İqtİsadİ İnformatİkalib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə...

557
İQTİSADİ İNFORMATİKA -------------------------------------------------1--------------------------------------------- AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES ÜNİVERSİTETİ İQTİSADİ İNFORMATİKA Bakı Biznes Universiteti, Elmi Şuranın 23.06.2017-ci il tarixli, 110 saylı qərarına əsasən dərs vəsaiti kimi tövsiyyə edilir. B A K I 2 0 1 7

Upload: others

Post on 23-May-2020

28 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------1---------------------------------------------

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES ÜNİVERSİTETİ

İQTİSADİ

İNFORMATİKA

Bakı Biznes Universiteti, Elmi Şuranın

23.06.2017-ci il tarixli, 110 saylı qərarına

əsasən dərs vəsaiti kimi tövsiyyə edilir.

B A K I – 2 0 1 7

Page 2: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------2---------------------------------------------

Redaktoru: t.e.d., prof., Əliyev Ələkbər Əliağa oğlu

Rəyçilər: i.e.d., prof, Abbasov Alican Bayraməli oğlu

i.e.d., prof., Balayev Rəsul Ənvər oğlu

i.e.d., dos., Həsənov İsmayıl Cəfər oğlu

i.e.f.d., dos., Sadıqov Rahim Fərahim oğlu

MƏMMƏDOVA ARZU İMAMVERDİ QIZI

ƏLİZADƏ MƏTLƏB NURUŞ OĞLU

NƏCƏFOVA VƏFA QURBAN QIZI

İQTİSADİ İNFORMATİKA, Bakı 2017, “Bakı Biznez

Universiteti“ nəşriyyatı, Dərs vəsaiti, şəkilli, 557 səhifə.

Dərs vəsaitində iqtisadiyyatda informasiya sistemləri,

iqtisadi fəaliyyətin informasiyalaşdırılma istiqamətləri, informasiya

texnologiyalarının tətbiq vasitələri, informasiya sistemlərinin

layihələndirilməsinin əsasları və onların təşkili mərhələləri, iqtisadi

məsələlərin həllində informasiya texnologiyalarının tətbiqi, verilənlər

bazasının idarəetmə sistemlərinin və inteqrasiya edilmiş proqram

paketlərinin istifadəsi, iqtisadi informasiya sistemləri bazasında

maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması məsələlərinə

baxılır. Dərs vəsaiti təhsilin bütün növ formalarında təhsil alan

tələbələr və həmçinin ali və orta təhsil müəssisələrində çalışan

müəllimlər üçün tövsiyyə olunur.

© Məmmədova A.İ., Əlizadə M.N., Nəcəfova V.Q. 2017

Page 3: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------3---------------------------------------------

M Ü N D Ə R İ C A T

Giriş...................................................................................

FƏSİL I. İDTİSADİ İNFORMATİKA FƏNNİNİN

PREDMETİ

8

1.1.İqtisadi informatikanın mahiyyəti və predmeti............ 10

1.2.İnformasiyalaşdırılmış cəmiyyət.................................. 21

1.3.Cəmiyyətin informasiya potensialı............................... 31

1.4.İnformasiya xidmətləri və məhsulları bazarı................ 35

1.5.İnformasiya bazarında hüquqi nizamlanma.................. 40

FƏSİL II. İQTİSADİ İNFORMASİYA ANLAYIŞI

2.1.İnformasiya anlayışı…………………………………. 47

2.1.İqtisadi informasiya anlayışı………………………..... 54

2.3.İqtisadi informasiyanın strukturu……………………. 57

2.4.İqtisadi informasiyanın çevrilməsi prosedurları…….. 59

2.5.İnformasiyanın qiymətləndirilməsi………………….. 64

2.6.Mətn tipli informasiyanın kodlaşdırılması…………... 66

2.7.Qrafiki informasiyanın kodlaşdırılması……………… 67

FƏSİL III. İNFORMASİYA TEXNOLOGİYALARI-

NIN STANDARTLAŞDIRMA SİSTEMİ

3.1.İnformasiya texnologiyalarının standartlaşdırma

sistemi………………………………………………….....

73

3.2.İnformasiya sistemlərinin həyat dövrü modeli……..... 78

3.3.İnformasiya sistemlərinin layihələndirilməsi

sahəsində standartların nümunələri……………………....

85

3.4.İnformasiya təminatı anlayışı………………………...

3.5.İnformasiya təminatının strukturu……………………

3.6.İnformasiya texnologiyasının hüquqi təminatı…….....

86

87

88

Page 4: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------4---------------------------------------------

FƏSİL IV. REKLAMDA VƏ TƏHSİLDƏ

İNFORMASİYA – KOMMUNİKASİYA

TEXNOLOGİYALARI 4.1.Reklamda İKT……………………………………...... 97

4.2.Reklam vasitələri və onların tətbiqi………………….. 102

4.3.İnternetdə reklam…………………………………….. 103

4.4.İnformasiyanın dizaynı.Web-dizyan………………… 118

4.5.Təhsilin qloballaşmasında İKT………………………. 124

4.6.Distant kompüter şəbəkələrində koorperativ

informasiya şəbəkələrinin rolu...........................................

139

FƏSİL V. VERGİ QOYMADA İNFORMASİYA

TEXNOLOGİYALARI

5.1.Vergi qoymada istifadə olunan informasiya

texnologiyalarının metodu və vasitələri………………….

154

5.2.Vergidə avtomatlaşdırılmış informasiya sistemləri….. 165

5.3.Vergidə AİS-lərin informasiya təminatının

xüsusiyyətləri…………………………………………......

168

5.4.Vergi təftişinin daxilində avtomatlaşdırılmış iş

yerləri..................................................................................

174

5.5.Vergi informasiya sistemlərinin inkişafında yaranan

problemlər…………………………………………….......

178

FƏSİL VI. TURİZMDƏ İNFORMASİYA

TEXNOLOGİYALARI

6.1.Turizmdə informasiya texnologiyalarının əsasları…... 192

6.2.Turist təşkilatlarının avtomatlaşdırılması sistemi……. 201

6.3.Turizmdə informasiya texnologiyaları………………. 204

6.4.Turizmdə internet- marketinq……………...………… 213

6.5.Azərbaycanda turizmin inkişafı……………………… 218

FƏSİL VII. MARKETİNQDƏ İNFORMASİYA

TEXNOLOGİYALARI

7.1.Marketinq informasiya sistemləri……………………. 226

Page 5: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------5---------------------------------------------

7.2.Marketinq proqram təminatı………………..……....... 234

7.3.CRM strategiyası…………………..………………… 237

7.4.İnternetin marketinq üstünlükləri və onların

reallaşdırılması problemləri………………………………

242

7.5.İnternet mühitdə loyal müştərilərin formalaşması........ 258

FƏSİL VIII. KOMPÜTER ŞƏBƏKƏLƏRİ.

İNTERNET TEXNOLOGİYALARI

8.1.Kompüter şəbəkələrinin təyinatı və təsnifatı……........ 271

8.2.Lokal şəbəkələrin topologiyaları………….…………. 276

8.3.Qlobal kompüter şəbəkəsi. İnternet..…….………....... 295

8.4.İntenet xidmətləri……………….…………….……… 303

8.5.Veb texnologiyalar………..…………………………. 306

FƏSİL IX. İNFORMASIYA TƏHLÜKƏSİZLİYİNİN

ƏSASLARI

9.1.İnformasiya təhlükəsizliyi haqqında məlumat...…....... 318

9.2.İnformasiya mühafizəsinin üsul və vasitələri..……..... 321

9.3.İnformasiya mühafizəsinin aparat-proqram üsulları…. 326

9.4.Verilənlər bazasının mühafizə üsulları………..…....... 339

9.5.Kriptoqrafiya. Elektron imza………………….……... 344

FƏSİL X. ELEKTRON HÖKÜMƏT – DÖVLƏT

İDARƏETMƏ KONSEPSİYASI

10.1.Elektron hökümət…………………………………... 353

10.2.Elektron ticarətin mahiyyəti və onun əsas

kateqoriyaları......................................................................

358

10.3.Biznes-model və onun əsas növləri……………........ 370

10.4.İnteraktiv marketinq və Veb-heyətləşdirmə…........... 374

10.5.İnteraktiv bazarlar və birjalar……………………… 377

Page 6: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------6---------------------------------------------

FƏSİL XI. BIZNES – İNFORMASİYA

RESURSLARI. QLOBAL MENECMENT

PARADİQMASI 11.1.Biznes-informasiya..…………………………..…….

11.2.İşgüzar bilik, biznes – informasiya və məlumatlar….

386

390

11.3.Qlobal menecment paradiqması. Qlobal bazarlar.

Qlobal istehlakçı……………...…………………………

395

11.4. Prosesin inteqrasiyalaşdırılmış idarə olunması…......

11.5.Reincinirinq və onun əsas prinsipləri. Reincinirinqin

əsas amilləri. Reincinirinqin tətbiq sahələri.…………......

401

404

FƏSİL XII. VİRTUAL KORPORASİYA VƏ

İNNOVASİYALARIN İDARƏ OLUNMASI

12.1.Virtual korporasiyanın xarakteristikası. Virtual

korporasiyanın elementləri….…………………………....

412

12.2.Koorporativ şəbəkələr……………………………..... 419

12.3.İnnovasiyaların idarə olunması prosesi və

məqsədləri. İnnovasiyaların kateqoriyaları...………..........

423

12.4.Kinetik sahibkarlıq…………………………………. 429

12.5.Xətti tarif cədvəli……………………………............ 432

FƏSİL XIII. İNFORMASİYA İQTİSADİYYATINDA

ELEKTRON KOMMERSİYA

13.1.Elektron biznes. Elektron ticarət. Elektron

sahibkarlıq…………………………………………..........

440

13.2.Elektron kommersiyanın əsas növləri.…..………….. 452

13.3.Elektron ödəmə sistemləri….………………………. 455

13.4.İnternetdə istifadə olunan elektron ödəmələrin əsas

növləri……………………………………………….......

460

13.5.İnternet ticarəti. İnternetdə etika. E-hazırlıq

indeksi.................................................................................

468

Page 7: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------7---------------------------------------------

FƏSİL XIV. RƏQƏMSAL İQTİSADİYYAT VƏ

ONUN ÜSTÜNLÜKLƏRİ

14.1.Rəqəmsal iqtisadiyyatın yaranması səbəbləri………. 478

14.2.Rəqəmsal iqtisadiyyatda elektron kommersiya…….. 487

14.3.Müasir iqtisadiyyatın təzahürləri. Bələdiyyə..……… 489

14.4.Rəgəmsal iqtisadiyyatda İKT………………………. 492

FƏSİL XV. İNFORMASİYA-KOMMUNİKASİYA

TEXNOLOGİYASINDA XİDMƏTLƏR

15.1.Xidmətlər haqqında………………………………... 501

15.2.İnternet şəbəkəsində ünvanlar və protokollar……… 508

15.3.Kommunikasiya şəbəkələrində informasiya verilişi... 517

15.4.Kommunikasiya sistemlərinin xarakteristikaları........ 526

15.5.Texnoloji innovasiya dövrləri və açarvari

infokommunikasiyalı texnologiyalar..................................

531

15.6.Rəqəmləşdirmə........................................................... 537

15.7.Telekommunikasiya sistemlərinin effektivlik

kriteriyaları………………………………………….........

544

Ədəbiyyat siyahısı.............................................................. 554

Page 8: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------8---------------------------------------------

G İ R İ Ş

XX əsr energetika əsri anlandırılırdısa XXI əsr informatika əsri

adlandırılır. Bu, son illərdə elmi-texniki tərəqqidə kompüter

inqilabının baş verməsi və inqilabın nəticəsinin müxtəlif sahələri, o

cümlədən sosial, iqtisadi, mədəni, elmi və istehsal sahələrini əhatə

etməsi ilə əlaqədardır. Hal-hazırda kommunikasiya texnikası

vasitələri və kompüterlər sürətlə inkişaf edir, onların element bazası

təkmilləşdirilir və proqram təminatı müasir tələblərə uyğunlaşdırılır.

İqtisadi informatika - idarəetmədə, biznesdə və iqtisadiyyatda

qərarların qəbul edilməsi və hazırlanmasında istifadə olunan

informasiya sistemləri haqqında elmdir. Bu baxımdan dərs vəsaitində

- iqtisadiyyatda informasiya sistemləri, iqtisadi fəaliyyətin

informasiyalaşdırılma istiqamətləri, informasiya texnologiyalarının

tətbiq vasitələri, informasiya sistemlərinin layihələndirilməsinin

əsasları və onların təşkili mərhələləri, iqtisadi məsələlərin həllində

informasiya texnologiyalarının tətbiqi, verilənlər bazasını idarəetmə

sistemlərinin və inteqrasiya edilmiş proqram paketlərinin istifadəsi,

iqtisadi informasiya sistemləri bazasında maliyyə-təsərrüfat

fəaliyyətinin avtomatlaşdırılması öz əksini tapmışdır.

Dərs vəsaiti onbeş fəsildən ibarətdir.

Birinci və ikinci fəsillərdə iqtisadi informatika fənninin

predmeti, mahiyyəti, informasiya anlayışı, iqtisadi informasiyanın

strukturu və qiymətləndirilməsi ətraflı şərh edilir.

Üçüncü və dördüncü fəsillərdə informasiya texnologiyalarının

standartlaşdırma sistemləri, informasiya sistemlərinin layihələndiril-

məsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-

ları haqqında məlumatlar öz əksini tapmışdır.

Beşinci, altıncı və yeddinci fəsillərdə verqi qoymada

informasiya texnologiyaları, istifadə metodları və vasitələri, yaranan

problemlər, turizmdə informasiya texnologiyaları, bu texnologiyala-

rın əsasları, İnternet-texnologiyalar, marketinqdə informasiya texno-

Page 9: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------9---------------------------------------------

logiyaların istifadəsı haqqında tutarlı səviyyədə məlumatlar

verilmişdir.

Səkkizinci, doqquzuncu, onuncu və onbirinci fəsillərdə

kompüter şəbəkələri, İnternet texnologiyaları, informasiya

təhlükəsizliyi və onun əsasları, Elektron hökümət-dövlət idarəetmə

strukturu kimi mövzulara ətraflı toxunulmuş, biznes-informasiya,

qlobal menecment paradiqması və s., bu mövzuları əhatə edən

məlumatlar oxucunu qənaət edəcək formada verilmişdir.

Onikinci və sonrakı fəsillərdə virtual korporasiya və

innovasiyaların idarə edilməsi, informasiya iqtisadiyyatında elektron

kommersiya, rəqəmsal iqtisadiyyat, informasiya-kommunikasiya

texnologiyasında xidmətlər kimi mövzulara toxunulmuş, bu sahələrin

çatışmazlıqları ilə yanaşı üstünlükləri də öz əksini tapmışdır.

Hər bölmənin sonunda nəzəri və təcrübi biliklərin

möhkəmləndirilməsi məqsədilə oxucuya yoxlama sualları təqdim

olunmuşdur.

Dərs vəsaitinin hazırlamasında diqqəti cəlb edən odur ki, əcnəbi

ədəbiyyatlardan da lazımı səviyyədə istifadə olunmuş, bununla yanaşı

İnternetdən dərs vəsaitində istifadə edilən iqtisadi terminlər

haqqınnda, bu terminlərin izahı və yaranma səbəbləri, həmçinin dərs

vəsitində adları çəkilən görkəmli alimlərin, bu sahəyə öz tövhələrini

vermiş şəxslərin şəkilləri daxil edilməklə onların həyat yoluna da

nəzər salınmışdır.

Dərs vəsaiti ali təhsil müəssisələrinin müəllimləri və tələbələri,

magistrlar, həmçinin bu sahə ilə yaxından tanış olmaq arzusunda olan

müxtəlif peşə sahibləri üçün hazırlanmış kitab sayıla bilər.

Page 10: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------10---------------------------------------------

FƏSİL I

İQTİSADİ İNFORMATİKA FƏNNİNİN

PREDMETİ

1.1.İQTİSADİ İNFORMATİKANIN MAHİYYƏTİ

VƏ PREDMETİ

İqtisadiyyatın idarə edilməsi qarşısında duran vəzifələr müasir

hesablama texnikası vasitələri tətbiq edilmədən yerinə yetirilə bilməz.

İdarəetmə informasiyasının dönmədən artan həcmi öz növbəsində

müvafiq işçilərin informasiya yükünün artmasına səbəb olur və

işlənmənin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsini zəruri

edir.

Müxtəlif iqtisadi və digər məsələlərin həlli çoxsaylı amillərin

təsirinin kəmiyyətcə qiymətləndirilməsini, nisbətlərin proqnozlaşdı-

rılmasını və s. nəzərdə tutur. Bu isə hesablama texnikası vasitələrinin

və riyazi aparatın köməyi olmadan həyata keçirilə bilməz. İqtisadi

informatikanın əsas anlayışlarına – informasiya, iqtisadi informasiya,

sistem, iqtisadi sistem, informasiya texnologiyası, kağızsız informati-

ka, model, informasiya modeli və s. aid etmək olar.

İqtisadi informatikanın tədqiqat sahəsini dəqiqləşdirmək

baxımından qeyd etmək olar ki, o iqtisadi informasiyanın çevrilməsi

qanunauyğunluqlarını, bu çevrilmələrin texniki-texnoloji və digər

vasitələrini, insan-maşın sistemindəki çoxcəhətli münasibətlərini

öyrənir. Kursun predmeti iqtisadi informasiyanın avtomatlaşdırıl-

mış işlənməsi sisteminin təşkili və istismarının əsasları haqqında elmi

biliklər sahəsidir. Kursun vəzifəsi – iqtisadi informasiyanı müasir

hesablama, rabitə və təşkilat texnikası vasitələrinin köməyi ilə

işlənməsinin üsul və qaydalarını öyrənməkdir.

İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin

nəticəsi olub, yayılma və formalaşmaq üçün təyin olunmuş sənədlər,

informasiya massivləridir.

Page 11: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------11---------------------------------------------

İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən,

proqram məhsullarından, verilənlər bazalarından, insanlardan,

müxtəlif növ rabitə vasitələrindən və sairədən ibarət olan muhitdir.

İnformasiya sistemi - informasiya emalı sistemidir və burada əsas

məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən

informasiyanı lazımi formaya salınıb istifadəçiyə çatdırılmasıdır.

Aydındır ki, informasiya məhsullarının mövcudluğu

informasiya bazarını yaradır. İnformasiya bazarı - informasiya

məhsullarının və xidmətlərinin, informasiya texnologiyalarının satışı

üzrə iqtisadi, hüquqi və təşkilatı münasibətlərin sistemidir.

İnformasiya bazarı nöqteyi nəzərindən informasiya

məhsullarını iki sinfə ayırmaq olar:

İnformasiya məhsulları;

İnformasiya xidmətləri.

İnformasiya məhsulu istifadəçinin tələbinə uyğun hazırlanmış

və mal formasında təqdim edilmiş, sənədləşdirilmiş informasiyadır.

İnformasiya məhsullarına proqram məhsulları, verilənlər bazası və

bankları, həmçinin digər informasiyalar aiddir.

İnformasiya xidmətləri informasiya məhsullarını təqdim

etməklə istifadəçinin informasiya tələbini ödəməyə yönəldilmiş

xidmətlərdir. Başqa sözlə, informasiya xidmətləri istifadəçilərin

informasiya məhsulları ilə təmin olunması üçün subyektlərin

(mülkiyyətçilərin və sahibkarların) hərəkət və fəaliyyətləridir.

Qeyd etmək lazımdır ki, informasiya bazarı informasiya

bazarında olan məhsullara görə ödəmələrə və tarixi səbəblərə görə iki

böyük sərbəst fəaliyyət göstərən bazara bölünmüşdür. Bunlar

informasiya texnologiyaları bazarı və kütləvi informasiya vasitələri

bazarıdır. Bu bazarların hər birində məhsulun satışı və əldə olunmuş

məhsula görə ödəmələr də müxtəlif cür aparılır. Əgər informasiya

texnologiyaları bazarında klient (müştəri) alınmış məhsula görə

şəxsən ödəmə aparırsa, kütləvi informasiya vasitələri bazarında

məhsulu istifadəçi ya pulsuz əldə edir, ya da ödəməni qismən aparır,

əsas gəliri isə üçüncü tərəf olan reklamçılar əldə edirlər. Buna görə də

Page 12: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------12---------------------------------------------

informasiya məhsullarını digər məhsullardan fərqləndirmək tələb

olunur.

İqtisadi sahələrə informasiya texnologiyalarının təsiri və həmin

sahələrin birbaşa iştirakı nəticəsində yeni informasiya sənayesinin,

yəni informasiya məhsulları və xidmətləri bazasında yeni iqtisadi

sahənin yaranmasına səbəb olmuşdur. İnformasiya sənayesi

hesablama texnikasının, kommunikasiya vasitələrinin, proqramların

istehsalını özündə birləşdirir. İnformasiya bazarının inkişafı və

informasiyanın bu inkişafda başda durması informasiya

iqtisadiyyatının təşəkkül tapmasına səbəb olmuşdur. Bu

iqtisadiyyatın ümumi məhsulu kimi informasiya və biliklərin

istehsalı, emalı, saxlanması və yayılması ilə əlaqədar olan məhsullar

başa düşülür.

İnformasiya məhsullarının miqdarı, ona olan tələbat,

informasiya xidmətlərinin göstərilməsi və bu xidmətlərin səviyyəsi

informasiya bazarının tələbatından, istehsal gücü və istehlakçının

müasirlik səviyyəsindən birbaşa asılıdır. İnformasiya məhsullarının

keyfiyyəti istehsalçılar arasındakı rəqabətdən, bazarda eyni tip

məhsulun növ müxtəlifliyindən, miqdarından, qiymətlərdən, ölkə

əhalisinin rifah halından ciddi asılıdır.

İnformasiya məhsulları içərisində proqram vasitələri məhz

qeyd olunan xüsusiyyətə daha çox malik olan məhsullardır. Lakin

proqram məhsullarının satışı və reallaşmasında lisenziyalardan

istifadə edilir. Lisenziya hüquqi olaraq lisenziya alan istifadəçiyə

lisenziya verilən məhsuldan istifadə imkanı verən müqavilədir.

Lisenziya onu alan şəxsə istifadə ilə bərabər məhsulu lisenziya və ya

digər müqavilələrlə istifadəyə vermə hüququnu da verə bilər. Adətən

informasiya məhsullarına verilən lisenziya həmin məhsulun

istifadəsinə başlamaq üçün onu açan və ya istifadə etməyə başlayan

andan mövcud olur. Lisenziyalar proqram məhsullarından istifadə

olunan surətlərin sayına, istifadəçilərin sayına, yayılma şərtlərinə,

ödəmə üsuluna görə məhdudiyyətlər qoya bilər.

QEYD: Çar Rusiyasında lisenziya haqqında heç bir anlayış

Page 13: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------13---------------------------------------------

(məfhum, təsəvvür) belə olmayıb. Amma Romanovlar sülaləsinin

Rusiyanı idarə etdiyi zamanlarda (1811-1812-ci illərdə)

“kontinental blokada” anlayışından istifadə edilib. Bundan

istifadəyə əsas səbəb Rusiya ilə Fransa və İngiltərə dövlətləri

arasında baş vermiş münaqişə olub. Münaqişənin nəticəsində

Rusiya bu ölkələr ilə ticarət əlaqəsini həyata keçirən şəxslərə

(sahibkarlara) xüsusi məktub – “güzəştli məktub” verirdi.

Beləlikllə, məktubu almış sahibkar Fransa və İngiltərə ilə ticarət

aparmaq üçün lisenziya əldə etmiş hesab olunurdu.

Verilən lisenziyalara görə informasiya məhsulları kommersiya

(lisenziyalara görə ödəniş tələb edən) və qeyri-kommersiya

(lisenziyalara görə ödəniş tələb etməyən) məhsullarına bölünürlər.

Kommersiya məhsulları sonrakı istifadənin məhdudlaşdırılma-

sına görə:

məxsusi və

azad informasiya məhsullarına bölünürlər.

Hal-hazırda informasiya məhsullarının çatdırılmasına görə ən

geniş yayılmış As İs (“Necə var”) prinsipindən istifadə olunur. Bu

prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, alıcı məhsulu alınma

anına qədər necə var eləcə də alır və bu məhsulun tətbiqində ortaya

çıxacaq riskləri, yəni gələcəkdə əmələ gələcək problemlərin əksər

hissəsinə cavabdehliyi könüllü olaraq öz üzərinə götürür.

Satış nöqteyi nəzərindən əsas informasiya məhsulları olan

proqram məhsulları kommersiya, şərti-havayı (shareware), pulsuz,

azad yayımlı (freeware) məhsullarına bölünürlər. Əslində bu bölgü

baza bölgüsüdür. Real biznes şəraitində bu bölgünün başqa

modifikasiyaları və kombinasiyaları da mövcud ola bilər.

Kommersiya proqramları bu günkü dövrdə proqram

məhsullarının ən geniş yayılmış növüdür. Alıcı kommersiya

proqramına görə satıcıya ödəniş edir və lisenziyada olan müqaviləyə

əsasən məhsuldan istifadə edir. Satıcı isə müəyyən müddətə məhsula

görə məsləhət və ya informasiya-texniki təminat etmə məsuliyyətini

üzərinə götürür.

Page 14: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------14---------------------------------------------

Şərti-havayı proqramların əsas prinsipi “almazdan əvvəl

sınaqdan keçir” prinsipidir. Bu cür proqramlar istifadəçiyə

lisenziyaya görə pul ödəmədən verilir (belə proqramları İnternet və

ya fiziki daşıyıcılardan - CD, fleş və s. əldə etmək olar). Müəyyən

dövr ərzində istifadədən sonra bu proqramlara görə istehsalçıya ya

pul ödənməli, ya da istifadə dayandırılmalıdır.

Bəzən pulsuz proqram məhsulları da istifadəçiyə təklif oluna

bilər. Lakin bu zaman bu proqramdan istifadəyə və ya onun

yayılmasına məhdudiyyət qoyulur. Pulsuz proqram məhsullarının

istehsalında və istifadəyə verilməsində məqsəd ya reklam məqsədlidir

(adətən istehsalçı şirkətlərin imkanlarının reklam edilməsi), ya

proqram məhsulundan istifadə onun konkret şərait və məsələnin həlli

üçün uyğunlaşdırılmasına görə ödəmələrə istifadəçinin cəlb

edilməsidir, ya da məhsulun daxilində reklam məhsullarının

yerləşdirilməsidir.

Azad yayımlı proqram məhsullarının Free Software, Open

Software, Open Sourse modelləri mövcuddur. Bu proqram məhsulları

daha dinamik inkişaf edir və müasir informasiya texnologiyalarının

və intellektual mülkiyyətin inkişafının əsas meyllərini

müəyyənləşdirir. Azad yayımlı proqram məhsulları - azad

yayımlanan proqram təminatıdır və bu proqramlarda istifadəçi

dəyişikliklər edə bilər. Bu konsepsiyanın müəllifi amerika filosofu və

proqramisti Riçard Stollmandir. O, 1988-ci ildə yaradılmış Open

Software Foundation GNU General Public License GNU (Universal

ümumigirişli lisenziyalı GNU və ya Açıq lisenziya müqaviləsi

GNU)-nin müəllifidir. Bu lisenziyanı qısaca olaraq GNU GPL və ya

sadəcə olaraq GPL da adlandırırlar. Bu lisenziyanın modifikasiya

olunmuş ikinci və sonuncu versiyası 1991-ci ildə buraxılaraq Lesser

General Public License (LGPL) (kiçik və ya kiçildilmiş GPL)

adlandırılmışdır. GNU GPL-in məqsədi istifadəçiyə proqramların

surətini çıxartmaq, modifikasiya etmək və yaymaq, habelə bu

proqram vasitəsinin törəmələri olan proqramların istifadəçilərinin də

bu hüquqlara malik olmasına imkan verməkdir.

İnformasiya xidmətlərinin əsas növləri bunlardır:

Page 15: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------15---------------------------------------------

Texnoloji platforma bazasında formalaşan xidmətlər. Bu

xidmətlər geniş miqyası əhatə etdiyindən onların dəyəri aşağı

düşür;

İnsanlara göstərilən xidmətlər. Bu halda xidmətin miqyası

xətti olur.

Birinci xidmət növünə müxtəlif İnternet-servislərini aid etmək

olar. Məsələn, poçt xidməti olan e-mail, eləcə də servis kimi təqdim

olunan proqram təminatlarını da nümunə kimi göstərmək olar. İkinci

xidmət növünə misal kimi sifarişlə hazırlanan informasiya

məhsullarını və müxtəlif xəbərlər xidmətlərini də aid etmək olar.

Riçard Mattyu Stollman (ingiliscə Richard Matthew Stallman)

16 mart 1953-cü ildə Manhetten ştatının Nyu-York şəhərində

anadan olmuşdur. R.M. Stollman azad “Proqram Təminatı”

hərəkatının, GNU layihəsinin, azad proqramlar Fondunun və

sərbəst proqramlaşdırma uğrunda Liqanın yaradıcısıdır. O,

“Kopileft” konsepsiyasının müəllifidir. Sonralar bu konsepsiyadan

istifadə edərək proqram təminatı üçün yararlı olan GNU General

Public License (GNU GPL) lisenziyasını həyata keçirir. Stollman

həm də məşhur proqramçıdır. O, GNU Emacs, GNU (GCC)

Page 16: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------16---------------------------------------------

Kompilyatorlar kolleksiyası və GNU (GDB) proqramlarının

sazlayıcısı kimi tanınır.

Texnoloji platforma bazasında göstərilən xidmətlər üçün adətən

mediya modeli deyilən və kütləvi informasiya vasitələrində istifadə

olunan prinsipdən istifadə edilir.

İnsanlar üçün göstərilən xidmətlərə müasir dövrdə daha çox

istifadə olunan utilit-modelini aid etmək olar. Bu model ayrı-ayrı

şəxslərin kommunal xidmətləri: qaz, su, işıq və s. görə sayğacların

göstəricilərinə uyğun ödənişləri elektron xidmətlərin köməyi ilə

həyata keçirilməsinə şərait yaradır. İnsanların əməyi ilə birbaşa

əlaqədar olan xidmətlərə görə elektron ödəmələrdə işin həcmi, onun

vahidinin dəyəri nəzərə alınaraq hesablamalar aparılır və müəyyən

olunmuş ünvan və şəxsə ödəmələr edilir.

Bütün məhsullar və xidmətlər kimi informasiya məhsulları və

xidmətləri də alqı-satqı prosesində müəyyən qayda ilə qiymətləndiril-

məlidir.

İqtisadi baxımdan məhsul nə qədər çox istehsal edilərsə, onun

orta qiyməti də bir o qədər aşağı olacaq. Burada istehsal qiymətləri-

nin strukturunun xüsusiyyətləri əsasən əhəmiyyətli rol oynayır.

Müasir dövrdə informasiyanı istehsal etmək baha başa gəlsə də

onun təkrar istehsalı ucuz başa gəlir. Bəzən isə informasiya

məhsulunun (kitab, kino, musiqi və s.) ilkin nüsxəsi yaradıldıqdan

sonra istehsal olunan surətlərin qiyməti heçə enir. İnformasiya

məhsullarının istehsalında qeyd olunmuş xərclər böyükdür, marjinal

(dəyişən) xərclər isə çox kiçikdir. Bu zaman informasiyanın qeyd

olunmuş və dəyişən xərcləri xüsusi struktura malik olur:

Qeyd olunmuş xərclərin başlıca tərkib elementi qaytarılmayan

xərclərdir. Əgər istehsal müvəffəqiyyətlə başa çatmazsa, bu

xərclər qaytarılmır.

İrəliləmə və marketinqdə xərclər çox yüksək olur.

İnformasiya iqtisadiyyatında başlıca çatışmayan cəhət

müştərilərin bu sahəyə diqqətsizliyi ilə bağlıdır.

Page 17: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------17---------------------------------------------

İnformasiya məhsullarının qiymətləndirilməsinin müasir

cəhətlərindən biri də istifadəçilərin qiymət baxımından qruplara

bölünməsidir, çünki, informasiya məhsullarını əldə etmək istəyinə

görə müştərilər fanatlara və adi istifadəçilərə bölünürlər. Məhz bu

səbəbdən də uzunmüddətli müşahidələrin və qeyd olunmuş

şirkətlərin verdikləri informasiyaların nəticələrinə istinadən istehsalçı

şirkətlər bu qrupların tərkib sayını müəyyən edərək məhsulun iki cür

qiymətləndirilməsini aparır. Birinci qrupa daxil olan fanatlar üçün

qiymətlər daha yüksək, adi istifadəçilər üçün isə qiymət daha aşağı

müəyyən olunur. Öndə göstərilən şərtlərin (tələbat və qrup

tərkiblərinin) hərtərəfli öyrənilməsindən sonra bu prinsip “qiymət

diskriminasiyasına” yol açsa da informsiya bazarının uzunmüddətli

araşdırmaları onun effektivliyini sübut edir.

İnformasiya məhsullarının informasiya bazarında hərəkəti satış

kanalları (yayım kanalları) ilə həyata keçirilir. Satış kanalları

dedikdə adətən məhsulu istehlakçıya çatdıran bazar iştirakçılarının

məcmusu başa düşülür. Bu kanalın strukturu aralıq səviyyələrin, daha

doğrusu məhsulların satışına hüququ olan vasitəçilərin sayı ilə

xarakterizə olunur. Satış kanalları klassik olaraq sıfır səviyyəli,

birsəviyyəli və ikisəviyyəli ola bilər. Sıfır səviyyəli kanalla satış

birbaşa satışdır, yəni məhsul birbaşa istehsalçıdan istehlakçıya

çatdırılır. Birsəviyyəli satış kanalı ilə satış “istehsalçı-pərakəndə

satıcı-istehlakçı” sxemi üzrə, ikisəviyyəli satış kanalları ilə isə satış

“istehsalçı-distrübütor-diller-istehlakçı” sxemi üzrə aparılır. Məhsul-

ların kanal üzrə malgöndərəndən malalana hərəkəti prosesi

distribusiya və yayılma adlanır. Satış kanalının bütün iştirakçıları

məhsulun sonuncu qiymətindən öz paylarını alırlar. Bu vəsaitlərin

bölünməsi hər bir iştirakçıya həmin vəsaitin üçdə birindən

(ikisəviyyəli kanalda) 10-15%-ə qədəri çata bilər.

QEYD: Distribusiya (latınca distribitio – paylanma,

bölüşdürmə, təqdim etmə) dedikdə sonuncu istehlakçıya çatması

üçün istehsalçının düşünülmüş şəkildə seçdiyi struktur və

avadanlıq başa düşülür. Distribusiyanın bu şəkildə təyin edilməsi

Page 18: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------18---------------------------------------------

klassik təyinindən fərqlənir. Çox az oxucuya məlumdur ki, XX

əsrin əvvəllərində ABŞ-da “distribusiya” məfhumu satışın elmi

şəkildə təşkili kimi başa düşülürdü. Distributsiya satışın idarə

olunması sistemidir, satışın müxtəlif kanallarla planlaşdırılması və

idarə edilməsinə əsaslanır.

Əgər informasiya məhsulu material daşıyıcılarına yazılmadan

rəqəmsal formada istehlakçıya çatdırılacaqsa, onda birbaşa istehsalçı

tərəfindən İnternet vasitəsilə yerinə yetirilir. Birbaşa satış kütləvi

məhsulların satışı zamanı sərfəli olmur, çünki yeni alıcıların cəlb

edilməsi üçün vasitəçilərin (daha döğrusu dillerlərin) köməyindən

istifadə olunur.

Adətən, istehsalçı istehlakçı ilə bütün işi özü təmin edir. O, həm

də məhsul satışından əldə olunan pulu yığır, yeni alıcılar cəlb edir.

Daxil olan bütün sifarişlərin emalı isə istehsalçı tərəfindən həyata

keçirilir.

Rəqəmsal informasiya xidmətlərinin çatdırılmasında rəqəmsal

şəbəkə texnologiyalarından istifadə edilməsi konkret çatdırılma

yerinin əhəmiyyətini hiss olunacaq dərəcədə azaldır və nəticədə

informasiya xidmətlərinin çatdırılmasının qlobal modeli yaranmış

olur. Bu modeldə informasiya xidmətlərinin göstərilməsi nəzərə

alınaraq xidmət təchizatçıları coğrafi yerləşmələrinə görə aşağıdakı

kateqoriyalara bölünür:

Onşor - xidmət istehlakçısının yaşadığı regionda işləyən

xidmət təchizatçısı;

Nierşor - yaxın, qonşu regionda işləyən xidmət təchizatçısı;

Offşor - uzaq coğrafi regionda yerləşərək xidmət göstərən

xidmət təchizatçısı.

Son dövrlərdə bir çox məhsullar xidmət rolunu oynamağa

çalışdıqlarından xidmətlərin təqdim edilməsində standartlaşdırılmış

paketlərdən istifadəyə üstünlük verilir. Yəni, xidmətlər məhsul kimi

təqdim olunur. Bu tendensiyanın tətbiqi kommodizasiya adlanır.

Kommodizasiya daha ucuz, təkrarlanan, tez tətbiq oluna bilən və

ayrı-ayrı hissələri asanlıqla birləşdirilə bilən həllə keçiddir.

Page 19: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------19---------------------------------------------

Bəzi ədəbiyyatlarda kommodizasiya (ingiliscə commodity)

dedikdə, alıcının aldığı məhsulun (məsələn, fərdi kompüterin) hansı

firma tərəfindən istehsal olunmasından asılı olmayaraq adi məhsul

kimi fərq qoymadan alması başa düşülür.

