İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr opt...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 77 (29342) 23 aprel 2020-ci il, cümə axşamı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident! İcazə verin, ailəmiz üçün ən çətin anlarda – atam, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çı- xılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək. Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pan- demiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük. Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq. Tanrı Sizi qorusun, cənab Prezident! Dərin hörmətlə, Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından Abdul Əhməd oğlu ORUCLU Prezidentin Mətbuat Xidmətinin məlumatı Aprelin 22-də Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respubli- kasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Azərbaycanla Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Dövlət başçıları Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşdı- rıldığını bildirərək, bunun həm ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğuladılar. Telefon danışığı zamanı İlir Metanın Azərbaycana səfəri məmnunluqla xatır- landı, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi. Prezident İlham Əliyev və Prezident İlir Meta koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələləri müzakirə etdilər. Albaniya Prezidenti Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul edildi. B öyük Mahatma Qandi yaşadığımız hər günün bizim üçün sınaq, imtahan olduğu barədə deyilənlərlə razılaşmırmış. O, deyirmiş ki, tale kimisə 15-20 ildə, kimisə 20-30 ildə bir dəfə, bəzilərini isə daha böyük müddətdə sınaqdan, imtahandan keçirir: “Xalqlar və dövlətlər də belədir”. Bunu lap çoxdan oxumuşdum və nədənsə, daha çox “ömrümüzdən keçən hər gün bizim üçün imtahan- dır” – deyiminə inanmaq istəyirdim. Ancaq son aylar dünyanın bütün ölkələrinin üzləşdiyi bəşəri problem sübut etdi ki, xalqlar və dövlətlər, doğrudan da, az-az sınağa çəkilirlər. Biz xoşbəxtik ki, Yer kürəsinin üzləşdiyi bu sınaqlardan Azərbaycan üzüağ çıxmağı bacarır. Azərbaycan sübut etdi ki, biz koronavirusla mübarizədə təkcə dövlətin maddi ehtiyatlarından, büdcə vəsaitlərindən istifadə etməklə deyil, həm də liderin müdrikliyindən, dövlət başçısının qətiyyətindən, mütəxəssislərimizin peşəkarlığından və xalqın eyni amal uğrunda birləşmək kimi mükəmməl keyfiyyətindən bəhrələnərək, uğurlar qazana bilirik. Koronavirusla mübarizə tarixçəmiz göstərdi ki, dövlət istənilən dar məqamda ölkə vətəndaşının yanın- dadır və istənilən vətəndaş dövləti dəstəkləməkdə israrlıdır. Sağ ol, həkim! Martın 18-də Azərbaycan Prezidentinin yeni növ korona- virus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılandı. Çünki məhz həkimlərimizin səyləri nəticəsində bu gün ölkəmiz korona- virusdan ən az ziyan görən dövlətlər arasındadır. Dövlət başçımızın imzaladığı sənəddə tapşırılır ki, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin. Tibbi maska problemi vardı... Yox edildi Prezident İlham Əliyev və birin- ci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Par- kında “Bakı Tekstil Fabriki” MMC-nin nəzdində yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edərkən onlara məlumat verildi ki, bu müəssisənin təşkili üçün ayrılan investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaş- dırılması üçün xüsusi qutular da yerli istehsaldır. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırı- laraq gündəlik istehsal 200-250 min tib- bi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Bir milyona yaxın insan işləmədən maaş alır Prezident İlham Əliyev bir neşə gün əvvəl iki mühüm icra orqanına rəhbərlik edən nazirlərlə videogörüşdə xatırlatdı ki, hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, an- caq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir: “Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı da- yanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”. Dövlət tərəfindən sahibkarlara dəstək Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da Ümümdünya Səhiyyə Təşkilatının “Evdə qal!” çağırı- şına ciddi şəkildə əməl edildi. Bu isə o deməkdir ki, bütün istehsal və xidmət sahələrinin fəaliyyəti dayandırıldı. Yəni sahibkarlar özlərindən asılı olmayan səbəb üzündə maddi vəsait itkisinə məruz qaldılar. Eyni zamanda, həmin obyektlərdə çalışanlar da qazanc- dan məhrum oldular. Bunu nəzərə alan dövlət çox vacib addımlar atdı. Belə ki, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kate- qoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Səhiyyəmizin maddi-texniki bazası nümunə göstərilir Xatırladaq ki, ölkəmizin səhiyyə sistemi son illərdə böyük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tiki- libdir. O cümlədən, 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Tədris- Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alırlar. O cümlədən, bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni, mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək. 190 manat yardım alacaq işsizlərin sayı üç dəfə artırıldı Məlum olduğu kimi, dövlət başçı- sının tapşırığına əsasən işləməyən və məşğulluq mərkəzlərində qeydiyyat- dan keçmiş vətəndaşlara aprel–may ayları ərzində yardım kimi 190 manat vəsait ödənilməsinə başlanılıb. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Ancaq Prezident hesab etdi ki, ümumi vəziyyəti nəzərə ala- raq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılsın. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verəcək. Xatırladaq ki, bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. 90 min sakinə ictimai iş yeri yaradılır Karantin dövrünün sosial layihələrindən biri də Prezidentin təşəbbüsü ilə elan edilən haqqı ödənilən ictimai iş yerləri proqramı- dır. Dövlət başçımız bu proqramın əhəmiyyətli dərəcədə artırılmasını tap- şırmışdır. Nəticədə əlavə 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulmuş- dur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin hesabatında bildirilir ki, bu proqramın da icrasına artıq başlanıbdır. Artıq 5 min işsiz şəxs bu işlərə cəlb edilibdir və onlarla əmək müqavilələri yekun imzalanma mərhələsindədir. Nazirlərlə son görüşdə bu məsələyə münasibət bildirən dövlət başçımız 50 min ictimai iş yeri ilə razılaşmadığını bildirdi : “Mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır”. Minnətdarıq, cənab Prezident! Son günlər ərzində dövlət baş- çımıza ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Bu, həm də onu göstərir ki, insanların həyat şəraitinin çətinləşməsinə baxmayaraq, karan- tin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Dövlət isə həmişə olduğu kimi, bu bəla ilə mübarizədə də operativlik nümayiş etdirərək, qabaqlayıcı tədbirlər gördü və nəticə göz qabağındadır. Prezident sosial paketdən danışdı “Onu da bildirməliyəm ki, insan- ların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 mil- yard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun”. Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti” Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıblar Bəyanatda qeyd edilir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiya- sı), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bugünkü birgə videokonfrans da daxil olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın orta- larından sıx məsləhətləşmələr keçirir. Məsləhətləşmələrin gedişatında işti- rakçılar qlobal böhranın regionun səhiyyə sisteminə və son hadisələrə təsirini müzakirə ediblər. Onlar, həmçinin, Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər. Etiraf edilib ki, COVID-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə daha əvvəl uyğunlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi təxirə salı- nıb. Həmçinin, nazirlərin şəxsi görüşləri və həmsədrlərin Cenevrədə razılaşdırılmış regi- ona səfərləri təxirə salınıb. Bununla belə, bu tədbirlərin hazırlığı üzrə lazımlı iş davam edir. Həmsədrlər indiki şərtlərdə atəşin dayan- dırılmasına ciddi riayət etməyin və fitnəkar hərəkətlərdən çəkinməyin əhəmiyyətini vurğu- layıblar və tərəfləri gərginliyin sonrakı dövrdə azaldılması üçün tədbir görməyə çağırıblar. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında videokonfrans formatında görüş Aprelin 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Xa- rici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görü- şü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib. Görüş zamanı tərəflər qlobal COVID-19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər. Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uyğun olaraq, Ermənistan–Azərbaycan, Dağlıq Qara- bağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksi- yasının yayılması ilə bağlı öncədən planlaşdırıl- mış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də, nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb. Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunma- sının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır. Bu mövqe münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şu- rasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır. Tərəflər təmasları saxlamağı və danışıq- ları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar. Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər. AZƏRTAC Ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımı- zın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk... İlk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər – biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti İnsanların sosial müdafiəsi karantin dövründə daha çox diqqət mərkəzindədir ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü ilə bağlı birgə bəyanat yayıb. Bu barədə AZƏRTAC-a ATƏT-dən məlumat verilib.

Upload: others

Post on 05-Aug-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 77 (29342) 23 aprel 2020-ci il, cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!İcazə verin, ailəmiz üçün ən çətin

anlarda – atam, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çı-xılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.

Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pan-demiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək

insani keyfiyyətlərə malik əsl lider

olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük.

Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq.

Tanrı Sizi qorusun, cənab Prezident!

Dərin hörmətlə, Azadlıq Partiyasının sədri

Əhməd Orucun ailəsi adından Abdul Əhməd oğlu ORUCLU

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprelin 22-də Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respubli-kasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı Azərbaycanla Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Dövlət başçıları Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşdı-rıldığını bildirərək, bunun həm ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq

əməkdaşlığın möhkəmləndirilməsi işinə

töhfə verdiyini vurğuladılar.Telefon danışığı zamanı İlir Metanın

Azərbaycana səfəri məmnunluqla xatır-landı, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi.

Prezident İlham Əliyev və Prezident İlir Meta koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələləri müzakirə etdilər.

Albaniya Prezidenti Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul edildi.

Böyük Mahatma Qandi yaşadığımız hər günün bizim üçün sınaq,

imtahan olduğu barədə deyilənlərlə razılaşmırmış. O, deyirmiş ki, tale kimisə 15-20 ildə, kimisə 20-30 ildə bir dəfə, bəzilərini isə daha böyük müddətdə sınaqdan, imtahandan keçirir: “Xalqlar və dövlətlər də belədir”.

Bunu lap çoxdan oxumuşdum və nədənsə, daha çox “ömrümüzdən keçən hər gün bizim üçün imtahan-dır” – deyiminə inanmaq istəyirdim. Ancaq son aylar dünyanın bütün ölkələrinin üzləşdiyi bəşəri problem sübut etdi ki, xalqlar və dövlətlər, doğrudan da, az-az sınağa çəkilirlər. Biz xoşbəxtik ki, Yer kürəsinin üzləşdiyi bu sınaqlardan Azərbaycan üzüağ çıxmağı bacarır. Azərbaycan sübut etdi ki, biz koronavirusla mübarizədə təkcə dövlətin maddi ehtiyatlarından, büdcə vəsaitlərindən istifadə etməklə deyil, həm də liderin müdrikliyindən, dövlət başçısının qətiyyətindən, mütəxəssislərimizin peşəkarlığından və xalqın eyni amal uğrunda birləşmək kimi mükəmməl keyfiyyətindən bəhrələnərək, uğurlar qazana bilirik.

Koronavirusla mübarizə tarixçəmiz göstərdi ki, dövlət istənilən dar məqamda ölkə vətəndaşının yanın-dadır və istənilən vətəndaş dövləti dəstəkləməkdə israrlıdır.

Sağ ol, həkim!

Martın 18-də Azərbaycan Prezidentinin yeni növ korona-virus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılandı. Çünki məhz həkimlərimizin səyləri nəticəsində bu gün ölkəmiz korona-virusdan ən az ziyan görən dövlətlər arasındadır. Dövlət başçımızın imzaladığı sənəddə tapşırılır ki, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.

Tibbi maska problemi vardı... Yox edildi

Prezident İlham Əliyev və birin-ci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Par-kında “Bakı Tekstil Fabriki” MMC-nin nəzdində yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edərkən onlara məlumat verildi ki, bu müəssisənin təşkili üçün ayrılan investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaş-dırılması üçün xüsusi qutular da yerli istehsaldır. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırı-laraq gündəlik istehsal 200-250 min tib-bi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Bir milyona yaxın insan işləmədən maaş alır

Prezident İlham Əliyev bir neşə gün əvvəl iki mühüm icra orqanına rəhbərlik edən nazirlərlə videogörüşdə xatırlatdı ki, hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, an-caq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir: “Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı da-yanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.

Dövlət tərəfindən sahibkarlara dəstək

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da Ümümdünya Səhiyyə Təşkilatının “Evdə qal!” çağırı-şına ciddi şəkildə əməl edildi. Bu isə o deməkdir ki, bütün istehsal və xidmət sahələrinin fəaliyyəti dayandırıldı. Yəni sahibkarlar özlərindən asılı olmayan səbəb üzündə maddi vəsait itkisinə məruz qaldılar. Eyni zamanda, həmin obyektlərdə çalışanlar da qazanc-dan məhrum oldular. Bunu nəzərə alan dövlət çox vacib addımlar atdı.

Belə ki, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kate-qoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir.

Səhiyyəmizin maddi-texniki bazası nümunə göstərilir

Xatırladaq ki, ölkəmizin səhiyyə sistemi son illərdə böyük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tiki-libdir. O cümlədən, 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alırlar. O cümlədən, bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni, mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək.

190 manat yardım alacaq işsizlərin sayı üç dəfə artırıldı

Məlum olduğu kimi, dövlət başçı-sının tapşırığına əsasən işləməyən və məşğulluq mərkəzlərində qeydiyyat-dan keçmiş vətəndaşlara aprel–may ayları ərzində yardım kimi 190 manat vəsait ödənilməsinə başlanılıb. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Ancaq Prezident hesab etdi ki, ümumi vəziyyəti nəzərə ala-raq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılsın. Yəni, 200 min əvəzinə, 600

min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verəcək. Xatırladaq ki, bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır.

90 min sakinə ictimai iş yeri yaradılır

Karantin dövrünün sosial layihələrindən biri də Prezidentin təşəbbüsü ilə elan edilən haqqı ödənilən ictimai iş yerləri proqramı-dır. Dövlət başçımız bu proqramın əhəmiyyətli dərəcədə artırılmasını tap-şırmışdır. Nəticədə əlavə 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulmuş-dur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin hesabatında bildirilir ki, bu proqramın da icrasına artıq başlanıbdır. Artıq 5 min işsiz şəxs bu işlərə cəlb edilibdir və onlarla əmək müqavilələri yekun imzalanma mərhələsindədir. Nazirlərlə son görüşdə bu məsələyə münasibət bildirən dövlət başçımız 50 min ictimai iş yeri ilə razılaşmadığını bildirdi : “Mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır”.

Minnətdarıq, cənab Prezident!

Son günlər ərzində dövlət baş-çımıza ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Bu, həm də onu göstərir ki, insanların həyat şəraitinin çətinləşməsinə baxmayaraq, karan-tin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Dövlət isə həmişə olduğu kimi, bu bəla ilə mübarizədə də operativlik nümayiş etdirərək, qabaqlayıcı tədbirlər gördü və nəticə göz qabağındadır.

Prezident sosial paketdən danışdı

“Onu da bildirməliyəm ki, insan-ların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 mil-yard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun”.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıblar

Bəyanatda qeyd edilir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiya-sı), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bugünkü birgə videokonfrans da daxil olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın orta-larından sıx məsləhətləşmələr keçirir.

Məsləhətləşmələrin gedişatında işti-rakçılar qlobal böhranın regionun səhiyyə sisteminə və son hadisələrə təsirini müzakirə ediblər. Onlar, həmçinin, Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin

nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər.

Etiraf edilib ki, COVID-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə daha əvvəl uyğunlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi təxirə salı-nıb. Həmçinin, nazirlərin şəxsi görüşləri və həmsədrlərin Cenevrədə razılaşdırılmış regi-ona səfərləri təxirə salınıb. Bununla belə, bu tədbirlərin hazırlığı üzrə lazımlı iş davam edir.

Həmsədrlər indiki şərtlərdə atəşin dayan-dırılmasına ciddi riayət etməyin və fitnəkar hərəkətlərdən çəkinməyin əhəmiyyətini vurğu-layıblar və tərəfləri gərginliyin sonrakı dövrdə azaldılması üçün tədbir görməyə çağırıblar.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında videokonfrans formatında görüş

� Aprelin 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Xa-rici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görü-şü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

Görüş zamanı tərəflər qlobal COVID-19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uyğun olaraq, Ermənistan–Azərbaycan, Dağlıq Qara-bağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksi-yasının yayılması ilə bağlı öncədən planlaşdırıl-mış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də, nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.

Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunma-sının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Ermənistan– Azərbay can, Dağlıq Qarabağ

münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır. Bu mövqe münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şu-rasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Tərəflər təmasları saxlamağı və danışıq-ları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar.

Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.

AZƏRTAC

Ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımı-zın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk... İlk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər – biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

İnsanların sosial müdafiəsi karantin dövründə daha çox

diqqət mərkəzindədir

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin və AT ƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video konfrans formatında görüşü ilə bağlı birgə bəyanat yayıb. Bu barədə AZƏRTAC-a ATƏT-dən məlumat verilib.

Page 2: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

23 aprel 2020-ci il, cümə axşamı2

İnsan hüquq və azadlıqlarının müdafiəsini, əhalinin həyat səviyyəsinin daim yüksəldilməsini, insanların sağlamlığının qorunmasını dövlət siyasətinin prioritetinə çevirən möhtərəm Prezidentimizin 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iq-tisadi sferada köklü və sistemli isla-hatlara başlaması xalqımızın, ölkə vətəndaşlarının rifahının daha da yüksəldilməsi mənafeyinə, dövlət idarəçiliyində çevikliyin, operativliyin təmin olunmasına xidmət göstərir. Dövlət başçımız dəfələrlə öz çıxışların-da da qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezi-dent İlham Əliyev yeni islahatlar kursu ilə və koronavirus kabusunun dünya dövlətlərinin, o cümlədən, ölkəmizin “qapısını döydüyü” bir zamanda növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Koronavirus pandemiyasının əhalinin həyat tərzinə, ölkə iqtisa-diyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazır-lanmış tədbirlər planı əsasında qarşıya çıxan problemlərin aradan qaldırılması istiqamətində qətiyətli addımlar atılır. Həmin tədbirdə də diqqətə çatdırıldı ki, koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insan-ları nəzərə alsaq, bir daha aydın olar ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Bundan əlavə,

işsiz insanların sosial müdafiəsinin gücləndirlməsi istiqamətində də əhəmiyyətli addımlar atıldı.

Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdi-yi iclasda, o cümlədən, buna qədər digər tədbirlərdəki çıxışlarında, ilk növbədə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi isitiqamətində bütün imkanlardan istifadə edilməsi barədə göstəriş verdi. Dövlət başçısı bir daha bəyan etdi ki, aztəminatlı ailələrin problemləri daha geniş şəkildə həll edilməlidir.

Bütün bunlar xalqın dövlət başçısı-na olan inamını getdikcə artırır və ölkə vətəndaşları Prezidentin ətrafında daha sıx birləşirlər. Bunu Prezidentə respub-likamızın müxtəlif regionlarından hər gün ünvanlanan yüzlərlə minnətdarlıq məktubları da təsdiqləyir.

Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün Pəhlivan Məmmədov yazır: “Möhtərəm Prezidentimiz! Dağ-lıq Qarabağ münaqişəsi səbəbindən

1992-ci ildən doğma yurdumdan köçkün düşərək, ailəmlə birlikdə Ağcabədi rayo-nu ərazisində məskunlaşmışıq. Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik. Çünki Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısı-na qalıb.

Hazırda Laçın Rayon Baytarlıq İdarəsində baytar həkim işləyirəm. Bugünlərdə ailəmiz dövlətimiz tərəfindən yeni evlə təmin olundu. Bu, Sizin, dövlətimizin xalqa daimi qayğınızın bariz nümunəsidir.

Cənab Prezident! Ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun, ölkəmizi bütün bəlalardan hifz eləsin!”.

Bakı şəhəri, Xətai rayonunda məskunlaşmış Laçın rayonundan olan digər məcburi köçkün Türkanə Xaspoladzadə də onlara göstərilən diqqət və qayğıdan razılığını bildirir. Ya-zır ki, Siz hər zaman aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrə böyük diqqət və qayğı göstərirsiniz. Dünyanın bəşəri problemə çevrilən koronavirusun ağuşunda olduğu bu çətin dövrdə dövlət başçımızın xalqımızın rifahı naminə

imzaladığı sərəncamlara münasibət bildirən T. Xaspoladzadə bütün bunların bir daha Azərbaycan xalqının sağlam-lığının, əmin-amanlığıının hər zaman olduğu kimi, yenə də dövlət başçısının diqqət mərkəzində saxladığı ən önəmli məsələ olduğunu bildirir. O, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi, xalqın rifahının yaxşılaşdırması üçün görülən işlərə görə laçınlılar və Xaspoladzadələr adından ölkə Prezidentinə və Birinci vit-se-prezident Mehriban xanım Əliyevaya minnətdarlığıni bildirir.

Bakı şəhəri, Qaradağ rayonu17 saylı Birləşmiş Şəhər Xəstəxanasının

baş həkimi Elmira Rəfailova da ölkə vətəndaşlarının maddi rifahının yax-şılaşdırılması istiqamətində həyata keçirilənən layihələr, atılan uğurlu addımlar və digər mühüm əhəmiyyətli tədbirlər barəsində ürək sözlərini yazır. Ölkə başçısının rəhbərliyi ilə respubli-kamızın gündən-günə inkişaf etdiyni, dünya dövlətləri sırasında nüfuzunun artması istiqamətində çox böyük işlər görüldüyünü və bu tədbirlərin xalqı-mız tərəfindən minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdıran baş həkim səhiyyənin inkşafına verilən dəyəri də xatırladır: “Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, bu günlərdə illər əvvəl gördüyünüz işlər öz bəhrəsini verdi. Müasir tələblər səviyyəsində yenidən inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilərək xalqın istifadəsinə veril-miş xəstəxanalar bu gün koronavirus infeksiyasına tutulan xəstələrin nicat yeri oldu.

Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin atdığınız qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız.

Əziz Prezidentimiz, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz adından Sizə təşəkkür edirik. İnanırıq ki, müd-rik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirik!”.

Ağdam rayonundan Məhəmməd İsmayılov və digərlərinin imzası ilə ünvanlanmış minnətdarlıq məktubunda ölkəmizdə milli həmrəyliyin bu günə qədər müşahidə edilməyən səviyyədə ol-duğu qeyd edilir. Bunu dövlət başçımızın xalqımıza olan diqqət və qayğısına cava-bı kimi dəyərləndirən ağdamlılar yazırlar

ki, bu, ölkə rəhbərinin tövsiyələrinə, çağırışlarına səs verən vətəndaşların çətin günlərdə Prezidentin ətrafında sıx birləşməsi kimi dəyərləndirirlər.

Belə çətin məqamlarda dövlətin diqqət və qayğısını gündəlik həyatlarında görən məcburi köçkünlər bütün bunlara görə dövlət başçısına təşşəkkür edir, “Çox sağ olun!” deyirlər.

Füzuli rayonunun Horadiz şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva Prezident İlham Əliyevin bu gün dünyanı təhdid edən korona-virus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində ilk gündən bütün mümkün qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsindən, ölkəmizin bu virus təhlükəsindən qorunmasının ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluq hissi ilə qarşılanmasından minnətdarlığını bildirir: “Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə ciddi yanaşmalı, cəmiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dövlət tərəfindən görülən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamalı və on-lara əməl etməlidir. Belə olduğu halda,

mən əminəm ki, biz bu virusa qalib gələcəyik”.

L. Əliyeva daha sonra yazır: “Füzuli rayonunda da vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davran-maq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum əlaqədə olmaq və digər qaydalara ciddi əməl etmək tələb olunur.

Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə füzulililər adından Sizə dərin minnətdarlığımı bil-dirir, ali dövləti fəaliyyətinizdə qüvvət və uğurlar, ölkəmizə sülh və firavanlıq arzu edirəm. Allah Sizi qorusun!”

Xızı rayonundan mədəniyyət işçisi Sevər Şərifova hazırda dün-yanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoymuş koronavirusla mübarizədə dövlət başçımız tərəfindən qəbul edilən qabaqlayıcı tədbirlərdən bəhs edir. Bütün bunların ölkə Prezidentinə olan inam və güvənin daha da artır-dığını və möhkəmləndirdiyini qeyd edən S. Şərifova bu çətin vəziyyətdə aztəminatlı insanlara dəstəyinə, xalqa göstərdiyi maddi və mənəvi dayağa görə minnətdarlığını bildirir.

Hər gün dövlət başçısına yüzlərlə belə minnətdarlıq məktubu ünvanla-nır. Gəncədən Hicran Məmmədova, Saatlıdan Lətif Şimşəkov, Qobus-tandan Baba Mahmudzadə, Cavid Quliyev, Bakıdan Murad Məmmədov, Siyəzəndən Balabəy Balabəyov, Ucar-dan Zaur Eyvazov və digərləri yazırlar ki, hazırda dünyadakı çətin vəziyyətə baxmayaraq, Sizin sayənizdə ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxs ruhdan düşmür, gələcəyə inam-la baxır. Bunlar Sizə olan etibardan qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək: “Cənab Prezident, Sizə dərin hörmətimizi və təşəkkürümüzü bildirir, Azərbaycan dövlətinin inkişafı, ölkə vətəndaşlarının sağlam gələcəyi naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayırıq!”.

Hazırladı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Dövlət başçımız bu xəstəliyə qarşı mübarizədə milli həmrəyliyin gücləndirilməsindən danışarkən əlavə etmişdir ki, bu sahədə çox önəmli addımlar atılmışdır. Ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Yəni, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, xüsusən aztəminatlı ailələrə kömək göstəririk...

Bütün bunlar diqqətdən yayın-mır. Azərbaycan Prezidentinin ün-vanına göndərilən saysız-hesabsız məktublarda da öz əksini tapır. Onlar-dan bir neçəsini təqdim edirik.

Türkiyədən: Məni yalqız qoymadınızMöhtərəm cənab Prezident!Mən Türkiyənin Adana şəhərində

yaşayıram. Hemofiliya xəstəliyindən və autizm sindromundan əziyyət çəkən 14 yaşlı oğlum – Allahverdi Salmanov evdə pilləkənlərdən yıxılmış və aldığı zərbədən beyninə qan sızmışdı.

Yaşadığım Adana şəhər Uşaq Araş-dırmaları Xəstəxanasının reanimasiya şöbəsində ölümlə çarpışan oğluma baxmaq üçün bir neçə gün yanında tək qaldım. Sizin “Mən bütün dünyadakı azərbaycanlıların Prezidentiyəm” sözü-nüzü xatırlayan kimi bu kimsəsizlik hissi məni tərk etdi, qəlbimdə bir işıq yaran-dı. Son dövrlər Sizin tapşırıqlarınıza uyğun olaraq Azərbaycan hökumətinin Türkiyədəki soydaşlarımıza göstərdiyi maddi və mənəvi yardımları yada saldım. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edərkən “Azərbaycan dövləti arxanızdadır” sözlərini eşitdim. Oğlum zəruri dərman preparatları ilə pulsuz təmin olundu. Bu, həm də mənə böyük mənəvi dayaq oldu. Dar günümdə özümü köməksiz hiss etmədim.

Sevimli dövlət başçımız, Siz siyasətinizin mərkəzində məhz xalqı-mızın dayandığını bir daha nümayiş etdirdiniz. Hazırda oğlumun müalicəsi davam edir. Bu ağır günlərimdə mən hər an Sizi yanımda hiss etdim.

Dünya ölkələrinin iflic vəziyyətdə ol-duğu günlərdə bütün qüvvələri səfərbər edərək, ölkəmizi qoruduğunuza, həm də xaricdə yaşayan azərbaycanlılara yardım etdiyinizə görə çox sağ olun. Azərbaycan Sizinlə yenilməzdir! Allah Sizi və ailənizi qorusun!

Dərin hörmət və minnətdarlıq hissi ilə:

Vüsalə Novruz qızı ABDULOVA,Türkiyə Respublikası, Adana şəhəri.

Azərbaycanın dünya ölkələri üçün örnək

olmasından qürur duyuruqƏziz Prezidentimiz!Bütün bəşəriyyət üçün təhlükə

yaradan koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyiniz ilə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir

səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdün-ya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmasından əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı günbəgün artır.

Möhtərəm cənab Prezident, bu xəstəliklə mübarizə məqsədilə Sizin tapşırığınızla Azərbaycan Respublika-sı Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Korona-virusla Mübarizəyə Dəstək Fondu-nun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yar-dımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirdiyiniz müşavirələr, dövlət strukturlarına verdiyiniz müvafiq tapşı-rıqlar bir daha bu sahədəki siyasətinizin qətiyyətli, ardıcıl və davamlı olmasının

sübutudur. Görülən bütün tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaq-dan üzüağ çıxmağına yönəlməsi insan-larda yüksək əhval-ruhiyyə yaradıb. Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır.

Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi Sizin və Mehri-ban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun!

Kəlbəcər rayon ictimaiyyəti adından dərin hörmət və ehtiramla,

Qənbər QURBANOV, 87 yaşlı sakin, Azərbaycan Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü,

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri,

Bakı şəhəri.

Birlikdə bu bəlaya qalib gələcəyik

Hörmətli cənab Prezident!Siz dünyanı çənginə almış

COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafınızda səfərbər etmişsiniz. Mən nəvə və nəticələrim də daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm.

Hörmətli Prezidentimiz! Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb: “Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız. Allah Məhəmməd peyğəmbərimizin (s.) üzərində bərqərar etdiyi kölgəni Sizin və ailə üzvlərinizin başı üstündən əskik eləməsin.

Hörmətli Prezident və Mehriban xanım, Siz işdə olun, biz evdə qalırıq və birlikdə bu bəlaya qalib gələcəyik.

Hörmətlə,Hacı Saleh Kazım oğlu CƏFƏROV,

Lənkəran rayonu, Türkəkəran kəndi.

Xalq öz Prezidentinə inanır və güvənir

Möhtərəm Prezidentimiz!Son aylarda dünyanı bürümüş pan-

demiyadan xalqımızı xilas etmək üçün atdığınız qətiyyətli addımlara, verdiyiniz çox önəmli qərarlara görə ölkəmizin bü-tün vətəndaşları kimi, mən də Sizə hədsiz minnətdarlığımı bildirirəm. Ölkə rəhbəri kimi Sizin vaxtında həyata keçirdiyiniz tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün bütün dünyanı bürümüş koronavirus-dan daha az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralarda dayanır. Hətta Azərbaycan bu sahədə Avropanın və dünyanın ən qabaqcıl ölkələrini də arxada qoyur. Qısa müddət ərzində bu virusa yoluxma dinamikasında müsbətə doğru dönüşün yaranması, son günlərdə isə sağalanların sayının yoluxanların sayından artıq olması, ölüm faizinin aşağı səviyyədə olması bir daha onu sübut edir ki, Sizin rəhbərliyiniz və bilavasitə göstərişləriniz əsasında bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Xal-qımız və eləcə də, dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycanda əhalinin sağlamlığı və sosial rifah halı dövlətin çox böyük önəm verdiyi prioritet sahədir və ölkəmiz yarana biləcək hər cür fors-major hallara hazırdır.

Yaranmış vəziyyətlə əlaqədar karantin dövründə dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyacının ödənilməsində heç bir problemin olma-ması, nəzərdə tutulmuş sosial layihələrin dayandırılmaması ilə yanaşı, işsizlərə yardım edilməsi, sahibkarlara dəyən ziyanın minimuma endirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi də bir daha ölkəmizin Prezidenti kimi Sizin xidmətinizdir. Bu, Sizin daim xalqın yanında olduğunuzu, əhalinin sosial durumunun daha da yaxşılaşdırılması üçün əlinizdən gələn hər şeyi etdiyinizi sübut edir.

Sizin uzaqgörən xarici və daxili siyasətiniz sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, iqtisadiyyatımız inkişaf edir, respub-likamızda maliyyə dayanıqlılığı getdickə möhkəmlənir, xalqla dövlətin sarsılmaz birliyi yaranıb.

Əziz Prezidentimiz, ölkəmiz və xalqımız üçün də çətin olan bu günlərdə göstərdiyiniz qətiyyətə, bu bəşəri bəladan xalqımızı çox az itki ilə çıxartmaq üçün həyata keçirdiyiniz tədbirlərə və əhaliyə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirəm. Xalq öz Prezidentinə inanır və güvənir!

Dərin hörmətlə,Musa NƏBİOĞLU,

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi,

Bakı şəhəri.“Xalq qəzeti”

Ölkəmizdə siyasi sabitliyin və innovativ inkişafın, sürətli iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, ugurlu xa-rici siyasətin təminatçısı olan Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş strategiyası sayəsində bu gün Azərbyacan dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşulub. Dövlət başçımızın ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz milli maraqlara söykənən müstəqil siyasət yeritməsi ölkəmizin reytinqini getdikcə yüksəldir. Bu siyasətin nəticəsidir ki, Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniyaya cəlb etmək mümkün deyil.

