-
Mövzu:
KOMPÜTER QURĞULARI
Mövzunun tədrisinin məqsədi: Kompüterin arxitekturasının öyrənilməsi,
qurğuların iş prinsipi və istifadəsinin mənimsənilməsi
Təlim saatlarının miqdarı: 2 saat
Təlim metodu: Mühazirə, nümayiş, sual-cavab, müzakirə, beyin hücumu
Dinləyici auditoriyası: İlkin hazırlıq proqramı üzrə kursların iştirakçıları
Mövzunun planı:
1. Müasir kompüterlərin əsas iş prinsipi 2. Daxili qurğular 3. Xarici qurğular 4. Netbook, planşet və e-reader 5. Kompüterlə işləmə qaydaları
Mövzunun məzmunu:
Kompüter qurğuları
İnformatika : «İnformatika» termini ilk dəfə 1960 – cı illərdə fransızlar
tərəfindən işlənmişdir. O iki sözün, İNFORmasiya+avtoMATİKA sözlərinin
birləşməsindən əmələ gəlmişdir . İnformatika-fərdi kompüterlərdən və İnternetdən
istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni informasiya sənayesi sahəsidir.
Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular
kompleksidir. Başqa sözlə, kompüter informasiya ilə işləmək üçün nəzərdə
tutulmuş universal maşındır. Hazırda beynəlxalq termin kimi işlədilən
“kompyuter” ingilis sözü olub “hesablayıcı” deməkdir. Bu söz dilimizə gələnə
qədər onun yerinə “EHM-Elektron Hesablama Maşını” ifadəsi istifadə olunurdu.
Tarixi : İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır.
1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən
mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla
işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin
ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını
qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən
universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.
Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika
alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin
prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı
universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir
kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur.
EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir:
http://az.wikipedia.org/wiki/Blez_Paskalhttp://az.wikipedia.org/wiki/Fransahttp://az.wikipedia.org/wiki/1642http://az.wikipedia.org/wiki/1673http://az.wikipedia.org/w/index.php?title=Vilhelm_Leybnis&action=edit&redlink=1http://az.wikipedia.org/wiki/Almaniyahttp://az.wikipedia.org/w/index.php?title=Arifmometr&action=edit&redlink=1http://az.wikipedia.org/wiki/1830http://az.wikipedia.org/wiki/%C3%87arlz_Bebichttp://az.wikipedia.org/wiki/%C4%B0ngilt%C9%99r%C9%99http://az.wikipedia.org/wiki/1930http://az.wikipedia.org/wiki/%C4%B0ngilt%C9%99r%C9%99http://az.wikipedia.org/wiki/Amerika_Birl%C9%99%C5%9Fmi%C5%9F_%C5%9Etatlar%C4%B1http://az.wikipedia.org/w/index.php?title=Con_Fon_Neyman&action=edit&redlink=1http://az.wikipedia.org/wiki/1946
-
I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş
tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi
II nəsil (1960-1969) - element bazasını əsasən yarımkeçirici diodlar və tranzistorlar təşkil edirdi. Bu isə onların funksional imkanlarını xeyli
artırmışdır.
III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil
edirdi. Əsas səciyyəvi xüsusiyyətlərindən biri hesablama prosesinin
təşkilində aparat və proqram vasitələrindən birgə istifadə edilməsidir. Bu
kompüterlərdə əməliyyat sistemlərindən də istifadə olunmağa başladı.
IV nəsil (1985-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin
ayrıca sinfi fərdi kompüterlərdir. Onların yaradılması prinsipcə inqilabi
mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalar, süni intelektin inkişafına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər
çox yüksək məhsuldarlığa və etibarlılığa malikdir.
Kompüter ona daxil daxil edilən informasiyaları qəbul edib “başa” düşməli ,
onları yadda saxlamalı, üzərlərində müxtəlif əməliyyatlar aparmalı və işinin
nəticələrini çıxışa verməlidir. İnformasiyanın emalının əsas mərhələləri –
daxiletmə, saxlama, çevirmə və çıxışı yerinə yetirməkdir.
Hər bir kompüter sistemi 2 hissədən ibarətdir:
Aparat təminatı (Hardware ) və proqram təminatı (Software) . Bunları bir
birlərindən ayrı təsəvvür etmək mümkün deyil.
Kompüter aşağıdakı əsas qurğulardan təşkil olunmuşdur:
Sistem bloku , monitor, klaviatura, mouse.
Əlavə qurğular (periferiya qurğuları):
Printer, skaner, modem, səs gücləndiriciləri və s. Sistem bloku : Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki
elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım
olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə verilənlərin bloka daxil
və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir.
Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş
,prosessor və s. olan ana platadan, sərt maqnit disk qurğusundan (HDD), DVD-RW
və s. əlavə qovşaqlardan ibarətdir. Sistem bloku üzərində yerləşən qurğuları ana
plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının
proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip
interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSI göstərmək olar. Xarici
qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən
istifadə olunur.
Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku
monitorla birlikdə bir korpusda yerləşmişdir. Ölçülərinə görə sistem blokları
müxtəlif ölçüdə ola bilər. Ana plata hər kompüterin ən böyük elementi olduğuna
-
görə əsasən ana platanın ölçüləri nəzərə alınır. Ventilyasiya yuvaları adətən arxa
və yan tərəflərdə yerləşdirilir. Bu yerlərə soyuducu Fan - lar montaj olunur.
Sistem blokunun daxilində yerləşən qurğular daxili, bloka xaricdən qoşulan
qurğular isə xarici qurğular adlanır:
1. Xarici qurğular Monitor , Klaviatura , Mouse , Printer , Skaner
2. Daxili qurğular Ana plata , CPU , RAM , ekran kartı , HDD , Lan Card ,DVD-RW , Modem
, TV Tuner və s.
Monitor : Kompüterin xarici qurğusudur. Verilənləri vizual şəkildə göstərmək
üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək",
"göstərmək" mənasını daşıyır. Fərdi kompüterlərdə istifadə olunan monitorlar
ekranın ölçülərinə görə əsasən aşağıdakı ölçüdə olurlar: 15, 17,19 və 21 düyüm.
Monitorlar şəklin formalaşdırılması prinsiplərinə görə aşağıdakı növlərə
bölünür:
1. CRT (Cathode Ray Tube) - elektron-şüa borusu 2. Plazma ekranlı monitorlar 3. LCD (Liquid Crystal Display) - mayekristal Plazma və maye kristal monitorlar nazik səth formasındadır, çəkiləri çox
kiçikdir. Monitorlar təsvirdəki nöqtələrin sayına görə də fərqlənirlər.
Klaviatura : Verilənlərin kompüterə daxil və xaric edilməsi üçün klaviaturadan
istifadə olunur.
Fərdi kompüterlərdə klaviatura klavişləri bir neçə qrupa bölürlər:
Hərf-rəqəm klavişləri
Funksional klavişlər : F1-F12 – müəyyən funksiyaları yerinə yetirir və proqramın cari anında
işləyir
ESC – yerinə yetirilmiş əməliyyatdan imtina və ya müəyyən vəziyyətdən
çıxış klavişidır
Printscreen – Ekrandaki təsvirin alinıb yaddaşda saxlanmasını və ya çap
olunmasını təmin edir
Pause\Break – kompüterin işini dayandırır. Əmrlərin daxil edilməsi
rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur
Simvol klavişləri sahəsindəki klavişlərdən informasiyanın kompüterə daxil edilməsi zamanı istifadə olunur.
TAB- simvolları tabulyasiya edir, yəni kursoru təyin edilmiş sətir mövqeyi
qədər sürüşdürür
Caps Lock – böyük hərflərin yazılması rejimini aktivləşdirir
Shift – qısamüddətli böyük hərflərdən və simvollardan istifadə etməyə
imkan verir.
