bextiyartuncay.files.wordpress.com · web viewmitoxondrial dnt analizləri isə beş kişi və...

10
Bəxtiyar Tuncay Afanasyevo (R1b) və Tarım mumiyaları (R1a) mədəniyyətləri: Prototürklər Altay, Cənubi Sibir, Şərqi Türküstan və Monqolustanda nə vaxtdan məskundurlar? Türklərə xas R1a və R1b haploqruplarının və onların üzə çıxarıldığı kurqanların xronoloji ardıcıllıq əsasında öyrənilməsi Altay nəzəriyyəsinin heç bir ciddi elmi əsasının olmadığını və imperialist dairələr tərəfindən sırf siyasi və geosiyasi məqsədlərdlə uydurulduğunu, R1a və R1b Y – xromosomlarının Şərqə doğru «səyahətə» Anadolu və Cənubi Azərbaycandan başladıqlarını, bu haploqrupların daşıyıcılarının Qafqaz və Balkanlar üzərindən keçərək, öncə Qafqazda və Avropada məskunlaşdıqlarını, yalnız bundan sonra üzlərini Şərqə tutaraq, Cənubi Sibir, Monqolustan, Altaylar və Şərqi Türküstana çatdıqlarını söyləməyə tam əsas verir. Genetik analizlər protooğuz-qıpçaqların (R1b) bu bölgələrdə protoqıpçaq-bulqarlardan (R1a) daha tez məskunlaşdıqlarını həmin ərazilərdə Afanasyevo mədəniyyətinin əsasını qoyduqlarını göstərir. Tədqiqatçılar Afanasyevo mədəniyyətini ilk tunc dövrünün sonları-orta tunc dövrünün əvvəllərinə aid edirlər. Mədəniyyət öz adını Xakasiyadakı Bateni kəndi yaxınlığındakı Afanasyevo dağından alır. Bu mədəniyyətə 1

Upload: others

Post on 06-Jan-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: bextiyartuncay.files.wordpress.com · Web viewMitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir

Bəxtiyar Tuncay

Afanasyevo (R1b) və Tarım mumiyaları (R1a) mədəniyyətləri: Prototürklər Altay, Cənubi Sibir, Şərqi Türküstan və Monqolustanda nə vaxtdan

məskundurlar?

Türklərə xas R1a və R1b haploqruplarının və onların üzə çıxarıldığı kurqanların xronoloji ardıcıllıq əsasında öyrənilməsi Altay nəzəriyyəsinin heç bir ciddi elmi əsasının olmadığını və imperialist dairələr tərəfindən sırf siyasi və geosiyasi məqsədlərdlə uydurulduğunu, R1a və R1b Y – xromosomlarının Şərqə doğru «səyahətə» Anadolu və Cənubi Azərbaycandan başladıqlarını, bu haploqrupların daşıyıcılarının Qafqaz və Balkanlar üzərindən keçərək, öncə Qafqazda və Avropada məskunlaşdıqlarını, yalnız bundan sonra üzlərini Şərqə tutaraq, Cənubi Sibir, Monqolustan, Altaylar və Şərqi Türküstana çatdıqlarını söyləməyə tam əsas verir.

Genetik analizlər protooğuz-qıpçaqların (R1b) bu bölgələrdə protoqıpçaq-bulqarlardan (R1a) daha tez məskunlaşdıqlarını və həmin ərazilərdə Afanasyevo mədəniyyətinin əsasını qoyduqlarını göstərir.

Tədqiqatçılar Afanasyevo mədəniyyətini ilk tunc dövrünün sonları-orta tunc dövrünün əvvəllərinə aid edirlər. Mədəniyyət öz adını Xakasiyadakı Bateni kəndi yaxınlığındakı Afanasyevo dağından alır. Bu mədəniyyətə aid ilk kurqan məhz həmin ərazidə 1920-ci ildə aşkar və tədqiq edilmişdir (Теплоухов С. А., 1927).

Sonrakı dövrlərdə bu tip abidələrə Altaylardan və Minusinsk çökəkliyindən (Xakasiya) başqa, Şərqi Qazaxıstan, Qərbi Monqolustan və Şərqi Türküstanda da rast gəlinmişdir.

Afanasyevo mədəniyyətinin daşıyıcılarının əsas məşğuliyyəti kiçik və iri buynuzlu heyvanların çoxaldılması, atçılıq, əkinçilik və metallurgiya olmuşdur (Грязнов М. П., 1999).

«Afanasyevolu»lar da ölülərini kurqanlarda basdırırdılar. Bu kurqanladan götürülmüş DNT nümunələrinin analizləri sözügedən mədəniyyəti yaradanların ana

1

Page 2: bextiyartuncay.files.wordpress.com · Web viewMitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir

xətti ilə J2a2a, T2c1a2 və U5a1a1 (Morten E. Allentoft et al., 2015) mitoxondrial haploqrupuna sahib olduqlarını ortaya qoymuşdur. Ata xəttinin müəyyənləşdirilməsi zamanı analizə Xakasiya və Monqolustan ərazilərindən götürülmüş nümunələr cəlb edilmiş və onların R1b (Xakasiya) və Q (Monqolustan) haploqruplarının (Hollard C., 2014) daşıyıcıları olduqları üzə çıxmışdır ki, bu da tədqiqatçılara «Afanasyevolu»ların mənşəyini «Çuxurlu»lara bağlamağa əsas vermişdir.

Tarım mumiyaları mədəniyyətinin yayıldığı ərazilər

Beləliklə, R1b-lilər Cənubi Sibir, Monqolustan, Altaylar və Şərqi Türküstanda daha əvvəl məskun olmuşlar. R1a-lılar isə sözügedən bölgələrə sadəcə e.ə. XVIII əsrdə yetişmişdilər. İlk yetişənlər isə Tarım mumiyaları mədəniyyətinin (e.ə. XVIII-II əsrlər) əsasını qoyanlar olmuşlar.

Mədəniyyət adını Tarım çayından və bölgədən tapılmış çoxsaylı mumiyalardan almaqdadır. Bu mumiyalardan ən qədimi e.ə. XVIII əsrə, ən cavanı isə e.ə. II əsrə aiddir. Onlara ən çox Tarım çayı vadisində qurulmuş qədm piramidalarda və kurqanlarda rast gəlinmişdir.

Aparılan antropoloji tədqiqatlar mumiyaların kəllə quruluşunun və digər antropoloji xüsusiyyətlərinin Afanasyevo və Andronovo mədəniyyətinin təmsilçiləri ilə üstü-üstə düşdüyünü göstərmişdir. Genetik tədqiqatlar isə onların «Andronovolu»larla qohum olduqlarını ortaya qoymuşdur. Belə ki, Lobnor gölü yaxınlığındakı 5 №-li məzarlıqdan götürülən, kişi cinsindən olan və radiokarbon analizinin nəticələrinə görə 3980 ± 40 il öncə yaşadıqları müəyyən edilən 7 mumiya üzərində aparılmış DNT analizləri onların hamısının R1a1a Y-xromosomuna sahib olduğunu ortaya qoymuşdur.

2

Page 3: bextiyartuncay.files.wordpress.com · Web viewMitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir

Mitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir (Chunxiang Li, et al., 2010; Kozintsev A., 2012).

Tarım mumiyalarını ilk dəfə A. Steyn və S. Gedin XX əsrin əvvəllərində aşkar etmişlər. İndiyə qədər aşkar edilmiş mumiyalardan ən məşhurları Loluan gözəli və Ukok şahzadəsidir.

Loluan gözəli

«Loluan gözəli» adını Loluandakı kurqanlardan birində tapılmış qadın mumiyaya vermişlər. Bu gənc qadın avropoid simaya sahib idi. Boyu 180 sm, saçları sarışın olub. Mumiyanın təqribi yaşı 3800 ildir və o, hazırda Urumçi şəhərinin muzeyində mühafizə edilir. Onunla birlikdə iki hörüyü olan «Çerçen kişisi» mumiyasına və körpə uşaq mumiyasına da rast gəlinib. Uşağın yanında öküz buynuzundan düzəldilmiş süd qabı və inəyin döşündən düzəldilmiş əmzik tapılmışdır.

Elmi ədəbiyyatda «Ukok şahzadəsi», bəzənsə «Altay şahzadəsi» adı ilə tanınan qadın mumiyanın yatdığı kurqan Altay türkləri arasında çox məşhur olub. Onun haqqında əfsanələr də mövcuddur, əfsanələrdən adının Oçı-bala, ləqəbinin isə Ak-Kadın, Ak-Xatun olduğu bilinməkdədir və yerli türklər onu Altayın himayəçisi hesab ediblər. Təqribən 25 yaşı olub. 1993-cü ildə Ak-Alaxa məzarlığındakı bir kurqanda aşkar edilib.

Altaylalıran inancına görə, o, yeraltı dünyanın qapısında duraraq şər ruhların orta dünyaya, yəni yer üzünə gəlməsinə mane olurmuş (Принцесса Укока).

Bugünə qədər Tarım mumiyalarının sağlıqlarında hansı dildə danışdıqları üzərində mübahisələr edir. Halbuki Ortada Tenir Too yazıları var və bu yazılar həm Tarım mumiyalarının, həm də «Andronovolu»ların nəinki hansı dildə danışdıqlarına, hətta özlərini necə adlandırdıqlarına aydınlıq gətirir.