QEYD: Onşor (onshore) ingiliscədən tərcümədə “sahil

hüdudları” anlamını verir. Onşor tam vergili ərazidə maliyyə

mərkəzidir. Şirkətin həmin ərazidə fəaliyyət göstərməsindən asılı

olmayaraq (və ya tam vergili ərazinin hüdudlarından kənarda

fəaliyyət göstərməsindən asılı olaraq) maliyyə mərkəzinə vergi

imtiyazlarının (güzəştlərinin) olması barədə məlumat təqdim

etməlidir. Onşor adətən tam vergi hüququ olan adi şirkətdir

(kompaniyadır). Ümumdünya vergi planlaşdırılması təcrübəsindən

istifadə etməklə onşor şirkət ticarət fəaliyyətini elə qurmalıdır ki,

maliyyə orqanları ondan təkrar vergi ala bilməsin, yəni şirkət bir

növ vergidən “qaça” bilsin. Əks təqdirdə şirkət offşor ərazidən

kənarlaşdırılır.

Ofşor (bəzi ədəbiyyatlarda offşor kimi yazılışdan da istifadə

olunur) sözü ilk dəfə ABŞ-ın şərq sahilyanı ştatlarının birində nəşr

olunan qəzetlərin birində çap edilmiş məqalədə istifadə

olunmuşdur. Bu XX əsrin 50-ci illərinə təsadüf edir. Məqalədə

yerləşdiyi coğrafi mövqedən istifadə etməklə vergidən yayınmış

maliyyə təşkilatından söhbət gedir. Offşor hüququ anlayış olmaqla

yanaşı iqtisadi-coğrafi anlayış da sayıla bilər. Offşordan Qədim

Afinada da istifadə edilmişdir. Offşordan istifadədə də əsas

məqsəd import və eksport olunan məhsullara ikiqat verginin

qoyulması idi. İkiqat vergidən yayınmaq istəyən yunan və

finikiyalı tacirlər ticarət etdikləri zaman coğrafi mövqedən

məharətlə istifadə edirdilər.

XV əsrdə Flandriyada (Flandriya orta əsr qraflığıdır,

Franzanın La-Manş böğazı sahillərində yerləşir. 1795-ci ildən

sonra öz varlığını rəsmi olaraq dayandırmışdır) ticarət ilə məşğul

olan tacirlərdən həddindən artıq az vergi tuturdular. Buna səbəb

qraflığın müharibələrin aparılması nəticəsində tez-tez bir ölkə

Page 20: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------20---------------------------------------------

ərazisindən digər bir ölkə ərazisinə daxil olması idi. Bundan

istifadə edən ingilis tacirləri (coğrafi mövqe baxımından)

hazırladıqları yun məhsullarını İngiltərədə deyil, məhz Flandriyada

bahalı qiymətə satırdılar.

ABŞ-da vergidən yayınmaq halları XVIII əsrdən

başlamışdır. Tacirlər vergi verməkdən yayınmaq üçün Latın

Amerikası ərazisindən istifadə edirdilər.

Bütün baş verənlərin qarşısını müəyyən qədər almaq üçün

İsveçrədə müasir hüquqi offşor sahəsinin prototipi yaradılır.

Burada maliyyə biznesinin inkişafına təkan vermək məqsədi ilə

xarici valyutaların dəyişdirilməsi mərkəzləşdirilir. Bununla yanaşı

həyata keçirilən maliyyə əməliyyatları tam gizli saxlanılır və bu

işlərə nəzarət etmək üçün maliyyə institutları yaradılır.

Rusiyada offşordan istifadə 1991-ci ilə təsadüf edir.

Moskvada İsveçrə şirkəti Riggs Walmet Group fəaliyyətə başlayır.

Şirkət rus tacirlərinə vergisiz ticarət əməliyyatlarını həyata keçirə

biləcəyi coğrafi məkanlar haqqında məlumatlarla tanış edir.

Onşor və offşor arasındakı fərqi aydınlaşdıraq. Offşor

mühakimə hüququ olan təşkilatdır, burada vergi ödənilmir,

ödənilirsə də çox cüzi ödənilir. Onşor isə adi mühakimə

hüquqludur, burada bütün vergi formalarından istifadə olunur.

Hazırda informasiya xidmətlərinin təqdim olunmasında geniş

yer tapan tendensiyalardan biri də autsorsinqdir. Autsorsinq müştəri-

yə əsas xidmət göstərən təchizatçı-şirkətlə arasında olan uzunmüd-

dətli münasibətləri saxlamaqla yanaşı öz biznes proseslərinin bəzilə-

rinin (tam şəkildə və ya müəyyən hissəsini) yerinə yetirmə məsuliy-

yətini kənar təchizatçı-şirkətlərə verir. Beləliklə, informasiya texno-

logiyalarında autsorsinq kənar podratçıya bəzi daxili xidmətlərin və

sifarişçi-şirkətin daxili servislərinin, proqram məhsullarının, texniki

vasitələrinin və infrastrukturunun fraqmentlərinin verilməsi-

dir.Autsorsinq sifarişçi şirkətlərin informasiya sistemləri və proqram-

larının istismarına əmək və pul vəsaitləri sərfinin azalmasına və

Page 21: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------21---------------------------------------------

şirkətin əsas biznes proseslərə daha çox diqqət göstərməsinə imkan

verir.

1.2.İNFORMASİYALAŞDIRILMIŞ CƏMİYYƏT

Müasir informasiyalaşmış iqtisadiyyatın inkişafının

dinamikasının tədqiqi bəşər inkişafının müxtəlif mərhələlərində baş

vermiş informasiya inqilablarının öyrənilməsini və onların inkişaf

mərhələlərinin dinamik tədqiqini tələb edir. İnformasiya

inqilablarının öyrənilməsi hər şeydən əvvəl iqtisadi inkişafın və

cəmiyyətin informasiya və ona xidmət edən texnologiyaların, eləcə

də onların qarşılıqlı təsirindən törənən təkan və sıçrayışların dinamik

təhlilinə imkan yaradır. Digər tərəfdən isə informasiya və

informasiya texnologiyalarının bəşəriyyətin inkişafındakı

əvəzolunmaz rolunu bir daha sübut edir.

Əvvəlcədən qeyd edək ki, müasir iqtisadiyyatın əsasında

dördüncü informasiya inqilabı durur.

Birinci informasiya inqilabı 5-6 min il bundan əvvəl

Mesopotomiyada, ondan min il sonra isə Çində yazının ixtirası ilə baş

vermişdir.

İkinci informasiya inqilabı bizim eradan 1300 il əvvəl Çində,

800 il sonra isə Yunanıstanda əlyazma şəklində kitabların yaranması

ilə bağlıdır.

Üçuncu informasiya inqilabı 1450-1455 ci illərdə İohann

Quttenberq (1397-1468) tərəfindən çap presinin yaradılması və oyma

yazılarının kəşfi ilə bağlıdır.

Page 22: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------22---------------------------------------------

Zadəgan ailəsində anadan olmuş İohann Hensflyayş zur

Laden zum Quttenberq (almanca Johannes Gensfleisch zur Laden

zum Gutenberg) ilk alman çapçısı (çapçılıq işinin bünövrəsini

qoymuş şəxs) sayılır. 1440-cı illərin ortalarında hərəkət edən

literlərdən (tökmə hərflərdən) istifadə etməklə ilk kitab çapı

üsulunu yaradır. Bununla da İ.Quttenberq nəinki Avropa

mədəniyyətinə, həmçinin bütün Dünya mədəniyyətinə (kitab çapı

sahəsində) böyük təsir göstərmiş olur.

Bu cür inkişafı müasir informasiya cəmiyyətinin inkişafında da

müşahidə etmək olar. Belə ki, informasiya keçən əsrin ortalarında

ayrı-ayrı müəssisə və şirkətlər tərəfindən fərdi qaydada istifadə

edilirdi. Daha doğrusu informasiya emalı, ona yeni texnologiyaların

tətbiqi ilə istifadəsi və həmiçinin informasiya emalının üsul və

texnologiyaları məhdud şəkildə, ayrılıqda işlənib hazırlanırdı. Lakin

tezliklə Microsoft, Orakl, Hyulet-Pakkard və digər şirkətlər proqram

təminatı ilə məşğul olan korporasiyalar yarandı. Lakin müasir inkişaf

və informasiya texnologiyalarının yeni nailiyyətləri, eləcə də bu

sahədə dünyanın bütün ölkələrində yüksək səviyyəli ixtisasçıların

Page 23: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------23---------------------------------------------

hazırlanması gələcəkdə proqram təminatını hər bir istifadəçinin

özünün hazırlayacağına zəmanət verir. Göründüyü kimi üçüncü

inqilabla müasir dövrü səciyyələndirən dördüncü inqilabın oxşar

cəhətləri ilə bərabər tam əks prosesə uyğun meyllər də mövcuddur.

QEYD: İlk korporasiya Qədim Romada yaradılmışdır.

Respublika dövründə bir neçə korporasiya yaratmağa icazə verilir.

Korporasiyanın yaradılmasına qoyulan tələb ondan ibarət idi ki,

onun nizamnaməsi qanuna zidd olmasın. İmperiya yaradılan

zaman isə yeni korporasiya yaratmaq həddindən artıq çətinləşir,

çünki korporasiyanın yaradılması üçün mütləq senatın icazəsi

olmalı idi. Korporasiyanın işini onun seçilmiş üzvü yerinə yetirə

bilərdi. Əgər korporasiya ləğv edilirdisə, onda ona məxsus olanlar

onun üzvləri arasında bərabər bölünürdü.

Dünyada yaradılmış ən qədim tarixə malik olan korporasiya

İsveçrənin Falun şəhərindəki Stora Kopparberget mis mədənidir.

Korporasiya İsveç korolu Maqnus Erikssonun razılığı ilə 1347-ci

ildə yaradılmışdı.

XVII əsrdə müstəmləkə ekspansiya dövründə (ekspansiya -

genişlənmə, yayılma anlamını verir və imperialist dövlətlərin yeni

torpaq, müstəmləkə və bazarlar əldə etmək məqsədilə öz siyasi və

iqtisadi nüfuzunu başqa ölkələrə yaymaq üçün yeritdikləri

təcavüzkar siyasət kimi qəbul edilir) çoxlu sayda Avropa ölkələri

yaradılmış korporasiyalara müstəmləkə ölkələri ilə biznes əlaqəsi

qurmağa şərait yaratdı. Bu şirkətlər müasir korporasiyaların

yaradılmasında örnək oldular. Nümunə olaraq belə korporasiyalara

Holsand Ost-Hindistan şirkətini və Qudzon Zalifi şirkətini

göstərmək olar.

Korporasiya (yeni latın dilində “corporatio” deməkdir,

birləşmə anlamını verir) hüquqi şəxsin yaratdığı şirkət və ya firma

növlərindən biridir. Korporasiyanın üstünlüyü onun uyuşqanlığı və

məsrəfin azaldılması imkanlarının axtarılmasıdır.

Page 24: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------24---------------------------------------------

Üçüncü informasiya inqilabının digər nailiyyətləri enerjidən

istifadə, teleqraf və telefonun kəşfi, buxar maşınları, yeni avtomobil,

təyyarə və gəmilərdən istifadə edilməsidir. Bu dövr dünya ölkələri

arasındakı əlaqələrin daha da genişlənməsində, bir çox məsələlərin

həllində qloballaşmanın ilkin təzahürlərinin yaranmasında, informa-

siyadan hərtərəfli istifadə və onun əsasında yeni texnologiyaların

yaranmasında başlanğıc oldu. Artıq istehsal yalnız əmək deyil, həm

də texnologiyaların geniş tətbiqinə əsaslanırdı.

Göründüyü kimi bəşəriyyətin inkişafında bir mərhələdən

digərinə keçid informasiya, onun yaranması və istifadəsi mənbəə və

vasitələri ilə müəyyənləşmişdir. Aqrar cəmiyyətdə əsas rol insanın

birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material

mübadilələrinə malik olması ilə səciyyələnirdisə, sənayeləşmiş

cəmiyyətdə enerji mübadiləsi əsas rol oynadığından cəmiyyətin daha

dinamik inkişafına səbəb olmuşdu.

Yaşadığımız müasir cəmiyyət informasiyalaşmış cəmiyyət

adlansa da bir çox mütəxəssislərin fikrinə görə, bu cəmiyyət də iki

mərhələyə postsənayeləşmiş cəmiyyətə və tam informasiyalaşmış

cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə keçid elmi-texniki

inqilabın baş verməsinin nəticəsidir. XX əsrin sonu cəmiyyətin

inkişafının informasiyalaşma mərhələsinə daxil olması ilə xarakterizə

olunur. Bu mərhələ postsənayeləşmə dövrü adlanır. Cəmiyyətin

keyfiyyətcə yeni inkişaf mərhələsi dövrünün mahiyyəti praktiki

olaraq bütün sferalarda informasiya və onun ən yüksək forması olan

elmi - texniki biliklərin mənimsənilməsi və geniş miqyaslı

istifadəsindən ibarətdir.

Hər bir inkişaf mərhələsi istehsal qüvvələrinin özünəməxsus

strukturu ilə müəyyən olunur. Hər növbəti mərhələdə isə əvvəlkində

mövcud olan struktura yeni ona aid tərkib hissələri əlavə edilir. Belə

ki, aqrar cəmiyyətdə istehsalın texnoloji vasitələr strukturuna insanın

fiziki imkanları, əl alətləri, təbii faktorlar aid idisə, sənayeləşmiş

cəmiyyətdə bu struktura maşınlar və elektroenerji əlavə edildi.

İnformasiyalaşmış cəmiyyətdə isə mövcud struktura yeni

Page 25: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------25---------------------------------------------

komponentlər olan insan biliyi, informasiya texnologiyaları və

informasiya əlavə olunur.

İnformasiyalaşmış cəmiyyətin xarakterik xüsusiyyəti onun

informasiya mübadiləsinə əsaslanmasıdır. Müasir telekommunika-

siya vasitələrindən istifadə edildiyindən bu cür mübadilə daha qısa

müddətdə həyata keçirilir. Yaranmaqda olan informasiyalaşmış

cəmiyyətin əsasını informasiya resursları təşkil edir.

İnformasiyalaşmış cəmiyyətin ilkin mərhələsininin vacib

xüsusiyyətlərinə aşağıdakılar daxildir:

İntellektual xidmətlərdən istifadə önə çəkilir;

Yeni intellektual texnologiyalar yaradılır;

Nemətlərin çatışmazlığını informasiya və vaxt çatışmazlığı

əvəz edir;

İqtisadiyyat informasiyalaşdırılmış kimi xarakterizə oluna

bilir.

İnformasiya cəmiyyəti əslində ənənəvi iqtisadiyyatın, yəni

klassik və sənaye iqtisadiyyatlarının təkamülü nəticəsində yaranmış

informasiya iqtisadiyyatının məhsuludur. Bu təkamül prosesi istehsal

faktorlarına və onun strukturuna yeni informasiya faktorunun əlavə

olunması ilə müşayət olunur. Yeni cəmiyyətin yaranması

iqtisadiyyatın spiralvari inkişafına uyğun olaraq baş verir. Bu spiralın

hər bir mərhələsi isə bu və ya digər mənada informasiyanın birbaşa

iştirakı ilə həyata keçən inqilabların və innovasiyaların nəticəsidir.

QEYD: İnnovasiya, yenilik (ingiliscə innovation) dedikdə

bazar tərəfindən tələb olunan məhsulun (və ya prosesin) effektiv

inkişafını təmin edən yeniliyin tətbiq edilməsi başa düşülür.

İnnovasiya insanın intellektual fəaliyyəti, onun fantaziyası,

yaradıcılıq prosesi, etdiyi kəşflər və ixtiralar, həmçinin verdiyi

səmərələşdirmə təkliflərinin son nəticəsidir. İnnovasiyaya nümunə

kimi bazara gətirilmiş məhsullarla (əmtəə, mal və göstərilən

xidmət) bağlı yeni alıcı xüsusiyyətini və istehsal sisteminin

effektivliyinin keyfiyyətli yüksəldilməsini göstərmək olar.

İnnovasiya termini latın dilində “innovatio” sözündən gotürülüb

Page 26: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------26---------------------------------------------

“təzələnmə”, “yenilənmə” və ya “dəyişmə” mənasını verir. Sözə

əlavə olunmuş “in” önlüyü latınca “istiqamət” anlamını verir.

Deməli, innovasiyanın sözbəsöz tərçüməsi “yenilənmə

istiqamətində” deməkdir.

Yozef Aloiz Şumpeter

İnnovasiya anlamı elmi araşdırmalarda XIX əsrdə istifadə

olunmuşdur. XX əsrdə Avstriya və Amerika iqtisadçısı

Y.A.Şumpeter iqtisadi sistemlərin inkişafında baş vermiş

dəyişiklikləri ”innovasiya kombinasiyaları” adlandırmışdır.

Bununla da ilk dəfə olaraq iqtisadiyyatda “innovasiya” termini

Yozef Aloiz Şumpeter (8.02.1883-8.01.1950) istifadə etmişdir.

İnformasiya cəmiyyəti – vətəndaşların, dövlət hakimiyyəti

orqanlarının, yerli özünüidarəetmə orqanlarının hüquqlarının

reallaşdırılması və informasiya tələbatlarının ödənilməsi üçün təşkil

edilmiş sosial-iqtisadi və elmi – texniki prosesdir.

Page 27: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------27---------------------------------------------

İnformasiya cəmiyyətinin tərifini verərkən iqtisadçılar müxtəlif

meyarlardan istifadə edirlər: texnoloji, iqtisadi, əmək, məkan,

istehlak və kreativ.

1. Texnoloji meyar. Yeni texnologiyalar informasiya

cəmiyyətinin yaranması əlaməti kimi qəbul olunur. Kabel və peyk

televiziyası, kompüter şəbəkələri, fərdi kompüterlər, yeni ofis

texnologiyaları və s. nəzərdə tutulur. Fərz edilir ki, texnoloji

yeniliklərin bu həcmi sosial yenidənqurmaya gətirib çıxarmalıdır,

çünki onun cəmiyyətə təsiri çox böyükdür.

2. İqtisadi meyar informasiyanın iqtisadi dəyərinin artımının

uçotunu nəzərdə tutur. Ümumi (xərci çıxılmamış gəlirin hamısı)

daxili məhsulda (ÜDM) informasiya biznesinin payının artımı

informasiya cəmiyyəti istiqamətində hərəkət kimi izah olunur.

İqtisadi meyarı ilk istifadə edənlərdən biri Frits Mahlup

olmuşdur. O, təhsili, hüququ, nəşriyyat işini, kütləvi informasiya

vasitələrini və kompüterlər istehsalını informasiya sahələrinə aid

etmişdir. Mark Porat iqtisadiyyatın birinci və ikinci sektorları

arasında fərqi irəli sürdü. Birinci sektor bilavasitə bazar dəyərini

yaratdığından, ona dəqiq iqtisadi qiymət vermək olur. İkinci sektora

bunu tətbiq etmək daha çətindir, baxmayaraq ki, o, iqtisadiyyat üçün

çox əhəmiyyətlidir, belə ki, o özündə şirkət və dövlət təsisatları

daxilindəki informasiya fəaliyyətini əks etdirir.

İnformasiya cəmiyyətinin tərifindəki iqtisadi meyar Herbert

Şillerin işlərində nəzəri cəhətdən əsaslandırılmışdır. O, belə bir

nəticəyə gəlmişdir ki, informasiya və kommunikasiya ilə bağlı

istənilən innovasiyaya münasibətdə həlledici rol bazara məxsusdur:

informasiya əmtəəyə çevrilməlidir, yəni informasiyanın əldə edilməsi

daha çox yalnız kommersiya əsasında mümkün olacaq. Bu cür

yanaşmada informasiya daha çox digər əmtəələrə bənzədiləcək. Şiller

iddia edirdi ki, bazar prinsipləri (daha çox gəlirin

maksimumlaşdırılmasına cəhd edilməsi) informasiya mühitində

eynilə bütövlükdə kapitalist cəmiyyətində olduğu kimi işləyir. Bu

prinsipə uyğun olaraq yaradılan informasiyanın keyfiyyəti və

kəmiyyəti onun satışından yüksək gəlir əldə etmək imkanının

Page 28: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------28---------------------------------------------

olmasından birbaşa asılıdır. Buradan belə nəticəyə gəlmək olar ki,

bazarın göstərdiyi təzyiq özünü daha çox hansı növ informasiyanı,

kimin üçün və hansı şəraitdə istehsal etmək lazımdır? məsələsinin

həllində göstərir.

3. Əmək meyarı. Burada əhalinin məşğulluğunun strukturu və

bu strukturun dəyişmə tendensiyaları nəzərdən keçirilir. Fərz olunur

ki, cəmiyyət öz inkişafının informasiya mərhələsinə məşğul əhalinin

əksəriyyətinin informasiya sferasında işlədiyi zaman daxil olur. Bu

cür yanaşma informasiyanın qeyri – fiziki əmək üçün “xammal”

olması ilə əsaslandırılır. Məşğulluq sferasındakı dəyişikliklərdə

informasiya texnologiyalarının təsiri deyil, informasiyanın

transformasiya imkanlarının rolu daha çox nəzərə çarpır. Müasir

iqtisadiyyatın hərəkətverici qüvvəsi insanlardır və informasiyanı

yaratmaq və ondan istifadə etmək məhz onların əsas qabiliyyətidir.

Əmək meyarı özünün nəzəri əsasını Daniel Bellin işlərində

tapmışdır. O, cəmiyyət quruculuğunun istənilən mərhələsində

bütünlüklə və tamamilə əməyin dominantlıq edən tipi ilə

müəyyənləşən topologiyasını təklif edirdi. Bellə görə, əmək

fəaliyyətinin ən geniş yayılmış növü bu və ya digər cəmiyyətin

başlıca əlamətidir. O, hesab edirdi ki, əgər sənayeyəqədərki

cəmiyyətdə kənd təsərrüfatı əməyi, sənaye cəmiyyətində isə

manufakturalardakı əmək ən geniş yayılmış əmək idisə, postindustrial

cəmiyyətdə başlıca rolu xidmətlər sferasında məşğulluq oynayır.

4. Məkan meyarı coğrafi prinsipə əsaslanır. Burada əsas diqqət

müxtəlif yerləri birləşdirən və buna görə də, ictimai həyatın məkan –

zaman aspektlərinə dərin təsir göstərə bilən informasiya şəbəkələrinə

yönəlir. Bu cür yanaşma zamanı müasir cəmiyyət informasiya –

şəbəkə cəmiyyəti kimi nəzərdən keçirilir.

Manuel Kastelsin informasional kapitalizm adlandırdığı

kapitalizmin yeni forması informasiya şəbəkələrindən həm bilavasitə

istehsalda işlərin görülməsi üçün, həm də bütün dünya üzrə

marketinqin aparılması üçün istifadə edilir. Şəbəkə cəmiyyətində

işgüzar aktivlik real zamanda məkan məhdudiyyətləri olmadan baş

Page 29: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------29---------------------------------------------

verir ki, bunu da inkişaf etmiş informasiya – kommunikasiya

texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil.

5. İstehlak meyarı müasir dünyada rifah istehlakı getdikcə daha

əhəmiyyətli dərəcədə informasiya fəaliyyəti ilə ifadə olunur. Bu

hadisə istehlakın informasiyalaşması adını almışdır. Məsələn,

geyimin informasiya əhəmiyyətinin daim artması insana öz imicini

yaratmağa və bununla da, digər insanlara informasiya ötürməyə

kömək edir. Əgər əsrlər boyu əksəriyyətin geyiminə çevrilmiş kəndli

köynəyi az əhəmiyyət kəsb edirdisə, müasir cəmiyyətdə ucuz və dəbə

uyğun geyimin əldə olunma imkanı insana ətrafındakılara özünün

müəyyən sosial qrupa, mədəni baxışlara, şəxsi keyfiyyətlərə və s. aid

olması haqqında informasiya vermək imkanı verir və bununla da, ona

şəxsiyyətlərarası qarşılıqlı təsir üçün əlavə imkanlar açır.

6. Kreativ meyar. Fərz olunur ki, informasiya iqtisadiyyatı

ictimai həyatda ali, yaradıcı fəaliyyətin dominantlığı ilə xarakterizə

olunur (ingiliscə creative – yaradıcı deməkdir). Zaman vahidlərində

ifadə olunmuş yaradıcı fəaliyyətin məcmu həcmi informasiya

iqtisadiyyatının yetkinlik səviyyəsini əks etdirir.

Kreativ meyar özünün nəzəri əsasını iqtisad elmində ilk dəfə

olaraq yaradıcılığı iqtisadi inkişafın əsas amili qismində nəzərdən

keçirən avstro – amerikan iqtisadçısı Yozef Şumpeterin işlərində

tapmışdır. Şumpeterə görə, sahibkarın uğuru ilk növbədə onun “yeni

kombinasiyalar”, yəni, öz unikallığı hesabına yaradıcısına gəlir gətirə

bilən spesifik informasiya məhsulları yaratmaq qabiliyyətindən

asılıdır. Müəyyən zaman keçəndən sonra yeni ideyanın rəqiblər

tərəfindən mənimsənilməsi nəticəsində onun müəllifinin gəliri kəskin

surətdə azalır və o, yaradıcılığı davam etdirmək məcburiyyətində

qalır. Beləliklə, yaradıcılıq sahibkarın həyat fəaliyyətinin ayrılmaz

elementinə çevrilir.

İnformasiya istənilən sistemin, ən başlıcası da iqtisadiyyatın

təkanvericisidir. İnformasiyanın biliklər kimi ən yüksək səviyyəsi isə

müasir dövrdə sadəcə olaraq iqtisadiyyatın aparıcı amilidir. Bu

səbəbdən də informasiya cəmiyyətində işçi onun biliyi və

qabliyyətinə görə seçilir, qiymətləndirilir və uyğun işlə təmin olunur.

Page 30: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------30---------------------------------------------

İnformasiya cəmiyyətinin daha yüksək səviyyəsinə malik olan

ölkələrdə məhz tələbata uyğun olaraq yüksək ixtisaslı, xüsusi

qabliyyətə və savada malik ixtisasçılara daha böyük tələbat vardır.

İnformasiya cəmiyyətində iqtisadiyyatın qurulmasında və

təşəkkül tapmasında qrupşəkilli və regional azadlıqdan, eləcə də

relevant informasiyadan istifadə edilir. Relevant informasiya

dedikdə, daima yeniləşən nəzəri biliklər və müxtəlif növlü

məlumatlar, insanların praktiki vərdişləri nəzərdə tutulur. İnformasiya

iqtisadiyyatının müasir inkişafı nəticəsində informasiya öz ənənəvi

çərçivəsindən çıxmışdır. Bu informasiyanın ikili xarakterindən irəli

gəlir. Belə ki, informasiya bir tərəfdən istehsal faktoru kimi iştirak

edir, digər tərəfdən isə istehsalın nəticəsi kimi məhsul rolunu oynayır.

Başqa sözlə artıq informasiya unikal istehsal faktoru kimi fəaliyyət

göstərir. İnformasiya faktoru hazırki dövrdə geniş yayılma imkanına

malik, təkrarolunmaz, tükənməz təsir formasına malik faktor kimi

çıxış edir. Beləliklə, müasir informasiya sistemində informasiya

resurslarının aparıcı rola malik olması, onun funksiyalarının

dəyişməsi və əhəmiyyətinin danılmaz olduğu artıq məlumdur.

İnformasiya mədəniyyəti – cəmiyyətin informasiya

resurslarından və informasiya – kommunkasiya vasitələrindən

səmərəli istifadə etməklə, informasiya texnologiyaları və cəmiyyətin

informasiyalaşdırılması sahəsində naliyyətlərin əldə edilməsi

deməkdir.

İnformasiya mədəniyyəti – insanın malik olduğu bilik, bacarıq

yeniliklər kompleksinin informasiya mühiti ilə qarşılıqılı əlaqədə

olmasına əsaslanır.

İnformasiya böhranı - insanların nəsildən – nəsilə artan əqli

qabliyyəti və daha sürətlə artan informasiya axını ilə bağlıdır.

Nəticədə, müasir insan ona daxil olan informasiyaları tam qavramaq,

analiz etmək və ondan tam mənada istifadə etməkdə aciz qalır.

İnformasiya böhranının yaraması səbəblərinə daxildir:

İnformasiya axını insanın informasiyanı qəbul etməsi və emal

etməsi imkanlarını ötüb keçməsi;

Page 31: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------31---------------------------------------------

Siyasi, iqtisadi və digər baryerlər informasiyanın

yayılmasında çətinliklər törətməsi;

İnformasiyanın həddindən çox, ifrat dərəcədə olması

istifadəçi üçün ondan istifadə edilməsində yaranan cətinliklər.

1.3.CƏMİYYƏTİN İNFORMASİYA POTENSİALI

Məlumdur ki, hər bir fiziki faktor istehsalatda özünə uyğun

konkret rol oynayır, yəni fiziki faktor ya predmet olur, ya da ki, əmək

aləti. İstisna olaraq hər iki rolu kənd təsərrüfatında torpaq, istilik-

energetika kompleksində isə elektrik enerjisi oynayır.

Hazırki dövrdə artıq əmək aləti kimi informasiya konkret

fəaliyyət sferasına və onunla əlaqədar sahələrə aid məlumatlardan

ibarət emal olunmamış ilkin verilənlərdir. Əmək aləti kimi isə

informasiya planlaşdırılmış nəticələrin alınması məqsədilə ilkin

informasiyanın effektiv emalını təmin edən biliklər, verilənlər və

fəndlərin yığımıdır. Beləliklə, bu gün informasiya əməyin tərkib

faktoru olmaqdan başlayaraq sərbəst faktora qədər yol keçərək,

klassik faktor xüsusiyyətlərini özündə birləşdirməklə informasiya

iqtisadiyyatının qurucusu rolunu oynayır.

İnformasiya cəmiyyətinin inkişafının müasir mərhələsində

müəssisə və şirkətlərin həm texniki təminat, həm də yeni

texnologiyaların tətbiqinin imkanı baxımından böyüməsi və kiçik

şirkət və müəssisələrin sıxışdırılması ilə müşayət olunur. Əslində bu

bütün iqtisadi inkişaf mərhələlərinin xarakterik xüsusiyyətidir. Lakin

informasiya cəmiyyətində texniki inkişafın sürətlənməsi, xidmət və

istehsal sahələrinin digər sahələrlə sürətli inteqrasiyası prosesin daha

sürətlə getməsinə səbəb olur. Lakin gedən bu prosesdə müəssisənin

müəyyən həddən sonrakı inkişafı istehsala nəzarətdə, xammal və

onun reallaşdırılması sahələrində problemlərin əmələ gəlməsinə, yeni

vəsaitlərin cəlb edilməsinə səbəb olur. Yalnız müasir informasiya

texnologiyaları və vasitələrinin tətbiqi bu çatışmazlıqların aradan

qaldırılmasına şərait yaradır. Müəssisələrin inkişafında rast gəlinən

belə problemlərin həllində yaradıcı, xüsusi qabliyyətə malik, ixtisaslı

Page 32: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------32---------------------------------------------

insanların rolu da danılmazdır. Məhz bu xüsusiyyətlərə malik insan

resursları istehsalın müasir standart və tələblərə uyğun qurulmasını

təmin edir.

Bütün qeyd olunan dəyişikliklər nəticəsində müəsissə və

şirkətlərin idarəetmə strukturunun uyğunluğu və çevikliyi artır. Bu

onunla əlaqədardır ki, informasiya cəmiyyətində informasiya axınları

birbaşa istehsalçıdan istifadəçiyə çatdırılır. İnformasiyanın istifadə və

çatdırılmasında müasir texnologiya və üsulların tətbiqi itkiləri və

kənarlaşmaları, eləcə də dəqiqliyin itməsini aradan qaldırır.

İnformasiya iqtisadiyyatında hər bir müəssisə və şirkət bir neçə

istehsal dövrünün ardıcıl birləşməsini özündə əks etdirir. Əslində hər

bir müəssisə özlüyündə alt müəssisələr və yaratdıqları

mikrobazarlardan ibarətdirlər. Bu müəssisələr aşağıdakı

xüsusiyyətlərə malikdirlər:

İnformasiya texnologiyalarından istifadə hesabına

informasiya axtarışına xərclər minimumdur;

Müəssisə daxilində kağız sənədləşmənin olmaması və

sənədlərin elektron dövriyyəsinin tətbiqi nəticəsində

müqavilələrin bağlanmasına xərclər minimumdur;

Müqavilə və sazişlərə nəzarətə xərclər aşağı səviyyədə olur;

İşçilərin yüksək yaradıcılıq qabliyyəti opportunust baxışların

aşağı səviyyədə olmasını təmin edir.

Müasir cəmiyyətdə sənayeləşmə cəmiyyətinin funksional

iyerarxiyası get-gedə yuxarıda göstərilən xüsusiyyətlərə malik

informasiya iqtisadiyyatının şəbəkə modeli tərəfindən sıxışdırılaraq

aradan qaldırılır.

QEYD: Opportunizm (latınca opportunus) əlverişli,

münasib, qazanclı, mənfəətli, xeyirli, faydalı, sərfəli anlamını

verir. Termin əsasən siyasətdə və politalogiyada, həmçinin

iqtisadiyyatda istifadə olunur. Bəzi hallarda “opportunizm”

alçaldıcı mənada istifadə edilir. Bu əsasən şəxsin qismən və ya tam

formada siyasi prinsiplərdən sözdə deyil, işdə imtina etməsi

zamanı həmin şəxsə aid edilir.

Page 33: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------33---------------------------------------------

Bütün bunların nəticəsi olaraq klassik iqtisadiyyatda kapital

əşya formasında maşınlar, binalar, torpaq və s., sonralar isə pul kimi

özünü göstərimışdırsə, informasiyalaşdırılmış cəmiyyətdə informasi-

ya kapitalı aparıcı rol oynayır. İnformasiya kapitalının üstün cəhəti

ondan ibarətdir ki, məhz onun tədqiqi və araşdırılması müəssisələrin

gələcək fəaliyyət və idarə olunma istiqamətlərini daha dəqiq

müəyyənləşdirməyə imkan verir.

İnformasiya kapitalının qiyməti qərarların qəbulu zamanı bazar

konyukturasının qeyri-müəyyənlik şərtləri ilə müəyyənləşdirilir.

Lakin informasiya kapitalının birbaşa qiymətləndirilməsi bazar

tərəfindən müntəzəm olaraq aparılır. Müəssisənin informasiya

kapitalının bazar qiyməti onun ümumi dəyəri ilə balans dəyərinin

fərqi kimi müəyyən edilir. Hazırki informasiya cəmiyyətində

informasiya kapitalının əsas rolu mövcud informasiya potensialından

effektiv istifadəni təmin edən şəraitin yaradılması, onun artırılması və

gələcəkdə istifadəyə tam yararlı formaya salınmasından ibarətdir.

QEYD: Konyuktura (latınca conjunctura) birləşdirirəm,

əlaqələndirirəm anlamını verir. İqtisadi konyuktura təkrar istehsal

prosesinin makroiqtisadi vəziyyətidir. Konyuktura təkrar istehsalın

səviyyəsini, tempini və müəyyən nisbətdə inkişafını xarakterizə

edir.

İnformasiya kapitalı olmadan informasiya cəmiyyətinin

infrastrukturu və informasiya potensialı gəlir gətirməyən, amma

saxlanılması üçün xərc tələb edən sadə əmlaka çevrilir. Buradan belə

nəticəyə gəlmək olar ki, informasiya kapitalının fəaliyyəti

informasiya cəmiyyətinin qurulması və inkişafında xüsusi

əhəmiyyətə malikdir.

Sənayeləşmiş cəmiyyətdə məhsulun əsas növü kimi maddi

obyekt çıxış edirsə, informasiya cəmiyyətində isə bu – maddi

formadan məhrum edilmiş olan informasiya obyektidir. İnformasiya

cəmiyyətinin yaradılması dövründə iqtisadiyyatda əsas rolu

mürəkkəb maddi-informasiya məhsulları: disketlər, videokassetlər və

Page 34: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------34---------------------------------------------

s.oynayır.Sənaye cəmiyyətində maddi istehsal, informasiya

cəmiyyətində isə informasiya istehsalı üstünlük təşkil edir.

Sənaye cəmiyyətində əməyin əsas növü kimi məhsuldar əmək

hesab edilən adi (fiziki, əl əməyi, hərəkətsizlik, ixtisassız) əmək çıxış

edir. Bu zaman yaradıcı əmək qeyri-məhsuldar hesab edilir.

Informasiya cəmiyyətində isə əksinə yaradıcı əmək üstünlük təşkil

edir. Burada yaradıcı əmək məhsuldar, adi əmək isə qeyri-məhsuldar

hesab edilir. Zehni fəaliyyəti məhsuldar əməyə aid edən ilk iqtisadçı

alman mütəfəkkiri Fridrix List (1789-1846) olmuşdur.

Sənayeləşmiş cəmiyyətdə kapitalın əsas növü kimi

maddiləşdirilmiş (xarici) kapital: bina, maşınlar, dəzgahlar və s. çıxış

edir. İnformasiyalı cəmiyyətdə intellektual (daxili) kapital yəni təhsil,

təcrübə, sağlamlıq və s. əsas rola malikdir. Daxili kapitalı əks etdirən

birinci nəzəriyyə amerikalı iqtisadçı Heri Beggerin insan kapitalı

nəzəriyyəsi olmuşdur.