Ctrl,Alt klavişləri bir çox imkanlar yaradır. Məsələn Ctrl + Alt + Delete, Alt
+ Enter, Alt + Sol işarə, Shift + Alt
Backspace – kursordan solda yerləşən simvolu silir.
Enter- əmrin yerinə yetirilməsini həyata keçirir
http://az.wikipedia.org/wiki/Kompyuterhttp://az.wikipedia.org/wiki/Veril%C9%99nl%C9%99r
-
Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin istəyindən asılı olaraq kursorun işarəsini müxtəlif formada
seçmək olar.
Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir:
İNS və ya İnsert – daxiletmə rejimini açır və bağlayır
DEL və ya Delete – kursordan sağda dayanan simvolu silir
Home – kursoru sətrin başlanğıcına gətirir
Page UP- kursoru bir ekran qədər yuxarı hərəkət etdirir
Page Down – kursoru bir ekran qədər aşağı hərəkət etdirir
End – Kursoru sətrin sonuna gətirir
Bununla yanaşı klaviatura üzərində kursoru aşağı , sağa , sola və yuxarı
hərəkət etdirən düymələr dəsti yerləşir
Mouse : Hərəkət zamanı mousun daxilində olan rezistorların müqaviməti hərəkətə
uyğun olaraq dəyişir və dəyişmə xüsusi naqil vasitəsilə kompüterə ötürülür.
Hərəkətin ötürülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur.
Proqram mousun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür. Mouse PS\2
və ya USB ilə kompütərə qoşulur. Mouse müxtəlif quruluşda olur: mexaniki, optik,
lazer
Printer : Çap qurğusudur. Kompüterdə alınmış nəticəni, mətn materiallarını,
təsvirləri kağıza köçürtmək üçündür.
Printerlərin 3 növü vardır:
1) Matrixli ( lent ilə )
2) Şırnaqlı (maye mürəkkəb ilə),
3) Lazerli ( metal tozu ilə)
Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb
ilə və zərbsiz çap qurğuları.
Zərb çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar. Çap
başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan
sonra iynələr hərəkətə gəlir, rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu
formalaşdırır. Zərbsiz çap qurğulara misal olaraq lazer və şırnaqlı çap qurğularını
göstərməli olar. Şırnaqlı printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda
çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə
püskürdülür. Lazer çap qurğularında şəkillər kağız üzərinə aralıq məlumat
daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcə aralıq məlumat
daşıyıcısına yazılır (neqativ alınır) və daha sonra bu məlumat daşıyıcısının üst qatı
quru toz ilə örtülür. Ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik
hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur. Lazer qurğularının çap
keyfiyyəti və sürəti çox yüksəkdir.
Skaner : Skaner kompüterin xarici qurğusu olub mətn və qrafik informasiyanı
səth üzərindən oxuyan və kompüterin yaddaşında yerləşdirən qurğudur. Fərdi
kompüterlərə USB portu vasitəsi ilə qoşulur. Skaner mətn və ya təsvir üzərində
hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri
skanerləyir və təsvirə uyğun informasiyanı işığa həssas yanmkeçiricilərdə əks
-
etdirir. Nəticədə alınmış işıq siqnalı elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə
kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan
nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan
siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Plotter : Geniş ölçülü
mətnlərin, şəkillərin, qrafika və çertyojların çap olunması üçün qurğudur.
Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan
yaddaş qurğusudur.
Ana plata : Kompüterin əsas daxili qurğusudur. Buna əsas plata (Mainboard) və
ya sistem platası da deyilir .Bütun qurğuların bir biri ilə əlaqəli işləməsini təmin
edir. Üzərində keçiricilər olan teksolit əsaslı böyük lövhədir . Bütün qurğular ana
plataya taxılır. Ana plata uzərinə qurğular yerləşdirmək üçün müxtəlif yuvalar
mövcuddur. Ana plata istehsal edən firmalardan İntel , Asus, Gigabyte, Asrock,
Foxconn, Biostar, Mercury və s. misal göstərə bilərik.
Ana platanın üzərində prosessor, əməli yaddaş, giriş - çıxış kontrolleri ,CMOS,
BİOS, Chipset mikrosxemləri və s. yerləşir. Anaplatanı Qida Bloku (Power
Supply) enerji ilə qidalandırıır. Qida Blokundan 2 konnektor ana plataya qoşulur.
Bu konnektorlardan biri ana plata üzərində olan qurğuları , digəri isə power
düyməsini qidalandırır. Ana plata üzərində AGP, PCI, PCI E, IDE, SATA, FDD,
RAİD slotları mövcuddur. Hər bir platada kompüterin performansının çox asılı
olduğu çipset adlı bir işləmci vardir. Ana plata daxildən sistem blokunun
korpusuna bərkidilir, bunun üçün də plata tipinə görə korpusa uyğun gəlməlidir.
Prosessor (CPU - Central Processor Unit) : Prosessor – hesab və məntiqi
əməliyyatları yerinə yetirən və kompüterin ümumi işini idarə edən əsas
qurğusudur. Kompüterin işinin məhsuldarlığı (əməliyyatların yerinə yetirilmə
tezliyi) əsasən prosessorun tezliyi ilə müəyyən edilir. İnformasiya prosessorun
registr yaddaşında emal olunur. Fərdi kompüterlərin düşünən beyni olan bu
mikroprosessor ana plata üzərində yerləşir. 1971-ci ildə minlərlə transistorları 1
silikon çip üzərində yerləşdirən İntel ilk CPU düzəltdi. Prosessor kiçik, yastı
yarımkeçirici təbəqələrdən yığılır. Onun daxilində metaldan olan çoxlu sayda
kontaktlar vardır. CPU bir açma və 1 bağlama açarı kimi işləyən transistorlardan
ibarətdir. Elektrik siqnalları bu açarın üzərindən keçir. Bu elektrik siqnalları
kompüterin yaratdığı bütün işləri toplama,çıxma,vurma,bölmə kimi əməliyyatlara
çevirir. CPU-lar çox ağıllı deyildirlər, ancaq çox sürətlidirlər . CPU bu işləri 2 – lik
say sistemi, yəni 0 və 1 – lərin köməyi ilə həyata keçirir. Mikroprosessorları əsasən
Intel, AMD VIA firmaları istehsal edir. İntel – in prosessorları kimi Pentium
1,2,3,4, Celeron,Core Duo,Core 2 Quad, Core i3, Core i5, Core i7, Itanium, Atom
misal göstərmək olar. Intel Xeon əsasən serverlərdə istifadə olunur . İntelin əsas
rəqibi AMD sayılır. AMD prosessorunun Celeron - dan fərqi L2 keşinin
olmamasıdır. AMD prosessorları Athlon, Sempron,Phenom mikroprosessorları ilə
tanınır. Core – nin növləri : İntel Core Duo virtual 2 nüvəlidir. Fiziki olaraq tək
nüvəlidir. Lazım olduqda özünü 2 nüvəli kimi aparır. İntel Core 2 Duo – Bu fiziki
olaraq 2 nüvəli prosessordur. Core i3 – 2 nüvəlidir. Core i5 və Core i7 4 nüvəlidir.
