prezident İlham Əliyev və birinci xanım mehriban Əliyeva 3 saylı …xalqqazeti.com/pdf/xalq 20...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 98 (29363) 20 may 2020-ci il, çərşənbə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı – Respub- lika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Mən bu gözəl fürsətdən istifadə edərək dost ölkələrimizin maraqları naminə ikitərəfli münasibətlərimizin bütün sahələrdə daha da inkişafını ürəkdən arzuladığımı bildirirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlı- ğı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram. Böyük hörmət və ehtiramla, Əbdülfəttah ƏS-SİSİ Misir Ərəb Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri! Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bü- tün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq əməkdaşlığa zərurət vardır. Sinqapur pan- demiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir. Hörmətlə, Xanım Həlimə YAQUB Sinqapur Respublikasının Prezidenti Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanı- ma mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Ko- missiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək. Dövlətimizin başçısına və birin- ci xanıma 2020-ci ilin əvvəlindən indiyədək sosial sahədə əldə olunan uğurlar, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri, elektron sistemlər üzərindən göstərilən pro- aktiv xidmətlər, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avto- mobil təminatı, günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri, habelə DOST agentliyinin regional və beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlər barədə də məlumatlar verildi. Ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri nümayiş etdirildi. Qeyd edək ki, 2019-2025- ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutu- lub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib. “Könüllü DOST” proq- ramı üzrə artıq 300-dən çox könül- lü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib. Azərbaycanda əhalinin sosial- rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan ya- radıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan mo- dern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yara- dılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezi- dent İlham Əliyev Azərbaycan Televi- ziyasına müsahibə verdi. Prezident İlham Əliyevin müsahibəsi – Cənab Prezident, xoş gördük Sizi. – Salam. – Azərbaycanda bu gün həyata keçirilən so- sial siyasətin tərkib hissələrindən biri də DOST mərkəzləridir. Bu gün yeni DOST mərkəzinin açılışında iştirak etdiniz. Ümumiyyətlə, Siz DOST mərkəzlərinin açılışını necə qiymətləndirirsiniz? – Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb- dır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Eyni zamanda, burada iş yerləri yaradılır. Mənə verilən məlumata görə, bu DOST mərkəzində 130-dan çox iş yeri ya- radılır və o cümlədən könüllülər də işlərə cəlb olu- nur. Bütövlükdə 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir. Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğrul- dub. Eyni zamanda, burada tətbiq olunan inno- vasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur. – Cənab Prezident, açılışında iştirak etdiyiniz DOST mərkəzində digər mərkəzlərdə olduğu kimi, əməkdaşların mütləq əksəriyyəti gənclərdir. Siz tez- tez çıxışlarınızda gənclərin Azərbaycanın inkişafın- dakı rolunu xüsusi vurğulayırsınız. Ümumiyyətlə, Azərbaycanın bugünkü inkişafında gənclərin rolunu necə qiymətləndirirsiniz? – Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oyna- yırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni za- manda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxı- mından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni za- manda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək. (ardı 2-ci səhifədə) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Beynəlxalq Humanitar Yardım üzrə Res- publika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının (Azərbaycan Respub- likasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 213; 2014, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri Əli Əhmədov ̶ Azərbaycan Respublikası Baş Nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası Prezidenti Ad- ministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Azərbaycan Respublikası Ədliyyə naziri- nin müavini Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini Azərbaycan Respublikası Səhiyyə naziri- nin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikası Dövlət Miqrasi- ya Xidməti rəisinin müavini Azərbaycan Respublikası İcbari Tibbi Sı- ğorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Azərbaycan Həmkarlar İttifaqları Konfe- derasiyası sədrinin birinci müavini Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.”. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 may 2020-ci il Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının İqtisa- diyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandu- mu təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisa- diyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumu- nun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 may 2020-ci il

Upload: others

Post on 25-May-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 98 (29363) 20 may 2020-ci il, çərşənbə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı – Respub-lika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək dost ölkələrimizin maraqları naminə ikitərəfli münasibətlərimizin bütün sahələrdə

daha da inkişafını ürəkdən arzuladığımı bildirirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlı-ğı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Böyük hörmət və ehtiramla,

Əbdülfəttah ƏS-SİSİ Misir Ərəb Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri! Azərbaycanın milli bayramı –

Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bü-tün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq

əməkdaşlığa zərurət vardır. Sinqapur pan-demiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir.

Hörmətlə,

Xanım Həlimə YAQUB Sinqapur Respublikasının Prezidenti

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı

DOST mərkəzinin açılışında iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanı-ma mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Ko-missiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.

Dövlətimizin başçısına və birin-ci xanıma 2020-ci ilin əvvəlindən indiyədək sosial sahədə əldə olunan uğurlar, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri, elektron sistemlər üzərindən göstərilən pro-aktiv xidmətlər, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avto-mobil təminatı, günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri, habelə DOST agentliyinin regional və beynəlxalq səviyyədə

əldə etdiyi nailiyyətlər barədə də məlumatlar verildi. Ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri nümayiş etdirildi.

Qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutu-lub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana

132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib. “Könüllü DOST” proq-ramı üzrə artıq 300-dən çox könül-lü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib.

Azərbaycanda əhalinin sosial-

rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan ya-radıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan mo-dern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yara-dılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin

keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezi-dent İlham Əliyev Azərbaycan Televi-ziyasına müsahibə verdi.

Prezident İlham Əliyevin müsahibəsi– Cənab Prezident, xoş gördük Sizi.

– Salam.– Azərbaycanda bu gün həyata keçirilən so-

sial siyasətin tərkib hissələrindən biri də DOST mərkəzləridir. Bu gün yeni DOST mərkəzinin açılışında iştirak etdiniz. Ümumiyyətlə, Siz DOST mərkəzlərinin açılışını necə qiymətləndirirsiniz?

– Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb-dır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

Bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Eyni zamanda, burada iş yerləri yaradılır. Mənə verilən məlumata görə, bu DOST mərkəzində 130-dan çox iş yeri ya-

radılır və o cümlədən könüllülər də işlərə cəlb olu-nur. Bütövlükdə 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir. Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğrul-dub. Eyni zamanda, burada tətbiq olunan inno-vasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur.

– Cənab Prezident, açılışında iştirak etdiyiniz DOST mərkəzində digər mərkəzlərdə olduğu kimi, əməkdaşların mütləq əksəriyyəti gənclərdir. Siz tez-tez çıxışlarınızda gənclərin Azərbaycanın inkişafın-dakı rolunu xüsusi vurğulayırsınız. Ümumiyyətlə, Azərbaycanın bugünkü inkişafında gənclərin rolunu necə qiymətləndirirsiniz?

– Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oyna-yırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar

yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni za-manda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxı-mından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni za-manda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək.

(ardı 2-ci səhifədə)

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.

“Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq

edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli

Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Beynəlxalq Humanitar Yardım üzrə Res-publika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 213; 2014, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədriƏli Əhmədov ̶ Azərbaycan Respublikası

Baş Nazirinin müavini

Komissiyanın üzvləri:Azərbaycan Respublikası Prezidenti Ad-

ministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Fövqəladə

Hallar nazirinin müaviniAzərbaycan Respublikası Ədliyyə naziri-

nin müaviniAzərbaycan Respublikası İqtisadiyyat

nazirinin müaviniAzərbaycan Respublikası Əmək və

Əhalinin Sosial Müdafiəsi nazirinin müaviniAzərbaycan Respublikası Təhsil nazirinin

müaviniAzərbaycan Respublikası Səhiyyə naziri-

nin müaviniAzərbaycan Respublikası Dövlət Gömrük

Komitəsi sədrinin birinci müaviniAzərbaycan Respublikası Dövlət Miqrasi-

ya Xidməti rəisinin müaviniAzərbaycan Respublikası İcbari Tibbi Sı-

ğorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Həmkarlar İttifaqları Konfe-derasiyası sədrinin birinci müavini

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisa-diyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandu-mu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən

sonra Azərbaycan Respublikasının İqtisa-diyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumu-nun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il

20 may 2020-ci il, çərşənbə2Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər (əvvəli 1-ci səhifədə)– Cənab Prezident, son illərdə

Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən komp-leks tədbirlər həyata keçirilir. Bu sahədə icra olunan layihələr barədə nə deyə bilərsiniz?

– Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prio-ritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qal-dırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

Bu ilin əvvəlindən bu meyillər daha da güclənibdir. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflya-siya aşağı səviyyədədir. Ona görə bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi dava-mıdır. Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insa-nın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.

Eyni zamanda, ödənişli ic-timai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Artıq biz bu proqramın bir hissəsini Dünya Bankı ilə birlikdə icra edirik. Yəni, bütövlükdə bu sahəyə ayrılan diqqəti və vəsaiti nəzərə alsaq, görərik ki, bu gün bizim üçün bu, prioritetdir və bu, belə də olmalı-dır. Çünki pandemiyadan bütün dünya əziyyət çəkir, bütün ölkələr böyük çətinliklərlə üzləşiblər. İnkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül 7-10 faiz səviyyəsindədir. Bu, hələ ilkin rəqəmlərdir. Azərbaycanda maliyyə sabitli-yini qorumaq üçün bütün lazımi tədbirlər görüldü. Hər kəs bilməlidir ki, əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq.

Mən ilin əvvəlində və pande-miyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun so-

sial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zaman-da, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

– Cənab Prezident, informa-siya-kommunikasiya texnologiya-larının inkişafı və innovasiyanın tətbiqi Sizin fəaliyyətinizin prioritet istiqamətlərindən biridir. Bu yaxın-larda CISCO şirkətinin rəhbərliyi ilə görüşdə də Sizin liderliyiniz və Azərbaycanda həyata keçirilən bu işlər çox yüksək qiymətləndirildi. İstərdik ki, bununla bağlı fikirlərinizi bölüşəsiniz.

- Bilirsiniz, bu sahə bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda geniş vüsət alma-ğa başlamışdır. Xatırlayıram, biz kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlayanda bəziləri təəccüb edirdi, bəziləri düşünürdü ki, Azərbaycan o qədər də böyük ölkə deyil, - kosmik klub dünya miqyasında çox məhdud bir klubdur, - və Azərbaycan üçün orada özünə yer tapmaq çətin olacaq. Ancaq həyat göstərdi ki, biz düzgün yoldaydıq. Çünki kosmik sənayenin yaradılması, üç peykin orbitə çıxarılması təkcə iqtisa-di və digər maraqlarımızı təmin etmir, eyni zamanda, bu, kadrların hazırlanması, gənc kadrların yeni texnologiyalara sahib çıxması baxımından da çox önəmli idi. Kadr hazırlığı olmadan müasir texnolo-giyalar heç bir ölkədə inkişaf edə bilməz. Ona görə biz həm dövlət resurslarımızı bu istiqamətə cəlb etdik və çox düzgün proqram tərtib etdik, həm də kadr hazırlığı ilə əlaqədar əməli-praktiki addımlara start verdik. Çünki bax, bu gözəl DOST mərkəzinin timsalında görürük, əgər burada peşəkar kadr olmasa, bu mərkəz fəaliyyət göstərə bilməz. Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intel-lektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır.

Ona görə informasiya-kommuni-kasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgün idi və CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirdiyim görüş də bunu bir daha göstərdi. Biz təkcə CISCO şirkəti ilə əməkdaşlıq etmirik, biz demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. CISCO şirkəti ilə biz, deyə bilərəm ki, artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşırıq. Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafı-mıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir.

Pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Ona görə hazırda həm iqti-sadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə

bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımı-zı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informa-siya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.

– Cənab Prezident, şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə kompleks şəkildə tədbirlər həyata keçirildi. İstərdik bu barədə fikirlərinizi bölüşəsiniz.

– Bu, daim diqqət mərkəzində olan məsələdir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib-dir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq-dır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir.

Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qara-bağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Deyə bilərəm ki, bu sahədə də Azərbaycan lider-lik göstərir. Çünki dünyanın bir çox yerlərində müharibələr olub, münaqişələr, insan itkisi olub. Mən, əlbəttə, Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəməzdim, ancaq həqiqət ondan ibarətdir ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir.

İndi bir daha demək istəyirəm ki, heç kimlə müqayisə apar-maq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? On-lara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldıl-masına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur. Mənim şəhid ailələri ilə çoxsaylı

görüşlərim, əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşı-sında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, - bu il onların sayı 9 minə çatacaq,- bizim əməli işlərimizin gözəl nəticəsidir.

– Cənab Prezident, Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlər və həyata keçiriləcək tədbirlər barədə nə deyə bilərsiniz?

– Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zaman-da, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pan-demiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdün-ya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı

nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiy-yatın tənəzzülə uğraması, iqtisa-diyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul

olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik.

Deyə bilərəm ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. Mən bura-da xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxla-nılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz

artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq.

Bizdə hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur - hazırda 19 xəstəxanada. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmır. Ancaq 20-dən çox xəstəxana hazırdır, modul tipli 10 xəstəxananın inşası başlamış-dır, birinin açılışında mən iştirak etmişəm. Bu da bizə əlavə 2000 yataq verəcəkdir. Bütün tibbi ava-danlıq təmin edilib, süni tənəffüs aparatları gətizdirilib, reanimasiya-da kifayət qədər boş yerlərimiz var, yataqlar kifayət qədərdir, karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq. Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qayda-da, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək. Ən çox təxliyə edilmiş vətəndaşlarımız Rusiyadan gəlib. Bu günə qədər Rusiyadan 6500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qayda-da. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq.

Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxla-

yırıq. Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər, əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İn-diki şəraitdə ki, artıq yumşalma pro-sesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pande-miya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir.

– Cənab Prezident, belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir. İstərdik bu məsələ ilə bağlı da fikirlərinizi bildirəsiniz.

– Mən hesab edirəm ki, bu, bizim apardığımız siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun fay-dasını görmüşük. Harada imkanı-

mız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmi-şik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.

Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının ye-kun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamı-şıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda isteh-sal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri gör-sün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir.

Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşul-mama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr

seçilməzdik. Çünki mən demişəm, bu təsisatda bir çox ölkələr cəmləşir ki, bir-biri ilə yola getmir. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Nəyə görə? Çünki biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik.

Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, il-kin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.

– Cənab Prezident, suallarımızı ətraflı cavablandırdığınız üçün Sizə minnətdarıq, çox sağ olun.

– Sağ ol, təşəkkür edirəm.

AZƏRTAC

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair

Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyası-

nın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisa-diyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisa-

diyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumu-nun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 19 may 2020-ci il

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya

sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Kons-

titusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun

müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 19 may 2020-ci il

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa

dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyası-

nın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisa-diyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisa-

diyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumu-nun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 19 may 2020-ci il

Bəli, cari ilin əvvəlindən bəri bəşəriyyətə qənim kəsilmiş yeni növ ko-ronavirus pandemiyası böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, dünyanın əksər ölkələrini diz çökdürmüşdür. İnsanlar arasında COVİD-19-a yoluxma və pandemiyadan ölüm hallarının sayı durmadan artır. Qəribədir ki, koronaviru-sa yoluxanların və ölüm faktlarının sayı-na görə dünyanın supergücü – ABŞ və Avropanın ən çox inkişaf etmiş dövlətləri öndə gedirlər.

Şübhəsiz pandemiya Azərbaycandan da yan keçmir. Amma, Allaha şükürlər olsun ki, ölkəmiz bu mücadilədən daha az itki ilə ötüşür. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində infeksiyaya yoluxmuş insanla-rın sayı da nisbətən azdır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0,2 faiz olub. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Ölkəmizin qeyri-ener-ji sənayesində 13 faizdən çox artım var. Əlbəttə, koronavirus ÜDM-ə və iş yerlərinə zərbə vurur. Bunun qarşısını almaq üçün Azərbaycan 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışdır.

Qeyd etdiyimiz kimi, ölkəmiz köməyə daha çox ehtiyacı olan dövlətlərdən və beynəlxalq qurumlardan da yardı-mını əsirgəmir. Təkcə onu deyək ki, Azərbaycan indiyədək Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə – hərəsində 5 milyon dollar olmaqla ianə vermişdir. Bütün bunlar həm xaricdə, həm də ölkə daxilində böyük rəgbətlə və razılıq hissi

ilə qarşılanır. Azərbaycan Prezidentinə ünvanlanmış çoxsaylı məktublar da bundan xəbər verir.

İstanbuldan məktub: Sizinlə qürur duyuram!

Hörmətli cənab Prezident!Ulu öndər Heydər Əliyevin siyasi kur-

sunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyas-da yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proq-ramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasın-dadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağ-lamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artı-rılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub sax-lanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorul-madan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.

Əziz Prezidentim, mən Türkiyənin İstanbul Universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun! Biz Sizinlə güclüyük!

Hörmətlə,Firuzə Rəcəbova.

Türkiyə Cümhuriyyəti, İstanbul şəhəri

Məcburi köçkünlər Sizə təşəkkür edirlər

Möhtərəm Prezident!Bütün dünyanın koronavirus pande-

miyasından əziyyət çəkdiyi bir vaxtda Si-zin qabaqlayıcı tədbirləriniz xalqımızı bu xəstəlikdən qorudu. Hamımız gördük ki, Siz gecə və gündüz yorulmadan çalışdı-nız, bütün gücləri səfərbər etdiniz, “Biz birlikdə güclüyük!” çağırışı etdiniz. Bu tədbirlər sayəsində ölkəmizdə koronavi-rusdan itkilər o qədər də çox olmadı.

Cənab Prezident, Siz həmişə Azərbaycan xalqının yanında olmuşu-nuz, onun sosial və maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait ya-ratmışınız. Bu dəfə də Sizin uzaqgörən siyasətiniz sayəsində bu bəladan alnıa-çıq çıxacağıq.

Biz – məcburi köçkünlər həmişə Sizin yanınızdayıq və bizim üçün ya-radılan şəraitə görə Sizə minnətdarıq. Pandemiya vaxtında görülən bütün işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk.

Hörmətlə,Bəxtiyar İxtiyar oğlu Həsənov,

Zəngilan rayonundan məcburi köçkün,

Şirvan şəhəri.

Rusiya vətəndaşı: Siz ideal lidersiniz

Hörmətli cənab Prezident!Müqəddəs Ramazan bayramı

münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Qoy, bu müqəddəs bayramın gəlişi ilə bütün bəlalar, eləcə də koronavirus xəstəliyi yurdumuzdan uzaq olsun, ölkəmizə ruzi-bərəkət, yeni parlaq dövr ayaq açsın. Ramazan bayramı Sizin ailəniz başda olmaqla, bütün ailələrə sevinc və xoşbəxtlik gətirsin.

Cənab Prezident, mən Rusiya vətəndaşıyam. Bir müddətdir ki, Ba-kıdayam. Rusiyada yaşayan bütün azərbaycanlılar adından Sizə təşəkkür

edirəm. Sizin koronavirusla bağlı gör-düyünüz tədbirlər təqdirəlayiqdir. Biz bir daha gördük ki, xalqımızın sağlamlığı, firavan yaşayışı Sizin üçün hər şeydən qiymətlidir. Siz ideal lidersiniz, nə yaxşı ki, varsınız.

Səmimi hörmətlə,Validə Həmid qızı Xəlilova,

Rusiya Federasiyasının vətəndaşı

Yaşlı insanlara daha çox qayğı göstərilir

Cənab Prezident!Mənim 78 yaşım var, pensiyaçıyam.

İki oğlum zabitdir, digər bir oğlum isə Aprel döyüşlərinin iştirakçısıdır.

Siz vətəndaşlara həmişə diqqət və qayğı ilə yanaşmısınız. Hazırda bütün dünyada COVID-19 virusu can almaqda davam edir. Siz virusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər gördünüz. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Siz bu çətin günlərdə əhalinin bütün təbəqələrindən olan insanların sosial vəziyyətini nəzərə alıb onlara qayğı göstərdiniz. Yaşlı insanlara daha çox qayğı göstərilir. Onların tibbi və ərzaq ehtiyacları təmin olunur. Hətta işsiz insanlarda diqqətdən kənarda qalmadı. Onlar üçün birdəfəlik vəsait ayrıldı.

Sizin müdrikliyiniz, humanistliyi-niz qarşısında baş əyirik. Siz hər bir vətəndaşın yanındasınız. Biz Sizinlə fəxr edirik. Allah Sizə uzun ömür versin!

Hörmətlə,Sərdar Xəlil oğlu Fərəcov,

Lənkəran rayonu, Havzava kəndi.

Birlikdə güclüyük

Hörmətli Prezidentimiz!Bu məktubumla Sizə dərin

minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addım-larınız sayəsində ölkəmizdə bu infek-siyanın yayılması minimum səviyyəyə endirilmiş, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək müm-kün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardı-ğınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaqdır.

Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul

etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzula-yıram. İnanıram ki, Sizin sayənizdə bu çətin günləri də geridə qoyacağıq. Biz birlikdə güclüyük.