Daniel Fridrix List (almanca Daniel Friedrich List-

06.08.1789-30.XI.1846) alman iqtisadçısı, siyasətçi və publisitidir.

Page 35: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------35---------------------------------------------

Sənaye cəmiyyətində sərvət adı altında insana aid olan maddi

dəyərlər başa düşülür. Belə sərvət insana qarşı münasibətdə xarici

sərvət kimi, fiziki kapital isə maddi sərvətin tərkib hissəsi kimi çıxış

edir. İnformasiya cəmiyyətində sərvət adı altında insanın daxili

sərvəti – onun şəxsi keyfiyyətlər sistemi başa düşülür. İnsan kapitalı

daxili sərvətin hissəsi kimi çıxış edir. İnsan xarici sərvətini itirə bilər,

amma daxili sərvətini heç vaxt itirməməlidir.

Sənaye iqtisadiyyatında faydanın ümumi dəyəri onun bazar

dəyəri ilə müəyyən edilir. Yəni faydanın səmərəliliyi insanın maddi

sərvətini artırır. Sənaye iqtisadiyyatı nəzəriyyəsinin əsasını təşkil

edən klassik məktəbdə əmək fəaliyyəti dəyər kimi çıxış edir. O

məhsulun hazırlanmasına sərf olunan adi əməyin həcminə bərabərdir.

İnformasiya iqtisadiyyatında faydanın ictimai dəyəri insanın ali

fəaliyyətinin davamlılığını artırmaq imkanı ilə müəyyən olunur. Bu

halda dəyər özü ilə yaradıcı dəyəri əks etdirir. Beləliklə, əmək dəyəri

və yaradıcı dəyər eyni ölçü vahidinə - insanın həyat fəaliyyətinin

müddətinə bərabərdir.

1.4.İNFORMASİYA XİDMƏTLƏRİ VƏ MƏHSULLARI

BAZARI

Müasir dövrdə informasiya məhsulları istehsalı ilə məşğul olan

iri şirkət və müəssiələr qiymət tənzimlənməsinə nail olmaq məqsədilə

eyni məhsul istehsal edən kiçik həcmli müəssisələrlə istehsalın birgə

təşkilinə nail olmağa çalışırlar. Əgər buna nail olunmursa, onda

müəssisə məhsulun istehsalını və bununla da bazara çıxarılan

məhsulun sayını artırır. Lakin prosesin bu cür gedişi məhsulun satış

qiymətinin aşağı düşməsinə səbəb olur. Məhz buna görə də bazara

çıxarılan məhsulun sayını o həddə qədər artırmaq lazımdır ki,

satışdan əldə edilən gəlir, qiymət düşməsindən itirilən gəlirdən artıq

olsun və eyni zamanda bazarda liderlik əldə saxlanıla bilsin.

Ümumiyyətlə, informasiya məhsulları bazarında eyni məhsulun

dəfələrlə satışının mümükün olduğu nəzərə alınarsa,

Page 36: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------36---------------------------------------------

qiymətləndirmənin xüsusi əhəmiyyətə malik olması bir problem kimi

qarşıya çıxır.

Müəyyən dövrdə hər hansı bir informasiya məhsulunu bazara

çıxaran şirkət yeganə olsa da oxşar məhsulu həmin bazara çıxaracaq

digər bir şirkətin də hansı bir andasa fəaliyyətini nəzərdən qaçırtmaq

olmaz. Belə hallarda adətən məhsulu ilkin təqdim edən şirkətlər

məhsulun qiymətini müəyyən vaxta və ya ümumiyyətlə aşağı

salmaqla həmin bazarı digər istehsalçı üçün maraqsız edir.

İri həcmli informasiya məhsulları istehsalçısı olan şirkətlər

bazarda uzunmüddətli liderliyi saxlamaq məqsədilə hər bir yeni

məhsulun ilkin satışa çıxarılması zamanı gələcək tələbatları və

potensial müştəriləri əvvəlcədən özününkü edir və müəyyən

intervallarla həmin sifarişçilərə və alıcılara müxtəlif xidmət və ya

əlavə komponentlər təklif edirlər.

İnformasiya bazarında OEM-sxemindən (Original Equipment

Manufacturing - bu termin əslində avtomobil sənayesindən gəlmədi.

Avtomobil sənayesində bu sahəni lazımi komplektləşdiricilərlə təmin

edən kənar istehsalçıları belə adlandırırdılar) də istifadə edilir.

İnformasiya bazarında tez-tez informasiya məhsulları kənar

istehsalçının hər hansı məhsulu ilə birgə təqdim olunur. Kənar

istehsalçıların məhsulları qurğular və ya digər informasiya məhsulları

ola bilər. Məsələn, kompüterlə bərabər əməliyyatlar sisteminin

istehlakçıya çatdırılması bu qəbildən olan satışdır. İnformasiya

bazarında hər hansı şirkətin məhsulları digər şirkətin ticarət markası

adı altında da satıla bilər. Məsələn, MacBook kompüterləri ASUS

şirkəti tərəfindən istehsal edilir.

Müasir dövrdə bazarda satışın təşkili üçün effektiv françayzinq

(ingiliscə franchiser - üstünlüyə, imtiyaza malik anlamını verir)

modelindən də istifadə olunur.

Modelin klassik sxemi belə izah olunur. Müəyyən bazarda artıq

özünə möhkəm yer tutmuş, istehlakçılar arasında tanınmış ticarət

markasına malik iri müəsissə (françayzer) satış şəbəkəsini

genişləndirmək məqsədilə, xırda şirkətlərlə ciddi qaydada

razılaşdırılmış, standartlara uyğun müəyyən məhsul və xidmətlərin

Page 37: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------37---------------------------------------------

istehsal və satışı üzrə müqavilə bağlayır. Adətən, müqaviləyə əsasən

həmin iri müəsissə (françayzer) belə kiçik şirkətlərə özünün malik

olduğu ticarət markasından, texnologiyalardan, texnoloji

yeniliklərdən istifadə hüququ verir, həmçinin peşəkar kömək göstərir,

işçi heyətə təlimlər keçir, reklam işini təmin edir, onlarla əlaqədar

marketinq tədqiqatları aparır. Beləliklə, aydın olur ki, əslində iri

müəsissə xırda şirkətlərə onun yoxlanılmış və təcrübədən keçmiş işin

təşkili modelindən istifadə etməyə imkan verir. Bununla da iri

müəsissə əlavə investisiya qoyuluşları etmədən satış şəbəkələrini və

satış bazarının miqyasını genişləndirir, öz növbəsində kiçik

müəsissələr heç bir riskə getmədən sınanılmış biznesin aparılmasını

əldə edir, istehlakçı isə bazarın xüsusiyyətlərini nəzərə almaqla

vaxtlı-vaxtında tələbatlarını ödəyirlər.

İnformasiya bazarında françayzinqin yeni modeli meydana

gəlmişdir. Bu model françayzerin informasiya məhsullarının

satılması üçün françayz xidmətlər təqdim edilməsinə əsaslanır. Bu

modelin parlaq nümunəsi kimi 1C şirkətinin tərəfdaşlıq şəbəkəsinin

quruluşu sistemini göstərmək olar. Burada tərəfdaş kompaniyalar öz

adlarını saxlayırlar.

İnformasiya məhsullarının distrübusiyasının xüsusiyyətlərindən

biri kimi məhsul istehsalçılarının müəlliflik hüququnun pozulmasını-

piratçılığı göstərmək olar. Lakin bir çox hallarda bu xüsusiyyətdən

məhsulların hərəkət kanalı, reklam kanalı kimi istifadə edilir. Belə

reklam kanallarından istifadə “partizan marketinqi” konsepsiyası

adlanır. Partizan marketinqi əslində qəbul edilmiş reklam üsulu və

vasitələrinin çərçivəsindən kənara çıxır, lakin istehlakçıların

düşüncəsinə qeyri-reklam üsulu kimi yetərincə təsir edir. Əslində

üsulun mahiyyəti ondadır ki, böyük reklam büdcəsinə malik olmayan

şirkətlər, qeyri-adi marketinq aksiyasından istifadə etməklə insanları

öz mal və xidmətləri haqqında danışmağa məcbur edirlər.

İnformasiya bazarında informasiya texnologiyaları ilə əlaqədar

xidmətlərin göstərilməsinə uyğun qiymətləndirmədə müxtəlif

sxemlərdən istifadə edilir, onların içərisində üç əsas modelin

kombinasiyası xüsusi yer tutur.

Page 38: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------38---------------------------------------------

1.Vaxt və material. Bu ənənəvi sxemə görə müştəri

informasiya texnologiyaları xidmətləri göstərən mütəxəssisə işin

görülməsinə sərf olunan saat və ya günə görə ödəniş edir. Ödəmə

əvvəlcədən razılaşdırılmış qiymətləndirməyə görə aparılır.

Qiymətləndirmə adam-günün və ya adam-saatın qiymətinə görə, ya

da (hansı ki, daha tez-tez baş verir) konkret layihədə qeyd olunmuş

bir işçinin orta layihə qiymətinə görə müəyyənləşdirilir. Bəzən bu

sxemdən istifadə olunması zamanı müştəri artıq pul ödəmək riskini

edir və beləliklə də ödənişlər büdcəsindən kənara çıxır. Buna görə də

modifikasiya edilmiş sxemdən istifadə edilir. Bu sxemdə işin yerinə

yetirilməsinə nə qədər adam-gün tələb olunmasından asılı olmayaraq

kontraktın (müqavilənin) maksimal dəyərinə məhdudiyyət qoyulur.

2.Qəti müəyyən olunmuş qiymət. Qeyd olunan sxemə əsasən

informasiya xidmətinin yerinə yetirilməsinə görə ödəniləcək məbləğ

əvvəlcədən qəti müəyyən edilmiş olur. Bu sxemdən istifadə etdikdə

əvvəlki sxemdən fərqli olaraq problemlərlə iş görən tərəf rastlaşa

bilər. Bu problemlərə işin görülməsinə müəyyən olunmuş məbləğdən

çox məbləğin tələb olunması, vaxt və insan resurslarından nəzərdə

tutulduğundan çox istifadə edilməsidir.

3.Layihənin yerinə yetirilməsinin nəticələrinə görə ödəniş. Bu

modeldən istifadə edildikdə informasiya xidməti göstərən qarşısında

konkret biznes-məqsədin əldə olunması qoyulur. Bu zaman iş görən

əksər hallarda müəyyən mərhələləri yerinə yetirdikdən sonra

müəyyən olunmuş məbləğdə avans alır. Lakin bu məbləğdən başqa iş

görən, ya qoyulmuş biznes-məqsədə yaxınlaşma dərəcəsi ilə

müəyyənləşdirilən, ya da layihənin yerinə yetirilməsindən müştərinin

aldığı vəsaitdən müəyyən faiz şəklində “bonus” almağa ümid edir.

Qərb ölkələrində əvvəllər bu modellərin birincisindən daha çox

istifadə edilirdisə, hal-hazırda daha çox ikinci və üçüncü modellərdən

istifadə olunur.

İnformasiya bazarında informasiya xidmətləri və bu xidmətlər

üzrə bağlanmış müqavilələrin dəyəri aşağıdakı faktorlardan asılı olur:

Təqdim olunmuş xidmətlərin dəyərindən;

Page 39: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------39---------------------------------------------

Xidmətlərin satışından əldə olunan gəlirlə, göstərilən

xidmətlərin dəyəri arasındakı fərqdən-mənfəətdən;

Qiymətləndimə modeli və ya sxemindən. Adətən tez-tez

istifadə olunan maliyyə modelinin tətbiqi “daxili korporativ

vergilər” və digər səbəblərdən xidməti almış müştəri üçün işin

dəyərini artıra bilər.

Göstərilən informasiya xidmətlərinin dəyəri adətən kontrakt

üzrə işlərin görülməsi üçün lazım olan insan resurslarının

(mütəxəssislərin, ixtisasçıların, adi işçilərin və s.) dəyərindən və

həmin dəyərin kontraktın ümumi dəyərindəki payından asılı olur.

Müasir informasiya bazarında informasiya texnologiyaları

xidmətlərinin göstərilməsi üzrə kontraktların qiymətləri və

bağlanması üçün adətən, ardıcıl olaraq aşağıdakı əsas prosedurların

yerinə yetirilməsi tələb olunur:

1.Tələb olunan informasiya xidmətlərinin təqdim olunması

üzrə işlərin tərkib və tiplərinin müəyyənləşdirilməsi. Bu prosedurun

həyata keçirilməsi üçün layihə üzrə yerinə yetirilən işlərin spesifik

xüsusiyyətlərinə görə araşdırma aparmaq lazımdır. Hər bir işin

spesifik xüsusiyyətlərinə görə cəlb olunacaq ixtisasçı və

mütəxəssislərin tərkibi müəyyən edilməlidir. Məhz işin yerinə

yetirilməsində iştirak edən hər bir mütəxəssisin səviyyəsinə uyğun

olaraq onların gördüyü işin dəyəri qiymətləndirilir. Aydındır ki, hər

bir mütəxəssis özünün qiymətləndirilməsi üçün təklif etdiyi variantda

qiymətləri yuxarı göstərə bilər. Lakin müştəri onların işini

əvvəlcədən aparılmış araşdırmalar və mövcud qiymətləndirmə

qaydalarına görə müəyyən edəcək.

2.Layihənin yerinə yetirilməsinə tələb olunan insan

resurslarının həcminin müəyyənləşdirilməsi. Aydındır ki,

informasiya xidməti göstərən mütəxəssis işin görülməsində özünün

malik olduğu səriştəyə arxayın olur. Müştəri isə lazımi işin tələb

olunan keyfiyyətdə görülməsi üçün kənardan mütəxəssis cəlb

etmədən hansı müddətə və hansı işçilərlə layihənin yerinə

yetirilməsini imkan verən variantı hesablayaraq qiymətləndirir.

Sonda müştəri əldə etdiyi nəticələrlə kənardan mütəxəssislərin cəlb

Page 40: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------40---------------------------------------------

olunması variantına sərf olunacaq məbləği müəyyənləşdirərək sərfəli

olanını seçir.

3.Kontrakt qiymətinin hesablanması. Kontraktın qiyməti işin

həcminin orta layihə qiymətinə, yəni layihənin yerinə yetirilməsi

zamanı iş görənə müştərinin orta iş vahidinə ödəyəcəyi məbləğə

hasili ilə müəyyənləşdirilir. Hesablama üçün sadə düsturdan istifadə

edilir. Layihənin yerinə yetirilməsi üçün tələb olunan həftələrin

sayını həftədəki 5 işçi günə, sonra işə cəlb edilən işçilərin sayına,

yekunda isə orta layihə qiymətinə vurulur. Daha dəqiq hesabat üçün

orta layihə qiyməti əvəzinə işə cəlb edilmiş konkret ixtisaslı

mütəxəssisin adam-gününün qiyməti istifadə edilir.

1.5.İNFORMASİYA BAZARINDA HÜQUQİ NİZAMLANMA

Bütün məhsullar və xidmətlər kimi informasiya məhsulları və

xidmətləri də alqı - satqı prosesində müəyyən qayda ilə

qiymətləndirilməlidir.

İnformasiya məhsulları çox vacib, lakin unikal olmayan

xüsusiyyətə malikdir. Belə ki, informasiya məhsullarının ilkin

nüsxələrinin qiyməti sonrakı nüsxələrə görə çox yüksəkdir. Bu

xüsusiyyət yalnız informasiya məhsullarına deyil, yolların tikintisi,

telekommunikasiya şəbəkələrinin qurulması, ümumiyyətlə texniki

infrastrukturun qurulmasında və faydalı qazıntıların axtarılması

prosesində də özünü göstərir.

İqtisadi baxımdan məhsul nə qədər çox istehsal edilərsə, onun

orta qiyməti də bir o qədər aşağı olacaq. Lakin burada istehsal

qiymətlərinin strukturunun xüsusiyyətləri əhəmiyyətli rol oynayır.

Dəyişən xərclərin aşağı səviyyəsi çox böyük marketinq

imkanları verir: bazara yeni məhsulun çıxarılması istehsalçıdan öz

müştərilərinə sınaq nüsxələrinin göndərilməsini tələb edir.

İnformasiya məhsullarının demo versiyaları (məhulun ilkin nuxsəsi)

şəbəkə vasitəsilə praktiki olaraq havayı göndərilir.Yüksək qeyd

olunmuş xərclərlə, aşağı səviyyəli dəyişən xərclərin vəhdəti

informasiya sahəsinin cazibədarlığı deyil.

Page 41: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------41---------------------------------------------

Beləliklə, informasiya məhsullarının istehsalı ilə əlaqədar olan

əsas xüsusiyyətlər kimi aşağıdakılar nəzərə alınamlıdır:

İnformasiyanı istehsal etmək baha, təkrar istehsal etmək isə

ucuz başa gəlir;

Əgər informasiya məhsulunun birinci nüsxəsi istehsal

edilibsə, onda qeyd olunmuş xərclərin əsas hissəsi qaytarılan

deyil;

Məhsulun çoxsaylı surətləri daima yeni xərclər hesabına

istehsal olunur;

Məhsulun əlavə surətlərinin sayı praktiki olaraq qeyri-

məhduddur.

İnformasiya məhsullarının bu xüsusiyyətləri onların

rəqabətədavamlı qiymət strategiyasının yaradılmasında həlledici

əhəmiyyətə malikdir.

Göstərilən izahdan aydın olur ki, rəqabət qiymətlərin sürətlə

aşağı düşməsinə və hətta heçə enməsinə gətirib çıxardır. Bu

tendensiyanı ənənəvi məhsul bazarında da müşahidə etmək olar.

Lakin informasiya məhsulları bazarında bu proses çox sürətlə və qısa

müddətdə baş verir. Aydın olur ki, informasiya məhsullarının

istehsalı və qiymətləndirilməsi arasında müəyyən əlaqəni əvvəlcədən

hesablayıb müəyyənləşdirmək lazımdır. Qurulan proqramın

hesabatlarında yol verilən sadə və ilkin baxışdan əhəmiyyətsiz

səhvlər və ya xətalar sonda arzuolunmaz nəticələrə gətirib çıxara

bilər.

İnformasiya məhsulları bazarında ya qiymət və xərclərə görə

lider olmaq, ya da bazara unikal informasiya məhsulu çıxarmaq

lazımdır. Məhsula qiymət qoyularkən həmin məhsulun istehlakçısının

da tələbləri nəzərə alınmalıdır. Əgər məhsul istehsalçısı bazarda

aparıcı rola malikdirsə və rəqabət onu çox narahat etmirsə onda,belə

məhsulun qiymətləndirilməsinə xüsusi diqqət ayrılmalıdır ki, satışdan

əldə olunan gəlir maksimum olsun.

İnformasiya məhsullarının qoyulmuş qiymətlərinin qorunması

və uzun müddət ərzində saxlanması məqsədilə oxşar məhsulu bazara

çıxartmağa çalışan şirkətlərlə mübarizənin digər bir üsulu məhsulla

Page 42: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------42---------------------------------------------

əlaqədar ikinci dərəcəli məhsulların istehsalı və aşağı qiymətə təklif

edilməsi, məhsulun digərlərinin edə bilməyəcəyi təminat və keyfiyyət

göstəricilərinə malik olmasına çalışmaqdır.

İnformasiya məhsulunun qiymətinin qoyulması və uzun

müddətə saxlanması məqsədilə hər bir informasiya məhsulu

istehsalçısı olan şirkət əvvəlcə xüsusi qaydalarla müştərilərin

münasibətlərini öyrənir. İnformasiya məhsulu istifadəçisi haqqında

məlumatların alınmasının iki yolu vardır:

1.Qeydiyyata alma və billinq. Bunların köməyi ilə istifadəçi

haqqında lazımi demoqrafik informasiya alınır.

Bir çox şirkətlər resurslara daxil olma üçün ödəniş tələb etmir,

ancaq qeydiyyata düşməni tələb edir. Adətən qeydiyyata düşmədə üç

parametr olur: soyadı, adı, atasının adı; zip kod; yaş və cins. Qeyd

edək ki, bu proses heç də istənilən səviyyədə getmir. Belə ki, ABŞ-

ının Vanderbilt universitetinin apardığı tədqiqatlar göstərmişdir ki,

müasir veb istifadəçilərin 94%-i özləri haqqında informasiya vermək

istəmirlər, 40%-i isə yalan informasiya verirlər.

2.İstifadəçinin davranışlarının müşahidə edilməsi.

İstifadəçilərin on-line rejimində davranışlarının öyrənilməsi

biznes üçün yaralı olan məlumatlar verir. Veb saytların əksəriyyəti öz

məzmunları ilə sərbəst tanış olmağa imkan verir. Lakin bu zaman

saytlar üçün istifadəçinin nə axtardıqları, hansı sorğulara müraciət

etdikləri maraqlı deyil. Lakin bu prinsipin üstün cəhəti ondan

ibarətdir ki, istifadəçi üçün ekranda alınan informasiya maraqlı

olduqca, o həmin məlumata baxmaqla daha çox saytda qalır. İndi

həmin prinsipi on-line mağaza üçün təsəvvür edək. Əgər malların

kataloqlarında təkcə onların adı və qiyməti deyil, xırda detalları da

verilərsə, avtomatik olaraq hər bir malda istifadəçinin daha çox fikir

verdiyi komponentlər məlum olar. Bu məlumatlar yekunda

istifadəçinin, yəni müştərinin hansı aspektlərə maraqlı olduğu

müəyyənləşdirilir. Həmin məlumatların ardıcıl emalı son nəticədə

müştərinin tələbatının öyrənilməsi və gələcək məhsulun qiymət və

tələbatının müəyyənləşdirilməsində xüsusi rol oynayır.

Page 43: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------43---------------------------------------------

Müasir dövrdə informasiya məhsullarının realizasiyasında satıcı

müəsissələrin müştəriyönümlülüyünün mühüm əhəmiyyəti vardır.

Müştəriyönümlülüyün təmini isə iri həcmli tədqiqat kompaniyalarının

verdiyi informasiyaların istifadəsindən asılıdır. Belə kompaniyalara

Gartner Group, Forrester Research, McKinzey, CİO və digərlərini

göstərə bilərik. Bu kompaniyaların istifadəçisi olan abunəçilər ildə

onlara 50-100 min dollar pul ödəyirlər. Lakin bu məbləğin əvəzinə

informasiya məhsulları istehsalçıları dəyərli məlumatlar və onları

maraqlandıran suallara dolğun cavablar alırlar.

I FƏSLƏ AİD SUALLAR

1. İqtisadi informatikanın mahiyyəti və predmeti.

2. İnformasiya məhsulları və informasiya xidmətləri anlayışları.

3. İnformasiya məhsulları və xidmətlərinin təsnifatı.

4. İnformasiya məhsulunun istehsal xərclərinin strukturu.

5. İnformasiya məhsullarının qiymətləndirilməsi qaydaları və

qiymətlərin tənzimlənməsinin əsasları.

6. İnformasiya məhsullarının satış sxemləri və kanalları, satışın

müasir modelləri.

7. İnformasiyalaşdırılmış cəmiyyət

8. İnformasiya inqilablarının xüsusiyyətləri

9. İnformasiya cəmiyyətinin modelləri.

10. Cəmiyyətin informasiya potensialı.

11. İnformasiya xidmətləri və məhsullari bazarı.

12. İnformasiya məhsulu.

13. Xidmətlər.

14. İnformasiya xidmətləri və bazarının inkişaf mərhələləri,

strukturu.

15. İnformasiya bazarında hüquqi nizamlanma.

Page 44: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------44---------------------------------------------

TESTLƏR

1. İnformasiya cəmiyyəti sosial faktora görə :

A)İnformasiya iqtisadiyyatında resurs, xidmət məhsul kimi

əsas faktor rolunda çıxış edir;

B)Düzgün variant yoxdur;

C)İstehsalatda, müəssisələrdə geniş tətbiq olunan

informasiya texnologiyaları;

D))İnformasiya həyat şəraitini dəyişən əsas stimulyator kimi

çıxış edir;

E) İnformasiya mədəni dəyərinin qiymətlənməsi kimi çıxış

edir.

2. Informasiya iqtisadiyyatı necə iqtisadiyyatdır?

A))Informasiya və biliklərin istehsalı, bölgüsü və istehlakını

təmin edən iqtisadiyyatdır;

B)Ümumi daxili məhsulun böyük bir hissəsini təşkil edən

iqtisadiyyatdır;

C)Müasir elmi-texniki nailiyyətlərə əsaslanan

iqtisadiyyatdır;

D)İnformasiya proseslərini həyata keçirən iqtisadiyyatdır;

E)Informasiya və biliklərin işlənməsini təmin edən

iqtisadiyyatdır.

3. İnformasiaya cəmiyyəti nədir?

A)Postsənaye cəmiyyətinin nəzəri konsepsiyası;

B))İnformasiya resurslarına əsaslanan cəmiyyət;

C)Bilik cəmiyyətin elmi konsepsiyası;

D)Elektron demokratiyasının konsepsiyası;

E)Informasiya texnologiyasına əsaslanan cəmiyyət.

4. İnformasiaya cəmiyyətinin əsas məhsulları nədir?

A) Demokratiya və informasiya;

B) Cəmiyyət və texnologiya;

Page 45: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------45---------------------------------------------

C) İnformasiya və cəmiyyət;

D)) Bilik və informasiya;

E) Informasiya və texnologiya.

5. İnformasiya cəmiyyətinin tərifini verərkən

iqtisadçılar hansı meyarlardan istifadə edirlər?

A)İqtisadi, əmək, pul, rifah, sosial əlaqələr;

B) İqtisadi, əmək, məkan, dəyər, sərvət;

C) Texnoloji, dəyər, sərvət, rifah, pul;

D)) Texnoloji, iqtisadi, əmək, məkan, istehlak, kreativ;

E) Kapital, dəyər, sərvət, tələbat, kreativ.

6. Informasiya cəmiyyətinin istehlak meyarının

mahiyyəti nədən ibarətdir?

A))Rifah istehlakının informasiya fəaliyyəti vasitəsilə ifadə

olunması;

B)Maddi nemətlərin mənimsənilməsi və istifadəsi;

C)Məhsulların insanların tələb və ehtiyaclarına uyğun

həcmdə və keyfiyyətdə istehsalı;

D)Tələbatın bazarlar vasitəsilə ödənilməsi;

E) Insanın maddi və mənəvi tələbatının ödənilməsi.

7. Sivilizasiyanın informasiya mərhələsinə keçidi nə

zaman başlanmışdır?

A)Bir neçə yüzillik bundan əvvəl;

B)1910-cu illərdə;

C)1880-ci illərdə;

D)1860-ci illərdə;

E))Bir neçə on illik bundan əvvəl.

8. İnformasiya cəmiyyətinin hansı meyarı daha önəmli

sayılır?

A)İstehlak meyarı;

B)Texnoloji meyar;

Page 46: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------46---------------------------------------------

C)) Kreativ meyar;

D) İqtisadi meyar;

E)Məkan meyarı.

9. Satış kanallarının necə səviyəsi var?

A) 1

B) 2

C) ) 3

D) 4

E) 5

10. İnformasiya böhranının yaraması səbəblərinə

daxildir:

1.İnformasiya axını insanın informasiyanı qəbul etməsi və

emal etməsi imkanlarını ötüb keçməsi;

2.Siyasi, iqtisadi və digər baryerlər informasiyanın

yayılmasında çətinliklər törətməsi;

3.İnformasiyanın həddindən çox, ifrat dərəcədə olması

istifadəçi üçün ondan istifadə edilməsində yaranan çətinliklər.

A) 1,2

B) 2,3

C) 1,3

D) ) 1,2,3

E) 1

Page 47: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------47---------------------------------------------

FƏSİL II

İQTİSADİ İNFORMASİYA ANLAYIŞI

2.1.İNFORMASİYA ANLAYIŞI

İnformasiya – latınca "informatio" sözündən götürülüb, mənası

izah etmə, agah etmə, ifadə etmə deməkdir. İnformasiyadan

danışarkən ilk növbədə radio, televizor məlumatı, qəzet, kitab, elmi

jurnalın məzmunu, verilənlər bazası, kitabxana və biliklər, insanlar

arası ünsiyyət nəzərdə tutulur.

İnformasiya latınca – " informatio" sözündən götürülmüş,

obyekt, hadisə, fakt haqqında məlumat verilməsi, onların insan şüuru

vasitəsilə dərk edilməsinə imkan verən siqnalların məcmusundan

ibarətdir. Siqnal – fəzada zonasına görə maddi informasiya

daşıyıcısıdır. Siqnal aşağıdakı modullardan ibarətdir: mənbə, ötürücü,

rabitə kanalı, qəbuledici, ünvanlanan.

İnformasiya kitablarda, kitabxanalarda, verilənlər bazasında,

vərəqdə və hesablama maşınlarında saxlanır.

İnformasiya elektrik siqnallarının və radio dalğalarının köməyi

ilə yazılı və şifahi ötürülür, hissiyyat orqanları, elektrik qəbulediciləri

– foto və video kameranın köməyi ilə alınır.

İnformasiyanın mənbəyi – hər hansı məlumatlar çoxluğunu

təşkil edir. Məlumat diskret və ya kəsilməz ola bilər (Məsələn,

Sfetafor, Morze əlifbası və s.).

İnformasiyanın mövcud olma formaları :

1.Statik (kitab, foto şəkil);

2.Dinamik (rabitə kanalları ilə fəzada informasiyanın

ötürülməsi prosesləri).

İnformasiyaya iki yöndən yanaşma :

1.Bioloji;

2.Sosial.

Page 48: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------48---------------------------------------------

Bioloji informasiya ayrılıqda götürülmüş canlı orqanizmin

həyat fəaliyyətini əks etdirir.

Sosial informasiya insanın praktiki fəaliyyəti ilə sıx surətdə

bağlıdır, ona görə də insanın fəaliyyət sahələrindən asılı olaraq

müxtəlif tipləri mövcuddur:

Hüquqi;

Elmi;

İqtisadi;

Maliyyə;

Texnoloji;

Texniki və s.

Elmi informasiya – təbiətin, cəmiyyətin, təfəkkürün obyektiv

qanunauyğunluqlarını nisbətən tam özündə əks etdirən informasiyaya

deyilir. Onu qəbuletmə və istifadə sahələrinə görə siyasi, iqtisadi,

texniki, elmi, fiziki və s., təyin olunmasına görə isə kütləvi və xüsusi

informasiyalara bölürlər.

Təşkilati idarəetmə sistemlərində cəmiyyətin idarəedilməsi

zamanı iqtisadi informasiyaya, texniki obyektlərin idarəedilməsində

isə texniki informasiyaya üstünlük verilir.

İqtisadi informasiya özündə istehsal prosesi, bölgü, mübadilə

və maddi nemətlər və xidmətlərin istehlakı haqqında məlumatları əks

etdirir. İqtisadi informasiya ictimai istehsalla bağlı olduğundan onu

bəzən istehsal informasiyası da adlandırırlar.

İnformasiyanın əsas xassələri aşağıdakılardır:

1.Onun müəyyən sistemlərlə sıx surətdə bağlı olması;

2.Struktura malik olması;

3.Dəyərliliyi;

4.Məna kəsb etməsi;

İnformasiyanın struktura malik olması dedikdə onu təşkil edən

elementlər arasındakı qarşılıqlı əlaqəninin təyin edilməsi başa

düşülür.

Dəyərliliyi dedikdə onun məzmunluğu, müasirliyi, həqiqiliyi,

operativliyi, tamlığı, qiymətləndirilməsi başa düşülür.

Page 49: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------49---------------------------------------------

Məna kəsb etməsi isə informasiyanın məqsədini təyin etməyə

kömək edir.

İnformasiyanın təsvir formaları:

1.Simvol, mətni;

2.Qrafiki;

3.Səsli.

Geniş mənada informasiya qarşıya qoyulmuş məsələnin həllinə

kömək edən, onu dəyişdirən, ötürən və saxlayan obyektlərin –

məlumatların və biliklərin toplusudur.

Fəlsəfi mənada informasiya real həyatın əksidir, yəni hər hansı

bir real obyekt digər bir real obyekt haqqında məlumatı özündə əks

etdirir. Bunula da informasiya özünün əks etdirdiyi, təyin olunmuş

obyektlə əlaqədardır.

Öz-özlüyündə informasiya həmçinin abstrakt riyazi məna

daşıyır. Eyni zamanda informasiyanın özəl xüsusiyyətləri onu maddi

aləmə yaxınlaşdırır. Deməli, informasiyanı almaq, yazmaq, ötürmək,

silmək olar.

İnformasiya məlumat vasitəsilə ötürülür.

Verilən və məlumat ayrı-ayrılıqda emal olunur, dəyişdirilir,

sistemləşdirilir, çeşidlənir və bunun nəticəsində də yeni informasiya

və yaxud yeni biliklər alınır.

İnformasiya və məlumat arasındakı uyğunluq qarşılıqlı-

birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə

bilər və onların içərisində heç bir informasiya daşımayanı ola bilər.

Əksinə, eyni bir məlumat onu qəbul edənin maraq dairəsindən asılı

olaraq müxtəlif informasiya kimi çatdırıla bilər. Məsələn, təyyarənin

qəzaya uğraması xəbəri həlak olanların qohumları üçün bir mənaya,

hava yolları şirkəti üçün isə başqa bir mənaya malikdir; eyni qəzet

məqaləsindən müxtəlif oxucular özlərinin maraq dairələrinə uyğun

müxtəlif informasiya götürürlər.

Beləliklə, müxtəlif cür interpretasiya (təfsir) olunan eyni

məlumat müxtəlif informasiya ötürə bilər. Mücərrəd olaraq

məlumatla (M) informasiya (İ) arasında əlaqədə həlledici rolu

Page 50: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------50---------------------------------------------

interpretasiya qaydası ( 𝛼 ) oynayır. Bunu simvolik olaraq belə

göstərmək olar:

𝑀𝛼I

Baxılan məlumat üçün interpretasiya qaydası ( 𝛼 ) adətən

məlumatlar çoxluğu üçün tətbiq edilən qaydaların xüsusi halı olur.

Beləliklə, məlumatın köməyi ilə biz konkret obyekt, subyekt,

hadisə, mühit və s. haqqında bilik əldə edirik.

Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya

deyilir. İnformasiyanın K.E.Şenon tərəfindən təklif edilmiş kəmiyyət

baxımından təyini də elə bu fikrə əsaslanır.

Klod Elvud Şennon 30 aprel 1916-cı ildə ABŞ-ın Miçiqan

ştatında anadan olmuşdur, 24 fevral 2001-ci ildə ABŞ-ın

Massaçusets ştatındakı Medford şəhərində dünyasını dəyişmişdir.

K.E.Şennon amerikalı mühəndis və riyaziyyatçıdır. Alim

informasiya nəzəriyyəsinin yaradıcısıdır, o, ehtimal nəzəriyyəsinə,

avtomatlar nəzəriyyəsinə və idarəetmə sistemləri nəzəriyyəsinə

böyük tövhələr vermişdir.

K.Şennon 1948-ci ildə informasiyanın ölçülməsi üçün “bit”

ölçü vahidindən istifadəni təklif etmişdir. 1932-ci ildə Miçiqan

universitetinə daxil olduqdan sonra C.Bul ilə elmi işlərin

aparılmasında iştirak etmişdir. Universiteti bitirdikdən sonra

görkəmli alim Vannevar Buş ilə birgə elmi araşdırmalarda iştirak

etmişdir. 1937-ci ildə magistraturada oxuduğu zaman yazdığı

“Rele və kommutatorların simvol təhlili” adlı elmi məqaləsi 1938-

ci ildə “Amerika mühəndisləri institutu” jurnalında çap edildikdən

sonra o, çap etdirdiyi elmi məqaləyə görə “Alfred Nobel”

mükafatına layiq görülür.

Alimin apardığı elmi araşdırmalar XX əsrin ən vacib elmi

işləri sayılır. K.E.Şennon 1940-cı ildə “Nəzəri genetika üçün

cəbr” adlı doktorluq dissertasiyasını müdafiə edir. 1950-1956-cı

illərdə alim məntiqi maşının yaradılması ilə məşğul olur. Onun

hazırladığı məntiq maşını şaxmat oynaya bilirdi. 1950-ci ildə

təqaüdə çıxdıqdan sonra daimi olaraq Bell laboratoriyası ilə elmi

Page 51: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------51---------------------------------------------

məsləhətləşmələri həyata keçirir. Klod Elvud Şennon dövrünün ən

görkəmli alimlərindən biri sayılır.

“Verilən” anlayışını belə bir mücərrəd situasiya ilə izah etmək

olar. Fərz edək ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında

informasiyanı toplayıb, müəyyən formada yaddaşda saxlayır. Bu

halda deyirlər ki, müşahidəçinin yaddaşında obyektin vəziyyətini əks

etdirən «verilənlər» var.

Beləliklə ,“verilənlər” saxlamaq, emal etmək və ötürmək üçün

müəyyən formada qeyd olunmuş məlumatdır. «Verilən» latınca

“datum” (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və

ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq,

Page 52: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------52---------------------------------------------

həqiqətdə mövcud olmayan anlayışları da ifadə edə bilər. Odur ki,

verilənlər dedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və ya

fikrin təsviri başa düşülür.

Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə

(məsələn, dil və ya şəkil vasitəsi ilə) konkret daşıyıcıda (məsələn,

daşda, kağızda) qeyd olunur. Zaman keçdikcə verilənlərin təsvir

üsulları və daşıyıcıları dəyişmişdir (məsələn, ibtidai insanların

Qobustan qayalarında çəkdikləri mağara rəsmləri, daş üzərində qədim

yunan yazıları, misirlilərin papirus yarpağı üzərindəki yazıları və s.).

