korporativ hüququn əsasları seminarı prezentasiyası 17.01.17

33
Korporativ hüququn əsaları Seminar 17 yanvar 2017 EMİNKƏRİMOV LLM, Minnesota Universitetinin Hüquq Məktəbi (ABŞ) Hüquq üzrə bakalavr, Dövlət İdarəçilik Akademiyası

Upload: emin-kerimov-llm

Post on 13-Apr-2017

293 views

Category:

Law


5 download

TRANSCRIPT

Korporativ hüququn əsalarıSeminar 17 yanvar 2017 EMİN KƏRİMOV

LLM, Minnesota Universitetinin Hüquq Məktəbi (ABŞ)

Hüquq üzrə bakalavr, Dövlət İdarəçilik Akademiyası

Korporasiyanın (şirkətin) mənası

• Kompaniya (company) qədim fransız dilindən (compaignie) İngilis dilinə keçmiş birifadədir. Tərcümədə «əsgərlər birliyi» mənasını verir, orijinal Latın sözü«companio» «səninlə birgə çörək yeyən şərik» anlamını verir. Həmçinin«corporate» (korporasiya) ifadəsi geniş istifadə olunur, təcrümədə ‘birlik, şəxs,varliq‘ anlamını verir.

• Azərbaycan dilinə geniş istifadə olunan termin «şirkət»dir. Türk mənşəli ifadədir,gədim ərəb dilindən daxil olub, «şərik, ortaq» anlamını verir.

• Hazırda qanunvericilikdə əsasən «cəmiyyət» ifadəsi istifadə olunur. Keçmiş Sovetdövründən qalmış formattdır.

Şirkətin (hüquqi şəxsin) əsas elementləri

• Fiksiya nəzəriyyəsi (theory of fiction)

- fiziki olaraq mövcud deyil, lakin qanun onun varlığını tanıyır

• Müstəqil şəxs (separate legal entity)

- müstəqil hüquq subyektidir, öz iştirakçılarından ayrıca bir şəxsdir

• Məhdud Məsuliyyət (Limited Liability)

- iştirakçııar şirkətin öhdəliklərinə görə məsuliyyət daşımırlar (eyni ilə

şirkət iştirakçıların öhdəliklərinə görə məsuliyyət daşımır)

Müstəqil şəxsiyyət və Məhdud Məsuliyyət

Salomon v A Salomon and Co Ltd [1897] AC 22

Upon registration, the company acquires locus standi, i.e. it becomes a “legal”person, having legal rights and obligations in the same way that a natural persondoes.

[Qeydiyyata alındıqdan sonra, şirkət locus standi əldə edir, yəni o, «hüquqi» şəxs olur və fiziki şəxs kimi hüquq və öhdəliklərə malik olur]

Thrustees of Dartmounth College v Woodward [1819] 17 US 518

[korporasiya gözlə görünməyən, hiss olunması mümkün olmayan və yalnız qanun (hüquq) baxımından mövcud olan suni təşkilatdır]

Müstəqil şəxsiyyət. Əmlak sahibi

Macaura v Northern Assurance [1925] AC 619

The corporator even if he holds all the shares is not the corporation, and thatneither he nor any creditor of the company has any property [rights]…..in theassets of the corporation

[ Təsisçi şirkətin bütün səhmlərinin sahibi olsa belə özü şirkət olmur və nə onun, nədə ki şirkətin kreditorlarının şirkətin əmlakında mülkiyyət (əşya) [jus in rem]hüquqları yoxdur ]

Müstəqil şəxsiyyət. İştirakçıdan ayrı olması

Lee v Lee’s Air Farming Ltd [1960] 3 AII ER 420

Even if a person owns all the shares in a company, he does not own thecompany’s property…….Mrs Lee was entitled to compensation because herhusband was employed by the company….and the decision in Salomon vSalomov&Co was applies.