Hörmətlə,Nurlan Yalçın oğlu Əsgərli,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı,

Masallı rayonu, Ərkivan qəsəbəsi

Sizə güvənirik

Əziz Prezidentimiz!COVID-19 pandemiyasının yayıldığı

bir dövrdə Azərbaycanda qayğıya ehti-yacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, xalqın təhlükəsizliyi üçün həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdi-yiniz dövrdə xalqımızın rifah halının

yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır.

Cənab Prezident, Sizin pan-demiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə təqdirəlayiqdir. Mən də aprel və may aylarında işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Çox sağ olun ki, bu qayğını bizdən əsirgəmədiniz. Öz adımdan və anamın adından Sizə təşəkkürümü bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizi sevirik və Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,Mətanət Zabil qızı Qədimova,

Bakı şəhəri.

Prezidentin təşəbbüsü ilə həm də pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əmək haqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Bu kateqo-riyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alıb. Dövlət sektorunda işləyənlərin əmək haqları tam ödənilib. Bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Bir daha təsdiq olunur ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Eyni zamanda, 20-dən çox dövlət xəstəxanasında koronavi-rus xəstələrinin müalicəsi davam etdirilir. Bölgələrdəki mərkəzi rayon xəstəxanalarında da xəstələr yerləşdirilib. Dövlət başçısının göstərişi ilə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana da inşa edilməkdədir.

Bütün bu tədbirlərlə əlaqədar Azərbaycan Prezidentinə ünvanlanan minlərlə vətəndaş məktubundan da görünür ki, xalq dövlət tərəfindən görülmüş işləri yüksək qiymətləndirir. Xüsusən insanların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı tədbirlər əhali tərəfindən razılıq hissi ilə qarşılanır.

Biləsuvar rayonunun Ağayrı kəndindən şəhid atası Əlifağa Qa-far oğlu Haxverdiyev təşəkkürünü belə ifadə edib: “Hörmətli cənab Prezident! Xalqımızın bu çətin və ağır günlərində Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin göstərişinizlə aztəminatlı ailələrə yardımın verilməsi çox humanist bir qərardır. Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki, yaşadığım kəndin sakinləri adın-dan Sizə və ailənizə təşəkkürümü çatdırım. Mən və ailəm hər gün namazda Sizə dualar edirik. Allah Sizə hər zaman cansağlığı versin, bəla görməyəsiniz. Ulu Tanrı bütün işlərinizdə Sizə yardımçı olsun! Sizin hər bir uğurlu işinizə ürəkdən sevinirik”.

Abşeron rayonunun Masazır kəndində məskunlaşmış Laçın rayonundan məcbur köçkün Afil Qəzənfər oğlu İsmayılov böyük qürur hissi duyduğunu bildirir

ki, Azərbaycan Prezidenti bütün Azərbaycanı koronavirus bəlasından az itkilərlə qurtarmaqdadır. Karantin dövründə ölkə üzrə ehtiyacı olanla-ra, qocalara dövlət tərəfindən ərzaq və maddi yardımların verilməsi də humanist addım olaraq əhali tərəfindən alqışlarla qarşılanır. “Al-lah Sizi, dövlətimizi, xalqımızı bu böyük bəladan qorusun! Sizə səmimi təşəkkürümü bildirirəm. Cənab Pre-zident, biz Sizinləyik və hər zaman Sizinlə olacağıq”.

Xızı rayonunun Giləzi qəsəbəsindən Hacıxıdır Mirzəbala oğlu Cabarov dövlət başçısına ünvanladığı məktubda qeyd edir ki, cənab Prezidentin düşünülmüş siyasəti sayəsində Azərbaycan inamla öz gələcəyini qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanır. Bu gün Azərbaycan öz sabitliyini və inkişafını təmin edən ölkədir. Bu sabitlik və inkişaf koro-navirus pandemiyasının öhdəsindən gəlməyə də kömək etdi. O, daha sonra yazır: “Cənab Prezident, mənim 89 yaşım, 7 nəvəm və 7 nəticəm var. Yorulmaz fəaliyyətinizə görə böyük ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. İnşallah, Sizinlə Qarabağ-da da zəfər yürüşü keçirəcəyik”.

Koronavirus pandemiyasına qarşı aparılan mübarizə sahəsində Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrini geridə qoyduğunu qeyd edən Lerik rayonu, Siyov kəndindən Səxavət Sənan oğlu Bayramov bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direkto-ru Azərbaycanın bu mübarizədə nümunəvi ölkə olduğunu bəyan edərək, Prezident İlham Əliyevə iki

dəfə təşəkkür məktubu ünvanlayıb və bir sıra ölkələrə respublikamızın bu sahədəki təcrübəsindən yararlan-mağı tövsiyə edib: “Cənab Prezident, gərgin fəaliyyətiniz nəticəsində qazanılan uğurlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə hər zaman güclüyük”.

Masallı rayonundan Samit Nuriyev yazır: “Möhtərəm cənab Prezident! Biz masallılılar həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə xalqla olub, həmişə vətəndaşlara dəstək göstərmisiniz. Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi ka-rantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq və normal həyatımıza dönmək üçün özü-müzü müvəqqəti olaraq təcrid etməli və evdə qalmalıyıq. Cənab Prezident, bu çətin dönəmdə əhalinin həssas qru-puna aid olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.

Qax rayonundan Ağa Rama-zanov, Bahar Həsənova, Elnur

Məmmədli, Ayxan Abdullayev, Rövşən İbrahimov, Elnur Əhmədli yazırlar ki, xalqımız əsl imtahan qarşısında olsa da, dövlət başçısının uzaqgörən siyasəti sayənizdə bu çətinlikdən uğurla çıxır. Ən güclü ölkələri belə sarsıtmış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, itkilərin az olması və yoluxanların sa-ğalma statistikası hamımızı sevindirir. Baş verənlər göstərir ki, bütün bunla-ra Azərbaycan Prezidentinin vaxtında gördüyü qabaqlayıcı tədbirlər, hazırda bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi nəticəsində nail olunmuşdur. Eyni zamanda, bu çətin günlərdə əhalinin imkansız təbəqəsi də unudulmayıb. Müavinətlərin, maddi yardımların verilməsi məhz dövlət başçısının təşəbbüsü və iradəsi sayəsində həyata keçirilir.

Bakı şəhərindən Kəmalə Bila-lova yazır: “Cənab Prezident! Sizə ünvanladığım bu məktubda bildirmək istəyirəm ki, biz Sizin timsalınızda xalqını sevən və ona dəyər verən bir dövlət başçısı görürük. Pandemiya

təhlükəsi üzündən karantin rejiminə əməl etdiyimiz, evdə qaldığımız bu günlərdə Sizin televiziya ekranların-dan səslənən “Azərbaycan xalqının sağlamlığı hər şeydən önəmlidir” sözləriniz bir vətəndaş, bir ana, bir nənə, bir müəllim kimi qəlbimi fəxarət və qürur hissi ilə doldurur, gözlərimi yaşardır. Nə yaxşı ki, Azərbaycan xalqının Sizin kimi Vətənini sonsuz məhəbbətlə sevən, millətinə, xalqına böyük dəyər verən bir Prezidenti var. Biz Sizi sevirik və hər zaman Sizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycanın daha parlaq gələcəyi üçün əlindən gələni əsirgəməyən Prezidentimiz Qarabağımızı bizə qaytaracaq. Biz Sizinlə birlikdə güclüyük!”

Neftçala rayonundan Vidadi Hüseynov, Sehran Əliyev, Arif Nağıyev, Dadaşbala İsmayılov, Cəlilabad rayonundan Heydər Miriyev, Qardaşxan Qasımov, Şəfa Sadıqov, Xəyal Xəlilov bildirilər ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq respublikamızın in-kişafı yolunda çox mühüm işlər görür və bu işlər xalq tərəfindən təqdir edilir.

Son aylarda bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yayılma-sı ilə əlaqədar Azərbaycan liderinin qəbul etdiyi çevik və operativ qərarlar insanlarımızın bu böyük bəladan çox az itki ilə qurtarmasına kömək edib. İşləməyənlərə, imkansız ailələrə edilən maddi köməklər isə bütün rayonlarda sakinlər tərəfindən rəğbətlə qarşılanır.

Salyan rayonundan Q.Mayılov adına Kürsəngi kənd tam orta məktəbinin ingilis dili müəllimi Röyalə Babazadə dövlət başçı-sına təşəkkürünü belə ifadə edir: “Möhtərəm cənab Prezident! Dünyanı çətin vəziyyətdə saxlayan CO-VID-19 virusu ilə mübarizədə Siz və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva fərqlilik nümayiş etdirdiniz. Dünyanın digər ölkələri ilə müqayisədə yoluxma və tələfat sayının azlığı yeritdiyiniz uzaqgörən siyasət nəticəsindədir. Vətəndaşlarınıza olan sevgi və dəyər bütün bu kompleks tədbirlərdə öz əksini tapmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yara-dılması, karantin rejiminin tətbiqi, dövlət və özəl müəssisələrin bu fonda vəsaitlər köçürməsi, aztəminatlı ailələrə və sahibkarlara dəstək, aylıq məvaciblərin əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik, sistemli şəkildə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikası bir çox ölkələrə nümunə oldu və olmaqda davam edir. “Biz birlikdə güclüyük!” deyib həmişə xalqımızı ətrafınıza topladınız. Bütün bu iqtisadi, sosial və siyasi tədbirlər üçün Sizə və Mehriban xanım Əliyevaya bir təhsil

işçisi olaraq dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Şamaxı rayonundan Rasim Ələsgərov, Könül Gülcan, Azər Əhmədov, Şöhrət Şaxməmmədov və Kənan Fərmanov birgə məktublarında yazırlar ki, güclü dövlətlərin koronavirus qarşısında aciz qaldığı bir vaxtda Azərbaycan Prezi-dentinin gördüyü qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu çətinliyi dəf etmək istiqamətində müsbət nəticələr əldə edir. Bu çətin günlərdə dövlət başçısı həmişə olduğu kimi, yenə də xalqın yanındadır, xalqın sağlamlığı və sosial rifahının təmin olunması üçün əlindən gələni əsirgəmir. Onlar virusun vura biləcəyi zərərin minimuma endirilməsinə görə Şamaxı rayo-nunun sakinləri adından Prezidentə təşəkkürlərini bildirirlər: “Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olmağı-mızdan qürur duyuruq. Hər zaman dövlətimizin rifahı naminə verəcəyiniz qərarlarda Sizin yanınızdayıq”.

İsmayıllı şəhərindən Əsgər Əmirxan oğlu Manafov, Elşad Tel-man oğlu Qasımov, Yaşar Təvəkkül oğlu Ağayev, Sahilə Cavan qızı Məmmədova və başqaları bu çətin günlərdə insanlara göstərdikləri diqqət və qayğıya, birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən kasıb ailələrə ərzaq yar-dımlarının verilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-pre-zident Mehriban xanım Əliyevaya şəxsən öz adlarından və ailələrinin adından təşəkkürlərini bildirir, uğurlar və möhkəm cansağlığı arzulayırlar.

Eyni zamanda, Mingəçevir şəhərindən Anar Əlisahib oğlu Ha-cıyev, Sabirabad rayonundan Fat-ma Əskərova, Əliyoldaş Əkbərov və Sevinc Nuriyeva, eləcə də Cəbrayıl rayonundan Ləman Həşimova, Sumqayıt şəhərindən Fərəh Elman qızı Əlizadə bu qayğılı günlərdə xalqımızı qoruduğuna, aztəminatlı ailələri unutmayaraq onlara yar-dım etdiyinə və ölkəmizin xoşbəxt sabahı naminə çəkdiyi zəhmətlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Xalq Prezidentin COVİD-19-la mübarizədə atdığı addımları dəstəkləyir

Azərbaycanda koronavirus pandemiyasının yayılmasına qarşı dövlət səviyyəsində mübarizə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər nəticəsində artıq xüsusi karantin rejiminin yum-

şaldılması istiqamətində addımlar atılır. Bütün bunlar ölkədə görülmüş qabaq-layıcı tədbirlərin səmərəliliyindən xəbər verir. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, dövlətin qarşısında duran əsas vəzifə yoluxma hallarının artma-sına yol verməmək, yoluxma zəncirini qırmaqdır. Bu istiqamətdə atılan addım-ları Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin və Azərbaycan səhiyyəsinin böyük qələbəsi hesab etmək olar.

Uğurlu siyasətiniz Azərbaycana başucalığı gətirir, cənab Prezident!

“Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin, pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim. Bir neçə gün bun-dan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz...” Bu fikirləri Moldova Res-publikasının Prezidenti İqor Dodon Prezident İlham Əliyevlə videokonfrans formatında mayın 18-də keçirilmiş görüş zamanı azərbaycanlı həmkarına xitabən demişdir. Dövlətimizin başçısı cavabında bildirmişdir ki, Azərbaycanın bu çətin gündə Moldo-vaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir...

20 may 2020-ci il, çərşənbə 3

Tarixdən liderlərin xilaskarlıq və quruculuq missiyası ilə bağlı çox misallar gətirmək mümkündür; Rusi-ya Böyük Pyotrun vəsiyyətlərini bu gün də unutmur, onun üç əsr öncəki siyasət üslubuna Rusiyanın daxili və xarici siyasət konsepsiyasında hər zaman istinad edilir. Hindistan Ma-hatma Qandinin müəyyənləşdirdiyi ideoloji prinsiplərə söykənərək davamlı inkişafdadır. ABŞ bu ölkənin böyük dövlət xadimlərinin və İstiqlaliyyət Bəyannaməsinin müəlliflərinin önə çəkdiyi prinsipləri əsas götürür. Mao Tszedunun və Den Syaopinin əsasını qoyduğu “iqtisadi inqilab” Çinin hazırkı uğurlarına, dünyanın ən böyük fövqəlgücünə çevrilmə məramına ciddi təminatdır. Qardaş Türkiyə məhz böyük Mustafa Kamal Atatürkün ideyaları əsasında əbədiyaşarlıq qazanır. Bu gün ingilislər Uinston Çörçili, fran-sızlar Şarl de Qolu, almanlar Otto fon Bismarkı, Konrad Adenaueri necə böyük ehtiramla xatırlayırlar-sa, azərbaycanlılar da ümummilli lider Heydər Əliyevi eyni böyük səmimiyyətlə, rəğbətlə anırlar.

Çağdaş tariximizin görkəmli siması, dahi siyasətçisi olan Heydər Əliyev bu gün milyonlarla azərbaycanlı üçün əsl şəxsiyyət idealına çevrilmiş, respublikamı-zın tərəqqisindəki yarım əsrlik bir mərhələ – 50 illik şanlı inkişaf dövrü onun fenomen liderliyi ilə yazılmışdır. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısıdır. Ümummilli liderlik zirvəsinə yüksəlmiş dahi şəxsiyyət xalqımızın malik olduğu milli potensiyanın, ali şüurun, modern təfəkkürün, bir sözlə, tükənməz enerjinin istiqlal idealı naminə realizəsində misilsiz xidmətlər göstərmişdir.

Yarım əsr əvvəl – 1969-cu ilin 14 iyulunda Azərbaycanda siya-si rəhbərliyə irəli çəkilən Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başla-mışdır. Milli özünüdərkin ifadəsinə xüsusi diqqət yetirən Heydər Əliyev xalqın tarixi yaddaşının özünə qayıtması, milli ruhun oyanması istiqamətində konkret işlər görməklə müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin hazırlamışdır.

Həmin dövrdə milli müstəqillik üçün Azərbaycanın iqtisadi po-tensialının artırılmasının, onun SSRİ məkanında birincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən ulu öndər Heydər Əliyev respublikada genişmiqyaslı dəyişikliklərə start vermiş, iqtisadi və sosial sahələrdə dərin struktur is-lahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Məhz Heydər Əliyevin səyləri ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inki-şafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdi. O dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mü-hüm qərarlar 70-80-ci illər arasın-da və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz ana dilinə həssas münasibət olmuşdur. Heydər Əliyev cəmiyyətə milliləşmə zəruriliyi mesajını ver-miş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı icti-mai fikrə böyük müdrikliklə təlqin etmişdir. 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ulu öndər Heydər Əliyevin müdrikliyi-nin və dahiyanə uzaqgörənliyinin daha bir parlaq nümunəsi, həm də Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış bir addım idi.

Respublikanın o zamankı gənc və enerjili rəhbəri dövlət idarəetmə strukturlarında, xüsusən də, yüksək vəzifələrdə çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirir, bununla əlaqədar konkret addım-lar atırdı. SSRİ-nin digər zorən müttəfiq dövlətlərində olduğu kimi, Azərbaycanda da kosmopolit əhval-ruhiyyə hökm sürdüyündən, milli kadrların hazırlanması arxa plana keçmişdi. Bu mənfi tendensiyaya da məhz Heydər Əliyev hakimiyyətinin ilk dövrlərindən etibarən son qoyul-muş, milli şüura malik olan, milli düşüncə ilə yaşayan, milli mentalite-tin daşıyıcısı sayılan gənc kadrların idarəçiliyə cəlb edilməsinə start verilmişdi.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ulu öndər Azərbaycan xalqının tarixi keçmişinin so-vet ideologiyasının təsiri altında deformasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə konkret addımlar atmışdır. Belə addımlardan biri də şanlı Azərbaycan tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidələrinin ucaldılması, adlarının

müxtəlif obyektlərə verilməsi ilə əbədiləşdirilməsi, tarixi-mədəni abidələrin bərpası idi. 70-ci illərdə respublikada görkəmli şəxslərin, elm, təhsil və mədəniyyət ocaq-larının yubileylərinin dövlət səviyyəsində keçirilməsi ənənəsi də formalaşırdı. Şəxsən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nəriman Nərimanovun anadan olmasının 100 illiyi, İmadəddin Nəsiminin 600 illiyi, Azərbaycan Akademik Milli Dram Teatrının 100 illiyi, Azərbaycan Dövlət Rus Dram Teatrının 50 illiyi, “Azərbaycan qadını” jurnalının 50 illiyi, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Aşıq Ələsgərin və bir çox mədəniyyət və incəsənət xadimlərinin yubileyləri keçirilmişdi.

1975-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin yubileyi münasibətilə onun ev-muzeyi yaradılmışdı. 1976-cı ildə Səməd Vurğunun 70 illik yubileyinə hazırlıq ərəfəsində onun da ev-muzeyi təşkil edilmişdi. Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində onun həm ev-muzeyi yaradılmış, həm də Bakıda möhtəşəm abidəsi ucaldılmışdı. Bu illərdə, həmçinin, İmadəddin Nəsimiyə də abidə qoyulmuş, Bülbülün ev-muzeyi təşkil edil-miş, Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması ilə bağlı qərar qəbul olunmuşdu. 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli drama-turq Hüseyn Cavidin nəşini Uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiram-la yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Azərbaycanın gələcək müstəqilliyi üçün ulu öndər milli hərbi potensialın gücləndirilməsinin də vacib olduğunu yaxşı görür, respublika üçün hərbi kadrların hazırlanmasının zəruriliyini əsas götürərək hərbi təhsilin inkişafına böyük önəm verirdi. Bu səbəbdən, Moskvanın milli hərbi kadrla-ra inamsızlıq siyasətinin əksinə olaraq, azərbaycanlıların hərbi peşələrə kütləvi şəkildə getməsi, zabit kimi yetişməsi üçün müxtəlif tədbirlər həyata keçirildi. Bunun da nəticəsində Bakı Ali Ümum-qoşun Komandirləri Məktəbinə azərbaycanlı gənclərin qəbulu bir neçə dəfə artırıldı, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başladı. Həmin məktəbi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu-lar. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəyyən sayda müsabiqəsiz yerlər alırdı. 1981-ci ildə isə Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Məktəbin 10 illik yubileyinin keçirilməsi barədə xüsusi sərəncam imzalamışdı.

Bütün bunların fonunda bir daha əminliklə demək olar ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyası-

na görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Lakin Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra respublikaya rəhbərlik edən naşı rəhbərlər, təəssüf ki, Azərbaycanı yenidən iqtisadi və mənəvi tənəzzül məngənəsinə sürüklədilər. 80-ci illərin sonuna yaxın bədnam qon-şularımız imperiya rəhbərliyinin himayəsi altında Azərbaycana qarşı aşkar ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bütün bunlara göz yuma bilmədiyi üçün SSRİ rəhbərliyindən istefaya gedən Heydər Əliyev hətta təqaüddə olarkən də millətinin haqq səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin qanlı yanvarından dərhal sonra oğlu İlham Əliyevlə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən bu feno-men şəxsiyyət imperiya rəhbərliyini Kremlin bir addımlığında ən sərt ittihamlara məruz qoymuş, xalqının faciəsinə vətənpərvərliklə reaksiya vermiş, dərdinə şərik çıxmışdır.

Dövlət müstəqilliyinin ilk illərindəki acınacaqlı ictimai-siyasi, iqtisadi durum lider fenomeninin milli inkişafdakı müstəsna rolu-nu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qoru-nub saxlanılması özü milli ideyaya çevrilmişdi. Bu mərhələdə respub-likada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni za-manda, ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acı-nacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

Ulu öndər Heydər Əliyev bu mərhələdə ictimai-siyasi sabitliyi təmin etmiş, respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sür-müş, eyni zamanda, mütərəqqi dəyişikliklərin ictimai şüurda

tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuş-dur. İctimai-siyasi sabitlik amili bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir.

