islam terroru lənətləyir. azərbaycan (version 1)

215
İSLAM TERRORU LƏNƏTLƏYİR Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola salır! (Yunis surəsi 25) HARUN YƏHYA 1

Upload: harunyahyaazerbaijan

Post on 14-Apr-2017

100 views

Category:

Science


21 download

TRANSCRIPT

Page 1: Islam terroru lənətləyir. azərbaycan (version 1)

İSLAM TERRORU

LƏNƏTLƏYİR

Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola salır!

(Yunis surəsi 25)

HARUN YƏHYA

Birinci nəşr: noyabr 2001

1

Page 2: Islam terroru lənətləyir. azərbaycan (version 1)

İkinci nəşr: avqust 2005Üçüncü nəşr: oktyabr 2005Dördüncü nəşr: avqust 2008Beşinci nəşr: avqust 2008Altıncı nəşr: yanvar 2009

www.harunyahya.org - www.harunyahya.net

2

Page 3: Islam terroru lənətləyir. azərbaycan (version 1)

İÇİNDƏKİLƏR

Giriş

Sülh və təhlükəsizliyin qaynağı: İslam əxlaqı

Qurana görə müharibənin hökmü

Din adı altında terror törədənlərin iç üzü

İslamın əhli-kitaba baxışı

İslam Orta şərqə sülh və hüzur gətirmişdir

Terrorizmin mənşəyi: darvinizm və materializm

Nəticə: qərb dünyası üçün təkliflər

Təkamül yalanı

OXUCUYA

3

Page 4: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə, Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar “bir nəfəsə oxunan kitablar” ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

4

Page 5: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan

Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

5

Page 6: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malayziya, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

6

Page 7: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın

7

Page 8: Islam terroru lənətləyir. azərbaycan (version 1)

əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

GİRİŞ2001-ci il, sentyabrın 11-də ABŞ-ın iki böyük şəhərinə

qarşı təşkil edilən, minlərlə günahsız insanın ölməsi və yaralanması ilə nəticələnən terror hücumlarını bir müsəlman kimi qəti şəkildə lənətləyir və Amerika xalqına başsağlığı veririk. Bu hücumlar terrorun əsl mənbəyi ilə əlaqədar olan çox əhəmiyyətli bir mövzunu dünyanın diqqət mərkəzinə gətirdi və bu vasitə ilə İslamın sülh və xeyirxahlıq dini olmasını, insanlara mərhəməti və ədaləti əmr etdiyini bütün dünyaya geniş bir şəkildə göstərdi. Ayrı-ayrı ölkələrin liderləri, dünyanın ən nüfuzlu mətbuat vasitələri, televiziya və radiolar həqiqi İslamın

8

Page 9: Islam terroru lənətləyir. azərbaycan (version 1)

terrorizm və gərginliyə heç bir zaman izn vermədiyini, onun insanlar və cəmiyyətlər arasında sülh yaradılmasını daim əmr etdiyini öz cəmiyyətlərinə dəfələrlə bildirdilər. İslam dinini yaxından araşdıran və Allah`ın Quranda əmr etdiyi həqiqi İslam dinini yaxşı tanıyan əksər qərbli çevrələr “İslam” və “terror” kəlmələrinin birlikdə işlədilməsinin qətiyyən mümkün olmadığını, ilahi dinlərin heç bir şəkildə gərginliyə və amansızlığa yol vermədiyini bütün açıqlığı ilə ortaya qoydular.

Bu kitabın mövzusu da lənətlədiyimiz bu vəhşiliyin qaynağının qətiyyən ilahi bir din olmaması, xüsusilə İslamda terrora yer olmaması həqiqəti ilə birbaşa bağlıdır. İslam dininin yeganə mənbəyi olan Quranda və başda Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) olmaqla tarix boyu yaşamış bütün müsəlman rəhbərlərin fəaliyyətində və nəsihətlərində bu həqiqət tam açıqlığı ilə ortaya çıxır. Bu səbəblə də İslamın terroru qadağan etdiyini və terrorizmi, vəhşiliyi, bütün insani olmayan əməlləri, amansızlığı və qəddarlığı haram buyurduğunu bu kitabda Quran ayələrinin işığında tarixi nümunələrlə və bütün dəlilləri ilə ortaya qoyacağıq.

Bəlli olduğu kimi, əsrlərdir dünyanın müxtəlif bölgələrində müxtəlif terror əməliyyatları həyata keçirilir. Hər biri fərqli qruplar tərəfindən və müxtəlif məqsədlərlə həyata keçirilən bu əməliyyatlara görə məsuliyyəti bəzən bir kommunist təşkilatı, bəzən bir faşist qrupu, bəzən də radikal və ya separatçı dairələr öz üzərinə götürür. Amerika kimi ölkələr tez-tez irqçi və marginal terror qrupları tərəfindən gerçəkləşdirilən hücumlara məruz qaldığı halda, Avropa ölkələrində çeşidli terror təşkilatları tərəfindən irimiqyaslı və amansız terror aktları həyata keçirilməkdədir. Yunanıstanda “17 noyabr”, Almaniyada RAF, İspaniyada ETA, yenə Almaniyada neonasist qruplar, İtaliyada “Qızıl toqaylar” və daha neçə-neçə təşkilat səslərini terror və amansızlıq üsulları ilə

9

Page 10: Islam terroru lənətləyir. azərbaycan (version 1)

eşitdirməyə çalışır, heç bir günahı olmayan, müdafiəsiz insanları vəhşicəsinə qətlə yetirirlər. İnkişaf edən və dəyişən dünya şərtləri ilə birlikdə terrorizm də dəyişir, inkişaf edən texnologiyaya əsaslanaraq əldə etdiyi yeni imkanlarla öz təsir dairəsini və gücünü günbəgün artırır. Terrorizmin əhatə dairəsi və təsir gücü xüsusilə də internet kimi kütləvi kommunikasiya vasitələrinin imkanları hesabına daha da genişlənir.

ABŞ və Avropadakı kimi, qərb mənşəli təşkilatlarla yanaşı, orta şərq mənşəli terror təşkilatları da var. Belə ki, dünyanın dörd bir tərəfindəki terror hadisələrinin məsuliyyətini məhz bu qruplar öz üzərinə götürür və öz əməllərini həyata keçirməkdə davam edir. Ancaq burada çox önəmli olan bir faktı da vurğulamaq lazımdır. Belə terror əməlləri həyata keçirən insanların xristian, müsəlman və ya yəhudi olması bəzi dairələri yanlış qənaətlərə gəlməyə sövq edir və onların ilahi dinlərin mahiyyəti ilə əsla uyğun gəlməyən iddialarla çıxış etməsinə səbəb olur. Terrorçular müsəlman olsa və bu, onların paspor-tunda yazılsa belə, belələrinin törətdiyi cinayətlərə “İslam terro-ru” deyilə bilməz. Bu sözlər eyni qaydada xristian və yəhudilərə də aiddir. Terrorçular xristian olsalar, onların bu vəhşiliyinə “xristian terroru” və ya yəhudi olsalar, “yəhudi terroru” da deyilə bilməz. Çünki kitabın növbəti bölmələrində də araşdırdığımız kimi, günahsız insanların ilahi bir din adı altında öldürülməsi mümkün deyil. Yaddan çıxarmaq olmaz ki, sentyabrın 11-də Nyu-York və Vaşinqtonda qətlə yetirilmiş insanlar arasında hz. İsanı sevənlər (xristianlar), hz. Musanı sevənlər (yəhudilər) və müsəlmanlar da vardı. Bu günahsız insanları öldürmək Allah`ın bu əməli bağışlaması xaricindədir və cəhənnəm əzabı ilə nəticələnən böyük bir günahdır. Dinə inanan, qəlbində Allah qorxusu olan bir insan heç bir zaman belə bir şeyi etməz.

10

Page 11: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Belə bir vəhşiliyi törədənlər (onlar hansı dinə mənsub olduqlarını iddia edirlərsə etsinlər) bunu ancaq dinə təcavüz etmək məqsədi ilə etmiş ola bilər. Onların məqsədi dini insanların gözündən salmaq, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət və reaksiya yaratmaq ola bilər. Buna görə də günahsız insanlara qarşı din adı altındakı hər bir təcavüz, əslində, dinin özünə qarşı edilmiş bir təcavüzdür.

Din sevgini, mərhəməti, sülhü əmr edir. Terrorizm isə dinin əksinədir, yəni mərhəmətsizdir, qan tökmək, öldürmək, acı çəkdirmək, faciələr yaratmaq istəyir. Buna görə də bir terror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Belə amansız və vəhşi hadisələrin mənbəyini faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıması, şəxsiyyət vəsiqələrində nə yazılması önəmli deyil. Bir adam günahsız insanları gözünü də qırpmadan öldürürsə, deməli, o adam, əlbəttə ki, dindar deyil və mütləq dinsizdir. Beləsi Allah`dan qorxmayan, məqsədi yalnız qan tökmək və əzab vermək olan bir canidir. Bu səbəblə də “İslam terroru”, “yəhudi terroru”, “xristian terroru” kimi ifadələr son dərəcə xətalı və kökündən yanlış anlayışlardır. Çünki İslam dinində də, digər iki ilahi dində də terrora, vəhşiliyə, qəddarlığa və amansızlığa heç bir şəkildə yer yoxdur. Əksinə, terror adlandırdığımız əməllər (yəni günahsız insanlara qarşı işlənən cinayətlər) İslama görə böyük günahdır. İslama görə, müsəlmanlar terrorizm kimi vəhşi və qeyri-insani əməllərin qarşısını almaq, yer üzünə sülh, rahatlıq və ədalət gətirmək missiyasını daşıyırlar.

11

Page 12: Islam terroru lənətləyir. azərbaycan (version 1)

İSLAM ƏXLAQI SÜLHÜNVƏ TƏHLÜKƏSİZLİYİN MƏNBƏYİDİR

Bir din adına ortaya çıxdığını bildirən insanların bir qismi o dini səhv anlamış və səhv tətbiq etmiş ola bilər. Bu səbəblə də həmin insanlara baxaraq o din haqqında fikir söyləmək yanlış olar. Bir dini tanımağın ən doğru yolu o dinin müqəddəs qaynağını araşdırmaqdır. İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, mərhəmət, ədalət, təvazökarlıq, fədakarlıq, xeyirxahlıq, xoşniyyətlilik və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan bir müsəlman son dərəcə kübar, gözütox, dərin düşüncəli, incə ruhlu, təvazökar, ədalətli, xoşniyyət, səmimi, etibarlı və hərtərəfli şəkildə kamil bir insan olur, ətrafındakılara da sevgi, sayğı, rahatlıq və həyat sevinci bəxş edir.

İslam sülh dinidirTerrorun başlıca mənası qeyri-hərbi, yəni mülki

hədəflərə qarşı siyasi məqsədlə zor istifadə etməkdir. Başqa sözlə desək, terrorun hədəfləri tamamilə günahsız olan dinc insanlardır. Bu insanların yeganə “günahı” onun terrorçunun gözündə qarşı tərəf, onlardan olmayan tərəf olmasıdır. Bu səbəblə də terror günahsız insanlara qarşı zor tətbiq edilməsi mənasına gəlir ki, bunun da heç bir əxlaqi anlamı və üzrlü səbəbi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi, insanlığa qarşı işlənmiş günahdır.

Quran Allah`ın insanlara yolgöstərən olaraq endirdiyi bir kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xoşniyyətlilik, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allah`ın sonsuz mərhəmət və şəfqətini əks etdirən, insanlara rahatlıq və sülh dolu həyat bəxş etmək üçün yer

12

Page 13: Islam terroru lənətləyir. azərbaycan (version 1)

üzünə endirilmiş bir dindir. Quran ayələrində insanlar yer üzündə mərhəmətin, şəfqətin, xoş münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!

Ayədən də göründüyü kimi, Allah insanların əmin-amanlığının onların Quran əxlaqına uyğun yaşaması ilə əldə olunacağını bildirir.

Quran əxlaqına görə, bir müsəlman onların müsəlman olub-olmamağından asılı olmayaraq, bütün digər insanlarla mehriban və ədalətli davranmağa, zəifləri və günahsızları qoru-mağa və yer üzündə fitnə-fəsadın qarşısını almağa borclu və məsuldur. Fitnə-fəsad yer üzündə insanların əmin-amanlığını və rahatlığını, sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə də buyurulur ki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə, 205).

Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə-fəsad nümunələrindən biridir. Allah Quranda bu vəziyyəti belə açıqlayır:

...Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. (Maidə, 32)

Göründüyü kimi, tək bir insanı belə, bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürən bir adam bütün insanları öldürmüş qədər böyük bir günah qazanır. Bu halda, terrorçuların törətdiyi cinayətin, soyqırımın və indi gündəmdə olan ifadə ilə desək, intihar hücumlarının nə qədər böyük günah olması aydın görünür.

13

Page 14: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Allah terrorun bu əzazilliyinin axirətdəki “mükafatı”nın nə olacağını belə bildirir:

Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir! (Şura, 42)

Bütün bunlar göstərir ki, günahsız insanlara qarşı terror əməlləri hazırlamaq və onları həyata keçirmək İslama tamamilə zidd bir işdir və heç bir müsəlman belə bir günah edə bilməz. Əksinə, müsəlmanlar bu gün belə günah iş tutan insanların qarşısını almaqla yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara rahatlıq və əmin-amanlıq gətirməyə görə məsuliyyət daşıyırlar. Müsəlmançılıq terrorla bir yerdə ola, hətta birgə təsəvvür edilə bilməz, əksinə, İslam terrorun qarşısındakı ən böyük maneə və terrorizm probleminin çözülməsi yoludur.

Allah fitnə-fəsadı lənətləmişdirAllah insanlara pislik etməkdən çəkinməyi əmr etmiş,

zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Allah`ın bu əmrinə itaət etməyənlər isə ayədə yazılan ifadə ilə desək, şeytanın yolu ilə gedənlər kimi tərif edilmiş və açıq-aydın Allah`ın haram saydığı bir yolun yolçuları adlandırılmışlar. Quranın bu mövzudakı bir çox ayələrindən bəziləri belədir:

Allah`la əhd bağladıqdan sonra onu pozanlar, Allah`ın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb-da-ğıdanlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə dü-çar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir. (Rəd, 25)...Allah`ın verdiyi ruzidən yeyin-için, amma yer üzün-də öz həddinizi aşaraq fəsad törətməyin. (Bəqərə, 60)

14

Page 15: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Allah`a həm qorxu, həm də istəklə dua edin. Həqiqətən, Allah`ın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf, 56)

Fitnə-fəsadla, günahsız insanları öldürməklə, üsyan və zülmlə yer üzündə müvəffəqiyyət qazanacaqlarını zənn edən insanlar böyük yanlışlıq içindədir. Çünki Allah həm də terror və amansızlıq anlamına gələn hər cür fitnə-fəsadı, əzazilliyi yasaqlamış, bu əməllərə qurşananları lənətləmiş və bir ayəsində də: “Allah fitnə-fəsad törədənləri sevməz! (Yunis, 81)” - deyə buyurmuşdur.

Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri və soyqırımları yaşanmaqda, günahsız insanlar vəhşicəsinə öldürülməkdə, süni səbəblər əsasında bir-biri ilə düşmən edilən cəmiyyətlər ölkələri qana bulaşdırmaqdadır. Bir-birindən fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn belə qanlı hadisələrin hər ölkədə özünəməxsus səbəbləri ola bilər. Ancaq tam aydın olan məsələ budur ki, bu vəhşətin əsl səbəbləri dinin insanlara gətirdiyi sevgi, sayğı və xoş münasibətə dayanan gözəl əxlaqdan kənardakı nəsnələrdə gizlənir. Dinsizliyin bir nəticəsi olaraq Allah qorxusuna malik olmayan və axirətdə hesabat verəcəklərinə inanmayan, bu səbəblə də: “Necə olsa kimsəyə hesabat verməyəcəyəm”, -deyə düşünən, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edə bilən kütlələr yaranmaqdadır. Allah və din adı altında ortaya çıxan, amma Allah`ın lənətlədiyi günahları etmək üçün təşkil olunan ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bir ayədə Allah`a and içib Peyğəmbəri öldürmək üçün plan quran doqquz kişilik dəstədən belə bəhs olunur:

Şəhərdə doqquz kişi var idi ki, onlar yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzdilər. Onlar öz

15

Page 16: Islam terroru lənətləyir. azərbaycan (version 1)

aralarında Allah`a and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onların (kimlər tərəfindən) öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!” Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik. (Nəml, 48-50)

Bu ayədə təsvir olunan hadisənin də bizə göstərdiyi kimi, bəzi insanların Allah adına ortaya çıxmaları, hətta Allah`a and içmələri, yəni onları çox dindar kimi göstərə biləcək kəlmələrdən yararlanmaları o insanların heç də dinə uyğun olan bir iş gördüklərini göstərmir. Əksinə, belələri Allah rizasına və din əxlaqına tamamilə zidd olan işlər də görə bilərlər. Bu məsələdə əsas meyar onların gördüyü işlərin mahiyyətinin nə olmasıdır. Əgər onların gördüyü işlər ayədə də bildirildiyi kimi, yer üzündə fitnə-fəsad törətmək və əsla yaxşı iş görməməkdirsə, bilin ki, o adamlar həqiqi dindar ola bilməz və onların məqsədi də dinə xidmət etmək deyil. Qəlbində Allah qorxusu olan və həqiqi İslam əxlaqını anlayan bir insanın amansızlıq, fitnə-fəsad tərəfdarı olması və bu tip əməllərə qoşulması qətiyyən mümkün deyil. Bu səbəblə də terrorizm probleminin həqiqi həlli yolu real İslamdır. Quranda bildirilən gözəl əxlaq dərk edilərsə, insanlar düşmənçiliyi, davakarlığı və xaos şəraitini özlərinə hədəf seçən qruplara tərəfdar olmaz, onlarla birlik qurmaz. Çünki Allah Quranda insanlara fitnə-fəsaddan uzaq olmağı əmr etmişdir.

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! Ona: “Allah`dan qorx!” - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir! (Bəqərə, 205-206)

16

Page 17: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Bu ayələrdən də anladığımız kimi, Allah`dan qorxan bir insanın öz dövlətinə, millətinə, ümumən bəşəriyyətə ən kiçicik də olsa bir zərər toxunduracaq hər hansı hərəkətə göz yummasından hətta söz gedə bilməz. Allah`a və axirət gününə inanmayan bir insan isə kimsəyə hesabat verməyəcəyini zənn edərək hər cür pisliyi asanlıqla edə bilir. Bu gün də davam edən bu böyük terror bəlasından qurtulmaq üçün ilk öncə atılması lazım gələn addım dinsizliyin və din adı altında ortaya atılmış səhv anlayışların maarifləndirmə yolu ilə aradan qaldırılması və insanlara Allah qorxusunun və həqiqi Quran əxlaqının aşılanmasıdır.

İMAN GƏTİRƏNLƏRİNÜZƏRİNƏ DÜŞƏN MƏSULİYYƏT

Yer üzərində baş verənlər onların özlərinə toxunmayanda bundan narahat olmayan adamlar dinin insanlara qazandırdığı fədakarlıq, qardaşlıq, dostluq, doğruluq və xidmət anlayışından məhrum kimsələrdir. Belələri bütün həyatları boyu sadəcə olaraq imkanlarından istifadə edir, insanlığın qarşılaşdığı təhlükələrdən xəbərsiz bir şəkildə öz nəfslərini təmin etməyə çalışırlar. Lakin Allah Quranda ətrafındakı insanlara həmişə xeyir verən, ətrafındakı hadisələrə maraq göstərən, insanları doğru yola çağıran bir əxlaqı üstün hal sayır. Ətrafındakı adamlara heç bir faydası olmayan adamlarla insanlara daim xeyir verən xeyirxah adamlar arasındakı fərq bir ayədə belə bir müqayisə ilə açıqlanır:

Allah iki nəfər barəsində yenə belə bir məsələ buyurdu: bu iki nəfərin biri dilsizdir, heç bir şeyə gücü çatmaz. O, öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O, heç doğru yolda olub haqq-ədaləti əmr edən bir kimsə kimi ola bilərmi?! (Nəhl, 76)

17

Page 18: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ayədə də bildirildiyi kimi, doğru yolda olan, dininə bağlı, Allah`dan qorxub-çəkinən, mənəvi dəyərlərə diqqət yeti-rən, vətəninə, millətinə və insanlığa xidmət həvəsi ilə yaşayan bir adam, şübhəsiz ki, yaşadığı cəmiyyətə böyük xeyir ve-rəcəkdir. Buna görə də insanların həqiqi dini öyrənməsi və Quranın göstərdiyi gözəl əxlaqı yaşaması son dərəcə vacibdir. Belə üstün əxlaqla yaşayan insanları Allah bir ayəsində belə tərif edir:

O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allah`a aiddir. (Həcc, 41)

Allah yaxşılıq etməyi əmr etmişdir

Müsəlman Allah`ın əmrinə itaət edən, Quran əxlaqını ciddi şəkildə tətbiq etməyə çalışan, dünyanı gözəlləşdirən və abadlaşdıran, sülhün və rahatlığın hakimiyyətini bərqərar edən insandır. Müsəlmanın məqsədi insanlara gözəllik, yaxşılıq və xeyir verməkdir. “Qəsəs” surəsində bu şəkildə bildirilir:

...Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz! (Qəsəs, 77)

İslam dinini qəbul edən bir insanın məqsədi Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaqdır. Bunun üçün də onun çox ciddi səy göstərməsi, Allah`ın razı olacağı əxlaqı dünya həyatında olarkən qazanması lazım gəlir. Bu əxlaqın ən nəzərəçarpan xüsusiyyətləri isə mərhəmət, şəfqət, ədalət, doğruculluq, rəhmdillilik, təvazökarlıq, xoşsifətlilik, fədakarlıq və səbirlilikdir. Mömin insan adamlarla gözəl davranar, xeyir

18

Page 19: Islam terroru lənətləyir. azərbaycan (version 1)

işlər görməkdə yarışar, yaxşılıq və fədakarlıq edər. Allah ayələrdə belə buyurur:

Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət vaxtı mütləq gələcəkdir. Sən müşriklərdən yaxşıca üz döndər! (Hicr, 85)...Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz! (Nisa, 36)...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allah`dan qorxun. Həqiqətən, Allah`ın əzabı şiddətlidir! (Maidə, 2)

Ayələrdə də bildirildiyi kimi, Allah iman gətirənlərdən insanlarla gözəl davranmağı, yaxşılıq mövzusunda bir-biri ilə köməkləşməyi, fitnə-fəsaddan uzaq durmağı istəyir. Yaxşılıq edənlər “... kim yaxşı bir iş görərsə, ona həmin işin onqat əvəzi verilər” ayəsi ilə müjdələnməkdə, pislik edənlər isə “pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər, onlara haqsızlıq edilməz” (Ənam, 160) şəklində xəbərdar olunmaqdadır.

Allah kitabında insanlara Özünü sinələrin içində olanı bilən olaraq tanıtmış və hər cür pislikdən çəkinməyin lazım olduğunu bildirmişdir. Bu halda, “Allah`a itaət edən (təslim olan)” mənasını verən “müsəlman” sözünün xüsusiyyətlərini daşıyan bir insanın terroru aradan qaldırmaq üçün mübarizə aparacağı aşkar məsələdir.

Müsəlman öz ətrafında yaşayanlara laqeyd qalmaz və əsla “mənə toxunmayan ilan min il yaşasın” məntiqi ilə

19

Page 20: Islam terroru lənətləyir. azərbaycan (version 1)

düşünməz. Çünki o, Allah`a təslim olmuşdur, Quran yolundadır və yaxşılığın təmsilçisidir. Bu halda, müsəlman tətbiq olunan zülmə və terrora qarşı da biganə və laqeyd qala bilməz. Heç bir günah iş görməmiş günahsız insanları qətlə yetirən terrorun həqiqətdə ən böyük düşməni müsəlmandır. İslam dini hər cür terrora qarşıdır və o, daha əvvəldən, yəni hələ fikir mərhələsindən terrora mane olur. İslam dini insanlar arasında sülh və ədalətin hökm sürməsini daim əmr edir və insanları fitnə-fəsaddan, qarışıqlıqdan və xaosdan çəkindirir.

Quran əxlaqı ədaləti vacib sayır

Allah`ın Quranda tərif etdiyi həqiqi ədalət insanlar arasında heç bir fərq qoymadan ədalətlə hökm etməyi, insanların haqqını qorumağı, zülmə əsla rəğbət göstərməməyi, zalıma qarşı və məzlumun tərəfində olmağı əmr edir. Bu ədalət hadisələri hərtərəfli dəyərləndirməyi, təmənnasız düşünməyi, tərəfsizliyi, doğruluğu, xoş rəftarı, mərhəməti və şəfqəti tələb edir. Məsələn, hadisələri təmkinlə qiymətləndirməyən, öz hiss-həyəcanına qapılan bir insan sağlam qərar verməz, bu duyğularının təsiri altında qalar. Halbuki, ədalətlə hökm edən bir adam öz fərdi duyğu və düşüncələrini bir tərəfə qoymağı, hər şərt və vəziyyətdə doğruların tərəfində olmağı, doğruluqdan və düzlükdən əsla geri çəkilməməyi özünə məhz Quran əxlaqı çərçivəsində yeganə düzgün yol kimi seçir. İnsan elə bir əxlaqa sahib olmalıdır ki, öz mənafeyindən əvvəl qarşı tərəfi düşünməli, özünə bir zərər gəlsə belə, əgər haqq qarşı tərəfdədirsə, adil olmağı bacarmalıdır. Allah “Nisa” surəsinin 58-ci ayəsində: “... İnsanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir”, - deyə buyurur. Başqa bir ayəsində isə ədalətin bu insanın özünün və yaxınlarının əleyhinə olsa belə, tətbiq olunmasını vacib buyurur:

20

Page 21: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm Allah şahidi olun! (Onlar) istər dövlətli olsun, istər kasıb olsun, hər halda, Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa, 135)

Allah`dan qorxub-çəkinən və axirət günündə sorğu-suala çəkiləcəyini bilən bir insan Allah`ın razılığını qazanmaq üçün ədalətlə hökm edər. Bilər ki, Allah bütün etdikləri ilə, söylədiyi hər sözlə və ağlından keçən hər düşüncə ilə onu axirət günü sorğuya çəkəcək və bunun qarşılığını görəcəkdir. Quranda ədalətin tərifi mükəmməl və əhatəli bir şəkildə verilmiş, iman edənlərə qarşılaşacaqları hadisələrin müqabilindəki davranışları və ədalətin neçə tətbiq olunacağı bildirilmişdir. Bu isə iman gətirənlərin işini xeyli asanlaşdırır və bu, onlar üçün Allah`dan bir rəhmətdir. Bu səbəblə də iman gətirənlər həm Allah`ın razılığını qazanmaq üçün, həm də rahat, təhlükəsiz və sülh içində olan bir həyat yaşamaq üçün insanlar arasında ədaləti qüsursuz şəkildə tətbiq etməyə görə məsuliyyət daşıyırlar.

Allah`ın Quranda əmr etdiyi ədalət dil, din, irq və etnik mənşəyi nəzərə alınmamaq şərti ilə bütün insanlar arasında bərabər şəkildə həyata keçirilən ədalətdir. Qurandakı ədalət məkana, zamana və insanlara görə dəyişmir. Yaşadığımız zamanda dünyanın hər tərəfində insanlar öz irqlərinə və ya dərilərinin rənginə görə zalım və ədalətsiz rəftarla qarşılaşırlar. Lakin Quran əxlaqında fərqli xalq və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların bir-birini tanımasının vacibliyi şəklində izah olunur. Hamısı Allah`ın qulu olan fərqli millətlər və ya qəbilələr bir-birini tanımalı, yəni bir-birinin fərqli mədəniyyətini, dillərini, adətlərini, qabiliyyətini öyrənməlidir.

21

Page 22: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Müxtəlif irq və millətlərin olmasının məqsədi münaqişə və savaşlar deyil, mədəni zənginlikdir. Bu müxtəliflik Allah`ın yaratmasındakı gözəllikdir. Bir insanın uzun, digərinin qısa boylu olması, bir insanın dərisinin ağ, digərinin sarı olması insana hər hansı bir üstünlük gətirmədiyi kimi, bir əskiklik kimi də xarakterizə edilə bilməz. Bunların hər biri Allah`ın təqdiri ilə və böyük hikmətlə yaradılmışdır. Ancaq bu müxtəlifliyin Allah`ın nəzərində heç bir əhəmiyyəti yoxdur. İman gətirən bir insan yaxşı bilir ki, yeganə üstünlük təqva ilə, yəni Allah qorxusu və Allah`a olan iman ilədir. Allah “Hucurat” surəsində bu həqiqəti belə bildirir:

Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hör-mətli olanınız Allah`dan ən çox qorxanınız, pis əməl-lərdən ən çox çəkinəninizdir. (Hucurat, 13)

Ayədə də bildirildiyi kimi, insanlar arasındakı mənşə fərqinin heç bir əhəmiyyəti yoxdur. Allah`ın tövsiyə etdiyi ədalət anlayışı heç bir ayrı-seçkiliyə yol vermədən hər insana qarşı bərabər, xoş münasibət və sülh şəraitində davranış göstərməyi lazım bilir.

Bir cəmiyyətə qarşı bəslənən kin möminiədalətdən yayındırmaz

Bir insanın ədalətli qərar verməyinə, sağlam düşünmə-yinə və ağıllı davranışına mane ola biləcək təsirlərdən biri onun qarşısındakı insana və ya cəmiyyətə qarşı olan acığı, hirsi və kinidir. Bu, bugünkü cahil cəmiyyətlərində olduqca geniş yayılmış nöqteyi-nəzərdir. İnsanlar özlərinə müxalif gördükləri adamlara qarşı hər cür ədalətsizliyi, əxlaqsızlığı asanlıqla edə bilirlər. Bu adamın üzərinə etmədiyi günahları atır, onun

22

Page 23: Islam terroru lənətləyir. azərbaycan (version 1)

günahsız olduğunu bilsələr belə, bu adamın əleyhinə şahidlik edə bilirlər. Əllərində bu adamın günahsızlığını sübut edən dəlil olsa belə, onu ortaya çıxarmazlar. Hətta bu adamın başına böyük bəla gəlməsi, haqsızlıqlarla qarşılaşması və yaxud da zülm görməsi sözügedən insanlarda böyük sevinc yaradır. Ən böyük narahatçılıqları isə ədalətin üstün gəlməsi və bu adamın günahsızlığının ortaya çıxmasıdır.

Bu səbəblə də cahillər cəmiyyətində insanların bir-birinə güvənməsi və bir-birinə etibar etməsi çox çətindir. Hər kəs qarşısındakı adamdan bir an sonra pislik görməsi həyəcanı ilə yaşayır. Bir-birinə etibarı itirmələri nəticəsində isə yardımlaşma, xoş münasibət, şəfqət, mərhəmət, qardaşlıq kimi insani xüsusiyyətlərini müəyyən müddət keçdikcə itirir, bir-birinə nifrət bəsləyəcək həddə gəlib çatırlar.