[Şəxs şirkətin bütün səhmlərinin sahibi olsada o, şirkətin əmlakının sahibi deyil.Xanım Lee-yə kompensasiya verilməlidir çünki onun əri şirkətin işçisi idi.....vəSalomon v Salomov&Co işi üzrə qərar bu işə tətbiq edilmişdir]

İqtisadi səmərəyili nədir?

• Müstəqil hüquqi şəxsiyyət və məhdud məsuliyyət investisiyala sövq etmək,ticarətə çağırmaq və kommersiya riski ilə bağlı olmasına baxmayaraq şəxsləribiznesə başlamağa stimullaşdırmaq məqsədini daşıyır.

• İştirkaçıların (səhmdarların) məhdud məsuliyyətdən faydalanırlar, çünki (i) biznesuğurlu olsa onlar gəlir əldə edirlər və (ii) şirkət ləğv olunsan onların məsuliyyətiyalnız yatırdıqları vəsaitlərin dəyəri ilə məhdudlaşır.

• Şirkət ayrıca hüquq şəxsiyyət kimi tanındığından, şirkətin iştirakçılarının şirkətinözündən ayıran «korporativ örtük» (corporate veil) metaforası yaranmışdır.

Müstəqil şəxs, Məhdud Məsuliyyət, Əmlak sahibi Azərbaycan hüququnda

Mülki Məcəllə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlətqeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıcaəmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsiqeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

• Əvvəlki keyslərdəki prinsiplər bu maddədə tam əks olunubdur....lakinməhkəmələrimiz hərdən fərqli düşünürlər

Azərbaycan məhkəmə təcrübəsindən

AzAqroTreyd ASC keysi – şirkət ayrıca hüquq şəxsdir yoxsa paylı mülkiyyətdə olanəşya?

• Nəsimi rayon məhkəkə şirkəti ümumi paylı mülkiyyət hesab edib (№ 2(006)-1576/2008),

• Bakı Apellyasiya təsdiq edib (№ 2(103)-820/2010),

• Ali Məhkəmə (2 dəfə) ləğv edib yenidən baxışa göndərib (№ 2(102)-915/11)

• Yekun nəticə məlum deyil. Məhkəmə qərarlarını tapmaq olmur.

Milli Maşın Kompani MMC keysi

şirkətin əmlakı şirkətə məxsusdur yoxsa iştirakçıya? İştirakçı şirkətin əmlakını tələbedə bilər mi?

• Yasamal rayon məhkəməsi MMC-nin əmlakını təsisçilər arasında bölüb və iddaçınınpayında uyğun şirkətin konkret əmlakını verib (№2(004)-21/2009),

• Bakı Apellyasiya dəyişdirmədən saxlayıb (2(103)-1920/2010),

• Ali Məhkəmə bu hissədə apellyasiyanın qərarını təsdiq edib, başqa əsasla (borcaaid) qismən ləğv edib (kassasiya şikayətini qismət təmin edib), (№2(102)-41/11).

• 2013-cü ildə Konstitusiya Məhkəməsi qərarı ləğv edib yenidən baxışa göndərib(İ.Ağayevin şikayəti üzrə KM 22.01.13 tarixli Qərarı)

Fries Qida MMC (Holland Fries) keysi

iştirakçı şirkətin əmlakını tələb edə bilər mi? Mənfəətin bölüşdürülməsini tələb edəbilər mi?

• Nərimanov rayon məhkəməsi iddianı təmin etməyib ( №2(005)-807/2016),

• Apellyasiya məhkəməsi də təmin etməyib şikayəti ( №2(103)-5125/2016)

- İddiaçılar bir neçə tələb irəli sürüblər lakin məhkəmələr yalnız ikisinin imtinasını əsaslandırıblar, digərinin imtinası heç cürə əsaslandırılmayıbdır.

- İmtina edilmiş tələblər üzrə məhkəmələrin mövqeyini düzgündür

- Lakin digər iddia tələblərə əhəmiyyət verilməməsi prosessual pozuntudur

Səhmdar və Şirkət münasibətləri

• Şirkətin mülkiyyətçisi kimdir? Heç kim?!