Xarakteristikası:
1) Takt tezliyi – Prosessorun sürəti takt tezliyi ilə ölçülür . Takt tezliyi 1 saniyə
ərzində kompüterdə yerinə yetirilən əməliyyatların sayını və həmin
http://ru.wikipedia.org/wiki/Itaniumhttp://ru.wikipedia.org/wiki/Intel_Atom
-
əməliyyatların hansı sürətlə yerinə yetirildyini göstərir. İntel və AMD fərqli
taktlarla işləyir . Takt tezliyi Mhz və ya Ghz – lə ölçülür .Məsələn, 40Mhs –
saniyədə 40 million əməliyyat deməkdir
2) FSB (Front Side Bus) – Bu CPU ilə ana plata arasında məlumatın ötürülmə sürətini xarakterizə edir. Ana platanın FSB sürətində işləyir
3) Cache – Keş yaddaş İşləmə sürətini artırmaq üçün prosesor kiçik tutumlu və çox böyük sürətli
yerli yaddaşa – keş yaddaşa malik olur. Məlumatların böyük hissəsi RAM
üzərində toplandığı üçün bu iki cihaz arasında çoxlu sayda bağlantı vardır və
adətən ana platalarda bu iki cihaz bir-birinə yaxın hazırlanır. CPU – dan
RAM-a sorğu göndərildiyi zaman geçikmələrin təsirini azaltmaq üçün
prosessora keş yaddaşı əlavə edilir. Kompüterin yaddaşına müraciət zamanı
verilənlər keş yaddaşda axtarılır. Buna səbəb olur ki, verilənləri axtarmaq
üçün keş yaddaşa edilən müraciətin vaxtı əməli yaddaşa edilən müraciətdən
bir neçə dəfə çoxdur. Keş yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti
də artmış olur.
Keş yaddaş L1, L2, L3 olaraq mövcuddur. Keş byte olaraq ölçülür. İş
prinsipi işləməkdə olan hər hansı proqramın kodlarını özündə saxlamasına
əsaslanır. CPU məlumatı ilk olaraq L1 də axtarır, axtarılan məlumat L1
keşində deyilsə L2 keşə müraciət olunur. Onda da yoxdursa L3 - ə yönəlir.
L3 - də yoxdursa Rama müraciət olunur. Əgər Ramda da yoxdursa sərt
diskin Virtual yaddaşında axtarılır. Əgər burada da yoxdursa onda “Cache
missing ” elanı çıxarılır və əməliyyat dayandırılır.
Hər anakartın dəstəklədiyi bir prosessor yuvası vardır . LGA və köhnə
PGA soketin fərqi köhnədə prosessorun yuvasının prosesorla bir yerdə olması ,
yenilərdə isə prosessor yuvasının ana platanın üzərində yerləşməsidir. Pentium 4 –
də LGA 775 istifadə olunmağa başlamışdır. İntel socketləri prosessorun iynələrinin
sayına görə verilir . Məsələn: LGA 775 prosessorlarına bu ad iynələrinin sayı 775
ədəd olduğu üçün verilir.
Prosessorlar işlədikləri vaxt həddindən artiq istilik ayrıldığı üçün
soyuduculara (FAN) mütləq ehtiyac vardır. Soyuducular üçün ana plata üzərində
CPU FAN adıyla ifadə olunan port vardır. Temperaturu tənzimləmək məqsədilə
mikroprossessorun içərisində qurğu yerləşdirilir. İstehsalçı tərəfindən maksimal
temperatur həddi qoyulmuşdur. Maksimal həddi keçdikdən sonra kompüterin
donması, öz – özünə sönməsi, sönub bir müddət yanmaması kimi problemlər üzə
çıxa bilər . Bu prosessorun soyuması üçün nəzərdə tutulmuşdur. Bu problemin
prosessorun qızması ilə əlaqədar olub olmamasını müəyyən etmək üçün BİOS –
dan istifadə olunur.
Çipset : Çipsetin məhsuldarlığından butun kompüterin məhsuldarlığı asılıdır.
Prosessor yaxşı olduğu halda çipset yaxşı olmasa kompüterin performansı yenə
yaxşı olmayacaq. Çipset ana platalarda daxili cihazlar arasında verilənlər transferi
və xarici cihazlarnan əlaqə yaratmaq üçündür. Çipset kompüterlərdə prosessorun,
yaddaşın və giriş çıxış proseslərinin əlaqələndirici komponenti kimi çıxış edir .
Kompüter üzərində olan cihazlar adətən fərqli sürətdə və fərqli növdə əlaqələrə
-
sahibdirlər. Digərləri ilə birbaşa transfer edə bilməzlər və buna gorə də çipsetə
ehtiyacları var. Bütün bu qurğular hansısa yolla prosessorla əlaqə saxlamalıdırlar.
Problem ondadır ki, bu qurğuların hamısını prosessora qoşmaq mümkün deyil,
çünki onlar hamısı müxtəlif sürətlərlə işləyirlər. Məsələn: Ram qurğusu çox
sürətlidir, onun işləməsi üçün yüksək takt tezliyi lazımdır, printersə çox zəif
işləyən qurğudur. Bu qurğuların hamısı və prossessor üçün bir vasitəçi lazımdır.
Bu vasitəçi vəzifəsini də Çipset həyata keçirir .
“North Bridge” və South Bridge” onların PCİ şinlərinə uyğun yuxarıda
və ya aşağıda olmağına görə qeyd olunur. “North Bridge” əsasən prosessordan,
RAM-dan, AGP və ya PCI express verilənlər yollarına cavabdehdir , adı çəkilən
hissələri yoxlayır və bunlar arasında məlumat ötürülməsini təmin edir. “North
Bridge” funksiyasına görə CPU-ya, RAM-a və AGP yuvalarına yaxın olmalıdır,
çünki verilənlər yolu nə qədər qısa olsa siqnal o qədər təmiz və xətasız olar.
“South Bridge” isə giriş-çıxış yuvalarından, güc istifadəsindən, PCI
yuvalarından, USB, İDE, SATA və anaplataya inteqrasiya olunmuş (səs və şəbəkə
kartı kimi) digər hissələrə cavabdehdir. “South Bridge” - un fəaliyyəti minimal
vaxtda yaddaşa müraciətlərin idarə edilməsidir. Çipset istehsalçısı firmalarına
Intel, Nvidia , ATI\AMD , VIA və SIS – I misal göstərmək olar. İntel firması
hazırda liderliyini qoruyub saxlayır.
Əməli yaddaş (RAM - RANDOM ACCESS MEMORY) : Əməli yaddaş çox
sürətli yaddaşdır, buna operativ və müvəqqəti yaddaş da deyilir. Prosessor
müvəqqəti olaraq proqramları və məlumatları RAM - da saxlayır və icra edir.
Proqram üzərində hər hansı bir əməliyyat apardığımız zaman proqram RAM
üzərində çalışmış olur. Əks halda proqram HDD üzərində çalışmış olsaydı hər dəfə
yeni əmr verdikdə həddindən artıq vaxt itkisi ilə qarşılaşardıq.
RAM müvəqqəti olaraq məlumatı yaddaşda saxlayır . Məlumatlar yalnız
kompüter işləndiyi zaman, yəni enerji olduqda RAM-da qalır. Enerji kəsildikdə
məlumatlar avtomatik olaraq RAM-dan silinir. Daimi yaddaş kimi istifadə oluna
bilməz. 2 əsas tipi vardır:
Dinamik yaddaş (DRAM) və statik yaddaş (SRAM)
DRAM ( Dynamic RAM) – ın EDORAM və SDRAM kimi növləri vardır.
SDRAM özü 2 yerə ayrılır:
SDR (SINGLE DATA RATE) və DDR (DOUBLE DATA RATE). Hazırda DDR
ramları geniş istifadə olunur. Həcm olaraq Ramlar, 1024 MB , 2048 MB , 4096
MB və s. ola bilər .
Yaddaş modulunun layihələşdirilməsinin iki yolu vardır :
1) Bircərgəli (SİMM modulu) 2) İkicərgəli (DİMM) modulu və daha çox cərgəli
DİMM slotu DDR 2 və DDR 3 – də istifadə olunur.
