərazisi ilə, demək olar ki, üst –üstə düşən geniş düzənlik parçası nəzərdə tutulur, İkinci “Arran” isə, Muğanı da əhatə etməklə, sağ sahil Albaniyasına uyğun gəlir. Bununla yanaşı qeyd etmək lazımdır ki, N. M. Vəlixanovanın yazdığı kimi, ərəb müəllifləri... Arran – Albaniya ərazisini də “Azərbaycan” adlandırmışlar. Faktlara müraciət edək. Əl – Kufiyə görə, “Əl –Adiyyə (ibn Adiyy əl – Kindi) ... Azərbaycan ölkəsinə yola düşdü və Beyləqanda düşərgə saldı... Əl – Həris ibn Əmr Azərbaycana yola düşdü və Bərdədə dayandı” Əl – Cərrah ibn Abdullah əl – Həkəmin Şəkidə olmasını xatırladan Əl – Kufi yazır: “O (xəlifə Hişam – A. S.), Əl – Cərrah ibn Abdullah əl – Həkimə Azərbaycanda qalmağı əmr etdi. Ət – Təbəri və İbn əl – Əsirin yazdıqlarına görə, 91 – ci (709 – 710) ildə Məsləmə ibn Əbdülmalik türklərə qarşı yeni yürüş təşkil etdi “və Azərbaycan diyarındakı Əl – Baba (Dərbəndə) çatdı və bir çox şəhər və qalaları fəth etdi.”

Bizcə, ərəb müəlliflərinin əsərlərində Aranın şərti olaraq iki hissəyə bölünməsinin və ya bəzi hallarda hətta iki Arandan, yəni mərkəzləri Bərdə və Tiflis olan “Aranlardan” söhbət açılmasının əsas səbəbi din fərqi olmuşdur. Bu Aranlardan birincisində, hələ də qıpçaqca danışılan Bərdə istisna edilməklə, bütünlüklə oğuz (Azərbaycan) türkcəsində danışılırdı və əhali də artıq bütünlüklə müsəlmanlaşmışdı. İkincisində isə qıpçaq (Aran) türkcəsi hələ də üstünlük təşkil edirdi və qıpçaqların müəyyən bir qismi xristianlaşmışdı, əksəriyyət təşkil edən

109

Page 110: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

digər hissəsi isə hələ də əski dinlərində (Tenqriçilik) qalırdılar. Təsadüfi deyil ki, əsərində qıpçaqları kuman adlandıran Xll əsr müəllifi Suriyalı Mixail onların nə Musanı, nə İsanı, nə də Məhəmmədi tanımadıqlarını yazmışdır. Əlbəttə, həmin dövrdə xristian qıpçaqlar da var idi. Bunlar, qıpçaq – qarqarlar idilər və Bərdə ətrafında yaşayırdılar.

Yuxarıda İbn Hövqəldən misal çəkdiyimiz məlumat sübut edir ki, artıq lX – X əsrlərdən etibarən, bəlkə də ondan çox – çox öncə həm Ərməniyyə, həm Aran, o cümldən bugünkü Gürcüstan və Abxaziya, həm də Albaniya tarixin arxivinə qarışaraq bir dəfəlik Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrilmişdilər. Çox güman ki, bu prosesin əsası artıq Sasani şahı l Qubadın dövründə qoyulmuşdur. Bu barədə Qiyasəddin Qeybullayev haqlı olaraq yazmşdır:

“Xatırladaq ki, l Qubad şahın dövründə Sasani imperiyası 4 vilayətə bölünmüşdü və Ərməniyyə Aturpatakan, İberiya və Albaniya ilə birlikdə paytaxtı Aturpatakandakı Gəncə şəhəri olan şimal bölgəsinə daxil idi.”

Mənbələrdə “Sünik”, “Sisakan” və ya “Sünestan” adlandırılan Qərbi Azərbaycan (bugünkü Ermənistan) ərazisinə gəlincə, Vl əsr Suriya müəllifi Zaxari Ritor bu əyaləti Aran, Qurzan və Ərməniyyə ilə yanaşı, ayrıca bir vilayət kimi yad edir. Eyni zamanda süniklilərin də Yafəsin soyundan olduqları, Aran vilayətinin ilk hökmdarı Aranın da sünikli (sisakanlı) olduğu bildirirlir. Fəridə Məmmədova haqlı olaraq yazır:

“”Vlll əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət imiş. Etnik, mədəni və siyasi baxımdan Ermənistandan çox Albaniya və Atropatenaya bağlı olmuşdur,.. gah Albaniyadan, gah da Atropatenadan asılı vəziyyətə düşmüş, arabir müstəqil olmuşdur”.

Vl əsdə Ərməniyyənin Bizans və Sasani imperatorluğu arasında bölüşdürülməsindən sonra farsların Süniki Ərməniyyə ilə eyni inzibati əraziyə daxil etmək cəhdinin Sünik əhalisi tərəfindən etiraz və üsyanla qarşılandığı məlumdur. Maraqlıdır ki, oranın xristian əhalisi Sasani şahı Ənuşirəvana müraciət edərək, Sünik torpaqlarının arxivlərinin Paytakarana (Aranın paytaxtına-Bərdəyə) köçürülməsini, onların üzərindən təhqiredici “erməni” adını götürməyi ərazilərini də Aturpatakana (Azərbaycana) daxil etməsini xahiş etmişdilər. Onların bu tələbi yerinə yetirilmişdi. Bu məlumatdan göründüyü kimi, həmin dövrdə Aranın paytaxtı artıq Bərdə şəhəri idi və o, Azərbaycanın şəhərlrindən biri, Aran da Azərbaycanın bir vilayəti hesab edilirdi.

Ziya Bünyadov Aranın qərb sərhədlərindən söz açarkən, haqlı olaraq, Sünikin (Sisakanın) bu vilayətin tərkib hissəsi olduğunu göstərmiş və onu Ərməniyyədən Araz çaynın ayırdığını bildirmişdir.

Aturpatakandakı, yəni Azərbaycandakı Bərdə şəhərindən idarə edilən bu vilayətin Aturpatakana, yəni Azərbaycana aid olduğunu Dərbənd qalası üzərindəki Sasani yazıları sübut etməkdədir. Ərəblər ölkəmizi ələ keçirdikdən sonra Aturpatakan “Azərbaycan” kimi tələffüz edilməyə başlanmışdır.

Şübhəsiz ki, aralarında əsrlərcə vaxt fasiləsi olan antik müəlliflərin söylədikləri ilə ərəb və müsəlman müəlliflərinin söylədiklərini tutuşduraraq irəli sürdüyümüz mülahizələr bəzilərinə bir o qədər də inandırıcı görünməyə bilər. Lakin bu metod tamamilə özünü doğruldur. Çünki ərəb elmi bütünlüklə qədim

110

Page 111: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yunan elmi üzərində ucalmışdı. Tarixi mənbələrdən məlumdur ki, ərəblər qədim yunan alimlərinin əsərlərinə böyük önəm verir və onları sevə - sevə öz dillərinə tərcümə edirdilər. Evklid, Ptolomey, Hippokrat, Aristotel, Platon, Teofrast,, Porfiri, Halen, Arximed və s. alimlərin əsərləri də bu sırada idi. Bu baxımdan coğrafiyaşünas alimlərin əsərləri də istisna deyildir. Məsələn, İbn Xordadbehin ərəb - islam coğrafiya elminin klassikası hesab edilən “Kitab sürət əl - ərz” (Dünyanı əks etdirən kitab) adlı əsəri bütünlüklə Klavdi Ptolomeyin “Coğrafi rəhbər” əsərinin yenidən işlənmiş variantı, daha doğrusu, şərhidir.

Yenidən Strabona qayıdaq. O, daha sonra deyir:“Parfiyanın sərhəddini Fərat çayı və çayn o biri tərəfindəki (şərq) əyalətlər

təşkil edir. Çayın bu tərəfindəki torpaqlar isə Babilə qədər romalılara və ərəb qəbilə başçılarına məxsusdur.”

Qısa şərh:Strabon Parfiya imperatorluğunun qərb sərhəddi barədə məlumat

verərək, Fərat çayının bu dövlətlə Roma imperatorluğu arasında sərhəd olduğunu bildirsə də, bu böyük türk (sak) imperatorluğunun şərq sərhədlərindən söhbət açmır. Sözügedən dövlətin şərq sərhəddi isə bugünkü Əfqanıstan, Türkmənistan və qismən Özbəkistanı da içinə almaqla, bugünkü Əfqanstan - Pakistan sərhəddinə qədər uzanırdı. Oradan şərqə doğru isə şərq saklarının, sonrakı dövrdə isə ağ hunların (kuşan türklərinin) imperatorluğu başlayırdı və həmin imperatorluq bugünkü Pakistanı, Hindistanın şimalını, Özbəkistan və Tacikistanın bir hissəsini və Şərqi Türküstanı (Çinin Sincan – Uyğur Muxtar Vilayətini) əhatə edirdi.

Pompey Troq eramızın 7-ci ilində yazmşdır:“Aşşur və midiyalıların (madayların) hakimiyyəti dövründə bütün şərq

xalqları içərisində ən az tanınmış xalq parfiyalılar idilər. Eəlcə də Şərq üzərində hökmranlıq midiyalılardan farslara keçdikdə bu xalq adı bilinməyən bir xalq kütlə-si kimi qaliblərin şikarına çevrildi. Daha sonra Şərq makedoniyalıların əlinə keçdikdə onlar makedoniyalılara tabe oldular. Odur ki, onların öz qəhrəmanlığı ilə bir vaxt qulları olduqları Şərq xalqlarını necə fəth edib onların hakiminə çevrildiklərinə təəccüb etməmək mümkün deyildir. Onlar üç dəfə başlarında böyük Roma sərkərdələrinin durduğu Roma qoşunlarının təcavüzünə məruz qaldılar. O zaman Roma özünün ən qüdrətli çağlarını yaşayırdı və yalnız bir xalq (parfiyalılar) onlara müqavimət göstərməyi və onlara qalib gəlməyi bacardı. Fəqət onlara yadelli düşmənlər üzərində qələbələrdən daha çox minlərlə şəhərlərə sahib olan və vaxtilə şöhrət sahibi olmuş Aşşur, Midiya və Fars şahlıqlarından, eləcə Baktriyadan daha çox fərqlənə bilməsi şöhrət gətirmişdir. Üstəlik də onlar iskitlrin amansz hücumlarına məruz qalır, digər qonşuları ilə müharibələr aparırdılar. Bir sözlə, hər tərəfdən təhlükə ilə üz – üzə idilər.

O şəxsləri ki, daxili çəkişməlr nəticəsində İskitlər ölkəsindən (Kür və Araz ovalığındakı Sakasenadan) qovmuşdular (bardıqlar – partılar, yəni parfiyalılar) Qirkaniya (Xəzər dənizi) ilə daqlar (sak tayfalarından biri), apratanlar və marqianlar arasında, çöllük bir yerdə məskunlaşdılar. Sonra onlar öncə heç bir müqavimətə rast gəlmədən, daha sonra isə qonşuların müqavimətini qıra – qıra, öz torpaqlarını təkcə geniş çöllüklər hesabına deyil, qayalıq və dağətəyi ərazilər

111

Page 112: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

hesabına genişləndirdilər. Bu səbəbdəndir ki, parfiyalıların torpaqlarının bir hissəsində dözülməz istilər, başqa bir yerində isə sərt soyuqlar hakimdir: dağda əhali qardan, düzənlikdə isə nəfəs kəsən istilərdən əziyyət çəkirlər. Makedoniyalıların hakimiyyətindən azad olduqdan sonra Parfiyanı carlar (xaqan-lar) idarə edir. Çarlara ən yaxın olan silk probullardır (? Kitabın bu yeri pozuq olduğundan kəlmə əslində oxunmur, odur ki, “probullar” sözü şərtidir). Müharibələr dövründə sərkərdələr, dinc vaxtlarda isə hakimlər (xanlar) bu silkin nümayəndələri olur.

Parfiyalıların dili İskit dili ilə midiyalıların dilinin ortasında olan bir dildir və ikisinin qarışığından yaranıb. Bir vaxtlar onlar özlərinəməxsus geyim geyərdilər. Varlandıqdan sonra isə midiyalıların şəffaf və qırışlarsız paltarlarına keçdilər. Silahları isə əcdadları iskitlərin silahları kimidir.”

Qısa şərh:Pompey Troq parfiyalıların dilini iskitlərin (işquzların) və midiyalılarn

dilinin ortasında olan bir dil olduğunu söyləməklə, onların dilinin türk dilinin bir şivəsi olduğunu təsdiq edir. Bu dilin nə olduğunu isə biz yuxarıda nümunə kimi göstərdiyimiz Artaşesin sərhəd daşı üzərindəki yazıdan kimi gətirdiyimiz sitatdan artıq bilirik.

Müəllifin söylədiklərindən bizim üçün ən çox marağa səbəb olan məsələlərdən birisi onun “Şərq” və “Şərq ölkələri” ifadələrindən istifadə etməsi və onlara aydınlıq gətirməsidir. Onun dediklərindən belə aydın olur ki, o dövrdə “Şərq” və “Şərq ölkələri” dedikdə Atropatena, Albaniya, Böyük Midiya, Persiya, Parfiya və Baktriya nəzərdə tutulurmuş. İndiki dillə desək, bugünkü İran, Azərbaycan, Əfqanıstan, Türkmənistan və Özbəkistan əraziləri nəzərdə tutulur. Bunu bildikdən sonra Azərbaycanın xristian – alban mənşəli tarixçisi Musa Kağankatlının nədən Albaniyanı “Şərq ölkəsi” adlandırdığı daha yaxşı anlaşılır. Eyni zamanda, böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin türklərin ulu babası Yafəsin (Olcayın) hakim olduğu ərazidən söhbət edərkən Türküstanla yanaşı, “Şərq ölkəlləri”nin adını çəkməsinin nə anlama gəldiyi məlum olur. Maraqlıdır ki, bu günün özündə də Azərbaycan türkləri, xüsusən də yaşlı nəsil arasında “biz şərqliyik”, “biz şərq millətiyik” kimi tanmlamalar çox yayğındır.

Sözügedən geniş ərazi (Şərq ölkələri) üzərində hakimiyyət uğrunda daim bu ərazidə yaşayan türklərlə, xüsusən də Azərbaycan türkləri ilə farslar arasında mübarizə getmişdir. Firdovsidən sonra farslar içərisində yayğın olan və hazrda İranda tarix dərsliklərində təbliğ edilən fikrə görə, bu ərazilər guya “Böyük İran” ərazisidir. Bu mövzu üzərində xüsusi durmağımızın və Parfiya dövlətinə bu qədər geniş yer ayırmağımızın səbəbi aşağıdakılardır:

1) Sözügedən geniş ərazi vaxtilə mərkəzi indiki Azərbaycan (Cənubi Azərbaycan) ərazisində olmuş Manna və Midiya dövlətlrinin tərkibində olmuşdur;

2) Atropatena və Albaniya dövlətləri bu geosiyasi məkanla sıx bağlı olmuş, sonrakı əsrlərdə vücuda gələn və həmin ərazini içinə alan türk mənşəli Parfiya, Səlcuqlular və Elxanlılar imperatorluqları dövründə Azərbaycan yenə mərkəzi əyalətə, yəni imperatorluğun mərkəzinə və başına çevrilmişdir;

112

Page 113: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

3) İldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar iqtidarları dövründə Azərbaycan imperatorluğu sözügedən ərazinin böyük bir qismini, bəzən isə tamamını əhatə etmişdir.

Pompey Troq davam edir:“Parfiyalılara gəlincə, önlar öncələr Roma ilə dostluğa can atırdılar, amma

buna baxmayaraq, onlara qarşı müharibəyə başlayan Krassdan müdafiə olunmağa məcbur olmuşdular. Eyni hal onların özlərinin müharibəyə başlayıb Pakoru Asiyaya qarşı göndərərkən də təkrarlanmışdır. Fəqət Ərməniyyə hökmdarının məsləhəti ilə hərəkət edən və sonda da onun xəyanəti ilə üzləşən (romalı) Antoni müharibədə uğursuzluğa uğradı. Pakorun varisi Fraat (Fərhad) Sezar Avqustla dostluğa o qədər çox can atırdı ki, hətta parfiyaların Roma üzərində qələbəsinin rəmzi olan qənimətləri ona göndərmişdi. Danışıqlar aparmaq üçün Suriya perefekti Titini dəvət edən Fraat ona dörd oğlunu: Seraspadananı, Rodaspanı, Fraatı və Bononu iki arvadı və övladları ilə birlikdə girov verdi. Səbəb isə o idi ki, o, özünə qarşı sui-qəsd edilə biləcəyindən qorxurdu. Parfiya xaqanı yaxşı başa düşürdü ki, Arsaklar sülaləsindən kimsənin yardımı olmadan heç kəs ona qarşı mübarizədə uğur qazana bilməz. Çünki parfiyalılar bu sülaləyə istisnasız bağlı və sədaqətlidirlər. Elə bu səbəbdən də o öz oğullarını sürgün etdirdi ki, özünə qarşı pis fikirlərdə olanların bütün ümidlərini puça çıxarsın. Onun övladlarından sağ qalanlar bu gün də Romada şahlara layiq hörmət görərək dövlət hesabına yaşamaqdadırlar. Digər Parfiya xaqanları da Romaya elçilər göndərər və danışıqlar aparadılar.”

Qısa şərh:Bu sözlərdən göründüyü kimi, Arsaq sülaləsi parfiyallar, yəni saklar

içərisində son dərəcə böyük nüfuz sahibi olmuşlar. Bu üzdən də Parfiya xaqanı Fərhad öz oğullarını Romaya girov kimi göndərmişdi ki, ölkəsində özündən başqa bu sülalənin başqa bir üzvü qalmasın və heç kəs də ona qarşı üsyan qaldırmağa cəsarət etməsin.

Məlumat üçün bildirək ki, bu sülalənin nümayəndələri, fars – Sasanilər tərəfindən devrildikdən sonra da Ərməniyyədə (ərəb işğalına qədər) və Albaniyada (Mehranilərə qədər) uzun müddət hakim olmuşlar.

İosif Flaviy məsələni başqa cür şərh edir və yazır:“...Təqribən eyni dövrdə Parfiya xaqanı Fraat (Fərhad) oğlu Fraatakın əli

ilə qətlə yetirildi. Bunun səbəbi isə bu idi: Baxmayaraq ki, Fraatın qanuni övladları var idi, o özünə Yuli Sezarın bir çox hədiyyələrlə birlikdə göndərdiyi Formusa adlı italik (italiyan) mənşəli bir kənizi arvad etmişdi. Əvvəllər o, kənizlə qeyri – qanuni yaşayırdı, lakin zamanla onun gözəlliyindən vəcdə gələrək onunla evləndi və onu özünə qanuni arvad etdi. Qadın ona Fraatakı doğdu. Qadın tez bir zamanda xaqan üzərində güclü təsir qüvvəsi əldə etdi və öz oğlunu vəliəhd edə bilmək üçün əlindən gələni əsirgəmədi. Lakin o, başa düşürdü ki, Fraatın qanuni övladlarından qurtulmayınca buna nail ola bilməyəcək. Bu səbəbdən də o, ərini öz qanuni övladlarını girov kimi Romaya göndərməyə dilə tutdu. Hər şey belə də oldu. (Fraat Formusaya heç bir şeydə etiraz etmək gücündə deyildi). Fraatak beləcə tək qalaraq, gələcək hakimiyyət üçün hazrlandırıldı. Bununla belə, Fraatakın taxta oturmaq üçün atasının ölümünü gözlməyə səbri çatmırdı və o,

113

Page 114: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

atasını, gəzən şayiəlrə görə, cinsi əlaqədə olduğu anasının köməyi ilə öldürmək qərarına gəldi.

Bütün bunlar, yəni ata qətli və ana ilə gizli evlilik ona qarşı təəbələri içərisində nifrət yaratdı və bu səbəbdən də o, həddi – büluğa çatmadan qiyam nəticəsində öldürüldü. Bundan sonra bir araya gələrək məsləhətləşən Parfiya zadəganları (xan və bəyləri) onların xaqansız yaşamasının qeyri – mümkün olduğu qərarına gəldilər. Xaqan isə törələrə görə Arsaqlar soyundan olmalı idi...”

Qısa şərh:Çox güman ki, Xaqan Fraatın (Fərhadın) öldürülməsində farsların əli

olmuşdur. Çünki əgər onun yad qızdan, kənizdən olan oğlunun öz doğma anası ilə cinsi əlaqədə olduğu barədə xəbər doğrudursa, bu o demkdir ki, Formusa da Fraatak da gizli olaraq, farsların dinini, yəni zərdüştüliyi qəbul etmişdilər, çünki zərdüştilik ana ilə oğulun, ata ilə qızının, bacı ilə qardaşın evliliyini savab elan etməkdə və bunu təşviq etməkdə idi. Əgər Formusa və Fraatak gizli zərdüştü idilərsə, deməli, farslarla sıx əlaqədə idilər. Farslar isə həmişə türklərə nifrət etmişlər və öz hakimiyyətlərini qurmağa çalışmışlar.

İosif Flaviyin verdiyi məlumatda diqqəti cəlb edən daha bir önəmli xüsus isə parfiyalıların əski türk törələrinə uyğun olaraq toy qurub (qurultay çağırıb), özlərinə xaqan seçmələridir. Fəqət deyilənlərdən belə aydın olur ki, xaqan yalnız Arsaqlar sülaləsindən olmalı idi. Bu fikir Pompey Troqun dedikləri ilə, yəni parfiyalıların Arsaqlar sülaləsinə bağlı və sədaqətli olduqları barədə söylədikləri ilə üst – üstə düşür.

İosif Flaviy daha sonra bildirir:“...Sonra parfiyalılar Romaya özlərinə oradakı girovlardan (Fraatın qanuni

oğullarından) xaqan tələbi ilə elçi göndərdilər. Digər qardaşlardan fərqli olaraq üstünlük Bonona verildi. O isə dünyanın iki ən böyük dövləti tərəfindən ona xaqanlıq təklif edildiyi üçün taleyin üzünə güldüyünü düşündü. Amma barbarlar (romalı olmayanlar) sabit adam deyillər və tez bir zamanda öz seçimlərindən, yəni başlarında yadelli bir qulun, - girovluluğu onlar qul olmaq hesab edirdilər, - durmasından... peşiman oldular və bunu şərəfsizlik hesab etdilr. Buna görə onlar təcili surətdə Arsaklar sülaləsindən olan Midiya (Maday) hakimi Artabanı (Ərdəbanı) xaqanlığa dəvət etdilər.

Artaban dəvəti qəbul edərək qoşunu ilə birlikdə gəldi. Lakin Bonon ona qarşı çıxdı və nəzərə alsaq ki, parfiyalılar ilk dövrlərdə hələ ona sadiq idilər, o, qələbə çaldı. Artaban Midiyaya qaçmağa məcbur oldu. Bir müddət sonra Artaban qoşun toplayıb Bonona qarşı vuruşdu və qalib gəldi. Bonon az sayda tərəfdarı ilə Selevkiyaya qaçdı. Daha sonra döyüşdən sonra özünə gələ bilməyən Parfiya ordusunun qalıqlarını qırıb çatan Artaban öz böyük qoşununun başında Ktesifona (Mədainə) üz tutdu və nəhayət, Parfiya taxtına oturdu. Bonon isə Ərməniyyəyə qaçdı. Burada o hakimiyyəti geri qaytarmaq üçün işlər görməyə başladı və romalılara elçilr göndərdi. Amma Tiberiy həm qorxaqlığı üzündən, həm də (Romaya elçilər göndərərək müharibə edə biləcəyini söyləyən) Artabanın hədələri üzündən ona mənfi cavab verdi.

Belə olan halda, taxt – tacın qaytarılmasının imkansız olduğunu, üstəlik də Nifata yaxınlığında yaşayan Ərməniyyə xanlarının Artabana sədaqət ifadə

114

Page 115: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

etdiklərini görən Bonon Suriya pretoru (canişini) Silana sığındı, sonuncu isə onu qəbul etdi. Artabana gəlincə o, Ərməniyyəni oğlu Oroda verdi...

Atropatena və Parfiya dövlətlərinin tarix səhnəsinə çıxması ilə təqribən eyni dövrdə Azərbaycanın Kürdən şimaldakı torpaqlarında da böyük dəyişiklik baş verdi. Orada massagetlərin əvəzinə başqa bir türk boyu – albanlar hakimiyyətə gəldilər və bundan sonra həmin ərazilər “Albaniya”, yəni albanlar ölkəsi adlandırılmağa başladı. Lakin bu, İskəndərdən sonra olmuşdur. Çünki həmin dövrdə sözügedən ərazidə massaget boyundan bir qadın hökmdar hakimiyyətdə idi. Antik mənbələr onu amazonkaların hökmdarı adlandırır. Eyni mənbələrdən belə məlum olur ki, Makedoniyalı İskəndər onun xahişi ilə dağ başında yerləşən Darbani (Dərbənd) qalasından dənizə qədər uzanan böyük daş səddin çatmayan hisssinidür. Yəni bu faktlar antik müəlliflərin əsərlərində təsbit edilmişdir və heç də, bəzilərinin iddia etdiyi kimi, orta əsr müəlliflərinin fantaziyası deyil. Məsələn, İskəndərin Dərbənd səddini çəkdirərək, dəmir qapı qoydurması barədə l əsrdə yaşamış İosif Flaviy özünün “Yəhuda müharibəsi haqqında” adlı əsərində məlumat verməkdədir.

ALBANİYA DÖVLƏTİ

Bu dövlətin adı barədə tarixi mənbələrdə müxtəlif maraqlı fikirlər mövcuddur. Tarixi rəvayətə görə, e.ə ll əsrdə (bəzi mənbələrə görə l əsrdə) həmin dövlətin ərazisində Ərən (Aran) adlı bir hökmdar taxt – taca yiyələnmiş və onun soyundan olanlar (Aranşahlar) bu ölkəni uzun müddət idarə etmişlər. Ölkənin gürcü, fars və ərəb mənbələrində “Aran” adlanmasının səbəbi də həmin Ərənin (Aranın) adı ilə bağlı idi. Ölkənin erməni mənbələrində “Ağvan” (Ağuan) kimi adlandrılmasına gəlincə, həm erməni müəllifi Moisey Xorenatsi, həm də alban tarixçisi Musa Kağankatlının yazdıqlarına görə, bu sözün kökündə “ağu” sözü durur ki, bu da Albaniya əhalisinin dilində “xoşxasiyyət, mehriban, comərd” deməkdir. Hökmdar Ərənin məhz belə adam olması səbəbindən ona “Ağu”, ölkəsinə isə “Ağuan - Ağvan” demişlər. Tarix elmləri doktoru, qədim dillər üzrə böyük mütəxəssis Yusif Yusifov haqlı olaraq yazır ki, “ağu” kəlməsi yuxarıda qeyd edilən anlamlarda yalnız türk dillərində qeydə alınmışdır. Həmin kəlmə, “aği” (aqi, axi, aki) formasında və eyni mənada V.V. Radlovun “Qədim türk lüğəti”ndə də qeydə alınmışdır.

“Albaniya” adına gəlincə isə, bu formaya antik mənbələrdə rast gəlinir və bu toponim ölkənin əsas etnosunun – türk mənşəli alban xalqının adından qaynaqlanır.

Tarixi mənbələrdən belə məlum olur ki, Aranşahlar sülaləsindən sonra bu ölkə başqa bir türk mənşəli sülalə - Parfiya Arsaklarının bir qolu olan Albaniya Arsakları tərəfindən idarə edilmişdir. V əsrdə Albaniya hökmdarı olan və xristianlığı öz ölkəsində dövlət dini səviyyəsinə qaldıran Cəsur Vaçaqanın da Arsaklar sülaləsindən olduğu məlumdur. O da dəqiq məlumdur ki, Albaniya – Aran dövləti eyni ərazidə özündən əvvəl mövcud olmuş Maskut (Massaget) xanlığının yerində peyda olmuşdu. Antik mənbələr keçmişdə albanlara massaget (maskut) deyildiyini söyləməkdədir. Maraqlıdır ki, Arsaklar sülaləsindən olan

115

Page 116: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Sanatürk (Sanesan) xan mənbələrdə bəzən massagetlərin, bəzənsə Albaniyanın (Aranın) hökmdarı adlandırılır. Eyni zamanda ondan “çoxsaylı hun (türk) ordusunun başçısı” kimi də söz açılmaqdadır. Sanatürkün 337 – ci ildə Araz çayının qərb sahilinə keçərək Ərməniyyə (Armeniya) torpaqlarına girdiyi və Ərməniyyənin baş şəhəri Valarşapatı tutduğu, bir il əlində saxladığı məlumdur. Mövzu ilə bağlı Yusif Yusifov yazır:

“ Sanatürk / Sanesan Armeniyanın paytaxt şəhəri Valarşapatı tutdu və bir il Armeniyanı əlində saxladı. Qaynaqların biri Sanesanı “saysız – hesabsız hunların” hökmdarı adlandırır. Sanatürk / Sanesan eyni zamanda Armeniyanın bu hissəsində yaşayan türk etnoslarını xristian təbliğatçılarının təcavüzündən qoruyurmuş. Lakin 338 – ci ildə yunan (rum – B.T) və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan (Mamikonlar türk mənşəli idilər – Y.Y.) Sanatürkün dəstələrini məğlub etdi, qalanını isə Paytakarana sıxışdırdı. ll Şapur Albaniya taxtında Sasanilərə sadiq hökmdar görmək istəyirdi. Onun zənnincə, belə hökmdar Urnayr olmalı idi. Urnayrı ll Şapurla qohumluq əlaqələri bağlayırdı”.

Urnayr ll Şapurun bacısıyla evlənərək, onunla qohumluq əlaqələrinə malik olsa da, o da Sanatürk kimi türk – Arsak sülaləsindən idi. Ərməniyyədə də eyni sülalə hakimiyyətdə idi. Beləliklə, fars - Sasani şahının yardımı ilə Urnayr 359 – cu ildə Albaniya xanı oldu, 371 – ci ilə qədər hakimiyyətdə qaldı.

359 – cu ildə ll Şapur Ərmniyyəni himayə edən və ondan Sasanilərə qarşı sipər kimi istifadə edən Romaya qarşı hücuma keçdi. Amid (Diyarbəkr) yaxınlığında böyük bir döyüş oldu. Həmin döyüşdə albanlar Urnayrın başçılığı altında farsların yanında döyüşürdülər. Müharibə Sasanilərin Ağrıdağ və ətrafını tutması ilə sonuclandı. Azərbaycanın (Adərbayqanın) Naxçıvan vilayəti Sasani ordusunun ordugahı rolunda çıxış edirdi. Döyüşdə əsir düşən erməni sərkərdəsi Vasaq edam edildi. Ərməniyyənin xanı ll Arsak zindana salındı.

Tarixi mənbələrdən belə məlum olur ki, Urnayr 371 – ci il müharibəsində də romalılara qarşı farslarn müttəfiqi kimi çıxış etmişdi. Fəqət bu dəfə müharibə romalıların qələbəsi ilə bitdi. Döyüşdə Urnayr yaralandı. Romalılar nəinki Ərməniyyəni qaytardılar, hətta Adərbayqan (Azərbaycan) və Albaniyanın bəzi bölgələrini işğal edib Ərməniyyəyə qatdılar. Ermənilər isə Muşeq Mamiqonyan (Muşeq Mamikon) adlı erməni mənşəli Roma sərkərdəsinin başçılığı ilə işğal edilmiş ərazilərdə əhaliyə divan tutdu. Qadın – uşaq demədən minlərlə insanı qırıb tökdü. Kəndləri, şəhərləri oda verdi. Lakin bu uzun sürmədi, işğal olunmuş torpaqlar tezliklə geri qaytarıldı.

Tarixi mənbələr dövrümüzədək türk – Arsak sülaləsindən olan sonrakı alban xanlarının da adını çatdırmışdır. Bunlardan biri də Arsvaqen (430 - 440) idi. Onun dövründə alban əyanlarının önəmli hissəsi xristian idilər. Mənbələrin yazdığına görə, onun hakimiyyəti dövründə Ərməniyyə və Albaniyaya (Arana) gələn suriyalı xristian maarifçisi Mesrop Maştots öncə ermənilər üçün yeni əlifba düzəltmiş, daha sonra isə Albaniyaya (Arana) keçərək əski alban yazısını yenisiylə əvəz etmişdir.

Arsvaqendən sonra onun oğlu, fars - Sasani şahı ll Yəzdəgirdin bacısı oğlu ll Vace (440 - 463) Albaniya xanı oldu. O, Yəzdəgirdin təkidi ilə Albaniyada

116

Page 117: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

atəşpərəstliyi yaymağa çalışsa da, xalqın buna qarşı çıxması ilə istəyinə nail ola bilməmişdi. Sasani imperatorluğunda daxili çəkişmələrdən istifadə edən ll Vaçe sonradan siyasətini dəyişərək, xristianlara arxalanmağa, farslara qarşı çıxış etməyə başladı. Fəqət farsların yeni şahı Firuz alban tayfalarından onuyğurları (onoqurları) öz tərəfinə çəkərək, onu hakimiyyətdən əl çəkməyə məcbur edə bildi.

Bundan sonra 30 illiyə müstəqilliyini tam itirən Albaniya (Aran) həmin dövrdə fars canişinləri tərəfindən idarə edildi. 30 il sonra isə ll Vaçenin qardaşı, ölkədə farsların dinini, yəni zərdüştiliyi (atəşpərəstliyi) yaymağa boyun olan Qarabağ bəyi lll Cəsur Vaçaqan (493 - 510) qohumu, fars şahı Balaşın köməyi və dəstəyi ilə Albaniyanın (Aranın) xanı oldu. Fəqət o, zərdüştiliyi yaymaq sözünə sadiq qalmayaraq, xristianlığı ölkənin dövlət dininə çevirdi. Onun dövründə bütün digər dinlərin nümayəndələri təqib edilməyə başlandı. Kitabları yandırıldı. Vaçaqan 498 – ci ildə Aquen məclisini çağıraraq, xristian dini qanunlarını rəsmiləşdirdi. Ölkənin hər yerində məktəb açaraq, albanların yeni əlifbası ilə alban dilində yazılmış dini kitabları öyrətməyə başladı.

lll Vaçaqan tarixə Albaniyanın türk – Arsak sülaləsindən olan sonuncu xanı və ümumiyyətlə son alban xanı kimi düşmüşdür. Arsaklardan sonra xristian albanların başına keçən fars (tat) mənşəli Mehranilər sülaləsi xristianlığı qəbul edərək, Girdiman ərazisində bəylik şəklində siyasi fəaliyyət göstərməkdə idilər. Ən tanınmış nümayəndələri Cavanşir olmuşdur. Azərbaycanın ərazisi İslam xilafətinin tərkibinə keçdikdən sonra həm Ərməniyyə (Van gölü və ətrafı), həm də Aran, yəni Albaniya birdəfəlik Azərbaycana birləşdirildi. Bununla belə, albanlar bir müddət Qarabağ və Qərbi Azərbaycanda, əsasən də Zəngəzurda Azərbaycandan asılı muxtar bəyliklər şəklində siyasi yaşamlarını sürdürmüşlər. Sevad xanın və oğlu Senekərim xanın dövründə (Xl əsr) isə Zəngəzur və Qarabağda Albaniya xanlığını bərpa etməyə və bir müddət müstəqil yaşamağa cəhd də etmişdilər. XVl əsrdə, dəqiq desək, Şah Abbasın dövründə isə onlara Qarabağ ərazisində 5 məliklik (Xəmsə) qurmaq və dini ibadətlərini azad şəkildə icra etmək icazəsi verilmişdi.

Albanların sonradan islamı qəbul edən əksər hissəsi Azərbaycan xalqınn etnogenezində yaxından iştirak etmişlər. Xristian dinində qalan çox kiçik hissəsi isə XlX əsrə qədər dillərini qorumuş olsalar da, sonradan etnik şüurlarını tədricən qeyb etmiş və ruslar tərəfindən Azərbaycana, o cümlədən Qərbi Azərbaycan və Dağlıq Qarabağa kütləvi şəkildə köçürülən ermənilərin içində ərimişlər.

Xll əsrin böyük alban mütəfəkkiri Mxitar Qoşun “Alban salnaməsi” və Xlll əsrin böyük alban tarixçisi və ilahiyyatçsı Kirakos Gəncəlinin “Alban ölkəsinin qısa tarixi” əsərlərindən göründüyü kimi, albanlar müsəlman soydaşlarndan fərqli olaraq, həmdinləri olan ermənilərə və gürcülərə həmişə xoş münasibət bəsləsələr də, Xll – Xlll əsrlərdə də alban etnik kimliyini unutmamışdılar. Təsadüfi deyil ki, onların hər ikisi əsərlərini doğma alban dilində yazmışlar və onların ana dilində qələmə aldıqları əsərlrinin bəzi hissələri dövrümüzədək çatıb. Qərbi Azərbaycanın (indiki Ermənistan) Sisian rayonunun Urud kəndindən tapılan, XVl əsrə aid olan, albanlara məxsus qəbirlərin üstündəki kitabələr də bunu bütünlüklə təsdiq etməkdədir. O da danılmaz faktdır ki, alban katalikosluğu XlX əsrə qədər mövcudluğunu sürdürmüş və onun mərkəzi kimi Qarabağ ərazisi çıxış etmişdi.

117

Page 118: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

XVl – XVll əsrlərə aid çoxsaylı alban əlyazmalarını yaratmış mirzələrin o dövrdə, hələ də dillərini unutmadıqları, bəzi hallarda onu “tatar dili” adlandırdqları müşhidə edilir. Bəzi əlyazmaların mətnlərinin məzmunundan onlarn özlərini “erməni” adlandırdıqları, erməni kimi düşündükləri təəssüratı yaranır. Fəqət bu halda söhbət alban müəlliflərinin orijinal əsərlərindən yox, erməni müəlliflərinin alban, yəni qıpçaq – qarqar dilinə tərcümə edilmiş əsərlərindən gedir. Alban müəlliflərinin orijinal əsərlərində bənzər haldan əsər – əlamət belə yoxdur və ola da bilməz. Bununla belə, həmin əlyazmaların (XVl – XVll əsrlər) bəzilərinə ermənilər tərəfindən çox – çox sonralar (XX – XXl əsrlərdə) “erməni” sözü daxil edilmişdir. Bu da həmin əsərlərin müəlliflərinin guya erməni olduğu təəssüratı yaratmaq üçün edilmişdir. Yəni erməni saxtakarlığı hər yerdə olduğu kimi, burada da özünü göstərmişdir.

Əldə olan məlumatlara görə, həmin dövrdə Albaniyada 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar, qazaxlar, kərkilər və s. türk soy və boyları idilər və ölkənin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (bu gün avar adı ilə tanınırlar), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər), poxlar (ubıxlar), saxurlar və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün də Dağıstan və Azərbaycanın şimal dağlıq ərazilərində yaşamaqdadırlar.

Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri olan albanların adı Yafəsin soylarından biri kimi miladdan sonrakı yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrin sonlarında baş vermiş olaylarla əlaqədar yad edilirlər.

Azərbaycan türklərinin etnogenezində iştirak etmiş albanlar əsasən, Azəbaycanın Kür çayından şimaldakı ərazilərində və Dağıstanda məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını - qarqarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları və sairə öz ərafında birləşdirərək tarixi mənbələrdə "Albaniya" adı altında yad edilən dövlət qurmuşdular.

"Kitabi - Dədə Qorqud"da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır:

""Dədəm Qorqud" kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-tarixi inkişafın yeni, "gözlənilməz" bir axarını üzə çıxarmışdır.

Drezden nüsxəsində 4 - cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: "Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar."

118

Page 119: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Alpanlar" etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7 - ci boyda oxuyuruq: "Ağ - boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum.

Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən "alpanlar" sözünü "alplar" kimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olan "vityazi" şəklində çevrilmişdir.

Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı "alpanlar" sözünü "alplar" sözü ilə əvəz emişdir, lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda "alpanlar" yazıldığını bildirmişdir.

Kitabda "alpanlar" etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.

Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür.”

Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdüdlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, Vl əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq - aydın görünür ki, albanlar iskitlər, yəni türklər ölkəsinin son hüdudlarına qədər, yəni Çinə qədər yayılmışdılar . Təsadüfi deyil ki, bu gün qazaxların "alban" adlandırılan qolu məhz Çin ərazisindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda, eləcə də, Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar.

Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun "Seçilmiş əsərləri"nin lV cildinin 326 - cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" məcmuəsinin 1960 cı il, 4 - cü buraxılışında dərc edilmiş "Qırğızların etnik tərkibi..." adlı məqaləsində tapmaq olar.

Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16 - cı səhifəsindəki 2 - ci cədvəlidə isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır.

Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41 - ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir.

Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi idi. Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, "Kitabi - Dədə Qorqud"da oğuzlarla yanaşı qıpçaqlardan da

119

Page 120: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

gen - bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diqtə edir.

Fakt budur ki, məşhur qırğız-türk dastanı "Manas"da əsərin qəhrəmanı Manasın atasının adı Qarqardır. Manasın mənsub olduğu xalq isə dastanda gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərləinin toplandığı 4 cildliyin ll cildinin l hissəsinin 541- ci səhifəsində, 55 - ci qeyddə təsbit edilmişdir. Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri" adlı kitabının 46 - cı səhifəsində isə XVl əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.

Nizami Cəfərov deyir: "Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü lX - X əsrləri

əhatə edir. Həmin dövrün etnosiyasi, linqvokulturoloji proseslərini əks etdirən "Kitabi - Dədə Qorqud"da qıpçaq - oğuz münasibətləri ümumi şəkildə qeyri - müəyyən coğrafiyada deyil, Azərbaycan miqyasında təqdim olunur.

Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim olunur ki, bunun da əsas səbəbi qıpçaqların Şimali Qafqaz və ətraf regionları əhatə edən Xəzər siyasi birliyinin, dövlətinin mövcudluğu idi. Ümumiyyətlə, qıpçaqlar l minilliyin sonu, ll minilliyin əvvəllərindən mənbələrdə müxtəlif adlarla adlanmışlar: beçeneqlər, kumanlar, polovetslər, xəzərlər və sairə."

Çox təssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun "Alban salnaməsi" adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2 - si üzərində xüsusi durmağımıza ehtiyac var.

1.Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir.

2.Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə "akxazur" etnonimi əvəzinə "son dərəcə uyumsuz bir dil" ifadəsi işlədilmişdir.

Biz bu məsələnin üzərinə bir qədər sonra yenidən qayıdacağıq.Deməli, Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər

üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir.

Bu isə o deməkdir ki, "Alban yazılı ədəbiyyatı" adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlanmışdır. Fəqət bu yazılı mətnlərin Alban

120

Page 121: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, "erməni qıpçaqacası" adı altında daxil edilmişdir.

Bu mətnlər barədə Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə görkəmli Azərbaycan türkoloqu mərhum Fərhad Zeynalov məlumat vermişdir:

"Xalis qıpçaq abidələri azdır. Qərbi qıpçaq tayfalarının dilini əks etdirən "Kodeks - Kumanikus", Məmlük qıpçaqcasını əks etdirən ərəbcə - qıpçaqca lüğətlər və eləcə də erməni qıpçaqcasına aid abidələr bir növ istisnalıq təşkil edir...

Xalis qıpçaq xüsusiyyətləri daşıyan abidələrdən bir qismi də erməni qıpçaqcası kimi tanınan abidələrdir. Bu abidələrin əksəriyyəti Ukraynada, Kiyev Universitetinin kitabxanasında mühafizə olunurdu. Onların böyük bir qismi 1944-cü ildə alman - faşist işqalçıları tərəfindən məhv edilib. İndi isə cəmi 28 erməni qıpçaqcası ilə yazılmış abidə qeydə alınıb."

Yeri gəlmişkən qeyd edək ki, mərhum türkoloq ana dilimizin oğuz mənşəli olması, lakin qıpçaq təsirinin də açıq - aydın şəkildə sezilməsi barədə də maraqlı fikirlər söyləmişdir:

"Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiy-yətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir. Lakin unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu gün də dilimizdə qıpçaq və qismən də karluq-uyğur qrupu dillərinin ünsürləri də qalmaqdadır."

Moisey Xorenatsi və Musa Kağankatlının sözlərindən belə çıxır ki, qarqarların daha bir adı olmuşdur - ağ xəzərlər. Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin ağ xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Əlbəttə ki, bu halda söhbət Albaniya xəzərlərindən - ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir.

Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını lll əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl Vll əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır.

Maraqlıdır ki, şərti olaraq "erməni qıpçaqcası" adlandırılan qıpçaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi - əsasən müxtəlif "İncil" nüsxələri, dua kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda qorunur.

Murad Aci yazır:"Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs

kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?...Bu sualların cavablarını onların divarlarında tapmaq olar - orada türk tamğaları təsvir edilmişdir.

Zvartnotsda, Dvində, Cvaridə, Kotavankda, digər yerlərdə türk run yazıları var."

121

Page 122: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban - türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə ən gözəl sübut kimi Qarbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilaytinin Artik bölgəsinin XX əsrin 40 – cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (Xll əsrdə tikildiyi söylənilir) göstərmək olar.

Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq - qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” (İrəvan, 1987) adlı kitabının 66 - 67 - ci səhifələrində yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur.

Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastr kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283 – cü il) daha çox Məyəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.

Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (Vlll əsr) Qarqar düzənliyinin, Böyük Vardan (Xlll əsr) isə Qarqar vilayətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır.

Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır.

Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XlX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlrində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanr) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. Xlll əsr ərəb müəllifi Yaqut əl – Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (lX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (ll

122

Page 123: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır.

Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində) olan xristian ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr erməni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban dilinə tərcümə edilmişdi. Vlll əsr erməni tarixçisi Gevond özünün “Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə yanaşı alban dilində də tədris edilirdi və alban dilində olan dini kitablar ciddi cəhdlə qorunurdular.

Ermənistanın əlyazmalar fondunda araşdrmalar aparan A. D. Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində - Albaniyadakı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər.

Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa bir şey deyildir. Bu ədə-biyyatın qələmə alındığı əlifbanın erməni əlifbası ilə eyni mənşəli olması, eləcə də ortaq din xristian albanların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə səbəb olmuşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə səhifə) Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Fransa, Ukrayna və Ermənistanda qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını tədqiqatlara cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini, Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərindən başa düşmək baxımından çox vacibdir. Biz "Kitabi-Dədə Qorqud" sayəsində Azərbaycanda oğuz-qıpçaq münasibətlərində oğuzların rolundan xəbərdarıq. İndi isə qıpçaqdilli alban ədəbiyyatını araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı çatıb. Üstəlik də bu ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi gözdən keçirməyin də vaxtı artıq çoxdan çatmışdır.

Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışmaların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505 – ci ildə bugünkü İran ərazisində yaşayan xristianlara ünvanlanmış erməni dilində olan bir məktubda deyilir:

“Biz sizə daha öncə öz aramızda razılaşaraq, erməni, gürcü və alban dillərində, həmin dillərin yazısı ilə məktub yazmışdıq. İndisə eyni şeyi təkrar edirik.”

Artıq qeyd etdiyimiz kimi, sözügedən mətnlər elm aləmində “erməni qıpçaqcası” adı altında tanınmaqdadır. Bu həqiqətdən uzaq ifadənin geniş yayılmasının əsas səbəblərindən biri Ukrayna ərazisində bir vaxt özləri kimi köçkün olan ermənilərlə iç – içə yaşayan albanların (qıpçaqların) yerli erməni məhkəməsinin xidmətlərindən istifadə etməsi və onun bütün sənədlərini ana dillərində tərtib etmələri, bir qismini isə erməni dilindən tərcümə etmələri olmuşdur. Elə bu da həmin mətnlərin tədqiqatçılarını çaşdırmışdır. Halbuki, sözügedən sənədlərin bir qisminin erməni dilindən tərcümə olduğu həmin sənədlərin üzərində qeyd edilmişdir. Elə bu fakt da mətnləri ilk dəfə ətraflı tədqiq edən görkəmli rus şərqşünası, əslən karaim türklərindən olan A. Krımskini

123

Page 124: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yanıltmış və o, məsləhətçiləri qismində çıxış edən erməni köməkçilərinin təlqin və təşviqi ilə bugünkü Ukrayna ərazisində yaradılmış mühacir alban ədəbiyyatının dilini “erməni qıpçaqcası” kimi təsbit etmiş, həmin ədəbiyyatın yaradıcılarının isə guya ana dillərini unudaraq, qıpçaq türkcəsinə keçən ermənilər olduğunu söyləmişdir.