Həmçinin nəzərə almaq lazımdır ki, bir səhm onun sahibinə öz-özlüyündə səhmdarcəmiyyətinin müqəddəratını müəyyən etmək deyil, səhmdar cəmiyyətinin idarə olunmasındaiştirak etmək hüququ verir. (AR Konstitusiya Məhkəməsinin Qərarı 16.12.11)

• Səhmdar şirkətin səhmlərinin sahibir.

Avropa Məhkəməsinin qənaətinə görə........Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnaməkapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərindədolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərməkhüququdur. (AR Konstitusiya Məhkəməsinin Qərarı16.12.11. Avropa Məhkəməsinin Shesti MaiEngineering OOD və digərləri Bolqarıstana qarşı iş üzrə 20 sentyabr 2011-ci il tarixli Qərarı, § 77 vəSovtransavto Holding Ukraynaya qarşı iş üzrə 25 iyul 2002-ci il tarixli Qərarı, § 92)

• Şirkətin əmlakı üzərində səhmdarın mülkiyyət hüququ yoxdur

• Səhmdar və şirkət arasında münasibətlər öhdəlik hüququ münasibətləridir (əşyahüququ deyil)

Direktorun fidusiar öhdəlikləri

• Qısa desək – şirkətin ən yüksən maraqları üçün hərəkət etmək

• Diqqətlik, ehtiyat (duty of care), sadiqlik (loyalty) və vicdanlıq (good faith) – fidusiar öhdəliyin triadası (triads of fiduciary duty)

• MM 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetməorqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsiletdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkarqaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarınınmaraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq vəehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğunolaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o,vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəziniödəməlidir.

Fidusiar öhdəliklər triadası MM-də

Hüquqi şəxs adından çıxış edən şəxs...... vəzifələrini yerinə yetirərkən.....

- vicdanla (good faith)....,

- peşəkar qaydada və məntiqlə hərəkət etmək (duty of care)...,

- hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq (duty of loyalty)

ehtiyatlı olmağa borcludur.

Direktorun fudisiar öhdəlikləri

• Ümumi qayda olaraq direktorun yalnız şirkət qarşısında fidusiar öhdəlikləri var.Səhmdarlar qarşısında, yalnız müstəsna (xüsusi) hallarda (Xarici hüquqtəcrübəsində)

• Lakin, bizim MM 49.3-cü maddədə belə bir hissə var«... və onun bütüniştirakçılarının maraqlarına sadiq olmaq». Bu obyektiv olaraq mümkün deyil.

• Həmin maddəsinin sonunda isə «həmin şəxs bu vəzifələrin hüquqi şəxsinmaraqlarına uyğun yerinə yetirlməsi üçün məsuliyyət daşıyır» qeyd edilib.İştirakçıların maraqlarına görə məsuliyyət daşımır???

Business Judgement Rule

• Qərarların vicdanlılığı prezumpsiyası – direktor(lar) qərar verərkən qərarın şirkətinmaraqlarına uyğun olduğuna səmimi inanaraq, məlumatlı, və vicdanlı hərəkətetdiklərini ehtiva edir.

• Bu prezumpsiya ABŞ məhkəməli tərəfindən formalaşıb və hazırda bir çox digərölkələrin qanunvericiliyinə daxil edilibdir.

• Məhkmə direktora qarşı iddiaya baxarkən ilk növbədə direktorun mübahisələndirilənqərarlarınının

(1) vicdanlı olaraq,

(2) məlumatlı (prudent) və idraklı (reasonable) şəxsə uyğun olaraq diqqətlə, və

(3) şirkətin ən yaxşı maraqlarına uyğun hərəkət etdiklərini ağlabatan sürətdəinanaraq qəbul edilib-edilməmədiyini yoxlayır.

