fÖvqƏladƏ hallardan mÜdafİƏnİn İqtİsadİ tƏmİnati · milyard dollar zərər dəydi. ......

240
C.Q.HƏSƏNOV FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI (dərs vəsaiti) Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.04.2015-ci il tarixli 477-li əmri ilə ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilmişdir Bakı – 2015

Upload: others

Post on 25-Mar-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

C.Q.HƏSƏNOV

FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI

(dərs vəsaiti)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.04.2015-ci il tarixli

477№-li əmri ilə ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilmişdir

Bakı – 2015

Page 2: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

UOT 338.14; 338.242; 614. Rəy verənlər: İqtisad elmləri doktoru, professor H.B.Rüstəmbəyov (Bakı Dövlət Universiteti) İqtisad üzrə fəlsəfə doktoru İ.İ.Cəbrayılov (Bakı Dövlət Universiteti)

Elmi redaktor: İqtisad elmləri doktoru, professor A.M. Məhərrəmov

Həsənov C.Q. “Fövqəladə hallardan müdafiənin iqtisadi

təminati” Dərs vəsaiti, Bakı, 2015, 240səh. C.Q.Həsənovun “Fövqəladə hallardan müdafiənin iqtisadi təminatı” dərs vəsaiti iqtisadiyyata müasir baxışlar əsasında

təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların

qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması

məsələlərinin iqtsadi mahiyyətinin bakalavr təhsilinə tələblər səviyyəsində öyrədilməsinin təmin edilməsi məqsədi ilə hazırlanmışdır. Mövzular dövrün tələbi və Fövqəladə hallarla mübarizə sisteminin ixtisaslaşmış təşkilatları üçün praktik

əhəmiyyəti nəzərə alınmaqla seçilmiş və sərh edilmişdir. Dərs vəsaiti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursant və müdavimləri, ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası, 2015

Page 3: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 3 ~

MÜNDƏRİCAT

Giriş..........................................................................................5

Fövqəladə hallarla mübarizəyə iqtisadi baxış......................7

Fəsil 1. İqtisadi münasibətlər və iqtisadi inkişaf

1.1. Əsas iqtisadi anlayışlar. İqtisadi fikrin təkamülü...........15 1.2. İqtisadi nemətlər və istehsal. Bazar münasibətləri.........32 1.3. İqtisadi inkişaf ...............................................................48 Fəsil 2. Sahibkarlıq və təsərrüfat fəaliyyəti

2.1. Mülkiyyət və sahibkarlıq...............................................60 2.2. Təsərrüfat fəaliyyəti. Əsas fondların aşınması..............75 2.3. Tikinti və bərpa işlərinin iqtisadi xüsusiyyətləri...........93 Fəsil 3. İqtisadiyyatın idarə edilməsi məsələləri

3.1. İdarəetmə və menecment.............................................105 3.2. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi..........126 3.3. İqtisadiyyat obyektlərinin və əhalinin fövqəladə hallardan müdafiəsinin təminatının iqtisadi mexanizmi............................................................................139 Fəsil 4. Fövqəladə hallardan iqtisadiyyat obyektlərinə

dəyən zərərin qiymətləndirilməsi

4.1. Zərərin qiymətləndirilməsində əsas anlayışlar............151 4.2. Zərərin qiymətləndirilməsinin konseptual əsasları və müəyyən edilməsi qaydası....................................................163 4.3. Fövqəladə hallar nəticəsində meydana çıxan iqtisadi itkilərin tərkib elementləri....................................................175 Fəsil 5. Fövqəladə hallardan təbiətə dəyən zərər və iqtisadi

tədbirlər

5.1. Təbiətin funksiyaları və onların qorunması üçün

Page 4: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 4 ~

tətbiq edilən iqtisadi təsir vasitələri.....................................194 5.2. Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi ...............202 Fəsil 6. Risklərin idarə olunmasının iqtisadi məsələləri

6.1. Risklərin idarə olunmasının iqtisadi mexanizmi.........210 6.2. İqtisadiyyat və yaşayış təyinatlı obyektlərin fəaliyyətinin dayanıqlılığının qiymətləndirilməsi............225 Ədəbiyyat ...........................................................................236

Page 5: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 5 ~

GİRİŞ

"Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının

(proqramlarının) siyahısında nəzərdə tutulmuş 050650 "Yanğın

təhlükəsizliyi mühəndisliyi" və 050651 “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə təhsil standartlarına uyğun olaraq, müvafiq proqram əsasında “

Fövqəladə halların iqtisadiyyatı ” fənni tədris edilir. Fənn proqramına daxil edilən mövzuların geniş spektrli və

əhatəli olması, yeni texnologiya və metodların tətbiq olunması

əsas götürülərək, bu sahə ilə bilavasitə əlaqədar məsələlərin öyrədilməsini təşkil etmək üçün müvafiq iqtisadi ədəbiyyatın

yaradılması zərurəti meydana çıxmışdır. “Fövqəladə hallarlardan müdafiənin iqtisadi təminatı”

kitabı hazırlanarkən qüvvədə olan qanunlar, hökumətin qərarları, normativ sənədlərin tələbləri nəzərə alınmış, iqtisadi

anlayışların sadə formada müdavimlərə çatdırılmasına səy göstərilmişdir.

Fövqəladə hallarla mübarizənin iqtisadi tərkibinin öyrənilməsinin elmi-metodiki bazasını iqtisadi nəzəriyyə və ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən tikinti, maddi-texniki təminat, idarəetmə, proqnozlaşdırma və istehsalın

təşkilinə dair müxtəlif iqtisadi təlimlərin funksional aspektləri təşkil edir. Dəraslikdə kursant və müdavimlərdə ilkin iqtisadi biliklərin formalaşdırılması və iqtisadi təfəkkürünün inkişaf

etdirilməsi məsələlərinə geniş yer verilmişdir. Kitabda iqtisadi anlayış və terminlər, iqtisadi nəzəriyyənin

əsasları, ilkin bazar iqtisadi münasibətləri, müəssisə və təşkilatların sadə strukturu, iqtisadi fəaliyyəti, gəlir və zərər anlayışları, mülkiyyət və kapital, maya dəyəri, istehsal xərcləri, qiymət, mənfəət, amortizasiya kateqoriyalarının mahiyyəti və formaları, tikinti və bərpa işlərinin iqtisadi xüsusiyyətləri izah edilir.

Page 6: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 6 ~

Kursant və müdavimlərə fövqəladə hallarla mübarizənin iqtisadi təminatının hüquqi və normativ əsasları, iqtisadiyyatın

dövlət tənzimlənməsi tədbirləri, büdcə mexanizmi, vergilər, iqtisadiyyat obyektlərinin və əhalinin fövqəladə hallardan müdafiəsinin təminatının iqtisadi mexanizminin formalaşdırılması, obyektlərin fəaliyyət gostərməsinin dayanıqlılığının proqnozlaşdırılması və yüksəldilməsi tədbirləri barədə məlumat verilir.

Kitabda fövqəladə hallarla mübarizənin idarə edilməsi, onun prinsipləri, metodları, funksiyalarının öyrənilməsinə geniş

yer verilmiş, dəyən zərərin qiymətləndirilməsinin konseptual əsasları, obyektin dəyərinin və obyekt sahibinə dəymiş zərərin qiymətləndirilməsinə yanaşmalar, vurulmuş ziyanın

hesablanması və qiymətləndirmədə istifadə olunan metodik tövsiyələr izah edilmişdir.

Kursant və müdavimlərə iqtisadi itkilərin tərkib elementləri, tam və qismən məhv edilmiş əmlakın zərərinin qiymətləndirilməsi, əsas vəsaitlərə vurula bilən zərərin qiymətləndirilməsi, insanların həyat və sağlamlığına vurulan

maddi və mənəvi zərərin ödənilməsi qaydaları izah edilir. Kitabda ekoloji iqtisadiyyatın anlayışları, təbii sərvətlərin

iqtisadi qiymətləndirmə üsulları, təbii mühitin vəziyyətinin dəyişilməsinin qiymətləndirilməsi qaydaları barədə məlumat verilir, risk anlayışı və növləri, onun qiymətləndirilməsi və idarə edilməsi, sığorta, onun formaları, növləri, mövcud şərtlərlə sığorta fəaliyyətinin tənzimlənməsi, risklərin azaldılmasının

sığorta üsulu barədə məlumat verilir.

Page 7: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 7 ~

FÖVQƏLADƏ HALLARLA MÜBARİZƏYƏ

İQTİSADİ BAXIŞ

Bəşəriyyət yarandığı ilk zamanlardan insanlar od əldə etməyi öyrəndilər və ondan əvəzedilməz nemət kimi istifadə etməyə başladılar. Alov tez-tez insanların idarəsindən çıxır,

ətrafda hər şeyi məhv edirdi. Leonardo da Vinçinin dediyi kimi

“eyni alov həm zülməti qovur, həm də yandırır”. Yüzillər keçdi, Möhtəşəm tikililər meydana çıxdı, yollar,

kanallar çəkildi, yanğınlarla mübarizənin üsulları

təkmilləşdirildi, lakin bu günə qədər insanlar təbii və texnogen fəlakətlərin dəhşətlərindən özlərini tam qoruya bilmirlər.

Təkcə XX əsrdə müxtəlif ölkələrdə bəzən bütöv şəhərləri yer üzündən silən və minlərlə insanın həyatına son qoyan

çoxsaylı dağıdıcı zəlzələlər, yanğınlar, daşqınlar baş vermişdir. ABŞ-ın Kaliforniya ştatı planetimizin seysmik təhlükəli

yerlərinə aiddir. Şiddətli zəlzələlər indidə bu yerlərdə ciddi dağıntılara səbəb olur. Lakin 1906-cı ildə San-Fransisko şəhərində baş vermiş faciənin əsas səbəbi yeraltı təkanın özü

deyil, onun ardınca gələn irimiqyaslı yanğınlar olmuşdur. Aprelin 18-də yerli vaxtla səhər saat 05-14-də baş verən

7,7 ballıq zəlzələ kifayət qədər möhkəm olmayan materiallardan tikilmiş dənizqırağı çökəklikdəki evləri, bahalı otelləri və icra hakimiyyətinin binasını dağıtdı. Lakin, əsas fəlakət bütün su

kəmərlərinin dağılması ilə San-Fransisko şəhərinin susuz qalması oldu. Reportyorların xəbərinə görə yanğın yemək bişirən bir evdar qadının ehtiyatsızlığı üzündən baş vermişdi.

əslində isə vəziyyət başqa cür idi. Kütləvi şəkildə qəsdən evlər yandırılmışdı. Bunu evləri zəlzələdən deyil, yanğından

sığortalanan ev sahibləri etmişdilər. Bir neçə saatdan sonra bütün şəhər yanırdı. Yanğınla

mübarizəyə bir neçə min hərbçi də cəlb olunmasına baxmayaraq

onun qarşısı alına bilmədi. San-Fransisko 3 gün yandı. Şəhərin 80%-i məhv oldu, 3000 adam həlak oldu, 300000 nəfər evsiz-

Page 8: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 8 ~

eşiksiz qaldı. Şəhərə 400 milyon dollar, indiki qiymətlərlə 7 milyard dollar zərər dəydi.

Yaponiyanın paytaxtında 1923-cü il sentyabrın 1-də “Böyük Kanto zəlzələsi” adı ilə tarixə düşən, dəhşətli yanğına

səbəb olan 8,3 bal gücündə zəlzələ baş verdi. Bu yanğın 1

milyon binadan 300000-i məhv etdi. Hətta, açıq yerlərdə belə yanğından qorunmaq mümkün olmadı. Meydanların birinə alovdan qorunmaq üçün minlərlə adam yığışmışdı. 40000 nəfərə qədər adam boğularaq öldü. Ümumilikdə isə Tokio və İokaqama şəhərləri və onların ətrafında 175000 adam öldü, yarım milyon

adam itkin düşdü. Dəyən zərər milyardlarla dollar dəyərində olub Yaponiyanın rus-yapon müharibəsindəki xərcindən çox idi.

İkinci dünya müharibəsi zamanı Amerikalılar əsas fəsadlardan uzaq idilər, demək olar ki, asudə yaşayır, müharibə dəhşətlərini hiss etmirdilər.

Boston şəhərində “Kokos meşəsi” klubunda 1942-ci il 28 noyabra keçən gecə təşkil edilmiş şənlikdə faciə baş verdi. 430

nəfərə qədər adama xidmət etməyə icazəsi olan klubda 1000 nəfərdən çox adam vardı. İnteryeri tez alışan materiallarla

bəzədilmiş klubda baş verən qəfil yanğın insanlar arasında

çaxnaşmaya səbəb oldu. Əylənməyə gələnlərin bir qismi zəhərli tüstüdən boğuldu, bəziləri diri-diri yandı, bir hissəsi isə ayaqlar altında qalıb öldü. 10 dəqiqə sonra yanğınsöndürənlər gəldilər, pəncərələri vurub çıxardılar, qapıları sındırdılar və alovu söndürdülər. Amma bu 10 dəqiqə kifayət etmişdi ki, 490 nəfərin həyatı bitsin və bir neçə yüz adam ciddi zərər görsün.

17 aprel 1947-ci ildə Texas sitidə baş verən yanğının

səbəbi isə ehtiyatsızlıq və laqeyidlik olmuşdur. Fransız gəmisi “Qrankan” Marseldən ammonium-nitrat aparmağa gəlmişdi.

Selitra kağız kisələrdə yüklənirdi. Hadisə baş verənə qədər artıq

2000 ton ammonium selitrası yüklənmişdi. Səhər saat 8-də yükləmə davam edəndə matroslardan biri yük yerindən tüstü

çıxdığını görür, oraya su vurmağa başlayırlar. Sonra soda-turşu

yanğınsöndürücüləri gətirilir, tüstü bundan daha da güclənir.

Page 9: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 9 ~

Kapitan köməkçisi məhsulu zay etməmək üçün söndürməyi dayandırmağı əmr edir. Bunun əvəzinə lyukların açılması və yük

yerinə buxar vurulmasını tapşırır. Bu zaman açıq alov görünür.

“Qrankan”ın söndürülməsinə şəhərdəki 50 yanğınsöndürən maşından 27-si cəlb edilir. Sahildəki camaat təhlükə olmadığını

zənn edib tamaşa etməyə davam edir. Saat 9-12-də baş verən güclü partlayışdan gəminin

durduğu tərsanədə su buxarlanır. Gəminin qırıqları 3 km

məsafəyə yayılır, zərbə dalğasının təsirindən 2 təyyarə düşür,

yüzlərlə adam həlak olur. Partlayış çoxlu kimya məhsulları anbarları və müəssisələri olan şəhərdən güclü yanğına səbəb olur, eyni yüklü daha 2 paroxod partlayır. Şəhərə 3 gün yanır, onun

2/3 hissəsi, sənaye müəssisələrinin 75%-i məhv olur, 1500 nəfər həlak olur, bir neçə yüz adam itkin düşür.

13 noyabr 1970-ci il tarixində Şərqi Pakistan (indiki

Banqladeş Xalq Respublikası) ərazisində bəşər tarixinin ən

dəhşətli tufanlarından biri baş verdi. Qanq çayının delta

ərazilərində və Bhoda, Hatiya, Kukri-Mukri, Manpura və

Rabnabad sahilboyu adalarında sürəti saatda 240 km çatan

küləyin təsirindən yaranan və hündürlüyü 8-15 metrə qədər

çatan güclü dalğa sıx məskunlaşmış adaların üzərindən keçərək

qarşısına çıxan hər şeyi məhv etdi. Bu adalar və sahilin materik

hissəsi bir neçə saat ərzində su altında qaldı. Tufanın nəticələri

çox ağır idi: əksər körpülər, avtomobil və dəmir yol magistralları

sıradan çıxdı, bir sıra kənd və qəsəbələr ciddi dağıntılara məruz

qaldı, ərazidəki gəmilərin 90%-i sulara qərq oldu. Tarixi

mənbələrdə tufandan 10 milyondan artıq insanın zərər çəkdiyi bildirilir. Təqribi hesablamalara görə, həlak olanların sayı 300-500 min, bəzi məlumatlara görə isə 1 milyona yaxın idi. Bu tufan

bəşər tarixinin ən böyük təbii fəlakətlərindən biri idi. Dəhşətlisi

o idi ki, tufanın yaxınlaşması kosmik çəkilişlərlə məlum olduğu

və bu barədə Pakistan hökuməti əvvəlcədən xəbərdar edildiyi

halda, heç bir təhlükəsizlik tədbiri görülməmişdi.

Page 10: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 10 ~

3 dekabr 1984-cü il tarixində gecə saatlarında Hindistanın

Madhya-Pradeş ştatının Bhopal şəhərində yerləşən kimya

zavodunda 15 min insanın ölümü ilə nəticələnən dəhşətli

partlayış baş verdi. Bu hadisə tarixdə ən böyük kimyəvi qəza

hesab edilir və Ginnesin rekordlar kitabında "ən güclü hava

çirklənməsi" hadisəsi kimi qeydə alınmışdır. Həmin gecə

Bhopalda 40 tona yaxın metilizotsianat ətrafa yayıldı. Belə ki,

zavodda istehsal olunan metilizotsianat herbisidlər istehsalında

istifadə edilən üzvi birləşmə olmaqla, ağciyərə keçən kimi güclü

şiş əmələ gətirir, gözlərə, dəriyə, mədəyə və qaraciyərə

məhvedici təsir göstərir. Metilizosianat havadan ağır olduğu

üçün yüksəkliyə qalxmayıb, bir neçə saat ərzində qalın bulud

halında şəhərin üstünü örtdü. İnsanların çoxu yuxuda olarkən

həlak oldu. Qəza metilizosianat çəninə suyun dolması və

kimyəvi reaksiya nəticəsində iki zəhərli qazın əmələ gəlməsi

səbəbindən baş vermişdi. 15 min insanın həyatına son qoymuş

bu qəza nəticəsində hazırda şəhərin hər dördüncü sakini xroniki

xəstəlikdən əziyyət çəkir. 1989-cu ildə iyun ayında Sovetlər İttifaqının mühüm

əhəmiyyətli yüngül karbohidrogenlərin geniş fraksiyası nəql edilən “Qərbi Sibir-Ural-Volqa boyu” boru kəmərində 1,7 metr uzunluğunda ensiz yarıq əmələ gəlir. Axıntı səbəbindən uyğun

hava şəraitində çökəkdə qaz yığılır. Bu çökəkdə boru kəmərindən 900 metr məsafədən Aşa şəhərindən 11 km olmaqla, dəmir yollarının Transsibir magistralının Ulu-Tələk Aşa hissəsi keçir. Növbətçi mütəxəssis kəmərdən təzyiqin aşağı düşdüyünü

görüb, səbəbi aydınlaşdırmaq əvəzinə qaz ötürülməsini çoxaldır.

Dəmir yolunun qırağında göllər əmələ gəlir. Qatar maşinistləri güclü qaz iyi hiss etdiklərini xəbər verirlər, amma dispetçerlər xəbəri əhəmiyyətsiz hesab edirlər.

1989-cu il iyunun 4-də gecə saat 0115-də bu sahədə 211 nömrəli “Novosibirsk-Adler” və 212 nömrəli “Adler-Novosibirsk” sərnişin qatarları əks istiqamətlərdə keçir. Bu an

güclü partlayış baş verir, bundan sonra dəhşətli yanğın törənir.

Page 11: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 11 ~

Buna səbəb qığılcım, yaxud qatarlardan atılan siqaret ola bilərdi. Zərbə dalğası 11 km aralıdakı şəhərdə pəncərələrin şüşələrini sındırmışdı. Yanğın 250 hektar ərazini əhatə etmişdir. Vəziyyət həm də ona görə mürəkkəb idi ki, faciə avtomobil yollarının

olmadığı əlçatmaz yerdə baş vermişdi. Zərərçəkmişlərin təxliyəsi və yanğının söndürülməsi üçün hərbiçilər cəlb edilmişdi. Fəlakət nəticəsində 575 adam həlak oldu, 623 nəfər ağır zədə və yanıq xəsarəti aldı.

Bəşəriyyət tarixində ən dəhşətli təbii fəlakətlərdən biri də

26 dekabr 2004-cü il tarixdə İndoneziyanın Sumatra adası

sahillərində (Sumatra-Andaman zəlzələsi) bas vermişdi. 9,1—

9,3 maqnitudalı zəlzələ subduksiya (yer qatlarının bir-birini sıxışdırması) nəticəsində baş verdi və bütün Hind okeanı

sahilləri boyu dağıdıcı sunamiyə səbəb oldu. Zəlzələ və sunami

zamanı 14 ölkədə 230 min nəfər həlak oldu. Sahil zonasında

dalğanın hündürlüyü 15 metrə (50 fut) çatırdi. Zəlzələ rekord

müddət- 8,3 və 10 dəqiqə davam etmişdi. Ən dağıdıcı zəlzələlərdən biri də 2010-cu il yanvarın 12-

də Haitidə baş verdi. 7,1 maqnitudalı zəlzələdə 222570 nəfər

həlak oldu, 311 min nəfər yaralandı. Dəymiş maddi zərər 5,6

milyard avro təşkil etmişdi. Paytaxt Port-o-Prensdə minlərlə ev,

bütün xəstəxanalar dağılmış, 3 milyon adam evsiz qalmışdı.

Kütləvi dağıntı və ölümlərin səbəbi zəlzələyə davamsız, kərpic

evlər idi. Haiti zəlzələsi zəlzələ qurbanları sayının bina və

qurğuların keyfiyyəti və zəlzələyə davamlılığından birbaşa

asılılığını göstərən ən tipik nümunədir. Belə ki, Yaponiyanın

Hon-syu adasında 2008- ci ilin iyununda baş vermiş həmin

gücdə (M7,2) zəlzələdə cəmi 2 nəfər ölmüşdü. Dünyada baş verən kataklizmlər və təbii fəlakətlərin sayı

ildən-ilə çoxalmaqdadır. Elm və texnikanın tərəqqisi ilə

texnogen fəlakətlərin sayı azalsa da, həlak olanların sayı və

vurulan zərərin miqdarı artmaqdadır. Keçən əsrin altmışıncı

illərindən doxsanıncı illərinədək yüksək iqtisadi ziyan vuran

fəlakətlərin sayı 4 dəfə artmişdır.

Page 12: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 12 ~

Əgər əvvəllər yer üzundə baş verən təbii və texnogen

xarakterli fəlakətlərdən ildə orta hesabla əhalinin hər 62

nəfərindən biri zərər görürdüsə, indi hər 29 nəfərdən biri zərər

görür. Artıq dünyada belə dayanıqlı tendensiya yaranıb ki, hər il

baş verən fövqəladə hallardan zərər görənlərin sayı 6,8%, dəyən

maddi ziyanın məbləği 10,4% artır. BMT-nin məlumatına görə

təbii fəlakətlərdən hər il təqribən 200 milyard dollar zərər dəyir. Dünya ölkələrinin çoxu baş verən fəlakətlərin nəticələrini

aradan qaldırmaq iqtidarında deyil. Ona görə də bu məsələlər

beynəlxalq ictimaiyyətin səfərbər edilməsini tələb edir. Cədvəl 1-də 2007-2010-cu illərdə dünyada baş vermiş iri miqyaslı təbii

və texnogen xarakterli fəlakətlərin statistikası verilmişdir.

İllər Fəlakətlər

Cəmi

Təbii

fəlakətlər

Texnogen

fəlakətlər

Ölənlərin

sayı

Dəymiş maddi

zərər

(ABŞ dollar)

2007 335 142 193 20000 70 mlrd 2008 311 137 174 240500 269 mlrd 2009 245 224 21 15000 68 mlrd 2010 952 950 2 304000 222 mlrd

Cədvəl 1. 2007-2010-cu illərdə dünyada baş vermiş təbii və

texnogen xarakterli fəlakətlərin statistikası

Baş verən fövqəladə hallar arasında yanğınlar önəmli yer

tutur. Yanğın-Xilasetmə Xidmətlərinin Beynəlxalq

Assosiasiyasının “Dünya yanğın statistikası” 2010-cu il üzrə

hesabatına görə yanğınların 35,7%-i binalarda, 3,5%-i binaların

yanında, 16%-i nəqliyyatda, 10%-i meşələrdə, 19,2%-i ot və

kolların yanmasından, 9%-i zibil və tullantıların yanmasından

meydana gəlir, 15%-i isə digər yanğınlardır.

Cədvəl 2-də bəzi ölkələr üzrə 2010-cu ildə yanğın şəraiti və iş həcmi göstəriciləri verilmişdir.

Page 13: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 13 ~

№ Ölkə

Əhali

(min

nəfər)

Sayı Əhalinin min

nəfərinə düşən Ölənlər

Çıxışlar Yanğın-

lar Ölənlər çıxış

yan-

ğın

100000

nəfərə

düşən

100

yanğı

-na

düşən

1 ABŞ 311537 28205000 1331500 3120 90,5 4,3 1,0 0,2 2 Rusiya 141900 - 119500 13061 - 1,3 9,2 7,3 3 Fransa 65027 4031767 336867 438 62,0 5,2 0,7 0,1

4 Böyük

Britaniya 60003 623800 281500 388 10,4 4,7 0,6 0,1

5 İspaniya 47021 347290 115267 192 - 2,5 0,4 0,2 6 Ukrayna 45871 182510 62207 2819 4,0 1,4 6,1 4,5 7 Qazaxstan 15819 59163 19058 528 - 1,2 3,3 2,8

8 Belarus 9500 46901 10023 1110 4,9 1,1 11,7 11,1

9 Avstriya 8388 202996 34364 39 24,2 4,1 - - 10 Sinqapur 4987 130223 4600 0 26,1 0,9 0 0

Cədvəl 2. Ölkələr üzrə yanğın şəraiti və iş həcmi göstəriciləri verilmişdir.

2014-cü il ərzində Azərbaycan Respublikasında baş

vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş

müxtəlif çağırışlar üzrə operativ olaraq 11084 çıxış edilmişdir.

Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış

evlərində yanğınlar -2225 çıxış; açıq sahələrdə yanğınlar -6538 çıxış; nəqliyyat vasitələrində yanğınlar – 381 çıxış; meşə və meşə talalrında yanğınlar – 38 çıxış; digər yanğınlar üzrə - 1902 çıxış təşkil etmişdir.

Yanğın hadiəsləri zamanı 59 nəfər həlak olmuş, 99 nəfər xəsarət almış, bu da 2013-cü ilə müqayisədə yanğından həlak olanlar üzrə 2 nəfər və ya 3 % az, xəsarət alanlar üzrə 12 nəfər və ya 14 % çoxdur.

Aşağıda Rusiya Federasiyasında 5 il ərzində baş vermiş

yanğın və dəyən ziyan qrafik şəkildə göstərilir.

Page 14: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 14 ~

- 1 yanğından dəyən zərər (rublla) - Yanğınların sayı

Qrafik 1. 2007-2011-ci illərdə Rusiya Federasiyasında baş

vermiş yanğınlar və yanğınlardan dəyən zərər barədə

məlumatlar

Təbii, teönogen fəlakətlərin, yanğınların nəticələrinin aradan qaldırılması və vurduğu ziyanın qarşılanması olduqca

böyük miqdarda vəsait tələb edir. Bu səbəbdən onların

profilaktikası, genişmiqyaslı yanğın-mühafizə tədbirlərinin işlənib hazırlanması, bölmələrin maşın, avadanlıq, müasir

texniki vasitələrlə təmin edilməsi məsələləri xüsusi önəm kəsb edir. Bütün bu məsələlər təsərrüfat subyektlərinin iqtisadi dayanıqlılığı, ölkənin maddi imkanları və dövlətin iqtisadi təhlükəsizliyi ilə birbaşa bağlıdır.

40906,7

60537,6 59680

81127,2 1070633

212,6 202,0 187,6 179,5 168,5

Page 15: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 15 ~

FƏSİL 1. İQTİSADİ MÜNASİBƏTLƏR

VƏ İQTİSADİ İNKİŞAF

1.1. ƏSAS İQTİSADİ ANLAYIŞLAR.

İQTİSADİ FİKRİN TƏKAMÜLÜ.

İnsanlar fəaliyyət göstərdiyi bütün sahələrdə qarşıya

qoyduqları məqsədlərə çatmaq istiqamətində müxtəlif növ

iqtisadi xarakterli məsələlərlə qarşılaşır. Bu məsələlərin həlli

spesifik bilik və vərdişlərə yiyələnmək, cəmiyyət həyatında

mühüm əhəmiyyət kəsb edən iqtisadi xarakterli qanun və

normativ-hüquqi aktlardan xəbərdar olmağı tələb edir.

Müasir dünyada bəşəriyyət qarşısında duran ən mühüm

problemlərdən biri mövcud resurslardan səmərəli istifadə

etməklə maksimum xeyir götürməkdir. Bu da iqtisadiyyat

elminin başlıca məsələsidir.

İqtisadi inkişaf qanunlarının öyrənilməsi, iqtisadi

sistemlərin fəaliyyət mexanizminin təhlili və onların əsasında

iqtisadi siyasət prinsiplərinin hazırlanması iqtisadiyyatın

məzmununu təşkil edir. Bu prinsiplər əsasında fövqəladə

hallardan müdafiə sahəsində müxtəlif idarəetmə qərarlarının

hazırlanması istiqamətində ardıcıl fəaliyyət iqtisadi biliklərə

arxalanmalıdır.

“Fövqəladə halların iqtisadiyyatı” fənninin məqsədi cəmiyyətin iqtisadi həyatı barədə, eləcə də fövqəladə halların

qarşısının alınması və nəticələrinin aradan qaldırılması

sisteminin fəaliyyətinin iqtisadi aspektləri barədə biliklər

verməkdir. Kursantlarda elə iqtisadi düşüncə tərzi

formalaşdırılmalıdır ki, onlar iqtisadi hadisə və prosesləri

anlaya bilsinlər və qarşılarında duran məsələlərin həllində

onlardan istifadə edərək fövqəladə hallardan müdafiə sahəsində

savadlı qərar verə bilsinlər.

***

Page 16: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 16 ~

Əsas iqtisadi anlayışlar

İnsanların normal həyat fəaliyyəti və istəklərinin həyata keçirilməsi üçün tələb olunan şeylər adətən təbii nemətlərdən istifadə edilməklə onların istehsalı və emalı nəticəsində əldə edilir. Bu zaman insanlar seçim qarşısında qalır, çünki bütün

işlərlə eyni zamanda məşğul olmaq, hər şeyi istehsal, yaxud

istehlak etmək mümkün deyildir. Hər seçim özünə görə xərc (məsrəf) tələb edir. Biz nəyisə əldə etmək istəyiriksə, digər bir şeydən imtina etməliyik.

İqtisadiyyat təsərrüfat və onun idarə edilməsi haqqında

elmdir.O, bir fənn kimi, resursların məhdud olduğu cəmiyyətdə

nəyin, necə və kim üçün istehsal edilməsini öyrənir. “Nə istehsal etməli?” sualına bazar özü cavab verir. Bazar

münasibətlərinə təsir edən əsas şərtlər də əldə ediləcək qazanc və tələbatı ödəmək üçün təklif edilən malın faydalılığıdır. Başqa

sözlə, istehsalçı o nemətləri istehsal edir ki, onların satışından

maksimum mənfəət götürə bilsin. İstehsalçı həmçinin bazarı

öyrənərək müəyyənləşdirir ki, istehlakçının maksimum

faydalana bilməsi üçün onun istehsal edəcəyi nemət hansı

xüsusiyyətlərə malik olmalıdır. Nemətlər elə istehsal edilməlidir ki, onların qiyməti

çəkilən xərclərdən artıq olub mənfəət gətirə bilsin, yəni istehsalçı o istehsal vasitələrindən, xammaldan, daşınma

üsullarından, enerji növlərindən istifadə etməlidir ki, xərclərə qənaət edə bilsin. Eyni zamanda onun istehsal etdiyi mala kifayət qədər tələbat olmalıdır.

Məhsul kimin üçün istehsal edilməlidir? Təbii ki, kim pulunu verirsə, istehsalçı neməti onun üçün istehsal edəcəkdir. İstehsal edilmiş məhsul satış, yaxud mübadilə üçün təqdim olunur və mənimsəmənin razılaşdırılması prosesi başlayır.

İstehsalçı məhsulunu mümkün qədər baha satmağa, istehlakçı

isə ucuz almağa çalışır. İqtisadiyyatın əsas məsələsi mənfəətin maksimuma çatdırılması, xərclərin isə minimuma endirilməsi problemidir. Alıcılıq qabiliyyətinin aşağı olduğu bazar üçün

Page 17: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 17 ~

yüksək keyfiyyətli, bu səbəbdən də bahalı mallar istehsal

edilməsi məqsədəuyğun sayıla bilməz. İngilis iqtisadçısı L.Robinsonun verdiyi tərifə görə,

iqtisadiyyat insanın məqsədləri ilə məhdud nemətlər arasındakı

münasibətlər sistemində bu nemətlərdən alternativ istifadə üçün

etdiyi hərəkətləri öyrənən elmdir. Başqa sözlə, iqtisadiyyat insanların öz həyat tərzini təmin

edən nemət və şəraiti formalaşdırmaq üçün əmək tətbiq etməklə

yaratdıqları və istifadə etdikləri təsərrüfat, vəsaitlər, obyektlər

və proseslərin məcmusudur. Deməli, iqtisadiyyat cəmiyyətin ən zəruri və müxtəlif

təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını təşkil

edir, iqtisadi münasibətlər isə, öz növbəsində, bütün

münasibətlər sistemində həlledici yer tutur. İqtisadiyyat, ictimai həyatın xüsusi sahəsi kimi, mürəkkəb

quruluşa malikdir. O, hər şeydən əvvəl, iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Özünün xüsusi qanunları

əsasında fəaliyyət göstərən iqtisadiyyat, cəmiyyətin inkişafında

həlledici rol oynayır. İqtisadiyyat cəmiyyətdə iqtisadi münasibətləri öyrənən

elmlər sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun

obyektiv qanunauyğunluqlarını öyrənir, təsərrüfatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemətlərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır.

İqtisadi qanunlar insanlar, hadisə və proseslər arasında

daim təkrarlanan, onların mənafelərini ifadə edən obyektiv,

zəruri səbəb-nəticə əlaqələridir. Təbiət qanunları kimi, iqtisadi

qanunlar da obyektiv xarakter daşıyır. Yəni onlar insanların

şüurundan, istək və arzularından asılı olmayaraq meydana çıxır

və fəaliyyət göstərir. İnsanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Lakin insanlar iqtisadi qanunların qarşısında aciz

deyildirlər, onlar həmin qanunları dərk edərək, bundan özlərinin

Page 18: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 18 ~

mənafelərinə uyğun olaraq istifadə edə bilər, bununla da, iqtisadi inkişafı sürətləndirə bilərlər.

İqtisadi qanunlar üç qrupa bölünür: - spesifik iqtisadi qanunlar; - ümumi iqtisadi qanunlar; - bir neçə sosial-iqtisadi quruluşda, və ya iqtisadi sistemdə

fəaliyyət göstərən iqtisadi qanunlar. İqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təzahür

edir. İqtisadi kateqoriyalar iqtisadi hadisə və proseslərin

ümumi cəhətlərini ifadə edən və obyektiv xarakter daşıyan

ümumi anlayışlardır. Bunlara nemət, mülkiyyət, istehsal, bölgü, mübadilə,

istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qanunlarla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. İqtisadi

kateqoriyalar obyektiv iqtisadi qanunların məzmununu təşkil

edən sabit səbəb–nəticə əlaqələrini aşkara çıxarmağa, hadisə və proseslərin zahiri görünüşü arxasında onların əsl məzmununu müəyyən etməyə imkan verir.

İqtisadi hadisələrin inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq üçün aşağıdakı tədqiqat

metodlarından istifadə olunur: - elmi metod; - iqtisadi metod; - induktiv metod; - deduktiv metod; - elmi abstraksiya metodu; - iqtisadi-riyazi modelləşdirmə metodu; - iqtisadi proseslər arasındakı qarşılıqlı asılılıqların və

onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir

olunması metodu. Elmi metod gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət

hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür

Page 19: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 19 ~

qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.

İqtisadi problemlərin öyrənilməsində ənənəvi olaraq, onları səciyyələndirə biləcək faktlar toplanır. Sonra toplanmış

faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur. Bu metod iqtisadi təhlil adlanır. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil həm makro, həm də mikroiqtisadi səviyyələrdə aparıla bilər. Müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduğu zaman

istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.

Hadisə tərkib hissələrinə ayrıldıqdan və bu hissələrin mahiyyəti aydınlaşdırıldıqdan sonra təhlilin nəticələrinin tam halında birləşdirilməsi ilə idrak prosesi bitmiş olur. Bu proses - təhlil olunmuş tərkib hissələrinin yenidən tam halında

birləşdirilməsi sintez adlanır. İnduksiya və deduksiya metodları da tez-tez istifadə

olunur. İnduksiya faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkəti nəzərdə tutur. Deduksiya metodunda, əksinə, ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.

İnduksiya və deduksiya bir-birini tamamlayan tədqiqat metodlarıdır.

İqtisadi münasibətləri fiziki təsir vasitəsi ilə öyrənmək mümkün deyildir. Onları dərk etməyin əsas üsullarından biri də elmi abstraksiyadır. “Abstraksiya” termini sözün hərfi mənasında yayındırmaq, nəzərə almamaq deməkdir. Bu metod hadisələri təsadüfi, müvəqqəti faktorlardan təmizləməyə, daimi, səciyyəvi xüsusiyyətləri əsas götürməyə imkan verir.

Son zamanlar daha tez-tez istifadə olunan metodlar iqtisadi-riyazi modelləşdirmə metodu və iqtisadi proseslər arasındakı qarşılıqlı asılılıqların və onların inkişaf

qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır.

Page 20: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 20 ~

İqtisadiyyata öyrənmə, dərketmə baxımdan yanaşdıqda

onu mikroiqtisadiyyat, makroiqtisadiyyat və dünya iqtisadiyyatı sahələrinə bölmək olar.

Mikroiqtisadiyyat ayrı-ayrı bazarların fəaliyyətini və bir-birinə qarşılıqlı təsirini öyrənir, istehsalın və xidmətin iqtisadi proseslərin ilkin halqaları - müəssisə, istehlakçı, işçi qüvvəsi, sahibkarlar- səviyyəsində təhlili, təşkili və idarə edilməsini araşdırır. İstehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb-təklif kimi iqtisadi amillər əsas götürülür və idarəetmədə daha əlverişli formalar seçilir. Mikroiqtisadiyyat bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

Makroiqtisadiyyat ölkənin, və ya regionun iqtisadiyyatının, başqa sözlə, milli iqtisadiyyatın bir tam halında

araşdırılması və təhlili ilə məşğul olur. İctimai istehsalın

məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların

təmin olunması və s. problemlər öyrənilir. Makroiqtisadiyyatın

yarım sistemi kimi, bəzən mezoiqtisadiyyat - bir- biri ilə üzvi

bağlı sahələr kompleksinin iqtisadiyyatı ayrıca öyrənilir. Məsələn, aqrar-sənaye kompleksi, hərbi sənaye kompleksi və s. təhlil obyekti olur.

Makroiqtisadiyyat dövlətin iqtisadi siyasətinin formalaşdırılmasının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin sağlamlaşdırılması, və ya inkişafı proqramlarının

hazırlanmasının əsasını təşkil edir. İqtisadi fikrin təkamülü

İqtisadiyyatın öyrənilməsinə hələ qədim zamanlardan nisbətən inkişaf etmiş olan Roma imperiyasında, Hindistan və Çində başlamışdılar. O zamanın mütəfəkkirləri mülkiyyətə, əməyə, pula, cəmiyyətin quruluşuna münasibət bildirir, qanunauyğunluqları aşkarlamağa çalışırdılar. Onların

baxışlarında nemətlərin çoxaldılması və toplanması

məsələlərinə təzadlı münasibətlər yer tuturdu. Buna baxmayaraq, maddi nemətlər haqqında elm eramızın V əsrində Yunanıstanda yarandı. Belə hesab olunur ki, “iqtisadiyyat”

Page 21: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 21 ~

terminini ilk dəfə məşhur filosof Sokratın tələbəsi Ksenofont işlətmişdir. O, öz fikirlərini quldarlıq təsərrüfatına rəhbərlik üçün hazırladığı “Evtikmə” adlı əsərində açıqlamışdır.

Ekonomika (yunanca oykos ev, nomos qanun deməkdir.) öz

təsərrüfatını varlandırmaq haqqında elmdir. Onun fikirlərini Platon və Aristotel inkişaf etdirmişlər.

Orta əsrlərdə iqtisadi fikrin ən parlaq mütəfəkkirlərindən biri Foma Akvinski olmuşdur. O, əməyin ictimai bölgüsünü və cəmiyyətin təbəqələşməsini təbii hadisə hesab edirdi.

İqtisadi fikirdə ilk nəzəri istiqamətlər XIV-XVIII əsrlərdə iqtisadi məsələlərin mahiyyəti və məqsədi barədə elm kimi (iqtisadi nəzəriyyə) meydana gəldi. Bu dövr kapitalizmin

yaranması, ictimai əmək bölgüsünün dərinləşməsi, daxili və xarici bazarların genişlənməsi, pul dövriyyəsinin intensivləşməsinə təsadüf edirdi. Baş verən proseslərə elmin münasibəti kimi, dövlətin iqtisadi siyasətini, eləcə də ilkin kapital yığımını əsaslandıran merkantilizm nəzəriyyəsi meydana gəldi. Merkantilist təliminin mahiyyəti zənginliyin mənbəyinin müəyyən olunmasıdır. Merkantilistlər tacirlərin nümayəndələri olub onların mənafeyini əks etdirirdilər.

Erkən merkantilizmin monetarizm nəzəriyyəsi (Uilyam Stafford) pul balansı nəzəriyyəsi kimi qəbul oluna bilər. Son merkantilizmin nümayəndəsi ingilis iqtisadçısı Tomas Mann

ticarət balansı nəzəriyyəsinin müəllifi idi. Fransız iqtisadçısı

Antuan de Monkretyen isə elmə “siyasi iqtisad” terminini

gətirdi. Fiziokratlar (yunanca phisis və kratos, yəni təbiətin

hakimiyyəti), başda F.Kyene olmaqla, “təbii nizam” tərəfdarı

idilər, ətraf mühitin obyektiv reallığını qəbul edirdilər. Təbii nizam sərbəst rəqabəti, təbii qiymət dəyişmələrini əsas götürürdü və dövlətin müdaxiləsini istisna edirdi.

İqtisadiyyat elminin sonrakı sıçrayışlı inkişafı A.Smit və D.Rikardo ilə bağlıdır. A.Smit klassik burjuaziya siyasi

iqtisadının bünövrəsini qoydu. “Xalqların zənginliyinin təbiəti

Page 22: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 22 ~

və səbəbləri” adlı əsərində o zamankı bilikləri sistemləşdirdi və cəmiyyətin sosial-iqtisadi quruluşu nəzəriyyəsini yaratdı. Onun

ideyasının əsasını liberalizm, dövlətin iqtisadiyyata müdaxilə etməməsi, sərbəst qiymətlər əsasında bazar özünütənzimləməsi təşkil edirdi. A.Smit bu nəticəyə gəlmişdi ki, dəyər üç cür gəlirin cəminə bərabərdir:

- əmək haqqı; - mənfəət; - renta.

D.Rikardo A.Smitin işini davam etdirərək təkmilləşdirdi.

D.Rikardo hesab edirdi ki, dəyər istehsala sərf olunan əməklə müəyyən olunmalıdır.

Siyasi iqtisadın parlaq nümayəndələrindən biri də alman alimi – marksizmin banisi Karl Marks idi. Onun ən məşhur əsəri “Kapital” kapitalist istehsal üsulu və istehsal münasibətlərinə həsr olunmuşdur. O, əmtəənin mahiyyəti, əməyin ikili xarakteri və istehsal münasibətlərinin qarşılıqlı münasibətlərini təhlil etmişdir. K.Marksdan sonra siyasi iqtisad üç əsas istiqamətdə: neoklassik, keynsşilik və institusional-sosioloji istiqamətlərdə inkişaf etmişdir.

İqtisad elmləri sistemində iqtisadi nəzəriyyə aparıcı

mövqeyə malikdir. Müasir iqtisad elmini binaya bənzətsək, iqtisadi nəzəriyyəni onun bünövrəsi, iqtisadi sistemin ayrı-ayrı

sahələrini öyrənən xüsusi iqtisadi elmlərini isə onun divarları

adlandırmaq olar. Merkantilistlərin fikrincə, iqtisadi nəzəriyyə mübadilə

qanunları, fiziokratlara görə, həm mübadilə, həm də istehsalın

idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir.

A.Smit onun, mübadilə və istehsal da daxil olmaqla, sərvət, D.Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında

bölüşdürülməsi qanunları haqqında elm olduğunu sübut etmək istəyirdi. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin

Page 23: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 23 ~

istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.

İqtisadi nəzəriyyənin predmeti cəmiyyətin tələbatını

maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların

idarə edilməsi prosesində insanlar arasında meydana çıxan

qarşılıqlı münasibətlərdir. İqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri

olmaqla, insanların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada baş verən iqtisadi hadisə və prosesləri dərk etmələrinin xüsusi formasıdır, sosial-iqtisadi münasibətlərə və onların inkişaf qanunauyğunluqlarına

dair baxışlarının sistemidir.

İqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil

edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. İnsanlar iqtisadi təfəkkürə həyat təcrübəsi sayəsində

yiyələnirlər. Onların cəmiyyətdə mövcud olan iqtisadi

münasibətlərlə əlaqəsi iqtisadi təfəkkürün formalaşması üçün

bünövrədir. Bu proses uşaqlıq, gənclik və həyat fəaliyyətinin təmin edilməsi üçün çalışma mərhələlərində davam və inkişaf

edir. İqtisadi təfəkkürə yiyələnmək üçün, hər şeydən əvvəl,

sağlam düşüncəyə malik olmaq lazımdır. Çünki qtisadi

gerçəkliyi qavramaq, cəmiyyətin sosial-iqtisadi həyatının

problemlərini başa düşmək, təsərrüfat təcrübəsinin mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün sağlam düşüncəyə malik olmaq tələb olunur.

İqtisadi sistemlər

Əmək prosesində insanların təbiətə münasibəti əsasında

müəyyən qarşılıqlı münasibətlər yaranır. Bunlar maddi nemət və xidmətlərin istehsalı ilə bağlı olduğundan iqtisadi münasibətlər

adlanır. Bu münasibətlər içərisində təkrarlanma xüsusiyyətinə malik olan istehsal, bölgü, dəyişdirib əvəzlənmə və istehlak aşkar seçilir.

Page 24: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 24 ~

İqtisadi münasibətlərin əsas növləri aşağıdakılardır: - dövlətlər arasındakı münasibətlər (beynəlxalq

iqtisadi münasibətlər); - dövlətlə müəssisə arasındakı münasibətlər; - müəssisələr arasındakı münasibətlər; - müəssisə daxilindəki münasibətlər; - dövlətlə ev təsərrüfatı arasındakı münasibətlər; - müəssisələr və ev təsərrüfatı arasındakı

münasibətlər. İqtisadi münasibətlər, sosial-iqtisadi və təşkilati-iqtisadi

olmaqla, iki qrupa bölünür. Bu bölgünün əsasında istehsal

vasitələri və istehsalın nəticələrinin mənimsənilməsi, iqtisadiyyatın və istehsalın təşkili durur.

İqtisadi sistem- cəmiyyətdə mülkiyyət və təsərrüfat

mexanizmi əsasında baş verən bütün iqtisadi proseslərin

məcmusuna deyilir. Onun əsasını istehsal vasitələrinin mülkiyyət forması, iqtisadi fəaliyyətin idarə edilməsi və əlaqələndirilməsi üsulu təşkil edir. Bütün iqtisadi sistemlərdə istehsal üçün resurslar tələb olunur, təsərrüfat fəaliyyətinin nəticələri bölüşdürülür, dəyişdirilir və istehlak olunur.

İstehsal maddi və qeyri-maddi nemətlərin yaradılmasının

başlanğıc nöqtəsidir. İstehsal prosesində yaradılmış nemətlər istehlaka doğru hərəkət edir. İstehsal və istehlakı bölgü və dəyişdirmə bir-birinə bağlayır.

Bölgü – təkcə istehsal edilmiş nemət və xidmətlər deyil, həmçinin istehsal resurslarına aiddir. Bu mənada bölgü

cəmiyyətdə fəaliyyət göstərən mülkiyyət münasibətlərindən asılıdır. Bazar iqtisadi sistemində bölgü qiymət mexanizminin təsiri ilə formalaşır.

Dəyişdirmə nemətlərin hərəkətini təmin edir. Dəyişdirmənin köməyi ilə tələbatlar daha dolğun ödənilir, cəmiyyət zənginləşir.

İstehlak ictimai istehsalın son fazasıdır. İctimai məhsul insanların iqtisadi tələbatlarının ödənilməsinə sərf edilir.

Page 25: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 25 ~

İstehsal, dəyişdirilmə, bölüşdürmə və istehlak hərəkət və vəhdətdə iqtisadi dövriyyə adlanır (Şəkil 1).

Şəkil 1. İqtisadi dövriyyə

İstehsala birdəfəlik proses yox, daim təkrarlanan, fasiləsiz

problem kimi baxıldıqda yenidən istehsal adlanır.

İqtisadi sistem nemət və xidmətlərin istehsalçıları ilə

istehlakçıları arasındakı sosial-iqtisadi və təşkilati

münasibətlərin qaydaya salınmış məcmusudur. İstənilən iqtisadi sistemin əsasını istehsal, bölgü, dəyişmə və istehlak təşkil edir.

Bu sferaların qarşılıqlı təsiri prosesində resursların axını,

nemətlərə və vasitələrə çevrilməsi baş verir. Müasir elmi yanaşmada mülkiyyət formasına əsaslanan

iqtisadiyyat ənənəvi iqtisadiyyat, bazar iqtisadiyyatı, inzibati-

komanda iqtisadiyyatı (planlı iqtisadiyyat), qarışıq iqtisadiyyat olmaqla, dörd qrupa bölünür(Şəkil 2).

Ənənəvi iqtisadiyyat adət və ənənələrin hökm sürdüyü

təsərrüfat fəaliyyətinə əsaslanır. İqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə ənənəvi

iqtisadi sistem mövcuddur. Belə ölkələrdə elmi-texniki və sosial inkişaf məhdud olduğundan sistem geri qalmış texnologiya,

nemətlər

resurslar

istehsal

bölgü

istehlak

dəyişdirmə

Page 26: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 26 ~

geniş yayılmış əl əməyi və rəngarəng iqtisadi fəaliyyətə əsaslanır. Ənənəvi iqtisadiyyatda təsərrüfat fəaliyyətinin müxtəlif formaları (natural-icma formasından tutmuş yaradılan

məhsulun bölüşdürülməsinin natural formasınadək) mövcud

olur. İstehsal vasitələri üzərində şəxsi mülkiyyət və sahibkarın

şəxsi əməyinə əsaslanan kiçikhəcmli istehsalat mühüm yer tutur.

Bu cür istehsal çoxsaylı kəndli təsərrüfatları, sənətkarların

fəaliyyətini əhatə edir və ölkə iqtisadiyyatında aparıcı qüvvə rolunu oynayır. İqtisadiyyatın inkişafı irihəcmli kapital qoyuluşunu, ağır sənaye, energetika sahələrinin yaradılması və genişləndirilməsini tələb etdiyindən, həm də maliyyə imkanlarının məhdudluğu ucbatından ölkə müxtəlif ağırlaşdırıcı

şərtlərlə xarici investisiyalar cəlb etməyə məcbur olur və xarici kapitaldan asılı vəziyyətə düşür.

Şəkil 2.İqtisadiyyatın formaları

İnzibati-komanda iqtisadiyyatı o deməkdir ki, müəssisələrin əksəriyyəti dövlət mülkiyyətindədir. Belə sistemin səciyyəvi cəhəti odur ki, bütün iqtisadi resurslar ictimai

mülkiyyət, reallıqda isə dövlət mülkiyyətidir. İqtisadiyyatın

İqtisadi münasibətlər

Ənənəvi iqtisadiyyat

Bazar iqtisadiyyatı

İnzibati-komanda

iqtisadiyyatı

Qarışıq iqtisadiyyat

Page 27: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 27 ~

spesifik formada monopolizasiyası, bürokratikləşmə, mərkəzləşmiş qaydada planlaşdırma sistemin iqtisadi idarəetmə mexanizminin əsasını təşkil edir. İdarəetmə tamamilə mərkəzləşdirildiyindən təsərrüfat subyektlərinin təşəbbüskarlığı

sıfra enir, dövlət istehsal və bölgüyə tam nəzarət edir, müəssisələr arasında azad birbaşa əlaqələr mümkün olmur,

istehsal və əməyin nəticələrinə maddi maraq itir. Bu halda bürokratik mərkəzləşmə istehsalın səmərəliliyini təmin etmək iqtidarında olmur, çünki maddi nemət və xidmətlərin istehsalı,

bölgüsü, istehlakı barədə bütün qərarları dövlət verir (keçmiş

SSRİ, Albaniya, KXDR və s.). Sovet sosialist sistemində ümumi iqtisadi məsələlərin həlli

spesifik xarakterə malik idi. İstehsal olunmuş məhsulun bölüşdürülməsi hüququ ideoloji nöqteyi-nəzərdən istehsalçı

müəssisədən – zavoddan, fabrikdən, kolxozdan, sovxozdan alınmışdı. Müəssisənin, rayonun, bütövlükdə regionun müxtəlif məhsullara tələbatı öyrənilir, cəmlənir, və nəhayət, yekun ictimai tələbat mərkəzi planlaşdırma orqanlarında baxılırdı.

Əsaslandırılmış hesab olunan miqdar regionların planlaşdırma

orqanlarına fond-icazə şəklində ayrılır, onlar da, öz növbəsində, istehlakçılar arasında bölüşdürülürdü. Bu halda ictimai tələbatın

dərin detallaşdırılması və dəyişmələrə çevik münasibət göstərilməsi mümkün olmurdu. Ona görə də çıxış yolu kimi

maddi resursların böyük ehtiyatları yaradılır və çox böyük

miqdarda resurs dövriyyədən kənarda qalırdı. Mərkəzləşdirilmiş bölgü onun kimi mərkəzləşdirilmiş

planlama əsasında aparıldığından qabaqcadan düşünülmüş

məqsəd və meyarlara xidmət edirdi. Hakim ideologiyanın təsiri altında resursların böyük hissəsi hərbi-sənaye kompleksinə yönəldilirdi.

Bütün sahələrdə tarif sistemi tətbiq edildiyindən və əmək haqqı fondlarının vəsaiti mərkəzdən təsdiq edilən normativdən asılı olduğundan əməyin ödənişinə bərabərləşdirici yanaşma

mövcud idi.

Page 28: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 28 ~

Nomenklatura adlanan partiya-dövlət elitası məhsul bölgüsündə öz təminatında üstünlük əldə etmişdi.

Elmi-texniki tərəqqinin nailiyyətlərinə laqeydlik, iqtisadi inkişafın intensivliyinin təmin edilə bilməməsi belə ölkələrdə sosial-iqtisadi dəyişiklikləri labüd edir və sistemin çökməsini şərtləndirir.