Əksər hallarda verilənlər təbii dildə kağız üzərində qeyd olunur.

Kompüterlərdə verilənlərin uzun müddətli daşıyıcısı kimi ən çox

maqnit daşıyıcılarından (lent, disk, baraban, maqnit lenti, fləş və s.)

geniş istifadə olunur.

Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla təyin

olunur:

Verilənin adı;

Qiyməti;

Tipi;

Strukturu.

Verilənin adı onun mənasını (semantikasını) ifadə edir.

Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir. Çünki

faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır.

Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birlikdə

təsvirinə imkan verir. Məsələn, havanın temperaturu +30 dərəcədir

ifadəsində +30 verilənin qiyməti, hava temperaturunun dərəcə ilə

ifadəsi isə verilənin adıdır (semantikasıdır). Müəyyən hallarda

verilənlərlə onların semantikası bir-birindən ayrı qeyd oluna bilər.

Məsələn, qatarın hərəkətini ifadə edən cədvəldə verilənlərin

semantikası cədvəlin başlığında qeyd olunur. Verilənlər bazasında da

verilənlərlə onların semantikası əksər hallarda bir-birində ayrı

saxlanır. Bu verilənlərin axtarışını və onların emalını əlverişli surətdə

təşkil etməyə imkan verir.

QEYD: Semantika yunanca qeyd etmə, göstərmə, işarə etmə

Page 53: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------53---------------------------------------------

anlamını verir və məna baxımından danışıq dilinin ölçülməsinin

qiymətini öyrənir. Bu məqsədlə ləvazımat kimi semantik təhlildən

istifadə edilir. XIX əsrin sonu, XX əsrin əvəllərində semantikanı

bir çox hallarda semasiologiya (yunanca işarə, göstəriş)

adlandırırdılar. Semantika ilə məşğul olan alimləri də indiki

zamanda semasioloqlar adlandırırlar. Əksər sinif dil vahidlərinin

qiymətlərini (məsələn, “hərəkət feillərinin semantikası”)

semantika ilə işarələyirlər.

Semantik problemlər uzaq keçmişdə fəlsəfi mənada

araşdırılırdı. Termin fransız dilşünası (linqvisti) və tarixçisi,

ictimai xadim, əlyazmalar Akademiyasının üzvü Mişel Breal

(1832-1915) tərəfindən elmə daxil edilmişdir. 1910-1920-ci illərdə

semantika məsələlərinin öyrənilməsi bir çox mütəxəssislərin

diqqətini özünə cəlb etmişdir.

Page 54: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------54---------------------------------------------

Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada

istifadə olunur. Tipinə görə verilənləri 3 qrupa ayırırlar: hesabi (və ya

rəqəm tipli), mətn (və ya simvol tipli) və məntiqi verilənlər. Hesabi

verilənlərdə qiymət rəqəmlə ifadə olunur (məsələn, “tələbənin boyu

174 sm”). Mətn tipli verilənlərdə qiymət mətn kəmiyyətləri ilə

(simvollarla) ifadə olunur (məsələn, “qırmızı rəngli”). Məntiqi

verilənlərdə isə qiymət məntiqi kəmiyyətlərlə ifadə olunur (məsələn,

“beşin çüt ədəd olması yalandır”).

2.2.İQTİSADİ İNFORMASİYA ANLAYIŞI

Milli iqtisadiyyatın və onun ayrı–ayrı obyektlərinin idarəetmə

funksiyalarını həyata keçirmək üçün istifadə olunan məlumatlar

məcmusuna iqtisadi informasiya deyilir. İqtisadi informasiya həm

keçmiş, həm də gələcək hadisələrə aid edilir, bu səbəbdən də iqtisadi

informasiya istehsal – təsərrüfat fəaliyyəti və bu fəaliyyətin idarə

olunması prosesində yaranan informasiyadır.

İqtisadi informasiya aşağıdakı kimi mühüm xassələri ilə

xarakterizə olunur:

Adi sənədlərdə və texniki daşıyıçılarda əks etdirilir;

Dəyər, natural və digər formalarda ifadə edilir;

Həmçinin çoxluğu, müxtəlif əlamətlər üzrə qruplaşdırılması,

uzun müddət saxlanması, dövrü olaraq təkrarlanması ilə

xarakterizə olunur;

Təyinatından asılı olaraq informasiyanın işlənməsi müəyyən

vaxt hədlərində həyata keçirilir.

İqtisadi informasiya yaranma mərhələləri və mənbələri

əlamətlərinə görə ilkin və törəmə informasiya növlərinə ayrılır.

İlkin informasiya müəsissənin, firmanın istehsal – təsərrüfat və

maliyyə fəaliyyətinin həyata keçrliməsi zamanı, törəmə informasiya

isə ilkin informasiyanın müəyyən işlənmə prosesindən keçməsi

nəticəsində yaranır.

Törəmə informasiya da öz növbəsində aralıq və nəticə (icmal –

yekun) informasiya növlərinə ayrılır. İqtisadi məsələlərin həlli və

Page 55: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------55---------------------------------------------

idarəetmə funksiyalarının yerinə yetirilməsi baxımından yararlığına

və dolğunluğuna görə təsnif edilir.

İnformasiyanın yararlılığı idarəetməinin tələblərinə nə dərəcədə

uyğun gəlməsi ilə müəyyən edilir. İqtisadi informasiya dolğunluğuna

görə tam, artıq, natamam informasiya növlərinə ayrılr. İdarəetmə

sisteminin tamamilə yerinə yetririlməsinə imkan verən minimal

zəruri həcmdə yararlı informasiyaya tam informasiya deyilir. Yararlı

informasiyanın təkrarlanması nəticəsində mövcud olan və idarəetmə

işində istifadə olunmayan informasiyaya artıq informasiya deyilir.

İqtisadi məsələlərin həllini təmin etməyən, idarəetmənin tələblərini

ödəməyən məlumatlara isə natamam informasiya deyilir.

Stabillik baxımındn dəyişən, şərti – sabit və sabit informasiya

növlərini fərqləndirmək lazımdır. Əgər müəyyən dövr ərzində

mövcud sabit informasiya vahidlərinin miqdarının ümumi

informasiya vahirdlərinin miqdarına nisbətini hesablasaq, o zaman

sabitlik əmsalının qiymətini müəyyən etmək olar.

Sənaye müəssələrində şərti-sabit informasiyanın (məsələn,

plan, normativ və arayış informasiyası) xüsusi çəkisi daha yüksəkdir.

İnformasiya idarəetmə obyektinə və ya idarəedici orqana

münasibətinə görə xarici, daxili, giriş, çıxış informasiyasına ayrılır.

İnformasiyanın xarici və daxili informasiyaya ayrılması onun

yarandığı yerlə, giriş və çıxış informasiyasına ayrılması isə bir yerdən

başqa yerə ötürülməsindən asılı olaraq müəyyənləşdirilir.

İdarəetmə sisteminə məxsusluğuna görə:

Xarici mühit haqqında informasiya;

İdarəedici altsistemin informasiyası;

İdarəedən altsistemin informasiyası;

Məqsədli altsistem haqqında informasiya.

Ötürmə formasına görə:

Verbal (məsələn, nəqli informasiya)

Qeyri-verbal (məsələn, qrafik)

Başvermə mərhələlərinə görə:

İlkin (informasiya mənbəyində baş verən);

Page 56: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------56---------------------------------------------

Törəmə (verilmiş alqoritm əsasında ilkin informasiyadan

formalaşan);

Aralıq (ilkin informasiyanın törəmə informasiyaya çevrilməsi

prosesində baş verən, gələcəkdə istifadə üçün yenidən

işlənilmiş və toplanan verilənləri saxlayan).

Maşın emalında təyinatına görə:

Giriş (emala daxil olan);

Çıxış (emalın gələcəkdə ötürüləcək nəticəsi).

Başvermə yerinə görə:

Daxili;

Xarici.

Stabillik dərəcəsinə görə:

Şərti – sabit (emal üçün çox dəfə istifadə olunan, uzun

müddət ərzində dəyişilməz);

Dəyişkən (müəyyən müddət ərzində ilkin və dövri daxil-

olmalardan asılı olaraq dəyişən).

Sorğuya əsasən:

Relevant (sorğuya uyğun forma);

Münasib (sorğunu formalaşdıran şəxsin informasiya

tələbatına uyğun).

İdarəetmə sisteminin səviyyəsinə görə:

Xüsusi şəxslərin informasiyası;

Müəsissə və təşkilatın informasiyası;

Nazirlik və təsisatların informasiyası;

Dövlət səviyyəsində olan informasiya.

Başvermənin dövriliyinə görə:

Gündəlik;

Həftəlik;

Rüblük;

Aylıq;

Yarımillik;

İllik və s.

Page 57: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------57---------------------------------------------

Cəmiyyətin iqtisadi inkişaf səviyyəsi, onun istifadə etdiyi

informasiyanın həcmi və mürəkkəbliyi informasiya sənayesinin

yaranmasına səbəb olmuşdur. Formalaşma mənbələrindən və

informasiya təşkilinin fəaliyyət dairəsindən asılı olaraq informasiya

daxili və xarici informasiyaya ayrılır.

Daxili informasiya bir qayda olaraq, təşkilatın maliyyə -

təsərrüfat vəziyyətini əks etdirir və standart formallaşdırılmış

prosedurlar vasitəsilə keyfiyyətlə emal edilə bilər.

Xarici informasiya – təşkilatın xaricində, mövcud olan və

fəaliyyət göstərən iqtisadi və siyasi obyektlər, onlararası münasibətlər

(məsələn, müştərilərlə, təchizatçılarla, vasitəçilərlə, rəqiblərlə, dövlət

orqanları ilə və s. münasibətlər) haqqında məlumatlardır. Bir qayda

olaraq, bu informasiya tam deyil, ehtimallı xarakter daşıyır. Bu cür

informasiyanı emalın qeyri-standart prosedurlarının köməyilə

formallaşdırmaq mümkündür.

2.3.İQTİSADİ İNFORMASİYANIN STRUKRTURU

İnformasiyanın quruluşu dedikdə, onun ayrı-ayrı elementlərə

bölünməsi nəzərdə tutulur. Bu elementlər informasiya vahidləri

adlanır. Onlar sadə və mürəkkəb olur. İqtisadi infomasiyanın ən sadə

quruluş vahidi, başqa sözlə bölünməz hissəsi rekvizit adlanır.

Rekvizit - obyektin vəziyyətini, yaxud baş verən hadisələri kəmiyyət

və keyfiyyət baxımından xarakterizə edir. Obyektin vəziyyətini

keyfiyyət cəhətdən xarakterizə edən rekvizitlər əlamət rekvizitləri,

kəmiyyətcə xarakterizə edən rekvizitlər isə əsas rekvizitlər adlanır.

Əlamət rekvizitləri bir qayda olaraq sözlərdən, söz birləşmələrindən

və onları əvəz edən, lakin mətnin mahiyyətini dəyişməyən rəqəm

birləşmələrindən ibarət olur. Əlamət rekvizitlərinə misal olaraq

müəsissə və təşkilatın adını, vergilərin növünü və s. göstərmək olar.

QEYD: Rekvizit (latınca requisitum) sözü bizim dilimizə

latın dilindən gəlmədir, “tələb edilən”, “lazım olan” anlamını

verir. Rekvizit sözü çoxmənaılıdır və harada istifadə edilməsindən

Page 58: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------58---------------------------------------------

asılı olaraq mənasını dəyişir. Qədim zamanlarda rekvizit sözü

küçələrdə təşkil edilmiş tamaşaların gedişi zamanı aktyorlara

lazım olan butafor əşyalarını (səhnə ləvazimatı hazırlayan usta

butafor adlanır) işarə etmək üçün istifadə olunurdu. İndiki

zamanda isə kino çəkilən meydançalarda istifadə edilən

ləvazımatları da rekvizit adlandırırlar.

Biznes sahəsində rekvizit vacib olan sənədlərin tərtib

olunması üçün hazırlanmış qanunlar və qaydalar toplumu kimi

başa düşülür. Bəzən isə köhnə sənəd qüvvəsini itirdikdə onun

yerinə yeni sənəd hazırlandıqda da həyata keçirilən əməliyyatı da

rekvizit adlandırırlar. Biznes ilə bağlı bəzi ədəbiyyatlarda rekvizit

dedikdə sənədin rekviziti, fiziki və ya hüququ şəxsin rekviziti,

fərdi təşəbbüskarın və ya fərdi şirkətin rekviziti, bankın, dövlət

təşkilatının rekviziti başa düşülür. Məsələn, dövlət müəsissəsi olan

notariusun rekviziti dedikdə onun tam adı, hüququ ünvanı, statusu,

banka olan hesab nömrəsi (bank rekvizitləri) başa düşülür.

Əsas rekviziktlər yalnıız konkret ədədlər şəkilində istifadə

olunur. Məsələn, miqdar – cinsi, ölçü vahidlərində, dəyər – manatla,

əmək tutumu – norma saatla və adam - günlə ifadə olunur.

Əlamət və əsas rekvizitlər ayrılıqda götürüldükdə obyektin

iqtisadi həyatında baş verən hadisələri xarakterizə etmir. Ona görə də

həmin rekvizitlər birləşərək göstərici adlanan daha yüksək quruluş

səviyyəli informasiya vahidini yaradır. Göstəricilər iqtisadi prosesləri

və əməliyyatları keyfiyyət və kəmiyyət baxımından xarakterizə

etməklə, onlar haqqında müəyyən təsəvvur yaradır.

Göstəricilərin nizama salınmış məcmusu xəbərləri əmələ

gətirir. Müxtəlif nizama malik eyni formalı xəbərlər birləşərək

informasiyanin yeni quruluş vahidi – massivini yaradır. Massivlər

müxtəlif əlamətlərə görə birləşərək informasiya axınını formalaşdırır

və informasiya axınları ilə birləşərək informasiya sistemini təşkil

edir.

İnformasiya sistemi öz tərkibində müstəqil quruluş vahidləri

kimi idarəetmə obyektinin funksiyalarına və quruluşuna uyğun olaraq

Page 59: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------59---------------------------------------------

bir sıra informasiya altsistemlərini birləşdirir. Bu informasiya

altsistemlərinin hər biri müəyyən informasiya massivlərindən

ibarətdir və onların tərkibi bu alt sistemdə həll olunan məsələlərdən

aslılıdır.

İnformasiyanın təşkili avtomatlaşdırılmış sistemlərin tələbləri

nəzərə alınmaqla müxtəlif prinsiplər və qaydalar əsasında yerinə

yetirilir. Bu isə öz növbəsində informasiyanın yeni quruluşunun

meydana gəlməsinə səbəb olur və nəticədə məlumat bazası,

informasiya fondu, məlumatlar kataloqu və lüğəti adlanan yeni

quruluş vahidləri təşəkkül tapır.

Müasir dövrdə iqtisadi informasiyanın əks olunmasında maşın

qrafikasının da rolu xeyli artmışdır. İnformasiya müəyyən bir

formada əks olunmalıdır, daha doğrusu, maddi ifadəsini tapmalıdır.

Bu müxtəlif üsullarla, o cümlədən şıfahi və yazılı formada əldə edilir.

İnformasiya quruluş vahidlərinin təsvir olunduğu informasiya

siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyat müəyyən

maddi mühitin olmasını tələb edir. Həmin mühit qeydedicilər və ya

informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcıları iqtisadi

informasiyanın əsas təsvir formalarından biridir.

İnformasiyanın daşıyıcılara yazılışı əl ilə və ya texniki

qurğuların köməyi ilə həyata keçilir.

2.4.İQTİSADİ İNFORMASİYANIN ÇEVRİLMƏ

PROSEDURLARI

İqtisadi informasiya bilavasitə istehsal prosesində yaranır və bu

prosesin texniki iqtisadi parametlərini əks etdirir. Əsas informasiya

proseslərinə məlumatların yığılması, onların qeyd edilməsi,

kodlaşdırılması, çoxaldılması, bir yerdən başqa yerə ötürülməsi,

saxlanması, axtarışı və istifadə edilməsi daxildir.

İqtisadi informasiyanın yığılması ardınca onun müxtəlif

sənədlərdə, məlumat daşıyıcılarında qeyd edilməsi, əks etdirilməsi

əməliyyatları baş verir.

Page 60: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------60---------------------------------------------

İlkin informasiyanın qeyd edilməsi ilə, nəticə informasiyasının

qeyd edilməsini fərqləndirmək lazımdır. İlkin informasiyanın

yığılması və qeyd olunması adətən eyni vaxtda baş verdiyinə görə

onlar əlaqəli surətdə nəzərdən keçirilir.

İnformasiyanın növbəti qeyd olunması isə onun kodlaşdırılması

prosesi ilə çox zaman birgə yerinə yetirilir. Törəmə informasiyanın

qeyd edilməsi informasiyanın işlənməsi prosesi ilə bağlıdır.

İnformasiyanın çoxaldılmasının başlıca vəzifəsi idarəetmə

məqsədləri üçün yayılmasını təmin edir. Xüsusilə nəticə

informasiyası artırılaraq çoxlu sayda insanlara göndərilir. Bu proses

adətən mətbəə - çap maşınları, surətçıxarma qurğuları və digər

cihazlar vasitəsilə yerinə yetirilir.

Kodlaşdırma isə məlumatların daha yığcam və tez-tez əks

etdirilməsini, onların maşınla işlənməsinin, verilməsi və

saxlanmasının asanlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Burada bütün əlamət rekvizitləri, sözlər və informasiya elementləri

şərti rəqəm və ya hərf işarələri ilə əvəz edilir.

İnformasiyanın verilməsinin zəruriliyi ayrı-ayrı informasiya

proseslərinin müxtəlif yerdə baş verməsi, onlar arasında sıx əlaqənin

və asılılığın olması ilə bağlıdır. İnformasiyanın verilməsi onun

ötürülməsi üsullarından, istiqamətindən, informasiyanın hansı

daşıyıcıda əks olunmasında, məzmunundan asılıdır.

Qeyd etmək lazımdır ki, informasiyanın ötürülməsi iqtisadi

informasiyanın məruz qaldığı çevrilmələrin biri kimi nəzərdən

keçirilməlidir. Rabitə növünün seçilməsi informasiyanın

ötürülməsinin texniki vasitələrinin tərkibini müəyyənəşdirir.

İnformasiyanın saxlanması və axtarışı prosesi onun uzun

müddət öz əhəmiyyətini itirməməsi, dövrü xarakter daşıması, təkrar

işlənmə məqsədləri üçün istifadə olunmasından və s. irəli gəlir. İstər

ilkin və istərsə də törəmə informasiya müxtəlif müddətli saxlanmaya

və axtarışa məruz qalır.

Məlumatların xətti təşkili zamanı birinci və sonuncu qeyd

istisna olmaqla hər bir yazılış özündən əvvəlki və sonrakı yazılışla

əlaqədar olur. Məlumatların təşkili üsulunda onların ardıcıl və qeyri-

Page 61: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------61---------------------------------------------

xətti üzrə təşkilini fərqləndirmək lazımdır. Məlumatların ardıcıl

təşkili zamanı qeydlər qəbul edilmiş məntiqi qaydaya uyğun olaraq

bir-birinin ardınca ciddi şəkildə yaddaşda yerləşdirilir. Qeydlərin

məntiqi qaydası onların işlənməyə cəlb olunma ardıcıllığı ilə

müəyyən olunur. Məlumatların ardıcıl təşkili bir qayda olaraq massiv

və fayl anlayışlarına uyğun gəlir.

Məlumatların qeyri-xətti təşkili yazılışlar çoxlugundan ibarət

olmaqla, hər biri ixtiyari sayda özündən əvvəlki və sonrakı yazılarla

əlaqədə olur. Məlumatların qeyri-xətti təşkilinin əsas variantı

məlumtların ağac şəkilli, siyahı və çəpər təşkili hesab edilir.

Hər hansı bir operator vasitəsilə informasiyanın yazılması və

oxunması üçün istifadə olunan yaddaş sahəsi səhifə adlnır.

İnformasiyanın mürəkkəblik səviyyəsi və formaları obyektin və

subyektin keyfiyyət xarakteristikalarından, ötürülən siqnalların

tipindən asılıdır. Biliklər haqqında danışdıqda insan cəmiyyətində

fəaliyyət göstərən informasiyanın ən yüksək səviyyəsi başa düşülür.

Bilik olaraq B-dən gələn və A-da qəbul edilən hər cür informasiya

deyil, yalnız onun çevrilmiş və yenidən işlənilmiş hissəsi çıxış edir.

Yenidən işlənilmə zamanı informasiya işarə formasını almalı və

yaddaşda saxlanan digər biliklər vasitəsilə ifadə olunmalıdır,

informasiya mənaya və dəyərə malik olmalıdır. Aydındır ki, bilik hər

zaman informasiyadır, hər cür informasiya bilik deyildir.

İnformasiyanın biliyə çevrilməsində bir sıra qanunauyğunluqlar

vardır, bu qanunauyğunluqlar biliyi ictimai əlaqələr sisteminə,

müəyyən əsrin mədəni kontekstinə daxil edir. Buna görə də bilik

yalnız ayrı-ayrı fərdlərin deyil, bütünlükdə cəmiyyətin sərvətinə

çevrilir.

Eyni zamanda informasiya sadəcə inikasın nəticəsi deyil,

sadəcə verilənlər və ya bilik deyil. Yalnız istehlakçı ilə qarşılıqlı

əlaqədə olduqda verilənlər və ya bilik məlumat xarakteri alaraq

informasiyaya çevrilir. İnformasiya daima dövriyyədə və hərəkətdə

olan verilənlərdir. Yığılan, saxlanan, yenidən işlənilən, ötürülən və

inkişaf edən sistemin istifadə etdiyi bilikdir. Bilik yalnız o zaman

informasiyanın keyfiyyətini əldə edir ki, o, idarəetmənin əsası kimi

Page 62: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------62---------------------------------------------

fəaliyyət göstərir və ya fəaliyyət göstərə bilər. İnformasiya yalnız

hərəkətin, çevrilmənin, istifadənin və idarəetmənin olduğu yerdə

mövcuddur.

İnformasiyanın nisbiliyi özünü nədə göstərir? Təşkil səviyyəsi

müxtəlif olan sistemlər eyni bir mənbədən özünün informasiya

səviyyəsinə uyğun informasiyanı çıxarır. Müəyyən davranış və

hərəkət proqramlarının qurulması üçün informasiyanın istifadə və

saxlanma vəziyyəti prinsipialdır. Məhz bu, informasiyanı idarəetmə

prosesi ilə əlaqələndirərək onun funksional konsepsiyasının əsasını

təşkil edir. Bununla əlaqədar olaraq N.İ.Jukov qeyd edir ki,

“informasiya bütün materiyanın substansional xassəsi deyil,

idarəetmə sisteminin funksional xassəsidir”.

İnformasiya ilə onun dəyəri (mənası) arasında dəqiq fərqi

müəyyənləşdirmək olar. İnformasiya insanla qarşılıqlı əlaqədə olan

istənilən sistemin ayılmaz verilənidir. Dəyər (məna) o zaman əldə

edilir ki, alınmış informasiya müəyyən kontekstə yerləşdirilsin, yəni

informasiya o zaman qiymətli (əhəmiyyətli) olur ki,sistem tərəfindən

artıq qəbul edilmiş mövcud informasiya ilə təhlil, müqayisə və

inteqrasiya edilmiş olsun.

İnformasiyanın kəmiyyət və keyfiyyət baxımından analizı,

onun sabitlik, mürəkkəblik, kütləvilik və informasiya sistemlərinin

xidmətetmə qabiliyyətinin analiz edilməsini nəzərdə tutur.

İnformasiyanin sabitliyə görə analizi sabitlik əmsalı düsturuna

əsaslanır:

h

tst

n

nK (1)

tn - t zaman müddətində nomenklaturada dəyişməyən

mövqelərin sayı;

hn - nomenklaturada mövqelərin sayı.

Sabitlik əmsalının optimal qiyməti təqribən - 95.03stK .

İnformasiyanin mürəkkəbliyi mürəkkəblik, kütləvilik və

dəyişmə əmsallarının hesablanmasına əsaslanır.

Page 63: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------63---------------------------------------------

a) mürəkkəblik əmsalı:

forma

inm

n

nK (2)

inn - işçi proqramın operator və ya komandalarının sayı;

forman - törəmə göstəricilərin formalarının sayı.

b) dəyişkənlik əmsalı:

n

bashtrans

n

nn (3)

bashn - hesablama üçün ilkin verilənlərin sayı;

nn - nəticə göstəricilərinin sayı.

c) kütləvilik əmsalı:

forma

uk

n

nK (4)

un - verilən hesablama üzrə göstəricilərin ümumi sayı;

forman - bu hesablamada forma göstəricilərinin ümumi sayı.

Kütləvilik əmsalı nə qədər böyük olarsa, informasiya

proseslərinin kompüterləşdirilməsi bir o qədər sərfəlidir.

İnformasiyanın xidmətetmə qabiliyyəti aşağıdakı düsturla

hesablanır:

per

ixqT

çixişgirişumNK

),,(inf (5)

perT - informasiyanın çevrilməsi periodunun müddəti (gün,

həftə, dekada, ay, il).

Page 64: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------64---------------------------------------------

2.5.İNFORMASİYANIN QİYMƏTLƏNDİRİLMƏSİ

İnformasiyanın qiymətləndirilməsi üçün istifadə olunan bit

anlayışı ilk dəfə 1928 - ci ildə amerikalı riyaziyyatçı R.Xartli (1888-

1970) tərəfindən elmə daxil edilmişdir.

Burada, n - mümkün olan seçmələrin sayıdır. Bu cür

qiymətləndirilmə K. Şennon tərəfindən təkmilləşdirilmişdir. Həmin

üsul loqarifmlərdən, ehtimal nəzəriyyəsindən istifadəyə əsaslanır.

Burada baş vermə ehtimalları eyni olan iki hissədən birinin baş vermə

ehtimalının hesablanması əsas götürülür və ikilik əsasda loqarifmlər

üzrə həmin ehtimalların cəmi şəklində hesablanır.

İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi olmadan

informasiya sistemlərinin parametrlərini hesablamaq qeyri-

mümkündür. Məsələn: informasiyanı saxlamaq üçün yaddaş

qurğusunun ölçüsü, onun lazımi ötürmə sürəti və digər texniki

xarakteristikalarının müəyyən edilməsinin xüsusi əhəmiyyəti vardır.

Son dövrlərdə elektronikanın inkişafı ilə əlaqədar

informasiyanın ən kiçik ölçü vahidi olan bitdən (binorydigit) yaranan

aşağıdakı daha böyük olan ölçü vahidindən geniş istifadə olunur:

1 Bayt = 8 bit

1 Kilobayt ( Kbayt) = 1024 bayt = 210 bayt

1 Meqabayt ( Mbayt ) = 1024 kilobayt = 220 bayt

1 Qiqabayt ( Qbayt ) = 1024 meqabayt = 230 bayt və s.

İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsinin göstərilən

qaydaları informasiyanın saxlanması sisteminin binar təşkili ilə üzvi

surətdə əlaqələndirilməsinə imkan verir.

Page 65: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------65---------------------------------------------

İnformasiyanın kodlaşdırılması üçün xüsusi standarlardan

istifadə olunur. Buna misal olaraq Unicode, ASCII, İSO, KOI-8 və s.

göstərmək olar. Ən geniş yayılmış standartlardan biri – ASCII

(American Standart Code for İnformation İnterchange- İnformasiya

mübadiləsi üçün standart Amerika kodu) kodudur. Bu standartlarda

latın əlifbasının böyük və kiçik hərflərinin, onluq rəqəmlərin, hesab

və məntiq əməllərinin, durğu işarələrinin ikilik rəqəmlərin

kombinasiyasından ibarət kodu var. Hər simvol üçün bir bayt

uzunluğunda kod nəzərdə tutulur.

Raulf Vinton Layon Xartli

(ingiliscə Ralph Vinton Lyon Hartley -

30.04.1916-24.02.2001 ) amerika

alimi, elektronika sahəsində

mütəxəssisdir. Alimin yaratdığı

generatora Xartli adı verilmişdir,

Xartli çevrilməsinin müəllifidir,

informasiya nəzəriyyəsinə sayılan

tövhələr vermişdir. 1928-ci ildə

informasiyanın loqorifmik ölçüsünü

(H=Klog2(M) informasiya elminə

daxil etmişdir (ölçü informasiyanın

Xartli ölçüsü adlanır).

Sıfır və birlərin ardıcıllığı ilə təkcə mətni informasiyanı deyil,

qrafik informasiyanı da kodlaşdırmaq olar. Adətən şəklin 1sm2-də 24

nöqtə olur. Şəkil rəngsizdirsə, onda ağ (0) və qara (1) nöqtələri təsvir

etmək üçün 1 bitdən istifadə olunur.

Kodlaşdırma informasiyanın avtomatlaşdırılmış işlənməsi

prosesinin sürətləndirilməsinə və asanlaşdırılmasına imkan verir.

Belə ki, bu halda informasiya elementlərin çeşidlənməsi və nizama

Page 66: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------66---------------------------------------------

salınması, yadda saxlanması, axtarışı, işlənməsi və ötürülməsi prosesi

əhəmiyyətli dərəcədə asanlaşır və tez başa gəlir.

2.6.MƏTN TİPLI İNFORMASİYANIN KODLAŞDIRILMASI

Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə

müxtəlif standartlara əsaslanır, lakin əsas standart ABŞ-da ANSI

Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or

Information Interchange) standartı olmuşdur. Bütün tələblərin hər kəs

tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul

edilmişdir:

1.Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə

qədər) kompüter, printer və başqa qurğuların istehsalçılarına

verilmişdir. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər.

Lakin sonradan istehsalçılar tərəfindən bu kodlar üçün də standartlar

işlənilmişdir, bu standartları qəbul etməyənlər isə sadəcə olaraq öz

məhsullarını sata bilmədiklərinə görə bazardan çəkilmişlər. Məsələn,

bütün kompüter sistemlərində 13 kodu mətn daxil edilərkən abzasın

bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir.

2.Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər

olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi

simvolların kodlarını təşkil edir. 128-dən 255-ə qədər olan kodları isə

hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər.

1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif

edilmişdir. Bu sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt

istifadə edilir: 1 bayt – simvolun kodlaşdırılması üçün, bir bayt isə

əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun

ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.

Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər

hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode

standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni

zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə

dünyanın bütün əlifbalarını özündə saxlamağa imkan verir. Bu 65536

kodun arasında “Ə”, “ə” hərfi üçün də (türk əlifbasında olduğundan

Page 67: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------67---------------------------------------------

dilimizin o biri “qeyri-standart” hərflərinin Unicode kodları əvvəldən

məlum idi) yer tapıldı.

Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-

baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və

həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı

çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.

Əlifba qaydası.

İstənilən dilin əsasını əlifba təşkil edir. Əlifba – istifadə edilən

simvolların sonlu çoxluğudur. Əlifba qaydası hər hansı əlifbanın

simvollarından təşkil olunmuş mətndə olan informasiyanın miqdarını

hesablamağa imkan verir.

Əlifbada olan simvolların sayı əlifbanın qüvvəti adlanır.

Məsələn, azərbaycan əlifbasında 32, ingilis əlifbasında 26, onluq say

sistemində 10, ikilik say sistemində 2 simvol var.

Əlifbadakı hər bir simvol müəyyən informasiya daşıyır.

Əlifbanın bir simvolunun daşıdığı informasiyanın qiyməti – I

aşağıdakı düsturla hesablanır:

I=log2N

Burada, N - əlifbanın qüvvətidir və onu aşağıdakı düsturla

hesablamaq olar:

N=2I

Bildiyimiz kimi, kompüter sistemində 256 simvolluq əlifbadan

istifadə edilir. Yəni ASCII cədvəlində 256 simvol olduğundan,

N=256, I = log2256=8, I = 8 bit = 1 bayt. Yəni hər bir simvol

yaddaşda 8 bit və ya 1 bayt yer tutur.

2.7.QRAFİKİ İNFORMASİYANIN KODLAŞDIRILMASI

Təqdimolunma formasından (rastr və ya vektor) asılı

olmayaraq, qrafik informasiya kompüterin ekranında rastr

formatında kodlaşdırılır. Bu zaman hər bir görüntü rəngli nöqtələrdən

– piksellərdən təşkil edilmiş düzbucaqlı cədvəldən ibarət olur. Hər bir

nöqtənin rəngi və parlaqlığı ədədlə ifadə olunur ki, bu da qrafik

Page 68: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------68---------------------------------------------

informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə

imkan verir.

Görüntünün bir pikselinin rəngini kodlaşdırmaq üçün istifadə

olunan bitlərin miqdarına rəng dərinliyi deyilir. Bildiyiniz kimi, 1

bitlə 2 rəngi (21), 2 bitlə 4 rəngi (22), 4 bitlə 16 rəngi (24), 8 bitlə 256

rəngi (28) kodlaşdırmaq mümkündür. Rəqəmsal videoda rəng

dərinliyi üçün 15 bit yetərli olur. Rənglərin gerçək foto keyfiyyətində

olması üçün ən azı 24 bit lazımdır.

1 bit (2 rəng) 24 bit (16 777 16 rəng) 4 bit (16 rəng)

Qrafik faylın həcmini tapmaq üçün onun uzunluğunda və

enində olan piksellərin sayını (uyğun olaraq, a və b) və rəngin

dərinliyini (n) bilmək lazımdır. Onda qrafik faylın həcmi (V)

aşağıdakı düsturla hesablanacaq:

V = a · b · n

Misalar üzərində aydılaşdıraq:

256 × 256 piksel ölçüsü olan rastr görüntüdə 512 rəngdən

istifadə olunub. Görüntü kompüterin yaddaşında nə qədər yer

tutacaq?

Öncə görüntünü təşkil edən piksellərin ümumi sayını tapaq.

Həlli. Bu zaman 2-nin qüvvətlərindən istifadə etməklə

hesablamaları asanlaşdırmaq olar:

a · b = 256 · 256 = 28 · 28 = 216.

Page 69: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------69---------------------------------------------

Palitra 512 rəngdən ibarət olduğundan həmin ədədi 2-nin

qüvvəti şəklində göstərməklə rəng dərinliyini tapaq:

512 = 2n ⇨ 29 = 2n⇨ n = 9.

Yəni görüntünün kodlaşdırılması zamanı 9 bitdən istifadə

olunur. Beləliklə, rastr görüntünün həcmi

V = 216 · 9 bit = 213 · 9 bayt = 23 · 9 Kbayt = 72 Kbayt olacaq.

II FƏSLƏ AİD SUALLAR

1. İnformasiya anlayışı. İnformasiyanın xassələri

2. Verilən, məlumat, siqnal anlayışlarının biri-birindən fərqi.

3. İqtisadi informasiya anlayışı

4. İqtisadi informasiyanın strukturu

5. İqtisadi informasiyanın çevrilməsi prosedurları

6. İnformasiyanın qiymətləndirilməsi

7. İnformasiyanın kodlaşdırılması: Unicode, ASCİİ, İSO,

KOİ- 8

8. Stabilik əmsalı. Mürəkkəblik əmsalı. Kütləvilik əmsalı.

Göstəricilərin transformasiya əmsalı.

9. Mətn tipli informasiyanın kodlaşdırılması

10. Qrafiki informasiyanın kodlaşdırılması

TESTLƏR

1. İnformasiya ......... şəklində ötürülür, ....... şəklində

saxlanılır.

A)) Siqnal, kod;

B) Bayt, Fayl;

C) Bit, Siqnal;

D) Siqnal, Fayl;

E) Fayl, kod.

Page 70: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------70---------------------------------------------

2. Ardıcıllıq düzdür?

A)) Verilən, informasiya, bilik;

B) İnformatika, proqram, kompüter;

C) İnformasiya, istifadəçi, verilən;

D) Bilik, verilən, xəbər;

E) Verilən, bilik, informasiya;

3. Beynəlxalq kodlaşdırma sistemi necə adlanır?

A)) ASCII

B) ANSI

C) UNICOD

D) Milli COD

E) Kodlar cədvəli

4. İnformasiyanın təsvir formaları hansılardır?

a)) Şifahi və yazılı;

b) Şifahi və qrafik;

c) Yazılı və qrafik;

d) Cədvəl və qrafik;

e) Cədvəl və rəqəm idarəetmə kodları.

5. ASCII-də 0-31-ə qədər kodlar nə üçün istifadə edilir?

A)) İdarəetmə kodlar üçün;

B) Xüsusi simvollar üçün;

C) Hesab əməlləri və xüsusi işarələr üçün;

D) Əlifbanın baş hərfləri üçün;

E) Riyazi simvollar üçün.

Page 71: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------71---------------------------------------------

6. İnformasiya nədir?

A)) Obyekt və hadisələr haqqında əldə edilmiş məlumat,

bilik, verilən;

B) Obyektin ölçüsü, verilən;

C) Hadisə haqqında məlumat;

D) Xəbər, obyektin xassələri;

E) Obyektin yeri və bilik.

7. İnformasiyanın tədqiqat aspektləri:

A)) Semantik, sintaksis, praqmatik;

B) Semantik, morfoloji, fonetik;

C) Sintaksis, qrammatik, fonetik;

D) Fonetik, praqmatik, semantik

E) Praqmatik, qrammatik, semantik

8. İnformasiyanın strukturunu nə müəyyən edir?

A)) İnformasiyanin tərkib vahidlərinin qarsiliqli əlaqəsi;

B) Kodlaşdırmanın səviyyəsi;

C) Bayt, kilobayt, meqobayt, qiqabayt;

D) İnformasiyanin dəyişmə sərhədi;

E) İnformasiyanin uzunluğu.

