arayiŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/dünyada yüngül sənaye...

23
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ Dünyada yüngül sənaye klasterləri, mövcud vəziyyət və trendlər haqqında ARAYIŞ Hazırladı: Sənaye şöbəsinin Sənaye parkları və klasterləri sektorunun məsləhətçisi Elçin Novruzov BAKI - 2015

Upload: others

Post on 16-Sep-2019

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

AZƏRBAYCAN RESPUBLİKASI

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ

Dünyada yüngül sənaye klasterləri, mövcud vəziyyət və trendlər

haqqında

ARAYIŞ

Hazırladı:

Sənaye şöbəsinin Sənaye parkları və klasterləri sektorunun

məsləhətçisi Elçin Novruzov

BAKI - 2015

Page 2: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

2

Mündəricat

Klaster haqqında ümumi anlayış ............................................................................................................................. 3

Klasterləşmə prosesi............................................................................................................................................ 7

Beynəlxalq təcrübə .................................................................................................................................................. 9

Dünyadakı yüngül sənaye klasterlərinin mövcud vəziyyəti ................................................................................... 11

İtaliya ................................................................................................................................................................. 12

Dövlət dəstəyi ................................................................................................................................................ 13

Karpi klasteri .................................................................................................................................................. 14

Prato (yun məhsulları istehsalı) klasteri ........................................................................................................ 16

Montebelluna klasteri ................................................................................................................................... 17

Hindistan – Alaphuzza, Kerala – Hindqozu lifi üzrə ixtisaslanmış klaster .......................................................... 17

Türkiyə ............................................................................................................................................................... 18

Dənizli Ev Tekstili klasteri .............................................................................................................................. 19

Brendləşmə sahəsində vacib addımlar .......................................................................................................... 21

Türkiyədə klasterləşmənin SWOT təhlili........................................................................................................ 21

Digər .................................................................................................................................................................. 22

İstifadə olunmuş ədəbiyyat ................................................................................................................................... 23

Page 3: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

3

Klaster haqqında ümumi anlayış

Klaster modeli XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən bir

mexanizmdir və tətbiq edildiyi ölkələrin əksəriyyətində iqtisadi cəhətdən çox

əhəmiyyətli mövqeyə malikdir.

Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini

tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana

gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri

paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq

imkanlarına malik olan sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.

Eyni zamanda, klasterlərdə kiçik və orta sahibkarlıq subyektləri arasında həm

rəqabət, həm də əməkdaşlığın eyni anda təmin edilməsi nəzərdə tutulur. Klaster

daxilində bənzər sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət edir, həm də eyni

klasterdə birlikdə hərəkət edirlər. Burada sahibkarlıq subyektləri və digər iştirakçılar

rəqabət üstünlüyü əldə edilməsi üçün müştərək hərəkət edirlər. Belə bir sistem

çərçivəsində fəaliyyət göstərmələri kiçik və orta sahibkarlara rəqabət üstünlüyü

qazandırır. Nəticə olaraq bu sistemin tətbiqi ilə sahibkarlıq subyektlərinin xərcləri aşağı

düşür, marketinq imkanları genişlənir, məhsuldarlıq göstəriciləri yüksəlir, ixracları artır,

araşdırma və inkişaf etdirmə qabiliyyətləri güclənir. Bu isə yeni məhsulların bazara

çıxarılmasına, yeni şirkətlərin qurulmasına, məşğulluğun yüksəlməsinə, regionların

inkişafına və infrastruktur xidmətlərinin təkmilləşməsinə səbəb olur.

Klasterlər regionda mal və xidmətlərin ixracı vasitəsilə əhalinin maddi rifahının

artmasına xidmət edən və bir biri ilə əlaqəli olan sənaye sahələrinin qrup şəklində

yerləşməsidir. Klasterlərin tədarük zəncirinin bütün həlqəsini əhatə etməsi və dəstək

xidmətləri, həmçinin xüsusi infrastruktur təminatını özündə birləşdirməsi onları ənənəvi

istehsal sahələrindən fərqləndirir. Coğrafi olaraq mal və xidmətlərin axınının yüksək

olduğu ərazilərdə cəmlənən klasterlər ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradırlar.

Page 4: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

4

Klasterlər öz aralarında müəyyən oxşarlıqlar, əlaqələr və ya müxtəlif ticarət və

istehsal əlaqələri olan şirkət və müəssisələrin eyni coğrafi ərazidə fəaliyyət göstərməsi

ilə formalaşırlar. Burada ən vacib məsələ onların bir-birlərini tamamlamaları və öz

aralarında rəqabət şəraitində olmalarıdır. Klasterləri ancaq öz daxilində yer alan

şirkətlərlə məhdudlaşdırmaq düzgün deyildir. Klasterlərin əmələ gətirdikləri iqtisadi

dəyərin yaranmasında köməyi olan digər sektorlar, müəssisələr, qurumlar və institutlar

da klaster məfhumuna daxildirlər. Məsələn, məişət əşyaları istehsalı ilə məşğul olan

klaster yalnız məişət əşyası istehsalı ilə məşğul olan müəssisələri deyil, eyni zamanda

tədarükçüləri, köməkçi sənaye sahələrində fəaliyyət göstərən müəssisələri, avadanlıq

istehsalçılarını və lazımı infrastrukturu təmin edən digər qurumları da əhatə edir.

Klasterlər müştəriləri, pərakəndə satış vasitələrini və bir-birini tamamlayan malların

istehsalçılarını da əhatə edən geniş bir termindir. Buna görə də, təşkilat kimi kənardan

müdaxilə ilə yaradılan qurumlardan daha fərqli bir xüsusiyyətə malik olan klasterlər

xarici müdaxilə olmadan eyni regionda fəaliyyət göstərən, rəqabət qabiliyyətinə malik

olan, xarici bazara qarşı daha möhkəm və dayanıqlı vəziyyətə gətirilən müəssisələrdən

ibarət sistemlərdir.

