email communication presentation slides 20160208
Post on 20-Jan-2017
199 Views
Preview:
TRANSCRIPT
İşgüzar yazışmalar
Effektiv email və yazışma qaydaları
Yaxın 2 saatda
- Email-in faydaları- Məktubların strukturu- Normalar və qaydalar- Email-dən çəkinməli hallar- Qırmızı xətlər- Qısa mesaj yazışmaları
Yazmaq fərqi
- Yazmağın danışmaqdan fərqi nədədir?
- Hansı üstünlükləri və çatışmazlıqları var?
Salam-kəlam
- Müraciət sözü ilə başlayın: «Salam, Mehman. Sizi filan məsələ ...» və ya «Mehman, sizi filan məsələ ...»
- Təşəkkür edin, adınızı bildirin: Məsələn, «Təşəkkür edirəm, Mehman» və ya «Hörmətlə, Mehman»
- Məktubun sonunda korporativ standartlara uyğun imzanızı qoyun.
Email şikayətləri
- Email alarkən insanları ən çox qıcıqlandıran məqamlar hansılardır?
- Emaillərə niyə gec cavab verilir?
- Emaillər niyə oxunmur?- Emaillərdəki suallar niyə tam
cavablandırılmır?
Email yazmamalı olduğunuz məqamlar
- Hansı halda telefon və ya görüş daha effektivdir?
- Çox məxfi məlumatlar
- Söhbət formatlı emaillər
Cc-lər və Bcc-lər
• Cc nə üçündür?• Nə vaxt istifadə etmək
olar?• Cc-lərə nə zaman cavab
verirlər?
• Bcc nə üçündür?• Nə vaxt istifadə etmək
olar?
Email-lərin yoxlanması və cavablanması
- Çalışın ki, emailləşmə iş planınızın bir hissəsinə çevrilsin, iş planı emailləşmənin bir hissəsinə yox
- Unutmayın ki, emailləşmə vaxt tələb edən işdir- «Reply all»-dan səmərəli istifadə
Emaildə münaqişə və mübahisələr
- Əsəbi halda cavab verməyin. Su için. 10 dəqiqə gözləyin. Sonra cavab yazın. Çalışın, alova benzin tökməyin, onsuz da bahaçılıq zəmanəsidir
- Bir şəxslə probleminiz varsa, çalışın onun özü ilə həll edin. Onun menecerinə şikayət etməyin. Əgər məsələ çox uzansa, öz menecerinizdən dəstək istəyin.
Leqal məhdudiyyətlər
- Emaildə irqi, dini, cinsi və s. ayrı-seçkilik hiss edilməməlidir, necə ki, adi həyatda da bu zəruridir
- İstifadəsi qadağan olunan məsələlər haqqında yazışma aparmaq təhlükəlidir.
Uyğun şritflərin seçilməsi
- Bütün mətni CAPSLOCK-da yazmayın- Capslock-da yazmaq qışqırmağın yazılı versiyasıdır- Qışqırmayan rənglərdən istifadə edin, ən yaxşısı qara və
tünd göydür- Qrammatika emaildə zəruridir, amma dünyanın axırı
deyil Hamımız insanıq, arabir «ə»-ni «e» kimi yazmış ola bilərik
Qısa mesaj yazışmaları
- Qrammatikadan narahat olmayın- Smaylik işlətmək günah deyil - Salamsız və sağolsuz olmaz- Qeyri-formallıq bəzən üstünlükdür, amma çox da şey
eləməyin
Tanışlar və dostlar
- Tanışlar və dostlarınızla işləyirsinizsə, çox gözəl. Email və çatda daha qeyri-formal ola bilərsiniz. Amma etik çərçivəni heç vaxt unutmayın.
- Əgər dostunuza «gül» sözlər demək istəyirsinizsə, gedin üzünə söyləyin
Təşəkkürlər.
top related