h e s a b a t i...mövzu üzrə “ağac və kol bitkiləri” laboratoriyasında 6 iú və 8...
TRANSCRIPT
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏRKƏZİ NƏBATAT BAĞI
2017-ci ildə aparılmış elmi-tədqiqat işlərinin
H E S A B A T I
B A K I - 2017
Mərkəzi Nəbatat Bağında 2017-ci ildə aparılmış elmi-tədqiqat işlərinin
yekunlarına dair hesabat
1.1. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə
dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış islərin
yerinə yetirilməsi haqqında məlumat.
2017-ci ildə Mərkəzi Nəbatat Bağında “Azərbaycan respublikasında bioloji
müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair fəaliyyət planı”,
“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası və “Azərbaycan
respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinin icrası”
ilə əlaqədar Dövlət Proqramlarının həyata keçirilməsinə dair tapşırıqların yerinə
yetirilməsində fəal iştirak etmişdir (Dövlət proqramlarının icrası ilə əlaqədar
Mərkəzi Nəbatat Bağına tapşırılmış islərin yerinə yetirilməsi haqqında məlumat
hesabata əlavə olunur).
1.2. 2017-ci ildə elmi-tadqiqat işləri planlarının yerinə yetirilməsi
haqqında ümumi məlumat və alınmış mühüm nəticələr.
2017-ci ildə Mərkəzi Nəbatat Bağında elmi-tədqiqatlar “Biomüxtəlifliyinin,
torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi,
məlumat bazasının yaradılması” istiqamətində aparılır. Bağın bütün elmi
strukturları “Təbii və mədəni floradan olan bitki növlərinin introduksiyası və
kolleksiya fondunun yaradılması” problemi üzrə elmi-tədqiqat işlərini yerinə
yetirir. Bu problem üzrə cari ildə 7 mövzunu əhatə edən 17 iş və 22 mərhələdə
tədqiqat işlərinə başlanmışdır. Bütün işlər yenidir.
MÖVZU 1: “Ex situ şəraitində növmüxtəlifliyini zənginləşdirmək məqsədi ilə
yeni taksonların introduksiyası, ekoloji faktorların təsirinin öyrənilməsi,
genofondunun və məlumat bazasının yaradılması.
Mövzu üzrə “Ağac və kol bitkiləri” laboratoriyasında 6 iş və 8 mərhələdə
elmi-tədqiqat işləri yerinə yetirilmişdir.
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan 5 növün (Betula alba L.,
B.microlepis İ.V.Vasil, Carpinus geoktshaica Radde-Fomina, Celtis tournofortii
Lam., Pistacia mutica Fisch.et C.A.Mey.) həyat göstəricilərinə görə mədəni və
təbii şəraitlərdə ekoloji amillərə qarşı münasibəti müqayisəli şəkildə öyrənilmiş və
tədqiq olunan bitkilər içərisində işıqsevən növlərdə aşağıdakı morfoloji
dəyişikliklər müşahidə edilmişdir: gövdələri yoğun olub hündür boyludur və çox
budaqlanmışdır; yarpaqları kiçik, sadə, damarları incə və tüklüdür; çiçəkləmə və
meyvəvermə yüksəkdir; bitkilər istiyə və quraqlığa davamlıdır. Eyni zamanda
tədqiq olunan növlərin yarpaqlarının istiliyə davamlılığı öyrənilmişdir. Tədqiqatlar
göstərmişdir ki, öyrənilən bitkilərin yarpaqları 52-54°C arasında olan istilikdən
zərər görür (diaqram 1).
Diaqram 1. Istiliyin tədqiq olunan bitkilərin yarpaqlarına letal təsiri
Bitkilərin istiliyə davamlılığının onların bioloji xüsusiyyətlərindən asılı
olması və bu baxımdan da tədqiq olunan bitkilərin mədəni şəraitdə istiliyə və
quraqlığa qarşı bir-birlərindən fərqli xüsusiyyətlər göstərməsi müəyyən
olunmuşdur.
Tədqiq olunan ağac və kol bitkiləri suya olan ehtiyacına görə 4 müxtəlif
qruplara bölünmüşdür. Mezokserofit qrupuna tədqiq olunan bitkilərdən heç biri
daxil olmamışdır. Öyrənilən bitkilərdən 2 növü Betula alba, B.microlepis mezofit –
yəni orta nəmli yerlərdə yaşayanlar qrupuna daxil edilmişdir. Təcrübələr
göstərmişdir ki, tədqiq olunan nadir və nəsli kəsilməkdə olan ağac və kol
bitkilərinin suya olan tələbatları müxtəlif olduğundan ekoloji xüsusiyyətlərinə
uyğun olaraq onlar müxtəlif iqlim şəraitlərində yayılırlar.
Cari ildə Şabran və Şamaxı rayonlarında Amygdalus L. və Pistacia L.
cinslərinə aid yeni növlərin introduksiyası üzrə tədqiqatlar aparılmışdır. Hesabat
dövrü ərzində əkilmiş qozmeyvəlilərin eroziyaya qarşı rolu müəyyən edilməklə
bərabər, onların boy artımı, inkişafı, çiçəklənməsi və meyvəvermə prosesi də
tədqiq edilmişdir. 5 yeni növ iki və üçillik badam ağacları (Bostanlıq gec gülaçan,
Dessert, Nikita -gec çiçək açan, Daş badam və Nonparel) 2017 -ci ilin yazında
Şamaxı rayonunun “Pirdirəki” dağının ətəyində, Şabran rayonunun Əmirxanlı və
Məşrif kəndləri ətrafında terrasların kəsmə və tökmə hissəsində əkilmişdir (cədvəl
1.). Müəyyən edilmişdir ki, Şabran və Şamaxı rayonları ərazisində torpağın
eroziyaya uğraması bitkilərin sıxlığından və yağış sularının güclü olmasından
asılıdır. Odur ki, eroziyaya uğraya biləcək dağ yamaclarında su eroziyasının
qarşısını almaq üçün bir sıra ağac və kol bitkilərindən istifadə edilməsi
məqsədəuyğundur.
51
51.5
52
52.5
53
53.5
54
Betula alba B.microlepis Carpinusgeoktshaica
Celtistournofortii
Pistaciamutica
°C
Cədvəl 1.
Şabran rayonunda toxum və şitillə artırılan püstənin boy artımı (sm-lə).
Allium L.cinsinə (Allium fistulosum L, Allium giganteum Regel, Allium
dictyoprasum G.A.Mey. ex Kunth) aid növlərin cücərmə xüsusiyyətləri tədqiq
olunmuşdur. Səpilmiş toxumlar üçün substratlar hazırlanmış, toxumlar
laboratoriya şəraitində bu substratlarda fevral ayının ilk ongünlüyündən mart
ayının son ongülüyünədək dekadalar üzrə əkilmışdir. Aparılan təcrübələrin
yekunu göstərmişdir ki, Allum fistulosum (80-81%), Allium giganteum (90-95%),
Allium dictyoprasum (83-86%), toxumlarını fevral ayında səpildikdə daha yüksək
cücərmə faizi almaq mümkündür (diaqram 2.).
Diaqram 2. Tədqiq olunan növlərin toxumla çoxaldılması
Hesabat dövrü ərzində Mərkəzi Nəbatat Bağına introduksiya edilmiş nadir
oduncaqlı bitkilərin mikobiotasının tədqiqi istiqamətində tədqiqat işləri yerinə
yetrilmişdir. Tədqiqat zamanı şabalıdyarpaq palıd bitkisi üzərində ləkə (Ascochyta
guercus), gövdə qovu (Daedalea guercina), unlu şeh (Phyllactinia guttata)
köbələkləri, dəmirağacda qov (Phellinus torulosus), yalançı qov (Phellinus
robustus), hirkan armudunda pas (Gymnosporangium tremeloides) və unlu şeh
(Microsphaera penicillata), pontika yemişanında fomoz (Phoma crategi), şərq
çinarında antraknoz (Gloesporium nervisegnum), Hirkan qovağında qov göbələyi
(Inonotus obliguus) müəyyən edilmişdir.