Şübhəsiz ki, onun bu fikri yanlışdır. Əgər sözügedən ədəbiyyatın yaradıcıları gerçəkdən də dillərini unutmuş ermənilər olmuşsa, bəs, çox sayda erməni mətnlərini öz “yeni” dillərinə necə tərcümə etmişlər? Bilmədiyin, unutduğun bir dildən çox sayda tərcümə etmək mümkündürmü? Və niyə guya “tərcümə” edilən əsərlərin böyük əksəriyyətinin müəllifi erməni yox, məhz albanlardır? Söhbət tanınmış hüquqşünas və ilahiyyatçı alim Mxitar Qoş, onun şagirdi Vardapet Vanağan, Vanağanın şagirdi, tanınmış tarixçi Kirakos Gəncəli, Albaniya katalikosu Nerses və s. bu kimi məşhur alban müdriklərindən gedir.

Elm aləmində “erməni qıpçaqcası” adlandırılan yazıların və ədəbiyyatın gerçəkdən də albanlara məxsus olduğunu təkzibedilməz şəkildə sübut edə bilməmiz üçün hər hansı bir alban müəllifinin həmin dildə, yəni qıpçaq türkcəsində və erməni (əslində alban) əlfbası ilə yazılmış sadəcə bircə sətirini əldə etməmiz yetərli idi. Bizim isə əlimizdə hər hansı bir alban müəllifin bircə sətri yox, çox sayda tanınmış alban müəllifinin əsərləri, eləcə də çox məşhur bir albanın, ayrıca bir “Alban salnaməsi” yazmış böyük alban maarifçisi Mxitar Qoşun “Törə bitiki” (Qanunlar toplusu) adlı kitabının bütöv bir parçası, eləcə də Kirakos Gəncəlinin “Tarix” kitabının ll fəslinin böyük bir hissəsi kimi təkzibedilməz dəlillər var. Mxitar Qoşun “Törə bitiki”, Vanağanın, Kirakosun əsərləri, eləcə də alban dilində (qıpçaq – qarqar dilində) dövrümüzədək çatmış müxtəlif dualar, lüğətlər ən azı V əsrdən Albaniyanın (Quzey Azərbaycanın) dövlət, ədəbiyyat və təhsil dili olmuş qıpçaq - qarqar dilinin qrammatika, fonetika və leksikasını öyrənmək baxımından son dərəcə zəngin material verməkdədir.

Yeri gəlmişkən qeyd edək ki, erməni müəlliflərinin yazdığına, görə guya bu dilin və yazıların sahibləri özlərini türkcə “ermənilər” adlandrmışlar və sözügedən əsərləri yaradanlar ana dillərini unudub qıpçaq dilinə keçmiş ermənilərdir. Bunun belə olmadığını irəlidə görəcəyik.

Ermənilər, ümumiyyətlə, albanların guya artıq V – Vl əsrlərdə erməniləşdiyini söyləyirlər. K. V. Treverin və İ. A. Orbelini kimi alimlərin fikrincə isə albanların erməniləşməsi Vlll - X əsrlərdə baş vermişdir. Z. Bünyadov və F. Məmmədova isə bu iddiaları inkar etsələr də, albanlarn artıq Xll əsrdə erməni dilində yazdıqlarını söləyir və dolayısı ilə “erməniləşmə”nin başlanğıcınıı həmin dövrlə bağlayırlar.

Xll – Xlll əsrlərə aid alban müəlliflərinin, o cümlədən Mxitar Qoş və Kirakos Gəncəlinin əsərlərinin tədqiqi bu iddiaların heç birinin doğru olmadığını ortaya qoymuşdur, yəni bu iddialar digər erməni saxtakarlıqları kimi uydurmadan başqa bir şey deyil. Bizim alimlərimizin də təqribən eyni mövqedən çıxış etməsinə, sadəcə vaxt məsələsində erməni alimlərindən fəqli mövqe sərgiləməsinə gəlincə isə, bu, məlumatsızlıqdan qaynaqlanmışdır. Məhz məlumatsızlıq ucbatından Azərbaycan tarixşünaslığında albanların guya qafqazdilli olmaları barədə

124

Page 125: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

kökündən səhv bir fikir də möhkəmlənmişdir. Bu yanlış fikrin qızğın tərəfdarlarından biri də Fəridə xanımdır.

Həm Mxitar Qoş, həm də Kirakos Gəncəli özlərini alban adlandırıblar, Albaniyadan “bizim ölkə”, “bizim Alban ölkəsi” və ya “bizim Şərq ölkəsi” deyə söz açıblar.

Məsələn, “Törə bitiki” nin Xlll əsrdə Smbat Sparapetini tərəfindən erməni dilinə edilən tərcümə mətnindən Mxitar Qoşun belə yazdığı məlum olur:

“Biz bu işə erməni təqviminin 633 – cü ilində - bundan bir dövr (532 il) çıx, bizdə (albanlarda – B.T.) kiçik təqvim adlanan (alban təqvimi – B.T) təqvimin 101 – ci il edəcək, - rum tarixi ilə... Bizim xanlıqda (Alban xanlığında – B.T.) dərəbəyliyin hökm sürdüyü, Xaçında bəzi bəylərin – Əsən adlanan bəy və oğlu Vaxtanqın Xayterk adlanan qalada oturub başqa bəylərə hökm etdikləri, Kilikiyada böyük bəy Rubenin hakim olduğu dövrdə, müzəffər Georgi xanın öldüyü, Ərməniyyədə Qriqorinin, bizim Albaniya ölkəsində isə Stefannosun patriarx olduqları ildə...”

Kirakos Gəncəli isə Özünün “Alban ölkəsinin qısa tarixi” (“Tarix”) adlı kitabnın “Yadellilər tərəfindən sıxışdırılan alban katalikoslarının böyük bəylərə sığınmaları barədə” başlıqlı Vl fəslində belə yazmışdır:

“Cənub qəbilələrindən - İsmayloğullarından (ərəblərdən – B.T.) ən çox pislik görən və təqiblərə məruz qalan... Albaniya idi. Belə ki, bizim hökmdarlarımız qırılmış, alban katalikosları isə orada – burada daldalanmağa məcbur olmuşdular və daimi yerləri yox idi...”

Qeyd etmək lazımdır ki, əldə olan əlyazmaların böyük əksəriyyəti Qafqazdan indiki Ukrayna ərazisinə köçmüş xristian qıpçaqların (albanların) həmin ərazidə ərsəyə gətirdikləri sənədlərdir. Bu sənədlərdə həmin xalq öz ana dilini nə “erməni dili”, nə də “alban dili” adlandırır. Danışdıqları dili bəzən “xıpçax tili” (qıpçaq dili), bəzən sadəcə “bizim til”, XVl əsrdən etibarən isə bəzən həm də “tatarca” adlandırırlar və özlərini ermənilərdən ayırırlar:

“Tügəlləndi Boğos arakelninq bitiki tarkmanel bolğan ermeni tilindən xıpçax tilinə xolu bilə yazıxlı da arzanisiz Mikayel kahananınq Kosta oğlununq ...”

“Tamamlandı həvvari Pavelin məktublarının erməni dilindən qıpçaq dilinə tərcüməsi günahkar və layiq olmayan kahin Mikayıl Kosta oğlunun əli ilə...”

Başqa bir misalı gözdən keçirək:“...Tilindən ermenininq latingə çıxarğandır, Latindən polskiygə, a

polskiydən bizim tilgə ...”“...Dilindən ermənilərin latın dilinə tərcümədir, latıncadan polyak dilinə,

polyak dilindən isə bizim dilə...”A. Qarkavets haqlı olaraq yazır:“Tərcüməçilər öz doğma qıpçaq dilini təkcə monqol – tatar hücumlarından

sonra “tatar” adlandırılmağa başlanan türk qardaşlarının dilinə çox yaxın olduğuna görə “tatarca” adlandırmırdılar, həm də, ən əsası” onu ... erməni dilindən... fərqləndirmək üçün edirdilər”.

Eyni zamanda ermənilərin də onları özlərindən ayrı bir millət saydıqlarını əldə olan sənədlər, məsələn, dövrümüzədək ulaşmış beş erməni (hay) – qıpçaq

125

Page 126: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

lüğətinin birinin titul vərəqəsində erməni dilində yazılmış aşağıdakı sözlər də təsdiqləyir:

“Batmutiun hayi ev xipçax lezui” (hay və qıpçaq dillərində izahlar)Alban, yəni qarqar – qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa

Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə söylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq – xıpçax, qayıtmaq – xaytmax, qar – xar və s. Eyni zamanda söz önlərindəki cingiltili samitlərin karlaşması baş verir: daş – taş, dil – til və s. Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən ibarətdir və bizimki ilə tam eynidir. “Və” bağlayıcısı məqamənda “da” və fars dilindən alınma “u” bağlaycılarının paralel işlənmsi müşahidə edilir. Cəm şəkilçisi də Azərbaycan türkcəsindəki kimidir: -lar, -lər.

Alban dilində ismin, eynən Azərbaycan dilində olduğu kimi, 6 halı olub. Yiyəlik hal şəkilçilərinin “-inq”, “-ınq”, yönlük hal şəkilçilərinin “-gə”, “-ğa”, təsirlik hal şəkilçilərinin isə “-nqi”, “-gi”, “-nqı”, “ğı” olduğu məlumdur. Digər hal şəkilçiləri bunlardır: “-də”, “-tə”, “-da”, “-ta” (yerlik hal) və “-dən”, “-tən”, “-dan”, “-tan” (çıxışlıq).

Miqdar sayları: bir, eki, üç, dört (tört), beş (biş), altı, yeti, sekiz (saqiz), doquz, un (on).

Sıra sayları: burungi, ekinçi, üçünçü, törtünçü, bişinçi, altınçı və s. Dövrümüzədək bu dildə yetişən mətnlərdə diqqət çəkən ən maraqlı

məqamlardan biri həmin mətnlərdə bir neçə qədim yunan və qədim suryani, eləcə də orta fars mənşəli alınma sözlərə rast gəlinməsidir. Bunlar əsasən dini terminlərdir. Suryani dilindən keçən sözlərə eyniylə erməni dilində də rast gəlinir. Məsələn: arakel (həvvari), markare (peyğəmbər), axpaş (yepiskop), Errortutiun (üç üqnum), surp (müqəddəs), qoys (təmiz, bakirə), Asduacacin (Tanrı anası), Avedaran (Incil), xosdovanel (təmizlənmək, arınmaq), xosdavanitiun (tövbə) və s.

Eyni şeyi orta fars dilindən keçmiş vartabed (dini rütbə, rahib), hşerğapet (böyük mələk), friştə (mələk) və s. kimi sözlər barədə də söyləmək olar.

Alban dilində işlənən yunan mənşəli sözlərsə “katağiqos” (katalikos), “Krisdos” (İsa Məsih, yağlanmış), “Soğmos” (Solmos, Zəbur), arhiebisgobos (arxiyepiskop), paxesos və sairədir.

Ukraynada məskunlaşmış mühacir albanların XVl - XVll əslərdə yaratdıqları ədəbiyyatın dilində isə “korol” (kral), “kerabl” (gəmi), “priçina” (səbəb), “stol” (masa), “pokolena” (nəsil, soy), “materiya”, “duxovnıy” (mənəvi, ruhani), obıçay (adət, ənənə) və s. kimi slavyan mənşəli sözlərə də bol – bol rast gəlinməkdədir.

Maraqlıdır ki, indiyə qədər türk dilinin qıpçaq ləhcəsinin tədqiqinə girişən alimlər əsasən “Codex Cumanikus”a istinad etmişlər. Bu lüğətdə isə qıpçaq materialı vur – tut 82 tam olmayan səhifə həcmindədir. Qarqar - qıpçaq (alban) materialı isə onminlərlə səhifə ilə ölçülür ki, bu da həmin ləhcənin daha dərindən öyrənilməsi üçün böyük imkanlar açır. Doğrudur, bu materialın böyük əksəriyyəti indiki Ukrayna ərazisində ərsəyə gətirilmişdir və onların yalnız müəyyən bir hissəsi Azərbaycanda (Albaniyada) yazılmışdır, fəqət bunun bir o qədər də fərqi

126

Page 127: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yoxdur, çünki dil eynidir. Əldə olan materiallar içərisində İsraildə yaşayan alban icmasına məxsus sənədlərə də rast gəlinməkdədir.

Qeyd etmək lazımdır ki, artıq rus, qazax və tatar alimləri bu istiqamətdə müəyyən işlər görməyə başlamışlar. Türkiyədə də bu istiqamətdə tədqiqat əsərləri yazılmşdır. Biz isə bu böyük irsin gerçək sahibləri olmamıza və bu irsdən yararlanaraq ermənilərə qarşı ideoloji mübarizədə güclü silah əldə etmək imkanımıza baxmayaraq, hələ də yuxudayıq. Məlumat üçün bildirək ki, artıq sözügedən dilin tədqiqi istiqamətində yetərincə iş görülmüşdür və bu işlərdə həmin dil hələ də “erməni qıpçaqcası” kimi təqdim olunmaqdadır.

“Kitabi - Dədə Qorqud”da albanların oğuzlarla birlikdə yad edilməsi və Qazan xanın da onların başçısı kimi təqdim edilməsi, qıpçaqdilli alban ədəbiyyatı ilə yanaşı oğuzdilli alban ədəbiyyatının da mövcudluğu ehtimalını ortaya çıxarır. Məsələ burasındadır ki, İrəvandakı M. Maştots adına Əlyazmalar fonunda onlarla oğuz türkçəsində alban (erməni qrafikası ilə eyni köklü) əlifbası ilə yazıb - yaratmış ədibin əsərləri qorunur. Təmiz türk adları daşıyan bu ədiblərin əksər əsərləri həm Ermənistanda, həm də Azərbaycanda dərc olunmuş, fəqət onlar türkcə yazan erməni müəllifləri kimi təqdim olunmuşlar. Gerçək isə budur ki, sözügedən ədiblər albandırlar və əsərlri də oğuzdilli alban ədəbiyyatı nümunələridir. Qeyd etmək lazımdır ki, “Koroğlu” dastanının da alban (oğuz türkcsində) variantı dövümüzədək ulaşmışdır. Fəqət bu variant elm aləminə “Koroğlu”nun erməni variantı kimi təqdim edilmişdir. Çox güman ki, albanlar zamanla qıpçaq türkcəsini tərk edərək oğuz türkcəsinə keçmişlər və bu proses fərqli ləhcə və şivələrdə danışan ayrı – ayrı türk soy və boylarının oğuz türkcəsinə əsaslanan vahid Azərbaycan (türk) ədəbi dilinin yaranması ilə paralel getmişdir.

Elmi ədəbiyyatda Mxitar Qoşun “Törə bitiki” (Qanunlar kitabı və ya Qanunnamə) əsəri yanlış olaraq, “Erməni qanunnaməsi” (rusca: Armyanskiy sudebnik) və ya “Erməni – qıpçaq qanunnaməsi” adı ilə tanınmaqdadır. Eyni zamanda bu kitabın orijinalının guya erməni dilində olduğu və sonradan qıpçaq türkcəsinə (erməni qıpçaqcasına) tərcümə edildiyi bildirilir və sonra da təəssüflə qeyd edilir ki, guya erməni dilində olan orijinal itirilmişdir. Gerçəkdə isə belə bir “orijinal” heç vaxt olmamışdır. Əsərin orijinalı alban, yəni qıpçaq dilində olan “Törə bitiki”dir ki, o da dövrümüzədək məhz üç müxtəlif əlyazma (Polşa, Avstriya, Fransa) nüsxəsi şəklində ulaşmışdır. Ermənilərin “ermənicə əlyazma” və ya “orijinal” kimi qələmə verdikləri isə Mxitar Qoşdan bir əsr sonra, yəni Xlll əsrdə yaşamş Kilikiyalı Smbat Sparapetini tərəfindən yaradılmış “Qanunnamə” əsərindən müəyyən parçalardan başqa bir şey deyil. Məsələ burasndadır ki, Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən biri də Mxitar Qoşun “Törə bitiki” əsəri olmuşdur və o, bu əsərin bəzi parçalarını erməni dilinə tərcümə edərək, öz əsərinə daxil etmişdir. Lakin o mətnlər də dövrümüzədək tam şəkildə yetişməmişdir.

Eyni zamanda, sözügedən əsər 1519 – cu ildə Van arxiyepiskopu Kirkorun başçılığı ilə tərtib edilən və Polşa kralı Sziqmund tərəfindən təsdiq edilən 124 maddəlik “Erməni qanunnaməsi”nə də ciddi təsir göstərmişdir.

Haqqında söz açılan uydurma iddianın ilk müəllifi isə əsəri rus dilində nəşr etdirən V. Bastamyantsdır. Məhz o, əsəri tərcümə edərkən, onun guya “ermənidilli

127

Page 128: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

orijinal” əsasında dərc edildiyini iddia etmiş, əsərin adını da “Datastanagirk hayos” (Eməni Qanunnaməsi) kimi tərcümə etmişdir. Maraqlıdır ki, orijinalın əslində qıpçaq türkcəsində olduğundan bixəbər olan və bu üzdən də erməni saxtakarlığını axıra qədər anlaya bilməyən Ziya Bünyadov “Ön söz”də (söhbət V. Bastamyansın 1954 – cü ildə İrəvanda rus dilində nəşr etdirdiyi “Armyanskiy sudebnuk Mxitara Qoşa” adlı kitabının “ön söz”ündən gedir) “Datastangirk hayos” əvəzinə bir neçə dəfə sadəcə “Datastangirk” (Qanunnamə) ifadəsinin işlədilməsindən, eləcə də Smbat Sparapetinin əsərində də həmin kitabın məhz “Datastangirk” kimi yad edildiyindən çıxış edərək, əsərin əslində “Qanunnamə” adlandığını, ermənilərin ona “hayos” (ermənilərin) sözünü əlavə etdiklərindən şübhələnmiş və yazmışdır:

“Mxitar Qoşun “Qanunnamə”sinin də taleyi Moisey Kalankatuklunun (Musa Kağankatlının – B.T.) “Alban tarixi”nin taleyinə bənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı “Datastangirk”, yəni “Qanunnamə” dir və onu müəllif təxminən 1184 – cü ildə tərtib etmişdir. Lakin Qoşun bu əsərinin naşirləri, nədənsə, əlyazmasında olmayan “hayos” sözünü onun adına əlavə etmiş və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma ad: “Datastangirk hayos, yəni “Erməni qanunnaməsi” adını uydurmuşlar.”

Çox təəssüflər olsun ki, Ziya Bünyadov ümumiyyətlə nə “Datastangirk”, nə də “Datastangirk hayos” adlı orijinal əsərin olmadığını, bunu ermənilərin uydurduğunu başa düşməmiş və erməni yalanlarına uymuşdur. Bununla belə, onun bu fikri erməniləri pis vəziyyətə salmış və onlar “hayos” (ermənilərin) ifadəsini əlavə etdiklərini etiraf etmiş, fəqət əsil həqiqəti isə gizlətməkdə davam etmişlər. Eynən Ziya Bünyadov kimi kitabın (“Törə bitiki”nin) orijinalının alban (qarqar – qpçaq) dilində olduğundan bixəbər olan Fəridə Məmmdova bu barədə belə yazır:

“Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən saylan Mxitar Qoşun “Qanunnamə”sində o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır.

Vaxtilə Z. M. Bünyadov Qoşun bu əsərininin başlığı barədə haqlı olaraq belə bir düzgün qənaətə gəlir, bu əsər əlyazma haılnda “Dastangirk – Qanunnamə” adı ilə tanınır; naşirlər onun adına “hayos” (erməni) sözünü əlavə edərək yeni ad yaratmışlar: “Dastangirk hayos”, yəni “Erməni qanunnaməsi”. Buna, habelə Qoşun öz qanunnaməsini “alban kilsəsinin alicənab başçısı”, Albaniyanın katalikosu lll Stepannosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də “qanunnamənin Roma imperiyasının (Bizansın – B.T.) və Albaniyanın kilsə qanunları əsasında yazılmasına istinad edən Z. M. Bünyadov tamamilə haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun “Qanunnamə” əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı nümunəsidir.

Z. M. Bünyadovun çıxardığı nəticəni səhv sayan və onu təkzib etməyə “çalşan” A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki, Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” kimi tanınır və V. Bastamyants (Qoşu nəşr edən) əsərin adındakı “erməni” (hayos) sözünü “mətnə düzgün olmayaraq sonradan əlavə etmişdir”.

Məlumat üçün bildirək ki, çox sayda didaktik hekayə, təmsil, eləcə də “Alban salnaməsi” və “Gəncəli Xosrovun şəhid olması” əsərlərinin müəllifi olan,

128

Page 129: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

böyük yazıçı, maarifçi, pedaqoq, filosof və hüquqşünas kimi şöhrət tapan Mxitar Qoş 1130 – cu ildə “şəhərlərin anası”, “şəhərlərin ən üstünü” adlandrdığı Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Tovuzlu keşiş Yəhyadan (Tavuşlu Yohanna) alan Qoş daha sonra Qaradağa gedərək, təhsilini orada davam etdirmiş və vardapet rütbəsində vətəninə dönmüşdür.

Dövrünün böyük xristian ilahiyyatçılarından biri səviyyəsinə çatan və əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı Qoşavəng kilsəsinin və xristian ilahiyyat məktəbini yaratmış, ölənədək, yəni 1213 – cü ilə qədər orada yaşamış və orada da dərs verərək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini – “Törə bitiki”ni (“Qanunnamə”sini) də həmin sırada (1184 – cü ildə) qələmə almışdır. Qoş onun əsl adı deyil, kosa olduğu üçün müasirlərinin verdikləri ləqəbdir. Mənbələrdə adı bəzən “vardapet Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVl əsrdə “Törə bitiki”nə giriş və şərhlər yazmış, ona bəzi əlavələr və redaktələr etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”, bir yerdəsə “vardapet Mikayıl” adlandırır. M. E. Şedrin adına Sankt – Peterburq Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində qorunan və üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı (Dorn 636) alban (qarqar – qıpçaq) dilində edilmiş bir qeyddə isə onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli əlyazmalarda da rast gəlinir.

Fəridə Məmmədova haqlı olaraq Mxitar Qoşun kitabının ermənilərə deyil, albanlara aid olduğunu vurğulayaraq yazmşdır:

“Mxitar Qoşun “Qanunnamə”si yalnız albanlar üçün yaradılmışdı və bu, heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi, ermənilərin özlərinin hüquqşünaslıqla bağlı qədim kitabları var: Vlll əsrdə Odzinetsinin yazdığı “Erməni qanunları” kitabı (Kononagirk), Xlll əsrdə...Smbat Sparapeti tərəfindən yaradılmış “Qanunnamə”. Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən biri Mxitar Qoşun “Qanunnamə” əsəridir. Məlum olduğu kimi, erməni tarixçilərinin hamısı Mxitar Qoşun “Qanunnamə”sini özlərininki sayırlar. Onda sual oluna bilər ki, XX əsrə qədər erməni xalqının ehtiyaclarına cavab verib onu mənəvi cəhətdən tam təmin edən Odzinetsinin “Kanongirk”i mövcud olduğu halda, Xll əsrdə yeni bir “Qanunnamə”(Qoş) yaradılmasına nə ehtiyac vardı? Onu da deyək ki, Qoş öz əsərini yazanda başqa mənbələrlə yanaşı, “Kanongirk”dən də istifadə etmişdir. Qoşun “Qanunnaməsinin” Xll əsrdə ermənilər üçün yaranması ilə razılaşsaq, belə bir sual ortaya çıxır ki, cəmi yüz il keçdikdən sonra Smbat Sparapetinin Kilikiya erməniləri üçün daha bir “Qanunnamə”ni Qoşun “Qanunnamə”sindən istfadə ilə yaratmasına nə ehtiyac vardı?

Bizim fikrimizcə, bunu alban və erməni gerçəkliyinə istinad edərək çox sadə və məntiqi şəkildə belə izah etmək olar ki, Odzinetsinin erməni”Kanongirk”i alban xristian əhalisinin ictimai quruluşuna, hüquq normalarına, məhkəmə quruluşuna və icrasına uyğun gəlmədiyi kimi, Qoşun “Qanunnamə” əsəri də Kilikiya... məhkəmə quruluşuna yaramırdı”.

Şübhəsiz ki, məntiqli görünsə də, bu cür fikirlərlə ermənilərə nəyisə sübut etmək mümkün deyildir. Ən əsas sübut alban dilində, yəni qarqar - qıpçaq türkcəsində qələmə alınmış “Törə bitiki”nin özü ola bilər.

129

Page 130: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcəsində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı Xll əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun Xlll əsrdə də belə olduğunu həmin əsrdə yaşamış erməni tarixçisi Hetum da özünün “Qayton” adlı əsərində təsdiq etməkdədir.

Məlumat üçün bildirək ki, “Törə bitiki”nin hansısa nüsxəsini Xlll əsrdə Azərbaycandan Ukraynaya köç edən albanlar özləri ilə aparmış və sonrakı əsrlərdə ona ön söz, bir neçə maddə, şərhlər və “Erməni qanunnamə”sini əlavə edərək aralarındakı məhkəmə - hüquq məsələlərini onunla tənzimləmişlər. Sonra isə əlavələr edilmiş variantın üzünü köçürərək çoxaltmışlar.

XVl əsrdə Ukraynada yaşayan erməni icması öz qanunları ilə yaşamlarını davam etdirmək məqsədilə tərtib etdikləri 124 maddəlik qanunnaməni öncə latın, daha sonra polyak dilinə tərcümə edərək, tərcüməsi ilə birlikdə Polşa kralı Sziqmunda təsdiq etdirmişdilərlər. Sonradan bu qanunlar alban (qarqar – qıpçaq) dilinə tərcümə edilərək, “Törə bitiki” nə daxil edilmişdir. Kitab da dövrümüzə bu halda, yəni müxtəlif əlavələrlə gəlib çıxmışdr. Fəqət onun Mxitar Qoş tərəfindən yazılmış hissəsini əlavələrdən ayırmaq heç bir çətinlik törətmir.

V-Vll əsrlərdə alban (qıpçaq – qarqra) dilinə tərcümə edilən və dövrümüzədək ulaşan çoxsaylı alban yazılı ədəbiyyat nümunələrindən biri də “Atamız bizim” (Matta “incil”indən bir parça) müraciəti ilə başlayan məşhur xristian duasının alban variantıdır.

Duanın alban dilindəki səslənişi:“Atamız bizim ki köktəsən, ari bolsunq atınq səninq, kəlsin xanlıxın səninq,

bolsun erkinq səninq neçik köktə alay yertə, ötməkimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə, bermagin bizni sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx da, xuvat da, sənqə haybat menqlik. Amen.”

Çağdaş Azərbaycan türkcəsindəki səslənişi:“Göydə olan atamız, təmiz olsun adın sənin, gəlsin xanlığın (hakimiyyətin)

sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gündəlik ver bizə, .......... Bizi sınaqlara soxma, pisliklərdən qurtar, çünki sənindir xanlq da (hökm də), qüdrət də, əbədi olmaq sənə yaraşır. Amin.”

Təqdim edilən alban (qıpçaq – qarqar) nümunəsindən də göründüyü kimi, bu, güclü oğuz təsirinə məruz qalmış qıpçaq materialıdır və digər qıpçaq şivələrindən fərqli olaraq, anlaşıqlıdır. Halbuki, digər qıpçaq şivələrini – qumuq, qaraçay, balkar, noqay, qazax, qırğız, başqırd və s. anlamaq çox çətindir. Təbii ki, bu şivə oğuz əhatəsində, yəni Azərbaycanda formalaşa bilərdi və formalaşmışdır da. Maraqlıdır ki, oğuz mənşəli Azərbaycan türkcəsinin vasitəsi ilə bu dilə çox sayda ərəb və fars kəlməsi də keçmişdir. Məsələn; xudrət (qüdrət), xuvat (qüvvət), ki (bağlayıcı) və s.

Şübhəsiz ki, qarşımızdakı ərəb müəlliflərinin “Arran dili” adlandırdıqları alban dilidir və Mxitar Qoşun dövrümüzədək ulaşmış “Törə bitiki” kitabı da bu dil və şivədədir və eyni qrafika ilə yazılmışdır.

Bütün bu faktlar bir daha sübut edir ki, alban yazısı erməni əlifbası ilə eyni mənşəli olmuş, alban dili də Musa Kağankatlının və Moisey Xorenatsinin “qarqar dili” adlandırdıqları qıpçaq türkcəsinin yerli şivəsindən başqa bir şey deyilmiş.

130

Page 131: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Maraqlıdır ki, sözügedən müəlliflərin söylədikləri bu fikri əldə əsas tutan erməni “alimləri” iddia edirlər ki, guya Mesrop Maştots albanlar üçün deyil, çoxsaylı alban tayfalarından biri olan qarqarlar üçün əlifba düzəltmişdir. Bu iddiada məqsəd guya ayrıca alban dilinin olmadığını, albanların erməni, yəni hay dilində danışdıqları barədə uydurmanı “sübut” etməkdir.

Lakin Musa Kağankatlının sözügedən məlumatına istinad edənlər eyni müəllifin bir qədər yuxarıda Maştotsun erməni və albanlara əlifba düzəltdiyini söyləməsini gözardı edirlər. Həqiqət isə budur ki, Musa Kağankatlı məhz alban əlifbasından söz açır və bir qədər sonra isə alban əlifbasının məhz qarqar (qıpçaq) dili əsasında yaradıldığını aydınlaşdırır. Yeri gəlmişkən qeyd edək ki, Strabon (l əsr) və Yustin də dolayı yolla albanlarla qarqarlar arasında bərabərlik işarəsi qoymuşlar. Belə ki, onlardan birincisi Albaniya üzərində ucalan dağlarda amazonların yaşadığnı vurğulamaqla yanaşı, qarqarların amazonkalarla qonşuluqda yaşadıqlarını qeyd etmişdir (Xl, 5. 1). Yustin isə albanlarla amazonkaların qonşu olduqlarını bildirmişdir (XLll, 3. 7).

Maraqldır ki, eyni mövzuya toxunmuş digər əski erməni müəllifi Koryun da söhbətin məhz alban dilindən getdiyini vurğulamışdır. Özü də onun söylədiklərindən belə aydın olur ki, Mesrop albanların əlifbasını əslində yeniləmişdir. Yəni bu hadisədən öncə də albanlar yazıya sahib idilər:

“Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi. O (Maştots) onu sorğu – sual edərək, alban dilinin ... sözlərini tədqiq etdi. Daha sonra ona yuxarıdan bəxş edilən istedadı ilə (albanlar üçün) yazı yaratdı və Məsihin mərhəməti sayəsində uğurla ölçdü, biçdi və dəqiqləşdirdi”

Eyni müəllif bir qədər sonra yazır:“Bundan sonra o, Alban ölkəsinə yola düşmək üçün (katalikos Saak və erməni çarı

Artaşeslə) xudahafizləşdi. Və o həmin ölkəyə yola düşdü, çarların iqamətgahı olan yerə gəldi, alban yepiskopu İeremiya, eləcə də onların çarı Arsval ilə və bütün azatlarla görüşdü. Onlar onu Məsih eşqinə hörmətlə qarşıladılar, o da gəlişinin səbəbini izah etdi. Onların hər ikisi – bərabər səlahiyyətlərə sahib yepiskop və çar bu yazını qəbul etməyə razı oldular və ölkənin müxtəlif əyalət və vilayətlərindən yazıb öyrənmək üçün yeniyetmələrin göndərilməsi, onların müvafiq yerlərdəki məktəblər üzrə qruplaşdırılması və qida ilə təmin edilməsi barədə əmr imzaladılar”.

Bu deyilənlərdən göründüyü kimi, Mesrop albanlar üçün artıq hazır əlifba gətirmişdi. Həmin əlifbanı isə albanlardan öncə ermənilər üçün yaratmışdı. Yəni özü ilə bu gün “erməni əlifbası” kimi tanınan hazır əlifbanı gətirmişdi.

Koryunun əsərinin Venesiya mxitaristləri tərəfindən 1854 – cü ildə dərc edilmiş başqa variantında isə belə deyilir:

“...Sonra o, Alban ölkəsinə yollandı, onların əlifbasını dəyişdirdi (yenilədi), tədrisatı bərpa etdi...”

Buradan isə belə məlum olur ki, Maştots albanların əlifbasını yenilədi. Albanların bundan da öncə əlifbaları olduğu, onunla kitablar yazıldığı, xristianlığın qəbulundan sonra Vaçaqanın onların yandırılmasını əmr etdiyi məlumdur. Bu barədə Musa Kağankatlı məlumat verir. Söhbət hansı əlifbadan gedir?

Bu suala cavab verməmişdən öncə qeyd etməliyik ki, alban əlisbası barədə mütəxəssislər hələ də yekdil fikrə gələ bilməmişlər. Bir çoxları Mingəçevirdən tapılan

131

Page 132: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

və üzərində bugünə qədər oxuna bilinməyən yazının alban əlifbası olduğunu iddia edirlər. Bəzi mütəxəssislər bu daşı lV əsrə, digərləri V əsrə aid edirlər. Onu Vll əsrə aid edənlər də var. Bu yazının alban yazısı olduğu sübut olunmamış qalır.

Mütəxəssislərin bir çoxu gürcü tədqiqatçısı İ. V. Abuladzenin 1937 – ci ildə Matedaranda tədqiqatlar apararkən, XVl əsrə aid bir ermənidilli əlyazmada rast gəldiyi 52 hərfli əlifbanı alban əlifbası hesab etməkdədirlər. Bu əlifbanın udin əlifbası olduğunu iddia edənlər də var. Fəqət tarixi mənbələr alban yazısının udin dili əsasında deyil, qarqar – qıpçaq dili materialı əsasında yaradıldığını söyləyirlər və bu mübahisə götürməyən faktdır. O da faktdır ki, bu gün elmə məlum olan qıpçaq dillərindən heç birində 52 səs yoxdur. Məsələn, türk dillərinin qıpçaq qrupuna daxil olan qazax türkcəsində 26 samit, 12 sait (38 səs) var, fəqət bu saitlərdən dördünün sonrakı dövrlərdə peyda olduğu hesab edilir. Bu isə o deməkdir ki, başlanğıcda bu dildə sadəcə 34 səs olub.

Eyni dil qrupuna daxil olan qaraqalpaq dilində 26 samit, 9 sait, yəni üst – üstə 35 səs, qırğız dilinin şimal şivəsində 8, cənub şivəsində 9 sait səs var. Samitlərin sayı qazax və qaraqalpaq dilində olduğu kimidir. Noqay dilində samit səslərin sayı 26, saitlərin sayı isə 8 - dir, yəni bu dil üst – üstə 34 səsə sahibdir. Kazan tatarlarının dilində bu rəqəm 35 - ə (26+9) bərabərdir. Başqırd dilindəki səslərin sayı isə 38 (26+12) – dir. Alban (qarqar – qıpçaq) mətnlərinin təhlili bu dildə 35 səs olduğunu göstərməkdədir.

Gördüyümüz kimi, 52 hərflik bir əlifba qıpçaq dillərinə qətiyyən uyğun deyil. Əvəzində isə 36 işarəlik erməni – alban müştərək əlifbası bu səs sisteminə tamamilə uyğun gəlir.

Əlbəttə, ola bilsin ki, həm Mingəçevir yazısı, həm də sözügedən 52 hərflik əlifbadan Albaniya ərazisində yaşamış hansısa xalqlar istifadə etmişlər və nəzərə alsaq ki, “ alban” adı bütün bu xalqlar üçün ortaq idi, bu baxımdan həmin əlifba və yazıları da “alban yazısı” kateqoriyasına aid etmək olar. Fəqət Albaniyanın dövlət və ortaq ədəbiyyat dili olan qıpçaq – qarqar dilinə gəlincə, onun yeni yazısı V əsrdə yaranıb və alban müəlliflərinə aid əldə olan çox sayda mətn onların istifadə etdikləri əlifbanın erməni əlifbası ilə eyni mənşəli olmasını sübut edir.

Eyni zamanda, təkcə Laçın rayonu ərazisindən bu əlifba ilə yazılmış və erməni dilində olmayan 22 epikrafik abidə aşkar olunmuşdur ki, onlardan biri – Alxaslı kəndinin 8 km şimal – qərbində yerləşən alban vənginin (monastrının) kitabəsindəki yazı barədə V. A. Əliyev məlumat verməkdədir («Археологические открытия 1980 г.», М., 1981, с. 414—415).

Deyilən fikri təsdiqləyən başqa misallar da var. Məsələn, fransız şərqşünası Ejen Bore 1838 – çi ildə Fransa Elmlər Akademiyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, Matedarandakı əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yazdığına görə, bu əlifba erməni əlifbası ilə, demək olar ki, eynidir, amma yazılar erməni dilində deyil.

Bu hadisədən 48 il sonra, yəni 1886 – cı ildə ermənişünas alim, professor N. Karmiants bir məqaləsində Münhendə rastlaşdığı bir ermənidilli əlyazmadan söz açaraq bildirmişdi ki, Sivasda qələmə alınmış və miniatürlərlə bəzədilmiş bu əlyazmanın bir yerində erməni hərflərinə bənzəyən hərflərlə yazılmış, fəqət erməni dilində olmayan iki sətirlə rastlaşıb. Həmin sətrin yanında ermənicə yazılmış qeyddə

132

Page 133: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

bunun alban yazısı olduğu bildirilməkdəydi. Fəqət bu və haqqında Ejen Borenin məlumat verdiyi əlyazmalar müammalı şəkildə yoxa çıxdığından və ya məhv edildiyindən onlar barədə heç bir dəqiq məlumat yoxdur.

Bununla belə, 1996 – cı ildə Gürcüstan Elmlər Akademiyası tərəfindən İsrailə ezam edilən elmi ekspedisiya tərəfindən Müqəddəs Yelizaveta kilsəsindən 120 səhifəlik bir palimpset tapılmışdır. Alban dilində olduğu güman edilən bu əlyazmanın üst tərəfində gürcü dilində qeyd var. Bu qeydə əsaslanan ekspedisiyanın rəhbəri, tanınmış gürcü alimi Zaza Aleksidze sözügedən yazıların alban yazıları olduğunu iddia etmiş və bu barədə fikirlərini 2001 – ci ilin may ayında Bakıda təşkil edilən “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı konfransda (Предварительное сообщение об идентификации и дешифровке албанского текста, обнаруженного на Синайской горе. Доклад на конференции «Этнокультурное Наследие Кавказской Албании» 21-22 мая 2001 года в Баку) dilə gətirmişdir.

59 işarəli bir əlifba ilə qələmə alınmış bu yazı artıq nəşr edilmiş və onun udin dili əsasında şərh ediləmsinə cəhd də göstərilmişdir (J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé. The Caucasian Albanian Palimpsests of Mount Sinai. Brépols, 2009.) İddiaya görə bu, Bibliyanın ayrı – ayrı hissələrinin tərcüməsidir və guya udin dilindədir. Fəqət bu iddia digər alimlər tərəfindn ciddi qəbul edilmir. Bu da təbiidir, çünki kitab müəlliflərinin mətnləri udin dilində şərh etmək cəhdləri falsifikasiyadan və ya olmayanı olan kimi təqdim etməkdən başqa bir şey deyil. Üstəlik də bütün mənbələr alban dili üçün əlifbanın udin dili əsasında deyil, qarqar – qıpçaq dilində tərtib etdiyini söyləyir.

Gürcülərin İsraildən tapdıqları palimpsetdəki 59 işarəsinin 36 – sı erməni hərfləri ilə üst – üstə düşən hərflərdir ki, bu da təbiidir. Çünki alban və erməni hərfləri eyni mənşəli olmuşdur. Digər 23 işarə isə, deyilənlərnə görə, gürcü hərflərinə və həbəş ideoqramlarna çox bənzəyir.

Əgər lV – Vll əsrlərə aid olduğu söylənən (Aleksidze lV – V əsrlərə aid edir) bu əlyazma gerçəkdən də albanlara aiddirsə və gerçəkdən də onun yazıldığı əlifba Maştotsun albanlar üçün hazırladığı əlifbadırsa, tam qətiyyətlə deyə bilərik ki, zamanla o təkmilləşmiş və 36 işarəli əlifbaya çevrilmişdir. Yəni zamanla “ gürcü hərflərinə və həbəş ideoqramlarına bənzəyən” köməkçi işarələr lazımsız şey kimi bir kənara atılmışdır.

Yeri gəlmişkən qeyd edək ki, alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılmışdır və bu fikrin ən qızığın tərəfdarı və təbliğatçısı kimi daha çox gürcü və erməni alimləri çıxış edirlər. Gürcülərin bu mövqeyi anlaşılandır. Çünki udin dili də gürcü dili kimi Qafqaz dilləri ailəsinə aiddir. Gürcülər bu yolla Azərbaycanın guya qədimdə qafqazdillilərlə məskun olduğunu “əsaslandırmaq”la, hətta qədim mannalıları da qafqazdilli elan etməklə, gələcəkdə torpaqlarımıza iddia üçün “elimi əsas” hazırlamağa çalşırlar ki, bu xəttin də əsası İosif Stalin tərəfindən qoyulmuşdur.

Ermənilərin məqsədi isə aydındır, kim olursa – olsun, təki türk olmasın.Azərbaycanda ideyanın ən qızğın tərəfdarı mərhum Voroşil Qukasyan idi.

Milliyyətcə udin olan bu alimin də sırf etnik təəssübkeşlikdən çıxış etdiyi və daha çox Abuladzenin əlifbası üzərində durduğu məlumdur. Lakin o, tək deyildi. Bu gün də bu iddiada olan Azərbaycan alimləri az deyil. Bu halda isə, əlbəttə ki, söhbət kəmsavadlıqdan və bu iddianın arxasında duran siyasi hədəfləri anlamamaqdan, başqa

133

Page 134: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

sözlə, siyasi nadanlıqdan getməlidir. Çox təəssüflər olsun ki, belələrindən biri də Fəridə xanım Məmmədovadır. Gözəl tarixçi, albanşünas və ermənişünas olmasına rəğmən, türkologiya sahəsində yetərli biliklərə sahib olmayan bu alimin səhv etdiyini, əlbəttə ki, üzə çıxardığımız alban əlyazmaları bütünlüklə sübut etməkdədir.

Əldə olan əlyazmalar həm alban dili məsələsinə, həm də alban əlifbası ilə bağlı suallara tam və birmənalı cavab verməkdədir. Yeri gəlmişkən qeyd edək ki, erməni və alban əlifbaları eyni mənşəli olsalar da, yazılış xətt və üslubuna görə bir – birindən fərqlənirlər. Yəni hərflər eyni olsalar da, xəttlər fərqlidir. Ermənilər “bolorqir” və “notrqir” adlandırdıqları bu iki xətti erməni yazısının iki fərqli xətti kimi təqdim edirlər. Gerçək isə budur ki, “bolorqir” ermənilərə, “notrqir” isə albanlara məxsusdur. Yəni əldə olan bütün alban mətnləri məhz “notrqir”lə yazılmışdır. Albanlar hətta erməni dilində yazanda da öz xətlərindən (əlifbalarından) istifadə etmişlər. Odur ki, “notrqir”lə yazılmış bütün mətnlərin, o cümlədən ermənidilli mətnlərin müəlliflərinin məhz albanlar olduğunu tərəddüd etmədən söyləmək olar. Albanlar heç vaxt “bolorqir”dən istifadə etməmişlər. “Bolorqir”lə yazılmış mətnlərin müəllifi, şübhəsiz ki, ermənilərdir. Əlbəttə, bəzi hallarda, ola bilsin ki, kiçik istisnalar olmuşdur, fəqət bu bir o qədər də böyük önəm daşımır.

İndisə Maştotsun əlifbasının qəbulundan öncə albanların istifadə etdikləri yazının hansı əlifba ilə ola biləcəyi məsələsinin üzərinə qayıdaq.

Nəzərə alsaq ki, Vaçaqan və ondan öncəki Albaniya hökmdarları Arsak sülaləsindən idilər və kökləri Parfiya Arsaklarına uzanırdı və Parfiyada isə 22 hərfli arami yazısından istifadə olunurdu, eləcə də Əməniyyə məliyi Artaşesin (e.ə. l əsr) dövrümüzədk ulaşan, türkcə yazıldığı anlaşılan və görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu tərəfindən oxunan kitabəsi də (söhbət sərhəd daşları üzərindəki yazılardan gedir) eyni əlifba ilə yazılmışdı, söhbətin məhz arami əlifbasından getdiyini düşünmək olar. Ehtimal ki, parfiyalılar bu əlifbanı midiyalılardan əxz etmişdilər. Çünki Güney Azərbaycandan Midiya dövrünə aid, üzərində arami yazıları olan, fəqət aramicə oxuna bilinməyən bir neçə vaza tapılmışdır. Mütəxissislərin bəzisi həmin yazıların midiyalılara aid olduğunu ehtimal edirlər.

Sasanilər də eyni əlifbanı parfiyalılardan əxz edərək öz dillərinə uyğunlaşdrmışdılar və onların imperiyasında orta fars (tat) dili ilə yanaşı arami dili də dövlət dili hesab olunurdu və hər iki dilin əlifbası eyni idi. Eyni əlifbanın Xəzər xaqanlığında da əsas əlifbalardan biri olduğunu söyləmək üçün əldə ciddi əsaslar var. Fəxrəddin Mübarəkşah Mərvərrudinin yazdığına görə, xəzərlərin əlifbası 22 hərfdən ibarətdir, sağdan sola yazılır və hərflər bitişmir.

Bu halda söhbətin bilavasitə arami əlifbasından getdiyi heç bir şübhə oyatmır. Məsələ burasındadır ki, xəzərlərin yəhudiliyi qəbul etmiş hissəsinin birbaşa davamı hesab edilən krımçaklar XX əsrin əvvəllərinə qədər bu əlifbadan istifadə etmiş və bu əlifba ilə çox sayda ədəbi və dini əsər yaratmışlar. Maraqlıdır ki, krımçak türkcəsi yazılı materialının tədqiqi bu dilin alban (qıpçaq – qarqar) dili ilə, şivə fərqi diqqətə alınmazsa, demək olar ki, eyni olduğunu, fəqət öğuz türkcəsinin daha çox təsirinə məruz qaldığını söyləməyə əsas verir. Bu dil qıpçaq mənşəli hesab edilsə də, onun oğuz – qıpçaq şivələrindən biri olduğunu tam əminliklə söyləmək olar.

Bu baxımdan “Aşıq Qərib” dastanının krımçak variantının dili deyilənlərə ən gözəl misaldır:

134

Page 135: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

“Aşıx Ğaripınq masalı və türkısı beyan.Zaman yılınq bır zamanında Tavriz şeərində bır əxtiyar var əmış. O əxtiyar

adamnınq bır xarısı, bır xızı və bır oğılı var əmış. Xarısınınq adı Xanzoxra, xızınınq adı Gülüxan, oğılınınq adı Aşıx Ğarip. Bu əxtiyar adam anistan bır kefsızlıkke oğrayır, arası çıxxa barmayır, bu əxtiyar adam öliyır. Xalıyır xarısı, xızı və oğılı. Bu oğılan Aşıx Ğarip dedıklərı qəndı baxar əmış, qayət bexsun əmış. Bu Aşıx Ğaripnınq düşınə bır gecə ax saxallı adam geliyr, diyır ki: “Oğılım, kimə nışanlaçaxsınq, kımınq xısmetısınq?” Aşıx Ğarip də diyır “Bılmiyıram””.

Çağdaş Azərbaycan türkcəcində:“Aşıq Qəribin məsəli və türküsünün bəyanı.Ötən illərin birində Təbriz şəhərində bir ixtiyar qoca varmış. O ixtiyar

adamın bir qarısı, bir qızı və bir oğlu varmış. Qarsının adı Xanzöhrə, qızının adı Gülüxan, oğlunun adı Aşıq Qərib idi. Bu ixtiyar adam anidən bir kefsizliyə uğrayır, ... bu ixtiyar ölür. Qalır qarısı, qızı və oğlu... Bu Aşıq Qəribin bir gecə yuxusuna bir ağ saqqallı adam girir və deyir: “Oğlum, kimə nişanlanacağını, kimin qisməti olduğunu bilirsənmi?” Aşıq Qərib də deyir: “Bilmirəm”.

