mövzu 12. elektrik maşınlarının təmiri

12
Mövzu 12. Elektrik maşınlarının təmiri Plan 1.Asinxron mühərriklərinin sınağı 2.Asinxron mühərriklərinin təmirdən sonra sınağına olan tələblər 3.Dolağın müqavimətinin sabit cərəyanla ölçülməsi 4.Dolağın izolyasiya müqavimətinin ölçülməsi 5.Dolaqların maşının gövdəsinə nəzərən və dolaqların öz arasındakı elektrik möhkəmliyinin sınağı 6.Dolaqların sarğılararası izolyasiyasının elektrik möhkəmliyinin sınağı 7.Dolaq izolyasiyasının yüksək gərginlikdə sınağı 8.Yüksüz işləmə sınağı 1

Upload: braden

Post on 12-Jan-2016

343 views

Category:

Documents


29 download

DESCRIPTION

Mövzu 12. Elektrik maşınlarının təmiri. Plan 1.Asinxron mühərriklərinin sınağı 2.Asinxron mühərriklərinin təmirdən sonra sınağına olan tələblər 3.Dolağın müqavimətinin sabit cərəyanla ölçülməsi 4.Dolağın izolyasiya müqavimətinin ölçülməsi - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Mövzu 12. Elektrik maşınlarının təmiri

Mövzu 12. Elektrik maşınlarının təmiri

Plan 1.Asinxron mühərriklərinin sınağı2.Asinxron mühərriklərinin təmirdən sonra sınağına olan

tələblər3.Dolağın müqavimətinin sabit cərəyanla ölçülməsi4.Dolağın izolyasiya müqavimətinin ölçülməsi5.Dolaqların maşının gövdəsinə nəzərən və dolaqların öz

arasındakı elektrik möhkəmliyinin sınağı6.Dolaqların sarğılararası izolyasiyasının elektrik

möhkəmliyinin sınağı7.Dolaq izolyasiyasının yüksək gərginlikdə sınağı8.Yüksüz işləmə sınağı

1

Page 2: Mövzu 12. Elektrik maşınlarının təmiri

Asinxron mühərriklərinin sınağı

Lazımi keyfiyyəti təmin etmək üçün bütün təmir olunan maşınlar müxtəlif sınaqdan keçirlər, hansılar üç qrupa bölünürlər:

təmirdən qabaq sınaqlar; təmir prosesində sınaqlar; təmirdən sonra aparılan sınaqlar.

2

Page 3: Mövzu 12. Elektrik maşınlarının təmiri

Elektrik maşınını təmirdən qabaq (yığılı halda) sınaqdan keçiriləndə (defektləşdiriləndə) aşağıda

göstərilən əməliyyatlar yerinə yetrilir:1.Elektrik maşınının aşağıda göstərilən hissələri yoxlanılır və göstərilən nasazlıqlara fikir verilir:

- əgər gevdə və podşipnik şitinin oturacaq yerlərində çat varsa onlar yararsız sayılır. Bu çatları o zaman qaynaq etmək olar ki, onların

oturacaq yerləri deformasiyaya məruz qalmasın.- klemma şiti gevdəyə möhkəm bərkidilməlidir,

klemmanın boltları yaxşı bərkidilib markalanmalıdır.

3

Page 4: Mövzu 12. Elektrik maşınlarının təmiri

2.Meqometr və ya kontrol lampa vasitəsilə dolağın bütövlüyü yoxlanılır.

MEQOMETR

C4 C5 C6

220V~

HL

C3C2C1

4

Page 5: Mövzu 12. Elektrik maşınlarının təmiri

3.Dolaqlar arası və gevdəyə görə izolyasiyanın müqaviməti yoxlanılır. Dolağın izolyasiyasının müqaviməti soyuq halda

ölçülməlidir (ətraf mühitə görə ±30S). Dolaqların izolyasiyasının müqavimətinin buraxıla bilən qiyməti (MOm)

aşağıdakı kimi müəyyən edilir:

 burada: U – elektrik mühərrikinin nominal gərginliyi, V;

P – nominal güc, kVt.500 V-a kimi olan elektrik mühərriklərinin izolyasiyasının

müqaviməti 0,5 MOm-dan az olmamalıdır.

P

URiz 01,01000

5

Page 6: Mövzu 12. Elektrik maşınlarının təmiri

Ölçmələr aşağıdakı kimi aparılmalıdır:

MEQOMETRC4 C5 C6

C3C2C1

MEQOMETR

4. Əgər mümkünsə mühərrik yüksüz qoşulur və onun podşipnikləri (səsi, qızması) və ventilyator yoxlanılır, fazaların cərəyanı ölçülür. Fazalar arasında asimmetriya (uyğunsuzluq) ±5%-dən çox olmamalıdır.

6

Page 7: Mövzu 12. Elektrik maşınlarının təmiri

Elektrik maşınını təmir prosesində (sökülmədən sonra) aparılan sınaqlarda (defektləşdiriləndə) aşağıda göstərilən əməliyyatlar yerinə yetrilir:

1. Ayrı-ayrı qovşaq və hissələrin vəziyyəti yoxlanılır. Bərkidici hissələr dəyişdirilir, əgər onlar əyilibsə, rezbaları xarab olubsa və s. Podşipnik şitində

nasazlıq varsa o dəyişdirilir. 2. Statorla rotorun ara məsafəsi yoxlanılır. Yoxlama şup vasitəsilə aparılır.