Azərbaycan xalqının mil-li ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə Azərbaycana sədaqətlə xidmət edən umummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideo-logiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən for-malaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri ba-zasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir.

Ulu öndər 1993-2003-cü illərdə dövlət qulluğu üçün milli kadrla-rın hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirmişdir. Ulu öndərin rəhbərliyi ilə dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun yaradılması, nazirlik və komitələrin müvafiq istiqamətlər üzrə vahid dövlət siyasətini həyata keçirən hakimiyyət orqanlarına çevrilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Ümumilikdə, müdrik rəhbərin idarəçilik metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar koman-dadakı müsbət əhval-ruhiyyəni daha da gücləndirirdi. Ulu öndərin yüksək vətənpərvərliyi, ekstremal situasi-yalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, intuisiyası onun rəhbərlik etdiyi komandanın çevikliyinə və işləkliyinə təkan verir, məmurlarda məsuliyyəti, dövlət strukturlarında şəffaflıq və hesa-batlılığı gücləndirirdi. Qeyri-adi, strateji düşüncə sahibi olan böyük öndər Heydər Əliyev həmişə ölkənin

gələcəyi haqqında düşünərdi.U.Çörçilin bir sözü var:

“Dövlət xadimlərini siyasətçilərdən fərqləndirən odur ki, birincilər ölkənin gələcəyi haqqında, ikincilər isə qarşıdakı seçki barədə düşünürlər”. Tarix sübut edir ki, ölkənin gələcəyini düşünənlər yaşadıqları dövrün nəbzini tutmağa, hansı işləri görməyin zəruri oldu-ğunu dəqiq müəyyənləşdirməyə çalışırlar. Azərbaycanın müasir xarici siyasətində də bu prinsiplərin birmənalı şahidi olmaq mümkün-dür. Məhz ulu öndərin diplomatik səyləri nəticəsində regionda əsas söz sahibi kimi çıxış etməyə iddialı bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi ya-naşmaq məcburiyyətində qalması, Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycanın diplomatiya-sının mühüm uğurlarından biri kimi vurğulana bilər. Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlərə nail olmuş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qon-şuluq prinsiplərini təşviq etmişdir.

Ümummilli lider Heydər Əliyev yüksək liderlik keyfiyyətlərinə malik xarizmatik şəxsiyyət kimi usta diplomatik gedişlərlə ən güclü dövlətlərlə belə bərabərhüquqlu tərəfdaş kimi münasibətlər qurur, ölkəmizin maraqlarını müdafiə edir-di. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apa-rılan müzakirələrdə bu cür faktların dəfələrlə şahidi olmuşuq. Ulu öndər Heydər Əliyev həmin danışıqlarda iştirak edən ABŞ, Rusiya və Fran-sanın dövlət rəhbərlərini, təcrübəli diplomatları inandırmaq, onların düşüncəsinə təsir etmək bacarığı ilə Azərbaycan dövlətinin maraqlarını təmin edə bilirdi. Ümummilli liderin ABŞ-ın o dövrdəki vitse-prezidenti Albert Qora verdiyi məntiqli cavab onun yüksək diplomatik bacarığı-nı, milli mənafeləri müdafiə etmək əzmini nümayiş etdirirdi. Heydər Əliyev “Dünya ilə savaşmamağa və Dağlıq Qarabağdan vaz keçməyə” eyham edən A.Qora “Siz Prezident Administrasiyasını təmsil edirsiniz, mən isə Azərbaycan xalqını, mən xalqımın mənafeyinə uyğun olmayan sənədə imza ata bilmərəm” cavabını vermiş, yalnız bu cavabdan sonra masa üzərindəki sənəddə düzəliş edilmişdi.

Rusiya Federasiyasının keç-miş Prezidenti Boris Yeltsin ilə də bir neçə dəfə analoji dialoqlar olmuşdu. Bütün bu situasiyalarda ulu öndər Heydər Əliyevə yüksək sayğı nümayiş etdirilməsi dünya liderlərinin onun şəxsiyyətinə, li-derlik keyfiyyətinə yüksək hörmətlə yanaşmalarının nəticəsi idi. Sözün həqiqi mənasında, Heydər Əliyevin şəxsiyyət kimi ali keyfiyyətləri mükəmməl şəkildə onun liderlik qabiliyyətində öz ifadəsini tapmışdı.

Hər bir liderin böyüklüyü təkcə onun ideyalarının gücü ilə deyil, həm

də özündən sonra layiqli davamçı, lider yetişdirmək, hakimiyyət süka-nını etibarlı əllərə ötürmək əzmi ilə ölçülür. Ulu öndər Heydər Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibar-lı davamçı yetişdirməsindədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə son 17 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inki-şaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Bəli, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hələ 50 il əvvəl müəyyənləşdirdiyi və həyata keçirdi-yi siyasət bu gün uğurla davam etdi-rilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, in-sanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçiri-lir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda, milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.

Fransız sərkərdəsi və dövlət xadi-mi Napoleon demişdir ki, “Siyasətdə dahilik mümkün olanla müm-kün olmayanı fərqləndirə bilmək qabiliyyətidir”. Bu prizmadan yanaş-dıqda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın yeni iqtisa-di və siyasi münasibətlər sisteminə dərindən bələd olan praqmatik lider-lik keyfiyyətləri, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Ölkə başçısının son 17 ildə reallaş-dırdığı iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir keyfiyyət və iqtisadi yüksəliş mərhələsini yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə yeni elmi yanaşma kimi böyük maraq do-ğurur: “Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqın-dan asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdud-ları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir”.

Dövlətimizin başçısı ölkədə vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, hüquq qaydaları ilə bir araya sığmayan neqativ amillərin aradan qaldırılma-sı ilə bağlı kifayət qədər prinsipial mövqedə olduğunu dəfələrlə ifadə etmişdir. Cənab İlham Əliyevin mü-vafiq fərmanı ilə hələ 2012-ci il iyul ayının 13-də yaradılan Prezident ya-nında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa imkan ve-rib. Azərbaycan brendi olan “ASAN xidmət” xüsusilə şəffaflığın təmin olunmasında, bürokratik əngəllərin, korrupsiya və bu qəbildən olan digər mənfi halların aradan qaldırılmasın-da mükəmməl mexanizmdir.

Digər tərəfdən, Prezident İlham Əliyev məhkəmə-hüquq islahatla-rının davam etdirilməsində güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlarla respub-likamızda məhkəmə sisteminin müasirləşdirilməsi, bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində dönüş yaranmışdır.

Bəli, son 17 ildə ölkəyə inam-la rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin praqmatik və rasional təfəkkürlü lider olaraq qarşıya qoyduğu ən mühüm vəzifə müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyətin yaradılmasıdır. Cəmiyyətdə mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən bu məqsədlər qlobal səciyyə daşıması, mütərəqqi və nəcib mahiyyəti ilə ictimai şüurda möhkəmlənir, tədricən inkişaf edərək milli ideya səviyyəsinə yüksəlir.

2018-ci ilin 11 aprel seçkilərindən sonra ölkədə sistem xarakterli islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, insan amilinin yüksəlişinə, hakimiyyətlə xalq arasında mənəvi bağların daha da güclənməsinə xidmət edən qərarlar qəbul edilmişdir. Müasirliyi, novatorluğu ilə fərqlənən, innovasi-yaları mənimsəyən kadrların dövlət idarəetməsində irəli çəkilməsi qarşı-ya qoyulmuş strateji hədəflərin real-laşdırılmasına xidmət edir. Vətəndaş məmnunluğunun bütün səviyyələrdə təmin edilməsi, səmərəli idarəçilik sisteminin formalaşdırılması məramı xüsusi önə çəkilir.

Şübhəsiz, ölkənin məmur və idarəçi elitasını gəncləşdirmədən, həmin elitanı bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş,

müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən qarşıya qoyulmuş strateji hədəflərə yetişmək mümkün deyildir. Bu ba-xımdan, 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumu-nun nəticəsi olaraq Azərbaycanın Birinci vitse-prezidenti postunun təsis edilməsi, Mehriban xanım Əliyevanın bu posta təyinatı islahat-ların uğurla reallaşdırılmasına əsaslı təkan olmuşdur.

Demokratik inkişaf və modernləşmə yalnız yüksək mad-di rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Təkcə son bir ildə həyata keçirilmiş inqilabi sosial islahat-lar paketi Azərbaycanda xalqın mənafeyinin ön planda olduğunu bir daha təsdiqləyir. Son bir ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə birdəfəlik ödəniş edilmiş, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılmış, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılmış, devalvasiya nəticəsində bankla-ra borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlərlə kom-pensasiya edilmişdir. 2019-cu il aprelin 1-də imzalanmış “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam əsasında 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kate-qoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılmışdır. Dövlətimizin başçısının imzaladığı sərəncamlar sosialyönümlü islahat-ların davamlı səciyyə daşıdığını bir daha təsdiqləmişdir.

Son aylarda koronavirus infeksi-yasının geniş yayılması ilə bağlı bü-tün dünya ölkələrində yaranmış ağır maliyyə-iqtisadi, mənəvi-psixoloji çətinliklər obyektiv proses kimi Azərbaycandan da yan keçməmişdir. Bununla belə, əminliklə deyə bilərik ki, dövlət başçısı cənab İlham Əliyevin ilk günlərdən pandemi-yanın yayılma arealını və sürətini, mümkün riskləri düzgün analiz etməklə təsirli qabaqlayıcı tədbirlərə başlaması respublikamızın qlobal təhlükədən maksimum az itki ilə çıxmasını təmin etmişdir. Dövlət başçısının göstərişinə əsasən, pandemiyadan zərər çəkmiş, iş yerini itirmiş və yaxud da işləməyən 600 min nəfərədək vətəndaşa 2 ay müddətində 190 manat məbləğində sosial ödəmənin verilməsi təmin olunur. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi və sosial baxımdan həssas əhali qrupu-na aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək də bu proqra-mın tərkib hissəsidir. Ünvanlı sosial yardım alanların sayının artırılması, özünüməşğulluq proqramlarına cəlb edilən ailələrin əhatəsinin genişləndirilməsi, ictimai əsaslı iş yerlərinin yaradılması və digər sosial tədbirlər yüzminlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, əhalinin elektrik enerjisinin kommunal limi-tinin artırılması proqramı da birbaşa sosial xarakterlidir.

Bu gün qürurla deyə bilərik ki, ulu öndər Heydər Əliyevin xaos və hərc-mərclikdən, parça-lanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib dina-mik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublika-mız pandemiya dövründə iqtisadi müvazinətini qoruyub saxlayıb, sosi-al və infrastruktur yönümlü layihələr həyata keçirir, mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görür.

Vaxtilə Mark Avreli demişdi: “Əgər hökmdarlar filosof, filosof-larsa hökmdar olsaydı, bəşəriyyət necə də xoşbəxt olardı”. Bu mənada, Heydər Əliyev hər iki ucalığı öz şəxsində bir araya gətirən unikal şəxsiyyət idi. Əgər o, öz adını tarixə Azərbaycanı xoşbəxtliyə doğru aparan qüdrətli dövlət xadimi kimi yazmasaydı, tarix onu dünyanın ən müdrik filosoflarından biri kimi xatırlayacaqdı.

Bu gün yalnız onunla təsəlli tapırıq ki, ulu öndərin ideyaları xalqımız tərəfindən qəbul olunur, yaşadılır, birmənalı dəstəklənir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf yolu, mükəmməl idarəçilik ənənələri xalqın və dövlətin tərəqqisi naminə aparılan islahatlara daimi mayakdır. Cəmiyyətdəki həlledici çoxluq inanır ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycanı iqtisadi cəhətdən daha da qüdrətli, firavan və inkişaf etmiş dövlətə çevrilməsini təmin edəcək, respublikamız insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində daha böyük uğurlara imza atacaqdır.

Kamal ADIGÖZƏLOV

Fenomenal liderlik və mükəmməl idarəçilik örnəyi

Uzunmüddətli tarixi mücadilə nəticəsində istiqlalına qovuşaraq dünya miqyasında özünütəsdiq imkanı qazanmış hər bir xalqın

təkamül və tərəqqi yolunun uğurları məhz lider amili ilə şərtlənmişdir. Konkret siyasi şəraitdə ta-leyüklü qərarlar qəbul etmək, kütləni arxasınca aparmaq məharəti ilə seçilən belə dahi şəxsiyyətlər uzaqgörənliklə cızdıqları yol xəritəsi ilə mənsub olduqları dövlətlərin gələcək mövcudluğuna etibar-lı təminat yaratmışlar. Elmi-texniki, humanitar və mədəni intibahda tamamilə yeni mərhələ açan, inno-vasiyalar əsri kimi səciyyələnən XX yüzillikdə belə liderlərin öz xalqlarının taleyində oynadıqları misil-siz xidmətlər daha qabarıq diqqət çəkmişdir. Belə siyasi liderlərin yüksək idarəetmə məharəti onların rəhbərlik etdiyi dövlətlərin və xalqların taleyində müstəsna rol oynamışdır.

20 may 2020-ci il, çərşənbə4

Suveren və müstəqil Azərbaycan: Trampın etirafı

Dünya siyasi liderlərinin koro-navirus pandemiyasından sonra qlobal nizam ilə əlaqəli müxtəlif fikirlər söylədiyi bir dönəmdə böyük dövlətlərin xarici siyasətdə atdıqları addımlar diqqəti çəkir. Çünki bu addımları ekspertlər postpandemiya mərhələsinin geosiyasi mənzərəsinin mühüm elementləri kimi qəbul edirlər. O cümlədən ABŞ kimi böyük bir gü-cün xarici siyasət istiqamətindəki fəaliyyəti maraq doğurmaqda-dır. Rəsmi Vaşinqtonun Çin və Rusiya ilə bağı tutduğu mövqe məlumdur. Son bəyanatlar göstərir ki, bu istiqamətdə elə bir dəyişiklik yoxdur. Bu kimi gedişatın fonunda Amerikanın Azərbaycanla bağlı siyasəti maraq doğurmaya bilməz.

Məsələ son zamanlar Ermənistan tərəfindən bir sıra təxribatçı addımların atılması fonunda da əhəmiyyətli görünür. Rəsmi İrəvan öz qeyri-konstruk-tiv və təcavüzkar addımları ilə Azərbaycanı şantaj etməkdə davam edir. Belə bir şəraitdə Azərbaycanın sərt addımlar at-ması istisna olunmur. Mümkündür ki, Bakı İrəvanı hərbi zərbə ilə sus-dursun. Hamı bilir ki, Azərbaycan Ordusu bu işin öhdəsindən yüksək səviyyədə gələ bilər. Əsas məsələ beynəlxalq ictimaiyyətin Azərbaycanın təbii olaraq özünümüdafiə fəaliyyətini obyek-tiv qəbul etməsi ilə bağlıdır. Bu baxımdan Ağ ev administrasiyası Azərbaycanla bağlı nə düşünür?

Bu sual D.Trampın Azərbaycanın dövlət başçısı-na göndərdiyi məktubda ifadə edilən fikirlər prizmasından da kifayət qədər maraqlıdır. Amerika Azərbaycana inanırmı? Məktubun məzmunundan belə bir suala cavabla bağlı nəticə çıxarmaq olar. Məktubda D.Tramp yığcam şəkildə ABŞ-ın Azərbaycana münasibətini, o cümlədən əməkdaşlıq əlaqələrinin perspekti-vini ifadə edib.

“28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram” cümləsi ilə başlayan məktubunda D.Tramp dərhal

ifadə edir ki, “Birləşmiş Ştat-lar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir”. Bu iki cümlə bir-birini məzmun və məqsəd baxımından qarşılıqlı surətdə tamamlayır. Belə ki, birinci cümlədə Amerikanın Azərbaycanın müstəqil dövlət olmasını tam qəbul etdiyi bildirilir ki, bu da məsələnin tarixinə Va-şinqtonun hörmətlə yanaşmasını göstərir. ABŞ Cənubi Qafqazda müstəqil Azərbaycan dövlətinin qurulmasını tamamilə təbii, zəruri və geosiyasi aspektdə faydalı hadisə adlandırır. İkinci cümlədə bu tezisin konkret siyasi arqu-menti ifadə edilib. Yəni, Amerika Birləşmiş Ştatları Azərbaycanı həm də ona görə ürəkdən təbrik edir ki, bu dövlət suverenlik və müstəqilliyini təmin edə bilir!

Müasir dolaşıq geosiyasi mühitdə müstəqilliklə bərabər suverenliyi də təmin etmək hər ölkəyə müyəssər olmur. Azərbaycan bu baxımdan Cənubi Qafqazda yeganə dövlətdir ki, 1993-cü ildən bu yana həm müstəqil, həm də suveren addım-lar atır. Bunu təsdiq edən çoxsaylı faktları Vaşinqtonda çox yaxşı bilirlər. O cümlədən Azərbaycan enerji sferasında qlobal enerji təhlükəsizliyi üçün əhəmiyyəti olan layihələri heç bir təhdidə, təhlükəyə, hədəyə, sui-qəsdlərə və risklərə baxmadan inamla həyata keçirməkdədir. Amerika rəsmi dairələrində buna qiymət verirlər.

Bu tezisi D.Tramp məktubunda belə ifadə edib: “Birləşmiş Ştat-lar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər”. Bura-da qarşılıqlı münasibətlərin üç vacib aspekti öz əksini tapıb.

Birincisi, Amerika-Azərbaycan münasibətləri hətta qlobal miq-yasda təhlükəsizliyə müsbət təsir edən faktor-prosesdir. İkincisi, Azərbaycanın həyata keçirdi-yi layihələrin Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirdiyini Vaşinqton yax-şı anlayır. Üçüncüsü, iki ölkə arasındakı münasibətlər 30 ildir ki, yüksələn xətt üzrə davam edir və başlıca məqsəd iki böyük

xalqın parlaq gələcək qurmasına xidmətdən ibarətdir.

Perspektiv: rəsmi Vaşinqton Cənubi Qafqazın lider

dövlətinə inanırBunlar çox vacib məqamlardır.

Şübhə yoxdur ki, Amerika rəhbərliyinin bu dərəcədə yüksək fikirdə olmasının əsas səbəbi Azərbaycan Prezidentinin həyata

keçirdiyi səmərəli daxili və xarici siyasətdir. Bakının enerji siyasətinə diqqət hələ keçən əsrin 90-cı illərinin ortalarından vardır. Ulu öndər Heydər Əliyevin strateji əhəmiyyətli siyasi xəttini Amerika kifayət qədər lazımi səviyyədə dərk edə bilmişdi. İndiki mərhələdə də Prezident İlham Əliyev geosiyasi dinamika-nın ziddiyyətləri və mürəkkəbliyi şəraitində Ulu öndərin müəyyən

etdiyi enerji siyasətini çox uğurla inkişaf etdirir və bunu konkret layihələrin reallaşması tam təsdiq edir. Bu baxımdan deyə bilərik ki, D.Tramp sadəcə gerçəklikləri etiraf edir. Bu isə hər bir siyasətçi üçün müsbət keyfiyyətdir.

ABŞ Prezidentinin məktubunda iki ölkə arasındakı münasibətlərin qlobal təhlükəsizliyə təsirinin ayrıca vurğulanmasının kökündə məhz Azərbaycan dövlət başçısı-nın təşəbbüsü ilə həyata keçirilən və müxtəlif sferaları (iqtisadi, ener-ji, humanitar, ekoloji və s.) əhatə edən layihələrin əhəmiyyəti, verdi-yi töhfələr dayanır. Yəni, D.Tramp bu qənaətini faktları araşdıraraq ifadə edir. Bu, Azərbaycanın müstəqil və suveren dövlət kimi dünya miqyasında davamlı şəkildə statusunu yüksəltməsindən xəbər verir.

Həmin bağlılıqda Ameri-ka Prezidentinin iki ölkənin münasibətlərinin son 30 illik inkişaf təcrübəsini xüsusi qeyd etməsi rəsmi Vaşinqtonun bu əlaqələrə yüksək siyasi qiymət verməsinin göstəricisidir. Həm də ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan-Amerika əlaqələri iki böyük xalqın rifahına xidmət edir! Əlbəttə, D.Trampın Azərbaycan xalqını böyük xalq adlandırması təsadüfi deyil. Amerika rəhbərliyi əmindir ki, Azərbaycan xalqı Cənubi Qafqazda mədəniyyətin, sivilliyin, demokratiyanın, əməkdaşlığın və tərəqqinin layiqli daşıyıcısıdır. Həmin səbəbdən də Azərbaycanla əlaqələrin inkişafı dünyanın istənilən mədəni və sivil dövləti üçün faydalıdır.

Burada biz, D.Trampın dolayısı ilə bir sıra dairələrin Azərbaycan ətrafında yaratmağa çalışdıqları yalançı mənzərəyə cavab verdiyini görürük. Amerika rəhbərliyi bu qəbildən olan qarayaxmaları qəbul etmir və müstəqil Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə

maraqlıdır. Məktubunda D.Tramp davam edir: “Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addım-ların atılmasına həvəsləndiririk”.

