bİologİya İxtİsasi ÜzrƏ mİkologİya kursu

88
L/O/G/O www.themegallery.com AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Upload: rhonda-graham

Post on 31-Dec-2015

120 views

Category:

Documents


15 download

DESCRIPTION

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. www.themegallery.com. Mövzu 1. Giriş. Mikologiya bir elm kimi, onun məqsəd və vəzifələri, təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

L/O/G/Owww.themegallery.com

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİ

BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU

BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU

Page 2: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov

Mövzu 1. Giriş. Mikologiya bir elm kimi, onun

məqsəd və vəzifələri, təbiətdə və insan həyatında göbələklərin

əhəmiyyəti

Page 3: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

1. Mikologiyanın predmeti və vəzifələri.

2. Mikologiya ümumi elmlər sistemində: onun fitopatologiya,

tibb, texnika və başqa bioloji elmlərlə əlaqəsi.

3. Mikologiyanın inkişaf tarixinə baxış.

4. Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

P L A N

Page 4: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya.

Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s.

2. Все о грибах / М.В.Горленко, Н.В.Гарибова, И.И.Сидирова

и др. М.: Лесн. Пром. Сть., 1986, 280 с.

3.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с.

4.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.:

2005, 220 с.

Əsas ədəbiyyatlar

Page 5: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Köməkçi ədəbiyyatlar

1.Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s. 2. Adil Sadiqov Azərbaycanın yeməli və zəhərli göbələkləri.

Bakı: “Elm”, 2007, 124 s. 3.Томас Лессо Грибы. Москва: Астрель, 2007, 304 с.4.Джеффри Кибби Атлас грибов. Санкт-Петербург:

Амфора, 2009, 269 с.5.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с.6.Емцев В.Г., Мишустин Е.Н. Микробиолгия. М.: Юрайт,

2012, 445 с. 7.Тихомиров Ф.К. Ботаника. 2-е изд., перераб. Москва:

«Высшая школа», 1968, 414 с.

Page 6: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikologiyanın predmeti və vəzifələri

Mikologiya yunan sözü olub,

mykes – göbələk, logos - elm,

təlim deməklə göbələklər

haqqında elmdir.

Page 7: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikologiyanın predmeti – göbələklərdir.

Botanikanın bir bölməsidir.

Ağ göbələk - Boletus edulis

Page 8: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Yer donbalanı – Tuber

Ağ yer donbalanı – Tuber magnatum Yer donbalanı – Tuber

Page 9: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Yay dombalanı - Tuber aestivum

Page 10: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Qış yer donbalanı - Tuber brumale

Page 11: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Xüsusi öyrədilmiş itlər dombalan axtarışında

Page 12: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikologiyanın əsas vəzifəsi:

GÖBƏLƏKLƏRİN

morfologiya

sistematika

biologiya

fiziologiya

biokimya

ekologiya

coğrafiya

filogenezini

öyrənmək və insanın həyatında rolunu aydınlaşdırmaqdan

ibarətdir

Page 13: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Təbiətdə 100000 mindən artıq göbələyə rast gəlinir

İngilis alimi Tomas Lesso göstərir ki, göbələklər aləmində növlərin sayı 1,5 milyona yaxındır

Mikoloqlar təsdiq edirlər ki, yalnız 80000 göbələk növü qanuni şəkildə qeydə alınmış və təsvir edilmişdir, bu isə mövcud göbələklərin yalnız 5%-i təşkil edir.

Page 14: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

K.V.Popkova (2005) göstərir ki, bu gün dünyada qeydə alınan göbələklərin 5000 növü bitkilərdə parazitlik edir və onlar

fitopatogen göbələklər adlanırlar.

