satinalma ÜzrƏ tƏlimatlar · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. borcalan...

51
Bu sənəd ingilis dilindən tərcümə edilmişdir və sənədlə bağlı hər hansı fikir ayrılığı və ya ziddiyət olduğu halda ingilis dilindəki mətn etibarlı sayılır. SATINALMA ÜZRƏ TƏLIMATLAR Aprel 2006 Asiya İnkişaf Bankı

Upload: others

Post on 04-Nov-2020

4 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

Bu sənəd ingilis dilindən tərcümə edilmişdir və sənədlə bağlı hər hansı fikir ayrılığı və ya ziddiyət olduğu halda ingilis dilindəki mətn etibarlı sayılır.

          

 SATINALMA ÜZRƏ TƏLIMATLAR 

               Aprel 2006        

Asiya İnkişaf Bankı    

Page 2: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

1

MÜNDƏRİCAT  I.  MÜQƏDDİMƏ  4 

1.1 Məqsəd  4 1.2 Ümumi Təhlil  4 1.5 Təlimatların Tətbiq edilməsi  5 1.6 Münasiblik  6 1.9 Müqavilənin Əvvəlcədən Bağlanması və Xərclərin Sonradan     

                  Maliyyələşdirilməsi 7 

1.10 Birgə Müəssisələr  7 1.11 AİB‐nın İcmalı  7 1.12 Düzgün Aparılmayan Satınalmalar  7 1.13 AİB‐ə istinadlar  8 1.14 Fırıldaq və Korrupsiya  8 1.16 Satınalma Planı  

11 

II. BEYNƏLXALQ TENDER A. Ümumi Müddəalar 

12 

2.1 Müqəddimə  12 2.2 Müqavilələrin Növü və Ölçüsü  12 2.6 İki Mərhələli Tender  13 2.7 Xəbərdarlıq və Elan  14 2.9 Tender İştirakçılarının Ixtisasa Görə Ilkin Seçimi  14 

B. Tender Sənədləri  15 2.11 Ümumi Müddəalar  15 2.13 Tender Təklifləri və Tender Zəmanətinin Qüvvədə Qalması  16 2.15 Dil  17 2.16 Tender Sənədlərinin Aydınlığı  17 2.19 Standartlar  18 2.20 Ticarət Markalarının İstifadəsi  18 2.21 Qiymətlərin Hesablanması  18 2.24 Qiymətlərin Təshih Edilməsi  19 2.26 Daşınma və Sığorta  19 2.28 Valyutaya dair Müddəalar  20 2.29 Tender Təklifinin Valyutası  20 2.31 Tender Təkliflərinin Müqayisəsi üçün Valyutanın Konversiyası  21 2.32 Ödəniş Valyutası  21 2.34 Ödəniş Şərtləri və Metodları  21 2.37 Alternativ Tender Təklifləri  22 2.38 Müqavilənin Şərtləri  22 2.39 İcra Zəmanəti   22 2.41 Ziyanın Ödənilməsi və Mükafatlandırma  23 2.42 Fors Major   23 2.43 Tətbiq Edilən Qanun və Münaqişələrin Həlli   23 

Page 3: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

2

C.  Tenderin  Açılışı,  Qiymətləndirmə  və Müqavilənin  Qalib  Iddiaçıya  Təqdim Edilməsi 

2.44 Tender Təkliflərinin Hazırlanması Üçün Ayrılan Müddət 

24  24 

2.45 Tender Təkliflərinin Açılış Proseduru  24 2.46 Tender Təkliflərinin Aydınlaşdırılması və ya Onlarda Dəyişikliklər          Edilməsi 

25 

2.47 Məxfilik   25 2.48 Tender Təkliflərinin Yoxlanılması   25 2.49 Tender Təkliflərinin Qiymətləndirilməsi və Müqayisəsi   26  2.55 Yerli Güzəştlər   27  2.57 Tender Təkliflərinin Qüvvədə Olma Müddətinin Uzadılması   28 2.58 İddiaçıların Tenderdən Sonrakı Ixtisas Seçimi   28 2.59 Müqavilənin Qalib Iddiaçıya Təqdim Edilməsi  28 2.60 Müqavilənin Qalib Iddiaçıya Təqdim Edilməsinin Nəşr Olunması   29 2.61 Heç Bir Tender Təklifinin Qəbul Edilməməsi   29 2.65 Tenderin Nəticələri Barəsində Brifinq   30 

D. Dəyişiklik Edilmiş BRT  30 2.66 İdxal Proqramlarını Cəlb Edən Əməliyyatlar  30 2.68 Malların Satın Alınması   31 2.69 Təkrar Sifariş  

31 

III. Satinalmanin Digər Növləri  32 3.1 Ümumi  32 3.2 Məhdud Beynəlxalq Tender  32 3.3 Milli Rəqabətli Tender   32 3.5 Şoppinq   33 3.6 Birbaşa Bağlanan Müqavilə  34 3.8 Öz Gücü Hesabına Icra   35 3.9 Xüsusiləşdirilmiş Agentliklərdən Satınalma   35 3.10 Satınalma Işləri Üzrə Agentlər  35 3.11 Təftiş Işləri Üzrə Agentlər   36 3.12 Maliyyə Ortaqlarına Verilən Kreditlər Hesabına Satınalma    36 3.13 BOO / BOT / BOOT, Güzəştlər və Oxşar Fərdi Sektorun Vəsaiti          Hesabına Satınalma 

36 

3.14 İcraya Əsaslanan Satınalma  37 3.16 AİB Tərəfindən Zəmanət Verilən Kreditlər Hesabına Satınalma  38 3.17 Satınalmada Ictimaiyyətin Iştirakı   38 3.18 Bədbəxt Hadisə və Fövqəladə Yardım Zamanı Satınalma  38 

 ƏLAVƏLƏR  Əlavə 1: Tədarük Qərarlarına dair AİB‐nın İcmalı 

1. Tədarükün Planlaşdırılması 

 40  40 

2. İlkin İcmal  40 5. Sonrakı İcmal  42 

Page 4: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

3

Əlavə 2: Daxili İstehsalçi və Təchizatçilara Verilən Üstünlüklər 1. Daxildə İstehsal Olunmuş Mallara Üstünlük Verilməsi 

44 44 

7. Yerli Podratçılara Üstünlük Verilməsi  45 Əlavə 3:Tender İştirakçilarina Tövsiyyələr 

1. Məqsəd 2. Tədarük üçün Cavabdehlik 

47 47 47 

3. AİB‐nın Rolu  47 5. Tender Haqda Məlumat  48 6. Tender İştirakçılarının Rolu  48 10. Məxfilik  49 11. AİB‐nın Fəaliyyəti  49 15. Debrifinq   

50 

   

Page 5: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

4

 I.  MÜQƏDDİMƏ  Məqsəd  1.1 Hazırkı  Təlimatların məqsədi Asiya  İnkişaf  Bankından  (AİB)  alınmış  kreditlə, 

AİB‐nın maliyyələşdirdiyi qrantla və ya AİB‐nın  idarə etdiyi vəsaitlərlə1 tam və ya qismən maliyyələşdirilən  layihəni həyata keçirən  şəxsləri  layihə üzrə  zəruri olan  mal,  iş  və  xidmətlərin  (məsləhətçi  xidmətlərindən  başqa) 2  alınmasını tənzimləyən siyasətlər haqda məlumatlandırmaqdır. Maliyyə sazişi borcalan3 və AİB  arasındakı  hüquqi  əlaqələri  tənzimləyir,  Təlimatlar  sazişdə  verildiyi  kimi mal və işlərin alınması istiqamətində tətbiq edilir. Borcalanın və layihə üçün mal və işlərin təminatçılarının hüquq və öhdəlikləri hazırkı Təlimatlar və ya maliyyə sazişləri  ilə  deyil,  tender  sənədləri,  borcalanın mal  və  işlərin  təminatçıları  ilə imzaladığı müqavilələrlə  tənzimlənir. Maliyyə  sazişini  imzalayan  tərəflərindən başqa, heç bir  tərəfin burada heç bir hüququ yoxdur və ya maliyyələşdirmənin vəsaitlərinə dair heç bir iddia qaldıra bilməz. 

 Ümumi Təhlil  1.2 Layihənin həyata keçirilməsinə dair cavabdehlik, beləliklə də layihə çərçivəsində 

müqavilələrin həvalə edilməsi və  idarə edilməsi borcalanın üzərinə düşür. AİB öz  tərəfindən  təmin  etməlidir  ki,  maliyyələşdirmə  zamanı  ayrılan  vəsaitlər qənaətçililik  və  səmərəlilik  nəzərə  alınmaqla  istifadə  edilsin. Layihənin  həyata keçirilməsində  riayət  ediləcək  satınalma  üzrə müəyyən  qayda  və  prosedurlar müəyyən  vəziyyətdən  asılı  olduğu  halda,  AİB‐nin  tələblərini  adətən  beş  əsas prinsip tənzimləyir:  

 (a) AİB Sazişi Maddələrinin  14  (ix) Maddəsi  çərçivəsində Direktorlar  Şurası 

başqa  şəkildə  qərar  qəbul  etməsə, Xüsusi  Fondun  resurslarından  alınan kredit və ya qrantlarla satınalmaya dair paraqraf 2.11‐də müəyyən edilmiş səriştənin olması şərti ilə, AİB maliyyələşdirməsinin vəsaitləri ancaq AİB‐nin üzv dövlətlərindən  təchiz  edilən  və  orada  hazırlanan mal  və  işlərin tədarükü üçün istifadə edilə bilər; 

1  Hazırkı  Təlimatların  məqsədi  üçün  AİB  tərəfindən  maliyyələşdirməyə  AİB‐nın  idarə  etdiyi  vəsaitlərlə maliyyələşdirmə daxildir. 2  Məsləhətçilərin  seçilməsi  və  cəlb  edilməsi  ilə  əlaqədar  Asiya  İnkişaf  Bankı  və  onun  Borcalanları  tərəfindən Məsləhətçilərin  istifadə edilməsinə dair Təlimatlara bax. Hazırkı satınalma üzrə Təlimatda “mal və  işlərə”  istinada nəqliyyat,  sığorta,  quraşdırma,  tapşırığın  verilməsi,  təlim  və  ilkin  təmir  işləri  kimi müvafiq  xidmətlər  daxildir. Hazırkı satınalma üzrə Təlimatların müddəaları təlim, xəritələrin hazırlanması və oxşar əməliyyatlar kimi xidmətlərə dair tətbiq edilir. 3 Hazırkı  Təlimatlarda  istifadə  edilən  “borcalan”  termininə AİB‐nın maliyyələşdirdiyi  qrantları  və AİB‐nın  idarə etdiyi  fondları  qəbul  edən  tərəfləri,  eləcə  də  layihə  üzrə  icraçı  qurumu  əhatə  edir.  Bəzi  hallarda  borcalan  ancaq vasitəçi kimi  çıxış  edir,  layihə  isə digər qurum və ya  agentlik  tərəfindən həyata keçirilir ki, belə hallarda hazırkı Təlimatlarda  borcalana  istinad  edilərkən  belə  qurum  və  agentliklər,  eləcə  də  kreditin  verilməsi  çərçivəsində  alt‐borcalanlar nəzərdə tutulur. 

Page 6: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

5

 (b) Mal  və  işlərin  satınalması  da  daxil  olmaqla,  layihənin  həyata 

keçirilməsində qənaətcililik və səmərəliliyə ehtiyac;  

(c) AİB tərəfindən maliyyələşdirilən mal və işlərin təchiz edilməsində rəqabət aparmaları  üçün  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdən 4 münasib  tender  iştirakçılarının  hamısına  eyni məlumatların  və  bərabər imkanların verilməsində AİB maraqlıdır; 

 (d) Borcalanın ölkəsində yerli podratın və emal  sənayesinin  inkişafını  təşviq 

etməkdə AİB maraqlıdır; və  

(e) Satınalma prosesində şəffaflığın olması vacibdir.  

1.3 Açıq  rəqabət  dövlət  satınalmasının  səmərəli  olması  üçün  əsasdır.  Borcalanlar xüsusi  satınalmalar  üzrə  ən  münasib  metodu  seçəcəklər.  Bir  çox  hallarda qoyulmuş  şərtlər  altında  ölkədə  istehsal  edilən  mallara  və  müvafiq  hallarda işlərin görülməsi üçün yerli podratçılara5  üstünlüyün verilməsi ilə düzgün idarə edilən beynəlxalq  tender  (BT)  ən münasib metod  sayılır. Buna görə də bir  çox hallarda AİB münasib təchizatçı və podratçıların6  iştirak etdiyi BT vasitəsilə mal, iş  və  xidmətlərin  alınmasını  borcalandan  tələb  edir.  Hazırkı  Təlimatların  II Bölməsində BT üzrə prosedurlar təsvir edilir. 

 1.4 BT‐in  satınalma  üçün  ən  münasib  metod  olmadığı  hallarda,  digər  satınalma 

metodlarından  istifadə  edilə  bilər.  III  Bölmədə  digər  satınalma  metodları  və onların tətbiq edilməsi üçün münasib hallar təsvir edilir. Müəyyən edilmiş layihə çərçivəsində satınalma zamanı istifadə ediləcək müəyyən metod haqda maliyyə sazişində  müddəa  verilir.  Layihə  çərçivəsində  maliyyələşdiriləcək  xüsusi sazişlər,  onların  maliyyə  sazişinə  uyğun  olan  satınalma  metodu  hazırkı Təlimatların  1.16‐cı  paraqrafında  göstərildiyi  kimi  satınalmalar  planında müəyyən edilir. 

 Təlimatların Tətbiq edilməsi  1.5 Hazırkı  Təlimatlarda  verilən  prosedurlar  AİB  tərəfindən  tam  və  ya  qismən 

maliyyələşdirilən mal  və  işlər  üzrə  imzalanan  bütün müqavilələrə  dair  tətbiq edilir7 .  AİB  tərəfindən  maliyyələşdirilməyən  mal  və  işlərin  satınalması  üçün bağlanmış müqavilələr halında borcalan digər prosedurlardan istifadə edə bilər. Belə  hallarda  AİB  qane  olacaq  ki,  istifadə  ediləcək  prosedurlar  vasitəsilə borcalanın  öhdəlikləri  yerinə  yetiriləcək,  bununla  da  layihə  lazımi  şəkildə səmərəli həyata keçiriləcək, mal və işlər:  

4 1.6, 1.7 və 1.8‐ci paraqraflara bax. 5 Hazırkı Təlimatların məqsədi ilə, “podratçı” ancaq tikinti xidmətlərini təmin edən şirkətə aiddir. 6 1.6, 1.7 və 1.8-ci paraqraflara bax. 7 Buraya borcalan 3.10-cu paraqraf altında satınalma üzrə agenti işə cəlb etdiyi hallar daxildir.

Page 7: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

6

 (a) yaxşı keyfiyyətdə olmaqla, layihəyə uyğun olsun; (b) vaxtında təmin edilsin və ya başa çatdırılsın; və (c) qiyməti layihənin qənaətcililik və iqtisadi səmərəliliyinə zərər verməsin.  

 Münasiblik  1.6 Rəqabəti  təşviq  etmək üçün AİB bütün üzv dövlətlərin AİB‐nin maliyyələşdirdiyi 

ölkələrə mal, iş və xidmət təklif etməsinə icazə verir8. İştiraka dair hər hansı şərtlər hər hansı müqavilənin yerinə yetirilməsi üçün  iddiaçının potensialını  təmin etmək üçün vacib olan şərtlərlə məhdudlaşır.  

 1.7 AİB  tərəfindən  tam  və  ya  qismən  maliyyələşdiriləcək  hər  hansı  müqavilə  ilə əlaqədar olaraq AİB borcalanın müqaviləni uğurla yerinə yetirməsi üçün potensial və  resursları  ilə  əlaqədar  olmayan  səbəblərə  görə  iddiaçının  iştirakına  etiraz etməsinə  yol  vermir,  eləcə  də  borcalana  belə  səbəblərə  görə  hər  hansı  iddiaçını kənarlaşdırmağa  icazə  vermir. Nəticə  etibarilə  borcalanlar müəyyən müqavilə  ilə əlaqədar  tender  iştirakçılarının potensialından əmin olmaq üçün onların  texniki və maliyyə baxımından ixtisasını diqqətlə araşdırırlar.  

 1.8 Yuxarıda qeyd edilənlərə dair istisna halları aşağıdakılardır:  

(a) Birləşmiş  Millətlər  Təşkilatı  Nizamnaməsinin  VII  Bölməsi  çərçivəsində Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurasının  qərarına  uyğun olaraq yerinə yetirmə aktı ilə borcalan ölkə müəyyən ölkədən, şəxsdən və ya qurumdan  malların  idxalına  və  ya  onlara  ödənişlərin  edilməsinə  qadağa qoyarsa,  ölkənin  şirkətləri və ya  ölkədə  istehsal  edilən mallar  istisna  edilə bilər. Borcalan ölkə hər hansı şirkətə və ya hər hansı mallara görə ödənişlərin edilməsinə qadağa qoyursa, şirkət istisna edilə bilər.  

 (b) Layihənin hazırlanması və ya həyata keçirilməsi üçün məsləhətçi xidmətləri 

göstərməsi  üçün  borcalan  tərəfindən  cəlb  edilmiş  şirkət  və  onun  filialları layihənin  hazırlanması  və  ya  həyata  keçirilməsi  üçün  şirkətin  göstərdiyi məsləhətçi xidmətləri nəticəsində ortaya çıxan və ya onlarla birbaşa əlaqədar olan  mal,  iş  və  ya  xidmətlərin  sonradan  təmin  edilməsindən kənarlaşdırılacaqdır.  Bu  müddəa  “tam  hazır”  şərti  ilə  müqavilələr  və  ya layihənin  hazırlanması  və  tikinti  müqavilələri  çərçivəsində  podratçının öhdəliklərini həyata keçirən müxtəlif şirkətlərə (məsləhətçilər, podratçılar və ya təchizatçılara) dair tətbiq edilmir9.  

(c) (i)  hüquqi  və maliyyə  baxımından müstəqil  olarsa,  (ii)  ticarət  qanunu  ilə fəaliyyət göstərərsə, və (iii) borcalandan və ya alt‐borcalandan asılı qurumlar 

8 2.11-ci paraqrafa bax. 9 2.5-ci paraqrafa bax.

Page 8: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

7

deyilsə,  borcalanın  ölkəsində  dövlət müəssisələri  iddiaçı  kimi  iştirak  edə bilərlər10. 

 (d) Hazırkı  təlimatların  1.14  paraqrafına  uyğun  olaraq  AİB  tərəfindən  qeyri‐

münasib  bəyan  edilmiş  şirkət  və  ya  fərdlər  AİB‐nin  maliyyələşdirdiyi müqavilələrin  həvalə  edilməsi  üçün  AİB  tərəfindən müəyyən  edilən  vaxt ərzində qeyri‐münasib hesab ediləcəklər. 

 Müqavilənin əvvəlcədən bağlanması və xərclərin sonradan maliyyələşdirilməsi  1.9 AİB  əlaqədar maliyyə  sazişi  imzalanmazdan  əvvəl  satınalmalar  istiqamətində  ilk 

addımların atılmasında borcalanı təşviq edir. Belə hallarda mümkün müqavilələrin AİB‐nin maliyyələşdirilməsi üçün münasib  olması üçün  elanın  verilməsi də daxil olmaqla  satınalma  prosedurları  Təlimatlara  uyğun  olacaq, AİB  borcalanın  həyata keçirdiyi  prosesi  nəzərdən  keçirəcəkdir.  Borcalan  müqavilənin  əvvəlcədən bağlanması  ilə  əlaqədar  hər  hansı  riski  öz  üzərinə  götürür. AİB‐nın  prosedurlar, sənəd  və  ya  təkliflə  razılaşması  AİB‐nı  müəyyən  layihəni  maliyyələşdirməyə məcbur  etmir.  Əgər müqavilə  imzalanıbsa, maliyyə  sazişi  imzalanmazdan  əvvəl müqavilə  çərçivəsində  borcalan  tərəfindən  edilmiş  hər  hansı  xərclərin  AİB tərəfindən  ödənilməsi  retroaktiv  maliyyələşdirmə  adlanır,  belə  xərclərə  maliyyə sazişində müəyyən edilmiş hüquq çərçivəsində icazə verilir.  

 Birgə Müəssisələr  1.10 Hər hansı şirkət müstəqil olaraq və ya birgə cavabdehliyi təsdiq edən yerli və/və 

ya xarici şirkətlərlə birgə müəssisədə tender təklifi verə bilər, ancaq AİB icbari birgə müəssisələrin  və  ya  şirkətlər  arasında  icbari  birliyin  digər  formalarının  olmasını tələb edən tender şərtlərini qəbul etmir. 

 AİB‐nın İcmalı  1.11 Satınalma prosesinin  razılaşdırılmış prosedurlara uyğun həyata keçirildiyindən əmin  olmaq  üçün  AİB  borcalanın  satınalma  prosedurlarını,  sənədləri,  tender təkliflərinin  qiymətləndirilməsini,  müqavilənin  verilməsinə  dair  tövsiyyələri  və müqavilələri  nəzərdən  keçirir.  Bu  icmal  prosedurları  Əlavə  1‐də  verilir.  AİB tərəfindən  təsdiq edilən  satınalmalar planında11 tam və ya qismən AİB  tərəfindən maliyyələşdiriləcək  mal  və  işlərin  müxtəlif  kateqoriyaları  baxımından  bu  icmal prosedurlarının nə dərəcə tətbiq ediləcəyi müəyyən edilir. 

