onun dÜnyasi2 elmi redaktoru: xəzər gəncəli sənətünaslıq üzrə fəlsəfə doktoru,...

147
1 ANAR BURCƏLİYEV ONUN DÜNYASI FƏRİDƏ ƏLYARBƏYLİ - 95 Gəncə - 2019

Upload: others

Post on 28-Nov-2020

8 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

1

ANAR BURCƏLİYEV

ONUN DÜNYASI

FƏRİDƏ ƏLYARBƏYLİ - 95

Gəncə - 2019

Page 2: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

2

Elmi redaktoru: Xəzər Gəncəli

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Respublikanın əməkdar artisti

Redaktoru: Eşqin Nağıyev

Teatrşünas Anar Burcəliyevin “Onun dünyası” adlı

kitabı Ulu Şeyx Nizami yurdunda yaşayıb-yaratmış şairə-

dramaturq Fəridə Əlyarbəylinin həyat və yaradıcılığına

həsr olunub. Kitabda onun yaradıcılığı və eləcə də

fəaliyyəti geniş bir şəkildə işıqlandırılmaqla təhlil

olunmuşdur. Bununla yanaşı həmçinin Fəridə

Əlyarbəylinin həyat məziyyətləri geniş bir ospektdə

işıqlandırılmaqla monoqrafiyada toplanan materiallar

teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat və

araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə

bir tərəfdən Fəridə Əlyarbəyli yaradıcılığının tədqiqinə

ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də bu

yaradıcılığın geniş şəkildə öyrənilməsi baxımından daha

əhəmiyyətlidir.

Page 3: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

3

Unudulmaz bir iz...

Ön söz

O sənətkar xöşbəxtdir ki, özündən sonra unudulmaz bir

iz qoyur. Gəncədə yaşayıb yaratmış Fəridə xanım Əlyarbəyli

belə qələm sahiblərindəndir. Onun şeirləri, poemaları, pyesləri

ədəbiyyat xəzinəmizin inciləridir desəm, səhv etmərəm.

Gəncə ilə məni bir çox sənətkarlarla, elm adamları ilə

olan ünsiyyət bağlayır. Taleyimdə böyük rol oynamış,

görkəmli türkşünas, Nazim Hikmətin dostu və tərcüməçisi

Əkbər Babayev, görkəmli teatr xadimi, mahir rejissor, xalq

artisti Məhəmməd Burcəliyev, bir çox dəyərli əsərlər ilə oxucu

və tamaşaçı rəğbəti qazanmış, “Nazim Hikmət Gəncədə” adlı

kitabına ön söz yazdığım yazıçı-dramaturq Altay Məmmədov,

tələbəlik illərimin dostu, tanınmış filoloq-alim Faiq Bayramov

və unudulmaz şairəmiz Fəridə xanım Əlyarbəyli bu ünsiyyətə

misal olan əbədiyaşar insanlardır. Fəridə xanımla məni

qırılmaz dostluq telləri bağlayırdı. Hər ikimiz Nazim Hikmət

vurğunu idik. Tez-tez məktublaşırdıq. Onun mənə göndərdiyi

avtoqraflı kitablar evimdəki kitab rəfini bəzəyir.

Fəridə Əlyarbəyli yaradıcılığı uzun illər tədqiqat

obyekti olsa da, mübaliğəsiz deyirəm ki, indiyə qədər onun

haqqında Anar Burcəliyevin kitabı səviyyəsində fundamental

bir əsər qələmə alınmamışdır. Bu missiyanı öz üzərinə

götürmüş məşhur teatrşünas Anar Burcəliyev şairənin

çoxşaxəli yaradıcılığı haqqında bitgin, əhatəli təsəvvür yarada

bilmişdir.

Mənə təklif olunanda ki, Anarın Fəridə xanıma həsr

etdiyi “Onun dünyası” kitabına ön söz yazım, bunu çox böyük

sevinclə qəbul etdim. Çünkü bir tərəfdən Fəridə xanımın

sənətinə, şəxsiyyətinə tükənməz rəğbətim var. İkincisi isə

Anar Burcəliyev mənə çox yaxın, çox doğma insandır. Anarın

atası, bizim böyük sənətkarımız, respublikanın xalq artisti

Page 4: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

4

Məhəmməd Burcəliyev həmişə qəlbimdə diqqətcil, çox

xeyirxah bir insan kimi yaşayır. Hələ gənclik illərimdə Nazim

Hikmət haqqında namizədlik dissertasiyası yazarkən, mən

Gəncəyə - Məhəmməd müəllimə bir məktub göndərmişdim və

Gəncə teatrında 1957-ci ildə tamaşaya qoyulmuş Nazim

Hikmətin “Kəllə” pyesi haqqında bəzi mətləbləri

dəqiqləşdirmək üçün ona müraciət etmişdim. Mənə göndərdiyi

cavab məktubunu qoruyub saxlayıram.

Sonralar tale belə gətirdi ki, mən, indi müəllimi

olduğum, Mədəniyyət və İncəsənət universitetində Məhəmməd

müəllimin oğlu Anarla tanış oldum. Müəllim-tələbə

münasibətləri yaş fərqimizə baxmayaraq sonralar dostluğa

çevrildi. Anar 1991-ci ildə Gəncə Dövlət Dram Teatrının

göndərişi əsasında Universitetin “Teatrşünaslıq” fakültəsinə

qəbul olundu. Universiteti bitirdikdən sonra müxtəlif

vəzifələrdə çalışdı. Mən onun məqalə, resenziya və oçerklərini

həmişə böyük maraqla oxuyuram. Müsahibələri də çox

maraqlıdır. Bir dəfə məndən aldığı müsahibə zamanı onun

orijinal suallarla həmsöhbətini danışdırmaq məharəti çox

xoşuma gəldi. Anarın Cəfər Cabbarlının “Solğun çiçəklər”,

Suat Dərvişin “Fosforlu Cevriyyə” və Fəridə Əlyarbəyli

haqqında yazdığı “Sənət fədailəri və ya unudulmağa məhkum

olanlar” adlı məqalələrini və başqa yazılarını böyük maraqla

oxumuşam və çox bəyənmişəm.

Anarın bu kitabından əvvəl mən “Mədəniyyət”

qəzetində onun Fəridə Əlyarbəyliyə həsr atdiyi “Bütün varlığı

ilə yaradıcılığa bağlı idi...” adlı ürək sözlərini oxumuşdum. Bu

yazıda Fəridə xanımın həyat və fəaliyyəti, eyni zamanda

poeziyası, lakonik şəkildə, elmi dəlillərlə araşdırılmışdır.

Anarın yeni kitabı Fəridə Əlyarbəyli haqqında əhatəli

bir tədqiqat işidir, desəm, yanılmaram. Əsərdə Fəridə xanımın

həyatı, taleyi, yaradıcılığı, bir sözlə sənəti və şəxsiyyəti bütün

çalarıyla əks olunmuşdur. Nadir fotolarla süslənmiş bu kitabda

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın və

Page 5: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

5

Birliyin birinci katibi, xalq şairi Fikrət Qocanın şairənin 80

illiyi münasibətilə göndərdikləri təbrikin mətni, habelə

akademik Bəkir Nəbiyevin, xalq yazıçısı Gülhüseyn

Hüseynoğlunun, Gəncənin tanınmış qələm sahibi, türk dünyası

araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri

doktoru Qərib Mehdinin və başqa elm, ədəbiyyat xadimlərinin

ürək sözləri verilmişdir.

Kitabda Fəridə Əlyarbəyliyə ünvanlanmış məktub

mətnləri arasında öz məktubumu da görəndə, sözsüz ki,

sevindim və müəllifə təşəkkür etməyi özümə borc bilirəm.

Kitabı vərəqlədikcə mühüm bir mətləbin şahidi oldum ki,

Anar bir tədqiqatçı kimi bu əsəri qələmə alarkən heç kimi, heç

nəyi unutmayıb. Bu, çox mühüm keyfiyyətdir.

İnanıram ki, Anar Burcəliyevin “Onun dünyası” adlı

kitabı oxucular tərəfindən çox maraqla və rəğbətlə

qarşılanacaqdır. Mən Anara – məşhur teatrşünas

tədqiqatçımıza daha böyük uğurlar diləyir və onun yeni

əsərlərini gözləyirəm.

Aqşin Babayev

Filologiya elmləri doktoru, professor

Page 6: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

6

Fəridə Əlyarbəyli bütün varlığı ilə Gəncəyə

bağlıdır, ulu nənəsi Məhsəti Gəncəvi, ulu babası

Nizami Gəncəvi kimi. O, Gəncə ilə əlaqəli nə varsa

hamısını qələmə almış könül aynasından və

yaradıcılıq prizmasından keçirmişdir. Fəridə xanım

Gəncədəki sevdiyi küçəni də, Xan çinarı da,

Gəncəçayı da, Göygölü-Maralgölü də nəhayət

Kəpəzi də, qəlbinin söz meydanına gətirmişdir.

Gəncənin adamlarından xüsusi məhəbbətlə söhbət

açan şairin şerlərini oxuduqca Fəridə Əlyarbəylinin

nə üçün başqaları kimi Bakıya getmədiyini aydın

təsəvvür edirsən.

Rübail

Page 7: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

7

Fəridə Əlyarbəyli ədəbi mühit düşüncələrində

Hər zaman olduğu kimi bu gün də cari ədəbi prosesin

araşdırılması heç də nəzərə çarpacaq dərəcədə o qədər də

əhəmiyyətli problem deyil. Bu kimi araşdırmalar, təhlillər,

müzakirələr və onların nəticələrinin daha dolğun bir formada

yazılması, işıqlandırılması nəhayət bu təhlillərin vaxtaşırı

toplum şəklində nəşr olunması çağdaş ədəbi qüvvələrə

müəyyən istiqamət verməklə yanaşı bəlkə də bir qədər öz

dövrü üçün aktuallığını qorumaqla bahəm bir qədər də

anoxronizm təsiri bağışlayır. Əslində isə burada əsasən işin

mahiyyəti müasir ədəbiyyatşünaslıq elmi, çağdaş ədəbi

tənqidin bugünümüzün ədəbi prosesinin kənardan necə

görünməsi ilə yanaşı bu yazılanlar haqda nələrin düşünülməsi,

nəsr, poeziya və dramaturgiyanın, elə ədəbi tənqidin özünün

uğurlarının və qüsurlarının elmi cəhətdən bir toplum halında

ümumiləşdirilməsi kimi diqqəti cəlb edir. Qeyd etməliyəm ki,

bu zaman proses daha böyük əhəmiyyət kəsb edir. Daha

doğrusu dəqiqliyi ilə desəm ədəbi proses haqqında hadisələrin

qaynar izi bir növ el arasında deyildiyi kimi, heç də yanından

yel kimi keçmədən aparılan hər hansı bir tədqiqat işinin

mahiyyəti qədər əhəmiyyətli formada cəhətlərini göstərə bilir.

Bu baxımdan bir sıra hallarda hər hansı bir yazılmış yeni

əsərlərə dair ilkin fikir söyləmək təşəbbüsü və səlahiyyətlərilə

ədəbi prosesə özünəxas bir tərzdə müdaxilə edilməsi bu sahədə

cərəyan edən ədəbi tənqid fonunda öz peşəkarlıq imkanlarını

zəmanəsinin bülöv daşına çəkmiş olur. Bununlada proses

hadisələrin gedişatı zəminində onun özü qədər də bir növ

itilənir, təkmilləşir, öz meyar və münasibətlərini daha qabarıq

bir formada dəqiqləşdirməyə müvəffəq olur.

Bu gün mən tam səmimiliyi ilə deyim ki, cağdaş

ədəbiyyatımızda, o cümlədən nəsrdə, bədii gerçəkliyin

yeniləşməsi və bir mərhələ olaraq xüsusiyyəti milli oyanışa,

şüura, milli mentalitetə xidmət etməsi kimi missiyası keçən

Page 8: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

8

əsrin 60-cı, 70-ci hətta 90-cı illərində də təqdim olunduğu

kimi bir daha əsrin əvvəllərində olduğu qədər öz parlaq

təcəssümünü tapmış olur. Deyərdim ki, hətta ötən əsrdə bu

kimi mövzularda daha çox danışılıb və bu gün də yeri və

məqamı gəldikcə danışılmaqdadır. Xüsusilə, Azərbaycan

nəsrinin yeni bir mərhələ xüsusiyyəti qazanmasında 60 və 80-

cı illərdə ədəbiyyata gələn nəslin zamanına görə ədəbi-tarixi

xidmətlərini heçə endirmək təşəbbüsü də diqqətdən kənarda

qalmır. Bu gün həmin mübahisəyə qayıtmağın heç də bir daha

əhəmiyyəti yoxdur. Çünki ən ədalətli qərar deyərdim ki, elə

zamanın özüdür.

Ümumilikdə qeyd etmək istərdim ki, ədəbiyyatımızda

bəzi maraqlı, orjinal məqamlar hər zaman diqqəti cəlb edir. Bu

illər ərzində hətta deyərdim ki, bədii estetik səviyyə ötən illərlə

müqayisədə daha çox irəlidədir. Lakin eyni zamanda

ədəbiyyatımızda nəsrin öz əvvəlki mövqeyinin xeyli

zəifləməsi də bir fakt olaraq danılmazdır. Bu mənada bir

tərəfdən bəzi nəsr nümunələrində ənənəvilikdən, stereotipdən,

ehkamlardan uzaqlaşıb fərdi forma stilində və üslubunda

gerçəkliyi özündə əks etdirməklə, insan obrazını onun

xarakterinin yaradılmasını əsas amil olaraq təqdim edə

bilməsidir. Bax bu zaman nəsrin həm məzmun, həm də forma-

struktur baxımından daha da keyfiyyətli bir formada inkişafını

görmək mümkündür. Digər tərəfdən isə bir çox nəsr

nümunələrində əsərdən-əsərə, sujetdən-sujetə, obrazdan-

obraza və beləliklə, müəllifdən-müəllifə gəlib keçən

stereotiplər, az qala 50 və 60-cı illərin bəsit əsərlərini

xatırladan sadəlövh və primitiv deyim tərzi, cansız görünən

hətta müqəvva şəkilli obrazlarında da nəzərlərimizdən qaçmır.

Bunula da nəsr az qala stereotipin daha çox pis mənada təqdim

oluna bilən ənənəvisinin kəmiyyət göstəricisinə çevrilə bilir.

Deməliyəm ki, Azərbaycan ədəbiyyatının roman

təfəkkürü belə son 20 ildə xeyli inkişaf etmişdir. Bu

istiqamətdə 60-80 və 90-ci illərdə milli romanistika

Page 9: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

9

təfəkkürünün yaranmasında Sabir Əhmədli, Əzizə Cəfərzadə

daha sonralar Afaq Məsud, Pərviz və Həmid Herişçi kimi

müəlliflərin yaradıcılıqları xüsusi əhəmiyyətə malikdir.

Cəsarətlə deyə bilərəm ki, bu müəlliflərin romanları bizim hər

zaman olduğu kimi adət etdiyimiz, öyrəşdiyimiz romanlardan

poetika baxımından daha çox fərqlənirdi. Bununla yanaşı son

illərin romanlarına nəzər saldıqda tarixə müraciət, bu günün

suallarına cavab axtarmaq, bizi yaddaşımıza qaytarmaq

istəyindən qaynaqlanırdı. Sözsüz ki, istər tarixi mövzuda

yazılsın, istərsə də müasir mövzuda roman, hər şeydən əvvəl,

dövrü, epoxanı özündə ehtiva etməyi bacarmalıdır. Bu

baxımdan cəmiyyət həyatını hətta bir fərdin taleyində də

izləməyə məhz roman daha münasib bir janr kimi diqqəti cəlb

edir.

Bütün bu sadalananlarla yanaşı həmçinin qeyd

etməliyəm ki, Azərbaycan şeri bədii metod baxımından

özünün bütün polifoniyası ilə bərabər bu gün bir-birindən

aydın şəkildə fərqlənən üç ən başlıca istiqaməti özündə əks

etdirir: ənənəvi-realist şer, dekadent-simvolistik şer və hələ

özünün formalaşma mərhələsini yaşayan modernistik şer.

Nəzərlərimizi diqqətcə ənənəvi-realist şer

adlandırdığımız birinci istiqamətin nominasiyasına

yönəltdikdə görürük ki, bu mövzu müəyyən qədər şərti səciyyə

daşıyır. Belə ki, bu gün də əsas nümayəndələri olan Bəxtiyar

Vahabzadə, Cabir Novruz, Nəriman Həsənzadə, Fikrət Sadıq

və digər şairlər olan bu istiqamətin nümayəndələrinin

yaradıcılığında son illər meydana çıxan ən başlıca cəhət

onların ənənəvi vətəndaşlıq mövzuları və problemlərinin

həllini ilahi sferada axtarmaq cəhdləridir ki, bu da öz ifadəsini

Allah-təlaya dualar, müraciətlərlə əvəzləməsində təqdim

olunur.

Bütün bu sadalananlar bir daha deməyə imkan verir ki,

son illərin ədəbi prosesində diqqəti cəlb edəcək dərəcədə

canlanma yarandığı, ədəbi janr və mövzuların rəngarəngliyi,

Page 10: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

10

müxtəlifliyi, surətlər aləmi, çağdaş dövrə, ictimai həyata,

ictimai əxlaq məsələlərinə yazıçı-şair baxışı, vətəndaşlıq

münasibəti və bir çox başqa məsələlər nəzərə çarpmaqdadır.

Çox böyük fəxrlə qeyd etmək istərdim ki, bu gün yeni tipli

Azərbaycan milli ədəbi məktəbi formalaşmaqla öz sələflərini

yetişdirməkdədir. Bu məktəb Azərbaycan xalqının və onun

simasında Azərbaycan bədii təfəkkür mədəniyyətinin

özünəqayıdış və özünüdərk – milli özünüdərk dövrünün

sonuna kimi də inkişaf etdirilməsində davam edəcəkdir.

Azərbaycan milli özünüdərk və milli özünəqayıdış

prosesi 1988-ci ildən başlayaraq və bəlkə də bir az da ondan

qabaq formalaşmışdır. Azərbaycan əbədi prosesinin çox qədim

tarixi var. Bu proses müxtəlif tarixi dövrlərdə neçə-neçə

əsrlərlə yaşayan güclü ədəbi məktəblərin təməlini qoymuşdur.

Belə nəhəng ədəbi məktəblər intibahlar dövründə yarana bilir.

Azərbaycan ədəbi prosesi XII əsrin ortalarında qədim Gəncədə

mədəni-ədəbi intibahı yetişdirdi və Məhsəti Gəncəvi ilə

Nizami Gəncəvinin simasında iki cahan-şümul naturfilosof

şairini zəmanəsinə bəxş etmiş oldu. Məhz ilk dəfə Gəncədə

antikliklə - qədimliklə - müasirliyin sintezi prosesi getməyə

başladı. Geriyə - əslinə, milli kökə qayıdış intibahın nəzəri

əsası da deyərdim ki, məhz onların yaradıcılığı dövründə daha

böyük vüsət ala bilmişdir.

Yeni şair nəsli indiki ədəbi prosesdə bizim gələcək

yetgin intibah ədəbiyyatının ümumi cizgilərini bu intibahın

enişli-yoxuşlu yollarına mənəvi səfər etmədən təsəvvür edə

bilməz. Onda orta əsrlər Azərbaycan intibah şairləri Nizami,

Məhsəti və Füzulidən nəyi, necə yazmağı, intibah şerinin

mövzu, dil, üslub, bədii təsvir sistemini və başqa örnəklərini

öyrənməlidir.

Hər zaman Ulu Şeyx Nizami yurdu olan qədim

Gəncə Azərbaycana dahi sənətkarlar, böyük söz ustaları,

əvəzsiz şəxsiyyətlər bəxş edən bir diyar olub. Bu gün də

doğma Gəncəmin adı çəkiləndə böyük qürur və iftixar hissi

Page 11: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

11

qəlbimi bürüyür. Bu da səbəbsiz deyil. Yaşı 4000 ildən çoxu

haqlasa da hər zaman müasirliyi və gözəlliyi ilə diqqət

mərkəzində olmağı bacarır. Gəncəm böyüyür, inkişaf edir və

uğurlara imza atır. Bu gün doğma Gəncəmin adı çəkiləndə bir

çox korifeylər, sənət adamları, incəsənət xadimləri gözlərim

önündən keçir. Bəşəri ideyaları özündə cəmləyə bilən neçə-

neçə klassik və müasir Azərbaycan ədəbiyyatının nəhəng

simaları olan, öz sözünü zaman-zaman təsdiqləmiş dühalar -

Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül-üla Gəncəvi, Mirzə

Şəfi Vazeh kimi fikri və ideyası hər an müasir olan

şəxsiyyətlər göz önünə gəlir. Danılmaz faktordur ki, məhz

Azərbaycanda ilk ədəbi məclis olan “Divani-hikmət” də

Mirzə Şəfi Vazeh tərəfindən Gəncədə təşkil olunub. Maraqlı

faktlardan biri də bundan ibarətdir ki, tarixi mənbələrə görə bu

ədəbi məclis sonralar Mirzə Şəfi Vazeh Tiflisə köçsə də öz

fəaliyyətini dayandırmayıb. Tiflisdə fəaliyyət göstərən ədəbi

məclisdə hər zaman Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli

Axundzadə, Fazil xan Şeyda, Qriqoryev, Rozen, Budaqov,

şərqşünas Fridrix Bodenştedt də mütəmadi olaraq yaxından

iştirak ediblər. Məhz bu şəxsiyyətlərin zəngin söz xəzinəsinə

baş vurduqca istər-istəməz onların yazdığı əsərlərdəki

obrazların müasiri olmaqla yanaşı, sözün əsl mənasında fikir

xəzinəsinin əsirinə çevrilirsən. Bu əvəzsiz şəxsiyyətlər

dövrünün və zamanın bəşəri ideyalarını bir araya cəmləməklə

bütün zamanlarda hikmətli söz xəzinələri ilə var olublar. Bu

varlıq əsrlər keçsə də unudulmayıb, əksinə mövcud olan əbədi

tale yükü ulu Tanrının onların əsərlərinə bəxş etdiyi öz

dövrünün bəşəri şəxsiyyətləri olaraq tarixin təlqini kimi

yaddaşlara hopublar. Ulu Şeyx Nizami yurdu olan qədim

Gəncəmin ədəbi-ictimai mühiti, xüsusilə ədəbiyyatının,

incəsənətinin tarixi şöhrəti bütün zamanlarda ölkə daxilində,

həmçinin ölkə hüdudlarından kənarda da hörmət və ehtiramla

qarşılanıb.

Page 12: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

12

Müasir cağdaş Azərbaycan ədəbiyyatı və

dramaturgiyasında eləcə də teatrında müstəsna xidmətləri olan

Mir Cəlal Paşayev, Nigar Rəfibəyli, Səməd Vurğun, Həmid

Araslı, Əhməd Cəmil, Mikayıl Rzaquluzadə, Ələkbər Ziyatay,

Zeynal Xəlil, Nəriman Həsənzadə, Altay Məmmədov, Fəridə

Əlyarbəyli, Nüşabə Məmmədli, Qərib Mehdi, Məmməd Alim,

Ələkbər Seyfi, Əşrəf Yusifzadə, Ələddin Abbasov, Rəmziyyə

Veysəlova, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva,

Zülfüqar Baratzadə, Həsən Ağayev, Yusif Bağırov, Vaqif

Şərifov və başqalarının adlarını da qürur və iftixarla yad

etməmək mümkün deyil. Adı çəkilən bu əvəzsiz incilərinidə

Gəncə ədəbi və ictimai mühiti yetişdirib. Danılmazdır ki, hər

zaman Gəncə ədəbi mühiti öz qaynarlığı ilə daima seçilib.

Bunun bir səbəbi qədim ənənələrlə üzvi surətdə sıx

bağlılıqdırsa, digər səbəbi isə qədim Gəncənin XX əsrdə

Bakıdan sonra ikinci ədəbi-mədəni paytaxta çevrilməsidir.

Bütün bunlar sözsüz ki, Ulu Gəncəmin XVII əsr qan yaddaşı

kimi tarix-memarlıq abidəsi sayılan “Şah Abbas” və “Uğurlu

xan” karvansaralarının, eləcə də İmamzadə kompleksinin,

Gəncə şəhərinin mühüm tarixi və etnoqrafik abidəsi olan

“Köhnə Səbiskar” qəbirstanlığının həmçinin “Qızıl Hacılı”

tarix-memarlıq abidəsinin, Dövlət Dram Teatrı, Filarmoniya

və Pedoqoji Universitetinin eləcə də Azərbaycan Dövlət Aqrar

Universitetinin digər institut və texnikumların, Nizami

məqbərəsinin və şəhərin özünün qədimliyinin ədəbi-mədəni

həyata böyük təsiri ilə üzvi şəkildə bağlılığından qaynaqlanır.

Gəncə yetirdiyi böyük elm adamları ilə, teatr xadimləri və

ümumən incəsənət ustaları ilə fəxr edə bilər, amma söhbət

ədəbi mühitdən gedirsə, son əlli ildə burada görkəmli nasir və

dramaturq kimi yaşayıb-yaradan, hər zaman Gəncəmin Xan

çinarı kimi xatırlanan Altay Məmmədovun, şairə-dramaturq

Fəridə Əlyarbəylinin, şair Məmməd Alimin və hal-hazırda 80

yaşına çatıb Gəncədən kənara çıxmasa belə, Azərbaycan ədəbi

mühitində kifayət qədər tanınmış yazıçı Qərib Mehdinin,

Page 13: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

13

Xəzangülün, Sahib İbrahimlinin, Aləmzər Əlizadənin, Nüşabə

Məmmədlinin, mərhum gözəl şairlərimiz olan Bahadur

Fərmanın, Rübailin xidmətlərini unutmaq olmaz. Bütün

bunlarla yanaşı qeyd etməliyəm ki, bəli Gəncə ədəbi mühiti

bütün Azərbaycan üçün hər zaman cəlbedici olub. Bu gün

qürurla qeyd etməliyəm ki, acı taleli, romantik şair

Məhəmməd Hadinin və Abbas Səhhətin nakam ömürlərinin

son çağları da məhz Nizami yurdu olan Gəncədə keçib. İndi

hər ikisinin ziyarətgaha çevrilən qəbirüstü abidələri də elə

Gəncə torpağındadır.

Gəncədə bu əbəbi mühitdən qaynaqlanan, öz sözü və

dəsti-xətti ilə hər zaman seçilməyi bacaran, həyat və

yaradıcılığı XI yüzilliyin sonuna, XII yüzilliyn əvvəllərinə aid

olan məşhur rübai ustası Məhsəti Gəncəvi və Raziyə Gəncəvi

kimi qadın şairlərimizin yaradıcılıq bulağından bəhrələnən və

xanım-xatınlığı ilə diqqət mərkəzində olmağı bacaran şairə-

dramaturq Fəridə Əlyarbəyli yaradıcılığından danışmamaq,

ondan yan ötmək mümkün deyil.

Fəridə Həsən qızı Əlyarbəyli 1924-cü il iyul ayının 2-

də Gəncədə anadan olub. Burada orta məktəbi bitirdikdən

sonra 1942-ci ildə indiki Bakı Dövlət Universitetinin

filologiya fakültəsinə daxil olub. 1947-ci ildə təhsilini

tamamlayan Fəridə Əlyarbəyli 1948-ci ildə Azərbaycan Elmlər

Akademiyasının Gəncə Bazasında kiçik elmi işçi kimi

fəaliyyətə başlayıb. Mətbuatda dərc edilən bir sıra tarixi

faktları vərəqlədikcə məlum olur ki, 1950-1952-ci illərdə

Azərbaycan Yazıçılar Birliyi Gəncə filialının işi bir qədər

zəifləyib, hətta öz fəaliyyətini dayanmaq təhlükəsi dərəcəsinə

çatıb. Bu zaman Bakıda yazıçılar bir araya gələrək Gəncə

filialının fəaliyyətini canlandırmaq üçün tədbirlər planı

hazırlayıblar. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd

Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin

iştirakı ilə keçirilən iclasda Gəncə filialının Fəridə Əlyarbəyli,

Nazim Axundov və Nəriman Həsənzadədən ibarət bürosu

Page 14: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

14

təsdiq edilib. Fəridə Əlyarbəyli həmin iclasda filialın məsul

katibi seçilib. Arada iki il bu quruma Müzəffər Piriyev

rəhbərlik edib. Fəridə Əlyarbəyli isə yenidən qurumun

rəhbərliyinə qayıdaraq Yazıçılar Birliyinin Gəncə şöbəsinin

məsul katibi olub. O, 1953-1989-cu illərdə Azərbaycan

Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri kimi də fəaliyyət

göstərib.

Fəridə Əlyarbəyli ədəbi fəaliyyətə 1939-cu ildə

“Kirovabad bolşeviki” qəzetində çap olunan “A dağlar” adlı

şeri ilə başlayıb. Elə həmin vaxtdan da mətbuatda bədii

yazıları ilə çıxışlar edib. O, XX əsrin əvvəllərində Gəncədə

yaşayıb-yaratmış Əkbərşah Ruhi barədə möhtəşəm bir

monoqrafiyanın müəllifidir. 1955-ci ildə “Uşaqgəncnəşr”

tərəfindən Fəridə Əlyarbəylinin “Arzular” adlı ilk kitabı

çapdan çıxıb. Müxtəlif vaxtlarda “Yasəmən”, “Gəncəli qız”,

“Qayğı”, “Sərv ağacı”, “Dünyaya insan gəlir”, “Novruz

bayramı”, “Könül çırpıntıları”, “Cavad xan türbəsi”, “Ona

xanım dedilər”, “Pürrəng çay”, “Sular bulananda”, “Dünya nə

qəmlisən” və başqa kitabları nəşr olunub. “Damlardan uca

çinar” şerlər toplusu Moskvada “Sovetski pisatel”

nəşriyyatında rus dilində çapdan çıxıb. Ümumiyyətlə qeyd

etmək istərdim ki, Fəridə Əlyarbəylinin nəşr olunan hər bir

kitabı geniş oxucu kütləsi və ədəbi ictimaiyyəti tərəfindən hər

zaman maraqla qarşılanıb. Filologiya elmləri namizədi Ruziyə

Quliyeva “Dünya nə qəmlisən” kitabı haqqında yazır: “

“Dünya nə qəmlisən ” kitabında toplanmış müxtəlif səpkili

şerlər və poemalar bugünkü həyatımızın dolğun mənzərəsini

verir, babalarımızın keçdiyi şərəfli həyat yolunu bir daha yada

salır. Bu poetik lövhələr korşalmış yaddaşlarımızı təzələyir,

ruhumuza sevinc nuru bəxş edir. Qəmli dünyanın qəmləri

içərisində məhv olmuruq, aydınlığa, işığa doğru can atırıq”.

Bu gün xüsusi olaraq qeyd etməliyəm ki, Fəridə

Əlyarbəylinin ayrı-ayrı kitablarında toplanmış şerləri və

poemaları onu həm lirik, həm də ictimai məzmunlu əsərlər

Page 15: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

15

müəllifi kimi tanıda bilib. Xüsusi ilə Fəridə Əlyarbəyli

yaradıcılığının son illərində əsasən “Səkkizliklər”in

yazılmasına böyük əhəmiyyət verirdi. Bu “Səkkizliklər” çox

böyük maraqla qarşılanırdı. Onun “Səkkizliklər”i hər zaman

ümumbəşəri fikir və duyğularla əhatə olunmaqla səciyyəvi,

dolğun idi. Şairə Aləmzər Əlizadə Fəridə Əlyarbəyli haqqında

öz xatirələrində yazır: “Mən Fəridə xanımın bütün

yaradıcılığına bələdəm. O, sonradan şair olmamışdı. O, şair

doğulmuşdu, şair yaranmışdı. Bütün varlığı ilə yaradıcılığa

bağlı bir xanım heç vaxt sənətinə biganə qalıb onu arxa plana

keçirmədi. Onu hər yerdə, hər zaman hər şeydən uca tutdu”.

Filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi,

şair-dramaturq Sahib İbrahimli isə Fəridə Əlyarbəylini

xatırlayarkən onu “Gəncə yazarlarının anası” deyərək yad edir.

Bütün bunlarla yanaşı xüsusi olaraq qeyd etməliyəm ki,

Fəridə Əlyarbəyli poeziyada olduğu kimi, bütün səhnə

əsərlərində də öz mövzularına daima sadiq qalır, insanın daxili

aləmi ilə yanaşı cəmiyyətdə, ictimai həyatda mövqeyinə də bir

sənətkar münasibəti göstərirdi. Onun son illərdə qələmə aldığı

bütün əsərlərində xüsusi olaraq Qarabağ hadisələri və baş

verən olaylardakı faciələr, işğal altında olan yaralı

torpaqlarımızda tökülən günahsız insan qanı, erməni

vəhşilikləri bütün incəlikləri ilə göstərilməklə xatırlanır, yad

edilirdi.

“Əzəldən qəm üstündə köklənmiş bu dünya kimsəni

sona qədər sevmədi, ani, ötəri sevinclər qəmlə əvəzləndi.

Gələn də, gedən də qəm odunda qovruldu” deyən Fəridə

Əlyarbəyli 2011-ci ilin oktyabr ayının 24-də Gəncədə

əbədiyyətə qovuşdu. Öz misaralarında deyildyi kimi:

Dünya nə qəmlisən yaranışından,

Gələn də peşiman, gedən peşiman.