SO DİMM (SMALL OUTLİNE DUAL İNLİNE MEMORY) – Bunlar DİMM
slotlarının kiçildilmiş formasıdır. Noutbooklarda istifadə olunur.
Hazırda istifadə etdiyiniz RAM miqdarının öyrənilməsinin bir neçə üsulu
vardır: “My Computer” ikonu üzərində mausun sağ düyməsini sıxmaqla
“Properties“-i seçib RAM miqdarınızı öyrənə bilərsiniz.
-
Bundan başqa “Alt”+”Ctrl”+”Delete” və ya “Ctrl”+”Shift”+”Esc” klaviş
kombinasıyalarından istifadə edərək “Task Manager”-i
açıb “Performans” hissəsindən ümumi RAM miqdarını və hal-hazırda istifadə
olunan RAM miqdarını görmək olar. Ram problemi olduqda və ya olmasından
şübhələndikdə Memtest kimi bir çox proqram vasitələri ilə əməli yaddaşı test
etmək mümkündür
Sərt disk (HDD - Hard Disk Drive): Bu daxili qurğuya vinçester, daimi yaddaş,
sərt disk, sabit disk də deyilir. Sərt disklərin əsas vəzifəsi bütün məlumatları daimi
saxlamaqdır.
Sərt diskin əsas funksiyasını yerinə yetirərkən istifadə etdiyi ən vacib
hissələr, oxuma-yazma başlığı ilə alüminium və ya şüşə\keramik örtükdən ibarət
olan disk səthidir. Ən kiçik sahənin hissəciklərinə Sektor deyilir. Hər bir sektorun
1 Byte həcmindədir.
Xarakteristikası:
1) Həcmi - bayt ilə ölçülür. Hard Disklər 250 Gb, 320 Gb, 500 GB, 1 TB və s. həcmə malikdirlər.
2) RPM (ROTATE PER MİNUTE) - Sərt maqnit disk qurğularında şpindelin (oxun) fırlanma sürəti 5400, 7200, 10000, 15000 dövr/dəqiqə olur.
Sərt maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün SCSI , IDE,
Serial ATA interfeyslərindən istifadə olunur. Xarici sərt disklər də vardır.
Kompüterə USB vasitəsilə qoşulur.
IDE (Integrated Drive Electronics) 40-kontaktlı portdur . Demək olar ki istifadədən
çıxmaq üzrədir.
SATA - İDE dən fərqli olaraq yüksək sürətli məlumat mübadiləsini təmin edir.
SSD yaddaşlar 2 cürdür : Ram yaddaşlı SSD - lər sürətli və bahalıdırlar. Ramlı
SSD - lərin fleş SSD- lərdən əsas fərqi cərəyandan asılı yaddaşla bağlı olmasıdır.
Fleş əsaslı SSD - lər daha ucuz, daha zəif sürətli və cərəyandan asılı olmayandırlar.
SSD - in hərəkətli mexanik hissələrin olmaması, oxuma və yazma sürəti
yüksəkliyi, kompaktlığı , səssiz olması, möhkəmliyi kimi üstünlükləri, üstünə
yazılma, uyğunluq, qiymət kimi çatışmamazlıqları vardır.
Floppy - FDD ( FLOPPY DİSK DRİVE ): Maqnit lentli disket yaddaşla işləyir .
Həcmi 1.44 Mb -dır. Kompüterdə A hərfi 3.15 düyümlük floppiyə şamil edilir.
Hazırda BİOS - u “ upgrade ” etmək məqsədilə USB FDD - lər istifadə olunur.
Ekran kartı – (VGA - Video Graphic ARRAY) : Ekran kartına qrafik kart,video
kart da deyilir. Kompüterin yaddaşında olan təsviri monitora videosiqnal şəklində
ötürür. Çox zaman ekran kartı ayrıca plata şəklində olur və ana platanın üzərində
http://www.technet.az/wp-content/uploads/2013/02/Se
-
olan xüsusi porta qoşulur. Videokartın ilk vəzifəsi prosessorun əməliyyatlarını
monitora təqdim etməkdir, amma günümüzdə videokart deyəndə ilk ağıla gələn
ağır qrafik həllərdir (3D oyunlar, ağır qrafika tələb edən qrafik proqramlar və s).
Videokartlar aşağıdakı qoşulma standartlarından istifadə etmişlər:
AGP
PCİ
PCİ Express
PCİ express daha sürətli və müasir interfeysdir. Videokartın özündə
kompüterin mərkəzi prosessorunu yükləmədən özü informasiya emalını həyata
keçirən qrafik prosessor (GP) vardır . Videokart növləri kimi Gigabyte , Asus,
AMD Radeon və s. misal göstərə bilərik. VGA portu 15 pinli konnektordan
ibarətdir. Monitordan gələn kabel mail , monitordan gələn interface kabelinin
qoşulduğu VGA portu female adlandırılır. Videokartın MDA, CGA, EGA, HGA,
SVGA kimi növləri vardır.
Bütün rəqəmsal görüntülərin ən kiçik üçlük nöqtə qrupuna piksellər deyilir .
Bütün rəqəmsal görüntülər (məsələn şəkillər) üfüqi və şaquli şəkildə yan yana
düzülmüş piksellərdən əmələ gəlir. Piksel 1 düyümdəki nöqtələrin sayıdır.
Məsələn: deyək ki, ekranımızda ekran ölçüsünü 1024X768 təyin etdik . Burada
1024 üfüqi, 768 isə şaquli piksel sayını göstərir . Rənglər isə RGB texnologiyası
ilə təyin edilir . Bu texnologiya bütün rəngləri yalnız bir birinə qarışdırılmış 3
rənglə - R-red(qırmızı), G-green(yaşıl), B-blue(mavi) rəngləri bir birinin üzərinə
əlavə etməklə əldə edir
Müasir videkartların üzərində tək VGA deyil, DVİ və HDMİ çıxışlarını da
görmək mümkündür. VGA analoq siqnal ötürdüyü halda DVİ rəqəmsal siqnal
ötürür. Əslində videokart bütün emal etdiklərini rəqəmsal formada təqdim edir.
Sadəcə əgər monitor VGA çıxışına bağlanıbsa, onda analoq siqnala çevrilir və ya
əksinə. Videokartların üzərində BİOS mövcuddur. Bununla da istənilən videokartı
anakarta yerləşdirəndə BİOS onu qəbul edir.
Modem : Modem sözu Modulator - Demodulator sözündəndir.Modem
informasiyanın bir kompüterdən digərinə telefon xətti vasitəsilə ötürülməsi üçün
istifadə edilir. Daxili və xarici modemlər vardır. Modemin işi telefon xətti ilə gələn
elektrik siqnalını rəqəmsal (digital) siqnala və kompüterdən məlumat ötürüldükdə
isə göndərilən digital siqnalı elektrik siqnalına çevirməkdir. Analoq siqnalı elektrik
siqnalıdir. Digital siqnal isə 0 və 1 - lərdən ibarət siqnallardır.
Daxili modem kompüterin ana platasına İSA və ya PCİ slotu vasitəsi ilə
qoşulur. Xüsusi drayver tələb edir. Proqram təminatı olmadan yararsız bir hissədir.
Xarici modem kompüterə COM port və ya USB port vasitəsi ilə qoşulur. ADSL
texnologiyası telefon xətti ilə səsin ötürülməsi üçün istifadə olunan tezlik
zolağından fərqli tezlik istifadə edir. Beləcə eyni zamanda telefonla danışıq
aparmaq və məlumatın ötürülməsinə imkan yaradır. İnformasiyanın ötürülmə sürəti
bod ilə ölçülür. Yəni əgər modem saniyə ərzində analoq siqnalının
xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə
sürəti 2400 boddur. İnformasiyanın həcmi isə analoq siqnallarının sayı, yəni bit ilə
http://az.wikipedia.org/w/index.php?title=%C4%B0SA&action=edit&redlink=1http://az.wikipedia.org/w/index.php?title=PC%C4%B0&action=edit&redlink=1http://az.wikipedia.org/wiki/Kompyuterhttp://az.wikipedia.org/w/index.php?title=COM&action=edit&redlink=1http://az.wikipedia.org/wiki/USB
-
təyin edilir.