Lakin iman gətirən bir insanın bir cəmiyyətə və ya insana qarşı hiss etdiyi duyğular onun verdiyi qərarlara qətiyyən təsir etmir. Möminlər onların qarşısındakı adam nə qədər pis əxlaqlı olursa-olsun, nə qədər düşmənçilik davranışında olursa-olsun, bir qərar vermək lazım gələrsə, bütün bu duyğularını bir kənara qoyub ədalətlə davranar, ədalətlə qərar verər, ədaləti tövsiyə edərlər. O adama münasibətdəki hissləri ağıllarının və vicdanlarının önünə keçməz. Vicdanı ona hər zaman Allah`ın əmr və tövsiyələrinə uymağı, gözəl əxlaqdan əsla geri çəkilməməyi söyləyir. Çünki bu, Allah`ın iman gətirənlərə Quranda göndərdiyi bir əmrdir. “Maidə” surəsində bu şəkildə bildirilir:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allah`dan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə, 8)

23

Page 24: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ayədə də bildirildiyi kimi, Quran əxlaqı müsəlmandan adil bir davranış sərgiləməyi tələb edir. İman gətirən bir adam da ancaq Allah rizasını axtardığı zaman Allah yanında bir razılıq qazanacağını bilir. Bundan başqa, gözəl əxlaqına şahid olan hər insan bu adama güvənir, onun yanında rahat olur, hər cür vəzifəni arxayınlıqla ona verə bilir. Belə adamlar hətta düşmənləri tərəfindən də hörmətlə qarşılanır. Onların bu davranışı hətta inkar edən bir çox insana nümunə olaraq sonuncuların imana gəlməsinə vasitə ola bilər.

İslam fikir azadlığını müdafiə edir

İslam insanların fikir, düşüncə və ömür sürmək azadlığını təmin edən və buna zəmanət verən bir dindir. İslam insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-biri haqqında pis danışmağa və hətta mənfi düşüncəyə (zənnə) belə mane olan və bunları yasaqlayan əmrlər gətirmişdir. İslam amansız terror əməllərinə qətiyyətlə qarşı olduğu kimi insanlara hətta fikrən də ən kiçik bir təzyiqin olmasını qadağan edir və bunu yolverilməz sayır.

Dində məcburiyyət yoxdur. Şübhəsiz, doğruluq azğınlıqdan aydın fərqlənir. (Bəqərə, 256)Öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən! Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə, 21-22)

İnsanların bir dinə inanmaqda və ya o dinin ibadətlərini tətbiq etməkdə çətinlik çəkməsi İslamın özünə və ruhuna ziddir. Çünki İslamda səmimi iman müstəqil iradə və bu dini vicdanlı şəkildə qəbul etmək yolu ilə mümkündür. Əlbəttə, müsəlmanlar Quranda bildirilən əxlaqi gözəlliklərin tətbiq olunması üçün bir-birinə xəbərdarlıq edə və onu təşviq edə bilərlər. Quran əxlaqının insanlara ən gözəl sözlərlə çatdırılması bütün iman gətirənlərin üzərinə düşən bir məsuliyyətdir. İman gətirənlər

24

Page 25: Islam terroru lənətləyir. azərbaycan (version 1)

“...İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et... (Nəhl, 125)” ayəsinin özünü təsdiqlənməsinin işığında dinin gözəlliklərini izah edir, ancaq “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər. (Bəqərə, 272)” ayəsinə uyğun davranırlar. Onlar əsla məcbur etməz və insanlara maddi və ya mənəvi təzyiq göstərməzlər. Ya da dünyəvi bir imtiyaz sahibi kimi tanınaraq adamları dini tətbiq etməyə istiqamətləndirməzlər. Təbliğatlarının müqabilində mənfi cavab aldıqları zaman müsəlmanların verdikləri cavab “Sizin öz dininiz var, mənim də öz dinim! (Kafirun, 6)” şəklindədir.

Yaşadığımız dünyada xristian, yəhudi, buddist, hindu, ateist, deist, bütpərəst kimi fərqli inanclara sahib olan insan cəmiyyətləri var. Belə bir dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancı nə olursa-olsun xoşməramlı, xeyirxah, bağışlayan olmaqla ədalətli və insanpərvər davranış göstərməyə borcludur. İman edənlərin üzərinə düşən məsuliyyət insanları Allah`ın dininə gözəllik, sülh və xeyirxahlıqla dəvət etməkdir. Bu doğruları tətbiq edib-etməmək, iman gətirib-gətirməmək qərarı qarşı tərəfə aiddir. Bir adamı iman gətirməyə məcbur etmək, bəzi şeyləri zorla qəbul etdirməyə çalışmaq Quran əxlaqına zidd olan bir davranışdır. Necə ki, Allah Quranda iman gətirənlərə belə xatırladır:

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Yunis, 99)Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onları zorla imana gətirən deyilsən. Sən mənim təhdidimdən, əzabımdan qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf, 45)

25

Page 26: Islam terroru lənətləyir. azərbaycan (version 1)

İnsanları ibadət etməyə məcbur etmək İslama tamamilə ziddir. Çünki inanc və ibadət sadəcə olaraq Allah`a yönəldikdə və insanın öz seçimi ilə olduqda dəyərli olur. Əgər bir sistem insanları inanc və ibadətə məcbur edirsə, bu halda, insanlar o sistemdən qorxduqları üçün dindar olurlar. Din baxımından məqbul olanlar isə budur ki, din vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün yaşasın.

İslam tarixi bütün dinlərə hörmət göstərən və fikir azadlığını öz əli ilə təsis edən müsəlman hökmdarlarının nəcib əməlləri ilə zəngindir. Məsələn, Hindistan hökumətində işləyən ingilis missioneri Tomas Arnold İslamın azadlıqsevər xüsusiyyətini belə etiraf edir:

“...Nə qeyri-müsəlmanları qanunsuz şəkildə müsəlman olmağa məcbur etmək təşəbbüslərinə, nə də xristianlığı aradan qaldırmaq üçün zülm edilməsinə dair heç bir şey eşidilməmişdir. Əgər xəlifələr bu ikisindən birinə izn vermiş olsaydılar, Ferdinand və İzabellanın İslamı İspaniyadan silib atdığı, XIV Luisin Fransada protestantlığı bir cinayət səbəbi saydırdığı və yəhudilərin 350 il ərzində İngiltərəyə ayaq basmadıqları qədər bir asanlıqla da xristianlığı ölkələrindən çıxarıb ata bilərdilər. Asiyadakı Şərq kilsəsi xristian dünyasının digər bütün bölgələri ilə müştərək dini fəaliyyətdən üz çevirdiyindən özünü dinsiz cəmiyyətlərdən sayan xristian dünyasının adıçəkilən qisimlərinə kömək üçün heç bir təşəbbüs də edilməzdi. Beləcə, günümüzə qədər Şərq kilsələrinin faktiki varlıqlarını davam etdirmələri Muhəmmədin (s.ə.v) yolu ilə gedən hökmdarların xristianlar qarşısında üstün bir idarəetmə tərzi göstərməsinin ən güclü dəlillərindən biridir”.1

26

Page 27: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Allah günahsız insanların öldürülməsiniharam sayır

Bir insanı günahsız yerə öldürmək Qurana görə ən böyük günahlardan biridir:

...Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş olur. Bizim peyğəmbərlərimiz İsrail oğullarına açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar. (Maidə, 32)Onlar Allah`la yanaşı, başqa bir tanrıya ibadət etməz, Allah`ın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. (Furqan, 68)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, günahsız insanları haqsız yerə öldürən adamlar böyük bir əzabla təhdid edilirlər. Allah tək bir adamı öldürməyin bütün insanları öldür-mək qədər ağır bir günah olduğunu buyurur. Allah`ın müəy-yənləşdirdiyi həddi (yəni öz həddini) aşmayan mömin bir in-sanın nəinki minlərlə günahsız insanı qətlə yetirmək, hətta bircə insana belə zərər vermək ehtimalı yoxdur. Dünyada ədalətdən qaçaraq cəzadan qurtulacaqlarını zənn edənlər öldükdən sonra axirətdə Allah`ın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Elə bu səbəblə də ölümlərindən sonra Allah`a hesab verəcəklərini bilən möminlər öz həddini aşmamaq üçün böyük səy göstərirlər.

27

Page 28: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Allah möminlərə şəfqətli və mərhəmətliolmağı əmr edir

Bir ayədə müsəlman əxlaqı belə izah edilir:Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır. Onlar əməl dəftərləri sağ əllərinə verilənlərdir. (Bələd, 17-18)Allah`ın axirət günü qurtuluşa çatanlardan olmaları,

Onun rəhmətinə və cənnətinə qovuşa bilmələri üçün qullarına endirdiyi əxlaqın ən önəmli xüsusiyyətlərindən biri ayədən də göründüyü kimi, mərhəmətli tövsiyə edən kimsələrdən olmaqdır.

Əsl mərhəmətin mənbəyi Allah sevgisidir. İnsanın Allah`a olan sevgisi onun yaratdığı varlıqlara qarşı qəlbində bir istilik duymasına səbəb olar. Allah`ı sevən insan onun yaratdıqlarına qarşı doğrudan bir məhəbbət və yaxınlıq hiss edir. Özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və bağlılığa görə, Quranda da əmr edildiyi kimi, insanlara qarşı gözəl əxlaqla davranır. Bu gözəl əxlaqı yaşaması sayəsində həqiqi mərhəmət ortaya çıxır. Ayələrdə bu cür sevgi dolu, şəfqətli və fədakar əxlaq modeli belə tərif edilir:

Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə and içməsinlər. Əfv edib vaz keçsinlər! Məgər siz Allah`ın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir. (Nur, 22)Mühacirlərdən əvvəl yurdu solmuş və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində

28

Page 29: Islam terroru lənətləyir. azərbaycan (version 1)

həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə, onları xəsisliyindən, tamahından qorunub saxlanan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr, 9)...Sığınacaq verib kömək edənlər - məhz onlar həqiqi möminlərdir. Onları bağışlanma və tükənməz gözəl ruzi gözləyir! (Ənfal, 74)...Yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz! (Nisa, 36)Sədəqə Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, ürəkləri dağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir və hikmət sahibidir! (Tövbə, 60)Möminlərin ayələrdə tərif edilən bu gözəl əxlaqı onların

Allah`a olan dərin sevgilərindən qaynaqlanır. Bu bağlılığa görə də Allah`ın əmr etdiyi Quran əxlaqını ciddi şəkildə tətbiq edirlər. Möminlər göstərdikləri mərhəmətə, etdikləri köməyə görə heç kimi minnət altında saxlamaz və bunun əvəzi olaraq bir təşəkkür belə ummazlar. Onların əsl hədəfi yaşadıqları gözəl əxlaqla Allah`ın rizasını qazana bilməkdir. Çünki onlar axirət günü bu əxlaqlarına görə sorğuya çəkiləcəklərini bilirlər. Allah`ın bu hökmlərini bilə-bilə onları yerinə yetirməməyin nəticəsinin cəhənnəm olacağı Quranda bir çox ayə ilə bildirilmişdir:

“Sizi cəhənnəmə salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik”. (Muddəssir, 42-44)

29

Page 30: Islam terroru lənətləyir. azərbaycan (version 1)

(Allah dərgahından belə bir nida gələcəkdir): “Onu tutub qandallayın! Sonra da cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, yoxsulu yedirtməyə köməkçi olmazdı”. (Haqqə, 30-34)Allah axirətdə alınan bu qarşılığın bir səbəbinin

adamların dini yalanlamaları və bunun nəticəsində yoxsulları yedirtmə mövzusunda bir-birini həvəsləndirmələri olmasını bəzi ayələrində də belə bildirmişdir:

Dini yalan hesab edəni gördünmü? O, elə adamdır ki, yetimi itələyib qovar. Və yoxsulu yedirtməyi təşviq etməz. (Maun, 1-3)Bir-birinizi yoxsulu yedirtməyə təşviq etmirsiniz. (Fəcr, 18)Ayələrdən də göründüyü kimi, Quranda tərif edilən

müsəlman son dərəcədə şəfqətli və mərhəmətli xarakterə sahib-dir. Bu əxlaqa sahib olan bir insan, əlbəttə ki, günahsız insan-lara qarşı yönəlmiş vəhşi bir əməl olan terrora razılıq verməz. Həqiqətən də, terrorçuların xarakterinin quruluşu Quran əxlaqı ilə daban-dabana ziddir. Terrorçu dünyaya kin və nifrətlə baxan, yalnız öldürmək, qan tökmək istəyən mərhəmətsiz bir insandır.

Quranın gətirdiyi gözəl əxlaqla yetişən bir müsəlman isə hər kəsə İslamın nəzərdə tutduğu sevgi ilə yanaşır, hər bir fikrə ehtiram göstərir, hadisələr qarşısında hər zaman yumşaq, uzlaşdırıcı, ilıq, təmkinli, gərginliyi azaldan davranış göstərir. Belə insanların təşkil etdiyi cəmiyyətlərdə isə bu gün ən müasir dövlətlər arasında göstərilən ölkələrdə olduğundan daha çox inkişaf etmiş bir mədəniyyət, yüksək ictimai əxlaq, sevinc, rahatlıq, ədalət, təhlükəsizlik, bolluq və bərəkət hakim olacaqdır.

30

Page 31: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Allah xoşrəftar olmağı və bağışlamağı əmr etmişdir

Qurani-kərimin “Əraf” surəsinin 199-cu ayəsində “Sən bağışlama yolunu tut” sözləri ilə ifadə edilən bağışlama və xoş münasibət anlayışları İslam dininin təməl prinsiplərindən birini təşkil edir.

İslam tarixinə baxsaq, müsəlmanların Quran əxlaqının bu önəmli xüsusiyyətini sosial baxımdan necə həyata keçirdiyi çox açıq şəkildə görünər. Kitabın irəlidəki bölmələrində də bu məsələni ayrıca araşdıracağıq ki, müsəlmanlar yüksəldikləri hər mərtəbədə azad və xoş münasibətli bir mühit əmələ gətirmişlər. İslam dini amili dil və mədəniyyət baxımından bir-birinə tamamilə zidd olan xalqların eyni dam altında sülh və rahatlıq içində yaşamasını təmin etmiş, özünə tabe olanlara sülh və rahatlıq vermişdir. Böyük coğrafi ərazini tutan Osmanlı imperiyasının öz mövcudluğunu yüz illərlə qoruyub saxlaya bilməsinin ən önəmli səbəblərindən biri İslamın gətirdiyi xoşməramlılıq və qarşılıqlı anlaşma mühiti olmuşdur. Əsrlərdir özlərinin xoş münasibəti, xeyirxahlığı və şəfqəti ilə tanınan müsəlmanlar hər zaman öz zəmanələrinin ən mərhəmətli və ən ədalətli adamları olublar. Bu çoxmillətli toplumdakı bütün etnik qruplar mənsub olduqları dinləri sərbəst yaşadıb, hətta öz dinlərinin hüququna görə yaşama haqqına da sahib olublar.

Həqiqi mənada müsəlmanlara məxsus olan xoş münasibət və xeyirxahlıq yalnız Quranın əmr etdiyi istiqamətdə tətbiq olunanda bütün dünyaya sülh və asayiş gətirir. Necə ki, Quranda “Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! (Fussilət, 34)” ayəsi ilə bu xüsusiyyətə diqqət çəkilmişdir.

Allah ayələrdə bağışlamanın həmişə bir üstünlük olduğunu bildirmiş və “Hər hansı bir pisliyin cəzası onun özü

31

Page 32: Islam terroru lənətləyir. azərbaycan (version 1)

kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allah`a aiddir. Həqiqətən, Allah zalımları sevməz! (Şura, 40)” ayəsi ilə bu əxlaqa sahib olan insanları böyük bir əcrlə müjdələmişdir. İman gətirənlər digər ayədə isə “O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran, 134)” şəklində tərif edilmişlər. Allah Quranda qarşıdakı insan haqsızlıq etsə belə, onu bağışlamağın xeyirli olduğunu da bildirmişdir. Bu mövzudakı bir ayə belədir:

...Onların az bir qismi istisna olmaqla sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər! (Maidə, 13)Bütün bunlar İslamın insanlara tövsiyə etdiyi əxlaq

xüsusiyyətlərinin dünyaya sülh, rahatlıq və ədalət gətirəcək lə-yaqətli məziyyətlər olduğunu göstərir. Bu an dünya gündə-mində olan və adına terror deyilən barbarlıq isə Quran əxlaqından tamamilə uzaq, cahil və geri zəkalı insanların və dinlə, əslində, heç bir əlaqəsi olmayan canilərin əməlidir. Törətdikləri bütün vəhşiliklərə din pərdəsi altında bəraət qazandırmağa və bunu gizlətməyə çalışan bu adamlara və qruplara qarşı mübarizədə tətbiq olunacaq ən sivil metod həqiqi İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa sözlə desək, İslam dini və Quran əxlaqı terrorizmin və terrorçuların müdafiəçisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq çarədir.

QURANDA MÜHARİBƏ

32

Page 33: Islam terroru lənətləyir. azərbaycan (version 1)

HÖKMÜ HAQQINDA

Quranda yazıldığına görə, savaş məcburiyyət halında əl atılan və mütləq müəyyən insani və əxlaqi sərhədlər çərçivəsində gerçəkləşdirilməli olan arzuolunmaz və məcburi yoldur.

Yer üzündə müharibələri ortaya çıxaranların inkarçılar olması, Allah`ın isə savaşa razılıq göstərməməsi bir ayədə belə açıqlanır:

...Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz! (Maidə, 64)İman gətirənlər hər hansı bir anlaşılmazlıq halında

müharibənin məcburi olduğu vəziyyətə qədər gözləməli, yalnız qarşı tərəfdən bir hücum gəldiyi və müharibədən başqa alternativ olmadığı zaman savaşa girməlidir. “Bəqərə” surəsində bu vəziyyət “Əgər onlar (vuruşdan və Allah`a şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir. (Bəqərə, 192)” şəklində açıqlanır. Yəni möminlər öncə qarşı tərəfin addımını gözləməklə, sülh və anlaşmanı üstün tutmaqla, ancaq qarşı tərəfdən hücum təhlükəsi gəldiyi halda, özlərini müdafiə etmək məqsədilə savaşmaq missiyasına yüklənirlər.

Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) həyatına baxarkən də aydın görə bilərik ki, müharibə ancaq məcburi hallarda, yalnız müdafiə məqsədi ilə tətbiq edilən metoddur.

Quranın Peyğəmbərimizə (s.ə.v) vəhy olunması tam 23 il davam etdi. Müsəlmanlar bunun ilk 13 ilini Məkkədəki bütpərəst qayda-qanunların hakim olduğu çərçivədə yaşadılar və böyük təzyiqlərlə qarşılaşdılar. Bir çox müsəlman fiziki işgəncələrə məruz qoyuldu, bəziləri öldürüldü, çoxunun evi və

33

Page 34: Islam terroru lənətləyir. azərbaycan (version 1)

mal-mülkü qarət edildi, onlar ardıcıl şəkildə həqarət və hədə-qorxularla qarşılaşdılar. Buna baxmayaraq, müsəlmanlar gərginliyə və qarşıdurmaya baş vurmadan yaşamağa davam etdilər və onlarla düşmənçilik edən bütpərəstləri həmişə sülhə çağırdılar.

Bütpərəstlərin təzyiqləri dözülməz həddə çatanda müsəlmanlar daha çox müstəqil və dost bir mühitin olduğu Yəsrib (sonradan Mədinə) şəhərinə hicrət edərək burada öz hakimiyyətini qurdular. Öz siyasi quruluşlarını bu şəkildə təşkil etdikdən sonra belə müsəlmanlar Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı savaşa girişmədilər. Ancaq aşağıdakı ayənin vəhyindən sonra Peyğəmbərimiz (s.ə.v) öz ümmətinə savaş üçün hazırlıq əmrini verdi:

Zülmə məruz qaldıqlarına görə vuruşanlara izn verilmişdir. Allah, həqiqətən, heç bir xaini və nankoru sevməz! O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allah`dır”, - dediklərinə görə yurdlarından çıxarıldılar... (Həcc, 39-40)Qısası, Allah müsəlmanlara savaş iznini təzyiq və zülm

gördükləri üçün vermişdir. Başqa sözlə, icazə verilən savaş sadəcə olaraq müdafiə məqsədli bir savaşdır. Başqa ayələrdə isə müsəlmanlara lazımsız qızışdırıcılıqdan və ya lazımsız yerə qarşıdurma, gərginlik yaratmaqdan çəkinmələri üçün xəbərdarlıq edilmişdir:

Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddini aşanları sevməz! (Bəqərə, 190)Bu ayələrin vəhyindən sonra müsəlmanlarla bütpərəst

ərəblər arasında döyüşlər baş verdi. Müsəlmanlar bu savaşların heç birində döyüşü qızışdıran tərəf olmamışdır. Bundan başqa, Peyğəmbərimiz (s.ə.v) bütpərəstlərin bir çox tələblərini qəbul edən sülh razılaşmasını (Hüdeybiyyə sülhünü) qəbul edərək

34

Page 35: Islam terroru lənətləyir. azərbaycan (version 1)

sülh və təhlükəsizlik şəraitini təmin etdi və bütpərəstlərə sülh içində yaşamağa imkan verəcək sosial quruluş təsis etdi. Razılaşmanı pozan tərəf yenə bütpərəstlər oldu və bu halda, yeni döyüş vəziyyəti yarandı. Amma müsəlmanların sayının sürətlə artması nəticəsində İslam ordusu bütpərəst ərəblərin qarşısında davam gətirə biləcək gücə sahib oldu və Peyğəmbərimiz (s.ə.v) bu güclü ordu ilə Məkkə üzərinə yeriyib şəhəri fəth etdi. Bu fəthdə heç bir şəkildə qan axmadı, bir adamın burnu belə qanamadı. Peyğəmbərimiz (s.ə.v) əgər istəsəydi, fəth etdiyi şəhərdəki müşrik liderlərdən intiqam alardı. Amma Peyğəmbərimiz (s.ə.v) müşriklərin heç birinə toxunmadı və onları əfv edərək inancları içində sərbəst buraxdı. Bu yüksək xarakterə heyran olan müşriklər daha sonra könüllü şəkildə İslamı qəbul edəcəkdilər.

Təkcə Məkkənin fəthində deyil, Peyğəmbərimizin (s.ə.v) dövründə aparılan bütün savaş və fəthlərdə günahsız və müdafiəsiz insanların haqları ciddi şəkildə qorunmuşdur. Pey-ğəmbərimiz (s.ə.v) möminlərə bununla bağlı bir neçə dəfə xəbərdarlıq etmiş, öz əməlində onlara nümunə olmuşdur. Necə ki, bir hədisində savaşa çıxan möminlərə: “Rəsulullahın dini ilə səfərə çıxın. Ancaq ixtiyar, qadın və uşaqlara toxunmayın. İslah və ihsan elindən olun. Allah mühlisləri sevər”, - şəklində müraciət etmişdir.2

Peyğəmbərimiz (s.ə.v) müsəlmanların ən qızğın davalarda belə necə davranış nümunəsi göstərmələrinin lazım olduğunu digər bir hədisində bu sözləri ilə ifadə etmişdir:

Uşaqları öldürməyin, kilsələrdə ibadət edən kimsələrə toxunmayın. Qadınları, yaşlı adamları öldürməyin. Ağacları yandırmayın və kəsməyin. Evləri də dağıtmayın!Hz. Muhəmmədin (s.ə.v) bu sülhsevər və mülayim

siyasəti Allah`ın Quranda bildirdiyi İslamı əsaslardan

35

Page 36: Islam terroru lənətləyir. azərbaycan (version 1)

bəhrələnmişdir. Allah Quranda iman gətirənlərə müsəlman olmayan kimsələrə qarşı da mehriban davranmalarını əmr edir:

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxarmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! (Mumtəhinə, 8-9)Yuxarıdakı ayələr bir müsəlmanın müsəlman olmayan

insanlara qarşı münasibətini bildirir. Bir müsəlman müsəlman olmayan insanların hamısına qarşı mehriban davranmalı, sadəcə olaraq İslama düşmən münasibəti göstərənlər müsəlmanların varlıqlarına hücum edərlərsə və bu da müharibəyə səbəb olarsa, müsəlmanlar bu müharibəni də yenə ədalətlə şəkildə və insani sərhədləri aşmadan aparmalıdırlar. Hər cür barbarlıq, lazımsız qarşıdurma və gərginlik, haqsız təcavüz yasaqdır. Başqa bir Quran ayəsində Allah müsəlmanlara bu mövzuda xəbərdarlıq edir və düşmənlərinə qarşı hiss etdikləri qəzəbin onları ədalətsizliyə sürükləməməsinin lazım gəldiyini xəbər verir:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə 8)

Cihad anlayışının mənası

36

Page 37: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Araşdırdığımız mövzunun lazımınca aydınlaşdırılması üçün gərək olan digər əhəmiyyətli bir anlayış da “cihad” anlayışıdır.

“Cihad” kəlməsinin tam tərcüməsi “cəhd”, “səy”dir. Yəni İslama görə, “cihad etmək” “cəhd etmək”, “səy göstərmək” mənasını verir. Peyğəmbərimiz (s.ə.v) ən böyük cihadın insanın öz nəfsinə qarşı etdiyi cihad3 olduğunu açıqlamışdır. Nəfsdə məqsəd insanın eqoist həvəsləri və tamahkarlığıdır.

Cihad kəlməsini Quran əxlaqı ilə qiymətləndirdiyimiz zaman bəlli olur ki, insanlara zülm edənlərə, onlarla ədalətsiz davrananlara, işgəncə və əziyyət verənlərə, ən qanuni insan haqlarını pozanlara qarşı ədaləti, sülhü, bərabərliyi hakim bərqərar etmək üçün edilən fikri mücadilə də bir cihaddır. Eyni şəkildə, ateist fikirlərə qarşı aparılan hər cür elmi mücadilə də tam mənası ilə bir cihaddır.

Bunun kimi fikri və mənəvi mənalarının yanında fiziki bir mücadilə olaraq savaş da cihad sayılır. Amma bu savaşın yuxarıda tərif etdiyimiz şəkildə müdafiə məqsədli və sərbəst savaş olması lazım gəlir. Cihad anlayışının günahsız insanlara yönələn bir hücum əməlini, yəni terroru tərif etmək üçün istifadə edilməsi isə çox böyük və haqsız bir yanlışlıq olacaqdır.

İnsanın özünü öldürməsi, yəni intihar etməsiQuranda qadağan olunur

ABŞ-da baş verən son terror aktlarından sonra gündəmə gələn digər əhəmiyyətli mövzu isə intihar hücumları məsələsi

37

Page 38: Islam terroru lənətləyir. azərbaycan (version 1)

ilə əlaqədar idi. İslam haqqında səhv məlumatlara sahib olan bəzi adamlar bu sülh dininin intihar hücumlarına izn verməsi kimi son dərəcə xətalı izahlar verdilər. Lakin başqa insanları öldürmək kimi insanın özünü öldürməsi də İslama ziddir. Allah “Özünüz özünüzü öldürməyin. (Nisa, 29)” ayəsi ilə intiharı açıq şəkildə və birmənalı olaraq haram etmişdir. Bir insanın hər hansı səbəbdən olursa-olsun özünü öldürməsi İslam dininə görə yasaqdır.

İntihar etmək, bilavasitə intiharçı hücumda iştirak etmək və bu hücum nəticəsində minlərlə günahsız insanın həyatına da son qoymaq İslam əxlaqına tamamilə ziddir. Allah Quranda insanın özünü öldürməsini haram buyurmuşdur. Bu səbəblə də Allah`a iman gətirdiyini və Quran ayələrinə itaət etdiyini söyləyən bir adamın belə bir cəhdə əl atması qətiyyən mümkün deyildir. İntihar yalnız dini çox səhv tanıyan, həqiqi Quran əxlaqından xəbərsiz olan, ağlından və vicdanından istifadə etməyən, dinsiz ideologiyaların təsiri altına düşən, beyni nifrət və intiqam hissi ilə yuyulmuş kimsələrin əl atacağı imansız bir yoldur və hər bir insan belə bir hərəkətə qarşı çıxmalıdır.

