bextiyartuncay.files.wordpress.com€¦  · web viewbəxtiyar tuncay. ro. kfeller. lƏr. İn...

38
Bəxtiyar Tuncay ROKFELLERLƏRİN “ÜMUMDÜNYA XRİSTİAN HÖKUMƏTİ VƏ İSA MƏSİH (Ə)” LAYİHƏSİ VƏ DİGƏR ŞEYTANİ PLANLAR (“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça) Rotşildlərin dünyadakı ən əsas rəqiblərindən hesab edilən Rokfellerlər birincilərdən fərqli olaraq yəhudi yox, protestant xristiandırlar və təbii ki, onların da dünyanın gələcəyi barədə özlərinə məxsus planları var planlar Rotşildlərin planından fərqlənir. Rokfellerlərin dünyanın gələcəyinə yönəlik ideoloji baxışlarının əsasında protestantlıqdan qaynaqlanan məqamlar üstünlük təşkil edir. Ortodos xristianlıq və katolisizm ilə birlikdə xristianlığın üç ən böyük məzhəblərindən biri olan protestantlıq cərəyanının adı latıncadakı “protestans” (etiraz edən) kəlməsindən qaynaqlanır və bu məzhəb Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Hollandiyada isə Jan Kalvinin katolik kilsəsinə qarşı çıxışları protestantlığın əsasını qoydu, beləcə, protestantlıq və onun lüteranlıq və kalvinizm kimi iki əsas qolu ortaya çıxdı. Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada, sonra isə bütün dünyada əsas siyasi cərəyana

Upload: others

Post on 18-Oct-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Bəxtiyar Tuncay

ROKFELLERLƏRİN “ÜMUMDÜNYA XRİSTİAN HÖKUMƏTİ VƏ İSA MƏSİH (Ə)” LAYİHƏSİ VƏ DİGƏR ŞEYTANİ PLANLAR

(“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça)

Rotşildlərin dünyadakı ən əsas rəqiblərindən hesab edilən Rokfellerlər birincilərdən fərqli olaraq yəhudi yox, protestant xristiandırlar və təbii ki, onların da dünyanın gələcəyi barədə özlərinə məxsus planları var və planlar Rotşildlərin planından fərqlənir. Rokfellerlərin dünyanın gələcəyinə yönəlik ideoloji baxışlarının əsasında protestantlıqdan qaynaqlanan məqamlar üstünlük təşkil edir.

Ortodos xristianlıq və katolisizm ilə birlikdə xristianlığın üç ən böyük məzhəblərindən biri olan protestantlıq cərəyanının adı latıncadakı “protestans” (etiraz edən) kəlməsindən qaynaqlanır və bu məzhəb Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Hollandiyada  isə Jan Kalvinin katolik kilsəsinə qarşı çıxışları protestantlığın əsasını qoydu, beləcə, protestantlıq və onun lüteranlıq və kalvinizm kimi iki əsas qolu ortaya çıxdı. 

Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada,  sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanının sayı hal-hazırda altı-yeddi yüz milyondan artıqdır.

XVI əsrdə bir çox Avropa ölkəsində olduğu kimi, Fransada da  protestanlar və katoliklər arasında ciddi mübarizə geniş yer almışdı. 1572-ci ilin 24 avqustunda katoliklər protestantlara qarşı tarix adı “Varfolomey gecəsi” kimi düşən dəhşətli qətliam törədildi. Bu hadisənin qurbanlarının sayı barədə alimlər arasında yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətl edilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori faciəni alqışlayaraq, Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdi.

Protestantlıq xristianlığı xeyli sadələşdirdi, müqəddəslərə pərəstişi, ilk növbədə də Roma papasına pərəstişi rədd etdi.

Page 2: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Hazırda daha çox Skandinaviya ölkələrində, Almaniya, İsveçrə, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderlanda və ABŞ-da yayğın olan protestantlığın əsas qolları aşağıdakılardır:

1. Lüteranlıq2. Kalvinizm3. Anqlikanizm4. Yevangelizm.Bunlardan yevangelizm özündə bir neçə protestant axınını (baptistlər,

pentekostallar, xarizmatik yevangelistlər, neoxarizmatik yevangelistlər, qeyri-denominasiya yevangelistləri) birləşdirir. Cərayan adını “Yevangeliya” (İncil) kəlməsindən alır və bununla da İncilə ən düzgün əməl edənlərin birliyi olduğu fikri diqqətə çatdırılmağa çalışılır. Evangelistlər şəxsi mənəvi keyfiyyətlərin yüksəldilməsinə, missionerlik fəaliyyətinə və ciddi etik prinsimlərə önəm verdiklərini iddia edirlər. Onlar günahlardan təmizlənmək və xilas olmaq üçün Həzrət İsanın (ə) təlimlərinə sıx-sıx bağlanmaq lazım olduğunu hesab edirlər.

Rokfellerlər tərəfindən maliyyələşdirilən yevangelistlərin saylarının 2016-cı ildə 619 milyon olduğu açıqlanmışdı. Bunlardan 100 milyondan bir qədər çoxu ABŞ-da yaşayır. Onlar bu ölkədə artıq önəmli siyasi güc halına gəlmişlər. Önəmli güc halına gəlmələrinin ən gözəl sübutu 2017-ci il prezident seçkilərində dəstəklədikləri namizədi – Donald Trampı hakimiyyət gətirə bilmələri oldu.

Yevangelistlər arasında liberalizm və konsevatizm, arminiançılıq və kalvinizm mövzularında fikir ayrılıqlarının olmasına baxmayara, bütün yevangelist axınlar özlərini bir və müttəfiq hesab edirlər. Onları bir-birinə sıx bağlayan əsas ideyalar içərisində Həzrət İsanın (ə) ikinci gəlişi ilə dünyada haqq və ədalətin bərpa olunacağı, bütün dünyada dünlərin aradan qalxacağı, hamının xristianlığı qəbul edəcəyi və dünyada vahid xristian dövlətinin qurulacağı ideyasıdır.

Əksər xristian məzhəb və cərəyanlar kimi yevangelistlər də yəhudilərin gəlişini gözlədikləri Maşiahın, əslində, Məsih deyil, Atixrist (Ziddi-Məsih, Dəccal) olduğuna, Məsihin, yəni Həzrət İsanın (ə) ikinci dəfə yer üzünə gəlməsinin Antixristin (Dəccalın) peyda olmasından sonra baş verəcəyinə, gəldikdən sonra İblisin təmsilçisi olan Antixristi (Maşiahı) öldürəcəyinə inanırlar. Bu səbəbdən də İsrailin Qüdsü təktərəfli paytaxt elan etmək istəməsini və Beytül-Məqdisi bərpa etmək, yəni III Süleyman məbədini inşa etmək planını dəstəkləyirlər. Hesab edirlər ki, Beytül-Məqdis bərpa edilmədən Maşiah (Antixrist) gəlməyəcək, Maşiah gəlmədən Həzrət İsa (ə) gəlməyəcək. İsanın (ə) gəlişini sürətləndirmək üçün Maşiahın gəlişini, onun gəlişini sürətləndirmək üçün Beytül-Məqdisin bərpasını, Beytül-Məqdisin bərpası üçünsə, Qüdsün yəhudilərin bölünməz paytaxtına çevrilməsini sürətləndirmək lazımdır. Bunun üçünsə müsəlmanların, ilk növbədə də ərəblərin müqaviməti tam qırılmalı, müsəlmanlar müqavimət göstərəbilməyəcək qədər zəiflədilməli və ya məhv edilməlidir.

Xristian-yevangelistlərin Beytül-Məqdisin bərpası məsələsinə baxışı yəhudilərinkindən bir qədər fərqlənir. Yevangelistlər məbədin Məscidi-Əqsanı yıxmadan, onun yanında bərpa etməyin tərəfdarıdırlar. Məsələ burasındadır ki, Əl-Əqsa məscidinin hazırda olduğu yer Sülüyman məbədinin həyətinin olmuş olduğu yerə düşür. Bu səbəbdən də məbədin həyətsiz bərpa edilməsi öngörülür. Bu fikrin

Page 3: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

“Vəhy” kitabının 11-ci fəslinin 1-2 – ci bəndlərində söylənilənlərdən qaynaqlandığını söyləyə bilərik:

“Mənə çomağa bənzər bir qamış çubuq verildi və deyildi: «Dur, Allahın məbədini, qurbangahı və orada ibadət edənləri ölç. Lakin məbədin həyətini ölçmə, qoy qalsın, çünki o, digər xalqlara verilib. Müqəddəs şəhər 42 ay ərzində onların tapdağı altında qalacaq”.

Məhz bu kimi inanışlar yevangelistlərin təmsilçisi olan Donald Trampı Qüdsü İsrailin paytaxtı elan etməyə, ABŞ səfirliyini Tel-Avivdən Qüdsə köçürməyə, Colan təpələrini İsrailin ayrılmaz tərkib hissəsi kimi tanımağa, daha sonra isə Fələstini Fələstinlilərdən təmizləməyi öngörən “Əsrin planı” ilə çıxış etməyə sövq etmişdir.

Türkiyə başda olmaqla, müsəlman ölkələrinin şiddətlə qarşı çıxdıqları “Əsrin planı” nədir?

Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureyqatın sözlərinə görə, ABŞ Fələstinlilər üçün Qazzə Şəridində ayrıca bir dövlət qurmağı planlaşdırır. Bu plan Donald Trampın guya İsrail-Fələstin probleminə çözüm gətirmək üçün ortaya atdığı " Əsrin planı " adı altında önə sürdüyü layihənin bir parçasıdır. Layihənin əsil məqsədi Qazzə Şəridini Batı Şeriadan qopartmaq, Fələstinli qaçqınların öz ölkələrinə qayıtmalarını önləmək, Qüdsü İsrailin, Ramallahı isə Fələstinin paytaxtı etmək və bu yolla BMT-nin İsrail və Fələstin dövlətlərinin ərazilərini, eləcə də Qüdsün statusunu müəyyən edən 1967-ci il qərarını və bu qərarla təsbit edilmiş sərhədləri aradan qaldırmaqdır.

Qüds məsələsində yəhudilərlə eyni ideoloji-siyasi baxışları paylaşdıqları üçün yevangelistləri bəzən “xristian-sionistlər” də adlandırırlar. Onları “Tanrını qiyamətə zorlayanlar” adlandıranlar da az deyil.

Əksər xristian məzhəb və cərəyanları tərəfindən Axırzamanda baş verəcəyinə inanılan Harmageddon savaşının yevangelistlərin ideoloji-siyasi baxışları içərisində də xüsusi yeri var. Bu baxımdan ABŞ-ın 33-cü prezidenti Ronald Reyqan da istisna deyildi. Onun yevangelist olduğu, Armageddon savaşının yaxın zamanlarda baş verəcəyinə inadığı bilinməkdədir. Bunu o özü etiraf etmişdir.