Şəbəkə kartı : Ethernet kartları kompüterin kompüterin lokal dövrəyə
qoşulmasına imkan verən qurğudur. Adi kartlar 10 Mbit və ya 10/100 Mbit olur və
PCI portuna taxılır. Kartı taxdıqda Windows Plug and Play sayəsində yeni kartınızı
qəbul edib tanıyacaq və sizdən driverin yerini soruşacaq. Network ikonunun
üzərində sarı nida və ya qırmızı xaç işarəsi şəbəkə ilə bağlı səhv olduğunu
göstərər. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib
olduqları analoqu olmayan MAC ünvanları ilə ayırd edilirlər. Hər node və ya
sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir ünvana sahibdir. Bu adres 48
bitlik bir rəqəmdir. Məsələn: kompüterə taxılı şəbəkə kartının MAC ünvanı
belədir: 100100000110101001010010100011001101100000011
İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq
sistemdə yazırlar:
12 0D 4A 51 9B 03 IEEE təşkilatı ilk 24 bit istehsalçı kodu verir, qalan 24 bit isə kartın seriya nömrəsi
götürülür.
Səs kartı : Səs dedikdə insan qulağının 16 Hs-dən 25000 Hs-ə kimi hava
titrəyişini qəbul etməsi başa düşülür. Anakart üzərində mikrosxem kimi yerləşir.
Səs kartı çip və müstəqil əsaslı olur. Anakart üzərində 3 ədəd səs əlaqələndiricisi
yerləşir. Bu əlaqələndiricilərin bir-biri ilə qarışdırılmaması üçün standart rənglər
istifadə edilir. Bunlardan yaşıl rəngdə olanı səs ucaldıcının çıxışıdır. Digər
əlaqələndirici yuva olan Line-in əsasən mavi rəngdə olur. Line-in adlandırılan giriş
yuvası xarici bir qurğunun kompüterə səs girişi verməsi və ya səs yazma
məqsədilə istifadə edilir. Üçüncü giriş mikrofon girişi qırmızı rəngdə olur ,
mikrofonu qoşmaq və səs yazma məqsədilə istifadə edilir .Səs
kartları analoq və digital (rəqəmsal) səs çevrilmələrini işləyir. Səsucaldıcılar
siqnalları fiziki mühitə yaymaq, mikrofonlar isə fiziki mühitdəki səs dalğalarını
analoq siqnallara çevirərək kompüterə ötürmək üçün istifadə olunur. Giriş
portunun keyfiyyəti siqnalın gurultu nisbəti ilə (desibel) ilə ölçülür. Aşağı və orta
səviyyəli səs kartı 30-50 desibel, yüksək səviyyəli səs kartları 96-100 desibel
olacaqdır. Səs yazma məqsədi ilə alınan kartlarda bu rəqəmlərə fikir verilməlidir.
Optik qurğular
optik məlumat daşıyıcılarına informasiyanı yazıb-oxuyan CD-RW, DVD-RW
xarici yaddaş qurğularından istifadə olunur. Optik məlumat daşıyıcılarına (CD,
DVD) məlumatın yazılması – oxunması lazer şüasının köməyi ilə həyata keçirilir.
CD ROM (COMPACT DİSK READ ONLY MEMORY) CD diskləri oxumaq
üçündür. DVD diskləri açmaq imkanı yoxdur. Ana plataya İDE port vasitəsilə
qoşulur. Qida Blokundan enerji kabeli daxil olur.
DVD RW – həm CD, həm DVD disklərinə yazıb – oxumaq imkanı vardır.
Blue Ray- Ən yeni texnologiyadır. Bu disklər 25 Gb- dan 128 Gb-a qədərdir. Ana
plataya Sata vasitəsilə qoşulur. 2 növü var: Blue Ray Recordable və Blue Ray
Recordable Eraisable. Bütün optik diskləri dəstəkliyirlər. Blu-Ray CD və DVD-
dən fərqli olaraq qırmızı yox, mavi lazer işiğı istifadə edir. Ancaq sərt disklərdən
fərqli olaraq xüsusi bir enerji qoşulması istifadə edir. Bu konnektorlar bir çox
-
enerji bloklarında mövcuddur.
Optik disklər: Bu disklər 12 sm diametrə malikdir. Üç əsas optik disk növü var:
CD (Compact Disc), DVD (Digital Versatile Disc/Rəqəmsal çoxyönlü disk), Blu-
Ray (Mavi Lazer texnologiyalı disk). CD disklərinin həcmi təxminən 700 Mb,
DVD disklərin həcmi isə 4.7 Gb – dır. Oxunma və yazıla bilmə qabiliyyətinə görə
isə bir neçə növləri ayrıla bilər: CD-R, CD-RW, DVD, DVD+RW.
Optik disklərdə məlumatlar mikroskopik dəliklər vatisətilə yazılır. Məlumatlar
disklərə 0 və 1-lər şəklində yazılır. Disk yazılarkən lazer başlıqlar disk üzərində
xırda dəliklər açır və bəzi yerləri düz saxlayar. Dəlik açılmış hissələr 0, düz olan
hissələr isə 1-ə uyğun gəlir. Diskin oxunması zamanı göndərilən lazer işıqları düz
hissəyə rast gələrsə bir başa əks olunur, ancaq dəliklərə rast gəlinərsə bir başa əks
olunmur və bu əks olunan şüalar disk oxuyucular üzərindəki güzgü vasitəsilə ikilik
kodlara çevrilir və məlumatlar oxunur. Disk üzərində açılmış bu dəliklər nə qədər
xırda və sıx olarsa diskin həcmi də bir o qədər böyük olar.
Daşına bilən yaddaşlar: Daşına bilən yaddaşlara CD və DVD disklər, flash
yaddaşlar, SD kartlar aiddir. CD-R və DVD-R disklər bir dəfə yazmaq üçün
nəzərdə tutulmuşdur. RW disklərdə isə həm yazmaq, həm də pozmaq imkanı
vardır. Kartlar üçün noutbooklarda xüsusi yuvalar , personal kompüterlər üçünsə
Card Reader qurğusu vardır. Flash yaddaşın daxilində hərəkət edən hissənin
olmaması nəticəsində informasiya yaddaşa yüksək sürətlə yazılır. Fleş yaddaşlar
fərdi kompüterlərə USB portları vasitəsi ilə qoşulur. “Flash“ enerji kəsildiyində
belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən
yaddaş növüdür. SSD sərt disklər də “Flash“ yaddaş növünə aiddir. Müasir dövrdə
elastik disklərə nisbətdə həcm ,sürət və etibarlılıq baxımından daha əlverişlidir.
Qida bloku : Hər bir elektron qurğu kimi kompüter hissələri də müəyyən enerji
verilməsi sayəsində öz işini təmin edir. Qida bloku metal qutu şəklində sistem
blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndirici
(paylayıcı) və sərinkeş yerləşdirilmişdir. Sistem blokuna daxil olan gərginliyi
transformator transformasiya edərək müxtəlif gərginliyə çevirir. Düzləndirici isə
fərdi kompüterin bəzi elementlərini düzləndirilmiş gərginliklə təmin edir. Qida
blokundan çıxan naqillər dəsti müxtəlif qurğular ilə əlaqə yaratmaq üçündür. Qida
blokundan ana plataya konnektor qoşulur.
