14.2 Çiyələk bitkisinin xəstəlikləri

30
14.2 Çiyələk bitkisinin xəstəlikləri Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Loculoascomycetes sinfi, Dothideales sırası, Mycosphaerellaceae fəsiləsi, Mycosphaerella cinsi Bioloji qurpu: Fakültətiv parazit Çiyələyin ağ ləkəliyi Mycosphaerella fragariae Sacc.

Upload: gudrun

Post on 24-Jan-2016

95 views

Category:

Documents


0 download

DESCRIPTION

14.2 Çiyələk bitkisinin xəstəlikləri. Çiyələyin ağ ləkəliyi – Mycosphaerella fragariae Sacc. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Loculoascomycetes sinfi, Dothideales sırası, Mycosphaerellaceae fəsiləsi, Mycosphaerella cinsi Bioloji qurpu: Fakültətiv parazit. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

14.2 Çiyələk bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,

Loculoascomycetes sinfi, Dothideales sırası,

Mycosphaerellaceae fəsiləsi, Mycosphaerella cinsi

Bioloji qurpu:

Fakültətiv parazit

Çiyələyin ağ ləkəliyi – Mycosphaerella fragariae Sacc.

Page 2: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Yarpaq, saplaq, çiçək-daşıyan və çiyələk bitkisinin meyvə ayaqcıqlarında əmələ gəlir. Cavan yarpaqlarda həlqəvi nazik haşiyəsiz qəhvəyi ləkələr formalaşır. Bu ləkələr sonra qovuşaraq daha iri ləkələrə çevrilirlər. Daha yaşlı yarpaqlarda ləkələr həlqəvi və ya yüngülcə kələ-kötür, tez ağaran, al-qırmızı haşiyəlidir. Ağ ləkələrin diametri haşiyəsiz 1-2 mm-dir. Müəyyən zaman kəsiyindən sonra ləkələrin mərkəzi tökülür. Saplaq, çiçək-daşıyanlar. Bığcıqlarda ləkə adətən uzununa dartılır. Onlar əvvəlcə qəhvəyi olur, sonra mərkəzdə solğunlaşırlar. Güclü yoluxmuş çiçəkdaşıyanlar qəhvəliləşirlər, nazilirlər və yerə doğru əyilirlər. Daha yaşlı yarpaqlar tez yoluxurlar.

Xəstəlik törədicinin kisə və konidi mərhələləri vardır. Xəstəlik törədicinin konidi mərhələsi Hyphomycetes sinfinin

Hyphomycetales sırasından olan Ramularia tulasnei Sacc. göbə-ləyidir. Yazda və yayda yarpağın alt və üst tərəflərində ləkədə ağızcıq vasitəsilə göbələk konidi mərhələsini əmələ gətirir, onum köməyi ilə yayılır.

Page 3: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 4: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

- sirayətlənmiş yarpaq- patogenin konididaşlyanlarında konidilər

Çiyələkdə ağ ləkəlik

Page 5: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

YAYILMASI

• Gəncə-Qazax, Düzən Qarabağ, Dağlıq Şirvan, Şəki-Zaqatala

EKOLOGİYASI

• Göbələyin sporları 8-30°S temperatur,• Optimal 20-23°S,• 85%-dəsı yuxarı nisbi rütubətdə cücərirlər,• Damcı su olarsa, cücərmə daha tez olur

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Bu xəstəliyin təsirindən məhsul itkisi 15%-ə qədər çatır• Xəstəliklə bütün sortlar yoluxurlar

MÜBARİZƏ TƏDBİRLƏRİ

• Yarpaqların əmələ gəlməsinin başlanğıcında 3-4%-li bordo mayesi ilə qabaqlayıcı çiləmə aparılır

• Çiləmələrdə 0,2-0,5%-li kaptan, 0,2%-li euparen, 1%-Ii bordo mayesindən istifadə edilir

Page 6: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,

Euascomycetes sinfi, Erysiphales sırası,

Erysiphaceae fəsiləsi, Sphaerotheca cinsi

Bioloji qrupu:

Obliqat parazit

Çiyələyin unlu şehi- Sphaerotheca macularis Magn. f. fragarie Yakz..