Gördüyümüz kimi, alban (qarqar – qıpçaq) dili ilə krımçak (xəzər) dili arasında, demək olar ki, elə də böyük bir fərq yoxdur. Bu da təbiidir. Çünki həm Mosiyey Xorenatsi, həm də Musa Kağankatlı alban dilinin əsasında duran qarqar dilini xəzərlərin, daha dəqiq desək, ağ xəzərlərin dili ilə eyniləşdirir. Fəqət mətnləri rus dilinə tərcümə edən ermənilər bu faktı gizlətmişlər. Mətnin orijinalı belədir:

“Steğis nşanqirs kokordaxos akxazur xjakan xetsbekazunin aynorik qarqartsvots lezun”

Hərfi tərcüməsi:Steğts – yaratdı, düzəltdinşanqirs – hərflərikokordaxos – boğazda danışanakxazur - ağ xəzərxjakan – yabanıxetsbekazunin – pozuqaynorik – bənzərqarqartsiots – qarqarlarınlezuin – diliErməni saxtakarlığını ifşa edən Firidun Ağasıoğlu cümləni belə tərcümə

etmişdir:“Yabanı, pozuq ağ xəzər əlifbasını boğazda danışan qarqarların dilinə

uyğunlaşdırdı”.Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər əlifbası

əsasında əlifba yaratmışdır. Əlbəttə ki, onun bu fikri ilə razılaşmaq mümkün deyil. Əgər o gerçəkdən də haqlıdırsa, mətndəki “akxazur” termini gerçəkdən də etnonimdirsə və bu halda söhbət gerçəkdən də ağ xəzərlərdən gedirsə, o zaman deyilənləri belə şərh etmək lazımdır:

“(Mesrop) Ağ Xəzərlərin boğaz səsləri ilə zəngin, yabanı və pozuq dilinə bənzər qarqarların dili üçün həflər yaratdı”.

135

Page 136: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Yəni, Mesrop Maştots ağ xəzər dilinə bənzər qarqar dili üçün yeni əlifba yox, bəzi hərflər düzəltdi. Çünki ermənilər üçün düzəltdiyi əlifba qarqar dilinin bəzi səslərini ifadə etmək iqtidarında deyildi. Bizcə, hər şey Firidun Ağasıoğlunun söylədiyinin əksinə baş vermişdir. Albanlar əski əlifbalarından – arami mənşəli xəzər əlifbasından imtina edərək, Maştotsun yeni əlifbasını qəbul etdilər. Xəzər əlifbası ilə yazılmış, Musa Kağankatlınn dili ilə desək, “bütpərəst və cadugərlərin” kitablarını oda verdilər. Buna yeni dinin – xristianlığın qəbul edilməsi səbəb oldu.

Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində çatmış kitabı, eləcə də yuxarıda təqdim etdiyimiz alban dilində dua məhz ikinci nəticənin doğruluğunu sübut edir.

Məlumat üçün bildirək ki, “alban” adı təkcə konkret bir soy və ya boyun deyil, eyni zamanda, albanlar ölkəsində yaşayan bütün türk və qeyri – türk etnosların ümumiləşdirici adı olmuş və etnonimə çevrilməmişdən öncə sosisl institutu ifadə etmişdir. Məsələ burasındadır ki, əski türk dilində “alban” kəlməsi “hərbi mükəlləfiyyətli” anlamına gəlir. Bu fakt V. Radlovun “Qədim türk lüğəti”ndə də təsbit edilmişdir, fəqət bu sözün türk dilinə guya monqol dilindən keçdiyi barədə əsassız bir fikir söylənmişdir. Fikrimizcə, Albaniyanın əhalisi Xəzər xaqanlığının, ondan öncə isə Hun xaqanlığnın, başqa sözlə, Türküstanın (Turanın) tərkib hissəsi olmuş, Turan xaqanına tabe olmuş və lazım gəldiyində xaqanı atlı və piyada döyüşçülərlə təmin etməyə mükəlləf olmuşdur. Hər halda, “Kitabi - Dədə Qorqud”da “albanlar başı” adlandırılan Qazan xanın, eləcə də xanlar xanı Bayandır xanın “Türküstanın dirəyi” kimi təqdim edildiyi danılmaz faktdır.

Çox güman ki, Albaniya xristianlığın qəbulundan sonra Turandan (Türküstandan) qopmuş, buna qədər isə həmişə Türküstanın ayrılmaz hissəsi olmuşdur. Hər halda, uzun müddət, daha dəqiq desək, V əsrə qədər (albanlar xristianlığı V əsrdə qəbul etmişlər) Albaniyanın paytaxtı olmuş Qəbələ şəhərinin ərəb mənbələrində “Xəzər” adlandırıldığı da bir gerçəklikdir. Eyni zamanda, xəzərlərin bu günə qədər harada yerləşmiş olduğu məlum olmayan paytaxtlarının Xanbalıq şəhəri olduğu məlumdur. Qəbələ şəhərinin adı isə antik mənbələrdə “Kabalaka” kimi çəkilir. “Kabalaka”nın Xanbalıq adının təhrifedilmiş forması olduğu göz qabağındadr. Xatırladaq ki, Mahmud Kaşğarlının xəritəsində bütün Qafqaz, o cümlədən bugünkü Azərbaycan Respublikasının, Gürcüstanın və Ermənistanın ərazisi Dərbənd – Xəzəran, yəni xəzərlər ölkəsi kimi qeyd edilmişdir. Azərbaycan isə ondan cənubda göstərilmişdir.

Albanların xəzərlərdən və Turan – Türküstan mühitindən qopmasının bir səbəbi yeni din - xristianlıq idisə, digər səbəbi də iki əsr sonra türk əsilli Arsaklar sülaləsinin əvəzinə fars (tat) mənşəli Mehranilərin hakimiyyət başına gəlməsi olmuşdur. Təsadüfi deyil ki, Musa Kağankatlı özünün “Alban tarixi”ndə xəzərlərdən və yer - yer “Şimal” adlandırdığı Türküstandan sevməzliklə söz açır, erməniləri həmişə xoş sözlərlə yad edir, Albaniyanın fars (tat) mənşəli məliyi Cavanşiri öyməkdən isə doymur.

Tanınmış alban tarixçisi Musa Kağankatlı özünün "Alban tarixi" kitabının Albaniyanın, yəni Azəbaycanın ilk şahlarını sıralayarkən birinci yerdə Nuh oğlu Yafəsin, ikinci yerdə onun oğlu, kimmerlərin soy babası Qamərin , dördüncü yerdə isə onun oğlu Toqarmanın adını çəkmişdir.

136

Page 137: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif ona xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki, xəzərlər Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindəndirlər. Maraqlıdır ki, xaqan İosif Toqarmanın, yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4 - cü şahının digər oğullarının da adını cəkmişdir. Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk xalqının soy babası olmuşdur.

Mövzu ilə bağlı Firidun Ağasıoğlu deyir:"Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 soyun adını

çəkir.Həmin soylar bunlardır: Uyğur, Turis, Avar, Oğuz, Bizal, Trna, Xəzər, Yanur, Bulqar və Savir."

Xəzər xaqanının çəkdiyi türk soy adlarından subarların adına erkən mixi yazılarda, yəni eradan əvvəl lll - ll minilliklərə aid mətnlərdə rast gəlirik. Əslində İosifin məktubunda bu soyun adı "savir" şəklindədir. Fəqət sözügedən soyun adına müxtəlif mənbələrdə "savir", "sabir", "sibir", "suvar", "subar " şəklində rast gəlinir. Eradan əvvəl lll minilliyə aid mətnlərdə "subir" forması işlənməkdədir. Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar şəklində əbədiləşdirmişdir. Söhbət "Biləsuvar" toponimindən gedir.

Firidun Ağasıoğlunun yazdığına görə, mixi yazılardan belə aydın olur ki, subarlar İkiçayarsının şimlında yaşayırdılar və şumerlərin qonşusu olmuşlar. Şumerlər ikiçayarasının cənubuna Subar ölkəsinin ərazisindən keçərək gəlmişdilər.

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş türk soy və boylarından biri də bulqarlardır. Azərbaycanın 4 - cü şahı Toqarmanın 10 oğlundan birinin - Bulqarın nəsli olan bulqarların adı "Kitabi - Dədə Qorqud"da da çəkilməkdədir.

Şərqşünas alim Süleyman Əıiyarov deyir: ""Dədəm Qorqud" kitabının Vll boyunda etnogenez baxımından belə bir

tutarlı yazıya rast gəlirik: "Altı başı balqar bir ər gördüm. Ol ərə bağdum. Dayım Əmən imiş."

Bu parçanı Ergin və Gökyay "alnı başı balkır bir ər gördüm" kimi yazmışlar. Bartold isə rus dilinə "muja s blestyaşim çelom i qolovoy" kimi çevirmişdir. Yalnız Bakı çaplarını hazırlayan Həmid Araslı parçanı "balqar bir ər" oxumuş, ancaq bu "balqarın" kimliyi və nə demək olması barədə bir söz söyləmədən keçinmişdir.

Vll boyda "altı başı balqar bir ər" dedikdə, Azərbaycan xalqının yaranmasında iştirak edən bulqarların adı bir eponim kimi çəkilir.

Bu bulqarlar sonrakı Volqaboyu bulqarları deyil, qədim bir etnosdur, onları protobulqar, yəni ilk bulqar adlandırmaq daha düzgün olar. Onların adını ilkin olaraq lV əsrin Suriya tarixçisi Mir Abas Katina çəkmişdir. Onun yazısı gəlib bizə çatmasa da, Moisey Xorenatsinin "Ermənistan tarixi”ndə qalmışdır. Burada deyildiyinə görə, Yuxarı Ormansız-Basean deyilən yerdə "sonralar Bexendur Bulqar Vəndin köçürüb gətirdiyi ailələr yerləşmiş, onun adı ilə bağlı olaraq onlar Vənəd adlanmışdı.""

Biləsuvar rayonu ərazisindən axan Bolqarçay bu günədək bu qədim türk soyunun adını yaşatmaqdadır. Yaxın keçmişlərə qədər bu bölgədə Bolqar, Bolqarkənd və Bolqar - Göytəpə adlı etnotoponimlər mövcud olmuşdur.

137

Page 138: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyundan gələn uyğurlardan da ayrıca söhbət açmaq lazımdır.

Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan - Uyğur Muxtar Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar. Rəsmi statistikaya görə, sayları 15 milyon civarındadır. Qeyri - rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur - Doqquzoğuz xaqanlığı olduğu hesab edilir. Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini əhatə etmişdir. Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar. On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:

"Su... orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzərində yüz il oturub...Orxon çayı...” (Moyunçur abidəsi, lll sətir)

Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən "Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744 - 759-cu illər arasında qoyulmuşdur. Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir. İstər qədim erməni abidələrində, istərsə də Musa Kağankatlının "Alban tarixi"ndə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir. Bu mənbələrdə onların adı "honoğur" kimi qeyd edilmişdir.

Dilçi alim Elbrus Əzizov deyir:"Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azərbaycan

ədəbiyyatına dair tədqiqlər" adlı kitabçasında Azərbaycan dilinin təmiz oğuz dili olduğunu göstərmişdir. Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz - qıpçaq dili olduğunu təsdiq etdilər. Əhməd Cəfər ana dilimizin oğuz - qıpçaq mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə məcbur edir."

Əhməd Cəfər isə yazmışdır: "Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas

əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır"

Elburus Əzizovun yazdığna görə, müasir Azərbaycan dilində uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir. Məsələn, "a - e" səsdəyişməsini gözdən keçirək. Uyğur dili üçün xarakerik olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal şivələrində də göstərməkdədir:

"Eyni hala Anadolu şivələrində də rast gəlinir. Bundan başqa Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan "a-ə", "a-o", "o-a", "e-ə", "e-ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr də müşahidə edilməkdədir."

Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar haqqında ilk məlumatlarda onlar "oqur", "saraoqur", "kotriqurlar", "onoqur" və s. adlarla qeyd

138

Page 139: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

edilmişlər. Maraqldır ki, onları bu adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan hunların tərkibində yad etmişlər. Qədim Çin mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların) adları yad edilsə də, uyğurlar haqqında bircə kəlmə belə danışılmır. Yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-vu-rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər.

Konkret olaraq, qıpçaqlara gəlincə, onların mənbələrdə ən geniş yayılmış adlarından biri “kuman”dır. Maraqlıdır ki, əski yazılı mənbələr bu xalqın hələ eradan bir neçə min il öncələrdən Azərbaycanda yaşadığını, başqa sözlə, ölkəmizin avtoxton əhalisi olduğunu birmənalı şəkildə təsdiqləyir.

Qədim mixi yazılarda (e.ə.Xlll-Xll əsrlər) "ku" və "kumen" (kuman) etnonimlərinin də adı çəkilməkdədir. "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır. İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, Sayan - Altay ərazisində yaşayan bir çox türk xalqlarında - tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik - mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.

Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq "ku" və "kuman" etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov da eyni fikri dəstəkləmişlər.

Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:

"Bu etnonim də Türk dillərində etnik ad düzəldən "-man" (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı."

Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115 - 1077) kitabəsində də rastlaşırıq:

"(V,73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər... (Vl.22)... Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı..."

Aşşur şahı ll Adadnerari (e.ə. 911 - 890) də öz kitabəsində kumanları yad etmişdir. Maraqlıdır ki, aparılan arxeoloji qazıntılar zaman Xocalıdan üzərində bu hökmdarın adı yazılmış bir qızıl muncuq tapılmışdır ki, bu da onun qıpçaq - kumanlarla üzləşdiyi ərazinin məhz Azərbaycan ərazisi olduğunu təsdiqləyir.

139

Page 140: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Muncuğun tapldığı yerin Qarqar çayı yaxınlığında olması və həmin çayın qıpçaq – qarqarların adını daşıması da maraq doğuran faktlardan biridir.

Ən maraqlısı isə odur ki, Aşşur – Kuman (qıpçaq) əlaqələri təkcə müharibələrlə səciyyələnməmiş, eyni zamanda ədəbiyyat sahəsini də əhatə etmişdir. Məsələ burasındadır ki, dövrümüzədək alban, yəni qarqar – qıpçaq dilində yazılmış çox sayda xristian və dünyəvi məzmunlu didaktik heyayə gəlib çatmışdır. Onlara müxtəlif əlyazmalarda rast gəlinir. Bu hekayələrdən biri bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki o, alban və ümumqıpçaq ədəbiyyatının köklərinin biz düşündüyümüzdən çox – çox qədim olduğunu və bu köklərin Aşşurla birbaşa bağlılığnı sübut edir. Söhbət “Uslu Xiqarnınq sözü, esi, axılı” adlı hekayədən gedir. Aşşur hökmdarı Senekerimin (Sinnaxeribin) dövründə Ninəvədə (bugünkü Mosul) yaşadığı bilinən müdrik Xiqar (Axikar) haqqnda olan və təbii ki, xristianlıqla heç bir əlaqəsi olmayan bu hekayənin hələ e.ə. Vll – Vl əsrlərdə Yaxın Şərqin bir çox qədim dillərinə çevrildiyi məlumdur. Həmin əsər yalnız alban dilində dövrümüzədək tam şəkildə gəlib çıxa bilmişdir. Başqa dillərdə isə bu əsərin yalnız ayrı – ayrı fraqmentləri qalıb. Əsərin ən qədim variantı arami əlifbas ilə, arami dilində yazılıb və Misir ərazisindən tapılıb. Yuxarıda qeyd etdiyimiz kimi, qıpçaqlar, o cümlədən xəzər və krımçaklar arami əlifbasından istifadə ediblər. Bu isə deyilənlərə daha bir sübutdur.

Sözügedən hekayədən kiçik bir parçanı sevgidəyər oxuculara tərcüməsiz təqdim edirik:

“Aytkanı da ögütü ki, ögütləngəylər adam oğlanları, da ata oğluna ögüt bergəy, da esinə alğaylar.

Eski Törə da xanlar vaxtına Senekarim atlı xan bar edi Ninove kermənninq da Asoresdannınq. Men, Xiqar uslu, 60 yaşına boldum, xatun aldım, oğul-xız bolmadı manqa. Bardım Tenqrim alnına da köp türlü xurban ettim, xaytıp çöktüm allarına da ayttım:

– Ey, menim Eyələrim da Tenqrilərim! (1-ininq atı Pilşim edi, 2-inçisininq atı Šilim edi, üçünçüsününq atı Šahmil edi). Buyurunquz da manqa er oğul berinqiz ki, oşta Xiqar tirilə ölmiyir, ne aytkaylar adam oğlanları ki, Xiqar uslu cardar öldi, da oğul bolmadı ki, anı kömgəy edi da malın menqərgəy edi. Oğul bolğıy edi da kündə 10 xantar altın tas etkiy edi, bolmas edi menim malımnı tügətməgə. Oğul bolğıy edi ki, 2 xolu bilə üstümə toprax salğay edi, tek manqa 1 oğul jişadağ bolğıy edi! Ol sahat manqa avaz boldu Tenqrilərimdən da ayttılar:

– Xiqar, buyurğandır ki, sanqa oğul bolğay. Sen xardaşınqnınq oğlun al sanqa oğul, saxlağaysen da östürgəysen anı sendən sonqra seninq ornuna. Ki işittim men bu avaznı Tenqrilərimdən, aldım men xardaşım oğlun 1 yaşına, kiydirdim anı türlü-türlü kamxalar içinə, da saldım boyuna altın-inci, necik xan oğlununq, içirdim da yedirdim anı barça süt bilə, da xaymax bilə, da çiybal bilə, da yuxlatır edim anı xaraxuşnunq da kügürçinninq moxundan yastıxlar üstünə anqar dirə ki, boldu 7 yaşına.

Mundan sonqra başladım anqar övrətməgə bitikni, esni u axılnı, dünyaninq bilməxin, kimlər ki yaxşılıxka utrudur, alarğa cuap da söz. Kündüz u kecə tıyılmadım övrətməxtən, toydurdum anı es u axıl bilə, necik kimesə suvdan u ötməktən toyğay. Dağı da mundan sonqra ündədi meni xan xatına da ayttı alay ki:

140

Page 141: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

– Uslu Xiqar, köriyirmen seni ki, xartayıpsen. Sendən sonqra kim tügəllisər cardarlıx bilə da es u axıl bilə menim xanlıxımnınq kerəkin? Men asrı xayğurıyırmen bu iştən.

Ayttım:– Xanım, sen xayğurma. Bardır menim oğlum ki, dağı cardar uslu da

axıllıdır mendən esə.Ayttı xan:– Keltir alnıma ki, köriyim.

Keltirdim da turğuzdum xannınq alnına. Kördü xan, da biyəndi, da ayttı ki:– Alğışlı bolğay bu oğlannınq künləri ki, Xiqar kendininq tirlixinə turğuzdu

oğlun alnıma, kendi tınçlıxta bolğay!Andan sonqra yügündüm xanıma, aldım oğlumnı da bardım palacıma. Bu

türlü aytır edim övrətkəndə Natan atlı oğluma.– Oğlum, ne ki işitsənq xan, biy eşikinə, anı yürəkinqə tut, kimsəgə açma,

baylını, möhürlüni çeşmə, çeşkənni baylama da, ne ki işitsənq, alani etmə da aytmağın.

– Oğlum, közünq açıp, körklü xatın körsənq, kiyinişli da bezövlü, bolmağay ki anqar suxlanğaysen. Egər tirlikinqni barçasın da bersənq, azğına suxlanğanınq bolur, yoxesə alırsen Tenqridən nalətləməx da adamlardan, anınq üçün ki xatın kişi oxşar bir körklü kerezmanğa, ol kerezmannınq içi toludır sövəklər bilə da sasımax bilə ölününq...”

Qeyd edək ki, bu gün də “kuman” adını daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir. Anadolunun Səlcuqlular tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz xidmətləri olmuşdur.

Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarını Musa Kağankatlının "Alban tarixi"ndən öyrənmiş oluruq (l kitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan "Qomenk" adlı toponim olmuşdur. Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki "k" yer, məkan bildirən şəkilçidən yarandığını ("Alban tarixi" kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qeybullayevin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuşdur. O, 1727 - ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş. Cəlilabad rayonunun Komankənd kəndinin də adı sözügedən türk boyu ilə bağlıdır.

141

Page 142: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə edilmişdir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:

"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur."

İrəlidə sevgidəyər oxucularımıza Mxitar Qoşun “Tötə bitikki” kitabından kiçik bir parça Azərbaycan türkcəsinə tərcüməsi ilə birlikdə, eləcə də digər alban materialı orijinalın dilində, yəni alban (qarqar – qıpçaq) türkcəsində, fəqət tərcüməsiz təqdim ediləcəkdir.

Sevindirici haldır ki, əldə olan albandilli materiallar içərisində əslən Zəngəzurdan olan üç müəllifin də əsərinə rast gəlinmişdir. Ermənilərin bütün dünyaya “böyük erməni alimləri” kimi təqdim etdikləri bu üç nəfər Mxitar Qoşun tələbəsi olan vardapet Yovhannes Sarğavaq, keşiş Yohannes Karneçi və ilahiyyatçı alim Krikor Nareğaçidir. Bu, fakt Zəngəzurun tarixən albanlara məxsusluğunu və bu ərazidə tarixən alban türkcəsində danışıldığını sübut edən ən gözəl faktlardandır. Fəqət bunlar əldə olan yeganə faktlar deyil. Bu baxımdan Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindən tapılan və haqlarında Məşhədixanım Nemətovanın məlumat verdiyi iki alban qəbrini də deyilənlərə əlavə etmək olar. Bu da son deyil.

Məsələn, Qafandakı Vaanvəng adlı alban monastrının həyətində alban katalikosu Stepannosun qəbrini misal çəkmək olar. Həmin qəbrin başdaşında yazılıb:

“Mən, Albaniya katalikosu, hökümlü Stepannos taciklərin (müsəlmanların –B.T) təqibindən yaxa qurtarmaq üçün Şahanduxt və bacısı Kata tərəfindən tikdirilmiş kilsəyə gəldim və burada rahatlıq tapdım. Tanrı məni mükafatlandıraraq yuxarı mərtəbədə yerləşdirdi. Tanrı xanımızı (Albaniya və Sünik xanı Senekərimi – B.T) öz qüdrəti ilə qorususn”.

Eyni monastra bitişik, albanlara məxsus Həzrət Məryəm kilsəsinin üzərində isə bu yazı qeyd edilib:

“Mən, Albaniya xanı Sevadın qızı və Aşotik oğlu Krikor xanın xatunu Şahanduxt və bacım Kata erməni təqviminin 535 – ci ilində (1086 – cı il) övladımızın olmaması səbəbindən, Məryəm ananın mərhəmətini qazanmaq üçün onun şərəfinə bu kilsəni tikdirdik...”

Dövrümüzədək alban xanı Sevadın oğlu, Şahanduxt və Katann qardaşı, Albaniya xanı Senekəremin də bir neçə fərmanı gəlib çatıb. Onlardan biri belə başlanır:

“Hər şeyə qadir İsanın hökmü ilə mən, Senekərem – Sünik və Albaniyanın xanı məndən öncəki xan və bəylərin ürəyəyatımlı yazılarını oxuyub, Məsihsevər bacılarım – xanbanu Şahanduxt və ... bakirə Katanın xaişi ilə Sisakan və Bağk vilayətlərində kilsə torpaqlarını kilsəyə qaytarmaq üçün bu fərmanı yazdım...”

Məlumat üçün bildirək ki, ermənilər bu fərmanı rus dilinə tərcümə edib çap etdirərkən, oradakı “Sünik və Albaniya xanı” ifadəsini “Ermənistan çarı” ifadəsi ilə əvəz etmişlər.

Eyni xanın başqa bir fərmanında yazılıb:

142

Page 143: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

“Bu, mənim – Sevad oğlu Senekərem xanın fərmanımdır. Tanrı məndən üz döndərmədi və İsmayıloğulları (müsəlmanlar – B.T) tərəfindən dağıdılmış doğma xanlığımda ikinci dəfə xan olmaq üçün mənə mərhəmət göstərdi. Müqəddəs kilsə və ecazkar Sünik taxt – tacının vərəsə torpaqları barədə əski fəmanları oxuyub, həmin torpaqları dördüncü dəfə paytaxt Tatevə qaytarıram...”

Senekərim xanın digər bir fərmanı da dövrümüzədək yetişmişdir:“Mən – Senekərem xan Əsənin (Həsənin) bu fərmanını öz qolumla təsdiq

etdim. Bundan sonra onun qanı bahasına taciklərdən (müsəlmanlardan) geri alınan bu kəndlər mənim buyuruğumla Tatevə qaytarılır. Mən, oğullarım və azatlar buna şahidik. Bu kilsələr durduqca kimsə onlara əl uzatmağa cəsarət etməsin”.

Albaniya xanı Əsən (Həsən) Cəlalın qızı, xanbanu Minə Xatunun imzaladığı bir fərmanda yazılıb:

“Qüdrəti hər şeyə yetən Tanrının iradəsi ilə bu yazı mənim – böyük xan Əsən Cəlalın qızı və bəylər bəyi Tarsaiçin xatunu Minə Xatun və oğlum Cəlal haqqındadır. Ona görə ki, Vedidəki Norpetdə onun gerçək sahiblərindən halal vəsaitimizlə bağ almış, orada ağaclar əkmiş, ...hasara almışıq. Nəzərə alaraq ki, bu bağ bir vaxt Yenqivəngə (Norvəngə) bağışlanmışdı, biz də onu həmin vəngə qaytarırıq.”

Başqa bir misal. Vardenis rayonunun Böyük Məzrə (Mets – Mazra) kəndindəki xaçkarın üstündə yazlıb:

“Mən Krikor Artnersex – Sünik və Albaniyanın böyük bəyi erməni ilinin 330 – cu ilində (881 – ci il) bu xaçı dindarlara kömək məqsədi ilə ucaltdım. Bu xaça təzim edənlər, dualarınızda məni də yad edin”.

Sünik, yəni Zəngəzur əhalisinin albanlar olduğunu əski erməni mənbələri də təsdiq edir. Məsələn, V əsrdə baş vermiş bir hadisədən - Mesrop Maştostsun erməni və albanlara əlifba düzəltməsindən danışan bütün erməni müəllifləri ona Sünikdən (Zəngəzurdan) gəlmiş Benyamin adlı birisinin kömək etdiyini yazırlar. Koroyun isə onun millətini də qeyd etmişdir:

“Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi”.Bu faktları bir qədər də artırmaq mümkündür. Əldə digər alban bəylərinə aid

də çox sayda yazı bulunmaqdadır. Bu mənbələr təkcə Qərbi Azərbaycan, yəni bugünkü Ermənistan ərazisinin deyil, eyni zamanda Qarabağ və bütün Kür – Araz ovalığının tarixən guya ermənilərə aid olduğunu iddia edən erməni “alimlər”inə ən gözəl cavab ola bilər.

Qiyasəddin Qeybullayev ermənilərin bu ərazilərə iddiası barədə belə yazır:"Erməni tarixçilərinin əsərlərində belə bir nəzər nöqtəsi hakimdir ki,

Albaniyann Kür – Araz ovalığının (onların dili ilə desək, sağ sahil Albaniyasının) bir hissəsi, o cümlədən Dağlıq Qarabağ ərazisi e.ə. ll əsrdən başlayaraq 387 – ci ilədək (indisə ehtimal edirlər ki, 428 və 450 – 451 –ci illərədək) Böyük Ərməniyyənin tərkib hissəsi olmuş və göstərilən tarixdən sonra albanlara keçmişdir. Həmçinin hesab edilir ki, Albaniyanın bu hissəsində əzəldən ermənilər yaşamışlar və ya yerli əhali 600 il ərzində (e.ə ll əsr – b. e. lV əsri) erməniləşmişdi. Erməni ekstermistlərinin son illərdə Azərbaycana qarşı irəli sürsükləri ərazi iddiaları da əsasən bununla bağlıdır. Bu konsepsiyanın əsaslandırılması işinə

143

Page 144: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

təkcə tarixçilər (S. Yeremyan, A. Ter – Qevondyan, B. Ulubabayan, Q. Svazyan, A. Abramyan, A. Mnatsakanyan, A. Akopyan və s.) deyil, eyni zamanda Z. Balayan kimi... publisistlər də qoşulmuşlar.”

Bəri başdan qeyd edək ki, yuxarıda adı çəkilən erməni “alimlərinin” fikirləri barədə tam icmala Ziya Bünyadovun və Fəridə Məmmədovanın, eləcə də qismən Qiyasəddin Qeybullayevin əsərlərində rast gəlmək mümkündür. Onlardan bəzisini gözdən keçirək. Məsələn, Q. Kapatsyan Kür – Araz ovalığının ermənilərə məxsusluğunu “sübut” etmək üçün bu bölgənin əsas şəhərlərindən biri olan Bərdə şəhərinin adının etimologiyası ilə bağlı olduqca gülməli bir iddia irəli sürərək yazmışdır ki, guya “Bərdə” adı erməni (hay) dilindəki “barti” (ağa) sözündən yaranmışdır. Halbuki, ərəb mənşəli bu söz erməni (hay) dilinə fars dili vasitəsilə keçmişdir və mənası “quldar”, “qulların ağası” deməkdir. Sözügedən şəhər isə hələ e.ə. l minilliyin başlarına aid mixi mənbələrdə, yəni ərəblərin bu ərazilərdə izi – tozu olmayan bir dövrdən bu adla yad edilməkdədir.

Q. Kapatsyan fikrini “əsaslandırmaq” üçün qədim gürcü mənbələrində qeydə alınmış bir əfsanədə deyilənləri misal çəkmişdir. Söhbət Yafəsin soyundan olan Torqormosun (Toqarmanın) Bərdə şəhərinin əsasını qoyduğu hesab edilən Bardosu (Bardı) Kürdən cənubdakı torpaqların, daha dəqiq desək, Barduci çayından Kürlə Arazın qovuşduğu yerə qədər olan ərazilərin hakimi təyin etməsi barədə yazılanlardan gedir. Bu “dahi” erməni “alimi” daha sonra isə Ərməniyyə şahlarının Torqomosun (Toqarmanın) nəslindən olduqları barədə M. Xorenatsinin yazdıqlarını əsas “dəlil” kimi ortaya qoymuşdur. Lakin o unutmuşdur ki, təkcə qədim erməni mənbələri deyil, eləcə də onun misal çəkdiyi gürcü mənbələrində də Torqomosdan, yəni Yafəsin nəvəsi Toqarmadan gürcülərin ilk əfsanəvi çarlarının soy babası kimi söz açılmaqdadır. Musa Kağankatlı da özünün “Alban tarixi” kitabında Toqarmanı alban şahlarının soy babası və Albaniyanın 4 – cü şahı kimi təqdim etmişdir.

Yəqin Q. Kapatsyana məlum deyil ki, bütün yəhudi, xristian və müsəlman mənbələrində Toqarmanın babası Yafəs türklərin ulu babası hesab edimişdir. Eyni zamanda o da məlum deyil ki, xəzər türklərinin yəhudi dinini qəbul etmiş xaqanı İosif öz məşhur məktubunda Toqarmanın 10 türk xalqının, o cümlədən xəzərlərin soy babası olduğunu yazmışdır. Əgər erməni “aliminə” məlum olsaydı ki, bütün erkən orta əsr xristian müəllifləri Toqarmanın hökmü altında olan ölkələrdən söz açarkən birinci yerdə Midiyanın və ya Atropatenanın, ikinci yerdə isə Albaniyanın adlarını çəkmiş, yalnız bundan sonra Ərməniyyənin və digər Avrasiya ölkələrinin adını sadalamışlar və bununla da Toqarmanın dünyanı Midiyadan, daha dəqiq desək, Atropatena (Azərbaycan) ərazisindən idarə etdiyini, yəni böyük imperatorluğun mərkəzinin Azərbaycan olduğunu təsdiqləmişlər, cəfəng – cəfəng sözlər yazıb özünü biabır etməzdi.

Bu misalı çəkməkdə məqsədimiz erməni müəlliflərinin iddialarının bu cür boş – boş fikirlərə əsaslandığını, delitantizmdən və riyakarlıqdan başqa bir şey olmadığını göstərməkdir. İrəlidə görəcəyimiz kimi, erməni (hay) tarixçiləri öz boş xülyalarını əsaslandırmaq üçün faktları təhrif etməkdən heç vaxt çəkinməmişlər.

Ş. Smbatyanın yazılarındakı məntiq, daha doğrusu məntiqsizlik də həmkarınkından uzaq deyil. O yazır ki, “Albaniya” ifadəsi etnonim deyil, sadəcə

144

Page 145: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

coğrafi addır. Onun fikrincə albanlar iqtisadi baxımdan geriqalmş olduqlarından Albaniyanın siyasi və iqtisadi həyatında əhəmiyytli rol oynamırdılar və ermənilərdən xristianlığı qəbul etdikdən sonra etnik simalarını itirmişdilər.

Gördüyümüz kimi, müəllif öncə alban etnosunu ümumiyyətlə inkar edir, daha sonra isə antik mənbələrdə bu etnos haqqnda mövcud olan çoxsaylı məlumatlardan qaçmağın mümkün olmadığını görüb, albanların guya xristianlığı ermənilərdən qəbul edib erməniləşdiklərini iddia edir və bunun antik dövrlərdə baş verdiyini önə sürür. Halbuki, həm alban, həm də erməni mənbələrində yazıldığına görə, ermənilər xristianlığı albanlardan çox – çox sonralar qəbul etmişdilər. Albanların bir qisminin gerçəkdən də erməniləşdiyi məlumdur, fəqət bunun XlX əsrdən tez olmadığını sübut edən mənbələr var. Bu halda söhbət o dövrə qədər böyük əksəriyyəti İslamı qəbul edib Azərbaycan türkləri ilə qarışan türk mənşəli albanlardan (albanlar, qarqarlar, saklar, kəngərlər, qazaxlar, dondarlar, qaytaqlar, kergillər və s.) və ya bugünə qədər etnik simasını qoruyan qeyri – türk albanlardan (ləzgilər – leqlər, avarlar – silvlər, xınalıqlılar – qatlar, ubıxlar – boxlar və s.) yox, onların xristianlıqda dirənən kiçik bir hissədən gedə bilər. Hər halda, xristian udinlərin bu günə qədər etnik simalarını saxlamış olması da bu halın kütləvi olmadığını göstərir.

Əldə olan mənbələr isə Şamaxı və Ağsu bölgəsindəki bir - iki xristian tat kəndinin zamanla erməniləşdiyini təsdiq edir. Bu barədə Qiyasəddin Qeybullayev XlX – XX əslərə aid rəsmi sənədlərə istinadən məlumat verməkdədir. Bundan başqa sənədləşmiş heç bir fakt yoxdur və albanların bir qisminin guya orta əsrlərdə erməniləşməsi barədə söylənilənlər, o cümlədən Azərbaycan tarixçilərinin söylədikləri əslində sübut olunmamış fərziyyə və ehtimallardan başqa bir şey deyil. Fakt isə budur ki, türk mənşəli albanların əksəriyyəti İslamı qəbul edərək Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmişlər. Bunu ən azı Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindəki müsəlman qəbristanlığndan tapılmış və XlV əsrlərə aid edilən iki alban qəbri sübut edir. Hər iki qəbrin sinə daşının ərəb əlifbası ilə (biri türkcə, digəri farsca) ilə qeyd edilmiş kitabələrində onların məhz albanlara aid olduğu bildirirlir. Bu fakt eyni zamanda Qərbi Azərbaycan ərazisinin, yəni bugünkü qondarma Ermənistanın köklü əhalisinin ermənilər deyil, albanlar olduğunu da təkzibedilməz şəkildə ortaya qoyur.

Deyilənlərə onu da əlavə edək ki, türk mənşəli xristian albanlar XlX əsrə qədər Azərbaycan türkcəsində çox sayda şer nümunəsi yaratmışlar ki, bu fakt da onların ən azı XlX əsrə qədər öz ana dillərində danışdıqlarını və hətta şerlər yazdıqlarını göstərir. Erməni qrafikası (alban əlifbası) ilə yazılmış bu əsərləri Əkbər İrəvanlı üzə çıxarmış və hələ sovet dövründə onlar barədə məlumat vermişdir. Fəqət sovet dövründə mövcud olan basqı üzündən o, bu əsərlərin müəlliflərindən “azərbaycanca yazıb – yaratmış erməni şairləri” kimi söz açmışdır.

Ş. Smbatyanın irəli sürdüyü iddialardan biri də “ənənəvi erməni mövzusu”nu əhatə edir. O da digər erməni tarixçiləri kimi Kür – Araz ovalığının ermənilərə aid olduğunu önə sürür və antik müəlliflərin, ilk növbədə də Starbonun Albaniyanın sərhədləri bardə söylədiklərinə istinad edir. Yeri gəlmişkən qeyd edək bu, bütün erməni müəlliflərinin əsas arqumentidir. Digərləri kimi Smbatyan da

145

Page 146: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

başlanğıcda Albaniyann Kürdən şimalda yerləşdiyini əsas tutaraq, qeyd edir ki, V əsrə qədər (onun fikrincə, Kür – Araz ovalığı V əsrdə Albaniyanın tərkibinə keçmişdir) bu ərazilər yalnız Ərməniyyənin tərkibində ola bilərdi. Onun fikrincə, çünki o dövrdə guya bölgədə Ərməniyyədən başqa heç bir qüvvətli ölkə yox idi. Yəni müəllif bu halda hər hansı bir konkret fakta deyil, öz “erməni məntiqinə” əsaslanır. O ki qaldı V əsrə qədər bölgədə Ərməniyyədən güclü dövlətin olmaması məsələsinə, bu, əlbəttə ki, gülməli fikirdir. Çünki bu halda qüdrətli Parfiya - türk imperatorluğu və onu lll əsrdə əvəz etmiş fars – Sasani imperatorluğu bilərəkdən gözardı edilir. Üstəlik də həmin dövrdə Ərməniyyə və Albaniya hökmdarlarının türk – Arsaklar sülaləsinə mənsubluğu barədə də bir söz deyilmir.

Kür – Araz ovalığı ən azı e.ə. lX əsrdən etibarən Mannanın tərkibində idi və Bərdə də (Parta) Mannanın “Saqarta” (Zikertu) adlanan bölgəsinin mərkəzi şəhəri idi. Sonrakı dövrlərdə bu ərazinin adı mənbələrdə Sakasena, o cümlədən erməni mənbələrində “Şakaşen” kimi çəkilir ki, bu da “saklar ölkəsi” deməkdir. Sakların isə türklər olduğu məlumdur. Polibi və Strabonun verdiyi məlumatlardan isə belə aydın olur ki, e.ə. lV əsrdən, yəni Atropatena (Azərbaycan) dövlətinin tarix səhnəsinə çıxmasından sonra bu ərazi onun tərkibində olmuş və bu ölkənin nüvəsini təşkil etmişdir. Təsadüfi deyil ki, ölkənin həm yay, həm də qış paytaxtları bu ərazidə yerləşirdi.

Albaniya və albanlar haqqında cəfəng fikirlərə A. Akopyanın da əsərlərində rast gəlinməkdədir. Onun da fikrincə, Kür – Araz ovalığı Ərməniyyənin şərq torpaqları olmuş və Kür çayı təkcə guya Ərməniyyə ilə Albaniyanın deyil, həm də erməni etnosu ilə alban etnosunun sərhəddini müəyyən etmişdir. Müəllif iddia edir ki, guya bu ərazi e.ə Vl əsrdən, yəni Ervanditlər dövründən Ərməniyyənin, ondan öncə isə Urartunun tərkib hissəsi idi. Əlbəttə ki, dediklərini sübut edə bilmək üçün heç bir dəlil gətirə bilmir, sadəcə, faktların təhrifi ilə məşğul olur.

A. Akopyan da yazır ki, guya özünü “alban” adlandıran etnos olmamışdır və guya bu adla Albaniya əhalisini qonşuları adlandırmışlar. O bunu iddia edərkən, təbii ki, Musa Kağankatlının “Alban tarixi” kitabında özünü və mənsub olduğu xalqı alban adlandırmasını gözardı edir. Onun fikrincə, Parfiya hökmdarı tərəfindən Albaniyanın məliyi təyin edilən Ərən (e.ə ll əsr, bəzi mənbələrə görə, l əsr) guya Ərməniyyənin şərq əyalətlərinin canişini olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, “Alban tarixi”ndə olduğu kimi, əski erməni mənbələrində də Albaniya əvəzinə bəzən “Şərq ölkəsi” ifadəsi işlənməkdədir. Çağdaş erməni müəllifləri bu ifadəni çox zaman “şərq tərəf” kimi tərcümə etməkdə və yazmaqda, bununla da faktları təhrif edərək, guya Albaniyann müstəqil dövlət deyil, Ərməniyyənin şərq əyaləti olduğunu söyləməkdədirlər. Bu barədə Qiyasəddin Qeybullayev yazır:

"...Bu konsepsiyanın (Albaniyanın guya Ərməniyyənin şərq əyaləti olması barədə konsepsiyanın) xeyrinə Musa Kağankatlının “Alban tarixi kitabında işlədilmiş “şərq” ifadəsi hesab edilir.

Doğrudan da bu mənbədə “Şərq ölkəsi” (ll kitab, XX fəsil), “Şərq” (l kitab, Vlll fəsil), “Şərq məmləkəti”(l kitab, XXVll fəsil, ll kitab, l, XXVll və XXXVll fəsillər) ifadələri yer almaqdadır. Erməni tarixçiləri bu ifadələri “Erməni Şərqi”, “Şərqi Ərməniyyə”, “Ərməniyyənin şərq əyaləti” kimi, eləcə də Mehranilər

146

Page 147: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

sülaləsindən Cavanşir barədə söylənmiş “Şərq knyazı” (ll kitab, XXVll fəsil, ll kitab, XXVlll fəsil) ifadəsini “Erməni Şərqinin erməni knyazı” kimi, “Şərq xalqı” (l kitab, Vl fəsil) ifadəsini isə “Erməni Şərqinin erməni əhalisi” kimi qəbul edirlər.

Əslində isə bu ifadələrin heç birində “Ərməniyyə” sözü yoxdur. Fəridə Məmmədovanın haqlı olaraq vurğuladığı kimi, Musa Kağankatlı “Şərq” ifadəsi altında, o dövrün xristian dünyasının təsəvvürlərindən çıxış edərək, Albaniyanın xristian dünyasının ən şərqində yerləşdiyini göz önündə tutaraq, Albaniyadan söz açmışdır. Eyni müəllif xristian bizanslılardan danışarkən də “Qərb”ifadəsini işlətmişdir və bu halda Ərməniyyəni yox, xristian Bizansı nəzərdə tutmuşdur (məsələn, l kitab, XXll fəsil, ll kitab, X fəsil). Məsələn, Çar İraklinin Bizans əsgərləri “Qərbin əsgərləri” adlandırılmışdır. Buna müqabil olaraq, Xəzər dənizi “Şərq dənizi”(ll kitab, ll fəsil), Aralıq dənizi isə “Qərb dənizi” kimi təqdm edilib (ll kitab, ll fəsil). Məsələn, fars şahı Xosrov Ənuşirəvanın məktubunda Bizans hökmdarı “Məndən qorxub Qərb dənizində gizlənən” kimi səciyyələndirilir (ll kitab, ll fəsil). Eyni mənbədə xəlifədən də “Cənubun şahı” deyə söz açılmaqdadır: “Cənubun şahı Şərqin knyazını, şöhrətli Cavanşiri yanına dəvət etdi” (ll kitab, XXVlll fəsil). Türküstan, yəni türklr ölkəsi isə “Şimal” adlandırılır (ll kitab, XXVll fəsil), hunlar, savirlər və xəzərlər üçün isə “şimal xalqları”, “şimallılar” ifadələri işlədilir (l kitab, Xll və XXVll fəsillər; ll kitab,Xlll fəsil)... Gördüyümüz kimi, əsərdəki “Şərq”, “Qərb”, “Cənub” və “Şimal” ifadələrinin Ərməniyyənin kordinatları ilə heç bir əlaqəsi yoxdur.”

Eyni şeyi Akopyanın da yazılarının ruhunda da görürük. Bu müəllif əski erməni tarixçilərinin əsərlərində göstərilən faktları da özü istədiyi kimi şərh etməkdən çəkinmir. Məsələn, Həm Moisey Xorenatsi, həm də Tovma Artsruni göstərmişlər ki, Kür – Araz bölgəsində saklar, utilər və albanlarla yanaşı qarqarlar da yaşamış və burada onların adını daşıyan Qarqar düzənliyi olmuşdur. Akopyan isə iddia edir ki, guya Qarqar düzənliyi Kürdən şimalda olmuşdur. O, iddialarında daha da uzağa gedərək bildirir ki, guya qarqarlar alban xalqlarından biri deyildi və albanların da heç bir yazısı olmamışdır. Bu halda da o, əski ermni tarixçilərinin söylədiklərini inkar etməkdədir.

Kür və Araz çayları arasında yerləşən bütün ərazilərin, o cümlədən Qarabağ və Uti vilayətinin Ərmniyyənin tərkibində olduğunu iddia edən bütün erməni müəllifləri öz iddialarını əsaslandırmaq üçün bəzi mənbələrdə adı “Etuini” (Eduri – Etuini) və ya “Otena” (Udin) kimi çəkilən və Ərməniyyənin tərkibində olduğu vurğulanan əski Urartu vilayəti ilə Bərdə ətrfında mövcud olan və erməni mənbələrində adı Utik, antik mənbələrdə isə “Toten” kimi qeyd edilən alban vilayətini eyniləşdirirlər. Bu halda onlar antik müəlliflərin Araz çayınn Atropatena ilə Otena arasından axdığı və onlar arasında sərhəd olduğu barədəki fikirlərini misal çəkirlər. Eyni zamanda Araz çayınn Atropatena ilə Ərməniyyəni ayırdığı barədə Strabonun dediklərini misal çəkirlər. Şübhəsiz ki, bu halda Atropatenanın guya Arazdan cənubda yerləşdiyinə inanan Azərbaycan alimlərinin onlara tutarlı cavab verə bilməsi mümkün deyildir. Halbuki, Atropatenanın həm də Arazdan şimaldakı torpaqlarımızı əhatə etdiyini və bu ölkə ilə Ərməniyyə arasındakı sərhəddin çayın şimaldan cənuba axan hissəsinin olduğunu qəbul etsək, - bunu Polibiy və Strabonun sözləri tam təsdiq edir, - o zaman hər şey aydın olar. Yəni

147

Page 148: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

aydınlaşar ki, Atropatena Bərdə ətrafındakı, yəni Kür – Araz ovalığındakı Uti (erməni mənbələrində Utik) vilayəti ilə yox, Arazın qərbindəki əski Urartu vilayəti Otena (Udin) ilə həmsərhəd imiş. Uti isə Atropatenanın tərkib hissəsi idi.

Biz bu məsələyə kitabımızın “Kutilər və Mahan (Manna) dövləti” bölümündə toxunduğumuzdan onun üzərinə yenidən qayıtmaq istəmirik, fəqət bəzi məsələləri xatırlatmağı vacib hesab edirik.

Udinlərin mənşəyi məsələsinə toxunan iL.M.Meliksetbekov haqlı olaraq, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri - Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir. O, haqlı olaraq yazmışdır ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər. Yəni alim öncə Urartunun, daha sonra isə Ərməniyyənin tərkibində olmuş Etuini (Otena, Udin) vilayətinin Bərdə ətrafındakı Uti – Otenadan fərqli bir şey olduğunu göstərmişdir.

Xatırladaq ki, elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Bərdə şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir.

Bu deyilənlərdən açıq – aydın görünür ki, Atropatena məhz Ağrı dağı bölgəsində yerləşən Etuini (Otena, Udin) vilayəti ilə həmsərhədd idi və onları Araz çayı ayırırdı. Bərdə ətrafındakı Uti (Otena) vilayətinə gəlincə isə, o, l əsrə qədər Atropatenanın tərkibində olmuş, l əsrdən sonra isə Albaniyann tərkibinə keçmişdir. Təsadüfi deyi ki, Ptolomey Otenadan (Utidən) məhz Atropatenanın vilayəti kimi söz açmışdr. Iqrar Əliyev də özünün “Midiya tarixi” kitabında Atropatenanın əhalisindən danışarkən uksi (oğuz), kark (kərki), mik (maq, muğ) və s. ilə birlikdə utilərin də (udulular) adını çəkmişdir. Lakin çox təəssüflər olsun ki, rus – sovet konsepsiyalarına hələ də ağlasığmaz bir “sadiqlik” göstərən Azərbaycan alimləri Atropatenanın Arazdan şimaldakı torpaqlarımızı da əhatə etdiyi fikrini inkar edərək, bu günə qədər iki Otenadan (Utidən) – Atropatena və Albaniya Otenasından fərqli – fərqli vilayətlər kimi söz açmaqda və guya utilrin öncə Arazdan cənubda (Atropatenada) yaşadıqları və sonralar oradan şimala (Albaniyaya) köçdüklri barədə cəfəng konsepsiyanı müdafiə etməkdədirlər.