Dövlət tərəfindən müəyyən stimullarla təmin olunan müəssisələrin müəyyən bir

coğrafi regionda qısa bir müddət ərzində əhəmiyyətli dərəcədə mənfəət əldə etməsi

uzun müddətli perspektivdə həmin müəssisələrin daha çox inkişafa ehtiyac hiss

etmələrinə və rəqiblərinin fəaliyyət göstərdikləri regionlara genişlənmələrinə gətirib

çıxarır. Bunun əsas səbəbi klasterlərin olduğu regionlarda müvafiq sahələrdə

ixtisaslaşmış və peşəkarlaşmış tədarükçülərlə, keyfiyyətli işçi qüvvəsi ilə, texniki bilik

və dəstəyi təmin edəcək qurumlarla əlaqələrin qurulmasının asan olması və bunun da

məhsuldarlığı artırmasıdır. Rəqib müəssisələrin eyni mühitdə fəaliyyət göstərməsi,

müştərilərin həmin regionda öz ehtiyaclarına görə ən sərfəli müəssisəni seçmələrini

asanlaşdırır. Belə bir vəziyyətdə müəssisələr arasındakı rəqabət artır və yeni

innovasiyaların tətbiqi sürətlənir. Bununla da müəssisələr həm yerli, həm də qlobal

bazarda rəqabət qabiliyyəti əldə edirlər.

Növlərinə görə klasterləri şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

Page 5: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

5

Coğrafi klasterlər – biznes şəbəkəsi, istehsalçılar, təchizatçılar və digər

əlaqədar qurumların eyni regionda fəaliyyəti nəticəsində yaranan klasterlərdir.

Sektoral klasterlər – eyni sektorda fəaliyyət göstərən biznes şəbəkəsi

tərəfindən yaradılan klasterlərdir.

Horizontal klasterlər – maddi və insan resurslarının birgə istifadəsi və

paylaşılması, həmçinin istehsal olunan məhsulların birgə satışının təşkili nəticəsində

yaranan klasterlərdir.

Vertikal klasterlər – məhsulların istehsalından başlayaraq son istehlakçıya

qədər olan təchizat zəncirini özündə əks etdirən klasterlərdir.

Klasterlər çox müxtəlif struktura malik ola bilərlər. Lakin əsas iştirakçılar qismində

son məhsul istehsalçıları, ixtisaslaşmış xammal və ya yarımfabrikat, avadanlıq, ehtiyat

hissəsi və digər məhsul təchizatçıları, maliyyə qurumları, müştərilər, ixtisaslaşmış

infrastruktur xidməti təminatçıları, təhsil, araşdırma və texniki dəstək təmin edən

qurumlar və standartlaşdırma agentlikləri çıxış edirlər.

Klasterə daxil olan sahibkarlıq subyektləri öz müstəqilliklərini itirmədən fəaliyyət

göstərə, ümumi istifadə üçün infrastruktur layihələri (ortaq araşdırma mərkəzi,

laboratoriya, anbar və s.) həyata keçirə bilərlər. Burada xammal tədarükündən,

məhsulun bazara çıxarılması mərhələsinə qədər olan bütün iş prosesində ortaq hərəkət

etmə imkanı əldə edilir ki, bu da daha ucuz xammal təminatı, məhsulların daha geniş

kütlələrə təqdim olunması, beynəlxalq sərgilərdə iştirak edilməsi və ixrac imkanlarının

genişlənməsi ilə nəticələnir. Nəticədə isə məhsulların əlavə dəyərinin artmasına

baxmayaraq, maya dəyəri nisbətən azalır.

Klasterlərin formalaşmasında əsasən aşağıdakı iştirakçılar yer alır:

- Kiçik və orta sahibkarlıq subyektləri;

- Xidmət tədarükçüləri (özəl və dövlət);

- Təhsil və araşdırma mərkəzləri;

- Sahibkarlıq qrupları (assosiasiyalar);

- Böyük sahibkarlıq subyektləri;

- Maliyyə qurumları və banklar;

Page 6: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

6

- Qeyri-hökumət təşkilatları (QHT-lər);

- Dövlət.

Klaster iştirakçıları və onlar arasındakı əlaqələr (klaster xəritəsi)

Klasterdə kiçik müəssisələr digər müəssisələrin bilik və təcrübəsindən istifadə edir,

eyni zamanda müəssisələr arasında təcrübəli mütəxəssislərin mübadiləsi işin

səmərəliliyinə müsbət təsir göstərir.

Klasterlər, müəssisələr arasında məlumat mübadiləsinin və əməkdaşlıq şəbəkəsinin

yaranmasında da mühüm rol oynayırlar. Bununla da müəssisənin təcrübələrinin nəticəsi

kimi meydana çıxmış ümumi bir bilik mənbəyi yaranır və bütün müəssisələr bu

mənbədən faydalana bilirlər.

Bundan başqa, klaster daxilində bütün sahələrə deyil, müəyyən sahələrə yönəlmək

imkanı mövcuddur ki, bu da müəssisələrin əməkdaşlığı nəticəsində meydana çıxmış

əmək bölgüsünün təzahürüdür.

Klasterlərin başqa bir üstün cəhəti müəssisələrin inkişafı və rəqabət

qabiliyyətlərinin artırılması, eləcə də qarşıda duran məsələlərin asanlıqla həlli

imkanlarının mövcud olmasıdır. Ümumi ehtiyac, çətinliklər və çatışmazlıqların

BEYNƏLXALQ FAKTORLAR

DÖVLƏT SİYASƏTİ

Xidmət sahəsi:

(Dizayner, sınaq laboratoriyası, nəqliyyatçı, maliyyəçi, idxal agentliyi və s.

Dəstək və xidmət qurumları (dövlət və özəl)

Xammal

tədarükçüləri

Avadanlıq

tədarükçüləri

Satış

agentlikləri

Birbaşa

müştərilər

İstehsal sistemi

Sahibkar Sahibkar

Sahibkar

Sahibkar Sahibkar

Sahibkar

Page 7: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

7

müəyyənləşdirilməsi, müəssisələrin dövlət və digər qurumlar tərəfindən dəstəklənməsi

ilə bağlı daha məqsədyönlü addımların atılmasına və səmərəli qərarların qəbul

edilməsinə şərait yaradır, bununla da müəssisənin inkişafına təkan verir.

Vacib məqamlardan biri də klasterlər çərçivəsində universitetlər və digər təhsil

müəssisələri ilə sənaye müəssisələri arasında daha yaxın əlaqələrin qurulmasının

əlverişli olmasıdır. Eyni sahədə və eyni coğrafi ərazidə toplanmış, bir-biri ilə əlaqədə

olan rəqabətə açıq müəssisələr həmin sahənin inkişafına köməklik göstərəcək təhsil

müəssisələrinin regionda qurulmasını asanlaşdırır. Stanford Universitetinin Silikon

Vadisi klasterinin yaxınlığında yerləşməsi, innovativ texnologiyalar sahəsində

ixtisaslaşmış klasterlərin Massaçusets Texnologiya İnstitutunun (MIT) və ya Kembric

Universitetinin ətrafında fəaliyyət göstərmələri buna misal ola bilər.