Bazar iqtisadiyyatı resurslar üzərində xüsusi mülkiyyət, bu mülkiyyətin idarə edilməsi və iqtisadi fəaliyyətin əlaqələndirilməsi üçün bazar və qiymət sistemlərindən istifadə edilməsi deməkdir. Azad bazar iqtisadiyyatında dövlət resursların bölüşdürülməsində heç bir rol oynamır, bütün

qərarlar bazar subyektləri tərəfindən sərbəst qəbul edilir (Honkonq, Makao). Bu iqtisadi sistemin əsas əlamətləri investisiya resurslarının xüsusi mülkiyyətinin, iqtisadi fəaliyyətin sərbəst rəqabətə əsaslanan bazar mexanizmi ilə tənzimlənməsi, istehsal edilmiş mallar və xidmətlər üçün öz

maraqları çərçivəsində sərbəst hərəkət edə bilən alıcı və satıcıların sayının kifayət qədər olmasıdır. Bazar

iqtisadiyyatının ən səciyyəvi cəhətlərindən biri də mal və xidmətlərin istehsal və satışında sahibkarlarla bərabər, öz

əməyinin təklif edilməsində muzdluların da şəxsi azadlığının

təmin edilməsidir. Bu sistemdə mal və xidmətlərin qiyməti məhdudlaşdırılmır, onu bazar müəyyən edir.

Qarışıq iqtisadi sistem həm dövlətin, həm də sahibkarlıq

sektorunun ölkədə maddi nemət və xidmətlərin istehsalı,

bölüşdürülməsi və istehlakında mühüm rol oynadığı idarəetmə və əlaqələndirmə sistemidir. Belə sistemdə xüsusi mülkiyyət ictimai-dövlət mülkiyyəti ilə birgə çıxış edir, bazarın

tənzimləyici rolu dövlət tənzimlənməsi ilə daha da güclənir. Qarışıq iqtisadiyyat təsərrüfatın daha səmərəli formasıdır.

Müasir bazar sistemi qarışıq (kompleks) iqtisadiyyatdır,

yəni sahibkarlıq fəaliyyəti formaları və dövlətin mühüm rolu bir-birinə uyğunlaşdırılır.

Page 29: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 29 ~

Bu sahədə İsveç, Yapon və Amerikan modelləri xüsusi

diqqət çəkir. İsveç modeli güclü sosial siyasətilə seçilir. Bu siyasət

mülkiyyətdə qeyri-bərabərliyin yumşaldılmasına, milli gəlirin yenidən bölüşdürülərək aztəminatlı əhalinin güzəranın

yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edir. Dövlətin əlində əsas fondların 4%-i olmasına baxmayaraq, dövlətin xərcləri 90-cı illərdə ümumi daxili məhsulun 70%-ni təşkil edirdi və bu xərclərin yarıdan çoxu sosial ehtiyaclara yönəldilirdi. İsveç

hökuməti bu məqsədlə yüksək vergitutma normalarından

istifadə edir. Hökumət istehsal funksiyalarını özəl müəssisələrə həvalə edir, yüksək həyat səviyyəsini təmin etmək funksiyasını

(məşğulluq, təhsil, sosial sığorta, infrastruktur) özündə saxlayır. Yapon modelində əhalinin həyat səviyyəsi, əmək haqqı

səviyyəsi də daxil olmaqla, əmək məhsuldarlığının artımından

müəyyən qədər geri qalır. Bu tədbir məhsulun maya dəyərinin aşağı salınması və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Mülkiyyətdə qeyri-bərabərliyə məhdudiyyət qoyulmur. Bu model yapon xalqının mentalitetinə əsaslanır, belə ki, yüksək milli şüur və dövlətin inkişafı üçün müəyyən çətinliklərə dözmək, dövlət mənafeyini öz şəxsi mənafeyindən üstün tutmaq

yaponların təqdirəlayiq xüsusiyyətidir. Daha bir diqqət çəkən xüsusiyyət perspektivli müəssisələrin dinamik inkişaf etməsi üçün uyğun iqtisadi mühitin yaradılmasıdır.

Amerikan modeli sahibkarların fəallığının hər vəsilə ilə yüksəldilməsi, əhalinin fəal hissəsinin varlanmasına xidmət edir. Aztəminatlı təbəqəyə bəzi güzəşt və ödənişlərlə həyat səviyyəsini müəyyən qədər yüksəltmək üçün yardım edilir. Bu

model əmək məhsuldarlığının yüksək səviyyəsinə və sahibkarların kütləvi şəkildə şəxsi müvəffəqiyyətinə əsaslanır.

Amerikan modeli üçün iqtisadi konyunkturun stabilliyi və iqtisadi tarazlığa dövlətin müdaxiləsi səciyyəvidir.

Bir sistemdən digərinə keçilməsi iqtisadiyyatın keçid

halını nəzərdə tutur. Keçid iqtisadiyyatı bir sıra səciyyəvi

Page 30: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 30 ~

keyfiyyətlərlə fərqlənir. Köhnə sistemin dağılması ilə yeninin yaranması bir müddət paralel gedir, köhnə iqtisadi münasibətlər tədricən yox olur. Məsələn, bizim ölkəmizdə özəlləşdirmə bir neçə mərhələdə həyata keçirildi. Tezliklə III mərhələyə başlanılması nəzərdə tutulur. Polşada isə bu iş bir mərhələdə həyata keçirildi və “Şok terapiyası” adını aldı.

Hər sistemdə təsərrüfatın təşkilinin özünəməxsus milli modeli mövcuddur. Çünki ölkələr öz spesifik tarixi-iqtisadi inkişaf səviyyələrinə malikdirlər və hər ölkənin ictimai mühiti

fərqlidir.

Page 31: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 31 ~

MÖVZUYA AİD SUALLAR

1. İqtisadiyyat nəyi öyrənir? 2. L.Robinsona görə iqtisadiyyat nədir? 3. İqtisadi qanunlarla iqtisadi kateqoriyaların qarşılıqlı

münasibətləri necə formalaşır? 4. İqtisadi kateqoriyalara nələr aiddir? 5. İqtisadi hadisələri öyrənmək üçün hansı tədqiqat

metodlarından istifadə olunur? 6. Mikroiqtisadiyyat nədir? 7. Makroiqtisadiyyat nədir? 8. Mezoiqtisadiyyat nədir? 9. İqtisadi fikirləri ilk dəfə tarixdə hansı yunan filosofu

səsləndirmişdir. 10. Foma Akvinskinin iqtisadi fikirləri nədən ibarətdir? 11. Merkantilizm təliminin mahiyyəti nədən ibarətdir? 12. Fiziokratlıq nədir? 13. Keynsçilik nədir? 14. A.Smitin burjua siyasi iqtisadiyyatının mahiyyəti nədir? 15. D.Rikardonun fikrinə görə dəyər nədir? 16. İqtisadi sistem nədir? 17. İstehsal nədir? 18. İqtisadiyyatın ictimai münasibətlərə əsaslanan hansı

formaları var?

Page 32: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 32 ~

1.2. İQTİSADİ NEMƏTLƏR VƏ İSTEHSAL.

BAZAR MÜNASİBƏTLƏRİ

Azərbaycan Respublikasının iqtisadiyyatı beynəlxalq

təcrübədən yararlanmaqla, iqtisadi sistemlərin rasional

cəhətlərini tətbiq etməklə bazar iqtisadiyyatına üstünlük verir.

Sağlam rəqabətin hökm sürdüyü azad biznes mühiti müasir

iqtisadi inkişafın əsasını təşkil edir.

Mövzunun məqsədi bazar iqtisadiyyatını formalaşdıran

başlıca amillərin xarakterini açmaq, kursant və müdavimlərə

istehsal və ticarəti tənzimləyən tələb və təklif əsasında

tarazlaşan real bazar qiymətlərinin mahiyyətini izah etməkdir.

İqtisadi nemətlər və təbii resurslardan istifadə, əmək

resurslarının formlaşdırılması yolları, təsərrüfat

müəssisələrinin fəaliyyətinə əsas tələblər, qiymət amili

araşdırılaraq mahiyyəti açıqlanır.

*** İnsanların tələbatının ödənilməsi üçün nemətlərdən

istifadə olunur, başqa sözlə, nemət insanın tələbatının

ödənilməsi vasitəsidir. Ona görə də istənilən ölkədə həyata keçirilən təsərrüfat fəaliyyəti insanların konkret tələbatının

ödənilməsi məqsədini daşıyır. İqtisadi nemətlər iqtisadi fəaliyyətin məhsuludur, onları

tələbatla müqayisədə məhdud miqdarda əldə etmək mümkündür. Bunlar, yəni iqtisadi nemətlər əmtəələr (mallar) və xidmətlər olmaqla iki kateqoriyaya bölünür.

Təbiətdə elə nemətlər var ki, tələbatla müqayisədə qeyri-məhduddur (məsələn: hava, su, günəş işığı və s.). Hava ilə nəfəs alırıq, həm fərdi, həm də ictimai məqsədlərlə istehsalda, nəqliyyatda, eləcə də digər sahələrdə istifadə edirik. Günəş işığı

insanlar, flora və fauna üçün əvəzsizdir. Onları xüsusi zəhmət tələb etmədən əldə etmək mümkündür. Belə nemətlərə qeyri-

iqtisadi nemətlər, və ya havayı nemətlər deyilir.

Page 33: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 33 ~

İnsanların əsas tələbatı iqtisadi nemətlərlə ödənilir. Onların da əksər hissəsi təbii xammaldan istehsal və emal nəticəsində əldə edilir. Bu nemətlərin miqdarı insanların

tələbatını tam ödəmək üçün kifayət olmadığından yalnız əlavə xərc çəkilməklə artırıla bilər və tələbatı ödəmək üçün

bölüşdürülməlidir. Bu baxımdan iqtisadiyyatın predmeti

məhdud nemətlərin rəqabət aparan istehlakçılar arasında öz

tələbatlarını maksimum ödəmək üçün bölüşdürülməsinin üsul

və qaydalarıdır.

Sərfiyyat nöqteyi-nəzərindən nemətlər iki qrupa bölünür: - istehlak nemətləri; - istehsal nemətləri.

Bəzən onlara istehlak malları və istehsal vasitələri deyilir. İstehlak nemətləri bilavasitə insanların tələbatının

ödənilməsi üçün sərf olunur. Onlar son məhsul və xidmətlərdir. İstehsal vasitələri isə bu məhsulların istehsalı prosesində

istifadə olunan resurslara deyilir. Belə resurslara dəzgahlar, maşın və avadanlıqlar, mexanizmlər, binalar, torpaq, peşəkar bacarıq və s. aid edilir.

İqtisadi nemətlər maddi və qeyri-maddi olmaqla iki qrupa bölünür.

Maddi nemətləri müxtəlif üsullarla hiss etmək olur. Onlar bir yerə yığıla bilir, müəyyən müddət saxlanıla bilir.

Qeyri-maddi nemətlərə xidmətlər, həyat şəraiti, sağlamlıq,

insanın qabiliyyət və bacarığı, işgüzar keyfiyyətləri, peşə ustalığı və s. aid edilir.

Xüsusi (fərdi) nemətlər istehsalçıya öz individual

tələbatını ödəmək üçün lazım olur. Onlar bölünə bilir, xüsusi

mülkiyyət hüququ ilə sahiblənilir, dəyişdirilə və vərəsəliyə verilə bilir.

İctimai nemətlər bölünməzdir və cəmiyyətə məxsusdur. Milli müdafiə, ətraf mühitin qorunması, qanunçuluq, ictimai

asayiş belə nemətlərdir. Bunlar təmin edilmədən digər

Page 34: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 34 ~

nemətlərdən normal istifadə etmək, faktiki olaraq, mümkün

deyil. İstehlakçıların maddi rifah halının yaxşılaşması ilə

sərfiyyatı çoxalan nemətlərə normal nemətlər deyilir. Ət və ət məmulatları, yağ, geyimlər, ev əşyaları və s. belə nemətlərdir.

İstehlakçıların maddi rifah halının pisləşməsi ilə sərfiyyatı

çoxalan nemətlərə qeyri-normal (aşağı) nemətlər (məsələn: kartof, çörək və s.) deyilir.

Təlabat həyat fəaliyyətini müəyyən bir səviyyədə saxlamaq, eləcə də cəmiyyətin və fərdin inkişafı üçün hansısa

nemətlərə duyulan ehtiyacdır. İqtisadçılar maddi tələbatı, yəni insanların bu, və ya digər

istəklərini ödəyə biləcək şeyləri almaq və istehlak etmək arzusunu öyrənir. Bu prosesdə həm keyfiyyətcə, həm də miqdarca yeni tələbatlar formalaşır və meydana çıxır. Tələbatın

strukturu yenilənir, prioritetlər dəyişir, məhsulların yerinə yetirdikləri funksiyaları çoxalır. Birinci dərəcəli (zəruri) tələbata ərzaq, geyim, yaşayış yeri kimi ən vacib ehtiyacların ödənilməsi, ikinci dərəcəli tələbata yerdə qalanlar aid edilir.

Digər nemətlərin istehsalında istifadə olunan təbii və

istehsal, yaxud emal edilmiş resurslar iqtisadi resurs, və ya

istehsal amilləri adlanır.

İstehsal insanlar tərəfindən tənzimlənən, istehsal amillərindən istifadə edilməklə, məhsul və xidmət yaradılması

prosesidir. İstehsal prosesi, texniki şərt və qaydalara riayət olunmasını, sosial-etik normalara əməl olunmasını tələb edir. Maddi və qeyri-maddi nemətlər istehsalı prosesi iqtisadi subyektin və bütövlükdə millətin iqtisadi inkişafının əsasıdır.

İnsanların tələbatı daim artdığından və bu tələbat zaman keçdikcə keyfiyyətcə dəyişdiyindən onların istehsalına sərf olunan resurslara tələbat artır. İstənilən zaman anında iqtisadi

inkişaf səviyyəsinə uyğun istehsal üçün lazım olan resurslar - əkin torpaqları, faydalı qazıntılar, kapital, işçi qüvvəsi adətən çatışmır. Bunun nəticəsi olaraq, istehsalın həcmi məhdudlaşır.

Page 35: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 35 ~

İctimai istehsal arzu olunan səviyyədə mal və xidmətlər istehsal edə bilmir. Beləliklə, artan, keyfiyyətcə dəyişən və çeşid

müxtəlifliyi istəyən tələbat təbii və yaradılan nemətlərin məhdudluğu ilə qarşılaşır. Ona görə də istehsalçı seçim

qarşısında qalır: hansı məhsulu istehsal etsin, hansından imtina

etsin (Şəkil 3).

Nemət A

A

.D

. C

B Nemət B

Şəkil 3. İstehsal imkanları əyrisi

Ya A neməti, ya B neməti istehsal edilməlidir, yaxud da müəyyən nisbətlərdə A və B nemətlərinin hər ikisi istehsal edilməlidir. Bu zaman təsərrüfatın səmərəliliyi problemi meydana çıxır. Məhdud resursların istifadə olunması o zaman

səmərəli olur ki, istehsal xərclərini minimuma, faydalılıq

effektini maksimuma çatdırmaq mümkün olsun və iqtisadiyyat optimal fəaliyyət göstərə bilsin.

Resursların məhdudluğu onlardan istifadədə alternativləri tələb edir. Alternativlik qarşılıqlı olaraq bir-birini istisna edən

iki imkandan birinin seçilməsi zərurətidir. Şəkil 1-də AB əyrisi nemətlər arasında alternativi göstərir; C nöqtəsi resurslardan dolğun istifadə edilmədiyini, yəni

itkilərin olduğunu göstərir;

Page 36: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 36 ~

D nöqtəsi arzu olunan nəticələri göstərir. Bu nəticəyə texniki kəşflər, yeni faydalı qazıntıların mənimsənilməsi, elmi nailiyyətlər əsasında çatmaq olar.

Cəmiyyət seçim etməlidir ki, istehsal olunmuş nemətin hansı hissəsini istehlak etsin, hansı hissəsini isə toplayıb ehtiyat

yaratsın. Əgər bir müddət cari istehlakı məhdudlaşdırmaq

mümkün olsa, istehsal imkanlarının daha böyük əyrisinə keçmək olar.

İqtisadi, və ya istehsal resurslarını adətən beş qrupa

bölürlər(Şəkil 4): - təbii resurslar (su, hava, torpaq, faydalı qazıntı, meşə və s.); - yaradılmış maddi resurslar; - əmək və əmək resursları; - kapital (pul və ya istehsal vasitələri formasında); - intellektual resurslar.

Şəkil 4.İqtisadi resurslar (istehsal resursları)

Təbii resurslar dedikdə istehsalda istifadəyə yararlı olan

şeylər nəzərdə tutulur. Təbii resurslar, tükənən və tükənməyən

İqtisadi resurslar

(istehsal

resursları)

Əmək

və əmək

resursları

İntellektual

resurslar

Təbii resurslar

Yaradılmış

maddi resurslar

Kapital

Page 37: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 37 ~

olmaqla, iki hissəyə bölünür. Tükənən resurslar bərpa edilə

bilən və bərpa edilə bilməyən resurslardan ibarətdir. Maddi resurslar insanların özləri tərəfindən yaradılan

əmtəələrdən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və s.) ibarətdir.

Bilik və bacarıq əmək resursunun keyfiyyətini səciyyələndirən tərkib hissəsidir. Avadanlıq və texnologiyadan məqsədyönlü istifadə edilməsi, idarəetmə və istehsalın təşkili,

məhsulun satışı və istifadəsi məsələlərində onların, həmçinin

yeni və əsas istehsal amillərindən biri kimi, informasiyanın rolu

çox mühümdür İqtisadi resursların məhdudluğu insanları seçim

etməyə məcbur edir. İqtisadi subyektlərin təsərrüfat fəaliyyəti bazarla bağlıdır.

Bazar satıcı və alıcıların əməkdaşlığını, birinin əlverişli satması,

o birinin əlverişli alması mümkün olan mövcud iqtisadi

münasibətlər şəraitində onların qarşılıqlı əlaqəsini təmin edən təşkilati forma və üsulların məcmusudur.

Rəqabət bazarın səmərəli fəaliyyətinin ayrılmaz hissəsidir. O, istehlakçılar və kapitalın istifadəsinin ən gəlirli istiqamətləri uğrunda iqtisadi mübarizə deməkdir. Rəqabətin mükəmməl (təmiz) və natamam (monopolist, oliqopolist) formaları

mövcuddur. Rəqabət mühitinin xarakterindən asılı olaraq, bazar,

yaxud monopolist qiymətlər hökm sürür. İstehsal olunan məhsulun qiyməti və həcmi əsas mikro-

iqtisadi göstəricilər hesab olunur. Bazar qiyməti tələb və təklifin təsiri altında formalaşır.

Alıcının müəyyən dövrdə özünə lazım olan şeyləri satın

almaq üçün ödəyə biləcəyi, və ya ödəmək istədiyi pul

məbləğinə, yaxud da hər hansı bir qiymətə satın alacağı əmtəə

və xidmətlərin miqdarına tələb deyilir.

Tələb qiymətin dəyişməsi nəticəsində dəyişir. Əmtəə və xidmətlərin qiymətləri aşağı düşdükdə eyni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı qazanır, qiymətlər bahalaşdıqda

isə, əksinə, satıcı qazanır. Tələb qiymətlərin səviyyəsindən

Page 38: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 38 ~

bilavasitə asılıdır və tələbin qiymətdən asılı olması obyektiv

iqtisadi qanundur. Qiymətlərin ucuzlaşması tələbin artmasına

deyil, əksinə, onun aşağı düşməsinə də gətirib çıxara bilər. Bu isə düşüncə tərzi ilə əlaqədardır. Belə ki, alıcı fikirləşir ki,

qiymətlər ucuzlaşırsa, gələcəkdə bir qədər də ucuzlaşa bilər. Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı bəzi qeyri-

qiymət amilləri də təsir edir(Şəkil 5): 1) mal və ya xidmətin qiyməti; 2) əhalinin pul gəlirlərinin dəyişməsi; 3) bazarda bir-birini əvəz edən və ya tamamlayan əmtəə və xidmətlərin mövcudluğu, həmçinin onların qiymətlərinin dəyişməsi; 4) istehlakçıların subyektiv təsəvvürləri və zövq

müxtəlifliyi; 5) inflyasiya təhlükəsi;

Şəkil 5. Tələbin dəyişməsinə təsir edən amillər

Əmtəələrin qiymətləri dəyişməz qaldıqda da əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artarsa, satın alınan

əmtəə və xidmətlərin həcmi artır. Əhalinin gəlirləri azaldıqda,

TƏLƏB

Əvəzedici və

tamamlayıcı

xidmətlər və

onların

qiymətləri

İnflyasiya

təhlükəsi

Mal və xidmətin

qiyməti

Əhalinin pul

gəlirlərinin

dəyişməsi

Page 39: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 39 ~

həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin miqdarı da

azalır. Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır.

Tələbat fərdlərin, qrupların, cəmiyyətin həyat fəaliyyətini,

məqsəd və maraqlarını təmin etmək ehtiyacıdır. Tələbatın

təsnifatı ehtiyacı ödəyə biləcək obyektlərin xüsusiyyətlərindən asılıdır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır.

Tələb qanununa görə, tələbin miqdarına təsir edən faktorlar sabit qaldıqda malın qiymətinin artması ilə ona olan tələb azalacaqdır. Bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət arasında aşağıdakı funksional asılılığı

ifadə edir: - Əmtəə və xidmətlərin qiymətləri nə qədər yüksək olsa,

ona olan tələb də bir o qədər az olacaqdır. - Digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan

tələb qiymətlərdən asılı olaraq dəyişir və bunların arasında tərs mütənasiblik vardır. Bu da öz növbəsində, qiymətlər aşağı

olduqda alıcının daha çox əmtəə almaq istəyinin olması

(gəlirlərin səmərəliliyi), əmtəələrin qiymətlərinin dəyişməsi və bununla əlaqədar olaraq onları əvəz edə biləcək digər əmtəələrin satın alınmasının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.

Tələb qanunu üç halda işləmir: 1. inflyasiya olacağı barədə məlumatla əlaqədar ajetaj

tələb yarandıqda; 2. pul (kapital) yatırımı vasitəsi olan nadir və qiymətli

metalların, antikvar, və ya bəzək əşyalarının satışında; 3. tələb daha keyfiyyətli və bu səbəbdən daha bahalı

mallara yönəldikdə. Bazar qiymətinin ikinci tərkib hissəsi istehsal edilib satışa

təqdim olunan mal, və ya xidmət - təklifdir. İstehsalçıların müəyyən dövrdə hər hansı qiymətlərlə

satmaq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və

xidmətlərin miqdarına təklif deyilir.

Page 40: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 40 ~

Təklif qanununa görə, malın qiyməti yüksək olduqca sabit istehsal xərcləri şəraitində istehsalçının mənfəəti artdığından

təklifin miqdarı da artacaqdır. Qiymətlər yüksəldikdə istehsalçılar ehtiyatda saxladıqları

maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün

olan istehsal güclərini işə salır, həmin sahədə məhsul istehsalının artmasına şərait yaradırlar.

Qiymətlər uzun müddət ərzində fasiləsiz yüksələrsə, və ya sabit olaraq yüksək qalarsa, müəyyən dövrdən sonra iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gələcək, beləliklə də, həmin sahədə məhsul istehsalının və eləcə də təklifin artmasına səbəb olacaqlar. Tələb kimi, təklif də qeyri-qiymət amillərinin təsiri ilə dəyişə bilər. Texniki yeniliklərdən istifadə olunması,

ehtiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin

Şəkil 6. Təklifin həcminə təsir edən amillər.

dəyişməsi nəticəsində istehsal xərclərinin dəyişməsi ilə təklif dəyişir. Bazara yeni firmaların gəlməsi qiymətdən asılı

olmayaraq, təklifi artırır. Başqa əmtəələrin qiymətlərinin

TƏKLİF

mal

istehsalçılarının

sayı

vergi və güzəştlər

istehsalın

texnologiyası

iqtisadi

resursların

qiyməti

Page 41: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 41 ~

dəyişməsi ehtiyatların və firmaların həmin sahədən çıxıb

getmələrinə, bu isə öz növbəsində, təklifin azalmasına səbəb olur.

Təcrübə göstərir ki, təklif qanununun təsiri ilə kapitalın az

rentabelli sahələrdən daha rentabelli sahələrə axını baş verir və iqtisadiyyatın strukturu dəyişir.

Təbii fəlakətlər, siyasi hərəkatlar, müharibələr, tələbin, qiymətin, gəlirlərin və s-in dinamikasına dair məqsədli proqnozlar, satıcıların sayının dəyişməsi təklifi azaldır.

Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar

qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ

gələn qiymət tarazlıq qiyməti adlanır. Bazar şəraitində qiymətlər tələb və təklifin bir-birinə

bərabər olduğu səviyyəyə – kəsişmə nöqtəsinə doğru hərəkət edir. Qeyri-qiymət amillərinin təsiri ilə, tələb sabit qalmaqla, təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb azalarsa, və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.

Qiymətlər azad rəqabət şəraitində bazar qanunlarının təsiri ilə tarazlaşır. Bu tarazlıq inhisarların yeritdikləri qiymət siyasətinin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən müəyyənləşdirilməsi nəticəsində pozula bilər. Tarazlıq

qiymətləri həm alıcını, həm də satıcını razı salır (Qrafik 2). Bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu

fəaliyyət göstərir. Qiymətlər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Yəni qiymətin dəyişməsi təklifin dəyişməsi ilə düz mütənasibdir. Təklif qanununa görə, digər şərtlər sabit qalmaqla, təklifin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. İstehsalçılar bazara qiymətlər artdıqda çox,

aşağı düşdükdə az əmtəə və xidmətlər çıxarırlar.

Page 42: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 42 ~

Qrafik. 2. Tarazlıq nöqtəsinin müəyyən edilməsi: tələb (D) və təklifin (S)

dəyişməsi ilə qiymətin (P), mal, və ya xidmətlərin miqdarının (Q) dəyişməsi

Mövcud tarazlığı pozan hər hansı bir hadisə baş verdikdə

istehsalçılar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və tələbin artması həmin məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. İstehsalçıların və alıcıların yeni

şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.

Bazar münasibətlərinə əsaslanan iqtisadi sistem inzibati-amirlik metodlarına əsaslanan iqtisadi sistemə nisbətən daha səmərəlidir və müəyyən üstünlüklərə malikdir.

Əvəzedici məhsulların istehsal edilməsi, həmçinin onların

nisbətən aşağı qiymətlərlə bazara çıxarılması, digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələbin azalmasına gətirib çıxara bilər.

Tələb və təklif qanunları obyektiv iqtisadi qanunlardır. Tələbin istiqaməti ilə bərabər, həm də kəmiyyətinin

öyrənilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir dəyişən iqtisadi kəmiyyətin digər kəmiyyətin

dəyişməsinə təsiretmə reaksiyasının ölçüsünə elastiklik deyilir. Yəni elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin müəyyən faiz dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə

Page 43: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 43 ~

faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin

qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi

deyilir. Qiyməti P (price), tələbin kəmiyyətini Q (quantity) ilə

işarə etsək, tələbin qiymətə görə elastikliyinin düsturunu

aşağıdakı kimi yazmaq olar: Ep = ∆Q : ∆P

∆Q - tələbin kəmiyyətinin dəyişməsinin faizlə ifadəsi; ∆P - qiymətlərin dəyişməsinin faizlə ifadəsini, p indekslər sistemində elastikliyin qiymətlərə görə

nəzərdən keçirildiyini göstərir; Ep tələbin qiymətə görə elastikliyidir. Əmtəələr üçün tələbin qiymətə görə elastiklik əmsalı

mənfi kəmiyyətdir, çünki tələb qiymətlə tərs mütənasibdir, ona görə də kəsirin surəti müsbət, məxrəci isə mənfi olacaqdır.

Adətən əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər bahalandıqda tələb azalır.

Əmsalı 1-ə bərabər olan elastikliyə fərdi elastiklik deyilir.

Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda (E > 1), bu, nisbi elastiklik

tələbi, və ya tələbin nisbi elastikliyi adlanır. Əgər qiymətin dəyişməsi tələbin dəyişməsinə gətirib

çıxarmırsa(E = 0), (məsələn:duz, dərman) tələb elastik deyil. Əksinə, qiymətin azacıq dəyişməsi alıcıları mümkün

olduğu qədər məhsul almağa sövq edirsə,tələb tamamilə

elastikdir (mükəmməl bazar şəraitində) (E → ∞). Bazar alıcı və satıcının bir-birinə ticarət məqsədi ilə

qarşılıqlı təsir göstərə bildiyi, istehsalçı ilə istehlakçının

bilavasitə və dolayı əlaqəsinin təmin edildiyi, ölkə daxilində və dövlətlər arasında mal və xidmətlərin mübadiləsinin həyata keçirildiyi iqtisadi sistemdir.

Bazarın meydana çıxması üçün aşağıdakı 3 amilin

yaranması başlıca şərtdir:

Page 44: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 44 ~

- ictimai əmək bölgüsünün inkişafı və sahibkarların

olması; - müxtəlif ixtisaslaşmış əmtəə istehsalçılarının olması; - əmtəə-pul münasibətlərinin yaranması.

Bazar münasibətlərinin obyektləri mal və xidmətlər, istehsal faktorları, pul və qiymətli kağızlar, dövlət güzəştləri və subsidiyalar, sosial ödənişlər və s. Subyektlər müxtəlif tələbatları olduqca və dəyişdirə biləcəkləri obyektlərə malik olduqca bazar münasibətlərinə qoşulurlar. Bazar obyektləri əmək məsrəfinə görə bərabər, istehlak keyfiyyətlərinə görə qeyri-bərabərdirlər. Bu təzad mübadilə zamanı aradan qalxır.

Bazar münasibətləri sistemi sxematik olaraq Şəkil 7-də göstərilmişdir.

Şək.7 Bazar münasibətləri sistemi

Ev

təsərrüfatı

Müəssisələr

Dövlət

Bazarın

subyektləri

Bazarın

obyektləri

İstehsal

amilləri

İstehlak

amilləri

Xidmətlər

BAZAR

MÜNASİBƏTLƏRİ

Bazar mühiti

Qanunvericilik

mühiti Sosial mühiti

Rəqabət mühiti

Page 45: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 45 ~

Bazar iqtisadiyyatı iqtisadi silsilələrə (tsikl) söykənir. Bu yanaşma iqtisadiyyatda əmtəə və pulun dövriyyəsi adlanır.

İqtisadi nəzəriyyədə bazar iqtisadiyyatına iqtisadi tsikllərin cəmi kimi baxılır. Bazar iştirakçılarının qarşılıqlı münasibətlərinin məcmusu təsərrüfat əlaqələrində mal və pul axınlarının dövriyyəsini təmin edir. Ev təsərrüfatı ümumi mülkiyyəti və gəliri olan, ümumi qərar qəbul edən insanların birliyidir. Bu

birlik əsas istehsal amillərinin sahibi olmaqla, müəyyən mal və xidmətlərin alıcısı, digərlərinin satıcısı rolundadır. Müəssisələr belə təsərrüfatların istehsal etdiyi məhsulları alır, öz

məhsullarını istehsal edir və bazara çıxarır. Beləliklə, ev təsərrüfatları və müəssisələr resurs və mal bazarlarında tərəf-müqabil olur, istehsal amilləri, mal və xidmətlərin axınına əks istiqamətdə əldə olunan gəlir və çəkilən xərclər şəklində pul axını hərəkət edir.

Şəkil 8. Əmtəə və pulun dövriyyəsi.

Resurs bazarı

Əmtəə bazarı

Ev təsərrüfatı

Müəssisə

Page 46: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 46 ~

Müəssisələr, ev təsərrüfatları, resurs bazarı və əmtəə bazarının qarşılıqlı təsirləri nəticəsində əmtəə və pul dövriyyəsi sxematik olaraq şəkil 8-də göstərilmişdir.

İstehsal amilləri, mal və xidmətlər, pul, qiymətli kağızlar,

dövlətin güzəşt və subsidiyaları, sosial ödənişlər bazar münasibətlərinin obyektləridir. Subyektlər işə tələbat yarandıqca dəyişmə-satış obyektləri meydana gəlmə vasitəsi ilə bazara daxil olurlar.

Page 47: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 47 ~

MÖVZUYA AİD SUALLAR

1. İqtisadi nemət nədir? 2. Qeyri-məhdud nemətlər hansılardır? 3. Xüsusi (fərdi) nemət nədir? 4. Normal nemətlər nədir? 5. Qeyri-normal (aşağı) nemətlər hansılardır? 6. Tələb nədir? 7. Təklif nədir? 8. İstehsal nədir? 9. İstehsal amilləri (vasitələri) nədir? 10. İqtisadi alternativlik nədir? 11. Tələb qanunu nəyi izah edir? 12. Təklif qanunu nəyi izah edir? 13. Tələbə təsir edən amillər hansılardır? 14. Təklifə təsir edən amillər hansılardır? 15. Tarazlıq nöqtəsi nədir? 16. Elastiklik nədir?

Page 48: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 48 ~

1.3. İQTİSADİ İNKİŞAF

Movzunun məqsədi kursant və müdavimlərə ölkələrin

iqtisadi qudrətini səciyyələndirən ümumi daxili məhsul, milli

gəlir, milli sərvət, xarici ticarətin strukturu, tədiyyə balansı,

maliyyə fəaliyyəti kimi əsas göstəricilərin mahiyyətini şərh

etmək, bu göstəricilərdən istifadə etməklə onların iqtisadi

inkişaf səviyyəsini müqayisə etməyin sadə formalarını izah

etməkdir.

Makroiqtisadi səviyyədə ölkə təsərrüfatının səviyyəsi bir sıra göstəricilərlə səciyyələnir.

Milli hesablar sistemi (MHS) iqtisadiyyatın

göstəricilərinin onun vəziyyətini mühasibat uçotunun tələblərinə uyğun şəkildə ifadə etməyin statistik formasıdır.

Makroiqtisadi göstəricilər iki hissəyə: iqtisadi və sosial

göstəricilərə bölünür. İqtisadi göstəricilərə : - ümumi daxili məhsul (ÜDM); - sənaye məhsulunun həcmi, o cümlədən istehlak malları; - bütün maliyyə mənbələri hesabına kapital qoyuluşları; - podrat işlərinin həcmi; - xarici ölkələrə əmtəələrin ixracı və s. aid edilir. Sosial göstəricilərə: - sərəncamda olan real pul gəlirləri; - bir işçinin orta aylıq nominal əmək haqqı; - əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi və s. aid

edilir. Milli hesablar sisteminin əsas göstəricisi Ümumi Daxili

Məhsuldur (ÜDM). Bu göstərici ərazi əlamətinə görə hesablanır.

ÜDM – ölkə ərazisində yerləşən milli mənsubiyyətindən asılı

olmayaraq müəssisələrin istehsal etdiyi məhsul və xidmətlərin cəmidir. O, iqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirir və həmin vahidlər

Page 49: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 49 ~

tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və

xidmətlərin dəyəri ilə ölçülür. Ümumi milli məhsul – milli müəssisələrin öz ölkəsində və

ya xaricdə yerləşməsindən asılı olmayaraq istehsal etdiyi məhsul və xidmətlərin cəmidir. Başqa sözlə, ÜMM – ÜDM-dən xaricə kapital qoyuluşundan, xaricdə işləyən vətəndaşların bizim

ölkədə əldə etdiyi qazancının çıxması ilə fərqlənir. ÜDM və ÜMM hesablanarkən il ərzində istehsal edilən

məhsul və xidmətlər bir dəfə nəzərə alınır. Yəni son məhsul hesablanır, aralıq məhsullar nəzərə alınmır.

Son məhsul elə məhsula deyilir ki, o alıcı tərəfindən yalnız

istehlak üçün istifadə olunsun. Aralıq məhsullar – alındıqdan

sonra emal edilərək, satılan, yaxud, emal edilməmiş yenidən satılan məhsullara deyilir.

Məsələn, istehsal edilən xam neftin bir hissəsi ixrac edilir, digər hissəsi isə, benzin və digər neft məhsullarının istehsalına

yönəldilir. Xam neft son məhsul olana qədər bir neçə mərhələdən

keçir: Borularla qəbul məntəqələrinə yönəldilir, daşınır, emal

müəssisələrində rezervuarlara yığılır, lazım olduqda təmizlənir, fraksiyalarla ayrılır və müxtəlif oktanlı benzin, yaxud digər məhsullara çevrilir. Bu mərhələlərdə çəkilən xərclər neftin ilkin qiymətinin üstünə əlavə olunur. Aralıq stadiyalarda neftin öz

qiymətinin üzərinə bu işlə məşğul olan müəssisələrin işçilərinin əmək haqqı, amortizasiya və s xərclər gəlinir.

Başqa bir misal göstərək. “Bakı fəhləsi” maşınqayırma

zavodu su və yanacaq daşıyan avtomobillərin istehsalı ilə məşğul olur. Hazır avtomobilin şassisi üzərinə metal çənlər yığılır, son məhsul ixtisaslaşmış avtomobildir, lakin “Bakı

fəhləsi” zavodunun həqiqi məhsulu yalnız avtomobilin üzərində qurduğu çəndir. Son məhsul, tutalım, 50-60 min dəyərindədirsə, onun 45-50 min manatı çənsiz avtomobil, yerdə qalan isə zavodun məhsul və xidmətləridir. Beləliklə, əlavə olunmuş

dəyər anlayışı yaranır.

Page 50: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 50 ~

Ümumi Daxili Məhsul göstəricisinin çatışmayan cəhəti illik amortizasiya ayırmaları və dolayı vergilərin də buraya aid edilməsidir. ÜDM məbləğindən amortizasiya ayırmalarını

çıxsaq, yerdə qalan rəqəm Təmiz Milli Məhsulu ifadə edəcəkdir. Təmiz Milli Məhsuldan dolayı vergiləri çıxsaq, başqa bir

göstəricini – Milli gəliri alırıq. Milli gəlir – 1 il ərzində cəmiyyətin rifahı üçün istehsalın

təzə yaratdığı dəyərdir. Milli sərvət cəmiyyətin sərəncamında yığılmış maliyyə

və qeyri-maliyyə aktivlərinin həcmi ilə ölçülür. Milli sərvətin

elementləri aşağıdakılardır: əsas fondlar, maddi dövriyyə

vəsaitləri, əhalinin şəxsi əmlakı. Ümumi milli gəlir - dünya ölkələri ilə iqtisadi əlaqələr

nəticəsində yaranan (verilən və alınan) ilkin gəlirlərin saldosu

nəzərə alınmaqla, iqtisadi rezident-vahidlər tərəfindən əldə

edilən ilkin gəlirlərin cəmidir. Ümumi milli gəlir ümumi daxili

məhsuldan, başqa ölkələrə verilmiş və ya başqa ölkələrdən

alınmış ilkin gəlirlərin fərqinin miqdarı qədər fərqlənir. Yuxarıda nəzərdən keçirdiyimiz göstəriciləri ölkə

əhalisinin sayına bölsək, adam başına düşən miqdarı almış

oluruq. Maliyyə fəaliyyəti – təşkilatın qısamüddətli maliyyə

qoyuluşlarının, qısamüddətli xarakterli istiqraz və digər qiymətli kağızların buraxılmasının, əvvəllər 12 aya qədər müddətə əldə edilmiş aksiya, istiqraz və s. çıxarılmasının həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətdir.

Mal və xidmətlərin ixracı və idxalı ölkənin xarici ölkələrlə

apardığı ixrac-idxal əməliyyatlarını əhatə edir. Malların ixracı - ümumilikdə və ya ayrı-ayrı ölkələr (ticarət tərəfdaşları) üzrə

ölkədən çıxarılmış malların həcmini göstərir. Malların idxalı isə,

- ümumilikdə və ya ayrı-ayrı ölkələr (ticarət tərəfdaşları) üzrə

ölkəyə gətirilmiş malların həcmini göstərir. Ümumilikdə, ölkə üzrə ixrac və idxalın həcminin dəyər

qiyməti ixrac edən ölkənin FOB, yaxud, franko-sərhəd qiyməti

Page 51: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 51 ~

ilə və idxal edən ölkənin SİF, yaxud, franko-sərhəd qiyməti ilə

müəyyən edilir. Xarici iqtisadi fəaliyyət statistikası ilə uçota

alınan malların ixracı və idxalından başqa, MHS-də malların

ixrac və idxalı əvəzsiz (humanitar) kömək göstərilməsi

qaydasında və hədiyyə kimi verilən malları, qeyri-mütəşəkkil

ticarət mallarını, bağlamaları, miqrantların əmlakını da özündə

birləşdirir. Bir ölkənin digər ölkələrlə bir il ərzindəki ticarət və

maliyyə əlaqələrinin yekunu tədiyyə balansında (TB) əks

olunur. TB ölkəyə daxil olan valyuta ehtiyatlarının ölkədən

çıxarılanlara nisbətini səciyyələndirir. Tədiyyə balansında iki

tərəfli qeydiyyat aparılır: -bir tərəfdə real qiymətlilərin və maliyyə aktivlərinin

ölkəyə axını minus işarəsi ilə qeyd edilir və debet adlandırılır.

Səbəb odur ki, belə axın bazarda yerli valyutaya təklifi artırır və

xarici valyutaya tələb yaradır; -digər tərəfdə isə real qiymətlilərin və maliyyə aktivlərinin

ölkədən çıxarılması plyus işarəsi ilə qeyd edilir və kredit

adlandırılır, çünki, yerli valyutaya tələb yaradır və xarici valyuta

təklifini artırır. Ölkənin monetar, fiskal, valyuta, xarici ticarət siyasəti

hazırlanarkən tədiyyə balansı əsas götürülür. İqtisadi inkişaf ölkənin təsərrüfat mexanizminin

təşəkkülünü göstərir. Bu proses çoxsaylı faktorlara əsaslanır və iqtisadi sistemin tədricən dəyişməsi ilə səciyyələnir. İnkişaf

adətən bütün sahələrdə olduğu kimi spiralvari olub yüksəliş və enişlərlə keyfiyyət və kəmiyyət dəyişiklikləri ilə, müsbət və mənfi tendensiyalarla müşayiət olunur.

İqtisadi inkişaf səviyyəsinin göstəriciləri əsasən aşağıdakılar hesab olunur:

- ÜDM və ya adam başına düşən milli gəlir; - milli iqtisadiyyatın sahə strukturu; - adambaşına düşən əsas məhsulların istehsalı; - əhalinin həyat səviyyəsi;

Page 52: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 52 ~

- iqtisadi səmərəlilik göstəriciləri. İqtisadi inkişaf bir sıra amillərdən asılıdır. Bu amillərin

daha çox təsir gücünə malik olanları aşağıdakılardır: - əmək; - torpaq; - kapital; - sahibkarlıq qabiliyyəti; - elmi-texniki tərəqqi;

Bu amillər həm iqtisadi resurslar həm də istehsal amilləridirlər. Onlar bir-biri ilə də sıx bağlıdır və kompleks şəkildə istifadə edildikdə daha çox səmərə verir. Məsələn hazırlıqlı mütəxəssis iri, yüksək gəlirli şirkətdə çalışır, elmi-texniki nailiyyətlərdən bacarıqla istifadə edirsə, görülən işin səmərəsi təbii ki, yüksək olacaqdır. İqtisadi inkişaf amilləri intensiv və ekstensiv olmaqla 2 qrupa bölünür. Ekstensiv amillərə aşağıdakılar aid edilir:

- texnologiyanın mövcud səviyyəsi saxlanılmaqla

investisiya həcminin artırılması; - istehsalla məşğul olan işçilərin sayının artırılması; - xammal, material yanacaq və s. həmçinin

artırılması. İntensiv amillərə:

- elmi texniki tərəqqinin sürətləndirilməsi və nailiyyətlərinin tətbiqi;

- işçilərin peşə hazırlığının yüksəldilməsi; - əsas və dövriyyə fondlarından istifadənin

səmərəliliyinin artırılması; - istehsalın təşkili səviyyəsinin yüksəldilməsi aiddir.

Başqa sözlə, iqtisadi inkişafa istehsal amillərinin kəmiyyətcə artırılması hesabına nail olunursa, bu - ekstensiv yoldur. İqtisadi inkişaf istehsal amillərinin keyfiyyətinin artırılması, onlardan daha rasional istifadə hesabına əldə

Page 53: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 53 ~

olunursa, bu - intensiv yoldur. İqtisadi inkişaf fiziki və ya dəyər göstəriciləri ilə ölçülə bilər. Dünyanın əsas kimyəvi məhsullar, avtomobil və elektrotexnika istehsalçılarının fəaliyyətinə nəzər salmaqla bu amillərin təsirini aydın hiss etmək mümkündür. Təsərrüfat mürəkkəb mexanizm olub aralarında bir-biri ilə sıx əlaqəsi olan çoxsaylı makroiqtisadi elementlərdən ibarətdir. Bu elementlər arasındakı nisbət – təsərrüfatın iqtisadi

strukturunu göstərir. İqtisadi təhlildə onun sosial, sahə, yenidən istehsal və xarici ticarətin strukturları ayrı-ayrı baxılır. Sosial struktur sahibkarlığın ayrı-ayrı təşkilati - hüquqi

formaları və əhalinin müxtəlif qruplarının gəlirlərinin differensasiyasındakı nisbəti əks etdirir. Sahə strukturu sahələr içərisində sahələri göstərir. Məsələn, sənayedə yüngül və ağır sənaye, yüngül sənayedə toxuculuq, trikotaj və s. Yenidən istehsal strukturu - istehlakla yığım,

infrastrukturla digər sahələr arasında nisbəti göstərir. Xarici ticarətin strukturu idxal və ixracda ayrı-ayrı mal

qruplarının nisbətini səciyyələndirir. İqtisadi inkişaf – məhsuldar qüvvələrin, artım və inkişaf

amillərinin, təhsilin, əhalinin həyat səviyyəsinin, insan kapitalının geniş yenidən istehsalı, bütövlükdə iqtisadiyyatın

müsbət keyfiyyət və struktur dəyişiklikləridir. İctimai

münasibətlərin inkişafı da iqtisadi inkişafa daxil olduğundan,

iqtisadiyyatın texnoloji vəziyyətindən və maddi nemətlərin bölgüsünə münasibətdən asılı olaraq dəyişir. Ölkəmizin son 10 il ərzindəki iqtisadi inkişaf dinamikasına

nəzər yetirsək, bir sıra səciyyəvi cəhətləri aydınlaşdırmış olarıq. 2003-2010-cu illər ərzində Azərbaycan Respublikasında

ÜDM 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, xarici ticarət dövriyyəsi 5.4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır. Adambaşına düşən ÜDM-in həcmi 2003-cü illə (872.7 manat) müqayisədə nominal ifadədə 5.3 dəfə, real

Page 54: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 54 ~

ifadədə isə 2.7 dəfə artaraq 2010-cu ilə 4653.3 manat təşkil etmişdir. Ölkə üzrə işsizliyin səviyyəsi 1.6 dəfə, yoxsulluğun

səviyyəsi isə 4.9 dəfə azalmışdır. 2007-ci ildə hasil edilmiş xam neftin həcmi 42.6 mln. ton, təbii qazın həcmi 16.9 mlrd. kub metr, 2008-ci ildə müvafiq

olaraq 44.5 mln. ton və 23.4 mlrd. kub metr, 2009-cu ildə 50.4 mln. ton və 23.6 mlrd. kub metr olmuş, 2010-cu ildə bu rəqəmlər 50.8 mln. ton və 26.3 mlrd. kub metr təşkil etmişdir. Bu illər ərzində “Azəri” və “Günəşli” yataqlarından neft, “Şah Dəniz”

yatağından qaz hasilatına başlanmışdır. Heydər Əliyev adına

Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. 2010-cu ildə yeni “Ümid” qaz yatağı kəşf edilmişdir.

Yatağın təxminən 200-250 mlrd. kub metr qaz ehtiyatına malik olduğu ehtimal edilir. Beləliklə, ölkənin qaz ehtiyatlarının

həcminin 2 trilyon kub. metrdən çox olduğu təsbit edilmiş olur.

Qaz hasilatındakı bu vəziyyət ölkənin təbii qazla tam təmin edilməsi və qazın bir hissəsinin ixrac edilməsi üçün əlverişli

imkan yaradır. Neft-qaz sənayesinin gəlirlərinin artması ilə dövlət büdcəsi gəlirlərinin, Dövlət Neft Fonduna köçürülən vəsaitlərin və iqtisadiyyata qoyulan sərmayələrin həcmi də ildən-ilə artır. “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı

əsasında müasir elektrik stansiyaları, və yarımstansiyalar

tikilmiş, yüksək gərginlikli elektrik xətlərində texniki yenidənqurma işləri həyata keçirilməsini təmin edilmişdir.

Elektrik enerjisi şəbəkələrinin infrastrukturunun yenilənməsi əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının

daha dolğun ödənilməsini təmin etmiş, enerji ixracına imkan

yaratmışdır. Ölkənin enerji təhlükəsizliyi təmin edilmişdir. Qeyri-neft sektorunun inkişafında da mühüm nailiyyətlər əldə edilmişdir. Əvvəllər xarici ölkələrdən idxal olunan malların

çoxu Azərbaycanda istehsal olunmağa başlanmışdır. Cədvəl 3-

Page 55: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 55 ~

də Azərbaycan Respublikasında istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullunun, artım dinamikası göstərilmişdir. Daxili

bazarda bitki yağları, şəkər, pivə, papiros və siqaretlər, süd

məhsulları, meyvə şirələri və s.-nin çox hissəsi yerli məhsuldur. Ərzaq malları sahəsində idxaldan asılılıq demək olar ki, aradan qaldırmışdır. .

2005 2007 2008 2009 2010 2011 Bütün sənaye 9308.8 22495.6 29773.3 22563.6 27978.2 34553.9 o cümlədən: Mədənçıxarma

sənayesi 5672.7 16412.8 22631.3 16459.7 20862.5 26915.4

Emal sənayesi 3073.1 4919.2 5700.0 4836.1 5735.7 5895.9 Bütün təsərrüfat

kateqoriyaları 1844.8 2918.6 3505.9 3805.5 3 877.7 4525.2

o cümlədən: Bitkiçilik

məhsulları 988.2 1726.4 2084.9 2106.0 1 999.2 2339.8

Heyvandarlıq məhsulları

856.6 1192.2 1421.0 1699.5 1 878.5 2185.4

Cədvəl 3. İstehsal olunan sənaye və kənd təsərrüfatı

məhsullarının artım dinamikası (faktiki qiymətlərlə, milyon

manat)

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər ölkənin qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin inkişafına təkan vermişdir. Sumqayıt , Quba, Şəki, Astara və Xaçmaz elektrik stansiyaları, Gəncə avtokran, traktor və ağır

tonnajlı avtomobil zavodu, İmişli şəkər zavodu, Şamaxı

televizor istehsalı zavodu, Naxçıvan minik avtomobilləri zavodu, və s. yeni sənaye müəssisələri yaradılmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması

üçün regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları

ilə nəzərdə tutulan məqsədli tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərə: kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul

Page 56: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 56 ~

istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin 50.0 faizinin dövlət tərəfindən ödənilməsini; buğda istehsalçılarının maddi marağının artırılması və buğda

istehsalının stimullaşdırılması məqsədilə əkilən hər hektar üçün

40 manat yardımın verilməsini; məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kq-a 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılmasını; kənd təsərrüfatı

məhsulları istehsalçılarına müddətli vergi güzəştlərini göstərmək olar.

Kənd təsərrüfatı istehsalçılarına yardım etmək məqsədilə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 2005-ci ildə 25, 2006-cı ildə 41, 2007-ci ildə 37.5, 2008-ci ildə 72.5, 2009-cu ildə 45.2, 2010-cu ildə 40 milyon manat vəsait ayrılmışdır. Meyvə və tərəvəz məhsullarının

saxlanılması üçün xüsusi anbarlar tikilmişdir. 2003-2010-cu illərdə kənd təsərrüfatının ümumi məhsulu

real ifadədə hər il orta hesabla 3.7% artmışdır. Kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, süd, mal və qoyun əti, şəkər, meyvə şirələri, habelə digər əsas ərzaq məhsulları ilə Azərbaycan özünü tam təmin etmək ərəfəsindədir. Hazırda bu iş

ət və ət məhsulları üzrə 92 faiz, quş əti - 88 faiz, yumurta 96 faiz, bitki yağları 70 faiz, kərə yağı 50 faiz, süd və süd məhsulları 73

faiz . taxıl 65 faiz, üzüm 94 faiz, kartof 100 faiz, bostan məhsulları 100 faiz, meyvə və giləmeyvə - 126 faiz səviyyəsindədir.

Bu illər ərzində ölkənin nəqliyyat sektorunda bir sıra

transmilli layihələrin reallaşması, BTC neft ixrac boru

kəmərinin fəaliyyətə başlaması, nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyaların qoyuluşu, nəqliyyat parkının

yeniləşməsi, yeni avtomobil yollarının, körpülərin tikintisi, və s həyata keçirilmişdir. Bakı-Tbilisi-Qars-Axalkalaki marşrutu

üzrə dəmir yolu xəttinin tikintisində xeyli iş görülmüşdür.

Nəqliyyat sektorunun inkişafı Azərbaycanın regionda, dünya

dövlətləri arasında nüfuzunun artması, ölkə iqtisadiyyatının

Page 57: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 57 ~

dünya iqtisadiyyatına inteqrasiya olunmasında əhəmiyyətli rol oynayacaqdır.

“2003-2012-ci illərdə Azərbaycan Respublikasının

inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları

üzrə Milli Strategiya” İKT sahəsinin inkişafını təmin etmişdir.

Azərbaycanın süni peyki orbitə buraxılmış, qabaqcıl

texnologiyaların tətbiqinə nail olunmuş, Respublikamız

kosmosda fəaliyyət göstərən dövlətlər sırasına qoşulmuşdur.

Gələcək illərdə daha iki peykin orbitə çıxarılması, bu sektorda

orta artım tempinin davamlı olaraq proqnozlaşdırılması

xidmətlərin həcminin mütəmadi genişləndirilməsi nəzərdə tutulur.

2003-2010-cu illər ərzində Azərbaycan iqtisadiyyatına yönəldilmiş 84.3 milyard ABŞ dollarının 45.1 milyard dolları

xarici sərmayələr olmuş və bunun üçdə iki hissəsini birbaşa

xarici investisiyalar təşkil etmişdir. İnvestisiyaları cəlb etməklə yanaşı, Azərbaycan, eyni zamanda, onları ixrac edən ölkəyə çevrilmiş və son səkkiz ildə başqa dövlətlərə 5.7 milyard dollarlıq və ya hər il orta hesabla 711 milyon ABŞ dollar

Azərbaycan sərmayəsi yatırılmışdır. 2003-2010-cu illərdə dövlət büdcəsinin gəlirləri və

xərcləri bir neçə dəfə artmışdır. Bu dövrdə büdcə gəlirlərinin orta artım tempi 40.4%, xərclərinin isə 40.1% təşkil etmişdir.

Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 2003-cü ildə 17.1%, xərclərinin isə 17.3% təşkil edirdi. 2010-cu ildə bu nisbət 27.4% və 28.3%-ə bərabər olmuşdur. 7 il ərzində gəlirlər 9.3 dəfə, xərclər isə 9.5 dəfə artmışdır. Vergilərin vaxtında və tam ödənilməsinin təmin edilmiş, vergi bazası

genişləndirilmişdir. Vergi ödəyicilərinə xidmət beynəlxalq standartlara uyğunlaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlər təkmilləşdirilmişdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında

əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət

Page 58: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 58 ~

Proqramı ” nın icrası məqsədilə 2009-2010-cu illərdə dövlət büdcəsindən 128.7 milyon manat vəsait ayrılmışdır.