9. İqtisadi informasiyanın ən sadə tərkib elementləri

hansılardır?

A)) Rekvizitlər;

B) Bayt, kilobayt;

C) Massivlər;

D) Xəbərlər;

E) İnformasiya axınları.

Page 72: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------72---------------------------------------------

10.İqtisadi informasiya sistemlərində məlumatların

təşkili üsullarının hansı formaları var?

A)) Xətti, qeyri-xətti və səhifə;

B) Xətti, qeyri-xətti və ardıcıl;

C) Ardıcıl, massiv və açar əlamətləri;

D) Massiv, pilləli və iyerarxik;

E) Açar rekvizitləri, ardıcıl və massiv.

Page 73: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------73---------------------------------------------

FƏSİL III

İNFORMASİYA TEXNOLOGİYALARININ

STANDARTLAŞDIRMA SİSTEMİ

3.1.İNFORMASİYA TEXNOLOGİYALARININ

STANDARTLAŞDIRMA SİSTEMİ

Kompüter texnologiyalarının işlənilməsi sahəsində informasiya

sistemlərinin, informasiya texnologiyalarının və onların təminat

vasitələrinin keyfiyyətini qiymətləndirmək və proqram məhsullarının

sertifikatlaşdırılmasını həyata keçirmək zərurəti meydana çıxır.

Buna görə də informasiya texnolgiyalarını reallaşdıran informasiya

resurslarının, proqram məhsullarının və aparat vasitələrinin

standartlaşdırma sistemi yaradılır. Standartlar beynəlxalq normalara

uyğun olur.

QEYD: Sertifikatlaşdırma (latınca sertifico – təsdiq edirəm

deməkdir) məhsulların keyfiyyət xarakteristikalarının keyfiyyət

standart ilə uyğunluğunun təsdiq edilməsidir. Sertifikatlaşdırma

kimi sertifikatın alınma proseduru da nəzərdə tutulur.

Sertifikatlaşdırma obyektinə aşağıdakıları aid etmək olar:

Məhsul (hasilat);

Əmək (qulluq);

Menecment sistemi;

Fərd.

İnformasiya texnologiyaları informasiya sistemləri və ya

texnologiyalarının keyfiyyət normalarına uyğun standartlarla

müəyyən olunan texniki, proqram və informasiya təminatının

keyfiyyətinin məcmusu ilə xarakterizə olunur.

Page 74: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------74---------------------------------------------

Standart – konsepsus əsasında hazırlanmış, tanınmış orqan

tərəfindən təsdiq olunmuş, müəyyən sahələrdə sifarişlərin optimal

dərəcəsinə nail olmağa yönəlmiş normativ sənəddir.

Standartda fəaliyyətin müxtəlif növlərinə və ya onların

nəticələrinə aid olan qaydalar, xarakteristikalar, çox dəfə istifadə

üçün ümumi prinsiplər nəzərdə tutulur. Standart praktiki və texniki

tədqiqat təcrübəsinin nəticələrinə əsaslanmalıdır.

Standartların beynəlxalq, regional, milli və firma növləri ola

bilər. Elmi-texniki tərəqqinin səviyyəsinə uyğun olaraq düzəlişlərin

edilməsi üçün dövri olaraq standartlara yenidən baxılır. Standartlar

ümumi və ya firma, sahə üzrə ola bilər.

İnformasiya sistemləri və informasiya texnologiyalarının

keyfiyyətini təmin etmək üçün onların təminat vasitələrinin əsasında

standartlar hazırlanır. İnformasiya sistemlərinin və texnologiyalarının

təminat vasitələri - informasiya sistemlərinin layihələndirilməsində

yaradılan və ya istifadə olunan proqram, texniki, linqvistik, hüquqi və

təşkilati vasitələrdir.

Bu sahədə subyekt olaraq informasiya sistemlərinin,

informasiya texnologiyalarının və onların təminat vasitələrinin

yaradıcıları (inteqral mikrosxemlərin layihə-mühəndisləri,

proqramçılar, informasiya tədarükçüləri və b.) və informasiya

sistemlərinin istismarçıları (onların sahibləri, istifadəçilər, fiziki və

hüquqi şəxslər, dövlət hakimiyyət orqanları) çıxış edir.

Birinci subyektlər yaradıcılar, ikinci subyektlər isə sifarişçilər

adlandırıla bilər. Bu sahədə obyektlər olaraq informasiya sistemləri,

informasiya texnologiyaları və onların təminat vasitələri (proqram

təminatının texniki, linqvistik, hüquqi və təşkilati vasitələri) nəzərdə

tutulur.

Standartların aşağıdakı növləri vardır:

Əsas standart - bu, müəyyən fəaliyyət sahələri üçün özündə

ümumi və ya aparıcı müddəaları saxlayan normativ sənəddir.

Onu metodik standart adlandırmaq olar, onun əsasında digər

standartlar hazırlanır;

Page 75: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------75---------------------------------------------

Terminoloji standart – müəyyən terminlərin tərifini və

onların tətbiq nümunələrini özündə saxlayır;

Sınaq metodları standartı – müxtəlif sınaqların qaydasını və

metodikasını özündə saxlayır;

Məhsul standartı istehsal tələblərini və onun öz təyinatına

uyğunluğunu təyin edir;

Proses və ya xidmət standartı - onun obyektləri proseslər və

xidmətlərdir;

Uyuşanlıq standartı – bütünlükdə məhsulların və həm də

onların ayrı-ayrı hissələrinin uyuşqanlığını təmin edir.

Son illər istifadə olunan qabaqcıl texnologiyalardan biri COBIT

(Control Objectives for Information Related Technology -

İnformasiya və Əlaqəli Texnologiyalar üçün Nəzarət Məqsədləri)

standartlarıdır. Bu standartlar, biznes və informasiya

texnologiyalarının idarə edilməsi, biznes təhlükəsizliyinin təmin

olunması və auditin aparılması üçün istifadə olunan əsas

standartlardandır. Standartların əsas məğzini müəsissənin strateji

məqsədləri ilə informasiya texnologiyalarının məqsədlərinin

uzlaşdırılması təşkil edir. Belə ki, müəsissənin informasiya

texnologiyaları elə fəaliyyət göstərməlidirlər ki, biznes məqsədlərinə

mövcud resurslardan daha səmərəli və effektiv istifadə edilməklə nail

olunsun.

COBIT standartlarının tətbiqində ən çətin məqamlardan biri top

menecmentin korporativ dəyərlərə yanaşması, habelə informasiya

texnologiyaları və təhlükəsizliyi məqsədlərini biznes strategiyaya

uyğun inkişaf etdirmək niyyətinin olmasıdır. O cümlədən, rəhbərliyin

hərtərəfli dəstəyi, komanda işi, əlavə resurslarla səmərəli təmin

edilmə, adekvat bilik-bacarıqların və güclü iradənin olması mühüm

amillərdəndir. Bir çox hallarda digər maneələrdən biri müəsissə və

təşkilatlarda mövcud İT əməkdaşlar və infrastrukturdur. Belə ki,

əksər hallarda onlar müəsissənin biznes məqsədlərinə inteqrasiya

olunmuş şəkildə deyil, əlahiddə fəaliyyət göstərirlərmiş kimi, ancaq

“öz” sistemləri, “öz” xidmət və idarəetmələri haqqında fikirləşirlər.

Tətbiq zamanı sinxronlaşdırılmış münasib hüquqi mühitin böyük rolu

Page 76: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------76---------------------------------------------

vardır. Belə ki, İSO, SOX (Sorbanis Oksli), COSO və digər

normativlərin, standartların tətbiqi biznes proseslərinin idarə

edilməsini asanlaşdırır. Azərbaycan Respublikasında “Elektron

hökumət”in tətbiqi, dövlət orqanlarının və kommersiya qurumlarının

vətəndaşlara, istehlakçılara təqdim etdiyi xidmətlərin keyfiyyətinin

yaxşılandırılmasına yönəldilib. Bu işlərin daha da səmərəli həyata

keçirilməsi üçün beynəlxalq standartlardan, o cümlədən, COBIT

standartlarından istifadə etmək məqsədəuyğundur. Bu yüksək

texnologiyaların inkişafı istiqamətində həyata keçirilən işlərlə bağlı

“Elektron hökumət” portalının yaradılması, monitorinqi, həmçinin

elektron xidmətlərə çıxışın təmin olunması, “Elektron hökumət”in,

onun istifadəçilərinin və milli informasiya təhlükəsizliyi sisteminin

fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması,

dövlət idarəetməsinin bütün səviyyələrində inzibati reqlamentlərin

standartlaşdırılması, biznes, təsərrüfat subyektlərinin, vətəndaşların

və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən

müxtəlif xidmətlərinin inkişafı, milli informasiya təhlükəsizliyi

sisteminin monitorinqi və idarəedilməsi işlərinin təşkilində bu

standartlardan yararlanmaq mümkündür. Standartlardan istifadə

dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə daha asan

transformasiyası, E-biznes, E-bankçılıq, E-təhsil, və s. kimi

layihələrin həyata keçirilməsi də daxil olmaqla informasiya

cəmiyyətinə keçidin formalaşdırılması və inkişafını təmin edəcəkdir.

ISO 14001 standartının yeni versiyası

Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi

çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən

ISO 14001 standartının yeni versiyası işlənib hazırlanmışdır. Yeni

versiya hazırlanarkən, ISO 14001:2004 standartının tələblərinə

əsaslanıb və ISO-nun 207 saylı Texniki Komitəsinin tərtib etdiyi

“Ekoloji idarəetmə sisteminin gələcək çağırışları və ISO 14001” adlı

hesabatdakı tövsiyələr nəzərə alınıb.

ISO 14001 standartının yeni versiyasında ətraf mühitin

mühafizəsi və çirklənmənin qarşısının alınması məqsədilə,

Page 77: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------77---------------------------------------------

təşkilatlara öz fəaliyyətlərinin ekoloji aspektlərinin effetkiv idarə

edilməsi üçün tövsiyələr verilir.

Bununla yanaşı ISO 14001: 2015 standartında risklərin idarə

edilməsi və ekoloji göstəricilərin yaxşılaşdırılması kimi məsələlər də

öz əksini tapıb.

ISO/IEC 17021-in, o cümlədən, də

ISO/IEC TS 17021–2:2012 “Uyğunluğun qiymətləndirilməsi

– idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını

təmin edən orqanlara olan tələblər" ;

Hissə 2 - Ətraf mühiti idarəetmə sistemlərinin audit və

sertifikatlaşdırılmasını təmin edən personalın səriştəliliyinə

olan tələblər”;

ISO/IEC TS 17021-3:2013 - “Uyğunluğun

qiymətləndirilməsi – idarəetmə sistemlərinin auditi və

sertifikatlaşdırılmasını təmin edən orqanlara olan tələblər";

Hissə 3 – "Keyfiyyəti idarəetmə sistemlərinin audit və

sertifikatlaşdırılmasını təmin edən personalın səriştəliliyinə

olan tələblər”;

ISO/IEC TS 17021–4:2013 “Uyğunluğun qiymətləndirilməsi

– idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılmasını

təmin edən orqanlara olan tələblər";

Hissə 4 – İdarəetmə sistemlərində hadisələrin davamlılığının

audit və sertifikatlaşdırılmasını təmin edən personalın

səriştəliliyinə olan tələblər”;

ISO/IEC TS 17021–5:2014 “Uyğunluğun qiymətləndirilməsi

– idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını

təmin edən orqanlara olan tələblər";

Hissə 5 – "Aktivləri idarəetmə sistemlərinin audit və

sertifikatlaşdırılmasını təmin edən idarə heyətinin

səriştəliliyinə olan tələblər" - kimi standartın digər

versiyalarının tətbiq dairəsini genişləndirir.

Page 78: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------78---------------------------------------------

3.2.İNFORMASİYA SİSTEMLƏRİNİN HƏYAT

DÖVRÜ MODELİ

İnformasiya texnologiyasını aşağıda göstərilən əlamətlərə görə

mərhələlərə ayırırlar. Göstərilən bölgülər və illər müəyyən mənada

şərti xarakter daşıyır.

İnformasiya emalı proseslərinin və məsələlərinin növünə

görə:

1-ci mərhələ (1960-1970-ci illər) - hesablama mərkəzində

kollektiv istifadə rejimində verilənlərin emalı. İnformasiya

texnologiyasının inkişafının əsas istiqamətini insanın yerinə

yetirdiyi atil (tənbəl, ətalətli, fəaliyyətsiz) əməliyyatların

(əsasən hesablama tipli) avtomatlaşdırılması təşkil edirdi;

2-ci mərhələ (1980-ci illərdən sonra) - strateji məsələlərin

həllinə yönəlmiş informasiya texnologiyalarının yaradılması.

Cəmiyyətin informasiyalaşması istiqamətində qarşıya çıxan

problemlərə görə:

1-ci mərhələ (60-cı illərin sonuna qədər) - məhdud imkanlı

aparat vasitələri şəraitində böyük həcmli verilənlərin emalı

problemi ilə xarakterizə olunur;

2-ci mərhələ (70-ci illərin sonuna qədər) - III nəsil

kompüterlərin (IBM 360, EC seriyalı EHM və s.) geniş

yayılması ilə əlaqələndirilir. Bu mərhələnin problemi proqram

təminatının aparat vasitələrinin inkişafından geri qalmasında

idi;

3-cü mərhələ (80-cı illərin əvvəlindən) - kompüter qeyri-

peşəkar istifadəçilərin alətinə, informasiya sistemləri isə qərar

qəbuletmənin təminatı vasitəsinə çevrilir. Bu mərhələnin əsas

problemi istifadəçilərin təlabatlarını maksimum ödəmək və

kompüter mühiti ilə işləmək üçün əlverişli interfeys

yaratmaqdan ibarət idi;

4-cü mərhələ (90-cı illərin əvvəllərindən) - təşkilatlararası

əlaqələrin və informasiya sistemlərinin müasir

Page 79: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------79---------------------------------------------

texnologiyasının yaradılması. Bu bir çox problemlərlə

bağlıdır. Onlara əsasən aşağıdakılar daxildır:

Kompüter əlaqələri üçün razılaşmalar, standartların və

protokolların hazırlanması;

Strateji informasiyaya müraciətin təşkili;

İnformasiyanın mühafizəsinin və təhlükəsizliyinin

təşkili.

Kompüter texnologiyasından əldə olunan faydaya görə:

1-ci mərhələ (60-cı illərin əvvəllindən) - hesablama

mərkəzlərinin resurslarından kollektiv şəkildə istifadə etməklə

atil əməliyyatların yerinə yetirilməsi üçün informasiyanın

səmərəli emalı ilə səciyyələnir. Bu mərhələdə əsas problem

psixoloji problem idi. İnformasiya sistemlərinin istifadəçiləri

ilə onları hazırlayanlar arasında qarşılıqlı əlaqələr zəif idi.

Bunun da nəticəsində elə sistemlər qurulurdu ki, istifadəçi

onları başa düşmürdü və ona görə də geniş imkanlara

baxmayaraq, onlardan tam istifadə olunmurdu;

2-ci mərhələ (80-cı illərin əvvəlindən) - fərdi kompüterlərin

yaranması ilə bağlıdır. İnformasiya sistemlərinin qurulmasına

yanaşma dəyişdi - onlar fərdi istifadəçilər tərəfindən

qərarların qəbulunun təminatına istiqamətləndilər. Sistemin

hazırlanmasında istifadəçinin marağı artır, layihəçi ilə əlaqə

yaradılır və hər iki tərəfin bir-birini başa düşməsi baş verir.

Bu mərhələdə verilənlərin həm mərkəzləşdirilmiş, həm də

mərkəzləşdirilməmiş emalından istifadə olunur. Sonuncu

halda istifadəçilər iş yerlərində lokal bazalarla işləmək və

lokal məsələləri həll etmək imkanını əldə edirlər;

3-cü mərhələ (90-cı illərin əvvəlindən) - biznesdə strateji

üstünlüyün təhlili ilə bağlıdır və paylanmış informasiya

emalının telekommunikasiya texnologiyalarına əsaslanır.

İnformasiya sistemləri yaınız verilənlərin emalı səmərəliliyini

artırmaq üçün deyil, həm də idarəetmə heyətinə kömək etmək

üçün istifadə olunurdu. İnformasiya texnologiyaları rəqabətə

Page 80: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------80---------------------------------------------

davam gətirməkdə və üstünlük qazanmaqda təşkilatlara

kömək edirdilər.

Texnologiyanın instrumentari növlərinə görə:

1-ci mərhələ (XIX əsrin ikinci yarısına qədər) - «əl»

texnologiyası. Alətlər kimi qələm, kağız, mürəkkəb, kitab

istifadə olunurdu. Komminikasiya əl üsulu ilə poçt və ya

kuryer vasitəsilə məktubların, paketlərin göndərilməsi ilə

həyata keçirilirdi. Texnologiyanın əsas məqsədi informasiyanı

lazımi formada təsvir etmək idi;

2-ci mərhələ (XIX əsrin sonundan başlayaraq)- «mexaniki»

texnologiya. İnstrumentari kimi çap maşını, telefon, diktafon,

daha təkmil vasitələrlə təmin olunmuş poçt istifadə olunurdu.

Texnologiyanın əsas məqsədi informasiyanı lazımi formada

daha əlverişli vasitələrlə istifadəçilərə çatdırmaq idi;

3-cü mərhələ (XX əsərin 60-cı illərinə qədər) - «elektrik»

texnologiyası. İnstrumentari kimi böyük kompüterlər, elektrik

çap maşınları, kseroks, portativ diktofanlar istifadə olunurdu.

Bu mərhələdə texnologiyanın məqsədi də dəyişdi. Əsas diqqət

informasiyanın təsvir formasından məzmunun

formalaşmasına yönəldi;

4-cü mərhələ (XX əsrin 70-ci illərin əvvəlindən) - «elektron»

texnologiyası. Əsas instrumentari kimi geniş spektrli baza və

xüsusi proqram kompleksləri ilə təchiz olunmuş böyük

kompüterlər və onların əsasında qurulmuş avtomatlaşdırılmış

idarəetmə sistemləri və informasiya-axtarış sistemləri istifadə

olunurdu. Texnologiyanın ağırlıq mərkəzi ictimai həyatın

müxtəlif sahələrinin idarəetmə mühitləri üçün məzmunlu

informasiyanın formalaşmasına və analitik işin təşkilinə daha

çox istiqamətləndi. Bir sıra obyektiv və subyektiv faktorlar

informasiya texnologiyasının yeni konsepsiyasının qarşısında

qoyulan məsələlərin həllinə imkan vermədi. Lakin məzmunlu

idarəetmə informasiyasının formalaşmasında təcrübə

qazanıldı və texnologiyanın yeni mərhələsinə keçid üçün

professional, psixoloji və sosial baza yaradıldı;

Page 81: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------81---------------------------------------------

5-ci mərhələ (kecən əsrin 90-cı ilidən başlayaraq)- «yeni»

informasiya texnologiyası. Əsas instrumentari kimi müxtəlif

təyinatlı geniş çeşidli proqram məhsulları ilə təmin edilmiş

fərdi kompüterlərdən istifadə olunur. Bu mərhələdə

mütəxəssislər tərəfindən qərar qəbuletmənin təminatı

sistemlərinin qurulması ilə avtomatlaşdırılmış idarəetmə

sistemlərinin fərdiləşməsi prosesi baş verir. Bu cür sistemlər

idarəetmənin müxtəlif səviyyələri üçün məzmunlu analiz və

intellekt elementlərinə malik olub, fərdi kompüterlərdə

reallaşdırılır və telekommunikasiyadan istifadə edirlər.

Mikroprosessor bazasına keçidlə əlaqədar olaraq, məişət,

mədəniyyət və digər təyinatlı texniki vasitələr də əhəmiyyətli

dərəcədə dəyişilir. Müxtəlif sahələrdə lokal və qlobal

kompüter şəbəkələrindən, o cümlədən, İnternet şəbəkəsindən

geniş istifadə olunur.

Mövcud olan informasiya texnologiyaları 2 növə ayrılır:

1. Verilənlərin emalı texnologiyası;

2. İdarəetmənin informasiya təminatı texnologiyası.

Hər bir konkret texnologiya bu növlərdən birinə və ya hər

ikisinə aid edilə bilər.

Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik

olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı

strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu

texnologiyadan elm, təhsil, istehsal və digər sahələrdə təkrarlanma-

larla yerinə yetirilən adi əməliyyatların avtomatlaşdırılması

məqsədilə heyətin əməli fəaliyyəti səviyyəsində istifadə edilir. Bu

səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi

idarə heyətinin əmək məhsuldarlığını artırır, onu atil (tənbəl, ətalətli,

fəaliyyətsiz) əməliyyatlardan azad edir və bəzi hallarda işçilərin

sayını azaldır.

Əməli fəaliyyət səviyyəsində aşağıdakı məsələlər həll olunur:

Təşkilatın (Firmanın, şirkətin, bankın və s.) yerinə yetirdiyi

əməliyyatlar haqqında verilənlərin emalı;

Page 82: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------82---------------------------------------------

Təşkilatdakı işlərin vəziyyəti haqqında vaxtaşırı nəzarət

hesabatlarının hazırlanması. Məsələn, nağd vəsaitlərin

balansına nəzarət üçün banka daxil olan və xaric olan nağd

vəsaitlər haqqında gündəlik hesabat;

Bütün mümkün olan cari sorğulara cavab almaq və onları

kağız sənədlər və ya hesabatlar formasmda tərtib etmək.

Məsələn, müəyyən vəzifəni tutmaq üçün namizədlərə qoyulan

tələblər haqqında verilənlərin alınması məqsədilə kadrlar üzrə

verilənlər bazasına sorğu.

Bu texnologiyanı fərqləndirən xüsusiyyətlər aşağıdakılardır:

Verilənlərin emalı üzrə təşkilata lazım olan məsələlərin həlli.

Qanuna görə hər bir təşkilat özünün fəaliyyəti haqqında

verilənlərə malik olmalı və onları saxlamalıdır. Həmin

verilənlərdən təşkilatın informasiya dəstəklənməsi vasitəsi

kimi istifadə olunur. Odur ki, müasir şəraitdə hər bir

təşkilatda verilənlərin emalı sistemi olmalı və uyğun

informasiya texnologiyası işlənib hazırlanmalıdır;

Alqoritmləşdirilə bilən yaxşı strukturlaşdırılmış məsələlərin

həlli;

E-malın standart prosedurlarının yerinə yetirilməsi. Mövcud

standartlar verilənlərin emalının tipik prosedurlarını təyin edir

və bütün təşkilatlardan onlara riayət edilməsini tələb edir;

İşlərin əsas hissəsinin insanın minimal iştirakı ilə

avtomatlaşdırılmış rejimdə yerinə yetirilməsi;

Detallaşdırılmış verilənlərdən istifadə edilməsi. Təşkilatın

fəaliyyəti haqqında yazılar təftiş aparmağa imkan verən

təşkilati xarakterli olmalıdır. Yoxlanma prosesində təşkilatın

fəaliyyəti yoxlanma dövrünün əvvəlindən sonuna və

sonundan əvvəlinə qədər təftiş olunur;

Hadisələrin xronologiyasına üstünlük verilir;

Problemlərin həllinə digər səviyyələrdən mütəxəssislərin cəlb

edilməsinə az ehtiyac olur. İdarəetmənin informasiya təminatı

texnologiyasının əsas məqsədi təşkilatın qərarqəbuletmə ilə

bağlı olan bütün həmkarlarının informasiya tələbatını

Page 83: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------83---------------------------------------------

ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən

səviyyəsində faydalı ola bilər. Bu texnologiya idarəetmənin

informasiya sistemi mühitində işləməyi nəzərdə tutur və həll

olunan məsələlərin zəif strukturlaşması hallarında istifadə

olunur. İdarəetmənin informasiya sistemi təşkilatın müxtəlif

funksional bölmələrinin və ya idarəetmə səviyyələrinin oxşar

informasiya təlabatlarını ödəmək üçün daha əlverişlidir.

İnformasiya sisteminin təqdim etdiyi informasiya təşkilatın

keçmişi, bu günü və ehtimal olunan gələcəyi haqqında

məlumat ola bilər. Həmin informasiya müntəzəm və ya xüsusi

idarəetmə hesabatları şəklində verilə bilər.

Təşkilatın fəaliyyətinə nəzarət səviyyəsində qərarların qəbul

edilməsi üçün informasiya ümumiləşdirilmiş şəkildə verilməlidir ki,

verilənlərin dəyişmə meylini pozmadan kənara çıxmaların səbəblərini

və qəbul olunan qərarlarnı izləmək mümkün olsun.

Bu mərhələdə verilənlərin emalı üzrə aşağıdakı məsələlər həll

olunur:

İdarə olunan obyektin planlaşdırılmış vəziyyətinin

qiymətləndirilməsi;

Planlaşdırılmış vəziyyətdən kənara çıxmaların

qiymətləndirilməsi;

Kənara çıxmaların səbəblərinin aşkarlanması;

Mümkün qərarların səbəblərinin aşkarlanması;

Mümkün qərarların və hərəkətlərin qiymətləndirilməsi.

İnformasiya texnologiyalarının həyat müddəti bu texnologiyanı

reallaşdıran proqram və texniki təminatın həyat dövründən asılıdır.

İnformasiya texnologiyalarının keyfiyyətinin təmini və işlənilməsi

interfeyslərə, protokollara, aparat və proqram təminatına standartları

tələb edir. İnformasiya texnologiyaları üçün standartların işlənib

hazırlanması metodlarından biri də proqram təminatının həyat

dövrünün və texnoloji proseslərin təşkili və layihələndirilməsi üzrə

metodikanın və standartların işlənib hazırlanmasından ibarətdir. Hal-

hazırda bütün metodikalar və standartlar, əsasən, beynəlxalq

səviyyədə işlənib hazırlanmışdır. Bu, proqram təminatı və verilənlər

Page 84: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------84---------------------------------------------

bazası standartıdır. Avtomatlaşdırılmış informasiya sistemlərinin

keyfiyyətinin təmini qarşıya qoyulmuş məqsədlərə daha tez nail

olmaq və uğurlu fəaliyyət üçün zəruridir.

Proqram təminatının həyat dövrü müəyyən mərhələlərdə

formalaşır:

İnformasiya texnologiyalarına, proqram təminatına və ya

informasiya texnologiyalarının strategiyasına olan tələblərin

müəyyənləşməsi;

İnformasiya texnologiyalarının təhlili və tətbiqi nəticəsində

sistemə olan detallı tələbin formalaşması;

İnformasiya texnologiyalarının layihələndirilməsi və ya

tələblərin detal spesifikasiyasına keçirilməsi;

İnformasiya texnologiyalarının reallaşdırılması və ya

proqramların yazılması, istifadə olunan proqram əlavələrinə

qoyulan standartlara uyğun texniki vasitələrin sazlanması və

seçimi, əlavələrin testdən keçirilməsi;

İnformasiya texnologiyalarının tətbiqi, yeni tətbiqi sistemin

qurulması, istismara hazırlıq, informasiya texnologiyalarının

gizli çatışmayan cəhətlərinin aşkar edilməsi, sifarişçinin

tələbinə uyğun olaraq interfeysdə düzəlişlərin aparılması;

İnformasiya texnologiyalarının istismarı, proqram təminatının

dəstəklənməsi, yeni funksional genişlənmələrin planlaşdırıl-

ması.

İnformasiya texnologiyalarının işlənib hazırlanması aşağıdakı

prosesləri özündə əks etdirir:

Obyektin tədqiqi və informasiya texnologiyalarının təşkilinin

vacibliyi;

Mövcud informasiya texnologiyalarının tədqiqi;

Aparat təminatının texniki arxitekturasının, imkanlarının və

standartlarının müəyyən edilməsi;

İnformasiya axınlarının və onların emalına tələblərin

formalaşdırılması və müəyyən edilməsi;

Page 85: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------85---------------------------------------------

İstifadəçi tələbinin formalaşması və informasiya

texnologiyaları konsepsiyasının bu tələbə uyğun qurulması;

İnformasiya texnologiyalarının layihələndirilməsi, qurulan

texnologiyaların ilkin layihə həllərinin və onların hissələrinin

işlənib hazırlanması;

Proqram təminatının həyat dövrünün modelləşdirilməsi.

Proqram təminatlarının həyat dövründə istifadə olunan

proseslər avtomatlaşdırılmış sistemin həyat dövründəki proseslərə

uyğun gəlməlidir.

3.3.İNFORMASİYA SİSTEMLƏRİNİN

LAYİHƏLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ STANDARTLARIN

NÜMUNƏLƏRİ

Hal-hazırda informasiya sisteminin layihələndirilməsi və

təşkilatı üzrə bir neçə firma metodikası və standartları yaradılmışdır:

Oracle CDM;

ISO/IEC 12207 beynəlxalq standartı;

ГОСТ 34 Rusiya standartı.

Standartlar dolğun və fundamental şəkildə təşkil və inkişaf

obyekti kimi sistemi müəyyən edir, analitik, o cümlədən zəruriyyət

yaranmadığı zaman isə avtomatlaşdırılmış sistem konsepsiyasının

işlənilməsinə yönəldilmiş tədqiqat işlərini təsvir edir.

ISO 12207 standartının ilkin redaksiyası 1995-ci ildə ISO/IEC

JTC1 birləşmiş texniki komitəsi tərəfindən hazırlanmışdır. ISO 12207

– proqram təminatının həyat dövrü proseslərinin baza standartıdır,

proqram təminatının bir hissə kimi daxil olduğu avtomatlaşdırılmış

sistem layihələrinin tiplərinə və proqram təminatının müxtəlif

növlərinə istiqamətlənir. Standart proqram təminatının təşkilində və

istismarında ümumi qayda və strategiyanı müəyyən edir, proqram

təminatının bütün həyat dövrünü əhatə edir.

ISO 12207 beynəlxalq standartı hər iki tərəfin - təchiz edənin

(hazırlayanın) və alıcının (istifadəçinin) hərəkətlərinin təşkilinə

yönləndilmişdir: hər iki tərəf – eyni təşkilatdan olduqda bu standart

Page 86: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------86---------------------------------------------

eyni səviyyədə tətbiq oluna bilər. ISO 12207 standartı faktiki olaraq

təşkilat və layihə rəhbərlərinin konkret məhsul mövqelərini müəyyən

edir.

ISO standartının ümumi strukturu ümumilləşdirilmiş həyat

dövrü proseslərindən: “əldə etmə”, “təchiz etmə”, “hazırlama” və s.-

dən ibarətdir. Hər bir proses əməliyyatlar yığımına, hər bir əməliyyat

məsələlər yığımına bölünür. ISO standartının mühüm fərqi ondan

ibarətdir ki, hər bir proses, əməliyyat və ya məsələ zəruri halda

əvvəlcədən müəyyən ardıcıllıq olmadan və məsələnin ilkin verilənləri

üzrə məntiqi əlaqə saxlanılmaqla digər proses tərəfindən yerinə

yetirilir. Proqram təminatının həyat dövrü müddətində istifadə olunan

proseslər avtomatlaşdırılmış sistemin həyat dövrü müddətində

istifadə olunan proseslərlə uyğunlaşmalıdır, avtomatlaşdırılmış

sistemə və proqram təminatına olan standartları birgə istifadə

edilməsi daha məqsədəuyğundur.

ISO 12207 standartı kimi ГОСТ 34 standartı da müəyyən

üstünlüklərə malikdir. ГОСТ 34-ü tətbiq etmək avtomatlaşdırılmış

sistemin həyat dövründə iştirak edən hər iki tərəfin seçimi və

məsələsidir. Avtomatlaşdırılmış sistem elə sistemdir ki, burada

insanlar öz funksiyalarını informasiya texnologiyaları vasitəsilə

yerinə yetirir.

QEYD: ГОСТ (Государственный стандарт) rus dilindən

azərbaycan dilinə tərcümədə “Dövlət Ümumi Standartı” – DÜST

anlamını verir.

3.4.İNFORMASİYA TƏMİNATI ANLAYIŞI

İnformasiya təminatı avtomatlaşdırılmış sistemlərin mühüm

komponentidir və bilavasitə informasiya sistemlərinin funksional

altsistemləri və obyektin təşkilati strukturu ilə əlaqədardır.

İnformasiya təminatı idarə olunan obyektin vəziyyətini

xarakterizə edən informasiyanın əks etdirilməsi üçün nəzərdə tutulub,

idarəetmə qərarlarının qəbulunda əsas rol oynayır.

Page 87: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------87---------------------------------------------

İnformasiya təminatının əsasını informasiya təşkil edir.

İnformasiyanın maşın emalı nəzəriyyəsində texnologiyaya

münasibətdə idarəetmə məqsədilə informasiyanın – yığım, ötürülmə,

saxlanma və emal obyekti olan məlumatlar məcmusunun

çevrilməsinə baxılır. İnformasiya əmək predmeti və aləti olmaqla

sənədlərdə və maşın daşıyıcılarında qeydə alına bilər.

İnformasiya əmək aləti kimi idarəetmə qərarlarının qəbul

edilməsi məqsədilə idarəetmə obyektinə qarşılıqlı təsir edir, əmək

predmeti kimi informasiya texnologiyalarının əsasını təşkil edir.

İnformasiya təminatının maşındaxili və maşınxarici informasiya

təminatına bölgüsü tamamilə şərtidir, belə ki, iqtisadi məsələlərin

müasir avtomatlaşdırılmış texnologiyası əsasən kompüter

informasiya sisteminin yaddaşında yerləşdirilmiş informasiya

fayllarından (İnformasiya faylı – iqtisadi məsələlərin

avtomatlaşdırılmış emalı zamanı kompüterin yaddaşında saxlanan

əsas struktur vahididir) təşkil olunur. Kompüterdə ilkin sənədlərin

avtomatik təşkili baş verir, bu halda kağız daşıyıcısıdan daim

daxiletmə ixtisara düşür. Sənəd dövriyyəsi (Sənəd dövriyyəsi –

sənəddə ilk yazının yerinə yetirildiyi andan sənədin arxivə veriləcəyi

ana qədər keçmə ardıcıllığıdır) avtomatlaşdırlımış forma əldə edir,

onun hərəkət marşrutu maşın proqramı ilə təyin edilir.

3.5.İNFORMASİYA TƏMİNATININ STRUKTURU

İnformasiya təminatının strukturuna daxildir:

Predmet sahəsinin göstəricilər sistemi (məsələn, mühasibat

uçotunun maliyyə-kredit fəaliyyətinin göstəriciləri və s.);

Iqtisadi informasiyanın kodlaşdırılması və təsnifatı sistemləri;

Əllə və ya avtomatik təşkil edilən vahid sənədləşdirmə

sistemi;

Elektron sənəd dövriyyəsinin təşkilinin müxtəlif

variantlarından istifadə etməklə informasiya axınları;

Page 88: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------88---------------------------------------------

Maşın daşıyısılarında saxlanan, müxtəlif təşkil olunma

dərəcəsinə malik avtomatik emalı zəruri olan informasiya

massivləri (fayllar).

İnformasiya təminatının təyinatına aşağıdakılar daxildir:

İstifadəçinin preşəkar məsələlərinin həlli üçün idarəetmə

qərarlarının hazırlanmasında avtomatlaşdırılmış informasiya

texnologiyaları vasitəsilə informasiyanın təsvirinin təminatı.

Reqlamentləşdirilmiş məsələlərin həlli üçün və eləcə də,

informasiya-arayış xidməti rejimində fəaliyyət göstərmək

üçün verilənləri formalaşdırmağa imkan verən səmərəli

saxlanma və axtarışın təşkili.

İnformasiya təminatının əsasını predmet sahəsinin göstəriciləri

sistemi təşkil edir. Məsələn, mühasibat uçotunda göstəricilər sistemi

uçotun müxtəlif bölmələri, maliyyə hesabatları ilə təyin olunur; bank

fəaliyyətində göstəricilər sistemi hüquqi şəxslərin, kredit, depozit və

valyuta əməliyyatlarının, fiziki şəxslərin əmanətlərinin və s. hesab-

kassa xidmətləri ilə əlaqədardır.

İnformasiya təminatının tərkibi informasiya sistemlərinin

layihələndirilmə mərhələsində istifadəçilərin fəal iştirakı ilə

müəyyənləşdirilir. İnformasiya təminatının təşkilində əhəmiyyətli rol

məsələnin qoyuluşunun nəticələrinə ayrılır, nəticələrin alınmasında

istifadəçilər ilkin və törəmə sənədlərin konkret tərkibini, strukturunu

və onların təşkili üsullarını müəyyən edirlər. İnformasiya təminatının

layihələndirilməsi avtomatik emal texnologiyası və proqram təminatı

ilə sıx əlaqədə həyata keçirilir.

3.6.İNFORMASİYA TEXNOLOGİYASININ HÜQUQİ

TƏMİNATI

Yeni informasiya və telekommunikasiya texnologiyalarının

birgə tətbiqi iqtisadiyyatın, siyasətin, dövlətin, cəmiyyətin və

vətəndaşın fəal və səmərəli inkişafı yolunda çox böyük imkanlar

açmışdır. Bununla belə, informasiya sistemlərinin hazırlanmasında və

istifadəsində ayrı-ayrı şəxslərin, təşkilatların və dövlət orqanlarının

Page 89: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------89---------------------------------------------

hüquq və öhdəçilikləri ilə əlaqədar mübahisələr, şərti pozmalar və

cinayət halları baş verir. Bununla əlaqədar olaraq beynəlxalq

qanunvericilikdə informasiya hüququ adlı sahə yaranmışdır və inkişaf

edir. İnformasiya təminatının istifadəçiləri və onu hazırlayanlar

arasındakı münasibət, informasiyanın təşkili, saxlanması və

genişləndirilməsi prosesində iştirak edən subyektlərin hüquq və

azadlıqlarının möhkəmləndirilməsi informasiya hüququnun qanunları

və normativ hüquq aktları vasitəsilə tənzimlənir.