3

Page 4: bextiyartuncay.files.wordpress.com · Web viewMitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir

Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin dosenti Kubatbek Tabaldiyev və Qırğızıstan Milli Universitetinin muzey laboratoriyasının bərpaçısı Çanırbek Joldoşovun yazdıqlarından belə aydın olur ki, Temir Too abidəsi Son Tunc – Erkən Dəmir dövrünə aid edilir (Yengi M. R., Tuncay B., 2013).

Tenir Too yazıları

Tenir Too yazıları 1998-ci ildə Kubatbek Tabaldiyev tərəfindən aşkar edilmişdir və üst-üstə cəmi 8 mətndən ibarədirlər (Yengi M. R., Tuncay B., 2013):

I Mətn

Transliterasiyası: R2T1MS1G1WN1K1(A)Transkripsiyası: Er atım Asiq on ok aTərcüməsi: Ər adım Asiq on ox

4

Page 5: bextiyartuncay.files.wordpress.com · Web viewMitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir

II Mətn

Transliterasiyası: R2T1MS1G1WN1K1(A)Transkripsiyası: Er atım Asiq on ok aTərcüməsi: Ər adım Asiq on ox

III Mətn

Transliterasiyası: MWN1D1AYL2Y2R2( )T1K1ŞR2T1MS1G1WN1K1(A)Transkripsiyası: Munda il yer ü ( ) T1K1Ş Er atım Asiq on ok aTərcüməsi: Burada el və yer ... Ər adım Asiq on ox

IV Mətn

Transliterasiyası: PAL1YR2T1MS1G1WN1K1(A)Y2R2Y1R1ŞM( )Transkripsiyası: Palı (?) Er atım Asiq on ok a, yer yaraşımTərcüməsi: Apalı (?) Ər adım Asiq on ox, yer yaraşım

5

Page 6: bextiyartuncay.files.wordpress.com · Web viewMitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir

V Mətn

Transliterasiyası: R2T1MS1G1WN1K1(A)Y2R2Y1R1ŞMTranskripsiyası: Er atım Asiq on ok a, yer yaraşımTərcüməsi: Ər adım Asiq on ox, yer yaraşım

VI Mətn

Transliterasiyası: MWN1D1A( )L2Y2R2(T1)(K1)R2T1MMK1PTranskripsiyası: Munda il yer ü ( ) T1K1 Er atım MK1PTərcüməsi: Burada el və yer ü Ər adım MK1P

VII Mətn

Transliterasiyası: MWTranskripsiyası: MTərcüməsi: Mu

VIII Mətn

Transliterasiyası: K1WM… ( ) (Y1) N1 ( )Transkripsiyası: Okum…( ) ( ) N1 ( )Tərcüməsi: Oxum ( ) ( ) N ( )

6

Page 7: bextiyartuncay.files.wordpress.com · Web viewMitoxondrial DNT analizləri isə beş kişi və dörd qadında C4, iki qadında isə H və K mitoxondrial haploqrupunu aşkar etmişdir

Qaynaqça

1. Chunxiang Li, Hongjie Li, Yinqiu Cui, Chengzhi Xie, Dawei Cai, Wenying Li, Victor H Mair, Zhi Xu, Quanchao Zhang, Idelisi Abuduresule, Li Jin, Hong Zhu and Hui Zhou. Evidence that a West-East admixed population lived in the Tarim Basin as early as the early Bronze Age // BMC Biology, 17 February 2010.

2. Hollard C. Peuplement du sud de la Siberie et de l'Altay a l'age du Bronze: apport de la pfleogenetique, 2014.

3. Morten E. Allentoft et al. Population genomics of Bronze Age Eurasia // Nature, 11. 06. 2015.

4. Yengi M. R., Tuncay B. Kür-Araz mədəniyyəti və türk damğaları: Damğadan yazıya keçid (Əlyazma hüququnda). Bakı, 2013.

5. Грязнов М. П. Афанасьевская культура на Енисее. СПб., 1999.6. Kozintsev A. Из степи в пустыню: ранние европеоиды Восточного

Туркестана (текст, 2012) - Out of the steppe and into the desert: The early Caucasoids of Xinjiang (text, 2012).

7. Принцесса Укока. Википедия (https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%B8%D0%BD%D1%86%D0%B5%D1%81%D1%81%D0%B0_%D0%A3%D0%BA%D0%BE%D0%BA%D0%B0).

8. Теплоухов С. А. Древние погребения в Минусинском крае. Материалы по этнографии, т. III, в. 2, Л., изд. Русского Музея. Л., 1927.

7