70
75
80
85
90
95
Allum fistulosum Allium
giganteum
Allium
dictyoprasum
cücərmə faizi
Terrasın
hissəsi
Əkin
üsulu
Bitkilər üzərində dendrometrik ölçülər
aylarlar üzrə sm-lə
V VI VII VIII IX illik
h d h d h d h d h d h d
Tökmə
hissə
Toxumla 13,1 0,36 16,3 0,43 17,5 0,47 20,2 0,50 21,0 0,52 7,90 0,16
Şitillə 15,1 0,35 15,5 0,36 16,4 0,37 19,1 0,40 20,4 0,45 5,3 0,10
Fabaceae fəsiləsinə aid bəzi növlərin (Ceratonia siliqua L. – keçi buynuzu,
Caragana grandiflora (M.Bieb.) DC - sarı akasiya, Caesalpinia gillesi (Wallich
ex Hook.) Wallich ex D.Dietr. – cənnətquşu agacı) çoxaldılması və ilkin becərilmə
aqrotexnikasının öyrənilməsi məqsədi ilə təcrübələr qoyulmuşdur (diaqram 3).
Diaqram 3. Ceratonia siliqua və Caesalpinia gillesi növlərinin cücərmə faizi
Açıq şəraitdə səpilmiş Ceratonia siliqua L. növlərinin toxumları may ayının
üçüncü ongünlüyündə (28.IV) 25-30 % cücərti vermişdir. Örtülü şəraitdə səpilmiş
cillis sezalpiniyasının toxumları isə may ayının birinci ongünlüyündə cücərti
verdiyi (70 %) müşahidə edilmişdir (şəkil 1).
Açıq şəraitdə səpilmiş Ceratonia siliqua L. növlərinin toxumları may ayının
üçüncü ongünlüyündə (28.IV) 25-30 % cücərti vermişdir. Örtülü şəraitdə səpilmiş
cillis sezalpiniyasının toxumları isə may ayının birinci ongünlüyündə cücərti
verdiyi (70 %) müşahidə edilmişdir (şək.1). Tədqiqatlar nəticəsində məlum
olmuşdur ki, normal şəraitdə əmələ gəlmiş cücərtilər sürətlə boy atırlar. Birillik
cücərtilərin boylarının 50-70 sm oldğu müəyyən edilmişdir.
Şəkil 1. Ceratonia siliqua L. növlərinin cücərtiləri
Rhamnacea fəsiləsinə aid olan 4 Aralıq dənizi mənşəli bitki növlərinin
(Frangula grandifolia (Fisch. & C.A.Mey) Grubov, Rhamnus microphylla
Humb. & Bonpl. ex Schult., R. pallasii Fisch. & C.A. Mey., R. alaternus L.)
0
10
20
30
40
50
60
70
80
Ceratoniasiliqua L.
Gaezalpiniagillesi
Açıq şərait
Örtülü şərait
toxumla çoxaldılması üzrə elmi tədqiqat işi aparılmışdır. Oktyabr-noyabr aylarında
açıq sahəyə səpilmiş toxumlar mart və aprel aylarında orta hesabla 20-40 % cücərti
verdiyi müəyyən edilmişdir (diaqram 4).
Diaqram 4. Tədqiq olunan növlərin toxumla çoxaldılması
Virginil dövrün ilk mərhələsində ilk cücərtinin əmələ gəlmə prosesi
başlamış, rüşeym gövdəciyindən hipokotil inkişaf edərək toxum qabığını deşib
bayıra çıxmış və bir neçə gün keçdikdən sonra ləpə yarpaqlarının üst hissəsindən
əsas zoğ inkişaf etmişdir. Tədqiq olunan növlərin Abşeron şəraitində normal
çoxalaraq böyüyüməsi müəyyən edilmişdir.
Rosaceae fəsiləsinə aid bəzi yeni növlərin (Cerasus mahaleb. (L.) Mill,
C.microcarpa (C.A.Mey.) Boiss., C.avium (L.) Mahaleb., C.araxina Poyark.,
C.incana (Pall) Spanch) introduksiyası və çoxalma üsullarının tədqiqi üzrə tədqiqat
işi aparılmışdır.
Abşeron şəraitində tədqiq olunan yabanı albalı növlərinin toxumlarının
cücərmələri üçün uzun müddət tələb olunduğunu nəzərə alaraq yazda effektli
nəticələr almaq məqsədilə toxumlar avqust-sentyabr aylarında 3-5°C soyuq
şəraitdə nəm qumda stratifikasiya edilmişdir. Öyrənilən albalı növlərinin səpin
müddətini müəyyən etmək məqsədilə toxumlar erkən açıq şəraitdə 2-5 sm
dərinlikdə səpilmişdir.
Təcrübələr göstərmişdir ki, növdən asılı olaraq aprelin 2-ci ongünlüyündə
tək-tək, may ayının 3-cü ongünlüyündə cox saylı cücərtilər müşahidə edilmişdir
(şək.2).
0
5
10
15
20
25
30
35
40
Iriyarpaq
murdarçaHəmşəyaşıl
murdaqça
Kiçikyarpaq
murdarça
İshal murdarça
40
25
20 20
%
Toxumların …
Şəkil 2.Cerasus mahaleb növünün cücərtilərinin inkişafı
Meşə albalısı, quş albalısı növlərində toxumların cücərmə qabiliyyəti 30-
40% olmuşdur (diaqram 5). Xırdayarpaq və Araz albalısı növlərində isə ilkin
cücərmə faizi 10-15% olmuşdur.
Diaqram 5.Toxumların cücərmə qabiliyyəti
Fenoloji müşahidələr göstərmişdir ki, cücərtilər əmələ gəldikdən 5-8 gün
sonra ilk yarpaqlar, 10-20 gündən sonra 1-2-ci yarpaqlar, 25-30 gündən sonra 3-4-
cü yarpaqlar əmələ gəlir (şək.3).
Şəkil.3 Cerasus avium növünün cücərtiləri
Cücərtilərin intensiv boy artımı may ayının 1-ci ongünlüyündən başlayaraq,
növdən asılı olaraq iyun-iyul aylarınadək 60-80 gün davam edir. Birillik yabanı
42%
32%
16%
10%
C.mahaleb
C. avium
C. microcarpa
C.araxina
albalı toxumacarlarının kökü 60 gündən sonra torpağın 8-9 sm dərinliyində inkişaf
edir. Növlərdən asılı olaraq cücərtilərin boyu 3-6 sm-dir.
Hesabat dövrü ərzində Azərbaycanın və xarici floradan olan bəzi lian
növlərinin (“Trachelospermum jasminoides L., Bougainvillea spectabilis Willd.,
Vitis amurensis Rupr., Jasminium sambac (L.) Ait., Smilax aspera L.) Abşeronda
introduksiyası, çoxaldılma üsulları və morfogenezinin öyrənilməsi istiqamətində
tədqiqat işləri aparılmışdır.
Məlum olmuşdur ki, Jasminum sambac Abşeronda örtülü şəraitdə həm yaşıl,
həm də oduncaqlaşmış qələmlə asanlıqla çoxaldıla bilir. Eyni zamanda, Vitis
amurensis növünün açıq şəraitdə qələmlə çoxaldılması tədqiqatları aparılmış və
məlum olmuşdur ki, ən yüksək nəticə oduncaqlaşmış birillik zoğlardan götürülmüş
qələmlərdən alınmışdır (90%). Həmin növdə paralel olaraq ilk cücərtilərin illik
böyümə və inkişaf dinamikasının kök sistemi ilə müqayisəli tədqiqi aparılmışdır
(şək. 4).
Şəkil 4. Vitis amurensis növünün toxumla çoxaldılması
Cari ildə Acer velutinum Boiss., A. laetum C.A. Mey., Pterocarya
fraxinifolia (Lam) Spach., Fagus orientalis Lipsky., Fraxinus coriarifolia Scheele
növlərinin introduksiyası və genofondunun yaradılması mərhələsi üzrə elmi
tədqiqat işləri aparılmışdır.