İnformasiya hüququnun pozulması informasiya qanunvericiliyi

normalarının pozulması və kompüter cinayətləri ilə əlaqədardır.

İnformasiya texnologiyalarının təşkili və istifadəsi zamanı:

İnformasiya resurslarının formalaşma və genişlənmə hüququ;

İnformasiya məhsullarından istifadə hüququ;

Yığılmış informasiyanın yerləşdirilməsi, seçim metod və

üsulları üzrə əqli mülkiyyət hüququ;

Maşın daşıyıcıları üzərində əşya mülkiyyət hüququ;

İnformasiya resurslarının sahiblərinin resursların həqiqiliyinə,

keyfiyyətinə və aktuallığının birqiymətliliyinə məsuliyyət

hüququ;

Bütün kateqoriyalı təhlükələrdən resursların mühafizə

məsuliyyəti ilə əlaqədar hüquqi münasibətlər ortaya çıxır.

Bunlarla əlaqədar olaraq informasiya sahəsində hüquqi

münasibətləri tənzimləmək qanunauyğundur.

İnformasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi – şəxsiyyətin, cəmiyyətin və dövlətin

informasiya sahəsində həyati əhəmiyyətli maraqlarının mühafizə

olunma vəziyyətidir. İnformasiya sahəsində şəxsiyyətin, cəmiyyətin

və dövlətin həyati əhəmiyyətli maraqlarına hədələri üç kateqoriyaya

ayırmaq olar:

Şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya hüquqi

azadlıqlarına hədələr;

Yalan məlumatın, yararsız və yanlış informasiyanın təsir

hədələri;

Page 90: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------90---------------------------------------------

Kənar şəxslərin qanunauyğun olmayan icazəsiz təsirlərinin

hədələri.

Birinci kateqoriyalı hədələr şəxsiyyətin, cəmiyyətin və dövlətin

hüquqlarına və azadlıqlarına edilən hədələrdir, buna görə də istehsal

hüququ, informasiyanın genişlənmə, axtarış, alınma, ötürülmə və

istifadə hüququ, əqli və fiziki mülkiyyət hüququ mühafizə

olunmalıdır.

İnformasiya resurslarının, informasiya sistemləri və

texnologiyalarının bütün növləri yalan məlumatın və ya yanlış

informasiyanın təsirlərindən qorunmalıdır.

Üçüncü kateqoriyalı hədələr, hər şeydən əvvəl, icazəsiz

informasiya ilə bağlıdır. İnformasiya mühitinin bütün sahələrində

informasiyanın icazəsiz təsirlərdən qorunma vasitələri, şəxsi sirr,

şərəf və ləyaqətin müdafiə hüququ olmalıdır.

Müəlliflik hüququ yaradıcı informasiyanın təşkili prosesində

meydana çıxır. Kompüter proqramlarının müəllifləri, yığılmış

informasiyanın yerləşdirilməsi və seçimi üsul və metodlarına dair

verilənlər bazasının yaradıcıları bu hüquqa malik olurlar. Müəlliflik

hüququ qanunvericiliyinə uyğun olaraq həm nəşr edilmiş, həm də

nəşr edilməmiş əsərlər yayılır, bunun üçün qeydiyyat və ya xüsusi

tərtibat tələb olunmur. Rəsmi sənədlər, ideyalar, metodlar, üsullar,

konsepsiyalar müəlliflik hüququnun obyektləri ola bilməz.

Müəlliflik hüququ müəllifə öz əsərinə görə şəxsi mülkiyyət

hüququ verir. Əqli mülkiyyət hüququ müqaviləyə uyğun olaraq digər

şəxslərə və ya təşkilatlara verilə bilər. Mülki hüquqlarından asılı

olmayaraq şəxsi qeyri-mülki hüquq müəllifə məxsusdur. Mülki

hüquqlardan fərqli olaraq ada verilən bu hüquq satıla və ya digər

şəxsə verilə bilməz.

Proqramçı və ya kompüter texnologiyaları firmasının işçisi öz

əsərlərindən istisna istifadə hüququna malikdir. İnformasiya

texnologiyasının və ya sisteminin sahibi müqavilədə öz aparat və ya

proqram məhsulunun lisenziyalı hər bir versiyasından alınan gəlirin

istifadə hüququnun ötürülməsi haqqında müəyyən hüquqa malikdir.

Lakin son illərdə bir çox ölkələrdə kompüter piratlığı inkişaf edir. Bu

Page 91: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------91---------------------------------------------

termin altında ilk növbədə müəlliflik hüququnun pozulması -

lisenziyası olmayan proqram məhsullarının buraxılışı və genişlənməsi

nəzərdə tutulur.

Pozulmaların aşağıdakı növlərinə çox tez-tez təsadüf edilir:

Proqram məhsullarının kompakt disklərə yazılması yolu ilə

onların saxta nüsxələrinin hazırlanması və yayılması;

Qeyri-leqal nüsxələrin sərt disklərə yazılması və bu cür

proqram təminatı ilə kompüterlərin satışı;

Yayılma üçün beynəlxalq rabitə kanalları istisna olmaqla

telekommunikasiya vasitələrindən istifadə.

Piratlıqdan informasiya texnologiyaları istifadəçiləri əziyyət

çəkirlər.

Əvvəla, onlar özlərini leqal istifadəçiyə həmişə müşayiətedici

sənədlər təqdim edən, istifadəçini lazımi məsləhətlərlə və məhsulun

texniki müşayiətinin digər formaları ilə təmin edən hüquqi sahibi -

firmanın texniki dəstəyindən məhrum edirlər.

İkincisi, istifadəçiləri kompüter viruslarına yoluxma təhlükəsi

təhdid edir.

Ücüncü, lisenziyası olmayan məhsullar proqramın tamlığına,

onun bütün funksiyalarının yerinə yetirilməsinə zəmanət vermir.

Müasir qanunlar informasiyanın təşkili və istifadəsi ilə əlaqədar

olaraq baş verən münasibətləri tənzimləyir. Müəlliflik hüququnun

pozulması vətəndaş, inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Kompüter piratlığı ilə mübarizə xüsusilə son illərdə daha da

fəallaşmışdır.

Məhdud daxilolmadan informasiyanın mühafizəsi

İnformasiya axınları müraciət nöqteyi-nəzərindən iki qrupa

bölünür:

İnformasiya mühitində sərbəst yayılan açıq daxilolma;

Yalnız məxfi və ya gizli şərtlər daxilində yayılması mümkün

olan məhdud daxilolma.

Bütün informasiya sərbəst yayıla və istifadə oluna bilər.

Respublika konstitusiyası bütün vətəndaşlara informasiyanın ekoloji,

Page 92: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------92---------------------------------------------

iqtisadi, siyasi, elmi və digər növlərinə qanunla məhdudlaşdırılmayan

sərbəst daxilolma təminatı verir.

İnformasiyanın növlərinə:

məhdud daxilolma;

vətəndaşlar haqqında sənədləşdirilmiş informasiya və bəzi

məhkəmə qərarları;

dövlət, kommersiya, xidməti sirlər;

respublika konstitusiyası, qanun və qərarları ilə qanuni

məhdud daxilolmaya malik digər informasiya aiddir.

İstənilən informasiya məhsulu əqli əməyin nəticəsidir.

İnformasiya məhsulunun layihələndirilmə və reallaşdırılması prosesi

əhəmiyyətli dərəcədə maliyyə, maddi və əmək məsrəfləri ilə

əlaqədardır. Bütün bunlar proqram təminatı yaradıcılarının

hüquqlarının proqramların icazəsiz istifadə olunmasından

mühafizəsinin təşkili üzrə tədbirlərin hazırlanması zərurətini

şərtləndirir.

Bir çox ölkələrdə icazəsiz surət çıxarmalar və informasiya

məhsullarının yayılması cinayətdir, bu cür bizneslə məşğul olan

şəxslər isə inzibati hüquq və ya cinayət hüququ qaydasında

cəzalandırılırlar.

Lakin müəllif hüququ istehsalçının maraqlarının müdafiəsini

təmin etmək iqtidarında deyil, buna görə də əlavə mühafizə tədbirləri

tələb olunur. Bunlara daxildir:

İnformasiya məhsullarının hazırlanmasında tətbiq olunan və

onların orijinallığını təmin edən yeni yanaşma və ya

metodların işlənilməsində və istifadəsində patent mühafizəsi;

Lisenziyalı razılaşmalar. Bu halda birinci şəxs (lisenziya

verən) lisenziya ödəmələrini yığmaqla öz gəlirlərini artırır,

ikincisi (lisenziya alan) isə alınmış hüquqlardan istifadə

hesabına qazanc əldə edir. Lisenziyalı razılaşmalar

informasiya məhsullarının hüquqi mühafizəsinin bütün

aspektlərinə yayılır.

İnformasiyanın bütün növləri, informasiya resursları,

informasiya sistemləri və informasiya texnologiyaları yanlış

Page 93: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------93---------------------------------------------

informasiya təsirlərindən qorunmalıdır. İnformasiya mühitinin bütün

sahələrində informasiyaya məhdud daxilolmadan mühafizə vasitələri

olmalıdır.

III FƏSLƏ AİD SUALLAR

1. İnformasiya texnologiyalarının standartlaşdırma sistemi.

2. Sınaq metodları standartı. Proses və ya xidmət standartı.

Uyuşqanlıq standartı.

3. İnformasiya sistemlərinin həyat dövrü modeli. Proqram tə-

minatının həyat dövrü. İmkanlarının və standartlarının

müəyyən edilməsi.

4. İnformasiya texnologiyalarının layihələndirilməsi

5. İnformasiya sistemlərinin layihələndirilməsi sahəsində stan-

dartların nümunələri. Oracle CDM. ISO/IEC 12207 beynəl-

xalq standartı. ГОСТ 34 Rusiya standartı.

6. Standart proqram təminatı. ISO standartının ümumi

strukturu. Avtomatlaşdırılmış sistem.

7. İnformasiya təminatı anlayışı. İnformasiya təminatının

strukturu

8. İnformasiya texnologiyalarının hüquqi təminatı

9. İnformasiya təhlükəsizliyi

10. Müəlliflik hüququ

11. Məhdud daxil olmadan informasiyanın mühafizəsi

TESTLƏR

1. ISTF (İnternet Security Task Force) konsersumu neçə

sahəni əhatə edir?

A.) 20

B.) 14

C.) 18

D) 16

Page 94: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------94---------------------------------------------

E)) 12

2. ISTF (İnternet Security Task Force) konsersumu nə

məqsəd üçün yaradılıb?

A.)İnternetin avadanlıqlar ilə təmin edilməsi üçün əsasnamələrin

hazırlanmasından ötrü;

B.)İnternetdə işləyərkən modemi təmir etmək üçün;

C.)İnternetdə işləyərkən təhlükəsizliyin pozulması üçün;

D.)) İnternetdə işləyərkən təhlükəsizliyin təmin edilməsi üçün

əsasnamələrin hazırlanmasından ötrü;

E.)İnternetdə işləyən qurğuların təmirinin təmin edilməsi üçün

əsasnamələrin hazırlanmasından ötrü.

3.İnformasiya şəbəkələri çərçivəsində sistem hansı

təhlükəsizlik mexanizmlərinə əlçatan olmalıdır?

A.)Heç bir mexanizmə malik olmamalıdır;

B.)) Kriptoqrafiya mexanizminə;

C.)Politologiya mexanizminə;

D.)Çoğrafiya mexanizminə;

E.))Astrologiya mexanizminə.

4.Sistemə olunan hədələrin aşkarlanmasının neçə növündən

istifadə olunur?

A.)) 6

B.) 2

C.) 3

D.) 4

E.) 5

5. Ən çox rast gəlinən hədələr hansılardır?

A.) Şəbəkə siqnalları, şəbəkə virusları;

B.))Şəbəkə virusları, sistemə kanardan daxil olma cəhdləri;

Page 95: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------95---------------------------------------------

C.)Şəbəkə şlüzləri, sistemə daxildən və xaricdən hədə;

D.)Şəbəkə protokolları, sistemə daxildən hücum;

E.)Şəbəkə marşrutlaşdırıcıları, şəbəkə virusları.

6. İnformasiya təhlükəsizliyinin konseptual modelinə aiddir:

A.) texniki təminat

B.))müdafiə məqsədləri

C.)informasiya sistemləri

D.)informasiya resursları

E.)informasiyanin emalı

.

7. Müəllif hüququnun əsas prinsiplərinə aiddir

A.) düzgün cavab yoxdur

B.)müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqlqrı ilə uzlaşması

C.)yaradıcılığın azad olması, müəllifin şəxsi maraqlarının

cəmiyyətin maraqlqrı ilə uzlaşması, müəllifin şəxsiqeyri əmlak

hüqunun özgəninkiləşdirilməzliyi, müəllif müqaviləsinin azadlığı

D.)yaradıcılığın azad olması, müəllifin şəxsi maraqlarının

cəmiyyətin maraqlqrı ilə uzlaşması

E.)müəllifin şəxsiqeyri əmlak hüqunun özgəninkiləşdirilməzliyi,

müəllif müqaviləsinin azadlığı

8. Müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanun

ibarətdir

A.) 7 bölmədən və 40 maddədən

B.) 4 bölmədən və 41 maddədən

C.) 6 bölmədən və 42 maddədən

D.) 5 bölmədən və 46 maddədən

E.)) 5 bölmədən və 47 maddədən

9. Patent hüququnun əsas funksiyalarına aiddir: 1) elmi

əsərlərin yaradılması üzrə fəaliyyətin həvəsləndirilməsi 2) texniki

Page 96: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------96---------------------------------------------

qərarların mühafizəsi 3) cəmiyyətin maraqlarına uyğun əsərlərin

geniş istifadəsi üçün şəraitin yaradılması 4) bədiikonstruktor

qərarlarının mühafizəsi

A.) 1, 3

B.) 1, 4

C)) 2, 4

D.) 1, 2

E.) 3, 4

10. Patent hüququnun əsas prinsiplərinə aiddir:

A.) yalnız rəsmi qaydada patent qabiliyyətli ixtira hesab edilmiş

araşdırmaların mühafizə edilməsi

B.)patentləşdirilmiş obyektdən istifadə üzərində müstəsna

hüququn tanınması

C.))bütün cavablar doğrudur

D.)həm patent sahibinin, həm də cəmiyyətin maraqlarının

ağlabatan balansının gözlənilməsi

E.)təkcə patent verənlərin deyil, həm də ixtiraların həqiqi

yaradıcılarının hüquq və mənafelərinin qorunması

Page 97: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------97---------------------------------------------

FƏSİL IV

REKLAMDA VƏ TƏHSİLDƏ İNFORMASİYA

–KOMMUNİKASİYA TEXNOLOGİYALARI

4.1.REKLAMDA İNFORMASİYA – KOMMUNİKASİYA

TEXNOLOGİYALARI

Getdikcə daha sürətlə inkişaf edən informasiya texnologiyaları

elmin hər bir sahəsinə birbaşa təsir göstərir və tətbiq olunur.

Həyatımızı (yaşayışımızı) müasir texnologiyalar olmadan təsəvvür

edə bilmərik. Bu artıq bizim həyat tərzimizə çevrilib.

İnformasiyanın yayılması vasitələri arasında daha sürətlə

inkişaf edən Internetdir.

ANS Şirkətlər Qrupuna daxil olan ANS Kommers Şirkəti 1995-

ci ilin 25 noyabr tarixində Azərbaycanın reklam bazarının təməlini

qoyan ilk reklam agentliyidir.

İnternetdə olan informasiyanın artımı insanların İnternetdə

keçirdiyi vaxtın çoxalması ilə müşayət olunur. Digər tərəfdən də

günümüzdə hər hansı bir şirkətin İnternetdə səhifəsinin olmaması

onun imicində böyük gerilik kimi qəbul edilir. Bütün bunlar bir çox

şirkətləri öz xidmət və məhsullarını Veb səhifələrində yerləşdirib

digər İnternet resurslarında reklam etməyə məcbur edir. 1996-cı ildə

yaranan İnteraktiv Reklam Bürosu (IAB) özündə 250-dən artıq

İnternetin müxtəlif sahələrinin nümayəndələrini birləşdirir. Bunların

arasında AOL, Google, MSN, Yahoo! kimi İnternet nəhənglərini və

DoubleClick, ValueClick, Advertising.com kimi beynəlxalq İnternet

reklam agentliklərinin mövcudluğu qurumun miqyası haqqında

təsəvvür yaradır. Qurum mütəmadi olaraq İnternet reklamı sahəsində

müxtəlif standartlar yaradır və reklamın effektivliyinin artırılması

üçün tövsiyyə xarakterli sənədlər dərc edir.

Reklam latın sözü olan «reklamere» sözündən əmələ gəlib,

bərkdən qışqırmaq, xəbər vermək mənasını verir. Hər bir

Page 98: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------98---------------------------------------------

kompaniyanın əsas kommersiya fəaliyyəti müştərilərin cəlb olunması

və onlarla uzunmüddətli əlaqələrin qurulmasından ibarətdir. Faktiki

olaraq reklam – müxtəlif növ əmtəə və xidmətlər haqqında

informasiyanın məqsədyönlü şəkildə yayılması, onlara tələb

yaratmaq məqsədilə istehlakçıların diqqətini əmtəə və xidmətlərə

yönəltməkdir. Reklam informasiyası adi informasiya mətnlərindən

fərqlənir, onun məqsədi həmin əmtəə və xidmətləri əldə etmək üçün

insanları həvəsləndirməkdir. Reklam marketinqin bir hissəsini təşkil

edir. Onun məqsədi istehsal olunmuş məhsulun fasiləsiz istehlakını

təmin etməkdir. Reklam düzgün və dəqiq olaraq istehlakçını

əmtəənin keyfiyyəti, xüsusiyyətləri, çeşidləri, ondan istifadə

qaydaları və başqa informasiyalarla məlumatlandırmalıdır.

Dünya təcrübəsində reklamın rolu və gücü məlumdur. Əvvəla

o, informasiyanı özündə sıxılmış formada, potensial müştərilər üçün

daha vacib faktlar və məlumatlar formasında saxlayır. Onu da qeyd

etmək lazımdır ki, reklam hər zaman informasiyadır, lakin

informasiya hər zaman reklam deyil.

Bir tərəfdən reklam istehlakçılara əmtəələrin alınıb istifadə

olunması üçün vacib informasiyanı çatdırır, digər tərəfdən isə özündə

nəinki informasiya daşıyır, həm də təbliğat və inandırıcı rol

oynayaraq insanlara psixoloji təsir göstərir.

Ticarət reklamı reklam növləri arasında aparıcı rol oynayır.

Digər reklam növləri də insanların həyatında az əhəmiyyət kəsb

etmir. Bütün dünyada ta qədimdən indiki zamana kimi siyasi

reklamdan istifadə olunur. Ancaq ümumi bir uyğunluq var ki,

müxtəlif reklam növlərini bir-birilə birləşdirir – hər bir reklam

növünün məqsədi insanları hər hansı bir hərəkətə həvəsləndirməkdir

(əmtəə və ya xidmət növünü seçməyə, təqdim olunan namizədə səs

verməyə, hər hansı bir aksiyada iştirak etməyə və s.).

Reklam alıcılara göstərilən xidmətin yüksəlməsində vasitə

rolunu oynaır. Reklam vasitəsilə alıcılar daha tez onlara lazım olan

əmtəələri tapır, onları daha rahatlıqla və az vaxt sərf etməklə əldə

edirlər. Bununla bərabər əmtəələrin reallaşması sürətlənir, xidmət

heyətinin əməyinin effektivliyi artır, xərclər azalır.

Page 99: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------99---------------------------------------------

QEYD: Ehtimal olunur ki, insan cəmiyyətində istifadə

olunan reklam ticarət ilə birgə yaranmışdır. Reklamın varlığını

keçmiş zamanlarda Qədim Misirdə balıq satanların balıqlarını

istədikləri qiymətə müştərilərə satmaları üçün istifadə etdikləri

papirus kağızları üzərinə yazdıqları yazılardan (reklamdan)

görmək olar. O dövrlərdə reklam şifahi və yazılı şəkildə təqdim

olunurdu. Şifahi reklamlar qışqırmaqla, yazılı reklamlar isə

papirus kağızları ilə yanaşı müşəmbəli taxtalar üzərinə, yol

kənarında quraşdırılmış daşlar və binalar üzərinə yazılırdı.

Reklamın geniş yayılmasında kitab çapı böyük rol oynayır.

Reklam işinə başlayanlar və rəvac verənlərdən biri fransız

həkimi və jurnalisti Teofrast Renododur (1586-1653). Həkim ona

məxsus olan sözləri ilk dəfə reklam formasında insanlara təqdim

etməyə başlayır.

Bu ərəfədə, yəni 1786-cı ildə ingiltərəli Uilyam Teylor

“Tayler & Newton” firmasını yaradır və firma reklam işçiləri və

tipoqrafiya arasında ortaq rolunu həyata keçirir.

İlk reklam agentliyi 1842-ci ildə ABŞ-ın Flodelfiya ştatında

Volni Palmer (1799-1864) tərəfindən yaradılmışdır. 1850-ci ildə

reklam agentliyinin filialları Baltimor, Boston və Nyu-York

şəhərlərində fəaliyyətə başlayır. V.Palmer reklam işini gözəl bilən

və onun inkişaf perspektivini aydın görən bir şəxs və mütəxəssis

kimi onun inkişafında və yayılmasında böyük rol oynamışdır.

Reklam işinin daha da vüsət almasına fotoqrafiyanın kəşf

olunması təkan verir.

Page 100: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------100---------------------------------------------

Teofrast Renodo (fransızca Théophraste Renaudot-1586-

25.X.1653) fransız həkimi və naşir, müasir jurnalistikanın

yaradıcılarından biri. 1631-ci ildə “La Gazette” qəzetini nəşr

edir. Qəzet avropa ölkələrində ilk çap edilən qəzet sayılır.

XX əsrin 50-ci illərinin iqtisadi praktikası marketinq

konsepsiyasının – yeni sahibkarlıq fəlsəfəsinin geniş və dərin tətbiqi

ilə xarakterizə olunur. Onun şüarı bu cür idi: satılanı istehsal etmək,

istehsal ediləni satmaq yox. Reklamın marketinqin ayrılmaz bir

hissəsi olduğu onunla əsaslanır ki, marketinq sferası inkişaf etmiş

müasir ölkələrin iqtisadiyyatının hər bir sahəsini əhatə edir və burada

marketinq fəaliyyətinin hər bir mərhələsi firmaların reklam fəaliyyəti

ilə birbaşa ya da dolayı yolla əlaqədardır.

Page 101: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------101---------------------------------------------

Oliverr Uilyam Teylor

(ingiliscə Oliver William

Taylor) 19 fevral 1938-ci ildə

Taunsvill şəhərində anadan

olmuşdur.

Volni B. Palmer (ingiliscə

Volney B. Palmar) amerikalı

naşir, sahibkar, müasir anlamda

ilk reklam agentliyinin

yaradıcısıdır.

Müasir reklamın fərqləndirici cəhəti tək tələbi formalaşdırmaq

deyil, həm də müəyyən bir istehlakçı qrupu arasında onu idarə

etməkdir. Qərb mütəxəssislərinin fikrincə məhsulların mübarizəsi

«brend»-lərin mübarizəsinə çevrilmişdir. Əməkdar reklam

mütəxəssisi İvan Rojkov brendə bu cür izahat verir: əmtəəyə

uzunmüddətli üstünlük vermənin yaradılması; qablaşdırma, əmtəə

nişanı, reklam müraciətləri, seylz-promoşn materialları və digər

reklam elementləri ilə istehlakçıya təsir etmək; müəyyən bir ümumi

ideya və eyni tipli tərtibatla əmtəəyə obraz yaradaraq onu rəqiblərdən

fərqləndirmək və s.

Page 102: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------102---------------------------------------------

4.2.REKLAM VASİTƏLƏRİ VƏ ONLARIN TƏTBİQİ

«Reklam vasitəsi» termini reklam məlumatını reklam verəndən

istehlakçıya ötürmək üçün istifadə olunan müxtəlif imkanları özündə

birləşdirir. İmkanların müxtəlifliyi təsnifatların meydana çıxmasına

şərait yaratmışdır. Bu təsnifatların əsasını isə təyinatı, informasiyanın

yayılması üsulları, ölçülər, əlaqələrin istiqaməti və s. təşkil edir.

Əsas reklam vasitələri:

Şəxsi əlaqədə reklam;

Telefonla reklam;

Birbaşa poçt göndərmələri;

Sərgilər;

Çöl reklamı və nəqliyyatda reklam;

Çapda reklam;

Radio və televiziyada reklam;

Reklam vaxtı satışı üzrə ixtisaslaşmış firmalar.

Bəzi bədii işçilər birləşərək “yaradıcılıq emalatxanaları”

yaratdığı kimi, informasiya vasitələri üzrə mütəxəssislər də birləşərək

radio və televiziyada reklam vaxtı paketlərinin satışı üzrə firmalar

yaratdılar. Bu cür kompaniyalar ona görə inkişaf etdilər ki, radio və

televiziyada vaxt sonsuz deyil, yəni ki, 60 saniyəlik parçanı

əvvəlcədən 20 saatlıq satmaq olmaz (bu müddətin davamiyyətinə

görə). Bu səbəbdən radio və televiziyalar əvvəlcədən daha çox vaxt

satmağa həvəslidirlər və daha çox vaxt alanlara endirimlər edirlər.

Bunun nəticəsində bu sahədə çalışan firmalar radio və televiziyalarla

danışaraq endirimlə çoxlu vaxt alırlar və sonradan bu vaxtı reklam

agentliklərinə və reklam verənlərə satırlar.

Bu cür kompaniyaların xidmətlərinə (həm müştərilər, həm də

agentliklər üçün) alınan vaxtın ətraflı analizi də daxildir.

Formalaşdırılmış reklam vaxtı paketinin reallaşmasndan sonra firma

reklam buraxılışı qrafikini verərək buraxılmış parçaları

müəyyənləşdirir və hətta KİV-lərlə hesablaşmalar aparır.

Page 103: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------103---------------------------------------------

Belə ixtisaslaşmış firmaların xidmətləri müqabilində ödəmə

üsulları müxtəlif olur. Bəziləri qoyulmuş uduşları qazanırlar, bəziləri

isə müştərilərə qənaət etdirdikləri məbləğdən faizləri götürürlər.

4.3. İNTERNETDƏ REKLAM

İnternetdə reklam – bu elə bir alətdir ki, onun istifadəsi hər bir

İnternet resursunun uğuru və populyarlığı üçün vacib şərtdir.

İnternetdə reklam həmçinin hər hansı kompaniya və ya təşkilatın

imicinin effektiv şəkildə yaradılması, ticarət markasının bazarda

genişlənməsi və s. üçün də vacibdir.

İnternet reklamın əsas tapşırıqları İnternet resursunun

istifadəçilərini məlumatlandırmaq və bu resursun bütün

auditoriyasının nümayəndələrinin iştirakçı kimi cəlb olunmasıdır.

Məqsədi isə - saytın məxsus olduğu kompaniyanın məhsul və

xidmətlərinin satışının dayanıqlı və artan səviyyəsini təmin etməkdir.

Şəbəkədə uğur qazanmaq üçün, çoxlu əmək sərf etmək

lazımdır. Bunun üçün:

Sayta istifadəçilər cəlb etmək;

Şəbəkədə məhsul və xidmətlər üçün müştəri axtarmaq;

İnternetdə kompaniyanın imicini yaratmaq (yüksəltmək).

İnternetdə ən geniş yayılmış reklam növü banner reklamı

sayılır. Banner reklamları haqlı olaraq Veb-saytda istifadəçilərin

sayının artırılmasının, yeni müştərilər cəlb olunmasının ən populyar

növü sayılır.

Hələ bir müddət əvvəl, İnternet istifadəçilərinin leksikonunda

yenicə özünə yer tapmağa başlayan «banner» anlayışı məşhur

İnternet resurslarının və portallarının səhifələrindəki orda-burda

yanıb-sönən reklam şəkilləri banner reklamçıları üçün «hər bir dərdin

dərmanı» kimi qəbul olunurdu. Bizim hamımız üçün bu yeni, qeyri-

adi bir təzahür idi: həmin şəkillərdəki linklərə müraciət edirdik. Buna

görə də bu növ reklam onları göstərən saytlara çoxlu istifadəçi

gətiriridi, onları satanlara isə heç də az qazanc vermirdi.

Page 104: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------104---------------------------------------------

Banner Veb səhifədə yerləşdirilmiş qrafik, çox vaxt isə

animasiyalı reklam məlumatıdır ki, reklam olunan resursa olan linklə

təchiz olunmuşdur. Statik və dinamik banner reklamları fərqləndirilir.

Statik banner müəyyən müddətə ödənilir, Veb səhifədə

yerləşdirilir və həmin səhifə təzələnərkən başqa banner reklamı ilə

əvəz olunmur, yəni həmin səhifədən istifadə edən müəyyən vaxtda

məhz həmin reklamı görür. Statik bannerlərə nümunələri iri

resursların əsas səhifələrində, bir qayda olaraq səhifənin yuxarı

hissəsində görmək olar. Dinamik bannerlər isə əksinə olaraq

müəyyən səhifəyə daim bərkidilmir. Təsadüfi qaydada reklam

verənin istəyinə uyğun olaraq müxtəlif səhifələrdə göstərilir. Dinamik

banner reklamlarına nümunə olaraq banner mübadilə şəbəkələrini

(LBE, RLE, RB2) göstərmək olar.

QEYD: Banner (ingiliscə banner) “bayraq”, “tranport”

deməkdir. Banner reklam xarakterli qrafiki təsvirdir. Bannerdən

müştərini cəlb etmək, onu məlumatlandırmaq və ya müəyyən

pozitiv imic yaratmaq üçün istifadə edirlər. Keçmiş zamanlarda

banner kimi hər-hansı bir ordunun böyük döyüşə hazırlığını əks

etdirən əsas bayrağı nəzərdə tutulurdu.

İndiki zamanda reklam xarakterli bannerlər şəhərimizin küçə

və prospektlərini bəzəyirlər. Ədəbiyyatlarda belə bannerlərin

1994-cü ildə yaradıldığı qeyd edilir. Banner dedikdə parça (və ya

qumaş) kətan üzərinə çəkilmiş informasiya xarakterli və ya reklam

məzmunlu düzbucaqlı formaya malik təsvir başa düşülür. İndiki

zamanda müxtəlif bannerlərdən (məsələn, banner kağızdan,

polietilendən, banner parçadan, vanil bannerdən) istifadə olunur.

Page 105: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------105---------------------------------------------

Müxtəlif təyinatlı bannerlər

Həm dinamik, həm də statik bannerlər bir qayda olaraq Veb

səhifədə xüsusi ayrılmış bloklarda yerləşdirilir və «reklam» sözü ilə

qeyd olunur.

Prinsipcə banner həm üfüqi, həm də şaquli istiqamətdə istənilən

ölçüdə ola bilər (bunu bəzən reklam qrafiki kimi də qəbul edirlər).

Lakin bunlar üçün də standartlar müəyyən edilib. İndiki zamanda

bannerləri bir neçə əsas tiplərə ayırırlar. Bundan başqa

spesifikasiyaya uyğun olaraq, IAB (Internet Advertising Bureau) və

CASIE (The Coalition for Advertising Supported Information and

Entertainment) kompaniyalarının təklifi ilə geniş yayılmış banner

ölçü tiplərinin hər birinə ayrıca olaraq terminoloji adlar verilmişdir.

Ən çox yayılmış ölçülər 468x60 ölçüsündə olan nümunələrdir.

Tərəflərin ölçülərinin düzgün seçimi sayəsində bu cür reklam

şəkilləri yaxşı əks etməyə malikdir və şəbəkənin əksər səhifələrinin

başlıqlarına çox gözəl şəkildə yerləşirlər. 125x125, 120x90, 120x60

kimi ölçülər isə səhifənin sağ və sol hissələrindəki menyu

bölmələrində yerləşdirilir. 88x31 ölçüsündə olan «düymə»ləri isə

səhifələrin aşağı hissəsində görmək olar. Bir çox dünya ölkələrinin

məşhur Veb saytlarında 100x100, 150x80 və s. kimi ölçülərdən də

istifadə olunur.

Ölçü fərqlərindən başqa bannerlər hazırlanma texnologiyalarına

görə də fərqlənirlər. Əvvəllər JPEG və bunun kimi statik olan 87a

standartında GIF formatları dəstəklənirdi. Daha sonra isə WEB üçün

yeni qrafik formatı – PNG (Portable Network Graphics) yarandı. Bu

Page 106: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------106---------------------------------------------

daha çox rəng çalarlarından istifadə etməyə imkan verirdi və bununla

bərabər daha az çıxış ölçüsü olurdu. Ən çox istifadə olunan və ən

köhnə format GIF formatıdır. O, animasiyasız və sadə animasiyalı

bannerlərə daha çox uyğun gəlir. GIF formatından istifadə olunduqda

ölçü daha az olur (bu isə istifadəçinin banneri axıra qədər yükləməsi

ehtimalını daha da artırır).

GIF formatında olan bannerlər müxtəlif rastr və vektor qrafik

redaktorlarında hazırlanır. GIF animasiya yaratmaq üçün əvvəlcədən

bannerlərin kadrlarını ayrılıqda hazırlamalı, sonra isə onları

animasiya ardıcıllığı ilə birləşdirmək lazımdır. Bu məqsədlə

ixtisaslaşmış proqramlardan (Ulead GIF Animator) da istifadə etmək

olar. GIF animasiyaları iri proqram paketlərində olan vasitələrindən

də istifadə etməklə hazırlamaq mümkündür, məsələn CorelDRAW

proqram paketi.

Mətn bannerləri də mövcuddur. Mətn bannerləri bir çox

üstünlüklərə malikdir ki, bunlar da şəbəkədəki digər reklam

növlərindən onları fərqləndirir.

Mətn banneri daha tez yüklənir, deməli qrafik bannerə

nisbətən istifadəçinin ekranında daha tez görünür;

Mətn bloku istifadəçidə reklam deyil, məsləhət kimi təzahür

oyadır, onda daha çox inam yaradır;

Mətn reklamlarını brauzerlərində qrafik göstərmə funksiyası

söndürülmüş istifadəçilər də görə bilirlər;

Sifarişçi operativ şəkildə reklam kompaniyasının

parametrlərini (linkləri, göstərilmə intensivliyini və s.) dəyişə

bilər, reklam kompaniyasının gedişi statistikasını izləyə bilər;

Mətn modulunun hazırlanması və dəyişilməsi, sistemdə

yerləşdirilməsi qrafik bannerlərə nisbətən daha asandır;

Sifarişçi operativ olaraq linkin mətnini dəyişdirməklə

reklamın müxtəlifliyini əldə edir və istehlakçıların diqqətini

cəlb edir;

İnteraktiv bannerlər (bəzən Rich Media adlandırılır) CGI, Java

və ya VBS kimi texnologiyaların, həmçinin HTML elementləri və

Page 107: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------107---------------------------------------------

flash-animasiyalar vasitəsilə yaradılır. İnteraktiv reklamlar izləyiciyə

nəzərə çarpacaq dərəcədə böyük təsir göstərir.

Şübhəsiz ki, necə olursa olsun, reklam verənlər ilə, reklamın

potensial istifadəçiləri arasında CTI (Click-to-Interest), CTB (Click-

to-Buy) və təbii ki, CTR (Click-to-Ratio) kimi gösrəricilər

interaktivliyi yüksəldə bilər. Hətta bu qarşılıqlı təsir qeyri-verbal

əsasda həyata keçsə də, proqram təminatçıları öz maliyyə xeyirlərini

nəzərə alaraq yeni Veb-istiqamətli texnologiyaları işləməyə başladılar

və bununla bərabər mövcud interaktiv mexanizmləri inkişaf edən

şəbəkə reklamı prossesləri ilə inteqrasiya etdirdilər. Nəticədə

mexanizmlər sistemi yarandı. Bu ingilis dilində lakonik və tutumlu

şəkildə Rich-media adlandı. Azərbaycan dilində isə bunu «interaktiv

Veb-texnologiyalar» adlandırmaq olar. Rich-media özündə reklam

verənlə (tam bir bannerdə) onu istehlak edən arasında qarşılıqlı təsiri

tam təmin edən proqram vasitələrini birləşdirir.