Harmageddon savaşı və Böyük Orta Şərq planı

Xristianların, o cümlədən yevangelistlərin Harmageddon savaşı barədə düşüncələrinin əsasını İncildə gələcəyə yönəlik verilmiş müjdələr və vəhylər təşkil edilr. Bu baxımdan “Vəhy” kitabının 16-cı fəslinin 14-16 – cı bəndlərində yazılanları misal çəkmək olar:

“Bu vəhylər cin vəhyləridir və əlamətlər göstərirlər. Onlar yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə olacaq müharibəyə toplayırlar. 

«Budur, mən oğru kimi gəlirəm. Oyaq qalıb paltarını qoruyan xoşbəxtdir. Çünki o, çılpaq gəzməyəcək və insanların qarşısında biabır olmayacaq».

Onlar padşahları ibranicə Harmageddon adlanan yerə topladılar”.Bu sitatdan da göründüyü kimi, Harmageddon savaşının “Qadir Allahın böyük

günündə”, yəni Qiyamət günündə, daha dəqiq desək, Qiyamətdən öncə, başqa

Page 4: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

sözlə, Axırzamanda  olacaq. Həmin müharibədə iştirak edəcək ölkələri bu addımı atmağa sövq edən cinlərin, başqa sözlə, şeytanların vəhylərinə qulaq asan dövlət başçıları olacaqlar.

Burada istər-istəməz İraq savaşını başladarkən, ABŞ prezidenti Corc Buşun söylədiyi “Harmageddon savaşı başladı” kəlmələri yada düşür.

Beləliklə, Rokfellerlər tərəfindən maliyyələşdirilən “Kəllə və sümüklər” təşkilatının üzvü, ABŞ-ın ABŞ-ın 43-cü prezidenti Corc Buş Orta Şərqdə müharibəyə start vermiş və bunu “Harmageddon savaşının başlanması” adlandırmışdır. Bu, heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir.

Artıq qeyd etdiyimiz kimi, “Harmageddon savaşı” düşüncəsinin qaynağı İncildir. Mövzu ilə bağlı müjdələr isə daha çox Əhdi-Cədidə daxil olan “Vəhy” kitabında yer almaqdadır. Həmin kitabın 19-cu fəslinin 11-12, 16, 19-cu bəndlərində söylənilənlər də eyni müjdələr sırasındadır:

“Sonra mən açılmış göyü gördüm və budur: bir ağ at. Atın belində oturan Sadiq və Həqiqi adlanır. O, ədalətlə hökm edir və döyüşür. Onun gözləri alov saçır, başında çoxlu tac var. Onun üzərində özündən başqa heç kimə məlum olmayan bir ad yazılıb” (11-12).

“Onun libasının üstündə, budu örtən yerdə «padşahlar Padşahı və ağalar Ağası» adı yazılmışdır” (16).

“Mən gördüm ki, vəhşi heyvan və dünya padşahları ilə qoşunları atın belində oturanla və onun qoşunları ilə vuruşmaq üçün bir yerə toplaşıb” (19).

İncilin şərhçiləri buradakı “padşahlar Padşahı və ağalar Ağası”nın Həzrət İsa (ə), “vəhşi heyvan”ın isə Antixrist (Dəccal) olduğu fikrindədirlər və bu məsələdə onlar arasında heç bir fikir ayrılığı yoxdur.

Əhdi-Cədidin “Vəhylər” kitabının 11-ci fəslinin 18-ci bəndində söylənilənlər isə şərhçilər tərəfindən Harmageddonda İsa (ə) ilə İblis arasında savaş olacağı və bu savaş sonunda İblisin 1000 illiyinə zəncirə vurulacağı və dünyada 1000 il sülh və əmin-amanlıq olacağı kimi şərh edilməkdədir:

Page 5: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

“Lakin xalqlar qəzəbləndi, Sənin də qəzəbin coşdu və ölüləri mühakimə etmək, qulun peyğəmbərləri, müqəddəsləri, adından qorxanları, kiçikləri və böyükləri mükafatlandırmaq, yeri tələf edənləri tələf etməyin vaxtı gəldi”.

Harmageddonla bağlı müjdələrin Əhdi-Ətiqdə də yer aldığı hesab edilir. Xristianlar Hizqiyal peyğəmbərin (ə) kitabının 38-39 – cu fəsillərində yazılanları Harmageddon savaşı ilə bağlayırlar. 38-ci fəslin məzmunu belədir:

“Yenə mənə Yehovanın sözü nazil oldu: «Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca, Məşəq və Tubalın baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm, səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla - ordunla, süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm. Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put,   həmçinin Qomerlə ordusu, ucqar şimaldan Toqarma evi və bütün ordusu - çoxlu-çoxlu xalqlar səninlədir. Haydı, hazır olun! Sən də, səninlə toplaşan bütün ordular da. Onlara sən başçılıq edəcəksən. Xeyli vaxt keçəndən sonra çağırılacaqsan. Uzun illər sonra xalqların içindən toplanan, qılıncdan qurtularaq çoxdandır xaraba qalmış İsrail dağlarında məskunlaşan, digər xalqların arasından çıxarılıb dinclik içində yaşayan insanların torpağına soxulacaqsan. Sən, bütün ordun və səninlə birgə çoxlu xalqlar tufantək onların üstünə gələcəksiniz, ölkəni bulud kimi örtəcəksiniz”.  

Külli-İxtiyar Yehova belə deyir: “O gün sənin ağlına bəzi fikirlər gələcək, pis niyyətə düşəcəksən. Deyəcəksən: “Müdafiəsiz kəndləri olan ölkəyə həmlə edəcəyəm. Dinc yaşayan, qorxu-hürkü bilməyən, divarları, darvazaları, cəftələri olmayan kəndlərdə yaşayanların üstünə gələcəyəm”. 

Sən çoxlu qənimət, talan malı qazanmaq eşqinə düşəcəksən. Bir zamanlar viran qalmış, sonradan məskunlaşmış yerlərə hücum edəcəksən, xalqların içindən toplanmış, indi var-dövlət, mal-mülk yığan, dünyanın mərkəzində yaşayan xalqın üstünə qoşun çəkəcəksən.  Səba ilə Didan, Tarşiş tacirləri ilə döyüşçüləri sənə söyləyəcəklər: “Çoxlu qənimət, talan malı yığmağa gedirsən? Ordunu səfərbər etmisən ki, qızıl-gümüş götürəsən, var-dövlət, mal-mülk aparasan, çoxlu qənimət ələ keçirəsən?”  

Buna görə, ey bəni-adəm, Yəcuca söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “O gün başa düşəcəksən ki, xalqım İsrail əmin-amanlıqda yaşayır. Sən öz yerindən, uzaq şimaldan gələcəksən, yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham. Ölkəni bürüyən buludlar kimi, xalqım İsrailin üstünə hücum çəkəcəksən. Zamanın sonunda səni, ey Yəcuc, öz ölkəmə qarşı qaldıracağam ki, xalqların gözü önündə müqəddəsliyimi sənin vasitənlə göstərim, qoy hamısı Məni tanısın”. Külli-İxtiyar Yehova belə deyir: “Qədim günlərdə qullarım İsrail peyğəmbərlərinin dililə haqqında danışdığım kəs sən deyilsənmi? O peyğəmbərlər səni onların üstünə gətirəcəyim barədə illər uzunu peyğəmbərlik ediblər”. 

“Həmin gün, Yəcuc İsrail torpağına soxulan gün Mən qəzəbdən alışıb-yanacağam, - Külli-İxtiyar Yehova bəyan edir, -  Qeyzimlə, alovlu qəzəbimlə

Page 6: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

danışacağam. O gün İsrail torpağında güclü zəlzələ olacaq.  Dəryadakı balıqlar, göydəki quşlar, meşədəki heyvanlar, yerdə sürünən canlılar, cümlə cahan önümdə zağ-zağ əsəcək, dağlar kökündən qopacaq, qayalar parçalanacaq, divarlar yerə çökəcək”.  

“Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam, - Külli-İxtiyar Yehova bəyan edir, - Hər kəs öz qardaşının üstünə qılınc çəkəcək. Onu mühakimə edəcəyəm. Canına azar salıb, üstünə ölüm göndərib onu cəzalandıracağam. Onun da, qoşunlarının da, onunla olan xalqların da üzərinə leysan, dolu, alov, kükürd yağdıracağam. Xalqların qarşısında Özümü ucaldacağam, müqəddəsliyimi göstərəcəyəm, Özümü tanıdacağam. Onda biləcəklər ki, Mən Yehovayam””.

39-cu fəsildə isə belə davam edilir:“Ey bəni-adəm, peyğəmbərlik edib Yəcuca söylə ki, Külli-İxtiyar Yehova

deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam, uzaq şimaldan çıxarıb İsrail dağlarına aparacağam. Sol əlindən kamanı, sağ əlindən oxları vurub salacağam. Sən də, qoşunların da, səninlə olan xalqlar da İsrail dağlarında məhv olacaqsınız. Səni hər cür yırtıcı quşa, vəhşi heyvana yem edəcəyəm”.

“Sən çöldə məhv olacaqsan, çünki bunu Mən dedim”, - bəyan edir Külli-İxtiyar Yehova, - “Məcucun və adalarda əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. O zaman biləcəklər ki, Mən Yehovayam. Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, daha qoymayacağam, adıma ləkə vursunlar. Xalqlar biləcəklər ki, Mən Yehovayam, İsraildə Müqəddəs Allaham”.

“Bəli, peyğəmbərlik yerinə yetməlidir, yetəcək də, - deyir Külli-İxtiyar Yehova, - Mən bu gün haqqında xəbər vermişəm.  İsrail şəhərlərinin sakinləri çıxıb silahlarla od qalayacaqlar, böyük və kiçik qalxanları, ox-kamanları, toppuzları və nizələri oda atacaqlar. Onlarla yeddi il od qalayacaqlar. Çöldən çırpı yığmaq, meşədən odun gətirmək lazım gəlməyəcək, çünki silahlarla od qalayacaqlar”.

“Onları qarət edənləri qarət, talan edənləri talan edəcəklər”, - bəyan edir Külli-İxtiyar Yehova.  

“O gün Yəcuca İsraildə, dənizin şərq tərəfindən keçənlərin dərəsində dəfn yeri verəcəyəm, o yer yolçuların yolunu kəsəcək. Orada Yəcuc və onunla olan izdiham basdırılacaq. O yer Həmun-Yəcuc dərəsi adlanacaq. İsrail evi yeddi ay ərzində onları basdırıb ölkəni təmizləyəcək. Bütün ölkə əhli onları dəfn etməklə məşğul olacaq və bununla ad-san qazanacaq. O gün Mən Özümü şərəfləndirəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir.  