    

10 Paraqraf 3.8-də verildiyi kimi iş qüvvəsi hesabına işi gördürən idarələrdən başqa. 11 1.16-cı paraqrafa bax.

Page 9: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

8

Düzgün aparılmayan satınalmalar  1.12 AİB maliyyə  sazişinin müddəaları və hazırkı Təlimatlara uyğun olaraq alınmış 

mal  və  işlərə  çəkilən  xərcləri maliyyələşdirir.  Əgər  satınalma  razılaşdırıldığı  kimi həyata keçirilməyibsə, AİB satınalmanın düzgün aparılmadığını bəyan edib, adətən düzgün  alınmayan  mal  və  işlər  üçün  ayrılmış  maliyyə  vəsaitlərini  ləğv  edir. Müvafiq  hallarda  satınalmanın  düzgün  aparılmadığını  bəyan  etdikdən  sonra AİB tenderin  yenidən  keçirilməsinə  icazə  verə  bilər.  Əlavə  olaraq, AİB maliyyə  sazişi çərçivəsində  digər  metodları  tətbiq  edə  bilər.  AİB‐dən  “etiraz  yoxdur”  cavabı alındıqdan sonra müqavilə verilsə belə, AİB yarımçıq, səhv və ya yanıldıcı məlumat əsasında  “etiraz  yoxdur”  cavabının  verildiyi  və  ya  müqavilənin  müddəa  və şərtlərinin AİB‐nin razılığı olmadan əhəmiyyətli dərəcədə dəyişdiyi  qənaətinə gələrsə, AİB satınalmanın düzgün aparılmadığını bəyan etmək hüququnu saxlayır. 

 AİB‐ə istinadlar  1.13 Müqavilə  tam və ya qismən AİB  tərəfindən maliyyələşdirilməlidirsə, aşağıdakı 

dildə tender sənədlərində AİB‐a istinad ediləcəkdir:  

“...  (borcalanın  adı)  ...  (layihənin  adı)  dəyəri müqabilində Asiya  İnkişaf Bankının  (adi  kapital  resursları  və  ya  Xüsusi  Fondun  resurslarından) kredit  almış,  nəzərdə  tutulur  ki,  tender  üzrə  dəvətnamənin  verildiyi müqavilə  çərçivəsində  bu  kredit  vəsaiti  ödənişlər  üçün  istifadə  edilsin. Beləliklə, Asiya  İnkişaf Bankı  tərəfindən müqavilənin  (müqavilələrin) və ödənişlərin müddəa və şərtləri hər bir halda Satınalmalar üzrə Təlimatlar da daxil olmaqla, Kredit Sazişinin müddəa və şərtlərinə uyğunlaşdırılır. AİB başqa şəkildə razılıq verməsə, (borcalanın adı) başqa heç bir tərəfin Kredit Sazişinə  dair  hüquqları  olmayacaq  və  ya  kredit  vəsaitinə  dair  tələb sürməyəcəkdir.” 

Page 10: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

Fırıldaq və Korrupsiya  1.14 AİB‐nın  anti‐korrupsiya  siyasəti  borcalanların  (AİB‐nın  maliyyələşdirdiyi 

fəaliyyətin  benefisiarları  daxil  olmaqla),  eləcə  də  AİB‐nın  maliyyələşdirdiyi müqavilələr  çərçivəsində  tender  iştirakçılarının,  təchizatçı  və  podratçıların  belə müqavilələri həyata keçirərkən  ən yüksək etika qaydalarına riayət etmələrini  tələb edir. Hazırkı Təlimatlar kontekstində bu siyasətin həyata keçirilməsi məqsədilə AİB: 

 (a) hazırkı müddəanın məqsədi ilə aşağıdakı kimi verilən şərtləri müəyyən edir:  

(i) “korrupsiya  praktikası”  satınalma  prosesində  və  ya müqavilənin həyata keçirilməsində hər hansı tərəfin fəaliyyətə təsir etmək üçün hər  hansı  dəyərli  əşyanın  birbaşa  və  ya  dolayısı  təklif  etməsi, verməsi, alması və ya tələb olunmasıdır; 

 (ii) “fırıldaq praktikası” satınalma prosesinə və ya müqavilənin həyata 

keçirilməsinə  təsir  etmək  üçün  faktların  təhrifi  və  ya gizlədilməsidir; 

 (iii) “gizli  danışıq  əsasında  razılaşma”  satınalma  prosesində  və  ya 

müqavilənin həyata keçirilməsində hər hansı tərəfin fəaliyyətə təsir etmək üçün borcalanın xəbəri ilə və ya xəbəri olmadan iki və daha artıq  iddiaçı  arasında  planın  düşünülməsi  və  ya  razılığın  əldə edilməsidir; 

 (iv) “məcbur etmə” satınalma prosesinə təsir etmək və ya müqavilənin 

həyata  keçirilməsində  iştirak  etmələrinə  təsir  etmək üçün  birbaşa və ya dolayısı  şəkildə  fərdi  şəxslərə və ya onların  əmlakına zərər verməklə və ya bununla onları qorxuzmaqdır; 

 (b) əgər müqavilənin bağlanması üçün təklif edilən iddiaçının nəzərdən keçirilən 

müqavilə üzrə rəqabət prosesində korrupsiya, fırıldaq, gizli danışıq əsasında razılaşma  və  ya  məcbur  etmə  praktikasını  tətbiq  etdiyini  Bank  müəyyən edərsə, o zaman o müqavilənin bağlanması təklifini rədd edəcəkdir 

 (c) əgər  hər  hansı  bir  vaxt  AİB‐nin  maliyyələşdirdiyi  borcalanın  və  ya 

benefisiarın  təmsilçilərinin  həmin  müqavilə  zamanı  satınalmada  və  ya müqavilənin həyata keçirilməsində korrupsiya, fırıldaq, gizli danışıq əsasında razılaşma və ya məcbur etmədə iştirakını Bank müəyyən edərsə və vəziyyəti düzəltmək  üçün  borcalan  vaxtında  AİB‐ni  qane  edəcək  müvafiq  tədbir görməsə, Bank müqavilə üçün ayrılmış vəsaitin hissəsini ləğv edəcəkdir; 

  

Page 11: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

10

(d) əgər  hər  hansı  bir  vaxt  şirkətin  AİB‐nin  maliyyələşdirdiyi  müqavilə  üzrə rəqabətdə və ya onun həyata keçirilməsində korrupsiya, fırıldaq, gizli danışıq əsasında  razılaşma  və  ya məcbur  etmədə  birbaşa  və  ya  təmsilçi  vasitəsilə iştirak etdiyini Bank müəyyən edərsə, o həmin tərəfə və ya onun davamçısına qarşı  sanksiya  tətbiq  edəcək,  AİB‐nın  maliyyələşdirdiyi  tədbirlərdə  iştirak etməsi üçün qeyri‐müəyyən və ya bəyan edilən müddət üçün qeyri‐münasib elan edəcəkdir; 

 və 

 (e) AİB  tərəfindən  maliyyələşdirilən  tender  sənədləri  və  müqavilələrdə 

müddəanın  daxil  edilməsini  tələb  etmək  hüququ  olacaqdır.  Müddəa  ilə tender  iştirakçılarından,  təchizatçı  və  podratçılardan  AİB  və  ya  onun nümayəndələrinin onların  tender  təklifinin verilməsi, müqavilənin  icrası  ilə bağlı  hesablarını  və  digər  sənədlərini  yoxlamasına,  AİB  tərəfindən  təyin edilən  auditorlar  tərəfindən  nəzərdən  keçirməsinə  icazə  vermələri  tələb ediləcəkdir. 

1.15  (a) AİB‐nın  xüsusi  razılığı  ilə  AİB‐nin  maliyyələşdirdiyi  benefisiar  tender 

sənədlərində verildiyi kimi müqavilə üzrə rəqabətin aparılmasında və onun icrasında fırıldaq və korrupsiyaya qarşı (rüşvətxorluq daxil olmaqla) ölkənin qanunlarına  riayət  etməsi  istiqamətində  iddiaçının  iltizamını  təqdim  edə bilər. Belə iltizamı tənzimləyən qaydaların AİB üçün qane olması şərti ilə AİB borcalan ölkənin xahişi ilə belə iltizamı qəbul edəcəkdir. 

 (b) Müqavilə  tam və ya qismən AİB  tərəfindən maliyyələşdirildikdə, müqavilə 

sənədlərinə  podratçı  tərəfindən  iltizam  daxil  ediləcəkdir  ki,  satınalma prosesində  və  ya  müqavilənin  icrasında  tenderdə  göstərilənlərdən  başqa satınalma  prosesi  və  ya müqavilənin  icrası  ilə  əlaqədar  heç  bir  haqq,  pul şəklində  hədiyyə,  güzəşt,  hədiyyə,  komisyon  haqqı  və  digər  ödənişlər  nə verilib, nə də alınıbdır. 

 (c) AİB  hesab  edir  ki,  maraqların  toqquşması  elə  bir  vəziyyətdir  ki,  tərəfin 

maraqları  tərəfin  rəsmi  öhdəlik  və  ya  cavabdehliklərinin,  müqavilə  üzrə öhdəliklərinin  yerinə  yetirməsinə,  tətbiq  edilən  qanun  və  qaydalara  uyğun işləməsinə  təsir  edə  bilər,  belə  maraq  toqquşması  anti‐korrupsiya  siyasəti çərçivəsində qadağa edilmiş praktikanın olması üçün  şərait yarana   bilər və ya həmin təcrübə həyata keçirilə bilər. Borcalanın (AİB‐nın maliyyələşdirdiyi fəaliyyətin  benefisiarları  daxil  olmaqla),  eləcə  də AİB‐nın maliyyələşdirdiyi müqavilələr  çərçivəsində  tender  iştirakçılarının,  təchizatçı  və  podratçıların belə  müqavilələri  həyata  keçirərkən  ən  yüksək  etika  qaydalarına  riayət etmələrini  tələb  edən  AİB‐nın  anti‐korrupsiya  siyasətinin  tətbiq  edilməsi məqsədilə, maraqların belə toqquşması zamanı vəziyyəti həll etmək üçün AİB müvafiq  tədbirlər  görəcək  və  ya maraq  toqquşmasının  hər  hansı  satınalma 

Page 12: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

11

prosesinin  düzlüyünə  xələl  gətirdiyini  müəyyən  edərsə,  müqavilənin verilməsi təklifini rədd edə bilər.  

 Satınalma Planı  1.16 Layihənin  hazırlıq  hissəsi  kimi  borcalan  AİB‐nın  aşağıdakıları  izah  edən 

satınalma planını12 hazırlayacaq, kredit üzrə danışıqlar başlamazdan  əvvəl  təsdiq etməsi üçün AİB‐na təqdim edəcəkdir: 

 (a) ən azı 18 aylıq ilkin mərhələ ərzində layihənin həyata keçirilməsi üçün tələb 

olunan  mal,  iş  və/və  ya  xidmətlər  istiqamətində  xüsusi  müqavilələr;  (b) maliyyə sazişi çərçivəsində  icazə verilən müqavilələrin satınalma üzrə  təklif edilən metodları və  (c) AİB‐nın  əlaqədar olan  icmal prosedurları13. Borcalan illik  olaraq  və  ya  layihə  müddəti  boyu  lazım  olduqda  satınalma  planını yenidən işləyəcəkdir. Borcalan AİB tərəfindən təsdiq edilən tərzdə satınalma planını həyata keçirəcəkdir. 

12  Əgər  layihəyə  məsləhətçi  xidmətlərinin  seçimi  daxildirsə,  satınalma  planında  Asiya  İnkişaf  Bankı  və  onun Borcalanları  tərəfindən Məsləhətçilərin  İstifadəsi üzrə Təlimatlara uyğun olaraq məsləhətçi xidmətlərinin seçilməsi metodları  daxil  edilməlidir.  Əlaqədar  maliyyələşdirmə  təsdiq  edildikdən  sonra  AİB  ilkin  satınalma  planını ictimaiyyətə açıqlayacaq, əlavə dəyişikliklər haqda məlumat AİB onları təsdiq etdikdən sonra çatdırılacaqdır. 13 Əlavə 1‐ə bax 

Page 13: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

12

     II. BEYNƏLXALQ TENDER  A. Ümumi Müddəalar  Müqəddimə  2.1 Hazırkı  Təlimatlarda  təsvir  edildiyi  kimi  beynəlxalq  tenderin  (BT)  məqsədi 

bütün  münasib  gələcək  tender  iştirakçılarını 14  borcalanın  tələbləri  haqda vaxtında və müvafiq şəkildə məlumatlandırmaq, tələb olunan mal və işlər üçün tender təklifini vermələri üçün bərabər imkanlar verməkdir. 

 Müqavilələrin Növü və Ölçüsü  2.2 Tender sənədlərində bağlanacaq müqavilənin növü müəyyən edilir, təklif edilən 

müvafiq müqavilə  şərtləri  verilir. Müqavilələrin  daha  sadə  növlərində  ümumi məbləğ  və  ya  vahid  qiymət  və  ya  onların  kombinasiyası  əsasında  ödənişlər müəyyən edilir. 

 2.3 Fərdi müqavilələrin ölçüsü və əhatə dairəsi layihənin əhəmiyyətindən, səciyyəsi 

və yerindən asılıdır. Müxtəlif çeşidli mal və  işlərin  təmin edilməsini  tələb edən layihələr üzrə adətən avadanlıq və zavod15 müxtəlif maddələrinin təchizatı və/və ya quraşdırılması, işlərin görülməsi üçün adətən ayrıca müqavilələr verilir. 

 2.4 Oxşar,  ancaq  ayrı  avadanlıq  maddələrinin  təmin  edilməsini  və  ya  işlərin 

görülməsini tələb edən layihə üzrə həm kiçik, həm də böyük şirkətlərin marağını cəlb etmək üçün alternativ müqavilə variantları ilə tender təkliflərinə dair dəvət verilə bilər ki, bu  şirkətlər də öz  seçiminə görə  fərdi müqavilələr  (hissə) və ya oxşar müqavilə qrupu (paket) üzrə tender təklifi təqdim edə bilər. Borcalan üçün ən  aşağı  qiyməti  təklif  edən  tender  təklifini  və  ya  təkliflərin  kombinasiyasını müəyyən  etmək  üçün  bütün  tenderlər  və  tender  kombinasiyaları  eyni  son müddətdə alınmalı, eyni vaxtda açılıb, qiymətləndirilməlidir.16 

 2.5 Müəyyən  hallarda  AİB  layihə  və  hazırlanma,  avadanlığın  təchizatı  və 

quraşdırılması,  tam avadanlığın  tikintisi və ya  işlərin görülməsini bir müqavilə çərçivəsində olan “tam hazır” şərti ilə qəbul edə bilər və ya onu tələb edə bilər. 

14 1.6, 1.7 və 1.8‐ci paraqraflara bax. 15 Hazırkı Təlimatlarda “zavod” istehsal avadanlığında olduğu kimi quraşdırılmış avadanlığa istinad edilir. 16 Tender təkliflərinin qiymətləndirilməsi prosedurları üzrə 2.49‐2.54‐cü paraqraflara bax. 

Page 14: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

13

Alternativ kimi borcalan layihə və hazırlıq üzrə əsas cavabdeh olaraq qala bilər, layihə komponenti üzrə bütün malların təchizatı və işlərin görülməsi üçün vahid cavabdehlik  altında  müqavilənin  bağlanması  məqsədilə  tender  təkliflərinin verilməsinə  dəvət  edə  bilər.  Layihə  və  tikinti, müqavilələrin  bağlanması  üzrə müqavilələr17 müvafiq hallarda18 qəbul edilir.  

 İki Mərhələli Tender  2.6  

(a)  “Tam hazır” şərti ilə müqavilələr və ya böyük mürəkkəb obyekt və ya xüsusi işlərin  görülməsi,  mürəkkəb  informasiya  və  kommunikasiya  texnologiyası üzrə  müqavilələr  halında,  tam  texniki  xüsusiyyətlərin  əvvəlcədən hazırlanması arzuedilməz və ya praktiki deyildir. Belə hallarda iki mərhələli tender  prosedurundan  istifadə  edilə  bilər  ki,  bu  zaman  da  qiymət göstərmədən  texniki  təkliflərin  verilməsinə dair  təklif birinci verilir. Bunlar konsepsiya  layihəsi  və  ya  icra  spesifikasiyası  əsasında  hazırlanıb,  texniki, eləcə  də  kommersiya  baxımından  aydınlaşdırılmalı  və uyğunlaşdırılmalıdırlar.  Texniki  təklifin  aydınlaşdırılması  üzrə  ilk mərhələdən  sonra  yenidən  işlənmiş  tender  sənədlərinin 19  verilməsi  gəlir. Yekun  texniki  təkliflərin və qiymət qoyulmuş  tender  təkliflərinin  təqdimatı ikinci mərhələdə olur. 

 (b) Texniki  və  maliyyə  təkliflərinin  ayrıca  zərflərdə  eyni  zamanda  təqdim 

edildiyi iki zərfli prosedur malların, işlərin satınalması və ya “tam hazır” şərti ilə  müqavilələrin  yerinə  yetirilməsi  üçün  istifadə  edilə  bilər.  Borcalan  bir mərhələli və  ya  iki mərhələli  tenderdən  istifadə  edə  bilər. Bir mərhələli  iki zərfli  tender  prosedurunda  texniki  təklif  birinci  açılır,  tender  sənədlərinə müvafiq olduğunu yoxlamaq üçün nəzərdən keçirilir. Tələblərə cavab verən texniki  təklifləri  irəli  sürən  tender  iştirakçılarının  maliyyə  təklifləri qiymətləndirmə  və müqayisə  üçün  açılır.  Texniki  təklifləri  tələblərə  cavab verməyən  tender  iştirakçılarının  maliyyə  təklifləri  açılmadan  geri göndərilməlidir.  Iki mərhələli  iki zərfli prosedurda eyni  texniki standartlara uyğunluğu  təmin  etmək  üçün  tender  iştirakçılarına  öz  texniki  təkliflərini yenidən  işləmək üçün  icazə  verilir. Orijinal  və  ya  işlənmiş  texniki  təklifləri razılaşdırılmış  texniki  standartlara uyğun gələn  tender  iştirakçılarının  əlavə qiymət  təkliflərini  də  daxil  edən  maliyyə  təklifləri  qiymətləndirmə  və müqayisə  üçün  açılır.  Bu  prosedurların  istifadə  edilməsi  AİB  və  borcalan tərəfindən razılaşdırılmalıdır. 

17 Tikintidə idarə etmə üzrə podratçı adətən birbaşa işi yerinə yetirməyib, onu digər podratçılara müqavilə ilə verib, işləri  idarə  edir,  qiymət,  keyfiyyət  və  vaxtında  icra üçün bütün  cavabdehlik  və  riski  öz üzərinə  götürür.  Əksinə, tikinti rəhbəri borcalanın məsləhətçisi və ya agenti olduğu halda, belə riskləri öz üzərinə götürmür. (AİB tərəfindən maliyyələşirsə,  tikinti  rəhbərinin xidmətləri Asiya  İnkişaf Bankı və onun Borcalanları tərəfindən Məsləhətçilərin  İstifadəsi üzrə Təlimatlar çərçivəsində alınmalıdır. 18 İcra əsasında müqavilənin verilməsi üçün 3.14 və 3.15‐ci paraqraflara bax. 19 İkinci mərhələdə tender sənədlərini dəyişərkən borcalan tender iştirakçısının ilk mərhələdə istifadə etdiyi texniki təkliflərinin məxfiliyinə hörmət etməlidir ki, bu da şəffaflığa dair tələblər və əqli mülkiyyət hüquqlarına uyğundur. 

Page 15: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

14

  Xəbərdarlıq və Elan  2.7 Tender  təkliflərinin  verilməsi  üçün  vaxtında  xəbərdarlığın  verilməsi  rəqabətli 

tenderin  olması  üçün  vacibdir.  BT  daxil  edən  layihələrdə  borcalan  satınalma barədə ümumi elanın layihəsini hazırlayıb, AİB‐na verməlidir. AİB onun nəşrini təşkil edəcəkdir.20 Elanda borcalan  (və ya gələcək borcalan) haqqında məlumat, kreditin  məbləği  və  məqsədi,  BT  çərçivəsində  satınalmaların  həcmi,  telefon nömrəsi,  e‐poçtu  ünvanı  (və  ya  faks  nömrəsi),  borcalanın  satınalma  üzrə cavabdeh  agentliyinin  ünvanı,  xüsusi  satınalma  elanlarının  veriləcəyi  veb‐səhifənin ünvanı verilməlidir. Əgər məlumdursa,  ixtisasa görə  ilkin  seçimin və ya  tender  sənədlərinin  alınması  üçün  planlaşdırılmış  tarix  qeyd  olunmalıdır. Əvvəlcədən müqavilənin  verilməsi  halları  istisna  olmaqla,21 ixtisasa  görə  ilkin seçim və ya tender sənədləri satınalma üzrə ümumi elan nəşr olunmazdan əvvəl ictimaiyyət qarşısında açıqlanmayacaqdır. 

 2.8 Ixtisasa  görə  ilkin  seçim  və  ya  tender  sənədlərinin  təqdim  edilməsinə  dair 

dəvətnamə AİB‐nın veb‐səfihəsində, eləcə də (i) borcalanın ölkəsində respublika üzrə  yayılan  qəzetdə  (varsa,  ən  azı  bir  ingilis  dilli  qəzetdə)  və  ya  (ii)  ingilis dilində  beynəlxalq  səviyyədə  tanınan  və  pulsuz  baxıla  bilən  veb‐səhifədə satınalma üzrə xüsusi elan kimi verilməlidir. 