Məsələn, Qiyasəddin Qeybullayev kimi böyük alim də Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, guya onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər.

Yeri gəlmişkən qeyd edək ki, Kür – Araz vadisi ilə bağlı qondarma erməni (hay) konsepsiyaları ermənilərin hər zaman himayəçisi olmuş rus və sovet alimləri tərəfindən də dəstəklənmişdir və təbii ki, bu dəstək Kremlin direktivləri əsasında gerçəkləşmiş, elmi deyil, siyasi mahiyyət daşımışdır. Kremlin birbaşa direktivləri əsasında işləyən alimlərindən biri də K. Trever idi. Bu xanım yazmışdır:

148

Page 149: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

“E.ə. ll əsrdə Ərməniyyə çarı l Artaşes (e.ə. 189 – e.ə. 160) bir çox vilayətləri, o cümlədən Kür çayının şakilərin (sakarın), utilərin və qarqar – albanların yaşadığı sağ sahilini Ərməniyyəyə birləşdirdi.”

Bu fikri digər sovet alimi A. Şanidze də dəstəkləmişdir. Fəqət bu iddialar qəiyyən doğru deyil... Çünki Artaşesin dövrümüzədək ulaşmış sərhəd daşlarının Göyçə yaxınlğından tapılması sübut edir ki, bu Ərməniyyə məliyinin Azərbaycandan (Atropatenadan) işğal etdiyi torpaqlar indiki Türkiyə sərhədlərinidən Göyçə gölünə qədər olan torpaqları əhatə edirdi və bu torpaqlarda gerçəkdən də o dövrdə türkdilli saklar və qarqarlar yaşayırdılar. Fəqət mərkəzi Bərdə olan Uti vilayəti buradan uzaqda idi. Odur ki, A. Novoseltsevanın aşağıdakı sözlərinin də heç bir elmi – faktoloji əsası yoxdur:

“30 – 60 –cı illər arasındakı zaman kəsiyi istisna olmaqla, düz lV əsrə qədər Ərməniyyə ilə Albaniya arasında sərhəd Kür çayı böyunca uzanırdı və Sakasena, Artsax, Uti, Qardman və s. vilayətlər Ərməniyyənin tərkibində idi.”

Eyni müəllif də eynən erməni müəllifləri kimi bu fikrini onunla əsaslandırır ki, guya həmin dövrdə Ərməniyyədən başqa həmin ərazilərə sahib olmaq iqtidarında heç bir başqa güc yox idi. Bu fikrin cəfəngiyyat olduğunu yuxarda göstərdik.

Erməni “alimləri” Strabonun Sakasena və Araksenadan Ərməniyyənin əyalətləri kimi söz açmasını əldə əsas tutaraq, bunu guya Kür – Araz vadisinin Ərməniyyənin tərkib hissəsi olmasının əlavə dəlili hesab edirlər. Bu fikirlərini sübut etmək üçün isə Sakasenanın Kür – Araz ovalığının adı olmasını, yəni bu ölkənin həmin ərazidə yerləşməsini misal çəkirlər.Təbii ki, onlar bu halda Strabonun sözlərini özləri istədikləri kimi şərh edirlər. Söhbət Strabonun aşağıdakı sözlərindən gedir.

“Saklar Ərmniyyənin ən yaxşı torpaqlarını ələ keçirərək oranı öz adları ilə “Sakasena” adlandırdılar.”

Eyni zamanda Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:

"Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir."

Sakasenaya keçməmişdən öncə qeyd edək ki, Strabonun “Araksena” dediyi və Araz çayının oradan axdığnı qeyd etdiyi düzənlik bu çayın axarı boyu uzanan və Sakasenadan öncə gələn yerin adı olub və Strabonun sözlərindən belə aydın olur ki, söhbət Araz çayının mənbəyindən başlayaraq bu çayın şimaldan cənuba axdığı hissəsini əhatə etmişdir. Eyni müəllifin sözləri ilə desək, məhz bundan sonra o, sərt bir şəkildə şərqə dönür və Xəzər istiqamətinə axır. Orada, yəni sərt dönüşdən sonra isə Sakasena başlayır. Araksena və Sakasenanın haraları əhatə etdiyini başa düşmək üçün isə xəritəyə nəzər yetirmək yetərlidir.

Belə aydın olur ki, Araksena düzənliyi Arazın şimaldan cənuba axdığı hissəsinin yatağının adıdır. Söhbət bu gün Türkiyəni Qərbi Azərbaycandan və Naxçıvandan ayıran hissəsindən gedir. Məhz Naxçıvanın Türkiyə və İranla sərhəd olan hissəsində həmin çay şərqə dönür və oradan da Sakasena başlayır. Nəzərə alsaq ki. Çayın yuxarı, yəni şimaldan cənuba axan hissəsi o dövrdə Ərməniyyə ilə Atropatena arsında sərhəd olub və Sakaşena Atropatenanın trkibində olub, elə çıxır

149

Page 150: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ki, Araksenanın Arazdan qərbdəki hissəsi, yəni bugünkü Türkiyə ərazisində qalan hissəsi Ərməniyyəyə, şərq hissəsi isə Atropatenaya aid olub. Fəqət Artaşesin dövründə, yəni Arazdan Göyçə gölünə qədər olan Atropatena əraziləri Ərməniyyə tərəfindən işğal edildiyi dövrdə bu düzənliyin hər iki tərəfi artıq, müvəqqəti olaraq, Ərməniyyəyə keçmişdi.

Sakasenaya gəlincə isə, kitabımızın “Kimmer – iskit –sak dövləti”, “İskit və sakların mənşəyi və etnik mənsubiyyəti”, eləcə də “Maday (Midiya) dövləti və Maday - İşquz (İç Oğuz) münasibətləri” adlı bölümlərində Kür – Araz ovalığında yaşayan sakların bir qisminin hələ e.ə. Vll əsrdə işquzların (iskitlərin, İç oğuzların) təzyiqi ilə Araz çayını keçərək, sonralar “Ərməniyyə” adlanacaq Urartu ərazisinə köç edərək Kappadokiyaya qədər geniş bir ərazidə yayıldıqlarını və öz adlarını (Sakasena) bu ərazilərə də yaydıqlarını göstərmiş və bu zaman həm antik müəlliflərin, həm də mixi kitabələrin məlumatlarına istinad etmişdik. Odur ki, məsələyə təkrar dönmək istəmirik. Sadəcə bunu qeyd edək ki, o dövrdə artıq iki Sakasena var idi və onlardan biri mərkəzi Gəncə olan və Atropatenaya daxil olan Sakasena idi, digər Sakasena isə Ərməniyyə (əski Urartu) ərazisinə düşürdü. Məhz bu saklar da Ərməniyyənin hakimi idilər və Atropatena torpaqlarını işğal edən Aratşes və Tiqran da onlardan idilər. Yəni qətiyyən hay (erməni) olmamışlar.

Atropatenanın sərhədlərinin düzgün dərk edilməməsi nəticəsində Azərbaycan alimləri bu günə qədər ermənilərin Kaspiana ətrafındakı hay – küylərinə də tutarlı cavab verə və ortaya vahid və təkzibedilməz konsepsiya qoya bilmirlər. Biri – birilərini inkar etmək məcburiyyətində qalırlar.

İlk öncə qeyd edək ki, ll Tiqranın Atropatenadan işğal etdiyi ərazilərdən biri də Kaspiana vilayəti idi. Elə bu səbəbdən də Strabon Kaspiananın Ərməniyyəyə aid olduğunu qeyd etmişdir. Erməni müəllifləri bu halda da söhbətin guya Kür və Araz vadisindən getdiyini iddia etməkdə və Kaspiananın da guya orada yerləşdiyini söyləməkdədirlər. Atropatenanın sərhədləri barədə Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyadan çıxış edən və mənbələrdə Kaspiananın Atropatenada olduğunu əsas tutan qiyasəddin Qeybullayev belə, yanlış olaraq yazmışdr:

“...Həqiqətdə isə ərməniyyəlilər tərəfindən e.ə. ll əsrdə işğal edilmiş Kaspiana Atropatenada, yəni Kürdən cənubda, təqribən onun Arazla qovuşan yerindən dənizə qədər olan ərazidə - indiki Muğan düzündə və Talış zonasında olmuşdur.”

Bu və bənzər fikirlər səhv konsepsiyalara əsaslandığı üçün onların üzərində durmağı boş vaxt itirmək hesab edirik. Çünki ll Tiqran tərəfindn işğal edilən Kaspiananın mövqeyini hər kəsdən daha doğru Firidun Ağasıoğlu göstərmişdir. O, bütün əski mənbələri incələyərək sözügedən Kaspiananın indiki Gürcüstan ərazisində olduğunu təkzibedilməz dəlillərlə ortaya qoymuşdur. Bu ərazilərin isə əzəldən Atropatenaya aid olduğunu yuxarıda göstərmişik.

Fəridə Məmmədova haqlı olaraq, yazır ki, Kaspiana yalnız ll Tiqranın dövründə, yəni e.ə. 66 –cı ilə qədər Ərməniyyədə olmuşdur və erməni (hay) tarixçilərinin bu halın guya 387 – ci ilə qədər davam etdiyi barədə söylədiklri uydurmadan başqa bir şey deyildir. Məlumat üçün bildirək ki, e.ə l əsrin ortalarından həm Ərməniyyə, həm Atropatena, həm də Aran, eləcə də Albaniya

150

Page 151: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

vahid Parfiya Türk imperatorluğunun tərkibinə daxil edilmişdi ki, bu barədə bütün əski erməni (hay) mənbələri yazır. Odur ki, çağdaş erməni (hay) “alimlərinin” həmin dövrdən sonra Azərbaycanın bu və ya digər ərazilərinin guya Ərməniyyənin tərkibində olması barədə söylədikləri boş və mənasız sözlərdən başqa bir şey deyildir. Çünki o dövrdə Ərməniyyə müstəqil dövlət deyildi. Ərməniyyə və Albaniyann türk - Arsaklar soyundan olan canişinləri yalnız lll əsrin əvvəllərində fars – Sasanilər Parfiya dövlətinə son qoyduqdan sonra bu ölkələrin müstəqilliklərini elan etdilər. Atropatenanın Arazdan cənubadakı əraziləri Parfiya imperatorluğunun digər əraziləri ilə birlikdə Sasanilərin hakimiyyəti altına keçdi, onun Arazdan şimaldakı torpaqlarına, o cümlədən Kür və Araz arsındakı bütün ərazilərə isə Albaniya Arsakları hakim oldular. Bir müddət sonra Atropatenanın qış paytaxtı olmuş Bərdə Albaniyanın paytaxtına çevrildi. Bundan öncə isə Albaniyanın paytaxtı Qəbələ idi. Lakin bu müstəqillik də uzun sürmədi. Artıq l Qubadın dövründə bu dövlətlər fars – Sasani imperatorluğunun tərkibinə keçdi. Atropatena, Ərməniyyə və Albaniya, mərkəzi şəhəri Gəncə olan vahid Aturpatakan (Azərbaycan) əyalətinə çevrildi. Sasanilərdən sonra həmin vahid əyalət və ya vahid ölkə “Azərbayqan” adı altında İslam xilafətinə birləşdirildi. Bugünkü Gürcüstan və Abxaziya da həmin ölkənin tərkib hissəsi idi. Azərbaycan xalqı da məhz həmin geniş ölkənin ərazisində yaşayan ayrı –ayrı türk soy və boylarnın, ilk növbədə də oğuzların və qıpçaqların, qismən də uyğur, bulqar, suvar və s. boyların qaynayb – qarışması nəticəsində formalaşmışdır.

ll BÖLÜM AZƏRBAYCAN SƏLTƏNƏTİ (İMPERATORLUĞU)

VAHİD AZƏRBAYCAN XALQININ FORMALAŞMASI

Roma imperiyası ilə əsrlər boyu aparılan uzunmüddətli müharibələrin Parfiya (Türk-Arsaklar) imperatorluğunun zəifləməsindən istifadə edən farslar 224-cü ildə Arsaklar sülaləsi ilə qohumluq bağlarına sahib olan Ərdəşir adlı bir farsın başçılığı ilə üsyan qaldırdılar və romalıların maddi və mənəvi dəstəyi nəticəsində içəridən bu böyük türk imperatorluğunu ələ keçirməyə nail oldular. Döyüşlərin birində sonuncu Arsak xaqanı Artabanı məğlub edən Ərdəşir özünü şah elan etdi və fars-Sasanilər sülaləsinin əsasını qoydu. Beləcə, 500 ildən artıq mövcud olmuş Parfiya türk imperatorluğunun yerində fars-Sasani imperatorluğu yarandı. Atropatena da avtomatik olaraq bu imperiyanın tərkibinə keçdi. Ərməniyyə və Albaniyada hakimiyyətdə olan Arsaklar bu ölkələrin müstəqilliklərini elan etdilrər və bir müddət onların farslar tərəfindən işğalna imkan vermədilər. Beləcə, sözügedən dövlətlər türk dövlətləri kimi varlıqlarını sürdürdülər. Bununla belə, onların hər ikisi Sasanilərlə hesablaşmağa məcbur idilər və farslar onların işinə daim müdaxilə edirdi.

Roma imperiyasının iki yerə parçalanması ilə bu imperiyanın şərqində yaranan Bizans imperiyası ilə fars imperiyası arasında başlayan və müharibələrlə müşayiət olunan güclü rəqabət Qafqaz və ətraf bölgələrin geosiyasi çəkişmələr meydanına çevrilməsinə səbəb olmuşdu. Bu çəkişmələrin başqa bir güclü subyekti

151

Page 152: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

də var idi. Bu subyekt rolunda ilk dövrlərdə hunlar, sonrakı dövrlərdə isə xəzərlər çıxış edirdilər. Bölgə uğrunda mübarizə aparan qüvvələr içərisində farslar öz aqressivliyi ilə seçilidilər. Onlar hər vəchlə öz dinlərini-atəşpərəstliyi yaymağa çalışırdılar. Bizanslılar da xristianlığın təbliğatına üstünlük verirdilər. Bu cəhdlərin nəticəsində öncə Albaniyada, bir qədər sonra isə Ərməniyyədə xristianlıq sürətlə yayılmağa başladı.

Bu ölkələrdə xristianlığın yayılmasında həmin ölkələrin hakim sülalələri kimi Arsaklar nəslinə mənsub olan Müqəddəs Georginin son dərəcə böyük rolu olmuşdur. Bu həmin müqəddəs Georgidir ki, onun təsviri bu gün dünyanın bir çox kilsələrini, eləcə də Gürcüstan və Rusiyanın dövlət gerblərini bəzəyir.

Yeri gəlmişkən qeyd edək ki, xristianlığın türklər arasında yayılması və bu dinin türk kimliyinin məhvində oynadığı rol mövzusu araşdırıcıların diqqətini lazım olan səviyyədə cəlb etməmişdir. Halbuki, məhz bu dini qəbul etdikdən sonra Balkan bulqarlarının slavyanlaşaraq bugünkü bolqarlara, qıpcaq türklərinin bir qolu olmuş urusların və Şimali Qafqaz, eləcə də Ukraynada yaşayan kazakların (qazaxların) da eyni aqibəti yaşayaraq bugünkü ruslara, Macarıstandakı sekellərin, kumanların və yasların (asların) xristian olduqdan sonra macarlaşaraq macarların bir hissəsinə çevrildikləri, yəni türk kimliklərini və dilini itirdikləri məlumdur. Eyni zamanda xristian türk albanların da bir qisminin zamanla (XlX əsr) erməniləşdiyi söylənilir. Maraqlıdır ki, xristanlığın yaradıcısı hesab edilən Həzrət İsaya (ə) ilk iman gətirənlər və səcdə edənlər (təbii ki, Allahdan aldığı vəhy sayəsində onun peyğəmbər olacağını hər kəsdən öncə bilən Həzrət Məryəmdən sonra) üç nəfər azərbaycanlı olmuşlar. Bu barədə İncil məlumat verməkdədir. Belə ki, Matta “İncil”inin ll fəslinin 1 və 2 – ci ayələrində deyilir:

“İsa hökmdar Hirodun (hakimiyyəti) günlərində, Yəhudeya Beytlehemində anadan olduğu zaman, Şərqdən Yerusəlimə (Qüdsə) münəccimlər gəlib dedilər:

-Anadan olmuş yəhudi hökmdarı haradadır? Çünki onun ulduzunu Şərqdə gördük və ona səcdə qılmağa gəldik”

Məlumat üçün bildirək ki, İncildə və ümumiyyətlə Bibliyada “Şərq” dedikdə Azərbaycan ərazisi nəzərdə tutulmuşdur ki, bu barədə yuxarda ətraflı məlumat vermişik. Bibliyanın yunanca olan ən əski mətnlərində Azərbaycan türkcəsinə “münəccim” kimi tərcümə edilmiş söz “maq” kimi yazılmışdır. Bibliyanın sonrakı dövrə aid mətnlərində isə “maq” kəlməsi “volxv” (sehirbaz və şah anlamlarına gəlir) kəlməsi ilə əvəz edilmişdir. Maqların isə 6 əsas Midiya (Maday) boyundan biri olduğu məlumdur. Midiya iki yerə - Böyük Midiya və Atropatenaya (Azərbaycana) parçalandıqdan sonra isə bu boyun məhz Atropatenada, yəni Azərbaycanda qaldığı məlumdur. Yəni bütün əski müəlliflər onları maq, mik, muğ adı altında Azərbaycan sakinləri kimi yad etmişlər. Muğanın adı da onların adı ilə bağlıdır. Nəzərə alsaq ki, Muğanın bir hissəsi Kürdən şimalda, yəni əski Albaniya ərazisində, əsas hissəsi isə Kürdən cənubda, yəni əski Atropatena ərazisində yerləşir, tam qətiyyətlə deyə bilərik ki, maqlar həm Atropatenada, həm də Albaniyada yaşamışlar. Bibliyada və ümumiyyətlə yəhudi və xristian mənbələrində “Şərq” dedikdə, bilavasitə əski Albaniya ərazisinin nəzərdə tutulduğunu göz önündə tutsaq, sözügedən üç nəfərin Atropatenada deyil, Albanyada yaşayan maqlardan olduğunu söyləyə bilərik. Lakin Oruc bəy Bayatn (Don Juann) da

152

Page 153: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

xatırlatdığı kimi, müqəddəs Antoni onların Midiyadan olduğunu yazmışdır. Bu halda söhbət, təbii ki, Kiçik Midiyadan, yəni Atropatenadan gedir. Və, əlbəttə ki, “maq” ifadəsi də “sühirbaz, münəccim, volxv” anlamında yox, etnonim kimi işlənmişdir. Yəni bu halda midiyalların (madayların) 6 soyundan biri olan, qədim yunan mənbələrində adları “maqos”, qədim Elam yazılarında “makuiş”, ərəb – fars mənbələrində “muğ”, əski türk mənbələrində isə “moğoç” kimi çəkilən maqlar nəzərdə tutulmaqdadır. Bunu dövrümüzədək uyğur əlifbası ilə və uyğur türkcəsində gəlib çatan və Matta “İncil”ində söylənilənlərlə üst – üstə düşən əfsanə də təsdiqləyir. Orada “moğoç” etnonimi işlənmişdir.

Həmin üç nəfər midiyalı maq haqqında Matta “İncil”ində daha sonra oxuyuruq:

“...Onların Şərqdə gördükləri ulduz qabaqlarında gedirdi və körpənin olduğu yerə gələrək həmin yerin üzərində durdu. Onlar da ulduzu gördükləri zaman çox böyük sevinclə şadlandılar. Evə girib anası Məryəm ilə körpəni gördülər və yerə sərilib ona səcdə qıldılar. Sərvətlərini açaraq ona hədiyyələr – qızıl, buxur və mirra təqdim etdilər.”

Matta “İncil”ində söylənilənlrlə heyratamiz şkildə səsləşən və çox gümün ki, hansısa başqa bir “İncil” variantının tərcüməsi olan uyğur əfsanəsi isə belədir:

““...Gəlib onun ləyaqətinə sitayiş edək” – deyib otündülər. O zaman Xirodis xan (Romanın Yəhuda canişini Hirod) beləcə deyib, onlara əmr etdi: “İndi, ey sevimli balalarım, yaxşıca yola düşün, ürəkdən can atıb xahiş edin, istəyin. Nə şəkildə tapsanız, geri dönün, gəlib mənə bildirin. Mən də gedib sitayiş edim ona.”

Beləcə, o moğoçlar Urislıma (Yerusəlimə) necə çıxıb getdilərsə, o ulduz da onlar ilə gedər oldu. O moğoçlar Bidilximə (Vifliyemə) çatanda o ulduz tərpənmdən şax durdu. Sonra orada Msixa tanrını (İsa Məsihi) tapdılar. O zaman yaxına gəlib (mağaraya) girdilər. Öz yüklərini açdılar, üç cür xəzinə - qızıl, zümrüd və səndəl ağacı gətirdiklərini ucadan bildirdilər. Tapınaraq, tanrıya alqış etdilər, ulu Msixa tanrıya (İsa Məsihə) baş əydilər. Fikirləşdilər ki, əgər o, Tanrı oğludursa, zümrüdü, mədhiyyəni götürəcək. Əgər o, xandrsa, qızılı götürəcək. Əgər o, həkimdirsə, onda dava – dərmanı götürəcək. Onlar bu düşüncə ilə (hədiyyələri) sinidə təqdim etdilər. Menqü (əbədi) Tanrının oğlu müqəddəs xan Msixa o moğoçların ürəklərindəkini duyub hədiyyələrin hər üçünü götürdü, onlara belə dedi:

-Ey moğoçlar, üç fərqli düşüncəylə yanıma gəldiniz. Mən həm Tanrı oğlu, həm xan, həm də həkiməm. Siz şübhə etmədən gedin.

O onlara belə buyurdu”.Bu mətni tərcümə edənlər, o cümlədən onu Azərbaycan türkcəsinə çevirmiş

Əlisa Şükürlü Bibliyann son tərcümələrindən çıxış edərək, “moğoç” kəlməsinin bir etnonim olduğunu diqqətə almadan, onu “cadugər” kimi tərcümə etmişlər. Halbu- ki, Radlovun “Qədim türk lüğəti”nə göz yetirmək yetərlidir ki, terminin etnonim olduğunu anlayasan. Uyğurdilli mətnlərdəki moğoçların Midiya maqları olduğunu sübut edən faktlardan biri də odur ki, bu mətnlərdə də eynən antik və ərəb müəlliflərində olduğu kimi, maqlardan (moğoçlardan) oda tapınan xalq kimi söz açılır.

153

Page 154: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Əgər İncildə yazılanlar doğrudursa, şübhəsiz ki, Albaniyanın bir zaman xristianlığı, keçici də olsa, qəbul etməsi qaçınılmaz idi, yəni bu, ilahi təqdir idi. Hadisə isə deyəsən, doğrudur. Çünki həmin üç nəfərin qurumuş cəsədlərinin qalığı bugünə qədər qalmaqda və xristianlar tərəfindən hörmətlə ziyarət edilməkdədir. Bir vaxtlar İstanbuldakı (o dövrdə Konstantinopol) Aya – Sofiya camesində (o dövrdə kilsə) saxlanılan bu cəsəd qalıqları Konstantinopolun (İstanbulun) xaçlılar (səlibçilər) tərəfindən işğalı zamanı oradan qarət edilərək, Almaniyaya aparılmışdır. Hazırda məşhur Köln kilsəsində qorunub saxlanılır.

Maraqlıdır ki, İncildə türklərin xristianlığı ilk qəbul edən xalqlar içərisində yer aldığını sübut edən çox sayda məlumat vardır. Bu faktlardan biri İncilin “Həvvarilərin işləri” adlı bölümündə yer almaqdadır. Sözügedən bölümün ll fəslininin 1 – 13 – cü ayələrində oxuyuruq:

“Pentikost günü gəldikdə, onların hamısı (həvvarilər) bir yerə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onların gözlərinə görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla (Həzrət Cəbrayıl nəzərdə tutulur) doldu və Ruhun (Həzrət Cəbrayılın) onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa – başqa dillərdə danışmağa başladılar.

Yerusəlimdə (Qüdsdə) yəhudilər, göy altında olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onun dilində danışdıqlarnı eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi və (aralarında) deyirdilər:

-Bu danışanların hamısı qalileyalı (Qalileya qədim yəhudi şəhərlərindən birinin adıdır) deyillərmi? Bəs, necə olur ki, hər birimiz öz ana dilimizi eşidir? Biz parfiyalılar, midiyalılar, elamlılar, Messopatamiyada, Yəhudeyada və Kappadokiyada ....yaşayanlar....kritlilər və ərəblər, onların öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik.

Və hamı heyran – heyran bir – birinə “Bu nə olan işdir?” – deyərək təəccüblənirdi.”

İncilin bu hissəsinə inansaq, elə çıxır ki, Allah öz mələyi Həzrət Cəbrayıl vasitəsi ilə, o da Həzrət İsanın həvvariləri vasitəsi ilə müxtəlif xalqlara, o cümlədən türk mənşəli midiyalı (madaylara) və parfiyalılara (saklara) öz ana dillərində müraciət etmiş və həmin şəxslər də xristian olmuşdular. Şübhəsiz ki, Bibliyanın bu hissəsi onun əksər hissələri kimi uydurmadan başqa bir şey deyildir və bu uydurmada məqsəd Yəhya və Barnaba “İncil”lərində Həzrət İsanın (ə) özündən sonrakı böyük peyğəmbəri, yəni Həzrət Məhəmmədi (s) müjdələməsi faktını ört – basdır etməkdir ki, bu da tamam başqa mövzunun söhbətidir.

Yazılanların uydurma olmasına baxmayaraq, bu məlumatdan belə aydın olur ki, ilk xristianlar içərisində midiyalılar və parfiyalılar da, yəni türklər də olmuşlar. Təsadüfi deyil ki, Musa Kağankatlı öz yazısı olan, yəni ana dilində yazılmış müqəddəs kitablara (Bibliyaya) sahib olan xalqların adını çəkərkən, albanlarla yanaşı midiyalıların da adını qeyd etmişdir.

Əsərində bu mövzuya da yer ayıran Oruc bəy Bayatın (Don Juanın) Perion və Avdiyə istinadən yazdığına görə, təqribən həmin dövrdə Yəhuda Taddeus və müqəddəs Yaqubun qardaşı müqəddəs Simon (Şimon) xristianlığı təbliğ etmək

154

Page 155: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

üçün o dövrdə Parfiya imperatorluğunun tərkibində olan Fars və Madaya (Persiya və Midiyaya) ezam edilmişdilər və onların apardıqları təbliğat nəticəsində 70 min insan xristianlığı qəbul etmişdi.

Bu mövzu bu kitabın qarşısında duran məqsəd və hədəflər arasında yer almadığından onun üzərində uzun – uzadı durmaq istəmirik. Fəqət gələcəkdə bu mövzunu davam etdirmək və genişləndirmək arzusunda ola biləcək tədqiqatçılara məsləhət görərdik ki, Musa Kağankatlının “Alban tarixi” kitabnda Yafəs övladlarının yayıldığı və hakim olduğu ölkələrin, xüsusən də Anadolu və Balkanlardakı ölkələrin, eləcə də Aralıq və Egey dənizlərindəki adaların adlarının yer aldığı siyahı ilə İncilə daxil olan “Həvvarilərin işləri” kitabında adı çəkilən və həvvarilərin ziyarət edərək təbliğat apardıqları ölkələrin siyahılarını tutuşdursunlar. Bundan başqa yenə həvvarilərin İncildə yer alan və ayrı – ayrı xalqlara ünvanlanan məktublarını gözdən keçirsinlər, eləcə də Murad Acinin “Avropa, türklər və Böyük Çöl” kitabını oxusunlar.

Azərbaycanın şimalından (Albaniyadan) fərqli olaraq, cənubunda (Atropatenada) tamam başqa bir din, əsası Mani tərəfindən qoyulan manixeizm yayılmaqda idi və bu dini əldə bayraq edən babalarımız farslara və onların dininə, yəni zərdüştiliyə qarşı mübarizə aparırdılar.

Elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215 - ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur.

İlk fars - Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part, yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətinə son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Armeniya və Albaniya qalmışdı.

Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar. Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına (Mədainə) sürgen etdilər. Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı. Maninin dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.

Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez başa düşdü. Odur ki, bu ideoloji sistemə qarşı onu çürüdə biləcək, eləcə də tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ideoloji bir sistem qurmaq qərarına gəldi.

Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub "Xuastuanift" əsəri kömək edir:

"Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa enib, gəldi. Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt bir-birinə qarışdı. Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar."

"Xuastuanift" məhz bu cümlələrlə başlayır. Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir. Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir. Məsələ

155

Page 156: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

də elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır. Fəqət tədqiqatçıların gözdən qaçırtdıqları və ya böyük əhəmiyyət vermədikləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan. Məsələ burasındadır ki, maniçilikdə "Avesta"dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən də Çulbus, Kəlləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir. Maniçilikdə bu obrazın "Şimnu" adından istifadə edilmişdir. Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?

Məlumat üçün bildirək ki, "Avestada" iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqu" da deyirdilər. "Menqu" qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində, o cümlədən yakut türkcəsində "Tenqri Menqu" ifadəsi "Tanqra Menqu" kimi səslənməkdədir.

Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin nifrət bəsləyən Zərdüşt öz saxta dinində Tanqra Menqunu "Anqra Manyu" adı altında iblis elan etmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura Məzdanı, yəni Hörmüzü, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə hind - fars tanrılarını qoymuş, Hörmüzü və hind - fars tanrılarını xeyrin, işığın rəmzi kimi qələmə vermişdi. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın , iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.

Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştn ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər hind - fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mifologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni hind - fars tanrılarını isə onlardan aşağı tutmuşdur:

"...Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır. Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə dolanır.

"Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var. Yalnız bundan sonra onlar Gün, Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər. Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur. O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.

Maninin yaratdığı dinin əsas kitabı onun öz qələminə mənsub “Nom” kitabı idi ki, o bu kitabın Tanrının kitabı (Tanrı bitiyi) olduğunu iddia edir və hər kəsi bu kitabı oxumağa, orada yazılanlara əməl etməyə dəvət edirdi:

156

Page 157: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

"Tüzün bilgə kişilər, üriləlim,Tenqrinin bitiqin biz işidəlim.Törən iliq tenqrilərkə tapınalım, Tört uluq emgəkdə kurtulalım.Tört iliq tenqrilərdə tanıqmalar,Tenqri “Nom”un todaqmalar.Tünerliq yeklərkə tapunuqmalar,Tümənliq irincü kılıqmalarTüpüntə olunma ölməki bar,Tünərliq tamuğa tüşməki bar. Tümərlq yeklər gəlir tiyür, Tumanlıq yeklər ayar tiyür."Tərcüməsi:" Düzülun bilikli kişilər, nəfəs dərəlim, Tanrının kitabını biz eşidəlim. Təntənə ilə tanrılara tapınalım,Dörd ulu əzabdan qurtulalım. Dörd ...tanrını tanımayanlar,Tanrı qaydasına (Nom kitabına) uymazlar.Dörd zülm iblisinə tapınanlar,On min günaha baş vurarlar.Dibində olumun ölməyi də var,Qaranlıq cəhənnəmə düşməyi də var.Zülmət iblisləri gəlir deyir,Duman iblisləri iş görür deyir." Nizami Cəfərovun yazdığına görə, Maninin təlimində qədim türk

mifologiyası, xüsusilə dünyanın yaranması haqqındakı təsəvvürlərlə səsləşən məqamlar kifayət qədərdir. Tanrının qaranlığın, şərin, bədənin deyil, məhz işığın, xeyrn, ruhun yaradıcısı olması; insanın mahiyyətinin bədəndə yox, ruhda təzahürü, dünyanın xaos, mükəmməl insanın kosmos səciyyəsi daşıması qənaətinə gələn Mani, görünür, yalnız müqəddəs kitabları öyrənməklə kifayələnməmiş. öz təlimini yaradarkən qədim təsəvvürlərdən, miflərdən də istifadə etmişdir:

"Qədim türk ədəbiyyatına hiss ediləcək qədər təsir göstərmiş gəlmə dini dünyagörüşlərdən birincisi, yəqin ki, manilikdir. lll əsrdə Şərq ölkələrində yayılmağa başlayan maniliyin əsasında zərdüştilik - xeyirlə şərin, işıqla qaranlığın mübarizəsi dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən əxz olunmuş ideyalar komolektləşdirilmişdir. Özünü "Həqiqət Tanrısının elçisi" sayan Mani dünyada mövcud olan bütün dini dünyagörüşlərini birləşdirərək universal "dünya dini" yaratmaq iddiası ilə çıxış edirdi ki, bu da "Dünya dövləti" qurmaq istəyən türklər üçün maraqlı olmaya bilməzdi."

Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş "Alp Ər Tonqaya ağı"nın dilindən, cüzi də olsa, fərqlənir. Bu, sak dilinin qərb şivəsidir. Əgər Alp Ər Tonqaya həsr edilən ağı oğuz elitasının dilində yaranmışdısa, Maninin əsərləri 500 ildən artıq Ön və Mərkəzi Asiyada qüdrətli bir dövlət quran, dünyanı Roma imperiyası ilə öz arasında bölən sak elitasınn dilində idi. Məhz bu dil sonrakı

157

Page 158: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

əsrlərdə Türküstanda ümumtürk ədəbi dili rolunu oynamış, Türk xaqanları bu dildə fərmanlar vermiş və Kaşğarlı Mahmud da onu "Xaqaniyyə türkcəsi" adlandırmışdı. Həmin dil Göytürkləriin və Qaraxanlıların rəsmi dili kimi də çıxış etmişdir.

Həmin dövrdə Azərbaycan ərazisində eyni ləhcə və şivədə danşan və ədəbi əsərlər yaradan vahid türk xalqından danışmaq mümkün deyildir. Əksinə, biri – biri ilə yola getməyən, çəkişən ayrı – ayrı türk soy və boylarından və onların danışb yazdıqları fərqli şivə və ləhcələrdən söhbət açmaq daha doğru olar. Deyilənləri YUNESKO tərəfindən Vlll əsr abidəsi kimi təsdiq ediln “Kitabi – Dədə Qorqud” da təsdiq edir. Orada vahid türk xalqından deyil, İç Oğuz, Daş Oğuz və qıpçaqlardan, eləcə də, epizodik də olsa, bulqar (balqar), kanqlı və alpanlardan (albanlardan), yəni ayrı – ayrı türk soy və boylarından, özü də fərqli dinlərə mənsub soy və boylardan söz açlır. Bununla belə, artıq Vlll əsrdə bütün soy və boylar üçün ortaq ədəbi dil rolunda “Kitabi – Dədə Qorqud” dilinin, yəni oğuz türkcəsinin çıxış etməyə başladığını söyləyə bilərik. Bu isə vahid xalq olmaq üçün ilk zəruri şərt idi.

Əlbəttə, həmin dövrdə türkçülük və türküstançılıq (turançılıq) şüurunun da varlığı danılmaz faktdır. Bu, özünü “Kitab”da Bayandur xanın və Salur Qazan xanın qürurla “Türküstanın dirəyi” adlandırılmasında açıq şəkildə göstərməkdədir. Lakin bu əsərdə azərbaycançılıq şüurundan əsər - əlamət belə yoxdur, əvəzində Türküstana, başqa sözlə Turana mənsubluq hissi vətənpərvərlik və hətta dövlətçilik səviyyəsindədir. Maraqlıdır ki, “Kitabi – Dədə Qorqudla eyni dövrdə qələmə alınmış Musa Kağankatlının “Alban tarixi” isə bütünlüklə albançılıq və xristiançılıq məfkurəsi ilə yoğrulmuşdur. Burada qeyri - xristianlara, o cümlədən qeyri – xristian türklərə qarşı sevməzlik, digər xristian xalqlara, o cümlədən gürcülərə və ermənilərə rəğbət hissi duyulur. Türkçülük və azərbaycançılığın isə iyi – tozu da yoxdur. Azərbaycanın xristian əhalisi, yəni albanlar ən azı XlX əsrə qədər ədəbi dil kimi qıpçaq türkcəsindən istifadə etmiş və mənsub olduqları ölkəni də “Albaniya” adandırmaqda davam etmişlər. Bununla belə, artıq Xll – Xlll əsrlərdə bəzi albanların ənənəvi xristian adları əvəzinə təmiz türk adları daşıması diqqət çəkir ki, bu da onların şüurunda baş verən müəyyən dəyişikliklərdən xəbər verir. Bu baxımdan Xll əsrdə yaşamış alban məliyi Əsən Calalın anasının adının Aruz Xatun (Arzu Xatun), arvadının Mina Xatun, oğlunun Ağ Buğa, nəvəsinin Dursun olmasını göstərmək olar. Eyni dövrdə albanlar içərisində Alp Quş, Altuntaş, Tuğ Təkin və s. təmiz türk adları qeydə alınmışdır. Qərbi Azərbaycandan, daha dəqiq desək, Sisianın Urud kəndindəki müsəlman qəbristanlığında tapılmış XVl əsrə aid iki qəbirüstü abidədnin üzərində yazılanlardan belə məlum olur ki, artıq XVl əsrdə albanların bir qismi İslamı qəbul etmişdi. Fəqət onlar hələ də alban kimi tanınırdılar. Albanların tədricən İslama keçməsinin tarixinin ən azı Vlll əsrdən başladığını söyləmək olar. “Kitabi – Dədə Qorqud”da albanlardan müsəlman Qazan xanın atlıları kimi söz açılması deyilənlərə ən gözəl sübutdur. Eyni zamanda, qıpçaqların da bir qisminin İslamı qəbul etdikləri danılmaz faktdır. Xll əsrdə Azərbaycanı səltənət, yəni imperatorluq elan etmiş İldəgizlərin qıpçaq mənşəli bir müsəlman sülaləsi olduğu məlumdur.

158

Page 159: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Qeyd etmək lazımdır ki, oğuz türkcəsi ədəbi dil kimi hələ Eneolit dövründən və ondan da əvvəl məhsuldar fəaliyyətdə olmuş və dövrümüzədək minillər öncə Azərbaycan ərazisində yaranmış çox sayda folklor nümunəsi (əsasən ovsunlar) gəlib çıxmışdır. Lakin bu nümunələrin heç biri, o cümlədən “Dədə Qorqud” eposu yazılı ədəbiyyat nümunəsi deyil. Onların hamısı, o cümlədən Alp Ər Tonqaya həsr edilmiş ağı çox – çox sonralar yazıya köçürülmüş ağız ədəbiyyatı nümunələridir. Amma bu heç də o demək deyildir ki, oğuzlar yazıdan istifadə etmirdilər və oğuz türkcəsində ilk yazılı ədəbiyyat nümunələri, iddia edildiyi kimi, Xlll əsrdə yaranmışdr. Bu, qətiyyən belə deyil və bu halda söhbət heç də Azərbaycanın müxtəlif bölgələrindən tapılmış və haqlarında F. Ağasıoğlunun “Azər xalqı” kitabnda məlumat verilən türk – run və digər tipli türk yazılarından getmir. Hərçnd ki, bu faktlar artıq müəyyən fikir söyləmək üçün yetərlidir.

Türklərin istifadə etmiş olduqları əlifbaların, demək olar ki, hamısı (İssık, Orxun – Yenisey, manixey, soğd, uyğur, xəzər, krımçak) elm aləmində “arami əlfbası” adı ilə tanınan, ilk fonetik tipli əlifbalardan biri hesab edilən və samilərin icadı olduğu düşünülən əlifbayla genetik cəhətdən qohumdur. Hər halda, bu tipli əlifbaların ən qədimi “Qlozel kitabələrinin əlifbasıdır və bu kitabələrin türkcə olduğu da artıq sübut edilmişdir. Təkcə bu fakt fonetik əlifbanın yaradıcısının türklər olduğunu söyləmək üçün yetərlidir. Fəqət bunun başqa bir dəlili də var. Bu da əski türk dilində “yazı”, “kitab”, “əlifba” mənalarında işlənmiş “biti” və “bitiq” sözləridir.

Məlum olduğu kimi, dilimizdəki “əlifba” kəlməsi ərəb dilindən alınma sözdür və bu söz ərəb əlifbasının ilk iki hərfinin adından alınmışdır: ( + əlif ( آ ba. Avropa dillərinin əksəriyyətində eyni anlama gələn “alfabet” ifadəsi də ( ب )yunan əlfbasının ilk iki hərfinin – alfa (α) və betta (β) hərflrinin adından törəmişdir. Rus dilində isə bu kəlmənin bir qədər təhrifə uğramış “alfavit” kəlməsindən başqa bir də “azbuka” termini işlənməkdədir. Bu termin də əski slavyan əlifbasının ilk hərflərinin adından yaranmışdır: А (az) + Б (buki). Şübhəsiz ki, türk dilindəki “biti” (əlifba, yazı, kitab) sözü də eyni şəkildə yaranmışdır və ən qədim fonetik əlifbanın ilk iki hərfinin adlarından törəmişdir. İşin ən diqqətcəkiçi tərəfi isə budur ki, yuxarıda misal çəkdiyimiz terminlərin (əlifba, alfabet, azbuka) hamısının birinci hissəsi “a” səsini ifadə edən hərfin adını (əlif, alfa, az) əks etdirdiyi, yəni sait səslə başladığı halda, türkcədəki “biti” kəlməsi “a” saitini ifadə edən hərfin adı ilə deyil, bütün qədim fonetik əlifbalarda ikinci yerdə duran “b” samit səsinin adını ifadə edən “bi” ilə başlayır. Elə bu fakt da onun daha əski çağların əsəri olduğunu sübut edir. Çünki əldə olan ən qədim fonetik əlifbalarda sait səslərin hərfi işarəsi olmayıb. Bu işarəlr çox – çox sonrakı əsrlərdə yaranmışdır.

Saitli ilk əlifbalarda hərflərin düzülüş ardıcıllığı a, b, c, d... və ya a, b,v, g (q)... şəklində olmuşdur. Saitdən öncəki düzülüş barədə təsəvvürü isə arami mənşəli ən qədim ərəb əlifbalarından almaq mümkündür: b, t, t΄, g (q)... İohannes Fridrix bu ardıcıllığın elmə məlum bütün ardıcıllıqlardan, o cümlədən ərəb əlifbalarına xas ənənəvi ardıcıllıqdan əsaslı surətdə fərqləndiyini yazmışdır. Məhz bu düzülüşdə “b” – dən sonra “t” gəlir ki, bu da türkcədəki “biti” kəlməsinin ən

159

Page 160: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

qədim fonetik əlifbanın adı olduğunu sübut edir. Eyni düzülüş “bitiq” kəlməsinin də mənşəyini anlamamıza köməkçi olur.

Maraqlıdır ki, arami əlifbasında 22 hərf olmuşdur ki, bu da oğuz boylarının ilkin sayına uyğundur. Xatırladaq ki, Mahmud Kaşğarlı məhz 22 boydan söz açır:

“Oğuz: bir türk boyudur. Oğuzlar türkməndirlər. Bunlar 22 boydur. Hər bir boyun ayrı bir işarəsi və heyvanlarına vurulan tamğası var. Bir – birilərini bu işarələrlə tanıyırlar”.

Yalnız sonrakı müəlliflərdə, o cümlədən Rəşidəddində bu say 24 kimi qeydə alınmışdr. Bu da Əndəlipin ilk hərflərin oğuz boylarının tamğaları əsasında yarandığı barədə söylədiyi fikrini təsdiqləyir.

Bilavasitə oğuzlarn yazılı ədəbiyyatından danışmaq lazımsa, ilk növbədə adı və məzmununun məlum olmasına baxmayaraq, özü dövrümüzədək ulaşmayan Uluq xan Ata Bitiqçinin qələminə məxsus “Oğuznamə”ni misal çəkmək lazım gələcəkdir. Sözügedən kitab barədə Məmlüklər dövründə Misirdə yaşamış tanınmış türk tarixçisi Əbubəkr ibn Abdullah ibn Aybək üd – Dəvadari məlumat vermişdir. Onun yazdığna görə, vaxtilə “Uluq xan Ata Bitikçi adında bir kitab yazılmış, bu kitabı tapan Cəbril ibn Bxtəşyu adlı fars tarixçisi onu türk dilindən fars dilinə (Sasanilər dövrünün ora fars – tat dilinə) tərcümə etmişdir. Uzun müddət Abbasi xəlifəsi Harun ər – Rəşidin (Vlll əsr) kitabxanasında qorunan, sonra it-bat olan bu kitabın farsca tərcüməsi sonralar Dəvadarinin əlinə düşmüş və o, həmin kitabın içindəkiləri bütünlüklə öz əsərinə köçürmüşdür. Elə bunun sayəsində də əsərin məzmunu dövrümüzədək ulaşmışdır.

Eynən “Kitabi – Dədə Qorqud”da olduğu kimi bu kitabda da Təpəgözlə bağlı mif yer almaqdadr. Əsərin ən maraqlı hissəsi isə ilk insanların yaradılması barədə türk mifidir. Misirli türk tarixçisi onu öz əsərində belə qələmə almşdır:

”İlləri sayılammaz, çox – çox əski bir çağmış,Göylər sanki dəlinmiş, çoxlu yağışlar yağmış,Dünya seldə boğulmuş bu şiddətli yağmurla,Yer üzü tam örtülmüş sürüklənən çamurla.Sellərin önündəki çamurlar bir yol bulmuş,Qara Dağçı dağında bir mağaraya dolmuş.Mağaranın içində qayalar yarılmışmış,Yarıqların bəzisi insanı andırırmış.Qayaların yarığı insan qəlibi olmuş,Qəliblərin içi də gillə, çamurla dolmuş.Aradan zaman keçmiş, illər, əsrlər dolmuş,Yarıqlarda bu torpaq su ilə həll olmuş,Yengəc bürcü deyirlər, bu bürcə gəlmiş günəş,Havalar çox isinmiş, atəş ilə olmuş eş.İnsan qəlibindəki su ilə torpaq bişmiş,Bir – birinə qarışmış, zərrələriysə şişmiş.Onlara görə sanki mağara bir qadınmış, İnsana vücud verən içi də bir qarınmış.Günəşin atəşiylə su ilə torpaq bişmiş,Doqquz ay müddətində sərin bir rüzgar əsmiş.

160

Page 161: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Su, atəş, torpaq, ruzgar, dörd ünsür derlər buna,Bunlar təməl olmuşdur ilk insan vücuduna.Tam doqquz ay keçincə ondan bir insan çıxmış,Nədənsə adını da “Ay Atam” deyə almış.Ay babayla, Ay Dədə türkcəyə burdan qalır,Insanın ilk cəddi də kökünü aydan alır.Ay Atam adlı ata göylərdən yerə enmiş,Bu yerin suyu dadlı, havası da sərinmiş.Sonra başlamış yenə böyük sellər, yağışlar,Mağaranı doldurmuş yenə gillər, çamurlar.Sünbülə adlı bürcə günəş də gəlmiş, enmiş,Bu bürcsə Yengəcdən daha aşağı imiş.Günəş alçaq bürcdəykən yenidən torpaq bişmiş,Bu ikinci varlıq da birinciyə tam eşmiş.Birincisi Ay Atam necə idisə kişi,Bu ikinci şəxs də yaradılmışdı dişi.Ay Va demişdir hər kəs bu dişinin adına,“Ağ üzlü” anlamı var ad qoymuşlar qadına.Ay Atam ilə Ay Va birləşib evlənmişlər,Qırx uşaq doğuurmuşlar, toplanıb yığılmşlar.Qırx uşağın yarsı nədənsə, oğlan olmuşdur,Digər yarısı təsadüflə qız olmuş.Evlənmişlər uşaqlar, nəsilləri bollaşmış, Soyları böyüyərək ulusları çoxalmış.Ana və ataları bir gün ölüb getmiş,Uşaqlar mağarada onları da dəfn etmiş.Amma bu mağaranı kimsə unutmamış,Heç bir müqəddəs onun yerini də tutmamış.Qızıl qapılar ilə qaplamışlar ağzın.Çiçəklə süstləmişəlr mağaranın yanın.”Uluq xan Ata Bitiqçinin kitabı oğuzlara məxsus yeganə yazılı ədəbiyyat

nümunəsi olmamışdır. Mənbələrdən belə məlum olur ki, xəlifə Harun ər – Rəşidin xanımı, əslən təbrizli bir türk qızı olan Zübeydə xatun da türkcə şerlər yazmışdır. Lakin çox təəssüflər olsun ki, həmin şerlər də dövrümüzədək ulaşmamışdır. Əvəzində isə uyğurların yazıya köçürdüyü və folklorçu alimlərimizin topladığı saysız – hesabsız ağız ədəbiyyatı nümunəsi məlumdur ki, onların bir qisminin yaşı minillərlə ölçülür.

