norwegian economy (2)

6
Norveç iqtisadiyyatı

Upload: vafa-jafarli

Post on 27-Jul-2015

27 views

Category:

Economy & Finance


1 download

TRANSCRIPT

Page 1: Norwegian economy (2)

Norveç iqtisadiyyatı

Page 2: Norwegian economy (2)

Norveç Skandinaviya yarımadasının qərb hissəsini əhatə edən Şimali Avropa ölkəsidir və konstitusiyalı monarxiyadır. İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Norveçin şimal və cənub hissələri arasında məsafə onun şərq və qərb hissələri arasındakı məsafədən çoxdur. Ölkənin geniş Şimali Atlantika okeanının sahil xətti dunyada məşhur olan fyerdlərin vətənidir. Sosial təminatın yüksək səviyyəsi olmaqla sürətli iqtisadi inkişafına görə, Norveç dünyanın ən zəngin ölkələrindən biridir. Bu iqtisadi irəliləmə qismən sahilboyu ərazilərdə neft və qaz ehtiyatlarının inkişafı ilə bağlıdır.

İqtisadiyyatda xüsusi mülkiyətçilik sektoru aparıcı rol oynayır. Müharibədən sonrakı illərdə ölkədə kapitalın intensiv konsentrasiyası prosesi gedir.Üç böyük bank ümumi bank kapitalının 60%-nə kontrolluq edir.İstehsalın konsentrasiyası çox sayda kiçik və orta müəsisələrin sıradan çıxması ilə müşaiət olunur. Kiçik fermer təsərrüfatlarının da sayı azalır. Xarici kapitalın ölkəyə daxil olması daim güclənir, əsasən amerikan, ingilis, isveç kapitalının( neft sənayesinə və gəmiçiliyə).

Sənayenin aparıcı sahələri; neftçıxarma və neft-kimya, elektro-metallurgiya, radioelektronika, dağ-

mədən, sellior-kağız və gəmiqayırmadır. Norveç adambaşına düşən elektrik enerjisinin istehsalına

görə aparıcı yerlərdən birini tutur.

Kənd təsərrüfatında əsas yeri kiçik fermer təsərrüfatları tutur (10 ha-ya qədər

torpaqla). İstehsalçı kooperasiya yayılmışdır. Aparıcı sahə intensiv heyvandarlıq, ət-süd

sahələridir. Qoyunçuluq inkişaf edib. Norveç öz istehsalı ilə ölkənin kənd təsərrüfatı

məhsullarına olan ehtiyacının 40%-ni ödəyir. İqtisadiyyatda balıqçılıq (balıq məhsullarının

ixracına görə dünyada ikinci yeri tutur) və meşəçilik vacib sahələrdən sayılır.

Əsas nəqliyyat dəniz nəqliyatıdır. Norveçdə adambaşına düşən

sərnişinlərin təyyarələrlə daxili daşınmasına görə dünyada

aparıcı yerlərdən birini tutur.

Page 3: Norwegian economy (2)

Norveç hökuməti neft sektorundan yüksək gəlir əldə edir. 2006 – cı ildə dövlət gəlirlərinin 36% - i bu sektordan əldə edilmişdir. 2007 – ci il dövlət büdcəsində Norveçin şelf ərazilərində təxmini

neft ehtiyyatının hesablanan dəyəri 4160 milyard NOK (1$ = 5.9173 NOK 23.04.2010) miqdarında dəyərləndirilmişdir.

Page 4: Norwegian economy (2)

Norveçə məxsus neft şirkəti olan "Statoyl" 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"ndə pay alaraq Azərbaycan-Norveç iqtisadi münasibətlərinin əsasını qoyub. Norveç dövləti sənaye və energetika nazirinin birinci müavini Qunnar Möntinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti müqavilənin imzalanması mərasimində iştirak etmək üçün Bakıda olub. Bu müqavilədə "Statoyl" şirkəti 8,71% pay alıb. Şirkət 2 il sonra Xəzərin Azərbaycan sektorunda yerləşən ən iri qaz yatağı sayılan "Şahdəniz"in hasilatın pay bölgüsü əsasında birgə işlənilməsində də 25,5% pay alaraq Azərbaycanla əməkdaşlığını daha da genişləndirib. 1998-ci ildə "Statoyl" şirkəti həmin sektorda yerləşən "Araz-Alov-Şərq" blokunun birgə işlənilməsində 15% paya sahib olub.

Page 5: Norwegian economy (2)

Norveçin mikro rəqabət qabiliyyətliliyində yeri 20,qlobal rəqabət qabiliyyətliliyində yeri isə 16-dır.Norveç iqtisadiyyatı yanvar ayını geriləmə ilə başa vurub. Ölkənin statistika bürosunun məlumatına görə yanvarda sənaye məhsulları istehsalı illik əsasda 7.5% azalıb. Mədən sənayesində geriləmə daha böyük olub – 14.6%. Aylıq əsaslarla müqayisədə yanvarda sənaye istehsalı 4% azalıb.Ümumi sosial-iqtisadi investisiya fəaliyyətinin əsas hüquq nəzarətçiləri və Azərbaycan Respublikası ərazisində xarici investisiya qoyuluşu “Xarici investisiyaların müdafiəsi haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulur. Yuxarıda göstərilənlər həm yerli həm də xarici investorların dövlətlərinə, zəmanət və məhkəmə müdafiəsini təqdim edir. “Xarici investisiyaların qorunması haqqında ” Azərbaycan Respublikasının qanunu ölkə ərazisində xarici investisiyaların qoyuluşunda hüquqi və iqtisadi prinsipləri müəyyən edir. Qanun xarici maddi və maliyyə vasitələrinin cəlb olunmasına və səmərəli istifadəsinə yönəldirilərək xarici investorların hüquqlarının müdafiəsinə təminat verir. Milli investorun iştirak edə bildiyi hər hansı bir fəaliyyətdə xarici investorların iştirakına icazə verilir..

Page 6: Norwegian economy (2)

Norveç güclü bir iqtisadiyyata malikdir. Bu ölkədə işsizlik nisbəti çox aşağıdır.Lakin son nəticə olaraq son illər Norveç iqtisadiyyatının daha da güclenmesini danmaq olmaz .Norveç iqtisadiyyatının güclü rəqabət qabiliyyətliliyi onudaha da güclü və elastik edib.İqtisadiyyatı dünyada hakim mövqe tutma yolunda özünü təkmilləşdirməyə davam edir.Öz azad iqtisadi sistemine azad ticarəti, sahibkarlıq fəaliyyətini ,mülkiyyət qanunlarını ,korrupsiya ilə mübarizəni daxil etmişdir.İqtisadiyyatının lazımi qaydada tənzimlənməsibu ölkəyə investisiya qoyuluşu ve azad sahibkarlıq yolunda bir növ heveslendirici ve cəsarətləndirici rol oynayır.Hetta bu il (2014) iqtisadiyyatda 2.5%artım baş vermişdir ki bu da bir çox iqtisadçılar üçün gözlənilməz olmuşdur.Bir növ maliyyə qasırğası iqtisadi anlamda yəni maliyyə sıçrayışı baş vermişdir.Son 10 ildə Norveç iqtisadiyyatı özünün ən yüksək mərhələsinə çatmışdır.