Rich-media – mexanizmləri 3 növə ayırmaq olar:

1.Java

2.Flash

3.CGI

Java bannerlər

Məğzinə görə Java bannerlər HTML sənədə qurulmuş sadə

Java appletlərdir. İstifadəçinin bu banneri görə bilməsi üçün xüsusi

proqram qurğusu (plug-in) lazımdır. Xüsusi proqram qurğusu hal-

hazırda İnternetdə işləmək üçün olan bütün müasir proqramlarda

qurulmuşdur. Java bannerlər böyük funksiya üstünlüklərinə malik

deyil (sadə obyektlərlə manipulyasiya, elementlərin ayrıca redaktəsi,

istifadəçinin rəftarına həssaslıq – mausun çırtması, klaviaturada

düymənin basılması və s.), yüklənmə üçün çox zaman uzun vaxt tələb

edir (Java bannerlər hazırlayanların öz reklam daşıyıcılarını nə gəldi

ilə doldurmaq həvəsi nəticəsində) və bununla əlaqədar olaraq İnternet

istifadəçilərinin əksəriyyəti öz brauzerlərində Java appletləri

dəstəkləyən funksiyanı söndürürlər. Praktika göstərir ki, Java

bannerlərdə oyun və əyləncə mövzuları üstünlük təşkil edir. Məsələn,

Page 108: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------108---------------------------------------------

ən birinci Java banner Hewlett Packard tərəfindən verilmişdi və

reklam daşıyıcısı çərçivəsində istifadəçiyə pinq-ponq oynamağa

imkan verirdi. Bu cür yanaşma şübhəsiz ki, istifadəçidə marağı

artırırdı. Ancaq yüksək interaktivlik maraqlarına baxmayaraq sosial

araşdırmalar, müştəri sorğuları göstərdi ki, Java texnologiyaların

köməyi ilə aparılan reklam və PR (Public Relations) aksiyaları

reklam verənlərin qarşısında duran vəzifələri yerinə yetirmir.

Flash bannerlər

Macromedia korporasiyası tərəfindən hazırlanmış Flash

Shockware texnologiyası həm istifadəçilərin, həm də reklam

verənlərin interaktiv banner haqqında olan təsəvvürlərini kökündən

dəyişdirdi. Yeni texnologiyanın imkanları çox geniş idi və

istifadəçiyə öz istədiyi kimi Flash bannerlə qarşılıqlı təsirdə olmasını

mümkün edirdi:

Səsin idarə olunması (müəyyən olunmuş və Streaming Sound,

zəruri olduqda server tərəfindən yüklənən);

Rastr, həmçinin vektor qrafiklərdən istifadənin mümkünlüyü;

daxiletmə formalarının qoyuluşu və informasiyanın yenidən

işlənərək, sonradan reklam verənə göndərilməsi;

Maus ilə manipulyasiyalara və klaviaturanın düymələrinə

yüksək həssaslıq;

Bannerin qrafik və mətn tərkibinin dinamik olaraq dəyişdirilə

bilməsi imkanı;

İstifadəçinin özü tərəfindən müxtəlif linklərə naviqasiyanın

tam təşkil oluna bilməsi;

Bunlar heç də Macromedia Flash texnologiyasının

funksiyalarının hamısı deyil.

İlkin mərhələdə elə təsəvvür yarana bilər ki,gözlənilən nəticə

əldə edilib, reklam bannerindən daha nə gözləmək olar? Yeni

texnologiyanı işləyib-hazırlamaq – bu bir işdir, ancaq istifadəçini

inandırıb ona keçməyə inandırmaq – bu isə başqa bir işdir.

Forbes.com analitiki Marius Melandın sözlərinə görə, yeni

Macromedia texnologiyası yarandıqdan sonra bir müddət ABŞ – ın

Page 109: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------109---------------------------------------------

İnternet xidmətləri və kontent-serverləri (Yahoo! kimi nəhəng

portallar da daxil olmaqla) reklam daşıyıcılarının yeni formatını

dəstəkləməkdən imtina etdilər. Bunu onunla izah edirdilər ki, yeni

Flash texnologiya istifadəçilərdə bu cür reklamların görüntüsündə

problemlər olduğu üçün narahatlıq yaradacaq.

Problemin 2 əsas aspekti var idi:

Brauzerlərin Macromedia Flash dəstəkləməsi;

İstifadəçilərin psixologiyası.

Problemin birinci aspektində Flash-rolik olan səhifə

yüklənərkən istifadəçinin qarşısında kiçik bir bölmə əks olunurdu:

“Sizin baxmaq istədiyiniz resurs Macromedia Flash elementlərindən

təşkil olunmuşdur”. Sonra isə istifadəçiyə korporasiyanın serverindən

təfsirçi proqramı yükləmək təklif olunur. Problemin ikinci aspektində

isə istifadəçinin əlavə proqram təminatı yükləməyin vacib olduğunu

qəbul etmək psixologiyası aktuallaşır.

İlk olaraq mükəmməl olduğundan asılı olmayaraq yeni

texnologiyalara keçid istifadəçilərdə narazılıqlar yaradır (əsas

arqumentlər: “şəxsən Flash mənə nə verəcək, əgər mənim reklamsız

daxil ola bildiyim onlarla sayt varsa?” və “əgər burda da əlavə

proqram təminatının qurulmasına ehtiyac varsa, mən başqa sayt

axtaracam”, “Flash kimi texnologiyaya keçid mənim kompüterimdə

əlavə resurslar tələb edəcək”, “sabah yenə yeni bir şey fikirləşəcəklər

və mən yenidən onu yükləməli olacam”, “mən proqram təminatını

İnternetdən yükləməyə qorxuram, lisenziyalı proqram almağa isə

pulum yoxdur”).

İkincisi, Flash bannerlər yüklənmə üçün müəyyən vaxt tələb

edir. Belə ki, şəbəkənin istifadəçiləri (ən çox də inkişaf etməkdə olan

ölkələrdə) WWW güşələrində keçirdikləri hər bir dəqiqəni “qızıl”a

bərabər tuturlar.

Üçüncüsü, tədricən şəbəkədə reklamların istehlakçıları

qarşısında geniş zolaqlı keçidə keçmək zərurəti yaranır. Çoxlarının

bu cür keçidə imkanı olmur və yaxud buna ehtiyac duymurlar.

Yuxarıda sadaladıqlarımızı hardasa mövhümat adlandırmaq

olar. İstifadəçilərin fikir və istəklərini nəzərə almaq və onlara yeni

Page 110: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------110---------------------------------------------

texnologiyalara keçidin onların qarşısında nə kimi perspektivlər

açacağını göstərmək lazımdır. Ancaq reklam verənin gərəksiz özünə

əminliyi ona gətirib çıxara bilər ki, istehlakçı Macromedia Flash

quraşdırma pəncərəsində ləğv düyməsini basar və bunun nəticəsində

reklam elanını görməz.

CGI bannerlər

CGI bannerlər JPEG, GIF və ya PNG formatında ənənəvi

qrafik təsvirlərdir. Adi bannerlərdən fərqli olaraq bir neçə hissələrdən

(qrafika və interaktiv formalardan) təşkil olunmuşdur. Bu formalar

əslində həqiqi olduğu kimi deyillər. Onlar fırlanma zolaqları və aşağı

hərəkət edən sistem menyuları deyil, real funksiyalar yığımıdır, bu da

istifadəçiyə reklam verən ilə qarşılıqlı təsirdə olmağa imkan verir.

Başqa sözlə, CGI banner – bir qrup sadə HTML-teqlərdir ki, qrafiki

obyektlərlə bərabər interaktiv mexanizmləri realizə edir.

QEYD: Teq, bəzən də teqi (ingiliscə tag) “adlandırılmış

nişan”anlamını verir.Teq SGML–də HTML,WML, AmigaGuide,

XML dilləri ailəsi) hipermətnnin nişanqoyma dilinin elementidir.

Beləliklə, heç bir proqram təminatına və yüklənmə vaxtına

ehtiyac olmur. Bəs CGI bannerlər bunun əvəzində bizə nə təklif edə

bilərlər? Daha deqiq desək, onlar çox böyük imkanlar təklif edə

bilərlər: bannerdə naviqasiyanın təşkili (istifadəçi müəyyən linklə

təyin nöqtəsini özü sərbəst seçə bilir), informasiyanı daşımaq,

mümkün anketləşdirmələri, sorğu və səsvermələri aparmaq, istifadəçi

tərəfindən istənilən informasiyanı bannerin kodundan çıxarmaq və s.

təklif edə bilər.

Seçim problemi

Belə bir qanunauyğun sual meydana çıxır: niyə CGI

texnologiyası Flash texnologiyaya nisbətən İnternet-reklam

aspektində elə də çox populyarlıqla istifadə olunmur (Java-reklam

digər Rich-media elementlərinə nisbətən daha az istifadə olunur)?

Page 111: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------111---------------------------------------------

Bir qrup insan elə düşünür ki, bunun səbəbi şəbəkədə hələ də

yalançı CGI-bannerlərin olmasıdır. Bir dəfə bannerin interaktiv

elementlərinə maus ilə basdıqdan və axırıncı resursda lazımlı

informasiya tapmadıqdan sonra, istifadəçilərdə bu cür “tələ”lərə qarşı

neqativ fikir yaranır və növbəti dəfə o, əsl CGI-bannerə fikir vermir.

Başqa bir qrup isə CGI-bannerin funksionallığını yetərsiz və qeyri-

effektiv hesab edir. Digər bir qrup isə yenilikçilər dərəcəsinə aiddir

və informasiya texnologiyaları dünyasında yenilik olduqda öz

üstünlüklərini «nou-xau» perspektivinə verir.

Əslində, bu fikirlərdən hər biri mövcud olmaq hüququna

malikdir. Bəla ondadır ki, reklam verənlərin əksəriyyəti bu cür yeni

başlanğıcların son nəticələri haqqında az fikirləşirlər. CGI və Flash

texnologiyaları İnternet-reklamda müqayisə etsək, bu cür analogiya

aparmaq olar. Qədimdən insan verdiyi qurbanlara göz yumaraq hər

zaman gözəlliyə can atıb. Banner reklamında da belədir: reklam

daşıyıcısında «görünüş-funksionallıq» nisbəti, istifadəçilərin fərdi

fikir üstünlükləri, həmçinin reklam verənin qarşısına qoyduğu

məqsəd və seçdiyi reklam strategiyası amilləri nəzərə alınmayaraq,

insanlar tərəfindən aydınlaşır və qiymətləndirilir.

Əgər təmin olunmuş İnternet auditoriyasına və ya müasir Veb-

texnologiya sahəsində püxtələşmiş mütəxəssislərə istinad etsək, onda

ön plana estetik tərəf çıxır – qoy bizim reklamımız daha baxımlı və

effektli olsun, çünki o şübhəsiz, istifadəçinin diqqətini cəlb edəcək.

Ancaq bu görünüş sadə və baxımlı olmayan görüntüdən fərqli olaraq,

əlavə şərtlər tələb edir və bununla bərabər istifadəçini əlavə proqram

təminatı qurmağa məcbur etmir. Bu cür yanaşma bu gün çox geniş

yayılıb. Reklam verən bütün mümkün olan yolları axtarır ki, daha

inandırıcı və gözəl şəkildə öz məhsulunu və xidmətini istehlakçıya

təqdim etsin.

Banner reklamının gələcəyi Rich-media naminədir?

Flash qurğusunun istehsal olunması banner reklamı

vasitələrindən istifadə edənlərin əminliyini heçə endirdi. Çünki, heç

kim üçün elə bir zəmanət yoxdur ki, bu gün və ya sabah Flash-dən

mükəmməl bir qurğu istehsal olunmayacaq. Digər tərəfdən isə reklam

Page 112: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------112---------------------------------------------

verənin öz məhsulunu daha effektli təqdim etmək arzusu artdıqca,

istifadəçinin Flash-reklama olan neqativ münasibətinin səviyyəsi

əvvəlki kimi yüksək olaraq qalır (və ya qalacaqdır).

CGI-a gəldikdə isə, bu texnologiya Flash ilə bir pillədə ancaq 2

şərt daxilində dayana bilər:

1.Əgər W3C Konsorsiumu vahid HTML standartı qəbul edərsə,

onda tamamilə bütün brauzerlər tərəfindən dəstəklənəcək (onda CGI-

banneri CSS- in köməyi ilə daha cəlbedici şəkildə təqdim olunacaq);

2. Reklam verənlərə bu texnologiyanın bütün incəlikləri aydın

şəkildə təqdim olunmqla onlarda bu texnoligiyaya qarşı münsibət

«mənfi və yaxud müsbət» şəkildə formalaşacqdır.

Java-reklama gəldikdə isə onu demək olar ki, informasiya

texnologiyalarından az-çox anlayışı olan insanların fikrində

uzunmüddətli yüklənmə, zərif tərtibatların çatışmaması, verilənlərin

təhlükəsizliyinin olmaması və s. səbəbdən bu cür bannerlər sadə

appletlər kimi qalacaq. Ancaq bir çox analitiklərin fikrincə «sıravi»

reklam verən şəxs, sürətlə inkişaf edən Macromedia Flash

texnologiyası fonunda Java texnologiyanı hiss etməyəcək.

Banner reklamının metodları və effekti

Banner reklamının 3 əsas metodu vardır:

1.Xüsusi banner dəyişmə xidmətləri (Banner Exchange

Services). Bu sizin bannerinizin başqa səhifələrdə göstərilməsinin

əvəzində başqa bannerlərin sizin səhifədə göstərilməsini təmin edir.

2.Banner şəbəkəsi – bu müxtəlif saytların birləşməsidir ki,

burada şəbəkənin iştirakçılarının bannerləri göstərilir və ya şəbəkənin

sahibinə pul ödəməklə müəyyən bir şirkətin reklamı nümayiş olunur.

3.Hal-hazırda ən geniş yayılmış RLE Banner Network

(WWW.RLE.RU) banner şəbəkəsi.

Banner göstərmə sistemi saytın daxilində sahibkar şirkətin

seçimi ilə bannerlərin yerdəyişməsini təmin edir.

Sistemlərdən bəziləri reklam kompaniyasının daha da çevik

aparılmasına imkan verir:

Page 113: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------113---------------------------------------------

Sizin bannerlər ancaq sizin seçdiyiniz müəyyən server

qruplarında göstərilir;

Bannerlərin sizin istədiyiniz intensivlikdə və müəyyən vaxt

bölümündə göstərilir;

Eyni bir banner təkrarən eyni istifadəçiyə göstərilir.

Ümumiyyətlə, başqa bir saytın Vebmasteri ilə bannerlərin

yerləşdirilməsi haqqında birbaşa razılaşmaq olar. Saytların eyni

mövzulu olması daha yaxşıdır. Onu da nəzərə almaq lazımdır ki,

bəzən rəqib Veb-saytlarla bu cür banner mübadiləsi xeyirdən çox

zərər vurur.

Bunlarla yanaşı banner şəbəkələrinə, axtarış serverlərinə,

kataloqlara və ya tanınmış Veb-saytlara pul ödəməklə bannerlərin

onların səhifələrində nümayişini də təşkil etmək mümkündür.

Bannerlərin effektivliyi

Bannerlərin əsas xarakteristikalarından biri bannerə olan

çırtmaların sayı ilə onun göstərilməsi sayı arasında olan nisbətdir.

İstifadəçinin reklam banneri olan səhifəni yükləməsi bannerin 1 dəfə

göstərilməsi sayılır. Əgər istifadəçi mausun kursorunu bannerə

yönəldərək onu çırtmalayıb, apardığı resursa gedirsə, bu 1 keçid və

yaxud 1 çırtma sayılır.

Bannerin effektivliyi kəmiyyət etibarilə çırtma ilə göstərilmə

əmsalı ilə qiymətləndirilir – CTR. Bu bannerə keçid ilə bannerin

göstərilməsi sayı arasında olan əlaqəyə bərabərdir. CTR nə qədər çox

olsa, reklam kompaniyasının nəticəsi daha da yüksək

qiymətləndirilir. Belə ki, əgər sizin banner bir səhifədə 1000 dəfə

göstərilibsə və ona çırtmalayaraq sizin səhifəyə 50 nəfər düşübsə, bu

bannerin qiyməti 5% - dir. Statistikaya görə WWW-da istifadə

olunan bannerlərin orta qiyməti ("click/through ratio", CTR) 2,11% -

dir. Təbii ki, sizin bannerdə çırtma ilə onun göstərilməsi nisbəti 2%

deyil, 10% - dirsə, onda sizin sayta istifadəçilərin cəlb olunmasına

görə siz 5 dəfə az məbləğ ödəyəcək və ya o qədər az başqa bannerləri

nümayiş etdirəcəksiniz.

Page 114: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------114---------------------------------------------

Ancaq CTR, bannerin effektivliyinin tam təminatçısı (qarantı)

deyil. Banner gözəl və maraqoyadıcı ola bilər və istifadəçini onu

çırtmalamağa məcbur edə bilər. Lakin istifadəçi səhifəni yükləməyə

başlayanda hara düşdüyünü dərk etsə, onda öz brauzerində «geri»

düyməsini asanlıqla basa bilər.

Bannerdə əyləncəli, ancaq işə az aid olan şəkillərdən, maraqlı

mətnlərdən istifadə edərək reklam verənlər daha çox maraqlanmış

istifadəçi cəlb edə bilərlər. Bununla bərabər, onlar üçün əlverişli və

maraqlı olan müştəriləri qaçırda bilərlər.

Əsl effektiv banner bədii və texniki cəhətdən yaxşı tərtib

olunmuş bannerdir (keyfiyyətsiz banner o dəqiqə qeyri-ciddilikdən,

reklamedici serverin mötəbərsizliyindən xəbər verir). Banner orijinal

(yaddaqalan), bununla bərabər maraqoyadıcı (həvəsləndirən)

olmalıdır. Eyni zamanda banner reklamedici serverin xarakteri

haqqında təəssürat oyatmalı və onun pozitiv imicini yaratmalıdır.

Saytın tərkibini lakonik mətnlə ifadə edən «quru» banner də doğru

seçim deyil – onun CTR göstəricisi aşağı olur. Belə banner yadda

qalmır və müsbət imic formalaşdırmır.

Banner mübadilə xidmətləri

Şəbəkədə banner reklamını nə cür reallaşdırmaq olar? Burada 2

variant mövcuddur.

Birinci halda özgə resurslarda reklam yeri alınır və bannerlər

yerləşdirilir. Burada özgə saytda bannerin göstərilməsinə görə 3 cür

ödəmə aparmaq olar. Bannerin minlərlə göstərilməsinə (CPM) görə

ödəniş aparmaq. Bu o zaman mümkün olur ki, bannerin göstərildiyi

saytda CGI-mexanizm olsun və bu da bannerin göstərilmə sayını

göstərə bilsin.

Bəzi hallarda reklam yerlərinin sahibləri reklam verənlərə təklif

edirlər ki, onlar bannerin göstərilmə sayına görə yox, ona

çırtmalayaraq reklam olunan resursa düşmənin sayına uyğun ödəmə

aparılsın. Bu vahid isə CPC (Cost Per Click) adlanır və bir çırtmanın

qiyməti ilə ölçülür.

Page 115: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------115---------------------------------------------

Ən çox isə 3-cü növ ödəmə üsuluna rast gəlinir – Flat Fee. Bu

müəyyən bir müddət üçün ödənilmiş puldur ki, həmin müddət ərzində

banner nümayiş olunacaq. Reklam yeri almaqdan əvvəl üsullardan

hansının daha sərfəli olduğunu düşünmək lazımdır. Bununla əlaqədar

bir nümunəni nəzərdən keçirək.

Bir Veb-sayt 2 reklam elanı yerləşdirib: CPC və CPM

rresurslarıda eyni cür yerləşdirilib (bir çırtmaya və ya 1000 dəfə

göstərilməyə görə 50 sent). Fərz edək ki, reklam büdcəmiz 50$ təşkil

edir. Bu o deməkdir ki, bizim 100 «giriş» (bannerə çırtma) və ya

100000 göstərilmə imkanımız var. Banneri pulsuz banner mübadilə

sistemində təcrübədən görərik ki, onun CTR göstəricisi 0,65% - dir.

Göstərməyə görə pul ödəyərək 100 yox, 650 istifadəçi qazanmış

olduğumuzu tapmaq çətin deyil. Bizim nümunədən aydın olur ki,

CPM ilə reklam yeri almaq CPC – dən 6,5 dəfə daha sərfəlidir.

Reklam verənlərdən reklam yeri almaq əlbəttə ki, çox bahalı

olar. Çox baş çəkilən resursda (sutkaya 2000 host-dan başlayaraq) bir

aylıq reklam yeri 200$-dan 1000$-a qədər başa gəlir. Çoxları üçün

isə bu məbləğ heç də münasib deyil, çünki banner reklamının

aparılmasının daha sərfəli və effektiv 2-ci yolu vardır – banner

mübadilə sistemlərində iştirak etmək. Onların iş prinsipi necədir?

Banner şəbəkəsinin dəstəklədiyi ölçüdə banner yaradılır və şəbəkədə

qeydiyyatdan keçilərək banner serverə yüklənir. Bundan sonra banner

qadağan olunmuş altyazı, şəkillər və s. parametrlərə, habelə estetik

görünüşünə görə moderator tərəfindən yoxlanılır. Əgər hər şey

qaydasındadırsa, banner şəbəkədə iştirak üçün buraxılır.

QEYD: Moderator (latınca moderor – 1.intiqam almaq,

qisas almaq, əvəz çıxmaq, heyfini almaq, saxlanmaq, qabağı

alınmaq, 2. acığını tökmək, acığını çıxmaq anlamını

verir). Moderator dedikdə adi istifadəçi ilə müqayisədə ictimai

şəbəkə resurslarına (çatlara, forumlara, exokonfranslara) daha çox

hüququ olan istifadəçi nəzərdə tutulur.

Page 116: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------116---------------------------------------------

Həmçinin şəbəkəyə yeni qoşulana html-kod verilir ki,

şəbəkənin digər iştirakçılarının reklamlarının göstərilməsi üçün saytın

səhifələrinə yerləşdirilsin. Bu qayda ilə siz öz səhifənizdə özgə

reklamlarını, özgələri isə öz səhifələrində sizin reklamları nümayiş

etdirirlər. Şəbəkələr isə öz paylarına düşən komissiyaları götürürlər.

Məsələn, əgər komissiya 15%-dirsə, sizin səhifədə özgə bannerin 100

dəfə göstərilməsi əvəzində sizin banner özgə səhifədə 85 dəfə

göstəriləcək. Komissiya hesabına yığılan göstərmə saylarını isə

şəbəkə satır. Banner mübadilə xidmətinin kommersiya marağı elə

bununla qarşılanır. Buna görə də siz özgə reklamlarını öz səhifənizdə

göstərməyərək şəbəkədən banner yeri ala bilərsiniz. Ödənişdən sonra

göstərmə sayları hesabınıza keçir və sizin banner digər saytlarda

göstərilir.

Bundan başqa ikinci dərəcəli bazarda da banner yeri almaq

olar. Burada onların qiyməti 1000-ə qarşı 0,02$-dan başlayır.

Müxtəlif şəbəkələrdə qiymətlər də müxtəlifdir. Qiymət şəbəkənin

CTR göstəricisindən və istifadəçilərə verilən imkanlardan asılıdır.

İkinci dərəcəli bazardan banner yeri almaq üçün ehtiyatlı olmaq

lazımdır. İş orasındadır ki, bir çox şəbəkələr digər yerdə banner yeri

almağı qadağan edir. Banner birjasında göstərmə sayı almaq barədə

ən xırda bir şübhə yaranan kimi adminstrator hesabı bağlaya bilər.

Banner şəbəkəsi öz istifadəçilərinə nə cür imkanlar verir? Ən

əvvəl ətraflı statistika: özgə bannerləri sizdə neçə dəfə göstərilib,

sizin banner digər iştirakçıların səhifələrində neçə dəfə nümayiş

olunub, sizin hesabınızda nə qədər qalıq var, bannerinizin CTR

göstəricisi nə qədərdir və s.

Bundan başqa, şəbəkələrin bir çoxu banner üçün targetinq

ayarlamağa imkan verir. Bu o deməkdir ki, siz öz bannerinizin

coğrafi məkanını, mövzuya görə göstərilmə məkanını, həmçinin

günün hansı vaxtında və ya həftənin hansı günlərində göstərilməsini

seçə bilərsiniz. Targetinq banneri sizin resursa marağı olmayanlara

deyil, maraqlı auditoriyaya göstərməklə israfçılığın qarşısı alınır.

QEYD: Targetinq (ingiliscə target – məqsəd anlamını verir)

Page 117: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------117---------------------------------------------

dedikdə bütün mümkün auditoriyalardan ancaq verilmiş meyarları

təmin edən hissəni seçməklə reklamın ancaq orada göstərilməsini

həyata keçirə bilən reklam mexanizmi başa düşülür.

Bir misal göstərək: siz mobil rabitə və telefonlar haqqında olan

portalınızı reklam edirsiniz. Tam məntiqlidir ki, sizin portal digər

mobil rabitə saytlarının, həmçinin (ancaq az ehtimalla) biznes-

saytların, kompüter və telekommunikasiya serverlərinin

istifadəçilərinin diqqətini cəlb edəcək. Sözsüz ki, sizin portal

kulinariya, uşaq qidalanması, əyləncə portalları və s. istifadəçilərini

isə cəlb etməyəcək.

Bundan başqa digər hallar da mümkündür. Məsələn, bir müddət

ötdükdən sonra siz görürsünüz ki, sizin bannerə olan çırtmaların sayı

gecələr daha üstünlük təşkil edir. Nəyə görə? Bunu tək Allah bilir.

Ancaq bu əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, siz gecə vaxtı

olan bu aktivliyi bilərək vaxt targetinqini ayarlayaraq şəbəkəyə sizin

reklamınızı gecə vaxtı göstərməyi «əmr» edə bilərsiniz. Bununla siz

vaxta qənaət edərək CTR-i artıra bilərsiniz.

Hər zaman dil targetinqini ayarlamaq xeyirlidir. İngilis dilində

olan saytda azərbaycan dilində olan banner nəyə lazımdır? Onsuz da

onu heç kəs çırtmalamayacaq.

Bannerləri digər informasiya vasitələri kimi imic və əmtəə

növlərinə ayırmaq olar. İmic bannerləri reklam olunan saytın dizayn

elementlərində istifadə olunur: firmanın rəngləri və üslubu loqotip və

şüarı. Bu cür bannerlər onlara çırtmalamaq üçün deyil, brendi daha da

tanınmış etməkdir. Əmtəə bannerləri isə əksinə, daha çox çırtmaları

təmin etməlidir. O əlbəttə ki, məhsullar və xidmətlər, qiymətlər və

endirimlər haqqında informasiyanı daşıyır. Hər bir yaxşı banner – bu

elə bir ideyadır ki, istifadəçini həvəsləndirməli və ona çırtlamaq

arzusunu oyatmalıdır.

Banneri yaradarkən, əvvəla nəyin reklam olunacağını

müəyyənləşdirmək lazımdır. Onu bu prinsiplə düzəltmək olar:

«şüar+görüntü və daha heç bir şey». Sadə bir ssenari fikirləşib

animasiya da düzəltmək olar.

Page 118: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------118---------------------------------------------

4.4.İNFORMASİYANIN DİZAYNI. VEB-DİZAYN

Nümayiş incəsənəti informasiya ilə işin xarici və hər kəsə

məlum olan hissəsidir. Cəmiyyətdə informasiya yaymaq bacarığı

olmayanlar üçün öz peşəkarlığını isbat etmək çətin olur. Korporativ

iclasda 10 dəqiqəlik izahat ərzində mürəkkəb informasiyanı nə cür

başa düşülən etmək olar? Aşağıda ən effektiv 5 qayda göstərilib.

Qayda №1.

Bütün insanlar yeni informasiyanı öz beyinlərində olan köhnə

biliklərlə müqayisə edərək qiymətləndirirlər. Jurnalda insan şəklinə

baxaraq onun boyunun nə qədər olduğunu müəyyən edə bilərsiniz?

Bu mümkün deyil. Bunu müəyyən etməyin yeganə üsulu – onu sizin

tanıdığınız insanın boyu və ya sizə tanış bir predmetin ölçüsü ilə

müqayisə etməkdir. Bu qayda insan həyatındakı əksər əşya və

təzahürlərə aiddir: istənilən şkala bizim bildiyimiz göstəricilərə

əsaslanmalıdır.

Qayda №2.

Cəmi 5 meyardan istifadə edərək informasiyanı təşkil etmək

olar: əlifba sırası, coğrafi məkan, xronologiya, kateqoriya və

iyerarxiya. Burada daha məntiqli seçim etmək lazımdır. Şəhər, çay,

ölkə və yolları yerləşməsinə görə qruplaşdırmaq daha rahat olardı.

Kitab, məqalə və məlumat kitabçalarını - əlifba sırasına görə,

planlaşdırma ilə bağlı olan sənədləri – xronologiyaya, anbar

məlumatlarını – kateqoriyaya, istənilən fiziki obyektləri isə -

iyerarxiyaya (güclü-zəif, rəis-işçi və s.) əsasən qruplaşdırmaq daha

məqsədəuyğundur. Bəzən isə obyektləri eyni 2 meyara görə də

müəyyən etmək olar. Belə ki, şifahi çıxış zamanı sxemi

sadələşdirmək və ən vacib – bir kriteriyadan istifadə etmək lazımdır.

Qayda №3.

Bəzəmək yox, sadələşdirmək. Reklam dizaynının qaydasını

yada salın: parlaq rənglərin və mətnin bolluğu informasiyanın

məqsədinin qarşısını kəsəcək. Hər bir dizayner şəkilə milyon rəng

qata, şəkli 3-ölçülü edə, fəzaya qaldıraraq kölgəsini yerə sala bilər.

Ancaq yaxşı dizayner bilir ki, bütün bunlar reklamın ideyasından fikri

Page 119: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------119---------------------------------------------

yayındırır. Verilənlərin təşkilində də bu cürdür. Statistikanı təqdim

etmək lazımdırsa, dairəvi diaqramlarla ehtiyatlı olmaq lazımdır.

Onlar xətti diaqramlara nisbətən daha effektivdirlər, lakin

proporsiyalar haqqında düzgün təzahür oyatmırlar. Bəlkə cədvəllə

kifayətlənmək olar, hansında ki, ən vacib məlumatlar qırmızı rənglə

seçilib? Əgər sizə kompaniya və ya şəxslər arasında qarşılıqlı təsir

prinsipini təqdim etmək lazımdırsa diqqətli olun – öz göstəricinizi

çoxsaylı oxlar və punktirli xətlərlə Borodino döyüşünün sxeminə

çevirməyin. Ola bilər ki, Microsoft Chart – da ikidərəcəli sxemlə

kifayətlənmək olar.

Qayda №4.

Məruzə zamanı nəyin üstündə dayanmağı seçmək üçün sizin

üçün nəyin maraqlı olduğunu fikirləşin. Jurnalistlər bilirlər: ən yaxşı

məqalə - müəllifin əvvəl bilmədiyi və başa düşmədiyi şeyləri

öyrənmək istəyərək ilhamlandığı işdir. Yaxşı təqdimatda

(prezentasiyada) da bu cürdür. Əvvəl bununla müəllifin özü

maraqlanır, sonra isə digərləri.

Qayda №5.

Məruzənin 90%-ni təşkil edən lazımsız informasiyadan

qətiyyətlə imtina edin. İnformasiya artıqlığının yorğunluqla əlaqəsi

yoxdur. Bu emosional problemdir. Bundan ən yaxşı çıxış yolu - ən

vacib və ən maraqlı faktın üzərində (eyni zamanda) fikir

cəmləməkdir. Ən yaxşı məruzə - maraqlı, bilinmədən bir-birilə

əlaqəsi olan informasiyaların parıltısıdır. Bundan əlavə yadda

saxlamaq lazımdır ki, əgər siz təqdimatı 10 dəqiqəlik məruzəyə

sığışdıra bilmədinizsə, deməli yaxşı hazırlaşa bilməmisiniz. Və

yaxud, əgər siz lazımlı informasiyanı Power Point-da 10 səhifəyə

yerləşdirə bilmədinizsə, deməli problemi yaxşı araşdırmamısınız və

yenidən başlamalısınız.

Dizayn İnternet istifadəçilərinin diqqətini müəyyən bir səhifəyə

yönəltməkdə mühüm rol oynayır. Veb-səhifənin dizaynı işlənərkən

auditoriyanın bunu necə qarşılayacağını əvvəlcədən öyrənmək

lazımdır. Burada dizayn Veb-səhifənin tərkibini əks etdirməlidir

(başqa sözlə desək, ona uyğun olmalıdır).

Page 120: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------120---------------------------------------------

Veb-səhifənin dizaynı hazırlanmasında universal bir həll

yoxdur. Səhifələrin düzəldilməsində bir neçə variant mövcuddur. Bir

serverin bütün səhifələri eyni üslubda olmalıdır. Bu firma haqqında

və onun məhsulları haqqında ümumi bir fikir yaradır.

Veb-səhifənin dizaynı aşağıdakı elementlərin işlənməsini

nəzərdə tutur:

Rəng;

Şrift;

Qrafika;

Veb-səhifənin tərtibatı.

Bununla bərabər İnternet Veb-saytların tərtibatlarında da

məhdudiyyətlər müəyyən edir: səhifənin yüklənmə vaxtı; verilənlərin

ötürülməsində kanalların keçiricilik qabiliyyəti; qrafik faylların

ölçüsü; brauzerlərə uyğunluq və s.

Advertiser (reklam verən) – Veb-səhifədə ödəmə ilə öz

bannerini yerləşdirən fiziki, hüquqi və yaxud virtual şəxsdir.

Advertiserin yerləşmiş bannerdə linkin apardığı öz saytı olur (və ya

heç olmur).

Banner (banner, fantik) – Veb-səhifədə yerləşmiş və reklam

olunan səhifəyə aparan linklə təchiz olunmuş qrafik fayldır (GIF,

JPG). Bir qayda olaraq düzbucaqlı formada olur. Bannerlərin tez

yüklənməsi üçün banner göstərmə sistemləri onların ölçülərinə

məhdudiyyətlər qoyur (məsələn, 15 kilobayta qədər). Bu

məhdudiyyətlərlə bərabər rəngli, animasiyalı bannerlər düzəltmək

heç də asan məsələ deyil.

Banner Advertising (banner reklamı) – Veb-saytın

istifadəçilərinin sayını artırmaq üçün, həmçinin kompaniyanın,

məhsulun, xidmətlərin və s. imicinin yaradılması/artırılması üçün ən

effektiv vasitədir.

Branding (imic reklamı) – imic reklamında firmanın rəhbərliyi

öz saytına istifadəçilər cəlb etməklə firmanın imicini yaratmağı

qarşısına məqsəd qoyur. Burada bannerə çırtmaların sayı deyil, onun

daha da yaddaqalan və effektiv olması əhəmiyyətlidir.

Page 121: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------121---------------------------------------------

Banner Exchange Services (banner mübadilə sistemləri) – öz

istifadəçiləri arasında banner göstərmələrini qarşılıqlı təmin edən

xüsusi sistemdir. Öz xidmətləri müqabilində göstərmə saylarından

faiz götürür.

Burn out of a banner (bannerin yanması) – müəyyən bir

banner mübadilə sistemində və yaxud səhifədə bir banner eyni

istifadəçiyə təkrarən çoxlu sayda göstərilir və bannerə olan

çırtmaların sayı azalır.

Cashed banner (keş olunmuş banner) – bəzən istifadəçi bir

banneri sistemdə təsbit edildiyindən daha çox görür. Bu onunla

bağlıdır ki, banner istifadəçinin brauzerinin keş yaddaşında qalır və

növbəti yüklənmədə banner sistemdən yox, istifadəçinin yaddaş

diskindən yüklənir.

Click-Through (çırtma) - əgər istifadəçinin gözünə banner

sataşırsa, bu onu cəlb edir və o maus ilə ona çırtmalayır. İstifadəçi

həmçinin darıxdığından və ya təsadüfən də bannerə çırtmalaya bilər.

Çırtmadan sonra bannerdə reklam olunan səhifə yüklənməyə başlayır.

Bu tranzaksiyadır və çırtma adlanır.

Cookies (kukilər, peçenyelər) – verilənlərdən kiçik bir hissə.Siz

serverə baş çəkərkən server onlar ilə sizin brauzeri doldurur. Növbəti

dəfə siz serverə baş çəkərkən server biləcək ki, siz burda əvvəlcə

olmusunuz və məsələn, sizə əvvəlki dəfə göstərdiyi banneri

göstərməyəcək. Daha geniş sistemlər cookie-texnologiyasının

köməyilə istifadəçinin nəyə maraqlı olduğunu müəyyən edə bilir və

hər dəfə ona əlaqədar bannerlər göstərir.

Təəssüf ki, çoxları əsassız olaraq cookie-lərdən qorxurlar və öz

brauzerlərində bu funksiyanı söndürürlər.

CPM – bannerin 1000 dəfə göstərilməyə görə qiymətidir.

CPS (cost per sale) – bir satışın qiymətidir. Sadə bir hesablama

aparaq. Tutaq ki, sizin üçün CPM 15$ təşkil edir. İstifadə olunan

bannerin CTR-i 3%-dir. Məlumdur ki, hər 50 istifadəçidən biri

məhsul alır. Satışdan gəlir 20$-dır. 150$-a (CPM) bizdə

10000×3%=300 istifadəçi var. Deməli:

Məhsulu 300÷50=6 istifadəçi alır;

Page 122: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------122---------------------------------------------

Siz 6×20=120$ qazanırsiniz.

Beləliklə, siz 150$ xərcləməklə 120$ qazanırsınız. Əslində heç

də pis deyil! İstifadəçilərin bir hissəsi yenidən sizə müraciət edərək

alış-veriş edəcəklər, bəziləri isə sizin xidmətlər barədə öz dostlarına

danışacaq.

CPV – hər istifadəçiyə görə qiymətdir. Banner göstərmə

satışında belə bir praktika var ki, hesab banner vasitəsilə reklam

verənin saytına düşən hər istifadəçi sayına görə aparılır. İstifadəçi

bannerə çırtmalayan (buna baxmayaraq istifadəçi reklam olunan

səhifə yüklənmədən əvvəl brauzerində «Back» düyməsini basa bilər)

şəxsdir. Bir çırtmanın (CPV) orta qiyməti 10-12 sent təşkil edir. Nə

vaxt göstərmə, nə vaxt isə çırtma almağın sərfəli olduğunu Siz

müəyyən edə bilərsiniz.