Ağdam yaxınlığındakı “Qarğalar təpəsi” Enolit məskənindən (E.ə. Vlll – Vl minilliklər) tapılan magik daşlar və dildən – dilə keçərək dövrümüzədək ulaşan müvafiq ovsun mətnləri (yağış yağdırma və yağış kəsmə) folklor ədəbiyyatımızın, şerimizin, ədəbi dilimizin ən azı 8 min il bundan öncə formalaşdığını sübut edir.

E.ə. Vll əsrdə ərsəyə gələn və Alp Ər Tonqaya ithaf edilən ağı isə bu dildə yaradılmış əsərlərin ən mükəmməl nümunələrindən biridir. “Dədə Qorqud“ dövrünə qədər (Vlll əsr) bu, sadəcə, oğuzların dili idi. Vlll əsrdən etibarən, yəni İslamın ölkəmizin ərazisinə ayaq açmasından sonra isə o, tədricən Azərbaycanda

161

Page 162: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ümumxalq dilinə çevrilməyə və yerli xristianlar üçün ortaq dil olan qarqar – qıpçaq (alban) və manixeyçilərin istifadə etdikləri sak (uyğur) türkcələrini sıxışdırmağa başladı. Hər halda, artıq X əsrdə onun Azərbaycanın bütün türk və qeyri – türk soy və boylarının ortaq dili rolunu oynadığını tam yəqinliklə söyləmək mümkündür. Ərəb müəllifləri onu bəzən “Azərbaycan dili”, bəzən “azəri”, eləcə də “azərbi” adlandrmışlar.

İbn Hövqəl (X əsr) yazır:“Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara Varzaqan

silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk (Qafqaz) sıra dağları birləşir. Bu dağlar çox böyükdür. Deyirlər ki, orada 360 dildə danışılır. Əvvəllər çox şəhərlər görənə qədər mən bunu inkar edirdim. Buradakı (Qafqaz dağındakı) hər bir şəhərin Azərbaycan və fars dillərindən başqa öz dilləri var.”

Bu məlumatdan göründüyü kimi, artıq X əsrdə Azərbaycan dili fars dili ilə yanaşı bütün Azərbaycan ərazisində, - Azərbaycan isə o dövrdə bugünkü Gürcüstan, Abxaziya və Dağıstan ərazilərini də əhatə edən böyük ölkə idi, - ortaq ünsiyyət vasitəsi idi. Bu faktı təhlil edən və digər mənbələrə istinad edən Elməddin Əlibəyzadə haqlı olaraq yazır:

“Buradakı “Aderbeycan – Ad(h)əbeycan dili” istilahının müasir “Azərbaycan dili” istilahında işləndiyinə şübhə etmirik; bu dilin türk – oğuz dili olmadığına dair başqa dəlil də yoxdur. “Azərbaycan dilinin ərəb mənbələrində göstərilən bu nüfuz dairəsi “Dədə Qorqud kitabı”nın yazıldığı dilin o vaxtkı nüfuz dairəsinə tam uyğun gəlir. “Dədə Qorqud”da danışılan dilin sərhəddi Kür – Araz üstü, Böyük Qafqazın cənub və şərq ətəkləri və Kiçik Qafqaz dağları boyunca uzanıb gedirdi. Bu sərhəd şimal şərqdən Dərbənd ağzına, cənub qərbdən Göyçə gölünə (Dastanlarda “Kökçə dəniz), qərbdən Baş keçidə - Dumanisiyə (Dastanlarda: “ Tomanın qələsi”), Gürcüstan ağzına və Abxaziya sahillərinədək çatırdı. Həm də diqqətdən yayına biməz ki, dastanlarda qonşu xalqların da türk dilində danışdığına, oğuzların öz dillərində onlarla ünsiyyətdə olduqlarına, qopuzla çalınıb oxunan şerlərə ləzzətlə qulaq asdıqlarına, hətta özlərinin də bu dildə şer qoşduqlarına dair faktlar, işarələr çoxdur... Əgər X əsrdə “Azərbaycan dili” istilahı işlənibsə və bu dil “360 dildə” danışan müxtəlif tayfa və qəbilələrin ümumi ünsiyyət vasitəsi olubsa, maraqlı və təqdirəlayiqdir ki, bu istilah ölkənin bütünlükdə adı ilə əlaqədar formalaşmışdı; bu, qanunauyğun prosesdir.”

Şübhəsiz ki, buradakı “360 dil” məsələsi bir qədər şişirdilmişdir. Lakin fakt budur ki, Qafqaz daim azsaylı xalqların qaynaşdığı bir ərazi olmuşdur və bu gün də həmin ərazidə 40 – dan artıq dildə danışılır. Məsudi (X əsr) “Müruc əz – zəhab əl – cəvahir” adlı əsərində İbn Hövqəldən fərqli olaraq, 72 dildən söz açır:

“Kabk (Qafqaz) dağları bütün yerləşim boyu çox sayda xalq və şahlığı əhatə edən byük bir silsilədir. Bu dağlarda hər birinin öz dili və hökmdarı olan və dilləri başqaları tərəfindən anlaşılmayan 72 tayfanın yaşadığı söylənir... Kabk ətrafına səplənmiş tayfaların gerçək sayını isə yalnız Allah – Təala bilir.”

Əl – İstəhri isə yazmışdır:“Bab əl – Əbvab (Dərbənd) məşhur və önəmli sərhədyanı ərazilərdən

biridir. Çünki hər tərəfdən müxtəlif dillərdə danışan çox sayda müxtəlif düşmən

162

Page 163: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

millətlərin əhatəsindədir. Şəhərin yanında Dzıb adlı bir dağ ucalır.... Deyirlər ki, Bab əl – Əbvabın yanındakı dağların başında 70 müxtəlif tayfa yaşayır və onların hər birinin öz dili var və onlar bir – birinin dilini anlamırlar.”

Əl – Müqəddəsidə bu dillərin sayı 60-dır:“Azərbaycana gəlincə, bu diyarın sərhədlərini Azərbaz ibn Böyürasif ibn

Əsud ibn Sam ibn Nuh çızmşdır... Onun paytaxtı... Ərdəbil şəhəridir. Onun (Azrbaycanın) yanında 140 frsəng məsafədə uzanan, çoxsaylı kənd və əkin yerləri olan Qabk (Qafqaz) dağı uzanr. Orada 60 dildə danışılır.”

Yuxarıda qeyd etdiyimiz kimi, ərəblər Azərbaycan əhalisinin dilini bəzən “Azərbaycan əhalisinin dili”, bəzənsə “azəri dili” və ya “azərbi dili” adlandırmış və bu terminləri sinonim kimi işlətmişlər. Bu baxımdan Yaqut əl - Həməvi (Xll – Xlll əsrlər) yazır:

“Bəzi qrammatiklər deyirlər ki, Azərbaycan sözünün nisbi sifəti “azəridir”, bəziləri isə deyirlər ki, “azərbi”dir. Onların fikrincə, həmin söz “azər” və “bican” hissələrindən ibarətdir. Buna görə də sifət kimi sözün ancaq birinci tərəfini götürür və bunu “azərbi” kimi də işlədirlər.”

Yaqut əl - Həməvinin son dərəcə böyük dəyərə sahib bu məlumatından belə aydın olur ki, ərəblər tərəfindən dövriyyəyə salınmış “azəri” və “azərbi” ifadələri Azərbaycan adının qısaldılması ilə yaranmış və “Azərbaycan dili” ifadəsinin sinonimi kimi işlənmişdir. Fəqət bəzi türk düşmənləri siyasi məqsədlərdən çıxış edərək, “azəri” kəlməsini spekulyasiya mövzusuna çevirərək, bu adla guya fars dilinin ləhcələrindən birinin (talış, kürd və ya tat) adlandığını iddia etmişlər və çox təəssüflər olsun ki, bəzi kəmsavad “alim”lərimiz də onlara züy tutaraq, düşmən dəyirmanına su tökmüşlər. Halbuki, elə Yaqut əl - Həməvi Azərbaycanın, daha dəqiq desək, onun Muğan əyalətinin əhalisindən söz açarkən bunları yazmışdır:

“Muğan çoxlu kənd və otlaqları olan əyalətdir. Bu əyalətdə türkmənlər (oğuzlar) məskundurlar, onlar burada öz sürülərini otarırlar. Türkmənlər (oğuzlar) buranın əhalisinin böyük əksəriyyətini təşkil edirlər”.

Mahmud Kaşğarlı da Azərbaycan şəhərlərindən Qəzvinin adının etimologiyasını Alp Ər Tonqanın (Əfrasiyabın) qızı Qazın adı ilə əlaqələndirərək onu türk şəhəri adlandırmışdır. O, eyni zamanda, Qum şəhəri barədə də eyni sözləri söyləmişdir:

“Qaz. Əfrasiyabın qızının adı. Qəzvin şəhərini o saldırmışdır. Əsli “Qaz oynı”dır. Çünki Əfrasiyabın qızı orada yaşayır, orada oynayırmış. Buna görə də bəzi türklər Qəzvini türk şəhəri sayr, türk ölkəsinin sərhədini oradan başlayrlar. Qum şəhəri də türk ölkəsi hüdudları içində sayılır. Çünki “qum” sözü türkcədir. Üstəlik, Əfrasiyabın qızı tez – tez oraya gedərək, orada ov edərmiş.”

Eyni müəllif “Səprən” adlandırdığı Səbran (ərəbləşmiş variantı Şabran) şəhərindən də oğuz şəhəri kimi söz açaraq yazmışdır:

“Səprən. Oğuz şəhərlərindən birinin adıdır. Xalq ص"“ sad hərfi ilə “ان”.Səbran deyir ”صڊر

Bəri başdan deyək ki, “azəri dili”nin məzmununun hansı anlama gəldiyi, yəni hansı dil olduğu barədə ilk yazılı izahat Nəsirəddin şah Qacarın dövründə alimlər kollektivi tərəfindən qələmə alınan və dərc ediln “Name – i Daneşvaran” kitabında verilmişdir. Həmin kitabda “azəri dili”nin “zəbani - torkan”, yəni

163

Page 164: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

türklərin dili olduğu bildirilir. Görkəmli ingilis şərqşünası G. L. Strange də eyni fikri söyləmişdir. Fəqət şovinist fars – Pəhləvilərin hakimiyyəti dövründə, İran şahının sifarişi ilə yazılmış bir sıra kitablarda (Mirzə Mühəmmədin “Bist məqaley - i Qəzvini”, Seyid Əhməd Kəsrəvinin “Azəri və ya zəban – i bastani Azərbaycan”, Nasih Natiqin “Azərbaycan dili və İranın milli birliyi” və s) məsələ tamam başqa cür şərh edilməyə və sapdırılmağa başlandı. Elmi deyil, siyasi məqsədlərlə ortaya atılan bu saxta konsepsiya ruslara sərf etdiyindən sonralar rus “alim”ləri tərəfindən də eyni məqsədlərlə qəbul edildi və inkişaf etdirildi. Bu konsepsiyaya görə, “azəri dili” termini talış və tat dillərinə aid edilirdi. Məsələn, sovet dövründə nəşr edilmiş “Böyük Sovet Ensiklopediyası”nda azəri dili ilə talış dili arasına bərabərlik işarəsi qoyulur.

Maraqlıdır ki, bu yanlış, qeyri – elimi, siyasi məqsəd daşıyan konsepsiyanın əsas müəlliflərindən biri, əslən azərbaycanlı olan Seyid Əhməd Kəsrəvi sonradan vicdan əzabı çəkərək, yazdıqlarnın doğru olmadığını, onları hakim dairələrin sifarişi ilə yazmağa məcbur edildiyini etiraf etsə də, keçən illər ərzində onun ardıcıllarının sayı zərrə qədər də azalmamışdır.

Konsepsiyanın tərəfdarlarının, demək olar ki, hamısı Xl əsrdə yaşamış böyük Azərbaycan alimi Xətib Təbrizlinin nəql etdiyi və Əbdülkərim ibn Mühəmməd əs – Samaninin “kitab əl - ənsab” adlı kitabında əksini tapan bir hadisəni misal çəkirlər:

“Xətib Təbrizi nəql etmişdir ki, Nəməndə Məərə məscidində mən onun (Abdullanın) qarşısında oturub ona kitabların birindən nə isə oxuyurdum. Birdən məscidə namaz qılmaq üçün daxil olan qonşularımdan birini gördüm və tanıdım. Sevincdən halım dəyişdi. Abdulla dedi:

-Sənə nə oldu?Mən ona iki il ərzində öz ölkəmdən heç kəsə rast gəlmədiyimi, indisə bir

qonşumu gördüyümü söylədim. O mənə dedi:-Get, onunla söhbət et.Mən dedim:-Qoy, dərsimi bitirim, sonra”O dedi:-Dur, mən səni gözləyərəm. Mən qalxdım və onunla (qonşmla) “azərbicidə”ilə danışdım və məni

maraqlandıran hər şey barədə onu sorğu – sual etdim. Sonra qayıdıb onun (Abdullanın) önündə oturdum. O, danışdığımız dilin hansı dil olduğunu soruşdu. Mən cavab verdim:

-Bu, Azərbaycan əhalisinin dilidir.O dedi:-Mən bu dili bilmirəm və başa düşmürəm, amma danışdıqlarınızın hamısını

əzbərlədim.Sonra o bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum onun bütün bunları

əzbərləməsinə təəccübləndi” Bu hekayətdən öz məqsədləri üçün istifadə edən və saxta konsepsiyanı sübut

etmək istəyən saxtakarlar mətndəki “Azərbicidə” kəlməsini “azəri dilində” kimi tərcümə edir, bu dilin Azərbaycan əhalisinin dili olduğunu deyərək, bu halda

164

Page 165: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

söhbətin talış (və ya tat) dilindən getdiyini iddia edirlər. Halbuki, mətndə “azəri dilində” yox, “azərbicidə ilə” ( ( ڊالزرڊيجيده yazılıb və bu halda “azərbi” istilahından istifadə edilib. “Azərbi”nin isə nə anlama gəldiyini Yaqut əl - Həməvidən sitat gətirməklə yuxarıda göstərdik. Bu dilin nə olduğunu, eyni zamanda, mətnin ərəb dilində qələmə alınmış olmasına baxmayaraq, “azərbi” kökünə qoşulan və ərəb dilində heç bir məna ifadə etməyən, türk dilinə xas sözdüzəldici “-ci” (-cə, -ca) və “-də” yerlik hal şəkilçilərinin qoşulması açıq – aşkar ortaya qoymaqdadır. Buradakı “-ci” (-cə, ca) şəkilçisi ana dilimizdə etnonimlərin arxasına artılaraq həmin etnosun dilini göstərməyə xidmət edən sözdüzəldici şəkilçidir: rusca, türk-cə, almanca və s. Yerlik hal şəkilçisin artırılması isə bu və ya digər dildə danışıldığına işarədir: ruscada (rus dilində), türkcədə (türk dilində), azərbicədə (azərbi dilində). Bizcə artıq bir şərhə ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

Xətib Təbrizlinin yaşamış olduğu Xl əsrdə “azəri”, “azərbi” və ya “Azərbaycan əhalisinin dili” dedikdə məhz Azərbaycan türkcəsinin nəzərdə tutulduğunu Xətib Təbrizlinin müasiri və həmşəhərlisi olan Qətran Təbrizlinin qələminə məxsus “Fars dilinin izahlı lüğəti” birmənalı və təkzibedilməz şəkildə sübut etməkdədir. Fars dilinin ayrı –ayrı istilahlarnın izahı zamanı bu böyük alim öz ana dilinin, yəni türk dilinin materialından da gen – bol istifadə etmiş və “dağ”, “tağ”, “ataq”, “sürmə”, “xan”, “muncuq”, “tuğ”, “tapança”, “xatun”, “xıl”, “bol”, “qar”, “qır”, “çöp”, “cağan”, “bəkməz”, “çuval” və s. sözləri misal çəkmişdir.

Bənzər halla Nizami Gəncəli, Xaqani Şirvanlı və Fələki Şirvanlının da əsərlərində də üzləşmək mümkündür. Xll əsrdə yaşamış Rəvəndinin “Rahət əs – südur və ayət əs – sürur” adlı əsərində isə türk sözlərinin sayı yüzlərlədir. Görkəmli türkoloq alim Fərhad Zeynalov yazmışdır:

“Xlll əsrdən qabaq Azərbaycan ədəbi dilinin olmasını, bu dildə bədii əsərlərin (xüsusilə nəzm əsərlərinin) yazıla biləcəyinə dəlalət edən çoxlu məlumatlar vardır. Əvvələn, bu dövrdə dünya miqyasında parlayan Qətran Təbrizinin, Ə. Xaqaninin, N. Gəncəvinin və farsca yazıb yaradan başqa azərbaycanlı mütəfəkkir – şairlərin əsərlərində dilimiz üçün səciyyəvi olan yüzlərlə söz , söz birləşmələri, atalar sözü, zərb – məsəllər, rəngarəng frazeoloji birləşmələr fikrimizi sübut üçün əsas ola bilər. İkincisi isə Şirvanşah Əxsitanın “Leyli və Məcnun”u türkcə (azərbaycanca) deyil, farsca yazmağı tələb etməsi, Nizaminin bundan qəzəblənməsi, “Beyninə qan vurması, dodağı əsməsi” fikri də dilimizdə bu qəbildən olan əsərlər yaratmağın mümkünlüyünə dəlalət edir.

Bundan əlavə, X – Xlll əsrlərdə farsca yazılmış tarix əsərlrində, iki və üçdilli lüğətlrdə dil faktlarının bol – bol işlənməsi də Azərbaycan ədəbi dilinin çox – çox qədimlərdən fəaliyyət göstərdiyini sübut edən tutarlı dəlillərdəndir.”

Şübhəsiz ki, bu faktlar “azəri”, “azərbi” və “Azrbaycan əhalisinin dili”nin türk dilindən, daha doğrusu onun yerli şivəsndən başqa bir şey olmadığını göstərməkdədir. Deyilənləri dövrün, demək olar ki, bütün ərəb müəlliflərinin Azrbaycanda danışılan dilin fars (orta fars, yəni pars, başqa sözlə, tat dili nəzərdə tutulur) və dəri (yeni fars) dillərindən əsaslı surətdə fərqləndiyini qeyd etmələri də sübut edir. Onların yazdıqlarından belə məlum olur ki, o dövrdə bugünkü İran (Əcəm) ərazisində farslar hələ pars, yəni orta fars (tat) dilində danışırdılar, dəri

165

Page 166: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

(yeni fars) dilində danışanlar da var idi. Bu barədə ətraflı məlumat verən Əl – Məqdisi (lX əsr) yazır ki, Azərbaycan əhalisinin dili bu dillərdən fərqlənir və çətin başa düşülür.

Yaqut əl - Həməvi isə yazır:“Azərbaycanın əhalisi səmimi, çəhrayı sifətli, zərif dərili bir xalqdır. Onlar

başqalarının başa düşmədiyi bir dildə - azəri dilində danışırlar.” Bununla belə, “azəri dili”nin guya fars dilinin bir ləhcəsi olduğunu “sübut

etməyə” çalışanlar hələ də var və onlar faktları təhrif etməkdən də çəkinmirlər. Məsələn, bir çox hallarda X əsr ərəb müəllifi Yaqubinin Azərbaycan şəhərlərinin əhalisindn danışarkən işlətdiyi “azəriyyə əcəmləri” (ərəblər ərəb olmayanlara “əcəm” deyirdilər) ifadəsi “azəriyyə farsları” kimi tərcümə edilərək təqdim edilir. Bu saxtakarlığa və ya səhvə ilk dəfə Əl – Yaqubinin kitabı 1908 – ci ildə rusca nəşr edilərkən yol verimişdir. Ümumiyyətlə, ərəbdilli mənbələrin tərcüməsi zamanı “əcəm” (qeyri - ərəb, ərəb olmayan) sözünü “İran” və “fars” kimi tərcümə etmək geniş dəb halını almışdır. Bu isə kökündən səhvdir və səhv nəticələrin əldə edilmsinə gtirib çıxarır. Halbuku, ərəb müəllifləri əcəmləri “fars əcəmləri” və “azəri (Azərbaycan) əcəmləri” deyə iki yerə ayırırdılar və onlar arasındakı fərqi də dəqiq bilirdilər. Eyni dövrə aid olan, klassik fars nəsrinin şedevri hesab edilən və farslar tərəfindən yaradıldığı heç bir şübhə oyatmayan “Qabusnamə”də farslarla əcəmlər bir – birindən fərqləndirilir:

“Əcəmi tapsan fars alma”.Bu fakt “əcəm” kəlməsinin ayrı – ayrı müəlliflərin fərqli mənalarda

işlətdiklərini sübut etməkdədir. Bəzi hallarda “əcəm dili” ifadəsinin bilavasitə Azərbaycan türkcəsini ifadə etdiyini də söyləyə bilərik. Belə ki, Xlll əsrdə tərtib edilən, müəllifi bilinməyən, T. Hautsman tərəfindən nəşr edilən “Kitabi – məcmu – e –tərcüman türki və əcəmi və moğoli və farsi” adlanan lüğətdə Misirin Məmlük türkcəsi “türk dili”, Türküstan türkcəsi, yəni uyğur dili “moğol dili”, Azəbaycan türkcəsi isə “əcəm dili” kimi təqdim edilir. Lüğətin adından da gördüyümüz kimi, əcəm dili ilə fars dili tamam fərqli dillər kimi tqdim edilir.

“Əcəm” termini ilə bağlı Yeni Türk Ensiklopediyasında yazılıb:“Əcəm. Ərəblərə görə özlərindən, yəni ərəb olmayan kimsə və ya topluluq...

Osmanlılarda iranlı azəri türklərinə də... “əcəm” deyilirdi”.Yuxarıda Yaqut Həməvidən misal gətirərək göstərdik ki, ərəblər “azəri” və

ya “azərbi” kəlmələrini “Azərbaycan” adının qısaltması kimi işlətmişlər və bu kəlmələrlə azərbaycanlıları və onların dilini ifadə etmişlər.

Opponentlrimiz haqlı olaraq sual verə bilərlər ki, ərəblərə “türk dili” anlayışı məlum ola – ola, nədən onlar Azərbaycan əhalisinin dilini “türk dili” yox, məhz “azəri” dili adlandırıblar? Bəli, ərəblər bunu bilirdilər və bildikləri üçün də Müaviyənin Azəbaycana hücum ərəfəsində bu ölkə barəsində verdiyi suala Azrbaycanın ən qədim zamanlardan türklər ölkəsi olduğu cavabı verilmişdi. Bəs, görəsən, Azərbaycan türkləri birdən – birə nə üçün azəriyə çevrildilər? Sualın cavabı çox sadədir və onun cavabını Türkiyə alimi, professor Osman Turanıın “Türk Cahan hakimiyyəti məfkurəsi” kitabında tapırıq. Görkəmli alim yazır:

“...X əsr coğrafiyaçıları “türk” adını sadəcə şamanist (müsəlman olmayan) türklərə şamil elədiyi və müsəlman türkləri onlardan ayırdığı üçün “Türküstan”

166

Page 167: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

adını İslam hüdudlarından kənarda qalan və Fərab, hətta Talasın o tayında bulunan türk məmləkətlərinə verirdilər. İslamiyyətin yayılması və hüdudların dəyişməsi ilə bu xəta qaynaqlarda da təkrarlanmışdır.”

X əsrdə Azərbaycan əhalisi artıq çoxdan müsəlman idi və bu üzdən də onlar “türk” yox, “azəri”, yəni azərbaycanlı adlandırılırdılar. Türk adı isə müsəlman olmayan qıpçaqlara, o cümlədən xəzərlərə aid edilirdi. Xəlifə Müaviyənin dövründə isə Azərbaycan türkləri hələ müsəlman olmadığı üçün adları mənbələrə “türk” kimi düşmüşdür.

Azərbaycan xalqının guya öncə türk olmadığını və guya sonradan, yəni Səlcuqlulardan sonra türkləşdiyini iddia edənlər ərəb müəlliflərinə istinad edərək başqa bir “arqument” də ortaya qoyurlar. Söhbət Əl – İstəhrinin Bərdədə arran (aran) dilində danışıldığını söyləməsi faktından gedir. Bir çoxları buradakı “Arran dili”nin Qafqaz mənşəli bir dil, daha dəqiq desək, guya udin dili olduğunu önə sürmüşlər. Biz bu fikrin sahiblərinin adını sadalamaq və onların cəfəng fikirlərindən sitatlar gətirmək düşüncəsindən uzağıq. Çünki “Arran” dili dedikdə, alban dilinin nəzərdə tutulduğunu bilirik. Çünki Atropatenanın (Azərbaycanın) Arazdan cənub hissəsi fars – Sasanilər tərəfindən tutulduqdan sonra onun tərkib hissəsi olan Arran vilayəti və Bərdə şəhəri Albaniyann tərkibinə keçmişdi. Bərdə də bir müddət Albaniyanın paytaxtı olmuşdu. Alban ədəbi və rəsmi dilinin əsasında isə, məlum olduğu kimi, qıpçaq – qarqar dili dururdu. Qıpçaq türkcəsi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin ortaq dili rolunda çıxış edən oğuz türkcəsindən (azəri, azərbi dilindən) fərqlənirdi. Elə bu fakt da Əl – İstəhrini Bərdədə danışılan türkcəni Azərbaycan türkcəsindən fərqləndirməyə və “Arran dili” ifadəsindən istifadə etməyə məcbur etmişdi. Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcəsində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı Xlll əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun belə olduğunu həmin əsrdə yaşamış erməni tarixçisi Etum da “Qayton” adlı əsərdə təsdiq etməkdədir.

İslamdan öncə manixeizm qısa bir zamanda Azərbaycanın həm cənbunda, həm də qismən şimalında yayılmışdı və türkləri fars hakimiyyətinə qarşı səfərbər etmişdi. Fəqət hər şey Maninin dərisinin soyulması və manixeistlərin qəddarcasına təqibi ilə nəticələnmişdi. Bu dinin tərəfdarlarının bir qismi Albaniyaya, bir qismi isə Orta Asiya tərəflərə mühacirət etməli olmuşdular. Albaniyada xristianlığın qəbulundan sonra orada da təqiblərə məruz qalırdılar.

Sasani hakimiyyətinə qarşı Məzdəyin başçılığı ilə Xorasanda baş qaldıran və tez bir zamanda Azərbaycanı da bürüyən üsyançılar da eyni dinin daşıyıcıları idilər. Onlar tez bir zamanda söz sahibinə cevrilib, bir müddət hakim kimi davransalar da, üsyan tezliklə qanlar içində boğuldu. Məzdək də Maninin taleyini yaşamalı oldu. Yalnız İslamın tarix səhnəsinə çıxmasından sonra vəziyyət dəyişdi. Ərəblər farsların hakimiyyətinə son qoyub tədricən onların imperiyalarının ərazilərini ələ keçirməyə başladılar.

Ərəblər Azərbaycanda yerli əhalinin çox güclü müqaviməti ilə rastlaşdılar. Albaniyadakı müqavimətə xəzərlərin yardımına arxalanan Cavanşir başçılıq edirdi. Bu, mahiyyətcə dini və milli bir müqavimət idi, müsəlman ərəblərə qarşı xristian albanların müqavməti idi. Cənubda isə öncə Cavidanın, daha sonra isə Babəkin

167

Page 168: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

başçılıq etdikləri böyük bir üsyan baş qaldırdı. Xürrəmilər adlandırılan üsyançılar da məsələyə dini və milli prizmadan yanaşırdılar. Onların dini görüşlərinin əsasında Maninin və onun davamçsı Məzdəkin təlimi dururdu. Əslində Babəkin dövründə müqavimət hərəkatı artq dinilikdən və millilikdn çıxaraq beynənmiləlləşmişdi, çünki bu hərəkata tədricən başqa milltlərin və dinlərin nümayndələri də qatılmışdılar.

Babək illərcə ərəb xəlifələri ilə döyüşdü. Nə Harun ər-Rəşid, nə də oğlu Məmunun dövründə ərəblər üsyançılarla bacara bilmədilər. Vəziyyət yalnız Harun ər-Rəşidin digər oğlu, xəlifə Mütəsimin dövründə dəyişdi. Mütəsimin anası Zübeydə Xatun Təbrizdən olan bir türk qızı idi. Mütəsimin də uşaqlığı türklərin əhatəsində keçmişdi. Odur ki, o, yalnız türklərə güvənirdi və ordusu da türklərdən ibarət idi. Təsadüfi deyil ki, sözügedən xəlifənin saray şairi Əli ibn Cəhmə onu “ox atmaqda cəld olan 20 min türkün xidmtində durduğu imam” kimi vəsf etmişdir. Bu barədə F. M. Əsədov özünün “Ərəb mənbələri erkən orta əsrlər türkləri barədə” adlı kitabnda yazır:

“Türk hərbi komandanlar xilafət ordusunda çox erkən vaxtlardan xidmt etməkdə idilr. Dövrümüzədək Əl – Mənsurun (754 - 775) hərbi komandanı olmuş Həmmad ət – Türki və Əl – Məhdinin (775 – 785) xidmətində olmuş Mübarək ət – Türki və digərlərinin adı çatmşdr. Türk hərbi hissələrinin yaradılması və geniş istifadə edilməsini xəlifə Əl – Mütəsimin adı ilə bağlayırlar. Əl - Mütəsimin türk qvardiyasının nüvəsi, çox güman ki, Əl – Məmunun hakimiyyəti illərində təşkil edilmişdi... Əl – Mütəsimin taxta oturmasından sonra (833 -842) türk qvardiyası xəlifəyə ən yaxın hərbi qüvvəyə çevrilir...

Türk qvardiyasının ölkənin hərbi gücündəki rolu artdqca, türk ordu əmirlərinin də nüfuzu artırdı. Məsələn, xəlifə Mütəsim şəxsən Məhdi bin Əlvana qarşı müstəqil hərbi əməliyyatlar aparmış Aşinası böyük hörmətlə öz yanında oturtmuş və onun başına zəfər çələngi taxmışdı. Xəlifə Əl – Vasiqin dövründə türk əmirlər xilafətin böyük əyalətlərinin canişinlərinə çevrildilər. Elə sözügedən Aşinas xəlifə sarayının qapısından xilafətin ən qərbdəki torpaqlarna qədərki ərazilərin hakimi təyin edilmişdi. Başqa bir türk hərbi əmiri İtaxa Xorasan və Sind verilmişdi”.

Bütün xilafət ordusuna türk komandanlar başçılıq edirdilər. Mütəsimin hakimiyyəti dövründə bir çox türk, ilk növbədə də oğuzlar könüllü surətdə və kütləvi şəkildə İslamı qəbul etməyə başlamışdılar ki, bu da Babəkin işini çətinləşdirirdi. Üsyançıların sırası daralırdı. Üstəlik də üsyanı yatırmaq üçün göndərilən qoşunlara Buğa əl-Kəbir, Əbu Sac Dəvdad və Afşin kimi müsəlman türk sərkərdələr başçılıq etməyə başlamışdılar. Müsəlman ordusunun əsgərləri də öncələr olduğu kimi ərəb yox, türk idilər. Bu məsələni kökündən dəyişirdi. Odur ki, üsyanı yatırmaq mümkün oldu və Babək qətl edildi. Azərbaycanın cənubu da, şimalı da tez bir zamanda müsəlmanlaşdı.

Bu hadisənin son dərəcə böyük tarixi əhənmiyyəti var idi. Ölkənin bütünləşə bilməsi üçün etnik birlik yanında dini birliyə də ehtiyac vardı və bu birliyi məhz İslam təmin etdi. Ərəblərin ilk dövrlərdə soy və boy fərqi qoymadan bütün qeyri – müsəlman türkləri bir adla adlandırması da ümumi türk şüurunun yaranmasında önəmli rol oynamışdır.

168

Page 169: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Nizami Xudiyev haqlı olaraq yazır:“İslam dininin qəbulu təkcə Azərbaycanda deyil, ümumən türk dünyasında

təbəddülat yaradır. Mərkəzi (Orta) Asiyada, Ural – Volqa boyunda, Qafqaz – Kiçik Asiyada islam türk xalqlarının yeganə dini olur və onların mədəniyyətindəki etnik ümumiliyi funksional ümumiliklə tamamlayır. İslamın əsas müddəaları qədim türk (Tanrı) dininin əsas müddəaları ilə uyğun gəlir. Bu tipoloji oxşarlıq türklərə islamı nisbətən ağrısız qəbul etməyə imkan verir.”

Qeyd etmək lazımdır ki, İslam Xilfətinin yaranmasından bir müddət sonra Ərməniyyənin mövcudluğuna son qoyulmuş və onun ərazisi Azərbaycana qatılmışdı. Həmin ərazi 1514 – cü ilədək, yəni məşhur Çaldıran döyüşünə qədər Azərbaycanın tərkib hissəsi kimi qalmış, həmin dövrdən isə Osmanlıların əlinə keçmişdi və bu gün Türkiyənin tərkibindədir.

Babək üsyanının yatırılmasından sonra Azərbaycanın müxtəlif ərazilərində Xilafətə tabe olan və Bağdaddan idarə edilən bir neçə inzbati qurum yarandı ki, Azərbaycan tarixşünaslığında onlar yanlış olaraq ayrıca və hətta müstəqil dövlət kimi təqdim edilir. Məsələn, Şirvanda, xəlifə tərəfindən buranın ilk məliyi təyin edilmiş ərəb Heysəm ibn Xalidin nəvəsi Yəzid ibn Məzyəd tarixə çox-çox sonralar Şirvanşahlar dövləti kimi düşəcək inzibati qurumun əsasını qoymuşdu. Azərbaycanın Kürdən şimaldakı topaqlarında bərqərar olan bu inzibati ərazinin hakim sülaləsi Məzyədilər adlanırdı.

Ölkənin Kürdən cənubda yerləşən torpaqları isə xəlifə tərəfindən Əbu Sac Dəvdada verilmişdi. O buna Babəkə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə layiq görülmüşdü. Babəki əsir edib Afşinə təhvil verən bıyük islam sərkərdəsi kimi çox məşhur idi. Müsəlman türk idi. O, Ərdəbili özünə paytaxt etmişdi. Əbu Sac və övladları 889 - cu ildən 942-ci ilə qədər Ərdəbil ətrafı torpaqlarımızın hakimi olmuşdur. 942 - ci ildə Saciləri başqa bir müsəlman türk sülaləsi – Salarilər əvəz etdi (bu sülalənin ərəb mənşəli olduğunu yazanlar da var, fəqət onların arqumentləri inandırıcı deyil). Kür və Araz arasındakı torpaqlarımız isə Şəddadın əlinə keçdi. Təbriz və ətrafına isə ərəb mənşəli olduğu ehtimal edilən Rəvvadilər başçılıq edirdilər. Eyni dövrdə Tiflisdə də başqa bir əmirlik qurulmuşdu. Bu hal Səlcuqluların tarix səhnəsinə çıxışına qədər (Xl əsr) davam etdi.

Məlumat üçün bildirək ki, təkcə Azərbaycan ərazisi deyil, xilafətin bütün ərazisində eyni hal mövcud idi. Onun bütün ərazisi müxtəlif sərkərdələr arasında bölüşdürülmüşdü. Sərkərdələrin çoxu türk mənşəli idilər. Məsələn Misir və Suriyada da türk hakim hökm sürməkdə idi və bu iki ölkə ingilis işğalına qədər əsrlərcə türk sülalələri tərəfindən idarə edilmişdir. Əslində Mütəsimin dövründən başlayaraq xilafətin gerçək hakiminə türk komandanlar çevrilmişdilər. İş o yerə çatmışdı ki, türklər istədikləri adamı hakimiyyətdən yıxır, yerinə isə istədiklərini xəlifə edirdilər. F. M. Əsədov mövzu ilə bağlı yazır:

“Türklər tərəfindən qətlə yetirilən xəlifə Əl – Mütəvəkkilin (847 -861) ölümündən sonra, ərəb müəlliflərinin özlərinin etirafına görə, türklər dövlətin və xəlifələrin talelərinin hakiminə çevrilirlər. Onlar dinin hökmlərinə əsaslanmadan və müsəlmanlarla məsləhətləşmədən istədiklərini taxta çıxarmağa, istədiklərini isə taxtdan salmağa başlayırlar. Hətta o dövrdə belə bir lətifə də geniş yayılmışdı:

169

Page 170: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Münəccimdən xəlifə Mütəəzzənin neçə il yaşayacağını və hökm sürəcəyini soruşurlar, o, isə cavab verir ki, türklər nə qədər istəsələr, o qədər”.

Səlcuqluların tarix səhnəsinə çıxışı ilə xilafətin Nil çayına qədər olan bütün ərazisi oğuz türklərinin əlinə keçdi. Azərbaycanı və İraqı öz imperatorluqlarının mərkəzinə çevirən Səlcuqlular onlara qədər, formal da olsa, həm dini, həm də dünyəvi hakimiyyəti əllərində cəmləmiş xəlifələrin dünyəvi hakimiyyətlərini əllərindən aldılar. Onlarda sadəcə dini hakimiyyət saxlanıldı.

Səlcuqlular Ön Asiyanın hakiminə çevrilməmişdən öncə Türkmənistan və Xorasan ərazisində yaşayırdılar. Onların mənşəyi barədə Əbülqazinin “Türkmənlərin şəcərəsi” kitabında bunlar yazılmışdır:

“Səlcuqluların “Biz türkmənik, biz sizin qardaşınızıq” elanının nə elə, nə də xalqa xeyri oldu. Onlar hökmdar olana qədər “Biz türkmənlərin kınığ uruğundanıq” deyirdilr. Hakimiyyətə gəldikdən sonra isə “Əfrasiyabın (Alp Ər Tonqanın) oğlu, Keyxosrovdan (Kiaksardan, Kööskaradan) qaçaraq, türkmənlərin kınığ böyuna sığındı, o, həmişəlik onların içində qaldı. Biz onun nəslindənik, biz Əfrasiyab (Alp Ər Tonqa) nəsliyik” – dedilər.”

Bu məlumatdan göründüyü kimi, Səlcuqlular Alp Ər Tonqanın soyundan idilər. Təbii ki, oğuz idilər. Belə hesab edilir ki, onların hakimiyyəti dövründə oğuz türkcəsinin Azərbaycanda ümumxalq dilinə çevrilməsi prosesi bütünlüklə tamamlandı. Lakin bu, tam doğru fikir deyildir. Çünki Xlll əsrdə Azərbaycanda qələmə alınmış İbn Mühənnanın “Tərcümani farsi, türki və moğoli” adlı lüğətdən də göründüyü kimi, Səlcuqluların müəllif tərəfindən “türkmən dili” adlandırılan dili oğuz türkcəsinin bir şivəsi olsa da, müəllifin “bizim ölkənin türkcəsi” adlandırdığı Azərbaycan şivəsindən fərqlənmişdir. Bu isə Azərbaycan türkcəsinin lV – Vlll əsrlərdə formalaşdığını və Vlll əsrdə artıq ümumxalq dilinə çevrildiyini söyləyən görkəmli Azərbaycan dilçisi Dəmirçizadənin haqlı olduğunu sübut edir. Belə olmasa idi, X əsr ərəb müəllifləri vahid “azəri” (azərbi, Azərbaycan) dilindən söz açmazdılar. Elə bu səbəbdəndir ki, siyasi səhnədə Səlcuqluları əvəz edən Elxanlılar, daha sonra isə Çobanlılar və Cəlairlər dövrlərində uyğur (xaqaniyyə) türkcəsi rəsmi dövlət dili olsa da, onların hakimiyyəti illərində Azərbaycanda yaranmış bütün ədəbi əsərlər məhz oğuz türkcəsində yazılmışdır. Görkəmli Azərbaycan dilçisi İbn Mühənna isə özünün məşhur lüğətində Azərbaycan türkcəsini “bizim türkcə”, yəni Azərbaycan türkcəsi, Səlcuqluların danışdıqları şivəni “türkmən dili”, uyğur türkcəsini isə “moğol dili” və ya “Türküstan türkcəsi” adlandırmışdır. Azərbaycan türklərinin şivəsi Səlcuqluların danışdıqları türkmən (təmiz oğuz) şivəsindən qıpçaq və qismən də uyğur türkcələrinin xüsusi qat təşkil etməsi ilə fərqlənir.

Bütün bu qlobal dəyişiklikərin və misilsiz renesansın kökləri İslamın tarix səhnəsinə çıxışı ilə bağlı idisə, Səlcuqlularn Tarixin üfüqündə görülməsi ilə bütün bölgədə və hətta, demək olar, bütün dünyada misli görünməmiş ikinci geosiyasi inqilab baş verdi. Xl əsrin ortalarında İslam Xilafətinin tərkib hissəsi olan Azərbaycanın Şəddadilər, Rəvvadilər və Şirvanşahlar arasında siyasi çəkişmələr meydanına çevrildiyi bir dövrdə gözlənilmədən haradansa Alp Ər Tonqanın övladları – Səlcuqlular peyda oldular.

170

Page 171: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Köklərinin eyni zamanda Oğuz xanın nəvəsi Kınıq bəyə qədər uzandığı hesab edilən türkmən – oğuz mənşəli Səlcuqlu sülaləsi adını Dudaq bəyin oğlu Səlcuq bəy Sübaşının adından almışlar. Sülalənin soy babası olan Səlcuq bəy, deyilənlərə görə, bir əsrdən çox ömür yaşamış, islamı qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması üçün əlindən gələn hər şeyi etmişdir.

Bu sülaləni “Türk tarixini oluşduran bir neçə xanədandan biri “ adlandıran Yeni Türk Ensuklopediyasının lX cildində, 3470 – ci səhifədə bunlar yazılmışdır:

“Səlcuqoğulları, eyni zamanda, İslam tarixi baxımından ələ alınarsa, Əməvi və Abbasilərdən sonra İslam tarixinin üçüncü böyük imperatorluq xanədanıdır. İslam tarixində ərəb üstünlüyü dövrünün sonu və Türk hakimiyyəti dövrünün başladığıcıdır. Xl əsrdən XX əsrə qədər İslam aləmində Türk üstünlüyünü təmin edən və ya başladan və öncüllüyünü yapan Səlcuqlulardır. Zəifləmiş və müdafiyəyə keçmiş İslamın təərrüz gücünü canlandrmışlar. Anadolunu İslam aləminə qazandıraraq tarixin seyrini dəyişmş və Osmanlı cahan dövlətinin uzaq təməllərini atmışlar. Səlcuqlular olmadan Osmanlını düşünmək belə mümkün deyildir.”

Heç bir mübaliğəyə yol vermədən eyni sözləri Azərbaycan imperatorluğu haqqında da söyləmək olar. Yəni tərəddütsüz və tam əminliklə söyləmək olar ki, Səlcuqlular Azərbaycan imperatorluğunun tarix səhnəsinə çıxması üçün optimal təməl yaradanlar olmuşlar və İldəgizlərin Xll əsrdə əsasını qoyduqları Azərbaycan səltənətini onlarsız təsəvvür etmək mümkün deyildir.

Sözügedən ensiklopediyada daha sonra deyilir:“...(Səlcuqoğulları) Abbasi xəlifəliyini İslam birliyinin simvolu kimi

qorumuş, fəqət xəlifələrə dünyəvi iqtidar (hüququ) tanımamışlar, səltənəti bütünlüklə öz əllərinə almşdılar. İslam aləmini içəridən parçalayan şiə qiyamlarına və (şiələrin xilafətdəki üstün vəziyyətlərinə) son qoymuşlar, sünni məzhəbinin qalib gəlməsini təmin etmiş və bugünkü məzhəblər coğrafiyasının ana cizgilərini müəyyən etmişlər. Hənəfi məzhəbini ən yayğın məzhəb halına gətirmişlər.”

Məlumat üçün bildirək ki, bu gün Azərbaycan və Xorasan türklərinin, eləcə də İranda yaşayan digər türklərin şiə olan hissəsi dışında bütün müsəlman türklər sünni – hənəfi məzhəbindəndirlər. Səfəvilərin Azərbaycan imperatorluğunda iqtidara gəlməsinə və şiəliyi qılıncla, zor gücünə yaymasına qədər Azərbaycan türkləri də bu məzhəbin mənsubları idilər. Lakin bu məzhəbin coğrafiyasının bəlirlənməsini bütünlüklə Səlcuqluların ayağına bağlamaq doğru deyildir. Bu işdə Səlcuqluların ilk dövrlərdəki əsas rəqibləri olan Qaraxanlıların rolu onlardan heç də az olmamşdır. Osmanlıların xidmətini də unutmaq olmaz.

Səlcuqluların İslam dünyasına gətirdikləri yeni, dünyəvi idarəçilik üsulu Əyyubilər, Məmlüklər kimi sonrakı türk dövlətləri və eləcə də Sultan Səlimə qədər Osmanlı dövləti üçün bir örnək olmuşdur. Bu baxımdan Şah İsmayla qədərki Azərbaycan imperatorluğu da istisna deyildi. Yəni Azərbaycan imperatorluğu istər İldəgizlərin, istər Hülakülərin, istərsə də Qaraqoyunlu və Ağqoyunluların iqtidarları dövründə eyni prinsiplərlə idarə edilmişdir. Lakin Səlcuqluların bu tutumu heç də anti – din mahiyyəti daşımamışdır. Əksinə, bu sülalənin mənsubları Əyyubilərlə birlikdə İslam dünyasını xristian Avropanın xaçlı yürüşlərindən qəhrəmancasına və fədakarlıqla müdafiə etmişlər.

171

Page 172: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Səlcuqluların ümumtürk tarixi qarşısındakı ən böyük xidmətlərindən biri də ən azı Oğuz xan və kutilər dövründən başlayaraq Ön Asiyanın əsas etnik ünsürlərindən biri olmuş yerli oğuzları və digər türk soy və boylarını ərəbləşmək təhlükəsindən qurtarmaları və Oğuz xan və Alp Ər Tonqa dövrünün siyasi və geosiyasi ruhunu yenidən dirçəltmələri və canlandırmaları idi. Onlar farsların taleyində də misilsiz rol oynamış, tarixi İran (Əfqanıstan və indiki Tacikistan) ərazisində formalaşan və ən parlaq nümayəndəsi Əbülqasim Firdovsi olan dəri (yeni fars) dilini indiki İran ərazisində hakim vəziyyətə gətirmişdilər. Bununla da geniş bir bölgədə hegemon olan ərəb dili və kültürü qarşısında yeni fars dilinin simasında alternativ bir kültürün bərqərar olmasını təmin etmişdilər. Bundan öncə isə farsların böyük əksəriyyəti elm aləmində “pəhləvi dili” adlanan tat (orta fars) dilində danışırdılar.

Azərbaycan sovet tarixşünaslığında belə bir mövqe hakim idi ki, guya Azərbaycan Səlcuqluların dövründə türkləşmişdir və ondan öncə Azərbaycanda türklər ya heç yaşamamış, ya da çox azsaylı olmuş və əhəmiyyətli rol oynamamışlar. Bir vaxt siyasi məqsədlərlə Kremldə işlənib hazırlanmış bu konsepsiyanın Azərbaycanda bu gün, demək olar ki, tərəfdarı qalmayıb. Maraqlıdır ki, eyni fikir Atatürk Türkiyəsində də uzun müddət təbliğ edilmişdir. Qurucusu Atatürk olan Türk Dil və Tarix Qurumu tərəfindən müdafiə və təbliğ edilən bu konsepsiya Kremldə işlənib hazırlanmış konsepsiyalarla eynilik təşkil edən yeganə konsepsiya deyildir. Bu qurum da eynən əski Sovetlər Birliyində və bu günkü Rusiyada olduğu kimi, türk tarixinin guya hunlarla başladığını, türklərin ata yurdlarının guya Altay olduğunu və Səlcuqlulardan öncə Anadoluda türklərin olnadığını müdafiə və təbliğ etməkdədir. Təsadüfi deyil ki, içindən sitatlar gətirdiyimiz ensiklopediyada həqiqətlə heç bir əlaqəsi olmayan bu sözlər də qeyd edilmişdir:

“...(Səlcuqoğulları) Türklugü bir Orta Asiya kavmi olmakdan kurtarıb ilk defa açık denizlere, Akdenize, Karadenize, Hind Okyanusuna çıkarmışlar, Batı Türklügünü, Türkiyə Türklügünü oluşdurmuşlardır.”