“Camaata ölkəni sərasər dolaşmaq, ölkəni təmizləmək üçün ortalıqda qalan cəsədləri dəfn etmək tapşırılacaq. Axtarışlar yeddi ay davam edəcək. Ölkəni dolaşanlar insan sümüyü gördükləri yerdə nişan qoyacaqlar. Sonra qəbirqazanlar onları Həmun-Yəcuc dərəsində basdıracaqlar. Orada həmçinin Həmunah adlı şəhər olacaq. Beləcə, camaat ölkəni təmizləyəcək”. 

Sənə isə, ey bəni-adəm, Külli-İxtiyar Yehova belə deyir: “Hər cür quşa, vəhşi heyvana söylə: “Toplaşıb gəlin. Sizin üçün hazırladığım qurbanın, İsrail

Page 7: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

dağlarındakı böyük qurbanın ətrafına toplaşın. Siz ət yeyib qan içəcəksiniz. İgidlərin ətini yeyib, dünya rəhbərlərinin qanından içəcəksiniz. Onların hamısı Başanın bəslənmiş heyvanları - qoç, qoyun, keçi, öküzdürlər. Sizin üçün hazırladığım qurbanın piyindən doyunca yeyib, qanından sərxoş olanadək içəcəksiniz”. 

Külli-İxtiyar Yehova bəyan edir: “Siz atların, arabaçıların, igidlərin və döyüşçülərin ətini yeyib süfrəmdə doyacaqsınız”. 

“Mən xalqlar arasında izzətimi göstərəcəyəm. Onlar hökmümün icrasını və qolumun gücünü görəcəklər. O gündən İsrail evi biləcək ki, Mən onların Allahı Yehovayam. Onda xalqlar biləcək ki, İsrail evi öz günahına görə sürgünə aparıldı, çünki Mənə bivəfa çıxmışdılar. Buna görə də Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncdan keçirildi. Murdarlıqlarına və asiliklərinə görə onlara cəza verdim. Onlardan üz döndərdim”.  

Külli-İxtiyar Yehova deyir: “Mən Yaqubun əsir düşmüş balalarını geri qaytaracağam, bütün İsrail evinə rəhm edəcəyəm, adımın müqəddəsliyini qoruyacağam. Vəfasızlıqlarına görə alçaldıqdan sonra öz yurd-yuvalarında dinc yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq. Onları səpələndikləri digər xalqlar arasından geri qaytaranda, düşmən ölkələrindən toplayanda Özümü onların arasında ucaldacağam, xalqlar da buna şahid olacaq”. 

“Onları xalqlar arasına sürgün edib, sonra hamısını bir nəfər kimi yurd-yuvasına qaytaranda biləcəklər ki, Mən onların Allahı Yehovayam. Bir də onlardan üz döndərməyəcəyəm, çünki İsrail evinin üzərinə ruhumu tökəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir”.

Belə hesab edilir ki, Həzrət İsanın (ə) ikinci zühuru sözügedən savaş sırasında baş verəcək. İsa Məsihin (ə) başçılığı ilə İblisə və onun təmsilçisi Antixristə (Dəccala) qarşı baş verməsi gözlənilən bu savaş İsrailin şimalında yerləşən Karmel (əski Megiddo) dağının ətəyində mövcud olmuş qədim Megiddo (bugünkü Karmel) şəhərində və ətrafında baş verəcək.

Qüdsü İsrailin bölünməz paytaxtına çevirə və Beytül-Məqdisin yenidən qura bilmək üçün buna qarşı olan müsəlmanların müqavimətini qırmaq və onları daha da zəiflətmək həm Ümumdünya yəhudi dövləti qurmaq hədəfini güdən Rotşildlərin, həm də Ümumdünya xristian dövləti qurmaq planını həyata keçirməkdə olan Rokfellerlərin qarşısında duran ən vacib şərtlərindən biridir. Bu məsələdə onlar arasında fikir ayrılığı yoxdur. Odur ki, ABŞ-ın ortaya atdığı Böyük Orta Şərq planı hər ikisinin mənafeyinə uyğun idi.

Böyük Orta Şərq planı (Greater Middle East) və ya da tam adıyla Genişləndirilmiş Orta Şərq və Şimali Afrika Bölgəsi ilə Müştərək bir Gələcək və İrəliləmə üçün Ortaqlıq (Partnership for Progress and a Common Future with the Region of the Broader Middle East and North Africa) layihəsi XXI əsrin ilk on ilində İslam dünyasını, ilk növbədə də İraq, Suriya, İran, Türkiyə, Əfqanıstan və Pakistanı əhatə etməkdəydi və Corc Buş administrasiyası tərəfındən işlənib hazırlanmışdı. Bu planın sonrakı hədəfləri arasındaa Güney Qafqaz və Orta Asiya ölkələr də yer almaqda idi.

Page 8: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Plan 2004-cü ildə G8 zirvəsinə təqdim edilmək üçün hazırlanmışdı. Planın əsas hədəflərindən biri müsəlman dövlətlərini parçalamaq, ABŞ-ın keşmiş dövlət katibi Kondaliza Raysın da ifadə etdiyi kimi, “22 dövlətin sərhədlərini dəyişmək” idi. I Dünya savaşından sonra əski Osmanlı dövlətini parçalayaraq onun yerində çox sayda kiçik dövlətcik yaradan, başlarına özləri tərəfindən idarə edilən diktatorlar qoyan Qərb imperializmi bu dövlətciklərdən bəzilərinin əldə edə bildikləri müəyyən iqtisadi və hərbi gücü də yox etmək qərarına gəlmişdi. Bunun üçün mövcud siyasi-inzibati sərhədlərin dəyişdirilməsi, yeni konflikt ocaqlarının yaradılması və müsəlmanların bir-biri ilə savaşaraq güclərini tükətməsi öngörülürdü.

Bir çoxları bu planın ortaya çıxmasını 2011-ci ilin 11 sentyabr tarixində “Əl-Qaidə”nin Nyu-Yorkdakı əkiz qüllələrə düzənlədiyi hücumla bağlamaqdadırlar ki, bu da məsələnin kökünü və əsil səbəblərini bilməməkdən qaynaqlanır. Məsələnin kökündə isə İsrailin keçmiş baş naziri Şimon Peresin 1993-cü ildə dərc etdirdiyi “Yeni Yaxın Şərq” kitabında önə sürülən ideyalar durmaqda idi. O bu kitabda İsrail və ABŞ-ın aparıcı iqtisadçı və alimlərinin çoxillik tədqiqatlarının nəticələrini ümumiləşdirmişdi. Lakin onun kitabında yeniləşdirilməsi nəzərdə tutlan bölgə Livandan başlanır və şərq istiqamətində uzanırdı. Böyük Orta Şərq planı bu bazis üzərində qurulsa da, Afrikanın şimal-qərbindən Hindistan sərhədlərinə qədər uzanan daha geniş bir ərazini əhatə etməkdəydi.

İkinci hədəf isə sionistlərin “Ərzi-Məvud” (Vəd edilmiş torpaqlar) idealının gerçəkləşə bilməsi üçün zəmin hazırlamaq idi. Bu xəyalın həyata keçə bilməsi üçün də müsəlman ölkələrinin müqavimətinin zəiflədilməsinə, onların hərbi potensialının yox edilməsinə ehtiyac var idi.

Sionistlərin “Ərzi-Məvud” planı

Çoxları İsrail bayrağında yer alan altı guşəli Davud (ə) ulduzunun nə anlama gəlsə də, bu ulduzu yuxarıdan və aşağıdan əhtə edən iki mavi xəttin hansı anlama gəldiyini bilməz. Bilənlər isə bu iki mavi xəttlərdən birinin Nil çayını, digərinin isə Fərat çayını ifadə etdiyindən xəbərdardırlar. Nədən sözügedən iki çay İsrail bayrağında simvolik də olsa, təsvir edilmişdir. Cavab sadədir. Yəhudilər Allahın onlara vəd etdiyinə inandıqları “Ərzi-Məvud”un (Vəd edilmiş torpaqlar) bu iki çay

Page 9: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

arasında yerləşdiyinə, yəni Nillə Fərat çayları arasındakı geniş əraziləri əhatə etdiyinə inanırlar və bu inanış da Əhdi-Ətiq və Əhdi-Cədiddən qaynaqlanmaqdadır.

İbrânîcədə “Eretz İsrael” (İsrail diyarı) deyilən bu bölgə Əhdi-Ətîqdə “Kənan diyarı” (Yaradılış, 11:31; 17:18; Çıxış, 6:4), “Diyar” (Qanunların təkrarı, 26:15; Əşiya, 57:13), “Qürbət diyarı” (Yaradılış, 17:8), “Məmləkət” (Yaradılış, 26:2-3) deyə də zikr edilməkdədir. II Məbəd (Süleyman (ə) məbədi) dönəmindən etibarən isə “Ərzı-Məvud” kimi adlandırılmış olub, Əhdi-Cədiddə də bu adla keçməkdədir (İbranîlərə Məktub, 11:9).

Əhdi-Ətîqdə sözügedən məkan ayrıca “Yaxşı və geniş diyar” (Çıxış, 3:8), “Süd və bal axan diyar” (Çıxış, 3:8; Levililər, 20:24; Qanunların təkrarı, 11:9; Ərəmya, 11:5; 32:22; Hizqiyal, 20:6, 15), “Bütün məmləkətlərin bəzəyi olan diyar” (Hizqiyal, 20:6, 15) deyə tərif edilmişdir.

Kitab-i Müqəddəsdə Həzrət İbrahimə (ə) verilən vəddə, “Misir çayından böyük çaya, Fərat çayına qədər olan bölgə” (Yaradılış, 15:8), Həzrət Musa (ə) və Yeşuya (ə) edilən vəddə, “Ayaq dabanınızın basacağı hər yer sizin olacaq” deyilmişdir (Yaradılış, 11:24; Yeşu, 1:3).

Ərzi-Məvudun sınırları Əhdi-Ətîqdə daha dəqiq verilməkdədir. Saylar kitabının 34-cü fəslinin 3-5 – ci bəndlərində onun cənub sınırları belə təsvir edilir:

“Cənub sərhədiniz Sin səhrasından başlayıb Ədum boyunca uzanacaq. Şərq tərəfdə isə cənub sərhədiniz Şor dənizin qurtaracağından başlayacaq, sonra istiqamətini dəyişib Əqrəb yoxuşunun cənubundan keçərək Sinə doğru uzanacaq. Onun ucqar nöqtəsi Qədis-Barninin cənubu olacaq. Oradan Hazar-Addara, sonra isə Əzmuna istiqamət alacaq. Əzmunda Misir vadisinə tərəf dönəcək. Sərhədin qurtaracağı dəniz olacaq”.

