ph.d.t.t. ƏlĠyeva dÜnya ÖlkƏlƏrĠnĠn bank sĠstemĠ …lib.bbu.edu.az/files/book/1102.pdf ·...
TRANSCRIPT
1
AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ
AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ
Ph.d.T.T. ƏLĠYEVA
DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ
( Dərs vəsaiti )
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 19.08.2014-cü il
tarixli 907 saylı əmri ilə ali
məktəblər üçün dərs vəsaiti
kimi təsdiq edilmişdır.
BAKI - 2016
2
Ph.doktor, dosent Təhminə Əliyeva
Dünya ölkələrinin bank sistemi. Ali məktəblər üçün dərs vəsaiti. Azərbaycan dilində.
Bakı, Azərnəşr 2015. 265 s.
«Dünya ölkələrinin bank sistemi» adlı dərs vəsaiti
tələbələr və gələcəkdə maliyyə-bank sahəsində çalışmaq
istəyən hər bir kəs üçün faydalı məlumat mənbəyi ola bilər.
Kitabın hazırlanmasında müxtəlif xarici təcrübələrdən istifadə
olunmuş və alınan məlumatlara izahlı şərh verilmişdir.
Kitabda dünya ölkələrinin bank sisteminin tarixi inkişafı,
tarixi təcrübəsi və onun inkişaf xüsusiyyətləri, beynəlxalq bank
sisteminin məqsədvə fəaliyyətləri araşdırılmışdır.Azərbaycanda
uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası
bilavasitə dünya ölkələrinin təcrübəsinə əsaslanır və bu
səbəbdən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitabdan istər tələbələr, istərsə də maliyyə-bank sahəsində
çalışan mütəxəssislər, ekspertlər, xarici ölkələrin bank sistemi
fənnini tədris edən müəllimlər, universitetdə təhsil alan
bakalavrlar, magistrantlar, doktorantlar yararlana bilərlər.
ISBN:9789952824971
M-907(07)2
© i.f.d.Təhminə Tahir qızı Əliyeva., 2016.
3
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
H.Ə.Əliyev
G Ġ R Ġ ġ
Qloballaşan dünyamızda hər bir ölkənin xarici iqtisadi
fəaliyyətlərinin, bank sektorunun, bank sisteminin öyrənilməsi
mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi müasir dövrdə
dünya ölkələrinin bank sistemləri getdikcə qloballaşmaqdadır.
Hazırda xarici ölkələrin bank sistemləri mövzuları istər
maliyyə investorlarının, istərsə də dövlət, şəxsi və özəl
qurumların maraq dairəsindədir. Xarici ölkələrin təcrübəsində
yüksək paya malik olan ölkələrin xarici ticarət balansını,
tədiyyə balansını, faiz dərəcəsini, valyuta məzənnəsini və digər
iqtisadi göstəricilərini araşdırmaq və bu göstəricilərə təsir edən
parametrlərin iqtisadi inkişafa hər hansı bir təsirini öyrənmək
vəzifəsini qarşıya qoyan müəlliflər bu işin öhdəsindən
layiqincə gəlmişlər.
Ölkəmizin milli iqtisadiyyatının bütün sahələrində
aparılan islahatlar əsasən dünya ölkələrinin inkişafı və
modernləşməsinə, xarici ölkələrin təcrübəvi strategiyasına
əsaslanır. Dünya ölkələrinin ayrı-ayrılıqda bank sistemlərinin
inkişaf dinamizmini təhlil etməkdə əsas məqsəd bu ölkələrin
iqtisadiyyatında baş vermiş inkişaf və tənəzzülün səbəblərini
qiymətləndirərək və hazırki dövrdə mövcud olan vəziyyətdən
çıxış edərək, həmçinin xarici ölkələrin təcrübəsinə əsaslanaraq
bank sistemində yarana biləcək hər hansı problemlərin həlli
istiqamətində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi
4
imkanlarından istifadə etməkdir. Yeni iqtisadi münasibətlər
zəminində dünya təcrübəsini öyrənməklə ölkəmizdə mövcud
olan ikipilləli bank sisteminin inkişafının artırılmasına
yönəldilmiş tədbirlərin iqtisadi-hüquqi mexanizmlərinin
təkmilləşdirilməsi istiqamətində aparılan tədqiqatlar, onların
həyata keşirilməsi istiqamətində aparılan işlər bank sisteminin
inkişaf dinamizminə öz müsbət təsirini göstərir.
Dünya ölkələrinin bank sistemləri hər bir olkənin iqtisadi
şəraitindən asılı olaraq biri-birindən fərqlənirlər. Dünyanın hər
bir ölkəsində iqtisadi potensial müxtəlifdir və bu fərq daim
nəzərə çarpacaq şəkildə inkişaf edir. Xarici ölkələrin bank
sisteminin öyrənilməsi dünya ölkələrinin iqtisadiyyatının
inkişaf xüsusiyyətləri, qlobal iqtisadi problemlərin məzmunu
və həlli yolları, dünya iqtisadiyyatının müxtəlif səviyyələr üçün
daha çox xarakterik olan iqtisadi inkişaf perspektivləri və
ziddiyyətləri haqqında yüksək biliklər əldə etməyə imkan
yaradır. Bu baxımdan fərqliliyi araşdırıb təhlil etmək üçün hər
bir ölkənin bank sisteminin öyrənilməsi zərurəti meydana çıxır.
Dünya ölkələrinin bank sistemləri haqqında iqtisadi
biliklərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu
baxımdan dünya ölkələrinin bank sistemlərinin müasir
problemlərinin öyrənilməsinə böyük ehtiyac vardır. Dünya
ölkələrinin bank sistemlərinin daha mürəkkəb və ziddiyətli
inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək xüsusilə
vacib məsələlərdəndir.
Dərs vəsaitinin yazılmasında əsas məqsəd dünya
ölkələrinin bank sektorunda yaranan müasir iqtisadi
məsələlərin həlli istiqamətində görülən tədbirlər, bank
5
nəzarətinin gücləndirilməsi tədbirləri, bank sektorunda həyata
keçirilən islahatlar və bu sahədə yaranmış tərəddüdlü
məsələlərin həllinin elmi və nəzəri cəhətdən əsaslandırılmış,
nəzəri və praktiki nəticələrə gəlinməsindən ibarətdir. Kitabda
xarici ölkələrin bank sistemi, onların xüsüsiyyətləri, mahiyyəti,
yaranması və formalaşması, dünya maliyyə münasibətləri,
ABŞ, Çin Xalq Respublikası, Almaniya, Türkiyə, Yaponiya,
Fransa və digər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin
bank sistemləri haqqında konkret şərhlər verilmişdir.
Kitabda həmçinin xarici ölkələrin bank sistemlərinin
tarixi xronoloğiyası nəzərə alınmışdır. XX əsrin əvvəllərində
dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin
əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü
keçmişdir. Hazırda Dünya Bankının statistikasına əsasən
dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər
mövcuddur. Onların sırasında həm ərazisinə və həm də
əhalisinin sayına görə böyük olan ölkələrə (Çin Xalq
Respublikası, Hindistan, Rusiya, ABŞ və Braziliya), həm də
tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast
gəlinir. Bütün ölkələr digər dövlətlərin bank sistemləri ilə
qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə iqtisadiyyatın
formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına
təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və
özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu
iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın
tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və
xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə
görə dünya iqtisadiyyatların müxtəliflikləri ilə əlaqədardır.
6
Buna görə də dünya ölkələrinin bank sisteminin təhlilində
ölkələrin müxtəlif kriteriyalara görə təsnifatlaşdırılmasından
istifadə edilir. Dünya ölkələrinin bank sisteminin öyrənilməsi
müxtəlif dünya təsərrüfat sisteminə daxil olan ölkələrin bank
sistemlərində olan mövcud inkişaf mexanizmlərinin təhlil
olunmasına, müəyyən tərəddüdlü meyllərin yaranmasının
qarşısının alınmasına, bank risklərinin yaranma səbəblərinin
öyrənilməsinə, qlobal iqtisadi hadisələrin bank sisteminə
təsirlərinin araşdırılmasına zəmin yaradır. Bu baxımdan dünya
bank sistemində baş verən problemləri araşdırmaqla və
həmçinin onların başvermə səbəblərini öyrənməklə hər bir
ölkənin öz milli iqtisadiyyatının təmin olunması istiqamətində
tədbirlərin hazırlanmasından gəlinən nəticələr və digər bu kimi
məsələlər təhlil edilmişdir.
Kitab dünya ölkələrinin bank sistemi və beynəlxalq
valyuta kredit münasibətləri fənlərini uzun müddət tədris edən
təcrübəli müəllimlər tərəfindən yazılmışdır. Əminliklə deyə
bilərəm ki, bu kitab çoxsaylı təhsil müəssisələrində müəllim,
elmi işçilər, ekspertlər, bakalavrlar, magistrlar, aspirantlar,
doktorantlar, xüsüsilə bank sahəsində işləyən mütəxəssislər
üşün əsaslı bir mənbə olacaqdır.
7
FƏSĠL I. DÜNYA ÖLKƏLƏRĠNĠN ĠQTĠSADĠ
ĠNKĠġAF XÜSUSĠYYƏTLƏRĠ
1.1. AVROPA BĠRLĠYĠNƏ ÜZV ÖLKƏLƏRĠN
BANK SĠSTEMĠ
Dünya birliyində geosiyası və iqtisadi hökmranlıq
uğrunda rəqabət mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi
Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – AB üzvlərinin (AFR,
Fransa, Böyük Britaniya və İtaliya) maliyyə-kredit
sistemlərinin analizi Avropanın inteqrasiya birliyinin əsas
struktur elementlərinin xüsusiyyətlərini müəyyənləşdirməyə
imkan verir. Lakin Avropa Birliyi bir çox hallarda dünya
maliyyə bazarında özünün institusional və hüquqi formaları
olan müstəqil iştirakçı kimi çıxış edir. Beynəlxalq iqtisadi
münasibətlər sistemində ayrı-ayrı Avropa dövlətlərinin
rollarının minimallaşdırılması tendensiyası nəzərə çarpır ki,
bu da həmin ölkələr arasında iqtisadi, hüquqi və digər sər-
hədlərin silinməsi nəticədə onun vahid maliyyə-kredit sistemi
olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır.
2004-cü ilin yazına kimi Avropa birliyinə 15 ölkə daxil idi:
- Avstriya, Belçika, Böyük Britaniya, Yunanıstan,
Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq,
Niderland, Portuqaliya, Finlandiya, Fransa, AFR və
İsveç.
Bu ölkələrin əhalisinin ümumi sayı 373 milyon nəfər,
ərazisi 2364 min kvadrat kilometrdir. 2004-cü ilin ortalarından
başlayaraq, daha 10 dövlət Avropa Birliyinin tamhüquqlu üzvü
oldu:
8
- Çexiya, Slovakiya, Sloveniya, Kipr, Macarıstan, Polşa,
Malta, Estoniya, Latviya, Litva.
Nəticədə Avropa Birliyi dünyanın iri iqtisadi dövləti oldu.
Avropa Birliyinin iqtisadi inkişaf templəri pozitiv stabilliyi ilə
fərqlənir. Əgər 1996-cı ildə real ÜDM-in artımı 1,6% təşkil
edirdisə, 2000-ci ildə bu göstərici 3,4%-ə çatmışdır. Lakin
2001-ci ildə iqtisadi artım tempi 1,5%-ə enmiş, 2002-ci ildə
0,9%, 2003-cü ildə 1,9% təşkil etmişdir. Avropa Birliyinin
makroiqtisadi göstəricisinin təhlilinə nəzər salsaq, adətən,
«avro zonaya» daxil olan daha inkişaf etmiş dövlətlərin analoji
parametrlərini ayrıca nəzərdən keçirirlər. Bunlar daha sıx
iqtisadi inteqrasiyaya çatmış və nəticədə vahid valyutanı tətbiq
etmək imkanına malik olmuş ölkələrdir. Yuxarıda adı çəkilən
15 ölkələrdən yalnız 3-ü «avro zonaya» daxil olmur.
1) Böyük Britaniya
2) Danimarka
3) İsveç.
Avropa Birliyində xüsusilə «avro zonada» istehlak
qiymətlərinin orta illik artımı yüksək olmasa da Avropa
Mərkəzi Bankının monetar siyasətinin istiqamətini yəni 2%
həddini aşmırdı. Əgər 1996-cı ildə «avro zonada» inflyasiya
sürəti 2,2 %, 1997-ci ildə 1,6 %, 1998-ci il və 1999-cu illərin
hər birində 1,1 %, 2000-ci ildə 2,1 % idisə, 2001-ci il və 2002-
ci illərdə isə bu göstərici 2,3 %-dən çox təşkil etmişdir.
Avropa Birliyi ölkələrində əmək bazarının vəziyyəti kifayət
qədər çətindir. Ayrı- ayrı Avropa ölkələrində, məsələn, AFR-
də, Fransada və İtaliyada işsizliyin yüksək səviyyəsi
səbəbindən, 1990-cı illərdə Avropa Birliyində bu göstərici çox
9
yüksək olmuş və işçi qüvvəsi sayının 10 % -ni üstələmişdir.
Yalnız 1998-ci ildə işsizlik səviyyəsinin azalma tendensiyası
qeyd olunmuş və 2002-ci ildə bu göstərici artıq 7,6 % təşkil
etmişdir. Beynəlxalq əmək bölgüsündə və beynəlxalq ticarətdə
Avropa Birliyinin iştirakı çox böyükdür və aşağıdakı göstəri-
cilər də bunu sübut edir. Dünya ticarətində Avropa Birliyinin
payı 39,1 %, ÜDM-də ixracatın payı 10,2 % təşkil edir, ticarət
dövriyyəsinin nəzərə alınması şərti ilə birlik daxilində bu
ölkələrin ÜDM-də ixracat payı orta hesabla 30 %-ə çatır.
«Avro zonası» ölkələrində mal və xidmətlərlə xarici ticarətin
aktiv saldosu 2000-ci ildə 46,3 milyard avroya qədər
azalmışdır. Əvvəlki ildə bu göstərici 71,6 milyad avro
olmuşdur. Bu ölkələr qrupunda həmin göstərici 2002-ci ilin
üçüncü rübündə ÜDM-in 3,1 %-ini təşkil etmişdir. Avropa
Birliyinin bütün ölkələrinə gəlincə, nəzərdən keçirilən dövrdə
mal və xidmətlərin xarici ticarətinin aktiv saldosu ÜDM-in
2,1%-inə çatmışdır. Malların xarici ticarətinin saldosu müsbət
olaraq qalmış, lakin daha əhəmiyyətli şəkildə – 51,2 milyard
avrodan 12,6 milyard avroya qədər azalmışdır. 2002-ci ilin
noyabrında isə «avro zonası» ölkələrinin ticarət balansının
profisiti 9,9 milyard avro təşkil etmişdir. Bununla belə, Avropa
Birliyində analoji göstərici daha az – 0,8 milyard avro idi.
«Avro zonası» ölkələrinin ödəniş balansının cari əməliyyat
hesabının kəsiri investisiya gəlirlərinin və cari transfertlərin
qarşılıqlı hərəkətinin mənfi saldosunun yüksək məbləğləri ilə
şərtlənmiş və 1999-cu ildə ÜDM-in 0,1 % -indən 2000-ci ildə
0,4%-inə qədər artmışdır. Ümumilikdə, Avropa Birliyinin
dünya maliyyə - kredit münasibətləri sistemində rolu və yeri
10
Avropa Birliyinin ayrı - ayrı ölkələr tərəfindən vahid pul vahidi
olan avronun tətbiqindən sonra əsaslı şəkildə dəyişdi. Avropa
Birliyi dövlətlərinin atdığı bu addım Avropada iqtisadi in-
teqrasiya prosesinin son məqsədlərindən biridir. Hələ birliyin
özündən də əvvəl yaranmış Avropa Biriliyi pul sisteminin əsas
hissəsi avrodur.
Cədvəl 1.1.
Ölkələrin
tipləri
Ölkələrin
yarımtipləri Ölkələr
Yüksək inkiĢaf
etmiĢ ölkələr
«Böyük yeddilik»
ABŞ, Yaponiya,
Almaniya, Fransa,
Böyük Britaniya, İtaliya,
Kanada*
Qərbi Avropanın
yüksək inkişaf etmiş
kiçik dövlətləri
İsveçrə, Avstriya,
Belçika, Niderland,
Lüksemburq, İsveç,
Norveç, Danimarka,
Finlandiya, İslandiya
«Mühacir
kapitalizm» ölkələri
Avstraliya, Yeni
Zelandiya, CAR, İsrail
Qərbi
Avropanın mikro
dövlətləri
Andorra, Vatikan,
Lixtenşteyn, Malta, San-
Marina, Monakko
Orta inkiĢaf
etmiĢ ölkələr
Qərbi
Avropanın inkişafda
geri qalmış ölkələri
İrlandiya, İspaniya,
Portuqaliya, Yunanıstan
11
Mərkəzi və
Şərqi Avropa ölkələri
Polşa, Latviya, Litva,
Estoniya, Macaristan,
Çexiya, Slavakiya,
Slaveniya, Ruminiya,
Bolqarıstan, Serbiya,
Çernoqiriya, Xorvatiya,
Bosniya və
Hersoqovina, Albaniya,
Makedoniya
MDB ölkələri
Rusiya («7+1»),
Ukraina, Belarus,
Moldova, Azərbaycan,
Gürcüstan, Ermənistan,
Qazaðıstan, Özbəkistan,
Türkmənistan,
Qırğızıstan, Tacikistan
ĠnkiĢaf
etməkdə olan
ölkələr
«Açar ölkələr»
Braziliya, Meksika,
Argentina, Çin,
Hindistan, Türkiyə
Yeni
sənayeləşmiş ölkələr
Cənubi Koreya, Tayvan,
Sinqapur, Malayziya,
Tailand, Filippin, Misir,
Çili, Kolumbiya,
Venesuela və s.
Neft ixrac edən ölkələr
İran, İraq, Səudiyyə
Ərəbistan, Küveyt,
Qatar, BƏƏ, Bəhreyn,
12
Liviya, Bruney və s.
Əlverişli İCM-ə malik
olan kiçik ölkələr
Baham a-rı, Liberiya,
Kipr, Panama, Trinidad
və Tobaqo, Yamayka və
s.
İnkişafdan geri qalmış
ölkələr
Suriya, İordaniya,
Pakistan, İndoneziya,
Nigeriya, Keniya,
Uqanda, Mozambik,
Peru, Boliviya, Ekvador
və s.
Ən zəif inkişaf
etmiş ölkələr
Laos, Kamboca, Nepal,
Əfqanıstan, Yəmən,
Çad, Mali, Niger,
Efiopiya, Somali, MAR,
Konqo, Haiti, Nikaraqua
və s.
Cədvəl 1.1. Dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə
qruplaşdırılması.
XXI əsrin əvvəlində Avropa Birliyi yarıməsrlik iqtisadi
inteqrasiya nəticəsində 27 Avropa ölkəsindən ibarət daha da
görkəmli inteqrasiya birliyinə çevrildi. 2007-ci ildə Avropa
Birliyində alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına düşən
Ümimi Daxili Məhsulun yekun göstəricisi 14,44 trilyon dollar
oldu və ilk dəfə ABŞ-ı keçərək (2007-ci ildə 13,36 trilon
dollar) dünyada birinci yerə çıxdı. 2007-ci il üçün ümumi birlik
13
üzrə ÜDM artımı 3% təşkil etdi, adambaşına düşən ÜDM-un
27 ölkədə orta hesabla hər bir sakin üzrə 32,9 min dollara çatdı.
Avropa Birliyində ixrac 1,33 trilyon dollar, idxal isə 1,466
trilyon dollara qədər artdı. Avropa Birliyinin ixracının coğrafi
quruluşu ABŞ (23,3%), İsveçrə (7,6%), Rusiya (8,2%),
Yaponiya (6,2%) və başqa ölkələri əhatə edir. Avropa
Birliyinin idxalının coğrafi quruluşu ABŞ (13,3%), Çin
(13,4%), Rusiya (8,2%), Yaponiya (6,2%) və s. təşkil edir.
Avropa Birliyinin iqtisadi nailiyyətləri bir çox inteqrasiya
amilləri nəticəsində mümkün oldu və onların arasında Avropa
Birliyinin müasir bank sistemi mühüm rol oynayır. Avropa
İqtisadi və Valyuta Birliyi (AİVB) yarandığı zaman qərbi
Avropa ölkələri atrıq valyuta əməkdaşlığı ürzə təcrübəyə malik
idilər. İkinci Dünya müharibəsindən sonra əksər Avropa
valyutalarının çevrilməsi məhdudlaşdırıldı, onların rəsmi kursu
isə bazara uyğun gəlmirdi. 1949-cu ildə Avropada devalvasiya
dalğası yarandı. “Canlı” pulun çatışmazlığı səbəbindən
regionda ölkələrarası ödəniş ikitərəfli klirinqlə köçürülürdü, bu
isə ticarətin inkişafının qarşısını alırdı. 1969-cu ilin fevralında
Avropa İqtisadi Birliyi Komissiyası Avropa İqtisadi Birliyi
Şurasına sədr müavini Raymon Barrın rəhbərliyi ilə
hazırlanmış (Barr memorandumu) iqtisadi və valyuta
siyasətinin koordinasiyası haqqında memorandum göndərdi.
Həmin ilin dekabrında Haaqadakı Sammitdə Avropa İqtisadi
Birliyi - altı üzv ölkənin dövlətinin (AFR, Fransa, İtaliya,
Niderland, Belçika, Lüksemburq) höküməti və dövlət başçıları
Valyuta Birliyinin yaranması barədə qərar qəbul etdilər.
Layihənin işlənib hazırlanması Lüksenburqun baş naziri Pyer
14
Vernerin rəhbərlik etdiyi Ali Hökümət Nümayəndəliyinə
tapşırıldı. Onun adına uyğun olaraq layihə Verner planı adını
aldı. 1970-ci ilin oktyabrında qrup proqramın sonuncu
variantını təqdim etdi və 1971-ci ilin fevral ayında Avropa
İqtisadi Birliyi Şurası tərəfindən təsdiqləndi. Verner planına
görə Valyuta Birliyinin qurulması 10 il ərzində nəzərdə
tutulmuşdu. Bu müddət ərzində Birliyin iştirakçıları aşağıda
qeyd olunan məsələləri mərhələli şəkildə həll etməli idilər:
- tam dönərli valyutanı tətbiq etmək;
- kapitalın sərbəst hərəkətini təmin etmək;
- rəsmi qızıl valyuta ehiyatlarını birləşdirmək;
- valyuta Əməkdaşlığı Fondu yaratmaq;
- valyuta paritetini dəstəkləmək;
- tədiyyə balansının tarazlığını izləmək;
- milli pul-kredit siyasəti ilə uzlaşdırılmaq;
- mübadilə kursunu tam müəyyən etmək;
- vahid Avropa valyutasına keçmək;
1972-ci ilin aprelində Bazeldə ( İsveçrə ) Avropa İqtisadi
Birliyinin qeyd olunan altı üzv dövlətinin Mərkəzi Bank
idarəçilərinin görüşü təşkil olundu.
1) AFR
2) Fransa
3) İtaliya
4) Niderland
15
5) Belçika
6) Lüksemburq
Bu görüş Avropa İqtisadi Birliyinin üzv dövlətlərinin
valyuta mübadilə kursunun stabilliyinin təmin olunması üzrə
tədbirlər barədə sazişin imzalanması ilə nəticələndi. 24 aprel
1972-ci il tarixində Bazel Sazişi qüvvəyə mindi və 1979-cu ilə
qədər fəaliyyət göstərdi. Sazişdə ilk əvvəl iştirak edən altı ölkə
daxil olmaqla ona Böyük Britaniya və Danimarka da qoşuldu.
(1 may 1972-ci il), Norveç və İsveç isə onun assosiativ üzvünə
çevrildi (1972-1973-cü illər).
1978-ci ilin dekabrında Brüsseldə Avropa Valyuta
Sisteminin (AVS) yaradılması barədə saziş imzalandı və
1979-ci ilin mart ayının 13-ündə qüvvəyə mindi.
Avropa Valyuta Sisteminin qarşısında aşağıdakı vəzifələr
dururdu:
AB-nin tərkibində valyuta stabilliyinə nail olmaq;
İqtisadi inkişaf prosesinin konvergensiyasını
sadələşdirmək;
Sabitlik şəraitində sistemin işinə artım
strategiyasının əsas elementi statusunu vermək;
Beynəlxalq valyuta və iqtisadi münasibətlərə
sabitləşdirici təsir göstərmək.
Avropa Valyuta Sisteminin daha real nailiyyətləri:
EKYÜ-nün (Avropa Valyuta Vahidi)
müvəffəqiyyətli inkişafı.
Məhdud müddətdə valyuta kursunun dəyişdirilməsi
üçün razılaşdırılmış rejim, valyutanın nisbi sabitləşdirilməsi,
onların kurs nisbətləri.
16
Üzv dövlətlərin dəstəyi ilə maliyyə-kredit
mexanizminin inkişafı;
Beynəlxalq və milli iqtitasadi tənzimləmənin
elementləri.
Avropa Valyuta Sisteminin çatışmazlıqlarına
aşağıdakıları aid etmək olar:
Valyuta kurslarının dövri olaraq rəsmi
dəyişdirilməsi (1979-1993-cü illər ərzində 16
dəfə);
Avropa Valyuta Sisteminin zəifliyi üzv
dövlətlərin qeyri-bərabər iqtisadi strukturu ilə,
iqtisadi inkişaf, inflyasiya səviyyəsindəki, tədiyyə
balansının vəziyyətindəki fərqlərlə şərtlənir;
İqtisadi siyasətin koordinasiyası prosesində Avropa
Valyuta Sisteminin üzv dövlətləri öz milli orqanlarının
suveren hüquqlarını verməkdən boyun qaçırdı;
EKYÜ-nün buraxılışı Avropa İqtisadi Birliyinin
mərkəzi banklarının qarşılıqlı əməliyyatlarına olduqca
ciddi təsir göstərdi;
Avropa Valyuta Sisteminin fəaliyyəti daxili faktorlar ilə
mürəkkəbləşdi;
Dolların və dünya valyuta sisteminin qeyri-sabitliyi
Avropa Valyuta Sisteminə mənfi təsir göstərdi.
1990-cı ilin əvvəlində Avropa valyuta kursunun kəskin
dəyişməsi və ölkələrin təkbaşına öz gücləri ilə milli valyuta
kurslarının sabitliyini saxlaya bilməməsi Avropa ölkələrinin
Avropa Valyuta Sabitliyindən Avropa İqtisadi Valyuta
Birliyinə keçməsinə təkan oldu. 1988-ci ilin iyun ayında
17
Avropa Şurasınin növbəti sessiyası Hannoverdə komissiya
təşkil etdi. İqtisadi və Valyuta Birliyinin yaradılması barədə
tələbin hazırlanması komissiyaya həvalə olundu. 1989-cu ilin
aprel ayında Avropa Komissiya Nümayəndəliyi qrupunun
başçısı Jak Deloranın adına Delora məruzəsi qeyri-rəsmi adı
altında yekun sənəd imzalandı. Layihə müəllifləri Avropa
Birliyi daxilində kapitalın hərəkətini liberallaşdırmağı, üzv
ölkələrin maliyyə bazarlarını birləşdirməyi, milli valyutanın
tam konvertasiya edilə bilinməsinə nail olmağı, mübadilə
kursunu müəyyən etməyi, daha sonra isə Milli Valyuta
Vahidini Avropa Valyuta Vahidinə dəyişməyi təklif etdi.
Həmçinin Avropa Mərkəzi Bankını (AMB) yaratmaq və üzv-
dövlətlərin maliyyə vəziyyətini yoxlamaq üçün qaydaların
işlənib hazırlanması planlaşdırıldı. 1990-cı ilin iyun ayında
Avropa Birliyi proqramın reallaşdırılmasına başladı və rəsmi
olaraq Avropa Birliyi barədə müqavilə təsdiq etdi. 1990-cı
ildə Avropa Valyuta Sistemində artım baş verdi: ona Böyük
Britaniya, İspaniya, Portuqaliya daxil oldu. 1991-ci ildə Vahid
avropa valyuta məkanının yaradılması barədə Maastrix
müqaviləsi bağlanıldı. Müqaviləyə uyğun olaraq Avropa
Birliyi üzv hökümət başçıları valyuta birliyinin yaradılması
barədə danışıqlar apardı.
Mərkəzi Bankın Avropa Sisteminin təşkil olunması
yolunda son addımlar 1997-ci ildə “stabillik və iqtisadi artım
traktının” qəbul edilməsi, Avropa İqtisadi Valyuta Birliyinə
üzv dövlətlərin büdcə intizamının müəyyənləşdirilməsi,
həmçinin 1998-ci ildə Avropa İqtisadi Valyuta Birliyinə üzv
ölkələrinin tərkibinin təsdiq edilməsi, 1999-cu ilin 1 yanvar
18
ayından etibarən yeni ümumavropa valyutasının işə salınması
oldu. Onun tərkibinə ilk əvvəl Avropa Birliyinin 15 ölkəsindən
11-i daxil edildi: Avstriya, Belçika, Almaniya, Niderland,
İspaniya, İrlandiya, İtaliya, Lüksemburq, Portuqaliya,
Finlandiya və Fransa. Böyük Britaniya, Danimarka, İsveç isə
gözləmə mövqeyində idilər.
1998-ci ilin 25 may tarixində 11 üzv dövlətin höküməti
Avropa Mərkəzi Bankının prezidentini, vitse-prezidentini və
İcraçı müdiriyyətin 4 üzvünü təsdiq etdi. Onların təyinatı
haqqında əmr 1998-ci ilin iyun ayının 1-də qüvvəyə mindi.
Bu tarix Avropa Mərkəzi Bankının əsasının qoyulması tarixi
kimi qəbul edildi. Avropa İqtisadi Valyuta Birliyi planın
reallaşdırılması üçün əhəmiyyətli dərəcədə hazırlıq işlərini
həyata keçirdi və yerinə yetirilməsi mümkün olan əməliyyatlar
Mərkəzi Bankların Avropa Sistemi (MBAS) üzrə davam
etdirildi. Mərkəzi Bankların Avropa Sistemi (MBAS) (the
European System of Central Banks, ESCB) - üstmilli Avropa
Mərkəzi Bankından və Avropa Birliyi və Avropa İqtisadi və
Valyuta Birliyinə üzv dövlətlərin Milli Mərkəzi Banklarından
təşkil olunmuş beynəlxalq bank sistemidir.
Böyük Britaniya, Danimarka, İsveç Mərkəzi Bankları
MBAS-nin üzvləridir, lakin avrozonaya daxil deyillər. Onların
avrozona üçün vahid pul siyasətinin keçirilməsi ilə bağlı
qərarların qəbul edilməsində və digər qərarların
reallaşdırılmasında iştirak etmək hüququ yoxdur. Avrozona
ölkələrinin Milli Bankları Avropa Mərkəzi Bankının
qərarlarına qeyd - şərtsiz tabedir.
19
Mərkəzi Bankların Avropa Sistemi, Avropa Mərkəzi
Bankı və “avrozonanın” üzv ölkələrinin milli banklarını
özündə saxlayırdı. (cədvəl.1.2). Mahiyyət etibarı ilə Mərkəzi
Bankların Avropa Sistemi qarşısında duran məqsəd və
vəzifələrə çatmaq üçün Avropa Mərkəzi Bankının və Avropa
Birliyinə üzv dövlətlərin mərkəzi bankları arasındakı
münasibətlərin iyerarxik sistemini təmsil etməkdən ibarətdir.
Mərkəzi Bankların Avropa Sistemi və Avropa Mərkəzi Bankı
Nizamnaməsi haqqında protokolda bu təşkilatların 17 fevral
1992-ci ildən etibarən birliyin digər orqanlarından asılı
olmaması hüququ elan edildi.
20
Cədvəl 1.2.
Cədvəl 1.1. Mərkəzi Bankların Avropa sisteminin təşkilati
quruluşu
İdarə heyəti – Avropa Mərkəzi Bankının ən ali idarə
həlqəsidir. Ona İcraçı Şuranın 6 üzvü və avrozonanın 15 baş
Milli Bankı aiddir. İdarə Şurasına Avropa Mərkəzi Bankının
prezidenti rəhbərlik edir. Avropa Mərkəzi Bankının prezidenti
və İdarə Şurasının digər 5 üzvü səkkiz illik müddətə təyin
edilir. Müddət bitdikdən sonra şuranın heç bir üzvü yeni
müddət üçün təyin edilə bilməz. İdarə Şurasının hər bir
üzvünün müstəsna hal kimi nizamnamədə digər şərtlər nəzərdə
tutulmadığı halda yalnız bir səs hüququ nəzərdə tutulur. İdarə
Şurası qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər
olarsa rəhbər həlledici səsə malik olmuş olur. Bir qayda olaraq
Şura ayda iki dəfə iclas təşkil edir. İclas yeri adətən
Avropa Mərkəzi Bankı
Milli Mərkəzi Banklar
MBAS-nin idarəetmə sistemi
Ġcraçı Müdiriyyət
General ġura
MƏRKƏZĠ BANKLARIN AVROPA SĠSTEMĠ
Ġdarə Heyəti
21
Almaniyanın Frankfurt Mayn şəhərində keçirilir. Hər ay birinci
iclasda Şura iqtisadiyyatda və pul-kredit sferasında baş verən
dəyişikliklərə qiymət verməklə bərabər həm də pul siyasətinin
keçirilməsi ilə əlaqədar qərarlar qəbul edir. İkinci iclasda
əsasən başqa məsələlərlə bağlı suallar və Avropa Mərkəzi
Bankının və Avrosistemin cavabdehlik daşıdığı sahələr
müzakirə olunur.
İcraçı müdiriyyət bankın prezidentindən, vitse-
prezidentindən və avrozonaya daxil olan ölkələrin rəhbərlərinin
və dövlət başçılarının razılığı ilə nümayəndəliyi müəyyən
edilən 4 əlavə şəxsdən ibarətdir. İcraçı müdiriyyətin
funksiyalarına əsas istiqamət və qərarlara uyğun olaraq pul-
kredit və valyuta siyasətinin prinsiplərinin formalaşması,
həmçinin avrozonanın üzv dövlətlərinin Mərkəzi Banklarının
zəruri təlimatlarının hazırlanması daxildir.
General Şura – Mərkəzi Bankların Avropa Sisteminin
üçüncü rəhbər orqanıdır. O özündə Avropa Mərkəzi Bankının
prezidenti, vitse prezidenti və Avropa Birliyinin bütün 27
ölkəsinin baş milli və Mərkəzi Banklarını birləşdirir. Avropa
Mərkəzi Bankının General Şurası avrozonanın 15 ölkə
rəhbərindən və hələ ora daxil olmayan 12 ölkə rəhbərindən
ibarətdir. General Şura aşağıdakı funksiyaları yerinə yetirir:
Məsləhət;
Statistik məlumatların yığılması və işlənməsi;
AMB-nin fəaliyyəti ilə bağlı rüblük və illik
hesabatların, həmçinin, həftəlik birləşdirilmiş
maliyyə hesabatlarının hazırlanması;
22
Mühasibat uçotu və MMB-da həyata keçirilən
əməliyyatlar üzrə hesabatların standartlaşdırılması
ilə bağlı zəruri qaydaların işlənib hazırlanması və
qəbul edilməsi;
AMB-na işə qəbul üçün vəzifə üzrə təlimat və
qaydaların işlənib hazırlanması.
Avropa Mərkəzi Bankının prezidenti eyni zamanda üç
rəhbər orqanın: İdarə heyətinin, İcraçı Müdiriyyətin və
General Şuranın da sədri hesab olunur.
İdarə heyətinin rəhbərliyi altında 13 komitə işləyir:
mühasibat uçotu komitəsi
pul gəlirləri komitəsi;
bank nəzarəti üzrə komitə;
banknotlar üzrə komitə;
xarici əlaqələr komitəsi;
informasiya texnologiyaları komitəsi;
daxili auditorlar komitəsi;
beynəlxalq əlaqələr komitəsi;
hüquq komitəsi;
bazar əməliyyatları üzrə komitə;
pul siyasəti üzrə komitə;
kredit komitəsi
büdcə komitəsi.
Onlar Mərkəzi Bankların Avropa Sisteminin idarəedici
orqanlarının qərar qəbul etməsinə köməklik göstərir, həmçinin
daxili kooperasiyada böyük rol oynayır.
Mərkəzi Bankların Avropa Sisteminin (MBAS)
yaradılmasında əsas məqsəd qiymət sabitliyinin və Avropa
23
valyuta vahidinin saxlanılması idi. Bu məqsədi Avropa
Mərkəzi Bankının avrozonanın 15 üzv dövlətinin milli
mərkəzi bankı ilə birlikdə faiz dərəcəsinin qoyulması, xarici
mübadilə əməliyytalarının idarə edilməsi və xarici ehtiyatların
idarə edilməsi yolu ilə həyata keçirir.
Valyuta ehtiyatlarını Avropa Mərkəzi Bankı valyuta
müdaxiləsi keçirmək üçün istifadə edə bilər, nəzərə almaq
lazımdır ki, bu cür müdaxilələr etmək üçün ona müstəqil qərar
qəbul etmək hüququ verilib. Lakin, bu o demək deyil ki,
Avropa Mərkəzi Bankı (AMB) hər hansı xarici valyuta ilə hər
hansı bir kurs müəyyən etmək niyyətindədir. Belə ki, bu
qiymətin stabilliyini təmin etmək kimi prioritet vəzifə ilə
ziddiyyətə gətirib çıxara bilər. Bununla belə, avronun
kursunun Avropa Birliyindən kənar ölkələrlə müqayisədə
həddindən artıq kəskin və xaotik dəyişməsinin qarşısını almaq
məqsədilə Mərkəzi Bankların Avropa Sistemi (MBAS)
valyuta bazarına müdaxilə üçün texniki imkanlarla təchiz
olunub. Mərkəzi Bankların Avropa Sistemi (MBAS)
həmçinin, Avropa İqtisadi Valyuta Birliyinə üzv ölkələrinin
rəsmi qızıl valyuta ehtiyatlarını qoruyur və idarə edir.
Avropa Mərkəzi Bankı avro ilə ifadə olunmuş
banknotların emissiya olunmasına icazə vermək hüququ olan
yeganə təşkilatdır. Mərkəzi Bankların Avropa Sistemi Avropa
İqtisadi Valyuta Birliyi ölkələrində yeganə qanuni ödəniş
vasitəsi olan banknotları emissiya edir.
Avropa Mərkəzi Bankı Avropa Şurası və Avropa
Birliyinə üzv dövlətlərin hökümətləri ilə onun səlahiyyət-
lərinə daxil olan layihələr, ödəniş hesablaşma vasitələri, Milli
24
Mərkəzi Banklar, statistik rəqəmlər, kredit təşkilatlarının
sabitliyi, maliyyə bazarları və s. ilə bağlı məsləhətlər həyata
keçirir.
Mərkəzi Bankların Avropa Sistemi (MBAS) müstəqil
bank sistemini özündə birləşdirir. Idarəedici orqanların üzvləri
fəaliyyətlərini həyata keçirərkən Avropa Birliyi ölkələrinin və
xarici ölkələrin hökümət və dövlət orqanlarının təlimat və ya
qaydalarından istifadə etmək hüquqları yoxdur. Belə ki,
Avropa Birliyi institutlarının və Avropa İqtisadi Valyuta
Birliyinə üzv dövlətlərin hökümətlərinin Mərkəzi Bankların
Avropa Sisteminin fəaliyyətlərinə qarışmaq hüququ yoxdur.
Mərkəzi Bankların Avropa Sisteminin nizamnaməsində
aparılan siyasətin təhlükəsizliyini və Milli Mərkəzi Bankların
xarici təsirlərdən asılı olmadığını təmin etmək üçün aşağıdakı
hədlər göstərilmişdir:
AMB-nın rəhbəri vəzifəsində qulluq etməsinin
minimum müddəti - 5 il;
AMB-nın İcraçı Müdiriyyətnin üzvü vəzifəsində
qulluq etməsinin minimum müddəti - 8 il;
Yalnız fiziki qabiliyyətsizlik və ya vəzifənin
icrası zamanı ciddi səhvə yol verilən zaman
vəzifədə qulluq dayandırıla bilər;
Fəaliyyət zamanı suallar üzrə mübahisələr və
fikir ayrılıqları Avropa Məhkəməsinin
səlahiyyətindədir.
Avropa Mərkəzi Bankının və avrozonaya üzv dövlətlərin
maliyyə ili təqvimi Milli Mərkəzi Bankların maliyyə ili ilə üst-
üstə düşür. Avropa Mərkəzi Bankının illik hesabatı rəhbər
25
Şuranın təsdiqindən sonra dərc edilir. Birləşdirilmiş balans
hesabatı Mərkəzi Bankların Avropa Sisteminin üzv dövlətlərin
Milli Mərkəzi Banklarının aktiv və passivlərindən ibarət
olmalıdır.
Nizamnamə Avropa Mərkəzi Bankının və Mərkəzi
Banklara dövlət hüququ əsasında fəaliyyət göstərən
beynəlxalq (Avropa Birliyi Sistemində), dövlət, regional və
yerli orqan və təşkilatlara kredit verməsini qadağan edir.
Nizamnaməyə əsasən Mərkəzi Banklar Avropa Mərkəzi
Bankına kredit əsasında ümumi həcmi 50 mlrd EKYÜ
valyuta ehtiyatı təqdim etməli idilər. Hər bir mərkəzi bankın
payı onun Avropa Mərkəzi Bankının kapitalındakı payına
uyğun olaraq müəyyənləşir. Mərkəzi Bankların sərəncamında
qalan valyuta ehtiyatları beynəlxalq təşkilatlarla əlaqə zamanı
vəzifələrin yerinə yetirilməsi üçün istifadə olunur. Bu
ehtiyatlarla digər əməliyyatlar Avropa Mərkəzi Bankının
təsdiqi ilə həyata keçirilir. Fəaliyyətin əvvəlində Avropa
Mərkəzi Bankının xüsusi kapitalı 5 milyard EKYÜ (avro)
müəyyənləşdirilmişdi ki, bu halda bütün kapital Milli
Mərkəzi Banklara məxsus idi.
Avropa Mərkəzi Bankının xalis mənfəətinin bir hissəsi
yəni maksimum 20%-i ümumi ehtiyat fonduna köçürülür, qalan
xalis mənfəətin hissəsi isə kapitalda payı olan Mərkəzi
Bankların Avropa Sisteminə üzv dövlətlər arasında
proporsional qaydada bölüşdürülür. Mərkəzi Bankların
Avropa Sisteminin (MBAS) iqtisadi və monetar siyasətinin
əsas strateji istiqamətləri iqtisadi artımın və qiymətin
stabilliyinin təmin edilməsini stimullaşdırmaq və avrozonanın
26
beynəlxalq mövqeyini möhkəmləndirməkdən ibarətdir. AMB-
nın xüsusi kapitalı onun fəaliyyətinin əvvəlində 5 milyard
ekyü idi. Indi 5 milyard avrodur və yalnız Direktorlar şurasının
qərarı ilə sonralar artırıla bilər. Bütün kapital milli Mərkəzi
Banklara məxsusdur və hər birinin payı aşağıdakı üsulla
müəyyənləşdirilir: 50% - Avropa Birliyinin ümumi əhalisində
hər bir ölkənin xüsusi çəkisinə uyğun olaraq; 50% - Avropa
Birliyinin ümumi daxili məhsulunda ölkənin xüsusi çəkisinə
uyğun olaraq. Bu məlumatlar hər beş ildən bir təshih olunur.
AMB-nin təmiz mənfəətinin bir hissəsi (20%-dən çox
olmayaraq) ümumi vəsait fonduna köçürülür, qalıq AMB-nin
üzvləri arasında kapitala qoyulan haqlara mütənasib şəkildə
bölüşdürülür. AMBS-nin fnksiyaları istənilən digər Mərkəzi
Bankın funksiyaları kimidir. Lakin bu funksiyalar bir dövlətə
deyil, ölkələr qrupuna tətbiq olunur ki, bunlar aşağıdakılardır;
Avropa Birliyinin monetar siyasətinin müəyyənləşdiril-
məsi və həyata keçirilməsi;
Valyuta əməliyyatlarının idarəedilməsi;
Avropa Birliyinə üzv ölkələrin rəsmi valyuta
ehtiyatlarının saxlanması və idarə edilməsi (bu halda
valyuta ehtiyatlarının müəyyən hissəsi – «cari
balanslar» - iştirakçı ölkə hökumətlərinin sərəncamında
qalır);
27
ödəniş sisteminin normal fəaliyyətinin təmin edilmə-
sidir.
Avropa Mərkəzi Bankı (öz səlahiyyətləri çərçivəsində)
məsləhətçi funksiyaları yerinə yetirir, statistik məlumatları
toplayır və əsasən də beynəlxalq əməkdaşlıqda iştirak edir,
xüsusi halda, Avropa Birliyini beynəlxalq maliyyə təşkilat-
larında təmsil edir. Maraqlıdır ki, AMB-nın razılığı və istəyilə
bu təşkilatların işində Mərkəzi Banklar da iştirak edə bilər.
AMB-nin əsas funksional vəzifəsi Avropa Birliyinin vahid
monetar siyasətinin həyata keçirilməsidir. Bu vəzifə birlik
ölkələrində qiymətlərin stabilliyinin təmin edilməsinə
istiqamətlənmişdir. Avropa Mərkəzi Bankı inflyasiya məqsədi
qismində «avro zonası» üçün istehlak qiymətlərinin harmoniza-
siyalaşmış indeksindən (IQHI) istifadə edir. Fərdi milli
inflyasiya göstəriciləri «avro zonasında» monetar siyasət üçün
əhəmiyyət kəsb etmirlər. Məsələ bundadır ki, AMB valyuta
zonasındakı qiymətlərin orta inkişafına yalnız bərabərləşdirilə
bilir. Monetar siyasətin birinci fəsildə göstərilmiş növ təs-
nifatlarına uyğun olaraq, Avropa mərkəzi bankının fəaliyyətini
pul kütləsinin targetləşdirilməsinə aid etmək olar. Avropa
Mərkəzi Bankı M3 aqreqatını tövsiyəçi monetar yönəldicisi
qismində nəzərdən keçirir. 1998-ci ilin dekabrında M3 pul
aqreqatının artımının 1999-cu il üçün baza yönəldicisi 1999-cu
ilin dekabrında 4,5% səviyyəsində müəyyənləşdirilmişdir.
Daha sonra 2000-ci ilin dekabrında uyğun olaraq 2000-ci il və
2002-ci illər üçün yenidən təsdiq edilmişdir. Pul kütləsinin
ölçüsündən başqa, monetar siyasətin digər yönəldiciləri də və
28
eyni zamanda potensial obyektləri mövcuddur: qısamüddətli
faiz dərəcələri və valyuta kursu. Bu iki göstəricidən başqa, real
iqtisadi aktivliyin parametrləri, əmək haqları, qiymət və dəyər
indeksləri, qiymətli kağızların dəyərləri və büdcə-vergi
siyasətini də xarakterizə edən bəzi digərləri həmçinin
indikatorlara aid edilə bilər. Monetar siyasətin reallaşdırılması
zamanı AMB üç əsas alətdən istifadə edir:
açıq bazarda əməliyyatlar;
sutkalıq borcların təqdim edilməsi («overnayt»
kreditləri);
minimal məcburi ehtiyat normativinin tənzimlənməsi.
«dəqiq tənzimləmə» əməliyyatları zəruri hallarda
aparılır. Onların məqsədi faiz dərəcələrinə bazar
likvidliyi ölçüsündə gözlənilməz dəyişikliklərlə bağlı
təsirlərin hamarlaşdırılması və onların aradan
qaldırılmasıdır;
struktur əməliyyatlar bank sisteminə nəzərən AMB-nin
kifayət qədər uzun müddət üçün struktur mövqeyinin
təshih edilməsi məqsədilə aparılır. Əməliyyatlar
aktivlərin alışı üzrə qaytarılan və qəti sövdələşmələr
yolu ilə, aktivlərin qəti satışı və AMB-nın borc
sertifikatlarının buraxılması yolu ilə qeyri-müntəzəm
şəkildə həyata keçirilir. Açıq bazardakı
əməliyyatlar likvid vəsaitlərin tələb və təkliflərinin
tənzimlənməsinə istiqamətlənmişdir. AMB-də açıq
bazardakı əməliyyatların aşağıdakı növünü fərq-
ləndirirlər.
29
1. Əsas yenidən maliyyələşdirilmə əməliyyatları bank
sisteminə likvid vəsaitlərin qaytarılmaq şərti ilə
verilməsi üzrə AMB-nin fəaliyyətini təmsil edir və
bazar faiz dərəcələrinin dinamikasına təsir göstərir;
2. Uzunmüddətli maliyyələşdirmə əməliyyatları da həmçi
nin maliyyə sektoruna likvidliyin verilməsi üçün
nəzərdə tutulmuşdur, lakin əsas əməliyyatlarla müqa-
yisədə daha uzun müddəti əhatə edir. Bundan başqa,
bu əməliyyatların həyata keçirilməsi zamanı AMB
bazarın xəbərdar edilmə məqsədini və bazar faiz
dərəcələrinin idarə edilmə məqsədini daşımır. Əksinə,
artıq təşəkkül tapmış faiz dərəcələrindən istifadə edir;
3. Sutkalıq borclar və depozitlər bazar iştirakçılarının
ümumi vəziyyət barədə və AMB-nin kreditləri və de-
pozitləri üzrə «overnayt» bazar dərəcələrinin yuxarı və
aşağı hüdudlarının müəyyənləşdirilməsi yolu ilə
monetar siyasətin istiqaməti barədə xəbərdar edilməsi
mexanizmi vasitəsilə bazarda sutkalıq likvidliyin
doldurulması və ya aradan qaldırılması üçün nəzərdə
tutulmuşdur. Avropa Mərkəzi Bankının səlahiyyətləri
çərçivəsində mühüm yeri «avro zonası» nın üzv
ölkələrinin kredit institutları üçün minimal ehtiyat
tələblərin müəyyənləşdirilməsi tutur. Söhbət o
vəsaitlərdən gedir ki, həmin institutlar bu vəsaitləri
AMB-nin və Milli Mərkəzi Bankların hesablarında
saxlamalıdırlar. Bu tələblərin pozulması zamanı AMB
cərimələrə və digər sanksiyalara müraciət etmək
hüququna malikdir.
30
AMB tərəfindən 1999-cu ildə müəyyənləşdirilmiş məc-
buri ehtiyat norması bankların qısamüddətli öhdəliklərinin 2%-
i səviyyəsində yerləşir.Avropa Mərkəzi Bankı Mərkəzi Banklar
üçün adi olan əməliyyatlarla məşğul ola bilər. Bunlar maliyyə
institutlarına kreditlərin, o cümlədən lombard kreditlərin (yəni
qiymətli kağızların girovu ilə) təqdim edilməsi, istənilən
valyutada, o cümlədən AVS-nə daxil olmayan ölkələrin
valyutasında ifadə olunmuş müxtəlif maliyyə alətləri ilə,
həmçinin qiymətli metallarla açıq bazar əməliyyatların həyata
keçirilməsidir. Milli mərkəzi banklar da AMB-nin hazırladığı
ümumi prinsipləri rəhbər tutaraq belə əməliyyatları həyata
keçirə bilərlər.
Nizamnamə Avropa Mərkəzi Bankına və Milli Bank-
lara dövlətlərarası (Avropa Birliyi sistemində), dövlət, regional
və yerli hakimiyyət orqanlarının və dövlət hüququ əsasında
fəaliyyət göstərən təşkilatların kreditləşdirilməsini (istənilən
formada) qadağan edir. Lakin bu qadağa dövlət kredit
institutlarına aid edilmir və bu halda dövlət kredit institutları
şəxsi kredit institutları kimi nəzərdən keçirilir. Avropa Mərkəzi
Bankı və Milli Mərkəzi Banklar digər ölkələrin Mərkəzi
Bankları və maliyyə institutları ilə, beynəlxalq təşkilatlarla
əlaqə yaradıb onlarla bank əməliyyatlarının bütün növlərini
həyata keçirə bilərlər və bu zaman istənilən maliyyə
aktivlərindən və valyutalardan istifadə edə bilərlər. Aşağıdakı
institutlara AMB-nın «qarşılığı» qismində xüsusi rol verilir.
Iqtisadiyyat və maliyyə üzrə nazirlər soveti (EKOFIN) iqtisadi
siyasətin ümumi koordinasiyasına cavabdehdir. O, iqtisadi
kursun müəyyənləşdirilməsi üzrə qərarlar qəbul edir,
inflyasiya, dövlət büdcələri, valyuta kursları və əhalinin
31
məşğulluğu üzrə ümumi məqsədləri qeyd edir, milli
konvergensiya proqramları əsasında və Avropa Birliyi
komissiyasının konvergensiyanın vəziyyəti barədə hesabatı
əsasında üzv dövlətlərin iqtisadi siyasətlərini müzakirə edir,
hansı ölkələrin hədsiz büdcə kəsirinə malik olmasını təyin edir
və vəziyyətin nizamlanması üzrə tədbirləri onların hər
birinə tövsiyə edir. Xüsusi önəm verilən digər institut «Avro
şurası -11» -dir. Bu institut 1998-ci ilin iyun ayında meydana
gəlmiş və 2001-ci ildə «Avro şurası-12»-ə çevrilmişdir.
Avronun tətbiqi ilə 1999-cu ildə yanvarın 1-də 34 üzvdən
ibarət İqtisadiyyat və maliyyə komitəsi (İMK) yaradılmış və
Avrapa Birliyi Valyuta komitəsini əvəz etmişdir. Fransa
xəzinəsinin o dövrdəki rəhbəri Jan Lemyer İqtisadi və maliyyə
komitəsinin sədri seçilmişdir. Avropa Mərkəzi Bankı üzv
ölkələrin Mərkəzi Banklarına qarşılıqlı təsir göstərir, onların
hər biri üçün emissiya dərəcəsi müəyyənləşdirir. Milli Mərkəzi
Banklara Avropa Mərkəzi Bankının icazəsi olmadan
beynəlxalq təşkilatlarla öz valyuta əməliyyatlarını aparmağa və
xarici ehtiyatların aktivləri ilə əməliyyat aparmağa icazə
verilmir. Mərkəzi Bankların Avropa Sistemindən (MBAS)
asılı olmayan və paralel 2 Avropa Mərkəzi Bankı mövcuddur
və fəaliyyət göstərir.
1. Avropa Ġnvestisiya Bankı.
Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma müqaviləsinə
əsasən təsis edilmişdir. Onun nizamnaməsi Avropa Birliyi
Müqaviləsinin tərkib hissəsini təşkil edir. Bankın vəzifələri
Avropa Şurasının qərarı əsasında müəyyənləşdirilir. Avropa
İqtisadi Birliyi maliyyə muxtariyyətli və müstəqil hüquqi
təşkilat kimi çıxış edir. Avropa İqtisadi Birliyinin üzvləri
32
Avropa Birliyi ölkələridir. Avropa İqtisadi Birliyinin qərargahı
Lüksemburqda yerləşir. Avropa İqtisadi Birliyi Avropa Birliyi
ölkələrində investisiya həyata keçirir. O həmçinin inkişaf
etməkdə olan ölkələrə və Mərkəzi və Şərqi Avropa ölkələrinə
borc verir. Ehtiyatların mənbəyi, nizmanamə kapitalı (62 mlrd.
avrodan çox), istiqrazların buraxılışı və ehtiyatlardandır.
Avropa İqtisadi Birliyinin rəhbər orqanı Avropa
Birliyinin üzv dövlətlərinin Maliyyə Nazirliyinin tərkibində
İdarəedici Şuralarıdır ki, bunlar da kredit siyasətini
müəyyənləşdirir, illik balansı təsdiq edir, kredit və
zəmanətlərin verilməsi ilə baglı qərarları qəbul edir, faiz
dərəcələrini müəyyənləşdirirvə həmçinin Avropa İqtisadi
Birliyində 3% səhmə sahib olmaqla Avropa Bankının
kapitalının yenidənqurulmasında və inkişafında da iştirak edir.
2. Avropa Yenidənqurma və ĠnkiĢaf Bankı (AYĠB)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1990-cı
ildə hökümətlərarası sazişə əsasən yaradılmışdır. AYİB kredit
reytinqli beynəlxalq maliyyə təşkilatıdır. AYİB-nə 60 ölkə
üzvdür. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
qərargahı Londonda (Böyük Britaniyada) yerləşir. Bankın
institusional üzvlərinə Avropa Birliyi və Avropa İqtisadi
Birliyi daxildir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
nizamnamə kapitalı 20 milyard avrodan çox təşkil edir.
Avropa Birliyi üzvləri nizamnamə kapitalında 51% hissəyə,
Mərkəzi və Şərqi Avropa ölkələri 14%, qalan Avropa ölkələri
11%, Avropa ölkəsi olmayan dövlətlər 24% hissəyə
malikdirlər. Ən çox paya ABŞ (10%), Böyük Britaniya,
33
Almaniya, İtaliya, Fransa və Yaponiya (hər biri 8,5%)
malikdir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
əsas məqsədləri aşagıdakılardır:
Bazar iqtisadiyyatına keçidi dəstəkləmək üçün
yalnız Mərkəzi və Şərqi Avropa ölkələrində
əməliyyatların aparılması;
Xüsusi sahibkarlığın inkişafına yardım;
Kommersiya banklarının funksiyalarının və
kommersiya banklarının inkişafının
əlaqələndirilməsi.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
rəhbər orqanı İdarəedici Şuradır. İdarəedici Şura aşağıdakı
məsələləri həll edir:
yeni üzvlərin qəbulu və ya iştirakının dayan-
dırılması,
balansın təsdiq edilməsi,
gəlirin bölüşdürlməsi,
digər beynəlxalq təşkilatlarla əməkdaşlığın
inkişafı.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
içraçı orqanı Direktorlar Şurasıdır. Direktorlar Şurası bankın
cari suallarına cavab verir, kredit, zəmanət, investisiyaların
verilməsi barədə qərarlar qəbul edir və Avropa Yenidənqurma
və İnkişaf Bankının büdcəsini təsdiq edir. Şura 23 üzvdən
ibarət olmaqla təşkil olunmuşdur. Hüquqi müstəqilliklərinə
baxmayaraq hər iki bank Avropa İqtisadi Birliyi və Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB) bir çox praktiki
34
fəaliyyət istiqamətlərində bir-birini tamamlayır və bütün
Avropa Sistemi ilə əlaqədə olduğu kimi, onun komponentləri
olan Avropa Mərkəzi Bankı və Avropa Ölkələrinin Milli
Bankları ilə də sıx qarşılıqlı əlaqədədir.
1.2. BÖYÜK BRĠTANĠYA VƏ ġĠMALĠ ĠRLANDĠYA
BĠRLƏġMĠġ KRALLIĞININ BANK SĠSTEMĠ
Böyük Britaniya və Şimali İrlandiya Krallığı 4 iri
ərazidən ibarətdir: İngiltərə, Şotlandiya, Uels və Şimali
İrlandiya. Böyük Britaniya ən çox inkişaf etmiş qərb
dövlətlərindən biridir. Böyük Britaniyanın funt sterlinq pul
vahidinin Britaniya adalarında meydana gəlməsi mərkəzləşmiş
dövlətin yaranmasından əvvəl baş vermişdir. Hələ norman
işğalından (1066-cı il) əvvəl yerli əhali gümüş penslərdən,
yaxud sterlinqlərdən istifadə edirdi. Gümüşün bir funtundan
240 pens kəsilirdi. «Funt sterlinq» adı da məhz buradan
yaranmışdır. Funt da öz növbəsində 20 şilinqə bölünürdü. Hər
bir şillinq uyğun olaraq 12 pensə bərabər idi. XIII əsrdə
şillinqlər ilk dəfə pul şəklində kəsilmiş, artıq XIV əsrdə
dövriyyədə qızıl funtlar peyda olmuşdur. Məsələ bundadır ki,
daha tam çəkili pullar ayrı - ayrı şəxslər tərəfindən dövriyyədən
çıxarılır və sərvət şəklində toplanırdı, yəni tezavrasiya olunur-
du.Pulların qiymətdən düşməsinə qarşı əhalinin bu təbii
reaksiyası sonralar «Qreşem qanunu» adını aldı. Qreşem
kraliça Yelizaveta dövründə hökumətin pul məsələləri üzrə
məsləhətçisi idi. 1717-ci ildə sikkəxananın müdiri dahi fizik
İssak Nyuton funtun qızıl tərkibini müəyyənləşdirdi
35
(7,3222382 q). Funtun bu tərkibi 1931-ci ilə kimi dəyişməz
qaldı. Qızıl standartın rəsmi deklarasiyasına qədər Böyük
Britaniya dünya birliyində dominant mövqe tuturdu.
Müstəmləkə regionların iqtisadiyyatlarına yatırılan
investisiyalar sayəsində və hazır məhsulların ixracatçısı,
xammalın idxalatçısı kimi müstəsna vəziyyətinə görə Böyük
Britaniya bu mövqeyini saxlaya bilirdi. Bir çox ölkələr öz
rəsmi ehtiyatlarını monetar qızıl formasında və ya London
bankının depozitlərində saxlayırdılar. O dövrdə Londonda
depozitlərdəki funt strelinqlər monetar qızıla bərabər tutulurdu.
Faktiki olaraq, müxtəlif ölkələrin valyuta kurslarının ingilis
funtuna nəzərən sərt fiksasiyası mövcud idi. Əksər dövlətlərin
monetar siyasəti Britaniyanın monetar siyasətindən asılı
vəziyyətdə idi. Faiz dərəcələrinin Londondakı hər bir dəyişik-
liyi Bombeyin, Sinqapurun, Yoxannesburqun və Nyu-Yokun
valyuta və fond bazarlarında dəyişikliklər törədirdi. Böyük
Britaniyanın valyuta sferasındakı üstünlüyü qızıl və gümüş
istifadəsinin paralel şəkildə zəifləməsi, sönməsi ilə və gümüşün
qızıl tərəfindən sıxışdırılması ilə müşayiət olunurdu.
Dörd əsr ərzində mövcud olan bimetallik pul sistemi 1816-cı
ilin qızıl standart qanunu ilə ləğv edildi. Lakin yeni sistemin
fəaliyyətinin təmin edilməsi üçün metalın çatışmazlığı
səbəbindən banknotların qızıla mübadiləsi və qızıl pulların
kəsilməsi yalnız 1821-ci ildə həyata keçirilməyə başladı. 1821-
ci ildən 1914-cü ilə kimi Ingiltərədə qızıl standartın qızıl sikkə
pul sistemi kimi forması fəaliyyət göstərirdi. Banknotların
emissiyası 1844-cü ildən başlayaraq, demək olar ki, 100%
qızılla təmin olunurdu. Fidusiar, yəni təmin edilməmiş və
36
etibara əsaslanmış emissiya həmin dövrdə illik 14 milyon funt
sterlinqi aşmamalı idi. Qızıl soveren, yaxud 20 şillinqlik sikkə
7,98805 qram ağırlığında idi və 0,9162 əyarına malik idi. 1914-
cü ildə xəzinə soverenin əvəzinə 1 funt sterlinq və 10 şillinq
dəyərində banknotlar buraxdı. 1928-ci ildə bu banknotların
buraxılma funksiyasını İngiltərə Bankı öz üzərinə götürdü.
XX əsrin əvvəlində Britaniya iqtisadiyyatı üçün kapitalın
böyük ixracı xarakterik idi. 1904-1913-cü illərdə kapitalın
ixracatı demək olar ki, daxili kapital yatırımlarına bərabər idi.
Britaniya imperiyasının ölkələri onun xarici investisiyalarının
təqribən yarısını udurdu. Kapital yığımının xüsusiyyəti Böyük
Britaniya iqtisadiyyatına daxili kapital yatırımlarının maliy-
yələşdirilməsində müstəmləkə və xammal şirkətlərinin aktiv
iştirakı idi. 1910-1914-cü illərdə xarici investisiyalardan gələn
təmiz gəlir ölkənin ÜDM-nin 8%-ni üstələyirdi. 1914-ci ildə
hökumət hərbi xərclərin ödənilməsi üçün banknotların qızıla
mübadiləsini ləğv etdi, qızıl pulları dövriyyədən çıxararaq,
xəzinə biletlərini buraxmağa başladı. Hökumət öz hərbi
xərclərinin maliyyələşdirilməsi üçün xəzinə biletlərinin
emissiyasından aktiv şəkildə istifadə edirdi. Müharibə
dövründə bu emissiyanın ümumi məbləği 346 milyon funt
sterlinq təşkil etmişdir. Bu, dövriyyədə olan bütün pul
nişanlarının təqribən 9/10 hissəsi idi. Kağız pulların artımı ilə
birlikdə dövriyyənin kredit vəsaitlərinin kütləsi də artdı. Onun
əsas mənbəyi hökumət istiqrazları idi. Elə bu səbəbdən də
İngiltərənin dövlət borcu 1914-cü ildən 1919-cu ilə kimi 11
dəfə artmışdır (0,7 milyard funt sterlinqdən 7,9 milyard funt
sterlinqə qədər). I-ci Dünya müharibəsində İngiltərənin xarici
37
iqtisadi mövqeləri çox zəiflədi. Buna səbəb digər ölkələr
tərəfindən aktiv şəkildə həyata keçirilən «valyuta dempinqi»
idi. Funt sterlinq kursunun ABŞ dollarına nəzərən düşməsi
səbəbindən Ingiltərənin kapital yatırımları qiymətdən düşürdü.
1919-cu ilin aprelində Ingiltərə öz valyutasının qızıla
mübadiləsini dayandıraraq onun «üzən» kursunu tətbiq etmək
məcburiyyətində qaldı. «Üzmə» prosesində funt sterlinq
dollara nəzərən orta hesabla 10% qiymətdən düşdü. 1920-ci
ildə gümüş pullarda təmiz gümüşün miqdarı 50%-ə qədər
azalmışdır. Buna səbəb gümüşün qiymətinin yüksəlməsi idi.
1925-ci ildən 1931-ci ilə kimi qızıl külçə standartı mövcud
olmuş və indiyə kimi fəaliyyət göstərən xırdalanmayan kredit
pullar sistemi ilə əvəzlənmişdir. 1925 -1928-ci illərdə pul
islahatı keçirilmiş və bu islahat dövründə xəzinə biletləri
dövriyyədən çıxarılmışdır. Ingiltərə Bankına 260 milyon funt
sterlinq həcmində banknotların fidusiar emissiya hüququ
verilmişdir. Bu məbləğdən yuxarı həcm üçün parlamentin
təsdiqi ilə xəzinənin icazəsi tələb olunurdu.
1931-ci ildə Böyük Britaniya sterlinq blokuna rəhbərlik etdi.
Ikinci Dünya müharibəsinin əvvəlində bu blok sterlinq
zonasına - dünya ticarət dövriyyəsinin təqribən altıda birini
əhatə edən iri valyuta zonasına çevrildi. Dollar standartının
tətbiqindən sonra ikinci ehtiyat valyutadan istifadə etmiş ölkə
kimi mövqeyini itirən Böyük Britaniya 1970-ci illərin axırla-
rında sterlinq zonasının qəti iflasından sonra da beynəlxalq
valyuta mühitində xüsusi yer tutmaqda davam edirdi.
1939-cu ilin sentyabrında Ingiltərə Bankının qızıl ehtiyatı
xəzinənin sərəncamına verilmiş və oradan da ingilis hərbi
38
sifarişlərinin ödəniş hesabı ilə ABŞ-a göndərilmişdir. Nəticədə
ölkədəki pul emissiyası qızılla əlaqəsini itirmiş və tamamilə
fidusiar olmuşdur. Onun yeganə təminatı hökumətin
öhdəlikləri idi, ölçüləri isə ödəniş dövriyyəsinin və dövlətin
monetar siyasətinin tələbləri ilə diktə edilməyə başlamışdı.
Ikinci Dünya müharibəsi dövründə Ingiltərənin pul dövriyyəsi
dövlətin hərbi xərclərinin maliyyələşmə tələblərinə uyğunlaşa-
raq çox artdı. Bununla belə, hərbi xərclərin maliyyələşməsində
vergilərin yüksək payı (təqribən 40%) pul kütləsinin artımına
ləngidici təsir göstərirdi. Bu dövrdə pul kütləsinin artımı
Birinci Dünya müharibəsi illəri ilə müqayisədə ümumilikdə
daha az idi. 1939-cu ildən 1945-ci ilə kimi bank depozitlərinin
ümumi məbləği 2,4 milyard funt sterlinqdən 4,6 milyard funt
sterlinqə qədər, banknotların ümumi məbləği isə 0,5 milyard
funt sterlinqdən1,3 funt sterlinqə qədər artmışdır. Qiymətlərin
artımı nisbətən mülayim (75%) idi. Bu isə qiymətlərə dövlət
tərəfindən göstərilən nəzarət sayəsində mümkün olmuşdur.
1971-ci il 28 iyul tarixli qanuna müvafiq olaraq, əvvəllər
buraxılan pullar –krona (kraun), ikiqat florin, florin, şillinq və
altıpenslik – yenidən dövriyyəyə 25, 20, 10, 5, 2,5 yeni pens
dəyərində buraxılmışdır. 1980-ci ildə altıpenslik, 1990-cı ildə
isə 5 şillinq dəyərində pul dövriyyədən çıxarılmışdır. İngiltərə
Bankı 5,10, 20 və 50 funt sterlinq dəyərində banknotlar
buraxır. Ingiltərə Bankının banknotları Ingiltərədə və Uelsdə
qanuni ödəniş vasitəsidir. Şotlandiyanın və Şimali Irlandiyanın
bankları banknotları buraxmaq hüququnu saxlamışlar.
Böyük Britaniyanın iqtisadi sisteminin, o cümlədən pul və
valyuta sistemlərinin dəyişdirilməsinin mühüm istiqaməti
39
təsərrüfatın qeyri - tənzimlənməsi oldu. Böyük Britaniya ilə
digər ölkələr arasında kapitalın hərəkətini məhdudlaşdıran
valyuta nəzarəti 1979-cu ildə ləğv edildi. 1986-cı ilin
oktyabrında London fond birjasının yenidən təşkili həyata
keçdi və iqtisadi ədəbiyyatda «böyük partlayış» adını aldı.
Minimal qeyd olunmuş komisyon haqları sadələşdirildi,
banklar və xarici müəssisələr üçün birjaya yol açıldı, birja
üzvlərinə broker və cobber funksiyalarını birləşdirmək icazəsi
verildi (yəni əməliyyatları öz hesabına aparmaq).
Qeyri-tənzimlənmə prosesi banklar tərəfindən göstərilən
maliyyə xidmətlərinin artıq çoxdan bəri inkişaf edən diversifi-
kasiya tendensiyasını və onların fəaliyyətlərinin universallaş-
dırılma tendensiyasını gücləndirdi. Nəticədə Böyük Britaniya
iqtisadiyyatı dünyanın ən qeyri-tənzimlənən iqtisadiy-
yatlarından biri oldu. Ölkə «azadlıq indeksi» adlı göstərici üzrə
altıncı yerdədir (102 dövlətdən) və Sinqapurdan, Yeni
Zelandiyadan, ABŞ-dan, Isveçrədən və Malayziyadan sonra
gəlir. 1980-ci illər ərzində Böyük Britaniya monetar siyasətin
müəyyən formasını – pul kütləsinin targetingləşmə formasını
həyata keçirirdi. Pul targetinqinin digər formalardan əsas
üstünlüyü aşağıdakılardır: mərkəzi bank tərəfindən milli
prioritetlərin nəzərə alınması ilə monetar siyasəti təshih etmək
imkanı, inflyasiyanın xaricilərdən fərqli olan məqsədli
göstəricilərini müəyyənləşdirmək imkanı və xarici sarsıntılara
qarşı durmaq qabiliyyəti. Siyasət müəyyənləşdirilmiş pul
aqreqatlarının dövri şəkildə elan edilməsi yolu ilə inflyasiya
gözləmələrinə təsir göstərir və bununla da seçilmiş siyasəti
həyata keçirməklə bağlı hakimiyyətin arzusunu və qabiliyyətini
40
təkzib edir və ya təsdiq edir. Lakin 1990-cı illərin əvvəllərində
hökumət əmin oldu ki, pul kütləsinin artımına nəzarəti həyata
keçirmək çox çətindir.Inflyasiya ilə mübarizənin yeni aləti kimi
funtun mübadilə kursunun stabil alman markasına bağlılığı,
yəni tarqetingləşmə (bax: fəsil 1) seçilmişdir. Nəticədə Böyük
Britaniya inflyasiyanın 1990-cı ildə 10%-dən 1992-ci ildə 3%-
ə qədər aşağı salınmasına müvəffəq olmuşdur. Lakin Mübadilə
kurslarının Avropa Mexanizminin (MKAM) böhranı
səbəbindən Böyük Britaniya 1992-ci ildə mübadilə kursunun
targetinq siyasətindən imtina etdi. Bu böhran britaniyalılar
üçün yaxın gələcəkdə avronu tətbiq etmək imkanını aradan
qaldırdı.1990-cı ildə Almaniyanın birləşməsi və AB-nin
bununla bağlı potensial xərcləri Avropa Birliyinin digər
ölkələri üçün iki il ərzində maliyyə cəhətdən qeyri-stabillikdən
xəbər vermirdi. Valyuta kurslarının tənzimlənmə sisteminin
yaxınlaşacaq iflasından xəbər verən ilk əlamət (eyham) 1992-ci
ildə «Bundesbank»ın prezidenti Şleyzinqerin çıxışı oldu.
Şleyzinqer nüfuzlu iclasların birində bildirdi ki, investorlar
vahid Avropa valyutasının stabilliyinin bərabər səviyyədə
bütün Avropa valyutalarının zənbilindən asılı olmasını hesab
edirlərsə, səhv edirlər. Bu eyham birinci növbədə həmin dövrdə
pis vaxtlarını yaşayan italyan birjasına aid idi. Şleyzinqer əlavə
etdi ki, əgər Avropa valyutası avro yox, marka olsa, bu daha
yaxşı hesab edilər. Dünyanın məşhur alverçisi və möhtəkiri
Corc Soros bu bəyanata dərhal reaksiya verərək öz kapitallarını
liranın zəifləməsinə yönəltdi. Sorosun hərəkətləri zəncirvari
reaksiya yaratdı. Maastrixt müqaviləsinin müdafiəsi ilə bağlı
məsələnin səsvermə nəticələri mənfi olacağı halda AB-nin
41
monetar inteqrasiyasının üstündən xətt çəkilərdi. Bu hadisənin
əvvəlində AB-nin əsas lokomotivindən – alman markasından
asılı olan funt avqustun 26-da Mübadilə kurslarının Avropa
mexanizminin aşağı sərhədinə qədər düşdü. Nəticə olaraq,
Böyük Britaniya sərbəst möhtəkirçi kapitalların hücumu üçün
obyekt rolunu oynamağa başladı. Funtun gücünü saxlamağa
çalışan ingilis hökuməti dərəcələrin 2% qaldırılması barədə
qərar çıxardı. Nəticədə möhtəkirlərin valyuta hücumu daha da
gücləndi. Faiz dərəcələri günorta qaldırılmış, axşam isə ingilis
funtu özünün MKAM-dakı üzvlüyünü dayandırmışdır. Sorosun
ingilis funtu ilə həyata keçirdiyi əməliyyat ona iki gün ərzində
2 milyard dollar gətirdi. Bu əməliyyat Forex beynəlxalq
valyuta bazarında ən böyük uğur hesab olunur. 1993-ci ildən
başlayaraq, Ingiltərə antiinflyasiya siyasətinin - qısamüddətli
faiz dərəcələrinin dəyişdirmə siyasətinin digər elementindən
istifadə etməyə başladı. Elə həmin ildə də Ingiltərə Bankı yeni
dərəcələrin tətbiq olunma vaxtını müəyyənləşdirmək imkanı
əldə etdi, 1997-ci ildən başlayaraq isə faiz dərəcələrinin
dəyişilməsi barədə müstəqil qərar çıxarmaq hüququ aldı. ABŞ
dollarına nəzərən funt sterlinq kursunun dinamikası funt
sterlinqin mərhələli şəkildə düşməsini nümayiş etdirir. Belə ki,
1991-ci ildə 1 funt sterlinq 1,76 dollara bərabər idisə, 1998-ci
ildə 1 funt sterlinqə görə 1,65 dollar verirdilər. 2001-ci ilin
iyununda Böyük Britaniyada parlament seçkiləri ərəfəsində
ingilis funt sterlinqinin kursu dollara və digər əsas valyutalara
nəzərən kəskin şəkildə düşdü. London valyuta bazarının bağ-
lanması zamanı 2001-ci ilin iyun ayında funtun kursu dollara
nəzərən son 15 ildə ən aşağı səviyyəyə düşdü. Həmin dövrdə 1
42
funta 1,3915 dollar verilirdi. Birləşmiş Krallıq bazar
iqtisadiyyatında nümunəvi təcrübəyə malikdir: burada bazar
istehsal münasibətləri yaradılmış, ilk beynəlxalq təşkilatlar
meydana gəlmişdir. Birləşmiş Krallıq yüksək inkişaf etmiş
sənaye ölkəsidir. Ölkənin əhalisi 61 milyona çatmışdır. Böyük
Britanyanın pul vahidi funt-sterlinqdir.Maliyyə-iqtisadi
göstəriciləri iqtisadi-təşkilati amillərin, eləcə də səmərəli bank
sisteminin köməkliyi ilə əldə edilmişdir.
Böyük Britanya və Şimali İrlandiya Krallığının bank
sistemi dünyanın ən qədim və inkişaf etmiş sistemlərinə aiddir.
O,yaxşı təşkil olunmuş və inkişaf edilmiş bazar
infrastrukturuna malikdir və dünyanın əsas maliyyə mərkəzi
ilə sıx əlaqəsi olan Londondakı böyük maliyyə bazarına
əsaslanır.
İngiltərənin bank statistikası maliyyə institutlarını 2
qrupa ayırır:
1. Həqiqi bank sektoru
2. Bank olmayan maliyyə təşkilatları (cədvəl 1.3)
Cədvəl 1.3
Bank sektoru
Kommersiya bankları
(o cümlədən klirinq
bankları);
Mühasibatlıq;
Ticarət bankları;
43
Xarici və konsorsium
banklar;
Bank olmayan maliyyə
təĢkilatları
ĠnĢaat cəmiyyəti;
Sığorta Ģirkətləri;
Ġnvestisya Ģirkətləri;
Pensiya fondları;
Kredit birlikləri;
Cədvəl 1.3. Böyük Britanyanın Maliyyə İnstitutları
Digər ölkələrin Mərkəzi Bankları kimi İngiltərə Bankı da
hazırki dövrdə maliyyə və iqtisadi dəyişikliklərin mərkəzində
dayanır. İngiltərə Bankının yerinə yetirdiyi çoxsaylı
funksiyaları iki yerə ayırmaq olar:
1. Bankların vəziyyətindən irəli gələn birbaşa
peşəkar vəzifələr (depozit-ssuda, hesablaşma və emissiya
əməliyyatları);
2. Nəzarət funksiyası. Onun köməyi ilə Bank iqtisadi
proseslərin hərəkətinə təsir etməyə çalışaraq pul-kredit
sisteminə dövlət tərəfindən müdaxiləni təmin edir.
İngiltərə Bankı əsasən qanun normalarına deyil, adətlərə
əsaslanan bir rolda çıxış edir. Bank-kredit təşkilatlarının
fəaliyyətini reqlamentləşdirən müxtəlif qayda və prosedurlar,
İngiltərə Bankı və bu təşkilatlar arasında “Centlmen Sazişi”
qaydası ilə müəyyən olunur. Hökümət, onun Mərkəzi Bankı və
44
özəl bankları arasındakı qarşılıqlı əlaqəli xüsusiyyətlər
İngiltərə Bankını həm də Sitinin “sağ əli” və təmsilçisi kimi
xarakterizə etməyə icazə verir. İngiltərə Bankının bu ikitərəfli
rolu hökümətə daha dərin vasitələrlə müstəqil pul kredit
siyasəti keçirməyə imkan verir. Sitinin maliyyə elitasının əsas
xüsusiyyəti odurki, onların maraqları hər bir ölkə və hər bir
iqtisadi kursa görə müdafiə edilir.
Qeyd etdik ki, İngiltərə Bankının yerinə yetirdiyi
çoxsaylı funksiyalar mövcuddur. Lakin onların hər biri üç
əsas məqsədə nail olmaq üçün təklif olunub.
1) Hökümətlərin razılığı ilə əsasən bazarda
əməliyyatların köməyi ilə milli valyutanın dayanıqlılığının
saxlanması, başqa sözlə pul siyasətinin həyata keçirilməsi;
2) Banklara və Siti maliyyə bazarının digər
iştirakçılarına birbaşa nəzarət etməklə maliyyə sisteminin
sabitliliyinin təmin edilməsi, həmçinin ödəniş sisteminin
dayanıqlılığının və səmərəliliyinin təmin edilməsi;
3) Ölkə daxilində maliyyə sisteminin səmərəliliyinin
və rəqabət qabiliyyətliliyinin təmin edilməsi və yüksəldilməsi
və London Sitinin beynəlxalq aparıcı maliyyə mərkəzi
səviyyəsində mövqeyinin gücləndirilməsi.
İngiltərə Bankı öz müştərilərinə bir sıra xidmətlər təqdim
edir. Lakin İngiltərə Bankının müştəriləri digər bankların
müştərilərindən fərqlənir. Müştəriləri üç əsas qrupa bölmək
olar:
Kommersiya Bankları. Bütün klirinq bankları
İngiltərə Bankında hesaba sahibdir. Klirinq
əməliyyətlarında klirinq banklarının İngiltərə
45
Bankındakı hesablarından istifadə olunur. Bankların
hesabda müəyyən olunmuş məbləğə sahib olmaları
məcburdur və onların sayını artırmağa icazələri
yoxdur. İngiltərədə fəaliyyət göstərən bütün banklar
öz depozitlərinin 0,35%-ni İngiltərə Bankının
depozitində saxlayırlar. Bu ehtiyat normasıdır və
İngiltərə Bankının əsas gəlir mənbəyini təmin edir.
Digər ölkələrin Mərkəzi Bankları. İngiltərə
Bankında hesaba sahib ola, qızıl saxlaya və İngiltərə
Bankı vasitəsilə Londonda iş apara bilər.