Page 15: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Fitopatogen göbələklər

Sphaerotheca pannosa f. rosae

Ustilago zeae

Page 16: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Fitopatogen göbələklər

Taphrina deformans Cercospora beticola

Page 17: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələklər

bakteriyalarla birlikdə üzvi qalıqları parçalayaraq torpaqəmələgətirmə,

torpağın münbit qatı olan humusun formalaşmasında fəal iştirak edirlər.

heyvan və bitkilərdə parazitlik edərək, onlarda müxtəlif

xəstəliklərə səbəb olurlar, məsələn, bitkilərdə pas və sürmə

xəstəlikləri.

kənd təsərrüfatı məhsullarında yerləşərək, xammal və

yarımfabrikatların çürüməsinə, hətta intoksikasiyasına səbəb olur

Page 18: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Lentinus lepideus Phellinus tremulae

Oduncaq dağıdan göbələklər

Page 19: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələklərin vegetativ bədəni mitseldən- güclü budaqlanan

hiflərdən ibarətdir.

Göbələklərin əksəriyyətində xüsusi

qidalanma orqanı yoxdur və onlar qida maddələrini bütün bədən səthi ilə əldə

edirlər.

hif

mitsel

Page 20: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Osmotrof qidalanma xüsusiyyəti göbələyi bütün vegetativ bədəni ilə substrata maksimum yüklənməyi tələb edir, bu halda isə yayılma

çətinləşir, göbələk yeni substratları əhatə edə bilmir.

Göbələyin çoxalma sporları xüsusi mitsel strukturları vasitəsilə

substratın üzərinə çıxarılır.

Göbələk hifi

QaustoriyaBitki hüceyrəsinin

divarı

Bitki hüceyrəsi

Page 21: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələklər üçün ümumi yaşayış yeri olan meyvə

bədənləri daxildə formalaşırlar

Kleystotesi

Peritesi

Apotesi

Page 22: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələklər enerji almaq üçün mürəkkəb üzvi birləşmələrdən istifadə edirlər.

Böyük molekulyar kütlə hüceyrə örtüyü vasitəsilə sahibin toxumasına daxil ola bilmir.

Göbələklər yüksək molekullu polimerləri (polisaxaridlər, nuklein turşuları, zülallar və başqaları) hüceyrəyə daxil olma qabiliyyətli ayrı-ayrı monomerlərə qədər parçalayırlar.

Page 23: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikologiya

Fitopatologiya

Tibb

Texnika

Botanika

Sənaye

Mikologiya ümumi elmlər sistemində, onun fitopatologiya, tibb, texnika və başqa bioloji

elmlərlə əlaqəsi

Mikrobiologiya

Page 24: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələklər

xlorofildən məhrumdur

saprotrof və ya parazit qidalanırlar

əhatəli orqanizm qrupudur, burada 100000 mindən çox

növ birləşmişdir

Mikologiyanın inkişaf tarixinə baxış

Page 25: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Yunan dilində şampinyon göbələklərin adı

“mikos” adlanır və bu haqda qədim yunan

mənbələrində bizim eraya qədər III əsrdə

Teofrastın əsərlərində xatırlanır. Elə göbələyin

latın adı “mikota” və ya “mycetes” də

başlanğıcını mikos sözündən götürmüşdür.

Page 26: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Rus dilində göbələk “губы” adlandırılmışdır.

“Göbələk” və ya “грибы” adı yalnız XV əsrin sonu

və ya XVI əsrin əvvəllərində meydana çıxmışdır.

Linqvistlərin mülahizələrinə görə bu söz qədim rus

sözü “гьрб”-dan götürülmüşdür. Rus torpağında

XVI və XVII əsərlərdə hər iki ad işlənmiş, XVIII

əsrin əvvəllərində meydana çıxan “грибы” sözü

rus dilinin lüğətinə daxil olmuşdur.

Page 27: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Bəzi mənbələrə görə Azərbaycanda da

göbələklər haqqında bilgilər hələ XI əsrdən

məlumdur. Adil Sadıqov (2007) yazır ki, XI

əsrdə Şamaxıda böyük alim Kafiəddin

Şirvaninin yaratdığı Tibb Akademiyasında bir

sıra xəstəliklərin müalicəsində müxtəlif tərkibli

dərmanlarla yanaşı, “yaşıl kif” də (penisillin)

yaraların müalicəsində tətbiq olunurdu.