Tədqiqat nəticəsində məlum olmuşdur ki, Acer velutinum Boiss. toxumları
95% cücərti vermiş və 1 aylıq cücərtilərin boyu 22 sm olmuşdur (şəkil 5). Tədqiqat
materialları olan Fraxinus coriariifolia Scheele. toxumları 68%-i, Pterocarya
fraxinifolia isə 57% cücərti verdiyi müəyyən edimişdir. Fenoloji müşahidələr
nəticəsində öyrənilən bitkilərin bir aylıq cücərtilərinin boyunun 12-22 sm arasında
olduğu aşkar edilmişdir. Ən az cücərmə faizi (21%) F. orientalis növündə, ən çox
(95%) isə A. velutinum –da müşahidə edilmişdir .
Şəkil 5. Acer velutinum növünün 1 aylıq cücərtiləri
Cücərtilərdə intensiv böyümə may ayında müşahidə edilmişdir. İyunun
ortalarından başlayaraq böyümə prosesi yavaşıyır və ayın axırlarında tam dayanır.
A. velutinum və F. orientalis növlərində avqustun axırlarından başlayaraq ikinci
boy vermə müşahidə edilir. Tədqiqat zamanı öyrənilən növlərdə birillik tinglərin
hündürlyünün 24,8-51,3 sm arasında olduğu məlum olmuşdur.
Beləliklə, aparılan tədqiqatların yekunu göstərmişdir ki, Abşeron şəraitində
tədqiq olunan bitki növləri normal cücərti verir və böyüyüb inkişaf edirlər.
2017-ci idə laboratoriya əməkdaşları tərəfindən 1 dərslik, 1 elmi-populyar
kitab, yerli mətbuatda 28 məqalə, xarici mətbuatda isə 6 məqalə (onlardan 3-ü
İnpakt faktorlu jurnallarda) və 2 tezis nəşr edilmişdir.
MÖVZU 2: “Nadir və nəsli kəsilməkdə olan təsərrüfat əhəmiyyətli bitkilərin
introduksiyası, kolleksiya fondunun və məlumat bazasının yaradılması”.
Mövzu üzrə “Nadir və nəsli kəsilməkdə olan bitkilər” laboratoriyasında 3 iş
və 3 mərhələdə elmi-tədqiqat işləri aparılır.
Kiçik Qafqazın qərb hissəsindən toplanmış Galantus elwesii, Centaurea
pulcherrima, Convallaria majalis, Schilla sibirica, Frtillaria imperialis, Pulsatilla
vulgaris (sək. 6-11) və Böyük Qafqazın Şərq hissəsindən toplanmış Achillea
millefolium L., Arctium lappa L., Leonurus cardiaca L., Valeriana officinalis L,
Verbascum speciosum Schrad., Hypericum perforatum L. növləri Mərkəzi Nəbatat
Bağının kolleksiyasında əkilmiş, üzərində fenoloji müşahidələr aparılmış,
Azərbaycanın təbii florasında yayılan nektarlı bitkilərin introduksiyası və
çoxaldılma üsulları öyrənilmişdir. Təbiətdən və kolleksiya sahəsindən
toplananbitki növləri əvvəlcədən düzəldilmiş təcrübə ləklərinə əkilmişdir. İstər
canlı, istər soğan, istərsədə toxum vasitəsi ilə əmələ gəlmiş cücərtilər üzərində
müşahidələr aparılmış və bioekoloji xüsusiyyətləri öyrənilmişdir (cədvəl 2).
Cədvəl 2.
Mərkəzi Nəbatat Bağında yetişdirilən növlərin cücərmə,
çiçəkləmə və vegetasiya müddəti
Növlər Cücərmə
(%-lə)
Çiçəkləmə
(aylar)
Vegetasiya
müddəti (gün)
Galanthus elwesii 10% III-IV 60-80
Centaurea pulcherrima 35-60% VI-VIII 230-250
Convallaria majalis 15% V-V1 200-230
Schilla sibirica 6% II-IV 100-120
Fritillaria imperialis 35-50% V-VI 110-140
Pulsatilla vulgaris 10% V-VI 110-120
Centaurea pulcherrima, Galantus elwesii, Convallaria majalis, Schilla
sibirica, Frtillaria imperialis, Pulsatilla vulgaris növlərində cücərtilər martın
üçüncü, aprel ayının birinci ongünlüyündə çıxmışlar (6-60%). Tədqiq edilən
bitkilərin aqrotexniki qaydada becərilməsi işləri davam etdirilir.
İl ərzində Mərkəzi Nəbatat Bağının təçrübə sahəsinə 130 bitki növü
Azərbaycanın fərqli bölgələrindən istər toxum, istərsə də canlı gətirilərək səpini və
əkini aparılmışdır. Təçrübələr davam etdirilir.
Böyük Qafqazın Şərq hissəsindən toplanmış Achillea millefolium L.,
Arctium lappa L., Leonurus cardiaca L., Valeriana officinalis L., Verbascum
speciosum Schrad., Hypericum perforatum L. növlərinin cücərtiləri üzərində
fenoloji müşahidələr aparılmışdır. Azərbaycanın müxtəlif regionlarından toplanan
bitki toxumları Nəbatat Bağının dərman bitkiləri sahəsində əvvəlçədən hazırlanmış
torpağa əkilmişdir. Laboratoriyanın əməkdaşları tərəfindən iyun-iyul aylarında
Qəbələ rayonunun Bum kəndindən tədqiq olunan bitkilərdən bir neçəsi (Achillea
millefolium L. –adi boymadərən, Arctium lappa L.– iri at pıtrağı, Leonurus
cardiaca L.- adi şir quyruğu və ya adi damotu, Hypericum perforatum L. – zəif
dazıotu) canlı olaraq gətirilmişdir. Gətirilmiş bitkilər dağlıq və dağətəyi yerlərdən
qönçə və çiçəkləmə fazasında toplanmışdır. Gətirilmiş növlər artıq sentyabr
ayında toxum verməyə başlamışdır. Toxumlar yığılaraq səpilmişdir. Alınan
çüçərtilərin cıxma faizləri 2-ci cədvəldə verilmişdir.
Cədvəl 2.
Nəbatat Bağının təcrübə sahəsində səpini aparılmış dərman bitkilərinin cücərmə
və çiçəkləmə müddəti
Bitki növləri Cücərmə
( %-lə)
Çiçəkləmə vaxtı
Achilla millefolium 42 V-1X
Arctium lapa 67 VI-VIII
Leonurus cardiaca 70 V1-IX
Hypericum perforatum 38 V-IX
Valeriana officinalis 18 VI-VII1
Verbascum speciosum 32 V1-VI11
Böyük və Kiçik Qafqazin təbii florasında yayılan bəzi nektarlı bitkilərin
aqrobioloji xüsusiyyətlərinin tədqiqi və kolleksiyasının yaradılması məqsədilə
faselya, xaşa və yonca bitkiləri üzərində elmi-tədqiqat işləri aparılmışdır. Aparılan
elmi-tədqiqat işinin əsas məqsədi nektar verən bitkilərin genofond materiallarının
toplanması və təsərrüfat bioloji əlamətlərinə görə öyrənilməsidir.
Tarla təcrübələri Mərkəzi Nəbatat Bağının ərazisində qoyulmuşdur. Nektarlı
bitkilərin toxumaları səpini 01-10 mart tarixlərində aparılmışdır. Toxumlar 2,0-3,0
sm dərinliyində torpağa səpilmişdir. Bitkilərdən böyümə və inkişafın əsas fazaların
başlanğıcı və kütləvi halı qeydə alınmışdır.
AMEA Mərkəzi Nəbatat Bağının ərazisində nektar və çiçək tozu verən
bitkilərin növ tərkibi araşdırılmış və yayılma regionları dəqiqləşdirilmişdir.
Ekspedisya yolu ilə müəyyənləşdirilmişdir ki, baxış keçirilən regionlarda nektar və
çiçək tozu verən 312 bitki növü vardır ki, onun da 121-i təmiz nektar verir.
2017-ci ildə laboratoriya əməkdaşları tərəfindən yerli mətbuatda 12, xarici
mətbuatda 1 məqalə dərc olunmuşdur.
MÖVZU 3: “Tropik ekzotik kserofitlərin Abşeronda örtülü şəraitdə
introduksiyası və morfo-bioekoloji tədqiqi (8 növ)”.
Mövzu üzrə “Örtülü şəraitdə becərilən bitkilər” laboratoriyasında 3 iş və 3
mərhələdə elmi-tədqiqat işləri aparılır.
Cənubi və Mərkəzi Amerika florasının endemi olan Bromeliaceae fəsiləsinin 3
növünün (Pitcairnia bromeliifolia L’Herit, P. xanthocalyx Mart. və Puya mirabilis
L.B. Smith.) örtülü şəraitdə toxumlarının cücərdilməsi, toxumdan cücərdilmiş yuvenil
bitkilərinin ilkin inkişaf dövründə biomorfoloji analizi, böyümə və inkişaf dinamikası
və becərilmə aqrotexnikası öyrənilmişdir. Müəyyən edilmişdir ki, Pitcairnia
bromeliifolia L’Herit, P. xanthocalyx Mart.və Puya mirabilis L.B. Smith. növlərinin
toxumları cücərməsinə görə bağlayıcılı yerüstü cücərmə tipinə aiddir. Öyrənilən
növlərin əldə edilən cücərtilərinin biomorfoloji analizi göstərdi ki, bu bitkilərin
toxumunun cücərməsi əvvəlcə toxum qabığının partlaması və sonra ondan əsas kökə
başlanığıc verən rüşeym kökcüyünün və hipokotilin birgə çıxması ilə başlayır (şək.
12).
a. toxum b. cücərti
Şək. 12. Pittcairnia xanthocalyx-in toxumdan cücərməsi.
Tədqiq üdilən növlər inkişafının yuvenil mərhələsində yaşlı bitkidən
fərqlənir. Fərqləndirici əlamət özünü rozetin formasında göstərir. Belə ki, bu
növlər yaşlı vəziyyətdə 5-7 yarpaqdan ibarət olan silindirik rozetə, yuvenil
mərhələdə isə çoxlu yarpaqdan (15-17) əmələ gəlmiş dağınıq rozetə malik olurlar.
Yuvenil bitkilərin əmələ gələn yarpaqları öz biometrik ölçülərinə görə də bir-
birindən fərqlənirlər. Bundan əlavə tropik zonalardan bəzi bitki növləri (Echeveria
agavoides Lem., Senecia herreianus Dinter., Crassula latea Soland.) örtülü şəraitə
introduksiya edilmiş və onların yuvenil fazada biomorfoloji tədqiqi aparılmışdır.
Aparılan tədqiqatlar zamanı alınmış nəticələr əsasında öyrənilən bitkilərin
ilkin inkişaf fazalarında yeni ekoloji şəraitə uyğunlaşma xüsusiyyətləri müşahidə
edilmiş və yeni introduksiya şəraitinə onların adekvat morfoloji və struktur
reaksiyası müəyyənləşdirilmiş, eyni zamanda öyrənilən bitkilərin optimal
becərilmə aqrotexnikası işlənmişdir.
Meksika florasından olan Opuntia humifusa Raf. və O. engelmannii Salm-
Dyck ex Engelmann növlərinin toxumdan cücərdilməsi və əldə edilmiş yuvenil
bitkilərin biomorfoloji analizi aparılmışdır. Bu növlərin yuvenil mərhələdə böyümə
və inkişaf dinamikası, yeni əmələ gələn vegetativ orqanların formalaşma
xüsusiyyətləri tədqiq edilmiş və onların yeni ekoloji şəraitdə becərilmə
aqrotexnikası işlənmişdir.
2017-ci ildə laboratoriya əməkdaşları tərəfindən yerli mətbuatda 3 məqalə,
xarici mətbuatda isə 1 məqalə və 1 tezis dərc olunmuşdur.
MÖVZU 4: “Dekorativ qızılgüllərin seleksiyası, Miniatür və Patio qrupu
qızılgüllərin hibridləşdirməyə cəlb edilməsi”.
Mövzu üzrə “Çiçəkçilik” laboratoriyasında 1 iş və 3 mərhələdə elmi-tədqiqat
işləri aparılmışdır.
Cari ildə Miniatür qızılgüllərin müxtəlif bağ qruplarına mənsub qızılgül
sortları ilə çarpaz tozlandırılması həyata keçirilmişdir.
Hibridləşdirmədə Miniatür qızılgüllərdən Baby Masquerade, Colibri 79,
Colibri 80, Clementine, Guletta, Lydia, Mimi Eden, Roslini, Top Hit sortlarından
istifadə edilmişdir. Tozlayıcı kimi kolleksiya genofondunda olan çay-hibrid,
floribunda, grandiflora, şrab, pletist bağ qruplarından olan 24, seleksiya üsulu ilə
yetişdirilmiş 12 sort və hibrid toxmacarlardan istifadə olunmuşdur.Tozlandırma
apararkən müxtəlif ekoloji-coqrafi şəraitdən introduksiya olan qızılgül sortları ilə
170 sayda müxtəlif kombinasiyalı çarpaz tozlandırma aparılmış, onlardan 55-də
tozlandırma baş tutmuş və meyvə bağlamışdır. Tozcuqların yığılması üçün adətən
iri, yaxşı formalaşmış, yarıaçılmış qönçələrdən istifadə olunmuşdur.
Hesabatda Miniatür və Patio qruplarına mənsub, Abşeronun torpaq-iqlim
şəraitinə daha çox adaptasiya olunmuş 25 sortun biomorfoloji və dekorativ
xüsusiyyətlərinin təsviri verilir. Onlardan Abşeronun və Azərbaycanın digər
yaşayış məntəqələrin yaşıllaşdırılmasında, landşaft memarlığında, həmçinin dibçək
bitkisi kimi istifadə edilməsi tövsiyə olunur (şək.13.).
Şəkil 13. AMEA Mərkəzi Nəbatat Bağındakı Miniatür və Patio qızılgülləri
Bundan əlavə dekorativ çiçək bitkilərinin çoxaldılması və kolleksiyasının
yaradılması istiqamətində işlər davam etdirilir.
2017-ci ildə laboratoriya əməkdaşları tərəfindən yerli mətbuatda 1 məqalə və
“AMEA Mərkəzi Nəbatat Bağının qızılgüllər kataloqu” dərc edilmişdir.
MÖVZU 5: “Azərbaycanda təbii halda bitən və introduksiya olunmuş
bəzi iynəyarpaqlıların (Taxus L., və Cupressus L.) dendroloji və rentgenoloji
qiymətləndirilməsi”.
Mövzu üzrə “Bitkilərin mühafizəsi və monitorinqi” laboratoriyasında 2 iş və
2 mərhələdə elmi-tədqiqat işlərinə aparılmışdır.
Quru subtropik iqlimə malik olan Abşeron yarımadasında ex situ şəraitində
icra edilən işin əsas məqsədi sərv müxtəlifliyi toxumlarının morfostruktur və
keyfiyyət göstəricilərinin rentgenoqrafik üsulla qiymətləndirilməsindən ibarət
olmuşdur. Tədqiqatların obyektini Abşerona introduksiya olunmuş 6 sərv növünün
(Cupressus arizonica Greene, C.funebris Endl., C.lusitanica Mill., C.macrocarpa
Hartw. ex Gordon, C.sempervirens L., C.torulosa D.Don.) toxumları təşkil
etmişdir. Tədqiq olunan sərv toxumlarının rentgenoqrafik təhlili göstərmişdir ki, bu
növlər quru subtropik iqlim şəraitində əkilib-becərilərkən əmələ gətirdikləri
toxumlar növ mənsubiyyətindən asılı olaraq fərqli göstəricilərə malik olurlar. Sərv
növləri toxumlarının rentgenoqrafik analizi göstərmişdir ki, növ mənsubiyyətindən
asılı olaraq onlar fərqli keyfiyyət göstəricilərinə malik olurlar. Belə ki, luzitan və
iriqozalı sərv növlərinin toxumları 41-44% həyatiliyə və 2,73-2,97 orta inkişaf
sinfinə malik olduqları halda, arizon, həmişəyaşıl, himalay və sallaq sərvləri isə bir
qədər aşağı göstəricili (20-32% həyatilikli, 1,91-2,44 orta inkişaf sinifli) toxumlar
əmələ gətirilər (cədvəl 3).
Cədvəl 3.
Sərv toxumlarının rentgenoqrafik keyfiyyət göstəriciləri
Növ
Toxumların inkişaf sinifləri Toxumların
orta inkişaf
sinfi, Sor
Toxumların
həyatiliyi,
L, % I Iə II III IV V
Arizon sərvi 17 30 24 10 15 4 2,05 20
Lusitan sərvi 12 - 24 31 21 12 2,97 44
İriqozalı sərv 16 12 10 23 39 - 2,73 41
Həmişəyaşıl sərv 33 10 16 8 20 13 2,44 32
Himalay sərvi 30 12 27 15 8 8 2,13 22
Sallaq sərv 45 20 10 6 7 12 1,91 20
Müqayisəli təhlillər göstərmişdir ki, sərv toxumlarının rentgenoqrafik
göstəriciləri ilə onların cücərmə faizi arasında statistik baxımdan dürüst və etibarlı
sıx müsbət korrelyasiya əlaqəsi vardır (r=0,926). Bu göstəricilər arasındakı xətti
asılılıq
Y=-0,134+1,036X±0,079
tənliyi ilə ifadə olunur.
Azərbaycanın müxtəlif bölgələrində əkilib-becərilən həmişəyaşıl sərvin
fərdləri bitmə şəraitindən asılı olaraq fərqli rentgenoqrafik göstəricili toxumlar
əmələ gətirirlər. Belə ki, Abşeron və Şəmkir ərazisindəki fərdlərə nisbətən
(L=21,7-34%; Sor=2,17-2,60) Astara və Tovuzda əkilib-becərilən eyni növdən olan
bitkilərin toxumları isə bir qədər yüksək göstəricilərə (L=40-42%, Sor=2,81-2,86)
malik olurlar.
Digər iş Şahdağ Milli Parkının Pirqulu Dövlət Təbiət Qoruğu ərazisində
(Şamaxı rayonu) həyata keçirilmişdir. Ərazidə yayılmış qaraçöhrə növündən
nümunələr götürülmüş və oduncaq-halqa nümunələrinin standart dendroxronoloji
metodlar vasitəsilə dendroekoloji tədqiqi aparılmışdır. Həmçinin ağacların
hündürlüyü, yaşı və gövdələrinin diametri arasında korrelyasiyalar tapılmışdır.
Ölçülən nümunələrdə radial artımın illər üzrə dəyişilməsi nəzərdən keçirilmiş və
məlum olmuşdur ki, ərazidə bitən qaraçöhrə ağaclarının radial artımı 0,984-1,649
mm/il intervalında dəyişilir. Ümumilikdə bu tədqiqat ərazisi üçün orta illik radial
artım 1.2 mm/il və nümunə götürülən ağacların yaşı isə 74-120 il intervalında
dəyişilmişdir.
İlkin olaraq hər bir nümunə üçün ölçülmüş oduncaq halqa qalınlıqlarının
illər üzrə dəyişilmə qrafiki verilmişdir (şək.14).
Şəkil 14. Qaraçöhrə növünün radial artımının illər üzrə dəyişilməsi qrafiki.
Statistik analizlər R statistika proqramında dplr, detrendeR, treeclim,
pointRes, bootRes, biüavelet, intervals paketləinin köməyi ilə yerinə yetirilmişdir.
Statistik analizlərin nəticələri aşağdakı cədvəldə verilmişir (cədvəl 4).
Cədvəl 4.
Statistik analizlərin nəticələri.
Nüm
sayı İl
Orta radial
artım
Standart
yayınma
Skew
əmsalı Həssaslıq Gini
Avtoko
korelyasiy
a
15 1899-
2017
0,984-
1,649
(1,442)
0,405-
0,599
0,454-
3,219
(1,021)
0,202-
0,259
0,163-
296
0,515-
0,818
Bitkilərin yaşı, hündürlüyü və gövdə diametri arasındakı korrelyasiya
əlaqələri müəyyən edilmişdir. Məlum olmuşdur ki, gövdənin diametri ilə bitkilərin
hündürlüyü arasında zəif korrelyasiya (r=0.3) mövcuddur. Digər tərəfdən isə
gövdənin diametri ilə bitkilərin yaşı (r=0), bitkilərin hündürlüyü ilə onların yaşı
(r=0.1) arasında heç bir korrelyasiya müşahidə edilməmişdir.
Aparılan tədqiatlar nəticəsində məlum olmuşdur ki, tədqiqat ərazisində
yayılan qaraçöhrə ağacları normal yetişmə mühütünə malikdirlər. Ağacların
hündürlüyü, diametri və yaşı arsında korrelyasiyanın müşahidə edilməməsi
ərazinin sixmeşələrdən ibarət olduğunu göstərir. Bütün statistik analizlər və
təhlillər göstərdik ki, mühit amilləri yüksək limitləndirici təsirə malik deyildir.
Quraq və ya ondan sonrakı illərdə radial artımda zəif azalma müşahidə edilməsi,
qaraçöhrənin bu quraqlığa kiçikdə olsa reaksiya verməsini göstərmişdir.
2017-ci ildə laboratoriya əməkdaşları tərəfindən yerli mətbuatda 12, xarici
mətbuatda isə 3 məqalə (onlardan ikisi impakt faktorlu jurnalda) dərc edilmişdir.
2017-ci ildə laboratoriya əməkdaşları tərəfindən yerli mətbuatda 1 kitab, 11
məqalə, xarici mətbuatda isə 2 məqalə (onlardan hər ikisi İmpakt Faktorlu
jurnalda) dərc edilmişdir.
MÖVZU 6: Kolleksiyada olan bəzi bitki növlərinin reproduktiv
xüsusiyyətlərinin tədqiqi, məlumat bazasının yaradılması.
Mövzu üzrə “Toxumçuluq” sektorunda 1 iş və 2 mərhələdə elmi-tədqiqat işlərinə
aparılmışdır.
Hesabat dövründə “Toxumçuluq” sektorunda ərzində 9 ölkə olmaqla 11
məntəqəyə 33 növ bitki toxumu göndərilmişdir. Toxum fonduna 87 növ bitki
toxumu daxil edilmişdir. 24 məntəqədən toxum sifariş olunmuş və 11 məntəqədən
72 növ bitki toxumu sektora daxil olaraq aidiyyatlı laboratoriyalara təqdim
edilmişdir. Cari ildə toxum verən bitki növlərinin təftişi aparılmış, sistematikada
yeri müəyyən edilərək etiketlərin asılması işləri həyata keçirilmişdir. Delektuslar
elektron poçt vasitəsilə 35 məntəqəyə göndərilmişdir. “2018-Seminum İndex”
kitabçasının hazırlanması istiqamətində işlər davam etdirilir. Hazırda dünya
ölkələrindən sifarişlərin qəbul edilməsi davam edir.
Hesabat dövrü ərzində Sorbus cinsinə aid növlər üzərində fenoloji
müşahidələr aparılmışdır. Aprelin ikinci ongünlüyündə Sorbus aucuparia L. və
Sorbus torminalis (L.) Crantz növlərinin in situ şəraitində çoxaldılması məqsədilə
stratifikasiya olunmuş və stratifikasiya olunmamış toxumlarla müqayisəli şəkildə
tədqiq edilmişdir. Aparılan təcrübələrin yekunu göstərmişdir ki, stratifikasiya
olunmuş Sorbus aucuparia L. (10-15%) və Sorbus torminalis (L.) Crantz (15-20%)
növlərində cücərmə faizi alınmışdır. Müqayisə məqsədilə xarici ölkələrdən sifariş
olunmuş növlər Sorbus scopulina ssp. glabrata, Sorbus americana, Sorbus aria
növünün toxumları müqayisə məqsədilə aprel ayında in situ şəraitində əkilmişdir.
Sorbus scopulina ssp. glabrata növündə sentyabr ayının birinci ongünlüyündə
cücərti müşahidə edilmişdir.
2017-ci ildə sektor əməkdaşları tərəfindən yerli mətbuatda 2 məqalə dərc
edilmişdir.
MÖVZU 7: Azərbaycanda yayılan iynəyarpaqlıların dendroentomoloji
tədqiqi.