İqtisadiyyatın tarazlı inkişafına nail olmaq, gəlirlərin səmərəli idarə olunmasını və istifadəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il

tarixli fərmanı ilə “ Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sı təsdiq edilmişdir. Strategiya fonda

toplanmış vəsaitlərin idarə olunma prinsiplərini müəyyən edir. Bu prinsiplərdən ən mühümləri uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı

dəyişməz real xərclərin əsas götürülməsi və bu strategiyanın

əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit

müəyyən edilməsidir.

Page 59: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 59 ~

MÖVZUYA AİD SUALLAR

1. Milli hesablar sistemi nə deməkdir? 2. İqtisadi inkişaf səviyyəsinin göstəriciləri hansılardır? 3. Ümumi daxili məhsul nə deməkdir? 4. Milli gəlir nədir? 5. Milli sərvət nədir? 6. Maliyyə fəaliyyəti 7. Tədiyyə balansı nə deməkdir? 8. Xarici ticarətin strukturu nə deməkdir? 9. Sahə strukturu nədir? 10. Sosial struktur nədir? 11. İqtisadi inkişaf hansı amillərdən asılıdır? 12. Ekstensiv iqtisadi inkişaf nəyi nəzərdə tutur? 13. İntensiv iqtisadi inkişaf nəyi nəzərdə tutur?

Page 60: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 60 ~

FƏSIL 2. SAHIBKARLIQ VƏ TƏSƏRRÜFAT

FƏALIYYƏTI

2.1. MÜLKIYYƏT VƏ SAHIBKARLIQ

Mövzunun məqsədi kursantlara mülkiyyət, sahiblik

hüququ və əmlakdan istifadə üstünlükləri məsələləri barədə

məlumat verilməsi, təbii və texnogen fəlakətlərdə dəyə bilən

zərərin obyekt və subyektlərin müəyyənləşdirilməsi imkanları-

nın aydınlaşdırılmasıdır.

Mülkiyyət və sahibkarlıq fəaliyyəti barədə biliklər

gələcəkdə iş və yaşayış yerinə, istifadə olunan əşya, avadanlıq,

maşın və mexanizmlərə münasibətdə davranış və hərəkətlərin

tənzimlənməsi qaydaları barədə onların

məlumatlandırılmasıdır.

İstənilən iqtisadi fəaliyyətin əsasında iqtisadi resurslara

münasibət, daha doğrusu, resurslardan istifadə imkanı durur. Onlardan istifadənin mümkünlük dərəcəsi resursların kimə və nə dərəcədə məxsusluğundan asılıdır.

Mülkiyyət iqtisadi mənada insanlar arasında tarixən formalaşmış və nemətlərin, xüsusən də istehsal vasitələrinin özününküləşdirilməsi - özgəninkiləşdirilməsi sahəsində iqtisadi münasibətləri ifadə edir.

Mülkiyyət iqtisadi və qeyri-iqtisadi resursların, əşyala-

rın müəyyən şəxslərə məxsus olması, bu mənada insanlar

arasında iqtisadi münasibətlərə əsasən bölünməsi və

dəyişdirilməsinə görə hüquqi əsasdır.

İnsanlar, müəyyən öhdəliklərlə bir-biri ilə bağlı olan insan

qrupları, cəmiyyətlər və dövlətlər arasında meydana çıxan bütün

iqtisadi münasibətlərin bünövrəsini mülkiyyət münasibətləri təşkil edir. Cəmiyyətdən kənarda, iqtisadi münasibətlər olmadan mülkiyyətin formalaşması mümkün deyil. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş,

Page 61: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 61 ~

yaxud da hər hansı bir məkanda könüllü, yaxud məcburi yaşayan

şəxs mülkiyyətçi hesab edilə bilməz. ABŞ iqtisadçısı Ronald Harri Kouza görə,mülkiyyət

resursların özü deyil, onlardan istifadə hüquqları dəstidir.

Bu hüquq dəsti aşağıdakılardan ibarətdir (Şəkil 9) : 1.Sahiblənmə hüququ, yəni nemətlər üzərində müstəsna fiziki nəzarət hüququ; 2.İstifadə hüququ, yəni nemətlərin faydalı

xüsusiyyətlərindən özü üçün istifadə etmək hüququ; 3.İdarəetmə hüququ, yəni nemətlərdən kimin, necə istifadə edəcəyinə qərar vermək hüququ; 4.Gəlir əldə etmək hüququ, yəni nemətlərin istifadəsinin nəticələrinə yiyələnmək hüququ; 5. Nemətin özgəninkiləşdirilməsi, istehlakı, formasının

dəyişdirilməsi və ya məhv edilməsi hüququ; 6.Təhlükəsizlik hüququ, yəni nemətin başqaları tərəfindən ekspropriasiyası və xarici mühitin zərərli təsirlərindən müdafiəsi hüququ; 7.Mülkiyyətin vərəsəliyə verilməsi hüququ; 8.Nemətdən müddətsiz istifadə hüququ; 9.Nemətdən digər təsərrüfat subyektlərinə zərər vura biləcək formada istifadəyə qadağa; 10.Nemətin qanuni borcların ödənilməsi üçün (sahibinin əlindən) alınması şəklində məsuliyyət hüququ; 11.Pozulmuş hüquqların bərpasını təmin edə biləcək proses və institutların mövcudluğu hüququ.

Mülkiyyət hüququnu insanlar arasındakı, nemətlərin mövcudluğuna əsaslanan və onlardan istifadəyə dair cəmiyyət tərəfindən sanksiyalaşdırılmış münasibətlər kimi başa düşmək lazımdır. Başqa sözlə, mülkiyyət hüququ cəmiyyətdə qəbul edilmiş “oyun qaydalarıdır”.

Page 62: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 62 ~

Şəkil 9. Ronald Harri Kouza görə mülkiyyət hüququ.

İqtisadi amillər istehsal prosesinin həyata keçirilməsində əsas rol oynadığına görə istehsal vasitələri üzərində mülkiyyət münasibətləri iqtisadi münasibətlər sistemində həlledici yer

QU

Q D

ƏS

sahiblənmə hüququ, yəni nemətlər üzərində müstəsna

fiziki nəzarət hüququ

istifadə hüququ, yəni nemətlərin faydalı

xüsusiyyətlərindən özü üçün istifadə etmək hüququ

istifadə hüququ, yəni nemətlərdən kimin, necə istifadə

edəcəyinə qərar vermək hüququ

gəlir əldə etmək hüququ, yəni nemətlərin istifadəsinin

nəticələrinə yiyələnmək hüququ

nemətin özgəninkiləşdirilməsi, istehlakı, formasının

dəyişdirilməsi, və ya məhv edilməsi hüququ

təhlükəsizlik hüququ, yəni nemətin başqaları tərəfindən

eksproprisiyası və xarici mühitin zərərli təsirlərindən

müdafiəsi hüququ

mülkiyyətin vərəsəliyə verilməsi hüququ

nemətin qanuni borcların ödənilməsi üçün sahibinin

əlindən alınması şəklində məsuliyyət hüququ

nemətdən müddətsiz istifadə hüququ

Pozulmuş huquqların bərpasını təmin edə biləcək proses

və institutların mövcudluğu hüququ

Page 63: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 63 ~

tutur. Əmək resurslarının istehsal vasitələri və maliyyə vəsait-ləri ilə birləşməsindən formalaşan təkrar istehsalı, eləcə də müxtəlif sosial qruplar arasında meydana çıxan qarşılıqlı

münasibətlərin xarakterini mülkiyyət münasibətləri müəyyən edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz

istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair

sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan

hüququdur(Şəkil 10).

Əmlakın təsadüfən məhv olması, və ya zədələnməsi riski mülkiyyətçinin üzərinə düşür. Mülkiyyətçi ona mənsub əmlakın

saxlanması yükünü daşıyır. Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müxtəlif

mülkiyyət münasibətlərinin daşıyıcısı ola bilər. Mülkiyyət obyekti bu, və ya digər səbəblərdən özəlləşdirilə, yaxud da milliləşdirilə bilər və s. Müasir şəraitdə əsas diqqət elmi biliklərə və informasiya texnologiyalarına yönəldiyindən, intellektual mülkiyyət xüsusi əhəmiyyət kəsb edir. Mülkiyyət obyektinin tarixi dəyişməsi baş verir.

Mülkiyyətin subyekti dedikdə, aralarında investisiya əmtəələrinə sahiblik münasibətləri olan hüquqi və fiziki şəxslər nəzərdə tutulur. Mülkiyyət hüququnun subyektləri dövlət, yerli dövlət hakimiyyəti orqanları, müəssisələr (səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və assosiasiyaları, icarə müəssisələri və s.), ictimai birliklər, dini təşkilatlar və vətəndaşlardır.

Tarixən mülkiyyətin əsas etibarilə iki tipi – ümumi və xüsusi tipləri məlumdur.

Kapitalizmə qədər minilliklər ərzində kənd təsərrüfatı

hakim sahə, torpaq isə başlıca iqtisadi ehtiyat olduğundan torpaq

üzərində ümumi mülkiyyət münasibətləri cəmiyyətin həyatında

əsas rol oynamışdır.

Page 64: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 64 ~

Şəkil 10. Mülkiyyətçinin hüquqları

Xüsusi mülkiyyət məhsuldar qüvvələrin keyfiyyətcə yeni səviyyəyə çatması, əmək bölgüsünün dərinləşməsi prosesində meydana gəlmiş və cəmiyyətlə bərabər inkişaf etmişdir. Ona

görə də mülkiyyətin formaları əbədi deyildir və tarixən olduğu

kimi, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılı olaraq

dəyişir. Xüsusi mülkiyyətin ilk formasıquldarlıq mülkiyyəti

olmuşdur. Onun əsasında qul əməyinin nəticələrinin

Qa

nu

nveri

cil

iyə g

örə

lkiy

yətç

i

1.Bu, və ya başqa şəkildə əmlaka

(əşyaya) sərbəst surətdə sahib ola

bilər.

2.ondan istifadə edə bilər və ona

dair sərəncam verə bilər, həmin

əmlaka başqa şəxslərin sahibliyinə

yol verməyə bilər. İstifadə edə

bilər və ona dair sərəncam verə

bilər, həmin əmlaka başqa

şəxslərin sahibliyinə yol verməyə

bilər.

3. ona mənsub əmlak barəsində öz

mülahizəsi ilə istənilən hərəkətləri

edə bilər, bir şərtlə ki, həmin

hərəkətlər qonşuların, və ya üçüncü

şəxslərin hüquqlarını pozmasın,

yaxud hüquqdan sui-istifadə

olmasın.

həmin əmlaka başqa şəxslərin

sahibliyinə yol verməyə bilər.

Page 65: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 65 ~

mənimsənilməsi dururdu. Orta əsrlərdə ictimai-iqtisadi formasiyanın dəyişməsi ilə bu forma dəyişmiş, hakim mülkiyyət forması feodal mülkiyyəti olmuşdur. Satış üçün məhsul hazırlayan, feodal asılılığından azad olmuş şəhər sənətkarlarının

xüsusi mülkiyyəti əmtəə istehsalı və mübadiləsi ilə əlaqədar olduğuna görə mülkiyyətin subyektləri də əmtəə istehsalçılarının özləri idi.

Xüsusi mülkiyyətfərdi, əmək və kapitalist mülkiyyətləri olmaqla üç qrupa bölünür.

Kapitalist mülkiyyəti özünün iqtisadi məzmununa görə mülkiyyətin əvvəlki formalarından əsaslı surətdə fərqlənir.

Ümumi birgə mülkiyyətin tarixi formalarından biri də ailə

mülkiyyətidir. Ər-arvadın nikah müddətində yığdıqları əmlak, əgər onlar arasında müqaviləyə görə başqa şərtlər nəzərdə tutulmamışdırsa, onların birgə mülkiyyətidir. Bütün cəmiyyət çərçivəsində isə ictimai mülkiyyət formalaşır.

İctimai mülkiyyətin həqiqi subyekti yalnız ictimai

istehsalın idarə edilməsini həyata keçirən dövlət ola bilər. Yəni ictimai mülkiyyət dövlət mülkiyyəti deməkdir.

İstehsal vasitələri üzərində xüsusi mülkiyyət forması bazar

iqtisadiyyatı şəraitində real mülkiyyətçi, müstəqil sahib, iqtisadi cəhətdən səmərəli yenidən istehsalın sahibkarını yaradır. Xüsusi

mülkiyyət bazar iqtisadiyyatının formalaşmasında aparıcı qüvvə kimi mühüm rol oynamaqla dövlət mülkiyyəti formasından

üstünlüyünü nümayiş etdirir. Mülkiyyətin tipləri və formaları Şəkil 11-də göstərilmişdir. Bələdiyyə mülkiyyətinə yerli özünüidarə orqanlarının

əmlakı, mənzil fondu, mühəndis infrastrukturu obyektləri (su kəməri, kanalizasiya təsərrüfatı, qaz, istilik və enerji təchizatı),

təhsil, mədəniyyət, səhiyyə müəssisələri və başqa əmlak daxil ola bilər.

Dövlət mülkiyyəti forması istehsal vasitələrinin, mülkiyyətin və əməyin nəticələrinin dövlətə məxsus olduğu

ictimai münasibətlərin ayrıca növüdür. Mülkiyyətin dövlət

Page 66: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 66 ~

formasının başlıca fərqi ondadır ki, onun faydalı

xüsusiyyətlərindən istifadə edilməsi nəticəsində əldə edilən qazanc xüsusi şəxslərə deyil, dövlətə qalır.

Şəkil 11. Mülkiyyətin tipləri və formaları

Mülkiyyətin

tipləri və formaları

mülkiyyətin

tipləri

ictimai mülkiyyətin formaları

ictimai

mülkiyyət

fərdi

mülkiyyət

kollektiv

mülkiyyət

kooperativ

mülkiyyət şəxsi

mülkiyyət

icra

mülkiyyəti

ailə

mülkiyyəti

paylı

mülkiyyət

intellektual

mülkiyyət

bələdiyyə

mülkiyyəti

dövlət

mülkiyyəti

xüsusi

mülkiyyət

şəxsi mülkiyyətin formaları

Dövlətlər

arası

mülkiyyət

Səhmdar

cəmiyyətin

mülkiyyəti

İctimai

birliklərin

mülkiyyəti

Page 67: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 67 ~

Müasir şəraitdə dövlət mülkiyyətinin iqtisadi əhəmiyyəti artsada, o, aparıcı mövqeyə malik deyildir. İnkişaf

etmiş kapitalist ölkələri üzrə statistik məlumatlar göstərir ki, ABŞ-da milli gəlirin təqribən 2-3 %-i, Qərbi Avropa ölkələrindən Avstriyada bütün istehsal güclərinin 37%-i, Almaniyada milli sərvətin 21%-i, Fransada ümumi məhsulun 20%-i, İsveçdə 14%-i, İtaliyada 12%-i dövlət bölməsinin payına

düşür. Rəqəmlər göstərir ki, bu ölkələrin heç birində dövlət bölməsi üstünlüyə malik deyildir.

Xüsusi mülkiyyətin bir növü olmaqla, kollektiv

mülkiyyətin əsas cəhəti ondan ibarətdir ki, investisiya əmtəələri və onların nəticələrinin mənimsənilməsi kollektiv xarakter daşıyır. Kollektiv mülkiyyət müəssisələrin mülkiyyəti, sahibkar birliklərinin mülkiyyəti, ictimai birliklərin mülkiyyəti, xeyriyyə fondlarının və başqa fondların mülkiyyəti, dini təşkilatların

mülkiyyəti və s. şəklində ola bilər. Dini təşkilatların mülkiyyətinə binalar, ayın predmetləri,

sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti, vətəndaşların,

təşkilatların bağışladıqları, yaxud da dövlətin sahibliyə, istifadəyə və sərəncama verdiyi əmlak və onların fəaliyyəti üçün

zəruri sayılan başqa əmlak daxil ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə

aşağıdakı mülkiyyət növlərini müəyyən edir: - dövlət mülkiyyəti; - xüsusi mülkiyyət; - bələdiyyə mülkiyyəti.

Ölkənin əsas qanununda bələdiyyə mülkiyyəti digər mülkiyyətlərin tərkibində deyil, mülkiyyətin xüsusi növü kimi

göstərilir. Dövlət mülkiyyətin müxtəlif formalarının inkişafı üçün

bərabər şərait yaradır və onların müdafiəsini təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyətin formasından asılı olmayaraq məhdudiyyətlərə, və ya üstünlüklərə yol verilmir.

Page 68: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 68 ~

Mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş

hallarda məhdudlaşdırıla bilər. Dövlət əhəmiyyətli proqramlar, layihələr və s. həyata keçirilərkən bu tədbirlər üstünlük qazanır.

Quyuların qazılması, drenaj sistemlərinin, neft, su, qaz və başqa

boruların, yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi torpaq sahəsindən istifadə edilmədən mümkün deyildirsə, və ya hədsiz yüksək məsrəflər hesabına başa gəlirsə, müvafiq dövlət orqanları mülkiyyətçiyə müraciət edir.

Mülkiyyət sahibi bu tədbirlər zamanı dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

Torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi, tam əvəzi ödənilməklə, yaxud başqa yerdə analoji sahə verilməklə, ondan ayrılsın. Şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Mülki Məcəllə çəkilmənin dəyərinin səlahiyyətli şəxs tərəfindən ödənilməsini nəzərdə tutur, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər. Mülkiyyətdən düzgün istifadə edilməməsi, suvarma sistemi və qaydalarına riayət olunmaması irili-xırdalı müxtəlif fövqəladə hadisələrin baş verməsinə gətirib çıxara bilər.

Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququnu yolverilməz şəkildə pozan qurğuların qonşu

sahədə tikilməsinin, və ya istismarının qadağan olunmasını tələb edə bilər.

Təbii fəlakət, və ya təsadüfi hadisələr nəticəsində əşyaların özgə torpaq sahəsinə düşdüyü, heyvanların özgə ərazisinə keçdiyi hallarda həmin torpaq sahəsinin mülkiyyətçisi səlahiyyətli şəxsin gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər.

Page 69: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 69 ~

Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, və

ya lazımı icazələr almadan, və ya şəhərsalma və tikinti

normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş

yaşayış evi, digər tikili, qurğu, və ya başqa daşınmaz əmlak

qanunvericiliyə görə özbaşına tikinti sayılır.

Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Bu şəxsin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı

yoxdur. Belə tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa, və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa,

göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına

bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, və

ya buna lazımı icazələr almadan, və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina

və qurğular müvafiq icra hakimiyyəti orqanlarının, və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı

əsasında sökülə bilər. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş

verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq

dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər. Belə hərəkət qanunvericilikdə rekvizisiya adlanır.

Sahibkarlıq - subyektlərin təşəbbüskarlığına əsaslanan

iqtisadi fəaliyyətdir. Bu fəaliyyət şəxsin öz vəsaiti, yaxud kredit (borc) hesabına risk və məsuliyyət altında gəlir götürmək və öz

işini inkişaf etdirmək məqsədi daşıyır. İnsanları öz işini qurmağa sövq edən bir sıra subyektiv və

obyektiv səbəblər var (Şəkil 12 ): - şəxsi müstəqillik;

Page 70: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 70 ~

- gəlir götürməyin qeyri-məhdud imkanları; - istədiyin işlə məşğul olmaq; - istədiyin zaman işləmək.

İqtisadi fəaliyyəti maddi və qeyri-maddi sferalara, istehsal və kommersiya sahələrinə bölürlər. Bu fəaliyyətin nəticələrimaddi və qeyri-maddi nemətlərdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi,

əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən, və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.

Şəkil 12. İnsanları öz işini qurmağa sövq edən səbəblər

Sahibkarlıq fərdi, əməkdaşlıq və korporativ xarakter daşıya bilər (şəkil 13). Fərdi sahibkarlıq bir şəxsin mülkiyyət və məsuliyyətinə əsaslanır və bütün məsələləri təkbaşına həll edir, bir qayda olaraq, kiçik sahibkarlıqdır və güzəştli vergilərdən yararlanır.

Şəxsi

müstəqillik

Gəlir

götürməyin

qeyri-məhdud

imkanları

İnsanları

öz işini qurmağa

sövq edən səbəblər

istədiyin işlə

məşğul olmaq

istədiyin zaman

işləmək

Page 71: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 71 ~

Misal olaraq, kiçik mağaza sahiblərini, vəkilləri, həkimləri, müxtəlif xidmət sahələrində işləyənləri göstərmək olar.

Şəkil 13. Sahibkarlığın tipləri

Əməkdaşlıq və yoldaşlığa əsaslanan sahibkarlıq məhdud

məsuliyyətli cəmiyyətlər yaradılmasına əsaslanan fəaliyyətdir. Əməkdaşlıq edənlər cəmiyyətin öhdəlikləri üzrə qeyri-məhdud məsuliyyət daşıyır. Əsas üstünlüyü əlavə ideyalar - vəsaitlər cəlb etmək imkanıdır.

Korporativ sahibkarlıq – açıq və qapalı səhmdar cəmiyyətlərinin yaradılmasını nəzərdə tutur.

Sahibkarlıq iqtisadi resursdur. Buraya sahibkarların özləri, sahibkar olmayan menecerlər, sahibkarlıq infrastrukturu və davranış daxildir

Sahibkarlıq fəaliyyəti haqqında 15 dekabr 1992-ci il tarixli 405 saylı Azərbaycan Respublikasının Qanunu bu fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət, və ya şəxsi gəlir əldə edilməsi məqsədilə həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyəti kimi müəyyən edir. Qanunda göstərilən subyektlərin şəxsi cavabdehliyi və əmlak məsuliyyəti sahibkarlıq fəaliyyətinin başlıca şərtidir. Sahibkarlar bilavasitə, yaxud digər hüquqi, və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat

fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı

və xidmətlər göstərilməsi ilə məşğul ola bilərlər. Mülkiyyət və

Sahibkarlığın

tipləri

fərdi sahibkarlıq

əməkdaşlıq və yoldaşlığa əsaslanan sahibkarlıq

korporativ sahibkarlıq

Page 72: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 72 ~

təşkilati-hüquqi formasından asılı olmayaraq, sahibkarlığın

bütün formaları bərabər hüquqa malikdirlər. Həmin qanuna görə, mülkiyyət və təşkilati-hüquqi

formalarından asılı olmayaraq, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsini, eləcə də Azərbaycan Respublikasının fiziki və hüquqi

şəxslərinin xarici dövlətlərin ərazisindəki sahibkarlıq fəaliyyəti sahəsində hüquq və mənafelərinin müdafiəsini dövlət təmin edir.

İqtisadiyyatın mövcud vəziyyətindən, inkişaf səviyyəsi və miqyasından asılı olmayaraq, sahibkarlıq fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdir.

Qanunvericiliklə qadağan olunmayan bütün sahələrdə sahibkarlıq fəaliyyətinə, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsinə icazə verildiyindən və iqtisadi fəaliyyətin əsası olduğundan, sahibkarlıq, demək olar ki, bu gün

əksər təsərrüfat sahələrini əhatə edir. Təsərrüfat subyektlərinin iqtisadi mənafeləri və aparılan

iqtisadi islahatlara olan münasibətləri bir-birindən fərqlənir. Lakin sahibkarların iqtisadi mühitin əlverişli olması, sahibkarlıq

haqqında müsbət ictimai rəyin formalaşdırılması, bütün

səviyyələrdə hakimiyyətlə tərəfdaşlığın sahmana salınması kimi

ümumi maraqları vardır. Ənənəvi olaraq, sahibkarlıq kiçik, orta və iri sahibkarlığa

bölünür. Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı

yanaşmalar bir-birindən fərqlənir. İqtisadi ədəbiyyatda müəssisələrin həcmini müəyyən

edərkən adətən aşağıdakı üç əsas əlamətdən istifadə olunur: - işçilərin sayı; - istehsal olunan məhsulun dəyəri; - əsas kapitalın (istehsal fondlarının) dəyəri.

Kiçik sahibkarlıqəsasən ölkənin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsini müəyyən edən çoxsaylı xırda mülkiyyətçilər təbəqəsindən ibarətdir. Kiçik sahibkarlıq işgüzar həyatın ən

Page 73: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 73 ~

çevik forması olduğundan iqtisadiyyatın sabit inkişafını təmin edir, siyasi mühitin sabitliyinə təsir göstərir. Sosial yönümlü

bazar iqtisadiyyatına keçid şəraitində kiçik sahibkarlığın

formalaşması və inkişaf etdirilməsi iqtisadi siyasətdə prioritet istiqamət hesab olunur.

Sahibkarın fəaliyyəti, hər şeydən əvvəl, müəssisənin işinin

səmərəli təşkilinə yönəldilir. Fransız iqtisadçı alim və dövlət xadimi Raymon Barra

görə sahibkar: 1) gəlir əldə etmək məqsədi ilə təşəbbüsü üzərinə

götürərək iqtisadi amilləri birləşdirir və istehsalı təşkil edir.

Onun bu funksiyasına iqtisadi şəraitin qiymətləndirilməsi, müəssisənin fəaliyyət planının, strategiya və taktikasının işlənib hazırlanması, inzibati idarəetmənin təşkili, öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi və s. daxildir;

2) şüurlu olaraq, biznes məqsədlərinə çatmaq üçün riski öz

üzərinə götürür; 3) sahibkar istehsal vahidinin rəhbəri kimi özünə məxsus

olan istehsal vahidində çalışan işçilərə rəhbərlik edərək, hakimiyyət funksiyalarını yerinə yetirir.

Sahibkarlar hüquqi və fiziki şəxslər ola bilərlər. Hüquqi şəxslər mülkiyyəti olan və öhdəliklərinə görə bu

mülkiyyətlə cavabdehlik daşıyan, mülkiyyət və qeyri-mülkiyyət

sövdələşmələri aparan, iddiaçı və cavabdeh qismində çıxış edən

təşkilatlara deyilir.

Fiziki şəxs həddibuluğa çatdıqdan sonra tədiyyə

qabiliyyətinə yiyələnən, hüquq subyekti olan insandır, hüquq və

vəzifələr daşıyıcısıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən, mülki hüquq qabiliyyəti olan insan fərdidir.

Page 74: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 74 ~

Mövzuya aid suallar

1. Mülkiyyət nədir? 2. R.H.Kouza görə hansı hüquqlardan istifadə

mülkiyyətdir? 3. Mülkiyyətin obyekti və subyekti dedikdə nə başa

düşülür? 4. Tarixən mülkiyyətin hansı tipləri mövcuddur? 5. Azərbaycan Respublikasının konstitusiyasına görə

mülkiyyətin növləri hansılardır? 6. Dövlət mülkiyyəti nədir? 7. Özbaşına aparılmış tikintiyə mülkiyyət hüququ əldə

etmək olarmı? 8. Sahibkarlıq nədir? 9. Sahibkarlığın hansı növləri var?

Page 75: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 75 ~

2.2. TƏSƏRRÜFAT FƏALİYYƏTİ.

ƏSAS FONDLARIN AŞINMASI.

Mövzunun məqsədi sahibkarlıq fəaliyyətinə təsir edən

amilləri nəzərdən keçirmək, müəssisənin fəaliyyətinin təmin

edilməsi yolları və üsulları barədə məlumat vermək, maya

dəyəri, xərc (məsrəf), kapital, qiymət anlayışlarını

açıqlamaqdır. Kursant və müdavimlər gəlir, mənfəət, dəyər,

əsas və dövriyyə fondları barədə anlayışa malik olmalı, əsas

fondların aşınması və bu prosesə təsir edən amillər,

amortizasiya və onun hesablanması qaydaları ilə tanış

olmaıldırlar.

Sahibkarlıq fəaliyyətinə təsir edən amillər çoxsaylı və mürəkkəb olub, kompleks yanaşma tələb edir. İşgüzar fəaliyyət məsrəflər, dəyərlər və qiymət amilləri ilə şərtlənir (Şəkil 14).

Səkil 14. İşgüzar fəaliyyət amilləri

Məsrəflər - sahibkarlara mal və xidmətlərin istehsalı və satışı üçün müəssisənin işçilərinə və təsərrüfat əlaqələri yaradıb

xammal, komplektləşdirici, yaxud başqa nə isə aldıqları

müəssisə və şəxslərə ödədikləri vəsaitdir. Dəyərlər - alıcıların şəxsi fikirlərinə görə alıb istifadə

etdikləri mal və xidmətlərin onların həyatını məhsul alınmamışdan əvvəlkinə nisbətən yaxşılaşdırdığı səviyyə, yaxud dərəcədir.

İşgüzar

fəaliyyət

Məsrəflər

Qiymət

Dəyərlər

Page 76: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 76 ~

Qiymət - alıcıların bu səviyyəni əldə etmək üçün

ödədikləridir. Bu üç elementdən bacarıqla istifadə qazanc mənbəyidir.

İstehsalın məqsədi də elə budur. İstehsal etdiyi məhsul və xidmətin ona neçəyə başa gəldiyini, həmçinin onunkularla

rəqabət aparan məhsulların xərc, dəyər və qiymətini, bazara təsir edən amilləri anlaya bilən sahibkar öz işini kifayət qədər səmərəli qurmaq imkanı qazanır. Bunları bilməyənlər isə müvəffəqiyyətsizliyə məhkumdur.

Müəssisə istehsal fəaliyyətində maddi və qeyri-maddi elementlərdən istifadə edir. Bu elementlər müəssisənin əmlakıdır (Şəkil 15). İlkin olaraq, müəssisənin əmlakı

təsisçilərin pay şəklində verdiyi pul və əmlak hesabına

formalaşır, sonradan istehsalat və təsərrüfat fəaliyyəti nəticəsində artır. Bu əmlak müəssisənin öhdəliklərinin obyekti ola bilər, özgəninkiləşdirilə bilər, girov qoyula bilər və s. Adətən müəssisənin əmlakı təsisçilərin və müəssisədə işləyənlərin əmlakından ayrı olur.

Şəkil 15. Müəssisənin əmlakı

- torpaq sahələri; - binalar; - qurğular; - maşın və avadanlıq; - xammal; - hazır məhsul.

- müəssisənin bazarda

nüfuzu və müştəriləri; - əmtəə nişanları; - personalın ustalığı; - nou-hau; - müəlliflik hüquqları; - kontraktlar.

Müəssisənin

əmlakı

maddi nemətlər qeyri-maddi nemətlər

Page 77: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 77 ~

Müəssisə borclarına və tərəf-müqabilləri qarşısındakı

öhdəliklərinə görə malik olduğu əmlakla məsuliyyət daşıyır. Müəssisənin kapitalı real, yəni istehsal vasitələri

formasında və təsərrüfat fəaliyyətini təmin edən bu vasitələrin alınması üçün lazım olan pul vəsaitləri formasında olur (Şəkil 16).

Vəsaitlər özününkü və borc şəklində ola bilər.

Şəkil 16. Müəssisənin kapitalı

Normal təsərrüfat fəaliyyəti üçün istehsal prosesini təşkil

etmək tələb olunur. İstehsalatın strukturu müəssisədə ayrı-ayrı qurumlar

arasında əmək bölgüsünü səciyyələndirir, həmçinin istehsalat

göstəricilərinə, mühasibat uçotunun təşkilinə təsir göstərir. İstehsalat strukturu müəssisədə ayrı-ayrı qurumlar

arasında əmək bölgüsünü səciyyələndirir, həmçinin istehsalat

göstəricilərinə, mühasibat uçotunun təşkilinə təsir göstərir. Xərclər iqtisadi məzmununa görə aşağıdakı kimi

qruplaşdırılır(Şəkil 17): -maddi xərclər (istehsalata qaytarılmış tullantıların dəyəri çıxılmaqla); -əmək haqqı üzrə xərclər; -sosial ehtiyaclar (məqsədlər) üçün ayırmalar;

- xammal; - hazır məhsul; - köməkçi material.

- binalar; - qurğular; - maşın və avadanlıq.

Müəssisənin

kapitalı

əsas kapital

dövriyyə kapitalı

Page 78: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 78 ~

-əsas kapitalın (əsas fondların) amortizasiyası; -digər xərclər.

Şəkil 17. Xərclərin strukturu

Məhsulun maya dəyərinə daxil edilən məsrəflər (Şəkil 18) :

1.Bilavasitə texnoloji proseslə əlaqədar olan xərclər, o cümlədən material, komplektləşdirici, enerji və s. xərclər ;

2. İstehsala hazırlığa çəkilən xərclər (əgər məhsul seriya ilə buraxılmırsa);

3.Texnologiyanın təkmilləşdirilməsinə və məhsulun keyfiyyətinin yüksəldilməsinə çəkilən xərclər;

4.Normal iş şəraiti və təhlükəsizlik texnikasına çəkilən xərclər;

5.Təbiəti mühafizə tədbirləri ilə bağlı xərclər; 6.İdarəetmə ilə bağlı olan xərclər; 7.Digər xərclər.

Məsrəflər (maya dəyəri) formul şəklində göstərilə bilər:

M = S = Sx + Sm + Sy.e + Sə.h + Ss.s + Sy.m + St + Sa + Sd

Sx - material və xammal xərcləri; Sm - məmulat və yarımfabrikatlar (nəqliyyat xərci daxil olmaqla); Sy.e -yanacaq və enerji xərcləri; Sə.h - əmək haqqı və mükafat xərcləri; Ss.s - sosial sığorta xərcləri (əmək haqqına faizlə); Sy.m - yeni məhsul istehsalına hazırlıq xərcləri;

Xərclər

maddi xərclər sosial

ehtiyaclar əmək haqqı əsas kapital

Page 79: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 79 ~

Şəkil 18. Məhsulun maya dəyərinə daxil edilən məsrəflər

St – avadanlığa baxılması və təmiri, təhlükəsizlik texnikası

xərcləri; Sa - amortizasiya xərcləri; Sd - digər istehsal və qeyri-istehsal xərcləri.

Qiymətin əsas elementləri maya dəyəri, istehsalçının

mənfəət, yaxud zərəri, aksiz, əlavə dəyər vergisi, vasitəçinin

əlavəsi, ticarət əlavəsidir (Cədvəl 4).

bilavasitə texnoloji proseslə əlaqədar olan xərclər, o

cümlədən material,

komplektləşdirici, enerji və

s. xərclər

istehsala hazırlığa

çəkilən xərclər (əgər

məhsul seriya ilə

buraxılmırsa)

texnologiyanın

təkmilləşdirilməsinə və

məhsulun keyfiyyətinin

yüksəldilməsinə çəkilən

xərclər

normal iş şəraiti və

təhlükəsizlik texnikasına

çəkilən xərclər

təbiəti mühafizə

tədbirləri ilə bağlı

xərclər

idarəetmə ilə bağlı olan

xərclər

Məhsulun

maya dəyərinə daxil edilən

məsrəflər

Page 80: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 80 ~

İstehsalçının qiyməti müəssisə fəaliyyətinin göstəricisidir. O, məhsul istehsalçısının bütün xərclərini qarşılamalı və məqbul miqdarda gəlir əldə olunmasını təmin etməlidir. İstehsalçının

qiyməti başlanğıc kateqoriyadır. Təcrübədə mal satışa

çıxarılarkən onun başlanğıc qiymətinə bir sıra labüd əlavələr olur.

İstehsal və satışın

maya dəyəri

MD

İstehsalçının mənfəəti,

yaxud zərəri

M

Aksiz

A

Əlavə dəyər vergisi

ƏDV

Vasitəçinin əlavəsi

Ticarət əlavəsi

istehsalçının buraxılış qiyməti

(topdan)

buraxılış qiyməti (ƏDV-siz)

buraxılış qiyməti (ƏDVilə birlikdə)

alış qiyməti

pərakəndə satış

Cədvəl 4. Qiymət elementləri

Q = MD + M + A + ƏDV + VƏ + TƏ

Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır:

- iqtisadi, və ya xalis mənfəət; - normal mənfəət.

Ümumi halda mənfəət satışdan əldə edilən məbləğlə

çəkilən xərclərin fərqidir. Xərclər mühasibatlıq rəqəmlərini (görünən xərclər) ifadə

edirsə, belə mənfəət mühasibatlıq mənfəəti, iqtisadi xərcləri (görünən və görünməyən xərclərin cəmi) ifadə edirsə, iqtisadi

mənfəət adlanır. Mühasibatlıq mənfəəti iqtisadi mənfəətdən görünməyən xərclər qədər artıq olur. Ona görə də müəssisənin müvəffəqiyyət meyarı iqtisadi mənfəətdir. Əgər mühasibatlıq

xərcləri (görünən) gəliri üstələyirsə, yəni mənfəət mənfidirsə,

bu, müəssisənin zərəri adlanır. Mənfəət mütləq məbləğlə göstərilir, rentabellik isə nisbi

göstəricidir və istehsalın intensivliyini ifadə edir. Məhsul

Page 81: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 81 ~

satışından əldə edilən məbləğ, məhsulun istehsalına, satışına və bu işlə bağlı digər ehtiyaclara çəkilən xərcdən artıq olmaqla,

gəlir əldə etməyə imkan verirsə, deməli, müəssisə rentabelli işləyir.

Rentabellik təyinatına görə bir neçə cür olur: 1. Məhsulun rentabelliyi mənfəətin maya dəyərinə

nisbətidir. 2. Satışın rentabelliyi mənfəətin qiymətə nisbətidir. 3.Aktivlərin rentabelliyi mənfəətin aktivlərin həcminə

nisbəti kimi müəyyən olunur. Bunların içərisində ən ümumiləşdirici göstərici bütün

kapitalın rentabelliyidir. Qiymət tələb və təklif arasında tarazlığı təmin edir,

istehsalçı və istehlakçı arasında əlaqələndirici rolu oynayır.

Qiymətlər, bir qayda olaraq, satıcılar və alıcılar arasında danışıq

və razılaşma əsasında əmələ gəlir. Qiymət malın dəyərinin pulla ifadəsi olub, uçot,

stimullaşdırıcı və bölüşdürücü funksiyalarını yerinə yetirir.

Müəssisə qiymət siyasəti hazırlanması sxemini, firmanın

inkişafı naminə qarşıda duran məqsəd və vəzifələr, həmçinin

müəssisədənkənar amillər nəzərə alınmaq şərti ilə, müstəqil müəyyən edir.

Başlanğıcda müəssisə qərarlaşdırmalıdır ki, konkret

əmtəə, və ya xidmət istehsalı ilə hansı təsərrüfat məqsədinə - satışın təmin edilməsinə, maksimum mənfəət əldə edilməsinə, əmtəənin bazarını əldə saxlamağa çatmaq istəyir. Bu məqsədlərin hər biri üçün ayrı-ayrılıqda spesifik tədbirlər görülməlidir.

İqtisadi subyektlər arasında gedən rəqabət mübarizəsində istifadə olunan göstəricilərdən biri də istehsal olunan məhsulların keyfiyyətidir.

Keyfiyyət iqtisadi kateqoriya olaraq, həmin əmtəəyə

məxsus olan xüsusiyyətlər toplusu ilə istehlakın konkret

Page 82: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 82 ~

şərtlərində tələbatın ödənilməsi dərəcəsini göstərən ictimai

qiymətdir. Hər bir alıcı o malı alır ki, digər mallardan fərqli olaraq,

onun şəxsi tələbatını maksimum ödəyə bilsin. Rəqabət qabiliyyəti alıcının aldığı maldan nə dərəcədə razı qalmasından

asılıdır. Mala yeni xüsusiyyətlər verilməklə, qiyməti əhəmiyyətli dərəcədə artırılan mallar alıcılar tərəfindən tələb olunmasa, yüksək keyfiyyətli olmasına baxmayaraq, rəqabət qabiliyyətli olmayacaqdır. Bəzi hallarda eyni bir mal daxili bazarda rəqabət qabiliyyətli olsa da, xarici bazarda olmaya bilər və əksinə.

Əsas fondların və dövriyyə vəsaitlərinin aşınması.

Amortizasiya.

İstehsalat fəaliyyəti üçün müəssisəyə əsas fondlar - istehsal vasitələri lazımdır. Onlar istehsal prosesində dəfələrlə iştirak edir, öz dəyərlərini hissə-hissə yaradılan məhsula köçürür

və bu zaman öz xarici - natural formasını dəyişmirlər. Əsas vəsaitlər aşağıdakı tələblərə cavab verməlidir: - İstehsal prosesində, işlərin görülməsində, xidmət

göstərilməsində, və ya müəssisənin idarə ehtiyacları üçün

istifadə olunmalıdır. - Uzun müddət istifadə olunmalıdır, yəni faydalı istifadə

müddəti 12 aydan artıq olmalıdır, yaxud 12 aydan artıq davam

edirsə, başa çatdırılmalıdır. - Müəssisənin sonradan bu aktivləri satmaq fikri

olmamalıdır. - Gələcəkdə müəssisəyə iqtisadi xeyir verə bilmək

qabiliyyəti olmalıdır. Əsas vəsaitin faydalı istifadə müddəti müəssisəyə gəlir

gətirdiyi müddət hesab olunur. Əsas vəsaitlərə aşağıdakılar aid edilir:

- binalar; - tikililər; - qurğular;

Page 83: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 83 ~

- güc maşınları; - nəqliyyat vasitələri; - alətlər; - ləvazimatlar; - təsərrüfatdaxili tikililər; - yollar və s.

İstismar prosesində əsas vəsaitlər öz texniki xassələrini tədricən itirirlər, yəni aşınmaya məruz qalırlar və yararsız

vəziyyətə düşürlər. Beləliklə, daha öz funksiyalarını yerinə yetirə bilmirlər.

Fiziki aşınmanın tempinə aşağıdakı faktorlar təsir edir: - əsas vəsaitlərin istismar və saxlanma şəraiti; - istifadə intensivliyi, yüklənmə dərəcəsi, texnoloji

proseslərin rejimi və xüsusiyyətləri; - ətraf mühitin təsirlərindən müdafiə dərəcəsi; - avadanlığın keyfiyyəti; - personalın hazırlıq səviyyəsi.

Fiziki aşınmanın bir hissəsini təmir, rekonstruksiya və modernizasiya etməklə əsas vəsaiti işlək hala gətirmək mümkündür. Lakin zaman keçdikcə təmirə çəkilən xərc özünü

doğrultmur və faydasız olur. Mənəvi aşınma isə başqa cür özünü göstərir. Zaman

keçdikcə əsas vəsaitlərin istismarı və xidmətinə çəkilən xərclərin yeni analoquna nisbətən çox olması, istehsal etdiyi

məhsulun keyfiyyətinin daha aşağı olması səbəbindən köhnələrin yeniləri ilə əvəz olunması zərurəti meydana çıxır.

Əsas vəsait obyektlərinin dəyəri amortizasiya hesablanması vasitəsilə çıxarılır.

Amortizasiya əsas fondların dəyərinin tədricən hazır

məhsula keçirilməsi və aşınmış vəsaitin yenisi ilə əvəz olunması

üçün pul fondunun yaradılması üzrə iqtisadi mexanizmdir. Əsas

vəsaitlərin amortizasiya hesablanması, amortizasiya edilən dəyər, əsas vəsaitlərdən faydalı istifadə müddəti, amortizasiya

Page 84: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 84 ~

hesablanması metodu kimi faktorlar nəzərə alınmaqla, həyata keçirilir. Bu məqsədlə aşağıdakı anlayışlardan istifadə olunur:

- Bazar qiyməti özgəninkiləşdirmə (satılma) obyektinin

azad rəqabət şəraitində, tərəflərin ağılla hərəkət etdikləri və gərəkli informasiyalara malik olduqları və hər hansı fövqəladə hadisənin təsiri olmayan zaman müəyyənləşdirilən mümkün

qiymətinə deyilir. Obyektin bazar qiymətindən fərqlənən dəyər növləri:

- əvəzetmə dəyəri - qiymətləndirilən obyektə, analoji obyektin yaradılması üçün qiymətləndirmə obyektinin aşınması

nəzərə alınmaqla, çəkilən xərclərin məbləği; - yenidənistehsal dəyəri - qiymətləndirmə anına mövcud

olan və qiymətləndirmə obyekti ilə eyni (identik) olan obyektin eyni materiallar tətbiq etməklə yaradılması üçün çəkilən xərclərin məbləği;

- investisiya dəyəri – investisiya məqsədlərindən asılı

olaraq, obyektin gəlirliyi nəzərə alınmaqla, müəyyən olunan dəyər;

- vergi tutmaq məqsədləri üçün dəyər - normativ-hüquqi

aktların tələbinə görə, vergi bazasının hesablanması üçün

müəyyən edilən dəyər; - ləğvetmə dəyəri - qiymətləndirmə obyektinin digər

analoji obyektlərə nisbətən daha qısa müddətdə özgəninkiləşdirilməsi tələb olunduqda müəyyənləşdirilən dəyəri;

- tam bərpa dəyəri - eyni obyektin müasir şəraitdə alınması və istismara verilməsi xərcləri nəzərə alınmaqla,

baxılan obyektin yenidənistehsal dəyəri. Mühasibat uçotu məqsədləri üçün əsas vəsaitlərin

aşınmasının hədləri və amortizasiya üçün tətbiq olunan əsas

anlayışlar:

İlkin dəyər əsas fond obyektinin, alındığı an üçün, yaxud

tikintinin bitdiyi an üçün istismar yerinə çatdırılması və

Page 85: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 85 ~

quraşdırılmasına çəkilən xərclər daxil olmaqla, müəyyənləşdirilən dəyəridir.

Qalıq dəyəri ilkin dəyərin bir hissəsidir və ilkin dəyərlə onun həmin andakı aşınma məbləğinin fərqidir.

Dqal = Dilk - Ai

Ai əsas fondların ilkin dəyərindən qiymətləndirmə anına

qədər aşınmasıdır. Amortizasiya normaları. Amortizasiya hesablanması

metodları:

Elmi-texniki tərəqqi nəticəsində yeni, daha keyfiyyətli və daha məhsuldar maşın və avadanlıqlar istehsal olunması

müxtəlif istehsal sahələrində çalışan sahibkarların maraqlarına

uyğundur. Daha çox və daha keyfiyyətli mal istehsal etmək və nəticədə daha çox qazanmaq imkanı sahibkarı əlavə investisiya axtarmağa sövq edir. Amortizasiya ayırmaları isə geniş təkrar istehsalın maliyyələşdirilməsi mənbəyi kimi çox cəlbedicidir. Çünki amortizasiya ayırmaları vergiyə cəlb olunmur. İnvestisiyaları maliyyələşdirmək üçün amortizasiya

ayırmalarından istifadə edilməsi mənfəətdən istifadə olunmasına nisbətən daha sərfəlidir.

Dövlətin amortizasiya ayırmalarına marağı milli

iqtisadiyyat miqyasında kapital qoyuluşunun büdcədənkənar mənbələr hesabına artırılmasındadır. Amma amortizasiya

məbləğlərinin həddindən artıq olması büdcəyə vergilər hesabına

daxilolmaların azalması ilə nəticələnə bilər. Ona görə də bu fəaliyyət normalaşdırılır.

Amortizasiya normaları dedikdə illik amortizasiya

məbləğinin avadanlığın ilkin dəyərinə olan nisbətinin faizlə

ifadəsi başa düşülür. Amortizasiya normaları vasitəsi ilə əsas fondların dövriyyə sürəti tənzimlənir, onların təkraristehsal prosesi intensivləşir.

Amortizasiya norması (N) belə hesablanır:

N = (Di - Dl) / (T ∙ Di)

Page 86: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 86 ~

Di - amortizasiya hesablanan əsas vəsaitin ilkin dəyəri; Dl - həmin növ əsas vəsaitin ləğvetmə dəyəri (manatla); T direktiv qaydada müəyyən edilən normativ xidmət

müddəti (amortizasiya dövrüdür.) ilə ölçülür. İqtisadi əsaslandırılmış amortizasiya normaları böyük

əhəmiyyət kəsb edir. Onlar bir tərəfdən istismardan çıxarılan

əsas fondların tam əvəz olunmasını təmin etməyə, digər tərəfdən məhsulun əsl mayadəyərini təyin etməyə imkan verir.

Amortizasiya köçürmələri əsas fondların hər növü üçün

müəyyən edilən amortizasiya normaları əsasında həyata keçirilir. Bu normalar illik amortizasiya köçürmələrinin əsas fondların dəyərinə nisbətidir və faizlə hesablanır:

N = A / F ∙ 100%

N - illik amortizasiya norması; A - il ərzindəki amortizasiya köçürülməsi; F əsas fondların dəyəridir. Amortizasiya köçürmələrinin hesablanmasında təyin

olunmuş istifadə müddəti də mühüm əhəmiyyət kəsb edir. Bu müddət əsas fondların istifadəsi zamanı gəlir gətirməli, müəssisənin məqsədinə çatmaq vasitəsi olmalıdır.

Adətən amortizasiya hesablanması nəzərdə tutulan əmlak dörd kateqoriyaya bölünür:

1. binalar, qurğular və onların struktur komponentləri; 2. minik avtomobilləri, yüngül yük avtomobilləri, ofis

avadanlığı, mebel; 3. texnoloji, energetik, nəqliyyat avadanlığı və maddi

aktivlər; 4. qeyri-maddi aktivlər. İstehlak xassələrinin istifadə müddətində dəyişmədiyi əsas

vasitələrə amortizasiya hesablanmır. Məsələn: torpaq sahələri, təbiətdən istifadə obyektləri.

Page 87: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 87 ~

Həmçinin yaşayış sahələri fonduna, kitabxana fonduna, şəhər abadlaşdırıcı qurğulara, ümumi istifadədə olan avtomobil yollarına, məhsuldar heyvanlara amortizasiya hesablanmır.

İstifadəyə verilmiş, lakin tikintisi başa çatmamış

obyektlərə istifadəyə verildiyi müddətdən sonrakı aydan

başlayaraq amortizasiya hesablanır. Əsas fond obyekti üzrə amortizasiya hesablanması obyektin tam dəyəri bərpa olunduqdan sonrakı ayın 1-dən etibarən kəsilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114-cü

maddəsinə görə, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları əlavə olaraq gəlirdən çıxılır.

Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq

abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan aşağıda göstərilən digər aktivlər amortizasiya olunmur:

- elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün

kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

- məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar,

madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük

buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

- heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

- istismar vaxtı çatmayan çoxillik əkmələr; - kitabxana fondları, kinofondlar (video, audio, foto),

səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları); - tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara

yararlı olduğu hallarda; - konservasiya edilmiş əsas vəsaitlər; - ümumi istifadədə olan avtomobil yolları; - istifadədə olan parklardakı avadanlıqlar;

Page 88: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 88 ~

- istismara verilməmiş anbarda olan əsas vəsaitlər. Amortizasiya hesablanması metodları:

Bu metodlar aşağıdakılardır: - xətti metod; - azaldılan qalıq metodu; - faydalı istifadə müddəti illərinin cəminə görə silinmə

metodu; - məhsul, və ya işlərin həcminə mütanasib silinmə metodu. Xətti metod obyektin faydalı istifadəsi müddəti ərzində

bərabər paylarla amortizasiya hesablanmasını nəzərdə tutur. Bu metodda amortizasiya obyektin əsas vəsaitlərinin ilkin dəyərindən başlayaraq hesablanır.

Bu metod tətbiq olunarkən əsas vəsaitin bir ay üçün

hesablanan amortizasiya məbləği onun ilkin (və ya bərpaedici) dəyəri ilə amortizasiya normasının hasili kimi müəyyən olunur.

Xətti metod tətbiq edilərkən hər obyekt üzrə amortizasiya norması K = (1 / n) ∙ 100% düsturu ilə müəyyən edilir.

K amortizasiya normasının amortizasiya obyektinin ilkin

dəyərinə faizi nisbətidir. Azaldılan qalıq metodunda hesablanan amortizasiyanın

illik məbləği obyektin əsas vasitələrinin hesabat ilinin əvvəlinə qəbul edilən qalıq dəyərinə görə hesablanır və bu obyektin faydalı istifadə müddəti nəzərə alınmaqla hesablanan

amortizasiya normaları tətbiq edilir. Faydalı istifadə müddəti illərinin cəminə görə dəyərin

silinməsi metodu. Bu metodda amortizasiya hesablanması

obyektin ilkin dəyəri və illərin tənasübünə əsaslanır. Məsələn, tutaq ki, obyektin ilkin dəyəri 100000 manatdır.

Faydalı istifadə müddəti 5 ildir. Bu üsulda illərin cəmi belə hesablanır:

1 + 2 + 3 + 4 + 5 = 15 Amortizasiya məbləği:

1-ci il - (5 / 15) ∙ 100000 = 33000; 2-ci il - (4 / 15) ∙ 100000 = 27000;

Page 89: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 89 ~

3-cü il – (3 / 15) ∙ 100000 = 20000; 4-cü il - (2 / 15) ∙ 100000 = 13500;

5-ci il - (1 / 15) ∙ 100000 = 6500. İl ərzində hər ay hesablanmış illik məbləğin 1 / 12 hissəsi

köçürülür. Buraxılan məhsulun, və ya görülən işin həcminə görə

amortizasiya hesablanması metodu. Bu metodda illik amortizasiya məbləği buraxılan obyekt uçota qoyularkən onun ilkin dəyərinin nəzərdə tutulan məhsul buraxılışı həcminə nisbətinin faizinə vurulmaqla hesablanır.

Məsələn, obyektin ilkin dəyəri 20000 manat, nəzərdə tutulan məhsul buraxılışının həcmi obyektin normativ istismar müddəti ərzində 100000 manat olarsa, illik amortizasiya faizini hesablayaq:

(20000 man. ∙ 100000 man.) ∗ 100% = 20% Faktiki məhsulun buraxılışı:

1-ci il - 25000 man.; 2-ci il – 20000 man. və s.

Amortizasiya: 1-ci il – 25000 ∙ 20% = 5000 man.

2-ci il – 20000 ∙ 20% = 4000 man. Əmək resursları və əməyin ödənilməsi:

Kadr, personal, işçi qüvvəsi, əmək resursları və əmək potensialı anlayışlarını bir-birindən ayırmaq lazımdır.

Müəssisənin kadrları dedikdə müxtəlif ixtisas

qruplarından olan, müəssisənin ştat cədvəlinə uyğun olaraq

işləyən və müəssisədə əmək haqqı alan bütün işçilər başa

düşülür. Yəni kadrlar müəssisənin müvafiq kvalifikasiyalı

(daimi, ştatda olan) əsas işçiləridir. Personal daha geniş məna daşıyır. Buraya müəssisədə

işləyən bütün şəxsi heyət – ştatdakı işçilər, əvəzçiliklə işləyənlər və mülki-hüquqi müqavilələrlə başqa müəssisələrdən, yaxud

Page 90: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 90 ~

ümumiyyətlə, işləməyənlərdən işə cəlb edilənlər hamısı aid

edilir. İşçi qüvvəsi insanın maddi nemətlərin və xidmətlərin

istehsalı prosesində istifadə etdiyi fiziki və intellektual

bacarıqlarının məcmusudur. Müəssisənin əmək resursları - görülən iş üçün əmək

qabiliyyətli işçilərin sayını ifadə edir və onun potensial işçi qüvvəsini səciyyələndirir. Əmək potensialı iş prosesində istifadə edilməsindən konkret səmərə görülən konkret işçilərdir.