 Tender İştirakçılarının ixtisasa görə ilkin seçimi  2.9 Ixtisasa görə ilkin seçim geniş və kompleks işlərin görülməsi, rəqabətə mane ola 

biləcək  ətraflı  tender  sənədlərinin  hazırlanması  üçün  yüksək  xərclərin  olduğu digər vəziyyətdə zəruri ola bilər, məsələn, sifarişlə hazırlanan avadanlıq, sənaye müəssisəsi, ixtisaslaşmış xidmətlər, müəyyən mürəkkəb informasiya və texnoloji müqavilələr  və  “tam  hazır”  şərti  ilə  verilən  müqavilələr,  layihələşdirilən  və tikilən  və  ya  müqavilə  üzrə  idarə  olunan.  Bu  da  təmin  edir  ki,  tenderə dəvətnamələr müvafiq potensial və resursu olanlarla məhdudlaşır. Ixtisasa görə ilkin  seçim  gələcək  tender  iştirakçılarının müəyyən müqaviləni  uğurla  yerinə yetirmək üçün potensial və resurslarına əsaslanacaqdır, burada onların (a) oxşar müqavilələrdə iş təcrübəsi və keçmiş icrası, (b) tikinti və ya istehsal avadanlıqları baxımından səriştəsi, və (c) maliyyə vəziyyətləri22 nəzərə alınacaqdır. 

 2.10 Xüsusi müqavilələr  və  ya  oxşar müqavilələr  qrupu  üzrə  tender  üçün  ixtisasa 

görə ilkin seçimnə dəvət yuxarıda 2.7 və 2.8‐ci paraqraflarda təsvir edildiyi kimi elan ediləcək, bu haqda xəbərdarlıq veriləcəkdir. Müqavilənin həcmi və  ixtisas üzrə  tələblərə  dair  aydın  bəyanat  dəvətnaməyə  cavab  vermiş  şəxslərə 

20 AİB‐nın veb‐səhifəsində: www.abd.org 21 1.9‐cu paraqrafa bax. 22 AİB müvafiq müqavilə növləri üçün borcalanlar tərəfindən icbari istifadə edilməsi üçün standart texniki şərtlərə uyğunluğun ilkin qiymətləndirməsi sənədini hazırlamışdır. 

Page 16: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

15

göndəriləcəkdir. Ümumiyyətlə, altı həftəlik minimum müddət ixtisasa görə ilkin seçim üzrə ərizələrin təqdim edilməsi üçün verilir. Ixtisasa görə ilkin seçim üçün tender  iştirakçılarının  sayında  məhdudiyyət  olmayacaqdır.  Təsdiq  edilmiş texniki şərtlər uyğunluğun ilkin qiymətləndirilməsi meyarlarına uyğun olaraq işi qaneedici  tərzdə  yerinə  yetirənlər  texniki  şərtlərə  uyğunluğa  görə  ilkin  olaraq qiymətləndiriləcək və tender təkliflərini verməyə dəvət olunacaqlar. Ixtisasa görə ilkin  seçim  başa  çatdıqdan  sonra,  tender  sənədləri  texniki  şərtlərə  uyğunluğa görə ilkin qiymətləndirilmiş gələcək tender iştirakçılarına veriləcəkdir. Müəyyən vaxt ərzində veriləcək müqavilələr qrupu üzrə  ixtisasa görə  ilkin seçim zamanı hər  hansı  iddiaçına  veriləcək  müqavilənin  sayı  və  ya  ümumi  dəyərinə  dair məhdudiyyət  iddiaçının  resursları  əsasında qoyulacaqdır. Belə hallarda  texniki şərtlərə uyğunluğa görə  ilkin qiymətləndirilmiş şirkətlərin siyahısı dövri olaraq yeniləşdiriləcəkdir.  Ixtisasa  görə  ilkin  seçim  üçün  verilmiş  sənədlərdə  olan məlumatın yoxlanması müqavilə verildiyi an təsdiq ediləcək, müqaviləni uğurla həyata  keçirmək  üçün  artıq  potensial  və  ya  resursları  olmadığı  hesab  edilən iddiaçına müqavilənin verilməsi rədd edilə bilər. 

 B. Tender Sənədləri  Ümumi Müddəalar  2.11  

(a) Tender sənədlərində göstəriləcəkdir ki, Xüsusi Fondun resurslarından alınan kredit və ya qrantlarla bağlı hallar istisna olmaqla, AİB kredit və ya qrantların vəsaitindən  ödənişlər  ancaq  AİB‐nin  üzv  dövlətlərindən  təchiz  edilən  və orada  hazırlanan mal  və  xidmətlərin  tədarükü  üçün  istifadə  edilə  bilər  ki, burada da ödənişlər bu  resursların yaranmasına yardım etmiş  inkişaf etmiş üzv  dövlətlərdə  və  inkişaf  etməkdə  olan  üzv  dövlətlərdə  istehsal  olunan mallar və göstərilən xidmətlərlə məhdudlaşacaqdır. 

 (b) Vacibdir ki, tender iştirakçıları üçün tələblərə cavab verən tender təkliflərinin 

hazırlanması  üçün  zəruri  olan  bütün  məlumatlar  tender  sənədlərində verilsin.  Bu  sənədlərin  təfərrüatları  və  mürəkkəbliyi  alınmalı  malların növündən  və müqavilənin  həcmindən  asılı  olaraq  dəyişdiyi  halda,  onlara adətən  aşağıdakılar  daxil  olacaqdır:  tender  təkliflərinin  verilməsinə  dəvət; tender  iştirakçılarına  təlimatlar;  tender  formaları;  müqavilənin  şərtləri, ümumi  və  xüsusi;  texniki  xüsusiyyətlər;  iş  həcminin  xüsusiyyətləri  və çertyojlar;  preyskurant;  zəruri  əlavələr,  podratçının  rəsmi  zəmanəti  və  icra zəmanəti. 

 2.12  

(a) Borcalanlar  layihənin  xüsusi  şərtlərini ünvanlamaq üçün AİB üçün məqbul olan  kiçik  dəyişikliklərlə  AİB  tərəfindən  nəşr  edilmiş  müvafiq  Standart Tender Sənədlərindən istifadə edəcəklər. Hər hansı belə dəyişikliklər AİB‐nın 

Page 17: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

16

standart Tender Sənədlərinin standart ifadələrin dəyişməsilə deyil, tender və ya müqavilənin məlumat vərəqələrində və ya müqavilənin xüsusi şərtlərində təqdim  edilməlidir.  Müvafiq  standart  tender  sənədlərinin  verilmədiyi yerlərdə borcalan beynəlxalq səviyyədə  tanınmış digər standart  şərtləri olan müqavilədən  və  AİB  üçün  məqbul  olan  müqavilə  formalarından  istifadə edəcəkdir. 

 (b) Borcalan  tender  sənədlərinin  paylanması  üçün  elektron  sistemdən  istifadə 

edə  bilər,  ancaq AİB  onun  adekvatlığı  ilə məmnun  olmalıdır.  Əgər  tender sənədləri elektron şəkildə paylanırsa, elektron sistem  tender sənədlərinə heç bir  dəyişikliyin  edilməyəcəyini  təmin  edəcək,  tender  iştirakçılarının  tender sənədlərini  əldə  etməsini məhdudlaşdırmayacaqdır. Tender  sənədləri  sorğu əsasında tender iştirakçılarına çap olunmuş vəziyyətdə verilməlidir. Elektron sənədlərin əsas surəti çap formasında, AİB üçün məqbul  imza, möhür və ya digər formada təsdiq edilməlidir. 

 Tender Təklifləri və Tender Zəmanətinin qüvvədə qalması  

2.13 Tender  iştirakçıları  tender sənədlərində göstərilən müddət  ərzində etibarlı olan tender  təkliflərini  təqdim  etməlidirlər  ki,  bu  müddət  də  borcalanın  tender təkliflərinin  müqayisəsini  və  qiymətləndirməsini  başa  çatdırması,  AİB  ilə müqavilənin  verilməsinə  dair  tövsiyyənin  nəzərdən  keçirilməsi  (əvvəlcədən nəzərdən keçirilməsi tələb olunursa), həmin müddət ərzində müqavilənin verilə bilməsi üçün bütün zəruri təsdiq cavablarının alınması üçün kifayət olacaqdır. 

 2.14 Borcalanların  tender  zəmanətini  tələb  etmək  seçimi  vardır.  Istifadə  edildikdə 

tender  zəmanəti  tender  sənədlərində 23  müəyyən  edilmiş  məbləğ  və  formada olacaq, tender təkliflərinin etibarlılığı müddətindən sonra dörd həftəlik müddət üçün  etibarlı qalacaqdır ki, zəmanət  tələb  edildikdə, borcalanın  tədbir görməsi üçün kifayət qədər vaxtı olsun. Qalib  iddiaçı  ilə müqavilə bağlandıqdan  sonra tender  zəmanəti  uduzmuş  tender  iştirakçılarına  qaytarılacaqdır.  Tender zəmanəti əvəzinə borcalan tender iştirakçılarından bəyannamə imzalamağı tələb edə bilər. Bununla onlar qəbul edəcəklər ki,  əgər etibarlılıq dövründə onlar öz tender  təkliflərini  geri  götürsələr  və  ya  onu  dəyişsələr  və  ya  onlara müqavilə verilərsə və onlar müqavilə bağlaya bilməsə və ya tender sənədlərində müəyyən edilmiş son müddətdən əvvəl  icra zəmanətini verə bilməsələr,  iddiaçı müəyyən müddət üçün borcalanla heç bir müqavilədə tender təklifi vermək üçün münasib hesab edilməyəcəkdir. 

    

23 Tender  iştirakçısının  seçimi  ilə  tender  zəmanəti  sertifikatlaşdırılmış  çek,  akkreditiv və ya  etibarlı bankdan bank zəmanəti formasında olacaqdır. 

Page 18: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

17

Dil  2.15 AİB‐nın  Sazişinin Maddələri  çərçivəsində AİB‐nın  işçi  dili  ingilis  dilidir,  buna 

görə  də  tender  və  digər  müvafiq  sənədlər,  elanlar  da  daxil  olmaqla,  ingilis dilində  hazırlanacaqlar.  Əlavə  dilin  istifadə  edildiyi  halda  ingilis  variantı üstünlük təşkil edəcəkdir. 

 Tender Sənədlərinin Aydınlığı  2.16 Tender  sənədləri  elə  ifadə  ediləcəkdir  ki,  beynəlxalq  tenderin  keçirilməsinə 

imkan olsun və o  təşviq edilsin. Tender  sənədlərində yerinə yetiriləcək  işi,  işin yerini,  təmin  ediləcək malları,  təhvil  vermə  və  ya  quraşdırılma  yerini,  təhvil vermə  və  ya  işin  sona  çatdırılması  cədvəlini,  icraya  dair  minimum  tələbləri, zəmanət  və  təmirə  ehtiyacları,  eləcə də  hər  hansı müvafiq müddəa  və  şərtləri aydın  və  dəqiq  təsvir  edəcəkdir.  Əlavə  olaraq,  müvafiq  yerlərdə  tender sənədlərində təhvil veriləcək avadanlığın və ya görülən işlərin spesifikasiyalarla müvafiqliyini  yoxlamaq  üçün  istifadə  ediləcək  test,  standart  və  metodlar müəyyən ediləcəkdir. Çertyojlar spesifikasiyaların mətninə uyğun olmalıdır, ikisi arasındakı birincilik sırası müəyyən edilməlidir. 

 2.17 Tender sənədlərində qiymətdən başqa tender təkliflərinin qiymətləndirilməsində 

nəzərə  alınacaq  faktorlar,  belə  faktorların  necə  ölçüləcəyi  və  ya qiymətləndiriləcəyi digər yollar göstəriləcəkdir. Alternativ layihə, material, başa çatdırma cədvəlləri, ödəniş şərtləri və s. əsasında tender təkliflərinə icazə varsa, onların  münasibliyi  şərtləri  və  onların  qiymətləndirilməsi  metodu  dəqiq veriləcəkdir. 

 2.18 Bütün  gələcək  tender  iştirakçılarına  eyni  məlumat  veriləcək,  vaxtında  əlavə 

məlumat  almaları  üçün  bərabər  imkana  malik  olmaları  təmin  ediləcəkdir. Borcalanlar  gələcək  tender  iştirakçılarının  layihə  yerlərinə  getmələrinə  imkan verəcəkdir.  İşlərin görülməsi və ya kompleks  təchizat müqavilələri, xüsusilə də mövcud  zavod  və  ya  avadanlığın  təzələnməsini  tələb  edən müqavilələr  üzrə tenderdən  əvvəl  konfrans  təşkil  edilə  bilər  ki,  burada  da  potensial  tender iştirakçıları məsələyə aydınlıq gətirmək üçün borcalanın nümayəndələri (şəxsən və  ya  “on‐layn”  rejimində)  ilə  görüşə  bilərlər. Konfransın protokolu  bir  surəti AİB‐na  təqdim olunmaqla, gələcək  tender  iştirakçılarına veriləcəkdir. Hər hansı əlavə məlumat, tender sənədlərinin dəyişdirilməsi, səhvlərin düzəldilməsi və ya dəyişikliklər  orijinal  tender  sənədlərini  almış  hər  bir  kəsə  vaxtında göndəriləcəkdir  ki,  tender  təkliflərinin  alınması  üçün  təyin  edilmiş  son müddətdən əvvəl tender iştirakçıları müvafiq tədbir görə bilsinlər. Lazım olarsa, son müddətin vaxtı uzadıla bilər. AİB‐na  sənədlərin  surəti  təqdim  ediləcəkdir. Müqavilə ilkin nəzərdən keçirildiyi vaxt “etiraz yoxdur” cavabını verməsi üçün Bankla məsləhətləşmə aparılacaqdır. 

 

Page 19: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

18

Standartlar  2.19 Tender  sənədlərində  qiymətləndirilmiş  standart  və  texniki  spesifikasiyalar  ən 

geniş rəqabətin olmasını təşviq edəcək, eyni zamanda satınalma çərçivəsində mal və/və ya  xidmətlərlə bağlı  işin  ciddi yerinə yetirilməsini və ya digər  tələblərin ödənilməsini təmin edəcəkdir. Mümkün olaraq, borcalan avadanlıq, material və ya  məhsulun  cavab  verəcəyi,  məsələn,  Beynəlxalq  Standartlar  Təşkilatı tərəfindən  verilən  beynəlxalq  səviyyədə  tanınmış  standartları  təyin  edəcəkdir. Beynəlxalq  standartların  olmadığı  və  ya  qeyri‐münasib  olduğu  hallarda milli standartlar təyin edilə bilər. Bütün hallarda tender sənədlərində qeyd ediləcəkdir ki, eyni dərəcədə dəyərli olan digər standartlara cavab verən avadanlıq, material və ya məhsul qəbul ediləcəkdir. 

 Ticarət Markalarının İstifadəsi  2.20 Spesifikasiyalar  müvafiq  xarakteristika  və/və  ya  icraya  dair  tələblərə 

əsaslanacaqdır. Ticarət markalarına, kataloq nömrələrinə və ya oxşar təsnifatlara dair  istinadlara  yol  verilməyəcəkdir.  Natamam  spesifikasiyalara  aydınlıq gətirmək üçün müəyyən istehsalçının ticarət markasına və ya kataloq nömrəsinə istinad etmək zəruridirsə, o zaman hər belə istinaddan sonra “və ya ekvivalenti” sözləri əlavə edilməlidir. Spesifikasiyalar eyni xüsusiyyətləri olan,  təyin edilmiş malların  icrasına ekvivalent olan mallara dair  təkliflərin qəbul edilməsinə  icazə verəcəkdir. 

 Qiymətlərin hesablanması  2.21 Mallara dair  tender  təkliflərinin verilməsinə dəvət xaricdən  təklif  edilən bütün 

mallar üzrə SİF və ya SİP, əvvəllər də idxal edilmiş mallar daxil olmaqla, ölkədə olan, quraşdırılan və ya istehsal olunan mallar üzrə EXW24 əsasında ediləcəkdir. Ölkədə daşınma, quraşdırma, işə salmanın və ya digər oxşar xidmətlərin iddiaçı tərəfindən  görülməsi  tələb  olunduğu  hallarda,  məsələn,  “təchizat  və quraşdırma” müqavilələrində olduğu kimi iddiaçından bu xidmətlər üçün ayrıca qiymətin verilməsi tələb ediləcəkdir.  

 2.22 “Tam  hazır”  şərti  ilə  müqavilələrdə  tender  iştirakçıları  avadanlığın  təchiz 

edilməsi,  dəniz  və  ölkədə  daşınması,  sığortası,  quraşdırılması,  işə  salınması, eləcə də əlaqədar işlər və layihə, təmir və istismar kimi müqaviləyə daxil edilmiş digər xidmətlərlə bağlı xərclər də daxil olmaqla, yerdə quraşdırılmış avadanlığın qiymətini  qeyd  etməlidir.  Tender  sənədlərində  başqa  tərzdə  qeyd  olunmasa, 

24 Əlavə məlumat üçün İNCOTERMS 2000 bax. İnternational Chamber of Commerce tərəfindən nəşr olunub, 38 Cours Albert 1er, 75008 Paris, Fransa. CİF – dəyəri, sığortası və yükdaşıma, FOB – borlta pulsuz, dənizlə nəqliyyat üçün. CİP- daşıma və sığorta üçün haqq, FCA –haqsız yükdaşıyan, multimodal nəqliyyat üçün. EXW- alıcı malın istehsalçıdan daşınma xərclərini özü ödəyir yada istehsalçının fondlarından təchiz olunur. EXW qiyməti gömrük, satış və başqa vergiləri daxil edir, hansı ki ödənilib yada ödəniləcək xam malın və komponentlərin istifadəsi və ya avadanlığın yığınmasında, yada avadanlığın importından əvvəl, tenderdə təklif olunan.

Page 20: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

19

“tam  hazır”  şərti  ilə  bütün  rüsumlar,  vergi  və  digər  ödənişlər müqavilələrin qiymətinə daxildir. 

 2.23 Tikinti  işləri müqavilələri üzrə  tender  iştirakçıları  işlərin görülməsi üçün vahid 

qiyməti və ya cəmi qiyməti qeyd etməli, belə qiymətlərə bütün rüsumlar, vergi və  digər  ödənişlər  daxil  olmalıdır.  Tender  iştirakçılarına  istənilən  münasib mənbədən  bütün  istehsal  faktorlarını  əldə  etməyə  icazə  verilir  (səriştəsiz  fəhlə qüvvəsindən başqa), beləliklə, onlar ən rəqabətli tender təkliflərini verə bilərlər. 

 Qiymətlərin təshih edilməsi  2.24 Müqavilənin  nəzarət  edə  bilmədiyi  əmək,  avadanlıq  və  materiallar  kimi 

müqavilənin ən böyük xərc tələb edən komponentlərində dəyişiklik baş verdiyi hallarda  qiymətlərin  təshih  edilib‐edilməyəcəyi  tender  sənədlərində  aydın göstəriləcəkdir.  Təhvil  müddəti  qısa  olan  sadə  təchizat  müqavilələrində qiymətlərin  təshih  edilməsinə  dair  müddəaların  olması  zəruri  deyildir.  Hər halda, uzun müddətli təhvil və ya başa çatdırma müddətləri olan müqavilələrdə (adətən  18  aydan  çox),  tikinti  işləri müqavilələri də daxil olmaqla, qiymətlərin təshih edilməsinə dair müddəalar daxil ediləcəkdir. Təhvil vermə vaxtından asılı olmayaraq, sabit qiymətlər verməsini tender iştirakçılarından tələb edən normal kommersiya təcrübəsi tətbiq olunduğu hallarda avadanlığın müəyyən növü üzrə qiymətlərin təshih edilməsinə dair müddəanın əlavə edilməsinə ehtiyac yoxdur. Qısa  dövrdə  qiyməti  kəskin  dəyişə  bilən  böyük  əmtəə  komponentini  özündə saxlayan müqavilələrdə qiymətin təshih edilməsinə dair müddəa olacaqdır ki, bu da  qiymətin  kəskin  dəyişdiyi  hallarda  borcalanı  və  ya  podratçını  zərərdən qoruyacaqdır. 

 2.25 Qiymətlərin  təshih  edildiyi  məbləğ  müqavilənin  ən  böyük  komponentlərinin 

qiymətindəki dəyişikliklərə əsaslanacaqdır. Tətbiq edilərsə,  tender sənədlərində qeyd edilən təshih etmə metodu ilə qiymətin təshih edilməsi formulalarından və ya formulasından istifadə etməklə qiymətdə dəyişiklik hesablana bilər.  

 Daşınma və Sığorta  2.26 Tender  sənədləri  təchizatçı  və  podratçılara  istənilən  münasib  mənbədən 

nəqliyyatı  və  sığortanı  təşkil  etməyə  icazə  verəcəkdir.  Tender  sənədləri iddiaçının  təmin  edəcəyi  sığortanın  növü  və  şərtlərini  müəyyən  edəcəkdir. İtirilmiş  və  ya  zədələnmiş malların  tez  əvəz  edilməsi  üçün  nəqliyyat  sığortası altında  ödəniləcək  kompensasiya  müqavilənin  valyutasında  və  ya  azad konversiya  edilən  valyutada  müqavilə  məbləğinin  ən  azı  110  faizini  təşkil etməlidir. İşlərdə podratçının adətən Bütün Risklər sığorta polisi müəyyən edilir. Yerdə  bir  neçə  podratçının  çalışdığı  geniş  layihələrdə  borcalan tərəfindən“yekunlaşdırıcı” və ya ümumi  layihə sığortası alına bilər ki, bu halda da borcalan belə sığorta üçün rəqabət aparmağa çalışacaqdır. 

Page 21: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

20

 2.27 İstisna  hal  kimi  borcalan milli  şirkətlərə  və  ya  digər  təyin  edilmiş mənbələrə 

malların  idxalı üçün nəqliyyat və sığorta sifariş vermək arzusundadırsa, 2.21‐ci paraqrafda  təyin edilmiş CİF və ya CİP  (təyinat məntəqəsi) qiymətindən  əlavə, tender  iştirakçılarının  FCA,  CFR  (adı  verilən  yer)  və  ya  CPT  (təyinat məntəqəsinin adı verilən yeri)25 qiymətlərini verməsi xahiş ediləcəkdir. Ən aşağı qiymətləndirilmiş tender təklifi CİF və ya CİP (təyinat məntəqəsinin adı) qiyməti əsasında  olacaqdır,  ancaq  borcalan  müqaviləni  FOV,  FCA,  CRF  və  ya  CPT şərtləri  ilə bağlaya bilər, nəqliyyat və/və ya  sığortanı özü  təşkil  edə bilər. Belə hallarda müqavilə  FOB,  FCA,  CFR  və  ya  CPT  qiyməti  ilə məhdudlaşacaqdır. Əgər borcalan bazarda  sığorta  təminatı almaq  istəyirsə, AİB‐na dəlillər  təqdim ediləcəkdir  ki,  itirilmiş  və  ya  zədələnmiş  malların  əvəz  edilməsi  üçün  tələb olunan kompensasiyanın azad dəyişdirilə bilən valyutası ilə dərhal ödəniş etmək üçün hazır resurslar var. 