Klasterləşmə prosesi

Klasterləşmə prosesini şərti olaraq 4 mərhələyə bölmək olar:

1. Müəssisələrin bir regionda fəaliyyəti

Birinci mərhələdə bir-biri ilə heç bir əlaqəsi olmayan və istehsal olunan məhsulu

bilavasitə istehlakçılara çatdıran müəssisələr hər hansı bir regionda fəaliyyət göstərir.

Bu mərhələdə klasterlərin yaradılması üçün ilk öncə rəqabət gücü yüksək olan sahələr

və onların sayı müəyyənləşdirilir, müəssisələrin cari vəziyyəti və digər sahələrdə

fəaliyyət göstərən müəssisələrlə əlaqələri təhlil edilir.

2. Yeni yaranmağa başlayan klasterlər

İkinci mərhələdə klasterlərin təşkil olunacağı sahə müəyyənləşdirilir və dövlət

təşviqləri, eləcə də lokal sosial fəaliyyətlərin təsadüfi şəkildə formalaşması ilə, regionda

mövcud olan təbii sərvətin ətrafında öz-özünə klasterlər yaranır. Bir regionda oxşar

məhsullar istehsal edən müəssisələrdən biri öz istehsal həcmini ötüb keçən bir sifariş

aldığı təqdirdə, qonşu müəssisələrdən biri və ya bir neçəsi ilə danışıqlar apararaq alınan

sifarişin birlikdə ödənilməsini təklif edə bilər.

Page 8: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

8

3. İnkişaf etməkdə olan klasterlər

Üçüncü mərhələdə digər sosial mexanizmlərin köməyi ilə klasterlərin inkişaf

etdirilməsi nəzərdə tutulur. Məsələn, bir regionda 5 iplik, 15 parça istehsalı və 25

trikotaj sexinin mövcud olduğunu fərz edək. Bu sexlərin 80%-nin üzv olduqları bir

parça istehsalçıları dərnəyi təsis edilir. Regionda yerləşən universitet isə tekstil

mühəndisliyi təhsili verir. Dərnək tərəfindən regionun tekstil istehsalçılarının

potensialının artırılması üçün hazırlanan qrant layihəsinə əsasən universitetin

laboratoriyası yenidən qurularaq tekstil istehsalı üçün zəruri olan təcrübə-sınaq

avadanlıqları ilə təmin olunur. Bu mərhələdə QHT tipli müxtəlif institusional

mexanizmlərin dəstəyindən geniş istifadə olunur.

4. Formalaşmış klasterlər

Dördüncü mərhələdə klasterin tam formalaşması başa çatır, şirkətlər, təhsil

müəssisələri, sənaye palataları və digər qurumlar klaster çərçivəsində harmoniyalı

şəkildə fəaliyyət göstərirlər.

Klasterin inkişaf etdirilməsi prosesində ən vacib məqamlardan biri də Agentin

müəyyənləşdirilməsidir. Klasterin fəaliyyətlərinin koordinasiyası və inkişaf etdirilməsi

məqsədilə müvafiq sahədə dövlət siyasətini həyata keçirən səlahiyyətli orqan tərəfindən

Agent müəyyənləşdirilir. Agentin fəaliyyətinin əsasını müəyyən dövr ərzində klasterin

inkişaf strategiyasının müəyyənləşdirilməsi və icrası təşkil edir. Sənaye, xüsusilə də

kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində ixtisaslaşmış agent klaster

daxilindəki müəssisələr arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, sahibkarlar

arasında etibarlılığın artırılması və digər məsələlərlə məşğul olur.

Agent müəyyənləşdirildikdən sonra, aşağıda göstərilən istiqamətlər üzrə ətraflı

tədqiqat aparılaraq iqtisadi vəziyyətin öyrənilməsi vacibdir:

1. Klasterləşməsi nəzərdə tutulan regionun sosial-iqtisadi və institusional

mühitinin öyrənilməsi;

2. Stimullaşdırıcı tədbirlərin görülməsi üçün potensial imkanların və sahələrin

müəyyənləşdirilməsi;

Page 9: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

9

3. Klaster agenti ilə klasterin iştirakçıları arasında institusional etibarlılığın

qurulması;

4. Strateji planlaşdırma və fəaliyyət planı.

Klaster barədə tədqiqatın həyata keçirilməsindən sonra klasterin gələcək inkişaf

istiqamətləri müəyyənləşdirilir. Bu istiqamətlər mütəmadi olaraq nəzərdən keçirilir və

dəyişən şərtlərə uyğunlaşdırılır. Fəaliyyət planı isə inkişaf istiqamətində qarşıya qoyulan

hədəflərə çatmaq üçün həyata keçiriləcək tədbirləri özündə əks etdirir. Fəaliyyət

planında nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılır. Agent burada ümumi fəaliyyəti

və prosesi nəzarətdə saxlayaraq klasterin inkişafına kömək edir. Daha sonrakı

mərhələdə isə davamlı olaraq klasterin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi

aparılır.

Beynəlxalq təcrübə

Ölkə ərazisində klasterlərin yaradılması ilə əlaqədar olaraq dünyanın bəzi

ölkələrinin bu sahədə təcrübələri araşdırılmışdır. Müəyyən olunmuşdur ki, klaster

modeli, xüsusilə XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən bir mexanizmdir

və bu modelin tətbiq edildiyi ölkələrin əksəriyyətində klasterlər iqtisadi cəhətdən çox

əhəmiyyətli mövqeyə malikdir. Klasterlərin ən yaxşı inkişaf etdiyi ölkələrə nümunə

kimi, İtaliya, Almaniya, İngiltərə, İsveç, Yaponiya, Fransa, ABŞ, Çin, Hindistan,

Pakistan, Braziliya, Meksika və s. göstərilə bilər. Təyinatına görə klasterlər sənayenin

bütün sahələrini əhatə edir və Sinqapur, Malayziya, Tayvan və digər ölkələrdə yüksək

texnoloji məhsul istehsalına stimul verir.