“Power Supply Unit” (PSU) elektrik şəbəkəsindən əldə olunan dəyişən
cərəyanı sabit cərəyana çevirir. Çünki kompüter hissələri sabit cərəyanla işləyirlər.
Hər qurğu özünə uyğun enerji bağlantısı isitifadə edir. Bütün PC güc
bağlantıları tək tərəflidir. Bu da qoşulmanı xeyli asanlaşdırır.
Ana kartlar modelindən və güc sərfiyyatından asılı olaraq 20 və ya 24
pin qoşulma istifadə edilir. (ATX Power connector)
Əsas güc bağlayıcısı kimi tanınır. Qoşulma zamanı konnektoru yuvaya
bərkidən çıxıntı vardır. Və əsla səhv qoşula bilməz.
http://www.technet.az/wp-content/uploads/2013/07/20-24pin
-
“ATX 12V Power connector” daha cox CPU enerji təminatçısı kimi
tanınır. Əksər hallarda sadəcə 4 pinli bir qoşulma kifayət edir.
4 pin Molex bağlantısı isə IDE sərt diskləri və həmçinin eyni qoşulma
istifadə edən CD/DVD sürücüləri enerji ilə təmin edir.
Bu konnektorlar da tək tərəfli qoşulmadır. Yəni qoşulacaqları yuvaya uyğun
olaraq yuxarı küncləri kəsik formadadır. Tərs qoşulma mümkün deyil. SATA sərt
diskləri və SATA CD/DVD disk sürücülər “SATA Power connector” vasitəsi ilə
qoşularlar.
Qoşulmaya diqqətlə baxdığımızda konnektorun sağ tərəfində porta uyğun
boşluq olduğunu görərik. Bu da tərs qoşulmanın qarşısını alır.
PCI e genişləmə yuvasına qoşulan və əlavə enerji ehtiyacı olan qrafik kartlar
üçün 6 və ya 8 pinli konnektorlar nəzərdə tutulmuşdur.
Floppy disk sürücüləri 4 pin xüsusi qoşulma istifadə edir.
Bütün bu qoşulmalardan başqa konnektor çeviriciləri də vardır. Çeviricilər ən
çox Molex qoşulmanı SATA qoşulmaya çevirmək üçün istifadə olur. Sistem bloku
fanları (soyutma) üçün də Molex qoşulma 3 pinli fan qoşulmaya çevrilə bilir.
Cooler : Qurğuları soyutmaq üçündür. Kompüterin çox istilik ayıran elektron
komponentlərinin -sistem blokun, prosessorun, videokartın , çiplərin, qida
blokunun üzərinə qoyulur. CPU – nun cooleri mütləq ana plataya qoşulmalıdır.
Səbəbi sistemin istiliyinə nəzarət etməkdir. İstilik ayıran qurğunun üzərinə radiator
quraşdırılır. İstilik ayıran qurğunun və radiatorun təmas yerlərinə termointerfeys
qatları sürtülür. Radiator üzərinə havanı radiatora tərəf ötürən ventilyator bağlanır.
KVM Switch : KVM Switch ( Klaviatura, Video, Mouse sözlərininin baş
hərflərini ifadə edir) birdən çox kompüterin tək bir klaviatura, monitor və mouse
vasitəsi ilə idarə edilməsini təmin edən təchizat cihazıdır. Hazırda 64 kompüterin
http://www.technet.az/wp-content/uploads/2013/07/20-24pin-connecthttp://www.technet.az/wp-content/uploads/2013/07/ATX-12V-Power-Connectorhttp://www.technet.az/wp-content/uploads/2013/07/Molexhttp://www.technet.az/wp-content/uploads/2013/07/SATA-powerhttp://www.technet.az/wp-content/uploads/2013/07/SATA-connecthttp://www.technet.az/wp-content/uploads/2013/07/PCI-E-powerhttp://www.technet.az/wp-content/uploads/2013/07/FDD-power
-
idarə olunmasına imkan verən KVM Switch modelləri mövcuddur. KVM
Switchlər ümumiyyətlə Analoq və Digital (IP) olmaq üzrə iki qrup olur.
TV Tuner : Müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini
qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur. İnternal TV
Tunerlər PCİ slotuna, external isə USB portuna qoşulur. Analoq TV Tunerlər artıq
istehsaldan çıxmışlar, onları indi Hibrid TV Tunerlər əvəz etmişdir ki, bunlar həm
analoq həm də rəqəmsal yayıma imkan verir
Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur.
Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Səsgücləndirici (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə
olunur.
UPS (Uninterruptable Power Supply) : UPS ingilis sözü olub Uninterruptible
Power Supply sözünün baş hərfləridir. Mənası kəsintisiz güc qaynağı deməkdir.
Kompüteri gərginlik problemlərindən qoruyan qurğudur. Elektrik enerjisinin
kəsilməsi anından 15 – 20 dəqiqə kompüteri elektriklə təmin edə bilir. Beləcə
elektrik kəsintisi olduqda informasiyanı yaddaşa verib kompüteri söndürmək
mümkündür. Ona sistem blokunu, monitoru və xarici qurğularını qoşmaq olar.
UPS təkcə enerji kəsintisi üçün deyildir. UPS həm də elektrik sıçrantılarının və
gərginlik enib-qalxmaları nəticəsində kompüterlərə dəyə biləcək zərərlərin
qarşısını alır.
Web Camera : Video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş
qurğusudur. Adətən bərkidicilərin köməyi ilə kompüterlərə taxılır. Parametrlər
artdıqca təsvirin reallığı da artır. Azaldıqca təsvirlər monitorda əks olunan zaman
müəyyən gecikmələrə və titrəyişlərə məruz qalacaqlar. Kamera videonu yadda
saxlamır, sadəcə şəkilləri çəkib ötürür, yaddaşda saxlamaq üçün kameraya
qoşulmuş xüsusi proqram təminatı vardır. Müasir İP kameralara internet vasitəsilə
qoşulmaq və browser vasitəsilə idarə etmək mümkündür.
Wi -Fi (Wireless Fidelity) : Wi-Fi kompüterlərin şəbəkəyə qoşulması üçün
müasir simsiz texnologiyadır. İstifadəçinin başqa bir kompüter şəbəkəsinə naqil
istifadə etmədən radiokanal vasitəsilə qoşulma imkanı verir. Wİ - Fi adaptoru
ayrıca qurğudur. Bu adaptorlar PCI slotuna qoşulur , USB forması da mövcuddur.
Kompüterlər sərbəst şəkildə əhatə dairəsi daxilində ərazidə yerdəyişmələr edə
bilərlər və bu halda şəbəkə kəsintisi baş vermir. Bütün adapterlərdə antena olur.
PCMCIA kartları adətən daxili antena ilə istehsal olunur, PCİ – kartları isə xarici
antena ilə buraxılır. Bu antenalar informasiyanın daxil və xaric olması zonasını
təyin edir . Təhlükəsizlik baxımından lokal şəbəkədən geri qalsa da , naqil
çəkilmələri çətin və ya uyğunsuz olan yerlərdə əlverişlidir. Ona görə də daha çox
naqilli qoşulmalara üstünıük verilir. Şəbəkələri birləşdirmək üçün WAP (acces
point) əlaqə nöqtələri qurulur. WAP bu əlaqələr arasında bir növ HUB funksiyası
daşıyır.Wi-fi-nin dalğaları daha yuxarı diapazonlardan istifadə etdiyinə görə
telefon və ya televiziya dalğalarına qarışmır.