Dünya, nə qəmlisən,

Nə qəmlisən sən.

Page 16: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

16

Fəridə xanım Əlyarbəylinin tələbəlik illərinin xoş bir

xatirəsi olaraq. Bakı – 1941-ci il.

Page 17: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

17

Fəridə Əlyarbəyli öz xatirələrinin işığında

Bu gün şairə və dramaturq Fəridə Əlyarbəyli

yaradıcılığından danışarkən onun söz ustaları, sənət adamları

və dostları, ürək sirdaşları haqqında qələmə almış olduğu

fikirlərdən, xatirələrdən yan keçmək, bu fikir, düşüncələr

aləminə laqeyid qalmaq belə mümkün deyil. Maraqlı cəhət

burasındadır ki, Fəridə Əlyarbəyli bu xatirələri belə qələmə

alarkən bir doğmalıq və səmimiyyət eləcə də kövrək xatirələr

işığında yaradıcılığının bir hissəsində onlara da yer ayırmış və

bu şəxsləri hörmət, ehtiramla yad etmişdir. Onun şəxsi

arxivində bu kimi əlyazmalar çoxluq təşkil edir. “Nazim

Hikmətlə görüşlərim”, “Bir ovuc torpağı yaşatdın” (xalq şairi

Əzizə Cəfərzadə haqqında), “Əziz bir xatirə” (Səməd Vurğun

haqqında), “Məşhur Qayıbovların qeyrətli qız qardaşı”

(İsmayıl bəy Qayıbov ailəsinin ilk qız övladı Şəqibə xanım

haqqında) xatirələri Fəridə Əlyarbəylinin iç dünyasından

xəbər verir. Fəridə Əlyarbəyli bu xatirələri qələmə almaqla

həm də bu şəxslərin bir daha xatirəsini yaşatmaqla onları

gələcək nəsillərə daha yaxından tanıtmaq missiyasını qarşısına

bir məqsəd olaraq qoymuşdur. Elə bu baxımdan onun

xatirələri maraqla oxunur və gələcək tədqiqat işlərinin

aparılması məqsədilə ilkin mənbə olaraq böyük əhəmiyyətə

malikdir.

Onun “Nazim Hikmətlə görüşlərim” xatirəsi xüsusi

olaraq diqqəti cəlb edir. Fəridə Əlyarbəyli bu görüşləri

ümumiləşdirməklə bir daha böyük Türk şairi və mütəfəkkiri

Nazim Hikməti xatırlamaqla onun dünyasına işıq salır və ilkin

mənbə olaraq tədqiqat və araşdırmalar üçün əsaslı faktları

təqdim edir. Nazim Hikməti xatırlayan Fəridə Əlyarbəyli onun

haqqında yazır: “Hələ sağlığında dünya klassikləri ailəsində

özünə layiqli yer tutmuş, Türkiyənin böyük oğlu Nazim

Hikmətlə bir neçə dəfə görüşmək səadəti mənə də nəsib

olmuşdur.

Page 18: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

18

Nazim Hikmət 1958-ci ildə Gəncəyə gəldi. Azərbaycan

Yazıçıları İttifaqından şəhər qəzetinin redaktoru Kəramət

Tağızadəyə Bakıdan zəng vurub xəbər verdilər ki, sabah

Süleyman Rüstəmlə türk şairi Nazim Hikmət Sizin şəhərinizə

qonaq gələcəklər. Bu şad xəbəri şəhər partiya komətisinə

bildirmək lazım idi. Hörmətli qonağı ləyaqətlə qarşılamaq

lazımdır. Kəramət bu xəbəri katiblərə bildirəndə onlar çox

laqeyid deyirlər ki, bizim xəbərimiz yoxdur. Əgər mərkəzi

Komitə lazım bilsəydi xəbər verərdi. Biz də onları təntənəli

qarşılayardıq. Nazim Hikmət Süleyman Rüstəmin qonağıdırsa,

qoy, o, qayğısına qalsın. Bizlik burada heç bir iş yoxdur.

Kəramət onlara bu görüşün böyüklüyünü deyir:

- Gələn qonaqların biri ölkəmizdə, digəri bütün

dünyada məhşur sənətkarlardır. Gəncəyə gəlirlər. Onlara

məgər xüsusi göstəriş lazımdır? Deyib gedir. Bütün yolu öz-

özünə danışır: - Yazıqlar olsun bizə yüz illərdir ki, xüsusi

göstəriş, yuxarıdan sərəncam gözləyirik.

Kəramət mənə zəng elədi və dedi ki, sabah Nazim

Hikmət və Süleyman Rüstəm şəhərimizə gələcəklər.

Mən Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin

məsul katibi vəzifəsində işləyirdim. Onların Gəncəyə gəlişi elə

bir başa mənim işimlə əlaqədar idi.

Xəbər verdik bütün məktəblərə, ədəbiyyat

müəllimlərinə, ziyalılara qonaqları layiqincə qarşılayaq, mən

də öz tərəfimdən xahiş etdim ki, gül-çiçək dəstələri bol olsun.

Səhər saat 9-da vağzala xeyli adam toplaşmışdı.

Məktəblilər şairin şerlərini deyir, vağzalda bayram əhval-

ruhiyyəsi hökm sürürdü...

Nazim Hikmət, Yazıçılar ittifaqının birinci katibi

Mehdi Hüseyn, Süleyman Rüstəm və Əkbər Babayev

vaqondan düşəndə gül dəstələri və alqışlarla onları qarşıladıq.

Vağzalda olan adamlar gələn qonaqların kim olduğunu bilib

bizə qoşuldular. Süleyman Rüstəm onları qarşılayanları

nəzərdən keçirib soruşdu: “Kəramət, şəhər rəhbərliyindən heç

Page 19: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

19

biri gözümə dəymir. Yoxsa onlara xəbər verməmisiniz?” Bildi

ki, bu məsələnin üstündən sükutla keçmək lazımdır. Sən demə

13 illik zindan, vətən həsrəti, ailədən ayrılıq dərdi və üstəlik

böyük sənətkarın payına düşən xalqın, vətənin dərd yükü onun

çiynində idi. Nazim ağır xəstə idi.

Qonaq evinə gəldik. Dincəldi..... Xeyli söhbət elədik....

Şəhəri gəzmək istədiyini bildirdi.

Şəhər parkına getdik (qonaq evi ilə parkın arası çox

deyildi). Nazim Hikmət əlini ürəyinin üstünə qoyaraq yolda

bir ağaca söykəndi. Doğrusu özümüzü itirdik, həkimi Qalya

xanım tez köməyə gəldi. Dərman verdi. Şair əlilə işarə elədi

ki, keçib gedər, belə hallar tez-tez olur. O, sakit oldu,

yolumuzu davam elədik. Nazim Hikmət çox əzəmətli idi. Uca

boylu, enli kürəkli, sarışın saçları var idi. Üzündəki təbəssüm,

mərdlik istər-istəməz görənləri özünə cəlb edirdi. O gün

Gəncənin küçələrində müdrik bir insan addımlayırdı. Elə bil

biz də onunla ucalmışdıq.

Şəhər parkı şairin çox xoşuna gəldi, səf-səf düzülən

qocaman çinarlara heyranlıqla baxır, dayanıb hər birinə tamaşa

edir və gülümsəyirdi. Xiyabanların birində ağ göyərçin şəkili

çəkilmiş panolar düzülmüşdü. Şair panolara diqqətlə baxır və

müxtəlif dillərdə olan yazıları oxuyurdu. Axıra çatanda özünə

məxsus bir yumorla:

- Məgər azərbaycanlılar sülh istəmiyorlar?

- Əlbəttə, istəyirlər, o bizim arzumuzdur.

- Bəs onda nə üçün azəri dilində sülh sözü yoxdur.

Nazim Hikmət hər şeydə məna axtarır, hər şey haqqın-

da öz mülahizəsini bildirirdi. Gəncənin bir-iki mərtəbəli evləri,

onların memarlıq üslubu şairin çox xoşuna gəldi. Hətta o dedi

ki, Gəncə qədim Şərq şəhəridir. Burada çoxmərtəbəli evlərin

tikilməsi onun şərqliyinə və ümumi üslubuna xələl gətirə bilər.

Siz onun şərqliyini, qədimliyini qoruyun. O, bəzi binaların

önündə dayanaraq həsrətlə baxıb deyirdi: “Nə gözəldi. Burası

mənim İstanbuluma bənziyor. Nə gözəl ornamenti var”...

Page 20: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

20

Nazim Hikmət dahi Nizaminin məqbərəsini ziyarət

etmək istədi: “Bu mənim illərlə ürəyimdəki arzumdur.

Gəncəyə gələndə bütün yol uzunu ulu Nizamini düşündüm. Bu

müqəddəs torpağı, yeri görəcəyimi xəyal hesab etdim.

Şükürlər olsun ki, arzuma yetişdim”.

O, Nizaminin qəbrini görəndə qapının ağzında dayanıb

baxdı, sonra sakit addımlarla məzara yaxınlaşdı, dayanmadı,

onun başına dolandı mərmər qəbri öpdü. Qəbrin yanında xeyli

dayandıq. Nazim Hikmət sanki xəyalən Nizami ilə söhbət

edirdi. Sonra fəxri qonaqlar üçün qeyd kitabına bunları yazdı:

“Böyük ustad, məqbərənizi ziyarət etdim, çox bəyəndim. Arzu

edirəm, M. Ə. Sabirə və Cəlil Məmmədquluzadəyə belə

məqbərələr yapılsın.

Böyük ustad, siz əbədiyyəti qazandınız. Bunun sirrini

bizə də öyrədin!”

Bu sətirləri yazanda şair əbədiyyəti qazanmış,

dünyanın hər yerində milyonların ürəyini fət etmişdir.

Nazim Hikmətin şəhərimizə gəldiyini eşidən ziyalılar

qonaq otağına gəlir, onu görmək istədiklərini bildirirdilər.

Onların arzu və istəklərini nəzərə alıb görüş gecəsi keçirməyi

qərara aldıq. Görüş təşkil olundu. Zal dolmuş, xeyli adam ayaq

üstə dayanmışdı. Nazim Hikmət xitabət kürsüsünə

yaxınlaşanda sürəkli alqışlar guruldadı. O, həm də gözəl natiq

idi. Çıxış zamanı yumor qarışıq fəlsəfi fikirlərlə hamının

diqqətini cəlb edir, adamları ovsunlayırdı. Şair çıxışında

Dünya Sülh Tərəfdarları Şurasının rəhbərlərindən biri kimi,

beynəlxalq vəziyyətdən, sülh hərəkatından geniş söhbət açdı.

Kiçik xalqların müstəmləkə boyunduruğundan xilas olmaq

uğrunda apardıqları mübarizədən danışdı. Azadlıq, müstəqilliy

amalından danışaraq, bu işin müqəddəsliyini və çətinliyini

qeyd etdi. Hətta belə bir məsəl söylədi:

- Anadolu və azəri türklərində belə bir məsəl var

deyərlər: “Halva, halva deməklə ağız şirin olmaz”. “Azadlıq”

deyib tribunadan boş-boş hayqırmaqdansa, qolları çırmayıb

Page 21: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

21

azadlıq uğrunda qəti mübarizəyə qoşulmaq, xalqın iradəsini bir

nöqtəyə toplamaq, onun iqtisadiyyatını və mədəniyyətini

yüksəltmək lazımdır.

Görüşün sonunda şair bir neçə lirik əsərini, o cümlədən

“Məmmədə son məktubum” şerini ürək yanğısı ilə oxudu.

Sonra Süleyman Rüstəm şerlərini söylədi. Mən Nazim

Hikmətə yazdığım şeri oxudum. O, çox diqqətlə qulaq asırdı.

Vətən həsrətilə döyünən ürək,

Şairim, deyirlər yaralı olar.

Moskva sevsə də səni övladtək,

İstanbul deyəndə gözlərin dolar.

Deyirlər İstanbul gözəldir, gözəl,

O yeri səninlə gəzmək istərəm.

Ürəyin xəstədir sahildə dincəl,

Mən Qara dənizdə üzmək istərəm.

Bilirəm, şairim, sinən dağlıdır,

Başında həmişə çən, duman olur.

Doğma vətəninə könlün bağlıdır,

Türkiyə deyəndə gözlərin dolur.

Yerindən durub qarşıma gəldi, əllərimi öpdü... Səhərisi

gün Nazim Hikməti Gəncə bölgəsinin ən gözəl güşəsi –

Göygölə apardıq. Şair gölün əsrarəngiz gözəlliyinə heyran

oldu. Onu nağıl adlandırdı: “Bu ki, əsl əfsanədir. Bu gözəlliyin

reallığına inanmaq çətindir. İndi anladım ki, sizə niyə “xalq

şairi” deyirlər” – sonra üzünü göylərə tutub: - “İlahi, nə böyük

qüdrətin varmış, belə gözəlliyi yaratmısan”, - deyəndə,

Kəramət Əhməd Cavadın “Göygöl” şerinin bir bəndini dedi:

Kəsin eyşi-nuşu, gələnlər susun!

Dumandan yorğanı, döşəyi yosun.

Bir yorğun pəri var, bir az uyusun,

Uyusun dağların maralı Göygöl!

Nazim Hikmət həyəcanla:

Page 22: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

22

- Dayan, dayan, misraları bir də təkrar ediniz.

Kəramət şeri təkrar söylədi. O, oturduğu yerdən qalxaraq:

“Bax, budur əsl sənətkarlıq! Təşbehə fikir verin. Deyin, gəl ilə

maralın nə oxşarlığı. Amma Cavad onlara ümumi bir oxşarlıq

tapıb. O, Göygölü qocaman Kəpəzin ətəyinə qısılıb məhzun-

məhzun uyuyan marala bənzətmişdir. Əhsən!”

Üç gündən sonra Nazim Hikməti yenə vağzaldan yola

saldıq. Şəhər ziyalıları həm onu görməyə, həm də onunla

xudahafizləşməyə gəlmişdi. Nazim Hikmət vaqonun qapısında

dayanıb bizimlə təkrar xudahafizləşirdi. Elə bu zaman o, uca

səslə:

- Ferida xanım, Ferida xanım, baxınız, gavurun qızı

ərinizi öpüyor.

Hamımız Qalya xanım tərəfə boylandıq, doğrudan da

Həkim Qalya xanım Kəraməti qucaqlayıb öpürdü. Biz də

Nazim Hikmətə qoşulub güldük.

Nazim Hikmətlə ikinci görüşümüz yenə də Gəncədə

oldu. 1959-cu il idi. İndi vəziyyət bir qədər dəyişmişdi. Şəhər

Partiya Komitəsinin ideologiya işləri üzrə katibi Kəramət

Tağızadə idi. Bu dəfə Nazim Hikməti Gəncəyə dostumuz,

Kəramətin və mənim məktəb yoldaşım məşhur türkoloq və

nazimşünas alim Əkbər Babayev dəvət eləmişdi. Bu dəfə şairə

hər cür şərait yaradıldı, ona xüsusi maşın təhkim edildi.

Gənclərlə, ziyalılarla, yerli şairlərlə görüşlər təşkil edildi.

Şairin şərəfinə gündə bir yerdə böyük ziyafət təşkil olundu.

Nəhayət, Nazim Hikmət bizim qonağımız oldu. Qocaman

yazıçı Cahanbaxş Cavadzadə, akademik Firuz Məlikov, gənc

yazıçı Altay Məmmədov da gəlmişdi. Nazim Hikmət Qalya

xanım və Əkbər Babayevlə birgə gəldi. Kəramət ev sahibi

kimi qonaqları şairə təqdim etdi. Birinci Cahanbaxşı

göstərərək: “Ustad, Cahanbaxş müəllim bizim qocaman

yazıçımız, istedadlı tərcüməçidir. Mixail Şoloxovun əsərlərini,

Bertold Brextin, Gi dö Mopasanın, Maksim Qorkinin və bir

sıra görkəmli dünya yazıçılarının əsərlərinin Azərbaycan dilinə

Page 23: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

23

tərcüməsi onun zəhmətinin məhsuludur”. Kəramət sözünü

bitirməmişdi ki, Cahanbaxş onun sözünə irad tutdu: “Mən həm

də tənqidçiyəm”.

Nazim Hikmət mənalı-mənalı gülümsədi və belə bir

əhvalat danışdı: “Azərbaycanda siz Molla Nəsrəddin

deyirsiniz, biz türklər isə Xoca Nəsrəddin adlandırırıq. Bir gün

Xoca Nəsrəddin xəstələnir. O, arvadına pul verir ki, həkim

çağırsın. Həkim gəlir. Xəstəni müayinə edir, retsep yazır və

mütləq dərmanı almağı tapşırıb gedir. Həkim gedəndən sonra

Xoca Nəsrəddin yenə arvadına pul verib dərmanı aldırır.

Arvad dərmanı alıb gətirir. Havalar isti olduğu üçün Xoca

yatan otağın pəncərəsi açıq idi. O, dərmanı əlinə alır, üstünün

kağızını oxuyur, sonra da dərmanı bərk çalxalayıb şüşəni

pəncərədən bayıra atır. Arvadı hirslənib deyir:

- Kişi, sən ki, həkimin göstərişinə əməl etməyəcəy-

dinsə, niyə 20 lirə verib onu çağırtdırdın?

- Yaxşı, arvad, həkimi mən çağırmayım, sən çağır-

ma, bəs bu həkimlər nə ilə yaşamalıdırlar?

- Yaxşı, 20 lirə də verib dərmanı aldırdın, sən ki, onu

içməyəcəydin.

Xoca gülərək onun sözünü kəsir:

- Bəs aptekdə işləyənlər yaşamamalıdırlar? Nə qədər

əziyyət çəkib dərman hazırlayıblar.

- Kişi, sən ki dərmana belə qiymət verdin, niyə heç

dadına da baxmamış atdın bayıra?

- Arvad, axı, mən də yaşamaq istəyirəm!”

Beləcə, şair öz məzəli söhbəti ilə Cahanbaxşın replika-

sına cavab verdi.

Nazim Hikmət bütün çıxışlarında, adi söhbətlərində də

zülmə, istibdada, əsarətə, ədalətsizliyə dərin nifrətini bildirir

və ona qarşı mübarizə aparır. Yana-yana yaşardı:

Mən yanmasam,

sən yanmasan,

biz yanmasaq,

Page 24: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

24

necə çıxar

qaranlıqlar

aydınlığa...

Nazim Hikmətlə üçüncü görüşümüz Bakıda oldu.

Respublikamız dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin

400 illik yubileyinə hazırlaşırdı. Yubiley təntənəsində iştirak

etmək üçün məni və Kəraməti Bakıya dəvət etmişdilər.

Yubileylə bağlı dünyanın hər yerindən görkəmli alimlər,

yazıçılar Bakıya gəlmişdilər. Yazıçılar İttifaqından öyrəndim

ki, Nazim Hikmətlə Əkbər Babayev Bakıdadırlar. Kəramətlə

şairin qaldığı “İnturist” mehmanxanasına getdik. Nazim və

Əkbər bizi çox səmimi qarşıladılar. Şair bizim həyatımızla

maraqlandı, Gəncə haqqında suallar verdi. Mən onun səhhəti

barədə maraqlandım.

- Görürsünüz də, hələlik yaşayıram. Doğrudur,

hərdən ürəyim sözümə baxmır, onu da vermişəm Qalya

xanımın sərəncamına.

- Ustad, Türkiyədən Füzuli məclisinə gələn

olacaqmı?

- Əlbəttə, bu gün eşitdim ki, o, artıq gəlib Bakıdadır.

- O da şairdir?

- Xeyir: o, Türkiyənin məşhur füzulişünas alimi

Agahi-Sirri Ləvənddir. Çox görkəmli alimdir.

Kəramət sual verdi: “Ustad, siz onunla

görüşəcəksinizmi?”

Bu sualdan sonra o, fikrə getdi və təəssüf hissi ilə

cavab verdi: “Mən onunla məmnuniyyətlə görüşərdim. Hətta

əlindən və ətəyindən də öpərdim. Axı, onun paltarında az da

olsa, Türkiyənin tozu, İstanbulun ətri var. Ancaq o, mənimlə

görüşmək istəməz”.

Səbəbi ilə maraqlandıq:

- Əgər siz Türkiyəyə gedəsi olsanız, orada yaşayan

Azərbaycan Müsavat Partiyasının rəhbərlərindən

Məmmədəmin Rəsulzadə və başqaları ilə görüşərdinizmi?..

Page 25: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

25

Əgər görüşəsi olsanız, vətənə qayıdandan sonra sizi nə

gözlədiyini təsəvvür edirsinizmi? Axı, orada sizin hər

addımınızı çekistləriniz izləyəcək və kimlərlə görüşdüyünüzü

lazımi yerlərə xəbər verəcəklər. Səfərdən qayıdan kimi sizi

“müsavatçı”, “xalq düşməni” damğası ilə damğalayacaqlar.

Ağıllanmaq üçün Sibirə “istirahətə” göndərəcəklər. Elə buna

görə də Agahi-Sirri Ləvənd mənimlə görüşməyi arzu etməz.

Axı, burada da Türkiyənin agentləri olmamış deyil. Bir burjua

aliminin, vətəndən xaric edilmiş bir kommunistlə görüşü

bəyəm təhlükəli deyilmi?

O, danışdıqca çox əsəbiləşdiyi hiss olunurdu. Odur ki,

Türkiyə haqqında daha ona sual vermədik. Mən söhbəti

dəyişmək üçün ona Gəncədə birlikdə çəkdirdiyimiz fotoları

verdim.

Səhərisi gün ertədən Azərbaycan Elmlər

Akademiyasında Füzuli yubileyi işə başladı. Məşhur

füzulişünas alim Həmid Araslı geniş və dərin mənalı məruzə

ilə çıxış etdi. Füzuli haqqında çıxış edənlər çox oldu, türkiyəli

qonaq Agahi-Sirri Ləvəndə də söz verdilər. Sonra Nazim

Hikmət danışdı. O, əzəmətli addımlarla xitabət kürsüsünün

arxasında görünəndə bütün zaldakılar ayağa qalxdı. Bir neçə

dəqiqə davam edən sürəkli alqışlarla onu qarşıladılar. Nazim

Hikmət Füzulinin şəklinə üzünü tutub: “Salam söylədi, rüşvət

deyil deyə, salamını almadılar. Dörd yüz ildən sonra mən

böyük Füzuliyə baş əyir, salamlayıram...”

Nazim Hikmətlə son görüşüm 1974-cü ildə

Moskvadakı “Devçi monastr” qəbiristanlığında oldu. Qırmızı

qranit daşın üstündə həkk olunmuş şair sanki dərin xəyal

aləminə dalaraq əzəmətlə addımlayırdı.

1963-cü ildə Nazim Hikmətin vəfatı xəbərini eşidəndə

sarsıldım. Elə bildim sıldırım qayalar başıma endi. Demə,

şairin çinar boyda həsrəti var imiş. O şeri şairin qəbri önündə

özünə oxudum.

Page 26: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

26

Ölüm xəbərini eşitdiyim gün,

Elə bil bu dünya dar gəldi mənə.

Allaha üz tutdum – niyə, nə üçün?

-Səni gözləyirdik Gəncədə yenə...1

1.Fəridə Əlyarbəyli “Nazim Hikmətlə görüşlərim” –

“Ədəbiyyat” qəzeti, 20 dekabr 2002-ci il, №51 (3332)

sayında, səh 1-5.

Page 27: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

27

Bir ovuc torpağı yaşatdın

Mən hər dəfə Bakıya gələndə Əzizəyə zəng eləyər,

mütləq görüşərdim. 2002-ci il idi. Əzizəyə zəng elədim, səsimi

tez tanıdı: “Sənsiz darıxmışam, nə vaxt görüşəcəyik?”- Elə

mən də - dedi. Görüşdük. Xeyli söhbətdən sonra yeni kitabını

göstərib dedi:

- Deyəsən bu kitabımı sənə verməmişəm – “Biz

Cəfərzadələr”. Yazdı: “Əzizim, Fəridəm, şairim. Həsrət

qaldığım möhkəm cansağlığı arzulayıram. Əzizən.

14.05.2002”.

Bu bioqrafik kitabında XIX-XX əsrlərdə Azərbaycan

məkanında baş verən mühüm hadisələr, filologiya elmləri

doktoru qardaşları Məmməd və Əhməd Cəfərzadələrin yazıları

var. Mən bu kitabı oxuyanda Əzizənin mənə söylədikləri, bu

ailənin ağır şərait içərisində yaşamasını Əzizə mənə

söyləmişdi. (Onları bir daha bədii şəkildə oxudum).

1942-ci il idi. Mən Bakı Dövlət Universitetində

oxuyurdum. Bir gün sinfimizə qıvrım saçlı, bəstə boylu,

qarayanız bir qız gəldi. Mühazirələrə qulaq asar və tez də

gedərdi. Sonralar öyrəndim ki, o həm də işləyir. Eksterni

oxuyurdu. Əzizə ilə çox tez dostlaşdıq. Onunla söhbətimiz

tuturdu. İkimiz də həyata eyni cürə baxırdıq. Onun söhbətləri

mənə o qədər xoş gəlirdi ki, ayrılmaq istəmirdim. Əzizə elə bil

dərya idi. Saysız-heysabsız bayatıları, Füzulinin qəzəllərini elə

avazla söyləyirdi ki, qulaq asmaqdan doymazdım.

Universiteti qurtardıq. Beş nəfərə aspiranturada yer

verdilər. Mən Bakıda qala bilmədim. Həm qalmağa yerim yox

idi, həm də səhətim imkan vermədi. Əzizə aspiranturada

oxuyur, həm də işləyirdi.

Axırıncı dəfə “Sular bulananda” poemamı Əzizəyə

aparmışdım. İki gündən sonra zəng elədi ki, poemanı

oxuyubdur. Getdim. Əsəri diqqətlə oxuduğunu dedi və yazdığı

rəyi mənə verdi.

Page 28: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

28

Əzizənin 60 yaşı olanda bu şeri yazıb ona

göndərmişdim.

“Bir ovuc torpağı yaşatdın” misrasında mən bilmirəm

ki, “Bir ovuc torpaq” niyə görə yazmışdım. Bir ildir sən

dünyanı dəyişdin, bir ovuc torpağa döndün. Bir ovuc torpağı

ziyarətə çevirdin. Müqəddəsləşdirdin, yaşatdın. Bir ovuc

torpaq da səni əbədi yaşadacaq.

31 avqust 2004-cü il

Gəncə.1

__________________________________________________

1. Fəridə Əlyarbəyli “Bir ovuc torpağı yaşatdın” –

“Ədəbiyyat” qəzeti, 03 sentyabr 2004-cü il, №34 (3421)

sayında, səh 3.

Page 29: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

29

Əziz bir xatirə

1945-ci ilin oktyabr ayı idi. Müharibə təzə qurtarmışdı.

Müharibənin acısı, ağrısı hələ canımızda idi. Universitetdə

oxuyurdum. Bir gün dərsdən sonra professor Məmməd Cəfər

müəllim (Rus ədəbiyyatından bizə dərs deyirdi) məni yanına

çağırıb dedi: “Fəridə, sabah Yazıçılar İttifaqına gedərsən, səni

Səməd çağırıb görmək istəyir. Maşınkada yazılmış şerlərindən

bir neçəsini də apararsan və sonra: - Sabah mütləq Yazıçılar

İttifaqına gedərsən” – deyə təkrar tapşırdı. Doğrusu, bu

gözlənilməyən dəvət məni bərk çaşdırdı və həyəcanlandırdı.

Durduğum yerdə donub qalmışdım. Bəxtiyarın (B.

Vahabzadənin) “Sənə nə olub?”- sualına xəyaldan ayrıldım.

Biz bir qrupda oxuyurduq. Əhvalatı ona söylədim. Həyəcanlı

olduğumu gizlədə bilməmişdim.

- Bu ki, xeyir xəbərdi. Yəqin “Ədəbiyyat qəzeti”ndə

çıxan şerin Səməd Vurğunun xoşuna gəlibdir. Elə ona görə də

səni soraqlaşıb tapıb.

Ertəsi gün çap olunmuş şerlərimin çoxusunun özümdə

olmadığını bildiyim üçün kitabxanaya getdim. Qəzetləri tapıb

şerləri köçürdüm.

Makinada yazdırıb, Yazıçılar İttifaqına getdim. Qapıya

çatanda elə bil bütün cəsarətimi, sevincimi əlimdən aldılar.

Ürəyim elə döyünürdü ki... Geri qayıtmaq istədim. Fikrimdən

keçirdim ki, qayıdım, sabah gələrəm. Katibə Kubra xanımın:

- Kimi istəyirsən? – sualına:

- Səməd Vurğunu görmək istəyirəm, - dedim.

- Səməd yoldaş bu gün olmayacaq, - dedi.

Elə bil dünyanı mənə bağışladılar. Bu zaman telefon

zəng çaldı. Kubra xanım telefon dəstəyini götürüb, Səməd

Vurğunun işdə olmadığını, ova getdiyini kimə isə dedi. Mən

də rahatca Yazıçılar İttifaqından çıxıb getdim.

Page 30: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

30

İki gündən sonra M. Cəfər müəllimin yenə bizə dərsi

var idi. Onun: “Səmədi görə bildinmi?” sualina: “Tapa

bilmədim” cavabını verdim.

- Dünən gəlibdir. Yəqin işə çıxacaqdır. Mütləq

gedərsən, - deyə mənə bərk-bərk tapşırdı. O zamanlar Səməd

Vurğun Yazıçılar İttifaqının sədri idi.

Baxtımdan Səməd Vurğun otağında tək idi. Mən içəri

girəndə telefonla danışırdı. Əli ilə mənə “otur” işarəsi elədi.

Əyləşdim. Dəstəyi asanda sonra – Fəridəsən?

- Bəli (Kubra xanım məni içəri gəlməmişdən əvvəl

icazə istəmişdi).

- Qəzetdə çıxan şerini oxudum. Şerin xoşuma gəldi,

- deyib yerindən durub mənimlə üzbəüz oturdu. Haralı

olduğumu, harada yaşadığımı, dolanışığım haqqında qayğı

dolu suallar verirdi. Sonra apardığım şerləri çox diqqətlə

oxudu. Hərdən bir: “Yaxşı deyibsən” sözü işlədirdi. Şerlərimə

düzəlişlər elədi. Mən onları əziz xatirə kimi indi də

saxlayıram. “Bir yaz səhəri” adlı şerimi oxuyanda güldü:

- Bu gənclər belə sulu yerdə necə görüşsünlər?

Yazıqları gətirib lap suyun içinə salmısan, a gəncəli

qız. Sətəlcəm olarlar axı...

Mənim şerim belə idi:

Apar sürüləri dağlar ardına,

Geymiş çəmənliklər əl-alvan dona.

Həzin çeşmə axır otlar altına,

Orada gözləyirəm səni, sevgilim.

Üçüncü misranı o belə düzəltdi:

Gecə ay doğanda yaşıl ormana

Orada gözləyirəm səni, sevgilim.

Başqa şerlərimi də diqqətlə oxudu. Qara rəngli

mürəkkəblə misralar üzərində elədiyi düzəlişlərə baxanda indi

Səməd Vurğunun şair qüdrəti xəyalımda canlanır, əlçatmaz

böyüklüyü gözlərim önündə ucalır... ucalır...

Page 31: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

31

- Yazıçılar İttifaqı ilə həmişə əlaqə saxla. Bu yaxın-

larda Gənc yazıçıların müşavirəsi keçiriləcək. Səni də dəvət

eləyəcəyik. Bir az da cəsarətli ol! Bizim qızları geri qoyan

onların utancaqlığıdır. Şerlərin kimi özün də cəsarətli ol! Səni

yaxın vaxtlarda Yazıçılar İttifaqına üzv keçirmək olar. Çoxlu

oxu. Klassikləri dərindən öyrən...

Yazıçılar İttifaqından çıxanda özümdə tükənməz bir

cəsarət hiss edirdim. İstəyirdim ki, tələbə yoldaşlarım mənə

rast gəlsin və məndən soruşsunlar: “Hardan gəlirsən?” Mən də

onlara bütün əhvalatı söyləyim. Axı mən Səməd Vurğunu

görüb, onunla söhbət eləmişdim. O mənə qol-qanad verdi.

Ürəyimdəki sevinc, iftixar aşır-daşırdı. İstəyirdim hamıya car

çəkib deyim: “Mən Səməd Vurğunu gördüm, onunla söhbət

elədim. Bu böyük şəhərdə ata kimi, qardaş kimi qayğıkeşim

var”. Özümü dünyanın ən xoşbəxti bilirdim. Yol boyu Səməd

Vurğunun sözləri qulağımda səslənirdi: “Gəncəli qızı, yaz!

Şeri heç şeyə dəyişmə, yaz!” Doğrusu, elə bil yuxuda idim.

Necə gözəl yuxu idi. Bəzən adam belə yuxu görəndə fikirləşir

ki, kaş bu yuxu olmayaydı, həqiqət olaydı... nə isə, elə bu

zaman Səməd Vurğunun eyni sözlərini eşidirəm: “Cəsarətli ol!

Mütləq yaz! Şeri tullama ha... yaz! İşləsən, yaxşı şair ola

bilərsən!”

Yazıçılar İttifaqında olan “Gənclər günü”ndə

müntəzəm iştirak edir, yeni yazılarımı yığıncaqda oxuyurdum.

Məşğələ rəhbərimiz Əhməd Cəmil idi.

Yazıçılar İttifaqı Gənclərin Respublika müşavirəsini

çağırmışdı. Yaşıdlarımla orada tanış oldum. Natəvan adına

klubun qapıları taybatay açılmışdı. Oraya stollar, stullar

düzülmüşdü. Mən Mirvarid xanımın rəhbərlik etdiyi bölmədə

idim. Səməd Vurğun ümumi rəhbərlik edir, hər bölmədə bir az

oturur, şerlərə qulaq asırdı. Bizim bölmədə Qasım Qasımzadə,

Adil Babayev, Qabil İmamverdiyev, Əliağa Kürçaylı, Hüseyn

Hüseynzadə, Nəbi Babayevlə tanış oldum.

Page 32: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

32

Səməd Vurğun mənim “Çiçək”, “A dağlar” şerimə

qulaq asandan sonra “A Mirvarid, bu qız sənin gəncliyini

mənə xatırladır axı” – dedi və sonra əlavə etdi: “Mənə elə gəlir

ki, şairin ilk şerləri təbiətlə başlamalıdır. Belə şerlər təbii olur.

Sən necə bilirsən, a Mirvarid?”

- Əlbəttə, təbiət şerlərində təbii hisslər olur.

Universiteti qurtardıqdan sonra Bəxtiyarı, əlaçı qız

Gülcöhrəni, Əzizəni, Gülhüseyni və məni aspiranturada

saxladılar. Bir aydan sonra imtahanları verib qəbul

olunacaqdım. Lakin səhətimlə əlaqədar olaraq Gəncəyə -

evimizə qayıtdım.

1947-ci ilin sentyabr ayı idi. Nizami Gəncəvinin

anadan olmasının 800 illik yubileyi münasibətilə şəhərimizə

çoxlu qonaq gəlmişdi. Səməd Vurğun məni görüb, yanında

duran A. Fadeyevə: “Nizaminin nəvələrindəndir” – deyə

təqdim etdi. Sabir küçəsində hamı nəyi isə gözləyirdi. Səməd

Vurğun hey papiros çəkir, hamının keyfini xəbər alır, hamı

onunla görüşməyə tələsir... Gəncənin havası onu elə bil ki, ilk

gəncliyinə qaytarmışdı. Əhvalı çox xoş idi. Yenə üzünü mənə

çevirib soruşdu: “Universiteti qurtardınmı?” “Bəli”. “Harada

işləyirsən?” Dedim ki, hələlik işləmirəm.

- Niyə?

Mən susdum.

- Yəqin müəllim işləmək istəmirsən, hə?..

Mən gülümsəyəndə o, fikrə dalıb dedi:

- Akademiyanın Gəncə bazasında işləyərsənmi?

- Bəli, işləyərəm.

- Bu gün mən Yusiflə (Məmmədəliyev) danışım. Bir

iki saatdan sonra gələrsən. Görək... Axşamüstü Ələkbər

Ziyatayla bərabər mehmanxanaya getdim. A. Fadeyevlə oturub

çay içirdilər. Səməd Vurğun məni görən kimi:

- Fəridə, işin düzəldi. Yusif Mirzəyə (pr. Mirzə

Sadıxova) tapşırdı. Nə lazımdı Mirzədən soruş, sənədlərini

hazırla, Bakıya aparsın.

Page 33: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

33

Bu söhbətdən bir həftə keçmədi, Gəncədə olan

Akademiyanın K/T bazasında ədəbiyyat şöbəsi açılması

haqqında qərar verildi və mən orada kiçik elmi işçi vəzifəsində

çalışdım.

Yenicə işləməyə başlamışdım. Bir səhər məni bazanın

direktoru pr. Mirzə Sadıxov yanına çağırıb dedi ki, (yanında

alçaq boylu qoca bir kişi var idi) tanış ol, Əli Şövqinin qardaşı

İsmayıldı. Bunda Gəncədə yaşayıb-yazan şair Əkbər şah

Ruhinin Əli Şövqiyə yazdığı məktubları var. Həmin

məktubların hər birində Ruhinin şerləri var. Bax, sənin üçün

mövzudur. Götür, işlə.

XIX əsrin sonlarında XX əsrin əvvəlində Gəncədə

yaşayıb-yaratmış Əkbər şah Ruhi haqqında monoqrafiya yazıb

Nizami adına Ədəbiyyat İnstitutuna təhvil verdim. Rəhbərim

Həmid Araslı idi. O zamanlar ədəbiyyatda kosmopolitizm

cərəyanı möhkəm tənqid olunduğu üçün, yazdığım əsər işıq

üzü görmədi. Həmid müəllim mənə dedi ki, Məhəmməd Hadi

kimi böyük şairimizi tənqid edirlər, az qala danırlar... Görək,

bu işlərin axırı necə olacaq?!

Yeni mövzu götürüb, yenə də həvəslə işləyirdim.

Akademiyanın K/T bazası Gəncədə ləğv olundu.

1952-ci ilin son ayları idi. Mirzə İbrahimov şəhərimizə

gəlmişdi. Söhbət zamanı öyrənmişdi ki, Yazıçılar İttifaqının

Gəncə filialı neçə vaxtdır ki, işləmir. Məsul katibi işdən azad

eləyiblər. Filialı darısqal, rütübətli bir otağa köçürüblər. Neçə

vaxtdır qapısı bağlıdır. Filialın ətrafında olan gənclər də

dağılıb. Vəziyyət çox acınacaqlı idi. Akademiyanın K/T bazası

ləğv olunandan sonra mən işləmirdim. Pedaqoji institutda

müəllim işləməyi təklif etdilər... Deyəsən, yeni təsadüf

gözləyirdim.

Kirovabad o zamanlar Gəncə vilayəti idi. Mənə xəbər

verdilər ki, səni səhər saat 10-da vilayət komsomol komitəsinə

çağırırlar. Doğrusu, heç bir şey başa düşmədim. Axı mən nə

komsomol, nə də partiyanın üzvü idim. Deyilən vaxtda vilayət

Page 34: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

34

komsomol birinci katibinin yanında oldum. İçəri keçəndə

Mirzə İbrahimovu orada gördüm (işin nə yerdə olduğunu

təxminən hiss elədim).

Mirzə müəllim gülər üzlə məni qarşıladı.Oturdum. Ailə

vəziyyətimdən, yaradıcılığım haqqında soruşdu... Sonra:

- Fəridə, işləyirsənmi?

Akademiyanın K/T bazasının ləğv olunduğunu və

işləmədiyimi söylədim.

- Burada, - Yazıçılar İttifaqının Kirovabad filialında

işləmək istəyirsənmi?!

Mənim üçün çox münasib yer idi. Minnətdarlığımı və

razılığımı bildirdim.

- Sənin burada işləməyin çox münasibdir, - dedi.

Həm yaradıcılığına, həm də özünə yaxşı olar. Mən Bakıya

gedən kimi bu məsələni həll edib, sənə xəbər verəcəm.

1953-cü ilin yanvar ayının 26-da Bakıda Yazıçılar

İttifaqının Rəyasət Heyətində olmalı idim. Rəyasət heyətinin

üzvləri S. Vurğun, S. Rüstəm, M. Rahim, S. Rəhimov, Ə.

Vəliyv... Yazıçılardan S. Axundov, Z. Xəlil, M. Cəlal, Q.

Musayev, İ. Qasımov, Ə. Kürçaylı, İ. Əfəndiyev, N. Babayev

iştirak edirdi.

Rəyasət heyətinin sədri Əli Vəliyev idi. Gündəlikdə bir

neçə məsələ var idi. O cümlədən Yazıçılar İttifaqının

Kirovabad (Gəncə) filialı məsul katibinin təsdiqi. Həmin

iclasda mənim Kirovabad filialına məsul katib işləməyim

təsdiq olundu. Süleyman Rüstəm, Məmməd Rahim mənim son

zamanlar yazmadığımı dedilər Məmməd Rahim obrazlı

cümlələrlə çıxış etdi:

- Fəridə yaxşı şerlər yazırdı. Birdən-birə onun

susmağına çox təəssüf edirəm. Ancaq mənə elə gəlir ki,

alovlanan ocağın kozü belə tez sönə bilməz. Közün üstünü kül

örtmüşdür, həmin ocağı üfürüb közərtmək lazımdır.

Çox doğru deyirdilər. Ailə həyatı, analıq qayğıları məni

şerdən ayırmışdı. Sözlər hədəfə dəyirdi. Bu qədər susmaq

Page 35: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

35

olardımı?.. Filialda üçlük təşkil olundu. Nazim Axundov

(ədəbiyyatşünas), mən və Nəriman Həsənzadə (Gəncədə

institutda oxuyurdu).

Səməd Vurğun çal saçlarını barmaqları ilə daraqlayıb,

fikirlər, xəyallar aləmində dinləyirdi. Söz istədi.

- Mənə elə gəlir ki, Fəridəni Gəncə filalına

göndərməzdən əvvəl onu Yazıçılar İttifaqına üzv keçirək. Bu

həm məqsədəuyğun olar, həm də bu qız istedadlıdır. Elə indicə

ərizəsini yazsın.

Səməd Vurğunun təklifinə mənim, Nazim Axundov və

Nəriman Həsənzadənin Yazıçılar İttifaqına keçmək məsələsi

bir səslə qəbul olundu. İclasdan sonra Nəbinin otağında

Yazıçılar İttifaqına üzv keçmək üçün ərizə yazırdım (Nəbi

Xəzri o zaman şer bölməsində işləyirdi).

Bu zaman Səməd Vurğun gəldi. Otağın qapısının

arasında dayanıb:

- Fəridə, yaman zonnu keçdin ha... (o zamanlar

Yazıçılar İtifaqına əvvəlcə namizəd, sonra üzv keçirirdilər).

Bizi birbaşa üzvlüyə keçirdilər. Mənə M. Rahim, S. Vurğun və

Z. Xəlil zəmanət verdilər.

1954-cü ildə SSRİ Yazıçılarının ümumittifaq

qurultayına nümayəndə seçilib Moskvaya getdim. İkinci

qurultayda Səməd Vurğun poeziya üzrə məruzəçi idi. Birinci

gün qurultay Kremldə oldu. Azərbaycan nümayəndələri,

hamımız bir yerə yığılmışdıq. Bu zaman Səməd Vurğun bizə

yaxınlaşdı. Qurultaylar sarayına – yuxarı çıxdıq. Səməd

Vurğun mənə yaxınlaşıb:

- A gəncəli qızı, bəs kələğayın hanı?! – deyə qəribə

bir intonasiya ilə mənə baxıb gülümsədi. Bu sözün böyük

mənası var idi.

Yazıçıların ikinci qurultayı çox təntənəli keçdi.

Qurultaya bütün dünya yazıçılarının nümayəndələri gəlmişdi.

Poeziya üzrə məruzəçi Səməd Vurğun idi. Məruzə çox

məzmunlu, əhatəli idi. Məruzəni biz ürək çırpıntısıyla, iftixarla

Page 36: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

36

dinlədik. Səməd Vurğun tez-tez klassik Azərbaycan şerinə

müraciət edirdi.

Məruzədən sonra Səməd Vurğun prezidiumda az-az

otururdu. Tez-tez papiros çəkmək üçün durub gedirdi. Bəzən

də arxa tərəfdən durub papiros çəkirdi.

Mən Səməd Vurğunu axırıncı dəfə qurultayda gördüm.

1956-cı ilin may ayı idi. Səməd Vurğunun 50 yaşı

tamam olurdu. O, ağır xəstəlikdən yatırdı. Deyirdilər, yataqdan

durmağına ümid yoxdur. Bütün el, eşidib-bilənlər qan

ağlayırdı. Hamı Səməd Vurğundan danışırdı. Radio onun

şerlərini tez-tez verirdi. Yazıçılar İttifaqında yaşıdlarımız

yığılıb onun səhəti haqqında hər gün məlumat bilirdik. Bəzən

bir yerdə oturub, Səməd Vurğunun bizə etdiyi sayagəlməz

yaxşılıqlardan danışırdıq. Həmin söhbətləri bir yerə

toplasaydıq, bir böyük roman yazmaq olardı. Əsl insan

haqqında roman!

Bu insanda nə qədər geniş ürək var imiş. Allah! Mənə

elə gəlir ki, Səməd Vurğunun qolundan tutmadığı adam

yoxdur. Kim ona müraciət etsə idi, mütləq o adamın işini necə

lazımdırsa, həll edir, düzəldir və onu arzusuna çatdırırdı. Buna

onun böyük ürəyi hökm edirdi.

Gəncə1

__________________________________________________

1. Fəridə Əlyarbəyli “Əziz bir xatirə” – “Ədəbiyyat”

qəzeti, 30 may 2003-cü il, №21 (3354) sayında, səh 1-2.

Page 37: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

37

Məşhur Qayıbovların qeyrətli qız qardaşı

İsmayıl bəy Qayıbov aiəsinin ilk qız övladı Şəqibə idi.

Şəqibə ilə mən demək olar ki, yaşıd idik. Məktəbli illərimiz bir

keçmişdi. Onların eyvanı bizim eyvanla qarşı-qarşıya idi.

Onların eyvanından bizim evimiz, həyətimiz qış vaxtı ovuc içi

kimi görünürdü.

Məktəb illəri, tətil vaxtları günlərimiz bir yerdə

keçərdi. Bizi bir-birimizə daha yaxın edən kitablar idi. O da

mənim kimi kitab oxumağı çox sevərdi. Biz oxuduğumuz

kitabı bir-birimizə verərdik. Orta məktəbi bitirəndən sonra

yollarımız ayrıldı. Hər kəs öz taleyinin dalınca getdi. Onun

sorağı uzaqlardan gəlirdi.

Şəqibənin atası Qori Müəllimlər seminariyasının

məzunu, görkəmli maarifçi İsmayıl bəy indi də gözlərimin

önündədir. Hündür boylu, eynəkli, həmişə şıq geyinərdi. Əsl

ziyalı görkəmi var idi. Anası Firuzə xanım müəllimə idi.

Qayıbovlar ailəsində yeddi uşaq böyümüşdü. Hər biri də

xalqa, vətənə bağlı övladlar oldu.

Birinci övladları Zərif gözəl tarzən, istedadlı musiqiçi

kimi yetişmişdi. O, hələ on dörd yaşında ikən Zaqafqaziya

üzrə keçirilən Olimpiadada böyük uğur qazanmışdı. O,

səhnəyə çıxanda bu uşağın belə məharətlə çalmağına heyran

olmuşdular. Onu təbrik edənlərdən biri də böyük bəstəkarımız

Üzeyir Hacıbəyov olmuşdu. O, Zərifi bağrına basıb demişdi:

“həmişə belə çalsan, gələcəyin ən mahir tarzəni olacaqsan”.

1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan

ədəbiyyatı və incəsənəti ongünlüyündə də iştirak etmiş,

Azərbaycan tarının şöhrətini yüksəklərə qaldırmışdı.

1940-cı ildə bu istedadlı gənc Gəncə Filarmoniyasında

orkestr təşkil edərək şəhərin ən yaxşı musiqiçilərini ora

toplamışdı. Lakin amansız xəstəlik Zərifi öz arzularına

çatmağa qoymadı. O, 1943-cü ildə dünyasını dəyişdi.

Page 38: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

38

Firudin Şuşinski Zərif haqqında bir məqaləsində deyir

ki: “Şur” muğamını hələ indiyə qədər Zərif kimi çalan

olmayıbdır. (Rauf İsmayılzadə sənətşünaslıq namizədi,

Qobustan toplusu 1984-cü il 1-ci sayında “Zərifin zərif

barmaqları” adlı məqaləsində Zərif haqqında oxudum).

1990-cı ildə mən Zərifin “Şur” dünyası adlı şerimi

yazdım. Şerdən iki bəndi nəzərə çatdırmaq istərdim:

Dedilər Zərifi xəstəlik üzür,

“Şur”un qol-qanadı sındı elə bil.

Tarın simlərindən mizrab üzülür,

Bilirdim bu azar sağalan deyil,

Bilirdim, bilirdim, bir daha, ey vah,

Zərif duyğulu “Şur” çalınmayacaq.

Bir çıraq yandırıb söndürdün allah,

Zərif biçimli “Şur” alınmayacaq.

Müharibənin ağır günləri Qayıbovlar ailəsinə ikinci

ağır kədəri gətirdi. İsmayıl bəyin Nazir adlı oğlu Azərbaycan

Kənd Təsərrüfatı İnstitutunda (indiki Akademiya) üçüncü

kursda oxuyurdu. O, könüllü cəbhəyə getdi. Döyüşən ordu ilə

Çexoslovakiyaya qədər getmiş, oranın azad edilməsində iştirak

etmişdi. Burada ağır döyüşlərin birində 1945-ci ilin mart

ayında qəhrəmancasına həlak olmuşdu.

Bu ailədə Qayıb, Sabir, İsmət və Nazilə də

böyüyürdülər. Sabir və İsmət hüquqşünas, Nazilə Kənd

təsərrüfatı mütəxəssisi kimi tanındılar.

Dağlıq Qarabağda ermənilər baş qaldırıb qanlı qırğınlar

törədəndə, general İsmət Qayıbov Respublikanın baş

prokuroru təyin edilmişdi. O, gecəni gündüzə qatıb erməni

xəyanətinə, erməni canilərinə qarşı amansız vuruşmuşdu.

Respublikamızı bu fəlakətdən qurtarmaq üçün əlindən gələni

edirdi. 1991-ci il noyabrın 20-də Qarabağ səmasında qara

kabus onu da yaxaladı. Erməni caniləri Respublikamızın adlı-

Page 39: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

39

sanlı oğullarının mindiyi vertolyotu Qarakənd üzərində atəşə

tutub məhv etdilər. Elin sevimli, mübariz, vətənpərvər oğlu

İsmət Qayıbov vəzifə başında əməl-əqidə dostları ilə erməni

canilərinin qurbanı oldu. Qayıbovlar kökündən şaxələnən

pöhrələr bu gün də öz xeyirxah əməllərilə yaşayır, fəaliyyət

göstərirlər.

Deyəsən mətləbdən bir qədər uzaqlaşdım. (Bunları

demək də vacib idi). Bax, Şəqibə Qayıbova (Əhmədova)

özünün biliyi və bacarığı, cəsarəti və qüdrətilə gənc nəslin

tərbiyəsi yolunda dözümü, iradəsi onu zirvələrə qaldırmışdı.

Baytarlıq elmləri doktoru, professor Şəqibə xanım

1948-ci ildə Moskva Zoobaytar İnstitutunu bitirmişdir. Elə

həmin ildə Moskva Baytarlıq Akademiyasında aspiranturaya

qəbul olunmuş və görkəmli alim, akademik K. İ. Skryabinin

rəhbərliyi altında namizədlik dissertasiyası üzərində işləməyə

başlamışdır. İstedadlı tədqiqatçı 1952-ci ildə namizədlik

dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, alimlik

dərəcəsi almışdır.

Gənc alim pedaqoji sahədə əmək fəaliyyətinə 1952-ci

ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq

fakültəsində, “Zoologiya və parazitologiya” kafedrasının

assistenti kimi başlayıb, tələbkar, enerjili müəllimə olmuşdur.

Sonra Özbəkistana dəvət olunub.

1961-ci ildən Səmərqənd Kooperativ İnstitutunda

“Ərzaq məhsulları”nın əmtəəşünaslığı kafedrasında dosent

vəzifəsində işləmiş və 1965-ci ildən institutun Qidalanmanın

fiziologiya və mikrobiologiyası kafedrasına rəhbərlik etmiş,

1967-ci ildə isə elmi işlər üzrə prorektor vəzifəsinə təyin

olunmuşdur. Bu illər ərzində elmi tədqiqat işlərini

yekunlaşdırıb, “Bağırsaq çöpləri ilə çirklənmiş ətin və ət

məhsullarının sanitariya ekspertizasının bioloji və bakterioloji

cəhətdən əsaslandırılması” mövzusunda Leninqrad şəhərində

(indiki Sankt-Peterburq) doktorluq dissertasiyasını

müvəffəqiyyətlə müdafiə etmişdir. Doktorluq

Page 40: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

40

dissertasiyasında Şəqibə xanım öz müəllimi, akademik

Skryabinin fikrini inkişaf etdirmiş və bu ideya ətrafında bir

çox problemlərin həllini tapmışdır.

Azərbaycanda, Orta Asiyada və ümumiyyətlə

müsəlman şərqində elmin bu sahəsi üzrə qadınlar arasında ilk

baytarlıq doktoru, professor olan Şəqibə xanımın tədqiqatları

elmi-nəzəri tərəfi ilə yanaşı, böyük əhəmiyyəti vardı.

Şəqibə xanım 1970-ci ildən 1984-cü ilə qədər

Azərbaycan Dövlət Universitetinin professoru olmuşdur.

90-dan çox elmi əsərin müəllifi olan Şəqibə xanım bir

ana kimi də vətən, xalq qarşısında öz vəzifəsini layiqincə

yerinə yetirmiş, Azərbaycanın elmi ictimaiyyətində əsl ziyalı

vətəndaş mövqeyində olan gözəl alimlər ailəsi yaratmışdır.

Nizami adlı böyük oğlu Moskvada Xalqlar Dostluğu

Universitetində tibb elmləri namizədi, qızı Gülcamal N.

Nərimanov adına Azərbaycan Tibb Universitetində tibb

elmləri namizədi, Sevinc isə Azərbaycan EA-nın Genetika

İnstitutunda biologiya elmləri namizədi kimi ata-analarının

yolunu uğurla davam etdirirlər.

Şəqibə xanım 5 elmlər namizədi yetişdirmiş, onlarca

dissertasiya işində rəsmi opponent olmuşdur.1

1.Fəridə Əlyarbəyli “Məşhur Qayıbovların qeyrətli qız

qardaşı” – “Gəncəbasar” qəzeti, 20-26 mart 2004-cü il,

№12 (35) sayında, səh 5.

Page 41: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

41

Fəridə xanım Əlyarbəyliyə yazırlar

Fəridə Əlyarbəylinin bu xatirələri dövrü mətbuatda çap

edildikdən sonra ona ardı-arası kəsilmədən minnətdarlıq

məktubları gəlməkdə davam edib. O, bu kimi məktubların bir

qismini öz şəxsi arxivində qoruyub, saxlaya bilib. Bu

məktublardan da görünür ki, Fəridə Əlyarbəyli imzası və onun

xatirələrlə dolu düşüncələri maraqla izlənilir və gələcək

nəsillər üçün böyük əhəmiyyət kəsb edir. Elə bu marağın

nəticəsidir ki, onun həm də son dövürlərdə qələmə almış

olduğu səkkizlikləri belə bu gün də maraqla oxunur. Onun

ünvanına gələn məktubların bir qismini təqdim etmək qərarına

gəldim. Ümid edirəm ki, bu məktublar onun yaradıcılığının

izlənilməsi və tədqiqi baxımından da böyük əhəmiyyətə

malikdir.

Filologiya elmləri doktoru, professor, 40 ildən artıq bir

müddət ərzində Nazim Hikmət yaradıcılığını öyrənən

tədqiqatçı, alim Aqşin Babayevin ünvanladığı məktubda

deyilir: “Hörmətli Fəridə xanım! Sizin “Ədəbiyyat qəzeti”ndə

çap olunmuş “Nazim Hikmətlə görüşlərim” adlı məqalənizi

böyük maraqla oxudum. Nazim Hikmət yaradıcılığını qırx

ildən artıq müddətdə öyrənən bir tədqiqatçı kimi Sizə dərin

təşəkkürümü bildirirəm.

Mən 1960-1963-cü illərdə - yəni Nazim Hikmətin

vəfatına qədər bu böyük sənətkarla sıx təmasda olmuşam,

sonra da onun yaradıcılığına həsr olunmuş namizədlik və

doktorluq dissertasiyalarımı müdafiə etmişəm. Əkbər

Babayevlə də uzun illər dostluğumuz olub. Dostum Altay

Məmmədovun Nazim Hikmətə həsr etdiyi kitabın ön sözünün

müəllifiyəm. Hazırda Nazim Hikmətə həsr olunmuş yeni bir

kitab üzərində işləyirəm. Həmin kitabda Sizin xatirələrinizə də

müraciət edəcəyəm.

Nə yaxşı ki, Nazim Hikməti sevənlər içərisində Sizin

kimi müqtədir qələm sahiblərimiz var. Təəssüf ki, bu gün həm

Page 42: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

42

Azərbaycanda, həm də Türkiyədə Nazimin bədxahları peyda

olub. Sizin məqaləniz bu bədxahlara ən yaxşı cavabdır.

Bir daha Sizə təşəkkür edir, uzun ömür, can sağlığı,

böyük yaradıcılıq uğurları arzulayıram”.

Fəridə Əlyarbəyli öz xatirələrinin birində qeyd edir ki,

1942-ci ildə Bakı Dövlət Universitetində təhsil aldığı illərdə

tələbəlik illərinin ən səmimi dostu olan xalq yazıçısı, professor

Əzizə Cəfərzadəyə “Sular bulananda” poemasını oxumaq üçün

təqdim edib. Əzizə xanım Cəfərzadə də öz növbəsində bu

poemanı oxuduqdan sonra fikirlərini yazmış olduğu rəydə

bildirib. Professor Əzizə Cəfərzadə “Sular bulananda”

poeması haqqında yazır: “Şairə Fəridə Əlyarbəyli “Sular

bulananda” poemasını təkcə öz Fatimə xanım anasının deyil,

deyərdim ki, suların bulandığı dövrdə yaşamış, başı minbir

bəla çəkmiş Azərbaycan anasına həsr etmişdir. Poema

mənzum tarixidir, adı dönə-dönə dəyişəlsə də qəlbimizdə,

dilimizdə gəncəmiz olaraq qalan Gəncənin keşməkeşli

tarixidir, ara bir nəsrlə, daha çox mənzum tariximizdir.

Otuzuncu illərin, ikinci dünya müharibəsi illərinin, vaxtilə

ADU, indi BDU adlandırdığımız universitetin tələbəlik

illərinin salnaməsidir. Heç kəsi o sevimli müəllim və tələbə

yoldaşlarımızdan unutmur Fəridə xanım: Məmmədcəfər

müəllim, akademik Həmid Araslı, Bəxtiyar Vahabzadə və b.

O zamankı şer dünyamız Səməd Vurğun, hətta o illərdə

Bakıda qonaq olmuş Nazim Hikmət... Şer dünyamıza da

pəncərə açır şairə və burada adı çəkilən şəxsiyyətlərimizin hər

birini tanıyıb sevdiyimiz səciyyəsilə canlandırır.

Böyük, ağır əməyin və Vətən övladına dərin

məhəbbətin məhsuludur poema. Yalnız nəsr parçalarının bir

qədər uzunluğu məni narahat etdi. Kitab şəklində çap

olunmasının bu günün gəncliyinin tərbiyəsində, laqeyidliyə,

unutqanlığa qarşı mübarizədə əhəmiyyətli rol oynayır”.

Onun şəxsi arxivində bu günə kimi qorunub saxlanılan

Cingiz Hüseynov adlı bir şəxsin də Fəridə Əlyarbəyliyə

Page 43: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

43

ünvanlamış olduğu məktub maraqlı detalları ilə diqqəti cəlb

edir. Cingiz Hüseynov bu məktubunda həm də Fəridə

Əlyarbəylinin səkkizliklərinə diqqəti yönəltməklə maraqla

oxunduğunu və bu səkkizliklərin forma-üslub baxımında bir

tapıntı olduğunu söyləyir: “Əziz Fəridə xanım! Fərfad

Mirzəyev sağ olsun məktubumu Sizə çatdıracaq. Ölkə dağılan

kimi, Rusiyada poçt da dağılmaqdadır. Məktublar hətta

Moskvadan Moskvaya belə bir aya gəlir. Sizin mənə

göndərdiyiniz məktub və kitabınızın da yolu çox-çox uzun

oldu. Poçt idarələrinin çoxusu bağlanıb, qəpik-quruşa işləyən

yoxdur, tapılmır, məxsusi Peredelkinodan şəhərə getmək

lazımdır ki, uzun növbədə durub nə isə alasan, yaxud

göndərəsən... Nə isə...

Fəridə xanım, ilk əvvəl Sizin yubileyinizi təbrik

edirəm, Sizə can sağlığı arzulayıram. Sizin yaradıcılıq

nailiyyətlərinizi alqışlayıram. Böyük həvəs və maraqla

tapdığınız yeni forma-üslub səkkizlikləri oxuyur,

oxumaqdayam. Bu kimi ümumbəşəri dərdlərimizdən xəbər

verən, müasir, çağdaş nəfəslə dolu yüksək bədii parçaları bir

nəfəsə oxumaq qeyri-mümkündür. Heç ləzzəti də olmaz.

Odur ki, kitabınız rəfdə deyil tez-tez oxunan kitablarım

arasındadır.

Yazdıqca yeni səkkizlikləri (əminəm ki,

yazmaqdasınız) mənə internetlə göndərmənizi rica edirəm.

Yaxın keçmişə səkkizliklərin tərcüməsi barədə də fikirləşmək

olardı. Bu iş indi kommersiya xarakteri daşıyır. Ən ümdəsi

budur ki, sağ-salamatıq. Allah vergisi qələm, daha doğrusu

“cihad qələmi” əlimizdədir. Odur ki, böyük xoşbəxtliyə

malikik. Yazıb, yaratmaq, ürək sözümüzü bizi eşidənlərə

demək, camaatı qula döndərmək istəyənlərə müxalif olmaq,

milləti ayıq saxlayıb qorumaq... Bir daha təbrik və xoş

arzularla Cingiz Hüseynov”.

Fəridə Əlyarbəylinin şəxsi arxivində olan məktublara

nəzər salarkən onun tərəfindən Türkiyə Cümhuriyyətinin

Page 44: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

44

paytaxt Bakıda yerləşən Böyük elçiliyinə yazılmış məktubu da

diqqətimi çəkdi. Bu məktub onun tərəfindən 05 noyabr 1998-

ci ildə yazılmışdır. Məktubun mətnindən məlum olur ki,

Fəridə Əlyarbəylinin Mahmud bəy Məhəmməd oğlu

Zeynalzadə adlı dayısı varmış və 1920-ci ildə Gəncə

üsyanında sona qədər vuruşmuş, nəhayət Gəncəni tərk etmək

məcburiyyətində olmuşdur. Daha sonra Fəridə Əlyarbəyli

yazır: “Uzun illərdən bəri ürəyimdə yığılıb qalmış bir ağrını

Sizə açmaq istərəm. Mənim İzmirdə yaşamış və orada

dünyasını dəyişən dayım haqqında bir məlumat öyrənmək

istərdim. Sovetlərin istilasından sonra, 1920-ci ildə məşhur

olan Gəncə üsyanında dayılarım axıra qədər vuruşmuş.

Nəhayət Gəncəni tərk etməyə məcbur olmuşlar (Dayılarım o

zaman zabit idi).

O vaxtdan Mahmud bəy əvvəl İstanbulda (orada az

yaşamışdır) sonralar İzmirə köçmüş və ömrünün axırına kimi

orada yaşamışdır.

Mahmud bəy Zeynalzadə Məhəmməd oğlunun

deyilənə görə onun böyük çini olmuş, hərbi professor

vəzifəsində çalışmışdır. Məlum səbəblərə görə o, 1930-cu

illərdən sonra bizə məktub yaza bilməmişdir. O, bildiyimə

görə 85 yaşına kimi yaşamışdır. Türkiyədə hörmətli bir şəxs

olmuşdur və xidmətlər göstərmişdir.

Hörmətli Ecvet Tezcan cənabları, onun Türkiyədə

xidmətləri nədən ibarət olmuş, dayım Mahmud bəyin

Türkiyədəki xidmətləri haqqında dəqiq məlumatları nərədən

və kimlərdən ala bilərim”.

Fəridə Əlyarbəylinin təlaş içində yazılmış məktubuna

qardaş Türkiyə Cümhuriyyətinin paytaxt Bakıda yerləşən

Böyük elçiliyindən 10 mart 1999-cu il tarixində cavab

məktubu gələrək bu müraciətə dərhal münasibət bildirilmişdir.

Konsulluq şöbəsinin müdiri İlyas Çetinin imzalamış olduğu

cavab məktubunda deyilir: “Mahmud bəy Zeynalzadə adlı

qohumunuz haqqında səfirliyimizə göndərdiyiniz 05.11.1998-

Page 45: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

45

ci il tarixli ərizəniz baxılmaq üçün Türkiyənin müvafiq

orqanlarına göndərilmişdir. Alınan cavab yazısında, xəbər

aldığınız şəxsin atasının və anasının adı, doğum yeri və doğum

tarixi, Türkiyəyə gəldiyi tarix, pasport seriyası və nömrəsi

haqqında məlumatlar olmadığı halda araşdırma aparılmasının

mümkün olmadığı vurğulanaraq, yuxarıdakı məlumatlar

verildiyi halda müvafiq araşdırmalar aparılacağı bildirilir”.

Fəridə Əlyarbəylinin şəxsi arxivində saxlanılan bu

məktublar toplusu bir daha onun insani keyfiyyətlərindən

xəbər verməklə yanaşı eləcə də böyük qəlbli bir şairənin

yaradıcılıq yolundan xəbər verir. Saralmış məktublarda yazılan

fikirlər bir daha onun dünyasına işıq salmaqla Fəridə

Əlyarbəyl həyatı ilə qısa da olsa tanış olmaqla yanaşı, onu

sevənlərin və tanıyanların qəlbində böyük bir qürur və iftixarla

yaşadığından xəbər verir.