İslam tarixindəki mərhəmət, xoşməramlılıqvə insanlıq

Bura qədər bildirdiyimiz həqiqətləri yekunlaşdırsaq, İslamın siyasət doktrinasının, yəni siyasi mövzulardakı İslami hökm və prinsiplərin son dərəcə mülayim və sülhsevər olduğunu söyləyə bilərik. Bu həqiqət müsəlman olmayan bir çox tarixçi və ya teoloq (ilahiyyatçı) tərəfindən də qəbul edilir. Onlardan biri keçmiş rahibə və Orta şərq tarixi üzrə məşhur mütəxəssis, ingilis tarixçisi Karen Armstronqdur. Armstronq üç böyük ilahi dinin tarixini araşdırdığı “Müqəddəs müharibə” (“Holy war”) adlı əsərində belə bir şərh verir:

38

Page 39: Islam terroru lənətləyir. azərbaycan (version 1)

““İslam” kəlməsi ərəb dilində “sülh” kəlməsi ilə eyni kökdən gəlir və Quran müharibəni Tanrı rizasına zidd gələn anormal bir hal kimi lənətləyir... İslam rəqibi, qarşısındakını məhv etməyə yönələn və ya təcavüzkar xarakter daşıyan bir müharibəni qəbul etmir... İslam müharibənin qaçılmaz olduğunu qəbul edir və bəzi hallarda onu zülmü və əzabı dayandırmaq üçün vacib vəzifə olaraq görür. Quran müharibənin də bir həddinin olmasının lazımlılığını və onun mümkün qədər insanpərvər şəkildə davam etdirilməsini təlim edir. Hz. Muhəmməd (s.ə.v) sadəcə olaraq məkkəlilərlə deyil, eyni zamanda, bölgədəki yəhudi qəbilələri ilə və yəhudilərlə əməkdaşlıq edərək özünə qarşı hücum planlaşdıran Suriyadakı xristian qəbilələri ilə mübarizə aparmaq məcburiyyətində qalmışdı. Amma bu, yenə də onun kitab əhlini (xristian və yəhudiləri) lənətləməsi kimi bir nəticə doğurmamışdı. Onun əshabələri özlərini müdafiə etmək məcburiyyətində qalmış, amma düşmənlərin dininə qarşı müqəddəs müharibəyə girməmişdilər. Hz. Muhəmməd (s.ə.v) azad etdiyi köləsi Zeydi bir müsəlman ordusunun komandiri kimi xristianlara qarşı müharibəyə göndərən zaman onlara Tanrı yolunda cəsur, amma insanpərvərliklə savaşmalarını əmr etmişdi. Bu əmrə görə, onlar rahiblərə, keşişlərə və ya rahibələrə təcavüz etməməli və ya savaşmayan zəif insanları hədəf almamalı idilər. Mülki şəxslərə qarşı heç bir soyqırımı həyata keçirməməli, tək bir ağac belə kəsilməməli, heç bir şey dağıdılmamalıdır...”4

Peyğəmbərimizdən (s.ə.v) sonra gələn xəlifələr də fəth etdikləri ölkələrdə həm oranın yerli xalqının, həm də təzə

39

Page 40: Islam terroru lənətləyir. azərbaycan (version 1)

gələnlərin sülh və təhlükəsizlik içində yaşamasını təmin etmişdilər. İlk xəlifə hz. Əbubəkr Suriya səfərinə çıxdığı ərəfədə bir təlimat vermişdi. Onun ələ keçiriləcək yerlərdə həyata keçirilməsini istədiyi mərhəmətli və mehriban davranış Quran əxlaqının gözəl bir nümunəsidir. Hz. Əbubəkrin təlimatları belədir:

“Ey insanlar, ürəkdən tabe olacağınız 10 qanun verirəm: xəyanət etməyin və haqq yolundan ayrılmayın. Uşağı, qadını və yaşlı insanları qətlə yetirməyin. Xurma ağaclarını yandırıb məhv etməyin və hər hansı bir meyvə ağacını da kəsməyin. Dəvələrdən, sürülərdən və ya kütlələrdən hər hansı birini qətlə yetirməyin... Həyatlarını axirət həyatına bağlamış və dünyadan üz çevirmiş insanlarla qarşılaşacaqsınız, onlara toxunmayın. Cürbəcür ərzaqlar təqdim edən insanlarla qarşılaşacaqsınız, yeyin, fəqət Allah`ın adını anmağı unutmayın!”5

Hz. Əbubəkrdən sonra xilafət məqamına sahib olan və mehribanlığı, mərhəməti və ədaləti ilə məşhur olan hz. Ömər isə ələ keçirilən ölkələrin yerli xalqı ilə ədalət və mehribançılıq nümunəsi olan müxtəlif razılaşmalar əldə etdi. Məsələn, hz. Ömər Qüds və Lüdd xristianlarına onların təhlükəsizliyi ilə bağlı zəmanət (amannamə), habelə kilsələrin dağıdılmayacağı və kilsələrdə müsəlmanların cəm halda ibadət etməməsi məsələlərində təminat verdi. Lahm xristianlarına təqdim olunan şərtlər də eyni idi. Mədainin fəthi ilə Nasturiya patriarxı III İşuayhebə (650-660) verilən zəmanət də yenə eyni şəkildə kilsələrin dağıdılmayacağına, heç bir binanın məscidə və ya evə çevrilməyəcəyinə dair təminatlardan ibarət idi.6 Hz. Ömər bu razılaşmaların hamısına sadiq qaldı. III Nasturiya patriarxının bu fəthlərdən sonra dostuna yazdığı bir məktub müsəlman

40

Page 41: Islam terroru lənətləyir. azərbaycan (version 1)

rəhbərlərin kitab əhlinə qarşı mərhəmətini və mehribanlığını bir xristianın dilindən bildirməsi baxımından gözəl bir nümunədir:

“Allah`ın iradəni özlərinə verdiyi bu ərəblər bizlərə əsla zülm etmədilər. Həqiqətən, onlar dinimizə, din xadimlərimizə, kilsə və monastırlarımıza hörmət göstərdilər...”7

Hz. Ömərin verdiyi bir himayə sənədi bizə bir möminin Quranda tərif edilən əxlaq nümunəsi sərgilədiyi zaman necə bir mehribançılığa sahib ola biləcəyini göstərir:

“Bu verilən aman şəhərkənarı əhalinin xəstə-sağlam, yaxşı-pis bütün fərdləri üçün din, can, mal, kilsə və sinaqoqlarının himayəsi üçündür. Kilsələr dağıdılmayacağı kimi məskən də edilməyəcək və onlardan heç bir şey əsirgənməyəcəkdir. Xalqdan heç kimsə zərrə qədər də zərər görməyəcəkdir. Bu kitabda yazılan məsələlər Allah`ın və Rəsulunun əhdi, xəlifələrin və möminlərin zimmətindədir”.8

Bütün bu nümunələr Allah`ın Quranda möminlərə əmr etdiyi ədalətin bir-bir həyata keçirilməsidir. Bir ayədə Allah belə buyurur:

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, Allah`ın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidən və görəndir! (Nisa, 58)Anqlosakson kilsəsinin missioner liderlərindən olan

Kenon Teylor isə İslam əxlaqının gətirdiyi gözəllikləri bir çıxışında bu şəkildə dilə gətirir:

“...İslam əxlaqı adil və rəhim olan Allah`ın iradəsinə təslim olmağı, nəfsin məsuliyyətini və həmçinin qiyamət və hesab günündə dəlalətin şiddətlə

41

Page 42: Islam terroru lənətləyir. azərbaycan (version 1)

cəzalandırılacağını bildirdi. Namaz qılmaq, oruc tutmaq və xeyirli iş görmək kimi vəzifələr müəyyən etdi. Həqiqi və səmimi olmayan süni fəzilətləri, din adı altında edilən hiylə və riyakarlıqları, müxtəlif yollara aid edilə bilən əxlaqi duyğuları və əqidə mövzusunda mübahisə edənlərin bir-birinə uyğun gəlməyən sözlərini bir tərəfə atdı. Əsirlərə hürriyyət ümidi, insanlığa qardaşlıq duyğuları aşıladı və insan təbiətinin əsas həqiqətlərini təsdiq etmiş oldu”.9

Müsəlmanların fəth etdiyi ölkələrdə İslamı zorla qəbul etdirmələri şəklindəki yanlış təsəvvür Qərb tədqiqatçıları tərəfindən də rədd edilmiş, müsəlmanların adil və mehriban davranışı hər kəs tərəfindən təsdiq olunmuşdur. Bir Qərb tədqiqatçısı L.Braun bu vəziyyəti belə etiraf edir:

“...Doğru olmasına şübhə edilməyən həqiqətlər müsəlmanların getdikləri yerdə xalqı qılınc gücü ilə İslama gətirməsi barədəki xristian mənbəli iddiaların kökündən əsassız olduğunu sübut etməkdədir. Fəthlərin arxasındakı dinamik amil onların xalqları çağırdıqları İslam qardaşlığı idi... Bax, bu qardaşlığın ölçüsü də İslamı qəbul edənlərlə birlikdə sürətlə böyüyürdü”.10

Tarix boyunca geniş torpaqlara hökm edən bütün müsəlman rəhbərlər digər dinlərin mənsublarına qarşı son dərəcə mehriban və hörmətlə davranmağa davam etmişdilər. İslam dövlətlərində həm yəhudilər, həm də xristianlar son dərəcə təhlükəsiz və müstəqil bir həyat sürmüşdü. Səlcuqilər və Osmanlı imperiyaları dövründə də İslamın ədalət və mehribanlığı davam etmişdir. İngilis tədqiqatçısı Sir Tomas Arnold “İslamın sülhsevərliyi” (“The Preaching of Islam”) adlı kitabında xristianların səlcuqların bu davranışına görə onların idarəçiliyi altına necə keçmək istədiyini belə bildirir:

42

Page 43: Islam terroru lənətləyir. azərbaycan (version 1)

“İslam idarəçiliyi altında dini həyatın təhlükəsiz olması haqqındakı bu hisslər yenə o dövrlərdə Kiçik Asiya (Anadolu) xristianlarının səlcuq türklərini bir xilaskar kimi qarşılamasına səbəb olmuşdu... Hətta VIII Mixail (1261-1282) dövründə Kiçik Asiya içərisindəki kiçik qəsəbələrin xalqı Bizans imperiyasının istibdadından qurtulmaq ümidi ilə türkləri qəsəbələrinin işğalı üçün dəvət etmişdilər. Hətta bu xalq arasında bir çox varlı və ya kasıb adamlar o zamankı türk milli sərhədləri çərçivəsində hətta köç etməyi düşünmüşdülər”.11

Müsəlman Səlcuqilər imperiyasının ən parlaq dövründə rəhbər olan Məlikşah ələ keçirdiyi torpaqlardakı xalqa böyük bir mehribanlıq və mərhəmətlə münasibət bəsləmiş, bunun nəticəsində də fəth etdiyi ölkələrin xalqları tərəfindən böyük sevgi və hörmətlə yada salınmışdır. Bütün bitərəf tarixçilər Məlikşahın ədalətini və mehriban davranışını səmimiyyətlə dilə gətirir. Onun mehribanlığı kitab əhlinin qəlbində də özünə qarşı bir sevgi yaratmışdı. Hətta bu səbəblə bir çox şəhər tarixdə çox nadir hallarda olan bir şəkildə, yəni öz istəyi ilə Məlikşahın idarəçiliyi altına keçməyi qəbul etmişdi. II səlib yürüşünə VII Luisin şəxsi katibi kimi qatılmış Müqəddəs Denis monastırının nümayəndəsi Odo de Dioqilo adlı rahibin Sir Tomas Arnoldun yenə həmin kitabında yer alan xatirələrində müsəlmanların hansı dinə mənsub olmasından asılı olmayaraq, hər kəsə qarşı necə ədalətli davranması bütün açıqlığı ilə bildirilir:

“Əgər müsəlman türklərin qəlbinə o səfalət və fəlakəti görərək bir mərhəmət hissi gəlməsəydi, arxada qalan xaçpərəst dəstələrinin vəziyyəti çox ağır olardı. Türklər bu biçarələrin yaralılarına qulluq etdilər, kasıblarını alicənablıqla yedizdirdilər və onları ehtiyacdan xilas etdilər. Hətta bəzi müsəlmanlar

43

Page 44: Islam terroru lənətləyir. azərbaycan (version 1)

rumluların qorxu və hiylə ilə hacılardan qoparmış olduqları fransız pullarını satın alaraq ehtiyacı olan hacılara verdilər. Eyni dindən olmayanların bu himayədarlığı ilə öz dindaşları olan və onlardan ağır işlərdə istifadə edən, onları döyən rumluların hərəkətləri xaçlı hacılar arasında elə bir müqayisəyə səbəb oldu ki, bunlardan bir çoxu onları xilas edən müsəlmanların dinini öz istəkləri ilə qəbul etdilər”.12

Tarixçilər tərəfindən yazılan bu sətirlər İslam əxlaqına sahib olan müsəlman rəhbərlərin hər zaman mehribanlıq, mərhəmət və ədalətlə hökm etdiyini təsdiqləməkdədir. Əsrlər boyu 3 qitəyə hökm edən Osmanlı imperiyasının tarixi də eyni şəkildə mehribanlıq və xeyirxahlıq nümunələri ilə doludur.

İspaniya və Portuqaliyadakı katolik dövlətlər tərəfindən soyqırımına və sürgünlərə məruz qalan yəhudilərin II Sultan Bəyazid dövründə Osmanlı torpaqlarına yerləşməsi İslam əxlaqının gətirdiyi mehribanlığın çox gözəl bir nümunəsidir. O dövrdə İspaniya torpaqlarının böyük hissəsinə hakim olan katolik krallar hələ xeyli əvvəldən müsəlman Əndəlus idarəçiliyi altında rahatlıq içində yaşayan yəhudilərə böyük təzyiqlər tətbiq etmişdilər. Müsəlmanlar, xristianlar və yəhudilər Əndəlusda birlikdə sülh şəraitində yaşayarkən katolik krallar bütün ölkəni zorla xristianlaşdırmağa səy göstərmiş, bu məqsədlə yəhudilərə təzyiq göstərərkən müsəlmanlara qarşı da savaşa girmişdilər. Nəticədə, 1492-ci ildə həm İspaniyanın cənubundakı Qranada bölgəsinə sığınan son müsəlman idarəçiliyinə son qoyulmuş və müsəlmanlara qarşı qorxunc bir soyqırımı həyata keçirilmiş, həm də dinini dəyişdirməyi qəbul etməyən yəhudilər ölkədən sürgün edilmişdilər. Yurdsuz qalan bu yəhudilərin bir qismi Osmanlı imperiyasına sığındı və Dövləti-Ali (ali dövlət) bu tələbi qəbul etdi. Kamal Rəisin komandanlığı altında olan Osmanlı donanması ölkədən

44

Page 45: Islam terroru lənətləyir. azərbaycan (version 1)

çıxarılan yəhudiləri və soyqırımından qurtula bilən müsəlmanları gəmilərlə daşıyaraq Osmanlı ölkəsinə gətirdi. Tarixə son dərəcə dindar bir mömin kimi düşən II Sultan Bəyazid 1492-ci ilin yazında İspaniyadan çıxarılan bu məzlum yəhudiləri Osmanlı ölkəsinin müəyyən yerlərinə, xüsusilə də bu anda Yunanıstanda olan Selanik (Saloniki), Ədirnə, Əyriboza bağlı Livadiya və Tirhala dairəsinə yerləşdirdi. Türkiyədə yaşayan 25 min nəfərə qədər Türkiyə yəhudilərinin böyük əksəriyyəti bəhs olunan İspaniya yəhudilərinin törəmələridir. Onlar 500 il öncə özləri ilə gətirdikləri din və ənənələrini Türkiyə qanunlarına uyğunlaşdırmışlar və öz məktəbləri, xəstəxanaları, istirahət evləri, mədəniyyət qurumları və qəzetləri ilə rahat bir həyat sürürlər. Türkiyə yəhudiləri arasında tacirlər və iş adamları olduğu kimi mühəndis, memar və s. texniki mövzulardan ta reklamçılığa qədər müxtəlif sənət növlərinə sahib olanları, bunlarla yanaşı, alimlərdən və sənətçilərdən təşkil olunan və getdikcə inkişaf edən intellektual bir çevrələri var. Avropanın bir çox ölkəsindəki yəhudi icmaları əsrlərdir irqçi antisemit hücumların həyəcanı ilə yaşadığı halda, Türkiyədəki yəhudi icması rahatlıq içindədir. Yalnız bu nümunə İslamın gətirdiyi mehribanlıq və ədalət anlayışının təsbit edilməsi üçün kifayətdir.

II Sultan Bəyaziddə gördüyümüz şəfqət və mehribanlıq bütün Osmanlı padşahlarına xas idi. Fateh Sultan Mehmet İstanbulu fəth etdiyi zaman bu şəhərdə həm xristianlara, həm də yəhudilərə müstəqil yaşamaq hüququ vermişdi. Müsəlmanların mehriban və ədalətli davranışı mövzusunda, İslam dünyası haqqında yazdığı qiymətli əsərləri ilə tanınan Andre Miquel bir əsərində belə deyir:

“Xristian xalqlar Bizans və Latın dövlətləri zamanında da tapa bilmədikləri çox yaxşı idarə olunan bir quruluşda idilər. Əsla sistemli bir zülm

45

Page 46: Islam terroru lənətləyir. azərbaycan (version 1)

görmədilər. Tam əksinə, imperiya İstanbul başda olmaqla, işgəncə görən İspaniya yəhudilərinə sığınacaq olmuşdu. Heç bir yerdə zorla islamlaşdırma olmamışdır”.13

Osmanlıdan əvvəl olan İslam dövlətlərində də qeyri-müsəlmanlara böyük hüquqlar verilmişdi. Corctaun Universitetində (ABŞ) din və beynəlxalq əlaqələr professoru olan Con Esposito tarixdə müsəlman dövlətlərin idarəçiliyinə keçən yəhudilərin və xristianların burada böyük şəfqətlə qarşılaşdıqlarını belə bildirir:

“Bizans və fars torpaqlarında yaşayan və onsuz da xarici hökmdarlar tərəfindən idarə olunan bir çox müsəlman olmayan cəmiyyət üçün İslam idarəçiliyi bir idarəetmə dəyişikliyi mənasına gəlirdi, amma bu yeni rəhbərlər daha mülayim və tolerant idi. Bu icmaların çoxu daha çox muxtariyyətə sahib idi və əksər hallarda daha az vergi ödəyirdilər... İslamın dini münasibətlər baxımından yəhudilərin və yerli xristianların dini azadlığını daha çox tanıyan, daha şəfqətli bir din olduğu ortaya çıxdı”.14

Bu izahlardan da göründüyü kimi, müsəlmanlar tarixdə heç bir zaman fəsad törədən olmamış, əksinə, getdikləri hər yerə, hər millət və inancdan olan insana təhlükəsizlik və rahatlıq aparmışlar. Müsəlmanlar Allah`ın “Allah`a ibadət edin! Və ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri sevməz! (Nisa, 36)” ayəsi ilə bütün insanlarla xeyirxahlıq və alicənablıqla rəftar etmişlər, onlara mərhəmətlə yanaşmışlar.

46

Page 47: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Qısası, Quran əxlaqının əsasını insanlar arasında dostluq, qardaşlıq, rahatlıq və şəfqət dolu davranış təşkil edir və İslam bu üstün xüsusiyyətləri ilə yer üzünü fitnə-fəsaddan çəkindirməyi özünə əsas hədəf seçmişdir. Quranın hökmləri və bunların tarixdə müsəlmanlar tərəfindən tətbiq olunması bu mövzuda heç bir münaqişəyə yer verməyəcək qədər aşkardır. (Müfəssəl məlumat üçün baxın: Harun Yəhya, “Kuranda adalet ve hoşgörü”, “Kültür” nəşriyyatı, 2000)

DİN ADI ALTINDATERROR TÖRƏDƏNLƏRİN İÇ ÜZÜ

Bura qədər araşdırdığımız həqiqətlər göstərir ki, günahsız insanlara qarşı terror əməlləri hazırlamaq din əxlaqına tamamilə ziddir. Heç bir müsəlman belə bir günah iş görməz. Əksinə, müsəlman bu günah işi görən insanları günah iş görməkdən saxlamaqla yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara təhlükəsizlik və dinclik gətirməyə borcludur və buna görə məsuliyyət daşıyır.

47

Page 48: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Müsəlmanlıq terrorla bir yerdə təsəvvür oluna bilməz, əksinə, İslam terror qarşısındakı ən böyük maneə və onun çarəsidir.

“Xristian terroru”, “yəhudi terroru” və ya “İslam terroru” ola bilməz. Necə ki, bəhs edilən terroru həyata keçirən adamların quruluşuna baxarkən bu terrorun dini deyil, sosial bir məsələ olduğu ortaya çıxır.

Səlibçilər - öz dinlərini ayaqlayan barbarlar

Bir dinin və ya başqa bir fikir sisteminin həqiqi mesajı bəzən onun sözdə tərəfdarları tərəfindən tamamilə “oğurlana” bilər. Xristian tarixinin qaranlıq bir dövrünü təşkil edən səlibçilər bunun yaxşı bir nümunəsidir.

Səlibçilər XI əsrin sonunda müqəddəs torpaqları (Fələstin ətrafını) fəth etmək məqsədi ilə Avropadan yola düşən avropalı xristianlar idi. Sözdə dini bir məqsədlə yola çıxmışdılar, amma getdikləri hər yerə vəhşilik və qorxu aparmışdılar. Kitabın irəlidəki hissələrində müfəssəl şəkildə görəcəyimiz kimi mülki əhalini kütləvi halda soyqırımına məruz qoydular, həddindən artıq kənd və şəhəri talan etdilər. Səlibçilər müsəlmanların, yəhudilərin və ortodoksal xristianların İslam idarəçiliyi altında rahatlıq və əmin-amanlıq içində yaşadığı Qüdsü fəth etdikləri zaman isə böyük bir soyqırımını həyata keçirdilər. Bütün müsəlmanların və yəhudilərin boyunlarını vurmaqla vəhşicəsinə öldürdülər. Bir tarixçinin ifadəsi ilə desək, ələ keçirdikləri bütün ərəbləri və türkləri öldürdülər..., kişi və ya qadın bilmədən hamısını qətlə yetirdilər.15 Səlib yürüşlərinin iştirakçılarından biri olan Raymund of Aquiles bu vəhşiliyi “fəxrlə” bu cür qeyd edirdi:

“Görməyə dəyən maraqlı səhnələr baş verdi. Adamlarımızın bəziləri -hələ bunlar ən mərhəmətliləri idi- düşmənlərinin başlarını kəsirdilər. Digərləri

48

Page 49: Islam terroru lənətləyir. azərbaycan (version 1)

onları oxla vurub yerə sərirdilər. Bəziləri isə onları diri-diri odun içinə ataraq daha uzun müddət davam edən işgəncələrə məruz qoyurdular. Şəhərin küçələri kəsilmiş başlarla, əllər və ayaqlarla dolu idi. Elə bir vəziyyət yaranmışdı ki, küçədə bunlara dəyib yıxılmadan yerimək çox çətin idi. Ancaq bütün bunlar Süleyman məbədindəkilərin yanında heç nə sayılırdı. Orada nə olduğu ilə maraqlanırsınız? Əgər sizə həqiqəti desəm, inanmağa çətinlik çəkərsiniz. Heç olmasa bunu deyim ki, Süleyman məbədində axan qanın hündürlüyü adamlarımızın dizindən yuxarı keçirdi.16

Səlibçilərin ordusu Qüdsdə iki gün içində təxminən 40 min müsəlmanı yuxarıda bildirilən üsullarla vəhşicəsinə öldürdü.17

Xaçlıların barbarlığı o qədər güclü idi ki, IV səlib yürüşü zamanı onlar öz dindaşlarının şəhəri olan İstanbulu talan etdilər, kilsələrdəki qızılları söküb yağmalamaqdan belə çəkinmədilər. Əlbəttə ki, bütün bu barbarlıq xristianlığın siyasi doktrinasına zidd idi. Çünki xristianlıq İncildə bildirilən ifadə ilə desək, əslində, bir sevgi mesajıdır. Matta İncilində hz. İsanın öz tələbələrinə: “Düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin”, - dediyi yazılmışdır (“Matta”, 5/44). Luka İncilində isə hz. İsanın: “Bir üzünə şillə vurana digər üzünü çevir”, - dediyi bildirilir (“Luka”, 6/29). Əhdi-cədidin heç bir yerində qarşıdurmanı qanuniləşdirən bir hökm yoxdur, günahsız insanların qətlə yetirilməsi isə güman belə edilə bilməz. “Məsumların qətliamı” anlayışı İncildə zalım yəhudi şahı Herodun körpə yaşdakı hz. İsanı məhv etmək cəhdi olaraq təqdim edilir.

Yaxşı, bəs xristianlıq qarşıdurmaya və gərginliyə əsla yer verməyən bir sevgi dini ikən xristian xaçlılar necə olub ki,

49

Page 50: Islam terroru lənətləyir. azərbaycan (version 1)

tarixin ən böyük vəhşiliklərini törətmişdir? Bunun ən böyük səbəbi xaçlıların cahil insanlardan, “ayaq dəstəsi” deyilə biləcək kimsələrdən təşkil olunan bir güruh olmasıdır. Öz dinləri haqqında heç bir şey bilməyən, İncili həyatlarında oxumamış, hətta bəlkə görməmiş, xristianlığın əxlaqi normalarından xəbərsiz olan kütlələr səhv bir yola sürüklənmişdilər. Din adı ilə ortaya çıxan bir qrup iftira etmiş, “Allah bunu istəyir” şəklindəki səlibçi şüarı ilə bu cahil kütlələri barbarlığa sürükləmişdi. Onlar dinin qəti olaraq yasaqladığı əməlləri bu cür saxtakar bir üsulla geniş xalq kütlələrinə tətbiq etmişdilər.

O dövrdə mədəni cəhətdən daha irəlidə və yüksək səviyyədə olan şərq xristianlarının, məsələn, bizanslıların səlibçilərdən daha çox insanpərvər olmasına diqqət etmək lazım gəlir. Səlibçilər gəlməmişdən əvvəl də, onlar getdikdən sonra da ortodoksal xristianlar müsəlmanlarla sakit şəraitdə ortaq həyat sürmüşlər. BBC televiziyasının şərhçisi Terri Consun sözlərinə görə, səlibçilərin Orta şərqdən çıxması ilə mədəni həyat təkrar başlamış və üç dinin mənsubları yenə Qüdsdə birlikdə yaşamağa başlamışdılar.18

Səlib yürüşləri nümunəsi ümumi bir qanunauyğunluğu göstərir: bir fikrin ardıcılları əgər mədəniyyətdən uzaq, ideya baxımından az inkişaf etmiş cahil insanlardırsa, o zaman onların qarşıdurmaya, gərginliyə və təcavüzkarlığa meyili çox yüksək olar. Bu, dindən kənar ideologiyalara da aiddir. Dünyadakı bütün kommunistlərin ən vəhşisi və qana susayanı Kambocada ortaya çıxan “Qırmızı kxmerlər” olmuşdur. Çünki onlar kommunistlərin ən cahilləridir. Cahil insanlar qarşıdurma tərəfdarı olan bir fikri dəlilik dərəcəsinə gətirdikləri kimi qarşıdurmaya və düşmənçiliyə qarşı olan bir fikrə, məsələn,

50

Page 51: Islam terroru lənətləyir. azərbaycan (version 1)

dinə də qarşıdurma, düşmənçilik və gərginlik qata bilər. İslam dünyasında da bunun nümunələri olmuşdur.

Qurana görə bədəvi xarakteri

Peyğəmbərimizin (s.ə.v) dövründə Ərəbistanda iki əsas sosial zümrə var idi: şəhər əhalisi və bədəvilər. O dövrün şərtlərinə görə, Ərəbistan şəhərlərində olduqca inkişaf etmiş bir mədəniyyət hakim idi. Ticarət əlaqələri bu şəhərləri xarici dünyaya bağlayır və bu, şəhərli ərəblərin təcrübəsini artırırdı. Onlar geyim mədəniyyətinə sahib idilər, ədəbiyyatdan, xüsusilə də şeirlərdən xoşları gəlirdi. Bədəvilər isə çöldə yaşayan köçəri qəbilələr olaraq çox geri qalmış bir mədəniyyətə sahib idilər.

51

Page 52: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Sənət və ədəbiyyatdan tamamilə xəbərsiz olan bədəvilər səhranın sərt şərtləri daxilində kobud bir xarakterə sahib olmuşdular.

İslam Ərəbistan yarımadasının ən əhəmiyyətli şəhəri olan Məkkənin sakinləri arasında doğuldu və inkişaf etdi. Amma İslam yayıldıqca Ərəbistanın bütün qəbilələri onu mərhələ- mərhələ qəbul etdilər. Onların arasında bədəvilər də var idi. Amma bədəvilərlə əlaqəli olan bir problem də var idi: onların intellektual və mədəni səviyyəsi İslam dərinliyini anlamaq üçün çox aşağı idi. Bir Quran ayəsində onların vəziyyəti belə açıqlanır:

Bədəvilər küfr və nifaq baxımından daha pis və Allah`ın öz Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməyə daha layiqdirlər. Allah biləndir və hikmət sahibidir! (Tövbə, 97)

Bədəvilər, yəni inkar və nifaq baxımından daha pis olub sərhəd tanımağa müsaid olan sosial qruplar Peyğəmbərimizin (s.ə.v) dövründə İslam dünyasına daxil oldular. Ancaq sonrakı dövrlərdə İslam dünyasında problem yaratmağa başladılar. Bədəvilər arasında inkişaf edən “xaricilər” adlı məzhəb bunun bir nümunəsi idi. İslamın özü və Quran əxlaqının genişliyi mövzusunda hec bir anlayışa sahib olmayan xaricilər bir neçə Quran ayəsini öz həqiqi mənasından tamamilə sapındıraraq özlərindən olmayan bütün müsəlmanlara qarşı savaşa qalxdılar. Daha sonra terror əməlləri törətdilər. Peyğəmbərimizin (s.ə.v) ən yaxın əshabələrindən biri olan və Peyğəmbərimiz (s.ə.v) tərəfindən “elm şəhərinin qapısı” olaraq tərif edilən hz. Əli bir xarici tərəfindən hazırlanan sui-qəsd nəticəsində bıçaqla şəhid edildi.

İslam dünyasında daha sonrakı dövrdə də “həşşaşilər” kimi tanınan başqa bir davakar təşkilat inkişaf etdi. Bunlar bəsit şüar və vədlərə asanlıqla inandırıla bilən, dinin özü və dərinliyi

52

Page 53: Islam terroru lənətləyir. azərbaycan (version 1)

haqqında heç bir anlayışa sahib olmayan, öz cahillikləri üzündən də böyük bir fanatizm nümayiş etdirən fanatik davakar insanlardan təşkil olunmuş bir terror təşkilatı idi. Başqa sözlə, səlibçilər xristianlığı öz həqiqi mənasından tamamilə sapındıraraq onu bir vəhşilik təlimi kimi qələmə verdikləri kimi, İslam dünyasında ortaya çıxan bir sıra azğın qruplar da İslamı səhv izah edərək qarşıdurma yaratdılar. Onların hər ikisinin ortaq cəhəti Qurandakı ifadə ilə desək, “bədəvi”, yəni cahil, mədəniyyətsiz, öz içinə qapanıb qalmış, sərt və kobud təbiətli insanlar olmaları idi. Onların törətdikləri vəhşilik mənsub olduqlarını iddia etdikləri dinin deyil, bu sosial quruluşun nəticəsi idi.

Terrorçu mərhəmətsizdir, onunyeganə məqsədi məhv etməkdir

Rus anarxizminin yaradıcısı olan Mixail Bakunin və onun tələbəsi Neçayev ideal terrorçunu belə təsvir edirlər: “İdeal terrorist qanuni quruluşla və mədəni dünyanın bütün qanuni mənəvi və digər qurumları ilə əlaqəsini kəsən adamdır... O, yalnız bir elm tanıyır: məhv etmək”.19

Bakuninin və Neçayevin bu sözlərindən də başa düşüldüyü kimi, terrorçular bütün maddi və mənəvi qurumlarla əlaqələrini kəsən, bu səbəbdən bütün əxlaqi dəyərləri rədd edən

53

Page 54: Islam terroru lənətləyir. azərbaycan (version 1)

və bu qurumları özlərinə bir maneə və düşmən olaraq görən adamlardır. Bakunin başqa bir sözündə isə: “Bir terrorçunun yeganə bir qayəsi olmalıdır: mərhəmət göstərmədən məhv etmək! Terrorçu bu qayəni rəhbər tutaraq, hər zaman yorulmadan və soyuqqanlılıqla ölməyə və buna mane olan hər kəsi öz əlləri ilə öldürməyə hazır olmalıdır”, - demişdir. Terrorizmin stolüstü kitabı kimi tanınan “İnqilabçının stolüstü kitabı”nda bir terrorçunun necə olmasının lazım gəldiyi bu cümlələrlə açıqlanır:

“...Özünə qarşı sərt davranışda olan inqilabçı sevgiyə, dostluğa, minnətdarlığa, hətta şərəfə belə yer verməyərək başqalarına qarşı da sərt olmalıdır. Sadəcə olaraq nail olması özünə zövq, toxluq və mükafat gətirəcək inqilabçı savaşın soyuq həvəsinə yer verməlidir”.20

Bu sözlər terrorun qaranlıq üzünü də bütün açıqlığı ilə ortaya qoyur və terrorun sülh, mehribanlıq və sevgi üzərində qurulan İslam dini ilə bu sözün tam mənasında zidd olduğunu göstərir. Çünki Allah “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin. Çünki o, sizin açıq düşməninizdir. (Bəqərə, 208)” ayəsi ilə insanları sülhün əsl qurtuluş olduğunu, bunun əksinin, yəni müharibənin, savaşın və münaqişənin isə şeytanın yolu ilə getmək demək olduğunu bildirmişdir.