«Business Judgement Rule» KM qərarı

KM-nin 16 noyabr 2016-cı il Qərarı (ONN şirkətinin keysi)

Hüquqi şəxs üçün baş vermiş mənfi nəticələr öz-özlüyündə hüquqi şəxs adından çıxış edənşəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansız və (və ya) qeyri-peşəkar və məntiqsizolmasına dəlalət etmir, çünki bu cür mənfi halların yaranması sahibkarlıq (maliyyə) riskinəticəsində baş verə bilər.

Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətləri (hərəkətsizliyi) sahibkarlıq (maliyyə) riskiniaşmadığı halda o, hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyətə cəlb edilə bilməz.

Hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuşhərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına vəməntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.

«Business Judgement Rule» KM qərarı

Aşağıdakı hallarda direktorun vicdansızlığı sübuta yetirilmiş sayılır:

- öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən

bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq

məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının

müvafiq razılığı olmadan bağlamışsa;

- hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli

idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini

aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa.

Hər iki testdə «corporate opportunity doctrine» elementləri var

«Business Judgement Rule» KM qərarı

Aşağıdakı hallarda şəxsin qeyri-peşəkarlığı və məntiqsizliyi sübuta yetirilmiş sayılır:

- ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə;

- qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir

görməmişsə;

- müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə,

mühasibatlıqla razılaşdırmadan) bağlamışsa.

Qərarın iqtisadi (biznes) səmərəliyəbaxılmamalıdır mı?

• Məhkəmələr qərarın iqtisadi (kommersiya) səmərəliliyinə vəməqsədəuyğunluğunu yoxlamamalıdır.

• Aşağıda göstərilən KM-nin qeyri-peşəkarlıq və məntiqsizlik testi (duty of careanaloqu) yalnız qərar vermə prosesinə aiddir və bir halda ki pozuntu yoxdurməhkəmə qərarın mahiyyətinə müdaxilə etməməlidir.

• Bu prinsip BJR tətbiq edən bütün ölkələrin məhkəmələrində tətbiq olunur

• Qeyd edilən yanaşmanı nəzərə alaraq KM-in qərarında «sahibkarlıq (maliyyə) riskini aşmadığı halda» ifadəsi tam uyğun deyil.

Qərarın iqtisadi (biznes) səmərəliyəbaxılmamalıdır mı?

• Shlensky v. Wrigley 237 N.E.2d 776 (1968)

«in a purely business corporation ... the authority of the directors in the conduct of thebusiness of the corporation must be regarded as absolute when they act within the law, andthe court is without authority to substitute its judgment for that of the directors…….theresponse which courts make to such applications is that it is not their function to resolvefor corporations questions of policy and business management. The directors are chosen topass upon such questions and their judgment unless shown to be tainted with fraud isaccepted as final»

«xalis kommersiya şirkətində...bir halda ki, onlar qanun çərçivəsində hərəkət edirlərşirkətin biznesinin idarə edilməsində direktorların səlahiyyəti şərtsizdir, və məhkəməninonların qərarını dəyişmək səlahiyyəti yoxdur....belə bir iddiyaya cavab odur ki, şirkətinsiyasəti və biznes idarəetməsi ilə bağlı sualların həlli məhkəmənin funksiyası deyil.Direktorlar bu sualların həlli üçün seçilmişlər və onların qərarı aldatma (fraud) ilə əlaqəlideyilsə, yekun kimi qəbul olunur»

• Brehm c Eisner 746 A.2d 244, 246 (Del.2000)

«Courts do not measure, weigh or quantify directors’ judgments….Due care in thedecision-making context is process due care only... Thus, directors’ decisions willbe respected by courts unless the directors are interested or lack independencerelative to the decision, do not act in good faith, act in a manner that cannot beattributed to a rational business purpose….»