Buradakı Sin çölü Kadeşin şimal-şərqində yer almaqta və Ərzi-Mevudun güney sınırını təşkil etməkdədir. Şor (Duz) dənizi bugünkü Ölü dənizdir. Əqrəb yoxuşu Ölü dənizin cənubunda, bugünkü Nakb əs-Səfa, Hatsar-Addar Qədis (Kadeş)-Barneanın şimal-qərbindəki Vadil-Qudeyrat, Əzmun (Atsmon) da Vadil-Qudeyratın qərbindəki yerdir. Misir vadisi isə, Gazzənin cənub-qərbindən Ağ dənizə (Aralıq dənizinə) açılan Vadil-Arişdir.

Ərzı-Mevudun qərb sınırı “Saylar” kitabının eyni fəslinin 6-cı bəndində təsvir edilib:

“Böyük dəniz və onun sahili olacaqdır”. “Gərb dənizi” də adlandırılan (Qanunların təkrarı, 11:24) bu dəniz Ağ dəniz,

yəni Aralıq dənizidir. Şimal sınırı: “Böyük dənizdən Hor dağına qədər özünüzə işarə qoyacaqsınız. Hor

dağından Hamata giriləcək yerə qədər işarə qoyacaqsınız və sınırın uçları Sedadda olacaq və sınır Zifrona çıxacaq və onun ucları Hatsar-Enanda olacaqdır” (Saylar, 34:7-9).

Ərzi-Məvudun şimal sınırı Əhdi-Ətiqin diğər yerlərində Livan kimi göstərilməkdədir (Qanunların təkrarı, 11:24; Yeşu, 1:4). Bəzi şərhçilər sözügedən Hor dağının Güney Anadoludakı Toros dağlarının olduğunu iddia etsə də, əksəriyyət bu fikirdədir ki, burada söhbət Livan dağından (Cəbəli-Lübnan) gedir.

Page 10: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Fakt budur ki, Əhdi Ətiqin heç bir yerində Ərzi-Məvudun quzey sınırı Livan bölgəsini aşmamaqdadır.

Şərq sınırı: “Və şərq sınırınız üçün Hatsar-Enandan Şefama qədər işarə qoyacaqsınız

və sınır Şefamdan Ainin şərq tərəfində Riblaya enəcək və şərqə doğru Kinneret dənizinin sahilinə toxunacaqdır və sınır Erdenə enəcək və ucları Duz (Şor) dənizi yanında olacaqdır” (Sayılar, 34:10-12).

Kinneret dənizi Tabəriyə gölüdür. Əhdi-Ətîqdə doğu sınırı “böyük çay, Fərat çayı” kimi də göstərildiyi halda (Yaradılış, 15:18; Qanunların təkrarı, 11:24; Yeşu, 1:4), “Saylar” kitabının 34-cü fəslinin 10-12 - ci bəndlərində Rəbb Yehova tərəfindən Həzrət Musaya (ə) cızılan şərq sınırı Tabəriyə və Lut göllərinin şərq tərəfindəki bölgəylə sınırlı qalmaqdadır. Şərq sınırının Fərata qədər uzadılması ideal ölçülərə görədir və yəhudi tarixində heç vaxt gerçək olmamışdır. İsrail tarixinin ən parlaq dövrü Həzrət Süleyman (ə) dövrü olmasına, Həzrət Süleymanın (ə) “Çaydan Fələstinlilər ölkəsinə və Misir sınırına qədər bütün ölkələr üzərində hökm sürdüyü” (I Padşahlar, 4:21) bildirilməsinə rəğmən şahlığın şərq sınırı əsla Fərata çatmamışdır.

Ərzi-Məvud ilk öncə Həzrət İbrahimə (ə) ve onun zürriyətinə vəd edilmişdir (Yaradılış, 13:14-17). “Qərib kimi yaşadığın torpağı - bütün Kənan diyarını əbədilik sənə və gələcək övladlarına verəcəyəm. Mən onların Allahı olacağam” (Yaradılış, 17:8). Ancaq Bibliya, yəni Kitabi-Müqəddəs ənənəsi daha sonra İbrahimin (ə) oğullarından İsmaili (ərəblərin ulu babası) görməzdən gələrək, vədin sadəcə İshaq və onun zürriyətinə (yəhudilərə) aid olduğunu bildirməkdədir (Yaradılış, 21:12). Həzrət İbrahimdən sonra eyni vəd İshaqa və onun zürriyətinə (Yaradılış, 26:2-3), Həzrət Yaquba (ə) və zürriyətinə (Yaradılış, 28:4, 13; 48;4), Həzrət Yusifə (ə) (Yaradılış, 50:24), Həzrət Musaya (ə) (Çıxış, 3:8, 17; 6:4, 8; 32:13; 33:1; Saylar, 34:1-12; Qanunların təkrarı, 11:24-25) ve Yeşuya (ə) (Yeşu, 1:2-4) verilmişdir.

Ərzı Məvud Həzrət İbrahim (ə), Həzrət İshaq (ə), Həzrət Yaqub və Həzrət Musaya və onların zürriyətlərinə əbədi mülk və miras kimi verilmişdir (Yaradılış, 17:8; 28:4,13; 48:4; Çıxış, 6:8), ancaq bu heç bir şərtə bağlı olmayan, mütləq bir vəd deyildir. Ərzi-Məvuda sahib olmanın, oranı əbədî mülk və miras olaraq almanın şərtlərı, Rəbb Yehova ilə İsrailoğulları arasında fərqli zamanlarda bağlanan əhdlərlə təsbit edilmişdir. İsrailoğulları bu əhdlərə riayət etmələri şərtiylə vədin yerinə yetirilməsinə haqq qazanacaqlar, əks təqdirdə bundan məhrum qalacaqlardı.

Ərzi-Məvudla bağlı ilk ahd Rəbb Yehova ilə Həzrət İbrahim (ə) arasında bağlanmışdır:

“Həmin gün Yehova İbrahimlə əhd bağlayıb dedi: «Misir çayından tutmuş böyük çaya, Fərat çayına qədər olan bu torpağı sənin övladlarına verəcəyəm. Qənilərin, qənazilərin, qədmunilərin, hetlərin, fərizilərin, rəfaların, amorilərin, kənanilərin, girqaşilərin, yəbusilərin torpağı sənin nəslinə məxsus olacaq»” (Yaradılış, 15:18-21).

Bu əhd ilə Tanrı Həzrət İbrahimin soyunu artıqlamasıyla çoxaldacaqdır; o, millətlərin atası olacaqdır. Onun soyundan şahlar çıxacaqtır. Onun gürbət diyarını,

Page 11: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

bütün Kənan diyarını ona və ondan sonra da zürriyətinə əbədî mülk olarak verəcəkdir. Bu vədin qarşılığı olaraq Həzrət İbrahim (ə) və onun zürriyəti, Tanrı kimi sadəcə Onu tanıyacaq və hər oğlan sünnət olacaqdır. Bu ahd əbədîdir (Yaradılış, 1-14).

Həzrət İshaq (ə) və Həzrət Yaqub ilə də bir əhd bağlanmışdır (Çıxış, 6:4). Rəbb Həzrət İshaqa vədini bu şəkildə bildirməkdədir:

“Misirə getmə, sənə söyləyəcəyim məmləkətdə otur, bu diyarda müsafir ol, səninlə olacağam, səni mübarək qılacağam, çünki bütün bu məmləkətləri sənə və zürriyətinə verəcəyəm və atan İbrahimə verdiyim andı gücləndirəcəyəm və sənin zürriyətini göylərin ulduzları kimi çoxaldacağam, zürriyətinə bütün bu məmləkətləri verəcəyəm, yerin bütün millətləri sənin zürriyətində mübarək qılınacaqlar, çünki İbrahim sözümü dinlədi və tənbehlərimə, əmirlərimə, qanunlarıma və şəriətlərimə əməl etdi” (Yaradılış, 26:2-5).

Bu sitatdan göründüyü kimi, bu halda vədin yerinə yetirilməsi, Allahın əmirlərinə, qanun və şəriətinə əməl edilməsi ilə əlaqəlidir.

Yehova Həzrət Yaquba (ə) belə deyir: “Atan İbrahimin Allahı, İshaqın Allahı Rəbb mənəm. Üzərində yatmaqta olduğun diyarı sənə və sənin zürriyətinə verəcəyəm, sənin zürriyətin yerin tozu kimi olacaq, gərbə, şərqə, şimala və cənuba yayılacaqsan, yerin bütün qəbilələri səndə və sənin zürriyətində mübarək qılınacaklar” (Yaradılış, 28:13-14).

Həzrət Musa ilə də bir əhd bağlanmışdır: “Bunun üçün İsrailoğullarına söylə. Mən Rəbbəm. Sizi Misirlilərin yükləri

altından çıxaracağam..., sizi özüm üçün bir qövm olaraq alacağam və sizə Allah olacağam... və İbrahimə, İshaqa Yaquba vermək üçün əmin etdiyim diyara sizi gətirəcəyəm və onu sizə miras kimi verəcəyəm” (Çıxış, 6:2-8).

Həzrət Musa (ə) vasitəsiylə Rəbb Yehova ilə İsrailoğulları arasında bağlanan əhdin şərtləri isə Rəbbin Həzrət Musaya (ə) verdiyi şəriətin (Tövrat) hökmləridir (Çıxış, 19:24). İsrailoğulları Tövratdaa bildirilən hökmlərə riayət etdikləri müddətcə Rəbb Yehova onları özü üçün bir qövm olaraq alacaq və onlara Allah olacaqdır (Çıxış, 6:7; Levililer, 26:12).

“Əğər gerçəkdən sözümü dinleyəcək və əhdimi tutacaqsanız, mənə bütün qövmlərdən xas qövm olacaqsınız, çünki bütün dünya mənimdir və siz mənə kahinlər mələkutu və müqəddəs millət olacaqsınız” (Çıxış, 19:5-6).