Page 28: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Teofrastdan sonra göbələklər haqqında

xatırlamalara bir sıra qədim Roma

klassiklərində Dioskorida, Böyük Pliniy

rast gəlinir. Bu alimlər onlara məlum

olan iri göbələkləri təsvir etmiş, bəzi

xassələrini göstərmişlər.

Page 29: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Pliniy Böyük “Təbii tarix” əsərində göbələkləri

yeyilən və yeyilməyənlərə ayırmaqla onların ilk

təsnifatını verməyə cəhd etmişdir. Göbələklərin

təsnifatına belə yanaşma onu göstərir ki,

Qədim Romada göbələklər artıq ərzaqlıq

məhsul kimi geniş istifadə olunurdu. Həmin

dövrdə muxomor cinsindən olan Sezar göbələyi

məşhur idi.

Page 30: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Sezar göbələyi - Amanita caesarea

Page 31: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Məşhur Avstriya botaniki XVI əsrin sonu XVII əsrin əvvəllərində Kluzius 100 növdən artıq

göbələyi təsvir etmiş, həmin dövr üçün vacib olan göbələklərin şəkillərini çəkmiş və onu “Kluziusun

Kateksi” adlandırmışdır.

1729-cu ildə italyan alimi Mikeli vacib bir kəşf etdi: papaqlı göbələklərdə sporları gördü və onları

“toxum” kimi təqdim etdi, göstərdi ki, onlar bu toxumlarla çoxalırlar.

Fransız botaniki Dyutroşe papaqlı və başqa göbələklər yalnız meyvələrdir, onlar isə yerin

altında olan budaqlanan hiflərdən əmələ gəlir. Həmin hifləri biz indi mitsel adlandırırıq.

Page 32: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Alman botaniki X.Bokun “Otluqda” 1595-ci il kitabında göbələklərə cəmi bir fəsil ayrılmış, həmin fəsildə isə 10-a qədər papaqlı və qov

göbələklərinin təsviri verilmişdir.

Page 33: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikeli ilk dəfə göbələklərdə sporları aşkar etdikdən sonra, onları toxum adlandırdı.

Spor adı isə 1778-ci ildə alman botaniki Qedviq tərəfindən təklif olunmuşdur.

spor

Spordan hifin inkişafı

Page 34: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

XVII əsrdə Huk və Malpigi kimi mikroskopçular mikroskop altında pas göbələklərini müşahidə etdilər.

Lakin pas göbələklərinin əmələ gəlməsini yarpağın özünün şəkildəyişməsi kimi izah etdilər.

1833-cü ildə Frans Unqerin “Bitkilərdə səpgilər” kitabında parazit mikroskopik göbələklər haqqında oxşar

nəzəriyyə inkişaf etdirilmişdir. Unqer yazırdı: “Şirənin xəstəlik vəziyyəti xəstəliyin səbəbidir, göbələk orqanizmləri

– nəticədir”.

Yalnız İsveç botaniki E.Friz (1794-1878) ilk dəfə bitkilərin xəstəlik törədicilərinin mikroskopik göbələklərə aid olduğunu

və xəstəlik bitki hüceyrəsindən başlayır fikrini təsdiq etdi.

Page 35: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Karl Linney 1735-ci ildə yazdığı “Təbiətin sistemi” kitabında 95 növ göbələyi təsvir etmiş, lakin təsnifləşdirə bilməmişdir. O

zaman alim yazırdı: “Göbələklərin sırasında xaos var”.

Karl Linney - İsveç təbiətşünası

(1707 – 1778)

Page 36: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

E.Frizin 1821-1832-ci illərdə yazdığı “Mikologiyanın sistemi” adlı fundamental kitabda bir neçə min göbələk

növləri təsvir edilmişdir.