Page 46: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

46

Təbiət vurğunu olan Fəridə Əlyarbəylinin

şerlərini oxuduqca deyirsən ki, şair doğmalıq vallah

xoşbəxtlikdir. Deyirəm nə yaxşı Gəncə var, nə yaxşı

Gəncədə yaşayan və yaradan Fəridə Əlyarbəyli var,

bir də onun şerlərini sevə-sevə oxuyan Azərbaycan

xalqı var.

Rübail.

Page 47: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

47

Kəramət Tağıyev (sağdan), Fəridə xanım Əlyarbəyli

övladları İlham və Nəzakətlə. Gəncə 1953-cü il.

Fəridə xanım Əlyarbəyli (sağdan) bacısı Firuzə xanımla.

Gəncə.

Page 48: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

48

Kəramət Tağıyev (ortada), Fəridə xanım Əlyarbəyli övladları

İlham, Nəzakətlə və əmiləri Cəmil müəllim (sağdan). Gəncə

1953-cü il.

Fəridə xanım Əlyarbəyli qızı Nəzakətlə xanımla. Gəncə -

1950-ci il.

Page 49: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

49

Fəridə xanım Əlyarbəyli. Bakı – 1958-ci il

Page 50: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

50

Fəridə xanım Əlyarbəyli sənət dostları ilə birgə - Bakı 1945

Page 51: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

51

Fəridə xanım Əlyarbəyli (ortada) sənət dostları ilə birgə -

Gəncə 1960-cı il.

Fəridə xanım Əlyarbəyli (sağda) sənət dostları Qərib Mehdi

və şair Rübaillə birgə - Gəncə - 1980-ci il.

Page 52: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

52

Böyük Türk şairi Nazim Hikmət Gəncədə qonaq olarkən.

Gəncə - 1958-ci il

Page 53: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

53

Fəridə xanım Əlyarbəyli (sağdan ikinci) sənət dostları ilə

birgə - Gəncə 1960-cı il.

Fəridə xanım Əlyarbəyli (soldan), Mikayıl Müşfiqin həyat

yoldaşı Dilbər xanım Axundzadə (ortada) və şairə-dramaturq

Nüşabə Əsəd Məmmədli (sağda). Gəncə - 1978-ci il

Page 54: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

54

Fəridə xanım Əlyarbəyli - Gəncə 1980-ci il.

Page 55: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

55

Fəridə Əlyarbəyli və onun yaradıcılığı haqqında hər

zaman dövrü mətbuatda sənət dostları müxtəlif fikirlər

söyləmiş, bu yaradıcılığı səciyyələndirən əsas amilləri qeyd

etmişlər. Bu yazılarla tanış olduqca bir daha onun böyük

yaradıcılıq yolunun daha çox həyat müşahidələrinin nəticəsi

olaraq maraqla qarşılandığının şahidi olursan. Qeyd etməliyəm

ki, hər kəs də onun sənət dünyasına müxtəlif rakurslardan

yanaşmaqla təhlil etmiş və bir daha Fəridə Əlyarbəyli

dünyasının maraqlı cizgilərini açıb göstərməyə müvəffəq

olmuşlar. Elə bu məqsədlə həmin yazıların bir qismini təqdim

etməklə yenidən onun sənət məziyyətlərini qələm dostlarının

misralarında duymaq daha xoşdur.

Şairin hərarətli nəfəsi

Tənqid və biblioqrafiya

Lirik şerləri ilə oxucuların rəğbətini qazanmış Fəridə

Əlyarbəylinin “Yasəmən” adlı kitabçası Azərnəşr tərəfindən

nəfis bir şəkildə çapdan çıxmışdır. Bu, F. Əlyarbəylinin ikinci

şerlər kitabçasıdır. Şairin doğma Vətənə ürəkdən bağlı olması,

Kommunist partiyasına dərin minnətdarlığı kitabçadakı

şerlərini çoxunda bədii boyalarla təsvir edilmişdir. F.

Əlyarbəyli seçdiyi mövzulara yaradıcı münasibət bəsləmişdir.

Şairin əsərlərindəki emosional təsir qüvvəsini artıran əsas

əlamətlərdən biri də budur ki, müəllif lirik fonda bədii

portretlər yarada bilmişdir.

Vətəndaşlıq qüruru və Vətən məhəbbəti ilə bağlı olan

ictimai motivlər “Moskva”, “Lenin yenə işləyir”, “Kremldə”,

“21 yanvar günü”, “Sülh”, “Yüklü qatar” şerlərində əsasən

müvəffəqiyyətlə həll edilmişdir. Fəridə Əlyarbəylinin az sözlə

konkret lövhə yarada bilməsi onun müvəffəqiyyəti hesab

edilməlidir. Şairin çəkdiyi lövhələrin oxucunun hafizəsində

Page 56: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

56

nəqş edilməsi də müəllifin mövzuya ürəkdən yanaşdığını,

onda həyat duyğularının güclü olduğunu sübut edir. Şairin

əsərlərində həyat həqiqətlərinin insan qəlbində doğurduğu

həyacan, qəzəb və məhəbbət hissi olduqca inandırıcı, həm də

bədii bir dildə verilmişdir.

“Aylı gecə” və yaxud “Arzu” şerlərini oxuyan hər kəs

sanki mənzərə ustasının çəkdiyi tablolara baxır. Həmin şerlərin

hər bir misrasında ana torpağın gözəlliyi yüksək

vətənpərvərlik hissi ilə təsvir edilmişdir. Vətən sevgisi və onun

əməksevər adamlarına məhəbbət hissi “Göy zəmilər

ləpələnir”, “Bağlı-bağçalı şəhərim”, “Göy-göl”, “Tarla qızı”,

“Bulaq”, “Bahar” şerlərinin əsasını təşkil edir. “Göy zəmilər

ləpələnir” şerinin birinci bəndində:

Yazın gözəl bir çağıdır,

Üzə gülür geniş çöllər.

Səsli-küylü olur hər gün,

Tarla yolu səhər-səhər

deyən müəllif bərəkətli torpağımızda yetişdirilən bol

məhsuldan, torpağı cana gətirən əmək bahadırlarının nəcib

işindən söhbət edir. F. Əlyarbəyli əsərlərində sözcülükdən,

yalançı pafosdan qaçaraq, həyat həqiqətlərini məhəbbətlə

tərənnüm etmişdir. Müəllif kitabçada zamanın ən ümdə

məsələlərindən olan sülhə, əməkdaşlığa, əminamanlığa

toxunmuşdur. Şairin “Sülh”, “Yüklü qatar” şerlərində

dediklərimizi aydın bir şəkildə görmək olur. “Yüklü qatar”

şerində müəllif fövqəladə bir hadisəni incə bir ruhla təsvir

etmişdir. Müəllif yazır:

Ağır qatar yola düşür,

Dərin nəfəs ala-ala.

Elə bu an növbətçinin

Önündə bir qız dayanır.

-Deyin, qatar, hara gedir? –

Deyib, tələsik boylanır.

Page 57: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

57

Növbə çəkən məhəbbətlə,

Oğrun-oğrun qıza baxır,

-Xəbər aldın, qoy söyləyim,

Ey mehriban, sevimli qız,

Kommunizmin baharına

Gedir bizim qatarımız!

Kitabçadakı şerlərin bəzisi qüsursuz deyildir. Əvvala

qeyd etmək lazımdır ki, şerlərin çoxunda heca xatirinə “mən”,

“sən”, “bir”, “bu”, “min” və sair sözlər yerli-yersiz

işlədilmişdir. Bu da şerlərin bədii təsirini zəiflətmişdir.

Nəşriyyatın təqsiri üzündənmi, yoxsa şairin həddindən artıq

hissiyata qapıldığındanmı şerlərin bəzisində məntiqsizliyə və

mücərrəd fikirlərə yol verilmişdir. Məsələn, “Dadlı

məhəbbətin (?) könlümə axdı” (səh 29), “Nədəndir gözü yaş

tökür (?) arabir” (səh 33), “Tarın simləridir ayna tək suyun

(?)” (səh 34), “Mən eşqimi birdən ona açmaram (?)” (səh 57),

“Axşam-səhər dalardım mavi göyün rənginə” (səh 52), “Ana

ürəyinin istəyi daşdı (?)” (səh 47) və s.

Yuxarıda göstərilən qüsurlara baxmayaraq, demək

lazımdır ki, F. Əlyarbəyli həqiqi sənətin qarşısında duran

vəzifələri dürüst dərk etmişdir. İctimai varlığa ədəbiyyatın

əlaqəsinin mahiyyətini dərk edən sənətkarınsa sağlam bir

yaradıcılıq xətti ilə inkişaf etməsi təbiidir. Ümid edirik ki,

klassik şerlərimizin mütərəqqi ənənələri əsasında təkmilləşən

F. Əlyarbəylinin yaradıcılığı gələcəkdə məzmunca daha

dolğun, mövzuca daha zəngin, vəzn və formaca daha

rəngarəng olacaqdır.

A. Hüseynov

__________________________________________________

1. A. Hüseynov “Şairin hərarətli nəfəsi” - “Kirovabad

kommunisti” qəzeti, 09 dekabr 1962-ci il, № 146, (5436)

sayında, səh 2.

Page 58: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

58

Sevindirəcəkdir

Fəridə Əlyarbəylini otuzuncu illərin sonlarından,

Azərbaycan Yazıçılar İttifaqının Gəncə filialının ədəbi

gecələrində iştirak etdiyi günlərdən tanıyıram. O vaxt bizim

Gəncə filialında Əhməd Cəmil, Şirzad, Oruc Qoşqarlı,

Kəramət Tağızadə kimi şair və yazıçılar, İslam, Qara, Məzahir

və Avaq kimi aşıqlar iştirak edirdilər. Filialın sədri Oruc

Qoşqarlının təşkilatçılığı ilə şer günləri təşkil olunur, hər kəs

öz şerini, hekayəsini oxuyur, əsərlər müzakirə olunurdu. Ən

yaxşı şerlər, hekayələr hər bazar günü o vaxtkı “Kirovabad

bolşeviki” qəzetində “Ədəbi səhifə” başlığı altında dərc

olunurdu.

Belə səhifələrin birində Fəridənin “A dağlar” şeri çap

olundu.

Otuzuncu illərin Gəncə ziyalıları tərəfindən məhəbbətlə

qarşılanan “A dağlar” şeri ilə də Fəridə istedadlı gənc şairə

kimi nəzəri cəlb etdi.

O zaman filialın ətrafına toplanmış biz gənclərin çoxu,

o cümlədən Fəridə də orta məktəbdə oxuyurduq. Ədəbiyyata,

şerə olan yüksək həvəs Fəridəni Azərbaycan Dövlət

Universitetinə gətirib çıxartdı.

Fəridə ali məktəbdə oxuyanda da yazıb-yaratmaqdan

qalmır, Bakıda ədəbiyyat dərnəklərində, Yazıçılar İttifaqının

ədəbi yığıncaqlarında iştirak edir, vətəninin gözəlliyini,

əməyin səadət gətirən qüdrətini tərənnüm edən şerlər yazır,

mərkəzi mətbuatda çap etdirir.

Böyük Vətən müharibəsi xalqımızın, o cümlədən şair

və yazıçılarımızın həyatında dönüş yaratdı. Hamı bir şüar

altında yaşadı: “Hər şey cəbhə üçün!”

Fəridənin də şerlərinin mövzusu dəyişdi. Onun

şerlərində talançı faşist qəsbkarlarına nifrət, Vətənə məhəbbət,

odlu cəbhələrdə düşmənə qarşı qəhrəmanlıq göstərən

oğullarımıza xeyir-dua hissi tərənnüm edildi.

Page 59: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

59

Vətən oğullarının döyüşlərdəki qəhrəmanlığı, arxada

kişiləri əvəz edən gəlinlərimizin, qızlarımızın əmək rəşadəti,

hicranı, həsrəti şairənin ürək çırpıntıları oldu. Bu ürək

çırpıntıları yalnız şairənin yox, gözü yollarda qalmış

analarımızın ürək çırpıntıları idi.

Fəridə o ağır illərdə özünəməxsus şer dili, təsvir üsulu,

bədii priyomları ilə zamanın təlatümünü qələmə alır, həyat

həqiqətini şerlərində əks edirdi.

Şairənin 1944-cü ildə çap olunmuş “O gəlmədi”

şerində oxuyuruq:

Mehriban baxışlı, o igid cavan

Mənim xəyalımdan getmədi bir an.

Açıb çəmənlərdə güllər, çiçəklər,

Yeni bir arzuyla güldü hər səhər.

Hamı geri döndü, o qayıtmadı...

Şairə bu şerini sadə, çox zərif bir süjetdə yazmışdı.

Burada lirik “mən” cəbhədə olan sevgilisi haqqında minbir

fikrə düşür. Dərdini gah əsən ruzigara, gah Günəşə, gah da

Aya açır:

Bəlkə sən görmüsən mehribanımı,

Cəbhədə vuruşan qəhrəmanımı? -

deyir.

Cavabsız qalan gözəl ümidini üzmür, sevgilisinin

zəfərlə qayıdacağına sonsuz bir inamla inanır:

... Hicran qılıncıyla ayrılsaq da biz,

Yenə də sınmadı təmiz eşqimiz.

Gələcək eşqilə baxdım yollara,

Ümidlər bağladım gələn bahara.

Şairənin “Yadındamı?” şerində bahara – Qələbə

gününə ümid bağlayan gənc qız düşmənlə beş il üz-üzə

vuruşmuş cəbhədən zəfərlə dönmüş qəhrəmanına birgə

kecirtdikləri uşaqlıq illərini, onu cəbhəyə yola saldığı günü,

ona qəlbini verdiyi günü xatırladır:

Page 60: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

60

O gündən keçdi beş il,

Keçdi beş qış, beş bahar.

Qələbəylə qayıtdın kəndimizə bir səhər.

Bu uzun hicranda da qırılmadı o ilqar.

Biz yenə də görüşdük açanda bənövşələr.

Böyük Vətən müharibəsindən sonra – quruculuq

illərində də qələmini yerə qoymayan şairənin həmişə bir hiss

narahat etmişdir. Bir də müharibə olmasın, oğullarımız,

qızlarımız əmin-amanlıq qoynunda yaşasınlar, əməklə,

zəhmətlə, qurub-yaratmaqla şöhrət tapsınlar.

Bu müqəddəs duyğular “Azərbaycan”, “Göy göl”,

“Qəlbinə sığmadı”, “Ay ana, bu gün”, “Bağ-baxçalı şəhərim”,

“Bulaq”, “Çiçək”, “Bədnuşun” və s. şerlərində tərənnüm

edilmişdir.

Şairənin “Qoca”, “Sonuncu zəng”, “Göy zəmilər

ləpələnir”, “O qız haqlıdır”, “Tarla qızı” kimi şerləri sovet

adamlarının zəhmətsevərliyini, iradəsini, əməyinin barını

tərənnüm edən lirik şerləridir.

“Sülh”, “Axtarışlar”, “İstəmirəm”, “O hələ də gözləyir”

şerlərində ana şairənin bugünkü xoş həyat üçün, planetimiz

üçün əsdiyini görürük. Bu şerlərdə şairənin bütün anaların

dilindən “Sülhü qoruyun!” arzusunu eşidirik.

Ana üçün dünyanın bütün övladları əzizdir. Bu hiss –

xalqlar dostluğu şairənin bir çox əsərlərindən parlaq işıq kimi

keçir. Onun “Moskva”, “Gəlin, a dostlar”, “Sayat Nova”,

“Gözlərin dolur” kimi şerləri fikrimizə misaldır.

Fəridənin “Yetişməyən məktublar” poeması ali

məktəbi bitirib təyinatını kəndə almış gənc mütəxəssislərin

həyatını, zəhmətə münasibətlərini əks edir. Poemanın süjeti

təbii və maraqlıdır. Obrazlardan Fərhadın, Mehribanın,

Əkbərin münasibətləri oxucunu düşündürür.

Fəridə öz qələmini dram sahəsində də sınamışdır. Onun

şairə Natəvanın həyatından bəhs edən “Xan qızı” mənzum

Page 61: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

61

dramı C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında

tamaşaya qoyulmuşdur.

Fəridə otuz ildən artıqdır ki, Azərbaycan Yazıçılar

İttifaqının Kirovabad şöbəsinə rəhbərlik edir. Burada

keçirilən şer günlərinə ətraf rayonlarından da şer həvəskarları

gəlirlər. Bu gün şöhrəti respublikada və ondan çox-çox

uzaqlarda eşidilən neçə-neçə şair və yazıçılarımız bu sənət

ocağının ulduzlarıdır.

Fəridənin “Arzular”, “Qayğı”, “Yasəmən”, “Gəncəli

qız”, “Sərv ağacı” və Moskvanın “Sovetski pisatel” nəşriyyatı

tərəfindən buraxılmış kitabları göstərir ki, şairənin ürəyi

doludur, o, bundan sonra da yeni əsərləri ilə öz oxucularını

sevindirəcəkdir.

Novuz Gəncəli .

__________________________________________________

1.Novuz Gəncəli “Sevindirəcəkdir” - “Ədəbiyyat və

İncəsənət” qəzeti 07 sentyabr 1984-cü il, №36 (2119)

sayında, səh 7.

Page 62: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

62

Həyatdan şerə

Fəridə Əlyarbəyli.

“Dünyaya insan gəlir”, “Yazıçı”, 1987.

Torpaqdan təkan alıb boya-başa çatan qadında iki ana

hissi – ana torpaqdan əxz etdiyi analıq hissi və bir də təbiətin

ona bəxş etdiyi birbaşa analıq duyğusudur ki, əgər bunlara

təbiət şer, sənət həvəsi də əlavə edərsə, o qadın təbiətin

nuruna, təbiətin cövhərinə çevrilir. Deməli, o, təbiətin

xüsusiyyətlərini özündə cəmləşdirə bilir və ona öz əlavələrini

də gətirir. Belə ki, təbiətə baxıb zövq aldığın kimi, eşitdiyin

şerdən, qulaq asdığın musiqidən, gördüyün tablodan da eləcə

də, bəlkə də daha çox zövq alırsan. Bu sənət əsərləri fərqli

olaraq səni bir daha düşündürür, özündən asılı olmayaraq

sənətin, sənətkarın yaratdığı başqa bir aləmə aparır:

Doğmasan, əzizsən, a sərv ağacı,

Uşaqlıq illərim budaqlarında.

Mənim qardaş payım, başımın tacı,

Gəncliyim yamyaşıl saçaqlarında.

Göründüyü kimi, “Yenə sərv ağacı” şerində şair Fəridə

Əlyarbəyli ötənləri bu günlə qovuşdurur. Sərv ağacının elə

tərəfdən tablosunu çəkir ki, sən ona baxmaya bilmirsən. Şairin

uşaqlığı, gəncliyi sərv ağacı kimi yaşıl baharı xatırladır. Onu

bir an indisindən ayırıb ötmüşlərə aparır. Xəyalən özünü belə

gümrah, zərif sərv ağacı ilə birlikdə gələcəkdə görür. Bəli, adi

bir ağac şairin əhvalına nikbin ruh gətirir, onun şerlərinin

predmetinə çevrilir.

Ümumiyyətlə, Fəridə Əlyarbəyli gördüyünü gözələ

çevirən, dərk etdiyinə həyat eşqi verən, onun hisslərinə

toxunanı şair qəlbi ilə vəsf edən sənətkardır. Fəridə xanımın

şerlərini oxuyanda bir qadın, bir ana qəlbinin döyüntüsünü

eşidirsən misralarında. Bir də görürsən ki, şair narahatdır.

Dedi-qoduların evinə yol açacağından qorxur, gəlin-qayınana

Page 63: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

63

münasibəti onu həyəcanlandırır. Bu həyəcanlardır ki, şair-ana-

qayınananı dilə gətirir və gəlininə müraciətlə deyir:

Xətrinəmi dəydim, incidin məndən,

Uşaqlıq çağları yetər, gəlinim!

Çətin yoxuşları aşa bilmirəm,

Bəzən kükrəyirəm, daşa bilmirəm.

Bəlkə də dolmuşam yaşa, bilmirəm,

Hərdən boğur məni qəhər, gəlinim.

Bu səmimiyyətdən doğan müqəddəs etirafı hiss etməyə

bilmirsən. Öz övladı kimi sevdiyi gəlninin gələcək

qəbahətlərdən qoruyan qayınana söz-söhbətin sonu pis nəticə

verəcəyindən elə bil vahimələnir. Bir böyük kimi gəlininə

öyüd-nəsihət verməkdən çəkinmir və bunu hardasa vacib sayır.

Bütün bunlar poeziyanın dili ilə bir daha böyük təsir qüvvəsinə

malik olur, həyatın keşməkeşli yollarına işıq saçır:

“Qayınana” adımı qorxudur səni?

Sarsıdır, incidir xəyallar məni.

Dedi-qodulardan gözlə qəlbini,

Böyüklük-kiciklik itər, gəlinim.

Şair “Gəlinim” şerini o qədər səmimi, o qədər

həssaslıqla qələmə almışdır ki, onu elə bil başqa cür qurmaq,

başqa tərzdə demək olmazdı. Elə bil şerin bir sözünə dəysən,

fikirlər nizamını itirər, hürkmüş quşlar kimi pərən-pərən düşər.

Biz burada elə güclü səmimiyyətlə qarşılaşırıq ki, şerin

texnikasına fikir vermək yadımızdan çıxır. Onun nə qafiyəsini

axtarırıq, nə bölgüsünü. Bu şerin hörgüsü həzinlik gətirir

qəlbimizə, möhtəşəmlik gətirir fikrimizə. Yəqin ki, oxucu

bizlə razılaşar. Bəzən bir şer bir məqalənin və ya bir geniş

söhbətin mövzusu ola bilir. Fikrimizcə, “Gəlinim” şeri bu

qəbildən olan poeziya nümunəsidir.

Müharibə elə bir sənətkar olmadı ki, onun sənətində

ildırım kimi gurlamasın, şimşək kimi çaxmasın. Müharibə elə

bir dəhşət idi ki, bu dəhşətin səsindən qulaq batırdı. O, elə

Page 64: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

64

amansız idi ki, onun ağırlığı altında insanlar dəyirmanın

gözünə düşmüş buğda kimi əzilirdi. Ön cəbhədə həlak

olanların halına arxa cəbhədə elə-beləcə mənən ölənlər göz

yaşları tökürdü. O illərdə tökülən göz yaşlarını şair obrazlı

şəkildə belə ifadə edir:

Onlarçün tökdüyüm göz yaşlarında

Bütün Almaniyanı batırmaq olar.

Bəli, şair o illərin nisgilini yaşamış, o illərin dərdini

özünəməxsus bir şəkildə “Səni gözləyirəm” şerində yuxarıda

göstərdiyimiz kimi ifadə etmişdir.

Ümumiyyətlə, müharibədən bəhs edən “Üçgünc

məktublar”, “Qara kağız” sızıltılı bir ürəyin kağızlar

üzərindəki təzahürüdür.

Müharibə elləri, obaları kor qoydu, müharibə bir də

insanlara həyata açıq gözlə baxmağı öyrətdi. İbrət dərsinisə

adamlar bədii əsərlərdən, oxuduqları müharibə ilə bağlı

əhvalatlardan götürdü. Müharibə əleyhinə yazılmış şerlər,

bədii nümunələr içərisində Fəridə xanımın da öz dəsti-xətti

var.

“Dünyaya insan gəlir” kitabında toplanmış şerlərdəki

mövzu rəngarəngliyi, həmin mövzuya şerin dililə biçilib

geydirilmiş don cəlbedicidir, oxucunun diqqətindən yayına

bilməyən əlamətlərə məxsusdur. “Dünyaya insan gəlir”,

“Söz”, “Yazıq”, “Evi olmadı”, “Qorxuram yaman” kimi şerlər

rəvanlığı, sənətkarlıq baxımından deyilmiş tərzi bizə özləri

haqqında fikir yürütməyə imkan verir.

“Dünyaya insan gəlir” toplusunun bir də “Özü yıxılan

ağlamaz” poeması var ki, həyatda anlaşılmazlıqlarla

qarşılaşan, onun ağrısı-acısı ilə üzləşən Xatirə obrazı vasitəsilə

müəllif insan ürəyinin dərin qatlarına baş vurur, həyatın

neqativ cəhətlərini araşdırır və ömrünü eyş-işrət içərisində

keçirmiş, başqalarına həmişə yük olmuş Yavərin simasını,

xarakterini açır.

Page 65: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

65

Yavər elmlər doktoru dərəcəsinə qədər yüksələn, lakin

insan kimi çoxlarının sevincini qamarlayıb əlindən alan bir

şəxsdir. O, Xatirə kimi, Lalə kimi qadınların taleyi ilə oynayır.

Xatirə həyatda öz yolunu sonradan tapsa da müqəddəratını

yaxşı adamların – xalasının, iş yoldaşlarının əli ilə həll etsə də,

Lalə həyatda mübarizə apara bilmir, məhv olur.

Yavər kimi adamlar necə böyük mövqe tutsalar da,

həyatın kəm-kəsiri kimi hardasa, kiminsə əl-ayağına dolaşan

maneədirlər.

“Dünyaya insan gəlir” kitabını vərəqləyirsən.

Gözlərin qarşısında həyatın müxtəlif tərəflərini, rəngarəng

mənzərəsini görürsən. Bu rəngarəngliyin içərisində, əlbəttə,

solğun görünən yazılar da az deyil. “Maral göl”, “Payız”, “Gör

nə gözəldir” şerləri fikirdə müəyyən lövhələr cızsa da,

deyilənlərdən uzağa gedə bilmir. Deyilmişlərin təkrarı olaraq

qalır. Göstərdiyimiz şerlərin siyahısını artırmaqda olar. Lakin

bu şerlər axar çayın içərisində gedən xırda daş-kəsəyi

xatırladır. Ümumiyyətlə, Fəridə Əlyarbəylinin “Dünyaya insan

gəlir” kitabı bügünkü poeziyamızın içərisində

özünəməxsusluğu ilə seçilir, diqqəti cəlb edir.

Kəmalə Nemət

__________________________________________________

1.Kəmalə Nemət “Həyatdan şerə” - “Ədəbiyyat və

İncəsənət” qəzeti, 24 iyun 1988-ci il, №26 (2317) sayında,

səh 6.

Page 66: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

66

... Bir də Sarı gül

Sənət adamları

Son qərinədə Şimali Azərbaycanın “Ağ gül, Qırmızı

gül, bir də Sarı gül” kimi üç şairəsinin – Mirvarid Dilbazinin,

Nigar Rəfibəylinin və Fəridə Əlyarbəylinin adları yanaşı

çəkilir. Bu üç “güldən” ikisinin şöhrət ərazisi daha genişdir.

Kitabları doğma vətəndə və xaricdə dönə-dönə çap olunub.

“Xalq şairi” tituluna, yüksək orden və medallara layiq

görülüblər. Hər üçü əyalətdəndir. İkisi paytaxta – Bakıya

vaxtında qanad açdılar. Bişmiş bişirənlə yemək gözləyənin

qisməti eyni ola bilməz. Şöhrət adlı qənimət bölüşdürüləndə

yaxındakılara daha çox çatır.

Doğma ocağa sadiqlik! Fəridə xanımın geriliyi və

üstünlüyü, itirdiyi və tapdığı nemət budur. Şübhəsiz “Ağ gül

ilə, Qırmızı gülün” ağrı-acısız ömürləri olmayıb. Ancaq

sayılmaq, qiymətləndirilmək onların ağrısını ovundurub.

Gözdən, könüldən uzaq olan, şöhrət qıtlığını üzə vurmayan

Fəridə xanımın səsində, baxışında təbii inciklik çaları

artmaqdadır. Ədəbi qismətdə fərqlərə baxmayaraq, bu üç

“gülün” özləri kimi sənətləri də, yaşları da, talelələri də

rəfiqədirlər.

Saymazlıq hansı kişini incitməz, o ki, qala incə təbiətli

qadın ola... Özü də mədəniyyətimizin, ədəbiyyatımızın

cəfasını çəkən qadın ola... Fəridə xanıma bəslənilən saymazlıq

qəlbimin dərinliyində həmişə bir ağrı yaşatmışdır. Bir gün bu

ağrı qəti addıma çevrildi. Doqquz il bundan əvvəl – 8 iyun

1984-cü ildə qələmimi götürüb Gəncə şəhər partiya

komitəsinə aşağıdakı məktubu yazdım: “... Şəhər partiya

komitəsinə yazılan bu məktub bir yazıçı narahatlığının

ifadəsidir. Mənim sözüm tanınmış Azərbaycan şairəsi,

humanist sənətkar, doğma Gəncəmizin nəğməkarı Fəridə

xanım Əlyarbəyli haqqındadır.

Page 67: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

67

Yazılarında Vətəni, əmin-amanlığı, insani hissləri

tərənnüm edən şairənin imzası ədəbi ictimaiyyətimizə yaxşı

tanışdır. Qayğıkeş ana, fəal ictimaiyyətçi, lirik hisslər şairəsi

olan Fəridə xanımın indiyədək səkkiz kitabı oxuculara

çatdırılmışdır. Moskva nəşriyyatları onun iki kitabını nəşr

etmişdir. Fəridə xanım 30 ilə yaxındır ki, Azərbaycan

Yazıçılar İttifaqı Gəncə zona şöbəsinin rəhbəridir. Əsərləri

rus, gürcü, ukrayna, türkmən, özbək və başqa xalqların

dillərinə tərcümə olunmuşdur. Şəhər ədəbi mühitinin boy

artımında onun əməyi təqdirəlayiqdir.

Fəridə xanım indi yaradıcılığının kamil dövründədir.

Bu günlərdə onun 60 yaşı tamam olacaqdır. Mən bu şərəfli

yubiley yaşının şəhər ictimaiyyəti tərəfindən bayram

edilməsini arzu edərdim. Keçdiyi mənalı həyat yoluna,

sanballı yaradıcılığına görə o, buna layiqdir”.

Qəribə hisslər keçirirdim. Görəsən, xoş niyyətlə

yazılmış bu məktubdan sonra nələr olacaq? Necə yəni nələr

olacaq? Unudulma varsa, yada düşəçək. İnsafsızlıq varsa,

rəhmə gəlinəcək. Əlbəttə, bu müraciətdən sonra sözüm mütləq

tutulacaqdır.

Təəssüf ki, belə olmadı. Təəssüf ki, təklifim müdafiə

edilmədi. İsti qurşaqda yaşayanlarda bu cür soyuqqanlılıq

təəccüb doğurur. Bir yubiley gecəsi nə böyük şey idi ki, onu

Fəridə xanıma həsr etmədilər?! Bir təntənəli sevinc nə böyük

şey idi ki, onu Fəridə xanıma qıymadılar?! Yəni bunun üçün

də böyük ürək lazım imiş?

Sən demə, hə. Nəinki şəhərə rəhbərlik edən təşkilat

tərəfindən müdafiə edilmədim, hətta bir para qələm

yoldaşlarımın tənəli sözlərini, atmacalarını da sinirməli

oldum.

Nədəndirsə, biz son zamanlara qədər sənətdən geninə-

boluna danışmışıq, sənətkar taleyi, şəxsiyyəti haqqında isə

nadir halda, özü də xəsisliklə söz salmışıq. Halbuki yaxşı

bilirik ki, bədii məhsul mütləq və mütləq müəllifin

Page 68: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

68

şəxsiyyətindən, xarakterindən, taleyindən rişələnir. Hamının

gördüyünü, hamının deyə bilmədiyi kimi demək ustalığı,

möcüzəsi Allahın verdiyi paydır.

F. Əlyarbəyli dramaturgiya sahəsində də qələmini

sınayır. İndiyədək onun iki pyesi – “Xan qızı” və “Qonşular”

Gəncə teatrında tamaşaya qoyulmuşdur. Əlavə bir televiziya

pyesinin də seyricisi olmuşuq. Bununla belə, Fəridə xanım

birinci növbədə şairdir. Yarım əsrdir ki, onun qələmi

özünəməxsus üslubda və səviyyədə poeziya aləminə xidmət

göstərir.

Mənə bu yazını yazdıran hiss şairənin sənətini

incələmək ehtiyacından doğmayıb. Xeyr, xeyr. Əgər belə

olsaydı, ilkin olaraq müəllifin “Ona xanım dedilər” şerinə

müraciət edər, Fəridə xanımın ustad bir sənətci olduğunu

asanlıqla sübut edərdim. Şerdə qulluqculuq edən, lakin oğlunu

oxudan, vəzifəyə çatdıran bu fədakarlığın qarşısında nankor

övlad tərəfindən unudulan bir ananın faciəsindən bəhs olunur.

Şer başlayan kimi oxucunu əfsunlayar:

Çiynində ağır dərdi,

O gəzdi qapı-qapı.

Donun bomboz idi

Ağ sapı, qara sapı.

Qara günün işinə bax...

Qara gün ağ sapı ağlığından, qara sapı qaralığından

endirib eyniləşdirir – bozlaşdırır. Bu halı ancaq qadın şairə (o

da hamısı yox) müşahidə edib şerə çevirə bilərdi. Bu tapıntı

Fəridə xanımın qismətindəymiş. Yazı ibrətli bir sonluqla bitir.