Terrorun kütlə psixologiyası

Terrorçuların digər bir əhəmiyyətli xüsusiyyəti də onların kütlə ruhu ilə hərəkət etməsidir. Bu kütlə içində insani düşüncələr, insani seçimlər əriyib yox olur, hər kəs tək bir məqsədə yönəlir. Kütlə ruhu ilə hərəkət edən insanlar təkbaşına

54

Page 55: Islam terroru lənətləyir. azərbaycan (version 1)

olarkən, əslində, edə bilməyəcəyi şeyləri etməyi bacarır, şüursuzluq və iradəsizlik içində hərəkət edə bilirlər. Dünyanın bir çox ölkələrində terror qrupları içində yer alan bəzi ağılsız və cahil insanlar nəyi nə üçün etdiyini belə bilmədən kobudluğun, şüarların təsiri ilə emosional bir isterikaya qapılır, sürü psixologiyası çərçivəsində olaraq, əslində, öz iradəsi ilə edə bilməyəcəyi kütlə günahlarına bulaşır. Belə insanlar bir anda əliqanlı qatilə, təcavüzkar bir etirazçıya, qeyri-insani hərəkətlər edə bilən bir terrorçuya çevrilə bilər. Təkbaşına olarkən səssiz, sakit görünən bir insan bir terror qrupuna daxil olduğu zaman bir evi yandıra bilər, bir əcnəbiyə səbəbsiz yerə hücum edə bilər, bir iş yerini talan edə bilər, toplu halında olan insanları qətlə yetirə bilər, hətta özünü belə ölümə atmaqdan çəkinməz. Bu tipli insanlar özlərini terrorçu qrup daxilindəki təlqinə təslim edər və söylənənləri çoxluğun ona verdiyi güclə şüursuz şəkildə yerinə yetirər. Terror əməllərinə qoşulanların çoxunun iradəsi və vicdanı zəif olduğu üçün onlar kütlə psixologiyası içində “ərimiş”, bir növ “sürü” halına gəlmişlər. Onların mühakimə və mülahizə yürütmək qabiliyyəti tamamilə aradan qalxmış, bunun yerinə ifrat və şişirdilmiş duyğular, zorakılığa meyil və təcavüzkarlıq hakim olmuşdur. Belə insanlar təhriklərə açıq olurlar, onlar xoş niyyətdən, mərhəmətdən və xeyirxahlıqdan uzaqdırlar, heç bir qanun tanımazlar. Bu cür kütlə psixologiyasının yanlışlığı, insanın öz ağıl və iradəsi ilə hərəkət etməsinin lazımlılığı bir Quran ayəsində belə açıqlanmışdır:

Bilmədiyin bir şeyin ardınca getmə! Çünki qulaq, göz və ürək - bunların hamısı sorğu-sual olunacaqdır. (İsra, 36)

55

Page 56: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Terrorizmin mənbələrindən biri:üçüncü dünya fanatizmi

Bura qədər bildirdiyimiz tarixi nümunələr sözdə “İslami terror” adlandırılan, son dövrlərdə dünyanın gündəminə gələn, həqiqətdən tamamilə uzaq olan bu məsələnin aydınlaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Çünki bu gün də İslam adı altında ortaya çıxaraq terror törədənlər və ya bunu dəstəkləyənlər - bunlar İslama dünyasındakı kiçik bir azlığı təmsil etməkdədir - İslamdan deyil, “bədəvi xarakteri”ndən çıxış edirlər. Onlar İslamın özünü heç bir şəkildə anlamır, bir

56

Page 57: Islam terroru lənətləyir. azərbaycan (version 1)

sülh, sakitlik və ədalət dini olan İslamı öz sosial və mədəni quruluşlarından qaynaqlanan barbarlığa alət etməyə çalışırlar. Bu barbarlığın mənbəyi isə insan sevgisindən nəsibini almayan insanların “Üçüncü dünya fanatizmi” adlandıra biləcəyimiz ağılsızlıqlarıdır.

Bu, bir həqiqətdir ki, son bir neçə əsrdir ki, İslam dünyasının dörd bir yanındakı müsəlmanlar qərbli qüvvələr və ya onların əlaltıları tərəfindən zülmə məruz qoyulmuşdur. Müstəmləkəçi Avropa dövlətləri, Qərb tərəfindən dəstəklənən yerli müstəmləkəçilər (məsələn, İsrail) və ya Qərb tərəfindən dəstəklənən yerli aqressiv rejimlər müsəlman topluluqlarına böyük faciələr və ağrı-acılar yaşatmışdır. Amma bu, müsəlmanların Qurana görə anlaması, izah etməsi və müqavimət göstərməsi lazım gələn bir haldır. Quranda heç bir zaman “zülmə qarşı zülm” tətbiq edilməsinə izn verilməz. Əksinə, Allah ayələrində müsəlmanlara pisliyə qarşı yaxşılıqla cavab vermələrini əmr edir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən. (Fussilət, 34)

Müsəlmanların onlara qarşı tətbiq olunan zülmə qarşı müqavimət göstərməsi, əlbəttə ki, qanuni bir haqdır. Amma bu heç bir zaman kor bir nifrətə, ədalətsiz bir ədavətə səbəb olmamalıdır. Allah bu barədə müsəlmanlara: “...Bir camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun. Günah etməklə və düşmənçilik etməkdə bir-birinizə kömək etməyin. (Maidə, 2)” - deyə xəbərdarlıq edir.

Buna görə də “dünyadakı məzlum millətlərin təmsilçiliyi” iddiası ilə ortaya çıxaraq digər millətlərin günahsız

57

Page 58: Islam terroru lənətləyir. azərbaycan (version 1)

insanlarına qarşı terror törədilməsinin İslamla heç bir əlaqəsi ola bilməz.

Burada bildirilməsi lazım olan digər bir məsələ odur ki, qərbli qüvvələrin müsəlmanlara qarşı yuxarıda bəhs etdiyimiz zülm və təzyiqləri Qərbin hamısının deyil, bu mədəniyyətə XIX əsrdə hakim olan materialist, dindən uzaq fəlsəfə və ideologiyaların günahıdır. Avropa müstəmləkəçiliyi xristian əxlaqından əmələ gəlməmişdir, əksinə, bu əxlaqa qarşı çıxan və dinin əleyhdarı olan cərəyandan doğmuş və ən böyük vəhşiliklərini XIX əsrdəki sosial darvinist ideologiyasının dəstəyi ilə həyata keçirmişdir. Bu gün də qərb dünyasında zalım, fitnəkar, davakar ünsürlər olduğu kimi, xüsusilə xristianlıqdan bəhrələnəcək sülhsevər, xeyirxah və ədalətsevər bir mədəniyyətin olması da vacibdir. Əslində, yer üzərindəki əsas fikir ayrılığı Qərb və İslam dünyası arasında yox, həm qərbdəki, həm də İslam dünyasındakı dindarlarla din əleyhdarları (materialistlər, ateistlər, darvinistlər və s.) arasındadır.

Üçüncü dünya fanatizminin İslamla heç bir əlaqəsinin olmamağının digər bir göstəricisi bu fanatizmin yaxın zamana qədərki kommunist ideologiyası ilə eyniləşmiş olmasıdır. Bəlli olduğu kimi, günümüzdəki anti-Qərb terror əməllərinin analoqları 1960-cı və 70-ci illərdə də Sovet İttifaqından dəstək alan kommunist təşkilatları tərəfindən həyata keçirilmişdir. Haqqında bəhs olunan təşkilatları doğurmuş sosial quruluşların bir qismi kommunist ideologiyasının öz təsir gücünü itirməsi ilə əlaqədar olaraq İslamdan istifadə etməyə çalışır. Keçmiş kommunist şüarlarına bəzi islami anlayış və simvollar qataraq təşkil etmək istədikləri bu din cildinə bürünmüş vəhşilik, əslində, İslamın özünü təşkil edən əxlaqi dəyərlərə tamamilə ziddir. Bu mövzuda bildirilməsi lazım olan bir məsələ də İslamın hər hansı bir millətə və ya coğrafiyaya aid olmaması

58

Page 59: Islam terroru lənətləyir. azərbaycan (version 1)

həqiqətidir. İslam Allah`ın insanlara yolgöstərən olaraq endirdiyi son dindir və o, bütün insanlığa xitab edir. Müsəlmanlar inandıqları haqq dini hər bir mədəniyyətdən olan hər bir millətə anlatmağa, tanıtmağa və onların qəlbini İslamla isindirməyə borcludur. Buna görə də İslam adı altında ortaya çıxaraq terror əməllərini həyata keçirən, zorakı rejimlər təşkil edən, dünyanı gözəlləşdirmək əvəzinə çirkinləşdirən insan və qruplara qarşı yeganə bir çarə vardır: həqiqi İslamın ortaya qoyulması, izah edilməsi, onun kütlələr tərəfindən başa düşülməsi və yaşanması.

Terrorizmin üsullarından biricəmiyyətdə qorxuya və panikaya səbəb olmaqdır

Terrorun ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun öz hədəfini ixtiyari seçməsidir. Hədəfin fərq qoymadan müəyyən olunması isə total qorxunun yayılmasının ən əhəmiyyətli səbəblərindən biridir. Çünki bu, heç bir insanın təhlükəsizlik şəraitində olmayacağı mənasına gəlir. Əgər hər hansı birisini hədəfə almaq üçün xüsusi bir səbəb yoxdursa, o zaman heç kim təhlükəsizlikdə olmayacaqdır. Potensial hədəf özünü qorumaq üçün heç bir şey edə bilməz. Çünki terrorçu öz seçdiyi yerdə və zamanda hərəkətə keçir. Bu da siyasi terror aktlarının əvvəlcədən təxmin edilə bilməyəcəyini və terrorçuların öz istəklərinə uyğun hərəkət edəcəklərini göstərir.

Radikalizm yanlışlığı

Bu kitabda nəzərdən keçirdiyimiz terror kəlməsi ilə bərabər incələnməsi lazım olan bir digər məsələ “radikalizm”

59

Page 60: Islam terroru lənətləyir. azərbaycan (version 1)

məfhumudur. Radikalizm hər hansı bir mövzuda sərt və güzəştsiz bir siyasət yürütmək mənasına gəlir. Radikallar köklü dəyişikliklər istəyən və bunun üçün sərt, bəzən hətta təcavüzkar üsullardan istifadə edən şəxslər kimi başa düşülür.

Hər mövzuda olduğu kimi, bu mövzuda da hər bir müsəlmanın müraciət edəcəyi mənbə Quran olmalıdır. Qurana baxdığımız zaman isə “radikalizm” şəklində ifadə edilən üslubun Allah`ın möminlərə əmr etdiyi üsluba heç də uyğun gəlmədiyini görürük. Allah Quranda möminləri tərif və təsvir edərkən yumşaq sözlü, dava və qarşıdurmadan qaçan, hətta ən tündməcaz şəxslərə qarşı daha mülayim və dostcasına münasibət bəsləyən, xoş bir xarakter təsvir etməkdədir.

Bu mövzuda bizə yolgöstərən nümunələrdən biri Allah`ın hz. Musaya və hz. Haruna fironun yanına getmək əmri verərkən dediyi “yumşaq söz söyləyin” əmridir.

İkiniz fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun. (Taha, 43-44)

Firon öz dövrünün zülm və üsyançılıqda ən qabağa get-miş inkarçısıdır. O, Allah`ı inkar edib özünü bütləşdirmiş, daha sonra isə müsəlmanlara (dövrünün İsrailoğullarına) qorxunc zülm və qətllər tətbiq etmiş bir despotdur. Lakin bu cür düşmən bir insana tərəf yollanarkən də Allah peyğəmbərlərinə: “Ona yumşaq söz söyləyin”, - buyurmaqdadır.

Diqqət edilirsə, Allah`ın göstərdiyi metod mülayim bir üslubda dialoq qurmaqdır, tikanlı sözlər, əsəbi fikirlər, həyəcanlı etiraz göstəriləri ilə qarşıdurma meydana gətirmək deyil.

Üslub mövzusunda müsəlmanlara yol göstərəcək digər nümunələr keçmiş peyğəmbərlərdən hz. Şüeyb ilə inkarçı xalqı

60

Page 61: Islam terroru lənətləyir. azərbaycan (version 1)

arasında olmuş dialoqda da var. Quranda bu dialoq aşağıdakı kimi bildirilir:

Mədyən tayfasına qardaşları Şüeybi göndərdik. O, dedi: “Ey camaatım, Allah`a ibadət edin! Sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçüdə və çəkidə kəsməyin! Sizi bolluq içərisində görürəm. Mən həm də hər tərəfinizi bürüyəcək günün əzabından sizin üçün qorxuram. Ey camaatım, ölçü və çəkinin düzgünlüyünə tam əməl edin, heç bir şeydə insanların haqqını kəsməyin və yer üzündə fitnə-fəsad törədə-törədə gəzib dolaşmayın! Əgər möminsinizsə, Allah`ın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən sizin üzərinizdə nəzarətçi deyiləm”. Onlar dedilər: “Ey Şüeyb, namazınmı sənə əmr edir ki, biz ata-babalarımızın ibadət etdiklərini bir yana ataq və ya mal-dövlətimizdən istədiyimiz kimi istifadə edə bilməyək? Axı sən ki həlimsən, ağlın başındadır!” O, dedi: “Ey camaatım, bir deyin görək, məndə Rəbbimdən aşkar dəlil olduğu və mənə Öz tərəfindən gözəl ruzilər vermiş olduğu halda, heç mən Onun sözündən çıxa bilərəmmi?! Sizə qadağan etdiyim şeylərin əksinə olaraq sizinlə ixtilafda olmaq istəmirəm. Mən bacardığım qədər ancaq islah etmək istəyirəm və bu işdəki uğurum yalnız Allah`dadır. Odur ki, mən Ona təvəkkül etdim və hər şeydə Ona üz tuturam”. (Hud, 84-88)

Bu danışıqlar incələnən zaman hz. Şüeybin öz tayfasını Allah`a imana və gözəl əxlaqa dəvət etdiyi və bunu edərkən son dərəcə mülayim və təvazökar üslubdan yararlandığı görünür.

Ayələrdə keçən bəzi ifadələrin bəzi hikmətlərini belə açıqlaya bilərik:

61

Page 62: Islam terroru lənətləyir. azərbaycan (version 1)

* “Mən sizin üzərinizdə nəzarətçi deyiləm”. Hz. Şüeyb bu sözüylə qövmünə onların üzərində hakimiyyət qur-maq istəmədiyini, belə bir niyyətinin olmadığını, onlara sadəcə olaraq Allah`ın öyrətdiyi doğruları bildirdiyini vurğulamaqdadır.

* “Axı sən ki həlimsən, ağlın başındadır!” İnkarçıların hz. Şüeybə qarşı istifadə etdiyi bu söz onun son dərəcə mülayim və nəzakətli bir şəkildə davrandığını və bunun inkarçılar tərəfindən də qəbul edilən bir xüsusiyyət olduğunu göstərir. İnkarçılar hz. Şüeybin yetkin, ağlı başında, son dərəcə ölçülü bir insan olduğunu qəbul edirdilər.

* “Ey camaatım, bir deyin görək (fikriniz nədir?)” Hz. Şüeybin istifadə etdiyi bu ifadə onun inkarçıları ağıl və vicdanlarını işlətməyə təşviq etdiyini göstərir. Yəni hz. Şüeyb təsdiqedici bir üslubdan istifadə etməməkdə, əksinə, əks tərəfin fikirlərini soruşaraq onları düşünməyə və öz işlərində azad bir vicdan hesabatı aparmağa dəvət etməkdədir.

* “Sizə qadağan etdiyim şeylərlə sizinlə ixtilafda olmaq istəmirəm”

Hz. Şüeybin buradakı qadağaları feli bir qadağa deyil, bəzi hərəkətlərin günah olduğunu açıqlayaraq insanları bunlardan uzaqlaşdırmağa dəvət etmək şəklindədir. Hətta hz. Şüeyb: “Bunlara görə sizə qarşı gəlmək istəmirəm”, - deyərək məqsədinin tayfası ilə mübarizə aparmaq olmadığını, qarşıdurma və narahatçılıq vermək istəmədiyini, sadəcə olaraq onları imana və gözəl əxlaqa dəvət etmək istədiyini vurğulamaqdadır.

Quran ayələri incələnəndə mülayim, yumşaq və xoş xasiyyətli bir üslubun bütün peyğəmbərlərin ortaq bir xüsusiyyəti olduğu görünür. Allah hz. İbrahimi “həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi”.

62

Page 63: Islam terroru lənətləyir. azərbaycan (version 1)

(Tövbə, 114)” şəklində tərif etməkdədir. Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) əxlaqını göstərən digər ayə isə belədir:

Allah`ın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. (Ali-İmran, 159)

Əsəbi üslub radikalizmin açıq bir xüsusiyyətidir. Bu üslub radikal şəxslərin danışıqlarında, yazılarında, davranışında çox açıq bir şəkildə ortaya çıxır. Amma əsəbilik bir müsəlmana aid olan xüsusiyyət deyil. Allah Quranda möminləri tərif edərkən belə buyurur:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran, 134)

Müsəlmanların əsəbi bir şəkildə davranmasına hər hansı bir səbəb də yoxdur. Bir müsəlmanın digər insanlardan yeganə istəyi onların da Allah`a iman etməsi və gözəl əxlaqla yaşamasıdır. Bu isə ancaq Allah`ın o insanlara da hidayət verməsi ilə mümkündür. Biz nə etsək də, insanlara həqiqəti nə qədər başa salmağa çalışsaq da, qəlblər Allah`ın əlindədir. Allah “Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi? (Rəd, 31)” ayəsi ilə bu cür əhəmiyyətli həqiqəti müsəlmanlara xatırlatmaqdadır.

Eyni həqiqəti təsdiqləyən digər bir ayə belədir:Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Yunis, 99)

Buna görə də hər bir müsəlmanın vəzifəsi sadəcə olaraq həqiqətləri izah etmək, insanları bu həqiqətlərə dəvət etməkdir. İnsanların bunu qəbul edib-etməməyi tamamilə onların vicdanlarının öhdəsində qalan bir məsələdir. Allah bu həqiqəti

63

Page 64: Islam terroru lənətləyir. azərbaycan (version 1)

yenə də Quranda göstərməkdə, dində məcburiyyətin olmadığı xəbərini verməkdədir:

Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan aydın fərqlənir. Hər kəs şeytanı inkar edib Allah`a iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidən və biləndir. (Bəqərə, 256)

Beləliklə, nə insanların iman gətirib müsəlman olması, nə də müsəlman olanların öz ibadətlərini yerinə yetirməsi və ya günahdan qaçması üçün heç bir məcburiyyət yoxdur. Bunun üçün sadəcə olaraq nəsihət verilir. Allah müsəlmanların məcburedici (zorba) olmadığını Peyğəmbərimizə (s.ə.v) xitabən vəhy etdiyi bəzi ayələrində belə açıqlayır:

Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onları zorla imana gətirən deyilsən. Sən mənim təhdidimdən, əzabımdan qorxanlara Quranla öyüd-nəsihət ver. (Qaf, 45)De ki, ey insanlar! Artıq Rəbbinizdən sizə haqq gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanır. Mən sizə zamin deyiləm. (Yunis, 108)

Müsəlmanlar sadəcə olaraq dinlərini yaymağa görə məsuliyyət daşıyırlar. Onlar insanlara təzyiq göstərməməyə və mülayim davranmağa məsuldur. Radikal ola bilməzlər. Çünki radikallıq saydığımız bütün bu xüsusiyyətləri özündən uzaq tutur. Həqiqətdə radikallıq İslam dünyasına sonradan gələn və İslama zidd olan bir fikir cərəyanı və siyasi mövqedir. Radikalizm olaraq tərif edilən sosial hadisələr incələnəndə onların, əslində, əvvəlki dövrlərdə kommunistlər tərəfindən istifadə edilən metod və fikirlərin bir ələnmiş şəkli kimi İslamda heç bir yerinin olmadığı, əsəbi soy qoruyuculuğunun (Fəth, 26) bir forması olaraq ortaya çıxdığı görünər.

64

Page 65: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Bütün müsəlmanlar Quranın ruhuna və özünə zidd olan bu sərt, əsəbi, qarşıdurma metodundan tamamilə uzaq durmalı, bunun yerinə Allah`ın Quranda göstərdiyi mülayim, xoş və sakit bir üslubu özündə cəmləməlidir. Müsəlmanlar xoşüzlü olmaları, təmkinliyi, təvazökarlığı və sakitliyi ilə bütün dünyaya nümunə olmalı, insanları özlərinə və buna bağlı olaraq da İslam əxlaqına heyran etməlidir. Sadəcə olaraq bu sahədə deyil, elm, mədəniyyət, sənət, estetika və sağlam cəmiyyət kimi sahələrdə böyük irəliləyişlər və gözəl əsərlərlə həm İslamı ən gözəl şəkli ilə yaşamalı, həm də dünyada təmsil etməlidirlər.

İslamı insanlara izah etməyin də, İslama qarşı olan fikirlərlə mübarizə aparmağın da yolu bu saydığımız metodlarla mümkündür. Allah aşağıdakı ayədə bir müsəlmanın digər insanlara qarşı istifadə edəcəyi üslubun necə olmasını açıq şəkildə belə bildirir:

İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! (Nəhl, 125)

Terrorun psixologiyası və üsulları

“Terror” məfhumunun dildə hər gün istifadə edilən mənasından daha geniş bir anlamı var. Günümüzdə “terror” məfhumu, adətən, radikal ideoloji qruplar tərəfindən aparılan silahlı mübarizəni ifadə edir. “Terror” sözünün tərcüməsi “qorxutma” mənasına gəlir. Ancaq bu qorxutma olduqca böyük çaplıdır və insanların bütün həyatını əhatə edəcək qədər ağır bir qorxu vəziyyətini və təzyiq göstərməyi ifadə edir. Terror insanları ruh düşkünlüyünə salmaq yolu ilə onlara müəyyən düşüncə və davranışları mənimsətmək üçün ağır və sistemli bir qorxunu və bu qorxuya səbəb ola biləcək hər cür təcavüzkar

65

Page 66: Islam terroru lənətləyir. azərbaycan (version 1)

metodu əhatə edir. Ancaq bu vəziyyətdə terrorun istiqamətləndiyi hədəf dolayı yolla və ya birbaşa xalqın özüdür. Bir terror təşkilatı xalqı öz yanına çəkə bilmək üçün güc tətbiq edər. Əldə edəcəyi qorxunun ona güc verəcəyini, bu güc sayəsində də xalqın, ya da çox vaxt xalqın bir hissəsinin ona kömək edəcəyini düşünür. Sözügedən bu terror növü “terror” deyiləndə ilk başa düşülən şeydir və “sol terror” olaraq tanınır.

Ancaq bir də üçüncü dünya ölkələrində rastlanan və diktator rejimlər tərəfindən tətbiq edilən terror var. Əslində, buradakı məntiq sollar tərəfindən tətbiq olunan terrorun məntiqinin daha böyük şəklindən başqa bir şey deyildir. İqtidara sahib olan hakimiyyət və ya diktator təzyiq edən və basqıçıdır, o, öz iqtidarından sadəcə olaraq şəxsi mənfəəti üçün istifadə etməkdədir. Buna görə də onlar müxtəlif ictimai müxalifətlərlə qarşı-qarşıyadır. Sözügedən diktator rejimi bu vəziyyətdə müxalifətdən daha güclü olduğunu isbat etmək üçün yenə eyni formuldan istifadə edir. O, terroru ona görə tətbiq edir ki, xalqı qorxutsun və bu qorxu da ona əlavə güc versin.

Terror təşkilatları müdafiə etdikləri ideologiyaya bağlı olaraq və haqsızlıq və zülm etdiklərini düşündükləri idarəçiləri aradan qaldırmaqla daha xoşbəxt və ədalətli bir həyat tərzinə çatmaq istədiklərini irəli sürməkdədir. Lakin bu, heç də doğru bir yaxınlaşma deyil. Allah “Bəqərə” surəsinin ilk ayələrində bu cür anlayışa sahib olanlar üçün belə buyurmuşdur:

Onlara: “Yer üzündə fəsad törətməyin!” - dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, - deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədənlərdir, lakin bunu dərk etmirlər. (Bəqərə, 11-12)

Diqqətlə baxsaq, görərik ki, terroru bir metod olaraq mənimsəyənlər bəzən bir-birinə fayda verəcək ittifaq içindədir.

66

Page 67: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Çünki terroru tətbiq edənlər əllərindəki silahlarla müəyyən qazanc əldə edir. Bu nöqtədə ideallar artıq yox olur.

İnsan öldürmək terrorçular üçün bir həyat tərzidir. Onlar günahsız insanlara heç acımadan güllə ata, körpə uşaqların başına bomba yağdıra bilirlər. Qan tökmək onlar üçün bir zövq və məqsəd halına gəlir. Onlar insanlıqdan çıxıb gözü qızmış bir vəhşi heyvana dönürlər. Aralarında azacıq da olsun mərhəmət hissi göstərən olsa, onu dərhal qorxaq və ya xain adlandırıb sıralarından kənarlaşdırırlar. Hətta çox vaxt öz aralarında mübahisə olduğu zaman silaha sarılır, öz içlərindəki fraksiyalara qarşı qanlı tədbirlər həyata keçirirlər.

Göründüyü kimi, terrorizm tamamilə şeytani bir qantökmə yolundan başqa bir şey deyil. Hər kim bu vəhşət çarxına kömək etsə, o, şeytani bir sistemə kömək etmiş olar. Bir terrorçunun dini fikirlərdən istifadə etməsi, dini simvollarla hərəkət etməsi heç kimi çaşdırmamalıdır. Bu şəkildə saxta bir dini örtüyə bürünən terrorçular həm qan tökdükləri, həm də bunu din adına etdiklərini söylədikləri üçün ikiqat günah sahibi olurlar.

Terrorla din bir-birinə tamamilə ziddir. Terrorizm təcavüz etməyi, öldürməyi, vuruşmağı, əzab verməyi, zülm etməyi bir metod olaraq mənimsəmişdir. Ancaq bütün bunlar Qurana görə qəddarlıq və əzazillikdir. Allah barışı, fikir birliyinə gəlməyi, yaxşılıq etməyi və insanların arasını düzəltməyi əmr edərək terroru və hər cür pozuculuq hərəkətlərini qadağan edir. Allah belə əməllər içində olanları lənətlədiyini bildirir:

Allah`la əhd bağladıqdan sonra onu pozanlar, Allah`ın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir. (Rəd, 25)

67

Page 68: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Terrorun içində olan, bu şəkildə bir zülmə əli batan insanların əsas xüsusiyyəti onların Allah qorxusundan və sevgisindən tamamilə uzaq, qəlbləri daşlaşmış, xəstə bir ruhi hala sahib olmasıdır. Allah Quranda bu xarakterə sahib olan insanlar haqqında belə deyir:

Və həm də itaət etmə hər and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə, xeyirə mane olana, həddi aşana, günaha batana, daşürəkliyə, anlamaza və eyni zamanda, əsli-nəcabəti bilinməyən haramzadaya. (Qələm, 10-13)

Haqsız yerə üsyan və təcavüz etmək də Allah`ın haram buyurduğu bir hərəkətdir. Günümüzdə terror və anarxiya olaraq qiymətləndirdiyimiz bu fəaliyyətlər İslamda qadağan edilmişdir.

De ki: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allah`ın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi ona şərik qoşmağınızı və Allah`a qarşı bilmədiyiniz şeyləri deməyi haram buyurmuşdur”. (Əraf, 33)

Zorakılıq əməlləri terrorçuların ənmühüm təbliğat metodlarından biridir

Terrorçular zorakılıq əməllərini öz təşkilatlarının təbliğatı kimi xarakterizə edirlər. Yəni bir terrorçuya görə, gü-nahsız insanları öldürmək, bank soymaq, sui-qəsd təşkil etmək, adam qaçırmaq, bombalamaq mühüm təbliğat və mübarizə üsuludur. “Bircə əməliyyatla bir gündə milyonlarla bəyanatdan daha böyük təbliğata sahib olmaq” şəklində xülasə edə biləcəyimiz bu düşüncə terrorçuların zorakılıq tərəfdarları olduqlarını göstərir. Hər cür insani hisslərdən, şəfqətdən,

68

Page 69: Islam terroru lənətləyir. azərbaycan (version 1)

mərhəmətdən, dialoqdan və xoş münasibətdən uzaq olan bu düşüncə ancaq Quran əxlaqından tamamilə kənarda dayanan və dinə düşmən ideologiyaların aparıcı təsir gücünə malik olduğu cəmiyyətlərdə özünə dayaq, yer və güc tapa bilər. Buna görə də qeyd edilən qaranlıq düşüncənin aradan götürülməsi ancaq Quran əxlaqının insanlar arasında yayılaraq həyata keçirilməsi ilə mümkündür.

İSLAMIN KİTAB ƏHLİNƏ BAXIŞI

Günümüzdə terror problemi ilə yanaşı, digər bir mühüm mövzu da Qərb və İslam dünyaları arasındakı münasibətlərdir. Bəlli olduğu kimi, 90-cı illərdən etibarən bəzi analitiklər dünyanın bir Qərb-İslam qarşıdurmasına səhnə olması iddiasını irəli sürürlər. Samuel Hantinqtonun məşhur “Mədəniyyətlərin qarşıdurması” tezisinin ana mövzusu da budur. Bu tezis hər iki mədəniyyətin içindəki bəzi radikal və cahil ünsürlərin təsirinin qabardılmasından qaynaqlanan xəyali bir ssenariyə söykənir. Həqiqətdə İslam mədəniyyəti ilə Qərb mədəniyyəti arasında bir qarşıdurma ola bilməz, çünki Qərb mədəniyyətinin əsaslarını təşkil edən yəhudi-xristian inancı İslamla qarşıdurma deyil, uzlaşma və ittifaq içindədir.

Quranda yəhudilər və xristianlar “əhli-kitab” adlandırılırlar. Bunun səbəbi hər iki din mənsublarının da Allah`ın vəhy etdiyi ilahi kitablara tabe olmalarıdır. İslamın əhli-kitaba baxışı isə son dərəcə adil və mərhəmətlidir. İslamın əhli-kitaba qarşı adil mövqeyi hələ İslamın doğulduğu illərdə formalaşmışdır. Bəlli olduğu kimi, o dövrdə müsəlmanlar öz dinlərini Məkkədəki bütpərəstlərin təzyiqi və işgəncələri altında

69

Page 70: Islam terroru lənətləyir. azərbaycan (version 1)

qorumağa çalışan kiçik bir cəmiyyət şəklində idilər. Bu təzyiqlərin şiddəti səbəbi ilə bəzi müsəlmanlar Məkkəni tərk etməyə və ədalətli bir idarəçiliyə sığınmağa qərar verdilər. Peyğəmbərimiz (s.ə.v) hz. Muhəmməd onlara Efiopiyadakı xristian kral Nəcaşiyə sığınmalarını tövsiyə etdi. Bu məsləhətə qulaq asan müsəlmanlar Efiopiyaya gedərək burada onları sevgi və hörmətlə qarşılayan son dərəcə ədalətli bir idarəçilik gördülər. Kral Nəcaşi müsəlmanların onlara təslim edilməsini istəyən bütpərəst elçilərin istəklərini rədd etdi və müsəlmanların onun ölkəsində rahat yaşaya biləcəklərini bildirdi. Xristianların şəfqət, mərhəmət və ədalət anlayışlarına söykənən bu davranışı Allah`ın Quranda xüsusi diqqət yönəltdiyi bir həqiqətdir. Bir Quran ayəsində belə deyilir:

Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu, onların içində keşiş və rahiblərin olmasına və onların özlərini yuxarı tutmamalarına görədir. (Maidə, 82)

Əhli-kitabın müsəlmanlarla ortaqinancları və dəyərləri

Xristianların və müsəlmanların inancları bir çox tərəflərdən ortaqdır. Eyni şəkildə, yəhudilik də İslamla bir çox ortaq inancı paylaşmaqdadır. Allah Quranda müsəlmanların əhli-kitabla Allah`a imanda birləşdiyini “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allah`ımız, sizin də Allah`ınız birdir. Biz yalnız Ona itaət edirik! (Ənkəbut, 46)” ayəsi ilə bildirir.

Hər üç dinin mənsubları:

70

Page 71: Islam terroru lənətləyir. azərbaycan (version 1)

* Allah`ın bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olduğuna inanmaqdadırlar.