Fikrimizcə, ABŞ rəhbərliyinin mövqeyi aydın ifadə olunub. Vaşinqton bundan sonra da Azərbaycanla birgə çalışmağa davam edəcək və bu prosesə çox perspektivli yanaşır. ABŞ Azərbaycanın “parlaq gələcək naminə” “mühüm töhfələrini” diqqətə almaqdadır!

Vurğulanan kontekstdə D.Tramp Azərbaycanın pande-miya ilə mübarizəsini də yüksək qiymətləndirir. Bununla bağlı məktubda qeyd olunur: “Korona-virus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”.

Nəhayət, Azərbaycan xal-qı üçün çox əhəmiyyəti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və beynəlxalq hüquq nor-maları çərçivəsində ədalətli həlli məsələsində Vaşinqtonun hansı mövqedə olması da aktualdır. Bununla bağlı D.Tramp məktubda vurğulayıb: “Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıq-ların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.

Buradan aydın görünür ki, ABŞ Azərbaycanın ərazi bütöv-lüyünün təmin edilməsi şərti ilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olun-masında maraqlıdır. Onun formatı kimi isə ATƏT-in Minsk qrupunu ABŞ qəbul edir. Deməli, Vaşinq-ton rəsmi İrəvanın münaqişə ilə bağlı atdığı təxribatçı addımları dəstəkləmir. Bu isə müsbət hal kimi qəbul edilməlidir.

Beləliklə, Amerika Prezidenti son məktubunda Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və onun perspektivinə tam əmin olduğunu ifadə edib. Şübhəsiz, bu məqam Azərbaycan Prezidentinin uğurlu siyasətinin növbəti təsdiqlərindən biridir.

NEWTIMES.AZ

ABŞ Prezidenti Azərbaycanın dövlət başçısına Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Donald Tramp məktubunda

iki ölkə arasındakı münasibətlərin məzmunu və perspektivləri ilə bağlı maraqlı məqamları vurğulayıb. Məktubda geosiyasi kontekstdə əhəmiyyətli fikirlər ifadə edilib. Həmin fikirlər Azərbaycanla ABŞ arasında münasibətlərin müxtəlif istiqamətlərini, ondan hər iki ölkə xalqlarının faydalanmasının zəruriliyini və bunun bütövlükdə dünya üçün əhəmiyyətini əks etdirir. Vurğulanan məqamların üzərində geosiyasi kontekstdə geniş dayanmağa ciddi ehtiyac görürük.

ABŞ-Azərbaycan münasibətlərinin inkişafı: Trampın məktubunun geosiyasi məqamları

Telman İBADOV: TƏBİB qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir � Dünyanı cənginə alan COVİD-19 pandemiyası

bütün sahələrə təsir göstərir. Təbii ki, bu çətin günlərdə ən məsul vəzifə səhiyyə işçilərinin üzərinə düşür. Amansız xəstəliyə qarşı mübarizədə ağ xalatlı mələklərə çevrilən səhiyyə işçiləri əsil qəhrəmanlıq salnaməsi yazırlar.

Azərbaycanda səhiyyə sahəsində son illərdə aparılan islahatlar artıq ilkin bəhrələrini verməkdədir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində səhiyyə sistemində reallaşdırılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz açıq-aşkar hiss edirik. Səhiyyə sahəsi ilə bağlı proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regi-onlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin başlıca istiqamətlərini təşkil edir.

Səhiyyədə aparılan isla-hatların tərkib hissəsini təşkil edən istiqamətlərdən biri də icbari tibbi sığortanın tətbiqidir. Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir. İc-bari tibbi sığorta isə səhiyyənin maliyyələşməsinin yeni forması-dır. Dövlətin səhiyyəyə ayırdığı vəsaitlərlə yanaşı, vətəndaşlardan toplanılan sığorta haqları icbari tib-bi sığortanın müasir dövrdə daha dayanıqlı və etibarlı maliyyələşmə

modeli kimi tətbiqinə səbəb olub. İcbari tibbi sığortaya ke-çid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıra-caq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək və səhiyyə sis-teminin maliyyə potensialını gücləndirəcək. Əlçatanlığın təmin olunması üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyi kənd tibb məntəqələrinin yenilənməsinə, səhiyyənin maddi-texniki bazası-nın güclənməsinə dəstək verəcək.

Dövlətimizin səhiyyə sahəsində qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, vətəndaşlara yüksək tibbi xidmətin göstərilməsi üçün akademik M.Mirqasımov adı-na Respublika Klinik Xəstəxanası da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur. Bu xəstəxana əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanla-rın sağlamlığının səmərəli şəkildə qorunması üçün ən son texnoloji avadanlıqlar və müasir tibb apa-ratlarla təmin olunub.

Bir müddət əvvəl əsaslı təmir edilərək, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla reallaşdıran Respublika Klinik Xəstəxanasının xüsusi statusunu təsdiqləyən məqamlardan biri də budur ki, hazırda bu müəssisə respublika-nın əksər rayon və şəhərlərinin səhiyyə müəssisələri üçün praktiki və metodiki mərkəz funk-siyasını daşıyır. Bu isə, təbii ki, xəstəxananın istər rəhbərliyinin, istərsə də bütünlükdə tib-bi heyətinin üzərinə böyük məsuliyyət düşdüyündən xəbər verir.

Respublika Klinik Xəstəxanası 1960-cı ildən fəaliyyət göstərir. Hazırda 660 çarpayılıq səhiyyə müəssisəsi olan bu xəstəxana çoxprofilli olmaqla 23 stasio-nar şöbədən, 1 poliklinikadan, eyni zamanda, diaqnostik və yardımçı şöbələrdən ibarətdir. Burada xəstələrə 300 nəfərdən artıq yüksək ixtisaslı həkim və 600 nəfərdən çox orta tibbi

personal xidmət göstərir. Bu böyük kollektivə rəhbərliyi isə Azərbaycan Respublikasının Əməkdar həkimi Telman İbadov həyata keçirir. Qeyd edək ki, T. İbadov M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi olmaqla yanaşı, həm də YAP Yasamal rayon təşkilatının sədr müavinidir. Telman həkimin tələbkarlığı, yüksək məsuliyyəti kollektivdə işgüzar ab-havanın yaranmasına səbəb olub. Çəkinmədən söyləmək olar ki, Respublika Klinik Xəstəxanası bu gün ölkəmizin ən seçilən tibb ocaqlarından biridir. Burada hər şey pasiyentlərə yüksək tibbi xidmətin göstərilməsinə hesabla-nıb. T.İbadov bizimlə söhbətində cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını xüsusilə qeyd etdi: “Bəlkə də son illərin statistika-sına nəzər salsaq, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər səhiyyə sisteminə vəsait sərf edilməyib. Çəkilən zəhmətin uğurlu nəticəsini biz bu çətin günlərdə gördük. Ölkəmiz pandemiyanın fəsadlarını ən az yaşayan ölkələrdən biridir. Bu, təbii ki, səhiyyə sisteminin yüksək peşəkarlığının və dövlətin qayğısı-nın nəticəsində baş verdi.

Xüsusilə TƏBİB-in bu çətin günlərdə göstərdiyi fədakar

fəaliyyəti qeyd etmək lazımdır. İnamla söyləmək olar ki,TƏBİB prezidentin qarşıya qoyduğu tələbləri layiqincə yerinə yetirə bil-di. Bu son illər aparılan islahatlara verilən ən məntiqli cavabdır!“

Bizimlə həmsöhbət olan Azərbaycan Dövlət Tibb Universi-teti Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, universitet klinikasının şöbə müdiri Sahib Musayev son illər səhiyyə sistemində aparılan islahatların nəticələrindən danışdı: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində in-sanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnosti-kası aparıla bilər. Yəni diaqnostik müayinə, müalicə – bütün bunlar kompleks şəkildə təmin edilir.

Uzun illərdir ki, çalışdığım Respublika Klinik Xəstəxanası hazırda ən müasir tələblərə cavab verən tibb ocaqlarından biridir. Ölkəmizin bütün guşələrindən klinikamıza xəstələr gəlir. Ən ağır formada olan xəstələr belə bir tibb müəssisəsində yüksək səviyyədə müalicə alaraq sağa-lırlar. Bütün bunlara nail olmaq

üçün xəstəxanamız ən müasir cihazlarla təmin olunub. Xüsusilə TƏBİB-in yaranmasından sonra fəaliyyətimizdə yeni dövr başlayıb. İndi hər kəs daha məsuliyyətlə çalışır. Ən mürəkkəb cərrahi əməliyyatları həyata keçirmək üçün bütün şərait yaradılıb. Xəstəxanamız ən müasir ava-danlıqlarla – ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək apa-ratları və s. müasir avadanlıqlarla təchiz edilib.

Xəstəxanada xəstələr bir sıra dövlət proqramları, o cümlədən

dağınıq skleroz, hemofiliya üzrə dövlət proqramları çərçivəsində müayinə olunur, müalicə alır və zəruri dərman vasitələri ilə təchiz edilirlər.

TƏBİB-in fəaliyyətə başlama-sından sonra xəstəxanamızda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti əsaslı surətdə dəyişib. Xəstəxananın əvvəlki vəziyyətini görənlər əminliklə deyə bilərlər ki, bir neçə il əvvəl xəstəxanada müalicə üçün şərait o qədər də əlverişli deyildi. Antisanitariya, şəraitsizlik həkimlərə işləməyə im-kan vermirdi. İndi isə hər bir şərait var və xəstəxanaya müraciət edən insanların hamısı gülərüzlə ayrılır”.

Tibb elmləri doktoru, pro-fessor Fariz Camalov bildirdi

ki, ölkəmizdə tibbin inkişa-fı əvvəlki illərlə müqayisədə yüksək səviyyədədir. Son illərdə Azərbaycanda bütün sahələrdə elmi inkişaf getdiyi kimi, təbabətdə də biz bunun canlı şahidi oluruq. Bütün xəstəxanalar müasir tələblərə uyğun tibbi avadanlıqlarla təchiz olunur. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təkcə pay-taxtdan olan sakinlərə deyil, eyni zamanda, Bakıda məskunlaşan qaçqın və məcburi köçkünlərə də xidmət göstərir. Həmçinin bölgə xəstəxanalarından təyinatla göndərilən xəstələr də burada müalicə olunurlar.

Bu gün Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşların sağlam-lığının qorunmasında mühüm rol oynayır. İstər maddi-texniki bazanın yaxşılaşdırılması, istərsə də səhiyyə sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ümumi işə töhfə veririr.

Xəstəxananın texnoloji ava-danlıqlarının hər biri təzələnib. İndi xəstələrə daha yüksək səviyyədə xidmət olunur. Xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Tibb Universitetinin bir neçə kafedrası məhz bu xəstəxanada yerləşir. Hər il universitetdən rezidentlər xəstəxanada təcrübə keçirlər.

Dövlət pulsuz olaraq bizi dərman preparatları ilə təmin edir. Çalışırıq ki, xəstələrin dərdlərinə dərman olaq”.

Azərbaycan səhiyyəsinin avan-qardı olan M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası öz tarixinin intibah dövrünü yaşayır. Bu, təbii ki, ağır zəhmətin, peşəkar tibb personalın gərgin əməyinin nəticəsidir. İnamla söyləmək olar ki, sağlamlığımız etibarlı əllərdədir. Azərbaycan səhiyyəsi hər bir vətəndaşın sağlamlığının keşiyində bir TƏBİB kimi dayanıb. Uğurlarınız bol olsun, ağ xalatlı TƏBİBlər!

“Xalq qəzeti”

20 may 2020-ci il, çərşənbə 5

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haq-qında “İstiqlal bəyannaməsi” qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər – Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal Bəyannaməsi”, yaxud “Mi-saği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusi-ya aktı – “İstiqlal Bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siya-si sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edil-miş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. “İstiqlal bəyannaməsi” Azərbaycan millətinin millət-mədəniyyət statu-sundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

“İstiqlal Bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” partiyalarından və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.

Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə im-zaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 mil-yon türk lirəsi həcmində kredit ayır-mışdı, Azərbaycanda olan türk ordu-sunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordu-sunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.

1918-ci il iyulun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şura-dan kənarda qalan burjua-mülkədar

dairələrinin məhdud dünyagö-rüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan

bu dairələr Milli Şuraya qarşı fəal kampaniya aparırdı. Gəncədə yerləşən Qafqaz-İslam Ordusu komandan-lağı ilə milli qüvvələr arasında münasibətlər gərgin bir şəkil aldı. Nuru paşanın müstəqilliyini elan etmiş dövlətin daxili işlərinə qarı-şaraq F.X.Xoyskinin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərməsi siyasi böhranla nəticələndi. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşun-ları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli Xan Xoyski kabinetinin əlində cəmləşir. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayan-dıran Milli Şura öz tarixi missiyasını – Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi.

İyunun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradıl-ması haqqında fərman verdi. Alman-ların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə Osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Güm-rü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər.

Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 15 min əsgər və zabit daxil idi.

Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komis-sarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini bələkdə ikən boğmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaum-yan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qo-şunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.

Azərbaycanın şərqində kommu-nist diktaturası yaradan Şaumyan

Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazda-kı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.

İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlan-dı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxın-laşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklar-dan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da “Sentrokaspi” diktaturasını xilas edə bilmədi. Qafqaz-İslam Ordu-su sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olun-masında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabitini şəhid verdi.

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha

çox dünyanı lərzəyə gətirən Birinci dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən impe-rialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanın-da yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi.

Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin koman-danı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general

Tomson bu təklifi rədd etdi və bildirdi ki, Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə defakto əlaqə yarada-caqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris sülh konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakı-ya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmaya-caq.

Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfran-sında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürdü.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılama-dı. Rus və erməni milli şuralarının

tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı intibahnamələr səpir, xristian əhalisini Bakının “Ana vətənə qovuşması” münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçe-raxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılma-sı haqqında qanun layihəsi Milli Şura

tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi.

Noyabrın 16-da Milli Şura beş ay-lıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Par-lament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamen-tin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 depu-tatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü və polyak icmasının hərəsi üçün 1 yer, Həmkarlar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan vətəndaşların seç-ki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırıl-dı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər.

Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də

müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, F.X.Xoyskinin başçılığı ilə yaradıl-mış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General V.Tomsonun rus Milli Şura-sına Azərbaycan hökumətini tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.

Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıldıqdan

sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson “Qafqaz-Xəzər” hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaq-laşdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı.

Beləliklə, 1918-ci ilin dekabrın-dan etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.

1919-cu ilin aprelindən başlaya-raq ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq, Qafqazı tərk etməyə başladılar və bu proses avqus-tun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarşısın-da nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını şəhərin idarəçiliyindən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə, digər tərəfdən, Sovet Rusiyasının keçmiş imperiyanı əvvəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürətləndirdi. Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni reallaşdırırdı.

1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz konfransı işə başladı. Konfransda siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə olundu. Konf-ransın gedişində bu ölkələr arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlərin mövcudluğu məlum oldu. Keçmiş çar generalı De-nikinin könüllü ordusunun Dağıstana hücumu ilə konfrans öz işini dayan-dırmağa məcbur oldu.

“Vahid və bölünməz Rusiya” sərhədlərini bərpa etmək iddiasında olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etdi. Çar generalının Azərbaycana təcavüzkar niyyətdə olduğu aşkara çıxdı. Par-lamentin fövqəladə iclasında qəbul olunmuş qərara əsasən sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Müdafiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi.

Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə paktı imza-landı. Bu pakta görə Azərbaycan və Gürcüstanın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu

təqdirdə onlar bir-birinə hərbi yardım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta Ermənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pakta görə Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 24 pu-lemyot, 3 min beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.

Birinci dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırıl-masına qərar verdilər.

Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq idi. Konfransda iştirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi.

Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ Prezi-denti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 150 min nəfərə qədər sakini qurban getmişdir. Təkcə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 müsəlman kəndi yandırılmış və 200 min nəfər müsəlman evsiz-eşiksiz qalmışdır. ABŞ Prezidentindən Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin (1. Hər bir millət xarakterindəki intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; 2. Hər bir millət öz tale-yini müəyyən etməyə qadir olduğunu göstərməlidir; 3. O, öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; 4. O, özünü xarici təcavüzdən qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan ara-sında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş olunur-du. Lakin ermənipərəst V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul etməyi məsləhət gördü.

(ardı var)

Anar İSGƏNDƏROV, Azərbaycan Respublikası

Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor

BMT-nin İnkişaf Proqramı və TƏBİB ön sırada çalışan səhiyyə işçilərini tibbi avadanlıqlarla təmin edib

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, içində 50.000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termomet-rin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri

vasitəsilə Bakıya gətirilib. Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, “Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığor-

ta üzrə Dövlət Agentliyinə dəstək layihəsi” çərçivəsində satın alınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq.

“Son aylar ərzində BMT-nin İn-kişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas

qruplarının sosial rifahının yaxşılaşdı-rılması istiqamətləri daxildir”, – deyə BMTİP-in rezident nümayəndəsi Ales-sandro Frakassetti bildirib.

Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yeni silah və texnikanın bir qismi 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Respub-likasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunan paradda nümayiş etdirildi. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş

təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.

Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialı-nın güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.

Təlimlərdə, döyüş şəraitində texnikalar sıradan çıxa bilər. Bu səbəbdən hərbi tex-nikalarla yanaşı onların ehtiyat hissələri də gərəklidir. Silahlanmada olan texnikaların eh-tiyat hissələri müvafiq müqavilələr əsasında alınır, daxili komissiya tərəfindən yoxlanı-lır, aktlaşdırılır və bazanın balansına daxil

edilir. Hazırda hərbi anbarlarda olan ehtiyat hissələri Rusiya Federasiyasında istehsal edilən “KAMAZ” və Belarus Respublikası-nın istehsalı olan “MAZ”-a məxsusdur. An-bara qəbul olunan ehtiyat hissələri müəyyən standartlara uyğun olaraq texnikanı istehsal edən qabaqcıl dövlətlərə məxsusdur.

Hərbi hissələrin tələbat sifarişləri, eyni zamanda Maddi-Texniki Təminat Baş İdarəsinin Silah və Texnika İdarəsinin müvafiq normalara uyğun verdiyi naryadlar əsasında birləşmələrin maddi-texniki təminat taborlarında yerləşən zirehli tank əmlakı anbarlarına aparılır. Sonra hərbi hissələrin tələbatına uyğun bölüşdürülür.

Bundan əlavə, anbarlarda ölkəmizin istehsalı olan ehtiyat hissələri də mövcuddur. Bütün ehtiyat hissələri anbarlarda səliqəli və müvafiq qaydalara riayət edilməklə saxlanılır.

“Xalq qəzeti”

28 MAY RESPUBLIKA GÜNÜDÜR Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı ola-raq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan tarixinə doğan Günəş

1918-ci il aprelin 23-də fəaliyyətə başlayan Zaqafqaziya Seyminin sonuncu iclası mayın 26-da keçirildi. Həmin gün gürcü nümayəndələri Seymdən çıxıb, Gürcüstanın

müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün gü-nahını müsəlman fraksiyasının üzərinə yıxaraq, onları türkpərəst mövqe tutmaqda ittiham edirdi. Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək dedi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”. Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. “Müsavat” Partiyasının təklifi ilə M.Ə. Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi–A.İ.) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.

BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınma-sı həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab

İlham Əliyevin apardığı uğurlu isla-hatlar nəticəsində mütəmadi olaraq Ordumuzun arsenalına ən müasir silah və texnikalar daxil edilir.

20 may 2020-ci il, çərşənbə6

Milli Məclisin növbəti plenar iclası keçirilib

� Mayın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova mayın 15-də parlament Aparatının rəhbəri və digər məsul şəxslərlə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə keçirdiyi görüşdən danışıb. Bildirib ki, karantin rejiminə görə bölgələrdən deputat köməkçilərinin Bakıya dəvət edilməsi məqsədəuyğun sayılmayıb. Onlarla videokonfrans formatında görüşün keçirilməsi nəzərdə tutulur.

Sədr diqqətə çatdırıb ki, görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barədə geniş fikir mübadiləsi aparılıb. “Bildiyiniz kimi, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində parlamentin fəaliyyətinin yol xəritəsini müəyyən edib. Dövlət başçısı öz tövsiyələri ilə biz depu-tatların qarşısında yeni vəzifələr qoyub. Ən mühüm vəzifələrdən biri odur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin aşkara çıxarılması və dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin ən va-cib istiqamətlərindən birini təşkil etməlidir. Deputatların vəzifə və səlahiyyətlərinin dol-ğun şəkildə həyata keçirilməsində onların köməkçilərinin üzərinə böyük məsuliyyət düşür. Yəqin mənimlə razılaşarsınız ki, biz köməkçilərimizdən yüksək bilik və bacarıqla yanaşı, təşəbbüskarlıq və fəallıq da gözləyirik”, - deyə Sahibə Qafarova qeyd edib. Bildirilib ki, deputat köməkçiləri ilə bu cür görüşlər ümumi işin xeyrinədir və onları davam etdirmək lazımdır.