E.Friz – Niderland botaniki

(1848 – 1935)

Page 37: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Sürmə, pas, kartofda fitoftoroz kimi əhəmiyyətli parazit göbələklərin öyrənilməsi, eksperimental xarakterli işlərin

aparılması istiqaməti fransız botanikləri Tülyan qardaşlarına və alman alimi Anton de Bariyə məxsusdur. Anton de Bare

haqlı olaraq “Mikologiyanın atası” hesab olunur.

Anton de Bari – Alman morfoloq, mikoloq və anatomu

(1831–1888)

Page 38: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

İtalyan alimi P.A.Sakkardo 1882-1931-ci illərdə 25 cildlik kitablarını həmin dövrdə mövcud olan 80 minə qədər

göbələyin latın dilində təsvirinə həsr etmişdir.

A.Sakkardo - İtalyan

botaniki və mikoloqu

(1845 – 1920)

Page 39: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Rusiyada mikologiyanın inkişafı (1838-1903) adı ilə bağlıdır. Onu haqlı olaraq rus mikologiyasının atası

adlandırırlar. Tədqiqatçının kələmdə kila, günəbaxanda pas, bir sıra tərəvəz bitkilərində ağ çürümə xəstəliklərinin törədiciləri olan göbələklər haqda verdiyi bilgilər bu gün

də aktuallığını saxlayır.

M.S.Voroninin- Rus botaniki,

mikoloqu və fitopatoloqu

(1838 - 1903)

Page 40: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

S.Q.Navaşin bir çox göbələklərin inkişaf tsikllərini öyrənməklə mikologiya elminə müəyyən töhfələr

vermiş, bu sahədə akademikliyə qədər yüksəlmişdir.

S.Q.Navaşin – rus botaniki

(1857 - 1930)

Page 41: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

A.A.Yaçevski 1915-ci ildən başlayaraq bütün ölkə üzrə bitki xəstəlikləri haqqında məlumatları toplayaraq «Mikologiya və

fitopatologiya üzrə materiallar» nəşr etdirməyə başladı. A.A.Yaçevski eyni zamanda bütün dünya mikoloq və

fitopatoloqları tərəfindən qəbul edilən məşhur kitabların müəllifidir: «Rusiyada dənli taxıllarda pas», «Fitopatologiya

(bitkilərin xəstəlikləri)», «Göbələklərin təyini», «Mikologiyanın əsasları» və başqaları.

A.A.Yaçevski – rus botaniki, mikoloqu

və fitopatoloqu

(1863 - 1932)

Page 42: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

N.A.Naumovun 25 cinsə daxil olan 200-dən çox göbələk növünü təsvir etmişdir. O eyni zamanda mikoloq və fitopatoloq

kadrlarının yetişməsinə böyük diqqət verirdi: «Mikoloji və fitopatoloji tədqiqat üsulları», «Leninqrad vilayətinin göbələk florası», «Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri» kitabları

bunun üçün bir vasitə idi.

N.A.Naumov – Rus botaniki, mikoloqu və fitopatoloqu(1888 – 1959)

Page 43: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Amerikan mikoloqlardan

(1850-1942) bir sıra

botaniki və mikoloji

taksonların müəllifidir.

Botanik nomenklaturada

bu adlar “Artur” ilə

tamamlanır. Artur Cozef Çarlz

(1850-1942)

Page 44: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Bert Eduart Anqus

amerikalı mikoloq

olmaqla Şimali

Amerikanın bazidial

göbələklərini

öyrənmişdir. Bert Eduart Anqus

(1859 - 1939)

Page 45: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Rolf Zinger alman mənşəli

botanik alim Qərbi Avropa,

SSRİ, ABŞ, Argentina və Çilidə

işləmişdir. XX əsrin ən

görkəmli mikoloqlarındandır.