Müəssisənin personalıbilavasitə istehsalla məşğul

olanlar və qeyriləri olmaqla iki qrupa bölünür. Əmək bazarının fəaliyyət mexanizmi, bəzi incəliklər

nəzərə alınmaqla, əmtəə bazarına xas olan bütün xüsusiyyətləri özündə əks etdirir.

Əmək bazarı dedikdə əmək resursunun formalaşması və

istifadəsi ilə meydana çıxan sosial-iqtisadi münasibətlərin

məcmusu başa düşülür.

Əmək bazarı ictimai münasibətlərin mürəkkəb sistemidir. Əməyə tələb bu resursun köməyi ilə istehsal edilən hazır məhsul və xidmətlərdən törəmə tələbdir. Bu isə o deməkdir ki, əməyə tələbin dayanıqlılığı məhsulun istehsalında əmək məhsuldarlığından, bu resurs tərəfindən istehsal olunan malın

bazar qiymətindən, işçi qüvvəsinin dəyərindən, əməyin digər istehsal faktorları ilə əvəzlənmə imkanından asılıdır.

P.Samuelsona görə, əmək resursu təklifi əsas dörd

göstərici ilə müəyyənləşir: 1. əhalinin ümumi sayı; 2. əhalinin ümumi sayında əmək qabiliyyətli əhalinin

xüsusi çəkisi; 3. həftə, yaxud il ərzində faktiki iş saatının miqdarı; 4. fəhlələrin sərf etdiyi əməyin keyfiyyət və kəmiyyəti. İqtisadiyyatın inkişafı ilə bazar münasibətləri də

keyfiyyətcə yeni səviyyəyə qalxır. Əməyə olan tələb, sahibkarların məqsədlərindən asılı olaraq, müəyyən ixtisas

Page 91: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 91 ~

səviyyəsinə və peşəyə malik işçilərin işə götürülməsi üzrə tələbatlarından yaranır. Bu tələbi aşağıdakı amillər formalaşdırır:

- real əmək haqqı; - dövlətin iqtisadi siyasəti; - son məhsulun dəyəri; - müəssisənin iqtisadi durumu; - iqtisadi konyuktura; - iqtisadi tsiklin fazaları; - məhsulun dəyərinə təsir edə biləcək texnologiyaların

dəyişməsi; - əməyin nəticəsi kimi, istehsal olunan məhsula tələb; - əməyin kapitalla əvəzolunma imkanı və digər amillər.

Əmək haqqı yüksəldikcə əməyə olan tələb aşağı düşür. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə

bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı

gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

Page 92: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 92 ~

Mövzuya aid suallar

1. Məsrəf (xərc) nədir? 2. Dəyər nədir? 3. Qiymət nədir? 4. Əsas kapital (vəsait) nədir? 5. Dövriyyə vəsaiti nədir? 6. Məhsulun maya dəyərinə daxil edilən məsrəflər

hansılardır? 7. Qiymət elementləri hansılardır? 8. Mənfəət nədir? 9. Rentabellik nədir? 10. Əsas fondların aşınmasına təsir edən amillər hansılardır? 11. Amortizasiya nədir və necə hesablanır? 12. Amortizasiyanın təsərrüfat fəaliyyətində əhəmiyyəti

nədir? 13. Amortizasiyanın hesablanması metodları hansılardır? 14. Əmək resursu nədir? 15. Əmək haqqı nədir və hansı növləri var? 16. Əmək bazarı nədir? 17. P.Samuelsona görə əmək resursu hansı göstəricilərlə

müəyyənləşir?

Page 93: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 93 ~

2.3.TİKİNTİ VƏ BƏRPA İŞLƏRİNİN

İQTİSADİ XÜSUSİYYƏTLƏRİ

Mövzunun məqsədi yaradılmış əsas fondların dəyərinin

müəyyən edilməsi, smeta, kalkulyasiya və layihə anlayışları ilə

tanışlıqdır. kursant və müdavimləri zərər görmüş obyektlərdə

tikinti və bərpa işləri üçün tələb olunan vəsaitin hesablanması,

tətbiq olunan metodlar, xərclərin strukturu barədə minimum

biliklərə sahib olmalıdırlar.

Əsaslı tikinti məhsulunun çoxnövlü olması, yəni tikiləcək

obyektlərin müxtəlifliyi və istehsalatın nəzərdə tutulduğu yerin

hidrogeoloji fərqliliyi səbəbindən hər bir tikinti istehsalatı fərdi xarakter daşıyır. Tikintidə qiymətə yaradılması üçün sərf olunan ictimai əməyin kəmiyyəti ilə müəyyənləşən inşaat məhsulu vahidinin dəyəri kimi baxılır.

Tikinti sahəsində qiymətəmələgəlmə mexanizmi spesifik xüsusiyyətlərə malikdir. Bu, ilk növbədə, tikili və qurğuların

individuallığından, tikinti işlərinin həyata keçirildiyi şəraitdən, cəlb edilən işçilərin peşəkarlıq səviyyəsindən asılıdır. Sadalanan

məsələlər, digər istehsal sahələrindən fərqli olaraq, inşaat

sektorunda vahid buraxılış qiymətləri tətbiq etməyə imkan vermir. Ona görə də qiymət əksər halda smeta sənədlərinə əsasən yerinə yetirilmiş iş həcmləri, istehsal texnologiyası və ayrı-ayrı işlər üzrə qiymətlərə dayanaraq hesablanır. İnşaat

sektoru üçün xüsusi qiymətəmələgəlmə sistemi tərtib edilmişdir. Smeta dəyəri dövlət sektorunda kapital qoyuluşu,

tikintinin maliyyələşdirilməsi, razılaşdırılmış qiymətlərin formalaşdırılması, yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə hesablamalar üçün əsas sayılır. Smeta dəyəri həmçinin

avadanlığın alınıb tikinti meydançasına çatdırılması, ümumi

smeta hesabına nəzərdə tutulmuş digər xərcləmələrin həyata keçirilməsi üçün əsasdır. Smeta sənədləri əsasında uçot və

Page 94: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 94 ~

hesabat, təsərrüfat hesabı və tikinti quraşdırma təşkilatlarının və sifarişçilərin fəaliyyətlərinin qiymətləndirilməsi həyata keçirilir.

Smeta dəyərinə görə tikilmiş və istismara verilmiş

obyektlər üzrə bina və qurğuların balans dəyəri müəyyənləşdirilir, layihələndirilən obyektlərin texniki-iqtisadi göstəriciləri hesablanır, əsaslandırma və qərar qəbulu həyata keçirilir.

Obyektin dəyərinin qiymətləndirilməsi zərurəti inşaatın

elə ilkin mərhələsində özünü biruzə verir. Layihədən əvvəlki mərhələdə obyektin təqribi qiyməti müəyyənləşdirilir. Sonrakı

layihə-axtarış, tədqiqat və layihələrindirmə mərhələlərində qiymət dəqiqləşdirilir, həqiqi dəyərə yaxınlaşdırılır.

Smeta hesablarının dəqiqliyi əsas tikililərin layihə işlərinin keyfiyyətindən, inşaatın həyata keçirilmə texnologiyasından, yerinə yetiriləcək işlərin həcminin düzgün

müəyyənləşdirilməsindən və istehsalat şəraitinin incəliklərinə qədər nəzərə alınmasından asılıdır. Qiymətdə yanlışlıq obyektin

iqtisadi səmərəsinin müəyyən edilməsində səhvlərə gətirib çıxara bilər və onun tikilməsinin məqsədyönlülüyünü şübhə altına salar.

İnşaatın smeta dəyəri bina, qurğu, müəssisələrin

tikintisinin layihə materiallarına uyğun tikilməsinin dəyəridir. Buraya obyektin bina və qurğularının ucaldılması, texnoloji

avadanlıqla təmin edilməsi, iş xətrinə müvəqqəti tikilib, sonradan sökülən inşaat məhsulu, müvəqqəti və daimi yollar, elektrik, qaz, su kanalizasiya xətləri, fəhlə, mütəxəssis və mühəndislərin istirahət, lazım gəldikdə gecələmə sahələrinin dəyəri daxildir.

Tam smeta dəyərinə aşağıdakı xərclər aid edilir: - bina və qurğuların inşaatı üçün tikinti-quraşdırma işləri; - texnoloji avadanlıq, avtomatik idarəetmə sistemlərinin

quraşdırılması; - texnoloji avadanlıq, mebel və inventar alınması; - layihə-axtarış, elmi-tədqiqat işləri;

Page 95: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 95 ~

- qurğu və binaları istismar edəcək kadrların hazırlanması. -

SC = St.q.i + St.a + Se.t.l + Si

St.q.i – tikinti quraşdırma işlərinin smeta dəyəri iş həcmi və razılaşdırılmış qiymət cədvəllərinə əsasən hesablanır.

St.a – texnoloji avadanlığın dəyəri istehsalçının, yaxud mal

göndərən müəssisənin (şəxsin) təqdim etdiyi sənədlərə görə hesablanır.

Se.t.l – elmi-tədqiqat və layihələndirmə işlərinin dəyəri konkret işlərin smeta və kalkulyasiyasına görə, iş həcminə əmək sərfinə görə hesablanır.

Si tikilməkdə olan müəssisənin rəhbərliyinin saxlanılması

üzrə ştat cədvəlinə və mütəxəssis hazırlığına çəkilən xərclərin yekununa görə hesablanır.

Ümumi smeta xərclərinin qruplar üzrəbölgüsü, onların

xüsusi çəkisi göstərilməklə, tikinti və tikinti-quraşdırma işləri smetasının nümunəvi strukturu cədvəldə (Cədvəl 5.) göstərilmişdir.

S/s

Xərclər Tikintinin növü

yaşayış-mülki sənaye hidrotexniki

1. tikinti-quraşdırma

işləri 75-90 40-60 70-80

2. əsas və köməkçi

avadanlığın alınması 15-5 50-25 20-15

3. digər iş və xərclər 10-5 10-15 10-15 Cəmi 100 100 100

Cədvəl 5.Tikintinin smeta dəyərinin nümunəvi strukturu (faizlə)

İnşaatın ən mühüm məsələlərindən biri onun müddətinin azaldılması, beləliklə də, səmərəliliyinin yüksəldilməsidir. Smeta dəyərinin strukturunun təhlilindən görmək olar ki, bu sahədə əsas istiqamətlər inşaat və konstruktiv həllərin təkmilləşdirilməsi, texnoloji səviyyənin yüksəldilməsi, inşaat

Page 96: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 96 ~

işlərinin təşkilinin yaxşılaşdırılmasıdır. Bu məsələlər tikinti meydançasında görülən işlərin həcmini ixtisar edir, nəticədə tikintini sürətləndirir və onun səmərəsini yüksəldir.

Hesablama metodu və iqtisadi məzmununa görə tikinti-quraşdırma işlərinin smeta dəyəri (St.q.i) tikinti istehsalatına

çəkilən xərclər və smeta mənfəətinin cəmindən ibarətdir.Tikinti istehsalatına çəkilən xərclər iki qrupa bölünür:

1. birbaşa xərclər (Bx); 2. əlavə xərclər (Əx).

Beləliklə, inşaat məhsulu vahidinin qiyməti aşağıdakı kimi

hesablana bilər. St.q.i = Bx + Əx + Ms

Birbaşa xərclərə tikintidə işləyən fəhlələrin əmək haqqı,

materialların, detal və konstruksiyaların dəyəri, inşaat maşın və mexanizminin istismarına çəkilən xərclər aid edilir. Onlar tikinti-quraşdırma işlərinin əsasını təşkil edir. Fəhlələrin əmək haqqına istehsalda, inşaatda çalışan fəhlələrin əməyinin ödənilməsi üzrə bütün xərclər, materialların inşaat ərazisinə qədər və bu ərazidə daşınıb yerləşdirilməsini həyata keçirən işçilərin əmək haqqından ibarətdir. İnşaatda çalışdırılan maşın və texnikaya xidmət edən işçilərin əmək haqqı bu maşın və avadanlığın istismarı xərclərinə aid edilir.

Materialların dəyərinə inşaat işləri üçün lazım olan

materialların, yarımfabrikatların, məmulatların, detal və konstruksiyaların dəyəri, onların hazırlanması və bilavasitə inşaat yerinə çatdırılması xərcləri daxil edilir.

Bütün inşaat materialları, detal və konstruksiyalar yerli və gətirilmə olmaqla iki qrupa bölünür.

Yerli materiallara inşaata gətirilən yaxınlıqdakı tikinti

materialları sənayesi məhsulları – daş, kərpic, qum, çınqıl,

beton, dəmir-beton konstruksiyalar və s. aid edilir. Gətirilən məhsullara polad və taxta konstruksiyalar,

metal, sement, taxta, şüşə və s. aid edilir.

Page 97: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 97 ~

Smeta qiymətindənəqliyyat xərcləri mühüm yer tutur. Tikinti təşkilatı materialları qəbul etdiyi andan daşınma və saxlanma xərclərini öz üzərinə götürür.

Tikinti texnikasının istismar xərcləri avadanlığın növü və sahibliyindən asılı olaraq dəyişir. Əgər avadanlıq kənar şəxsdən (fiziki, yaxud hüquqi) müvəqqəti götürülmüşsə, icarə qiyməti əlavə olunur.

Texnikanın işinin dəyəri maşın-saat prinsipi ilə hesablanır.

Maşın-saat dəyərinə aşağıdakılar daxil edilir: - maşınların inşaat meydançasına çatdırılması; - amortizasiya ayırmaları; - maşının bir obyektdən digərinə aparılması,

quraşdırılması, sökülməsi və təmiri; - maşinist və digər xidmət personalının əmək haqqı; - yanacaq-sürtkü materiallarının qiyməti və s.

Əlavə xərclər tikinti təşkilatının inşaatın təşkili və idarə edilməsi, tələb olunan şəraitin yaradılması, tikinti quraşdırma

işlərinin təşkili və xidmətlə bağlı öz xərclərini ödəməsini nəzərdə tutulur. Tikinti-quraşdırma işlərində onlar, yəni əlavə xərclər dörd əsas hissədən ibarət olur:

1. İnzibati-təsərrüfat xərcləri. Buraya mühəndis-texniki işçilər və kiçik xidmət personalının əmək haqqı, ezamiyyət xərcləri, dəftərxana xərcləri, məsləhət və auditor xidmətlərinin ödənməsi, sosial ehtiyaclara ayırmalar və digər xərclər daxildir.

2. İnşaat işçilərinə xidmət göstərilməsi və yenidən hazırlıq

xərclərinə tibbi və sosial sığorta, əməyin mühafizəsi və texniki təhlükəsizlik, sanitar-gigiyenik və məişət şəraitinin yaradılması daxildir.

3. Tikinti meydançasında işin təşkili xərcləriobyektin mühafizəsi, yanğın təhlükəsizliyi, laboratoriyaların

saxlanılması, layihələr, abadlaşdırma və tikinti meydançasının

tələb olunan vəziyyətdə saxlanılması xərclərindən ibarətdir.

Page 98: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 98 ~

4. İnşaat müəssisəsinin sığortası, reklamı, təmsilçilik

xərcləri, bank kreditlərinin ödənməsi və s. daxil olduğu digər

xərclər. Əlavə xərclərin həcmi işin növündən asılı olaraq dəyişir

və fəhlə-mexanizator personalının əmək haqqı məbləğindən faizlə hesablanır. Sənaye tikintisində bu rəqəm 112 %, yaşayış-mülki tikintidə 118%, kənd təsərrüfatı obyektlərində 115%, su təsərrüfatında 106%, energetikada 114% qəbul edilir.

Əlavə xərclərin bir qismi şərti-daimi xərclərdir. Bunlar inzibati-təsərrüfat və xidmət personalına, mühafizə və işıqlandırmaya çəkilən xərclərdir. Belə xərclər inşaatın

müddətindən asılı olur və adətən baş podratçı tikinti

təşkilatlarında əlavə xərclərin 50%-ni, subpodratçı təşkilatlarda

30%-ni təşkil edir. Tikintinin müddətinin azaldılması podratçı təşkilata pul

vasitələrinin əhəmiyyətli dərəcədə qənaəti üçün imkanlar yaradır.

Smeta gəliri işin maya dəyərinə daxil edilmir. O, tikinti təşkilatının istehsalın genişləndirilməsi və işçilərin maddi stimullaşdırılması üçün çəkdiyi xərclərin əvəzlənməsi üçün

maliyyə mənbəyidir. Bu xərclərə aşağıdakılar daxildir: - istehsalın genişləndirilməsinə, avadanlığın

modernləşdirilməsinə, əsas fondların rekonstruksiyasına çəkilən xərclər;

- müəssisənin dövriyyə vəsaitlərinin artırılmasına çəkilən xərclər;

- gəlir vergisinin ödənilməsinə çəkilən xərclər; - mükafatların verilməsinə çəkilən xərclər; - maddi yardım göstərilməsinə çəkilən xərclər; - sosial sferanın inkişafına çəkilən xərclər; - sağlamlığın qorunması və istirahət tədbirlərinə çəkilən

xərclər. Smeta gəlirini fəhlə və mexanizatorların əmək haqqı

vəsaitlərinin 60-65%-i həcmində planlaşdırırlar. Smeta gəlirinin

Page 99: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 99 ~

kəmiyyətini ümumi birbaşa xərclərin və əlavə xərclərin cəminin 12%-i həcmində nəzərdə tuturlar.

Smeta normaları tikinti quraşdırma işlərinin yerinə

yetirilməsinə sərf edilən zaman, əmək və maddi-texniki

resursların sərfinin müəyyən edilməsinin təşkilati, iqtisadi və

texniki metodları sistemidir. İnşaat işçilərinin əmək sərfi, tikinti maşın və mexanizmlərinin işləmə müddəti, tikinti materialları,

məmulatları və konstruksiyalarına tələbat kimi resursların

məcmusu smeta normasıdır. Smeta normativi kompleks smeta normaları və qiymətlərin

təsdiq olunmuş cədvəllərinə deyilir.

Smeta sənədləri bütün layihələrin ayrılmaz tərkib hissəsidir. Sənədləşmənin metodikası və smeta hesabatının növü

istinad rəqəmlərindən, onların dəqiqliyindən, layihə qərarlarının

işlənib hazırlanma səviyyəsindən, layihə mərhələlərindən asılıdır.

İri iqtisadi layihələrin hazırlanması adətən iki mərhələdə həyata keçirilir:

1. texniki-iqtisadi əsaslandırma və layihə; 2. işçi sənədləşmələr. Kütləvi, yaxud təkrar xarakterli obyektlər üçün işçi

layihələr hazırlanır. Yerinə yetirilən funksiyalarının xarakterindən asılı olaraq,

ölkə iqtisadiyyatı istehsal edən, bazar və qeyri-bazar xidmətləri göstərən bir sıra sahələrdən ibarətdir.

Tikinti sahəsinin məhsulu inşaatı bitmiş və istifadəyə verilmiş zavodlar, fabriklər, dəmir və avtomobil yolları, su və istilik elektrik stansiyaları, kanallar, su anbarları, yaşayış

binaları və digər bu kimi ölkə təsərrüfat kompleksinin əsas fondlar əmələ gətirən obyektləridir. Əsaslı tikinti, beləliklə, istehsal vasitələrinin fəaliyyət göstərməsini təmin edən maddi şərait yaradır.

Əsas fondların yaradılmasından başqa, əsaslı tikintinin

funksiyalarına mövcud fondların genişləndirilməsi və

Page 100: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 100 ~

rekonstruksiyası da daxildir. Tikinti sektoru həmçinin

milliiqtisadiyyatın istehsal etdiyi material və avadanlığın xeyli

hissəsinin alıcısıdır. O, bütün istehsal və qeyri-istehsal sahələrinə xidmət edir.

İnşaat prosesi inşaatın hazırlanması, inşaat prosesinin özü,

inşaat məhsulunun satışı – hazır obyektlərin istismara verilməsi kimi üç mərhələdən ibarətdir.

Əsas kapital investisiya obyektlərinin yeni tikintisi,

genişləndirilməsi, binaların, qurğuların, maşın və

avadanlıqların alınması yolu ilə əsas fondların yaradılmasına

yönəlmiş məsrəflərin (maliyyə, maddi, intelektual resurslar)

məcmusudur.

İstənilən obyektin tikintisi mövcud təbii şəraitin pozulması amilləri ilə bağlıdır. Onlardan ən əhəmiyyətlilərinə torpağın üst qatının tikinti işləri görülərkən pozulması, ağacların

kəsilməsi, qrunt sularının səviyyəsinin dəyişməsi ilə kənd təsərrüfatına və yaşayış məntəqəsinə ziyan vurulması, torpağın

erroziyası, sürüşmələrin meydana gəlməsi, torpaq, su və atmosferin çirklənməsi, flora və faunanın pozulması və s. aid edilir. Buna yol verilməməsi üçün maliyyə vəsaiti, maddi-texniki və əmək resursları tələb edən təbiəti mühafizə tədbirləri görülür.

Bu məsələfövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə bərpa işlərində xüsusilə qabarıq nəzərə çarpır.

Belə ki, hər bir hal üçün layihədə qəbul edilən texniki həlləri və tikinti-quraşdırma işlərinin konkret şərtlərini nəzərə alan fərdi smeta tutulması tələb olunur.

Smeta tərtibatı tikinti obyektinin smeta mayadəyərinə əsaslanır. Bu məqsədlə maddi, əmək və pul vəsaitlərinin smeta xərclərinin miqdarı hesablanır. İnşaat məhsulunun smeta mayadəyərinin hesablanmasının əsasını tikinti materiallarının

tədarükü, maşın və avadanlıqların istismarı, əmək xərclərinin tətbiqi üzrə smeta kalkulyasiyaları təşkil edir. Smeta

normalarının hazırlanmasında inşaat proseslərinin bütöv

Page 101: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 101 ~

kompleksi üçün tikinti işinin orta şərt və metodlarından istifadə olunur.

Müasir şəraitdə həcm-planlama və konstruktiv həllərin oxşarlığı və standartlaşması tikinti-quraşdırma işlərinin aparılmasında yuvarlaq normaların tətbiq edilməsinə imkan verir. Bu normalar əsasında da ayrı-ayrı işlər, və ya bütün obyekt

üçün bina və qurğuların smeta mayadəyəri tərtib olunur. Kalkulyasiya vahidi kimi, eynicinsli işlərin görülməsində,

və ya məhsul hazırlanmasında yerinə yetirilən iş həcminin

ölçülməsi üçün istifadə olunan kəmiyyət götürülür.Məsələn, tikintidə faydalı sahənin 1 kvadrat metri, yolun çəkilişində 1 kilometr və s. terminlərdən istifadə olunur.

İnşaat məhsulu vahidinin maya dəyərinin hesablanması

kalkulyasiya adlanır. Tikintidə plan, smeta və faktiki maya

dəyəri, həmçinin onlara uyğun olaraq, digər kalkulyasiya növləri anlayışlarından istifadə olunur.

Smeta kalkulyasiyasında binanın 1 kub metr smeta mayadəyəri smeta normaları ilə hesablanır, yəni binanın 1 kub

metrinə çəkilən bütün xərclər nəzərə alınır. Plan kalkulyasiyasiyası, yəni binanın 1 kub metrinin

planla nəzərdə tutulmuş maya dəyəri obyektin smeta maya dəyəri ilə binanın 1 kub metrinə düşən və inşaatın təşkilat-texniki səviyyəsini yüksəldən tədbirlər üzrə xərclərin miqdarı

arasındakı fərq kimi hesablanır. Əgər tikinti təşkilatı bir neçə obyekt tikirsə, həmin təşkilat üzrə inşaat işlərinin plan mayadəyərinə ayrı-ayrı obyektlər üzrə plan mayadəyərinin cəmi kimi baxılır.

Faktiki kalkulyasiyaobyekdəki bütün inşaat işləri üzrə binanın 1 kub metrinin faktiki maya dəyəri, yəni planlaşdırılmamış qeyri-istehsalat xərcləri də daxil olmaqla, 1 kub metr inşaat məhsuluna çəkilən faktiki xərclərdir.

Maya dəyərinin kalkulyasiyası, bir qayda olaraq, sifarişli, ya da normativ metodla həyata keçirilir. Köməkçi və xidmət

sahələrində inşaat müəssisələri bu metodlardan başqa,

Page 102: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 102 ~

səviyyələrə bölmə və proseslərə bölmə metodlarından istifadə edilə bilər.

İstehsal xərclərinin uçotu və tikinti işlərinin maya dəyərinin kalkulyasiyasının normativ metodu müxtəlif inşaat

məhsulunun kütləvi və iriseriyalı istehsalı zamanı və yalnız

müəssisədə material və əmək resurslarının məsrəflərinin mütərəqqi norma və normativlərindən istifadə edildikdə tətbiq olunur. Bu metodun mahiyyəti belədir:

- İnşaat xərclərinin bəzi növləri normativ kalkulyasiyalarla nəzərdə tutulan istehsalat normalarıyla hesablanır.

- Faktiki xərclərin istehsal normalarından fərqlənən hissəsinin operativ uçotu isə fərqli səbəblər araşdırılıb

təqsirkarlar müəyyən edildikdən, qüvvədə olan normalara edilən dəyişikliklər nəzərə alındıqdan sonra işlərin mayadəyərinə təsiri nəzərə alınmaqla tərtib olunur.

Bu zaman tikinti işlərinin mayadəyəri cari normalar üzrə xərclər, normalaradan sarpmalar üzrə və normaların dəyişməsi üzrə kəmiyyətlərin cəmi kimi müəyyən edilir.

Mf = Mn + S + D

Mf-faktiki xərclər; Mn- normativ xərclər; S - sarpmanın (kənaraçıxmanın) kəmiyyəti; D- dəyişmənin kəmiyyəti. Məsrəflərin norma və kənaraçıxmalar üzrə cari uçotu və

inşaat məhsulunun mayadəyərlərinin kalkulyasiyası qüvvədə olan istehsalat normaları əsasında normativ kalkulyasiya hazırlanmasını tələb edir.

Sifariş metodu. Bu metod tikintinin əsas metodu hesab olunur. Sifariş metodunda uçot və kalkulyasiyanın obyekti

konkret istehsalat sifarişidir. Xərclərin uçotu işlərin müqavilə ilə nəzərdə tutulan sifariş üzrə yerinə yetirilməsinin sonuna qədər yüksələn yekunla aparılır. Hər sifarişə görə, onun şifri

Page 103: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 103 ~

göstərilməklə, ayrıca anastatik hesab açılır. Birbaşa xərclərin

uçotu hər sifariş üzrə materialların sərfi, yerinə yetirilən iş həcmi və s. ilkin sənədlər əsasında aparılır. Dolayı xərcləri ayrı-ayrı

sifarişlər arasında bölüşdürürlər. Bu metodda bütün xərclər sifariş bitənə qədər qurtarmamış

hesab olunur. Hesabat kalkulyasiyası yalnız sifariş yerinə yetirildikdən sonra tərtib olunur. Hesabat kalkulyasiyasının

tərtibat dövrü mühasibat hesabatının dövrü ilə üst-üstə düşmür. Bu metodun çatışmayan cəhətləri xərclərin səviyyəsinə

operativ nəzarətin mümkünsüzlüyü, yarımçıq inşaatın

inventarizasiyasının mürəkkəbliyi və böyük həcmli olmasıdır. Səviyyələrə bölmə metodu tikinti müəssisəsinin yardımçı

istehsalatlarında xammal emal olunarkən materialların bir neçə emal fazası keçdiyi zaman xərclər və maya dəyərinin hesablanmasında tədbiq olunur. Bu halda məsrəflər təkcə məhsul növləri və kalkulyasiya maddələrinə görə deyil, həm də səviyyələrə görə nəzərə alınır.

Məsələn: kərpic istehsalının ayrı-ayrı səviyyələri kimi, gilin çıxarılması, formaya salınması, qurudulması, bişirilməsi və s.

Proseslərə bölmə metodu yarımçıq istehsalatın olmadığı

yardımçı təsərrüfatlarda tədbiq olunur. Məsələn: karyerlər (qum, çınqıl, buta, qraviy və s.),

elektrostansiyalar və s. Məhsul vahidinin maya dəyərinin hesablanması istehsal

xərclərinin istehsal olunmuş məhsulun miqdarına bölünməsi ilə həyata keçirilir.

Əgər kiçik assortimentlə eynicinsli məhsul buraxılırsa,

məsələn qrım, çınqıl və s. maya dəyərinin hesablanması

çətinləşir. Bu hallarda şərti əmsallar metodundan istifadə olunur. Bu metodda istehsal xərcləri məhsulların plan dəyərinə mütənasib olaraq bölünür.

Page 104: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 104 ~

Mövzuya aid suallar

1. Smeta dəyəri nədir? 2. Smeta dəyərinə hansı xərclər daxil edilir? 3. Birbaşa xərclərə nələr aiddir? 4. Əlavə xərclərə nələr aiddir? 5. İnzibati təsərrüfat xərclərinə nələr aiddir? 6. Smeta normaları nədir? 7. Kalkulyasiya nədir və hansı növləri var? 8. Kalkulyasiya hansı metodlarla hesablanır?

Page 105: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 105 ~

FƏSİL 3. İQTİSADİYYATIN İDARƏ EDİLMƏSİ

MƏSƏLƏLƏRİ

3.1. İDARƏETMƏ VƏ MENECMENT

Mövzunun məqsədi kursant və müdavimlərə idarəetmə

anlayışı, idarəetmə prosesi barədə məlumat vermək, idarəetmə

və menecmenti müqayisə etmək, idarəetmə sistemini, onun

mərhələlərini, forma və metodlarını aydınlaşdırmaqdan

ibarətdir. Kursantlara gündəlik rejim, davranış və ətrafdakı

şəxslərlə münasibətin texnoloji mahiyyəti açıqlanır. Mövzu

gələcək iş yerində tələb olunan münasibətlər qurulması üçün

başlanğıc məlumat xarakteri daşıyır. Fövqəladə hallarla

mübarizənin Vahid Sistemi çərçivəsində qurumların yeri,

qarşılıqlı əlaqəsi, əməkdaşların işləyəcəyi strukturlarda yeri,

qurulacaq münasibətlərin və struktur bölmələrlə birgə

fəaliyyətin formaları göstərilir.

Ayrı-ayrı icraçılar, və ya insanlar qrupu amillərindən ibarət olan idarəetmə sistemlərinin səmərəli fəaliyyəti yalnız o

zaman mümkündür ki, tərkib hissələrinin fəallığını

istiqamətləndirən və tənzimləyən bir başlanğıc olsun. Təcrübə göstərir ki, xüsusi idarəçilik biliyi olmadan

idarəetmə bəzən fəaliyyətdə səhvlərə gətirib çıxarır, dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi və onun iqtisadi mənafelərinin qorunması işinə müəyyən ziyan vurur.

Təşkilatın üzərinə qoyulmuş vəzifələrin və funksiyaların

yerinə yetirilməsini optimal təşkil etmək üçün idarəetmənin mahiyyət və məzmununu açan əsas nəzəri müddəaları bilmək zəruridir.

Ədəbiyyatda “idarəetmə” anlayışının çoxsaylı tərifləri vardır. İdarəetməyə xas olan əlamətləri nəzərə alaraq, müxtəlif fikirləri ümumiləşdirməklə ona aşağıdakı tərifi vermək olar:

Page 106: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 106 ~

İdarəetmə əməkdaşlara elə fasiləsiz informasiya təsiri

prosesidir ki, idarəçilik qərarlarının qəbul olunması və həyata

keçirilməsi vasitəsilə dəyişən xarici və daxili şəraitdə onların

məqsədyönlü davranışı təmin edilə bilsin.

İdarəetmə subyekti, obyekti və onların arasında qarşılıqlı

əlaqələr birlikdə idarəetmə sistemini əmələ gətirir. İdarəetmə subyektlərinə idarəetmə qərarları qəbul etmək,

tabeliyindəki əməkdaşlara və kollektivlərə tapşırıq vermək , həmçinin onların icrasını tələb etmək səlahiyyəti olan bütün

rəhbərlər, yəni məqsədyönlü təsiri həyata keçirən elementlər aiddir.

İdarəetmə subyektlərinin qərarlarının, əmrlərinin, tapşırıqlarının icraçıları mütəxəssislər, kollektivlər, təşkilati

strukturlar, texnoloji proseduralar, funksiyaların həyata keçirilməsi üzrə bütün fəaliyyət növləri- idarəetmə obyektləri kimi çıxış edir (Şəkil 20).

- qərar, əmr və

tapşırıqların icraçıları; - mütəxəssislər; - kollektivlər; - təşkilati strukturlar; - texnoloji prosedurlar; - fəaliyyət növləri.

Şəkil 19.İdarəetmə sistemi

İdarə edən təsirin formalaşması və həyata keçirilməsi idarəetmə subyekti ilə obyekti arasında müəyyən şəkildə

- darəetmə qərarları

qəbuledən, tapşırıqverən,

icrasını tələbedənrəhbərlər

- məqsədyönlü

təsirihəyatakeçirənelementlər.

idarəetmənin obyektləri

İdarəetmə

idarəetmənin subyektləri

Page 107: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 107 ~

mütəşəkkil birbaşa əlaqələrin və əks əlaqələrin hesabına

reallaşdırılır. İdarəetmə subyekti və obyekti anlayışlarının

mahiyyəti onu göstərir ki, o (idarəetmə), struktur olaraq, mərhələli, iyerarxik xarakter daşıyır. Bu prosesdə müxtəlif səviyyələr eyni vaxtda idarəetmənin həm subyekti, həm də obyekti kimi çıxış edir. İdarəetmənin hər pilləsinə, və ya səviyyəsinə öz idarəetmə subyekti, və ya obyekti uyğun gəlir. Ona görə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə Vahid Dövlət Sistemində aralıq idarəetmə subyekti əvvəlki idarəetmə obyekti, idarəetmə obyekti isə sonrakı idarəetmə və icra hərəkətləri kimi nəzərdən keçirilməlidir.

Beləliklə, idarəetmə bu strukturda, fəaliyyət növü olaraq,

sərəncamverici və icraedici tərəflərə malikdir. İdarəetmə subyekti idarəetmə obyektinin faktiki vəziyyəti

və onu əhatə edən xarici mühit haqqında informasiya alır, bu

informasiya üzərində işləyir, bunun da nəticəsi olaraq qərar qəbul edir. Məzmunu birbaşa əlaqə kanalı üzrə idarəetmə obyektinə ötürmək üçün həmin qərara idarəçilik qərarının

formalarından (əmr, göstəriş, qətnamə və s.) biri verilir. Bu qərarın icrası haqqında informasiya, eləcə də idarəetmə obyektinin (idarəedilən sistemin) yeni vəziyyəti haqqında

informasiya yenidən əks əlaqə kanalı üzrə idarəetmə subyektinə daxil olur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir.

İdarəetmə prosesinin fasiləsizliyi həm də onun dövri

olduğunu deməyə imkan verir. Yəni müxtəlif idarəetmə həlqələri tərəfindən müxtəlif formalarda icra edilən eyni növ

idarəçilik işləri, və ya idarəetmə mərhələlərinin icra edilməsinin müəyyən ardıcıllığı və onlar təkrarlanır. İdarəetmə məqsədlərinin müəyyənləşdirilməsi bu sistemin əsas inkişaf

istiqamətlərinin işlənib hazırlanması və planlaşdırılması

formasında həyata keçirilə bilər. İdarəetmə sistemi aşağıdakı komponentlərdən ibarətdir

(Şəkil 20): idarəetmə mexanizmi; idarəetmə strukturları;

Page 108: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 108 ~

idarəetmə prosesi və idarəetmə sisteminin təkmilləşdirilmə mexanizmi.

Şəkil 20. İdarəetmə sisteminin komponentləri

İdarəetmə prosesinin texnoloji mərhələləri

aşağıdakılardan ibarətdir: - İdarəetmə məqsədinin müəyyənləşdirilməsi; - İdarə edilən sistemin vəziyyəti, xarici mühit haqqında

informasiya yığımı; - İnformasiyanın təsnifatlandırılması; - İnformasiyanın işlənməsi; - İdarəetmə qərarlarının hazırlanması və qəbulu; - İdarə edilən sistemin vəziyyətini dəyişdirmə; - İdarəetmənin nəticələrinin qiymətləndirilməsi.

İdarəetmə qanunları, metodları və prinsipləri: İdarəetmə qanunları idarəetmə sistemi elementləri və

yarımsistemləri, onda baş verən proseslər və xarici mühit

arasında ümumi, əhəmiyyətli və zəruri əlaqələri əks etdirir. Onlar obyektivdir və insanların şüurundan və iradəsindən asılı

deyildir. Bu qanunları bilmək idarəetmə sistemlərinin yaradılmasında və onların fəaliyyətinin təşkil edilməsində idarəetmə qanunlarının tələblərini nəzərə almağa imkan verir.

Onlara aşağıdakılar aiddir:

İdarəetmə

sisteminin

komponentləri

idarəetmə

sisteminin

təkmilləşdirilmə

mexanizmi

idarəetmə

prosesi

idarəetmə

strukturları

idarəetmə

mexanizmi

Page 109: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 109 ~

- İdarəetmə sisteminin vahidliyi qanunu; - Mütənasiblik (proporsionallıq) qanunu; - İdarəetmə funksiyalarının mərkəzləşdirilməsinin optimal

nisbəti qanunu; - İdarə edən və idarə olunan sistemlərin nisbəti qanunu və

s. Qanunlar vasitəsi ilə idarəetmə nəzəriyyəsinin məzmunu,

idarəetmə prosesinin əsas funksiyaları, metodları və strukturları,

eləcə də xüsusiyyətləri üzə çıxarılır. Buna görə də sistemli yanaşma onların tələblərini dolğun şəkildə ifadə etməyə və bütün sistemin optimal fəaliyyət və inkişaf variantını müəyyən etməyə imkan verir.

Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün

idarəetmə obyektlərinə təsir yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır.

İdarəetmənin metodlarının təsirinin istiqaməti qurumlar qarşısında qoyulan konkret məqsədlərlə müəyyən edilir. Belə məqsəd təşkilati, iqtisadi, sosial və texniki vəzifələrin həllini tələb edir ki, bu da öz növbəsində, idarəetmənin müvafiq

metodlarının tətbiqini tələb edir. Təşkiletmə və tənzimetmə kimi idarəetmə funksiyalarının

reallaşdırılması prosesində təşkilati-sərəncamverici (inzibati)

metodlar vasitəsi ilə əməkdaşların və kollektivlərin borc, səlahiyyət, məsuliyyət, intizam tələbləri və s. kimi fəaliyyət aspektlərindən ibarət olan münasibətləri formalaşdırılır.

Təşkilati-sərəncamverici metodların hərbiləşdirilmiş və hüquq mühafizə kimi xüsusiyyətləri ondan ibarətdir ki, onlar bütövlükdə sistemə, və ya ayrılıqda onun elementlərinə birbaşa

direktiv təsiri ifadə edir. Bu metodlar orqanın rəhbərinə birmənalı qərar qəbul etməyə imkan verir, normativ-hüquqi və direktiv sənədlərin icrasının məcburiliyinə əsaslanır. Əsasən üç

qrup təşkilati-sərəncamverici metod tətbiq edilir: - Təşkilati; - Sərəncamverici;

Page 110: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 110 ~

- İntizam. Ən əsas yeri birinci qrupu təşkil edən təşkilati təsir

metodları tutur. Onlar, yəni təşkilati təsir metodlarıidarəetmənin əsası olan sistemdə təşkilati əlaqələrin uzunmüddətli təsbiti olub, nizamasalma, normalaşdırma və təlimatlandırmanı əhatə edir.

Nizamasalma təşkilati təsirin sərt tipidir. Bu, orqanlarda sistemin təşkilati əsasını və onda baş verən prosesləri müəyyən edir, təşkilati müddəaların hazırlanmasından və qüvvəyə minməsindən ibarətdir.

Qeyd edilən müddəalara aşağıdakılar aiddir: - Sistemin fəaliyyət göstərmə qaydasını və

özünəməxsusluğunu müəyyənləşdirən ümumi təşkilati

statusunu, həmçinin, vəzifələrini, funksiyalarını,

səlahiyyətlərini təyin və müəyyən edən müddəalar; - Bölmələrin tip strukturları; - Ştat cədvəlləri və vəzifə təlimatları ilə həyata keçirilən

vəzifə nizamasalınması. Normalaşdırma təşkilati təsirin daha az sərt tipidir.Bu

metod fəaliyyətdə oriyentir kimi istifadə edilən qayda və normativlərin müəyyənləşdirilməsindən ibarətdir olub, onların

yuxarı və aşağı hədlərini müəyyən edir. Təşkilati normalaşdırma

sistemdə funksiya və vəzifələrin yerinə yetirilməsi yollarını,

zəruri normaları və qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir. İdarəetmə təcrübəsində bəzi vaxt normalardan və digər normativlərdən istifadə edilir. Metodların daim

təkmilləşdirilməsi prosesi gedir. Təlimatlandırma həmişə işlərin uğurlu icrasına yönəlmiş

metodiki və informasiya yardımı formasına malikdir. İdarəetmənin təşkilati-sərəncamverici metodlarının ikinci

qrupu sərəncamverici təsir metodlarıdır ki, onlar da idarəetmə orqanlarının müntəzəm işinin gündəlik operativliyinin təmin edilməsində ifadə olunur. Bunlar formalaşdırılan struktura

əsaslanan cari təşkilati iş metodlarıdır. Sistemdə sərəncamverici

Page 111: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 111 ~

təsir metodlarının əsasında səlahiyyət və vəzifələr dayanır.

Həmin metodlar kollegial qərarlarının qəbulu, əmrlərin, göstərişlərin, sərəncamların, əsasnamələrin, qətnamələrin sənədlərdə dərc edilməsi və çatdırılması yolu ilə reallaşdırılır.

Azərbaycan Respublikasının əmrləri imzalamaq hüququndan nazirin onlara verdiyi səlahiyyətlər çərçivəsindənazirin müavinləri də istifadə edir.

İdarəetmənin təşkilati-sərəncamverici metodlarının

üçüncü qrupu intizam təsiri metodlarıdır. Xidmət fəaliyyətinin effektivliyi xeyli dərəcədə sosial və

psixoloji şərtlərin doğurduğu kadr dəyişkənliyindən, eləcə də intizamlılıq, əməkdaşların obyektivliyi, kollektivdəki psixoloji iqlim və digər faktorlardan asılıdır. Sosial və psixoloji metodlar kollektivin formalaşması və inkişafı prosesinə, onun daxilində baş verən sosial proseslərə konkret təsir üsulları və vasitələridir.

İqtisadi idarəetmə metodları idarəetmə obyektinə

məqsədyönlü təsirin iqtisadi mənafelərin istifadəsi üzərində

qurulmuş üsullar sistemidir. İqtisadi idarəetmə metodlarına

mərkəzləşdirilmiş planlı və iqtisadi stimullaşdırma metodu aiddir.

İqtisadi idarəetmə metodlarının mühüm xüsusiyyətələri odur ki, onlar sistemli dövlət, kollektiv və şəxsi mənafelərin birliyini təmin etməyə yönəlmişdir. Həvəsləndirmə metodu fərdi maddi stimullaşdırma, kollektiv maddi maraq və iqtisadi məsuliyyəti əhatə edir.

Sistemlilikidarəetmənin aparıcı prinsipidir. Qarşıda dayanan vəzifələr nə qədər mürəkkəbdirsə,

sistemin əks əlaqə prinsipi o qədər böyük əhəmiyyət kəsb edir. Düzgün informasiya idarəetmə subyektinə sistemə təsir etmək və idarəçilik qərarlarının icrasını təmin etmək məqsədi ilə hər zaman sistemin vəziyyəti, qoyulmuş məqsədin əldə edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir.

Vahid rəhbərlik prinsipi xüsusi əhəmiyyət daşıyır. Bu prinsip bir tərəfdən idarəetmənin kollegiallığını, digər tərəfdən

Page 112: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 112 ~

isə icraedici funksiyalara görə ciddi fərdi məsuliyyətin müəyyən edilməsini nəzərdə tutur. Kollegiallıq tapşırılan işə görə hər bir əməkdaşın məsuliyyətini istisna etmir, əksinə onun üçün şəxsi məsuliyyət nəzərdə tutulur. Rəhbərliyin bütün səviyyələrində vahid rəhbərlik prinsipi daim fəaliyyət göstərir, çünki vahid

rəhbər hüquqları və funksiyaları qanunvericiliklə ayrılmışdır. İdarəetmənin konkretliyi prinsipi situasiyanın konkret

təhlilini tələb edir ki, bunun üçün idarəetmə sistemi və onun xarici mühiti haqqında keyfiyyətli elmi informasiya lazımdır.

Sərəncamvermənin vahidliyi və vahid rəhbər prinsipi müəyyən edir ki, hər bir əməkdaş yalnız bir rəhbərdən əmr və sərəncamlar alır, yalnız bu fəaliyyət birliyin zəruri şərtidir. Heç

bir əməkdaş özündən vəzifəcə yuxarı birdən artıq rəhbərə məruzə etməməlidir.

Səlahiyyətlərin ötürülməsi (verilməsi) prinsipinə əsasən, rəhbərin fəaliyyət sahəsindən vəzifənin tabeli şəxsə verilməsi zamanı onun həlli üçün hüquqlar da verilməli, tabeli şəxs isə onlara görə məsuliyyəti öz üzərinə qəbul etməlidir.

İdarəetmənin diapazonu prinsipi yuxarı vəzifəli şəxsin ciddi müəyyən olunmuş, optimal sayda tabe şəxslərin fəaliyyətinə görə məsuliyyət daşımalı olduğunu nəzərdə tutur.

İdarəetmənin ümumi funksiyalarına aşağıdakılar aiddir: - Əməliyyat-xidmət şəraitinin təhlili və

proqnozlaşdırılması; - Planlaşdırma; - Təşkiletmə; - Tənzimləmə; - Uçot; - Nəzarət.

Əməliyyat-xidməti şəraiti dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və digər şərtlərlə (faktorlarla) dialektik inkişafda olan, fəaliyyətə əhəmiyyətli dərəcədə təsir edən qarşılıqlı əlaqəli elementlərin məcmusu başa düşülməlidir. Əməliyyat-xidməti şəraitinin təhlili və proqnozlaşdırılması

Page 113: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 113 ~

fəaliyyətin bu, və ya digər sahəsində şərtlər toplusunun inkişafının öyrənilməsi və dərk edilməsi ilə, onların işinin

nəticələrinə, eləcə də əsaslandırılmış qərarların qəbul edilməsi və planların hazırlanması məqsədləri üçün müəyyənləşdirilməsi ilə qırılmaz əlaqəlidir.

Planlaşdırmaidarəetmənin elə əsas funksiyasıdır ki, onun

vasitəsi ilə orqanlarda gələcək fəaliyyətin təşkilati başlanğıcı

işlənib hazırlanır. Planlaşdırma aşağıdakı qaydada həyata keçirilir:

- Məqsədin əldə olunması üzrə gələcək fəaliyyətin modelləşdirilməsi, onun proqramlaşdırılması, vəzifələri idarəetmənin məqsədlərinin müəyyən edilməsi;

- Məqsədə nail olmağa mane olan problemlərin üzə çıxarılması;

- Qoyulmuş məqsədə çatmaq üçün idarəçilik qərarlarının

hazırlanması və qəbulu; - Qəbul olunmuş qərarın reallaşdırılmasının təşkilati

planının hazırlanması; - Hazırlanmış planın razılaşdırılması; - Böyük rəis tərəfindən onun təsdiq edilməsi. İdarəetmənin təşkilati strukturu sistemin inkişafı və

idarəçilik problemlərinin həlli ilə sıx əlaqəlidir, çünki idarəetmə həmişə bu, və ya digər təşkilatın ayrı-ayrı həlqələri arasında

dəqiq qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi, hüquq və vəzifələrin bölgüsü ilə başlanır. Bu məsələlərin rəsmiləşdirilməsi idarəetmənin optimal təşkilati strukturunun

işlənib hazırlanmasını nəzərdə tutur. İdarəetmənin təşkilati strukturu dedikdə çox vaxt idarəetmənin iyerarxik elemetlərinin və bu elementlərin vahid bir tam kimi inkişafını təmin edən bir-biri ilə qarşılıqlı əlaqələrinin nizama salınmış toplusu

(məcmusu) başa düşülür. Bu strukturlar təhlil edilərkən, bir qayda olaraq, aşağıdakı

elementlər ayrılır: - İdarəetmə həlqələri;

Page 114: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 114 ~

- İdarəetmə səviyyələri; - Qarşılıqlı əlaqələr.

Fövqəladə Hallar Nazirliyi sistemində idarəetmənin həlqələrinə aşağıdakılar aiddir:

- Xidmətlər; - Komandanlıq; - Agentliklər; - İdarələr; - Regional mərkəzlər;

- Peşəkar, və ya idarəçilik funksiyalarını icra edən ayrı-

ayrı mütəxəssislər. İdarəetmənin bu həlqələri idarəetmə iyerarxiyasının

müvafiq səviyyələrində yerləşir. Təşkilatın idarəetmə sistemində müəyyən pillə tutan

idarəetmə həlqələrinin məcmusu idarəetmənin səviyyələrini yaradır.

İdarəetmə strukturu çərçivəsində onun iştirakçıları

arasında vəzifələr və funksiyalar, nəticə etibarı ilə onların

icrasına görə hüquqlar və məsuliyyət bölüşdürülür, yəni idarəçilik prosesi baş verir. Bu baxımdan idarəetmənin təşkilati

strukturu qarşıya qoyulmuş məqsədlərin əldə edilməsinə yönəlmiş idarəetmə prosesinin baş verdiyi idarəçilik

fəaliyyətinin bölüşdürülmə (bölgü) və kooperasiya forması kimi

nəzərdən keçirilə bilər. İdarəetmənin həlqələri və səviyyələri arasında qarşılıqlı

münasibətlərin aşağıdakınövləri formalaşır: - Şaquli idarəçilik münasibətləri; - Üfüqi idarəçilik münasibətləri; - Diaqonal idarəçilik münasibətləri.

Müəssisənin idarə edilməsi

Bazar iqtisadiyyatı şəraitində idarəetmənin iqtisadi metodlarına üstünlük verilir. Bununla belə, idarəetmədə

Page 115: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 115 ~

inzibati-amirlik, və ya iqtisadi metodlardan istifadə edərkənonların faydalı cəhətlərindən istifadə olunmalıdır.

İstənilən müəssisənin müvəffəqiyyəti ona rəhbərliyin səmərəliliyindən, o da öz növbəsində, menecerlərin peşəkar kompetensiyasından asılıdır. Bu amil həm də müəssisənin uzunmüddətli rəqabət qabiliyyətinə də bilavasitə təsir edir. Müəssisənin fəaliyyətinin qiymətləndirilməsi səmərəlilik prinsipi əsasında aparılır.

Qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində optimal nəticə əldə edilməsi geniş mənada bu prinsipin də tərkibinə daxil olduğu rasionallıq prinsipinə əsaslanmalıdır.

Mülkiyyət forması, ölçüləri, funksiyaları və quruluşundan

asılı olaraq, müəssisələr bir-birindən seçilir. Mikroiqtisadi səviyyədə idarəetmənin başlıca tərkib

hissələri marketinq və menecmentdir.

İdarəetmə müxtəlif səviyyələrdə təşkil edilir və həyata keçirilir.Menecment prosesi sadalanan funksiyaların əməkdaşlar

tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilməsindən ibarətdir.

İlkin olaraq, menecment latınca “manus” – “əl” sözündən, sonradan “to manage” sözündən yaranıb - idarəetmə deməkdir. Menecment idarəetmə və təsərrüfat fəaliyyəti sahəsidir. O, iqtisadi proseslərin rasional idarə edilməsini, həmçinin sosial-iqtisadi inkişafın tələblərinə uyğun olaraq, idarəetmə sistemlərinin yaradılması və təkmilləşdirilməsini təmin edir.

Menecment adi idarəetmədən onunla fərqlənir ki, rəhbərlərin və tabeli şəxslərin azadlığının daha yüksək səviyyəsini nəzərdə tutur. İdarəetmə isə inzibati sistem çərçivəsində yarandığından, əksinə, bu azadlığın

məhdudlaşdırılmasına, əsas hadisələrin qabaqcadan müəyyənləşdirilməsinə əsaslanır.

Menecment müasir şəraitdə müəssisəni bazarın tələbatının

ödənilməsinə, istehsalın səmərəliliyinin daim yüksəldilməsinə,

Page 116: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 116 ~

daha azad qərarlar qəbul edilməsinə və strateji məqsədlər formalaşdırmasına yönəldir.

Proses olaraq, menecment bir sıra ardıcıl funksiyaları

üzərində cəmləşdirir. Bu funksiyalara planlaşdırma, təşkilat, tənzimləmə, motivasiya, nəzarət və uçot aid edilir.

Elmi nöqteyi-nəzərdənmenecment idarəetmə problem-

lərini öyrənən elmdir. Menecment bazar iqtisadiyyatı şəraitində fəaliyyət

göstərən müəssisənin idarə edilməsidir.

Marketinq bazarın mövcud və perspektiv tələbatını

öyrənmək məqsədilə əmtəələrin istehsalı üçün texnologiyanın

hazırlanmasından tutmuş onların istehlakçılara çatdırılmasına

qədər olan dövrdə firmaların bütün işgüzar fəaliyyətlərinin əmtəələrin, və ya xidmətlərin bazara çıxarılması və satılması ilə əlaqədar görülən təşkilati işlər sistemidir. Marketinq o deməkdir ki, firmalar məhsulları yalnız - istehsal və ya tədarük etməklə kifayətlənmirlər, onlar həm də bazarda əmtəələrə olan tələbatın

öyrənilməsi və məhsullarının reklamı ilə məşğul olurlar. Fövqəladə halların qarşısının alınması və nəticələrinin

aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi

Ekstremal hadisələrin ölkə iqtisadiyyatına ciddi təsiri mərkəzləşdirilmiş dövlət idarəçiliyi tələb edir. Çünki həm fövqəladə hal təsirinə məruz qalmış bölgələrdə xilasetmə, dağıntıların təmizlənməsi, zərərçəkmiş əhalinin kommunal və sosial-tibbi təminatı özlüyündə genişmiqyaslı çətin prosesdir, həm də digər bölgələrin texniki, maliyyə və insan resurslarının

cəlb edilməsi lazım ola bilər. Ümumilikdə belə mərkəzləşdirilmiş dövlət idarəetməsi

fasiləsiz xarakter daşıyır və mitiqasiya tədbirlərinin bütün

kompleksini əhatə edir. İqtisadi sahələrin bir çoxunda kifayət qədər səmərəli olan dövlətsizləşdirmə bu sahədə səmərə verə bilməz. Adından göründüyü kimi, maraqların müxtəlifliyindən, mülkiyyətin formasından asılı olmayaraq, dövlət və özəl

Page 117: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 117 ~

strukturların hamısının fəaliyyəti təbii və texnogen xarakterli hallar zamanı bir mərkəzdən idarə olunmalı və bir məqsədə yönəldilməlidir.

Belə idarəetmə sistemli xarakter daşımalı və yaranmış

vəziyyətə adekvat olmalıdır. Fövqəladə hadisələrin baş verdiyi şəraitdə dövlət

idarəçiliyi qanunvericilik fəaliyyətini, mərkəzləşdirilmiş

rəhbərlik, təmizləmə, planlaşdırma və nəzarət tələb edir. Bu fəaliyyət fövqəladə halların proqnozlaşdırılması və profilaktikasını, fövqəladə hal baş verənə qədər xüsusi

mütəxəssislərin hazırlanmasını, həmçinin hadisələr baş verdikdə qəza-xilasetmə və bərpa işlərinin maddi-texniki təminatını əhatə etməlidir.

Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 30 aprel 1992-ci il 239 nömrəli qərarı ilə fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə keçmiş SSRİ-nin Ümumittifaq Dövlət Sistemində mövcud

olmuş Azərbaycan Respublikası Dövlət Məhəlli Sistemi yenidən təşkil edilərək fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi yaradılmış,

onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.

Dövlət Sisteminin vəzifələrinə aşağıdakılar daxil

edilmişdi: - Fövqəladə hallar yaranarkən respublika ərazisində

adamların həyatı və sağlamlığının, maddi və mənəvi sərvətlərin, təbii mühitin qorunması üzrə iqtisadi və hüquqi tədbirlərin həyata keçirilməsi;

- Bu məqsədlə uzunmüddətli məqsədyönlü proqramların

hazırlanması və yerinə yetirilməsi; - Elmi araşdırmaların və təcrübə-konstruktor işlərinin

təşkili;

Page 118: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 118 ~

- Təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinin müşahidə və nəzarət üzrə respublika sisteminin təmin edilməsi;

-Fəlakətlərin başvermə ehtimallarının

proqnozlaşdırılması, təhlükə potensiallı obyektlərin aşkara

çıxarılması, müvafiq ehtiyatların yaradılması; - Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün

axtarış-xilasetmə, qəza-bərpa və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi;

- Bu məsələlərdə qarşılıqlı yardım məqsədilə digər dövlətlərlə qarşılıqlı fəaliyyətin və xarici ölkələrlə əməkdaşlığın

təşkili. Dövlət Sistemi ərazi üzrə ölkənin bütün şəhər, rayon və

digər yaşayış məntəqlərinin, təsərrüfat sahələri üzrə isə nazirlikləri, dövlət komitələrini və digər ərazi və təsərrüfat

sahələrini əhatə edir. Fövqəladə Hallar Nazirliyinin yaradılmasına qədər Dövlət

Sisteminin rəhbər orqanları Azərbaycan Respublikası Nazirlər Kabineti FHK, Naxçıvan MR Nazirlər Kabineti FHK, şəhər və rayonlar üzrə müvafiq icra hakimiyyəti orqanlarının FHK-sı,

təsərrüfat obyektlərində obyekt FHK-sı, nazirlik və baş

idarələrdə isə sahə FHK-sı hesab olunurdu. Sistemin gündəlik idarəetmə orqanları isə bütün

səviyyələrdə olan Ərazi FHK-nın növbətçi xidmətləri, idarə və nazirliklərin, təhlükə potensiallı təsərrüfat obyektlərinin növbətçi-dispetçer xidmətləri, bütün səviyyələrdən olan mülki-müdafiə qərargahlarından ibarət idi.

Yaranan vəziyyətdən asılı olaraq, fövqəladə hadisə baş

verdiyi halda Dövlət Sistemi müvafiq daimi fövqəladə komissiyanın qərarı əsasında üç müxtəlif rejimdə fəaliyyət göstərməli idi:

- Birinci rejimgündəlik fəaliyyət, yəni ərazidə sənaye istehsal fəaliyyəti, radiasiya-kimyəvi şərait, seysmik, hidrometeoroloji, sanitar-epidemik vəziyyət olan hallarda;

Page 119: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 119 ~

-İkinci rejimyüksək hazırlıq rejimidir ki, bu rejimə fövqəladə hallar baş verəcəyi barədə proqnoz alınarkən normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait, epidemik vəziyyət pisləşərkən keçilir;

-Üçüncü fövqəladə rejimə bilavasitə fövqəladə halların

nəticələrinin aradan qaldırılması daxildir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 13 iyul

tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Mülki

müdafiəsi haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnaməyə

görə, Azərbaycan Respublikasının Mülki müdafiəsi sülh və müharibə dövründə respublikanın ərazisində əhalinin və xalq təsərrüfatının təbii fəlakətlərin, həmçinin güclü qəzaların

nəticələrindən, habelə müasir qırğın vasitələrinin (fövqəladə halların) təsirindən mühafizəsi məqsədilə dövlət təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir. Mülki

müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikası

Mülki Müdafiə Sistemi yerinə yetirir. Əsasnamədə Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri (fövqəladə halların nəticələrindən əhalinin və təsərrüfatın mühafizəsi; insanlar üçün təhlükə yarandığı barədə və şəraitdə davranış

qaydaları haqqında əhalinin xəbərdar edilməsi; xilasetmə və təxirəsalınmaz işlərin təşkili) və təşkili prinsipləri (ərazi-istehsalat) öz əksini tapmışdır. Azərbaycan Respublikasında

Mülki müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikası

Prezidenti həyat keçirir. Mülki müdafiəyə bilavasitə rəhbərlik və onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət isə, Əsasnaməyə görə, Azərbaycan Respublikası Baş

nazirinə həvalə olunmuşdur. Yerlərdə mülki müdafiəyə bilavasitə rəhbərlik Naxçıvan MR-də Muxtar Respublikanın Baş

naziri, şəhər, rayon kənd, qəsəbələrdə isə müvafiq icra başçıları

və onların nümayəndələri, təsərrüfat birliklərində və obyektlərdə onların rəhbərləri tərəfindən həyata keçririlir. Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar.

Page 120: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 120 ~

Tədbirlərin planlaşdırılması və həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına

nəzarət üçün bütün səviyyələrdə Mülki müdafiə qərargahları

yaradılmışdır. Mülki müdafiə orqanları, o cümlədən sahə orqanları

rəhbərlərinin vəzifələri və hüquqları müəyyən edilmiş və dəqiqləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 sentyabr tarixli 239 nömrəli qərarına 1 nömrəli əlavədə Azərbaycan Respublikası dövlət orqanlarının fövqəladə halların

qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları

müəyyənləşdirilmişdir. Azərbaycan RespublikasıPrezidenti İlham Əliyevin 16

dekabr 2005-ci il tarixli 1182 saylı sərəncamı ilə Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların

və yanğınların qarşısının alınmasının, onların nəticələrinin aradan qaldırılmasının, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradıldı.

Sərəncamla Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Komitəsi və Azərbaycan Respublikası

Nazirlər Kabineti yanında Material Ehtiyatları Komitəsi ləğv

edilərək, onların funksiyaları, əmlakı və tabeliyində olan idarə və təşkilatların əsas fondları və dövlətin ehtiyatları ilə birlikdəFövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir.

Sərəncamla həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, Azərbaycan Respublikası

Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə idarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, Bakı şəhər İcra

Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin İzotop

Xüsusi Kombinatı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin tikilməkdə olan obyektlərin

Page 121: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 121 ~

Birləşmiş Müdiriyyəti və bu qurumun anbarları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə “112” qaynar telefon xətti təşkil edilmiş, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qala bilən strateji əhəmiyyətli müəssisələrin, qurumların və digər obyektlərin mühafizəsini təmin etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təkmilləşdirilmiş

xüsusi mühafizə xidməti yaradılmış, “Xəzər İxtisaslaşdırılmış

Hövzə Qəza-Xilasetmə” açıq tipli Səhmdar Cəmiyyətinin balansında olan gəmiqayırma körpüləri və gəmiləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il

tarixli 394 nömrəli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Əsasnamədə nazirliyin əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir:

- Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyi, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axınları ilə əlaqədar yaranmış

fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması

sahələrində dövlət siyasətinin işlənib hazırlan-ması və həyata keçirilməsi;

- Bu sahələrdə və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının

fəaliyyətinin əlaqələndirilməsi (Şəkil 21);

Page 122: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 122 ~

- Nazirliyin səlahiyyətlərinə aid məsələlər üzrə normativ tənzimləmənin və nəzarət yoxlama funksiyalarının həyata keçirilməsi;

- Təbii, texnogen və terror təhlükələrinə məruz qalmış

strateji əhəmiyyətli müəssisə, obyekt və qurğuların

mühafizəsinin, fövqəladə hallarda çevik reaksiya verilməsi və humanitar yardımların idarə olunmasının təşkili və həyata keçirilməsi.

Fövqəladə hallar nazirliyinin strukturu : - Mərkəzi aparatın strukturu:

- Katiblik; - FH xəbərdar edilməsi baş idarəsi; - FH nəticələrinin aradan qaldırılması işinin təşkili

baş idarəsi; - Kadr siyasəti baş idarəsi; - Maliyyə-iqtisadiyyat baş idarəsi; - Baş əməliyyat idarəsi; - İnfrastrukturun inkişafı baş idarəsi; - Daxili təhlükəsizlik baş idarəsi; - Hüquq idarəsi; - Statistika və informasiya texnologiyaları idarəsi; - Beynəlxalq əlaqələr idarəsi; - İctimaiyyətlə əlaqə idarəsi; - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş

idarəsi; - Rabitə idarəsi; - Təsərrüfat idarəsi; - Humanitar yardımların idarə olunması şöbəsi; - Məxfi şöbə; - Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar

Nazirliyi; - Növbətçi hissə.

FHN tabeliyində ixtisaslaşmış müstəqil

strukturlar:

Page 123: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 123 ~

- Dövlət yanğından mühafizə xidməti; - Dövlət yanğın nəzarəti xidməti; - Mülki müdafiə qoşunları komandanlığı; - Dövlət material ehtiyatları agentliyi; - Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyi; - Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən

nəzarəti dövlət agentliyi; - Su ehtiyatları dövlət agentliyi; - Nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə

dövlət agentliyi; - Dövlət sularda xilasetmə xidməti; - Xəzər hövzə qəza-xilasetmə xidməti; - Böhran vəziyyətlərdə idarəetmə mərkəzi; - “İZOTOP” xüsusi kombinatı; - Əməliyyat istintaq idarəsi; - Xüsusi riskli xilasetmə xidməti; - Əsaslı tikinti idarəsi; - Aviasiya dəstəsi; - Tibbi xidmət; - Maddi-texniki təchizat idarəsi; - FHN Akademiyası; - Kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyi; - İdman sağlamlıq klubu.

Page 124: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 124 ~

FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏ VƏ

FÖVQƏLADƏ HALLARIN NƏTİCƏLƏRİNİN

ARADAN QALDIRILMASININ

VAH İ D S İ STEM İ

Şəkil 21. Fövqəladə halların qarşısının alınması və nəticələrinin

aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi

Yerli icra hakimiyyəti

orqanlarınınfövqəladə hallar

komissiyaları

Mərkəzi

aparatın

strukturu

İxtisaslaşdırılmış

müstəqil

strukturlar

Regional

idarələr

Fövqəladə Hallar Nazirliyi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

1 2 3 4 5 6 7 8 9

Page 125: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 125 ~

Mövzuya aid suallar:

1. İdarəetmə nədir? 2. Menecment nədir? 3. İdarəetmə sistemi nədir? 4. İdarəetmənin prinsipləri hansılardır? 5. İdarəetmə metodları hansılardır? 6. İdarəetmə prosesinin texnoloji mərhələləri hansılardır? 7. İdarəetmə funksiyaları hansılardır? 8. Marketinq nədir? 9. Fövqəladə hallarla mübarizənin Vahid Sistemi nədir? 10. Fövqəladə Hallar Nazirliyinin tərkibində hansı

qurumları fəaliyyət göstərir?

Page 126: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 126 ~

3.2. İQTİSADİYYATIN DÖVLƏT TƏRƏFİNDƏN

TƏNZİMLƏNMƏSİ.

Mövzunun məqsədi iqtisadiyyatın tənzimlənməsi zərurəti,

onun yaradan səbəblər barədə məlumat verilməsi, dövlət

qurumlarının iqtisadi subyektlərlə əlaqəsi, onlarla münasibətin

mahiyyətinin aydınlaşdırılmasıdır.

Dövlət tənzimlənməsinin istiqasmətləri, dövlətin iqtisadi

funksiyaları və tənzimləmə fəaliyyəti açıqlanır. Dövlət

tənzimlənməsinin forma və metodları barədə məlumat verilir.

Kursant və müdavimlərə dövlət büdcəsi və onun strukturu izah

olunur. Büdcənin gəlir hissəsinin formalaşdırılması yolları

göstərilir, vergilərin əhəmiyyəti izah olunur.

İqtisadiyyatın dövlət tənzimlənməsi – cəmiyyətin

təsərrüfat həyatına dövlətin təsiri prosesidir. Bu prosesin gedişində dövlətin müvafiq konsepsiya, yaxud proqrama

əsaslanan iqtisadi və sosial siyasəti həyata keçirilir. İqtisadiyyatda bazar münasibətlərinin formalaşması

dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını nəzərdə tutur. Dövlətin mikro və makroiqtisadi səviyyədə münasibətlərin tənzimlənməsinə müdaxiləsi milli maraqların

təmin edilməsi ehtiyacına adekvat olmalıdır. Məhdudlaşdırılmayan və azad rəqabətə əsaslanan bazar,

ölkə iqtisadiyyatı qarşısında duran bütün problemləri həll etmək iqtidarında deyil. Dövlətin cəmiyyətdə gedən iqtisadi və sosial proseslərə müdaxiləsi zəruridir.

İqtisadiyyatın dövlət tənzimlənməsi tədbirləri - inzibati və iqtisadi olmaqla iki qrupa bölünən vasitələrlə həyata keçirilir.

İnzibati vasitələrə icazə (lisenziya, kvota və s.), qadağa

(monopoliya, fəaliyyətin qadağan olunmuş növləri və s.) texniki norma və standartların tətbiqi və s. aid edilir.

Müasir iqtisadi ədəbiyyatda dövlət tənzimlənməsinin dörd

əsas məqsədi qeyd edilir (Şəkil 22 ):

Page 127: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 127 ~

1)ölkənin iqtisadi potensialına uyğun olan ümumi daxili

məhsulun artım tempinin təmin edilməsi; 2)işsizliyin minimuma endirilməsi; 3) qiymətlərin stabilləşdirilməsi; 4)kəsirsiz və ya az kəsirli tədiyyə balansını təmin edən

xarici iqtisadi tarazlıq.

Şəkil 22. Dövlət tənzimləməsinin məqsədləri

İqtisadi vasitələrə maliyyə, pul-kredit və xarici iqtisadi

fəaliyyətin bəzi tənzimləmə tədbirləri aid edilir. İqtisadiyyatın dövlət tənzimlənməsinin obyektlər və

onlara təsirə görə müxtəlif istiqamətləri vardır. Milli iqtisadiyyat daim inkişaf etməkdə olan vahid

orqanizm olduğundan, onun struktur tənzimlənməsi də kompleks xarakter daşıyır. İnkişaf prosesinin nəticələrindən asılı

olaraq milli iqtisadiyyatın dünya təsərrüfatında yeri labüd olaraq

dəyişir. Onun sonrakı inkişaf imkanları genişlənə və məhdudlaşa bilər, stabilliyi isə möhkəmlənə və yaxud zəifləyə bilər. Buna

Dövlət tənzimləməsinin

məqsədləri

ölkənin iqtisadi potensialına

uyğun olan ümumi daxili

məhsulun

artım tempinin təmin edilməsi

işsizliyin minimuma endirilməsi

qiymətlərin stabilləşdirilməsi

kəsirsiz, və ya az kəsirli

tədiyyə balansını təmin edən

xarici iqtisadi tarazlıq

Page 128: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 128 ~

görə də dövlət tənzimlənməsi problemləri onların qarşısında

duran hədəflər - milli iqtisadiyyatın müdafiəsi və rəqabət qabiliyyətinin yüksəldilməsi nəzərə alınmaqla həm bütövlükdə, həm də dinamikada həll olunmalıdır. Yəni iqtisadiyyat sahələrinin problemlərinin həllinə yönəldilmiş dövlət tədbirləri vahid məqsədə yönəldilməlidir. Milli təsərrüfat kompleksinin

qorunub saxlanılması, möhkəmləndirilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi əsas vəzifədir. Bu nöqteyi - nəzərdən prioritetlərin ierarxiya pillələri dəqiq ifadə edilməli, iqtisadiyyatın bir sistem kimi dayanıqlılığını təmin etmək məqsədi ilə ilk növbədə mühüm vəzifələr müəyyən olunmalıdır.

Lakin təkcə iqtisadi sistemin dayanıqlılığının təmin edilməsi yetərli deyildir. Milli iqtisadiyyat dünya təsərrüfat

sisteminin bir manqası kimi, yalnız fasiləsiz hərəkətdə, yenidən qurulmada, təzələnmədə mövcud ola bilər.

İqtisadiyyatın tənzimlənməsinin mənası - iqtisadiyyatın

strukrunun fasiləsiz dəyişilməsini təmin edən və milli iqtisadiyyatın bir sistem kimi bütövlüyünə təhlükə törədən səbəbləri aradan qaldıran dinamik tarazlığın qorunub

saxlanılmasıdır. Milli istehsalı o dərəcədə müdafiə etmək lazımdır ki

(Şəkil 23): - vahid dinamik və səmərəli təsərrüfat orqanizminin

struktur əmələgətirici müəssisə və sahələrin qorunub saxlanılması, yaxud yaradılması üçün gərəkli olsun;

- iqtisadiyyatın strukturunun yaxşılaşdırılmasına,

inkişafın strateji istiqamətlərində resursların cəmləşdi-rilməsinə, xarici bazarların Azərbaycan mallarına açılmasına

xidmət edə bilsin. Dünya təcrübəsində tənzimlənməyən bazar münasibətləri

mövcud deyil. Dövlət həmişə bu və ya digər dərəcədə bu prosesi tənzimləyir. Belə tənzimləmənin intensivliyi konkret milli şərtlər daxilində müxtəlif olur.

Page 129: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 129 ~

Şəkil 23. Milli istehsalın müdafiə səviyyəsi

Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi

funksiyaları.

Resursların yenidən bölüşdürülməsində bazar münasibətlərinin formalaşdırılması və tənzimlənməsinə dövlətin müdaxiləsi labüddür. Bazar münasibətlərinin formalaşdırılması özünü doğrultmayan idarəetmə sistemlərinin ləğv edilməsi və yeni strukturların yaradılması ilə paralel həyata keçirilir. Yeni istehsal sahələri əmtəə növləri və çeşidləri yaradıldığına görə rəqabət üçün şərait formalaşır, tələb isə əmtəə və xidmətlərin istehsalında həlledici amilə çevrilir. Digər tərəfdən də, ictimai münasibətlər keyfiyyətcə yeni səviyyəyə keçir. Bunun nəticəsi kimi yaranan yeni sosial-iqtisadi mühitin

milli maraqlara uyğunlaşdırılması isə dövlətin müdaxiləsi olmadan mümkün deyildir.

Beynəlxalq aləmdə mövcud olan dayanıqlı iqtisadi

sistemlərin demək olar ki, hamısı qarışıq sistemlərdir. Bu sistemlərdə vəzifələr bazar kompleksi ilə dövlət arasında

bölünmüşdür. Dövlət istehsalı maliyyələşdirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradılan gəlirləri yenidən bölüşdürmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat proqramlarını da həyata keçirir. Ətraf mühitin mühafizəsi,

Milli istehsalın müdafiə

edilməsinin səviyyəsi

vahid dinamik və səmərəli

təsərrüfat orqanizminin

struktur əmələgətirici

müəssisə və sahələrin

qorunub saxlanılması, yaxud

yaradılması üçün gərəkli olsun

iqtisadiyyatın strukturunun

yaxşılaşdırılmasına,

inkişafın stratejiistiqamətlərində

resursların cəmləşdirilməsinə,

xarici bazarların

Azərbaycan mallarına

açılmasına xidmət edə bilsin.

Page 130: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 130 ~

sağlamlığın qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi məqsədi ilə həyata keçirilən tədbirlər, müəyyən sahələrdə qiymətlərin formalaşması prosesinə nəzarətin təmin edilməsi və s. - dövlətin, iqtisadi fəaliyyətin demək olar ki, bütün

istiqamətlərinə müdaxiləsindən birbaşa asılıdır. O,

makroiqtisadi proseslərin formalaşmasında əsas rola malikdir. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas fuksiyaları

aşağıdakılardır (Şəkil 24): - tələb olunan iqtisadi qərarların qəbul edilməsi üçün

hüquqi bazanın yaradılması, həm dövlətə məxsus olan, həm də özəl müəssisələrin fəaliyyətini tənzimləyən qanunların işlənib hazırlanması və qəbul edilməsi, vətəndaşların hüquq və vəzifələrinin müəyyənləşdirilməsi;

- iqtisadiyyatın stabilləşdirilməsi məqsədi ilə istehsalın azalması meylinin qarşısının alınması, inflyasiyanın və

işsizliyin səviyyəsinin aşağı salınması, büdcə, vergi və pul- kredit siyasətindən istifadə edilməsi;

- makro və mikro-iqtisadi tarazlığın və struktur tarazlığının qorunub saxlanması; -yeni əmtəə və xidmətlərin istehsalının təşkili, rabitənin, nəqliyyatın və kənd təsərrüfatının inkişaf

etdirilməsi üçün şərait yaradılması; - müdafiə qabiliyyətinin gücləndirilməsi, elm və təhsilin inkişafı məqsədi ilə xüsusi proqramların

formalaşdırılması və həyata keçirilməsi; - əhalinin sosial təminatı və müdafiəsi; - iqtisadi təhlükəsizliyin təmin ebilməsi.

Page 131: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 131 ~

vləti

n ə

sas

fun

ksi

yala

tələb olunan iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi

bazanın yaradılması, həm dövlətə məxsus olan, həm də özəl

müəssisələrin fəaliyyətini tənzimləyən qanunların işlənib

hazırlanması və qəbul edilməsi, vətəndaşların hüquq və

vəzifələrinin müəyyənləşdirilməsi

iqtisadiyyatın stabilləşdirilməsi məqsədi ilə

istehsalınazalması meylinin qarşısının alınması, inflyasiyanın və

işsizliyin səviyyəsinin aşağı salınması, büdcə, vergi və pul- kredit

siyasətindən istifadə edilməsi

makro və mikro-iqtisadi tarazlığın və

strukturtarazlığının qorunub saxlanması

yeni əmtəə və xidmətlərin istehsalının təşkili,

rabitənin, nəqliyyatın vəkənd təsərrüfatının inkişaf etdirilməsi

üçün şərait yaradılması

müdafiə qabiliyyətinin gücləndirilməsi,

elm vətəhsilin inkişafı məqsədi ilə xüsusi proqramların

formalaşdırılması və həyata keçirilməsi

əhalinin sosial təminatı və müdafiəsi

iqtisadi təhlükəsizliyin təmin ebilməsi

Şəkil 24 .Dövlətin əsas funksiyaları

Page 132: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 132 ~

Tənzimləmə funksiyaları - dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin məqsədlərindən asılıdır. Adətən, qısa, orta və uzun müddətli dövrlər üçün, onların xüsusiyyətləri nəzərə alınmaqla konkret istiqamətlər və əsas vəzifələr müəyyən olunur (Şəkil 25).

Şəkil 25. Dövlətin iqtisadi tənzimlənmə fəaliyyəti

İqtisadiyyatın dövlət tənzimlənməsinin obyektləri və subyektləri vardır.

Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən

tənzimlənən obyektlərdə baş verən dəyişikliklər yeni subyektlərin meydana gəlməsi ilə müşayiət olunur.

Dövlətin beynəlxalq öhdəlikləri milli iqtisadiyyatın

tənzimlənmə məsələlərində nəzərə alınmalıdır. Bu səbəblərdən tətbiq edilən vasitələrə seçici yanaşılmalıdır (Şəkil 26).

Dövlə

tin

iq

tisa

di

tən

zim

ləm

ə f

əali

yyəti

təhsil və kadrların hazırlanması,

elmi-tədqiqat işləri, sosial sahə və əmək münasibətləri,

əhalinin sosial müdafiəsi, məşğulluq və əhalinin

həyat səviyyəsi,ətraf mühitin mühafizəsi

iqtisadiyyatın dövlət bölməsi,

dövlət əmlakının özəlləşdirilməsi,

inhisarçılığın aradan qaldırılması,1

iqtisadiyyatın müxtəlif sahələrində

mülkiyyətin formaları,xarici iqtisadi fəaliyyət vəs.

sahə, regional, təkrar istehsal,

idarəetmə strukturu, iqtisadi tsikl

maliyyə ehtiyatları, investisiyalar,

tədiyyə balansı, pul tədavülü,

qiymətlərin tənzimlənməsi,

antiinflyasiya prosesləri

Page 133: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 133 ~

- sahələr - qanunverici hakimiyyət

- regionlar - icraedici hakimiyyət

- proseslər - məhkəmə orqanları

Şəkil 26. İqtisadiyyatın dövlət tənzimlənməsi sistemi

İri şirkətlərin daxilində qiymətlər bazar tərəfindən deyil,

onların strategiyalarına uyğun olaraq özləri tərəfindən müəyyən olunduğuna görə azad bazar qanunlarına tam uyğun gəlmir. Dövlət iri transmilli korporasiyaların işinə geniş miqyaslı dərin müdaxilə edə bilmir. Belə hallarda antimonopoliya tədbirləri həyata keçirilir və beynəlxalq qanunvericilik əsas götürülür.

Dövlət bazarın ən böyük mülkiyyətçisi və subyekti olmaqla yanaşı, həm də milli mənafeləri müdafiə edir və sosial-iqtisadi prosesləri tənzimləyir.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin aşağıdakı forma və metodları vardır (Şəkil 27).

a) dövlət sifarişi; b) indikativ (tövsiyə xarakterli) planlaşdırma; c) strateji planlaşdırma; d) proqramlaşdırma; e) proqnozlaşdırma .

İqtisadiyyatın dövlət tənzimlənməsi

obyektlər subyektlər

Page 134: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 134 ~

Şəkil 27. İdarəetmə formaları

İndikativ planlaşdırma sosial-iqtisadi inkişaf

göstəricilərinin işlənib hazırlanmasına əsaslanan, dövlət tərəfindən tənzimləməni bazar və qeyri-bazar özünütənzimləmə metodları ilə əlaqələndirir, iqtisadiyyatın dövlət və qeyri-dövlət subyektlərinin fəaliyyətlərinin idarə olunması və onların

mənafelərinin əlaqələndirilməsini nəzərdə tutur. Strateji planlaşdırma vasitəsilə cəmiyyətin inkişaf yolu

müəyyən edilir, hansı bazarlarda fəaliyyət göstərməyin daha yaxşı olması, hansı texnologiyalardan istifadə olunması, bu zaman iqtisadiyyatın hansı bölməsinə və hansı ictimai

strukturlara istinad olunması məsələləri həll edilir. Bunlara əsasən ölkənin inkişaf etdirilməsinin əsas istiqamətləri – yəni, dövlət büdcəsinin yerinə yetirilməsinin təmin edilməsi, milli valyutanın möhkəmləndirilməsi və məşğulluğun təmin olunması, əhalinin təhsili və sosial müdafiəsi, elmi tədqiqatların

aparılması, ərazilərin abadlaşdırılması və s. müəyyənləşdirilir. Dövlət büdcəsi - müvafiq hakimiyyət orqanları vasitəsi ilə

dövlətə məxsus funksiyaların yerinə yetirilməsini təmin etmək

dövlət sifarişi

indikativ

(tövsiyə

xarakterli)

planlaşdırma

strateji

planlaşdırma

proqramlaşdırma

proqnozlaşdırma

İdarəetmə

formaları

Page 135: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 135 ~

üçün lazım olan pul vəsaitinin qanunla müəyyən olunmuş

qaydada yığılması və xərclənməsi formasıdır.

Büdcənin gəlirlərinin və xərclərinin funksional, iqtisadi və digər prinsiplər əsasında qruplaşdırılması büdcə təsnifatı

adlanır. Büdcə ili yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövrdür.

Qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olan vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların toplusu dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsi xərclərinin gəlirlərlə təmin olunmayan məbləği isə, dövlət büdcəsinin kəsiri adlanır.

Büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən ayrılan

vəsaitlərə- dövlət büdcəsinin xərcləri, dövlət büdcəsindən yerli büdcələrə, onların gəlirlərinin və xərclərinin tənzimlənməsini təmin etmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitinə dotasiya deyilir.

Konkret tədbirlərin həyata keçirilməsi məqsədi ilə, dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondları üçün pul

vəsaitləri formalaşdırılır. Dövlət büdcəsinin gəlirləri yerinə yetirilmədikdə, müdafiə

olunmuş maddələr istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin proporsional ixtisarı sekvestr adlanır.

Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları,

məqsədli proqramlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün

müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat

fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında

hazırlanır. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın

təmin edilməsi onun tərtibinin və icrasının mühüm şərtidir. Dövlət büdcəsinin icrası zamanı əldə edilmiş əlavə gəlirlər, habelə gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi və ya xərclərdə edilən qənaət nəticəsində ilin axırına əmələ gələn

Page 136: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 136 ~

məbləğlər büdcə kəsiri tam örtüldükdən sonra qanunvericiliyə uyğun olaraq növbəti il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulan ehtiyat fonduna yönəldilir.

Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri təsdiq olunmuş məbləğdən 20 faiz az yerinə yetirilərsə və bu, büdcə kəsirinin müəyyən olunmuş yuxarı həddini keçməsinə səbəb olarsa, onda dövlət büdcəsinin müdafiə olunmuş maddələri istisna olmaqla bütün xərclərin ilin qalan ayları üzrə proporsional ixtisarı mexanizmi (sekvestr) tətbiq olunur.

Dövlət büdcəsi - pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi

münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin köməyilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial

vəzifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit

mexanizmi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələri və

bölmələri üzrə ümumi daxili məhsulun, milli gəlirin bölgüsü və

yenidən bölgüsünü tənzimləyir.

Büdcə, formatına görə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Sosial-iqtisadi xərclər iki yerə bölünür:

1) Sosial xərclər; 2) Iqtisadi ehtiyaclara yönəldilən xərclər. Sosial xərclər bütün sosial-iqtisadi xərclərin 60-80%-ni,

bütün büdcə xərclərinin isə 40-50%-ni təşkil edir. Sosial

xərclərə pensiyaların ödənilməsi, yerli büdcələrə subsidiyaların

verilməsi ilə əlaqədar olan xərclər daxildir. İqtisadi ehtiyaclar üzrə xərclər qrupuna energetika, mənzil

tikintisi, təbii ehtiyatların mənimsənilməsi və ətraf mühitin

mühafizəsi, dövlət müəssisələrinə dotasiyalar, hasilat və emaledici sənayeyə, kənd təsərrüfatına subsidiyaların verilməsi ilə əlaqədar xərclər daxildir.

Maliyyə vəsaitlərinin büdcədən başqa, digər mənbələri də mövcuddur. Büdcədənkənar fondlar – mərkəzi, yaxud da yerli hakimiyyət orqanlarının sərəncamında olan və dövlətin

Page 137: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 137 ~

büdcəsinə daxil olmayan pul vəsaiti yığılması üçün yaradılır.

Büdcədənkənar fondlar dövlətin iqtisadiyyata müdaxilə etməsi imkanlarını genişləndirir. Bu fondlarda olan vəsaitdən büdcə kəsirini azaltmaq üçün istifadə oluna bilər və olunur.

Bir çox ölkələrdə xaricə mal ixrac edən müəssisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların

qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə qaytarılır.

Vergi sistemində digər vergi növləri də (əmlak, yol, mədən, yerli) tətbiq edilir.

Əmlak vergisinin obyekti fiziki və hüquqi şəxslərin xüsusi

mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı

vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri, mədən vergisinin obyekti isə yerin təkindən çıxarılan faydalı qazıntılardar.

Müəssisələr əsas vəsaitlərin müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Torpaq vergisi - torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətlərinin nəticələrindən asılı

olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergitutma obyekti fiziki şəxslərin və müəssisələrin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsidir.

Page 138: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 138 ~

Mövzuya aid suallar:

1. İqtisadiyyatın dövlət tənzimlənməsi nə deməkdir? 2. Dövlət tənzimlənməsinin məqsədləri hansılardır? 3. Dövlət tənzimlənməsinin növləri hansılardır? 4. Milli istehsal niyə müdafiə olunur? 5. Dövlət iqtisadi funksiyaları hansılardır? 6. Tənzimlənmə obyektləri nələrdir? 7. Dövlət hansı sahələri tənzimləyir? 8. Tənzimləmə subyektləri hansılardır? 9. İqtisadiyyatın dövlət tərəfindən tənzimləmə formaları

hansılardır? 10. Büdcə nədir? 11. Vergi nədir? 12. Büdcənin strukturuna nə daxildir? 13. Büdcə kəsiri nədir? 14. Yerli büdcə necə formalaşır?

Page 139: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 139 ~

3.3. İQTİSADİYYAT OBYEKTLƏRİNİN VƏ ƏHALİNİN

FÖVQƏLADƏ HALLARDA MÜDAFİƏSİNİN

TƏMİNATININ İQTİSADİ MEXANİZMİ

Mövzunun məqsədi fövqəladə halların qarşısının

alınması, nəticələrinin aradan qaldırılması üçün görülən

tədbirlərin iqtisadi mahiyyətinin izah olunması, onların texniki

təminatı və maliyyələşdirilməsi üsullarının aydınlaşdırılmasıdır.

Kursant və müdavimlərə fövqəladə hallardan müdafiənin

iqtisadi mexanizmlərinin fəaliyyət prinsipləri izah olunur, tələb

olunan xərclər təsnifatlandırılır. İqtisadi mexanizmin

formalaşması istiqamətləri, maliyyələşmə mənbələri göstərilir.

Maddi-texniki təminat, onun formaları, yolları, logistika barədə

məlumat verilir.

Fövqəladə halların iqtisadi nəticələrinə aşağıdakılar aid

edilir (Şəkil 28 ): -istehsalat sisteminin tam, və ya qismən dağılması

hesabına sıradan çıxması,yaxud azalması; -kənd təsərrüfatı, meşə və su təsərrüfatı obyektlərinin

sıradan çıxması; -sosial-mədəni sahənin obyektlərinin itirilməsi; -əmək resursları və işçi qüvvəsinin azalması; - əhalinin həyat səviyyəsinin aşağı düşməsi; -maddi istehsal və xidmət sahələrində dolayı ziyan və

əldən çıxmış qazanca görə zərər; -fövqəladə halların və onların nəticələrinin aradan

qaldırılması üçün ictimaiyyətin çəkdiyi xərclər Təcrübədə ən çox material qiymətlərinin birbaşa itkisi

nəzərə alınır. Ona görə də fövqəladə halların iqtisadi nəticəsi kimi dəymiş iqtisadi zərərin hesablanmasının metodologiyası və metodikalarının hazırlanması, fövqəladə hallar və onun nəticələrinin aradan qaldırılması, eləcə də dəymiş ziyan və itkilərin azaldılması mühüm əhəmiyyət kəsb edir.

Page 140: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 140 ~

Şəkil 28. Fövqəladə halların iqtisadi nəticələri

Ən çox istifadə edilən anlayışlar aşağıdakılardır: Risk müəyyən səviyyədə iqtisadi ziyan vura biləcək

fövqəladə halların baş verməsi ehtimalını səciyyələndirir və faizlə ifadə olunur.

Təhlükə fövqəladə hal nəticəsində vurula biləcək ziyanın

mümkün səviyyəsidir. Bu kəmiyyət obyektin, yaxud ərazinin müəyyən zaman intensivliyi ərzində təhlükəsizliyinin təyini

üçün tələb olunan statistik göstəricilər əsasında hesablana bilər. Statistik rəqəmlər olmadıqda (hadisə nadir hallarda baş

verirsə), təhlükə potensial xarakter alır. Vurula biləcək ziyan nəzəri olaraq dəyər formasında, və ya qiymətləndirmə obyektinin dəyərindən faizlə hesablanır.

Bu amillərin qiymətləndirilməsi üçün iqtisadi-statistik, ekspert qiyməti və kombinə olunmuş metodlardan istifadə oluna bilər.

Fövqəladə halların

iqtisadi nəticələri

istehsalat sisteminin

tam, və ya qismən

dağılması hesabına

sıradan çıxması,

yaxud azalması

kənd təsərrüfatı,

meşə və su

təsərrüfatı

obyektlərinin sıradan

çıxması

sosial-mədəni

sahənin

obyektlərinin

itirilməsi

əmək resursları və

işçi qüvvəsinin

azalması

əhalinin həyat

səviyyəsinin aşağı

düşməsi

maddi istehsal və

xidmət sahələrində

dolayı ziyan və əldən

çıxmış qazanca görə

zərər

fövqəladə halların və

onların nəticələrinin

aradan qaldırılması

üçün ictimaiyyətin

çəkdiyi xərclər

Page 141: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 141 ~

İqtisadi-statistik metod fövqəladə halın müxtəlif faktorlarının qiymətləndirmə obyektinin elementlərinə təsirinin statistik göstəricilərinin yığılması və işlənilməsinə əsaslanır.

Nəticədə fövqəladə halın dağıdıcı faktorlarının ziyan əmələ gətirən əlamətlərinin xarakterinə uyğun gələn reqressiya (dağılma) səviyyələri müəyyənləşdirilir.

Bu faktorların gücünü bilməklə natural itkilərin mümkün

miqdarını təyin etmək olar. İtkilərin göstəricisini uyğun dəyər göstəricisinə vurmaqla iqtisadi ziyanın təhlükəlilik kəmiyyətini tapmaq olar.

Ekspert qiyməti metodunun mahiyyəti bu problem üzrə elmi-tədqiqat və təcrübə səriştəsi olan mütəxəssislərin rəyinin öyrənilməsinə əsaslanır. Statistik məlumatların olmadığı

şəraitdə belə rəylərin analizi, vəziyyəti iqtisad ziyan təhlükəsini təqribən də olsa qiymətləndirməyə imkan verir.

Təbii və texnogen xarakterli fövqəladə halın iqtisadi

ziyanı istehsal, sosial-mədəni, məişət obyektlərinin, mədəni dəyərlərin zədələnməsi, və ya dağılması, əmək resurslarının

azalması, həmçinin əldən çıxmış qazanc nəticəsində cəmiyyətin

birbaşa və dolayı zərərlərinin cəmidir (Şəkil 29 ). Birbaşa ziyana aşağıdakılar daxildir: qəza- xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə

yetirilməsinə çəkilən xərclər; həlak olanların və zərər çəkənlərin ailələrinə birdəfəlik

müavinət; dərman və avadanlığın alınmasına çəkilən xərclər;

Page 142: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 142 ~

Şəkil 29. Fövqəladə hallardan dəyən zərərin təsnifatı

a)qəza-xilasetmə və digər

təxirəsalınmaz işlərin yerinə

yetirilməsinə çəkilən xərclər; b)həlak olanların və zərər

çəkənlərinailələrinə birdəfəlik

müavinət; c)dərman və avadanlığın

alınmasınaçəkilən xərclər; d)xilasedicilərin, tibb

işçilərinin,yanğınsöndürənlərin

və fövqəladə halınaradan

qaldırılmasında digər

iştirakçıların əmək haqqı; e)evlərini itirmiş şəxslərin

yerləşdirilməsinə çəkilən xərclər; f)dövlət müəssisələrinin və

infrastrukturun bərpasına,

zərərçəkmiş firmalara

subsidiyalar; g)əsir olmuş, yetim qalmış və s.

şəxslərə müavinətlər; h)fövqəladə halın dağıdıcı

təsirindən meydana gələn ekoloji

təhlükəli nəticələrin təcili aradan

qaldırılmasına çəkilən xərclər.

a)büdcədənkənar dövlət

fondlarının zərərçəkmişlərə

tibbi, sanator-kurort və

sosial-təminat xərcləri; b)həm fövqəladə hallardan

tam dağılmış

təsərrüfatlardan büdcəyə

daxil olmaların kəsilməsi,

həm də qismən zərərçəkmiş

müəssisələrdən büdcəyə

daxilolmaların azalması.

birbaşa ziyan dolayı ziyan

Fövqəladə hallardan

vurulmuş ziyan

Page 143: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 143 ~

Xilasedicilərin, tibb işçilərinin, yanğınsöndürənlərin və fövqəladə halın aradan qaldırılmasında digər iştirakçıların əmək haqqı;

evlərini itirmiş şəxslərin yerləşdirilməsinə çəkilən xərclər;

dövlət müəssisələrinin və infrastrukturun bərpası,

zərərçəkmiş firmalara subsidiyalar; əsir olmuş, yetim qalmış və s. şəxslərə müavinətlər - fövqəladə halın dağıdıcı təsirindən meydana gələn

ekoloji təhlükəli nəticələrin təcili aradan qaldırılmasına çəkilən xərclər;

Dolayı iqtisadi ziyana aşağıdakılar aid edilir: büdcədənkənar dövlət fondlarının zərərçəkmişlərə tibbi,

sanator kurort və sosial- təminat xərcləri; həm fövqəladə hallardan tam dağılmış təsərrüfatlardan

büdcəyə daxil olmaların kəsilməsi, həm də qismən zərərçəkmiş

müəssisələrdən büdcəyə daxilolmaların azalması. Bu təyinatdan çıxış etməklə iqtisadi ziyana təsərrüfat və

demoqrafik (sosial), dolayı zərər kimi - fövqəladə hal və onun

nəticələrinin aradan qaldırılmasına çəkilən xərclərlə əldən

çıxmış qazancın cəmi kimi baxılmalıdır. İqtisadi mexanizmlərin fəaliyyətinin əsasında aşağıdakı

prinsiplər durur (Şəkil 30): - fövqəladə hal baş verməsi riskinin kiçildilməsi və onun

nəticələrinin azaldılması; - FHVS- in hər səviyyəsinin qismən özünütəminat və

özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərməsi; - vurulmuş ziyan və ya fövqəladə hadisə riskinə görə

maddi məsuliyyətin müvafiq (təqsirkar) müəssisə və təşkilatların üzərinə qoyulması;

- bu riskin azaldılmasına yönəldilmiş tədbirlərin iqtisadi stimullaşdırılması.

Bu mexanizmlərin əsas meyarı – iqtisadiyyat obyekt-lərinin, əhalinin, ərazilərin müdafiə sisteminin tələb olunan

Page 144: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 144 ~

səviyyəyə qaldırılması, bu sahədə həyata keçirilən tədbirlərə çəkilən xərclərin minimuma endirilməsi, fövqəladə halların

qarşısının alınması və nəticələrinin aradan qaldırılması

sahəsində elmi-texniki tərəqqinin sürətləndirilməsinə və yeni texnologiyalara keçilməsinə şərait yaradılmasıdır.

Şəkil 30. Fövqəladə hallardan müdafiənin iqtisadi

mexanizmlərinin fəaliyyətinin prinsipləri

Sənaye obyektlərinin, əhalinin və ərazinin təbii və

texnogen xarakterli fövqəladə hallardan müdafiəsi sahəsində məsələlərin həllinə yarayan iqtisadi mexanizm tapılması

dedikdə fövqəladə hal baş verməsi riskinin rasional səviyyəsinin tapılmasına imkan verən iqtisadi stimul və qaydaların (sığorta,

lisenziyalaşdırma, bəyanetmə, vergi güzəştləri və s.) müəyyən edilməsi imkanı başa düşülmələdir.

İqtisadi mexanizmlərin fəaliyyətinin əsasında aşağıdakı

prinsiplər durur:

FHVS-nin hər

səviyyəsinin qismən

özünütəminat və

özünümaliyyələşdirm

ə əsasında fəaliyyət

göstərməsi

Fövqəladə hallardan

müdafiənin iqtisadi

mexanizmlərinin

fəaliyyətinin prinsipləri

vurulmuş ziyan, və ya

fövqəladə hadisə

riskinə görə maddi

məsuliyyətin müvafiq

(təqsirkar) müəssisə

və təşkilatların

üzərinə qoyulması

bu riskin

azaldılmasına

yönəldilmiş

tədbirlərin iqtisadi

stimullaşdırılması

fövqəladə hal baş

verməsi riskinin

kiçildilməsi və onun

nəticələrinin

azaldılması

Page 145: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 145 ~

- fövqəladə hal baş verməsi riskinin kiçildilməsi və onun nəticələrinin azaldılması;

- FHVS- in hər səviyyəsinin qismən özünütəminat və özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərməsi;

- vurulmuş ziyan və ya fövqəladə hadisə riskinə görə maddi məsuliyyətin müvafiq (təqsirkar) müəssisə və təşkilatların üzərinə qoyulması;

- bu riskin azaldılmasına yönəldilmiş tədbirlərin iqtisadi stimullaşdırılması.

Bazar iqtisadiyyatı şəraitində fövqəladə halların qarşısının

alınması və nəticələrinin aradan qaldırılması məsələləri kompleksinin idarə edilməsinin iqtisadi mexanizmi aşağıdakı

istiqamətlər üzrə formalaşır (Şəkil 31 ): -fövqəladə hal baş verməsi riski və vurulmuş zərərə görə

onun ödənilməsinə zəmanət verən iqtisadi məsuliyyətin müəyyən edilməsi;

-fövqəladə hadisə baş verdikdə, belə riskin azaldılması

və aradan qaldırılması üzrə tədbirlərin iqtisadi tənzimlənməsi və maliyyələşdirilməsi sisteminin yaradılması;

-fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının iqtisadi stimullaşdırma sisteminin

yaradılması; -bu sahədə inverstisiyaların stimullaşdırılması; -texnogen qəza, təbii və ekoloji fəlakət şəraitində istehsal

edilən məhsulun qiymətəmələgəlmə mexanizminin təkmilləşdirilməsi;

-əhali və ərazilərin fövqəladə hallardan müdafiəsinin iqtisadi səmərəli təşkil edilməsi məqsədi ilə maliyyə, maddi və intelektual resursların birləşdirilməsi və əlaqələndirilməsi.

İqtisadi mexanizmin əsas elementləri təhlükəsizlik səviyyələri və fondları, iqtisadi məsuliyyət, təhlükəsizliyin tənzimlənməsi və stimullaşdırma sistemidir.

İqtisadi mexanizmlər müəyyən təhlükəsizlik səviyyələrində qurulur, bu səviyyələr cari (qısamüddətli) və

Page 146: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 146 ~

məqsədli olur. Cari təhlükəsizlik səviyyələrinin pozulmasına yol

verilmir. Buna standart və normaların dövlət sistemi, nəzarət, ekspertiza və lisenziyalaşdırma ilə nail olunur.

Şəkil 31. İqtisadi mexanizmin formalaşma istiqamətləri

İqtisadiyyat obyektlərinin, əhalinin ərazilərinin fövqəladə

hallardan müdafiəsi üzrə fəaliyyətin maliyyə mənbələrinin qaydaya salınması məqsədi ilə ərazi və təhlükəsizlik fondları

yaradıla bilər. Bu fondların əsas mənbələri fövqəladə hallar baş

verməsi riskinə görə müəssislərin ödənişləri, texnoloji və texniki parametrlərin pozulması, təhlükəli maddələrin ətrafa sızdırılmasına görə cərimələr və s. ola bilər.

Bundan başqa, təhlükəsizlik fondları aşağıdakı mənbələrdən də vəsait ala bilər:

fövqəladə hal baş verməsi riski və

vurulmuş zərərə görə onun

ödənilməsinə zəmanət verən

iqtisadi məsuliyyətin

müəyyən edilməsi

fövqəladə hadisə baş verdikdə belə

riskin azaldılması və aradan

qaldırılması üzrə tədbirlərin iqtisadi

tənzimlənməsi və maliyyələşdirilməsi

sisteminin yaradılması

fövqəladə halların qarşısının

alınması və nəticələrinin

aradan qaldırılmasınıniqtisadi

stimullaşdırılma sisteminin

yaradıması

əhali və ərazilərin fövqəladə

hallardan müdafiəsinin iqtisadi

səmərə təşkil etməsi məqsədi ilə

maliyyə, maddi və intellektual

resursların birləşdirilməsi və

əlaqələndirilməsi

bu sahədə investisiyaların

stimullaşdırılması

texnogen qəza, təbii və ekoloji fəlakət

şəraitində istehsal edilən məhsulun

qiymətəmələgəlmə mexanizminin

təkmilləşdirilməsi

Mexanizmin formalaşma

istiqamətləri

Page 147: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 147 ~

- Təbii resurslar və onlardan alınan xammaldan normadan

artıq və səlahiyyətsiz istifadəyə görə müəssisələrin ödənişləri; - Dövlətə bu sahədə dəymiş zərər üzrə iddialardan

tutulmalar; - Qayda pozulmasına yol vermiş vəzifəli şəxs və

vətəndaşlardan inzibati və məhkəmə qaydasında tutulan

cərimələr; - Müəssisə, ictimai təşkilat və vətəndaşlardan gələn

könüllü ianələr və s. Təhlükəsizlik fondlarının vəsaitləri, bir qayda olaraq,

obyektlərdə fövqəladə halların qarşısının alınması üçün nəzərdə tutulmuş tikinti, rekonstruksiya və təmir işləri üçün xərclənir.

Bazar iqtisadiyyatı şəraitində texnogen fövqəladə hal nəticəsində vurulan zərərə görə məsuliyyət təhlükə mənbəyi olan müəssisinin üzərinə qoyulur. Amma, bir qayda olaraq, vurulan zərər müəssisənin maliyyə imkanlarından çox yüksək olur. Belə şəraitdə maliyyə xərclərinin və material məsrəflərinin ödənilməsinin ən mühüm mənbələrindən biri sığortadır.

İqtisadiyyat obyektlərinin, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hadisələrdən təhlükəsizlik məsələləri təhlükə mənbəyi olan müəssisələrin fəaliyyətinin bəyanedilməsi və lisenziyalaşdırması, ekspertizası və onlara nəzarət yolu ilə tənzimlənir.

Bəyanetmə məcburi prosesdir. Bəyanetmə qaydası

normativ hüquqi aktlarla müəyyən edilir. Bəyannamə ekspertizadan keçməlidir.

Lisenziyalaşdırma təhlükəli texnologiya və istehsallara yanaşmanı məhdudlaşdırmaq məqsədi ilə həyata keçirilir.

İqtisadiyyat obyektlərinin əhalidən və ərazilərin fövqəladə halların müdafiəsi sahəsində dövlət nəzarəti fövqəladə halların qarşısının alınması üzrə tədbirlərin yerinə yetirilməsinin tamlığını yoxlamaq üçün həyata keçirilir.

İdarəetmə orqanlarının, vəzifəli şəxslərin, qüvvə və vəsaitlərin

Page 148: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 148 ~

fövqəladə hal baş verməsinə hazırlığı, həmçinin

qanunvericiliyin tələblərinə necə riayət olunması yoxlanır. Stimullaşdırma sistemi, digər əvvəlki mexanizmlərdən

fərqli olaraq, birbaşa təsir mexanizmidir. Bu mexanizm fövqəladə halların qarşısının alınması və sayının azaldılması

tədbirlərinə vəsait qoyulmasını iqtisadiyyat obyektləri üçün

sərfəli edir(Şəkil 32 ). Müəssisələrin təhlükəsiz inkişafı fondlarının yaradılması

mənbələri sadalanan vəsaitlər ola bilər:

- Texniki cəhətdən mürəkkəb sistem və istehsalatların

dayanıqlılığının yüksəldilməsinə yönəldilmiş amortizasiya

ayırmaları; - Təhlükəsizlik fondlarının kredit və subsidiyaları; - Bu fondların bank əməliyyatlarından gəlirləri; - Müəssisələrin gəlirlərinin bu sahələrə yönəldilən payının

bir qismi və s.;

STİMULLAŞDIRMA

SİSTEMİ

Təbii mühit və potensial

təhlükəli istehsal sahələrinin

vəziyyətinə nəzarət və

müşahidə sistemlərinin

amortizasiyasının

sürətləndirilməsi

müəyyən edilməsi

Müəssisələrin güzəştli

kreditləşdirilməsi və

subsidiyalaşdırılması

Müəssisələrin təhlükəsiz

inkişafı fondlarının

yaradılması

Qəza, dağıntı, ekoloji fəlakət

yaranma riskinin

azaldılmasına yönəldilmiş

gəlirdən güzəştli

vergitutmanın

müəyyən edilməsi

Şəkil 32. Stimullaşdırma sistemi

Page 149: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 149 ~

- Vergi güzəştləri sistemi - mənfəətin vergi dərəcələrinin azaldılması, bu sahə üçün məhsul buraxan müəssisələrə vergi güzəştləri və s.

Fövqəladə halların qarşısının alınması və nəticələrinin

aradan qaldırılmasının Vahid Sisteminin maddi-texniki təminatı

bu sahənin tələbatının fasiləsiz, tam və vaxtında təmin edilməsi

üzrə tədbirlər kompleksidir.

Vahid Sistemin maliyyə və maddi-texniki təminatının

təşkili onun iki rejimini - fövqəladə halların qarşısının alınması və fövqəladə halların nəticələrinin aradan qaldırılmasını

nəzərdə tutur. Birinci rejimin tədbirləri uzunmüddətli xarakter daşıyır,

iri kapital qoyuluşu tələb edir və özünü doğrultması üçün

müəyyən zaman tələb edir. Ona görə də bu tədbirlərin büdcədən maliyyələşdirməsi təbiidir və məqsədli dövlət proqramlarının

yaradılmasını labüd edir. İkinciyə gəlincə, fövqəladə hal şəraitində işləmək və

fövqəladə halların nəticələrinin aradan qaldırılması isə təxirəsalınmaz tədbirlər görülməsini tələb edir. Bu tədbirlər təcili xarakter daşıyır və tələb olunan resursların zərərçəkmiş

bölgələrə operativ və çevik çatdırılmasını zəruri edir. Buna isə qabaqcadan fövqəladə ehtiyat fondlarının yaradılması ilə nail olmaq mümkündür. Bu proses də, öz növbəsində, sosial-iqtisadi mexanizmlərə əsaslanır.

Beləliklə, normativ-hüquqi sistemin tələbləri çərçivəsində iqtisadi mexanizmlərin yaradılıb tətbiq edilməsi iqtisadi obyektlərin, əhalinin və ərazilərin qəza, fəlakət, ekoloji bəlalar və onların nəticələrindən müdafiəsinin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir.

Page 150: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 150 ~

Mövzuya aid suallar

9. Fövqəladə halların iqtisadi nəticələrinə nələr aid edilir? 10. Risk və təhlükə nədir? Onlar necə hesablanır? 11. Risk və təhlükə amillərinin qiymətləndirilməsində hansı

metodlardan istifadə olunur? 12. İqtisadi-statistik metodun mahiyyəti nədir? 13. Fövqəladə hallardanvurulmuş ziyan hansı növlərə

ayrılır? 14. Birbaşa ziyana nələr daxildir? 15. Dolayı ziyana nələr daxildir? 16. Fövqəladə hallardan müdafiənin iqtisadi

mexanizmlərinin fəaliyyətinin əsasında hansı prinsiplər durur?