Mövzu üzrə“Bitkilərin xəstəlik və ziyanvericilərlə mübarizə” sektorunda 1 iş
və 1 mərhələdə elmi-tədqiqat işlərinə aparılmışdır.
Cari ildə Şamaxı rayonuna ekspedisiyalar zamanı iynəyarpaqlı bitkilərin
təbii və süni əkin yerlərinə baxış keçirilmiş, mənənə, mərmər xırıldaq, qarışçı
kəpənəyi kimi zərərvericilər aşkar edilmişdir. Zərərvericilər aşkar edilən
ağaclardan koordinatlar götürülmüş və ağaclardan oduncaq halqa nümunələri əldə
edilmişdir. Nümunələr laboratoriyada analiz edilir. Növbəti ildə zərərvericilər
aşkar edilmiş ağaclardan yenidən nümunələr götürüləcək və zərərvericilərin radial
artıma təsirinin olub-olmayacağı müəyyən ediləcəkdir.
2017-ci ildə sektor əməkdaşları tərəfindən yerli mətbuatda 3 məqalə, xarici
mətbuatda isə 1 tezis dərc edilmişdir.
Mərkəzi Nəbatat Bağı üzrə 2017-ci ildə əldə edilmiş mühüm elmi nəticələr:
Mühüm nəticə: Böyük Qafqaz, Krım və Rusiya Düzənliyində yayılmış Pinus
sylvestris L. növünün 7 coğrafi landşaft qrupu üzrə 18 populyasiyasının allozim
analizlərinin təhlilləri nəticəsində məlum olmuşdur ki, coğrafi qrup şəklində
digərlərindən yüksək dağ silsilələri ilə təcrid olunmuş Elbrus ətrafı
populyasiyalarda polimorfizm az olsa da, differensiasiya səviyyəsi yüksək
olmuşdur.
İcraçılar: b.ü.f.d. Fərzəliyev V.S., b.e.d. Petrova İ.V., b.e.d. Sannikov S.N.,
b.e.n.Tembotova F.İ., b.e.n. Sannikova H.S., b.e.n. Mollayeva M.Z., b.e.n.
Yeqorov E.V.
1.3. 2017-ci ildə tətbiq olunmuş elmi nəticələr
Dünyanın müxtəlif botaniki-coğrafi vilayətlərindən Mərkəzi Nəbatat Bağına
introduksiya olunmuş 12 yabanı alma növləri (M. spectabilis-gözəl alma, M.
micromalus-kiçik meyvəli alma, M. prunifolia-çin alması, M. purpurea-qırmızı
alma, M. floribunda-çoxçiçəkləyən alma, M. sargentii-sargenti alması, M. toringo-
torinqo alması, M. ioensis-ayav alması, M. hissarica-hissar alması, M. baccata-
cibir aqlması, M. mandshurica-mancuriya alması, M. niedzwetzkyana-nedzeves
alması) dayanıqlı alma sortlarının seleksiyası məqsədilə Meyvəçilik və Cayçılıq
Elmi-Tədqiqat İnstitutunun “Meyvə bitkilərinin seleksiyası” laboratoriyasında
elmi-tədqiqat işlərində istifadə olunmuşdur.
1.6. Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi.
Mərkəzi Nəbatat Bağı Bakı Dövlət Universiteti, İnşaat-Memarlıq
Universiteti, Azərbaycan Tibb Universiteti və digər Universitetlərinin yüzlərlə
tələbəsi ilə maarifləndirici tədbirlər keçir. Burada tələbələr botaniki fənnlər üzrə
yay istehsalat təcrübə məşğələləri keçirlər ki, bu da onların elmi-tədqiqat işlərinə
marağı artırır.
1.7. Beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat.
“SAP-Hyrcanian -Sosial ehtiyaclara və ətraf mühit amillərinin dəyişilməsinə
qarşı Hirkan meşələrinin adaptasiya potenmsialının gücləndirilməsi” adlı layihə
Almaniyanın Volkswagen fondu tərəfindən dəstəklənmişdir. Layihənin əsas
məqsədi Azərbaycan, İran və Almaniyada təlimlər təşkil etməkdən, bu təlimlərdə
Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi üçün lazım olan bilik
və bacarıqlar əldə etməkdən və bu məqsədlə lazımı starteji və idarəetmə alətlərinin
işlənib hazırlanmasından ibarətdir. Layihədə 4 tərəfdaş institut və universitet -
Almaniyanın Frayburq Universiteti, AMEA Mərkəzi Nəbatat Bağı, İranın İlam və
Gilan Universitetləri iştirak edəcəkdir.
10-13 sentyabr 2017-ci il tarixində Batumi Nəbatat Bağı və Mərkəzi Nəbatat
Bağı arasında 5 il müddətində qarşılıqlı əməkdaşlıq çərçivəsində Razılaşma
memorandumu imzalanmışdır.
01 dekabr 2017-ci il tarixində Bakı Dövlət Universitetinin Botanika
kafedrası ilə AMEA-nın Mərkəzi Nəbatat Bağı arasında kadr hazırlığı və elmi-
tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
1.8. Elektron elmin vəziyyəti
Mərkəzi Nəbatat Bağında elektron elm əsasən elmi idarəçiliyin
təkmilləşdirilməsinə, AMEA və onun müxtəlif təşkilatları ilə sənəd dövriyyəsinə, o
cümlədən əlaqələrinin sürətləndirilməsini təmin etməyə imkan verir.
Hazırda Bağın www.cbg.org.az saytı fəaliyyətdədir.
1.9. Bağın nəşriyyat fəaliyyəti
2017-ci ildə Mərkəzi Nəbatat Bağının alimləri tərəfindən “Sərvlərin
bioekoloji və rentgenoloji xüsusiyyətləri”(Qurbanov M.R., Fərzəliyev V.S.),
“Bitki ekologiyası” (İsgəndər E.O., Sadıqova N.A.), “Bağbanın konspekti”
(Mehralıyev A.D.) kitabları, “AMEA Mərkəzi Nəbatat Bağının qızılgüllər
kataloqu”, yerli mətbuatda 61, xarici mətbuatda isə 10 məqalə (onlardan 5-i impakt
faktorlu jurnallarda) və 4 tezis dərc edilmiş, elmi işçilərin əsərlərinə 2 istinad
olunmuşdur.
1.10. Keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında
məlumat.
1. AMEA Mərkəzi Nəbatat Bağında “Elmi tədqiqatlar üçün elektron məlumat
bazalarından səmərəli istifadə” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
2. "GPS koordinatlarından istifadə etməklə ArcGIS10 program təminatında
ilkin xəritələrin hazırlanması" adlı seminar keçirmişdir.
3. “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə
ictimai məlumatlandırma sisteminə giriş” layihəsi çərçivəsində seminar
keçirilmişdir.
Hazırda Almaniya, Amerika, İngiltərə, İspaniya, İtaliya, Hollandiya və s.
ölkələrin 100-dən artıq Nəbatat bağları ilə toxum müdadiləsi işləri davam etdirilir.
Konfranslarda iştirak
Hesabat ilində Bağın alimləri 5 respublika və 5 beynəlxalq elmi yığıncaqda
məruzə və tezislərlə iştirak etmişlər.
1. “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” beynəlxalq elmi
konfransı. Bakı,19-21 sentyabr 2017 (Qurbanov M., Fərzəliyev V,
Seyfullayev F., Əliyev Ç., Hüseynova N., Zeynalov Y., Ərəbzadə A.,
Məmmədova G., Əliyev E., Səfərova E., Nəcəfova C., İsgəndər E).
2. “Urbanizasiyalı sənayeləşmə şəraitində mədəni irsin və biomüxtəlifliyin
qorunması” beynəlxalq elmi-praktik konfransı. Gəncə, 2017.( Fərzəliyev V,
Seyfullayev F).
3. “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” VI
respublika elmi konfransı. 4-5 may, Bakı, BDU, 2017 (İsgəndər O).
4. “Müasir təbiət elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransı,
Gəncə, 2017 (İslamova Z., Qasımov Ş., Məmmədova G., İsgəndər E.
Abasova T).
5. “Qlobal iqtisadi şərait və Azərbaycanın iqtisadi coğrafi mövqeyi”
respublika konfransı, Bakı, 2017 (Hüseynov Ş.).