 Valyutaya dair Müddəalar  2.28 Tender sənədlərində tender iştirakçıları öz qiymətlərini deyəcəkləri valyuta və ya 

valyutalar,  tender  təkliflərinin  müqayisə  edilməsi  üçün  müxtəlif  valyuta  ilə verilmiş  qiymətlərin  vahid  valyutaya  konversiyası  proseduru,  müqavilə qiymətinin  ödəniləcəyi  valyutalar  müəyyən  edilir.  Aşağıdakı  müddəaların məqsədi  (2.29‐2.33‐cü  paraqraflar)  (a)  tender  iştirakçılarının  tender  təklifi  və ödənişin  valyutası  ilə  əlaqədar mübadiləsi  ilə  bağlı  hər  hansı  riski minimuma endirmək imkanı olmasını təmin etməkdir, beləliklə tender iştirakçıları ən yaxşı qiyməti  təklif  edə  biləcəklər;  (b)  zəif  valyutası  olan  ölkələrdə  tender iştirakçılarına  daha  güclü  valyutadan  istifadə  etmək  seçimi  vermək,  beləliklə, onların  tender  qiymətinin  daha  sabit  olması  üçün  əsas  təmin  etmək;  və  (c) qiymətləndirmə prosesində ədalət və şəffaflığı təmin etməkdir. 

 Tender Təklifinin Valyutası  2.29 Tender sənədləri qeyd edəcəkdir ki, iddiaçı tender qiymətini istənilən valyutada 

ifadə  edə  bilər.  Əgər  iddiaçı  müxtəlif  xarici  valyutalarda  tender  qiymətini məbləğlərin  cəmi kimi göstərmək  istəyirsə, onlar belə edə bilər, ancaq qiymətə üçdən  artıq  xarici  valyuta  daxil  olmamalıdır.  Bundan  başqa,  borcalan  tender iştirakçılarından borcalanın ölkəsinin valyutasında26 çəkilən yerli xərcləri  təmsil edən tender qiymətinin bir hissəsini bəyan etməyi tələb edə bilər. 

 2.30 İşlərin  görülməsi  üzrə  tender  sənədlərində  hesablamalarda  istifadə  edilən 

valyuta  kursları  ilə  birgə  tender  qiymətinin  faizi  ilə  ifadə  edilmiş  borcalanın ölkəsindən  deyil,  kənardan  gətiriləcəyi  gözlənilən  istehsal  faktorları  üzrə  öz seçimləri ilə üçədək xarici valyutada ödənişlərin edilməsinə dair tələblərlə birgə, 

25 İNCOTERMS 2000 pulsuz daşıyıcı (təyin olunmuş yer) və ödənilmiş daşıma üçün ( təyin olunmuş gediləcək yer)ç müvafiq olaraq. 26 Yerli valyuta kimi istinad edilir.

Page 22: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

21

borcalan  tender  iştirakçılarından  tender  qiymətini  tam  olaraq  yerli  valyutada verməsini tələb edə bilər. 

 Tender Təkliflərinin Müqayisəsi üçün Valyutanın Konversiyası  2.31 Tender qiyməti  iddiaçının  tələb  etdiyi müxtəlif valyutalarda bütün ödənişlərin 

cəmidir.  Qiymətlərin  müqayisəsi  üçün  tender  qiymətləri  borcalan  tərəfindən seçilmiş (yerli valyuta və ya tam konversiya edilə bilən xarici valyuta) və tender sənədlərində müəyyən edilmiş vahid valyutaya konversiya ediləcəkdir. Borcalan mənbə və tarix tender sənədlərində müəyyən edilməzdən əvvəl seçilmiş tarixdə rəsmi  mənbə  (mərkəzi  bank  kimi)  və  ya  kommersiya  bankı  və  ya  eyni əməliyyatlar  üzrə  beynəlxalq  səviyyədə  yayılan  qəzet  tərəfindən  deyilən valyutalar üzrə  satış  (mübadilə) kurslarından  istifadə  etməklə bu konversiyanı həyata  keçirəcəklər,  ancaq  tarix  tender  təkliflərinin  alınması  üçün  son müddətdən  dörd  həftə  əvvəl,  tender  təklifinin  etibarlılığı  müddətinin  başa çatması orijinal tarixindən gec olmamalıdır. 

 Ödəniş Valyutası  2.32 Müqavilə qiymətinin ödənişi qalib iddiaçının tender təklifində tender qiymətinin 

ifadə edildiyi valyutada və ya valyutalarda ediləcəkdir.  2.33 Tender qiymətinin yerli valyuta ilə ifadə edilməsi tələb olunduqda, ancaq iddiaçı 

ödənişin tender qiymətinin faizi kimi ifadə edilmiş xarici valyutalarda edilməsini xahiş  edirsə,  ödəniş  üçün  istifadə  edilməli  valyuta  kursları  iddiaçının  tender təklifində təyin etdiyi kurs olacaqdır, beləliklə tender təklifinin xarici valyuta ilə göstərilən hissəsinin dəyəri itkisiz və ya gəlirsiz qalacaqdır. 

 Ödəniş Şərtləri və Metodları  2.34 Ödəniş şərtləri müəyyən mal və işlərə dair tətbiq edilən beynəlxalq kommersiya 

təcrübəsinə  uyğun  olacaq,  AİB‐nın  Kreditin  Ayrılması  Təlimatlarında  (vaxtaşırı düzəlişlər edilir) göstərilən prosedurlara uyğun aparılacaqdır.  

 (a) Quraşdırılma və işə salmanı daxil edən müqavilələrdən başqa, malların təchiz 

edilməsinə dair müqavilələr çərçivəsində, tələb olunarsa, müqavilə ilə sifariş edilmiş  malların  təhvili  və  yoxlanması  zamanı  tam  ödəniş  ediləcəkdir. Quraşdırmanı və  işə  salmanı daxil  edən müqavilələrdə  ödənişin bir hissəsi təchizatçı  müqavilə  çərçivəsindəki  bütün  öhdəliklərini  yerinə  yetirdikdən sonra  ediləcəkdir.  Akkreditivlərin  istifadəsi  təşviq  edilir  ki,  təchizatçıya dərhal ödənişlər edilsin. Avadanlıq və zavodlara dair böyük müqavilələrdə avans  ödənişlərin  edilməsinə,  uzun müddətli müqavilələrdə  istehsal  və  ya quraşdırma müddətində ödənişlərin edilməsinə dair müddəalar ediləcəkdir. 

 

Page 23: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

22

(b) İşlərə dair müqavilələrdə müvafiq hallarda  səfərbərlik üçün  avans ödənişə, podratçının avadanlıq və materialları üçün avans ödənişə, müntəzəm tədrici ödənişlərə,  müqavilə  çərçivəsində  podratçının  öhdəlikləri  başa  çatdıqdan sonra  dayandırılacaq  münasib  məbləğlərin  tutulmasına  dair  müddəalar veriləcəkdir. 

 2.35 Mal  və  ya  iş  müqavilələrinin  imzalanması  ilə  səfərbərlik  və  oxşar  xərclərin 

ödənməsi üçün  istənilən avans ödəniş bu xərclərin  təqribi məbləği  ilə  əlaqədar olub, tender sənədlərində təyin ediləcəkdir. Məsələn, zavoda daxil edilməsi üçün yerə gətirilmiş materiallarla əlaqədar ödəniləcək digər avans ödənişlərin məbləği və ödəmə vaxtı da təyin ediləcəkdir. Tender sənədlərində avans ödənişlərə dair tələb edilən zəmanət müəyyən ediləcəkdir.  

 2.36 Təklif  edilən  ödəniş  metodu  və  şərtlər,  alternativ  ödəniş  metodlarının  və 

şərtlərinin  olub‐olmayacağı,  müsbət  halda,  şərtlərin  tender  təkliflərinin qiymətləndirilməsinə necə təsir edəcəyi tender sənədlərində veriləcəkdir. 

 Alternativ Tender Təklifləri  2.37 Tender  sənədlərində  tender  iştirakçılarının nə  zaman alternativ  tender  təklifini 

təqdim edə biləcəyi, alternativ  tender  təkliflərinin necə  təqdim edilməsi,  tender qiymətlərinin  necə  təklif  edilməsi,  alternativ  tender  təkliflərinin qiymətləndiriləcəyi əsas aydın göstəriləcəkdir. 

 Müqavilənin Şərtləri  2.38 Müqavilə  sənədlərində  yerinə  yetiriləcək  işlərin  həcmi,  təchiz  ediləcək mallar, 

borcalanın,  təchizatçı  və  ya  podratçının  hüquq  və  öhdəlikləri,  borcalan tərəfindən  cəlb  edilibsə,  müqaviləyə  nəzarətdə  və  onun  idarə  edilməsində mühəndis,  memar  və  ya  iş  icraçısının  funksiya  və  səlahiyyətləri  aydın göstəriləcəkdir. Müqavilənin ümumi şərtlərindən başqa, tədarük ediləcək xüsusi mal  və  ya  işlər  üçün  səciyyəvi  olan  hər  hansı  xüsusi  şərtlər  və  layihənin  yeri daxil  edilməlidir.  Müqavilənin  şərtləri  risk  və  öhdəliklərin  tarazlaşdırılmış şəkildə bölüşdürülməsini təmin edəcəkdir. 

 İcra zəmanəti   2.39 Müqavilə  podratçı  tərəfindən  pozulduğu  halda  borcalanın  mühafizəsi  üçün 

tender  sənədlərində  zəmanət  formasının  təqdim  edilməsi  tələb  edilməlidir. Bu zəmanət,  borcalan  tərəfindən  tender  sənədlərində  qeyd  edildiyi  kimi,  xüsusi forma  və məbləğdə  olmalıdır27. Zəmanətin məbləği  təqdim  edilmiş  zəmanətin 

27 İcra zəmaətinin formatı standart tender sənədlərinə uyğun olaraq bank zəmanəti formasında və ya nəğd depozit şəklində olmalı və iddiaçının seçdiyi tanınmış bank və ya maliyyə qurumları tərəfindən tərtib edilməlidir. Əgər zəmanəti verən müəssisə borcalanın mənsub olduğu ölkədən xaricdə yerləşərsə, borcalanın ölkəsində bu zəmaətin qüvvəyə minməsini təmin edən və xaricdəki qurumla əlaqəsi olan maliyyə qurumu olmalıdır.

Page 24: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

23

növündən  və  işlərin  növündən  və  həcmindən  asılı  olaraq  dəyişə  bilər.  Bu zəmanətin bir hissəsi,  işlər başa  çatdırıldığı  tarixdən  sonra  aşkar oluna biləcək qüsurlara görə öhdəçiliyi təmin etmək üçün və ya texniki nəzarət müddətindən işlərin borcalan tərəfindən son qəbul olunacağı tarixədək saxlanmalıdır. Bundan əlavə, podratçı  tərəfindən verilən zəmanət və ya  texniki nəzarət öhdəçiliklərinə riayət olunmasına  təminat vermək üçün ödənişlərin 10  faizindən artıq olmayan məbləğdə  vəsaitin  tutulması  tələb  oluna  bilər.  Tutulan  vəsait  zəmanət  və  ya texniki nəzarət müddəti başa çatanadək saxlanılmalıdır. Tutulan vəsait, işlər başa çatdırıldıqdan  sonra,  lakin  zəmanət  və  ya  texniki  nəzarətin  müddəti  başa çatmazdan  əvvəl,  borcalanın  istəyinə  əsasən  uyğun  bank  zəmanəti  və  yaxud digər uyğun zəmanətlə əvəz edilə bilər.  

 2.40 Malların  təchizatı  üzrə  müqavilələrdə  icra  zəmanətinə  tələbat  müəyyən  növ 

malların  bazardakı  vəziyyəti  və  bu  mallar  üzrə  kommersiya  təcrübəsindən asılıdır. Müqavilənin  icra olunmaması kimi hallardan mühafizə üçün  təchizatçı və  ya  istehsalçılardan  zəmanət  təqdim  etməkləri  tələb  oluna  bilər. Müəyyən məbləğdə olan bu zəmanət, həmçinin zəmanət öhdəliklərini də əhatə edə bilər. Bundan başqa, zəmanət öhdəlikləri və quraşdırma və ya istismar işləri üzrə hər hansı bir tələbatları əhatə etmək üçün ödənişlərin faizi tutularaq saxlanıla bilər. Zəmanət və ya tutulan vəsaitin məbləği münasib olmalıdır. 

 Ziyanın ödənilməsi və mükafatlandırma  2.41 Malların  təchizatı,  işlərin başa  çatdırılmasında baş verən gecikmələr və ya  icra 

tələblərinə  riayət  edilməsi  zamanı  mallar  və  ya  işlərdə  meydana  gələn uğursuzluqlar  əlavə  ödəniş,  və  ya  mənfəət  itkisi  və  ya  borcalanın  digər mənfəətlərdən məhrum olması  ilə nəticələnərsə, dəymiş  ziyanın ödənilməsi və ya uyğun məbləğdə oxşar ödənişlər müqavilə  şərtlərində öz  əksini  tapmalıdır. İşlərin  icrası və ya malların  təchizatı müqavilədə qeyd olunmuş  tarixdən  əvvəl başa çatdırılarsa və bu hal borcalana mənfəət verərsə, bu zaman təchizatçı və ya podratçı mükafata layiq görülə bilər.  

 Fors major   2.42 Müqavilə  şərtlərinə  əsasən,  tərəflərin  hər  hansı  biri  müqavilə  çərçivəsindəki 

öhdəliklərini həyata keçirə bilmədikdə, müqavilə şərtlərində qeyd edildiyi kimi, bu cür müvəffəqiyyətsizlik fors major nəticəsində baş vermişsə, tərəflərin bu halı onların uğursuzluğu kimi nəzərə alınmamalıdır.  

 Tətbiq edilən qanun və münaqişələrin həlli   2.43 Münaqişələrin həlli üçün tətbiq edilən müvafiq qanun və məhkəmə prosesindən 

bəhs  edən  şərtlər  müqavilə  şərtlərinə  daxil  edilməlidir.  Beynəlxalq  ticarət məhkəməsi münaqişələrin  həlli  üsulları  üzrə  təcrübəsinə  görə  üstünlük  təşkil 

Page 25: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

24

edir. Bu baxımdan da, AİB, malların və işlərin satın alınması üzrə müqavilələrdə borcalanın  bu  cür məhkəmədən  istifadə  etməsini məsləhət  görür.  AİB,  arbitr adlandırılmamalı,  yaxud  arbitr  təyin  etməsi  ondan  tələb  edilməməlidir.  İşlər, təchizat  və  quraşdırma  üzrə  müqavilələr  tamam‐kamal  müqavilələri  zamanı münaqişələrin həlli üzrə şərtlərə münaqişənin daha sürətli həlli üçün münaqişəni nəzərdən keçirən  şura yaxud münsiflər heyətinin üzvü kimi mexanizmlər daxil edilməlidir. 

 C. Tenderin  açılışı,  qiymətləndirmə  və müqavilənin  qalib  iddiaçıya  təqdim edilməsi  Tender təkliflərinin hazırlanması üçün ayrılan müddət  2.44 Tender  təkliflərinin  hazırlanması  və  təqdim  edilməsi  üçün  ayrılan  müddət, 

layihənin  xüsusi  vəziyyəti  və  müqavilənin  həcmi  və  mürəkkəbliyindən  asılı olaraq  təyin edilir. Ümumiyyətlə, Beynəlxalq Rəqabətli Tenderlər  (BRT) zamanı təkliflərin  hazırlanması  üçün  tenderə  dəvət  dərc  olunduqdan  və  ya  tender sənədlərinin  əldə  edilməsi mümkün  olduqdan  sonra  altı  həftədən  az  olmayan müddət  ayrılmalıdır.  İri  həcmli  işlərin  icrası  və  ya  mürəkkəb  avadanlıqların təchizatından ibarət müqavilələr üzrə keçirilən tender zamanı, tender təkliflərini təqdim etməzdən  əvvəl araşdırmalar aparması üçün potensial  iddiaçılara qeyd olunandan daha artıq müddət verilə bilər. Belə olan hallarda, borcalan tenderdən qabaq  konfranslar  keçirə  bilər  və  layihə  ərazilərinə  səfərlər  təşkil  edə  bilər. İddiaçılar  öz  tender  təkliflərini  poçtla  və  ya  şəxsən  təqdim  edə  bilərlər. Borcalanlar, iddiaçıların öz təkliflərini elektron yolla göndərə bilməsini mümkün edən  elektron  sistemdən  də  istifadə  edə  bilərlər.  Belə  olan  halda,  xüsusi  hal olaraq,  yəni  sistemin  təhlükəsiz  olması  ilə  onun  təqdim  olunan  təkliflərin məxfiliyi və tamlığını qoruyan, və təkliflərin təqdim olunma tarixi və müddətini təyin  edərək,  onların  dəyişdirilməsi  və  geri  götürülməsini  asanlaşdıran idarəetmə proseduruna malik olması daxil olmaqla, sistemin uyğun olmasından məmnun  olmalıdır.  Elektron  yolla  satınalmadan  istifadə  olunan  zaman, iddiaçılar  öz  təkliflərini  çap  edilmiş  şəkildə  təqdim  etmək  üsulundan  istifadə etməyə davam etməlidirlər. Tender təkliflərinin qəbul edilməsi üçün son tarix və yer tenderə dəvət və tender sənədlərində qeyd olunmalıdır. 

Tender təkliflərinin açılış proseduru  2.45 Təkliflərin açılışı onların son təqdim edilməsi tarixi ilə yeni tarixdə və ya dərhal28 

sonra  olmalıdır. Tender  təkliflərinin  açılması  tarixi və yeri  tenderə dəvətdə  öz əksini  tapmalıdır.  Borcalan  bütün  təklifləri  təyin  olunmuş  tarix  və  ünvanda açmalıdır.  Təkliflər  ictimaiyyət  qarşısında  açılmalıdır;  iddiaçılar  və  ya  onların nümayəndələrinin  tenderdə  iştirakına  icazə verilməlidir  (şəxsən və ya  elektron yolla  tender  keçirərkən  internetdə  canlı  olmaqla).  İddiaçının  adı  və  hər  bir 

28 Təkliflərin açılış üçün elan olunan ünvana çatdırılması üçün kifayət qədər vaxt verilməsi.

Page 26: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

25

təklifin  ümumi  qiyməti  və  tələb  olunduğu  və  icazə  verildiyi  halda  təqdim olunmuş  alternativ  tender  təklifləri  ucadan  oxunaraq  (tender  elektron  yolla keçirilərsə,  internetdə  yayımlanmalıdır)  qeydə  alınmalıdır.  Tenderdən  dərhal sonra, qeydlərin bir ədəd surəti dərhal AİB‐ə və vaxtında öz  təkliflərini  təqdim etmiş  iddiaçılara  göndərilməlidir.  Təyin  edilmiş  müddətdən  sonra  təqdim olunmuş  təkliflər,  o  cümlədən,  tender  proseduru  zamanı  açılmamış  və oxunmamış  təkliflər  nəzərə  alınmamalıdır.  Tender  təkliflərinin  elektron  üsulla təqdim  olunması  zamanı,  AİB‐nin  qəbul  etdiyi  internetdə  canlı  tender prosedurundan istifadə oluna bilər.  

 Tender təkliflərinin aydınlaşdırılması və ya onlarda dəyişikliklər edilməsi  2.46 Bu Təlimatın 2.6, 2.63 və 2.64 saylı Paraqraflarında qeyd olunan hallardan başqa, 

digər hallarda, tender təkliflərinin qəbul edildiyi son tarixdən sonra iddiaçıların öz  təkliflərində  dəyişiklik  etməsi  tələb  edilməməli  və  ya  buna  icazə verilməməlidir.  Borcalan,  tender  açılışından  sonra  təklifləri  qiymətləndirmək üçün iddiaçıdan öz təklifinə aydınlıq gətirməsini tələb edə bilər, lakin təkliflərin məzmununda və ya qiymətində dəyişiklik etməsini iddiaçıdan tələb etməməli və buna yol verməməlidir. Təklifə aydınlıq gətirilməsi barədə borcalanın xahişi və iddiaçının cavabı AİB‐i qane edə biləcək yazılı  şəkildə, çap olunmuş  şəkildə və ya elektron sistemi vasitəsilə bildirilməlidir29.   

 Məxfilik   2.47 Tender  təklifləri  ictimaiyyət qarşısında açıldıqdan sonra,  təkliflərin yoxlanması, 

aydınlaşdırılması  və  qiymətləndirilməsi  haqqında  məlumatın,  həmçinin müqavilənin qalib  iddiaçıya  təqdim olunması haqqında  tövsiyyələrin müqavilə təqdim  olunan müddətədək  iddiaçılara və ya bu proseslə  rəsmi olaraq  əlaqəsi olmayan digər şəxslərə bildirilməsi qəti qadağandır. 

 Tender təkliflərinin yoxlanılması   2.48 Borcalan, tender təkliflərinin (a) bu Təlimatın 1.6, 1.7 və 1.8 saylı Paraqraflarında 

qeyd  olunmuş  tələblərə  uyğun  olduğunu,  (b)  lazımi  qaydada  imzalanmış olduğunu,  (c)  bu  Təlimatın  2.14  saylı  Paraqrafında  qeyd  olunduğu  kimi  tələb olunan  zəmanət  və  ya  deklarasiya  ilə  müşayiət  olunduğunu,  (d)  tender sənədlərinə  əsaslı  şəkildə  cavab  verdiyini,  və  (e)  digər  cəhətdən  ümumiyyətlə qaydasında  olduğunu müəyyən  etməlidir.  Əgər  tender  təklifi  tələb  olunanlara əsaslı şəkildə cavab vermirsə, yəni  tender sənədlərində qeyd olunan şərtlərdən, spesifikasiyalardan yayınma halları və ya onlara düzəlişlər mövcuddursa, bu cür tender  təklifi nəzərə alınmamalıdır. Tender  təklifləri açıldıqdan sonra  iddiaçıya 

29 Bax, Paraqraf 2.44

Page 27: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

26

öz təklifindəki material çatışmazlıqları və ya düzəlişləri qaydasına salmağa icazə verilməməlidir30. 

 Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi  2.49 Tender  təklifinin  yoxlanmasının  məqsədi  borcalan  tərəfindən  hər  bir  tender 

təklifinin  qiymətinin  müəyyən  edilməsidir  ki,  bu  da  təkliflərin  müqayisə edilməsinə imkan yaradır. 2.58 saylı Paraqrafa uyğun olaraq, qiymətinin ən aşağı olması  zəruri  şərt31 hesab  olunmayan,  ən  aşağı  qiymətli  tender  təklifi  təqdim etmiş iddiaçı qalib hesab olunmalıdır.  

 2.50 Tender  təkliflərinin  açılışı  zamanı  oxunan  tender  qiymətlərində  olan  riyazi 

səhvlərə  düzəlişlər  edilməlidir.  Həmçinin,  təkliflərin  qiymətləndirilməsi məqsədilə kəmiyyətcə müəyyən edilə bilən hər hansı bir yayınma və ya kənara çıxma hallarına düzəlişlər edilməlidir. Müqavilənin icra müddətinə tətbiq edilən qiymət düzəlişləri qiymətləndirmə zamanı nəzərə alınmamalıdır.  

 2.51 İdxal  olunmuş malların32 təchizatı  üzrə  tender  təklifləri CİF  və  ya CİP  (malın 

çatdırılacağı  son məntəqə)  və  EXW  qiymətləri  əsasında  qiymətləndirilməli  və müqayisə  edilməlidir.  Bu  qiymətlərə  əlavə  olaraq,  borcalanın mənsub  olduğu ölkədə  istehsal  olunan malların daşınması üçün quru nəqliyyatının  xərcləri və malların çatdırılacağı son məntəqəyədək sığorta xərcləri, həmçinin  tələb olunan hər hansı bir quraşdırma,  təlim,  istismar  işləri və digər oxşar  xidmətlər33 üçün xərclər də nəzərə alınmalıdır.  

 2.52 Təkliflərin qiymətləndirilməsi zamanı qiymətə əlavə olaraq, uyğun amillər və ən 

aşağı  qiymətli  tender  təklifini  müəyyən  etmək  üçün  tətbiq  edilən  üsullar  da tender sənədlərində öz əksini tapmalıdır. Mallar və avadanlıqlar üçün, digərləri arasında,  ödəniş  qrafiki,  təchizat  müddəti,  əməliyyat  xərcləri,  avadanlığın səmərəliliyi və uyğunluğu, xidmətlərin və ehtiyat hissələrinin  əldə edilməsinin mümkünlüyü, və  əlaqədar  təlim  işləri,  təhlükəsizlik və  ətraf mühit mənfəətləri də daxil olmaqla, digər amillər də nəzərə alına bilər. Ən aşağı qiymətli  tender təklifini müəyyən  etmək  üçün  qiymətdən  başqa  istifadə  olunan  digər  amillər, əldə  edilmiş  geniş  təcrübəyə  əsasən,  tender  sənədlərinin  qiymətləndirmə şərtlərində pul şəklində ifadə olunmalıdır. Təkliflər, qiymət düzəlişlərini nəzərə 

30 Düzəlişlər haqqında 2.50 saylı, iki mərhələli və iki zərfli prosedurlarda aydınlaşdırmalar haqqında 2.6 saylı paraqraflara bax. 31 Paraqraf 2.52-yə bax. 32 Borcalanlar CİF əsasında qiymətləri (təkliflər eyni qiymətlərlə müqayisə edilir) yalnız o zaman tələb edə bilərlər ki, mallar dəniz vasitəsilə daşınsın və konteyner yükü şəklində olmasın. CİF dəniz vasitəsilə daşınmadan başqa heç bir halda tətbiq edilmir. İstehsal olunmuş malların satınalınması zamanı CİF uyğun hesab edilmir, çünki bu mallar adətən konteyner yükü şəklində olur. CİP dəniz və qarışıq nəqliyyat vasitəsi daxil olmaqla, malların istənilən nəqliyyət növü ilə daşınması zamanı istifadə oluna bilər. 33 Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınmamalıdır: (a) İdxal olunan mallar üzrə tutulmuş gömrük rüsumları və digər vergilər CİF və ya CİP (vergi rüsumları nəzərə alınmır) qiymətləri tələb edir; və (b) maların satışı və ya təchizatı ilə əlaqədar tutulmuş satış və oxşar vergilər.

Page 28: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

27

almadan,  bazis  qiymətə  əsaslanaraq  müqayisə  edilməlidir.  Eyni  zamanda, malların  təchizatı  üzrə  tender  təkliflərinin müqayisəsi  zamanı  idxal  olunacaq malların gömrük xərcləri və idxal vergisi nəzərə alınmamalıdır. 

 2.53 İşlər  üzrə müqavilələr  zamanı,  podratçılar  bütün  rüsumlar,  vergilər  və  digər 

tutmalar  üçün  məsuliyyət  daşıyırlar.  İddiaçılar  tender  təkliflərini  hazırlayan zaman  bu  amilləri  nəzərə  almalıdırlar.  Təkliflərin  qiymətləndirilməsi  və müqayisəsi  bu  amillər  əsasında  aparılmalıdır.  «Tamam‐kamal»  müqavilələri üzrə  tender  təklifləri  qiymətləndirilərkən  mal  komponenti  üzrə  vergi  və rüsumlar  nəzərə  alınmamalıdır 34 .  İşlər  üzrə  tender  təkliflərinin qiymətləndirilməsi  qəti  olaraq  pulla  ifadə  olunmalıdır.  Əvvəlcədən  müəyyən edilmiş  təklif qiymətindən yuxarı və ya aşağı olan  təklifləri müəyyən edən hər hansı bir prosedur zamanı avtomatik olaraq yararsız hesab olunan təkliflər qəbul edilmir. Əgər vaxt mühüm amil hesab olunarsa və müqavilə şərtləri işlərin başa çatdırılmaması üzrə cərimələrin münasibliyini təmin edərsə, tender sənədlərində qeyd  olunmuş  meyara  əsasən,  borcalan  üçün  işlərin  vaxtından  əvvəl  başa çatdırılmasının dəyəri nəzərə alınmalıdır. 

 2.54 Borcalan, müqavilənin qalib iddiaçıya təqdim olunmasını tövsiyyə etməkdə əsas 

rol  oynayan  xüsusi  səbəb  də  göstərilməklə,  tender  təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üzrə təfsilatlı hesabat hazırlamalıdır.  

 Yerli güzəştlər   2.55 Borcalanın  xahişi  ilə,  və  maliyyə  sazişində  razılaşdırılacaq  və  tender 

sənədlərində  öz  əksini  tapacaq  şərtlər  çərçivəsində  tender  təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı tərkibdəki təkliflərə güzəştlər edilə bilər:  

 (a) xaricdən  idxal  olunan  mallar  üzrə  təkliflərlə  müqayisədə,  borcalanın 

ölkəsində istehsal olunan mallardan ibarət təkliflərə; və  (b) uyğun hesab olunan yerli podratçıların  təklifləri  ilə  xarici  firmalardan 

olan  podratçıların  təkliflərinin  müqayisəsində,  üzv  ölkələrində adambaşına  ümumi  milli  məhsulun  (ÜMM) 35  müəyyən  edilmiş astanasından aşağı olan işlərə. 

 2.56 Yerli  mallara  və  ya  podratçılara  üstünlük  verilərsə,  tender  təkliflərinin 

qiymətləndirilməsi və müqayisəsi zamanı bu Təlimatların 2 saylı Əlavəsində irəli sürülmüş üsul və mərhələlərə riayət edilməlidir.  

    34 Bəzi tamam-kamal müqavilələri üçün tender sənədlərinin başqa cür ifadə etməsinə baxmayaraq (bax, Paraqraf 2.22). 35 AİB tərəfindən illik olaraq müəyyən edilən ümumi milli məhsul.

Page 29: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

28

Tender təkliflərinin qüvvədə olma müddətinin uzadılması   2.57 Tender təkliflərinin qüvvədə olma müddətinin uzadılması zərurət təşkil etməsin 

deyə, Borcalanlar,  tender  təkliflərinin  qiymətləndirilməsi  və müqavilənin  qalib iddiaçıya  təqdim  edilməsini  tender  təklifinin  ilkin  qüvvədə  olma  müddəti ərzində başa çatdırmalıdırlar36. Fövqəladə hallar zamanı tenderin qüvvədə olma müddətinin  uzadılmasını  təklifin  qüvvədə  olma müddəti  başa  çatmayanadək, bütün  iddiaçılardan  yazılı  şəkildə  tələb  etmək  lazımdır.  Təkliflərin  uzadılan qüvvədə  olma  müddəti  minimum  olaraq,  qiymətləndirmə  işlərinin  başa çatdırılması,  zəruri  təsdiq  cavablarının  əldə  edilməsi  və  müqavilənin  qalib iddiaçıya  təqdim  edilməsi  işləri  üçün  tələb  olunan  müddəti  əhatə  etməlidir. Təklifin qüvvədə olma müddətinin uzadılması  tələb olunarsa,  iddiaçılardan öz təkliflərində qiymət və ya digər hissələrdə dəyişikliklər etməsi tələb olunmamalı və ya onların bu hərəkətlərinə yol verilməməlidir. İddiaçıların bu cür uzatmalar edilməsinə etiraz etmək üçün hüquqları olmalıdır. Əgər tender sənədləri tender zəmanəti  tələb edərsə,  iddiaçılar  tender zəmanətləri müsadirə edilməməklə, bu cür  uzadılmalardan  imtina  etmək  hüquqlarından  istifadə  etməlidirlər.  Tender təkliflərinin qüvvədə olma müddətinin uzadılması niyyətində olan iddiaçılardan isə tender zəmanətlərinin  uyğun olaraq uzadılması tələb edilməlidir.  

 İddiaçıların tenderdən sonrakı ixtisas seçimi   2.58 Əgər iddiaçılar ixtisaslarına görə əvvəlcədən seçilməmişlərsə, borcalan, ən aşağı 

qiymətli  tender  təklifi  təqdim etmiş  iddiaçının öz  tender  təklifində qeyd etdiyi kimi müqavilə üzrə işləri səmərəli şəkildə başa çatdırması üçün lazımi imkan və ehtiyatlara  malik  olduğunu  müəyyən  etməlidir.  Bu  zaman,  riayət  olunacaq meyarlar  tender  sənədlərində öz  əksini  tapmalıdır.  İddiaçı bu meyarlara  riayət etmədiyi  hallarda,  onun  tender  təklifi  qəbul  edilməməlidir.  Belə  olan  halda, borcalan,  ən aşağı qiymət  təklif etmiş növbəti  iddiaçının  imkan və ehtiyatlarını eyni qayda ilə müəyyən etməlidir.  

 Müqavilənin qalib iddiaçıya təqdim edilməsi  2.59 Borcalan,  imkan  və  ehtiyatlarının mövcudluğu  barəsində müvafiq  standartlara 

riayət edən və tender  təklifi (i) tender sənədlərinə əsaslı şəkildə cavab verən və (ii)  ən  aşağı  qiymətli  təklif  təqdim  etmiş  iddiaçını,  tender  təklifinin  qüvvədə olduğu  müddət  ərzində  qalib  iddiaçı  elan  etməklə,  müqaviləni  ona  təqdim etməlidir37.  

 

36 Bax, Əlavə 1, Paraqraf 2 (d).  37 Uyğun olaraq, «ən aşağı qiymət təklif etmiş iddiaçı» və «ən aşağı qiymətli tender təklifi» məvhumları nəzərdə tutulur.  

Page 30: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

29

Müqavilənin  təqdim  edilməsinin  bir  şərti  olaraq,  tender  sənədlərində  qeyd olunmayan  işlər üzrə məsuliyyəti öz üzərinə götürməsi və ya əks halda,  tender təklifini təqdim edildiyi kimi dəyişdirməsi iddiaçıdan tələb edilməməlidir. 

 Müqavilənin qalib iddiaçıya təqdim edilməsinin nəşr olunması   2.60 Müqavilənin  təqdim  edilməsi  barəsində  tövsiyyələr  barəsində AİB‐nın  «təsdiq 

cavabı»nı aldıqdan sonra  iki həftə ərzində, borcalan,  ingilis dilində dərc olunan qəzetdə və ya məşhur və ödənişsiz baxıla bilən İnternet səhifəsində tender təklifi və lot nömrələrini müəyyən edən nəticələri bildirməlidir. Bu məlumata (a) tender təklifi  təqdim  etmiş  hər  bir  iddiaçının  adı;  (b)  tenderin  açılışı  zamanı  oxunan şəkildə  tender qiymətləri;  (c) qiymətləndirilmiş hər bir  tender  təklifinin  adı və qiyməti;  (d)  tender  təklifləri  qəbul  edilməmiş  iddiaçıların  adları  və  onların təkliflərinin qəbul edilməməsinin səbəbləri; (e) qalib iddiaçının adı və onun təklif etdiyi  qiymət,  həmçinin,  təqdim  edilmiş müqavilənin  davametmə müddəti  və qısa  həcmi  də  daxil  edilməlidir.  Sonradan  baxılması  nəzərdə  tutulan müqavilələrdə,  borcalan,  nəticələri  müqavilənin  təqdim  edildiyi  tarixdən  gec olmayaraq dərc etdirməlidir.  

 Heç bir tender təklifinin qəbul edilməməsi   2.61 Tender  sənədlərində  bir  qayda  olaraq,  borcalanın  bütün  tender  təkliflərindən 

imtina  etmək  hüququna  malik  olduğu  qeyd  olunur.  Təqdim  edilmiş  tender təkliflərinin  qəbul  edilməməsi,  rəqabətli  tender  keçirilmədikdə  və  ya  tender təklifləri  tələblərə  əsaslı  şəkildə  cavab  vermədikdə,  yaxud  da  təklif  qiymətləri mövcud  büdcədən  tam  olaraq  yüksək  olduqda  baş  verir.  Tender  zamanı rəqabətin  olmaması  yalnız  iddiaçıların  sayına  əsaslanmaqla  müəyyən edilməməlidir. Hətta,  yalnız  bir  ədəd  tender  təklifi  təqdim  olunduğu  zaman, tender təklifi qaneedici şəkildə elan edilmişsə və bazar qiymətləri ilə müqayisədə təklif  qiymətləri  münasibdirsə,  tender  prosesi  baş  tutmuş  hesab  oluna  bilər. Borcalanlar,  AİB‐nın  ilkin  razılığını  əldə  etdikdən  sonra,  bütün  tender təkliflərinin qəbul edilmədiyini bəyan edə bilərlər. Bütün tender  təklifləri qəbul edilməzsə,  borcalan,  yeni  tenderə  dəvət  etməzdən  əvvəl,  təkliflərin  qəbul edilməməsi  səbəblərini  nəzərdən  keçirməli  və  müqavilə  şərtləri,  cizgi  və spesifikasiyalar,  müqavilənin  iş  həcmləri  və  ya  bütün  bunların  birləşməsinə yenidən baxmalıdır. 

 2.62 Əgər  bütün  tender  təkliflərinin  qəbul  edilməməsinə  səbəb  rəqabətin 

olmamasıdırsa,  tenderin  daha  iri  miqyasda  elan  edilməsi  nəzərə  alınmalıdır. Əgər  təkliflərin  qəbul  edilməməsinin  səbəbi  əksər  və  ya  bütün  iddiaçıların tələblərə  cavab  verməməsi  ilə  əlaqələndirilirsə,  ilkin  olaraq  ixtisasına  görə seçilmiş  firmaları,  yaxud  AİB‐nın  razılığı  ilə,  birinci  mərhələdə  təklif  təqdim etmiş firmaları dəvət etməklə yeni tender elan oluna bilər.  

 

Page 31: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

30

2.63 Bütün  tender  təklifləri qəbul olunmadığı zaman,  təkrar  tender elan oluna bilər. Belə olan halda, borcalan, ilk mərhələdə tender sənədləri ilə təmin edilmiş bütün iddiaçılardan  yeni  tender  təklifləri  təqdim  etməyi  tələb  etməlidir.  Buna baxmayaraq,  əgər  ilkin  tender  zamanı  kifayət  qədər  tender  təklifi  təqdim olunmuşsa, borcalan, yalnız bundan əvvəl təklif təqdim etmiş iddiaçıları yenidən təklif  təqdim  etməyə  dəvət  edə  bilər.  Bütün  tender  təklifi  qiymətləri  nəzərdə tutulan qiymətdən tam olaraq yüksək olduğu zaman, borcalan, yeni tender elan etmək  əvəzinə,  AİB  ilə  məsləhətləşmələr  apardıqdan  sonra,  təklif  qiymətinin azaldılması  barəsində  ən  aşağı  qiymət  təklif  etmiş  iddiaçı  ilə  danışıqlar aparmalıdır.  Əgər  qaneedici  müqavilənin  imzalanması  mümkün  olmazsa  və təkrar  tender  elan  edilərsə,  müqavilədəki  iş  həcmlərində  dəyişikliklər edilməlidir. 

 2.64 Bütün  tender  təkliflərinin  qəbul  edilməməsi  barədə  xəbəri,  yeni  tender 

keçirilməsini və ya ən aşağı qiymət təklif etmiş iddiaçı ilə danışıqlar aparılmasını elan etməzdən əvvəl AİB‐nın bu haqda ilkin razılığı əldə edilməlidir. 

 Tenderin nəticələri barəsində brifinq   2.65 Paraqraf 2.60‐ya  istinadən, müqavilənin  təqdim  edilməsi barəsində məlumatda 

borcalan,  təklifinin  qəbul  edilməməsi  səbəblərini  müəyyən  etmək  niyyətində olan iddiaçının borcalandan yazılı izahat tələb etmək hüququna malik olduğunu qeyd  etməlidir.  Borcalan,  həmin  təklifin  seçilməməsi  səbəbləri  barəsində  öz seçiminə  əsasən  yazılı  şəkildə  və  /  yaxud  qısa  iclas  vasitəsilə  dərhal  izahat verməlidir.  Bu  cür  brifinqlərin  keçirilməsini  tələb  edən  iddiaçının  brifinqdə iştirakı üçün bütün xərclər iddiaçının özü tərəfindən ödənilməlidir.  

 D. Dəyişiklik edilmiş BRT   İdxal proqramlarını cəlb edən əməliyyatlar   2.66 Proqram üçün ayrılmış kreditdən gələn gəlirdən neqativ  idxal siyahısı əsasında 

iqtisadi miqyasda idxal tələbatlarının maliyyələşdirilməsində istifadə edilə bilər. Misal üçün, xarici mübadilə çatışmırsa və AİB, sektor üzrə idxal tələbatlarına tam cavab  verildiyinə  təminat  vermək  niyyətindədirsə,  bir  qayda  olaraq,  pozitiv siyahıların  tətbiq  edilməsi mümkün  olsa belə, neqativ  idxal  siyahıları müvafiq hesab oluna bilər. Uyğun hesab olunan bəndlərin pozitiv siyahısı istifadə edilən proqram üzrə kreditlərdə xüsusi idxal işləri üçün sənədlər tələb olunur.  

 2.67 Proqram üzrə kreditlər hesabına maliyyələşdirilən müqavilələrdə AİB‐nın BRT 

üzrə  adi prosedurları  tələb  edilmir. Beynəlxalq mal  bazarında  geniş miqyasda alınıb‐satılan mallar  (məs.,  neft məhsulları  və  gübrələr)  üçün  ticarətdə  uyğun hesab  olunan  normal  kommersiya  prosedurları  AİB  tərəfindən maliyyələşdirilməsi üçün qəbul hesab edilir. Xüsusi malların maliyyələşdirilməsi 

Page 32: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

31

razılaşdırılmış maksimum faizədək (kreditin ümumi məbləğinin 60% həcmində) məhdudlaşdırıla  bilər.  Hər  bir  proqram  krediti  üçün  təklif  edilən  xüsusi satınalma  prosedurları  AİB‐nın  borcalan  DMC‐də  prosedurların qiymətləndirilməsinə  əsaslanır.  Bu  prosedurlar  kredit  sənədlərində  öz  əksini tapır.  

 Malların satın alınması  

 2.68 Taxıl, heyvan yemi, yemək bişirilməsi zamanı istifadə edilən yağ, yanacaq, gübrə 

və  metalların  bazar  qiymətləri  tələbat  və  təchizat  müddətindən  asılı  olaraq dəyişir.  Onların  bir  çoxunun  qiyməti  təsis  edilmiş  mal  bazarlarında  təyin edilmişdir. Satınalma adətən, təchizat işlərinin təhlükəsizliyinə zəmanət vermək üçün cüzi miqdarda məhsullar üçün çoxlu  sayda müqavilələrdən və bazardakı əlverişli  şəraitdən  istifadə  etmək və  inventarizasiyanı normada  saxlamaq üçün müəyyən müddət  ərzində  çoxlu  sayda  alqı  işlərindən  ibarət  olur.  Tenderdən əvvəl  ixtisaslarına  görə  seçilmiş  və  vaxtaşırı  olaraq  dəvətnamə  göndərilən iddiaçıların siyahısı tərtib edilməlidir. İddiaçılar, malların yüklənməsi zamanı və ya  bundan  əvvəl,  bazar  qiymətlərinə  uyğun  olaraq  qiymətlərini  təklif  etməyə dəvət  oluna  bilərlər.  Bu  zaman,  onların  təqdim  etdikləri  tender  təkliflərinin qüvvədə  olma müddəti mümkün  qədər  az  olmalıdır. Bazarda malların  adətən qiymətləndirildiyi  vahid  valyutadan  tender  zamanı  və  ödənişlərin  həyata keçirilməsində  istifadə  etmək  olar.  Bu  valyuta  tender  sənədlərində  öz  əksini tapmalıdır. Tender sənədlərinə əsasən, tender təkliflərini faks və yaxud elektron vasitələrlə göndərmək olar. Belə olan halda, ya tender zəmanəti tələb olunmayır, ya da ki, ixtisasına görə seçilmiş iddiaçılar tərəfindən müəyyən müddət qüvvədə ola bilən  sabit  tender zəmanətləri  təqdim oluna bilər. Bazar  təcrübəsinə uyğun gələn standart müqavilə şərtləri və formalarından istifadə oluna bilər.  

 Təkrar sifariş  2.69 Layihə üzrə ilkin olaraq nəzərdən keçirilən malların beynəlxalq rəqabətli tender 

vasitəsilə satın alınması keçirildikdən sonra layihə üzrə tələbatlara cavab vermək üçün eyni mallara  təcili olaraq  tələbat yaranarsa, və bu məqsədlə vəsait olarsa, tələb  olunan  həmin  əlavə mallar  təkrar  tender  vasitəsilə  alına  bilər.  Belə  olan halda,  aydın  şəkildə  göstərilməlidir  ki,  tam  beynəlxalq  rəqabətli  tenderin keçirilməsində heç bir üstünlük əldə edilmir38. Bu prosedurda iştirak etmək üçün ilkin sifariş üzrə  təklif  təqdim etmiş  iddiaçılar dəvət oluna bilərlər.  İddiaçıların sayı  çox  olduğu  halda,  ən  aşağı  qiymət  təklif  etmiş  beş  nəfər  iddiaçı  bu prosedurda iştirak etməyə dəvət oluna bilər. 

38 Həmçinin bax, Paraqraf 3.6 (a)

Page 33: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

32

III. SATINALMANIN DİGƏR NÖVLƏRİ  Ümumi  3.1 Bu Bölmə, beynəlxalq  rəqabətli  tender  (BRT)  satınalmanın  iqtisadi  cəhətdən  ən 

sərfəli və səmərəli üsulu hesab olunmadığı halda və digər üsullar daha münasib hesab olunduğu zaman, satınalmanın digər üsullarını təsvir edir39. Yerli malların və işlərin satın alınması üzrə müqavilələrdə AİB‐nın güzəştlər barəsində siyasəti BRT‐dən başqa digər satınalma üsullarına tətbiq edilmir. 3.2‐3.7 saylı Paraqraflar geniş  istifadə olunan üsulları enən ardıcıllıqda təsvir edir. Qalan paraqraflar  isə xüsusi hallarda istifadə olunan üsullardan bəhs edir. 

 Məhdud Beynəlxalq Tender  3.2 Məhdud  Beynəlxalq  Tender  (MBT)  əsasən,  tenderə  dəvət  üçün  açıq  elan  dərc 

olunmadığı  zaman  birbaşa  dəvətlə  keçirilən  BRT‐dir.  (a)  Məhdud  sayda təchizatçı olarsa, (b) müqavilənin məbləği BRT vasitəsilə beynəlxalq təchizatçılar və podratçıları tenderə cəlb etmək üçün kifayət etmədikdə, və ya (c) digər istisna səbəblər  tam  olaraq  BRT  prosedurlarından  istifadə  etməməyə  əsas  verdikdə, MBT  satınalma  üçün  uyğun  üsul  hesab  oluna  bilər.    Borcalanlar,  MBT çərçivəsində  rəqabətli qiymətlər  təklif  edə bilən  imkanlı  iddiaçıların  təkliflərini qəbul  etməlidir.  Əgər  iddiaçılar məhdud  sayda  olarsa,  tenderdə  iştirak  etmək üçün  iddiaçıların  adından  ibarət  tərtib  edilmiş  siyahıya  bütün  təchizatçıların adları  daxil  edilməlidir. MRT‐də  təqdim  edilmiş  təkliflərin  qiymətləndirilməsi zamanı yerli mallar və  işlərə güzəşt  edilmir. Tender  elanı və güzəştdən başqa, 2.60  saylı  paraqrafda  qeyd  olunduğu  kimi,  müqavilənin  təqdim  edilməsi barəsində  məlumatın  dərc  olunması  da  daxil  olmaqla,  BRT‐də  tətbiq  edilən bütün prosedurlar MRT zamanı tətbiq olunmalıdır. 

Milli Rəqabətli Tender   

3.3 Milli rəqabətli tender (MRT) bir qayda olaraq, borcalanın mənsub olduğu ölkədə ictimai  satınalma  məqsədilə  istifadə  olunan  rəqabətli  tender  prosedurudur. Xüsusiyyət  və  ya  həcm  baxımından mallar  və  işlər üçün  beynəlxalq  rəqabətin aparılmasının  mümkünsüz  olduğu  ehtimal  olunduqda  tenderin  bu  növü  ən müvafiq  prosedur  hesab  oluna  bilər.  Prosedurlar,  AİB  tərəfindən maliyyələşdirilən  satınalma  prosedurları  zamanı  istifadəsinin  qəbul  edilən  ola bilməsi üçün nəzərdən keçirilməli və iqtisadi baxımdan sərfəlilik, səmərəlilik və şəffaflığı  təmin  edərək,  bu  Təlimatların  1  saylı  Bölməsindəki  şərtlərə  uyğun gəlməsi üçün tələb olunan şəkildə dəyişdirilməlidir40. (a) Müqavilə qiymətinin az olması,  (b)  işlərin  coğrafi  baxımdan  müxtəlif  yerlərdə  olması  və  ya  müxtəlif 

39 Müqavilələr BRT prosedurları üçün cəlbedici olsun deyə, onları kiçik hissələrə bölmək olmaz; müqavilənin kiçik hissələrə bölünməsi haqqında istənilən təklif AİB ilə tərəfindən qabaqcadan təsdiq edilməlidir. 40 İstənilən bu cür düzəliş maliyyə sazişində öz əksini tapmalıdır.

Page 34: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

33

dövrləri  əhatə  etməsi,  (c)  işlərin  gərgin  əmək  tələb  etməsi,  və  ya  (d)  ölkə daxilində mallar və ya  işlərin     beynəlxalq bazardakı qiymətdən ucuz qiymətə əldə  edilməsinin  mümkün  olması  səbəbləri  ilə  əlaqədar  olaraq  beynəlxalq iddiaçılar  tenderə  maraq  göstərmədikdə, MRT  satınalmanın  ən  uyğun  üsulu hesab  oluna  bilər.  MRT  prosedurlarından  həmçinin,  BRT‐nin  üstünlükləri inzibati  və  maliyyə  xərclərinə  görə  aydın  şəkildə  yüklənmiş  olduğu  halda istifadə oluna bilər. 

 3.4 Tender barəsində elan yalnız yerli mətbuat və ya rəsmi qəzetdə dərc oluna bilər 

yaxud ödənişsiz  istifadə edil bilən  internet  səhifəsində yayımlana bilər. Tender sənədləri yalnız borcalanın mənsub olduğu ölkənin milli dilində  (yaxud,  ticarət əməliyyatları  üçün  borcalanın  ölkəsində  geniş  istifadə  olunan  dildə)  ola  bilər. Tender zamanı və ödənişlərin həyata keçirilməsi məqsədilə borcalanın ölkəsinə məxsus  valyutadan  istifadə  olunur.  Bundan  başqa,  tender  təkliflərinin  nə  cür təqdim edilməsi, qiymətlərin nə cür  təklif edilməsi, eləcə də  tender  təkliflərinin təqdim edilməsi üçün nəzərdə  tutulan ünvan və vaxt barədə göstərişlər  tender sənədlərində  aydın  şəkildə  öz  əksini  tapmalıdır.  Tender  təkliflərinin hazırlanması və  təqdim edilməsi üçün kifayət qədər vaxt ayrılmalıdır. Münasib qiymətlərə  təminat  vermək üçün  prosedurlar  kifayət  qədər  rəqabətin  olmasını təmin  etməlidir. Tender  təkliflərinin qiymətləndirilməsi və müqavilələrin qalib iddiaçılara  təqdim  olunmasında  istifadə  edilən  üsullar  isə  obyektiv  olmalı  və iddiaçıların məlumatlandırılması üçün tender sənədlərində öz əksini tapmalı və məlumatı  olmadan  tətbiq  edilməməlidir.  Tender  təkliflərinin  ictimaiyyət qarşısında açılması, qiymətləndirmənin nəticələri və müqavilənin qalib iddiaçıya təqdim edilməsi barədə məlumatın dərc edilməsi və iddiaçıların etiraz etməsinə əsas verən  şərtlər də prosedurlara daxil edilməlidir. Əgər beynəlxalq  iddiaçılar bu  şərtlər  çərçivəsində  tenderdə  iştirak  etmək  niyyətində  olarsa,  buna  yol verilməlidir.  

 Şoppinq  

 3.5 Şoppinq,  rəqabətli  qiymətlərə  təminat  vermək  üçün  minimum  üç  nəfər 

təchizatçıdan  (mallar  üzrə  satınalma  olduqda)  və  ya  podratçıdan  (mülki  işlər üzrə satınalma olduqda)  əldə edilmiş  tender  təklifi qiymətlərinin müqayisəsinə əsaslanan satınalma üsuludur. Şoppinq, həmçinin kiçik həcmdə hazır malların və ya standart spesifikasiyaya məhsulların, yaxud da kiçik həcmli sadə mülki işlərin alınması üçün münasib üsul hesab olunur. Malların təsviri və sayı, yaxud işlərin spesifikasiyası, həmçinin arzu olunan təchizat (və ya başa çatdırılma) müddəti və malların  təchiz olunacağı ünvan  təkliflərdə qeyd olunmalıdır. Təkliflər məktub, faks  və  ya  elektron  vasitələrlə  təqdim  edilə  bilər.  Təkliflər,  açıq  tenderin qiymətləndirilməsi  prinsiplərinə  əsasən  qiymətləndirilməlidir.  Qəbul  edilmiş təklifin şərtləri satınalma sifarişi və ya qısa müqavilədə öz əksini tapmalıdır.   

 

Page 35: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

34

Birbaşa bağlanan müqavilə  3.6 Birbaşa  bağlanan  müqavilə,  rəqabətsiz  (yeganə  mənbə)  bağlanan  müqavilə 

olmaqla, aşağıdakı hallarda uyğun hesab oluna bilər:   (a)   BRT‐nin prosedurlarına müvafiq olaraq qalib  iddiaçıya  təqdim  olunmuş 

mövcud müqavilə   çərçivəsində  əlavə  malların  alınmasına  tələbat olduqda. Belə olan hallarda, AİB əmin olmalıdır ki, qəbul etdiyi təklifdən daha yaxşı təklifin əldə edilməsi qeyri‐mümkündür və ödəniləcək məbləğ əsl qiymətdən yüksək deyildir. Adətən, əlavə malların sayı ilk dəfə sifariş edilən malların 30%‐dən çox olmazsa,  təkrar sifariş  ilkin sifarişdən sonra 18 ay ərzində irəli sürülə bilər.        

 (b)  Mövcud  avadanlıq  və  ya  ehtiyat  hissələrinin  standartlaşdırılması  ilk 

təchizatçıdan əlavə avadanlıqların alınmasına əsas verir. Əsaslandırılan bu cür satınalmalar üçün orijinal avadanlıq uyğun olmalı, yeni malların sayı malların mövcud sayından  tam olaraq az olmalı, qiymət münasib olmalı, və digər avadanlıq mənbəyinin üstünlükləri AİB‐nın qəbul etdiyi əsaslara görə nəzərə alınmalı və ya qəbul edilməməlidir.   

 (c)  Tələb  olunan  avadanlığa  görə  sahiblik  hüququ  daşınır  və  o,  yalnız  bir 

mənbədən əldə edilə bilər.   (d)  Prosesin  layihələndirilməsi  üçün  məsuliyyət  daşıyan  podratçı,  icra 

zəmanətinin şərtinə əsasən, son dərəcə əhəmiyyətli hesab olunan malların xüsusi təchizatçıdan alınmasını tələb edir.   

 (e)  Əvvəllər  başladılmış  və  ya  davam  edən  işin  təbii  olaraq  davamı  hesab 

olunan mülki işlər üzrə müqavilənin imzalanması tələb olunarsa, işə eyni podratçının  cəlb  olunmasının  iqtisadi  baxımdan  daha  sərfəli  olduğu  və bunun işin keyfiyyətinə təminat verdiyini göstərmək lazımdır. 

 (f)  Təbii fəlakətlərə cavab kimi istisna hallarda.   

3.7 Müqavilə  imzalandıqdan  sonra  borcalan,  podratçının  adını,  təklif  qiymətini, işlərin icra müddətini və müqavilədəki işlərin icmalını ingilis dilində dərc olunan qəzetdə  və  ya  ödənişsiz  istifadə  edilməsi  mümkün  olan  tanınmış  internet səhifəsində dərc  etdirməlidir. Bu məlumatlar  hər  rüb dərc  edilməli  və  əvvəlki dövrü əhatə edən yekun cədvəl şəklində olmalıdır.     

     

Page 36: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

35

 Öz gücü hesabına icra   3.8 Öz gücü hesabına icra, yəni borcalanın öz işçi heyəti və avadanlığından istifadə 

etməklə41 icra olunan tikinti işləri, bəzi növ işlərin yerinə yetirilməsi üçün yeganə praktiki üsul ola bilər. Bu cür icra aşağıdakı hallarda tətbiq oluna bilər:  

 (a) nəzərdə tutulan işlərin həcmi əvvəlcədən müəyyən edilmədikdə;   (b)  işlər kiçik həcmli olduqda və bir‐ birindən  aralı  və  uzaq  yerlərdə 

yerləşməsi ilə əlaqədar olaraq ixtisaslı tikinti firmalarının münasib tender təklifi  təqdim etmək istəyi olmadıqda; 

 (c)  davam edən əməliyyatların gedişatını pozmadan işin icrası tələb olunursa; 

 (d) işin  gedişatının  pozulmasının  qaçılmaz  riskləri  podratçı  ilə müqayisədə 

borcalan tərəfindən daha yaxşı aradan qaldırılır; və ya   

(e) çevik diqqət tələb edən fövqəladə hallar mövcuddur.   Xüsusiləşdirilmiş agentliklərdən satınalma   3.9 Bəzi hallar yarana bilər ki, bu zaman, öz prosedurlarına uyğun olaraq, təchizatçı 

rolunu  oynayan  xüsusiləşdirilmiş  agentliklərdən  birbaşa  olaraq  aparılan satınalma  ən  müvafiq  yol  hesab  oluna  bilər:  (a)  xüsusilə,  təhsil  və  səhiyyə sahələrində az miqdarda hazır mal; və (b) təchizatçılarının sayı az olan peyvənd və ya dərman kimi xüsusi məhsullar.  

 Satınalma işləri üzrə agentlər  3.10 Borcalanda  lazımi  təşkilatçılıq,  ehtiyat  və  təcrübə  çatışmazlığı  olarsa,  o,  öz 

istəyinə  əsasən  (və  ya  AİB  tərəfindən  tələb  olunmalıdır)  satınalma  işlərində ixtisaslaşmış  hər  hansı  bir  firmanı  öz  agenti  kimi  işə  cəlb  edə  bilər.  Agent, maliyyə  sazişi  və  Təlimatlarda  qeyd  olunmuş  satınalma  üzrə  bütün prosedurlara, o cümlədən, AİB‐nin Standart Tender Sənədlərinə (STS), nəzərdən keçirmə  prosedurlarına  və  sənədləşdirmənin  istifadə  qaydalarına  riayət etməlidir. Bu  qanun, BMT‐nin  agentlikləri  satınalma üzrə  agent  kimi  fəaliyyət göstərdiyi  zaman  da  tətbiq  edilir 42 .  İdarəetmə  işləri  üzrə  podratçılar 

41 İdarəetmə və maliyyə cəhətdən müstəqil olmayan hökumətə məxsus tikinti idarəsi işləri öz gücü hesabına icra edən idarə hesab olunur. «Öz gücü hesabına icra» digər halda «birbaşa əmək», «departamentə məxsus qüvvələr» və ya «birbaşa iş» kimi nəzərə alınmalıdır. 42 Asiya İnkişaf Bankı və onun Borcalanları tərəfindən Məsləhətçilərin istifadə olunması üzrə Təlimatlar satınalma və təftiş agentlərinin seçimi zamanı tətbiq edilməlidir. Satınalma və ya təftiş agentlərinin xərcinin AİB tərəfindən maliyyələşdiriləcəyi maliyyə sazişində öz əksini tapmışsa və bu cür agentlərin seçimi və işlə təmin edilməsi şərtləri AİB tərəfindən qəbul edilərsə, həmin xərclər AİB tərəfindən maliyyələşdirilir.     

Page 37: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

36

yenidənqurma, təmir və bərpa işləri, o cümlədən fövqəladə hallarda yeni tikinti işlərindən ibarət müxtəlif işlərin icrası məqsədilə, yaxud çoxlu sayda kiçik həcmli müqavilələrin icrası tələb olunduqda, eyni üsulla işə cəlb oluna bilərlər.  

 Təftiş işləri üzrə agentlər   3.11 Ölkənin  idxal  proqramı  xüsusilə  böyük  olduqda,  idxal  olunan  malların 

yüklənməzdən  əvvəl  təftişi və sertifikatlaşdırılması borcalanın zəmanətlərindən biridir.  Təftiş  və  sertifikatlaşdırma  adətən,  keyfiyyət,  kəmiyyət  və  qiymətin münasib  olmasını  əhatə  edir.  Rəqabətli  tender  vasitəsilə  satın  alınan  idxal mallarının qiyməti deyil, yalnız keyfiyyət və kəmiyyəti yoxlanıla bilər. 

 Buna  baxmayaraq,  BRT  vasitəsilə  alınmamış  idxal  mallarının  qiyməti  əlavə olaraq  yoxlanıla  bilər.  Təftiş  agentləri  malların  dəyərinə  əsaslanan  ödəniş əsasında  məvacib  alırlar.  İdxal  mallarının  sertifikatlaşdırılması  xərcləri  BRT çərçivəsində təkliflərin qiymətləndirilməsi zamanı nəzərə alınmamalıdır. 

 Maliyyə ortaqlarına verilən kreditlər hesabına satınalma    3.12 Maliyyələşdirən  qurum,  benefisiarlara,  yəni  fərdi  şəxslərə,  fərdi  sektor 

müəssisələrinə,  kiçik  və  orta  müəssisələrə,  yaxud  sub‐layihələrinin  qismən maliyyələşdirilməsi  üçün  ictimai  sektordakı  müstəqil  kommersiya müəssisələrinə  verilməsi  məqsədilə  kənd  təsərrüfatı  kreditləri  üzrə  fəaliyyət göstərən müəssisəyə və ya  inkişafı maliyyələşdirən  şirkətə vəsait ayırırsa, AİB‐nin  qəbul  etdiyi  fərdi  sektor  və  ya  ticarət  sahələri  üzrə  formalaşdırılmış təcrübəyə  uyğun  olaraq,  satınalma  işlərinin  aparılmasını  adətən  uyğun  hesab olunan  benefisiarlar  öz  üzərinə  götürür.  Buna  baxmayaraq,  hətta  bu  cür vəziyyətlərdə  belə,  sadə malların  iri  həcmdə  alınması  və  ya  eyni malların  iri həcmdə  toplanaraq  topdan  satış  şəklində  alınması  zamanı,  BRT  ən  münasib satınalma metodu ola bilər.    

 BOO / BOT / BOOT, güzəştlər və oxşar fərdi sektorun vəsaiti hesabına satınalma  3.13 AİB, hökumət zəmanəti olmadan fərdi sektora kredit ayırarsa, bu zaman o, BRT 

keçirilməsini  tələb  etmir,  lakin öz növbəsində,  satınalma prosedurlarının  şəffaf şəkildə, daha yaxşısı  isə beynəlxalq  rəqabətli  tender  şəklində keçirilmiş olduğu barəsində  onu  əmin  etməsini  borcalanlardan  tələb  etməlidir.  Bundan  başqa, borcalanlar, mallar və işlərin uyğun ölkələrdən alınmış olduğunu və layihə üçün tam  uyğun  gəldiyini  də  təsdiq  etməlidirlər. AİB,  BOO/BOT/BOOT43 və  yaxud oxşar  layihənin  maliyyələşdirilməsində  iştirak  edirsə,  aşağıdakı  satınalma prosedurlarından biri tətbiq edilməlidir:   

43 BOO : Qurmaq, sahib olmaq, istismar etmək. BOT: Qurmaq, istismar etmək, başqasının öhdəçiliyinə vermək. BOOT: Qurmaq, sahib olmaq, istismar etmək, başqasının öhdəçiliyinə vermək.

Page 38: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

37

 (a) BOO/BOT/BOOT  və  ya  oxşar  layihələr  üçün  layihə  sponsoru  şəffaf 

şəkildə, daha yaxşısı  isə AİB tərəfindən qəbul edilən beynəlxalq rəqabətli tender  vasitəsilə  seçilməlidir.  İqtisadi  baxımdan  ən  sərfəli  və  səmərəli təklifi  müəyyən  etmək  məqsədilə  təklif  edilmiş  obyektin  icra spesifikasiyaları  istismarçıya  istismarçı  və  ya  alıcıya  ayrılmış məbləğ,  o cümlədən  obyektin  istifadə  üçün  yararlı  müddəti  kimi  optimal  meyar kombinasiyasına nail olmaq üçün bu  tender prosesi bir neçə mərhələdən ibarət  ola  bilər.  Bu  üsulla  seçilmiş  layihə  sponsoru  obyekt  üçün  tələb olunan mallar  və  işləri  uyğun  prosedurlardan  istifadə  edərək  üzv  olan münasib ölkələrdən azad şəkildə ala bilər;  

 və ya,  (b) əgər  yuxarıda  (a)  yarım‐paraqrafında  qeyd  olunmuş  üsulla  layihə 

sponsoru  seçilməmişsə,  obyekt  üzrə  tələb  olunan  və  AİB  tərəfindən maliyyələşdirilən mallar və işlər AİB‐nin qəbul etdiyi beynəlxalq rəqabətli tender vasitəsilə şəffaf şəkildə münasib üzv ölkələrindən alınmalıdır.    

 İcraya əsaslanan satınalma  3.14 İcraya  əsaslanan  satınalma44,  yaxud  istehsala  əsaslanan  satınalma  prosedurları 

müqavilə bağlanması  ilə nəticələnir ki, bu  zaman, ödənişlər  ənənəvi yol hesab olunan  hesablanmış  sərfiyyat  əvəzinə  hesablanmış  istehsalat  üzrə  həyata keçirilir. Texniki spesifikasiyalar, arzu olunan nəticəni və hesablanacaq istehsalı, o  cümlədən  onların  hesablanma  yollarını  müəyyən  edir.  Həmin  istehsalın məqsədi  keyfiyyət,  kəmiyyət  və  etibarlılıq  baxımından  funksional  ehtiyacları ödəməkdən  ibarətdir. Ödəniş,  təchiz  edilmiş  istehsalın  sayına uyğun olaraq və onların  təchizat  keyfiyyətini  nəzərə  almaqla  həyata  keçirilir.  İstehsal  olunan mallar aşağı keyfiyyətli olarsa, ödənişlərin azaldılması (və ya tutmalar) baş verə bilər. Bəzi hallarda, yuxarı keyfiyyətli mallar üçün mükafat şəklində pul vəsaiti də ödənilə bilər. Adətən, tender sənədləri podratçı üçün nə sərfiyyatı, nə də ki, iş üsulunu təyin etmir. İnkişaf etdirilmiş və sübut olunmuş təcrübəyə əsaslanan ən münasib həll yolunu təklif etməkdə podratçı azad hüquqa malikdir. O, nümayiş etdirməlidir ki, tender sənədlərində qeyd edilmiş keyfiyyət üzrə tələblərin yerinə yetirilməsinə nail olacaqdır.             

 3.15 İcraya əsaslanan satınalma (və ya istehsala əsaslanan satınalma) aşağıdakılardan 

ibarət olmalıdır: (a) istehsalata əsaslanaraq ödənilən xidmətlərin göstərilməsi; (b) borcalan  tərəfindən  istismar  olunan  qurğunun  layihələndirilməsi,  təchizatı, 

44 AİB tərəfindən maliyyələşdirilən layihələrdə icraya əsaslanan satınalmadan istifadənin səbəbi, mümkün olan müxtəlif variantaların texniki analizinin nəticəsi olmalıdır. Bu cür satınalmadan istifadə barəsində qeydlər ya maliyyə sazişində öz əksini tapmalı, yaxud da satınalma planına daxil edilməsi üçün əvvəlcədən AİB tərəfindən təsdiq edilməlidir.        

Page 39: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

38

tikintisi  (və  ya  bərpası)  və  istismara  verildikdən  sonra müəyyən  edilmiş  dövr ərzində  onun  istismarı  və  texniki  nəzarəti  üçün  xidmətlərin  göstərilməsi 45 . Layihələndirmə,  təchizat və  / və ya  tikinti  işləri  tələb olunan hallarda,  ixtisasa görə  seçim bir qayda olaraq  tələb olunur və 2.6  saylı Paraqrafda qeyd  edildiyi kimi, iki mərhələli tender tətbiq edilməlidir.  

 AİB tərəfindən zəmanət verilən kreditlər hesabına satınalma  3.16 AİB,  digər  maliyyə  qurumu  tərəfindən  layihə  üçün  ayrılmış  kreditin  geri 

ödənilməsinə təminat verirsə, həmin kredit hesabına maliyyələşdirilən mallar və işlər iqtisadi cəhətdən sərfəlilik və səmərəliliyi nəzərə almaqla, və 1.2 və 1.5 saylı paraqraflardakı tələblərə uyğun olaraq satın alınmalıdır.  

 Satınalmada ictimaiyyətin iştirakı   3.17 Layihənin müntəzəmliyi  və  layihənin müəyyən  spesifik  sosial məqsədlərə nail 

olması  marağı  baxımından,  seçilmiş  layihə  komponentlərində  (a)  xidmətlərin göstərilməsi  məqsədilə  yerli  ictimaiyyətin  və  /  və  ya  qeyri‐hökumət təşkilatlarının (QHT)  iştirakını təmin etmək, və ya (b) yerli elmi‐texniki bilik və materialların istifadəsini artırmaq, yaxud da (c) ağır texnologiya və digər uyğun texnologiyanı  işə  cəlb  etmək;  satınalma  prosedurları,  spesifikasiyalar  və müqavilə  toplusu  səmərəli  olmaq  şərtilə, AİB  tərəfindən  qəbul  edilə  bilən  bu nəzərə  almaları  əks  etdirmək  üçün  uyğun  şəklə  salınmalıdır.  Təklif  edilmiş prosedurlar  və  ictimaiyyətin  iştirakı  ilə  icra  olunan  layihə  komponentləri maliyyə  sazişində  xüsusilə  qeyd  edilməli  və  gələcəkdə, AİB  tərəfindən  təsdiq edilmiş satınalma planında və ya  layihənin  icrası üzrə uyğun sənəddə diqqətlə işlənib hazırlanmalıdır. 

 Bədbəxt hadisə və fövqəladə yardım zamanı satınalma  3.18 Bədbəxt hadisə  və  fövqəladə  yardım  zamanı malların  və  işlərin  satın  alınması 

prosedurları  böyük  dəyişikliklərlə  həyata  keçirilməlidir.  MRT‐nin  keçirilməsi zamanı BRT‐nin  tələbləri  bir  qədər  yumşaldılaraq,  təkliflərin  təqdim  olunması müddəti  qısaldılmalıdır.  Bir  həftədən  iki  həftəyədək  minimum  tender hazırlanması müddəti ilə MBT, malların satın alınması üçün norma hesab oluna bilər. Mövcud kreditlər və ya qrantlar hesabına podratçılar və təchizatçılarla yeni müqavilələr üzrə birbaşa müqavilələrin  imzalanmasına  icazə verilməlidir. Belə olan  halda,  yeni  müqavilələrin  qiyməti  mövcud  müqavilənin  səmərəsi  üçün sonuncunun  qiyməti  ətrafında  razılaşdırılmalı  və  tələb  olunduğu  zaman, 

45 Bu cür satınalmalara dair aşağıdakı misalları çəkmək olar: (i) xidmətlərin satınalınması zamanı: tibbi avadanlıqların təchizatı, yəni, ofisə səfərlər, və ya müəyyən edilmiş laboratoriya sınaqları və s. kimi xüsusi xidmətlər üzrə ödənişlər; (ii) qurğunun satınalınması zamanı: borcalan tərəfindən istismar ediləcək istilik elektrik stansiyasının layihələndirilməsi, satınalınması, tikintisi və istismara verilməsi; (iii) qurğu və xidmətlərin satınalınması zamanı: yolun layihələndirilməsi, satınalınması, tikintisi (və ya bərpası) və tikintidən sonra 5 il ərzində ona texniki nəzarət.    

Page 40: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

39

inflyasiya və fiziki halları nəzərə almaqla onlarda düzəlişlər edilməlidir. Eynilə, digər  donorlar  tərəfindən maliyyələşdirilən  layihələr  üzrə  rəqabət  nəticəsində seçilmiş  podratçılar  və  təchizatçılar,  AİB  tərəfindən  maliyyələşdirilən  yeni müqavilələr üzrə birbaşa müqavilə imzalanması məqsədilə nəzərə alınmalıdır.         

Page 41: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

40

Əlavə 1 Tədarük Qərarlarına dair AİB‐nın İcmalı  Tədarükün Planlaşdırılması  1 Borcalan  tərəfindən  tədarük  planında  təklif  edilən  tədarük  tədbirlərinin 

maliyyələşdirmə  sazişinə  və  bu  Tövsiyyələrə  uyğun  olması  üçün  AİB  bu tədbirləri nəzərdən keçirməlidir. Tədarük planı ən az 18 aylıq ilkin dövrü əhatə etməlidir. Borcalan  tədarük planını hər  il və ya  layihənin həyata keçirilməsinin növbəti  18  aylıq  dövrünü  əhatə  edəcək  şəkildə  yenidən  işləməlidir.  Tədarük planına təklif edilən hər hansı düzəliş ilkin təsdiq üçün AİB‐a təqdim edilməlidir. 

 İlkin İcmal  2 AİB‐nın ilkin icmalına tabe olan bütün podratçılara91 münasibətdə:  

(a) Texniki  şərtlərə  uyğunluğa  dair  ilkin  qiymətləndirmənin  istifadə olunduğu  hallarda,  borcalan  ixtisasa  görə  ilkin  seçimə  dair  ərizələrin verilməsinə  çağırışdan  əvvəl,  istifadə  olunacaq  sənədlərin  layihələrini, həmçinin texniki şərtlərə uyğunluğa dair ilkin qiymətləndirməyə çağırışın mətni,  texniki  şərtlərə  uyğunluğa  dair  ilkin  qiymətləndirmə  sənədləri (ərizəçilərə  təlimatlar,  ixtisasa  dair  meyarlar,  ərizə  formaları  və müqavilənin  fəaliyyət sahəsi də daxil olmaqla) və  riayət ediləcək  reklam üsullarının  təsviri  ilə  birgə  qiymətləndirmə  metodologiyasını  AİB‐na təqdim etməlidir və adı çəkilən üsul və sənədlərdə AİB‐nın tələb edəcəyi düzəlişləri  etməlidir.  Borcalan  tərəfindən  qəbul  edilmiş  ərizələrin qiymətləndirilməsinə dair hesabat, ixtisasa görə ilkin seçilmiş iddiaçıların siyahısı  ilə birgə onların  ixtisasları haqda bəyanat və hər hansı ərizəçinin texniki  şərtlərə  uyğunluğun  ilkin  qiymətləndirilməsindən kənarlaşdırılmasının  səbəbləri borcalanın qərarı  ərizəçilərə bildirilmədən əvvəl  rəy  verilməsi üçün AİB‐a  təqdim  edilməlidir  və  borcalan AİB‐nın tələb  etdiyi  şəkildə  yuxarıda  qeyd  edilən  siyahıya  əlavələr,  düzəlişlər etməli və ya müəyyən hissələri çıxarmalıdır. 

 (b) Tender  təklifləri dəvət  edilməzdən  əvvəl, borcalan AİB‐nın  rəyini almaq 

üçün  tender  təklifinə  dəvət  də  daxil  olmaqla,  tender  sənədlərinin layihəsini,  tender  təklifinin  dəyərləndirilməsinin  və  müqavilənin bağlanmasının  əsası  da  daxil  olmaqla,  tender  iştirakçılarına  verilən təlimatlar və müqavilənin şərtləri və tikinti işləri, malların təchizatı və ya ləvazimatın  quraşdırılması  haqda  texniki  şərtləri  və  s.  şəraitdən  asılı 

91 3.6 və 3.7 paraqraflarına görə birbaşa podrat əsasında tədarük edilən müqavilələrin icrasından əvvəl borcalan texniki tələblərin və müqavilənin layihəsinin surətini təsdiq olunmaq üçün AİB-a təqdim etməlidir. Müqavilə yalnız AİB təsdiq etdikdən sonra icra edilməlidir və bu maddənin (h) bəndindəki göstərişlər icra edilmiş müqaviləyə münasibətdə tədbiq edilməlidir.

Page 42: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

41

olaraq tender üzrə riayət ediləcək reklam üsullarının təsviri ilə birgə AİB‐a təqdim  etməlidir  (əgər  texniki  şərtlərə  uyğunluğun  ilkin qiymətləndirilməsi  istifadə olunmayıbsa) və  adı  çəkilən  sənədlərdə AİB‐nın məntiqlə  tələb  edəcəyi  düzəlişləri  etməlidir.  Sonradan  ediləcək  hər hansı  düzəliş  gələcək  tender  iştirakçılarına  bildirilməzdən  əvvəl  AİB tərəfindən təsdiq olunmalıdır. 

 (c) Tender təklifləri qəbul edildikdən və qiymətləndirildikdən sonra, borcalan 

müqavilənin bağlanması haqda son qərar qəbul edilməzdən əvvəl, tender təklifinin vaxtının başa çatmasına ən az dörd həftə qalmış, qəbul edilmiş tender  təkliflərinin  qiymətləndirilməsi  və  müqayisəsi  haqda  təfsilatlı hesabatla  birgə  (əgər  AİB  bunu  tələb  edərsə,  AİB  üçün  məqbul  olan mütəxəssislər  tərəfindən hazırlanmalıdır) müqavilənin bağlanması haqda rəylər  və  AİB‐nın  tələb  edəcəyi  digər  belə  məlumatları  AİB‐a  təqdim etməlidir.  Əgər  AİB  müqavilənin  nəzərdə  tutulmuş  imzalanması maliyyələşdirmə  sazişinə  və/və  ya  tədarük  planına  zidd  olduğunu müəyyən  edirsə,  o  dərhal  borcalanı  məlumatlandırmalı  və  bu  qərarın səbəblərini  bildirməlidir.  Əks  təqdirdə,  AİB  müqavilənin  bağlanması haqda  rəyə  etirazı  olmadığını  bildirməlidir.  Borcalan  yalnız  AİB‐dan “etirazın  olmaması”nı  müəyyən  etdikdən  sonra  müqavilənin bağlanmasını həyata keçirməlidir. 

 (d) Əgər  borcalan  qiymətləndirmə  prosesini  tamamlamaq,  lazımi  icazələri 

əldə  etmək  və  maneələri  aradan  qaldırmaq  və  müqavilə  bağlanmasını həyata keçirmək üçün tender təklifinin vaxtının uzadılmasını tələb edirsə, bu  vaxt  dörd  həftədən  çox  olduğu  təqdirdə  birinci  tələb  üçün AİB‐nın ilkin  təsdiqini  əldə  etməlidir.  Müddətindən  asılı  olmayaraq,  vaxtın uzadılması haqda digər sonrakı tələbləri də AİB təsdiq etməlidir. 

 (e) Əgər  qiymətləndirmənin  nəticələri  elan  edildikdən  sonra  tender 

iştirakçılarından  borcalana  etiraz  və  ya  şikayət  bildirilirsə,  şikayətin  və borcalanın  bu  şikayətə  cavabının  nüsxəsi  məlumat  üçün  AİB‐a göndərilməlidir. 

 (f) Əgər etirazın  təhlili nəticəsində borcalan müqavilənin bağlanması haqda 

rəyini dəyişirsə, bu qərarın səbəbləri və düzəlişlər edilmiş qiymətləndirmə hesabatı  AİB‐nın  etiraz  irəli  sürməməsi  üçün  ona  təqdim  edilməlidir. Borcalan  müqavilənin  bağlanmasını  bu  Tövsiyyələrin  2.60  maddəsinin formatına uyğun olaraq yenidən elan etməlidir. 

 (g) AİB‐nın ilkin təsdiqi olmadan, müqavilənin şərtləri tender təklifinin dəvət 

olunduğu şərtlərdən və ya podratçıların (əgər dəvət olunanı varsa) texniki şərtlərə uyğunluğunun  ilkin qiymətləndirilməsi  şərtlərindən  əhəmiyyətli dərəcədə fərqlənməməlidir. 

Page 43: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

42

 (h) Hər müqavilə bağlandıqdan dərhal sonra, AİB müqavilənin üç nüsxəsi ilə 

təmin  edilməlidir.  Əgər  icrası  təklif  edilən  müqavilə  ilkin  olaraq  AİB tərəfindən  təsdiq  olunmuş müqavilə  layihəsindən  əhəmiyyətli  dərəcədə fərqlənir  və  ya müqaviləyə  hər  hansı mühüm  düzəliş  onun  icrasından sonra  təklif  edilirsə,  təklif  edilən  dəyişikliklər  ilkin  təsdiq  üçün  AİB‐a təqdim olunmalıdır. 

 (i) Bütün qiymətləndirmə hesabatlarına AİB  tərəfindən göstərilmiş  formada 

hazırlanmış  tədarük  icmalı  əlavə  edilməlidir.  AİB  müqavilənin imzalanmış nüsxəsini əldə etdikdən sonra müqavilənin təsviri və məbləği, birgə uğurlu iddiaçının adı və ünvanı Bank tərəfindən elan edilməlidir. 

 3 Dəyişikliklər.  İlkin  icmala  tabe  olan  müqavilələrə  münasibətdə,  borcalan 

müqavilənin icrası üçün razılaşdırılmış vaxtın əhəmiyyətli dərəcədə artırılmasına icazə verməzdən əvvəl, belə müqavilənin şərtlərinə hər hansı dəyişiklik və ya bu şərtlərdən  imtina  edilməsinə  razılıq,  həmçinin  belə  müqavilə  əsasında, müqavilənin ilkin dəyərini yekun olaraq 15 faizdən çox  artmasına səbəb olacaq dəyişiklik haqda  ərizəni verməzdən  əvvəl  (son dərəcə zəruri olan hallar  istisna olmaqla), AİB‐nın  təklif  edilən  vaxt  uzadılmasına,  dəyişikliyə  və  ya  dəyişiklik haqda  ərizəyə  etirazının  olmadığını  müəyyən  etməlidir.  Əgər  AİB  təklifin maliyyələşdirmə  sazişinin  və/və  ya  tədarük  planının  göstərişlərinə  zidd olduğunu müəyyən edirsə, o dərhal borcalanı məlumatlandırmalı və bu qərarın səbəblərini bildirməlidir. Müqaviləyə  edilən bütün düzəlişlərin qeydə  alınması üçün bu düzəlişlərin nüsxəsi AİB‐a təqdim edilməlidir. 

 4 Tərcümələr.  Beynəlxalq  Tender  əsasında  bağlanan müqavilələr  ingilis  dilində 

yazılmalıdır.  Digər  dildə  yazılmış  hər  hansı  əlavə  sənədləşmə  (ləvazimatın texniki təsviri kimi) ingilis dilində tərcüməsi əlavə edilməlidir. 

 Sonrakı İcmal  5 Əgər AİB və borcalan sonrakı icmal haqqında razılığa gəlibsə, AİB mümkün olan 

ən  qısa  zaman  ərzində  icmal  edib,  cavab  verəcəkdir.  Lakin  bu,  tələb  edilən sənədlərin  qəbul  edildiyi  vaxtdan  sonrakı  6  ay  ərzində  baş  verməlidir.  Əks təqdirdə,  AİB‐nın  borcalanın  hərəkətinə  etirazı  olmadığı  güman  ediləcək. Borcalan  sonrakı  icmalın  tələb  olunduğu  hər  bir  müqaviləylə  bağlı  bütün sənədləşməni  layihənin  həyata  keçirilmə  müddəti  ərzində  və  layihənin  başa çatmasından  sonrakı  iki  il  ərzində  saxlamalıdır.  AİB‐nın  və  ya  onun məsləhətçilərinin  araşdırma  aparması  üçün  bu  sənədləşməyə  müqavilənin imzalanmış əsli, qiymətləndirmə hesabatı, həmçinin müvafiq təkliflərin təhlili və müqavilənin bağlanmasına dair  rəylər daxil edilməlidir,  lakin  siyahı  sadəcə bu sənədlərlə  məhdudlaşmaya  bilər.  Elektron  sənədlərin  əsas  nüsxələri  çap olunmuş şəkildə saxlanılmalı və nəşr edən agentlik tərəfindən imza, möhür və ya 

Page 44: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

43

AİB  üçün  məqbul  olan  digər  formada  müvafiq  şəkildə  təsdiq  olunmalıdır. Maliyyə  sazişlərində  başqa  tərzdə  müəyyən  edilməsə,  borcalan  sənədləri müqavilə bağlandıqdan sonra AİB‐a təqdim etməlidir. Əgər AİB malların və ya tikinti  işlərinin  maliyyələşdirmə  sazişində  əks  olunan  razılaşdırılmış  üsullara uyğun  şəkildə  tədarük  edilmədiyini  müəyyən  edirsə,  o,  Tövsiyyələrin  1.12 maddəsinə əsasən satınalmaların düzgün aparılmadığını elan edə bilər. AİB bu qərarın  səbəblərini dərhal borcalana bildirməlidir.  Əgər  satınalmaların düzgün aparılmadığı ödənişdən sonra elan edilirsə, borcalan müvafiq məbləği AİB‐a geri ödəməlidir. 

 

Page 45: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

44

Əlavə 2  DAXILI İSTEHSALÇI VƏ TƏCHIZATÇILARA VERILƏN ÜSTÜNLÜKLƏR  Daxildə İstehsal olunmuş Mallara Üstünlük verilməsi  1 Borcalan  AİB‐nın  razılığı  ilə  tender  təkliflərinin  Beynəlxalq  Tender  (BT) 

üsullarına  əsasən  qiymətləndirilməsində  digər  ölkələrdə  istehsal  olunmuş malların  təklif  edildiyi  tender  təklifləri  ilə  müqayisədə  öz  ölkəsində  istehsal olunmuş müəyyən malların təklif edildiyi tender təkliflərinə preferensial güzəşt edə  bilər. Belə  hallarda,  daxildə  istehsal  olunmuş mallara  verilən  üstünlük  və tender  təklifinin  bu  üstünlüyü  əldə  etməyə  uyğun  olduğunu müəyyən  etmək üçün  tələb  olunan məlumat  tender  sənədlərində  aydın  şəkildə  göstərilməlidir. İstehsalçının və ya  təchizatçının milli mənsubiyyəti  tender  təklifinin üstünlüyü əldə  etməyə  uyğun  olması  üçün  şərt  deyil.  Tender  təkliflərinin qiymətləndirilməsi  və  müqayisə  edilməsində  aşağıda  izah  edilən  üsul  və mərhələlərə riayət edilməlidir. 