* Allah`ın canlıları və insanları möcüzəvi şəkildə yaratdığına və insanın Allah`ın verdiyi bir ruha sahib olduğuna iman etməkdədirlər.

* Ölümdən sonra dirilməyə, cənnətlə cəhənnəmin var-lığına, mələklərin varlığına iman gətirməkdə, Allah`ın həya-tımızı bir tale üzrə yaratdığına inanmaqdadırlar.

* Tarix boyu Allah`ın insanlara hz. Muhəmməd (s.ə.v), hz. İsa və hz. Musa ilə bərabər, hz. Nuh, hz. İbrahim, hz. İshaq, hz. Yusif, hz. Davud kimi bir çox peyğəmbər göndərdiyinə inanmaqda və bütün peyğəmbərləri sevməkdədirlər. Bir ayədə müsəlmanların peyğəmbərləri arasında heç bir fərq qoymaması belə açıqlanır:

Peyğəmbər Rəbbi tərəfindən Ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. Hamısı Allah`a, Onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!” (Bəqərə, 285)

Sadəcə olaraq təkcə inanc mövzularında deyil, əxlaqi dəyərlər mövzularında da əhli-kitabın inancları müsəlmanların inancları ilə eynidir. Günümüzdə fahişəlik, homoseksuallıq, narkomanlıq kimi əxlaqsızlıqların, israfçı, insafsız insan modelinin geniş yayıldığı bir dünyada əhli-kitab və müsəlmanlar eyni dəyərlərə inanırlar. Bu dəyərlər namus, ar, təvazökarlıq, fədakarlıq, doğruluq, şəfqət, mərhəmət, təmənnasız sevgi və sairədir.

Kitab əhlinin və müsəlmanların ortaq düşmənləri

71

Page 72: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Xristianlığı, yəhudiliyi və İslamı yaxınlaşdıran digər əhəmiyyətli reallıq isə müasir dünyada geniş təsiri olan dinsiz fəlsəfələr və onların səbəb olduğu fəlakətlərdir. Dövrümüzün ən tanınan və insanlara ən çox zərər verən ateist ideologiyaları arasında materializm, kommunizm, faşizm, anarxiya, irqçilik, nihilizm, ekzistensializm kimi fikir cərəyanlarını göstərmək olar. Bunların dünya, cəmiyyət və insan haqqındakı saxta mülahizə və təshihlərinə, aldadıcı təsvir və təqdimatlarına aldanan bir çox insanlar inamını itirmiş və şübhəyə düşmüşdür. Bu ideologiyalar daha dərinə gedərək insanları, cəmiyyətləri və millətləri böyük günahlara, qarşıdurmalara, müharibələrə sürükləmiş və dünyaya böyük fəlakətlər gətirmişdir. İnsanlığın hələ də yaşadığı ağrı-acılarda, məhrumiyyətlərdə, sıxıntı və böhranlarda da bunların payı böyükdür.

Sadalanan ideologiyalar Allah`ı və yaradılışı inkar edər-kən ortaq bir təmələ, yalnız sözdə elmi bir düşüncə olan Dar-vinin təkamül nəzəriyyəsinə əsaslanırlar. Darvinizm din əleyhinə olan fəlsəfələrin təməlini yaradır. Bu nəzəriyyə “can-lılar təsadüflər nəticəsində və həyat uğrunda mübarizə nə-ticəsində təkmilləşirlər” iddiasındadır. Dolayısilə, darvinizmin insanlara aşılamağa çalışdığı ən əsas fikir “heç kimin qarşısında məsuliyyət daşımırsan”, “həyatını təsadüflərə borclusan”, “yaşamaq üçün mübarizə aparmalı, lazım gələrsə, digərlərini də əzməlisən”, “bu dünya qarşıdurma və mənfəət dünyasıdır” düşüncəsinin təlqin olunmasıdır. “Təbii seleksiya”, “yaşamaq uğrunda mübarizə”, “güclülərin həyatda qalması” kimi darvinist nəzəriyyələrin cəmiyyətə aşılamağa çalışdığı fikirlər bunlardır. Bu əxlaq anlayışı insanlara xudpəsənd, fərdiyyətçi, mənfəətpərəst, yırtıcı, mərhəmətsiz və zalım olmağı nəsihət etməkdə, şəfqət, mərhəmət, fədakarlıq, təvazökarlıq kimi xüsusiyyətləri ortadan qaldırmaqda, bunu da həyatın qaydalarının bir şərti kimi göstərməkdədir.

72

Page 73: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Bu darvinist fikirlər, təbii ki, əhli-kitabın inanclarına və Quranın bizə söylədiklərinə tamamilə ziddir. Darvinist fikirlər hər üç dinə də tamamilə müxalif olan bir dünyanın təməlini yaradır.

Allah`a inanan və Onun öyrətdiyi gözəl əxlaqı qəbul edən əhli-kitab və müsəlmanlar bunun kimi hallara qarşı birlikdə hərəkət etməli, işbirliyi yaratmalıdır. Hər üç dinin mənsubları əl-ələ verərək heç bir elmi əsası olmayan, sadəcə olaraq materialist fəlsəfə üçün əsas dayaq olan darvinizmin doğru olmadığını bütün dünyaya izah etməlidir. Əhli-kitab inamsızlıqdan meydana gələn bütün digər dağıdıcı ideologiyalara (kommunizmə, faşizmə, irqçiliyə), habelə əxlaqi degenerasiyaya qarşı da birlikdə bir məfkurə mübarizəsi aparmalıdır. Bunlar həyata keçdiyi təqdirdə dünya çox qısa bir zamanda sülhə, əmin-amanlığa və ədalətə qovuşacaqdır.

73

Page 74: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Antisemitizm İslamın tam əksinəolan bir irqçilikdir

Hazırda dünya birliyini təhlükə altına alan, məsum insanların dincliyini və təhlükəsizliyini hədəfə götürən ideologiyalardan biri də antisemitizm, yəni yəhudilərə qarşı duyulan irqçilik nifrətidir.

Antisemitizm XX əsrdə böyük fəlakətlərə yol açmışdır. Nasistlərin yəhudilərə qarşı gerçəkləşdirdiyi zülm və qətllər bunların ən qorxuncudur. Bununla yanaşı, dünyanın bir çox ölkələrində bir çox avtoritar rejimlər yəhudiləri hədəfə alaraq onlara zülm ediblər. Faşist ideologiyasının daşıyıcısı olan təşkilatlar yəhudilərə qarşı qanlı hücum və təcavüzlər ediblər və bunun nümunələri indiyə qədər də davam edir.

Tarixdə yəhudilərə qarşı tətbiq olunan və irqçi əsaslara söykənən zülm qəti olaraq İslamın əleyhinədir. Çağdaş dövrdə İsrail dövlətinin haqsız işğalına və dövlət terroruna qarşı çıxılması təbii məsələdir. Ancaq məsum yəhudi xalqının və yəhudi körpələrinin haqsız yerə zülmə məruz qoyulması heç bir müsəlman tərəfindən dəstəklənə bilməz.

Bəs bir müsəlmanın antisemitizmə münasibəti necə olmalıdır? Cavab aydındır: hər bir müsəlman başqa irqçi ideologiyalar kimi antisemitizmin də əksinə çıxmalı, bu

74

Page 75: Islam terroru lənətləyir. azərbaycan (version 1)

nifrətamiz və qeyri-insani ideologiya ilə mübarizə aparmalı, bütün insanlar kimi yəhudi xalqının da haqlarını qorumalıdır. Hər müsəlman İsraildə və ya diasporda olmasından asılı olmayaraq dünyadakı hər bir yəhudinin sərbəst yaşamaq, ibadət etmək, öz milli varlığını qorumaq və ifadə etmək hüquqlarını tanımalı və onları müdafiə etməlidir.

Bu gün müsəlmanlar İsrail dövlətinin işğalçı, əzazil və mürtəce siyasətini haqlı olaraq tənqid edirlər. Amma günahsız və məsum yəhudilər (İsrail vətəndaşları da daxil olmaqla) sionizmin günahları ucbatından, əlbəttə ki, mühakimə edilməməlidirlər.

Bir xalqı ucdantutma mühakimə etməməyin, doğrularla yanlış olanları, zalımlarla günahsızları aydınlaşdırmağın vacib-liyi Qurani-kərimdə xüsusilə vurğulanan bir əmrdir. Allah`ın (s.s.) əmrlərinin əksinə davranan yəhudi və xristianların gü-nahları Qurani-kərimdə anladılandan sonra orada digər bəzi yəhudi və xristianların gözəl əxlaqından aşağıdakı kimi söz açılır:

Onların hamısı eyni deyil. Kitab əhli arasında düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allah`ın ayələrini oxuyurlar. Onlar Allah`a, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdir. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqiləri tanıyır. (Ali-İmran, 113-115)

Buradan belə nəticə alınır ki, bir müsəlman olaraq İsrailin işğalçılığına və dövlət terroruna qarşı etiraz etməyimizin antisemitizmə heç bir bənzərliyi yoxdur. İsrailin etiraz etdiyimiz tərəfi onun rəsmi ideologiyası olan sionizmin

75

Page 76: Islam terroru lənətləyir. azərbaycan (version 1)

sadəcə olaraq klassik bir irqçilik olmasıdır. Antisemitizmə etiraz etməyimizin də səbəbi budur.

Antisemitizm, həqiqətən də, təxribatçı bir ideologiyadır və o, İlahi dinlərə inanan heç bir insan tərəfindən müdafiə oluna bilməz. Bir antisemit hz. İbrahimə, hz. Musaya və ya hz. Davuda da düşməndir ki, bu insanlar Allah`ın seçib insanlara nümunə olaraq göndərdiyi və üzərinə böyük vəzifələr qoyduğu mübarək peyğəmbərlərdir. Antisemitizm kimi digər irqçilik nümunələri də (məsələn, zəncilərə qarşı olan düşmənçilik və s. kimi) yenə İlahi dinlərdən uzaq müxtəlif ideologiya və batil inanclardan törəyən azğınlıqlar deməkdir.

Antisemitizm və digər irqçilik nümunələri incələnəndə aşkar şəkildə görünür ki, onlar insanlara Quran əxlaqına tamamilə zidd olan bir düşüncə sistemini və cəmiyyət modelini təklif edir, bu modellərin müdafiəsinə qalxırlar. Məsələn, antisemitizmin əsasında nifrət, qarşıdurmaya meyillilik, davakarlıq və amansızlıq kimi qeyri-insani hisslər var. Bir antisemit yəhudi millətindən olan insanların (qadın, uşaq, qoca arasında fərq qoymadan) qətlə yetirilməsi, işgəncə görməsi kimi vəhşilikləri müdafiə edəcək qədər zalım ola bilər. Halbuki, Quran əxlaqı insanlara sevgini, şəfqəti və mərhəməti öyrədir, müsəlmanlara düşmənlərinə qarşı da ədalətli və bağışlayan olmağı əmr edir.

Digər tərəfdən, antisemitlər və digər irqçilər müxtəlif etnik kökdən gələn və ya müxtəlif dini inanclara mənsub olan insanların sülh şəraitində bir yerdə yaşamağına qarşıdır. Məsələn, alman irqçiləri olan nasistlər və yəhudi irqçiləri olan sionistlər almanlarla yəhudilərin bir yerdə yaşamasına qarşı çıxmış və hər iki tərəf də bunu, yəni bir yerdə yaşamağı öz irqindən ötrü bir degenerasiya, pozuntu kimi qəbul etmişdi. Halbuki, əvvəl də qeyd etdiyimiz kimi, İslamda belə bir fərq yoxdur. “Hucurat” surəsinin 13-cü ayəsində irqlər arasında

76

Page 77: Islam terroru lənətləyir. azərbaycan (version 1)

kiçik də olsa bir fərq qoyulmadığı kimi müxtəlif inanclara mənsub olan insanların eyni cəmiyyətdə sülh və əmin-amanlıq içində yaşamaları da buyurulur.

Quran müsəlmanların, yəhudilərinvə xristianların dost kimi yaşamasını tövsiyə edir

Quranda adı əhli-kitab kimi çəkilən yəhudi və xristian-lar tək Allah`a inanan və Allah`dan gələn hökmlərə tabe olmuş insanlardır və bu, onları müsəlmanlara yaxınlaşdırır. Quran əhli-kitabı və müşrikləri kəskin surətdə fərqləndirir. Bu məsələ xüsusilə də sosial həyat nöqteyi-nəzərindən diqqət mərkəzindədir. Məsələn, müşriklər üçün: “Ey iman gətirənlər! Müşriklər doğrudan da murdardır. Belə isə bu ildən sonra Məscidül-Harama yaxınlaşmasınlar. (Tövbə, 28)” - deyilir. Çünki müşriklər heç bir İlahi qanunu tanımayan, heç bir əxlaqi ölçüsü olmayan, heç bir qaydaya məhəl qoymayan, hər cür murdarlığı və azğınlığı törədə biləcək insanlardır.

Əhli-kitab isə Allah`ın vəhyindən qaynaqlanan əxlaqi ölçülərə, haram və halal anlayışlarına sahibdir. Bunun üçün kitab əhlindən hər hansı bir adamın bişirdiyi bir yemək müsəlmanlar üçün də halal sayılır. Eyni şəkildə, müsəlman kişilərə kitab əhlindən olan qadınlarla evlənməyə icazə verilir. Allahu-təala bu mövzu ilə bağlı ayədə belə buyurur:

Bu gün sizə pak nemətlər halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz kitab

77

Page 78: Islam terroru lənətləyir. azərbaycan (version 1)

əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar. (Maidə, 5)

Bu hökmlər müsəlmanlarla əhli-kitab arasında nikah nəticəsində qohumluq münasibətlərinin yarana bilməsini, iki tərəfin bir-birinin yemək dəvətlərini qəbul edəcəyini göstərir ki, bunlar da onların mülayim insani münasibətlər və dinc, rahat bir yaşayış qurmasına əsas verən amillərdir. Quranda xoşrəftarlılıq və xoş münasibət tövsiyə edildiyi halda, müsəlmanların əks bir fikirdə olması hətta təsəvvür belə oluna bilməz.

Peyğəmbərimizin (s.ə.v) əhli-kitaba yönəlik ədalətli və mehriban əməlləri də möminlər üçün çox gözəl nümunələr deməkdir. Məsələn, Ərəbistan yarımadasının cənub hissəsindəki xristian Nəcran xalqı ilə bağlanmış müqavilənin maddələrindən biri aşağıdakı kimidir:

“Nəcranlıların canları, malları, dinləri, varları və yoxları, ailələri, kişiləri və sahib olduqları hər şey Allah`ın Peyğəmbərinin (s.ə.v) himayəsi altına alınacaqdır”.21

Peyğəmbərimiz (s.ə.v) bu və bunun kimi müqavilələrlə aşağıdakı ayənin təzahürünə və kitab əhlində müsəlmanlarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamasına səbəb olmuşdur:

İman gətirənlərdən yəhudi, xristian və sabiilərdən Allah`a, axirət gününə inananların və yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların heç bir qorxusu yoxdur. Onlar qəmgin olmazlar. (Bəqərə, 62)

78

Page 79: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Peyğəmbərimizin (s.ə.v) xristian, yəhudi və müşrik icmaları ilə imzaladığı Mədinə vəsiqəsi ədalətlilik və humanizm örnəyi olan müqavilələrin ən vacibidir.

Müsəlmanların Mədinəyə hicrətinin ardınca hazırlanan Mədinə müqaviləsi fərqli inanclara sahib xalqların tələblərinə cavab olaraq hz. Muhəmmədin (s.ə.v) rəhbərliyi ilə 622-ci ildə qələmə alınmış və yazılı bir hüquqi müqavilə olaraq həyata keçirilmişdi. Bunun nəticəsində isə bir əsrdən də artıq bir müddətdə bir-birinə qarşı düşmən münasibəti bəsləyən fərqli din və irqlərə mənsub millətlər bir araya gələrək ortaq bir həyat qurmaq şansı əldə etmişdilər. Hz. Muhəmməd (s.ə.v) fürsət tapan kimi bir-birinə hücum edən, bir-birinə düşmən münasibəti bəsləyən və yola getməyən icmalar arasındakı münaqişələrin bu müqavilə ilə sona çata biləcəyini, onların bir-birini başa düşərək bir yerdə yaşaya biləcəklərini göstərmişdir.

Mədinə müqaviləsinə görə, hər kəs heç bir təzyiq olmadan istədiyi dini, inancı, siyasi və ya fəlsəfi yolu seçməkdə müstəqildir. Eyni görüşlərə sahib insanlar bir cəmiyyət qura bilərlər və onlar öz hüquqlarından istifadə etməkdə tam sərbəstdir. Ancaq cinayət törətmiş bir şəxs başqaları tərəfindən qorunmayacaq. Müqaviləyə imza atan qruplar bir-birinə kömək göstərəcək, bir-birini dəstəkləyəcək və Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) himayəsi altında olacaq. Tərəflər arasında anlaşılmazlıq baş verdikdə Rəsulullaha (s.ə.v) müraciət ediləcək.

Peyğəmbərimizin (s.ə.v) hazırladığı bu müqavilə 622-ci ildən 632-ci ilə qədər mərhələ-mərhələ tətbiq olunmuşdur. Yalnız qan və qohumluq münasibətlərinə söykənən həyat tərzi modelindən bu müqavilə ilə imtina edilmiş, coğrafi, mədəni və etnik kökləri bir-birindən tamamilə fərqlənən insanlar bir araya gələrək bir birlik qurmuşdular. Mədinə müqaviləsində çox geniş bir din və inanc müstəqilliyi öz əksini tapmışdır.

79

Page 80: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Monastırlara, kilsələrə və sinaqoqlarahörmət edilməlidir

Qurandan öyrəndiyimiz digər bir həqiqət də müsəlmanların yəhudi və xristianların ibadət yerlərinə son dərəcə hörmətlə yanaşmasının vacibliyi məsələsidir. Quranda kitab əhlinin ibadət yerləri olan monastır, kilsə və sinaqoqların da Allah`ın qoruduğu ibadət yerləri olduğu göstərilir:

Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah`ın adı çox zikr olunan monastırlar, kilsələr, yəhudi məbədləri və məscidlər uçulub dağılardı. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir”. (Həcc, 40)

Bu ayə hər müsəlmana kitab əhlinin məbədləri ilə hörmətlə davranmağın və bu məbədləri qorumağın nə qədər vacib olmasını bildirir. Həqiqətən də, Allah Quranda müsəlmanlara heç bir qövmə qarşı düşmənçilik hissi bəsləməməyi əmr edir. Necə ki, Peyğəmbərimiz (s.ə.v) kitab əhli ilə olduğu kimi, müşriklərlə (bütpərəstlərlə) də cəmiyyətin sakitliyini qorumaq üçün bəzi sazişlər imzalamışdı. Bütpərəstlərə hər zaman ədalətlə münasibət bəslənmiş, onların müdafiə və himayə altına alınma tələbləri Peyğəmbərimiz (s.ə.v) tərəfindən qəbul edilmişdi.

Bu himayə tələbi hər hansı bir haqsızlığa və ya təzyiqə rast gəlmə ehtimalı olarsa, Peyğəmbərin (s.ə.v) müdafiəsini tələb etmək, onun yanına sığınmaq mənasına gəlirdi. Həddindən artıq çox qeyri-müsəlman və bütpərəst həyatı boyunca Peyğəmbərimizdən (s.ə.v) himayə tələb etmiş, o da insanları himayəsi altına alaraq müdafiələrini təşkil etmişdi.

80

Page 81: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Çünki Allah “Tövbə” surəsində müşriklərin sığınma tələblərinin olduğu halda, bu tələblərin qəbul edilməsini əmr etmişdi:

Əgər müşriklərin biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin, sonra onu əmin olduğu yerə çatdır. (Tövbə, 6)

Yəhudilər və xristianlar kitab əhlidir, yəni Allah`ın göstərmiş olduğu bir kitaba tabe olanlardır. Doğru-yalan, haram-halal anlayışlarına sahibdirlər. Allah`a hesab verəcəklərini bilməklə yanaşı, Onun peyğəmbərlərini sevib qəbul edirlər. Bunlar isə müsəlmanların kitab əhli ilə bir yerdə asanlıqla yaşaya biləcəyini göstərir.

Ortaq bir kəlmədə birləşmək

Allah Quranda müsəlmanlara əhli-kitab haqqında bir əmr verir: onları ortaq bir kəlmədə birləşməyə çağırmaq:

Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin. Allah`dan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allah`ı qoyub bir-birimizi Rəbb qəbul etməyək. (Ali-İmran, 64)

Bizim xristianlara və yəhudilərə olan müraciətimiz də budur: Allah`a iman edən və Onun vəhyinə itaət edən insanlar olaraq gəlin ortaq bir iman kəlməsində birləşək. Hamımız Yaradanımız və Rəbbimiz olan Allah`ı sevək. Onun əmrlərinə itaət edək və Allah`ın bizi daha düzgün yola istiqamətləndirməsi üçün dua edək.

Bütün müsəlman, xristian və yəhudilərin birləşib Allah`a qəlbən yönəlməsi ilə dünyadakı bütün çətinliklərin sonu gələcək. Bütün insanlar bir-biri üçün dua etməli və birləşməlidir. Nyu-York və Vaşinqtona qarşı yönəlmiş 11 sent-

81

Page 82: Islam terroru lənətləyir. azərbaycan (version 1)

yabr hücumundan sonra hər dildən və dindən olan insanlar Allah üçün birləşərək qəlbən dua etdi.

Müsəlmanlar, xristianlar və yəhudilər bu şəkildə ortaq bir kəlmədə birləşəndə, bir-birinin düşməni deyil, dostu olduğunu başa düşəndə, əsl düşmənin ateizm və dinsizlik olduğunu görəndə dünya daha fərqli bir yer olacaq. Şəfqət və sevgi ilə, elm işığı altında bu fikirlərə qarşı elmi bir mübarizə irəli sürdüyü təqdirdə əsrlərdir davam edən qarşıdurmalar, qorxular, terror hadisələri sona çatacaq və ortaq bir kəlmə ətrafında sevgiyə, hörmətə və əmin-amanlığa əsaslanan yeni bir mədəniyyət qurulacaq.

Müsəlmanların daim göz önündə saxlamalı olduğu çox vacib həqiqətlər var. Onlar unutmamalıdır ki, fərqli millətlər və inanclar haqqında Allah`ın bizə Quranda öyrətdiyi həqiqətlər var:

*Quran əxlaqı hər cür irqçiliyi aradan qaldırır.*Quran, fərqli dinlər İslama və müsəlmanlara qarşı

düşməncəsinə münasibət bəsləmədikcə onlara qarşı da son dərəcə mülayim və dost münasibəti bəsləməyi əmr edir.

Yəhudilərin Quranda izah olunan, xəbər verilən və diqqət çəkən həddindən artıq çox xətalarının olması aşkar bir həqiqətdir. Müasir dövrdə də İsrailin bəşəriyyətə qarşı işlədiyi günahlar açıq-aşkardır. Amma bütün bunlar müsəlmanların yəhudilərə qarşı kin bəsləməsinə əsla səbəb olmamalıdır. Bir qisim yəhudinin sionist ideologiyası ucbatından törətdiyi cinayətlər həqiqi yəhudi dininə və millətinə əsla aid oluna bilməz. Yenə bizlərə Quranın öyrətdiyi təməl bir baxış bucağı budur ki, insanlar haqqında onlar məlum bir irq, xalq və ya dindən olduqları üçün ümumi bir hökm vermək düzgün deyil. Hər bir cəmiyyətdə pis və yaxşı insanlar olur. Bu fərqə Quranda da diqqət yetirilir. Kitab əhlinin bir hissəsinin Allah`a

82

Page 83: Islam terroru lənətləyir. azərbaycan (version 1)

və dinə qarşı üsyankar olması izah edildikdən sonra bunun istisnası da göstərilir və aşağıdakı kimi buyurulur:

Onların hamısı eyni deyildir. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allah`ın ayələrini oxuyurlar. Onlar Allah`a və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndir. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqiləri tanıyır. (Ali-İmran, 113-115)

Bir digər ayədə isə “And olsun ki, biz hər ümmətə: “Allah`a itaət edin, tağutdan çəkinin”, - deyə peyğəmbər göndərmişik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu. (Nəhl, 36)” şəklində buyurulmuşdur. Allah hər elçiyə Allah`ın tək olduğunu, bütün ibadət, qulluq və itaətin yalnız və yalnız Allah üçün olmasını vəhy etmişdir. Ancaq elçilərin təbliğ etdiyi adamların və göndərdiyi kitabla xəbərdar etdiklərinin bəziləri doğru yoldan çıxacaqlar. Bəzi insanlar gözəl işlər gördükləri halda, digərləri pozğunluğu özlərinə yol seçəcəklər. Bu, Allah`ın bir qanunudur. İman edənlər də bu baxışa sahib olmalı, hər dindən gözəl əxlaqlı və Allah`dan qorxan, səmimi dindarlar ola biləcəkləri kimi din əxlaqından uzaq insanlar ola biləcəklərini də ağıllarından çıxarmamalıdır.

Bizim istədiyimiz odur ki, bütün irqçi yanlışlıqlardan əl çəkilsin, insanlar hansı irqə və inanca mənsub olmalarından asılı olmadan bir yerdə sülh şəraitində yaşaya bilsinlər, hər kəsin haqqının gözlənildiyi və hər kəsə hörmət edildiyi bir dünya qurulsun. Heç şübhəsiz ki, iman edənlərin bir olub bütün dindən kənar ideologiyalara qarşı aparacağı hər bir fikir

83

Page 84: Islam terroru lənətləyir. azərbaycan (version 1)

mübarizəsi həsrətlə gözlənilən sülh və əmin-amanlığı gətirəcəkdir. Allah bu şəkildə buyurmuşdur:

Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, Yer üzündə böyük bir fitnə-fəsad olar. (Ənfal, 73)Barı sizdən əvvəlki nəsillərin ağıl və fəzilət sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə uydular və günahkar oldular. (Hud, 116)Hər kəs yaxşı əməllə gəlsə, onun müqabilində daha yaxşı bir mükafatı vardır... (Nəml, 89)

84

Page 85: Islam terroru lənətləyir. azərbaycan (version 1)

İSLAM YAXIN ŞƏRQƏ SÜLH VƏ ƏMİN-AMANLIQ GƏTİRMİŞDİR

Tarixi araşdırdığımız zaman müsəlmanların rəhbərliyi altında olan torpaqlarda sülhün, əmin-amanlığın və xoşməramlı münasibətlərin olduğunu görürük. Peyğəmbərimizin (s.ə.v) yaşadığı müddətdə fəth etdiyi torpaqlarda həyata keçirdiyi islahatlar bunun açıq nümunəsidir. Peyğəmbərimiz hz. Muhəmməddən (s.ə.v) sonra Quran əxlaqından kənara çıxmayan və elçilərin yolunu davam etdirən ədalətli rəhbərlər sülh və əmin-amanlıq dolu bir cəmiyyət qurmağı bacarmışlar. Quranda tərif edilən həqiqi ədalət, doğruluq və düzgünlük bu rəhbərlərin zamanında da hökm sürmüş və bu rəhbərlər özlərindən sonra gələcək insanlara bir nümunə olmuşlar.

Üç dinin bir yerdə yaşadığı Fələstin və Qüds torpaqları da müsəlmanların hakim olduğu torpaqlara necə bir sakitlik və əmin-amanlıq gətirməsi baxımından aşkar bir nümunədir. Necə ki, son 1400 il ərzində müsəlmanlar Qüdsə və Fələstinə hər zaman sülh gətirmişlər.

Hz. Ömərin Fələstinə gətirdiyi sülh və ədalət

Eramızın 71-ci ilinədək Qüds yəhudilərin dövlətinin paytaxtı idi. Ancaq həmin il Roma orduları yəhudilərə davamlı olaraq hücum etməyə başladı və böyük vəhşilikdən sonra onları bölgədən qovdular. Yəhudilər üçün diaspor zamanı başlarkən Qüds və onun ətrafı da tərk edilmiş, tam boşalmış bir torpaq halına gəlmişdi.

85

Page 86: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ancaq Roma imperiyası imperator Konstantinin zamanında xristianlığı qəbul etdiyi üçün Qüds yenidən diqqət mərkəzinə gəldi. Fələstin VII əsrədək Roma (Bizans) torpağı olaraq qaldı. Az bir müddət ərzində farslar bölgəni işğal altında saxladılar, amma sonra Bizans yenə də Fələstinə hakim oldu.

Fələstin tarixindəki ən böyük dönüş nöqtəsi isə 637-ci ildə bölgənin İslam orduları tərəfindən fəth edilməsidir. Bu fəth əsrlərdir müharibələrə, sürgünlərə, qətl və qarətlərə səhnə olan, fərqli inanclar arasında tez-tez əldən-ələ keçən və dəyişdikcə də yeni faciələr yaşayan Fələstinə sülh və əmin-amanlığın gəlməsi idi. İslamın hakimiyyəti Fələstində fərqli insanların bir yerdə yaşaya biləcəyi bir çağın başlanğıcı oldu.

Fələstin Peyğəmbərimizdən (s.ə.v) sonra ikinci xəlifə olan hz. Ömər (r.ə) tərəfindən fəth edildi. Hz. Ömərin (r.ə) Qüdsə daxil olmasından sonra buradakı fərqli inanclara qarşı göstərdiyi böyük mehribanlıq, təvazökarlıq və nəzakət yenicə başlayan gözəl zamanın müjdəçisi idi. Yaxın şərq tarixi üzrə mütəxəssis, ingilis tarixçisi Karen Armstoq “Müqəddəs müharibə” (Holy War) adlı kitabında hz. Ömərin (r.ə) Qüds fəthini belə göstərir:

“Xəlifə Ömər (r.ə) Qüdsə bəyaz bir dəvənin üzərində girdi. Yanında isə şəhərin yunan rəhbəri baş rahib Sofronius vardı. Xəlifə əvvəlcə tapınaq təpəsinə (uçulmuş hz. Süleyman məbədinin yerinə) aparılmasını rica etdi və dostu Muhəmmədin (s.ə.v) merac etdiyi bu nöqtədə əyilib dua etdi. Baş rahib bu səhnəni dəhşət içində izləyirdi... Son günlərin artıq yaxınlaşdığını sanmışdı. Daha sonra xəlifə Ömər (r.ə) xristianların ibadət etdiyi yerləri görmək istədi və düz Müqəddəs məzar kilsəsinə gəldikdə namaz vaxtı başlandı. Baş rahib xəlifəni mədəni bir şəkildə namazını bu kilsədə qılmağa dəvət etdi, amma xəlifə

86

Page 87: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ömər bu təklifi alicənablıqla və daha çox dərəcədə mədəni şəkildə rədd etdi. Əgər bu kilsədə namaz qılardısa, sonra bəzi müsəlmanların bu hadisəni əbədiləşdirmək məqsədilə burada bir məscid inşa etmək istəyə biləcəklərini, bunun isə Müqəddəs məzar kilsəsinin yıxılmasına səbəb olacağını dedi. Bu səbəblə, xəlifə kilsədən çıxıb bir az kənar bir nöqtədə namazını qıldı: bu gün həmin yerdə - Müqəddəs məzar kilsəsinin düz qarşısında xəlifə Ömərin adına inşa edilmiş kiçik bir məscid var. Xəlifə Ömərin (r.ə) digər böyük bir məscidi isə düz tapınaq təpəsində inşa edildi. Xristianlar dağılmış yəhudi ibadətxanasının yer aldığı bu yerdən neçə illər idi ki, şəhər zibilxanası kimi istifadə edirdilər. Xəlifə müsəlmanların bu zibilləri təmizləməsinə öz əlləri ilə kömək etdi və burada müsəlmanlar iki məbəd inşa edərək İslam dinini İslamın dünyadakı üçüncü müqəddəs şəhərinə yerləşdirmiş oldu”.22

Hz. Ömər (r.ə) Qüdsə gəldikdən sonra müsəlman xoşrəftarlılığının nəticəsi olaraq Qüds patriarxı ilə aşağıdakı müqaviləni imzaladı:

“Allah`ın qulu və möminlərin əmiri Ömər tərəfindən İlya (Qüds) xalqına verilən amannamədir. Möminlər əmiri xəstə olsun, sağlam olsun, bütün xalqın mal və canlarının qorunacağına zəmanət verir. Eyni zamanda, ibadət yerlərinə, xaçlarına və dinlərinə toxunulmayacağını təmin edir. Xalqın kilsələri qarət edilməyəcəyi kimi, onlar yaşayış məskəninə də çevrilməyəcəklər. Sahib olduqları haqları olduğu kimi qorunacaqdır. Nə malik olduqları şeylərə bir xələl gələcək, nə də məzhəbləri xüsusunda onlara təzyiq ediləcək. Aralarından heç kim heç bir şəkildə zərər

87

Page 88: Islam terroru lənətləyir. azərbaycan (version 1)

görməyəcəkdir... Allah, peyğəmbərləri, səhabələri və möminlər bu sazişə şahidlik edirlər. İmza: Ömər bin Xəttab”.23

Bir sözlə, müsəlmanlarla birlikdə Qüdsə və bütün Fələstinə mədəniyyət gəldi. Bir-birinin müqəddəs dəyərlərinə hörmət göstərməyən, bir-birini sırf fərqli inanclara sahib olduqları üçün qətl edən vəhşi insanların yerinə İslamın ədalətli, mehriban və mötədil mədəniyyəti hakim oldu. Hz. Ömərin fəthindən sonra Fələstində müsəlmanlar, xristianlar və yəhudilər əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadılar. Müsəlmanlar heç kimsəni zorla islamlaşdırmağa ça-lışmadılar, ancaq İslamın haqq din olduğunu görən bəzi qeyri-müsəlmanlar öz razılığı ilə, könüllü şəkildə İslamı seçdilər.