17. Fövqəladə hallardan müdafiənin iqtisadi mexanizmlərinin fəaliyyəti hansı istiqamətlər üzrə formalaşır?

18. Təhlükəsizlik fondlarının vəsaiti hara xərclənir? 19. Stimullaşdırma sisteminə nələr daxildir?

Page 151: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 151 ~

FƏSİL 4. FÖVQƏLADƏ HALLARDAN

İQTİSADİYYAT OBYEKTLƏRİNƏ DƏYƏN

ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

4.1. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ

ƏSAS ANLAYIŞLAR

Baş vermiş fövqəladə hal şəraitində vurulmuş zərər həm

keyfiyyətcə, həm də kəmiyyətcə qiymətləndirilməlidir. Onun

nəticələrinin aradan qaldırılması üçün düzgün ilkin rəqəmlər,

onlardan istifadə ardıcıllığı, tələb olunan qüvvə və vəsaitlərin

səfərbər edilməsi, yerinə vaxtında çatdırılması mühüm

əhəmiyyət kəsb edir. Eləcə də, onlardan səmərəli istifadə

olunmasının təmin edilməsi xüsusilə vacibdir. Mövzunun

məqsədi təhlükənin səviyyəsini qiymətləndirilməsinə

yanaşmaları açıqlamaqla düzgün seçimə yaxınlaşmaqdır.

Dəymiş zərərin iqtisadi faktorlar və resipientlər üzrə

qiymətləndirilməsi hesabına daha dəqiq nəticələrə varmağın

mümkünlüyü izah olunur. Sənaye obyektlərində, nəqliyyatda,

kommunikasiyalarda, sosial-mədəni və yaşayış obyektlərində

baş verən yanğın və qəzalardan dəyən ziyanın hesablanmasında

nələrə diqqət yetirilməsi açıqlanır.

Fövqəladə hallarda dəymiş ziyanın qiymətləndirilməsi həyata keçirilərkən iqtisadi zərər hesablanmasının mövcud

analiz metodlarına əsaslanmaq lazımdır. Əsas odur ki, müxtəlif tipli fövqəladə hallar az, ya çox dərəcədə torpağın, su və hava hövzəsinin çirklənməsi, və ya sıradan çıxmasına, təbiəti mühafizə fondlarına zərər dəyməsinə, əsas fondların qiymətdən düşməsinə, əhalinin həyat və sağlamlığına təhlükə törədilməsinə səbəb olur.

Fövqəladə halların sosial-iqtisadi tədqiqatı faktiki məsrəflər əsasında vurulmuş ziyanın dolğun və kompleks qiymətləndirilməsini təmin etməlidir. Müvafiq metodika isə

Page 152: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 152 ~

iqtisadi səmərəliliyi, eləcə də büdcə və büdcədən kənar təsisatlar ayrılmasını əsaslandırmalı, dəymiş zərərin sadələşdirilmiş

prosedurla operativ qiymətləndirilməsini təmin etməlidir. İstənilən metodik vəsaitin istifadəsinin müvəffəqiyyəti

dəqiq normativ terminologiyadan asılıdır. Bu məqsədlə bəzi terminlərə aydınlıq gətirək:

-Uyğunluq sertifikatı – avadanlığın, maşın və mexanizmlərin dövlət standartlarına, və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə;

-Təhlükə potensiallı istehsal obyekti – aşağıdakı halların

baş verdiyi müəssisə, və ya onun sexi, sahəsi, meydançasıdır: - Təhlükəli maddələr (tez alovlanan, turşulaşan, yanan,

partlayan, zəhərli və yüksək zəhərli maddələr, ətraf təbii mühit

üçün təhlükəli olan) alınan, istifadə olunan, emal edilən, yaradılan, saxlanılan, nəql və məhv edilən obyektlər;

- 0,07 MP atmosfer təzyiqində, və ya 115°C-dən yuxarı

temperaturda işləyən qurğular; - Stasionar (dəyişməz) vəziyyətdə işləyən yükqaldırıcı

mexanizmlər, eskalatorlar, kanat yollar, funikulyorlar; - Qara və əlvan metalların ərintilərinin və onlardan digər

ərintilərin alınması; - Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi,

eləcə də yeraltı işlərin aparılması; - Zərər - hər hansı subyektin, və yaxud subyektlər

qrupunun öz maddi sərvətlərini tamamilə, və ya qismən itirməsi; - Əsas istehsal fondları - əmək vasitələri ,binalar, qurğular,

ötürücü vasitələr, maşın və avadanlıqlar, ölçü və tənzimləmə cihazları, laboratoriya avadanlıqları, nəqliyyat vasitələri və s.

- Dövriyyə fondları - əmək əşyaları, istehsal ehtiyatları,

bitməmiş istehsalat, hazır məhsul qalığı, yola salınmış məhsullar və s.

Page 153: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 153 ~

- Qeyri-istehsal sahəsində cari istehlak üçün maddi

resurslar – istehlak əşyaları ,materiallar, yanacaq, inventar, texniki tədris vasitələri və s.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bazar münasibətlərinə əsaslanan inkişaf istiqaməti seçilmişdir.

Müxtəlif təsərrüfatçılıq və mülkiyyət formalarına əsaslanan müəssisələr yaradılmış və fəaliyyət göstərirlər.

Sənayenin, demək olar ki, bütün sahələrində fəaliyyətdə olan müəssisələrin təhlükə potensiallı istehsal obyektləri vardır.

Təhlükə potensiallı sənaye obyektlərində təhlükəsizliyin və bədbəxt hadisələrin qarşısının alınmasına yönəldilən tədbirlər həyata keçirilir. Dövri olaraq yerlərdə təhlükəsizliyin vəziyyətini müəyyən etmək və əməli xarakterli tədbirlər həyata keçirmək üçün monitorinq təşkil olunur. Bütün bunlara

baxmayaraq, sənaye müəssisələrində, istehsal obyektlərində qəzalar - bədbəxt hadisələr baş verməkdə davam edir. Belə hadisələrin baş verməsi ilə müəssisələrə, ayrı-ayrı insanlara,

regionlara, ümumiyyətlə, cəmiyyətə, ölkə iqtisadiyyatına, kadr

potensialına iqtisadi, sosial, ekoloji ziyan vurulur. Belə hadisələr haqqında rəsmi statistik məlumatlar almaq çətin olsa da, onların

xoşagəlməz nəticələri hamıya aydındır. Bütün bunlar sənayedə və digər istehsal obyektlərində

təhlükəsizliyin təmin olunmasının nə dərəcədə əhəmiyyətli olmasını göstərir.

İstismar olunan təhlükə potensiallı istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin olunması səviyyəsinə daim nəzarət olunur. Bununla əlaqədar mövcud vəziyyət hərtərəfli qiymətləndirilir, qabaqlayıcı tədbirlər görülür. Eyni zamanda da

sənayedə audit təşkil olunur, təhlükəsizliyin təmin olunmasına

yönəldilən tədbirlərin nəticələrinin nə dərəcədə səmərəli olması

qiymətləndirilir. Təhlükə potensiallı obyektlərdə sənaye təhlükəsizliyinin

səviyyəsinin qiymətləndirilməsinə müxtəlif yanaşmalar vardır.

Page 154: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 154 ~

Ən çox yayılmış yanaşma qəzaların və zədələnmələrin

sayını əks etdirən statistik göstəricilərdən istifadə olunmasına əsaslanır. Bu zaman ayrı-ayrı ərazilərdə, regionlarda baş vermiş

qəzaların, zədələrin sayı keçən dövrlə müqayisə olunur və bunun nəticəsindən asılı olaraq Ərazi Dövlət Texniki Nəzarət təşkilatlarının fəaliyyətinin səmərəliliyi qiymətləndirilir. Lakin real və orta statistik göstəricilərə əsaslanmaqla yaranmış

vəziyyəti tam düzgün qiymətləndirmək mümkün deyil. Əvvəla ona görə ki, statistik göstəricilər orta göstəricidən kəskin kənarlaşa bilər. Həmçinin, sadəcə olaraq, təhlil və qiymətləndirmə dövründə heç bir qəza, bədbəxt hadisə baş

verməyə bilər. Nəticədə əsassız olaraq texniki nəzarət işlərinin yüksək səviyyədə təşkil olunması haqqında yanlış rəylər yaradıla bilər. Belə hallar daha təhlükəlidir, çünki bu

arxayınçılığa səbəb olur, fəaliyyətsizliyə gətirib çıxarır. Sənayedə təhlükəsizlik məsələlərinin qiymətlən-

dirilməsində ekspert rəylərindən də istifadə olunur. Ancaq belə qiymətləndirilmələrdə subyektivlik özünü daha çox büruzə verdiyi üçün həmişə məqbul sayıla bilməz.

Nəhayət, bir məlum yanaşma da istehsal obyektlərində

təhlükəli xoşagəlməz halların baş verməsi riskinin təhlil

olunması və qiymətləndirilməsi üsulundan istifadə olunma-sıdır.

Əslində bu üsul qəzalar və bədbəxt hadisələr haqqında statistik

məlumatların toplanmasına və işlənməsinə əsaslandığı üçün

müəyyən çətinliklər törədir. Digər tərəfdən isə, istehsal qurğularının, avadanlıqlarının istismarı prosesində baş verə biləcək qəzalı halları və onların yaranma səbəblərini araşdırmaq

və riskli halların qiymətləndirilməsi üçün vacib olan

informasiya bazasını yaratmaq və kifayət qədər əsaslan-dırılmış

qiymətləndirmələr aparmaq o qədər də sadə məsələ deyildir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, mövcud

yanaşmalar sənayedə təhlükəsizliyin səviyyəsini obyektiv əsaslarla qiymətləndirmək üçün o qədər də səmərəli deyildir. Ona görə də sənayedə təhlükəsizliyin qiymətləndirilməsində

Page 155: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 155 ~

daha mütərəqqi və mükəmməl olan yanaşmalardan istifadə olunması aktual bir məsələ kimi öz həllini gözləyir. Tədqiqatlar göstərir ki, son vaxtlar müəssisələr sənayedə təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün təhlükə potensiallı

istehsal obyeklərində baş verən ziddiyyətlər, qarşıdurmalar,

qəzalar və digər təhlükəli hallar haqqında qeydiyyatların

aparılması və onları yaradan səbəblərin araşdırılaraq müəyyən edilməsi, eləcə də onların aradan qaldırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsinin kompleks təşkili daha

əhəmiyyətlidir. Bu zaman vahid vaxt ərzində təhlükə potensiallı

istehsal obyektlərində qeydiyyata alınmış qəzalar, təhlükəli hallar sənayedə təhlükəsizliyin səviyyəsinin qiymətləndirilməsi meyarı (kriteriyası) kimi götürülə bilər.

Qəzaların, təhlükəli halların qeydə alınması aşağıdakı

hallarda aparıla bilər: - Texniki qurğunun zədələnməsi; - Texnoloji prosesin rejimdən kənarlaşması; - Təhlükəsizlik normalarına əməl olunmaması; - İstismar və iş qaydalarının pozulması, normativ-

hüquqi aktlarla müəyyən olunmuş qaydalara əməl olunmaması

və s. Bununla əlaqədar sənaye obyektləri üzrə qəzaların və

təhlükəli halların dərəcələrə ayrılması və təsnifatlandırılması

böyük əhəmiyyət kəsb edir (Belə təsnifatlar Azərbaycanda ayrı-ayrı sənaye sahələri üzrə işlənilməmişdir.).

Müasir təsərrüfatçılıq şəraitində sənayedə təhlükəsizliyin təmin olunmasının tənzimlənməsinin mühüm tərkib elementlərindən birini təhlükə potensiallı istehsal obyektlə-rində baş verən qəzaların nəticəsində dəyən zərərin qiymət-ləndirilməsi təşkil edir. Belə qiymətləndirmələrin təhlükə potensiallı istehsal obyektlərində baş vermiş qəzaların qarşısının

alınmasına yönəldilən tədbirlərin iqtisadi, sosial, ekoloji baxımdan nə dərəcədə səmərəli olması, özünü doğrultması və belə hallardan sığorta olunması üçün əhəmiyyəti böyükdür.

Page 156: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 156 ~

Bu istiqamətdə hələ keçən əsrin 70-ci illərindən başlayaraq ittifaq səviyyəsində müəyyən işlər görülmüşdür və bir çox sahələrdə baş verən qəzaların cəmiyyətə vurduğu zərərin qiymətləndirilməsi üçün metodik vəsaitlər hazırlanmışdı. Onlar

nəzəri baxımdan əhəmiyyətli olsalar da, yeni təsərrüfatçılıq

şəraitində elə bir praktiki əhəmiyyətə malik deyildirlər. Bununla əlaqədar olaraq bazar iqtisadiyyatı şəraitində təhlükə potensiallı

istehsal obyektlərində baş verən qəzaların vurduqları zərərin qiymətləndirilməsi üçün lazımi olan metodik tövsiyələrin işlənməsi aktual bir məsələ olaraq gündəmdə qalır. Bu

istiqamətdə məqsədyönlü tədqiqat işlərinin aparılmasına

baxmayaraq, bütün istehsal sahələri üçün lazımi metodik

tövsiyələr işlənməmişdir. Lakin bəzi sənaye sahələrində tikinti, kimya, neft emalı, neft-kimya və bu kimi digər sahələrdə, ələlxüsus tez-tez qəzalar baş verməsi nəticəsində dəyən ziyanın

iqtisadi cəhətdən qiymətləndirilməsi üçün metodik tövsiyələr işlənilməlidir. Belə metodik vəsaitlər nəzərdə tutulan sahənin istehsal obyektlərinin xüsusiyyətləri əsasında işləndiyi üçün

başqa sənaye sahələrində onlardan bəhrələnmək çox çətindir. Lakin onlardan problemə yanaşmanın ümumi istiqamətlərini müəyyən etmək məqsədi ilə istifadə oluna bilər.

Əgər mövcud normativ-hüquqi sənədlər əsasında belə qiymətləndirmələrin aparılması və səlahiyyətli dövlət orqanlarına təqdim olunması mümkündürsə, onda elə bir ciddi əsaslandırmaya ehtiyac yoxdur. Çünki dövlət idarəetmə (tənzimləmə) sisteminin belə məlumatlara olan tələbinin ödənməsi sözsüz vacibdir. Ancaq bu, özəl sahibkarlıq

strukturlarının maraqlarına o qədər də cavab verməyə bilər. Bütün bunlara baxmayaraq, təhlükə potensiallı istehsal

obyektlərində baş verə biləcək qəzaların vura biləcəyi ziyanın

iqtisadi cəhətdən qiymətləndirilməsi ümumdövlət mənafeyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi baxımından vacib olacaqdır. Məhz ona görə də təhlükə potensiallı istehsal obyektlərində baş verə biləcək qəzalardan

Page 157: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 157 ~

dəyə biləcək ziyanın ümumi dövlət mənafeyinin qorunması

mövqeyindən qiymətləndirilməsi lazımdır. Əvvəla ona görə ki, sənayedə təhlükəsizlik tədbirləri və əməyin mühafizəsi məqsədləri üçün sərf edilən dövlət resurslarının nə dərəcədə özünü doğrultmasını əsaslandırmaq mümkün olsun. İkinci

tərəfdən isə, sənaye müəssisələri özləri üçün təhlükə potensiallı

istehsal obyektlərinin istismar edilməsinin davam etdirilməsi, və yaxud təhlükəsizlik tədbirləri üçün əlavə xərclər çəkilməsi yolu ilə istehsalın daha da təkmilləşdirilməsi və təhlükəsiz istismarın

üstünlüyünü konkret göstəricilər əsasında müəyyənləşdirə bilsinlər.

Faktorlar və resipientlər:

Metodik yanaşmanın əsasını səciyyəvi lokal faktorlar və resipientlər üzrə ziyanın qiymətləndirilməsinin universal üsulu təşkil edir.

Resipientlər üzrə ziyanlar fövqəladə halların əsas resipientlərə vurduğu ziyanın iqtisadi qiymətləndirilməsidir.

Faktorlar üzrə ziyanlar təsir faktorlarının vurduğu ziyanın

kompleks iqtisadi qiymətləndirilməsini göstərir. Bunlar aşağıdakılardır: -atmosfer havasının çirkləndirilməsi (Af); -üst qat yeraltı suların çirkləndirilməsi (Sf); -yer üzünün və torpaq qatının çirkləndirilməsi(Tf). -əhalinin həyat və sağlamlığını itirməsi(Ər); -əsas fondların, mülkiyyətin, məhsulun məhv edilməsi

və ya zədələnməsi(Mr); -kənd təsərrüfat sahələrinin keyfiyyətinin düşməsi və ya

məhv olması(Kr); -meşə təsərrüfatı məhsulları və obyektlərinin itkisi(Fr); -rekreasiya resurslarının keyfiyyətinin azalması və ya

məhvi(Rr); -digər zərərlər(Dr).

Page 158: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 158 ~

Bu zaman fövqəladə hallardan dəymiş ziyan aşağıdakı

formulla hesablanır (Şəkil 33):

Z= ( Af+Sf+Tf )+(Ər+Mr+Kr+Fr+Rr+Dr)

Fövqəladə hallarda dəyən texnoloji xarakterli ziyan:

Texnologiya xarakterli fövqəladə hallara adətən aşağıdakılar daxil edilir:

- Nəqliyyat qəzaları; - Yanğınlar və güclü təsirə malik zəhərli, radioaktiv və

bioloji təhlükəli maddələrin ətrafa yayıldığı partlayışlar; - Tikililərin qəfil dağılması; - Elektroenergetik sistemlərdə qəzalar; - Hidrodinamik qəzalar.

a) atmosfer havasının

çirkləndirilməsi (Af); b) üst qat yeraltı suların

çirkləndirilməsi (Sf); c) yer üzünün və torpaq

qatının çirkləndirilməsi (Tf).

a) əhalinin həyat və sağlamlığını itirməsi (Ər); b) əsas fondların, mülkiyyətin, məhsulun

məhv edilməsi, və ya zədələnməsi (Mr); c) kənd təsərrüfatı sahələrinin

keyfiyyətinin düşməsi, və ya məhv olması (Kr); d) meşə təsərrüfatı məhsulları və

obyektlərinin itkisi (Fr); e) rekreasiya resurslarının keyfiyyətinin

azalması, və ya məhvi (Rr); f) digər zərərlər (Dr);

Ziyanın

qiymətləndirilməsi

faktorlar respientlər

Şəkil 33. Ziyanın qiymətləndirilməsi

Page 159: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 159 ~

Hər tip və növ fövqəladə hal üçün lokal ziyanların standart

cəmindən istifadə olunmalıdır. Yanğından dəyən ziyanın bir

neçə variantını araşdıraq: Nəqliyyat qəzalarında, və ya nəqliyyatda yanğından dəyən

ziyan nəqliyyat vasitəsinin bilavasitə özünə, əgər bu nəqliyyat vahidində yük və s. vardırsa, ona dəyən ziyan fövqəladə hal zonasında qalan bina, kommunikasiya, qurğu və s. dəyən ziyanı

ifadə edir. Əgər qəzada insanlar zərər görürlərsə, ikinci toplanan əlavə olunur. İrimiqyaslı nəqliyyat qəzalarında digər faktorlar və resipientlər üzrə ziyanlar da iştirak edə bilər. Digər toplananlar (faktorlar üzrə ziyan) qəza nəticəsində zərərli maddələr ətrafa atılmışsa, təsir gücü ardıcıllığı ilə əlavə olunur.

Sənaye obyektlərində, nəqliyyatda, kommunikasiyalarda, sosial-mədəni və yaşayış obyektlərində baş verən yanğın və partlayışlarda hesablama

Z = Mr + Ər + Af

formulu üzrə aparılır. - Mr həmişə iştirak edir və fövqəladə halın xüsusiy-

yətlərindən irəli gəlir; - İnsanlar zərər görmüşsə, Ər hesablanır; - Af iri nəqliyyat qəzalarında hesablanır. Hesablanmaların ardıcıllığı toplananların ardıcıllığı sxemi

ilə aparılır. Yaşayış evlərində (massivlərində) və sosial-mədəni

sferanın obyektlərində partlayış və yanğınlarda, ilk növbədə, insanların həyat və sağlamlığına dəyən zərər hesablanır və adətən daha vacib hesab olunur.

Güclü təsir edən zərərli maddələrin, radioaktiv maddələrin, bioloji təhlükəli maddələrin kənara sıçraması ilə baş

verən qəzalarda zərər yuxarıdakı formula hesablanır, çünki

bütün faktorlar iştirak edə bilər. Mr və Ər faktor ziyanı mütləq iştirak edir. Digər resipient zərərlər resipientlərin iştirakı ilə təmsil olunur.

Page 160: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 160 ~

Bina və qurğuların qəfl dağılması zərərin sadə qiymətləndirilməsini nəzərdə tutur:

Z = Mr + Ər

Elektroenergetik sistemlərdə qəza nəticəsində dəyən zərər də bu düsturla hesablanır, lakin bəzi özünəməxsus xüsusiyyətləri də mövcuddur. Belə ki, Mr həm birbaşa, həm də elektrik təchizatının kəsilməsi nəticəsində istehsalın dayanmasında

vurulan zərər nəzərdə tutulur. Kommunal sistemlərdə baş verən qəzalarda vurulan ziyan

aşağıdakı formulla hesablanır:

Z = Mr + Ər (Tf + Sf)

Zərərin faktor toplamları kanalizasiya sistemlərinin çirkləndirici maddələrinin ətrafa yayılması ilə baş verən qəzalarında nəzərə alınır.

Təmizləyici qurğularda baş verən qəzalarda vurulan zərər standart düsturla hesablanır, belə ki, bu halda zərərin bütün

növləri ola bilər. Təbii xarakterli fövqəladə hallarda vurulan zərərin təyin

olunması metodikasına baxaq: Təbii xarakterli fövqəladə hallar geoloji, metereoloji və

hidroloji təhlükəli hadisələri, meşə və çöl yanğınlarını, yeraltı və yeni yanan təbii sərvətlərin mədən yanğınlarını əhatə edir.

Geofiziki və geoloji təhlükəli hadisələr (zəlzələ, vulkan püskürməsi, sürüşmələr, sel və s.) üçün zərər ümumi standart

düsturla hesablanır. Hesablama qaydası hadisənin təhlükəliliyinin spesifikası və miqyasından asılıdır.

Meteoroloji təhlükəli hadisələr - tufanlar, leysanlar, güclü

qar yağıntıları, buzlama, şiddətli şaxta, qızmar istilər, duman, quraqlıq və s. zamanı dəyən zərər aşağıdakı kimi hesablanır:

Page 161: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 161 ~

Z = Mr + İk/t + İm/t + Hr

İk/t – kənd təsərrüfatında itkilər; İm/t –meşə təsərrüfatında itkilər. Formulda göstərilənlərdən başqa, digər ziyanlar da ola

bilər, məsələn, bu faktorlar əlavə qəzalara, yanğınlara,

subasmalara səbəb olursa. Tibbi və bioloji xarakterli fövqəladə hallarda isə ziyan

növünə ən çox infeksion xəstəliklər və insanların zəhərlənməsi aid edilir və belə hesablanır:

Z = Ər

Yəni əhalinin həyat və sağlamlığına vurulan zərər. Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliyi və

kütləvi zəhərlənməsi (Z = Mr) həm birbaşa və dolayı ziyan, həm heyvanların itkisi, həm də kənd təsərrüfatı məhsulunun istehsal edilə bilməməsi kimi hesablanır.

Page 162: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 162 ~

Mövzuya aid suallar

1. Təhlükə potensiallı obyektlərdə təhlükəsizliyin səviyyəsi necə müəyyən olunur?

2. Sənaye təhlükəsizliyinin qiymətləndirilməsinə əsas yanaşmalar hansılardır?

3. Faktorlar üzrə ziyanlar hansılardır? 4. Resipientlər üzrə ziyanlar hansılardır? 5. Fövqəladə hallardan dəymiş ziyan hansı formulla

hesablanır? 6. Texnoloji xarakterli fövqəladə hallar hansılardır? 7. Sənaye obyektlərində nəqliyyat və kommunikasiyalarda

baş verən yanğın və partlayışlarda dəyən ziyan hansı formulla

hesablanır? 8. Tibbi və bioloji xarakterli fövqəladə hallarda dəyən zərər

necə hesablanır?

Page 163: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 163 ~

4.2. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNİN

KONSEPTUAL ƏSASLARI VƏ MÜƏYYƏN EDİLMƏSİ

QAYDASI

Mövzunun məqsədi fövqəladə hallar nəticəsində vurulan

zərərin müəyyən edilməsi üçün mövcud normativ hüquqi

aktlarda istifadə olunması qaydası, beynəlxalq təcrübədən

istifadə mexanizmi, qiymətləndirilmələrin istiqaməti,

qiymətləndirmə prosesinin təşkili qaydaları barədə kursant və

müdavimlərə məlumat verilməsidir. Mövzuda qiymətləndirməyə

yanaşmalar, qiymətləndirmə mərhələləri, qiymətləndirmənin

əhəmiyyəti, qəza nəticəsində dəymiş zərərin müəyyən edilməsi

qaydası, zərərin strukturu izah olunur.

İstifadə olunan xammal və materialların fiziki-kimyəvi xüsusiyyətlərindən, istehsal-emal proseslərində istifadə olunan texniki-texnoloji vasitələrin istismar rejimindən kənarlaşmasından və digər səbəblərdən asılı olaraq, bəzi sənaye obyektlərində qəzaların baş vermə ehtimalı yüksək olur. Ona görə də belə obyektlər təhlükə potensiallı sənaye obyektlərinə aid edilirlər.

Təhlükə potensiallı sənaye obyektlərində müxtəlif səbəblərdən baş verən qəzalar nəticəsində mülkiyyət sahiblərinə, üçüncü şəxslərə və ətraf mühitə ziyan dəyir. Qəza

nəticəsində dəyən zərərin (itkinin) qiymətləndirilməsi təhlükə

potensiallı istehsal obyektlərində baş verə biləcək qəzaların

qarşısının alınmasına yönəldilən idarəetmə qərarlarının qəbul

edilməsinin mühüm və ən səmərəli mexanizmdir.

Bununla əlaqədar olaraq təhlükə potensialına malik

sənaye obyektlərində baş verə biləcək qəzalar nəticəsində mülkiyyət sahiblərinə, üçüncü şəxslərə və ətraf mühitə dəyən zərərin (itkinin) qiymətləndirilməsi lazım gəlir. Ona görə də təhlükə potensiallı sənaye obyektlərində baş vermiş qəzalar nəticəsində mülkiyyət sahiblərinə, üçüncü şəxslərə və ətraf

Page 164: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 164 ~

mühitə dəyən ziyanın obyektiv qiymətləndirilməsinə şərait yaradan metodik vəsaitin işlənməsinə böyük ehtiyac vardır. Belə bir metodik vəsaitin işlənmə, istifadə istiqamətləri müxtəlif ola bilər. Lakin hazırlanmış metodik vəsait qəza nəticəsində dəyən zərərin obyektiv və dəqiq hesablanmasına və qiymətləndirilməsinə lazım olan şəraiti yaratmalıdır.

Fövqəladə hallarda dəymiş zərərin qiymətləndirilməsi mövcud normativ-hüquqi sənədlər əsasında ölkənin sosial-iqtisadi inkişaf səviyyəsinə və idarəetmə ənənələrinə uyğun

şəkildə və beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir.

Bu mənada Rusiya Federasiyasında, Belarusiyada, Ukraynada,

Qazaxıstanda və bir sıra digər ölkələrdə əsas götürülən və tətbiq edilən aşağıdakı normativ sənədlər xüsusilə diqqətəlayiqdir:

-Rostexnadzorun təhlükəli istehsalat obyektlərində

qəzalardan dəymiş zərərin qiymətləndirilməsi üzrə “Metodik

Tövsiyələr”i (Методические Рекомендации по оценке

ущерба от аварий на опасных производственных объектах

рд 03-496-42); -Texnogen, təbii və terrorist xarakterli fövqəladə

hallardan dəymiş ziyanın qiymətləndirilməsi, fövqəladə halların

təsnifatı və qeydiyyatı Vahid Sahələrarası Metodikası. Rusiya Federasiyası Təhlükəsizlik Şurası və Dövlət

Şurasının Rəyasət Heyətinin 13 noyabr 2003-cü il tarixli birgə iclasının qərarına (Protokol №4) uyğun olaraq, texnogen, təbiət və terrorist xarakterli fövqəladə hallardan dəymiş zərərin qiymətləndirilməsi, fövqəladə halların təsnifatı və qeydiyyatı

üzrə Təşkilatlararası Vahid Metodika hazırlanmışdır. Texnogen, təbiət və terrorist xarakterli fövqəladə

hallardan dəymiş zərərin qiymətləndirilməsi üzrə Təşkilatlararası Vahid Metodika FDİ MMFH ÜETİ və Rusiyanın digər elmi-tədqiqat və layihə müəssisələrinin bu halların təhlili üzrə çoxillik tədqiqatları nəticəsində ərsəyə gəlmişdir.

Page 165: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 165 ~

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu təhlükə potensiallı istehsalat

obyektlərində qəzalardan törənən zərərin qiymətləndirilməsi üzrə Metodik Tövsiyələr üzərində işləmişdir.

İstifadə məqsədindən asılı olmayaraq, metodik vəsait aşağıdakı istiqamətlərdə qiymətləndirmələr aparılmasına şərait yaratmışdır (Şəkil 34):

-qəza baş vermiş obyektin dəyərinin və obyekt (mülkiyyət) sahibinə dəymiş zərərin (itkinin) müəyyənləşdiriməsi;

- qəza nəticəsində üçüncü şəxsə dəymiş zərərin müəyyənləşdirilməsi;

- qəza nəticəsində ətraf mühitə dəymiş zərərin müəyyənləşdirilməsi.

Şəkil 34. Zərərin qiymətləndirmə istiqamətləri

Qəza zamanı mühasibat sənədləri məhv olunduqda oxşar

obyektlər haqqında orta göstəricilərdən istifadə edilə bilər.

Zərərin qiymətləndirmə

istiqamətləri

qəza baş vermiş obyektin

dəyərinin və obyekt

(mülkiyyət) sahibinə

dəymiş zərərin (itkinin)

müəyyənləşdirilməsi

qəza nəticəsidə

ətraf mühitə dəymiş

zərərin

müəyyənləşdirilməsi

qəza nəticəsində üçüncü

şəxsə

dəymiş zərərin

müəyyənləşdirilməsi

Page 166: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 166 ~

Təhlükə potensiallı sənaye obyektlərinin dəyərinin qiymətləndirilməsi xüsusi ekspertlər qrupu tərəfindən aparılır.

Onlar tərəfindən qiymətləndirmə prosesinin təşkilində aşağıdakı

qaydalara əməl edilməlidir: - Qiymətləndirmə üçün tələb edilən komissiya ödənişləri

obyektin dəyərinə görə faizlə müəyyən edilməlidir; - Komissiya ödənişləri qiymətləndirmənin nəticəsindən

istifadədən asılı olmalıdır; - Qiymətləndirmə və komissiya ödənişləri müqavilə

əsasında aparılmalıdır. Təhlükə potensiallı sənaye obyektində baş vermiş qəza

nəticəsində mülkiyyət sahibinə dəymiş zərərin (itkinin) qiymətləndirilməsi göstəricilərindən aşağıdakı istiqamətlərdə istifadə etmək olar:

- Qəza nəticəsində məhv olunmuş obyektin əvəzinə eynilə yenisinin tikilməsi və obyektin təkrarən (yaradılması) bərpası

dəyərinin müəyyən edilməsində; - Məhv olmuş obyektin xarakterik xüsusiyyətlərinə yaxın

olan, lakin yeni, daha mükəmməl olan obyektlə əvəz olunması

dəyərinin müəyyən edilməsində. Baş vermiş qəza nəticəsində ilkin uçot mühasibat sənədləri

məhv olduqda mülkiyyət sahibinə dəymiş zərərin qiymətləndirilməsi çətinləşir. Belə hallarda aşağıdakılar nəzərə alınmalıdır:

- Məhv olmuş sənaye obyektinin istehsal, texniki, texnoloji parametrlərinin orta sahə səviyyəsindən aşağı, və yaxud əksinə,yüksək qiymətləndirilməsi;

- Məhv olmuş sənaye obyektinin dəyərinin maksimal həddinin eyni cür obyektlərin minimal satış (alış) qiymətindən təyin edilməməsi;

- Məhv olmuş sənaye obyektinin dəyərinin istehsal amilləri nəzərə alınaraq bazar qiymətləri səviyyəsində təyin olunması;

Page 167: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 167 ~

- Qiymətləndirmə obyektinin dəyəri vaxtdan asılı olaraq

dəyişdiyi üçün qiymətləndirmənin aparılması vaxtının konkretləşdirilməsi və diskontlaşdırılması.

Qəza baş vermiş obyektin dəyərinin və obyekt sahibinə dəymiş ziyanın qiymətləndirilməsində aşağıdakı qeyd edilən yanaşmalardan istifadə oluna bilər:

- Xərclərə əsaslanan yanaşma; - Analoqlardan istifadəyə əsaslanan yanaşma; - Gəlirlərə əsaslanan yanaşma.

Xərclərə əsaslanan yanaşmanın başlıca əlamətini qəza obyektinin hər bir elementinin ayrıca qiymətləndirilməsi təşkil

edir. Obyektin ümumi dəyəri onu təşkil edən elementlərin dəyərini toplamaq yolu ilə müəyyən edilir. Xərclərə əsaslanan yanaşma ilə obyektin dəyərinin qiymətləndirilməsi aşağıdakı

mərhələlərə ayrılır: - Qiymətləndirmə obyektinin quruluşunun və ayrı-ayrı

tərkib elementlərinin müəyyən edilməsi; - Tərkib elementlərinin hər biri üçün münasib olan

qiymətləndirmə qaydasının seçilməsi; - Qiymətləndirmə obyektinin ayrı-ayrı elementləri üzrə

hesablanmış köhnəlmə dəyərinin müəyyənləşdirilməsi; - Tərkib elementlərinin və obyektin bütövlükdə qalıq

dəyərinin hesablanması və qiymətləndirilməsi. Hesablanmış (toplanmış) köhnəlmə dəyəri qəza baş

vermiş obyektin ilkin dəyərindən çıxdıqda alınan məbləğ obyekt

sahibinə dəyən ziyanın həcmini göstərir. Xərclərə əsaslanan yanaşmadan qəza baş vermiş obyekt

haqqında uçot-hesabat sənədləri məhv olmadıqda istifadə etmək mümkündür.

Analoqlardan istifadəyə əsaslanan yanaşma zamanı qəza nəticəsində obyektin sahibinə dəymiş ziyanın həcmi analoji obyektin bazar qiyməti haqqında məlumatların toplanması, və yaxud da belə obyektlərin bazar qiymətinin hesablanması yolu

Page 168: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 168 ~

ilə müəyyən edilə bilər. Bu halda aşağıdakı ardıcıllıqdan istifadə etmək olar:

- Əmlak bazarının öyrənilməsi və analoji obyektlər üzrə kommersiya sövdələşmələri haqqında informasiya toplanması;

- Toplanmış məlumatların düzgünlüyünün yoxlanılması

və sistemləşdirilməsi; - Qiymətləndirilən obyektin analoji obyektlərlə müqayisə

edilməsi yolu ilə fərqli cəhətlərinin (texniki-texnoloji elementlərinin, satış tarixinin, mülkiyyət formasının, istehlak

bazarının, yerinin tərkib elementlərinin) müəyyən olunması; -Analoji obyektlərin qiymətlərinin təshih edilməsi yolu

ilə qəza obyektinin dəyərinin hesablanması. Bu zaman obyektlərin dəyərinin azaldılması (yüksəldilməsi) əmsallarından, gücünü, məhsuldarlığını nəzərə alan çəki əmsallarından, gəlirlərdə olan fərqi nəzərə alan qiymət-gəlir multiplikatorundan və digər təshih mexanizmlərindən istifadə oluna bilər.

Qəza baş vermiş obyektdə aparılan uçot-hesabat işlərinin məhv olduğu hallarda belə bir yanaşmadan istifadə olunması

daha məqsədəuyğundur. Gəlirlərə əsaslanan yanaşma zamanı qəza nəticəsində

obyekt sahibinə dəymiş ziyan həmin obyektin gələcəkdə istismar olunması ilə əlaqədar əldə edilə biləcək gəlirlərinin (əldən çıxmış gəlirlərinin) cari dəyərinin qiymətləndirilməsi yolu ilə müəyyən edilir. Bu üsuldan istifadə edildiyi hallarda qiymətləndirmə obyektinə gələcəkdə reallaşdırıla bilən kapital (investisiya) qoyuluşu layihəsi qismində baxılır və obyekt sahibinə dəyən ziyanın həcmi belə bir layihənin reallaşdırılmasından əldə edilə biləcək gəlirlərin vaxt amilindən asılı olaraq diskontlaşdırılması yolu ilə müəyyən edilən cari dəyərinə əsasən qiymətləndirilir. Bu zaman zərər görmüş

obyektin dəyərini orta illik xalis gəlirin kapitallaşma

(qiymətləndirilən obyektin gəlirlilik səviyyəsini göstərən) əmsalına bölünməsi yolu ilə tapmaq olar.

Page 169: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 169 ~

İtkilərin qiymətləndirilməsi, sənaye təhlükəsizliyinin tənzimlənməsi, o cümlədən sənaye təhlükəsizliyinin deklara-siyası (rəsmi elan edilməsi) təhlükə potensiallı istehsal

obyektlərinin sığortalanması üçün vacib tərkib elementi hesab olunur.

Təhlükə potensiallı istehsal obyektlərində qəzadan törəyən itkilərin qiymətləndirilməsi aşağıdakı hallar üçün

nəzərdə tutulur: - Qəzaların vahid iqtisadi göstəricilər sistemi əsasında

uçotu və qeydiyyata alınması; - Təhlükə potensiallı istehsal obyektlərində qəza riskinin

qiymətləndirilməsi; - Sənaye təhlükəsizliyinin təmin edilməsi üçün

əsaslandırılmış qərarların qəbul olunması; - Qəzadan törəyən itkilərin həcminin azaldılmasına

yönəldilmiş tədbirlərin səmərəliliyinin təhlil edilməsi. “Metodik Tövsiyələr” müxtəlif sənaye sahələrində təhlükə

potensiallı istehsal obyektlərində qəza nəticəsində yaranmış

itkilərin hesablanması üçün nazirlik və komitələr tərəfindən belə bir metodik materialın hazırlanması üçün əsas ola bilər. Bu fəslin materiallarının hazırlanmasında onlardan istifadə edilmişdir.

Təhlükə potensiallı istehsal obyektlərində qəza baş

verdikdə itkilərə (zərərə) aşağıdakılar aid edilir və onların

strukturu aşağıdakı kimi müəyyənləşdirilir (Şəkil 35): - Təhlükəli obyekti istismar edən təşkilatın (mülkiyyət

sahibinin) bütün maliyyə itkiləri; - Qəzanın ləğvi üçün çəkilən xərclər; - İşçilərin (digər zərərçəkənlərin) ölümü və xəsarət

almaları ilə bağlı olan sosial-iqtisadi itkilər; - Ətraf təbii mühitə dəymiş ziyan; - Dolayı itkilər və əmək ehtiyatlarının sıradan çıxması ilə

bağlı dövlətə dəyən zərər.

Page 170: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 170 ~

Təhlükəli istehsal obyektlərində baş vermiş qəzanın

qiymətləndirilməsi üçün 15 gün ərzində tədqiqat aparılarkən, ilk növbədə, ilkin məlumatları bəlli olan xətalar (itkilər) hesablanır.

Yekun zərər isə tədqiqatın sonu üçün bütün zəruri məlumatlar toplandıqdan sonra hesablanır.

Təhlükə potensiallı istehsal obyektlərində baş vermiş

qəzanın əmələ gətirdiyi itkini (zərəri) ümumi şəkildə aşağıdakı

düsturla hesablamaq olar:

Zq = Zb.i + Zt.i + Zs.i + Zd.i + Zekol + Zə.r.i

Zq - qəza nəticəsində dəymiş ziyanın ümumi həcmi; Zb.i - təhlükəli istehsal obyektini istismar edən müəssisənin

birbaşa itkiləri;

Şəkil 35.Qəza nəticəsində dəymiş zərərin müəyyən edilməsi qaydası

Qəza nəticəsində dəymiş

zərərin müəyyən edilməsi

qaydası

birbaşa

itkilər

təhqiqat və ləğvetmə

xərcləri

sosial-iqtisadi

itkilər

dolayı

itkilər

ekoloji

itkilər

əmək

resurslarının itirilməsindən

yaranan

itkilər

Page 171: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 171 ~

Zt.i - qəzanın təhqiqinə və ləğv edilməsinə (lokallaşdırılmasına) çəkilən xərclər;

Zs.i - sosial-iqtisadi itkilər (insanların ölümü və zədə alması ilə bağlı itkilər);

Zd.i - dolayı itkilər (manatla); Zekol - ekoloji zərər (ətraf mühitə vurulmuş ziyan); Zə.r.i - əmək resurslarının itirilməsi (işçilərin ölümü və

əmək qabiliyyətinin itirilməsi) ilə bağlı itkilər. Birbaşa itkiləri (Zb.i) aşağıdakı düsturla hesablamaq olar:

Zb.i = Zə.f + Zə.m.i + Zk.ə.m

Zə.f - əsas fondların (istehsal və qeyri-istehsal) dağılması

(zədələnməsi) nəticəsində müəssisənin itkiləri; Zə.m.i - əmtəə-material ehtiyatlarının məhv olmasından

(zədələnməsindən) yaranan itkilər; Zk.ə.m – üçüncü şəxsin əmlakının məhv olunması

(zədələnməsi) nəticəsində yaranan itkilər. Zərərin aradan qaldırılması (lokallaşdırılması, təcrid

edilməsi) və təhqiqatı üzrə xərclər (Zt.l) aşağıdakı düsturla

hesablanır:

Zt.l = Pl + Pt

Pl - qəzanın aradan qaldırılması (lokallaşdırılması)

xərcləri; Pt - qəzanın təhqiqi üçün xərclər. Qeyd:Fövqəladə hallarla bağlı bütün vurulmuş zərər və

digər ödənilən hesablamalar Azərbaycan manatı ilə həyata

keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə,

zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsə, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

Page 172: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 172 ~

Əgər vacib əsaslar olduğu aşkardırsa, zərərçəkən dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini tələb edə bilər. İlkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyilsə, və ya bunun üçün tənasübsüz

surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

Qabaqcadan razılaşmaya əsaslanaraq öhdəliyin pozulması

nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etməyə yol verilmir.

Zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca

icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır.

Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası

yeri və vaxtı da nəzərə alınmalıdır. Sosial-iqtisadi itkilər aşağıdakı düsturla hesablanır:

Zs.i = Zp.k + Zü.ş.k + Zz.p.x + Zü.z.x

Zp.k – personalın ölümü ilə bağlı tədbirlər və kompensasiya xərcəri;

Zü.ş.k – üçüncü şəxslərə kompensasiya verilməsi xərcləri; Zz.p.x – xəsarət (zədə) alan personala çəkilən xərclər; Zü.z.x – xəsarət (zədə) alan üçüncü şəxslərə çəkilən xərclər. Bədən xəsarəti, və ya sağlamlığa zərər vurulması

nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə, və ya az əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnmişsə, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni

qayda qüvvədə olur. Zədələnmiş obyektlər o obyektlərə aid edilir ki, onları

təmir işlərinin aparılması yolu ilə əvvəlki vəziyyətdə bərpa etmək və onlardan funksional təyinat üzrə istifadə etmək mümkün olur. Əks halda onlar məhv olmuş obyektlərə aid edilir.

Page 173: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 173 ~

Dolayı itkilər (Zd.i) boşdayanmalar nəticəsində əldə edilə bilməyən gəlirlərdən ibarətdir və aşağıdakı düsturla hesablanır:

Zd.i = Zb.x + Zş.d.x + Zc + Zü.ş.i.x

Zb.x – qəza nəticəsində boşdayanmadan müəssisəyə dələn ziyan;

Zş.d.x – qəzadan sonra boşdayanmaya görə işçilərə ödənilən əmək haqqı və müəssisənin həmin dövrdəki şərti-daimi xərcləri;

Zc – qəza ilə bağlı yaranan müxtəlif itkilər: cərimələr, peniyalar, müxtəlif müqavilə öhdəlikləri üzrə çəkilən xərclərdir;

Zü.ş.i.x – üçüncü şəxslərin əldə edə bilmədikləri mənfəətə (gəlirə) görə itkilər.

Ekoloji itkilər (Zekol) qəza nəticəsində ətraf təbii mühitə dəyən zərərli təsirlərdən irəli gələn itkilərdir və aşağıdakı

düsturla hesablanır:

Zekol = Ea + Es + Et + Eb + Ez

Ea – atmosferin çirklənməsindən dəyən ziyan; Es – su hövzələrinin çirklənməsindən dəyən ziyan; Et – torpağın çirklənməsindən dəyən ziyan; Eb – bioloji resursların (o cümlədən meşələrin) məhv

olması ilə bağlı vurulan ziyan; Ez - ətrafın zibillənməsinə görə (bina, avadanlıq, qurğu və

s. dağıntısı ilə bağlı) dəyən ziyan.

Page 174: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 174 ~

Mövzuya aid suallar

1. Fövqəladə hallarda dəymiş zərərin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə hansı sənədlərdən istifadə olunur?

2. Dəymiş zərər müəyyən edilərkən hansı istiqamətlərdə qiymətləndirmələr aparılır?

3. İlkin uçot sənədləri olmadıqda mülkiyyət sahibinə dəymiş zərər qiymətləndirilərkən hansı mühüm

xüsusiyyətlər nəzərə alınmalıdır? 4. Xərclərə əsaslanan yanaşmada obyektin dəyərinin

qiymətləndirilməsi hansı mərhələlər üzrə aparılır? 5. Analoqlardan istifadəyə əsaslanan yanaşmada hansı

ardıcıllıqdan istifadə olunur? 6. Gəlirlərə əsaslanan yanaşma nəyi nəzərdə tutur? 7. İstehsal obyektlərində dəyən zərərin qiymətləndirilməsi

nə üçün vacibdir? 8. Qəza nəticəsində dəymiş zərərin strukturuna nələr

daxildir? 9. İstehsal obyektlərində baş vermiş qəzaların əmələ

gətirdiyi itkilər hansı formulla hesablanır? 10. Birbaşa itkilər nədir və hansı formulla hesablanır? 11. Üçüncü şəxsin əmlakına vurulan zərər necə hesablanır? 12. Sosial-iqtisadi itkilər nədir və necə hesablanır? 13. Dolayı itkilər nədir və necə hesablanır? 14. Ekoloji itkilər nədir və necə hesablanır?

Page 175: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 175 ~

4.3.FÖVQƏLADƏ HALLAR NƏTİCƏSİNDƏ

MEYDANA ÇIXAN İQTİSADİ İTKİLƏRİN

TƏRKİB ELEMENTLƏRİ

Dəymiş zərərin dəqiq hesablanmsı fövqəladə halların

nəticələrinin aradan qaldırılması işlərinin təşkilində mühüm

əhəmiyyət kəsb etdiyindən bu sahəyə xüsusi diqqət yetirilməlidir.

Zərərin strukturunda bəzi önəmli məsələlər onların daha geniş

açıqlanmasını zəruri edir. Mövzunun məqsədi kursant və

müdavimlərə faktları aydınlaşdırmaq, ümumiləşdirmək və

hesabatın sadə formasını hazırlamaq qaydasını öyrətməkdir. Bu

baxımdan “Fövqəladə hallar nəticəsində meydana çıxan

itkilərin tərkib elementləri” əvvəlki mövzunun davamı kimi

baxıla bilər. Bu mövzuda obyektlərin qismən, yaxud tamamilə

məhv olması, bina və qurğuların əvəz olunma, ləğv etmə

dəyərləri anlayışları açıqlanır, ziyanın strukturundakı bəzi

bölmələr şərh edilir.

Qəza nəticəsində əsas fondların məhv olunmasından

(zədələnməsindən) müəssisəyə (istehsal və qeyri-istehsal sahələri üzrə) dəymiş ziyanıləğvetmə və xəsarət xərclərinin

məcmusu kimi qruplaşdırmaq olar. Bu halda əsas fondlara

dəyən ziyanı (Zə.f.) aşağıdakı formulla hesablamaq mümkündür:

Zə.f. =Zə.f.l.+Zə.f.x.

Zə.f.l. - əsas fondların məhv olmasından yaranan itkilərdir; Zə.f.x. -əsas fondlara xəsarət yetirilməsindən yaranan

itkilərdir. Əsas fondların əsas vəsait obyektlərinin məhv

olmasından yaranan itkiləri (Zə.f.l.) aşağıdakı düsturla

hesablamaq olar:

Page 176: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 176 ~

𝐙ə.𝐟.𝐥 = ∑(𝐃𝐪𝐢– (𝐃𝐦𝐢 – 𝐃𝐬𝐢)

𝐧

𝐢=𝟏

n – məhv olmuş əsas fondların (əsas vəsait obyektlərinin) növlərinin sayıdır;

Dq.i. – məhv olmuş 1-ci növ əsas fondun başqası ilə əvəz edilməsi, və ya yenidən yaradılması üçün (əgər bunu təyin etmək mümkün deyilsə, onda qalıq dəyəri əsas götürülür.) tələb olunan xərclərdir (manatla);

Dm.i. - əsas fondların ləğv olunmasından sonra istifadə üçün yararlı olan 1-ci növ materialın mədaxil olması dəyəridir;

Ds.i. – ləğv edilmiş əsas fondun 1-ci növünün utilizasiya

xərcləri (-), gəlirləri (+). Məhv olmuş avadanlıqların, maşınların, nəqliyyat

vasitələrinin, inventarların başqa əsas vəsait obyekti ilə əvəz olunmasının dəyərlərini onları əvəz edəcək yeni əsas vəsaitlərin

alış qiymətləri ilə müqayisə etmək yolu ilə tapmaq olar. Lakin bu halda həmin əsas vəsait obyektlərinin köhnəlmə dəyəri, daşınma, quraşdırma xərcləri və eləcə də ödənilmiş gömrük

rüsumları və s. nəzərə alınmalıdır. Qəza nəticəsində məhv olmuş binaların və qurğuların

digəri ilə əvəz olunma dəyərinianaloji binaların layihə dəyərinə

əsasən müəyyən etmək olar. Lakin bu halda müqayisə edilən layihələrin xüsusiyyətləri və istifadə olunan materialların

keyfiyyəti ilə yanaşı, məhv olmuş obyektin köhnəlmə (fiziki, mənəvi) dərəcəsi və istismar-texniki vəziyyəti də nəzərə alınmalıdır.

Əgər məhv olmuş əsas vəsait obyektinin başqası ilə əvəz edilməsinin dəyərini (Dq.i.) hər hansı bir səbəbdən müəyyən etmək mümkün olmursa (hər hansı unikal xüsusiyyətinə görə), onda müvafiq normativ-hüquqi sənədlər əsasında onun qalıq

dəyərini götürmək olar. Əmlakın qismən xəsarət alması hallarında dəyən zərərin

məbləğini (Zə.f.x.)onun əvvəlki halına gətirilməsi üçün çəkilən

Page 177: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 177 ~

xərclərin məcmusu kimi götürmək olar. Bu halda aşağıdakılar

nəzərə alınmalıdır: - Təmir üçün sərf ediləcək materiallara və ehtiyat

hissələrinə çəkiləcək xərclər; - Kənar təşkilatlara ödəniləcək təmir xidməti xərcləri; - Obyektin bərpa olunması üçün lazım olan elektrik

enerjisinin və digər enerjilərin dəyəri; - Obyektin qəzadan əvvəlki vəziyyətə gətirilməsi

(bərpası)üçün lazım olan materialların daşınması xərcləri və digər məsrəflər;

- Əlavə işə, gecə vaxtında, bayram günlərində və iş

günlərində əlavə işə görə əmək haqqına edilən əlavələr. Bərpa xərclərinin məbləğindən təmir vaxtı dəyişdirilən

qurğuların, dəzgahların, hissələrin və detalların köhnəlmə

dəyəri çıxılır.

Adətənbərpa xərclərinə aşağıdakılar aid edilmir: - Xəta almış obyektin yaxşılaşdırılmasına, və ya

dəyişdirilməsinə çəkilən əlavə xərclər; - Qəza faktı ilə bağlı olmayan təmizləmə, profilaktik təmir

və xidmət işlərinə çəkilən xərclər; - Vacib olan işlərdən artıq görülmüş digər işlər üçün

çəkilən xərclər. Qəza nəticəsində müəssisənin əmtəə-material

qiymətlilərinin (sərvətlərinin) məhv olması (zədələnməsi)

səbəbindən dəyən ziyan (Zə.m.s) hər bir sərvət növü üzrə itkilərin cəmi kimi hesablanaraq tapıla bilər:

𝒁ə.𝒎.𝒔 = ∑ 𝒁ə.𝒊

𝒏

𝒊=𝟏

+ ∑ 𝒁𝒙.𝒊

𝒎

𝒊=𝟏

n – qəza nəticəsində ziyan dəymiş əmtəə növlərinin sayı; Zə.i. = i növdən olan məhsul (həm hazır məhsul, həm də

bitməmiş istehsalat qalığı) üzrə müəssisənin zərəri;

Page 178: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 178 ~

m - qəza nəticəsində ziyan dəymiş xammal-material növlərinin sayı;

Zxi. – alınmış məhsul, xammal-material və yarımfabrikatların i-ci növü üzrə müəssisənin zərəri.

Zx.i.–nin müəyyən edilməsi zamanı məhsulların xammal-materiallarının yenidən alınması üçün çəkilən xərclər əsas götürülə bilməz. Eləcə də alınan xammalın və materialın

daşınması, qablaşdırılması, gömrük rüsumları və digər ödənişlər də bu qayda ilə hesablanıb nəzərə alınmalıdır.

Qəza baş verən anadək müəssisədə olan əmtəə-material qiymətlilərinin (sərvətlərinin) dəyəri və miqdarı mühasibat

uçotunun məlumatları ilə müəyyən edilə bilər. Əmtəə-material sərvətlərinin məhv olunmasından

(zədələnməsindən) müəssisəyə dəyə biləcək itkilərin (Zə.m.s.) praqnozlaşdırılması obyektin qəza zonasında saxlanılan

məhsulların, orta illik həcm, eləcə də onların orta topdan satış

qiymətləri əsasında aparıla bilər. Qəza səbəbindən üçüncü şəxslərin (o cümlədən əhalinin)

əmlakının məhv olunması (xətər alması) nəticəsində dəymiş

zərərin hesablanmasındahəmçinin fiziki şəxslər üçün onlara

məxsus olan əmlakın bazar dəyəri, və ya əmlakı sığorta

kompaniyası göstəricilərindən istifadə etmək olar.

Qəzanın təcrid (ləğv) edilməsi (lokalizasiya) xərcləri

(Zt.l.):

Bu xərclərə aşağıdakılar aid edilir: - Qəzanı təcridetmə, və ya ləğvetmə üçün personala

nəzərdə tutulmamış əmək haqqı (mükafat) ödənişləri; - Qəzanın təcrid və ləğv olunması zamanı sərf edilən

elektrik enerjisinin (digər enerji növlərinin) dəyəri; - Qəzanın təcridi və ləğvi zamanı sərf edilmiş

materialların dəyəri; - Qəzanın təcridi və ləğvində iştirak edən

ixtisaslaşdırılmış təşkilatların xidmət xərclərinin dəyəri.