Asinxron mühərriklər üçün statorla rotorun ara məsafəsinin nominal qiymətləri aşağıdakı cədvəldə verilib.

Güc, kVt

Asinxron mühərrikinin valının fırlanma tezliyində (devr/dəqiqə)

ara məsafəsi

500 ... 1500 3000

0,12 ... 0,25 0,20 0,25

0,5 ... 0,75 0,25 0,30

1,0 ...2,0 0,30 0,35

2,0 ... 7,5 0,35 0,50

10,0 ... 15,0 0,40 0,65

20,0 ... 40,0 0,50 0,80

7

Page 8: Mövzu 12. Elektrik maşınlarının təmiri

3.Val nəzərdən keçrilir (oturacaq yerlərin və çponkanın kanavkasının vəziyyəti, əyriliyin olub olmaması.

4.Ventilyatorun vəziyyəti və vala kip oturmağı yoxlanılır. 5. Statorun aktiv nüvəsinin polad vərəqələrinin vəziyyəti yoxlanılır. Polad

vərəqələrdə yerdəyişmə, batıq, boşalma və s. olmamalidir.6. Qısa qapanmış rotor vala kip oturmalıdır, oxda və qısa qapayıcı

kolsalarda çat və qırılma olmamalıdır.Asinxron mühərriklərinin qısa qapanmış rotorunda qırılmanı təyin etmək üçün mühərriki qısa qapanma rejiminə qoşub cərəyanların

simmetriya metodundan istifadə edirlər. Elektrik müərrikinin rotorunu tormozlayıb onun statoruna nominal gərginlikdən 5...6 dəfə az gərginlik verirlər. Dolağın hər bir fazasına ampermetr qoşurlar. Stator və rotorun

dolaqları saz olduqda rotorun hər bir vəziyyətində ampermetrlərin hamısının göstəriciləri eyni olur. Rotorun oxunda qırılma baş verəndə

rotoru fırlayanda ölçü cihazlarının göstəriciləri bir birindən fərqli olur. Rotorun fırlanmasından asılı olmayaraq ölçü cihazlarının göstəriciləri bir

birindən fərqli olmağı stator dolağının nasazlığını göstərir (dolaqlar arası qapanma, stator dolağında katuşkaların düzgün qoşulmaması və

s.).

8

Page 9: Mövzu 12. Elektrik maşınlarının təmiri

Sökülmüş elektrik mühərrikinin qısa qapanmış rotorunda qırılma və stator və ya yakorda ( sabit cərəyan maşınlarında ) dolaqlar arası

qapanmanı təyin etmək üçün elektromaqnitdən istifadə edirlər. Rotoru elektromaqnitə yerləşdirib əl ilə çevirirlər. Rotorun pazına qoyulmuş

polad lovhəcik saz pazların üstündə vibrasiya edir, qırıq oxunüstündə isə vibrasiya etmir.

Elektromaqnit köməyi ilə yakor dolaqlarında qapanmanın təyini.

9

Page 10: Mövzu 12. Elektrik maşınlarının təmiri

Stator dolağıda qapanmanı təyin etmək üçün elektromaqniti statorun oymasına yerləşdirib yerini dəyişdirirlər. Dolağın

nasaz pazının üstünə düşəndə polad lövhəcik vibrasiya etməyə başlayır.

Elektromaqnit köməyi ilə stator dolağında qapanmanın təyini:1 – başmak; 2 – maqnit seli.

10

Page 11: Mövzu 12. Elektrik maşınlarının təmiri

9. Stator dolaqlarının defektləri təyin olunur. Stator dolağının gevdəyə görə və fazalar arası qapanmasını kontrol lampa və ya meqommetrlə təyin edirlər.Elektromaqnit vasitəsilə dolaqlar arası qapanmanı təyin etmək olar. Polad

lövhəcik nasaz olan katuşkanın üstündə çəkiləcək. Sarğılar arası qapanmanı ЕЛ və ПДО tipli aparatlar vasitəsilə də təyin etmək olar.

Elektromaqnit vasitəsilə sarğılar arası qapanmanın təyini sxemi.

11

Page 12: Mövzu 12. Elektrik maşınlarının təmiri

Asinxron mühərriklərinin təmirdən sonra sınağınaolan tələblər

 Asinxron mühərriklərinintəmirdən sonra onun keyfiyyətinə nəzarət etmək və hər bir təmir əməliyyatının tam qayda üzrə aparıldığının

müəyyən etmək üçün sınaqlar aparılır.Təmirdən sonra əsasən kontrol sınaqlar aparılır. Kontrol sınaqdan əvvəl elektrik mühərriki xarici baxışdan keçirilir, yüksüz işə buraxılır, səs və

vibrasiya yoxlanılır.Mövcud tələblərə görə asinxron mühərrikləri təmirdən sonra aşağıdakı

həcmdə sınaqdan keçirilir: 

---bütün dolaqlarda gövdəyə görə və öz aralarında izolyasiya müqaviməti yoxlanılır;

---dolaqların elektrik müqaviməti ölçülür;---çıxış uclarının markalanması yoxlanılır;

---yüksüz işləmə və qısa qapanma sınaqları aparılır;sarğılararası izolyasiya yoxlanılır;

---izolyasiyanın elektrik möhkəmliyi yoxlanılır.

12