azƏrayan respulİkasi vergİlƏr nazİrlİyİ eynƏlxalq ... · idarəsi bütün trastlar üzrə...

13
AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ BEYNƏLXALQ MÜNASİBƏTLƏR İDARƏSİ Beynəlxalq təcrübələr və innovasiyalar şöbəsi Beynəlxalq Müqavilələr şöbəsi Seçilmiş ölkələrdə Hüquqi Şəxslərin qeydiyyat Məsələləri üzrə təcrübələr 2014

Upload: others

Post on 08-Oct-2020

9 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

AZƏRBAYCAN RESPUBLİKASI

VERGİLƏR NAZİRLİYİ

BEYNƏLXALQ MÜNASİBƏTLƏR İDARƏSİ

Beynəlxalq təcrübələr və innovasiyalar şöbəsi

Beynəlxalq Müqavilələr şöbəsi

Seçilmiş ölkələrdə Hüquqi Şəxslərin qeydiyyat

Məsələləri üzrə təcrübələr

2014

Page 2: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

Macarıstan Respublikası

Macarıstan Respublikasında firma adları mülki məcəllə və Macarıstan Müəssisə Aktı

ilə tənzimlənir. (Hungary Company Act). Burada firma adının unikallığı qeydiyyat

prosesinin bir hissəsidir və firma adları bir- birindən rəqəmlər, bir hərf fərqi və ya durğu

işarələri ilə fərqləndirilməsi qanunla yol verilmir.

Macarıstan Respublikasında hüquqi şəxslərin dövlət reyestr məlumatlarında aşağıdakılar

əksini tapır:

Firmanın adı

Baş idarənin ünvanı

Əsas fəaliyyət növləri

Hüquqi şəxsin nizamnamə kapitalı

Nizamnamə kapitalının həcmi və səhmdarlar üzrə pay bölgüsü

Müşahidə şurası üzvlərinin adları və ünvanları

İdarə heyəti üzvlərinin adları və ünvanları

Kənar auditorun adı

Firma qeydiyyatdan keçdikdən sonra, əsas fəaliyyət sahəsinin nə olacağı haqqında Ticarət

Məhkəməsinə arayış təqdim edir. Qanunla firma hüquqi formasını dəyişə, digər firmalarla

birləşə, bir neçə firmaya bölünə bilər. Hüquqi şəxsin qeydiyyatı və Dövlət müəssisələrinin

qeydiyyatı “Qeydiyyat Aktı” (Registration Act) ilə tənzimlənir. Dövlət müəssisələrinin

adının seçilməsi və onun idarə olunması haqqında müddəalar mülki məcəllədə də öz əksini

tapmışdır.

Macarıstanda trast anlayışı Mülki Məcəllə 6-cı fəsil 34 cü hissəsində öz əksini tapmışdır.

Məcəlləyə görə trastlar və trast vasitəsilə idarə olunan qurumlar hüquqi şəxslərdir.

Macarıstan Respublikasında ortaqlıqlar biznes assosiasiyaları aktı ilə tənzimlənir

(Business Associations Act). Təşkilati formasına görə hüquqi şəxs deyildir. Tam ortaqlıq

və məhdud ortaqlıq olmaqla 2 yerə ayrılır. Rəsmi sənədlərdə ortaqlığın adı qarşısında tam

ortaqlıq və ya məhdud ortaqlıq olması abreviatura şəklində qeyd olunur. (tam ortaqlıq –

Page 3: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

t.o, məhdud ortaqlıq – m.o). Məhdud ortaqlıqda ortaqların sayı minimum iki nəfərdir,

nizamnamə kapitalı minimumu nəzərdə tutulmamışdır. Onlardan biri qeyri məhdud

səlahiyyətlərə malik əsas ortaqdır. Məhdud ortaqlıqda adətən gəlir bölgüsü nizamnamə

kapitalında payı nisbətində müəyyən olunur, amma ortaqlar bölgü şərtlərini özləri müəyyən

edə bilər. Tam ortaqlıqda ortaqların məsuliyyəti müştərəkdir. Nizamnamə kapitalı üçün

minimum hədd müəyyən olunmamışdır. Ortaqların biznes fəaliyyətində şəxsən iştirak

etməsi tələb olunmur.

Macarıstan Respublikasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul

olan şəxslər Mülki Məcəllə ilə deyil, valyuta qanunları ilə tənzimlənir.

Onların rəsmi qeydiyyatı İnzibati və elektron ictimai xidmət idarəsi tərəfindən aparılır

(Office for Administrative and Electronic Public Service)

Latviya Respublikası

Latviya Respublikasında firma adları “Ticarət məcəlləsi” ilə tənzimlənir. (Commercial

Code 01 Jan 2002) Məcəlləyə görə firma adlarında əcnəbi ifadələrin istifadəsinə

məhdudiyyətlər qoymaqla yanaşı, bir digər firmanın adına bənzər adların qoyulmasına

qadağalar qoymuşdur. Hüquqi şəxslərin reyestr məlumatlarına aşağıda qeyd olunan

məlumatlar daxil edilir:

Notarial təsdiq olunmuş xüsusi ərizə forması

Firmanın nizamnaməsi

Firmanın təsis müqaviləsi

Nizamnamə kapitalının ödənilməsini təsdiq edən bank çıxarışı

Müşahidə şurasının seçilməsi haqqında çıxarış

İdarə heyətinin seçilməsi haqqında çıxarış

Firmanın hüquqi ünvanı haqqında məlumat

Daşınmaz əmlak sahibinin əmlakın hüquqi ünvan kimi istifadəsi üçün razılığı

Dövlət rüsumlarının ödənilməsi haqqında sənəd

Məlumatın rəsmi külliyyatda dərc olunması üçün rüsum

Page 4: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

Qeydiyyat ərizəsi elektron imza olduğu təqdirdə elektron şəkildə də təqdim oluna bilər.

İdarə Heyəti Sədrinin təyin olunması haqqında çıxarış ya məxfi elektron imza vasitəsilə

ya da notarial təsdiq olunaraq həyata keçirilir.

Latviya Respublikasında hüquqi şəxsin qeydiyyatı “Ticarət haqqında qanunla”,

Dövlət müəssisələrinin qeydiyyatı isə “Dövlət və xüsusi ortaqlıqlar haqqında”

qanunla tənzimlənir.

Trast anlayışı Latviya qanunvericiliyində müəyyən edilməmişdir.

Ortaqlıqlar Ticarət haqqında qanunla tənzimlənir və ortaqlarından ayrı hüquqi şəxs

deyildir. Tam ortaqlıq iki və daha çox ortağın vahid biznes adı altında fəaliyyət

göstərməsidir. Tam ortaqlıqda fiziki və ya hüquqi şəxs ortaq ola bilər. Bütün ortaqlar

bütün varlıqları ilə ortaqlıq qarşısında məsuliyyət daşıyırlar. Məhdud ortaqlıqda

ortaqların firmanın borclarına məhdud məsuliyyəti müəyyənləşdirilə bilər.

Latviya Respublikasında hüquqi şəxs yatatmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan

şəxsin (hşsfmş) fəaliyyəti kommersiya qanunu, şəxsi gəlir vergisi qanunu (law on

personal income tax), mikro firma vergi qanunu ilə tənzimlənir. Onların qeydiyyatı

Kommersiya registeri orqanı tərəfindən həyata keçirilir. Qeydiyyatı üçün fiziki şəxsin

adı, ünvanı, pasport məlumatları, dövlət rüsumları tələb olunur. Latviya respublikasında

(hşsfmş) vergiyə cəlb olunma prosesi MMC-lərin cəlb olunmasından daha az

cəlbedicidir. Burada daha yüksək gəlir vergisi tətbiq olunmaqla yanaşı firmanın müəyyən

xərclərinin xərc maddələrinə daxil edilə bilməməsidir.

Litva Respublikası

Litva Respublikasının qanunvericiliyində hüquqi şəxsin biznes adı Mülki Məcəllənin

2.39-cu maddəsi ilə tənzimlənir. Bu maddədə göstərilir ki, hüquqi şəxs digər hüquqi

şəxslərdən fərqlənmək üçün özünün biznes adına malik olmalıdır. Hüquqi şəxsin biznes adı

onun mülkiyyətidir. Bu ad satıla və ya hər hansı üsulla digər şəxsin mülkiyyətinə çevrilə

bilməz. Hüquqi şəxsin biznes adı ictimai asayiş və əxlaqa zidd olmamalıdır. Hüquqi şəxsin

Page 5: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

biznes adı ondan daha əvvəl qeydiyyatdan keçmiş hər hansı məşhur ticarət markaları ilə

oxşarlıq və ya eynilik təşkil etməməlidir.

Mülki Məcəllənin 2.66-cı maddəsinə əsasən hüquqi şəxslərin reyestr məlumatları

aşağıdakılardır:

1) Hüquqi şəxsin biznes adı;

2) Hüquqi şəxsin hüquqi forması;

3) Hüquqi şəxsin kodu;

4) Hüquqi şəxsin qeydiyyatdan keçmiş ofisi;

5) Hüquqi şəxsin orqanları;

6) Hüquqi şəxsin rəhbər orqanının üzvləri (ad, soyad, şəxsi kodu, yaşayış yeri);

7) Hüquqi şəxsin rəhbər orqanının üzvləri, hüquqi şəxsin adından müqavilə

bağlamaq səlahiyyətinə malik olan üzvləri;

8) Hüquqi şəxsin filial və nümayədlikləri (ad, kod,qeydiyyatdan keçmiş ofislər,

nümayəndəlik və filialların rəhbər orqanlarının üzvləri,);

9) Hüquqi şəxsin fəaliyyətindəki məhdudiyyətlər;

10) Hüquqi şəxsin hüquqi statusu;

11) Hüquqi şəxsin fəaliyyətinin başa çatma tarixi;

12) Reyestr məlumatlarında dəyişikliklər tarixi;

13) Hüquqi şəxsin maliyyə ili;

14) Qanunla müəyyən edilmiş digər məlumatlar.

Bu maddədə göstərilən məlumatlarda dəyişiklik olduqda hüquqi şəxs dəyişiklik

olduğu vaxtdan 30 gün müddətində dəyişikliyin Hüquqi şəxslərin dövlət reyestrinə daxil

edilməsi üçün ərizə ilə müraciət etməlidir. Hüquqi şəxslərin reyestr məlumatları

“Müəssisələr haqqında qanun”un 12-ci maddəsi ilə tamamlanır.

Litva Respublikasında Mülki Məcəllənin 2.64-cü maddəsinə əsasən hüquqi şəxs

aşağıda qeyd olunan sənədləri təqdim etdikdən sonra hüquqi şəxslərin dövlət qediyyatında

qeydə alınır:

Page 6: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

1) Hüquqi şəxsin qeydiyyatı üçün onun yaranması haqqında əzrizə

2) Hüquqi şəxsin təsis sənədləri

3) Lisenziya (qanunda hüquqi şəxsin təsis edilməsindən əvvəl lisenziya nəzərdə

tutulduqda)

4) Reyestrə təqdim olunan sənədlərin autentikliyini və inkorporasiya sənədlərinin

qanunamüvafiqliyini təsdiq edən sənədlər, həmçinin inkorporasiya

müqaviləsində nəzərdə tutulmuş müqavilə öhdəliklərinin yerinə yetirilməsi,

eyni zamanda qanun və həmin sənədlərdə nəzərdə tutulmuş şəraitin yaranması

səbəbindən hüquqi şəxsin qeydiyyata alına biləcəyi faktını təsdiq edən sənədlər

5) Qanunla nəzərdə tutulan digər sənədlər.

Dövlət və bələdiyyə müəssisələrinin yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi

Litva Respublikasının Mülki Məcəlləsi, “Dövlət və Bələdiyyə Müəssisələri haqqında

qanun”, kommersiya qurumlarını tənzimləyən digər qanunverici aktlarla tənzimlənir.

Trust (əmlak trust-ı) anlayışı Litva Respublikasında Mülki Məcəllənin 4.106

maddəsində nəzərdə tutulub.

Litva Respublikasında “Müəssisələr haqqında qanun”un 8-9-cu maddələrinə əsasən

Tam və Məhdud ortaqlıqlar hüquqi şəxs deyildir.

Tam və məhdud ortaqlığın təsis edilməsi, ləğvi və fəaliyyəti “Müəssisə haqqında qanun”dan

başqa, Litva Respublikasının Mülki Məcəlləsi, Litva Respublikasının Ortaqlıq qanunu ilə

tənzimlənir.

Litva Respublikasında hüquqi şəxsin formaları aşağıdakılardır:

Fərdi müəssisə;

Özəl məhdud məsuliyyətli cəmiyyət;

Dövlət məhdud məsuliyyətli cəmiyyəti;

Tam ortaqlıq;

Məhdud ortaqlıq;

Dövlət müəssisəsi;

Page 7: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

Bələdiyyə müəssisəsi;

Kənd təsərrüfatı cəmiyyəti;

Avropa şirkəti;

Avropa kooperativ cəmiyyəti;

yuxarıda qeyd olunanlardan başqa

Assosiasiya, xeyriyyəçilik və sponsorluq fondu;

Filial və törəmə müəssisələr.

Litva Respublikasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan

fiziki şəxs təşkilati hüquqi forma kimi mövcud deyildir. Alternativ olaraq fərdi müəssisə

forması vardır ki, Fərdi müəssisə- qeyri-məhdud öhdəlikli şəxsi hüquqi şəxsdir. Fərdi

müəssisənin təsis edilməsi və fəaliyyəti “Fərdi müəssisə haqqında qanun” və Litva

Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Fərdi müəssisənin təsisçisi tək fiziki şəxs ola bilər. Fərdi müəssisənin sahibinin yalnız bir

fərdi müəssisəsi ola bilər. Fərdi müəssisənin əmlakı fərdi müəssisənin sahibinin əmlakından

ayrı hesab edilmir. Fərdi müəssisənin nizamnamə kapitalı paylara bölünmür. Qanunla ilkin

kapital tələb olunmur.

Fərdi müəssisə ya öz sahibi ya da sahibi tərəfindən təyin olunmuş şəxs tərəfindən idarə

olunur. Müəssisə sahibi tərəfindən idarə olunduqda məşğulluq haqqında müqavilə

bağlanmır. Fərdi müəssisənin mühasibatlığı ya sahibin özü ya da mühasib tərəfindən aparıla

bilər.

Çex Respublikası

Çex Respublikasında “Firma adları” anlayışı Ticarət Məcəlləsində verilir. Bu

Məcəllənin 8,9 və 10-cu bölmələri sırf “Firma adı” anlayışını izah edir. Belə ki, həmin

Məcəllənin 8-ci bölməsinə əsasən “Kommersiya adı” (“Commercial name”) (bu “business

name” və ya “name of the firm” kimi də bəzi Çex qanunvericiliyndə nəzərdə tutulur)-

sahibkarın kommersiya qeydiyyatına alınan zaman onun tərəfindən müəyyənləşdirilən

Page 8: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

addır. Sahibkar öz sahibkarlıq fəaliyyəti çərçivəsində seçdiyi ad altında müvafiq qanuni

öhdəlikləri öz üzərinə götürür. Həmin Məcəllənin 9-cu bölməsinə əsasən, fiziki şəxslərin

“Kommersiya adı” onların ad və soyadlarından (“full name”) ibarət olur. Bununla yanaşı

fiziki şəxslərin öz sahibkarlıq fəaliyyəti növlərinə uyğun olaraq həmin adlara bəzi əlavələr

etmək imkanı var. Bu Məcəllənin 3-cü bölməsinə əsasən Çexiya ərazisində daimi rezident

hesab edilən şəxslər kommersiya qeydiyyatından keçməlidirlər. Həmçinin, sahibkarlıq

fəaliyyətini həyata keçirən fiziki şəxslərində bu məcəllənin məqsədləri üçün kommersiyya

qeydiyyatından keçməsi tələb olunur. Onların belə öhdəliklərin yarandığı gündən gec

olmayaraq, qeydiyyatdan keçməsi vacibdir. Eyni zamanda, həmin Məcəlləyə əsasən

sahibkarlıq məqsədləri üçün bir neçə hüquqi şəxs formaları mövcuddur: Qeyri-məhdud

məsuliyyətli cəmiyyət (an unlimited liability company), Məhdud məsuliyyətli ortaqlıqlar (a

limited partnership company), Trastlar, MMC,ASC və.s. Qeyd olunan Məcəllənin

müddəalarına əsasən Qeyri-məhdud məsuliyyətli cəmiyyət (unlimited liability company)-

ən azı iki şəxs tərəfindən idarə edilən və özlərinin bütün əmlakları ilə məsulliyyəti özündə

ehtiva edən hüquqi şəxs formasıdır. Belə ki, qeyd olunan hüquqi şəxs formasının

idarəçiliyində eyni anda həm digər bir hüquqi şəxs və fiziki şəxs ola bilər. Həmin

müəssisənin gəlirlərinin və xərclərinin bölüşdürülməsi məsələsi isə “Assosasiya Sazişi”

(“the Memorandum of Association”) ilə tənzimlənir. Fiziki şəxslərin həmin müəssisədəki

gəlirləri fiziki şəxslərin gəlir vergisinə uyğun vergiyə cəlb edilir, həmin müəssisənin öz

gəliri hüquqi şəxslərin gəlir vergisinə əsasən vergiyə cəlb edilir. “Limited Partnership

Liability”(“Məhdud ortaqlıqlar”) anlayışı Çex qanunvericiliyinə əsasən Məhdud

Məsuliyyətli Cəmiyyətlə Qeyri-məhdud Məsuliyyətli Cəmiyyətinin kombinə edilmiş

formasıdır. Burada ortaqlar yalnız həmin ortaqlıqdakı paylarına uyğun məsuliyyət

daşıyırlar, yalnız əsas ortaq (general partner) həm də öz əmlakına görə məsuliyyət daşıyır.

Ortaqlıqlar Çex qanunvericiliyinə əsasən hüquqi şəxs ola bilərlər. 1 yanvar 2014-cü il

tarixindən Çexiyada Mülki Məcəllənin müddəalarına əsasən trastlar yaradılır. Trastlar

yalnız aşağıdakı vergi məqsədləri üçün hüquqi şəxs hesab edilir:

– Korporativ gəlir vergisinin məqsədləri üçün;

Page 9: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

– ƏDV məqsədləri üçün;

– Daşınmaz əmlak vergilərinin məqsədləri üçün.

Trastın iştirakçısı trastın adından vergi hesabatı öhdəliklərini yerinə yetirə bilər. Praqa vergi

idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında

kommersiya müəssisələrin qeydiyyat məsələsi “Ticarət Məcəlləsi” və “Mülki Məcəllə” ilə

tənzimlənir. Müəssisələrin kommersiyya qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən aparılır.

“Qeydiyyat Məhəkəməsi” (Registry Court) müəssisələrin və fiziki şəxslərin (həm muzdlu

işləyən fiziki şəxslər, həm də sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) birbaşa

qeydiyyata alınmasına və qeydiyyatının ləğv edilməsinə məsul qurumdur. Yeni qəbul

edilmiş “Mülki Məcəllə”də qeydiyyat məsələləri ümumi qaydada öz əksini tapdığı halda,

“Ticarət Məcəlləsində” və “Dövlət qeydiyyat aktı “larında bu məsələ daha geniş və

təfərrüatlı verilib. “Ticarət Məcəlləsinin” 3-cü bölməsinə əsasən konkret olaraq, hansı

şəxslərin Kommersiya qeydiyyatına durmalı olduqları vurğulanıb. Bunlara əsasən,

qanunvericiliyə uyğun olaraq yaradılmış hüquqi şəxslər, “Ticarət Məcəlləsinin” müvafiq

bölməsinə uyğun olaraq xarici şəxslər hesab edilən şəxslər, həmin Məcəllənin məqsədləri

üçün sahibkarlıq fəaliyyəti göstərən hər hansı şəxs və.s. Hüquqi şəxslərin dövlət reyestr

məlumatlarına hüquqi şəxsin adı və qeydiyyat ünvanı, identifikasiya nömrəsi,sahibkarlıq

fəaliyyətinin növü, hüquqi şəxsin forması və icraedici direktorların adı və

ünvanları,ticarət lisenziyası və yaxud əlaqəli lisenziyalar, nizamnamə kapitalı, təsisçilər

haqqında məlumat, hüquqi şəxsin təsis tarixi ,xitam verilmə tarixi,və.s. daxildir. Çex

Respublikasında dövlət müəssisələrinin qeydiyyat məsələsi əsasən “Mülki Məcəllə”,

“Ticarət Məcəlləsi” və “Dövlət Qeydiyyatı Aktı” ilə tənzimlənir. Hüquqi və fiziki şəxslər

Çex Respublikasında fəaliyyətə başlayarkən “Ticarət lisenziyası” almalıdır. Bu lisenziya

bir çox sahibkarlıq sahələrini əhatə edir və Ticarət Lisenziyası İdarəsi tərəfindən verilir.

Çex qanunvericiliyinə əsasən, müəssisə özünün Çex qanunvericiliyinə uyğun işləməsini

təmin edən və buna məsuliyyət daşıyan agentlər təyin edə bilər.

Page 10: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

Estoniya Respublikası

Estoniya Ticarət Qanununa əsasən bu ölkədə sahibkarlıq subyektlərinin 6 forması var.

Bunlar:

1. Özəl məhdud məsuliyyətli şirkət;

2. İctimai məhdud məsuliyyətli şirkət və ya birgə səhmdar cəmiyyəti;

3. Ümumi tərəfdaşlıq;

4. Məhdud tərəfdaşlıq;

5. Fərdi müəssisə;

6. Xarici şirkətin filialı.

Firma adları Estoniyanın Ticarət Qanunu ilə tənzimlənir. Biznes və ya firma adı dedikdə

kommersiya reyestrinə daxil edilən və şirkətin altında fəaliyyət göstərdiyi ad nəzərdə

tutulur. Şirkətin yalnız bir biznes adı ola bilər. Şirkətin biznes adı Estoniyanın kommersiya

qeydiyyatına daxil edilən digər biznes adlardan aydın şəkildə seçilməlidir.

Hər bir hüquqi müəssisə forması üçün reyestr məlumatları var. Aşağıdakı reyestrə daxil

olan məlumatlar ümumi ortaqlıq (general partnership) üçün nəzərdə tutulub:

1. Ümumi ortaqlığın biznes adı;

2. Ümumi ortaqlığın yerləşdiyi yer və ünvanı;

3. Ümumi ortaqlığın fəaliyyət sahəsi, maliyyə ilinin əvvəli və sonu;

4. Ortaqların adları, şəxsi identifikasiya kodları və ya reyestr kodları, onların yaşayış

yeri və ya məkanı;

5. Ümumi ortaqlığı təmsil etməyə səlahiyyətləndirilən şəxslər və onlardan birgə ümumi

tərəfdaşlığı təmsil etmək hüququna malik olanı.

Kommersiya qeydiyyatına daxil olmaq üçün ərizədə yuxarıda göstərilən məlumatlar əks

olunmalıdır. Ərizə bütün ortaqlar tərəfindən imzalanır.

Özəl məhdud şirkətin kommersiya qeydiyyatına daxil edilməsi üçün idarə heyəti

kommersiya qeydiyyatına bu Qanunun 145-ci Maddəsində nəzərdə tutulan məlumatlar əks

edilən ərizə təqdim etməlidir və idarə heyətinin bütün üzvləri tərəfindən imzalanmalıdır.

Özəl məhdud şirkətlər kommersiya qeydiyyatına aşağıdakı məlumatları daxil etməlidirlər:

1. Biznes adı;

2. Fəaliyyət istiqamətləri, yerləşdiyi yer və ünvanı;

3. Nizamnamə kapitalının məbləği;

4. Assosiasiya Memorandumunun bağlandığı tarix;

5. İdarə heyətinin üzvlərinin adları, şəxsi identifikasiya kodları və yaşayış yerləri;

Page 11: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

6. Özəl məhdud şirkətin bu Qanunun 181-ci Maddəsinin 1-ci alt bölümündə1 nəzərdə

tutulmuşdan fəqli şəkildə təmsil edən idarə heyətinin üzvləri;

7. Şəxsi məhdud şirkətin maliyyə ilinin əvvəli və sonu;

8. Qanunla nəzərdə tutulmuş digər məlumatlar.

Əgər idarə heyəti kommersiya qeydiyyatına səhv məlumat təqdim edərsə ərizəni imzalayan

idarə heyəti üzvləri dəymiş zərərə görə birgə məsuliyyət daşıyırlar.

Hüquqi şəxslərin qeydiyyatı Ticarət Qanunu ilə tənzimlənir. Şəhər və rayon

məhkəmələrinin qeydiyyat şöbələri reyestrin ərazi yurisdiksiyasında yerləşən fərdi

müəssislərin və şirkətlərin kommersiya qeydiyyatını aparır.

Kommersiya qeydiyyatının tərkibi aşağıdakı kimidir:

Kart reyestri. Reyestrə daxil olan hər bir müəssisə üçün ayrıca qeydiyyat vəsiqəsi açılır.

Qeydiyyat vəsiqələri A hissəsindən və B hissəsindən ibarət olan kart reyestrini təşkil edir. A

hissəsi fərdi sahibkarlar, ümumi ortaqlıq və məhdud ortaqlıq üçün qeydiyyat vəsiqələrindən

ibarət olur. B hissəsi isə özəl məhdud şirkətlər, ictimai məhdud şirkətlər və kommersiya

assosiasiyaları üçün qeydiyyat vəsiqələrindən ibarət olur.

Biznes fayl. Biznes fayl reyestrə daxil olan hər bir müəssisə üçün açılır. Qanuna əsasən

qeydiyyatçıya müəssisə və ya məhkəmə və ya əmlak sərəncamçısı tərəfindən göndərilən

məlumatlar biznes faylda saxlanılır. Qeydiyyatçıya göndərilən məlumatlar, əgər qanunla

başqa hal nəzərdə tutulmayıbsa orijinal və ya notarius qaydasında təsdiq edilmiş surətdə

olmalıdır.

Reyestr fayllar. Reyestrə daxil olan hər bir müəssisə üçün reyestr fayl açılır. Dövlət

rüsumlarının ödənilməsi və məlumatların daxil edilməsi üçün ödənişə dair sübut, həmçinin

biznes faylda saxlanılmayan və müəssisə haqqında olan digər sənədlər reyestr faylında

saxlanılır.

Reyestr jurnalı. Daxil olma ilə bağlı ərizələr və reyestrə təqdim edilən sənədlər reyestr

jurnalında qeydə alınmalıdır. Ərizənin cavablandırılıb - cavablandırılmadığı haqqında qeyd

reyestr jurnalına daxil edilməlidir.

Əlifba sırası ilə təşkil edilmiş kartoteka. Əlifba sırası ilə təşkil edilmiş kartoteka həmin

qayda olan vərəqələrlə birlikdə reyestrə daxil olan müəssisələr üçün saxlanılır. Biznes adı,

1 İdarə heyətinin hər bir üzvü şəxsi məhdud şirkəti bütün hüquqi aktlarla təmsil edə bilər, əgər şirkət tərəfindən idarə heyətinin

üzvlərindən bəzilərinin və ya hamısınin özəl məhdud şirkəti birgə təmsil etməkləri müəyyən edilməmişdirsə. Birgə təmsilçilik

kommersiya qeydiyyatına daxil edildiyi təqdirdə üçüncü şəxslərə münasibətdə tətbiq edilir.

Every member of the management board may represent the private limited company in all legal acts unless the articles of

association prescribe that some or all of the members of the management board shall represent the private limited company

jointly. Joint representation shall apply with regard to third persons only if it is entered in the commercial register.

(http://www.fifoost.org/estland/recht/commercial_code/node25.php)

Page 12: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin

vərəqənin qeydiyyat hissəsinə və müəssisənin qeydiyyat koduna istinad vərəqə üzərində

kartotekaya daxil edilir. Vərəqələri verərkən şirkətin sinfinə istinad edən biznes ada əlavə

nəzərə alınmamalıdır. Əgər reyestr məlumatları elektron formada mövcuddursa, Ədliyyə

Nazirliyi Əlifba sırası ilə təşkil edilmiş kartotekanı ləğv edə bilər.

Estoniyanın Ticarət Qanununda “Trust” anlayışı nəzərdə tutulmayıb.

Ümumi tərəfdaşlıq və məhdud tərəfdaşlıq (General partnership (TU) or limited partnership

(UU)) Estoniya Respublikasında olan iki növ tərəfdaşlıqlardır. İki və ya daha çox fiziki şəxs

və ya hüquqi şəxs bu tərəfdaşlıqların təsisçiləri ola bilərlər. Hər iki tərəfdaşlıq hüquqi şəxs

hesab olunurlar2.

Fərdi müəssisə

Hər hansı fiziki şəxs fərdi müəssisə ola bilər. Əgər şəxs fəal hüquqi qabiliyyətli deyildirsə,

qanunvericiliklə nəzərdə tutulmuş həddə qədər qanuni təmsilçi şəxsin adından əməliyyat

aparır. Şəxsin fəal hüquqi qabiliyyəti məhdud olduğu təqdirdə o, qanunla nəzərdə tutulmuş

şərtlər daxilində qanuni təmsilçinin razılığı ilə əməliyyat apara bilər.

Fərdi müəssisə öz istəyi ilə kommersiya qeydiyyatına daxil edilə bilər. Fərdi müəssisə

Əlavə Dəyər Vergisi Qanununa uyğun olaraq Vergi İdarəsində vergi ödəyicisi kimi

qeydiyyatdan keçmişdirsə kommersiya qeydiyyatına daxil edilə bilər.

2 http://www.baltic-legal.com/estonia-company-formation-and-registration-eng.htm

Page 13: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ EYNƏLXALQ ... · idarəsi bütün trastlar üzrə səlahiyyətli vergi orqanı elan edilib. Çex Respublikasında kommersiya müəssisələrin