Aqar göbələklərinin sistemini

işləmiş, 2450 yeni göbələk növü

təsvir etmişdir. 9 dildə nəşr

edilən 400 əsərin müəllifidir.

Rolf Zinger

(1906 - 1994)

Page 46: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Şveynits Lyus Devid (1780-1834) Şimali Amerika

mikologiyasının atası adlandırılır. Alman mənşəli

mikoloqdur. Şimali Amerikada 4000 minə qədər

göbələk növünü təsvir etmişdir.

Page 47: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

Torpaq göbələkləri vahid taksonomik qrup deyil, onlar ən müxtəlif ekoloji - trofik

qruplara mənsubdurlar:

saprotroflar

bitki patogenləri

mikoriza əmələ

gətirənlər yırtıcı göbələklər

Hamısının vahid yaşayış məskəni – torpaqdır

Page 48: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələk hiflərinin miqdarı torpaqda çox zəngindir

Qarışıq meşə sahəsinin 1 qram torpağında 600 minə çatır, elə həmin miqdar torpaqda mitsel hiflərinin ümumi uzunluğu bir neçə

yüz metrlərlə ölçülür.

Bəzi meşə torpaqlarının bir hektarının 4-5 sm dərinliyində göbələk biokütləsi

50-320 kq-a çatır.

Çox quru səhra qumlarında da göbələklər qeydə alınır.

Page 49: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələklər əksər torpaq tiplərində əsasən torpağın 5-10 sm dərinliyində toplanırlar

Torpaqda külli miqdarda üzvi maddələr toplanır, burada rütubət və havalanma da optimaldır

Torpaq göbələklərinin əksəriyyəti üçün 24-28°C temperatur optimal hesab edilir

Aspergillus, Mucor, Humicola kimi cinslərə daxil olan növlər 35-40°C-də yaşayırlar, onlara termofil

göbələklər deyilir

Page 50: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Torpaq göbələklərinin yayılmasında göstərilən

amillər rol oynayır:

su

günəş radiasiya

temperatur

Page 51: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Əgər təbiətdə göbələklər

olmasaydı, bütün yer səthi

bitki qalıqları ilə

örtülərdi.

Page 52: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Meşənin mərtəbələri

ağaclar

kolluqlar

kolcuqlar və otlarmamırlar və şibyələr

Page 53: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Meşənin adi görünüşü

Tökülən yarpaqlar,

köhnə ot qalıqları,

quru budaqlar

Page 54: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Meşə təbiətin məkanı kimi

Page 55: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU
Page 56: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU
Page 57: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Təbiətin tarazlığı

Page 58: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Torpaq göbələkləri üçün ən yaxşı yaşayış obyektlərindən biri

bitkinin kök üstü və ya kökətrafı zonasıdır, buna rizosfer də deyilir.

1904-cü ildə alman alimi L.Qiltner bəzi ot bitkilərinin kökətrafı

sahəsini öyrənərkən burada çoxlu miqdarda mikrobların

mövcudluğuna diqqət yetirdi, halbuki, kökdən kənar sahədə belə

mikroblar qeydə alınmırdı. Onun fikrinə görə bu təsadüfi hal

deyildir, ona görə ki, ali bitkilərin kök sistemi yüksək bioloji

fəallığı ilə fərqlənirlər. Qiltner tərəfindən mikrobların yüksək

miqdarı ilə fərqlənən və köklərə yaxın zona rizosfer adlandırıldı.

Page 59: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikoriza adlı bu kəşf Avstriya alimi S.Reyssekə

məxsusdur. Alim bu kəşfi 1847-ci ildə etmişdir. O hətta

köklərdən göbələk mitselini ayırmağa və onu

becərməyə cəhdlər etmişdir. Həmin dövrdə

tədqiqatçıların əksəriyyəti hesab edirdilər ki, göbələk

bitki köklərində parazitlik edir.