Bluetooth : Əhatə dairəsi təxminən 10-90 m arası dəyişir .Yaratmaq üçün bir
nöqtədən eyni zamanda bir neçə nöqtəyə bağlana bilən azı 2 bluetooth cihazı
lazımdır. Qalan məntiq LAN məntiqinə oxşasa da qoşulanların sayı 8-i
http://az.wikipedia.org/wiki/Kompyuterhttps://www.google.az/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&ved=0CCkQFjAA&url=http%3A%2F%2Fwww.bluetooth.com%2F&ei=ZjyPUuLTKYHnswbaroEY&usg=AFQjCNFNYZdu01qpQEwPIC7mZiI93WlsEghttps://www.google.az/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&ved=0CCkQFjAA&url=http%3A%2F%2Fwww.bluetooth.com%2F&ei=ZjyPUuLTKYHnswbaroEY&usg=AFQjCNFNYZdu01qpQEwPIC7mZiI93WlsEg
-
keçməməlidir. Üstünlükləri məlumatların simsiz ötürülməsi , az enerji sərfi , kiçik
ölçülər , təhlükəsizlik , yüksək standartlaşdırmadır.
Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla
əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri fərdi
kompüterin ana platasının üzərində olur. Bəzi qurğuların (monitor, sərt maqnit
disk qurğusu və s.) kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata
üzərində olan sökmələrdə (razyomlarda) yerləşdirilir.
Giriş - çıxış yuvaları : Mikroprosessorun xarici qurğular (printer, Mouse və s.) ilə
informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem
blokunun arxa panelində yerləşir. Portların iki: paralel (LPT1, LPT2 və s. ilə işarə
olunanlar) və ardıcıl (COM1, COM2 və s. ilə işarə olunanlar) və müasir USB
növündən istifadə edilir. Paralel portların ardıcıl portlardan üstünlüyü məlumatın
daxil və xaric edilmə sürətinin üstünlüyündədir.
Hər anakartda digər qurğuların qoşulması üçün portlar vardır:
Serial/COM (Communication) port - COM port kompüterlərdə ilk istifadə
olunan geniş məqsədli portdur. Bu porta müxtəlif qurğular qoşulur (modem,
telefon və s. ) . COM port 9 pin-li və ya 25 pin-li ola bilər.
Paralel/LPT port – 25 pin-li bu porta printerlər, skanerlər və digər qurğular qoşula bilər. Əvvəllər qoşulma üçün bu portu istifadə edən qurğular
günümüzdə daha çox USB və Firewire portlarından istifadə edirlər.
Fireware port – (IEEE1394) 6 pin və ya 4 pin-lidir. Kompüterə rəqəmsal kameraların və video yazıcıların qoşulması və yüksək sürətli məlumat
ötürülməsi üçün nəzərdə tutulmuşdur.
USB – kompüteri söndürmədən avadanlığın taxılıb çıxarılmasını mümkün edən texnologiyadır. Hər anakart üzərində müxtəlif saylarda USB
(Universal Serial Bus) port yerləşdirilir. USB portlara demək olar ki hər cür
xarici cihazlar qoşula bilir. LPT və COM portla müqayisədə daha
sürətlidirlər.. Əgər məsafə problemi olarsa və ya daha çox qurğu qoşmağa
ehtiyac olarsa, USB HUB -lardan istifadə etmək mümkündür. USB - nin
üstün cəhətlərindən biri də ona qoşulan avadanlığa ötürmə yolları ilə enerji
ötürməsidir. USB konnektorları müxtəlif tiplərdə ola bilər :
http://www.technet.az/wp-content/uploads/2013/05/anakart-por
-
USB baglayıcıları 4 pin-dən ibarətdir:
1 pin +5V güc enerji bağlantısı üçündür,
2 pin məlumat ötürmək üçündür,
1 pin isə torpaqlama üçündür.
PS/2 port – mouse və klaviatura qoşulması üçün nəzərdə tutulmuşdur. Hər
ikisi forma və çıxışlarının sayı etibarilə eynidir. Buna görə də əsasən fərqli
rənglərdə olurlar. Standart olaraq rəngi yaşıl olan mouse üçün, bənövşəyi
olan klaviatura üçün istifadə edilir. Üzərlərində klaviatura və mouse
simvolları da vardır.
Səs giriş-çıxış portu– Bu port səsin giriş və çıxışı üçündür. Adətən 3 paralel port istifadə olunur. Açıq-mavi rəngdə olan səs girişinə DVD-RW ya
da digər səs qaynaqları qoşula bilər. Açıq-yaşıl rəngdə olan səs çıxışına
qulaqlıq və səs ucaldanlar qoşula bilər. Çəhrayı rəngdə olan mikrofon
girişinə isə mikrofonlar qoşulur. Mikrofon səsin elektrik siqnalına çevrilməsi
və audio məlumatın kompüterə daxil olmasını təmin edən giriş qurğusudur.
RJ 45/LAN port – Şəbəkə əlaqə portu daxili şəbəkəyə , başqa kompüterə və internetə qoşulmaq üçün 8 pinli bağlantı istifadə olunur.
AGP (Accelerated Graphics Port – Sürətləndirilmiş Qrafik Port) – AGP kanalı 32 bit genişliyindədir və 66 MHz sürətində işləyir. 2xAGP, 4xAGP və
8xAGP növləri vardır. AGP verilənlər yolu sadəcə ekran kartları üçün
istifadə olunur.
VGA Portu - 15 pin-li VGA portuna monitor qoşulur.
ATX Power Connector (ATX Güc Əlaqələndiricisi) – Güc əlaqələndiricisidir
CPU (Cenrtal Prosessing Unit – Mərkəzi Prosessor Qurğusu) soketi – Bu soketlərin digər bağlantılardan fərqi ana plata üzərində daim taxılı
olmalarıdır.
DIMM (Double Inline Memory Module) – İki tərəfli açıq yaddaş moduludur
http://www.technet.az/wp-content/uploads/2013/05http://www.technet.az/wp-content/uploads/2013/07/USB-nedir1
-
Floppy Disk Driver Connector (Elastik Disk Sürücüsü Əlaqələndiricisi) - IDE şininə bənzəyir , lakin kiçik olur.
IDE (Intelligent Drive Electoronic – Ağıllı Elektron Sürücü) – IDE əlaqələndiriciləri IDE şinlərinin anakart üzərinə birləşdirildiyi oyuqlardır.
Bura adətən HDD və DVD-RW qoşulur.
SATA port - SATA digər qoşulmalardan daha üstün sürətə malikdir.
ISA (Industry Standart Architecture – Sənaye Standartlı Arxitektura) – ISA sökükləri köhnə tipli anakartlarda: modem,səs, ekran, şəbəkə və başqa
kartların qoşulması üçün istifadə edilirdi. Sürəti aşagıdır , maksimum 16
mhz surəti ilə işləyən sistem şinidir. Bir dəfəyə 16 bit məlumat ötürə bilir.
PCI (Peripheral Component Interconnect – Xarici Əlaqəli Periferiya Komponentləri) 33 və ya 66 Mhz sürətilə işləyir. Qoşulan qurğuları
avtomatik özü nizamlayır (Plug and Play). PCI yuvaları ağ rəngli olub
modem, səs kartı, şəbəkə kartı, TV kartı kimi qurğuların qoşulması
səbəbiylə sayı digər yuvalara nisbətən daha çoxdur.
PCI Express: PCI-E, güc istifadəsini, xüsusilə AGP limitlərini genişlədən , sistem yaddaşını daha az istifadə edərək ekran kartı və digər qurğuların
xərclərini azaltma imkanı verən bir verilənlər yoludur.
PCI-X: PCI-X standartının məqsədi PCI slotlarından daha yüksək kanal genişliyi əldə edib “Gigabit Ethernet” kimi server platformalarında şəbəkə
kartlarının lazımi kanal genişliyi ilə təmin etməkdir.