Fələstindəki bu sülh və əmin-amanlıq bölgədə müsəl-manların hakimiyyətdə olduğu müddət ərzində davam etdi. Ancaq XI əsrin sonunda bölgəyə xaricdən işğalçı bir qüvvə soxuldu və Qüdsün mədəni torpaqlarını görünməmiş bir vəhşiliklə yağmaladı. Bu vəhşilər səlibçilər idi.

Səlibçilərin vəhşilikləri

Fələstində hər üç dinin mənsubları sülh və əmin-amanlıq içində yaşayarkən Avropadakı xristianlar səlib yürüşü təşkil etməyi qərar aldılar. Papa II Urbanın 1095-ci il noyabrın 25-də Klermont Şurasında etdiyi çağırışla “Müqəddəs torpaqları müsəlmanlardan qurtarmaq”, həqiqətdə isə Şərqin əfsanəvi zənginliyini ələ keçirmək adı altında 100 mindən çox insan Avropanın dörd bir yanından Fələstinə doğru yola düşdü. Uzun və yorucu səfərdən və müsəlmanlara qarşı törətdikləri qarət və qətliamlardan sonra 1099-cu ildə, həqiqətən də, Qüdsə çatdılar. 5 həftəyə yaxın davam edən uzun mühasirədən sonra

88

Page 89: Islam terroru lənətləyir. azərbaycan (version 1)

şəhər təslim oldu və səlibçilər şəhərə soxularaq dünya tarixində nadir hallarda rastlanan bir faciə törətdilər. Daha əvvəllərdə göstərildiyi kimi, səlibçilər şəhərdəki bütün müsəlmanları və yəhudiləri qılıncdan keçirərək qorxunc qətliam törətdilər. Fələstində hz. Ömərdən (r.ə) bu yana davam edən sülh və əmin-amanlıq səlibçilərin vəhşilikləri ilə sona çatdı. Səlib yürüşlərinin iştirakçıları bir sevgi və mərhəmət dini olan xristianlığın bütün əxlaqi dəyərlərini vəhşicəsinə ayaqlayaraq sözdə xristianlıq adına terror törətdilər.

Səlahəddin Əyyubinin ədaləti

Vəhşi səlibçi ordusu Qüdsü özlərinə paytaxt etdi və sərhədləri Fələstindən Antakyaya qədər uzanan bir latın krallığı qurdu. Ancaq bu krallığın ömrü uzun olmayacaqdı. Orta şərqdəki bütün müsəlman əmirliklərini cihad bayrağı altında birləşdirən Səlahəddin Əyyubi 1187-ci il Hittin müharibəsində bütün xristian ordusunu darmadağın etdi. Müharibənin ardınca səlibçilərin iki sərkərdəsi - Reynauld of Chatillon və Kral Guy, Səlahəddin Əyyubinin hüzuruna gətirildi. Səlahəddin Əyyubi ilk öncə müsəlmanlara qarşı həyata keçirdiyi qorxunc və amansız vəhşiliklərlə ad çıxarmış Reynauld of Chatillonu edam etdi. Ancaq eyni cinayətləri törətməyən Kral Guyu azad etdi. Fələstin torpaqları ədalətin nə olduğunu bir daha görürdü.

Səlahəddin Əyyubi Hittin müharibəsindən dərhal sonra - özü də məhz Peyğəmbərimizin (s.ə.v) bir gecədə Məkkədən Qüdsə müqəddəs meracı günü! - Qüdsə girərək 88 ildən bəri səlibçilərin işğalı altında olan şəhəri azad etdi. Səlibçilər 88 il əvvəl Qüdsü işğal edəndən sonra bütün müsəlmanları qətlə yetirmişdilər və bu səbəblə də bu dəfə də Səlahəddin Əyyubinin eyni vəhşiliyi onlara qarşı təkrar edəcəyini qorxu

89

Page 90: Islam terroru lənətləyir. azərbaycan (version 1)

içində gözləyirdilər. Amma Səlahəddin Əyyubi şəhərdəki xristianların heç birinə toxunmadı. Daha sonra sadəcə olaraq latın (katolik) xristianların şəhəri tərk etmələrini əmr etdi. “Səlibçi” sənədinə sahib olmayan ortodokslar şəhərdə yaşamağa və istədikləri kimi ibadət etməyə davam edə bilərdilər. İngilis tarixçisi Karen Armstronq müsəlmanların bu ikinci Qüds fəthini aşağıdakı kimi təsvir edir:

“1187-ci il oktyabrın 2-də Səlahəddin və ordusu Qüdsə fateh kimi girdilər: sonrakı 800 il ərzində şəhər bir müsəlman şəhəri olacaqdı... Səlahəddin (qətliam törətməmək barədə) xristianlara hələ əvvəlcədən verdiyi sözün üstündə durdu və şəhəri yüksək islami prinsiplərə görə aldı. Quranda əmr edildiyi kimi, zülm etməkdən çəkindi. 1099-cu ildəki qətliamların qisasını almağa çalışmadı. Heç bir xristianı öldürmədi, heç bir qarət törətmədi. Əsirləri azad etmək üçün tələb olunan fidyələr son dərəcə az istənildi... Quranda da əmr edildiyi kimi, əsirlərin çoxunu da heç bir fidyə almadan azad etdi... Səlahəddinin qardaşı əl-Adil 1000-ə qədər əsirin onun xidmətinə verilməsini istədi və sonra acınacaqlı durumda olduqlarını gördüyü üçün onların hamısını əvəzsiz olaraq azad etdi... Şəhərdəki varlı xristianlar qiymətli əşyalarını götürüb dərhal aradan çıxmışdılar, halbuki onların əlindəki pul şəhərdəki bütün əsirlərin fidyəsini ödəməyə artıqlaması ilə bəs edərdi. Baş rahib Heraklius hamı kimi 10 dinarlıq fidyəsini ödədi, sonra da xəzinələrlə dolu arabalarla şəhəri tərk etdi”.24

Qısası, Səlahəddin Əyyubi və onun komandanlığı altındakı müsəlmanlar xristianlarla son dərəcə ədalətli və mərhəmətli davranmış, onlara hətta öz liderlərindən də çox mərhəmət göstərmişdilər. Təkcə xristianlar deyil, həm də

90

Page 91: Islam terroru lənətləyir. azərbaycan (version 1)

yəhudilər müsəlmanların Qüdsü alması ilə dincliyə və təhlükəsizliyə qovuşmuşdular. Qüdsün fəthindən sonra şəhəri ziyarət edən məşhur İspaniya yəhudi şairi Yuda əl-Harizi bir əsərində düşüncələrini bu şəkildə qələmə almışdı:

“Tanrı müqəddəs yerin Esavin oğullarının əlində qalmayacağına qərar verdi və İsmayıl oğullarının şahzadəsi, təmkinli və cəsur bir adam olan Səlahəddinin ruhunu oyandırdı. O da ordusu ilə Yeraşalayimi (Qüdsü) zəbt etdi və bütün Əfrayim oğullarını qəbul edəcəyini bildirdi. İndi sülh içində yaşayırıq”.25

Qüdsdən sonra Fələstinin digər şəhərlərində səlibçilərin vəhşəti və müsəlmanların ədaləti davam etdi. İngiltərə tarixində böyük bir qəhrəman kimi təqdim edilən Şirürəkli Riçard 1191-ci ildə Akra qalasında aralarında xeyli qadın və uşağın da olduğu 3000 müsəlmanın boyunlarını vurduraraq onları alçaqcasına qətlə yetirmişdi. Müsəlmanlar bu vəhşiliklərə şahid olsa da, heç bir zaman eyni hərəkətləri etmədilər. Onlar Allah`ın “Ey iman gətirənlər, bir camaata qarşı bəslədiyiniz kin sizi əsla təcavüzə sövq etməsin. (Maidə, 2)” ayəsini əsas götürərək heç bir zaman məzlum insanlara zülm etmədilər. Hətta məğlub etdikləri səlibçilərə qarşı da lazımsız yerə zor tətbiq etmədilər.

Səlibçilərin vəhşəti və onun ardınca gələn müsəlmanların ədaləti bu tarixi həqiqəti bir daha göstərdi: İslam prinsipləri əsasında qurulan bir dövlət fərqli inanclara bir yerdə, sülh və əmin-amanlıq şəraitində yaşamaq imkanı verir. Bu həqiqət Səbahəddin Əyyubidən sonrakı 7 əsr ərzində, xüsusilə də Osmanlı dövləti dönəmində dəfələrlə isbatlandı.

91

Page 92: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Osmanlı imperatorluğunun ədalətlivə humanist idarəetmə sistemi

1514-cü ildə Yavuz Sultan Səlimin Qüdsü və onun ətrafını fəth etməsi ilə birlikdə Fələstində 400 ilə yaxın davam edən Osmanlı idarəçiliyi erası başlandı. Bu zaman kəsiyi Osmanlı imperiyasının digər əyalətlərində olduğu kimi, Fələstində də sülhü, bərabərliyi və fərqli inancların bir yerdə yaşamasını təmin edəcəkdi.

Osmanlı imperatorluğu “millət sistemi” adlandırılan bir sistemlə idarə edilirdi. Bu sistemin başlıca xüsusiyyəti onun fərqli inanclara malik insanlara öz dinlərini, hətta hüquqlarını istədikləri şəkildə yaşamaq imkanı verməsi idi. Quranda əhli-kitab olaraq göstərilən xristian və yəhudilər Osmanlı torpaqlarında humanizm, təhlükəsizlik və azadlıq qazandılar.

Bunun ən əsas səbəbi o idi ki, Osmanlı imperiyası müsəlmanlar tərəfindən idarə edilən bir İslam dövləti olsa da o, öz təbəəsini zorla islamlaşdırmaq kimi bir məqsəd güdmürdü. Hətta əksinə, Osmanlı dövlətinin əsas məqsədi müsəlman olmayanların da hüquqlarını qorumaqdan, təhlükəsizliyini təmin etməkdən, onlara əmin-amanlıq gətirməkdən, onları ədalətlə və İslam idarəçiliyindən razı olacaqları şəkildə idarə etməkdən ibarət idi.

Osmanlı imperatorluğu müsəlman dövləti olsa da, öz təbəələrinə dini azadlıq vermişdi. Bu səbəblə də Osmanlı torpaqlarında daim sakit və sülhsevər bir şərait hökm sürürdü. Osmanlı dövləti öz xalqını müsəlman əxlaqının lazım bildiyi şəkildə, hansı dindən və ya irqdən olursa-olsun kasıblara kömək edərək qoruyurdu.

Amma eyni zamanda, dünya üzərindəki digər böyük dövlətlər daha qəti bir anlayışa, zülmkar və insanlara təzyiq göstərən bir idarəetmə sisteminə sahib idilər. Məsələn, İspaniya

92

Page 93: Islam terroru lənətləyir. azərbaycan (version 1)

krallığı İber yarımadasında müsəlmanların və yəhudilərin varlığını-yoxluğunu bilmədən hər iki camaata qarşı böyük vəhşilik törətmişdi. Digər Avropa ölkələrində yəhudilərə onlar sadəcə olaraq yəhudi olduqları üçün təzyiqlər göstərilir, məsələn, yəhudilər gettolara salınmaqla həbs edilir, onlar bəzi zamanlarda hətta kütləvi qırğınlara da tuş gəlirdilər. Xristianlar hətta bir-birinə qarşı da mərhəmətsiz idi: katoliklərlə protestantlar arasındakı mübarizələr XVI-XVII əsrlərdə bütün Avropanı qan gölünə çevirmişdi. 1618-1648-ci illər arasında yaşanan 30 illik müharibələr, əslində, katolik-protestant qarşıdurmasının bir nəticəsi idi. Bu müharibə nəticəsində mərkəzi Avropa xarabalığa çevrilmiş, təkcə Almaniyada 15 milyonluq əhalinin üçdə biri məhv olmuşdu. Bu şəraitdə Osmanlı imperiyasının qurduğu dövlətin son dərəcə insaflı və ədalətli olması mübahisəsiz bir həqiqətdir.

Bir çox tarixçi və siyasətçilər də bu həqiqətə diqqət yetirmişdir. Bunlardan biri də dünyada məşhur olan Orta şərq tarixi üzrə mütəxəssis, Kolumbiya Universitetinin (ABŞ) professoru dr. Edvard Səiddir. Qüdslü xristian ailədə doğulmuş və Amerika universitetlərində uzun müddət təcrübə toplamış Edvard Səid İsraildə nəşr olunan “Na`aretz” qəzetinə müsahibəsində Orta şərqdə daimi sülhün bərqərar edilməsi üçün Osmanlıların millət sistemini məsləhət görmüşdür. Professor Səidin izahı belədir:

“Ərəb dünyasındakı digər etnik qruplar necə yaşaya bilirsə, ərəblər arasındakı bir yəhudi azlığının yaşaması da mümkündür... Bu, Osmanlı imperiyasının idarəçiliyi altında çox gözəl şəkildə baş vermiş və tətbiq olunmuşdur. Onların sistemi hazırda sahib olduğumuzdan daha insanpərvər olması ilə seçilir”.26

93

Page 94: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Tarix İslamın Orta şərqdə ədalətli və humanist bir idarəetmə tərzi kimi yeganə inanc sistemi olduğunu yazır. Osmanlı imperatorluğunun bölgədən çəkilməsi ilə başa çatmış “Osmanlı sülhü” (Pax Ottomana) bu günə qədər hələ də bərpa edilməmişdir. Bu səbəbə görə də Orta şərqə sülhün gəlməsinin yolu Quran əxlaqının öyrətdiyi kimi, humanizm və balanslaşdırıcı Osmanlı idarəetmə modelinin hakim olmasıdır. Çünki İslam hər cür zülmün, qarşıdurmaların, müharibələrin, terrorun çözülməsi, sülhün, humanizmin və əmin-amanlığın yoludur.

TERRORİZMİN MƏNBƏYİ:DARVİNİZM VƏ MATERİALİZM

İnsanların çoxu təkamül nəzəriyyəsinin ilk dəfə Çarlz Darvin tərəfindən ortaya atıldığını və onun ciddi elmi dəlillərə, ehtimal və təcrübələrə əsaslanan bir nəzəriyyə olduğunu düşünür. Amma təkamül nəzəriyyəsinin “ideya atası” Darvin

94

Page 95: Islam terroru lənətləyir. azərbaycan (version 1)

olmadığı kimi, bu nəzəriyyənin qaynağı da elmi dəlillər deyil. Bu nəzəriyyə qədimdən gəlmə ehkam olan materialist fəlsəfənin təbiətə uyğunlaşdırılmasından ibarətdir. Bu gün də bu nəzəriyyə onu dəstəkləyən elmi tapıntılar olmasa belə, sırf materialist fəlsəfə uğrunda kor-koranə müdafiə edilməkdədir.

Bu boşboğazlıq dünyaya çox böyük bəlalar gətirib. Çünki darvinizm və ona istinad nöqtəsi verən materialist fəlsəfənin yayılması ilə birlikdə “İnsan nədir” sualına verilən cavab da dəyişmişdir. Əvvəllər bu suala: “İnsan Allah`ın yaratdığı və Onun öyrətdiyi gözəl əxlaqa görə yaşaması lazım olan bir varlıqdır”, - deyərək həqiqi cavab verən insanlar: “İnsan təsadüflərdən və təbiətdəki proseslərdən yaranmış, həyat uğurundakı mübarizə ilə inkişaf etmiş bir heyvandır”, - deyə yanlış bir fikrə düşmüşlər. Bu böyük səhvin nəticəsi isə çox ağırdır. İrqçilik, faşizm, kommunizm kimi qəddarlıq və fəlakət ideologiyaları və digər vəhşi, davakar dünyagörüşü sistemləri məhz bu səhvdən güc alır.

Kitabın bu hissəsində darvinizmin insanlığa gətirdiyi bu bəla aydınlaşdırılacaq və bunun çağdaş dövrümüzün ən vacib və qlobal məsələlərindən biri olan terrorizmlə əlaqəsi açıqlanacaq.

Darvinizmin “həyat bir mübarizədir” yalanı

Darvin öz nəzəriyyəsini inkişaf etdirərkən ilkin olaraq belə bir təməl prinsip üzərində dayanmaqla yola çıxmışdı: “Canlıların inkişafı təbiətdə yaşayış uğurundakı mübarizə ilə bağlıdır. Bu mübarizədə güclü olanlar qələbə çalır, zəiflər isə əzilərək yox olmağa məhkum olur”.

95

Page 96: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Darvinə görə, təbiətdə mərhəmətsiz bir yaşayış mübarizəsi, daimi qarşıdurma var. Güclülər hər zaman gücsüzləri əzir və inkişaf da bunun sayəsində mümkün olurdu. Darvinin “Növlərin mənşəyi” adlı kitabına yazdığı alt başlıq da onun bu dünyagörüşünün xülasəsidir: “Növlərin mənşəyi təbii seleksiya və yaşayış mübarizəsində meydana çıxmış irqlərin qorunması yolu ilə”.

Daha sonra Darvin “yaşayış mübarizəsi”nin insan irqləri üçün də olduğunu irəli sürdü. Bu həqiqətdən uzaq iddiaya görə, “sonradan yaranmış irqlər” bu mübarizədə qalib gəlirdilər. Darvinə görə, “sonradan yaranmış irqlər” avropalı ağlardır. Asiyalı və ya afrikalı irqlər isə yaşamaq uğrunda mübarizədə geri qalmışlardır. Darvin daha da irəli gedərək bu irqlərin dünyadakı “yaşamaq uğrunda mübarizəsi”ni yaxın zamanlarda tamamilə itirəcəyini və onların yox olacaqlarını iddia etmişdi:

“Bəlkə də yüz illər sürməyəcək qədər yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri yer üzündən tamamilə siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da... şübhəsiz ki, tənəzzülə uğrayacaqlar. Beləliklə də, insanla ən yaxın əqrabaları arasındakı boşluq daha da böyüyüb genişlənəcək. Bunun sayəsində ortada indiki avropalı irqlərdən daha mədəni olan irqlər və indiki zəncilərdən, yerli avstraliyalılardan və qorillalardan daha geridə olan babun növlü meymunlar qalacaq”.27

Hindistan antropoloqu Lalita Vidcarthi Darvinin təkamül nəzəriyyəsinin irqçiliyi sosial elmlərə necə qəbul etdirdiyini belə açıqlayır:

“Darvinin ortaya atdığı “ən güclülərin həyatda qalması” düşüncəsi insan övladının mədəni bir təkamül prosesindən keçdiyinə və ən üst mərtəbənin

96

Page 97: Islam terroru lənətləyir. azərbaycan (version 1)

ağ adamın mədəniyyəti olduğuna inanan sosial elm adamları tərəfindən coşqunluqla qarşılandı. Bunun nəticəsi olaraq XIX əsrin ikinci yarısındakı qərbli elm adamlarının böyük qismi irqçiliyi qəti surətdə mənimsəmişdi”.28

Darvinin ilham qaynağı:Maltusun amansızlıq nəzəriyyəsi

Darvinin bu məsələdəki ilham qaynağı ingilis iqtisadçısı Tomas Maltusun “Əhali prinsipi üzərində bir təcrübə” (“An essay in the principle of population”) adlı kitabıydı. Maltus insanların sayının özbaşına, nəzarətsiz buraxıldığı təqdirdə çox sürətlə artdığını hesablamışdı. Onun fikrincə, insanların say artımını nəzarət altında saxlayan başlıca vasitələr müharibələr, qıtlıq və xəstəlik kimi fəlakətlərdi. Qısası, bu vəhşi iddiaya görə, bəzi insanların yaşaya bilməsi üçün digərlərinin ölməsi lazımdır. Mövcudluq, var olmaq davamlı müharibə mənasına gəlirdi.

XIX əsrdə Maltusun fikirləri olduqca geniş bir kütlə tərəfindən mənimsənilmişdi. Xüsusilə Avropanın varlı sinfinin ziyalı təbəqəsi Maltusun bu qəddar və əzazil fikirlərinin dəstəkləyirdi. “Nasistlərin elmi arxa planı” adlı məqalədə XIX əsr Avropasının Maltusun əhali artımı ilə bağlı baxışlarına verdiyi qiymət belə açıqlanır:

“XIX əsrin ilk yarısında Avropada hakim sinfin üzvləri yeni kəşf edilən əhali artımı problemini müzakirə etmək və kasıb təbəqənin ölüm faizini artırmaq məqsədilə Maltusun fikirlərinin həyata keçirilməsi istiqamətində hansı vasitələrdən istifadə edəcəkləri planını fikirləşmək üçün bir müşavirə

97

Page 98: Islam terroru lənətləyir. azərbaycan (version 1)

keçirdilər. Gəldikləri nəticənin məzmunu qısa şəkildə belə idi: “Kasıblara təmizliyi tövsiyə etmək əvəzinə onları bunun tamamilə əksini etməyə təşviq və sövq etmək, həvəsləndirmək lazımdır. Şəhərlərimizdəki küçələri daha dar düzəltməli, həddindən artıq insanı evlərə doldurmalı və vəba xəstəliyini yaymağa çalışmalıyıq. Ölkəmizdə kəndləri durğun sulara yaxın salmalıyıq, bataqlıqlarda yaşamağı təşviq etməliyik və sairə”.29

Maltusa görə, belə zalım planların nəticəsində yaşayış mübarizəsində güclü olanlar zəif olanları əzəcək və sürətlə artan əhali bu şəkildə tarazlanmış olacaq. Sözügedən “kasıbları əzmək” proqramı İngiltərədə XIX əsrdə, həqiqətən də, həyata keçirilirdi. 8-9 yaşlarındakı uşaqların gündə 16 saat kömür şaxtalarında işlədildiyi və minlərlə uşağın çətin şərtlər səbəbi ilə öldüyü bir sənaye quruluşu, bir iqtisadiyyat quruldu. Maltusun nəzəriyyə olaraq lazım bildiyi “yaşayış mübarizəsi” İngiltərədə XIX əsrdə azyaşlı uşaqlara və kasıb xalqa əzab dolu həyat yaşatdı. Halbuki, Quran əxlaqının tətbiq edilməsi ilə insanlar rifah və gözəllik dolu bir həyat şəraitində yaşaya bilərdi.

Darvin isə Maltusun bu fikirlərindən təsirlənərək mürtəce bir dünyagörüşünü bütün təbiətə tətbiq etdi və yaşamaq uğrundakı bu mübarizədə güclü olanların və real şəraitə ən yaxşı uyğunlaşanların qalib gələcəkləri fikrini irəli sürdü. Bundan sonra isə o, yaşayış mübarizəsinin təbiətin ən düzgün və dəyişilməz bir qanunu olduğunu iddia edirdi. Darvin bir yandan da insanın yaradılışını inkar edərək insanları dini inanclarını tərk etməyə dəvət edir, bununla da “Həyat uğrunda mübarizə” nəzəriyyəsinin amansızlığına və qəddarlığına mane ola biləcək bütün əxlaqi dəyər və ölçüləri hədəfə götürmüş

98

Page 99: Islam terroru lənətləyir. azərbaycan (version 1)

olurdu. İnsanları qəddarlığa və əzazilliyə çağıran bu həqiqətdən kənar və mürtəce fikirlərin yayılması səbəbindən bəşəriyyətin XX əsrdə ödəyəcəyi əvəz çox böyük olacaqdı.

Darvinizmin I dünya müharibəsininhazırlanmasındakı rolu

Darvinizm Avropa mədəniyyətinə hakim olmaqla yanaşı, onun “Həyat uğrunda mübarizə” tezisi də öz təsirini göstərməyə başladı. İlk növbədə istismarçı Avropa dövlətləri istismar etdikləri ölkələri “təkamül prosesində geri qalmış irqlər” kimi təsnifləşdirdilər və öz əməllərinin düzgün olduğunu göstərmək üçün darvinizmə əsaslandılar.

Darvinizmin siyasi təsirinin nəticələrinin ən qanlısı isə 1914-cü ildə başlayan I dünya müharibəsi idi.

Məşhur ingilis tarixçisi, professor Ceyms Cull “Avropa 1870-ci ildən sonra” (“Eurore since 1870”) adlı fundamental kitabında I dünya müharibəsini hazırlayan amillərdən birinin o zamankı avropalı idarəçilərin darvinist düşüncə tərzinə olan inamı ilə bağlı olduğunu göstərir. Məsələn, Avstriya-Macarıstanın ali baş komandanı, general Frants Baron Konrad fon Hötzendorff müharibədən sonrakı xatirələrində belə yazırdı:

“İnsana sevgini ön plana çıxaran dinlər, əxlaqi təlimlər və (bunun kimi) fəlsəfi doktrinalar bəzən, həqiqətən də, insan övladının yaşayış mübarizəsini zəiflədə bilirlər. Amma heç bir zaman bu mübarizəni dünyanın hərəkətverici qüvvəsi olmaqdan çıxara bilməyəcəklər... Dünya müharibəsinin böyük fəlakəti bu böyük prinsiplə tam uyğunluq şəraitində həqiqətə çevrilmişdir. İnsanların və dövlətlərin həyatının

99

Page 100: Islam terroru lənətləyir. azərbaycan (version 1)

başlıca qüvvələri ilə meydana çıxan bu müharibə eynilə boşalması lazım olan bir ildırım gücü kimi təbii qanundur”.30

Belə bir ideologiyaya sahib olan Konradın nəyə görə Avstriya-Macarıstanı bir müharibəni başlamağa sürüklədiyini başa düşmək çətin deyildi. Bunun kimi fikirlər zamanın sadəcə hərbi şəxsiyyətləri ilə məhdudlaşmır. Alman komandanı Teobald fon Betman-Holviqin şəxsi müşaviri və yaxın dostu Kurt Rizler 1914-cü ildə belə yazırdı:

“Mütləq və əzəli düşmənlik insanlar arasındakı münasibətlərin təbiətində vardır. Hər yerdə gördü-yümüz daimi nifrət... insan təbiətinin pozulmasından qaynaqlanmır, əksinə, bu, təbiətin və həyatın mənbəyinin özəyində vardır”.31

I dünya müharibəsinin generallarından olan Fridrix fon Bernardi isə müharibə ilə təbiətdəki mücadilə (savaş) qanunları arasındakı bağlantını aşağıdakı şəkildə qurmuşdu:

“Müharibə bioloji bir tələbat və zərurətdir, təbiətdəki ünsürlərin qarşı-qarşıya gəlməsi və mübarizəsi qədər vacibdir, bioloji cəhətdən yerinə düşən nəticələr verir, çünki bu nəticələr canlıların təməl xüsusiyyətləri ilə sıx bağlıdır”.32

Göründüyü kimi, I dünya müharibəsi müharibə etməyi, qan tökməyi, əzab çəkməyi və çəkdirməyi “inkişaf” olaraq görən, bunları dəyişilməz “təbii qanun” sayan avropalı alim, general və idarəçilərin sayəsində meydana çıxmışdı. Bütün bu kökündən yanlış fikirlərlə tənəzzülə, məhv olmağa, süquta və heçliyə sürükləyən ideoloji qaynaq isə Darvinin “həyat uğrunda mübarizə” və “sonradan düzəlmiş irqlər” anlayışlarından başqa bir şey deyildir.

I dünya müharibəsi 8 milyon nəfərin ölümünə, yüzlərlə şəhərin xarabalığa çevrilməsinə və milyonlarla insanın yaralı,

100

Page 101: Islam terroru lənətləyir. azərbaycan (version 1)

əlil, evsiz-eşiksiz və işsiz qalmasına səbəb oldu. Bundan 21 il sonra başlayan və 55 milyon insanın ölümünə səbəb olan nasizm müharibəsinin təməl daşı da darvinizmə əsaslanırdı.

I dünya müharibəsi darvinizmin, beləliklə də, qan tök-mənin inkişaf üçün birinci yol olduğu ideyalarını qəbul edən alim və idarəçilərin səyi ilə meydana çıxmış və milyonlarla in-sanın ölümü, yaralanması və şəhərlərin yer üzündən silinməsi ilə nəticələnmişdir.

Darvinizmin açdığı mənhus yol: faşizm

Darvinizm XIX əsrdə irqçiliyi qidalandırıb bəsləyərkən XX əsrdə doğulub inkişaf edəcək və bütün dünyanı qana bulayacaq bir ideologiyanın - nasizmin də təməlini qoyurdu. Nasizmin ideoloqları daha çox darvinizmdən təsirlənmiş və bəhrələnmişdilər. Darvinizmə əsaslanan faşizm milyonlarla insanın ölümünə səbəb olmuşdur. Bu qəddarlıq və vəhşilik ideologiyası dünyanın bir çox şəhərlərini qana boyamış, küçələri insan cəsədləri ilə doldurmuşdu.