Eyni ensiklopediyanın yazdığına görə, Azərbaycanın bir türk ölkəsi halına gəlməsi də guya Səlcuqlularn adı ilə bağlıdır. Azərbaycanda, yuxarıda qeyd edildiyi kimi, bu fikir artıq köhnəlmiş və əsassız fikir hesab edilir. Təsadüfi deyil ki, 1994 – cü ildə akademik Ziya Bünyadov, AMEA – nın müxbir üzvləri Teymur Bünyadov və Əliyar Səfərli, eləcə də tarix elmləri doktoru, professor Yusif Yusifovun redaktəsi ilə dərc edilən “Azərbaycan tarixi” kitabında məsələ ilə bağlı fərqli mövqe sərgilənmişdir:

“Xl əsrin əvvəllərində oğuzların bir hissəsi Səlcuğun varislərinin başçılığı ilə Xorasan tərəfdən Yaxın Şərq ölkəlrinə, digər hissəsi Xəzərin şimalndan keçməklə Şərqi Avropaya və Balkan yarımadasına yayıldı. Azərbaycana gəlmiş Səlcuqlular yerli türklərlə eyni dil yaxınlığına malik idilər. Tarixi həqiqətdir ki, Azəbaycanın ən qədim və ilk sakinləri türk tayfaları idi. Geniş ərazidə yaşayan türklər vaxtaşırı yerdəyişməyə məruz qalırdılar.”

Qeyd etdiyimiz kimi, Səlcuqlular özlərini Alp Ər Tonqanın (Partatua, Əfrasiyab) soyundan sayırdılar və özlərinin dediyinə görə, onlar Maday (Midiya) hökmdarı Keyxosrovun (Kiaksar, Kööskara) təqiblərindən yaxa qurtarb Xəzərin

172

Page 173: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

şərqinə köç edən Alp Ər Tonqanın övladlarından birinin soyundan idilər. Bu barədə məlumat verən Əbülqazi söhbətin böyük Turan hökmdarının hansı oğlundan getdiyini bildirməmişdir. Alp Ər Tonqanın oğullarından Barsğan və Barmanın adlarını və onların öz adları ilə adlandırdıqları şəhərlər saldırdğını Mahmud Kaşğarlı sayəsində öyrənmiş oluruq. Bu barədə o bunları yazmışdır:

“Barsğan. Əfrasiyabın oğlunun adıdır. Barsğan şəhərini də o qurmuşdur. Bu şəhər Mahmudun atasının şəhəridir...

Yanqu. Barman qəsəbəsinə axan böyük çayın adıdır. Bu qəsəbəni Əfrasiyabın oğlu həmin çayın kənarında saldırmışdır. Barman adı bu qəsəbənin banisindən qalmışdır. Rum ölkəsinin adı da belədir.”

Təbii ki, bu məlumatlardan Səlcuqluların Alp Ər Tonqanın hansı oğlunun soyundan olduqları anlaşılmır. Üstəlik də Herodotun verdiyi məlumatlardan bu böyük hökmdarın Maday (Madiy) adlı başqa bir oğlunun da varlığı məlumdur. Lakin Mahmud Kaşğarlının söylədiklərindən Azərbaycandakı Qəzvin, Orta Asiyadakı Barsğan, Barman, eləcə də Alp Ər Tonqanın özünün saldırdığı Barçuq və s. şəhərlərin coğrafi mövqeyi böyük Turan (Türküstan) xaqanının və onun övladlarının fəaliyyət arealı barədə geniş təsəvvür yaradır. Bu təsəvvür orta fars dilindəki kitablar sayəsində daha da genişlənir. Həmin kitablardan Alp Ər Tonqanın Xorəzm, Xorasan və Azərbaycanda bir çox şəhərin, o cümldən Azərbaycandakı Gəncə şəhərinin əsasını qoyduğu bildirilir. “Avesta”da “Turyana”, orta fars mənbələrində bəzən “Turestan”, bəzən isə “Türküstan”, “Şahnamə”də “Turan”, “Kitabi – Dədə Qorqud”da isə “Türküstan” adlandırılan bu əraziyə ən azı Azərbaycan, Orta Asiya və Xorasanın daxil olduğunu tam qətiyyətlə söyləyə bilərik.

Məlum olduğu kimi, qədim yunanlar oğuzları “iskit” (skuz, işquz, İç Oğuz) adlandırırdılar. Fəqət bu xalq Karpatlardan Çin səddinə qədər uzanan bütün Türk dünyasının hakiminə çevrildikdən sonra bu ad bütün türklərin ümumiləşdirici adı kimi işlənmişdir. Odur ki, oğuz mühitinin böyük Türk dünyasının (Böyük Türküstanın) hansı parcasını əhatə etdiyini dəqiq müəyyənləşdirmək çox çətindir.

Səlcuqluların soy kökləri baxımından Alp Ər Tonqanın oğullarından Barmanla bağlı olduqlarını ehtimal etmək olar. Çünki onun Orta Asiyada eyni adlı qəsəbə saldığını bildirən Mahmud Kaşğarlı Rum ölkəsinin, yəni Anadolunun da eyni adla adlandığını bildirir. Nəzərə alsaq ki, Mahmud Kaşğarlının dövründə Səlcuqlular artıq Anadolunun şərqinə sahib olmuşdular, “Barman” adını da Anadoluya məhz onların şamil etdiyini və bunu ulu əcdadlarnın şərəfinə etdiklərini düşünmək olar. Fəqət bunu sübut etmək üçün əsaslı dəlillərə ehtiyac var.

Səlcuqluların X əsrin sonlarına qədər Xəzər dənizi ilə Aral gölü arasında yaşadıqları, Qəznəli Sultan Mahmudun 1009 – cu ildə çıxartdıqları üsyanlar səbəbi ilə onları Xorasana sürgün etdiyi, başçıları Mikayıl bəyi və İsrail bəyi həbsə saldırdğı məlumdur. Mənbələrin yazdığna görə, burada da sakit oturmayan bu soyun üzvləri Səlcuqun nəvələri Toğrul bəy, İbrahim Yanal, Çağrı bəy, Davud, Musa Yabqu Kolyan və başqalarının başçılığı altında türkmənləri də öz ətrafında birləşdirərək yenidən üsyan qaldırdılar. Tədricən üsyançıların əsas liderinə çevrilən Toğrul bəy 1038 – ci ildə Nişapur şəhərini ələ keçirə bildi. O burada sultan titulunu

173

Page 174: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

qəbul etdi və iki il sonra Dandənəkan yaxınlığında Qəznəli Sultan Məsuda qalib gələrək, bütün Xorasanın hakiminə çevrildi.

Səlcuqlular Xorasanı rəqibləri Qəznəlilərdən təmizlədikdən sonra səltənətlərini genişləndirmək və yenidən ulu babalarının yurduna – Azərbaycana sahib olmaq məqsədi ilə üzlərini qərbə çevirdilər. 1045 – ci ildə Həmədanı, ardınca 1050 - ci ildə Əcəm İraqınn paytaxtı İsfahanı ələ keçirərək bu şəhəri özlərinin yeni paytaxtı elan etdilər. 1950 – ci ilin ortalarında Azərbaycanın içlərinə yönəldilər. Azərbaycanda hakimləri olan Vəhsudan Rəvadi və Şavir (Savir) Şəddadi yerli əhalinin Sultan Toğrula olan rəğbətini görüb, onu qiymətli hədiyyələrlə qarşıladılar və müqavimətsiz tabe oldular. Bundan sonra Toğrul üzünü Şərqi Anadoluya tutdu. Buranı da heç bir müqavimətə rast gəlmədən öz tabeçiliyinə keçirdi. 1055 – ci ildə İslam Xilafətinin paytaxtı Bağdadı tutdu.

Səlcuqlular tədricən Aral gölündən Aralıq dənizinə qədər, Dərbənddən Kəngər (Fars) körfəzinə qədər geniş bir ərazinin sahibinə çevrildilər. Səltənətin ərazisi təqribən qədim Part (Parfiya – Arsaklar) imperatorluğunun ərazisinə bərabər idi. Səlcuqlular da Arsaklar kimi indiki Türkmənistandan çıxmışdılar və eynən onlar kimi Həmədanı özlərinə paytaxt etmişdilər. Azərbaycan Səlcuqlu səltənətinin mərkəzi durumuna gəlmişdi.

Beləcə, Azərbaycanın böyük bir səltənətə, yəni imperatorluğa çevrilməsi üçün geosiyasi zəmin hazırlanmış oldu. Sultan Alp Arslanın Malazgirtdə Bizans qoşunları üzərində qazandığı tarixi zəfərdən sonra Anadolunun bütün şərqi Səlcuqlu imperatorluğuna birləşdirildi. Sultan Məlikşahın dövründə səltənət özünün çiçəklənmə dövrünə daxil oldu. Sultan Səncərin (1118 – 1157 – ci illər) dövründə isə dövlət bir neçə yerə parçalandı. AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI

Xll əsrdə Azərbaycanın tarixində mühüm rol oynamış sülalələrdən biri də əslən yerli müsəlman qıpçaqlardan olan Şəmsəddin İldəgizin qurduğu İldəgizlər (Eldənizlər, Atabəylər) sülaləsi idi. İldəgizlər siyasət səhnəsinə Səlcuqlu şahzadələrinin atabəyləri (qəyyumları) kimi çıxış edərək daxil olmuşdular. Bu üzdən onlara Atabəylər də deyilir. Səlcuqlu sultanlarının adından bu böyük imperatorluğun mərkəzi əyaləti olan Azərbaycanın faktiki hakimləri rolunda çıxış edən İldəgizlər Qızıl Arslanın dövründə, daha dəqiq desək, 1191 – ci ildə Azərbaycanı müstəqil dövlət və səltənət (“səltənət” ərəbcə imperiya, yəni imperatorluq deməkdir) elan etdilər. Qızıl Arslan sultan titulunu qəbul etdi. “Sultan” ərəb dilində imperator deməkdir və fars dilindəki “şahənşah” və türk dilindəki “xanlar xanı” və “xaqan” kəlmələrinin qarşılığıdır.

Bu fakt artıq Xll əsrdə azərbaycançılıq şüurunun yaranmış olduğuna dəlalət etməkdədir. Hətta mənbələrdən bu məfkurənin yaradıcısının və qızğın təbliğatçısının adı da məlumdur. Bu, Bağdadın “Nizamiyyə” Universitetində Azərbaycan tarixindən mühazirələr oxuyan və bu yolla azərbaycançılıq ideyalarını yaymaqla məşğul olan Musanna oğlu Fəxrəddin Fəzl İsmayıl Təbrizli (1185 – ci ildə vəfat etmiş və Təbrizdə dəfn edilmişdir) idi.

174

Page 175: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

İldəgizlər sülaləsinin banisi İldəgiz Arandan olan xristian bir qıpçaq (alban) ailəsində doğulmuş, uşaqlıqdan qul kimi bir neçə dəfə bazara çıxarılmış, satılaraq əldən - ələ keçmişdi. Nəhayət, tale onu Sultan ll Toğrulun sarayına gətirib çıxardı. Burada o, İslamı qəbul etdi və azadlıq əldə etdi. Müsəlman olduqdan sonra adının qarşısına Şəmsəddin adı əlavə olundu. O, öz fitri istedadı və yüksək əxlaqı sayəsində sultanın və arvadı Möminə xatunun rəğbət və himayəsini qazanaraq, əmir rütbəsinə qədər yüksəldi. Sultan etimad göstərərək 1135 – ci ildə onu oğlu Arslan şahın atabəyi təyin etdi. Toğrulun ölümündən sonra yerinə sultan olan Məsud, Şəmsəddini Möminə Xatunla evləndirdi. Bu izdivacdan Azərbaycanın gələcək hakimi Məhəmməd Cahan Pəhləvan və sultanı Qızıl Arslan dünyaya gəldilər.

Sultan Məsud Aranı iqta şəklində Şəmsəddin İldəgizə bağışladı və 1136 – cı ildə onu Bərdəyə göndərdi. Bunun əsas səbəbi onun atabəyi olduğu Arslan şahı siyasi proseslərdən uzaqlaşdırmaq idi. Fəqət sultanın hesabı özünü doğrultmadı. Şəmsəddin İldəgiz Azərbaycanın müxtəlif əmirləri ilə gizli əlaqələr quraraq onlarla ittifaq yaratdı. Beləcə, Azərbaycan imperatorluğunun yaradılması istiqamətində güclü zəmin hazırlanmış oldu. O dövrdə Səlcuqlu imperatorluğunun paytaxtı Azərbaycanın qədim Həmədan şəhəri idi və dövlət onsuz da Azərbaycandan idarə edilirdi. Yəni Azərbaycan səltənətin mərkəzi durumunda idi

Həmin dövrdə Səlcuqlu şahzadələri arasında hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Bundan istifadə edən Şəmsəddin İldəgiz 1160 – cı ildə Həmədana hücum edərək, onu ələ keçirdi və Arslan şahı taxta oturtdu. Fəqət xəlifə Arslan şahı sultan kimi təsdiq etməkdən imtina etdi. 1161 – ci ildə Həmədan yaxınlarnda Səlcuqlu qoşunlarını məğlub etdikdən sonra Şəmsəddin İldəgiz Səlcuqlu dövlətinin faktiki hakiminə çevrildi. Reyi (Tehranı) iqta şəklində oğlu Cahan Pəhləvana verdi, onu hacib, yəni vəzir vəzifəsinə qoydu, digər oğlu Qızıl Arslanı isə ordunun əmiri təyin etdi. Arslan şah onun əlində sadəcə bir marionetka idi. Ziya Bünyadovun haqlı olaraq yazdığı kimi, gerçək hökmdar Şəmsəddin İldəgiz idi. Əmrləri o verir, iqta torpaqlarını o paylayr, dövlət xəzinəsinə o, nəzarət edirdi.

Azəbaycan tarixşünaslğında qəbul edilmiş tezisə görə, 1136 – 1160 – cı illər Azərbaycan – İldəgizlər dövlətinin təşəkkül dövrüdür. Bu dövrü inkubasiya dövrü adlandrmaq daha doğru olar. Çünki 1161 – ci ildə Arslan şahın taxta çıxarılması ilə İldəgiz imperatorluğun de – fakto hakiminə çevrildi. Ziya Bünyadov haqlı olaraq yazır:

“Atabəy Eldəniz (İldəgiz) əsl hökmdar idi. Əmrləri o verir, iqta torpaqlarını o paylayır, dövlət xəzinəsinə o nəzarət edirdi. Sulan Arslan şah Toğrul oğlunun ancaq adı hökmdar idi.”

Sultan Arslan şah və Şəmsəddin İldəgizin hakimiyyətinin ilk ilində, yayda Yuxarı Aranın (bugünkü Gürcüstan ərazilərinin) xristian qıpçaq xanı lll Georgi (mənbələrdə o, gah gürcülərin, gah da abxazların hökmdarı adlandırılır) 30 minlik qoşun ilə Dəbil şəhərlərinə gəldi, şəhəri qarət edib, 10 mindən artıq kişini qətlə yetirdi. Qadınları əsir alıb, lüt – üryan etdi, əsir kimi özü ilə apardı. Büün bunlar barədə məlumat verən İbn Əsir bu halın gürcü qadınlarının ərlərinə qarşı üsyanına səbəb olduğunu yazmaqdadır.

175

Page 176: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Georginin bu vəhşiliyinə qarşılıq olaraq, Şəmsəddin İldəgiz 1163 – cü ilin yanvarında 50 minlik bir qoşunla onun nəzarətində olan torpaqlara hücuma keçdi, bir ay çəkən döyüşdən sonra büün xrisian qoşunlarını darmadağın etdi. Georgi canını güclə qurtararaq, dağlara qaçdı. Müsəlmanlar çox sayda əsir və qənimtlə geri döndülər. Fəqət baş verənlər lll Georgiyə dərs olmadı, o, Şəmsəddin İldəgizin başının daxili üsyanları yatırmağa qarışmasından istifadə edərək, 1164 və 1166 – cı illərdə iki dəfə müsəlman ərazilərinə soxuldu, qətllər və talanlar törətdi. Bu yürüşlərdən ən çox Gəncə ziyan gördü.

Hər iki halda xristianların hücumlarını dəf etməyi bacaran Şəmsəddin İldəgiz, nəhayət, 1174 – cü ildə xristianlara qarşı genişmiqyaslı hücuma keçdi. Bu hücumun nəticələri barədə mənbələrin birində belə yazılıb:

“Abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilmirdi”.

Növbəti il, yəni 1175 – ci ildə Şəmsəddin İldəgiz, ardınca isə Sultan Arslan şah vəfat etdi. Taxta Arslanşahın 7 yaşlı oğlu lll Sultan Toğrul keçdi. İldəgizin böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın atabəyi təyin olundu və o, atasının yerinə, faktiki olaraq, imperatorluğun gerçək hakiminə çevrildi.

Səlcuqlar İmperatorluğu, əslində, artıq bir neçə yerə parçalanmış və onun yerində bir neçə dövlət yaranmışdı: Azərbaycan sultanlığı, Anadolu (Konya) sultanlığı, Misir-Suriya sultanlığı və Xarəzmşahlar sultanlığı. Bütün vu dövlələr de – fakto müsəqil olsalar da, de – yure hələ də vahid imperatorluğun tərkib hissəsi sayılırdılar. Azərbaycan sultanlığı onların ən qüdrətlisi idi.

Cahan Pəhləvanın dövründə üsyançı xristianlar bütünlüklə ram edildi, Xorəzmşahlar, İraq və Konya sultanları onunla hesablaşmağa məcbur oldular. Ölkədə sülh və sabitlik hökm sürməyə başladı. Yalnız Misir – Suriya sultanı Səlahəddin Yusiflə bəzi problemlər yaşanmaqda idi. 80 – ci ilin ortalarında münasibətlər daha da kəskinləşdi və vəziyyət müharibə həddinə gəlib çatdı. Cahan Pəhləvan 1185 – ci ildə Azərbaycan qoşununu qardaşı Qızıl Arslanın başçılığı ilə Mosula göndərdi, özü isə Axlata (Əhlətə) gəldi. Münaqişəni dinc yolla həll etmək mümkün oldu.

1186 – cı ildə Cahan Pəhləvan öldü, bununla da ölkədə saray çəkişmələri qızışdı. Daxili mübarizədən qalib çıxan Atabəy Qızıl Arslan hakimiyyətə sahib oldu. Cahan Pəhləvanın dul arvadı İnanc Xatun, lll Toğrul və bir çox əmirlər birləşərək Qızıl Arslana qarşı çıxdılar. Cahan şahın oğlanları da öz anasına qoşulmuşdular. Üsyançılara Xorəzmşah Təkiş də dəstək verirdi.

1188 – ci ildə Həmədan yaxnlarında üsyançılarla Qızıl Arslan üz – üzə gəldilər və bu döyüşdə Qızıl Arslan məğlub oldu. 1190 – cı ildə baş verən həlledici döyüş isə Qızıl Arslanın qələbəsi ilə bitdi və bu döyüşdə Sultan lll Toğrul və oğlu Məlikşah əsir düşdülər. Qızıl Arslan Toğrulu qandallayaraq Naxçıvan zindanına saldırdı. 1191 – ci ildə Qızıl Arslan özünü sultan, Azərbaycanı isə səltənət elan etdi. Beləcə, bu vaxta qədər de – fakto onsuz da müstəqil imperatorluq olan Azərbaycan həmin ildən bunu de – yure rəsmiləşdirmiş oldu. Fəqət elə həmin il Sultan Qızıl Arslan İnanc Xatunun təşkil etdiyi sui – qəsd nəticəsində öldürüldü.

İldəgizlər əslən qıpçaq olsalar da, oğuz əsilli sultanlarla qohum idilər, İslamı qəbul etmişdilər və yerli oğuzlar tərəfindən dəstəklənirdilər. Bunlar yivalar,

176

Page 177: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

beqdelilər, əfşarlar, qınıqlar, dügərlər və salurlar, əsasən də yivalar idilər. Odur ki, Azərbaycan səltənətinin qurucusu təkcə qıpçaqlar deyil, həm də oğuzlar idilər. Onların qurduqları səltənətə, yəni Azərbaycan səltənətinə Azərbaycanın Şirvanşahların əlində olan Kürdən şimaldakı torpaqları (Dərbəndə qədər) dışında bütün torpaqları, o cümlədən Qərbi Azərbaycan (bugünkü qondarma Ermənistan) və Borçalı, Tiflis, Cənubi Dağıstan, indiki İraqın şimalı, o cümlədən Mosul, Kərkük, Süleymaniyyə və Ərbil, Əcəm İraqı, Cənub - Şərqi Anadolu (əski Urartu ərazisi), Xuzistan, Fars, indiki İran Kürdüstanı, Kirman, Gilan, Mazandaran, Cənubi Türkmənistan, Sistan və Bəlucistan daxil idi. Şirvanşahlar dövləti isə bu imperatorluğun vassalı idi. Bir sözlə, imperatorluğun ərazisi təqribən əski Mahan (Manna) və Midiya (Maday) imperatorluqlarının əhatə etdiyi əraziləri əhatə etməkdə idi. Mənbələrdə “Azərbaycan səltənəti” (Azərbaycan imperatorluğu) ifadəsi ilk dəfə məhz İldəgizlərin dövründə işlənmişdir. Onun banisi isə yuxarıda qeyd edildiyi kimi, Qızıl Arslan idi. Fəqət bu imperatorluq çox kövrək idi.

Bu hadisənin daha bir tarixi önəmi onda idi ki, tarix boyu bir – biri ilə yola getməyən, daim çəkişən və döyüşən, ayrı - ayrı məzhəblərə qulluq edən yerli qıpçaq və oğuz türkləri ilk dəfə birlik nümüyiş etdirməyi və birlikdə Azərbaycanı böyük bir səltənətə çevirməyi bacarmışdılar. Azərbaycan xalqının əsas özəyini də çox – çox öncələr məhz bu iki türk soyu təşkil etmişlər. Nizami Cəfərov, haqlı olaraq, “Kitabi – Dədə Qorqud”dan başlayaraq Füzuliyə qədər Azərbaycan yazılı abidələrində qıpçaq sözləri ilə oğuz sözlərinin paralel işlənməsini (qıpçaq və oğuz: payız – güz, yaxşı – iyi, getmək – varmaq, aytmaq – demək, ata – baba, çöl – yazı, çağırmaq – oxumaq, etmək – qılmaq, vermək – sunmaq, doymaq – qanmaq, bayr – dışarı, çatdırmaq – ilətmək, isti – sıcaq, qabaq – qarşı) ikinci minilliyin ortalarında Azərbaycan etnik mədəni sistemində qıpçaq etnosunun ehtiva olunması ilə bağlayr.

Qızıl Arslanın qətlindən sonra Cahan Pəhləvanın arvadları və oğulları arasında hakimiyyət uğrunda yenidən mübarizə başladı. Vəziyyətdən istifadə edən İraq, Mosul, Rey, İsfahan, Yuxarı Aran (bugünkü Gürcüstan) və Şirvan əmirləri özlərini müstəqil elan etdilər. Hakimiyyəti ələ keçirən Sultan Əbu Bəkrin əlində sadəcə Azərbaycan torpaqları qaldı. Şirvan və Yuxarı Aran isə, yuxarıda qeyd edildiyi kimi, yenidən müstəqilliklərini elan etmişdilər. Həmədan və ətraf bölgələr İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömərin, Rey (Tehran) isə İnanc Xatunun öz əlində idi.

Qüteybə Xatun öldürülmüş Qızıl Arslanın barmağından sultahlıq tuğrasını (möhürünü) çıxararaq, oğlu Əbu Bəkrin barmağna taxmışdı. Əmirlərin əksəriyyəi onun hakimiyyətini tanımışdılar. 1192 – ci ildə Sultan Əbu Bəkr üsyankar qardaşları Qutluq İnanc və Əmir Əmiran Ömərin qoşunlarını Təbriz yaxınlarında darmadağın etdi. Döyüşdə məğlub olan Qutluq İnanc Xorəzmşah Sultan Təkişə sığındı. Əmir Əmiran isə Şirvana pənah aparıb, şirvanşah Axistanın yanında sığınacaq tapdı. Həmin il həbsdən azad edilən Sultan lll Toğrul Təbrizə hücuma keçdi. Lakin bir şey əldə edə bilmədi, amma o, Qutluq İnanca sadiq qüvvələrin üzərində qələbə çalaraq, Həmədanı ələ keçirməyi bacardı və yenidən sultanlıq taxtına oturdu.

1194 – cü ildə Təkişdən yardım alan Qutluq İnanc Sulan Toğrul üzərində qələbə çaldı və onu öldürdü. Nəticədə Həmdan Xorəzmşah Təkişin əlinə keçdi.

177

Page 178: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Təkiş Səlcuqlular imperatorluğunu öz hakimiyyəti altında bərpa etmək arzusunda idi. Fəqət ölümü (1200 - cü il) ona bu planını gerçəkləşdirməyə imkan vermədi. Bundan sonra Həmədanı yenidən Azərbaycan sınırları daxilinə qaytaran Əbu Bəkr qardaşı Özbəyi Həmədan əmiri təyin etdi.

Atabəy Əbu Bəkr ölənə qədər, yəni 1210 – cu ilə qədər hakimiyyətdə qaldı. Həmin ildən sonra isə hakimiyyət qardaşı Özbəyə keçdi. Onun hakimiyyəti dövründə (1210 – 1225) Azərbaycan Xorəzmşahların vassalına çevrildi və faktiki olaraq, müstəqilliyini itirdi. Ən dəhşətlisi isə o idi ki, Əbu Bəkr xristian qıpçaq – gürcülərin ölkəni qarət etməsinin qarşısını almaqda aciz idi. Bu yürüşləri Yuxarı Aranı müstəqil dövlət kimi idarə edən və Tiflisdə oturan qıpçaq qızı Tamara təşkil edirdi.

Həmin dövr barədə Ziya Bünyadov yazır:“Zəif iradəli Əbu Bəkr sələflərinin ənənələrini yaşada bilmədi. 20 illik

hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzunu zəiflətdi, dövlətin süqutunun qarşısın ala bilmədi. Mənbələrdə deyildiyi kimi, onu dövlət işlərindən daha çox şəxsi istirahəti maraqlandırırdı. Onun vaxında xəzinəyə gələn ümumi gəlir xeyli azalmış və dövlətin iqtisadiyyatı sarsılmışdı. Əbu Bəkrin ölümündən sonra hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210 – 1225) Azərbaycan Atabəylər dövləti daha da zəiflədi. Atabəy Özbək hakimiyyətinin ilk vaxtlarında gürcü çarı Tamara və Xarəzmşah Məhəmmədin hücumlarına məruz qaldı. Hətta iş elə gətirdi ki, o, Xarəzmşahın asılılığını qəbul etməyə məcbur oldu.”

Xlll əsrin əvvəllərində Səlcuqluların və İldəgizlərin yerində müsəlman olmayan, türklərin qədim dininə - tenqriçiliyə sitayiş edən tatar türklərinin hakimiyyəti bərqərar oldu. Elmi ədəbiyyatda səhvən monqollar və ya monqol - tatarlar kimi təqdim edilən bu xalq Orxon-Yenisey abidələrindən də göründüyü kimi, təmiz türk idilər və Mahmud Kaşğarlının yazdığına görə türklərin 20 əsas boyundan biri idilər. İraqı ələ keçirər-keçirməz, xəlifəni qətl edən və nəslini kəsməyə girişən tatarlar bir müddət sonra İslamı qəbul etsələr də, ilk dövrlərdə bu dinə və müsəlmanlara münasibətləri çox da yaxşı deyildi. Xəlifələrin mənsub olduqları Abbasi sülaləsindən canını qurtarmağı bacaranlar Misirə qaçaraq, oranın müsəlman türk hakimi Bəybarsa sığındılar. Bundan sonra Xilafətin mərkəzi rolunda Qahirə çıxış etməyə başladı. Xəlifələr isə Misirin türk-Məmlük sultanlarının oyuncaqlarına çevrildilər.

Tatarların əlində olan ərazilərdə isə onların hökmü keçərsiz idi. Böyük Tatar (Türküstan, başqa sözlə, Turan) imperatorluğu konfederativ xarakter daşıyırdı və ilk dövrdə üç əsas subyektdən təşkil olunmuşdu. Bu subyektlərdən birinin başında Hülakülər dururdular. Sülalə adını Çingiz xanın nəvəsi Hülakü xanın adından almaqda idi və o, sözügedən sülalənin və eyniadl hökumətin də qurucusu kimi tarixə daxil olmuşdur. Həmin dövrdən yenidən Türküstanın (Turanın) bir parçasına çevrilən, onun konfederativ subyektlərindən biri durumuna gələn və imperiya statusunu itirən Azərbaycan Hülakülərin İslamı qəbul etməsindən sonra yenidən müstəqil dövlət və səltənət kimi fəaliyyət göstərməyə başladı (Bu baxımdan gerçək Azərbaycan səltənətinin qurucuları Elxanlılar hesab edilə bilər). Eyni hal Turanın digər bir subyektində - qıpçaqlar ölkəsi kimi tanınan Altun Ordada da baş verdi. Oranın da tatar hakimləri islamı qəbul etdilər.

178

Page 179: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Mərkəzi subyektin və bütün Turanın hakimi sayılan xaqanların buddizmi qəbul etməsi ilə Hülakülər və Altun Orda xanları mərkəzi hakimiyyətdən üz döndərdilər və müstəqil siyasət yeritməyə başladılar. Altun Orda dövləti bütün bugünkü Rusiyanı və Opta Asiyanı, eləcə də Ukraynanın cənubunu və Balkanların bir hissəsini əhatə edirdi. Hülakü dövləti isə Güney Qafqaz, Şərqi Anadolu, bütün indiki İran, İraq, Suriya və Əfqanıstanı əhatə edirdi.

Hülakülər dövrü Azərbaycanda, sözün əsl mənasında, Azərbaycan Türk-İslam mədəniyyətinin renesans dövrü olmuşdur, bunun üçün zəmin isə İldəgizlər dövründə yaranmışdı. İldəgizlərin əsasını qoyduqları Azərbaycan Səltənətinin (İmperatorluğunun) özü isə şübhəsiz ki, Səlcuqlular dövrü renesansının şah əsəri idi.

Ölkəmizdə qəbul olunmuş ənənəyə görə, Xll əsr Azərbaycan renesansı hesab edilir. Lakin bu, qismən doğru hesab edilə biləcək bir mülahizədir. Çünki Xll əsrdə Səlcuqlu türklərinin tarix səhnəsinə çıxması və ardınca da Azərbaycan səltənətinin yaranması ilə gerçəkdən də Səlcuqlu imperatorluğuna daxil olan bütün ərazilərdə, o cümlədən bu imperiyanın mərkəzinə çevrilən Azərbaycanda güclü mədəni inkişaf müşahidə edilmiş, Gəncəli Nizami, Şirvanlı Xaqani, Beyləqanlı Mücirəddin, Gəncəli Məshəti kimi böyük ədiblər yetişmişdir. Lakin Səlcuqlular türk olsalar da daha çox fars dili və ədəbiyyatınn heyranı idilər və daha çox fars kültürünün inkişafına təkan vermişlər. Elə bu üzdən də yuxarıda adı çəkilən şairlərimiz farsca yazıb yaratmış, Azərbaycan-türk şairi olsalar da, fars dili və ədəbiyyatının inkişafına Azərbaycan ədəbiyyatından heç də az xidmət etməmişlər. İmperiyanın dövlət dili də fars dili idi. Saraylarda türkcə danışılsa da, rəsmi sənədlər farsca yazılırdı.

Səlcuqlular dövründə ölkəmizdə gerçəkdən də renesans olmuşdur, fəqət bu, daha çox ümümislam renesansı idi. Bu renesans əslində Vlll əsrdə Abbasilərin hakimiyyətinin başlaması ilə başlamış, Səlcuqluların tarix səhnəsinə çıxışı ilə yeni nəfəs qazanmışdı. Azərbaycan xalqının ümumislam renesansına qoşulması və fəal iştirakı Vlll – lX əsrlərdə baş verib. Bu, Əbül Yəzqana (806 – cı ildə ölüb) istinad edən İbn Küteybə əd – Dinavərinin “Əş – şir vəş – şüarə” (Şeir və şairlər) adlı əsərində yazdıqlarından da görünməkdədir:

“Mədinədə məvalilər içərisində əslən Azərbaycandan olmayan şairə rast gəlmək mümkün deyildir. İsmayıl Yassar oğlu, onun qardaşı Musa Şəhavat və Əbülabbas.”

Burada adı çəkilən Musa Şəhavatın dövrümüzədək çatan ərəbdilli şerlərindən onun ərəbləri sevmədiyi, onları “kərtənkələ yeyən” adlandırdığı və özünün mənsub olduğu xalqın şərəfli tarixindən qürur hissi duyduğu görünməkdədir. Bu şairin doğum və ölüm tarixləri məlum olmasa da onun Əbdülməlik Mərvanın (685 – 705) taxta çıxmasından sonra onunla görüşdüyü, eləcə də, xəlifə Vəlid ibn Yəzidin (743 – 744) sarayında yaşayıb – yaratdığı məlumdur.

Mənbələrdə İslam dünyasının müxtəlif elm və təhsil mərkəzlərində çalışan və dərs deyən çox sayda azərbaycanlı alimin adına rast gəlmək mümkündür. Bunlardan İsa ər – Raki Tiflisli (X əsr) dövrünün məşhur tibb alimi və həkimi kimi

179

Page 180: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

məşhur idi. Onun qələminə məxsus “Tibbi” əsəri tibb elminin inkişafında xüsusi rol oynamış və uzun müddət universitetlərdə tədris edilmişdir.

Azərbaycandan olan alimlər daha çox fiqh (İslam hüququ) sahəsində fəal idilər. Dövrümüzədək Əbülhəsən Bərdəli (lX əsr), Əhməd Bərdəli (914 – cü ilə vəfat edib), Əbdülmalik Hunaclı (935 – ci iləd ölüb), Məkki Bərdəli (965 – ci ildə ölüb), Cavar Marağalı (889 – 967), Əbu Mühəmməd Ərdəbilli (953 və ya 964 – cü ildə ölüb), Musa Salmaslı (990 – cı ildə ölüb), Əbülhəsən Ərdəbilli (X əsr), Əhməd Süleyman oğlu Təbrizli (X əsr), Əbu Turab Marağalı (1025 və ya 1026 –cı ildə ölüb), Əbubəkr Şirvanlı, Hüseyn Bərdəli (1029 – cu ildə ölüb), Əbubəkr Marağalı (X əsr), Cavar Ərdəbilli (X əsr), Əminəddin Təbrizli və bir çox başqa hüquqşünas alimlərin adı gəlib çatmışdır.

Bu alimlərdən Əbdülhəsən Bərdəli, Əbu Turab Marağalı və Əbubəkr Şirvanlı Bağdadda, Əbu Mühəmməd Ərdəbilli isə İsfahanda İslam hüququndan dərs demişlər. Əbülhəsən Ərdəbilli və Əhməd Süleyman oğlu Təbrizlinin Bağdadda yaşayıb yaratdıqları məlum olsa da, əsərləri dövrümüzədək ulaşmamışdır. Bununla belə, əsərləri haqqında bu və ya digər səviyydə məlumata sahib olduğumuz alimlrimiz də az olmamışdır. Bu baxımdan Əbülhəsən Bərdəlinin fiqh elminə həsr edilmiş “Xülasə” adlı kitabının, Əminəddin Təbrizlinin “Sima əl – fərənd” (İnci muncuğu) adlı üçcildliyi və yenə onun “Səbt əl –məsail” (Məsələlər toplusu) adl ikicildliyi, eləcə də dövrün ən böyük dilçi alimlərindən biri kimi şöhrət qazanmış Əbubəkr Bərdəlinin “Kitab müxtəsər fin – nixv” (Qıasa sintaksis kitabı) kimi əsərlərin adın çəkmək mümkündür.

O dövrdə ərəbcə yazıb yaratmış azərbaycanlı filosoflardan “Kuhi” (Dağlı) ləqəbi ilə də məşhur olan tanınmış filosof Mühəmmədəli Bakılının və onun şerlər “Divanı”nın, “Həllac Mənsurun əvvəli və axırı” , “Dinindən dönənlər haqqında məlumat” və “Sufilər haqqında məlumat” traktatlarının adlarını da xüsusi çəkmək lazımdır. Eyni zamanda, İbn ən – Nədimin (995 – ci ildə ölüb) “Əl – fəhrist” kitabında Əli oğlu Əbubəkr Mühəmməd Marağalı kimi böyük Azərbaycan alimi və yazıçısınınn adına rast gəlirik.

“Dümət əl – qəsr və üsrət əhl əl - əsr” (Dövrün seçkin şəxsiyytləri haqqında qısa məlumat) əsərinin müəllifi Əli əl – Bəhərzini ( 1074 - cü ildə ölüb) əsərinin bütöv bir fəslini Azərbaycan şairlərinə həsr etmiş və 70 azərbaycanlı şair haqqında məlumat vermişdir. Həmin dövrün böyük alimlərindən söz açarkən, Əbu Əli ibn Sinanın tələbəsi olmuş , əslən Şamaxıdan olan dahi filosof Əbdülhəsən Bəhmənyar Azərbaycanlıdan (1066 – cı ildə ölüb) da xüsusi danışmaq lazımdır. Onun “Məudu elm ma bəd ət təbiyə” (Metafizika elmi haqqında kitab) və “Məratib əl – mövcudat” (Var olanların dərəcələri) adlı fəlsəfi əsərləri İslam və dünya fəlsəfəsinin inkişafında ölçüyəgəlməz rol oynamış və ilk dəfə 1329 – cu ildə Qahirədə çap olunmuşdur. Bunlardan başqa, onun “Kitab ət – təhsil” (Təhsil kitabı), “Kitab əz – zinətül – məntiq” (Məntiqin bəzək kitabı), “Kitab əl – bəhcə bəs – səadə” (Səadət və gözllik kitabı) və “Kitab fil – musiqə” (Musiqi haqqında kitab) adlı əsərləri də çox məşhur idi. Onun “Kitab ət – təhsil”inin əlyazma nüsxələri bugünədək Beyrut, Qahirə, Tehran, London və s. şəhərlrin əlyazmalar və qədim kitab fondlarında qorunur.

180

Page 181: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Vlll əsrdən başlayan və lX – X əsrlərdə öz yüksəliş dövrünə daxil olan bu ənənə Xl – Xll əsrlərdə də davam etmişdir. Əgər bu dövrə qədər Azərbaycan ədib və alimləri əsasən ərəb dilində yazıb yaradırdılarsa, Səlcuqlular dövründən etibarən fars dilində də yazıb yaratmaq ənənəsi ortaya çıxır. Ədəbiyyatda fars dili ərəb dilini tədricən sıxışdırıb çıxarır, fəqət ərəb dili elm dili kimi uzun müddət öz mövqelərini qoruyub saxlaya bilmişdir. Bununla belə, fars dilində də elmi əsərlər, xüsusən də tarixi əsərlər və lüğətlər yazılır. Artıq qeyd etdiyimz ki, Qətran Təbrizli, Əfzələddin Xaqani, Nizami Gəncəli və s. fars dilində yazıb yaratmışlar.

Həmin dövrün ən böyük alimlərindən biri Fazil Fəridəddin Şirvanlı idi. Dövrünün ən böyük astronomu kimi şöhrət tapan bu şəxs dünyada ilk ulduz cədvəllərindən birini tərtib etmişdir. Eyni dövrdə yaşamış başqa bir böyük azərbaycanlı astronomun da adı məlumdur. Bu, şirvanşah lll Manüçöhrün dövründə yaşayan, həm də şair kimi tannan Mühəmməd Fələki Şirvanlı idi. Onun ən məşhur əsəri “Əhkam – i nücum” (Ulduzların hökmü) adlı əsər idi. Bu əsərdə o, ulduzlaraın hərəkətlərinə və yerdəki proseslərə təsirinə toxunaraq 39 il sonra Şamaxıda baş verəcək zəlzələ barədə öncədən məlumat vermişdi. Onun bu öngörümü özünü bütünlüklə doğrultmuşdur.

Azərbaycan alimləri tibb sahəsində də yüksək nailiyyətlərə nail olmuşdular. Azərbaycanda tibb elminin yüksək səviyyəsini hələ X əsrdə İbn Hövqəl xüsusi qeyd etmişdi. Mənbələrdən Xll əsrdə yaşamış və dövrünün böyük tibb alimi və həkimi kimi ad çıxarmış Əhməd oğlu Mühəzzabəddin Əli Təbrizli haqqında məlumat əldə etmək mümkündür. Həmdövrləri onu “Azərbaycanın İbn Sinası” adlandırırdılar. O, “Əl – muxtar” və “Kitab tibbül – camali” adlı tibbi traktatların müəllifi idi. Həmin dövrdə Naxçıvanda da Fəxrəddin Əbu Abdulla Əkmələddin Naxçıvanlı kimi tannmış həkimlər fəaliyyət göstərmişlər. Müasirləri sonuncunu müdriklərin əmiri və bütün həkimlərin başı” adlandırırdılar. Məşhur şairimiz Xaqani Şirvanlınn əmisi Osman oğlu Mirzə Kafiəddin Ömər də həmin dövrün məşhur tibb alimlərindən və həkimlərindən idi.

Əldə olan məlumatlara görə, Xll əsrdə Şamaxıda əczaçılıq (farmokologiya) elmi də çox yüksək səviyyədə inkişaf etmişdi. Həmin dövrdə Şamaxıda Dar əl - ədəb (Ədəbi və elmi yaradıcılıq Akademiyası) də fəaliyyət göstərməkdə idi. Bu Akademiyada Əbubəkr Mühəmməd kimi hüquqşünas, Kafiəddin Osman kimi təbib və filosof, Fazil Fəridəddin, Fələki Şirvanlı kimi astronom alimlər, Xaqani Şirvanlı, İzəddin Şirvanlı, Zülfüqar Şirvanlı kimi məşhur şairlər çalışıb yaradırdılar.

Həmin dövrün hüquqşünas və filosof alimlərindən Əbu Səid Urmiyalı, Eynəlqüzat Miyanəci, Əbu Naci Sührəverdi, Şihabəddin Ömər Sührəverdi, Şihabəddin Yəhya Sührəvrdi, Əminəddin Təbrizli və digərlərinin adlarını da çəkməliyik. Bu şəxslərin fiqh və fəlsəfə elminin, xüsusən də sufi fəlsəfəsinin inkişafında misilsiz rolu olmuşdur. Şübhəsiz ki, Xl əsrdə ərəb dilində yazıb yaradan filosof və alimlər içərisində ən yüksəkdə duran Xətib Təbrizli (Əli oğlu Əbu Zəkəriyya Yəhya Təbrizli. 1030 - 1109) idi. 38 yaşı olanda Bağdadda Səlcuqlu vəziri Nizam əl – Mülk tərəfindən yenicə açılan “Nizamiyyə” Universitetinin professoru və kafedra müdürü təyin edilən bu böyük şəxsiyyəti müasirləri olmuş ərəb alimləri, elcə də Yaqut əl – Həməvi “ensiklopedik biliklərə

181

Page 182: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

sahib baş”, “bütün müsəlman alimlərinin şeyxi”, “ədəbiyyatşünaslıq, qrammatika, mədəniyyətşünaslıq və əxlaq elmləri üzrə ən böyük mütəxəssis” kimi vəsf etmişlər. Onun dilçilik, qrammatika, məntiq və s. sahələrə həsr etdiyi kitablarının bir qismi hazırda dünyanın bir sıra kitab fondlarında qorunmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, Nizamiyyə Universitetinin müəllimləri içərisində azərbaycanlı alimlər həmişə əksəriyyətdə olmuşlar. Dövrümüzədək onlardan bir neçəsinin adı ulaşmışdr. Onlardan biri “azərbaycançılıq məfkurəsinin atası” hesab etdiyimiz Musanna oğlu Fəxrəddin Fəzl İsmayıl Təbrizli idi. Sözügedən ali məktəbdə Azərbaycan tarixindən mühazirəlr oxuyaraq azərbaycançılığı təbliğ edən bu şəxsiyyət haqqında İbn əl – Füvatinin görkəmli şəxsiyyətlərin həyatından bəhs edən kitabında qısa məlumat verilmişdir.

Nizamiyyə Universitetində dərs demiş azərbaycanlı alimlərdən Əminəddin Müzəffər Təbrizli (1165 – 1225), Tacəddin Əbülfəzail Mühəmməd (1225 – ci ildə ölüb), Əbuqövs Ömər və sairənin adlarını çəkmək olar. Bu alimlərin hamısı ərəb dilində yazıb yaratmışlar. Onların bir çoxunun əsərləri dövrümüzədək ulaşmşdır.

Fars dilində yazıb yaratmış alimlərdən danışmaq lazım gələrsə, ilk növbədə Xl əsrin dahi elm adamı Qətran Təbrizlinin adını çəkmək lazım olacaq. Dövrünün böyük şairi, filosofu və dilçi alimi kimi şöhrət tapmış bu böyük şəxsiyyət 1012 – ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur. 76 il yaşamış və 1088 – ci ildə vəfat etmşdir. Ömrünün bir hissəsi Təbrizdə, digər hissəsi Gəncədə keçmiş Qətran Təbrizlinin ən mühüm əsəri “Fars dilinin izahlı lüğəti”dir.

Əlbəttə, bütün bu deyilənlərdən heç də o nəticə çıxarılmamaldır ki, guya Səlcuqlular və İldəgizlər dövründə türk dilində, ümumiyyətlə, heç bir əsər yaranmamışdır. Bu, əsla belə deyildir. Bu gün əlimizdə Xl – Xlll əsrlərdə yazıldığı heç bir şübhə oyatmayan bir necə ədəbi əsər bulunmaqdadır. Bunlar Mövlanə Cəlaləddin Rumlunun və Sultan Vələdin oğuz türkcəsində qələmə aldıqları şerlər, Fəqihin “Çarxnamə”si, Şəyyad Həmzənin “Yusif və Züleyxa”sı, Əlinin “Qisseyi - Yusif”idir.

Türkologiya elmində qəbul olunmuş və möhkəmlənmiş fikrə görə, onlar ümumoğuz – Səlcuqlu ədəbiyyatının nümunələridir. Bu əsərlərin dili onlardan əvvəl Azərbaycanda ərsəyə gəlmiş Alp Ər Tonqaya ağının, “Kitabi - Dədə Qorqudun”, eləcə də sonrakı dövrün məhsulu olan “Dastani Əhməd Həraminin”, eləcə də İzəddin Həsənoğlunun dilindən, ortadakı cüzi şivə fərqləri nəzərə alınmazsa, demək olar ki, heç nə ilə fərqlənmir.

Çox təəssüflər olsun ki, ölkəmizdə İbn Mühənnanın “Tərcümani farsi, türki və moğoli” əsəri geniş tədqiqata cəlb edilmədiyindən və oğuz türkcəsinin Azərbaycan şivəsi ilə türkmən şivəsi arasındakı fərq (Xll – Xlll əsrdəki şivə fərləri nəzərdə tutulur) tam araşdırılmadığından, həmin şivələr yuxarıda adı çəkilən əsərlərin dili ilə tutuşdurulmadığından bu əsərlərin nəyin nəsi olduğu barədə dəqiq fikir söyləmək mümkün deyildir. Məsələyə bugünkü şivələr (Azərbaycan, Anadolu və türkmən) baxımından yanaşsaq, həmin ədəbi abidələrin dilini Azərbaycan ədəbiyyatının nümunsi hesab etmək lazım olacaq. Hərçənd ki, Mövlanə Cəlaləddin Rumlu əslən Orta Asiyadan idi, oğlu Sultan Vələd isə Anadoluda dünyaya gəlmişdi. Ümumiyytlə, elmdə belə bir fikir hakimdir ki, o dövrdə oğuz şivələri bir – birindən indiki qədər çox fərqlənmirdi və bu fərqlər o qədər cüzi idi ki, həmin

182

Page 183: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

dövrdə vahid oğuz türkcəsindən danışmaq və həmin abidələri ümumoğuz abidələri hesab etmək daha doğrudur. Bununla belə, Azərbaycan ədəbiyyatşünaslığında Əlinin “Qisseyi - Yusif”inin ümumoğuz abidəsi olmaqla yanaşı, sırf Azərbaycan ədəbiyyatının olayı olduğu barədə fikir var. İlk dəfə Həmid Araslı müxtəlif əlyazma nüsxələri Bakı, Kazan, Berlin, Drezden və Sankt – Peterburqda qorunan bu əsərin Azərbaycan türkcəsində yazılmış “ən qədim mənzum əsər” adlandırmışdır:

“Azərbaycanlı Əlinin yazdığı “Qisseyi - Yusif” uzun müddət tatar mədrəsələrində, məktəblərində dərslik olaraq oxunduğundan, tatar ədəbiyyatınn inkişafına qüvvətli təsir göstərmişdir. Lakin hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatının məhsulu olduğu üçün Azərbaycan ədəbiyyatının və ədəbi dil tarixinin öyrənilməsi işində böyük tarixi, elmi əhəmiyyətə malikdir.”