«Məhkəmələr direktorların qərarların ölçmürlər və qiymətləndirmirlər....Qərarvermə kontekstində lazımi diqqətlilik yalnız qərarvermə prosesinə aiddir... Bunagörə də direktorlar qərarlarında maraqlı şəxslər deyillərsə və müstəqildirlərsə,vicdansız deyillərsə və hərəkətləri rasional biznes məqsədə zidd deyilsə, onlarınqərarlarına məhkəmələr tərəfində hörmət ediləcəkdir»

• In re Walt Disney Derivative Litigation case 907 A 2d 693 (2005)

“we do no even decide if they are [decisions] reasonable in this context. Due carein the decision-making context is process due care only”

«Bu kontekstdə biz ümumiyyətlə onların [qərarların] ağlabatan olduqlarına dairqərar vermirik. Qərarvermədə lazimi diqqət tələbi yalnız qərarvermə prosesinəaiddir »

• Постановление ВАС РФ №62, 30.07.2013

«Поскольку судебный контроль призван обеспечить защиту правюридических лиц и их учредителей (участников), а не проверятьэкономическую целесообразность решений, принимаемыхдиректорами.....»

«məhkəmə nəzarəti hüquqi şəxslərin və onun təsisçiləriin (iştirakçılarının)hüquqlarının müdafiyəsini təmin edilməsinə yönəlib, direktorlarınqərarlarının iqtisadi səmərəliyini yoxlanması üçün deyil...»

Digər müdafiyə mexanizmləri

• Sübutetmə yükü (öhdəliyi) iddiaçının üzərindədir, əks halda «business judgement rule» prezumpsiyası aktivdir.

• KM-nin qərarında qeyd edilən hallar (testlər) varsa, o zaman sübut edilmiş hesab edilir və sübutetmə yükü direktora keçir.

• Mənfi nəticənin və ya zəririn mövcudluğu sübut olunmalıdır

• Zərərə görə məsuliyyətin məhdudlaşdırıması razılaşması

• Peşəkar fəaliyyətin sığortası (Director liability insurance, D&O)

İştirakçıların (səhmdarların) fidusiar öhdəlikləri var mı?

• Ümumi qaydaya görə iştirkaçılar fidusiar öhdəlik daşımırlar. Nə şirkət qarşısında nə də ki digər səhmdarlar qarşısında.

• Xarici təcrübədə,yalnız müstəsna hallarda mümkün hesab edilir. Az sayda iştirakçlardanibarət, «qapalı» idarəetmə və fəaliyyət göstərən şirkət daxilində, iştirakçılar arasında«xüsusi» münasibətlər olduqda.

• Yerli qanunvericilikdə birmənalı norma yoxdur. Lakin mülki qanunvericiliyin «vicdanlıqprinsipindən» və öhdəliklərin vicdanla həyata keçirmək vəzifəsindən irəli gələrəksəhmdarların (iştirakçıların) f.ö olduğunu ehtiva etmək olar.

Tam ortaqlıqda ortaqlar müəyyən öhədliklər daşıyırlar• MM 73.1. Tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq ortaqlığın

fəaliyyətində iştirak etməyə borcludur.

• MM 73.3. Tam ortaqlıq iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların razılığı olmadan özadından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün ortaqlığın fəaliyyət predmetinitəşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın. (duty of loyality, duty of care, businessopportunity doctrine)

MMC-nin «qapalı» təbiyyətini və «kənardan daxil olmanı» məhdudlaşdırannormalarını nəzərə alsaq, iştirakçılar arasında müəyyən etibarlılıq və bir birinəarxayınçılıq (reliance) olduğunu ehtiva etmək olar.

Donahue v Rodd Electrotype Co Mass. Sup. Jud. Ct., 328 N.E.2d 505 (1975)

“qapalı şirkətin iştirakçıları bir birinin qarşısında partnyorlar (ortaqlar) kimi fidusiar öhdəliklərdaşıyırlar”

Qapalı şirkətlər demək olar ki, ortaqlıqlardı, sadəcə korporasiyaya xas olan məhdud məsuliyyət vəmüddətsiz fəaliyyət kimi «örtüklərə» qeyinmiş. Ortaqlıqda olduğu kimi, qapalı şirkətin uğuruiştirakçılar arasında qarşılıqlı etibardan, bir birinə sədaqətlikdən və ümumi işə sadiqliklən asıllıdır

Wilkes v Springside Nursing Home 370 Mass. 842, 353 N.E.2d 657 (1976)

“iştirakçıları yalnız öz xeyrini güdərək xəsislik meyllərindən hərəkət etməməlidirlər əgər bu onların

şirkət və digər iştirakçılar qarşısında sadiqliyi qorumaq öhdəliyini sarsıdırsa”

Səhmdarlar (iştirakçılar) müqaviləsi

• Qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərinmüxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daiminkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da,bəzən bu obyektiv olaraq mümkün olmur... (AR Konstitusiya Məhkəməsinin Qərarında 16.12.11, ARKonstitusiya Məhkəməsinin 26.09.07 tarixli Qərarına istinad)

• Səhmdarlar (iştirakçılar) arasında korporativ münasibətləri tənzimləyən müqavilə

• Təsisçilər müqaviləsi = səhmdarlar (iştirakçılar) müqaviləsi ?• MM 45.2. «..... onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər»

• Müqavilə öhdəlikləri normaları ilə tənzimlənir və Yalnız tərəflər üçün məcburidir

Korporativ örtüyün götürülməsi

• Ümumi qayda – «şirkət müstəqil şəxsdir», «iştiraçılara görə məsuliyyət daşımır»

• Yerli hüquq təcrübədə «lifting the corporate veil» müəyyən olunmayıbdır.

• Yalnız müəyyən hallarda (məcburi göstərişlərin verilməsi) törəmə cəmiyyətə görəəsas cəmiyyətin məsuliyyəti müəyyən edilibdir. (MM 67.3)

• Əsas cəmiyyət törəmə cəmiyyətinə onun üçün məcburi göstərişlər vermək hüququyalnız müqavilə olduqda nəzərə alınır.

Korporativ örtüyün götürülməsi (xarici təcrübə)

• Xarici təcrübədə yalnız müstəsna və nadir hallarda məhkəmə korporativ örtüyügötürür

• «müstəsna hallar var, hansıları «korporativ örtüyün» həqiqi faktları/hallarıngizlədilməsi üçün sadəcə «fasad» olduğu göstərir» (Woolfson v. Strathclyde RegionalCouncil [1978] 2 EGLR 19 (HL))

• Üzərində tam nəzarət (complete domination) və iddiaçıya zərər vuran hüquqpozmaüçün istifadə olunduqda (impropriety, bad faith).

• Məhkəmələr çox həssay yanaşırlar bu iddialara və çox nadir hallarda təminedirlər.

Korporativ mübahisələrin həlli vəkorporativ münasibətlərin dispozitivliyi

• Korporativ mübahisələrə aid prosesual normalar əlavə olunmalıdır

• Korporativ mübahisələr (təsisçilər arasında) daha çox sahibkarlıq fəaliyyətinə yaxınolduğundan iqtisadi (inzibati-iqtisadi) məhkəmələrdə baxılması daha uyğun olar.

• Qanunvericilik və məhkəmələr korporativ münasibətlədə dispozitivliyi dəstəkləməlidirlər.

• İştirakçılar (qapalı biznesdə) arasında əksər mübahisələrə məhkəmələr müdaxiləetməməlidirlər. İştirakçıları özləri sərbərst münasibətlərini tənzimləməli.

• Nadir hallarda (sui-istifadə, imperativ normanın pozulması, zərər, müqavilənin pozulması vəs) iştirkaçıları arasında mübahisəyə məhkəmənin müdaxiləsi məqsədəuyğun ola bilər.

Sual və təklifləriniz üçün

email: [email protected]

facebook: @LexForiBaku