Page 179: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 179 ~

Qəzanın təhqiq edilməsi xərcləri (Zt.):

Bu xərclərə aşağıdakılar aid edilir: - Qəzanı təhqiq edən komissiya üzvlərinin əmək haqqı (o

cümlədən ezamiyyət xərcləri); - Elmi–tədqiqat işlərinə və qəzanın texniki səbəblərinin

araşdırılmasına çəkilən xərclər; - Qəzanın texniki səbəblərinin və qəza nəticəsində dəymiş

zərərin (o cümlədən iqtisadi ziyanların) qiymətləndirilməsi üçün

cəlb edilmiş ekspertlərin xidmətlərinin dəyəri. Birbaşa itkilərin müəyyən edilməsi üçün, informasiya

mənbəyi kimi, qəzanın texniki səbəblərinin təhqiqat materiallarından, kənar təşkilatların təqdim etdikləri hesablardan, əsas vəsaitlərin silinməsi aktlarından, sığorta

kompaniyalarının sənədlərindən (göstəricilərdən) istifadə etmək olar.

Qəzanın aradan qaldırılması və tədqiqi üçün məsrəflərin təqribi itkisini hesablamaq (qabaqcadan) lazım gəldikdə, qiymətləndirmə üçün əsas kimi, ixtisaslaşmış ekspert

təşkilatlarının xidmətlərinin orta dəyəri, və ya birbaşa itkilərin dəyərinin 10%-i götürülə bilər.

Sosial-iqtisadi itkilər (Zs.i.):

Sosial-iqtisadi itkilərə, bir qayda olaraq, aşağıdakı

məsrəflər aid edilir:

Zs.i. = Zp.ö. + Zk.ş.ö. + Zp.x. = Zk.ş.x.

Zp.ö. – personalın ölümü ilə bağlı olan tədbirlərə və kompensasiya ödənişlərinə çəkilən xərclər;

Zk.ş.ö. – kənar şəxslərin ölümü ilə əlaqədar olan tədbirlərə və kompensasiya ödənişlərinə çəkilən xərclər;

Zp.x. – personalın xəsarət alması ilə bağlı olan tədbirlərə və kompensasiya ödənişlərinə çəkilən xərclər;

Page 180: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 180 ~

Zk.ş.x. – kənar şəxslərin xəsarət alması ilə bağlı olan

tədbirlərə və kompensasiya ödənişlərinə çəkilən xərclər. Bu halda personalın ölümü ilə bağlı xərclər (Zp.ö.)

aşağıdakı düsturla hesablanır: Zp.ö. = Sd.x. + Sy.x.

Sd.x. – qəza nəticəsində ölənlərin dəfn edilməsi üçün

verilən kompensasiya; Sy.x. – qəza nəticəsində ailə başçısının itirilməsinə görə

verilən müavinət. Personalın xəsarət alması səbəbindən çəkiləcək xərclər

(Zp.x.) aşağıdakı düsturla hesablanır:

Zp.x. = Sm.ə.+ Sp.x. +St.s.p.

Sm.ə. - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət;

Sp.x. - əlil olmuş işçilərə əlilliyə görə ödənilən pensiya xərcləri;

St.s.p. – qəza nəticəsində xəsarət almış şəxsin tibbi, sosial və professional bərpası üçün çəkilən xərclər.

Sosial-iqtisadi itkiləri (Zs.i.) müəyyən edərkən zərər

çəkmişlərə və onların qohumlarına dəymiş mənəvi ziyanın

əvəzinin ödənilməsini də nəzərə almaq olar. Təhlükə potensiallı istehsal obyektlərində qəza

nəticəsində ölmüş kənar şəxslərə görə zərərin (Zk.ş.ö.) miqdarı

yuxarıda qeyd olunmuş qaydalara analoji olaraq müəyyən edilir. Ölənlərin dəfn mərasiminin keçirilməsi üçün müavinət

xərcləri qəza baş verən tarix üçün yerli şəraitdə dəfn mərasimlərinin keçirilməsi xərclərinin orta həddində müəyyənləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun

olaraq, zərərçəkənin (ailə başçısının) öldüyü halda,

aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

Page 181: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 181 ~

- Ölən adamın öhdəsində olan əmək qabiliyyəti olmayan şəxslər, və yaxud ölənin himayəsində yaşayan digər şəxslər;

- Ölən adamın ölümündən sonra doğulan uşaqları; - Ölənin himayəsində olmuş və onun on dörd yaşına

çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən, sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac

olan, uşaqlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri - ər (arvad), və ya digər ailə üzvü,

əmək qabiliyyətindən asılı olmayaraq; - Ölənin himayəsində olmuş və onun ölümündən sonra beş

il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Zərərin əvəzi aşağıdakılara ödənilir: - Yetkinlik yaşına çatmayanlara – on səkkiz yaşına

çatanadək; - Əyani oxuyan və yaşı 18 yaşdan yuxarı olan şagirdlərə

(tələbələrə) 23 yaşa çatanadək; - Əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından

yuxarı kişilərə ömürlük; - Əlillərə bütün əlillik müddətində; - Valideynlərdən biri, yaxud ailənin digər bir üzvü ölən

adamın uşaqlarına, nəvələrinə, bacı və qardaşlarına baxmaq

üçün işləmirlərsə, uşaqlar 14 yaşa çatana kimi, əgər əlillik səbəbi varsa, əlillik bitənə qədər.

Ailə başçısını itirməyə görə veriləcək aylıq müavinətin

məbləği ölən adamın sağlığında aldığı orta aylıq əmək haqqı

miqdarında hesablana bilər. Bu halda ölən adamın özü üçün və onun öhdəsində olmayan digər əmək qabiliyyətli şəxslərə ödənişlər nəzərə alınmır.

Qəza nəticəsində xəsarət almış işçinin sağlamlığının

bərpası üçün lazım olan xərclər (St.s.p.) tibbi, sosial və peşə fəaliyyətinin bərpası üçün veriləcək ödənişləri əhatə edir:

- Əlavə tibbi yardım (məcburi tibbi sığortada nəzərdə tutulmuş xərclərdən əlavə ), o cümlədən əlavə qidalanma və dərmanlar almaq üçün xərclər;

Page 182: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 182 ~

- Xəsarət almış şəxsə baxmaq üçün (xüsusi tibbi və məişət xidməti göstərmək), o cümlədən öz ailə üzvləri tərəfindən göstərilən xidmət üçün çəkilən xərclər;

- Müalicə müddətinin sonunadək sanatoriya-kurort müalicəsi və əlavə məzuniyyət xərclərinin (illik məzuniyyətdən əlavə olaraq, xəsarətlə bağlı məzuniyyət də daxil olmaqla), zəruri olduğu halda, onu müşayiət edən şəxsin də yol xərcləri, yaşama və yemək xərcləri ödənilir;

- Xəsarət almış şəxsin əmək və ev şəraitində fəaliyyətini təmin etmək üçün o, protezlərlə və digər vasitələrlə təmin edilir;

- Fərdi nəqliyyat vasitələri ilə, onların cari və əsaslı təmiri, yanacaq-sürtgü materialları üçün xərclərin ödənilməsi təmin edilir;

- Yeni ixtisas öyrədilməsi xərcləri ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9

yanvar 2003-cü il tarixli 3 nömrəli qərarına uyğun olaraq, istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik

şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta əmək haqqının 100 %-i miqdarında ödəniş müəyyən edilir.

Müvəqqəti əmək qabiliyyətini itirmək üzrə müavinət

verilmiş xəsarət almış şəxsin sağalmasına qədər davam etdirilir, və yaxud xəsarət almış şəxs peşəsi üzrə işləmək qabiliyyətini tamamilə itirirsə, ona Azərbaycan Respublikasının

qanunvericiliyinə uyğun olaraq, orta əmək haqqının 100%-i səviyyəsində müavinət ödənilir.

Xəsarət almış şəxsə aylıq müavinətin miqdarı qəzadan əvvəl aldığı orta aylıq əmək haqqı səviyyəsində müəyyən edilir. Xəsarət almış şəxsin əlillik dərəcəsitibbi-sosial ekspertiza

müəssisəsi tərəfindən müəyyənləşdirilir. Əgər xəsarət almış şəxs əvvəllər işləyərkən əmək haqqına

rayon (ərazi) əmsalı əlavə edilibsə, onda müavinət də həmin əmsal əsasında əlavə olaraq ödənilməlidir.

Page 183: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 183 ~

Əgər xəsarət almış şəxsin aylıq əmək haqqı barədə sənədlər olmazsa (tapılmazsa), onda aylıq sığorta ödənişləri, onun tarif stavkası (vəzifə maaşı) sahə üzrə həmin peşə üçün

qəbul olunmuş tariflər üzrə müəyyənləşdirilir. Həyat və sağlamlığına xəsarət dəymiş üçüncü şəxsə

veriləcək müavinətin hesablanması iddia əsasında məhkəmə qərarına münasib olaraq, yaxud da təhlükəli istehsal obyektində çalışan işçilər üçün tətbiq edilən digər hesablama qaydası ilə müəyyənləşdirilə bilər.

Qəza nəticəsində obyektə dəymiş sosial-iqtisadi itkilərin müəyyən edilməsi üçün informasiya mənbəyi kimi, qəzanın

texniki səbəblərinin tədqiqi materialları, əmək qabiliyyətini müvəqqəti itirmək barədə vərəqə, xəsarət almış, və ya ölmüş

işçinin ailə üzvlərinin ərizələri, BTƏK–in qərarı (yekun rəyi), kompensasiya və müavinət verilməsi barədə əmrlər, həmkarlar təşkilatının, məhkəmənin, ərazi inzibati vahidinin qərarları,

sığorta kompaniyalarının (təşkilatların) məlumatlarından

istifadə oluna bilər. Qəza törənmiş obyekt tərəfindən ödəniləcək sosial-

iqtisadi zərərin miqdarını tapmaq üçün aşağıdakı göstəricilərdən istifadə etmək olar:

- qəza zonasında xəsarət almış işçilərin sayı; - müəssisədə çalışan personalın orta yaş həddi; - əməkdaşların orta aylıq əmək haqqları; - müəssisədə çalışan kişilərin və qadınların faiz nisbəti; - hər bir əməkdaşın öhdəsində olanların orta sayı; - qəza rayonunda tibbi və matəm xidmətlərinin orta sayı. Qəza səbəbindən üçüncü şəxslərə ödəniləcək sosial-

iqtisadi zərərin miqdarını hesablamaq üçün müəssisələrə aid olan analoji göstəricilərdən ( hüquqi şəxslər üçün), yaxud da

regiona aid olan analoji göstəricilərdən ( fiziki şəxslər üçün) istifadə etmək olar.

Dolayı itkilər:

Page 184: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 184 ~

Qəza hadisəsi baş verdikdən sonra müəssisənin dolayı

itkilərini (Zd.i.) əldən verilmiş mənfəət kimi müəyyən etmək olar. Belə itkiləri aşağıdakı düsturla hesablamaq olar:

Zd.i. = Zə.h. + Zi.g. + Zc. + Zü.ş.i.

-Zə.h. - obyektin boş dayanması müddətində əmək haqqı və şərti–daimi xərcləri;

-Zi.g. – obyektin boşdayanma müddətində əldə edilə bilinməyən mənfəət;

-Zc. – müxtəlif cərimələrin, peniyaların və digər ödənişlərin edilməsindən dəyən zərər;

-Zü.ş.i. – üçüncü şəxslərin ala bilmədikləri mənfəətə görə itkiləri.

Boş dayanma müddətində obyekt üzrə ödənilən əmək

haqqı xərclərini (Zə.h.) aşağıdakı düsturla hesablamaq olar:

Zə.h. = (Və.h. A + Vş.d.x.)Tm.

-Və.h. – müəssisənin işçilərinin ümumi əmək haqqı (gündəlik manatla);

-A – işdə istifadə olunmamış işçilərin payı (qəza səbəbindən işə çıxmamış işçilərin sayının ümumi işçilərin sayına olan nisbəti);

-Vş.d.x. – şərti–daimi xərclər (gündəlik manatla); -Tm – obyektin boşdayanma müddəti, gün. Obyektin boşdayanması müddətində əmək haqqı

ödənişləri xərcləri(Zə.h.) başqa qayda ilə də hesablana bilər:

Zə.h. = (Və.h.l.N + Vş.d.x.)Tm.

-Və.h.1. – müəssisənin 1 işçisinin (yaxud işləməyən 1 bölməsinin) orta əmək haqqı (gündəlik manatla);

-N – boşdayanma səbəbindən işləməyən işçilərin sayı.

Page 185: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 185 ~

Qəza baş vermiş müəssisənin boş dayanması nəticəsində

əldə edilməmiş mənfəətini, yaxud itirilmiş gəlirini (Zi.g.) aşağıdakı düsturla hesablamaq olar:

𝒁𝒊𝒈 = ∑ ∆𝑸𝒊

𝒏

𝒊=𝟏

(𝑺𝒊 − 𝑩𝒊)

n- istehsal edilməmiş məhsul növlərinin (xidmətin) miqdarı;

∆Qi. – qəza səbəbindən istehsal edilməmiş növlü

məhsulun (xidmətin) həcmi (Bunu isə aşağıdakı düsturla tapmaq

olar:);

∆Qi. = (Qi.0 - Qi.

1) Tb.v

-Qi.0 - qəzaya qədər 1-ci növdən olan məhsulun (xidmətin)

orta gündəlik (aylıq, rüblük, illik) buraxılış həcmi; -Qi.

1 - qəzadan sonra 1-ci növdən olan məhsulun (xidmətin) orta gündəlik (aylıq, rüblük, illik) buraxılış həcmi;

-Tb.v. – zədələrin və dağıntların aradan qaldırılması və məhsul (xidmət) buraxılışı həcminin qəzadan əvvəlki həcmə çatdırılması üçün lazım olan vaxt.

-Si. – qəza günü üçün istehsal olunmamış 1-ci məhsul (xidmət) vahidinin orta topdansatış qiyməti;

-Bi. - qəza günü üçün istehsal olunmamış 1-ci məhsul (xidmət) vahidinin orta maya dəyəri.

Əgər təhlükəli istehsal obyektini istismar edən təşkilat

(sahibkar) qəzadan sonra həmin obyekti ilkin vəziyyətində bərpa etmək qərarında olmazsa, onda Tə.h. və Tg.i. göstəricilərini müəssisənin illik mənfəətinə görə müəyyən etmək olar. Lakin bu halda müəssisənin əsas fondlarının, əmtəə-material qiymətlilərinin və dolayı itkilərinin hesabına təşkilata dəyən ziyanın həcmi müəssisənin qəzadan əvvəlki vəziyyətindəki real bazar qiymətindən çox götürülə bilməz.

Page 186: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 186 ~

Müxtəlif cərimələrin, peniyaların və digər ödənişlərin hesabına dəyən ziyanın və s. həcmini(Zc.) təhlükəli istehsal obyektinin qəzadan əvvəl üzərinə götürdüyü müqavilə və digər öhdəliklərin pozulmasına, eləcə də əmtəələrin vaxtında

müştərilərə göndərilməməsinə görə müəssisəyə tətbiq edilmiş

sanksiyalara müvafiq olaraq ödənilməli olan cərimələrin, peniyaların və s. cəmi kimi müəyyənləşdirmək olar.

Üçüncü şəxslərə dəyən dolayı zərər, bir qayda olaraq, müəssisənin bu göstərici üzrə zərərinə analoji olaraq hesablanır.

Qəza nəticəsində boşdayanmalara görə itkilərin qiymətləndirilməsi zamanı, informasiya mənbəyikimi, qəzanın

texniki səbəblərinin araşdırılması barədə toplanmış təhqiqat materiallarından, sahə və müəssisə üzrə iqtisadi-statistik göstəricilərdən, kənar təşkilatların təqdim etdikləri hesablardan, qəzadan və müqavilə öhdəçiliklərinin pozulmasından ziyan

çəkmiş təşkilatların qaldıqları iddia sənədlərindən, cərimə və peniya tələbnamələrindən istifadə etmək olar.

Ekoloji ziyanı (Zekol.) aşağıdakı düsturda verilmiş müxtəlif

çirklənmə növləri üzrə ətraf mühitə dəymiş ziyanın cəmi kimi hesablamaq olar:

Zekol. = Ea. + Es. + Et. + Eb. + Ez.

-Ea.- atmosferin çirklənməsindən dəyən ziyan, bir qayda olaraq, çirkləndirici maddələrin atmosferdə yayılma həcmindən

asılı olaraq müəyyən edilir. Atmosferə yayılmış çirkləndirici maddələrin həcmi isə mövcud metodik vəsaitlər əsasında, və yaxud da ekspert qiymətləndirilmələri yolu ilə hesablanır;

-Es. – su hövzəsinin çirklənməsindən dəyən ziyanısuyun

keyfiyyətinin pisləşməsi və bioməhsuldarlığın aşağı düşməsi ilə

əlaqədar dəyən ziyanın cəmi kimi hesablamaq olar. Suyun keyfiyyətinin dəyişməsindən dəyən ziyan təsdiq edilmiş

normativ sənədlər əsasında hesablanıb qiymətləndirilir;

Page 187: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 187 ~

Su obyektinin bioməhsuldarlığının aşağı düşməsi ilə bağlı

itkinin həcmini bioloji resursların tərkibinin tədqiq edilməsi üzrə normativ-metodik sənədlər əsasında, və yaxud da ekspert qiymətləndirilməsi yolu ilə müəyyən etmək olar.

-Et. – torpağın çirklənməsindən dəyən ziyanı tapmaq üçün

torpağın kimyəvi maddələrlə çirklənməsi dərəcəsini qiymətləndirmək üçün tətbiq edilən təlimatlar əsasında

müəyyənləşdirilir. Eb. – bioloji resursların məhv olması ilə bağlı olan itkilər

adətən müvafiq təlimatlar, metodik vəsaitlər və normativ sənədlər əsasında hesablanır.

Ez. - ərazinin töküntülərlə zibillənməsinə görə dəyən ziyanın həcminin hesablanması zamanı ətraf mühitin

çirklənməsinə görə ödənişlərin tutulmasına dair metodik

göstərişlərdə qeyd edilən normalardan istifadə olunur. Bu halda zibillərin (dağıntıların) haraya daşınması və tökülməsi ilə əlaqədar olan amillər nəzərə alınmalıdır.

Əmək ehtiyatlarının aradan çıxması səbəbindən

yaranan itkiləri (Zö.p.s.ç.) hesablamaq üçün qəza nəticəsində

ölmüş və xəsarət almış işçilərin dəfn xərcləri, müalicə və bərpa

xərcləri, pensiya və müavinət xərclərinin cəmindən istifadə etmək olar. Bu halda hər bir ölən və hər bir xəsarət alan işçi

üçün çəkilən xərclər ayrı-ayrılıqda hesablanmalı və yekun nəticələr cəmlənməlidir.

Əmək ehtiyatlarının sıradan çıxması (işçinin ölümü)

səbəbindən yaranan itkilər istehsal fəaliyyəti ilə məşğul olan hər bir işçinin ölümü nəticəsində dəyən ziyanın həcminin müəyyən edilməsi yolu ilə hesablana bilər:

Zö.p.s.ç. = Ht. • Ti.g.

-Ht. – müəyyən bir işçinin gündəlik qazana biləcəyi mənfəətin həcmidir (gündəlik manatla);

Page 188: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 188 ~

-Ti.g. – bir işçinin ölümü nəticəsində itirilən ümumi iş

günlərinin sayıdır (mövcud normalarla tənzimlənir.). Ht. - göstəricisi müvafiq sahənin müəssisələri, üzrə orta

əmək haqqı məbləği nəzərə alınmaqla, sahənin ümumi gəlirinin xüsusi çəki göstəricisi əsasında müəyyən edilə bilər.

Təhlükəli istehsalat obyektlərində qəzalardan dəymiş

zərərin hesablanması üzrə Metodik tövsiyələrdən (PD-03-496-02) istifadə edilməklə hesablama nümunəsini nəzərdən keçirək:

MİSAL

Fərz edək ki, şərti olaraq N şəhərində yerləşən təhlükəli istehsalat obyektində qəza baş vermiş, həcminin 80%-i neft olan JBR-10000 tipli çən tamamilə dağılmış, müəssisədə işləyən işçilərdən himayəsində 9 və 13 yaşlarında iki uşağı olan bir nəfər həlak olmuş, bir nəfər işçi və bir nəfər kənar şəxs zədə almış,

müəssisənin köməkçi binalarına yüngül zərər dəymişdir. Dağılmış çənin qalıq dəyəri müəssisənin mühasibatlıq

rəqəmlərinə görə 250000 manat, onun ləğvetmə dəyəri 3000 manat olmuşdur.

Qəza nəticəsində müəssisə 10 gün işləməməyə yol verməli olmuşdur. Obyektin gündəlik mənfəəti 2000 manat, şərti-daimi xərcləri gündəlik 100 manat olmuşdur. Digər sahələrdə boş

dayanma olmamışdır. Dəymiş zərərin hesablanma ardıcıllığı

aşağıdakı kimi olmalıdır: 1. Birbaşa itkilər:

Birbaşa itkilər Zb.i. (çənin dağılması) bu halda aşağıdakılardan ibarət olacaqdır:

Əsas fondların məhv olmasına görə itki:

250000-3000=247000 manat. Şərti olaraq hesab etsək ki: - Avadanlığın təmir və bərpasına - 7000 manat;

Page 189: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 189 ~

- Yüngül zərər dəymiş binaların təmirinə (suvaq, şüşə dəyişmək) - 1000 manat;

- Təmirə cəlb edilmiş kənar təşkilata - 500 manat; - Nəqliyyat xərcləri, əmək haqqına əlavələr və əlavə enerji

sərfiyyatı 500 manat olmuşdur. Əsas fondların zədələnməsinə görə müəssisənin itkisi:

Zə.f.z. = 7000 + 1000 + 500 + 500 = 9000 manat olacaqdır.

Məhsul itkisi - 80% doldurulmuş çən, dağılmış neftin

yığım əmsalı 60%, xam neftin topdansatış qiyməti 54 manat olmaqla, 144000 manat təşkil edəcəkdir.

Beləliklə, birbaşa itkilər: Zb.i. = 247000 + 9000 + 144000 = 400000 manatolur.

2. Qəzanın ləğv və tədqiq edilməsi üzrə xərclər:

Qəzanın ləğv edilməsi və lokallaşdırılması xərcləri, ixtisaslaşdırılmış təşkilatlar cəlb olunarsa, yalnız müəssisənin işçilərinə nəzərdə tutulmamış əmək haqqından ibarət olacaqdır.

Tutaq ki, 1000 manat və qəzanın ləğv edilməsində sərf olunan materialların dəyəri 4000 manatdır. Tədqiqat tədbirlərinə çəkilən xərc 3000 manatdır.

Beləliklə, ləğvetmə və tədqiqat xərcləri: 4000 + 1000 + 3000 = 8000 manat təşkil edir.

3. Sosial–iqtisadi itkilər:

Müəssisənin işçilərinə dəyən zərər, ölmüş şəxsin yas mərasimi ilə əlaqədar xərclər orta hesabla 1000 manatdır.

Həlak olmuş şəxsin himayəsindəki

9 və 13 yaşlarında iki uşağa

təqaüd müddəti:

(18 - 9) x 12 = 108 ay. (18 - 13) x 12 = 60 ay.

Page 190: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 190 ~

İki uşağa görə birlikdə şərti olaraq 168 ay ödəniş

olmalıdır. Həlak olanın orta aylıq əmək haqqı 300 manatdır,

həyat yoldaşı işləyir. Beləliklə, hər uşağa görə aylıq ödəniş: 300 x (1 - 2/4) /2 = 75 manat.

Ödəniləcək tam məbləğ isə: 75 x 168 = 12600 manat təşkil edəcəkdir.

Zədə almış işçilərin tibbi, sosial və bərpa xərclərinə

baxaq:

Tutaq ki, xəstə 6 gün stasionar müalicədə olarkən 120 manat xərci çıxmış, 80 manatlıq dərman almış, sonra 500

manatlıq sanatoriya–kurort müalicəsi almış, 300 manat da

ixtisas dəyişmə üçün oxumağa xərcləmiş. Bu xərclər cəmisi: 120 + 80 + 500 + 300 = 1000 manat təşkil edir.

Əgər zədələnmiş personal peşəkar əmək qabiliyyətini davamlı olaraq itirmişsə, 42 yaşı varsa,

kompensasiya belə hesablanır: (62 - 42) x 12 = 240 ay.

Əmək haqqı itkisi:

300 – 150 = 150 manat. Kompensasiya – cəmi:

240 x 150 = 36000 manat.

Əmək qabiliyyətini müvəqqəti 10 gün ərzində

itirməyə görə ayda:

21 gün işləmək şərti ilə, (300/21) x 10 = 142,8 manat olacaqdır.

Zərərçəkən və onların qohumları mənəvi zərər barədə iddia qaldırmasalar,

işçilərin 1 nəfərinin ölümü və

1 nəfərin zədələnməsinə görə zərər:

1000 + 12600 + 1000 +36000 + 142,8 = 50742,8 manat olacaqdır.

Qəzada yüngül zədələnmiş üçüncü şəxs 350 manatlıq

iddia irəli sürüb kompensasiya tələb edir.

Page 191: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 191 ~

Beləliklə, cəmi sosial-iqtisadi itkilər: 50742,8 + 350 = 51092,8 manat olacaqdır.

4. Dolayı zərər:

Müəssisədə istehsalda çalışan fəhlələrin orta aylıq əmək haqqı 315 manat, və ya gündəlik 15 manatdır. Boşdayanma

səbəbindən 100 nəfər fəhlə əsas işlə məşğul ola bilməyib. Şərti-daimi xərclərin bir hissəsini gündəlik 90 manat nəzərə alsaq,10

gündə onlara (100 x 15 + 90) x 10 = 15900 man. pul ödənilmiş

olur. Şərti olaraq qeyd etsək ki, müəssisədə 4 növdə məhsul buraxılıb və məhsulun buraxılış qiyməti ilə istehsal edilməmiş

məhsulun maya dəyəri arasındakı fərq növlər üzrə 2, 3, 20, 100 manat, məhsulun həcminin qəzadan əvvəlki səviyyədə bərpa etmə müddəti 10, 4, 6, 8 gün, istehsal edilməmiş həcmlər, uyğun

olaraq, 800, 600, 400, 200 ədəd təşkil edir, o zaman itirilmiş

qazanc: 2 x 10 x 800 + 3 x 4 x 600 + 20 x 6 x 400 +100 x 8 x 200

= 16000 + 7200 + 48000 + 160000 = 231200 manat olur. Əgər müəssisəyə cərimə, dəbbə və s. tətbiq edilməmişsə,

dəymiş dolayı zərər:

Zd. = 15900 + 231200 = 247100 manat olacaqdır.

5. Ekoloji zərər:

Ekoloji zərər neftin yaranmasında atmosferə atılan

müəyyən olunmuş hüdudlar çərçivəsində yanma məhsulları:

dəm qazı, azot və kükürd oksidlər, hidrogen sulfid, qorum (saya C), tüstü (SiO-nin ultradispers hissələri), formaldehid və üzvi

turşuların baza normativi, tullantıların kütləsi, əmsallar və mümkün cərimələr cədvəli əsasında hesablanır.

Biz şərti olaraq hesablanmış 25000 manat qəbul edək. 6. Əmək resurslarının sıradan çıxmasından dəyən

zərər:

Page 192: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 192 ~

Əmək resurslarının sıradan çıxmasından dəyən zərər sənaye üzrə orta gəlirdən və sənayedə çalışan əhalinin sayından

hesablanır. Bu rəqəmi də şərti olaraq 40000 manat hesablanmış

qəbul edək. Bu zaman qəzadan dəymiş yekun zərər:

Z = Zb.i. + Zt.l. + Zs.i. + Zd. + Ze. + Zə.r. = 400000 + 8000

+51092,8 + 247100 + 25000 + 40000= 771192,8 manat olacaqdır.

Nəticələri cədvəl şəklində göstərsək (cədvəl 9):

№ Zərərin növü Zərərin kəmiyyəti (manat)

1. birbaşa zərər, o cümlədən üçüncü şəxsə dəymiş

zərər

400000 0

2. əzanın ləğv edilməsi və təhqiqat 8000

3. sosial-iqtisadi zərər, o cümlədən üçüncü

şəxslərin ölümü

51092,8 0

4. dolayı zərər 232790

5. ekoloji zərər 25000

6. əmək resurslarının sıradan çıxmasında itkilər 40000

7. Yekun,

o cümlədən üçüncü şəxslərə və ətraf mühitə

dəyən zərər

771192,8

25350

Cədvəl 9 Qəza zamanı dəymiş ziyanın nəticələri.

Page 193: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 193 ~

Mövzuya aid suallar

1. Əsas fondların məhv olmasından yaranan itkilər necə hesablanır?

2. Ləğvetmə dəyəri nədir? 3. Əsas fondların xəsarət alması halında dəyən zərər

hesablanarkən nələr nəzərə alınmalıdır? 4. Bərpa xərclərinə hansı məsrəflər daxil edilmir? 5. Qəzanın təcrid edilməsi xərclərinə nələr daxildir? 6. Qəzanın təhqiq edilməsi xərclərinə nələr daxildir? 7. Sosial iqtisadi itkilərə nələr daxildir? 8. Xəsarət almış işçinin sağlamlığının bərpası üçün hansı

xərclər ödənilir? 9. Dolayı itkilərdə boşdayanma zamanı əmək haqqı necə

hesablanır? 10. İtirilmiş mənfəət hansı formulla hesablanır? 11. Əmək ehtiyatlarının sıradan çıxması səbəbindən yaranan

itkilər necə hesablanır?

Page 194: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 194 ~

FƏSIL 5. FÖVQƏLADƏ HALLARDAN

TƏBİƏTƏ DƏYƏN ZƏRƏR VƏ İQTİSADI

TƏDBİRLƏR

5.1. TƏBİƏTİN FUNKSİYALARI VƏ

ONLARIN QORUNMASI ÜÇÜN TƏTBİQ EDİLƏN

İQTİSADİ TƏSİR VASİTƏLƏRİ

Təbii fəlakətlərin və irimiqyaslı texnogen qəzaların

təbiətə, təbii reüsurslara vurduğu ziyan bəzən bilavasitə hiss

olunmadığından tam anlaşılmır. Bu səbəbdən təbiət

faktorlarının inasan həyatına rolunun bir qədər geniş

açıqlanmasına ehtiyac var. Mövzunun məqsədi təbiətin

funksiyalarının bəşəriyyət üçün əhəmiyyətli olduğunu, bərpa

prosesinin isə, cox mürəkkəb olub, eyni zamanda xeyli vəsait

tələb etdiyini kursant və müdavimlərə izah etməkdir.

Təbiətin qorunub saxlanması insan həyatı üçün xüsusi

önəm daşıdığından onun qorunub saxlanması və səmərəli

istifadəsi üçün kompleks tədbirlər görülməlidir. Bu mənada

ekologiyada iqtisadi təsir vasitələri xüsusi maraq kəsb edir.

Təbii faktorlar insana münasibətdə aşağıdakı funksiyaları

yerinə yetirirlər (Şəkil 36): Fizioloji funksiyalar insan həyatını bioloji orqanizm

olaraq dəstəkləyir. İnsan fiziki-kimyəvi parametrlərin geniş

intervalında mövcud ola bilən mürəkkəb bioloji sistemdir. Bu sistem komponentlərinin cüzi dəyişikliyi ən ağır, fatal nəticələrə gətirə bilər. Təbii faktorların hər hansı dəyişikliyi isə öz

növbəsində bu komponentlərin nisbətini dəyişə bilir. İnsan

orqanizminin hissiyyatının təkcə atmosferin əlverişsiz

dəyişikliklərinə necə kəskin reaksiya verdiyi hamıya məlumdur. Belə halların lazımınca qiymətləndirilməməsi, insanların

normal həyat fəaliyyətinin təmin olunmasında qənaət edilməsi

Page 195: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 195 ~

böyük sosial məsrəflərə (insan ölümü, sağlamlığın itirilməsi və s.) və hiss olunacaq iqtisadi ziyan vurulmasına gətirib çıxarır.

Təbiətin sosial funksiyaları insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Ana təbiət yaşam

məktəbidir, estetik meyarlar üçün o, etalondur. Təbiət yaradıcılığa ilham verir, müdrikliyi öyrədir, əxlaq dərsi verir, yaşamağa alışdırır.

Ekoloji funksiyalar insanın yaşadığı ekoloji sistemi

formalaşdırır, tənzimləyir və vəziyyətini qoruyub saxlayır. Çox

zaman insanın özünün təqsirindən bu funksiyalarda baş verən cüzi dəyişiklik çox ağır neqativ sosial və iqtisadi dəyişikliklərə gətirib çıxarır.

Təbiətin iqtisadi funksiyaları istehsalat fəaliyyətinin tələblərini təmin edir (Şəkil 37).

İnsan tərəfindən dərk edilən bu funksiyalara tələbat ekoloji mal və xidmətlərə tələb yaradır. Belə ki, fizioloji tələbat monitorinq sistemləri yaratmağı, ətraf mühitin təmizlənməsini

fizioloji

funksiyalar

Təbiətin

funksiyaları

iqtisadi

funksiyalar

sosial

funksiyalar

ekoloji

funksiyalar

Şəkil 36. Təbiətin funksiyaları

Page 196: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 196 ~

və müvafiq qurğuların tədbiq edilməsini zəruri edir. Sosial tələbat landşaftın bərpasına, ekoloji turizmə tələb yaradır.

İqtisadi tarazlığın qorunub saxlanılması zərurəti qoruqlar, mini parklar yaratmağa sərmayə qoymağa, bəzi hallarda isə sərfəli olsa da, təbiəti qorumaq xətrinə, hətta böyük layihələrdən imtina etməyə məcbur edir.

Beləliklə, fizioloji, sosial və iqtisadi tələbat təbii sərvətlər üçün pul xərclənməsinin əsasını təşkil edir.

Şəkil 37. Təbiətin iqtisadi fuksiyaları

Təbii faktorları nəzərə almağa, onları dəyərləndirməyə insanı tarixin təbiəti məcbur edib. Hələ çox qədim zamanlardan insanlar təbii faktorlardan istifadə etməyi, lakin ictimai şüurun

imkan verdiyi dərəcədə münasibət göstərməklə istifadə etməyi öyrənmişlər. Bataqlıqlar qurudulub, çaylarda süni su hövzələri

Təbiətin

iqtisadi funksiyaları

əmək resursu kimi,

insanın şəxsi

keyfiyyətlərinin yetişməsi

üçün şərait yaradılması

resurslara (maddi,

energetik, informasiya,

kommunikasiya) tələbatın

ödənilməsi

əmək resursu kimi,

insanın fizioloji yetişməsi

üçün

şərait yaradılması

Page 197: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 197 ~

yaradılıb, meşələr qırılıb, və ya yandırılıb, yerində tarlalar salınmışdır və s.

Təbiət faktorları sərmayə funksiyasını yerinə yetirə bilirlər. Sərmayəyə məxsus xüsusiyyətlər - gəlir gətirmək, əmtəə və xidmətlərin istehsalı üçün resursların yaradılması, istehsal

vasitələri (özü və ekvivalenti) rolunu oynamaq təbiət faktorlarını

da xasdır. Təbiət faktorları insanlar tərəfindən əmtəə istehsalı və

xidmət göstərilməsi üçün istifadə olunan resurslardır.

Təbiət faktorlarının istehlak dəyəri onların insanın

tələbatını ödəmək qabiliyyəti ilə ölçülür. “Təbiət ehtiyatları”

anlayışı bu xüsusiyyətlə bağlıdır. Təbiət faktorlarına görə, çəkilən xərcin də əsasında

istehlak dəyəri durur. Mal (əmtəə) alıcı və satıcı arasında bazar münasibətlərinin

alqı-satqısı obyektidir. Təbiət faktorları da alqı-satqı obyekti ola

bilirlər. Təbiət faktorları həm bilavasitə özləri (birbaşa yol), həm də onların funksiyaları (dolayı yol) alqı-satqı obyekti ola bilirlər.

Birinci hala misal olaraq mineral sərvətləri, dəniz, meşə məhsulları, xammal və s., ikinci hala misal olaraq dəniz, çay,

meşə kənarında tikilmiş sağlamlıq və istirahət obyektlərinin xidmətini gətirmək olar.

İnsanların təbiətə meyli mənzərəli, səs küydən uzaq, ekoloji təmiz ərazilərdə məskən salması arzusunu gücləndirir və daha çox vəsait xərcləməklə istehlak tələbatını oyadır.

Təbii sərvətlərin çoxunun analoqu yoxdur. Məsələn, su, hava, ərzaq.

Təbii sərvətlətdən istifadəni optimallaşdırmaq və ömrünü

uzatmaq üçün beynəlxalq təcrübədə bir sıra tədbirlər həyata keçirilir. Onların içərisində iqtisadi tədbirlər xüsisi əhəmiyyət kəsb edir (Şəkil 38 ).

Bu tədbirlərdən bəzilərini nəzərdən keçirək: Vergilər (iqtisadi mahiyyətinə görə) ictimai xərclərin

maliyyələşdirilməsi üçün dövlət, və ya onun səlahiyyətli

Page 198: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 198 ~

orqanları tərəfindən sahibkarlar, və ya şəxslərdən məcburi və əvəzsiz qaydada vəsait alınmasıdır. Ekoloji məqsədlər üçün

müxtəlif vergi növləri tətbiq oluna bilər. O cümlədən: - milli və regional ekoloji problemlərin həlli üçün; - avtomobillərə ekoloji vergi; - hava nəqliyyatı vəsaitlərinin ölkə ərazisindən keçməsinə

görə; - bəzi mal növlərinin, məsələn, pestisid, plastmas

qablaşdırma, akkumulyator və batareyalar, həlledicilər, yağlayıcılar istehsalına görə;

- qurğuşun, karbon, azot oksidləri komponentli yanacaq istehsalına görə;

- kommunal vergi (zibil və tullantılara görə); - aksizlər (bəzi malların satışına görə dolayı vergi). -

Şəkil 38. Ekologiyada iqtisadi təsir vasitələri

Bunlarla yanaşı, aşağıdakı vergi güzəştləri tətbiq oluna bilər: - ekoloji təyinatlı məhsul istehsalına görə güzəştlər;

Ekologiyada

iqtisadi

təsir

vasitələri

vergilər

gömrük

rüsumları

ekoloji

ödənişlər

cərimələr

subsidiyalar

dotasiyalar

qrantlar

kreditlər

kompensasiya

ödəmələri

amortizasiyanın

sürətləndirilməsi

Page 199: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 199 ~

- ekoloji istiqamətli iqtisadi fəaliyyətə görə (tullantıların

emalı, yaşıllaşdırma və s.) güzəştlər; - ekoloji təmiz məhsul istehsalına görə güzəştlər; - ekoloji təyinatlı investisiyalara güzəştlər.

Gömrük rüsumları:

- ekoloji idxal rüsumları (gömrük tarifini artıran) ekoloji

cəhətdən əlverişli olmayan mallara görə; - ekoloji təyinatlı mal idxalına görə gömrük rüsumundan

azadetmə, və ya rüsumu azaltma. Ekoloji ödənişlər:

- torpağa görə ödəniş; - ağac qırılmasına görə ödəniş; - bitki və heyvan resurslarından istifadəyə görə; - heyvan otarmağa görə; - ov və balıq tutmağa görə; - təbii parkların ərazisinə daxil olmağa görə; - zərərli maddələrin atmosferə, su mənbələrinə atılmasına

görə və s. Cərimələr təqsirli şəxslərdən pul tutulması növündə cəza

tədbirlərinə deyilir. Bunlardan ekoloji sferaya aşağıdakılar aid

edilir: - ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq

müqavilələrin şərtlərinin pozulmasına görə beynəlxalq sanksiyalar;

- ölkə daxilində ekoloji qanunvericiliyin pozulmasına görə cərimələr;

- bir iqtisadi subyektin digərinə vurduğu ziyanın

ödənilməsi (o cümlədən beynəlxalq səviyyədə). Subsidiyalar iqtisadi subyektlərə dövlət büdcəsindən,

dövlət və qeyri- dövlət fondlarından pul, və ya natural formada verilən məqsədli əvəzsiz vəsaitlərə deyilir. Bilavasitə verilən vəsaitlər ünvanlı subsidiyalar, vergi, kredit və digər güzəştlər şəklindəkilər isə dolayı subsidiyalar adlanır.

Ekoloji sahədə aşağıdakılar tətbiq edilir:

Page 200: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 200 ~

- təbiəti mühafizə proqramlarına (qoruqlar yaradılması,

tullantıların emalı və s.) maliyyə dəstəyi; - elmi-tədqiqat və təcrübə-konstuktor işlərinin (alternativ

enerji mənbələri, iqtisadi istiqamətli texnologiyalar) maliyyələşməsi;

- beynəlxalq ekoloji layihələrin (iqlim, bioloji müxtəliflik və s.) maliyyələşməsi;

- təhsil və mədəni proqramların maliyyələşməsi. Dotasiyalar hüquqi və fiziki şəxslərə zərərin ödənilməsi,

və ya xüsusi məqsədlər üçün dövlət tərəfindən, və ya digər mənbələrdən verilən pul vəsaiti, və ya ekvivalentidir. Ekoloji sferaya aid olanları:

- zəhərli kimyəvi maddələr tətbiq etmədən məhsul istehsalına görə dotasiya;

- ekoloji təyinatlı ən yeni məhsulun bazara çıxarılması

riskinin bir hissəsinin dövlətin üzərinə götürməsi; - təbiətə zərər vurmamaq xətrinə iqtisadi inkişafını

ləngidən müəssislərə dotasiya. Qrantlar dövlət və qeyri dövlət müəssisələrinin elmi-

tədqiqat, konstruktor və texnoloji layihələrin yerinə yetirilməsi üçün ödənilən subsidiyalaşdırılan sifarişləri üçün nəzərdə tutulur. Qrantlar müsabiqə əsasında verilir. Qrantı almaq üçün

hüquqi, yaxud fiziki şəxs ayrılan vəsaitdən maksimum səmərə ilə istifadə edə bilmək bacarığını sübut etməlidir. Kreditlər:

- kredit müddətlərinə görə güzəştlər; - stavka faizlərinə görə güzəştlər; - kredit həcmlərinə görə güzəştlər; - kredit zəmanətinə görə güzəştlər.

Kompensasiya ödəmələri ətraf mühitə zərər vurulmasının qarşısını almaq məqsədi ilə, yaxud mühitin

pozulmasına görə hüquqi, və ya fiziki şəxslərin müxtəlif formalı

ziyana düşdüklərinə görə onlara verilən pul ödənilməsi, tədbirlər sistemidir.

Page 201: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 201 ~

Amortizasiyanın sürətləndirilməsi amortizasiya fondlarının

(gəlirin vergi tutulmayan hissəsi) həcmini artırmağa imkan

verən tədbirlər sistemidir. Qiymət tədbirləri təsərrüfat subyektlərinin iqtisadi

maraqlarına təsir edən qiymətlərin artırıb-azaldılması vasitəsi ilə müxtəlif fəaliyyət növlərinin əlverişsizliyini dəyişə bilir.

Mövzuya aid suallar

1. Təbiətin əsas funksiyaları hansılardır? 2. Təbiətin fizioloji funksiyası nə deməkdir? 3. Təbiətin sosial funksiyası nədir? 4. Təbiətin ekoloji funksiyaları nə deməkdir? 5. Təbiətin iqtisadi funksiyaları nədən ibarətdir? 6. Təbiət faktorlarının istehlak dəyəri nədir? 7. Ekologiyada iqtisadi təsir vasitələri hansılardır? 8. Ekoloji məqsədlər üçün hansı vergi növləri tətbiq

olunur? 9. Ekoloji ödənişlər hansılardır? 10. Ekoloji cərimələr hansılardır? 11. Ekologiyada hansı subsidiyalar tətbiq olunur? 12. Ekoloji məqsədlər üçün hansı dotasiyalar verilir? 13. Ekologiyada qiymət tədbirləri nə üçün tətbiq edilir?

Page 202: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 202 ~

5.2. TƏBİİ SƏRVƏTLƏRİN

İQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ

Təbii sərvətlərdən təsərrüfat məqsədləri üçün istifadə

onların qiymətləndirilməsini tələb edir.

Mövzunun məqsədi təbii resursların çıxarılması və emalı

zamanı təbiətə vurulan ziyanın qarşılanmasının zəruriliyini

kursant və müdavimlərə başa salmaqdır. Onlara dövlət

səviyyəsində qiymətləndirmənin prioritet istiqamətləri, təbii

sərvətlərin xüsusiyyətlərindən irəli gələn təsərrüfat dəyəri, təbii

sərvətlərin qiymətləndirmə üsulları və bu prosesə yanaşmalar

izah olunur, təbii mühitin vəziyyətinin dəyişməsinin

qiymətləndirilməsi öyrədilir.

Təbii sərvətlərin iqtisadi qiymətləndirməsi təbiətdən istifadənin əsasını - dayaq nöqtəsini təşkil edir, təbii resurslardan istifadə edən müəssisələrin onların səmərəli istifadəsində marağını artırır, ətraf mühitə atılan tullantıların azaldılmasını

stimullaşdırır. Bazar münasibətlərinin formalaşması ilə təbii sərvət

potensialının dəyər qiymətləndirilməsi zərurəti yaranıb. Bu, ilk

növbədə, təbii resursların istifadəsi sahəsində fəaliyyət göstərən iqtisadi kommersiya strukturlarının maraqları ilə bağlıdır.

Dövlət səviyyəsində qiymətləndirmədən istifadənin aşağıdakı prioritet istiqamətləri var:

- təbiətdən istifadənin ödənişli edilməsi (vergi tutma) məqsədi;

- kompensasiya ödənişləri hesablanması; - təbii resurs ehtiyatının tükənməsindən dəyən iqtisadi

zərərin hesablanması; - milli sərvətin həcmi və strukturunun

müəyyənləşdirilməsi; - təbiətdən istifadə obyektlərinin sığortalanması üçün

parametrlərinin hesablanması.

Page 203: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 203 ~

Bu məqsədlərin həyata keçirilməsi iqtisadi qiymətləndirmə və renta sahəsində təbiətdən istifadə qanunvericiliyinə müvafiq düzəlişlər edilməsini nəzərdə tutur.

Müasir mərhələdə təbii sərvətlərin qiymətləndirilməsinin predmeti kimi, onlara sərf edilən əməyin maddiyyətləşdirilməsinə baxılır. Amma belə baxış tam ola

bilməz, çünki öyrənilməmiş, istifadə olunmamış təbii resurslar kifayət qədər çox olsa da, onlar nəzər-diqqətdən qıraqda qalır.

Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi onların təbii

xüsusiyyətlərindən irəli gələn təsərrüfat dəyəridir. İqtisadi qiymətləndirilmənin əsas yanaşması bu

resursların məhdudluğu və qeyri-bərabər yerləşməsidir. Resursun qiymətliliyi ondan istifadənin effektindən asılıdır.

Müasir şəraitdə iqtisadi qiymətləndirilmənin zəruri olduğunu

dərk edərək bu sahədə iki konsepsiyadan istifadə edilir - məsrəf və renta. Bu da öz növbəsində təbii resursların ikili

xarakterindən irəli gəlir. Bir tərəfdən, onlar istehsalın təbii

bazasını təşkil edir, əmək məhsuldarlığının artım faktoru kimi

çıxış edirlər, digər tərəfdən isə, əmək məhsulu olub dəyər

daşıyıcılarıdırlar, milli zənginliyin elementləridirlər. Təbii sərvətin əmək məhsulu kimi qiymətləndirilməsi

anlayışının əsasında akademik S.Q. Strumilinin məsrəf konsepsiyası durur. O təbii sərvətlərə havayı məhsul kimi baxmır. Bu, yəni məsrəf konsepsiyasına görə, qiymətləndirmənin əsasında təbii sərvətlərin mənimsənilməsi və onların təsərrüfat dövriyyəsinə cəlb edilməsinə əmək sərfi durmalıdır. Hər hansı təbii resursun istifadəsinə çəkilən ictimai xərc nə qədər çoxdursa, resursun dəyəri o qədər böyük olmalıdır.

Təbii sərvətlərin keyfiyyəti isə, bu konsepsiyaya görə, əlavə dəyər xarakteri daşıyır və hesablamada əlavə faktor kimi nəzərə alınır.

Renta yanaşmasının tərəfdarları məsrəf yanaşmasının

çatışmayan cəhətlərini aşkara çıxardırlar. Belə ki, məsrəf konsepsiyası bəzi hallarda istifadəyə əlverişsiz yerləşən,

Page 204: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 204 ~

həqiqətdə isə keyfiyyətinin bir o qədər də əhəmiyyətli olmayan təbii resursların qiymətinin şişirdilməsinə gətirib çıxarır. Digər çatışmayan cəhət isə təbii resursların keyfiyyətinin xarakteristikasının ciddi uçotunun aparıla bilinməməsində aşkarlandı.

Təbii sərvətlərin iqtisadi qiymətləndiriliməsinin renta

yanaşması nəzərdə tutur ki, qiymətləndirilmənin kəmiyyəti bu resursun gətirə biləcəyi diferensial renta ilə müəyyən olunur. Bu rentaya görə iqtisadiyyat qiymətləndirilməsi resursun daha əlverişli mövqeyindən faydalanır. Təbii resursların

qiymətləndirilməsinin renta yanaşmasının nəzəri metodoloji əsası L.V. Kantaroviç, B.S. Nemçinov, K.Q. Hofman və başqalarının əsərlərində öz əksini tapmışdır.

Diferensial rentanın meydana çıxmasına əsas səbəblərdən biri təbii resursların məhdudluğudur. Müasir iqtisadi

nəzəriyyənin nümayəndələri K.R. Makkonnell və S.L. Bryus da bu məsləyə öz münasibətlərini bildirmişlər. Onlara görə, iqtisadi

renta miqdarı məhdud olan torpaq və təbii sərvətlərdən istifadəyə görə ödənilən qiymətdir.

Daha məhsuldar torpaq və təbii resursları istismar edən

istehsalçının aldığı əlavə gəlir diferensial rentanın əsasıdır. Onların yaxşı keyfiyyəti onların daha yüksək əmək məhsuldarlığını şərtləndirir, müxtəlif məhsuldarlıqlı torpaqlara

çəkilən eyni xərc müxtəlif nəticələr verir. Diferensial rentanı işin daha yaxşı təşkili, daha vicdanlı

zəhmət hesabına alınan əlavə gəlirdən ayırmaq lazımdır.

Diferensial renta hesablananda eyni şəraitdə istifadəyə cəlb edilən təbii resurslar müqayisə olunmalıdır. Bu məsələdə aparıcı

rol təbii resursların keyfiyyətinə aiddir. Konkret resursun renta qiymətləndirilməsi təbiətdən

istifadə məhsulunun alınmasına çəkilən əsas və individual məsrəflərin fərqi kimi təyin edilir. Təbii resursun qiymətləndirilməsinin əsas mərhələsi həmin resursun istifadə müddəti ərzində gətirdiyi iqtisadi gəlirin müəyyən edilməsidir.

Page 205: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 205 ~

Belə qiymətləndirmə əsasında təbii resurslar milli sərvətin (zənginliyin) tərkibinə daxil edilir.

Əksər halda təbii resursun onun mümkün istifadə dövrü

ərzində iqtisadi qiymətləndirilməsinə, zaman faktoru nəzərə

alınmaqla, illik renta qiymətləndirilməsinin cəmi kimi baxılır. Təbii resursun qiymətləndirilməsinin kəmiyyətinə banka

qoyulmuş renta qədər, illik gəlir gətirən kapital kimi də baxıla

bilər. Hüdud məsrəfləri əsasında qiymətləndirmənin renta

yanaşmasının başlıca çatışmayan cəhəti ondadır ki, daha

əlverişsiz şəraitdə olan təbiətdən istifadə təsərrüfat

obyektlərinin qiyməti sıfra bərabər olur, bu da həqiqətə uyğun

deyil. Bu səbəbdən də renta və məsrəf yanaşmaların

kombinasiyasından istifadə daha məqsədəuyğun olur. Bu üç yanaşma bir-birinə alternativ deyil və istifadə

istiqamətindən asılıdır. Məsrəf konsepsiyası – təbii resursun dəyərinin müəyyən

olunması üçün, renta konsepsiyası onun iqtisadi

qiymətləndirilməsi üçün, qarışıq, və ya kombinə olunmuş üsul isə bu resursun qiyməti və ondan istifadəyə görə ödənişin

məbləğini müəyyən etmək üçün istifadə olunur. Qiymətləndirmə prinsiplərinə görə, qiymət məhsul

istehsalına çəkilən ictimai zəruri olan əmək məsrəflərini özündə əks etdirməlidir (baxılan halda təbii resursun istehsal dövriyyəsinə qoşulması). Qiymətin ikinci hissəsi təbii resursdan istifadəçinin istifadə olunan təbii resursun keyfiyyətinə görə əldə etdiyi əlavə gəlirə, yeni oyun diferensial rentasına

uyğundur. Bazar iqtisadiyyatı şəraitində qiymət əmələgəlmə prosesi

tələb və təklifin balansından asılı olduğundan bu sxem öz

əhəmiyyətini qoruyub saxlayır. Çünki bazar qiymətinin əsasında

istehsal qiyməti durur, o da öz növbəsində, istehsal xərclərini ödəməyə və orta gəlir əldə etməyə imkan verir.

Page 206: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 206 ~

Baxılan konsepsiyalardan başqa, təbii sərvətlərin qiymətləndirilməsinin digər metodları da mövcuddur. Məsələn, resursların bazar qiymətləndirilməsi, alternativ dəyər və ümumi

iqtisadi dəyər konsepsiyaları. Lakin bu konsepsiyalar təbii sərvətlərin

qiymətləndirilməsi mexanizmini baxdığımız 3 konsepsiya qədər dolğun əks etdirmir.

Təbii mühitin vəziyyətinin dəyişilməsinin

qiymətləndirilməsi:

İstənilən istehsal prosesinə müdirin texniki bazasında iki

əks prosesin - yaratma və dağıtma proseslərinin cəm halı kimi

baxılmalıdır. Birinci prosesdə maddi istehsalın məqsədi reallaşır və

cəmiyyət üçün faydalı olan mal və xidmətlər yaradılır, yəni faydalı iş görülür.

Paralel olaraq dağıtma prosesi baş verir, onun nəticəsində isə təbii mühit çirklənir, yaxud dağıdılır. Misal üçün, istənilən malın hazırlanması ondan başlayır ki, təbii ehtiyatlardan müəyyən miqdar maddə götürülür (məsələn, əlvan metal fiziki) və təbii resursların pozulmuş vəziyyətinin rekultivasiyası üçün

xərclərə ehtiyac yaranır. Sonra bu maddə emal prosesinə daxil olur və bu prosesdə onun cüzi hissəsi (1-5%) son məhsul kimi götürülür, qalan hissəsi tullantı olaraq yenidən təbiətə qayıdır.

Bu zaman tullantılar, bir qayda olaraq, toksik, yəni zəhərli olur və onların təmizlənməsi zərurəti meydana çıxır.

Alınan maddənin - yarımfabrikatın istifadəsinin sonrakı

mərhələsi də ekodestruktiv (dağıdıcı) fəaliyyətlə müşayiət olunur və növbəti ekoloji zərərlə bağlıdır. Hazır məhsulun istehlakına qədər belə davam edir, sonra isə qablaşdırmanı

utilizasiya etmək zərurəti yaranır. Yaxud inşaat işlərindən misala baxaq: Birinci növbədə

kotlovan xəndək qazılır, bunun üçün ağaclar qırılır, ot örtüyü

tələf olunur, özü də bu sahələr tikintinin həqiqi sahəsindən çox

böyük olur. Tikinti qurtardıqdan sonra hər şeyi yenidən

Page 207: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 207 ~

başlamaq lazım gəlir: ağaclar əkilir, torpaq gətirilir, ot və gül

əkilir, pozulmuş təbii landşaft bərpa olunur. Baş verən hadisələrin iqtisadi təbiətini sxematik olaraq

belə göstərmək olar (Şəkil 39): Təbii resurs istehsal prosesinə cəlb olunana qədər onun

keyfiyyətinin təbii halı, göründüyü kimi, kifayət qədər yüksək səviyyədən istehsal prosesi ərzində aşağı düşür və minimum nöqtəyə çatır, uyğun olaraq onun qiyməti də düşür.