 2 Münasib  tender  təklifləri müqayisə  üçün  aşağıdakı  üç  qrupdan  birində  təsnif 

edilməlidir:  

(a) A qrupu: əgər iddiaçı borcalanı və AİB‐nı qaneedici şəkildə müəyyən edir ki, (i) borcalanın ölkəsi daxilindəki işçi qüvvəsi, xammal və komponentlər təklif edilən məhsulun EXW (“iş yerindən”) qiymətinin 30 faiz və ya daha artığını təşkil edir, (ii) bu malların istehsal ediləcəyi və ya quraşdırılacağı istehsal  obyekti  belə  malların  istehsalı/quraşdırılması  ilə  ən  azından tender  təklifinin verildiyi vaxtdan etibarən məşğuldur, yalnız borcalanın ölkəsi daxilində istehsal olunan malların təklif edildiyi tender təklifləri. 

(b) B qrupu: borcalanın ölkəsi daxilində istehsal edilən malların təklif edildiyi digər bütün tender təklifləri. 

(c) C  qrupu:  Artıq  idxal  olunmuş  və  ya  bilavasitə  idxal  olunacaq  xaricdə istehsal edilmiş malların təklif edildiyi tender təklifləri 

 3 A və B qrupundakı tender təkliflərinin malları üçün təyin edilmiş qiymət daxili 

bazarda əldə edilmiş və ya idxal olunmuş əsas materiallar və ya komponentlərə görə  ödənilən  və  ya  ödənilə  biləcək bütün  rüsum  və  vergiləri  əhatə  etməlidir, lakin hazır məhsula görə ödənilən oxşar vergilər və ticarətə qoyulan vergilər bu qiymətə  daxil  edilməməlidir.  C  qrupundakı  tender  təkliflərinin  malları  üçün təyin  edilmiş  qiymət CİF  və  ya CİP  (təyinat  yeri)  əsasında  olmalıdır  ki,  artıq ödənilmiş və ya ödənilməli olan gömrük  rüsumları və digər  idxal vergiləri bu qiymətdən çıxarılır. 

 

Page 46: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

45

4 Birinci mərhələdə hər qrupdakı bütün qiymətləndirilmiş tender təklifləri hər bir qrupda  ən  aşağı  qiymətli  tender  təklifini  müəyyən  etmək  üçün  müqayisə edilməlidir.  Qiymətləndirmə  nəticəsində  müəyyən  edilmiş  ən  aşağı  qiymətli tender  təklifləri bir‐biri  ilə müqayisə edilməlidir və əgər A və ya B qrupundan olan  tender  təklifi  ən  aşağı  qiymətlidirsə,  o,  müqavilə  bağlanması  üçün seçilməlidir. 

 5 Dördüncü maddəyə əsasən, əgər müqayisə nəticəsində ən aşağı qiymətli tender 

təklifinin  C  qrupundan  olduğu müəyyən  edilərsə,  o,  A  qrupundakı  ən  aşağı qiymətli tender təklifi ilə müqayisə olunmalıdır. Yalnız bu müqayisənin məqsədi üçün, C qrupundakı tender təklifində nəzərdə tutulan malların müəyyən edilmiş qiymətinə CİF və ya CİP tender təklifi qiymətinin 15 faizinə bərabər olan məbləğ əlavə  edilməlidir.  Bu  son  müqayisə  nəticəsində  müəyyən  edilmiş  ən  aşağı qiymətli tender təklifi seçilməlidir. 

 6 Avadanlığın bir sıra ayrı‐ayrı əşyalarının daxil olduğu bir müqavilə paketi və ya 

tender  təklifi  paketində  qruplaşdırılmış  vahid  cavabdehlik,  təchizat  və quraşdırma  və  ya  “tam  hazır”  şərti  ilə  müqavilələrə92  münasibətdə  üstünlük bütün  paketə  deyil,  paketdə  ölkədə  istehsal  olunmuş  avadanlığa  tətbiq edilməlidir. Xaricdən təklif edilən avadanlıq CİF və ya CİP əsasında, ölkədə təklif edilənlər EXW (satışa və oxşar vergilərdən azad) əsasında və dizayn, tikinti işləri, quraşdırılma və nəzarət kimi digər bütün komponentlər  isə ayrı‐ayrılıqda  təyin edilməlidir.  Tender  təklifləri  A,  B  və  ya  C  qruplarında  təsnif  edilməməlidir. Tender  təkliflərinin  müqayisəsində,  borcalanın  ölkəsi  xaricindən  təklif  edilən avadanlığın  tender  təklifinin hər birində yalnız CİF və ya CİP qiyməti 15  faizə qədər artırılmalıdır. Paketə daxil edilən birgə xidmətlər və ya  tikinti  işləri üçün heç bir güzəşt tətbiq edilməməlidir. 

 Yerli Podratçılara Üstünlük Verilməsi  7 BT  əsasında  tikinti  işləri  üçün  bağlanılan  müqavilələrdə,  münasib  sayılan 

borcalanlar  AİB‐nın  razılığı  ilə  aşağıdakı  göstərişlərə  uyğun  olaraq,  yerli podratçılara 7.5 faizlik güzəştə gedə bilərlər93: 

 (a) Bu  cür  üstünlük  üçün müraciət  edən  podratçılardan  ixtisas  üzrə  lazım 

olan bir sıra məlumatları94  təmin etmək tələb olunacaqdır ki, mülkiyyətlə bağlı  təfərrüatlar  da  bura  daxildir.  Bu məlumatlar,  borcalan  tərəfindən təyin  edilən  və AİB  tərəfindən  qəbul  edilən  təsnifata  uyğun  olaraq,  hər hansı  bir  podratçının  və  ya  podratçılar  qrupunun  daxili  istehsalçı  və təchizatçılara  verilən  güzəştlər  baxımından  seçilə  bilməsini  müəyyən etmək üçün  lazımdır.   Tender  sənədlərində üstünlük  və  bu üstünlüyün 

92 Bu göstərişlər yalnız gömrük vergilərinin tender təklifi qiymətlərindən çıxarıldığı və idxal olunan malların qiymətinin CİF və ya CİP əsasında təyin edildiyi halda tədbiq olunur. 93 Yerli Podratçılara üstünlük verilməsi yalnız qiymətləndirmənin aparıldığı ölkələrdə tədbiq oluna bilər. 94 Texniki şərtlərə uyğunluğun qiymətləndirilməsi və/və ya tender təklifinin verilməsi mərhələsində

Page 47: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

46

həyata  keçirilməsi  üçün  tender  təkliflərinin  qiymətləndirilməsi  və müqayisəsində istifadə olunacaq üsullar aydın şəkildə göstərilməlidir. 

 (b) Tender  təklifləri  qəbul  edildikdən  və  borcalan  tərəfindən  nəzərdən 

keçirildikdən  sonra, müvafiq  tender  təklifləri  aşağıdakı  qruplarda  təsnif olunmalıdır: 

 (i)  A  qrupu:  üstünlüyün  verilməsi  üçün  münasib  sayılan  yerli podratçıların irəli sürdüyü tender təklifləri. (ii) B qrupu: digər podratçılar tərəfindən irəli sürülən tender təklifləri. 

 8 Tender  təkliflərinin  qiymətləndirilməsi  və  müqayisəsi  məqsədilə,  tender 

təklifinin dəyərinin 7.5 faizinə bərabər olan məbləğ B qrupundakı podratçılardan qəbul edilən tender təkliflərinə əlavə olunmalıdır. 

       

Page 48: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

47

Əlavə 3  TENDER İŞTIRAKÇILARINA TÖVSIYYƏLƏR  Məqsəd  1 Bu  əlavədə AİB‐nın maliyyələşdirdiyi  satınalmalarda  iştirak  etməyi  arzulayan 

mümkün tender iştirakçılarına tövsiyyələr nəzərdə tutulur.   Tədarük üçün Cavabdehlik  2 Layihənin  yerinə  yetirilməsi  və  bu  səbəbdən  layihə  əsasında malların,  tikinti 

işlərinin və xidmətlərin ödənilməsi üzrə  cavabdehlik yalnız borcalanın üzərinə düşür. Öz Nizamnaməsinə görə AİB‐dən öz növbəsində tələb olunur ki, AİB‐nin vəsaitləri çəkilən xərclərin maliyyələşdirilməsi üçün istifadə edilsin. Geri ödəmə yalnız borcalanın tələbi əsasında həyata keçirilir. Vəsaitin maliyyələşdirmə sazişi və/və  ya  tədarük  planına  uyğun  şəkildə  istifadə  olunduğunu  təsdiq  edən məlumatlar  borcalanın  vəsaitlərin  alınmasına  dair  ərizəsi  ilə  birgə  təqdim edilməlidir. Ödəniş  (a)  borcalanın  artıq  öz  vəsaiti  hesabına  etdiyi  ödənişlərin əvəzini  ödəmək  üçün,  (b)  bilavasitə  üçüncü  tərəfə  (adətən  təchizatçıya  və  ya podratçıya)  və  ya  (c)  kommersiya  bankının  akkreditivini  əhatə  edən  Kredit Xəttinin  Açılması  haqda  Xəbərdarlıqla  bağlı  xərcləri  kommersiya  bankına ödəmək  üçün  həyata  keçirilir 95 .  Tövsiyyələrin  1.2  maddəsində  vurğulandığı kimi, borcalan hüquqi baxımdan  tədarükdən cavabdehdir. O,  tender  təkliflərini dəvət,  qəbul  edir,  qiymətləndirir  və müqaviləni  bağlayır. Müqavilə  borcalanla təchizatçı və ya podratçı arasında bağlanır. AİB müqavilənin tərəfi deyildir. 

 AİB‐nın Rolu  3 Tövsiyyələrin  1.11‐ci  maddəsində  qeyd  olunduğu  kimi,  AİB  prosesin 

maliyyələşdirmə  sazişində  tələb  olunduğu  kimi  razılaşdırılmış  üsullara  uyğun şəkildə  həyata  keçirilməsini  təmin  etmək  üçün  tədarük  üsullarını,  sənədlərini, tender  təkliflərinin  qiymətləndirilməsini, müqavilənin  bağlanması  ilə  əlaqədar rəyləri və müqaviləni nəzərdən keçirir. Böyük müqavilələrə münasibətdə, Əlavə 1‐də  qeyd  olunduğu  kimi,  sənədlər  dərc  olunmazdan  əvvəl  AİB  tərəfindən nəzərdən  keçirilir. Həmçinin,  əgər  tədarük prosesinin  istənilən  vaxtında  (hətta müqavilə bağlandıqdan sonra belə) AİB razılaşdırılmış üsullara maddi cəhətdən riayət  edilmədiyi  haqda  nəticəyə  gəlirsə,  1.12‐ci maddədə  göstərildiyi  kim,  o, satınalımaların  düzgün  aparılmadığını  elan  edə  bilər.  Buna  baxmayaraq,  əgər borcalan  müqaviləni  AİB‐nın  “etirazının  olmaması”nı  əldə  etdikdən  sonra bağlayıbsa, AİB satınalımaların düzgün aparılmadığını yalnız o zaman elan edə 

95 AİB-nın geri ödəmə üsullarının tam təsviri Kreditin Geri Ödənməsi haqda Məlumat Kitabında verilmişdir (AİB-nın internet saytından əldə etmək olar http://www.adb.org).

Page 49: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

48

bilər  ki,  “etirazın  olmaması”  haqda  qərar  borcalanın  təqdim  etdiyi  natamam, yanlış  və  ya  aldadıcı  məlumatın  əsasında  verilsin.  Bundan  əlavə,  əgər  AİB borcalanın  və  ya  tender  iştirakçılarının  nümayəndələrinin  rüşvətxorluq  və  ya hiyləgərliklə  məşğul  olduğunu  müəyyən  edirsə,  AİB  Tövsiyyələrin  1.14‐cü maddəsində göstərilmiş müvafiq sanksiyaları tətbiq edə bilər. 

 4 AİB  tədarükün müxtəlif  növləri  üçün  Standart  Tender  Sənədlərini  (STS)  dərc 

etmişdir. Tövsiyyələrin 2.12‐ci maddəsində qeyd olunduğu kimi, borcalanın bu sənədləri,  səciyyəvi  ölkə  və  layihəylə  bağlı  məsələləri  həll  etmək  üçün  cüzi dəyişikliklər  etməklə,  istifadə  etməsi məcburidir.  Texniki  şərtlərə  uyğunluğun ilkin qiymətləndirilməsi və tender təklifinin verilməsi ilə bağlı sənədlər borcalan tərəfindən tamamlanır və nəşr olunur. 

 Tender haqda Məlumat  5 Tövsiyyələrin  2.7  və  2.8‐ci  maddələrində  təsvir  olunduğu  kimi,  BT  əsasında 

tender  imkanları haqda məlumat  tədarük üzrə ümumi bildiriş və  tədarük üzrə xüsusi bildirişlərdən əldə oluna bilər. İştirakla bağlı ümumi rəhbərlik, həmçinin qarşıdakı  layihələrdəki  biznes  imkanları  haqda  qabaqcıl  məlumat  AİB‐nın internet səhifəsindən əldə oluna bilər96. 

 Tender İştirakçılarının Rolu  6 Iddiaçı texniki şərtlərə uyğunluğun ilkin qiymətləndirilməsinə dair sənədi və ya 

tender  sənədini  qəbul  etdikdə,  sənədləri  diqqətlə  tədqiq  etməli  və  texniki, kommersiya  və  müqavilə  şərtlərinə  cavab  verə  biləcəyi  haqda  qərar  qəbul etməlidir.  Əgər  bu  şərtləri  yerinə  yetirə  biləcəyindən  əmindirsə,  öz  tender təklifini hazırlamağa başlamalıdır. Daha sonra  iddiaçı sənədləri  tənqidi surətdə nəzərdən  keçirməli  və  ikimənalılığın,  boşluqların, daxili  ziddiyyətlərin,  texniki şərtlərin hər hansı bir cəhətinin və ya digər şərtlərin anlaşılmaz, birtərəfli və ya məhdudlaşdırıcı olub olmadığını araşdırmalıdır. Əgər belə halları üzə çıxararsa, o, borcalanın belə məqamları yazılı surətdə aydınlaşdırmasına nail olmalıdır və bunu tender sənədlərində müəyyən edilmiş vaxt ərzində etməlidir. 

 7 Uğurlu  iddiaçının  seçilməsinin meyarı  və metodologiyası  tender  sənədlərində, 

adətən, Tender  İştirakçılarına Təlimatlar və Texniki  Şərtlərdə  təsvir  edilmişdir. Əgər  bunlar  aydın  deyilsə,  borcalanın  bu  məsələləri  aydınlaşdırması istənilməlidir. 

 8 Bu  münasibətlə  vurğulanmalıdır  ki,  Tövsiyyələrin  1.1‐ci  maddəsində  qeyd 

olunduğu kimi, tenderlə bağlı borcalan tərəfindən buraxılan spesifik sənədlər hər bir tədarükü tənzimləyir. Əgər  iddiaçı bu sənədlərdəki göstərişlərdən hər hansı 

96 http://www.adb.org

Page 50: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

49

birinin  Tövsiyyələrə  zidd  olduğunu  hiss  edirsə,  bunu  borcalanla  müzakirə etməlidir. 

 9 Tamamilə  şərtlərə  cavab verən  tender  təklifinin, həmçinin  tender  zamanı  tələb 

olunan bütün köməkçi sənədlərin təqdim olunmasını təmin etmək üçün, tender təklifinin qəbul edilməsindən əvvəl, ikimənalılıq, ziddiyyət, boşluq və s. ilə bağlı məsələ  qaldırmaq  iddiaçının  cavabdehliyidir.  Əsas  tələblərə  (texniki  və kommersiya)  riayət  etməmək  tender  təklifinin  qəbul  edilməməsi  ilə nəticələnəcək. Əgər iddiaçı həlledici olmayan tələblərdən imtina etməyi arzulayır və  ya  alternativ  həll  yolu  təklif  edirsə,  o,  şərtlərə  tam  cavab  verən  tender təklifinin  qiymətini  təyin  etməli,  sonra  isə  qeyd‐şərtlərinin  qəbul  ediləcəyi təqdirdə,  qiymətlərlə  bağlı  təklif  etmək  istədiyi  düzəlişləri  ayrı‐ayrılıqda göstərməlidir.  Alternativ  həll  yolları  yalnız  buna  tender  sənədlərində  icazə verildiyi zaman  təklif oluna bilər. Tender  təklifləri qəbul  edilərək  elan  edildiyi zaman,  tender  iştirakçılarından  tender  təklifinin mahiyyətini  və  ya  qiymətini dəyişdirmək tələb edilə və ya buna icazə verilə bilməz. 

 Məxfilik  10 Tövsiyyələrin  2.47‐ci  maddəsində  qeyd  olunduğu  kimi,  tender  təklifinin 

qiymətləndirilməsi  prosesi müqavilənin  bağlanmasının  elan  olunmasına  qədər məxfi  saxlanmalıdır.  Bu  borcalanın  və  AİB  nəzarətçilərinin  yersiz  müdaxilə reallığı  və  ya  hissindən  yayınmağa  imkan  yaratmaq  üçün  vacibdir.  Əgər  bu mərhələdə  iddiaçı  borcalanın,  AİB‐nın  və  ya  hər  ikisinin  diqqətinə  əlavə məlumat çatdırmaq istəyirsə, o bunu yazılı şəkildə etməlidir. 

 AİB‐nın Fəaliyyəti  11 Tender  iştirakçıları hər hansı məsələ və sualla bağlı borcalanla həyata keçirdiyi 

yazışmanın nüsxələrini AİB‐a göndərə, borcalanlar dərhal cavab vermədikdə və ya  yazışma  borcalana  qarşı  şikayətdən  ibarət  olduqda,  birbaşa AİB‐a məktub yaza bilərlər. Bütün belə yazışmalar  layihə üçün  təyin edilmiş  layihə rəhbərinə, nüsxəsi isə Baş Direktora, Mərkəzi Əməliyyatlar İdarəsinə ünvanlanmalıdır. 

 12 AİB tərəfindən mümkün tender iştirakçılarından qəbul edilən arayışlar tenderin 

son  tarixindən  əvvəl, münasib  sayıldığı  təqdirdə, AİB‐nın  şərhləri və məsləhəti ilə  birgə  müvafiq  addımlar  atması  və  ya  cavab  verməsi  üçün  borcalana göndəriləcək. 

 13 Tenderin  açılmasından  sonra  tender  iştirakçılarından  qəbul  ediləcək 

yazışmalarla  bu  şəkildə  davranılacaq.  AİB‐nın  ilkin  nəzarətinə  tabe  olmayan müqavilələrə münasibətdə, yazışma diqqətə alınması və müvafiq işlər görülməsi üçün (əgər belə  işlər varsa) borcalana göndəriləcək və bunlar AİB‐nın heyətinin layihəylə  bağlı  keçirəcəyi  sonrakı  nəzarət  zamanı  gözdən  keçiriləcək.  İlkin 

Page 51: SATINALMA ÜZRƏ TƏLIMATLAR · keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə

50

nəzarət  prosesinə  tabe  olan  müqavilələrə  münasibətdə,  yazışma  borcalan  ilə məsləhətləşmə  əsasında AİB  tərəfindən  araşdırılacaq.  Bu  prosesi  tamamlamaq üçün əlavə məlumata ehtiyac olarsa, bu məlumat borcalandan alınacaqdır. Əgər əlavə məlumat və ya aydınlaşdırma  iddiaçından  tələb olunarsa, AİB borcalanın bu  məlumatı  əldə  etməsini  və  şərh  etməsini  və  ya  müvafiq  şəkildə qiymətləndirmə  hesabatına  daxil  etməsini  istəyəcək.  Yazışma  tam  şəkildə araşdırılmadan  və  nəzərdən  keçirilmədən,  AİB‐nın  nəzarəti  tamam‐lanmayacaqdır. 

 14.  

(a) Təsdiq  etmə  istisna  olmaqla,  AİB  tədarükün  qiymətləndirilməsi  və nəzarəti prosesi  zamanı, bir qayda olaraq, müqavilənin bağlanması  elan edilmədən, heç bir iddiaçı ilə müzakirəyə və ya yazışmaya girməyəcək. 

 (b) Yuxarıda  qeyd  olunan  14  (a)  maddəsinə  baxmayaraq,  AİB  tədarük 

prosesinin  istintaqı,  auditi,  qiymətləndirilməsi  və  ya  digər dəyərləndirmələri zəruri hesab etdiyi zaman, müzakirələrə girə bilər. 

 Debrifinq   15 2.65‐ci  maddədə  qeyd  edildiyi  kimi,  əgər  müqavilənin  bağlanılması  elan 

edildikdən  sonra,  iddiaçı  özünün  tender  təklifinin  seçilməməsinin  səbəblərini aydınlaşdırmağı  arzulayırsa,  o  öz  tələbini  borcalana  ünvanlamalıdır.  Əgər iddiaçı  verilən  izahatdan  razı  qalmır  və AİB  ilə  görüşməyi  arzulayırsa,  o,  Baş Direktora, Mərkəzi Əməliyyatlar İdarəsinə məktub yaza bilər ki, Baş Direktor da müvafiq səviyyədə və uyğun heyətlə görüş təyin edəcəkdir. Bu müzakirə zamanı yalnız  iddiaçının  təklifi  müzakirə  oluna  bilər,  rəqiblərin  təkliflərinin müzakirəsinə icazə verilmir.