Ənənəvi sənaye istehsalı ilə məşğul olan klasterlərə bəzi Avropa ölkələrini nümunə

göstərmək olar. Belə ki, İtaliyanın müxtəlif sektorları əhatə edən və yüksək keyfiyyətli

məhsulları ilə böyük həcmli ixracı həyata keçirən tekstil, dəri, zərgərlik məmulatları,

optik şüşələr və s. klasterləri bu sahədə böyük təcrübəyə malikdir. İtaliyanın “Made in

Italy” olaraq dünyada məşhurlaşmasının əsas səbəblərindən biri bu ölkədə inkişaf etmiş

klasterlərin mövcudluğudur. Həmçinin bir sıra kosmetika və tekstil məhsulları istehsalı

ilə məşğul olan “Gucci”, “Armani”, “Genny”, “Byblos”, “Guigiaro Valentino”, “Yves

Page 10: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

10

Saint Laurent”, “Burberry”, “Dizel”, “Christian Dior” və s. brendlərin uğur

qazanmasının və Asiya ölkələrinin irimiqyaslı istehsal gücü ilə rəqabət apara bilməsinin

əsas səbəblərindən biri müvafiq sahələrdə klaster modelinin tətbiq olunmasıdır.

Tanınmış italyan klasterlərinə nümunə kimi Prato (yun trikotaj), Trevisio (toxuma),

Reggio Emilia (kənd təsərrüfatı maşınqayırması), Bologna (avtomat maşınlar) və

digərləri göstərilə bilər.

İsveçdə ümumi ixracın 50%-dən çoxu (nəqliyyat, meşə məhsulları, metal və s.)

sənaye klasterləri vasitəsilə həyata keçirilir. “Tuttlingen” (cərrahi avadanlıqlar),

“Munich” (avtomobil) və “Frankfurt” (kimyəvi məmulatlar) Almaniyanın məşhur

klasterlərindəndir. ABŞ-da isə, “Silikon vadisi” İKT üzrə, “Hollywood” əyləncə üzrə,

Nyu-York maliyyə bazarları üzrə, Naorth Carolina mebel üzrə dünyada ən çox tanınmış

klasterlərdən sayılır. Klasterlər inkişaf etməkdə olan bir çox ölkələrin iqtisadiyyatında

da əhəmiyyətli yer tutur. Bu ölkələrə Braziliyanı (dəri və dəri ayaqqabılar), Meksikanı

(maşınqayırma, ayaqqabı), Hindistanı (trikotaj, milli hazır geyim, daş-qaş və zərgərlik

məmulatları, dəri və dəri məhsulları, əl işləri və s.) misal göstərmək olar.

Belə dövlətlər iqtisadi siyasət vasitələri və investisiyaların stimullaşdırılması yolu

ilə klasterlərin inkişafını dəstəkləyərək, biznes mühitinin inkişafı istiqamətində müxtəlif

tədbirlər həyata keçirirlər. Hazırda qlobal rəqabət şəraitində inkişaf səviyyəsindən asılı

olmayaraq dünyanın bir çox ölkələrində kiçik və orta sahibkarlığın rəqabətə

davamlılığının təmin olunması, o cümlədən, xammal əldə etmə, istehsal prosesində

yenilik tətbiq etmə, marketinq, məhsulların bazara çıxarılması və s. mövzularda yaranan

problemlərin klasterlərin tərkibində, eləcə də digər iqtisadi subyektlərlə aktiv

əməkdaşlığın qurulması ilə aradan qaldırılması daha asandır.

Beynəlxalq təcrübəyə müraciət etsək, klasterlərin yaradılması prosesində

dövlətlərin birbaşa iştirak etmədiyini müşahidə edərik. Klasterlər uzun dövr ərzində

formalaşır və dövlətlərin hər hansı bir birbaşa müdaxiləsi ilə klasterlərin yaradılması

təcrübəsinə rast gəlinmir. Lakin, yaranmış və formalaşmış klasterlərin dövlətlər

tərəfindən müxtəlif tədbirlərlə dəstəklənməsinə dünya təcrübəsində çox rast gəlmək

Page 11: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

11

olar. Klasterdə fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərlə təmin edilməsi ən

başlıca dəstək mexanizmlərindən biridir.

Dünyadakı yüngül sənaye klasterlərinin mövcud vəziyyəti

Yüngül sənaye – toxuculuq tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və

xalçaçılıq sahələrindən ibarətdir. Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan),

heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni və sintetik liftlər verən kimya

sənayesi ilə sıx əlaqədardır. Süni lif oduncaqdan hazırlanmış kimyəvi liflərdən (viskoz,

asetat və s.) sintetik lif -neft, qaz və kömürdən düzəldilmiş liflərə (kapron, lovsan və s.)

deyilir.

Yüngül sənaye dünyanın bir çox ölkəsində aparıcı sahələrdən biridir. XX əsrin II

yarısından başlayaraq - bol xammal və ucuz işçi qüvvəsinə malik İnkişaf etməkdə olan

ölkələrin bu sahədə payı artmışdır. (Xüsusilə pambıq parça istehsalında)

1. Pambıq parça - Çin, Hindistan, Misir, Pakistan, Meksika, Braziliya, Argentina kimi

İEOÖ-də toxunur. Bu sahənin İEÖ-ə nisbətən İEOÖ-də daha sürətlə inkişaf etməsinə

səbəb yerli pambıq xammalının bolluğu, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması

(pambıq parça daha ucuzdur), iqlim şəraitidir (əksər IEOÖ –lər pambıq becərilən tropik

və subtropik iqlim qurşaqlarında yerləşir).

2. Kimyəvi lifdən toxunan parça - ABŞ, Yaponiya və s. İEÖ-də.

3. Ipək parça - ABŞ, Yaponiya, Çin, Hindistan

4. Yun parça - Italiya, Rusiya, Çin, Yaponiya, ABŞ

5. Kətan parça - Rusiya, Belorus, Ukrayna, Fransa

6. Çit parça – Hindistan, Banqladeş, Pakistan, Çin

ETİ dövründə təbii lifdən toxunan parçaların miqdarı azalmış, kimyəvi lifdən

toxunan parçaların miqdarı isə artmışdır. Pakistan, Hindistan, Çin, Misir, Tayvan,

Koreya, Braziliya kimi İEOÖ-lər ucuz işçi qüvvəsi və bol xammal hesabına əsas təbii

parça ixrac edən ölkələrə çevrilmişlər.

Tekstil sənayesi inkişafda olan ölkələrin iqtisadi inkişafı dövründə mühüm rol

oynayan bir sənaye növüdür və sənayeləşmə dövrünün ilk başladığı sektorlardan biridir.

Page 12: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

12

Günümüzdə də bu sənaye sərmayə çətinliyi yaşayan, ucuz işçi qüvvəsinə sahib

inkişafda olan ölkələrin iqtisadi inkişaflarında oxşar bir rol oynamaqdadır.