Adolf Hitler və Alfred Rozenberq tərəfindən formalaşdırılan bu nəzəriyyə araşdırılanda burada Darvinin “Növlərin mənşəyi” kitabında on dəfələrlə təkrarlanan “təbii seleksiya”, “seçici cütləşmə”, “irqlərarası həyat mübarizəsi” kimi anlayışlara təkrar-təkrar rast gəlmək olar. Hitler özünün məşhur kitabına “Mənim mübarizəm” adını da darvinizmin həyatın bir mübarizə səhnəsi olması və bu mübarizədə üstün gələnlərin həyatda qalması haqqındakı prinsiplərindən qidalanaraq qoymuşdu. Hitler öz kitabında xüsusilə irqlər arasındakı mübarizədən söz açır və belə deyirdi:

101

Page 102: Islam terroru lənətləyir. azərbaycan (version 1)

“Tarix təbiətin öz-özünə yaradacağı yeni bir irqi iyerarxiya nəticəsində tayı-bərabəri olmayan bir imperatorluq meydana gətirəcəkdir”.33

Hitler 1933-cü ildə keçirilən məşhur Nürnberq mitinqində isə yüksək irqin zəif irqləri idarə etdiyini, bunun təbiətdə də müşahidə edilən bir haqq olduğunu və yeganə məntiqli haqq olduğunu bildirmişdi.34

Nasistlərin Darvindən təsirlənməsi bu gün bu məsələnin məşhur tədqiqatçısı olan tarixçilərin demək olar ki, hamısı tərəfindən qəbul edilən bir fikirdir. “Faşizmin yüksəlişi” (“The rise of fascism”) adlı kitabın yazarı Peter Krisp bu həqiqəti belə ifadə edir:

“Çarlz Darvinin insanların meymundan əmələ gəlməsi nəzəriyyəsi ilk dəfə çap olunandan bir qədər sonra geniş bir dairədə yayıldı və qəbul edildi. Nasistlər Darvinin nəzəriyyəsindən müharibənin və irqçiliyin haqlı olduğunu göstərmək üçün istifadə etdilər”.35

Tarixçi-alim Hikman isə Hitlerin darvinizmdən təsirləndiyini belə açıqlayır:

“Hitler qatı bir təkamülçü idi. Psixozunun dərinliyi nə qədər olursa-olsun, onun “Mənim mübarizəm” kitabı ardıcıl bir təkamül fikrini nümayiş etdirir, xüsusilə də ən güclülərin yaşamaq mübarizəsi və daha yaxşı bir cəmiyyət naminə zəiflərin məhv edilməsi fikirlərinə yer verir”.36

Bu mürtəce düşüncələrlə meydana çıxan Hitler dünyanı tayı-bərabəri olmayan bir dəhşətə və görünməmiş vəhşiliyə məruz qoydu. Başda yəhudilər olmaqla, bir çox etnik və siyasi qruplar nasist ölüm düşərgələrində dəhşətli bir zülmə və qətliama məruz qaldılar. Nasistlərin işğalları ilə başlayan II dünya müharibəsi isə üst-üstə 55 milyon insanın ölümünə səbəb

102

Page 103: Islam terroru lənətləyir. azərbaycan (version 1)

oldu. Dünya tarixinin gördüyü bu ən böyük fəlakətin arxasında darvinizmin “həyat uğrunda mübarizəsi” fikri dayanırdı.

Nasist zülmü bir çox məsum insanın və kiçik uşaqların ölümünə və ya qorxu içində yaşamasına səbəb oldu.

II dünya müharibəsi nəticəsində on milyonlarla ölü və yaralı, on milyonlarla ac, evsiz və müdafiəsiz insan, yüzlərlə dağılmış şəhər və sarsılmış ölkə iqtisadiyyatları meydana çıxdı.

Qanlı ittifaq: darvinizm və kommunizm

Sosial darvinizmin sağ qanadında faşistlər yer aldığı kimi sol qanadında da kommunistlər dururdular. Darvinin nəzəriyyəsinin ən qatı və alovlu tərəfdarları arasında kommunistlər hər zaman vacib bir yer tutub.

Darvinizmlə kommunizm arasındakı bu əlaqə hər iki “izm”in qurucularına qədər gedib çıxır. Kommunizmin qurucuları olan Marks və Engels Darvinin “Növlərin mənşəyi” adlı kitabını çap edilər-edilməz oxumuş və kitabdakı “dialektik materialist” yanaşmaya heyran olmuşdular. Marksla Engelsin arasındakı məktublaşmalar onların hər ikisinin Darvinin nəzəriyyəsini kommunizmin təbiət elmləri baxımından təməli saydığını göstərir. Beləliklə, Engels Darvinin təsiri ilə qələmə aldığı “Təbiətin dialektikası” adlı kitabında Darvini tərifləmiş və bu kitabın “Meymunun insana çevrilməsində əməyin rolu” adlı bölməsində təkamül nəzəriyyəsinə özünəməxsus əlavələr etməyə çalışmışdı.

Marks və Engelsin yolunu davam etdirən Plexanov, Le-nin, Trotski və Stalin kimi rus kommunistlərinin hamısı Dar-vinin təkamül nəzəriyyəsini mənimsəmişdilər. Rus kommu-nizminin banisi sayılan Plexanov özünün “Marksizm darvi-nizmin sosial elmlərə tətbiq edilməsidir”37 fikri ilə məşhurdur.

103

Page 104: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Trotskinin isə “Darvinizm dialektik materializmin ən böyük zəfəridir” şəklində açıqlaması var.38

Kommunist kadrların hazırlanmasında “Darvin təliminin” böyük rolu olub. Məsələn, Stalin gəncliyində bir din adamı olduğu halda, onun məhz Darvinin kitablarının təsiri nəticəsində ateistə çevrilməsi tarixçilər tərəfindən qeyd edilən bir həqiqətdir.

Çində kommunist rejimi quran və milyonlarla insanı qətlə yetirən Mao Tsze-dun isə qurduğu bu qaydanın fəlsəfi əsaslarını: “Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə istinad edir”, - deyə açıq şəkildə bəyan etmişdir.39

Darvinizmin Mao Tsze-duna və Çin kommunizminə təsiri Harvard Universitetindən olan tarixçi Ceyms Riiv Pasinin “Çin və Çarlz Darvin” (“China and Charles Darvin”) adlı kitabında incəlikləri ilə təsvir və şərh olunub.

Qısaca belə demək olar ki, təkamül nəzəriyyəsi ilə kommunizm arasında qırılmaz bir bağlılıq var. Təkamül nəzəriyyəsi canlıların bir təsadüfün nəticəsi olduğunu iddia etməklə ateizmə sözdə elmi əsaslar vermişdir. Tamamilə ateist bir ideologiya olan kommunizm də, bu səbəbdən, labüdən darvinizmə bağlıdır. Təkamül nəzəriyyəsi təbiətdəki inkişafın qarşıdurma, yəni həyat uğrunda mübarizə sayəsində mümkün olduğunu irəli sürməklə kommunizmin əsasında yer alan “dialektik qarşıdurma” fikrini dəstəkləyir.

Kommunizmin “dialektik qarşıdurma” ideyasının XX əsr ərzində təqribən 20 milyon insanı qətlə yetirmiş bir “cinayət maşını” olması nəzərə alınsa, darvinizmin dünyaya gətirdiyi fəlakətin miqyasını daha yaxşı təsəvvür etmək və başa düşmək mümkün olar.

Dialektik qarşıdurma cəmiyyəti inkişaf

104

Page 105: Islam terroru lənətləyir. azərbaycan (version 1)

etdirməz, onu yıxar

Bir qədər əvvəl də bildirdiyimiz kimi, darvinizm canlılar arasındakı qarşıdurmanın həmin canlıları inkişaf etdirdiyini irəli sürərək “dialektik materializm” fəlsəfəsinə sözdə elmi bir əsas vermişdi. Hər biri qatı darvinist olan kommunist hakimlər qaranlıq bir tarixə, iztirab və zülm içində keçən illərə imzalarını atdılar. Darvinizmin “qarşıdurma” anlayışını “sinif qarşıdurması”na çevirən kommunistlər öz vəhşi ideologiyalarını qəbul etdirmək üçün qətlləri və qan tökməyi əsas yol olaraq seçmişdilər.

Dialektik materializm adından da məlum olduğu kimi, “qarşıdurma” anlayışına əsaslanır. Bu fəlsəfənin qurucusu olan Marks: “Əgər dava-dalaş olmasaydı, mövcud olan hər şey necə idisə, elə də qalardı”, - deyirdi. O, başqa bir sözündə isə: “Qarşıdurma yeni bir cəmiyyətə hamilə olan hər köhnə cəmiyyətin nəticəsidir”,40 - deyərək inkişaf etmək üçün insanları gərginliyə, qarşıdurmaya, zorakılığa, müharibəyə və qan tökməyə çağırmışdı.

Marksın nəzəriyyəsinin ilk siyasi icraçısı olan Lenin də: “İnkişaf zidd olanların mübarizəsidir”, - deyərək bir-birinə əks fikirdə olan insanların daimi mübarizə içində olması modelini müdafiə etmişdir. Daha sonra isə Lenin bu mübarizənin ancaq qan tökməklə, yəni terror yolu ilə həyata keçirilə biləcəyini tez-tez qeyd edirdi. Leninin bolşevik çevrilişindən hələ 11 il əvvəl - 1906-cı ildə “Proletar” jurnalına verdiyi bir açıqlamada yer alan sözləri onun mənimsədiyi terrorist metodunu ortaya qoyur:

“Bizim marağımızı çəkən hadisə silahlı mübarizədir, bu mübarizə ayrı-ayrı fərdlər və kiçik qruplar tərəfindən həyata keçirilməkdədir. Bir hissəsi inqilabçı təşkilatlara aid ikən, o biri hissəsi hər hansı bir inqilabçı quruluşa

105

Page 106: Islam terroru lənətləyir. azərbaycan (version 1)

bağlı deyildir. Silahlı mübarizə bir-birindən mütləq şəkildə ayrılması lazım olan iki fərqli məqsədə yönəlikdir: əvvəlcə bu mübarizə insanlara, liderlərə və ordu və polisdəki vəzifəli şəxslərə sui-qəsd etməyi məqsəd kimi seçər, ikincisi, həm hökumətə, həm də xüsusi insanlara aid olan pul mənbələrini mənimsər. Mənimsənilən pullar qismən partiyanın kassasına, qismən xüsusi silahlanma məqsədlərinə və hərbi hazırlığa, qismən də düşmənlə mübarizəyə qatılan insanların yaşamasına xərclənir”.41

XX əsrdə kommunizmə qarşı çıxan ən tanınmış ideologiyalardan biri faşizmdir. Maraqlı olan budur ki, kommunizmə qarşı olduğunu irəli sürən faşizm “qarşıdurma” anlayışına ən azı kommunizm qədər inanırdı. Kommunistlər sinfi qarşıdurmanın vacibliyinə inandığı halda, faşistlər bu qarşıdurmanın sadəcə olaraq fəaliyyət meydanını dəyişdirmiş və “irqlər və dövlətlərarası qarşıdurma” anlayışını inkişaf etdirmişdilər. Məsələn, nasizmin ən mühüm fikir qaynaqlarından və öndə gedən irqçilərdən olan alman tarixçisi Henrix fon Tritske: “Dövlətlər ancaq Darvinin həyat uğrunda mübarizəsinə bənzər gərgin və şiddətli bir rəqabətlə inkişaf edə bilərlər...”42 - deyə yazmışdır.

Hitler isə darvinizmin qarşıdurma anlayışından ilham alaraq belə deyirdi:

“Təbiət güclülər və zəiflər arasında bir savaş, güclülərin zəiflər üzərindəki mütləq qalibiyyətidir. Əgər belə olmasaydı, təbiətdə davamlı bir qarışıqlıq olardı... Yaşayan hər bir canlı mübarizə etmək məcburiyyəti qarşısındadır. Davamlı mübarizənin bir yaşayış qanunu olduğu bu dünyada mübarizə etmək istəməyən yaşamaq haqqına da sahib deyildir”.43

Cəmiyyətlərin güclənməsi və inkişaf etməsi üçün mübarizənin, qarşıdurmanın, mübahisələrin və qan tökmənin

106

Page 107: Islam terroru lənətləyir. azərbaycan (version 1)

məcburi olduğuna inanan bu iki sosial darvinçi ideologiyanın XX əsrdə yaratdığı mənzərə isə ortadadır. On milyonlarla məsum insan ölmüş, on milyonlarla yaralanmış və ya şikəst olmuş, ölkələrin iqtisadiyyatı çökmüş, səhiyyəyə, elmə, texnologiyaya, təhsilə və sənətə ayrılacaq gəlirlər əvvəlcə silahlara, sonra da bu silahların açdığı yaraların sarınmasına, darmadağın edilən və xarabalığa çevrilən şəhərlərin təkrar inşasına xərclənmişdir. Qarşıdurmanın, davanın və terrorun insanlara heç də inkişaf deyil, yalnız tənəzzül gətirməsi tarixdən aşkar şəkildə görünür.

Dünyada, əlbəttə, ziddiyyətlər mövcuddur. Təbiətdə necə qaranlıq və aydınlıq, gecə ilə gündüz, soyuq və isti varsa, bu qayda ilə insanların fikir və hərəkətlərində də belə ziddiyyətlər var. Ancaq fikri ziddiyyətlər qarşıdurmaya əsas vermir. Əksinə, ziddiyyətlər xoşrəftarlılıq, sülh, anlaşma, sevgi, şəfqət və mərhəmətlə dəyərləndirilsə, ortaya bir çox gözəlliklər çıxar. Hər fikri bir digəri ilə müqayisə edən insan öz fikrini daha da inkişaf etdirir və ya nöqsanlarını görərək fikrini tamamlayır. Əks fikirlərin tərəfdarı olan insanların danışarkən təbii və dinc şəkildə fikir mübadiləsi olur. Bunu ancaq Quran əxlaqını mənimsəmiş, səmimi, mərhəmətli, rəhmdil, sülhsevər və təmiz qəlbli insanlar həyata keçirə bilərlər.

Bir insanı o, fərqli bir fikir tərəfdarıdır, fərqli bir dinə inanır və ya fərqli bir irqdəndir deyə öldürmək, ona əzab vermək isə çox böyük zalımlıqdır. Sadəcə olaraq buna görə, tarix boyunca eyni vətənin övladları bir-biri ilə ölüm-dirim savaşına qalxmış, bir-birini heç nədən çəkinmədən qətlə yetirmiş, fərqli irqlərdən və ya dövlətlərdən olan insanları qadın, uşaq bilmədən öldürmüşlər. Bunu isə ancaq qarşısındakı insanı yalnız inkişaf etmiş bir heyvan sayan, ona bir insan olaraq qiymət verməyən və əməllərinə görə Allah`a hesab verəcəyinə inanmayan insanlar edə bilərlər.

107

Page 108: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Müxtəlif fikirliliyə münasibətdə davranışın ən gözəli və doğrusu Quranda bildirilmişdir. Fikir ziddiyyətləri tarix boyu mövcud olmuşdur. Bunların ən məşhurlarından biri hz. Musa ilə onun dövründə yaşayan firondur. Fironun bütün zalımlığına və təcavüzkarlığına baxmayaraq, Allah hz. Musanı onu Allah`ın dininə çağırmaqla vəzifələndirmiş və istifadə edəcəyi metodu belə açıqlamışdır:

Fironun yanına yollanın. O, həqiqətən, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha, 43-44)

Hz. Musa Allah`ın əmrini yerinə yetirərək firona uzun müddət haqq dinini başa salmış, onun inkarına və insanlara zülm etməsinə mane olmaq üçün səbirlə bütün məsələləri açıqlamışdı. Firon isə onun gözəl əxlaqının və səbrinin müqabilində davakarlıq və təcavüzkarlıq sərgiləmiş və hz. Musanı və onun fikrinə qoşulanları qətlə yetirəcəyini demişdi. Ancaq bu hərəkətin nəticəsində qalib çıxan tərəf firon olmadı. Əksinə, firon və tərəfdarları boğularaq məhv oldular. Hz. Musa və onun yanında olanlar isə qalib gəldilər.

Bu nümunədən də göründüyü kimi, bir fikrin qalib gəlməsi və ya inkişafı qarşıdurma, savaş və təcavüzlə əldə edilə bilməz. Hz. Musa ilə firon arasındakı hadisələr tarixin qısaldılmış bir forması deməkdir; qarşıdurma və zülm tərəfdarlarının deyil, sülh və ədalət tərəfdarlarının qalib gələcəyini göstərən bir nümunədir. Gözəl əxlaq öz əvəzini həm dünyada, həm də axirətdə hər zaman tapar.

Darvinizm və terrorizm

Bura qədərki tədqiqatlarımıza görə, darvinizm XX əsrdə insanlığı fəlakətlərə sürükləyən və qarşıdurmaya meyilli olan çeşidli davakar ideologiyaların köküdür. Bu ideologiyalar

108

Page 109: Islam terroru lənətləyir. azərbaycan (version 1)

darvinizmə əsaslanaraq özlərindən olmayanlarla qarşıdurmanı və ya savaşmağı dəstəkləmiş, bunu hətta ən əsas cəhətləri kimi mənimsəmişlər.

Dünyada fərqli inancların, fərqli dünyagörüşlərinin, fərqli fəlsəfələrin olması məlum bir həqiqətdir. Və bütün bu fərqli fikirlərin bir-birinə tam zidd xüsusiyyət və özəlliklərinin olması da son dərəcə təbii məsələdir. Ancaq bu fikirlər bir-birini iki fərqli şəkildə qiymətləndirə bilərlər:

1. Özlərindən olmayanların varlığına hörmət göstərə bilən, onlarla dialoq qurmağa çalışa bilən, insanpərvər bir yol tuta bilərlər ki, bu, Quran əxlaqına uyğun olan bir yoldur.

2. Özlərindən olmayanlarla qarşıdurma, savaşmaq, onlara zərər verərək üstünlük qazanmaq yolunu seçə bilər, yəni heyvani hərəkət edə bilərlər. Bu da materializmin, yəni dinsizliyin metodudur.

“Terrorizm” adını verdiyimiz fəlakət bu ikinci baxış bucağının ifadəsindən başqa bir şey deyil.

Bu iki fikir arasındakı fərqi tədqiq etdiyimiz zaman darvinizmin elm adı altında yürütdüyü “insan savaşan heyvandır” fikrinin insanlara son dərəcə böyük təsir göstərdiyini görürük. Qarşıdurma yolunu seçən insan və qrupların çoxunun darvinizmdən, bu ideologiyanın prinsiplərindən bəlkə də xəbəri yoxdur. Amma onlar fəlsəfi kökü nəticə etibarilə darvinizmə dayanan bir nöqteyi-nəzəri mənimsəməkdədirlər. Onları bunun doğruluğuna inandıran şey “bu dünyada güclülər irəlidə olar”, “böyük balıq kiçik balığı udar”, “savaşmaq hünərdir”, “insan savaşaraq ucalar” kimi kökü darvinizmə dayanan ifadələrdir. Darvinizmi yüksəkliyə qaldıran bu ifadələrin altı boş qalacaq.

Əslində, darvinizmi aradan qaldıranda onun yerində heç bir davakar və mürtəce bir fəlsəfənin qalmadığını görürük. Yer üzündəki insanların böyük bir qisminin inandığı üç ilahi dinin

109

Page 110: Islam terroru lənətləyir. azərbaycan (version 1)

üçü də (xristianlıq, yəhudilik və İslam) qarşıdurmaya, qan tökməyə və amansızlığa qarşıdır. Hər üç dinin məqsədi yer üzündə sülhü və sakitliyi təmin etmək, məsum insanların öldürülməsinin, zülm və işgəncə görməsinin əleyhinə çıxmaqdır. Bu ilahi dinlər qarşıdurmanı, amansızlığı və davakarlığı Allah`ın insanlar üçün müəyyən etdiyi əxlaqa zidd olan, anormal və arzuolunmaz anlayışlar kimi qəbul edirlər. Amma darvinizm qarşıdurma və amansızlığın olmasını mütləq sayır, onları ən təbii, ən doğru və məcburi anlayışlar olaraq görür və göstərir.

Bu səbəblə, əgər biri çıxıb İslam, xristianlıq və yəhudilik adına, yəni bu dinlərin anlayış və simvollarından istifadə etməklə terror törədib qarşıdurma yaradarsa, bilin ki, o kəs müsəlman, xristian və ya yəhudi deyil, əslində, bir sosial darvinistdir. Bilin ki, o, din kölgəsi altında gizlənib, amma səmimi bir inam sahibi deyil. Dinə xidmət etmək üçün ortaya çıxdığını iddia etsə də, həqiqətdə dinə və dindarlara düşməndir. Çünki dinin qadağan etdiyi bir günahı, özü də insanların gözündə dinə qarşı mübarizə edəcək tərzdə zalımcasına işləyir.

Beləliklə, dünyamızı əhatə edən terror bəlasının kökü hər hansı bir ilahi dində deyil, dinsizlikdə, dinsizliyin günümüzdəki formalarından biri olan darvinizmdə və materializmdə gizlənir.

110

Page 111: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Sülh və əmin-amanlıq istəyən hər birinsan darvinizm təhlükəsinin fərqində olmalıdır

Hər hansı bir problemlə mübarizə apararkən ən vacib olan məsələ o problemin kökünü, əsl qaynağını düzəltməkdir. Məsələn, ətrafa pis qoxu yayan bir zibilliyin ətrafı nə qədər təmizlənsə də o zibillik pis iy yaymağa davam edər, həyata keçirilən bütün tədbirlərin nəticəsi qısamüddətli olar. Çıxış yolu zibilliyin qaynağını təmizləmək, zibili tamamilə ortadan qaldırmaqdır. Və ya zəhərli ilanları bəsləyib şəhərə buraxan bir insanın bu ilanların insanları öldürməyə başladığını görəndə təlaşa düşüb onları tək-tək ovlaması da ağıllı bir tədbir deyil. Bu vəziyyətdə yeganə çıxış yolu zəhərli ilanları bəsləyib çoxaltmaqdan tamamilə əl çəkməkdir. Beləliklə, terrorla mübarizə etmək üçün terrorçuları tək-tək axtarmaq və onları təsirsiz hala gətirməyə çalışmaq təsirli və davamlı bir çıxış yolu deyil. Dünyanı terrordan qurtarmaq üçün əvvəlcə

111

Page 112: Islam terroru lənətləyir. azərbaycan (version 1)

terrorçunu yetişdirən əsas mənbə tapılmalı və bu mənbə aradan qaldırılmalıdır. Terrora mənbə olan əsas səbəb isə insanların səhv ideologiyaları və onların bu istiqamətdə aldığı təhsildir.

Müasir dövrdə də dünyanın hər bir ölkəsində darvinizm bütün məktəblərdə elmi bir həqiqət kimi tədris olunmaqdadır. Amma gənclərə Allah`ın onları yaratması, bu gənclərin bir ruh, ağıl və vicdan sahibi varlıqlar olması, öldükdən sonra Allah qatında sorğu-sual olunaraq dünyada etdiklərindən dolayı Allah`a hesab verəcəkləri və bu hesaba görə sonsuza qədər cənnət və ya cəhənnəmdə qalacaqları öyrədilmir. Əksinə, gənclərə onların təsadüflər nəticəsində meydana gəlməsi, ata-babaları heyvanlar olan, Allah`a qarşı məsuliyyət daşımayan başıboş varlıqlar olması və ancaq müharibə və qarşıdurma ilə üstün gələrək həyatda yaşaya biləcəkləri öyrədilir. Məktəb həyatı boyunca bu təlimi alan insanların beyinlərini pozmaq, vəhşiliyi onlara təlqin etmək, onları bəşəriyyətin düşmənlərinə çevirmək, məsum körpələri öldürəcək qədər zalımlaşdıra bilmək isə bu mərhələdən sonra çox asandır. Belə bir təhsil almış gəncləri istənilən yanlış ideologiya öz sırasına çəkə və ona hər cür vicdana və əxlaqa zidd hərəkətləri etdirə bilər, ona hər cür əclaflığı və zalımlığı vacib bir məqsəd kimi göstərə bilər. Son yüz ildə dünyanı yandırıb-yaxan kommunist, faşist və irqçi terror qrupları məhz bu təhsil sisteminin məhsullarıdır.

Bu “təhsil sistemi”nin ikinci böyük zərəri isə təhsili din-dən ayıraraq dini cahil insanların dünyası ilə məhdudlaşdırmağa çalışmasıdır. “Təhsilli” olanlar darvinist-materialist təlqinlə dinsizləşdiyi halda, din təhsilsiz insanların nəzarətində qalır. Bu vəziyyətdə xurafat və batil inanclar asanlıqla inkişaf edə bilir, din adına isə dinə tamamən zidd fikirlər ortaya atan kəslər təsirli ola bilirlər.

112

Page 113: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ən son hadisələr bu mövzuya çox aydın bir misaldır. Allah`dan qorxan, Allah`ı sevən, hər gördüyü işə görə axirətdə hesab verəcəyini bilən heç bir insan on minlərlə günahsız insanın ölümünə və yaralanmasına, minlərlə körpənin kimsəsiz və ya yetim qalmasına səbəb olacaq bir işi əsla görə bilməz. Çünki o, bundan zərər görəcək hər insan üçün Allah`a ayrı-ayrılıqda hesab verəcəyini və hər biri üçün cəhənnəmdə çətin bir əzabla qarşılaşacağını bilir.

Nəticə olaraq deyək ki, məsələnin çözüm yolu terrorun əsl qaynağı olan darvinist-materialist təhsilə son qoymaq, gənclərə həqiqi elmi biliklərlə hazırlanmış bir sistemdə təhsil vermək və onlara Allah qorxusunu, ağıllı və vicdanlı hərəkət etməyi başa salmaqdır. Bunun nəticəsi isə Allah`ın Quranda bildirdiyi kimi, xoşbəxt, etibarlı, mərhəmətli, adil, rəhmdil və mehriban insanların yaradacağı cəmiyyətlər olacaq:

Sizi zülmətdən nura çıxarmaq üçün öz bəndəsinə açıq-aşkar ayələr endirən odur... (Hədid, 9)

113

Page 114: Islam terroru lənətləyir. azərbaycan (version 1)

NƏTİCƏ:QƏRB DÜNYASI ÜÇÜN MƏSLƏHƏTLƏR

Bu gün Qərb dünyası terrora əl atan təşkilatlara görə ən-dişələnir və bu narahatçılıq yersiz deyil. Terroru gerçəkləşdirən və buna dəstək verən bütün təşkilatların beynəlxalq hüquq və ədalət normaları çərçivəsində cəzalandırılmasının vacibliyi hamıya aydın olan məsələdir. Amma bundan daha vacib olan məsələ bu problemin həlli üçün hansı uzunmüddətli stra-tegiyanın həyata keçirilməsinin lazım gəldiyini araşdırmaq və üzə çıxarmaqdır.

Bura qədərki araşdırma və dəyərləndirmələrimiz terrorun ilahi dinlərdə heç bir yeri olmayan bəşəri bir cinayət olduğunu göstərməkdə, son vaxtlar gündəmə gələrək əsas mövzuya çevrilən “İslam terroru” anlayışının yanlışlığını ortaya qoymaqdadır. Bu isə bizə cəmiyyətə münasibətdə əsas baxış bucaqlarını və onların vacib tərəflərini öyrədir:

114

Page 115: Islam terroru lənətləyir. azərbaycan (version 1)

1. Qərb dünyası, xüsusilə ABŞ terrora qarşı, əlbəttə ki, ən kəskin tədbirləri həyata keçirəcəkdir və bu məsələdə haqlıdır. Amma onlar bunun hər hansı bir dinə və onun mənsublarına aid olmadığı kimi, İslama və müsəlmanlara qarşı da bir müharibə olmadığını, əksinə, İslamın faydasına bir nümunə olduğunu çox açıq bir şəkildə ortaya qoymalıdır. “Mədəniyyətlər mübarizəsi” adı ilə 90-cı illərdə ortaya çıxan təhlükəli ssenarinin qarşısı nəyin bahasına olursa-olsun alınmalıdır. Mədəniyyətlər arasında mübarizə deyil, mərhəmət, xeyirxahlıq, mehribanlıq və sülh yaşanmalıdır.

2. Sevgi, dostluq, sülh və qardaşlıq dini olan həqiqi İslamın inkişafı və onun İslam cəmiyyətləri tərəfindən başa düşülməsi dəstəklənməlidir. İslam ölkələrindəki radikal fraksiyalara qarşı istifadə ediləcək çözüm yolları “məcburi dünyəviləşdirmə”dən ibarət deyil. Əksinə, belə bir siyasət kütlələri daha çox etiraz və müqavimətə sövq edərdi. Məsələnin gerçək həlli yolu həqiqi İslamın başa düşülməsi, yəni Quran əxlaqının insan haqları, demokratiya, müstəqillik, gözəl əxlaq, elm, sənət, estetika kimi həqiqi anlayışlarını mənimsəmiş, bəşəriyyətə xoşbəxtlik və həyat sevinci gətirən bir müsəlman modelinin yayılmasıdır.

3. Terrorun mənbəyi cəhalət və ağılsızlıq, bunun aradan qaldırılması yolu isə təhsildir. Terrora rəğbət bəsləyən çevrələrə bunun İslama tamamilə zidd olması, habelə onların bununla İslama, müsəlmanlara və bütün bəşəriyyətə zərər verdiyi başa salınmalı və bu insanlar vəhşilikdən uzaqlaşmaq, mənən, ruhən təmizlənmək üçün maarifləndirilməlidir. ABŞ-ın bu istiqamətdəki bir təhsil siyasətini dəstəkləməsi çox faydalı nəticələr verərdi.

4. ABŞ-ın xarici siyasəti son 10 il ərzində dünyanın fərqli bölgələrindəki müsəlmanları, həqiqətən də, cürbəcür zülm və qətliamlardan qorumuşdur. Serblərin Bosniyada

115

Page 116: Islam terroru lənətləyir. azərbaycan (version 1)

törətdiyi və üç il davam edən qətliamlar ancaq ABŞ-ın müdaxiləsindən sonra dayandırıldı və Kosovodakı müsəlman albanlar serb terrorundan məhz ABŞ-ın müdaxiləsi ilə qorundu. ABŞ çeçenlər üzərinə qətliamlarla nəticələnmiş hücumlara keçən Rusiyanın da qarşısını xeyli dərəcədə aldı. Bu siyasət həm gücləndirilərək davam etdirilməli, həm də dünya müsəlmanlarına izah olunmalı, bununla da ABŞ və Qərb əleyhinə yönəlmiş lazımsız hərəkətlər aradan qaldırılmalıdır.

5. Kommunist, faşist, irqçi və digər ideologiyalardan qaynaqlanan terrora qarşı da uzunmüddətli mədəni həll yolları inkişaf etdirilməlidir. Bu gün dünyanın dörd tərəfindəki ölkələrdə təhsilin əsasını materializm və darvinist düşüncə sistemi təşkil edir. Halbuki, bir qədər əvvəl də vurğuladığımız kimi, darvinizm insanı fasiləsiz şəkildə, daim vuruşan bir heyvan hesab edən, insanı irəliyə yalnız qarşıdurma və müharibələrin aparacağına inanan və hər cür terrora əsas verən mürtəce və yanlış bir ideologiyadır. Sadəcə olaraq həyatda yalnız güclülərin qalacağı və yalnız güclülərin yaşayacağı fikrini müdafiə edən, müharibəni bir vasitə hesab edən darvinizm əsrlərdir ki, bütün dünyanı bəladan-bəlaya sürükləyən böyük bir bataqlıq kimidir. Bu səbəblə də, terrorla mübarizədə reallaşdırılacaq ədalətli güc tədbirləri ilə yanaşı, bütün dünya miqyasında böyük təhsil səfərbərliyinin də başlanması lazımdır. Bu təhsilin təməlini də darvinizm və materializm fırıldaqçılığının həqiqi tərəflərini açıb göstərmək və Allah`ın insanlar üçün müəyyən etdiyi gözəl əxlaqı hər kəsə öyrətmək ideyası təşkil etməlidir. Arzulanan belə sakitlik, bərabərlik, asayiş və əmin-amanlıq yalnız o halda bərqərar olacaq ki, dinin gətirdiyi əxlaqın gözəllikləri insanlar arasında geniş şəkildə yayılmış olsun. Çünki bataqlığı qurutmadan bu bəladan qurtarmaq mümkün deyil.