Mövzu ilə bağlı Elməddin Əlibəyzadə yazır:“Söz yox ki, ”Qisseyi – Yusif” ümumtürk kitabəsidir. Amma fakt faktdır; hər

hansı bədii əsərin və onun müəllifinin milli mənsubiyyətinin müəyyənləşdirilməsi işində dil faktını heç nə əvəz edə bilməz. “Qisseyi – Yusif”in dili Azərbaycan – türk dilidir; oradakı arxaik söz və ifadə şəkillərini nəzərə almaqla, bu dil Xll – Xlll əsrlr və ondan qabaqkı Azərbaycan dili ilə də, müasir Azərbaycan dili ilə də səsləşir... Hələ 1940 – cı illərdə H. Araslı həmin kitabənin Azərbaycan dilində yazılmış ən qədim mənzum əsər olduğu fikrini söyləmişdi. Məlum nüsxələrin dilinə əsasən türk (türkiyəli) alimləri Saadet və Ş. Cağatay yazırlar: ”Əsərdə bir çox sözlər, Azərbaycan dilində olduğu kimi ön səsdə əski t yerinə d yazılıbdır, bol yardımçı feli ol şəklində qarışıqdır, bar yerinə var feli işlənir h.b.” Məşhur türkoloq Ə. N. Nəcib belə nəticələrə gəlmişdir: 1) “Bu kitabə əsas əhalisi Oğuz qəbilələri olan və onlarla birlikdə qıpçaqlar da yaşayan ərazidə yarana bilərdi. Kitabənin dilinin hər cəhətdən dəqiq tədqiqi bunu göstərir ki, kitabə o yerdə yaranıb ki, ona qədər orada oğuz ünsürləri üstünlük təşkil edən bu qarışıq dildə başqa ədəbi əsərlər vardı.”; 2) “Qisseyi – Yusif” və “Kitabi - Dədə Qorqud”un müxtəlif xarakterli məzmunu kitabənin yaranma yeri və milli mənsubiyyəti məsələsini düzgün həll etmək üçün çox şey verir”; 3) “Əlinin poeması digər Orta Asiya türkdilli kitabələrində olmayan arxaik qrammatik ünsürləri, demək olar ki, bütünlüklə “Dədə Qorqud”da təkrarlanır. Deməli, təsdiq etmək olar ki, bu kitabələr əsas əhalisi oğuz qəbilə və nəsilləri olan eyni bir ərazidə yaranmışdır””.

Tanınmış türkiyəli alim Fuad Köprülü Şərqi Anadoluda yaranmış bir çox oğuzdilli əsərlərlə yanaşı Şəyyad Həmzənin “Yusif və Züleyxa”sını da Azərbaycan türkcəsi və Azərbaycan ədəbiyyatı nümunəsi hesab etmişdir:

“... Şərqi Anadolunun ədəbi dili, bu sahələr Osmanlı dövləti tərəfindən fəth edilincəyə qədər Azəri ləhcəsi idi. Və indiyə qədər də həmin ərazidə Azəbaycan dili şivələri işlənir. Qazi Bürhanəddinin “Divan”ı “Dastani - Əhməd hərami”, Yusif Məddahın “Vərqa və Gülşa”sı, Suli Fəqihin “Yusif və Züleyxa”sı, Qazi Mustafa Zərrinin “Yusif və Züleyxa”sı, Şəyyad Həmzənin “Yusif və Züleyxa”sı, Şərqi Anadoluda meydana çıxmışdır.”

Alimin adını çəkdiyi əsərlərin böyük əksəriyyəti Hülakülər dövründə ərsəyə gəlmişdir.

183

Page 184: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Hülakilər dövrünə keçməmişdən öncə qeyd etməliyik ki, Xll əsrdə alban ədəbiyyatı da inkişafda olub. Söhbət albanların islamı qəbul etməyən, özlərini Azərbaycanın müsəlman – oğuz kütləsindən ayrı tutan və Azərbaycanı əski ənənəyə uyğun olaraq, hələ də “Albaniya” və ya “Bizim Şərq ölkəsi” adlandırmaqda davam edən xristian albanların ana dillərində, yəni alban (qıpçaq – qarqar) dilində yaradıqları əsərlərdən, daha dəqiq desək, Xll əsrin böyük alban ilahiyyatçı, tarixçi və müəfəkkiri Mxitar Qoşun “Törə bitiqi” və digər əsərlərindən gedir. Nəsr formasında yazılmış bu əsərlər Azərbaycanda yarandığı üçün, şübhəsiz ki, Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir.

Mxitar Qoşun “Törə bitiki”nin alban (qarqar – qıpçaq) dilində üç əlyazma variantı məlumdur ki, onlardan biri hazırda Polşanın Vrotslav şəhərində, Ossolinskilər adına Milli İnstitutun kitabxanasında (1916/ll № - li əlyazma), digəri Avstriyada, Vyanadakı erməni mxitaristlərinin mərkəzində (468 № - li əlyazma), üçüncüsü isə Fransada, Paris Milli kitabxanasında (Arm. 176) qorunmaqdadır. Əsər dövrümüzədək bir çox əlavələrlə gəlib çıxmışdır. Bu da təbiidir, çünki müəllif hələ sağlığında kitabı, ondan sonrakıların da əlavələr etmələrinə və qanunlar toplusunu daha da təkmilləşdirə bilmələrinə şərait yaradacaq bir tərzdə qələmə aldığnı söyləmişdir. Bu barədə müəllif özünün Venesiya şəhərindəki San – Lassaro mxitaristlərinin monastrında saxlanılmaqda olan (1237 № - li əlyazma) “Alban salnaməsi” əsərinin əlyazmasında xəbər verməkdədir.

Sevgidəyər oxuculara bu əsərdən kiçik bir parçanı tərcüməsi ilə birlikdə təqdim edirik:

“Dağı da ne üçün emdi klədik yazmağa törələrni, ya ne səbəptən teprəndi esimiz bu işkə. Egər ki yazdıq esə əvəlgidə ki, kerəkimiz dügül edi yazğan törə berilməgə Tenqridən, yoxsa köp kez işittik panbas özgə milləttən ki, yoxtur krisdanlarda törə. Kim ki munu aytır, bilməsti ari bitiklərninq küçüni. Munınqki yaman sağıştan 2 türlü yamanlıx toğar: 1, ya sağışlar edi, ki törəni xoygan essiz edi; 2, ya kləməs edi ki, könülük bolğay edi adəmilər arasına dünyada.

2-inçi ki, ol biliklikni ki, tarbiyatımızdan bar edi, yamanlıx söndürdü, da tügəl yaratılğan adəmini yarımdıx etti, da sövüknü u şağavatnı körəlməsizlik xapanel etti.

3-ünçi, bu vaxtlarda erinçəkliktən üvrənməg kləməslər Eski u Yənqi Törələrni ne markarelərdən, ne Avedarandan ki, bolğaylar edi ari bitiklərninq küçündən bilməgə könü törəni. Anınq üçün klədik bu Törə bitiki bilə oyatmağa alarnı, necik kimsəni yuxudan.”

TƏRCÜMƏSİ:“Nə üçün törələri indi yazmağı arzu etdik və hansı səbəbdən şüurumuz buna

cəsarət etdi.Əvvəlki bölümdə Tanrıdan yazılı qanun verilməsinə ehtiyacımızın

olmadığını yazsaq da, başqa millətlərdən xristianların qanunlarının olmadığı barədə çox rişxəndlər eşittik.

Bunu söyləyənlər müqəddəs yazıların gücündən bixəbərdirlər. Bu cür rişxənd dolu düşüncələr səbəbindən ortaya iki pislik çıxır. Birincisi, ya onlar elə düşünürlər ki, qanunları bərqərar edən cahil idi, ikincisi, ya da ki o, dünyada insanlar arasında ədalətin olmasını istəməmişdir.

184

Page 185: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

İkinci səbəb o idi ki, təbiətən sahib olduğumuz biliyi pislik söndürdü, kamil insanı yarımçıq etdi və nifrət sevgi və mərhəmətin yolunu kəsdi.

Üçüncü. Zamanəmizdə insanların tənbəllik üzündən əski və yeni törələri (Əhdi - Ətiq və Əhdi - Cədidi-B.T.) mənimsəmək, nə peyğəmbərlərdən, nə də İncildən bir şey öyrənmək istəməməsidir ki, onların köməyi ilə gerçək qanunları anlasınlar. Odur ki, biz, yatmışları oyatdığımz kimi, bu “Törə bitiki” ilə onları oyatmaq istədik.”

Mxitar Qoşun dövrümüzədək ana dilində yetişən əsərlərindən biri də “Alğış tum zamanna” (Bütün zamanlar üçün şükr duası) əsəridir. Bir çox əlyazmalarda sadəcə “Alğış tum zamanna” adı ilə keçən bu duanın məhz Mxitar Qoş tərəfindən tərtib edildiyini Saltıkov Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə tərcümə olan, fəqət başlıqları alban dilində verilən bir dua kitabındakı qeydlər sübut edir. Söhbət sözügedən kitabxananın əlyazmalar şöbəsində “Dorn 636” şifrəsi altnda saxlanılan əlyazmadan gedir. Həmin əlyazmada haqqında söz açdığımız dua “Aytkani Mxitar vardabetninq. Alğış tum zamanna” (Vardapet Mxitar qoşun dilindən. Bütün zamanlar üçün şükr duası) adı altında verilmişdir.

Sevimli oxucularımıza tərcüməsiz təqdim etdiyimiz həmin əsərin qısa variantı Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 № - li əlyazmadan dərlənmişdir. Eyni mətn “Alğış tum zamanna” başlığı altında 1618 – ci ildə Lvovda çap olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan “Alğış bitiki” kitabına da daxil edilmişdir:

“Ari Canı Krisdosnunq, arıt meni.Teni Krisdosnunq, saxla meni.Xanı Krisdosnunq, içir meni.Köksündən çıxkan suvu, tümüzlə meni.Xıyınları Krisdosnunq, xuvatlat meni.Yaxşı ütüci Krisdos, işit men yazıxlı da kerəksiz xulunqnu, da keri bolma

mendən, da yaman işkildən saxla meni. Da xolarmen sendən, Biy yarlığovucı da şağavatlı, keri bolma mendən, da ölüm künümdə keri bolma mendən, da arzani et meni, işanmağan fərəhlikkə, zera sensen, Biy, işançm da fərəhlikim da seni maxtarmen menqi menqilik, amen”.

Hülakülər dövründə türk dilində yazıb yaratmaq ənənəsi tədricən ərəb və fars dilində yazıb yaratmaq ənənəsini kölgədə qoymağa başladı, türk dili dövlət dili səviyyəsinə qaldırıldı.

Azərbaycanı öz böyük imperatorluqlarının mərkəzinə çevirən və faktiki olaraq, Azərbaycan – Türk Renesansının əsasını qoyan və Azərbaycan Səltənətinin (İmperatorluğunun) əsaslarını daha da möhkəmləndirən (Azərbaycan səltənəti, yəni imperatorluğu 1925-ci ilə qədər davam etmişdir) Hülakülərin tarix səhnəsinə çıxması ilə təkcə Azərbaycan - Türk ədəbiyyatı deyil, Azərbaycan - Türk elmi və mədəniyyəti də renesans mərhələsinə daxil olmuşdu. Təsadüfi deyil ki, məhz onların dövründə Marağada dövrün ən böyük rəsədxana, kitabxana, universitet və akademiyası, Təbrizdə Tibb Akademiyası və Universitet qurulmuş, İbn Mühənnənın “Tərcümani Farsi və Türki və Moğuli” əsəri kimi cahanşümul lüğət, Fəzlullah Rəşidəddinin “Cəmi

185

Page 186: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ət-təvarix” kimi misilsiz tarix əsəri, dövrün təkmil astronomik cədvəli, göyün qlobusu və yerin ilk coğrafi qlobusu tərtib edilmişdir. Kərim Kərimovun yazdığına görə, dünyaca məşhur Azərbaycan miniatür sənətinin yaranması da həmin dövrə təsadüf edir. Əruzun Azərbaycan-türk şerinə və ərəb ladlarının milli musiqimizə yol tapması və nəticədə muğam sənətimizin hazırki təkmil şəklini alması da məhz Hülakülər dövründə baş vermişdir. Bu gün adlarını böyük qürur hissi ilə çəkdiyimiz Səfiəddin Urmiyalı və Əbdülqadir Marağalı kimi böyük bəstəkar və musiqişünaslar da məhz Hülakülər dövründə yaşayıb yaratmışlar.

Bir sözlə, Hülakülər XVll əsrin əvvəllərinə qədər davam edən Azərbaycan -Türk renesansının əsasını qoyanlardır və bunu inkar etmək böyük ədalətsizlik olardı.

Nizami Xudiyev yazır:“Xlll əsrin ... ortalarında Azərbaycan Hülakülər dövlətinin... tərkibinə daxil

olur – buraya Azərbaycandan başqa İraqi - Ərəb, İraqi – Əcəm, German, Gürcüstan, Rum (Kiçik Asiya), Ermənistan (Ərməniyyə, Van və ətrafı), Kürdüstan, Fars, Xuzistan, Xorasan və s. daxil idi. Hülakülər dövlətinin mərkəzi Azərbaycan sayılırdı, təsadüfi deyil ki, Marağa, Təbriz, Sultaniyyə kimi Azərbaycan şəhərləri müxtəlif zamanlarda həmin dövlətin paytaxtı olmuşdu.”

Alimin yazdığına görə, bu, Xlll əsrin ortalarından başlayaraq, Qafqaz – Kiçik Asiya ilə Orta Asiya, Ural – Volqaboyu, Şərqi Avropa türk etnik regionları arasında mədəni – tarixi əlaqəlrin güclənməsinə səbəb oldu, hətta Məmlük türkləri də bu əlaqəyə qoşuldular:

“Xlll – XlV əsrlərdə Azərbaycan dilində olan mənbələrin çoxluğu, bir tərəfdən, ana dilinin ictimai – tarixi nüfuzunun güclənməsi ilə bağlıdırsa, digər tərəfdən də, onun normativlik səviyyəsinin yüksəlməsi, funksional imkanlarının genişlənməsi il əlaqədardır...

Şübhəsiz, Azərbaycan yazılı ədəbi dilinin formalaşmasında Şərqi Anadolu türklərinin də rolu az olmamışdır... Ümumiyyətlə, Xlll – XlV əsrlərin Azərbaycan dilində yazılmış mənbələrin coğrafiyasına aşağıdakı ərazilər daxildir: Şərqi Anadolu, Şimali Azərbaycan (Şirvan), Cənubi Azərbaycan (Təbriz), İran (Xorasan), İraq (Bağdad) və Misir...

Haqqında bəhs edilən mərhələdə həm Qafqaz – Kiçik Asiya, həm də digər (xüsusilə Orta Asiya, Ural – Volqaboyu və Şərqi Avropa) türk etnik – mədəni regionlarında türkdilli mənbələr kütləvi şəkildə meydana çıxmışdı”.

Hülakülər dövründə dövlət dili uyğur türkcəsi olsa da, fərmanlar ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan türkcəsinə də çevrilərək, əhaliyə bu şəkildə çatdırılırdı. Bu isə o deməkdir ki, həmin dövrdə Azərbaycan türkcəsi də uyğur (Moğul türkcəsi), ərəb və fars dilləri ilə yanaşı dövlət dili səviyyəsində işlənməkdə idi. Bu barədə dövrün salnaməçilərindən Məhəmməd Naxçıvanlı məlumat vermişdir.

Hülakülər dövrünün başlanması ilə Azərbaycanda təkcə türkdilli ədəbiyyatın deyil, eyni zamanda, dilçilik və filologiya elmlərinin də sürətli inkişafı üçün zəmin yaranır. Azərbaycanlı alimlər xüsusilə müxtəlif lüğətlərin tərtib edilməsi istiqamətində daha çox fəallıq göstərirlər. Bu halda söhbət, əlbəttə

186

Page 187: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

ki, heç də təkcə İbn Mühənnanın yuxarıda adı çəkilən əsərindən getmir. Ana dilimizin Xlll – XlV əsrlərə aid materialını əks etdirən lüğətlərdən biri də Xlll əsrdə Əbdülmömin oğlu Hüsaməddin Həsən Xoylunun ərsəyə gətirdiyi “Tövheyi – Hüsam” mənzum farsca – türkcə lüğəti idi. Dövrün bütün məktəblərində tədris olunan bu möhtəşəm əsər dövrümüzədək gəlib çıxmasa da, M. Tərbiyət ondan bir beyti öz kitabında vermişdir:

“Xuda – Tanrı, təvaxər, mənası bay,İşə buyruğedici – karfərmay.”Sözügedən lüğətdən fərqli olaraq, Səncər oğlu Mövlanə Fəxrəddin

Hinduşah Naxçıvanlının farsca – türkcə lüğətinin 20 – dən artıq əlyazma nüsxəsi dövrümüzədək ulaşmışdır.

Haqqında söhbət açılan dövrdə ölkəmizdə fars dilində də yazıb yaradan ədiblər olmuşdur. Bunlardan ən məşhurları özünün “Dəhnamə”si (On məktub) ilə böyük şöhrət tapmış Əvhədi Marağalı (1275 – 1338) və şerləri bütün Şərqdə sevilə - sevilə oxunan Zilfüqar Şirvanlı (1190 – 1245) idilər. Ana dilində ilk divanın və əruz vəznində yazılmış ilk şerlərin müəllifi İzəddin Həsənoğlu da türk dili ilə yanaşı farsca da şerlər yazmışdır. Onun əsərlərindən dövrümüzədək sadəcə bir neçə şer ulaşmışdır.

Hülakülər dövründə bir sıra maraqlı memarlıq abidələri də yaradılmışdır ki, onlardan Təbrizdə Şənbi – Qazan, Rəbi – Rəşidi məhəllələrini, Ərk qalasını, Kohən meydanındakı məscidi, xanagah, və mədrəsəni, Muğanda Mahmudabad şəhərini, Abşeronda Mərdəkan, Ramana və Nardaran qalalarını, Marağa, Zəngilan, eləcə də Naxçıvanın Qarabağlar kəndindəki türbələri, Urmiya, Mərənd və digər şəhərlərdə məscidləri misal çəkmək olar. Dövrün Zeynaləddin Şirvanlı, Maqsud oğlu Mahmud, Əbdülmömin Təbrizli, Hacı Əli şah Təbrizli, Nizam Təbrizli və s. kimi məşhur memarları da məhz həmin dövrdə yaşayıb yaratmışlar. Eyni dövrdə elmin inkişafında da böyük bir məsafə alınmış və Marağa rəsədxanası kimi böyük bir elm ocağı yaranmışdı. Bundan başqa Şamqazanda tikilən digər bir rəsədxana da çox böyük şöhrət tapmışdı.

Riyaziyyat sahəsində fəaliyyət göstərən Übeyd Təbrizli özünün “Risalət ül – hesab” kitabı ilə bu elmin inkişafına misilsiz xidmət göstərmişdir. Fəlsəfə sahəsində isə Mahmud Şəbüstərlinin (1252 – 1320) rolunu xüsusi qeyd etmək lazımdır. Onun “Gülşəni – raz” və “Səadətnamə” əsərləri təkcə ölkəmizdə deyil, bütün Türk – İslam aləmində fəlsəfi fikrin inkişafına böyük töhfə vermişdir. Tibb sahəsində isə Mahmud İlyas oğlu özünün “Elmi – tibb” (Tibb elmi) əsəri ilə böyük şöhrət qazanmışdı. Fələk Alai Təbrizlinin mühasibat elminə həsr etdiyi “Səadətnamə” və “Qanun əs – səadət” əsərləri də böyük şöhrət tapmışdı. Tarix elmi də inkişafda idi və bu halda söhbət heç də təkcə dahi Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin misilsiz “Cami - ət – təvarix” əsərindən getmir. Əbdülqadir Kaşanlının Azərbaycan və türk tarixindən danışan “Tarixi – Olcaytu”, Abdullah Şirazlının “ Tarixi – Vəssaf”, ata və oğul Həmdullah və Zeynəddin Qəzvinlilərin “Tarixi – Qozide”, Əhməd Təbrizlinin “Şahənşahnamə”, Əbubəkr əl – Qütbi Əhərlinin “ Tarixi - Şeyx Üveys”, Hinduşah oğlu Məhəmməd Naxçıvanlının “Dəstur əl – kitab fi təyin əl – məratib” kimi əsərləri Azrbaycan tarixşünaslığında xüsusi bir mərhələ təşkil etməkdədir. Bu əsərlər ölkəmizdə

187

Page 188: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

azərbaycançılıq və türkçülük şüurunun daha da inkişaf edərək möhkəmlənməsində çox böyük rol oynamışlar.

Bütün bu deyilənlərlə yanaşı, Həmdullah Qəzvinlinin coğrafiya sahəsində yazdığı “Nüzhət ül – qülub” əsərini də qeyd etmək lazımdır. O dövrdə Azərbaycan renesansının ən böyük və parlaq nümayəndəsi isə, təbii ki, İmadəddin Nəsimi idi.

Hülakülər dövründə Azərbaycan ədəbiyyatınn alban qolu da özünün çiçəklənmə dövrünü yaşamışdır. Həmin dövrdə yaradılmış əsərlər içərisində alban katalikosu Nersesin 1126 № - Venesiya əlyazmasında yer alan “Alğış Tenqrigə, Nersess gatoğiqosnunq aytkanı, xaysı ki tiyişlidir barça krisdanlarğa övrənməgə” başlıqlı əsərini gösərmək olar. Bu əsər 1618 – ci ildə Lvovda çap olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan “Alğış bitiki” kitabına da daxil edilmişdir.

Mxitar Qoşun şagirdi, Xlll əsrin böyük alban ilahiyyatçısı vardapet Vanağan (Vanakan Vardapet) haqqında Kirakos Gəncəli öz kitabının 43, 50, 51, 52 və 53 – cü fəsillərində geniş məlumat verməkdədir. Onun yazdığına görə, dövrünün böyük xristian ilahiyyatçılarından olan bu şəxs Mxitar Qoşdan dərs almış, vardapetlik həsasını da ondan qəbul etmişdi.

Kirakosun sözlərinə görə, üç üqnuma inamla, başqa sözlə, xristian inancının əsasları barədə romalılarla ermənilər arasında mübahisə yaranmış və problemi həll etmək iqtidarında olmayan ermənilər albanların ən müdrik ilahiyyatçılarına, o cümlədən Vanağana müraciət etmişdilər. O da düşündükdən sonra bu barədə fikirlərini “Inam bilə tapunurmen ari Errortutiunnu da bir Tenqrilikni ayirılmağan” (İmanın əsası: İnam ilə tapınıram nüqəddəs üç üqnuma və tək Tanrıya ayırmadan ) adlı əsərində dilə gətirmişdi. Həmin fikirlər iki müxtəlif variantada dövrümüzədək ulaşmışdır. Onlardan biri 1750 № - li Venesiya əlyazmasında qeyd edilib.

Dövrümüzədək Vardapet Vanağanın daha bir neçə cümləsi də gəlib çatmışdır. Həmin yazı Matenadaranda (İrəvan) qorunan 2267 № - li əlyazmada yer almaqdadır.

Alban və Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Kirakos Gəncəli 1201 – ci ildə Gəncədə anadan olub. Erməni mənbələrində bəzən “Kirakos Qandzakasi”, bəzən alban olması səbəbindən “Şərqli” (Aravelsi), bəzən Nor – Getik monastrında yaşamasından dolayı “Gedikli” (Qetesi), bəzən də sadəcə “vardapet Kirakos” adlandırılan, türkdilli alban mənbələrində isə adı yalnız vartabed Giraqos kimi çəkilən Kirakos Gəncəli 1272 – ci ildə vəfat etmişdir. Mxitar Qoşun şagirdi Vanağanın şagirdi olan bu şəxs özündən sonra çox zəngin bir irs qoymuşdur. Fəqət onların çoxu dövrümüzədək orijinalının dilində deyil, xarici dillərə tərcümədə gəlib çatmışdır. Əldə olan yeganə tamhəcmli orijinal, yəni anadilli əsəri özünün tərtib etdiyi dini məzmunlu “Xosdovanitiun” (Tövbə duası) əsəridir.

Kirakosun özünün yazdığına görə, o, müəllimi Vanağan və Vanağanın digər şagirdləri ilə birlikdə tatarlara əsir düşmüş və əsir olduğu dövrdə, əsirlikdən qaçana qədər tatar bəylərindən birinin mirzəsi və katibi olmuşdur.

Kirakosun “Tövbə duası” əsəri Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 № - li əlyazmadan dərlənmişdir. Eyni əsər

188

Page 189: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 № - li və 545 № - li, eləcə də Vensiyada saxlanılan 1126 № - li əlyazmalarında da yer almaqdadır. Venesiya variantında eyni mətn “Ögüt Giraqos vartabedninq” başlığı altında keçir.

Gəncəli vardapet Kirakosun “Tarix” əsərinin əsli Matedaranda saxlanılır. Bu irihəcmli kitab haqqındakı təsəvvürlərimiz ermənilərin rus dilinə tərcümə edərək, müxtəlif, əlavə, ixtisar və təhriflərlə nəşr etdirdikləri, bəzən “Ermənistan tarixi”, bəzənsə “Ermənistanın şərq əyaləti – Alban ölkəsinin tarixi” kimi qondarma adlarla təqdim etdikləri kitablara əsaslanır. Kitabın gerçək adı isə “Alban ölkəsinin qısa tarixi”dir və orada bir çox xalqın - albanların, ermənilərin, rumluların, ərəblərin, tatarların və gürcülərin əsasən Xlll əsr tarixindən, başqa sözlə, tatarların hakimiyyəti dövründən bəhs edilir.

Sözügedən kitabın orijinalının hansı dildə olduğunu dəqiq söyləmək mümkün olmasa da (ermənilər kitabın erməni dilində yazıldığını iddia edirlər), bu kitabın alban dilində yazıldığını söyləmək üçün çox ciddi əsas var. Bu əsası bizə həmin kitabın ll fəslinin böyük bir hissəsinə alban (qıpçaq – qarqar) dilində 1750 № - li Venesiya əlyazmasında rastlanması faktı verir. Kirakos Gəncəlinin “Tarix” kitabının ermənilər tərəfindən rusca dərc edilmiş 2 – ci fəslinin adı həmin dildə belə qeyd edilib:

«Послание о символе веры армянской церкви, написанное братом армянского каталикоса Григориса епископом Нерсесом по просьбе высокочтимого зятя самодержавного государя ромейского, великого патостратора Алексея, когда он выехал на Восток и находился стольном городе киликийцев Маместии, куда (Нерсес) последовал по его приглашению в 614 (1165) году».

Eyni başlığa eyniylə alban dilində 1750 № - li Venesiya əlyazmasında rast gəlirik:

“Bitiki inamnпnq, ermeni yıxövününq tapunğanı, yazılğan Nerses arhiebisğobostan, xardaşından Krikornunq, ermeni gatoğiqosnunq, xoltxası üsnəAleksiosnunq, ulu brdosdradusnunq, urum çesarnınq kiyövününq, xaçan ki ketti kün toğuşuna da edi Mampuesdiada, baş şəhərində Giligecvoc ulusununq, ermeni tvğankınında 614 [1165]”.

Fəslin rus dilində verilmiş mətni də sözügedən əlyazmadakı mətnin eynidir.Məlumat üçün bildirək ki, kitabın ermənilər tərəfindən nəşr edilən rus

variantı 65 fəsildən ibarərdir. Bu fəsillərin böyük əksəriyyəti müəllifin mənsub olduğu xalq – albanlar haqqındadır. Sevimli oxucularımıza həmin kitabın 2 – ci fəslindən kiçik bir parçanı tərcüməsiz təqdim edirik:

“Oruc tuttu 40 kün, ekinçi Adam əvəlgi adam üçün, zera ki oruç tutmadı, da yenqdi üç sınamaxına yenqüçini adamlarnə. Da andan sonqra yapux Tenqrilikin kendininq xuvatın belgili etti dünyəgə şaytanlarnı çıxarmax bilə, xastalarnı sağaytmax bilə, axsaxlarnı yürütməx bilə, ölülərni turğuzmax bilə, tenqiz üsnə, necik xuruda, yürüməx bilə, az ötmək bilə köplərni yedirməx bilə, tarbiyatın dünyaninq, necik klədi, teşkirməx bilə, suvnu çağırğa da hlinanı yarıxka xaytarmax bilə, da burun, ne ki jarutiundan Tenqrilik yarıxın kendininq yapulğan, necik varakojr kibik, teni bilə belgili etti şəgertlərinə kendininq Tapor tağında, Biy kensin bildirməx bilə tirilərgə da ölülərgə, buyruxçı kibik ündəməx bilə Movsesni

189

Page 190: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

da Eğianı. Keçti bundan sonqra erki bilə Erusağemgə xıyınğa ki, bitiklərin Orenkininq da markarelikninq tügəlləgəy. Olturdu eşək üsnə da balası üsnə oxşaş yıxövünə cuhutlarnınq da dinsizlərninq. Tügəllədi Bayramnı orenkkə kğrə ki, eskiniYənqigə da kölgəni könülükkə xaytarğay. Yuvdu ayaxların asagerdlərninq ki, burungi atamıznınq ayaxlarından ki bilikli terəkkə barğanınınq arıtkay yazıxın. Berdi tenin kendininq yemək tirlikkə da xanпı kendininq boşatlıx yazıxka. Ki kimlər ki burungi yemişni yeməx bilə ölümlü boldular, bunu yeməx bilə tirilgəylər. Alğış etti menim tarbiyatım bilə Atasına menim üçün ki, burungi hörmətkə xaytarğay da bergəy oxşaş alğış etmə bizgə sınamaxlıxımızda bizim. Müşxülləndi da yığladı sövünçlüknünq səbəpi Köktəgilərninq da yerdəgilərninq ki, kötürgəy barça yaşnı barçasınınq yüzlərindən Esajia aytkanına körə. Xorxtu ki, xorxusun ölümnünq çeşkəy. Terlədi ki, terin yüzününq sürtkəy. Sili kötürdü ki, urğay bek duşmannı. Yalanqaçlandı ki, uyatınınq yapovun Adəm atamıznınq xarşısına yırtkay. Içti ləğini ki, açı yazıxnınq yemişin tatlılatkay. Xadaldı xaçka ki, bizni çeşkəy bağdan da bağışlağay ağacın tirlikninq ornuna ağacınınq ölümnünq. Öldü adəmilik ölümlü tarbiyatı bilə buyruxçı kibik da xaldı tiri Tenqrilik ölümsüz tarbiyatı bilə, dügül biri ölgən da biri tiri ayırğanlarğa körə, yoxsa bir də ol boylux da bir Krisdos.”

Alban (qarqar – qıpçaq) dilində əsəri dövrümüzədək yetişən daha bir alban müəllifi “vardapet Yovhannes” adı ilə tanınan, məşhur ilahiyyatçı, bəstəkar və astronom Zəngəzurlu Yəhyadır. 500 illik alban astronomik təqviminin tərtibçisi və çox sayda kilsə nəğməsinin müəllifi olan bu şəxsin Mxitar Qoşun şagirdlərindən olduğu və Getik monastrına rəhbərlik etdiyi məlumdur. Haqqında Kirakos Gəncəli “Tarix” kitabının Xlll fəslində məlumat verməkdədir. Onun dövrümüzədək ulaşmış “Xoltxası Jovhannes Sarğavaq vartabedninq aytkanı” Krakov (2412) əlyazmasında yer alır.

Əsərləri dövrümüzədək alban (qarqar – qıpçaq) dilində gəlib çatmış alban din adamlarından biri də Xlll əsrdə yaşadığı bilinən keşiş Yohannes Karneçidir. Haqqında Gəncəli Kirakosun “Tarix” əsərinin 54 – cü fəslində məlumat verilən bu keşişin tərtib etdiyi dualara bir çox əlyazmalarda rast gəlinsə də, bəzi hallarda onun adı qeyd edilmir. Sözügedən əsərlərin məhz onun qələminin məhsulu olduğunu Saltıkov Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə tərcümə olan, fəqət başlıqları alban dilində verilən bir dua kitabındakı qeydlər sübut edir. Söhbət sözügedən kitabxananın əlyazmalar şöbəsində “Dorn 636” şifrəsi altnda saxlanılan əlyazmadan gedir. (Bu əlyazmanı ələ gətirmək mümkün olmadığı üçün əslində əlyazmanın hansı dildə olduğu dəqiq məlum deyil).

Həmin əlyazmada haqqında söz açdığımız duaların məhz ona aid olduğu göstərilir. Sözügedən əsərlər Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 № - li və Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 və 525 № - li əlyazmalarından dərlənmişdir. Krakov əlyazmasında Yohanesin adı sadəcə bir dəfə çəkilir. Sonrakı duaların isə ona aidliyi sual altında qalır. Fəqət “Dorn 636” şifrəli əlyazma, eləcə də Vyana əlyazmaları bütün şübhələrə son qoyur.

190

Page 191: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Adı alban tarixçisi Stepanos Orbelinin “Sünik (Zəngəzur) tarixi” əsərindən məlum olan tanınmış alban din adamlarından biri də Krikor Nareğaçidir. Onun da əsərlərinndən biri dövrümüzədək yetişib. Həmin əsər 143 № - li Vyana əlyazmasında yer almaqdadır.

Yuxarıda qeyd etdiyimiz kimi, adını Çingiz xanın nəvəsi Hülakü xanın adından alan Hülakülər mənşəcə bir türk-tatar soyu idi. Lakin onları “moğol” və ya muğal” da adlandırmışlar ki, bir çoxları yanlış olaraq həmin etnonimi “monqol” adı ilə eyniləşdirir. Gerçəklik isə bundadır ki, bu iki etnonim arasında heç bir əlaqə yoxdur. “Moğol” adı sözügedən türk xalqının ərəb və fars mənbələrindəki adıdır. Azərbaycan əhalisi, o cümlədən ölkəmizdə yaşayan bəzi azsaylı xalqlar onları “muğal” adlandırmışlar, məslən, ləzgilər, avarlar, buduqlar, saxurlar bu günə qədər Azərbaycan türklərini “muğal” adlandırmaqdadırlar. Məlumat üçün bildirək ki, qafqazdilli xalqların əksəriyyəti “azərbaycanlı” anlamında ayrı-ayrı türk soy və boylarının adını işlədirlər. Məslən, vaynaxlar (çeçenlər və inquşlar) bu yaxın zamana qədər bizə “padar” deyirdilər. Laklar üçün biz “qacar”, gürcülər üçün isə “tatar”ıq. Yalnız ermənilər və irandilli xalqlar bizi gercək adımızla çağırırlar. Ermənilər bizə türk, talışlar isə eyni anlama gələn “tırk” deyirlər. Maraqlıdır ki, talış dilində “Azərbaycan dili” kəlməsi yoxdur və bu dildə həmin mənada “tırki zəvon” (türk dili) sözbirləşməsi işlənir.

Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.

Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, N.Baskakov da özünün “Türk dilləri” kitabında muğallardan ayrıca söz açmış və onları Azərbaycan türklərinin etnogenezində yaxından iştirak edən türkdilli soy və boylardan olduğunu qeyd etmişdir.

Hülakülər dövrü moğollarının, başqa sözlə, Azərbaycana kənardan gəlmiş moğolların, yəni Çingiz xan övladlarının hansı dildə danışdığını, moğol dilinin nə olduğunu isə biz Xlll əsrin görkəmli Azərbaycan dilçisi İbn Mühənnanın “Tərcümani Farsi və Türki və Moğoli” (Fars, türk və moğol dillərinin lüğəti) adlı əsərindən öyrənirk. Dövrümüzədək 5 qədim əlyazma nüsxəsi ulaşmış bu möhtəşəm əsər ərəb dilində qələmə alınmış və ilk dəfə P. M. Melioranski tərəfindən geniş tədqiqata cəlb edilmişdir. Alim uzun araşdırmalardan sonra lüğətin Azərbaycanda,

191

Page 192: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

özü də XlV əsrdən gec olmayaraq, yəni Hülakülər dövründə qələmə alındığnı aydınlaşdırmışdır. Daha sonra isə o, əsərin Xlll əsrdə Azərbaycanda yazıldığını qəti şəkildə bildirmişdir. Mövzu ilə bağlı Elməddin Əlibəyzadə yazır:

“Kitabın ümumi bölməsində bir sıra maraqlı nəzəri məsələlərə toxunulur. Bunlar türk dillərinə indiki elmi baxımdan belə faydalıdır; bunlar, həqiqətən türk dilləri, Xlll əsrdə onların mövqeyi, müxtəlif qolları, dialekt və şivələrinin bir – biri ilə əlaqəsi, yaxınlığı və s. barədə əhəmiyyətli mülahizələrdir. Müəllif tez –tez “bizim ölkənin türk dili və ya ləhcəsi” istilahını işlədir ki, bu, “Azərbaycan ölkəsi və onun dili” deməkdir.

Burada yenə məsələnin qoyuluşuna P. M. Melioranskinin münasibəti diqqəti çəkir. O yazır: “Bizim müəllif, daha sonra, qrammatikanın müxtəlif yerlərində dialektlər arasındakı fərqlərdən danışır. O, ümumiyyətlə dialektləri belə fərqləndirir: Türküstan, türkmən və “bizim ölknin türkcəsi”, yəni məncə, “qədim Azrbaycan” dialekti... Bizim müəllif türkmən dialektindən çox ötəri bəhs edir, lakin “bizim ölkənin türk” dili ilə müqayisədə “Türküstan” dilinin səs quruluşunu kifayət qədər dolğun səciyyələndirir; bununla belə, o, əlbəttə, bu axırıncı ilə daha çox məşğul olur, həm də, hətta, müxtəlif kənara çıxmalara “bizim ölkənin türk” ləri arasındakı şivələri dönə - dönə nəzərə çarpdırır...”

Belə aydın olur ki, İbn Mühənna öz əsərində ümumilikdə “türk dili” və ya “türk dilləri” dedikdə, onun üç mühüm qoludan danışır ki, bunların biri də...Azərbaycan dili və ya dialektidir...”

Kitabda yazılanlardan o da aydın olur ki, müəllifin bəzən “Türküstan türkcəsi” də adlandırdığı moğol dili uyğur dilindən başqa bir şey deyildir. Bunun belə olduğunu Hülakülərin (Elxanlıların) dövrümüzədək ulaşmış fərman və məktubları da sübut etməkdədir. Həmin rəsmi sənədlər uyğur əlifbası ilə uyğur türkcəsindədir. Məlumat üçün bildirək ki, dövrümüzədək Çingiz xan soyundan olan Qızıl Orda xanı Özbək xanın fərmanı da ulaşmışdır və bu fərman da sözügedən dildədir və sözügedən əlifba ilə qələmə alınmışdır. Xlll əsrdə qələmə alınmış, müəllifi bilinməyən və T. Hautsman tərəfindən nəşr edilmiş “Kitab – məcmu – e – tərcüman türki və əcəmi və moğoli və farsi” adlı lüğətdə də uyğur dili “moğol dili” kimi təqdim edilir.

Yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də özünün “Yazı tarixi” kitabında Çingiz xanın və oğullarınn dövründə uyğur dilinin dövlət dili olduğunu və bütün rəsmi yazışmaların bu dildə və uyğur əlifbası ilə aparıldığını vurğulayır. Çingiz xanın əldə olan, sinədən söylədiyi məlum olan və dövrümüzədək “Şəcərət əl - ətrak” (Türklərin şəcərəsi) adlı bir ərəbdilli anonim mənbə sayəsində ulaşan bir-iki bənd şeri də uyğur türkcəsindədir:

“Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur,Terek tubtin cıqılsa turquzar olum Cuçi dur.”Odur ki, moğolların (muğalların) bugünkü monqollarla eyniləşdirilməsi

kökündən səhvdir və rus “alim”lərinin siyasi məqsədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyildir. Və bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan, əsli olmayan saxta “Monqolların gizli tarixi”nə əsaslanır.

Hülakülər dövründə, yəni Xlll-XlV əsrlərdə Azərbaycan imperatorluğunun rəsmi dövlət dili olmuş moğol (muğal) dili, yəni uyğur (Türküstan) türkcəsi bir

192

Page 193: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

müddət Osmanlı sarayında da rəsmi dil kimi işlənmiş və dövrün Osmanlı padşahları Hülakü hökmdarları ilə yazışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə Çingiz xan övladlarından türk kimi söhbət açılır. Qədim Çin, rus, Avropa və fars mənbələrində isə onlar “tatar” adlandırılır və onların monqol olduqlarına bircə dənə də olsun işarə yoxdur. Tatarların isə qədim türk boylarından biri olduğu məlumdur. Bunun belə olduğunu həm Orxon-Yenisey abidələri, həm də Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir.

Yeri gəlmişkən qeyd edək ki, bütün qədim türk şəcərənamələrində, o cümlə-dən “Çingiznamə”də Çingiz xanın soy ağacı türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı və ya “tatar” adının sinonimi kimi işlədilən “moğol” (muğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır. N.Y.Biçurin əski türk şəcərənamələrinə dayanaraq yazır:

“Yeddinci nəsildə Türkün əkiz oğlu oldu: Tatar və Moğol. Ataları İlli xan Türküstanı onların arasında böldü. Üçüncü nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz xan...dünyaya gəldi.”

Moğollar türk şəcərənamələrində, ilk növbədə isə “Xannamə”də özbək türklərinin 32 uruğundan biri kimi qeyd edilmişlər. Bu barədə Bahəddin Ögəl yazır:

“O dövrdə özbəklər 32 uruqdan, türkmənlər isə 27 uruqdan ibarət idilər. Aşağıda adları çəkilən özbək boyları Bilmən Salur üzərinə hücum edirlər . Bu boyların adı bunlardır: qıyat, moğol, dörmən, saray, cəlayir, nayman, qanqlı, xitay, kereyit, qıfçaq, minq.”

Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi Göytürklərin mifik “Ergenekon” əfsanəsinin eynidir. “Çingiznamə”də isə moğolların soykökü ilə bağlı hun əfsanələri ilə tam üst-üstə düşən aşağıdakı süjet yer almaqdadır:

“Qədim zamanlarda Ağ dəniz sahillərində Malta şəhəri vardı. Bu şəhəri Altın xan idarə edirdi. Xanın arvadının adı Kurlevuç idi. Onların bir qızı oldu, adını Ulemlik qoydular. Qızı günəşdən və aydan gizlətmək üçün daş saray tikib onu orada saxladılar. Qız beləcə böyüdü. O, çox gözəl idi, güləndə qurumuş ağaclar göyərər, otsuz çöllər otla örtülərdi. Bir gün o, dayısından soruşdu:”bu saraydan başqa dünya varmı?” Dayısı cavab verdi: “Dünya bu sarayın çölündədir, orada dünyanı işıqlandıran ay və gün var.” Qız pəncərəni açıb günəşə baxdı və huşunu itirdi. O, günəş şüasından hamilə qəldı. Altın xanla arvadı bundan xəcalət çəkərək qızı qayığa qoyub onu Tün dənizə buraxdılar...”

Bu əfsanədə Ağ (Aralıq) və Tün (Qara) dənizlərinin adının çəkilməsi diqqəti çəkir. Gördüyümüz kimi, moğolların əfsanələri onlarn kökünü Ön Asiya ilə bağlı təqdim edir. Eyni hal Göytürk əfsanələrində də müşahidə edilir:

“Türkütlərin (Göytürklərin) əcdadları Qərb dənizindən (Xəzər dənizindən) qərbdə yaşayırdılar...”

Çingiz xanın indiki Monqolustan ərazisində doğulduğu və həmin ərazidə yerləşən Qaraqorum şəhərində yaşadığı faktdır. Fəqət bu fakt onu monqol hesab etməyə əsas vermir. Çünki bugünkü Monqolustan ərazisi Göytüklərin də məskəni

193

Page 194: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

və mərkəzi olmuşdur. Türk ədəbiyyatının ən qiymətli abidələrindən hesab edilən Orxon-Yenisey abidələrinin böyük bir qismi həmin ərazidə yerləşir. Bugünkü monqollara gəlincə, onlaraın gerçək etnik adı xalxadır və onlar buryat və kalmıklarla eyni xalqdırlar. “Monqol” (əslində monqul) adını isə onlara türklər vermişlər. Qədim türk dilində “monqol” (monqul) kütbeyin, yelbeyin deməkdir. Həmin kəlmə türk dilindən rus dilinə də keçərək “tupoy monqol” formasında və eyni mənada işlənir. Özünü həmişə digərlərindən üstün tutan türklər bir çox hallarda qonşularına bənzər aşağılaycı adlar vermişlər. Bu baxımdan Sibirdə yaşayan tunqusları (tunqus-donuz), Şimali Qafqazda yaşayan adıqları (adıq-ayı ) və s. göstərmək olar. Farsalara “tacik” ( qədim türk mənbələrində “təzik”, yəni təzək) adını da türklər vermişlər. “Alban tarixi” kitabından belə aydın olur ki, yerli türklər, yəni albanlar eyni adı (təzik) ərəblərə də şamil etmişlər.

“Monqol” və “moğol” etnonimlərinin bənzəməsinə gəlincə isə, bu, təsadüfi fonetik oxşarlıqdan başqa bir şey deyildir. Ruslar bu oxşarlıqdan, eləcə də Çingiz xanın Monqolustanda doğulub yaşaması faktından çıxış edərək məlum saxtakarlığa rəvac vermişlər. Bu saxtakarlığın səbəbini başa düşmək üçün isə Marko Polonun XlV əsrdə cızdığı xəritəyə baxmaq yetərlidir. Həmin xəritədə bugünkü Rusiyanın bütün ərazisi “Tatariya” kimi qeyd edilmişdir. Sözügedən xəritədə nəinki “Rus” adında bir ölkə, kiçik bir şəhər belə yoxdur. Maraqlıdır ki, Ptolomeyin antik dövrdə cızdığı xəritədə isə eyni ərazi “Skifiya” (Skiflər, yəni iskitər ölkəsi) adlanır. Qədim yunanların isə türkləri “skif” (iskit) adlandırdığı məlumdur. Ruslar bugünkü Rusyann başdan-başa qədim türk ölkəsi olduğunu gizlətmək üçün iskitlətin (skiflərin) guya irandilli, moğolların (tatarların) isə guya işğalçı monqollar olduğunu “sübut” etməyə çalışmışlar. Bu azmış kimi türklər üçün yalançı bir ulu vətən də uydurulmuş, onun guya Altay dağları olduğu iddia edilmişdir. Rus tarixşünaslığı moğolları vəhşi köçərilər kimi təqdim edir. Tarixi mənbələr isə “köçəri” Çingiz xanın Qaraqorum şəhərində yaşadığından və bu şəhərin moğol dövlətinin paytaxtı olduğundan bəhs edir, yəni Çingiz xanın şəhərli olduğunu göstərir. Əgər moğollar gercəkdən də vəhşi köçərilər idisə, Batı xanın Saray-Batı şəhərini tikdirmək nəyinə lazım idi?

Yeni Türk Ensiklopediyasında yazıldığına görə, Çingiz xan Göytürklərin doqquoğuz xanları nəslindən bir bəy ailəsinə mənsub idi. Xlll əsrdə o və xələfləri, tarixdə misli-bərabəri olmayan böyüklükdə bir impratorluq qurmuşlar ki, bu imperatorluğun sahəsi 64 milyon kvadrat kilometr olmuşdur. Eyni ensiklopediyanın yazdığına görə, Çingizin əsil hədəfi Göytürk dövlətini, başqa sözlə, Turan (Türküstan) imperatorluğunu dirçəltmək idi. Fəqət o dövrdə türklərin böyük əksəriyyəti artıq müsəlman idilər və əski türk ideallarından çoxdan uzaqlaşmışdılar, üstəlik də tenqriçi (türklərin əski dini) olan çingizilərə xoş baxmırdılar.

Çingiz xanın mənsub olduğu xalq uzun illər boyu “otuztatar” adı altında Göytürklər (Türküt) İmperatorluğunun, başqa sözlə, Turanın (Türküsanın) mərkəzi əyaləti durumunda olan Ötügendə (bugünkü Monqolustan ərazisi), Göytürklərə, daha sonralar isə doqquzoğuz - onuyğurlara tabe olan türk - tatar soybirləşmələrindən biri kimi yaşamış və bu adla da Orxon – Yenisey abidələrində

194

Page 195: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

yad edilmişlər. Məsələn, Kül Tiqin (Kül Təkin) abidəsinin şərq tərəfində, 14 – cü sətirdə oxuyuruq:

“...Yıraya Baz kağan tokuz oğuz bodun yağı ermis, kırkız, kurıkan, otuztatar, kıtay, tatabı köp yağı ermis.”