İtaliya

İtaliyanın klasterləşmədə əldə etdiyi uğur İtalyan təcrübəsi olaraq bütün dünyada

nümunə kimi istifadə olunur. 1970-ci illərin sonundan etibarən ölkənin mərkəzinin bir

hissəsini və Şimali İtaliyanı əhatə edən Üçüncü İtaliya (Third İtaly), ardıcıl əldə edilmiş

sənayeləşmə uğurlarında kiçik və orta sahibkarlığın çoxluq təşkil etdiyi bölgəni

müəyyən etmək üçün istifadə olunmuşdur. Kiçik və orta sahibkarlığın və dolayısıyla

Üçüncü İtaliyanın sürətlə böyüməsi firmaların müəyyən sektorlarda və bölgələrdə

klasterləşməsinə əsasən həyata keçirilmişdir.

İtaliya tekstil ilə yanaşı, keramika və mebel sahəsində də klasterləşmə uğuru

qazanmışdır. Ayaqqabı, dəri çanta, trikotaj, mebel, keramika və musiqi alətləri istehsalı

üçün lazım olan avadanlıqların təminatında bəzi klasterlər dünya miqyasında

güclənmişlər. İstehsalatda və ixracatda əldə etdikləri bu uğuru 1970 və 80-ci illərdə,

ənənəvi məhsullarda, məsələn ayaqqabı istehsalında, İngiltərə və Amerikada böyük

şirkətlərin iflasa uğradığı bir zamanda əldə etmişdilər.

Ən yaxşı təcrübələr sırasında olan Assopiastrelle İtaliya Keramika Klasteri milli

səviyyədə təşkilatlanmış və müstəqil bir klasterdir. Bu klasterin əsas məqsədi, üzv olan

şirkətlərlə istehsalatda qarşılaşdıqları problemlərin həllinə yardım etməkdir.

Assopiastrelle tərkibindəki müəssisələrə müxtəlif bilik, texniki yardım və müşavirlik

xidmətləri təklif edir. Sənayedə istehsala yönlü daxili əlaqələrdə və peşə təhsilində, ətraf

mühitin qorunmasında, nəqliyyatda, xam maddə və enerji qənaətində, texniki standartlar

və keyfiyyətdə, maliyyə sahəsindəki qanunvericilikdə və xarici ticarətdə aktiv bir rol

oynayan bu klaster, bir çox statistik məlumat, iqtisadi tədqiqat, bazar araşdırması və

mütəxəssis nəşrləri hazırlayır. Bundan başqa ölkə daxilində və xarici ölkələrdə sahənin

inkişafı ilə bağlı sərgilər, konfranslar və iclaslar, mədəni fəaliyyətlər də bu klaster

tərəfindən həyata keçirilir.

İtaliyada yaradılmış və uğur qazanmış sənaye zonalarının ortaq xüsusiyyətləri

aşağıdakılardır:

Page 13: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

13

Müəssisələrin bir-birinə coğrafi olaraq yaxınlığı

Sektoral ixtisaslaşma

Əsasən kiçik və orta müəssisələr əsasında təşkilatlanma

Firmalar arası korporativ əməkdaşlıq

Yeniliklərə açıq firmalar arası rəqabət

Üzv qurumlar arasında etibar

Öz-özünü dəstəkləyən aktiv təşkilatlar

Dəstəkləyici regional və yerli orqanlar

Dövlət dəstəyi

İtaliyada klasterləşmənin uğur qazanmasında dövlət dəstəyi ilə təqdim olunan və

ixtisaslaşmış sənaye zonalarının ehtiyaclarına özəl olaraq nəzərdə tutulan idarəetmə

xidmətlərinin yaxşı təsiri olduğu bilinir. 56 bölgədə 130-dan çox idarəetmə xidmətləri

göstərən xidmət mərkəzləri yerləşir. Bu mərkəzlər çox əhatəli xidmətlər təklif edir:

Təminat krediti

İxrac sığortası

Reklam sərgiləri

Bazar qiymətləndirilməsi ilə bağlı məlumat əldə olunması

Müştəri qiymətləndirilməsi

Müşavirlik

Təhsil

Tullantıların idarə olunması

Tullantılara nəzarət

Keyfiyyət sertifikatı və ticarət brendlərinin mükafatlandırılması

Məhsulun təşviqi

Yeniliklərin dəstəklənməsi

Xammalın topdan alınması

Məhsulların sınağı

Page 14: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

14

Bu mərkəzlər effektiv bir platforma, müştəriyə fokuslanmış, yerli iqtisadiyyatla

bütünləşmiş bir idarəetmə, güclü idarəetmə potensialı təmin edərək uğurun əldə

edilməsində vacib rol oynayırlar.

İtaliyadakı tekstil və trikotaj sahəsində həyata keçirilən klasterləşmə modeli son

dərəcə uğurlu təcrübələrdən biri olaraq göstərilir. İtaliyada Karpi və Prato tekstil

sahəsində, Arzignano dəri sahəsində uğurlu klaster modelləri arasındadır.

Karpi klasteri

Karpi klasteri mərkəzi İtaliyada Po çayının deltasında yerləşən Emiliya Romagna

bölgəsində yaradılıb. Karpi klasterinin 50 %-ni 9 nəfərdən çox işçisi olmayan 2000-ə

qədər kiçik müəssisələr təşkil edir. Bu müəssisələrdə toplam 11,491 nəfər işçi çalışır.

Şirkət və işçi sayı olaraq Karpi klasteri tekstil üçün İtaliyadakı ən önəmli addımlardan

biridir. Bu sektorda xidmət göstərən İtalyan firmalarının 21%-i bu bölgədə

toplanmışdır. Klaterləşmə nəticəsində həyata keçirilən illik satışın məbləği ixracatdan

əldə edilən gəlirin 36%-nə bərabərdir. Klasterin ixracatının 82%-i Avropa ölkələri ilə

həyata keçirilmişdir.