Əhdi-Ətiqin bir çox yerində Ərzi-Mevudda əməl edilməsi gərəkən qaydalar incəlikləriylə bildirilmişdir (Çıxış, 13:5-16; 19:24, 33-34; Saylar, 15; Qanunların təkrarı, 5:8; 11:22-25; 12:1; 26:19; Yeşu, 1:6-8; Ərəmya, 1:1-7). Əhdin şərtlərinə əməl edilmədiyi, Rəbbin əmirləri yerinə yetirilmədiyi, Onun qanunları rədd edildiyi (Levililər, 26:14-15), şəriətdəki əmirlər tutulmadığı təqdirdə isə başlarına hər cür fəlakət gələcək. Rəbb Yehova onlara nifrət edib, onlara qarşı əsəb ilə yürüyəcək (Levililer, 26:14-33; Qanunların təkrarı, 28:58-68), mülk əldə etmək üçün girdikləri diyardan qoparılacaqlardır (Qanunların təkrarı, 28:63).

Fakt budur ki, İsrailoğulları tarixləri boyunca heç bir zaman Rəbb Yehova ilə bağlanan əhdə sadiq qalmamışlardır. Əhdi-Ətîq də onların əhdi pozmalarını ısrarla vurgulamaqdadır (Qanunların təkrarı, 29:25; 31:16, 20; Yeşu, 7:11; I Padşahlar, 19:10; II Salnamələr, 12:1; Ezra, 9:10; Məzmur, 119:53; Əşiya, 24:5; Ərəmya,

Page 12: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

9:13; 22:9; Hizqiyall, 44:7). Məlum olduğu kimi, Həzrət Musa (ə) zamanında yapılan əhd, İsrailoğullarının altın buzova sitayiş etmələri ilə pozulmuş (Çıxış, 32), daha sonra Ərzi-Məvudun əbədiyən veriləcəyi təkrar bildirilərək (Çıxış, 32:13) əhd yenilənmişdir (Çıxış, 33-34). Çöldə ahd təkrar xatırladılaraq Ərzi-Məvuda daxil olduqda yerinə yetirilməli olan qydalar bildirilmiş (Levililər, 25:55-26:46), fəqət İsrailoğulları hər dəfə əhdi unudub Rəbb Yehovaya üsyan etmişlər. Rəbbin əmri ilə Həzrət Musa hər qəbilədən bir nəfər təmsilçini Ərzi-Məvud haqqında bilgi toplamaq üzrə Kənan diyarına göndərmiş, qırx gün sonra dönən qrup, iki nəfər xariç, oraya grtmənin təhlükəli olduğunu bildirmişlər və təkrar Misirə dönmək arzularını dilə gətirmişlər. Belə olan halda Rəbb Yehova onları mirasdan məhrum edəcəyini bildirmiş və oranı onlara qırx il haram etmişdir (Saylar, 14:33-34).

İsrailoğullarına belə bir vədin verilməsi, onların salehlitindən və ürəklərinin doğruluğuna görə deyil, oradakı millətlərin pisliyindən və Rəbbin İbrahimə (ə), İshaqa (ə) və Yaquba (ə) and verdiyi sözü sabit qılması səbəbiylədir (Qanunların təkrarı, 9:4-5). İsrailoğulları Misirdən çıxdıqları gündən bəri Rəbbə asi olmuşlardır (Qanunların təkrarı, 9:7). öküz öz sahibini, eşşək də ağasını tanıdığı halda İsrail Rəbbini tanımamaqdadır (Əşiya, 1:2-3) İsrailoğulları suçlu bir millətdir, haqsızlığı özünə adət etmiş qövmdür, pislik edənlərin nəslidir. Rabbdən üz döndərmişlər (Əşiya, 1:4), ahdi pozmuşlar (Qanunların təkrarı, 31:16, 20; Ərəmya, 11:10), başqa ilahların ardınca getmişlər (Ərəmya, 11:10). Rəbb Yehovanın xoşgörüsünə rəğmən hər dəfəsində əhdi pozduqları üçün Rəbb onları məhv etmək istəmiş, fəqət bu niyyətindən dönmüş, onlara rəhm etmişdir. Onlar o qədər çox üsyan etmişler ki, onları cəzalandırmaq istəyən, fəqətt rəhm edən Yehova, rəhm edə-edə yorulmuşdur (Ərəmya, 15:6).

Əhdə riayət etməyən Ərzi-Məvuddan məhrum qalacaq və lənətlənəcəkdir (Ərəmmya, 11:3). Orada əbədî qala bilmək üçün əhdə riayət etməklə yanaşı, başqa şərtlər də irəli sürülmüşdür:

“Yollarınızı və işlərinizi islah edin, sizi bu yerdə oturdum. Yollarınızı və işlərinizi yaxşıca islah edərsizsə, bir adamla konşusu arasında tam ədalət edərsinizsə, qəribi, yetimi və dul qadını incitməsinizsə, bu yerdə suçsuz qanı tökməsəniz, öz ziyanınıza olaraq başqa ilahların ardınca yürüməsəniz o zaman bu yerdə, əzəldən əbədə qədər atalarınıza vermiş olduğum diyarda sizi oturdaram” (Ərəmya, 7:1-7).

“Çünkü məmləkətdə doğru adamlar oturacaqlar və kamillər orada qalacaqlar. Fəqət pis adamlar məmləkətdən atılacaqlar və xainlər oradan qovulacaqlar” (Süleymanın Məsəlləri, 2:21-22).

Bu mövzuya Qurani-Kərimdə də xeyli yer ayrılmışdır. Məsələn, Ən-Ənbiya surəsinin 71-ci ayəsində Ərzi-Məvuddan Allahın bərəkət verdiyi yer kimi bəhs edilir:

“Biz onu da (İbrahimi də), Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik”.

Əl-Maidə surəsinin 21-ci ayəsindən isə həmin ərzi “müqəddəs torpaq” kimi vəsf edilir və Həzrət Musanın (ə) öz qövmünə, yəni yəhudilərə belə söylədiyi məlum olur:

Page 13: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

“Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”.

Növbəti 22-26 – cı ayələrdə deyilənlərdən isə belə aydın olur ki, yəhudilər həmin əraziyə daxil olmaq istəməmişlər:

“Onlar dedilər: “Ey Musa! Orada, həqiqətən də, nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.

Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, (onlarla) vuruşun. Biz isə burada oturacağıq”.

O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”

(Allah) dedi: “Artıq ora (o müqəddəs yer) onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa üçün heyfsilənmə””.

Əl-Qasas surəsinin 5-6 – cı ayələrində bildirilir ki, Misirdə zəif vəziyyətdə olan İsrailoğullarının Allah tərəfindən “o yerdə” hakim olması istənmişdir:

“Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək, yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək”.

Əl-Əraf surəsinin 137-ci ayəsində İsrailoğullarına öncədən verilən sözün gerçəkləşdirildiyi və səbr etdiklərinə görə, xor görülüb əzilən bu millətin “xeyir-bərəkət verilən” topraqlara varis qılındığı ifadə edilmişdir:

“(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik”.

Kurani-Kərimdə “Ərzi-Müqəddəsə”, “bərəkətli ərz” kimi ifadələrlə yad edilən və İsrailoğulları üçü yaradıldığı bildirilən bu yerin hara olduğu açıq şəkildə bildirilməmişdir.

Yəhudilər Ərzi-Məvuddan uzaqlaşdırıldıqdan sonra (b.e. 70) daim oranın xəyalıyla yaşamışlar, zaman-zaman ortaya çıxan saxta “məsihlər” də oraya qovuşmaq idealını körükləmişlər. Bu “məsih”lərdən bəzilərı “Ərzi-Məvud”u öncə Fələstin, sonra da bütün yer üzü şəklində yorumlamışlar. Sionizm hərakatının ortaya çıxış səbəbi də Ərzi-Məvud idealının gerçəkləşməsi arzusudur.

Vəd öncəliklə Həzrət İbrahimə (ə) verildiyinə görə, bu vəd bir haqq doğurursa, İbrahimin (ə) kiçik oğlu İshaq soyundan olan yəhudilər qədər onun böyük oğlu İsmailin nəslindən olan ərəblərin də o topraqlarda ən azı o qədər haqqı olmalıdır və vardır. Diğər tərəfdən vədin gerçəkləşməsi bir sıra şərtlərın yerinə yetirilməsinə bağlanmışdır. Bunların başında Allaha itaət gəlməkdədir. Bu xüsus Əl-Maidə surəsinin 12-ci ayəsində belə ifadə edilmişdir:

Page 14: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

“Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və (kasıblara könüllü yardım etməklə) Allaha gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, (bilsin ki,) artıq o, doğru yoldan azmışdır””.

Fakt isə budur ki, İsrailoğulları Allahın əmrlərinə boyun əyməmiş, əhdləri yerinə yetirməmiş, hətta Allahın elçilerini öldürüb fəsad çıxarmışlar:

“Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və (bəzi) peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi” (Əl-Bəqərə surəsi, 61-ci ayə).

“Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu (buna) inanmır” (Əl-Bəqərə surəsi, 100-cü ayə).

“Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, pey-ğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

Onlar (həm də )küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər)...”  (Ən-Nisa surəsi, 155-157 – ci ayələr).

“(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir” (Əl-Maidə surəsi, 13-cü ayə).

Bütün bunlardan başqa, Quranda “Ərzi-Məvud”a və ümumilikdə bütün dünyaya bəlli bir irqin mensublarının deyil saleh qulların varis qılınacağı və bu ilahi hökmün bütün müqəddəs kitabların hökmü olduğu bildirilmişdir. Bu barədə Əl-Ənbiya surəsinin 105-ci ayəsində belə buyrulmaqdadır:

“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar”.

Page 15: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Eyni hökm Həzrət Davudun (ə) yəhudilərin müqəddəs kitabları içərisində yer alan “Zəbur”unda da söylənməkdədir. Məsələn, sözügedən kitabın 37-ci fəslinin 29-cu bəndində deyilir:

“Salehlər yerə sahib olacaq,Orada əbədi yaşayacaqlar”.Eyni kitabın 69-cu fəslinin 32-36 – cı bəndlərində isə belə deyilir:“Həlimlər bunu görüb sevinəcək.Ey Allahı axtaranlar, qoy ürəyiniz dirçəlsin.  Çünki Yehova fağırları eşidir,Əsirlikdə olan xalqını unutmaz.Qoy göy və yer,Dənizlər və içindəki məxluqlar Ona alqış etsin. Allah Sionu xilas edəcək,Yəhuda şəhərlərini təzədən tikəcək,Onlar orada yaşayacaq, o torpağa sahib olacaqlar. Qullarının övladları oranı miras alacaq,Adını sevənlər orada yaşayacaq”.Sionizm ideyasının və Ərzi-Məvuda qayıdış idealının doğmasında və

yəhudilərin ideoloji-siyasi hədəfi halına gəlməsində sonuncu sitatda söylənilənlərin də önəmli yeri və rolu vardır.

Farsların “Şiə hilalı”, Mehdi (ə) inancı və Sasani imperatorluğunun bərpası planı

Farsların tarixən son dərəcə qürur duyduqları üç böyük dövlətləri olub. Bunlardan birincisi e.ə. VI əsrin ortalarından b.e. 330-cu ilinədək sürən, Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən imperatorluq idi. Dövlətin əsasını Əhəmənilər (Haxamanişilər) sülaləsi qoymuşdu. II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses və III Dara bu sülalənin nümayəndələri kimi tarixə

Page 16: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

düşmüşlər. Sülaləyə və dövlətə Makedoniyalı İskəndərin  son qoyduğu bilinməkdədir.

Tarixdən məlum olan 2-ci fars dövləti Sasanilər sülaləsinin qurduğu böyük imperatorluqdur ki, sözügedən dövlət 226-cı ildən 651-ci ilə qədər mövcud olmuş, çağdaş İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Güney Azərbaycan ərazilərini əhatə etmişdir.

Sülalənin və dövlətin əsasını 226-cı ildə bugünkü İranın cənubunda yerləşən Pars (Fars) vilayətinin başçısı,  Sasan nəslindən olan Ərdəşir Papakan qoymuşdur. O 224-cü ildə Parfiya-Türk imperatoru V Artabanı məğlubiyyətə uğratş, beləcə türk mənşəli Arşaklar sülaləsinin hakimiyyətinə son qoyaraq sözügedən sülalənin hakimiyyəti altında olan bütün torpaqlara hakim olmuş, 226-cı ildə özünü Mədain şəhərində şahənşah elan etmişdir.

Əhəməni dövləti kimi bu dövlətin də dövlət dili zərdüştilik idi400 ildən artıq mövcud olan Sasanilər dövlətinə İslam Xilafətinin, yəni

müsəlmanların son qoyduğu bilinməkdədir. 642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında müsəlmanlarla 3 gün davam edən misli görünməmiş qanlı döyüş müsəlmanların qələbəsi ilə sona çatdı. Bu döyüş İslam tarixinə "zəfərlər zəfəri" kimi düşdü. Bu döyüşdən sonra müsəlman ərəblər imperiyanın bütün torpaqlarını ələ keçirməyi bacardılar. Xəlifə Ömər ibn Xəttab (r) fars şahı III Yəzdigərdin müqavimət göstərmək üçün yenidən qoşun toplamasının qarşısını almaq üçün müsəlman ordusuna ölkənin müxtəlif əyalətlərinə yürüşlər təşkil eməyi tapşırdı.

Tezliklə İsfahan da müsəlmanların əlinə keçdi. III Yəzdigərd qaçıır, onu təqib etməyə çalışan İslam ordusu onun şəhərləri bir-bir fəth edirdi. 642-644-cü illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin fəthi ilə farsların vaxtilə işğal etdiyi bütün torpaqlar fəth edildi.

Farsların xəlifə Ömərə (r) olan nifrətləri məhz buradan qaynaqlanır. Bu nifrət o qədər böyükdür ki, farslar bu nifrətlərini İslam Xilafətinə qarşı müxalif təlim kimi mənimsəmiş olduqları şiəlik təliminin tərkib hissəsinə çevirməkdən belə çəkinməmişlər. Həmin dövrdən şiəlik farslar arasında geniş yayılmağa başlamış və farslar onu İslam Xilafətinə qarşı ideoloji-siyasi mübarizə alətinə çevirmişlər.

Həzrət Hüseynə olan böyük sevgi və 12 imam konsepsiyasının inkişafında da farsların rolu az olmamışdır. Səbəb isə o idi ki, Həzrət Hüseyn fars-Sasanilər sülaləsindən olan şahzadə Şəhərbanu ilə ailə həyatı qurmuşdu. Bu fakt farslara damarlarında Həzrət Hüseynlə yanaşı Şəhrəbanunun, yəni fars Sasani şahlarının qanını daşıyan nəslin nümayəndələrini imam elan edərək müqəddəsləşdirməyə sözvq etmişdir. Həmin nəslə olan münasibətlərinin daşıdıqları fars-Sasani qanından qaynaqlandığını gizlətmək üçün bu nəslin Həzrət Fatimə (r) vasitəsilə Həzrət Peyğəmbərə (ə) uzandığı üçün xüsusi üstünlüyə sahib olduğu barədə xüsusi konsepsiya işləyib hazırlamışlar. Bu konsepsiyaya görə, Həzrət Əli (r) birinci imam elan edilmiş, onun böyük oğlu Həzrət Həsən (r) ikinci, Həzrət Hüseyn üçüncü imam elan edilmişdir. Sonrakı imamlar isə qanlarında Şəhrəbanunun qanını daşıyan nəslin nümayəndələri, yəni Həzrət Hüseynin (r) övladları elan edilmiş, onların hakimiyyətə gətirilməsinə çalışılmışdır. Buna nail olunmayınca, onların 12-cisi Mehdi Sahibəzzaman (ə) elan edilmiş, qeybə çəkildiyi

Page 17: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

bildirilmişdir. Həzrət Əli (r), Həzrət Fatimə (r), Həzrət Həsən (r) və Həzrət Hüseyn (r) Peyğəmbərin (s) Əhli-Beytinin (ev əhlinin) digər nümayəndələrindən ayrılaraq fərqli statusa qaldırılmışdır.

Qeyd edək ki, iki sözün birləşməsindən yaranan, ərəbcədəki “Əhl əl-Beyt” ifadəsinin farslaşdırılmış forması olan “Əhli-Beyt” kəlməsi ərəb dilində geniş mənada “ev əhli”, “ailə üzvləri” mənasını verməkdədir. Dar mənada, yəni, sırf dini termin kimi isə sadəcə sevimli Peyğəmbərimizin (s) ev əhlini, yəni, ailə üzvlərini əhatə etməkdədir. Kəlmə dövrümüzədək yetişmiş hədislərdə, eləcə də Qurani-Kərimdə məhz bu anlamda işlənmişdir. Sözügedən sözbirləşməsinə münasibətdə, daha doğrusu, kəlmənin kimlərə aid olması məsələsində özlərini “Əhli-Beyt aşiqləri” adlandıran şiələrlə əhli-sünnə arsında əsaslı fikir ayrılıqları mövcuddur.

Şiələr bu məsələdə aşağıdakı hədisə üstünlük verir və düşüncələrində bilavasitə ona əsaslanırlar. "Səhihi-Müslim"də yer alan və Peyğəmbərin (s) zövcəsi Aişənin dilindən nəql olunan hədisin məzmunu belədir:

"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrət Fatimə gəldi,  Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli  gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra Peyğəmbər (s) "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu”. 

Sözügedən hədisi Şeybənin qızı Səfiyyə də Həzrət Ayişənin dilindən bir qədər başqa formada nəql edib:

“Bir gün Peyğəmbər (s) əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən  o həzrətin  yanına gəldi. Peyğəmbər (s) onu əbasının altına çəkdi.

Page 18: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Sonra Hüseyn , daha sonra Fatimə , ondan sonra da Əli  gəldi. Peyğəmbər (s) hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah  sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". 

Şiələr bu hədisi əldə rəhbər tutaraq, bildirirlər ki, buradan aydın olduğuna görə, Peyğəmbərin Əhli-Beyti, yəni ev əhli, başqa sözlə, Həzrət Əli (r), Həzərt Fatimə (r), Həzrət Həsən (r) və Həzrət Hüseyndir (r).

Haqlıdırlarmı?Əlbəttə ki, haqlıdırlar. Qızı Fatimənin, əmisi oğlu və kürəkəni Həzrət Əlinin

(r), nəvələri Həsən və Hüseynin sevimli Peyğəmbərimizin (s) ev əhli, yəni ailə üzvləri olduğuna kim şübhə edər ki?

Bu məsələdə sünnilərlə şiələr arasında heç bir fikir ayrılığı yoxdur və ola da bilməz. Fikir ayrılığı başqa şeydədir. Şiələr iddia edirlər ki, «Əhli-Beyt» anlayışı yalnız və yalnız adı çəkilən dörd nəfərə aiddir və Peyğəmbərimizin (s) digər qızları və həyat yoldaşları Əhli-Beytdən deyillər. Yəni onlar Peyğəbmərin (s) ev əhli, yəni ailə üzvləri deyillər…

Burada bir məntiq varmı? O zaman sual ortaya çıxır: Bəs, kimin ev əhli və ailə üzvləri idilər?

Diqqətlə fikir verin, Peyğəmbər (s) evdən çıxır, çöldə öncə Həsən, sonra, Hüseyn, ondan sonra Fatimə, daha sonrasa Əli ona yaxınlaşırlar. Və Həzrət Məhəmməd (s) bu şəxslərin onun ailə üzvləri olduğunu bildirir və onlara Qurandan ayə oxuyur. Şübhəsiz ki, həmin an ona evdə qalan digər qızları və ya zövcələri də yaxınlaşsaydılar, eyni şeyi edərdi. Sadəcə həmin an yanında ailə üzvlərindən sadəcə dördü vardı və o onları xüsusi olaraq çağırmamışdı. Onlar özləri ona yaxınlaşmışdılar.

Təsəvvür edin ki, sizin üç oğlunuz var. Onlardan ikisi evdə dərs oxumaqla məşğuldurlar. Biri boş olduğu üçün onu sizə köməsi məqsədilə özünüzlə bazara aparırsınız. Yolda ona deyirsiniz ki, sənin oxuyub adam olmanı istəyirəm. Bu o deməkdirmi ki, o biri oğlanlarınızın oxuyub adam olmasını istəmirsiniz?

Bir qədər getdikdən sonra qarşınıza köhnə tanışınız çıxır və yanınızdakı oğlanın kim olduğunu soruşur. Siz də «oğlumdur» deyə cavab verirsiniz. Bu halda sizin cavabınız şübhəsiz ki, onun sizin yeganə oğlunuz olduğu və evdə qalan iki oğlanın oğlunuz olmadığı anlamına gəlməz…

Şiələrdən fərqli olaraq, əhli-sünnə «Əhli-Beyt» kəlməsinin təkcə Həzrət Fatimə, Həzrət Əli (r), Həsrət Həsən və Həzrət Hüseynə deyil, eyni zamanda Peyğəmbərin (s) digər qızlarına və zövcələrinə də aid olduğunu bildirirlər və tamamilə haqlıdırlar. Haqlı olduqlarını aşağıdakı hədis də təsdiq edir.

Belə ki, Buxari Ənəs bin Malikə istinadən Peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə Peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra Peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur.

Lakin şiələr bu hədisi saxta hədis hesab edirlər. Əhli-sünnə isə birinci hədisi qəbul etdiyi kimi, ikinci hədisi də qəbul edir. Və etməkdə də haqlıdır. Onların

Page 19: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

haqlı olduqlarını “Əl-Əhzab” surəsinin bir-birinin məntiqi davamı olan 30, 31, 32 və 33-cü ayələri təsdiq edir:

“Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.

Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!

Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.

Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.

Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.

Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)

Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Ey ev əhli (Əhli-Beyt)! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir”.

Şiələr sünnilərdən, yəni əhli-sünnədən fərqli olaraq, bu ayələri birlikdə götürmür, 33-cü ayəni digərlərindən ayrı götürməyi lazım bilirlər. Bununla da kifayətlənməyib, sözügedən ayənin əvvəlindəki sırf qadınlara aid olan «açıq-saçıq gəzməyin» cümləsini də gözardı edir və sadəcə «Ey ev əhli (Əhli-Beyt)! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir» cümləsini əsas götürür və bu ayəni də parçalayırlar.

Beləliklə, eyni məzmunlu hədisləri bir-birindən ayırmaqla müsəlmanları bir-birindən ayırmağa, yəni müsəlmanlar arasında təfriqə salmağa çalışan İranın fars-şiə rejiminin molla və ayətullahları istədikləri mənanı əldə etmək üçün Quran ayələrini parçalamaqdan da çəkinmirlər. Belə etməklə öz imperialist məqsədlərinə çatmaq üçün dinimizi də parçalayırlar. Dinimizi parçalayanlar isə mütləq cəzalandırılacaqlar və Allah-təala bu barədə uca kitabımızda belə buyurub:

“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin şiə (firqə-firqə)  olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (6/159).

Bu faktlar sübut edir ki, farslar Əhli-Beyt aşiqi yox, Əhli-Beytin düşmənidirlər. Düşməni olmalarının ən gözəl sübutu da Əhli-Beytin ən şərəfli üzvlərindən biri olan Həzrət Ayişəni söymələri və aşağılamalarıdır. Halbuki, Allah Qurani-Kərimin “Əl-Əhzab” surəsinin 6-cı ayəsində buyurur ki, Peyğəmbərin (s) zövcələri möminlərin anasıdır.

Page 20: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Şübhəsiz ki, möminlərin anasına şər və böhtan yaxan, onu təhqir edənlər nə mömindirlər, nə də müsəlman.

Şiəlikdə Mehdi (ə) inancının özünəməxsus xüsusi yeri var və Həzrət Mehdi (ə) şiə inancının ayrılmaz tərkib hissəsidir. Fəqət şiələrin bu mövzuya baxışı sünnilərinkindən bir çox parametrlərinə görə fərqlənir və daha çox mifoloji çalarlar daşıyır.

Qeyd edək ki, şiəliyin dini-ideoloji baxışlarının təməlini təşkil edən hədislər, o cümlədən Həzrət Mehdi (ə) ilə bağlı hədislər əsasən “Biharül-Ənvar” adlı kitabda toplanmışdır və bu kitab şiələrin ən çox etdikləri kitabdır. Kitabın müəllifi

XVIII əsrdə ərəb dilində qələmə alınmış bu kitabın müəllifi Əllamə Məhəmməd Baqir Məclisidir.

“Biharül-Ənvar” şiə hədis elmində ən böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. Şiələrin fikrincə, onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır. Bu əsəri Əllamə Məclisi 36 il ərzində bir çox şiə alim və şagirdlərinin həmkarlığı ilə tamamlamışdır. Kitab yeni çapda 110 cild, 2327 bab və təxminən 40000 səhifədən ibarətdir.

Bundan başqa, şiələrin iman etdikləri və müqəddəs saydıqları hədislərin bir qismi də “Ən-Nəcm əs-Səqib”, “Sururu Əhlil-İman” və “Tarix mə Badə əz-Zühur” adlı kitablarda yer almaqdadır. Bu sıraya Ət-Tusinin “Əl-Ğeybə”sini və Ən-Nomanın “Əl-Ğeybə”sini də əlavə etmək lazımdır.,

“Biharül-Ənvar”da Həzrət Mehdinin (ə) adı Mehdi Mühəmməd ibn Həsəndir. Yəni o, şiələrin 11-ci imamı Həsən əl-Əskərinin oğlu Məhəmməddir. Onun Peyğəmbərin (s) nəvəsi Həzrət Hüseynin (r) nəslindəndir.

Sünni hədislərində isə Həzrət Mehdinin adı Mühəmməd ibn Abdullahdır, yəni Abdullah oğlu Mühəmməddir. Və o, Həzrət Hüseynin (r) deyil, Həzrət Həsənin (r) nəslindən olacaqdır.

Qeyd edək ki, Səduqun “Kəmal əd-Din” (s. 44), eləcə də “Dəlailül-Əimmə” (s. 224) və “Ğaribul-hədis fi Biharül-Ənvar” (52/67) kimi bəzi tarixi mənbələrdə şiələrin 11-ci imamı Cəfər ibn Əli əl-Hədinin, qardaşı barədə söylədiyi aşağıdakı sözlər yer almaqdadır:

“Mən Cəfər ibn Əli əl-Hədiyəm. Şiə əhlinin etiqad etdiyi 10-cu imam Əli əl-Hədinin oğlu, 11-ci imam hesab etdikləri Həsən əl-Əskərinin qardaşı və varlığını iddia etdikləri, olmayan və doğulmayan “Mühdi”nin “əmisi”yəm.

Doğma qardaşım Həsən əl-Əskərinin övladı olmadığını dediyimə görə şiələr məni yalançılıqda ittiham edərək, mənə “Əl-Kəzzəb” (yalançı) ləqəbini verdilər, Əhli-Beytdən olan Peyğəmbər (s) nəvəsini Cəfər əl-Kəzzəb deyə çağırdılar. Məni şərab içməkdə və daha bir çox fasiqliklərdə ittiham etdilər. Tək “günahım” isə doğma qardaşım Həsən əl-Əskərinin sonsuz olduğunu deməyim oldu.

Başa düşmürəm, öz doğmaca qardaşımın halını və evimizin içini mən yaxşı bilirəm, yoxsa Kufə avaralarımı?

Daha sonra da qardaşım Həsənə bir oğul nisbət edərək, onu məcburi də olsa, şəxsiyyəti belə bilinməyən “anasının” budundan doğuzdurdular”.

Page 21: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Bu sözləri əldə əsas tutan sünnilər Mehdinin (ə) Həzərət Hüseynin (r) deyil, Həzrət Həsənin (r) soyundan olacağının sübutu kimi qəbul edirlər. Təbii ki, şiələr də bu sözlərin uydurma olduğunu söyləyirlər.

Beləliklə, şiələrin fikrincə, Həzrət Mehdi 12 əsrdir ki, dünyaya gəlib, qeybə çəkilib və vaxtı gələndə zühur edəcək. O, hicrətin ya 254, ya 255, ya 256, ya 257, ya da 258-ci ilində dünyaya gəlmişdir (Biharül-Ənvar, 2/51).

Sünnilər isə onun hələ doğulmadığını, əgər doğulubsa da, kim olduğunun məlum olmadığını, Qiyamətə yaxın bir zamanda dünyaya gəlməli olduğunu söyləyirlər.

Şiələrin təqribən 1200 il əvvəl doğulduğuna inandıqları Mehdinin (ə) doğumu, onların fikrincə, qeyri-təbii olmuşdur (Biharül-Ənvar, 26/51),anası ona qarnında deyil, böyründə hamilə qalıbdır və o, anasının budundan doğulmuşdur (Biharül-Ənvar, 51/26). Üstəlik də anasının ona hamilə qalması ilə doğması eyni anda baş verib (Ən-Nəcm əs-Səqib,s. 144). Anasının kimliyi isə məlum deyil (Ən-Nəcm əs-Səqib,s. 135).

Əhli-sünnənin Qiyamətə yaxın bir zamanda doğulmalı olduğuna inandığı Mehdi (ə) isə, başqa insanlarda olduğu kimi, təbii yolla və adi qaydada doğulacaq. Yəni anası onu 9 ay qarnında gəzdirdikdən sonra doğacaqdır.

Şiələrin inancına görə, Mehdi (ə) doğuşunun 7-ci günündə Nuhun (ə), İdrisin (ə), Salehin (ə) səhifələrini, Davudun (ə), Musanın (ə) və İsanın (ə) kitablarını və Quranı oxumuşdur (Biharül-Ənvar, 51/27). Doğumunun 40-cı gününsə isə artıq gəzirdi (Biharül-Ənvar, 51/20). Onun uşaqlığı mağarada keçib (Biharül-Ənvar, 51/24).

Əhli-sünnənin inancında bunlar yoxdur və sünnilər Mehdinin (ə) uşaqlığının digər uşaqlar kimi keçəcəyinə, ata-anasının himayəsində yaşayacağına etiqad edirlər.

Şiələrə görə, Mehdinin (ə) 182 adı var (Ən-Nəcm əs-Səqib, s. 266). Onu öz adı ilə çağırmaq olmaz, kim onu öz adı ilə çağırarsa, lənətlənər (Biharül-Ənvar, 51/33).

Əhli-sünnənin fikrincə isə onun bir adı var, bu ad Mühəmməd və ya onun sinonimi olan Əhməddir və onu öz adı ilə çağırmağın heç bir qəbahəti yoxdur.

Şiələrin fikrincə, Mehdini (ə) gözləyənlərin qazandığı savab Uhud və Bədr döyüşlərində iştirak edənlərin qazandığı savabdan artıqdır (Biharül-Ənvar, 51/128). Mehdinin (ə) möcüzələri vardır (Biharül-Ənvar, 53/202-312). O, zühur edəndə “əsil” Quranla gələcək, əldə olan Quran isə tam deyil, naqisdir (Ən-Nomaəni “Əl-Ğeybə”, s. 200). Mehdi (ə) Quranın bəzi surələrini dəyişib, yeni bir şəriət gətirəcəkdir (Ən-Nəcm əs-Səqib, s. 293).

Sünnilər bu iddaları uydurma, dünyanın ən kamil kitabı olan Qurana hörmətsizlik və küfr hesab edirlər.

Şiələrin inancına görə, Mehdi (ə) Həzrət Mühəmmədin (s) deyil, Həzrət Davudun (ə) şəriəti ilə hökm edəcəkdir (Ən-Nomaəni “Əl-Ğeybə”, s. 329).

Sünnilər isə hesab edirlər ki, Həzrət Mühəmmədin (s) şəriəti Qiyamətə qədər keçərlidir və bunun əksini söyləmək küfrdür. Mehdi (ə) heç bir yeni şəriət gətirməyəcək, Rəsulullahın (s) şəriətinə tabe olacaq, onunla hökm verəcəkdir.