Qəzetlər də hər yandan

Vəzifəli oğluna

Başsağlığı verdilər

Ona “xanım” dedilər.

Page 69: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

69

Bəli, ölüm də vəfasız oğulla köməkləşib vəfatından

sonra anaya “xoşbəxtlik” bəxş elədilər, onu “xanımlıq”

taxtına çıxartdılar.

Və mən istəsəm, Fəridə xanımın bir sıra əsərlərinin

təhlil sınağına çəkər, onların ortabab şerləri olduğunu çox

asanlıqla sübut edərdim. Axı, dedim ki, mən bu məqsəddən

uzağam. Məni çəkən onun şerə çəkə bilmədiyi haqlı-haqsız,

uğurlu-uğursuz, acılı-şirinli anlarıdır. Heç bilmirəm, sənət

müəllimim başladığım bu dəmətə yaxın duracaqmı? Axı,

bəzən həqiqət carçıları da həqiqətdən üz çevirirlər.

Fəridə Əlyarbəyli yazıçı-dramaturq Altay

Məmmədovla birlikdə 30 ildən yuxarı Azərbaycan Yazıçılar

Birliyinin Gəncəbasar şöbəsinə rəhbərlik edib. İnsaf naminə

etiraf etməliyik ki, bu qoşa rəhbərlikdə A. Məmmədovun

xidməti daha çox rəmzi xarakter daşıyıbdır. Şöbənin

qaragünlüyü, dərdi-səri, məhəlli tədbirləri əsasən Fəridə

xanımın üzərinə düşübdür. O, potensial imkanları ilə, özünün

güclü və zəif cəhətləri ilə şəhərimizin ədəbi-mədəni həyatına

bacardığı köməyi əsirgəməyibdır.

Mümkün olan işdir ki, bu gün yetirmələrindən biri-ikisi

ustaddan daha qələmli olsun. (Belə olmasaydı, Fəridə xanım

necə öyünə bilərdi?). Hər halda bir qənaətə şübhə olmamalıdır

ki, o, biz nəslin ədəbi anasıdır. Mən görüşlərin birində

deyilənlərə öz əlavəmi etmişdim: “rus yazıçıları Qoqolun

“Şinel”indən Azərbaycan yazıçıları Cəlil

Məmmədquluzadənin “Poçt qutusu”ndan, Gəncə yazıçıları

isə Fəridə xanımın “redükülündən” (əl çantasından) çıxıb”.

Bu yarızarafat qiymətin ciddi tərəfi daha böyükdür.

Müəllim tələbini həmişə özünə borc hesab edirsə,

deməli, ustadın tərbiyəsində zadə var. Mənəviyyatı bütöv

olmayan müəllim haqsevər şagird yetişdirə bilməz. Şükürlər

olsun ki, Fəridə xanımın vicdanı, əxlaqı belə qüsurlar tanımır.

O, üzgörənlikdən, siyasətbazlıqdan çox-çox uzaq adamdır.

Sadəlövhlüyünə, səmimiyyətinə daha çox inanır. Nəyi qəbul

Page 70: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

70

edirsə, onu da mövqe seçir. Mövqeyində yanlışlıq olar,

riyakarlıq yox.

Dramaturqluq həvəsinə düşən yerli müəlliflər doğma

şəhərin doğma teatrına əsər bəyəndirənə kimi, nələr

çəkdiklərini mən yaxşı bilirəm. Fəridə xanımın ilk pyesi olan

“Xan qızı”nın da başında çox qovğalar olub. Əsər neçənci dəfə

isə bədii şurada oxunurdu. Şura üzvləri pyesi əsasən müdafiə

etsələr də, həlledici sima olan baş rejissor barışmaz əleyhdar

kimi çıxış edirdi. Sonuncu mane kimi məni qabağa itələdilər.

(Onda mən ədəbi hissə müdiri işləməklə baş rejissorun

müavini hesab edilirdim. Hər halda Y. Bağırov bu vəzifəni

belə şərh edirdi). Təhrikə uymadım. Əksinə, əsəri müdafiə

etdim. Elə bu “xəyanətə” görə də qurban getməli oldum.

Hərləyib-fırlayıb məni işdən azad etdilər. Təsəlli verən bircə o

idi ki, “Xan qızı” qəbul olundu və Gəncə teatrında tamaşaya

qoyuldu.

İllər keçəndən sonra çətinliyin dar köynəyini mən

geyindim. Arxalı, vəzifəli, milyonçu bir adamdan felyeton

yazmışdım. Güclü əks hücuma məruz qalmışdım. Haqqı

demək, yazmaq hələ qələbə deyil. Haqq müdafiə olunduqda

qələbə çalınır. Mənim müdafiəyə ehtiyacım vardı. İnandığım,

ürək qızdırdığım bir neçə adama ağız açdım. Bir şey alınmadı.

Fəridə xanımın məktubu alanda elə bil ki, çiyinlərimdən dağ

yükü götürüldü. Məktub müəllifi mənimlə həmrəyliyini

mərdanəliklə bildirirdi.

Bu hərəkət qarşılıqlı xidmət və ya borcqaytarma

olsaydı, şübhəsiz, mən bu sətirləri qələmə almazdım. Fəridə

xanım bir vətəndaş ziyalı kimi, sadəcə haqqı, ədaləti müdafiə

edirdi. Başqa cür olsaydı, onun təmənnasız, məqsədsiz

qərarına kölgə düşərdi.

Stalinin ölümündən sonra imperiyaya rəhbərlik edən

tiranlar qəribə mövqe seçdilər: onlar memarı lənətləyir,

tikdirdiyi evə isə bəzək vurmaqdan yorulmurdular. Onlar baş

tiranın özünü söyür, idarəçilik qaydalarından isə əl çəkə

Page 71: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

71

bilmirdilər. Baş verəcək zəlzələni birinci – dağıdıcı

gəmiricilər, intibahları isə yaradıcı ziyalılar hiss edirlər. Bunu

bildiyindən Stalin bütün sənətkarları partiyalılıq deyilən

yeganə bir çətirin altına toplamışdı. Müxtəlif janr sahiblərinə

müxtəlif adlı, eyni mahiyyətli “ittifaqlar” bağışlamışdı. Bu

yaxınlara qədər bu “ittifaqların” işi iclaslar keçirmək,

kommunizmin səmt küləyinə qarşı duranları müşavirə, plenum

və qurultay dəyirmanlarında üyütməkdən ibarət idi.

Qəliblər nə qədər süni, hökmlər nə qədər zorakı olsa

da, həqiqət cücərməyə özünə yer tapırdı. Blokların,

Müşfiqlərin, Cavidlərin asan məhvi dövrü keçmişdi. Real

həyat, təbii sənət – üslub və dünyagörüş rəngarəngliyi

istəyirdi. “Bir nəğmə oxuyur milyon ağız” deyən qəliblər

yavaş-yavaş çat verirdi. 17-nin, 37-nin etirazları başqa şəraitdə

başqa cür təzahür edirdi. Qırmızı səltənətin srağa gün Boris

Pasternakla, Rəsul Rza ilə, Kəmsavadla güləşməyə imkanı

vardısa, dünən Aleksandr Soljenitsına, İsa Hüseynova, Cingiz

Aytmatova, Sabir Əhmədliyə, Anara, Yusif Səmədoğluya,

Yevgeni Yevtuşenkoya, Bəxtiyar Vahabzadəyə, Oljas

Süleymanova, Xəlil Rzaya, Vaqif Səmədoğluya, Ramiz

Rövşənə və bir də bizim Nizami Aydına gücü çatmadı. Bu gün

isə bambaşqadır. Bu gün Qərib Mehdi də anası mələr qalmış

imperiyanın dağılmış qalasını daşa basır.

Tək-tək adamların qüdrətli etirazı yekdillik simvolu

olan, milyon ağıza bir mahnı oxutduran yararsız yaradıcı

təşkilatların özülünü laxlatdı. Bu təkandan, silkələnmədən yeni

yaradıcılıq təşkilatları, klubları, cərəyanları meydana çıxmağa

başladı. Moskvada tufan, Bakıda dalğa kimi qarşılanan bu hal

ədəbi ucqar olan Gəncədə heç ləpə kimi də qəbul olunmurdu.

13 il bundan əvvəl sənətin Stalin üslubuna vurulan

çırtmalardan biri də Alimlər evi nəzdində yaradılan yeni

nəfəsli “İlham” ədəbi birliyi idi. Yeni doğuş şəhərin süst

mühitinə canlanma əmələ gətirdi. Üslub üçün, dəst-xətt üçün,

düşüncə tərzi üçün, ümumiyyətlə, rəqabət üçün şərait yarandı.

Page 72: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

72

Belə canlanma bir mənalı qəbul olunmadı. Bu nə idi?

“İlham”ın doğuşuna (indi o müstəqil ədəbi klubdur) ehtiyac

vardımı? Yoxsa bu addım “müqəddəs və sarsılmaz” ideya

yekdilliyini parçalamaq cəhdindən irəli gəlirdi? Bu əndişəli

fikir hətta Fəridə xanımı da çaşdırmışdır. O, ilk aylar

“İlham”la açıq-aşkar barışa bilmir, bizim hər addımımıza

(birliyə mən rəhbərlik edirdim) qıcıqla cavab verirdi. Başqaları

da boş dayanmırdılar. “İlham”ın hər yeni səhifəsini qırmızı

qələmlə çimizdirib “qanlı köynəyini” yuxarı təşkilatlara

göndərirdilər. Göndərirdilər ki, yolunu “sapmış” bir ədəbi

birliyin yolunu kəssinlər. Halbuki faydasız yekdilliyin faydalı

parçalanmaya – fərqli üslublara, fərqli dünyagörüşlərinə, fərqli

cərəyanlara bölünməsi zərurətdən doğurdu. “İlham” bu

prosesin elementlərini özündə ehtiva edirdi. Bax, bu başa

düşülmürdü. (heç indi də başa düşülmür).

Müasir Gəncə ədəbi mühitinin mükəmməl məktəbə

çevrilə bilməsinin obyektiv və subyektiv səbəbləri çoxdur. Bu

şəhərdə təbiətin yaratdığı şərait cəmiyyətin yaratdığı şəraiti

həmişə üstələyir. Ona görə də ağacları adamlarından uca

görünür. Hə Altay Məmmədovun nüfuzu, nə də Məmməd

Alimin (indiki rəhbər) təşkilatçılığı istənilən bəhrəni vermədi.

Totalitar quruluşların sirli qıfılları əyalətlərdə daha açılmaz

olur.

Son vaxtlar Fəridə xanım birdən-birə görmədiyimiz

dərəcədə fəallaşdı. O, qəribə bir inadkarlıqla böyük

imperiyanın şəhərimizdəki balaca sirli qıfılını açmağa girişdi.

Ona elə gəlirdi ki, ikihakimiyyətliliyə son qoysa, rəhbərliyə

qanuni şəkildə tam yiyələnsə, ədəbi mühitdə dönüş

yaradacaqdır. Sanki quruluşun toxuduğu toru unutmuşdu. O,

toru ki, istedadlar üçün mərkəz cazibəsi, vəzifə umsuğu, tamah

bataqlığı yaratmışdı.

Fəridə xanım yorulmadan müvafiq təşkilatlar

qarşısında məsələ qaldırır, var qüvvəsilə məqsədinə nail

olmağa çalışırdı. Nəhayət, yazıçılar birliyi yerli hakimiyyət

Page 73: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

73

orqanları ilə “pıçıldaşdıqdan” sonra qarışıq məsələni nizama

salmağa qərar verdilər. Fəridə xanımın gözləmədiyi halda,

“kadr islahatı” onun tam məğlubiyyəti ilə nəticələndi. Onu

nəinki şəriksiz rəhbər qoydular, hətta şöbədə adi işçi kimi də

saxlamadılar. Ədəbi anamızın bu sərt yekunla üzləşməsi üçün

biz də öz köməkliyimizi əsirgəmədik. Fəridə xanım üçün bu

gözlənilməz hadisə, mənəvi zərbə idi. O, uzun müddət bu

sarsıntıdan özünə gələ bilmədi.

Fəridə xanımın işdən gedişindən sonra hansı

dəyişikliklər baş vermişdir? İlkin parıltıları, yubiley

tədbirlərini nəzərə almasaq, demək olar ki, heç nə. Mühitin

ədəbi qəzeti yoxdur (halbuki Masallıda “Qala” qəzeti çıxır),

jurnalı yoxdur (halbuki yazıçılar birliyinin Qazax zona

şöbəsinin “Sınıq körpü” adlı jurnal-almanaxı çıxır), ədəbi

mükafatı yoxdur (halbuki Şəmkir rayonunda respublika

miqyaslı “Qızıl sünbül” mükafatı təsis olunmuşdur). Kül

halında şəhər qələmçilərini respublika oxucularına təsadüfdən-

təsadüfə keçirilən münasibət tədbirləri (ya hər hansı gəncəli

klassikin yubileyi, ya da Gəncə günləri) tanıtdırır.

O üzüntülü günlərin birində Fəridə xanım məni

evlərinə dəvət etdi. “Kəhriz” adlı poema yazmışdı, dediyinə

görə oxuyub fikrimi öyrənmək istəyirdi. Mənə elə gəldi ki, bu

dəvətdə başqa bir mətləb də var. Açıq deməyi qadın qüruruna

sığışdırmırdı. Hiss elədim ki, incidilmiş, işdən kənarlaşdırılmış

müəllimimin təsəlliyə, ovunmağa ehtiyacı vardı. Birdən-ikiyə

o mənə belə üsul ilə yazı oxumamışdı. Düzü, bilərəkdən

görüşdən yayınır, günahkar adamlara məxsus hiss keçirirdim.

Dəvət təkrar olunanda başqa çıxış yolum qalmadı, getməli

oldum.

Çay içdik. “Kəhriz”i oxuduq. Müxtəlif mövzulu

söhbətlər etdik. Bunlar bəs etmədi. O, hələ də sözlü

görünürdü. Birdən mən ehtiyatsızlığa yol verdim, onun yaralı

yerinə toxundum:

- Fəridə xanım, yeni şəraitə - işsizlik şəraitinə

Page 74: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

74

uyğunlaşa bilibsinizmi?

Dərhal sualımından peşiman oldum. O nədən danış-

malıydı? Sudan çıxarılmış balığın vəziyyətindənmi? Telefon

zənglərinin azalmasındanmı? Adamı nikbin saxlayan gurluğun

sakit dalana keçməsindənmi? Unudulma səhrasında

görünməzliyindənmi? Yanılmışdım. Deyəsən, ehtiyatsız

sualım onun ürəyindən xəbər vermişdi:

- Yaman narahatlıq keçirirəm, Qərib.

Əlindən müalicə gəlməyənlər təsəlliyə üstünlük

verirlər. Mən də o yolu seçdim:

- Qələm əhli üçün narahatlıq yaxşı əlamətdir, deməli,

məhsuldar işləyirsiniz.

Onun baxışının işığı yanıb-söndü, titrəkliyini gizlədən

səsi kövrəldi:

- Əksinə, işdən çıxandan sonra yaza bilmirəm.

- Niyə?

O, duruxdu. Sanki fikrini açmağa, bölüşməyə

qorxurdu. Açmasaydı da, rahatlıq tapmayacaqdı.

- Deməyə çətinlik çəkirəm. Axı, adam bir şeyə

meylini salanda, bağlananda ondan ayrılmaq olduqca çətin

olur. Bu hiss yaradıcı adamlarda daha güclüdür. Mən işdən

çıxarılmağımı, kabinetsizliyimi nəzərdə tutmuram. Sadəcə

(həm də mürəkkəbcə) yazı masamdan danışmaq istəyirəm.

Qorxuram başa düşülməyim. Axı, mən yazılarımı iş yerində

yazmağa adət etmişdim.. İndi o masadan ayrıldığım üçün

qələmim vərəqdən perikib, yaza bilmirəm. Bu boyda

mənzilimdə yazı yuvası qura bilmirəm. Kimə demək olar ki,

mənə nə iş, nə də kabinet lazımdır. Mənə ancaq o adət etdiyim,

dil tapdığım, bağlandığım yazı masası lazımdır. Desəm

gülərlər. Eybi yox, qoy qələmim ağlaya-ağlaya qalsın, təki

mənə gülməsinlər.

Açıq deyim ki, hamımıza doğma olan bu hiss məni

titrətdi. Və həmin andaca Fəridə xanım Əlyarbəyli haqqında

bir tale yazısı yazacağıma qərar verdim. Gec də olsa yazdım.

Page 75: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

75

O adam, o qadın, o şairə haqqında yazdım ki, iyirminci əsrin

sonu Şimali Azərbaycanın sənət bağında üç “güldən” biri –

Sarı gül hesab olunur.

Qərib Mehdi.

__________________________________________________

1.Qərib Mehdi “... Bir də Sarı gül” - “Gəncənin səsi”

qəzeti, 13 may 1993-cü il, №29 (11.634) sayında, səh 1-3.

Page 76: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

76

Kədərli qəlbin çırpıntıları

Gəncə ədəbi mühitinin ağbirçəyi Fəridə Əlyarbəyli

xeyli vaxtdır qəlbinin parasını, ömrünün yarım əsrdən artıq bir

dövrünü birgə keçirdiyi istedadlı alim, jurnalist, gözəl insan,

səmimi dost Kəramət müəllimi əbədiyyətə yola salmışdır. Bir-

birinə Səməndər sədaqəti bəsləyən bu cütlərin təklənməsi,

sözsüz, qəlbi poetik duyğularla döyünən şair kədərinin ecazkar

notlarına çevrilmişdir. Xeyli vaxt idi ki, qara libasa bürünmüş

Fəridə ananın qəlbinin döyüntülərini eşitmir, poetik misralarını

dinləmirdik. Bu günlərdə o, redaksiyaya gələrək bir dəstə şer

buketi təqdim etdi. Hər misrasında Kəramət müəllimə, Gəncə

mətbuatının ağsaqqalına ülvi məhəbbətin, sonsuz sədaqətin,

ecazkar etibarın kövrək nəğmələri, bir yanar ürəyin çırpıntıları

duyulurdu bu şer buketindən. Oxuduq şerləri. Ağbirçək

şairənin kövrək, həzin ürək çırpıntılarını dinlədik. Bu ağır itki

üçün onun kədərinə şərik olduq.

İstərdik ki, Fəridə xanımın kədərli qəlbinin çırpıntıları

hər zaman ülvi məhəbbətə, ömrün mənasına çevirən möhtəşəm

sədaqət və etibara səslənsin. O kövrək hisslərlə yoğrulmuş

misralar hər zaman var olsun.

Füzuli Rüzigar.

__________________________________________________

1.Füzuli Rüzigar “Kədərli qəlbin çırpıntıları” - “Gəncənin

səsi” qəzeti, 28 oktyabr 1999-cu il, №23 (18.849) sayında,

səh 4.

Page 77: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

77

Qələmin sağ olsun, Fəridə xanım ...

İtgi

(Əbədi anamız Fəridə xanım Əlyarbəyliyə təsəlli tərzində)

Tale yazısı, ömür yazısıdır bu... Sən demə isti iyul

günlərinin birində o evə ölüm gəlməliymiş. İkinizdən biri

əbədiyyətə qovuşmalıymış, ikinizdən biri yarını – yarısını

itirib tamlığını qurban verməliymiş. İkinizdən biri, bax beləcə,

qara gündə, qara geyimdə təklənməliymiş.

O müdhiş qonağın tezliklə gələcəyi ona əyanmış. Əyan

olmasaydı, belə səliqə ilə hazırlıq işi aparmazdı. Səndən

gizlicə bəyəndiyi şəkillərindən birini böyütdürmüşdü,

vəsiyyətini yazmışdı, baş daşına həkk olunacaq fəlsəfi

rübailərindən birini seçib ayırmışdı. Son qərar Sizə

məsləhətsiz qəbul olunmuşdu. Qonağı kim qarşılayacaqdı? O,

bunu Sizin müzakirənizə buraxa bilməzdi. Siz bilsəydiniz,

nəticə başqa şəkil alardı. Ona görə də Ölüm adlı qonağı

qarşılamaq vəzifəsini Sizə məsləhətsiz, Sizdən xəbərsiz vəfalı

həyat yoldaşı Kəramət müəllim öz üzərinə götürmüşdü.

Beləliklə, isti iyul günlərinin birində ağlı-qaralı, acılı-şirinli,

sevincli-kədərli 60 illik gündaşlıq, ömürdaşlıq dayandı. Tale

Sizi də təklədi Fəridə xanım...

İki qələm sahibinin bir evə düşməsi Azərbaycan ədəbi

mühidində kütləvi hal sayılmır. Ancaq belə ailə - kiçik

yaradıcılıq kollektivləri var. Bakı Rəsul Rza-Nigar Rəfibəyli,

xəyali Təbriz Balaş Azəroğlu-Mədinə Gülgün cütlüyü ilə

həmişə diqqət çəkib. Gəncədə isə Kəramət Tağıyev-Fəridə

Əlyarbəyli birliyi həmişə oxucu marağının sayılan səfində

olmuşdur. Müşahidələr təsdiqləyir ki, bu cür ailələrin

“xasiyyətnaməsi” çətinlik və mətinlikdən təşəkkül tapıb

nümunə kimi formalaşır. Belə ailələrin özülü qarşılıqlı qayğı

və qarşılıqlı istəkdirsə, zirvəsi qarşılıqlı dözümdür.

Fəridə xanım Sizə müraciət edərkən Sizin bildiklərinizi

Sizə xatırlatmaq iddiasında deyiləm. Sadəcə, mən öz

Page 78: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

78

güzgümdə Kəramət müəllimin necə əks olunduğunu

göstərmək istəyirəm. Çox halda biz adamları olduğu kimi yox,

uydurduğumuz kimi təqdim edirik. Mənim fikirlərim nəinki

başqalarının fikirləri ilə o cümlədən müəyyən məqamlarda

hətta Sizin mövqeyinizlə də üst-üstə düşməyə bilər. Gəncənin

elm, mətbuat və ideologiya aləmində Kəramət müəllimin özəl

yeri var. Öz qələmi və öz sözü, öz səngəri və öz atəşi olanları

həmişə alqışlamayıblar. Kəramət müəllim kölgəsində kölə

yetişən bütlərlə mücadilə edib. Belə mübarizələr çox vaxt eyni

etalonla qəbul edilmirlər. Məhz bu səbəbdən Kəramət

müəllimin şəxsiyyətinə və yaradıcılığına düzgün, obyektiv işıq

salmaq vacibdir.

Bir az aşağıda deyəcəyim titul ona rəsmən verilməyib,

ancaq verilsəydi, ədalətli olardı. Şəhər mətbuatının son 50 illik

tarixinə diqqətlə nəzər yetirdikdə orada ya Kəramət müəllimin

özünü, ya da izini görürsən. Mətbuatımızın inkişafında onun

nə qədər gözəgəlimli xidmətləri varmış. Həm Gəncə vilayətini,

həm də şəhərin özünü əhatə eləyən ərazilərə məxsus 5-6

qəzetin (“Gəncə bolşeviki”, “Mübariz”, “Kirovabad

kommunisti” və s.) ya təşkilatçısı, ya ilk naşiri, ya da növbəti

redaktoru olmuşdur. Bir baş yazar kimi o qəzetlərdə Kəramət

müəllimin o dövrün həyatını əks etdirən, bu günkü tarix üçün

qiymətli məxəz sayılan saysız-hesabsız yazıları dərc

olunmuşdur. Onun rəhbərlik etdiyi qəzetlər yerli ədəbi mühitə

münbit şərait yaratmaqla bərabər, gənc jurnalist kadrların

yetişdirilməsi işində də gərəkli rol oynayırdı. Məhz bu

xidmətlərinə görə Kəramət Hidayət oğlu Tağıyevi son yarım

əsrlik Gəncə mətbuatının patriarxı – atası adlandırmaq ədalətli

olardı. Uzun illərin keçməsinə baxmayaraq, patriarxın kadr

baxçası hələ uralanmayıb. Ustadının əməyini və sənətini

itirməyən “Gəncənin səsi” şəhər qəzetinə uzun illərdən bəri

baş redaktorluq edən Sabir Hacıyevi yada salmaq məncə

kifayətdir.

Page 79: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

79

Kəramət Tağıyev ideyaca biryönlü (mənbəni qərb

solçularından götürən, biçimlənib sovet modelinə

uyğunlaşdırılan ideya) qəzetlərin redaktoru işləyib. Öz

dövrünün aparıcı ideyasına şəksiz inanıb və onun çiçəklənməsi

üçün əlindən gələni əsirgəməyib. O, peşəsinin çətinliklərinə

qatlanıb, əzabından həzz alıb, uğurundan qanad açıb, redaktor

adından qürur hissi duyub. Öz təmizliyi və başqalarına

nümunəvi davranışı ilə redaksiyanı çörək ağacından çox-çox

uzaq olan bir məsləkə - məbədə çevirib. Çoxlarımız kimi

patriarx da imperiyanı vahid siyasi birlik kimi qəbul edib.

Yuxarının niyyətinin nə olduğundan asılı olmayaraq özü

aşağıda əməkçi insana, ədalətə qulluq göstərməyə çalışıb.

Onun fəaliyyəti bu cür təsir oyatmasaydı, mən Qərib Mehdi

özümü yazıçı Maksim Qorkiyə, redaktor K. Tağıyevi naşir

Pyatnitskiyə bənzədib məktublar döşəməzdim. Və bu

məktublarda yazılarımın, hekayələrimin orjinallığını

pozmayan vədlər almaq təmənnasında bulunmazdım.

İki gözəlliyin bir yerə düşməsi çətin məsələdir. Çirkin

qadınlar gözəllərdən daha ağıllı görünürlər. Korların yaddaşına

söz ola bilməz. Çoxdanışanlar qələm işində ya tənbəl, ya

keyfiyyətsiz məhsula malik olurlar. Tale nadir halda... Bəli, o

nadirliyin birisi də Kəramət müəllimin bəxtinə düşmüşdü. Tale

onu üç yüksək keyfiyyətlə mükafatlandırmışdı. O, dərin

biliyə, iti qələmə və gözəl natiqliyə malik bir istedad sahibi

idi.

Fəridə xanım, o günləri xatırlamamış deyilsiniz. Siz

sözün sərbəst sahəsində poeziya ilə məşğul idiniz.

Jurnalistikanın materialı sözdən ibarət olsa da, o planlı

təsərrüfatdır. Jurnalistika gündəlik və həm də çevik söz

oyunudur. 50-ci illərdə Kəramət müəllim gəncliyə məxsus çay

kimi coşub-çağlayırdı. O da Sizin kimi insandan əvvəl yaranan

sözlə ünsiyətdə idi. Sözün qüdrətilə yaxşılara qol-qanad verir,

tüstülü sobaya bənzəyən yamanların hisli-paslı borularını – iç

dünyalarını sözün qüdrətilə silib təmizləyirdi. Deyirlər, yaxşı

Page 80: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

80

jurnalist həm də bütün vəzifələrin yaxşı icraçısıdır. Günlərin

birində Kəramət müəllimi partiyanın məsləhətilə sevdiyi

sözdən ayırıb ideoloji işin başqa sahəsinə irəli çəkdilər. Şəhər

partiya komitəsinin ikinci katibi olmaqla o, ideoloji işə

başçılıq etməyə başladı. Əslində kadrı düz seçmişdilər.

Kəramət müəllimin təşkilatçılıq qabiliyyəti, Təbliğat və

təşviqatçılıq məharəti və beynəlmiləlçilik ideyasına sədaqəti

bütün parametrləri ilə tutduğu vəzifəyə cavab verirdi. O

dövrdə millilik zirzəmidə, beynəlmiləlçilik isə onun üstündə

ucalan mərtəbələrdə bərqərar olmuşdu. Milliliyin iniltisi

içindən o yana çıxa bilmirdi. Ümid yalnız bir məqama qalırdı.

Gəncəlilər özünü gəncəli saymaqdan əlahiddə qürur, zövq

duyurlar. Bu qürur onları bölgəçiliyə, tayfaçılığa bağlamır.

Əksinə, ümummilli hissi “mən gəncəliyəm!” fəxriyyəsilə

ürəklərinə, beyinlərinə bir dərman, bir ehtiyac kimi

bələyirdilər. “Mən gəncəliyəm!” öyməsi Kəramət müəllimə

də doğma idi. Bu hissləri yaşayarkən sadiq beynəlmiləlçi bir

saatlığa da olsa dönüb milliləşirdi. Və həmin anlar millətinin

şərəfi xatirinə onun hər əzabına dözməyə, hər cür zərbəsini

almağa hazır idi. Çox kecmədi Kəramət müəllim milli

zəmində belə bir zərbə ilə “mükafatlandırıldı”.

Milli hissin təzahürü özünüdərkə şərait yaradır.

Azadlığa, müstəqilliyə gedən yol isə özünüdərkdən keçir.

Kecmiş SSRİ-də milli məhsulun yalnız formasına icazə

verilirdi. 17-nin və 37-nin qanlı dərslərini almış kölə xalqlar

rəqibsiz Kommunist Partiyasının yüz yerindən qıfılladığı milli

qalalara necə daxil oldular? Yolun biri gizli siyasi mücadilə

idi. Bizi çoxlarının ağlına gəlməyən açıq yol maraqlandırır.

Məncə, milli hissləri oyatmaq, yeri gələndə alovlandırmaq

missiyasını tarix qarşısında böyük idman öhdəsinə

götürmüşdü. Öz evində keçirilən oyunlar adda-budda milli

hissləri közərdirdi. Bu sahədə birinci qazdan ayıq olan Gümrü

(o vaxtkı Leninakan) erməniləri fərqləndilər. Gəncənin futbol

klubunu qəbul edəndə ermənilərin damarlarında bəslədiyi

Page 81: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

81

türkə nifrət qanı coşdu. Futbolçularımız açıq meydanda

tamaşaçılar tərəfindən söyülüb-döyülüb, təhqir olundular. 11

oktyabr 1959-cu ildə ermənilərin “Şirak” komandası Gəncəyə

cavab görüşünə gəldi. Oyun şəhərin ermənilər yaşayan

hissəsində olan “Spartak” stadionunda keçirilirdi. Gəncəlilər

təhqirlərini yumaq, milli ləyaqətlərini göstərmək üçün çoxdan

bu günü gözləyirdilər. Həmin gün milli hissləri coşmuş

yüzlərlə gəncəli həm oyunculara, həm də stadion ərazisində

yaşayan ermənilərə yaxşı dərs verdilər.

Bəs Ermənistanda və Azərbaycandakı rəhbərlər idman

köynəyinə bükülmüş milli toqquşmalara necə reaksiya

verdilər? İnanmıram ki, türkə şapalaq vurmaq üstündə rəhbər

erməni tabeçiliyində olan erməniyə güldən ağır söz desin?!

Azərbaycanda isə şəhərin ideoloji rəhbəri Kəramət Hidayət

oğlunu təqsirləndirib ikinci katib vəzifəsindən kənarlaşdırdılar.

Beynəlmiləlçi kimi siyasi karyera qazanan millətçi kimi

səhnəni tərk etməli oldu. Bu cəzadan Kəramət müəllimin nə

qədər ağrı duyduğunu deyə bilmərəm. Ancaq bu günün

gözündən baxanda məmnunluq doğuran cəzadır.

Fəridə xanım, Gəncənin yetirdiyi seçilən yaradıcı

ziyalılardan biri sayılan Kəramət müəllimi çıxdaş eləmək o

qədər də asan iş deyildi. O yenidən sevimli peşəsinə - qəzetə

qayıtdı və yenidən diqqət mərkəzində dayandı. O, əsasən dini

mövzuda yazır, xurafatı qamçılayırdı. Zaman keçdikcə iş

sahəsi genişlənir, məhsul çoxalırdı. Kiçik felyetonçu və

hekayəçi kimi tanınan müəllif getdikcə povestlərə,

kinossenarilərə, səhnə əsərlərinə müraciət edirdi. Uğurlar

ekranlara çıxır, kitablar şəklində oxucularala görüşürdü. Və

gözlənilmədən, bədii yaradıcılığının çiçəkləndiyi bir dövrdə

Kəramət müəllim Məcnun Leylidən qaçan kimi, qurduğu,

yaratdığı, uzun illər rəhbərlik etdiyi mətbuatdan üz çevirdi.

Düz, birbaşa elmə sarı! Görəsən bu daxili təbəddülat nədən

belə kükrəmişdi? Şəxsən mən bilmirəm. Ancaq indiki

təhlilimə görə o, düz yol seçmiş, əslində daha ali məqama üz

Page 82: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

82

tutmuş, yerlə göy arasında baş verən möcüzələrdən, onu rahat

buraxmayan mübahisələrdən baş açmaq üçün alim-filosof

olmaq ehtiyacı ilə barışmışdı. Çox keçmədi, o, yeni bir adla

titullarının sayını artırdı. Şəhərin ədəbi-elmi ictmaiyyəti

tanınmış yazıçı-jurnalisti, siyasi və ictimai xadimi həm də

dərəcəli alim-filosof kimi qəbul etdi.

İndi xatırlayacağım məsələ məni illərlə düşündürüb.