116

Page 117: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ümid etmək olar ki, belə məsləhətlər dünyanın terrorizmdən və bütün digər ağılsız, mürtəce və vəhşi hərəkətlərdən xilas olunmasına kömək edəcək. Özünü Allah`ın mərhəməti altında olan bir ölkə kimi tanıyan və tanıdan ABŞ təmsil etdiyi xristian mədəniyyəti ilə, həqiqətən də, müsəlmanların dostudur. Allah Quranda bu həqiqətə diqqət çəkərək xristianların insanlar içində iman edənlərə sevgi baxımından ən yaxın olanlar olduğunu xəbər verir (Maidə, 82).

Tarixdə xeyli cahillər (məsələn, səlibçilər) bu həqiqəti anlamayaraq iki dinin arasında qarşıdurmalara səbəb olublar. Eyni ssenarinin təkrarlanmaması üçün həqiqi xristianlar və müsəlmanlar birlikdə iş görməli, əl-ələ verməlidir. ABŞ-dakı üzücü və faciəvi hadisələrdən sonra baş verən proseslər də bu işbirliyinin toxumlarının səpildiyini göstərir. Bu dəhşətli terror hadisəsi xristian və müsəlman cəmiyyətləri arasında yaxınlaşmanın başlanmasına kömək etmiş, xeyli xristianın İslam dinini daha yaxından tanımaq üçün araşdırmalar aparmasına səbəb olmuş, müsəlmanların da Quranda tərif edilən həqiqi İslam əxlaqını digər dinlərdən olanlara başa salmaq, təbliğ etmək və yaymaq üçün daha ciddi təşəbbüs və səylər göstərməsi ilə nəticələnmişdir.

Bütün bu hadisələr insanların İslam əxlaqını daha yaxından tanıyacağının və onların bu günə qədər sahib olduqları bütün yanlış və zərərli mühakimələrdən xilas olacağının da bir əlaməti kimi sərf-nəzər edilə bilər. XXI əsr Allah`ın izni ilə yer üzünə arzulanan sülhü və sakitliyi gətirməyin yeganə yolunun İslam əxlaqı olduğunun dərindən və bütün ciddiyyəti ilə başa düşüləcəyi bir əsr olacaq.O, yaradan, yoxdan var edən, surət verən Allah`dır”. (Həşr,

24)

117

Page 118: Islam terroru lənətləyir. azərbaycan (version 1)

TƏKAMÜL YALANIDarvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini

rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allah`ın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbi ilə burada da yekunlaşdırmaqda fayda vardır.

118

Page 119: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Darvini yıxan çətinliklərTəkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər

gedib çıxan bir nəzəriyyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allah`ın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir məntiq irəli sürmək idi. Hətta Darvinin kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir əsassız etmişdir.

Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2) Nəzəriyyənin qarşıya qoyduğu təkamül mexanizmlərinin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

119

Page 120: Islam terroru lənətləyir. azərbaycan (version 1)

3) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.

Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.

Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan

təxminən 3.8 milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin fosil qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o ilk hüceyrə necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün o ilk hüceyrənin heç bir məqsəd, plan və tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.

“Həyat həyatdan gəlir”Darvin kitabında həyatın mənşəyi mövzusundan heç

danışmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduğunu fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı “öz-özünə törəyən nəsil” adlı

120

Page 121: Islam terroru lənətləyir. azərbaycan (version 1)

nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Bunu isbat etmək üçün maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi.

Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki, daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirdiyi gözlə görünməyən sürfələrdən çıxırdılar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyası tərəfindən qəbul edildi.

Halbuki, Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloq Luis Paster təkamülə əsas təşkil edən bu inancı qəti olaraq təkzib etdi. Paster apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı:

Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır.44

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı.

121

Page 122: Islam terroru lənətləyir. azərbaycan (version 1)

20-ci əsrdəki nəticəsiz səylər

20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir.45

Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai Yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib zülalların quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminoasid) sintez etdi.

O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin əsaslı olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı.46

Uzun sürən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.47

Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. San-Dieqo Skrips institutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü

122

Page 123: Islam terroru lənətləyir. azərbaycan (version 1)

“Earth” jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:

Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı.48

Həyatın kompleks quruluşu Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda

belə böyük çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş maddəsi olan zülalların təsadüfi olaraq sintez edilmə ehtimalı 500 aminoasidlik orta hesabla bir zülal üçün 10950/1-dir. Ancaq riyaziyyatda 1050/1-dən kiçik ehtimallar praktik olaraq qeyri-mümkün sayılır. Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın kağıza köçürüldüyü təqdirdə 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.

Bu nöqtədə çox maraqlı bir dilemma əlavə var: DNT yalnız bəzi xüsusiləşmiş zülalların (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki

123

Page 124: Islam terroru lənətləyir. azərbaycan (version 1)

məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz vəziyyətə salır. San-Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü professor Lesli Orqel “Scientific American” jurnalının oktyabr, 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:

Son dərəcə kompleks quruluşlara sahib olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda, təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısilə, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır.49

Şübhəsiz, əgər həyatın təbii amillərlə ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə əsassız edir.

Təkamülün xəyali mexanizmləriDarvin nəzəriyyəsini əsassız edən ikinci böyük nöqtə

nəzəriyyənin təkamül mexanizmləri olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir təkmilləşdirici gücə sahib olmadığının aydınlaşmasıdır. Darvin ortaya atdığı təkamül iddiasını tamamilə təbii seleksiya mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: növlərin mənşəyi, təbii seleksiya yolu ilə...

124

Page 125: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Təbii seleksiya təbii seçmə deməkdir. Təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun və güclü canlıların həyatda qaldığı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısilə, təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə sahib deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” adlı kitabında: “Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətdə təbii seleksiya heç bir şey edə bilməz”, - demək məcburiyyətində qalmışdı.50

Lamarkın təsiriBəs bu “faydalı dəyişikliklər” necə meydana gələ bilərdi?

Darvin öz dövrünün ibtidai elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə köçürürlər və nəsildən nəslə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya çıxırdı. Məsələn, Lamarka görə, zürafələr ceyranlardan törəmişdir, yüksək ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən nəslə boyunları uzanmışdı.

125

Page 126: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Darvin də bənzəri nümunələr vermiş, məsələn, “Növlərin mənşəyi” adlı kitabında yemək tapmaq üçün suya girən bəzi ayıların zamanla balinalara çevrildiyini iddia etmişdi.51

Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə dəqiqləşən irsilik qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya özbaşına və dolayısilə, tamamilə təsirsiz bir mexanizm olaraq qalırdı.

Neodarvinizm və mutasiyalarDarvinistlər bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-

cu illərin sonlarında müasir sintetik nəzəriyyəni və ya daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyaya faydalı dəyişiklik səbəbi olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya köçürmə səhvləri nəticəsində yaranan pozulmaları əlavə etdi.

Bu gün də hələ dünyada təkamül adına əsaslılığını qoruyan model neodarvinizmdir. Nəzəriyyə yer üzündəki milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının mutasiyalara, yəni genetik pozulmalara əsaslanan müddət nəticəsində meydana gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz duruma salan açıq bir elmi həqiqət vardır: mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər.

Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində yaranan hər hansı bir

126

Page 127: Islam terroru lənətləyir. azərbaycan (version 1)

təsadüfi təsir ancaq zərər verər. Amerikalı genetik B.G.Ranqanatan bunu belə açıqlayır:

Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamüli inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə ya təsirsizdir, ya da zərərlidir. Bir qol saatında meydana gələn təsadüfi dəyişmə qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda, təsirsiz olar. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, onu dağıdar.52

Necə ki, bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı inkişaf etdirən mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu görülmüşdür. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin təkamül mexanizmi olaraq göstərdiyi mutasiyalar həqiqətdə canlıları yalnız korlayan, şikəst edən genetik hadisələrdir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, korlayıcı bir mexanizm təkamül mexanizmi ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, özbaşına heç bir şey edə bilməz. Bu həqiqət bizlərə təbiətdə heç bir təkamül mexanizminin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali müddət yaşana bilməz.

Fosil qeydləri: ara nümunələrin izi yoxdurTəkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin

yaşanmadığının ən açıq göstəricisi isə fosil (qalıq) qeydləridir.

127

Page 128: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il davam edən uzun zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir.

Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız ara növlər meydana gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçiş müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara ara keçid nümunəsi adını verirlər.

Əgər, həqiqətən, bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların fosillərinə mütləq fosil qeydlərində rast gəlinməlidir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqları arasında ola bilər”.53

Darvinin puç olan ümidləri

128

Page 129: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində çoxlu fosil araşdırmaları aparıldığı halda, keçiş nümunələrinə rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız şəkildə ortaya çıxdığını göstərmişdir.

Məşhur ingilis paleontoloq Derek V. Eycer bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:

Problemimiz budur: fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük.54

Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçiş nümunəsi olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə tutduğunun tam əksinədir. Əlavə də bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:

Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında verilə biləcək yeganə iki açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda,

129

Page 130: Islam terroru lənətləyir. azərbaycan (version 1)

sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar.55

Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni növlərin mənşəyi Darvinin zənn etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılıTəkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox

gündəliyə gətirdikləri mövzu insanın mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları arasında bəzi ara nümunələrin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl kateqoriya sayılır:

1-Australopithecus

2-Homo habilis

3-Homo erectus

4-Homo sapiens

Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına “cənub meymunu” mənasını verən australopithecus adını verirlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və amerikalı iki anatomiyaçı Lord Solli Zukerman və prof. Çarlz Oksnardın australopithecus nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu canlıların yalnız soyu tükənmiş bir meymun

130

Page 131: Islam terroru lənətləyir. azərbaycan (version 1)

növünə aid olduğunu və insanlarla heç bir bənzərliklərinin olmadığını göstərmişdir.56

Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də homo, yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, homo ardıcıllığındakı canlılar australopithecuslardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr: “Homo sapiensə uzanan zəncir həqiqətdə itmişdir”, - deyərək bunu qəbul edir.57

Təkamülçülər “australopithecus > homo habilis > homo erectus > homo sapiens” sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası olduğu təəssüratını verirlər. Halbuki, paleoantropoloqların son tapıntıları australopithecus, homo habilis və homo erectusun dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir.58

Bundan başqa, homo erectus sinifləməsinə aid insanların bir hissəsi müasir dövrlərə qədər yaşamış, homo sapiens, neandertalensis və homo sapiens sapiens (müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar.59

Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stiven Cey Quld özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:

131

Page 132: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Əgər bir-birilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda, bizim soy ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər.60

Qısası, media və dərsliklərdə yer alan bir neçə xəyali “yarı meymun, yarı insan” canlılarının cizgiləri ilə, yəni sırf təbliğat yolu ilə canlı tutulmağa çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir.

Bu mövzunu uzun illər araşdıran, xüsusilə australopithecus fosilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord Solli Zukerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.

Zukerman bir də maraqlı elm şkalası tərtib etmişdir. Elmi olaraq qəbul etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir yelpik hazırlamışdır. Zukermanın bu cədvəlinə görə, ən elmi (yəni konkret məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, yəni ən elmdən kənar sayılan hissəsində isə Zukermana görə telepatiya, altıncı hiss kimi duyğu sonrası qəbul etmə anlayışları və bir də insanın təkamülü vardır! Zukerman yelpiyin bu yerini belə açıqlayır:

“Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh olunmasına) girdiyimizdə təkamül

132

Page 133: Islam terroru lənətləyir. azərbaycan (version 1)

nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə mümkündür”.61

Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.

Darvin düsturu

İndiyədək araşdırdığımız bütün texniki dəlillərlə yanaşı, istəyirsinizsə, təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.

Təkamül nəzəriyyəsi həyatın təsadüfən meydana gəldiyini iddia edir. Dolayısilə, bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək: həyatın elementi olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr. Bu atom topası hansı əməliyyatdan keçirilsə də, tək bir canlı meydana gətirə bilməz. İstəyirsinizsə, bu mövzuda bir təcrübə hazırlayaq və təkamülçülərin, əslində, müdafiə etdiyi, amma yüksək səslə dilə gətirə bilmədiyi iddianı onlar adına “Darvin düsturu” adı ilə araşdıraq:

Təkamülçülər çoxlu sayda böyük bir qabın içinə həyatın quruluşundakı fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində olmasını lazım

133

Page 134: Islam terroru lənətləyir. azərbaycan (version 1)

gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10-950 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən nəslə köçürərək növbəti milyardlarla, hətta trilyonlarla il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısından istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr də, o qablardan qətiyyən bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

Qısası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə ancaq Allah`ın üstün yaratması ilə həyat tapar. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür. Təkamülçülərin ortaya atdığı

134

Page 135: Islam terroru lənətləyir. azərbaycan (version 1)

iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi, bu həqiqəti açıq şəkildə göstərər. 

Göz  və qulaqdakı texnologiya

Təkamül nəzəriyyəsinin qətiyyən izah edə bilmədiyi bir başqa mövzu isə göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir.

Gözlə əlaqədar mövzuya keçməzdən əvvəl, “necə görürük?” sualına qısa cavab verək. Bir cisimdən gələn şüalar gözdə retinaya tərs düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa hissəsindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə çatır. Bu elektrik siqnalları bir silsilə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss olunur. Bu məlumatdan sonra indi düşünək:

Beyin işığa bağlıdır. Yəni beyinin içi tamamilə qaranlıqdır, işıq beyinin olduğu yerə girə bilməz. Görüntü mərkəzi deyilən yer qaranlıq, işığın əsla çatmadığı, bəlkə də heç qarşılaşmadığınız qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı seyr edirsiniz.

Üstəlik, bu o qədər dəqiq və keyfiyyətli bir görüntüdür ki, 21-ci əsr texnologiyası belə hər cür imkana baxmayaraq, bu dəqiqliyi təmin edə bilməmişdir. Məsələn, bu anda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Bu anda gördüyünüz dəqiqlik və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə gördünüzmü? Bu qədər dəqiq bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin çıxardığı ən inkişaf etmiş televizor ekranı da verə bilməz. 100

135

Page 136: Islam terroru lənətləyir. azərbaycan (version 1)

ildir ki, minlərlə mühəndis bu dəqiqliyə çatmağa çalışırlar. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, araşdırmalar aparılır, plan və dizaynlar inkişaf etdirilir. Yeni bir televizor ekranına baxın, bir də bu anda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük bir dəqiqlik və keyfiyyət fərqinin olduğunu görəcəksiniz. Üstəlik, televizor ekranı sizə iki ölçülü bir görüntü göstərir, halbuki siz üç ölçülü, dərin bir perspektivi izləyirsiniz.

Uzun illərdir ki, on minlərlə mühəndis üç ölçülü ekran düzəltməyə, gözün görmə keyfiyyətinə çatmağa çalışırlar. Bəli, üç ölçülü bir ekran sistemi düzəldə bildilər, amma onu da eynək taxmadan üç ölçülü görmək mümkün deyil, qaldı ki, bu süni bir üç ölçüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiyası kimi durur. Heç bir zaman gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü meydana gəlməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi meydana gəlir.

Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü meydana gətirən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi biri sizə: “Otağınızdakı televizor təsadüflər nəticəsində meydana gəldi, atomlar bir yerə gəlib bu görüntünü meydana gətirən aləti meydana gətirdi”, - desə, nə düşünərsiniz? Minlərlə adamın bir yerə gəlib edə bilmədiyini şüursuz atomlar necə etsin?

Gözün gördüyündən daha primitiv olan bir görüntünü meydana gətirən alət təsadüfən meydana gələ bilmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gələ bilməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulaq üçün də etibarlıdır. Xarici qulaq ətrafdakı səsləri qulaq çanağı vasitəsilə qəbul edib orta qulağa çatdırır; orta qulaq aldığı səs

136

Page 137: Islam terroru lənətləyir. azərbaycan (version 1)

titrəyişlərini gücləndirib daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri beyindəki eşitmə mərkəzinə verir.

Gözdəki vəziyyət qulaq üçün də etibarlıdır, yəni beyin işıq kimi səsə də bağlıdır, səs keçirməz. Dolayısı ilə, çölü nə qədər gurultulu olsa da, beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz. Amma o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada iti bir səssizliyin hakim olduğu görüləcək. Dəqiq bir görüntü əldə edə bilmək  ümidi ilə texnologiya necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdir davam etdirilir. Səs yazma cihazları, musiqi mərkəzləri, bir çox elektronik alət, səs qəbul edən musiqi sistemləri bu işlərdən bəziləridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada çalışan minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulağın meydana gətirdiyi dəqiqlik və keyfiyyətdə bir səs əldə edilməmişdir.

Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini  düşünün. Səsi yazdıqda mütləq səsin bir qismi itir və ya az da olsa, mütləq əngəl meydana gələr və ya musiqi mərkəzini açdığınızda hələ musiqi başlamadan bir xışıltı mütləq eşidərsiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər son dərəcə dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi setində olduğu kimi, xışıltı və ya əngəl qəbul etməz; səs necədirsə, tam və dəqiq bir şəkildə onu qəbul edir. Bu vəziyyət insan yaradıldığı gündən indiyədək belədir. İndiyə qədər insanların düzəltdiyi heç bir görüntü və səs cihazı, göz və qulaq qədər həssas və

137

Page 138: Islam terroru lənətləyir. azərbaycan (version 1)

müvəffəqiyyətli bir qəbul edici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa böyük bir həqiqət yenə vardır.

Beyinin içində görən və eşidən şüur kimə aiddir?

Beyinin içində rəngli dünyanı seyr edən, simfoniyaları, quşların civiltisini dinləyən, gülü iyləyən kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə gedir. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəldiyinə dair bir çox məlumat oxuyubsunuz. Ancaq bu mövzu haqqındakı ən əhəmiyyətli həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: beyində bu elektrik siqnallarını görüntü, səs, qoxu və hiss hesab edən kimdir? Beyinin içində gözə, qulağa, buruna ehtiyac duymadan bütün bunları qəbul edən bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyini meydana gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara cavab verə bilmirlər. Çünki bu şüur Allah`ın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, qulağa, buruna ehtiyac duymaz. Bunlardan əlavə düşünmək üçün beyinə ehtiyac duymaz.

Bu açıq və elmi həqiqəti oxuyan hər insanın beyninin içindəki bir neçə kub santimetrlik qaranlıq məkana bütün kainatı üç ölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığdıran uca Allah`ı düşünməli, Ondan qorxmalı, Ona sığınmalıdır.

138

Page 139: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Materialist bir inanc

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi tapıntılarla açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, qarşıya qoyduğu təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər nəzəriyyənin tələb etdiyi ara formaların yaşamadığını göstərir. Bu vəziyyətdə, əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir düşüncə olaraq bir kənara atmaq lazımdır. Necə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsi israrla elmin gündəmində tutulmaqdadır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid olunmasını elmə hücum kimi göstərməyə belə çalışırlar. Yaxşı, bəs niyə?...

Bu vəziyyətin səbəbi təkamül nəzəriyyəsinin bəzi çevrələr üçün özündən əsla imtina edilə bilməyəcək doğma bir inanc olmasıdır. Bu çevrələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə gətirilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur bir genetik və eyni zamanda öndə gələn bir təkamülçü Riçard Levontin əvvəl materialist, sonra alim olduğunu belə etiraf edir:

Bizim materializmə bir inancımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist bir izah gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori”yə bağlılığımız səbəbi ilə dünyaya materialist bir izah

139

Page 140: Islam terroru lənətləyir. azərbaycan (version 1)

gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də ilahi bir izahın səhnəyə girməsinə icazə verə bilmərik.62

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğruna yaşadılan bir doqma olduğunun açıq ifadələridir. Bu doqma maddədən başqa heç bir varlığın olmadığını fərz edir. Bu səbəblə də cansız, şüursuz maddənin həyatı yaratdığına inanır. Milyonlarla fərqli canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz içindəki qarlılıqlı təsirlərlə, yəni yağan yağışla, çaxan şimşəklə cansız maddənin içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağıla, həm də elmə zidd bir qəbuldur. Amma darvinistlər öz deyimləri ilə İlahi bir izahın səhnəyə girməməsi üçün bu qəbulu müdafiə etməyə davam edirlər.

Canlıların mənşəyinə materialist zehniyyətlə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: bütün canlılar üstün bir güc, bilik və ağıla sahib olan bir Yaradıcının əsərləridir. Yaradıcı bütün kainatı yoxdan var edən, qüsursuz şəkildə təşkil edən və bütün canlıları yaradıb şəkilləndirən Allah`dır.

Təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli cadusudur

Burada bunu da ifadə etmək lazımdır ki, zehniyyətsiz, heç bir ideologiyanın təsiri altında qalmadan, yalnız ağıl və məntiqindən istifadə edən hər kəs elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xurafatlarını xatırladan təkamül nəzəriyyəsinin

140

Page 141: Islam terroru lənətləyir. azərbaycan (version 1)

inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.

Yuxarıda da ifadə edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir qabın içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman içində düşünən, bir çox tapıntının müəllifi olan professorların, universitet tələbələrinin, Eynşteyn, Habl kimi alimlərin, Frank Sinatra, Çarlton Heston kimi sənətçilərin, bununla yanaşı, ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Üstəlik, bu axmaq iddiaya inananlar alimlər, professorlar, mədəni və təhsilli insanlardır. Bu səbəblə, təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli cadusu” ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia yoxdur. Bu, qədim misirlilərin günəş tanrısı Raya, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə ibadət etməsindən, hz. İbrahim qövmünün əlləri ilə düzəltdikləri bütlərə, hz. Musa qövmünün qızıldan düzəltdikləri buzova ibadətlərindən daha dəhşətli və ağıla sığmaz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allah`ın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməkdə aciz duruma düşəcəklərini bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində

141

Page 142: Islam terroru lənətləyir. azərbaycan (version 1)

də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 6-7)

… Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

Allah “Hicr” surəsində isə bu insanların möcüzələr görsələr belə, inanmayacaq qədər ovsunlandıqlarını belə bildirir:

Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz sehrlənmişik”, - deyərlər. (Hicr surəsi, 14-15)

Bu qədər geniş kütlənin üzərində bu cadunun təsirli olması insanların həqiqətlərdən bu qədər uzaq tutulması və 150 il bu cadunun təsirini itirməməsi isə sözlə izah edilə bilməyəcək qədər heyrət verici bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, axmaqlıq və məntiqsizliklərlə dolu iddialara inanmaları başa düşülə bilər. Ancaq dünyanın dörd tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə gəlib fövqəladə bir təşkilat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, həyat üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının cadudan başqa bir izahı yoxdur.

142

Page 143: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Necə ki, Allah Quranda inkarçı fəlsəfəni müdafiə edən bəzi adamların etdikləri sehrlərlə insanlara təsir etdiklərini hz. Musa və firon arasında keçən bir hadisə ilə bizlərə bildirir. Hz. Musa firona haqq dini izah etdiyində firon hz. Musaya öz bilikli sehrbazları ilə insanların toplandığı bir yerdə qarşılaşmasını istəyir. Hz. Musa sehrbazlara əvvəlcə onların bacarıqlarını göstərməyini deyir. Bu hadisənin açıqlandığı ayə belədir:

(Musa: ) “Siz atın”, – dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)

Göründüyü kimi, fironun sehrbazları öz hiylələri ilə (hz. Musa və ona inananlar xaricində) insanların hamısını ovsunlaya bilmişlər. Ancaq onların atdıqlarına qarşı hz. Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadə ilə uydurduqlarını udmuş, yəni təsirsiz etmişdir:

Biz də Musaya: “Əsanı tulla!”, – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. (Əraf surəsi, 117-119)

Ayələrdə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir edən bu adamların etdiklərinin bir saxtakarlıq olduğu başa düşülmüşdür. İndiki dövrdə də bir sehr təsiri ilə elm adı altında son dərəcə axmaq iddialara inanan və bunları müdafiə etmək üçün həyatını həsr edənlər əgər bu iddialardan imtina etməsələr, həqiqətlər tam mənası ilə ortaya

143

Page 144: Islam terroru lənətləyir. azərbaycan (version 1)

çıxdığında və sehr pozulduğunda pis vəziyyətə düşəcəklər. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist fəlsəfəçi olan, ancaq daha sonra həqiqətləri görən Malkolm Maqeric təkamül nəzəriyyəsinin yaxın gələcəkdə süqut edəcəyi vəziyyəti belə açıqlayır:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük zarafat vəsaitlərindən biri olacağına inandım. Gələcək nəsil bu qədər səhv və naməlum bir fərziyyənin inanılmaz bir saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaq.63

Bu gələcək uzaqda deyil, əksinə, yaxın zamanlarda insanlar “təsadüflər”in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq təyin olunacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd tərəfində insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən bir çox insan bu yalana necə aldandığını heyrətlə düşünürlər.

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən! (Bəqərə

surəsi, 32)

ƏDƏBİYYAT

1 Thomas W. Arnold, The Preaching of Islam: The History of the Propagation of the Muslim Faith, Lahor, Ashraf Press, 1961, s. 56-57, İslam Kültür Atlası, İsmail Rai el-Faruki,

144

Page 145: Islam terroru lənətləyir. azərbaycan (version 1)

Luis Lamia el-Faruki, çeviri: Mustafa Okan Kibaroğlu-Zerrin Kibaroğlu, İnkılab Yayınları, 1997, s. 221

2 Ramuz El Ehadis, Cilt 1, 84/8

3 Ramuz El Ehadis, Cilt 1, 76/12

4 Karen Armstrong, Holy War, MacMillian London Limited, 1988, p. 25

5 Majid Khoduri, İslam'da Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, s. 123 ; Taberi, Tarih I, 1850

6 Hamidullah, Mecmuatü'l-Vesaik, 195-197

7 Frend, 289; Hamidullah, İslam Peygamberi, II. 920; Levent Öztürk, Asr-ı Saadetten Haçlı Seferlerine Kadar İslam Toplumunda Hıristiyanlar, İz Yayıncılık, istanbul, 1998, s. 55

8 Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, s. 95; Hamidullah, El-Vesaik, s. 380-381, No: 358

9 History of Latin Christianity, c. II, s. 216-217, İslam Kültür Atlası, İsmail Rai el-Faruki, Luis Lamia el-Faruki, çeviri: Mustafa Okan Kibaroğlu-Zerrin Kibaroğlu, İnkılab Yayınları, 1997, s. 222

10 L. Browne, The Prospects of Islam, s. 11-15, s. 269-270

145

Page 146: Islam terroru lənətləyir. azərbaycan (version 1)

11 Yesevizade, Sevgi Peygamberi, Hakikati Arayış Neşriyatı, Ankara, 1996, s. 272-273; Sir Thomas Arnold, The Preaching of Islam, s. 97; Finlay: 4A History of Greece, III, 358-9; J. H. Krause: “Die Byzantiner des Mitte latters”, Halle, 1869, s. 276

12 Osman Turan, Türk Dünya Nizamının Milli, İslami ve İnsani Esasları, Cilt 2, s. 138

13 F. Emecen, K. Beydilli, M. İpşirli, M.A. Aydın, İ. Ortaylı, A. Özcan, B. Yediyıldız, M. Kütükoğlu, Osmanlı Devleti ve Medeniyeti Tarihi, İslam Tarih, Sanat ve Kültür Araştırma Merkezi, İstanbul, 1994, s. 467

14 John L. Esposito, The Islamic Threat: Myth or Reality, Oxford University Press, New York, 1992, s. 39

15 Geste Francorum, or the Deeds of the Franks and the Other Pilgrims to Jerusalem, trans. Rosalind Hill, London, 1962, s. 91

16 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, s. 261

17 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, s. 262

146

Page 147: Islam terroru lənətləyir. azərbaycan (version 1)

18 Alan Ereira, David Wallace, Crusades: Terry Johns Tell the Dramatic Story of Battle for Holy Land, BBC World Wide Ltd., 1995.

19 http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html

20 http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html

21 Majid Khoduri, İslam'da Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, s. 209-210

22 Karen Armstrong, Holy War, MacMillan, London, 1988, s. 30-31

23 Rapor, İbn Abdulhakem'in Fütuh Mısır ve Ahbaruha'sından alınmış, P.K. Hitti de oradan History of Arabs adlı eserine iktibas etmiştir. (Londra: Macmillan, 1950) s. 163. İslam Kültür Atlası, İsmail Rai el-Faruki, Luis Lamia el-Faruki, çeviri: Mustafa Okan

24 Karen Armstrong, Holy War, s. 185

25 Bernard Lewis, İslam Dünyasında Yahudiler, İmge Kitabevi, İstanbul, 1996, Yahudi Ansiklopedisi, Cilt 1, Yusuf Besalel, Gözlem Gazetecilik Basın ve Yayın AŞ, 2001, s. 246

26 18.8.2000, Ha'aretz Gazetesi; MiddleEast.Org, August 2000

147

Page 148: Islam terroru lənətləyir. azərbaycan (version 1)

27 Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, s. 2

28 Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), s.196

29 New Evidence on Evolution of Early Atmosphere and Life, Bulletin of the American Meteorological Society, cilt 74, Kasım 1982, s. 1328-1330.

30 Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 7

31 Jeffrey Bada, Earth, Şubat 1998, s. 40

32 Leslie E. Orgel, “The Origin of Life on Earth”, Scientific American, cilt 271, Ekim 1994, s. 78

33 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189

34 B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988

35 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179

36 Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, cilt 87, 1976, s. 133

148

Page 149: Islam terroru lənətləyir. azərbaycan (version 1)

37 Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197

38 Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, ss. 75-94; Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cilt 258, s. 389

39 J. Rennie, “Darwin's Current Bulldog: Ernst Mayr”, Scientific American, Aralık 1992

40 Alan Walker, Science, cilt 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, cilt 3, Cambridge: Cambridge University Press, 1971, s. 272

41 Time, Kasım 1996

42 S. J. Gould, Natural History, cilt 85, 1976, s. 30

43 Villee, Solomon, and Davis, Biology, Saunders College Publishing,1985, s. 1053

44- (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, s. 2)

45- (Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), s.196)

46- (“New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, c. 63, Kasım 1982, s. 1328-1330)

149

Page 150: Islam terroru lənətləyir. azərbaycan (version 1)

47- (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 7)

48- (Jeffrey Bada, Earth, Şubat 1998, s. 40)

49- (Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, c. 271, Ekim 1994, s. 78)

50- (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189)

51- (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 184)

52- (B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988)

53- (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179)

54- (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, s. 133)

55- (Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197)

56- (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 75-94; Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, s. 389)

150

Page 151: Islam terroru lənətləyir. azərbaycan (version 1)

57- (J. Rennie, “Darwin's Current Bulldog: Ernst Mayr”, Scientific American, Aralık 1992)

58- (Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, s. 272)

59- (Time, Kasım 1996)

60- (S. J. Gould, Natural History, c. 85, 1976, s. 30)

61- (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 19)

62- (Richard Lewontin, “The Demon-Haunted World”, The New York Review of Books, 9 Ocak 1997, s. 28)

63- (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s.43)

151

Page 152: Islam terroru lənətləyir. azərbaycan (version 1)

152