Xalqa xidmətin parlaq nümunəsi

Azərbaycan dövlətinin, onun liderinin çox təhlükəli bəşəri bəlaya – koronavirus (COVİD-19) pandemiyasına qarşı uğurla apardığı mübarizə, nəinki ölkəmizdə, xaricdə də maraqla

izlənilir və böyük əks-səda doğurur. Respublikamızda bu işin təşkilində qazanılmış müsbət təcrübə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də alqışlanır və Azərbaycanın bu sahədəki uğurları çox böyük imkanlara malik ən qüdrətli dövlətlərə belə nümunə göstərilir. Prezident İlham Əliyev bu sahədə qazanılmış uğurlardan danışarkən qeyd etmişdir ki, bizim əsas məqsədimiz koronavirusa yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq, necə deyərlər, yoluxma zəncirini qırmaq idi. Görülmüş tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları qorxunc bəladan qoruyaq, sosial müdafiəsini təmin edək.

XALQ PREZIDENTƏ yazır: Azərbaycan Sizinlə yenilməzdir!

Page 3: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

23 aprel 2020-ci il, cümə axşamı 3

Əsrlər boyu ictimai rəyin cəmiyyətin bütün sahələrinə təsiri olmuşdur. Hazırda ictimai rəyin rolu misilsiz dərəcədə artmışdır. Qeyd etmək la-zımdır ki, ictimai rəy açıq şəkildə ifadə edilir və cəmiyyətin fəaliyyətinə, konkret insanların davranışına təsir göstərir. Demokratik ölkələrin təcrübəsində ictimai rəyin müəyyən sosial, iqtisa-di, siyasi, ideoloji və dövlətlərarası problemlərin həlli ilə bağlı tövsiyələri verildiyi zaman onun məsləhət funksiya-sı geniş tətbiq olunur. Ən əsası, ictimai rəyin öyrənilməsi dövlət rəhbərinin və hökumətin fəaliyyətinin səmərəlilik səviyyəsini müəyyənləşdirməyə imkan verir. Bu baxımdan, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi son rəy sor-ğusu da böyük əhəmiyyət daşıyır. Rəy sorğularının nəticələri göstərir ki, ölkə əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir.

Ümumiyyətlə, STM-in 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğu-lara start verməsi ictimai rəyin nəbzini tutmaq baxımından böyük əhəmiyyət

daşıyır. Mərkəzdən də bildirirlər ki, bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (3 aylıq) monitorinqi baxımın-dan ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir. Aydındır ki, ictimai rəyin böyük və getdikcə artan əhəmiyyətə malik olması, adekvat sosial davranışın formalaşmasına kömək etməsi hər bir ölkə üçün önəmlidir. Mərkəzin təqdim etdiyi növbəti hesabat, 2020-ci ilin ilk rübünü (yanvar-mart) əhatə edir və hesabatın hazırlanmasın-da əsas məqsəd dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlan-dırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yarat-maqdır. Rəy sorğusunda Prezident

İlham Əliyevin həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də, yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapmışdır.

STM-in hesabatı, yuxarıda qeyd etdiyimiz kimi, cari ilin ilk rübünü əhatə edir, yəni Prezident İlham Əliyevin son 3 ay ərzində daxili və xarici siyasət sahələrində atdığı addımların və qəbul etdiyi qərarların ictimaiyyət tərəfindən verilmiş qiymətləndirməsini üzə çıxa-rır. Hesabatda bildirilir ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Prezident İlham Əliyevin fəaliyyətində yerli və beynəlxalq ictimai rəydə gündəmə çevrilən və yaddaqalan hadisələr baş vermişdir. Bu hadisələr dövlət başçısı-nın dövlətçiliyin gücləndirilməsi naminə daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyəti diqqət mərkəzinə gətirməklə yanaşı, ona olan inam və etibarın daha da yüksəlməsini təmin etmişdir. Bu, bir daha təsdiqləyir ki, İlham Əliyevin rəhbərliyi altında

Azərbaycan son 17 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin güclü mərhələsini yaşayır. Son pre-zident seçkilərində də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində Prezi-dent seçilən İlham Əliyev Azərbaycanın hərtərəfli inkişaf etməsini qarşısında dayanan başlıca vəzifə elan etmişdi. Ötən müddət ərzində əldə olunmuş sosial-iqtisadi nailiyyətlər dövlət başçı-sının xalq qarşısında verdiyi vədə əməl etdiyini göstərdi və bu da, təbii ki, xalqın Prezindentə olan böyük inamını daha da yüksəklərə qaldırdı. Xüsusilə qeyd etmək lazımdır ki, təqdim edilən “İnam indeksi” ictimai rəy sorğusuna əsaslanan analitik hesabat həmin qənaəti təsdiq edir.

Hesabatın maraqlı məqamlarından biri də budur ki, ictimai rəy sorğusu klaster seçmə metoduna əsaslanır və

ümumilikdə, ölkə üzrə seçilmiş ünvanlar-da 101 klaster təsadüfi seçim əsasında müəyyən edilmiş və hər birində sorğuda iştirak etməyə müsbət cavab verən ilk 12 nəfər əsas seçimə daxil olunmuşdur. He-sabatın sanballılığını həm də bu fakt artı-rır ki, sorğunun nəticələri 95 faiz əminlik intervalı, statistik xəta əmsalının 3 faiz olması nəzərə alınaraq təhlil edilmişdir. Sorğunun əhatə etdiyi coğrafi ərazi də genişdir. Belə ki, sorğu Bakı, Abşeron, Quba – Xaçmaz, Dağlıq Şirvan, Şəki – Zaqatala, Aran, Gəncə – Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi-coğrafi rayonlarında həyata keçirilmişdir. Yalnız Naxçıvan Muxtar Respublikası və işğal edilmiş regionların ərazisi prosesdən kənarda qalmışdır. STM xüsusilə vurğu-layır ki, sorğuda işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğu-ya cəlb olunmuşdur.

Təbii ki, son 3 ay ərzində Azərbaycanda, eləcə də, dünyada bir sıra vacib siyasi-iqtisadi nəticələr do-ğuran hadisələr baş vermişdir. Həmişə olduğu kimi, cari ilin ilk aylarında da Pre-zident İlham Əliyev fəal daxili və xarici siyasət yürütmüş, Azərbaycanın iqtisadi-

siyasi həyatında müsbət dinamikanın davam etdirilməsi üçün zəruri addımlar atmışdır. STM-in hesabatında 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevə “İnam indeksi”nin öyrənilməsi ilə bağlı keçirilmiş sorğunun nəticələrinin təhlili dövlət başçısına cəmiyyətin inam və etibarının, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artdığını göstərmişdir. Bundan əlavə, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək də yüksələn xətt üzrə davam etmişdir. Sorğular nəticəsində həm də müəyyən olunmuşdur ki, hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94,7 faiz) Prezidentə etibar edir. Prezidentə “tam etibar edirəm” deyənlərin respondentlərin mütləq çoxluğunu (90,8

faiz) təşkil etməsi dövlət başçısının xalqının lideri olması faktını bir daha təsdiqləmişdir.

Ümumiyyətlə, indiyədək müxtəlif təşkilatlar tərəfindən keçirilən sorğular nəticəsində Prezident İlham Əliyevə göstərilən etimad böyük olmuşdur. Ötən müddət ərzində respondentlərin mütləq çoxluğunun rəyinin belə yüksək səviyyədə sabit qalması onu göstərir ki, dövlət başçısının yürütdüyü siyasət xalqın geniş təbəqəsinin gözləntilərini doğruldur və Azərbaycanda vətəndaşın daha yaxşı yaşaması və fərdi inki-şaf etməsi üçün formalaşmış mühit hər keçən gün güclənir. Azərbaycan vətəndaşı Prezidentin qəbul etdiyi qərarların əməli işdə həyata keçirildiyini görür, reallaşdırılan çoxplanlı proqram-ların müsbət təsirini öz həyatında hiss edir. Belə hiss də, təbii ki, ictimai rəydə müsbət tendensiyanın formalaşmasına öz təsirini göstərir, xalqın dövlət başçısı-na olan inamını daha da artırır.

STM-nin hesabatında vurğulanır ki, əhalinin gündəlik həyatına birba-şa təsir edən, yaxud təsiri hiss edilən

məsələlərin sosial-iqtisadi sahədə kor-rupsiyaya qarşı mübarizə səviyyəsinin ictimai rəydə qiymətləndirilməsinin nisbətən aşağı olması bu sahənin, eləcə də, işsizlik və sosial vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin yaxın dövr üçün dövlət siyasətinin əsas hədəflərindən biri kimi qalmalı olduğuna dəlalət edir.

Hesabatda bir çox mühüm sahələrə və məqamlara dair ictimai rəyin nəticələri açıqlanır. Ancaq son zamanlar Azərbaycan dövlətinin koro-navirusla mübarizədə həyata keçirdiyi siyasətin səmərəlilik dərəcəsinə əhalinin münasibəti böyük maraq doğurur. Ha-mıya məlumdur ki, Azərbaycan Prezi-denti İlham Əliyevin rəhbərliyi ilə görülən qabaqlayıcı tədbirlər sayəsində ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət

altına alınmışdır. Bununla yanaşı, dövlət pandemiya nəticəsində zərər görmüş bütün iqtisadi subyektlərə, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinə yar-dım edir və bu diqqət və qayğı davam etdirilir. STM-nin hesabatında bildirilir ki, respondentlərin mütləq əksəriyyəti (93 faiz) dövlətin koronavirusla bağ-lı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirərək yetərli sayır, respondentlərin mütləq əksəriyyəti (92,8 faiz) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyası ilə həmrəydir. Bundan başqa, respondentlərin böyük əksəriyyəti (87,8 faiz) pandemiyanın mövcud olduğu vəziyyətdə hər hansı problemlə qarşı-laşdığı zaman dövlətin onlara dəstək göstərəcəyinə inanır. Bəli, bu rəqəmlər bir daha təsdiqləyir ki, xalqımız dövlətə və onun rəhbərinə inanır, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

X alqın rifahının daha da yaxşılaşdırılması demokratik dövlətin ən ali məramıdır. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin mahiyyətində də məhz bu amil dayanır. Ötən illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında, sosial-iqtisadi, eyni zamanda, humanitar-mədənyyət

sahələrində müşahidə olunan sürətli inkişaf prosesi də bunu təsdiqləyir. Xalq da liderini atdığı addımlarına görə ürəkdən dəstəkləyir, onun Azərbaycanın inkişafına yönəlmiş bütün sosial-iqtisadi fəaliyyətini alqışlayır. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son rəy sorğusu da bir daha göstərir ki, Azərbaycanda xalq-lider tan-demi güclüdür və vətəndaşların böyük əksəriyyətinin dəstəyi ilə Prezident İlham Əliyev ölkəmizin qarşısında dayanan bütün vəzifələri uğurla yerinə yetirir.

Xalqın öz Prezidentinə inamı tükənməzdir

Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi və ölkədə özəl baytarlıq xidməti müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçi-din təşkili məqsədilə qərara alıram:

1. Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər (bundan sonra – baytarlıq subyektləri) arasında müqavilə bağlanması yolu ilə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində: 2.1.1. xüsusi təhlükəli heyvan

xəstəliklərinin profilaktikası, diaqnos-tikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirli-yinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilakti-kası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirli-yinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. sahə baytarlıq məntəqələrinin

inzibati binalarının və digər dövlət əmlakının bu Fərmanın 1-ci hissəsinə əsasən müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında müvafiq tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. tabeliyindəki baytar-lıq idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin idarələrin strukturuna daxil olan sahə baytarlıq məntəqələrinin 2022-ci ilin sonunadək mərhələli şəkildə ləğvi ilə bağlı tədbirlər görsün;

3.2. xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin vahid qaydada təşkili məqsədilə Agentliklə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsini iki ay müddətində təsdiq etsin;

3.3. baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (bundan sonra – EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elek-tron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsiste-minin bir il müddətində formalaşdırılma-sını təmin etsın.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:

4.1. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlığının və sayı-nın artırılması barədə təkliflərini üç ay müddətində Azərbaycan Respublikası-nın Prezidentinə təqdim etsinlər;

4.2. baytarlıq xidmətlərinin göstərilməsinə dair məlumatların

təsərrüfat subyektləri üzrə elektron bazasının yaradılması üçün EKTİS-də həmin təsərrüfat subyektlərinin uçotunu, baytarlıq xidmətlərinin göstərilməsi və heyvan xəstəliklərinə qarşı aparılmış monitorinq, diaqnostika və profilaktika tədbirləri barədə məlumatların sistemə daxil edilməsini təmin etsinlər, habelə mütəmadi təhlilini həyata keçirsinlər;

4.3. heyvan sağlamlığının qo-runması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini mütəmadi olaraq Azərbaycan Respubli-kasının Prezidentinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunu-nun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 1.9.2.1-ci yarımbəndində Agentliyə sahə baytarlıq məntəqələrinin saxlanması və xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət baytarlıq xidmətləri göstərilməsi üçün nəzərdə tutulmuş vəsaitin qalığı-nın Agentliyin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün;

5.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq baytarlıq xidmətləri göstərilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi, 3.1-ci bəndi ilə müəyyən edilmiş ləğvolma müddəti başa çatanadək ləğv edilməmiş sahə baytarlıq məntəqələrinin maliyyələşməsi və dövlət sifarişi ilə bay-tarlıq xidmətləri göstərilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

6. Yerli icra hakimiyyəti orqanları baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı baytarlıq subyektlərinə kömək göstərilməsini təmin etsinlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 22 aprel 2020-ci il

Azərbaycan rəhbərinin xalq sevgisi dünyada misilsiz bir örnəyə çevrilib

Dünyanı sürətlə bürüyən bu bəla ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl xalqımızın ölümsaçan təhlükədən qorunması son iki ayda dövlət başçı-sının gündəlik fəaliyyətinin ən üstün yönünə və sahəsinə çevrilib. Korona-virusun yaratdığı irimiqyaslı böhranın başlanğıcından Azərbaycanda həm əhalinin təhlükəsizliyinin təmin olunma-sı, həm də iqtisadiyyatın çökməsinin qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin gerçəkləşdirdiyi zəruri, təxirəsalınmaz və kompleks tədbirlər, haqlı olaraq, xalqımızda dərin razılıq və minnətdarlıqla qarşılanıb.

Həqiqət budur ki, bir sıra qabaqcıl ölkələr belə koronavirusla mübarizədə çətinlik çəkir. Lakin Azərbaycan rəhbərinin bu təhlükənin sovuşdu-rulması ilə bağlı çevik reaksiyası, məqsədyönlü addımları, zamanında verdiyi qərarlar sayəsində ölkəmiz pandemiyadan ən az zərər çəkən ölkələrin sırasındadır. İndi dünyada elə dairələr var ki, onlar xalqımızın bu pandemiyadan böyük itkilər verməsini sevinclə qarşılayarlar. Belə bir şəraitdə Prezident İlham Əliyev əfsanəvi qəhrəmanlar kimi gecəli-gündüzlü öz xalqının nicatı uğrunda mübarizənin önündədir.

Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bun-dan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dal-ğalanmaların Azərbaycan Respubli-kasının iqtisadiyyatına, makroiqtisadi

sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” imzladığı operativ sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Pla-nı ölkə başçısının gündəlik nəzarəti altında uğurla həyata keçirilir. Bu cari proqram xarakterli sənəddə sosial müdafiə tədbirlərinin gücləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına daha da geniş yer ayrılması hamımızda xüsusi razılıq doğurub.

Dövlət başçısının bu misilsiz mübarizədə zəhmət çəkən, hamımızın sağlamlığını qoruyan tibbi heyətin, ka-rantin rejiminin keşiyində dayanan polis əməkdaşlarının, hərbçilərin, iş başında olan dövlət qurumları işçilərinin əməyini yüksək dəyərləndirməsi öz səmərəsini verməklə yanaşı, xalqımızın böyük məmnunluğuna da səbəb olub.

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı tarixi əsaslar üzərində Prezident İlham Əliyevin 17 ildən bəri böyük bir uzaqgörənliklə yaratdığı möhkəm iqtisadi baza və zəruri ehtiyat-lar bu ağır günlərdə ölkəmizin lazımi tədbirləri gen-bol həyata keçirməsinə imkan verir. Azərbaycanın dayanıqlı inkişaf yolunda olması gözlənilən itkiləri minimuma endirir. Xalq əmindir ki, ölkə rəhbərinin apardığı uğurlu sosial-iqti-sadi siyasət dövlətimizi ağır vəziyyətə düşməkdən qoruyacaq, iqtisadiyyatımız yüksəlişini davam etdirəcək.

Ölkə başçısı sahibkarlığın inkişafını, iş adamlarına dövlət dəstəyini həmişə

prioritetlərdən hesab etdiyi kimi, bu gün də onlara arxa-dayaqdır. Belə bir gərgin şəraitdə Prezidentin sahibkar-lığa dövlət qayğısının artırılması üçün atdığı növbəti addım bunu bir daha sübut etdi. Azərbaycanın tətbiq etdiyi qabaqlayıcı tədbirlərin dünyanın əksər ölkələrində də təqdir olunması və bizim təcrübəmizdən istifadə edilməsi müstəqil dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin uğurlarının daha bir göstəricisidir. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Karantin pe-jimi dövründə məşğulluq orqanlarının fəaliyyətinin gücləndirilməsi məsələsi də ciddi nəzarətdə saxlanılır.

Bütün bunlara görə biz ziyalılar, qələm sahibləri də dərin minnətdarlıqla deyirik: – Cənab Prezident, Siz qarşıya çıxan hər bir ekstremal vəziyyətlərdə daim xalqın yanında olmuş, vətəndaşların hər bir probleminə son dərəcə böyük həssaslıqla yanaş-mısınız. Azərbaycan xalqına, bu gün xüsusi qayğıya ehtiyacı olan ahılla-ra və aztəminatlı ailələrə öz əziziniz kimi qayğı göstərməklə xalqın hər bir nümayəndəsinin Prezidenti olduğunuzu yenidən ən yüksək səviyyədə sübut etdiniz.

Əziz Prezidentimiz, Siz həmişə ol-duğu kimi bu dəfə də xalqımızı inandır-dınız ki, biz, həqiqətən, birlikdə güclü-yük. Sizin həyata keçirdiyiniz tədbirlər planı hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək məqsədi da-şıyır və dövlət qayğısı ilə əhatə olunan xalqımız bu gün ozünü həmişəkindən daha güvənli hiss edir. Sizə inanırıq və siyasətinizi daim dəstəkləyirik. Bütün mübarizələrin önündə gedən jurnalistlər ordusu həmişə sizinlədir.

Mədət MƏMMƏDOV, Azərbaycan Jurnalistlərinin

Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri

Bu ilin ilk aylarından bütün dünyada in-sanları gərginlik içində saxlayan koronavirus pandemiyası xalqımızı da həyəcanlandırıb. Bu gözəgörünməz düşmənə qarşı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ümumdövlət miqyas-lı mübarizə xalqımızda hər şeyin xoşluqla bitəcəyinə əminlik və sabaha daha güclü inam yaradıb.

Page 4: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

23 aprel 2020-ci il, cümə axşamı4Prezidentə yazırlar: Atdığınız qətiyyətli addımlar

xalqımıza diqqət və qayğınızın bariz göstəricisidir � Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepis-kopu Vladimir Fekete və Alban-udi icmasının rəhbəri Robert Mobilinin Prezidentə ünvanladıq-ları məktubda deyilir:

“Bir Olan Yaradanın adı ilə.Möhtərəm cənab Prezident!Biz, Azərbaycanda yaşa-

yan dini konfessiya rəhbərləri ölkəmizin din xadimlərinin və dindarların iradəsini, həmçinin çox sayda müraciətlərini nəzərə alaraq, Sizə – Azərbaycan xalqının ümummilli rəhbərinə və Birinci vitse-prezident Mehriban xanıma bu çətin dönəmdə həyata keçirdiyiniz böyük işlərə, nümayiş etdirdiyiniz xüsusi diqqətə, səmimi müraciətlərinizə, xalqa ünvanlı maddi-mənəvi dəstəyə görə dərin minnətdarlığımızı ifadə edirik. Bu, bizim dini rəhbərlər olaraq mənəvi borcumuzdur və biz bunu təmsil etdiyimiz dini icmalar adından bö-yük məmnuniyyətlə bəyan edirik.

Zati-aliləri, dünyanın mürəkkəb dövr yaşadığı, həyatın bütün sahələrində gərgin imtahanlardan keçdiyimiz bir zamanda biz yenə də Sizin şəxsiyyətinizin və dövlət xadimi olaraq əzəmətinizin şahidi olduq. Koronavirus bəlasının qarşısının alınmasında misilsiz əməyinizlə Zati-aliniz Azərbaycan xalqının yenilməz lideri, ümummilli dövlət xadimi kimi nəzərimizdə bir daha ucaldınız. Ulu Yarada-nın lütfü ilə Siz insanlara ümid bəxş edən, həyatları xilas edən qəhrəman Vətən övladı timsalında xalqın qəlbində yer almısınız.

Möhtərəm cənab Prezident, bütün səmavi dinlərdə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək qədər yüksək dəyərləndirilir. Uca Yaradanımıza xoş gedən bu missiyanın reallaşması baxımın-dan Sizin hər bir vətəndaşımızın həyatının qorunması uğrun-da gecəli-gündüzlü mübarizə aparmağınız, öz nümunənizlə hamımızın birlikdə güclü olduğu-muzu nümayiş etdirməyiniz tarixə həkk olundu. Dünyanın aparıcı dövlətlərinin belə qibtə edəcəyi çeviklik, operativliklə ərsəyə gələn yeni xəstəxanalar, ölkəyə gətirilən tibbi qurğular və zamanında verdi-yiniz dəyərli qərar və sərəncamlar sayəsində cəmiyyətimiz səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Azərbaycanda korono-virusa yoluxma hallarının aşağı səviyyəsi, sağalanların daha çox sayda olması görülən bö-yük işlərin, davamlı və gərgin zəhmətlərin nəticəsidir. Həmçinin Zati-alinizin COVID-19 pandemi-yası ilə mübarizəyə beynəlxalq müstəvidə dəstəyi, müvafiq qurumlara, dünya birliyi ölkələrinə humanitar yardımı ölkəmizin ümumbəşəri bəla ilə mübarizədə real iştirakının bariz nümunəsi, bəşəri yardımlaşmaya gözəl örnəkdir. Zati-alinizin Azərbaycan həkimlərinin fədakar əməyinə verdiyi yüksək dəyərə biz də qoşu-lur, hökumətimizin, bütün aidiyyəti dövlət qurumlarının zəhmətlərini təqdirəlayiq qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahat-ların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair ad-dımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaq.

Möhtərəm cənab Prezident, biz, Azərbaycanın dini konfessiya rəhbərləri, təmsil olunduğumuz dünya dini liderlərinin nüfuzlu platforması olan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin çoxsay-lı üzvlərinin də iradəsini ifadə edərək, Zati-alinizin uzun illər ərzində ümumbəşəri əhəmiyyətli səmərəli fəaliyyətini, ələlxüsus, pandemiya dövründə bəşərin qorunması yönündə milli və qlobal müstəvidə atdığınız addımları təqdirəlayiq hesab edir, Sizi dünya miqyaslı lider və Azərbaycan millətinin qəhrəman oğlu kimi dəyərləndiririk.

Möhtərəm cənab Prezident, biz bir daha Sizin ümumbəşəri bəla ilə fövqəladə mübarizənizə öz dəstəyimizi ifadə edirik. Dünya yəhudiləri üçün önəmli bayram olan Pesax, dünya xristianlarının müqəddəs Pas-xa bayramı münasibətilə Sizin və hörmətli Mehriban xanımın səmimi təbriklərinə görə dərin minnətdarlığımızı bildiririk. Uca Rəbbimizdən istəyimiz budur ki, Sizin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyiniz fövqəladə işlər, xalqa bəxş etdiyiniz bö-yük ümid və dayaq Vətənimiz Azərbaycanın hər sahədə zəfərini təmin etsin, ölkəmizin tezliklə virus təhlükəsindən qurtulmasına rəvac versin. Dünya müsəlmanlarının mübarək Ramazan ayı ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan hər zaman yardımçınız olmasını diləyirik. O Bir Olan Yaradanımız Azərbaycan xalqını və bütün bəşəriyyəti hifz etsin! Amin!”.

Zərdab rayonunun Qoruqbağı kəndindən Mustafa Mustafayev: “Hörmətli cənab Prezident, mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər alsaq da, heç bir maddi sıxıntımız olmasa da, bu günlərdə xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr alırıq. Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin əməyiniz qarşısında baş əyir, xalqımızın bu zəhmətinizi heç vaxt unutmayacağına əminəm. Çünki bilirəm ki, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin!”.

Masallı rayonundan Ələşrəf Niftiyev və Füzuli Abdullayev yazırlar: “Möhtərəm cənab Prezi-dent, Sizi Masallı rayonunun ağ-saqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edi-rik. Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək, ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən – koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz. Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı bəyənirik və tezliklə pandemiya üzərində qələbə qazanacağınıza əminik”.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, “UNEC Könüllüləri” Təşkilatının sədri Orxan Vəliyev: “Möhtərəm cənab Prezident, mən bir azərbaycanlı gənc tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu bildirim ki, biz Azərbaycan gəncləri, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur du-yuruq. Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tutaraq addım atırıq. Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcəkdir. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Univer-sitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, dünyanı çənginə almış yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi böyük liderimiz var. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu virusun qurbanına çevrilsə də deyə bilərik ki, Azərbaycan bu gün tale əhəmiyyətli sınaqdan uğurla çıxmaqdadır. Təbii ki, bu Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir. Cənab Prezident, Sizə, hər zaman xalqınızın yanında olduğunuz üçün, bütün gənclər

adından təşəkkürümü bildirirəm. Var olun! Allah Sizi xalqımıza çox görməsin. Siz dünya liderlərinin arasında əvəzolunmazsınız və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.

Zaqatala rayonunun sakini Famil Rəhimov: “Əziz və hörmətli Prezidentimiz, hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərimizin yanında olmusunuz və hər zaman Azərbaycan xalqı-nın sağlamlığını, təhlükəsizliyini düşünürsünüz. Sizin xalqımı-za etdiyiniz müraciətlər bizdə yüksək əhvali-ruhiyyə yaradır. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz Zaqatala rayonunun gəncləri yekdilliklə dəstəkləyirik. Tərəfinizdən koronavirus pan-demiyası ilə bağlı görülən bü-tün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğu-nuzu bir daha sübut etdiniz. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından xalqımızın, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram”.

Şabran şəhərinin sakini Zakir Bayramlı: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyiniz və təşkilatçılığınızla respubli-kamızda koronavirusla bağlı xüsusi karantin rejimi üzrə görülən tədbirləri alqışlayırıq. Sizin sərəncamlarınız və verdi-yiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə bu qorxulu və dəhşətli pande-miyanın yayılması tempini xeyli aşağı salmaq mümkün olmuşdur. Karantin müddətində əhalinin normal yaşamasının və sosial rifahının təmin edilməsi üçün operativ və təxirəsalınmaz işlər həyata keçirilmişdir. Bütün bunlar Sizin baş verəcək hadisələri qabaqcadan görmək bacarığınız-dan, çətin və qorxulu situasiyaları qiymətləndirmək səriştənizdən, siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən irəli gəlir. Bütün sanitar-gigiyenik tədbirlərin görülməsini, insanların hərəkətinin məhdudlaşdırılmasını, cərimələrin tətbiqini və s. respublikamızda koronavirusdan qorunmağın yeganə yolu kimi dəyərləndiririk. Var gücünüzlə, qəlbən respub-lika əhalisinin qorxunc bəladan qurtulmasına çalışdığınıza görə, hörmətli Prezident, Sizə öz minnətdarlığımızı bildiririk”.

Kürdəmir rayonundan Elmir Həsənov: “Əziz və dəyərli cənab Prezident, hazırda bütün

dünyanı hərəkətə gətirmiş yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünya böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli virus ilə əlaqədar var güclərini səfərbər ediblər. Lakin dünya-da bəzi inkişaf etmiş dövlətlər belə bu cür təhlükənin qarşısını vaxtında almaq üçün zamanın-da ciddi yanaşmadılar və bunun nəticəsi kimi, bu cür ölkələrdə böyük miqyasda insan tələfatı baş verir. Ancaq çox az sayda bu cür təhlükəli virusa qarşı çevik reaksiya verən dövlətlər oldu. Bu dövlətlərdən biri də və bəlkə də birincisi bizim Azərbaycandır. Bu çevik addımların atılmasında Sizin tapşırıqlarınız və rolunuz danılmazdır. Bizim Azərbaycan xalqı uzun illər boyu bundan da böyük çətinliklərə qalib gəlmiş dözümlü xalqdır və bu böyük xalqın Sizin kimi böyük siyasətçisi var. Mən bir gənc, tələbə olaraq dünyada gedən prosesləri diqqətlə izləməyə çalışıram və Sizin hər zaman dərin mənalı çıxışlarınıza baxaraq bununla qürur duyu-ram. Allah hər zaman Sizi qoru-sun, Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram, cənab Prezident”.

Göygöl rayonunun sakinləri Dünya Quliyeva, Almaz Ver-diyeva, Sədaqət Şərifova, Mirux Cəfərova və Zərəngiz Məmmədova yazırlar: “Hörmətli cənab Prezident, son zamanlar bütün dünyanı zəbt etmiş koro-navirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük zi-yanlardan qorudu. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin televiziya kanal-larında izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyi-niz səhiyyə ocaqları bunun bariz nümunələridir. Cənab Prezident, məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlam-lığımızın qorunması üçün atılmış addımlardır. “Evdə qal” aksiyasın-da iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədi. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik. Cənab Prezident, Göygöl rayonunun ahıl insan-ları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər.

Cəlilabad rayonunun Üçtəpə və Suluçeşmə kəndlərindən Yaqut Baxışova və Əliməmməd Qürbətov yazırlar:

“Möhtərəm cənab Prezident, son zamanlar bütün dünyanı çənginə alan koronavirus pande-miyasına yoluxmayan ölkə qalma-yıb. Pandemiya bizi həyat tərzimizi dəyişməyə vadar etdi. Ölkəmizdə epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Cənab Prezident, Siz dəfələrlə vəziyyətin çox ciddi olduğunu, hər birimizin həmrəylik və birlik nümayiş etdirdiyi təqdirdə

bu yoluxmaya qalib gələcəyimizi vurğulamısınız. Biz həm də bu qələbəni güclü, qayğıkeş, qətiyyətli Prezidentimiz olduğuna görə qaza-na biləcəyik. Cənab Prezident, Si-zin bu gərgin anlarda necə gərgin iş rejimində işlədiyinizin şahidiyik. Vermiş olduğunuz hər bir tapşırıq vətəndaşların sağlamlığına xidmət edir. Biz ahıllar “Evdə qal” aksiya-sına qoşularaq, karantin rejiminin qaydalarına riayət edirik. Karantin rejimində olmağımıza baxmaya-raq, daim Sizin və dövlət qurum-larının diqqət mərkəzindəyik. Hər gün bizlərə qayğı göstərilir və tələbatlarımız ödənilir. Biz ahıllar da göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq”.

Bakı şəhərinin Suraxanı rayo-nunun sakini Kamil Mənsimov: “Möhtərəm cənab Prezident, neçə ildir ki, Azərbaycan öz torpaq-larını azad etmək, Vətənimizin bütövlüyünü təmin etmək uğ-runda xain, təcavüzkar, mənfur bir ölkə ilə mübarizə aparır. Sizin rəhbərliyinizlə görülən bütün işlər Azərbaycanı qələbəyə yaxınlaşdırır. Bir neçə aydan bəri isə ölkəmiz gözəgörünməz düşmənlə üz-üzə qalıb. La-kin Sizin qətiyyətiniz, yüksək təşkilatçılıq qabiliyyətiniz bu bəla üzərində də qələbəni qaçılmaz etdi. Sizin müdrik rəhbərliyinizlə hər iki cəbhədə minimum itkilərlə qələbə qazanacağımıza əminik. Siz pandemiya ilə mübarizə üçün bütün imkanları səfərbər etdiniz. Dünyanın inkişaf etmiş ölkələrini diz üstündə çökdürən pandemi-ya Azərbaycanda uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər qarşısında təslim ola-raq geri çəkilməyə başladı. Biz hamımız inanırıq ki, Azərbaycanın gələcəyi Sizinlə daha da parlaq olacaqdır. Xalqımız Sizinlə qısa vaxtda bu bəlanın da öhdəsindən gələcək”.

Laçın rayonundan məcburi köçkünlər Süleyman Şahverdi-yev, Sənani Əhmədov, Nüsrət Fərzəliyev, Mirzə Kərimov və Ədalət İbrahimov yazır-lar: “Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hər bir vətəndaşımızın həyatını düşün-düyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışını-za əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz. Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övlad-larımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür. Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardım-

çınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin!”.

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsinin sakinləri Sevinc Mirzəyeva, Fərid Tanrıverdi-yev və Ülviyyə Əliyeva yazırlar: “Möhtərəm cənab Prezident, bütün dünyanı çənginə almış koronavirus Azərbaycandan da yan ötməyib. Ancaq Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması, onun miqyasının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Pandemiyaya qarşı kompleks mübarizə tədbirləri ilə yanaşı, bu bəlanın iqtisadi təsirlərinin azaldıl-ması, xüsusilə, aztəminatlı ailələr tərəfindən onun fəsadlarının hiss olunmaması üçün dövlətimiz tərəfindən iqtisadi və sosial sahələrdə də mühüm təşəbbüslər irəli sürülüb. Bir sözlə, dövlətimizin bütün imkanları epidemiyanın qar-şısının alınmasına və nəticələrinin aradan qaldırılmasına yönəlib. Bu isə bir daha onu sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavanlığı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiri-rik. Sizinlə fəxr edirik”.

Füzuli rayonunun Horadiz şəhərindən Olqa Nəsirova: “Möhtərəm cənab Prezident, koro-navirus epidemiyasının respubli-kamızda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, sosial rifahının yax-şılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Sizin və Mehriban xanım Əliyevanın virusun qarşısının alınması, insanlarımızın sağlam qalması üçün necə gərgin və əzmlə çalış-dığınızı görürəm və bundan qürur duyuram. Milliyyətcə rus olsam da, Azərbaycan Respublikasının vətəndaşıyam, cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Ho-radiz şəhərində yaşayıram. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, daim insanların yanında olduğunuzu görürəm. Sizin tapşırığınızla karantin dövründə aztəminatlı ailələrə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Biz füzulililər hər zaman olduğu kimi, yenə də Sizin yanınızdayıq, Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin uzaqgörən və müdrik qərarlarınız nəticəsində biz koronavirus epide-miyasına da qalib gələcəyik. Allah Sizi və Mehriban xanımı qorusun”.

Qəbələ rayonundan Pərviz Sabirli: “Möhtərəm cənab Prezident, koronavirus pan-demiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlarınız, əzmkar mübarizəniz Vətənini sevən hər bir vətəndaş kimi məni də qürurlandırdı. Əziz Prezidentimiz, belə çətin bir dövrdə ölkə vətəndaşlarının qayğısına qalaraq və əhalinin sağlamlığını düşünərək atdığınız addımlara, o cümlədən sahib-karlara verilən dövlət dəstəyinə, vergi güzəştlərinə, əhalinin həssas təbəqəsinə edilən yardımlara görə sonsuz minnətdarlığımızı bildiri-rik. Biz də apardığınız bu şərəfli mübarizədə Sizin ətrafınızda sıx birləşərək bu çətin sınaqdan ən az zərərlə çıxmaq üçün əlimizdən gələni edir, vətəndaşlıq mövqe-yimizi nümayiş etdiririk. Hörmətli cənab Prezident, ölkəmiz, xalqımız, dövlətçiliyimiz üçün əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirir, Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Füzuli rayonunun daha bir sakini Ceyhun Məmmədov yazır: Möhtərəm cənab Prezident, bütün dünyanı ağuşuna alan, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resursla-rını epidemiyanın təsirinin azal-dılması üçün səfərbər edilməsini Füzuli rayonunun sakinləri də alqışlayırlar. Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müd-rik və düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus

epidemiyasına da qalib gələcəyik. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, hər za-man olduğu kimi, indi də insanla-rın yanında olduğunuzu bilirik və Azərbaycan vətəndaşları olaraq bundan qürur duyuruq. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün böyük məbləğdə vəsait ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb ocağının, tibbi maska və qoruyucu vasitələr istehsalı müəssisələrinin istifadəyə verilməsi, atdığınız bir çox digər addımlar xalqımızı sevməyinizin, ona xidmət etməyinizin bariz nümunələridir. Sizin tapşırığınızla yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımının verilməsi, işsiz və aztəminatlı insanlara karantin dövründə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürüt-düyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Əziz və möhtərəm Prezidentimiz, Siz şəfqət, mərhəmət, humanizm, köməyə ehtiyacı olanın yanında olmaq kimi yüksək insani keyfiyyətlərə sahibsiniz. Sizin və Mehriban xanım Əliyevanın gərgin və yo-rulmaz fəaliyyətinizin ali məqsədi – ana xətti Azərbaycanın daha gözəl, daha qüdrətli olmasına, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir. Biz füzulililər çox şadıq ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə inanırıq və Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun!”.

Kürdəmir rayonunun sakinləri Cəmalə İsmayılova və Yaşar Rəşidov yazırlar: “Möhtərəm cənab Prezident, biz Kürdəmir rayonunda çalışan bütün müəllimlərin adından öncə təhsilə göstərdiyiniz qayğıya, həmçinin koronavirus pandemiyasına qarşı görülən tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. Təhsil işçiləri Sizi daim dəstəkləyib və dəstəkləyəcəklər. Hörmətli Prezident, dünyada qlobal problemə çevrilmiş pandemiya ilə əlaqədar xalqımızın sağlamlığının qorunması üçün zamanında verdi-yiniz düzgün qərarlar, uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində ölkəmiz bu bəlada bö-yük itkilər vermədi. Bu addımların nəticəsi olaraq virusun ölkəmizdə sürətlə yayılmasının qarşısı alınır. Həmçinin dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, mad-di dəstək göstərilir. Həmişə olduğu kimi, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır. Xalqımıza olan diqqət və qayğınız üçün Sizə minnətdarıq”.

Şəki şəhərinin sakini Vüsal Baxışov: “Möhtərəm cənab Prezident, ulu öndər Heydər Əliyev siyasi kursunun layiq-li davamçısı olaraq ölkəmizə rəhbərlik etdiyiniz 17 il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun dönməzliyinin təmin edilməsi, iqtisadi qüdrətinin artırılması, mədəni tərəqqiyə nail olmaq istiqamətində apardığınız ar-dıcıl, məqsədyönlü siyasətiniz biz vətəndaşlar tərəfindən daim yüksək dəyərləndirilib, bu siyasətin müsbət nəticələrini hər birimiz demək olar ki, hər gün öz həyatımızda hiss edirik. Möhtərəm cənab Prezident, son aylarda dünyanın 200-dən çox ölkəsinə yayılaraq 2 milyondan çox insanı yoluxduran koronavirusa qarşı Sizin rəhbərliyinizlə Azərbaycanda aparılan ardıcıl siyasət nəticəsində bu gün demək olar ki, ölkəmizdə xəstəliyin yayılmasının nəzarət altına alınmasına nail olunub. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası isə kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib. Pandemiyaya qarşı mübarizənin tərkib hissəsi olaraq iqtisadi cəhətdən həssas qrup-lardan olan həmvətənlərimizə, sahibkarlara, aztəminatlı insan-lara yönələn və hər gün miqyası genişlənən sosial siyasətiniz vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir. Möhtərəm cənab Prezident, Sizə dəstəyimizi ifadə edir, minnətdarlığımızı bildiririk”.

Page 5: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

“Ermənistan xarici işlər nazirinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir”

– Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lav-rovun açıqlamasına cavab verərək, Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildir-di, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu barədə nə deyərdiniz?

– Ermənistanın xarici işlər naziri sözügedən açıqlaması ilə Ermənistan–Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu-nun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danı-şıqlar prosesinin üstündən xətt çəkir. Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir.

Ermənistan–Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunmuşdur. Həmçinin həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunmuşdur.

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olun-muş ərazilərdən çıxarılması tələb edilir.

Rusiyanın xarici işlər naziri Sergey Lav-rov aprelin 21-də A.M.Qarçakov adına ictimai diplomatiyaya dəstək klubunun üzvlərinin dəyirmi

masasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə toxun-muş və Ermənistan–Azərbaycan münaqişəsinin mərhələli həllinə dair plan və təkliflər barədə danışmışdı.

Ermənistan bu kimi dağıdıcı açıqlamalarla da-nışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar.

Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən “Valday” Beynəlxalq Diskus-siya Klubunun XVI illik iclasının plenar ses-siyasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunmuşdur.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz seçkilərlə əlaqədar beynəlxalq ictimaiyyətin möv-qeyi Ermənistanın mövqeyinə böyük zərbə oldu. Bu qanunsuz xunta rejimini heç kim tanımır. Çoxsaylı beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqı, NATO, Avropa Parlamenti, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və s. bu seçkiləri tanımayan bəyanatlarla çıxış etdilər. Münaqişə Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şura-sının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin bi-rinci rübünün sosial-iqtisa-di yekunlarına həsr olunan müşavirədə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi iclasda dövlət başçısının sosial sahə ilə bağlı tapşırıqlarının ic-rası istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi məq-sədilə Əmək və Əhalinin So-sial Müdafiəsi Nazirliyində videobağlantı formasında kollegiya iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildi-rilir ki, nazir Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplar-la bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq. Xü-susi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alın-mış mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.

Nazir qeyd edib ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının genşləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqram-

la əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardı-mın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prose-durunun aztəminatlı in-sanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib.

S.Babayev deyib ki, Bi-rinci vitse-prezident Meh-riban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri post-karantin dövründə davam edəcək, may ayında isə yeni DOST mərkəzinin açılışı planlaşdırılır.

Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proq-ramının genişləndirildiyini vurğulayan nazir bu işlərə cəlb edilənlərin sayının 2,4 dəfə artırılaraq, 37 mindən 90 minə çatdırılması işlərinin aparıl-dığını deyib. O, son bir neçə gündə 37 mindən əlavə, 14 minədək şəxsin də ödənişli ic-timai işlərə cəlb olunmaqla, bu işlərə cari ildə cəlb olunanların sayının artıq 51 minə çatdığı-nı qeyd edib. Bu istiqamətdə

ciddi nəzarət tədbirlərinin gücləndirilməsinin də vacib-liyini vurğulayıb, bununla əlaqədar müvafiq struktur bölmələrinə tapşırıqlarını verib.

Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qo-runmasına nail olunduğunu deyən S.Babayev xüsusilə, müsbət tendensiyanın dava-mı kimi, bu ilin əvvəlindən əmək müqavilələrinin sayının 85,4 min artdığını bildi-rib. O, bu artımın, əsasən, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olduğunu qeyd edib. Yeni müqavilələrin, əsasən, hansı sahələr üzrə bağlanma-sının təhlilinin aparılmasını, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.

S.Babayev vurğula-yıb ki, dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlar-la bərabər bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da

birdəfəlik ödəmə proqramı ilə əhatə olundular. Prezident İlham Əliyevin tapşırığı-na əsasən, bu proqramın əhatə dairəsi 3 dəfədən çox genişlənərək, 600 min nəfəri əhatə edəcək. Birdəfəlik ödəmə proqramının icra səviyyəsi son 12 gündə artıq 50 faizə çatıb. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib.

Birdəfəlik ödəmə proq-ramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb. Bu imkandan

istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparıl-malıdır. Xüsusilə, qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun və s. müəyyən olun-ması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanma-lıdır.

Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramla-rının genişləndirildiyini qeyd edən S.Babayev bildirib ki, bu əsasda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çat-dırılması nəzərdə tutulur.

S.Babayev bu il 12 min ailənin özünüməşğulluq proq-ramına cəlb ediləcəyini deyib.

İclasda Prezident İlham Əliyevin sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, nazir tərəfindən aidyyəti tapşırıqlar verilib.

AŞPA-nın ikili standartlı siyasəti beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, erməni terrorçuları, separatçıları böyük siyasi həyasızlıq nüma-yiş etdirməklə, Azərbaycanlıların Soyqırımı Günü – 31 mart tarixində “seçkilər” keçirməsi beynəlxalq hüquqa ən böyük hörmətsizlik və erməni xislətinin nümayişi oldu. Bu

qondarma “seçkiləri” dəstəkləyən Ermənistan hakimiyyətinin dünya qayda-qanunlarına meydan oxu-ması idi. “Seçkilərə” xüsusi diqqət və canfəşanlıqla yanaşan Yere-vanın işğalçılıq siyasətini bu gün də çəkinmədən davam etdirdiyini, separatçılığı maliyyələşdirdiyini, dəstəklədiyini terrorizmi, soyqırımı bir dövlət siyasəti səviyyəsində qəbul etdiyini və həyata keçirdiyini açıq- aşkar büruzə verdi.

“İnsan haqları, demok-ratiya, seçmək və seçilmək hüquqlarını, ümumilikdə, demokratik dəyərlərini əsas tutduğunu bəyan edən AŞPA kimi təşkilatın susması nə deməkdir? Qorxaqlıqmı, lobbi əsirimi, yoxsa, sadəcə ikili standartlar?”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanı daim hədəf seçən bu qurum Ermənistanda baş verən ciddi pozuntulara daim seyrçi qalıb. Məsələn,

“Vahid Ermənistan” Partiyasının sədr müavini və “Haynews.am” saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda “Nuba-raşen” həbsxanasındakı kamerada ikiaylıq aclıq aksiyasından sonra ölüb, lakin Avropa Şurası və AŞPA buna heç bir reaksiya verməyib. Həmçinin Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların

atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktla-rına Avropanın digər təsisatları kimi, Avropa Şurası və AŞPA tərəfindən də tam biganə münasibət bəslənilir. Belə görünür ki, onlar bu sadalanan-ları demokratiya nümunəsi hesab edirlər. Amma bütün bunlara baxma-yaraq, AŞPA hələ də Azərbaycana münasibətdə qərəzli mövqe tutub, ikili standartlı, riyakar, daimi təhdid siyasəti yürüdür.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, AŞPA bu ikili standartlı, qərəzli siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ də anlaya bilmir: “AŞPA-nın belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalma-sını sual altında qoyur. Bölgənin ən mühüm ölkələrindən biri olan Azərbaycan qurumu tərk etsə, Bakı bundan heç nə itirməyəcək, lakin onlar Azərbaycan kimi ən mühüm oyunçudan məhrum ola bilərlər”.

Bakıda Heydər Əliyev Mərkəzi reytinqdə ilk üçlüyə daxil olub.

Üçlükdə həmçinin Minskdə Müasir İncəsənət Milli Mərkəzi və Nur-Sultanda Sülh və Razılıq Sarayı (Piramida) yer alıb.

Reytinq virtual tur və ekskursiyalar üzrə muzeylərin populyarlıq göstəricilərinə uyğun tərtib edilib.

“Xalq qəzeti”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasi-

yasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavabı ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

Prezident İlham Əliyevin sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlərə və

qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı

azad şəkildə ifadə etməkdən danışırXarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi

Leyla Abdullayeva KİV-in sualını cavablandırır Sual: Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bu ilin

21 aprel tarixində keçirdiyi videokonfrans zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan münasibət bildirdi. Bu xüsusda Azərbaycan XİN-in şərhini öyrənə bilərikmi?

Cavab: Məlum olduğu kimi, müasir dünya düzəni II Dünya Müharibəsindən sonra formalaşdı və onun əsasları 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərində öz əksini tapdı. Bütün bu funda-mental sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də xalqla-rın öz müqəddəratı prinsiplərinə aydınlıq gətirilir. Azərbaycan kimi, Ermənistan da bu sənədlərin tam-hüquqlu iştirakçısıdır və onlara birmənalı şəkildə riayət edilmək öhdəliyini öz üzərinə götürüb. Bir daha xatırladırıq ki, iştirakçı ölkələr digər ölkələrin ərazilərinin toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı güc istifadə etməkdən çəkinməlidirlər. Həmçinin növbəti dəfə vurğulayırıq ki, yuxarıda qeyd etdiyimiz Helsinki Yekun Aktında qeyd olduğu, daha sonradan isə Paris Xartiyasında bir daha təsdiq olundu-ğu kimi, öz müqəddəratını müəyyən etmə prinsipinə gəldikdə, iştirakçı ölkələr BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müvafiq nor-malarına uyğun olaraq hərəkət etməlidirlər.

Ermənistanla Azərbaycan arasında-kı münaqişə halında, məhz Ermənistan Respublikası yuxarıda qeyd etdiyimiz öhdəliklərini pozaraq, qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşa-yan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir

ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyidir. Qarabağın əhalisinin üçdə birinin öz daimi yaşayış yerlərindən didərgin salındı-ğı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq im-kanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum olduqları bir vaxtda, nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz.

Bu ilin 21 aprel tarixində Rusiya Federas-yasının Xarici işlər naziri Serqey Lavrovun Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaş-ma ilə bağlı səsləndirdiyi məlum şərhinə gəldikdə isə, bu yanaşmanın ATƏT-in Minsk Qrupunun bütün həmsədrləri tərəfindən nümayiş etdirildiyini təsdiq edə bilərəm və bu mövqe onların özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində və bütün səviyyələrində dəfələrlə və ardıcıl olaraq səsləndirilib.

Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Ermənistan nə qədər tez bunu dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 min

işsiz və xüsusi ka-rantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxsin birdəfəlik ödəmə (190 manat) ilə təmin olunması üçün müvafiq vəsaiti aidiyyəti üzrə köçürüb. Nazirlikdən verilən məlumatda bildirilir ki, həmin kateqoriyalardan olan şəxslərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55,1 milyon manatdır.

İlkin mərhələdə 200 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb, 600 min şəxsə aprel və may ayları üçün birdəfəlik ödəniş ediləcək. Aprel ayı üzrə ödənişlərin bu ayın sonu – gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq.

Hazırda hər bir ödəniş edilən şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir. O, bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilər.

Birdəfəlik ödəmələrin verilməsi prosesi hər gün davam edir.

“Xalq qəzeti”

Birdəfəlik ödəniş edilənlərin sayı 290 minə çatdı

Avropa Şurası Parlament Assambleyasının qondarma “Dağlıq Qarabağ respublikasın-dakı” cinayətkar rejimin keçirdiyi saxta

“seçkilərə” münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi siyasi riyakarlığın göstəricisidir. Bu, həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlik, demokratik prinsiplərə ziddir. Məhz bu səbəbdən də Azərbaycan Parlamenti AŞPA-nın bu davranışını qəti şəkildə pislədi və Parlament Assambleyasına etiraz məktubu göndərdi.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ümumqoşun poliqonlarının təlim nöqtələrində ZTR ekipaj-larından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirirlər.

Təlim məşqlərinin əsas məqsədi şəxsi

heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

“Xalq qəzeti”

Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin ilk üçlüyünə daxil olub

ZTR ekipajlarının döyüş hazırlığı yüksəldilirMüdafiə nazirinin təsdiq etdiyi 2020-ci

ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorlar (ZTR) və digər təkərli döyüş maşınlarının ekipajlarının döyüş hazırlığı yüksəldilir.

23 aprel 2020-ci il, cümə axşamı 5

Page 6: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

Bu gün əsas diqqət əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilib

Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində insanların sağlam-lığını qorumaq üçün bütün zəruri addım-lar atılır. Karantin rejiminə tezliklə son qoyulması, vətəndaşların normal həyata qayıtmaları üçün hər cür tədbir görülür.

Pandemiyanın respublikamızda geniş yayılmaması üçün ölkə başçısı tərəfindən operativ və təxirəsalınmaz qərarların qəbul edilməsinin, o cümlədən, zərər çəkən sahibkarlara, muzdla işləyənlərə, mad-di imkanı zəif olanlara yardım edilməsi məqsədilə böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasının və çoxsaylı digər tədbirlərin nəticəsidir ki, dövlətimiz bu xəstəliklə mübarizədə müsbət göstəricilərə nail olub. Hətta Azərbaycanın koro-navirusla mübarizə üsulunun digər ölkələrə nümunə göstərilməsi hər bir vətəndaşımızda qürur hissi doğurub. Prezident İlham Əliyevin bütün məsələləri şəxsən nəzarətdə saxlaması isə birbaşa Azərbaycan vətəndaşına olan diqqət və qayğının bariz nümunəsidir.

Bu gün dövlət başçımızın rəhbərliyi ilə pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiq-yaslı tədbirlər sırasında məşğulluğa və so-

sial rifaha dəstək xüsusi yer tutur. Xatırla-dım ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənən Tədbirlər Planında sözügedən sahəyə dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də ölkə rəhbəri tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrı-lıb. Respublikada məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamla 1 milyon 629 min işçinin, o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib.

Bütün bunlarla bərabər, pandemiya-nın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi də nəzərdə tutulub. Həmçinin, zərər görən fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon

manat həcmində maliyyə dəstəyinin göstərilməsi qərara alınıb.

Ümumiyyətlə, makroiqtisadi sabit-liyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkar-lıq subyektlərinə dəyə biləcək zərərin mini-muma endirilməsi kimi məsələlər də daxil olmaqla, vətəndaşların sosial rifahının qorunması və davamlı formada yaxşılaş-dırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alıb.

Koronavirus pandemiyası dünya iqtisadiyyatı üçün böyük problemdir. Lakin bu məsələdə də ölkəmiz müsbət mənada fərqlənir. Hazırkı vəziyyətdə dövlətimizin başçısı tərəfindən atılan addımlara və həyata keçirilən layihələrə dəstək məqsədi ilə Milli Məclisdə onlayn iclaslar keçirilir. Pandemiyadan sonrakı dövrdə iqtisadi fəallığı artırmaq və iqtisadi münasibətlərdə mövcud fəaliyyət mexanizmləri ilə yanaşı, yeni hədəflərin müəyyənləşdirilməsi də hazırda başlıca vəzifələr sırasındadır.

Anar MƏMMƏDOV, Milli Məclisin deputatı,

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Dünyada növbəti Azərbaycan modeli reallığa çevrilir

Məhz bunun sayəsində ölkəmiz dün-yada pandemiyadan ən az ziyan çəkənlər sırasındadır. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahib-karlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Ona görə də dövlət başçısı tərəfindən dəfələrlə sahibkarlara müraciət olunmuşdur ki, iş yerləri ixtisar edilməsin. Məhz tədbirlər planına uyğun olaraq, 44 min sahib-karlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proq-ramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edəcək. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq, qeyri-dövlət sek-toru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq.

Artıq bir neçə gündür ki, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanılıb. Əgər ilk mərhələdə 200 min in-san nəzərdə tutulurdusa, artıq onun əhatə dairəsinin genişləndirilərək 600 minə çatdırılması nəzərdə tutulur. Yəni, iki ay ərzində 190 manat birdəfəlik ödəmə alan insanlarımızın sayı 600 minə çatdırılacaq. Eyni zamanda, banklar tərəfindən sahib-karlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində möv-cud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılıb. Bu tədbirin əsas məqsədi pande-miya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Bununla yanaşı, həssas qrupa aid edilən 20 mindən çox ailənin övlad-larının–əyani təhsil alan tələbələrin yaz və payız sessiyalarında, semestrlərindəki təhsil haqları dövlət tərəfindən ödəniləcək.

Pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən, mikro sahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi uğurla gedir. Bu proses onlayn keçirilir, izahedici videoçarxlar, “Qaynar xətt” fəaliyyət göstərir. Son rəqəmlər də bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə – toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Na-zirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.

Həmçinin, ölkə başçısının tapşırı-ğına uyğun olaraq, Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb. Belə ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada da əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər nəzərdə tutulur.

İkincisi, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanva-rın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin, vergilərin, cari vergiödəmələrin hesablan-ması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.

Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bu vergi güzəştləri təqdim edilir: epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilak-tik, o cümlədən, dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarıl-ması, həmçinin, əhalinin bir sıra ərzaq

və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı ölkə Prezidenti tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi.

Bunlar hamısı inqilabi addımlardır. Bütün bunlar Azərbaycan xalqı, onun sağ-lamlığı, Azərbaycan iqtisadiyyatının inkişafı naminə görülən müstəsna xidmətlərdir. Ölkə Prezidentinin İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri ilə son videobağlantı formasında iclasında da səsləndirdiyi kimi, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. “Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 mil-yard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirildi” – deyə, fikirlərini ifadə edən dövlət başçısı, eyni zamanda, qeyd etdi ki, onun verdiyi son tapşırıqlar nəticəsində həyata keçirilən növbəti iqtisadi paket 3 mil-yard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Daha sonra “Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkan-ları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun” – deyən dövlət başçısı Azərbaycanın bu sınaqdan, bu imtahandan da üzüağ çıxaca-ğını qətiyyətlə vurğuladı.

Hesab edirəm ki, bunlar hamısı Azərbaycan vətəndaşına verilən ən yüksək və ən böyük dəyər, qiymətdir. Azərbaycan Prezidenti bununla bir daha təsdiqləyir ki, hər şeydən öndə insan amili dayanır. Bu, həm də dövlət-xalq həmrəyliyidir. Bu həmrəylik bütün qələbələrimizin, uğurlarımızın rəhnidir və bundan sonra da belə olacaq. Bu həmrəylik və monolitlik nəticəsində dəf edilməyəcək heç bir problemimiz qalmaya-caq, dünyada növbəti Azərbaycan modeli yaşanacaq.

Kamilə ƏLİYEVA, Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor

Belə bir şəraitdə dünya bazarların-da neftə olan tələbatın kəskin şəkildə azalması və “qara qızıl”ın qiymətinin sürətlə ucuzlaşması da neft ixrac edən dövlətlərin iqtisadiyyatına təsirsiz ötüşməyib. Bir çox ölkələrin milli val-yutaları ABŞ dollarına nisbətdə ciddi şəkildə dəyərini itirib. Bu cür həssas bir məqamda möhtərəm Preziden-timiz cənab İlham Əliyev tərəfindən

həyata keçirilən uğurlu və çevik siyasət nəticəsində respublikamız pandemiya-nın daha çox yayılmasının qarşısının alınmasında mühüm nəticələr əldə edib.

İndiki çətin sınaq dövründə res-publikamızda virusa qarşı qabaqlayıcı fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial-iqtisadi dəstək siyasətinin gerçəkləşdirilməsi xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşı-lanır. Bu diqqət və qayğı, eyni zaman-da, hətta inkişaf etmiş bir çox ölkələr tərəfindən nümunə kimi dəyərləndirilir.

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdim. Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, dünyada neftə olan tələbatın kəskin şəkildə azalması, neftin qiymətinin sürətlə ucuşlaşması və qlobal pandemiya vəziyyəti fonunda ölkəmizin iqtisadiyyatı öz dayanıqlığını qoruyur, hətta bir çox sahələrdə inkişaf davam edir. Əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin gerçəkləşdirilməsi məhz bunun məntiqi nəticəsidir. Bu prosesin dünyanı acı reallıqlarla üz-üzə qoyan koronavirus pandemiyasının özü ilə birgə gətirdiyi sosial-iqtisadi problemlərin qlobal müstəvidə tüğyan etdiyi bir dönəmdə davamlı şəkildə həyata keçirilməsi isə cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirir.

Respublikamızda pandemiya vəziyyətinin ağır fəsadlar yaratma-ması üçün möhtərəm Prezidentimizin göstərişi əsasında qısa zaman kəsiyində bir sıra önəmli tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıs-tan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10 minə yaxın vətəndaşımızın dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Onlar tibbi müayinədən keçirilərək, dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdiriliblər.

Bundan başqa qısa bir vaxt ərzində virusla mübarizədə zəruri olan tibbi ləvazimatlar və preparatların ölkəmizə gətirilməsi reallaşdırılıb, eyni zamanda, respublikada tibbi maska, tibbi spirt istehsalına başlanılıb, yeni inşa edilərək istifadəyə verilən müasir tipli xəstəxana yalnız koronavirusa yoluxan xəstələrin müalicə olunması üçün ayrılıb, dövlət başçısı tərəfindən əlavə olaraq 10 ədəd modul tipli tibb müəssisəsinin inşası ilə bağlı sərəncam imzalanıb.

Burada zəruri bir məqamı da vurğu-lamaq istərdim. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və korona-virus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqın-

da” Fərmanı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Həmin gün Prezidentin Ehtiyat Fondun-dan 20 milyon manat vəsait bu fonda ayrılıb. Bundan daha əvvəl isə dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılanda ilk dəfə 10 milyon manat vəsait ayrılıb. Bunula da Azərbaycan növbəti birinciliyə imza atıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı möhtərəm Prezidentimiz deyib: “Fon-dun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var... Fondun yaradılmasının əsas məqsədi

də ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqe-yini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.”

Xatırladım ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəxsi nümunə göstərərək, bir illik əməkhaqlarını bu fonda ianə ediblər. Dövlət rəhbərliyinin bu unikal addımı ölkəmizdə geniş ictimai rezonans doğurub. Müxtəlif təşkilatlar, qurumlar, sahibkarlıq subyektləri, ictimaiyyət numayəndələri və ziyalılar bu prosesə böyük ruh yüksəkliyi ilə qoşulublar.

Bu qeyd etdiklərimlə bərabər virusla səmərəli mübarizə aparılması və vətəndaşlarımızın sağlamlığının daha yaxşı qorunması üçün otuz milyon manat maliyyə vəsaiti ayrıl-ması, koronavirusun zərər vurduğu biznes sahələrinin ayaqda qala bilməsi üçün müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarına və çalışan işçilərə, o cümlədən, iş yeri olmayan vətəndaşlarımıza yardım məqsədilə bir milyard manat vəsaitin ayrılması, əksər inkişaf etmiş ölkələrdən fərqli olaraq market və bazarlarda qida məhsullarının, habelə, digər zəruri məhsulların bol olması və qıtlığın yaranmaması, koronavirusla bağlı yar-dım proqramının qısa zaman ərzində təsdiqlənməsi bir daha möhtərəm Pre-zidentimiz İlham Əliyevin son dərəcə yüksək səviyyəli, müasir dünyagörüş-lü, çevik və praqmatik lider olmasının bariz nümunəsidir.

Onu da vurğulamaq istərdim ki, xüsusi rejim tətbiq edildiyi dövr ərzində ölkə rəhbərinin göstərişinə əsasən “Bakıinşaatsənaye” ASC-də çalışan beş yüz nəfərə yaxın kollektiv üzvündən heç kim işdən azad edilməyib, heç kimin əməkhaqqı kəsilməyib və bu, sınaq dövrü bitəndən sonra da belə davam edəcək.

Virusla mübarizə məqsədilə müəssisəmizdə indiyədək həm ÜST, həm də müvafiq dövlət orqanları tərəfindən edilmiş bütün tövsiyə və xəbərdarlıqlara ciddi şəkildə riayət edilib, ərazimiz ardıcıl olaraq dezinfek-siya olunub, işçilərə gündəlik antiseptik vasitələr, maska və əlcəklər verilib, on-ların işə gəlib-gedərkən digər şəxslərlə təmasda olmamaları üçün üç ədəd avtobus ayrılıb.

Sonda diqqəti bir məsələyə də yönəltmək istərdim. Azərbaycan Pre-zidenti cənab İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbulu zamanı ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışarkən, toxunduğu məsələlər, xüsusən də müəssisələrə və iş adam-larına bu çətin dövrdə yardım edilməsi ilə bağlı mövqeyi bir iş adamı olaraq məni çox sevindirdi. Dövlətimizin başçısı nitqində biznes sektoru, istehsal, xidmət müəssisələri və rentabelli təşkilatların dayanıqlılığının təmin edilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Bu zaman sahibkarlığın, biznesin qarşılaşdığı sosial-iqtisadi çətinliklərin qısa bir zamanda aradan qaldırılması ilə iqtisadi sabitliyin təmin edilməsinə xüsusi önəm verilməsinin zəruriliyini bildirdi. Şübhəsiz ki, ölkə rəhbərinin belə bir mövqeyi

respublikamıza investisya axınını daha da sürətləndirəcək.

Bu gün cənab Prezident tərəfindən ölkəmizdə biznes mühiti üçün münbit şərait yaradılıb. Biz də, öz növbəmizdə, dövlətimizin iş adamlarına yaratdığı belə əlverişli vəziyyətdən yararlanaraq “Bakıinşaatsənaye” ASC-nin fəaliyyətində səmərəliliyi getdikcə gücləndirəcək, is-tehsal prosesini zamanın tələblərinə tam olaraq uyğunlaşdıracağıq.

Biz bu gün görülən işlərlə kifayətlənməyərək, ixtisaslaşmış xa-rici şirkətləri ölkəmizə dəvət etməklə, burada mövcud olmayan yeni istehsal sahələri yaratmağı və xeyli sayda iş yerləri açmağı planlaşdırırıq. Bununla bağlı əlimizdə hazır layihələr də möv-cuddur.

Sonda müəssisəmizin kollek-tivi adından bildirirəm ki, cənab Prezident COVID-19 pandemiyası-nın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldıl-ması ilə bağlı atdığı addımlar, verdiyi qərarlar ölkəmizin hər yerində, eləcə də kollektivimizdə razılıqla qarşılanıb.

Biz hər zaman möhtərəm Preziden-timizin siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Biz xalqımız-la birlikdə həmişə dövlətimizin, cənab Prezidentimizin yanındayıq. Bu dəhşətli bəladan qurtula bildiyimizə görə, ölkə rəhbərinə dərin təşəkkürümüzü bildirir, Azərbaycanın gələcəyi, xalqımızın rifahı üçün göstərdiyi səmərəli, yorulmaz fəaliyyətdə yeni uğurlar arzulayırıq.

Ramiz ƏHMƏDOV, “Bakıinşaatsənaye”

ASC idarə heyətinin sədri

Hazırda bütün dünya, eləcə də, ən inkişaf etmiş dövlətlər belə COVID-19 pandemiyası qarşısında aciz qalıblar. Təbii ki, ölkəmiz də bu ölüm kabusunun do-ğurduğu fəsadlardan əziyyət çəkir. Amma qeyd etmək lazımdır ki, Azərbaycanda bu bəlanın özünü göstərdiyi ilk vaxtlardan etibarən xəstəliklə ciddi mübarizəyə baş-lanılıb, infeksiyanın yayılmasının qarşısı-nı almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli, önləyici tədbirlər görülüb və bu, hazırda da davam etdirilir.

Yer kürəsini çənginə almış koronavirus pandemiyasının dünya ölkələrinə vurduğu zərərin miqyası hər kəsə məlumdur. Bu gün bütün bəşəriyyət koronavirus adlı qlobal təhlükə ilə üz-üzə dayanaraq

onunla mübarizə aparır. Qısa müddət ərzində dünyada çox böyük itkilərin olduğunu görür, yoluxma hallarının 1 milyondan çox olduğunu müşahidə edirik. Belə bir həssas məqamda isə dünya ölkələrinin əsas məqsədi ən az zərər, itki, yoluxma ilə virusdan yaxa qurtarmaqdır.

4aydır ki, dünyada və onun bir parçası olan ölkəmizdə koronavirus pandemiyası yaşanır. Düzdür, bəşəriyyəti lərzəyə salan koronavirus pandemiyası digər ölkələrlə müqayisədə respublikamızda gec “ayaq açsa” və martın ortalarından

“çağırılmamış qonağın” fəsadları yaşanmaqda, davam etməkdədir. Amma bununla belə, yenə əksər ölkələrdən, xüsusilə də, dünyanın supergüclərindən fərqli olaraq, Prezident İlham Əliyevin ardıcıl, birmənalı və qətiyyətli addımları sayəsində ölkəmizdə koronavirus pandemiyası daha böyük fəsadlar və itkilərlə müşayiət olunmadı. Ardıcıl verilən qərarlar, fərmanlar, sərəncamlar, dövlət başçısının göstəriş və tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planı sayəsində koronavirus pandemiyasının genişlənib yayılmasının müəyyən qədər qarşısı alındı.

Dövlət dəstəyi iqtisadi sabitliyi saxlamaqla bərabər, vətəndaşların

sosial müdafiəsini də təmin edir

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 145 Bakı şəhəri, 20 aprel 2020-ci ilAzərbaycan Respublikası Nazirlər

Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 21 avqust tarixli 814 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve-ricilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016,

№ 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab), maddə 2750; 2019, № 3, maddə 539, № 6, maddə 1143, № 7, maddə 1337, № 12, maddə 2079) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 5.22-ci bəndində “50 fa-izi” sözləri “həmin maddəyə əsasən müəyyən edilən hissələri” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

23 aprel 2020-ci il, cümə axşamı6

Page 7: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

23 aprel 2020-ci il, cümə axşamı 7

Azərbaycan Respublikasının Səhiyyə NazirliyiXırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi

(tibbi avadanlıqlarla təchizatı) işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender 1 lot üzrə keçiriləcəkdir.Lot-1. Xırdalan şəhərində Abşeron

Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) işlərinin satın alınması.

İddiaçılara təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun , öz tender təkliflərini möhürlənib imzalan-mış, iki nüsxədə (əsli və surəti yazıl-mış) ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.

İddiaçılar Lot üçün 400,00 (dörd yüz) manat məbləğdə iştirak haqqını “Asan Ödəniş” sisteminə nağdsız ödəniş etməklə tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, (012) 565-12-41) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender təklifləri möhürlənib im-zalanmış, ikiqat bağlı zərfdə 10 iyun 2020-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.

İddiaçılar tenderdə iştirak üçün

aşağıdakı sənədləri (tender təklifi və təklifin 1faiz bank zəmanəti istisna olmaqla) zərfdə 3 iyun 2020-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edil-miş məlumat;

- iddiaçının tibbi avadanlıqlara tex-niki xidmət göstərmək üçün işçi heyəti, texniki imkanları və servis xidməti ol-malı və ya bu xidmətlərin göstərilməsini təmin edə bilməlidir. Əgər iddiaçı istehsalçı şirkət deyilsə, istehsalçı şirkət tərəfindən həmin avadanlıqların iddiaçı şirkətə satacağına razılığı, avadanlıq-lara veriləcək zəmanətin müddəti və avadanlıqları ehtiyat hissələri ilə təmin edəcəkləri barədə rəsmi məktub təqdim edilməlidir;

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiy-yatı və rekvizitləri (hüquqi sənədlərin surəti, notarial qaydada təsdiq olunma-lıdır);

- iddiaçının vergilərə və digər icbari ödənişlərə aid borcunun olub- olmaması

haqqında müvafiq arayış;- son üç ildə səhiyyə müəssisələrinə

avadanlıqların alınması, quraşdırılması və onlara texniki xidmətin göstərilməsi sahəsində iş təcrübəsinin olması vacibdir;

- səhiyyə obyektlərinin tibbi ava-danlıqlarla təchizatı və avadanlıqların təmiri ilə əlaqədar görülən işləri təsdiq edən sənədlər (bankdan dövriyyə haq-qında arayış);

- iddiaçılar tender təklifini (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifinin bank zəmanətini (təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) iki nüsxədən ibarət (əsli və surəti yazılmış) ikiqat bağlı zərfdə 10 iyun 2020-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı-lacaqdır.

İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 11 iyun 2020-ci il saat 15.00-da açılacaqdır.

Tender komissiyası

Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

2020-ci ildə ehtiyat hissələrinin satın alınması üçün

kotirovka sorğusu həyata keçirir Maraqlanan təşkilatlar (02220) 5-22-54 nömrəli telefonla

əlaqə saxlaya bilərlər.Əlaqələndirici şəxs- Yusif Ağayev .Kotirovka təklifləri 28 aprel 2020-ci il saat 15.00-dək

qəbul olunacaqdır.Təklif zərfləri 29 aprel 2020-ci il saat 15.00-da açılacaq-

dır.Ünvan- Göygöl şəhəri, H.Əliyev prospekti 135.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 18 mart 2020-ci il tarixli nömrəsində

“Azərsu” ASC “Sutikinti” Müəssisəsinin daxili vəsaiti hesabına dolğu materiallarının elektron qaydada satın alması məqsədilə dərc edilmiş tenderində iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 4 may 2020-ci il saat 18.00-a, təkliflərin açılışı isə 5 may 2020-ci il saat 18.00-a dəyişdirilmişdir.

İddiaçılar “Azərsu” ASC “Sutikinti” Müəssisəsinin Təchizat şöbəsinə (əlaqə telefonu +994555107193) müraciət edə bilərlər.

“Bakı Neft Mədən Avadanlıqları” ASC səhmdarlarının nəzərinə!

2020-ci il mayın 5-də keçirilməsi nəzərdə tutulan cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığın-cağının tarixi karantin rejimi ilə əlaqədar 2 iyun 2020-ci il saat 11.00-a təyin olun-muşdur.

Səhmdarların iştirakı vacibdir.Ünvan – Bakı şəhəri, Suraxanı rayonu,

Bül-bülə qəsəbəsi, Caparidze küçəsi 112.İdarə heyəti

Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

2020-ci ildə mal-materialların satın alınması üçün

kotirovka sorğusu həyata keçirir Maraqlanan təşkilatlar (02220) 5-22-54 nömrəli

telefonla əlaqə saxlaya bilərlər.Əlaqələndirici şəxs- Yusif Ağayev. Kotirovka təklifləri 28 aprel 2020-ci il saat

11.00-dək qəbul olunacaqdır.Təklif zərfləri 29 aprel 2020-ci il saat 11.00-da

açılacaqdır.Ünvan- Göygöl şəhəri, H.Əliyev prospekti 135.

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2020-ci ilə tələb olunan malların (iş və xidmətlərin) satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender hər biri ayrı-ayrı lot üzrə keçirilir.1. İçməli suyun satın alınması. 2. Liftlərə texniki xidmət göstərilməsinin

satın alması (Xətai rayonu üzrə) 3. Hidravlik qapılara texniki xidmət

göstərilməsinin satın alması. 4.Hüquqi xidmət göstərilməsinin satın

alınması . Tender iştirakçıları dövlət satınalma-

larının www.etender.gov.az vahid inter-net portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ana-loji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan-lara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2020-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- Xanlar Hüseynov, telefon- 012 595-38-28.

Ünvan-Bakı, M. Mirqasımov küçəsi1A,

Bakı Şəhər Baş Səhiyyə İdarəsi.Tenderdə iştirak etmək istəyənlər aşa-

ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İçməli suyun satın alınması, liftlərə texniki xidmət göstərilməsinin satın alması (Xətai rayonu üzrə) və hüquqi xidmət göstərilməsinin satın alınması üçün iştirak haqqı hər birinə 50 manat, hidravlik qapılara texniki xidmət göstərilməsinin satın alması üçün isə 30 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesa-ba köçürməlidirlər.

ADI- MNDXA - nın 8 saylı Xəzinədarlıq İdarəsi

VÖEN- 1401555071 KOD- 210005 M/h- AZ-

41NABZ01360100000000003944S.W.İ.F.T BİK- CTREAZ22H\h- AZ54C-

TRE00000000000002128202Kitab- 002736 Fond- 7 Büdcə təsnifatı kodu -142330VÖEN- 1400125591İştirak haqqı heç bir halda geri qaytarıl-

mır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalı-dır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən son-ra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-digər sənədlər.Sənədlər Azərbaycan dilində tərtib

olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yerləşdirilməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 may 2020-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 21 may 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 22 may 2020-ci il saat 10.00-da dövlət satınalmaları-nın vahid internet portalında aparılacaqdır.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Jurnalistlər qanvermə aksiyasında iştirak ediblər

Mətbuat Şurasından verilən məlumata görə, media təmsilçiləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə miqyasın-da həyata keçirilən qanvermə

aksiyasına dəstəklərini ifadə ediblər.

Jurnalistlər öncə Hemo-tologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunda vətəndaşların qan vermələri üçün yaradılmış şəraitlə tanış olublar. Onlara ehtiyat qan

bazası haqqında məlumat verilib, mövcud istiqamətdəki statistik rəqəmlər açıqla-nıb. Müvafiq müayinədən keçdikdən sonra media təmsilçilərinin donor olmaq imkanları öyrənilib.

Qeyd edilib ki, ölkəmizdə

müxtəlif qan xəstəliklərindən əziyyət çəkən çoxsaylı vətəndaşlarımız, əsasən də uşaqlar var. Koronavirus təhlükəsinin qaldığı hazırkı şəraitdə qan tədarükünün sabit saxlanmasına ciddi ehtiyac duyulur. Bu baxımdan

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsü olduqca aktualdır, nəciblik və huma-nizm nümunəsidir.

“Xalq qəzeti”

İşlərin ardıcıl və nor-mal təşkili məqsədilə bu istiqamətdə çalışan briqada-lar, könüllülər zəruri avadan-lıq və preparatlarla təchiz olunmuşlar. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət ciddi nəzarətə götü-rülmüşdür.

Oğuz RİH başçısı Eyvaz Qurbanov dezinfeksiya işlərinin gedişi ilə mütəmadi olaraq yerində tanış olur. Azərbaycan Respublikası-nın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən koronavirus pan-demiyasına qarşı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər barədə rayonun əlaqədar təşkilatlarının rəhbərləri məlumatlandırılmışlar. Onlar infeksiyanın yayılmasının qarşısının alınması və sosial təcridin nəzarətdə saxla-nılması məqsədilə bütün karantin rejimində üzərlərinə düşən vəzifələrin yerinə

yetirilməsi və gücləndirilməsi istiqamətində səylərini artıra-caqlarını bildirmişdir.

Rayonda fəaliyyət göstərən orta məktəblərdə, məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya işləri başa çatdırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

operativ qərargahın tələb və tövsiyələri ilə əlaqədar əhali arasında müntəzəm surətdə geniş maarifləndirmə işləri aparılır və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına aidiyyəti qurum-lar tərəfindən ciddi nəzarət edilir.

Rayon ərazisində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. Karantin

rejimində xüsusi qayğıya eh-tiyacı olan aztəminatlı ailələrə rayon icra hakimiyyətinin təşəbbüsü ilə yardım göstərilir. RİH əməkdaşları yaşı 65-dən yuxarı, ahıl, kimsəsiz şəxslərə, həmçinin aztəminatlı, imkansız və imtiyazlı ailələrə baş çəkərək,

onlara rayon icra hakimiyyəti, müvafiq qurumlar, iş adam-ları və könüllü vətəndaşlar tərəfindən ərzaq yardımı etmiş, tibbi maskalar və dezinfeksiyaedici vasitələr paylamışlar.

Bu nəcib təşəbbüsü razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qay-ğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qrup-lar mütəmadi olaraq

vətəndaşlarla maarifləndirici söhbətlər aparmaqla ya-naşı, onların mövcud problemlərinin həlli üçün lazımi kömək göstərirlər.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin

bölgə müxbiriİtaliyanın “La Stampa” qəzeti Azərbaycan Milli Xalça Muzeyi barədə

Qeyd edək ki, bu rubrika İtaliyanın məşhur “La Stampa” qəzetinin xüsu-si marağına səbəb olub. Qəzetin 20 aprel tarixli nömrəsinin “Səyahətlər və mətbəx” bölməsində jurnalist Noe-mi Pennanın müəllifi olduğu “Bir xalça muzeyi hansı formada ola bilər? Bakının cavabı belədir” sərlövhəli məqalə dərc edilib.

“Bükülmüş xalça. Bu, yalnız Azərbaycan Milli Xalça Muzeyinə məxsus olan orijinal formadır. Biz Bakıda, Azərbaycandayıq və müzakirə mövzusu bütünlüklə xalça-çılıq mədəniyyətinə və sənətinə həsr olunmuş unikal bir muzeydir”, – deyən müəllif muzeyin füsunkarlığı ilə yanaşı, tarixi haqqında da məlumat verib. Muze-yin 2014-cü ildə avstriyalı memar Frans

Yantsın layihəsi əsasında Dənizkənarı Milli Parkda tikilmiş yeni, bükülmüş xal-çaya bənzəyən binaya köçürüldüyünü bildirib.

Məqalədə binanın interyerindən də söhbət açılıb, muzeyə girərkən ziyarətçilərin özlərini sanki asılmış bir tunelin içərisində hiss etdiyi diqqətə çatdırılıb. Burada bəziləri XVII əsrə aid olan Azərbaycanın dünyada ən böyük xalça kolleksiyaları, habelə arxeoloji tapıntılar və keramika, yağ lampaları, tikiş və zərgərlik əşyaları kimi məşhur sənətkarlıq nümunələrinin mükəmməl görünüşü ilə tanış olmağın mümkünlüyü vurğulanıb. Məqalədə, həmçinin qeyd

edilir ki, muzeydə müxtəlif dövrlərə aid xalçalar, xalçaların toxunması üçün dəzgahlar, yunlar, iplər və digər ekspo-natlar nümayiş olunur.

Müəllif bildirir ki, koronavirus səbəbindən Azərbaycan Milli Xalça Muzeyi bağlı olsa da, muzeyin kolleksi-yası və möhtəşəm xəzinəsi təmənnasız şəkildə onlayn formada nümayiş etdirilir: “Virtual tur üç mərtəbə arasında sərbəst hərəkət etmək, sənət əsərlərindən zövq almaq və bizim diqqətimizi daha çox cəlb edən eksponatlar üzərində dayan-maq imkanı verir”.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Şuranın İdarə Heyətinin üzvləri, ölkənin apa-

rıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər Hemotologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitu-tunda qan veriblər.

Azərbaycanın İtaliyadakı Səfirliyi sosial şəbəkələrdəki profillərində “Milli muzeylərimizə virtual səyahət” rubrikasını təqdim edir. Bu-nunla da İtaliya tamaşaçıları Azərbaycandakı muzeyləri onlayn qaydada ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı qazanır.

Koronovirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Oğuzda da işlər məsuliyyətlə apa-rılır. Şəhərdəki bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, küçələrdə, səkilərdə, ya-şayış binalarında, fərdi yaşayış evlərinin ətrafında tibbi-profilaktik, dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə RİH-in təşkilatçılığı ilə Gigiyena və Epidemiologiya Mərkəzi və Dezinfeksiya İdarəsi tərəfindən geniş-miqyaslı profilaktik tədbirlər həyata keçirilir.

OĞUZ: Koronavirusa qarşı mübarizə məsuliyyətlə aparılır

Page 8: İnsanların sosial müdafiəsi karantin dövründə daha çox ...xalqqazeti.com/pdf/xalq 23 apr OPT YENI.pdf · 6-da Sumqayıt Kimya Sənaye Par - kında “Bakı Tekstil Fabriki”

23 aprel 2020-ci il, cümə axşamı8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6113

945

40 qəpik

Böyük Britaniya

Nikbin açıqlama Böyük Britaniyanın

Oksford Universitetinin alimləri koronavirusa qarşı yeni peyvənd hazırlayıblar. Bildirilir ki, yeni peyvəndin sınağı bu gün həyata keçiriləcək. Bu barədə

məlumat verən Böyük Britaniyanın Səhiyyə naziri Mett Hankok Oksford Universitetində və London İmperial Kollecində aparılan araşdırmalarda uğurlu nəticələr əldə edildiyini bildirib. Nazir hökumətin bu iki universitet tərəfindən həyata keçirilən peyvəndlər üçün 20 milyon funt-sterlinq vəsait ayırdığını söyləyib.

Xəbəri “Euronews” verib.

İran

İlk hərbi peyk İran İslam İnqi-

labının Keşikçiləri Korpusunun (Se-pah) yaradılması-nın 40-cı ildönümü münasibətilə rəsmi Tehran ilk hərbi peykini fəzaya çıxarıb. Bildirilir ki, “Nur-1” adlı çoxfunksiyalı hərbi peyk İranın Mərkəzi səhrasından Qasid adlı peykdaşı-yan gəmi vasitəsilə kosmosa göndərilib və Yerdən 425 kilometr radiusda qərarlaşıb.

Məlumat üçün deyək ki, peykin göndərilməsi İran üçün aeronavtika sahəsində böyük nailiyyət hesab olunur.

Məlumatı “Tolo News” yayıb.

Danimarka

Əhali testdən keçirilə bilərDanimarka hökuməti

bütün əhalini COVİD-19 testindən keçirmək istəyir. Bildirilir ki, bu, ölkədə həyatın normal məcraya qayıtması və iqtisadiy-yatın bərpası məqsədi daşıyır. Danimarkanın Səhiyyə naziri Maqnus

Heunike əhalini bütünlüklə testdən keçirməyin yoluxucu xəstəliklərin qarşısının alınmasında ən effektli vasitə olduğunu bildirib.

Məlumatı “Reuters” yayıb.

Yaponiya

İki zavodda istehsal dayandırılırYaponiyanın

“Honda” avtomobil şirkəti koronavirus pandemiyasının yayılması səbəbiylə Saytama prefek-turasındakı iki zavodda istehsalı dayandıracağını açıqlayıb. Saytama şəhərindəki miniven istehsalı üzrə ixtisaslaşmış zavod aprelin 27-dən mayın 1-dək, cip modellərinin yığıldığı Yoria şəhərindəki zavod isə aprelin 27-dən 29-na qədər istehsalı dayandıracaqlar.

Xatırladaq ki, bundan əvvəl Yaponiyanın “Mitsubishi Motors” və “Subaru” şirkətləri də eyni addımı atıblar.

Məlumatı “Autoua.net” yayıb.

Fransa

Benzema PSJ-yə keçə bilərFransanın PSJ

klubu İspaniyanın “Real” komandası-nın fransalı hücum-çusu Kərim Benze-manı yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Bil-

dirilir ki, Paris təmsilçisi Benzema ilə razılığa gələ bilsə, yayda o, PSJ-yə keçə bilər.

Qeyd edək ki, Kərim Benzemanın “Real” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. Cari möv-süm futbolçu 36 oyunda 19 dəfə fərqlənib və 9 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Aprelin 23-də  Bakıda və Abşeron yarımadasında

arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir gücləcək. Gecə 5-9, gündüz 12-16 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-

Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-9, gündüz 11-15 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-9, gündüz 12-16 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-10, gündüz 12-16, dağlarda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev və aparat işçiləri Bakı şəhəri Təcili Yardım Avtobazası Həmkarlar İttifaqı Komitəsinin sədri İlqar Mustafayevə həyat yoldaşı

SƏLTƏNƏT XANIMINvaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin

hüznlə başsağlığı verirlər.

Donald Tramp KXDR başçısı ilə əlaqə saxlayacağını istisna etməyib

Jurnalistlər Trampa xatırladıblar ki, Kim Çen Inla münasibətləri yaxşı olub. Ha-zırda səhhətinin pisləşdiyi bir vaxtda onunla əlaqə yarat-maq istəməzmi?

Tramp bunun mümkün olduğunu bildirib: “Mən ümid edirəm ki, onun vəziyyəti yax-şıdır. Onunla münasibətim,

doğrudan da çox yaxşıdır və bu, ölkələrimizin xeyrinədir. Mən çox istəyərdim ki, onun vəziyyəti normal olsun”. Bu-nunla yanaşı, ABŞ Prezidenti qeyd edib ki, Kim Çen Inın

səhhətinin pisləşməsi barədə məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu bilmir.

Tramp KXDR-də hakimiyyətin dəyişməsinin mümkünlüyü barədə suala cavab verməkdən yayınıb: “Ondan bu barədə soruşmaq istəməzdim. Ümd edirəm ki, onun vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, bir neçə gün əvvəl CNN telekanalı ABŞ administrasiyasındakı adının çəkilməsini istəməyən mənbəyə istinadən məlumat yaymışdı ki, ölkə rəhbərliyi

Kim Çen Inın səhhətinin pisləşməsi barədə kəşfiyyat məlumatlarını öyrənir. Cənubi Koreya hökuməti bu barədə məlumata malik olmadığını bəyan etmişdi. Çinin Xarici İşlər Nazirliyi də informa-siyanın mənbəyini şübhəli adlandırmışdı.

Yaponiya mətbuatı isə dünən KXDR başçısı-nın bacısı Kim Yö Çjonun Pxenyan hakimiyyətində “iki nömrəli adam” vəziyyətinə qaldırıldığı barədə məlumat yayıb. “Asahi” qəzeti Cənubi Koreya və ABŞ mənbələrinə istinadən yazıb ki, Koreya Əmək Partiyasının plenu-mu Kim Çen Inın əmək qabiliyyətini itirəcəyi təqdirdə ali hakimiyyətin Kim Yö Çjo-na ötürülməsi barədə qərar qəbul edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

İsveç çempionatının başlayacağı vaxt məlum olub

Məlumatda bildirilir ki, çempionat rəhbərliyinin əsas və ikinci liqa klublarının təmsilçiləri ilə keçirdiyi videokonfransda oyunların iyunun 14-də başlaması barədə razılığa gəliblər. Azarkeşlərin oyunları stadiondan izləməsinə icazə veriləcəyi gözlənilir.

Xatırladaq ki, çempionatın başlanması koronavirus pandemiyası səbəbiylə təxirə salınmışdı.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Ukraynada karantin rejimi uzadılıb

Ukraynada koro-navirus pandemiyası ilə bağlı karantin rejimi mayın 11-dək uzadılıb. Bu barədə “Ukrinforum” saytı məlumat yayıb.

Qeyd olunur ki, bu barədə qərar Ukrayna Nazirlər Kabinetinin dünən keçirilən icla-sında qəbul edilib.

Məlumat üçün deyək ki, Ukraynada karantin dövrü aprelin 24-də başa çatırdı. Lakin koronavirusa yoluxmada artım müşahidə edildiyindən, karantin müddətinin uzadılması barədə qərar qəbul edilib. Ukraynada koronavirusa yoluxma ilə bağlı pik vəziyyətin aprelin sonu–mayın əvvəlində olacağı proqnozlaşdırılır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

ABŞ-da koronavirusu ev şəraitində müəyyən edən testlərin

keçirilməsinə lisenziya verilib

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin Ərzaq və Dərman preparat-larının Keyfiyyətinə Nəzarət Xidməti ölkədə koronavirus infeksi-yasını ev şəraitində müəyyənləşdirmək üçün testlərin keçirilməsinə lisenziya verib.

Qeyd olunur ki, özünün koronavirusa yoluxmasından şübhələnən şəxs evi tərk etmədən test keçirə bilər. Daha sonra nəticələr germetik qablaşdırmada müvafiq laboratori-yaya göndərilir.

Test sisteminə burundan nümunə götürmək, tampon və duz məhlulu daxildir.

Lisenziyanı alan “LabCorp” şirkəti yaxın zamanlarda bir çox ştatda test sistemlərini tədarük edəcək.

Türkiyə və Fransa prezidentləri pandemiya

ilə bağlı vəziyyəti müzakirə ediblər

Sənəddə, həmçinin qeyd olunur ki, telefon bağlantısı zamanı dövlət başçıları bir sıra mühüm ikitərəfli və regio-nal məsələləri də nəzərdən keçiriblər. Rəsmi açıqlamada bu barədə ayrıca məlumat verilməsə də, ehtimal olunur ki, onlar Suriya və İraqda, xüsusilə, Liviyada baş verən son proseslərlə bağlı mövqelərini bildiriblər.

Xatırladaq ki, Türkiyə Prezidenti son günlər ərzində dünyanın bir çox aparıcı ölkələrinin dövlət və hökumət rəhbərləri, o cümlədən ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin, Yaponiyanın Baş naziri Sindzo Abe və başqaları ilə pandemiyaya qarşı birgə səylərlə mübarizə mövzusunda telefonla müzakirələr aparıb. Qardaş ölkədə bu təhlükəli infeksiya ilə mübarizənin kifayət qədər səmərəli təşkil olunduğu beynəlxalq aləmdə artıq çoxları tərəfindən qəbul olunur və bu amil dünya mediasının da nəzərindən yayınmır.

Fakt budur ki, dünyanın aparıcı elmi və tibbi müəssisələrinin mütəxəssisləri qlobal KİV-də Türkiyənin bu istiqamətdəki səylərini müsbət qiymətləndirirlər. Yeri gəlmişkən, son günlər ərzində Türkiyə hökuməti bir çox dövlətlərə pandemiya ilə səmərəli mübarizə məqsədilə xeyli dava-dərman və tibbi ləvazimatlar göndərib.

Prezident R.T.Ərdoğan iki gün əvvəl televiziya ilə ölkə vətəndaşlarına bir daha müraciət edərək, bu istiqamətdə görülən işlərdən danışıb və ümid etdiyini bildirib ki, Türkiyədə birgə səylərlə müqəddəs Ramazan bayramı bitənə qədər normal əmək fəaliyyətini bərpa etmək mümkün olacaq.

M.HACIXANLI, “Xalq qəzeti”

“Goal.com”un yaydığı məlumata görə, futbol üzrə İsveç çempionatında yeni mövsümün başlanacağı vaxt məlum olub.

Bir neçə ay sonra 30 ölkənin kütləvi aclıqla qarşılaşa biləcəyini vurğulayan Devid Brisli belə ölkələri humanitar yardımla fasiləsiz təmin etməyə çağırıb. İcraçı direktor, həmçinin humanitar

yardımların çatdırılması üçün logistik mərkəzləri yaratmağı təklif edib.

Devid Brisli logistik mərkəzlərin yaradılmasına 350 milyon ABŞ dolları ayırmaq təklifini də irəli

sürüb: “Söhbət hər gecə yatağa ac qarınla gedəcək insanlardan getmir. Burada ekstremal şəraitdən, fövqəladə vəziyyətdən danışırıq. İnsanlar aclığın astanasındadır. Lazımi

qida ilə təmin etməsək, insanlar öləcək. Əgər indi fəaliyyətə başlasaq – maliyyə mənbəyini təmin etsək, təchizat zəncirini davam etdirsək, onda bir neçə ay sonra baş verəcək bu “İncil miqyaslı” aclığın qarşısını ala bilərik”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərinin özü də ötən ay koronavirusa yoluxub. Devid Brisli Kanadaya rəsmi səfərdən sonra ABŞ-a qayıdarkən özünü narahat hiss edib və müalicə kursu keçib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

ABŞ-ın Con Hopkins Universiteti-nin məlumatına görə, ölkədə korona-virusdan ölənlərin sayı 45039 nəfərə çatıb. Sutka ərzində 2,7 min nəfər COVİD-19 virusunun qurbanı olub.

Virusdan ən çox vəfat edən Nyu-York şəhərində olub –14 min 877 nəfər.

İkinci yerdə Nasso inzibati dairəsidir. Burada 1390 nəfər koronavirusun qurbanı olub. Üçüncü yerdə isə Miçi-qan ştatının Ueyn şəhəri gedir. Burada virusdan ölənlərin sayı 1278 nəfərdir.

Qeyd edək ki, ABŞ-da 824 nəfər COVİD-19 virusunun daşıyıcısıdır. ABŞ koronavirusa yoluxanların və bu virusdan vəfat edənlərin sayına görə dünyada “liderlik” edir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Devid Brisli: 30 ölkədə kütləvi aclıq baş verə bilər

BMT-nin Ümumdünya Ərzaq Proqramı-nın icraçı direktoru Devid Brislinin sözlərinə görə, bəşəriyyət koronavirusun yayılmasına görə “İncil miqyaslı” aclıqla qarşılaşa bilər. Bu barədə TASS məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp KXDR-in dövlət başçısı Kim Çen Inın səhhətinin pisləşməsi barədə məlumatlara görə onunla rabitə əlaqəsi qurmağa çalışacağını istisna etməyib. Bu barədə o, Ağ evdə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Məlumatı TASS verib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib

Ərdoğan fransalı həmkarı Emmanuel Makron ilə telefonla COVİD-19 pandemiyasına qarşı

qlobal səviyyədə görülən işlər və planlar barədə fikir mübadiləsi edib. “Anadolu” agentliyi xəbəri Türkiyə Prezidenti Administrasiyasının rəsmi açıq-lamasına istinadən yayıb.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 21 fevral 2020-ci il tarixli

nömrəsində Azərbaycan Respublikası Energe-tika Nazirliyinin dəftərxana və təsərrüfat mal-larının satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tender prosedurunda fərdi sahib-kar Tair Eldar oğlu Süleymanov qalib olmuş və həmin sahibkarla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

ABŞ-da COVİD-19 virusundan ölənlərin sayı 45 mini keçib