Page 7: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Bitkinin bütün yerüstü orqanları, xüsusilə yarpaqları yoluxurlar. Sirayətlənmiş yarpaqlar dərili konsisitensiya qazanır, kənarları qayıq formasında bükülür. Yarpağın alt tərəfində, bəzən isə üst tərəfdə zərif nazik ağ örtük əmələ gəlir. Həmin örtük zoğ, çiçək və toxumluqda da formalaşır, lakin adi gözə görünməyə bilər. Giləmeyvələrdə xəstəlik daha aydın müşahidə edilir.

Çiyələkdə unlu şeh bütün vegetasiya dövrü inkişaf edir. Xəstəliyin kütləvi inkişafı adəti üzrə çiçəkləmə və meyvəvermə fazalan ilə üst-üstə düşür. Adətən isti hava şəraitindən asılı olaraq, maksimal yoluxma yayın ikinci yarısında əmələ gəlir. Unlu şeh həm quru, həm də rütubətli illərdə güclü inkişaf edir.

Patogen konidi və kisə mərhələlərini əmələ gətirir. Kisə mərhələsi adətən yayın ikinci yarısında tünd-qəhvəyi meyvə bədəni-kleystotesi formasında müşahidə edilir, o, uzun qonur çıxıntılıdır.

Hər kleystotesidə hələ payızda bir kisə qoyulur və orada kisəspor formalaşır. Kisə kisəşəkilli, kisəsporlar oval, birhüceyrəlidir.

Page 8: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 9: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 10: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 11: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

YAYILMASI• Azərbaycanın çiyələk becərilən bütün rayonlarında rast gəlinir

EKOLOGIYASI• Konidilər 100% nisbi rütubət, 5-35°S (optimal 20-22°S) temperaturda

cücərirlər• İnkubasiya dövrü orta hesabla 4-15 gün davam edir

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Unlu şeh xəstəliyi həm açıq, həm də örtülü şəraitdə zərərlidir• Xəstəliyin təsirindən məhsul itkisi 4-50%-ə çatır

MÜBARİZƏ TƏDBİRLƏRİ• Aqrotexniki tədbirlər kompleksinə düzgün əməl edilməli, artıq

suvarmalara, birtərəfli qaydada azotlu gübrələrdən istifadəyə, bitkilərin sıxlığına və zibillənməsinə yol verilməməlidir

• Xəstəliyin ilkin simptomları müşahidə edildikdə 0,5%-li kumulus, 0,1%-li saprol, 0,05%-li topaz preparatının işçi məhlulları ilə 15 günlük intervalla 2 çiləmə aparmalıdır.

Page 12: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi

şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales

sırası, Dematiaceae fəsiləsi, Botrytis cinsi

Bioloji qrupu:

Fakultətiv parazit

Çiyələkdə boz çürümə- Botrytis cinerea Fr.

Page 13: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Giləmeyvə, yarpaq, qön-çə, çiçək, çiçəkayaqcıqları, toxumluq və hamaşçiçəklər yoluxurlar. Giləmeyvələr üçün yoluxma daha tipikdir. onların üzərində yumşalmış, qonur, xəstəlik törədicinin boz örtüyündən ibarət tez böyüyən ləkə inkişaf edir. Sirayətlənmiş meyvələr dad və aromatı itirir, tədricən quruyur və mumiyalaşırlar. Yarpaqlarda iri, dağınıq, tünd boz, qonur ləkələr əmələ gəlir, rütubətli havada onlar üzərində də boz örtük müşahidə edilir.

Patogen yaxşı inkişaf etmiş ağac kimi budaqlanan, yüngülcə rəng-li konidilərə bərkimə yerlərində kiçik dişli konididaşıyanlar əmələ gətirir, konidilər dairəvi, və ya yüngülcə dartılmış, birhüceyrəlidir.

Patogen sklerosiya əmələ gətirir, və bu onun inkişaf tsiklində vacib əhəmiyyət kəsb edir. Onlar müxtəlif ölçülü, anormal formalı qara rənglidir. Yoluxmuş giləmeyvə, yarpaq və başqa orqanlarda sklerosiyalar əmələ gəlir.

Bəzən sklerosiyalardan apotesi əmələ gəlir, onlar 1-5 mm dia-metrdə olub, ayaqcıqlıdır.