İclasda çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Siyavuş Novruzov, Musa Quliyev, Zahid Oruc, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Elman Nəsirov, Azay Quliyev, Tural Gəncəliyev və Naqif Həmzəyev cari məsələlər barədə fikirlərini ifadə edib, qeyd və təkliflərini bildiriblər.

Gündəlik təsdiqləndikdən sonra birinci məsələnin müzakirəsinə başlanılıb.

Sahibə Qafarova bildirib ki, qanunvericiliyə uyğun olaraq, bugünkü iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. İllik məlumatı parlamentə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.

İclasda çıxış edən Seyfulla Əzimov ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılması üçün görülmüş tədbirlərdən danışıb. Qeyd edib ki, insan alverinə qarşı mübarizə üçün lazımi qanunvericilik bazası yaradılıb, hökumət tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb. Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Maarifləndirmə işlərində vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələri yaxından iştirak ediblər. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar ke-çirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videopor-tallarda verilişlər yayımlanıb. İnsan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşı-lıqlı əlaqələrin gücləndirilməsi də diqqət mərkəzində saxlanılıb.

Məlumat verilib ki, məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilib. Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək və ya xidməti müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454 min manat inzibati cərimə tətbiq edilib. Vurğulanıb ki, Azərbaycan Respub-likası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin is-tismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Nəzərə çatdırılıb ki, 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparı-lıb. Həyata keçirilən tədbirlər nəticəsində insan alveri ilə bağlı 186, o cümlədən məcburi əməklə bağlı 4, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşı, 2-si əcnəbi olub. Zərərçəkənlərə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib.

Məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb ki, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında bu mövzu ətraflı müzakirə olunub. Qeyd edib ki, Azərbaycanda insan alverinə qarşı hüqu-qi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ildə BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib. Belə ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb, Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator vəzifəsi təsis olunub.

Qeyd edilib ki, insan alverinə qar-şı mübarizə ilə bağlı qanunun müvafiq maddəsinə görə, məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının və toxu-malarının qanunsuz çıxarılması, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formaları-nı təşkil edir.

Komitə sədri BMT-nin Ümumdünya İnsan Alveri Hesabatının 142 ölkəni əhatə etdiyini bildirərək, Azərbaycanda 2019-2023-cü illər üzrə növbəti Fəaliyyət Planı-nın hazırlandığını diqqətə çatdırıb, hesabatla bağlı bir sıra təkliflərini səsləndirib.

Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin müavini Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Tahir Rzayev, Cavid Osmanov, Məlahət İbrahim-qızı, Fazil Mustafa, Məşhur Məmmədov, İsa Həbibbəyli, Fəzail Ağamalı və Səttar Möh-balıyev məsələ barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Müzakirələrin sonunda Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov deputatların qaldırdıqları məsələlərə aydın-lıq gətirib.

Sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı səsə qoyularaq nəzərə alınıb.

* * *Fasilədən sonra gündəlikdəki

məsələlərin müzakirəsi davam etdirilib. Mil-li Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsindən yeddinci məsələsinədək olan qanun layihələri üçüncü oxunuşdadır.

Milli Məclis Sədrinin birinci müavi-ni, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqın-da” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, dəyişikliyin mahiyyəti məhkəmə qərarı ilə hüquqi şəxslərin ləğvi və yenidən yaradılması ilə bağlı məlumatların dövlət reyestrində yerləşdirilməsindən ibarətdir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri haqqında məlumat verən Milli Məclis Sədrinin birinci müa-vini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər iki qanuna təklif olunan dəyişiklik birdəfəlik və çoxdəfəlik elektron vizaların verilmə müddətinin qısaldılmasını özündə ehtiva edir.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haq-qında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair infor-masiya almaq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni müzakirəyə təqdim edib. Bildi-rib ki, bu dəyişiklik “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

Layihə üçüncü oxunuşda qəbul edilib.Azərbaycan Respublikasının Vergi

Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə bildirib ki, dəyişiklik 2018-ci il dekabrın 28-də qəbul edilmiş “İcra haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, bu dəyişiklik Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi ya-radılmış və onun nizamnaməsi təsdiq edilib. “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər isə “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Layihə səsə qoyularaq təsdiqlənib.“Əmanətlərin sığortalanması haqqında”

Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, qanun layihəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli qanuna əsasən hazırlanıb və terminlərin dəqiqləşdirilməsi məqsədi daşı-yır. Bu qanunla yeni bir termin - “maliyyə hesabatları” termini təsbit edilib və onun anlayışı verilib.

Layihə səsə qoyularaq qəbul edilib.Sonra Milli Məclisin Sədri Sahibə

Qafarova bildirib ki, 9-cu məsələdən 18-ci məsələyədək olan 10 qanun layihəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır. Onuncu məsələ isə Konstitusiya Qanunu olduğuna görə qəbul edildikdən 6 ay sonra ikinci dəfə səsverməyə çıxarılacaqdır.

Sonra gündəliyin doqquzuncu məsələsi olan “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarının ləğv olunması barədə məsələ səsə qoyularaq qəbul edilib.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu barədə məlumat verib. Vurğulayıb ki, bu dəyişiklik də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Diqqətə çatdırılıb ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə cavab verməklə, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qa-nunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib, o cümlədən “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib. Bu da əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.

Konstitusiya Qanunu səsə qoyularaq birinci səsvermədə təsdiqlənib.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti 7 məsələsi barədə məlumat verdi. Bildirib ki, bu qanunlara ediləcək dəyişikliklər, bir az əvvəl deyildi-yi kimi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Diqqətə çatdırılıb ki, bu dəyişikliklər 85 normativ hüquqi aktı əhatə edəcək.

Sonra aşağıdakı 7 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib:

“Hərbi qulluqçuların statusu haqqın-da”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Ve-teranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının sta-tusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçu-ların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqın-da” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

“Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Res-publikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haq-qında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplanta-siyası haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

“Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasın-da vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqori-yaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

“Yaşayış minimumu haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haq-qında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası-nın Qanunu;

“Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası-nın Qanunu;

“İnsanın immunçatışmazlığı virusu-nun törətdiyi xəstəliklə mübarizə haq-qında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqın-da” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) də Hüquq siyasəti və dövlət quru-culuğu komitəsinin üzvü Nizami Səfərovun məlumatından sonra səsə qoyularaq təsdiqlənib.

Bildirilib ki, bu qanun layihəsi də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Bu məsələlərin müzakirəsi zamanı Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Hicran Hüseynova, deputatlardan Rauf Əliyev və Sahib Alıyev çıxış edərək fikirlərini bildiriblər.

İclasda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qa-nun layihəsi də birinci oxunuşda müzakirə edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, ünvanlı dövlət sosial yardımı Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi sosial proqramlardan biridir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır.

Bildirilib ki, təqdim edilən qanun layihəsində 5 maddəyə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım almaq üçün qeydiyyat yerindən asılılıq aradan qal-dırılır. Digər dəyişiklik ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən iki illik müddət artıq bir ilə endirilir.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputat-lar Əli Məsimli, Qüdrət Həsənquliyev, Azər Badamov, Aqiyə Naxçıxanlı, Jalə Əliyeva, Vüqar Bayramov, Azay Quliyev və Tahir Kərimli təklif olunan dəyişiklikləri yüksək qiymətləndirib və təkliflərini səsləndiriblər. Bildirilib ki, bu dəyişikliklər ünvanlı sosial yardımın verilməsindəki mövcud boşluqları aradan qaldıracaq.

Müzakirələrin sonunda “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik olunması barədə məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonda Milli Məclisin Sədri Sahibə Qafarova qarşıdan gələn Ramazan bayramı və 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb.

AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 200

milyon dollarlıq svop müqaviləsi bağlayıb � Azərbaycan Mərkəzi Bankı (AMB) pandemiya şəraitində biznes və əhaliyə

dəstəyin göstərilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu istiqamətdə mühüm yeniliklərdən biri də Mərkəzi Bankın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir. Bu məqsədlə koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 milyon ABŞ dolları olan svop müqaviləsi bağlanıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, bununla da AYİB yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcək. Bu məbləğin 50 milyon dolları, yəni 85 milyon manat ekviva-lentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.

Mərkəzi Bank və AYİB arasında əldə edil-miş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcək. Bu, Mərkəzi Bank tərəfindən beynəlxalq müstəvidə həyata keçirilən strategiyanın, beynəlxalq maliyyə təşkilatları ilə olan sıx əməkdaşlığın və törəmə maliyyə alətləri üzrə beynəlxalq çərçivə razılaşmasının ölkəmizin pul və

kapital bazarında tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.

Eyni zamanda, Azərbaycan kapital bazarının inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank ilə AYİB arasında yerli bazarda manatda istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlıq davam etdirilir.

Qeyd etmək lazımdır ki, AYİB Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirir. Bu günədək AYİB Azərbaycan iqtisadiyyatına 170 layihə üzrə 3,3 milyard avro vəsait investisi-ya edib. AYİB, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə biznes məsləhət xidmətləri də göstərir və 1000-dən çox şirkətin maliyyə nəticələrinin və inkişafının təkmilləşdirilməsi istiqamətində texniki dəstək göstərib.

Məhkəmə fəaliyyəti təkmilləşdirilir

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.

Dövlətimizin başçısının rəhbərliyi ilə korrup-siyaya qarşı ciddi mübarizə aparılaraq şəffaflıq, dürüstlük, qanunun aliliyi, ədalət və xalqa xidmət ilə bağlı hər bir dövlət məmuruna, xüsusilə hüquq tətbiqi orqanlarına qəti tapşırıqlar verilib və qarşıya mühüm vəzifələr qoyulub.

Ölkə Prezidentinin siyasi iradəsinə uyğun olaraq məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildirilib ki, bu məqsədlə mayın 19-da dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Tədbirdə Ali Məhkəmənin sədr müavini, Ali və Apellyasiya məhkəmələrinin kollegiya sədrləri, bü-tün apellyasiya, regional və digər birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər.

Çıxış edən F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisa-di inkişafını, bütün sahələrdə aparılan islahatların müsbət nəticələrini qeyd edib, dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı qəti tədbirlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm sosial və digər layihələr əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayır.

Müşavirədə dövlətimizin başçısının müasir çağı-rışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi qeyd olunaraq, ölkə Prezidentinin bu sahədə “yol xəritəsi” olan 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti və onun icrası üzrə ardıcıl tədbirlər vurğulanıb.

Cari ildən yeni regional kommersiya və inzi-bati məhkəmələrin fəaliyyətə başlaması, həmin məhkəmələrə yüksək nəzəri və praktiki hazırlığa malik hakimlərin təyinatı, məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin funksional-lığının artırılması, “Mobil məhkəmə” və mülki xarakterli işlərin elektron qaydada aparılmasına dair xüsusi proqramların istifadəyə verilməsinin ədalət mühakiməsinə əsaslı təsir göstərdiyi qeyd edilib. Fərmanla əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. Hazırda imtahanlardan uğur qazanmış 108 namizəd müsabiqənin müxtəlif mərhələlərindədir.

İclasda bu ərəfədə Ali və Apellyasiya məhkəmələrinə yüksək ixtisasa və nüfuza malik yeni nəsil gənc hakimlərin təyin olunduğu vurğulanıb, Ali Məhkəmənin yeni sədr müavini və kollegiya sədrləri təqdim edilib.

Müşavirədə məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılma-sına, insan haqlarının etibarlı təmininə xidmət etdiyi bildirilərək məhkəmə hakimiyyətinə inamın və etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğu vurğulanıb.

Bu məqsədlə məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlama və monitorinqlər intensivləşdirilib, son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən po-zuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutdu-ğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-sinin isə səlahiyyətlərinin uzadılmayaraq xitam verildiyi bildirilib.

İclasda dövlətimizin başçısının ədalət, qa-nunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələr diqqətə çatdı-rılıb.

Məhkəmə qərarlarının ədalətliliyinin və qanunun aliliyinin təmin edilməsinin, insanlara qayğılı münasibət və layiqli xidmət göstərilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin hakimlərin ən ümdə vəzifəsi olduğu vurğulanıb. Süründürməçilik, sui-istifadə hallarının, qeyri-pro-sessual münasibətlərin yolverilməzliyi qeyd edilərək hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlərin görüləcəyi bildirilib.

Ali Məhkəmənin sədri R.Rzayev ölkə başçısı-nın korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə tapşırıqları-nın məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əhəmiyyətini, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının rolunu, yol verilən pozuntular-dan ciddi nəticələr çıxarılmasının zəruriliyini qeyd edib.

Müşavirədə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikor-rupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-proses-sual münasibətlərin qarşısının qətiyyətlə alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Məhkəmə sədrlərinə prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqa-tiv hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi bildirilib. Vətəndaşların hüquq və azadlıq-larının təmin olunması, ədalət mühakiməsinə ictimai etimadın artırılması ilə bağlı və digər tövsiyələr verilib.

AZƏRTAC

20 may 2020-ci il, çərşənbə 7

20 may 2020-ci il, çərşənbə8Könüllülərimiz pandemiya dövründə yüksək

vətənpərvərlik nümunəsi yaratdılar

Məhz Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi ilə bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addım-lar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan könüllüləri öz innovativ düşüncə tərzi və müa-sir dünyagörüşləri ilə qoşulduq-ları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, I Avropa Oyunları, “For-mula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.

Çox təəssüf ki, könüllülərimiz son dörd-beş ayda xalqa və dövlətə tamamilə başqa bir ampluada xidmət etməli oldular. Çünki bu il bütün dün-yanı öz mənhus təsiri altında saxla-mağı bacaran koronavirus pandemi-yası nəinki gənclərin və könüllülərin, hətta bütövlükdə dövlətlərin normal fəaliyyətini öz məcrasından çıxarmış-dır. Azərbaycan xalqı məmnundur ki, dövlətimizin bu qorxunc bəlaya qarşı apardığı qətiyyətli və ardıcıl mübarizədə gənclərimiz, xüsusən, könüllülər gecə-gündüz dövlətin və məsul şəxslərin yanında oldular.

Xatırladaq ki, Azərbaycan Pre-zidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin

Əlaqələndirmə Mərkəzi koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək istiqamətində uğurla fəaliyyət göstərib. Bundan başqa, Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin "www.bizbirlikdegucluyuk.az" porta-lının yaradılması da təqdirəlayiqdir. Bildirilir ki, qısa müddət ərzində çoxlu sayda xeyriyyəçi portala müraciət edərək, bu xeyirxah təşəbbüsə qoşu-lub. Məhz bu portala və “Regional İnki-şaf” İctimai Birliyinin “Çağrı mərkəz”inə edilən müraciətlər əsasında on minlərlə ailəyə sovqat çatdırılıb.

Ekspertlərin fikrincə, karantin rejimi müddətində könüllülərin gör-düyü işlər, həyata keçirdiyi tədbirlər Azərbaycanda könüllülər hərəkatına dövlət səviyyəsində xüsusi əhəmiyyət verilməsinin nə qədər düşünülmüş addım olduğunu bir daha təsdiq edir. Xüsusilə vurğulamaq lazımdır ki, pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında da könüllülər uğurlu fəaliyyət göstəriblər.

Könüllülər daim sosial xidmətçilərlə birgə tənha yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə yaxından dəstək olurlar. Mətbuat yazır ki, belə gənclərin sırasında ölkənin Birin-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "Kö-nüllü DOST” proqramının könüllüləri də var. 30-dan çox DOST könüllüsü

tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar həmin tənha yaşlılara tez-tez baş çəkərək, istək və qayğıları ilə maraqlanır, hansı sahədə kömək lazım olduğunu soruşur və müvafiq istiqamətdə də yardımlar göstərirlər.

Bundan başqa, Yeni Azərbaycan Partiyasının könüllüləri, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Kar-yera Mərkəzinin və "SƏLİS” Birliyinin könüllüləri də tənha, yaşlı, həssas qrupdan olan insanlara evlərində sosial xidmətlər, qayğı və yardım göstərirlər.

Pandemiya dövründə qeyd edilən həssas əhali qruplarına sosial xidmətlərlə yanaşı, sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları da çatdı-rılır. Müxtəlif dövlət və özəl qurumlar tərəfindən bu istiqamətdə sosial aksi-yalar geniş vüsət alıb. Ərzaq yardım-larının evlərə çatdırılması işlərində də könüllülər yaxından iştirak edirlər. Onlar sosial xidmətçilərlə birgə bu ərzaq paylarını tənha yaşlılara və əlilliyi olan tənha şəxslərin evlərinə apararaq təqdim edirlər.

Başqa bir faktı da xatırlatmaq yerinə düşərdi. Belə ki, bu il mayın 7-də Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şura-sının 2020-ci il üçün onlayn keçirilən ikinci iclasında, həmçinin pande-

miya dövründə dövlət tərəfindən görülən tədbirlərdə fəal iştirakla bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab ola-raq, könüllü təşkilat və hərəkatları tərəfindən 27 mart tarixində təsis edilmiş Azərbaycan Könüllülərinin

Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyəti ilə bağlı təqdimat keçirilmiş-dir. Qeyd olunmuşdur ki, hazırda 18 könüllü təşkilatı və hərəkatını özündə birləşdirən mərkəz, onun üzvləri arasında əlaqələndirməni həyata keçirməklə fəaliyyətin səmərəliliyinin artırılması funksiyasını daşıyır.

AKƏM-in hazırkı fəaliyyəti əsas etibarilə yeni növ koronavirus infeksi-yasının yayılmasının qarşısının alın-ması istiqamətində dövlət tərəfindən atılan addımlara dəstək vermək, ahıl və kimsəsiz vətəndaşlara yardım etmək, bu sahədə dövlət qurumla-rına kömək göstərməkdən ibarətdir. Buraya həmçinin ictimaiyyətin maarifləndirilməsi, habelə sosial təcrid vəziyyətində mümkün psixo-loji gərginliyin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, təlim materiallarını yaymaqla təhsilin davam etdirilməsi, gənclər üçün multi-media məzmunlu əyləncə, karantin zamanı valideynin davranış qaydaları haqqında məlumatlandırma və s. proqramlar da daxildir.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummil-li hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regio-nal İnkişaf” İctimai Birliyi, “Bir tələbə” könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncamından

30 dekabr 2019-cu il

Dövlət başçımızın ötən ilin son günlərində imzaladığı həmin rəsmi sənədin preambulasında qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və

təmənnasız kömək ənənələrini yaşatmışdır. Çünki könüllülük in-sanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. 2020-ci ilin əvvəlindən bəri yaşadığımız epidemiya və pandemiya dövründə şahidi olduğu-muz faktlar sübut etdi ki, Azərbaycan könüllüləri, sözün həqiqi mənasında, mükəmməl bir vətənpərvərlik məktəbinin müasir məzunlarıdır.

“İrəli” İctimai Birliyinin VII hesabat-seçki konfransı keçirilib

� Mayın 19-da “İrəli” İctimai Birliyinin onlayn formatda hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının, media qurum-larının rəhbər şəxsləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, fəaliyyətində milli ma-raqlara söykənən təşkilat gənclərə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların icti-mai həyatda fəallıqlarının artırılmasına xüsusi diqqət yetirir. Hesabat dövründə “İrəli” İctimai Birliyinin vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq dəyərlərinin təbliği üzrə onlarla müxtəlif layihə çərçivəsində 22 min 600-dən çox gənci əhatə edib. Qeyd olunub ki, yeni növ ko-ronavirus pandemiyası şəraitində fəaliyyətini vir-tual məkanda davam etdirən “İrəli” İctimai Birliyi onlayn formatda üç böyük silsilə layihə həyata keçirib. Təşkilatın VII hesabat-seçki konfransı da bu onlayn fəaliyyətin daha bir nümunəsidir.

Hesabat məruzəsindən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haq-qında təqdimat nümayiş olunub və səsvermə prosesi başlayıb. İdarə Heyətinin üzvləri təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çox-luğu ilə “İrəli” İctimai Birliyinin İdarə Heyətinin yeni sədri seçilib.

Göstərilən yüksək etimada görə “İrəli” İcti-mai Birliyinin kollektivinə təşəkkür edən Şahin Rəhmanlı daim gənclərin yanında olacağını, bundan sonra da peşəkar komanda ilə ictimai birliyin uğurları üçün çalışacağını bildirib. Vur-ğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarını, elmi potensialını səmərəli şəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir, ölkəmizin daya-nıqlı inkişafını şərtləndirir.

Qeyd olunub ki, bu yaxınlarda dövlətimizin başçısının sərəncamı “İrəli” İctimai Birliyinin İdarə Heyətinin sabiq sədri Mirhəsən Seyido-vun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı

vəzifəsinə təyin olunması “İrəli” İctimai Birliyinin və ümumilikdə bütün gənclərin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bu qiymət və diqqətə görə ölkə başçısına “İrəli” İctimai Birliyi-nin üzvləri adından minnətdarlığını bildirən Şa-hin Rəhmanlı vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli Şura-sının sədri Məryəm Məcidova çıxışlarında “İrəli” İctimai Birliyinin uğurlu fəaliyyətindən bəhs ediblər. Çıxış edənlər “İrəli” İctimai Birliyinin yeni sədri Şahin Rəhmanlını təbrik edib, birliyin bun-dan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov “İrəli” İctimai Birliyinin daim ölkəmizin maraqlarını ön planda saxladığını, gənclərə düzgün istiqamət verərək onların milli mənəvi dəyərlər ruhunda yetişməsinə nail olma-ğa çalışdığını vurğulayıb. İdarə Heyətinin yeni üzvlərini və təşkilatın sədri Şahin Rəhmanlını təbrik edən M.Seyidov İctimai Birliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonda “İrəli” İctimai Birliyinin üzvlərinə təşkilatın işində fəal iştirak, “İrəli”nin dəyər və prinsiplərini fəal təbliğ etməklə bağlı çağırış ünvanlanıb.

Baş Prokurorluq terrorçuluğu maliyyələşdirən şəxsi cinayət məsuliyyətinə cəlb edib

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Qabil Əmrah oğlunun Azərbaycan Respubli-kası ərazisində 2015-2017-ci illərdə törətdiyi aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayın-maq məqsədilə Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan Respublikası ərazisində ter-rorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı zamanı Q.Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum edilmiş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycan Respub-likasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silah-lanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqan-larının yüksəkvəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla ter-rorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Aparılmış istintaqla həmin materialları inter-net resurslarında yaymaqla nəzərdə tutulmuş

cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ün-vanlar adı altında qəsdən toplamaqla terrorçu-luğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terror-çuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. Niyaməddin Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb oluna-raq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabit-lik və əmin-amanlığın pozulmasına yönələn bütün hüquqazidd əməllərin və onları törətmiş şəxslərin vaxtında aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin

müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin telefon danışığı olub

Mayın 19-da Azərbaycanın Xari-ci İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiya-sının Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addım-ları müzakirə ediblər.

Tərəflər ikitərəfli stra-teji münasibətlərin inkişafı,

o cümlədən iqtisadi-ticari əlaqələrin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qara-bağ münaqişəsinin həlli

prosesi üzrə fikir mübadiləsi həyata keçiriblər. Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi son videokonfrans formatında gö-rüş barədə məlumatlandırıb.

On kiloqramdan çox narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb � Külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin

və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 390 qram heroin və 215 qram metamfetamin aşkarlana-raq götürülüb.

Baş İdarənin əməkdaşları əməliyyat tədbirlərinin davamı olaraq Elvin Zeynalo-vun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçiriblər. Oradan isə idman çantasının içərisindən 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, ümumi çəkisi 19,92 qram olan 498 ədəd metadon həbi və elektron tərəzi aşkar edilərək götü-rülüb. Əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılması-nın qarşısı alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, Elvin Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollar-la Azərbaycan ərazisinə keçirilən külli miq-darda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib. Daha sonra Elvin Zeynalov narkotik vasitələri pay-taxta gətirərək yaşadığı evdə gizlədib. Saxla-nılan şəxs narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli olduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Elvin Zeyna-lov tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycanda koronavirusa daha 131 yoluxma faktı qeydə

alınıb, 143 nəfər sağalıb � Azərbaycan Respublikasında

koronavirus infeksiyasına daha 131 yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş mio-kard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatış-mazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi da-vam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.

Gəncədə satıcı işləyən şəxsin liftin şaxtasından yıxılaraq

ölməsi ilə bağlı cinayət işi başlanıb � Mayın 10-da 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızının satıcı

işlədiyi Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alması, mayın 18-də isə müalicə aldığı xəstəxanada ölməsi faktına görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Gəncə Şəhər Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, iş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb eksper-tinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin başvermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olun-maları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZƏRTAC

ABŞ-ın Arizona ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilibABŞ-ın Arizona

ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Keyt Qayeqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğun-dan verilən məlumatda bildirilir ki, bəyannamədə Azərbaycan xalqının müsəlman dünya-sında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün ABŞ-ın

Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu diqqətə çatdırılır.

Bəyannamədə, həmçinin ABŞ-da və bütün dünya-da yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf region-larda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regi-onlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının müstəqil dövlət kimi önəmli uğurlarını

qeyd etdiyi bildirilir.Bəyannamənin sonunda mer K.Qayeqo

28 may tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edir və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırır.

Qeyd edək ki, 1,6 miyon əhalisi olan Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci böyük şəhərdir.

“Xalq qəzeti”

73-cü Ümumdünya Səhiyyə Assambleyası COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirildi

Sessiya zamanı səfir Keva Beyn (Baham adaları) Ümumdün-ya Səhiyyə Assambleyasının yeni prezidenti seçildi. Öz nitqində as-sambleyanın sədri bildirdi: “Son 25 il ərzində biz ictimai səhiyyə sahəsində misilsiz nailiyyətlərin əsl qızıl dövrünü müşahidə edirik. Biz uşaq ölümünü 47 faiz, ana ölümü isə 45 faizə qədər azalda bildik. HİV, AİDS, malyariya və digər xəstəliklərin yayılmasına gəldikdə, burada da əhəmiyyətli nailiyyətlər müşahidə olunur. CO-VID-19 virusu yeni texnologiyaların yarandığı dövrdə ortaya çıxıb və indi yeni biliklər, innovasiyalar, çeviklik və düşünülmüş ölkələrarası qarşılıqlı əlaqələr tələb olunur. Bu böhranlı dövrlərdə ÜST-ün rolu hamımıza onu xatırladır ki, biz bir-birimizə bağlı olan və bir-birindən asılı olan dünyada yaşayırıq, burada rifah və sağlamlıq ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq, şərait və qərarlardan asılıdır. Bakterial və virus təhlükəsi çox tez yayılır, ÜST COVID-19 müqavimətini təmin etmək üçün ardıcıl və qətiyyətlə hərəkət etməlidir. Eyni zamanda, mandat çərçivəsində hərəkət etmək və milyonlarla in-sanın, xüsusilə də qeyri-infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərin sağ qalmasına təhlükə yaradan təhdidləri aradan qaldırmaq üçün ba-lans yaratmaq lazımdır. Mən əminəm ki, biz bu gün yaşadığımız ağır reallıqların öhdəsindən gələ biləcəyik.

COVID-19 pandemiyasından son-rakı vəziyyət bizə səmərəli hərəkət etməyə imkan verəcək, bunun üçün isə biz yeni həyat tərzinə keçid almalı, mövcud resurslarımızı yönləndirməli və maksimuma çatdırmalıyıq, həmçinin cəmiyyətlərimizin iqtisadi, psixoloji və fiziki rifahı arasında yeni

tarazlıq yaratmalıyıq. Bəli, biz yaşlı vətəndaşlarımızı itirmişik və ona görə də sağ qalanlarını müdafiə etmək üçün daha çox səy göstərməliyik”.

Sessiya zamanı Azərbaycan Res-publikasının Səhiyyə naziri, professor Oqtay Şirəliyev öz çıxışında bildirdi: “Azərbaycan pandemiyaya qarşı

vaxtında ciddi tədbirlər həyata keçirib ki, bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3274 yoluxma halı qeydə alınıb, onlar-dan 2015-i sağalıb, ölüm halları isə 1,2 faiz təşkil edib. Prezident İlham Əliyev xalqa “Biz birlikdə güclüyük!” çağırışı ilə müraciət edib. Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünül-müş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıla-rı, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək”.

“Hər hansı xalqda millətçiliyin hər hansı təzahürü qəbuledilməzdir”

Elə məsələlər var ki, onlara münasibətdə güzəştə getmək olmaz: istər faşizm üzərində Bö-yük Qələbənin 75 illiyinin bütün dünyada qeyd edildiyi günlərdə, istərsə də hər hansı başqa bir gündə. “Ölməz alay” aksiya-sı çərçivəsində ekstremistlər tərəfindən nasist canilərin fotoşəkillərinin yerləşdirilməsi barədə saytlarda yayılan xəbərlər tarixi hadisələrin dəyərləndirilməsində vurğuları qarışdırmağın yolverilməzliyi haqda bir daha düşünməyə vadar edir. Axı hətta faşizmdən ağır itkilər almış bəzi postsovet ölkələrində artıq çoxdan bəri məhz belə hadisələr dövlət siyasəti səviyyəsində baş verir.

Rusiya Dövlət Dumasının deputatı və Rusiya-Azərbaycan parlamentlərarası dostluq qru-punun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, İkinci Dünya müharibəsi haqqında tarixi

həqiqətlərə siyasi məqsədlər üçün cinayətkarcasına mani-pulyasiyalar son 75 ildir davam edir. Onun sözlərinə görə, Qərb siyasətçiləri faşizm üzərində Qələbədə Sovet İttifaqının rolunu azaldaraq dünyaya öz nöqteyi-nəzərlərini zorla qəbul etdirmək istəyirlər. Dmitri Sa-velyevin fikrincə, “tarixin belə “yenidən yazılmasının” məqsədi bütün xalqlarımızı birləşdirən simvolu – Böyük Qələbəni məhv etmək, postsovet məkanı ölkələrini, əsasən də Rusiyanı dünya siyasətinin hüquqsuz köləsinə çevirməkdir. Bizim ölkələrimizin möhkəmlənməsi, onların fasiləsiz inkişafı, əməkdaşlığı, dünyada nüfuzu-nun artması Qərbdə çoxuna sərf eləmir”.

Dmitri Savelyev tarixi saxtalaşdırılmaların təhlükəsinin də adını çəkib. Onun sözlərinə görə, siyasi ab-havanın mürəkkəbləşməsi və beynəlxalq

əməkdaşlığın parçalanması yeni münaqişələrə səbəb ola bilər. Rusiyalı parlamentari hesab edir ki, sülhün başlıca zəmanəti fa-şizm üzərində Qələbənin nəyin bahasına başa gəlməsi haqda xatirənin qorunması və onunla bağlı faktları hər hansı şəkildə təhrif etmək cəhdlərinə qarşı daimi mübarizədir.

Dmitri Savelyev belə dəyərlərin dəyişik salınması və Böyük Vətən müharibəsi haqqında həqiqətlərin yeni nəslin gözündə bağışlanmaz dərəcədə saxtalaşdırılmasına nümunə olaraq, Ermənistanda milli qəhrəman dərəcəsinə qal-dırılan kollaborasionistlər Njde və Dronun şöhrətləndirilməsini misal çəkib.

Rusiyalı siyasətçi erməni xalqının İkinci Dünya müharibəsi dövründə əbədi qəhrəmanlığını xarakterizə edən bəlağətli rəqəmlər misal gətirib. Faşizmə qarşı mübarizədə 200

mindən artıq erməni həlak olub, 103 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 70 min nəfər orden və medallar-la təltif edilib. Lakin bu həqiqi qəhrəmanların təriflənməsi əvəzinə hərbi cani olan Njde nümunə gətirilir! “Ermənistanın müasir siyasi elitası tamamilə bilərəkdən tarixi həqiqəti Qərb “sifarişçilərinin” xeyrinə mani-pulyasiya edir. Onların ötəri si-yasi və iqtisadi mənfəət hərisliyi öz xalqlarının həyatına görə məsuliyyət hissini üstələyir”, - deyə Dmitri Savelyev qeyd edib.

Rusiyalı deputat Böyük Qələbənin 75 illiyinə həsr olu-nan onlayn-konfransda Ararat Mirzoyanın dediyi sözləri də şərh edib. Ermənistan parla-mentinin spikeri bəyan etmişdi ki, nasistlərlə Qaregin Njde arasında paralellər yersizdir. Dmitri Savelyev deyir: “Njdenin cinayətlərinin təkzibedilməz sü-butları mövcuddur. Buraya həm Qızıl Ordunun arxa cəbhəsində təxribatçılıq işi ilə məşğul olan diversantların hazırlığı, həmçinin Sovet İttifaqına qarşı vuruşan, 1942-ci ildə yaradılmış erməni legionunun yaradılma-sı aiddir. Njde özünün hərbi cinayətlərinə görə layiqincə məhkum edildi və ömrünü həbsxanada başa vurdu. Və bu faşist əlaltısına Ermənistanın hakimiyyət orqanları Yerevanın mərkəzində təmtəraqlı abidə qoyur, üstəlik bizə onun bioq-rafiyasını öyrənməyi məsləhət görürlər!”.

Savelyev “Sexakronizmi” – Njdenin hazırladığı və təbliğ

etdiyi millətçilik ideologiyasını da diqqətdən kənarda qoy-mayıb. Bu ideologiyaya görə hər bir erməni üçün ali dəyər onun milləti olmalıdır. Dmitri Savelyev nasizmin və ekstre-mizmin hər hansı formasına kəskin mənfi münasibət bildirib. Rusiyalı siyasətçi deyib: “Ümu-mi fəlakət anında xalqların birlikdə davam gətirməkdən ötrü faşizmə qarşı birləşdiyi vaxtda Njde nasist Almaniyası ilə əməkdaşlıqdan faydalanma-ğa çalışırdı. “Ermənistanın ən yaxşı övladı” belədirsə, bu, ölkə üçün rüsvayçılıqdır. Nasizm hər hansı xalqda özünün hər hansı təzahüründə qəbuledilməzdir”.

Dövlət Dumasının de-putatı Ermənistanın hazırkı hakimiyyət orqanlarının Njdenin qəhrəmanlaşdırılması işində öz sələflərinin kursunu dəstəkləmələrinin mümkün səbəblərini də izah edib. Dmitri Savelyev əminliklə deyib: “Məlumdur ki, bu yaxınlarda baş nazir Nikol Paşinyanın babasının faşist Almaniyasının tərəfdarı olması barədə bəzi sübutlar üzə çıxıb. Bu faktlar ətraflı yoxlama və sənədlərə əsaslanma tələb edir. Amma Paşinyanın KİV-lərdə verilən suallara cavab olaraq susması – bu, artıq ən bəlağətli cavab-dır. Erməni siyasətçilərin hansı siyasi və ya şəxsi motivlər irəli sürməsindən asılı olmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda bir müsahibəsində dediyi çox tu-tarlı “Ermənistanın hakimiyyəti dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalacaq” ifadəsi şübhəsizdir.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 173 Bakı şəhəri, 14 may 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi-netinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarix-li 103 nömrəli, “Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 25 avqust tarixli 117 nömrəli, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 21 aprel tarixli 74 nömrəli, “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 iyul tarixli 167 nömrəli və “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub-likasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli Fərmanının 1.4-cü bəndinin icra-sını təmin etmək məqsədilə Azərbaycan Respublika-sının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2015, № 5, maddə 662; 2016, № 4, maddə 833; 2018, № 4, maddə 798, № 8, maddə 1817; 2019, № 1, maddə 154) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haq-qında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”;

1.2. 1.4-cü bəndə aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilsin:

“Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud boru kəmərləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduq-da, həmin kəmərlərin yenidən qurulması və ya həmin kəmərlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlan-ması tələb olunmur, lakin həmin kəmərlərə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud kəmərlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.”;

1.3. 7.1-ci bənddə “xüsusi” sözü “Qaz təchizatı” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən hallarda və qaydada lisenziya və ya” sözləri ilə əvəz edilsin;

1.4. 7.7-ci bəndin üçüncü abzasının ikinci cümləsində “xüsusi” sözü (birinci halda) “qanunla müəyyən edilən hallarda və qaydada lisenziya və ya” sözləri ilə, “xüsusi icazə verən müvafiq icra hakimiyyəti orqanına” sözləri “aidiyyəti üzrə” sözləri ilə əvəz edilsin;

1.5. 7.9-cu bənddə “müvafiq qaydada alınmış xüsusi icazədə verilmiş” sözləri “qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.6. 7.12-ci bəndin ikinci abzasının birinci cümləsindən “qaydada alınmış xüsusi” sözləri çıxarılsın;

1.7. 7.18-ci bənddə “və ya tələb olunduqda xüsusi” sözləri “və qanunla müəyyən edilən hallarda lienziya və ya” sözləri ilə əvəz edilsin;

1.8. 7.78-ci bəndin üçüncü abzasında “xüsusi” sözü “qanunla müəyyən edilən hallarda lisenziya və ya” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 avqust tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 661) ilə təsdiq edilmiş “Azərbaycanda təhlükəli tullantıların idarə olunma-sının Dövlət Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2.1-ci yarımbənd üzrə:2.1.1. on ikinci abzasda “qurğulara müvafiq

şərtlərlə sertifikatın verilməsinə zəmanətin təmin edilməsi” sözləri “qurğuların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haq-qında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılma-sının təşkil edilməsi” sözləri ilə əvəz edilsin;

2.1.2. on üçüncü abzasda “sertifikatın şərtlərinə əməl olunmasını və bu” sözləri “təhlükəli tullantı-ların idarə edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2.2. 2.2.2-ci yarımbəndin birinci abzasında “sertifikatların verilməsi” sözü “sertifikatlaşdırılma-nın təşkili” sözləri ilə, ikinci abzasında “sertifikat-laşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilsin;

2.3. 2.2.4-cü yarımbəndin “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırılmanın təşkili” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 388; 2007, № 10, maddə 1027; 2008, № 2, maddə 132; 2012, № 9, maddə 920; 2018, № 4, maddə 794) ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na aşa-ğıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:

“7.2-1.Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, po-liqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respubli-kasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji eksper-tizası keçirilməlidir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 686) ilə təsdiq edilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:“2.1. Təhlükəli tullantıların emalı, basdırılması

və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

4.2. 2.2-2.10-cu, 2.14-cü və 3.4-cü bəndlər ləğv edisin;

4.3. 4.1-ci bənddə “icazə” sözü “yol” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 284; 2018, № 10, maddə 2164, № 11, maddə 2440) ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. aşağıdakı məzmunda 2.1.2-1-ci, 4.1.1-1-ci və 8.1.1-1-ci yarımbəndlər əlavə edilsin:

“2.1.2-1. qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;

4.1.1-1. layihələndirmə mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;

8.1.1-1. dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri, habelə tikinti materialları yataqlarının mənimsə-nilməsi və istismarı layihələri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazır-lanması və həmin sənədin dövlət ekoloji ekspertiza-sının keçirilməsi;”.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri Ermənistan atəşkəs rejimini

pozmaqda davam edirErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin

müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonu-nun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Mayın 18-19-da 73-cü Ümumdünya Səhiyyə Assambleya-sı dünyada mövcud COVID-19 pandemiyası şəraiti ilə əlaqədar videokonfrans formatında keçirildi. Səhiyyə

Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə, mütəşəkkillik və görüləcək fəaliyyətlərin müzakirəsi aparılıb. Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları Ümumdün-ya Səhiyyə Təşkilatına üzv olan 194 dövlətin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələrindən ibarət idi.

Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müşavirələrdə və tədbirlərdə verdiyi tapşırıqlardan, xüsusilə hüquq

mühafizə orqanlarının fəaliyyəti ilə bağlı göstərişlərindən irəli gələn vəzifələr Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında müzakirə olunaraq konkret tədbirlər müəyyən edilib, o cümlədən, kollegiya qərarına əsasən dövlətimizin başçısının tələblərinin struktur və yerli qurumların diqqətinə çatdırılması məqsədilə xüsusi karantin rejimində videokonfrans vasitəsilə müşavirələrin keçirilməsi tapşırılıb.

20 may 2020-ci il, çərşənbə 9

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI № 179 Bakı şəhəri, 18 may 2020-ci il

Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində ko-ronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşı-sının alınması tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazir-liyinin və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təkliflərinə əsasən Azərbaycan Respub-likasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365; 2012, № 12, maddə 1344; 2017, № 12 (II kitab), maddə 2532; 2018, № 3, maddə 607) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda aşağıda-kı dəyişikliklər edilsin:

1.1. 7.4-cü bəndin üçüncü və dördüncü abzasla-rı aşağıdakı redaksiyada verilsin:

“Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attes-tasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razı-laşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaq-la, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ye-kun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaş-dırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaq-la müəyyənləşdirilir.

Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasi-yasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.”;

1.2. 7.5-ci bənddən “, aralıq və dövlət buraxı-lış imtahanından müvəffəq qiymət almış” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top-lusu, 2010, № 4, maddə 366; 2012, № 10, maddə 1003; 2013, № 10, maddə 1217; 2017, № 12 (II kitab), maddə 2533) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.3-cü bənddən “, aralıq və dövlət buraxı-lış imtahanından müvəffəq qiymət almış” sözləri çıxarılsın;

2.2. 7.5-ci bəndin üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Tədris planı-nın bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarıl-mış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanın-da (fənlərarası) iştirak edə bilər.

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıl-maqla, orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 2010, № 5, maddə 467; 2014, № 4, maddə 450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239; 2017, № 2, maddə 307; 2018, № 11, maddə 2431; 2019, № 12, maddə 2051; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 79 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ma-gistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.7-ci və 4.3-cü bəndlərinə “Nazirliyi” sözündən sonra “ilə razılaş-dırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top-lusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 80 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.6-cı bəndə “Nazirliyi” sözündən sonra “ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası” sözləri əlavə edilsin;

4.2. 2.14-cü, 2.15-ci və 2.18-ci bəndlər ləğv edilsin;

4.3. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:“2.16. Tədris planının bütün şərtlərini

yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiya-lardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət imtahanı təşkil edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ra-zılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası

tərəfindən müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabineti-nin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top-lusu, 2013, № 12, maddə 1638; 2016, № 6, maddə 1202; 2017, № 6, maddə 1232; 2018, № 3, maddə 589; 2019, № 4, maddə 761) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistra-tura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.2.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.”;

5.2. 3.2.23-cü yarımbəndin ikinci cümləsi aşağı-dakı redaksiyada verilsin:

“Bu hədd ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən dəyişdirilə bilər.”;

5.3. 3.2.24-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.24. Cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik bor-cunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaq-la, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

5.4. aşağıdakı məzmunda 4.7-ci və 4.8-ci bəndlər əlavə edilsin:

“4.7. Ali təhsil müəssisəsi tərəfindən buraxı-lış işinin yerinə yetirilməsi tələbi qoyulmadıqda, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

4.8. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri-cilik Toplusu, 2013, № 12, maddə 1644; 2018, № 1, maddə 126; 2019, № 4, maddə 761) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.2.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.15. Cari və aralıq qiymətləndirmənin ümu-mi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət al-mış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanma-yan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.”;

6.2. 3.2.24-cü yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu hədd orta ixtisas təhsili müəssisəsinin Pe-daqoji Şurasının qərarı ilə dəyişdirilə bilər.”;

6.3. 3.2.25-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.25. Cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik bor-cunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alın-maqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

6.4. aşağıdakı məzmunda 4.6-cı və 4.7-ci bəndlər əlavə edilsin:

“4.6. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attesta-siyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attesta-siyadan keçmiş hesab olunur.

4.7. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017,

№ 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2741; 2019, № 4, maddələr 735, 762, № 8, maddə 1480; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 78 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magist-ratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.5-ci bənd üzrə: 7.1.1. birinci cümləyə “siyahısı” sözündən sonra

“semestr başlayanadək” sözləri əlavə edilsin;7.1.2. ikinci cümlə aşağıdakı redaksiyada

verilsin:“Akademik borcu yaranmış və akademik borcu

yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.”;

7.2. 2.6-cı bənddən “semestr üzrə” və “imtahan sessiyasının nəticələrinə əsasən” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə 1141; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 45 nömrəli və 27 fevral tarixli 69 nömrəli qərarları) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:“2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış

imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.*”;

8.2. 2.4-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

8.3. 2.6-cı bəndin üçüncü cümləsi çıxarılsın;8.4. aşağıdakı məzmunda “*Qeyd” əlavə

edilsin:“*Qeyd. 2020-ci ildə ümumi orta təhsil

səviyyəsi üzrə təhsilalanların yekun attestasiya-sı çərçivəsində keçirilən buraxılış imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən 300 ballıq şkalaya keçirilir.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 290; 2018, № 2, maddə 349, № 4, maddə 815, № 12 (II kitab), maddə 2747; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 46 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Res-publikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.3-cü bəndinin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə 350, № 4, maddə 816, № 12 (II kitab), maddə 2748; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 47 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:“3.2. Qəbul imtahanı Mərkəz tərəfindən

mərkəzləşdirilmiş qaydada keçirilir. Qəbul imtaha-nında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaq-la, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.”;

10.2. 3.3-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

10.3. 3.4-cü bəndin birinci cümləsində “Hər mərhələdə imtahanın” sözləri “Qəbul imtahanının” sözləri ilə əvəz edilsin;

10.4. 3.5-ci bənd ləğv edilsin;10.5. 3.9-cu bəndin ikinci cümləsindən “birinci

mərhələdə” sözləri çıxarılsın.11. Azərbaycan Respublikası Nazirlər Kabine-

tinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 32 nömrəli və 17 fevral tarixli 48 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.2-ci bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

11.2. 3.8-ci bəndin ikinci cümləsi çıxarılsın, üçüncü və dördüncü cümlələri aşağıdakı redaksiya-da verilsin:

“Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakın-dan asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.”;

11.3. 5.1-ci bəndin ikinci cümləsi ləğv edilsin.12. Bu Qərar 2020-ci il oktyabrın 1-dək

qüvvədədir.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş Naziri

1977-ci ildən etibarən mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da muzeylər həmin günü açıq qapı təşkil edir. Həm yerli, həm xarici qonaqlar muzeyləri biletsiz ziyarət edə bilir. Lakin bu il mayın 18-i koronavirusun yayılması ilə əlaqədar karatin dövrünə təsadüf etdiyindən digər muzeylər kimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də “Açıq qapı günü”nü ənənəvi şəkildə keçirmək imkanından məhrum olub. Mövcud vəziyyətə uyğun olaraq “Muzeydə açıq qapı günü” orijinal bir şəkildə keçiri-lib. Muzey əməkdaşları virtual açıq qapı layihəsini bir ilk olaraq tətbiq etdilər. Məhz mayın 18-də bir sıra sosial şəbəkələrdə, muzeyin rəsmi vebsaytında və “YouTube” kanalında nümayiş etdirilən videoçarxda ilk növbədə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov muzeylərin insanların həyatındakı əhəmiyyətindən, xalqların tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsində bu qəbil sənət ocaqlarının rolundan danışıb. Akademik qeyd edib ki, muzey yaddaş, tarix, mənəviyyat deməkdir. Hər bir xalqın tarix içərisində inam-la irəliləyə bilməsi üçün onun arxada qalan tarixini, uluların ya-ratdığı zəngin mənəvi irsi yaxşı bilməsi vacibdir. Nizami Muzeyi Azərbaycan xalqının 3 min ildən artıq bir dövrü əhatə edən mədəniyyət və ədəbiyyat tarixi haqqında yaddaşı yaşatmaqda, təbliğ etməkdədir.

Alim muzeydə yalnız peşəsini sevənlərin, bu işin mənəvi məsuliyyətini dərk edənlərin çalışa bildiyini diqqətinə çatdırıb. Vurğulayıb ki, bu sevgi peşə bayramında da özünü göstərir. Çünki, başqa peşə sahibləri öz peşə bayramlarında istirahət etdiyi halda muzey əməkdaşları bu gündə başqa zamanlardan daha artıq çalışmalı olur. Elə bu səbəbdəndir ki, karantin rejiminə rəğmən muzey öz ənənəsini pozmamaq üçün bu il açıq qapını virtual şəkildə keçirir

və muzeysevərləri ekran başına toplayır.

Daha sonra akademik R.Hüseynov respublikanın bü-tün muzeylərinin əməkdaşlarını və muzeysevərləri təbrik edib və videosəyahəti açıq elan edib.

Videosəyahətdə muzeyin bələdçiləri əvvəldən sona qədər bütün ekspozisiya zallarından görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığından məlumatlar verib, muzeyin qiymətli eksponatlarını - əlyazmalar, klassik əsərlərə toxunmuş süjetli xalçalar, miniatürlər, şair və yazıçılarımı-zın müəllifi olduğu bədii əsərlər əsasında çəkilmiş tablo və illust-rasiyalar, arxeologiya nümunələri, memarlıq abidələrinin maketlərini izləyicilərə təqdim ediblər.

Virtual açıq qapıya, həmçinin muzeyin 3 filialı – Xaqani Şirvani adına Aran Regional filialı, Xur-şidbanu Natəvan adına Qarabağ filialı, Sergey Yesenin adına Rusiya-Azərbaycan Ədəbi Əlaqələr Mərkəzi də qoşulub.

Daha sonra muzey bələdçiləri Azərbaycan dili ilə yanaşı ingi-lis, rus, ərəb və fars dillərində öz təbriklərini çatdırıb. Muzeydə virtual açıq qapı gününü yekunlaş-dıran muzeyin direktoru, akademik R.Hüseynov bildirib ki, dünyanın hər yerində muzeylər insanlar üçündür, deməli bu mədəniyyət ocaqları əslində hamınındır. Ona görə də, muzeylərin bayra-mı yalnız muzey işçilərinin yox, hər kəsin bayramı sayılmalıdır. R.Hüseynov bütün muzey işçiləri adından belə bir arzusunu da dilə gətirib ki, Azərbaycan ədəbiyyatı və mədəniyyəti kimi möhtəşəm bir irsin varisi və sahibi olan xalqımız muzeyləri tez-tez ziyarət etsin, bu vərdişi övladlarına aşılasın və hər kəs imkanı daxilində ölkə muzeylərinin zənginləşməsinə öz töhfələrini versin.

Virtual açıq qapı günü Nizami Muzeyinə həsr edilən, sözlərini Rafael Hüseynovun yazdığı, musiqisini Rizvan Sədirxanovun bəstələdiyi, solist Gülşən İbado-va-Akın və xorun ifa etdiyi “Söz məbədi” adlı nəğmə ilə başa çatıb.

Qabil YUSİFOĞLU , “Xalq qəzeti”

Nizami Muzeyində virtual açıq qapı günü keçirilib

Bu il 80 illik yubileyini bayram edəcək Niza-mi Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi artıq iki aydır davam edən “Niza-mi muzeyində sizinlə” layihəsinin növbəti mərhələsini təqdim edib. Muzeydən bildirilib ki, cari təqdimat 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunub.

Dövlət Turizm Agentliyinin tabeliyindəki bir neçə turizm müəssisəsinə giriş pulsuz olacaq

Dövlət Turizm Agentliyi (DTA) xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edəcək.

DTA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ziyarətçilər aşağıda adları qeyd olunan turizm obyektlərinə sosial məsafə və sanitar-epi-demioloji qaydalara əməl etmək şərtilə ödənişsiz daxil ola bilərlər:

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Atəşgah məbədi” Dövlət Tarix-Me-marlıq Qoruğu;

“Lahıc” Tarix-Diyarşünaslıq Muzeyi;

Şəki Tarix-Diyarşünaslıq Muzeyi;Şəki Xalq Tətbiqi Sənəti Muzeyi.Xatırladaq ki, Nazirlər Kabineti

yanında Operativ Qərargahın müvafiq qərarı rəhbər tutularaq mayın 18-dən etibarən Dövlət Turizm Agentliyi-nin tabeliyində olan turizm nümayiş obyektləri, o cümlədən qalereya və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Amerika universiteti ilə müqavilə bağladı

Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahan-larının (magistratura) nəticələri əsasında aparılacaq. Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə ixtisasları” qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə biləcəklər.

Məzunlara Corc Vaşinqton Uni-versiteti tərəfindən verilən diplomda “Təhsil və insan inkişafı”, “Təhsil siyasəti və liderlik “ixtisasları, Azərbaycan Dövlət Pedaqoji Uni-versitet tərəfindən verilən diplomda isə “Menecment (təhsilin təşkili və idarəolunması)” ixtisası yazıla-caq. 2020-2021-ci təhsil ili üçün 25 nəfərin qəbulu planlaşdırılır,

təhsil müddət 2 ildir. Tədris ingilis dilindədir.

“Xalq qəzeti”

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sis-teminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Amerikanın Corc Vaşinqton Universiteti arasında bağlanan müqavilə magistr tələbələrə ikili diplom almaq şansı verəcək. Növbəti dərs ilinə planlaşdırılan layihə haqqında müxbirimizə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov məlumat vermişdir. Rektor qeyd etmişdir ki, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyala-rından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sistemi-nin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqram-ları ilə müasirləşdirmək universitetimizin hədəflədiyi faktlardandır. Xarici tərəfdaşımız olan Amerikanın Corc Vaşinqton Universiteti ilə müqavilə bağlayanda da bu amilləri əsas götürdük.

20 may 2020-ci il, çərşənbə10

20 may 2020-ci il, çərşənbə 11

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi

XIX əsrin məşhur fotoqrafı Yermakovun şəxsi kolleksiyasından ibarət foto-sərginin təşkilinin satın alması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender iştirakçılarına təklif

olunur ki, dövlət satınalmaları-nın https://www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son-ra müsabiqə üçün tender təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzindən, Bakı şəhəri, Böyük Qala küçəsi 41 nömrəli ( əlaqələndirici şəxs- Səbinə Bağırovadan, telefon - (012) 492-29-10) ünvandan ala bilərlər.

H/h- AZ81I-BAZ38090019446242419204

VÖEN- 1702532651Bank - “Azərbaycan Beynəlxalq

Bankı”nın Mərkəz filialı

Kod- 805722VÖEN- 9900001881M/h- AZ-

03NABZ01350100000000002944S.W.İ.F.T - IBAZAZ2Xİştirak haqqı heç bir halda geri

qaytarılmır.İddiaçılar tenderdə iştirak

üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər.Sənədlər Azərbaycan dilində

2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satın-almaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderlə bağlı su-alları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. İddia-çılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2020-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25 iyun 2020-ci il saat 16.00-a qədər, “İçərişəhər” Dövlət Tarix-Memar-lıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinə Bakı şəhəri, Böyük Qala küçəsi 41 nömrəli ün-vana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 30 iyun 2020-ci il saat 11.00-da “İçərişəhər” Muzey Mərkəzində Bakı şəhəri, Bö-yük Qala küçəsi 41 nömrəli ünvanda açılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

ELEKTRON SATINALMA VASİTƏSİLƏ AÇIQ TENDER ELAN EDİRSatınalmanın predmeti:Yerli qurumlar üçün maşın və ava-

danlıqların satın alınması.Tender iştirakçılarına təklif edilir ki,

dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı 350 manatdır. İştirak haqqı geri qaytarılmır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Aqrar Xidmətlər Agentliyi qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

İddiaçılar tenderdə iştirak hüququnu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi

barədə bank sənədi;-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (zərflər açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olma-lıdır;

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflər açıldı-ğı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini da-yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanın-dan arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyar-lar aşağıdakılardır:

- tenderin predmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki və maliyyə imkanlarının olması;- bu sahədə peşəkar olması.Sənədlər Azərbaycan dilində tərtib

olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir.) İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanla-ya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Etibar Əmrahov . Ünvan- Bakı şəhəri, Nərimanov rayonu,

Nəcəf Nərimanov küçəsi 7 A. Tel-(055) 678-45-73, Faks: (012) 562-

85-57. E- mail: [email protected] Tender proseduru “Dövlət satınalmaları

haqqında” Azərbaycan Respublikasının Qa-nununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 12 iyun 2020-ci il saat 14.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 23 iyun 2020-ci il saat 18.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 24 iyun 2020-ci il saat 14.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet porta-lında aparılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prose-durlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri, Saraykin küçəsi 57 nömrəli ünvanda

yerləşən 16 mənzilli və 10-cu park döngəsi 6 nömrəli ünvandakı qəzalı vəziyyətdə olan 9 mənzilli binaların

söküntüsü işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün

Kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı

şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvana müraciət edə bilərlər (əlaqələndirici şəxs-Əhməd Məmmədov, telefon-0506121527).

İddiaçılar imzalanıb möhürlənmiş zərfdə kotirovka təklifini 22 may 2020-ci il saat 12.00-dan gec olmayaraq yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvanda 31 may 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

“Xətai Təmir-Tikinti-1” ASC səhmdarlarının nəzərinə!

30 iyun 2020-ci il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi 22 nömrəli ünvanda cəmiyyətin inzibati binasında “Xətai Təmir-Tikinti-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yğıncağın gündəliyi:1. Cəmiyyətin 2019-cu il üçün illik maliyyə hesabatları

barədə.2. Cəmiyyətin 2020-2021-ci illər üçün inkişaf planı

barədə.

“Bakı Neft Mədən Avadanlıqları” ASC səhmdarlarının nəzərinə!

2020-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulan cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığınca-ğının iclasının vaxtı karantin rejimi ilə əlaqədar 23 iyun 2020-ci il saat 11.00-a təyin edilmişdir.

Səhmdarların iştirakı vacibdir.Ünvan- Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə

qəsəbəsi, Caparidze küçəsi 112.İdarə heyəti

B I L D I R I Ş“Xalq qəzeti”nin 24 aprel 2020-ci il tarixli

nömrəsində Nəqliyyat, Rabitə və Yüksək Tex-nologiyalar Nazirliyi “AzIntelecom” MMC-nin əməkdaşlarının ezamiyyələrinin təşkili üçün xidmətlərin satın alınması məqsədilə dərc edil-miş tenderində 2020-ci il mayın 23-ü və 30-nun qeyri -iş günləri elan olunması ilə əlaqədar tender təkliflərinin son təqdimat tarixi 31 may 2020-ci il saat 15.00-dək uzadılmışdır. Tender təkliflərinin açılışı isə 1 iyun 2020-ci il saat 15.00 -da portal vasitəsilə olacaqdır.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri, Xətai rayonunda yerləşən 257 saylı körpələr evi-uşaq bağçasının

əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün

Kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı

şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvana müraciət edə bilərlər (əlaqələndirici şəxs-Əhməd Məmmədov, telefon-0506121527).

İddiaçılar imzalanıb möhürlənmiş zərfdə kotirovka təklifini 22 may 2020-ci il saat 12.00-dan gec olmayaraq yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvanda 31 may 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Vətən sevgisinin ali məqamı Milli Qəhrəman Kərəm Mirzəyevin həyatı və

döyüş yolu gənclərimiz üçün örnəkdir Bəlkə də, borcundan çıxmadım, Vətən Ömür bahar deyil, bir də qayıtsın.Öləndə qoynunda qoy ölüm ki, mən,Çürüyüm, bir ovuc torpağın artsın...

Musa YAQUBAzərbaycanın Milli Qəhrəmanı

Kərəm Ərşad oğlu Mirzəyev düz 28 il bundan əvvəl Vətən, torpaq andı-na sadiq qalaraq işğalçı ermənilərin hücumlarının qarşısını alarkən Vətən sevgisinin ən ali məqamına–şəhidlik zirvəsinə yüksəlib. Düz 28 il bundan əvvəl sadəcə bir ananın oğulluğu çərçivəsindən çıxaraq Azərbaycan adlı məmləkətin övladına çevrilib. Düz 28 ildir ki, yurd, torpaq sevgisilə, vətənsevərliyilə yaddaşlarda məskən salıb, göstərdiyi qəhrəmanlıq gənclərə örnək olub, xatirəsi hər vaxt, hər zaman ehtiramla yad edilib.

Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirərək mühəndis ixtisasına yiyələnən K.Mirzəyev 1983-85-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ixtisası üzrə müxtəlif sahələrdə çalı-şıb. 1990-cı ildə Qubadlı Rayon Polis Şöbəsində işə qəbul olunaraq sahə müvəkkili kimi fəaliyyətə başlayıb. Bura-da səmərəli işi, bacarığı nəzərə alınaraq çox keçmədən ona polis baş leytenantı rütbəsi verilib. Sonra isə Daxili işlər Na-zirliyi tərəfindən Kalininqrad Ali Hüquq Akademiyasına göndərilib, bu ali təhsil müəssisəsində qiyabi təhsil alıb.

Ancaq Ermənistanın Dağlıq Qara-bağı Azərbaycandan qoparmaq üçün başladığı münaqişə onu Vətən uğrun-da savaşa cəlb edib. Kərəm Mirzəyev Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq döyüş meydanına atılıb, Vətən uğrunda gedən döyüşlərdə iştirak edərək, erməni işğalçılarına qarşı mübarizədə dəfələrlə fərqlənıb, düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində şəxsi igidlik göstərib.

O, rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və digər sərhəd kəndlərində əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə polis şöbəsi və hərbiçilər tərəfindən keçirilən bütün əməliyyatlarda fəal iştirak edib. 1991-ci il aprelin 7-də Ermənistanın Gorus rayonunun

azərbaycanlılar yaşayan Şurnuxu, 1992-ci il iyunun 18-də Qubadlı rayonunun Əliquluuşağı və sentyabrın 28-də Laçın rayonunun Səfiyan kəndlərində gedən qızğın döyüşlərdə öndə gedərək əsl qəhrəmanlıq nümunəsi göstərib.

1992 -ci il oktyabrın 1-də isə erməni quldurlarının Laçın rayonunun Ma-zutlu kəndinə hücumu zamanı Kərəm Mirzəyev mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib və qəhrəmancasına həlak olub.

Azərbaycan Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Kərəm Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırılıb. Hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən Xanlıq kənd orta məktəbi Milli Qəhrəmanın adını daşıyır. Memarlıq və İnşaaat Universitetində “Kərəm Mirzəyev guşəsi” yaradılıb, Polis Akade-miyasında isə büstü qoyulub.

Döyüş dostu Adıgözəl Adıgözəlov deyir: “Qarabağ müharibəsində ermənilərə qarşı qəhrəmancasına vuruşan döyüşçülərimizin xatirəsi anılanda, ilk yada düşənlərdən biri Milli Qəhrəmanımız Kərəm Mirzəyev olur. Onun adı həmişə ehtiramla xatırlanır.

Fikrimcə, insan anadan qəhrəman kimi doğulmur, həyatı şəhid kimi ya-şayacağı bəlli olmur. Onun bu zirvəni fəth etməsində, bu ucalığa qalxma-sında düşdüyü mühit, şərait önəmli rol oynayır. Kərəm də hələ gənc yaşların-dan dünyaya göz açdığı, boya-başa çatdığı bölgədə erməni fitnəkarlığının, qəsbkarlığının, Qarabağla bağlı iddia-larının şahidi olub. Bax, elə buna görə də torpaqlarımızın bütövlüyü uğrunda döyüşlər başlayan ilk günlərdən erməni kimi qəddar, amansız düşmənə qarşı vuruşub, qəhrəmanlıq yollarını şərəf və ləyaqətlə davam etdirib”.

Milli Qəhrəmanın bacısı Yasəmən Mirzəyeva: “1960-ci il mayın 20-də, təbiətin gözəlliyi göz oxşayan bir gündə Kərəmlə ekiz bacı-qardaş kimi dünyaya gəlmişəm. Uşaqlığımız qayğısız, dərd-sərsiz keçib. Tale bizi bu bəxtəvərliyi sona qədər yaşamağa qoymadı. Kərəm – əkiz qardaşım soyuq bir payız günündə, 32 yaşında əbədiyyətə qovuşdu. Mən tək qaldım… O vaxtdan

ötən 28 il ərzində heç vaxt gözlərimin önündən çəkilməyib. Son gedişində dediyi sözləri xatırlayanda isə bağrı başı qan olur:

Ay bacı, ayrılıb gedirəm səndən,Geri haylamaga hayımı saxla.O mənsiz açdığın süfrələrində, Soyuya-soyuya çayımı saxla…

…Deyirlər ki, qardaş qar kimi soyuq, daş kimi bərk olur. Ancaq Kərəm belə deyildi, mum kimi yumşaq, bal kimi şirin idi. Doğmaları, yoldaşları arasın-da öz istiqanlılığı və mülayimliyi, eyni zamanda, cəsarəti və qorxmazlığı ilə seçilirdi. Hər zaman haqqın yanın-da idi, haqqı müdafiə edirdi. Erməni namərdliyi, çörək itirməkliyi, saxtakar-lığı, dövlətimizin suverenliyi və ərazi bütövlüyünə qarşı xainliyi onu yandı-rıb-yaxırdı. Qisas hissi ilə yaşayırdı və Qarabağ uğurunda döyüşlərə də bu ovqatla atılmışdı…

Vətən şəhidlik zirvəsinə yüksələn, canı-qanı ilə özünü torpağına qurban verən oğulları ilə Vətən olur. Buna görə də mən Milli Qəhrəman qardaşımla fəxr edir, qürur duyuram. Eyni zaman-da, işğalda olan dogma yurdlarımıza dönmək həsrəti məni rahat buraxmır. Amma o günün gələcəyinə, torpaq, yurd nisgilimizə son qoyulacağına dərindən inanıram. İnanıram ki, o gün qardaşımla bərabər, bütün şəhidlərimizın də nara-hat ruhları dinclik tapacaq…”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı 744 manat təşkil edir

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, muzdla işləyənlərin 20,3 faizi təhsil, 17,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosi-al təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi

peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisa-diyyatın digər sahələrində məşğul olmuşlar.

2020-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə

nisbətən 28,9 faiz artaraq 744,5 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və tex-niki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və

anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

“Azərbaycan Sənaye Korpo-rasiyası” ASC-nin törəmə şirkəti “Azərtütün” MMC 2019-cu ildə 12 450 ton yaşıl tütün emal edib və 2 080 ton quru tütün əldə edib.

“Azərbaycan Sənaye Korporasiyası”nın aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov bildirib ki, əvvəlki illərlə müqayisədə emal göstəriciləri ilə yanaşı, məhsulun keyfiyyəti də artıb, ixrac potensialının və ixrac coğrafiya-sının genişlənməsi üçün münbit şərait yaranıb.

Direktor qeyd edib ki, Oğuz rayonun-da hazır tütün məhsulu istehsalı üzrə pilot layihə işə salınıb. Bu istiqamətdə işlər “Japan Tobacco International” şirkəti ilə birgə aparılır. Ötən il əlverişsiz hava şəraiti, quraqlıq və su təchizatı

ilə bağlı problemlər Şəki-Zaqatala regionunda məhsuldarlığa mənfi təsir göstərib.

İ.Bayramov vurğulayıb ki, “Azərbaycanda tütün və tütün məmulatları istehsalının inkişafı üzrə Dövlət proqramı” çərçivəsində Yevlax, Şəki, Qax, Zaqatala, Balakən və digər rayonlardan bu məhsul barədə infor-masiya “Azexport” portalı vasitəsilə beynəlxalq elektron ticarət platformala-rına inteqrasiya olunub. Nəticədə xam tütün icracı ilə müraciətlər çoxalıb.

“Xalq qəzeti”

2020-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisa-diyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və ya 4,1 faiz artaraq 1 milyon 646,1 min nəfər olmuş, onlardan 911,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Təlimlərdə qoşunların gecə vaxtı yerdəyişməsi keçirilib

� Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşunlar döyüş təyinatı rayonlara gecə vaxtı çıxarılma tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.

Azərbaycanda tütün istehsalı artırılacaq

20 may 2020-ci il, çərşənbə12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6451

1279

40 qəpik

ABŞ

Uğurlu sınaqABŞ-da martın 16-da

koronavirus əleyhinə yaradılmış peyvənd insan üzərində uğurla sınaq-dan keçirilib. Bildirilir ki, sınaqda ümumilikdə 45 nəfər iştirak edib. İşti-rak edənləri peyvəndin

müxtəlif dozalarına görə bir neçə qrupa bölüblər. Müəyyən edilib ki, az miqdarda doza qəbul edən insan-larda artıq virusa yoluxub sağalan insanlardakı qədər antikor formalaşıb. Yüksək doza ilə peyvənd olunanlar isə COVID-19 ilə bağlı müalicədən sağalanlara nisbətən daha çox antikora sahib olublar.

Sınaqların nəticələri barədə məlumat yayan “Moder-na” şirkətindən qeyd ediblər ki, iyul ayında sınaqların üçüncü mərhələsinə başlanılması üçün hazırda peyvənd üzərində intensiv işlər görülür. “Müvəffəq olsaq, prepa-ratın hazırlanmasına lisenziya alınması üçün müraciət edəcəyik”, - şirkət rəhbəri Stefan Bansel deyib.

Xəbəri BBC yayıb.

Kompensasiyanın məbləği artırılmalıdırAğ ev yanında Milli

Təhlükəsizlik Şurası-nın mətbuat xidmətinin rəhbəri Con Elliot verdiyi açıqlamada bildirib ki, Çin koronavirusdan əziyyət çəkən ölkələrə kompensa-siyanı daha 2 milyard dollar artırmalıdır.

Amerikalı rəsmi vurğulayıb ki, pandemiyanın mənbəyi olaraq Çin xüsusi məsuliyyət daşıyır və bu səbəbdən daha çox ödəməlidir. Onun sözlərinə görə, ABŞ artıq pandemiya ilə mübarizədə dünya ölkələrinə 10 milyard dollar ayırıb.

Qeyd edək ki, Çin lideri 2 il ərzində dünya ölkələrinə koronavirusa görə 2 milyard dollar dəstək göstəriləcəyini açıqlayıb.

Xəbəri CNN yayıb.

Yaponiya

100 dəfə istifadə edilə bilən maska hazırlanıb

Niiqata Universitetinin əməkdaşları pandemiya dövründə təkrar istifadə edilə bilən tibbi maska hazırlayıblar. Yeni vasitə COVİD-19 da daxil olmaqla insanları virus infeksiyala-rına yoluxmaqdan qoruyur.

Yeni maskanı 100 dəfəyə qədər yumaq mümkündür.Bildirilir ki, bu maskaların yalnız Yaponiyada satıla-

cağı gözlənilir. Onun mayın 23-dən satışa çıxarılması planlaşdırılır.

Xəbəri TASS yayıb.

Türkiyə

PKK itki verdiQars bölgəsində

Türkiyənin təhlükəsizlik qüvvələrinin həyata keçir-diyi antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib. Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində reallaşdırdığı “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgəyə keçmək istəyən ter-rorçu qrupa da zərbə vurulub. Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu əməliyyatda 2 PKK/YPG terrorçusu məhv edilib.

Nazirliyin yaydığı digər bir informasiyada bildirilir ki, Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Hakurk bölgəsində yerləşən PKK düşərgələrinə dəqiq zərbələr endirib. Nəticədə 3 terrorçu zərərsizləşdirilib.

Xəbəri “Anadolu” agentliyi yayıb.

İtaliya

A Seriyasının bərpası uzadılıbİtaliyada koronavirus

səbəbindən idman yarış-larına qoyulan qadağa iyulun 14-nə kimi uzadı-lıb.

Bildirilir ki, bununla bağlı İtaliyanın Baş naziri Cüzeppe Konte müvafiq

sərəncam imzalayıb. Pandemiya ilə bağlı vəziyyət yax-şılışacağı təqdirdə bu məsələyə yenidən baxıla biləcəyi qeyd olunub.

Beləliklə, A Seriyası planlaşdırıldığı kimi iyunun 13-də bərpa olunmayacaq. Çempionatın iyunun 20-də başlaya-cağı gözlənilir.

Xəbəri “Goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Mayın 20-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 11-16, gündüz 25-30 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11 , gündüz 17-22 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,

qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15, gündüz 21-25 , dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-16, gündüz 25-30 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 13-15, gündüz 22-27 , dağlarda gecə 11-13, gündüz 18-23 dərəcə isti olacaq.

Abdin Fərzəliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna qardaşı

ÇİNGİZ MƏMMƏDOVUNvəfatından kədərləndiyini bildirir və dərin hüznlə

başsağlığı verir.

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna qardaşı

ÇİNGİZ MƏMMƏDOVUNvəfatından kədərləndiyini bildirir və dərin hüznlə

başsağlığı verir.

Şirvan şəhərindən İlqar Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna qardaşı

ÇİNGİZ MƏMMƏDOVUN

vəfatından kədərləndiyini bldirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Dillər Universitetinin rektoru, professor-müəllim heyəti və Həmkarlar İttifaqı Komitəsi ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Nigar Vəliyevaya atası

ÇİNGİZ MÜƏLLİMİNvəfatından kədərləndiklərini bildirir və dərin hüznlə

başsağılğı verirlər.

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev və aparat işçiləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyevə qardaşı

VAQİF ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ABŞ Ümumdünya Səhiyyə Təşkilatını təcili öhdəliklər götürməyə çağırıb

ABŞ-ın dövlət başçısı təşkilatı yaxın vaxtlarda koronavirusun yayılması ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üzrə öhdəliklər götürməyə dəvət edib: “ABŞ Prezidenti kimi, mənim borcum sizi məlumatlandırmaqdır ki, əgər Ümumdünya Səhiyyə Təşkilatı qarşıdakı 30 gün ərzində vəziyyəti yaxşılaşdırmaqla bağlı öz üzərinə öhdəlik götürməsə, ÜST-ün maliyyələşdirilməsinin dondurulması ilə bağlı qəbul etdiyim müvəqqəti qərarı daimi edəcək və bu təşkilatda üzvlük məsələmizə yenidən baxacağam”.

Tramp daha sonra qeyd edib: “Mən ame-rikalı vergi ödəyicilərinə icazə verə bilmərəm ki, özünün hazırkı vəziyyəti ilə qətiyyən Amerikanın maraqlarına xidmət etməyən bir təşkilatı maliyyələşdirməkdə davam etsinlər”.

Prezident məktubunda ÜST-ə qarşı bir sıra ittihamlar irəli sürüb. Onun fikrincə, təşkilat koronavirusun əlamətləri haqqında müxtəlif xəbərdarlıqları qulaqardına vurub, yaxud ümumiyyətlə, inkar edib. Tramp, eyni zamanda, təşkilatın Çinlə bağlı mövqeyini tənqid edib.

Məktubda daha sonra deyilir: “Aprelin 14-də mən COVİD-19-a qarşı mübarizənin uğursuz təşkili ilə bağlı ABŞ administrasiya-sının araşdırması başa çatana qədər ÜST-ün işində iştirakımızı müvəqqəti olaraq dayandır-maq barədə qərar qəbul etmişəm”. Trampın sözlərinə görə, ÜST-ün yenidən etimad qazanması üçün yeganə yol “Çindən asılı olmadığını” nümayiş etdirməkdir.

Xatırladaq ki, Çinin rəsmi şəxsləri ABŞ tərəfinin ittihamlarına cavab olaraq pandemi-yaya qalib gəlinməyincə günahkar axtarma-ğın doğru olmadığını dəfələrlə bəyan ediblər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Xəbərdə sonra qeyd olunur ki, dövlət başçıları COVİD-19-a qarşı qlobal səviyyədə mübarizənin daha səmərəli təşkilinin vacib olduğunu vur-ğulayaraq, bu istiqamətdə birgə

səylərin artırılmasını zəruri hesab ediblər.

Bundan başqa, telefon bağlantısı zamanı prezidentlər iki ölkə arasında iqtisadi, ticari, mədəni əlaqələrin mövcud

vəziyyətini də müzakirə ediblər. Onlar Suriya və Liviyadakı gərgin duruma da toxunublar.

Kremlin açıqlamasına görə, prezidentlər son günlər Livi-yada gərginliyin artmasından narahat olduqlarını bildiriblər. Onlar hesab edirlər ki, münaqişənin sülh yolu ilə həlli üçün Liviya üzrə Beynəlxalq Berlin Konfransında əldə olunan razılaşmanın icrası vacibdir.

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının da Liviyada silahlı qarşıdurmanın qarşısının alınması ilə bağlı 2510 nömrəli qətnaməsi möv-cuddur. Hələlik həmin sənəd də kağız üzərində qalıb. Bu ölkədə münaqişəyə cəlb olunan tərəflər arasında qarşıdurmalar günbəgün kəskinləşir. Ağır bombardmanlar nəticəsində dinc insanlar həlak olur, ölkənin iqtisadiyyatı tənəzzülə uğrayır, infrastruktur dağılır.

Rusiya və Türkiyə prezidentləri hesab edirlər ki, Liviyada silahlı qarşıdurmaların qarşısının alınması üçün təcili atəşkəs elan olunmalı, sülh danışıqlarına başlanılmalıdır.

M.HACIXANLI, “Xalq qəzeti”

Böyük Britaniya gömrük-rüsum sistemində dəyişiklik edə bilər

� “Anadolu” agentliyinin yaydığı xəbərə görə, Böyük Britaniya hökuməti yeni müstəqil gömrük-rüsum sistemini təqdim edib.

Bildirilir ki 2021-ci il yan-varın 1-dən qüvvəyə minəcək və Avropa İttifaqının vahid xa-rici tarifini əvəzləyəcək bu ye-nilik sayəsində rəsmi London Britaniya müəssisələri üçün ədalətli rəqabət şəraitinə nail olmaq, ölkəyə investisiya axı-nını stimullaşdırmaq və yeni iş yerləri açmaq istəyir. Yeni tarif rejimi xaricdən məhsul

idxalını asanlaşdırmalı və onların qiymətlərini ucuzlaş-dırmalıdır. Bununla yanaşı, yenilik tətbiq edildikdən sonra

hesablaşmalar funt-sterlinqlə aparılacaq.

“Biz birmənalı yanaş-ma sayəsində Britaniya

sənayesini dəstəkləyir və koronavirusun yayılma-sı nəticəsində yaranan misli görünməmiş iqtisadi problemləri dəf etmək üçün biznesə yardımçı oluruq”, - deyə Böyük Britaniyanın xarici ticarət naziri Elizabet Trass bildirib.

Xatırladaq ki, 2020-ci il yanvarın 31-də Böyük Britaniya 47 illik üzvlükdən sonra Avropa İttifaqından çıxıb. Bundan sonra 2020-ci il dekabrın 31-dək davam edəcək keçid dövrü başlayıb. Keçid dövrü başa çatana qədər London və Brüssel gələcək əməkdaşlıq şərtləri barədə razılığa gəlməli və ilk növbədə azad ticarət sazişini imzalamalıdırlar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Məlumatda bildirilir ki, oyunun təşkilində əsas məqsəd diaqnostika, terapiya və vaksinlər də daxil olmaqla, koronavirusun müalicəsində yeni vacib texnologiyala-rın inkişafını və istehsalını sürətləndirmək üçün qlobal əməkdaşlığa töhfə verməkdi.

Aksiya ilə bağlı fikirlərini bölüşən FIFA prezidenti Canni İnfantino bildirib ki, pandemiya ilə mübarizədə iştirak etmək və görülən işləri dəstəkləmək üçün həmrəylik nümayiş etdirmək niyyətindədirlər: “Biz bir neçə digər kampaniyalar vasitəsilə

maarifləndirmə işlərində fəal iştirak etmiş və bu problemin həllinə maliyyə töhfəsi vermi-şik. İndi isə sağlamlıqla bağlı vəziyyət imkan verdikdə, hətta bu, bir neçə aydan son-ra olsa belə, qlobal maliyyə yardımı toplama aksiyası təşkil etməyi özümüzə borc bilirik”.

Bildirilir ki, xeyriyyə oyununun yeri, tarixi, iş-tirakçıları və formatı hələ müəyyənləşdirilməyib. Bu və digər suallara ya-xın gələcəkdə aydınlıq gətiriləcəyi qeyd olunub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

ALLAH RƏHMƏT ELƏSİN

“Rimba S.A” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN-1700380891) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini iki ay müddətində Bakı şəhəri, Səbail rayonu, Yaqubov küçəsi 82 nömrəli ünvana bildirməlidirlər. Ünvan- Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi ev 16A, mənzil 122, giriş-2.

Telefon-070-214-49-92. Email:[email protected] Ləğv edən, Vera Qaqarkina

9 “Buta” Humanitar Uşaq Fondu təşkilati - hüquqi forması-nı dəyişərək “Buta” Uşaq Humanitar İctimai Birliyinə çevrildiyini bildirir.

9 İcbari Sığorta Bürosu tərəfindən “Günay Sığorta” ASC-yə verilmiş BA844023, BA844190, BA894259, BA973720, BA973717, BA973716, BA973715, TA064852, TA064851, RA051500, TA074258, TA074257, RA052362, RA052361, TA074379, TA076762, TA076761, TA076760 və TA076759 nömrəli ciddi hesabat blankları itdiyi üçün etibarsız sayılır.

FIFA pandemiya ilə mübarizədə iştirak etmək və görülən işləri dəstəkləmək üçün yeni aksiyaya başlayıb. Dünyanın ali qurumun rəsmi saytının yaydığı məlumata görə, FIFA koronavirus pande-miyası ilə mübarizə çərçivəsində xeyriyyə matçı təşkil edəcək.

Latın Amerikasında koronavirusa yoluxanların sayı 7 dəfə artıb

Ay ərzində Latın Amerikasında COVİD-19 virusuna yoluxanların sayı 7 dəfə artaraq 540 min nəfərə çatıb. Ay ərzində koronavirus 30 min nəfərin həyatına son qoyub.

Ən çox yoluxma və ölüm Braziliyada qeydə alınıb. Son sutka ərzində Brazili-yada 13 min yoluxma halı qeydə alınıb.

İkinci yerdə Peru gedir. Burada 98 min nəfər COVİD-19 da-şıyıcısı var. Yoluxmaların sayına görə Peru Meksikanı keçib.

Beləliklə, Latın Amerikasında koronavirus tüğyan edir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

ABŞ Prezidenti Donald Tramp Ümum-dünya Səhiyyə Təşkilatının (ÜST) baş direk-toru Tedros Adhanom Qebreyesusa ünvan-ladığı yeni məktubu dərc etdirib. Məlumatı TASS verib.

Türkiyə və Rusiya prezidentləri telefonla bir sıra aktual ikitərəfli və regional məsələləri müzakirə ediblər. Liderlər, ilk növbədə koronavirus pandemiyası ilə bağlı ölkələrində görülən işlər haqqında danışıblar və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıblar. Bu barədə “Anadolu” agentliyi Kremldəki rəsmi mənbələrə istinadən məlumat yayıb.

V.Putin ilə R.T.Ərdoğan arasında telefon danışığı

FIFA koronavirusla mübarizə üçün xeyriyyə matçı keçirəcək

Dünya bazarında “qara qızıl”ın qiyməti tez-tez dəyişir. Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli əvvəlcə 35,40, sonra isə 34,81 dollar oldu.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barelinin qiyməti əvvəlcə 34,12, sonra isə 32,62 dollar olub. Azərbaycanın “AzeriLight” markalı

neftinin qiyməti 0,12 faiz artaraq bir bareli 36,6 dollar olub. Yenə də “Azeri-Light” nefti öz keyfiyyətinə görə öndədir.

Ekspertlər bildiriblər ki, OPEC+ dövlətlərinin hasilatı azaltmaq barədə qərarları artıq özünü göstərir. Bun-dan əlavə, bəzi inkişaf etmiş ölkələrin karantindən çıxması və sərhədləri aç-ması da dünya bazarında “qara qızıl”ın qiymətinin artmasına səbəb olacaq.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Neftdən nə xəbər?!