Otuztatar soybirləşməsinə daxil olan otuz türk – tatar soyundan 28 – nin adını böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidddinin “Cami ət – Təvarix”indən, digərlərinin adını isə özbək “Xannamə”sindən öyrənmiş oluruq: tatar, moğul, derben (derbenut, derbent), saray, dörmən, cəlayir, qanqlı, xitay, kereyit, minq, corat, suqait, nayman, bozdoğan, orusut (orus), sulduz və s. Soybirləşməsinə tatarlar başçılıq etdikləri üçün bu xalq “tatar” və ya “otuztatar” adları ilə məşhur idi. Çingiz xan sözügedən soylardan bozdoğan (boz şahin) soyunun bəy nəslindən idi. Soy öz adını soyun onqonu olan boz doğandan (boz şahin quşundan) almaqda idi. Bu səbəbdən də Çingiz xanın, eləcə də mənsub olduğu soyun bayrağında boz doğan (boz şahin) rəsmi çəkilmişdi.

Mənbələrdə sözügedən soyun adına “bortoğan” kimi də rast gəlinir. Bu da bəzi türk ləhcə və şivələrinə xas r – z səsdəyişməsindən qaynaqlanır. Maraqlıdır ki, həmin soy ilk dəfə e. ə. V əsrdə Herodot tərəfindən 6 maday (Midiya) soyundan biri və Azərbaycan sakinləri kimi qeydə alnmışdır. Tarixin atası onları “parataken” adlandrmışdır.

Çingizilərin Azərbaycan qolu, yuxarıda qeyd edildiyi kimi, Hülakülər və ya Elxanlılar adlanırdılar 1256-cı ildən 1344-cü ilə qədər davam edən bu sülalənin hakimiyyət illəri bir əsrdən bir qədər az bir dövrü əhatə etsə də, onların dövründə Azərbaycan Türk-İslam dünyasının və ümumilikdə dünyanın ən mühüm dövlətlərindən və imperatorluqlarından birinə çevrildi. Qazan xanın dövründə (1295-1304) Hülakülər islamı qəbul etdilər və islamı qəbul etməklə də Xanbalıqdakı (bugünkü Pekin) mərkəzi hakimiyyətə tabe olmaqdan əl çəkdilər və müstəqil imperatorluq kimi yollarına davam etdilər. Maraqlıdır ki, bu hadisədən 22 il öncə böyük türk mütəsəvvifi Cəlaləddin Rumi öz “Məsnəvi”sində tatarların İslamı qəbul edəcəklərini öncəgörənliklə müjdələmişdi.

Xəlifəni öldürdükləri, Abbasiləri İraqdan qovduqları və müsəlmanları xəraca bağladıqları üçün həm Anadolu, həm də Azərbaycan türkləri tərəfindən yad bir ünsür kimi qəbul edilən və sevilməyən Hülakülərə Qazan xanın dövründə münasibət tamamilə dəyişdi.

Elxanlılar (Hülakülər) dövründə Osmanlılar da, Kastamonuda hakimiyyətdə olan Çobanoğulları (Çobanilər) da, Konya Səlcuqluları da onlardan asılı idilər və bütün imperiyanın hər bir əyaləti kimi Türkiyə də Təbrizdən idarə edilirdi. Onlardan sonra hakimiyyətə bir müddət Çobanlılar sahib oldular, amma bu uzun sürmədi və Azərbaycandan idarə edilən, yəni Azərbaycan imperatorluğuna daxil olan bütün torpaqlar digər türk torpaqları kimi Əmir Teymurun əlində keçdi. Çingiz xandan sonra ilk və son dəfə məhz Əmir Teymurun dövründə Turan elləri bir bayraq altında birləşdi və bu böyük hökmdarın ölümü ilə hər şey bitdi.

AZƏRBAYCANDA HÜLAKÜOĞULLARI HAKİMİYYƏTİNİN BƏRQƏRAR OLMASI VƏ ÖLKƏNİN YENİDƏN İMPERATORLUĞA

ÇEVRİLMƏSİ

195

Page 196: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Xlll əsrin əvvəllrində bugünkü Monqolustan ərazisində böyük bir siyasi dəyişiklik baş verdi. Turan (Türküstan) taxt – tacına Çingiz xan (1206 – 1227) sahib oldu və hakimiyyəti ələ keçirər – keçirməz, bütün ətraf türk tayfalarını özünə tabe edərək, əski Turan dövlətini, yəni əsası e.ə. Vll əsrdə Alp Ər Tonqa tərəfindən qoyulmuş Türküstan İmperatorluğunu bərpa eməyə girişdi. Qonşu müsəlman – türk ölkələrində mövcud qeyri – sabitlikdən istifadə edərək, öz zəfər yürüşlərinə başladı. İlk zərbə Xorəzmşahlar dövlətinə dəydi. Xorəzmşah Məhəmməd və oğlu Cəlaləddin Azərbaycana qaçmaq məcburiyyətində qaldılar. Bütün Orta Asiya, ardınca Xorasan, Əcəm İraqı, eləcə də Həmədan tatarların əlinə keçdi.

Çingiz xanın sərkərdələri Cəbi (Cebe) və Subutayın başçılıq etdikləri türk - tatar qoşunları növbə ilə Zəncan, Ərdəbil, Sərab və digər şəhərləri tutaraq, Təbrizə yaxınlaşdılar. Özbək onlarla sazişə girdi və Çingiz xanın hakimiyyətini tanıdı. Beləcə, Azərbaycan yenidən Turanın, yəni Türküsanın tərkib hissəsinə çevrildi. 1221 – ci ildə Yuxarı Aran (bugünkü Gürcüstan) tatarlar tərəfindən ələ keçirilərək, yenidən Azərbaycanın tərkibinə qaytarıldı. Fəqət Özbəyin əhdinə vəfa etməyərək, onlara qarşı çıxması səbəbindən tatarlar Marağanı da tutub yenidən Təbrizə üz tutdular. Təbrizdə Şəmsəddin Tuğranın başçılığı ilə üsyan qalxdı və Özbək Naxçıvana qaçmaq məcburiyyətində qaldı. Tuğran tatarlarla dil taparaq, şəhər əhalisini cəzalandırılmaqdan qurtardı.

1222 – ci ildə Şirvan da Çingiz xanın hakimiyyətini qəbul etdi. Fəqət tatarların Azərbaycandan çəkilməsi ilə yenidən qarmaqarışıqlıq başladı. Dərbənd tərəfindən ölkəyə soxulan bütpərəst qıpçaqlar ölkəni talan etməyə başladılar. Qəbələni tutub, Gəncəyə qədər irəlilədilər. Fəqət yerli xalq üsyan edərək, onları darmadağın etdi. 1225 – ci ildə xristian qıpçaq – gürcülər növbəti dəfə Gəncəni talan etdilər. Bu azmış kimi, Səlcuqlular imperatorluğunu bərpa etmək istəyən və Marağanı tutan Xorəzmşah Cəlaləddinlə Azərbaycan imperatorluğunu bərpa etmək arzusunda olan, yenidən Təbrizdə möhkəmlənən Özbək arasında rəqabət də şiddətlənməkdəydi. Cəlaləddinlə Özbək arasında baş verən yeddigünlük müharibə sonuncunun məğlubiyyəti ilə nəticələndi. Sultan Cəlaləddin Təbrizi tutdu. Ardınca isə Gəncə, Beyləqan, Bərdə, Şəmkir və s. Azərbaycan şəhərlərinə sahib oldu. Azərbaycanın idarəçiliyi vəzir Şərəf əl – Mülkə tapşırıldı.

1231 – ci ildə yenidən peyda olan tatarlar Cormoğonun başçılıqı ilə öncə Rey (Tehran) və Həmədanda möhkəmləndilər. Daha sonra isə Təbrizə gəldilər. 1235 – ci ildə Gəncə, 1239 – cu ildə isə Dərbənd onların hakimiyyəti altına keçdi və Azərbaycan əsaslı surətdə Turanın, yəni Türküsanın bir parçasına çevrildi. 1258 – ci ildə Türküstan rəhbərliyi Çingiz xanın nəvəsi Hülakü xanı (1258 – 1265) Azəbaycana göndərdi. Təbrizə gələn, ardınca da Bağdadı tutaraq, Abbasilər xilafətinin Bağdad mərhələsinə, faktiki olaraq, son qoyan Hülakü xan əski Azərbaycan İmperaorluğunun bütün ərazilərinin hakiminə çevrildi. Beləcə, ölkəmizdə Hülaküoğulları hökuməti bərqərar oldu. Hülakü xandan sonra növbə ilə Abaqa xan (1265 – 1282), Əhməd xan (1282 – 1284) və Arqun xan (1284 – 1291) Azərbaycan taxtına çıxdılar.

Artıq Abaqa xanın dövründən etibarən Hülaküoğulları özlərini müstəqil aparmağa başladılar və onların mərkəzi hakimiyyədən asılılığı formal xarakter

196

Page 197: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

daşımağa başladı. Həmin dövrdə Türküsan artıq, faktiki olaraq, federasiyadan konfederasiyaya çevrilmişdi. Çingiz xanın ölümündən sonra onun davamçıları özlərini müstəqil sultanlar kimi aparırdılar. Bu üzdən də Hülakülər tez – tez Cuçi soyundan olan Qızıl Orda xanları ilə çəkişməli və onların Azərbaycana hücumlarını dəf etməli olurdular. İslamı qəbul edən və yerli müsəlman feodalların dəstəyinə arxalanan Əhməd xanın Azərbaycanı tam müstəqil imperatorluğa çevirmək cəhdləri isə bir nəticə vermədi. Onun bu cəhdləri tatar feodallarının üsyan edərək, onu devirmələri və yerinə Arqun xanı hakimiyyətə gəirmələri ilə nəticələndi. Bununla belə, Arqun xan sultanlıq titulunu qəbul etdi və Azərbaycanı müsəqil sələnət, yəni imperatorluq kimi idarə eməyə başladı.

1291 – ci ildə Azərbaycan taxtında Arqun xanı Göyxatu xan (1291 – 1295), onu isə Baydu xan əvəz etdilər. Fəqət Baydu xanın hakimiyyəti bir ildən də az, daha dəqiq desək, sadəcə bir – neçə ay sürdü. O, yerli müsəlman feodallara arxalanan Qazan xan (1295 – 1304) tərəfindən devrildi.

Qazan xan rəqiblərinin müqavimətini qırmaq üçün daxili siyasətində bütünlüklə yerli müsəlman feodalların dəstəyinə arxalanır və tam bir azərbaycançı siyasət yeridirdi. Elə bunun sayəsində də tatar feodallarının törətdikləri iğtişaş, üsyan və qiyamlar tez bir zamanda yatırıldı. Qazan xana qarşı həyata keçirilən sui – qəsd cəhdləri də bir nəticə vermədi. Nəticədə ölkədə sabilik bərpa edildi. Azərbaycan Qızıl Orda (Türküstan) Xanlığı və Misir – Suriya Türk Sultanlığı ilə birlikdə dünyanın üç supergücündən birinə və qüdrətli bir imperatorluğa çevrildi.

Sultan Qazan xandan sonra yerinə Sulan Məhəmməd Xudabəndə (Ölcaytu xan, 1304 – 1316) Azərbaycan imperatoru oldu. Onun dövründə ölkə daha da gücləndi və sabitlik davam etdi. Fəqət onun ölümü ilə hər şey dəyişdi. Beləki, yerinə 12 yaşlı Əbu Səid (1316 – 1335) sultan elan edildi. Onun uşaq olmasından istifadə edən Sulduz hakimi və baş əmir Çoban, faktiki olaraq, hakimiyyəti öz əlində cəmləşdirməyi bacardı. Bu isə digər əmirlərin və feodallarn narazılığına səbəb oldu. Narazılar Xorasan hakimi əmir Yasavurun başçılığı altında toplanaraq, mərkəzi hakimiyyətə qarşı üsyan etdilər. Bu azmış kimi, ölkəyə şimaldan Qızıl Orda (Türküsan), cənubdan isə Misir – Suriya Türk Sultanlığının (mənbələrdə adı “Dövlət ət – Türkiyyə”, yəni “Türkiyə dövləti” adlanır, Osmanlılar XVl əsrdə bu dövlətə son qoyduqdan sonra həmin ada sahib olmuşlar) qoşunları hücuma keçdilər.

Gənc Sultan Əbu Səid himayəçisi Çobanın köməyi ilə bu hücumları dəf etməyi, eləcə də 1319, 1320 və 1322 – ci illərdə baş qaldıran üsyanları yatırmağı və imperatorluğun ərazi bütövlüyünü qorumağı bacardı. 1325 – ci ildə Çobanın Qızıl Orda qoşunları üzərində qazandığı böyük qələbədən sonra onun şöhrəti özünün zirvə nöqtəsinə qalxdı. O özünü sulan kimi aparmağa başladı. Fəqət bu hal sadəcə üç il sürdü. 1328 – ci ildə Əbu Səid digər əmirlərin köməyi ilə onu və tərəfdarlarını hakimiyyətdən uzaqlaşdıra bildi. Çoban edam edildi.

1335 – ci ildə özünü Türküstan (Turan) xaqanı kimi aparan Qızıl Orda xanı Özbək Azərbaycana soxuldu. Təcavüzə son qoymaq üçün Kür sahillərinə gələn Əbu Səid burada sui – qəsdin qurbanı oldu və bununla da Hülaküoğulları hökumətinin tənəzzülü başladı. Hakimiyyət uğrunda bir – biri ilə mübarizəyə girişən şahzadələr Arpa xan (1335 – 1336), Musa xan (1336) və ll Məhəmməd

197

Page 198: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Xudabəndə xan (1336 – 1338) növbə ilə sultan oldular, fəqət hakimiyyətdə uzun müddət qala bilmədilər.

1338 – ci ildə Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobanoğlu Məhəmməd Xudabəndənin qızı Satıbəy Xatunu (1338 – 1340) sultanlıq taxtına oturdub, dövləti onun adından idarə etməyə başladı. Həmin dövrdən etibarən ölkmizdə Hülaküoğullarınn faktiki hakimiyyətinə son qoyuldu. Onlar imperatorluğun formal hakimləri kimi yaşamlarını davam edirdilər.

1340 – cı ildə Satıbəyi taxtdan endirən Şeyx Həsən onun yerinə Süleyman xanı sultan elan etdi. 1344 – cü ildə Şeyx Həsən sui – qəsd nəticəsində həyatını itirdi. Yerinə qardaşı Məlik Əşrəf səltənətin gerçək hakiminə çevrildi. O, Təbrizdə baş qaldıran üsyanı çətinliklə də olsa yatıra bildi və hakimiyyətini möhkəmləndirmək üçün Hülaküoğullarından Ənuşirəvanı (1344 – 1355) səltənət taxtına oturtdu. 1355 – ci ildə isə Ənuşirəvanın əvəzinə Həsən xanı sultan elan etdi.

Çobanoğullarının özbaşnalığından cana doyan feodallar Aran hakimi Qazi Məhiyyəddin Bərdəli və Şirvanşah Kavusun başçılığı ilə Məlik Əşrəfə qarşı çıxdılar və Qızıl Orda xanı Canıbəyi Azəbaycana dəvət etdilər. 1357 – ci ildə böyük qoşunla Azərbaycana gələn Canıbəy Məlik Əşrəfi həbs edərək edam etdirdi. Oğlu Bərdibəyi Azərbaycan səltənətinin hakimi təyin etdi və ölkəsinə geri döndü. Fəqət Bərdibəyin Azərbaycandakı hakimiyyəti cəmi 2 ay çəkdi. 2 ay sonra o, atasının ölüm xəbərini eşidib geri qayıtdı. Faktiki hakimiyyət yenidən Çobanoğullarının əlinə keçdi. Fəqət bu sülalədən olan Əxicuq hakimiyyəti sadəcə 1 il qoruya bildi.

1358 – ci ildə Çobanoğullarna qarşı müharibəyə başlayan Cəlairoğulları əmiri Şeyx Üveys (1359 – 1374) bu sülaləyə qalib gəldi, fəqət o da hakimiyyəti əlində saxlaya bilmədi. Hakimiyyət yenidən, müvəqqəti olaraq, Əxicuğun əlinə keçdi. Şeyx Üveys isə Bağdada çəkilmək məcburiyyətində qaldı. 1359 – cu ilin payızında isə fars vilayətinin əmiri Məhəmməd Müzəffər Yəzdi səltənətin paytaxtını, yəni Təbrizi tutdu. Amma hakimiyyədə möhkəmlənə bilmədi. 1 həftə sonra şəhəri tərk etməli oldu. Buna səbəb Şeyx Üveysin paytaxta növbəti həmləyə hazırlaşması xəbəri oldu. Bir müddət sonra Təbrizə daxil olan Şeyx Üveys, nəhayət ki, istəyinə nail ola bildi. O, səltənət taxtına sahib oldu, tez bir zamanda bütün əmirləri, eləcə də şirvanşahı (1367) özünə tabe etməyi və səltənətdə hüzuru bərpa edərək, mərkəzi hökuməti möhkəmlətməyi bacardı. İmperatorluğun mədəni və iqtisadi həyatında canlanma baş verdi. Lakin ondan sonra imperatorluq taxt - tacını qəbul edən oğlu Sultan Hüseynin (1374 – 1382) dövründə mərkəzdənqaçma meylləri və hakimiyyət çəkişmələri yenidən gücləndi.

1376 – cı ildə Şiraz hakimi Şahşüca Cəlairoğulları üzərində qələbə çalaraq Təbrizə daxil oldu, amma 1 il sonra Sultan Hüseyn səltənətin paytaxtını azad edə bildi. Tez bir zamanda üsyanları yatıran, qaraqoyunlu Bəhram Xacə və Qara Məhəmmədi ram etməyi bacaran sultan 1378 – ci ildə Bağdad əmirlərini də məğlub etdi. 1381 – ci ildə isə Şahşüca üzərində qələbə çaldı. Fəqət 1382 – ci ildə Muğan və Arandan böyük qoşun toplayaraq Təbrizə hücuma keçən Cəlairoğlu Sultan Əhmədlə (1382 – 1410) döyüşdə öldürüldü. Paytaxtı ələ keçirən Əhməd sultanlıq taxt – tacına sahib oldu.

198

Page 199: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Sultan Əhmədin hakimiyyəti dövründə də vəziyyət dəyişmədi. əksinə, hakimiyyət uğrunda mübarizə daha da gücləndi. Sultanın qardaşı, Sultaniyyə hakimi Bəyazid özünü sultan elan edərək, Təbriz üzərinə hücuma keçdi. O, şəhəri almağı bacarsa da, onu əlində saxlaya bilmədi. Belə olan halda, Şirvanşah Huşəng araya girdi və qardaşları barışdırdı və səltənət bir müddət iki qardaş tərəfindən birlikdə idarə edildi. Amma bu, uzun sürmədi. Sulan Əhməd tez bir zamanda hakimiyyətini bərpa etdi. Onun hakimiyyətinin son illəri Azərbaycan səltənəini ələ keçirməyə çalışan Toxtamış və Teymurun hücumları şəraitində keçdi.

1386 – cı ildə Azərbaycan imperatorluğuna son qoyuldu və sonrakı illərdə onun bütün ərazisi hissə - hissə Türküstan (Turan) dövlətinə qatıldı. Çingiz xandan sonra bütün türk torpaqlarını sonuncu dəfə vahid Turan (Türküsan) dövləti şəklində birləşdirməyi bacaran Teymurun ölümündən sonra Turan dövləti birdəfəlik tarixin arxivinə gömüldü və bu dövlətin parçaları üzərində yenidən fərqli – fərqli türk imperatorluqları bərpa edildi ki, onlardan biri də Azərbaycan səltənəti idi.

AZƏRBAYCAN SƏLTƏNƏTİ XV –XVll ƏSRLƏRDƏ XV əsr Azərbaycan tarixinə yerli Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin

hakimiyyəti kimi düşmüşdür. Bunlardan birincisi 1437 - 1467-ci, ikincisi isə 1467-1501 - ci illəri əhatə edir. Cahan şah birincilərin, Uzun Həsən isə ikincilərin ən böyük hökmdarları olmuşlar. Bu sülalələrin hakimiyyəti dövründə Azərbaycan Səltənətinin (İmperatorluğunun) ümumi sahəsi 3 milyon kvadrat kilometr civarında olmuşdur.

1501-ci ildə Azərbaycan Sətənətində Ağqoyunlular hökumətini Səfəvilər hökuməti əvəz etdi. Əsası l Şah İsmayıl Səfəvi (Xətai) tərəfindən qurulan Səfəvilər sülaləsi Azərbaycan səltənətini 1736 - cı ilə qədər idarə etmişdir.

Şiəliyi dövlət siyasəti halına gətirən Səfəvilərin hakimiyətə gəlməsi ilə hələ Ağqoyunlular dövründən geosiyasi məqsədlərlə Osmanlılarla zaman-zaman baş verən toqquşmalar intensiv xarakter aldı. Məsələnin kökündə yenə də geosiyasi səbəblər, ilk növbədə isə ipək yoluna nəzarət uğrunda mübarizə dururdu. Çox təəssüf ki, bu məsələ çox zaman diqqətdən kənarda qalır və məsələ sünni-şiə qarşıdurması kimi şərh edilir. Hərçənd ki, bu məsələnin də rolu az olmamışdır.

İlk öncə ondan başlayaq ki, ümumtürk tarixində xüsusi rolu olmuş XVl əsr bu möhtəşəm tarixin ən maraqlı dövrlərindən biri idi. Yaranışdan bu yana hər baxımdan bütün millətlərdən üstün olmuş türklər bu üstünlüyünü sözügedən əsrdə də sürdürmüşlər. Təsadüfi deyil ki, XVl əsrin ən başında da dünyanın ən qüdrətli dövlətləri idilər. Qüdrət baxımından ilk yerdə Osmanlı imperatorluğu, ikinci yerdə Azərbaycan imperatorluğu, ardınca Misir Məmlük imperatorluğu, Hindistan Moğol imperatorluğu və Türküstan dövləti gəlirdi. Hər biri böyük türk dövləti olan bu imperatorluqların özlərindən başqa heç bir önəmli rəqibləri yox idi. Onların Böyük İpək Yolunun üzərində olması dünya ticarətinin önəmli hissəsinə nəzarət etmələrinə gətirib çıxarmışdı.

Osmanlılar sələfləri Səlcuqluların xristian torpaqları hesabına genişlənmə siyasətini davam etdirir və Avropanın içlərinə doğru irəliləyirdilər. Bu isə

199

Page 200: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

avropalıları XV əsrdən etibarən Azərbaycan imperatorluğu ilə sıx diplomatik əlaqələr quraraq bu dövləti Osmanlılara qarşı mövqe almağa təşviq və sövq edirdi. Qərbdən Misir - Məmlük və Osmanlı imperatorluqları, şimaldan Krım xanlığı, Şirvanşahlar və Türküstan dövlətləri, şərqdən isə Hindistanın Moğol imperatorluğu ilə qonşu olan, qərbdə sərhədləri Aralıq və Qara dənizlərə, cənubda Hind okeanına qədər uzanan Azəbaycan imperatorluğunun kifayət qədər böyük ərazisi və əhalisi olsa da, imperatorluğun ərazisini daha çox genişləndirməyi hədəfləyən Ağqoyunlu hökuməti genişlənmək üçün bu türk dövlətlərindən birini hədəfə almalı idi. Avropalı missionerlərin səyi ilə belə bir hədəf kimi Osmanlı dövləti seçildi və Ağqoyunlular Osmanlıya qarşı xristian Avropa ilə koalisiyaya girdilər. Baş verən qarşıdurmalarda Osmanllar hər dəfə Ağqoyunluları məğlub edərək sülhə zorlaya bildilər. Sonralar bu siyasəti Səfəvlər davam etdirdilər.

Səfəvilər də sələfləri Ağqoyunlular kimi Osmanlıları iqtisadi blokadada saxlamağa çalışırdılar. Əvəzində isə Osmanlılar Şirvanşahlar dövlətini dəstəkləyir və Səfəvilərin Qafqaz üzərindən Avropa ilə ticarət yolunda əngəllər yaradırdı. Nəticədə də Hindistan, Orta Asiya və Çinlə Avropa arasında əsas ticarət yolu Azəbaycan və Misir-Məmlük imperatorluqlarının ərazisindən keçir, Osmanlılar bundan kənarda qalırdılar. Osmanlılar da nə isə etmək məcburiyyətində idilər. Hər şey Osmanlıların Misirlə savaşa başlayıb bu ölkəni ələ keçirməsi ilə nəticələndi. Beləcə, Azərbaycanın Misir üzərindən Avropa ilə ticarət yolu kəsildi. Əvəzində isə Səfəvilər Şirvanı tutub öz imperatoluqlarının ərazisinə qatdılar və bu yolla şimaldan Avropa ilə ticari əlaqə saxlamağa, beləcə, ipək yolu ticarətində önəmli rolunu qorumağa nail oldular.

Misirin Osmanlıların əlinə keçməsi Türkiyəyə ərəb ölkələri ilə ticarəti genişləndirmək imkanı verdi. Maraqlıdır ki, bu hadisəyə qədər “Türkiyə” (Dövlət ət-Türkiyyə) Misir - Məmlük imperatoluğunun adı idi, bundan sonra isə həmin ad Osmanlı imperatorluğuna şamil edilməyə başlandı. Sözügedən hadisədən sonra Osmanlılar Məmlüklərin himayəsində olan Abbasilərin xəlifəliyinə son verərək, bu missiyanı öz üzərlərinə götürdülər və xəlifə simasında bütün İslam dünyasının mənəvi – dini hakiminə çevrildilər. Osmanlı dövləti xilafətə çevrildi.

Səfəvilər isə Azərbaycan imperatorluğunu buna alternativ olaraq, İmamət elan etdilər və şiəliyi imperatorluğun rəsmi ideologiyasına çevirdilər. Bunula da geosiyasi mübarizə məzhəblərarası mübarizə şəklini aldı. Nəticədə isə Azərbaycan imperatorluğu İslam dünyasından təcrid olunmuş vəziyyətə düşdü. Səfəvilərin gətirdiyi şiəlik cəfərilik deyildi, şiəliyin Türkiyədə “ələvilik”, İranda isə “əliallahlıq” adlanan qolu idi.

Məlumat üçün bildirək ki, ələvilik türklərin İslamdan öncəki dinləri olan Tenqriçiliyin və şamanizmin bəzi elementlərini özündə birləşdirən, fəqət islami şəkildə olan bir məzhəbdir. Bu məzhəbin nümayəndələri məscid və camelərə getməz, namaz qılmazlar. Əvəzində qadın – kişi birlikdə “cəm evləri” adlandırılan xüsusi ibadət evlərində toplanar, özlərinə məxsus ibadətlər keçirirlər. Şərabı haram saymazlar. Həzrət Əlini və digər şiə imamlarını müqəddəs hesab edən ələvilər Ramazanda oruc tutmurlar, əvəzində məhərrəm ayında 12 imamın şərəfinə 12 gün İslam orucundan fərqlənən xüsusi oruc tutur, həccə getmir, əvəzində şiə imamlarının Nəcəf, Kərbala, Məşhəd və s. şəhərlərdəki qəbirlərini ziyarət edirlər.

200

Page 201: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Mehdi Sahib əz-Zəmana iman edir, digər şiələr kimi onun qeybə çıxmış 12-ci imam olduğunu hesab edir və onun gələcəyi günü gözləyirlər. Sünnilərə gizli və ya açıq nifrətləri ilə fərqlənir, Həzrət Ömər və Həzrət Osmana lənət oxuyarlar.

Bu şiə məzhəbi son əsrlər içərisində bir qədər dəyişikliyə məruz qalmışdır. İslamın əsas şərtlərindən namaz, həcc, və oruca əməl etmədikləri və şərab içdikləri üçün şiələr dışında digər müsəlmanlar əsrlərcə onları müsəlman saymamış və kafirlərə bərabər tutmuşlar. Elə bu səbəbdən də Səfəvilər ətraf müsəlman dövlətlər tərəfindən xoş qarşılanmamışdır. Əvəzində isə Xilafət durumunda olan Osmanlı dövlətinə və Osmanlılara böyük rəğbət var idi. Səfəvilərin dövründə Azərbaycan dövləti xristianlarla işbirliyini daha da genişləndirmiş və Osmanlılarla, eləcə də digər qonşu Türk-İslam dövlətləri ilə amansız və qanlı müharibələr aparmışdır. Bu isə ölkənin gücünün tükənməsinə və liderlik potensialını tədricən qeyb etməsinə gətirib çıxarırdı.

Səfəvilərə başlarına 12 imamın şərəfinə bağladıqları qızılı (qırmızı) zolağa görə qızılbaşlar, onların dövründə Azərbaycan imperatorluğuna isə Qızılbaş dövləti deyirdilər. Fəqət digər müsəlman türklər “qızılbaş” sözünü kafir mənasında həqarətlə işlədirdilər. Hətta bu sözün söyüş mənasında işlədiyini də söyləmək olar.

1736-cı ildə Azərbaycanda Səfəvilərin hakimiyyətinə son qoyan Nadirqulu xan Əfşar Azərbaycan şahı oldu. O, hakimiyyətə gələr-gəlməz, Azəbaycada Səfəvilərdən öncə olduğu kimi sünni-hənəfi məzhəbini bərqərar etmək və Türk-İslam dünyasını birləşdirmək istəsə də, yerli əyanların şiddətli müxalifəti ilə üzləşdi. Odur ki, bu fikirdən vaz keçdi. Fəqət ələviliyi ləğv edib, əvəzində cəfəriliyi hakim məzhəbə çevirə bildi.

Cəfərilik Zeydiliklə birlikdə İslamın dörd əsas məzhəbinə öz yaxınlığı ilə seçilən 2 şiə məzhəbindən biri idi. Bu məzhəbin nümayəndələri bəzi fərqli görüşlərə sahib olsalar da, İslamın 5 əsas şərtinə əməl etdikləri üçün onlara münasibət ələvilərdən köklü surətdə fərqlənirdi. Yəni onlar da müsəlman kimi qəbul edilirdilər. Nadir şah cəfəriliyi Azərbaycanın rəsmi məzhəbi elan etdikdən sonra xəlifəyə, yəni dünya müsəlmanlarının liderinə-Osmanlı sultanına məktub yazıb ondan Türk-İslam dünyasının birliyi naminə cəfəriliyi İslamın 5-ci rəsmi məzhəbi kimi qəbul etməyi xahiş etdi, bunu edərsə, onu xəlifə kimi tanıyacağını və ona tabe olacağını bəyan etdi. Lakin çox təəssüflər olsun ki, sultanın bunu xoş qarşılamasına baxmayaraq, Osmanlı üləması bu təklifə qarşı çıxdı və şiəliyin bidət olduğunu əsas gətirərək, tarixi fürsətin həyata keçməsinə imkan vermədi. Nəticədə Türk-İslam dünyasının bir bayraq altında birləşməsi fürsəti əldən çıxdı. Bu isə, təbii ki, Avropanın və Rusiyanın maraqlarına cavab verirdi.

Osmanlı - Səfəvi müharibələrinin ən əsas geosiyasi hədəflərindən biri İraq ərazisi olmuşdur. Bu ərazi əsrlər boyu Azərbaycan səltənətinin tərkib hissəsi idi və həmin ərazi Misir-Məmlük imperatorluğu ilə sərhəddə yerləşdiyindən Azərbaycan üçün hər zaman ticari baxımdan son dərəcə böyük önəm daşıyırdı. Misirin və Məmlük türklərinin əlində olan digər torpaqların Osmanlıların əlinə keçməsi ilə İraq böyük ölçüdə önəmini itirsə də, həm əhalisindən toplanan vergilər baxımından önəm daşıyırdı, həm də Hind okeanına çıxmağa və Azərbaycan imperatorluğundan yan keçməklə, yəni dəniz yolu vasitəsilə Hindistan Moğol imperatorluğu ilə ticarət əlaqəsi qurmağa can atan Türkiyənin qarşısında əsas maneə idi. Təbii ki,

201

Page 202: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Osmanlılar bu torpağa sahib olmaq üçün, Səfəvilər isə onu onlara verməmək üçün əlindən gələni edirdilər. Yəni İraq uğrunda qanlı müharibələr aparılırdı və bu müharibələr Osmanlıların qələbəsi və Türkiyənin Hind okeanına çıxış əldə etməsi ilə nəticələnmişdi. Bu hal ticarət yollarının önəmli hissəsinə sahib olan Azərbaycanın geosiyasi üstünlüklərini daha da azaltdı.

Nadir qısa müddətdə Azərbaycan Səltənətinin Osmanlılar, əfqanlar və ruslar tərəfindən işğal edilmiş torpaqlarını, o cümlədən Tiflis və İrəvanı qaytarmağı bacardı, səltənətin ərazisini Orta Asiya, Əfqanısatan, indiki Pakistan və Hindistan torpaqları hesabına genişləndirdi. Fəqət tarixə sonuncu türk cahangiri kimi düşən bu böyük şəxsiyyətin ölümündən (1747-ci il) sonra onun varisləri bu böyük ərazini qoruya bilmədilər, Azərbaycan nəinki müstəmləkələrini itirdi, üstəlik özü də xanlıqlara parçalandı.

Azərbaycan Türk – İslam Renesansı Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövründə də, yəni XV – XVl əsrlərdə də davam etmiş, fəqət Səfəvilrin hakimiyyətinin son illəri tarixə Azərbaycan renesansının sona çatdığı dövr kimi düşmüşdür.

Sözügedən əsrlərdə ölkəmizdə ağlasığmayacaq dərəcədə geniş bir məktəb və mədrəsə sistemi yaranmış və təhsil, demək olar ki, təkcə Azərbaycanın deyil bütün səltənətin (imperatorluğun) ərazisini əhatə etmişdir. Mənbələrdən belə aydın olur ki, həmin əsrlərdə məktəblərdə din dərsləri ilə yanaşı, coğrafiya, riyaziyyat, məntiq, fəlsəfə, nücum (astronomiya) və s. elmlər tədris olunurdu. Elmlər təkcə tədris edilmir, həm də əvvəlki əsrlərdə olduğu kimi, tədqiq edilirdi. Yəni elmi araşdırmalar davam edir, alimlərimiz yeni – yeni elmi əsərlər yazır və kəşflər edirdilər.

O dövrdə Şəmsəddin Məhəmməd Təbrizli, filosof və münəccim (astronom) Seyid Yəhya Bakılı, coğrafiyaşünas və tarixçi Əbdürrəşid Bakılı, İdris Bitlisli, Fazil Nüqtaşi, təbib Ramazan Lənkəranlı, filosof və tarixçi Cəlaləddin Məhəmməd Dəvani böyük şöhrət tapmışdılar. Ağqoyunlu iqtidarı dövründə təkcə saray kitabxanasında 58 elm xadimi çalışmaqda idi. XVl əsrdə Təbrizdə yaradılmış kitabxana dövrün ən böyük kitabxanalarından biri idi.

Öncəki əsrlərdə olduğu kimi, XVl əsrdə də tarixi əsərlərin yazılmasına böyük diqqət ayrılırdı. Hökmdarlar bu yolla öz adlarını əbədiləşdirməyə çalışırdılar. Həmin dövrün ən məşhur salnaməçi və tarixçisi şah l Təhmasibin sarayında qulluq edən və onu bütün hərbi yürüşləri zamanı müşayiət edən Həsən bəy Rumlu idi. Onun qələminə məxsus 12 cildlik “Əhsən ət –təvarix” (Tarixlərin ən üstünü) adlı əsər dövrün tarixi proseslərini öyrənmək baxımından ən əsas mənbələrdən biri hesab edilir. Səfəvilər dövründə Avropada Don Juan adı ilə məşhur olan və bir çox Avropa müəllifinin əsərlərinin qəhrəmanı olan Oruc bəy Bayatın (o, şah Abbasın dövründə Azərbaycanın Avropadakı səfiri idi) ispan dilində qələmə aldığı və hələ sağlığında dərc etdirdiyi məşhur “Kitab”ını, eləcə də fars dilində qələmə alınan, müəllifi bilinməyən “Şah İsmayıl Səfəvinin tarixi” kitabını da yad etmək lazımdır.

Bundan başqa, dövrün tarixini öyrənmək baxımından Hüsaməddin oğlu Qiyasəddin Hüseyninin (1475 – 1536) əsərləri də böyük informativ bazaya sahibdir. Onun çoxcildlik əsərlərinin bir hissəsi Səfəvilərin iqtidara gəlməsi və

202

Page 203: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Azərbaycan İmperatorluğunun hakiminə çevrilməsinə və Səfəvi hökumətinin siyasətinə həsr edilmişdir. Onun əsərlərində səltənətin (imperatorluğumuzun) Ağqoyunlu hökuməti dövründəki xarici və daxili siyasətinə dair də çox qiymətli məlumatlar bulunmaqdadır.

Deyilənlərə Şərəf xan Bitlisinin ikicildlik “Şərəfnamə” adlı əsərini də əlavə etmək lazımdır. Bu əsərdə Səfəvilərin apardıqları yanlış siyasətlər nəticəsində səltənətin zəifləməsindən və bölgələrdəki separatist hərəkatlar barədə müfəssəl bilgi verilmişdir.

XV – XVl əsrlərdə tibb elmi də inkişaf etməkdə davam etmişdir. Dövrümüzədək Əbdülfəth Təbrizli, Əli Təbrizli, İmadəddin Mahmudi kimi tanınmış tibb alimləri və həkimlrinin adı ulaşmışdır. Eyni sözləri dövrün tanınmış xəttatları Ubeydulla Mirəli oğlu Təbrizli, Əli bəy Təbrizli, Mahmudbağır Ordubadlı, Nizaməddin Ərdəbilli, Mirabdulla bəy Danişmənd, Əli Rza Təbrizli və s. haqqında da söyləmək olar.

Ən böyük uğura isə ədiblərimiz imza atmışdılar. XV əsrin ikinci yarısında Nizami Gəncəlinin “Xosrov və Şirin” poemasnın motivlri əsasında “Fərhadnamə” kimi misilsiz bir sənət əsəri yaradan Arif Ərdəbilli və özünün “Mehr və Müştəri”si ilə böyük şöhrət qazanmış Əssar Təbrizli, eləcə də türk və fars dillərində yazdığı şerləri hər yerdə sevilə - sevilə oxunan Şah Qasım Ənvar (1335 – 1433) daha çox məşhur idilər. Eyni dövrdə Təbrizli Kişəvəri də öz lirik şerləri, Xətai Təbrizli “Yusif və Züleyxa”sı, Həqiri “Leyli və Məcnun”u, Xələfi “Xəmsə”si, Bədr Şirvanlı və Ziyai Ordubadi divanları ilə tanınmışlar. “Xəmsə” yaradan şairlərdən biri də Əşrəf Marağalı idi.

Dövrün tanınmış şairlərindən söz açarkən, əsərləri ilə şiəliyi yaymaqla məşğul olan Şah İsmayıl Səfəvini (Xətaini) də yad etmək lazımdır. Onun “Divan”ı, “Nəsihatnamə”si, “Dəhnamə”si çox məşhur idi. O, eyni zamanda dövrünün tanınmış bəstəkarlarından biri kimi tanınmışdır. XVl –XVll əsrlərdə həm də böyük bəstəkarlar kimi şöhrət tapmış böyük türk hökmdarlarından (Sultan Səlim, Hüseyn Bayqara, Gəray xan və s.) biri də Şah İsmayıl olmuşdur və onun bəstələdiyi əsərlər də şerləri kimi dövrümüzədək ulaşmışdır. Dövrün musiqişünaslarından söhbət düşmüşkən, XVl əsrin məşhur xanəndəsi, gözəl muğam ustası Hafiz Lələnin də adını xüsusi çəkmək lazımdır.

Maraqlıdır ki, həmin dövrdə xanəndələr müxtəlif müəlliflərin əsərlərini səhnələşdirərək muğam – tamaşalar da qurardılar. Təsadüfi deyi ki, XVl əsr fransız səyyahı və missioneri Şarden Azərbaycanda olarkən, burada öz təbiri ilə desək, “Avropadakı operaları xatırladan tamaşaları seyr etdiyini” söyləmişdir.

Əsası Hülaküoğulları dövründə (Xlll-XlV əsrlər) qoyulan miniatür sənəti də XVl əsrdə öz inkişafınn kulminasiya nöqtəsinə çatmışdı. Azərbaycanlı rəssamlar bütün dünyada böyük şöhrət qazanmışdılar. Əsərləri bu günə qədər Sankt – Peterburq, London, Leypsiq və Venesiya muzeylərində mühafizə edilən Soltan Məhəmməd Təbrizli daha çox məşhur idi. Onun başçılıq etdiyi Təbriz rəssamlıq məktəbi onlarla dahi miniatürçü rəssamı yetişdirmişdir. Onlardan Kamaləddin Behzad, Mirmüsaviri, Mirzeynalabdin Təbrizli, Mövlanə Müzəffər Əli, Mövlanə Məhəmmədhəsən Təbrizli, Mövlana Əla bəy Təbrizli, Əbülbaqi Kitabnəvis və digrlərinin adını göstərmək olar.

203

Page 204: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Azərbaycan rəssamlarından Əmir Dövlətyar və onun şagirdləri Əbdülmüsavir, Pirəhməd Baqişmali, Seyid Əhmd Nəqqaş, Pirseyid Əhmd Təbrizli və başqalar da böyük şöhrət qazanmışdılar.

Memarlıq sahəsində də bir çox sənət abidələrinə imza atılmışdır. Bu abidələrdən 1465 – ci ildə Cahan şah Qaraqoyunlunun əmri ilə Təbrizdə inşa edilmiş Göy məscidi, 1483 – cü ildə Yaqub şah Ağqoyunlunun Təbrizdə tikdirdiyi “Səkkiz Behişt” saray kompleksini (Bu kompleksə həmçinin min çarpaylıq xəstəxana, böyük kitabxana, məscid, cıdır meydanı və s. daxil idi), Qaraqoyunlu və Ağqoyunlu iqtidarları dövründə Təbrizdə inşa edilmiş örtülü “Qeysəriyyə” bazarını, Həsən Padşah camesini, Nəsriyyə və Məqsudiyyə mədrəsələrini göstərmək olar. XVl əsrin məşhur abidələri isə Şirvanşahlar saray kompleksi, bir çox şəhərlərdə tikilmiş hamam, came, mədrəsə, körpü və türbələr idilər.

Həmin dövrdə tətbiqi – dekorativ incəsənətin inkişafında da xüsusi bir mərhələ olmuşdur və bu gün XV – XVl əsrlərdə, eləcə də ondan öncəki və sonrakı əsrlərdə Azərbaycanda yaradılmış minlərlə sənət əsəri dünya muzeylərinin və şəxsi kolleksiyalarn bəzəyinə çevrilmişdir. Eyni dövrdə kökü minilliklərin dərinliklərinə uzanan ozan - aşıq sənəti və dastan yaradıcılığı da özünün kulminasiya nöqtəsinə çatmışdı.

Azərbaycan İntibahından (renesansından), daha doğrusu, onun XVl əsr nümayəndələrindən söz açarkən, şübhəsiz ki, ilk növbədə Məhəmməd Füzulinin adını çəkmək lazım gəlir. Nizami Gəncəli ilə birlikdə Azərbaycan və dünya ədəbiyyatının iki əlçatmaz zirvəsindən birini təşkil edən Məhəmməd Füzulinin əsərləri, çox təəssüflər olsun ki, dilinin çətinliyi, fəlsəfi fikrinin dərinliyi ilə xarici dillərə tərcümə üçün, demək olar ki, münasib deyildir və bu üzdən də dünya miqyasında hələ yetərincə təbliğ edilməmişdir. Bu üzdən də Nizamidən fərqli olaraq, onun adı dünyada dar mütəxəssislər qrupundan başqa çox az adama məlumdur.

Azərbaycan Renesansının son nüməyəndələri XVll əsrdə yaşamış dahi şair Saib Təbrizli və böyük rəssam və sənətşünas alim Sadiqi bəy Əfşar olmuşlar.

AZƏRBAYCAN İMPERATORLUĞUNUN SÜQUTU VƏ YA SON SÖZ ƏVƏZİ

Artıq qeyd etdiyimiz kimi, Nadir şahın xəyanətkarcasına qətlə yetirilməsi ilə Vətənimizin qara günləri başlamış, ölkə çox sayda xanlıqlara parçalanmışdı. Bütün bunlar Ağa Məhəmməd şah Qacarın taxta çıxmasına (1749 - cu il) qədər davam etdi. Həmin dövrə qədər isə əslən fars (lor) olan Zəndilərin Azərbaycan səltənətinin böyük hissəsini ələ keçirərək, həmin ərazilərdə qondarma “İran dövləti” qurmağa çalışdıqları qaranlıq bir dövr də olmuşdur. Məhz Zəndilərin səyi nəticəsində “İran” adı siyasi və geosiyasi termin kimi ortaya çıxmış və tədricən Azərbaycan imperatorluğunun irandillilərlə, əsasən də farslarla məskun bölgələrinə şamil edilməyə başlamışdı. Anti – türk və anti – Azərbaycan mahiyyəli fars milliyyətçiliyinin yenidən dirçələrək genişlənməsi də məhz həmin dövrdən çiçəklənməyə başladı.

204

Page 205: ÖN SÖZbao.az/pdf/B_Tuncay-Az_ İmperatorluğu.doc · Web viewAZƏRBAYCAN İMPERATORLUĞU (Əlyazması hüququnda) BAKI 2012 Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd

Qacarlar tez bir zamanda Zəndilərin özbaşnalığına son qoymağa, separatizmə meylli bütün Azərbaycan xanlarını ram edərək bugünkü İran, Azərbaycan, Qərbi Azərbaycan (1918 - ci ildən sonra Ermənistan) və Gürcüstan (Tiflis xanlığı) ərazilərində Azərbaycan imperatorluğunu bərpa etməyə nail olsalar da, 1813 – 1828 - ci illər ərzində imperatorluğun Araz çayından şimaldakı əraziləri Rusiya tərəfindən işğal edildi. Həmin ərazilərin bir qismi hesabına Gürcüstan və Ermənistan dövlətləri yaradıldı. Qalan hissəsində isə hazırda Azərbaycan Respublikası bərqərar olmuşdur. Dərbənd və ətrafı isə hələ də rus işğalı altındadr.

Ağa Məhəmməd şahla başlayan Qacarlar sülaləsi (1749-1925) son azərbaycanlı – türk imperatorluq sülaləsi olmuşdur. Üst - üstə 7 şahın hökmranlığını əhatə edən bu sülalənin hakimiyyəti dövründə, əslində Azərbaycan imperaorluğundan deyil, İran və Azərbaycan konfederasiyasından danışmaq daha doğrudur. Fakt budur ki, həmin dövrdən etibarən imperatorluq artıq “Azərbaycan səltənəti” deyil, “Məmaliki məhruseyi İran və Azərbaycan” (İran və Azərbaycan ölkələri konfederasiyası) və ya sadəcə “Məmaliki məhrusə” (konfederasiya, birləşmiş dövlələr), adlanır, Qacar şahları isə “şahe - məmaliki məhruseyi İran və Azərbaycan” və ya “şahe - məmaliki məhrusə” titulu daşıyırdılar. Qacarlar sülaləsinin sonuncusu Əhməd şah Qacar idi ki, onun dövründə fars (gilək) mənşəli Rza xan Pəhləvi ingilis və rusların yardımı ilə Qacarları devirərək, Azərbaycan imperatorluğuna son qoydu və bu imperatorluğun ərazisində İran dövlətini qurdu. O, 1936 - cı ildə Millətlər Məclisinə müraciət edərək, öz dövlətinin adının dəyişərək bundan sonra İran adlanacağını bəyan etmişdir. Həmin dövrdən etibarən imperatorluğun adındakı “məmaliki məhrusə” və “Azərbaycan” kəlmələri bir kənara atıldı və “İran” adı dövləin yeni adı kimi rəsmiləşdirildi. Pəhləvi şahı da “şahənşahe – İran” (İran imperatoru) titulunu qəbul etdi. Beləcə, təkcə Azərbaycan imperatorluğu deyil, ümumiyyətlə 5 minillik zəngin tarixə sahib Azərbaycan - türk dövlətçiliyi müvəqqəti olaraq tarixin arxivinə verilmiş oldu.

205