6. XV cъезд Общества микробиологов Украины им. С.Н. Виноградского
(г. Одеса) – Львов: СПОЛОМ, 2017(Велиева С., Исламова З., Гасымов
Ш.).
7. III Международная научно-практическая конференция «Экология
биосистем: проблемы изучения, индикации и прогнозирования»,
посвященная 85-летию Астраханского Государственного
Университета. 21-26 август, 2017 (Тахмазова Д., Гасымов Ш.,
Исламова З.,Мехралыев А., Искендер Э., Сафарова Э.П).
8. IX Международная научно-практическаяконференция «Ландшафтная
архитектура в ботанических садах и дендропарках», Соловки , 2017
(Мехралиев А., Сафарова Е., Исламова З., Гусейнова Н.)
9. The 3rd İnternational Sympozium on EuroAsian Biodiversitu. Minsk,
Belorusiya, 2017 (Safarova E., Najafova C.).
10. XIX International Botanical Congress, Shenzen, Chine, July 23-29,
2017(Seyfullayev F., Farzaliyev V).
11. “Ardıc ağaclarının tədqiqi” mövzusunda beynəlxalq elmi seminar. Fransa,
Marsel,24-28 sentyabr, 2017 (Fərzəliyev V.)
Elmi ezamiyyətlər.
Cari ildə Mərkəzi Nəbatat Bağının əməkdaşları Naxçıvan MR-da, Gəncə
Quba, Qusar, Xaçmaz, Zakatala, Göyçay, Lerik, Yardımlı, İsmayıllı, Qəbələ,
Oğuz, Gədəbəy, Şamaxı, Kürdəmir, Lerik bölgələrində elmi ezamiyyətdə olmuş,
oradan müxtəlif bitkilərin toxum və əkin materiallarını gətirərək Bağın
kolleksiyalarını zənginləşdirmək məqsədi ilə aidiyyatlı laboratoriyalara təqdim
etmişlər.
Mərkəzi Nəbatat Bağının direktoru, b.ü.f.d., dos. Vahid Fərzəliyev 24-28
sentyabr 2017-ci il tarixində Fransa Respublikasının Marsel şəhərində elmi
ezamiyyətdə olub. V. Fərzəliyev Fransanın Eks-Marsel Universiteti və Aralıq
Dənizi Hövzəsinin Dəniz və Quru Biomüxtəlifliyi və Ekologiyası İnstitunun birgə
təşkilatçılığı ilə keçirilən“ Ardıc ağaclarının tətqiqi” mövzusunda beynəlxalq elmi
seminarda iştirak edib. Tədbirdə son illərdə dünyada ardıc ağaclarının tədqiqi ilə
bağlı əldə olunmuş mühüm elmi nəticələr və gələcəkdə koordinasiya olunacaq
birgə layihələr müzakirə olunub.
Bağın əməkdaşı Fərid Seyfullayev 13-19 oktyabr 2017-ci il İspaniyanın
Castelldefels şəhərində gənc alimlər üçün təkil olunmuş “Elmdə şəbəkələşmə və
ünsiyyət bacarıqları” adlı beynəlxalq təlimdə iştirak edib. Sumforest layihəsi
çərçivəsində keçirilən kursun əsas məqsədi gənc alimlərin dünyaya inteqrasiya
etməsi və elmi şəbəkələrin yaradılmasında lazım olan bilik və bacarıqların
öyrədilməsindən ibarət olub. Bundan əlavə gənc alim 4-29 sentyabr 2017-cü il
tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində “Nəbatat bağlarının
inkişafı və idarə edilməsi” IABG-2017 təlim kursunda iştirak edib. Təlimin
təşkilində əsas məqsəd sürətli qlobal dəyişiklik dövründə Asiyanın inkişaf etməkdə
olan ölkələri arasında nəbatat bağları şəbəkəsini gücləndirmək, peşəkar bacarıq və
fikir mübadiləsini təşviq etmək olub. Bundan əlavə o, Dünya Gənclər
Akademiyasının (GYA) və Cənubi Afrikanın Gənclər Akademiyasının (SAYAS)
təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən
Gənclər Akademiyalarının 3-cü Ümumdünya konfransında və Minsk (Belorusiya)
şəhərində gənc alimlər üçün təşkil olunmuş “Sumforest Summer School”
beynəlxalq yay məktəbində iştirak edib.
B.ü.f.d.Ofeliya Qafarova 3-6 iyul 2017-ci il tarixində Moskva şəhərində
təşkil olunmuş “Botanika bağlarında az yayılmış dekorativ bitkilər” adlı
beynəlxalq konfransda “Mərkəzi Nəbatat Bağının seleksiyasından olan və
Abşeronun yaşıllaşdırması üçün istifadə olunan yeni dekorativ qızılgül sortları”
mövzusunda məruzə ilə çıxış edib.
B.ü.e.d. Şakir Qasımov 10-14 sentyabr 2017-ci il tarixində Odessa şəhərində
keçirilən Ukrayna Mikrobioloqlar Cəmiyyətinin XV qurultayında “Патогенная
микобиота оранжерейных растений Центрального Ботанического Сада НАН
Азербайджана” adlı məruzə ilə çıxış edib.
1.11. Elmi kadrların hazırlanması.
2017-ci ildə 1 elmlər doktoru dissertasiya işinin (b.ü.f.d., dos.
V.S.Fərzəliyev) müdafiəsinin təşkili AAK-ın ekspert şurası tərəfindən tövsiyə
edilmiş, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2 dissertasiya işi
müdafiə edilmiş (e.i. F.Seyfullayev, e.i. A.Ərəbzadə) və 1 fəlsədə doktoru
dissertasiya işinin təsdiqi alınmışdır ( e.i. O.Qafarova).
Kadr potensialı
01 dekabr 2017-ci il tarixinə Mərkəzi Nəbatat Bağında 137 əməkdaş, o
cümlədən 29 nəfər elmi işçi çalışır ki, onlardan 1 nəfəri AMEA-nın müxbir üzvü, 4
nəfəri elmlər doktoru, 14 nəfəri isə biologiya üzrə fəlsəfə doktorudur.
Elmi şura
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 01.03.2016-cı il tarixli 03
nömrəli qərarı ilə Bağın Elmi şurasının tərkibi 11 nəfərdən ibarət təsdiq
olunmuşdur. Cari ilin birinci yarımilində Elmi şuranın 12 iclası keçirilmişdir.
Seminarların işi haqqında.
2017-ci ildə Mərkəzi Nəbatat Bağının seminarında 5 məruzə dinlənilmişdir
(Bağın əməkdaşlarından-Aynur Ərəbzadə və Fərid Seyfullayev, BDU-nun
doktorantı Sənubər Aslanova, Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı
İlahə Əliyeva və Dendroligiya İnstitutunun doktorantı Samirə Bağırova). Bundan
əlavə əməkdaşlarımız AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin digər
institutlarında keçirilən seminarlarda da yaxından iştirak etmişlər.
1.12. Maddi-texniki təchizat və maliyyə məsələləri
Mərkəzi Nəbatat Bağına 2017-ci il üçün 778086,00manat büdcə vəsaiti
ayrılması nəzərdə tutulmuşdur. 01 dekabr 2017- ci il tarixinə Bağ üzrə faktiki
maliyyələşmə 708829,32 manat olmuşdur.
Cari hesabat ilində Mərkəzi Nəbatat Bağının təsərrüfat fəaliyyəti sahəsində
aşağıdakı işlər görülmüşdür:
Orenjeriya və istixanaların şüşələri təzələnmiş və əhənglənmişdir;
İstifadəyə yararsız bir orenjeriya təmir olunmuş istifadəyə verilmişdir;
Yeni politilen örtüklü, səyyar istixana quraşdırılmışdır;
Bağın ərazisində təmizlik və abadlıq işləri aparılmışdır;
Bağın mərkəzi girişi təmir olunmuşdur;
Bağın inzibati binasının giriş qapıları və bəzi pənсərələri yenilənmiş və foyesi
təmir olunmuşdur;
İnzibati binanın su navalçaları yenilənmişdir;
Sıradan çıxmış su boruları yenisi ilə əvəz edilmişdir;
Şamaxı Dayaq Məntəqəsinin sərhədləri müəyyənləşdirilmiş, bir hissəsi
hasarlanmış, məntəqənin perimetri boyunca rahat hərəkət etmək üçün yollar
açılmışdır;
Bağ ərazisindəki yolların kənarındakı bardyurlar təmizlənmiş və rənglənmişdir;
Bağın hasarlarının bərpası işləri həyata keçirilmişdir;
AMEA-nın köhnə avtobazasının ərazisində Bağ üçün ayrılmış yeni binanın
tikintisinə başlanmışdır.