Klasterin mərkəzində bir qrup istehsalatçı və tekstil sektorunda fəaliyyət göstərən

500-ə yaxın müəssisədən (55%-i mikro, 45%-i kiçik və orta) ibarət olan CİTER

(Emiliya Romagna Tekstil Məlumat Mərkəzi) yerləşir. CİTER-ə Karpi bələdiyyə

məclisi və Ticarət Palatası ilə yanaşı bəzi yerli nazirlər də dəstək vermişdir. CİTER

1976 və 1979-cu illərdə bölgədə həyata keçirilən iki önəmli tədris fəaliyyətləri

nəticəsində 1980-cı ildə Emiliya Romagnada tekstil və geyim sektorunda fəaliyyət

göstərən müəssisələri dəstəkləmək məqsədilə yaradılmışdır. İtaliyanın ən əsas

innovasiya xidmət mərkəzlərindən biri olaraq qiymətləndirilən CİTER müştərilərinə

tekstil sənayesində modanın inkişafı, yeni istehsal texnologiyalarının tətbiqi və başda

texnoloji mövzular olmaq şərti ilə müxtəlif sahələrdə xidmət tədarükçülərinə çıxış

sahəsində xidmət göstərir. Mərkəz, müştəri namizədlərinə rəqabətqabiliyyətli olmaları

üçün vacib mövzularda məlumatın çatdırılmasını təmin edir. Bu mövzular əsasən bu 4

başlıqda toplanmışdır:

Page 15: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

15

Rənglər, parçalar və moda trendləri

Ölkə və beynəlxalq bazarlardakı vacib yeniliklər

İstehsal texnologiyasında yeniliklər

İxtisaslı sub-podratçıların mövcudluğu

Mərkəz, bunlara əlavə olaraq yerli kiçik və orta müəssisələrin məlumat

üstünlüklərindən faydalanması və vasitələrə çıxış əldə etmələri üçün seminarlar həyata

keçirmiş, nəşrlər yayınlamışdır. Sərgilər keçirərək İtaliya və Avropadakı şirkətləri

dəstək layihələrində bir araya gətirmişdir. İtaliya şirkətləri ilə Şərqi Avropa və Latın

Amerika şirkətləri arasında münasibətlərin qurulmasını dəstəkləmişdir. Universitetlər,

Milli Araşdırma Mərkəzi, Avropa Birliyi, Sənaye Zonaları Mərkəzi kimi beynəlxalq

qurumlar tərəfindən maliyyələşdirilən pilot layihələrdə kütləvi olaraq iştirak etmişdir.

CİTER 1980-cı illərdə bölgə şirkətlərinin hazır geyim məhsulları istehsalına

keçməyində mühüm rol oynamışdır. Mərkəz tərəfindən həyata keçirilən təlimlərin daha

çox müəssisəyə çatdırılması üçün yerli sahibkarlara dəstək təmin etmiş, özəl sektorun

nümayəndələri də bu təlimləri inkişaf etdirərək tamamlayıcı təlimlər təqdim etmişlər.

Təlimlər, mərkəzin işçiləri ilə müəssisələr arasındakı əməkdaşlığı artıraraq bir-birlərini

tanımalarını təmin etmiş, nəticə olaraq müəssisələrin uzun müddətli dəstəyə ehtiyacı

olduqlarını ortaya çıxarmışdır. Bu vəziyyət, mərkəzin müəssisələrin ehtiyaclarını

ödəyərək bundan fayda götürənlərinə yenilənmiş məlumatları təqdim edən bir quruma

çevrilməsinə səbəb olmuşdur. Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi və

veriləcək xidmətlərin qiymətləndirilməsində hər hansı problem yaşanmamışdır. Eyni

şəkildə bölgə inkişafı agentliyinə, sektorun ehtiyaclarına yönəlik analiz nəticələrini

təqdim etmiş və ehtiyac duyulan dəstəkləri müəyyənləşdirmişdir. Bu yaxın işbirliyi

sayəsində mərkəzin yenidən təşkilatlanma üçün ehtiyac duyduğu mənbələrin bir

bölümünün bölgə inkişaf agentliyi tərəfindən həyata keçirilməsi mümkün olmuşdur.

CİTER, hazır geyim məhsullarının istehsalı və marketinqi prosesini uğurla idarə

etmiş, beləliklə 1980-cı illər ərzində etdiyi xidmətlərə olan tələbin artması ilə davamlı

bir gəlir mənbəyinə sahib olmuşdur. Ancaq 1990-cı illərdə bölgə iqtisadiyyatı çox

Page 16: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

16

böyük bir iqtisadi böhranla qarşılaşmışdır. Təxminən 600 firma fəaliyyətini dayandırmış

(1988-ci ildə mövcud olan firmaların dörddə biri) və 4000 nəfər iş yerini itirmişdir.

Yerdə qalan müəssisələrin çoxu podratçılıq xidmətlərinə yönəlməyə və modaya yönəlik

investisiyalardan imtina etməyə qərar vermişdilər. Bölgənin böyük müəssisələrinin əsas

bir hissəsi isə bölgə xaricindən gələn böyük investorlar tərəfindən satın alınmış və bu

vəziyyət dizayn mərkəzinin bölgə xaricinə yönəlməsinə səbəb olmuşdur. Nəticə olaraq

CİTER xidmətlərinə olan tələb sürətlə azalmışdır. Mərkəz, gəlirlərinin azalması səbəbi

ilə həm işçi sayını, həm də göstərilən xidmətləri nəzərdən keçirdərək fəaliyyətini

yenidən qurmuşdur. Mərkəz xidmətləri daha çox ödəmə edən şirkətləri saxlamaqla

yenidən təsnifatlandırmış və “açıq qapı” siyasətindən imtina etmişdir.

Prato (yun məhsulları istehsalı) klasteri

Tekstil sektorunda Prato yun məhsullarının istehsalında ixtisaslaşmış bir bölgədir.

Bölgədə sənaye məşğulluğunun 80%-i kiçik və orta sahibkarlar tərəfindən həyata

keçirilir. Pratonun iqtisadiyyatında önəmli bir yeri olan kiçik və orta sahibkarlar öz

aralarında vertikal və horizontal əlaqələr yaradaraq İtaliyanın toplam tekstil ixracatının

təqribən 20%-ni həyata keçirmişdir. Bölgədəki ixracatçılar yun məhsulları sifarişlərini

toxuculuq müəssisələrinə paylayır, toxucular da bu sifarişlər əsasında yunlu iplik

istehsalı sahəsində ixtisaslaşmış müəssisələrdən yarımfabrikat məhsullar alır. Bütün bu

işbirliyinin həyata keçirilməsində Prato Sənaye Birliyinin təsiri olmuşdur.

Prato uğurunun təməlində 2 faktor durur. Bunlardan 1-cisi Pratodakı yun

toxumaçılığı istehsalında uzun müddət standart məhsullardan modaya uyğun özəl tələbə

yönəlik və fərqli tələbi qarşılayan məhsul prosesinin həyata keçirilməsidir. İkinci faktor

isə tarixən inteqrasiya olunmuş müəssisələrdə istehsal edilən məhsulun ixtisaslaşan

müəssisələrə keçidinin təmin olunmasıdır. Kiçik və orta sahibkarların sahib olduqları

texnoloji potensialdan əlavə olaraq bir-birləri ilə kooperasiya əlaqələrinin və yeni

məhsulların inkişafı istiqamətində atılan addımların nəticəsi olaraq Pratoda yeni sənaye

bölgəsi infrastrukturu yaranmışdır.