Page 14: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 15: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 16: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 17: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 18: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 19: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

YAYILMASI

• Çiyələk becərilən bütün dünya ölkələrində rast gəlinir

EKOLOGIYASI

• Yazda 12°S temperaturda və 95%-dən aşağı olmayan nisbi rütubətdə sklerosiyalar cücərməyə başlayır,

• Konididaşıyanlar konidilər formalaşdırır, külək, yağış damcıları ilə yayılırlar, yay dövrü göbələk 11-12 konidi nəsli verir

• Patogen 5-30°S temperaturda inkişaf edir, lakin 15-25°S daha əlverişli hesab edilir

TƏSƏRRÜFAT ƏHƏMIYYƏTI

• Xəstəliklə yoluxmuş meyvələr dad keyfiyyətlərini və əmtəəlik qabiliyyətini itirir

• Saxlama rejiminə əməl etmədikdə məhsul tam çıxdaş ola bilir

MÜBARIZƏ TƏDBIRLƏRI

• Kompleks profilaktiki fitosanitar, torpağı becərmək, əkinin sıxlığım təmin etmək, tam gübrələmə, güclü rütubətlənməyə yol verməməli,

• Xəstəlik güclü inkişaf edən zaman topaz 0,5 l/ha preparatının işçi məhlulu ilə çiləmələr aparmalı

Page 20: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Təsnifatda yeri:

Chromista aləmi, Oomycota şöbəsi,

Oomycetes sinfi, Peronosporales sırası,

Pythiaceae fəsiləsi, Phytophthora cinsi.

Bioloji qrupu:

Obliqat parazit

Çiyələyin fitoftorozu – Phytophthora fragarie Hiekman.

Page 21: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Patogenin morfologiya və biologiyası. Çiyələk bitkisinin ən zərərli xəstəliklərindən biridir. Bitkinin bütün yerüstü hissələri yoluxurlar: giləmeyvələr, qönçələr, çiçəklər, hamaşçiçəklər, bundan əlavə rütubətli illərdə gövdənin təpə hissəsi, böyümə nöqtəsində yoluxur. Göbələk ən çoxu giləmeyvələrə ziyan vurur, belə ki, hələ yaşıl vəziyyətdə qonur və qabıqlı olur. Onlar yetişən zaman yumşalır, təbaşir rəngli haşiyəli qəhvəyi bərk qabıqlı ləkələrlə örtülürlər. Yoluxmuş yumşaq hissə elastikləşir və giləmeyvələrin qalan hissə-sindən ayrılmır. Xəstə meyvələrə göbələyin mitseli daxil olur və acı tama malik olurlar. Tədricən giləmeyvələr quruyurlar, mumiyalaşırlar.

Yoluxmuş qönçə, çiçək və hamaşçiçəklərdə ləkələr qeyri bərabər forma alır və qəhvəyi. rəngi qəbul edir. Böyümə nöqtəsində nekroz baş verir. Gövdə qonurlaşır, yarpaq saplaqları və kolun rozeti məhv olur. Göbələk kök sisteminə də daxil ola bilir, lakin. Buna nadir hallarda təsadüf edilir.

Page 22: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 23: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 24: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 25: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 26: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

YAYILMASI• Azərbaycanın rütubəti böyük olan rayonlarında rast gəlinir

EKOLOGİYASI• Xəstəliyin inkişafına damcı su əlverişli şərait yaradır,• Patogenin sıçrayışları yağış və şehdən sonra müşahidə edilir

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• İstehsal edilən məhsulun 20-25%-i xəstəlik nəticəsində itkiyə gedir

MÜBARİZƏ TƏDBİRLƏRİ• Plantasiyalar bitki qalıqlarından təmizlənməli, qalıqlar dərhal məhv

edilməli,• Bitkilər sükunət dövrü 1%-li DNOK-la dərmanlanmalı,• Vegetasiya dövrü xəstəliyin ilkin simptomları müşahidə edildikdə

0,1% ridomil MS 0,3%-li arserid preparatlarından birinin suspenzi-yası ilə 12-14 günlük intervalla çiləmələr aparılır

Page 27: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Çiyələkdə kələ-kötür ləkəlik - Xanthomonas fragariae Kennedy et King.

Təsnifatda yeri:

Qrammənfi aerob çubuqlar və kokklar bölməsi,

Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi

Bioloji qrupu:

Fakültətiv parazit

Page 28: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 29: 14.2  Çiyələk bitkisinin xəstəlikləri
Page 30: 14.2  Çiyələk bitkisinin xəstəlikləri

Çiyələkdə mozaika, ksantos və ya sarılıq- Stranberry mosaic virus