1.13. Sosial sferada fəaliyyət
İl ərzində respublikanın təhsil idarələrinin şagird və tələbələri, o cümlədən
xarici qonaqlarla ekskursiyalar aparılmış, bağ həvəskarlarına bitkilərin becərilməsi,
onlara qulluq qaydaları, xəstəlik və ziyanvericilərə qarşı mübarizəsinə dair lazımı
məsləhətlər verilmişdir. Müxtəlif media qurumlarının Bağın əməkdaşları ilə
görüşləri təşkil olunmuş, alınmış müsahibələr, hazırlanmış videoçarxlar və
verilişlər televiziya, qəzet, xəbər saytları və sosial mediada yayımlanmışdır
(şək.15).
Şək.15. Bağın əməkdaşlarınınteleviziya kanallarında iştirakları
1.14. Təltiflər və mükafatlar haqqında məlumat.
Mərkəzi Nəbatat Bağının “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri,
b.ü.e.d. Elman Osman oğlu İsgəndər Azərbaycan Kütləvi İnformasiya Vasitələri
İşçiləri Həmkarlar İttifaqı tərəfindən “İlin Alimi”, “Çiçəkçilik” laboratoriyasının
müdiri, b.ü.f.d. Asəf İsgəndərov isə Azərbaycan Kütləvi İnformasiya Vasitələri
işçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Heydər
Əliyevin ideyalarınının həyata keçməsindəki fəaliyyəti, vətənə və xalqa layiqli
xidmətlərinə görə "İlin nüfuzlu ziyalısı" ali mediya mükafatına layiq görülmüşdür.
AMEA Mərkəzi Nəbatat Bağının
direktoru v.i.e., b.ü.f.d., dos. V.S.Fərzəliyev
Elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi
Mərkəzi Nəbatat Bağı
Pro
ble
mlə
r
mövzu
lar
Işlə
r
Mər
həl
ələr
2017-ci ildə tamamlanmış
mövzu
lar
Işlə
r
Mər
həl
ələr
“Ağac və kol bitkiləri”
lab. 1 1 6 8 - - -
“Nadir və nəsli
kəsilməkdə olan bitkilər”
lab.
1 1 3 3 - - -
“Örtülü şəraitdə becərilən
bitkilər” lab.
1 1 3 3 - - -
“Çiçəkçilik” lab. 1 1 1 3 - - -
“Bitkilərin mühafizəsi və
monitorinqi” lab.
1 1 2 2 - - -
“Toxumçuluq” sektoru 1 1 1 2
“Bitkilərin xəstəlik və
ziyanvericilərlə
mübarizə”sektoru
1 1 1 1
Mərkəzi Nəbatat Bağı
üzrə cəmi:
1 7 17 22 - - -
Qrantlara əsasən görülən işlər
Şöbə və
laboratoriyaların adı
Alınmış
qrantların
ümumi sayı
o cümlədən xarici
ölkə alimləri ilə
birgə alınan
qrantların sayı
Qrantın məbləği
(manat)
Qrant hansı
fond və
təşkilatdan
alınmışdır
1 2 3 4 5
Mərkəzi Nəbatat
Bağı üzrə cəmi:
1 - Almaniyanın
Volkswagen
fondu
Bitkilərin mühafizəsi
və monitorinqi
1 - Almaniyanın
Volkswagen
fondu
Dərc olunmuş mühüm nəticələr və nailiyyətlər
Mərkəzi Nəbatat
Bağı
Kit
abla
rın
, m
on
oq
rafi
yal
arın
və
məq
aləl
ərin
, te
zisl
ərin
üm
um
i sa
yı
Kit
abla
r
Mo
no
qra
fiy
alar
Məq
aləl
ər
o cümlədən xaricdə dərc
olunmuşdur
Dər
slik
lər
və
elm
i-k
ütl
əvi
nəş
rlər
Elm
i iş
çilə
rin
əsə
rlər
inə
ola
n
isn
adla
r
Tez
islə
r
Kit
abla
r
Mo
no
qra
fiy
alar
Məq
aləl
ər
Tez
islə
r
İmp
akt
Fak
torl
u j
urn
alla
rda
dər
c o
lun
mu
ş m
əqal
ələr
“Ağac və kol
bitkiləri” lab.
2 34 2 3 2 3 1
“Nadir və nəslı
kəsilməkdə olan
bitkilər” lab.
13 1
“Örtülü şəraitdə
becərilən bitkilər”
lab.
4 1 1 1
“Çiçəkçilik” lab.
1 1
“Bitkilərin
mühafizəsi və
monitorinqi” lab.
1 13 2 2
İT və İƏ şöbəsi
3
“Toxumçuluq”
sektoru
2
“Bitkilərin xəstə-
lik və ziyanverici-
lərlə mübarizə”
sektoru
1 1 1 1
Mərkəzi Nəbatat
Bağı üzrə cəmi:
79 4 71
4 10 4 5 2
Elmi populyar nəşrlər haqqında məlumat
Mərkəzi Nəbatat
Bağı
Nəşrin adı Elm sahəsi Çap edən
nəşriyyatın
adı
“Ağac və kol
bitkiləri” lab.
“Bağbanın
konspekti”
Botanika
“Vektor”
Beynəlxalq
nəşr evi
Mərkəzi Nəbatat
Bağının bukleti
Botanika Elm
nəşriyyatı
Elmi kadrların hazırlanması
Elmi müəssisələrin
adları
Doktoranturada
təhsil alır
Doktorantu-
raya
yeni qəbul D
okto
rantu
ranı
bit
irib
Dissertasiya
müdafiə
olunub
Müdafiəyə
hazırlanıb
Dis
sert
antl
ar
əyan
i
qiy
abi
əyan
i
qiy
abi
O cümlədən O cümlədən
Fəl
səfə
dokto
ru
Elm
lər
dokto
ru
Fəl
səfə
dokto
ru
Elm
lər
dokto
ru
“Ağac və kol bitki-
ləri” lab.
- - - - - - - - - -
“Nadir və nəslı kəsil-
məkdə olan bitkilər”
lab.
- - - - - 1 - - - -
“Örtülü şəraitdə be-
cərilən bitkilər” lab.
- - - - - - - - - -
“Çiçəkçilik” lab. - - - - - - - - - -
“Bitkilərin mühafi-
zəsi və monitorinqi”
lab.
- - - - - - - - - -
İT və İƏ şöbəsi
- - - - - - - - - -
“Toxumçuluq”
sektoru
- - - - - - - - - -
“Bitkilərin xəstəlik
və ziyanvericilərlə
mübarizə” sektoru
- - - - - 1 - - 1 -
Mərkəzi Nəbatat
Bağı üzrə cəmi:
- - - - - 2 - - 1 -
Kadr potensialı
Yaş həddi Elmi işçilər
Onlardan alimlik dərəcəsi olanlar
Elmlər doktorları Fəlsəfə doktorları
cəmi kişilər qadınlar cəmi kişilər qadınlar cəmi kişilər qadınlar
30 yaşadək 4 - 2 - - - - - -
30-39 yasda 6 1 5 - - - - - -
40-49 yaşda 5 3 2 - - - 4 2 2
50-59 yaşda 5 3 2 1 1 - 4 2 2
60-69 yaşda 5 3 2 1 1 - 4 2 2
70 və yuxarı 4 4 - 2 2 - 2 2 -
Elmi işçilərin
ümumi sayı
29 14 13 4 4 - 14 8 6
AMEA Mərkəzi Nəbatat Bağının
direktoru v.i.e., b.ü.f.d., dos. V.S.Fərzəliyev