Page 60: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Birgə təkamülün gedişində göbələklər və ağaclar mürəkkəb qarşılıqlı münasibətlər qurmuşlar, bu

zaman hər iki orqanizm qarşılıqlı fayda alır

Page 61: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikoriza

Page 62: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikoriza

Page 63: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələkləri meşənin düşməni

və sanitarı hesab edirlər

Page 64: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Mikroskopik və

makroskopik göbələklər

müxtəlif ağac, kol,

yabanı bitən ot və

becərilən bitkilərdə

xəstəliklər törədirlər

Nəticədə bitkilərdə

maddələr mübadiləsi

pozulur, məhsuldarlıq

aşağı düşür, bəzən

xəstəlik bitkinin məhvi

ilə sonuclanır

Page 65: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Zərərvermə xarakterinə görə göbələkləri müxtəlif qruplara bölürlər:

Keçmiş SSRİ-də ağac dağıdan 852 növ göbələk - makromisetlər qeydə alınmışdır. Bütün bunlarla yanaşı göbələklər həm də meşənin sanitarıdırlar.

I qrupa daxil olan göbələklər destruktiv

çürümə törədir, sellülozanı dağıdır,

oduncağın rəngi dəyişir, qonur çürümə

baş verir

II qrupa daxil olan göbələklər korroziyalı

çürüməyə səbəb olmaqla liqnin

maddəsini parçalayırlar

Page 66: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

İynəyarpaqlı ağac

cinslərinin oduncağının parçalanması

prosesində iştirak edən göbələklər cinsləri

Enliyarpaqlı ağac

cinslərinin oduncağının parçalanması

prosesində iştirak edən

göbələk cinsləri

Fomitopsis

Gleofillum

Korpollelus

Stereum

Kornollelus

Kornolus

Fomes

Piptoporus

Page 67: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Yeməli göbələyin

Avropada 500 növü

Keçmiş İttifaqda 300-ə qədər növü

Rusiya, Ukrayna, Belarusda hər il cəmi 10-15 göbələk növü

Azərbaycanda isə 4-5 növü istifadə edilir

Page 68: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Göbələk tərkibinin 84-94%-ni su

Azotlu maddələr göbələyin quru kütləsinin 15-60%-dir. Onların isə 70%-i zülallardır.

Zülal maddələri şampinyonlarda 44%

Ağ göbələkdə 43,69%

Sancada 31,42%

Tozanaqlarda 32, 06%-dir. Tozanaqlarda 32,06%-dir

Ağ göbələkdə isə 22 amin turşusu olduğu aşkar edilmişdir.

Adi şampinyonda 18

Page 69: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

İnsanların göbələyə olan tələbatının 75-80%-i şampinyon göbələklər

hesabına ödənilir.

Dünyanın 70-dən çox ölkəsində şamoinyon - Agaricus bisporus becərilir.

Təxminən istixananın 1 m²-dən 15 kq-a qədər göbələk toplanır.

Page 70: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Şampinyonların əsas istehsalçısı ABŞ-dır, dünya şampinyon istehsalının 25%-i onun üzərinə düşür.

İkinci yerdə Fransa gəlir, burada hər il 200 min tondan çox məhsul istehsal edilir.

Böyük Britaniya, Niderland, Polşa, Cənubi Koreya, Tailand və s. iri istehsalçılar sırasındadır.

Son illər şampinyon istehsalı Azərbaycanda da dinamik inkişaf edir.