Hökümət İngiltərə Bankında hesab saxlaya bilər.
Belə olduğu halda, büdcəyə vergi, ödəmələr və
büdcədən sosial ehtiyaclar üçün ödənişlər İngiltərə
Bankındakı hesab vasitəsi ilə aparılır.
İngiltərə Bankı 3 əsas istiqamətə xidmət edir:
1. Kommersiya banklarına;
2. Digər Mərkəzi Banklara;
3. Hökümətə.
Mərkəzi Bankın digər funksiyaları:
- monetar siyasətin keçirilməsi;
- pul emissiyası;
- valyuta əməliyyatlarının və nəzarətinin həyata
keçirilməsi, Xəzinədarlığın adından ölkənin qızıl
valyuta ehtiyatlarının idarə edilməsi;
- kredit təşkilatlarına, valyuta - kredit bazarlarına və
ümumilikdə bank sisteminə nəzarət.
İngiltərə Bankı Maliyyə Nazirliyinin rəhbərliyi altında
fəaliyyət göstərməsinə baxmayaraq hökümətdən asılı deyil.
46
Belə ki, İngiltərə Bankının rəhbərinin səlahiyyət müddətini
hökümət müəyyən etmir. İngiltərə Bankının rəhbərliyi rəhbər
və rəhbərin əvəzləyicisinə, 16 direktorlardan ibarət olan Şuraya
həvalə olunur. Bu vəzifələr seçki üzrə təyin edilir. Seçkilər
İngiltərə Bankının səhmdarlarının iclasında keçirilir.
1932-ci ilədək bankda 3 əsas departament fəaliyyət
göstərirdi: katib, baş mühasib və baş xəzinədar. Baş mühasib
bankın hesabatını aparırdı, onun səhmlərinin buraxılışını və
dövlət qiymətli kağızlarının buraxılışını qeydiyyata alırdı. Baş
xəzinədar biznesə və banknotların buraxılışına nəzarət edirdi.
Katib Şuranın işini və Şuranın iclaslarını təşkil edir, bankın
ümumtəsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirirdi.
Bankın fəaliyyətinin öyrənilməsi ilə əlaqədar
komissiyanın keçirilməsi sonradan daha iki departamentin
yaranmasına səbəb oldu:
- Xarici departament.
- Bu departament digər dövlətlərin mərkəzi bankları ilə
əlaqədar daha geniş fəaliyyəti həyata keçirir və
Britaniya koloniyalarında bank fəaliyyətinə nəzarət
edir.
- Təsərrüfat departamenti.
Bu departamentin yaradılması ilə funksiyalar katibdən
bank daxili məsələlərə verildi ki, buna da kadrlarla bağlı
məsələlər və sosial təminat aiddir. 1946-cı ildə Böyük
Britaniyanın Maliyyə Nazirliyi İngiltərə Bankının kapital
səhmlərini alaraq bankı milliləşdirdi. Sonrakı illərdə bir çox
daxili struktur dəyişiklikləri və departamentlərin yenidən təşkili
baş verdi. Bütün bunlar bankın əsas funksiyalarının yerinə
47
yetirmə keyfiyyətini, ölkənin mərkəzi bankının şərtləşdirilmiş
mövqeyini və hər şeydən əvvəl pul-kredit sisteminin
dayanıqlılığının təmin edilməsi funksiyasını artırmaq məqsədi
ilə bankın idarəetmə keyfiyyətini yüksəltməyə yönəltmişdi.
İngiltərə Bankı hazırki dövrdə aşağıdakı quruluşa
malikdir:
Hesabat departamenti.
Bu departament səhmlərin hesabatını və qeydiyyatını
aparır, bankın səhmlərinin buraxılışını təmin edir.
İnzibati departament.
Bankın daxili uçotunu aparır, illik hesabatlarını tərtib
edir, arxiv işini aparır, bank biznesinin aparılması
metodlarını hazırlayır və təşkil edir.
Audit departamenti.
Bankın şöbələrində daxili auditi işini tənzimləyir.
Kassa departamenti.
Banknotların buraxılışını, qızıl valyuta ehtiyatının
uçotunu və qorunmasını, valyuta nəzarətini və s. yerinə
yetirir.
Ştat departamenti.
İngiltərə Bankı üçün kadrların seçilməsi ilə məşğul
olur.
Valyuta ehtiyatları departamenti.
Bu departament valyuta bazarındakı dəyişikliyi təhlil
edir, valyuta nəzarətini və valyuta tənzimlənməsi
sahəsində qanunvericiliyə riayət olunub olunmadığına
nəzarət edir.
48
İqtisadi məlumatlar departamenti.
Daxili və xarici maliyyə məsələlərinə məsləhət verir,
pul və maliyyə bazarının vəziyyətinə, İngiltərə
Bankının statistik məlumatlarını hazırlayır və rüblük
bülletenləri dərc edir.
Katiblik.
İngiltərə Bankının Direktorlar Şurasının protokolunu
aparır, Rəhbərin əmrlərini hazırlayır və onların yerinə
yetirilməsinə nəzarət edir.
Xarici departament.
Digər ölkələrin mərkəzi bankları ilə, Beynəlxalq
Valyuta Fondu və digər beyəlxalq maliyyə təşkilatları
ilə qarşılıqlı əlaqə yaratmaq funksiyasını yerinə yetirir,
eləcə də İngiltərə Bankının monetar siyasətini həyata
keçirir.
İngiltərə Bankı sağlam iqtisadiyyatın əsası olan pul və
maliyyə sisteminin səmərəliliyini və sabitliyini qorumaq
məqsədinə nail olmaq üçün üç açar vəsifəni yerinə yetirir.
1. Valyutanın dayanıqlılıq və dəyərinin saxlanmasını,
özündə daha geniş iqtisadi vəzifələrin həlli üçün hökümətin
müəyyən etdiyi qiymət sabitliliyinin saxlanmasını birləşdirir;
2. Daxili və beynəlxalq maliyyə sisteminin
sabitliliyinin saxlanması;
3. Britaniya maliyyə xidmətinin maksimal
səmərəliliyinə nail olunması.
Bu vəzifələri İngiltərə Bankı aşağıdakı metodlarla həll
edir:
49
- Bank Böyük Britaniyada firmalara istənilən
həcmdə kapitala keçid imkanı verir;
- Maraqlara adekvat müdafiəni təmin edir;
- London Siti və digər Britaniya maliyyə
mərkəzlərinin beynəlxalq rəqabətdə mövqeyini
gücləndirir.
Bu məqsədlərə nail olma metodları aşagıdakılardır:
bazarın bölüşdürülməsinin ekspertizası;
bazar qüvvəsinin çatışmazlığı üzrə kollektiv
fəaliyyətə təsir etmək;
hökümətin konsultasiyası;
digər ölkələrin maliyyə sahələri ilə əlaqədə
Britaniyanın mənafeyinin qorunması və müdafiə
edilməsi;
İngiltərə Bankı ölkənin qızıl və valyuta ehtiyatından
istifadə edərək valyuta kursuna təsir edə bilər. İngiltərə Bankı
Xəzinədarlıq adından ehtiyatları idarə edə bilər. Ehtiyatlar
valyutaya bərabərləşdirici hesab (Exchange Equalisation
Account) adlanan xüsusi hesabda saxlanır. O, hələ 1930-cu
ildə sterlinqin “daxili dəyərinin” gözlənilməz enib-qalxmasına
təsir məqsədi ilə yaradılmışdır. Valyuta müdaxiləsi kimi
tanınan bu proses ondan ibarətdir ki, İngiltərə Bankı kursun
enməsini saxlamaq zəruri olduqda funt sterlinqi xarici
valyutaya nəzərən alır və ya kursun artımını saxlamaq üçün
satır. Əlbəttə ki, bu əməliyyatlar bazarda funt sterlinqin dəqiq
kursunu müəyyən edə bilmir, ona görə də rəsmi müdaxilənin
bir çox başqa üsulları da mövcuddur.
50
Müasir monetar siyasətin ən vacib alətlərindən biri
Mərkəzi Bankın tələbi olan kommerisya bankı və kredit
təşkilatlarının məcburi minimum ehtiyatının dəyişməsinə
əsaslanan ehtiyat siyasətidir. Pul-kredit nəzarətinin əsas
alətləri ilk növbədə Mərkəzi Bankda olan kredit təşkilatlarının
ehtiyat hesablarındakı böyük həcmdə qalıqları tənzimləməyə
və ya bu hesabların artım şərtlərinə istiqamətlənir.
Hazırkı dövrdə minimal ehtiyatlar iki vəzifəyə malikdir:
1) Kommersiya banklarının daimi likvidlik səviyyəsini
təmin etməlidir;
2) Pul kütləsinin, ödənişlərin və kommerisya banklarının
kredit qabiliyyətliliyini tənzimləməlidir;
İngiltərə Bankının əsas funksiyası ölkələrin dövlət
borcunun idarə edilməsidir. Hökümətlə və bazar arasında
günlük vəsaitlərin hərəkəti İngiltərə Bankındakı Milli Kredit
Fondu (National Loans Fund) hesabında əks olunur.
Qısamüddətli defisit olduqda Milli Kredit Fondu (National
Loans Fund) hesabından ehtiyat götürərək onu bağlaya bilir,
əksinə artıq ehtiyat olarsa ora yatırılır.
İngiltərə Bankı – İngiltərə və Uelsdə yeganə emissiya
institutudur. Banknotların buraxılışından əldə olunan bütün
gəlir hökümətə daxil olur. İngiltərə Bankı artıq 300 ildir ki,
banknot buraxır. Emissiya böyük əmək və xeyli ehtiyat sərfi
tələb edir. Banknotların dizayn və istehsalı Eseksdə Bank Çap
Fabrikinin öhdəliyindədir. Bank yalnız pul çap etmir, o, həm də
ölkə üzrə kommersiya banklarını (Bristolda, Birminhemdə,
Mançesterdə,Nyukaslda) banknotlarla təmin edir və köhnəlmiş
kupyurları tədavüldən çıxarır. 5 funt sterlinq dəyərində
51
əskinazların orta tədavül müddəti bir il, əlli funt sterlinq
dəyərində əskinazların isə orta tədavül müddəti 3-4 il
müəyyənləşdirildi.
Müxtəlif ölkələrin maliyyə-kredit təşkilatlarına nəzarət
fəaliyyətin təşkili formalarından fərqləndiyi kimi sistem
quruluşuna görə də fərqləndirilir.
İngiltərə Bankının nəzarət funksiyasını aşağıdakı
istiqamətdə reallaşdırır:
Təşkilatın bank xidmət bazarına daxil olmasının
tənzimlənməsi;
Bankın yaradılması bank qanunverciliyinə
əsasən nizamlanır. Məsələn, banklar üçün
başlanğıc kapitalın minimum məbləği 5 mln
funt sterlinqdən, kredit təşkilatları üçün isə 1
mln funt sterlinqdən az olmamalıdır;
Banklar üçün iqtisadi normativlərin və fəaliyyət
normalarının qurulması və onlara riayət
olunmasına dair sənəd nəzarətinin həyata
keçirilməsi;
Yerində təftişin yerinə yetirilməsi;
Nöqsanların aradan qaldırılması üçün kredit
təşkilatlarına tələblərin irəli sürülməsi;
Kredit təşkilatlarının fəaliyyətinə zəruri olan
məqamlarda müdaxilə edilməsi;
İngiltərə Bankı Birləşmiş Krallığın birinci - ali səviyyəsini
ifadə edir. (Cədvəl 1.3)
52
Cədvəl 1.3
Cədvəl 1.3. Böyük Britaniya və Şimali İrlandiya Krallığının bank
sisteminin strukturu.
1.3. BÖYÜK BRĠTANĠYANIN KOMMERSĠYA BANKLARI
Britaniya bank sisteminin ikinci mərhələsi kommersiya
bankları və maliyyə təşkilatları hesab olunur. Britaniyanın
kommersiya bank sistemi güclü diferensasiyalaşdırılmışdır.
Britaniyanın kommersiya bank sistemində ixtisaslaşmış
banklar özünəməxsus prinsiplər əsasında fəaliyyət göstərir. Bu
baxımdan kommersiya bank sistemində iki ənənə müşahidə
edilir. Bir tərəfdən ixtisaslaşma, pula olan tələb və təklifdə
yaranan dəyişikliklərə bankın uyğunlaşması cəhdidir. Digər
tərəfdən kommersiya banklarının iri əməliyyatlarının və
xaricdəki pulun mühafizəsinin genişləndirilməsi ənənəsinin
mövcudluğudur.
Depozit
banklar
kliriniq
Hesabaalma
evləri
Aksept
evləri
Diskont
evləri
Sığorta
fondları,
Pensiya
fondları,
Investisiya
trastları
Ġngiltərə Bankı
53
İngiltərə Bankı İngiltərədə əməliyyat aparan
kommersiya banklarını aşağıdakı əsas qruplara bölür:
depozit banklar (pərakəndə - retail banks) və ya
“əsas küçənin bankları” (“High Street Banks”);
hesabaalma evi;
aksept evi;
xarici banklar;
İngiltərənin əsas depozit banklarına klirinq bankları
daxildir. Bunlar klirinq öhdəliyi ilə əlaqədar olan ən böyük
səhmdar banklardır. Klirinq banklarının başında “böyük
altılıq” dayanır:
HSBC
Royal Bank of Scotland
Barclays
HBOS
Lloyds
Standard Chartered.
Bu nəhənglərə iki bank daha əlavə etmək olar, “Ulyams
and Qlayns” (Standard Chartered tətəfindən nəzarət olunur) və
“Kauts” (National Vestminister tərəfindən nəzarət olunur).
“Böyük altılıq” yüz transmilli banklar (TMB), beş yüz TMB və
transmilli korporasiya (TMK) içində lider mövqeyi tutur. İri
ingilis banklarına Şotlandiya və Şimali İrlandiyada filial
açmağa icazə verilmir. Belə ki, onlar Şotlandiya və Şimali
İrlandiya kommersiya banklarının kredit siyasətinə təsir etmək
imkanı əldə etmələri üçün yerli depozit banklarında aktiv
fəaliyyət göstərirlər. Bu altı bankda 90% həcmində depozit
bank əməliyyatı aparılır.
54
XX əsrdə digər ölkələrlə müqayisədə nəhəng ingilis
bankları dünya üzrə aparıcı mövqeyə malik oldular. Lakin, 80-
cı illərin əvvələrində onların vəziyyəti pisləşdiyindən Böyük
Britaniya banklarından biri olan “Barklays bank” çox həcmdə
törəmə kompaniyalara qruplaşdırılırdı. Bu, digər nəhəng
banklar üçün də səciyyəvi oldu. “Barklays bank”, “Yuk
Limited”dən başqa elə törəmə kompaniyalar mövcuddur ki,
“Barklays bank” onlarda 100% iştirak edir. Bu, 50 ölkədə 1650
filiala malik “Barklays İnshurens Servis Kompani LTD” və
“Barklays Bank Trast Kompani”-dir. Həmçinin “Barklays
eksport and finanse kompani LTD”-nin də adını çəkmək
lazımdır ki, bu da lizinq, maliyyə ixracı və faktorinq
əməliyyatlarını həyata keçirir.
Klirinq banklarının əsas əməliyyatı əmanət və kredit
almaqdan ibarətdir. Klirinq bankları iri, orta və kiçik sənaye
müəssisələrinə, eləcə də, əhaliyə ödəmələrı həyata keçirir. Bu
ödəniş dövriyyəsi banklar arasında klirinq sazişi əsasında
həyata keçirilir. Belə ki, bu əməliyyat qarşılıqlı tələblərin
hesablanması və saldonun köçürülməsini ifadə edir. Klirinq
banklarında universallaşmağa güclü meyllər yaranır və onlar
getdikcə daha çox qeyri-bank xidmətləri göstərirlər. Bu
xidmətlərə fərdi inşaata hazırlıq, sənaye əməliyyatlarının
maiyyə təminatı, sahibkarlara komputer icarəyə vermək və s.
daxildir. Yenilikcə klirinq bankları həyat və təşkilatların
səyahət sığortasına vasitəçilik edir. Bütün bunlar klirinq
banklarını maliyyə konqlomeratı kimi xarakterizə etməyə
imkan verir və bank əməliyyatları onun əməliyyatlarının
sadəcə bir hissəsi kimi çıxış edir.
55
Mövcud xidmət qruplarının spektrlərı praktik olaraq
sərhədsizdir ki, bunlara da aşağıdakıları aid etmək olar:
pərakəndə və korporativ xidmətlər;
ticarət xidməti üzrə hesablama əməliyyatları;
fərdi və investisiya bank servisi;
kapital bazarında xidmətlər;
istehlakçı və kommersiya maliyyələşdirilməsi;
pensiya və investisiya fondlarının idarə edilməsi;
sığorta;
təhlükəsizlik xidmətləri;
Depozit bankları. Depozit banklarına maliyyə evləri də
daxildir ki, ora hər şeydən əvvəl istehlak kreditləri üzrə
ixtisaslaşan banklar aid edilir. Aktiv əməliyyatların 2/3-ni
müddətli istehlak kreditləri təşkil edir ki, bu da öz növbəsində
aktivlərin 60%-dən çox hissəsini avtomobil krediti təşkil edir.
Istehlak kreditlərinin verilməsini rəsmiləşdirmək üçün müştəri
ərizə formasını doldurmalıdır. Ərizə forması məlumatları
əsasında bank kreditinin verilməsi haqqında qərar qəbul edilir.
Kredit verilməzdən əvvəl ssudanın məbləği və onun
qaytarılması müddəti müəyyənləşdirilir. Maliyyə evləri pulu
kredit bankları hesabına, veksellərin uçotu, həmçinin iri sənaye
və ticarət kompaniyaları tərəfindən əmanətlərin cəlb edilməsi
yolu ilə əldə edir.
Hesabaalma evləri. İngiltərədə növbəti bank tipi
hesabaalma evləridir. Hazırki dövrdə Londonda 8 hesabaalma
evi və ayrı ixtisaslaşmış firma-maklerlər (Running Brokers,
Money Brokers) fəaliyyət göstərir ki, bunların da hamısı
56
birlikdə London bazarını təşkil edir. Hesabaalma evləri London
Hesablama Assosiasiyasına birləşdirilmişdir ki, (London
Discount Market Association, LDMA), assosiasiyanın üzvləri
aşağıdakılardır:
CL Alexanders Discount PLC;
Cater Allenb LTD;
Clive Discount Co. LTD;
Gerrayd and Natioal LTD;
King and Shaxson LTD;
Quin Cope Limited;
Seccombe Marshal and Campion PLC,
Union Discount Company LTD.
Hesabaalma evləri London bazarının maliyyə
institutlarının spesifik tipidir. Onlar bankın likvidlik fondunu
sərfəli satışla təmin edir. Bu fondlar satınalma üçün özündə
qısamüddətli xəzinə istiqrazlarını (Tbills), kommersiya
veksellərini (Commersial bills) və birinci sinif fond kağızlarını
(Gift – edged securities, gilts) birləşdirən müxtəlif aktivlərdən
istifadə edir. Bundan başqa hesabaalma evləri veksellərin alışı
və reallaşdırılması bazarıdır. Hesabaalma evləri dövlət qiymətli
kağızlarının (səhmlərinin) həmçinin yerli hakimiyyət
orqanlarının səhm və istiqrazlarının satışının aktiv agentidir.
Aksept evləri. Aksept evləri (Britaniya ticarət evləri)
aksept və ya zəmanət vekselləri üzrə ixtisaslaşır, həmçinin,
veksel tədavülündən irəli gələn digər funksiyaları yerinə
yetirir. Onlar başqa bank xidmətləri də göstərir:
istiqrazların və qiymətli kağızların buraxılışı və
yerləşdirilməsi;
57
etibarnamə əsasında qiymətli kağızlar portfelinin
idarə edilməsi;
qarşılıqlı fondların təşkili və idarə edilməsi.
Tarixən belə banklar daxili ticarət əməliyyatları ilə
məşğul olan və Böyük Britaniya maliyyə bazarında böyük
nüfuza malik olan Ticarət Evlərindən meydana gəlmişdir.
Onlar şəxsi firmaların özəlləşdirilməsi, maliyyə məsələlərinin
idarə edilməsi ilə bağlı məsləhətlər verirlər.
Diskont evləri. Diskont evlərinə daha az həcmdə klirinq
ticarət bankları daxildir. Xidmət dəsti, iş metodu və idarəetmə
daha dar səviyyədə olmaqla digər iri banklardakı kimidir.
Diskont evlər bankın likvidlik fondunu zəmanətli depozitlər
yolu ilə sərfəli satışla təmin edir. Diskont evlər İngiltərə bankı
və bank sistemi arasında bufer kimi çıxış edir. Onun vasitəsi ilə
İngiltərə bankı bank sisteminin komponentləri üçün maliyyə
vəsaiti qoyur və götürür. Diskont evlərin əsas funksiyası
diskontlaşdırılmış veksellər vasitəsi ilə borcların verilməsi,
həmçinin müxtəlif formalı qısamüddətli portfel
investisiyalarının təklif olunmasıdır. Onlar qısamüddətli
dövlət qiymətli kağızlarının və yerli hakimiyyət orqanlarının
istiqrazlarının satışını təmin edir. Praktiki olaraq bütün iri
banklar, inşaat cəmiyyətləri, maliyyə kompaniyaları bu və ya
digər holdinq kompaniyalarına daxildir. Böyük Britaniyada 64
holdinq kompaniya qeydiyyatdadır.
Konsorsium bankları. İngiltərənin başqa bir bank
qrupu konsorsium banklardır. (Consortia Banks) - ən azı iki
ölkənin bankı iştirak edən, heç biri nəzarət paketinə sahib
olmayan institutlardır. Bu institutlar avrobazarın güclənməsi ilə
58
daha tez inkişaf etməyə başladılar. Bu xüsusi banklar hər
şeydən əvvəl transmilli və multisənaye konsernlərindən
ibarətdir. Onlar aparıcı qərb ölkələrinin banklarının kapitalında
iştirak payına əsasən yaradıldığından avrobazarda böyük
ehtiyatlar səfərbər edirlər. Bu isə Qərb dünyasının digər tip
bankları üçün imkansızdır. Konsorsium bankların yaradılması
müasir dünya iqtisadiyyatı şəraitində kapitalın
beynəlmiləlləşməsi prosesini təmin edir. İri konsorsium
banklarına Britaniya, Kanada və Avstraliya portnyorları ilə
“Millend and internosional bank LTD”, Britaniya, Amerika və
Yaponiya partnyorları ilə “Vestern Amerikan bank yurop
LTD”, ABŞ, Yaponiya və Britaniya partnyorluğu ilə
“İndastriel kommersional bank” aiddir.
İngiltərədə xarici bankları balans aktivlərinin həcminə
görə iri bank qrupları daxildir. İngiltərədə xarici bankların
ingiltərə bank sisteminə birbaşa daxil olmadığına
baxmayaraq onun 415 sayda bankı vardır, o cümlədən:
Böyük Britaniyanın rezident bankları - 102 sayda; Avropa
Birliyi Ölkələrinin bankları - 106 sayda; ABŞ bankları - 61
sayda; Yaponiya bankları -17 sayda; digər ölkələrin bankları -
129 sayda təşkil edir. Böyük Britaniyada çox sayda maliyyə
və xüsusi maliyyə kredit institutları fəaliyyət göstərir. Bunlara
aşağıdakıları aiddir:
- Ehtiyatların və 20, 25 illik uzunmüddətli investisiyaların
yığımına istiqamətlənmiş sığorta kompaniyaları və pensiya
fondları. Maliyyə-kredit fəaliyyəti peşəkar ixtisaslarına
münasibətdə sığorta işi və pensiya təminatı 2-ci dərəcəlidir;
59
- Yalnız qiymətli kağızlarla əməliyyat aparan investisiya
trastları. Şəxsi səhmlərin və istiqrazların emissiyası zamanı
onların kapitalı artır;
- Özəl firmaların kreditləşməsi üzrə ixtisaslaşmış maliyyə
korporasiyaları. Onlardan nəhəngləri –sənaye, kənd təsərrüfatı
maliyyə korporasiyaları, ipoteka korporasiyaları və s.
Maliyyə mərkəzi kimi London Bankının mahiyyəti
Britaniya Banklarının sərhədlərdən kənar vəziyyəti və Sitidə
xarici bankların mövcudluğu ilə müəyyənləşir. Britaniyanın
xarici bankları (oversais banks) elə təşkilatlardır ki, onların baş
qərargahı Londonda yerləşir, filialları isə əsas etibarı ilə keçmiş
Britaniya müstəmləkələrindədir. Bu banklar həmçinin
həmrəylik bankları kimi də adlandırılır. Başda 1650 xarici filial
da mövcuddur ki, bunların da önündə “Barklayz merkant bank”
dayanır. “Standart Çarted” 1400-dən çox filiala malikdir.
Müqayisə üçün: Amerika bankı “Siti bank” xaricdə 300-ə
yaxın filiala malikdir. Müasir mərhələdə Böyük Britaniyanın
bank sisteminin əsas inkişaf tendensiyası ayrı-ayrı kredit
institutları arasında əlaqələri möhkəmləndirməkdən ibarətdir.
Inşaat cəmiyyətləri və gizli əmanət bankları açıq şəkildə
klirinq bankları ilə rəqabət aparır. İri banklar isə ipoteka
bazarında möhkəmlənməyə çalışır. Maliyyə institutlarının
güclənməsi və universallaşdırılması tənzimləmə orqanlarının
işini mürəkkəbləşdirir. Bir neçə xarici bank (Siti bank) İngilis
bazarında möhkəmlənmiş, ayrıca şəbəkə inkişaf etdirmişdir.
Bir neçə sənaye inhisarçısı şəxsi maliyyə təşkilatlarını
yaratmışdır.
60
1.4. ġOTLANDĠYANIN BANK SĠSTEMĠ
Şotlandiyanın bank sisteminin inkişafı müstəqil şəkildə
baş verdi. Belə ki, ilk əvvəllər orada banklara icazə
konsepsiyasının verilməsi təcrübəsi dominantlıq edirdi. Əgər
birləşmə haqqında qanun 10 il gecikməsəydi, İngiltərə bankının
əvəzinə Birləşmiş İngiltərə və Şotlandiya Bankı olardı. 1695-ci
ildə İngiltərə Bankının yaradılmasından 1 il sonra, şotland
tacirləri tərəfindən Şotlandiya Bankının əsası qoyulmuşdu.
Şotlandiya Bankı Şotlandiya Parlamentinin Çartına
müvafiq olaraq ona verilmiş inhisarçı hüququndan istifadə
edərək bankı 21 il müddətinə idarə etdi. Şotlandiya Bankı
ilkdən işə tək başına başladı və banknotların nominalına
nisbətdə cəmi 1 funt sterlinq emissiya etdi. 1716-cı ildə onun
inhisarçı hüquqları sona çatdıqda, bank kəskin, lakin uğursuz
müqavimətlər göstərməyə başladı. 1727-ci ildə ikinci Çarter
Şotlandiya Kral Bankına tapşırıldı. Çarterin qəbul edilməsi
vasitəsilə bankların qeydiyyatdan keçməsi əsasən ona görə
tələb olunurdu ki, bank beləliklə məhdudlaşdırıcı məsuliyyət
hüququnu əldə etmiş olsun. Lakin Şotlandiyada səhmdar
şirkətlərin bank fəaliyyətini həyata keçirməsi üçün əngəl
olmadığından, ölkədə tezliklə çarter əldə etməyən səhmdar
banklar meydana çıxmağa başladı. Bundan sonra 1746-cı ildə
axırıncı çarter Britaniya kətan şirkətinə verildi. Qalan banklar
adi qanunlara müvafiq olaraq təsis edildi. Partnyorlar arasında
heç bir məhdudlaşma tətbiq edilmədi. Bank işinin inkişafının
ilkin mərhələsində az sayda sui-istifadə hallarından sonra
61
biznes iri və maliyyə baxımından güclü səhmdar şirkətlərin
əlinə keçdi.
1772-ci ildə banknotların artıq emissiyası nəticəsində Eyr
Bankın iflas etməsi əhalinin kiçik banklara olan inamını
sarsıtdı. Kiçik özəl bankların çox hissəsi fəaliyyətini
dayandırdı, eləcə də daha böyük kapital resurslarına malik özəl
banklar yarandı. Şotlandiya bank sistemi əvvəlcədən digər
ölkələrin bank sistemlərindən fərqlənən spesifik cizgilərlə
xarakterizə olunurdu. O özündə banklar arasında kəskin
rəqabəti və banknotların ödənişinin tənzimlənməsində ciddi
nəzarəti birləşdirirdi. Banknotların mübadiləsi həftədə iki dəfə
keçirilirdi və hələ öncədən təkbaşına bu sistemin əsası qoyuldu.
Digər ölkələrlə müqayisədə depozit biznesinin və kredit
alətlərinin inkişafı daha yüksək formada təzahür etməyə
başladı.
1826-cı ildə Şotlandiyada 3 çarter bankı ilə bərabər (24
bölmə ilə) daha 22 səhmdar bank (97 bölmə ilə) və 11 özəl
bank fəaliyyət göstərirdi. Həmin dövrdə İngiltərə höküməti
səhmdar bankların yaradılmasına icazə verən qanunvericilik
qəbul etmişdi. O dövrdə Şotlandiya bank biznesi tarixində -
Eyr Bankın iflası və əhaliyə dəyən zərbə ciddi bir uğursuzluq
kimi səciyyələnir. Şotlandiyanın 1 funtluq qadağadan
yayınmasına baxmayaraq, hələ də 1845-ci ildə Pila Qanununu
saxlamağa məcbur idi. Qanun onun qəbul edilməsində
iştirak edən bankların emissiya fəaliyyətinin inhisarına imkan
verirdi. Pila qanununa müvafiq olaraq qurulan nəzarət neqativ
bir hal kimi mənimsənildi.n 1864-cü ildə belə bir şikayətlər
ortaya çıxdı ki, bankların aktiv emissiyasının zəifləməsi
62
şotland banklarının azalmasına səbəb olur. Bundan sonra 30 il
müddətində ölkənin tarixində Eyr Bankın iflası ilə
müqayisədə daha iki bank fəlakəti baş verdi. Bunlar 1857-ci
ildə Vestern Bank və 1878-ci ildə Qlazqo Bankının iflası idi.
Müasir dövrdə Şotlandiya Bankı (Bank of Shotland)
ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərir. Onun Britaniya
funt sterlinqinə bərabər və Britaniya ərazisində müstəqil olan
şotland funt sterlinqi emissiya etmək hüququ vardır. Digər
ölkələrdə şotland banknotlarının mübadiləsi problemlə
qarşılaşa bilər. Böyük Britaniya Avropa Birliyinin, Valyuta
Birliyinin və avrozonanın üzvü olmadığından İngiltərə Bankı
Şotlandiya Bankı kimi Mərkəzi Bankların Avropa Sisteminə
daxil deyil, o öz müstəqil pul-kredit siyasətini həyata keçirir.
1.5. ALMANĠYANĠN BANK SĠSTEMĠ
Almaniyanın nüfuzlu və texnoloji inkişaf etmiş
iqtisadiyyatı 2007-ci ildə 2,833 trilyon dollar Ümumi Daxili
Məhsulun həcminə görə dünyada ABŞ, Çin, Yaponiya və
Hindistandan sonra 5-ci yeri tutmuşdu. XXI əsrin ilk 5 ilində
avrozona ölkələri sırasında Almaniya ÜDM-nin artımına görə
ən zəif sistemə malik idi, yalnız 2007-ci ildə ÜDM-nin artımı
26%-ə çatmışdı. Almaniya beynəlxalq ticarətdə aktiv iştirak
edir. Onun ixracı 2007-ci il göstəricilərinə əsasən 1,361
trilyonn dollar, idxalı isə 1,121 trilyon dollara çatmışdır.
Almaniyanın makroiqtisadi göstəriciləri ölkənin dayanıqlı
iqtisadi vəziyyətini təsdiqləyir. Bu, sosial-iqtisadi və maliyyə-
63
iqtisadi faktorları, eləcə də ölkənin səmərəli fəaliyyət göstərən
bank sistemi ilə əlaqədardır.
İnkişaf etmiş sənaye xalqlarından biri olan Almaniya, bu
gün ABŞ, Çin və Yaponiyadan sonra ən böyük milli
iqtisadiyyata malik dövlətdir və 82,5 milyonluq
əhalisiylə Avropa Birliyinin ən böyük, ən əhəmiyyətli bazarı
mövqesindədir. İqtisadiyyatdakı performans xüsusilə xarici
ticarət sayəsində əldə edildi. 734 milyard Avroluq ixracat
həcmiylə (2004) Almaniya, dünyanın mal ixracatında ən
yüksək rəqəmlərə çataraq "dünya ixracat çempionu" oldu. Bu
yüksək ixracat performansının dinamikası ixrac edilən malların
84%-ni (2004) təmin edən sənaye sektoru oldu. Bu rəqəmlər,
Almaniyanın günümüzün iqtisadi reallığı olan qlobal ticarətə
özünü digər bütün ölkələrdən daha sıx bir şəkildə hazırladığını
göstərir. Ölkənin ən əhəmiyyətli iqtisadi mərkəzləri (keçmişin
ağır sənaye bölgəsi olan, daha sonra zamanın şərtlərinə
uyğunlaşaraq irəli texnologiya və xidmət sektoru mərkəzlərinə
çevrilmə müvəffəqiyyəti göstərən) Rur Bölgəsinin
yanında, Münhen və Ştutqart metropolunun bölgələri (yüksək
texnologiya,avtomobil), FrankfurtMayn (maliyyə), Köln, Ham-
burg (liman, Airbus təsisləri, media) və Leipziqdir. Beynəlxalq
müqayisəyə görə Almaniyanın həyat standartları çox
yüksəkdir. Ödənişli bir işçinin aylıq ortalama gəliri 2500 Avro,
maaşlı çalışanlarınsa 3400 Avro səviyyəsindədir. Alman
iqtisadiyyatı indiki vaxtda xüsusilə məşğulluq bazarı və ictimai
təhlükəsizlik sistemindəki struktur problemləri həll etməyə
çalışır. İşsizlik nisbəti 2005-ci il sonunda Qərbdə 9,4% və beş
Şərq əyalətində 17% səviyyəsində oldu. Almaniyanın yenidən
64
birləşməsi də illik 80 milyard Avroya çatan transfer
xərcləmələriylə iqtisadiyyata çox böyük bir yük gətirdi. Buna
görə də Almaniyada iqtisadiyyatın böyümə həcmi ildə 1%
ətrafında olmuşdur. Almaniyanın rəqabət gücünün açıq bir
göstəricisi, 1991-ci ildən bəri istehsal ilindəki ixracat payında
görülən davamlı artımdır. Cəmi sənaye istehsalındakı ixracatın
payı 33%-dir. Yalnız maşın sənayesinin reallaşdırdığı ixracat
1991-2001-ci illər arasında cəmi maşın istehsalının 52%-dən
təxminən 69%-ə, kimya sənayesində 50%-dən 70%-ə,
avtomobil istehsalında 43%-dən 69%-ə, elektrotexnikada isə
31%-dən 42%-ə yüksəlmişdir. Dünya ticarətində Almaniyanın
payı isə 10% ətrafındadır. Almaniya, xarici sərmayəçilər
baxımından yalnız texnoloji inkişafından ötəri deyil, eyni
zamanda mərkəzi coğrafi mövqeyi, son dərəcə inkişaf etmiş
infrastrukturu, hüquq sisteminin etibarlı olması və səriştəli işçi
bazarı səbəbiylə də həmişə cazibədar bir mərkəzdir. 2000-ci
ildə edilən vergi islahatının ardından həm şirkətlər, həm də
fərdi təşəbbüskarlar üçün vergi yükü əhəmiyyətli bir nisbətdə
azalmış və beynəlxalq miqyasda rəqabət edə bilər hala
gəlmişdir. Almaniyanın vergi yükü baxımından, beynəlxalq
səviyyədə mövqeyini daha da yüksəltməsi üçün 1 Yanvar
2008-ci ildən etibarən vergi haqqında qanunda dəyişikliklərin
edilməsi nəzərdə tutulurdu. 1994-cü il və 2003-cü illər arasında
Almaniya, aralarında General-Electric kimi dünya lideri
şirkətlərin də olduğu qruplardan gələn böyük sərmayələr üzrə
cəmi 387 milyard ABŞ Dolları qədər birbaşa sərmayə
qoyulmuşdur. Sərmayənin alınmasında ən böyük müsbət
xüsusiyyət olan işçi qüvvəsi ön plana çəkilir. Almaniya,
65
xüsusilə də yüksək texnologiya sahəsində, xarici
sərmayəçilərin marağını çəkən bir mərkəzdir. 2004-2005-ci
ilin böyük xarici sərmayəçiləri arasında Drezdendə 2,5 milyard
Avro dəyərində ikinci bir mikrocip fabriki inşa
edən Kaliforniyalı mikroçip istehsalçısı Advanced Micro
Devices (AMD),dərman sektorunda da NeuUlm və Drezdendə
böyük sərmayələr edən Pfizer və GlaxoSmithKline (GSK)
sayıla bilər.
Dünyanın ən böyük texnologiya şirkəti olan General
Electric (GE),500 milyon Avro xərcləmə edərək
qlobalaraşdırma mərkəzini Münhen yaxınlarındakı Qarçinqdə
açmışdır. Xarici firmalar Alman bazarının güclü yönlərinin
fərqindədirlər: Almaniyada, 500-ü dünyanın ən nəhənglərindən
olan təxminən 22 000 beynəlxalq firma fəaliyyətdədir.
Almaniya torpağı təbii ehtiyatlarla nisbətən kasad sayılır.
Böyük həcmdə rast gəlinən ehtiyatlara yalnız qonur
kömür və duz ehtiyatları aiddir.
Neft, təbii qaz və digər vacib xammal məhsulları
Almaniyaya digər ölkələrdən idxal olunur. Almaniyanın duz
ehtiyatları 250 milyon il əvvəl formalaşmış suxurlarda tapılır.
Əsasən ölkənin şimal hissəsində hasil olunur. Ölkənin daş
kömür ehtiyatları isə 300 milyon il əvvəl mövcud olmuş
bataqlıqların ərazilərində formalaşıb. Həmin ərazilər müasir
dövrdə Cənubi İngiltərədən Polşaya qədər uzanır. Almaniyada
daha çox tapılan qonur kömür ehtiyatları da eyni proses
nəticəsində formalaşıb, lakin onların formalaşması daha gec,
təxminən 65 milyon il əvvəl başlayıb. Bu qonur kömürdə olan
ağac hissələri tam olaraq çürümədiyindən qonur kömürün
66
yanarkən verdiyi istilik daş kömürün verdiyi istilikdən daha
azdır. Qonur kömür istehsalına görə Almaniya dünyada birinci
yeri tutur. Hasil olunan məhsul həmin stansiyalarda elektrik
istehsal olunması üçün sərf olunur. Əsas qonur kömür
ehtiyatları ölkənin ucqar şərq və qərb bölgələrində istehsal
olunur. Qonur kömürün başqa yerə nəql olunması iqtisadi
cəhətdən sərfəli olmadığından hasilat rayonlarının yaxınlığında
qonur kömürlə işləyən İstilik Elektrik stansiyaları tikilmişdir.
Bütün sənaye ölkələrində olduğu kimi Almaniyanın
sənayesi illərdir strukturca bir dəyişiklik keçirməkdədir.
Sənayenin əhəmiyyəti köhnəyə nisbətlə azalarkən xidmət
sektoru sənayenin yerini almaqdadır. Yenə də sənaye, Alman
iqtisadiyyatının ən əhəmiyyətli sektoru olmağı davam
etdirməkdə və Böyük Britaniyaya da ABŞ kimi böyük sənaye
ölkələrinə görə daha geniş bir təməl üzərində yüksəlməkdədir.
Belə ki, Almaniyada çalışanların səkkiz milyonu sənayedə
çalışmaqdadır. Ən əhəmiyyətli sənaye alt sektorları, sırasıyla
avtomobil (227 milyard Avro satış həcmi, 777000 çalışan),
elektrotexnika (152 milyard Avro satış həcmi, 799000 çalışan),
maşın sənayesi (142 milyard Avro satış həcmi, 868000 çalışan)
və kimya sənayesidir (113 milyard Avro satış həcmi, 429000
çalışan). Ənənəvi sənaye mövqeləri arasında iştirak edən tekstil
ya da dəmir-çelik sənayesi kimi sahələrdə son vaxtlarda
bazarların kiçilməsi və aşağı ödəniş tətbiq olunan ölkələrin
rəqabəti üzündən böyük geriləmələr olmuşdur. Buna paralel
olaraq məsələn dərman sənayesində olduğu kimi Alman
mənşəli firmaların xarici firmalarla etdikləri anlaşmalarla və ya
firmanın xaricilər tərəfindən satın alınmasıyla mülkiyyət
67
qismən və ya tamamilə xarici firmalara keçmişdir. Alman
iqtisadiyyatının beynəlxalq rəqabət gücünü, yalnız Siemens
kimi böyük quruluşlar deyil, bunlardan daha da əhəmiyyətlisi
on minlərlə kiçik və orta ölçülü müəssisələr (500 çalışana
qədər) təmin etməkdədir. Xüsusilə maşın sənayesi və yan
sənayedə olduğu kimi gələcək vəd edən və firma çoxluqlaşması
(cluster) deyilən quruluşda (eyni sektorda fəaliyyətlərdə olan
firmaların və digər quruluşların eyni mərkəzdə sıxlaşması
formasında) mütəşəkkil olan nanotexnoloji və biotexnoloji
kimi sahələrdə də orta ölçülü müəssisələr ön plana
çıxmaqdadır. Orta ölçülü müəssisələr 20 milyondan çox adamı
işlədərək açıq arayla ən böyük işə götürən mövqesindədir.
Sənayenin "admiral gəmisi" xüsusiyyəti qazanmış olan maşın
sənayesində firmaların əksəriyyəti 200-dən az çalışanla
işləməsinə qarşılıq, Alman maşın sənayesi, dünyanın ehtiyac
duyduğu maşın təchizatlarını ən yüksək keyfiyyətdə
çıxarmaqdadır.
Bu bazar sahəsində Almaniya, dünya ticarətindəki
19,3%-lik payla dünya lideridir. Almaniyanın kənd
təsərrüfatı yüksək intensiv istehsalatdır. Xüsusilə heyvandarlıq
inkişaf etmişdir, o bütün kənd təsərrüfatı məhsullarının 80
faizini təşkil edir. Almaniya kənd təsərrüfatı məhsullarının
istehsalı üzrə Fransadan sonra Avropada ikinci yeri tutur.
Heyvandarlıq əmtəə məhsullarının 80 faizini istehsal edir,
onun ehtiyacları üçün bitkiçilik inkişaf etdirilmişdir, əkin
sahələrinin ərzaq bitkiləri üçün ayrılmış hissəsindən daha
böyük hissəsi yemlik bitkilər üçün ayrılmışdır. Lakin, buna
baxmayaraq yem taxılı xeyli miqdarda idxal edilir. 2002-ci ildə
68
Almaniya ABŞ, Çin, Hindistan və Yaponiyanın ardından
ən çox enerji istehlak edən beşinci ölkədir. Bu istehlakın 2/3
hissəsi idxalatla qarşılanmaqdadır. Həmin il Almaniya 512,9
milyard kilovatt saat elektrik istehlakı ilə bu göstəriciyə
görə Avropada birinci yeri tutub.
Almaniya hökuməti geotermal, külək enerjisi kimi bərpa
olunan enerji qaynaqlarının istifadəsinin yayılmasına çalışır.
Enerjinin effektiv istifadə edilməsi məqsədiylə inkişaf etdirilən
lahiyələr lazımi nəticəni verib. 1970-ci ildən etibarən enerji
məhsuldarlığı artmışdır. Hökumət 2050-ci ildə ölkənin enerji
ehtiyacının yarıdan çoxunu bərpa olunan enerji qaynaqlardan
qarşılama hədəfini qoymuşdur. Almaniya Federal Bankı
“Dojçe Bundes Bank” müharibədən əvvəlki Reyxsbankın
əvəzedicisi hesab olunur. 1937-ci ildə Kredit sistemi haqqında
Qanunda kredit sistemi münasibətləri üzərində hüquq verildi.
1939-cu il qanunu isə Reyxsbankı tamamilə Adolf Hitlerə tabe
etdi. 1945-ci ildə Almaniyanın təslim olması ilə Sovetin işğal
etdiyi zonalarda Reyxsbankın bölmələri bağlanıldı, həmin vaxt
cənub zonasında olan banklarlar fəaliyyətlərini davam etdirirdi.
1948-ci ilin fevralında onların bazasında Alman torpaqları
bankı yaradıldı. “Almaniya Federal Bankı haqqında” qanuna
müvafiq olaraq o, müstəqil hesab olunurdu. AFR-in yeni
federal emissiya bankının təsis edilməsi üçün qanun 1957-ci
ilin 4 iyul tarixində qəbul edildi və avqust ayının 1-də qüvvəyə
mindi. Alman Federal Bankı keçmiş Mərkəzi Bank sistemini
əvəz etdi və özündə alman torpaqları bankını, 9 Mərkəzi Bankı
və Berlin Mərkəzi Bankını (Berlin Central Bank) birləşdirirdi.
Onların birləşdirilməsi nəticəsində yeganə Mərkəzi Bank
69
Deutsche Bundesbank formalaşdı. Almaniya bank sistemi
yüzlərlə bankdan təşkil olunmuşdu. Almaniya bank sisteminə
dünya üzrə tanınmış universal banklarla yanaşı, həm də orta və
kiçik banklar gaxil idi. Bundan əlavə Avropa bankları bir
qayda olaraq “dar səviyyədə” ixtisaslaşmışdısa da Alman
banklarını “univerısal” adlandırmaq olardı. Praktiki olaraq
istənilən Alman Bankı hesablaşma hesabı əməliyyatlarından
qiymətli kağızlarla əməliyyata, inşaat krediti və hər növ sığorta
əməliyyatlarına kimi tam xidmət paketi təqdim edir. Banklar
arasında əsas fərq qiymət və xidmətin səviyyəsindən ibarətdir.
Dünya Bank sisteminin 20% aktivi Almaniyanın 5 nəhəng
bankının payına düşür. Almaniyada hər min sakinə 60 bank
düşür. Alman bank sistemi 3 istiqamətə ayrılır. Özəl bank
sektoru azdır və bazarda müəyyən paya sahibdir. Bu bank
sistemi 4 iri bankdan ibarətdir: “Deutsche BankHVM”, “Group
Dresdner Bank” (iri sığorta qrupu Alyanza məxsusdur),
“Commerzbank” və “Postbank”. Bazarın böyük bir hissəsi
demək olar ki, təxminən yarısına yaxın hissəsi əmanət
banklarının “Sparkassen” və bələdiyyələrə məxsusdur.
Həmçinin 11 iri regional bank “Landesbanken”də fəaliyyət
göstərir ki, bu da əmanət bankları assosiasiyası və federal
torpaqlara malikdir. Hökumət həmçinin bank bölmələrində iri
poçt təşkilatlarının da bir hissəsinə malikdir. Üçüncü istiqamət
özəl şəxslərin depozitlərinin 30%-nə nəzarət edən 1400
kooperativ banklardan ibarətdir. Belə bir yüklənmiş rəqabətli
özəl sektor bazarı olduqda ölkədə biznesi idarə etmək
çətinləşir. Bu sahədə böyük uğuru investisiya fəaliyyəti
hesabına gəlirin böyük hissəsini əldə edən “Deutsche Bank”
70
qazanmışdır. Bankın çətinliyi dövlət bankları ilə rəqabətdən
yaranır ki, bu da 2005-ci ildən dövlət zəmanətinə sahibdirlər.
Kooperativ banklar üçün gəlir prioritet məqsəd deyil, buna
görə də onlarla rəqabət aparmaq çətindir. Bu səbəblə Avropada
kredit üzrə ən aşağı faiz dərəcəsi Almaniyadadır.Lakin
Almaniyada üç seqmentli bank sisteminin olması – özəl, dövlət
və kooperativ – onun inkişafının konsolidasiyaya meylini
məhdudlaşdırır. Birləşmə onlar arasında deyil, yalnız ayrı-ayrı
seqmentlərin tərkibində gedir. Belə olduğu halda, dövlət və
kooperativ sektor banklarında adətən ixtisar halları baş verir
Almaniya bank sistemi dünyanın stabil və təşkilati
sistemlərindən biridir. Almaniya banklarının yüksək səviyyəli
etibarlılığını ixtisaslaşma ilə universallaşmanın rasional
uyğunlaşması təmin edir. Bu bankların fəaliyyəti regionun
müəssisə və təşkilatlarının işinə, o cümlədən, kiçik biznesə
əsaslanır. Özəl kommersiya bankların əsas məqsədi əvvəllər
olduğu kimi sənaye ilə işləyərək gəlir qazanmaqdan ibarətdir.
Kooperativ bankların məqsədi isə qənaətin toplanmasına imkan
yaratmaqla özəl müştəriləri və iqtisadiyyatı ucuz bank xidməti
ilə təmin etməkdən ibarətdir. Bununlada müştəri cəlb etmək
üçün banklar arasında sərt rəqabətlə əlaqədar olaraq bank
bazarında xidmətlər yaxınlaşır və ayrı-ayrı bank qrupları
arasında fərqi müəyyən etmək çətinləşir.
Almaniya bank sistemi 3 pilləlidir:
1. Almaniya Federal Bankı – Deutsche Bundesbank;
2. Universal banklar; o cümlədən qrossbanklar, əyalət
bankları, kommersiya bankları, özəl banklar;
71
3. İxtisaslaşmış banklar; ixtisaslaşmış dövlət bankları;
əmanət kassaları; kooperativ banklar; ipoteka bankları; kredit
cəmiyyətləri.
AFR-in bank sistemi 3,14 min kommersiya maliyyə
kredit institutundan və Mərkəzi Bankdan ibarətdir. Kredit
təşkilatlarını universal və ixtisaslaşmış banklara ayırmaq olar.
Hüquqi formasından asılı olaraq isə onlar aşagıdakı təşkilatlara
bölünür:
Özəl kredit təşkilatları
İctimai hüquqi təşkilatlar
Kooperativ təşkilatlar
Özəl banklar gəlir əldə etmək, eyni zamanda, bütün
kommersiya bankları kimi öz üzvlərini artırmaq məqsədi
güdürlər. İctimai hüquqi iqtisadi təşkilatlar ölkə daxilində və
xaricində geniş filial şəbəkələri yaradır. İctimai hüquqi
kommersiya bankları, əmanət kassaları və yerli bankları
özündə birləşdirir. Bu gün Almaniyada ümumilikdə 20 minə
yaxın filialı ilə 500 əmanət kassası vardır. Onların hamısı
demək olar ki, bələdiyyə təşkilatlarıdır. Əmanətlərin qorunması
zəmanətçisi və mülkiyyətçisi kimi şəhərlər və dairələr çıxış
edir. Onların əsas vəzifəsi ərazilərində yaşayan əhalini
müəyyən xidmət dəsti ilə və əhalinin kreditləşmə tələbini təmin
etməkdir.Əmanət kassaları federal torpaqların Mərkəzi
Bankların maliyyələşdirilməsində iştirak edən regional
birliklərlə birləşdirilir. Onlar həm də “ev banklar” adlandırılır.
Onlara kömək və hüquqi məsələlər üçün müraciət etmiş üzvlər
ilə konsultativ işlər aparılır. Federal torpaqların Mərkəzi
Bankları həm də hesablama adını daşıyır. Kredit - depozit
72
funksiyası ilə barabər onlar federal torpaqlara xidmət göstərir
və onlar qarşısında duran vəzifələrə əməl edir. 1957-ci ilin 27
iyul tarixində təsis olunan qanuna əsasən AFR-in bank
sisteminin başında Mərkəzi Bank durur.
1.6. BUNDESBANK – BANK SĠSTEMĠNĠN QURULUġU
Bundesbank – Alman Federal Bankı – Almaniya bank
sisteminin birinci pilləsini təşkil edir ki, bu bank vahid kredit-
pul siyasətini həyata keçirir. Alman Federal Bankına ikinci
pillədə duran universal və ixtisaslaşdırılmış bank formaları da
tabedir. Mərkəzi bank kimi Bundesbankın əsas vəzifəsi
valyutanın stabilliyinin saxlanılması, pul münasibətlərinin və
kreditin tənzimlənməsidir. Avronun vəzifələrinin yerinə
yetirilməsində valyutanın stabilliyinin saxlanılması
çətinləşdirilmişdir. Bu məsələni Bundesbank, Avropa Mərkəzi
Bankı və Avrozonanın digər ölkələrinin Mərkəzi Bankları ilə
həll edir.
Bundesbank 1999-cu il yanvarın 1-i tarixində pul-kredit
sferasında səlahiyyətləri Avropa Mərkəzi Bankına verdi. Bu
andan etibarən digər Avrozona ölkələrinin emissiya bankları
kimi pul-kredit və qərarlara əsasən o da Avropa Mərkəzi
Bankının valyuta siyasəti sahəsində qəbul olunan əmrlərinə və
direktivlərinə tabe oldu. Bundesbankın vəzifəsi Avropa
Mərkəzi Bankının qərarlarını reallaşdırmaqdır. Avropa Valyuta
Birliyinə daxil olduqdan sonra Almaniyada 3 səviyyəli bank
sistemi yaradıldı.
73
Cədvəl 1.4
Cədvəl 1.4. Almaniya bank sisteminin təşkilati quruluşu
Almaniya Federal Bankı valyuta stabilliyinin təmin
olunması üzrə əsas vəzifəni icra edir və bütün Mərkəzi Banklar
kimi Emissiya Bankı, Banklar Bankı olan Hökümət bankı və
Valyuta Ehtiyatlarının İdarəedilməsi bankları kimi əsas
funksiyaları yerinə yetirir. Təkcə Federal Bank banknotları
buraxmaq və ya mübadilədən çıxartmaq hüququna malikdir. O
kredit işləri üzrə nəzarət idarəsi kimi kredit təşkilatlarına
nəzarətin bir neçə funksiyasını yerinə yetirir. Kredit
Almaniya Federal
Bankı
Depozit
bankları
Kommersiya
bankları
IxtisaslaĢmıĢ
banklar
Provinsial
banklar
Özəl
banklar
Dövlət
bankları Əmanət
kassaları
Kredit
cəmiyyətləri
Universal
banklar
Mərkəzi Bankın Avropa Sistemi
Kooperativ
banklar
Ipoteka
bankları
74
təşkilatlarının yenidən maliyyələşdirilməsi çərçivəsində
Federal Bank uçot faiz stavkasını, lombard kreditlərinin faiz
stavkasını təyin edir və diskont siyasətini müəyyənləşdirir.
Federal Bank müəyyən vekselləri, qısa və orta müddətli
xəzinə istiqrazlarını, həmçinin uzunmüddətli istiqrazları almaq
və satmaq hüququna malikdir. Kredit təşkilatlarının Avropa
Federal Bankında saxladığı məcburi ehtiyatlar Mərkəzi Bankın
pul-kredit siyasətinin əsas alətidir. Federal Bank tələb
olunanadək əmanət üzrə istiqrazlara 30%-dən çox olmayan,
müddətli istiqrazlara 20%-dən çox olmayan və əmanətlərə
10%-dən çox olmayan faiz stavkası təyin edir. Xarici
institutların istiqrazlarına bank 100% faiz stavkası təyin edə
bilər. Federal Bank hər il pulun keyfiyyətini genişləndirmək
məqsədilə növbəti 12 ayda təyin olunmuş dəhlizi dərc edir. Pul
keyfiyyətinin təyin edilməsinə əsasən, istehsal potensialının
artımı, qiymətin normativ inkişafı və pul mübadiləsinin
sürətinin dəyişməsi xidmət edir. Federal Bank Alman
iqtisadiyyatını istiqamətləndirir. Bir tərəfdən mümkün inkişafı
müəyyənləşdirir, digər tərəfdən inflyasiyanı sərt şəkildə
məhdudlaşdırır. Bir bank təşkilatı kimi Federal Bank
Almaniyada “ev bankı”-nın vəzifələrini icra edir. 1994-cü ilin
əvvəllərində iqtisadi və valyuta birliyinin ikinci mərhələsində
Avropa Birliyi ölkələrində müstəqil bankların dövlət sektoruna
kredit verməsi qadağan edildi. Bu halda üzv ölkələrdə büdcə
intizamı möhkəmləndi və eyni zamanda inflyasiyanın potensial
mənbəyi bağlanmış oldu.
Federal Bankın idarəedici orqanlarına daxildir:
Mərkəzi Bank şurası;
75
Direktorlar şurası;
Ölkədaxili Mərkəzi Bankların İdarə Heyəti.
Mərkəzi Bank Şurası Federal Bankın ali orqanıdır.
Mərkəzi Bank Şurası – bankın pul-kredit siyasətini müəyyən
edir. O, işlərin aparılması və bankın inzibati idarə edilməsi
üçün ümumi direktivlər buraxır. Direktorlar şurasının
kompetensiyasını və ölkədaxili Mərkəzi Bankların idarə
edilməsini qanun çərçivəsində məhdudlaşdırır. Lakin xüsusi
hallarda onlara birbaşa əmrlər verə bilər. Onun tərkibinə
Federal Bankın prezidenti,vitse-prezidenti, direktorlar şurasının
üzvləri və ölkədaxili Mərkəzi Bankların prezidentləri daxildir.
İclaslarda Federal Bankın prezidenti, onun olmadığı halda isə
vitse-prezidenti iştirak edir. Qanun ölkənin bütün iqtisadi
rayonlarının rəhbərliyini Federal Bankın ali orqanı ilə təyin
edir. Bu orqan qərarları sadə səs çoxluğu ilə qəbul edir. Məhz
buna görə də Mərkəzi Bank şurasının qərarlarını ölkənin bütün
regonları nəzərə alır.
Direktorlar Şurası - Federal Bankın Mərkəzi icraedici
orqanı, Mərkəzi Bank Şurasının qərarlarının yerinə yetirilməsi
üzrə məsuliyyət daşıyır. O, yalnız ölkədaxili Mərkəzi
Bankların idarə edilməsi sahəsində olan məsələlər üzrə bankın
işgüzar və inzibati idarəedilməsini həyata keçirir. Direktorlar
şurasının kompetensiyasına daxildir:
- Federasiya ilə və onların xüsusi fondları ilə
əməliyyatlar;
- Federativ vəzifələrin yerinə yetirilməsi üzrə kredit
institutları ilə əməliyyatlar;
- Valyuta əməliyyatları və xarici əməliyyatlar;
76
- Açıq bazar sazişləri;
Direktorlar Şurasının tərkibinə 6 şəxsdən çox olmamaq
şərtilə direktorlar daxildir. Onlar bank işi sahəsində tanınmış
mütəxəssis olmalıdırlar. Belə halda prezident (o olmayanda
vitse-prezident) Mərkəzi Banklar şurası və direktorlar şurasının
sədri hesab olunur. Direktorlar Şurasının üzvləri Mərkəzi
Banklar şurasında təyinat verildikdən sonra seçilir və 8 il
müddətinə vəzifəyə təyin olunur. Bu müddət bitənə kimi şəxsi
sui-istifadələr və Mərkəzi Bank şurasından sui-istifadə
olunduğu hallar istisna olmaqla onları geri çağırmaq olmaz.
Digər Avropa ölkələrində olduğu kimi, Almaniyada da kredit
işləri üzrə ikişaxəli nəzarət prinsipi fəaliyyət göstərir ki, bunlar
da xüsusi dövlət orqanı tərəfindən və Mərkəzi Bank tərəfindən
aparılan nəzarət prinsipləri kimi səciyyələnir. 1961-ci ildə
Berlin Federal İdarəsinə kredit məsələləri üzrə qanuna müvafiq
kredit təşkilatlarına nəzarət funksiyası kimi səlahiyyətli bir icra
funksiyası verildi. Kredit haqqında Qanun ilk növbədə
kommersiya fəaliyyəti, şəxsi korporasiya və ləğv olunma
barədə nəzarət və yoxlama formaları barədə əmrlərdən
ibarətdir. Kredit haqqında Qanuna əsasən, federal idarəyə
kredit işinə nəzarət üzrə bank fəaliyyətinin
lisenziyalaşdırılması səlahiyyəti verilmişdir. Belə ki, lisenziya
bir neçə bank əməliyyatlarının növünə görə məhdudlaşdırıla
bilər. Bankların lisenziyasız fəaliyyət göstərmələri hüquqi
cəzaya layiq fəaliyyət növü kimi tanınır. Şərtlərə əməl
olunmadığı halda lisenziyalaşdırmadan imtina edilə bilər. Bu
aşağıda sadalanan hallar baş verdikdə mümkün ola bilər.
Məsələn, kredit təşkilatlarının rəhbərləri lazımi ixtisaslaşmış
77
peşəkarlığa malik olmadıqda təsisçilər etibarlı və ya kredit
təşkilatı iki menecerə malik olmadıqda və s. Əmanət (depozit)
qəbul edən kredit təşkilatları minimum 5 milyon avro xüsusi
kapitala malik olmalıdır. Digər kredit təşkilatlarının minimum
kapitalı kredit işlərinə nəzarət üzrə idarə tərəfindən təyin
olunur. Avropa Birliyinə üzv dövlətlərin xarici banklarının
bölmələrinin AFR ərazisində fəaliyyət göstərmələri üçün
lisenziya tələb olunmur, lakin onlar dövlət tərəfindən nəzarət
altındadır. Nəzarəti nəzarət üzrə İdarə qurumu həyata keçirir.
Almaniya Banklarının növləri. Universal banklar.
Alman bank sisteminin (digər inkişaf etmiş ölkələrlə
müqayisədə) xüsusi xarakteri universal fəaliyyət göstərən
kredit təşkilatlarının çoxluğuna əsaslanır. Kredit təşkilatlarının
ictimai-hüquqi formalarından, mülkiyyət münasibətlərindən
asılı olmayaraq onlardan çoxu bütün mümkün bank
əməliyyatlarını özündə birləşdirir. Belə ki, kredit haqqında
qanuna əsasən banklar aşağıdakı depozit, ssuda və investisiya
əməliyyatlarını həyata keçirir:
- depozitlərin qəbul edilməsi;
- tapşırığa əsasən qiymətli kağızların əldə edilməsi və
satılması;
- qiymətli kağızların əldə edilməsi və mühafizə edilməsi;
- qiymətli kağızların və digər uzunmüddətli aktivlərin
investisiyası;
- zəmanətlərin verilməsi;
- nağdsız hesablaşmaların aparılması.
Universal bankların yaranması onunla izah olunur ki,
vaxt keçdikcə Almaniyanın sənaye inkişafı şəxsi kapitalın
78
həcmi ilə kifayətlənmirdi və böyük həcmli bank kreditlərindən
istifadəni zəruriləşdirirdi. Sənayenin maliyyələşdirilməsində
Alman sisteminin səmərəliliyi əsasən İkinci dünya
müharibəsindən sonra bərpa olunmaqla özünü sübut etdi.
Universal bank sisteminin anqlo-sakson bank
sistemindən əsas üstünlüyü, daha yüksək effektli
diversifikasiyaya və bununla əlaqədar yüksək etibarlı pul
əmanətlərinə əsaslanır. Bundan əlavə bank fəaliyyətinin
müxtəlif istiqamətləri üzrə daxili bölgünün olması müştərilərə
“bir əldən” xidmət göstərmək imkanı verir. Bank geniş çeşiddə
xidmətə malik olduğuna görə müştərilər üçün münasib olan
vaxta xidmət göstərə bilir.
AFR-də 45 min filiala malik 4 mindən çox kredit təşkilatı
fəaliyyət göstərir. Orta hesabla hər bank bölməsində 80 milyon
insana 1600 nəfər xidmət göstərir. Almaniya ən sıx bank filialı
şəbəkəsinə malik dünya ölkələrindən biridir.
Almaniya Universal Banklarını üç əsas qrupa ayırmaq
olar:
Regional banklar
Qeyri-kredit təşkilatları
Xarici bankların filialları
Bank əməliyyatlarında 30%-ə yaxın paya malikdir.
1) 700-dən çox ictimai hüquqi kredit təşkilatı,
əmanət kassaları və yerli banklar
2) Təxminən 3000 korporativ bank Mərkəzi Bankları
Universal banklar aşağıdakı bank növlərinə bölünür:
79
1. Özəl banklar. Bank sisteminin əsas sektorunu təşkil
edir. Özündə müxtəlif bank növlərini birləşdirir ki, onlardan
da əsasları aşağıdakılardır:
2. Federal banklar. Almaniyada cəmi 3 belə bank vardır.
Bu siyahıya dünyanın ən varlı banklarından biri olan Deutsche
Bank başçılıq edir. Bunlar, xüsusilə, qiymətli kağızlar və
daşınmaz əmlak bazarında daha rəqabətli banklardır.
3. Regional banklar. Bu banklar adətən bu və ya digər
yerdə fəaliyyət göstərir və onlardan bəziləri öz ölkəsində
filiala sahibdirlər. Öz ölkəsinin sərhədlərində bu banklar
“federallar” nisbətən daha çox filial şəbəkəsinə malikdirlər.
4. Birbaşa banklar. “Birbaşa bank” filialları sadəcə
mövcud deyil və bu banklara daxil olmaq olmaz. Müştərilərlə
əməliyyatlar telefon, faks və ya e-mail vasitəsi ilə həyata
keçirilir. Belə banklar adətən digərlərinə nisbətən az xərcli
olurlar. Belə ki, bu banklar filiala və ödəniş etməli olan
əməkdaşlara malik deyil. Bu banklar adətən depozitlərə daha
yüksək faiz və daha sərfəli pul qoyuluşu təklif edir. Bu cür
bankların əsas çatışmazlığı zəif avtomat şəbəkəsi və ayın
sonunda telefon xidməti üçün ödəniş almalarıdır.
5. İnşaat əmanət bankları. Bu qrup banklar inşaata və ya
evlərin və ya mənzillərin alınmasına kredit verilməsi üzrə
ixtisaslaşmış banklardır. Bu cür banklara alternativ olaraq
uzunmüddətli kreditlər (30 ilə qədər) üzrə ixtisaslaşmış
ipoteka bankları aiddir. Sparkasse adı altında olan banklar ən
yüksək səviyyəli filiallara malikdirlər. Onlara istənilən ərazidə
rast gəlmək olar, çünki bu qrup bankların çox geniş avtomat
şəbəkələri vardır. Baxmayaraq ki, bu cür banklar eyni ada və
80
simvola malikdirlər, lakin onlar bir-birindən asılı deyillər. Bu
gün Almaniyada ümumilikdə 20 minə yaxın filialla 500 əmanət
kassası hesaba alınmışdır. Demək olar ki, onların hamısı
bələdiyyə təşkilatıdır. Onların əsas vəzifəsi ərazilərdə yaşayan
əhaliyə yığımlarının mühafizəsi üzrə müəyyən xidmət dəsti
təklif etmək və yerli əmanət hesabına əhalinin kreditləşmə
tələbini ödəməkdir. Əmanət kassaları regional birliklərlə
birləşdirilmişdir.
6. Kooperativ banklar. Bu banklar kifayət qədər çoxsaylı
qruplar təşkil edir. Onların digər banklardan əsas fərqi ondadır
ki, bankın xidmətindən istifadə edənlər onların təkcə
müştəriləri deyil, həm də “şərikləri” sayılır. Bu bankın
qaydalarına əsasən bankın müştərisi olmazdan əvvəl bankın bir
hissəsini almaq lazımdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır
ki, bu bankların pay faziləri digər bankların pay faizlərindən iki
dəfə çoxdur. Lakin bununla belə payın maksimum həcmi
məhdudlaşdırılmışdır.
7.Poçt Bankı. Poçt bankları bankların ayrı
kateqoriyalarına aid etmək olar ki, bunlar da kifayət qədər
cavan banklardır. Poçt banklar rəsmi olaraq 1995-ci ildən
fəaliyyət göstərir və praktiki olaraq bütün iri poçt
bölmələrində filiallara malikdir. Bu bankların müştərilərinə
başlıca olaraq telefon və ya kompyuter vasitəsi ilə xidmət
göstərilir. Poçt bankda xidmətin səviyyəsi kifayət qədər
aşağıdır.
8.Özəl kommersiya bankları. Özəl Kommersiya Bankları
7000-dən çox filial və 200 mindən çox işçiyə sahib olan 350-yə
yaxın universal faəliyyət göstərən kredit təşkilatını əhatə edir.
81
Bu bank qrupuna üç iri bank, 200 regional və digər banklar,
80-ə yaxın özəl banklar və təxminən 60 xarici bankların filialı
daxildir. Özəl kommersiya banklarının üstünlüyü həcmindən
və quruluşundan asılı olmayaraq burada qısamüddətli kredit
sazişlərinin olmasıdır. Özəl kommersiya banklarının qiymətli
kağızlarla olan əməliyyatları aktivdir. Özəl kommersiya
banklarının hesabında təxminən sərt faizli kağızların 3/4-ü
investisiya sertifikatı və səhmlərdir. Özəl kommersiya
banklarının fəaliyyətinin vacib bölgüsü ticari sazişlər üzrə
xarici partnyorlarla hesabların aparılmasıdır.
İri Özəl Kommerisiya Banklarına üç ən böyük məşhur
Alman Bankı Doyçe Bank, Drezdner Bank və Kommersbank
aiddir. Onların fəaliyyəti 1871-ci ildə Almaniya İmperiyası
yaranan vaxtlara təsadüf edir. Bu səhmdar cəmiyyətlərin
kapitalı ölkə daxilində olduğu kimi, xaricdə də yayılmışdır.
Onların hər biri iki yüz mindən üç yüz minə qədər səhmə
malikdir, çox hissəsi isə bu bankların əməkdaşlarına aiddir.
Bu banklar bütün bank xidmətləri diapazonu üzrə
fəaliyyət göstərən tipik universal banklardır. Onların balansının
həcmi Almaniyanın balansının həcminin 1/10-ni təşkil edir.
Daxili ticarətin maliyyələşdirilməsində, emissiya sazişlərində
və qiymətli kağızların idarə edilməsində, bu bankların
müştəriləri birinci dərəcəli rol oynayırlar. Banklar Almaniyada
4 mindən çox filial şəbəkəsinə malikdir ki, burada ümumilikdə
20 milyon müştəri qeydə alınmışdır. Onların beynəlxalq
xidmətləri xarici partnyorlarla əməliyyat aparan ölkə
daxilindəki bank bölmələrinə, törəmə təşkilatlara, həmçinin
digər ölkələrdəki filial və nümayəndəliklərə əsaslanır.
82
Almaniyada Özəl Kommersiya Banklarına 200-ə yaxın
regional bank aid edilir. Bu banklar səhmdar cəmiyyəti (AG),
Məhdud Səhmdar Cəmiyyəti (KGA) və Məhdud Məsuliyyətli
Səhmdar Cəmiyyətləri (GMBH) kimi təşkilati-hüquqi
formalarda yaradılır. Onlar fəaliyyətlərini bir müəyyən
regionda müəyyənləşdirir. Onlardan bəziləri beynəxalq
reputasiyaya malikdirlər. Özəl Kommersiya Bankları qrupuna
özəl bankirlər də aid edilir. Özəl bankirlər qrupuna təkbaşına
sahibkarı olan banklar və ya təşkilati-hüquqi forması, açıq
ticari cəmiyyət (OHG) və Məhdud Cəmiyyət (KG) olan
təşkilatlar daxil edilir.
Ġctimai hüquqi təĢkilatlar. İctimai hüquqi təşkilatlar
700-dən çox əmanət kassasından və jiromərkəzlərdən
ibarətdir. Kommersiya banklarının bank əməliyyatlarının
həcmində ümumilikdə onların payı 50%-dir. Almaniyada
ərazinin əmanət kassalarının mərkəzi təşkilatı olan 12
jiromərkəz mövcuddur. Onlar xüsusi qanunvericilik fəaliyyəti,
o cümlədən, kredit işi haqqında qanun vasitəsi ilə idarə edilir.
Jiromərkəzlər üzərində məsuliyyəti müvafiq federal torpaqlar,
əmanət kassaları və regional birliklər daşıyır. Jiromərkəzlərin
19 milyon filialı əhalini bank şəbəkələrinin xidmətləri ilə
təmin edir. Əvvəllər əmanət kassalarının fəaliyyəti yalnız
əhalidən əmanətlərin alınması və real dəyərli girov altında
kreditin verilməsi ilə məhdudlaşdırılırdı. Hazırda onlar
universal banklar kimi fəaliyyət göstərir. Daxili ticarətin
maliyyələşdirilməsi və qiymətli kağızlarla saziş əməliyyatları
əmanət kassaları üçün özəl kommersiya banklarında olduğu
kimi əhəmiyyət kəsb etmir. Lakin, son illər onlar aktiv şəkildə
83
daxili ticarət fəaliyyətində iştirak edirlər. Jiromərkəzlərlə
bərabər əmanət kassaları da nağdsız əməliyyatlar üzrə
hesablaşma əməliyyatları sferasında böyük jirosistem əmələ
gətirir. Jiromərkəzlər əmanət kassalarının likvidli ehtiyatlarını
idarə edir və bank xidmətləri sahəsində əməliyyatları həyata
keçirir. Bu cür ənənəvi vəzifələrlə yanaşı jiromərkəzlər iri
sənaye sazişləri və daxili ticari sazişlərin bağlanılmasında
iştirak edir.
Kooperativ banklar. Almaniyada 3000-ə yaxın
kooperativ bank fəaliyyət göstərir. Şəhərdə onları Folksbank,
kəndlərdə Rayffayzenbank adlandırılır. Kooperativ banklar
böyük olmayan kredit təşkilatlarıdır. Almaniyada kooperativ
bankaların yaradılmasına 125 il əvvəl “özünəkömək yolunda
kömək” ideyasının yaranması səbəb oldu. Bu, özünüidarəetmə
və məsuliyyət prinsiplərinə əsaslanırdı. Bu gün kooperativ
banklar əhaliyə universal çeşiddə xidmət təklif edir ki, onların
fəaliyyəti müddətsiz əmanətlərə, orta və qısa müddətli
kreditlərin verilməsinə cəmlənmişdir. Uzunmüddətli kreditlərin
həcmi mütəmadi olaraq artır. Əgər əvvəllər kooperativ
bankların müştəriləri sənətlə məşğul olanlar, fermerlər idisə,
hal-hazırda onların əsas hissəsini işçilər və xidmətçilər təşkil
edir.
ĠxtisaslaĢmıĢ banklar. Almaniyada universal fəaliyyət
göstərən banklarla bərabər ixtisaslaşmış banklar da mövcuddur.
Bura dəyərli girov əsasında kredit verən ipoteka bankları və
başqa kredit təşkilatları; xüsusi vəzifələr üzrə kredit təşkilatları;
hissə-hissə ödəniş üzrə ssuda verən banklar; poçt banklar;
sənaye kredit təşkilatları və s. aiddir.
84
Ixtisaslaşmış bankların əsas qrupunu 30 özəl ipoteka
bankı, kommunal kredit təklif edən ixtisaslaşmış banklar təşkil
edir. Onlar yaşayış yerlərinin maliyyələşdirilməsi və
yenidənqurulması üçün uzunmüddətli kreditlər verir, həmçinin
sənaye və kənd təsərrüfatına kapital qoyuluşları həyata keçirir.
Əməliyyatların ikinci əsas növü isə yerli və bələdiyyə, ictimai
hüququn digər korporasiyalarına və təşkilatlarına kommunal
kreditlərin verilməsidir. Kommunal kreditlər əsasən yaşayış
yerlərinin inşaatına ötürülür.
Ixtisaslaşmış bank qrupuna 30-a yaxın zəmanət bankı və
kredit üzrə zəmanət cəmiyyətləri daxildir. Onlar orta və kiçik
müəssisələrə qarşılıqlı yardım təşkilatı kimi çıxış edir. 1950-ci
ildə mövcud olan kredit təşkilatlarının əsas vəzifəsi kiçik və
orta müəssisələrin zəif maliyyə təminatından yaranan
xoşagəlməz şəraitin aradan qaldırılması idi. Qeyd olunmuş
bank və cəmiyyətlər sənətkarlıq, ticarət və sənaye üzrə
müəssisələrin fəaliyyəti zamanı itkilərin baş verməsi hallarına
zəmanət verir.
Almaniya Bank Birlikləri. Qanunverici orqanlarla,
Federal Bankla, Kredit İşlərinə Nəzarət üzrə İdarə və digər
dövlət orqanlarla münasibətində bankların maraqlarını təmsil
etmək üçün kredit birlikləri təşkil olunmuşdur. Kredit
təşkilatları parlamentin vacib qərarlar qəbul etdiyi parlament
dinləmələrində iştirak edir, bank işlərinin hazırlanması və
unifikasiya edilməsi qaydalarının aparılmasında Alman Federal
Bankı və Nəzarət üzrə Federal İdarə ilə əməkdaşlıq edir.
Federal Mərkəzi Bank birlikləri səviyyəsində fəaliyyət
göstərən özəl banklar, əmanət kassaları və kooperativ banklar
85
regional və hətta yerli təşkilatlara malikdir. Bank birliyinin
tərkibinə təftiş təşkilatı da daxildir. Birliyə daxil olaraq onlar
dövlət yoxlama orqanlarından asılı olmayaraq bankların nüfuz
və likvidliyini yoxlayır. Dövlət yoxlama orqanlarının bu
birliklərlə əməkdaşlığı yüksək səviyyədədir. Məsələn,
lisenziyanı Kredit təşkilatlarına Nəzarət üzrə İdarə verir və
kredit təşkilatı ilə əlaqədar olan məlumatları müvafiq bank
birliyindən tələb etməyə məcburdur. Qeyd etmək lazımdır ki,
bank qrupları üzrə müəyyən olunmuş birliklər, həmçinin
depozitlərin sığortası sisteminin təşkilatçılığı ilə də
məşğuldur. AFR Bank Sistemi dünyanın qədim və inkişaf
etmiş sistemləri sırasına daxildir. O, yaxşı təşkil olunmuş və
inkişaf etmiş maliyyə infrastrukturuna malikdir və əsas Dünya
Maliyyə Mərkəzləri ilə sıx əlaqədə olan pul bazarına əsaslanır.
Bank sisteminin inkişafının vacib tendensiyası kredit
institutlarının ayrı-ayrı növləri arasında əlaqəli iqtisadi
münasibətləri yaratmaqdan ibarətdir. Inşaat cəmiyyətləri və
gizli əmanət bankları hesablaşma və digər xidmətlər sferasında
klirinq bankları ilə aktiv rəqabət aparır, iri banklar isə ipoteka
bazarında möhkəmlənməyə çalışır.
Hazırki dövrdə AFR-in bank sistemi maliyyə və iqtisadi
dəyişmənin mərkəzində dayanır. Bu onun funksiyalarının,
təşkilinin və texnologiyasının, banklararası kooperativ və
beynəlxalq əməkdaşlığa yanaşmasının dəyişməsinə səbəb olur.
Almaniya Federativ Respublikası Avropa İqtisadi və Valyuta
Birliyinin üzvüdür. 2001-ci ilin yanvarından etibarən alman
markası avro ilə əvəz edildikdən sonra ödəniş vasitəsi hesab
olunmur. Bütün Avropa Birliyi ölkələri üçün avronun
86
yeridilməsinin əsas məqsədi maliyyə-siyasi sabitliyə nail
olmaqdır. Hansı ki, istehsalın inkişafının stabilləşməsinə və
işsizlik səviyyəsinin azaldılmasına gətirib çıxarır.
Bundesbank Almaniya bank sisteminin quruluşunun
birinci pilləsi hesab olunur və vahid pul-kredit siyasətini həyata
keçirir. Ona ikinci pillədə olan universal və ixtisaslaşmış
banklar tabedir. Bundesbankın Mərkəzi Bank kimi vəzifəsi
milli valyutanın stabilliyini saxlamaq və pul mübadiləsinin və
kreditin təkmilləşdirilməsindən ibarətdir.
Alman iqtisadiyyatına inteqrasiya proseslərinin təsiri
danılmaz idi. Bu hər şeydən əvvəl bank xidmətləri bazarının
təşkili məsələlərinə, bank fəaliyyətinə dövlət tənzimlənməsinin
həyata keçirilməsinə aiddir. Alman Bank Sistemi digər Avropa
Birliyi ölkələrinin bank sisteminə nümunədir. Avropa Birliyi
çərçivəsində razılaşdırılmış pul-kredit siyasətinin təmin
olunmasında alman peşəkarlarının rolu böyükdür. Onlar
Almaniya Mərkəzi Bankı ilə aktiv şəkildə əlaqə yaradır,
həmçinin bank fəaliyyəti üzərində yoxlama funksiyasını və
idarəetməni həyata keçirir. Açıq maliyyə bazarı şəraiti və bank
kapitalının təmərküzləşməsi ilə bank sisteminin iriləşməsi
rəqabəti Almaniya Bank Sisteminin mühüm problemidir. Bank
sisteminin üç pilləli olması da bu sistemin fəaliyyətini
çətinləşdirirdi. Belə ki, qanun müxtəlif səviyyəli bank
sistemlərinin birləşməsini qadağan etdi və özəl bankların
əmanət kassalarını və ya kooperativ bankları ələ keçirməyi
məhdudlaşdırdı. Artıq yarımdövlət əmanət kassalarının
fəaliyyəti sona yetmək üzrə idi və bu dəyişməsinin vaxtı artıq
çoxdan çatmışdı. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi
87
Komissiyası dəfələrlə Almaniyanın qarşısına əmanət
kassalarına dövlət dəstəyinin dayandırılması məsələsini qoydu.
Hələ o zaman Almaniyanın bütün bankları Deutsche Bank kimi
Amerika və Yaponiya banklarının güclü təzyiqinə davam
gətirmək üçün güclü maliyyə potensialına sahib deyildi.
Dresdner Bank, Commersbank, West-Landes Bank və s.
bankların maliyyə vəziyyətləri aşağı idi. Lider qəbul edilmiş
Deutsche Bankda son illər öz mövqeyini itirirdi. Təcrübə
göstərdi ki, alman bankları təşkilati fəaliyyətin səmərəliliyində,
qərarların qəbul edilməsinin çevikliyində Amerika, Britaniya
və Yaponiya bankları ilə müqayisədə liderliyi əldən verirdi. Bu
gün Almaniyanın əsas Mərkəzi Bankı Almaniya Mərkəzi
Bankı sayılır. Simvolik olaraq onun qərargahı Almaniyanın
maliyyə metropoliyası Frankfurtna-Maynda yerləşir. Almaniya
Mərkəzi Bankı Milli Mərkəzi Bankların, o cümlədən,
Almaniya Federal Bankının prezidentləri ilə yanaşı direktorlar
şurasına rəhbərlik edir. Almaniyanın özünün bank sistemi üç
böyük qrupa ayrılır ki, onların başında Almaniya Federal Bankı
dayanır. Bunlar aşağıdakılardır:
Əmanət kassaları;
Kooperativ banklar və baş ofisi;
Filial şəbəkələri ilə birlikdə kommersiya bankları.
Bu gün kredit təşkilatları AFR-in ümumi strukturunda
güclü mövqeyə sahibdirlər. Almaniya nümunəvi maraqları cəlb
edir. Çünki Almaniyanın iqtisadi səmərəliliyi əsasən stabil pul
və valyuta siyasətinə, liberal qanunvericiliyə və sosial
maraqların bərabərliyinə əsaslanır.
88
1.7. FRANSANIN BANK SISTEMĠ
Avropanın ən qədim Mərkəzi Banklarından biri olan
Fransa Bankı 1800-cü ildə Napoleon Bonapart tərəfindən təsis
edilmişdir. 1803-cü ildə Banka təqdim edilmiş və 1806-cı ildə
təsdiq olunmuş emissiya hüququ 1945-ci ilə qədər dörd dəfə
təzələnmişdir. Doqquz əyalət emissiya bankının birləşməsindən
sonra 1848-ci ildən başlayaraq Fransa Bankı ölkənin bütün
ərazisində inhisarçı emissiya hüququnu əldə etdi.
Fransanın Mərkəzi Bankı olan Fransa Bankının əsas
vəzifəsi Avropa Mərkəzi Banklar Sisteminin (AMBS) valyuta
siyasətini tətbiq etməkdir. Avropa Mərkəzi Banklar Sisteminin
(AMBS) qurumu olan Fransa Bankı mərkəzi bank sisteminin
fəaliyyət öhdəliklərini Avropa Mərkəzi Bankı ilə bölüşməyi
qərara aldı. Fransa Mərkəzi Bankı daxili iqtisadi siyasətin apa-
rılmasında məsuliyyəti Maliyyə Nazirliyi ilə bölüşür.Bank
Royalın xələfi olan Fransa Bankı 18 yanvar 1800-cü il ta-
rixində o zaman Fransa Respublikasının Birinci Konsulu olan
Napoleon I Bonapart tərəfindən təsis edilmişdir.Bankın əsas
vəzifəsi endirimli kommersiya istiqrazlarının mübadiləsi
məqsədilə banknotların çap olunması idi. 1808-ci ildən 1936-cı
ilə qədər olan dövr ərzində Fransa Bankı əskinazların bura-
xılması ilə məşğul olmuşdur. XIX əsrin ikinci yarısından etiba-
rən Fransa Bankı özünün filial şəbəkəsini sürətlə genişləndir-
mişdir. 1936-cı ildə Xalq Cəbhəsi Partiyasının seçkilərdə qalib
gəlməsi nəticəsində Fransa Bankının milliləşdirilməsinə qərar
verilmişdir. 1973-cü ildən etibarən Bankın statusuna dair
islahatlara başlanılmış və müvafiq işlərin həyata keçirilməsi
89
məqsədilə Ümumi Şura yaradılmışdır. 4 avqust 1993-cü il
tarixində qəbul edilmiş Fransa Bankı haqqında Qanun onun
müstəqilliyinə zəmin hazırlamış oldu. 1998-ci il tarixində
Avropa Mərkəzi Banklar Sisteminə daxil olan Fransa Bankının
əsas vəzifəsi bu sistemin fəaliyyətləri çərçivəsində vahid
monetar siyasətin həyata keçirilməsidir.
Fransa Bankının əsas funksiyaları aşağıdakılardır:
Avropa Mərkəzi Bank Sistemi çərçivəsində birgə
monetar siyasətin həyata keçirilməsi;
Bank sisteminin və investisiya təşkilatlarının idarə
olunması və onlara nəzarət edilməsi və bu məqsədlə Bankda
Bankçılıq və Maliyyə Tənzimlənməsi Komitəsi, Bankçılıq
Komissiyası, Kredit və qiymətli Kağızlar üzrə Milli Şuranın
fəaliyyətinin tənzimlənməsi;
Pul əskinazlarının çap edilməsi;
Ödəniş və hesablaşmalar sistemlərinin fasiləsiz işinin
təmin edilməsi;
İnflyasiyanın hədəfçilik siyasəti bir neçə elementdən
ibarətdir:
1. İnflyasiyanın konkret göstəricilərinin əldə edilməsi
üzrə ortamüddətli deklarasiya;
2. İnflyasiyanın məqsədli parametrlərinin ölkə inkişafının
uzunmüddətli konsepsiyasına daxil edilməsi;
3. İnflyasiyanın optimal səviyyəsinin əldə edilməsi üzrə
ümumi strategiyada aralıq göstəricilərin, məsələn, pul kütləsi
artımının rolunun azalması;
4. Uzunmüddətli monetar siyasətin şəffaflığı, cari və-
zifələrin və planların aşkarlığı;
90
5. İnflyasiyanın məqsədli səviyyələrinin əldə edilməsi
üçün mərkəzi bankın hesabat verməsi;
İnflyasiyanın məqsədli səviyyələrinin əldə edilməsi üçün
Fransa Bankının istifadə etdiyi əsas alətlər aşağıdakılardır:
- Frankın valyuta kursunun dinamikasına və
dövriyyədəki pulların miqdarına təsir edən faiz
dərəcələrinin tənzimlənməsi. Faiz dərəcələrinin
tənzimlənmə mexanizmi banklararası bazarda kredit
hərracları vasitəsilə və ya veksellərin 5-10 günlük
girovu altında kredit intervensiyalarına əsaslanır;
- Valyuta intervensiyaları. Monetar tənzimlənmə
orqanları valyuta bazarlarında intervensiyaları müxtəlif
məqsədlərlə, o cümlədən mübadilə kursunun
saxlanması və beynəlxalq ehtiyatların arzuolunan
səviyyəsinin əldə edilməsi üçün apara bilər. Milli
valyuta kursunun qaldırılması üçün xarici valyutanı
satmaq, milli valyuta kursunun aşağı salınması üçün isə
xarici valyutanı almaq lazımdır.
- Məcburi ehtiyat normaları vasitəsilə manevr etmə
(1971-ci ilin aprelindən tətbiq olunmuşdur);
- Açıq bazarda əməliyyatlar və başqaları.
Fransanın kredit-maliyyə sisteminin fəaliyyəti 1984-cü ilin
qanunu ilə tənzimlənir. O, üç pillədən ibarətdir: Mərkəzi Bank
(Fransa Bankı); kommersiya bankları; ixtisaslaşmış kredit-
maliyyə müəssisələri; investisiya, ipoteka, xarici ticarət
bankları, sığorta və maliyyə şirkətləri, pensiya fondları və s.
Fransa Bankı 96 regional, 21 iqtisadi və 7 kreditvermə
mərkəzindən ibarət strukturdur. Bankın şəbəkə strukturu
91
aşağıdakı kimi fəaliyyət göstərir: regionlarda – idarəçilik
səviyyəsində və paytaxtda yerləşən regional mərkəz. Bu
mərkəzlər bölgələrdə olan əməliyyat bölmələrinin fəaliyyətini
idarə edir və nəzarətini aparır. Regional Müdirlər Kollegiyası
Baş Katibin və filiallar şəbəkələri üzrə menecerin rəhbərliyi ilə
iki aydan bir keçirilir.
Bankın sərmayə qoyuluşu və bazar əməlliyatları
siyasətində iki həlledici qurum fəaliyyət mövcuddur:
Aktiv və Passivlər Komitəsi
Risklərin idarə edilməsi komitəsi
Sədrin başçılıq etdiyi Aktiv və Passivlərin İdarə edilməsi
Komitəsi Bankın investisiya strategiyasını, Sədr müavininin
rəhbərlik etdiyi Risklərin İdarə Edilməsi Komitəsi isə bazar
əməliyyatlarının aparılması şərtlərini müəyyənləşdirir.
Fransa Bankının Sədr və iki sədr müavini Nazirlər Şurası
tərəfindən 6 il müddətinə seçilirlər. Sədr bütün departament
rəhbərlərinin daxil olduğu İcra Komitəsinin və baş rəhbərlik
vəzifələrinin təyinatina baxan Peşəkarlıq Komitəsinə başçılıq
edir. Həmçinin o Avropa Mərkəzi Bankının İdarəetmə
Şurasının üzvüdür. Bankın Sədri Ümumi Şuranın başçısıdır.
Monetar Siyasət Komitəsinin üzvləri - Sədr, sədrin iki müavini,
Senat və Milli Assambleyanın üzvləri və Bankın Ali Şurasına
daxil olan üzvlərdən ibarətdir. Komitə monetar siyasətin
inkişaf etdirilməsi və bu sahədə bankın fəaliyyətinin Avropa
Mərkəzi Banklar Sisteminə uyğunlaşdırılması ilə məşğuldur.
92
Fransa Bankının Sədri Avropa Mərkəzi Bankının İdarə
Şurasının üzvüdür. Maliyyə Nazirliyi ilə birgə Fransa Bankı
Beynəlxalq Valyuta Fondunun idarəetmə islahatları üzərində
çalışır. Fransa Bankı kvotalar üzrə islahatların və Beynəlxalq
Valyuta Fondunda səsvermə şərtlərinin dəyişdirilməsini təhlil
edir. Fransa Bankının rəhbərliyi fransız dilli Afrika ölkələrinin
maliyyə nazırləri və mərkəzi bank sədrləri ilə fəal şəkildə
görüşlər keçirir. Bu növ görüşlər biri Fransada, digəri isə
Afrika ölkələrində olmaqla ildə iki dəfə keçirilir. Böyük Kralın
islahatı yalnız əsas pulun – dinarinin çəkisinin artmasına gətirib
çıxardı. O, nə pul kəsmənin mərkəzləşməsinə, nə də dövlət
sikkələrinin sərbəst hərəkətinə nail ola bilmədi. Böyük Kralın
ölümündən 50 il sonra imperiya normanların hücumuna məruz
qalaraq dağıldı. Lakin Böyük Kral islahatının bir tərəfi öz
əhəmiyyətini uzun müddət saxladı – funt pul vahidi kimi
işləməyə başladı. Fransa Karolinqlərin hesabı pul vahidlərinə
varis çıxdı. Böyük məbləğlərdə olan pulların hesabı livr (funt),
su (solid), denye (dinariy) ilə aparılırdı. Pul sisteminin əsasını
denye təşkil edirdi. Bir livr 20 suya, bir su 12 denyeyə bərabər
idi. Roma kralları kimi Frank kralları da pulların kəsilməsini
mərkəzləşdirməyə çalışırdılar. Hətta udellərə parçalanma
dövründə də pulların kəsilməsi mərkəzləşdirilmiş şəkildə
müəyyənləşən qaydalar əsasında aparılırdı. «Dinari» pul
vahidinin adı (və ya denye) uzun müddət ərzində saxlanıldı.
Livr, solid (su) və frank əsas pul vahidləri olandan sonra da,
denye xırda pul şəklində işlənirdi. Sonralar denyenin
stabilliyinin və kursunun növbəli şəkildə dayanmadan gah
pisləşməsi, gah da yaxşılaşması nəticəsində orta əsrlərdə
93
qiymətlərin miqyas funksiyasını gümüşün markası yerinə
yetirirdi. IX Lüdovikin hakimiyyəti illərindən sonra (1226-
1270) olan vaxt stabillik dövrü kimi xatırlanır. Dinari qiy-
mətdən düşdüyünə görə, IX Lüdovik 12 dinarilik iriləşmiş
gümüş pul tətbiq etdi. Iriləşmiş gümüş pul təmiz gümüşün yox,
kral gümüş markasının 1/58 hissəsini təşkil edirdi. Yeni pul
“qro” adlandırıldı. Qronun əmələ gəlməsi inkişaf etmiş pul
sisteminin əsasını qoydu: monometalizm - «birpullu» dövriyyə
əvəzinə bimetalizm - «ikipullu» dövriyyə yarandı. IV Filip
(1268 -1314) feodal pulu ilə mübarizədə böyük nailiyyətlər
qazandı. Lakin onun ölümündən sonra feodal pul kəsmə
yenidən bərpa edildi və X Lüdovik bir çox feodalların pul
kəsmək hüququnu tanımağa və qanunvericiliklə rəsmiləşdir-
məyə məcbur oldu. Qanun yalnız keyfiyyətli pullara şamil
olunurdu. Əvvəlcə iriləşmiş gümüş pulların (qro), sonra isə
qızıl pulların kəsilməsi kralın imtiyazı elan olundu. Lakin bəzi
əyalətlər öz pullarını kəsməkdə davam edirdilər.1337-ci ildə
başlamış Yüzillik müharibə Fransanın firavanlığına son qoydu.
Livrə bərabərləşdirilmiş və Xeyirxah Loannın əsirlikdən
qurtulması üçün nəzərdə tutulmuş qızıl frankın yaranması
müharibənin əvvəlinə təsadüf etdi. Frank ilk dəfə 1360-cı ildə
yaranmış və qısa müddət ərzində kəsilmişdi. Birinci respublika
dövründə 28 termidor qanunu (1795-ci il 15 avqust) ilə frank
milli pul vahidi elan edilmişdir. Lakin məhz bu dövrdə
Fransanı bürümüş böyük inflyasiya real gəlirlərin 2 -4 dəfə
azalmasına gətirib çıxardı. Aprelin 7-də I Napoleon ölkənin
rəsmi pul vahidi kimi frankın tətbiq edilməsi barədə qanun
qəbul etdi. Aprelin 14-də isə Fransa Bankı onun emissiya hü-
94
ququnu aldı. 1780-ci illərin axırlarında XVI Lüdovikin haki-
miyyəti maliyyə ilə bağlı çıxılmaz vəziyyətə düşdü. 1787-ci
ildə faizlərin ödənilməsi və qısamüddətli dövlət borcunun ödə-
nilməsi ilə bağlı büdcə xərcləri bütün xərclərin 49%-ni, hərbi
xərclər 26%, kral sarayının saxlanması – 6% təşkil edirdi.
Xərclərin ödənilməsi üçün kağız pullar -“assiqnatlar” buraxıl-
mışdır. Assiqnatlar 1790-cı ildə qiymətdən düşmüş və 1796-cı
ildə digər kağız pullarla – ərazi mandatları ilə tamamlanmışdır.
Artıq 1798-ci ildə buraxılan bütün kağız pullar tamamilə qiy-
mətdən düşmüş və möhkəm valyutaya keçid qanunvericiliklə
təsbit edilmişdir. 1865-ci ildə III Napoleonun təşəbbüsü ilə
Fransanın, Belçikanın, İsveçrənin və İtaliyanın pul sistemlərini
birləşdirən Paris Konvensiyası imzalanmışdır. Bu birləşmə
Latın İttifaqı adını almış və 1868-cı ildə həmin ittifaqa Vatikan
və Yunanıstan, 1877-ci ildə isə Finlandiya da qatılmışlar.
İttifaq fransız frankının dəyər etalonu qismində tanınmasına və
bimetallizmdən, qızılla gümüşün Fransada qəbul edilmiş 1-in
15,5-ə nisbətindən çıxış edərək, iştirakçı ölkələr tərəfindən eyni
nominala və çəkiyə malik olan gümüş pulların kəsilməsinə
əsaslanırdı. Latın ittifaqı ölkələrinin pul vahidləri eyni olmalı
və onların tərkiblərində 0,29 q təmiz qızıl, 4,5 q təmiz gümüş
olmalı idi. Iştirakçı ölkələrin qızıl və gümüş pulları ittifaqa
daxil olan hər bir dövlətin ərazisində qanuni ödəniş vasitəsi
qismində sərbəst şəkildə dövr edə bilirdi. Başqa sözlə, dövlət-
lərin pul vahidləri öz adlarını saxlayır, lakin bərabər paritetə
malik olurdular. Yəni 5 fransız frankı 5 Belçika frankına, 5
Isveçrə frankına və s. bərabər idi. Lakin Latın ittifaqının
mövcudluğunun lap əvvəlindən onun pul sistemi Italiyadakı və
95
Fransadakı kağız pulların ifrat emissiyası səbəbindən
yanlışlıqlara uğradı. Gümüşün bazar dəyərinin kəskin
düşməsindən sonra iştirakçı ölkələr ucuzlaşmış gümüş pulların
məcburi mübadiləsində qızılın itkiləri ilə qarşılaşdılar. Gümüş
pulların kəsilməsi əvvəlcə məhdudlaşdırılmış, sonra isə dayan-
dırılmışdır.Bu isə qızıl monometallizminə (1873-cü il) keçid
demək idi. Latın ittifaqının iştirakçı ölkələrinin hökumətləri
Fransadan gümüş pulların qızıl tərkibinin əvəzini tələb etmiş,
lakin rədd cavabı alaraq, demək olar ki, ittifaqdan çıxmışlar.
Hərçənd, formal olaraq, ittifaq 1926-cı ilə qədər mövcud idi.
Latın ittifaqının dağılmasının son səbəbi Birinci dünya
müharibəsi dövründə və müharibədən sonrakı dövrdə iştirakçı
ölkələrin pul-kredit siyasətlərindəki fərqlər və bu fərqlərin
ciddi xarici və daxili şoklar fonunda milli iqtisadi maraqların
ziddiyyətləri ilə kəskinləşməsi olmuşdur.
XX əsrdə Fransada pul-kredit münasibətlərinin təkamülü
aşağıdakı xronologiya ilə inkişaf edirdi. 1903-cü ildə martın
20-də qəbul edilmiş qanuna görə, frankın dəyəri qiymətli
metalın müəyyən miqdarına bərabər idi. 1914-cü ildə avqustun
5-də başqa qanun qəbul edilmişdir. Bu qanın Fransa Bankının
banknotlarının qızıla mübadiləsini qadağan edirdi.
Antiinflyasiya siyasəti nəticəsində 1928-ci ildə Fransa qızıl
külçə standartını tətbiq etmək yolu ilə banknotların qızıla
mübadiləsini bərpa etdi. Qızıl-külçə standartı 1936-cı ilə qədər
mövcud oldu. 1939-cu ildə frank zonası qanunvericiliklə rəsmi-
ləşdirildi. Bu zonaya başda Fransa olmaqla, fransız müs-
təmləkələri daxil oldu. XIX əsrin sonunda, Fransa Bankı
müstəmləkə banklara emissiya təqdim edən zaman zona
96
təşəkkül tapmağa başladı. Zonaya daxil olan ölkələrin valyu-
talarının stabilliyi fransız frankından asılı idi, çünki bütün
iştirakçı ölkələr öz ehtiyatlarını fransız frankında və Parisdə
mübadilə kurslarının sərt fiksasiyası ilə saxlamalı idilər. Fransa
Bankı frank zonasının sərhədlərində monetar siyasətin ümumi
uzlaşmasını həyata keçirir, zonaya daxil olan ölkələrə kömək
göstərirdi. Valyuta vahidi qismində KFA və KFP frankları isti-
fadə olunurdu. KFA frankı (FKFA) 1945-ci ilin dekabrında
Qərbi və Mərkəzi Afrikada dövriyyəyə buraxılmış və 1962-ci
ilə qədər Afrikada fransız müstəmləkələrinin frankı (Colonies
francaided d Afriq) adlandırılmışdır. 1962-ci ildən başlayaraq,
bu frank Qərbi Afrikada - Afrika maliyyə cəmiyyətinin frankı
(Communaute financiere africaine), Mərkəzi Afrikada –
Maliyyə birliyinin (Cooperation Financiere en Afrique
Centrale) frankı olmuşdur. KFP (FKFP) frankı 1945-ci ilin
dekabrında Yeni Kaledoniyada, fransız Polineziyasında,
Uollisdə və Futunda tətbiq olunmuş və 1967-ci ilə qədər
Fransanın Sakit okean müstəmləkələrinin (Colonies francaises
du Pacifique) frankı adlandırılmışdır. 1967-ci ildən sonra isə
Sakit okeanda fransız kontorlarının frankı olmuşdur
(Compotoirs francaises du Pacifique). Bir çox müstəmləkələr
müstəqillik qazanandan sonra frank zonasından çıxdılar: Livan,
Suriya, Tunis, Əlcəzair, Mərakeş və başqaları. Lakin bu
ölkələrin və frank zonasının iştirakçı ölkələrinin iqtisadiyyat və
ticarət strukturu indiyə qədər müstəmləkə dövrünün izini sax-
layır. Bu həm istehsalata (xammal ehtiyatlarının ixracı və
ərzaq, sənaye məhsullarının idxalı), həm də kommunikasiya
sisteminə aiddir (bir çox hallarda, Afrikanın bir ölkəsindən
97
digər ölkəsinə getmək üçün Londondan və ya Parisdən uçmaq
lazımdır). Frank zonası Fransanın təsir sferası olaraq
qalmaqdadır, lakin bu, daha çox siyasi yox, iqtisadi maraq-
lardır. Həm xarici, həm də daxili faktorların təsiri ilə baş verən
frankın çoxsaylı devalvasiyaları pul islahatının həyata keçiril-
mə zərurətini yaratdı. 1960-cı ilin əvvəlində 100 köhnə franka
mübadilə olunan yeni frank tətbiq edildi. Lakin inflyasiya
davam edirdi və 1969-cu ildə frank uyğun olaraq qızıla və dol-
lara nəzərən qiymətdən düşdü. Bu isə faktiki olaraq, Bretton –
Vud konfransının prinsiplərinin ləğv edilməsi demək idi.
Dollar standartından mübadilə kursunun seçim sərbəstliyinə
de-yure keçid 1976-cı ildə Yamaya konfransında qəbul edil-
mişdir. Fransanın müasir pul dövriyyəsi aşağıdakı göstəricilərlə
xarakterizə olunur. M1 aqreqatı Fransa Bankının buraxdığı
banknotları, xırda pulları, o cümlədən bankların və poçt çeklər
idarəsi kimi müəssisələrin sərəncamında olan bank
hesablarındakı pulları daxil edir. Bu hesablardakı pullar heç bir
ləngimə olmadan bilavasitə ödəniş məqsədilə istifadə oluna
bilir. 1987-ci ildə dekabrın sonunda banknotlar rezidentlərin
əllərində olan pul kütləsinin təqribən 14%-ni, xırda pul 1%-ni,
cari poçt hesablarındakı və xəzinədə şəxsi adamların hesabla-
rındakı məbləğ – 19%-ni, bank hesablarına yazılmış pullar -
66% -ni təşkil edirdi. M2 və M3 aqreqatları M1 aqreqatından
başqa əmanətlərdə və müddətli əmanətlərdə olan pul vəsait-
lərini, kassa bonlarını, depozit sertifikatlarını daxil edir. Bu
vəsaitlər pul deyil, çünki onları çeklərin vasitəsilə köçürmək
mümkünsüzdür, pulların çıxardılması isə müəyyən şərtlərə
tabedir. Lakin həmin vəsaitlərin iki məna baxımından pula
98
bənzərliyi var. Bir tərəfdən, onlar qısa müddət ərzində mal və
xidmət bazarına buraxıla bilir, ikinci tərəfdən, faiz
gətirdiklərinə görə pulları daha mükəmməl üsulla toplamaq
imkanı verirlər. 2002-ci ildə yanvarın 1-də fransız frankı döv-
riyyədən çıxardılmış və vahid Avropa valyutası – avro ilə
əvəzlənmişdi. 1957-ci ildən Avropa iqtisadi birliyinin üzvü
olan Fransa Avropa birliyinin bütün islahatlarında aktiv şəkildə
iştirak edərək bu hadisəyə mərhələlərlə gəlirdi. Artıq 2001-ci
ildə mayın 11-də birinci avro Pessak zavodunun dəzgahından
çıxdı, nağd avronun tətbiq edilmə tarixində isə Fransa dövriy-
yəyə 7,6 milyard pul buraxdı. Beləliklə, 2002-ci il iyulun 1-dən
başlayaraq, fransız frankı artıq Fransanın qanuni ödəniş vasitəsi
olmadı, onun yerini isə avro tutdu.
Avropa ölkələri texniki yardım proqram çərçivəsində
Fransa Bankı və Bolqarıstan Milli Bankı ilə sıx əməkdaşlıq
edir. Bundan əlavə, Avropa Mərkəzi Bankının texniki yardım
layihəsi çərçivəsində Fransa Bankı Bosniya və Herseqovina,
Misir və Rusiya kimi dövlətlərə yardım göstərmişdir.
Kredit müəssisələrinin daha böyük əhəmiyyət kəsb edən
kateqoriyası kommersiya banklarıdır. Onlar bir qayda olaraq,
səhmdar müəssisələri formasında fəaliyyət göstərirlər.
Kommersiya banklarının fəaliyyəti qısamüddətli kreditlərin
verilməsi üçün müddətsiz əmanətlərin qəbulundan ibarətdir.
Lakin banklar əmanətlər və ya borclar şəklində kapital almaqla,
borcları daha uzun müddətə təqdim etməklə, digər
müəsssələrin kapitalında iştirak etməklə, qiymətli kağızların
emissiyasını və yerləşdirilməsini təşkil etməklə, müştərilərin
əmlakının idarəetməsini həyata keçirməklə öz fəaliyyət
99
sferalarını genişləndirə də bilərlər. Kommersiya bankları beş
əsas funksiyanı yerinə yetirirlər:
Ehtiyatların formalaşdırılması;
Xüsusi aktivlərin idarəetməsi;
Ödəniş vasitələrinin idarəetməsi;
Banklararası əməliyyatların yerinə yetirilməsi;
Maliyyə və digər xidmətlərin göstərilməsi.
Fransız banklarında xüsusi kapital iki hissədən ibarət
olur:
1. Baza vəsaitlərindən
2. Əlavə vəsaitlərdən.
Bankın passivlərinə xüsusi kapitalla yanaşı cəlb edilmiş
vəsaitlər - depozit və qeyri-depozit vəsait formasınada daxil
olur. Kredit əməliyyatları bank aktivlərinin ən böyük maddələr
qrupudur. Kreditləşmənin ən geniş yayılmış növləri bunlardır:
- müəssisələrin cari ehtiyaclarının maliyyələşdirilməsi
üçün;
- onların investisiyaları üçün,
- şəxsi istehlak uçün;
- investisiya xərcləri üçün.
İnvestisiya bankları müəssisələrə onların yatırımlarının
maliyyələşdirilməsi üçün kreditlər verir və uzunmüddətli, orta-
müddətli əməliyyatları həyata keçirirlər.
100
Cədvəl 2.1.
Bəzi Avropa Birliyi ölkələrinin bank sektorunun
ümumi aktivləri
Ölkələr Ümumi aktivlər
(milyard ekyü)
Ümumi
aktivlər
milli gəlir (%)
Bankların
miqdarı
Almaniya 3,151 191 3,769
Avstriya 397 228 1,063
Danimarka 154 119 112
Fransa 2,834 235 1,635
Hollandiya 573 194 175
Ġngiltərə 1,016 109 37
Ġtaliya 728 97 170
Yunanıstan 825 91 176
Ġspaniya 48 62 21
101
FƏSĠL II. BALTĠKYANI ÖLKƏLƏRĠN BANK SĠSTEMĠ
2.1. LATVĠYANIN BANK SĠSTEMĠ
Latviya Respublikası Şimali Avropada yerləşir. 1 yanvar
2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400
nəfərdir. Ərazisi 64 589 kvadrat kilometrdir. Əhalisinin sayına
görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur.
Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda
Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda
Litva ilə həmsərhəddir. Pul vahidi - avro. Latviyanın dövlət
müstəqilliyi 18 noyabr 1918 ci ildə elan edilmişdir. 1940-1991-
ci illərdə SSRİ-nin tərkibində olmuşdur Latviya (keçmiş SSRİ
Respublikası) 1991-ci ildə tam müstəqillik əldə etdi. 2004-cü
ildə isə Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olundu.
XXI əsrin əvvəllərində Latviyanın iqtisadi artımının dinamikası
artan templə inkişaf etdi. 2006-cı ilin nəticələrinə görə iqtisadi
artım 11,9 % təşkil etdi, bu isə Avropa Şurası üzvləri olan
ölkələr arasında ən yüksək göstərici idi. 2005-ci il ilə nisbətdə
2006-cı ildə iqtisadiyyatın artım tempi ölkəyə bilavasitə
ümumi məbləği 1,323 mlrd avro böyük həcmli xarici
investisiyaların cəlb olunmasında 2,6 dəfə artım nümayiş
olundu. Ölkənin əsas ticarət partnyorları Baltik ölkələri,
Almaniya, Böyük Britaniya və Rusiya idi. 2,3 mln əhalisi ilə
ölkə sonrakı gələcək iqtisadi artım üçün əsas vasitələrə
malikdir ki, bu amillər :
- ölkələrarası autsorsinqin artan tendensiyaları ilə əmək
resurslarının nisbətən ucuz dəyərinin uyğunlaşması;
102
- böyük ticarət dövriyyəsi;
- əhalinin Baltik ölkələrinin dünya iqtisadiyyatına
inteqrasiyasının genişləndirilməsini stimullaşdıran sahibkarlıq
fəaliyyətinin yüksək səviyyəsi və s.
2007-ci ildə ölkədə ÜDM 16 milyard avro səviyyəsində
idi. Lakin 2008-ci ilin sonunda Latviya dünyada geniş yayılan
qlobal maliyyə böhranı ilə əlaqədar olaraq maliyyə çətinlikləri
ilə üzləşdi. Bu səbəbdən də Latviya höküməti Beynəlxalq
Valyuta Fondundan dəstək istədi və 3 milyard dollar vəsaitin
ayrılması haqqında təsdiq aldı. Qlobal maliyyə böhranının
nəticələrinin aradan qalxmasında vacib rol ölkənin bank
sisteminə məxsus idi. Əhalisinin sayı 3,5 mln olan və aqrar-
sənaye iqtisadiyyatı olan ölkənin 14milyard dollar səviyyəsində
ÜDM təmin edir. İxracın həcmi orta hesabla ildə 5,5 milyard
dollar, idxalın həcmi isə 7,6 milyard dollar təşkil edirdi. Ölkədə
işsizliyin səviyyəsi 12,5 % - dən 11,3 % -ə qədər yüksəlmişdir.
Hal-hazırda Latviyanın bank sisteminin əsas xarakterik
cəhətləri aşağıdakılardır:
Konsentrasiyanın yüksək səviyyəsi, üç böyük
bankların (Parex Banka, Hansabanka, SEB
Unibanka) payına bank sisteminin ümumi
aktivlərinin 54 %-i düşür;
Xarici iştirakın yüksək səviyyəsi (Latviya bank
sisteminin ödənişli kapitalının ümumi həcminin
68,8 %-i xarici bankların, əsasən də Skandinaviya
maliyyə qruplarının payına düşür) ;
Olduqca inkişaf etmiş hüquq və maliyyə
infrastrukturu;
103
Latviyanın bank qanunvericliyinin əsasları:
Latviyanın bank fəaliyyətini tənzimləyən
qanunvericliyinin əsasnamələri Avropa
Şurasının tələblərinə cavab verir və bir sıra
hallarda hətta daha sərtdirlər;
Bankların illik hesabatları İAS tələblərinə
müvafiq olaraq tərtib olunurlar və icbari
qaydada beynəlxalq auditor şirkətləri ilə
təsdiq olunmalıdırlar;
Latviyada bank nəzarətinin tələbləri dəqiq
qeyd olunmuşdur və Avropa Şurası
ölkələrinə nisbətdə kommersiya banklarında
yoxlamalar daha müntəzəm həyata keçirilir;
Bank fəaliyyəti sferasında nəzarət kompleks
şəkildə həyata keçirilir və beynəlxalq
ekspertlərin qiymətləndirmələrinə görə,
Mərkəzi və Şərqi Avropada ən sərt nəzarət
forması hesab edilir;
“Cinayətkar fəaliyyətin nəticəsində əldə edilən
vəsaitlərin yuyulmasına qarşıdurma haqqında”
Qanun Avropa Şurasının direktivlərinə tam
uyğundur;
“Əmanətlərin zəmanəti haqqında” Qanun
əmanətlər üzrə ödəniş məbləğinin depozitin
əsas məbləğinə bərabər olmasını, lakin 9 min
lat (12 806 avro) məbləğindən artıq
olmamasını nəzərdə tutur. 2009-ci il üçün
104
əmanətlər üzrə ödəniş məbləği 13 min lat
(18 497 avro) məbləğinə çatır.
Latviya bank sisteminin strukturu. Latviyanın Mərkəzi
Bankı Latviya bank sisteminin əsasını təşkil edir. 1918-ci ildə
Latviyanın Respublika elan edilməsindən sonra istifadədə
reyxsmarkalardan başlayaraq kerenkilərə qədər müxtəlif pul
nişanları var idi. 1919-cü ilin 22 mart tarixində Latviya
rublları və qəpikləri buraxıldı. 1922-ci ilin avqust ayının 3-ü
tarixində isə milli pul vahidi lat oldu, onun buraxılması
hüququ 7 sentyabr 1922-ci ildə təsis olunmuş Latviya Bankına
verildi. 1922-ci ildən 1940-cı ilə qədər Latviya bankı 10, 20,
25, 50, 100 və 500 lat nominalı ilə banknotlar buraxdı. 1923-cü
ildə Latviyada çap olunmuş banknotlar lazımi müdafiə
dərəcəsinə malik deyildi və bu səbəbdən də 1924-cü ildən
1938-ci ilə qədər bütün banknotlar Böyük Britaniyada çap
olunurdu. 1939-cu ildə isə Dövlət Qiymətli Kağız
nəşriyyatında çap edilmiş 100 latlıq banknot istisna təşkil etdi.
Sikkələr 1, 2, 5, 10, 20 və 50 santim və 1, 2, 5 lat nominalında
buraxılırdı. 1940-cı ildən başlayaraq, Latviya Bankı SSRİ-nin
Dövlət Bankının Respublika bölməsinə çevrildi. Alman işğalı
zamanı Latviya Bankı öz işini bərpa etdi. Lakin bu zaman
bank emissiya hüququna malik deyildi. 1990-cı ilin 31 iyul
tarixində Latviyanın müstəqil dövlət kimi pul-kredit sisteminin
bərpası başlandı. 1992-ci ildə Latviya rublu, 1993-cü ildə isə
lat dövriyyəyə buraxıldı. İstifadə üçün sikkələr 1992-ci ildə
Almaniyada, 1 santim 1997-ci ildə Norveçdə, qızıl 100 lat
1998-ci ildə Finlandiyada, 2 lat nominallı bimetall isə
İngiltərədə emissiya edildi.
105
Latviya bank sektorunun mülkiyyət formasını
qiymətləndirərək qeyd etmək lazımdır ki, alman və skandinav
qruplarına yeddi Latviya banklarının ödənişli kapitalının 50%-
dən çox hissəsi məxsusdur. Maliyyə qruplarının Baltik
ekspansiyası 1990-cı illərinin sonunda başlanmışdır. Sonradan
onlar region ölkələrinin bank sektorunda aparıcı mövqe
tutdular. Bu, ilk növbədə SEB, Swedbank, Nordea, DnBnord
kimi bank qruplarına aiddir. Svenska Handelsbanken həmçinin
Latviya maliyyə bazarında əməliyyatlara başlamaq planları
haqqında elanlar verdi. Yeganə dövlət kredit təşkilatı Latviya
Mortage and Land Bank (ipoteka və torpaq bankı) oldu və
onun bazasında hökümət İnkişaf Bankını təsis etməyə
hazırlaşır. Bank mülkiyyətçilərinin əvəz edilməsi (dəyişilməsi)
prosesi bir neçə il əvvəl başlamış və hazırkı dövrə qədər tam
bitməmişdir, bir sıra Latviya bankları bu gün xarici maliyyə
qrupları arasında strateji investorların axtarışında maraqlıdırlar.
Latviyada fəaliyyət göstərən xarici maliyyə qrupları öz
biznesini regionun bütün ölkələrində inkişaf etdirərək, Baltik
ekspansiyasına meyillidirlər. SEB Group biznesinin əsas
istiqaməti riteyl, orta və böyük korporativ müştərilərinə
xidmətin göstərilməsi, kapital bazarında əməliyyatların
aparılmasıdır.
Latviya maliyyə bazarında fəal xarici oyunçular
Hansabanka (Swedbanka Group), Nordea, DNB Nord maliyyə
qrupları oldu. Baltik ölkələrində bölmələr şəbəkəsinin
inkişafını MDB ölkələrinə gələcək ekspansiya üçün plasdarm
kimi nəzərdən keçirirlər, orada Rusiya və Ukrayna daha çox
maraq cəlb edirlər (SEB, Swedbanka). Regionun bütün
106
dövlətlərində bölmələrə və törəmə strukturlarına malik olan
yeganə Latviya kredit təşkilatı Parex Banka hesab edilir.
Latviyada o, eyniadlı baş bankla, lizinq və faktorinq şirkətləri
ilə açıq sosial müdafiə fondu ilə təqdim edilmişdir. Litvada
həmçinin qrupun törəmə bankı, lizinq şirkəti və investisiya
fondu vardır. Estoniyada Parex Banka filialı, lizinq və
faktorinq şirkətləri qeydiyyatdan keçmişdir.
Latviya banklarının fondlaşmasının mənbələrini
xarakterizə edərək qeyd etmək lazımdır ki, onlar bankın
mülkiyyətinin formasından asılı olaraq dəyişirlər. Xarici
kapitalla kredit təşkilatları üçün əsas vəsait mənbəyi baş
maliyyə qruplarından axınlar olur, aydındır ki, belə fondlaşma
yerli maliyyə bazarında cəlb olunmanın digər mənbəyi müştəri
depozitləridir. Yerli Latviya bankları üçün ənənəvi olaraq
müştəri depozitləri birinci dərəcəli əhəmiyyət kəsb edirlər.
Sindikatlaşdırılmış kreditlərin cəlb edilməsi və şəxsi borc
öhdəliklərin (avroobondların, müxtəlif ipoteka kağızlarının)
buraxılış təcrübəsi geniş yayılmışdır. Ümumilikdə fondlaşma
siyasəti vəsaitlərin cəlb edilməsinin mənbələrinin maksimal
difersifikasiyasında bazalaşır. Sindikatlaşdırılmış kreditlər və
borc kağızları kimi maliyyə alətləri vasitəsilə beynəlxalq
bazarlarda kapitalın aktiv borc götürülməsindən söhbət gedir.
Yerli bazarda fondlaşmanın əsasını müddətli depozitlərin cəlb
edilməsi təşkil edir. Əsas yer öhdəliklərin ödəniş müddətlərinin
balanslaşdırılmasının hesabına yaxşılaşdırılmasına verilir.1990-
cı illərlə müqayisədə Latviya banklarının məhsul xətti bir çox
dəyişikliklərə uğradı. Əgər 1990-cı illərdə banklar əsasən
kredit məhsullarını təklif edirdilərsə (müəssisələrə kommersiya
107
kreditləri) və göstərilən xidmətlərin siyahısı pul köçürmələrinin
və ödənişlərin həyata keçirilməsi ilə plastik kartların
buraxılması ilə və valyuta mübadiləsi əməliyyatları ilə
məhdudlaşırdısa, artıq 2000-ci ilin əvvəli üçün kredit
məhsullarının xəttinə ipoteka və istehlak kreditləri ilə lizinq
əməliyyatları əlavə olundu, xidmətlərin siyahısına isə internet-
bankinq xidmətləri əlavə olundu.
Bu hər şeydən əvvəl aktivlərin idarə edilməsi üzrə xidmətlər
və sığorta xidmətləridir:
- müştəri vəsaitlərinin investisiya fondlarına
yerləşdirilməsi,
- həyat sığortası,
- əmanət proqramları və individual,
- fərdi təqaüd (sosial) planlarının işlənib
hazırlanması.
Latviya banklarının investisiya xidmətlərinə birləşmələr
və udmalar, qiymətli kağızların buraxılışı üzrə sazişlərin,
əməliyyatların konsaltinq müşayəti, strateji investorların cəlb
edilməsi, ticarət maliyyələşməsi üzrə əməliyyatların tam
siyahısı və törəmələrlə əməliyyatları aid etmək olar.
Latviya banklarının pərakəndə məhsul xətti müxtəlifdir,
lakin əhali arasında ən tələb olunan məhsullar ipoteka kreditləri
və ödəniş kartlarıdır. Latviyada ipoteka kreditləşməsi 2001-ci
ilin əvvəlindən başladı, ipoteka kreditorlarının həcmi 20
dəfədən artıq artdı. Hazırda ipoteka kreditləri portfelinin həcmi
bankların məcmu kredit portfelinin təxminən yarısını təşkil
edir. Latviya ipotekasının artım templəri olduqca yüksəkdir:
2006-cı ildə 2005-ci ilin analoji dövrü ilə nisbətdə portfelin
108
həcmi 86,5% artmış və 4,6 milyard avroya çatmışdır.
Daşınmaz əmlak bazarının infrastrukturunun sürətli inkişafı və
yaşayış fondunun defisiti əhali tərəfindən ipoteka kreditlərinə
tələbatın artımına səbəb oldu. İpoteka bazarında əsas bank
Skandinaviya banklarıdır, bu isə olduqca baha olmayan və
işlənmiş kreditləşmə texnologiyalarının mövcudluğu ilə izah
olunur.
Ödəniş kartları emissiya və plastik kartlar üzrə
əməliyyatların göstərilməsi Latviya banklarının pərakəndə
biznesinin sürətlə artan istiqamətlərindən biridir. Bazara bütün
aparıcı beynəlxalq ödəniş sistemləri təqdim olunmuşdu ki,
bunlar VISA, Mastercard, American Express.Ödəniş kartlarının
emissiyasına eksklyuziv hüquq Parex Banka məxsusdur.
Plastik kart sektorunda irəliləyiş strategiyasının əsası
xidmətlərin “paket” şəklində təqdim edilməsidir. O, ondan
ibarətdir ki, müştəriyə eyni zamanda bankda cari hesabın
açılması, plastik kartın buraxılması, internet-bankinq xidməti,
internet - ödənişlərinin həyata keçirilməsi, mobil bankinq təklif
olunur. İnternet xidmətlərinin və mobil bankinqin irəliləyişi
zamanı Skandinaviya bankları baş strukturların texnoloji
imkanlarına və infrastrukturuna arxalanırlar. Bu sahədə Latviya
banklarının arasında Parex Banka liderdir. Ümumən Parex
Banka 340 min müştərini - fiziki şəxsləri Latviyanın əmək
qabiliyyətli əhalisinin demək olar ki, 1/3 hissəsini cəlb
etmişdir. Hal-hazırda kartların təklifi strukturunda kredit
kartları üstünlük təşkil edirlər. Latviya banklarının korporativ
kreditləşmə sferasında məhsul siyasəti pərakəndə sektorunda
“vahid pəncərə” prinsipinə analoji olan “one stop-shop”
109
yanaşmasına əsaslanır. O, müştərilərə hesabın açılmasından və
vəsaitlərin müddətli depozitlərə yerləşdirilməsindən layihə
maliyyələşməsinə, kreditləşməyə, kassa nağd pulları ilə
idarəçiliyə, ticarət maliyyələşməsinə qədər bütün xidmətlərin
kompleksinin təklif olunmasından ibarətdir. Latviyanın Lizinq
assosiasiyasının məlumatlarına görə, lizinq şirkətlərinin
portfelinin məcmu həcmi 31 dekabr 2006-cı il üçün 1 mlrd
Latviya latlarına çatmışdır. Daha sürətlə artan seqmentlərdən
biri yük avtomobillərinin lizinqidir. Latviya bazarının nisbi
məhdudluğu səbəbindən yerli lizinq şirkətləri öz biznesini
MDB ölkələrinin bazarlarında genişləndirir, orada filiallar
açır. Məsələn, Parex Banka Rusiyada, Belorusiyada,
Ukraynada və Azərbaycanda bölmələr açmışdır.
Aktivlərin idarə edilməsi və sığorta üzrə bazarda əsas
oyunçular Baltikyanı ölkələrin mövcud olduğu beynəlxalq
maliyyə qruplarıdır. Onlar geniş bölmə şəbəkəsinə malikdirlər
və müxtəlif kateqoriyalı müştərilərə xidmət göstərirlər:
Hansabanka (Swedbank Group), SEB Latvijas Unibanka (Seb
Group), Parex Group. Sığorta sahəsində ən maraqlı məhsullar
sosial sığorta proqramlarının təklifləri, portfel risklərinin
sığortası və həyat sığortasıdır.
2.2. LĠTVANIN BANK SĠSTEMĠ.
Litva Respublikası Avropada, Baltik dənizinin şərq
sahilində dövlət Şimalda Latviya, cənubi-şərqdə Belorus,
cənubi - qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsi ilə
həmsərhəddir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata
110
əsasən Litva əhalisi 3199,8 min nəfərdir. Onlardan 2142,8 min
nəfəri şəhərlərdə, 1057 min nəfəri isə kəndlərdə yaşayır. 1 mart
2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi
2 milyon 939 min 431 nəfər təşkil edirdi. Litvada müasir bank
işinin başlanğıcı “yenidənqurma“ dövrünə təsadüf edir.
(1988-1989). Milli intibah dövründə Litva bank sisteminin
təsisi problemi Litvanın iqtisadi suverenliyi anlayışının tərkib
hissəsi oldu. Milli bank işi anlayışına müvafiq olaraq, sovet
monobank sisteminin 1990-cı ildə yaranmış Litva Bankına
həvalə olunmuş Mərkəzi Bankın ənənəvi funksiyalarına malik
olan iki pilləli bank sisteminin yenidən strukturlaşdırılması
üçün plana xitam verildi.
Litvada 1988-1990-cı illərdə bank işinin inkişafı faktiki
olaraq, yalnız ölkədə baş verən fundamental iqtisadi yenidən
strukturlaşdırılmalardan deyil, həmçinin beynəlxalq siyasi
hadisələrdən asılı idi. Beynəlxalq ictimaiyyət Litvanı müstəqil
dövlət kimi tanımayana qədər, Litva Bankı Qərbin Mərkəzi
Bankları tərəfindən Litvanın Mərkəzi Bankı kimi tanına
bilməzdi. Bank islahatı sürətləndirildi və Litva Bankı iki
xüsusiləşmiş banklardan maddi əsas əldə etdi. Sovet
banklarının milliləşdirilməsindən sonra onların kommersiya
funksiyaları və müştəriləri miras kimi keçdilər. O zaman
işləyən kommersiya bankları faktiki olaraq Litva Bankı üçün
kapital toplamaq imkanına malik idilər. 1990-cı ilin axırında
Litva sənaye və tikinti Bankı Litva Bankına 10 mln rub
məbləğindən artıq vəsait verə bildi.
Litvada müasir bank sisteminin inkişaf prosesi zamanı
iki iqtisadi məktəbin nümayəndələri haqqında fikirlər-
111
müharibədən əvvəlki dövrdə Litva bank nümunəsinin
müdafiəçiləri və müasir azad bazarın müasir modelinin
müdafiəçilərinin fikirləri toqquşdu. Bu həm Litva Bankının
həm də ümumiyyətlə daxili bank işinin maraqlarına
toxunurdu. Ən vacib məsələlər bank islahatının ilkin
mərhələsində həll olunmuşdu: Litva bankları Sovet İttifaqının
bank sistemindən ayrılmış və milliləşdirilmişlər. Litva Bankı
yaradılmış və fəaliyyətə başlamış, fondlar dövlət və
kommersiya banklarının fəaliyyəti üçün nəzərdə tutulmuşlar.
Əsas işlər kommersiya banklarının sayının artması üçün
əlverişli şəraitin təmin edilməsindən ibarətdir. Bu tənzimləyici
hərəkətlərin olduqca liberal olması səbəbindən, ilkin kapitalı
toplamaq qabiliyyətində olan bir çox şirkətlər və bir qrup insan
bank yaratmaq iqtidarında idilər. 1991-ci ildə özəlləşmə
prosesinin başlanması zamanı milli iqtisadiyyatda böyük bir
paya malik olan çox yeni hüquqi şəxslər meydana gəldi. Bu
metod o zaman formalaşmağa başlayan müxtəlif cinayətkar
qruplaşmaları üçün mülkiyyətin toplanması imkanı kimi
istifadə olunurdu. Zəif bank və kommersiya qanunlarını,
həmçinin zəif bank nəzarətini istismar edərək bu qruplar
kommersiya banklarının vəziyyətinə olduqca mənfi təsir
göstərmişlər və faktiki olaraq, Litvanın bank sisteminin
sabitliyini təhlükə altına qoymuşlar. Lakin o dövrün ən ciddi
problemlərindən biri ondan ibarət idi ki, cüzi istisnalarla
maliyyədə daxili mütəxəssislər planlı iqtisadiyyat üçün təhsil
alırdılar. Bankların əksəriyyəti aşağı səviyyəli ixtisaslı və
səlahiyyətli ştatı işə qəbul edir, onlar isə müştərilərin
hərəkətlərinin hərtərəfli təhlilini həyata keçirmək qabiliyyətinə
112
malik deyildilər. Bir çox yeni bankirlər və biznesmenlər
müxtəlif işgüzar sahələrdə, kənd təsərrüfatının inkişafında
vəziyyətin dəyişməsinə, çox sayda iqtisadi hüquqi şəxslərin
ödəniş qabiliyyəti olmamasına lazımi reaksiya verə bilmirdilər.
Ümumi iqtisadi sabitliyin pozulması, destabilizasiyası
səbəbindən əksər müəssisələrin maliyyə vəziyyətinin getdikcə
pisləşməkdə davam etdiyi dövrdə, kreditlər və depozitlər üzrə
faizlər olduqca yüksək olmaqda davam edirdilər. Bazar
iqtisadiyyatına keçidin başlanğıcında kommersiya bankları
insanlara məxsus olan pul vəsaitlərinin və hüquqi şəxslərin
fondlarının toplanması üçün nəzərdə tutulan yeganə
müəssisələr deyildilər. 1992-1994-cü illərdə maliyyə
”piramidaları” kimi tez-tez yaranan müxtəlif kiçik kredit
təşkilatları yüksək faiz dərəcələri təklif edərək, bununla böyük
məbləğdə nağd vəsaitləri cəlb edərək və öz maraqlarına
uyğunlaşdıraraq, kommersiya banklarına ciddi rəqabət təşkil
etdilər. 15 iyul 1993-cü ildən qəbul edilən Qanun buna qadağa
qoydu. 1993-cü ilin 25 iyun tarixində hiperinflyasiyanın ilk
tükənmə əlamətlərini üzə çıxardığı zaman ölkənin valyutası -
lit dövriyyəyə buraxıldı. Geniş milli müzakirələrdən sonra
Litva Hökuməti pul-kredit siyasətinin tam qızıl valyuta
təminatı mexanizmi ilə əvəz edilməsi haqqında qərar qəbul
etdi. Qanun 17 mart 1994-cü il tarixində qəbul edilmiş və 1
aprel 1994-cü ildə qüvvəyə minmişdir. Lit “lövbər valyutaya”
(ABŞ dolları, 2 fevral 2002-ci ildən sonar avro) bağlı idi.
Muxtar pul-kredit siyasətindən imtina Litva Bankının son
kreditor instansiya kimi funksiyasını ciddi şəkildə
məhdudlaşdırdı. Qismən bu səbəbdən Litva Bankı kommesiya
113
banklarına nəzarət funksiyasını lazımi dərəcədə icra edə
bilmirdi. Başlanğıc dövrün digər vacib xüsusiyyəti Litvanın
Mərkəzi Bankının həmçinin kommersiya fəaliyyətinə
(vəsaitlərin toplanması və kommersiya bankı kimi borcların
təminatı) cəlb edildiyi model idi. Bu yeni şəraitdə mərkəzi
bankın əməliyyatlarında müharibədən qabaqkı ənənələrin
bərpa edilməsi cəhdi kimi qiymətləndirilə bilər. Çünki
müharibədən qabaqkı dövrdə Litvanın Mərkəzi Bankı həm
Mərkəzi Bankın,həm də kommersiya banklarının funksiyalarını
icra edirdi. Mərkəzi Bankın bu istiqamətdə fəaliyyəti Bankın
özünü və bütün Litva bank sistemini çıxılmaz vəziyyətə
gətirdi. 1992-ci ildə Litva Bankı kommersiya funksiyalarından
imtina edərək, onları Litvanın yeni təsis edilmiş dövlət
Kommersiya bankına ötürdü. Böhrandan qabaqkı dövrdə
kommersiya banklarının fəaliyyətinə bank əməliyyatlarının
hüquqi tənzimlənməsinin qüsurları böyük təsir göstərmişlər.
Kommersiya bankı üzrə 1992-ci ildə qəbul olunmuş nə birinci
Qanun (burada depozitin sığorta sistemi nəzərdə tutulurdu), nə
Kommersiya bankları üzrə 1994-ci ildə qəbul olunmuş ikinci
Qanun (yuxarıda göstərilən şərt çıxılmaqla) mümkün sui-
istifadə hallarının qarşısını ala bilmədilər.
1995-ci ilin axırı üçün Litva Bankı tərəfindən 27
kommersiya bankı qeydiyyata alınmışdır. Lakin onlardan
yalnız 12-si faktiki olaraq fəaliyyət göstərirdilər. Bu,
təcrübənin, səlahiyyətliliyin çatışmazlığı, planlı fəaliyyətin
olmaması ilə bağlı ola bilər. Bundan əlavə müvafiq bank
nəzarəti şəraitində əlverişsiz borcların böyük portfeli
toplanmışdır. İlkin mərhələdə krediti yayan banklar əmlak
114
girovlarının və zəmanətlərinin şərtlərinin riayət edilməsini
tələb etmirdilər. Ölkədə kifayət qədər özəl mülkiyyət mövcud
idi. Banklara kredit alan və sonradan müflisləşən müəssisələr
tərəfindən ciddi zərər dəydi. (bu müəssisələr dövlətə məxsus
idi). Sonradan alınmış kreditlərin əksər hissəsi zəmanətsiz
verilmişdir. 1995-ci ilin dekabr ayı iki böyük kommersiya
bankının –JSC Lithuanian Stock Innovation Bank və JSC
LİTİMPEKS Bank – fəaliyyətinə moratoriumun elan edilməsi
zamanı daxili kommersiya banklarının fəaliyyətlərində
qarışıqlıqların, iğtişaşların ən yüksək dövrü hesab edilə bilər.
Bu banklarda idarə edilən bütün bankların aktivlərinin 17%-i
saxlanırdı. Böyük bankların süqutu bank sisteminin ümumi
böhranına çevrilməsə belə, Litvanın iqtisadiyyat və maliyyə
sisteminə ciddi zərər vurulmuşdur, həm ölkə daxilində, həm də
xaricdə olan banklara etibar xeyli sarsıldı. 1995-ci ildə bank
sistemində böhranın səbəbindən dövlət büdcəsinə 118,7 mln. lit
məvacib ödənilmədi. Bankların süqutu iqtisadi hüquqi şəxslərə
bilavasitə (30%) və dolayı (70%) təsir göstərdi. Əmanətçilərə
qarşı məsuliyyətin o zaman hələ hüquqi norma olmadığına görə
əhali böyük zərər çəkdi.
Litva Respublikasının 29 dekabr 1995-ci ildən olan
“Bank problemlərinə ünvanlanması üçün təcili tədbirlər
haqqında” Qərarı depozitlərin və müəssisələrin fondlarının
müdafiəsinə istiqamətlənmiş hüquqi fəaliyyətlərin sayəsində
həyata keçirilirdi. Mülki, Cinayət və İnzibati Məcəlləyə
müvafiq dəyişikliklər və əlavələr edilərək, bankların süqutunda
günahkar olan şəxslərin üzə çıxarılmasına və məhkəməyə cəlb
edlməsinə istiqamətlənirdi. Bankların süqutundan sonra
115
maliyyə sektorunu tənzimləyən hüquqi çərçivələr sürətlə
genişlənirdi. Bank işinin hüquqi sistemi təkmillləşdi, müvafiq
hüquqi tədbirlərin qəbul edilməsində böyük irəliləyiş əldə
olundu. Litva Bankının bir qədər əvvəl qəbul edilmiş hüquqi
hərəkətləri bank sisteminin sabitliyinin təmin edilməsinə böyük
təsir göstərirdi. Lakin Litva Respublikasının qanunvericliyi
əvvəlki illərdə olduğu kimi tez-tez dəyişikliklərə uğrayırdı.
Onun həyata keçirilməsi üçün strukturların formalaşması
olduqca ləng idi. Bunu qismən inzibati qabiliyyətlərin
çatışmazlığı və müddətli strategiyaların olmaması ilə izah
oluna bilər.
Hakimiyyətin sonrakı hərəkətləri və hadisələr bank
sektorunun fasiləsiz öyrənilməsi prosesinin həyata
keçirilməsini sübut edirlər. Litva artıq o dövrdə USAID-dən
(Birləşmiş Ştatların beynəlxalq inkişaf üzrə Agentliyi) və
Avropa Şurasından (PHARE proqramına əsasən və onun
üzvləri olan dövlətlərlə ikitərəfli münasibətlər vasitəsilə)
texniki yardım alırdı. Litvanın maliyyə sektoruna təsir
haqqında xəbərə əsasən 15 milyon ABŞ dollarından artıq
məbləğ özündə lazımi müəssisələr və peşəkar menecerləri daxil
edən tənzimlənmiş, əlverişli ətraf maliyyə mühitinin
qurulmasında ölkəyə yardım etmək üçün hazırlanan
proqramlara sərf olundu.
2006-cı ildə Litvada on kommersiya, xarici bankların üç
bölməsi, üç nümayəndəliyi, Litvanın kredit birliyi və 58 birlik
fəaliyyət göstərirdi. 2005-ci ilin axırında Litvanın üç böyük
bankının (“Xanza bankas”, “Nord LB Lietuva”) əmlakı
Litvanın banklarının ümumi əmlakının 67%-ni təşkil edirdi.
116
Bazarda ən çox bazar payını “Nordea bank” və “Sampo
Bankas” bankları artırdı. 2006-ci ildə Litva banklarının ümumi
mənfəəti 107,7 mln. dollar (cədvəl 1.3) təşkil etdi. Bu son illər
üçün ən böyük göstəricidir və bütün banklar gəlir gətirirdilər.
Fəaliyyətin ümumi həcmlərinin artımı əsas tərkib hissəsini
təşkil etdi. 1995-ci ildə Litvanın bank sektorunda xarici
kapitalın payı 13% təşkil edirdi, 2005-ci ildə o 87%-ə qədər
artdı. Bank sektorunda Skandinaviya kapitalı (İsveç SEB
“Vilnyaus bankas” bankına, “Svedbank” isə “Xanzabankasa”
nəzarət edir) üstünlük təşkil edir. Son zamanlarda Litva
bazarında alman kapitalı daha fəal iştirak edir, onun tərəfindən
böyüklüyünə görə üçüncü kənd təsərrüfatı bankı alınmışdır,
onun yeni adı Nord LB Lietuva idi. Litvada həmçinin
Finlandiya bankları “Sampo” və “Nordea” fəaliyyət göstərirlər.
Litvanın 2002-ci ildə Avropa Şurasına daxil olması Avropa
Şurasının üzvləri olan ölkələrin bankları üçün müstəqil şəkildə
Avropa qanunvericliyinə müvafiq olaraq bu ölkədə öz
fəaliyyətini həyata keçirmələri üçün şərait yaratdı. Bank
bazarında nəzərə çarpan dəyişikliklər baş vermədi və bu
Litvanın bank xidmətlərinin bazarında rəqabətin yüksək
səviyyəsi ilə izah oluna bilər. Rusiya kapitalının nəzarəti
altında olan, Litva bank bazarının liderlərindən biri “Snoras”
öz fəaliyyətini fəal şəkildə inkişaf etdirir. Bankın strategiyası
əhali üçün pərakəndə bank xidmətlərinin bazarda fəal işinə
istiqamətlənmişdir.
Litvada 2004-cü ilin əvvələrindən başlayaraq ipoteka
kreditləşməsi sektoru inkişaf edirdi. Buna əhalinin rifahının
artımı və kredit vəsaitlərinin nisbətən əlçatarlığı vasitəçilik
117
törədirdi. 2005-ci ildə banklarda nağd pulun artıq olması aydın
hiss olunurdu, bu isə onların gəlirli investisiya edilməsi üzrə
daha fəal işin həyata keçirilməsini tələb edirdi. Litva
kommersiya bankları daha israrla xaricdə vəsaitləri invesitisiya
edirdilər (qiymətli kağızlara, səhmlərə) və vəsaitlərin artıqlığı
bankların əhalinin əmanətlərinin cəlb edilməsi tələbatını
azaldırdı. Buna görə də əmanətlər üzrə faiz dərəcələri daha da
aşağı düşdü. Litvanın Avropa Şurasına daxil olması ölkənin
bankları üçün xüsusən də Avropa Şurasının struktur və digər
fondlarının vəsaitlərinin hesabına reallaşan layihələr üçün əlavə
imkanlar açdı. Qüvvədə olan normativ hüquqi bazanın
şərtlərinə görə Litvalı iştirakçı əvvəlcə öz vəsaitlərini daxil
etməli və yalnız bundan sonra Avropa Şurasından vəsait
almalıdır. Bu banklar üçün müxtəlif maliyyə xidmətlərinin
reallaşması üzrə böyük imkanlar yaradır.
Litvanın Mərkəzi Bankının strukturu bankın sədrindən,
sədrin iki müavinindən və iki İdarə Heyətinin üzvündən ibarət
olan İdarə Heyətindən ibarətdir. Litva Bankının İdarə
Heyətinin sədri beş illik müddətə seçilir və onu ölkə
Prezidentinin təqdimatı əsasında Litvanın Seymi (ali
qanunverici orqan) təyin edir. İdarə Heyəti sədrinin müavini
və İdarə Heyətinin üzvləri İdarə Heyətinin sədrinin təqdimatı
ilə 9 illik müddətə təyin olunurlar. Litva Bankının
əməliyyatları 11 şöbə və altı avtonom bölmələrlə tənzimlənir.
Bankın şöbələri aşağıdakılardır:
iqtisadi şöbə;
kredit nəzarəti şöbəsi;
hesablaşma şöbəsi;
118
bazar əməliyyatları şöbəsi;
beynəlxalq münasibətlər şöbəsi;
məlumat (informasiya) texnologiyaları şöbəsi;
xəzinə;
ödəniş sistemləri şöbəsi;
statistika şöbəsi;
təhlükəsizlik şöbəsi;
məişət xidməti şöbəsi.
Bankın avtonom bölmələri isə bunlardır:
hüquq;
daxili audit;
sədrin aparatı;
inzibati-təsərrüfat quruluşu və kadrlar;
ictimaiyyətlə əlaqələr;
antiböhran idarəçiliyi.
Litva Bankı onun lisenziyalarına malik olan banklara və
digər kredit təşkilatlara nəzarət orqanıdır. Litva Bankı Avropa
Mərkəzi Bankları Sisteminin üzvüdür. Litva Bankının hüquqi
statusu və funksiyaları Litva Respublikasının “Litva Bankı
haqqında” Qanunu ilə təyin olunmuşlar.
Litva Bankının funksiyalarına aşağıdakılar daxildir:
- Litva valyutasının emissiyası;
- Pul siyasətinin formalaşması və həyata keçirilməsi;
- Rəsmi kursun təyin olunması və onun digər valyutalara
münasibətlərinin tənzimlənməsi;
- Litvanın Mərkəzi Bankında yerləşən xarici resursların
istifadəsi;
119
- Dövlət xəzinəsinin agenti funksiyasının icrası;
- Litvanın kredit təşkilatlarına lisenziyaların verilməsi və
geri alınması;
-Xarici dövlətlərin kredit təşkilatlarının
nümayəndəliklərinin açılması və orada əməliyyatların
aparılması üçün icazənin verilməsi, geri alınması, onların
fəaliyyətinə nəzarət;
- Maliyyə hesabatlılığının, hesablaşmaların
prinsiplərinin və prosedurlarının formalaşdırılması;
- valyuta, bank statistikasının toplanması;
- ödəniş əməliyyatlarının sabit və effektiv dövriyyəsinin,
bank sistemlərinin təhlükəsizliyinin dəstəyi.
Ölkənin iki səviyyəli bank sistemi dövlətə məxsus olan
Litvanın Mərkəzi Bankından və 20-dən artıq kommersiya və
xüsusiləşmiş banklardan ibarətdir. Mərkəzi Bank üç böyük
banka arxalanır:
Əmanət Bankı
Dövlət Kommersiya
Kənd Təsərrüfatı Bankları
Banklar haqqında I-ci qanun 1994-cü ildə qəbul
olunmuşdur. 1996-cı və 1997-ci ildə ona daha yüksək
kapitallaşmanın və sabitliyin təmin edilməsi üçün düzəlişlər
əlavə edilmişdir. 1988-ci ilin bank islahatı özündə aktivləri
Əmanət Bankına ötürülən Dövlət Kommersiya Bankının
ləğvini və Kənd Təsərrüfatı Bankının özəlləşməsini ehtiva
edirdi. Dövlət səhm paketlərinin bir hissəsinin strateji
investorlara verilməsindən sonra dövlətin Kommersiya Bank
Sektorunda səhmlərinin payı 35 % qədər azalmağa başladı.
120
Litva Bankı Avropa Mərkəzi Banklar sisteminin üzvüdür
və bank tənzimlənməsi sahəsində qərarların yarısı Avropa
Mərkəzi Bankının səviyyəsində qəbul olunur. Avropa Mərkəzi
Bankının Baş Şurası həmçinin avro zonasına daxil olmayan
Avropa Şurasının üzvlərinin valyutalarının kurslarının təsbiti
(fiksasiyası) üçün lazımi tədbirlər barədə tövsiyələr verir. Baş
Şura həmçinin Avropa Şurası ölkələrinin pul-kredit siyasətinin
bir-birinə yaxın olmasına görə cavabdehlik daşıyır. 2002-ci
ildən Respublikanın valyutası avroya bağlıdır (bundan əvvəl o
ABŞ dollarına bağlı idi). 2006-cı ilin dekabrında Avropa
Komissiyası avronun Litvada, Latviyada və Estoniyada
yeridilməsinin ən azı 2010-cü ilə qədər bu dövlətlərdə yüksək
inflyasiya səbəbindən təxirə salınması haqqında qərar qəbul
etdi. Bank sektorunun məcmu kapitalında xarici kapitalın payı
hal-hazırda 90%-ə yaxınlaşır. Bank əməliyyatlarının
aparılmasına lisenziyaya doqquz kommersiya bankı, dörd
xarici bankın filialı, dörd xarici bankın nümyəndəlikləri, 66
kredit ittifaqları malikdirlər. Avropa Şurasının 124 bankının
filialları və bölmələri açılmadan Litva Respublikasında trans
sərhəd bank xidmətlərini göstərirlər. 2007-ci ildə
kreditləşmənin inkişafından sonra (9 ay ərzində 31,2%), 2008-
ci ildə artım ləngiməyə başladı və 9 ay ərzində 2,7 milyard lit
məbləğində ixtisarlaşdı. III rübdə kreditləşmə 3,1 milyard artdı.
Bu hələ də 2007-ci ilin analoji dövründəkindən 2,1 milyard lit
az idi. Əsasən lənğimə fiziki şəxslərə verilən istehlak
kreditlərinin hesabına həyata keçirilirdi. Bununla belə
kreditlərin keyfiyyət səviyyəsi aşağı düşür. III rübdə fiziki
şəxslərə yaşayış kreditlərinin portfelində ümidsiz kreditlərin
121
payı 0,29 % artdı və 1 oktyabr 2008-ci il üçün 1,76% təşkil
etdi, istehlak kreditlərinin portfelində isə 0,67 punkta artır (3,7
%-ə qədər). 60 gün və daha artıq müddətə gecikdirilmiş
kreditlərin payı 0,42 punkt artaraq, istehlak portfelinin 1,72%-
ni təşkil etdi. Litva Bankının analitik hesabatında qeyd
olunduğu kimi, hələ ki, maliyyə böhranı bankların likvidliyinə
böyük təsir göstərməmişdi. Onun 1 oktyabr 2008-ci il üçün
göstəricisi 37,6 % təşkil etdi ki, bu da Mərkəzi Bankın təyin
etdiyi minimumdan artıq idi. Likvidliyin möhkəmləndirilməsi
üçün Mərkəzi Bank görünməmiş tədbirlərə əl atdı və 2008-ci
ilin noyabr ayının əvvəlində rezerv kapitalının normasını 6%-
dən 4%-ə endirdi. Bu enmə banklara 1 milyard lit miqdarında
məbləği azad etməyə imkan verdi. Mənfəətin və borcların
hesabına kapitalın kifayətliliyinin əmsalı və 12% normadan
0,8% artdı və 12,8% təşkil etdi. Məsələn, 2008-ci ilin noyabr
ayının əvvəlində Litvanın üç böyük bankından biri – DND
Nord mənfəətinin 90 %-ni bank kapitalına daxil etdi və
bununla da əmsalı 11,58 %-ə qədər yüksəldi. Ölkənin bank
sisteminin zəifliyi, bütün Baltik banklarında olduğu kimi onun
xarici banklara məxsus olmasında idi.
122
2.3.ESTONĠYA RESPUBLĠKASININ BANK SĠSTEMĠ
Estoniya Respublikası Şimali Avropanın Baltik
regionunda yerləşir. Estoniya Respublikasının
Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə
isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi
Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır.
Estoniya 2004-cü ildə isə Avropa Şurasına tam hüquqlu üzv
kimi qəbul olundu və 1991-ci ildə tam müstəqillik əldə etdi.
Əhalisinin sayı 1,4 mln olan ölkə orta hesabla ildə 96 milyard
kron səviyyəsində ÜDM yaranmasını təmin edir. İxracın həcmi
təxminən 57 milyard kron, idxalın həcmi isə təxminən 80
milyard kron təşkil etdi. Adambaşına düşən ÜDM təxminən
7500 dollara çatmışdır. Ölkədə işsizliyin səviyyəsi yüksək idi,
belə ki, inflyasiya həddi 10%-ə çatmışdı və bu yüksək
göstərici idi. 1991-ci ildə müstəqillik əldə edən Latviyanın
bank sistemi planlı-prinsiplər əsasında quruldu. Litva bank
sferasında tənzimlənmə mexanizmi olduqca zəifləmişdi, vahid
nəzarət sistemi mövcud deyildi. Bank sferasında bəzi bankların
zəifləməsi nəticəsində bir çox yeni bankların yaranmasına
səbəb oldu. 1993-cü ildə bankların ümumi sayı 61-ə çatmışdı.
1995-ci ildən başlayaraq bank sektorunun tədricən
konsolidasiyası həyata keçirilməyə başlanıldı, alman və şimali-
avropa bankları Latviyanın maliyyə bazarında öz fəaliyyətinə
başladılar. Hazırkı dövr üçün 18 illik sürətli artımdan sonra
Latviyada inkişaf etmiş Avropa maliyyə bazarlarına məxsus
olan bütün institutlar formalaşmışdı. Kredit təşkilatlarının
ümumi sayı 21-ə qədər ixtisarlaşdı və xarici bankların yalnız
123
üç filialı fəaliyyəti göstərdi. Estoniyanın ərazisi 45,226 kvadrat
kilometr, əhalisi isə 1,34 milyon nəfərdir. Estoniya mülayim
iqlimə malik olan bir ölkədir. Estonlar fin qrupuna daxil olan
xalqdır. Estoniyanın rəsmi dili eston dilidir, bu dil fin dilinə
çox yaxındır. Estoniya 20 avqust 1991-ci il tarixində öz
müstəqilliyini bərpa etmişdir. Estoniya demokratik parlament
respublikası olub, inzibati cəhətdən 15 maakonda (regiona)
bölünür. Estoniya Respublikası 29 mart 2004-cü il
tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa
İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında
Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula
(ÜDM) malik ölkədir. BMT Estoniyanı artıq bir neçə il
əvvəldən yüksək səviyyəli insan inkişafı indeksinə malik
olduğuna görə İnkişaf Etmiş Ölkələr (İEÖ) qrupuna daxil edib.
Estoniyanın bank sistemi Estoniya Bankından və sayı illər
keçdikcə azalan kommersiya banklarının şəbəkəsindən
ibarətdir. Buna səbəb bankların birləşməsi və təmərküzləşməsi,
həmçinin onların lisenziyalardan məhrum edilməsidir.
Estoniyanın Mərkəzi Bankının yaranması 1919-cu ildə
Müvəqqəti Hökümətin Bankın Nizamnaməsini təsdiq etdiyi
və xəzinədən bankın hesablaşma hesabına 10 milyon marka
keçirdiyi dövrə təsadüf edir. Estoniyada ilk banknotlar 1921-ci
ildə dövriyyəyə buraxılmışdır. 1940-cı ildə bank SSRİ Dövlət
Bankının Respublika İdarəsinə çevrilmişdir. Kronlarda pul
yatırımları 1 kronun real alıcılıq qabiliyyətinin 8,1 rubl olduğu
təqdirdə, 1 kron 1,25 rubl məzənnəsi ilə sovet rubllarına
dəyişdirildi. Bank 1941-ci ildən 1944-cü ilə qədər işğalçı
hökümətinin nəzarəti altında idi. 1944-cü ildən 1990-cı ilə
124
qədər isə yenidən SSRİ Dövlət Bankının Respublika İdarəsi
kimi fəaliyyət göstərirməyə başladı. 28 dekabr 1989-cu ildə
“Estoniya Respublikasının Bankı haqqında Qanun“ qəbul
olunmuşdur. 12 aprel 1990-cı ildə Estoniya Respublikasının
Ali Şurası Milli Valyutaya keçidin 24 dekabr 1991-ci ildə
həyata keçiriləcəyi haqqında qərar qəbul etdi. 19 dekabr 1991-
ci ildə isə Estoniya Respublikasının Ali Şurası Estoniya
Bankının 1919-cu ildə təsis olunmuş Estoniya Bankının hüquqi
varisi kimi yenidən bərpa ediləcəyini elan etdi. 1993-cü ilin 6
dekabr tarixində Estoniya Bankı və beş kommersiya bankı
SWIFT beynəlxalq bank sisteminə qoşuldular. 31 dekabr 1998-
ci ildə avronun emissiyası ilə əlaqədar olaraq, Estoniya
kronasının təyin edilmiş mübadilə kursu 1 EUR = 15,6466
EEK oldu. 21 yanvar 2002-ci il tarixində Estoniya Bankı
beynəlxalq tələblərə uyğun olaraq, banklararası
hesablaşmaların yeni sisteminə keçid aldı. 2004-cü ilin 1 may
tarixində Estoniya Bankı Avropanın Mərkəzi Banklar
Sisteminin üzvü və Avropa Mərkəzi Bankının səhmdarlarından
biri oldu və onun funksiyaları aşağıdakılardır:
- valyuta siyasətinin müstəqilliyinin təmin
edilməsi;
- pul-kredit və maliyyə sabitliyinin dəstəklənməsi;
- ümumi və vahid valyuta siyasətinin inkişafı;
- Estoniyada nağd pulların istifadəsi.
2008-ci ilin ortaları üçün Estoniyanın bank aktivlərinin
təxminən 85%-inə iki İsveç bankları “Svedbank” (Estoniyada
“Xansabank” ona məxsusdur) və SEB–bankları tərəfindən
nəzarət olunurdu. Estoniyada yerli kommersiya bankları və
125
xarici bankların yerli nümayəndəlikləri fəaliyyət göstərməyə
başladı. Estoniya kommersiya banklarının əvvəlki illərin
bölünməmiş mənfəəti 2007-ci ilin dekabr ayının sonuna 3,5
milyard kron (224 mln. avro), ümumi bank rezervi 640,7
milyon kron (41 mln. avro) təşkil etdi. Estoniyada altı yerli
kommersiya bankı, üç xarici bankın filialı və xarici bankların
alt rəsmi nümyəndəlikləri fəaliyyət göstərirdilər.
Estoniyanın kommersiya bankları:
“Xansabank”
“Svedbank”
“İsveç Bankına” məxsus maliyyə qrupudur.
Estoniyada mərhələli şəkildə bankların adlarının
dəyişdirilməsi prosesi getdi. 2009-cu ilin 3-cü rübü üçün vahid
“Svedbank” brendi bütün Baltik ölkələrində istifadə
edilmişdir; SEB; “Sampobank”; Marfin Pank; Kredipank;
Aripank; BIG universal bank deyildir, yalnız istehlak
kreditlərinin verilməsində və müddətli əmanətlərdə
ixtisaslaşır. Estoniyada xarici bankların filialları: Parex Bank
Eesti Filial; UniCredit Bank Eesti filial; Allied Irish Banks,
P.l.C. Eesti filial; DnB Nord A/S Eesti filial; Nordea Bank
Finland PLC Eesti filial; Scania Finans AB Eesti filiaal;
Siemens Financial Services AB Eesti filial; Svenska
Handelsbanken AB Eesti filial; “Svedbank” (Swedbank).
“Svedbank” Baltika, Rusiya, Ukrayna ölkələrinin
ərazisində fəaliyyət göstərir. Bankın səhmləri Stolkholmda
OMX Nordic Exchange fond birjasının yüksək kapitallaşması
olan şirkətlərin sektorunda lizinqinə daxil edilmişlər (Large
Cap segment). “Svedbank”-ın mərkəzi ofisi Stolkholmda
126
yerləşir. “Svedbank” 1820-ci ildə Hoteburqda İsveçin ilk
əmanət bankı kimi təsis olunmuşdur. 1991-ci ildə 12 regional
kənd təsərrüfatı korporativ banklarının birləşməsi yolu ilə
Foreningsbanken formalaşdırılmışdır. 1992-ci ildə 11 regional
əməliyyat banklarının birləşməsinin nəticəsində Sparbanken
Sverige formalaşmışdır. 1997-ci ildə Sparbanken Sverige və
Foreningsbanken birləşməsi nəticəsində Forenings Sparabaken
yaradılmışdır. 2005-ci ildə Swedbank Hansabank bankının
səhmlərinin 100%-ni əldə etdi. 2006-cı ildə səhmdarların
ümumi illik iclasında bankın adının dəyişdirilməsi haqqında
qərar qəbul olundu və bank “Swedbank” adlandırılıdı.
“Svedbank” bankına altı ölkədə 913 filial məxsusdur: İsveç -
436; Estoniya -87; Latviya-74; Litva-123; Rusiya -3; Ukrayna-
190. İsveç, Litva, Latviya və Estoniya “Svedbank” tərəfindən
əsas bazar kimi, Rusiya və Ukrayna isə perspektiv bazar kimi
nəzərdən keçirilirdi. Rusiyada fəaliyyət 2002-ci ildə
başlanmışdır. 2004-cü ildə Moskvada “Kvets-bank” alınmışdır.
Ukraynada fəaliyyət 2007-ci ildə “Tac-Kommersbank”
(“ТАС”) bankının alınması yolu ilə başlanmışdır.
“Svedbank”-ın 30 iyun 2008-ci il üçün əsas göstəriciləri
aşağıdakı kimi olmuşdur:
Bankın aktivləri: -1671 milyard SEK (İsveç kronu)
Əməliyyat mənfəəti: -6504 milyon SEK (yanvar-iyun 2008)
İstehlak kreditləri: - 1169 milyard SEK
İdarə olunan fondların aktivləri : - 394 milyard SEK
Kapitalın rentabelliyi: - 18,7%
“Xansabank” (Hansabank) “Svedbank” bankının Baltik
ölkələrinin bazarlarında fəaliyyət göstərən törəmə maliyyə
127
qrupudur. “Xansabank” dövriyyəsi ildə 6 milyard avro təşkil
edir. Hal-hazırda mərhələli şəkildə adların dəyişdirilməsi
prosesi gedir. 2009-cu ilin payızından vahid “Svedbank”
brendi bütün Baltik ölkələrində istifadə edilir. Qrupun
tərkibi: ”Xansabank” ASC (Hansabank LTD), Rusiya;
Hansabank AS, Estoniya; AS Hansabanka, Latviya; AB
Hansabankas, Litva; “Xansa Lizinq” ASC (Hansa Leasing
Ltd); “Xansa Lizinq Kalininqrad” ASC (Hansa Leazing
Kalininqrad LTD) Rusiya; AS Hansa Leazing Russia; Hansa
Liizing Eesti AS, Estoniya. Skandinaviska Enskilda Banken
1972-ci ildə Stockholms Enskilda Bank (1856-cı ildə təsis
olunmuşdur) və Skandinaviska Banken (1864-cı ildə təsis
olunmuşdur) birləşməsi nəticəsinə yaranmışdır. Bank
Skandinaviya ölkələrindən savayı Polşada, Ukraynada və
Baltik ölkələrində fəaliyyət göstərirdi. “The Banker”
məlumatına görə SEB 2005-ci ilin əvvəlinə 6,7 milyard dollar
kapitalı ilə və 240,6 milyard dollar aktivləri ilə dünyanın böyük
banklarının siyahısında 86-cı yeri tuturdu və İsveçdə
aktivlərinə görə üçüncü, kapitalına görə ikinci bank idi. 2005-
ci il üçün mənfəət 34,2 milyard İsveç kronu təşkil etdi. İşçi
heyətinin sayı isə 20000 nəfərdən artıq idi. 2006-cı ilin fevral
ayının əvvəlində SEB bankı Rusiya “Petroenerqobank”
(Sankt-Peterburq) bankını almışdır. Bankın işçi heyəti 14
ölkədə 2600 nəfərə çatırdı. 2005- ci ildə bu bank Latviyada
birinci olaraq Amerikan Express kartlarını emissiya etdi. Banka
İsveçdə Anlage und Privat Bank (AP) və Litvada (Parex
Banka) törəmə şirkətlər məxsus idi. 2008-ci ilin 8 noyabr
tarixində bank Latviya höküməti ilə milliləşdirildi və 2 lat
128
dəyərində dövlət bankının səhmlərinin 51%-ni əldə etdi.
Milliləşdirilmə müasir qlobal maliyyə böhranı dövründə
müflisləşmənin qarşısının alınması üşün həyata keçirilmişdir.
129
III FƏSĠL. ĠSVEÇRƏNĠN BANK SĠSTEMĠ
3.1.ĠSVEÇRƏNĠN BANK SĠSTEMĠNĠN
TƏġKĠLATĠ QURULUġU
Bank əmanətinin sirri – İsveçrə bankirlərinin qürur
mənbəyidir və o, dövlət sirri səviyyəsində qorunur. Bank
əmanətləri ilə bağlı sirlərin üçüncü şəxsə verilməsi qanunla yol
verilməzdir və buna heç bir halda icazə verilmir. Yaxın
zamanlara qədər hətta bank sirrinin mövcudluğunun özü belə
sirr idi. İsveçrə bank sistemi əmanətlərin mənbəyini yoxlamaq
üçün lazımı hüquqi alətlərə malikdir. İsveçrə qanunvericiliyi
isə ciddi cəhdlə çirkli pulların burada yuyulmasının qarşısını
alır. Loyal qanunlar və stabillik sayəsində İsveçrə bankları
dünyanın ən etibarlı bankları statusuna malikdirlər. İsveçrə
banklarında ölkənin rezidenti olan istənilən bir şəxs hesab aça
bilərlər. Bütün banklar demək olar ki, müştərilərə eyni
xidmətlər paketini təqdim edirlər. Bu paket isə kifayət qədər
böyükdür. Bank xidmətləri iş zamanı şöbələrdə, həmçinin
telefon və internet şəbəkəsi vasitəsi ilə gün ərzində fasiləsiz
olaraq həyata keçirilir. İsveçrə - banklar ölkəsidir. Burada hər
1,5 min nəfərə bir bank strukturu düşür. Ölkədə bundan əlavə
dünyanın ən nəhəng banklarının 140 filialı fəaliyyət göstərir.
İsveçrənin bank sistemi özündə 500-dən artıq bank təşkilatını
əhatə edir. Bütün İsveçrə bankları ənənəvi olaraq üç
130
kateqoriyaya bölünür. Birinci kateqoriyaya ölkənin üç ən
nəhəng bankı daxildir:
Union bank of Switzerland
Swiss bank corporation
Swiss credit bank.
Kantonal, yerli və əmanət bankları ikinci kateqoriyaya
daxildir və əsasən bu banklar öz regionlarındankı yerli
əmanətçilər ilə işləyir və adi bank əməliyyatları və kreditləşmə
üzrə ixtisaslaşırlar. Üçüncü kateqoriya isə özəl banklar adlanan
qrupdan ibarətdir. Onların əsas fəaliyyət növünü investisiya
portfellərinin idarəetməsi təşkil edir. . İsveçrə Milli Bankı
(İMB) ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərir. İsveçrə
Milli Bankının səhmlərinin 55 faizi kanton və kanton bankları
kimi dövlət qurumları tərəfindən alınırdı. Səhmlərin fond
birjasında qalan hissəsi isə əsasən özəl sahibkarlar tərəfindən
alınmışdır. İsveçrə Konfederasiyası səhm paketina sahib deyil.
Bankın xronoloji tarixi aşağıdakı kimidir:
1905 -İMB haqqında Qanunun qüvvəyə minməsi;
1907-İMB-nin fəaliyyətə başlaması;
1909-İMB qısa-müddətli öhdəliklərlə depozit cəlb
etməyə başlayır;
1910 - Pul çapına səlahiyyətli tək orqan olur;
131
1926 - İsveçrənin üzvü olduğu və pul vahidlərinin
İsveçrədə istifadə olunduğu Latın Monetar
İttifaqının fəaliyyətinə xitam verilir;
1934 - İsveçrə Klirinq Ofisinin açılması;
1945 - İMB-nin pul çapı səlahiyyətləri ilə bağlı
qanunun yenilənməsi;
1950 - İsveçrənin daxil olduğu Avropa Ödənişləri
Birliyi haqqında Anlaşma;
1960-İsveçrənin daxil olduğu Avropa Azad
Ticarət Assosisiyasının yaranması;
1975 - İMB tərəfindən kredit limitinin tam aradan
qaldırılması;
1987- İsveçrə Banklarası Klirinq adlanan elektron
ödəniş sisteminin fəaliyyətə başlaması;
1989- Avropa Valyuta Korporasiyası Fondu İMB-
yə Avropa Valyuta Vahidinin “digər sahibi”
statusunu təqdim etmişdir.
Bank Konstitusiya və qanun vasitəsilə ölkənin
maraqlarına uyğun olaraq iş aparır. Bankın fəaliyyət
məqsədləri aşağıdakılardır:
Ölkənin monetar siyasətinin həyata keçirilməsi;
Qiymətlərin sabitliyinin təmin edilməsi;
Nağd pul dövriyyəsinin təşkili;
Pul bazarının likvidliyinin təmin edilməsi;
Nağdsız pul köçürmələrinin təşkili;
Beynəlxalq ehtiyatların idarə edilməsi;
Maliyyə sisteminin sabitləşdirlməsi;
132
Beynəlxalq əməkdaşlıqda iştirak və texniki yardımın
göstərilməsi.
İsveçrə Milli Bankının iki baş ofisi mövcuddur.
Bunlardan biri Bern və digəri Surix şəhərlərində yerləşir.
Bundan əlavə Cenevrədə nağd pulun dövriyyəsini təmin edən
nümayəndəliyi və regionlarda beş təmsilçi ərazi idarəsi
mövcuddur. Həmçinin Bankın kantonlar üzrə 16 agentliyi
mövcuddur. Bankın baş idarəetmə orqanı İdarə Heyətidir.
İdarə Heyətinin funksiyaları – monetar siyasət, sərmayə
qoyuluşu strategiyası və monetar siyasət sahəsində beynəlxalq
əməkdaşlıqdan ibarətdir. İdarə Heyəti 3 daimi üzv və 3
nümayəndədən ibarətdir. Onlar dövlətin Federal Şurası
tərəfindən Bank Şurasının tövsiyəsi əsasında seçilirlər.
Bankın Baş Şurası nəzarət funksiyalarını həyata keçirir. Şura
11 üzvdən ibarətdir: 6 üzv Şuranın Prezidenti və vitse-
prezidenti daxil olmaqla Federal Şura tərəfindən seçilir. Digər
5 üzvü səhmdarların yığıncağında təyin olunurlar. Bankın
Şurasında 5 komitə fəaliyyət göstərir. İsveçrə səmərəli və sabit
beynəlxalq monetar sistemdən faydalanır. İsveçrə Milli Bankı
müxtəlif beynəlxalq institut, təşkilat və qruplarda təmsil
olunmaqla beynəlxalq monetar səviyyədə əməkdaşlıq edir və
eyni zamanda Beynəlxalq Hesablaşmalar Bankının üzvüdür.
Bundan əlavə, İsveçrə Milli Bankı Federal departamentlə
birlikdə Beynəlxalq Valyuta Fondunda və Böyük Onluqda
İsveçrəni təmsil edir. İsveçrənin Milli Bankının beynəlxalq
əməkdaşlığında texniki yardım sahəsi mühüm yer tutur. Bankın
bu sahədə, xüsusilə monetar siyasət, nağd əməliyyatlar və ya
ehtiyatların idarə edilməsi üzrə spesifik bacarıq və təcrübəsi
133
vardır. Texniki yardımların köməyi ilə, İsveçrə Milli Bankı
digər ölkələrin Mərkəzi Banklarına treyninq və seminarlar
təşkil edir. Tarixən belə alınıb ki, İsveçrə dünyada baş verən
bir çox hadisələrə neytral mövqe sərgiləyib və yüz illər ərzində
öz neytrallığını qoruyub saxlamağı bacarıb. Ona görə də bu
ölkə öz iqtisadiyyatını qoruyub saxlaya bilmiş və yüksək
səviyyədə inkişaf etdirməyə müvəffəq olmuşdur. Bu gün
İsveçrə planetin ən varlı ölkələrindən biri və əhəmiyyətli
maliyyə mərkəzidir. İsveçrənin valyutası olan İsveçrə frankı
yüz illər ərzində ən güvənli və stabil valyutalardan biri
olmuşdur, məhz ona görə ki, İsveçrə frankı funt sterlinq və
ABŞ dolları ilə çiyin-çiyinə Birinci dünya müharibəsindən
sonra 1922-ci ildə keçirilən Genuya konfransında əsas
devizlərdən biri kimi seçilmişdir. Baxmayaraq ki, bu gün
İsveçrə frankının məzənnəsi hardasa avro və dolların
kursundan asılıdır, amma o, yenə də onlara nisbətdə müəyyən
neytrallığını qoruyub saxlaya bilir. Bu İsveçrənin digər Avropa
ölkələri ilə münasibətdə sahib olduğu geopolitoloji və iqtisadi
mövqe ilə bağlıdır.
3.2. ĠSVEÇRƏNĠN TARĠXĠ ĠNKĠġAFI
Avropanın mərkəzində yerləşən İsveçrə, 1848-ci ildə
müstəqil federasiya kimi formalaşıb, həmin dövrə qədər isə
konfederasiya olumuşdur. 1848-ci ildən bəri İsveçrə heç bir
müharibəyə cəlb olunmayıb və artıq iki əsrdir ki, İsveçrə
müstəqil ölkədir. Siyası quruluş birbaşa demokratiyadır, əgər
134
qısaca izah etsək, bu o deməkdir ki, İsveçrə xalqı istənilən
siyasi qərarların həlli ilə bağlı səsvermədə iştirak edir.
Həmçinin İsveçrədə möhkəm və etibarlı hüquq sistemi
mövcuddur. İsveçrə demək, keyfiyyət deməkdir. Sadəcə
private bankingdə deyil, İsveçrənin istehsal etdiyi məhsul -
dünya səviyyəli saatlardan başlamış, öz sinfinin ən
keyfiyyətlisi hesab olunan dərmanlara və tibbi ləvazimatlara
qədər, həmçinin xidmət sektorunda bu keyfiyyət özünü büruzə
verməkdədir. İsveçrə iqtisadiyyatı dünyada ən stabillərdən biri
hesab olunur, xüsusən də 2008-ci il maliyyə böhranından
sonra, İsveçrə ümumdünya böhranının mənfi təsirlərinə qarşı
dözümlü olduğunu sübut edib. Bu son illərdə özünü daha aydın
büruzə verir, belə ki İsveçrə ili büdcə profisiti ilə başa vurmağa
müəssər olmuşdur, ona görə də ölkənin dövlət borcu dünyada
ən aşağı göstəricilərdən birini əks etdirir və eyni zamanda
ölkənin milli valyutası İsveçrə Frankı, digər beynəlxalq
valyutalar ilə müqayisədə dəfələrlə daha möhkəmdir (İsveçrə
nə Avropa birliyinin və nə Avro Zonanın üzvü deyil). The
Global Competitiveness Report 2013-2014-cü il reportuna
əsasən İsveçrə artıq dördüncü dəfədir ki, bütün ölkələr arasında
ən rəqabətə davamlı ölkə seçilir. Yuxarıda qeyd edilənlər
İsveçrəni böhranları yola salmaq üçün ideal məkana çevirir.
İsçveçrənin bank aləmi çox rəngarəngdir. Burada əhali ilə
işləyən adi pərakəndə banklar, həmçinin şirkətlər ilə işləyən
korporativ banklarda da vardır, hər iki qrupda həm yerli, həm
də iri beynəlxalq bankların təmsilçiləri fəaliyyət göstərir.
Bundan əlavə, İsveçrədə zəngin şəxslər üçün aktivlərin etibarı
əsasında idarə edilməsi xidməti göstərən şəxsi bankar da vardır
135
ki, onları da bir neçə qrupa bölmək olar. Birinci kateqoriya - iri
beynəlxalq bankların prayvit bank bölmələridir: Credit Suisse
(Clariden), UBS (Union de Banques Suisses), BNP-Paribas,
ING. Varlı fərdi müştəri üçün onlar bəlkə də ən yaxşı seçim
deyil. Bu bankların səhmləri birjada dövriyyədədir və onlar öz
səhmdarlarına daha çox gəlir qazandıqlarını göstərməkdə
maraqlıdır, ona görə də öz maliyyə alətlərinin satışını artırmağa
çalışırlar. Bank müştərilərinə ilk növbədə öz investisiya
fondundan pay ayırır, halbuki bazarda daha effektiv işləyən
analoji fondlar da vardır. Buna baxmayaraq, beynəlxalq
bankları, kapitalı nisbətən kiçik olan yəni 1 milyon dollara
qədər olan investorlara rahatlıqla tövsiyə etmək olar. Credit
Suisse və UBS vasitəsi ilə fərdi müştərilər vəsaitlərini minimal
həcmdə investisiya fonduna qoya və ya öz investisiya portfelini
yarada bilərlər. Bir vaxtlar bu xidmətlər həqiqi şəxsi İsveçrə
banklarının çoxmilyonlu müştərilərə təqdim etdiyi əsas
imtiyazlardan biri idi. İkinci kateqoriya - ənənəvi maliyyə
evləri: Pictet&Cie, Wegelin&Co, Mirabaud&Co və başqaları.
Georges-Favon bulvarında yerləşən Pictet&Cie-nin baş ofisi
bank binasından daha çox dəbdəbəli oteli xatırlardır. Bu beş
mərtəbəli imarət çox təmtəraqla bəzədilib. Divarlarda bahalı,
gözəl çərçivəli rəsm əsərlərini, rəflərdə isə Büffonun "Təbii
tarix" əsərinin antikvar cildlərini görmək olar. Onlar əsası
1805-ci ildə qoyulmuş bankla demək olar ki həmyaşıddırlar.
Belə banklar artıq 150 ildən çoxdur ki, fəaliyyət göstərir və ailə
biznesi kimi idarə olunur. Hüquqi cəhətdan ailə üzvləri tam
tərəfdaş hesab olunur. Bu o deməkdir ki, idarəedicilər sizin
vəsaitinizə görə öz ailəvi mülkləri ilə məsuliyyət daşıyırlar.
136
«Bu ən yaxşı keyfiyyət zəmanətidir. Şəxsi məsuliyyət
dərəcəsinin yüksək olması həlledici rol oynayr. Bu gün İvan
Pikte və onun tərəfdaşlarının idarəsi altında 185 milyard
dollardan çox vəsait vardır. Onların yarısı şəxsi investorların
vəsaitidir. Digər hissəsi beynəlxalq pensiya fondları və siğorta
şirkətləri tərəfindən ona etibar edilmiş vəsaitlərdir. Şəxsi
banklar nəsildən-nəsilə ötürülən ailə biznesinin idarəedilməsi
üçün yaxşı seçimdir. Banklar mülkün ailə üzvləri arasında
bölüşdürülməsinə kömək edir, vergiləri azaldır və mirası
təsdiqləyir. Zəngin müştərilər üçün belə banklar əlverişlidir.
Amma belə münasibətlər sözün həqiqi mənasıda çox bahalıdır.
Pictet bankında standanrt hesabın həcmi 8 milyon dollar dolları
üstələyir, yüksək komissiyalar və aktivlərin idarə edilməsi
nəticədə kapitalın artımına deyil, hətta azalmasına gətirib
çıxara bilər. Burada həm inflyasiyanı, həm də valyuta kursunun
dəyişməsini nəzərə almaq lazımdır. Bundan əlavə, ailə bankları
yeni müştərilərin cəlb edilməsində olduqca ehtiyatlı davranır.
Üçüncü kateqoriya - 20-ci əsrin ikinci yarısında meydana gələn
yeni şəxsi banklardır. Özlərinin "böyük qardaşlarından" fərqli
olaraq, onlar elə də konservativ deyillər və investisiyaların
daha çox gəlirliliyinə yönəliblər. Onlar aktivlərin idarəedilməsi
üzrə klsassik kompaniyaları xatırladırlar: özlərində müştəri ilə
ünsiyyətdə isveçrə tərzini, aqressiv kapital idarəetməsində isə
ingilis-amerikan tərzini birləşdirir. Məhz bu fəlsəfə üzərində
bir nəsil maliyyə institutları yetişib, onlardan Syz & Co və ya
UBP-ni (Union Bancaire Privee) qeyd etmək olar. Həmçinin
1890-cı ildə yaranmış, Julius Baer bankını da bu qrupa aid
etmək olar. Onlar öz fondlarını idarə edir, həmçinin digər
137
fondlarda da paylar alır. Lakin yalnız öz sahəsində ən yaxşı
hesab etdikləri halda bu payları alırlar. Investisiyaların start
həcmi isə 1 milyon dollardan başlayır. Nəhayət dördüncü
kateqoriya - onları bank adlandırmaq tam düzgün olmazdı, belə
ki, onlarda depozit açmaq mümkün deyil, onlar sərbəst maliyyə
instituları olub, aktivləri idarə edir və buna misal olaraq,
Octogone və Dynagest şirkətlərinin adlarını qeyd etmək olar.
Bu maliyyə strukturlarının əsas müştəriləri institutsional
investorlar, pensiya fondları, sığorta şirkətləri və əlbəttə ki,
zəngin insanlardır. Hesabın minimal həcmi 1 milyon dollardır.
Sərbəst maliyyə müəssisələri ilə iş görmək təcrübəsizlər üçün
deyildir.Vasitəçilərin sayı az olduğundan komissiyaların həcmi
burada adi banklar ilə müqayisədə daha aşağıdır.Bir qayda
olaraq, onların investisiyaların 0,1% həcmindədir.Kapitalın
idarə edilməsi etibarlılıqdan əlavə İsveçrə banklarının ən üstün
xüsusiyyətidir. Hər şeyə rəğmən İsveçrə hələ də idarəetməsi
altında olan qeyri-rezident aktivlərinin həcminə görə dünya
lideridir. Bu zaman cəlb edilən vəsaitin 46%-i institutsional
investorların payına düşür. İnstitusional investorlar bankları
məxfiliyinə görə deyil, məhz onların fəaliyyətinin analizi,
gəlirliliyi və komissiaylarının həcminə görə seçirlər. İsveçrə
anlamında keyfiyyətli idarəetmə yüksək gəlirlilik deyil,
kapitalın stabil böyümə əmsalını nəzərdə tutur. Məsələn,
avropa şirkətlərinin səhmlərindən və istiqrazlarından ibarət
balanslaşdırılmış 10 ən yaxşı fond İsveçrə Banklarının
idarəetməsi altında 5,6% -dən (Lombard Odier Darier Hentsch)
13%-ə qədər (Julius Baer) qazanıblar. "Biz fond indeksləri ilə
rəqabət aparmırıq, bizim əsas məqsədimiz pulları
138
itirməməkdir”- bu məşhur bankir Erik Sizin sözləridir.
Syz&Co-nun fondanların biri 5 ilin nəticələrinə əsasən, yüksək
nüfuzlu Lipper agentliyi tərəfindən Avropanın ən yaxşı qarışıq
investisya fondu seçilib. Yekun nəticədə isə investisiyanın
gəlirliliyi müştərinin seçimindən asılıdır.
3.3. ĠSVECRƏNĠN KREDĠT SĠSTEMĠ
İsveçrənin kredit sisteminə iri maliyyə kompaniyaları
daxildir ki, onlar da aşağıdakı qruplara bölünürlər:
depozit cəlb etmək üçün özlərini açıq şəkildə,
ictimaiyyət qarşısında reklam edən kompaniyalar və
onlar federal bank qanunvericiliyinin bütün tələblərinə
cavab verməyə borcludurlar;
depozit qəbul etməyən, lakin digər bank əməliyyatları
həyata keçirən kompaniyalar. Belə kompaniyalara
qüvvədə olan bank qanunvericiliyinin tənzimləyici
maddələrinin yalnız müəyyən bir qismi şamil olunur.
Bankların və investisiya kompaniyalarının üzərində
ciddi nəzarətin mövcudluğu İsveçrə bank sisteminin
əsas fərqləndirici xüsusiyyətdir. Banklar üzərində
nəzarət üçpilləli struktura malikdir və Federal bank
komissiyası, Milli Bank və İsveçrə Bank Assosiasiyası
tərəfindən həyata keçirilir. Bankların fəaliyyəti, onların
tənzimlənməsi və nəzarət 1934-cü il 8 noyabrda qəbul
139
olunmuş banklar və əmanət banknotları haqqında
qanuna müvafiq olaraq həyata keçirilir. Qanunun əsas
təyinatı müştəri maraqlarının müdafiəsidir. Fəaliyyət
lisenziyası Federal bank komissiyası tərəfindən yalnız o
təqdirdə təqdim edilir ki, bank qeyd edilən qanunun
bütün tələblərinə riayət etsin. Əgər qanun pozuntusu
müşahidə olunarsa, verilmiş lisenziya geri çağırıla bilər.
Hazırda minimal nizamnamə kapitalının həcmi 2
milyon İsveçrə frankı təşkil edir. İkinci dünya
müharibəsindən sonra İsveçrədə heç bir bankda bankrot
hadisəsi qeydə alınmayıb. İsveçrə banklarının yüksək
reytinqini müəyyən edən daha bir fərqləndirici cəhət
bank sirrinin qorunmasıdır. İsveçrədə əmanətlərin sirri,
həm mülki (vətəndaş hüququ), həm də cinayət hüququ
ilə mühafizə olunur. Öz müştərilərinin sirrini qoruya
bilməyən banklar ümumiyyətlə lisenziyadan məhrum
edilə bilər, belə bir informasiyanın yayılmasında təqsirli
bilinən əməkdaşı 6 aylıq həbs cəzasından 50 min
İsveçrə frankına qədər cərimə gözləyir. Bank
informasiyası dövlət orqanı tərəfindən yalnız o təqdirdə
açıqlana bilər ki, müştərinin cinayət əməlində iştirakı
təsbit edilmiş olsun və onun cinayəti sübuta yetirilmiş
olsun. Vergidən yayınmaq isə İsveçrədə cinayət hesab
olunmur. Digər ölkələrin valyuta tənzimlənməsinin
pozulması İsveçrə qanunlarına əsasən cinayət predmeti
hesab oluna bilməz. Bank komitəsi müstəqil orqandır, o
nə hökumətə, nə də Milli Banka tabe deyildir. Bank
komitəsi banklar tərəfindən bank fəaliyyəti haqqında
140
qanuna, həmçinin təsis edilmiş digər norma və
qaydalara riayət edilməsinə nəzarət edir. Onun əsas
təyinatı isə səhmdarların maraqlarının müdafiəsidir. Öz
fəaliyyəti daxilində komitə müstəqil, bank daxilində
yerləşməyən auditor xidmətlərinə, həmçinin bankların
öz daxili auditinə istinad edir. Banklarda əsas idarəedici
vəzifələrə müəyyən şəxslərin namizədliyinin irəli
sürülməsi zamanı komitənin öz fikrini bildirmək
hüququ vardır. İsveçrədə bu orqanın fəaliyyətinə böyük
önəm verilir. Komitənin qərarları faktiki olaraq icbari
xarakter daşıyır. 1850-ci ilə qədər İsveçrədə 75 müxtəlif
təşkilat (o cümlədən 25 kanton, 16 şəhər) sikkələrin
buraxılışı ilə məşğul olurdu. Dövriyyədə müxtəlif
dəyərli və nominallı 860 cür sikkə var idi. Bununla
yanaşı bir sıra xüsusi banklar ilk əskinasların
buraxılışına başladı və ümumilikdə dövriyyədə olan
sikkə və əskinasların sayı 8000-ə yaxın idi. Bundan
əlavə, dövriyyədə olan nağd pulun cəmi 15%-ni milli
valyutalar təşkil edirdi, qalan hissəsi tacirlər tərəfindən
istifadə olunan xarici valyutanın payına düşürdü. Bütün
bunlar valyuta sisteminin funksionallığını
mürəkkəbləşdirirdi. Bu problemi aradan qaldırmaq
üçün 1848-ci ildə qəbul olunmuş İsveçrə Federal
Konstitusiyasında pul emissiyası hüququna malik olan
yeganə təşkilat olaraq Federal Hökumət göstərilirdi.
1850-ci ilin 7 may tarixində Pul Sistemi haqqında
federal qanun qəbul edildi. Bu qanuna əsasən frank
İsveçrənin pul vahidi kimi tanınırdı. Beləliklə, 1850-ci
141
ildə tədavülə buraxılan İsveçrə frankı kantonlarının
müxtəlif valyutalarını əvəz etdi. Dəyərinə görə İsveçrə
frankı Fransa frankına bərabər idi. 1866-cı ildə Fransa,
Belçika, İtaliya və İsveçrənin birlikdə təsis etdikləri
Latın Valyuta Birliyinin fəaliyyəti 1927-ci ilədək
davam etdi. 1945-ci ildə Bretton-Vuds Sisteminə
qoşulmaqla frankın məzənnəsini ABŞ dolları əsasında
müəyyən edən İsveçrə Sistemin dağılmasından sonra
üzən məzənnə siyasətinə keçdi. Frank əskinasları Orell
Füssli Arts Graphiques SA şirkəti tərəfindən, sikkələr
isə İsveçrə Zərbxanasında buraxılır. İsveçrə frankı öz
dövriyyəsinə görə Dünya Valyuta Bazarında 5-ci
yerdədir. Hal-hazırda Avropada yalnız İsveçrə frankı
“frank” adlanır və qeyri-rəsmi ehtiyat valyutası kimi
tanınır. 2000-ci ildə Konstitusiyada edilmiş
düzəlişlərdən sonra qızıla bağlılıq aradan qaldırıldı. Bu
günədək cəmi frankın devalvasiyası (30%) yalnız bir
dəfə - 27 sentyabr 1936-cı ildə Böyük Depressiya
nəticəsində baş vermişdir. Məlum olduğu kimi,
inflyasiyaya məruz qalmayan stabil valyuta
iqtisadiyyatın sabit inkişafını təmin edən əsas amildir.
Təbii ki, bu bank sektoruna da sirayət etməyə bilməz.
İsveçrə bankları dünyanın ən əski bankları olsa da,
İsveçrə dünyada ilk dəfə bank açılan ölkələrin
siyahısına daxil deyildir. Avropada rəsmi qeydiyyatdan
keçmiş birinci bank Venessiya Bankı olmuşdur. O,
1584-cü ildə Venessiya senatının qərarı ilə şəhər-
respublikanın ticarət sistemini maliyyələşdirmək
142
məqsədi ilə yaradılmışdır. 1609-cu ildə Amsterdam
Bankı açılmış və artıq XVII-ci əsrin sonunda, 1694-cü
ildə ölkənin ticarət-sənaye dövriyyəsini kreditləşmə ilə
təmin etmək məqsədi ilə İngiltərə Bankı təsis
edilmişdir. İlk İsveçrə bankları ya dövlətə məxsus
kantonal banklar, yəni müəyyən kantona (İsveçrədə
region vahidi), ya da özəl banklar olmuşdur və onlar
yalnız XIX-cu əsrin ortalarında təsis olunmuşdur. Ən
yaşlı kantonal bankın əsası 1845-ci ildə qoyulmuş
Banque Cantonale Vaudoise hesab olunur. Bu bank bu
gün də İsveçrənin ikinci ən böyük kantonal bankıdır və
ölkənin ən prestijli və universal banklarının ilk
beşliyinə daxildir. Reytinqdə ondan əvvəl yer alan,
əsası 1870-ci ildə qoyulmuş digər kantonal bank
Zurcher Kantonal bankdır. UBS İsveçrənin ən nəhəng
banklarından biridir. UBS abreviaturasının açıqlaması
belədir: «Union Bankof Switzerland». Kantonal banklar
1872-ci ildə yaradılmış İsveçrə Bank Korporasiyasında
birləşdirildi. Bu qurum isə 1998-ci ildə İsveçrənin ən
nəhəng bank holdinqi olan UBS tərəfindən udulana
qədər həyat sürməkdə davam edirdi. UBS bu gün
İsveçrənin ən böyük bankı olub, bütün yer kürəsi
boyunca müxtəlif maliyyə xidmətləri təqdim edir.
Daha bir nəhəng bank İsveçrə bank holdinqi isə Credit
Suisse Groupdur. Onun əsası 1856-cı ildə isveçrəli iş
adamı və görkəmli siyasətçi Alfred Eşer tərəfindən ölkə
sənayesini və İsveçrənin dəmir yollarının tikintisinin
maliyyələşdirilməsinə kömək etmək məqsədi ilə
143
qoyulmuşdur. Bu gün Alfred Eşeri İsveçrənin atası
adlandırırlar, çünki o, nəinki İsveçrənin ən böyük
bankının əsasını qoymuş, həmçinin böyük
xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. O,
Sürixdə Politexnikumun, böyük sığorta kompaniyasının
açılışının təşəbbüskarı olmuş, həmçinin də öz vəsaiti
hesabına ölkənin Şimal-Şərqi dəmiryolunu saldırmışdır.
Credit Suisse Group bankının aktivlərinin həcmi 1,1
trilyon ABŞ dollarına çatan nəhəng investisiya
bankıdır. Digər banklardan fərqli olaraq, o kreditlər
verilməsi və depozit qəbulu ilə bağlı universal
xidmətlər təklif etmir, onun əsas vəzifəsi özəl bankçılıq,
investisiya bankçılığı, həmçinin aktivlərin etibarnamə
əsasında idarə edilməsi, yəni “trust” əməliyyatları
daxildir. İsveçrənin nəhəng bankları bizim müasir
zamanda başa düşdüyümüz formatda ənənəvi bank
xidmətləri təklif etmir: onlar faiz
müqabilində depozitlər cəlb edərək, girovla təmin
olunmuş kreditlər vermir və onların funksiyaları
kardinal şəkildə fərqlənir. İsveçrə banklarının güvənli
olmasının sirri məhz bunda gizlənir. Adətən universal
banklar depozitlər cəlb edir, onlara görə faizlər ödəyir
və girovlu kreditlər verir. Bankın bütün pul kütləsi
adətən borc götürülmüş maddi vəsaitlər hesabına
formalaşır, ona görə də verilmiş kreditlərin geri
qaytarılmaması istənilən bir bankın maliyyə
dayanıqlığını çox güclü şəkildə yerindən oynada bilər,
bu zaman bank bazardakı likvidliyini itirir, bu isə o
144
deməkdir ki, o öz öhdəliklərini yerinə yetirmək
qabiliyyətindən məhrum olur, yəni bankrot elan edilir.
Beləliklə, adətən banklar kreditlərə görə aldığı faizlər
ilə depozitlərə görə ödədikləri faiz arasındakı fərq
hesabına qazanırlar və bu onların gəlirini formalaşdırır.
Bir qayda olaraq, İsveçrə bankları depozit siyasəti
tətbiq etmirlər. Düzdür, onlar böyük vəsait cəlb edirlər,
amma onlar bu əmanətlərə görə “yaxşı” faiz ödəməyi
vəd etmirlər. Bunun əvəzində onlar etibarlı idarəetmə
(“trust” əməliyyatlarından) istifadə edilər, onlardan
gələn bütün gəlir bütün bilavasitə hesabın sahibinə çatır
(bu risksiz proyektlərə edilən yatırımlar və ya qiymətli
kağızlara edilən qoyuluşlar ola bilər), öz xidmətinə görə
isə bank pul dövriyyəsində çox da böyük olmayan
komisyon haqq tutur, bu ümumi məbləğin 0,5%-0,7%-i
ola bilər. Bir tərəfdən bu faiz elə də böyük görünmür,
amma digər tərəfdən İsveçrə bank sistemində 2 trilyon
ABŞ dollarının dövriyyədə olduğunu nəzərə alsaq, onda
kifayət qədər sanballı bir məbləğ alınır. İsveçrə bankı
yüksək etibarlılığı ilə seçilir, lakin yüksək gəlirlilik vəd
etmir. İsveçrə bankına pul qoymaq o, zaman sərf edər
ki, qoymaq istədiyiniz məbləğ sözün əsl mənasında
həqiqətən də çox böyük olsun və siz heç bir fövqəladə
hadisə və gözlənilməzlik nəticəsində bu pulu itirmək
istəmirsiniz və itirməli deyilsiniz. Qeyd etdiyimiz kimi,
İsveçrə Bank sisteminin güvənli olması ölkənin stabil
siyasi, iqtisadi mövqeyi və bankın fəaliyyət prinsipi ilə
təmin olunur. Digər tərəfdən isə istənilən bir ölkədə
145
maliyyə sisteminin stabilliyinin əsas requlyatoru rolunu
ölkənin Mərkəzi Bankı həyata keçirir. İsveçrə Milli
Bankının əsası 1907-ci ildə qoyulmuşdur və onun pul
banknotlar emissiya etməklə yanaşı digər əsas vəzifəsi
ölkədəki bank sisteminin çökməsi ehtimalı olduqda
“son instansiya kreditoru” rolunu oynamaqdır, yəni bu
o deməkdir ki, hər hansı bir səbəbdən ayaq üstə qalmaq
üçün likvidlik ehtiyacı yarandığı halda Milli Bank
digər bankları maliyyələşdirə və onları kreditlə təmin
edə bilər. İsveçrənin Bank Sistemi vergi
qanunvericiliyindən asılı deyil, bu isə o deməkdir ki,
əmanətlərdən faiz şəklində əldə edilmiş gəlirlər
vergiyə məruz qalmır. Beləliklə ofşor ərazidə hesaba
malik olmaqla, əmanətçi əldə edilən gəlirin
bəyannaməsini təqdim etmədikdə və ya gəlir vergisi
ödəmədikdə öz kapitalını itirməkdə risk etmir. Digər
ölkələrdə isə bank əməliyyatları ilə bağlı gəlir vergisi
10-50% arasında dəyişir. İsveçrədə vergilər qonşu
ölkələr ilə münasibətdə daha aşağıdır. Fiziki şəxslər
üçün vergilərin toplam həcminin 30%-i, verginin
məcmu həcmi isə 35%-i üstələmir. Bununla yanaşı
dövlət xəzinəsinə ödənilən verginin cəmi 9% təşkil edir,
qalan məbləğ isə yerli və kanton vergiləri arasında
paylanır. İsveçrə vergi sisteminin cəlbedici xüsusiyyəti
odur ki, burada səhmdarın məxsus olduğu ölkəyə
dividentlərin köçürülməsi zamanı, əgər bu ölkə ilə
İsveçrə arasında ikili vergiyə cəlb olunmanın aradan
qaldırılması ilə bağlı saziş yoxdursa, kompaniyanın
146
dividentlərin köçürüldüyü ölkədə də vergi məruz
qalması İsveçrə tərəfindən nəzərə alınır. İsveçrə
bankları öz müştərilərinin sirlərini çox etibarlı şəkildə
qoruyurlar. «İsveçrə bankında hesab» elə həmin
hesabın məxfi qalması anlamına gəlir və əmanətçilərə
qarşı belə loyallıq və sədaqətin təmin edilməsi
baxımından İsveçrə bank sistemi ilk növbədə özünün
ilk özəl bankirlərinə minnətdar olmalıdır. Belə hesab
olunur ki, «bank sirri» anlayışı İsveçrədə 1934-cü ildə
«bank fəaliyyəti haqqında» qəbul olunan qanundan
sonra yaranmışdır. Amma əslində bu heç də doğru
deyildir. Məşhur bank sirri ilə bağlı ilk xatırlamalara
XIII-ci ərsin əvvəllərində daha dəqiq desək 1713-cü
ildə rast gəlmək mümkündür. İsveçrə bankirləri bütün
dünyada qüsursuz reputasiyası ilə məşhur idi, hətta
onlardan biri 16-cı Lüdoviqin sağlığında Fransa
maliyyə idarəsinin birinci şəxsi seçilmişdir, onun adı
Jak Neker idi. Bank sirri heç bir haldan və şəraitdən
asılı olmayaraq, əmanət, əmanətin sahibi və əmanətin
miqdarı barədə informasiyanı açıqlamamağa dair
bankirin öz üzərinə götürdüyü öhdəlikdir. Amma
əvvəllər bank sirri İsveçrənin istənilən bir maliyyə
təşkilatının yazılmamış qanunu və elan edilməmiş bir
qaydası idi. Buna görə də çox gərgin bir vəziyyət
yarandıqda bu yazılmamış qanunu əsl qanunvericiliklə
möhkəmləndirmək vaxtı yetişdi. Bu isə 1934-cu ildən
sonra baş verdi. Hitlerçilər İsveçrə bankirlərindən
“üçüncü reyx naminə” əmanətçilər və əmanətlərin
147
məbləği barədə informasiyanı onlara verməyi tələb etdi.
Ola bilsin ki, kimsə bank sirrini pozmuşdu, çünki o
zaman üç alman vətəndaşı öz pul vəsaitlərini İsveçrədə
saxladıqları üçün edam edilmişdi. Qanunsuzluğu aradan
qaldırmaq və gələcək siyasi narazılıqlardan uzaq olmaq
üçün İsveçrə parlamentariləri «Bank haqqında Qanuna»
səs verdilər. Qanuna əsasən İsveçrə bank sistemində
konfidensiallıq (məxfilik) prinsipi təsis edildi və onun
pozulması ömürlük həbs cəzasına səbəb ola bilərdi. Bu
gün bank sirrinin pozulması yalnız o halda mümkündür
ki, İsveçrənin özündə “cinayət əməli hesab olunan”
cinayət işinin axtarışı ilə bağlı istintaq işləri həyata
keçirilsin. Digər ölkələrdən fərli olaraq İsveçrədə
vergidən yayınmaq, sadəcə çox da böyük olmayan
inzibati xəta hesab olunur və özündə yalnız cərimə
ödənilməsini əhatə edir. Bank sirri digər ölkə tərəfindən
bir başa bankın özündən istənilə bilməz, bundan ötrü
parlamentin ratifikasiyasına ehtiyac vardır. 2008-ci
ildə ABŞ hökuməti 4450 amerikalının bank əmanətləri
barədə hesablarının açılması xahişi ilə İsveçrə tərəfinə
müraciət etdi, həmin şəxslər vergidən yayınmaqda
şübhəli bilinirdi. Uzunsürən təhqiqat-istintaq işlərindən
sonra İsveçrə parlamenti banklara öz əcnəbi müştəriləri
ilə bağlı bank sirrini açmağı qadağan etdi. İsveçrədə
məhz bank hesablarında adlar yoxdur, bunun əvəzinə
hər hesabın ayrıca nömrəsi olur. Əlbəttə bank
hesabının nömrəsi öz sahibinin adı ilə müəyyən
dərəcədə bağlı olur, lakin bu əlaqə yalnız bir neçə
148
adama bəlli olur, hətta bank işçilərinin də ondan xəbəri
olmur. Bu məlumatları bilənlər idarəetmə rəhbərləri,
rəhbərliyin üzvləri olur, yalnız onların adlar bazasına
girişi olur. Beləliklə, nəhəng korporasiyalar və
kompaniyalar heç bir informasiya sızması riski olmadan
iri əməliyyatları, birləşmə və udulma sövdələrini həyata
keçirmək üçün öz vəsaitlərini İsveçrə banklarındakı
hesablarına yığa bilərlər və tam əmin ola bilərlər ki, heç
bir rəqib və ya onlara düşmən mövqedə olan insanlar
bundan xəbər tutmayacaq. Müasir internet-
texnologiyalarının dövründə keçmiş zamanlarda istifadə
olunan köhnə çek kitabçaları artıq ikinci plana keçir,
onlar öz yerlərini internet-bankçılıq proqramlarına,
rəqəmsal imzalara və elektron köçürmələrə təhvil
verməli olur. Düzdür elektron pullar İsveçrə
banklarının “yeddi möhürlü” qapıları arxasında
yerləşmir, amma qorunma baxımından heç də kağız
pullardan geri qalmır. İnformasiyanın
kodlaşdırılmasının meqabit texnologiyaları öz işini
yaxşı görür. İsveçrə banklarının faiz dərəcələri adətən
elə də böyük deyil, amma minimal tələblər əksinə
olduqca yüksəkdir. İsveçrənin ən iri və ən etibarlı
bankları isə CreditSuisseGroup və UBS hesab olunur.
Hər iki bankda hesab açmağın dəyəri təqribən 1000
avroya başa gəlir. Bundan əlavə hər iki bankda azaldıla
bilməyən minimal qalıq məbləği ilə bağlı tələblər
mövcuddur: CreditSuisse bankında bu rəqəm 500 min
dollar, yaxın iki il ərzində mütləq artım perspektivi 1
149
milyon dollar, UBS bankda isə 300 min dollardır.
Əmanət hesabları ilə bağlı faiz dərəcələri adətən illik
3%-i üstələmir (orta hesabla isə 0,5%-dən 3,2%-ə
qədər). İsveçrə bankında hesab açmaq üçün İsveçrəyə
getmək heç də mütləq deyil – bank sənədlərinə imza
ataraq, onları elə yaşadığınız ölkədə təhvil verə
bilərsiniz, bu zaman müqavilənin imzalanmasından bir
həftə sonra hesab artıq açıq olacaq. Hesabı, həm
telefon, həm faks, həm də internet vasitəsi ilə idarə
etmək mümkündür. İsveçrə biznes mühitinin əsas
cəlbedici xüsusiyyəti – yerli valyutanın yüksək stabillik
səviyyəsidir. İsveçrə frankı stabildir, dünya maliyyə
bazarının sarsıntılarına, avro və dolların kursunun
dəyişməsinə, qızılın və neft barelinin qiymətinin qalxıb-
düşməsinə baxmayaraq stabil olmaqda davam edir.
Geosiyasi mövqe də İsveçrə frankına minimal təsir
göstərir, belə ki, artıq neçə əsrdir ki, İsveçrə neytral
ölkədir və heç bir birliyə qoşulmur. Milli valyutanın
dayanaqlığı sayəsində İsveçrə iqtisadiyyatı də stabildir.
Burada heç bir böhran, defolt və kataklizm müşahidə
edilməmişdir. Belə bir stabilliyin əsas səbəbi kimi
İsveçrə məhsul və xidmətlərinin keyfiyyəti göstərilir,
bu xidmətlər içində ən çox diqqət çəkən və məşhurluğu
ilə seçilən yüksək səviyyəli bank xidmətləridir.
Dünyanın ən stabil ölkəsində biznes qurmaq üçün hər
şeydən öncə İsveçrə bazarının qanunlarının diktə etdiyi
şərtlərə riayət etmək və kifayət qədər sərt kriterilərə
uyğun olmaq lazımdır. İsveçrə qanunlarına riayət
150
edilməsi – İsveçrədə öz biznesini qurmaq istəyən bütün
əcnəbilər üçün başlıca şərt və heç bir şübhə
doğurmayan qaydadır. Vergilərin yüksək olması isə
İsveçrə biznesinin əsas nəzərə çarpan mənfi
xüsusiyyətidir. İsveçrədə rezident olmayan əcnəbi
vətəndaşlar da bu ölkədə öz kompaniyalarını
qeydiyyatdan keçirə bilərlər. İsveçrədə bir neçə növ
hüquqi şəxslərin qeydiyyata alınması imkanı
mövcuddur. Səhmdar Cəmiyyət – bu kompaniyanın
təsisçilərinin sayı ən azı 3 səhmdardan ibarət olmalı,
onların minimum məcmu yatırımı isə 100 000 İsveçrə
frankından az olmalı deyil. Səhmdarların məsuliyyəti
nizamnamə kapitalının çərçivələri ilə məhdudlaşır.
Lazım gəldiyi təqdirdə səhmdar cəmiyyətin
səhmdarlarının anonimliyi təmin olunur. Məhdud
məsuliyyətli səhmdar cəmiyyət ən azı iki səhmdarın
iştirakını tələb edir. Minimal nizamnamə kapitalının
həcmi 20000 İsveçrə frankı təşkil edir, amma
səhmdarların anonimliyi təmin olunmur. Hər iki
kompaniya növünün bir sıra üstünlük və çatışmazlıqları
vardır. Birinci halda elə ilk nəzərə çarpan şəriklərin
anonimliyinin qorunması, eyni zamanda isə başlıca
çatışmazlıq isə – İdarə Heyətində mütləq şəkildə
İsveçrə vətəndaşlığı olan şəxsin təmsil olunması
tələbinin irəli sürülməsidir. Səhmdar cəmiyyət olduğu
təqdirdə isə səhmdarların biri öz səhm hissələrini
satmaq istərsə digər səhmdarların razılığı tələb
olunmur. Amma kompaniyanın məcburi auditdən
151
keçməsi ilə bağlı yaranan xərclər də həddindən artıq
yüksəkdir. Kompaniyanın növünün seçimi əsasən
biznesin xarakterindən asılı olur və individual şəkildə
müəyyən edilir. Kompaniyanın İsveçrədə qeydiyyatdan
keçməsi kifayət qədər asan bir prosesdir; əvvəlcə
kompaniya üçün təqdim olunmuş adın digər adlar ilə
üst-üstə düşmə halları yoxlanılır, fəaliyyət növü və
hüquqi ünvan ilə bağlı razılığa gəlinir, daha sonra
bankda məxsusi konsiqnasiya (müvəqqəti) hesabı açılır
və bu hesaba nizamnamə kapitalı qismində göstərilən
razılaşdırılmış məbləğ yerləşdirilir. Şirkətin
nizamnaməsinin və təsisedici sazişinin hazırlanması bir
qayda olaraq isveçrəli hüquqşünasa həvalə olunur.
Təsis etmə sənədlərinin hazırlığından sonra kompaniya
notariusda qeydiyyatı həyata keçirilir. Notarius isə öz
növbəsində imzalanmış təsisedici sənədlər əsasında,
kompaniya haqqında məlumatların Dövlət reyestrində
qeydiyyatdan keçməsini təşkil edir. Bununla eyni
zamanda Kanton rəsmi qəzetində sözügedən
kompaniyanın qeydiyyatı ilə bağlı məlumat dərc
olunur. Kompaniyanın qeydiyyatı başa çatdıqdan sonra,
kompaniya istənilən bir İsveçrə bankında daimi hesab
açır. İsveçrə bankları öz aşağı kredit faizləri ilə dünyada
liderdir. Belə ki, İsveçrə Credit Suisse Bankının
proqnozu təkcə Avropada deyil, eləcə də bütün dünya
dövlətlərinin hökumətləri tərəfindən izlənilir: İsveçrə
Bankları özlərinin sərfəli kreditləriylə məşhurdurlar
və bu proqnoz bütün dünyaya bir siqnaldır ki, kredit
152
faizləri yaxın dövr ərzində dəyişməz qalır. İsveçrə Milli
Bankı aşağı faiz dərəcəsi siyasətinə üstünlük verir.
Hazırda ipoteka kreditlərinin faiz dərəcəsi illik 1,5% -
dən başlamış maxsimum 2,0%-ə qədər, tikinti
kreditlərini isə 2,0%-dən 2,5%-ə qədər, şəxsi və firma
kreditləri 4,5%-dən 6,0% -ə kimi olan aralıqda dəyişir.
153
IV FƏSĠL. TÜRKĠYƏNĠN BANK SĠSTEMĠ
4.1. TÜRKĠYƏNĠN BANK SĠSTEMĠNĠN
TƏġKĠLATĠ QURULUġU
Son iyirmi ildə dünya iqtisadiyyatında meydana gələn
dəyişikliklər, Mərkəzi Bank əməliyyatlarına əsaslı şəkildə təsir
etmişdir. Xüsusilə maliyyə bazarlarının qloballaşması və
inkişaf edən texnika bu bazarları 70-ci illərdən fərqli olaraq
daha da genişləndirmişdir. Bu dəyişikliklər Mərkəzi Bankların
başlıca vəzifələrinə də təsir etmişdir. Mərkəzi Banklar əsas 2
əməliyyat aparırlar. Bunlardan biri pulun inkişafını təmin
etmək, digəri isə maliyyə inkişafını qorumaqdır. Bank
sisteminin daha da aktiv nəzarəti ön sıraya çıxınca, auditin
Mərkəzi Banklar istisna olmaqla müstəqil orqanlar tərəfindən
aparılması ön plana çıxmışdır. Avropa Mərkəzi Bankı
qurulduqdan sonra bir çox ölkələrin Mərkəzi Banklarının funk-
siyaları azalmış və öz ölkələrinin pul siyasətlərini istiqamət-
ləndirmə xüsusiyyətləri də dəyişmişdir. Mərkəzi bankların əsas
funksiyası pul və kurs siyasətlərini tənzimləməkdir. 90-cı
illərdə pul siyasətlərində müstəqillik əldə etmə istəyi artaraq,
həmin andan da vasitəçilik müstəqilliyindən məqsəddəki
müstəqilliyə keçid hazırlanmışdır. Mərkəzi Bankların müstəqil
pul siyasəti aparması qəbul edilən və tətbiq edilən əməliyyata
çevrilmişdir. Bəzi ölkələrdə kurs siyasətinin tətbiqi Mərkəzi
Bankların ixtiyarına verilmişdir. Məsələn; Avropa Mərkəzi
Bankı. Çünki kurs bir qiymətdir və kurs rejimi ilə hökumətin
tətbiq etdikləri siyasi nəticə yaradır. Bəzi ölkələrdə hökumət və
Mərkəzi Bank bu mövzuda birlikdə qərar verirlər. Mərkəzi
154
bankların digər vacib bir funksiyası da bank sisteminin
auditidir. Bu mövzuda yeni istiqamət auditin aparılmasının
müstəqil bir orqana verilməsi, onunla əməkdaşlıq edilərək bank
sistemində inkişafa nail olmaqdır. Ödəmə sistemləri isə bütün
dünyada Mərkəzi Bankların funksiyalarına aiddir. Banknot
buraxmaq, hökumətə bank xidmətləri göstərmək, statistic
məlumat, tədqiqatlar aparma, beynəlxalq münasibətlərdə iştirak
etmə, Mərkəzi Bankın funksiyalarına daxildir.
Keçmişdə dövlət xərclərini maliyyələşdirmək, hökumətə
məsləhət vermək kimi məqsədləri ön plana çıxaran mərkəzi
bankların, 90-cı illərdə iki əsas məqsədi ortaya çıxmışdır.
Bunlardan biri, pulun dayanıqlığını təmin etmək, digəri isə
maliyyə möhkəmliyini qorumaqdır. Pul dayanıqlığı aşağı
inflyasiyanı həyata keçirərək orta müddətdə sağlam inkişaf və
aşağı səviyyəli işsizlik olan bir iqtisadiyyat yaratmaqdır. Bunun
üçün isə mütləq qiymət davamlılığı təmin edilmişdir. Mərkəzi
bankların ikinci əsas məqsədi olan maliyyə möhkəmliyi,
müasir dövrdə daha çox əhəmiyyət qazanmağa başlamışdır.
Maliyyə möhkəmliyi, maliyyə bazarlarının orqanlarında və
ödəmə sistemlərindəki davamlılığı əhatə edir. Bu üç sahədəki
davamlılıq əsasən maliyyə sisteminin sağlam və dayanıqlı
işləməsini təmin edir.
Türkiyədə Mərkəzi Bankın qurulması Cümhuriyyət
dövrünə təsadüf edir. Osmanlılar dövründə bank və buna
bənzər kredit təşkilatları az idi. Osmanlı Bankı Mərkəzi Bankın
funksiyalarını yerinə yetirirdi. Banka Osmanlı imperiyası üçün
banknot çıxarmaq və dövlətin xəzinə əməliyyatlarını aparmaq
səlahiyyəti verilmişdir. Cümhuriyyətin qurulduğu ilk illərdə
155
Osmanlı Bankının fəaliyyətinin uzadılması problemi ortaya
çıxmışdır. Cümhuriyyətin idarəediciləri iqtisadi vəziyyətin yeni
bank təsis etməyə imkan vermədiyi üçün Osmanlı Bankının
səlahiyyət müddəti 1935-ci ilə qədər uzadılmışdır. Yeni
müqaviləyə hökumətin banknot ixrac edə biləcək dövlət bankı
təsis etmək halında Osmanlı Bankının etiraz etmək haqqı
olmayacağını bildirən bir qərar daxil edilmişdir. 1926-cı ildən
etibarən Mərkəzi Bank təsis edilmə hazırlıqları başlanılmış,
11.06.1930-cu ildə 1715 saylı QSMV qanunu qəbul edilmişdir.
03.10.1931-ci ildə Mərkəzi Bank təsis edilmiş, 01.01.1932-ci
ildən fəaliyyətə başlamışdır. Bank qurulduğu ildən etibarən 30
il müddətli banknot ixrac etmək səlahiyyətinə sahib idi. 1955-
ci ildə edilən dəyişikliklə banknot ixrac etmə səlahiyyəti 1999-
cu ilə qədər, 25.04.1994-cü ildə edilən ikinci bir dəyişikliklə
isə müddətsiz olaraq uzadılmışdır.
1715 saylı qanunda bankın əsas məqsədi "ölkənin
iqtisadi inkişafına kömək etmək" olaraq müəyyən edilmişdir.
Bu məqsədi həyata keçirmək üçün banka:
Reskont nisbətini müəyyən etmək və pul bazarını
tənzimləmək;
Xəzinə əməliyyatları aparmaq;
Hökumətlə birlikdə türk pulunun dəyərinin qorunması
üçün tədbirlər görmək vəzifələri verilmişdir.
Qüvvədə olduğu müddətdə 1715 saylı qanunda müxtəlif
dəyişikliklər edilərək, günün tələblərinə uyğun olması təmin
edilmişdir. Bu dəyişikliklər, daha çox xəzinəyə və KİT-lərə
kreditlər verilməsinə müvafiq olaraq edilmişdir. Buna görə də
bankın əsas işi, aktiv pul siyasəti aparmaqdan çox, dövlət
156
sektorunun maliyyə kəsirlərini örtmək olmuşdur.
1715 saylı qanun, 26.01.1970-ci ilə qədər, yəni 1211
saylı qanun qəbul edilənədək - 40 il qüvvədə qalmışdır.
Mərkəzi Bank qanunu 26.01.1970-ci il 1211 saylı qanun ilə
dəyişdirilmişdir. 1211 saylı qanun ilə Mərkəzi Bank günün
iqtisadi tələblərinə uyğun olaraq yenidən təşkilatlandırılmış,
vəzifə və səlahiyyətlər yenidən müəyyənləşmişdir. 1211 saylı
qanuna görə bankın əsas vəzifələri aşağıdakılardır:
- pul və kredit siyasətini inkişaf planlarına və illik
proqramlara uyğun şəkildə aparmaq;
- hökumətlə birlikdə milli pulun daxili və xarici
dəyərini qorumaq məqsədilə tədbirlər görmək;
- milli pulun həcmini və tədavülünü bu qanuna
uyğun tənzimləmək;
- banklara pul vermə əməliyyatlarını qanunla
göstərilən sərhədlər daxilində həyata keçirmək.
1211 saylı qanun ilə Mərkəzi Bankına kredit əməliyyatla-
rında tətbiq edəcəyi reskont, diskont və faiz nisbətlərini müəy-
yənləşdirmək, borc pul vermə, əmanət faizləri, disponibilite və
qarşılıqlar mövzusunda yüksək planlama təşkilatı vasitəsilə
Nazirlər Kabinetinə təklif vermə və tətbiq ediləcək pul
siyasətinin inkişaf planları və illik proqramlara uyğunluğunu
təmin etmə və bank sektorunun apardığı əməliyyatların bu
qanunlara uyğunluğuna nəzarət etmək səlahiyyəti verilmişdir.
Mərkəzi Bankın əsas müşavirlik vəzifələri arasında: milli
pulun xarici valyutalar və qızıl qarşısındakı paritetini müəyyən
etməkdə hökumətə rəy bildirmə, bank qanununun tətbiqində
hökumətlə rəy mübadiləsi aparma, banklar və digər maliyyə
157
təşkilatları ilə bağlı quruluş icazələri və bunlarla bağlı öncə
bankın rəyi soruşulduğunda bu rəy bildirmə sayıla bilər.
1211 saylı qanun qüvvəyə mindiyi 1970-ci ildən bu vaxta
qədər keçən müddətdə, Türkiyədə iqtisadi şərtlər əhəmiyyətli
dərəcədə dəyişilmişdir. 05.05.2001-ci il tarixində Türkiyə
Cümhuriyyəti Mərkəzi Bankı 4651 saylı qanununda dəyişiklik
edilməsinə dair qanun rəsmi qəzetdə yayınlanmışdır. Bu qanun
ilə TCMB-nın əsas məqsədinin qiymət dayanıqlığını təmin
etmək olduğu və bankın ölkənin siyasətinin müəyyən
edilməsində və tətbiqində yeganə səlahiyyətli və məsuliyyətli
orqan olduğu bildirilmişdir. Qanuna görə bankın əsas hədəfinə
zidd olmamaq şərtilə bank hökumətin böyümə və məşğulluq
siyasətlərini dəstəkləyə bilər. Bundan başqa bank əsas hədəf
olan inflyasiya ilə mübarizənin fəal olaraq aparılması məqsədi-
lə inflyasiya hədəfini hökumətlə birlikdə müəyyən etməklə və-
zifə olaraq qarşıya qoymuşdur. Bank qiymət dayanıqlığını
təmin etmə, inflyasiya ilə mübarizə aparmaq üçün müasir
dövrdəki mərkəzi bankçılıqda istifadə edilən pul siyasəti
vasitələrini müəyyənləşdirməli və istifadə etməlidir.
Yeni Mərkəz Bank haqqında qanunda edilən
dəyişikliklərin əsasları aşağıdakılardır:
1. Vasitə müstəqilliyi. Müstəqillik ölçüsü olaraq,
bankın əsas məqsədinin qiymət təmin etmək olduğu və bankın
pul siyasətinin müəyyən edilməsində və tətbiqində yeganə
məsuliyyətli və səlahiyyətli olduğu qanuniləşmişdir. Bank
vasitə müstəqilliyi qazanarkən, inflyasiya hədəfini hökumətlə
birlikdə müəyyən etmə vəzifəsi və səlahiyyətinə malikdir.
Bankın hesab və əməliyyatlarının auditinin müstəqil audit təş-
158
kilatları tərəfindən aparılması yeni qanunda nəzərdə
tutulmuşdur.
2. Pul siyasəti orqanı. Qiymət dayanıqlığının
aktivliyinin təmin edilməsi məqsədilə dünya praktikası da
nəzərə alınaraq pul siyasəti orqanı yaradılmışdır. Pul siyasəti
orqanı sədrin rəhbərliyi altında sədr müavinləri, bank
məclisinin üzvləri arasından seçiləcək nümayəndə və sədrin
məsləhəti ilə müştərək qərarla seçilən nümayəndədən ibarətdir.
Xəzinənin sədri və ya onun müavini səs vermə hüququ
olmamaq şərtilə iştirak edirlər.
3. Dövlət sektoruna kredit verilməməsi. Xəzinə ilə dövlət
orqanı və təşkilatlarına "avans verilməsi" və kredit verilməsi
qadağan olunmuşdur. Bu baxımdan da əvəzi olmadan pul
kəsilməsi də dayandırılmışdır.
Mərkəzi Bankın 11.06.1930-cu il tarixli ilk qanununda
"xəzinənin qısa müddətli avans" adlı anlayış yox idi. Bu hesab
1938-ci ildə yaradılmış və daha sonrakı illərdə, xüsusilə də
1952-ci ildən sonra təyinatı üzrə istifadə edilmişdir. O dövrdə
kənd təsərrüfatı sektoruna verilən subvensiyalar Mərkəzi
Bankdan borc alınaraq maliyyələşdirilmişdir. Bunun
nəticəsində də Türkiyə ciddi inflyasiya ilə ilk dəfə bu dövrdə
rastlaşmışdır. Maliyyə bazarlarının inkişaf etmədiyi həmin
dövrlərdə Mərkəzi Bankın inflyasiya siyasəti aparıb-
aparmadığı emissiya ilə ölçülürdü. Həmin müddətdə emissiya
Mərkəzi Bankın bazara çıxardığı banknotların cəmi dəyərinə
görə əhəmiyyət qazanmışdır. 11.06.1930-cu il tarixli Mərkəzi
Bank haqqında Qanununun 32-ci maddəsində deyilir: "Bank
xəzinə tədiyyələrini ölkədaxili və xarici pul köçürmələrini
159
təmin edir". Qanunun heç bir maddəsində qısa müddətli avans
hesabı adlı bir termin istifadə edilməmişdir. Çünki bu qanun
çərçivəsində xəzinənin Mərkəzi Bankdan kredit alması
mümkün deyildi. Bankın qurulmasından sonra vergi gəlirləri
ilə xərclər arasındakı müddət fərqinin yaradacağı nağd
ehtiyacın Mərkəzi Bankdan avans alınaraq həll edilməsi fikri
yaranmışdır. Ancaq bu avansın büdcənin maliyyələşməsi üçün
olmadığı, ilin sonunda mütləq sıfır olacağı ehtimal edilmişdir.
Avans hesabının üst limiti, dövlət büdcəsinin böyüklüyünə
deyil, Mərkəzi Bankın ödənilmiş sərmayəsinə bağlı idi. 1932-ci
ilin 2 iyun tarixli 2062 saylı qanunu ilə 32-ci maddə aşağıdakı
kimi dəyişdirilmişdir. "Bank xəzinənin fəaliyyətinə xitam
verilməsinə minimum 3 ay qalmış bonolarını diskont edə bilər.
Bu işə bankın tədiyə edilmiş sərmayəsinin 40%-dən çoxuna
şamil edilə bilməz". 24 iyun 1938-ci il tarixli 3492 saylı
qanunu ilə 32-ci maddə daha da əhatəli vəziyyətə gətirilmiş və
bura qısa müddətli avans hesabı daxil edilmişdir. 32-ci
maddənin ilk ciddi pozuntusu, çoxpartiyalı dövrə keçiddən
sonra baş vermişdir. Bu dövrdə qanunun qoyduğu avans limiti
yetərli olmamış və inflyasiya səbəbi ilə qanunun qoyduğu limit
azalmışdır. 1955-ci il ilin 27 iyun tarixli 6544 saylı qanunu ilə
32-ci maddənin 2-ci hissəsinin ilk cümləsi dəyişdirilmiş və belə
olmuşdur: "Bank, miqdarı cari ilin məsrəf büdcəsi yekununun
15%-ni keçməmək şərtilə xəzinədə qısa müddətli avans hesabı
aça bilər". Bu ifadənin qüvvəyə minməsi ilə ilk dəfə 1955-ci
ildə emissiya 30%-ə yüksəlmişdir.
İqtisadi möhkəmliyin təmin edilməsi məqsədilə ilə 1961-
ci ildə ilk dəfə qısa müddətli avans hesabı konsolidə edilib
160
sıfırlanmışdır. Avansın limiti büdcə ayırmalarının 5%-ni təşkil
etmiş və maliyyə ilinin sonunda bağlanılması haqda qeydlər
qanunda göstərilmişdir. 1965-ci ilin 21 aprel tarixində 586
saylı qanun ilə 32-ci maddənin 2-ci bəndi yenidən dəyişdirilmiş
və avansın limiti mərhələli şəkildə büdcə ödənişlərinin 10%-i
qədər müəyyən edilmişdir. Bu mərhələr aşağıdakı kimi
müəyyənləşdirildi:
1. Son borc vermə mərhələsi. Son kredit mərhələsi
etibarilə ödəniş sistemində çatışmamazlıqlara səbəb ola biləcək
keçici likvidlik problemlərini və maliyyə bazarlarının fəal
işləməsinə mane olacaq texniki mənbəli ödəniş problemlərini
aradan qaldırmaq məqsədilə Mərkəzi Bankın "sistemə təminat
qarşılığında" gün daxili və ya gün sonu kredit vermə imkanı
təmin edilmişdir.
2. Maliyyə sisteminin və ödəmə sisteminin nəzarəti.
Maliyyə sistemində davamlılığı təmin etmək vəzifə və
səlahiyyəti daxilində Banka sistemin bazisinin gücləndirilməsi
və sistemin risklərinin müəyyənləşməsi məqsədilə sistemi
izləmə və dəyərləndirmə, sistemdəki risklərin bütün sektora
yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri görmək
səlahiyyətləri verilmişdir. Bu səbəbdən də banklar, özəl
maliyyə təşkilatları və başqa maliyyə orqanlarından doğru və
qanuni məlumat verilməsinin təminatı barədə banka vəzifələr
verilmişdir.
3. Vəzifə müddətləri və etibarlılığı. Bankın vəzifə
müddətinə paralel olaraq müdir müavinlərinin vəzifə
müddətləri 3 ildən 5 ilə qədər artırılmışdır. Bu baxımdan sədrin
vəzifə müddəti müavinlərin müddətləri bitmədən öncə
161
dəyişdirilə bilməzdi. Bununla da vəzifələrin etibarlılığı və
təhlükəsizliyinə zəmanət verilmişdir.
4. Məlumat toplama və risklərin cəmlənməsi. Bankın
statistik məlumatlarının toplanmasında, dövlət təşkilatları,
xəzinə müşavirliyi, Dövlət Statistika İdarəsi, digər ölkələrin
statistik məlumat toplamaqda məsul olan orqanları və
beynəlxalq təşkilatlarla iş birliyi aparması mümkün olmuşdur.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı pulların
buraxılması hüququna malik birgə səhmdar cəmiyyətdir.
Osmanlı İmperiyası dövründə xəzinə əməliyyatları, pul
və kredit köçürmələri, qızıl və xarici valyuta ilə ticarət,
həmçinin xəzinədarlıq, kreditorlar, müəssisə və təşkilatlar
tərəfindən icra olunurdu. Osmanlı İmperiyasının xarici
köçürmələrini həyata keçirmək üçün ilk dəfə 1847-ci ildə
Osmanlı Hökuməti “Bankı Dersaadet”in yaradılmasına icazə
vermişdir. 1856-cı ildə isə fransız və ingilis kapitalının iştirakı
ilə Osmanlı Bankı yaradılmış və 1863-cü ildən etibarən isə
Mərkəzi Bankın funksiyalarını həyata keçirməklə Dövlət Bankı
statusunu almışdır. 1926-ci ilədək Osmanlı Bankı Mərkəzi
Bank kimi fəaliyyət göstərmiş, 1926-cı ildən isə Türkiyə
Cümhuriyyəti Mərkəzi Bankı adlandırılmışdır. Türkiyə
Cümhuriyyəti Mərkəzi Bankına dair Qanun 11 iyun 1930-cu il
tarixində qüvvəyə minmişdır. Bank 3 oktyabr 1931-ci il
tarixində yaradılmış və 1 yanvar 1932-ci il tarixində fəaliyyətə
başlamışdır. Mərkəzi Bank haqqında ən son yenilənmiş Qanun
14 yanvar 1970-ci il tarixində qəbul olunmuş və bankın əsas
məqsədi kimi qiymət sabitliyinə nail olunması və saxlanılması
göstərilmişdir.
162
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı haqqında Qanuna
uyğun olaraq Bankın əsas vəzifələri aşağıdakılardır:
Açıq bazar əməliyyatlarının həyata keçirilməsi;
Türk lirəsinin daxili və beynəlxalq dəyərinin
qorunması məqsədilə zəruri tədbirlərin görülməsi və Türk
lirəsinin qızıl və xarici valyutalara qarşı paritetinin
müəyyənləşdirilməsi məqsədilə hökumətlə birlikdə valyuta
siyasətinin həyata keçirilməsi;
Ölkənin qızıl və xarici valyuta ehtiyatlarının idarə edil-
məsi;
Türk lirəsinin həcminin və tədavülünün tənzim-
lənməsi, ödəniş, qiymətli kağızların transferi və hesablaşmalar
sisteminin yaradılması;
Maliyyə sistemində sabitliyin gücləndirilməsi, pul və
xarici valyuta bazarlarına münasibətdə tədbirlərin görülməsi;
Maliyyə bazarlarının monitorinqinin aparılması;
Banklardakı depozitlərin şərtlərinin, növlərinin və
xüsusi maliyyə qurumlarında iştirakla bağlı şərtlərin müəyyən-
ləşdirilməsi.
Bankın fundamental səlahiyyətləri aşağıdakılardır:
Türkiyədə pulların tədavülə buraxılması;
Hökumətlə birgə inflyasiya hədəfini və buna uyğun
olaraq monetar siyasətin müəyyənləşdirilməsi;
Fövqəladə hallarda Əmanətlərin Sığortalanması
Fondunun resursları kifayət etmədikdə Fonda müəyyən-
ləşdirəcəyi şərtlər və qaydalara uyğun olaraq Fonda avansın
verilməsi;
163
Kommersiya banklarına kreditin verilməsi;
Maliyyə bazarlarının monitorinqini aparmaq
məqsədilə banklardan, digər maliyyə institutlarından və
həmçinin qeyd edilən institutların fəaliyyətini tənzimləmək və
nəzarət etməkdə səlahiyyətli olan idarələrdən lazımi
məlumatların tələb edilməsi və statistik informasiyanın
toplanması.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankın İdarə Heyətinə və
Monetar Siyasət Komitələrinə başçılıq edir. Sayı 4 olan sədr
müavinləri Bankın Monetar Siyasət Komitəsinin üzvləridir.
Hazırda Bankda 15 departament fəaliyyət göstərir.
Bankın Nyu-York, London, Frankfurt, Tokio və Berlində
nümayəndilikləri müvcuddur.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı beynəlxalq əlaqə-
lərində əsas yeri Beynəlxalq Valyuta Fondu (BVF) ilə
əməkdaşlıq tutur. Türkiyə 1947-ci ildən Beynəlxalq Valyuta
Fondunun üzvüdür. Ölkəni maliyyə agenti kimi Beynəlxalq
Valyuta Fondu və Mərkəzi Bank təmsil edir. Bundan başqa
bank digər beynəlxalq maliyyə təşkilatları və xarici ölkələrin
mərkəzi bankları ilə əməkdaşlıq edir.
4.2.TÜRKĠYƏ BANK SĠSTEMĠNDƏ STRUKTUR
DƏYĠġĠKLĠK PROSESĠ
24 yanvar 1980-ci il qərarlarına qədər qapalı bir iqtisa-
diyyatda yer alan türk bank sistemi iqtisadiyyatın liberallaş-
masına paralel olaraq maliyyə sektorunda baş verən yenidən
164
qurma dövründəki tərəqqidən çox təsirlənmişdi. 1982-ci ildə
Sərmayə bazarının yaranmasından sonra 1986-cı ildə İstanbul
Qiymətli Kağızlar Birjası fəaliyyətə başlamış və Banklararası
Pul Bazarı qurulmuşdur. 1989-cu ildə valyuta əməliyyatları və
sərmayə hərəkətləri tamamilə sərbəstləşdirilmiş və qızıl birjası
açılmışdır. 1990-cı illərdə beynəlxalq bankçılıq əmsallarına,
xüsusilə, sərmayə yetərliliyi əmsalı ilə bağlı düzəlişlər
aparılmış, vahid hesablar planına keçilmiş, Əmanət Sığorta
Fondu qurulmuş və bankların hesablarına müstəqil audit
təşkilatları tərəfindən nəzarət edilməsi məcburiyyəti
yaranmışdır. Türkiyədəki şəxslərin ölkə daxilində və xaricində
valyuta-əmanət hesabı açılmasına və Türkiyədən olmayanların
da maliyyə sektoruna investisiya qoymalarına icazə
verilmişdir. Banklar 1988-ci ildə faiz nisbətlərini və 1990-cı
ildə isə valyuta kurslarını müəyyən etmədə sərbəstlik
qazanmışdılar. Türkiyəyə gələn xarici banklardan mənbəyini
götürən kəskin rəqabət şəraitində türk bankları müasirləşmə
istiqamətində önəmli addımlar atmışdılar. 1990-cı ildə elektron
bankçılıq xidmətləri göstərilməyə başlanmışdır. Banklararası
ödəmələrin mübadilə üsulu ilə aparılmasını təmin edən
Elektron Fond Transferi sistemi 1992-ci ildə tətbiq edilmişdir.
1994-cü il iqtisadi böhranı xüsusilə bank sistemini çox
zəiflətmişdi. Sistemdəki 3 bank öhdəliklərini vaxtında yerinə
yetirə bilməmiş və bu bankların fəaliyyətləri dondurulmuşdur.
Bank sistemində inamın qorunması və inkişafın yenidən təmin
edilməsi üçün ehtiyat əmanətlərin hamısına dövlətin zəmanəti
tətbiq edilmişdir. Mükafat nisbətlərinin yüksəldilməsi,
minimum ödənilmiş sərmayə həcminin artırılması, məcburi
165
müddət nisbətinin 20%-dən 25%-ə yüksəldilməsi kimi bank
sisteminə yönələn, bankların valyuta mövqeləri ilə sərmayə
maksimumu arasında yeni izahlar verilmiş və valyuta
mövqeyinin sərmayə maksimumuna məhdudiyyət
qoyulmuşdur. Bu nisbət 50% -dən 1999-cu ilin iyun ayında
edilən düzəlişlər ilə mərtəbəli olaraq 20%-ə düşmüşdür.
Türkiyədə 1980-ci ildən sonra qurulan xarici bankların
təsirilə türk bankları xidmət təklifində texnikadan daha çox
istifadə etməyə başladı. Bu dövrdə banklar bir tərəfdən istehlak
kreditləri, kredit kartları və internet bankçılıq kimi yeni fərdi
bankçılıq vəsaitlərini gündəmə çıxartdı, digər tərəfdən sərmayə
bazarlarındakı fəaliyyətlərini artırdı. Sərmayə hərəkətlərinin
sərbəstləşdirilməsindən sonra türk bank sistemi xarici
maliyyələşdirmə imkanlarını artırmış, bundan başqa beynəlxalq
sferada artan ticarət həcminə bağlı olaraq xarici ticarətin
maliyyələşdirilməsinə daha çox önəm verilmişdir. Bu inkişaf
bankların ölkədaxili mənbələrdəki yüksək real faiz götürən
fond məsrəflərini qismən də olsa azaltmalarını təmin etmiş və
böyümələrinə dəstək olmuşdur. Həmçinin Türkiyədə getdikcə
artan pul tədavülünün təsiri ilə bankların xarici pul
öhdəliklərini artırmış və xarici pulun açıq mövqeyinin
yüksəldilməsinə səbəb olmuşdur. Türk bank sistemi iki əsas
bank qrupundan ibarətdir:
1) Ticarət Bankları
2) İnkişaf - İnvestisiya Bankları.
Bundan başqa hər qrup sərmayə mənbəyinə görə üç qrupa
bölünür:
Özəl Banklar
166
Dövlət Bankları
Xarici Banklar
Türkiyədə bankların mənbə məsrəflərini artıran və mən-
bələrin istifadəsini məhdudlaşdıran səbəblər, əmanət qarşı-
lıqları və disponibilitenin tətbiqidir. Qarşılıqların tətbiqinə
təqdim edilən təşkilatlar topladıqları mənbələrin vacib bir
hissəsini sərbəst olaraq istifadə edə bilməzlər. Bu vəziyyət
istifadə edilməyən mənbələrin məsrəflərinin istifadə edilən
mənbələrin üzərinə yüklənməsinə yol açır. Beləliklə, mənbə
məsrəfi ilə kredit məsrəfi arasındakı fərq müəyyənləşmiş olur.
Bu da iqtisadiyyatda istehsal edilən əmtəə və xidmətlərin
məsrəflərini yüksəltməkdə, həm daxildə, həm də xaricdə
rəqabəti azaldır və mənbələrin maliyyə sistemində istifadəsini
məhdudlaşdırır. Türkiyənin rəqabət apardığı ölkələrdə krediti
istifadə edən bir firma sadəcə faiz ödəyərkən, Türkiyədə
fəaliyyətdə olan bir firma faizə əlavə olaraq 5% nisbətində
əlavə vergi ödəyir. Bu da kredit məsrəflərini yüksəltməkdə,
beləliklə də həm əsas məsrəflərə, həm də iqtisadi fəaliyyətə
mənfi təsir göstərir. Banklararası əməliyyatlarda tətbiq edilən
kambiyo və məsrəf vergisi, beynəlxalq əməliyyatların və
inteqrasiyanın getdikcə artması ilə bağlı olaraq ciddi vəzifələr
qarşısında qalmışdır. Bu vəziyyət konvertasiyanın tətbiqi ilə də
yaranır. Belə əməliyyyatlar Türkiyədəki təşkilatların rəqabət
gücünü zəiflədir.
167
4.3.TÜRKĠYƏNĠN BANK SEKTORUNDA
MÜASĠR DƏYĠġMƏLƏR
Türkiyədə 1980-cı və 1990-cı illərdə bank sistemi, bank
sayı və ümumi aktiv həcmi baxımından sürətli bir artım
göstərmişdir. Xüsusi vəsaitlərin yetərsizliyi, kiçik ölçülü və
hissəli bank strukturu, aktivin keyfiyyətinəki zəiflik, yetərsiz
daxili audit və riskin idarə olunması və aktivlik baxımından
çatışmazlıqları əhatə edən idarəetmə, bank sistemini daxili və
xarici təsirlərə qarşı dözümlü və dayanıqlı vəziyyətə
gətirmişdir. 2000-ci ilin noyabr və 2001-ci il fevral
böhranlarının ardından gerçəkləşən kurs və faiz riskləri bank
sisteminin maliyyə strukturunda ciddi bir pozuntuya səbəb
olmuşdur. 1999-cu və 2000-ci illərdə müvafiq olaraq 133,5 və
155,2 milyard dollar olan bank sisteminin aktiv böyüklüyü,
2001-ci ilin üçüncü rübündə 110,8 milyard dollara düşmüşdü.
Bu dövrdə ticarət banklarının aktiv böyüklüyü isə 127,2; 148,3
və 106,4 milyard dollar olmuşdur. Böhranın təsirləri
nəticəsində bank saylarında da əhəmiyyətli azalma olmuşdur.
1999-cu və 2000-ci illərdə 62 və 61 ədəd olan ticarət
banklarının sayı 2001-ci ildə 46-ya və 2002-ci ilin sentyabrında
43-ə düşmüşdü. Böhran dövründə dövlət banklarının bank
sistemi içərisindəki payında əhəmiyyətli nisbətdə azalma
müşahidə edilmişdir. 1999-cu və 2000-ci illərdə 34% olan
dövlət banklarının cəmi bank sistemi aktivləri içərisindəki payı
2001-ci ilin üçüncü yarısında 27,2%-ə düşmüşdü.
25 noyabr 2000-ci il tarixində rəsmi qəzetdə açıqlanan
4603 saylı Türkiyə Cümhuriyyəti Ziraət Bankı, Türkiyə Xalq
168
Bankı və Türkiyə Əmlak Bankı haqqında qanun ilə bankların
müasir bankçılığın və beynəlxalq rəqabətin əsaslarına görə
çalışmalarını və özəlləşdirməyə hazırlığını təmin edəcək
şəkildə yenidən qurulmaları mümkün olmuşdu. 03 iyul 2001-ci
ildə rəsmi qəzetdə yayımlanan 4684 saylı bəzi qanun və
qərarlarda dəyişiklik aparılmasına aid qanuni dövlət bankları
ilə bağlı qanunlarında 4603 saylı qanunda yer alması lazım
olan əsasların əlavə edilməsi təmin edilmişdir. Bu qanun ilə
Türkiyə Əmlak Bankının bankçılıq ilə bağlı vəsait ilə
öhdəliklərinin Ziraət Bankının və ya Xalq Bankına dövr
edilməsi, vəzifə zərəri alacaqlarının təsfiyəsinə bağlı əsaslar
tərtib edilmişdir. 14 büdcədaxili və 2 büdcəxarici fond təsfiyə
edilmişdir. Böhranlardan sonra bank sektorunun yenidən
gücləndirilməsi məqsədi ilə BDDK tərəfindən 2002-ci il may
ayında bank sektorunun yenidən qurulması proqramı tətbiq
edilmişdir ki, bu proqram:
Dövlət banklarının son hədəf özəlləşdirmə olmaqla
maliyyə və əməliyyatlar baxımından yenidən qurulmasını;
EƏSF nəzdindəki bankların yenidən qurularaq satılması-
nı;
Baş verən böhranlardan mənfi təsir görən özəl
bankların sağlam bir struktura malik olmasını;
Bank sektorunda nəzarətin və auditin aktivliyini
artıracaq, sektoru daha aktiv və rəqabətçi bir sektora
qovuşduracaq qanun və struktur dəyişikliklərinin həyata
keçirilməsini məqsəd olaraq hazırlamışdır.
Dövlət banklarının qısa müddətli fond ehtiyaclarını
qarşılamaq məcburiyyətində olmaları, yüksək miqdarda bir
169
gecəlik fond tələb etmələrinə səbəb olmuşdur. Böhran
müddətində dövlət bankları, bazardakı likvidlik səviyyəsi və
faiz nisbətlərindən tez təsirlənmişdilər. Ümumiyyətlə, dövlət
banklarına həvalə edilən dövlət vəzifələrinin, qanunlarının
müəyyənləşməsi və bu bankların rasional şəkildə işləmələri ön
plana çıxmışdır. Problemlərin həll edilməsi üçün 2001-ci ilə
aşağıdakı tədbirlər görülmüşdür:
Dövlət banklarının özəlləşdirməyə hazırlanması üçün
ixtisaslaşdırılmış idarəedicilərdən ibarət bir qurumun
yaradılması və özəlləşdirmənin 3 il içində başa çatdırılması
planlaşdırılmışdır;
Dövlət banklarına verilən vəzifələrin əvəzlərinin
büdcədən maliyyələşdirilməsi qərarı verilmiş, bu banklar
vasitəsilə əvəzi ödənilən vəzifələrlə bağlı Nazirlər Kabinetinin
100-ə yaxın qərarı qüvvədən düşmüşdür;
Likvid ehtiyacının qarşılanması məqsədi ilə dövlət
banklarının qısa müddətli öhdəlikləri azaldılmış, Mərkəzi Bank
xaricindəki mənbələrdən gecəlik borclanmalar ləğv edilmiş və
bu banklar nağd pul və qiymətli kağız verilərək yenidən
maliyyələşdirilmişdir;
Əmlak Bankı üçün müddəti tətbiq olunmuş, bu
bankın vəsaitləri və öhdəlikləri Ziraət Bankına keçmişdir;
Ziraət və Xalq Bankı nəzdində daxili audit, maliyyə
nəzarəti və riskin idarə edilməsi şöbələri qurulmuşdur;
Ziraət və Xalq Banklarının yenidən qurulmalarını
əhatə edən təfərrüatlı strateji tətbiq planı qüvvəyə minmişdir.
Bununla dövlət banklarının 2000-ci ilin dekabrında 2494 olan
170
şöbə və 61601 olan işçi sayı 2002-ci ilin sentyabrında müvafiq
olaraq 1792 və 38303-ə enmişdir.
1992-ci ildən sonra formalaşmağa başlayan dövlət
banklarının xəzinədən alacaqları 2000-ci ilin sonunda 17,3
katrilyon TL-nə çatmışdır. Bu həcmin 2,1 katrilyon TL
qiymətli kağızlar, 15,2 katrilyon TL isə vəzifələri alacağından
ibarətdir.
2001-ci ildə dövlət banklarına sərmayələrini artıra bilmək
üçün əlavə dəstək təmin edilmişdir. Mart ayında Ziraət
Bankına 217,6 trilyon TL, aprel ayında Xalq və Əmlak
Bankına 67,2 və 40,8 trilyon TL həcmində nağd sərmayə
ödənilmişdir. Həmin ilin may ayında əmlak bankına 624
trilyon TL, Xalq Bankına 900 trilyon TL verilmişdir. İyul
ayında Əmlak Bankının Ziraət Bankına devr edilməsindən
sonra yaranan 1,7 katrilyon TL özəl xassəli istiqraz buraxılaraq
qarşılanmışdır. Dövlət banklarının yenidən qurulması səbəbilə
dövlət borcunda 2001-ci ildə ortaya çıxan artım 11,3 katrilyon
TL olmuşdur.Türkiyənin güclü iqtisadiyyata keçid proqramının
əsas hissəsini bank sistemindəki reformalar təşkil edir. Türk
bank sisteminin 40%-ni dövlət banklarının təşkil etdiyini
nəzərə alaraq,reforma işlərinə əvvəlcə dövlət banklarından
başlanılıdı. Dövlət banklarının maliyyə strukturlarındakı
dəyişikliklərin əsasını 1984-cü ildən etibarən çıxarılan 100-ə
yaxın sayda olan və Nazirlər Kabineti qərarları ilə verilən
vəzifələrin nəticəsində ortaya çıxan vəzifə zərərləri yaratmışdır.
Dövlət banklarındakı reforma çalışmaları əhatəsində
30.04.2001-ci ildə rəsmi qəzetdə yayımlanan 2312 saylı
Nazirlər Kabineti qərarı ilə vəzifə zərərlərinə bağlı bütün
171
Nazirlər Kabineti qərarları qüvvədən düşdü. EƏSF nəzdindəki
bankların yenidən qurulması ilə bağlı strategiya: EƏSF
banklarının dövredilmə birləşmə, satış və ya təsfiyə yolu ilə
həll edilməsi, maliyyə baxımından yenidənqurma, əməliyyat
baxımından yenidənqurma və fond banklarının aktivlərinin
idarəedilməsi olmaqla 4 əsasa arxalanır. EƏSF banklarının
əməliyyat baxımından, yenidən qurulması baxımından da vacib
addımlar atılmışdır. Müddət etibarı ilə sayı 1815 olan fond
banklarının şöbə sayı 2002-ci ilin iyul ayında 873-ə enmişdir.
Fond banklarının işçi sayı müddətə müvafiq olaraq 19755 nəfər
azaldılaraq 2002-ci ilin iyul ayında 18134-ə endirilmişdir.
Yeni banklar qanunu 23 iyun 1999-cu il tarixli rəsmi
qəzetdə yayımlanaraq qüvvəyə minmişdir. Beləliklə, son
dövrlərdə böyük təsirlərə və savaşmalara səbəb olan 3182 saylı
qanun qüvvədən düşmüşdür. Yeni qanun bankların auditi
mövzusunda yeni və vacib olan qərarları əhatə edir. 3182 saylı
Banklar qanunu müqavimət qanunu xüsusiyyətindədir. Qanunu
hazırlayanlar bank sektorundakı dəyişiklikləri və bəzi mənfi
halları nəzərdə tutmuşlar. Qanunun maddələrinin sayının az
olması bank qurulmasının asanlığını təmin edir. Keçici və
müvəqqəti maddələr istisna olmaqla qanun 25 maddədən
ibarətdir. Ancaq maddələrin məzmunları çox olduğundan
maddələrin mahiyyətini incələmək çox çətindir. Yeni qanunla
yeni bir təşkilat yaranmışdır.
1.Bank qurulması və nəzarət qurumu .
2.Bank Qurulması və Nəzarəti Kabineti.
Bankçılığın üst təşkilatı 31.03.2000-ci ildə yaradılaraq
31.08.2000-ci ildən fəaliyyətə başlamışdır. Beynəlxalq Valyuta
172
Fonduna təqdim edilən 1999-cu il 9 dekabr tarixli Niyyət
məktubu əsasında bank sektorunun nəzarət və auditindən məsul
olan dövlət təşkilatları Bank təşkilatlandırma və Audit təşkilatı
nəzdində birləşdirilmişdi.
Bu təşkilatın vəzifələri aşağıdakılardır:
Bankın qurula bilməsi üçün təşkilatın üzvlərinin ən azı
5 nəfərinin razılığı lazımdır;
Banklar, təşkilatın rəyini almadan əsas müqavilədə
dəyişiklik edə bilməzlər;
Bankın ortaqlıq mövzusunda dəyişikliklər, təşkilatın
icazəsilə mümkündür;
Təşkilat istədiyi vaxt bankların şöbə açmasına icazə
verə bilər;
Banklar xaricdə şöbə açmaq və fəaliyyət göstərmək
üçün təşkilatdan icazə alırlar;
Təşkilat, maliyyə strukturu dağınıq olan bankların
idarəetmə şuralarını dəyişdirə bilər;
Maliyyə strukturlu dağınıq olan bankların fəaliyyəti
təşkilat tərəfindən məhdudlaşdırıla bilər;
Təşkilat beş üzvünün qərarı ilə bankların EƏSF-na
dövr edilməsinə qərar verə bilər.
Təşkilatın sədri eyni zamanda Şuranın da sədridir.
Təşkilat bank sektorunda çox vacib əməliyyatlar aparır. Bu
təşkilat son illərdə ortaya çıxan tele-radio şirkəti, rəqabət
təşkilatları kimi bir axın nəticəsində ortaya çıxmışdır.
2001-ci ildə qəbul edilən 4672 saylı qanun ilə 4389 saylı
Banklar qanununda dəyişiklik edilmişdir. Qanuna görə bank
173
sektoru ilə bağlı edilən dəyişikliklərlə əlaqədar Avropa Birliyi
əsasnamələrinə uyğunluq təmin edilmişdir. Qanun Bankqurma
və Nəzarət etmə təşkilatına EƏSF nəzdindəki bankların
problemli vəsaitləri ilə bağlı edilən təhsilatla bağlı bir sıra
səlahiyyətlər verilmişdir. 2002-ci ilin iyulunda icazə
mərhələsində olan satışlar da daxil olmaqla fond banklarının
iştiraklarının satışından əldə edilən gəlir 2703 trilyon TL-nə
çatmışdır. EƏSF nəzdindəki banklar üçün 2002-ci ilə aid əsas
hədəflər arasında EƏSF nəzdində yer alan banklardan satış
əməliyyatları aparan banklara aid işlərin tamamlanması, bir
başqasının vəsaitləri idarə edilməsi fəaliyyətini həyata
keçirəcək bir banka çevrilməsi, EƏSF-nun 2002-ci ilin mart
ayından etibarən aylıq balans hazırlaması, ildə bir dəfə xarici
auditdən keçməsi və s. sayıla bilər. 1997- 2002-ci illər ərzində
EƏSF tərəfindən bankların 4-ü özəl sektor və xarici
sərmayədarlara satılmış, 8-i isə 3 banka birləşdirilmişdir. 2002-
ci ilin sentyabr ayından etibarən EƏSF nəzdində 1 vasitəçi
bank, satılma müddətində olan 3 bank və hüquqi olaraq
fəaliyyəti davam edən 1 bank var idi. EƏSF ilə bağladığı borc
müqavilələri çərçivəsində xəzinə fondun nəzdinə alınan
bankların sərmayə və balans strukturlarını gücləndirmək
məqsədilə 2000-ci ilin dekabrından sonra müəyyən müddətdə
özəl xassəli istiqraz emissiya etmişdi. EƏSF-yə verilən
istiqrazlar fond nəzdindəki bankların sərmayə strukturlarını
gücləndirmək məqsədilə bu banklara ehtiyat kimi verilmişdir.
Valyuta və valyuta indeksli olaraq ixrac edilən sənədlər
31.12.2001-ci il kursları ilə türk lirəsinə çevrildiyində, EƏSF-
nun xəzinəyə, 03.04.2002-ci ildə 378 trilyon TL; 08.05.2002-ci
174
ildə 357 trilyon TL və 15.05.2002-ci ildə 265 trilyon TL
olmaqla cəmi 1 katrilyon TL sərmayə; 1,6 katrilyon TL əmanət
olmaqla cəmi 2,6 katrilyon TL dəstək göstərilmişdir. Özəl
banklara yönələn proqramın ilk mərhələsində bu bankların
sərmayə strukturlarının gücləndirilməsi, kredit probleminin həll
edilməsi, xarici pul açıq mövqelərinin daralması, dövr etmə və
birləşmələrin həyata keçirilməsi ilə bağlı düzəlişlər edilmişdir.
Bu baxımdan 2000-ci ildə 8,4 milyard dollar olan özəl
bankların balans daxili valyuta kəsirləri, 2001-ci ildə 1,5
milyard dollara və 2002-ci ilin iyun ayında 274 milyon dollara
düşmüşdür. Bank sektorunun gücləndirilməsinin məqsədi
banklara sərmayə dəstəyi təmin edilərkən nöqsanlı aktivlərin
həll edilməsini sürətləndirmək üçün könüllü olaraq yenidən
qurulması və vəsaitlərin idarə edilməsi kimi mexanizmlərin
həyata keçirilməsidir. Bu məqsədə yönəlmiş olaraq 2002-ci ilin
yanvarında qüvvəyə minən 4743 saylı Maliyyə sektoruna olan
borcların yenidən əsaslandırılması və bəzi qanunlarda
dəyişiklik edilməsi haqqında qanunla maliyyə sistemi
təşkilatlarının alacaqlarının yenidən əsaslandırılması,
vəsaitlərin idarə edilməsi şirkətinin təsis edilməsi, bankların
sərmayə ehtiyaclarının müəyyənləşə bilməsi üçün tətbiq
ediləcək audit standartları, vergi və təşviqlər banklarının
yenidən qurulmalarının tamamlanması və bank qurulması,
nəzarət edilməsi komitəsinin hesab verilməsilə bağlı düzəlişlər
edilmişdir. Buna görə bankların, özəl maliyyə təşkilatlarının və
digər maliyyə təşkilatlarının alacaqlarının, maliyyə cəhətdən
yenidən təşkilatlandırılması çərçivəsində qurulmasına və ya
yeni ödəmə planına bağlanmasına imkan verilərkən, EƏSF
175
bankları maliyyə cəhətdən yenidən qurulma müqavilələrində
əlavə mənbə təmin etməmək şərtilə iştirak edə bilərdilər.
Bank qanununa əlavə edilən müvəqqəti 4-cü maddə ilə
bankların dövlətin dəstəyi ilə sərmayələrinin gücləndirilməsi üç
mərhələdən ibarətdir. Birinci mərhələ sərmayə artırılmasında
dövlətin iştirakının tam və doğru olaraq müəyyənləşməsi
məqsədilə mühasibə standartlarındakı dəyişikliklər də nəzərə
alınmaqla 3 mərhələli nəzarət mərhələsidir. Sərmayə ehtiyatı
müəyyənləşdikdən sonra qarşılana bilməyəcək zərərin olması
halında sərmayə artımının öhdəyə götürülməsi üçün əsas
şuraların təşkil ediləcəyi ikinci mərhələ gəlir. Üçüncü mərhələ
isə lazımlı şərtləri təşkil edən və sərmayənin yetərlilik nisbəti
8%-dən az olan banklara dövlət dəstəyinin təmin edilməsidir.
Maliyyə sektoruna olan borcların yenidən
təşkilatlandırılmasına yönələn düzəlişlər çərçivəsində Türkiyə
Banklar Birliyi tərəfindən hazırlanan və 25 bank, 17 bank
xaricində maliyyə təşkilatı, təsfiyə vəziyyətində olan Əmlak
Bankı və EƏSF tərəfindən imzalanan maliyyə baxımından
yenidən təşkilatlandırma müqaviləsi 2002-ci ilin 4 iyun
tarixində Bank qurma və nəzarət şurası tərəfindən
təsdiqlənmişdir. 2001-ci ilin iyun ayında Banklar qanununda
edilən dəyişikliklər 2009-cu ilə qədər keçid müddəti təyin
edilərək bankların maliyyə orqanları xaricində ortaqlıqda
iştirakları, xüsusi vəsaitlərin ən çox 15%-i, bu iştirakların
toplam həcmi isə bankın xüsusi vəsaitlərinin 60%-i ilə
məhdudlaşdırılmışdır. Maliyyə sektorunda dünya standartlarına
uyğun hüquqi, idarə və audit bazisinin yaradılması və
yaxşılaşdırılması istiqamətində 2000-ci ilin dekabrında Dünya
176
Bankı ilə 777,8 milyon dollarlıq Maliyyə sektoruna uyğunluq
krediti müqaviləsi imzalanmışdır. Bu kredit daxilində 393
milyon dollar həcmindəki hissə istifadə edilmiş, 385 milyon
dollar həcmindəki 2-ci hissə isə Proqramın məqsədinə uyğun
olaraq Maliyyə və dövlət sektoruna uyğunluq kreditinə daxil
edilmişdir. 2001-ci ilin iyulunda Dünya Bankı ilə Maliyyə və
dövlət sektorunda həyata keçiriləcək orta müddətli reforma
proqramlarının dəstəklənməsi məqsədilə cəmi 1,1 milyard
dollarlıq PFPSAL I kredit müqaviləsi imzalanmışdır.
Türkiyə iqtisadiyyatında ilk böyük böhran 1994-cü ildə
baş vermişdir. 1994-cü il böhranında 3 bank təsfiyə müddətinə
alınmışdır. 1994-cü il böhranının mənfi nəticələri qısa
müddətdə aradan qaldırılmış, sektorda 1995-ci ildən sonra
dollar baxımından ortalama 18% artma müşahidə edilmişdir.
Bu müddətdə Uzaq Şərq və Rusiya böhranları ilə 1999-cu ildə
baş verən zəlzələ səbəbilə, Türkiyə iqtisadiyyatındakı ciddi
daralma bank sisteminə də mənfi təsir göstərmişdir.
2000-ci ilin əvvəlində qüvvəyə minən inkişaf proqramı
daxilində güclü maliyyə siyasəti tətbiq edilməyə başlanmış və
struktur reformaları həyata keçirilmişdir. İnflyasiya ehtimalını
azaltmaq üçün valyuta kursları hədəflənən inflyasiyaya görə
müəyyən edilərək əvvəlcədən açıqlanması, xarici valyutanı TL-
nə nəzərən daha cəlbedici etmişdir. Bu çərçivədə bankların bir
hissəsi mənbələrini qısa müddətli valyuta ilə, məsrəflərini uzun
müddətli TL cinsindən inkişaf etdirməyə başlamışdır. 2000-ci
ildə bank sektorunun aktivində də müəyyən bir dəyişiklik
müşahidə edilmişdir. Kreditlərin aktivlərə nisbətində əsaslı bir
artım olmuş, likvidliyi yüksək olan qiymətli kağızlar
177
portfelinin cəmi aktivlər içində nisbəti azalmışdır. Xüsusilə
istehlak kreditlərində əvvəlki ilə görə 4 dəfə artım olmuşdur.
Kreditlərdə nəzərə çarpan dəyişiklik xarici valyuta cinsindən
kreditlərdəki artımın məhdud olması, TL cinsindən kreditlərin
isə əsaslı surətdə artmasıdır. Aktiv və passivin quruluşundakı
dəyişikliklərin nəticəsində 2000-ci ildə bank sektoru, likvidlik
və faiz risklərinə qarşı daha təsirli bir vəziyyətə gəlmişdir.
Bank sektorunun bazar risklərinə qarşı reaksiyasının daha da
artdığı şəraitdə noyabr 2000-ci ildə baş verən böhran
nəticəsində faiz nisbətinin çox artması xüsususilə yüksək
borclanma ehtiyacında olan dövlət bankları ilə EƏSF
nəzdindəki bankların strukturlarını tamamilə pozmuşdur.
Noyabr böhranından sonra görülən tədbirlər və BVF-dan alınan
7,5 milyard dollar həcmindəki əlavə rezerv, bazardakı
dalğalanmaları qismən aradan qaldırmışdır.
Mərkəzi Bankın valyuta rezervləri artmış və faiz
nisbətləri azalmışdır. Ancaq 2001-ci ilin fevralında xəzinə
tenderindən əvvəlki prezident və baş nazirin müavini
arasındakı münaqişə, tətbiq edilən proqrama və kurs siyasətinə
olan inamın tamamilə itməsinə səbəb olmuş və valyuta tələbi
artmışdır. Mərkəzi Bank yüksək səviyyədəki bu valyuta
tələbinə qarşı likvidliyə nəzarət etməyə çalışmış, ancaq ortaya
çıxan likvidlik problemi xüsusilə dövlət banklarının yüksək
ölçüdə günlük likvidlik ehtiyacları səbəbi ilə ödəmələr
sisteminin bağlanmasına səbəb olmuşdur. Bu şəraitdə tətbiq
edilən sabit valyuta kurs sistemi 21.02.2001-ci ildə buraxılaraq
TL dalğalanmaları sabit buraxılmışdır.
Bu dəyişmələr nəticəsində bank sektorunda mövcud olan
178
problemlər daha da artmışdır. Noyabr böhranında kurs
riskindən mənbəyini götürən itkilərlə üzləşən bank sisteminin
balans sisteminə bu dəyişmə mənfi təsir göstərir. Böhran
müddətində nisbətlərindəki sürətli artım fond məsrəflərini
yüksəltmək və qiymətli kağızlar portfelinin bazar dəyərini
azaltmaq sürəti ilə bankın balansını pozmuşdur. Faizlərdəki
hədsiz artım, qısa müddətli fond tələbi vacib statusda olan
dövlət və fond banklarının ciddi zərərlərlə qarşılaşmasına
səbəb olmuşdur. Likvid olan özəl və xarici bankların faizlərinin
yüksəlməsi ilə qarşılaşdığı fond məsrəfləri isə məhdud
qalmışdır. Böhran vəziyyətində dövlət bankları TL-nin dəyər
itkisindən təsirlənməmiş, özəl banklar isə kurs riskinə görə
problemlərlə üzləşmişdilər. Baş verən böhranlar real sektorda
ciddi bir daralmaya səbəb olmuşdur. Böhran vəziyyətində qısa
müddətli faizlərlə yanaşı dövlət daxili borc qiymətli
kağızlarının 2-ci bazar faiz nisbətlərinin də artması ilə
bankların qiymətli kağızlar portfelinin bazar dəyəri azalmışdır.
Sektordakı zəiflik və EƏSF-nun dövr etdikləri dövlət
maliyyəsinin üzərinə götürəcəyi zərərlərin artmasına səbəb
olmuşdur. Artan fond ehtiyacı, dövlət banklarını və EƏSF
nəzdindəki bankları daha çox fond cəlb etməyə vadar etmişdir.
Bu vəziyyət bankları likvidlik və faiz risklərinə qarşı
müdafiəsiz etmişdir.
Dövlət daxili borclanma sənədlərinin əmanət banklarının
cəmi aktivlər içindəki payındakı artım, özəl sektora verilən
kreditlərin cəmi aktivlər içindəki payındakı azalma, bankların
real iqtisadiyyatı yetərli ölçüdə dəstəklənməməsi ilə
yaratmışdır. Yüksək inflyasiya və qeri-müəyyənliklər, ehtiyat
179
sahiblərini qısa müddətə yönəltmiş, bankların vəsait və
öhdəlikləri arasındakı müddət uyğunsuzluğunu artırmışdır.
Yüksək inflyasiya və sürətlə artan borc ehtiyatı nəticəsində TL-
yə olan etibarın zəifləməsi, pul dövriyyəsi də
sürətləndirilmişdir. Valyuta tavdiat hesablarının (reno daxil)
cəmi əmanətlər içindəki payı, 1990-cı ildə 27%-dən 1999-cu
ildə 44%-ə yüksəlmişdir. Banklar xarici mənbədən borclanaraq
ya da valyuta ehtiyatı toplayaraq Dövlət daxili borcalma sənəd-
ləri olmaqla TL-nə aktiv tutmaları açıq mövqelərini yük-
səltmişdir. Bundan başqa bankların yüksək faizli dövlət qiy-
mətlilərinin xarici mənbələrlə təmin etmələri bankları kurs
riskinə qarşı dayanıqlı vəziyyətə gətirmişdir. Maliyyə
sektorunda ortaya çıxan bu quruluş, böhranların dərinləşməsinə
səbəb olmuş və tətbiq edilən proqramların müvəffəqiyyətinə
mane olmuşdur. Noyabr və fevral böhranları Türkiyədə bank
sektorunun zəif olduğunu bir daha təsdiqləmişdir. Sektorda
ortaya çıxan böhranda ən vacib faktor, baş verən iqtisadi
dayanıqsız oldu. 1990-cı ildə baş verən yüksək inflyasiya
sərmayə hərəkətlərinin strukturunda qeyri-müəyyənliklər
yaratmış oldu və pul dövriyyəsini artdı. Dövlət büdcəsi kəsirlə-
rinə görə banklar real iqtisadiyyata mənbələr verməkdən uzaq-
laşmış və dövlət kəsirlərini maliyyələşdirməyə istiqamətlən-
mişdir.Yüksək real faizlərin ortaya çıxardığı arbitraj, bank sek-
torunun ölkə xaricindən borclanaraq dövlət kəsirlərinin maliy-
yələşdirilməsinə şərait yaratmışdır. Dövlət daxili borclanma
sənədlərinə şamil edilən vergi güzəştləri qanuni tənzimləmələr-
də bankların sənəd portfellərindəki artmaya təsir etdi. Dövlət
banklarının vəzifə məsrəflərinin ödənməməsi, əsas funk-
180
siyalardan əlavə verilən vəzifələr və idarəetmədəki zəiflik nəti-
cəsində dövlət banklarının strukturu əsaslı şəkildə pozulmuş
oldu. Bu bankların öz ehtiyaclarını yüksək məsrəflə bazardan
əldə etmələri, həm məsrəflərin artmasını və həm də sistemdə
dayanıqsızlığın yaranmasına səbəb olmuşdur. Dövlət bankları
bank əməliyyatlarını lazımı qədər yerinə yetirə bilmirdi. Dövlət
banklarında Türkiyədəki əmanətin 40%-i birləşərkən, kreditlər
içindəki nisbət 25% düşmüşdür. Bank sistemi bu dəyişikliklər
qarşısında likvidlik faiz və kurs risklərinə qarşı dayanıqsız
vəziyyətə düşmüşdür. 1990-cı illərin ikinci yarısında dövlət
borclarının maliyyələşməsini asanlaşdırmağı nəzərdə tutan
makroiqtisadi siyasətlər, sektorun bu riskli vəziyyətdən
çıxmasını və idarə edilməni ikinci plana salmışdır. Əmanət sı-
ğorta sistemindən mənbələnən problemlər müəyyən çətinliklər
yaratdı. Qısaca onu demək olar ki, Türkiyədə bank sektorunda
xüsusi vəsaitlər yetərli deyildir, kiçik ölçülü və hissəli bank
strukturu sektorda hakimdir, dövlət banklarının sistemdəki payı
yüksəkdir, aktivin keyfiyyəti aşağıdır. Bazar risklərinə qarşı
təsirli reaksiya vardır və qırıq struktur (müddət uyğunsuzluğu,
açıq mövqe) sektorda hakimdir.
4.4. TÜRKĠYƏ BANK SĠSTEMĠNDƏ
APARILAN ĠSLAHATLAR
İqtisadiyyatın bütün istiqamətlərində qarşıya çıxan
qloballaşma prosesi iqtisadi dünyada maliyyə bazarları
vasitəsilə bir inteqrasiya hadisəsini ortaya çıxarır və bu
181
çərçivədə beynəlxalq sərmayə axını dünya iqtisadiyyatında
gözə çarpan ən əhəmiyyətli cəhətlərdəndir.
Maliyyə bazarında, şübhəsiz, mərkəzi banklar və kom-
mersiya bankları ən əhəmiyyətli maliyyə qurumu olaraq diqqəti
önə çəkir. Xüsusilə, informasiya texnologiyalarının
imkanlarının inkişafı nəticəsində müasir dövrdə ticarət bankları
ənənəvi borc vermə, əmanət və yığım xidmətlərini inkişaf
etdirərək, maliyyə sistemində daha da güclənmişdir. Bir tə-
rəfdən, kredit vermək, digər tərəfdən isə əsrin texniki imkanları
ilə daha hazırlıqlı bir hala gələn banklar göstərdikləri xidmətin
keyfiyyəti və həcmi ilə dünya iqtisadiyyatında əhəmiyyətli
yerini saxlayır. 2005-ci ildən başlayaraq, Türkiyə
iqtisadiyyatında milli hasilatda artım müşahidə olundu və son
üç ildə orta hesabla 7,5 %, 2005-ci ildə isə 7,6% artım əldə
edildi ki, bu da Türkiyə iqtisadiyyatının məhsuldarlığının
göstəricisidir. Bu müsbət dəyişikliklər mövcud vəziyyət
baxımından böyük əhəmiyyət daşıyır. Vergilərin ödənməsində
müsbət dəyişikliklər, xərcdə ciddi nəzarət, dövlət sektorunun
borca olan ehtiyacını iki ədədli rəqəmdən 6%-lik səviyyəyə
enməsini təmin etmiş, dovlət maliyyə tarazlılığında yaranan bu
müsbət dəyişiklik dövlət sektorunun borc yığımının ÜDM-ə
nisbətən azalmasına səbəb olmuş, yəni 100%-dən 77%-ə
enmişdir.
Türkiyə iqtisadiyyatı 2004-2005-ci illərdə tamamilə yeni
bir inkişaf mərhələsinə daxil olmuş və bu maliyyə sektoruna da
əhəmiyyətli təsir göstərmişdir. Türkiyənin bank sektorundakı
müsbət dəyişikliklərlə yanaşı onun cari əməliyyat kəsirinin,
dalğalı məzənnə rejiminin tətbiqi, maliyyə quruluşundakı aşağı
182
həcmdə olan xarici valyuta mövqeyi diqqəti cəlb etməkdədir.
Türkiyə bank sektoruna təsir edən makroiqtisadi amillər, yəni
yüksək artım hədləri, azalan faiz həddi və gəlirlər, artan
istehlak cari əməliyyatların kəsiri və dalğalı məzənnə rejiminin
tətbiqindən ibarətdir. Mərkəzi Bankın tətbiq etdiyi pul siyasəti,
maliyyə sisteminin səmərəliliyinin artırılmasına yönəldilən
tədbirlər və ölkənin Avropa Birliyinə üzv olmaq üçün
göstərdiyi cəhdlər bu iqtisadi yüksəlişin əsas təməlləridir.
Türkiyə iqtisadiyyatının bu inkişafı və inflyasiya
həddinin ikirəqəmli səviyyədən birrəqəmli səviyyəyə enməsi
Türkiyənin maliyyə sisteminin, o, cümlədən bank sektorunun
da məhsuldarlığının artmasına şərait yaratmışdır. Bank sistemi
Türkiyə maliyyə sisteminin ən böyük hissəsi olmaqla, maliyyə
kapitalının 51,3 faizini özündə cəmləmişdir. Maliyyə
sistemində banklarla yanaşı, sığorta və digər maliyyə qurumları
da inkişaf edir. Lakin bu inkişaf digər ölkələrlə müqayisədə
olduqca aşağı səviyyədədir və gələcəkdə inkişaf etməsinə ümid
edilir. Mülkiyyət formasından asılı olaraq, banklarm aktiv
artımı 1-ci cədvəldəki kimi səciyyələnir.Aktivlərin artımı baxı-
mından ilk sırada 59,7%- lik payı ilə özəl banklar nəzarəti öz
əlində saxlayır. Xarici banklardan 6-sı Türkiyədə qurulan xarici
bank, 7-si isə şöbə statusunda fəaliyyət göstərir. 2001-ci ildə
120 milyard ABŞ dolları səviyyəsində olan məcmu kapital
2005-ci ildə 295,6 milyard ABŞ dolları səviyyəsinə qalxmış,
kredit portfeli isə müvafıq dövrdə 23 milyard ABŞ dollarından
80 milyard ABŞ dollarına çatmışdır. 2001-ci ilin 6,4 milyard
ABŞ dolları məbləğində ziyanla başa vuran Türkiyə bank
sistemi 2004-cu ildə 4,5 milyard ABŞ dolları məbləğində gəlir
183
əldə etmişdir. Sərmayə yetərliliyi isə 2000-ci ildə 9,3%-lik
səviyyədən 2004-cü ildə 28,8 %-ə yüksəlmişdir. Balansdaxili
kəsir 2001-ci böhran ilindəki 14,6 milyard ABŞ dolları
səviyyəsindən 2004-cü ildə 1,4 milyard ABŞ dolları
səviyyəsinə enmişdir. Bütün bü müsbət nailiyyətlərlə yanaşı,
bank sisteminin inkişafına təsir edən bir sıra amillər vardır ki,
bundan da bank sistemi rəqabət təzyiqi hiss etməkdədir:
-maliyyə sistemində bank sektorunun ağırlığının qalması;
- xidmət çeşidliliyinin azlığı;
- dövlət maliyyələşdirmələrinin yaratdığı mənfi təsirlər;
- vergi strukturunun səbəb olduğu pozucu təsirlər;
- iqtisadiyyatın bəzi sektorlarının mövcud tərəfindən
maliyyə xidmətindən yetərincə istifadə edə bilməməsi;
- məhdud sayda xarici investorların iştirakı.
Bank sektorunun ağırlığı bütövlükdə maliyyə sisteminin
ÜDM-dəki payı ilə müəyyən olunur ki, bu da 80-82% təşkil
edir. Xidmət çeşidliliyinin azlığına gəldikdə qiymətli kağızlar
bazarının məhdud olması ilə əlaqədar qiymətli kağızlar dövriy-
yəsinin aşağı olmasını misal göstərmək olar. Bank sektorunun
işində dövlətin yaratdığı mənfi təsirlər dedikdə, bazarda ən
böyük kredit müştərisi olan dövlətin kreditə olan böyük
ehtiyacı başa düşülür. Bank sektoruna təsir edən amillərdən
bəzi sahələr üzrə qeydiyyatdan kənar fəaliyyət, kreditlər üzrə
yüksək faiz, yoxsulluq və bunun arxasında duran səbəbləri də
misal göstərmək olar. Xırda və orta ixracatla məşğul olan
firmalara verilən kreditlərin nisbi azalması onlara beynəlxalq
rəqabət qabiliyyəti baxımından problemlər yaradır. Həmçinin,
gəlir vergisi üzrə faiz həddinin yüksək olması bank sisteminin
184
inkişafına mənfi təsir edir. Bu iqtisai proseslər zəminində
ölkədə maliyyə sektorunun vergiyə cəlb edilməsinə çox ehti-
yatla yanaşılmalı, əks halda, banklar ofşor zonalarda və xarici
ölkələrdə öz qurumlarını açmaq məcburiyyətində qalacaqlar.
Bank sektorunda 2000-ci və 2001-ci illərdə böhranlara səbəb
olan struktur zəifliyi onun yenidən qurulması zərurətini
doğurmuş və bunun üçün aşağıdakı tədbirlər aparılmışdır.
- dövlət banklarının reabilitasiyası;
- özəl bankların gücləndirilməsi;
- zəif bankların çeşidlənməsi;
- tənzimləyici və nəzarət çərçivəsinin optimallaşdırılması;
- məhdud əmanət sığortasına keçid;
- dövlət borclarına nəzarət və azaldılması.
Bu məqsədlə 31 avqust 2000-ci ildə «Bank İşini
Tənzimləmə və Nəzarət Agentliyi» yaradılmış (BDDK) və
onun daha effektli təşkilatlanmaqla, nəzarət çərçivəsi
istiqamətində əhəmiyyətli bir inkişafı olmuşdur. Bu
istiqamətdə dövlət banklarının bazarlar üzərindəki pozucu
təsirləri aradan qaldırılmış, özəl bankların sərmayə və aktiv
quruluşundakı zəiflik yox edilmişdir. Sərmayə yetərliliyinin
hesablanmasına bazar riski daxil edilməklə, daxili nəzarət və
risklərin idarə edilməsi sistemləri qurulmuş, beynəlxalq
mühasibat standartlarının qəbulu və tətbiqi bu istiqamətdə olan
yeniliklərdir. 2014-cü ildə iki yeni siyasət tətbiq olunmağa
başlamış, bank sistemindəki dövlət yükü azaldılmış, əmanətlər
üzərindəki tam zəmanət aradan qaldırılmışdır. Zəif banklara
gəldikdə isə 21 bankın fəaliyyəti BDDK tərəfındən təhlil
edilmiş, onların satışı, birləşmə və ləğvetmə yolu ilə fəaliyyəti
185
dayandırılmışdır. Eyni zamanda, 2002-2012-ci il bankların
sərmayələndirmə proqramının həyata keçirilməsi məqsədilə 27
özəl sərmayəli bank üç mərhələdə yoxlanılmış və onlardan yal-
nız ikisinin sərmayə yetərliliyinə malik olması müəyyənləşdi-
rilmişdir. Yenidənqurma cəhdlərindəki sərmayə artırılması
proqramı bir tərəfdən, sektordakı şəffaflığı digər tərəfdən isə
Türkiyə bank sektoruna olan etibarlılığı artırmışdır. Məhdud
Əmanət Sığortasına keçid məqsədilə 2004-cü ildə tam zaminlik
dayandırılmış və bu prosesə keçiddə heç bir neqativ dəyişmə
baş verməmişdir. Müştərinin yalnız 29000 YTL məbləğindəki
əmanətinə sığorta zəmanəti verilmişdir.
Yeni şəraitdə bankların daha güclü bir maliyyə sektoruna
sahib olmaq istəyi güclü rəqabət təzyiqi ilə üzləşmişdir.
Xüsusilə, azalan faiz gəlirləri bankları yeni mənfəət sahələrini
axtarmağa məcbur etmişdir. Bu səbəbdən aşağıdakı sahələrin
təhlili və orada olan boşluqların aradan qaldırılması daha
böyük əhəmiyyət kəsb edir:
- kredit portfelinin təhlili;
- yeni maliyyə xidmətlərinin çeşidini artırmaqla, müştəri
şəbəkəsinin artırılması;
- kredit portfelini qiymətləndirməklə, risklərin idarə
edilməsi;
- əməliyyatların həcminin artırılması;
- məsrəflərin normallaşdırılması;
- birləşmə və ya xarici kapitalın iştirakının artırmaqla
bankların məhsuldarlığının əhəmiyyətli həddə çatdırılması.
Bankların yeni şəraitdə inkişaf etməsi üçün «Bank fəaliyyəti
haqqında» qanunda dəyişikliklər edilməli və həmin qanunda
186
aşağıdakı müddəaların nəzərə alınması məqsədəuyğun olması
irəli sürülmüşdür:
- yeni bank fəaliyyəti haqqında qanun layihəsi işlənib
hazırlanmalı və orada holdinq, lizinq, faktorinq şirkətlərinə
nəzarət səlahiyyətlərinin BDDK-ya verilməsi əksini tapmalıdır;
- bankların həyata keçirə biləcəkləri əməliyyatlara
lisenziya verilməsi üzrə məhdudiyyət aradan qaldırılmalıdır;
- bankların minimum sərmayə həddi yüksəldilməlidir;
- bankların struktur idarəçiliyində dəyişikliklər
apanlmalıdır;
- problemli banklar sistematik olaraq yenidən
qurulmalıdır;
- bankların işinə nəzarət mexanizmi təkmilləşdirilməli və
ixtisaslaşmış özəl nəzarət fırmalarının xidmətindən istifadə
genişləndirilməlidir.
Bank sektorunun inkişafının gücləndirilməsi məqsədilə
Bazel II-yə inteqrasiya prosesi sürətləndirilməlidir. Bazel II-yə
keçidlə əlaqədar «Risk Mərkəzli Nəzarət» sisteminə keçid yeni
bank qanunu qəbul edilməklə artan xarici marağı təmin etmək
məsələləri həll edilməlidir. Risk mərkəzli nəzarətdə nəzarət
prosesi hər bir bankın risk portfelinə uyğun olaraq müəyyən
olunur. Bir çox ölkələr kimi Türkiyədə də bank sisteminin
Bazel II-yə keçidi ilə əlaqədar hazırlıq işləri görülürdü. Belə
ki, o dövrdə 23 bank üzrə sərmayə yetərliliyinin minumum
səviyyəsi nəzərdə tutulan 8 faizdən yuxarı olması təmin edildi.
Əlavə olaraq, daxili və xarici bazarlardakı rəqabət nəticəsində
bankların sayının azalması davam edir və beynəlxalq arenada
lazımi gücə malik Türkiyə banklarının yaradılması üzrə iş
187
aparılırdı. Türkiyə iqtisadiyyatına etibarın artması, yeni
razılaşmaların reallaşması nəticəsində xarici bankların məcmu
varlığı 2012-ci ilin əvvəlində 5,6 % təşkil etdiyi halda, yaxın
qısa müddətdə 20 %-ə çatacağı gözlənilir.
188
V FƏSĠL. AMERĠKA BĠRLƏġMĠġ ġTATLARININ
BANK SĠSTEMĠ
ABŞ-nın iqtisadiyyatı dünyada ən çox inkişaf etmiş
iqtisadiyyatdır. 2007-ci il üçün alınan məlumatlara görə ÜDM
həcmi 14 trln. Dollar adambaşına düşən ÜDM həcmi isə 44
min dollar təşkil etdi. Ölkənin dünya miqyasında belə durumu
inkişaf etmiş bank sisteminin mövcudluğunu nəzərdə tutur.
Dünya iqtisadiyyatına və maliyyə sisteminə böyük təsir
nəticəsində ABŞ-nın bank sistemi hər hansı digər milli
sistemdən fərqli olaraq, dünya maliyyə sisteminin vacib tərkib
hissəsidir. ABŞ yüksək səviyyəli elmi texniki potensiala və
yüksək iqtisadiyyata malik olmaqla dünyada lider
ölkədir.Ərazisi 48 ştatdır. Dünyada ərazisinə görə
dordüncü,əhalinin sayına görə üçüncü yeri tutur. Proqnoza
görə 2025-ci ildə ABŞ əhalisinin sayı 325 mln. nəfərdən çox
olacağı ehtimal olunur.
ABŞ əhalinin sayına görə 149 mln nəfərdən artıq olan
yüksək ixtisaslı işçi qüvvəsinə malik olduğuna baxmayaraq,
ABŞ ölkədə 5 % səviyyəsində olan işsizlik problemini həll edə
bilmir. Bununla yanaşı inflyasiya 3,2 %-dən artıq deyildir.
Dövlət borcu son illər ərzində ABŞ ÜDM 60%-dən bir qədər
artıq idi. Ölkə ümumi 1 trilyon dollara yaxın ixrac və 1,7
trilyon dollardan artıq idxal həcmləri ilə beynəlxalq ticarətdə
fəal iştirak edir. 2008-ci ildə ölkənin digər kredit
müəssisələrinə də yayılmış ipoteka böhranı ilə əlaqədar olaraq,
ABŞ iqtisadiyyatı ən yeni tarixdə 1929-cu ilin Böyük
depressiyasını xatırladan cətin dövrü yaşadı. Milli Bank
189
Sisteminin möhkəmliyi və etibarlılığı, həmçinin 780 milyard
dollar miqdarında ayrılmış dövlət dəstəyinin effektivliyi
maliyyə böhranının nəticələrinin öhdəsindən gəlmək
qabiliyyətinə öz təsirini göstərəcəkdir.
5.1.AMERĠKA BĠRLƏġMĠġ ġTATLARININ BANK
SĠSTEMĠNĠN ĠNKĠġAFI
ABŞ-da ilk özəl səhmdar bankları “ The Bank of New
York”, “The Bank of Boston” 1784-cü ildə təsis olunmuş,
1791-ci ildə isə bütün əhəmiyyətli məna kəsb edən liman
şəhərlərində filialları açılan “First Bank of the United States”
yaranmışdır. 1863-cü ildə Vətəndaş müharibəsi dövründə
valyuta bazarında qeyri-kafi durum, həmçinin maliyyə
ehtiyatlarına tələbat həmin ildə Milli bank aktının
çıxarılmasına gətirib çıxartdı. Ona müvafiq olaraq, dərhal
banknotların emissiyası hüququnu almış banklara nəzarəti
həyata keçirən Büdcə Nəzarəti İdarəsi yaradılmışdır. Bundan
əlavə, bankların filial bölmələrə malik olmasına icazə
verilmirdi. Göstərilmiş aktın sayəsində bank sistemində
dualizm yarandı ki, bunlar da ümummilli banklar və ayrı-ayrı
ştatların bankları idi. Bununla yanaşı, yaranması üçün ya
federal orqanların, ya da ayrı-ayrı ştatların orqanlarının
icazəsinin tələb olunduğu, ayrı-ayrı şəxslərə məxsus olan özəl
banklar da yaranırdı. Ayrı-ayrı ştatların banklarının arasında
dövlət bankları, trast şirkətləri və əmanət bankları fərqlənirlər.
Lakin bu tipli banklar həyata keçirdikləri əməliyatlara görə
190
analoji idilər, yəni, faktiki olaraq, universal banklar kimi çıxış
edirdilər. Bundan əlavə, onlar icbari şəkildə yerli banklar kimi
fəaliyyət göstərirdilər. Lakin çoxtərəfli banklararası
depozitlərin sayəsində ABŞ bankları bir-biri ilə sıx əlaqədə
idilər. 1901-ci ildə Nyu-York bankları 60 Milli Bankların və
ştatların banklarının aid olduqları Britaniya nümunəsi üzrə
klirinq evlərinin assosiasiyasını yaratdılar (özəl bankir evləri
bu siyahıya daxil olmamışlar). 1907-1913-cü illərin bank
böhranı dövründə Federal ehtiyat sistemi (ABŞ FRS) və buna
müvafiq olaraq, əsasında dəyişikliyə məruz qalmadan fəaliyyət
göstərən milli bankların amerikan sistemi yaradılmışdır.
1913-cü ildə ABŞ bank sistemi demək olar ki,
dəyişilməz olaraq qaldı. 1927-ci ilə qədər banklara öz
yerləşdikləri ərazilərdən kənarda filiallara malik olmaları
qadağan olunurdu (Kaliforniya istisna təşkil edirdi). 1927-ci
ildə Makfeddenin aktının çıxarılması ilə (McFadden Act)
(1933-cü ildə dəyişdirilmişdir) bankın baş ofisinin yerləşdiyi
ştatların ərazisi daxilində filialların yaranmasına icazə verildi.
24 oktyabr 1929-cu ildə “qara cümə axşamı”, Nyu-York
fond birjasının səhmlərinin kurslarının aşağı düşməsi, bir çox
bankları böhran vəziyyətinə saldı. Bunun əsas səbəbi bazarın
süqutundan sonra ödənilməsi problematik olan qiymətli
kağızların alınmasına geniş yayılmış kreditlər oldu (onlar
bankların bütün kredit protfelinin 35%-dən çoxunu təşkil
edirdilər). İqtisadiyyatda böhranın nəticələrindən biri depozit
əmanətlərin kütləvi şəkildə çıxarılması və bu “banklardan
qaçış” prosesi kimi adlandırıldı ki, nəticədə bir çox banklar
müflisləşdi.
191
1933-cü ildə prezident Ruzvelt ABŞ Konqresinə bütün
bankların bağlanması haqqında qanunvericilik təşəbbüsü irəli
sürdü. 1933-cü ildə Qlas-Stiqal aktı (Glass Steagall Act)
çıxarıldı. O, Federal Ehtiyat Sisteminin xüsusən bankların
ehtiyat mövqelərinin tənzimlənməsi və müəyyən kredit
növlərinin qadağan olunması məsələlərində səlahiyyətlərini
olduqca genişləndirdi. Məhz göstərilmiş aktla ABŞ maliyyə
sistemi seqmentləşdirilmiş sistemə çevrilirdi.
Depozit banklarda 1935-ci ildən başlayaraq, qiymətli
kağlzlarla hər hansı əməliyyatların həyata keçirilməsi qadağan
olundu. Mütəmadi əsaslarla qısa müddətli aktiv və passiv
əməliyyat həyata keçirən banklar “Depozit banklar“ adlandı.
Bu banklar yalnız uzunmüddətli əməliyyatları həyata keçirmək
hüququna malik olan banklar istisna olmaqla kommersiya
banklarının əksəriyyətinə aid edildi (məsələn, ipoteka
bankları).
ABŞ maliyyə sisteminin seqmentləşdirilmiş xarakteri
bank holdinq şirkətləri haqqında Qanunla (1956-cı il)
möhkəmləndirilmişdir. ABŞ maliyyə sistemi həm federal
səviyyədə, həm ayrı-ayrı ştatların səviyyəsində ən sərt şəkildə
tənzimlənən maliyyə sistemlərindən biridir. Bankların
fəaliyyətinin tənzimlənməsində əsas rol üç orqana məxsusdur:
ABŞ Federal Ehtiyat sisteminə;
Pul istifadəsi (dövriyyəsi) nəzarətçisinə;
Depozitlərin (əmanətlərin) sığortası üzrə federal
korporasiyaya;
Pul tənzimlənməsi nəzarətçisi ABŞ Prezidentinin təyin
etdiyi və milli bankların fəaliyyətinin tənzimlənməsinə və
192
yoxlamaların aparılması yolu ilə nəzarətinə görə məsul şəxs
ABŞ FRS federal hökumətdən müstəqil şəkildə fəaliyyət
göstərən, yalnız ABŞ Konqressinə hesabat verən, mərkəzi
bankların unikal sistemidir.
5.2. AMERĠKA BĠRLƏġMĠġ ġTATLARININ FEDERAL
EHTĠYAT SĠSTEMĠNĠN STRUKTURU
XX əsrin əvvəllərində ABŞ-da sayı beş mindən az
olmayan emissiya (milli) bankları mövcud idi, onların hər biri
əsas kapitalın məbləğində istifadəyə banknotları çıxarmaq
hüququna malik idilər. Bununla belə milli bankların hər biri
digər bankların biletlərini (onların qanuni ödəniş vaistələri
olmadığına baxmayaraq) ödəniş kimi qəbul etməyə borclu
idilər. Bu gün ABŞ bank sistemi ölkənin mərkəzi bankının,
kommersiya banklarının, insvestisiya banklarının, əmanət
banklarının, borc əmanət assosiasiyalarının funksiyalarını icra
edən Federal ehtiyat sistemindən ibarətdir.
Ayrı-ayrı tabeli ABŞ bankları. Bu o deməkdir ki,
kommersiya banklarının (milli bankların ) bir hissəsi üçün
lisenziyalaşma, onların fəaliyyətinə nəzarət, onun
tənzimlənməsi federal hakimiyyətlə, digər hissəsi üçün isə ayrı-
ayrı ştatların hakimiyyətləri ilə həyata keçirilir.
Tənzimlənmənin nəzərə alınması ilə bütün amerikan banklarını
dörd qrupa bölmək olar:
1. Milli Banklar;
193
2. Ştatların bankları - Federal Ehtiyat Sisteminin
üzvləri;
3. Federal Ehtiyat Sisteminə üzv olmayan,
depozitlərin sığortalanması üzrə Federal
korporasiyaya daxil olan banklar;
4. Əmanətləri depozitlərin sığortalanması üzrə
Federal korporasiyada sığortalanmamış və
Federal Ehtiyat Sisteminə üzv olmayan banklar.
Federal Ehtiyat Sisteminin üzvləri olan banklar:
Açıq Bazarın Federal Komitəsi Federal
Konstitusiya Şurası.
Şəhərlərdə Federal Ehtiyat Bankları.
ABŞ Federal Ehtiyat Sisteminin təşkilatı strukturu :
- Nyu-York
- Boston
- Filadelfiya Riçmond
- Atlanta
- Dallas San-Fransisko
- Kanzas-siti
- Sent-Luis
- Çikaqo
- Klivlend
- Minneapolis
Federal ehtiyat sistemi Federal Ehtiyat Sisteminin
Banklarından, həmçinin Federal Ehtiyat Sisteminin üzvləri
olan çox saylı banklardan ibarətdir. Federal ehtiyat bankların
194
sayı 12-yə çatmışdır və onların ABŞ-nın ən mühüm sənaye və
işgüzar mərkəzlərində filialları vardır.
Federal Ehtiyat Sisteminin üzvləri olan banklar icbari
qaydada ümummilli banklar, həmçinin tələblərə uyğun
olduqları tədqirdə ştatların bankları kimi fəaliyyət göstərirlər.
1913-cü ildə baglanmış Federal ehtiyat aktına əsasən,
Federal ehtiyat sisteminin üzvləri olan banklar öz kapitallarının
6 % -ni federal ehtiyat banklarının əsas kapitalına pay əmanəti
kimi köçürməli idilər. Hal-hazırda Federal ehtiyat sisteminin
üzvləri olan banklar, onların səhmdar kapitallarından asılı olan
səhmlərin müəyyən sayını Federal ehtiyat Bankında əldə
etməlidirlər. Bu səhmlərə dividendlər hesablanır, lakin onların
miqdarı məhduddur. Federal ehtiyat sisteminin üzvləri olan
banklar həmçinin müddətli əmanətlərin 3%-i həcmində öz
ehtiyatlarını, 7%-dən 13%-ə qədər həcmində tələb olunana
qədər əmanətlərin məbləğlərini burada saxlamalıdırlar.
Federal ehtiyat bankları öz depozitlərinin 35%
miqdarında qızıl və qanuni ödəniş vasitələrində ehtiyata malik
olmalı idilər. Federal ehtiyat bankların passivləri
aşağıdakılardan ibarətdir:
- üzv-bankların pay əmanətlərinin hesabına
yaranmış şəxsi kapitallardan (ödənişli və əlavə),
- banknot emissiyasından,
- Federal ehtiyat sisteminin üzvü olan bankların
ehtiyatları olan bank depozitlərindən,
- xəzinədarlığın depozitlərindən.
Federal resurs sisteminin yaradılması ABŞ bank
sisteminin mərkəzləşməsini və böyük bankların hökmranlığını
195
gücləndirdi. 1915-ci ilin sonlarından başlayaraq 1972-ci ilin
avqustuna qədər amerikan kommersiya banklarında Federal
Resurs Sisteminin xüsusi çəkisi 28%-dən 41 %-ə qədər, onların
depozitlərinin tərkibində xüsusi çəkisinin həcmi isə 48%-dən
78%-ə qədər artdı. Əksər banklar Federal Resurs Sisteminin
üzvləri olsalar da yalnız bir neçə ən böyük banklar həlledici
təsirə malik idilər. 1935-ci ilin avqustunda Federal Resurs
Sisteminə bir neçə dəyişiklikləri əlavə edən qanun qəbul
edilmişdir. Bu qanunun mənası ilk əvvəl ABŞ bank sisteminin
sonrakı mərkəzləşməsindən ibarət idi.
Depozitləri 1 milyon dollardan az olmayan ştat bankları
müəyyən müddət ərzində Federal Ehtiyat Sisteminə üzv
olurlar. Federal Ehtiyat Sisteminin mərkəzi orqanlarının
hüquqları olduqca genişlənmiş, onun başında İdarə Şurası
durur (tərkibində ABŞ Prezidentinin 14 il müddətinə təyin
etdiyi üzvlər fəaliyyət göstərir). ABŞ-da həmçinin açıq bazarda
əməliyyatlar üzrə xüsusi Komitə yaradılmışdır ki, bu da
Federal Ehtiyat Banklarının açıq bazar əməliyyatların
aparılması na nəzarət edir.
1950-1980-ci illər ərzində öz üzvlərinə qarşı xüsusi
ehtiyat normalarının, faizin depoziti və kredit üzrə dərəcələrin
maksimal həddinin təyin edilməsi və s. hallarda olduqca sərt
tələblərin mövcudlugu baxımından bir çox banklar Federal
Ehtiyat Sisteminin tərkibindən çıxdılar. Bu halın aradan
qaldırılması üçün 1980-ci ildə depozit təsisatlarının
tənzimlənməsi və pul istifadəsi üzrə nəzarət haqqında Qanun
qəbul edildi. Bu qanunun başlıca maddələrində kommersiya
bankları, qarşılıqlı-əmanət bankları, əmanət və kredit
196
assosiasiyaları və digər kredit təşkilatları üçün vahid
ehtiyatlaşma normalarının yerdilməsi, həmçinin ehtiyat
tələblərinin yumşalması ya ümumiyyətlə çıxarılması (məsələn
müddətli hesablar üzrə), nəzərdə tutulmuşdu.
Federal Ehtiyat Banklarının əsas funksiyaları ehtiyat
vəsaitlərinin qorunub saxlanmasından və idarə edilməsindən,
depozit təsisatlarının və ABŞ Dövlət xəzinədarlığının
əmanətlərinin ödəniş balansları üzrə klirinq əməliyyatlarının
həyata keçirilməsindən, federal banknotların istifadəyə
buraxılmasından, depozitlərin yaradılması və depozit
təsisatlarının kreditləşməsi prosesləri üzrə nəzarətdən ibarət idi.
Federal Ehtiyat Bankları Federal Ehtiyat Sisteminə üzv
olan digər bankların, bank holdinqlərinin, filialların və
bankların ABŞ-da xarici nümayəndəliklərin fəaliyyətinə
nəzarəti həyata keçirirdilər. Nəhayət, Federal Ehtiyat Bankları
bir sıra maliyyə xidmətləri göstərir, buna o cümlədən nağd
pulun istifadəyə çıxarılması, qəbulu və pul vəsaitlərinin
köçürmələri və s. aiddir. Kredit-pul siyasətinin əsaslarını
Federal Ehtiyat Sisteminin İdarə Şurası işləyib hazırlayır, ona
federal ehtiyat banklarının uçot dərəcələrini təyin etmək, üzv-
bankların icbari ehtiyatlarının normalarında dəyişiklik etmək,
qiymətli kağızların əsasında kreditləşmə normalarını təyin
etmək, ehtiyat banklarının seçdikləri direktorlar şurasını təsdiq
etmək hüququna malikdirlər. Federal Ehtiyat Bankları dövlətin
kreditorlarıdır, çünki, federal ehtiyat banklarının başlıca aktiv
əməliyyatı dövlətin qiymətli kağızlarının alınmasıdır. Lakin,
onların dövlətin qiymətli kağızlarını sərf etdikləri vəsaitlər son
nəticədə korporasiyaların maraqlarında istifadə olunurlar.
197
Onlar dövlət tərəfindən əksər hallarda dövlət sifarişlərinin və
malların, əmtəələrin ödənişlərinə sərf olunurlar. Bununla
müqayisədə federal ehtiyat banklarının - Federal Ehtiyat
Sisteminin üzvləri olan banklara kreditlər təşkil edirlər.
Federal Ehtiyat Bankları fəaliyyətindən alınan mənfəətin
əsas hissəsi ABŞ Dövlət xəzinədarlığına köçürülür.
Kommersiya banklarının pul ehtiyatlarının federal ehtiyat
banklarında yığılması geniş miqyasda nağd pulun qənaət
edilməsinə səbəb oldu. Emissiya (federal ehtiyat) bankarından
əlavə ABŞ bank sistemi özündə kommersiya banklarını,
investisiya banklarını, qarşılıqlı-əmanət bankları, bank evlərini
daxil edir. Hal-hazırda ABŞ-da bank sektorunun təsisatlarının
müxtəlif növləri mövcuddur .
- Kommersiya bankları;
- İnvestisiya bankları;
- Əmanət institutları;
- Qarşılıqlı əmanət bankları;
- Borc -əmanət assosiasiyaları;
- Kredit birlikləri;
Kommersiya bankları. Kommersiya bankları qrupu daha
böyük əksəriyyət təşkil edir və ABŞ maliyyə bazarlarında
aparıcı rol oynayırlar. Kommersiya bankları bir neçə növ bank
institutlarına bölünürlər: çoxsaylı bölmələr və filialları olan
banklar (Branch Banks) və ya heç bir filial şəbəkəsi olmayan,
yaxud zəif inkişaf edən banklar (Unit Banks). Bu bankların
həyata keçirdikləri əməliyyatlar eyni tiplidir, onlar yalnız
təşkilati strukturuna, menecerlərin funksiyalarına görə
fərqlənirlər. Kommersiya bankları mahiyyətcə resurs
198
mənbələrinə əsasən depozit əmanətləri (müddətli və tələb
olunana qədər) olan depozit banklarıdır. Kommersiya bankları
ticarətin qısa müddətli maliyyələşməsini, çeklərlə və kredit
kartlarla əməliyyatlar, trast xidmətləri (əmlakın idarə edilməsi)
daxil olmaqla ödəniş dövriyyəsini həyata keçirirlər.
Kommersiya banklarının aktiv əməliyyatları əksərən
kreditlərdən ibarətdir. İnvestisiyalar daha az yer tutur və
onların əksəriyyəti dövlət qiymətli kağızlarına, xüsusən federal
dövlət qiymətli kağızlarına investisiyalardan ibarətdir. Nəzərə
almaq lazımdır ki, 1933-cü ildən olan bank aktı kommersiya
banklarına sənaye və ticarət şirkətlərinin səhmlərini almağı
qadağan etdi. Lakin bu, bankların sənaye şirkətləri ilə
birləşməsinin ləğvi demək deyildir. Bunun tipik forması kimi
böyük bankların və sənaye şirkətlərinin eyni maliyyə-sənaye
qruplarına daxil olmasını göstərmək olar. Iri kommersiya
Banklarının sənaye ilə sıx əlaqələri uzunmüddətli kreditlər
vasitəsilə həyata keçirilir. Kommersiya və sənaye kreditlərinin
bütün məbləğinin təxminən 3/4-ü böyük kommersiya
banklarının payına düşür, özü də burada başlıca rolu bir ildən
artıq müddətə verilən kreditlər oynayır; kreditlərin bir hissəsi
uzun müddətə 8-10 ilə qədər verilir və bankların sənaye və
ticarət şirkətləri ilə birləşməsinin tipik forması kimi çıxış edir.
Böyük amerikan banklarının sənaye və digər şirkətləri
ilə birləşməsində vacib rolu etimad əməliyyatları oynayır.
Kommersiya bankları öz hesabına sənaye və ticarət
şirkətlərinin səhmlərini almaq hüququndan məhrumdurlar,
lakin bu şirkətlərin əmlakını öz müştərilərinin etibarnaməsi
əsasında idarə etmək hüququna malikdirlər. Bütün kommersiya
199
banklarından resursları digər bankların resurslarından daha
sürətli şəkildə artan bir neçə böyük banklar qeydə alındı. Belə
ki, yalnız 1960-cı ildən 1970-ci ilə qədər 50 böyük kommersiya
banklarının depozitlərinin məbləği 88,8 mlrd dollardan 230.4
mlrd dollara qədər yəni 2.5 dəfə artdı. Bu zaman digər
kommersiya banklarının depozitlərinin ümumi məbləği bu
müddət ərzində 141,70 mlrd dollardan 255,1 mlrd dollara qədər
yəni 1,8 dəfə artdı. 1970-ci ildə bu 50 böyük bank bütün 13705
kommersiya banklarının depozitlərinin məbləğinin 47%-ni
idarə edirdilər.
Öz növbəsində böyük kommersiya banklarından bir sıra
nəhəng banklar meydana çıxdı: “Benk of Amerika”, “Ferst
National Siti Bank of Nyu-York”, “Çeyz Manxetten Bank” və
s. Bu banklar ya güclü maliyyə-sənaye qruplarına başçılıq edir,
ya da orada böyük rol oynayırdılar. Onlar mahiyyətcə, böyük
bankların birləşməsi yolu ilə yaranmış bank holdinqləridir.
1994-cü ilin axırına məcmu aktivləri 4313 mlrd dollar olan
40,9 min kommersiya bankı, Federal Ehtiyat Sisteminin üzvləri
olan 9,3 min ştat bankları və Federal Ehtiyat Sisteminə daxil
olmayan 24,5min ştat bankları qeydə alınmışdır. ABŞ
kommersiya banklarının resurslarının arasında şəxsi
kapitalların həcmi - 7,4 %, əsas hissəni isə depozitlər tutur,
onların arasında tələb olunana qədər depozitlər - 44 %,
müddətli depozitlər isə 56 % təşkil edirdilər.
İnvestisiya bankları. İnvestisiya bankları əsas bank
funksiyalarını, hər şeydən əvvəl pul yatırmalarının qəbulu və
kreditləşməni həyata keçirmədikləri səbəbindən bank
sayılmırlar. Bu ABŞ investisiya banklarının fəaliyyətinə
200
nəzarətin Federal Ehtiyat Sisteminin Şurası ilə deyil, qiymətli
kağızlar və fond bazarı üzrə Komissiya ( Securities and
Exchange Comission, SEC) ilə həyata keçirilməsi ilə
səciyyələnirlər. Hələ XIX əsrin ortalarında ABŞ bank
sistemində qiymətli kağızların yerləşdirilməsində və alqı-
satqısında ixtisaslaşan investisiya bankları şəklində xüsusi
həlqə yaranmışdır.
1929-1933-cü illərin böhranına qədər investisiya və
kommersiya bankları arasında sərhədlər silindi və XX əsrdə
kommersiya bankları həmçinin qiymətli kağızların
emissiyasında və yerləşdirilməsində fəal iştirak etməyə
başlamaqla qiymətli kağızlar vasitəsi ilə böyük vəsaitləri
investisiya edirdilər. Böhrandan sonra kommersiya və
İnvestisiya Banklarının fəaliyyət sferaları hüquqi şəkildə
fərqləndirildilər. (1933-cü ilin qanununa əsasən). Müasir
şəraitdə bankların investisiyalarının demək olar ki, 9/10 hissəsi
ABŞ federal hökümətinin, ştatların və yerli hakimiyyət
orqanlarının qiymətli kağızlarından ibarətdir. İnvestisiya
bankları ya xırda kapital, ya da institusional əmanətçilərə, bəzi
hallarda isə hər ikisinə xidmət göstərirlər.
İnvestisiya bankları həmçinin qiymətli kağızlarla
əməliyyatların iki əsas növünü də həyata keçirirlər:
- qiymətli kağızların emissiyasının zəmanəti
(anderraytinq əməliyyatı). Bu zaman bank bu kağızları buraxan
şirkətlərə onların yerləşdirilməsinə zəmanət verir, özü də
şirkətlərin bazarda yerləşdirilə bilməyəcəkləri kağızları öz
hesabına əldə etməyi öhdəliyinə götürürlər;
201
- şirkətlərin qiymətli kağızlarının bilavasitə
yeləşdirilməsi (bu halda investisiya bankları şirkətlərin
səhmlərini və istiqrazlarını alır, sonra isə onları bazarda
yerləşdirirlər).
İnvestisiya bankları onların kommersiya banklarından
qiymətli kağızlara investisiya üçün kredit götürdükləri
vəsaitlərdən geniş istifadə edirlər. Beləliklə, məsələn, sənaye
korporasiyaların səhmlərini ala bilməsələr də, lakin dolayı
yolla-kommersiya banklarının investisiya banklarına kreditləri
vasitəsilə kommersiya banklarının resursları faktiki olaraq bu
səhmlərə investisiya olunurlar. Böyük investisiya banklarının
sırasına “Ferst Boston korporeyşn”, “Merril Linç”, “Pirs”
“Finner end Smit” və s. Təşkilati formasına görə investisiya
bankları korporasiyalardı (səhmdar təşkilatlardır), digərləri isə
özündə məhdud sayda partnyorları birləşdirən qeyri
tərəfdaşlıqlardır.
Əmanət institutları. Borc əmanət assosiasiyaları öz
fəaliyyətinin ya federal ya da ştat səviyyəsində fəaliyyətlərinin
həyata keçirilməsinə icazə alırlar. Birinci halda onlar
kooperativ əsaslarla təşkil olunmuş, ikinci halda isə səhmdar
formasında da əməliyyat aparmaları mümkündür. Əsasən
onların passivləri əmanət və müddətli qoyuluşlarla təqdim
olunmuşdur. Aktiv sazişlər ipoteka kreditlərinin verilməsi ilə
məhdudlaşır.
Qarşılıqlı-əmanət bankları altı əsas əlamətlərlə
xarakterizə olunurlar:
- yaradılması üçün icazə ştatların səviyyəsində həyata
keçirilir;
202
- kooperativ xarakter;
- qoyuluşların əmanət formasında və daşınmaz əmlakla
əməliyyatların maliyyələşməsində ixtisaslaşma;
- kapital qoyuluşu üçün nisbətən geniş imkanlar;
- onlar kapital qoyan sərmayəçilərə borcludurlar ( kapital
qoyanlara məxsus olan kredit əmanət assosiasiyalardan fərqli
olaraq) ;
- coğrafi konsentrasiya (əsasən, ABŞ şimali-qərbində).
Kredit birlikləri (tərədaşlıqları) həm federal, həm də ştat
səviyyəsində yaradıla bilərlər. XX əsrin 80-cı illərində kredit
birliklərinin yaranması olduqca artdı və onların əməliyyatları o
dərəcədə genişləndirildi ki, bir çox sferalarda (məsələn,
çeklərlə, kredit kartlarla, istehlak və ipoteka kreditlərinin
verilməsi üzrə əməliyyatlarda) onlar kommersiya banklarına
ciddi rəqabət təşkil edirlər.
ABŞ universal maliyyə sisteminə qarşı bəzi addımlar
XX əsrin 80-cı illərində müşahidə olunmağa başladı. Xüsusən,
1989-cu ilin yanvarında Federal Ehtiyat Sistemi banklara bank
holdinqlərinin törəmə şirkətlərinin qiymətli kağızlarının
buraxılması üzrə zəmanət vermək hüququnu verdi. ABŞ-ın bir
sıra maliyyə institutları bəzən vaxtaşırı banklar üçün təyin
olunmuş məhdudiyyətlərdən vaz keçməyə cəhd edirlər. Belə ki,
XX əsrin 70-ci illərində “qeyri-bank bankları” adlanan,
məhdud xidmətləri göstərən banklar (limited-service bank)
yarandı. Kommersiya banklarından fərqli olaraq, onlar iki əsas
bank əməliyyatlarından yalnız biri ilə ya depozitləri qəbul
etməklə, ya da kreditləri (borcları) verməklə məşğul olmaq
hüququna malik idilər. Bu təşkilatların yaradılması Federal
203
Ehtiyat Sisteminin və digər nəzarətçi orqanların sərt
himayəsindən qurtulmaq məqəsədini güdürdü.
ABŞ ərazisində fəaliyyət göstərən digər dövlətlərin
bankları-xarici banklar bank sektorunun təsisatlarının ayrı
növünü təşkil edirlər. Digər inkişaf etmiş ölkələrdən fərqli
olaraq, ABŞ minlərlə banklardan ibarət olan bank sisteminə
malikdir. XX əsrdə ABŞ-da da bankların sayının kəskin
dərəcədə azalmasına baxmayaraq (1931-ci ildə onların sayı-
31 076, 1972-ci ilin avqustunda isə 13 877 idi), zahirən ABŞ-
da mərkəzləşdirilmiş bank sisteminin mövcud olması haqqında
təsəvvürlər yaranır ki, bu təsəvvürlər həmçinin ABŞ-da bank
filial şəbəkəsinin digər ölkələrə nisbətən daha dar çərçivələrlə
məhdudlaşdırılması səbəbindən də yaranır. Uzun müddət
ərzində amerikan bankları ümumiyyətlə filial açmaq hüququna
malik olmamışlar, sonradan (1927-ci və 1933-cu illərin
qanunları ilə) bir çox məhdudiyyətlərlə də olsa, bu hüquq
onlara verildi. Belə banklar yalnız həmin ştatların daxilində
bölmələrə malik ola bilərlərdilər, bir sıra ştatlarda bölmələrin
açılması isə ümumiyyətlə qadağan olunmuşdu. Son onilliklər
ərzində bank bölmələrinin sayının kəskin surətdə artımına
baxmayaraq (1945-ci ildə 4168-dən 1995-ci ildə 56 513-ə
qədər), ölkədə bank filiallarının sayı bütün bankların ümumi
sayından yalnız 1,5 dəfə artıqdır. Lakin zahirən ABŞ-da bank
işinin ümumi əhatə edilməsi görünüşünün altında nəhəng
bankların kiçik qrupunun inhisarçılığı gizlənir. ABŞ-da
bankların konsentrasiyasının təzahüründən biri-lokal, yerli
konsentrasiya - bank resurslarının əsas kütləsinin bir neçə
məntəqələrdə toplanması, yəni, beş ştatın banklarının
204
sərəncamında (Nyu-York, Kaliforniya, İllinoys, Pensilvaniya
və Texas) amerikan banklarının resurslarının 1/2 hissəsi
yerləşdirilmişdir, yalnız Nyu-York ştatında Federal Ehtiyat
Sistemininin üzvləri olan bankların resurslarının 18% yaxın
hissəsi yığılmışdır. ABŞ-da bankların konsentrasiyasının aşkar
təzahürü bankların birləşməsidir. Onların sayı Birinci Dünya
müharibəsindən sonra kəskin surətdə artdı. 1910-1920-ci
illərdə 2968 bankları əhatə edən 1523 birləşmə, 1921-1931-ci
illərdə 9538 bankları əhatə etmiş 5094 birləşmə baş
verdi.İkinci Dünya müharibəsindən sonra bank birləşmələrinin
ümumi sayı azalmağa başladı (1953-cü ildən 1970-ci ilə qədər
2754), lakin bir sıra böyük bankların birləşməsi (məsələn
“Çeyz bankın” “Manxetten bankı” ilə birləşməsi) ABŞ bank
işində konsentrasiya prosesini gücləndirdi. Bankların gizli
konsentrasiyasının formalarından biri böyük banklar tərəfindən
kiçik bankların resurslarının müxabir münasibətlər sistemi
vasitəsilə istifadəsi hesab olunur.
Amerika Birləşmiş Ştatları mərkəzi şəhərlərinin böyük
bankları çoxsaylı kiçik banklarla müxabir münasibətlərində
olaraq, onların resurslarının bir hissəsini faktiki olaraq idarə
edirlər. Bunun əyani sübutu kimi müxabir münasibətlər
vasitəsilə amerikan bankarının öz resurslarını artıran
banklararası depozitləri misal göstərmək olar. Bankların gizli
konsentrasiyasının forması bir bankların direktorlarının digər
bankların idarə edilməsində qarşılıqlı iştirakından ibarət olan
sıx birləşən direktoratlar sistemidir. ABŞ-da bankların gizli
konsentrasiyasının digər forması zəncirli əlaqə sistemidir. Bu
halda bankların “zənciri” hər hansı böyük maliyyə
205
əməliyyatlarının birgə aparılması ya qarşılıqlı dəstək və
qarşılıqlı səhmlərin mübadiləsi haqqında daimi razılaşmaları,
vahid kredit siyasətinin həyata keçirilməsi haqqında müddətli
xarakterli razılaşma ilə birləşir. ABŞ-da bankların gizli
konsentrasiyasının vacib forması bank qrupları sistemidir. Bu
qrupun məqsədi bir çox bankların səhmlərini əldə etmək,
adətən “səhmlərin saxlanması üçün cəmiyyət” (holdinq şirkəti)
adlanan bir səhmdar şirkətinin nəzarəti altında bank qrupları
sisteminin yaradılmasıdır.
Bank holdinq şirkətlərinin arasında həlledici rol 1960-cı
illərdən başlıyaraq böyük şirkətlər qrupuna məxsus idi ki,
onlardan dördü (“Uestern Benk Korporeyşn”, “Nors-Vest Benk
Korporeyşn”, “Marin Midlend Korporeyşn” və “Ferst Benk
Stok Korporeyşn”) qeydiyyata alınmış bank qruplarının
resurslarının 70%-nə nəzarət edirdilər. “Uestern Bank
Korporeyşnl” çox nəhəng holdinq şirkətlərindən biridir.
Amerika Birləşmiş Ştatlarında da digər inkişaf etmiş
ölkələrdə olduğu kimi dövlətin bank sferasına müdaxiləsinin
güclənməsi müşahidə olunur. Düzdür, ölkənin Mərkəzi
Emissiya Bankları (Federal Ehtiyat Bankları Böyük
Britaniyadan və Fransadan fərqli olaraq) dövlətin mülkiyyəti
deyil. Lakin onlar dövlət tərəfindən idarə olunur və Maliyyə
Nazirliyi ilə sıx əlaqədədirlər, öz vəsaitlərini əsasən dövlətin
qiymətli kağızlarına investisiya edirlər. Federal torpaq bankları,
əmtəə krediti Korporasiyası və idxal-ixrac bankı bilavasitə
dövlətin mülkiyyətindədirlər. Beləliklə, 12 federal ehtiyat
banklarından və 10 minə yaxın kommersiya banklarından
ibarət olan ABŞ bank sistemi inkişaf etməkdə və rəqabət
206
qabiliyyətini artırmaqda davam edir. Bildiyimiz kimi ABŞ-da
iporeka krediti 2006-cı ildən verilməyə başlanıldı. Böhran
2007-ci ildə New Century Financial Corporation böyük ipoteka
şirkətinin Nyu-York fond birjasından getdiyi zaman beynəlxalq
miqyas almağa başladı. Böhran ipoteka istiqrazlarına
vəsaitlərini investisiya edən böyük maliyyə şirkətlərinin
investisiya fondlarına toxundu: Bear Stearns, Golman Sachs,
BNP Paribas. Beynəlxalq bazarlarda likvidlik böhranı
müşahidə olunmağa başladı. Dünyanın Mərkəzi Bankları öz
maliyyə sistemlərinə onlarla və yüzlərlə milyard dollarlar
investisiya etməyə başladılar. Ölkənn böyük banklarından
birinin (Bear Stearns) süqutundan dərhal sonra daha üç bank –
Goldman Sachs, Lehman Brothers və Merril Lynch –
müflisləşmə təhlükəsini yaşadılar. ABŞ-ın ən qabaqcıl maliyyə
institutları ipoteka böhranının vurduğu zərbəyə tab gətirə
bilmədilər. Böhran Goldman Sachs, Lehman Brothers və
Merril Lynch banklarının səhmlərinin dəyərinin fond
bazarlarında olquqca aşağı düşdüyü zaman, 17 mart 2008-ci
ildə yarandı. Ən təvazökar hesablamalara görə, Goldman Sachs
3,2 mlrd dolllara qədər, Lehman Brothers 1,6 mlrd dollara
qədər, Morgan Stanley 1,2 mlrd dollara qədər vəsait itirdi və
bu 2008-ci ildə Bear Stearns bankının müflisləşməsinə təkan
oldu. 1923-cü ildə təsis olunmuş Amerikanın ən köhnə, böyük
banklarından biri digərləri kimi ipoteka kreditlərinə bağlanmış
istiqrazlara vəsaitləri fəal investisiya etdilər. Onun problemləri
ipoteka fondlarının süqutunun zəncirli reaksiyası ilə birlikdə
başlanıldı. ABŞ bankları artıq həm kommersiya məqsədləri,
həm də istehlak məqsədləri üçün kreditlərin verilməsini ixtisara
207
saldılar. İtkilərin və artan gecikmələrin fonunda banklar yeni
kreditlərin verilməsi üçün daha az vəsaitlərə malik idilər.
Qeyri-rəsmi hesablamalara görə, potensial kreditlərin həcmi
900 milyard dollara qədər azala bilərdi. Hər silinmiş, ya
itirilmiş dolların mənfi təsiri iqtisadiyyata multiplikator
effektinə malik olacaqı ehtimal olunurdu.
208
VI FƏSĠL. ASĠYA-SAKĠT OKEAN REGĠONU:
YAPONĠYANIN BANK SĠSTEMĠ
6.1. YAPONĠYA BANK SĠSTEMĠNĠN ĠNKĠġAFI
Yaponiya yüksək inkişaf etmiş bir ölkədir. Yer kürəsinin
quru sahəsinin 0,3% -ini və dünya əhalisinin 2,4% -ni tutan bu
ölkə iqtisadi potensialına görə inkişaf etmiş ölkələrin arasında
ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Onun ÜDM 4 trilyon
dollardan artıqdır. Yaponiya gəmilərin, avtomobillərin,
traktorların, rəqəmsal proqramlarla idarə olunan qurğuların,
kompyuterlərin, sənaye robotlarının istehsalı, dəmirin
əridilməsi, məişət elekton avadanlığının buraxılması üzrə
dünyada birinci yeri, elektrik enerjisinin hasilatı, kimyəvi
liflərin istehsalı, misin və alüminiumun əridilməsi, neftin emalı
üzrə dünyada ikinci yeri tutur. Yaponiya Bankı 1882-ci ildə 30
illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi
bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün
yaradılmışdır.Sonra bankın fəaliyyət müddəti daha 30 ilə
uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna
görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur,
maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə də-
yişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura
yaradıldı. Siyasi şura dövlətin monetar tənzimlənmə
sahəsindəki maraqlarını müəyyənləşdirməyə başladı. 1979-cu
ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə
uzunmüddətlilik statusu qazanmışdır. 1988-ci il aprelin 1-də
Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu
qanuna görə Yaponiya Bankı Maliyyə Nazirliyinə tabe deyildi.
209
Yaponiya Bankı öz statusuna görə inzibati orqan yox, səhmdar
şirkət idi. Onun kapitalının 55%-i hökumətə, 45%-i maliyyə
institutlarına, sığorta şirkətlərinə və digər şəxsi səhmdarlara
məxsusdur. Səhmdarlara 4%-lik ölçüdə dividentlərin verilməsi
təmin edilir. Bank tərəfindən yüksək mənfəətin əldə edildiyi
halda bu dividendlər 5%-ə qədər artırıla bilər. Qalan mənfəət
dövlət büdcəsinə toplanır.Yaponiya Bankının rəhbər orqanı
Siyasi şuradır. Yeni bank qanununun qəbulundan sonra Siyasi
şuranın funksiyaları və strukturu bir qədər dəyişmişdir. 1998-ci
l aprelindən 1-dən başlayaraq, Siyasi şura doqquz üzvdən
ibarətdir. Bunlar təyin olunan altı şura üzvü, bankın sədri və
onun iki müavinidir. Şuradan başqa, Bank idarəsinə üç icraçı
auditor, üç icraçı direktor və səkkiz məsləhətçi daxildir.
Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir:
faizin uçot dərəcəsinin, digər faiz dərəcələrinin, vek-
sellərin diskont edilmə şərtlərinin və tiplərinin müəy-
yənləşdirilməsi;
borclar üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi;
məcburi bank ehtiyatları normalarının müəyyənləş-
dirilməsi və ya ləğv edilməsi;
pul bazarına nəzarətin strateji xəttinin müəyyən-
ləşdirilməsi. Tətbiq olunan nəzarət tədbirləri: əsasən açıq ba-
zarda aparılan əməliyyatlar, istiqraz və veksellərin alqısı və
satqısı;
Yaponiya Bankının valyuta nəzarəti və pul bazarına
nəzarət məsələləri üzrə rəsmi mövqeyinin dəyişilməsi barədə
qanunun qəbul edilməsi;
210
satış obyektlərinin müəyyənləşdirilməsi və maliyyə
bazarlarında satışın həyata keçirilmə müddəti barədə qərarın
qəbul edilməsi;
şöbələrin, ofislərin, agentliklərin və Bankın bigər daxili
struktur obyektlərinin yaradılması, köçürülməsi və ləğv
edilməsi.
Şuranın sədri Siyasi şuranın qəbul etdiyi qərarlara uyğun
olaraq, Bankın fəaliyyətinə ümumi nəzarəti həyata keçirir.
Yaponiya bankının sədri və onun müavinləri parlamentin hər
iki palatasının razılığı ilə Nazirlər Kabineti tərəfindən təyin
olunurlar. Sədrin, onun müavinlərinin, Siyasi şuranın qalan
üzvlərinin səlahiyyət müddəti 5 ildir. 1999-cu il martın 20-dən
Şuranın sədri Masaru Hayamidir.Siyasi şura zəruri hallarda və
şura sədrinin göstərişi ilə toplanır. Iclas şura üzvlərinin üçdə
birinin və ya daha çoxunun təşəbbüsü ilə də çağırıla bilər. Şura
sədrinin və ya üzvlərin üçdə birindən çoxunun iştirak etmədiyi
halda iclaslar və səsvermələr keçirilə bilməz. Qərarlar səs
çoxluğu ilə qəbul edilir. Yalnız iclasda olanlar səsvermədə
iştirak edir. Əgər səslər yarıya bölünmüşdürsə, qərarı sədr
verir. Maliyyə nazirliyinin və İqtisadi planlaşdırma
Agentliyinin məmurları Siyasi şuranın iclaslarında iştirak
etmək hüququna malikdirlər. Onlar monetar tənzimləmə barədə
hər hansı bir məsələnin təxirə salınmaz şəkildə nəzərdən
keçirilməsini şuradan istəmək hüququna malikdirlər. Əgər
iclasda iştirak edənlər hər hansı bir məsələnin müzakirəsinin
təxirə salınmasını istəyirlərsə, şura səsvermə ilə qərar çıxarır.
İcraçı auditorlar Bankın fəaliyyətini təftiş edirlər. Onlar öz
hesabatlarını Maliyyə nazirliyinə və ya Siyasi şuraya
göndərirlər. İcraçı auditorlar və icraçı direktorlar Nazirlər
211
kabineti tərəfindən 4 illik müddətə təyin olunurlar.
Yaponiya Bankı Mərkəzi Bank kimi aşağıdakı funksiyaları
yerinə yetirir. Mərkəzi Bank ölkədə pulları çap etmək
hüququna malik olan yeganə bankdır. Mərkəzi Bank hələ
1889-cu ildə fidusiar banknot emissiya hüququna sahib
olmuşdur. Dövriyyədəki pulların miqdarı 1999-cu ildə 7,4%
artmışdır. Ölkədəki pulların miqdarı ÜDM-dən daha sürətlə
artır. Lakin pullar əmanətlərdə yatıb qalır. Yaponiya bankının
növbəti funksiyası pul-kredit siyasətinin reallaşdırılmasıdır. Bu
siyasətin üç əsas aləti aşağıdakılardır: məcburi bank ehtiyatları
normasının dəyişdirilməsi,maliyyə bazarlarındakı əməliyyatlar,
faizin uçot dərəcəsi.
Məcburi ehtiyat saxlama sistemi Yaponiyada 1957-ci
ildən başlayaraq fəaliyyət göstərir. Kredit müəssisələri ehtiyat
depozitlərin müəyyən məbləğini Yaponiya Bankında yerləş-
dirməyə borcludurlar. Yaponiya Bankı kommersiya banklarının
öz hesablarındakı ehtiyatlarını aşağı sala bilərdi ki, onlar kredit
ekspansiyasına başlasınlar. Kommersiya bankları kredit
ekspansiyasını həyata keçirmək iqtidarında deyillər, çünki
onların kredit portfellərində həddən çox qaytarılmayan borclar
var. Onlar sərbəst pulları riskli, lakin mənfəət gətirən aktivlərə-
fond bazarı alətlərinə yatırırlar. Mərkəzi Bank maliyyə
bazarlarındakı əməliyyatlardan (bankların borc aldıqları və
verdikləri banklararası bazarda, şirkətlərin istiqrazlar və
səhmlər aldığı və satdığı açıq bazarlarda) istifadə edir ki,
maliyyə bazarlarındakı vəziyyətə təsir göstərsin, onları iflasa
uğramaqdan və möhtəkirçi xarakteli ifrat tələbdən qorusun.
Faizin uçot dərəcəsinin tənzimlənməsi. İqtisadi inkişafın
yüksək sürəti üçün zəruri şərt müəssisənin ucuz maliyyə
212
vəsaitlərindən istifadə edə bilməsidir. Bunun üçün, birinci
növbədə, Yaponiya Bankının ucuz faiz dərəcələri siyasətindən
istifadə olunurdu. Bank konyunkturadan asılı olaraq, yenidən
maliyyələşmə dərəcəsi ilə manipulyasiya etsə də, o, Maliyyə
nazirliyi ilə qeyri rəsmi məsləhətlər keçirərək faiz dərəcəsini
daima aşağı səviyyədə saxlayırdı. İkincisi, əmanətlər üzrə
faizlərin yuxarı həddi müəyyənləşdirilmişdir. Maliyyə naziri
«Faiz dərəcələrinin tənzimlənməsi barədə müvəqqəti qanun»
əsasında Yaponiya Bankının yenidən maliyyələşmə dərəcəsinin
səviyyəsinə uyğun olaraq depozitlər üzrə dərəcələrin yuxarı
həddini müəyyənləşdirirdi. Beləliklə, banklar aşağı cəlbetmə
qiymətli ehtiyatları özlərində toplayır və real sektoru aşağı
faizlə maliyyələşdirirdilər. Kredit korporasiyaları və digər
xırda, orta kredit müəssisələri kiçik və orta biznesə aşağı faiz
dərəcəli borclar verir, onun inkişafına kömək edirdilər. Kiçik
kredit müəssisələrinin əmanətçiləri əmin idilər ki, bu kredit
müəssisələri müflisləşməyəcək. Ona görə də onlar aşağı faizli
vəsaitləri cəlb edə bilirdilər.1999-cu ilin fevralında Yaponiya
Bankı banklararası bazarda overnayt (overnight) borclar üzrə
dərəcələri 0,25%-dən 0,15%-ə qədər aşağı saldı, yəni əməli
olaraq, «sıfırıncı faiz» siyasətini elan etdi. Nəticədə qısa
pulların müxtəlif seqmentləri arasındakı spred (spread) yoxa
çıxdı və banklararası bazarın həcmi azaldı. Kommersiya
bankları dövriyyə kapitalına və investisiyaların maliyyələşmə-
sinə zəif tələbat göstərən şəxsi korporasiyalara kreditləri
azaltdılar. Bankların sərbəst vəsaitləri dövlət istiqrazlarına
yönəldilirdi.Bu istiqrazların dərəcələri banklararası bazardakına
nisbətən yüksək idi. Yaponiya Bankı açıq adlanan təkrar
bazarda dövlət istiqrazlarını, demək olar ki, almırdı, çünki
213
uzunmüddətli kredit dərəcələrinin artmasına təhrik etmək
istəmirdi. Lakin 2000-ci ildə avqustun 11-də Yaponiya Bankı
«sıfırıncı faiz» siyasətinin dayandırılması barədə qərar çıxartdı
və bunu belə əsaslandırdı ki, ölkədə iqtisadi inkişaf başlamışdır
və «deflyasiya spiralı» təhlükəsi sovuşmuşdur. Bu qərar
hakimiyyətin yuxarı eşalonlarında böyük rezonans doğurdu,
çünki «sıfırıncı faiz dərəcəsi» siyasəti 2000-ci ilin əvvəlində
birja ticarətinin yüksəlməsinə kömək göstərmiş və bazarda
maliyyələşməni korporasiyalar üçün əlçatan etmişdir. Ona görə
də bir çox investorlar Yaponiya Bankının «sıfırıncı dərəcə»
siyasətindən imtinasını risk faktoru kimi nəzərdən keçirirdilər.
Lakin bankın qərarı heç bir böhran yaratmadı və faiz dərəcələri
çox aşağı səviyyədə qaldı. Bankların apardığı transaksiyalar (o
cümlədən pul köçürmələri) müxbir hesablar vasitəsilə yerinə
yetirilir. Qeydiyyatdan keçmiş və Yaponiyada fəaliyyət göstər-
mək icazəsi olan bankların Məkəzi bankda müxbir hesabları
olur. Kommersiya banklarının müxbir hesablarından hər gün
300 trilyondan çox ien keçir. Mərkəzi bank əməliyyatların bu
həcmini yerinə yetirmək üçün elektron qarşılıqlı hesablaşma
sistemi ilə işləyir.Yaponiya Bankı öz müştərilərinin
hesablarında və depozitlərində vəsaitlərin hərəkətini izləyir və
zəruri hallarda öz müfəttişlərini yerlərdə müfəssəl yoxlamalara
göndərir. Belə yoxlamalar Mərkəzi banka imkan verir ki,
maliyyə sistemindəki neqativ iqtisadi dəyişikliklərə ilkin
mərhələdə reaksiya göstərsin və müştərilərə onların cari
problemlərinin həllində kömək etsin. Ölkənin Mərkəzi bankı
Maliyyə nazirliyi ilə yanaşı istənilən vaxtda bütün şəxsi
bankların fondlarının təftişini aparmaq hüququna malikdir.
Yoxlamaların nəticələri müntəzəm şəkildə Maliyyə nazirliyinə
214
təqdim olunur və Maliyyə nazirliyi dövlət qanunvericiliyin
pozulmasına görə sanksiyalar (lisenziyasından məhrum etməyə
qədər) tətbiq edə bilir. Son mərhələnin kreditoru olan Yaponiya
Bankı bankların iflasının qarşısını alır və kredit sisteminin
stabilliyinə təhlükə olan banklara böhrandan çıxmaqda kömək
edir.
Yaponiya Bankı dövlət qiymətli kağızları ilə əməliy-
yatlar aparır, həmçinin xəzinə fondlarını qəbul edir,
qoruyub saxlayır və ödəyir (vergilər, təqaüdlər, ictimai
işlərlə bağlı vəsaitlər və başqaları).
Yaponiya Bankı beynəlxalq fəaliyyəti həyata keçirir.
xarici ölkələrin dövlət institutlarına və Mərkəzi
Banklarına ien hesabları təqdim edir;
BVF-na, Qiymətli Kağızların Beynəlxalq Bankına və
digər beynəlxalq təşkilatlara kreditlər açır və vaxtını
uzadır;
ien kursunun arzuedilməz dəyişmələri zamanı bey-
nəlxalq valyuta bazarlarında Yaponiyanın Maliyyə
nazirliyinin agenti qismində valyuta intervensiyalarını
həyata keçirir;
digər ölkələrin Mərkəzi Bankları və beynəlxalq maliyyə
təşkilatları üçün xarici dövlətlərin valyutasını alır və
satır, beynəlxalq maliyyə təşkilatlarına kömək və
kooperasiya məqsədi daşıyır;
bu və ya digər ölkələrin iqtisadiyyatlarının cari və-
ziyyəti ilə bağlı məsələlər üzrə məsləhətləşmələr aparır,
vəziyyətin proqnozlaşdırılmasını həyata keçirir, birgə
nəzəri araşdırmalar və statistik tədqiqatlar təşkil edir.
215
Yaponiya Bankı ölkə bazarlarının maliyyə vəziyyətinin və
iqtisadi mövqeyinin proqnozlaşdırılması və başa düşülməsi
üçün zəruri olan nəzəri tədqiqatları və iqtisadi təhlili həyata
keçirir. Yaponiya iqtisadiyatı xarici ticarətdən çox asılıdır.
Ölkə ona lazım olan pambığın, yunun, boksitlərin 100%-ni,
mis filizinin 99,9%-ni, neftin 99,8%-ni, dəmir filizinin 99,7%-
ni, daş kömürün 81,8%-ni idxal edir. Yaponiya beynəlxalq
ticarətdə ABŞ-dən və Almaniya Federativ Respublikasından
sonra üçüncü yeri tutur. Onun payına dünya idxalının 6,3%-i,
və dünya ixracının 8,9%-i düşür. Onun ixracında aparıcı rolu
maşınlar və avadanlıqlar (74,7%), metal məhsulları (7,8%),
idxalında isə yanacaq (20,4%), ərzaq (qida) (14,7%), xammal
(8,5%) tutur. Ölkə özünü ərzaq məhsulları ilə 70% təmin edir.
Ərzaq məhsullarının Yaponiyaya əsas təchizatçıları ABŞ,
Avstraliya və Kanadadır. Yaponiya dəniz məhsullarının həcmi
üzrə dünuyada birinci yeri tutur (12 mln.tona yaxın).
Yaponiya dünyada qızıl - valyuta rezervlərinə görə Çin
Xalq Respublikasından sonra ikinci yerdədir. Dünya bank
aktivlərinin 40%-i onun payına düşür. Dörd yapon bankı
dünyanın ən böyük banklarının ilk yüzlüyünə daxildirlər. Onun
bilvasitə xarici investisiyalarının həcmi 460 mld dollar
məbləğindən artıqdır. Bu isə dünya investisiyalarının 12%-dən
artıq hissəsini təşkil edir. Mürəkkəb və müstəqil inkişaf
yolunda Yaponiya dünyanın güclü iqtisadi hakimiyyətinə
çevrildi. Hazırda ölkə iqtisadi inkişaf və insanların həyat
səviyyəsinin yüksəlməsi üçün qloballaşma prosesindən istifadə
edir. Ölkədə işsizliyin 3,8% olduğu təqdirdə ölkədə inflyasiya
demək olar ki, sıfır səviyyəsində saxlanılır. Yaponiyanın
216
iqtisadi inkişafında 90-cı illərin maliyyə-iqtisadi böhranı
zamanı sınaqdan keçmiş inkişaf etmiş və 2008-ci ilin dünya
maliyyə böhranının nəticələrinə müvəffəqiyyətlə qalib gələn
bank sistemi mühüm rol oynayır. 1868-ci ildə ölkənin
modernləşdirilməsinə istiqamətlənmiş Meydzi islahatları
prosesində yapon höküməti ABŞ nümunəsini üstün tutaraq, pul
emissiyası hüququna malik olan dövlət banklarının sisteminin
formalaşmasına başladı. Bu növ birinci kredit institutu “Birinci
dövlət” bankı sonradan-“Birinci sənaye” bankı) oldu. 1874-cü
ildə (ölkənin iqtisadiyyatının rolunda vacib rol oynamış poçt-
əmanət sistemi yaradıldı ki, onlar da 1880-cı ildə əmanət
banklarına çevrilmişdi. 1877-ci ildə özəl kapital vasitəsilə ilk
bank assosiasiyası, 1879-cu ildə ildə Osakada banklararası
hesablaşmaların sadələşdirilməsi üçün klirinq evi yarandı və
1878-ci ildə isə iki fond birjası açıldı. Son zamanlara qədər
Yaponiyada dolayı maliyyələşmə (banklar vasitəsilə) üstünlük
təşkil edirdi. 1882-ci ildə yalnız bir emissiya mərkəzinin
saxlanılması haqqında qərar qəbul olundu. Bu günə qədər onun
funksiyalarını Yaponiya bankları icra edir. Digər dövlət
bankları paralel yaranmış özəl bankları ilə (ticarət-sələmçilik
kontorlarından yaranmış kommersiya və əmanət bankları ilə)
bir sırada olaraq, adi kredit (kommersiya) institutlarına
çevrilmişlər. Bu cür özəl strukturlar 1890-cu ildən olan banklar
haqqında qanunla leqallaşdırılmışlar. Bu banklar adi
kommersiya fəaliyyəti, azad vəsaitlərin cəlb edilməsi,
kreditlərin verilməsi və müəssisələr arasında hesablaşmaların
aparılması ilə məşğul idilər. Lakin bu banklar öz kommersiya
xarakterinin sayəsində və onların sərəncamlarında kiçik
217
həcmdə pul resurslarının olması səbəbindən ölkənin
modernləşdirilməsini və sənayeləşməsini tam həcmdə
maliyyələşdirilmək imkanına malik deyildilər. Dövlət bu
məsələnin həllinə qoşularaq, Yokoqama Valyuta bankı (xarici
ticarətin maliyyələşdirilməsi üçün yaranıb, sonradan Tokio
bankı), Yaponiya Sənaye Bankı (uzunmüddətli layihələrin
maliyyələşdirilməsi üçün yaradılmış və s.) kimi yarı dövlət
yarı özəl kredit institutlarını yaratdı. 1900-cü ildə sənaye
kooperativlərinin Mərkəzi Bankı (sonradan kənd və meşə
təsərrüfatı Mərkəzi Bankı) kimi kiçik biznesin dəstəyi üzrə
xüsusiləşmiş institutlarının yaranmasının təməlini qoymuş
sənaye kooperativləri haqqında qanun qəbul edilmişdir. Bu
bank sistemi 1901-ci ildə, ölkədə 1867 sayda adi bankların
olduğu zaman öz inkişafının yüksək zirvəsinə çatmışdır. Digər
vacib yeniliklərin arasında aşağıdakını qeyd etmək lazımdır:
1915-ci ildə qədim zamanlardan mövcud olan, sahibkarlıq
fəaliyyətini maliyyələşdirən spesifik yapon mudzin
kooperativləri kiçik biznesin qarşılıqlı maliyyələşdirilməsi
şirkətləri rəsmi statusunu aldılar. 1927-ci ilin böhranının
gedişatında zəif bankların müflisləşməsi prosesi başlanıldı.
1927-ci ildə banklar üçün icbari olan kapital minimumu
haqqında ilk dəfə qeyd edildiyi banklar haqqında Yeni qanun
qəbul edilmişdir. Bununla Qanun bankları qovuşmağa və
möhkəmlənməyə, güclənməyə vadar etdi. Bu proseslərin
nəticəsində İkinci Dünya müharibəsinin bitməsindən sonra
ölkədə cəmi 64 adi və dörd əmanət kredit institutu fəaliyyət
göstərirdi. Müharibə dövründə bank biznesinin
218
universallaşması, möhkəmlənməsi və birləşməsi yolunda iki
vacib addım atıldı:
1. Adi Banklar Əmanət Banklarının hüquqlarını
əldə etdilər,
2. Banklararası hesablaşmalar Yaponiya Bankı
vasitəsilə həyata keçirilməyə başlanıldı.
İkinci dünya müharibəsindən sonra Yaponiyanın bank
qanunvericliyinin əsaslarına yenidən baxılmadı. Lakin kredit
institutlarının islahatı üzrə bir sıra praktiki addımlar atıldı. Belə
ki, dünya müharibəsinin bitməsi və koloniyaların
(müstəmləkələrin) itkisi ilə əlaqədar olaraq, xüsusi hərbi
maliyyə institutları və kolonial (müstəmləkə) bankları
bağlanıldı. 1945-ci ildə bank assosiasiyaları Federasiyaya
birləşdirildi, 1947-ci ildən başlayaraq, ümummilli bank
qurultayları keçirilməyə başlanıldı. 1948-ci ildə birjalar və
qiymətli kağızlar haqqında Qanun banklara istiqrazlarla və
debenturlarla (təyin edilmiş faizi olan kağızlar)
əməliyyatlardan başqa digər qiymətli kağızlarla əməliyyatları
həyata keçirməyi qadağan etdi. Buna baxmayaraq, onlar
sərəncamında səhmlərlə bağlı əməliyyatların və kommersiya
xarakterli kağızların olduğu xüsusiləşmiş şirkətlər üzrə nəzarəti
qoruyub saxlaya bilirdilər. 1949-cu ildə Yaponiya bankının
direktorlar şurası yaradıldı, bu isə ölkənin mərkəzi bank
təsisatının müstəqilliyini gücləndirdi. Eyni zamanda hökümətin
maliyyə korporasiyalar şəbəkəsi (kiçik biznes, kənd təsərrüfatı,
ayrı-ayrı regionların, tibbi müəssisələrin inkişafı və s.)
formalaşmışdı və 1950-ci ildə bütün xüsusiləşmiş banklar adi
kommersiya banklarına çevrildilər. 50-ci illərin birinci
219
yarısında mudzinlər qarşılıqlı kreditləşmə banklarına, kredit
kooperativləri isə kredit assosiasiyalarına çevrilmiş,
uzunmüddətli kreditləşmə banklarının və trast banklarının yeni
sistemləri yaradıldı. Nəhayət, 1954-cü ildə valyuta bank
fəaliyyəti haqqında Qanuna əsasən bankların xarici iqtisadi
fəaliyyətin maliyyələşməsi sahəsində imkanları genişləndirildi.
Yaponiya amerikan nümunəsi əsasında qurulmuş ən
cavan bank qanunvericiliklərindən birinə malikdir. İlk müasir
tipli banklar Yaponiyada 1872-ci ildən sonra özəl milli banklar
kimi yaranmışlar. Kommersiya bankları kimi onların bütün
ölkədə filialları var idi və banknotların emissiyası hüququna
malik idilər. Milli banklar intensiv konvertasiya edilməyən
banknotların buraxılışına başladılar və bununla da istehsalın
inkişafı üçün maneə yaradan inflyasiyaya vasitəçilik edirdilər.
Bu şəraitdə Yaponiyanın mərkəzi bankının yaradılmasına
ehtiyac duyulurdu. Yaponiyanın mərkəzi bankı 1882-ci ildə 30
illik müddətinə yaradilmış, sonradan bu müddət daha 30 il
müddətinə uzadılmışdır.
Bü gün Yaponiyanın bank sistemi - yalnız Asiya-Sakit
okean regionunda deyil, həmçinin bütün dünyada ən güclü və
inkişaf etmiş bank sistemlərindən biridir. Dünyanın 100 aparıcı
bank müəssisələrinin sayına daxil olan yapon banklarının sayı
artmaqdadır. Yaponiya bankları Asiya, ABŞ və Qərbi Avropa
ölkələrinə sənaye investisiyalarını reallaşdıran, kapitalına görə
nəhəng maliyyə-sənaye qruplaşmalarının mərkəzinə çevrilirlər.
Yapon banklarının bəzilərinin beynəlxalq maliyyələşmə və
kreditləşmə mərkəzlərinə çevrilməsi məqsədilə xaricdə kredit-
borc fəaliyyətinin beynəlmiləlləşdirilməsi tendensiyaları artır.
220
6.2.YAPONĠYA BANK SĠSTEMĠNĠN QURULUġU
Yaponiyanın bank sistemi iki pilləli sistemlə tənimlənir:
1) Mərkəzi bank (Yaponiya bankı), onun təşkilati
strukturuna siyasi şura (sədr, iki müavin, altı üzv), üç icraçı
auditor, üç icraçı direktor, səkkiz müşavir daxildir;
2) Kommersiya bankları; şəhər bankları,regional banklar,
trast bankları, uzunmüddətli kreditləşmə bankları, yapon
bankının iştirakı ilə xarici banklar .
Cədvəl. 3.1
Cədvəl. 3.1. Yaponiya bank sisteminin təşkilati strukturu
Emissiya institutu Yaponiya Bankı 1882-ci ildə, öz
banknotlarının buraxılışı ilə məşğul olan özəl bankları 30 illik
müddətə təsis olunmuşdu. 1889-cu ildə qəbuledilmiş Qanununa
görə o banknot emissiyası hüququna malik oldu. Sonradan
bankın maliyyələşməsi müddəti daha 30 illik müddətə uzadıldı,
ġəhər
Bankları
Regioanal
Banklar
Trast-
banklar
Uzunmüddətli
kreditləĢmə
bankları
Yapon
kapitalı ilə
xarici
banklar
Yaponiya Bankı
221
1942-ci ildə Yaponiya Bankı hökümətin nəzarəti altında
olması haqqında Qanun təsbit olundu. Yaponiya maliyyə
Nazirliyinə bankın aktlarını müstəqil şəkildə dəyişmək hüququ
verildi. 1949-cu ildə dövlətin monetar tənzimləməsi sahəsində
dövlətin maraqlarını qoruyan Siyasi Şura yaradıldı. 1979-cu
ildə bank haqqında Qanun modernləşdirildi və Mərkəzi bank
müddətsiz statusu aldı. 1aprel 1998-ci ildən başlayaraq
Yaponiya Bankı haqqında Qanun qüvvəyə mindi. Bu qanuna
əsasən bankın Maliyyə Nazirliyindən asılılığı ləğv edildi və
bank müstəqillik statusu əldə etdi. Statusa görə Yaponiya
Bankı inzibati orqan deyil, səhmdar şirkətdir: onun kapitalının
55%-i hökümətə, 45%-i maliyyə institutlarına, sığorta
şirkətlərinə və digər fərdi səhmdarlara məxsusdur. Səhmdarlara
4% miqdarında dividendlərə zəmanət verildi.
Yaponiya Bankının funksiyaları. Yaponiya Bankı
mərkəzi bank olaraq, aşağıdakı funksiyaları həyata keçirir:
banknotların buraxılması;
pul-kredit siyasətinin reallaşmasını (icbari bank
rezervlərinin normasının dəyişməsi, maliyyə
bazarlarında əməiyyatlar, faizin uçot dərəcəsinin
tənzimlənməsi) ;
kommersiya banklarının qarşılıqlı
hesablaşmalarının həyata keçirilməsi;
maliyyə təsisatlarının menecmentinin maliyyə
durumunun və monitorinqinin yoxlanması;
dövlət qiymətli kağızları ilə əməliyyatların
aparılması;
beynəlxalq fəaliyyətin həyata keçirilməsi;
222
iqtisadi analizin icrası və nəzəri tədqiqatların
aparılması.
Yaponiya Mərkəzi Bankı özündə aşağıdakı pul-kredit
siyasətinin reallaşması amilləri ilə məşğul olur:
icbarı bank rezervlərinin normasının dəyişməsi;
maliyyə bazarlarında əməliyyatlar;
faizin uçot dərəcəsinin tənzimlənməsi.
Yaponiya Bankı valyuta intervensiyalarını apararaq,
beynəlxalq valyuta bazarlarının ən fəal iştirakçılarından biridir.
Yaponiyanın digər kredit təĢkilatlarının funksiyaları
və əməliyyatları. Yaponiyada şəhər bankları yəni maliyyə
institutlarının təşkil etdiyi sistem yarandı. Belə kredit
təsisatlarının təsiri bütün ölkəyə yayılaraq onların xidmət
sferasına bir qayda olaraq, bankla eyni maliyyə-sənaye qrupuna
aid olan böyük müəssisələr daxil idi. Regional (prefektur)
bankları böyük əhəmiyyətə malik idi. Bu bankların fəaliyyəti
coğrafi cəhətdən müəyyən iqtisadi rayonu bir və ya bir neçə
qonşu prefekturları və orada yerləşən müəssisələri əhatə etdi.
Regional kredit müəssisələrinin əksəriyyətinin ölkənin iki
iqtisadi mərkəzində Tokioda və Osakada şəxsi nümyəndəlikləri
vardır. Bəzi yapon banklarının valyuta ilə sazişlər, əməliyyatlar
və xarici ticarətin maliyyələşməsi üçün xüsusi lisenziyaları
vardır.
Xarici banklar və onların filialları lisenziya alaraq,
ölkədə adi (kommersiya) yapon bankları kimi fəaliyyət
göstərirlər. Onların xidmət sferasına əsasən xarici
iqtisadiyyatla əlaqəsi olan, xarici kapitalı olan müəssisələr
təşkil edirdi. Yuxarıda göstərilən universal, yəni, bank
223
əməliyyatlarının bütün əsas növlərini həyata keçirən
müəssisələrlə yanaşı, Yaponiyada xüsusiləşmiş fond institutları
vardır. Uzunmüddətli kredit bankları, adlarından göründüyü
kimi, debenturların buraxılması vasitəsilə toplanmış fondlardan
yaranmış təsisatların uzunmüddətli kreditləşməsi üçün
nəzərədə tutulmuşlar. Trast bankları, qanuna uyğun olaraq, adi
banklar kimi fəaliyyət göstərə bilirlər, lakin onlara qarşı adi və
trast hesablarının müəyyən nisbətinin saxlanması üşün inzibati
“saxlanma” siyasəti tətbiq olunur. Trast bankları uzunmüddətli
kreditləşmə funksiyalarını həyata keçirənlərə və maliyyə
idarəetməsi ilə məşğul olanlara bölünürlər. Yaponiyada kiçik
biznesin kredit təsisatları vardır: ümumi (qarşılıqlı) banklar,
kredit assosiasiyaları və kredit kooperativləri. Kiçik biznesin
kreditləşmə sisteminin mərkəzi ünsürünü yarı hökümət
bankları təşkil edir ki, buna da kənd və meşə təsərrüfatı üçün
Mərkəzi Kooperativ Bankını misal göstərmək olar. Onlar
kopperativlərin artıq vəsatlərini yığır və fondların toplanması
üçün debenturları buraxırlar.
Yapon bankları ölkənin bütün prefekturlarında və böyük
şəhərlərində coğrafi prinsiplər əsasında yaranmış bank
assosiasiyalarına daxildir. Onların vəzifəsində bank biznesinin
inkişafına, həmçinin regionların maliyyə və iqtisadi tərəqqisinə
dəstək daxildir. Bu regional assosisasiyalar Yaponiyanın bank
assosiasiyalarının Federasiyasının üzvləridirlər. Regional
bankların və trast institutlarının öz ümumilli assosiasiyaları
olmaqla yanaşı hökümət idarələrinin nümyəndələrinin iştirak
etdikləri maliyyə assosiasiyası şurası da vardır.
224
Yapon bankları aşağıdakı əməliyyatları həyata
keçirirlər:
müxtəlif şirkətlərə kommunal xidmətlərin
göstərilməsinə görə ödəniş edir,
dükanlarda satin alınmaları ödəyir,
müştərilərin icra etdikləri işə görə onların hesabına pul
köçürür və hətta müştərinin hesabına əmək haqqının
vaxtında oturmadığı təqdirdə işəgötürən şirkətlərlə
müstəqil şəkildə əlaqə saxlayır və s.
Yaponiyada 6300-ə yaxın maliyyə-kredit təşkilatları
vardır. Bank biznesi Yaponiyada ilkin dövlət əhəmiyyətliliyi
dərəcəsinə yüksəlmişdir. Müharibədən sonrakı dövr ərzində
Yaponiyada bankların müflis olması halları yaranmamışdır,
bu isə dövlətin bank nəzarəti sahəsində siyasətinin, həmçinin
zəif banklara dəstək göstərilməsinin nəticəsidir. Yaponiyada
bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziya almaq
hüququ olduqca çətin idi. Yaponiya bank sisteminin
strukturuna özündə şəhər bankları adlanan 11 böyük özəl
bankları, bir prefekturanın miqyasında fəaliyyət göstərən 64
özəl yerli bankları, əsasən böyük biznesə və ölkənin
korporasiyalarına xidmət göstərən üç qüdrətli özəl
uzunmüddətli kreditləşmə bankları daxildir. Yaponiyanın
kredit sisteminin ayrılmaz tərkib hissəsi-onların əsasən
qiymətli kağızlara investisiyalar üçün istifadə etdikləri nəhəng
maliyyə vəsaitlərini toplayan 47 sığorta şirkəti və 220 fond
şirkətləridır.
Qiymətli kağızlarla əməliyyatlarda ixtisaslaşan
şirkətlərin mövcudluğu- amerikan nümunəsi əsasında qurulmuş
225
Yaponiya bank sisteminin başlıca xüsusiyyətlərindən biridir.
Dünyanın digər ölkələrindən fərqli olaraq, Yaponiyada
qüvvədə olan qanunlar banklar və fond şirkətləri arasında
səlahiyyətləri dəqiqliklə bölüşdürür, bununla da onlara bir-
birinin əməliyyatlar sferasına daxil olmasına imkan vermirlər.
Yaponiyada banklar üçün böyük sayda qanunverici
göstərişlər, sərəncamlar yoxdur, bu ölkədə bank işinin fərqli
cəhəti məhz bundan ibarətdir. Kommersiya bank sistemi öz
fəaliyyətində Maliyyə Nazirliyinin rəsmi göstərişlərini, hətta
şifahi göstərişlərini rəhbər tutur. Bu göstərişlər qanuni qüvvəyə
malik olmasalar belə, bütün kommersiya bankları dəqiqliklə
onlara əməl edirlər. Yaponiya kredit sisteminə nəzər saldıqda
görürük ki, kredit sistemi haqqında təsəvvürlər əhalinin
əmanətlərinin toplanması üçün yaranmış poçt-əmanət
kassalarının mövcudluğuna ehtiyac vardır. Bu fəaliyyət sferası
ilə nəhəng dövlət bankları, yerli banklar və s. məşğul olurlar.
Lakin yapon poçt bölmələrinin nəzdində əmanət kassaları fərdi
müştərilərə özəl banklardan daha çox xidmətlər göstərir, orta
gəlirli insanlara daha əlverişli şərtlərlə kredit almaq və əmanət
toplamaq imkanını təmin edirlər. Bunun sayəsində dövlət poçt-
əmanət kassaları inzibatı cəhətdən poçt idarəsinə tabe olaraq,
böyük maliyyə vəsaitlərini cəlb edə bilmişlər.
Yaponiyada xarici bankların ilk bölmələri XX yüziliyin
əvvəllərində açılmışlar. İlk amerikan bankı 1902-ci ildə
açılmışdır. Xarici bankların bölmələrinin daha fəal
formalaşması İkinci dünya müharibəsindən sonrakı dövrə
təsadüf etmişdir. Bu banklar milli iqtisadiyyatın bərpası,
intibahı üçün yaradılmışlar. Sonra 1970-ci ilə qədər Yaponiya
226
xarici bankların fəaliyyətinin çoxsaylı məhdudiyyətlərinin
nümunəsi kimi çıxış edirdi: onların qarşısında ölkəyə daxil
olmağa maneəçilik törədən sərt baryerlər qoyulurdu. 1970-ci
ildə bank sferasına xarici kapital qoyuluşlarının liberallaşması
proqramının üçüncü rübündə bank sferasının daxil edilməsi
haqqında qərar qəbul olundu. Xarici banklar üçün liberallaşma
şərtlərinə əsasən, Yaponiya bank sisteminə daxil olmanın üç
yolu var idi:
xarici kapitalı olan yeni bankın yaradılması,
qarışıq kapitalı olan bankın təsisatı,
mövcud bankın idarə edilməsində iştirak və
bölmənin açılışı.
Yaponiyada xarici bankların yerli depozitlərinə
buraxılışına qoyulan qadağalar geri götürülmüş, pul bazarında
günlük kreditlərin alınması zamanı ilkin xəbərdarlığın olması
haqqında tələblər, kreditlərin banklararası bazarda alınması
limitləri ləğv edildi.
Xarici banklara borcların 30%-nə qədərinin depozit
sertifikatlarında olan iyenalarda buraxılmasına, həmçinin
qeyri-rezidentlərə kreditlərin yenalarda verilməsinə icazə
verildi. 80-cı illərin axırında yapon kredit-maliyyə
institutlarının dünya bazarlarında getdikcə artan ekspansiyası
şəraitində, Yaponiya, onlara olduqları ölkələrdə maksimal
əlverişli şəraitin təmin edilməsi və qarşılıqlılıq prinsipinin
nəzərə alınması ilə cavab respressiyaların qarşısının alınması
üçün çalışaraq, xarici banklara milli bank institutlarının malik
olduqları hüquqlara nisbətən daha geniş hüquqlar verdi. ABŞ-
da olduğu kimi, Yaponiyada da fəaliyyət göstərən borc-depozit
227
və investisiya əməliyyatlarının qanunverici şəkildə
fərqlənməsinə baxmayaraq, xarici banklara 50% sahiblik
hüququ ilə investisiya şirkətlərinin təsisatına icazə verilmişdir.
Yaponiyada həcmi (ölkənin bank kapitalından 0,6%)
5,5 trliyon təşkil edən xarici bankların 87 filialı fəaliyyət
göstərir. Kreditləşmə həcmi 12,2 trilyon yena təşkil edir.
Yaponiyada fəaliyyət göstərən xarici banklar həm aktivlərin
miqdarına, dövriyyəsinə, əsas əməliyyatların növlərinə görə,
həmçinin də ölkənin bank sistemində tutduqları vəziyyətə, rola
görə bir-birindən fərqlənirlər.
Yaponiyada xarici bankların sayının artımı hakim
mövqelərin çoxdan yaradılmış bankların tutduğu vəziyyəti cüzi
şəkildə dəyişdi. Onların arasında amerikan bankları
fərqlənirlər. Məsələn, üç amerikan bankının payına “Ferst
neşnl Sitibank”, “Çeyz manxettan bank” və Amerika bankı
Yaponiyada xarici banklara verilən bütün kreditlərin 30%-i
düşür.
6.3. YAPONĠYA BANKLARININ BEYNƏLXALQ
EKSPANSĠYASI
Yapon banklarının beynəlxalq ekspansiyasında bir neçə əsas
mərhələ qeyd olunur. 80-cı illərin əvvəllərinə qədər beynəlxalq
fəallıq olduqca məhdud olaraq, əsasən yapon ixracının
maliyyələşməsində ölkənin xarici iqtisadi əlaqələri ilə bağlı və
valyuta əməliyyatlarında əks olunurdu. Geniş miqyaslarda
beynəlxalq fəaliyyət yalnız “Bank of Tokio” tərəfindən həyata
228
keçirilirdi. 1970-1972-ci illərdə bir çox yapon banklarının
xarici aktivlərinin sıçrayışlı artımı baş verdi.
“Kredit dempinqi” siyasətini istifadə edərək yapon
bankları xarıcı rəqibləri sıxışdırmağa və beynəlxalq kredit
bazarında yer tutmağa can atırdılar. Yaponiya yalnız 70-ci
illərin əvvəllərində xaricdə bank təsisatlarının şaxələnmiş
şəbəkəsinin yaradılmasına başlanıldı. Nisbətən qısa müddət
ərzində yapon bankları xaricdə əməliyyatlar üçün güclü baza
yaratmış və xarici şəbəkənin ölçüsünə görə dünyada 3-cü yeri
tutmuşlar (amerikan və ingilis banklarından sonra).
Yaponiyanın Maliyyə nazirliyinin məlumatına görə, 2007-ci
ildə dünyanın müxtəlif ölkələrində yapon banklarının 200-ə
yaxın bölməsi, 166 törəmə şirkəti və 3780-dən artıq
nümayəndəlikləri fəaliyyət göstərirdi. ABŞ-da yapon bank
institutlarının əksəriyyəti iki mərkəzdə Nyu-Yorkda və
Kaliforniya ştatında yerləşir.
Nyu-Yorkda 1952-ci ildə “Bank of Tokio” bankının
açılması ilə Yaponiyanın xarici bank şəbəkəsinin bərpası
başlandı. Ümumilikdə Nyu-Yorkda yapon banklarının 24
bölməsi, beş törəmə şirkətləri və beş nümayəndəliyi yerləşir.
Yapon banklarının Kaliforniyada əməliyyatları ticarət
istiqamətliliyi ilə seçilirlər. Bu ştatda ən güclü mövqe 50-ci
illərin əvvəllərində yaranmış “Bank Tokio Kaliforniya” və
“Sumitomo bank Kaliforniya” banklarına məxsusdur.
Kaliforniyada yapon banklarının 24 bölməsi, doqquz törəmə
şirkəti və beş nümayəndəliyi fəaliyyət göstərir. Londonda
yapon bank qruplaşması amerikan qruplaşmasından sonra ən
çoxsaylı qruplaşma sayılır. 1960-cı illərin axırlarında başlamış
229
yapon bank kapitalının Avstraliya qitəsinə daxil olması o qədər
dinamik idi ki, yapon bankları qısa müddət ərzində Böyük
Britaniyadan, Fransadan və ABŞ-dan olan təcrübəli rəqibləri
ilə mübarizədə əksər hallarda üstün mövqenin tutulmasına nail
oldular. Yapon banklarının xarici pul bazarlarına daxil olması
metodlarından biri çoxmillətli maliyyə institutlarının
yaradılması oldu. Yapon kapitalının iştirakı ilə çoxmillətli bank
qruplaşmalarının təşkilinin xarakterik cəhəti bir qayda olaraq,
yalnız beynəlxalq bank işlərində böyük təcrübəyə malik olan
böyük banklarla əməkdaşlığın həyata keçirilməsidir. Böyük
yapon və xarici bankların arasında “Mitsubishi-Çeyz
Manhattan bank”, “Fudzi Sitibank”, “Sumitomo-Bank“
bankları seçilirlər. “Dayiti Kanqe bank” ilə “Lonqterm kredit
bank of Capan” və “Menyu-fekçurers Xenover” arasında,
“Sanva” və “Kontinental Bank” arasında daha mürəkkəb
əlaqələr mövcuddur.
Dinamikada yapon banklarının mənfəətinin azalmasının
müşahidə olunmasına baxmayaraq (bu fond birjasında qeyri-
sabit vəziyyətlə, vaxtında ödənilməsi ehtimalı az olan borcların
artımı ilə, həmçinin işgüzar fəallığın səviyyəsinin aşağı
düşməsi ilə izah olunur), yapon bank sistemi dünyada ən güclü
bank sistemlərindən biri olaraq qalır. XXI əsrin əvvəlində 110
Yaponiya bankı aktivlərinin ümumi cəminə görə dünyanın
2000 aparıcı banklarının siyahısına daxil idilər. Dünyanın 100
ən böyük banklarının arasında 20 yapon bankı öz yerini
tutmuşdur. İlk dünya yüzlüyündə “Sumitomo”, “Mitsubishi”,
“Rezona” bankları vardır. Onların aktivlərinin gəlirliliyi 0,11%
230
- 0,21%, kreditləşmənin ümumi həcmi 1,9 milyard dollar təmiz
mənfəət göstəricisi 4,9 milyard dollar səviyyəsindədir.
6.1. YAPONĠYA BANK NƏZARƏT SĠSTEMĠ.
Yapon banklarının sabitliyi onların yaranması və fəaliyyəti
üzrə inkişaf etmiş nəzarət sisteminin olması ilə təmin edilir.
Nəzarət Yaponiya Bankı və Maliyyə Nazirliyi ilə həyata
keçirilir. Bank fəaliyyəti üzrə nəzarətin həyata keçirilməsində
bankların mütəmadi yoxlama sistemləri böyük əhəmiyyət kəsb
edirlər. Əmanətçilərin maraqlarının müdafiəsi, kredit
sisteminin sabitliyinin və maliyyə institutlarının davamlı
vəziyyətinin saxlanması və dəstəklənməsi məqsədilə, Maliyyə
Nazirliyi və Yaponiya Bankı növbə ilə, ildə iki dəfə bankların
yoxlanılmasını həyata keçirirlər. Yoxlamanın əsas üsulları –
aktivlərin vəziyyətinin analizi, bankların filiallarına baxışın
keçirilməsi və idarəçilik kadrları ilə müsahibələrin həyata
keçirilməsidir. Bankın risklərə nəzarətinə, şəxsi kapitalın
artımına dair görülmüş tədbirlərə, rentabelliyə, menecment
proqramına, struktur yenidənqurmanın həyata keçirilməsinə və
digər faktiki parametirlərə getdikcə daha çox diqqət yetirilir.
Bank aktivlərinin analizi kreditləşmə və aktivlərin digər növləri
ilə bağlı vəziyyətin təyin edilməsi üçün aparılır ki, bu da kredit
riskinin dərəcəsini təyin etməyə imkan verir.Analiz kreditləşmə
istiqamətləri üzrə, müştərilərin aksept üzrə öhdəlikləri, bankın
verdiyi zəmanətlər, qiymətli kağızlar, daşınan və daşınmaz
əmlak üzrə aparılır. Bank sisteminin sabitliyinin saxlanması və
231
mümkün bank müflisləşmələrinin qarşısının alınması üçün
1971-ci ildə Yaponiyada bank əmanətlərinin zəmanəti üzrə
Korporasiya yaradılmışdır. Onun nizamnamə kapitalı 455
milyon iyena təşkil edir, onlardan 300 milyon iyena hökümətə
və Yaponiya Bankına, qalanları isə özəl banklara məxsusdur.
1998-ci ilin aprel ayının 1-dən etibarən Yaponiyada yeni
maliyyə ilinin başlanması ilə əlaqədar bank sisteminin islahatı
aparıldı. Broker komissiyalarının təyin etdiyi faiz yalnız 50
milyon iyena məbləğindən artıq olmayan əməliyyatlara qarşı
tətbiq edilir. Bu tədbirlər dərhal qüvvəyə minir. Onların
inkişafı ilə bağlı parlamentə baxılması üçün maliyyə
qanunvericiliyinin hələ 2000 səhifəsi təqdim edilməsi, onların
təsdiq edildiyi təqdirdə, Yaponiyada yaxın illər ərzində
banklar və broker şirkətləri arasında bilavasitə və
kompromissiz rəqabətə mane olan bütün baryerlər aradan
qaldırılacaqdır; ikincisi, banklara yeni maliyyə məhsullarının
yeridilməsinə mane olan bir çox qadağalar ləğv ediləcəkdir;
üçüncüsu, banklar ictimai istehlak fondlarının bazarlarında
azad işləyə biləcəklər; dördüncüsü, bank aktivlərinin idarə
edilməsi üzrə və xüsusən sosial fondlar üzrə əməliyyatların
portfeli kəskin sürətdə artacaqdır.
6.2. YAPONĠYA BANK SĠSTEMĠNĠN QURULUġU
Yaponiya yalnız Asiya-Sakit okean regionunda deyil,
həmçinin bütün dünyada ən güclü və inkişaf etmiş ölkələrdən
biridir. Dünyanın aparıcı bank təsisatlarının sayına daxil olan
yapon banklarının sayı artır. Yapon bankları Asiya, ABŞ və
232
Qərbi Avropa ölkələrinə sənaye investisiyalarını reallaşdıran,
kapitalına görə nəhəng maliyyə-sənaye qruplarının mərkəzinə
çevrilirlər. Bir sıra yapon banklarının beynəlxalq maliyyələşmə
və kreditləşmə mərkəzlərinə çevrilməsi məqsədilə onların
xaricdə borc kredit fəaliyyətinin beynəlmiləlləşməsi
tendensiyaları artırdı. Səhmlərin, istiqrazların və digər maliyyə-
borc öhdəliklərinin yerləşdirdikləri Qərbi Avropa və ABŞ
bazarlarında qiymətli kağızların emissiyası ilə məşğul olan
yapon kredit-bank təşkilatlarının miqyaslarının genişlənməsi
müşahidə olunur. Yaponiyanın bank sisteminin
funksionallığının davamlılığı və etibarlılığı 2008-ci ildə
yaranmış qlobal maliyyə böhranının nəticələrinin aradan
qaldırılmasının gedişatında sınaqdan keçirilmişdir.
VlI FƏSĠL. ÇĠN RESPUBLĠKASININ BANK SĠSTEMĠ
Sosializm quruculuğu illərində Çin Xalq Respublikası
çətin və ziddiyyətli tarixi yol keçmişdir. Ayrı-ayrı dövrlərdə
əldə edilən iqtisadi nailiyyətlər böhran ilə əvəz olunmuş və
nəticədə əhalinin həyat səviyyəsi çox ləng yüksəlmişdir. Yalnız
70-ci illərin axırlarında ölkə böhran vəziyyətindən çıxmışdır.
Ölkədə sosializm quruculuğunun təkmilləşdirilməsi məqsədilə
aşağıdakı dörd modernizasiya proqramı həyata keçirilmişdir.
1. Sənaye
2. Kənd təsərrüfatı
3. Müdafiə
4. Elm
233
Bu proqram Çini mərhələlər üzrə XXI əsrin ortalarınadək
yüksək inkişaf etmiş sosializm dövlətinə çevirmək məqsədini
güdür. Son illə dünya təsərrüfatında Çinin rolu xeyli artmışdır.
80-ci illərin əvvəllərindən başlayaraq Çin iqtisadiyyatının artım
sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri
tutur. 1979-2010-ci illər ərzində ölkənin ümumi milli
məhsulunun orta artım göstəricisi 9% olmuşdur. İndi Çin
Asiyanın iqtisadi tərəqqisinin lokomotivlərindən birinə
çevrilmişdir. Onun iqtisadiyyatının belə sürətli inkişafına
ölkənin ictimai həyatında aparılan əsaslı mütərəqqi
dəyişikliklər, iqtisadiyyatın bütün sahələrində həyata keçirilən
islahatlar (xarici kapitalın axınına şərait yaradılması, azad
iqtisadi bölgələrin yaradılması və s.), ayrı-ayrı iqtisadi
sahələrdə daha çox maddi nemətlər bolluğu yarada bilən
istehsal münasibətlərindən (dövlət, kooperativ və
xüsusiyyətçilik) istifadə olunması təsir etmişdir. Belə sürətli
inkişaf əhalinin həyat səviyyəsini bir qədər yaxşılaşdırmışdır.
Son illər ölkədə Yerin süni peyklərinin buraxılışı üçün raket-
kosmik sənayesi sürətlə inkişaf edir. Çin 2008-ci ildə ilk dəfə
öz kosmonavtını açıq kosmosa göndərməklə Rusiya və ABŞ-
dan sonra bu göstəricini əldə edən üçüncü dövlət olmuşdur.
Çin daş kömür hasilatına, sement, polad, aliminium, velosiped,
tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə
dünyada birinci yeri tutur. İndi Çin əhalinin ərzaq məhsullarına
olan tələbatını təmin edir, bu da belə çoxsaylı dövlət üçün
böyük nailiyyətdir. Keçən əsrin 70-ci illərinin sonunda Çində
əsas bazar prinsiplərinə və dövlətin idarəedici orqanları
tərəfindən səmərəli makro nəzarətə əsaslanan “Çin
234
xüsusiyyətləri ilə sosializm” modeli qurmaq məqsədilə iqtisadi
və sosial islahatlar aparılmışdır. Bu modelin qurulması
prosesində əsas rol Çinin bank sisteminə ötürülmüşdü. Bu
institutlar bütün cəmiyyət üçün iqtisadi-sosial mahiyyətə
malikdir. Bu istiqamətdə Çinin bank sisteminin intensiv
islahatları bazar prinsipləri və Çin reallıqları nəzərə alınaraq
aparılırdı.Aparılmış və davam edən maliyyə-iqtisadi islahatlar
nəticəsində Çinin ÜDM üzrə iqtisadi artımı 2007-ci ildə 7,043
trilyon dollara çatdı. Ümumi Ticarət Təşkilatına giriş Çinin
bank işi üçün dünya iqtisadiyyatına yol açdı. Lakin ÜTT-də
iştirak etmək Çin banklarına sərfəli imkanlar təklif etməklə
yanaşı onun önündə çoxsaylı yeni problemlər də qoymuşdu.
Hər şeydən əvvəl Çin bank sistemi ÜTT-ə qoşulmaqla yaranan
çətinliklərə reaksiya göstərmək üçün adekvat tədbirlər
hazırlamalı idi. Daha sonra mövcud problemləri həll etməli və
dünya bank təcrübəsi vasitəsilə sonrakı inkişafı
planlaşdırmalıdır.
7.1. ÇĠN RESPUBLĠKASĠNĠN BANK SĠSTEMĠNĠN
TARĠXĠ ĠNKĠġAFI
Çinin sürətli iqtisadi inkişafı 1978-cu ildən başlamışdır.
Buna qədər isə Çin özünü dünya iqtisadiyyatından təcrid edən
və durğunluğa gətirib çıxaran iqtisadi siyasət aparırdı,
həmçinin iqtisadiyyat həddən artıq mərkəzləşdirilmişdi. Son
onillikdə Çin qlobal iqtisadi oyunçuya çevrilməklə bütün
dünyanın diqqətini özünə cəlb edə bilmişdi. Bu, əsasən,
235
davamlı iqtisadi inkişaf nəticəsində mümkün olmuşdur. Lakin
1979-cu ildən başlayaraq, xarici ticarət və investisiyalar
sahəsində həyata keçirilən islahatlar nəticəsində Çin
iqtisadiyyatı sürətli artım tepmlərilə inkişaf etməyə başladı.
Belə ki, 1979-cu ildən 2011-ci ilə kimi Çinin real ÜDM-i illik
ortalama 10 faiz həcmində artmışdır. Çin artıq ABŞ-dan sonra
dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Çindəki
mövcud bank sistemi dövlət tərəfindən illərlə hər bir mərhələdə
aparılan iqtisadi siyasəti əks etdirən çətin və ziddiyyətli yol
keçib. Çin tarix ərzində və xüsusilə 1978-ci ildən sonra bank
sistemi ölkədə iqtisadiyyatın və sosial proseslərin idarə
edilməsində vacib vasitə kimi çıxış edirdi. Əmtəə-pul
münasibətlərinin intensiv inkişafı şəraitində monetarlaşmanın
və kommersiyalaşmanın bank sistemilə münasibətinin
dərinləşməsində obyektiv olaraq pul münasibətlərinin sabitliyi,
milli valyutanın dayanıqlılığı,kənd təsərrüfatının pul ehtiyatları
ilə təmin edilməsi dayanır.
1994-cü ildə Çində yeni bank sistemi islahatlarının
aparılması bir tərəfdən ölkədə vəziyyətin nizamlanmasına və
stabilləşdirilməsinə istiqamətlənmişdisə də, digər tərəfdən də
XXI əsrin strateji məsələlərinin həllinə istiqamətlənmişdi.
Islahat aparılmış bank sisteminin əsas vəzifələrindən biri
istehsalın pul resursları ilə təmin edilməsində, müəssisələrin
təsərrüfat təşəbbüsləri üçün geniş imkanların verilməsi və idarə
edilməsində maliyyə-pul və istehsalın sıx əlaqələrini qaydaya
salmaq oldu. Çin bank sisteminin inkişafının əsas məqsədi
milli maliyyə sferasında stabilliyi təmin etməkdən, ölkə
daxilində pul dövriyyəsini gücləndirməkdən, öz banklarının
236
səmərəliliyini artırmaqdan, pul-kredit resurslarının milli
təsərrüfatda rasional bölüşdürülməsindən və s. ibarətdir. Bank
islahatları ərzində Çin həmçinin bankların yenidən təşkili və
yenidənqurulması; kommersiya banklarının kapitallaşmasının
artırılması; beynəlxalq standartlara əsasən banklarda nəzarətin
həyata keçirilməsi; bank işinin aparılması üçün qanunvericilik
bazasının möhkəmləndirilməsi kimi vəzifələri də həll edir.
Çində bu məsələlər şəxsi xüsusiyyətlər hesabına davamlı
olaraq həll edilir.
Ölkə bu cür sürətli artma güclü ixrac potensialı və ucuz
işçi qüvvəsi hesabına beynəlxalq ticarətdə sahib olduğu rəqabət
üstünlüyü nəticəsində çata bilib.Təsadüfi deyil ki, hətta ABŞ-la
yaxın coğrafi sərhədə və iqtisadi inteqrasiya müqavilələrinə
malik olan Meksika belə Çinlə rəqabət apara bilmir. Artıq Çin
Meksika mallarını ABŞ bazarından sıxışdırıb çıxarmaqla ABŞ-
ın bir nömrəli idxal partnyoru statusuna sahib olmuşdur. ABŞ-
ın ticarət məlumatlarına əsasən, iki ölkə arasında ümumi ticarət
100 dəfədən çox artaraq, 1980-ci ildəki 5 milyard ABŞ
dollarından 2011-ci ildə 503 milyard ABŞ dollarına qədər
yüksəlmişdir. Bundan başqa, Çin həm də yeni texnologiyaların
idxalı ilə ölkə iqtisadiyyatının dirçəlməsini təmin edə bilmişdir.
Çin iqtisadiyyatının belə sürətlə böyüməsində ABŞ da maraqlı
görünür. Çünki ABŞ Çinə böyük həcmli potensial bazar kimi
baxır. Çinin böyük bazara çevrilməsi üçün isə ölkə əhalisinin
həyat səviyyəsinin yüksəlməsi lazımdır. Xarici iqtisadi asılılığı
azaltmaq üçün bunda həm də Çin özü maraqlıdır. Belə ki,
qlobal böhrandan ən çox Çinin ixrac sektoru ziyan çəkmişdir.
Qlobal böhran səbəbindən Çin mallarına olan xarici tələbin
237
azalması bu ölkənin iqtisadi artım tempinin aşağı düşməsinə
səbəb olmuşdur. Nəticədə Çinin ÜDM-nin real artım tempi
2007-ci ildəki 14,2 faizdən 2008-ci ildə 9,6 faizə, 2009-cu ildə
isə 9,2 faizə kimi enmişdir. ÜDM-in artım tempinin
zəifləməsinə həm də ölkə iqtisadiyyatına qoyulan xarici
investisiyaların və daxili yığımların azalması səbəb olmuşdur.
Lakin Çinin xarici tələbdən asılılığının azalmasına mane olan
əsas faktorlardan biri hazırkı iqtisadi modeldir.
Çinin iqtisadi modelinin ən böyük özəlliklərindən biri iri dövlət
müəssisələrinin iqtisadiyyatda böyük paya sahib olmasıdır.
Belə ki, Çində kənd təsərrüfatından kənar ÜDM-in 50 faizdən
çoxu iri korporasiyaların payına düşür. Bəzi araşdırmalara
görə, iri korporasiyalar Çində 500 böyük istehsal müəssisəsinin
50 faizini, xidmət sektorunda fəaliyyət göstərən 500 baş
şirkətin isə 61 faizini təşkil edir. Digər tərəfdən iqtisadiyyatda
böyük paya sahib olmasından əlavə, həm də Çin hökumətinin
yürütdüyü iqtisadi siyasət də iri şirkətlərin xeyrinədir. Belə ki,
hökumət bu şirkətləri rəqabətdən qoruyur və onları ucuz
kreditlə təmin edir. Bu siyasət əsasən əhalinin yoxsullaşması və
ya belə demək mümkünsə, qurbanlar verməsi hesabına həyata
keçirilir. Başqa sözlə, Çin bankları əhalidən əmanətləri ucuz
faizlərlə (inflyasiya səviyyəsindən aşağı faizlərlə) cəlb edərək,
onları böyük şirkətlərə ucuz faizlə kredit kimi təklif edir. Çin
hökümətinin ölkədən kapital ixracına qadağalar qoyması isə
əhalini məcbur edir ki, öz vəsaitlərini əlverişsiz şərtlər təklif
edən yerli banklara yatırsınlar. Bu isə Çində orta təbəqənin və
daxili bazarın zəif olmasının əsas səbəblərindəndir. Orta
təbəqənin zəifliyini göstərən ən bariz göstərici son onillikdə
238
Çində daxili istehlakın ÜDM-in tərkibində 45 faizdən 35
faizinə kimi geriləməsidir. Müqayisə üçün bildirək ki, bu
göstərici ABŞ-da 70 faiz təşkil edir. Digər tərəfdən, bank
sistemi əsasən, iri şirkətlər üçün kreditor rolunu oynayır. Belə
ki, 2009-cu ildə Çin bankları tərəfindən verilən kreditlərin 85
faizi və ya 1,4 trilyon ABŞ dolları böyük şirkətlərin payına
düşmüşdür. Həmçinin Çin modelinin özəlliklərindən biri də
Çin Mərkəzi Bankının ucuz yuan siyasəti aparmasıdır. Bu
siyasət Çinin ixracını ucuzlaşdırsa da, əsas mənfi cəhətlərindən
biri inflyasiyaya səbəb olmasıdır. Bu isə sonda yenə də əhalinin
sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Ümumiyyətlə,
Çinin iqtisadi modeli daha çox Yapon modelini xatırladır.
Başqa sözlə, böyük çoxluğun və ya ölkənin xeyrinə fərdlərin
qurbanlar verməsini nəzərdə tutur. Çində bu model kollektiv
iqtisadiyyatla dövlət iqtisadiyyatının və sahibkarlığın qarışığı
adlanır. Buna görə də bəzi iqtisadçılar Çin modelini qırmızı
kapitalizm adlandırır. Yəni bu modeldə bazar qanunları inkar
edilməsə də, iqtisadiyyat dolayı yolla dövlət tərəfindən güclü
şəkildə tənzimlənir. Çin iqtisadiyyatının sürətli artımı bu gün
iqtisadçılar arasında ən çox müzakirə olunan mövzulardan
biridir. "Economic İntelligence Unit"in qiymətləndirmələrinə
görə, Çin 2016-cı ilə kimi dünyanın birinci iqtisadiyyatı olan
ABŞ iqtisadiyyatını ötüb keçəcək və 2030-cu ilə kimi onun
iqtisadiyyatı ABŞ iqtisadiyyatından 30 faiz böyük olacaq.
Lakin Çin iqtisadiyyatının bu cür böyüməsinə baxmayaraq,
adambaşına düşən ÜDM-in həcmi baxımından hələ uzun illər
onun ABŞ-dan geri qalacağı proqnozlaşdırılır. Belə ki, 2011-ci
ildə Çinin nominal ÜDM-i 7,2 trilyon ABŞ dolları təşkil
239
etmişdir ki, bu da ABŞ iqtisadiyyatının yarısından bir az
aşağıdır. Çində adambaşına düşən ÜDM isə 5460 ABŞ dolları
təşkil etmişdir ki, bu da ABŞ-dakı müvafiq göstəricinin cəmi
11 faizini, Yaponiyadakının isə 12 faizini təşkil etmişdir. Lakin
alıcılıq gücünü paritet əsasında hesabladıqda, Çində ÜDM-in
həcmi 11,4 trilyon ABŞ dolları təşkil edir ki, bu da ABŞ
iqtisadiyyatının 76 faizi deməkdir. Bu paritet, həmçinin Çinin
adambaşına düşən ÜDM-in də həcmini artırır. Belə ki, Çində
adambaşına 8650 ABŞ dolları ÜDM düşür. Bu isə ABŞ-da
adambaşına düşən ÜDM-in təqribən 18 faizini təşkil edir.
"Economic İntelligence Unit"in proqnozlarına əsasən, 2030-cu
ilə kimi bu göstərici ABŞ-da adambaşına düşən ÜDM-in 34,3
faizinə çatacaqdır.
Çin iqtisadiyyatının qarşısında duran əsas çətinliklər
əsasən xarici investisiyalardan və ixracdan asılılıqdır.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2001-ci
ildən 2008-ci ilə kimi investisiyalar və ixracın cəmi birlikdə
Çində ÜDM-in 60 faizini təşkil etmişdir. 1990-cı ildə əsas
kapital qoyuluşunun ÜDM-ə nisbəti 25 faiz təşkil edirdisə,
2011-ci ildə bu nisbət 48,5 faizə kimi yüksəlmişdi. Lakin
qlobal iqtisadi böhranla əlaqədar olaraq Çin iqtisadiyyatına
yönəldilən xarici investisiyaların həcmi azalmağa başlamışdır.
Belə ki, 2011-ci ilin 6 ayı ilə müqayisədə Çin iqtisadiyyatına
yönəldilən xarici investisiyaların həcmi 0,7 faiz azalmışdır.
Digər tərəfdən, Çin iqtisadiyyatı ixrac istiqamətlidir. Lakin
qlobal iqtisadi böhranın təsiri ilə ixracın həcmi də ildən-ilə
azalır. Belə ki, 2010-cu ildə Çinin ümumi ixracı 1,194 trilyon
ABŞ dolları təşkil etmişdir ki, bu da 2008-ci ilin göstəricisi
240
olan 1,429 trilyon ABŞ dollarından 235 milyard ABŞ dolları və
ya 16,4 faiz aşağıdır. Lakin 2011-ci ildə yenidən bu göstərici
artaraq 1,898 trilyon ABŞ dollarına çatmışdır. Rəqəmlərdən
göründüyü kimi, qlobal iqtisadi böhranın Çin iqtisadiyyatında
ən çox təsir etdiyi sahələr ixrac və xarici investisiyalar
olmuşdur. Bu iki faktor isə Çin iqtisadiyyatı üçün artımın əsas
lokomotivləri deməkdir.
Son illərdə Çinə sürətli iqtisadi inkişaf və artım templəri
bəxş etməsinə baxmayaraq, bu ölkənin hazırkı iqtisadi modeli
onun gələcək inkişafı baxımından bir çox çətinliklər yaradır.
İnkişaf nəticəsində ucuz işçi qüvvəsinin ildən-ilə azalması
ixrac yönümlü iqtisadiyyatın üstünlüklərini azalır. Digər
tərəfdən, dünya iqtisadiyyatında hökm sürən və son zamanlar
tez-tez təkrarlanan iqtisadi böhranlar Çinin davamlı iqtisadi
inkişafına zəmanət vermir. Bu baxımdan Çinin qarşısında
duran əsas hədəflərdən biri davamlı iqtisadi inkişafa nail olmaq
üçün orta təbəqənin gücləndirilməsi və insanların sosial
hüquqlarının artırılmasından keçir. Bütün bunlar isə böyük
keçid dövrü və maliyyə resursları tələb edir.
Ümumiyyətlə, Çin iqtisadiyyatının tamamilə bazar əsaslı
iqtisadi modelə keçməsinə həm daxili iqtisadi siyasət, həm də
xarici bazarlardan asılılıq mane olur. Lakin birdən-birə hazırkı
iqtisadi modeldən imtina etmək mümkün deyil. Çünki bu, Çin
iqtisadiyyatının artım tepmlərini aşağı salmaqla bərabər, həm
də işsizliyə səbəb ola bilər. Həmçinin Çin hökuməti sayca 12-ci
olan 5 illik planlarında illik ortalamaya əsasən 7 faizlik ÜDM
artımını hədəfləyir. Bu artım isə həm də ölkədəki həyat
səviyyəsinin yaxşılaşdırılması üçünə vacib olacaq, digər
241
tərəfdən isə əgər qarşıdakı illərdə Çin dünyanın bir nömrəli
iqtisadiyyatına çevrildikdə, istər-istəməz öz valyuta-kredit
siyasətində dəyişikliklər və ya islahatlar aparmağa məcbur
olacaqlar. Çünki Çin valyutası ehtiyat valyutaya çevrilərsə,
onda hökumət təkcə öz xalqı qarşısında deyil, həm də
beynəlxalq ictimaiyyət qarşısında öhdəlik götürmüş olacaq.
Belə olduqda isə hökumət ucuz yuan siyasəti apara
bilməyəcək. Bu isə ilk növbədə ixraca və dövlətin dəstəklədiyi
iri şirkətlərə çətinliklər yaradacaq. Çin valyutasının
dəyərlənməsi və ya Çinin yeni iqtisadi inkişaf modelinə
keçməsi həm də ABŞ və Avropa ölkələrinə böhrandan daha tez
çıxmağa kömək edə bilər. Belə olan təqdirdə Avropa və
Amerika məhsullarının rəqabətqabiliyyətliliyi artacaq və Çin
ixracda tutduğu üstün mövqelərindən müəyyən qədər geri
çəkilməli olacaq. Çində orta təbəqənin güclənməsi həm də
ABŞ və Avropa ölkələri üçün böyük həcmli ixrac bazarının
açılması deməkdir. Çinin bank sisteminin qurulmasının əsas
xüsusiyyəti ölkədəki ümumi vəziyyəti əks etdirir. Iqtisadiyyat
isə mahiyyətcə “sosial bazar” iqtisadiyyatı hesab olunur.
Ölkənin bank sisteminə pul-kredit siyasəti aparan və nəzarət
funksiyasını yerinə yetirən Çin Xalq Bankı rəhbərlik edir.
Ölkədə iqtisadi artımı təmin etmək və milli valyutanın
stabilliyini saxlamaq üçün Mərkəzi Bankın qarşısında
aşağıdakı vəzifələr durur:
pul-kredit siyasətinin hazırlanması və
reallaşdırılması;
pul buraxılışı və pul münasibətlərinin idarə
edilməsi;
242
normativ aktlarla bank və maliyyə təşkilatlarının
fəaliyyətinə nəzarət edilməsi;
maliyyə əməliyyatları üzrə dekretlərin və qərarların
qəbul edilməsi;
dövlətin valyuta və qızıl ehtiyatlarının qorunması və
idarə edilməsi;
statistik göstəricilərin yığılması, sorğu və təhlillərin
aparılması, maliyyə məsələləri üzrə proqnozların
verilməsi.
Qanun Mərkəzi Banka aşağıdakı hüquqları verir:
maliyyə təşkilatlarından Mərkəzi Bankın faizinə
əsasən ehtiyatların depozitə qoyulmasını tələb
etmək;
baza faiz stavkasını müəyyən etmək;
Mərkəzi Bankda hesaba sahib olan maliyyə
təşkilatlarının veksellərini yenidən hesablamaq;
Açıq bazarda dövlət istiqrazlarının, həmçinin
valyutanın alınıb satılması.
XX əsrin axırında Çin bank sistemi uğurla planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid etdi. Burada əsas
rolu onun islahatlarının strukturu oynayırdı.
Çin bank sisteminin quruluĢu. Çin Xalq
Respublikasında (ÇXR) iki pilləli bank sistemi fəaliyyət
göstərir. Birinci pillədə mərkəzi bank, ikinci pillədə isə
ixtisaslaşmış dövlət bankları və kommersiya banklarının geniş
şəbəkəsi dayanır. Bu bölgü üzrə depozit, kredit və hesablaşma
əməliyyatları şəhər və kənd kredit kooperativlərində, həmçinin
şəhər kredit banklarında həyata keçirilir.
243
Cədvəl 4.1.
Cədvəl 4.1. Çin Bank Sisteminin təşkilati quruluşu
Çin bank sisteminin quruluşunda lider mövqeyi aşağıdakı
iri banklar tutur:
Çin Bankı (Bank of China),
Çin İnşaat Bankı (İndustrial & Commercial Bank
of China),
Çin Xalq Bankı
Özəl
banklar
Kommer-
siya
bankları
IxtisaslaĢmıĢ
dövlət
bankları
ġəhər
kredit
bankları
ġəhər və
kənd
təsərrüfatı
kooperativ-
ləri
244
KommunikasiyaBankı(Bank-ofCommunications),
Çin Ticarət Bankı (Chine Merchants Banks).
Bu banklar 1990-cı ilin əvvəlində xüsusi banklar kimi
yaradılmışdı. Bu kredit institutları mütəmadi olaraq öz xüsusi
xarakterlərini itirdi və bütün ölkələri əhatə edən filial
şəbəkələri yaratdılar. Bu bankların idarə edilməsi vasitələri
hökümətin əlində cəmlənmişdir. Onlardan hər biri bütün ölkə
miqyasında özlərinin xüsusi eyniləşdirici nişanlarına sahib
deyil. Belə vəziyyət bir çox çatışmazlıqlara gətirib çıxartdı ki,
onların sırasına aşağıdakıları aid etmək olar:
- bürokratik təşkilatı sistem;
- yüksək səviyyədə rüşvət və ölkənin çoxillik
direktiv və müdaxilə siyasəti nəticəsində kredit risklərinin
müəyyən olunması.
7.2. ÇĠN XALQ BANKI
Çin Xalq Bankı Mərkəzi Bankın funksiyalarına
malikdir. 1948-ci ilin 1 dekabrıda Şimali Çin Xalq Bankının,
Beyxay Xalq Bankı və Şimal Cənubi Çin Bankının birləşməsi
nəticəsində Çin Xalq Bankı yaradıldı. İlk əvvəllər ÇXB-da
aşağıdakı funksiyalar təyin edilmişdi:
- dövlət xəzinədarlıq əməliyyatlarının aparılması;
- özəl kredit üzərində nəzarət;
- dövlət borclarının yerləşdirilməsi,
- xarici valyuta və qiymətli metallarla
əməliyyatlara nəzarət.
245
Zamanla bu sistem dəyişikliyə məruz qaldı. Bunlardan
ən mühümü 1983-cü ildə Mərkəzi Xalq Hökumətinin qərarına
müvafiq olaraq ÇXB-nın Mərkəzi Bankın funksiyalarını yerinə
yetirməsi və sənaye ticarət kreditləri və qənaətləri ilə məşğul
olmaması idi. Onun kapitalı tamamilə dövlət tərəfindən
maliyyələşdirilir və dövlət mülkiyyəti hesab olunur. ÇXB-nın
işinə direktor rəhbərlik edir. Onun seçilməsi məsələlərini ÇXR-
nın qanunverici orqanı Milli Xalq Konqresi həll edir. Milli
Xalq Konqresinin sessiyaları arasındakı fasilə zamanı qərarı
onun Daimi Komitəsi qəbul edir. Belə olduğu halda ÇXB-ın
direktorunun səlahiyyəti əldə etməsi və azad olması ÇXR-nın
sədrindən asılıdır. ÇXB aşağıdakı tənzimləyiciləri qəbul
edərək dövlətin pul siyasətini həyata keçirir:
- Pul kredit təşkilatları tərəfindən depozit ehtiyat
fondlarına ayırmalara olan tələbin formalaşması;
- Mərkəzi Bankın baza faiz stavkasının
müəyyənləşdirilməsi;
- ÇXB-da hesaba malik pul kredit təşkilatlarının
veksellərinin yenidən hesablanması;
- Kommersiya banklarına kreditlərin təqdim edilməsi;
- Açıq bazarda dövlət istiqrazları, digər hökumət
istiqrazlarının və valyutanın alınıb satılması.
ÇXB-nı dövlət xəzinəsi idarə edir və Dövlət Şurasının
maliyyə idarələrinin əmri ilə emissiyaya başlaya və pul kredit
təşkilatlarında dövlət istiqrazlarını reallaşdıra, həmçinin pul
kredit təşkilatlarında hesab aça bilər, lakin, öz hesabı üzrə
overdraft etməməlidir. ÇXB pul kredit təşkilatları arasında
hesablaşma sistemini təşkil edir və hesablaşmaların həyata
246
keçirilməsini təmin edir. Bunun üçün o konkret metodlar
müəyyən edir. Bundan əlavə, pul siyasətinin həyata keçirilməsi
tələbinə müvafiq olaraq ÇXB qərarları kommersiya bankları
kreditləşmə həcminə, müddətinə, faiz dərəcəsinə və formasına
görə qəbul edə bilər.
ÇXB-nın çoxsaylı bank səlahiyyətləri olmaqla əsas
diqqəti cəlb edir. Əgər kommersiya bankı böhran
vəziyyətindədirsə və ya onun əmanətçilərinin maraqlarına təsir
edə biləcək şəkildə böhran təhlükəsi ilə üzləşirsə, ÇXB həmin
bankın idarəçiliyini üstləyə bilər. Kommersiya banklarının
idarə edilməsini öz üzərinə götürərək ÇXB ona qarşı vacib
tədbirlər qəbul etməyə başlayır. Bura əmanətçilərin
maraqlarının qorunması və kommersiya banklarının
qabiliyyətinin bərpa edilməsini aid etmək olar. Bank idarəetmə
ilə bağlı məsələləri həll edir, qərar barədə xəbərdarlıq edir və
onun istifadəsini təşkil edir. Bu cür idarəetmə müvafiq
qərarların qəbul olunduğu gündən həyata keçirilir.
İdarəetmənin dayandırılması ÇXB-nın qərarlarından asılı
olaraq uzadıla bilər (bununla belə, idarəetmənin müddəti 2 ili
ötməməlidir). İdarəetmə ya ÇXB-nın qəbul etdiyi idarəetmə
müddəti bitdiyinə və ya kommersiya bankının təsərrüfat
fəaliyyəti normal vəziyyətə qayıtdığına görə, kommersiya
bankının birləşdirildiyinə və onun iflasının bəyan edildiyinə
görə dayandırıla bilər. Bu gün bankın filialları bütün dünyaya
açıqdır. ÇXB kommersiya və investisiya xidmətləri, o
cümlədən, sığorta xidmətləri göstərə bilər. Onun 12 min
bölməsi və 192 min işçisi hesaba alınmışdır. Bankın
filiallarının sayı 1290 təşkil edir. Xarici filiallar (543) 26 dünya
247
ölkəsində və regionunda yayılmışdır. 2000-ci ildə Çin bankı
rəqabət qabiliyyətini artırmaq məqsədi ilə islahatlara
başlamışdı. 2001-ci ildə o, Syanqan Çin Bank Birliyində
yenidən təşkil apardı. 2002-ci ilin iyulunda yeni şirkətin
səhmləri Syanqan fond bazarında katirovka olunmağa başladı.
Çin Bankı yüksək dərəcədə bazara istiqamətlənmiş
bank hesab olunur. 2004-cü ildən o fəaliyyətin iqtisadi
göstəricilərini artırdı. 2004-cü ilin nəticələri gəlirin və
balansdakı müsbət dəyişiklikliyin artımını sübut etdi. Ümidsiz
borcların həcmi 5%-dək azaldıldı.
Çin Sənaye Kommersiya Bankı (ÇSKB).
1984-cü ildə Mərkəzi Bankın strukturundan ayrılaraq
yaradılmışdır. Bu ən iri dövlət bankıdır, bütün bank
aktivlərində 1/4 paya malikdir. O, 400 min işçisi olmaqla
dünya üzrə 22 min bölməyə malikdir. Bank 8 milyon firmaya
və 100 milyon fiziki şəxsə xidmət göstərir. O, gəlirli və etibarlı
sfera sayılan ipoteka kreditləşməsində liderdir. Lakin artıq
daşınmaz əmlak bazarında böyük tələbat və qiymətlərin sürətli
artımı bu sferanı yetəri qədər riskli edir.
Çin ĠnĢaat Bankı (ÇĠB).
1954-cü ildə yaradıldıqdan sonra bankın əsas fəaliyyət
sferası hökümətin orta və qısamüddətli investisiya layihələrinə,
məsələn, dəmir yollarının tikilməsi, elektrostansiyaların və
avtomagistralların tikilməsinə istiqamətlənir. 1994-cü ildə
kredit menecmenti, daxili nəzarət və riskin azaldılması,
həmçinin, müştərilərin kiçik və orta gəlirli müəssisələrin
seçilməsi sahəsində böyük islahatlar aparıldı. Əsas rol xərclərə
nəzarətə ayrıldı. Qənaət məqsədi ilə bankın əməkdaşlarından
248
300 minə yaxın adam ixtisar olundu, həmçinin, bir neçə bölmə
bağlanıldı.
Kredit kooperativləri. Çinin 5 iri bankına 44 min
kredit kooperativi təhkim olunur ki, bunlar da kəndlərdə və
kiçik səhərlərdə yerləşir və əsasən əmanət kassaları kimi
fəaliyyət göstərir. Onların göstərdiyi xidmətlərin həcmi bir
neçə sadə əməliyyat növlərində cəmləşmişdir. Azgüclü
personal və bacarıqsız rəhbərlik ümidsiz borcların yüksək
həcminə gətirib çıxarır və hökümət orqanlarının ciddi
nəzarətinə ehtiyac olur. Yerli və regional pul tədavülü çox
nadir hallarda həyata keçirilir. Depozitlər isə tez-tez böyük
şəhərlərə istiqamətləndirilir.
Kommersiya Bankları (KB). Çində kommersiya
banklarını iki böyük qrupa ayırmaq olmaq:
1. Çinin materik hissəsində yayılan Kommersiya
Bankları,
2. Syanqan ərazisində yayılan Kommersiya
Bankları.
Syanqan sərhədlərində kənarda Kommersiya Bankları daha
məhşurdur. 1840-cı ildə tiryək müharibəsindən sonra Böyük
Britaniyanın əsiri və yüz ildən çox Syanqan, Tsyulin və Yeni
ərazi bu dövlətin koloniyası idi.
1997-ci ilin 1 iyulunda Syanqan Çin ilə yenidən
birləşdirildikdən sonra ÇXR-nın bank sistemi və Syanqan
ərazisində yerləşən banklar təkmilləşdirildi. Bununla belə qeyd
etmək lazımdır ki, 1990-cı ilin 4 aprel tarixində Ümumi Çin
Konqresinin 3-cü sessiyasında Syanqanın xüsusi mülkiyyət
hüququnun saxlanılması qəbul edildi. Syanqan ərazisində
249
Mərkəzi bank və valyuta nəzarəti də yoxdur və kapital heç bir
məhdudiyyət olmadan hərəkət edir. Bank faizləri Syanqan
hökümətinin fikrini nəzərə alaraq Syanqan Bank Assosiasiyası
tərəfindən təyin edilir. Pul emissiya etmək hüququ Syanqan
hökümətinə məxsusdur. Emissiya hüququnu əldə etmək üçün
bankın ABŞ dollarında 100%-lik ehtiyat fonduna sahib olması
mütləqdir. ÇXR-nın qanunvericiliyə uyğun olaraq kommersiya
bankları ÇXB-nın bu məsələyə baxışı və dəqiq qərarından
sonra təsis edilir. Bu prosedurları keçməyən heç bir təşkilata və
fiziki şəxsə depozitlərin verilməsi, Kommersiya Banklarının
kompetensiyasına digər əməliyyatlar aparılmasına icazə
verilmir və bu təşkilatlar “bank” adlandırılmaq hüququna malik
deyillər. Hazırki dövrdə kommersiya banklarının təsis edilməsi
üçün minimum nizamnamə kapitalı 1 milyard yuandır. Şəhər
kooperativləri üçün 100 milyon yuan, kənd kooperativ bankları
üçün 50 milyon yuan təyin edilmişdir. Nizamnamə kapitalı
faktiki olaraq ödənilmiş kapital olmalıdır. ÇXB minimum
nizamnamə kapitalının həcmini tənzimləyə bilər.
Kommersiya Banklarının təşkilatı formasını və təşkilati
strukturunu müəyyən etmək üçün 1993-cü il 29 dekabrda
ÇXB-nın “Kompaniyalar haqqında qanun”u rəhbər tutulur.
ÇXR ərazisində kommersiya banklarına aşağıda qeyd
olunan əməliyyatlar qadağan edilib:
- Zamin investisiyaları və aktivlər ilə əməliyyatla məşğul
olmaq;
- Şəxsi ehtiyaclar üçün nəzərdə tutulmayan daşınmaz
əmlaka investisiya həyata keçirmək;
250
- Qeyri- bank pul kredit təşkilatı və müəssisələrinə vəsait
qoymaq;
Filiallararası və baklararası kreditləşmədə banklar
ÇXB-nın qoyduğu müddəti 4 ayı keçmədən müşahidə
etməlidirlər. Bu zaman filiallararası qısamüddətli
kreditləşmədən əldə olunan vəsaiti əsas fondların
kreditləşməsində və investisiya həyata keçirilməsində istifadə
etmək qadağandır. Depozit əməliyyatları apararkən
Kommersiya Bankları ÇXB-nın normativlərinə əsasən faiz
dərəcəsi təklif etməli, ÇXB-nın ehtiyat fondunu təmin etməli
və məcburi ödənişləri təmin etmək üçün fond yaratmalıdır.
ÇXR-nın kreditləşmə üzrə qanunvericiliyinə əsasən KB
aktiv və passivlər arasında proporsiyanın qurulmasını müşahidə
etməlidir:
- kapitalın kifayətliliyi əmsalına görə (8%-dən az
olmayaraq);
- kredit qalıqları və depozit qalıqları arasındakı
əlaqəyə görə (70%-dən çox olmayaraq);
- likvidli aktivlər və likvidli passivlərin qalıqları
arasındakı əlaqəyə görə (25%-dən az olmayaraq).
Özəl banklar. İri banklar və kəmiyyətcə çox olan
kredit korporasiyaları arasında 3-cü mərhələdə yerləşir –
təxminən 10 özəl bank mövcuddur və onlar əsasən səhmdar
cəmiyyət olaraq yaradılmışdır. Bu banklar özəl və dövlət
kapitalı ilə fəaliyyət göstərirlər. Belə banklara nümunə olaraq
Minşen Bankını göstərmək olar. Baxmayaraq ki, o 100%-lik
özəl müəssisə hesab olunmur, onun gəliri dövlət sferasındakı
251
rəqiblərindən 4-5 dəfə yüksəkdir. Hazırda bu və digər
bankların qarışıq formada özəlləşdirilməsi davam edir.
Özəlləşdirilmiş banklar qeyd olunmuş 4 iri banka
nisbətən daha dinamik inkişaf edir və bütünlükdə islahatların
işindən xüsusilə monitar islahatlardan asılıdır. Minşen Bank və
buna bənzər Pudon Development Bank 1999-2000-ci illərdə
səhmlərini buraxmaq yolu ilə yenidən kapitallaşmanı həyata
keçirdi və bunun köməyi ilə ümidsiz borcların geri
qaytarılması ilə bağlı problemləri azaltdı. 2003-cü ildə daha 10
özəl bank lisenziya aldı. “Bauşparkasse Şvebiş Holl” Bank Çin
İnşaat bankı ilə birgə 2002-ci ilin sonunda ilk birgə bank
müəssisəsi yaratdıldı. 2 özəl bank özünü iflas olunmuş elan
etdi.
7.3. ÇĠNDƏ XARĠCĠ BANKLAR
Çinin maliyyə bazarında 200-ə yaxın xarici bank iştirak
edir. Onlar iri şəhərlərdə və sahilboyu regionlarda cəmləşib.
Onların aktivliyi müştərilərlə münasibətdə və əməliyyat
növlərində ciddi məhdudlaşma ilə dövlət lisenziya vasitəsi ilə
reqlamentləşdirilir. Ölkə daxilində əməliyyatların həcminin az
olmasından asılı olaraq bazarda onların da payı cüzi
miqdardadır. Lakin sistemdə valyuta məhsulları olmasına
baxmayaraq, valyuta əməliyyatlarının sayının artması və Çinin
ÜTT-ə daxil olması kimi faktorlar nəinki bank sektorunda,
ümumilikdə iqtisadiyyatda rəqabətin artmasına ümid verir.
Bu cür rəqabət özəl qız bankların yaradılması ilə sürətlə
inkişaf edən regionda cəmlənməsi , özəl banklarla birləşməsi
252
və ya 4 iri hökümət bankı ilə əməkdaşlıq etməsi ilə
nəticələnmişdir. Bu baxımdan Sitibank (ABŞ) artıq filiallar və
özəl Çin müştəriləri ilə iş zamanı differensiativ siyasət qəbul
etmişdir. Alman bankları başlıca olaraq xarici müəssisələrlə
işləyir. Yüksək riskli olduğundan Çin kompaniyaları ilə
sazişlər çox deyil. Xarici banklar əhali ilə depozit sazişləri
2008-ci ilin əvvələrindən bağlamışlar. ÇXR ÜTT-ya daxil
olduqdan sonra 5 il müddətinə eyni tənzimləyici rejimlə təmin
edərək Çinin daxili bazarına xarici banklar üçün yol açdı.
Bununla da Çin “özününkülər” və “özgələri” üçün bərabər
şərait yaratmaq sözü ilə faktiki olaraq xarici banklardan şəxsi
qanunlarını qəbul etməyi tələb edir. Yəni milli bankların
fəaliyyətində olan inzibatı məhdudiyyətlər xarici bankların
biznesinə də ötürülür. Bununla da Çin özünü bank sferasındakı
qeyri-bərabər rəqabətdən sığortalayır, xarici bankların ÇXR
tərəfindən qoyulmuş inzibati maneələri keçmək cəhdi isə hər
zaman istənilən nəticəni verir.
Xarici invesitisiyanın Çin fond bazarına axını burada
vəziyyəti çətinləşdirir. Bu onunla bağlıdır ki, 90%-dən çox
listinq kompaniyaları dövlət müllkiyyətində qalır, səhmdarlar
arasında isə tez-tez partiya işçiləri və rəsmilər üstünlük edir.
Ona görə də qərb ekspertləri haqlı olaraq qeyd edir ki, bütün
Çin kompaniyaları “bir az şübhəli” görünür. Bununla belə
dünyanın aparıcı fond bazarlarında qeyri müəyyən şəraitdə
ÇXR-ya maraq böyükdür. “Daşı yoxlayaraq çayı keçmək” kimi
tanınan davam dəyişikliyin taktikası artıq istənilən nəticəni
verməməyə başlayır. Buna görə də ÇXR-nın önündə bank
sisteminin fəaliyyət prinsiplərini kökündən dəyişmək vacibliyi
253
durur. Bu istiqamətdə ilk addımlar artıq atılmışdır. Bu prosesin
katalizatoru Çinin ÜTT-yə daxil olması və Çin bank sisteminin
beynəlxalq rəqabətə hazırlanmağının labüdlüyüdür. Bank
sektorunun xarici maliyyə insitutlarının üzünə açılması prosesi
çox ləng gedir və Çin hakimiyyətinin bank sistemində böyük
miqyaslı islahat keçirmək üçün vaxtı var. Bundan əlavə Çin
bank sistemi Çin hökümətinin qarşısında güclü zəmanətə
malikdir. Ona görə də hazırki dövrdə çətinliklə qarşılaşmağına
baxmayaraq o, kifayət qədər möhkəm və dayanıqlı ehtiyata
sahibdir.
Hazırki dövrdə Çin bank sistemi dəyişikliyin yeni
mərhələsindədir və inkişafın əsas istiqamətləri yetəri qədər
aydın görünür. Lakin bu proseslərin nə dərəcədə səmərəli
olacağı məlum deyil. Bank sferası əsasən iqtisadiyyatın
vəziyyətini əks etdirir, onun köməkliyi ilə iqtisadi sistemin
stabilliyini və dayanıqlığını səmərəli şəkildə təmin etmək olur.
Ona görə də Çin Xalq Bankı Çin Xalq Respublikasının
dayanıqlı iqtisadi artım tempinin saxlanılmasına diqqəti cəlb
edir. Bu məqsədlə Çin Xalq Bankı bir neçə maliyyə
vasitəsindən istifadə edir: defilyasiyanın aradan qaldırılması və
daxili tələbatın stimullaşdırılması məqsədi ilə yönəldilmiş pul
təklifinin artımını azaltmaq; iri infrastruktur layihələrinin
maliyyələşdirilməsində, yenidən qurulmasında və xalq
təsərrüfatının prioritet sahələrinin texniki təzələnməsində
istifadə olunan vəsaitlərin, dövlət borc öhdəliklərin emissiyası;
“təsərrüfatçılıq paradoksunun” aradan qaldırılması məqsədi ilə
faiz dərəcələrinin azaldılması (depozitə olduğu kimi kreditlərə
də); istehlak kreditlərinin inkişafı və şəhərlərdə və kəndlərdə
254
mikrokredit sisteminin təkmilləşdirilməsi; sərt valyuta
siyasətinin həyata keçirilməsi. 2007-ci ildə aparıcı Çin Bankları
birjaya çıxmağa başladılar. Ölkənin valyuta sisteminin
liberallaşdırılmasına yönəldilmiş ilk addım atılmışdı. Lakin
Çin höküməti maliyyə sisteminə sərt nəzarətdən imtina
etməyə hazırlaşmırdı. Dövlət ölkədə maliyyə sektorunun
stabilləşməsini və Çin iqtisadiyyatının təhlükəsiz inkişaf
etməsi üçün banklar üzərində nəzarəti tamamilə əlinə alıb.
Ölkədə hələ kifayət qədər tutumlu və likvidli maliyyə bazarı
formalaşmamışdır. Buna görə də hökümət hələ ölkənin aparıcı
banklarına təsir vasitələrini əlindən verməyə qorxur.
2007-ci ilin nəticələrinə görə Çinin 5 iri bankı ilk 100
dünya bankına daxil olub. Bazarın kapitallaşmasının həcminə
görə uyğun olaraq 3, 6-7, 34 və 48-ci yerləri tutur. ÜTT-ə daxil
olma şərtlərinə görə Çin öz bank sistemini liberallaşdırmalı idi.
2007-ci ilin yanvarınadək bu sektorun liberallaşması artıq başa
çatmalı idi. 2003-cü ildən başlayaraq Çində bu istiqamətdə çox
işlər görülmüşdü. İlk əvvəl iki iri bankın, Bank of China və
China Consturction Bank birləşdirildi, hansı ki, 2005-ci ilin
sonunda ilkin yerləşdirmə zamanı 8% səhmləri satıldı. İkincisi
“pis” kreditlər problemlərinin həll olunmasına başlanıldı.
Çində dövlət holdinq kompaniyaları kimi xüsusi qrupları –
Huiqin yaradıldı. Bu kompaniya növünə görə investisiya
fondudu və nəzarət olunan banklarda balansı qaydaya salır.
Məsələn, onlardan “pis” kreditləri alır. Üçüncüsü,
kooperativlərin idarə etmə sistemi dəyişdirildi. Hökümət
tədricən bankların idarə edilməsindən uzaqlaşdı. Başqa cür
desək, risklərin idarə edilməsini təşkil etdi. Bankların işində
255
Çin Kommunist Partiyası (ÇKP) böyük rolu vardır. Partiya
nümayəndələri həmişə ən yüksək mövqeyini tuturlar. Məsələn,
kadr xidmətlərinin rəhbəri ola bilərlər, amma onlar yetəri qədər
nüfuzludurlar. Bəzən onlar direktorlar şurasına və operativ
rəhbərlərin tərkibinə daxil olurlar. Çində hər zaman islahat
davamlı və sürətli inkişaf edir. ÇXR-da “China Construction
Bank”, “Bank of Chine”, “İndustrial and Commersial Bank of
China” və “Agricultural Bank of Chine” banklarla bərabər,
kooperativlər, kiçik kredit birlikləri də mövcuddur. Çin bank
sisteminin inkişaf perspektivlərinə görə Çin maliyyə xidməti
bazarı ABŞ və Yaponiyadan sonra gəlirinin həcminə görə
dünyada üçüncü yeri tutur. Çində şəxsi əmanətlərin həcmi
təxminən 1,8 trilyon dollardır. Çində misli görünməmiş
infrastruktur qurulmaqdadır. Növbəti 5 il ərzində Şanxay
həcmində 45 aeroport tikilməsi kimi yeni layihələr
planlaşdırılıb. Ölkədə Böyük Britaniyanın elektorenerji
istehsalından 3 dəfə çox elektroenerji istehsalı təşkil olunub.
Çin bankları öz səhmlərini birjada yaymaqla bank sferasını
yüksəltdi. Çin səhmlərini əsasən xarici institutsional investorlar
almaqla bu prosesə təsir edirdilər. Lakin strateji investorlar da
vardır ki, onlar bazar inkişaf etdikdən sonra burada aktiv
iştirakçı olmaq istəyirlər. Hələ üç ilə qədər Çində az qrupda
bank işləyirdi – HSBC, Citi Bank, Standart Chartered.
Xarici bankların iştirakının genişləndirilməsi tədbirləri
üzrə müvafiq hüquqi normativ bazanın işlənib hazırlanması
zərurəti yarandı. 1991-ci il 7 iyunda Çin Xalq Bankı xarici
bankların nümayəndəliklərinin yaradılması qaydasını təsdiq
etdi. 1994-cü ilin yanvar ayının 7-də isə Çin Xalq
256
Respublikası dövlət şurası “xarici kapital ilə maliyyə kredit
təşkilatlarının idarə edilməsi haqqında” qanun qəbul etdi.
Xüsusilə də Çin ərazisində bölmə açmaq üçün xarici banklarda
minimum aktivin həcmi təyin olundu. Onların bank
əməliyyatlarının miqyası və yayılma sahəsi müəyyənləşdirildi.
Daha çox xarici bank xarici investisiyalı müəssisələrin
cəmləşdiyi rayonlarda yerləşdirilir. Belə ki, Şanxayda fəaliyyət
göstərən xarici banklar Çində xarici bankların ümumi aktivinin
43%-ni, kreditin 45%-ni və depozitin 40%-ni təşkil edir.
Bununla belə onlar arasında yapon bankları liderlik edir. Çin
bank sistemi bütün ölkələrdə xarici banklarla aktiv qarşlıqlı
əlaqə saxlayır ki, Çin iqtisadiyyatının sonrakı inkişafı üçün
xarici investisiya marağını artıra bilsin.
257
VIII FƏSĠL. CƏNUBĠ KOREYA RESPUBLĠKASINĠN
ĠQTĠSADĠ ĠNKĠġAFI
Cənubi Koreya yüksək inkişaf etmiş sənaye və
iqtisadiyyata malikdir. Dünyada gəmiqayırma, polad emalı,
avtomobil, eloktron və eloktrotexnika istehsalına görə əsas
yerlərdən birini tutur. Dünyada ən sürətli internet Cənubi
Koreyadadır. Ölkədə oxucu-yazar nisbəti 92%-dir. Cənubi
Koreyada 197 universitet və 222 ali məktəb vardır. 2010-ci ildə
aparılmış rəsmi siyahıya almaya əsasən Koreya
Respublikasında 47 314.212 nəfər əhali yaşayır. Bu siyahıya
almaya əsasən ölkənin ən böyük (milyonçu) şəhərləri Seul,
Pusan, Tequ, İnçxon, Tecon, Kvancu və Ulsan şəhərləridir.
Dünyada etnik və dil baxımından ən çox homogen quruluşa
sahib ölkələrdən biri Koreya Respublikasıdır. Əhalinin az bir
hissəsi çinlilərdir. Koreyalılar Mançuryada yüzillər boyu
yaşamışlar. Keçmişdəki siyasi, iqtisadi və ictimai
sabitsizliklər bir çox koreyalını ABŞ və Kanadaya köçməyə
məcbur etmişdir. Kaliforniyada çox sayda koreyalı
yaşamaqdadır. Koreyalı amerikalıların sayı bir milyondan
çoxdur.Hazırda Koreya Respublikasından gedənlərin və ölkəyə
gələnlərin sayı bir-birinə bərabərdir. Əhalinin artım nisbəti
1950-ci illərdə 3%-dən daha çox ikən bu nisbət 2005-ci ildə
0,38%-a qədər geriləmişdir. 1960-cı ildən etibarən sürətli bir
şəhərləşmə və çöl sahələrdən şəhərlərə doğru bir köç dalğası
başlanmışdır. İndi əhalinin 85%-i şəhərlərdə yaşayır. İkinci
Dünya müharibəsindən sonra 4 milyondan çox insan Şimal
258
tərəfdən Cənuba keçmişdir. Bu birdən meydana gələn əhali
artımı Koreya Respublikasından gedənlərlə tarazlanmışdır.
Koreya Respublikasının iqtisadiyyatı 1990-cı ildən
sonra daha da inkşaf etmişdir. Koreya Respublikasında
təxminən 378 000 xarici işçi var. Bu işçi qüvvəsinin böyük
bir qismi Cənubi Asiya ölkələrindən gəlmələrdir.
Onlar Hindistan, ŞriLanka, Myanmar, Filippin, Rusiya və
Nigeriyadan gəlmişlər. Ən böyük şəhər paytaxt Seuldur.
Koreya Çin ilə Yaponiya arasında bir körpü olmasına
baxmayaraq, özlərinə xas bir mədəniyyət inkşaf etmişdir.
Əhalinin kəndlərdə yaşyan az bir hissəsi əsrlərdən əvvəlki kimi
geyinir və yaşayırlar. Şəhərlərdə yaşayanlar isə müasir
texnologiyalara sahibdirlər və müasir həyat tərzi sürürlər. 47,3
mln əhalisi olan Koreya Respublikası 60 il zəif inkişaf etmiş
ölkələrin yolunu keçərək, 1970-ci ildə “yeni sənaye
iqtisadiyyatı” statusunu aldı. 1996-cı ildə İƏİT-na daxil olaraq
Koreya Respublikasının sənaye inkişafı rəsmi olaraq
qanuniləşdi. Daxili ticarət dövriyyəsinin həcminə görə 11-ci
yerdədir. İxrac 288,12 mlrd dollar, idxal isə 256,0 mlrd dollar
təşkil edir. Ölkədə işsizlik müxtəlif illərdə 20% və 4% arası
dəyişib. İqtisadiyyat üçün aşağı inflyasiya xarakterikdir. 2%-
8% arasında enib qalxır. Təkcə 1998-ci il böhranında qiymət
artımı 7,5%-ə qədər olmuşdur. 1997-1998-ci illərdəki enmədən
sonra Cənubi Koreya iqtisadiyyatı tez bir zamanda böhrandan
əvvəlki səviyyəsinə qayıtdı və iqtisadi inkişafın dayanıqlığını
bərpa etdi. 2008-ci il dünya maliyyə böhranı Cənubi Koreya
iqtisadiyyatına da toxundu.
259
8.1. CƏNUBĠ KOREYANIN BANK SĠSTEMĠ.
Koreya Respublikasının pul-kredit sistemində baş rolu
1950-ci ildə yaradılmış Mərkəzi funksiyaları yerinə yetirən
Koreya bankı oynayır. O, emissiya əməliyyatları aparır, pul
siyasətini həyata keçirir və bank sistemini kreditləşdirir. Bir
neçə onilliklər ərzində 1997-1998-ci ilə kimi bank-kredit
sistemi dövlətin sərt nəzarəti altında idi. Bank sisteminə
nəzarət maliyyə vəsaitlərinin rəhbərlərinin prioritet hesab
etdikləri iqtisadi sahələrə istiqamətlənməsinə icazə verirdi.
1998-ci ilin əvvəlində Maliyyə Nəzarəti Üzrə Komissiyanın
yoxlanışı ilə bank sistemi dəyişiklik prosesindən keçdi. Koreya
bank sektorunun yenidən təşkilinin əsasında aşağıdakı ardıcıl
yerinə yetirilən prinsiplər dururdu:
1) Öz əsas funksiyası olan maliyyə vəsaitlərini bərpa
etmək üçün bank sistemi tez və dəqiq təşkil olunmalıdır.
2) Bankların yenidən qurulmasına büdcədən xərclər
sərt şəkildə yoxlanılmalı və reqlamentləşdirilməlidir.
3) Dövlət dəstəyini ancaq o banklar əldə edə bilər ki,
cari xərcləri birdən-birə aşağı salır və yenidən kapitallaşma
üçün xarici investisiya cəlb edir.
4) Yenidənqurma çərçivəsindəki bütün fəaliyyət
gələcəkdə məhkəmə mübahisələrindən qaçmaq üçün aydın və
dəqiq qaydalara əsaslanmalıdır.
Koreya rəhbərliyi ayrı-ayrı bankların ödəmə
qabiliyyətliliyinin müəyyənləşdirilməsinin yaxşılaşdırılması
prosesinə başladı. Bununla bərabər Beynəlxalq Valyuta Fondu
ilə danışıqlar nəticəsində hökümətə ayrılan iri yardım paketi bir
260
çox bankların əməliyyatını dayandırdı və lisenziyalarını geri
aldı. 1997-ci ilin dekabr ayında 15 böyük olmayan bankın
fəaliyyəti dayandırıldı. Ümumilikdə böhran dövründə 18
bankın əməliyyatı dayandırıldı və onlardan 16-sının lisenziyası
geri alındı. Nəticədə 1998-ci ilin sonunda ölkədə böhrandan
əvvəlki 32 bankdan cəmisi 14 bank və 1528 qeyri-bank kredit
təşkilatları fəaliyyət göstərirdi (sığorta şirkətləri, kredit
birlikləri, investisiya kompaniyaları və s.). Qalan banklardan
Koreya First Bank və Seoul Bank ciddi problemlərlə üzləşdi.
Hökümət onların səhmdarlarından nizamnamə kapitalının
azaldılması formasında itkilərin bağlanmasında iştirak etməyi
tələb edirdi. Bundan sonra hər iki bank milliləşdirildi,
hökümətin və Koreya depozitlərinin sığortalanması
korporasiyanın iştirakı ilə onların kapitalı 1,5 trlna çatdırıldı.
Qeyd olunmuş bankların iflas olunmasındansa, bu sxemin
qəbul olunması qərarı qəbul edildi. Çünki onlar əsas hesab
olunurdu və onların bağlanması ödəniş sisteminin fəaliyyətinə
və əhalinin bank sisteminə olan etibarına zərbə olardı.
Beynəlxalq Valyuta Fondunın təkidi ilə hər iki bank dövlət
tərəfindən yenidən kapitallaşdırıldıqdan sonra özəlləşdirilməsi
qərara alındı. İlkin formalaşma dövründə digər banklarla
münasibətdə 6 ay müddətinə kapital artırma mənbəyinin
yaxşılaşdırılması barədə plan təqdim etmək əmri verildi. Digər
5 bank tərəfindən udulan 5 idarəedici komissiyanın qərarı ilə
likvidləşdirildikdən sonra beynəlxalq audit şirkətləri bankların
hesabatlılığı barədə yoxlama keçirdi. Digər bankları udmağa
icazəsi olan bankların 1997-ci ilin sonuna kapital kifayətliliyi
9%-dən çox əmsal kriteriyası üzrə seçildi. Udulmuş banklar
261
ədalətsiz menecment nəticəsində problemli bankların aktivləri
və hesabatlılığı haqqında düzgün olmayan informasiyaların
yayılmasının qarşısını almaq və bu kimi hallardan qorunmaq
üçün xüsusi tədbirlər qəbul etmişdir. Balansında problemli
aktivlərin qeyd olunan banklara yarım il müddətinə onları
satmaq icazəsi vermişdir. Belə olan halda, problemli
kreditlərdən pul verib azad olmaq üçün Koreya aktivlərinin
idarə edilməsi korporasiyası yaradıldı və böhrandan əziyyət
çəkən bütün banklar təlimat aldılar ki, bunlar xüsusi kapitalı
artırmaq, ali rəhbərliyi dəyişmək, valyuta balansını və əmrlərin
həcmini azaltmaq idi. Belə bankların reabilitasiyası birləşmə,
xarici kapital axını, nizamnamə kapitalının azaldılması,
qiymətli kağızların satışı və s. Belə olduğu halda, uğurlu təkrar
təşkilin əsasından bir miqyasına qənaət etmək, dublikat
funksiyalarını aradan qaldırmaq, həmçinin kredit potensialını
aradan qaldırmaq məqsədi ilə problemli bankları udmaq
metodu idi. Udulan banklar kapitalının kifayətlilik
normativlərinin təmin olunması və vergi güzəştləri üçün
maliyyə dəstəyi əldə etdilər. Hökümətin tədbirlərinin qəbul
olunması nəticəsində Koreya bank sisteminin banklarının
nizamnamə kapitalının 70 %-dən çoxu hökümətə məxsusdur.
Son dərəcə müvəffəqiyyətli əməliyyat Cənubi Koreya bankı
Shinhana məxsus idi. O qlobal depozit mədaxillərini
yerləşdirmək yolu ilə 400 milyon dollar əldə edə bilmişdi. Bu
pullar banka “xoşagəlməz borcları” örtməyə və beləliklə
yenidən kapitallaşmağa icazə verirdi. Böhran Koreyada xarici
investisiya bankları üçün xüsusilə birləşdirmə və udma
sahəsində yeni imkanlar yaratdı. Amerika investisiya bankı
262
Goldman Sachs, Kookmin bankın alışına 500 milyon dollar
investisiya edərək onun ən böyük təsisçisinə çevrildi. Bankın
maliyyə vəziyyətini 2 ay təhlil etdikdən sonra yekun müqavilə
27 may 1999-cu ildə imzalandı. Bundan sonra Goldman Sachs,
Kookmin bankın ən böyük səhmdarı oldu. Onun payı 16,4%
təşkil edirdi (ikinci böyük səhmdar dövlət idi-7,3%). Yekun
əməliyyatlardan sonra bankın beynəlxalq hesablaşmalarından
müəyyən olunduğu üzrə Kookmin bankın kapitalının səviyyəsi
1,3% təkmilləşdi. Goldman Sachsın ekspertləri həmçinin
risklərin idarə edilməsi, kredit tələblərinin təhlili, aktivlərin
idarə edilməsi sahəsində də köməklik göstərirdi. Problemli
bankların geniş yayılması üzrə ehtiyatların cəlb edilməsi üçün
“borc körpüsü” sxemi yaradıldı. Bu sxemdə strateji investorun
məqsədi problemli bankın udulması üçün ehtiyatın cəlb
edilməsi idi. Saziş nəticəsində kreditor bankın ehtiyatı udulan
banka keçir. Strateji investora udulan banka sahiblik etmək
hüququ verilir. Ümumilikdə Koreya bank sisteminin yenidən
təşkili uğurlu oldu. Sürətli tərəqqi aşağıdakı faktorlara dayanır:
- Yenidəntəşkilin qaydalarının dəqiqliyi və aydınlığı;
- Kredit banklarının bərabər vəziyyətini təmin etmək
üçün problemli banklarda əməliyyatların sürətlə
dayandırılması;
- İslahatlar üçün siyasi müxalifətin iştirakı;
- Aktivlərin “ucuzlaşdırılmasının” qarşısını almaq,
sahibkarların və bankın menecerinin məsuliyyətini
gücləndirmək məqsədi ilə yenidən təşkil olunan bank
menecmentinə ciddi nəzarət. Koreya bank sisteminin nə qədər
güclü olması dünya maliyyə böhranı dövründə özünü göstərdi.
263
IX FƏSĠL. AVSTRALĠYA VƏ YENĠ ZELANDĠYANIN
ĠQTĠSADĠ ĠNKĠġAFI
Аvstrаliyаnın iqtisаd inkişаfının vаcib kоmpоnеntlərindən
biri immiqrаsiyаdır. Аvrоpаlılаr bu mаtеriki 1788-ci ildən
mənimsəməyə bаşlаyıblаr. О zаmаn Yeni Cənubi Uels ştаtı
yаrаdılmış və burа Britаniyа ərаzisi еlаn еdilmişdir.
Аvstrаliyа sаkinlərinin əksəriyyəti məhz Böyük Britaniyadаn
və İrlandiyadаn gəlmələrdir. İkinci dünyа mühаribəsindən
sоnrа və хüsusilə, 1960-cı illərdən sаvаdlı və yахşı
plаnlаşdırılmış, fəаl şəkildə yürüdülən immiqrаntlаrın cəlb
еdilməsi siyаsəti nəticəsində immiqrаsiyа güclənmişdir. 1945-
ci ildən bəri Аvstrаliyа vətəndаşlаrının sаyı iki dəfədən çох
аrtmışdır. Mühаribədən dərhаl sоnrа "yаşıl qitə"-yə gələnlər
əsаsən Böyük Britaniya və İrlandiyanı,
həmçinin İtaliyanı, Yunanıstanı, Yeni Zelandiyanı və
kеçmiş Yuqoslaviya ölkələrini təmsil еdirdilər. Sоn illərdə
gəlmələrin strukturundа əsаs yеrləri Yахın
Şərqdən, Asiya ölkələrindən və Latın Amerikasındаn gələnlər
tuturlаr. Mаrаqlıdır ki, Аvstrаliyаnın ərаzisi dеmək оlаr
ki, ABŞ-ın ərаzisinə bərаbər оlduğu hаldа, burаdа cəmi 23
milyоn nəfərə yахın əhаli yаşаyır, bаşqа sözlə, əhаlinin sıхlığı
çох аşаğıdır – 1 kvаdrаt kilоmеtrə 2 nəfər düşür. Еyni
zаmаndа, Аvstrаliyа dünyаnın ən "şəhərli" ölkələrindən biridir
– burаdа urbanizasiya səviyyəsi çох yüksəkdir – əhаlinin
85%-dən çохu şəhərlərdə yаşаyır. İlk növbədə bu, Sidnеy (4,3
mln. nəfər), Mеlburn (3,6 mln.), Brisbеn (1,7 mln.) və Pеrt (1,4
mln.) şəhərləridir. Аvstrаliyаdа iqtisаdi islаhаtlаr
264
хüsusilə 1996-cı ildən, millətçilərin və libеrаllаrın kоаlisiyаsı
şаkimiyyətə gəldikdən sоnrа fəаl həyаtа kеçirilməyə bаşlаyıb.
Hökumət tеz bir zаmаndа büdcənin kəsirini hеçə еndirib və
iqtisаdi prоsеslərə həmkаrlаr ittifаqlаrının təsirini аzаldıb, yеni
zаmаndа vеrgi sistеmi islаş еdilib və ölkədə müаsir sоsiаl
təminаt sistеmi qurulub. Hələ 1980-ci illərdən bаşlаnmış və
1990-cı illərin оrtаlаrındа о vахtаdək görünməmiş həcmlərə
çаtаn islаşаtlаr nəticəsində Аvstrаliyа iqtisаdiyyаtı rаdikаl
şəkildə yеnidən qurulub və dахili (həcminə görə çох kiçik)
bаzаrdаn iхrаcаtyönümlü, dünyа bаzаrındа rəqаbət qаbiliyyətli
strukturа çеvrilib. İslаhаtlаr çərçivəsində Аvstrаliyа dоllаrının
"üzən" məzənnəsi tətbiq еdilib, əksər gömrük mаnеələri аrаdаn
götürülüb, хаrici оyunçulаrın Аvstrаliyаnın mаliyyə хidmətləri
bаzаrınа girişi аçılıb, dövlət müəssisələrinin özəlləşdirilməsi
şəyаtа kеçirilib. Nəticədə, 1990-cı illərdə Аvstrаliyа rеgiоn
ölkələri аrаsındа ən yüksək iqtisаdi аrtım tеmpləri nümаyiş
еtdirmişdir. Əlvеrişli iqtisаdi şərаit indiyədək
qаlmаqdаdır. 2004-cü ildə ölkədə ÜDM həcmi аlıcılıq
qаbiliyyəti pаritеtinə əsаsən 611,7 milyаrd dоllаr təşkil
еtmişdir. Əhаlinin аdаmbаşınа hesablаdıqdа bu, 30700 dоllаr
dеməkdir. 2004-cü ildə ÜDM-in аrtım tеmpi 3,5%
səviyyəsində qеydə аlınmışdır. 2005-ci ildə isə ÜDM 3%
аrtmışdır. 2004-cü ildə inflyаsiyаnın səviyyəsi 2,4% оlmuşdur.
Bu göstərici 2003-cü ildə 3,1%-ə, 2002-ci ildə 2,9%-ə, 1999-cu
ildə 1,8%-ə bərаbər оlub. Qızıl-vаlyutа еhtiyаtlаrının həcmi
35,14 milyаrd dоllаr. Хаrici bоrcun həcmi - 308,7 milyаrd
dоllаr. 1999-cu ildə хаrici bоrcun həcmi cəmi 222 milyаrd
dоllаr idi. Dövlət bоrcunun ümumi həcmi ÜDM-in 17,4%-nə
265
bərаbərdir. Ölkədə sənаyе istеhsаlının аrtımı 2004-cü ildə
1,9%, 1999-cu ildəsə 1,5% təşkil еdib. Ümumilikdə, ölkədə
əmək qаbiliyyətli əhаlinin sаyı 10,35 milyоn nəfərdir. Əhаlinin
ümumi sаyı 20,09 milyоn nəfərdir. İqtisаdiyyаtın sаşəvi
strukturu: ÜDM-in strukturundа хidmət sеktоru üstünlük təşkil
еdir və ümumi dахili məhsulun 68,4%-ni təmin еdir. Dаşа
28,2%-i sənаyе, 3,4%-i isə kənd təsərrüfаtı verir. Аvstrаliyа
fəаl şəkildə хаrici invеstisiyаlаrpı cəlb еdir. Ölkə
iqtisаdiyyаtınа əsаs хаrici invеstоr АBŞ-dır. 2004-cü ildə
Аvstrаliyаyа Аmеrikа İnvеstisiyаlаrının həcmi 227 milyаrd
dоllаr (ölkə iqtisаdiyyаtınа həmin il ərzində yаtırılmış bütün
sərmаyələrin təхminən 30%-dir) təşkil еdib. Ümumiyyətlə,
Аvstrаliyаdа işgüzаr mühit invеstisiyаlаr üçün kifаyət qədər
əlvеrişli kimi qiymətləndirilir, iqtisаdi аrtım prоsеsləri isə əsаs
göstəricilərin stаbilliyi, inflyаsiyаnın аşаğı səviyyəsi və
işsizliyin аzlığı ilə səciyyələnir. Büdcə kəsiri prоblеmi ölkə
qаrşısındа durmur. 2004-cü ildə dövlət büdcəsinin prоfisiti 1
milyаrd dоllаr (dахilоlmаlаrın ümumi həcmi – 222,7 milyаrd
dоllаr) təşkil еdib. 1999-cu ildə də vəziyyət аnаlоji idi, prоfisit
1,7 milyаrd dоllаrа (dахilоlmаlаr – 90,73 milyаrd dоllаr)
bərаbər idi.nVеrgi sistеmi birbаşа və dоlаyı vеrgilərdən
ibаrətdir. Əsаs birbаşа vеrgi növləri, əksər dünyа ölkələrində
оlduğu kimi, müəssisələrin gəlir vеrgisi və fiziki şəхslərin gəlir
vеrgisidir. Fiziki şəхslərin gəlir vеrgisi prоqrеssiv cədvəl üzrə
0%-dən 47% dərəcəsinədək tutulur. İl ərzində 6000 Аvstrаliyа
dоllаrınа qədər gəliri оlаn fiziki şəхslərdən gəlir vеrgisi
tutulmur. 6000 dоllаrdаn 21600 dоllаrа qədər illik gəliri оlаnlаr
gəlirlərinin 6000 dоllаrı kеçən hissəsinin 17%-ni dövlətə vеrgi
266
şəklində ödəyirlər. İl ərzində 21600 dоllаrdаn 58000 dоllаrа
kimi qаzаnаnlаr 2652 dоllаr + 21600 dоllаrı kеçən məbləğin
30%-i həcmində vеrgi vеrirlər. 58000-70000 dоllаr illik gəliri
оlаnlаr 13572 Аvstrаliyа dоllаrı + 58000 dоllаrı kеçən hissənin
42%-i həcmində məcburi ödəniş еdirlər. Nəhаyət, ildə 70000
dоllаrdаn аrtıq pul qаzаnаnlаr 18612 dоllаr + 70000 dоllаrı
kеçən hissənin 47%-i həcmində vеrgi ödəyirlər. 2006-cı ildən
bаşlаyаrаq vеrgilərin strukturundа böyük məbləğlərdən tutulаn
vеrginin аrtımı istiqаmətində dəyiikliklər bаş vеrir.
Müəssisələrin gəlir vеrgisi üçün bаzа dərəcəsi 30%-dir. 155-lik
güzəştli dərəcə və 45%-lik dərəcə də tətbiq еdilir. Əsаs dоlаyı
vеrgi növü Əlavə Dəyər Vergisidir. Bu vergi növü
Аvstrаliyаdа "mаl və хidmətlərə görə ümumi vеrgi" aadlanır.
Bu vergi növü 2000-ci ilin iyul аyının 1-dən tətbiq еdilib və
bаzа dərəcəsi kimi 10% qəbul оlunub. Аvstrаliyаdа sаtılаn
mаllаrın və göstərilən хidmətlərin əksəriyyətinə ƏDV tətbiq
еdilir. Əgər şirkətin illik dövriyyə həcmi 50000 Аvstrаliyа
dоllаrını kеçmirsə, bu vеrgi növünü ödəməmək də оlаr.
9.1. AVSTRALĠYANIN BANK SĠSTEMĠ.
Аvstrаliyаnın bаnk sistеmi müаsir, inkişаf еtmiş və
mürəkkəbdir. Sistеmin bаşındа mərkəzi bаnk durur və "yаşıl
qitə"-də оnun аdı Аvstrаliyа Еhtiyаt Bаnkıdır. О, inkişаf
еtmiş dеmоkrаtik ölkələrin Mərkəzi Bаnklаrı üçün stаndаrt
funksiyаlаrı yеrinə yеtirir: ümumdövlət mоnеtаr siyаsəti şəyаtа
kеçirir, qiymətlərin stаbilliyini və mаliyyə sistеminin ümumi
267
stаbilliyini dəstəkləyir, qızıl-vаlyutа еhtiyаtlаrını idаrə еdir,
hökumətin mаliyyə əməliyyаtlаrını icrа еdir, dövriyyəyə
əskinаslаr burахır, stаtistik infоrmаsiyа dərc еdir, kоmmеrsiyа
bаnklаrının fəаliyyətinə nəzаrət еdir. Аvstrаliyаdа mаliyyə
institutlаrının çох yаyğın şəbəkəsi fəаliyyət göstərir: ilk
növbədə çохfunksiyаlı kоmmеrsiyа bаnklаrı, şəmçinin bir
sırа bаnk оlmаyаn mаliyyə institutlаrı - tikinti invеstisiyа
şirkətləri, krеdit ittifаqlаrı, ssudа kаpitаlı şirkətləri, müхtəlif
mаliyyə - krеdit şirkətləri, еyni zаmаndа çохsаylı fоndlаrın
idаrə оlunmаsı üzrə şirkətlər və sığоrtаçılаr. Аvstrаliyаdа 53
Kоmmеrsiyа Bаnkı mövcuddur və оnlаrın аktivlərinin cəmi
1,16 trilyоn dоllаrdır. Bu bаnklаrın 14-ü sırf Аvstrаliyа
bаnklаrıdır. 11-i хаrici strukturlаrа məхsus müstəqil hüquqi
şəхslərdir və bəzən məşhur brеndlər аltındа fəаliyyət
göstərirlər. Dаşа 28-i isə хаrici bаnklаrın şöbələri və
filiаllаrıdır (ABN AMRO, Bank of Cşina, Bank of America,
Bank of Tokyo-Mitsubisşi, Barclays Bank, BNP Paribas,
Citibank, Credit Suisse, Deutscşe Bank, ŞSBC Bank, ING
Bank, JP Morgan Cşase, Mizuşo Corporate Bank, Rabobank
Nederland, Royal Bank of Canada, Societe Generale, State
Bank of India, Royal Bank of Scotland, Taiwan Business Bank,
UBS, WestLB və bаşqаlаrı). Ölkənin bütün maliyyə tarixində
ümumdünya tendensiyaları əks olunmuşdur. Bir çox ölkələrdə
böhranlar müşahidə edilmişdir ki, bunun nəticəsində sistem
yaxşılaşdırılmışdır. Xüsusən bank sistemində derequlyasiyanın
vacibliyi keçən əsrin 70-cı illərində iflasların olması ilə
əlaqədardır (Mineral Securities, Mainline, Cambridge Credit,
Associated Securities). 1983-cü ildən 1985-ci ilə kimi 16
268
xarici banka lisenziya verildi; Avstraliya dolları kursunun
hökümət tərəfindən sərt tənzimlənməsi dayandırıldı. Bunun
nəticəsində banklar arasında rəqabət sərtləşdi,daha mühafizəkar
risklərin idarə edilməsi sistemi yaradıldı, həmçinin istehlak və
kooperativ kreditlər ucuzlaşdı, iri transmilli oyunçular maliyyə
xidmətləri bazarında öz mövqeyini gücləndirdi (Citibank,
HSBC, Chase Manhattan, Deutsche Bank).
Avstraliya öz iqtisadiyyatında mühüm əhəmiyyətli
dəyişikliklər etməklə fiziki və hüquqi şəxslərə geniş xidmət
dəsti təklif edir. Avstraliya Bank sektorunun Avstraliya
ictimayəti qarşısında olduqca böyük məsuliyyəti vardır. Ölkə
sosial təşkilatlar müxtəlif formalı banklardan mln. dollarlarla
maliyyə dəstəyi alır və pulsuz iqtisadi təhsil və əhalinin
maliyyə savadlılığının artırılması ilə əlaqədar aktiv şəkildə
təşkilatçılıq edir. Milli Bank Sistemi Asiya və Sakit okean
regionunun maliyyə bazarında uğurlu mədaxil siyasəti aparır.
Aydındır ki, Avstraliyanının beynəlxalq kommersiyada geniş
yayılması böyük investisiya tələb edir.
Ölkənin bank sektorunun lokomotivlərindən biri
ipoteka kreditləşməsidir. Aşağı səviyyəli inflyasiya, kredit
üzrə yüksək olmayan bank faizləri və iqtisadi sabitlik əhalinin
daşınmaz əmlaka investisiya etməsini artırmağa müvəffəq oldu.
Icarəyə vermə sahibkarlara davamlı pul axını gətirirdi. Iqtisadi
sabitlik daşınmaz əmlak sferasındakı investisiyalara müsbət
saldo, həmçinin sabaha inam verir. Nəticədə daşınmaz əmlakın
inkişaf dinamikası bazarı təklif üzərindən tələb ilə müşahidə
olunur. Bu isə daşınmaz əmlak obyektlərinin davamlı artımına
gətirib çıxarır. Nəticədə artım daşınmaz əmlak sferasının bütün
269
iştirakçılarına o cümlədən özəl investorlar kredit
cəmiyyətlərinə, banklar və inşaat cəmiyyətlərinə kimi gəlir
gətirir. Bankların biznes krediti ipoteka kreditindən fərqli
olaraq daha az tempdə inkişaf edir. Kooperativ gəlirin sürətli
artımının səbəblərindən biri maliyyə bazarında biznes
investisiyalarının cəlb edilməsi praktikasına əsaslanmışdır.
Avstraliya bank sistemi gəlirliliyin təmin edilməsinin
digər mühüm faktorları bank hesablarında faiz ödəmələri ilə
əlaqəsi olmayan pul vəsaitlərinin payının çoxalması, həmçinin
əlavə maliyyə xidmətlərinin təklif edilməsi hesab olunur.
Texnoloji innovasiya sektoru vasitəsilə əhali maliyyə idarə
etməsi üçün bunları istifadə edir:
İnternet-bankinq;
EFTPOS- terminal (Electronic Funds Transfer at
Point of Sale);
Bankomat şəbəkələri;
Telefon vasitəsilə transaksiyaların keçirilməsi
imkanı və yeni xidmət mobile-bankinq.
Hətta işçilərin maaşları bir çox hallarda onların cari bank
hesablarına elektron şəkildə yatırılır.
Ənənəvi kağız çekləri ilə ödəniş ölkədə hələ də
məşhurdur. Lakin 1070-ci ildə kredit kartları və yeni yaranan
elektron ödəniş metodları ilə rəqabətə davam gətirə bilməyərək
kəskin şəkildə azalmağa başlayıb. Misal olaraq göstərə bilərik
ki, Avstraliyada hər ay kredit kartalarının istifadəsi ilə 86 mln
transaksiya və EFTPOS-un istifadəsi ilə isə 73 mln transaksiya
həyata keçirilmişdir. Həmçinin ölkənin 180 maliyyə təşkilatını
birləşdirən milli elektron ödəniş sistemi BPAY-də geniş
270
yayılmışdır. Sistem ABŞ-dakı ASN-i xatırladır. BPAY-də
internet vasitəsilə 58%-ə yaxın transaksiya həyata keçirilir. Hər
il bu sistemə 8 mln ödəmə daxil olur. Ölkədə 11 mindən çox
bank bölmələri və agentlikləri, inşaat şirkətləri və kredit
cəmiyyətləri, 2,8 min məhdud ödəniş xidməti göstərən poçt
bölmələrində məntəqələr, 15 minə yaxın banknot və 400
mindən çox elektron ödəniş terminalı fəaliyyət göstərir. Ötən
illərdə ölkədə sərfəli makroiqtisadi şəraitdən istifadə edərək
Avstraliya bank sistemi əməliyyatların rasionallaşdırılması,
xərclərin konsolidasiyası birləşdirmə və udma, gələcək
ixtisaslaşmalar, Sakit okean regionunun digər ölkələrinin
maliyyə bazarlarına eskspansiya, autsorsinqdən aktiv istifadə
nəticəsində səmərəliliyin artırılması hesabına təkmilləşməyə
davam etdi.
Avstraliya iqtisadi cəhətdən inkişaf etmiş ölkələr qrupuna
daxildir. Ölkədə adambaşına düşən ÜDM-in həcminə görə
aparıcı Qərbi Avropa ölkələri ilə eyni səviyyədədir. Ölkə
həmçinin beynəlxalq ticarətdə də aktiv iştirak edir. Onun ixracı
103 mln dollar, idxalı 120 mln dollar təşkil edir.
9.2. YENĠ ZELANDĠYANIN BANK SĠSTEMĠ.
Avstraliyanın iqtisadiyyatı, xüsusilə bank sferası Yeni
Zelandiya iqtisadiyyatı ilə sıx əlaqədədirdır. Yeni Zellandiya
nisbətən kiçik iqtisadi ölçüyə malik olmağına baxmayaraq
iqtisadi cəhətdən İnkişaf Etmiş Ölkələr qrupuna daxildir. Lakin
buna baxmayaraq adambaşına düşən Ümumi Daxili Məhsulun
həcmi 20 min dollardır. Ölkə aktiv şəkildə beynəlxalq ticarətdə
271
iştirak edir. Dünya üzrə süd məhsulları, yun, qoyun, meyvə
ixracatçıları sırasına daxildir. Kənd təsərrüfatı məhsulları
ixracın 50%-ni təşkil edir. Yeni Zelandiya daha çox hazır
məhsullar idxal edir (maşın, avadanlıq, yanacaq). Iqtisadi
müstəqilliyinə görə Yeni Zelandiya reytinq üzrə dünya ölkələri
arasında ilk üçlüyə daxil olmuşdur. Ölkə kifayət qədər inkişaf
etmiş bank sisteminə malikdir və digər ölkələrin bankları,
xüsusilə Avstraliya ilə geniş şəkildə iqtisadi əlaqələri vardır.
Müasir mərhələdə Avstraliyanın bank sisteminə dünya
maliyyə sektorunun 79% aktivi ilə nəzarət olunur və son 10 il
ərzində ölkədə sürətli artım tempi ilə xarakterizə edilir. Öz
xidmətlərini təqdim edən bankların sayı, kiçik kredit təşkilatları
nəzərə alınmamaqla 200-ə yaxındır. Bank sektorunun 4 əsas
oyunçusu vardır:
National Australia Bank;
Commenwealth Bank;
ANZ;
Westpac
Bu 4 bankın (“böyük dördlük”) Avstraliya depozitində
payı 85%-i təşkil edir. The Reserve Bank of Australia (RBA)
Mərkəzi bank hesab olunur. Avstraliya bank sisteminin
inkişaf tarixini bir neçə mərhələyə ayırmaq olar:
Commenwealth Bank erası (1911-1957); ehtiyat bank erası
(1957-1983); derequlyasiya erası (1983).
2008-ci il qlobal maliyyə böhranı Avstraliyanın bank
sistemindən yan keçmədi, hansı ki, böyük həcmdə ABŞ,
Britaniya, Almaniya, Yaponiya və digər ölkələrin aparıcı
transmilli banklarına aktiv şəkildə təsir etmişdi. Yeni
272
Zelandiya inkişaf etmiş və çox yaxşı fəaliyyət göstərən,
çoxsaylı müəssisələrin işini təmin edən və istehlak krediti təklif
edən bank sisteminə malikdir. Dünya Bankının göstəricilərinə
istinad edərək yerli müəssisələrə verilmiş kreditləri 2000-ci
ildə ÜDM-un 117,5%-ni təşkil edirdi. Bu onu göstərir ki,
hazırki dövrdə müasir iqtisadiyyata malik Kanada və
Avstraliya kimi ölkələrə nisbətən Yeni Zelandiyada bank
ssudası əldə etmək imkanı asandır. Yeni Zelandiya bank
sistemi 90%-dən çox ümumi aktivi xarici banklara məxsus olan
16 qeydiyyatdan keçmiş banklardan ibarətdir ki, belə aktivlərin
87%-i Avstraliya banklarına aiddir. Kivibank leyborist
koalisiyası rəhbərliyi ilə 2001-ci ildə yaradılmış və ölkələrin
poçt məntəqələri şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bu bank
yeganə iri Yeni Zelandiya bankıdır. Bütün bank sisteminin
xüsusi kapitalının miqdarı 1989-cu ildə Bazel komandasının
tətbiq etdiyi minimal tələbin səviyyəsini ötmüşdür. Kredit
sisteminə daxil olma qeyri-məhduddur. Özünü bank
adlandırmaq istəyən hər bir yerli və xarici təşkilat Yeni
Zelandiya Ehtiyat Bankında qeydiyyatdan keçməlidir (YZEB-
Mərkəzi Bank). Lakin yalnız maliyyə təşkilatları qeydiyyatdan
keçməyərək özlərini investisiya bankı adlandıra bilər. 2002-ci
ildə “Yeni Zelandiya Ehtiyat Bankı haqqında” Qanunda
dəyişiklik tamamilə bank terminalogiyasına həsr olunmuşdu və
ilk növbədə “bank”, “bankir” və “bank fəaliyyəti” kimi
sözlərin qeydiyyatdan keçməmiş maliyyə təşkilatları üçün
istifadə edilməsi qadağan olundu. Qeydiyyatdan keçmək
beynəlxalq biznesin inkişafına imkan yaratmaqla və
beynəlxalq valyuta bazarı vasitəsilə ucuz maliyyələşməyə yol
273
açır. Sığorta olunmuş və borcla təmin edilmiş hər bir xarici
təşkilat qiymətli kağızlar üzrə Komissiyanın tabeliyi altına
düşür. Buna sığorta şirkətləri daxildir. 2005-ci ilin iyul ayında
aparılan statistik nəticələrə görə Yeni Zelandiyada 16
qeydiyyatdan keçmiş bank fəaliyyət göstərirdi: Bunlar ABN
AMRO NV, ANZ National Bank Limited, ASB Bank Limited,
Bank of New Zealand, Citibank N.A, Commonwealth Bank of
Australia, Deutsche Bank AG və s. ABŞ, Böyük Britaniya,
Yaponiya, Çin və digər ölkələrin aparıcı bankları ilə qarşılıqlı
əlaqəsi olduğundan müasir qloballaşmış maliyyə şəraitində
2008-ci ilin böhranı Yeni Zelandiyanın bank sisteminin
fəaliyyətinə və vəziyyətinə təsirsiz ötüşmədi.
274
X FƏSĠL. ĠRAN ĠSLAM RESPUBLĠKASININ
BANK SĠSTEMĠ
İranda 1983-ci ilin sentyabrın əvvəllərində bütün bank
sistemini əhatə edən İslam Bank Qanunu qəbul olundu və 21
mart 1984 tarixindən etibarən qüvvəyə mindi. Həmin dövrdən
başlayaraq İran İslam Respublikasında bütün bank sistemi
bütünlüklə faizsiz əməliyyatlar həyata keçirirlər.
İranda Faizsiz Bankçılık sisteminin fəaliyyətinin əsasını
təşkil edən amilləri aşağıdakı şəkildə sıralamaq olar:
1. Ölkə iqtisadiyyatının inkişafı üçün pul və kreditin
sağlam bir şəkildə tədavülünü təşkil etməklə haqq və ədalət
prinsiplərinə uyğun pul-kredit sistemini formalaşdırıb inkişaf
etdirilməsi;
2. Bu imkanlardan istifadə edərək İran İslam
Respublikasının iqtisadiyyatının inkişaf etdirilməsi üzrə
proqramların, strategiyaların və dövlət siyasətinin həyata
keçirilməsi;
3. Konstitusiyanın 43-cü maddəsinin 2-ci və 9-cu
bəndlərinin icrası çərçivəsində malların sərbəst dövriyyəsini,
ticarəti təmin edərək investisiyaları işə cəlb etməklə bir
tərəfdən yeni iş imkanlarını formalaşdırmaq, digər tərəfdən
dövlətin də dəstəyi ilə faizsiz kreditvermə imkanlarının,
genişləndirilməsi;
4. Pulun likvidliyini qorumaq, hər cür ödəmələrin
tarazlığını gözləmək və ticarətin asanlaşdırılması;
275
5. Bank tərəfindən göstərilən bütün növ xidmətləri
qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə asanlaşdırilması
və s.
Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) faizsiz bankçılıq
sisteminin tətbiqi hökumətin 12 mart 1975-ci il tarixli qanunu
ilə qurulan Dubay İslam Bankının (DİB) formalaşmasından
götürür. Bu bankın fəaliyyəti ilk dövrlərdə aşağıdakı başlıca
prinsiplərə əsaslanırdı:
Bankın fəaliyyətində ortaq olmaq üçün Birləşmiş
Ərəb Əmirliyinin vətəndaşı olmaq şərt deyil;
Bank sərbəst şəkildə ölkə daxilində və xaricdə
özünün şöbə və nümayəndəliklərini aça bilər;
Bankın xalis mənfəətinin ən azı 10 faizinə qədəri
qanuni yolla ehtiyat fonduna ayrılır və bu məbləğ
şirkətin açıqlanmış kapitalına bərabər olana qədər
götürülməyə davam edilir;
Bank ölkədə bu növ fəaliyyətin tənzimlənməsini
əhatə edən qüvvədə olan qanunvericiliyin riayət
olunmasına məsuliyyət daşıyır.
Misirdə 1977-ci ildə qəbul edilən 47 saylı qanun əsasında
Misir Feysəl Bankının əsasını formalaşdırmaqla yanaşı onun
fəaliyyətinin başlıca prinsiplərini formalaşdırmışdır. Bunlardan
bir neçəsini aşağıdakı şəkildə qısaca olaraq sıralamaq olar:
Bu tip bank xarici və dövlət sektoruna aid maliyyə bazarını
tənzimləyən qanunların tətbiqi dairəsindən azaddır;
1. Bank ənənəvi banklar və kreditləri tənzimləyən qanun
maddələrinə tabe deyildir;
276
2. İstər mərkəzdə və istərsə də şöbələrdəki bankın əmlakı,
qazancı, gəlirin bölüşdürülməsi və bütün digər
əməliyyatlar on beş il müddətinə hər cür vergi, rüsum və
məcburi ödəmələrdən azaddır;
3. Bankın və onun səhmdarlarının mülkiyyətinin heç bir
halda mənimsənilməsinə, dövlətləşdirilməsinə
(milliləşdirilməsinə) və məhkəmə qərarı olmadan
müsadirə olunmasına yol verilmir və s.
İordaniyada isə hökumətin 1978-ci il 13 saylı qanunu ilə
“İordaniya İnvestisiya və Maliyyə İslam Bankı” qurulur və bu
bank məhz onun fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan
xüsusi qanun çərçivəsində faizsiz prinsiplər əsasında fəaliyyət
göstərməyə başlayır. Həmin qanundan götürülmüş bəzi
maddələrə görə banka verilən səlahiyyətlər və əməliyyat
imkanları aşağıdakılardan ibarətdir:
Bank faizsiz maliyyə sisteminə zidd olmayan
bütün bank əməliyyatlarını həyata keçirir və
ölkədə bütün bankların fəaliyyətini tənzimləyən
ümumi qanunvericiliyə riayət edir;
Bankın idarə heyətinin qərarı və razılığı əsasında
müəssisənin mənfəətinin 20 faizi ehtiyat fonduna
yönəldilir;
Bank və onun səhmdarları ölkə qanunvericiliyinə
uyğun müvafiq vergilərin ödəniləməsinə
cavabdehlik daşıyır. Lakin, bankın illik gəlirinin
8%-i vergi tutulmalarından azad edilir;
277
Bu bankın fəaliyyətini tənzimləyən qanununa riayət
olunması Bankın idarə heyətinin də iştirak etdiyi Nazirlər
Kabinetinin müvafiq qrupu tərəfindən həyata keçirilir və s.
Qeyd edək ki, keçən əsrin 60-cı illərindən başlayaraq
Faizsiz Bank sferasında dünya üzrə bir çox maliyyə
qurumlarının ardıcıllıqla yaranması ilə yanaşı ümumilikdə bu
sfera böyük keyfiyyət dəyişikliyinə uğramışdır. Yəni faizsiz
bankçılığın yarandığı ilkin dövrlərdə bu tip maliyyə
qurumları yalnız müştərilərdən əmanətlər toplayaraq həmin
vəsaiti iş adamlarına təqdim edərək bu birgə iqtisadi fəaliyyətin
idarə olunması ilə məşğul olurdular. Sonralar isə artıq
müştərilərə iqtisadiyyatın demək olar ki, bütün sahələri (bura
şəriət prinsiplərinə əks olan sferalar aid edilmir. Məs: spirtli
içki, tütün istehsalı və s. kimi fəaliyyət növləri) üzrə faizsiz
kreditlərin verilməsi, icarə, pul köçürmələri o cümlədən, ayrıca
olaraq sığorta xidmətləri və faizlə əlaqəsi olmayan ənənəvi
bankların həyata keçirdiyi hər növ maliyyə xidmətini təklif
edirlər. Qeyd edək ki, faizsiz bankçılıq yarım əsrə bərabər qısa
bir inkişaf yolunu keçməsinə baxmayaraq bu sistem praktikada
özünü yüksək səviyyədə doğruldaraq rəqabətqabiliyyətli və
müasir tələblərə cavab verən mütəşəkkil maliyyə institutları
kimi formalaşmışdır.
İslam maliyyə hüququnun ərəb ölkələri arasında intensiv
tətbiqi təcrübəsi bu gün daha fəal bir sıra ərəb ölkələrində
(Səudiyyə Ərəbistanı, MƏR, Küveyt və s.) həyata keçirilir.
Lakin XX əsrin 80-90 illərində bank işinin məqsədyönlü
islamlaşdırılması və şəriət adətlərinə uyğun islam maliyyə
278
hüququnun tətbiqi prosesi daha çox ilk növbədə İranda inkişaf
etmişdir.
1984-cü ildə İran məclisi (İslam Məsləhətçi Assambleya)
tərəfindən islam maliyyə hüququ qəbul olunub təcrübədə
istifadə edilməyə başlanıldı. Qəbul olunmuş qanunvericilik
aktlarına əsasən 1985-ci ilin mart ayına ölkədə tamamilə bütün
fəaliyyət göstərən maliyyə institutlarının qəti islamlaşdırılması
həyata keçirilmişdir. Lakin təcrübədə bank tənzimləməsi və
nəzarəti üzrə yeni prinsiplərin və tələblərin tam real tətbiqi
həqiqətdə beş ildən çox müddət tələb etmiş və yalnız keçən
əsrin 90-cı illərinin əvvəlində başa çatdırılmışdır. Depozit və
borc faizlərinin əlavə hesablanması və tutulması təcrübəsi bank
əməliyyat və investisiya fəaliyyətindən tam sıxışdırılıb
çıxarılmışdır. Bu gün ölkə bankları müştəri-əmanətçilərə tələb
olunana qədər faizsiz depozitlər (cari hesablar), faizsiz toplama
hesablarını (əmanət depozitlərini) yaxud həmçinin faizsiz uzun
müddətli investisiya depozitlərini təklif edirlər. Tələb olunana
qədər depozitlərin və cari hesabların (Current Account
Deposits) sahibləri çek kitabçalarından istifadə etmək (açılmış
hesab məbləğində) və çeklərlə hesablaşmalar aparmaq
imkanını əldə edirlər. Toplama hesablarının və əmanət
depozitlərinin sahibləri həmçinin bank maliyyə ehtiyatları və
borclarının alınması imkanı baxımından müəyyən
preferensiyalardan (üstünlüklərdən) istifadə edirlər. Əmanət
qoyuluşları və depozitlərini saxlayan şəxslərin stimullarına və
imtiyazlarına həmçinin islam bankları tərəfindən hesab
sahiblərinin Məkkəyə dini səfərinin maliyyələşdirilməsi aid
edilir.
279
Uzun müddətli investisiya depozitlərinin sahibləri
hesabdan vəsaitin götürülməsindən bir neçə ay qabaq banka
yazılı bildiriş göndərmədən istənilən məbləğdə vəsait götürə
bilməzlər. Lakin onlar islam maliyyələşdirmə üsulunun
(sxeminin)-müdarabənin (bəzən təcrübədə ehtikar mübadilənin,
sərfəli ehtikarın və gəlirli mübadilə əqdlərinin bəzi cəhətlərinə
malikdir) prinsiplərinə uyğun məcmu bank gəlirlərinin
(mənfəətinin) birgə bölüşdürülməsində şərtsiz iştirak hüququnu
əldə edirlər. İstənilən tip borc alan müştərilərin banklarla uzun
müddətli qlobal sazişləri və birbaşa tərəfdaşlıq münasibətləri
hər cür təşviq edilir və stimullaşdırılır. Həmin sazişlərə uyğun
olaraq müştərilər birbaşa, həyata keçirilməsi onların əvvəl
bankdan aldıqları maliyyə vəsaiti hesabına maliyyələşdirilmiş
onların həyata keçirdiyi istehsalat kapital qoyuluşu və
investisiyalarından əldə olunan bütün mümkün gəlirləri
(mənfəəti) bölürlər. Banklarla bağlanılan tərəfdaşlıq və
əməkdaşlıq haqqında sazişlər adətən borc alan müştəri
(operator) tərəfindən yalnız həmin bankın maliyyələşdirdiyi
müəyyən bir investisiya layihəsi (kapital qoyuluşu) haqqında
bağlana bilərlər. Bununla yanaşı bu gün borc alan müştərinin
(operatorun) təsərrüfat və investisiya fəaliyyətinin bütün
növlərini əhatə edən onun bütün gəlirlərinin bölüşdürülməsi
haqqında oxşar sazişlərin bağlanması yol verilir, hətta təşviq
edilir. Məhdud tərəfdaşlıq haqqında sazişlərlə (ciddi müəyyən
olunmuş investisiya layihəsi çərçivəsində) bağlı söyləmək olar
ki, bölüşdürmə yalnız borc alan investor (operator) tərəfindən
islam bankının maliyyələşdirdiyi konkret, ciddi müəyyən
olunmuş layihənin həyata keçirilməsindən əldə edilən gəlirlərə
280
aiddir. Tam tərəfdaşlıq və müştərinin bütün mənfəətinin bankla
bölüşdürülməsi haqqında sazişlə bağlı söyləmək olar ki, borc
alan müştərinin əldə etdiyi istənilən növ gəlir (mənfəət)
müvafiq olaraq onun tərəfindən bankla birgə əsasla
bölüşdürülür. Məsələn, artıq qeyd edildiyi kimi, müştəri
tərəfindən maşınların, avadanlığın və digər texnikanın əldə
olunması bilavasitə islam bankının özünün (müştərinin tapşırığı
ilə) satın alma (yaxud onun maliyyələşdirilməsi) yolu ilə
həyata keçirilir. Sonra müştəri edilmiş satın almaların tam
məbləğini hissələrlə, ayrı-ayrı ödəmələr yolu ilə banka ödəyir.
Az əhəmiyyətli deyil ki, belə hallarda alınmış maşınlara və
avadanlığa dair mülkiyyət hüququ bank tərəfindən müştəriyə
sonuncu banka olan kumulyativ maliyyə borcunu ödəmək üçün
ilk qismən ödənişi etdikdən dərhal sonra keçir. Müştərilərin
islam bankları ilə müqavilə-məqsədli hesablaşmalarının
alternativ forması kimi bankın satın aldığı maşınlara, texnikaya
və avadanlığa dair faktiki modifikasiya olunmuş maliyyə
lizinqi (lizinq sazişləri) formaları çıxış edir. Bu cür lizinq
(icarə) sazişləri zamanı bankın satın aldığı maşınlara və
avadanlığa dair mülkiyyət hüququ yalnız, onun tərəfindən
lizinq obyektinin dəyəri tam ödənilməklə, müştəri bankla
bağlanmış lizinq sazişi üzrə son ödənişi etdikdən və
hesablaşmanı apardıqdan sonra müştəriyə keçir. Bu gün
qüvvədə olan islam maliyyə hüququna əsasən islam bankları
həmçinin müştərinin ticarət əməliyyatlarını maliyyələşdirə,
müştərinin tapşırığı ilə malın müddətli forvard satınalmalarını
(forward purchases) həyata keçirə bilərlər. Malın məqsədli
müddətli forvard satın almaları ilə, mahiyyət etibarilə xalis
281
ehtikar müddətli əmtəə mübadiləsi haqqında saziş və
müqavilələrdən ibarət olan, xüsusiləşdirilmiş fyuçers (birja)
ticarəti arasında dəqiq əhəmiyyətli fərqlər (dərəcələr)
müəyyənləşdirilmişdir. Sonuncular məlum olduğu kimi ərəb
ölkələrində tam və qəti surətdə qadağan olunur. Bankla malın
müddətli forvard satın almaları həyata keçirilərkən həmin bank
ona idxal ticarəti ilə məşğul olan şirkət və ya agent, yaxud
topdan ticarətlə məşğul olan tacirlə təqdim olunmuş satın
alınmış mala görə hesab-fakturaları (invoysları) çox vaxt
dərhal ödəyir. Belə olan halda bank öz hesabına idxal ticarət ilə
məşğul olan şirkətlərin, yaxud topdan ticarətlə məşğul olan
tacirin birbaşa tapşırığı ilə mal alır. İdxal ticarətlə məşğul olan
şirkətlər və topdan ticarətlə məşğul olan tacirlər öz növbəsində
islam bankına olan borclarını artıq onların aldıqları malın
müxtəlif tacirlərə, satış şirkətlərinə yaxud son istehlakçı-
idxalçılara və faktiki alıcılara təkrar satışından sonra ödəyirlər.
Ərəb İslam Bankları bu gün vahid şəklə salınmış standart
müddətli forvard ticarət kontraktlarından və malların təkrar
satışı üzrə müqavilələrdən (əmtəə arbitrajı) istifadə edirlər. Bu
cür maliyyələşdirmə sxemləri zamanı bankın öz müştərisinə
verdiyi (o cümlədən idxal əməliyyatları üzrə) həyata keçirilmiş
malsatınalmaları üzrə ödənişin faktiki olaraq hissə-hissə həyata
keçirilməsi adətən 90-180 gün təşkil edir.
Kredit-bank sektorunun islamlaşdırılması prosesləri ayrı-
ayrı ərəb ölkələrində müxtəlif intensivlikdə inkişaf edirlər.
Onların arasında bank işinin islamlaşdırılması mexanizmləri
olduqca intensiv şəkildə son on il ərzində İranda, həmçinin
Pakistanda tətbiq edilirdi.
282
1979-cu ildən etibarən İranın Bank Sistemi onun qlobal
islamlaşdırılması əsasında milliləşdirilmiş və tamamilə yenidən
təşkil olunmuşdur. İranda birləşmiş islam bank sisteminin
qurulması və fəaliyyəti prinsiplərini müəyyənləşdirmiş əsas
hüquqi sənədlər 1983-cü ildə qəbul olunmuş istənilən formada
sələmçilik fəaliyyətini qadağan edən islam prinsipləri əsasında
olan Bank fəaliyyəti haqqında qanun və İranın Konstitusiyası
olmuşlar. İranda islam bank işinin əsas xarakteristikalarına ilk
növbədə dövlət tərəfindən bütün bankların fəaliyyətinə ciddi
cari nəzarət, xüsusi kommersiya banklarının yaradılmasına
qoyulan qadağa və maliyyə vəsaitinin (borc ehtiyatlarının)
ödənişliyi prinsipinin istifadəsindən tam imtina aid edilməlidir.
Bu gün ölkədə qüvvədə olan vahid islam bank
qanunvericiliyinə əsasən İranın milli bank sistemi aşağıdakı
məsələlərin həllinə yönəlib:
1. Ölkənin bütün kredit-pul sisteminin qüvvədə olan
qanunvericilik əsasında və islam qaydalarına, ilk növbədə
şəriət adət və ənənələrinə tam uyğun şəkildə sabit fəaliyyəti,
pul dövriyyəsinin tənzimlənməsi və iqtisadiyyatın, ilk növbədə
onun real sektorunun, sabit inkişafına nail olmaq üçün effektiv
maliyyələşdirmə sisteminin təşkili;
2. Dövlət iqtisadi proqramlarının uğurlu həyata
keçirilməsi üçün daxili pul vəsaitinin səfərbər edilməsi;
3. İslam bank idarələrinin təcrübəsində tam uyğun
əmanət məhsullarının və maliyyə vasitələrinin tətbiqi yolu ilə
əhalinin faizsiz investisiya və depozit əməliyyatlarında real
iştirakının genişləndirilməsi üçün lazımi şəraitin yaradılması.
Söhbət ilk növbədə əhalinin vəsaitinin birgə cəlb edilməsindən,
283
onun faizsiz hesablarda yerləşdirilməsindən və sonra bankların
səfərbər etdiyi pul ehtiyatlarının ölkədə hazırlanan effektiv
investisiya layihələrinin maliyyələşdirilməsi məqsədlərinə
təkrar bölüşdürülməsindən gedir. Bu məsələlərin həlli üçün
həmçinin xüsusi bank ehtiyat fondlarının təsis edilməsi,
banklar tərəfindən faizsiz əmanət qoyuluşları və müddətli
depozitlər sistemindən istifadə nəzərdə tutulur. Əmanətlərin
yığılması və bank aktivlərinin effektiv yerləşdirilməsi ilk
növbədə investisiyaların real təsərrüfat sektoruna maliyyə şək-
lində sabit qoyuluşunu və ölkə əhalisinin məşğulluq
səviyyəsinin artırılmasını təmin etməlidirlər;
4. Aktiv dövriyyəsində pul kütləsinin həcminin tənzim-
lənməsi və ödəniş balansının vəziyyətinə nəzarət;
5. Ödənişlərin aparılması və pul haqlarının qəbulu,
köçürülmələrin edilməsi, kommersiya (xarici ticarət)
sazişlərinin və müqavilələrinin təmin edilməsi, həmçinin
qüvvədə olan bank qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
maliyyə xidmətlərinin göstərilməsi.
İranın bank sisteminin sabit fəaliyyətinin və yenidən
qurulmasının təminatında əsas rol şübhəsiz ki, İranın Mərkəzi
Bankına məxsusdur. Iranın Mərkəzi Bankı ölkənin kredit-pul
siyasətini işləyib hazırlayır və həyata keçirir, pul nişanlarının
emissiyasını həyata keçirir, ölkənin qızıl-valyuta ehtiyatlarını
idarə edir, pul dövriyyəsini, bank investisiyalarını və s.
tənzimləyir. İranın Mərkəzi Bankı tam islamlaşdırılmış milli
bank sistemi çərçivəsində ölkənin bütün kredit-bank
idarələrinin fəaliyyətinə nəzarət edir:
284
1. Bankların, həyata keçirdikləri xidmətlərin və
əməliyyatların konkret növündən asılı olaraq, gəlir
norması üçün minimal və maksimal miqdarı
(səviyyələri), həmçinin banklar tərəfindən müxtəlif növ
əmanətlərin sahiblərinə (saxlayanlarına) verilən
preferensiyaların, imtiyazların və s. yol verilən
həcmlərini müəyyən edir;
2. Dövlətin milli iqtisadi siyasəti çərçivəsində bank
kapitalının təsərrüfat sahələri və sektorları üzrə
investisiya şəklində qoyuluşu istiqamətlərini, həmçinin
müxtəlif sahələrdə investisiya layihələri üçün minimal
yol verilən gəlir normalarını və həmin normaların
iqtisadiyyatın müxtəlif sahələri üzrə mümkün
differensiasiyasını (ayrılmasını) müəyyən edir;
3. Bank tərəfindən bir müştəriyə (borc alana) sərbəst
şəkildə verilə biləcək maliyyə vəsaitinin (borclarının)
maksimal həcmini nizamlayır.
2009-2011-ci illərdə artıq ən yaxın gələcəkdə İranın
bütün maliyyə sisteminin kifayət qədər əsaslı müəyyən
islahatının mümkünlüyünü təsdiqləyən əlamətlər daha aydın
görünməyə başlamışdır. Dövlət tərəfindən hər yeri əhatə edən
bank inhisarı, yerli kredit bazarında müəyyən bir real rəqabətin
olmaması və bunun nəticəsi kimi bir çox islam banklarının
investisiya fəaliyyətinin nisbətən aşağı effektivliyi dövlətin
strateji maraqlarına obyektiv cavab vermirlər. Təsadüfi deyil
ki, bu gün İran hökuməti tam islamlaşdırılmış kredit-bank
sektoru daxil olmaqla ölkə təsərrüfatının müəyyən
liberallaşmasına istiqamətlənmiş addımlar atır. Belə ki, 2010-
285
2015-ci illər üçün İranın sosial-iqtisadi və mədəni inkişafının
beşillik planı haqqında qanunvericiliklə bir sıra bankların
səhmlərinin təxminən 49% özəl sektorun səhmdarlarının və
investorlarının sərəncamına verilməsi yolu ilə dövlətin kredit-
bank sahəsində inhisarının müəyyən zəiflədilməsi nəzərdə
tutulmuşdur.
Lakin bütövlükdə inqilabdan sonrakı dövrdə (xüsusilə
90-cı illərdə) İranın iqtisadi siyasətinin əsas məqsədi şübhəsiz
bütün milli bank idarələrinin məqsədyönlü islamlaşdırılması
olmuşdur. Vahid müsəlman cəmiyyətində ona müvafiq olaraq
ölkənin bütün institutlarının bütün növ banklar və yerli maliyyə
idarələri daxil olmaqla ölkənin bütün institutlarının islam
prinsiplərinə tam uyğun qaydada fəaliyyət göstərməli olduqları
tələb adətən daha asan və effektiv həyata keçirilir. İslam
banklarına Qərb yönümlü universal (ənənəvi) kommersiya
bankları ilə bərabər fəaliyyət göstərməsi üçün sadə icazənin
verilməsi burada açıq surətdə kifayətsiz və qeyri-qənaətbəxş
qərar hesab olunur. Yüksək dini islam cəmiyyətində (sosial
strukturlarda) əməliyyatları üzrə faiz hesablayan və tutan
istənilən maliyyə institutlarının fəaliyyəti qətiyyən həyata
keçirilmir və qadağan edilir. Eyni zamanda istənilən ənənəvi
kommersiya banklarının fəaliyyəti doğru olmayan, “dinsiz”,
doğruluq və islam ədaləti prinsiplərinə zidd hesab olunur.
Bütün bank sektorunun fəaliyyətinin Quran prinsiplərinə, ilk
növbədə şiə cərəyanının mahiyyətinə və ruhuna şərtsiz
uyğunluğunu təmin etmək üçün dövlət İranın bütün milli bank
sistemini tam islamlaşdırmışdır. Bu tədbir özünün cari
fəaliyyətində Qərb maliyyə və kredit-bank və həmçinin
286
investisiya institutlarının fəaliyyət prinsiplərindən istifadə
edən ənənəvi kommersiya banklarının istənilən əməliyyatlarını
obyektiv mümkünsüz etmişdir.
Bu gün İran təcrübəsinə çox yaxın bir istiqamətdə
Pakistanda milli kredit-bank sektorunun tam islamlaşdırılması
həyata keçirilir. Burada İran modelinə analoji olan son dərəcə
sərt islamlaşdırma modeli tətbiq edilir, son dərəcə qısa məhdud
müddətdə bütün kredit-bank sisteminin əsaslı yenidən təşkili
üzrə eyni vasitələrdən və üsullardan istifadə olunur.
Pakistanda 1999-cu ilin dekabrında Ali Məhkəmə borc faizi-
riba üzrə istənilən əlavə hesablamanı və tutulmanı islam əxlaqı
normalarına zidd hesab etmiş və hökumətin üzərinə 2001-ci
ilin ortalarına qədər ölkədə birləşdirilmiş tam islamlaşdırılmış
maliyyə və kredit-bank sisteminin tətbiqi vəzifəsini
qoymuşdur. Ölkənin bank təcrübəsinin bu qədər qısa müddətdə
yeni prinsiplərə keçməsi ilk növbədə ilkin dövrdə bankların
depozit və xüsusilə investisiya fəaliyyətinin pisləşməsinə səbəb
olmuşdur. Həmçinin fərdi sahibkarlıq sektoru, xüsusilə kiçik
firmalar, fərdi sahibkarlar və tək sahiblər banklarla ehtiyatla
münasibət qururdular, çünki onlar üçün bankdan cəlb olunmuş
maliyyə ehtiyatlarının faktiki dəyəri əhəmiyyətli dərəcədə
artmağa başlamışdır. Bununla bərabər rəsmi bank sektorunda
faizin ləğvi çox vaxt qeyri-rəsmi (sələmçilik) borc bazarında və
parabank sektorunda kreditin dəyərinin artmasına səbəb olurdu.
Hətta yerli kiçik fərdi milli sahibkarlığın borc ehtiyatlarının
alınması zəruriliyi daima artdığından paralel “qara maliyyə
bazarının” fəaliyyəti genişlənməyə başlamışdır. Maliyyə və
kredit-bank strukturlarının tam islamlaşdırılması əsasında
287
ölkədə aparılan bank islahatları çərçivəsində yerli kredit
bazarında dövlət sektorunun mövqelərinin əhəmiyyətli
dərəcədə möhkəmlənməsi ehtimalı iri sənaye sahibləri və
biznesmenlərdə müəyyən narahatlıq doğururdu. Digər tərəfdən
iri fərdi sahibkarlar və investorlar çox vaxt onlardan bank
qarşısında özünün real balansının, ilk növbədə onların həyata
keçirilmiş investisiya layihəsi nəticəsində aldıqları faktiki
mənfəətin həcmi haqqında məlumatların tam açıqlanmasını
tələb edən islam maliyyələşdirmə üsullarından istifadə
etməkdən birbaşa boyun qaçırırlar. İslam bankının borc alan
müəssisənin faktiki mənfəəti haqqında məlumatı həmin
müəssisənin biznesi haqqında bir çox digər məlumatları ilə
olduğu kimi real əldə etmək imkanı adətən olduqca məhdud,
zəif unifikasiya edilmiş və çox vaxt islam banklarının
rəhbərləri tərəfindən ən münasib investisiya qərarının qəbulu
üçün az faydalı olur. Yerli fərdi sahibkarların və investorların
idarə etmə bacarıqları olduqca zəif olur, onlar üçün yüksək
olmayan rəsmi davranış etikası, götürülmüş öhdəliklərin
vaxtında yerinə yetirilməməsi səciyyəvidir, bu da islam
bankının əməliyyatlarında PLS-prinsipinin tətbiqini obyektiv
surətdə çətinləşdirir. Vəziyyət onunla çətinləşirdi ki, ilk
növbədə yeni islam maliyyələşdirməsi prinsiplərinə keçən
banklar və maliyyə institutları avtomatik olaraq dövlət nəzarəti
altına yaxud bilavasitə olaraq dövlət sektoruna keçirdilər.
Lakin ölkədə fərdi milli sahibkarlığın möhkəmləndirilməsi
üzrə ümumi strategiya ilə hərəkət edən Pakistan hökuməti bu
gün artıq bir sıra islam bankının və digər islamlaşdırılmış
maliyyə və kredit idarələrinin xüsusi sahibliyə verilməsi
288
ehtimalını istisna etmir. Milli kredit-bank sektorunun tam
islamlaşdırılması əsasında bank islahatlarının olduqca ciddi
problemi ondan ibarətdir ki, dövlət (“milliləşdirilmiş”)
banklarının yerli xüsusi borc alan müəssisələrin idarə etmə,
əməliyyat və investisiya fəaliyyətinə real müdaxiləsi
Pakistanda onsuz da olduqca ağır olan korrupsiya problemini
gücləndirə bilər. Tam islamlaşdırılmış maliyyə və kredit-bank
strukturunun effektiv fəaliyyətinin real perspektivləri əsasən
həmçinin hökumətin ölkədə bütün təsərrüfat və investisiya
fəaliyyətini, bu zaman fərdi investorların islam banklarına qarşı
etibarını sarsıtmadan, faizsiz əsasa real keçirə bilib-bilməyəcə-
yindən asılı olacaqlar. Mərkəzi bank özü yerli maliyyə (kredit)
bazarında, daima onun daxilində, ilk növbədə büdcə kəsirinin
maliyyələşdirilməsi üçün, xəzinə istiqraz vərəqələrini
yerləşdirən bilavasitə iri borc alan qismində çıxış edir. Bu cür
əməliyyatlar dövlət xəzinə istiqraz vərəqələri üzrə faizlərin
əlavə hesablanması və ödənilməsi ilə bağlıdır, bu da həm milli
kredit-bank sektorunun, həm də Pakistanın bütövlükdə maliyyə
təsərrüfatının islamlaşdırılması proseslərini obyektiv surətdə
çətinləşdirir.
Kredit-bank sektorunun real tam islamlaşdırılması ilə
bağlı çətinliklər bu gün həmin prosesə məqsədyönlü
yanaşmanın yayılmasını şərtləndirmişlər, həmin yanaşmaya
əsasən bank sahəsinin islamlaşdırılması istiqamətində ilk
addım ölkədə makroiqtisadi idarəetmə sahəsində milli sistemin
fəaliyyətinin islam prinsiplərinə keçidi olmalıdır. Yalnız
bundan sonra ölkənin kredit-bank sektorunun və bütövlükdə
maliyyə sahəsinin islamlaşdırılması üzrə effektiv addımların
289
atılması mümkün olur. Halbuki Pakistanda bu sxemə tam zidd
olaraq ölkənin bütün kredit-bank sahəsinin islamlaşdırılması
üzrə siyasi qərar qəbul olunduqdan sonra həmin qərarın
praktiki həyata keçirilməsi İslam ideologiyası şurasına, İslam
işləri üzrə nazirliyə, şəriət məhkəməsinə həvalə olunmuşdur.
Ölkənin mərkəzi bankı (Pakistan Ehtiyat Bankı) yalnız texniki
funksiyaları yerinə yetirərək ölkənin kredit-bank sektorunun
əsaslı transformasiyası prosesindən kənarda qalmışdır. Hətta
1999-cu ilin dekabrında Pakistanın Ali məhkəməsi 30 iyun
2001-ci il üçün hökumətə xarici dövlət borcunun xidməti
sahəsindən başqa ölkənin iqtisadi həyatından istənilən faiz
əməliyyatlarının tam çıxarılması haqqında xüsusi inzibati
göstəriş vermişdir. Söhbət ən qısa müddətdə iqtisadiyyatın və
bank sektorunun faizsiz əsasla fəaliyyətə məcburi inzibati
keçidi haqqında gedir. İranın əsas islamistləri bir çox
müsəlman ölkələrində, o cümlədən Pakistanda, Sudanda bank
sektorunun “islamlaşdırılması” üzrə real təcrübəni daima
tənqid edirlər. Onlar islam banklarının ekspansiyasını (onların
terminologiyasına əsasən “islam bank hərəkatı”nı) mahiyyət
etibarilə “kapitalizmin kamuflyajı” adlandırırlar. Onlar xüsusi
qeyd edirlər ki, “islam bankı” söz birləşməsinin sadə istifadəsi
heç də bank işinin təbiətini və bankların özlərinin mahiyyətini
dəyişmir. “İslam bank işi” ifadəsinin özü obyektiv olaraq açıq
ziddiyyət təşkil edərək, onların fikrincə bir araya sığmayan
əsas anlayış və terminlərinin əlaqəsindən ibarətdir. Hətta,
mahiyyət etibarilə “bank” sözünün özü onlar tərəfindən qəbul-
edilməz hesab edilir, çünki həmin söz keçən dövrlərdə məhz
sələmçilərin - İtaliyanın Lombardiya əyalətinin pul
290
kreditorlarının üzərinə pul düzüb onun xırdalanması ilə məşğul
olduqları italyan “masa” yaxud “skamya” sözündən əmələ
gəlir. Şübhəsiz, bu cür riskli sərraflılıq və borc təcrübəsi
obyektiv olaraq islam postulatlarına əsasən hər zaman bütün
kontragentlərin və iştirakçıların etibarına əsaslanmalı olan əsl
islam maliyyə və investisiya tranzaksiyalarında qətiyyən
qəbuledilməz və yolverilməzdir. İslam tərəfdarının təminatı
(öhdəliyi) şübhəsiz xarakter daşıyır və borc alan onun təsirinin
və, o cümlədən girov şəklində, üzərinə götürdüyü öhdəliyinin
vaxtında icrasının hansısa əlavə sübutlarını göstərməyə məcbur
deyil. Bununla həmçinin belə bir fakt izah olunur ki, bir çox
ərəb islam institutları bu gün heç də bank deyil, ilk növbədə ev
(“Kuveyt Faynens Haus”, “Dar al-Maal al-İslami” və s.) adlan-
dırılmağa başlayıblar.
Xüsusilə onların fikrincə islam kredit-bank və maliyyə
institutları özlərinin rəsmi statusuna görə şirkət və məhdud mə-
suliyyətli cəmiyyət (Limited-Liability-Company) ola bilməzlər,
çünki valyuta sazişlərini, investisiya müqavilələrini, maliyyə
tranzaksiyalarını və ödəniş haqqında sazişləri bağlayan həmin
müsəlmanlar arasında etibar, qarşılıqlı öhdəliklər və təminatlar
hər zaman şərtsiz və qəti olmalıdır. İnvestisiya əməliyyatının
istənilən iştirakçısı şəxsi məsuliyyətdən (“şəxsi öhdəliklərdən”)
azad edilə bilməz, onun əvvəl üzərinə götürdüyü öhdəliklərin
tam yerinə yetirilməsi şərtsiz olmalıdır. Bank institutları isə öz
növbəsində əksinə müştəri və kontragentlərlə bağlanmış
depozit və investisiya müqavilələri üzrə ümumiyyətlə əmlak
məsuliyyətini daşımamalı (öz şəxsi aktivləri, fondları və əmlakı
hesabına) və həmin münasibətləri ilk növbədə tam və şərtsiz
291
qarşılıqlı etibar və birgə maddi məsuliyyət əsasında (borc alan
investorla maliyyələşdirən bank arasında həyata keçirilmiş
investisiya layihələri üzrə mənfəətin və zərərin pay bölgüsü
əsasında) qurmalıdırlar.
10.1. ĠRAN ĠSLAM RESPUBLĠKASINDA BANK
SĠSTEMĠNĠN ĠNKĠġAF XÜSUSĠYYƏTLƏRĠ
İranın kredit sistemi öz başlanğıcını 1906-1907-ci
illərdən götürür, həmin dövrdə konstitusiya ölkənin pul
təsərrüfat idarəsində feodal üsullarını ləğv etmiş və şahın
ölkənin milli sərvəti üzərində nəzarətsiz sərəncamına son
qoymuşdur. Lakin, həqiqətdə 20-ci əsr boyu konstitusiyanın
vəziyyəti arabir deklarativ (rəsmi) xüsusiyyət daşıyırdı.
Kredit-pul təsərrüfat islahatını keçirmək üçün “neytral”
xarici müşavirlərin dəvət edilmə təşəbbüsü uğursuz oldu. 1911-
ci ildə İrana Morqan Şusterin başçılığı ilə Amerika ekspertlər
dəstəsi gəlmişdir; onun 1916-cı ildə istefasından sonra kredit-
maliyyə idarələrində, ölkəyə zorla son dərəcə ağır şərtlərlə
saziş qəbul etdirmiş ingilis təlimatçıları rəhbərlik edirdi, həmin
sazişə əsasən ingilis məmuru İran hökumətinin baş maliyyə
müfəttişinin funksiyalarını yerinə yetirirdi; 1921-ci ildə
İngiltərə - İran sazişi ləğv edilmişdir. Eyni zamanda İranda
müstəmləkə əsasları qorunub saxlanılırdı. 1907-ci ildə İngiltərə
ilə Rusiya arasında bağlanmış sazişə əsasən İran Rusiya
İmperiyası və Böyük Britaniyanın təsir sahələrinə
bölünmüşdür. Nəticədə konsessiya sazişləri siyasəti möhkəm-
lənmişdir (32 belə sazişlərdən 32-si Rusiyanın payına
292
düşürdü): bank, yol, nəqliyyat-sığorta, dağ-mədən. İngilis
sahibkarları banknotların emissiyası və xəzinədarlıq
funksiyalarının yerinə yetirilməsi hüququ ilə Şahənşah
bankının təşkili üçün konsessiya almışdır. Rusiya İranın
Hesablama-borc bankının təşkili üçün konsessiyaya nail oldu.
1921-ci ildə sovet hökuməti İranın, ona çar hökuməti
tərəfindən verilmiş borcların, ödəməsindən imtina etdi. Bu
bankın əsas kapitalının mənbəyi İran hökumətinin Şahənşah
bankındakı hesablarında saxladığı xarici valyutada olan azad
yığılmış vəsait, həmçinin gümüşü kranlarla (1930-cu ildə rial
ilə dəyişilən sikkə pul) pul ehtiyatları olmuşdur.
Milli siyasətin vacib istiqamətlərindən biri 1928-ci ildə
İranın Milli Bankının təsis edilməsi olmuşdur. Artıq Milli bank
mövcudluğunun ilk illərində kreditin ucuzlaşmasına
istiqamətlənən diskont siyasəti sayəsində İranın kredit-pul
sistemində aparıcı yer tutmuşdur. Uçot dərəcələri 6% kimi
azalmışdır, bu yalnız çox saylı sərrafların təcrübəsinə deyil,
həm də 12% və daha çox faiz tutan Şahənşah bankının
əməliyyatlarına təsir etmişdir. Dünya böhranı zamanı gümüş və
qızılın dəyərinin nisbətinin əlverişsizliyi ilə əlaqədar olaraq
gümüş kranın faciəli qiymətdən düşməsi baş vermişdir. Kranın
və funt sterlinqin valyuta pariteti 2 dəfədən də çox aşağı
düşmüşdür.
1925-ci ildə Ticarət haqqında qanunla İran hökuməti
kredit əməliyyatlarının istehsal nizamının şəriət şərhinə son
qoymuş, xüsusi bankir sənəti fəaliyyətinin hüquqi əsasını müa-
sirləşdirmişdir. Lakin, əvvəlcə çox saylı sərrafların və bir sıra
ticarət kontorlarının geniş məşğul olduqları sələm krediti hələ
293
xüsusi kommersiya banklarının bələdiyyə mülkiyyəti
formasında ifadə edilmirdi.
1930-cu ildə İran bimetallik standartdan qızıla keçdi,
hansının ki, əsasında sterlinq dövriyyəsinin ingilis sistemi
yerləşirdi. Sikkə vahidi kimi qızıl real oldu. İranın Milli bankı
ölkədə pul dövriyyəsinin tənzimləyicisi oldu.
1931-1932-ci illərdə xüsusi borc kapitalı səhmdar kredit
cəmiyyətlərində (bank tipli şirkətlər) yığılmağa başlamışdır.
1939-cu ildə İranda dövlət əmanət kassaları açılmışdır.
İkinci dünya müharibəsinin əvvəllərində İranda növbəti
milli kredit institutları fəaliyyət göstərməyə başladı:
Milli Bank
Kənd - təsərrüfatı Bankı
Sənaye Bankı
İpoteka bankları
Beləliklə, konsessial Şahənşah Bankının İran pul-kredit
bazarında monopoliya hüququ zəifləyirdi. Bundan başqa
İranda xarici kapital ilə aşağıda qeyd olunan iki bank fəaliyyət
göstərirdi:
Ruspersbank (“Rusfarsbank”)
Ottoman Bankı
Ruspersbank 1923-cü ildə əsasən Sovet-İran ticarəti üzrə
hesablamaların aparılması üçün qarışıq Sovet-İran
cəmiyyəti kimi təşkil edilmişdir, onun ölkənin müxtəlif
şəhərlərində bir neçə filialı yaradılmışdı.
Ottoman Bankı eyni adlı bankın bölmələrini Türkiyədə
Fransa - İngilis kapitalı və Londondakı idarəetmə ilə təmsil
294
edirdi. Milli Bank sisteminin inkişafı 1948-ci ildən
formalaşmağa başladı, belə ki, artıq mövcud olan dövlət
banklarının sayına yeni dövlət və xüsusi banklar əlavə
edilməyə başladı. İranın Milli Bankı özünün iki - emissiya
və kommersiya bölmələri ilə ölkənin kredit-pul sisteminin
əsasını qoydu. Sonrakı illərdə əvvəlcə Amerika iqtisadi
ekspansiyasının genişlənməsi, sonra isə Amerika
“qəyyumluğundan” tam imtina və nəticədə iqtisadi təcrid
olunma baş verdi. 1960-cı ildə Milli Bankın yenidən təşkili
aparıldı. Milli bank İranın Mərkəzi Bankına və İranın Milli
Bankına bölündü. İranın Mərkəzi Bankının fəaliyyəti
emissiya və valyuta idarə etməsindən ibarət olduğu halda
İranın Milli Bankının fəaliyyəti isə kommersiya bankının
funksiyaları ilə təmin olunmuş və ona əvvəlki Milli Bankın
kommersiya baxımından idarə edilməsi passivləri
verilmişdi. Mərkəzi Bankın fəaliyyətinə nəzarət etmək
üçün Maliyyə İttifaqı yaradıldı. Bu dönəmdə sənaye
kreditlərinin verilməsində də həmçinin dəyişikliklər baş
verdi. 1946-cı ildə Kənd Təsərrüfatı Bankından, Plan
bankına (1951), 1956-cı ildə isə Sənaye Kreditləri Bankına
çevrilmiş Sənaye İnkişafı və Dağ-Mədən Bankına fəaliyyət
dəyişikliyi baş verdi. 1958-ci ilin sonunda bu bank Milli
Bankla birlikdə bir sıra ölkələrin maliyyə qruplarının
iştirakı ilə yaradılmış qarışıq Sənaye İnkişafı və Dağ-
Mədən Bankının payçıları sırasına daxil olmuşdur. Burada
səhmlərin 40%-i xarici investorlara, 60%-i Amerikanın
Borcların İnkişafı Fondunun dəyişməsi yolu ilə İrana
məxsus idi. 1956-cı ildə İpoteka Bankı 1952-ci ildə
295
yaraılmış Tikinti Bankı ilə birləşdirildi. Həmçinin 1953-cü
ildə təsis edilmiş İxracatın İnkişafı Bankı, 1961-ci ildə isə
Xarici Ticarət Bankı ilə əvəz edildi. İran hökuməti
həmçinin dövlət qulluqçuları üçün bank şəbəkəsinin
yaranıb genişlənməsi məqsədlə 1958-ci ildə xüsusi bank
yaradılmasına imza atdı. İranda xüsusi bankların fəaliyyəti
1655-ci ildə yaradılmış və 1969-cu ildə “Bank və valyuta
nizamnaməsi ilə əvəz olunmuş banklar haqqında” qanunla
nizamlandı. Bankların fəaliyyətinə nəzarətin
gücləndirilməsinə 1963-cü ildən başlanıldı və həmin
vaxtdan Mərkəzi Banka xüsusi şəxslərə kreditin verilməsi
şərtlərinə nəzarət etmək icazəsi verildi. Tezliklə faiz
dərəcələrinin məcburi sabitləşdirilməsinə yönəlik məsələ,
məsələn kreditlərin yalnız istehsal məsələləri ilə
məhdudlaşdırılması barədə məsələlərə baxıldı. İranda 1979-
cu ilin iyun ayından kredit institutları milliləşdirildi və
1984-cü ilin mart ayından faizsiz bank əməliyyatlarına
qayıdış baş verdi.
İran İslam İnqilabından sonra Bankın fəaliyyəti şəriət
qanunları əsasında həyata keçirildi. İranda İslam inqilabının
baş verməsi ilə əlaqədar ölkədən külli miqdarda - 40 milyard
dollara yaxın pulun çıxarılması ilə əlaqədar olaraq 1979-ci
ildən 1999-cu ilə qədər rialın dəyəri əhəmiyyətli dərəcədə aşağı
düşdü. İqtisadi inkişaf və dollar zonasından uzaqlaşma
səbəblərindən 1999-cu ildən etibarən rialın məzənnəsi
sabitləşdi. 2002-ci ilədək İranın məzənnə siyasəti çoxmərhələli
sistemə əsaslandı ki, burada dövlət və yarım-dövlət
müəssisələri üstün tutulan məzənnədə (1750 rial = 1 dollar),
296
özəl sektor isə bazar məzənnəsindən (8000 rial = 1 dollar)
istifadə etməli oldu. Bu cür məzənnə siyasəti qeyri-bərabər
rəqabət mühiti yaratdığından 2002-ci ilin mart ayından etibarən
bu sistemi birləşmiş bazar məzənnəsi siyasəti əvəz etdi.
10.2. ĠRAN ISLAM RESPUBLIKASININ MÜASĠR
PUL KREDĠT SĠSTEMĠ
İran İslam Respublikasının əsas pul sistemi İran rialıdır.
Valyuta sistemi mübadilə məzənnəsinin ikitərəflilik prinsipinə
əsaslanmışdır. Belə ki, “neft” məzənnəsi təsbit edilmişdir
(2000-ci ildə 17 50 rial 1 ABŞ dollarına görə), qeyri-neft
əməliyyatları üçün isə üzən valyuta məzənnəsi istifadə
olunurdu. Neft dollarları xidmətlərin və malların idxalı,
borcların ödənilməsi və milli iqtisadiyyat çərçivəsinə layihə
keçirmələri üçün istifadə olunurdu. Adi ixracatçılar başqa
üstünlüklərə malik idilər. Belə ki, onlar ixracat hasilatının bir
hissəsini depozit hesablarına yerləşdirə bilər və onları depozit
sertifikatları ilə rəsmiləşdirə bilərlər. Depozit sertifikatları dövr
edən qiymətli kağızlardır və Tehran valyuta birjasında satış
üçün çıxarıla bilərlər. İranın kredit sistemindəki ciddi
dəyişikliklər 2000-ci ildə (İran İslam Respublikasında 1379-
cu ildə) müşahidə olunmuşdur: 1979-cu ilin aprel ayında İran
hökuməti İslam inqilabından sonra ilk dəfə xüsusi bankların
fəaliyyətinə icazə vermək niyyətini bildirdi. Hökumətin
banklarla bağlı siyasətinin qəti dəyişik etdiyi, İran Milli
Məclisinin bank sektorunda dövlət monopoliyasının ləğv
edilməsi haqqında qərarından sonra baş verdi. Hökumət
297
orqanlarının yeni qərarında əsas mövqelər dövlət sektoruna
məxsus olan milli iqtisadiyyatın liberallaşmasına yönəlmiş beş
illik planın əsas istiqamətlərinə uyğun gəldi. Yaxın illərə
hesablanmış plan qarşıda olduqca iddialı vəzifələr, məsələn,
xüsusi investisiyaların orta illik artımını (8,5%) qoyur.
Göstərilmiş müddət ərzində hazırda əmək qabiliyyəti olan
əhalinin ümumi sayının 16%-ini təşkil edən işsizliyin
səviyyəsinin aşağı salınmasına nail olmağa icazə verəcək 3,6
milyon yeni iş yerlərinin yaradılması planlaşdırılmışdır.
Kommersiya banklarının nümayəndələrinin fikrincə
ölkənin iqtisadi inkişafının beş illik planı haqqında qanunun 26
maddəsinin 25-i bu və ya başqa ölçüdə ölkənin bank sisteminin
təkmilləşdirilməsinə həsr edilmişdir. Plan üzrə xüsusi bankların
yaradılması, həmçinin banklara 2 500 mlrd rial dövlət borcunu
ödəmə, dövlətin banklardan 4 500 mlrd rial məbləğində dövlət
borcu üzrə istiqraz vərəqələrinin alınması nəzərdə tutulmuşdur.
Konstitusiyanın müddəalarını rəhbər tutaraq hökumət ilk
əvvəl özəl sektorun bankların nizamnamə kapitalında
iştirakının mümkünlüyünü 49%-ə kimi çatdırmaq niyyətində
idi. Məclis mövcud olan bank institutlarının özəlləşdirilməsi
üçün yol açan, tamamilə xüsusi bankların yaradılmasını
bəyənərək, İran İslam Respublikası ərazisində yaradılan azad
ticarət zonalarında xüsusi sektorun bank biznesində iştirakına
icazə verdi. Həmçinin ölkənin başqa rayonlarında xüsusi qeyri-
bank kredit institutlarının fəaliyyəti inkişaf etdirildi.
Qoyulmuş məqsədlərin yerinə yetirilməsi yolunda İranın
valyuta əmanətinin artması və eyni zamanda xarici banklar
qarşısında valyuta öhdəliklərinin hesabdan çıxarılması baş
298
verməyə başlanıldı. 1999-cu ilin sonunda İranın xarici banklara
əmanət qoyuluşları ilin əvvəli ilə müqayisədə təxminən üçdə
bir hissəyə qalxmış və 8118 milyard dollardan ibarət olmuşdur.
2000-ci ildə ticarətin liberallaşdırılması məqsədilə
Mərkəzi bank valyuta əməliyyatlarının qismən sadələşdirilməsi
təşəbbüsü ilə çıxış etdi. Xarici valyutada xüsusi məzənnənin
istifadəsi ilə 5milyon dollar məbləğində İran bankları vasitəsilə
həyata keçirilən sazişlərə icazə verilmişdir. Valyuta haqqında
qanunvericilikdə olan dəyişikliklər ən çox xarici turistlər üçün
əlverişli olurdu, çünki bu vaxta kimi onlar valyutanı rəsmi
məzənnə ilə mübadilə etmək məcburiyyətində idilər.
İqtisadiyyatın orta liberallaşma siyasətinin ilkin nəticələri
beynəlxalq əməkdaşlığın genişlənməsinin ayrı-ayrı faktları ilə
təsdiqlənir. “Deutsche Bank”-ın başçılıq etdiyi Avropa
bankların konsorsiumu, 2000-ci ildə 530 mln dollar
məbləğində İran neft kimya şirkəti olan “NIDC” üçün kredit
xəttini açdı. (ixracatın sığortalanması üzrə borc alman, fransız
və italyan dövlət agentləri tərəfindən təmin edilir).
2000-ci ilin iyun ayında “Kanadanın ticarətin təşviqi təş-
kilatı” “Tacarat İran” bankına 8,5 il müddətinə 36 mln dollar
məbləğində borc vermişdir. Müqavilənin imzalanması
mərasimində rəsmi şəxslər arasında həmçinin İran ilə
əməkdaşlığa hazır olmasını ifadə edən “Ceneral elektrik”
şirkətinin nümayəndələri iştirak edirdi.
“İrana investisiyalar - 2000” adlı beynəlxalq konfransda
çıxış edərək, İranın Mərkəzi bankının başçısı M.Nurbaxa
bildirdi ki, İranın valyuta-maliyyə vəziyyəti sabitləşir, bir sıra
makroiqtisadi göstəricilərin müsbət dəyişmə dinamikası
299
müşahidə edilir. Belə ki, ölkənin xarici borcu davamlı olaraq
azalmağa davam edirdi, o dövrdə onun həcmi 10,4 mlrd dollar
təşkil etdi. Bu ÜDM-in 10%-indən daha azdır və dünya
standartlarına görə bu yaxşı göstəricidir.
İranın bank sisteminin təkrar kapitallaşması neftin
ixracatından planlaşdırılandan artıq əldə olunan gəlir gətirir.
Hökumət neftin ixracatından planlaşdırılandan artıq əldə
olunan gəlirdən formalaşan neft ehtiyat fondundan 800 mlrd
rialın qeyri-neft ixracatının “sıçrayışının” genişləndirilməsi və
təmin edilməsi məqsədilə İxracatın inkişafı bankına verilməsini
bəyənmişdir. Bu məbləğin köçürülməsinə qədər İxracatın
İnkişafı Bankının kapitalı cəmi 34 milyard rial təşkil edirdi.
Kapitalın dəfələrlə artımı nəticəsində Bank indi
ixracatçıların daha böyük sayına kredit verə biləcək. Bununla
İran sənaye məhsullarının ixracatçıları bu banka kredit üçün
müraciət edərkən prioritet (birincilik) əldə etdilər. Eyni
zamanda İranın Mərkəzi Bankında ölkənin banklarına maşın və
avadanlıq, həmçinin xammal idxalçılarına valyuta ilə
kreditlərin verilməsi icazəsinin verilməsi məsələsi müzakirə
edilir. İranın valyuta-maliyyə vəziyyətinin yaxşılaşması
banklararası münasibətlərin inkişafına, dünya maliyyə
bazarlarına daha geniş daxil olma imkanına ümid etmək üçün
əsas verir. 2002-ci ildə 1000 ən iri bankların siyahısına ilk dəfə
bir İran bankı daxil oldu. Bank Keshavarzi reytinqdə 212-ci
yerdə idi. Daha iri xarici investorlar arasında İran
iqtisadiyyatına neft qaz sahəsi ilə məşğul olan “Totalfina- Elf”
(Fransa), “Petronas” (Malayziya), ”ENİ” və “Acip” (İtaliya),
300
“Royal Datç Şell” (İngiltərə-Hollandiya) şirkətlərini misal
göstərmək olar.
2002-ci ildə ilk dəfə olaraq İran İslam Respublikası
Mərkəzi Bankı gəlirinə müvafiq olaraq 8,75% və 7,75% təşkil
edən iki növ İran DQİV-nin (avrobondlarının) buraxılışını və
həmçinin Avropada onun satışını həyata keçirmişdir.İran İslam
Respublikasının Mərkəzi Bankı bir sıra beynəlxalq iqtisadi
təşkilatlarla əməkdaşlıq əlaqələrinə malik idi. İran İslam
Respublikası Mərkəzi Bankınn Sədri İranın Beynəlxalq
Valyuta Fondundakı rəhbəri olaraq çıxış edirdi.
İran İslam Respublikası Mərkəzi Bankı Beynəlxalq
Hesablaşmalar Bankının illik toplantılarında müşahidəçi
statusunda iştirak edir. Bundan əlavə İran İslam Respublikası
Mərkəzi Bankı Dünya Bankı ilə yaxın əməkdaşlıq əlaqələrinə
malikdir. İran İslam Respublikası 2000-2003-cü illərdə bank
işinin inkişafının dünya tendensiyaları və onun ölkə
iqtisadiyyatında rolunun artırılmasına uyğun olaraq kredit
sisteminin dəyişdirilməsinə istiqamətlənən cəhdlər
göstərmişdir. İslam prinsiplərinə əsaslanaraq daima ənənələr və
dünya pul-maliyyə bazarına çıxışı təmin edən maliyyə-kredit
institutlarının kifayət qədər geniş şəbəkəsini əldə etmək
zəruriliyi arasında kompromis axtarışlar tələb edir. Bu ölkənin
satıla bilən neft aktivlərinə əsaslanan pul sistemi bəzi
xüsusiyyətlərə malikdir. Hazırda İranın Mərkəzi Bankı bəzi
hallarda ilkin kapitalın formalaşması üçün vasitələr təqdim
edərək xüsusi bankların yaranmasını təşviq edir. İran İslam
Respublikasında keçirilən yeni pul-kredit siyasəti iranın bank
sisteminin inkişafına kifayət qədər təsir göstərdi. 2001-ci ildə
301
baş vermiş inflyasiya 12,6% təşkil edirdi. Son illərdə ölkənin
borc yükü xeyli azaldı. Əgər 1995-1996-cı illərdə dövlət borcu
22 milyard ABŞ dollarına bərabər idisə, 2000-2001-ci illərdə
borcun həcmi 8 milyard dollara kimi azaldıldı. Qeyd etmək
lazımdır ki, bu dövrdə yüngül sənayenin 9,6%, artma tempi
neft qolunun 9,7% artması tempinə yaxınlaşmışdır. İxracat
yönümlü qeyri-neft sahələrinin inkişafı milli iqtisadiyyatın
strateji məsələlərindən biri olur.
Ümumi Daxili Məhsul artımı gözlənilən nəticələri
üstələdi və 2000-ci ildə 4,5% təşkil etdiyi halda 2001-ci ildə
5,9 % təşkil etmişdir. Nəticədə banklarda iqtisadiyyatın özəl
(31,3%) və dövlət (31,6%) sektorları hesabına depozit
bazasının artımı baş verdi. Bundan başqa, hökumət banklara öz
borcunu ödədi bu da onların ehtiyat bazasının əlavə artımına
səbəb olmuşdur. Yalnız hələ Mərkəzi banka 2000-2001-ci
illərdə o 869 ABŞ dolları qaytarmış, həmçinin başqa bank
kapitallarının formalaşmasına kömək göstərdi.
Bəzi islam ölkələri, o cümlədən İran, Pakistan və
Sudan, 20-ci əsrin 80-90-cı illərində borc münasibətlərinin orta
əsr traktovkasına qayıtmış və kredit sistemində (İFBL-İnterest-
Free Banking) faiz rolunu azaltmışdılar.
İranda daha çox İstalment Sales (möhlətlə satış)
müqaviləsi inkişaf etmişdir, hansı ki, 1995-ci ildə 45,0% təşkil
etdiyi halda 1998-ci ildə 56,1 % təşkil edirdi. Bank xammal və
materiallar, təchizatlar və istehsal üçün başqa vacib əsas və
dövriyyə vasitələri almaq və borc alanlara qısamüddətli,
ortamüddətli və uzunmüddətli əsaslarda hissə-hissə satmaq
səlahiyyətinə malikdir. Satışın və alışın təşəbbüsü istehsalçıya
302
və alıcıya məxsusdur, bank üçün bu əməliyyat maliyyə
əməliyyatıdır. Lakin, belə əməliyyatda banklar yalnız kreditli
deyil, həmçinin biznes-risklərini də daşıyır. Sahibkarlıq
risklərinin azaldılması məqsədilə müştərilər öz müəssisələrinə
hissə-hissə ödəməklə alınan malların istifadəsini
qiymətləndirən bank işçilərini buraxmağa borcludurlar.
Qanunvericiliyə görə bu müqavilə növü ticarətdən başqa bütün
sahələrdə istifadə oluna bilər.
İranın ilk dövlət bankı olan “Bank Melli İran” 1927-ci
ildə təsis olunmuşdur. Bankın əsas vəzifələri hökumətin
maliyyə əməliyyatlarının dəstəklənməsi və İranın milli
valyutasının (rial və tümən) çapı və dövriyyəyə buraxılması
olmuşdur. Bank Melli İran 33 ildən artıq müddət ərzində İran
rialının dəyərini dəstəkləməklə İranın Mərkəzi Bankı kimi
fəaliyyət göstərmişdir.
1960-cı ilin avqust ayında İran hökuməti İran Mərkəzi
Bankını təsis edərək Bank Melli İran-da olan mərkəzi bank
öhdəliklərini alaraq İran Mərkəzi Bankına vermişdir. 1979-cu
ildə İranda İslam İnqilabının baş verməsi ilə İran Mərkəzi
Bankının adı dəyişdirilərək “İran İslam Respublikası Mərkəzi
Bankı” qoyulmuşdur. Bu tarixdən etibarən İranda monetar və
kredit siyasətləri İranın Pul və Bank Qanunu (1979), Bankların
Milliləşdirilməsi Qanunu (1979), Banklar Administrasiyası
Haqqında Qanun (1979) və Faizsiz Bankçılıq Haqqında Qanun
(1983) əsasında tərtib və icra olunur.
İran İslam Respublikası Mərkəzi Bankı aşağıdakı
funksiyaların yerinə yetirilməsinə görə cavabdehdir:
Əskinaz və sikkələrin buraxılması;
303
Bank və kredit təşkilatlarının fəaliyyətlərinə nəzarət;
Xarici valyuta siyasəti və əməliyyatlarının tərtibi və
tənzimlənməsi;
Qızıl əməliyyatlarının tənzimlənməsi;
Milli valyuta axınının formalaşdırılması və tənzimlən-
məsi.
Hökumətin bankı olaraq İran İslam Respublikası Mərkəzi
Bankı hökumət hesablarını, dövlət müəssisələri və
təşkilatlarına verilən qrant və kreditlərin saxlanması üçün
səlahiyyətləndirilmişdir.
İran İslam Respublikası Mərkəzi Bankı aşağıdakı
orqanlardan ibarətdir:
Baş Məclis;
Monetar və Kredit Şurası;
İdarə Heyəti;
Not Ehtiyatlarına Nəzarət Şurası;
Müşahidə Şurası.
İdarə Heyəti Sədr, sədr müavini, baş katib və 3 vitse-
sədrdən ibarətdir.
Milli Cəvahirat Xəzinəsi – İran İslam Respublikası
Mərkəzi Bankının Baş Ofisində yerləşir. Xəzinədə dünyada
məşhur olan bir çox daş-qaşların kolleksiyası toplanmaqdadır.
İran İslam Respublikası Mərkəzi Bankı bir sıra
beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq əlaqələrinə
malikdir. İran İslam Respublikası İslam İnkişaf Bankının fəal
üzvlərindən biri olduğundan İran İslam Respublikası Mərkəzi
Bankının onunla çox yaxın əlaqələri var. İran İslam
304
Respublikası Mərkəzi Bankının Sədri İranın Beynəlxalq
Valyuta Fondundakı Müdiri olaraq çıxış edir.
İran İslam Respublikası Mərkəzi Bankı Beynəlxalq
Hesablaşmalar Bankının illik toplantılarında müşahidəçi
statusunda iştirak edir. Bundan əlavə İran İslam Respublikası
Mərkəzi Bankı Dünya Bankı ilə yaxın əməkdaşlıq əlaqələrinə
malikdir.
305
XI FƏSĠL. RUSĠYA FEDERASĠYASININ
BANK SISTEMĠ
1917-ci ilə qədər Rusiyada bank sistemi kapitalist
iqtisadiyyatının şərtləri çərçivəsində inkişaf etmişdir. Bu dövrdə
quruluşuna, funksiyalarına və əməliyyatlarına görə Rusiya kredit
sistemi inkişaf etmiş kapitalist ölkələrinin modelinə yaxın idi.
Rusiya imperiyasının kredit sistemi aşağıdakı qurumlardan ibarət
idi:
Dövlət Bankı;
Kommersiya bankları;
İxtisaslaşdırılmış kredit təşkilatları
(sığorta şirkətləri, kredit kooperasiyaları)
1917-ci il Oktyabr inqilabından sonra Rusiyada bütün kredit
təşkilatları dövlətləşdirildi. 1925-ci ildə kredit sistemi aşağıdakı
qurumlardan ibarət idi:
1. Dövlət Bankı;
2. Kommersiya bankları;
2.1. Səhmdar cəmiyyətli banklar;
2.2. Kooperasiya bankları;
2.3. Kommunal bank;
2.4. Mərkəzi kənd təsərrüfatı bankları və respublika kənd
təsərrüfatı bankları;
3. İxtisaslaşdırılmış kredit maliyyə təşkilatları;
3.1. kənd təsərrüfatı kredit cəmiyyəti;
3.2. kredit kooperativləri;
3.3. yardımçı əmanət kredit qurumları;
3.4. əmanət kassaları;
306
1930-cü ildə SSRİ kredit sisteminin quruluşu kredit
islahatları nəticəsində tamamilə yenidən quruldu. SSRİ-nin kredit
sistemi inzibati-komanda idarəetmə sisteminin qanunlarına uyğun
olaraq quruldu:
1) Dövlət Bankı;
2) Tikinti Bankı;
3) Xarici Ticarət Bankı;
1980-ci ilin ortalarına qədər faiz mexanizminin
çalışmaması, yəni kreditlərin böyük hissəsinin ikinci büdcə vəsaiti
rolu oynaması ölkənin bank sistemini ciddi problemlərlə üz-üzə
qoydu. Nəticədə verilən kreditlərin əksəriyyəti hökumət qərarları
ilə silinirdi. Buna görə də kredit sisteminin ciddi islahatlara
ehtiyacı vardı. 1986-cı ildə ixtisaslaşdırılmış sahə bankları
qurulmağa başlandı.
Dövlət Bankı;
Sənaye Tikinti Bankı;
Əmanət Bankı;
Xarici İqtisadi Əlaqələr Bankı;
1990-ci ildə SSRİ Ali Soveti "Bank və bankların fəaliyyəti
haqqında" Qanun qəbul etdi. Qanuna görə, kommersiya
banklarına depozit, kredit siyasətini və faiz dərəcələrini sərbəst
şəkildə müəyyən etməyə icazə verildi. Bundan başqa, kom-
mersiya banklarına valyuta əməliyyatı aparılmasına da izin
verildi. 1997-ci ildə Rusiyanın kredit sisteminin quruluşu
aşağıdakı kimi olmuşdur:
1. Rusiya Federativ Mərkəzi bankı;
2. Bank sistemi;
3. Kommersiya bankları;
307
4. Əmanət Bankı;
5. İxtisaslaşdırılmış kredit qurumları sayılmayan
maliyyə institutları:
6. Sığorta şirkətləri;
7. İnvestisiya fondları;
8. Lizinq və s.
1921-ci ildə RSFSR-in Dövlət Bankı, 1923-cü ildən isə
Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Dövlət Bankı
kimi fəaliyyət göstərirdi. 13 iyul 1990-cı ildə SSRİ Dövlət
Bankının Rusiya Respublika Bankı əsasında RSFSR Ali
Şurasına hesabat verən RSFSR Dövlət Bankı yaradılmışdır. Bu
Rusiya Mərkəzi Bankının yaradılma tarixi hesab edilir. 20
dekabr 1991-ci ildə SSRİ Dövlət Bankı ləğv olunaraq bütün
aktiv və passivləri, həmçinin Rusiya ərazisində olan əmlakı
RSFSR Mərkəzi Bankına verilmişdir. 1991-ci ildən adını
dəyişərək Rusiya Federasiyasının Mərkəzi Bankı adı altında
fəaliyyətini davam etdirməkdədir. 1991-1992-ci illərdə Rusiya
Mərkəzi Bankın nəzarəti altında xüsusi bankların kommersiya
filialları əsasında kommersiya bankları yaradılmışdır. Bank
rubla qarşı valyuta mübadiləsini müəyyən edir və valyuta
bazarını yaradaraq valyutanın alqı-satqısını aparmağa başlayır.
1992-ci ildə Mərkəzi Bank dövlət büdcəsinin kassa
əməliyyatlarının aparılması funksiyasını yeni yaradılan Federal
Xəzinədarlığa ötürdü və 1992-1995-ci illərdə isə Mərkəzi Bank
kommersiya banklarının fəaliyyətinə nəzarət və yoxlama
sistemini, valyuta tənzimlənməsi sistemini və nəzarəti
sistemlərini yaratdı.
308
11.1. RUSĠYANIN VALYUTA SĠSTEMĠ
Bazar iqtisadiyyatına keçid şəraitində Rusiyanın valyuta
sistemi Yamayka valyuta sisteminin struktur prinsipləri nəzərə
alınmaqla formalaşmağa başladı. 1992-ci ilin iyul ayında
Beynəlxalq Valyuta Fonduna daxil olarkən Rusiya Yamayka
valyuta sisteminin struktur prinsiplərini yerinə yetirmək
öhdəliyini götürmüşdü. Qeyd etmək lazımdır ki, 1994-cü ildə
Rusiya Bretton-Vuds konfransında, Beynəlxalq Valyuta Fondu
və BYİB haqqında sazişin işlənib hazırlanmasında iştirak etdi
lakin buna baxmayaraq nə fonda, nə də banka üzv olmamışdı.
Rusiyada əsas milli valyuta 1993-cü ildə SSRİ rublu əvəzinə
dövriyyəyə buraxılmış rus rubludur. 1992-ci ilin iyul ayından
başlayaraq Rusiyada rublun ABŞ dollarına nisbətdə rəsmi
kursu tətbiq edildi, həmin kurs Moskva Banklararası Valyuta
Birjasında müəyyən edildi.
1990-cı illərin əvvəllərində Rusiyada Valyuta Bazarının
strukturunun formalaşmasına başlanıldı, həmin struktur valyuta
birjaları və ölkədə valyuta tənzimlənməsi, valyuta nəzarəti
orqanı kimi Rusiya Federsiyası Mərkəzi Bankı başda olmaqla
ikisəviyyəli bank sistemi kimi formalaşdı. Xarici valyuta və
xarici valyuta ilə ifadə olunmuş, rezidentlərə məxsus qiymətli
kağızların icbari köçürülməsi, idxalı və ixracı, göndərilməsi
qaydasının müəyyən edilməsi məsələlərinin həlli yenidən
maliyyələşdirmə dərəcəsini, səlahiyyətli bankların açıq valyuta
mövqeyi limitini dəyişməklə valyuta tənzimlənməsi üzrə
tədbirlərin görülməsi, Rusiyanın əsas valyuta birjalarında
(Moskva və Sankt-Peterburqda) valyuta müdaxilələrinin həyata
309
keçirilməsi, ən başlıcası isə Rusiya kommersiya banklarının
fəaliyyətinin valyuta lisenziyalaşdırılması yalnız Rusiya
Bankının səlahiyyətinə daxil olan məsələlərdəndir. Daxili
valyuta lısenziyası almış banklar yalnız MDB üzvü olan
dövlətlərin səlahiyyətli bankları, həmçinin SSRİ-nin sabiq
xarici bankları ilə birbaşa müxbir münasibətləri qura bilər,
genişləndirilmiş valyuta lisenziyasına malik olan banklar daxili
valyuta lisenziyası almış bankların həyata keçirdiyi
əməliyyatları apara bılər və həmçinin bundan əlavə olaraq
lisenziyada göstərilmiş miqdar dairəsində xaricı banklarla
müxbir münasibətlər qura bilərdilər. Baş valyuta lisenziyası
banklara daha geniş səlahiyyətlər verdi. Baş valyuta
lisenziyasına malik olan banklar lisenziyada göstərilmiş bütün
növ valyuta əməliyyatlarını həyata keçirmək hüququna malik
idi. Bundan əlavə, qeyd edilən lisenziya xaricdə bankın
fıliallarını açmağa və qeyri-rezident kredit təşkilatlarının
nizamnamə kapitalının bir hissəsini əldə etməyə imkan verirdi.
Valyuta birjaları Rusiya valyuta bazarının təşkilində mühüm
rol oynayırdı. İşgüzar silsilənin pisləşməsi və konyuktur
dəyişmələri şəraitində valyuta bazarının təşkilində valyuta
birjalarının rolu xüsusilə nəzərə çarpdı. 1998-ci ilin avqust
böhranı nəticəsində Mərkəzi Bankın Valyuta Birjasının işi
yenidən təşkil edildi. Burada 6 oktyabr 1998-ci ildən etibarən
iki hərrac sessiyası rejiminə keçid baş verdi. Arbitraj
əməliyyatlarını həyata keçirməyə imkan verməyən yeni hərrac
rejimi tənzimləyici rolunda çıxış edərək Rusiya valyuta
bazarını əhəmiyyətli dərəcədə sabitləşdirdi. Rusiya valyuta
310
bazarında pul axınlarının hərəkəti aşağıdakılar vasitəsilə həyata
keçirilir:
1. Valyuta əməliyyatları;
2. Əmtəə və xidmətlərin alqı-satqısının valyuta-kredit
və hesablaşma təminatı;
3. Qiymətli kağızlarla aparılan əməliyyatlar;
4. Xarici investisiya ımıliyyatları.
Milli valyuta sisteminin mühüm xüsusiyyəti onun milli
pul vahidinin mübadilə kursu rejimidir.
Rusiyanın bazar iqtisadiyyatına keçməsi şəraitində rublun
vahid «üzən» valyuta kursu tətbiq edildi. Lakin, ölkə
iqtisadiyyatının idxaldan ciddi asılılığı rublun kursunun aşağı
düşməsinə və Rusiya bazarının idxal edilmiş mallarla
doldurulması probleminin kəskinləşməsinə gətirib cıxardı.
Nəticədə ixrac azaldı, inflyasiya isə gücləndi. Valyuta
bazarındakı vəziyyəti sabitləşdirmək məqsədı ilə dövlət öz
tənzimləyici rolunu gücləndirdi.
1995-ci ilin iyun ayının 6-da Rusiya Bankı və Rusiya
Federasiya Hökuməti valyuta dəhlizi, yəni birja və banklararası
valyuta bazarlarında rublun cari mübadilə kursunun dəyişmə
hədləri rejimini tətbiq etdi. Dollara münasibətdə rublun valyuta
kursunun enib-qalxmasının qəti müəyyən olunmuş hədd
qiymətləri Rusiya Bankı tərəfindən valyuta bazarına
müdaxilələr vasitəsilə saxlanılırdı. Bu tədbir nəticəsində
valyuta kursu uzun müddət ərzində nəzərdə tutulduğundan
əhəmiyyətli dərəcədə uzaqlaşmırdı, ayrı-ayrı dövrlərdə isə hətta
dolların kursunun rubla münasibətdə aşağı düşməsi müşahidə
olunurdu. 1997-ci ilin oktyabrında Cənub-Şərqi Asiya
311
ölkələrində baş vermiş maliyyə böhranı Rusiyanın daxili
valyuta bazarına güclü təsir göstərmiş əsas hadisə oldu. Böhran
nəticəsində xeyli məbləğdə kapitalın inkişaf etməkdə olan
bazarlara malik ölkələrdən inkişaf etmiş ölkələrin dövlət
kağızlarına yerləşməsi baş verdi. Rusiya hökumətinin
qısamüddətli dövlət istiqrazlarında yerləşdirilmiş xarici
kapitalın geriyə axını başladı. Vəsaitlərin əhəmiyyətli dərəcədə
çıxarılması və xarici valyutaya tələbatın artması nəticəsində
valyuta bazarında rublun qiymətdən düşməsi gözlənilməyə
başladı. Rusiya Bankı müəyyən tədbirlər görsə də onlar kifayət
etmədi və nəticədə 17 avqust 1998-ci il tarixdə dollara nisbətdə
rublun kursunu bir dollar üçün 6,0 rubl - 9,5 rubl həddində
müəyyənləşdirməklə siyasi valyuta dəhlizindən imtina etdi.
Dövlət istiqrazları bazarının yenidən formalaşması və qeyri-
rezidentlərin vəsaitlərinin qaytarılmasına 30 günlük moratorim
elan edilməsi ilə eyni zamanda həyata keçirilmiş bu tədbir
nəticəsində Rusiya valyuta bazarının sabitlıyi pozuldu və
rublun valyuta kursu əhəmiyyətli dərəcədə aşağı düşdü. Rusiya
valyuta bazarını qismən sabitləşdirmək məqsədı ilə Rusiya
Bankı 1999-cu ildə rublun «üzən» valyuta kursu rejiminə
keçilməsi barədə qərar qəbul etdi. Həmin rejim bu gün də
qüvvədədir.
Sovetlər Birliyi 1991-ci ildə süquta uğradıqdan sonra
Rusiya Federasiyasının pul sistemi Mərkəzi Bank (Rusiya
Bankı) haqqında Federal Qanuna uyğun olaraq fəaliyyət
göstərməyə başladı. Bu qanun pul sisteminin hüquqi əsaslarını
müəyyən etdi:
Rusiya Federasiyasının rəsmi pul vahidi rubldur;
312
Rusiya Federasiyası ərazisində digər pul
vahidlərinin tətbiqi qadağandır;
Rublun qızıla nisbəti qanunla müəyyən
olunmamışdır;
Rublun xarici pul vahidlərinə nisbətən rəsmi
kursu Rusiya Federasiyası Mərkəzi Bankı
tərəfindən müəyyən olunur;
Rusiya Bankı Rusiya Federasiyası ərazisində
nağd pulun emissiyasını həyata keçirmək, onun
dövriyyəsini təşkil etmək və dövriyyədən
çıxarmaq müstəsna hüququna malikdir;
Rusiya Bankının bütün aktivləri ilə təmin edilən
banknotlar və metal sikkələr qanuni ödəmə qüvvəsinə malik
olan pul növləridir;
1. Kredit idarələri üçün nağd pulların saxlanma,
daşınma və inkassasiya qaydalarının müəyyən edilməsi;
2. Banknot və sikkələrin nümunələri Rusiya Bankı
tərəfindən təsdiq edilir;
3. Rusiya ərazisində nağd (banknotlar və sikkələr) və
nağdsız (kredit idarələrində olan hesablardakı vəsaitlər
şəklində) pullar fəaliyyət göstərir;
4. Nağd pullar emissiya icazəsi əsasında dövriyyəyə
buraxılır. Emissiya icazəsi pul banknotları və sikkələrin ehtiyat
fondları hesabına Rusiya Federasiyası Mərkəzi Bankının
dövriyyə kassasını qüvvətləndirmək hüququ verən sənəddir.
313
11.2. RUSĠYA MƏRKƏZĠ BANKI
Rusiya Federasiyası Mərkəzi Bankının tarixi 1860-cı
ildə çar Aleksandr II tərəfindən Dövlət Kommersiya Bankının
yenidən qurulması əsasında Rusiya Dövlət Bankını
yaradılmasından başlayır. 1917-ci ilin dekabr ayının 27-də
inqilab nəticəsində hakimiyyətə gələn sovet hökuməti
“Kommersiya bankların milliləşdirilməsi haqqında sərəncam“
qəbul etmişdir. Bütün səhmdar kommersiya bankları
milliləşdirilməklə Rusiya Dövlət Bankı ilə birləşərək RSFSR-
in Milli Bankı yaradılmışdır.
1921-ci ildə RSFSR-in Dövlət Bankı, 1923-cü ildən isə
SSRİ Dövlət Bankı kimi fəaliyyət göstərirdi. 13 iyul 1990-cı
ildə SSRİ Dövlət Bankının Rusiya Respublika Bankı əsasında
RSFSR Ali Şurasına hesabat verən RSFSR Dövlət Bankı
yaradılmışdır. Bu Rusiya Mərkəzi Bankının yaradılma tarixi
hesab edilir. 20 dekabr 1991-ci ildə SSRİ Dövlət Bankı ləğv
olunaraq bütün aktiv və passivləri, həmçinin Rusiya ərazisində
olan əmlakı RSFSR Mərkəzi Bankına verilmişdir. 1991-ci
ildən adını dəyişərək Rusiya Federasiyasının Mərkəzi Bankı
adı altında fəaliyyətini davam etdirməkdədir. 1991-1992-ci
illərdə Rusiya Mərkəzi Bankın nəzarəti altında xüsusi
bankların kommersiya filialları əsasında kommersiya bankları
yaradılmışdır. Bank rubla qarşı valyuta mübadiləsini müəyyən
edir və valyuta bazarını yaradaraq valyutanın alqı-satqısını
aparmağa başlayır. 1992-ci ildə Mərkəzi Bank dövlət
büdcəsinin kassa əməliyyatlarının aparılması funksiyasını yeni
yaradılan Federal Xəzinədarlığa ötürülmüşdür. 1992-1995-ci
314
illərdə Mərkəzi Bank kommersiya banklarının fəaliyyətinə
nəzarət və yoxlama sistemi, valyuta tənzimlənməsi və nəzarəti
sistemləri yaratmışdır. 1995-ci ildən başlayaraq Mərkəzi Bank
birbaşa kreditlərin ayrılması yolu ilə dövlət büdcəsinin
kəsirinin maliyyələşdirilməsini və iqtisadiyyatın inkişafına
mərkəzləşdirilmiş məqsədəyönlü kreditlərin ayrılmasını
dayandırmışdır.
Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:
Milli valyutanın sabitliyinin qorunub
saxlanılması;
Pul nişanlarının buraxılması və tədavüldən
çıxarılması;
Rusiya Federasiyası hökuməti ilə birgə maliyyə-
kredit siyasətini hazırlanması və həyata keçirilməsi və s.
Rusiya Mərkəzi Bankı 27 təşkilati strukturdan ibarətdir.
Burada 79 ərazi bölməsi və 623 kassa-hesablaşma mərkəzi
fəaliyyət göstərir. Mərkəzi Bank Direktorlar Şurası tərəfindən
idarə olunur. Şura İdarə Heyətinin sədri daxil olmaqla 12
üzvdən ibarətdir. Şuranın üzvləri Dövlət Duması tərəfindən 4
il müddətinə təyin edilir. Mərkəzi Bankın İdarə Heyətinin Sədri
Dövlət Duması tərəfindən Prezidentin təklifi əsasında təyin
edilir. Dövlət Duması Mərkəzi Bankın Sədrini tutduğu
vəzifədən azad etmək huququna malikdir.
Mərkəzi Bankın yanında Milli Bank Şurası fəaliyyət
göstərir. Şuranın Federal Assambleya palatalarının,
Prezidentin, Rusiya Federasiyası hökumətinin, Rusiya Mərkəzi
Bankının nümayəndələri, ekspertlər və digər kredit
təşkilatlarının təmsilçilərindən ibarətdir. Bank Şurası
315
Direktorlar Şurası tərəfindən təqdim olunan Mərkəzi Bankın
illik hesabatlarına baxılması; kapital qoyuluşunun ümumi
həcminin təsdiq edilməsi; Bank işçilərinin pensiya
təminanatının, sosial və tibbi sığortaları üçün ayrılan xərclərin
ümumi həcmini təsdiqetmə funksiyasına malikdir.
Rusiya hökuməti Rusiya Federasiyasının Mərkəzi Bankı
ilə birlikdə iqtisadi siyasətin, o cümlədən pul və kredit
siyasətinin əsas istiqamətlərini müəyyən edir. Mərkəzi Bank
tərəfindən iqtisadiyyatın pul-kredit tənzimlənməsi bazar
iqtisadiyyatında qəbul edilmiş vasitələr yolu ilə həyata keçirilir
ki, bunlar da kommersiya banklarının kreditlər üzrə faiz
dərəcələrinin müəyyənləşdirilməsi, ehtiyat tələblərinin
dəyişdirilməsi və açıq bazarda əməliyyatların aparılması və s.
Mərkəzi Bank pul kütləsinin miqdarını və artım tempini
tənzimləyir. Emissiya-kassa tənzimlənməsinin həyata
keçirilməsi, kredit təşkilatlarına, həmçinin müəssisə və
təşkilatlara kassa xidmətinin göstərilməsi üçün Mərkəzi Bankın
baş ərazi idarələrində, hesablaşma-kassa mərkəzlərində nağd
pul vəsaitlərinin qəbulu və ödənilməsi üzrə dövriyyə kassaları
və pul biletləri və sikkələrin ehtiyat fondları mövcuddur.
Rusiya Bankı haqqında Qanunun 1-ci maddəsinə müvafiq
olaraq bu idarə Rusiya Federasiyasının əsas bankıdır və onun
mülkiyyətindədir. Rusiya Bankının hüquqi statusunun öz
xüsusiyyətləri vardır. Bu bank bir tərəfindən hüquqi şəxsdir və
kommersiya bankları və dövlətlə (büdcə ilə) müəyyən mülki-
hüquqi sövdələşmələr həyata keçirə bilər. Digər tərəfdən ona
Rusiyanın pul-kredit sisteminin idarə edilməsi sahəsində geniş
səlahiyyət verilmişdir. Beləliklə Rusiya Bankı ikili hüquqi
316
mahiyyətə malikdir. Rusiya Federasiyası Mərkəzi Bankının
sahibkarlıq fəaliyyətinə yönəlmiş səlahiyyətlər Rusiya Bankı
haqqında Qanunun 45-47-ci maddələri ilə müəyyən edilmişdir.
Həmin maddələrə əsasən Rusiya Bankının hüquqları
aşağıdakılardır:
1. Qiymətli kağızlar və digər aktivlərlə təmin etmək şərti
ilə ən çoxu bir il müddətinə kredit vermək;
2. Qanunla müəyyən olunmuş şərtlərlə çekləri və barat
veksellərini, həmçinin dövlət qiymətli kağızları və istiqraz
vərəqələrini almaq və satmaq;
3. Təminat və zəmanət vermək;
4. Qanunla nəzərdə tutulmuş digər kommersiya
əməliyyatlarını həyata keçirmək.
Eyni zamanda Rusiya Bankı haqqında Qanunun 3-cü
maddəsinə uyğun olaraq bankın fəaliyyətinin əsas məqsədləri
aşağıdakılardır:
1. Rublun qorunması və sabitliyinin təmin edilməsi, o
cümlədən xarici valyutalara münasibətdə rublun alıcılıq
qabiliyyətinin saxlanılması;
2. Rusiya Federasiyasının bank sisteminin inkişafı və
möhkəmləndirilməsi;
3. Hesablaşmalar sisteminin effektiv və fasıləsiz
işləməsinin təmin edilməsi;
4. Rusiya Bankı mənfəət qazanmaq naminə fəaliyyət
göstərmir.
Bu məqsədləri həyata keçirmək üçün Rusiya Bankı
Qanunun 4-cü maddəsində əks olunmuş asağıdakı funksiyaları
yerinə yetirir:
317
1. Rusiya Federsayası Hökuməti ilə qarşılıqlı fəaliyyət
göstərərək rublun sabitliyinin qorunması və təmin edilməsinə
yönəlmiş vahid dövlət pul-kredit siyasətini işləyib hazırlayır və
həyata keçirir;
2. Nağd pulların təkbaşına emissiyasını həyata keçirir
və onların dövriyyəsini təşkil edir;
3. Kredit təşkilatları üçün son instansiya kreditoru
kimi çıxış edir;
4. Rusiya Federasiyasında hesablaşmaların həyata
keçirilməsi qaydalarını müəyyən edir;
5. Bank əməliyyatları, mühasibat uçotu və bank sistemi
üçün hesabat işlərinin aparılması qaydalarını müəyyən edir;
6. Kredit təşkilatlarının dövlət qeydiyyatını həyata
keçirir;
7. Kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir;
8. Kredit təşkilatları tərəfindən qiymətli kağızların
emissiyasını qeydə alır;
9. Valyuta tənzimləməsini həyata keçirir;
10. Xarici dövlətlərlə hesablaşmalar qaydasını müəyyən
edir;
11. Valyuta nəzarətini təşkil edir və həyata keçirir;
12. Rusiya Federasiyasının ödəmə balansı proqnozunun
işlənib hazırlanmasında iştirak edir.
Rusiya Bankının idarəetmə orqanları və strukturu
Qanunun 17 və 18-ci maddələrində əks olunmuşdur.
Rusiya Bankının ali orqanı Direktorlar Şurasıdır. Bu
Rusiya Bankının fəaliyyətinin əsas istiqamətlərini müəyyən
edən banka rəhbərlik və onu idarə edən kollegial orqandır.
318
Direktorlar Şurasına Rusiya Bankının sədri və
Direktorlar Şurasının 12 üzvü daxildir. Rusiya Bankının sədri
vəzifəyə Dövlət Duması tərəfındən Rusiya Federasiyası
Prezidentinin təqdimatına əsasən səs çoxluğu ilə dörd il
müddətinə təyin edilir. Direktorlar Şurasının üzvləri vəzifəyə
Dövlət Duması tərəfindən Rusiya Bankı sədrinin Rusiya
Prezidenti ilə razılaşdırılmış təqdimatına əsasən dörd il
müddətinə təyin edilir. Direktorlar Şurası aşağıdakı
funksiyaları yerinə yetirir:
1. Rusiya Federasiyası Hökuməti ilə birlikdə vahid
dövlət pul-kredit siyasətinin əsas istiqamətlərini işləyib
hazırlayır və onların yerinə yetirilməsini təmin edir;
2. Rusiya Bankının illik hesabatını təsdiq edir və
Dumaya təqdim edir;
3. Rusiya Bankının xərclər smetasını təsdiq edir;
4. Rusiya Bankının strukturunu müəyyən edir;
5. Mərkəzi Bankın pul-kredit siyasəti məsələlərinə dair
qərarlar qəbul edir;
6. Rusiya Bankının baş auditorunu təyin edir.
Rusiya Bankı Dövlət Duması qarşısında hesabat verir bu
özünü aşağıdakı məqamlarda göstərir:
1. Rusiya Bankı sədrinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi Dövlət Duması tərəfindən Rusiya Federasiyası
Prezidentinin təqdimatına əsasən həyata keçirilir;
2. Rusiya Bankı Direktorlar Şurası üzvlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi də həmçinin Dövlət Duması
tərəfindən həyata keçirilir;
3. Hər il Rusiya Bankının Direktorlar Şurası Dövlət
319
Dumasına Rusiya Bankının fəaliyyəti haqqında illik hesabat
təqdim edir.
Bundan əlavə Dövlət Duması Rusiya Bankının fəaliyyəti
haqqında parlament dinləmələri keçirir və bank sədrinin
məruzələrini dinləmə hüququna malik idi.
Lakin digər məsələlərdə Rusiya Bankı öz
səlahiyyətlərini müstəqil surətdə həyata keçirir, odur ki, dövlət
hakimiyyətinin federal orqanları, Rusiya Federasiyası
subyektlərinin hakimiyyət orqanları və yerli özünüidarəetmə
orqanları onun fəaliyyətinə müdaxilə etmək hüququna malik
deyil. Rusiya Bankı bank tənzimləməsi və kredit təşkilatlarının
fəaliyyətinə nəzarət orqanıdır və bu bank bank qanunvericiliyi
və Rusiya Bankının normativ aktlarına kredit təşkilatları
tərəfindən riayət edilməsinə nəzarət edir.
Bank tənzimləməsi və nəzarətin başlıca məqsədi ölkənin
bank sisteminin sabitliyini qoruyub saxlamaqdan, əmanətçi və
kreditorların maraqlarını müdafiə etməkdən ibarətdir. Rusiya
Bankı federal qanunlarla nəzərdə tutulmuş hallar istisna
edilməklə, kredit təşkilatlarının operativ fəaliyyətinə müdaxilə
etmir.
Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:
Milli valyutanın sabitliyinin qorunub saxlanılması;
Pul nişanlarının buraxılması və tədavüldən
çıxarılması;
Rusiya Federasiyası hökuməti ilə birgə maliyyə-
kredit siyasətinin hazırlanması və həyata keçirilməsi və s.
320
Rusiya Mərkəzi Bankı 27 təşkilati strukturdan ibarətdir.
Burada 79 ərazi bölməsi və 623 kassa-hesablaşma mərkəzi
fəaliyyət göstərir.
Mərkəzi Bank Direktorlar Şurası tərəfindən idarə olunur.
Şura İdarə Heyətinin sədri daxil olmaqla 12 üzvdən ibarətdir.
Şuranın üzvləri Dövlət Duması tərəfindən 4 il müddətinə təyin
edilir. Mərkəzi Bankın İdarə Heyətinin Sədri Dövlət Duması
tərəfindən Prezidentin təklifi əsasında təyin edilir. Dövlət
Duması Mərkəzi Bankın Sədrini tutduğu vəzifədən azad etmək
huququna malikdir. Mərkəzi Bankın yanında Milli Bank Şurası
fəaliyyət göstərir. Şuranın Federal Assambleya palatalarının,
Prezidentin, Rusiya Federasiyası hökumətinin, Rusiya Mərkəzi
Bankının nümayəndələri, ekspertlər və digər kredit təşkilatların
təmsilçilərindən ibarətdir. Bank Şurasının funksiyalarına
aşağıdakılar aiddir:
Direktorlar Şurası tərəfindən təqdim olunan
Mərkəzi Bankın illik hesabatlarına baxılması;
Kapital qoyuluşunun ümumi həcminin təsdiq
edilməsi;
Bank işçilərinin pensiya təminanatının, sosial və
tibbi sığortaları üçün ayrılan xərclərin ümumi
həcminin təsdiq edilməsi.
Hal-hazırda Rusiya kredit sisteminin strukturu aşağıdakı
kimidir:
1. Rusiya Mərkəzi Bankı.
2. Bank sistemi:
2.1.Kommersiya bankları;
2.2. Rusiya Əmanət Bankı;
321
2.3. Digər ixtisaslaşdırılmış banklar.
3. İxtisaslaşdırılmış kredit-maliyyə institutları:
3.1.Sığorta şirkətləri;
3.2.Qeyri-dövlət pensiya fondları;
3.3.İnvestisiya şirkətləri;
3.4.Maliyyə-tikinti şirkətləri.
Şübhəsiz, kredit sisteminin yeni strukturu daha çox sivil
bazar təsərrüfatının ehtiyaclarını əks etdirir. Eyni zamanda
kredit sisteminin təşəkkül prosesi onun bütün struktur
hallarında müəyyən problem və nöqsanları aşkar etdi. Başlıca
problemlərə aşağıdakılar aiddir:
1. Xırda kommersiya bankları öz mövcudluğunu
qoruyub saxlayır, onlar zəif maliyyə bazasına malik olduğunda
müştəri tələbatının öhdəsindən gələ bilmir;
2. Əmanət Bankı bank bazarında özünün inhisarçı,
qeyri-məhdud mövqeyini qoruyub saxlayır;
3. İpoteka banklarının yaradılmasının əsası kimi Torpaq
mülkiyyəti haqqında qüvvədə olan qanunun olmaması;
4. İnvestisiya banklarının fəaliyyət göstərməsinin əsası
kimi korporativ qiymətli kağızlar bazarının inkişafı üçün real
şəraitin olmaması;
5. Ixtisaslaşdırılmış qeyri-bank institutları bazarının
tənzimlənməsi üçün real qanunvericilik bazasının olmaması.
Bütün bu problemlər sənaye baxımından inkişaf etmiş
ölkələrin kredit sistemlərinə ən qısa zamanda yaxınlaşmaq
yolunu tutan Rusiya kredit sisteminin inkişafını əhəmiyyətli
dərəcədə ləngidir.
322
1998-ci ilin avqust ayı bank böhranının başlanğıcı hesab
olunur. O zaman hökumət daxili dövlət borcu üzrə defisit və
xarici banklara olan borcların ödənilməsini elan etdi. Rusiya
Federasiyası bank sisteminin yenidən qurulması proqramında
qeyd edildiyi kimi 1997-ci ilin dekabr ayını bank böhranının
başlanğıcı hesab etmək olar. Həmin vaxtdan etibarən daxili
maliyyə bazarındakı faiz dərəcələri kəskin surətdə artdı.
Artıq banklar aşağı dərəcələr üzrə ehtiyatlar cəlb etmək
və öz borc alan müəssisələrinə ucuz kreditlər vermək
iqtidarında deyildi. Ona görə də borc alanlar aldıqları yüksək
faizli kreditlərə xidmət göstərə və əvvəllər aldıqları kreditləri
vaxtında qaytara bilmirdilər. Dövlət qiymətli kağızları ilə
aparılan əməliyyatların dayandırılması nəticəsində bank
sisteminin ümumi aktivlərinin 16%-i faktiki olaraq donduruldu.
Bununla bərabər banklar likvidliyin tənzimlənməsinin əsas
alətlərindən biri kimi dövlət qiymətli kağızlar bazarından
müxbir hesabında vəsaitlər kifayət qədər olmadıqda bu bazarın
iş mexanizmi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət
istiqrazları paketinin bir hissəsini operativ qaydada satmağa
imkan verirdi. Bank sisteminin həm mütləq miqdarda həm də
böhranın inkişafı zamanı itkilərə nisbətən kapitallaşma
səviyyəsinin aşağı səviyyədə olması böhranın kəskinləşməsinə
əhəmiyyətli təsir göstərdi. Daxili ehtiyat bazarının zəifliyi və
bankların xarici vəsait mənbələrindən asılılığı bank böhranının
inkişafına əhəmiyyətli təsir göstərdi. 1998-ci ilin 7 ayı ərzində
müəssisələrdən, təşkilatardan və əhalidən cəlb olunmuş
vəsaitlərin həcmi 18,6 milyard rubl azalaraq passivlərin 42%-i
təşkil etmişdir. Lakin, qeyd etmək lazımdır ki, böhranın
323
güclənməsinə baxmayaraq, əhali kifayət qədər fəallıq nümayiş
etdirmirdi. Bankların apardığı fəal reklam kampaniyası və
hökumətin devalvasiyanın baş verməyəcəyinə dair təminatları
tələbli əmanətləri azaldaraq ortamüddətli əmanətlərin həcmini
artırdı. Bu proseslər inflyasiyanın 11% təşkil etməsi şəraitində
40-50%-li dərəcələr cəlb edilməklə həyata keçirilirdi. Bununla
belə Rusiyada fıziki şəxslərdən cəlb edilmiş resurs ən az
stabilliyə malik olan resursdur vəsaitlərin cəlb edilmə
müddətlərinin uzadılması bank sisteminin resurs bazasının
stabilliyinin artmasından xəbər vermir. Bu, defoltun elan
olunduğu ilk günlərdə təsdiq edildi, o zaman əmanətçilər
kütləvi surətdə öz pullarını banklardan çıxarmağa çalışırdı.
Böhran ilk əvvəl özünü iri, nəhəng sistem təşkil edən banklarda
biruzə verdi. Sistem təşkil edən banklara elə banklar aiddir ki,
onların ləğvi xeyli sosial və iqtisadi məsrəflərə gətirib çıxara
bilərdi. Bu banklar geniş yayılmış filiallar şəbəkəsinə və
beynəlxalq kredit təşkilatları ilə əlaqələrə malikdir. Onların
xidmət göstərdiyi müştərilərin sayı daha çoxdur.
1998-ci ilin sentyabr ayında bankların yenidən qurulma
dövrü başlandı. Kommersiya banklarının yenidən qurulması
yolunu müəyyən edən Rusiya Bankı onları dörd qrupa ayırmağı
zəruri hesab etdi. Bununla bankların böhrandan çıxarılması
imkanları və onların böhrandan sonrakı sistemdə yeri müəyyən
edildi. Birinci qrupa maliyyə cəhətdən sabit olan bütün banklar
daxil edildi. Bu qrupa maliyyə böhranı ilə şərtləndirilən
müəyyən çətinlikləri olan lakin müstəqil surətdə böhranın
nəticələrini aradan qaldırmağa qadir olan banklar da daxil idi.
324
I. Birinci qrupa daxil olan banklar Rusiya Federasiyası
Mərkəzi Bankının müvəqqəti yardımına ehtiyacı olan
banklar;
II. İkinci qrupa yalnız Rusiya Federasiyasının subyektlərı
olan regionlar üçün böyük iqtisadi və sosial əhəmiyyət
kəsb edən banklar;
Bu banklar xüsusı maliyyə sağlamlaşdırılması
planlarını işləyib hazırlamalı idi. Onlar Rusiya
Bankının kapitalın artırılmasında iştirakı yolu ilə habelə
bankların səhmlərinin idarə olunması, o cümlədən
xarici investorların cəlb edilməsi, kreditlərin verilməsi
yolu ilə yardıma güvənə bilərdilər. İkinci qrupa daxil
olan banklar regional banklar sistemində «dayaq»
banklarına çevrilməli idi.
III. Üçüncü qrupa ayrı-ayrı iri (struktur əmələ gətirən),
müstəqil surətdə bank əməliyyatlarını aparmaq imkanı
olmayan banklar;
Olduqca böyük sosial və iqtisadi xərclərlə əlaqədar
onları bağlamaq məqsədə uyğun deyildi. Bu qrupa daxil
olan hər bir bank üçün fərdi maliyyə sağlamlaşdırılması
planının mövcudluğu nəzərdə tutulmuşdu. Onların
yenidən qurulması Rusiya Federasiyası Mərkəzi Bankı
və Kredit Təşkilatlarının Yenidən Qurulması üzrə
Agentliyin (KTYQA) idarəçiliyi ilə həyata keçirilməli
idi.
IV. Dördüncü qrupa öz fəaliyyətlərini müstəqil surətdə
bərpa etməli olan banklar daxil edildi. Əgər buna
müvəffəq olmazlarsa, o zaman onlar öz fəaliyyətlərini
325
dayandırmalıdırlar. Bu bankların əmanətçi və
kreditorlarının əmanətlərini digər banklara köçürmək
yolu ilə onlara yardım göstərilməsi nəzərdə
tutulmuşdur.
1998-ci ildə Rusiyanın 400-dən artıq bankı problemli
banklar kimi tanındı. Onların bir çoxu üçün müflislik və ya
qarışma reallığa çevrildi. Cəmiyyət nöqteyi-nəzərindən qarışma
müflislikdən daha məqbuldur. Müəyyən məqamadək bankın
başqa banka qarışması və ya ona birləşməsi onu
müflisləşdirməkdən daha ucuz başa gəlir. Lakin bu uzun, əzablı
və ziddiyyətli prosesdir, çünki mənfəət labüd itkiləri hər zaman
ödəmir. Bankların qarışma və ya birləşmə şəklində yenidən
qurulması haqqında metodik göstərişlər bank böhranı
ərəfəsində işlənib hazırlanmış və daha sonra
dəqiqləşdirilmişdir. 1998-ci ilin avqust ayında baş vermiş bank
böhranından sonrakı yenidənqurma dövrü belə bir nəticəyə
gəlməyə əsas verir ki, Rusiyanın bank sistemi böhranının
nəticələrini müvəffəqiyyətlə aradan qaldıraraq zəruri sabitlik
əldə etmişdir.
11.3. UKRAYNANIN BANK SĠSTEMĠ
Müstəqil Dövlətlər Birliyi ölkələri içində Rusiyadan sonra
iqtisadi gücə malik olan ikinci ölkə Ukraynadır. 1992-ci il yanvar
ayında ölkədə qiymət islahatları aparılıb və nəticədə bank
sektorunda faiz dərəcələri inflyasiya dərəcələrindən yüksək
olmuşdur. 1991-ci il may ayında Ukrayna Milli Bankı
Qosbankdan ayrılaraq əvvəllər Qosbanka aid olan bütün
326
səlahiyyətləri öz üzərinə götürüb. Ukrayna bank sistemi
ixtisaslaşmış 4 kommersiya bankından ibarətdir:
Dövlət Əmanət Bankı
Aqrosənaye Bankı
Tikinti Bankı
Sosial İnvestisiya Bankı.
Bank sistemi içində ümumi əmanətin 80%-i Dövlət
Əmanət Bankına aiddir: 17 avqust 1998-ci il Rusiyada başlanan
maliyyə böhranı Ukrayna pul-kredit sisteminə mənfi təsir
göstərmiş və nəticədə milli pul vahidi olan qrivna xarici valyutalar
qarşısında dəyərini itirmişdir. Ukrayna Milli Bankı Ukraynanın
Mərkəzi Bankıdır. Ukrayna Milli Bankı haqqında Qanuna
əsasən Milli Bank dövlətin xüsusi mülkiyyətindədir.
Bank 1839-cu ildə Rusiya Dövlət Kommersiya Bankının
Kiyev ofisi kimi yaradılmışdır. Ukrayna Milli Bankının təşkili
və fəaliyyətinin hüquqi statusu Ukrayna Konstitusiyası və
Ukrayna Milli Bankı haqqında Ukraynanın Qanunu ilə
tənzimlənir. 20 mart 1991-ci ildə Ukrayna Radası Banklar və
Bank fəaliyyəti haqqında Qanunu qəbul etmişdir. Məhz bu
tarixdən etibarən Ukrayna Milli Bankı Ukraynanın mərkəzi
bankı kimi fəaliyyət göstərməyə başlamışdır.
Ukrayna Milli Bankının əsas funksiyası milli pul vahidi
Qrivnanın və ölkənin bank sisteminin sabitliyini təmin
etməkdir. Bundan əlavə Ukrayna Milli Bankı aşağıdakı
funksiyaları da həyata keçirir:
Monetar siyasətin həyata keçirilməsi;
Ukrayna milli pul vahidinin tədavülə buraxılması;
327
Bank köçürmələrinin, ödəniş və hesablaşmalar
qaydalarının tərtib edilməsi;
Monetar, kredit və statistik informasiya və
tədiyyə balansına metodoloji dəstəyin təmin edilməsi;
Bank nəzarətinin həyata keçirilməsi;
Banklar, onların filial və nümayəndəlikləri,
valyuta mübadiləsi, maliyyə və kredit təşkilatlarının qeydiyyata
alınması və bank fəaliyyəti üçün lisenziyaların verilməsi;
Tədiyyə balansının toplanması, təhlili və
proqnozlaşdırılması;
Qızıl və valyuta ehtiyatlarının saxlanılaraq
toplanılmasını, həmçinin onlarla köçürmə şərtlərinin təmin
edilməsi;
Monetar, kredit, maliyyə, qiymət və valyuta
əməliyyatlarının statusunun təhlil edilməsi;
Ukrayna bank sistemi üçün kadrların
treyninqlərdə iştirak edilməsi.
Ukrayna Milli Bankının ali idarəetmə orqanı İdarə
Heyətidir. İdarə Heyətinin tərkibinə Sədr, birinci vitse-sədr, 3
vitse-sədr, 4 icraçı direktor, 6 departament direktoru və bir
filial müdiri daxildir.
Ukrayna Milli Bankının beynəlxalq əməkdaşlığı
aşağıdakı istiqamətlər üzrə həyata keçirilməkdədir:
Dünya Bankı;
Avropa Yenidənqurma və İnkişaf Bankı;
Beynəlxalq Valyuta Fondu;
MDB Dövlətlərarası Bankı;
328
Alman-Ukrayna Fondu Proqramı;
Digər beynəlxalq təşkilatlar (Avropa İttifaqı,
Ümumdünya Ticarət Təşkilatı və s.).
11.4. QAZAXISTANIN BANK SĠSTEMĠ
Qazaxıstanın Mərkəzi Bankının 1997-ci ildə milli pul
vahidi olan tanqe ilə açdığı kreditlərin faiz dərəcəsi 49 %, valyuta
üçün tətbiq etdiyi faiz 20 % olmuşdur. Qazaxıstanda fond birjası
fəaliyyətinə 1995-ci ildən başlanmışdır. Ümumiyyətlə, Qazaxıstan
Orta Asiya ölkələri içində ölkəyə axan xarici sərmayə miqdarına
görə birinci yerdədir. Ölkədə müxtəlif ölkələrin banklarının şöbə-
ləri və nümayəndəlikləri mövcuddur. Türkiyənin iki bankı - Ziraət
Bankı və Əmlak Bankının filialı Alma-Atada fəaliyyət göstərir.
Türk Eksimbank Qazaxıstan iqtisadiyyatına 240 milyon dollarlıq
kredit ayırmışdır. Qazaxıstan Milli Bankı Qazaxıstan
Respublikasının mərkəzi bankı olmaqla ölkənin ikipilləli bank
sisteminin üst pilləsini təşkil edir.
Sovet İttifaqı dövründə Qazaxıstan Milli Bankı (QMB)
SSRİ Dövlət Bankının respublika kontoru olaraq fəaliyyət
göstərmişdir. Bununla belə Qazaxıstan SSRİ-də pul
dövriyyəsinin idarə olunması mərkəzləşdirilmiş qaydada
həyata keçirilmişdir. 16 aprel 1991-ci il tarixində “Qazaxıstan
Respublikasının dövlət müstəqilliyi haqqında” qanunun qəbul
edilməsindən sonra QMB özünün maliyyə-kredit, pul
sistemlərini, qızıl ehtiyatlarını, almaz və valyuta ehtiyatlarını
saxlamaq hüququ əldə etmişdir. 13 aprel 1993-cü il tarixində
qəbul olunan “Qazaxıstan Milli Bankı haqqında” qanun
329
Qazaxıstan Milli Bankının fəaliyyət prinsipləri, hüquqi statusu
və səlahiyyətlərini müəyyənləşdirmişdir. Qazaxıstan
Prezidentinin 30 mart 1995-ci il tarixli Sərəncamı əsasında
Qazaxıstan Milli Bankı özlüyündə mərkəzləşdirilmiş struktura
çevrilmişdir. Prezidentin 31 avqust 1995-ci il tarixli Sərəncamı
ilə isə Qazaxıstanda ikipilləli bank sisteminə keçid oldu və
Qazaxıstan Milli Bankı bu sisteminin üst pilləsini təşkil etməyə
başladı.
Qazaxıstan Milli Bankı aşağıda qeyd olunan funksiyaları
həyata keçirir:
• Ölkənin pul-kredit siyasəti;
• Ölkə ərazisində əskinaz və sikkələrin emissiyası;
• Banklar bankı funksiyası;
• Hökumətin bankı, maliyyə məsləhətçisi və agenti
funksiyası;
• Ödəniş sistemlərinin fəaliyyət göstərməsinin təşkili;
• Ölkədə valyuta tənzimlənməsi və nəzarəti;
• Ölkənin qızıl-pul aktivlərinin idarə olunması;
• Maliyyə təşkilatlarına nəzarət funksiyası;
• Ölkənin Milli Fondunun idarə olunması.
Qazaxıstan Milli Bankının İdarə Heyəti Sədr və üç
müavindən ibarətdir. Bundan əlavə Direktorlar Şurası
mövcuddur ki, Bura İdarə Heyətinin üzvləri və 9 departament
direktoru daxildir.
Qazaxıstan Milli Bankı Mərkəzi Aparat, 11 departament,
10 ayrı idarə və 1 şöbədən ibarətdir. Bundan əlavə 16 ərazi
filialı və Alma-ata şəhərində 2 filial fəaliyyət göstərir.
Qazaxıstan Milli Bankının tək xarici nümayəndəliyi Rusiya
330
Federasiyasındadır. Bunlardan əlavə aşağıda qeyd olunan 4
təşkilat Milli Banka hesabat verir:
• Banklararası hesablaşmaları mərkəzi;
• Bank xidməti bürosu;
• Qazaxıstan sikkəxanası;
• Əskinaz fabriki.
Qazaxıstan Milli Bankı aşağıdakı səhmdar cəmiyyətlərin
təsisçisidir:
• Qazaxıstan əmanətlərin zəmanəti agentliyi;
• Sığorta ödənişlərinin zəmanəti fondu;
• Qazaxıstan ipoteka kreditlərinin zəmanəti fondu;
• Qazaxıstan Milli Bankının Ehtiyat Mərkəzi.
Yuxarıda qeyd olunanlardan əlavə, Qazaxıstan Milli
Bankı “Milli Prosessinq Mərkəzi”nin təsisçilərindən, “Pensiya
Yığım Fondunun” səhmdarlarından biridir. Qazaxıstan Milli
Bankının beynəlxalq əməkdaşlıq münasibətləri əsas olaraq
aşağıda qeyd olunan istiqamətlərdə inkişaf etdirilir:
• Xarici mərkəzi banklar və beynəlxalq maliyyə təşkiları
ilə əlaqələri inkişaf etdirilməsi və dərinləşdirilməsi;
• Qazaxıstan Milli Bankının beynəlxalq maliyyə
təşkilatları və xarici mərkəzi banklardan aldığı texniki
yardımın əlaqələndirilməsi;
• Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlətlərarası
təşkilati strukturlarda iştirakı;
• Qazaxıstan Respublikasının beynəlxalq maliyyə
təşkilatlarının nizamnamə kapitalında iştirakı.
331
ƏDƏBĠYYAT SĠYAHISI
1. Azərbaycan Respublikası Mərkəzi Bankının illik
hesabatı. Bakı- 2014.
2. Beynəlxalq İqtisadi İndekslər Haqqında Məlumat
Toplusu. Azərbaycan Respublikası Mərkəzi Bankı.
Beynəlxalq əlaqələr departamenti. Bakı- 2009.
3. Azərbaycan Respublikası Mərkəzi Bankı. Beynəlxalq
əlaqələr departamenti. Bakı- 2010.
4. Dövlət maliyyəsi terminləri lüğəti İctimai vəsaitin
monitorinqi mərkəzi. Bakı -2008.
5. Dünya Ölkələrinin Valyuta Vahidləri Haqqında
Məlumat Toplusu. Azərbaycan Respublikası Mərkəzi
Bankı. Beynəlxalq əlaqələr departamenti. Bakı- 2009
6. Beynəlxalq Maliyyə-Kredit İnstitutları və İnkişaf
Agentlikləri Haqqında Məlumat Toplusu. Bakı-2012.
7. Z.F.Məmmədov,V.Zeynalov. Maliyyə və kredit.
Bakı -2007.
8. H.Seyidoğlu. Uluslararası finans. İstanbul- 1997.
9. N.Ekren. Uluslarası bankaçılıq. Ankara- 1984.
10. E.Erturk. Uluslarası iqtisad. Istanbul- 1998.
11. T.T.Əliyeva. Beynəlxalq Valyuta Kredit Münasibətləri.
Bakı-2016.
12. H.Seyidoğlu. Uluslararası finans. İstanbul- 1997.
13. N.Ekren. Uluslarası bankaçılıq. Ankara- 1984.
14. E.Erturk. Uluslarası iqtisad. İstanbul- 1998.
15. R.Karluk. Uluslararası ekonomi. İstanbul-1998.
332
16. Басин А.С., Хасбулина Т.А. Казначейский контроль
результативности бюджетных расходов Финансы и
кредит, 2008, № 4.
17. Бликанов А.В. Аудит эффективности как
методическая основа совершенствования
государственного финансового контроля Финансы и
кредит. 2008, № 19
333
MÜNDƏRĠCAT
G Ġ R Ġ ġ ..................................................................................3
FƏSİL I. DÜNYA ÖLKƏLƏRİNİN İQTİSADİ İNKİŞAF
XÜSUSİYYƏTLƏRİ................................................................7
1.1.Avropa Birliyinə üzv ölkələrin bank sistemi.......................7
1.2.Böyük Britaniya və Şimali irlandiya birləşmiş krallığının
bank sistemi.............................................................................34
1.3.Böyük Britaniyanın kommersiya bankları .......................52
1.4.Şotlandiyanın bank sistemi ..............................................62
1.5.Almaniyanının bank sistemi..............................................62
1.6.Bundesbank bank sisteminin quruluşu...............................72
1.7.Fransanın Bank Sistemi.....................................................88
FƏSİL II. BALTİKYANI ÖLKƏLƏRİN BANK
SİSTEMİ................................................................................101
2.1.Latviyanın bank sistemi .................................................101
2.2.Litvanın bank sistemi ....................................................109
2.3.Estoniyanın Bank Sistemi................................................122
FƏSİL III. İSVEÇRƏNİN BANK SİSTEMİ .......................129
3.1.İsveçrənin bank sisteminin təşkilati quruluşu..................129
3.2. İsveçrənin tarixi inkişafı.................................................133
3.3.İsveçrənin kredit sistemi..................................................138
FƏSİL IV. TÜRKİYƏNİN BANK SİSTEMİ .....................153
4.1.Türkiyənin Bank Sisteminin təşkilatı quruluşu................153
4.2.Türkiyə Bank Sistemində Struktur Dəyişiklik Prosesi...163
4.3.Türkiyənin Bank Sektorunda Müasir Dəyişmələr........167
4.4.Türkiyənin Bank Sistemində Aparılan İslahatlar .......... 180
334
FƏSİL V. Amerika Birləşmiş Ştatlarının Bank Sistemi......188
5.1. ABŞ-ın bank sisteminin inkişafı ..........189
5.2. ABŞ-ın Federal Ehtiyat Sisteminin
strukturu..................................................192
FƏSİL VI. ASİYA-SAKİT OKEAN REGİONU:
YAPONİYANIN BANK SİSTEMİ .....................................208
6.1.Yaponiya Bank sisteminin inkişafı ................................208
6.2.Yaponiya bank sisteminin quruluşu ..............................220
6.3.Yaponiya banklarının beynəlxalq ekspansiyası ..............227
6.4.Yaponiya bank nəzarət sistemi ......................................230
FƏSİL VII. ÇİN RESPUBLİKASININ BANK SİSTEMİ ...232
7.1.Çin Respublikasının Bank Sisteminin tarixi inkişafı .....234
7.2.Çin Xalq Bankı ..............................................................244
7.3.Çin Respublikasında xarici banklar.................................251
FƏSİL VIII. CƏNUBİ KOREYA RESPUBLİKASININ
İQTİSADİ İNKİŞAFI...........................................................257
8.1.Cənubi Koreyanın Bank Sistemi....................................259
FƏSİL IX. AVSTRALİYA VƏ YENİ ZELANDİYANIN
BANK SİSTEMİ ..................................................................263
9.1.Avstraliyanın Bank sistemi ...........................................266
9.2.Yeni Zellandiyanın Bank sistem......................................270
FƏSİL X. İRAN İSLAM RESPUBLİKASININ
BANK SİSTEMİ ..................................................................274
10.1.İran İslam Respublikasında Bank
Sisteminin İnkişafında xüsusiyyətləri...................................291
10.2. İran İslam Respublikasının müasir pul kredit
siyasəti....................................................................................296
335
FƏSİL XI. RUSİYA FEDERASİYASININ BANK
SİSTEMİ................................................................................308
11.1.Rusiya Mərkəzi Bankı........... ......................................313
11.2.Ukraynanın Bank Sistemi.............................................325
11.3.Qazaxıstanın Bank Sistemi...........................................328
ƏDƏBİYYAT SİYAHISI ....................................................331