Page 17: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

17

Montebelluna klasteri

500 müəssisə, 9100 işçiyə sahib olan Montebelluna bölgəsində İtaliyanın:

Velosiped ayaqqabısı istehsalının 60%-i;

Xizək ayaqqabısı və təkərli ayaqqabılar istehsalının 80%-i həyata keçirilir.

Qeyd olunan bölgə dünya istehsalatında isə:

Təkərli ayaqqabılarda 25%

Atletizm ayaqqabılarında 50%

Xizək qayıqlarında 75%

Motosiklet qoşqularında isə 80% paya sahibdir.

İtaliya nümunəsi uğurlu klasterləşmə proyektlərinin ortaq xüsusiyyətlərini

meydana çıxardır. Klasterləşmədə uğurun sirləri:

- Paylaşma;

- Yerli idarəetmə kimi 3-cü tərəflərin daxil olduğu qurumlar;

- Klasterləşmə anlayışının iş prosesindəki bütün iştirakçılar tərəfindən qəbul

edilməsi kimi anlaşılır.

Hindistan – Alaphuzza, Kerala – Hindqozu lifi üzrə ixtisaslanmış klaster

Hindistan, dünya hindqozundan hazırlanmış döşəmələr və döşəmə bezləri

bazarının 80%-inə sahibdir və bunun 90%-i Kerala bölgəsinin payına düşür:

İxracat : 500 milyon dollar/illik

Klasterə daxil olan təxminən 60-a yaxın müəssisə

Coir Board (Koko Lif Platforması) idarəedici orqan olaraq fəaliyyət

göstərir.

Hədəflənən layihənin inkişaf sahələri aşağıdakı kimidir:

Page 18: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

18

İstehsalat (texnologiya, proseslər, tədqiqat və inkişaf, dizayn, keyfiyyət,

paketləmə)

Maliyyə (kreditlər, kapital, törəmə fəaliyyətlər, fondlar)

Marketinq (daxili bazar, ixracat, brend, sərgi, xammal, kommunikasiya)

Təşkilatlanma (təhsil, intellektual hüquqlar, informasiya texnologiyaları,

anbar nəzarəti, qanunvericilik və inzibati idarəetmə, loqistika, xarici

resurslar)

Həyata keçirilən tədbirlər:

Yeni yaradılan və təcrübəli müəssisələr üçün sahibkarlıq və idarəetmə

təlimləri;

Biliklərin nəqli, texnologiyaların transferi və tənqidi fəaliyyətlər;

Kiçik və orta sahibkarlarla böyük müəssisələr arasında əlaqə yaratmaq;

Kiçik və orta sahibkarlara xidmət göstərən firmaların inkişafını və

işbirliyində olmalarını təşviq etmək (dövlət və özəl sektor).

Türkiyə

Hal-hazırda tekstil sektoru Türkiyə emal sənayesi içində önəmli bir yerə sahibdir.

Emal sənayesi içində işçi qüvvəsində, istehsalatda və ixracatda 1-ci yerdədir. Türkiyə

iqtisadiyyatı içində tək sektorun bu ölçüdə böyük paya sahib olmağı bu sektordakı

yeniliklərin bütün iqtisadiyyata təsir etməsinə səbəb olacaqdır.

Klasterlərin yaradılması, təşkili və inkişaf etdirilməsi Türkiyədə hərtərəfli təşviq

edilməkdədir. Klaster siyasətinin həyata keçirilməsində əsas mərkəzi icra hakimiyyəti

orqanı Elm, Sənaye və Texnologiya Nazirliyidir.

Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən klasterləşmənin başlaması

şirkətlərin bu strukturda yer alaraq xərclərini azaltmaları və lazımi əməkdaşlıq

mühitinin möhkəmləndirilməsi məqsədilə 2013-cü ildə “Klasterləşməyə Dəstək

Proqramı” elan olunmuşdur.

“Klasterləşməyə Dəstək Proqramı”nın əsas hədəfləri aşağıdakılardır:

Page 19: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

19

Türk sənayesinin rəqabət qabiliyyətinin, məhsuldarlığının və

yenilikçiliyinin yüksəldilməsi

Qlobal ixracdan daha çox pay alınması

Əsas olaraq yüksək texnologiya məhsullarının istehsalı

Bacarıqlı işçi qüvvəsi, eyni zamanda ətraf mühitin və cəmiyyətin

tələblərinə qarşı həssas bir sənaye infrastrukturunun qurulması

Şəkil: Türkiyədə tekstil klasterlərinin bölgələrə görə yerləşməsi və vəziyyəti

Dənizli Ev Tekstili klasteri

Türkiyənin ən çox ixracat edən 7-ci bölgəsi olmağı davam etdirən Dənizli rəsmi

statistikalarda 2 milyard 757 milyon dollar olan toplam ixracatının 51%-ni tekstil və

trikotaj sektorunda həyata keçirir. Dənizli Ev Tekstili Klasteri Türkiyənin 2-ci böyük

klasteri olaraq göstərilir. Dənizli, Uşak ilə birlikdə 2007-ci ilin mart ayından başlayan

Milli Klasterləşmə Siyasətinin İnkişafı çərçivəsində yer alan 10 iş klasterindən biridir.

Müəssisələr, dövlət qurumları, qeyri-hökumət təşkilatları, tədqiqat qurumları və digər

əlaqədar qurumların iştirakı və köməkliyi ilə qurumlar arası şəbəkə yaradılmasına aid

Page 20: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

20

bir yol xəritəsi hazırlanmışdır. Yol xəritəsində altı klasterləşmə fəaliyyəti göstərilmişdir.

2009-cu ildə tamamlanan proyektin davamı olan Kiçik və orta müəssisələrlə İşbirliyi və

Klasterləşmə Layihəsində yer almamışdır.

Dənizli Ev Tekstili Klasterinin tanınmasında və inkişafında rol oynayan əsas

faktorlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Bunları Müştərilərlə əməkdaşlıq, bazarın

ətraflı öyrənilməsi, standartlara uyğunluq, beynəlxalq brendə çevrilmə yönündəki

fəaliyyətlər və sair kimi xülasə edə bilərik.