Sonradan görülən bərpa işlərinin hesabına keyfiyyəti yüksəltmək olur, lakin onun tam bərpasına kifayət etmir. Sonradan daha uzun müddət ərzində özünübərpa prosesi gedir və resursun keyfiyyəti və uyğun olaraq, qiyməti yüksəlmiş olur,

lakin ilkin səviyəyə gəlib çata bilmir (Şəkil 39). Di(Qi)

Hi

Da(Qa)

Dt(Qt)∆D Db(Qb)Bt

Bs

Zaman

Şəkil 39. İstehsal prosesinə cəlb olunduqdan sonra

təbii resursun dəyərinin dəyişməsi

Di. (Qi.) – resursun ilkin keyfiyyət səviyyəsi (ilkin qiymətləndirmə); Da. (Qa.) – resursun istehsalat prosesinə cəlb olunduqdan sonra azalan dəyəri və iqtisadi qiyməti; Hi. – resursun keyfiyyətinin azalması kəmiyyəti; Db. (Qb.) – bərpa tədbirlərindən sonra resursun yüksəlmiş

səviyyəsi və uyğun iqtisadi qiyməti; Bs. – resursun süni sürətdə keyfiyyətinin artırılması kəmiyyəti;

Page 208: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 208 ~

Dt. (Qt.) – resursun sonrakı təbii bərpası (özünübərpa) səviyyəsi və uyğun iqtisadi qiyməti; Bt. – resursun keyfiyyətinin özünübərpa kəmiyyəti; ∆D – təbii resursun keyfiyyətinin azalmasının yekun (qəti olaraq itirilən) səviyyəsi.

D kəmiyyəti qədər keyfiyyət qayıdışsız olaraq itirilir,

resursun keyfiyyət səviyyəsi və qiyməti Dt. (Qt.)-yə uyğun olur. Göstərilən misal təbii resursun yalnız bir xassəsinin

iqtisadi qiymətləəndirilməsini nümayiş etdirir. Əslində isə təbii resursların xüsusiyyətləri çoxdur və zəngindir. Təkcə atmosfer havasına oksigen mənbəyi kimi, işıq şüalarının, elektromaqnit, və ya radio dalğaların yayıldığı mühit kimi və s. baxmaq olar.

İqtisadi qiymətləndirmə həyata keçirilərkən təbii resursun vəziyyətinin dəyişməsinin bütün aspektləri nəzərə alınmalı,

nəticələr cəmlənməli və yekun qərara gəlinməlidir.

Page 209: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 209 ~

Mövzuya aid suallar

1. Dövlət səviyyəsində təbii sərvətlərin qiymətləndirilməsinin prioritet istiqamətləri hansılardır?

2. Məsrəf konsepsiyası nəyi nəzərdə tutur? 3. Renta yanaşması nə deməkdir? 4. K.R.Makkonel və S.L.Bryusa görə diferensial renta

nədir? 5. Təbii mühitin vəziyyətinin dəyişməsi hansı ardıcıllıqla

gedir? 6. Bərpa işləri resursun keyfiyyətini əvvəlki vəziyyətinə

qaytara bilərmi?

Page 210: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 210 ~

FƏSİL 6. RİSKLƏRİN İDARƏ OLUNMASININ

İQTİSADİ MƏSƏLƏLƏRİ

6.1. RİSKLƏRİN İDARƏ OLUNMASININ

İQTİSADİ MEXANİZMİ.

Elm və texnikanın son dövrlərdəki sürətli inkişafına,

nəzərəçarpacaq nailiyyətlər əldə olunmasına baxmayaraq təbii

və texnogen xarakterli fövqəladə hallar çoxsaylı insan tələfatına

və dağıntılara səbəb olur, iqtisadiyyata böyük zərbə vurur.

Fövqəladə hadisənin baş verməsi təhlükəsi hər an mövcuddur.

Mövzunun məqsədi risklərin idarə olunması imkanlarını

kursant və müdavimlərə izah etmək, zərər riskinin qarşılanması

mexanizmini başa salmaq, riskin qiymətləndirilməsi metodlarını

aydınlatmaqdır. Onlara sığortanın mahiyyəti, faydaları və

istifadə mexanizmi öyrədilir.

Risklər və onların idarə olunması İqtisadi nöqteyi-nəzərdən mülkiyyət sahibinin yanğın,

təbii fəlakət və digər fövqəladə hallardan dəyə biləcək zərər riskinin azaldılması üçün iki yolu var:

Birinci yol texniki və təşkilatı tədbirlər yoludur. Yanğın

təhlükəsizliyini təmin etmək üçün istehsalat obyektləri və yaşayış binaları, alovdan müdafiə nəzərə alınmaqla, tikilir,

avtomatik yanğınsöndürmə prosesində özünü aparması

qaydaları tərtib edilir, o cümlədən profilaktik tədbirlər görülür. İkinci yol maliyyə ehtiyatları yaradılması yoludur. Bu yol

yanğın və təbii fəlakətlərin nəticələrini əvəzləmək imkanı verir. Real təcrübədə bu iki yoldan eyni zamanda istifadə olunur. Deyilənlərlə bərabər, zərər riskinin öz qüvvələri hesabına

azaldılması tədbirləri ilə bərabər, riskin sığorta təşkilatına

ötürülməsi imkanı xüsusi maraq kəsb edir. Nəzərə alsaq ki, əksər sığorta növlərində sığorta ödənişi alınacaq məbləğlə müqayisədə çox kiçikdir, riskin belə ötürülməsi iqtisadi cəhətdən çox

Page 211: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 211 ~

sərfəlidir. Rusiya iqtisadçısı V.N.Baranin baş verə biləcək zərər riskinin əsas üç növünü nəzərdən keçirir:

Risk ümumi şəkildə subyektin təsərrüfat fəaliyyətinin

nəticələrinin ehtimal olunan bölüşdürülməsi kimi müəyyən olunur. Bu nəticələrin müxtəlifliyi xarici mühit faktorlarının

qeyri-müəyyənliyindən və informasiyanın natamamlığından

irəli gəlir. Xarici mühit təsirinin qeyri-müəyyənliyi ondan ibarətdir ki, gözlənilən nəticələr təsadüfi faktorların təsiri ilə tam başqa cür, hətta əksinə ola bilir. Belə təsadüflər təbii mühitdən (təbii fəlakətlər), texniki mühitdən (texniki vasitələrin işləməməsi, məsələn, elektrik cərəyanının kəsilməsi), təsərrüfat

mühitindən (mal göndərənlərin, alanların, yaxud rəqiblərin hərəkətləri), cəmiyyətdəki dəyişikliklərdən (qanunvericiliyin dəyişməsi və s.) baş verə bilər.

Bundan başqa, qərar qəbul edən şəxsin informasiyası tam

olmaya, və ya yanlış ola bilər ki, bu da gözlənilən nəticələrə təsir edə bilər.

Risk faktları alınan nəticələrin planlaşdırılan nəticələrdən

fərqlənməsi kimi müəyyən olunur. Riskin belə təsəvvürü

təsərrüfat rəhbərlərinə daha yaxın və anlaşılandır. V.N.Baraninə görə, fəaliyyətin nəticələri tək bir qərardan deyil, gündəlik qəbul edilən qərarlar çoxluğundan asılıdır. Faktiki nəticələr gözlənilən nəticələrdən bu, və ya digər istiqamətdə fərqlənir və bu fərqlər riskin ifadəsidir. Bu iki modelin qrafik təsviri aşağıdakı kimidir

(Şəkil 40):

F(x)x

x1 x2 x3 x4

Şəkil. 40. Fəaliyyətin nəticələrinin ehtimal olunan xarakteri

Page 212: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 212 ~

Təsərrüfat fəaliyyəti nəticələrinin cəmi ayrı-ayrı fərdi nəticələrdən ibarətdir. Onlar gəlir və ödənişlərə, istehsal xərcləri və kapital qoyuluşuna, mülkiyyət elementlərinə və sair edilə bilər. Bu nəticələrin hər biri öz riskləri və kəmiyyətlərin ehtimal olunan bölüşdürülməsi ilə səciyyələnir. Göstərilən ayrı-ayrı

bölüşdürmələr birləşdirilərkən risklərin bərabərləşdirilməsi effekti meydana çıxır. Bu effektin mahiyyəti ondan ibarətdir ki, bəzi təsərrüfat fəaliyyətinin mənfi nəticələri digərləri ilə bağlana

bilir (neytrallaşır). Lakin işlərdə cəm effektə nail olmaq üçün

bütün risklər ayrı-ayrılıqda analiz olunmalı, onlara münasibətdə uyğun siyasət formalaşdırılmalıdır.

Risk əlverişsiz nəticələr ehtimalının bölüşdürülməsi kimi müəyyən olunur. Adətən bu gözlənilən kəmiyyət olur və ondan faktiki kənaraçıxarmalar iqtisadi göstəricilərlə qiymətləndirilir Məsələn, boşdayanmadan müəssisəyə dəyən zərər, maddi mülkiyyətin itkisi, nəzərdə tutulmayan əlavə xərclər. V.N.Baraninə görə də risk haqqında təsəvvür ziyanın ehtimal

olunan bölüşdürülməsi ilə eyniləşir. Şəkil -də göründüyü kimi, ziyanın bölüşdürülməsi azalan

eksponensial əyri formasındadır. Əyrinin forması göstərir ki, kiçik zərərlərə böyüklərdən

daha çox rast gəlinir. Riskin qiymətləndirilməsi maliyyə ehtiyatlarının

yaradılması, yaxud sığorta üçün mühüm əhəmiyyət kəsb edir. Bu qiymətləndirmədə iki əsas metoddan istifadə olunur: hesab və ehtimal metodları. F(z)bölgü sıxlığı

Sığorta halında zərərin (ödənişin) sayı

Şəkil 41. Zərərlərin miqyasına görə ehtimal olunan bölgüsü

z

Page 213: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 213 ~

Hesab metodunun mahiyyəti zərərin yanğın sahəsinin güman edilən sahəsi, bu sahənin materiallarla doldurulma dərəcəsi əsasında proqnozlaşdırılması və bu proqnoz əsasında

yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin müəyyən edilməsidir.

Sığorta iqtisadiyyatının əsaslandığı ehtimal metodu isə hesablamanın əsasında keçmiş dövr ərzində yanğın, və ya digər fövqəladə hallardan dəymiş zərərin statistik göstəricilərini qəbul edir.

Risklərdən qorunma, və ya baş vermə ehtimalının azal-dılması risklərin dərindən öyrənilməsini və təsnifatlan-dırılmasını tələb edir.

Təsnifatlandırma meyarı kimi, riskin təhdid etdiyi obyektlərin dərəcələri, riskin baş vermə səbəbləri, risklərə təsiretmə imkanları götürülə bilər.

Sahibkarlıq fəaliyyətində risk obyektləriaşağıdakılar

hesab olunur: - müəssisənin əmlakı; - xammal, material, hazır məhsul; - kapital (gəlirlə artır, zərərlə azalır); - müəssisənin əmək potensialı; - məlumat.

Baş vermə səbəblərinə görə risklər aşağıdakı kimidir: - təbii fəlakətlərdən baş verənlər; - sosial-ictimai mühitdən baş verənlər (yanğınların

əksəriyyəti, cinayətlər, ehtiyatsızlıq); - texniki mühitdən baş verənlər (texniki vasitələrin

işləməməsi, yaxud nasazlığı); - bilavasitə təsərrüfat prosesi ilə bağlı olanlar (inflyasiya,

bazar konyunkturası, bank faizi, valyuta kursu və s). Təsir imkanlarına görə risklər:

- ekzogen risklər (xarici, təsərrüfatdan kənar); - endogen risklər (daxili, təsərrüfatla bağlı) olmaqla iki

yerə bölünür.

Page 214: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 214 ~

Təsərrüfat subyekti bu riskləri sığortalayacağına, və ya konkret hansı riskləri sığortalayacağına özü qərar verir.

Risk menecmenti, yaxud risklərin idarə edilməsinin məqsədi sahibkar tərəfindən onun müəssisəsini təhdid edən riskləri azaltmaq üçün tədbirlər görməkdir. Bu sahədə idarəetmə prosesi üç mərhələdən ibarətdir:

- Riskin identifikasıyası; - Riskin ölçülməsi (qiymətləndirilməsi); - Riskə nəzarət.

Riskin identifikasiyası onların sistematik olaraq aşkar

edilməsi və öyrənilməsidir. Riskin qiymətləndirilməsi (və ya ölçülməsi) onun baş

vermə ehtimalının dərəcəsi və potensial ziyanın miqyasının

müəyyənləşdirilməsidir. Bu məqsədlə aşağıdakı metodlardan istifadə olunur:

HAZOP (hazard and operability) – təhlükə və əməliyyat

imkanı kimya sənayesi sahələrində istifadə olunur və boru kəmərlərinin sxemləri tərtib olunmaqla, prosesin dərin müayinəsinə əsaslanır. Kəmərin hər bir hissəsi mümkün ola

biləcək kənaraçıxmalara görə tədqiq edilir. HAZAN (hazard analizes) – təhlükələrin analizi metodu

müəssisədəsə təhlükəsizlik qaydalarının pozulmasına görə iri qəzaların baş vermə ssenarilərinin hazırlanmasına əsaslanır.

Beləliklə, mümkün ola biləcək hallar aşkarlanır. FMEA (failure modes and effect analyses) – qəza tipləri

və onların təsiri metodu ağır sənaye, energetika sahələrində tətbiq edilir və sahə statistikası bazasında həyata keçirilir.

Risk indeksləri kimya sənayesi müəssisələri üçün onun

(riskin) səviyyəsini müqayisə etməyə imkan verir. Yanğın kompüter modelləşdirilməsi - termodinamika

proseslərinin modellədirilməsinə əsaslanır. Riskin idarə edilməsi onun (riskin) qiymətləndirilməsinə

əsaslanan, resursların və zamanın məhdud olduğu şəraitdə

Page 215: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 215 ~

riskin azaldılması üçün mövcud üsullardan ən yaxşısının tətbiq

edilməsi naminə həyata keçirilən məqsədyönlü fəaliyyətdir. Bu fəaliyyət fövqəladə halların qarşısının alınması, onların

miqyasının kiçildilməsi, nəticələrinin aradan qaldırılması

gedişində müdafiə tədbirləri görülməsi məqsədi ilə əməliyyatların hazırlanmasına və praktiki tədbirlər görülməsi üçün sistemli yanaşmaya əsaslanır. Riskin idarə olunmasına

optimal fəaliyyət proqramının hazırlanması və əsaslandırılması daxildir. Bu zaman mövcud real iqtisadi şəraitdə əhalinin, təsərrüfatın və ətraf mühitin təhlükəsizliyinin mümkün olan ən yaxşı səviyyəsinə nail olmaq üçün risklərin azaldılmasında əsas element məhdud resursların optimal paylanmasıdır. Riskin idarə olunması kompleks yanaşmaya əsaslanır, mühüm komponentlər və riskə təsir edən çoxsaylı qarşılıqlı təsirlərin maksimal miqdarı nəzərə alınır. Bu səbəbdən idarəetmə qərarlarının qəbul edilməsindən əvvəl proseslərin dərin sistemli təhlili aparılmalıdır.

Risklərin təhlili təhlükələrin identifikasiyası və ayrı-ayrı

şəxslər, insan qrupları, sosial, siyasi və təsərrüfat qurumları və

digər obyektlər üçün riskin qiymətləndirilməsi kimi başa

düşülməlidir.

Təhlükənin identifikasiyası risklərin təhlilinin ən mühüm

mərhələsi olduğundan, əsas məsələ bu təhlükələrin aşkar

edilməsi və dəqiq təsviridir. Bu mərhələnin vacibliyi ondadır ki,

nəzərdən qaçmış faktorlar təhlil edilmədiyindən gəlinən nəticə də yanlış ola bilir və görülmüş iş əhəmiyyətini itirir. Bəzən riskin təhlili elə bu mərhələdə kifayət qədər olduqda bitmiş hesab edilə bilər.

Riskin qiymətləndirilməsi insan sağlamlığına, ətraf

mühitə, maddi nemətlərə təsir edən təhlükənin kəmiyyətinin

müəyyən edilməsi üçün istifadə olunan prosesdir. Riskin qiymətləndirilməsinə dörd müxtəlif yanaşma

mövcuddur. Bunlar mühəndis, model, ekspert və sorğu

yanaşmalarıdır.

Page 216: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 216 ~

Riskin təhlilində sonuncu mərhələriskin dərəcəsinin qəbul edilməyən qədər yüksək olduğu hallarda onun səviyyəsinin azaldılması üçün tövsiyələrin hazırlanması mərhələsidir.

Əlverişsiz və təhlükəli təbiət hadisələrinin nəticəsində arzuolunmaz nəticələrin baş verməsinin mümkünlüyü təbiət riski adlanır. Təbiət riski müəyyən zaman ərzində itkilərin ehtimal olunan kəmiyyəti ilə ölçülür. Təhlükəli təbiət hadisələri

riskinin qabaqcadan görülməsi, təsir faktorlarının aşkar

edilməsi, onların azaldılması üçün məqsədyönlü iş aparılması

təbii risklərin idarə edilməsidir (Şəkil ).

Texnogen riskin idarə edilməsi əsasən insanların, onların

həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsi məqsədi ilə həyata keçirilir.

Fövqəladə halların iqtisadi nəticələri insanlar, hüquqi

şəxslər, dövlət və beynəlxalq ictimaiyyətə vurulan ziyan və əmələ gələn digər xərclərdir. Vurulan ziyan dəyər və (və ya) natural göstəricilərlə müəyyən edilə bilər. Rus iqtisadçıları bu

ziyanı – yol verilə bilən, yol verilməsi mümkün olmayan, böhran

və fəlakət ziyan olmaqla 4 qrupa bölürlər.

İqtisadi və sosial amillər

Torpaqdan istifadə və

həyat fəaliyyətinin

təhlükəsizliyi

şərtləri

Qəbul edilə

bilən risklə

müqayisə Ərazidə FH

riskinin təhlili

Təhdidin

təhlili

Təhlükənin

identifikasiyası

Müdafiə tədbirləri seçilməsi və

əsaslandırılması

Müdafiə tədbirləri görülməsi

Şəkil 42.Təbiət riskinin idarə olunması sxemi

Page 217: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 217 ~

Yol verilə bilən ziyan həyat səviyyəsinin azaldılmasına

səbəb olmayan və qabaqcadan şərti müəyyən həcmdə nəzərdə tutulan resurslardan çox olmur.

Yol verilməsi mümkün olmayan ziyan həyat səviyyəsini qəbul edilən səviyyədən aşağı salan, nəzərdə tutulmuş

miqdardan artıq resurs sərfi tələb edən ziyandır. Böhran ziyanı həyat şəraitini böhran səviyyəsindən aşağı

salan, ayrılmış vəsaitdən artıq vəsait tələb edən, nəzərdə tutulmuş gəlirdən artıq olan büdcə vəsaitlərini üstələyir.

Fəlakət ziyan fəaliyyət qabiliyyətinin itirilməsinə, bankrotluğa, mövcudluğun bitməsinə, və ya xaricdən asılılığa

gətirib çıxarır. Ziyanın bəzi növləri barədə əvvəlki fəsillərdə məlumat

verilmişdir. Fövqəladə hallarda risklərin idarə edilməsinin iqtisadi

mexanizmihüquqi, metodik, təşkilatı, texnoloji metodlardır. Bu kontekstdən baxdıqda aşağıdakılar mühüm əhəmiyyət

kəsb edir: - dövlət siyasətinin təşkilati-iqtisadi mexanizmləri; - maliyyələşdirmə; - investisiyalar; - kreditləşdirmə; - maliyyə və maddi vəsaitlərin ehtiyatının yaradılması; - sığorta və yenidən sığorta; - ziyanın ödənilməsi; - iqtisadi stimullaşdırma; - iqtisadi məsuliyyət və s.

Fövqəladə halların qarşısının alınması və nəticələrinin

aradan qaldırılması sahəsində dövlət siyasətinin təşkilati-

iqtisadi mexanizmləri hüquqi, iqtisadi, proqram, təşkilati,

texnoloji, təbii və texnogen təhlükəsizlik səviyyəsinin

yüksəldilməsinə yönəldilmiş digər tədbirlər məcmusudur. Bu tədbirlərin səciyyəvi xüsusiyyəti onların həyata

keçirilməsi üçün iqtisadi resurslar müəyyənləşdirilməsi, onların

Page 218: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 218 ~

iqtisadi məqsədəuyğunluğunun təmin edilməsi və risklərin idarə olunmasının stimullaşdırılmasıdır.

Bu mexanizmlərin əsasını aşağıdakılar təşkil edir: - məhsuldar qüvvələrin təbii və texnogen təhlükəsizlik

nöqteyi-nəzərindən rasional yerləşdirilməsi; - iqtisadiyyat obyektlərinin və əhalinin həyati təminat

obyektlərinin fövqəladə hallarda fasiləsiz fəaliyyət göstərməsinə hazırlanması;

- əsas istehsal fondlarının yenilənməsi; - sənaye təhlükəsizliyinin bəyan edilməsi; - sənaye təhlükəsizliyi sahəsində fəaliyyət növlərinin

lisenziyalaşdırılması; - əhali və ərazilərin fövqəladə hallardan müdafiəsinin

dövlət ekspertizası; - əhali və ərazinin fövqəladə hallardan müdafiəsinə dövlət

nəzarəti. Təbii və texnogen risklərin idarə edilməsi böyük miqdarda

vəsait tələb etdiyindən tədbirlərin vaxtında və real maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

İnsanlar təbii və sosial mühitin müəyyən şəraitində yaşayıb işləyirlər. Həyat fəaliyyəti prosesində onlar müxtəlif təbiət hadisələri və bir sıra sosial çətinliklərlə qarşılaşırlar. Bu

proseslərdə insanlar bəzi risklərin mahiyyətini dərk etsələr də, digər tərəfdən özləri yeni risk növləri yaradırlar. Zaman

keçdikcə risklərin növləri, xarakteri, kəmiyyəti və vurulan ziyanların miqdarı dəyişir. Bu səbəbdən risklərin vaxtında

anlaşılması və riskin dərəcəsinin azaldılması üzrə müvafiq

tədbirlərin görülməsi cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

Riski aşağıdakı yollarla məhdudlaşdırmaq mümkündür: Riskin başqasının üzərinə qoyulması. Məsələn, yüklərin

daşınması üzrə bağlanan müqaviləyə müvafiq bənd əlavə etməklə riski daşıyıcının, yaxud malgöndərənin üzərinə qoymaq mümkündür.

Page 219: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 219 ~

Riskin bölünməsi. Məsələn, bir neçə icraçının iştirak etdiyi

layihələrdə onların hər biri iştirak payına müvafiq dərəcədə məsuliyyət daşıyır.

Riskin kiçik hissələrə parçalanması. Məsələn, bank verilmiş ssudaların qaytarılmama riskini azaltmaq üçün ssudanı

bir neçə şirkət arasında parçalayır. Bununla belə, görülən tədbirlər kifayət etmədiyindən

mümkün risklərin kompensasiyası üçün müvafiq pul fondunun - sığorta, yaxud ehtiyat fondlarının formalaşdırılması zərurəti meydana çıxır. Bu fondlar dövlət tərəfindən, fərdi qaydada hüquqi və fiziki şəxslər, sığorta təşkilatları tərəfindən yaradıla

bilər. Sığorta ictimai istehsalın müdafiəsi məqsədini daşıyır. Adətən zərər görmüş şəxslərin sayı sığorta olunanların ümumi sayından

az olur. Sığorta edən nə qədər böyük ərazini əhatə edirsə, ödənilən vəsaitin bölüşdürülməsi bir o qədər səmərəli olur, yəni minimal haqq ödənilməklə maksimal ziyan qarşılana bilir. Sığortalamanın əsas şərtləri aşağıdakılardır:

- eyni riskə məruz qalan müəyyən sayda təsərrüfat

vahidləri, yaxud şəxslərin mövcud olması; - sığorta ödənişinin yalnız sığorta hadisəsi baş verdikdə

ödənilməsi; - yalnız qiymətləndirilməsi razılaşdırılmış müəyyən risk

ziyanının sığortalanması. Sığorta fəaliyyəti ekvivalentlik və təsadüflük prinsipinə əsaslanır.

Ekvivalentlik prinsipi sığorta şirkətinin qazancları ilə xərcləri arasında tarazlıq yaradılması tələbini ifadə edir. Sığorta

şirkətinin müflisləşməməsi üçün onun xərcləri qazancından artıq

olmamalıdır. Sığortalanan hadisə təsadüfi və gözlənilməz xarakter

daşımalıdır, yəni bilinməməlidir ki, sığorta hadisəsi nə zaman baş verəcək, yaxud, ümumiyyətlə, baş verəcəkmi? Düşünülmüş

şəkildə edilən hərəkət sığortalanmır.

Page 220: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 220 ~

Sığortanın funksiyaları aşağıdakılardır (Şəkil 43): -ictimai istehsalın fasiləsizliyinin təmin edilməsi və riskin

qarşılanması; -dövlətin əlavə maliyyə xərclərindən azad olması və

maliyyələşdirmənin asanlaşdırılması; -stimullaşdırmaq və xəbərdar etmək; -vətəndaş məsuliyyəti münasibətləri sistemində zərər

çəkmiş şəxslərin maraqlarının qorunması və sığorta olunan

risklərə diqqədtin cəmləşdirilməsi imkanı.

Sığortanın funksiyaları

ictimai istehsalın

fasiləsizliyinin

təmin edilməsi

və riskin qarşılanması

dövlətin

əlavə maliyyə xərclərindən

azad olması və

maliyyələşdirmənin

asanlaşdırılması

stimullaşdırmaq və xəbərdar

etmək

vətəndaş məsuliyyəti

münasibətləri sistemində

zərər çəkmiş

şəxslərin maraqlarının

qorunması

və sığorta olunan

risklərədiqqətin

cəmləşdirilməsi imkanı

Şəkil 43. Sığortanın funksiyaları

Page 221: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 221 ~

Sığorta gözlənilməyən, əlverişsiz hadisələr baş verdiyi

halların aradan qaldırılması üçün pul vəsaitlərinin məqsədli

fondlarının yaradılması və zərərin ödənilməsi üçün istifadə

olunan forma və metodlar sistemidir.

Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 696-IG saylı “Sığorta haqqında” Qanununa görə, sığorta

sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Bu qanun sığortanın iki növünü – həyat və qeyri-həyat növlərini nəzərdə tutur.

Həyat sığortasısığortalının ölümü, sağlamlığının, iş

qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə,və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası

üzrə müqavilə müddəti bitdikdə, və ya sığorta hadisəsi baş

verdikdə sığorta məbləğisığorta müqaviləsində müəyyən edilmiş

qaydada və şərtlərlə sığortalıya qaytarılır. Qeyri-həyat sığortasısığorta hadisəsi baş verdiyi zaman,

sığortalıya vurulan zərər ödənilməklə, onun məsuliyyəti, əmlakı

və mənafeləri ilə bağlı risklərin sığortasıdır. Sığorta fəaliyyəti göstərilməsi üçün qanunvericiliklə bəzi

məhdudiyyətlər nəzərdə tutulur. Yalnız sığorta və təkrar sığorta

fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə

müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs

olan sığorta təşkilatına sığortaçı deyilir.Sığortaçı müstəqil şəxsdir. Dövlət hakimiyyəti və bələdiyyə orqanları,

qanunvericilikdə nəzərdə tutulmuş tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi halları istisna olmaqla,

sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına və fondlarına

sərəncam verə bilməzlər. Bir, və ya bir neçə hüquqi, və ya fiziki şəxs, bilavasitə

sığorta fəaliyyətini həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati-hüquqi formalarda sığortaçını

təsis edə bilərlər. Qanunvericilikdə daha yuxarı faiz nəzərdə tutulmayıbsa, sığortaçının bilavasitə, və ya dolayısı ilə hər hansı

hüquqi şəxsin nizamnamə kapitalında iştirakı sığortaçının öz

Page 222: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 222 ~

vəsaitinin 20 faizindən artıq və bütün belə iştirakın məcmu məbləği onun öz vəsaitinin 50 faizindən artıq ola bilməz. Sığorta fəaliyyəti göstərmək üçün xüsusi razılığın verilməsi, onu verməkdən imtina edilməsi, müvəqqəti dayandırılması və ləğv

edilməsi qaydası və şərtləri qanunvericiliklə müəyyən edilir. Sığorta riski ehtimal olunan elə təsadüf əlamətlərinə malik

hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta

hadisəsi, qanuna, və ya sığorta müqaviləsinə görə, sığorta

ödənişinin sığortalıya, və ya üçüncü şəxslərə ödənilməsi üçün

əsasdır. Sığorta müqaviləsinə, və ya qanuna uyğun olaraq sığorta

obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği, başqa sözlə, sığorta ödənişi — sığorta

hadisəsi baş verdikdə sığortalının əmlakına, və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul, və ya natura şəklində ödənilən vəsait sığorta məbləğidir.

Sığortalı ilə sığortaçı arasında bağlanan sığorta

müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəd sığorta şəhadətnaməsi adlanır.

Müvafiq icra hakimiyyəti orqanı, sığortaçılar, sığorta

brokerləri, agentləri və ekspertləri sığorta sistemini əmələ gətirir.

Sığorta agenti (agent) təşkilati-hüquqi formasından asılı

olmayaraq, hər hansı hüquqi şəxs, və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər. Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərti ilə, agentlərə də verilə bilər. Agent müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsini bağlaya bilər. İkinci dərəcəli agentsığortaçı iləmüqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki, və ya hüquqi şəxsdir.

Page 223: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 223 ~

İkinci dərəcəli agentlərə sığorta müqaviləsi bağlamaq və sığorta

haqları qəbul etmək səlahiyyəti verilmir. Sığorta brokeri (broker) sığorta müqaviləsində sığortalını

təmsil edən, sığortaçının seçilməsi zamanı bitərəf və müstəqil mövqe tutaraq sığorta müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən hüquqi şəxs (broker təşkilatı), və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul

olan fiziki şəxsdir. Təkrar sığorta brokeri təkrar sığorta üzrə sığortaçı ilə təkrar sığortaçı arasında vasitəçilik fəaliyyəti həyata keçirən brokerdir. Broker təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi razılıq almalı, müvafiq icra

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada öz məsuliyyətini sığortalamalıdırlar.

Aktuari, sığorta qaydalarına, habelə investisiya, maliyyə, demoqrafik və digər sahələrə aid nəzəriyyə və statistik məlumatlara əsasən normativ mənfəət və ehtiyatların

yaranmasının zəruriliyini nəzərə almaqla, sığorta haqları və tarifləri hesablayan və şərtlərini hazırlayan şəxsdir.

Sığorta hadisəsi nəticəsində vurulan zərərin miqdarını,

səbəblərini, xüsusiyyətlərini müəyyənləşdirmək üçün eksper-tiza, yoxlama, və ya araşdırmanı həyata keçirən mütəxəssisə sığorta eksperti deyilir. Aktuari və sığorta ekspertinin fəaliy-yət göstərməsi qaydasını və onlara verilən ixtisas tələblərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Produktorhəm sığortalı, həm də sığortaçıya münasibətdə bitərəf olan, sığortalıya müqavilənin şərtlərini aydınlaşdırmaqla sığortaçıya təqdim edilən təklifnaməsini hazırlamaqda kömək edən və sığorta hadisəsinin baş verməsinə təsir göstərə biləcək amillərdən ona məlum olanlarını sığortaçıya bildirməsi şərti ilə, vasitəçilik fəaliyyəti göstərən hüquqi, və ya fiziki şəxsdir.

Page 224: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 224 ~

Mövzuya aid suallar

1. Zərər riskinin azaldılması yolları hansılardır? 2. V.N. Baraninə görə zərər risklərinin növləri hansılardır? 3. Riskin idarə edilməsi nə deməkdir? 4. Riskin obyektlərinə nələr aid edilir? 5. Risklərin idarə edilməsi mərhələləri hansılardır? 6. Risklərin hansı qiymətləndirmə metodları var? 7. Riskin idarə olunması sxemini izah edin. 8. Risklərin idarə olunmasının iqtisadi mexanizmlərinə nələr aiddir? 9. Riski hansı yollarla məhdudlaşdırmaq mümkündür? 10. Sığorta nə deməkdir? 11. Sığorta hansı funksiyaları yerinə yetirir? 12. Sığortalanmanın əsas şərtləri hansılardır? 13. Sığorta agenti kimdir? 14. Sığorta brokeri kimdir? 15. Aktuari kimdir? 16. Produktor kimdir?

Page 225: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 225 ~

6.2. İQTİSADİYYAT VƏ YAŞAYIŞ TƏYİNATLI

OBYEKTLƏRİN FƏALİYYƏTİNİN

DAYANIQLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ

Fövqəladə hal riskinin mövcud olduğu şəraitdə

iqtisadiyyat obyektinin etibarlı müdafiəsinin təşkili və vurula

biləcək ziyanın tezliklə aradan qaldırılmasına hazırlıq

məsələləri mühüm əhəmiyyət kəsb edir. Mövzunun məqsədi

kursant və müdavimlərin diqqətini iqtisadiyyat obyektinin

fəaliyyətinin dayanıqlılığını təmin edən məqamlara yönəltmək

və bu dayanıqlılığın daha da yüksəldilməsi tədbirlərini başa

salmaqdır.

İqtisadiyyat obyektinin təsərrüfat əhəmiyyəti onun

davamlı istehsal etdiyi mal və xidmətlərin bazara çıxarılması ilə bağlıdır. Yalnız əmtəə (xidmət) istehsalının və istehsal edilmiş

əmtəələrin müəssisənin öhdəlikləri üzrə çatdırılmasının

fasiləsizliyi təsərrüfat əlaqələrinin və bütövlükdə, bazar sistemində istehsalçının yerinin qorunub saxlanılmasına təminat verə bilər.

Müəssisənin təbii, və ya texnogen xarakterli təsirlərdən zərər görməsi təkcə həmin müəssisənin iqtisadi göstəricilərinin pisləşməsi ilə qurtarmır. Müasir şəraitdə geniş təsərrüfat

əlaqələri qurmuş istehsal müəssisəsinin istehsal etdiyi mal çeşidinin və istehsal etdiyi malların göndərildiyi müəssisələrin sayının çoxluğu səbəbindən meydana gələ biləcək iqtisadi ziyanı

təsəvvür etmək belə çətindir. Çünki əlaqədar müəssisələrin də müvafiq təsərrüfat əlaqələri var və birinci müəssisənin iqtisadi-texniki qüdrətindən asılı olaraq, iqtisadi zərərin qar topası effekti ilə böyümək ehtimalı var.

İqtisadiyyat obyektinin fövqəladə halların təsirlərindən etibarlı müdafiəsinin təmin edilməsi və fövqəladə halların

nəticələrinin tez bir zamanda aradan qaldırılması mühüm

Page 226: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 226 ~

əhəmiyyət kəsb edir. Bu baxımdan iqtisadi obyektin

fəaliyyətinin dayanıqlılığı məsələsi xüsusi diqqət tələb edir. İqtisadi obyektin bina, qurğu və kommunikasiyaları hələ

layihələndirmə mərhələsində elə yerləşdirilməyə çalışılmalıdır

ki, müəssisə fövqəladə halın təsirindən mümkün qədər az zərər görsün. Obyektin tikilib istifadəyə verilməsi müddətində mühəndis-texniki kompleksin fiziki dayanıqlılıq dərəcəsi müəyyən olunmalıdır.

İqtisadiyyat obyektinin fəaliyyətinin dayanıqlılığı

fövqəladə halların baş verdiyi, düşmən tərəfdən dağıdıcı

vasitələrin tətbiq edildiyi, terror aktları baş verdiyi şəraitdə

obyektin öz funksiyalarını yerinə yetirmək, minimal qısa

müddət ərzində dağılmış istehsalatı bərpa etmək qabiliyyətidir.

Hər bir iqtisadi obyekt texnoloji proseslərin xarakterindən, buraxılan məhsulun növü və həcmindən, qurulduğu yerdən və s. asılı olaraq, özünə xas olan səciyyəvi quruluşa malikdir. Yəni tipik olaraq, istehsal sahəsinə, inzibati binaya, və ya sahəyə, kommunal, energetik və texnoloji sistemlərə, anbar təsərrüfatına

malikdir. Fövqəladə hal baş verdikdə obyektin bir, və ya bir neçə elementi sıradan çıxa bilər, bu da onun bütün infrastrukturuna təsir edə bilər.

Obyektin fəaliyyətinin dayanıqlılığının təmin edilməsi tədbirləri həmin obyektin layihələndirilməsi mərhələsində nəzərə alınmalı və layihə-smeta sənədlərinin tərkibinə daxil edilməlidir.

İqtisadiyyat obyektinin fəaliyyətinin dayanıqlılığı

tədbirlərinə aşağıdakılar aid edilir (Şəkil 44): - bina, qurğu və kommunikasiyaların rasional

yerləşdirilməsi; - obyektin işçi heyətinin və əhalinin müdafiəsinin təmin

edilməsi; - kommunal, energetik və texnoloji sistemlərin etibar-

lılığı və mühəndis-texniki kompleksin fiziki dayanıqlılığı

Page 227: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 227 ~

Şəkil 44. İqtisadiyyat obyektinin fəaliyyətinin dayanıqlılığı

obyektin

personalının və

əhalinin

müdafiəsinin

təmin edilməsi

istehsalatda

etibarlı rəhbərliyin

təmin edilməsi

etibarlı

istehsalat

əlaqələrinin

təmin edilməsi

bina, qurğu və

kommunikasiyaların

rasional

yerləşdirilməsi

mühəndis-texniki

kompleksin

fiziki dayanıqlılığı

təkrar faktların

əmələ gəlməsi

imkanının

istisna edilməsi

obyektin

qəza rejiminə

keçirilməsinə

hazırlıq

pozulmuş istehsalatın

bərpasına hazırlıq

İqtisadiyyat

obyektinin

fəaliyyəti-

nin

dayanıqlığı

İqtisadiyyat obyektinin fəaliyyətinin dayanıqlılığı fövqəladə halların baş

verdiyi, düşmən tərəfdən dağıdıcı vasitələrin tətbiq edildiyi, terror aktları

baş verdiyi şəraitdə obyektin öz funksiyalarını yerinə yetirmək, minimal

qısa müddət ərzində dağılmış istehsalatı bərpa etmək qabiliyyətidir.

Page 228: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 228 ~

- təkrar faktların əmələ gəlməsi imkanının istisna

edilməsi; - istehsalata etibarlı rəhbərliyin təmin edilməsi; - etibarlı istehsalat əlaqələrinin təmin edilməsi; - obyektlərin kommunal-energetik və mühəndis–texnoloji

sistemlərinin qəza rejiminə keçirilməsinə hazırlıq; - obyektlərin pozulmuş istehsalatının və kommunal-

energetik sistemlərinin bərpasına hazırlıq. Obyektlərin fəaliyyətinin dayanıqlılığının təmin edilməsi

tədbirlərinin yerinə yetirilməsinə görə müvafiq rəhbər işçilər məsuliyyət daşıyır.

Obyektin fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi

(FDY) obyektdə sülh və hərb dövründə fövqəladə hallar baş

verməsi riski şəraitində obyektin işinin təmin edilməsi,

pozulmuş istehsalatın minimal qısa müddət ərzində bərpası

məqsədi ilə həyata keçirilən kompleks təşkilatı, mühəndis-

texniki və xüsusi tədbirlərdir.

Fəaliyyətin dayanıqlılığının yüksəldilməsi (FDY) tədbirlərinə aşağıdakılar aid edilir (Şəkil 45):

- təşkilati tədbirlər (FDY tədbirlərinin planlaşdırılması,

müvafiq normativ sənədlərin hazırlanması); - mühəndis-texniki tədbirlər (obyektin personalının və

obyektə bitişik ərazidəki əhalinin müdafiəsi); - xüsusi (FH təhlükəsi şəraitində işləməyə və obyektin

normal fəaliyyətinin bərpasına hazırlıq). FH şəraitində obyektin fəaliyyətinin dayanıqlılığının

yüksəldilməsi məsələləri üzrə xüsusi komissiya məşğul

olmalıdır. Belə komissiya obyekt rəhbərinin əmri ilə hazırlıqlı

və təcrübəli mütəxəssislərdən ibarət olmalıdır. Komissiya sülh

şəraitində komissiya obyektinin baş mühəndisinin – o adətən obyektdə fövqəladə hallar və yanğın təhlükəsizliyi komissiyasının sədri olur – rəhbərliyi altında fəaliyyət göstərir. Müharibə şəraitində komissiyaya obyektin rəhbəri başçılıq edir. Komissiyanın əsas vəzifələri aşağıdakılardan ibarət olur:

Page 229: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 229 ~

- obyektin fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi tədbirlərinin hazırlanması və planlaşdırılması; - istehsalatın həssas nöqtələrinin qiymətləndirilməsi üzrə tədqiqat işlərinin təşkili və aparılması; - FDY tədbirlərinin yerinə yetirilməsinin əlaqələndirilməsi və struktur bölmələrin bu sahədəki işinə nəzarət; - rəhbər heyət və işçilərin FDY tədbirlərinə hazırlanması, məşq

və məşğələlərin keçirilməsi.

Şəkil.45. Obyektin fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi

obyektin

FDY üzrə

tədbirlərinin

hazırlanması

planlaşdırılması

obyektin

ərazisində

FDY üzrə

tədbirlərin

əlaqələndirilməsi

obyektin

personalının

FDY

məsələləri üzrə

hazırlanmasının

təşkili

obyektin

FDY üzrə

tədqiqat işlərinin

təşkili

obyektin

FDY üzrə

təlim və məşqin

təşkili

obyektin struktur

bölmələrində

FDY üzrə

tədbirlərinin yerinə

yetirilməsinə

nəzarətin

həyata keçirilməsi

İqtisadiyyat obyektinin

fəaliyyətinin dayanıqlı-

ğının

yüksəldilməsi

Page 230: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 230 ~

Obyektin fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi üzrə komissiyanın tərkibi adətən aşağıdakı vəzifəli şəxslərdən ibarət olur:

- FDY komissiyasının sədri - obyektin baş mühəndisi; - FDY komissiyası sədrinin müavini - obyekt rəhbərinin

istehsalat üzrə müavini. Komissiya üzvləri: - rəhbərin iqtisadi məsələlər üzrə müavini; - rəhbərin kommersiya məsələləri (təchizat) üzrə müavini; - rəhbərin tikinti üzrə müavini; - baş texnoloq; - baş mexanik; - baş energetik; - əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi; - mülkü müdafiə üzrə bölmələrin rəhbəri; - obyektin yanğınsöndürmə xidmətinin rəisi; - baş mühasib.

Fövqəladə halların qarşısının alınması və obyektin FDY tədbirləri adətən iki bölmədən - əsas mühəndis-texniki

məsələlərin planı və tədbirlərin görülmə ardıcıllığının plan-

qrafikindən ibarət olur. Obyektin fəaliyyət göstərməsinin dayanıqlılığının

yüksəldilməsi üçün əsas mühəndis texniki tədbirlərin planına

aşağıdakılar daxil edilir: - sülh və müharibə şəraitində FH-də obyektin işçilərinin

və ona yaxın tikintidə əhalinin müdafiəsi; - bina və qurğuların, normativ sənədlərin tələbləri nəzərə

alınmaqla, yeni tikintisi və bərpa olunması; - obyektin işinin müasir təhlükəsiz texnologiyalara

keçirilməsi; - obyektin mühəndis texniki kompleksinin müdafiəsi üzrə

tədbirlər;

Page 231: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 231 ~

- texnoloji və kommunal-energetik sistemlərin dayanıqlılığının yüksəldilməsi;

- istehsalat, rabitə və xəbərdarlıq idarəetmə sistemlərinin dayanıqlılığının yüksəldilməsi;

- etibarlı istehsalat əlaqələrinin təşkili; - obyektin qəza-iş rejiminə keçirilməsinə hazırlıq; - obyektin ərazisinin maskalanması və mühafizəsi

sisteminin təkmilləşdirilməsi; - obyektin bərpasına hazırlıq, o cümlədən Sənədləşmənin

Sığorta Fondunun (SSF) yaradılması. Sənaye təhlükəsizliyinin bəyan edilməsi:

İqtisadiyyat obyektləri yaşayış məntəqəsi ərazisində yerləşən, maddi istehsal və qeyri-istehsal sahələrində təşkilati-hüquqi formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisələr və təşkilatlardır. İqtisadiyyat obyektləri ətraf mühitə təsirinə, fəaliyyət mühitinə və s. görə mümkün təhlükələr üzrə aşağıdakı qaydada təsnifatlandırılır:

- ərazi və əhali üçün təhlükə kəsb etməyən obyektlər; - ərazi və əhali üçün təhlükə kəsb edən obyektlər.

Ərazi və əhali üçün təhlükə kəsb edən obyektlər, öz

növbəsində, təhlükəli obyektlər və təhlükəli sənaye obyektlərinə bölünür. Təhlükəli obyektlər isə potensial təhlükəli obyektlər,

həyati təminat obyektləri və hidrotexniki obyektlərdən ibarətdir. Təhlükəli obyektin sənaye təhlükəsizliyinin bəyan

edilməsi üçün hazırlanan sənədlər aşağıdakılardır (Şəkil46): - obyektin anti-terror müdafiə qabiliyyəti pasportu (Şəkil

47); - təhlükəli obyektin təhlükəsizlik pasportu; - obyektin mühafizəsi planı (Şəkil 48 ). Təhlükəli obyektin təhlükəsizlik pasportu aşağıdakı

bölmələrdən ibarət olur: - obyektin ümumi xarakteristikası; - FH riskinin dərəcəsinin göstəriciləri;

Page 232: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 232 ~

Hazırlanan sənədlər

Bəyannamənin məzmunu

Əlavələr

TƏHLÜKƏLİ OBYEKTİN

TƏHLÜKƏSİZLİYİ BƏYANNAMƏSİ

obyektin anti-

terrorist müdafiə

qabiliyyəti pasportu

obyektin mühafizə

planı

obyektin sənaye

təhlükəsizliyi

bəyannaməsi

təhlükəli obyektin

təhlükəsizlik pasportu

(hesabat izah vərəqi

əlavə olunmayan)

Bölmə 1.

Ümumi

informasiya

Bölmə 2. Obyektin təhlükəsizliyinin

analizi

Bölmə 3.

Obyektin FH

aradan qaldırılmasına

hazırlığın təmin edilməsi

Bölmə 4.

Obyektin istismardan

(təhlükəli istehsaldan)

çıxarılması barədə

məlumat

obyektin

hal planı

obyektin istismardan

(təhlükəli

istehsaldan)

çıxarılması barədə

məlumat

məlumat

vərəqi

Şəkil 46.Təhlükəli obyektin sənaye təhlükəsizliyi bəyannaməsi

Page 233: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 233 ~

- qəzalılıq və travmatizm xarakteristikası; - obyektin təhlükəsizliyini təmin edən təşkilat-texniki

tədbirlərin xarakteristikası; - hal (situasiya) planı; - hesabat-izah qeydi.

Pasportun bölmələri

Şəkil 47. İqtisadiyyat obyektinin anti-terrorist müdafiə qabiliyyəti pasportu

İqtisadiyyat obyektinin

anti-terrorist müdafiə qabiliyyəti

PASPORTU

obyekt barədə

ümumi məlumat

obyektdə

mümkün qəza

halları

obyektin

personalı

barədə məlumat

mühafizə qüvvə

və vasitələri

anti-terrorist

müdafiənin

gücləndirilməsi

müxtəliflik

rejiminin

təmin olunması

hal planları

Page 234: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 234 ~

Mühafizə planının sənədləri

Şəkil 48.Obyektin mühafizə planı

Obyektin mühafizə planı

mühafizə

sxemi

sənəd

qovluğu

izahedici

qeyd

obyektin

mühafizə vasitələri ilə

təmin edilməsinin

perspektiv planı

obyektin personalının

etməli olduğu

hərəkətlər üzrə

təlimatları

Page 235: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 235 ~

Mövzuya aid suallar

1. İqtisadiyyat obyektinin dayanıqlılığı nə deməkdir? 2. Obyektin fəaliyyətinin dayanıqlılığını təmin edən tədbirlər hansılardır? 3.Obyektin fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi tədbirləri hansılardır? 4. Mühəndis-texniki tədbirlər planına nələr daxil edilir? 5. Sənaye təhlükəsizliyinin bəyan edilməsi üçün hansı sənədlər tələb olunur? 6. Obyektin təhlükəsizlik pasportu hansı bölmələri əhatə edir? 7. Obyektin təhlükəsizlik bəyannaməsi nədir? 8. Obyektin mühafizə planına nələr daxildir?

Page 236: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 236 ~

ƏDƏBIYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi; 5. “Mülki Müdafiə haqqında” 30 dekabr 1997- ci il tarixli

Azərbaycan Respublikasının Qanunu . 6. «Texniki təhlükəsizlik haqqında» 2 noyabr 1999-cu il

tarixli Azərbaycan Respublikasının Qanunu; 7. «Ekoloji təhlükəsizlik haqqında» 8 iyun 1999-cu il

tarixli Azərbaycan Respublikasının Qanunu; 8. «Ətraf mühitin mühafizəsi haqqında» 8 iyun 1999-cu il

tarixli Azərbaycan Respublikasının Qanunu; 9. «Atmosfer havasının mühafizəsi» 27 mart 2001-ci il

tarixli Azərbaycan Respublikasının Qanunu; 10. «Mühasibat uçotu haqqında» 29 iyun 2004-cü il tarixli

Azərbaycan Respublikasının Qanunu; 11. «Yanğın təhlükəsizliyi haqqında» 210 iyun 1997-ci il

tarixli Azərbaycan Respublikasının Qanunu; 12. «Yanğından icbari sığorta haqqında» 6 yanvar 2004-cü

il tarixli Azərbaycan Respublikasının Qanunu; 13. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003-

cü il tarixli 1152 saylı “Azərbaycan Respublikasında

ekoloji cəhətdən dayanıqlı sosial—iqtisadi inkişafa dair

Milliproqramın” təsdiq edilməsi barədə sərəncamı.. 14. «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində

sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il

tarixli 3№-li Qərarı; 15. «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və

uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında»

Page 237: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 237 ~

Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 №-li Qərarı.

16. K.F.Heydərov. Gömrük işinin idarə edilməsi və inkişafı.

B.: Azərnəşr, 2000. - 296c 17. İqtisadi nəzəriyyə : dərslik / T. S. Vəliyev [et al.] ; elmi

red.: T. S. Vəliyev, Ə. P. Babayev, M. X. Meybullayev ; Azərbaycan Dövlət İqtisad Universiteti. - Bakı :

Çaşıoğlu, 2001. - 692 s. 18. Экономическая теория:Учебное

пособие.Ч.1.Микроэкономика/ Под ред. Е. Г.

Ефимовой. 4-е изд.М.: МГИУ, 2008.-237с. 19. Экономика: Учеб. пособие. Под ред. В.Л. Клюни,

Н.С. Тихонович. – Мн.: БГУ, 2006. – 398 с.

20. Экономическая теория: Учеб. пособие / И.В.

Новикова, Г.А. Примаченок, В.А. Воробьев и др. Под ред. И.В.

Новиковой. – Мн.: БГЭУ, 2006. – 543 с.

21. Экономическая теория / Под ред. В.Л. Клюни, И.В. Новиковой.- Мн.: Тетрасистемс, 2003. – 344 с.

22. Агапова Т.А., Серегина С.Ф. Макроэкономика:

Учебник. – 3-е изд. / Под общей ред. А.В.

Сидоровича. – М.: МГУ, Издательство «Дело и

Сервис», 2000. – 416 с. 23. Баранин В.Н. Экономика чрезвычайных ситуаций и

управление рисками: Учебное пособие для ВУЗов и

системы повышения квалификации по курсу

«Пожарная безопасность» М.: «Пожнаука», 2004. -330 с.

24. Экономические механизмы регулирования

безопасности. Безопасность и предупреждение

чрезвычайных ситуаций: Кат.-справ. Кн.1:

Механизмы регулирования и технические средства /

Page 238: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 238 ~

В.Я. Перевощеков, А.Н. Проценко, М.Д. Сегаль и др.

– М.: Инструмент риска и безопасности, 1997. – С.

111-130. 25. Экономические механизмы управления рисками

чрезвычайных ситуаций/ МЧС России.-М.: ИПП

«Куна», 2004.- 312с 26. Потапов Б.В., Радаев Н.Н. Экономика природного и

техногенного рисков. – М.:ЗАО ФИД «Деловой

экспресс». – 2001. – 491 с. 27. Лобачев А.И. Безопасность жизнедеятельности:

Учебник для вузов –М: Высщее образование, 2008. -2-е изд. И доп. -367с.

28. Мастрюков.Б.С. Безопасность в чрезвычайных

ситуациях. Учебник для студентов высших учебных

заведений. М.; Издательский центр «Академия»

2003.-336с. 29. Орлов А.И. Федосеев В.Н. Менеджмент в

техносфере. Учебное пособие для студентов высших

учебных заведений. М.; Издательский центр

«Академия». 2003.- 384с. 30. Подосенова Н.С., Цхадая Н.Д. Управление

безопасностью жизнедеятельности. Учебное

пособие. Ухта: УТГУ, 2004.-298с. 31. Дмитрук В.И. Гальченко С.А. Оценка ущерба при

потенциальных авариях на промышленных

предприятиях. Безопасность труда в

промышленности.№2.2003.С.34-39. 32. Исаева Л.К. Оценка эколого-экономического

ущерба от загрязнения окружающей среды

нефтепродуктами при пожарах и авариях. Транспорт

и хранение нефтепродуктов. 2-3/98. с.11-15. 33. Шахов В.В. Введение в страхование: Учебное пособие.

2-е изд., перераб. и доп. - М,: Финансы и статистика,

1999.

Page 239: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

~ 239 ~

34. Интернет –журнал «Технологии техносферной

безопасности» Выпуск №1(41) – февраль, 2012 г.

\

Page 240: FÖVQƏLADƏ HALLARDAN MÜDAFİƏNİN İQTİSADİ TƏMİNATI · milyard dollar zərər dəydi. ... alovdan qorunmaq üçün minlərlə adam yığımıdı. 40000 nə fərə qədər

Cabir Qurban oğlu Həsənov

FÖVQƏLADƏ HALLARDAN

MÜDAFİƏNİN İQTISADİ TƏMİNATI

ali məktəblər üçün

dərs vəsaiti

Bakı - 2015

Redaktor: A.H.İsmayılova Korrektor: M.Q.Məmmədov

Kompüter yığımı və dizayn: A.H.İsmayılova

Formatı 60x84 1/16; Həcmi:15, ç.v.

Sifariş № 214 ; Tiraj 300

mətbəəsində çap olunmuşdur