Page 22: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

Şiələrin fikrincə, Mehdi (ə) zühur edəndə ona tabe olanlar İsrailoğulları, yəni yəhudilər olacaq (Biharül-Ənvar, 52/346). O, zühur edəndə ərəbləri öldürəcək, Əbu-Bəkri (r), Öməri (r) və Aişəni (r) dirildib qəbrlərindən çıxaracaq, Həzrət Əbu-Bəkrlə (r) Həzrət Öməri (r) çarmıxa çəkəcək, möminlərin anası Həzrət Aişəni (r) isə şallaqlayacaqdır (Biharül-Ənvar, 52/349; 22/240; 14/53).

Sünnilərin əqidəsinə görə isə, Mehdinin (ə) ardınca gedənlər müsəlmanlar olacaqlar. Onun ərəblərlərlə heç bir düşmənçiliyi olmayacaq, çünki özü də ərəb olacaqdır. Bu hədis farslar tərəfindən ərəblərdən Sasani imperiyasının qisasını almaq məqsədilə uydurulub. Həm ərəblərlə bağlı, həm də Həzrət Əbu-Bəkr (r), Həzrət Ömər (r) və Həzrət Aişə (r) barədə söylənilənlər yəhudi fitnəsindən başqa bir şey deyildir.

Şiə hədislərində deyilənlərə görə, Mehdi (ə) məscidləri, o cümlədən Peyğəmbər (s) məscidini dağıdacaqdır. O, çox əsəbi və qəzəbli olacaqdır (Biharül-Ənvar, 52/315, 338).

Sünni hədislərinə görə isə, Mehdi (ə) məscidləri təmir etdirəcək, insanlara qarşı mehriban və şəfqətli olacaqdır.

Şiələrin inancına görə, Mehdi (ə) kişiləri öldürəcək, qadınların qarınlarını yaracaq, uşaqları nizələrə keçirəcəkdir (Biharül-Ənvar, 52/348; Sururu əhlil-iman, 105). Çoxlu qətllər törədəcək, heç bir səbəb olmadan çoxlu qanlar axıdacaqdır (Tarix mə Badə əz-Zühur, s. 397, 472).

Sünnilərin təsəvvürlərinə görə isə, Mehdi (ə) ədalətli və rəhmli olacaq, haqsız yerə qan tökməyəcəkdir.

Şiələrin fikrincə, Mehdi (ə) zühur edəndə ona ilk biət edən quş cildinə girmiş Həzrət Cəbrail (ə) olacaq. O, Mehdinin (ə) əlindən öpəcək (Biharül-Ənvar, 52/286). Mehdinin (ə) hakimiyyəti 309 il sürəcək (Ət-Tusi “Əl-Ğeybə”, s. 474).

Bu təsəvvür də əhli-sünnənin təsəvvürləri ilə ziddiyyət təşkil edir.Şiələrə görə, Mehdinin (ə) hakimiyyəti 309 il (Ət-Tusi “Əl-Ğeybə”, s. 474),

sünnilərə görə isə 7 və ya 9 il sürəcək.Şiə hədislərində deyilənlərə görə, Mehdinin (ə) ardınca gedənlərin içərisində

mələklər (Biharül-Ənvar, 52/326) və ölülər də olacaq. Sonuncular Mehdinin (ə) ordusuna qatılmaq və ya qəbirdə qalmaq arasında seçim edəcəklər (Biharül-Ənvar, 53/92-93). Mehdiyə (ə) tabe olan adamlar gündüz vaxtı buludların üstündə gəzəcəklər (Tarix mə Badə əz-Zühur, s. 271).

Əhli sünnənin inandığı hədislərdə bu kimi hallara rast gəlinmir və bu hədislərdə Mehdinin (ə) ardınca istisnasız olaraq adamlar, özü də həyatda olan adamlar gedəcəklər. Buludlar da deyil, hamı kimi yerdə gəzəcəklər.

Farsların başqa bir idealı da artıq reallaşdırmış olduqları “İran” idealıdır. Bu idealın kökləri zərdüştiliyin dini kitabı “Avesta”ya qədər uzansa da, onun gerçək müəllifi böyük fars şairi Firdovsidir. Firdovsinin “Şahnamə”si ilə birlikdə hər bir farsın qəlbinə və zehninə hakim kəsilmiş bu ideya üçüncü fars dövlətinin – bugünkü İran dövlətinin tarix səhnəsinə çıxmasında önəmli rol oynamışdır.

Farsların tarixən üçüncü dəfə öz dövlətlərinə sahib olması Pəhləvilər sülaləsinin adı ilə bağlıdır. Bu sülalə 1925-ci ildən 1979-cu ilə qədər İranda hakim olmuş, İslam inqilabı nəticəsində ləğv olunmuşdur. Xanədan 1925-ci ildə Rza şah Pəhləvi tərəfindən qurulmuşdur. O, 1925-ci ildə ingilis və rusların Türk-Qacar

Page 23: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

sülaləsinin hakimiyyətinə son qoymasına qədər rus kazaklarının tərkibində fəaliyyət göstərən fars briqadasının generalı idi. İngilis və ruslar tərəfindən hakimiyyətə gətirildi. Pəhləvilər sülaləsindən İranın ilk, oğlu Məhəmməd Rza şah Pəhləvi isə son şahı oldular.

Pəhləvilər hakimiyyətə gələndən 10 il sonra 1000 ilə yaxın bir dövrdə ürəklərində yaşatdıqları “İran dövləti”ni qurmaq arzusunu yerinə yetirə bildilər. Belə ki, 1935-ci ildə Rza şah xarici nümayəndələrdən başında durduğu dövləti “İran” adlandırmağı, rəsmi yazışmalarda “İran” adından istifadə etmələrini və dövlətin rəsmi adının “Keşvər-e Şahənşahi-ye İran” kimi qəbul olunmasını tələb etdi.

1978-ci ildən etibarən artan ictimai narazılıq və xalq üsyanı ilə qarşı-qarşıya gələn Pəhləvilər 1979-cu ilin yanvarında sürgün olundular.

Özlərini Əhəmənilər dövlətinin davamçıları hesab edən Pəhləvilər fars milliyyətçiliyini özlərinin rəsmi ideologiyasına çevirmişdilər. Dövlətin daxili siyasətində bu ideologiya bütün sahələrə hakim idi.

1979-cu ildə Pəhləvilərin devrilməsi ilə nəticələn inqilab nəticəsində İranda Xomeyninin öndərliyində İslam respublikası elan edildi və şiəlik dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bir müddət sonra isə Mehdi (ə) zühur edənə qədər onun adından qərar vermək, onun naibliyini etmək məqsədi ilə “Vilayəti-fəqih” institutu təsis edildi. Hazırda bu vəzifəni Ayətullah Xamneyi icra edir. Fars şiəliyinin mərkəzi rolunda çıxış edən Qum məktəbindən fərqli olaraq, dünya şiəliyinin mərkəzi olan Nəcəf məktəbinin nümayəndələri, ilk növbədə də İraq şiələrinin başçısı Ayətullah Sistani bunun doğru olmadığını, “Vilayəti-fəqih” institutunun İslama zidd olduğunu bəyan etməkdədirlər.

2001-ci ildə ABŞ-ın İraqa qarşı başladtdığı savaş və ardınca da 2010- cu ildə baş qaldıran “Ərəb baharından” sonra yaranmış münbit vəziyyətfən istifadə edən İran özünün “Şiə hilalaı” planının gerçəkləşdirməyə başladı.

“Şiə hilalı” planı da eynən sionist yəhudilərin Nildən Fərata qədər geniş ərazini ələ keçirməyi öngörən “Ərzi-Məvud” planı kimi dəqiq coğrafi sınırları məlum olan, həmin coğrafiyada sünniləri təmizləməyi nəzərdə tutan, azad edilən ərazilərdə böyük şiə dövləti qurmağı və bu yolla İranın ərazisinin Sasanilər dövründəki sərhədlərə qədər böyüdülməsini, başqa sözlə, Sasanilər dövlətini bərpa etməyi hədəfləyən, fars şovinizmindən qidalanan mürtəce mahiyyətli imperialist bir layihədir.

İlk mərhələdə İrandan İraqa, İraqdan Suriyaya, oradan da Livana qədər uzanan bu layihənin müəllifləri əslində ABŞ və İsraildir, daha dəqiq desək, Rotşildlərdir. İslam dünyasını məzhəb savaşına sürükləmək və daxildən zəiflətmək üçün ustalıqla düşünülmüş bu şeytani planı ilk dəfə, nə qədər qəribə olsa da, 2004-cü ildə İordaniya kralı Abdullah dilə gətirmiş və həmin ildən də İran tərəfindən diqqətə alınmışdır.

Bu plan səsləndirilər-sələndirilməz, bütün dünyada, ilk növbədə də İslam dünyasında çox mənfi qarşılansa da, İran tərəfindən dərhal qəbul edildi və hazırda həm İraq və Suriyada, həm də Livan və Yəməndə həyata keçirilməkdədir. İranın bu planı gercəkləşdirə bilməsi üçün İraq və Suriyada ABŞ, Rusiya, İsrail və İran işğalçılarına, eləcə də onların əlaltılarıı rolunda çıxış edən PKK//YPG-yə qarşı

Page 24: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. RO. KFELLER. LƏR. İN “ÜMUMDÜNYA . XRİSTİAN. HÖKUMƏTİ VƏ . İSA . M. ƏSİ. H (Ə)” LAYİHƏSİ

İslam torpaqlarını müdafiə edən yerli müsəlmanlar (sünni ərəb və türkmənlər) və onlara kömək məqsədi ilə çeşidli müsəlman ölkə və bölgələrindən, əsasən də Çeçenistan, Dağıstan, Şərqi Türküstan və Orta Asiyadan, eləcə də çeşidli Avropa ölkələrindən gələn müsəlmanların hamısı “terrorçu” elan edildi, bununla da İranın sünni müsəlmanlara qarşı deyil, terrorçulara qarşı savaşdığı imici formalaşdırılmağa başladı.

“Şiə hilalı” layihəsi imperialist güclər tərəfindən, artıq qeyd edildiyi kimi, İslam dünyasını məzhəb savaşına soxmaq, bu yolla onun müqavimət gücünü zəiflətmək, beləcə, sionistlərin “Ərzi-Məvud” planını gerçəkləşdirə bilməsi üçün münbit şərait yaratmaqdır. Lakin bu, qarşıya qoyulan hədəflərdən sadəcə biridir. İkinci hədəf müsəlmanların Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsinə və Beytül-Məqdisin bərpasına mane olmaq potensialını minimuma endirmək, üçüncüsü isə Maşiahın (Dəccalın) və İsa Məsihin (ə) gəlməsinin vacib şərtlərindən biri olan Harmageddon savaşını körükləməkdir.