Əsas uğur ünsürləri Fəaliyyətlər

Müştərilər ilə əməkdaşlıq şəraitində

fəaliyyətlərin həyata keçirilməsi

Müştərilərlə əlaqələrin idarə olunması

şəbəkəsi

Bazarı mənimsəmək Ev tekstili, dəb və marketinq sahəsində

“Klaster İxtisas Mərkəzi”

Standartlara uyğunluq və

sertifikatlaşdırmada liderlik

Klaster daxilində məhsul standartlarının

yüksəldilməsi

Beynəlxalq brendə çevrilmə Dənizli ev tekstilinin re-brendinqi

Ətraflı innovasiya Təcrübə - Tədqiqat Mərkəzi

Güclü liderlik qabiliyyəti Klaster orqanlarının təşkili

Klasterdə 165 min nəfərdən təxmini 70 mini tekstil sektorunda çalışarkən,

Türkiyənin ən çox ixrac edən 7-ci bölgəsi olan Dənizlinin 2011-ci ildə Türkiyə

İxracatçılar Məclisinin qeydlərinə əsasən 2 milyard 757 milyon dollar ixracatın 1

milyard 400 milyon dollarını tekstil və trikotaj məhsulları əhatə etmişdir. İxracatının və

istehsalın əsas hissəsini məşhur brendlərə yönləndirən Dənizlidə tekstil və trikotaj

sektoru son illərdə tədqiqat və brendləşmə fəaliyyətləri ilə qlobal rəqabət şəraitində öz

mövqeyini qoruyub, əlavə dəyərini artıraraq məhsulunu daha baha qiymətə satmağı

hədəfləyir. 2000-ci illərdən bu yana brendləşmə üçün çalışmalar həyata keçirilən

sektorun 2008-ci ildə yaşanan qlobal iqtisadi böhrandan olduqca təsirləndiyi görülür.

2009-cu ilin sonundan etibarən böhranın təsirləri azalmışdır.

Page 21: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

21

Brendləşmə sahəsində vacib addımlar

Dənizli tekstil və trikotaj sektorunda fəaliyyət göstərən bir çox firmalar öz

brendlərini yaratmaq üçün çalışırlar. Kocaer Tekstil Çakra, Eke Tekstil Hamam, Başarı

Tekstil İssimo, Nesa Tekstil Deco Bianca, Gökhan Tekstil Soft Cotton, Oğuzlar Tekstil

Zugo, Ozan Tekstil Hobby, Altınbaşak Tekstil Altınbaşak markaları milli və beynəlxalq

arenada tanınan brendlərdir. Xüsusi ilə Hamam və Çakra ölkə daxilində və xaricində

kifayət qədər məşhur olan brendlərdir. Brendləşmə ilə yanaşı yenilikçi (innovativ)

məhsullar istehsal etmək üçün bir çox firma tədqiqat və inkişaf fəaliyyətlərinə önəm

verirlər. Tan Tekstil nano texnologiya ilə 11 növ fərqli parça istehsal etmişdir. Bədən

temperaturunu 37 dərəcədə sabit saxlayıb sərinlədən, böcək və həşəratları qovan, ütüyə

ehtiyacı olmayan, stressi azaldan parçaların istehsalına başlayan Tan Tekstilin parçaları

milli və beynəlxalq qurumlardan da sertifikatlar almışdır.

Türkiyədə klasterləşmənin SWOT təhlili

Güclü Tərəflər Zəif Tərəflər

Sənayenin əsasını kiçik və orta

sahibkarlığın təşkil etməsi,

Təbii təmərküzləşmənin

mövcudluğu,

Kiçik və orta sahibkarlıqla əlaqədar

siyasət və infrastrukturun

mövcudluğu,

Sənayeyə və innovasiyaya önəm

verilməsi,

Təşviq qanunu ilə bir çox regionun

təşviq çərçivəsinə alınması,

Bəzi universitetlərdə texnoparkların

mövcudluğu,

Dəstək mexanizmlərinin azlığı,

Şirkətlər, dövlət qurumları və

universitetlərdən ibarət üçtərəfli

şəbəkənin qeyri-məhsuldar

fəaliyyəti,

Biznes etikasının çatışmamazlığı,

Klasterləşmə anlayışının hələ də tam

qavranılmaması,

İnfrastruktur çatışmamazlığı,

Page 22: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

22

Gənc və peşəkar işçi qüvvəsinin

olması.

İmkanlar Təhlükələr

Daha çox tədqiqat həyata keçirə

bilmə imkanı,

Məlumat mənbələri və yenilikçilik,

Klasterləşmənin elastikliyi və

sürətlə dəyişən iqtisadi vəziyyətə

adaptasiyası,

Türkiyənin strateji mövqeyi,

Avropa İttifaqı ilə əməkdaşlıq və

üzvlük prosesi.

Yerli qurumların potensiallarının

qeyri-müəyyənliyi,

Kəskin rəqabət və etibarın azlığı,

Dövlət və özəl sektorda klasterləşmə

haqqında məlumatın azlığı,

Dünyadakı iqtisadi böhranlar,

Terror hadisələri səbəbindən

Türkiyənin şərq regionlarında artan

köç və azalan investisiyalar.

Digər

Almaniya, ABŞ, Yaponiya, İtaliya kimi inkişaf etmiş ölkələrlə yanaşı, inkişaf

etməkdə olan ölkələr də bu sahədə siyasəti müəyyənləşdirir və həyata keçirdir. Bu

siyasətlər, inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrin hər birində oxşar

hədəflər istiqamətində formalaşır. Əsas hədəflər bunlardır:

Müəssisələrin yeni texnologiyaları inkişaf etdirməsini dəstəkləmək (ABŞ, Aİ)

Sənayenin rəqabət gücünü artırmaq (Hindistan, Meksika, Yeni Zelandiya,

İtaliya)

İxracat keyfiyyətini artırmaq (Hindistan, Meksika)

Xarici investisiyanı cəlb etmək (Çexiya)

Yeni bazarlara giriş (Hindistan, Meksika, İtaliya)

İşsizliyi azaltmaq (İtaliya, İngiltərə)

Page 23: ARAYIŞ - senaye.gov.azsenaye.gov.az/content/html/3569/attachments/Dünyada yüngül sənaye klasterləri... · kiçik və orta miqyaslı müəssisələrin fəaliyyəti sahəsində

23

İxracat potensialını artırmaq (Hindistan)

Təhsil və Texnologiya və davamlı inkişaf (İrlandiya)

İstifadə olunmuş ədəbiyyat

1. İzto.org.tr

2. Cie.research.yale.edu

3. Traglor.cu.edu.tr

4. Mmo.org.tr

5. İeb.ub.edu

6. Academia.edu

7. Byclb.com

8. Karacadag.org.tr

9. Coqrafiya.info

10. Business.highbeam.com

11. Finansenstitusu.com