CMOS : Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide
Semiconductor – metal - oksid - yarımkeçirici) mikrosxemi fərdi kompüterin
konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
Daimi yaddaş (ROM - READ ONLY MEMORY) : Daimi yaddaş qurğusudur.
ROM yalnız oxuna bilən yaddaş tipidir. Kompüterin açılışında istifadə olunan
BIOS proqramı bir ROM mikrosxemində saxlanılır. Elektrik kəsilməsi halında
belə, daxilindəki məlumatlar etibarlı olaraq saxlanılır və silinmir.
BİOS (BASIC İNPUT OUTPUT SYSTEMS) : Əsas giriş-çıxış sistemi kimi
tərcümə olunur. BIOS xüsusi proqram təminatıdır və daimi yaddaşdan asılı
olmayaraq işləyir. BIOS EEPROM quruluşludur (EEPROM: Electrically Erasable
Programmable ReadOnly Memory).
Kompüter açıldıqda ilk işləyən hissə CPU-dur. Əvvəlcə “power good”
adlanan naqil CPU-ya düzgün enerji gəlib gəlmədiyini yoxlamaq üçün oxunur.
Prosessor BIOS - a müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını
yoxlayır. Test qurtardıqdan sonra prosessor disklərdə əməliyyat sisteminin
yüklənməsi üçün faylları axtarmağa başlayır. Kompüter yüklənmə fayllarını tapan
http://www.technet.az/wp-content/uploads/2013/05/PCI-s
-
kimi yüklənən hissəsini əməli yaddaşa çağırır. Əməliyyat sistemi qoşulur və
kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir. BİOS - da
konfiqurasiyanın verilməsi üçün Setup menyusunu açmaq lazımdır.Test proseduru
olan POST problem açkar etdikdə BIOS 2 cür xəbərdarlıq bildirir: səsli və yazılı .
Əgər heç bir problem yoxdursa bir qısa siqnal verir və kompüter işə düşür. Yazılı
mesaj nümunəsi kimi aşağıdakı xəbərdarlığı nəzərdən keçirdək.
HDD disk fail – sərt diskdə problem olduğunu bildirir .
Səsli xətada BİOS müəyyən tip bir səslə bizi xəbərdar edir. Səsli mesajlar BİOS –
un müxtəlif versiyalarında fərqli olur.
AWARD BIOS
bir qısa səs – problem olmadığınu göstərir
2 qısa səs –. bu bəzən CMOS Setup və ya sistem platasıynan bağlı ola bilər
1 uzun və 1 qısa – əməli yaddaşda problem
Bir uzun 2 qısa səs – ekran kartı ilə əlaqəli problem
1 uzun və 9 qısa səs – Daimi yaddaşın mikrosxemindən məlumatların oxunması ilə bağlı problem
1 uzun təkrarlanan siqnal – Yaddaş modulunun düz taxılmaması ilə bağlı problem
Daimi səs – Qida bloku problemi.
Netbook, planşet və e-reader
Noutbookları personal kompüterlərdən təkcə ölçüləri deyil, batareya
avtonom mənbə kimi bəzi başqa xüsusiyyətləri də fərqləndirir. İnternetlə və ofis
proqramları ilə işləmək üçün Netbooklar istifadə olunur. Şəbəkə üzərindən işləmək
üçün minimal imkanlar nəzərdə tutulmuşdur. Son zamanlar Netbooklar demək olar
ki istehsaldan çıxmaq üzrədir. Onlar ölçülərinə görə böyük deyildir. Ekranın
diaqonalı təxminən 9 – 11 düyüm, çəkisi təxminən 1 - 1.15 kq-dır. Çəkicə yüngül,
enerji sərfi az və qiymətcə ucuzdur. Adi sərt diskin yerinə fleş yaddaşlar istifadə
olunur. Noutbooklarda modeldən asılı olaraq enerji sərfi fərqlidir, netbooklarda isə
demək olar ki hamısında eynidir. Noutbookda akumulyator enerjini bir neçə saat
saxlayırsa netbooklarda 9-12 saat saxlaya bilir.
2002 –ci ilin sonlarında fərdi kompüterin yeni nəsli meydana gəldi , bunlara Tablet
PC, yani planşet kompüterləri deyildi. Planşet kompüterləri də kompakt, yüngül,
enerji sərfi az və enerji çox saxlayandırlar. Onlar mouse və klaviaturasız , sensor
ekranlı olurlar. İstifadəsi barmaqla və ya stilus adlanan elektron qurğu ilə
mümkündür. Məlumatlarla virtual klaviatura ilə də işləmək mümkündür. Bu
kompüterin digər mobil qurğulardan fərqi odur ki , onların stasionar
kompüterlərnən aparat uyğunluqları vardır və tam əməliyyat sistemi yüklənir.
Planşet kompüterləri Windows XP , Windows 7, Windows 8, OC Android, Apple
MacOS X, Linux əməliyyat sistemlərini istifadə edir. Planşetlər də noutbook və
-
netbooklara identikdirlər, onlarda da prosessor, RAM, sərt disk, ekran kartı vardır.
Bütün planşetlərdə simsiz əlaqə kimi Wİ - Fİ , bluetooth, 3G vardır. Bununla belə
heç də hamısının USB və yaddaş kart dəstəyi yoxdur. Hazırda Android planşetləri
dünyada 65- 70 % göstərici ilə liderdir.
Nəzarət sualları:
1. EHM-lər inkişaf tarixinə uyğun olaraq hansı mərhələlərdən keçmişdir?
2. Sistem blokunun daxilində hansı qurğular yerləşir?
3. Kompüterin ümumi işini idarə edən əsas qurğu hansıdır?
4. Takt tezliyi nədir?
5. Keş yaddaş hansı qurğuya aiddir?
6. Çipset harada yerləşir?
7. Əməli yaddaşın əsas səciyyəvi cəhəti hansıdır?
8. Sərt diskin həcmi nə ilə ölçülür?
9. Modemin iş prinsipi nəyə əsaslanır?
10. MAC ünvanları nələrdən təşkil olunur?
11. Videokartlar hansı qoşulma standartlarından istifadə edirlər?
12. Qurğuları soyutmaq üçün nədən istifadə olunur?
13. Ana platanın üzərində hansı giriş-çıxış yuvaları var?
14. ROM daimi yoxsa müvəqqəti yaddaşdır?
15. Kompüterlə işləmə zamanı monitor gözdən hansı məsafədə olmalıdır?
Müstəqil öyrənmə üçün tapşırıqlar:
1. Kompüter işə düşən zaman hansı proseslər baş verir?
2. Əsas qurğuların parametrlərinə necə baxmaq olar?
3. Şəbəkə kartının MAC ünvanına harada baxmaq olar?
4. Optik disklərə məlumatlar necə yazılır?
5. Yeni bir kompüter yığmaq üçün qurğuları sistem blokuna hansı ardıcıllıqla
yerləşdirmək lazımdır?
Ədəbiyyat:
1. Abbasov Əli, Əlizadə Mətləb, Seyidzadə Etibar, Musayev İsa. İnformatika və kompüterləşmənin əsasları . Bakı , 2012
2. Ə. Mətləb., Ə. Nuran. Windows 7 və Office 2012 . Bunları noutbookda öyrənməyə nə varki. Bakı , 2012
3. Qurbanov İsabala, Qurbanov Azad , Abdullayeva Rəhilə. İnformatika. Bakı , 2012
4. Зелинский Сергей. Самоучитель работы на компьютере в вопросах и ответах. Харков , 2013
5. Симонович С.В . Информатика. Москва , 2014 6. Таненбаум Э. Архитектура компьютера . Питер , 2003
http://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%81%D0%BA%D0%B2%D0%B0