Kəramət müəllim satirik planda yazan bir qələm sahibi idi və

ifşa hədəfində din dayanırdı. Başqalarını deyə bilmərəm,

mənim bu məsələyə münasibətim birmənalı deyildi. Güman

edirdim ki, dinlə əsas savaş XIX əsrdə bitib. O, qələminin

səmtini dəyişmiş olsaydı, Azərbaycan ədəbiyyatına daha çox

xeyir vermiş olardı. Bu mövzuda hərdən söhbətlərimiz də

olurdu. O, mənə anlatmağa çalışırdı ki, o, dinlə yox, dinnən

bəhrələnən xurafatla vuruşur. Qəlbimin dərinliyində hiss

edirdim ki, ustad mənim başımı yozurdu. Yoluna şərik

olmadığım adamların peşəsinə hörmətim var. Şərik olsam da,

açıq-aşkar görürdüm ki, xurafatla vuruşmaq onun müdafiə

qalxanıdır. Əslində o, dinləri yaradan və istədiyi səmtə

yönəldənlərlə mübahisə edirdi. Bu, onun heç kimin təsir edə

bilməyəcəyi əqidəsi idi. Dinə birmənalı, güzəştsiz münasibətdə

Kəramət müəllim günümüzün, Gəncəmizin Asif atasıdır. Bu

mücadilənin sonu əvvəlcədən məlumdur. Nə olar, elə Allaha

məğlub olmaq, Şeytana qələbə çalmağa bərabərdir.

Fəridə xanım, iki qələm sahibinin bir yuva bağlamasına

fərqli ictimai-siyasi mənşəiniz mane ola bilməyib. Siz bir-

birinizi işğal etmək, təslim altında saxlamaq niyyətində

bulunmamısınız. Son günlər bu halı yumorla xatırlayıb

gülərdik. O mətin kommunist, Siz isə əks istiqamətində

dayanan bəy nəvəsi. Bir-birinizin mövqeyini tanımaq, hörmət

etmək bu isti, səmimi ailə ocağının əsas prinsipi olub. Bu

qarşılıqlı hörmətin sayəsində nə onun “yoldaş”ı ziyan

çəkməyib, nə Sizin əsilzadəliyinizə zadə düşməyib.

Page 83: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

83

Doğma şəhərinin ədəbi-mədəni həyatında danılmaz

xidmətləri olan bir şəxsiyyətin yas mərasimində

səlahiyyətlərin soyuqluğunu duydum. Bu soyuq külək xeyli

vaxtdır ki, əsirdi. Kəramət müəllim artıq yaşa dolmuşdu.

Xidmətlərinin müqabilində indi o, umacağına haqlı idi. Lakin

yaşının nə 60-nı, nə 70-ni, nə də 75-ni yada salan olmadı.

Fəridə xanım, sözü keçənlər indi Kəramət müəllimin nəşini

yada salıb Sizə başsağlığı verməyə buyurublar. Qəlbimin

dərinliyində hiss edirəm ki, onları bu yerə itkinin ağrısı,

ağırlığı yox, sadəcə fakt gətirib.

Budur, tale Sizi də təklədi. Fəridə xanım... Bundan

sonra dərdlə baş-başa qaldınız. Ömür insana təhvil verilmək

şərtilə bağışlanır. Məhşər, faciə o vaxt olur ki, bu müddəti bir

iş görmədən təhvil verəsən. Sizə hansı durumlu sözlərlə təsəlli

verim. Faydasız cəhddir. Gedənin özü Sizə təsəlli üçün yaxşı

miras qoyub gedib. Kəramət müəllim öz xalqı, öz yurdu üçün

gördüyü faydalı işlər Sizin üçün ən dəyərli, ən etibarlı

təsəllidir. Başınız sağ olsun... Qələminiz, kağızınız sağ olsun,

Fəridə xanım. Siz ağlamaqla deyil, yazmaqla ovuna bilərsiniz.

Yalnız o halda Kəramət müəllimin ruhu Sizdən razı qalar.

Qərib Mehdi.

__________________________________________________

1.Qərib Mehdi “Qələmin sağ olsun, Fəridə xanım...” -

“Gəncənin səsi” qəzeti, 14 avqust 1999-cu il, №17 (18.843)

sayında, səh 3.

Page 84: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

84

Qızılgül olmayaydı...

Fəridə Əlyarbəyli -80

Yeniyetməlik dövrümdən bu cütlüyü tanıyır və həmişə

onlara qibtə etmişəm: Fəridə Əlyarbəyli və Kəramət Tağızadə!

Bütün insani keyfiyyətləri ilə bir-birini tamamlayırdılar. Xarici

görkəmlərində də oxşarlıq çox idi, mənəvi aləmlərində də!..

Birincisi Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin

məsul katibi, ikincisi o vaxtkı “Kirovabad kommunisti”

qəzetinin redaktoru idi.

Bu gün, altmışıncı illərin yazarlarının – şair, yazıçı,

dramaturq, jurnalistlərinin yetişməsində bu cütlüyün əməyini

heç kəs inkar edə bilməz. Gəncə əbədi mühitinin qoşa

dayaqları idilər. Yaşlı da, cavan da, yeniyetmə də inamla

gəlirdik onların yanına.

Bu gün mənəvi anamız Fəridə xanım özünün 80 illiyini

qeyd edir. Ömürlərinin nə az, nə də çox – düz 41 ilini birgə

qanad çaldıqları, həmişə ona qızıl gül bağışlayan yarı –

Kəramət yoxdur yanında. Ömür vəfasız çıxdı ona! Nə qəm!...

mənalı keçən bir-birindən unudulmaz 41 ilin hər gününün

yadigarı, qarşılıqlı məhəbbətin tərənnümü Kəramət şerləri

istəkli yarının tərtibatı və redaktəsi ilə bu yubileyə “Aylı

gecənin xatirəsi”ni pıçıldayır. Sanki deyir: “Fəridə, qırx bir

illik birgə əməyimizin yadigarı 4 çinarı – övladlarımızı, 8

budağı – nəvələrimizi yaxşı qoru! Ülvi məhəbbətimizin şirin

barıdır onlar!”

Çəkildi göylərə sevinc, səadət,

Ürək ağrı çəkər ömür uzunu.

Azaldı bərəkət, pozuldu adət,

Buludlar bürüdü göyün üzünü.

Həyat təkrar olur – bu dərd, bu həsrət,

Bu aləm içində özümü gördüm.

Bax, belə olurmuş əsil müsibət,

Həsrət ağrısını təklikdə duydum.

Page 85: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

85

-deyə, ömrünün 80 yaşında “səkkizlikləri” qatara düzən Fəridə

xanım sanki iki yaradıcı ömür yaşayır, yazır, yaradır. Mən

istəkli yazıçımız Əzizə Əhmədovanın 10 il bundan əvvəl

söylədiyi bu sözləri xatırlayıram: “Fəridə xanım Gəncənin sıx

kölgəli meşələrində bitən nadir çiçəkdir, deyərdim. Bu çiçək

zəifdir, kövrəkdir, ətirlidir. Onun Azərbaycan ədəbiyyatında

öz yeri var, Gəncənin min illik qollu-budaqlı çinarları gözəl

qızlar kimi bənzərsiz sərvləri, onun yaradıcılığından bir xətt

kimi keçir. Yazılarından gözəl Gəncənin ətri gəlir, ab-havası

duyulur!”

Bəli, Gəncənin nəğməkar qızı Fəridə Əlyarbəyli ömrün

80-ci zirvəsinə, müdriklik aləminə çatıb. Yan-yörəsini öz

övladları ilə yanaşı, mənəvi övladları – 8 kitab, 4 pyes, onlarla

elmi-publisistik məqalələri bəzəyir. Ömrün bu çağında da

yorulmayan bu qələm əhli söz xiridarı yorulmur. Maraqlıdır:

şair Fəridə ilk növbədə anadır, həyat yoldaşıdır, evdar

qadındır. Bax, ona yaradıcılıq üçün bu şəraiti vaxtilə məhz

unudulmaz Kəramət Tağızadə yaratmışdır. Ona 41 il sərasər,

sönməz məhəbbət, bir də tər qızıl gül bağışlayan Kəramət.

Kaş, Qızılgül olmayaydı...

Bu gün mənəvi anamız F. Əlyarbəylinin 80 illik ad

günündə Kəramət müəllimi təsadüfi anmadım. Axı, onlar

altmışıncı illərin ədəbi mühitinin qoşa qanadları idilər. Heyif!

Yubileyin mübarək!... Nə olaydı bu əziz gündə daha bir

mötəbər fəxri ad yazılaydı adının qarşısında. Sağlığında

qiymət veriləydi insanlara!

Füzuli Ruzigar.

__________________________________________________

1.Füzuli Ruzigar “Qızılgül olmayaydı...” - “Ədalət” qəzeti,

10 dekabr 2004-cü il, №231 (2097) sayında, səh 8.

Page 86: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

86

Hörmətli Fəridə xanım Əlyarbəyliyə

Hörmətli Fəridə xanım!

Sizi – tanınmış şairimizi 80 yaşınızın tamam olması

münasibəti ilə təbrik edirik.

Siz poeziyamızda özünəməxsus yeri olan

sənətkarlarımızdansınız. Böyük bir nəsil Sizin şerlərinizdən

bəhrələnərək yaşa dolmuşdur. Fəridə xanım, Sizi bir daha

təbrik edir, Sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları

arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyinin sədri

Anar

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi

Fikrət Qoca

Bu, yubiley yazısı deyil

Çağdaş Gəncə ədəbi mühitinin yetişməsində onun

danılmaz haqq-sayı var. Elə bu səbəbdən də biz ona yaşına və

işinə görə “ədəbi anamız” epiteti ilə müraciət edirik.

Ağbirçək şairəmiz Fəridə xanım Əlyarbəyli bu il iyulun

2-də ömrünün səkkizinci onilliyini tamamladı. O, neçə-neçə

kitabların, pyeslərin, poemaların, xatirələrin və çoxlu şerlərin

müəllifidir. Vaxtilə Moskvada kitabı çıxan iki gəncəli

yazardan biridir. Çap olunmamışları çap olunanlarından qat-

qat artıqdır. Hər gün kədərlə baxdığı əlyazmalar qalağı –

qovluqları onu dərindən düşündürür, qayğılandırır. “Görəsən,

nə vaxt onları kitab halında oxucularımıza çatdıracağam?

Özümün pulum olsaydı, heç kimə minnət eləməzdim. O gün

çoxmu uzaqdadır, ilahi?”

Page 87: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

87

Qapısının düyməsi dost zəngi, dost barmağı üçün çox

darıxır. Vəfalı ömürdaşı yazıçı-jurnalist Kəramət Tağıyevi

itirdikdən sonra tənhalığı bütövlükdə dərk elədi. Bir zamanlar

bu ahıl xanımın evi dünya kimi gəlimli-gedimliydi. Çox

sənətkarlar Fəridə xanımın qonağı olub, sənətilə bərabər

mətbəx qabiliyyətinə də “Əhsən!” deyiblər. Yeri gələndə, eyni

açıq olanda şairə xanım ev sahibi kimi qulluğunda dayanmış

olduğu dünya şöhrətli Nazim Hikmətdən, Əziz Nesindən,

Mikola Upenikdən, Vyaçeslav Kuznetsovdan maraqlı xatirələr

danışır. Divardan müsahiblərinə tamaşa edən xatirə-şəkillər

sanki deyilənləri təsdiq edir.

Ömrün daha bir fəxr edilməli vərəqi. Gəncəli şairə

yazıçıların Azərbaycanda və Moskvada keçirilən

qurultaylarında Səməd Vurğunla, Konstantin Simonovla,

Nikolay Tixonovla, Aleksandr Fadeyevlə bir salonda yanaşı

oturub. İndi tez-tez geriyə boylanır, xatirəyə çevrilmişləri

yaddaşında canlandırır.

Nəsli səcərəsi də sənəti kimi zəngin və öyünməlidir!

Azərbaycan Cümhuriyyətinin banilərindən biri olan Fətəli

Xan Xoyskinin nəslindəndir. Asiyadan, Avropadan tutmuş,

Amerikaya qədər səpələnmiş bəy nəsli xələflərilə indinin

özündə də ara-sıra məktublaşır. İstəkli mərhum rəfiqələri

Nigar xanım Rəfibəyli və Mirvarid xanım Dilbazi ilə zümrə

eyniliyinə malikdir. Dərdlərini və sevinclərini bir yerdə çox

bölüşmüşdülər. Fələyin boz üzünə nə deyəsən... Özündən

azacıq böyük olan rəfiqələri Fəridə xanımı Allaha, Vətənə və

Millətə ismarlayıb tək qoymaq məcburiyyətində qaldılar.

İlk sənət dəstəyini Səməd Vurğundan alıb və bu dəstək

onun Respublika Yazıçılar İttifaqına üzv olmasına bəs eləyib.

Gəncə ədəbi mühitinə bir qərinə rəhbərlik etmiş Fəridə xanım

bu mühitin formalaşması, yeni-yeni imzaların kəşf olunması

üçün köməyini əsirgəməyib. İndi də belə...

Sevincqarışıq bir intizar içində iyulun 2-ci gününü

səbirsizliklə gözləyirdi. Bu barədə hələ may ayında

Page 88: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

88

“Gəncəbasar” qəzeti qabağa düşərək onu yubileyi münasibətilə

təbrik etmişdi. Çoxları zənn edirdi ki, Fəridə xanımın dünyaya

göz açdığı gündə nəsə maraqlı hadisələr, şad xəbərlər

eşidiləcək, təntənəli yığıncaqlar keçiriləcəkdir. Televiziya

kanalları, radio dalğaları, çeşidli qəzetlər Fəridə xanımla bağlı

xoş xəbər boxçalarını açacaqlar.

Taleyin son fəslini ümid qatarının gəlişinə bağlamışdı.

Yaşının, zəhmətinin, sehirli qələminin 60 illik bəhrəsini

gətirməliydi o ümid qatarı...

İyulun 2-si, axşamüstü. Fəridə xanımın 80 illiyi

tamamlayan ad gününə tək gəlmişdim. Məni binanın

aşağısında oğlu qarşıladı. İlk müşahidəm bu oldu ki, sənətçi

balasının sifətində fərqlənən sevinc əlaməti görmədim. Özümü

o yerə qoymayıb əlamətdar gün münasibətilə əvvəlcə onu

təbriklədim, sonra çağrılmış və çağrılmamış qonaqların

sırasına qatılmağa gecikib-gecikmədiyimi soruşdum. Oğul

günahkarcasına gülümsünüb məsələnin nə yerdə olduğuna

aydınlıq gətirdi:

- Mamam evdə yoxdur. Kiçik də olsa, yığıncaq

keçirməkdən vaz keçdi. Bilirsinizmi, deməyə də çətinlik

çəkirəm, əsərinin hörmət bəslədiyi bir qəhrəmanı dünyasını

dəyişib. Böyük Vətən müharibəsinin iştirakçısı idi. Mamam

belə hadisələrə çox diqqət yetirəndir. Yeri gələndə özünü

unutmağı bacarır. İnsan itgisinə görə qeydetmə yığıncağını

təxirə saldı. Xasiyyətinə bələdəm, bəlkə də heç eləmədi.

Tək gəldiyim kimi tək də qayıtdım. Bir neçə gündən

sonra telefon əlaqəsinə bağlandım. Əhvalını soruşdum,

yeniliklərlə maraqlandım. Kövrələcəyindən ehtiyatlanırdım.

Lakin səsi həmin səs idi – nə sevincdən pardaqlanmışdı, nə

ağır kədər altında inləyirdi. Yalançı nikbinlik halı da ondan

uzağıydı. Söhbətə ayrı səmtdən qatıldı:

- Təbrikə gəldiyini eşitdim. Çox sağ ol!

Ağaclarımızın könüllü cuvarı dünyasını dəyişmişdi.

Page 89: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

89

Mən onun xeyirxahlığına bir səkkizlik həsr etmişəm. O,

mənim əbədi qəhrəmanımdır. O günü mən evdə stol aça

bilməzdim.

- Sizi anlayıram, Fəridə xanım, - məni narahat edən

fikirləri sözlərə çevirməyə başladım, - indiyədək daha kimlərin

təbrikini qəbul etmisiniz?

- İyulun 2-dən əvvəl yazıçı Nüşabə xanımın. Sonra

heç kimin.

Sanki səslər də məndən küsü saxlayır, kağızlar da.

Sanki Nizami, Məhsəti nəfəsli bu şəhərdə heç elə bil bu yaşda,

bu uğurda Fəridə Əlyarbəyli imzalı bir qələm sahibi yaşamır...

Bir ay keçdi. Fəridə xanımın qonağıyam. Bu dəfə də

ənənəni pozmadı:

- Hər adama dəmləmirəm. Səni “Kraliça Yelizaveta”

çayına qonaq edəcəyəm. Gizlətmirəm, sənə halaldır.

- Fəridə xanım, 2 iyuldan bir aydan artıq vaxt keçir.

Xoş bir dəyişiklik varmı?

O, fikirləşmədən:

- Nə dəyişiklik olmalıdır ki?!... – deyə dilləndi.

Bu, sual idi, yoxsa cavab? Bəlkə hər ikisi bir bətndə

yerləşmişdi? Deyəsən, qəti cavab vermək ona çətindən-çətin

görünürdü. Mən onu qədərincə başa düşürdüm. Onun deyə

bilmədikləri deyə bildiklərindən qat-qat çoxuydu. O, izahı olan

və olmayan zaman kəsiyində qərar tutmuşdu. Təbiətdə və

cəmiyyətdə yeni dəyişmələr dövrüydü. Durnalar Bağdada

“xurma”, idmançılar Afina olimpiadasına medal eşqilə

uçurdular. Ağaclar yarpaqlarını, kişilər papaqlarını dəyişməyə

hazırlaşırdılar. Dəyişməyən bir şey vardısa, o da Vətənin

içəriyə doğru sıxılmış sərhədləri və Fəridə xanımın (bir də

onun kimilərinin) sükunət tilsiminə düşmüş həyatı, taleyi idi.

Təsəllimiz odur ki, əbədi sükut yoxdur. O, dünyanın,

insanların istili-soyuqlu münasibətlərinə təbii baxır. Bu

yaşında, fərqli baxışlar çarpazında onu təəccübləndirmək çox

Page 90: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

90

çətindir. Vurğunluq adına üç ünvan tanıyır: qələmi, Vətəni,

milləti. Qalan şeylər sonrakı sıralardadır.

Həyat bütün çalarları ilə - öz rəngində və dadında onun

gerçək poeziyasında əks olunur. Ana ağlayan uşağa qarşı daha

tez can atır. Sənətçi də belədir: harada ağrı varsa, harada insan

əziyyət çəkirsə, əzilirsə, əsl söz sahibi qələmilə onun

yanındadır. Şair qələmi bal arısı deyil ki, ilhamını həmişə şirə

mənbəyinə söykəyə. Nə qədər acı olsa da Fəridə xanım bu

mənzərəni kağız üzərinə köçürməyə bilmir:

Bu gün də beləcə başladı səhər,

Yüklü qadınlara yazığım gəlir.

Qırır qollarını ağır zənbillər,

Bir qədər yeriyir, bir az dincəlir.

Bir parça çörəkçün müsibətə bax,

Toz kimi sovrulur, yuntək didilir.

Ürəyi yerindən sanki çıxacaq –

Gündə neçə dəfə ölür, dirilir.

Qarabağ mövzusu Fəridə xanımın yaradıcılığında

xüsusi yer tutur. O, dramaturgiya aləminə hakim-şairə

Natəvana həsr olunmuş pyeslə gəldi. Ermənilərin doğma

Qarabağımızı işğal etməsi şair-ananın qarşısında bir qəm

dəftəri açdı. Düzdür, yeri gəldikcə bu dəftərdə qəhrəmanlıq

notları da səslənir. Ancaq təklənmiş Azərbaycanın itkiləri,

ağrıları daha çox idi.

Fəridə xanım bir həssas mənəviyyatçı, rəzalətlə

barışmaz bir vətənpərvər kimi bu hökmü verir. Görəsən, əsl

ağırlığı, məsuliyyəti, cavabdehliyi çiyinlərinə götürən

siyasətçilərimiz, hərbçilərimiz nə fikirdədirlər?

Ana vətən və ana şairə! Hərəsi də bir cür pəjmürdə...

Fəridə xanım boşalmış stəkanı yenidən doldurdu. Ona

verdiyim zəhmətdən xəcalətləndim:

- Təşəkkür edirəm, Fəridə xanım, bir stəkan bəs

edərdi...

Page 91: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

91

Çayın və mürəbbənin əvəzolunmazlığını vurğulaya-

vurğulaya dolu stəkanı yarıya endirdim. Ancaq ev sahibəsinin

narın kədərinin izlərini əridib yoxa çıxarda bilmirdim.

Ömürsüz dəyişmələr baş verirdi. Fəridə xanımın gözlərində

titrək bir işıq şöləsi göründü. Bu fişəng ömürlü titrək işıq da

bir azdan yoxa çıxdı.

- Elə hər şeydə gecikirik. Bu yaşımda xeyriyyəçilər

məni təzə-təzə görməyə başlayıblar, əlacsız qalıb özüm

müraciət etdikdən sonra. İlk addımı qazaxlı balası – şəhər

mətbəəsinin direktoru hörmətli İlham İmamquliyev atdı. Bu

işdə sənin də rolun olub, unutmaram. Onun sponsorluğu ilə

həyat yoldaşım Kəramət Tağıyevin şerlər kitabı oxuculara

çatdırıldı. Hörmət mənə edilmişdi. Mən də payımı ona

bağışladım. Adının çəkilməsini istəməyən bir xeyriyyəçi

xanım da kömək əlini uzatdı. Bu günlərdə şəhər icra

hakimiyyətindən də maddi yüklü məktub aldım. Sağ olsunlar!

Ancaq qədərincə olmayan yardımlar mənim kitab yaramı

sağalda bilməz. Düzünü deyim ki, həm də utanıram. Mən

halal, minnətsiz mənbə axtarıram. O da ki...

- Yubiley tədbiri nə vaxt olacaq?

Fəridə xanım incik halda etirazını bildirdi:

- Mənə bu şəkildə yubiley lazım deyil. Özlərinə də

demişəm.

Araya sükut çökdü. Təsəlli vermək istəyirdim,

bacarmadım. Nə desəydim cavabımı verəcəkdi. İndiyədək

cəmi bir yubiley təntənəsinin şahidi olub – 70 yaşının. 60-nı

keçirtmədilər. Həmin ildə ömürdaşı Kəramət müəllimə yas

saxladığı üçün 75-dən imtina elədi. 80 də ki, belə... Heç

olmasa bu yubiley yaşında o – Fətəli xan yadigarı zəhmətinin

bəhrəsini görmək istəyirdi.

- Nə gizlədim, hərdən 60 il üzvü olduğum Yazıçılar

Birliyindən getmək istəyirəm. Tez də qərarımdan daşınıram.

Axı məni bu təşkilata Səməd Vurğun gətirib. Axı indi bu

təşkilatın başında bacılığım Nigar xanımın oğlu, istəklimiz

Page 92: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

92

Anar durur. Birinin ruhuna, o birisinin varlığına hörmətsizlik

etmək istəmirəm. Nə bilim, vallah, bəlkə də elə şeylər var ki,

mən bilmirəm...

Hər böyüklüyün xoşbəxt taleyi olmur. Hər böyüklük

zamanında etiraf olunmur. Bəzən onun etirafına illər, qərinələr

azlıq edir.

... Yaranmış ağır vəziyyət onunla bərabər məni də

sıxırdı. Bu ağrı vadisindən mümkün qədər tez uzaqlaşmaq

lazım idi.

- Şikayətlənmək sizə yaraşmır, Fəridə xanım. Hələ

görəcəyiniz gözəl günlər qarşıdadır, - ona nikbinlik aşılamağa

çalışır, eyni vaxtda da düşünürdüm: “Ona əbədi anamız

deyirik. Adam anasına beləmi hörmət qoyur?!”

Qərib Mehdi,

GDU-nin “Yüksəliş” qəzetinin redaktoru.

__________________________________________________

1.Qərib Mehdi “Bu, yubiley yazısı deyil” - “Gəncəbasar”

qəzeti, 9-15 oktyabr 2004-cü il, №41 (64) sayında, səh 5.

Page 93: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

93

“Səkkizliklər”in hesabı

“Elm” nəşriyyatının bu günlərdə nəşr etdiyi

“Səkkizliklər” kitabında tanınmış şair Fəridə Əlyarbəylinin

rəngarəng mövzularda yazılmış şerləri toplanmışdır. Kitabın

redaktoru Ruziyə Quliyevanın maraqlı və əhatəli “Ön

söz”ündə deyilir ki, Fəridə xanımın səkkizliklərində

dünyamızın poetik mənzərəsi yetərincə canlanır, insan

arzuları, insan xəyalları şahə qalxan dağlar təki hikmət

ümmanında bir-birini əvəzləyir, xəyal varlığa, varlıq isə xəyala

dalır.

Ustad Məmməd Arazın mənim, sənin və heç kəsin

deyə qiyaslandırdığı dünyamızı haramın haram eylədiyi, hay-

hayla gələnin vay-vayla getdiyi gerçəkliyinin ağrı-acısı

sərgilənib “Səkkizliklər”in boyunca.

Mövlanə Məhəmməd Füzulinin “Dərd sərmayəsidir

şairliyimin” təskinliyi ilə Fəridə xanımın şair bəxtinin nəqşi,

naxışı kimi zühr edir. “Namərdin qılıncı arxadan kəsər,

Qeyrətsiz od alar öz ətəyindən” dünyagörmüşlüyünün,

müdrikliyinin narahatlığı, nigaranlığı “Səkkizliklər”in hər

sətrindən boy göstərir. Bir cür doğulub, min cür ölən insanın

Yerlə, Göylə, Tanrıyla, vaxtla və bəxtlə əbədi həsbi-halının

mənzərəsi oxucuyla “əbədi bir an” baş-başa qalır, mənə yaxın

otur, - deyir.

Şairdən hər şeyi ala bilərsən,

Ayıra bilməzsən duyğularından –

nikbinliyi bu yazılanlarla dabandabana yol gəlir. “Kiçilə-kiçilə

böyüklük gəzən”, “bir ev tikmək üçün min bir ev yıxan”ların

üstünə müdrik bir ana, istedadlı bir sənətkar səslənişi izləyir

hər sətri. Oxuyub görürsən ki, “Sevinc qətrə-qətrə, qəm ətək-

ətək” gələndə belə Fəridə xanım onu ömrün payızına, qışına

yetirən ümidin dan üzünə dua etməkdən usanmır, “hər

nəğməm bir dünya sevinc gətirdi” şükranlığı ilə təsəlli tapır.

Page 94: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

94

İnamla yazır ki, xeyirxahlıq heç vaxt köhnələn deyil, günəştək

saxlayar gözəlliyini.

Əsl ilham da xeyirxahlıq hissi kimidi və o da öz

hərarətini, təbini günəş tək saxlayır. Saxlamasaydı şairlik

xeyir-duasını, ustadlıq dərsini Səməd Vurğundan almış Fəridə

xanım Əlyarbəyli ömrün bu xanım-xatın, ağbirçək vədəsində

bu qədər dəqiq müşahidələrlə belə təravətli səkkizliklər

sərgiləməzdi. Yoxsa bu ümidli misralar vüqarla yaşanmış bir

ömrün hekayətini belə həzin-həzin pıçıldamazdı:

Könlüm açılmayır nə vaxtdan bəri,

Məni sevdirməz şəfəqlər belə.

Qələmim uzadır bu son səfəri,

Arzular, ümidlər yaşayır hələ.

Fəridə xanımın şer dili bu səkkizliklərdə də rəvan və

axıcı, qəlbi el-oba kədərindən yenə də səksəkəlidi:

Günlər çaylar kimi baş alıb gedir,

Qaçqının qisməti yaşamaq deyil.

Səbrlər daralır, ömürlər bitir,

Ağrılar, acılar itən ha deyil.

Bu səkkizliklərdə bütöv, tam həyat tabloları var.

Ümidlər Gəncə çinarları kimi yenilməz, şahanədi. Hər çinar

bir xatirə ürpədir, bir xəyal yaşadır. Fəridə xanım o çinarlardan

biriylə daha çox canbir qəlbdədi. Və bu çinar belə

bəxtiyarlığıyla Fəridə xanımın özüdür ki, durub. Hər bahar

fəsli gələndə yaşıla bürünən həm də Fəridə xanımın həyat eşqi,

ilhamıdır:

Pəncərəm önündə nəhəng bir çinar,

Görkəmi gözümə işıq gətirir.

Yaşıla bürünər gələndə bahar,

İlıq nəfəsini mənə yetirir.

Page 95: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

95

Bütün çinarlartək gözəl, göyçəkdir,

Payızda bəzənər rəng-rəng qumaşa.

Yarpaqlar vüqarlı, ləçək-ləçəkdir,

Çinar – hər fəsildə ayrı tamaşa.

Çinar ömrü yaşamışların qənaəti, görüb-götürdükləri

zinətləndirir “Səkkizliklər”i. Oxuduqca Fəridə xanımın “hələ

ürəyimin dərinliyində ilk sevda ulduzu gizlənib qalır” etirafına

inanır, inanırsan.

Sərvaz.

__________________________________________________

1.Sərvaz “Səkkizliklər”in hesabı - “Ədəbiyyat” qəzeti, 12

dekabr 2008-ci il, №47, (3642) sayında, səh 5.

Page 96: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

96

Səkkizlik yaradan ilk müəllif

Sərt dalğalar yer adlı bir gəmini atıb-tutdu. Dəniz

kükrədi. Çünki yerlə göy arasındakı ilahi bağlılıq qırılmaq

həddinə çatırdı. Dünya qəm dəryası içində boğulurdu. Bu çətin

zamanda Ulu Tanrının ən böyük neməti olan AĞIL köməyə

yetdi. Ağıl sükanı öz əlinə aldı:

Çətin bir zamanın yolçusuyuq biz,

Əsri tamamlayır fəsillər, illər.

Dalğalar sərtləşir, kükrəyər dəniz,

Həyat yer üzündən silinə bilər.

Dünya, nə qəmlisən, sən başdan-başa,

Dalğalar gəmini az qala aşa,

Gəminin sükanı insan əlində,

Ağıl keşik çəkir – Sükan əlində.

Həyatın isti-soyuğunu, hər cür sərt üzünü görmüş ustad

sənətkarımız Fəridə Əlyarbəyli dünyamızın başı üzərində

hərlənən qara buludları duyur, hiss edir və öz kövrək

hisslərini səkkizliklər vasitəsi ilə sözə çevirir. Bədii sözün ilıq

nəfəsi donmuş, daşlaşmış həqiqətləri cana gətirir, ona yeni

nəfəs verir, dünyamızı xilas etmək yollarını arayır.

Şair qələmində söz bəzən sakit axan Xan Arazı, bəzən

kükrəyib-daşan, qan-qan deyən, bəndi-bərəni uçuran Dəli

Kürü xatırladır. Söz ürəklərin harayına çevrilərək yaddaşlara

hopur:

Məni yada salsın ellər fərəhlə,

Sözüm ürəklərin harayı olsun.

Fəridə xanım Əlyarbəyli Azərbaycan ədəbiyyatında

səkkizlik yaradan ilk müəlliflərdəndir. Bu şerləri gərgin

yaradıcılığın bəhrəsi adlandıran filologiya elmləri doktoru,

professor Şamil Salmanov səkkizliklər haqqında deyir:

“Burada fikir, hiss zənginliyi, dolğunluğu, fikrin konkret və

obrazlı ifadəsi uğurludur”.

Page 97: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

97

Məlum olduğu kimi qədim türklərin say sistemində

səkkiz müqəddəs rəqəmlərdəndir. Səkkizlik isə iki dördlüyün

cəmidir. İlk dörd misrada verilən fikir sonrakı dördlükdə

tamamlanır. Dördlüklər arasındakı məna bağlılığı məntiqi

hökmü bir daha təsdiqləyir. Eyni zamanda səkkizlik

sonsuzluğu ifadə edir. Yeddilik tamamlanır, vahidə qovuşur

(7+1). Allahımızın adlarından biri Vahiddir. Yeddi rəqəmi isə

koddur. İlahi sirlərin açarıdır. Yadımıza salaq: Göy qurşağı

yeddi rəngə bölünür, Koroğlunun dəlilərinin sayı yeddi min

yeddi yüz yetmiş yeddidir, göyün yeddi təbəqəsi var, Günəş

sistemi yeddi planetdən ibarətdir, səslərin yeddi rəngi var,

həftənin yeddi günü var, Qurani-Kərimin açarı olan “Əl-

fatihə” surəsi yeddi ayədən ibarətdir və s.

Türk mifologiyasına görə göyün doqquzuncu qatı

Tanrının öz məkanıdır. İnsan ruhu səkkizinci təbəqədən o yana

keçə bilməz. Atalar sözündə bu fikir daha dəqiq verilir.

“Gözəllik ondur, doqquzu dondur”. Yəni gözəllik sonsuzdur,

ilahi nura qovuşmaqdır.

Fəridə xanımın qələmində sözlər ilahi dəyər qazanır.

İnsanın daxili sarsıntıları, mənəvi-psixoloji məqamları təbiət

hadisələri üzərinə köçürülür.

Payızın son ayı başladı bu gün,

Qara, çovğuna bax. Musibətə bax.

Kələfim dolaşıq, kələfim düyün,

Tarix bu dərdləri necə yazacaq.

Yalın ayağıma yollar dolaşır,

Bu qar elə bil ki, içimə yağır.

Ağ çadırlar mənə tərəf boylanır,

Təbiətin hökmü, qanunu ağır.

Müəllif təbiət təsvirlərini şerə gətirməklə psixoloji

paralelizm yaradır. Bu isə səkkizliklərin bədii dəyərini qat-qat

artırmaqla yanaşı, emosionallığı daha da gücləndirir. Lirik

qəhrəman təbiətlə həmahəngdir: qar yağır, çovğundur, yollar

Page 98: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

98

yolçunun yalın ayaqlarına dolaşır. Zahirən çıxılmaz görünən

bu məqamda oxucunun diqqəti uzaqdan boylanan ağ çadırlara

sarı yönəldilir. Təbiətin hökmü ağır, qanunları sərt olsa da

insan ona boyun əyməlidir.

Bəs yaralar necə? Dərdlər necə? İnsan bütün bunları

necə unuda bilər?

Dünyamızın dərdi şair qəlbində qövr eyləyən yaraya

çevrilir. Zaman-zaman sağalmaq bilmir bu yara – üzdən

sayalansa da vaxtaşırı təzələnir. Bu dərdlərə əlac axtaran

Fəridə xanım zəmanəni günahlandırır. Sonda isə Ulu Tanrıya

ünvanlayır sözü:

Korş bıçaqla kəsir bizi zəmanə,

Bir nadan əlində oyuncaq olduq.

Məndən sual edib sormayın heç nə,

Bükülə-bükülə bir qucaq olduq.

Bu dünya mülkünü böləndə Allah,

Hər kəsin bəxtinə qisməti düşdü.

Milləti öyrənib biləndə Allah,

Bəxtilə özünün xisləti düşdü.

İti bıçaqla kəsilsəydik nə vardı ki... Vay o günə ki,

başımızı “korş bıçaqla” kəsələr. Vay o günə ki, korş bıçaq

sümüyə dayana. Bax onda dözülməz olur dünyanın dərdi.

Gözlər də, sözlər də yalanın qapqara qatı dumanıyla

pərdələnir. Gerçəklik bəzəkli, parıltılı, soyuq yalanların

bumbuz baxışlarına davam gətirə bilmir, doğrular oğruların

bağırtısına çətin dözür. Şeytan dünyası var gücü ilə hücum

çəkir. Sanki inam dünyanı tərk edir, “ilim-ilim itir”. Şair bu

mənəvi-psixoloji məqamı ustalıqla qələmə alır:

İnandım yalanın yalanlarına,

Evimin bəzəyi yalanlar oldu.

Sözə bel bağladım, inandım ona,

İnsanı aldadan şeytanlar oldu.

Yalan bəzək oldu sözlərimizə,

Page 99: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

99

Gerçəklik dünyası bitdi elə bil.

Yalan pərdə çəkdi gözlərimizə,

İnam ilim-ilim itdi elə bil.

Qoç Koroğlu düşür yada. İki dəfə heyrətə gəldi

Koroğlu: ilk dəfə Keçəl Həmzə dəyirmanda Qıratla Düratı

dəyişəndə, sonuncu dəfə güllənin öküzü öldürdüyünü görəndə.

Birincidə Koroğlu peşman olsa da ümidini itirmədi. İkincidə

isə haray çəkdi:

Tüfəng çıxdı, mərdlik getdi, ay haray,

Mənmi qocalmışam, ya zəmanəmi?

Yalanlar ayaq tutdu. Yalanlar yüyürdü. Yalançı qaçırdı.

Yalan donuna bürünən dünyamız vahimə içindəydi. Bu dəfə

doğru yalanı, halal haramı qovurdu. Dünyamız yanılırdı bəzən,

atın əvəzinə iti minirdi: Atı min, iti qov. İti qov, atı min...

Aman Allah, dünyamızın tarazlığı pozulmuşdu. Halal

harama meydan oxuya biləcəkmi? Kiminkidi zəfər? Kimdi

atdan düşən? Kimdi itdən düşən? Şair ruhu bütün bu suallara

asanlıqla cavab tapır:

Halal rahatlıqdır, halal ucalıq,

Halal ömür sürər, halal qocalıq.

Haram bu dünyanı haram eyləyər,

Hay-hayla gələnlər vay-vayla gedər.

Haqq öz yerini tapmalıdır. Çünki haqq Allahın adıdır:

Allah Haqdır! Söz də haqdır. Ona görə də bədii sözün qüdrəti

zamanı qabaqlayır, vaxtın fövqündə dayanır. Ata-babalarımız

haqlı olaraq deyiblər: Hər şey vaxta baxar, vaxt heç nəyə

baxmaz. Zaman çərçivəsinə sığışmayan bircə şey var. O da

ilahi sözdür. Səsə çevrilmiş Tanrı hökmüdür söz. Yoxsa söz

and yeri olardımı? Yoxsa söz alqışa çevrilərdimi? Yoxsa söz

musiqi qanadlarında uçardımı? Doğru sözlərin mayası haqda

yoğruldu! Sözü unudan insanlıq haqqını unudur. Dünya

Page 100: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

100

tarlasına əkilən söz bəzən göyərmir. Qupquru toxum daşların

arasına ilişib qalır. Əvəzində əl boyda kağız göyərir:

Etibar etmirik insana bəzən,

Bir parça kağızı üstün tuturuq.

Haqqın qüdrətini nahaqdır əzən,

İnsanlıq haqqını biz unuduruq.

Etibarla inam azalan gündən,

Çörək haqqı itdi, bərəkət itdi.

Yerəmi, göyəmi çəkildi görən,

Əl boyda kağızı kimlər göyərtdi?

Fəridə xanım Əlyarbəylinin səkkizlikləri zahirən

müxtəlif mövzularda olsa da bu kiçik süjetlərin arasında gizli

məna bağlılığı görünür. Həyatda, insana inam, Tanrı

məhəbbəti, ilahi eşq, vətən, yurd sevgisi, mənəvi-əxlaqi

dəyərlərimizə sədaqət və hörmət, baş verən ictimai-siyasi

hadisələrə münasibət, vətəndaşlıq yanğısı və borcu

səkkizliklərə çevrilir. Cəmi səkkiz misrada dünyamızın poetik

mənzərəsi canlanır. İnsan arzuları, insan xəyalları şahə qalxan

dalğalar təki hikmət ümmanında bir-birini əvəzləyir, xəyal

varlığa, varlıq isə xəyala dönür. Yerin arzuları göylərdə,

göylərin hökmü isə yerdə qərar tutur. Haqq yolunu arayan

insan həqiqət axtarır və nəhayət, haqqı bəşər övladında tapır.

Həmin bəşər övladı günahları çiyninə almış, İsadır, haqq

yolunda dara çəkilmiş Həllac Mənsurdur, Nəimidir, diri-diri

dərisi soyulmuş Nəsimidir... Və ən nəhayət, müxtəlif adlarla

həm yerdə, həm də göydə yaşayan Xızı İlyasdır... Tanrı öz

nurunu dünyaya bu adlarla göndərdi. Nur zərrəsi insan cibində,

insan donunda yenidən doğuldu. Çünki bəşərin ruhu

korlanmışdır. İnsanlıq günahlar içində boğulurdu. Tanrı

bəşərin ehtiyaclarını görürdü:

O nə xəyal idi, nə varlıq idi,

Heç kəs görməmişdi, heç kəs bilmirdi.

Arzular, xəyallar onu yaratdı,

Page 101: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

101

Bəşər həqiqəti İsada tapdı.

İsa günahları çiyninə aldı,

Dağlar gücü gəldi göylərdən ona.

Bəşərin gözündə İsa ucaldı!

Əbədiyyət çıxdı onun uğruna.

Əbədiyyətə aparan yol əzablardan, işgəncələrdən keçir.

Fani olanı itirmək baqi olanı qazanmaqdır. Baqi olan, daimi

olan insanın əməlləridir. Baqi olan, ölməzlik qazanan haqqın

sözüdür. Ağ kağıza muncuq kimi düzülən ilahi sözlər

olmasaydı, aləm daralardı, zülmətə bürünərdi. Eynilə şair

köçüb gedəndə olduğu kimi:

Cərgəmiz seyrəlir, seyrəldi zaman,

Bir ulduz da axdı, qaraldı aləm.

Qələmsiz, kağızsız son mənzilinə

Şair köçüb getdi, daraldı aləm.

Poeziya kəhkəşanı ulduzlarla doludur. Bir ulduz

axmaqla, aləm daralsa da, göylər qaralsa da səhər açılacaq,

bədii sözün əngin üfiqləri günəşin zərrin şəfəqlərinə

boyanacaq. Dalğaların atıb-tutduğu yer adlı gəmi məhv

olmayacaq. Həyat davam edəcək. İlahi sözün hərarəti

dünyamıza nur çiləyəcək, inşallah.

Ruziyə Quliyeva

Gəncə, 22.01.2008.

Page 102: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

102

Elin, günün şairi

Fəridə Əlyarbəyli -85

Şair-dramaturq Fəridə Əlyarbəylinin yaradıcılığı

həmişə mənim diqqət mərkəzimdə olub. O, Azərbaycan

ədəbiyyatının ən nüfuzlu nümayəndələrindən biridir. Fəridə

xanımın şerləri mövzu etibarı ilə olduqca müxtəlif və

rəngarəngdir. Fikir aydınlığı, sadəlik və səmimiyyət bu

sənətkarın şerlərinin poetik vurğunu təmin edən əsas

amillərdəndir. Vətənə, doğma el-obaya, soy-kökümüzə və qan

yaddaşımıza bağlılıq, mənəvi-əxlaqi dəyərlərimizə hörmət

Fəridə xanımın şerlərinin ana xəttini təşkil edir. Şerlərin lirik

həyacanı şair qəlbində dərindən yaşandığı üçündür ki, yüksək

emosionallıq onların poetik bəzəyinə çevrilir. O, çox incə

həyat müşahidələrindən dərin məna çıxaran, bədii

ümumiləşdirmələr yoluyla gedən şairdir.

Fəridə xanımın məhəbbət mövzusunda yazdığı şerləri

də öz poetik səmimiyyəti və təbiiliyi ilə seçilir, maraqla

oxunur. Şairin nəzərində məhəbbət adi hiss deyil. O, insanı

mənən saflaşdıran və zənginləşdirən, nəcib əməllərə səsləyən

ali qüvvədi. Şerlərindən birində oxuyuruq:

Qoy səni bu həyat dəyişməsin, yar,

Ötsə də başından ağır tufanlar.

Etibarsız olub eşqini danma,

İnsana nemətdir – namus, etibar.

Sevgi aləminin romantik qəribəlikləri, həyəcan

iztirabla dolu həsrət və vüsal anları şairin şerlərində real,

inandırıcı bir şəkildə qələmə alınır. Başqa misal:

O təmiz ürəkdir, gövhərtək safdır,

İncədən incədir, pakdır, sərrafdır.

Şahlar da diz çökmüş onun önündə,

Ona dünyaları versən də azdır.

(“Vəfalı ol”)

Page 103: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

103

Fəridə xanımın şerlərinin mövzularında üç məcra

özünə daha çox böyüklü-kiçikli mənbələr, qollar cəmləyir.

Bunlardan biri Vətənə, qurub-yaradan oğul və qızlarına,

əsrarəngiz təbiət gözəlliklərinə odlu məhəbbət, ikinci həzin,

incə, kövrək qadın-ana duyğuları, üçüncüsü bəşər övladının

azadlığı, əmin-amanlıq uğrunda mübarizə motivləridir. Şairin

heç zaman öz ədəbi qiymətini, poetik dəyərini itirməyən, il

keçdikcə cavanlaşan, xalq təfəkkürü səviyyəsindəki yüksələn

ölməz poeziyasıdır. Yeni gələn hər bir ədəbi nəsil ondan

bəhrələnəcək, ondan öyrənəcəkdir. Çünki xəlqilik, xalq deyim

tərzi, müdriklik bu poeziyanın qanına hopub. Fəridə xanım,

topladığımız zəngin həyat təcrübəsi, gəncliyə ünvanlanan

səmimi şair-ana müraciətləriniz və tövsiyələriniz şerlərinizdə

öz gözəl əksini tapır.

Ailə münasibətlərinin ahəngdarlığını qoruyb saxlamaq,

qayınana-gəlin ünsiyyətinin daha da möhkəmlənməsinə

çağıran yumşaq, həlim şair-ana səsiniz eşidilir:

“Qaynana” adımı qorxudur səni?

Sarsıdır, incidir xəyallar məni.

Dedi-qodulardan gözlə qəlbini,

Böyüklük-kiçiklik itər, gəlinim.

(“Gəlinim”)

Həyat haqqında poetik fikirləriniz hiss və

həyəcanlarınız beləcə axıb gedir.

Vətən, ana torpaq! Doğma ocaq! Niyə insan üçün bu

qədər əziz olur? Dünyanın cənnət kimi bir güşəsində bütün

arzularını, istəklərini yerinə yetirsələr belə, dünyanın bütün

nemətlərini başından töksələr belə, yenə gözüm Vətəni

axtaracaq, qəlbim Vətən həsrətilə döyünəcək, dodaqların

“Vətən, Vətən” deyəcək. Bu hisslər şairin şerlərində xüsusilə

vurğulanır.

Fəridə Əlyarbəylinin “Ana-Vətən” şerində oxuyuruq:

Page 104: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

104

Yenə də bir bahar sular bulandı,

Vətənin çiçəkli, güllü bağları,

Məni öz qoynuna səslədi hər an,

Ceyranlı, kəklikli gözəl dağları,

Ayırmadı məni isti qoynundan.

Gəzib hər tərəfi məhəbbət gördüm,

İnsana, əməyə min hörmət gördüm,

Gözəl Vətənim,

Sevdim hər yerini öz anam kimi.

Şair Fəridə xanımın lirikası həm mövzu, həm də

mündəricə etibarı ilə zəngin və dolğundur. Ülvi və pak hissləri

tərənnüm edən şair həmişə insandan, onun kamalından və

gözəlliyindən qüvvə və ilham alır. Lirikasının tükənməz həyat

qüvvəsi xalq həyatı ilə sıx təmasda xalqın arzu və

düşüncələrinə qırılmaz tellərlə bağlı olmasındadır.

Şair təbiət aləmini də belə aludəçiliklə seyr edir, təbiət

onun şairanə hisslərinin idealına çevrilir. Göygölün gözəlliyini

görüb duymaq, onu sözlə cilalamaq, rəsm etmək, sənət

fövqünə ucaltmaq zəriflik, həm də sənətkarlıq tələb edir.

Göygölün uyuduğunu təsvir edən şair onun tamaşasına gəlib

əylənənləri də susmağa çağırır:

Bahardan gözəldir vüsal tək Göygöl,

İnsanı cəlb edir xəyaltək Göygöl.

Səhər-səhər gölə günəş doğanda,

Sanki cilvələnir bir tovuzquşu.

Onların üstünə yağış yağanda,

Hər damcı yaradır bir zümrüd qaşı.

Göygöl vətənimə gözəl zinətdir,

Hələ yazılmamış bir şeiriyyətdir.

Şairə görə nə qədər ucalsan da, səmalara uçsan da,

yenə doğma torpağa bağlı olmalısan. Torpaqdan məhrum

olmaq, ayağını yerdən üzmək səni gücsüz, çəkisiz, qiymətsiz

Page 105: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

105

edər. Vətənpərvərlik onun irili-xırdalı bütün şerlərində qırmızı

xətt kimi keçir.

Müharibə... Bu dövrü bir qələm sahibi kimi yaşamış

şair poeziyası reallığa daha yaxın olmaqla onunla baş-başa

yaşayır. “Üçkünc məktublar”, “Qara kağız”, “Səni

gözləyirəm”, “Əlvida, əzizim” və s. onlarla şeir bu dövrə həsr

edilib. Onların içərisində “Qız görüşə tələsir” şerinə nəzər

salaq:

Narahatdır səhərdən,

Ürəyində intizar.

Doğma torpaqda düşmən,

Qız görüşə tələsir.

Qoltuğunda qumbara,

Əlində tüfəng gəlir...

Tüfəng çiynini kəsir,

Qız görüşə tələsir.

Uçur yolları quş tək,

Sevgilisi bəlkə də,

Dönüb daş bir heykələ,

Çiynini tüfəng kəsir,

Qız görüşə tələsir.

(“Qız görüşə tələsir”)

Əcəb görüşdür. Qız sevgilisindən gül gözləmir, nə də

onun daş olmuş heykəlinə qoymağa gül aparmır.

“Zaman ayrı saldı”, “Kənd axşamları”, “Axtarıram”,

“Dağlar”, “Get, oğlum”, “Bənövşə” sərlövhələrinin özü

poetikdir, düşündürücüdür. Bu şerlər məzmunca və mövzuca

müxtəlif olsa da, quruluş etibarı ilə bir-birinə yaxındır. Ana-

övlad məhəbbəti Fəridə xanımın poeziyasının ana xəttidir. Ana

məhəbbəti heç nə ilə əvəz olunmayan, tükənməz bir xəzinədir.

Onun hər nəvazişində bir şirinlik vardır. Onun ana

nəğmələrində həqiqətən də ana qəlbinin hərarəti duyulur. “Ay

ana, bu gün”, “Ana-Vətən” və başqa şerləri ana məhəbbətinin

Page 106: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

106

bədii ifadəsidir. Övlad böyütmək ana üçün şərəfli olduğu

qədər də çətin və əzablıdır. Bu əzablar isə ana məhəbbətinin

intəhasız ülviyyətindən doğur.

Fəridə xanımın məktəb, təlim və tərbiyə mövzusunda

yazdığı bir sıra şerləri balaları elmə, biliklərə yiyələnməyə

həvəsləndirir, uşaqlarda səy və bacarıq, sadəlik və təvazökarlıq

tərbiyə edir, onları məktəbə səsləyir. Bu qəbil şerlər bədii olsa

da, burada pedaqogika elminin təlim-tərbiyə ölçüləri də

gözlənilir.

Fəridə Əlyarbəylinin mövzu dairəsi genişdir. O,

uşaqlarımızı da yaddan çıxarmamışdır. Uşaqlar üçün iki kitabı

latın qrafikası ilə çapdan çıxmışdır. Bunlardan başqa 500-dən

çox bizi düşündürən müxtəlif mövzularda, həyatımızda hər

gün rast gəldiyimiz maddi, mənəvi ağırlığı, çətinlikləri

səkkizliklər vasitəsilə səkkiz misrada bizə çatdıra bilmişdi. Bu

kitab elm mərkəzinin köməyi ilə çapdan çıxmışdır. Professor

Şamil Səlmanovun dediyi kimi səkkizliklər – burada fikir, hiss

zənginliyi, dolğunluğu fikri konkret və obrazlı ifadəsi

uğurludur. Səkkizlik – gərgin yaradıcılığın bəhrəsidir.

Fəridə xanımın lirik şeirlərində bəzən şairin coşğun

hissi, həyəcanı, pafosu, gələcək arzusu ilə, qanadlanan xəyalı

ilə elə qaynayıb-qarışır ki, bu da onun şeirlərinə romantik bir

vüsət verir.

Bu cür şeirlərində müəllif oxucularına bu günü

göstərmklə bu gündən doğacaq sabahı da onların təsəvvüründə

canlandırmağa çalışır.

Fəridə Əlyarbəyli Həsən qızı 1924-cü ildə Gəncə

şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta

məktəbi bitirib təhsilini davam etdirmək üçün Bakıya getmiş,

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil

olmuşdur.

1947-ci ildə universiteti bitirərək filoloji elmlər üzrə

elmi içşi, ali və orta məktəb müəllimi ixtisasını almışdır. 1947-

ci ildən 1950-ci ilə kimi Azərbaycan Elmlər Akademiyasının

Page 107: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

107

Gəncə bazasında kiçik elmi işçi vəzifəsində işləmişdir. Baza

ləğv olunandan sonra 1953-cü ilin yanvar ayından 1989-cu ilin

oktyabr ayına kimi Azərbaycan Yazıçılar İttifaqı Gəncə

şöbəsinin məsul katibi vəzifəsində çalışmışdır.

Azərbaycan Elmlər Akademiyası Gəncə bazasında

işlədiyi dövrdə XX əsrin əvvəllərində Gəncədə yaşayıb-

yaratmış şair Əkbərşah Ruhi haqqında monoqrafiya yazıb

akademiyaya təhvil vermişdir. Ədəbi fəaliyyətə hələ orta

məktəb illərindən başlamışdır. 1939-cu ildən etibarən yerli və

respublika qəzet və jurnallarında şeirləri dərc olunmuşdur.

1953-cü ilin yanvar ayından Azərbaycan Yazıçılar

İttifaqının üzvüdür. Bu dövr ərzində şeir və poemalarından

ibarət kitabları çap olunmuş, iki kitabı Moskvada – “Pesnya

meçta i lyubov” izdelestvo detskaya literatura, 1972-ci il və

“Çinara nad krışey” Sovetskiy pisatel, 1977-ci il və başqa

ölkələrdə də kitabları dərc olunmuşdur. 1973-cu ildə “Xan

qızı” mənzum dram əsəri, 1985-ci ildə “Qonşular” pyesi uzun

zaman repertuarda özünə yer tutmuşdur.

“Xan qızı” və “Özgə yer” tamaşaları Bakı artistlərinin

iştirakı ilə mavi ekranda göstərilmişdir.

Ümumittifaq Yazıçılarının II, III və V qurultaylarının

nümayəndəsi olmuşdur. Respublika idarə heyətinin üzvü,

1959-cu ildən 1989-cu ilə kimi Gəncə Xalq Deputatları

Sovetinin deputatı olmuşdur.

1970-ci ildən “Əmək rəşadəti” medalı ilə təltif

olunmuşdur. Dörd övlad anasıdır.

Əsərləri rus, gürcü, ukrayna, türkmən, özbək və başqa

xalqların dillərinə tərcümə olunmuşdur. Şəhər ədəbi mühitinin

boy atmasında onun əməyi təqdirəlayiqdir. Mən şairin ayrı-

ayrı şeirlərini təhlil etməyi qarşıma məqsəd qoymamışam.

Məqsədim bir şair kimi Fəridə xanımın şeirlərinin özəyini, onu

yazmağa vadar edən fikirlərinin mayasını oxucuya

çatdırmaqdır. Qoy oxucu bu mayadan qidalanıb şeirin ecazkar

qanadları üzərində uçub düşünsün, düşünüb qanadlansın.

Page 108: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

108

Sizin ad gününüzü ürəkdən təbrik edirik, Sizə möhkəm

can sağlığı, xoş əhval-ruhiyyə və yaradıcılıq nailiyyətləri

arzulayırıq.

Asya Əliyeva.

__________________________________________________

1.Asya Əliyeva “Elin, günün şairi” - “Gəncənin səsi”

qəzeti, 18 sentyabr 2009-cu il, №25 (20.145) sayında, səh 3.

Page 109: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

109

“Qələmi darıxmağa qoyma...”

Fəridə, salam!

Göndərdiyin “Səkkizliklər” adlı kitabını aldım. Bakı

Dövlət Universitetində oxuduğumuz illər gözümün qabağında

canlandı, gəncəli qızı!

Bilirsən ki, mən Gəncəni çox sevirəm. Dünyaya

Nizami kimi dühanı bəxş edən torpaq mənə həmişə əziz olub.

Əziz olaraq qalacaq da. Həmişə!

Mən bu fikirdəyəm ki, dahi Nizamini, igid Cavad xanı

yetirən Gəncəylə hər bir Azərbaycan övladı fəxr etməlidir.

Fəridə, kitabının əvvəlində, doqquzuncu səhifədə bir

səkkizliyin belə misralarla qurtarır:

Şeirsiz yaşasam bir gün elə bil,

Darıxar ağ kağız, darıxar qələm.

Amandı, Fəridə, qələmi darıxmağa qoyma, həmişə yaz,

yarat! Yaxşı bilirsən ki, ancaq yazılan qalır, yazanı tanıdır, onu

oxuculara sevdirir:

Fərəhim olaydı ürəyim qədər,

Dünya gözlərimdə cənnət olardı.

Sevdiyim olaydı diləyim qədər,

Ömrümə, günümə zinət olardı.

Yaxşı ki, şerim var, fərəhim vardı,

Onunla boy atdım – sevdim, sevildim.

Şerim var – dövlətim, şerim bahardı,

Bəlkə də mən onsuz heç nə deyildim.

Söz yox, sənətkar əsəri ilə tanınar hər vaxt. Sən bunu

yaxşı bilirsən, Fəridə. Odur ki, yazmalı, ardıcıl olaraq

yazmalısan. Bunu sən özün də yaxşı bilirsən.

İllər yel qanadlı, illər sürətli,

Yetmişi güzgüdə görürəm ancaq.

Page 110: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

110

“Fəridə” imzalı, sözlü, söhbətli,

Sinəm sönməz məşəl, hələ yanacaq.

Çınqıllı, kəsəkli yollar keçmişəm,

Sınağa çəkildim söz axarında;

Yetmişə çatmışam qürurla, nə qəm,

Dağ bulaqlarıtək öz axarında.

Nə gözəl, bax belə olmalıdır həmişə, Fəridə. Belə

olmalıdır.

Dünyada fərəhim olmadı, neynim,

Ümid səpələndi yollar uzunu.

Ürəyim sevinclə dolmadı neynim,

Yaxına qoymadım, yazıq sözünü.

Bax, belə ha, indi gördüm tələbə yoldaşımı. Əsl

xasiyyətiynən, iradəsiynən:

Şerim – mənim sevgim, məhəbbətimdir,

Hissimi, duyğumu ona vermişəm!

Mənə əzab verən səadətimdir,

Tanrımın verdiyi nemətdir, nə qəm.

Gecəni, gündüzü əlimdən alar,

Ömür yollarıma salar dərin iz.

Mən köçüb gedərəm, dünyada qalar,

Bəlkə də “Fəridə” yaşayar mənsiz.

Fəridə, get-gedə meşələrimizin azalması, yaşıllığın

aradan çıxması səni kədərləndirir, haray çəkməyinə səbəb olur.

İşıq sorağıyla gəzirik axşam,

Bir gün olar, bir gün olmaz dedilər.

Gecələr yandırdıq ya çıraq, ya şam,

İşıqlar – mənə nə var dedilər?!

Page 111: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

111

Təlim-tərbiyə, övlad bəsləmək, cavanları düzgün yola

yönəltmək məsələləri də sənin yaradıcılığında əhəmiyyətli

cəhətlərdən biridir.

Övlad – həyat eşqi, məhəbbətidir,

Onları böyüdüb qanad veririk.

Geniş səmalara ucurduruq biz,

Ömrünə, gününə soyad veririk.

Övlada çox möhkəm kök verməliyik!

Kökə qayıdanlar köklü olacaq.

Əbədi ömürə qadir deyilik,

Ağac kökü üstə bar verər ancaq!

Xalqımızın sevə-sevə keçirdiyi bayramlarından biri

gəlir: Novruz bayramı. Sənin poeziyanda da bu bayramın öz

yeri var:

Bu il salamlaram Novruzu yenə,

Səhərlər – həzin bir musiqi səsli.

Xatirələr çəkdi ata evinə,

Bənövşə ətirli, ilıq nəfəsli,

Səliqəli bağça, uca sərvimiz,

Yuxumda görürəm onları ancaq.

Novruz – uşaqlığım bir yaşayacaq...

Yaşıllığı, hamımız çox sevirik. Amma mənim yaxşı

yadımdadır ki, sən yaşıllığın aludəsi, dəlisiydin. Yaşıllıq sənin

ruhunun qidasıydı. Bunu biz yaxşı bilirdik, Fəridə! Bilirdik!

Fəridə, kitabında doğma Bakımızı, təhsil illəri ilə bağlı

keçirdiyin illəri heç zaman unutmur, xoş xatirələrlə yada

salırsan, qiymətləndirirsən:

Bakı, gözəl Bakım, iftixarımsan,

Doğma Gəncəm kimi əzizsən mənə.

Qoynunda kamala yetdim bir zaman,

Yadigar qalıbdır gəncliyim sənə.

Page 112: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

112

Ağır müharibə illəri belə,

Təhsil illərində bezmədim səndən.

Əbədi eşqimlə, məhəbbətimlə

Yenə görüşünə gəlirəm hərdən.

Fəridə, göndərdiyin kitabın mənim kitablarım arasında

öz layiqli yerini tutdu. Sənə bir daha dərin təşəkkürümü

bildirirəm. Sağ ol!

Gülhüseyn Hüseynoğlu.

1.Gülhüseyn Hüseynoğlu “Qələmi darıxmağa qoyma...”

“Ədəbiyyat” qəzeti, 13 mart 2009-cu il, №10 (3657)

sayında, səh 3.

Page 113: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

113

Yeni nəşr: “Pürrəngi çay”

Fəridə Əlyarbəyli imzası nəinki respublikada, hətta

sərhəddən kənarda da Azərbaycan ədəbiyyatına maraq

göstərənlərə yaxşı tanışdır. Məktəblilər isə Fəridə xanımı

dərsliklərdə olan şer nümunələri ilə tanıyırlar.

Ədəbiyyatımızın görkəmli qadın şairi, Gəncə yazarlarının

fəxrlə “mənəvi anamız” adlandırdığı Fəridə xanımın növbəti

kitabı şeirsevərlərin marağına səbəb oldu. Bu “Gəncə

Poliqrafiya” ASC-də çapdan çıxmış “Pürrəngi çay” kitabıdır.

Kitabda şairin 1980-ci illərdə yazdığı müxtəlif səpkili şeirləri

və “Otuz ildən sonra”, “Özü yıxılan ağlamaz”, “Yarpaq

tökümü” poemaları toplanıb. Hər üç poemanı əslində sənədli

əsər də adlandırmaq olar. Çünki müəllif bu poemalarında şirin

xatirələrini nəzmə çəkib. “Yarpaq tökümü” poemasını xüsusi

qeyd etmək istərdim:

Bir ayrılıq, bir ölüm,

Heç biri olmayaydı.

Şairin sevdiyi həzin bayatı,

Elə bil özündən özünə çatdı,

-deyən müəllif böyük şairimiz Rəsul Rza və Nigar Rəfibəyli

ilə bağlı son görüşündən, onların Göyçaydakı evlərində qonaq

olarkən aralarında olan səmimi söhbətdən söz açır. Bu görüşü

son dərəcə təbii, canlı boyalarla təsvir edir. Kitabın redaktoru

filologiya elmlər namizədi Ruziyə xanım Quliyevadır.

Həmçinin kitaba ön söz yazan Ruziyə xanım deyir: “Qadir

Allahımız insanı söz vasitəsilə xəlq etdi. Yaratdıqlarının isə

təkcə birinə söz öyrətdi: Bu, insan idi. Sözün qanadlarında

kainatı gəzib dolandıq. Son ümid, son güvənc yerimiz yenə də

söz oldu. Fəridə xanım Əlyarbəylinin dediyi kimi:

Olub ki, dünyada insan həyatı,

Bəzən bircə sözdən aslı qalar.

Gəzir addım-addım bu kainatı,

Page 114: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

114

Gəzir ocaq-ocaq.

Söz var ki, ürəkdə gizlənib qalar.

“Ürəkdə gizlənib qalan” kəlmələr ölməyir, yaşayır,

zamanını gözləyir. Səbr kasası dolub-daşanda isə könül

dediyimiz o şüşə çiliklənir, sözlər qəlpə-qəlpə hər yana

səpələnir...”

Fəridə xanım sözün dəyərini bilən, sözün ölçü-biçisini

ustalıqla müəyyənləşdirən, qəlbinin təlatümünü sözlə

sakitləşdirməyi bacaran, dünyanı özünün söz dünyası ilə qarşı-

qarşıya qoymağa qüdrəti çatan sənətkardır. Sözün varlığı

Fəridə xanımın varlığı, Fəridə xanımın varlığı sözün varlığıdır.

“Pürrəngi çay”ın annotasiyasında deyilir: “Ömrün ötən

günlərinə qayıdış, gələcəyə inam, mənəvi-əxlaqi

dəyərlərimizə hörmət və məhəbbət ruhunda yazılmış bu əsərlər

eyni zamanda mövzu və janr əlvanlığı ilə də seçilir”.

Eyvanda oturub papiros çəkər,

Cəza alanlar tək səbr eləyərdin.

Pürrəngi çayından bir qurtum içər,

Odlu ürəyinə su çiləyərdin.

(“Pürrəngi çay”)

İnanırıq ki, Fəridə Əlyarbəylinin bu kitabı odlu

ürəklərə pürrəngi çay kimi sərinlik gətirəcək. Yazın, yaradın,

Fəridə xanım. Sizin şeir, sənət dünyanızın qonağı olmaq

bizim hər birimizin sevinci, fəxridir. Yeni şeirlərinizi, yeni

kitablarınızı gözləyirik. Gözlərimizi yolda, könlümüzü

intizarda qoymayın.

Fərruxə Pərişan.

__________________________________________________

Fərruxə Pərişan “Pürrəngi çay” - “Gəncənin səsi” qəzeti,

30 yanvar 2010-cu il, №4 (20.158) sayında, səh 3.

Page 115: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

115

Fəridə Əlyarbəylinin qələmində sözlər ilahi

dəyər qazanır. İnsanın daxili sarsıntıları, mənəvi-

psixoloji məqamları təbiət hadisələri üzərinə

köçürülür.

Ruziyə Quliyeva

16 iyun 2010-cu il.

Ədəbiyyat İnstitutu

Page 116: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

116

Fəridə xanım Əlyarbəyli Nazim Hikmətlə görüşdə çıxışı

zamanı. Gəncə - 1958-ci il.

Page 117: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

117

Xalq artisti Məhəmməd Burcəliyevin 70 illik yubileyi zamanı.

Xalq artistləri Sədayə Mustafayeva (solda), Zülfüqar

Baratzadə, Fəridə xanım Əlyarbəyli (ortada), xalq artisti

Məhəmməd Burcəliyev və professor Bağır Bağırov. Gəncə-

1984-cü il

Şairə-dramaturq Xəzangül Hüseynova (sağda) , şairə

Aləmzar Əlizadə və Fəridə xanım Əlyarbəyli (ortada) –

Gəncə.

Page 118: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

118

Fəridə xanım Əlyarbəyli Əziz Nesinlə. Gəncə, Göy-göl .

Fəridə xanım Əlyarbəyli şəhər tədbirində çıxış edərkən.

Gəncə - 1977-ci il.

Page 119: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

119

Fəridə xanım Əlyarbəyli. Bakı-1959-cu il.

Page 120: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

120

Fəridə Əlyarbəyli qızı Şəhla xanımla. Gəncə - 1978-ci il.

Fəridə xanım Əlyarbəyli qohumu Azərlə. Gəncə -1978-ci il.

Page 121: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

121

Fəridə xanım Əlyarbəyli. Gəncə - 1963-cü il.

Page 122: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

122

Fəridə xanım Əlyarbəyli Nizami Gəncəvinin məqbərəsində

olarkən. Gəncə - 1984-cü il.

Fəridə Əlyarbəyli (sağda) Gəncə Mərkəzi Kitabxanasında

oxucuları ilə görüş zamanı. Gəncə - 1988-ci il.

Page 123: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

123

Fəridə Əlyarbəyli Gəncədə Xan bağında. – 1982-ci il.

Page 124: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

124

Fəridə xanım Əlyarbəyli – 1985-ci il.

Page 125: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

125

Fəridə xanım Əlyarbəyli – 2011-ci il.

Page 126: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

126

Fəridə xanım Əlyarbəyliyə

Yaxınlaşmaqda olan ad gününüz mübarək.

Azərbaycanın incə ruhlu, Gəncə vüqarlı ağbirçək şair və

dramaturqunu “Səkkizliklər” adlı təzə unikal şeir kitabı

münasibətilə ürəkdən təbrik edirəm. Cəmisi dörd beytin dar-

darısqal mühitində həyatımızın böyük və sərt həqiqətlərini bu

cür diqqət və həssaslıqla əks etdirmək hər istedada nəsib olan

səadət deyil. Kitabınızla məni və Ədalət xanımı

sevindirdiyiniz üçün çox sağ olun.

Akademik Bəkir Nəbiyev

AMEA-nın Nizami adına

İnstitutunun direktoru.

Tükənməyən övlad xatirələri

Fəridə Əlyarbəyli və Kəramət Tağıyev kimi

valideyinlərimizin olduğu üçün xoşbəxt taleli övladlarıq.

Hər dəfə Fəridə Əlyarbəyli və Kəramət Tağıyevdən

söhbət düşərkən Gəncədə yaşayan övladları oğlu İlham və qızı

Nəzakət xanımla görüşdükdə onlar haqqında ürəkdolusu

danışır, xatirələrini bölüşür və heç zaman unutmaycaqlarını

deyirlər. Elə bu dəfə də görüşümüz eynən beləcə oldu. Hər iki

valideyinlərini böyük həvəslə, hətta deyərdim ki, uşaq

kövrəkliyi ilə xatırlayaraq bircə-bircə danışır, ötənlərin

xəyyallarında onları yad edirdilər.

İlham Kəramət oğlu Tağıyev və Nəzakət Kəramət qızı

Hacıyeva: “İlk öncə deyək ki, bir ailədə iki yaradıcı şəxsin

olması çox nadir hallarda olur. Xoşbəxt taleli övladlarıq ki,

bizim ailədə Fəridə Əlyarbəyli və Kəramət Tağıyev kimi

şəxsiyyətlər olub, biz bu şəxslərin övladlarıyıq. Anamız Fəridə

Page 127: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

127

xanım çox ciddi xarakterli bir xanım idi. Heç zaman

övladlarını bir-birindən seçməyi xoşlamazdı. Hətta deyək ki,

bizimlə rəftarı da çox ciddi idi. Həddən artıq tələbkar idi. Çox

sevirdi gördüyü bütün işlər səliqəli olsun. Çox gözəl Ana idi.

Hələ də onun hazırladığı xörəklərin, xüsusilə bişirdiyi Gəncə

paxlavasının dadı ağzımızdadır. Hələ də bütün qohumlar da

deyir ki, Fəridə xanımın paxlavasından heç kim hazırlaya

bilmir. Onu da deyək ki, yeni yazdığı şerləri də bizimlə ilk

olaraq bölüşməyi sevirdi. Yeni qələmə aldığı şerlərinin,

səkkizliklərinin ilk dinləyicisi biz övladları olurduq. Çox

sevirdi nəvə və nəticələrini Fəridə xanım. Hətta onun qələmə

aldığı uşaq şerlərinin demək olar ki, əksəriyyəti öz nəvə və

nəticələrinə həsr olunmuşdur. Hikmətin qız övladı dünyaya

gələrkən ailədə anam Fəridə xanımın razılığı ilə adını ona

qoymaq qərarına gəldik. Hikmət özü zəng edib Fəridə ananın

razılığını aldı. Bu xəbəri eşidərkən o, çox kövrəlmişdir. Hətta

sonradan nəticəsinə yeni bir gözəl şerdə yazmışdır. Şer belə

idi:

Ömrümün üstünə bir yaz da gəldi,

Alça ağacları al göyərçintək,

Fəridəm, nəticəm, necə gözəldir,

Evin yaraşığı bahara bəzək,

Körpənin ilk yazı çay kimi axır,

Üzündə, gözündə günəş nuru var,

Həyata sevinclə, ümidlə baxır,

Biri yol başlayır, biri qurtarır.

Beləcə Fəridə xanımın şerlərinin mövzusu həyat

müşahidələrinin bəhrəsi idi. Xalamın həyat yoldaşı Fikrət

Əmirovla yaxın qohum idi. Fəridə xanım onlarla birlikdə hər

zaman Şuşaya gedərdi. Qarabağ hadisələri xüsusilə Şuşanın

işğalı Fəridə xanıma çox pis təsir etmişdi. O, heç zaman bu

işğalla barışa bilmirdi. Dəfələrlə bu mövzuda şerlər,

səkkizliklər qələmə almışdır.

Page 128: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

128

Atamız Kəramət Tağıyev 1999-cu il iyul ayının 12-də

qəflətən vəfat etdi. Fəridə xanım həyat yoldaşı Kəramət

Tağıyevin vəfatından çox sarsıldı. Onun həyatda yoxluğu ilə

heç cürə barışa bilmirdi. Ömrünün sonuna kimi də atamız

Kəramət Tağıyevin vəfatı onu üzdü. Biz ailədə dörd övladıq.

İki oğlan və iki qız. Anamız yaradıcılıqla məşğul olsa da heç

vaxt biz övladlarının üzərindən diqqət və qayğısını

əsirgəməyib. Hər birimizin gündəlik həyat tərzi, qayğıları və

problemləri ilə məşğul olmağa da vaxt ayıra bilib. Fəridə

xanım həddən artıq qonaqpərvər bir xanım idi. Evinin

qonağını hər zaman xüsusi zövqlə qarşılamığı sevirdi. Həm də

bu arada qeyd edək ki, Fəridə xanımın çox gözəl əl işləri vardı.

O, ağ kətanların üzərində gözəl naxışlar etməyi sevirdi. Boş

vaxtlarında bu kimi naxışlarla məşğul olurdu.

Fəridə xanım Əlyarbəylinin ağ kətan üzərində işlədiyi

gözəl əl işlərindən.

Page 129: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

129

Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdik ki,

Fəridə xanım həm də yaradıcılığında qələmə aldığı fikri heç

zaman dolayısı yolla deməyi sevmirdi. O, hər zaman fikrini

bir-başa və dolğun bir şəkildə deməyi bacaran bir şəxsiyyət

idi.

Fəridə xanımın uşaqlıq illəri çox ağır keçmişdir. Belə

ki, anası Fatma xanımı dörd yaşında, atası Həsən bəyi isə

onbir yaşında olarkən itirmişdir. Qeyd edək ki, ana nənəmiz

olan Fatma xanım Xan Xoyskilər, atası Həsən bəy isə Gəncədə

sayılıb-seçilən Əlyarbəylilər nəslindəndirlər. Fəridə xanım

demək olar ki, anası Fatma xanımı heç xatırlamırdı. Ancaq

atası Həsən bəy Əlyarbəylini isə xatırlaya bilirdi. O, da 37-nin

ağır represiya qurbanlarından biri olub. Hətta Fəridə xanım

söyləyirdi ki, hər zaman səksəkədə idik. Gözləyirdik ki, nə

zamansa gəlib onu aparacaqlar. Belə də oldu. Bir gün gecə

yarısı qapımız döyüldü. Gəldilər. Evimizi axtardılar və atamı

apardılar.

Anamız Fəridə xanım doğma Gəncəmizə bağlı bir

insan idi. Gəncəni çox sevirdi. Elə ona görə də heç zaman

Gəncəni tərk etmədi. Ömrünün sonuna kimi Gəncədə yaşadı

və burada da əbədiyyətə qovuşdu. O, daha çox Gəncədə Sərv

bağı adlanan indiki Xan bağını gəzməyi, çinar ağaclarının

kölgəsində əyləşib düşünməyi sevirdi.

Bu gün Fəridə xanımın səkkiz nəvəsi və beş nəticəsi

var. Ancaq təəssüf ki, bu övladlar onun yolunu davam

etdirmir. Təkcə nəvəsi Səbinə xanım bir müddət tələbəlik

illərində təhsil aldığı Universitetin nəşr olunan qəzetində

şerləri çap olunub. Bir müddətdən sonra o da yazmadı. Biz hər

zaman adları qoşa çəkilən mərhum valideyinlərimiz olan

Kəramət Tağıyev və Fəridə Əlyarbəyli ilə fəxr edirik.”

Page 130: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

130

Pyeslərinin səhnə tarixi

Bu gün tam məsuliyyətilə deyə bilərəm ki, xalq

teatrının özülü üzərində yaranmış və Avropa teatr məktəbinin

sütunları üzərində bərqərar olmuş klassik teatrımız, tənqidi

realizm məktəbini keçərək sosrealizmin normativ qaydalarının

dəmir pəncəsində belə dövrlə səsləşən mükəmməl sənət

əsərləri yaratmışdır. Beləliklə, teatr dramaturgiyamız Mirzə

Fətəli Axundzadə, Mirzə Cəlil, Nəcəf bəy Vəzirov,

Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Səməd Vurğun,

İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə kimi görkəmli

dramaturqlar yetişdirmişdir.

Peşəkar teatrımızın təşəkkül tapdığı, inkişaf yoluna

düşdüyü, müəyyən tərəqqi mərhələləri keçdiyi illər ərzində

yeni-yeni dramaturqlar, aktyorlar, sonralar rejissorlar, daha

sonralar bəstəkarlar, rəssamlar nəsli yetirmişdir. Bu şəxslərin

sırasında bir dramaturq olaraq Fəridə Əlyarbəyli

yaradıcılığının da öz yeri var. O, dramaturgiya janrının

mahiyyət etibarı ilə tam bir formada qavranılaraq öz

əsərlərinin ərsəyə gəlməsində böyük zəhmət çəkmiş, həmçinin

mövzu etibarı ilə daha dolğun bir formada təqdimatına

çalışmışdır. “Xan qızı”, “Qonşular”, “Günahkar qız”, “Özgə

yeri” pyesləri onun yaradıçılığının əsasını təşkil edirdi. “Xan

qızı” tarixi dramı 1972-ci ildə qələmə alınmış və elə həmin

ildə də Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artisti,

rejissor Vaqif Şərifovun quruluşunda tamaşaya hazırlanıb.

Qeyd etməliyəm ki, müəllif Fəridə Əlyarbəyli ilk dəfə olaraq

Azərbaycan teatrında xan qızı Xurşudbanu Natəvan haqqında

tarixi bir dram əsərinin yazılmasına müvəffəq olub. Səhnədə

hadisələr cərəyan etdikcə XIX əsrdə Şuşada yazıb yaradan,

tarixdə hər zaman öz imzası ilə seçilən xan qızı Xurşudbanu

Natəvanı görür, onun həyatına və o illərdə bir insan olaraq

gördüyü xoşməramlı işlərə valeh olmaya bilmirsən. Tamaşada

Xurşudbanu Natəvan obrazını xalq artisti Sədayə Mustafayeva

Page 131: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

131

ifa edib. Aktrisanın ifasında Xurşudbanu Natəvan həssas

qəlbli ana, lirik, romantik təbiətli şairə, həm də mürtəce

qüvvələrə qarşı sərt və barışmazdır. Pyesin müəllifi Fəridə

Əlyarbəyli “Xan qızı” tarixi dramının yaranması haqqında öz

xatirələrində yazırdı: “70-ci illərin əvvəllərində xalq artisti

Məhəmməd Burcəliyev mənim dram əsəri yazmağımın

səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram.

Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət

edirdik ki, o, mənə Xurşudbanu Natəvan haqqında pyes

yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən

Natəvan haqqında axtarışlar etdim və “Xan qızı” – ilk pyesimi

yazdım. Pyes üzərində işləyərkən nədənsə həmişə xalq artisti

Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən

getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə

səhnədə artıq Sədayə xanımı görürdüm. Xan qızı obrazını

məhz xalq artisti Sədayə xanım Mustafayeva üçün yazdım.

Teatra təqdim etdim və bədii şurada oxuyub bəyəndilər.

Tamaşanı hazırlamağı gənc rejissor Vaqif Şərifova həvalə

etdilər. Rejissor rol bölgüsündə elə bil ki, qəlbimdən hər

zaman keçənləri, duyğularımı oxumuşdu. O, ilk olaraq Xan

qızı rolunu Sədayə Mustafayevaya verməyi planlaşdırırdı.

Bundan sonra qəlbimdə heç də narahatçılıq qalmadı. Həm

aktrisanın, həm də rejissorun gücünə yaxşı bələd idim. Əsərin

uğurlu səhnə taleyi olacağına inanırdım və belə də oldu”.

Fəridə Əlyarbəylinin 80-ci illərdə qələmə aldığı

“Qonşular” pyesi də maraqlı detalları ilə diqqət mərkəzində

olmağı bacaran səhnə əsərlərindən biridir. Belə ki, keçmiş

sovet post məkanının tüğyan etdiyi bir zamanda guya

rüşvətxoluqla mübarizə etmək pərdəsi altında əslində bir çox

məsələlərin elə korrupsiya ilə həlli yollarının göstərilməsi o

zamanlar yazardan böyük iradə və mərdlik, qorxmazlıq tələb

edirdi. Fəridə Əlyarbəyli “Qonşular” pyesi ilə səhnədə bir

daha korrupsiya bataqlığında batan dövlət məmurlarını

göstərməklə mübarizə yollarının aparılması üçün də əsas

Page 132: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

132

şərtləri səciyyəvi xarakterləri ilə açıb göstərməyə nail olurdu.

Tamaşanın quruluşçu rejissoru Hilal Həsənov müəllif

fikirlərini öz rejissor traktofkasında səhnədə daha dolğun

göstərilməsinə çalışırdı. Fəridə Əlyarbəylinin “Qonşular”

pyesi haqqında xalq artisti, rejissor Vaqif Şərifov öz

müsahibələrinin birində deyirdi: “Yadınıza gəlirsə, 1988-1990-

cı illərdə meydanlarda mitinqlər gedirdi. O zamanlar sanki

teatrın bir qismi meydana köçmüşdü. Bir dənə cəsarətli söz o

dövr üçün kifayət idi. O dövrlərdə senzura vardı.

Xatırlayıram, Fəridə Əlyarbəylinin “Qonşular” pyesini

oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlnmişdi.

Pyesdə fikir səslənirdi ki, uşaqlıqda oğurluq üstə yatıb indi

polis rəisidir və ya rüşvət alan təhsil şöbəsinin müdiridir. Bu

kimi fikirlərə görə o dövrlərdə senzura bizə qan uddururdu”.

İllər ötəcək ancaq Fəridə Əlyarbəyli yaradıcılığı heç

zaman tükənməyəcək. Çünki bu yaradıcılıq böyük bir sənət

yolu olaraq onun dünyasının bir parçası tək gələcək nəsillərə

böyük sənət yolu olaraq ilkin mənbənin əsası kimi təqdir

olunacaq. Amalı və idrakı uğrunda hər an öz müasirlərinin

aktuallığını qoruyub saxlayacaq. Yaşayacaq və yaşadacaq!

Page 133: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

133

Fəridə Əlyarbəyli

S Ə K K İ Z L İ K L Ə R

Page 134: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

134

“Səkiizliklər – 60-cı illərdə formalaşmış

poetik şəkildir. Burada fikir, hiss zənginliyi,

dolğunluğu, fikri konkret və obrazlı ifadəsi

uğurludur.

Səkkizlik – gərgin yaradıcılığın bəhrəsidir”.

Şamil Səlmanov

Filologiya elmləri doktoru, professor.

Page 135: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

135

Anam öz borcunu verə bilmədi,

Yaman tələsirdi dünyadan köçdü.

Yadımda qalmadı o, necə idi,

Nisgilli günləri bir dünya ölçdü.

Əzəldən talesiz yaranmışam mən,

Həsrət məhəbbətin yükünü çəkdi.

Diksindim ilk dəfə “nənə” sözündən,

Anam o dünyada qarabirçəkdi.

***

Ömrümə yazmadım, sərt günlərimi,

“Yazıq” kəlməsinə nifrət edirəm.

Zəhmətimlə açdım düyünlərimi,

İlişib qalmadım həyatda nə qəm.

Bir cürə doğulmur insanlar heyhat!

Ağıl devlətlidir, ağıl dilənçi.

Aciz olanları sevməyir həyat,

Nə sən axırıncı, nə mən birinci.

***

Bu nə gündür, ay qarı

Nə məz belə düşmüsən

Olmamış ömrün yarı

Böyütdün evladları

Çiçək açdı ağaclar

Hanı onların barı

Bu nə gündür ay qarı?

Oğlum dedi: ay ana

Daha gəlmə sən bizə

Sən ki indi olmusan

Bir gəlinə qaynana

Onun dili acıdır,

Dözməzsən acı sözə.

Hanı oğulun barı

Bu nə gündür ay qarı?

Page 136: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

136

Bəzən fərəhləndim öz zəhmətimdən

Bəzən də yazmadım, mən zaman-zaman.

Nə ayrıla bildim bu sənətimdən,

Nə də keçə bildim evladlarımdan.

Zəhmətsiz günlərim ömrümdən deyil,

Heyif ki, onları bada vermişəm.

Şersiz yaşasam bir gün elə bil,

Darıxar ağ kağız, darıxar qələm.

***

İlanlar mələyən bu geniş düzlər,

İnsan zəhmətinə qalmışdı həsrət,

İndi bu yerlərdə həyat gündüzlər,

Ucalan evlərdə gülür səadət.

Bu yerə gül-çiçək gətirir bahar,

Boy-boya düzülüb cavan çinarlar

Nura qərq olubdur zülmət gecədə

Axtarsan taparsan məni Gəncədə.

Qocalar evinə yolum düşmüşdü,

Ömrün qış çağını viranə gördüm.

Sönmüş baxışlarda canım üşüdü,

Onları həyata biganə gördüm.

Gözlər nələr dedi, nələr danışdı,

Onu Allah bildi – deyə bilmərəm.

Dünyanın dərdləri başımdan aşdı,

Yaxşı ki, hayıma yetişdi qələm.

5 yanvar 2008.

Onun hər sözündə, hər əməlində,

Ağlıma sığmayan işlər görürəm.

Çətin asanlaşır mahir dilində,

Nələr eşidirəm, nələr görürəm...

Page 137: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

137

Dənizin dibində qup-quru çıxmaq,

Hər kəsin bacaran hünəri deyil.

Səs-küy ərşə çıxır-tülkülüyə bax!

Meşədə bağırır vəhşi elə bil.

6 yanvar 2008.

Doğru söz deyənin Qıratı gərək,

İdrakı, namusu bir dünya qədər.

Cəsarəti gərək, qanadı gərək,

Belə oğulları zaman yetirər.

Vəzifə başında oturmaq üçün,

Ağzına su alsın məmurlar gərək.

Kişilər qınına çəkilib bu gün,

Qış qurtaran kimi bahar gələcək!...

Yanvar 2008.

Səninlə üz-üzə oturduq bu gün,

Ağrılı, acılı yollar keçmişik...

Qaranlıq gecənin, aydın gündüzün,

Nurlu səhərini – sevib seçmişik.

Bu yolda fərqimiz yerlə, göy qədər,

Bakı – sənətkarın dadına çatdı.

Köməyin Tanrının verdiyi hünər,

Cəsarət, iradə, zor istedaddı!...

Yanvar 2008.

Xocalı yol gəlir – düz on altı il,

Elə bil müsibət dünən olubdur.

Xocalı tarixdən silinən deyil,

Ölənlər gözümdə donub qalıbdır.

Şairin gözündən qaçmayır heç nə,

Page 138: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

138

Onların zülmünü bir anlıq yaşa...

Atılan güllələr dəymişdir mənə,

Bu illər onlarla qaldım baş-başa.

Fevral 2008.

Erməni məkrini, düşmənliyinin,

Nə əvvəli məlum, nə də sonu var.

Onların qanında yaşayır bu kin,

Sellərə güc gələr, çaylar bulanar.

Tutduğu şikarı təkcə gəmirər,

Yayılıb hər yana pərpətöyüntək.

Özünü torpağın sahibi bilər,

Onları kökündən qazasan gərək.

Fevral 2008.

Bakıda uzaqda yaşasan əgər,

Nə adın anılar, nə adın olar.

Fəxri adı ancaq yuxuda görər,

Nə desən ölkənin mərkəzində var?!

Çoxları piyada getdilər ora,

İradə, güvəncin böyükmüş gücü!

Niyyətin haradır mənzilin ora:

Zəhmətin bəhrəsi – dünya sevinci!

Mart 2008.

Çayın kənarına gedirəm erkən,

Ömür karvanını ləngitmək üçün.

Qəlbim məlhəm tapır suyun səsindən,

Rahatlıq duyuram xoş keçir günüm.

Yazın gəlişinə heyranam yenə,

Təzə-tər otların rəngi yamyaşıl.

Quşlar mahnı qoşur çayın səsinə,

Aləm gözəlləşir – Sərvlər, mən, sahil.

Aprel 2008.

Page 139: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

139

İllər ötüb keçdi – Qarabağ əsir,

Deyirlər sülh ilə verilsin gərək!

Torpaqlar viranə, insanlar yesir,

Bu rüsvayçılığa nə cavab verək.

Yaxşı ki, gecələr yuxular varmış,

Sinədə yurd dağı oda qalanır.

Yuxular təsəlli, ümid olarmış...

Torpaqlar verilmir – Torpaq alınır!

Aprel 2008.

Mənəvi qidadır kitab insana,

Bizi güclü edir, qüdrətli edir.

Oxudum, öyrəndim – borcluyam ona,

Sirli dünyamızı hikmətli edir.

Bəzən qayğılardan ayırır bizi,

Təskinlik tapırıq ürəyimizə.

Nağıl aləminə çağırır bizi,

Şirinlik qatırıq çörəyimizə.

Noyabr 2008.

Dünya möcüzələr yaradır hər gün,

Gah acı, gah şirin hadisələrlə.

Sualsız, cavabsız niyə, nə üçün,

Sabah nə olacaq – bilmirsən hələ.

Dünyanı insanlar bəzəyir ancaq,

Dağıdan da insan, quran da insan.

Dözür ana torpaq, müqəddəs torpaq,

Yalnız son mənzildə rahatlaşırsan!

Mart 2009.

Page 140: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

140

Sözlərin sinəmdə yaralar açdı,

Heç cürə özümə gələ bilmirəm.

Dünyanın işığı gözümdən qaçdı,

Gözümün yaşını silə bilmirəm.

Gör nə günə qaldım, alçaldım qat-qat,

Söz tapa bilmədim müsibətimə.

İnsan alçalarmış – doğmalar da yad,

Lənətlər söylədim – özüm-özümə.

18 iyun 2009.

Ağlı az olanın, sözü bir aləm,

Başlasa ötəcək – ata sərçətək.

Söyləyə bilmərəm, yaza bilmərəm,

Onu eşidəsən, görəsən gərək.

Çiynimdə dağ yükü azmış elə bil,

Bu ağrı, acı da üstünə gəldi.

Bu qara bildiyin qaradan deyil,

Çovğunda toz-torpaq göyə yüksəldi.

İyun 2009.

Yazmaqdan, pozmaqdan bezməyib qələm,

Məni yada salıb düşünənim yox.

Gerçəklik içində yalan görürəm,

Ürək qələmimə borclu qalacaq.

Hər kəs odu çəkir öz qabağına,

Bahardan zövq alıb yaza bilmirəm.

Heç nəyi soruşma – söz yana-yana,

Aləm külə dönür, yoza bilmirəm.

İyul 2009.

Page 141: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

141

Harda düşüb itdi – gənclik illəri,

Addımlarım asta – tələsir zaman.

Sevinc yadırğayıb nə vaxtdan bəri,

İstəyim, diləyim çıxıb yadımdan.

Gözucu baxıram gözəlliklərə,

Onlar gözlərimdən qaçmayır ancaq.

Kaş nəğmə deməyim sonuncu kərə,

Dünya gözəlliklə dolu qalacaq!

20 İyul 2009.

Qapı arxasında qalırıq bəzən,

Mənliyimiz itir, ləyaqət itir.

Qara qanlar axır ürəyimizdən,

Sarsılır iradə - dağı titrədir.

Qəsdinə duranda ağıl vicdanın,

Mənlik hissləri çəkilər geri.

Bu da töhfəsidir bizə zamanın,

Necə soyuq imiş insanın səbri!?

Yanvar 2010.

Harayı içində qalıb millətin,

Nə eşidəni var, nə görəni var.

Dağlardan dərələr görünər çətin,

Yüz məskənin olsa, sonu bir olar.

Ehtiyac – zalımın zülmündən betər,

Günləri, ayları qovar ömürdən.

Yarımçıq bir həyat – intihar qədər,

Nə dünya, nə həyat görünməz bəzən.

Aprel 2010.

Page 142: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

142

Ömrümüzdən gedir hər axşam, səhər,

Fərqinə varmayır insanlar onun.

Təki ay qurtarsın, tez keçsin günlər,

Qəpik-quruş olsun, təqaüd olsun.

Təmtəraq, yaraşıq qarın doydurmaz,

Qızıl teşt neynirəm – qan qusum ora.

Hamı yeyənlərdir, işləyənlər az,

Ağa ağ deyərik, qaraya qara.

İyun 2010.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz

xatirəsinə

Mübariz qeyrəti – Cavadxan kimi,

Tarixə həkk etdi öz imzasını:

Bu namus, bu qüdrət, bu vətəndimi;

İndi fürsət varkən – de, onlar hanı?!

Mərdlikdən yaranar cəsarət ancaq!

Möhkəm iradəli oğullar da var ...

Hünər Qarabağa yollar açacaq!

Bu şəhid önündə baş əydi dağlar...

İyul 2010.

Halal zəhmətinlə, halal işinlə,

Hörmətin, ad-sanın ellərdə qaldı.

Qəlbin genişliyi, müdrikliyinlə,

Nüfuzun, qüdrətin dillərdə qaldı.

Təriflər korlayır – tərif eləmək,

Həddini aşanda zəhərə dönər.

Elə bil qızıla dedin: - “Qızıltək”,

Şit tərif adamı hörmətsiz edər.

Oktyabr 2010.

Page 143: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

143

Xalq artsiti Zülfüqar Baratzadənin əziz xatirəsinə

Bir toy məclisinə getmişdim dünən,

Düşdüm tilsiminə “Sarı gəlinin”.

Kimsə ortalığa atıldı birdən,

Bu yaşda zəbt etdi zalı büsbütün.

Bir xanım önündə durub baş əydi,

Geriyə qayıtdı gənclik illəri.

Həmin bəylə gəlin, həmin rəqs idi,

Qəlbimə həkk olmuş o vaxtdan bəri.

Fevral 2011.

“Salam verdim rüşvət deyil deyə, almadılar”

Füzuli

Elə dərin imiş kökü bu sözün.

İlbəil çoxalar, ilbəil artar,

Nə qulaq eşidər, nə görər gözün.

Rüşvətlə yoğrulmuş xəmirlərimiz,

Ən çirkin işlərin mayası rüşvət.

Görülən haq-hesab olar “tər-təmiz”

Baylara xərclənər yığılan sərvət.

Mart 2011.

Rüşvət Qarabağı viranə qoydu,

İnsanlar didərgin, torpaq qan ağlar.

Quldurlar evləri, yurdları soydu,

Erməni haramı haramla bağlar.

Rüşvət verib, alan xeyir görmədi,

Torpaq müqəddəsdir namərdlik etməz.

Qarabağ inləyən yalqız ney idi,

Sinəsi doludur – şikəstə bitməz...

Mart 2011.

Page 144: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

144

Təkcə kitaba mən acgöz olmuşam,

Qəlbimdə yurd saldı böyük arzular.

Kitab aləmində yaşa dolmuşam,

Kitabda həyatın gözəlliyi var.

Bəlkə o, öyrətdi mənə yazmağı,

Müəllim şagirdinə öyrədən kimi.

Oxuyub öyrəndim yazıb, pozmağı,

Yerə qoymamışam hələ qələmi.

Aprel 2011.

Ağıl qüdrətlidir – bütün sərvətdən,

Hamıdan zəngindir müdrik insanlar.

Dəryadan götürdüm bir damcı hərdən,

Təki, şerimə məlhəm olsunlar.

Ağlımla ölçürəm hiss etdiyimi,

Heç kəsin fikrinə şərik deyiləm.

Şerim nemətimdir varlığım kimi

Ağlıma sığmasa pozacaq qələm.

2 may 2011.

Page 145: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

145

Fəridə xanımın məzarını oğlu İlham ilə birlikdə ziyarət etdik.

Məzarı yanında onun sevdiyi sərv ağacı baş daşına

söykənərək sanki onunla dərdləşir, gəlib-gedənlərdən xəbər

verirdi. Ruhunuz hər zaman şad olsun Fəridə xanım! Amin!

Gəncə -- 11 fevral 2019-cu il.

M Ü N D Ə R İ C A T

1. Unudulmaz bir iz... Ön söz ...................... 3

2. Fəridə Əlyarbəyli ədəbi mühit

düşüncələrində .......................................... 7

3. Fəridə Əlyarbəyli öz xatirələrinin

işığında ....................................................... 17

4. Bir ovuc torpağı yaşatdın ......................... 27

Page 146: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

146

5. Əziz bir xatirə ............................................ 29

6. Məşhur Qayıbovların qeyrətli qız

qardaşı ........................................................ 37

7. Fəridə xanım Əlyarbəyliyə yazırlar ......... 41

8. Şairin hərarətli nəfəsi ................................ 55

9. Sevindirəcəkdir .......................................... 58

10. Həyatdan şerə ............................................. 62

11. Bir də Sarı gül ............................................ 66

12. Kədərli qəlbin çırpıntıları ......................... 76

13. Qələmin sağ olsun, Fəridə xanım …......... 77

14. Qızılgül olmayaydı …................................. 84

15. Bu, yubiley yazısı deyil .............................. 86

16. “Səkkizliklər”in hesabı ............................. 93

17. Səkkizlik yaradan ilk müəllif ................... 96

18. Elin, günün şairi ........................................ 102

19. “Qələmi darıxmağa qoyma...” ................. 109

20. Yeni nəşr: “Pürrəngi çay” ........................ 113

21. Fəridə xanım Əlyarbəyliyə ....................... 126

22. Tükənməyən övlad xatirələri ................... 126

23. Pyeslərinin səhnə tarixi ............................ 130

24. S Ə K K İ Z L İ K L Ə R ………….......... 133

Page 147: ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın əməkdar artisti Redaktoru: Eqin Nağıyev Teatrünas Anar Burcəliyevin

147

Teatrşünas-tənqidçi Anar Məhəmməd oğlu

Burcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda

400-dən artıq məqalə, ressenziya, oçerklərin və eləcə də

müsahibələrin müəllifidir. 1992-ci ildə Anar Burcəliyev C.

Cabbarlının “Olum ya Ölüm” və ya “Od gəlini” referat

məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb

tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi

diplomu ilə mükafatlandırılıb. 2001-ci ildə “Muğan-

Media” Beynəlxalq mükafatı laureatı adına layiq görülüb.

Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan

Jurnalistlər Birliyinin üzvüdür.

“Əsl el adamı”, “Səhnə həyat nurumdur”,

“Azərbaycan kinosunun tarixi və inkişafı” (Ensklopedik

məlumat 2 fəsildə), “Qoşa qanad” və “Məqalələrim,

ressenziyalarım, oçerklərim və müsahibələrim” – I-cild

(1989-2018) kitablarının müəllifidir.

“Onun dünyası” kitabı isə müəllifin sayca altıncı

kitabıdır. Kitab şairə-dramaturq Fəridə Əlyarbəylinin 95

illik yubileyi ərəfəsində onun həyat və yaradıcılığına həsr

olunub.