Page 71: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Özünü yoxlama üçün mövzuya aid test sualları

1. Mikologiya nə sözüdür və nə deməkdir ?

a) yunan sözü olub, bakteriyalar haqqında elmdir

b) latın sözü olub, virusları öyrənir

c) yunan sözü olub, göbələklər haqqında elmdir

d) yunan sözü olub, bitkinin hüceyrəvi quruluşunu öyrənir

e) latın sözü olub, fitoplazmaları öyrənir

Page 72: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

2. Mikoloqlar neçə göbələk növünün qanuni

şəkildə alınmasını təsdiq edirlər?

a) 250 min

b) 100 min

c) 1,5 milyona yaxın

d) 80 min

e) 5 min

Page 73: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

3. Fitopatogen göbələklərin sayı nə qədərdir?

a) 5 min

b) 10 min

c) 1 milyondan çox

d) 70 min

e) fitopatogen göbələklər yoxdur

Page 74: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

4. XVIII əsrdə yaşayan fransız botaniki P.Veyan göbələkləri necə

adlandırmışdır ?

a) təbiətin düşməni

b) meşənin sanitarı

c) əjdahanın ixtirası

d) torpağın kotanı

e) mədənu bitkilərin qənimi

Page 75: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

5. Göbələklərin vegetativ bədəni nədən ibarətdir?

a) güclü budaqlanan mitsel hiflərindən

b) hemmilərdən

c) blastosporlardan

d) sadə konididaşıyanlardan

e) zoosporangilərdən

Page 76: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

6. Mikologiya ilə hansı elmlər əlaqəlidir ?

a) entomologiya

b) zoologiya və balıqçılıq

c) mikrobiologiya, fitopatologiya, botanika,

tibb və s.

d) yalnız baytarlıq

e) əkinçilik, torpaqşünaslıq, aqrokimya

Page 77: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

7. Yunan dilində şampinyon göbələklər necə adlanır?

a) mikobiota

b) mikoflora

c) mikos

d) asko

e) mycetes

Page 78: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

8. Azərbaycanda göbələklər haqqında ilk bilgilər neçənci əsrə təsadüf edir ?

a) XX əsr

b) XIX əsrin sonu XX əsrin əvvəlləri

c) XVII əsr

d) XI əsr

e) bizim eradan əvvəl I əsrdə

Page 79: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

9. Pliniy Böyük hansı əsərində göbələkləri yeyilən və yeyilməyənlərə ayırmışdır?

a) Kaftar həlqələri

b) Təbii tarix

c) Təbiətin dialektikası

d) Yaşıl kif

e) Otluqda

Page 80: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

10. 95 növ göbələyi təsvir edən hansı alim və neçənci ildə onları təsnifləşdirə

bilməmişdir?

a) K.Linney, 1735-ci il

b) R.Huk, 1747-ci il

c) A.Bari, 1861-ci il

d) E.Friz, 1821-ci il

e) F.Unger, 1833-cü il

Page 81: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

11. Mikologiyanın inkişafı üçün əsas yaratmış alim kimdir?

a) A.Yaçevski

b) N.Naumov

c) Ş.Tülyan

d) E.Friz

e) P.Sakkardo

Page 82: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

12. Rus mikologiyasının atası adlandırılan alim kimdir?

a) M.Voronon

b) A.Yaçevski

c) N.Naumov

d) V.Tranşel

e) K.Popkova

Page 83: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

13. Torpaq göbələklərinin sayı nə qədərdir?

a) 30 min

b) yoxdur

c) 75 min

d) 1000-ə yaxın

e) 10 min

Page 84: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

14. Hansı termofil göbələk cinslərini tanıyırsınız?

a) Aspergillus, Mucor, Humicola

b) Uncinula, Ustilago

c) yalnız Humicola

d) bütün göbələklər

e) şampinyon göbələklər

Page 85: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

15. Rizosferi öyrənən alman alimi?

a) L.Qiltner

b) A.Bari

c) E.Müller

d) B.Lefler

e) R.Zinger

Page 86: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

16. Destruktiv çürümə nəticəsində hansı maddə dağılır?

a) qlükoza

b) sellüloza

c) amiloza

d) amiloza və fruktoza

e) glyükan

Page 87: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

17. Avropada yeməli göbələklərin sayı neçədir?

a) 500

b) 300-ə qədər

c) 10-15

d) 4-5

e) göbələklərin hamısı yeyiləndir

Page 88: BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU