azərbaycan ordusunun zəfər yürüşü davam edir!azərbaycan ordusunun zəfər yürüşü davam...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 220 (29485) 24 oktyabr 2020-ci il, şənbə Azərbaycan Ordusunun zəfər yürüşü davam edir! Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib. AZƏRTAC Prezident İlham Əliyev: Qubadlı rayonunun 4 kəndi işğaldan azad olunub Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikası- nın Prezidenti, müzəffər Ali Baş Koman- dan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib. AZƏRTAC Prezidentin Mətbuat Xidmətinin məlumatı Oktyabrın 23-də Azərbaycan Res- publikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmiş- di. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuru- şaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqı- nın müzəffər Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına baş- sağlığı çatdırmağı xahiş edib. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident! Son günlərdə Ermənistan tərəfindən Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağ- dakı hərbi əməliyyatlarda həyatını itirmiş in- sanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir. Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Seragel- din, eləcə də Mərkəzin baş katibinin sonsuz dəstəyi ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağ- lıq Qarabağla bağlı müzakirələr aparırıq. Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk. Leonid KUÇMA, 1994-2005-ci illərdə Ukraynanın Prezidenti Abraham FOKSMAN, ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini Azərbaycan işğal altındakı ərazilərini döyüş meydanında azad edir Əslində, bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır: “Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”. Prezident İlham Əliyev müsahibəsində sözügedən münaqişənin həlli istiqamətində Rusiya Prezidenti Vladimir Putinin dəvətilə Moskvaya dəfələrlə səfər etdiyini, eləcə də bu ölkə başçısının Azərbaycana mühüm önəm verdiyini də diqqətə çatdıraraq, bunun iki dövlət arasında tərəfdaşlığın yüksək səviyyəsindən irəli gəldiyini bildirib. Dövlətimizin başçısı daha sonra təəssüflə bildirib ki, Ermənistanın indiki hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki işğalçı ölkə rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində danışıqları mənasız etmişdir. Halbuki, danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olmuşdur. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və respublikamızın digər yaşayış məntəqələrini gündəlik atəş altında saxlayanda danışıqları aparmaq üçün o qədər də imkan qalmır: “Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik”. Prezident İlham Əliyev müsahibəsində sentyabrın 27-dən başlayaraq Ermənistan–Azərbaycan münaqişəsində hərbi toqquşmaların yenidən alovlanması, bu dəfə də işğalçı tərəfin növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutması, Azərbaycanın isə vəziyyətə uyğun adekvat tədbirlər görməsi, habelə düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatlarına başlaması haqqında danışarkən, Moskvada razılaşdırılan humanitar atəşkəsin işğalçı tərəfindən pozulması faktını da xatırladıb: “Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar”. Müsahibədə Minsk qrupu tərəfindən ötən 30 il ərzində heç bir nəticə əldə edilməməsi, eyni zamanda, Minsk qrupunun həmsədrlərinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasına laqeyd münasibət bəslənilməsi də təəssüflə vurğulanıb. Prezident İlham Əliyev müsahibəsində jurnalistin “Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi?”, – sualına cavabında isə bunun qardaş ölkənin siyasi gündəliyindən asılı olduğunu bildirib. Eyni zamanda, deyib: “Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq- aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə, hətta həmsədr də ola bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqda israr edərdi…”. Dövlətimizin başçısı sözünə davam edərək vurğulayıb ki, Türkiyə bu münaqişənin həlli istiqamətində aparılan danışıqlara cəlb olunmalıdır. Çünki qardaş ölkə hər zaman sabitliyin, dincliyin, haqq-ədalətin tərəfində olub. Həm də unudulmamalıdır ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə dövlətdir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur: “Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik”. (ardı 2-ci səhifədə) Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. İlham ƏLİYEV Azərbaycan Rspublikasının Prezidenti P rezident İlham Əliyevin oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə jurnalistin “Siz Vaşinqtonda keçiriləcək üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı?”,– sualına cavabında dövlətimizin başçısı bildirib ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistanla Azərbaycan arasında mövcud münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Adları çəkilən ölkələrin nazirlərinin Vaşinqtonda görüşmələri də təbiidir. Çünki belə görüşlər indiyədək dəfələrlə olmuşdur.

Upload: others

Post on 13-Feb-2021

16 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

    Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 220 (29485) 24 oktyabr 2020-ci il, şənbə

    Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!

    Prezident İlham Əliyev: Azərbaycan Ordusu

    Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

    Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir.

    Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

    Bu barədə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

    AZƏRTAC

    Prezident İlham Əliyev: Qubadlı rayonunun

    4 kəndi işğaldan azad olunubMüzəffər Azərbaycan Ordusu Qubadlı

    rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir.

    Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

    Bu barədə Azərbaycan Respublikası-nın Prezidenti, müzəffər Ali Baş Koman-dan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

    AZƏRTAC

    Prezidentin Mətbuat Xidmətinin məlumatıOktyabrın 23-də Azərbaycan Res-

    publikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

    Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmiş-di. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuru-şaraq şəhid olmuşdur. Prezident İlham Əliyev

    Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb.

    Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqı-nın müzəffər Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib.

    Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına baş-sağlığı çatdırmağı xahiş edib.

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli cənab Prezident!Son günlərdə Ermənistan tərəfindən

    Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağ-dakı hərbi əməliyyatlarda həyatını itirmiş in-sanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

    BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

    Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Seragel-

    din, eləcə də Mərkəzin baş katibinin sonsuz dəstəyi ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağ-lıq Qarabağla bağlı müzakirələr aparırıq.

    Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk.

    Leonid KUÇMA, 1994-2005-ci illərdə Ukraynanın

    Prezidenti

    Abraham FOKSMAN, ABŞ-ın Nyu-York şəhərindəki

    Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini

    Azərbaycan işğal altındakı ərazilərini döyüş meydanında azad edir

    Əslində, bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır: “Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”.

    Prezident İlham Əliyev müsahibəsində sözügedən münaqişənin həlli istiqamətində Rusiya Prezidenti Vladimir Putinin dəvətilə Moskvaya dəfələrlə səfər etdiyini, eləcə də bu ölkə başçısının Azərbaycana mühüm önəm verdiyini də diqqətə çatdıraraq, bunun iki dövlət arasında tərəfdaşlığın yüksək səviyyəsindən irəli gəldiyini bildirib.

    Dövlətimizin başçısı daha sonra təəssüflə bildirib ki, Ermənistanın indiki hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki işğalçı ölkə rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində danışıqları mənasız etmişdir.

    Halbuki, danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olmuşdur.

    Prezident İlham Əliyev bildirib ki, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və respublikamızın digər yaşayış məntəqələrini gündəlik atəş altında saxlayanda danışıqları aparmaq üçün o qədər də imkan qalmır: “Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna

    görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik”.

    Prezident İlham Əliyev müsahibəsində sentyabrın 27-dən başlayaraq Ermənistan–Azərbaycan münaqişəsində hərbi toqquşmaların yenidən alovlanması, bu dəfə də işğalçı tərəfin növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutması, Azərbaycanın isə vəziyyətə uyğun adekvat tədbirlər görməsi, habelə düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatlarına başlaması haqqında danışarkən, Moskvada razılaşdırılan humanitar atəşkəsin işğalçı tərəfindən pozulması faktını da xatırladıb: “Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar”.

    Müsahibədə Minsk qrupu tərəfindən ötən 30 il ərzində heç bir nəticə əldə edilməməsi, eyni zamanda, Minsk qrupunun həmsədrlərinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasına laqeyd münasibət bəslənilməsi də təəssüflə vurğulanıb.

    Prezident İlham Əliyev müsahibəsində jurnalistin “Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu

    danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi?”, – sualına cavabında isə bunun qardaş ölkənin siyasi gündəliyindən asılı olduğunu bildirib. Eyni zamanda, deyib: “Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə, hətta həmsədr də ola bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqda israr edərdi…”.

    Dövlətimizin başçısı sözünə davam edərək vurğulayıb ki, Türkiyə bu münaqişənin həlli istiqamətində aparılan danışıqlara cəlb olunmalıdır. Çünki qardaş ölkə hər zaman sabitliyin, dincliyin, haqq-ədalətin tərəfində olub. Həm də unudulmamalıdır ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə dövlətdir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur: “Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik”.

    (ardı 2-ci səhifədə)

    Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var.

    İlham ƏLİYEV Azərbaycan Rspublikasının Prezidenti

    Prezident İlham Əliyevin oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə jurnalistin “Siz Vaşinqtonda keçiriləcək üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı?”,– sualına cavabında dövlətimizin başçısı bildirib ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistanla Azərbaycan arasında mövcud münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Adları çəkilən ölkələrin nazirlərinin Vaşinqtonda görüşmələri də təbiidir. Çünki belə görüşlər indiyədək dəfələrlə olmuşdur.

  • 24 oktyabr 2020-ci il, şənbə2

    Azərbaycan işğal altındakı ərazilərini döyüş meydanında azad edir(əvvəli 1-ci səhifədə)

    Dövlətimizin başçısı müsahibəsində münaqişənin indiki aktiv fazası ərzində Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olmaları, onların təhlükəsizliyinin, hüquqları-nın Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin oluna-cağı ilə bağlı dəfələrlə bəyanatlar verdiyini bildirib. Eyni zamanda, hazırda Ermənistan əhalisinin 99 faizinin etnik ermənilər təşkil et-diyini, azərbaycanlıların yaşama-dığı Ermənistandan fərqli olaraq, respublikamızda minlərlə erməni əsilli insanın məskunlaşdığını xatırladıb. Azərbaycan Prezidenti hazırda Ermənistanda heç bir milli azlıq yaşamadığını da vurğulayıb: “Onlar bugünkü Ermənistan Res-publikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. On-lar təkcə İrəvanda deyil, bugünkü

    Ermənistanın bir çox başqa regionla-rında da Azərbaycan mədəniyyətinin izlərini siliblər”.

    Müsahibədə 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin mayın 29-da İrəvanı paytaxt kimi Ermənistana verməsi ilə bağlı qərar qəbul etməsi, düşmən tərəfin Azərbaycanın bütün dini və mədəni irsini dağıtması, lakin respublikamızın paytaxtı Bakının mərkəzində çox sayda erməni kitablarının olduğu erməni kilsəsinin indiyədək qalması, Bakıda və Azərbaycanın başqa yerlərində minlərlə erməni yaşaması barədə də ətraflı danışılıb. Bununla yanaşı, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilən ərazimizin real əhalisinin təqribən 65 min nəfər olduğunu, müharibədən əvvəl, 1990-cı illərin əvvəlində isə Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində, habelə digər şəhərlərdə isə 40 mindən çox azərbaycanlı yaşadığını, ermənilər tərəfindən Azərbaycana qarşı etnik təmizləmə

    həyata keçirildiyini də faktlarla diqqətə çatdırıb.

    Prezident İlham Əliyev jurnalistin “Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referen-duma razılıq verəcəksinizmi?–su-alına cabvabında isə deyib: “Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşma-yacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mü-hüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz

    müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.

    Dövlətimizin başçısı müsahibəsində hazırda döyüş meydanında Ermənistandan fərqli olaraq, Azərbaycanın xarici döyüşçüyə ehtiyacının olmaması, Yaponiya şirkətlərinin ölkəmizin enerji sahəsində səmərəli fəaliyyət göstərməsi, respublikamızda iqtisa-diyyatın şaxələndirilməsi və siyasi islahatların uğurla reallaşdırılması barədə də ətraflı danışıb.

    Vaqif BAYRAMOV, “Xalq qəzeti”

    Türkiyə qaziləri və şəhid ailələrinin üzvləri Azərbaycana dəstək bəyanatı qəbul ediblər

    Türkiyə qaziləri və şəhid ailələrinin üzvləri Azərbaycana dəstək bəyanatı qəbul ediblər.

    Bəyanatda deyilir: “Hamımız Azərbaycanıq, hamımız

    Qarabağıq!Biz Türkiyənin müxtəlif şəhərlərində

    yaşayan Türkiyə dövlətinin yaşama-sı üçün gözünü, qolunu, ayağını və bədəninin bir çox üzvünü itirən qazilər və qəhrəman övladlarını, qardaşları-nı şəhid verən minlərcə Vətən, millət fədaisiyik.

    Minlərlə insan adından 162 qazi və şəhid ailəsi üzvü olaraq bildiririk ki, Azərbaycanın tarixi əraziləri olan Dağlıq Qarabağın və ətrafındakı rayonların iş-ğalına 32 ildir sözdə sülh və həll istəyən türkə düşmən dövlətlər tərəfindən laqeydlik göstərilib və bölgədəki işğalçı qüvvələrin, yəni ermənilərin namərdliyinə hər dəfə göz yumulub. Ancaq son nəticədə başda Azərbaycan hökuməti olmaqla, xalqımız və dost dövlətlərimiz sülhün və atəşkəsin artıq heç bir yaraya məlhəm olmadığını, əksinə, qaysaq bağlamış yaralarımızın daha da dərinləşdiyini anlayıb.

    Azərbaycan Respublikası öz problemini özü həll edəcək və işğal olunmuş torpaqlarının hamısını hərbi əməliyyatlarla azad edəcək əzmə və gücə malik olduğunu göstərdi.

    Biz Azərbaycan dövlətini və eyni millətin övladları olan Azərbaycan türklərini sevir, Azərbaycan Ordusu-na, milli dəyərlərə sahib çıxan bü-tün vətəndaşlarımıza, Azərbaycan hökumətinə və Azərbaycan Prezidentinə etibarımızın və dəstəyimizin tam olduğunu bildiririk.

    Azərbaycanın tək olmadığını, türk dövləti və xalqının qardaş hesab etdiyi ölkənizin hər zaman olduğu kimi, bu gün də yanında olduğunu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan bütün təxribatlarına və təhrikedici fəaliyyətlərinə qarşı çıxdığımızı, bütün gücümüzlə Azərbaycanın Dağlıq Qaraba-ğın işğalına son qoyması üçün apardığı Vətən müharibəsini və milli mübarizəsini dəstəklədiyimizi bəyan edirik.

    Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistana qarşı mübarizədə qazandığı hər qələbə türk xalqı və biz qazilər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanır. Bu baxımdan, türk dünyası coğrafiyası-nın mədəniyyət, mənəviyyat və vətən dəyərlərinin gələcək nəslin öz tarixinə və mədəniyyətinə sahib çıxması baxı-

    mından önəmli olduğunu düşünürük. Türkiyə və Azərbaycan xalqlarının

    əvvəldən sonadək nümayiş etdirdiyi həmrəylik nümunəsi kimi, biz qazilər də Azərbaycanın Vətən müharibəsində eyni cəbhədə olduğumuzu beynəlxalq ictimaiyyətə çatdırırıq.

    Tarixi döyüş meydanlarında qura-raq, mədəniyyət sahəsində yaşadan xalq Dağlıq Qarabağı həm döyüş mey-danında, həm də danışıqlar masasında qazanacaqdır.

    Azərbaycan dövlətinə və onun rəhbərlərinə səslənirik: Hər an əmrinizdəyik. Sərhədlərdən kənardakı qardaşlarınız da yanınızdadır. Yalnız irəli!

    Qəlbimiz səninlədir, Azərbaycan! Hamımız Azərbaycanıq, hamımız Qarabağıq!

    1. Anadolu Avrasiya Qazi və Şəhid Ailələri Dəstəkləmə və Yardımlaşma Dərnəyi

    2. Daxili Anadolu Şəhid Ailələri və Qazilər Dərnəyi

    3. Manisa Şəhid Ailələri və Qazilər Dərnəyi

    4. Qazi Mehmet Yavuz, Şanlıurfa Şəhid Ailələri Dərnəyinin sədri

    5. Şəhid Qazi Sen Yerli İdarəçilər İdarəsi

    6. Qazi polkovnik Mihat İşık (Kipr qazisi)

    7. Qazi polkovnik Mehmet Yıldız 8. Qazi polkovnik Ahmet Özkoca9. Qazi Abdullah Anadolu 10. Qazi Abdurrahman Dağdələn 11. Qazi Adnan Kaya 12. Qazi Adnan Yavuz13. Qazi Ahmet Aslan 14. Qazi Ahmet Çetin Demirhan15. Qazi Ahmet Kocaeli 16. Qazi Ahmet Özduman17. Qazi Ahmet Özmen18. Qazi Ali Arman19. Qazi Ali Gümüştaş20. Qazi Ali Murat Cin21. Qazi Ali Timur22. Qazi Ali Yıldız23. Qazi baş çavuş Murat Oğuz24. Qazi baş çavuş Ali Gümüştaş25. Qazi kiçik çavuş Nurettin İnce26. Qazi Ayhan Sütçü27. Qazi Baran Timuçin28. Qazi Bekir Sami Atıcı29. Qazi Bülent Canyurt30. Qazi Bülent Sönmez31. Qazi Coşkun Yalçın32. Qazi Cumhur Uysal33. Qazi Dolunay Ermiş34. Qazi Engin Şanlı35. Qazi Erdal Özcan36. Qazi Erdal Turan37. Qazi Erdinç Külekcioğlu

    38. Qazi Erkan Baysel39. Qazi Erkan Dağ40. Qazi Fatih Taşkın41. Qazi Fatih Uçar42. Qazi Fazlı Arslan43. Qazi Haldun İnceer44. Qazi Halil Şenocak45. Qazi Halis Dinler46. Qazi Hamza Ekin47. Qazi Hayati Akbulut48. Qazi Hayati Ceylan49. Qazi Hayri Oruç50. Qazi Hidayet Akkoyunlu51. Qazi Hilmi Düzenli52. Qazi Hüdaverdi Mercan53. Qazi Hüseyin Aksoy54. Qazi Hüseyin Bilbey55. Qazi Hüseyin Sevik56. Qazi Hüseyin Turan57. Qazi İsmail Doğan58. Qazi İsmail Durusu59. Qazi İsmail Konak60. Qazi İzzet Alpman61. Qazi İzzet Ertunç62. Qazi Kadir Arık63. Qazi Kadir Garip64. Qazi Kamber Okdemir65. Qazi Kamil Sunal66. Qazi Kasım Çoban67. Qazi Kazım Dalkıç68. Qazi Kenan Demirel69. Qazi Kenan Erken70. Qazi M.Salih Aslan71. Qazi Mahmut Demir72. Qazi Mehmet Çelik73. Qazi Mehmet Çetinkıran74. Qazi Mehmet Gün75. Qazi Mehmet Harun İnce76. Qazi Mehmet Kuşat77. Qazi Mehmet Şahan78. Qazi Mehmet Tezyel79. Qazi Mehmet Yeşil80. Qazi Mehmet Zanapa81. Qazi Metin Erdem82. Qazi Muhammet Tekin83. Qazi Muhterem Doğan84. Qazi Murat Gököz85. Qazi Murat Kavak86. Qazi Murat Kavas87. Qazi Murat Yalçın88. Qazi Musa Çopur89. Qazi Musa Duman90. Qazi Mustafa Aksu91. Qazi Mustafa Kemal Solak92. Qazi Mustafa Köse93. Qazi Mustafa Şahbaz94. Qazi Nihat Erdoğdu95. Qazi Nuh Saray96. Qazi Onur Gülmez97. Qazi Osman Tekeş98. Qazi Ömer Duran99. Qazi Ömer Sevinç100. Qazi Sabahattin Aslan101. Qazi Sabahattin Külah

    102. Qazi Satılmış Kabakcı103. Qazi Sedat Aksakallı104. Qazi Sedat Pekdoğan105. Qazi Selçuk Çelik106. Qazi Selçuk Kendirli107. Qazi Semih Orta108. Qazi Semih Talu109. Qazi Sercan Tekçe110. Qazi Serdar Aytekin111. Qazi Serhat Koca112. Qazi Soner Yiğit113. Qazi Süleyman Dindar114. Qazi Şaban Çiçek115. Qazi Şafak Mert116. Qazi Şenol Demirci117. Qazi Şerif Kuşuluoğlu118. Qazi Şükrü Velioğlu119. Qazi Şükrü Yıldırım120. Qazi Tahsin Kor121. Qazi Tarkan Yılgün122. Qazi Turgut Bab123. Qazi Uğur Özcan124. Qazi Umut Azaklı125. Qazi Umut Biçer126. Qazi çavuş Abdullah Gazioğlu127. Qazi çavuş Ahmet Tarık Külege128. Qazi çavuş Salih Üstünbaş129. Qazi Ümit Kaplan130. Qazi Ümit Tepe131. Qazi baş leytenant Serdar

    Öztürk132. Qazi baş leytenant Bahattin

    Seçkin133. Qazi Vahap Tümen134. Qazi Yılmaz Yiğit135. Qazi Yunus Baştuğ136. Qazi Yunus Emre137. Qazi Yusuf Can Kuraner138. Qazi Yusuf Özkaplan139. Qazi Yusuf Öztürk140. Qazi kapitan Cemal Demirhan141. Qazi kapitan Cemal Mutlu142. Qazi kapitan Hüseyin Kızılay143. Qazi kapitan Kadir Koçyiğit144. Qazi kapitan Nafiz Kaplan145. Qazi kapitan Özgür İlgün146. Qazi Zafer Cömert147. Qazi Zekeriya Gökyar148. Qazi Zeki Dilmen149. Qazi kapitan Bünyamin Kası-

    moğlu (Kipr qazisi)150. Şəhid anası Zehra Sezen151. Şəhid atası Doğan Gömük152. Şəhid atası Ömər Öztürk153. Şəhid atası Salih Çevikoğlu 154. Şəhid atası Satılmış Demir 155. Şəhid atası Şaban Uran156. Şəhid qardaşı Murad Hatu-

    noğlu 157. Qazi Seval Taka158. Qazi Murat Diler159. Qazi Mehmet Çeliker160. Qazi Ahmet Kaygısız (Kipr

    qazisi)”

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəAzərbaycan Respublikasının Birinci vitse-prezidenti,

    Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban ƏliyevayaMöhtərəm cənab Prezident İlham Əliyev!Əziz Mehriban xanım Əliyeva!Biz, Böyük Britaniya, İtaliya, Portuqaliya və

    Türkiyədən olan kinematoqraflar 2011-2012-ci illərdə “Bakı, səni sevirəm” adlı beynəlxalq layihə işləyib hazırlamışıq. Çəkilişlər Azərbaycanın pay-taxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!

    Son günlər Azərbaycandan gələn xəbərlər

    bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk.

    Baş verənlər bizi hiddətləndirib! Müasir dünya-mızda belə hallar olmamalıdır!

    Sizə və gözəl xalqınıza mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbdən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın

    ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı əbədi olsun!

    Biz Sizinləyik!Hörmətlə,

    Türkiyədən aktrisa Eyşan ÖZHIM,Portuqaliyadan rejissor Andre BADALO,

    Italiyadan aktyor Alesandro BERTOLUÇI,Ingiltərədən rejissor Aleksandr FODOR,Türkiyədən prodüser Nadir MAÇANOV.

    Milli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib

    Sahibə Qafarova vurğulayıb ki, biz Ermənistanın terrorçuluq əməlləri ilə 30 ildir üz-üzəyik. 1992-ci ildə baş verən Xocalı faciəsini, Ermənistanın Azərbaycanın ayrı-ayrı yerlərində törətdiyi digər terror hadisələrini hər kəs görüb.

    Spiker bildirib ki, bu ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonuna hücum etməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqla qane olmadıqlarını, işğalın coğrafiyasını genişləndirməyə çalışdıqlarını ortaya qoydular.

    Ermənilərin yeni torpaq iddiaları avqustda ölkəmizə kəşfiyyat-diversiya qruplarını göndərməklə yenidən tam ortaya çıxdı, onlar yeni müharibəyə hazırlaşdıqlarının mesajını verdilər. Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərindən hücuma keçdilər. Azərbaycan Ordusu da müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına, işğal altındakı torpaqları azad etmək üçün savaşa başladı.

    Parlamentin sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə mandat almış ATƏT-in Minsk qrupunun 30 ildə heç bir önəmli addım atmadığını vurğulayıb. Spiker bildirib ki, Ermənistanın bu müddətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etmələri haqqında qətnamələrinə və digər beynəlxalq təşkilatların məsələ ilə bağlı sənədlərinə məhəl qoymadığını da Türkiyə oxucularının diqqətinə çatdırıb. Azərbaycanın bu gün öz ərazi bütövlüyünü rəşadətli ordusunun gücü ilə, hərbi yolla azad etməkdən başqa çıxış yolunun qalmadığını bildirib.

    Sahibə Qafarova deyib ki, Azərbaycanın müzəffər ordusu ilə bacara bilmədiyini aşkar surətdə görən Ermənistan hələ də xain terrorçuluq əməllərindən əl çəkmir. İşğalçı ölkənin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, digər şəhər və rayonlarımızı ballistik raket atəşinə tutması buna bariz

    sübutdur. Bu əməllər nəticəsində onlarca mülki vətəndaş həlak oldu, 50-yə yaxın dinc sakin xəsarət aldı. Ölənlər arasında azyaşlı uşaqlar, məktəblilər və qocalar var.

    Daha sonra spiker Ermənistanın Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilmədiyi üçün öz məğlubiyyətinə müxtəlif don geyindirməyə çalışmasından, Ordumuzla bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürməsindən danışaraq deyib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi iddiaları, həqiqətdən tamamilə uzaqdır. Əksinə, Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA, PKK ünsürlərinin, müxtəlif ölkələrdən gələn silahlı muzdluların olması faktlarla sübut olunmuşdur.

    Müsahibədə Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycanın heç bir başqa dövlətin torpağında gözü yoxdur. Lakin, heç kəsin də Azərbaycan torpaqlarına göz qoymasına imkan verməyəcək. Biz öz Vətənimizi azad edirik və bu yolda sonuna qədər gedəcəyik. Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

    Sahibə Qafarova müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və bütün türk xalqının daim Azərbaycanın yanında olduğunu bəyan edib, bu dəstəyin xalqımız üçün çox dəyərli olduğunu bildirib.

    Spiker bu günlərdə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun ölkəmizə səfərindən də danışıb. O, Mustafa Şentopun Milli Məclisin iclasında çıxış etməsinin, iclasdan dərhal sonra isə Gəncəyə yollanaraq oradakı vəziyyəti görməsi və insanları ziyarət etməsinin Türkiyənin Azərbaycana dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyib.

    “Dost çətin gündə tanınar. Türkiyə də çətin gündə bizə dost və qardaş əli uzadan ilk ölkədir. Biz bu qardaşlığın sarsılmaz təməllər üzərində qurulduğuna və daim yaşayacağına inanırıq”, – deyə Milli Məclisin Sədri vurğulayıb.

    Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafa-rova Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrinə müsahibə verib. Mil-li Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker müsahibəsində Ermənistan–Azərbaycan, Dağlıq Qara-bağ münaqişəsindən danışıb, uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən xain terrorçuluq əməllərindən söz açıb.

    Milli Məclisin Sədri Türkiyənin TV24 telekanalına müsahibə verib

    Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib.

    Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Milli Məclisin Sədri Türkiyənin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb. Bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və sözü keçən bir neçə ölkədən biridir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir.

    Sədr qeyd edib ki, ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirə

    bilməyib. Təxminən, 30 ilə yaxın bir müddət ərzində Azərbaycana çox ümidlər verilsə də, Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib və Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan çəkməyiblər. İndi isə Azərbaycan Ordusu özü işğalçını öz torpaqlarımızdan çıxarır.

    Spiker deyib ki, biz Türkiyəyə güvənirik. Bundan sonra formatın adı nə olursa, olsun – Minsk qrupu da ola bilər, başqa ad da ola bilər, heç fərq etməz – amma Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə mütləq masada olmalıdır.

    Britaniyanın Lordlar Palatasının üzvü Gəncənin mülki əhalisinə qarşı törədilən hərbi təcavüzü pisləyən bəyanatla çıxış edib

    Bəyanatda bildirilir ki, bu hadisə münaqişə zonasından uzaq məsafədə, hərbi obyektlərin olmadığı bir şəhərdə törədilib. O, Ermənistanın tərəfindən törədilən hücumla-rın qəti şəkildə qəbuledilməz olduğunu qeyd edib. Eyni zamanda, Ermənistanın Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasını ehtiva edən bu vəhşi hərəkətlərini qınamağa çağırış edib.

    Lord Böyük Britaniya hökumətini bu məsələni təcili olaraq Ermənistan hökuməti qarşısında qaldırmağa, işğalçı ölkəni beynəlxalq humanitar hüquqlarla bağlı öhdəliklərinə və atəşkəsə hörmətlə yanaşma-ğa çağırıb. Lord Kilkluney Böyük Britaniyanın Bakıdakı səfirindən də Gəncədə baş verən hadisələrə diqqətlə yanaşmasını xahiş edib.

    Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Kilkluney Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən hərbi təcavüzü pisləyən bəyanatla çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Lord Kilkluney humanitar məqsədlər üçün atəşkəs elan olunmasına baxmaya-raq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qəsdən edilən raket hücumu nəticəsində 10 mülki şəxsin həlak olmasını və 34 nəfərin ağır yaralanmasını vəhşilik kimi qiymətləndirib.

  • Biz haqlıyıq, biz zəfər çalacağıq!

    Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa

    Regional Şurasında Azərbaycanın haqq işini dəstəkləyib

    İclasda söz alan TÜRK-İŞ-in nümayəndəsi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini dəstəkləyən və Ermənistanın dərhal geri çəkilməsini tələb edən qətnamələrinə baxmayaraq, Ermənistanın işğalçı siyasətini bu gün də davam etdirdiyini söyləyib. O, çıxışında Ermənistanı mülki şəxslərə və mülki yaşayış məntəqələrinə hücumlarına görə qınayıb və işğalçının Azərbaycan ərazilərindən çıxmamaqda israr etdiyini və işğalçılıq hərəkətlərini davam etdirdiyini bildirib.

    TÜRK İŞ-in təmsilçisi həmin tədbirdə öz ölkəsinin bu zorakılıq və işğalla heç vaxt barışmadığını və azərbaycanlı qardaşları sona qədər dəstəkləyəcəyini bildirib və bu məsələnin Parş İdarə Heyəti iclasının gündəliyinə daxil edilməməsini tənqid edib. Ergün Atalay öz məktubunda bir daha əmin edib ki, TÜRK-İŞ bütün beynəlxalq platformalarda azərbaycanlı qardaş-larımızı dəstəkləməyə davam edəcək.

    AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev TÜRK-İŞ Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə göndərdiyi ca-vab məktubunda Azərbaycanın apardığı ədalət savaşında daim dəstək olduqlarına görə türkiyəli qardaşlarımıza minnətdarlıq və təşəkkürlərini çatdırıb.

    Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

    Azərbaycan öz ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcək

    Təəssüf ki, sözügedən problemin həllinin uzanmasında dünya birli-yi, beynəlxalq təşkilatlar tərəfindən məsələyə ikili standartlarla yanaşılması, münaqişənin ədalətli həllinə ciddi ma-raq göstərilməməsi də az rol oynama-yıb. Ən əsası isə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlməyib.

    Ötən dövr ərzində bəzi həmsədrlərin ermənilərin tərəfini saxlamaları, işğal faktına göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıq-lar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermirdi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı.

    Şübhəsiz ki, belə şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək, münaqişənin hərbi vasitə ilə həllinə üstünlük verməsi idi. Ona görə də ordumuzun əks-hücum əməliyyatları da məhz bu məntiqə əsaslandı və vəziyyətin bu yolla dəyişilməsi mümkünlüyünü sübuta yetirdi.

    Hazırda Azərbaycan hərbi və siyasi şərtləri diktə edir. Elə bunun nəticəsidir

    ki, Azərbaycan hücum diplomatiyasına əsaslanan gedişlərlə regionun geosiyasi mənzərəsini sürətlə dəyişməyə başlayır.

    Prezident İlham Əliyev müharibə başlayandan indiyədək müxtəlif televiziyalara müsahibələrində də bütün bunlar barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı “France 24” kanalının müxbiri ilə söhbətində işğalçı dövlətə mesajla-rını da verib. Bildirib ki, Ermənistan atəşkəsi pozandan sonra Azərbaycanın düşmənin hərbi hədəflərinə zərbələr endirməsi ölkəmizin özünü müdafiə etməsi ilə bağlı olub. Çünki atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çata-caq. Əslində, işğalçı tərəf elə buna cəhd göstərir. Ermənistan ordusu bu gün azad edilən əraziləri geri almağa çalışır. Xüsusilə, Hadrut şəhərini geri

    götürmək məqsədilə döyüşlər aparır. Lakin işğalçı uğursuzluqla qarşılaşır: “Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, on-lar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yal-nız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır”.

    Prezident İlham Əliyev xarici televiziyalara müsahibələrində Dağlıq Qarabağ uğrunda müharibənin haqq savaşı olması haqqında da ətraflı da-nışıb. Məsələn, “CNN-Türk” kanalına müsahibəsində hazırda ordumuzun Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində əks-həmlələri nəzərdə tutulan plan əsasında apar-dığını, artıq bir sıra ərazilərimizin işğaldan azad edildiyini vurğulayıb. Bildirib ki, bu, bir daha onu göstərir

    ki, xalqımız işğalla heç vaxt barışma-yacaq: “Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımız-dır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlü-yünü bərpa etməli idi və bunu edir”.

    Yeri gəlmişkən, dövlətimizin başçısının oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə diqqətçəkən bir məqam barədə də bəhs etmək istərdim. Belə ki, jurna-listin “Dağlıq Qarabağı geri qaytaran-dan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referendu-ma razılıq verəcəksinizmi?” – sualına cavabında dövlətimizin başçısı deyib: “Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağ-da heç bir referendum olmayacaq. Biz

    bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. On-ların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıq-ları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən ya-naşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir”.

    Azərbaycan Prezidenti sözünə əlavə edərək, vurğulayıb ki, öz müqəddəratını təyinetmənin, icmaların müxtəlif növləri var. Bu baxımdan, məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradıl-masına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referen-dum olmayacaq, heç vaxt.

    Məhərrəm SƏFƏRLİ, Beynəlxalq Jurnalistlər

    Federasiyasının üzvü

    24 oktyabr 2020-ci il, şənbə 3

    Belə bir cəzasızlıq şəraitində bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artil-leriyadan yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tut-du. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün geniş-miqyaslı əks-hücum əməliyyatına başladı. Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu.

    Həmin vaxtdan etibarən Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə qüdrətli ordumuz tərəfindən şanlı tarix yazılıb, düşmənə sarsıdıcı zərbələr endirilərək, əsas strateji əhəmiyyətli mövqelər, Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri, Cəbrayıl rayonunun bir çox kəndləri və Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Zəngilan şəhəri, həmçinin bir çox digər yaşayış məntəqələri düşmən tapdağından azad edilib. Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldılıb. Bununla da parlaq qələbələrə imza atan rəşadətli Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytarıb. Bu uğurlu əməliyyatlar insanlarımızda böyük inam və ruh yüksəkliyi yaradıb, xalqımızın möhtərəm Prezidentimizə, Ali Baş Komandanımıza inam və etimadını daha da gücləndirib.

    Beləliklə, bu gün Azərbaycan əks-hücum əməliyyatları həyata keçirərək, iş-ğal altındakı ərazilərimizi bir-birinin ardın-ca düşməndən təmizləyir. Hərbi baxımdan məğlub duruma düşdüyünü dərk edən Ermənistan rəhbərliyi isə təslim olmaq

    əvəzinə daha da azğınlaşır, Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı yaşa-yış məntəqələrini, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından, uzaqmənzilli raketlərdən və qadağan olunmuş mərmilərdən istifadə edilməklə intensiv şəkildə atəşə tutur. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma hal-ları baş verir, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ic-timai və digər sosial obyektlərə ciddi ziyan dəyir. Ermənistanın hərbi təcavüzünün

    insan tələfatı ilə nəticələndiyi, ölən və ya-ralananlar arasında uşaqların və qadınla-rın sayının çox olması isə daha çox ciddi narahatlıq doğurur.

    Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sar-sıdıcı zərbə vurulduğunu qeyd edərək deyib: “...Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradan-dır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edil-miş və qənimət kimi götürülmüş texni-kanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların

    texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?”.

    Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qa-lır, bunu hər kəs və bütün dünya bilməlidir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlan-mış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Pre-zident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurd-larına qayıtmalıdırlar.

    Dövlətimizin başçısı oktyabrın 20-də xalqa növbəti dəfə müraciətində bildirib ki, ermənilər otuz il ərzində torpaqları-mızı işğal alında saxlayaraq, istismar ediblər, təbii resurslarımızı oğurlayıblar, kəndlərimizi, şəhərlərimizi dağıdıblar. Bu, qarşımızdakı düşmənin vəhşiliyindən xəbər verir. Belə vəziyyət işğal olunan, habelə artıq yağıdan azad edilən torpaqlarda da özünü aydın göstərir. Həmin ərazilərimizdə dağıdılmayan bir bina, bir infrastruktur belə qalmayıb. Hər yer xarabalığa çevrilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, təhqir edilib: “Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər”.

    Prezident İlham Əliyevin xalqa müraciətində vurğulandığı kimi, erməni

    vəhşiliyinin, barbarlığının izləri qalan iş-ğaldan xilas edilən torpaqlarımıza tezliklə böyük qayıdış başlayacaq – məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, o yerlərdə geniş abadlıq-quruculuq tədbirləri həyata keçiriləcək. Bunun bariz ifadəsini Cocuq Mərcanlının timsalında gördük. Dövlətimizin başçı-sının qeyd etdiyi kimi: “Bu gün işğalçı-lardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yara-dacaqlar. Necə ki, vaxtilə bizim işğal edil-miş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdır-dı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşa-dırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz böyük qayıdışın as-tanasındayıq və Azərbaycan dövləti

    əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edil-miş torpaqlara qayıdaraq rahat yaşasın-lar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır”.

    Vətən müharibəsinin başlandığı gündən indiyədək cəbhədə əldə edilən möhtəşəm qələbələr onu göstərir ki, ha-zırda Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirir. Bu, ölkəmizin siyasi, iqtisadi, diplomatik, sahələrdə əldə etdiyi böyük nailiyyətlərin məntiqi nəticəsidir.

    Şiddətli döyüşlərin getdiyi indiki vaxtda respublikamızda hər kəs könüllü olaraq cəbhəyə yollanmaq arzusunda olduğunu bildirir. Belə bir əhval-ruhiyyə isə xalqı-mızda, o cümlədən, gənclərimizdə yüksək vətənpərvərlik hisslərinin olması ilə bağlı-dır. Amma Ermənistan ordusunda vəziyyət tam fərqlidir. İşğalçı ölkənin polisi hazırda gəncləri zorla, necə deyərlər, sürüyərək hərbi xidmətə göndərməyə çalışır. Ancaq nəinki onlar, hətta döyüş xəttindəki erməni əsgərləri belə baş götürüb qaçır, fərarilik edirlər. Ermənilərin ümidləri terrorçulara, Suriyadan, Livandan və digər ölkələrdən gətirilən muzdlulara qalıb.

    Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Azərbaycan Ordusu-nun zəfər yürüşü Ermənistanın onsuz da ciddi böhran vəziyyətində olan iqtisadiy-yatında da çox ciddi problemlər yaradıb. Hazırda işğalçı ölkənin iqtisadiyyatı öz dayanıqlılığını itirib, iqtisadi potensial, demək olar ki, tükənmək həddinə düşüb. Ermənistanın borclarının ümumi daxili məhsula nisbəti müharibə şəraitində olduqca kritik rəqəmə yaxınlaşıb.

    Bütün bunları bugünkü Ermənistan hökumətinin, şəxsən baş nazir Nikol Pa-şinyanın öz xalqının ən böyük düşməni ol-duğundan xəbər verir. Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycanın haqq mübarizəsi isə qətiyyətlə davam edir. Ölkəmizin bu mübarizədən qalibiyyətlə çıxacağı şübhəsizdir.

    Cəbhədəki son uğurlarımız da açıq-aşkar göstərir ki, Azərbaycan Ordusu tərəfindən bütün torpaqlarımız tezliklə erməni işğalından azad ediləcək. Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. O günü bütün Azərbaycan xalqı səbirsizliklə gözləyir...

    Vaqif BAYRAMOV, “Xalq qəzeti”

    30 ildən artıq idi ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti aparırdı. Beynəlxalq aləm isə bütün bunları sadəcə olaraq müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmədi. Sadalanan qətnamələr yerinə yetirilmədi. Bir sözlə, beynəlxalq qurumlar problemin həllinə la-qeydlik, biganəlik göstərdi. Prezident İlham Əliyev isə münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, erməni tərəfi əməlindən əl çəkməyərək “yeni torpaqlar uğrunda yeni müharibə” fikrinə düşdü.

    Azərbaycana əbədi zəfər qazandıran Ali Baş Komandan İlham ƏliyevOrdumuzun qazandığı qələbələr dövlət başçısının bütün sahələrdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir

    Azərbaycanın Silahlı Qüvvələri sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın edir. Düşmənin hər gün çox sayda komanda məntəqəsi, tankı, artilleriya qurğusu, raket sistemi, canlı qüvvəsi məhv edilir, xeyli hərbi texnikası, silah-sursatı ələ keçirilir. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə işğal altında qalan torpaqlarımızın bir hissəsi azad edilməklə artıq işğala əsaslanan status-kvo dəyişib. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həll oluna biləcəyi mümkünlüyü sübuta yetirilib. Eyni zamanda, düşmənə Dağlıq Qarabağ prob-leminin xalqımız üçün çox həssas məsələ olduğu və torpağımızın bir qarışının belə işğalçıda qalmayacağı məntiqi də anladılıb.

    TÜRK-İŞ Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalayın AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevə göndərdiyi məktubda deyilir ki, Pan Avropa Regional Şurasının (PARŞ) İdarə Heyətinin video formatda iclasında TÜRK-İŞ-in nümayəndəsi qardaş Azərbaycanın haqq işini qətiyyətlə dəstəkləyib.

  • 24 oktyabr 2020-ci il, şənbə4

    Türkiyənin Ankara şəhərindəki qazilər dövlətimizin başçısına ya-zırlar: “Möhtərəm cənab Prezident, biz Türkiyə üçün hər zaman xainlərə, separatçı qüvvələrə qarşı mübarizə aparan qazilərik. Bu məktubu yazdığımız vaxtda Sizin, Azərbaycan dövlətinin şanlı ordusunun və xalqınızın tarixin ən böyük qəhrəmanlıq dastanlarından birini yazdı-ğınızı görürük. Bu qəhrəmanlıq eposu-nun yazılmasında hər zaman Sizinlə olduğumuzu bildiririk. Azərbaycan tək deyil, türk dövləti və milləti həmişə oldu-ğu kimi, yenə də Azərbaycanın yanında-dır. Biz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hədəf alan hər cür cəhd və təxribatına qarşıyıq. Qarabağın işğalının sona çatması üçün Vətən müharibəsini və Azərbaycanın milli mübarizəsini bütün gücümüzlə dəstəklədiyimizi bəyan edirik. Böyük türk milləti, o cümlədən, biz qazilər Sizin rəhbərliyinizlə işğalçı Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin hər bir qələbəsini böyük sevinc və həvəslə qarşılayırıq. Əminik ki, gələcək nəsil türk dünyasının or-taq coğrafiyasını, mədəni, mənəvi dəyərlərinin yaşadılmasını, ümumi tarixi və mədəni dəyərləri qoruyacaq. Bir daha Vətən bildiyimiz Azərbaycanın haqq mübarizəsində yanınızda olmaq üçün hər an Azərbaycana gəlməyə hazır oldu-ğumuzu bildirir, şəhid ailələrinə başsağ-lığı diləyir, yaralı Azərbaycan qazilərinə şəfa diləyirik”.

    Moskva şəhərindən Tarix Verdiyev və Yaqut Verdiyeva yazırlar: “Cənab Ali Baş Komandan, hörmətli İlham Heydər oğlu, Moskvada yaşayan biz azərbaycanlılar ordumuzun qələbələrinə sevinir, dinc insanlarımızın həlak olması-na çox kədərlənirik.

    Cənab müzəffər Ali Baş Komandan, mən vaxtilə tank qoşunlarında xidmət etmişəm. Əmr etsəniz, istənilən vaxt Vətənimizə qayıdıb tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda döyüşməyə hazıram. Bizim işimiz haqq işidir! Vətən hər şeydən ucadır!”.

    Minsk şəhərindən Tatyana Laputs-kaya və Oruc Orucov yazırlar: “Cənab Prezidentimiz, Belarusdan Orucovlar – Laputskilər ailəsi Sizi salamlayır. Sizin komandanlığınız altında Azərbaycan əsgərlərinin işğalçı erməni terrorçuları üzərində qazandığı qələbələrlə qürur duyuruq. Qarabağ həmişə Azərbaycanın olub və əsrlər boyu da Azərbaycanın olacaq. Azərbaycandan gələn hər bir şad xəbəri uzaq Belarusda səbirsizliklə gözləyir, diqqətlə izləyirik. Haqq-ədalətin zəfərinə Sizinlə, Azərbaycan xalqı ilə birlikdə sevinirik. Ordumuzun

    qələbələrinə görə Sizin sevinc və qürur hissiniz sanki televiziya ekranından bizlərə də sirayət edir. Allah Sizə güc-qüvvət versin ki, Azərbaycan xalqının mənafeyi naminə müdrik siyasətinizi bundan sonra da davam etdirə biləsiniz. Allah Sizi qorusun!”.

    Rusiyanın Tümen vilayətindən Füzuli Burcuyev: “Möhtərəm cənab Prezident, Rusiya Federasiyasının Tümen vilayətinin çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adım-dan Sizə dərin ehtiramımızı bildiri-rik, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına tam dəstəyimizi ifadə edirik. Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün cəsarətlə mübarizə aparan şanlı Azərbaycan Ordusuna hərtərəfli dəstək verən bütün Azərbaycan xalqının ruh və güc birliyindən qürur və sevinc hissi keçiririk. Ölkədə müxtəlif sahələrdə Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar sayəsində Azərbaycan Si-lahlı Qüvvələrinin maddi-texniki bazası yüksək səviyyəyə çatdırılmışdır ki, Sizin Ali Baş Komandan kimi qarşınıza qoyduğunuz bütün vəzifələrin uğurla yerinə yetirilməsindən əminliklə danış-mağa imkan verir. Biz, Tümen vilayətinin Azərbaycan diasporunun nümayəndələri olaraq, Azərbaycanın atəş altında olan kəndləri və şəhərlərinin mülki əhalisinin, eləcə də silahlı qüvvələrinin şəxsi heyəti ailələrinin ehtiyacları üçün dərman, qida, zəruri ehtiyaclar şəklində lazımi huma-nitar yardım göstərməyə mütləq hazır olduğumuzu bildiririk”.

    Tatarıstandan Ramiz Məmmədovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan olaraq Sizin qətiyyətli addımlarınız sayəsində Azərbaycanın hərb tarixinə yeni səhifələr yazılır. Məhz buna görə də hazırda dünya azərbaycanlıları çox qürurlu anlar yaşayırlar. Bu sevinci və fərəhi bizlərə bəxş etdiyiniz üçün Tatarıstanda ya-şayan soydaşlarımız adından Sizə minnətdarlığımızı bildiririk. Bizlər hər zaman xalqımızla nəfəs alırıq, ürəyimiz Vətənlə döyünür. Sizin “Qarabağ Azərbaycandır!” şüarınızı rəhbər tutaraq, Qarabağ həqiqətlərini Tatarıstanda qü-rurla təbliğ edirik. Erməni terrorçularına qarşı mübarizədə iştirak etməyə hər an hazır dayanmışıq və müzəffər Ali Baş Komandan kimi Sizin əmrinizi gözləyirik. Tanrı Sizi və xalqımızı qorusun!”.

    Şəki sakini Rauf Ağayev yazır: “Hörmətli Prezident, cənab müzəffər Ali

    Baş Komandan, hazırda məhkumluq həyatı yaşayıram. Televiziya vasitəsilə cəbhədə gedən hərbi əməliyyatları davamlı olaraq izləyirəm. Ordumu-zun düşmən işğalından azad etdiyi kəndləri, şəhərləri gördükcə çox qürur-lanıram. Buna görə Sizə və ordumuza minnətdaram. Lakin ermənilərin bizim dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri gördükcə, şəhid olmuş günahsız körpələrin, anaların qisasını almaq hissi məni bir an belə rahat buraxmır. Cənab müzəffər Ali Baş Komandan, bildirmək istəyirəm ki, igid əsgərlərimizlə birlikdə döyüşmək üçün hər an əmrinizə hazı-ram”.

    Bərdə sakini Fərman Əkbərli: “Əziz Prezidentim, mənim adım Fərmandır, 12 yaşım var. Bərdə şəhərində yaşayıram. Mən fəxr edirəm ki, Sizin kimi Preziden-timiz var. İnşallah, torpaqlarımız azad ediləcək, çünki bizim igid əsgərlərimiz var. Düşmənlərimiz xain və acgözdürlər. Biz onlara qalib gələcəyik. Qarabağ bizimdir, bizim olacaq! Qarabağ Azərbaycandır!”.

    Zəngilan sakini Ruslan Şirinov: “Hörmətli müzəffər Ali Baş Komanda-nımız, şanlı Azərbaycan Ordusu 29 il həsrətini çəkdiyim, doğma torpağım olan Zəngilan rayonunu mənfur iş-ğalçı düşmənlərdən azad etdi. Ailəm adından Sizə və şanlı ordumuza minnətdarlığımızı bildirirəm. İnşallah, tezliklə bayrağımız Qarabağda dalğalan-sın! Biz Sizinlə fəxr edirik! Uca Tanrı Sizi və ordumuzu qorusun!”.

    Ağdam sakini Elbrus Abdullayev: “Möhtərəm cənab Prezident, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin və bir sıra kəndlərimizin işğaldan azad olunması münasibətilə Ağdam rayon əhalisi adından Sizi təbrik edirəm. Torpaqlarımızın azad olunaca-ğına ümidimizi heç vaxt itirməmişdik. Çünki Sizin rəhbərliyinizlə ölkəmizin iqtisadi baxımdan inkişafı, ordumuzun qüdrətlənməsi və onun maddi-texniki ba-zasının möhkəmləndirilməsi bizi nikbin düşünməyə sövq edirdi. Bu nailiyyətlərin sonda bizi Qarabağa aparacağına tam qəlbimizlə inanırdıq. Nəhayət həmin gün gəlib çatdı. Bu gün biz addım-ad-dım Qarabağa doğru gedirik. “Hər işin başı səbirdir” – deyirlər. Biz 30 il döz-dük, səbir etdik, möhkəmləndik və bu da nəticəsi... Cənab Prezident, Sizdən tezliklə Şuşanın, Xankəndinin azad olun-duğu xəbərlərini gözləyirik. Ulu Tanrı hər bir işinizdə köməyiniz olsun”.

    Qusar rayonundan Şahin Ağaba-layev dövlətimizin başçısına yazır: “Möhtərəm cənab Prezident, Zəngilan şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edilməsi haqqında verdiyiniz zəfər soraqlı xoş xəbər bütün xalqımız kimi, qusarlıları da hədsiz sevindirmişdir. Sizin komandanlığınız-la şanlı ordumuz tarixin yeni silinməz səhifələrini yazır, mümkünlüyü çətin olan xarüqələr yaradır. Artıq ordumuz qələbənin astanasındadır. Xalqımızın 30 ildir gözlədiyi torpaqlarımızın düşmən

    tapdağından azad edilməsi arzusu artıq reallığa çevrilir. Düşmən üzərində qazandığımız qələbələr Sizin bilavasitə cəsarətiniz, uzaqgörənliyiniz və polad iradənizin gözəl nəticələridir. Tanrı Sizi qorusun. Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”.

    Şəki sakini Nicat Qurbanzadə: “Hörmətli cənab Prezident, hamı-lıqla Qarabağ uğrunda yürütdüyü-nüz siyasəti dəstəkləyirik. Bu gün mübarizənin ölkəmizin lehinə davam etməsi Sizin uğurlu siyasətinizin və qüdrətli Azərbaycan Ordusunun yüksək döyüşkənlik əzmində olma-sının nəticəsidir. İnanırıq ki, tezliklə tarixi torpaqlarımız tam geri alınacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Sizin kimi dəyanətli, qətiyyətli dövlət başçımız, Prezidenti-miz olduğu üçün özümüzü çox qürurlu hiss edirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

    Zaqatala sakini Hüseyn Qazı-xanov: “Hörmətli Prezident, cənab müzəffər Ali Baş Komandan, Sizi və bütün Azərbaycan xalqını torpaqları-mızın azad olunması uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə qazan-dığımız uğurlara görə təbrik edirəm.

    Hər dəfə televiziya ilə torpaq-larımızın azad olunması barədə verdiyiniz məlumatlar bizi ziyalıları çox qürurlandırır. Sizin uzaqgörən siyasətinizi dəstəkləyirəm. İşğal olun-muş hər bir qarış torpağın azad olun-ması, Azərbaycanın çiçəklənməsi naminə Sizin ətrafınızda yumruq kimi birləşdiyimizi əminliklə bildirirəm. Cənab Prezident, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri kimi biz – saxurlular da Sizinlə fəxr edir, Azərbaycanın xoş gələcəyi naminə Sizə, əsgər və zabitlərimizə cansağlığı arzu edirik. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, bütün qalan şəhər və kəndlərdə dalğalanması ümidi ilə Tanrı Sizə yar olsun”.

    Gəncə şəhərindən Natiq Bayra-mov yazır: “Hörmətli cənab Prezident, nəhayət illərdir işğal altında qalan tor-paqlarımız Sizin qətiyyətiniz, şücaətiniz və uzaqgörən siyasətiniz sayəsində yadelli işğalçılardan azad olunur. Bütün xalq əmindir ki, tezliklə yağı düşmən torpaqlarımızdan qovulacaq, o torpaqlar

    öz əzəli və əbədi sahiblərinə qovuşacaq. Mən birinci Qarabağ müharibəsində iş-tirak etmişəm və Qarabağ veteranıyam. Yenidən könüllü olaraq cəbhəyə getmək üçün rəsmi qeydiyyatdan keçdim. Lakin yaşıma və qismən səfərbərlik olduğu-na görə aparmadılar. Cənab müzəffər Ali Baş Komandan, bir daha öz bilik və təcrübəmi doğma Vətənimin erməni işğalçılarından azad edilməsinə sərf etməyə hazır olduğumu bildirirəm. Qara-bağ bizimdir, Qarabağ Azərbaycandır!”.

    Füzuli sakini Mənsur Əliyev: “Hörmətli Prezident, cənab müzəffər Ali Baş Komandan, işğal altında olan tor-paqlarımızın azad edilməsi, Vətənimizin bütövləşməsi uğrunda apardığınız müdrik siyasət öz bəhrəsini verir. Bu gün Azərbaycanın üçrəngli bayrağı Füzulidə, Cəbrayılda, Zəngilanda dalğalanır. İn-şallah, tezliklə Azərbaycanın digər dilbər guşələri də azad olunacaq. Ulu Tanrı Sizi və Azərbaycanın müzəffər ordusunu qorusun. Qarabağ bizimdir!”.

    Naxçıvandan İmaməli Məmmədov: “Cənab müzəffər Ali Baş Komandan, Vətənimizin bütövlüyü, torpaqlarımızın yağı düşməndən təmizlənməsi uğrunda apardığınız qətiyyətli siyasətiniz hər bir vətəndaşımızın ürəyindən xəbər verir. Sizə və komandanlığınız altında vuruşan igid əsgər və zabitlərimizə bu haqq işində yeni-yeni zəfərlər, qələbə sevincləri arzu edirəm. Bütün naxçı-vanlılar kimi, mən də hər an cəbhəyə getməyə, Vətən uğrunda döyüşərək canımdan, qanımdan keçməyə hazıram. Yaxşı ki, Sizin kimi Prezidentimiz var. Hər bir azərbaycanlı Sizinlə qürur duyur. Allahdan Sizə möhkəm cansağlığı, hər zaman ucada olmağı arzu edirəm”.

    Bakı şəhər sakini Sabir Alışov: “Hörmətli cənab Prezident, üç cəbhədə Azərbaycan xalqı naminə uğur qazan-dığınıza görə Sizə minnətdaram və Sizi təbrik edirəm. Bəli, Siz, eyni zamanda, 3 cəbhədə vuruşursunuz. Koronavirusla mübarizə, informasiya müharibəsi və hazırda torpaqlarımızın azadlığı uğ-runda gedən döyüşlər. Böyük və Qadir Allahın köməyi ilə uğurlar əldə edirik. Sizin zəhmətinizi Allah yerdə qoymaz! Mən bir sadə vətəndaş kimi bütün ziyalılarımızdan xahiş edirəm ki, infor-masiya müharibəsində öz güclərindən maksimum istifadə etsinlər. Ləyaqətli

    xalqımın ləyaqətli rəhbəri, on milyonluq xalqımın arzusudur ki, Yeni ili Şuşada, Xankəndidə qeyd edək. Haqq-ədalət bizimlədir, Qələbə də bizimlə olacaqdır! Qələbəyə doğru İlhamla irəli!”.

    Şamaxı sakini Anar Xanaliyev: “Möhtərəm Prezident, cənab müzəffər Ali Baş Komandan, bu gün Sizin rəhbərliyinizlə bizim şanlı ordumuz düşmənə qalib gəlir, bizə qələbə, zəfər əzmini yaşadır və biz bundan qürur duyuruq. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz və Ali Baş Komandanımız var. Siz həmişə xalqa, ölkəmizə qayğı göstərir, çətinlikləri üzərimizdən yox edir-siniz. Ona görə də hər zaman xalq Sizi sevib və Sizə güvənib. Siz xalqın böyük sərkərdəsi, Milli Qəhrəmanımızsınız. “Qarabağ Azərbaycandır!” deyib bizi qələbəyə doğru apardınız. Mən Sizi çox sevirəm və qürur hiss keçirirəm ki, azərbaycanlıyam, Siz isə Azərbaycanın Prezidentisiniz. Şanlı ordumuz qa-zandığı qələbələr məni də böyüyəndə hərbçi olmağa ruhlandırır. Bu zəfəri bizə yaşatdığınız üçün Sizə minnətdaram, cənab Prezident! Mən Sizinlə və şanlı Ordumuzla fəxr edirəm”.

    Culfadan Nahid Babayev yazır: “Hörmətli Prezident, cənab müzəffər Ali Baş Komandan, Sizi həyata ke-çirdiyiniz uğurlu siyasət münasibətilə təbrik edirəm. 30 ilə yaxın bir müddətdə ev-eşiyindən didərgin düşmüş 1 mil-yondan çox məcburi köçkün Sizin və rəşadətli ordumuzun hünəri sayəsində öz yurd-yuvasına qayıdacaq. Cənab Prezident, Sizin çıxışlarınızı və verdi-yiniz müsahibələri dinlədikcə biz daha da qürrələnirik. Fəxr edirik ki, bizim güclü liderimiz və qüdrətli ordumuz var. Allah Sizi və hazırda cəbhəboyu inam-la irəliləyən qəhrəman əsgərlərimizi qorusun! Allah amanında. Qarabağ Azərbaycandır!”.

    Füzuli sakini Rəhman Rüstəmov: “Hörmətli Prezident, cənab müzəffər Ali Baş Komandan, bütün ailə üzvlərim adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Doğma Füzulimizin hər qarışı-nın artıq azad olunduğunu düşündükcə qəlbimiz dağa dönür.

    Hörmətli müzəffər Ali Baş Komandan, Azərbaycanın işğal olunmuş torpaqlarını murdar qonşulardan təmizlədiyiniz üçün Sizə canımız və qanımızla borcluyuq.

    PREZIDENTƏ YAZIRLAR: Düşmən üzərində qazandığımız qələbələr Sizin cəsarətinizin, uzaqgörənliyinizin və polad iradənizin nəticəsidirMüzəffər Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də qardaş Türkiyədə və digər ölkələrdə yaşayan azərbaycansevərlərdə böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə yazdıqları məktublarda bu sevinc hisslərini ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

    Baş Nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov Rusiya Təhlükəsizlik Şurasının

    sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub ünvanlayıb

    Məktubda deyilir: “Bu günlərdə Rusiya Fe-derasiyasının Dövlət Dumasının “Vahid Rusi-ya” partiyasından olan üzvü Vitali Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazı-lıq doğurmuş, onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilmişdir.

    Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olun-muş ərazilərdə yaradılmış qondarma rejimə dəstəyin ifadəsi olub, Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir”.

    Əli Əhmədovun məktubunda Milonovun “Vahid Rusiya” partiyasının üzvü olması vurğulanaraq qeyd edilir ki, onun bu addımı indiyədək ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi təəssüf hissi ilə qarşılanır.

    YAP sədrinin müavininin məktubunda daha sonra qeyd olunur: “Dövlət Duması-nın üzvünün belə bir məsuliyyətsiz addımı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Rusi-ya Federasiyasının illər ərzində apardığı fəaliyyətlə ziddiyyət təşkil edir.

    Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının nəticəsində başlayan döyüşlərin getdiyi bir vaxtda işğalçıya rəğbət ifadə edən səfərdə iştirak etmək Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütöv-lüyünü dəstəkləyən rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir.

    Gələcəkdə Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müva-fiq tədbirlərin görüləcəyinə ümid edirik”.

    Azərbaycan Respublikası Baş Naziri-nin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov Rusiya Federasiyası Təhlükəsizlik Şura-sının sədr müavini, “Vahid Rusiya” parti-yasının sədri Dmitri Medvedevə məktub ünvanlayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

    BBC Ermənistanın Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini və bacısını itirmiş

    üç yaşlı Xədicə barədə reportaj yayımlayıb

    AZƏRTAC xəbər verir ki, “Dağ-lıq Qarabağ: müharibə nəticəsində valideynlərini itirmiş üç yaşlı körpə” adlı reportajda Gəncə şəhərində yaşayış binasının raket atəşinə tutulması nəticəsində dinc sakinlərin, o cümlədən, üç yaşlı Xədicənin

    valideynlərini və bacısını itirdiyi bildi-rilir.

    Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin görüntüləri, yaxınlarını itirmiş insan-ların cəsədlərinin dağıntılar altından çıxarıldığı anlar təqdim edilir.

    Bu faciə baş verəndən dərhal son-ra hadisə yerinə gəlmiş Xədicənin ba-bası Nizami Ağayev gördüklərini belə izah edir: “Hadisə yerinə gələndə gör-düm ki, elə bil dünya dağılıb. Nə sala-mat ev var, nə qapı, nə pəncərə. Hər yer dağıntı içərisində idi. Xilasedicilər narahat olmayım, deyə mənə tələfat barədə məlumat vermədilər. Sonradan xəbər gəldi ki, Xədicənin atası və ana-sı, həmçinin bacısı bu dəhşətli faciə nəticəsində həlak olublar”.

    Reportajda qeyd olunur ki,

    Xədicənin anası evinin yaxınlığındakı uşaq bağçasında işləyirmiş. Körpənin valideynləri beş ildir ailəli imiş.

    Xədicənin nənəsi bu dəhşətli faciə barədə danışarkən qızının arzularının yarımçıq qaldığını, nəvəsi Xədicənin sağ qalmasının isə onlara böyük təsəlli olduğunu bildirib.

    Reportajda, həmçinin qeyd olunur ki, raket hücumu nəticəsində dağıntı qırıntıları Xədicənin gözlərinə düşdüyü üçün körpə üç gün ərzində gözlərini aça bilməyib.

    BBC telekanalı Ermənistanın humanitar atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması və nəticədə hər iki valideynini, eləcə də bacısını itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırlayıb.

  • 24 oktyabr 2020-ci il, şənbə 5Bu gün ölkəmizdə pandemiya səbə

    bindən COVID–19 infeksiyasına yoluxanların sayının kəskin artaraq rekord həddə çatması hər kəsdə narahatlıq yaradıb. Yalnız Azərbaycanda deyil, Avropada da xəstə sayının artması getdikcə daha pis nəticələrin olacağından xəbər verir. Azərbaycanda yoluxma sayının 800ü keçməsi hər kəsi daha ayıq olmağa, qorunmağa, düşünməyə sövq etməlidir. Ölkəmizdə gedən Vətən müharibəsinə diqqətimizi daha çox yönəltdiyimizdən, sağlamlığımızın qeydinə qalmağı arxa plana atmışıq.

    Azərbaycanın Birinci vitse-prezi-denti Mehriban xanım Əliyeva “Trend”ə müsahibəsində, məhz bu məsələyə toxunub və bildirib ki, biz ötən müddət ərzində epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olmuşuq: “Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və

    olduqca təhlükəli mərhələsini ən az say-da itki ilə başa vurmuş dövlətlər sırasın-dadır. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltma-ğa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasın-dan qoruya bildik”.

    Birinci vitse-prezident çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlməyin mümkün olmadığını təəssüflə deyərək qeyd edib ki, bu virus, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübut-dur. Pandemiyaya qarşı müharibənin hələ davam etdiyini, Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlərin yenidən qüvvəyə mindiyini bildirən Meh-riban xanım deyib ki, bizim ölkəmizdə də son günlərdə yoluxanların sayı-nın artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edi-lib. Mehriban xanım müsahibəsində bun-dan çox narahat olduğunu qeyd edərək, xalqa müraciət edib: “Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz

    elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltma-ğa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birin-ci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq”.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi də Dağlıq Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatların eskalasiyası ilə bağlı öz narahatlığını bildirib. Təşkilatın Avropa üzrə regional direktoru Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verildiyini diqqətə çatdırıb. Bəyanatda bildirilir ki, sentyabr ayının sonundan etibarən başlayan toqquş-malar nəticəsində on minlərlə mülki vətəndaş öz yurdundan didərgin düşüb, yüzlərlə insan yaralanıb və xeyli sayda şəxs həlak olub:

    “Biz münaqişədən zərər çəkən hər bir ailəyə, cəmiyyətin hər bir üzvünə öz dəstəyimizi ifadə edirik. Hərbi əməliyyatlar COVID–19-a yoluxma sayının artmasına böyük təsir göstərir. Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaq. Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda

    COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir. Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər müşahidə edilməmiş bu ictimai səhiyyə təhdidindən qorunmaq üçün vaxt itirməməyə və səyləri artırma-ğa çağırır”.

    Bəyanatda bir daha qeyd edilir ki, ÜST münaqişə tərəflərini beynəlxalq humanitar hüquq normalarına uy-ğun olaraq mülki şəxsləri, həmçinin yaralılara və xəstələrə qulluq edilən tibb müəssisələrini qorumağa çağırır.

    COVID --19 pandemiyası zamanı bütün tibb işçilərinin zorakılıqdan qorunması onların pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirə bilməsi üçün xüsusilə vacibdir. Hərbi əməliyyatların dərhal dayandırılması, insan hüququ olan səhiyyə xidmətlərindən istifadə imkanının davamlılığı üçün vacibdir.

    Pandemiya başlayandan diqqətdə saxladığımız bu mövzu ilə bağlı dəfələrlə yazmışıq və yenə qeyd edirik ki, koronavirusu yüngül və simptomsuz keçirən xəstələr evdə təcrid halında müalicə olunur və nəzarətdə saxlanılır. Bu halda, ailə üzvlərini, xüsusən yaşlı-ları necə qorumaq məsələsi aktuallaşır. Evdə xəstənin və digər ailə üzvlərinin xüsusi sanitar-epidemik, gigiyenik qaydalara əməl etməsi vacibdir və bu barədə sahə həkimi təlimat verməlidir. Əgər belə bir məlumatınız yoxdursa, bu informasiya, yəqin ki, qorunmaq üçün köməyinizə çatacaq.

    Hər şeydən əvvəl, özünütəcridə əməl edilməlidir. Belə ki, xəstəlik bitənə kimi, yəni 21 gün, bəzən isə xəstəliyin ağırlıq dərəcəsinə, sağalma zamanına görə, daha çox müddət evdən, yaşayış

    yerindən çölə çıxmamaq lazımdır. Bu dövr ərzində o evə qohum, qonşu və dostlar gəlməməlidir. Xəstə ailə üzvlərindən və lazım gələrsə, həkimdən başqa heç bir kəslə təmasda olmama-lıdır. Xəstə tək qalırsa, qapıya gələn sifarişi götürə, (sifariş qapıya qoyulur, həmin insan qapıdan 3 metr aralanır, sonra xəstə maskada və əlcəkdə çıxır) və zibil ata bilər. Xəstə yalnız həyati təhlükə olduqda, fövqəladə və qəza vəziyyətində evdən çıxa bilər.

    İkincisi, xəstə olan evdə ailə üzvləri ilə davranışa da diqqət edilməlidir. Ən yaxşı özünü təcrid ailə üzvlərindən kənar, başqa ev, mənzil və ya şəraitdə qalmaqdır. Bu halda yalnız bir ailə üzvü xəstəyə arada baş çəkə və lazım olan şeyləri ala bilər. Əgər belə imkan yoxdursa, bir damın altında maksimum ehtiyatlı davranmaq lazımdır. Təəssüf ki, Azərbaycanda ailə dəyərləri bəzən sağ-lamlıqdan üstün tutulur, gəlin qaynana-ya, ana oğula, qadın ərinə baxır, qulluq edir və hətta ailə üzvləri səhər, axşam yeməyinə xəstə adamı da güclə gətirib bir masa ətrafında əyləşdirirlər. Çox zaman xəstə də “nə olacaq?” – deyə düşünərək, ailə üzvlərindən aralı durma-ğı sanki özünə sığışdırmır və lazımsız hesab edir.

    Üçüncüsü, xəstənin ayrıca otağı olmalıdır. O otağa heç kim – uşaq və

    ev heyvanları daxil olmamalıdır. Ota-ğa gün işığı düşməli, pəncərəsi çox zaman açıq olmalıdır. Otaqdan çıxan-da xəstə maska, əlcək taxmalıdır. O, ayaqyoluna, mətbəxə keçdikdə, orada başqa heç kim olmamalıdır. Yeməyi öz otağında yeməlidir. Onun qabları qaynar suya salınmalı, sonra yuyulma-lıdır. Xəstəyə qulluq edən, yəni otağa girmədən yeməyini, dərmanını verən insan maskada olmalıdır. Tualetdən istifadə edərkən hamıdan sonra istifadə etməlidir. Yəni ailədə bütün üzvlər

    duş alandan, çiməndən sonra, sonda koronaviruslu xəstə çimə bilər. Tualet və hamamdan istifadə etdikdən sonra səthlər “Domestos”la yuyulub, dezinfek-siya olunmalıdır.

    Dördüncüsü, koronavirus xəstəsi yatağını özü dəyişməlidir. Yaxşı olar ki, onun yataq vasitələri 1–2 sutka açıq havada qaldıqdan sonra yuyulsun. Xəstənin paltarları ayrıca yuyulmalıdır. Digər ailə üzvlərinin geyimləri ilə birlikdə maşına atmaq olmaz. Onun zibil qabı ayrıca olmalı, zibilini özü atmalıdır. Xəstənin toxunduğu qapı dəstəkləri, telefon, əşyalar mütləq dezinfeksiya olunmalıdır. Koronavirus xəstəsi olan ev hər gün 5 dəfə havalandırılmalıdır. Ailədə şəkər, onkoloji, ürək xəstəsi, çox kök adam varsa, yaxşı olar ki, onlar bir müddət ayrı yerdə qalsın, bu vacib-dir. Əgər getmək mümkün deyilsə, bu adamlar da ayrıca otaqda vaxt keçirsin, xəstə ailə üzvü ilə təmas qurmasın. Koronavirus xəstəsi açıq havada, hamı yatandan sonra gecələr gəzə, idman edə, yüngül yürüş edə bilər. Bu onun ağciyərləri və qan dövranı üçün vacibdir.

    Beşincisi, koronaviruslu xəstələrin yeməyinə də diqqət edilməlidir. Bol vitaminli qidalar insanın immun sistemini gücləndirir. İmmun sistemi güclü olanlar isə xəstəliyi ya yüngül keçirir, ya da heç virusa yoluxmurlar. Çikaqo Tibb Universi-tetinin alimləri koronavirusla mübarizədə effektiv olan və ikinci dalğada insanları yoluxmaqdan qoruya biləcək vitaminləri açıqlayıb. Qeyd ediblər ki, A, B qrup, C, D vitaminlərinin defisiti insanların koronavirusa tez yoluxmasına səbəb olur. Xüsusən, araşdırmalar göstərib ki, virusa yoluxanlar arasında D vitamini az olan insanlar daha çoxdur. Alimlər payız

    menyusuna balıq, pendir, göbələk, ət daxil etməyi tövsiyə edirlər. İmmuniteti möhkəmləndirmək üçün sink də qəbul etməyin vacibliyini deyiblər.

    Bütün dediklərimizin fonunda əsas yadda saxlamalı olduğumuz bir fakt var: Biz həm müharibə, həm də pande-miya şəraitində yaşayırıq. Ətrafımızda xəstə insanların olması mümkündür. Buna görə də ən vacib məsələ həmişə təkrarladığımız, artıq sloqana çevrilmiş “maska, sosial məsafə və gigiyenaya əməl etmək”dir.

    Yazımızı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Trend”ə müsahibəsindəki müraciətlə bitiririk: “Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazım-dır. İndi bütün resursların bizim xilas-karlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!”

    Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

    Doqquz il bundan öncə Azərbaycan BMT Təhlükəsizlik

    Şurasının qeyri-daimi üzvü seçildiMəlum olduğu kimi,

    Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal və dinamik diplomatiya aparır. Bu, həm beynəlxalq təşkilatların işində iştirak etməkdə, həm müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin möhkəmlənməsində və inkişafında, həm də, məsələn, İslam Əməkdaşlıq Təşkilatı kimi mühüm təşkilatlarda üzvlükdə ifadə olunur. Xatırla-daq ki, 2011-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatına üzv olmuşdu və sadaladığımız bütün amillər ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə müsbət təsir göstərmişdi.

    Məlumdur ki, qeyri-daimi üzvlərin seçilməsi zamanı seçkiyə, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə, BMT-nin digər vəzifələrinin həyata keçirilməsi prosesində fəal iştirak etmək imkanı, ölkənin hazırkı beynəlxalq münasibətlər sistemində yeri və rolu kimi mühüm amillər nəzərə alınır. Hamıya yaxşı məlumdur ki, Azərbaycan beynəlxalq humanitar missi-yalarda yaxından iştirak edir, bir sıra dövlətlərə yardım göstərir. Çünki Azərbaycan müxtəlif xalqların üzləşdiyi fəlakətlərə heç vaxt biganə qalmır. Zaman göstərdi ki, Azərbaycan regional və qlobal proseslərə laqeyd qalmır, onlarda fəal şəkildə iştirak edir və ümumiyyətlə, özünü bütün bunların tərkib hissəsi hesab edir. Azərbaycanın Təhlükəsizlik Şurasına üzv seçilməsi bir daha sübut etmişdi ki, ölkəmiz beynəlxalq aləmdə göstərilən parametrlərə uyğun və fəal şəkildə dəstəklənən siyasət yeridir.

    Xüsusilə qeyd etmək la-zımdı ki, BMT-də səsvermənin yekunu Azərbaycan üçün yalnız nəticəsi ilə deyil, həm də mübarizənin gedişi ilə gözlənilməz olmuşdu. Belə ki, BMT-nin, necə deyərlər, ənənəvi “ssenarisi” səsvermənin ilk turundan etibarən pozulmuşdu. Daha dəqiq desək, səsvermədə Azərbaycan favorit sayılan Macarıstan və Sloveniyadan daha çox dəstək almışdı. Azərbaycanın səslərin 25 faizindən çoxunu qaza-na bilməyəcəyini güman edən bəzi xarici analitiklərin proqnozlarının əksinə olaraq, ölkəmiz iki dəfə çox səs qazanmışdı. Nəticədə Macarıstan ilk səsvermədən sonra mübarizəni dayandır-mış, Azərbaycan və Slove-niya isə mübarizəni davam etdirmişdilər. Mütəxəssislərin sözlərinə görə, bəzi xari-ci siyasətçilər, şübhəsiz ki, Azərbaycanın artan beynəlxalq nüfuzunu, dip-lomatiyasının beynəlxalq dəstəyi öz xeyrinə səfərbər etmək məqsədi ilə gördüyü böyük təşkilatçılıq və siyasi işləri lazımınca qiymətləndirə bilməmişdilər. Onlar gözləmirdilər ki, Azərbaycan bu cür qətiyyət nümayiş etdirəcək və rəsmi Bakı yalnız səsvermədə iştirak və irəli sürülməsi faktından razı qalacaq. Seçkilərin nəticələri onların yanıldıqla-rını göstərmişdi. Azərbaycan nəinki müsəlman dövlətlərinin, həm də MDB-nin (Ermənistan istisna olmaqla) və Qoşul-mama Hərəkatına daxil olan bir çox ölkələrin dəstəyini qazanmışdı. Şübhəsiz ki, BMT-dəki kiçik ölkələrin daimi nümayəndələrinin

    Azərbaycana tanışlıq səfəri, diplomatlarımızın istər BMT-də, istərsə də diplomatik nümayəndəliklərimizin olduğu dövlətlərdə konstruktiv və məqsədyönlü işi də müsbət rol oynamışdı.

    Əlbəttə, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvü seçilməsi çox məsuliyyətli vəzifə olmuşdu. Belə ki, dünya bi