CTR (click/through/ratio, bannerə çırtma sayı) – bannerin əsas

xarakteristikası ona olan çırtmaların sayının, onun göstərilməsi sayına

olan nisbətidir. Belə ki, sizin banner 1000 dəfə göstərilibsə, sizin

sayta isə 50 dəfə düşülübsə, sizin bannerin CTR göstəricisi 5%-dir.

Flat Fee Advertising – bannerin göstərilmə və ona çırtmalama

sayının hesabı aparılmadan yerləşdirilməsidir. Bir çox saytlar reklam

verənin bannerini öz saytlarının səhifələrində aylıq ödəmə əsasında

yerləşdirməyə həvəslidirlər. Ödəmə qiyməti saytın istifadə olunma

sayından və reklamın istiqamətindən asılıdır.

Gif – İnternetdə ən geniş yayılmış qrafik formatıdır. Banner

yaradılmasında geniş istifadə olunur və animasiyalı bannerlər üçün

əlverişlidir. Format 256 rəng çaları ilə məhduddur.

Hit (xit) – istənilən elementin (html-sənəd, qrafik fayl, java-

applet və s.) istifadəçi tərəfindən yüklənməsidir. Məsələn, əgər sizin

səhifədə 15 qrafik element varsa, onda serverin loq-faylı səhifənin

yüklənməsi zamanı 16 xit qeydə alacaq (15 şəkil və 1 html-sənəd).

Home Page (ana səhifə, başlanğıc səhifəsi) – ingilis dilindən

hərfi tərcümədə olduğu kimi bu kiminsə ev səhifəsi deyil, saytın

başlanğıc səhifəsidir. Adətən, linklər birbaşa əsas səhifədə olur və

buna görə də, əsas səhifənin istifadəçi sayı digər səhifələrə nisbətən

daha çox olur.

Page 123: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------123---------------------------------------------

Impression (göstərmə, exposures) – bannerin istifadəçiyə

demonstrasiyasıdir (nümayişidir).

Jpg – İnternetdə populyarlığa görə (gif-dən sonra) ikinci ən

geniş yayılmış qrafik formatdir. Jpg animasiya və digər imkanlara

malik olmasa da, foto təsvirlər üçün daha əlverişlidir. Jpg formatında

16 milyona qədər rəng çalarından istifadə etmək olur.

Publisher (naşir) – reklam verənin ödəniş ilə reklamını

göstərən Veb-səhifədir.

Site Frequency (səhifənin baş çəkilmə tezliyi) – Veb sayta

istifadəçilərin nə qədər tez-tez qayıtmasını göstərən orta göstəricidir.

Əsasən mütəmadi olaraq tərkibi yenilənən saytlar üçün xarakterikdir.

Site Reach (saytın auditoriyasının həcmi) – müəyyən vaxt

ərzində saytda olmuş unikal istifadəçilərin sayıdır. Əgər sayt

mütəmadi olaraq yenilənirsə, onda sayt, Veb sayta müəyyən tezliklə

baş çəkən davamlı bir auditoriya əldə etmək şansı qazanır.

Targeting (dar istiqamətli reklam) – reklam bannerinin ancaq

müəyyən bir, reklam verənə daha maraqlı olan istifadəçi

auditoriyasına göstərilməsidir. Bu cür reklam daha effektiv və baha

olur.

Traffic (baş çəkilmə) – müəyyən zaman vahidində (gün, ay və

s.) saytın (və ya onun bir səhifəsinin) istifadəçilərinin sayıdır. Bəzən

traffik anlayışına istifadəçilərin sayını yox, müəyyən zaman vahidi

ərzində olan xitlərin sayını da aid edirlər.

Visit and visitors (gəliş və gələnlər) – yəqin siz səhifələrdə

istifadəçilərin sayını göstərən sayğacları görmüsünüz? Əgər bir

istifadəçi qısa bir müddət ərzində (məsələn, 30 dəqiqə boyunca) bir

neçə dəfə eyni səhifəyə baş çəkirsə, bu bir gəliş hesab olunur. Hər tip

sayğac istifadəçilərin sayını özünəməxsus şəkildə göstərir. Bəzi

sayğaclar həddindən artıq “ciddi” olsalar da, bəziləri “ciddi” olmur.

Yəni bəzi sayğaclar gələnlərin sayını müəyyən qədər çox göstərə

bilərlər.

Veb-page (veb səhifə, səhifə) – Veb saytın tərkib hissəsidir.

Fiziki olaraq HTML-sənəd şəklindədir. Mətn, təsvir, Java-applet və

başqa Veb-elementlərdən ibarət ola bilər. Səhifə statik və ya dinamik

Page 124: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------124---------------------------------------------

ola bilər. Əgər çərçivələrdən istifadə olunubsa, onda hər bir çərçivə

ayrıca səhifə hesab olunur.

Veb-site (veb sayt, sayt, server) – məna, naviqasiya, fiziki

yerləşmələrinə görə Veb-səhifələrin birləşməsidir.

4.5.TƏHSİLİN QLOBALLAŞMASINDA İNFORMASİYA –

KOMMUNİKASİYA TEXNOLOGİYALARI

Sivilizasiyanın əsas fenomenlərindən biri sayılan təhsil insanın

“sosial varlıq” olaraq tarix səhnəsinə çıxdığı və ilk təcrübəsini

ötürməyə ehtiyac hiss etməyə başladığı vaxtdan etibarən başlıca

amilə çevrilmişdir. Bəşər mədəniyyətinin yüksəlişində müstəsna rol

oynamış sivilizasiyaların meydana gəldiyi tarixi şəraitə nəzər

salarkən onların hamısının təmsil etdiyi dövrə görə inkişaf etmiş

təhsil sisteminin və elmin sayəsində uğur qazandığını təsbit etmək

mümkündür. Bilavasitə haqqında bəhs etdiyimiz mövzuya gəlincə,

elmi dövriyyədə təhsildə qloballaşmanın tarixinin hələ XIX əsrin son

rübündə başladığı və onun da nəticəsində bəzi dövlətlərin sürətlə

inkişaf etdiyinə, bəzilərinin isə tənəzzülə uğradığına dair müəyyən

fərziyyələr mövcuddur. Bütün hallarda elmi‐texnoloji üstünlüklərə,

informasiyaya malik olanların dünyaya hökmranlıq etdikləri

məlumdur. Məhz bu səbəbdən, hər bir ölkənin qloballaşma şəraitində

dünya təhsil sisteminə inteqrasiya olunması, öz təhsil sistemini

beynəlxalq miqyasda qəbul edilmiş təhsil modellərinə

uyğunlaşdırması zamanın tələbi olaraq ortaya çıxır. Təhsilin də

gələcəyə yatırılan bir sərmayə olduğu nəzərə alındığından,

qloballaşmanın təhsilin planlaşdırılması və həyata keçirilməsi

mərhələlərində müsbət və ya mənfi mənada təsiri olacağı

qaçılmazdır. Çünki, qlobal proseslər nəticəsində elitar artıq bir

xidmət sahəsi olmaqdan çıxaraq kütləvi səciyyə daşıyan ali təhsildə,

o cümlədən universitetlərin fəaliyyətində kifayət qədər ciddi

dəyişikliklər baş verir. Təhsil sahəsində qloballaşma ilk növbədə bir‐biriləri ilə sıx əlaqələri olan millətlərin ölkələrarasında sərbəst

hərəkət etmək və müstəqil şəkildə iş yeri tapmaq, xalqların,

Page 125: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------125---------------------------------------------

millətlərin qarşılıqlı anlaşmasını və fəaliyyət göstərməsini, təmin

etmək imkanına malik olan fərdlər yetişdirilməsində özünü göstərir.

Bu kimi insanlardan həmçinin fərqli şəraitdə yaşamaları, fəaliyyət

göstərmələri və mədəniyyətlərarası dialoqun fəal iştirakçıları olmaları

da gözlənilir. Başqa sözlə desək, informasiya əsrində təhsilin başlıca

qayəsi milli kimliyini itirməmək şərti ilə müxtəlif mədəniyyətlərin

hakim olduğu coğrafiyalarda mövcud şəraitə uyğunlaşmağı və uğur

qazanmağı bacaran dünya vətəndaşları yetişdirməkdir. Belə olan

halda, qloballaşma şəraitində yalnız öz ölkəsində oxumaq

məcburiyyətində qalmayan hər bir vətəndaş təhsil alacağı ölkəni və

tədris ocağını sərbəst şəkildə seçmək hüququ əldə edir. Artıq İnternet

vasitəsilə reallığa çevrilən bu imkan nəticəsində insanlar hətta

evlərindən çıxmadan dünyanın hər hansı bir yerindəki şirkətdə işləyə

bilərlər. Əgər biz gələcəyimizi təhsilsiz təsəvvür etmiriksə, o zaman

bu prosesin gələcək həyatımızdakı rolunu nəzərə alaraq qloballaşan

dünyada ümumbəşəri dəyərləri mənimsəmiş və milli dəyərləri qoruya

bilən fərdlərin yetişdirilməsinə calışmaliyiq. Qloballaşmanın təhsil

üzərindəki təsirinin və ya təhsilin qlobal inkişafla əlaqəsinin

artmasının ən bariz əlamətlərindən biri də intellektual potensialın

bəlli mərkəzlərdə cəmləşməsi prosesidir. Artıq universitetlərin

gündəliyinə daxil olmuş E‐təhsil, tədris və araşdırma prosesində

İnternetdən istifadə edilməsi, təhsil sahəsində müştərək beynəlxalq

layihələrin həyata keçirilməsi, Veb və ya video- konfransların, distant

(məsafədən) təhsilin təşkili təhsilin qloballaşmasına təsir edən

amillərdir. İş şəraitinin və şərtlərinin dəyişməsi nəticəsində əmək

bazarının tələblərinə uyğunlaşmaq üçün yeni peşə vərdişləri

qazanmağa ehtiyacın artdığına görə fasiləsiz təhsil məsələsi də

gündəmə gəlmişdir. İnternetin də verdiyi imkanlar sayəsində artıq

universitetlər sadəcə yerləşdikləri ölkələrə deyil, digər ölkələrə də

təhsil xidməti təklif edə bilirlər. Beynəlxalq münasibətlərin müasir

durumu, ölkələrin və xalqların inkişaf səviyyəsi bəzi milli təhsil

sisteminin xarici vətəndaşlar üçün daha cəlbedici olduğunu göstərir.

Bunun da başlıca səbəbi həmin təhsil sistemlərin özünəməxsus güclü

ənənələrə, elmi məktəblərə, müasir tələblərə cavab verən tədris

Page 126: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------126---------------------------------------------

planlarına malik olması, müəyyən hallarda isə təhsil haqqının daha

sərfəli olması ilə bağlıdır. Aparılan təhlillər göstərir ki, ABŞ, Böyük

Britaniya və Almaniya universitetləri ümumilikdə beynəlxalq təhsil

və xarici vətəndaşlar üçün cazibə mərkəzi halına gəlmişdir. Bu da öz

növbəsində xarici tələbələr üçün hazırlanmış proqramlardan əldə

olunan vəsaitin artmasına və universitetlərin beynəlmiləlləşdirilməsi

prosesinə güclü təkan verir. Lakin universitetlərin heç də hamısının

beynəlxalq təhsilin təminatçısına çevrilməsinin real olmadığını irəli

sürən mütəxəssislər də yox deyildir. Buna görə də keçən əsrin 70‐ci

illərində dövriyyəyə buraxılmış “dünyanı dəyişdirmək universiteti

dəyişdirməkdən daha asandır” iddiasının əksinə olaraq, son illərdə ali

təhsildə genişmiqyaslı və köklü dəyişikliklər baş verir. Hətta əhatə

dairəsi və mahiyyəti dəyişikliklərin təkamül yolu ilə həyata

keçmədiyini və inqilabi səciyyə daşıdığını söyləməyə imkan verir.

Ali təhsilin təşkilində və srtukturunda ənənəvi institutlaşma və

coğrafi çərçivə anlayışına sığmayan yeni rəqabət formaları tətbiq

olunur. Bu da virtual, lisenziya (françayzinq), korporativ

universitetlərinin, ali təhsilin offşor zonalarının, universitet

konsorsiumlarının, KİV tərəfindən təsis edilmiş şirkətlərin,

kitabxanaların, muzey və mədəni‐maarif müəsissələrinin, təhsil

brokerlərinin meydana çıxmasına şərait yaradır. Eyni zamanda,

distant (məsafədən) və virtual təhsil formaları ali təhsilin ümumi

mənzərəsini bir xeyli dəyişdirdi. Ənənəvi olaraq biliyin aşılandığı

əsas məkan kimi tanınan ali məktəblər üçün milli sərhədlər və

ərazilər nisbi səciyyə daşımağa başladı. Beləliklə, yerləşdiyi ərazidən

kənara çıxan universitetlər müasir cəmiyyətin bütün sahələrini, hətta

onlayn təhsil proqramları vasitəsi ilə korporasiya, dövlət və hökumət

qurumlarının əməkdaşlarını da əhatə edəcək dərəcədə çeviklik

qazandı. Nəticədə, maddi planda universitet şəhərciyinin

imkanlarından istifadə etməkdən daha çox virtual təhsil

müəsissələrinin müxtəlif kommersiya, rabitə və multimedia

strukturları ilə əməkdaşlıq etməsinə zərurət yarandı. Ali təhsildə

klassik universitet məfhumu üçün xas olmayan transmilli

korporasiyalar, yeni‐yeni tərəfdaşlıq, koalisiya növləri və alyanslar

Page 127: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------127---------------------------------------------

meydana gəldi. Elmi‐tədqiqat işlərinin aparılması, mövcud elmi‐metodik materialların mübadiləsi və tədrisin keyfiyyətinə nəzarətin

gücləndirilməsi sahəsində səylərin birləşdirilməsi məqsədi ilə 2000‐ci

ilin aprel ayında Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni

Zelandiya və Sinqapurun bir sıra universitetlərini özündə birləşdirən

qlobal virtual təhsil müəsissəsi təşkil olundu. Lakin bu cür tərəfdaşlıq

nəticəsində təhsil sistemi daxilində və xaricində öz vəzifələrini

bölüşmək məcburiyyətində qalan ali təhsil müəsissələri təhsilin

keyfiyyəti, onun qiymətləndirilməsi və daha çox insana şamil

edilməsi problemləri ilə qarşılaşmış oldu. Bu da öz növbəsində

klassik mənada bilik verən tədris ocağı olmaqdan daha geniş müştəri

auditoriyasına xidmət göstərən müəsissəyə çevrilən universitetlər

qarşısında ciddi dəyişikliklər həyata keçirməklə yeni sosial‐mədəni

şəraitə uyğunlaşmaq tələbini qoydu. Məhz bu amil bir tərəfdən

P.Skott, Z.Bauman və D.Delanti kimi tədqiqatçılara klassik

universitet təhsilinin ciddi böhran keçirdiyini, digər tərəfdən isə onun

mövcud vəziyyətdən çıxmaq qabiliyyətinə malik olduğunu qeyd

etməyə imkan verdi.

Beləliklə, qloballaşma və milli təhsil müstəvisində universitet

mahiyyət və qarşısında duran vəzifələr baxımından yeni məzmun

kəsb etdi. Beynəlxalq təhsilin bəlli universitetlərdə təmərküzləşməsi

prosesinə paralel olaraq yerlərdə də müasir tələblərə cavab verən ali

təhsil müəsissələri şəbəkəsinin inkişaf etdirilməsi təmayülü hiss

olunmağa başladı. Nəticədə, bilavasitə yerlərdə fəaliyyət göstərən ali

məktəblərin cəlbediciliyinin artırılması kimi başa düşülən

“beynəlxalq status” məfhumu da yeni məna kəsb etmiş oldu.

2005‐ci ildən etibarən Bolonya prosesinə qoşulmaqla

Azərbaycan bir daha birmənalı şəkildə Avropa təhsil məkanına

inteqrasiya prosesini dərinləşdirmək əzmini nümayiş etdirdi.

Tamamilə könüllülük prinsipləri əsasında bu prosesə qoşulan ölkələr

malik olduqları ali təhsil sistemlərində keyfiyyəti yüksəltmək və

tərəfdaş ölkələr arasında ümumi qəbul olunmuş standartları tətbiq

etmək üçün ciddi islahatların həyata keçirilməsinə dair müəyyən

öhdəliklər götürdülər. Azərbaycan Bolonya prosesinə qoşulduqdan

Page 128: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------128---------------------------------------------

sonra ali təhsildə aparılacaq islahatların konturları yenidən

müəyyənləşdirildi. Bolonya Bəyannaməsinin müddəalarını həyata

keçirmək üçün 2006‐2010 ‐ cu illəri əhatə edən Tədbirlər Planı

hazırlanıb təsdiq edildi. Həmin plana əsasən “Bakalavr hazırlığının

məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin

strukturu“ təsdiq olundu və yeni nəsil dövlət təhsil standartları işlənib

hazırlandı. “Ali təhsil müəsissələrində kredit sistemi ilə tədrisin

təşkili barədə nümunəvi Əsasnamə“ hazırlanıb təsdiq edildi. Xarici

ölkələrdə təhsil alanlarının diplomlarının Azərbaycanda tanınması

üzrə müvafiq tədbirlər həyata keçirildi. Avropa Komissiyası, Avropa

Şurası və UNESCO‐nun ekspertlərindən ibarət işçi qrupu tərəfindən

hazırlanmış diploma əlavənin (Diploma Supplement) modeli əsasında

ali təhsil haqqında diploma əlavənin nümunəsi hazırlandı. Həmçinin

“Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) yeni

siyahısı hazırlanaraq təsdiq edildi. Ancaq burada qeyd olunan köklü

islahatlar heç də milli hökumətlərin yeniləşən ali təhsil sistemi ilə

əlaqədar öz konsepsiyalarını başqalarına qəbul etdirməsi məqsədini

daşımır. Əksinə, Bolonya bəyannaməsi standart və ya təktipli bir ali

təhsil sisteminin qurulmasını deyil, universitetlərin müstəqilliyini

təmin edən muxtariyyət prinsiplərinin, müxtəlifliliyin qorunub

saxlanılması şərti ilə inteqrasiyanın həyata keçirilməsinə üstünlük

verir. Bununla da siyasi bir qərar olmaqdan daha çox konkret icra

tarixlərinin də əksini tapdığı mərhələlərə bölünmüş müştərək

fəaliyyət planı olan sözügedən bəyannamə Avropanın ortaq

problemlərinə həll yolları axtarıb tapılması məqsədinə xidmət edir.

2010‐cu ildə başa çatması nəzərdə tutulan prosesin qarşısında Avropa

vətəndaşlarının işlə təmin olunma, sərbəst hərəkət etmə imkanlarını

və Avropa ali təhsilinin beynəlxalq rəqabət gücünü artırmaq üçün ali

təhsildə Avropa təhsil məkanı formalaşdırmaq vəzifələri də durur.

Bununla yanaşı kredit sisteminin tətbiq edilməsi, tələbə mobilliyini

təşkil etmək məqsədi ilə milli təhsil sistemləri tərəfindən ortaq

dərəcələndirmə sistemi kimi qəbul olunan və Avropa təhsil məkanına

inteqrasiya üçün baza təşkil edəcək AKTS‐nin (Avropa Kredit

Transfer Sisteminin) təşəkkülü prosesi də davam edir. Distant

Page 129: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------129---------------------------------------------

(məsafədən) təhsil də daxil olmaqla fasiləsiz təhsil fəaliyyətini də

əhatə edəcək bu sistemin tətbiqi nəticəsində müqayisə edilə biləcək

meyar və metodlara əsaslanan ortaq keyfiyyət təminatı standartlarının

qəbul edilməsi gözlənilir. Bununla belə, inteqrasiya prosesi

çərçivəsində aparılması tələb olunan islahatların əhatə dairəsi, milli,

regional və ya qlobal ehtiyaclara cavab verə bilən bir modelin tətbiq

edilməsi xüsusi əhəmiyyət kəsb edir. Milli, regional və qlobal

ehtiyaclar nəzərə alındıqdan sonra qarşıya necə bir kadr hazırlığı

aparılmalıdır - sualına cavab axtarılmalıdır. Digər tərəfdən,

qloballaşma prosesinin təsiri altında formalaşan yeni ictimai‐iqtisadi

münasibətlərə keçid şəraitində meydana çıxan fərqli sosial‐mənəvi

mühitə ənənəvi üsullarla yanaşmağın yenidən nəzərdən keçirilməsi

də az əhəmiyyət kəsb etmir. Ən başlıcası isə, gənc nəslə başqalarının

fikrinə qarşı hörmətlə yanaşmaq hissi və dözümlülük nümayiş

etdirmək vərdişinin aşılanması lazımdır. Son dövrdə Azərbaycanda

bu isiqamətdə atılmış addımların nəzərə alındığı zamanda sözügedən

prosesin uğurla başa çatdırılması üçün bilavasitə ali məktəblər

qarşısında həllini gözləyən bir sıra məsələlərin durduğunu qeyd

etmək lazımdır:

1.Tədris planlarının təkmilləşdirilməsi istiqamətində

təxirəsalınmaz tədbirlər həyata keçirilməli və təlimdə İKT‐nin

tətbiqinə, fəal təlim metodlarından istifadə edilməsinə diqqət

artırılmalıdır. Tələbələrə mücərrəd nəzəri biliklər aşılamaq yerinə, iş

mühitində tələb olunan, həyata keçirilməsi mümkün və zəruri olan

biliklərin verilməsini təmin etmək lazımdır.

2.Mövcud təlim‐tərbiyə sistemində müəllim‐tələbə

münasibətləri kontekstində tələbələrin müəllimi seçmə hüququnu

təmin edən bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Yeniləşən dünyanın tələblərinə uyğun olaraq getdikcə daha çox

istiqamətverici rol oynamağa başlayan müəllimin özü də

yeniləşməklə bərabər, onun təlim üsulları da dəyişməlidir. Müəllim

tələbəyə necə öyrənməyin yollarını göstərməli, aldığı bilikləri təhlil

və tətbiq etmək bacarıqları aşılamalıdır.

Page 130: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------130---------------------------------------------

3.Yeni formalaşacaq tədris sistemi ilə var olması nəzərdə

tutulan hədəflər və tələbələrə qazandırılması tələb olunan

keyfiyyətlərin nədən ibarət olduğu dəqiq şəkildə müəyyən

edilməlidir. Məzunların işlə təmin olunması üçün ali məktəblərlə

işəgötürənlərlə yeni münasibətlərin formalaşması, əməkdaşlıq

növlərinin axtarıb tapılması və əmək bazarının tələblərinin

öyrənilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır.

4.Hər bir ali məktəb İnternet vasitəsi ilə tələbələrin istifadəsi

açıq olan elektron kitabxana sisteminə malik olmalıdır.

5.Müxtəlif ölkələrdə yerləşən ali məktəblər arasında elmi‐texniki əməkdaşlığa, müəllim mübadiləsinə çeviklik qazandırmaq

məqsədi ilə universitetlərarası əməkdaşlıq çərçivəsində daha çox

müxtəlif qurumlarda fəaliyyət göstərən professor‐müəllim heyəti və

tədqiqatçılar arasında müştərək elmi layihələrin həyata keçirilməsini,

araşdırmaların aparılmasını təbliğ etmək lazımdır.

6.Elmi tədqiqatların nəticələrinin, elmi‐metodik materialların

mübadiləsi, təhsilin keyfiyyətinə nəzarət imkanlarının

genişləndirilməsi məqsədi ilə səylərin artırılmasını təmin etmək üçün

virtual təhsil müəsissələrinin və ümumdünya universitet şəbəkəsinin

qurulmağa başladığı bir şəraitdə rəqabətə davamlılığın əlavə yolları

axtarılıb tapılmalıdır.

7.Nəhayət, yuxarıda qeyd olunmuş vəzifələrin yerinə

yetirilməsi üçün müasir tələblərə cavab verən, dərin təfəkkürə,

pedaqoji və metodik ustalığa malik müəllimlər hazırlanmalıdır.

Elektron təhsil resursları yerinə yetirdikləri funksiyadan

asılı olaraq təhsil nəşrlərinə, təşkil texnologiyasına görə isə proqram

məhsullarına aiddir.Funksional əlamətə görə elektron təhsil

resurslarının təsnifatı :

Elektron təhsil resurslarının tədris prosesində yeri və

əhəmiyyəti

Proqram-metodik (tədris planları, proqramlar),

tədris-metodik (metodik göstərişlər)

Öyrədici (dərsliklər, dərs vəsaitləri)

Page 131: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------131---------------------------------------------

Köməkçi (praktikumlar, tapşırıq və məsələlər topluları,

müntəxəbatlar)

Yoxlayıcı (test proqramları)

İnformasiyanın təbiətinə görə elektron təhsil resurslarının

təsnifatı

Əsas informasiyanın təbiəti:

Audio

Mətn

Qrafika

Proqram

Multimedia

Struktur əlamətə görə elektron təhsil resurslarının təsnifatı

Elektron təhsil resurslarının strukturu:

Bircildli nəşr

Çoxcildli nəşr

Elektron nəşr

Məqsədli təyinata görə elektron təhsil resurslarının təsnifatı

Elektron təhsil resurslarının məqsədli auditoriyası:

Məktəblilər

Bakalavrlar

Mütəxəssislər

Magistrlar

Yaşlılar

Çap ekvivalentinin mövcudluğuna görə elektron təhsil

resurslarının təsnifatı:

Elektron analoq

Müstəqil elektron tədris resursları

Page 132: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------132---------------------------------------------

Yayılma texnologiyasına görə elektron təhsil resurslarının

təsnifatı:

Lokal

Şəbəkə

Qarışıq

İstifadəçi ilə qarşılıqlı təsirin xarakterinə görə elektron

təhsil resurslarının təsnifatı

Determinə olunmuş (sərt qoyulmuş parametrlər və fəaliyyət

rejimləri)

Determinə olunmamış (elektron tədris resursları

istifadəçilərinin ehtiyacına uyğunlaşdırılmış).

Azərbaycanın kitabxana şəbəkəsi ayrı-ayrı müəssisələrin

kitabxanalar şəbəkəsinin birləşməsindən ibarətdir. Kitabxanaların

inkişafında bir sıra ciddi problemlərin olmasına baxmayaraq və ilk

növbədə büdcəni, həmçinin maliyyənin kifayət qədər olmaması ilə

əlaqədar olaraq Azərbaycanın kitabxana şəbəkəsi fəaliyyət

göstərməkdə və genişlənməkdə davam edir.

Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin

2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramına əsasən

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin

kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın

informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır.

Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra

mühüm sənədlər qəbul edilmişdir.

Azərbaycan Respublikasında 12 mindən çox müxtəlif tipli

kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi

mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də

elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər

mədəniyyət və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların

tabeliyində olan kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli

kitabxana, Bakı şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) daxildir. Azərbaycanın

Page 133: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------133---------------------------------------------

erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərində 927 kitabxana

və kitabxana filialını özündə birləşdirən 9 rayon Mərkəzləşdirilmiş

Kitabxana Sistemi, 4 milyondan artıq kitab fondu məhv edilmişdir.

“Azərbaycan Respublikasında kitabxana - informasiya

sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”

(bundan sonra - Dövlət Proqramı) Azərbaycan Respublikasında

kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli

həllinə yönəldilmişdir.

Dövlət Proqramının əsas məqsədi “Kitabxana işi haqqında”

Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq

hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq,

kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə

tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını,

mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin

etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində

yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir

kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə

göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları

səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik

səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün

şəraitin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həyata

keçirilməsi xüsusi əhəmiyyət kəsb edir:

İnformasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq

standartlar, hüquqi qanunvericilik aktları, milli

informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət

göstərən kitabxanaların modernləşdirilməsi;

Köklü islahatların aparılması, kitabxana - informasiya

resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi,

beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, idarələrarası ko-

ordinasiyanın təşkili;

“İnformasiya cəmiyyəti”, “Biliklər cəmiyyəti” Azərbaycan

modelinin qurulması prosesinə yardım göstərilməsi;

Page 134: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------134---------------------------------------------

Kitab nəşri, yayımı və fond komplektləşdirmə işini

tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən

“müəllif-nəşriyyat-kitabxana-oxucu” mexanizminin və

infrastrukturunun təkmilləşdirilməsi;

Elektron informasiya fondlarının formalaşdırılması və virtual

kitabxanaların inkişaf etdirilməsi, “Azərbaycan ədəbiyyatının

virtual kitabxanası”nın oxucuların istifadəsinə verilməsi;

Elektron kataloq və elektron kitabxanaların yaradılması işinin

təmin edilməsi, onların müasir standartlar səviyyəsinə

çatdırılması;

Kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurul-

ması, kitabxanaların yeni informasiya texnologiyaları ilə

təchiz edilməsi;

Kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi

və təhlükəsizliyinin təmin edilməsi;

“Azərbaycanın kitab abidələri” dövlət reyestrinin

hazırlanması, milli informasiya resurslarının elektron

daşıyıcılara köçürülməsi;

Əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti

səviyyəsinin yüksəldilməsi;

Kitabxanaların kadr təminatının yaxşılaşdırılması, bu

məqsədlə fasiləsiz peşə təhsilinin təşkili və ixtisasartırma

sisteminin təkmilləşdirilməsi;

Kitabxana-informasiya işinin təkmilləşdirilməsi üçün müasir

idarəetmə sisteminin tətbiqi;

Maliyyələşmənin təkmilləşdirilməsi, sahə üzrə ayrılan

vəsaitlərdən səmərəli istifadəni təmin edən yeni iqtisadi

münasibətlər sisteminin tətbiqi;

Kitabxana-informasiya sahəsində idarəetmənin müasir iqtisadi

münasibətlərə və sosial iqtisadi şəraitə uyğunlaşdırılması;

Kitabxana-informasiya sahəsinə ardıcıl olaraq müxtəlif

mənbələrdən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni

xidmət növlərinin inkişafı, xüsusən də onların regionlarda təş-

Page 135: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------135---------------------------------------------

kili, kitabxanalarda təsərrüfat fəaliyyətinin həyata keçirilməsi,

büdcədənkənar gəlir və xərclərin bərpa olunması,onların

həcminin artırılması, kitabxanaçıların əməyində

stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi;

Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa

Milli Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası,

Elektron Kitabxanalar istifadəçilərinin Beynəlxalq

Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın

genişləndirilməsi;

Kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki

fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin

genişləndirilməsi;

Kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana

binalarının inşası;

Respublika kitabxana-informasiya şəbəkəsinin yeni

dislokasiya xəritəsinin işlənilməsi və müasir tələblərə cavab

verməyən kitabxanalarla bağlı müvafiq tədbirlərin görülməsi;

Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin

modernləşdirilməsini təmin edən layihələrin işlənilməsi üçün

dövlət və donor təşkilatlarının cəlb edilməsi;

Kitabxana-informasiya sahəsində dövlət siyasətinin prioritet

istiqamətləri üzrə elmi araşdırmaların genişləndirilməsi və

müvafiq nəşrlərin hazırlanması;

Kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana-

informasiya sahəsinə dövlət qayğısının gücləndirilməsi,

habelə müxtəlif ictimai qurumlar, beynəlxalq təşkilatlar

tərəfindən bu sahəyə diqqətin artırılması.

Hal-hazırda bütün mərkəzi universal elmi kitabxanalarda lokal

hesablama şəbəkələri qurulmuşdur.

Azərbaycan kitabxanaları www.azerbaycan-kitabxanalari.az

(şək.1.) saytında yerləşdirilmişdir.

Page 136: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------136---------------------------------------------

azerbaycan-kitabxanalari.az saytının ilk səhifəsi

Kitabxanaları kataloquna Prezident Kitabxanası, “Heydər

Əliyev irsi” Beynəlxalq Elektron kitabxanası, AMEA Mərkəzi Elmi

Kitabxanası, respublika əhəmiyyətli kitabxanalar, respublikanın

şəhər kitabxanaları, respublikanın rayon kitabxanaları və Bakı

şəhərinin kütləvi kitabxanaları daxildir.

azerbaycan-kitabxanalari.az saytının ilk səhifəsinin yuxarı sağ

küncündə yerləşmiş Elektron kitabxanadan Elektron Kataloqa

keçmək mümkündür.

Elektron kataloqda məlumat bazasına ədəbiyyat üç istiqamətdə

daxil edilir:

Kitabxanaya daxil olan yeni ədəbiyyat;

Arxiv şöbəsində toplanmış və əks – xronoloji ardıcıllıqla

seçilən ədəbiyyat;

Kitab verilişi məntəqəsində oxucular tərəfindən qaytarılan,

daha çox istifadə olunan ədəbiyyat.

Page 137: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------137---------------------------------------------

Elektron kataloq Azərbaycan Milli Kitabxanasının (AMK)

fondlarından təqdim olunan nəşrlərin aşağıdakı növlərinin maşınla

oxunan biblioqrafik yazılarını özündə əks etdirir:

Azərbaycan dilində olan nəşrlər;

Rus dilində olan nəşrlər;

Dissertasiya avtoreferatları;

Not – musiqi nəşrləri;

Kartoqrafiya nəşrləri;

Elektron resursları.

http://www.kitabxana.net linki vasitəsilə Milli Virtual-Elektron

Kitabxanaya daxil olmaq olar. Burada Elektron intellektual

kulturoloji portala daxil olmaqla azərbaycan, ingilis, rus və türk

dillərində milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik

kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları,

original kreativ-intellektual yazılar, art-xəbərlər ilə yaxından tanış

olmaq olar.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş

və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən köklü

islahatlar ölkənin dinamik iqtisadi inkişafı üçün əlverişli zəmin

hazırlamışdır. Bunun da məntiqi nəticəsi olaraq sosial, iqtisadi və

digər mühüm əhəmiyyətli sahələrdə olduğu kimi, elm və təhsil

sahəsində də sözügedən siyasətin daha fəal şəkildə həyata keçirilməsi

mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, son zamanlar ölkə

rəhbərliyinin elm və təhsilə xüsusi qayğısı nəticəsində görülən işlərin

miqyası nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Bu sahəyə ayrılan

dövlət vəsaitlərinin həcmi artırılmış və Azərbaycanın elmi

potensialının, təhsil səviyyəsinin inkişafına və müasirləşdirilməsinə

yönəlmiş tədbirlərin həyata keçirilməsi böyük vüsət almışdır.

Page 138: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------138---------------------------------------------

Gənclərin elmi araşdırmalarına dəstək ictimai birliyinin saytının ilk

səhifəsi

Məhz müstəqil Azərbaycanın, onun elmi potensialının inkişafı

naminə görülən işlərin dəstəklənməsi və imkan daxilində gedən

islahatlara töhfə verilməsi üçün “Gənclərin Elmi Araşdırmalarına

Dəstək” İctimai Birliyi təsis edilmişdir. 29 mart 2010-cu ildə təsis

edilmiş İctimai Birlik 30 aprel 2010-cu il tarixində Azərbaycan

Respublikasının Ədliyyə Nazirliyində müvafiq şəkildə dövlət

qeydiyyatına alınmışdır. İctimai Birliyin əsas məqsədi gənclərdə elm

və təhsilə olan marağın artırılmasına xidmət etməkdir. Kitabxanaların

iş praktikasında informasiya texnologiyalarının tətbiqinin əsas

nəticəsi elektron kataloqların və verilənlər bazasının yaradılmasıdır.

Gənclərin elmi araşdırmalarına dəstək (GEAD) ictimai birliyi

http://azgead.az –da yerləşdirilmişdir.

Page 139: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------139---------------------------------------------

Elektron Kitabxana Şəbəkəsi (www. kitab.az) qeyd edilmiş

yenilikləri, yeni imkanları təqdim edir. Burada yerləşdirilmiş elektron

kataloq Azərbaycan kitabxanalarında olan kitablarla tanış olmaq

imkanı verir. Kataloq azərbaycan, rus, ingilis, fransız, alman, ispan

və s. dillərdə 100.000 kitab haqqında məlumatı özündə cəmləşdirir.

Bu kitabların sayı mütəmadi olaraq artmaqdadır.

Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron

informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası “Azərbaycan

Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı

üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron

Azərbaycan)” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamının

3.1-ci bəndinə əsasən hazırlanmışdır və dövlət və yerli özünüidarə

orqanlarının əldə olunması qanunla məhdudlaşdırılmayan aktlarının

elektron informasiya sistemləri vasitəsilə ümumi istifadə üçün

açıqlanması qaydasını müəyyən edir. İnformasiya sahiblərinin

aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması sorğu

verilmədən həmin aktların internet informasiya ehtiyatlarında

açıqlanmasıdır. İnformasiya sahiblərinin aktları dedikdə, hüquqi

aktlar (normativ hüquqi aktlar, normativ xarakterli aktlar və qeyri-

normativ hüquqi aktlar), hüquqi aktların layihələri və məhkəmə

aktları nəzərdə tutulur. Qanunvericiliklə digər tələblər müəyyən

edilmədikdə, məhkəmə aktlarının internet informasiya resurslarında

açıqlanması bu Qaydaya uyğun olaraq həyata keçirilir. Hüquqi

aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət

Reyestrində açıqlanması müvafiq qanunvericiliyə uyğun olaraq

həyata keçirilir.

4.6.DİSTANT KOMPÜTER ŞƏBƏKƏLƏRİNDƏ

KORPORATİV İNFORMASİYA ŞƏBƏKƏLƏRİNİN ROLU

Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv

texnologiyalarına, o cümlədən distant təhsil texnologiyalarına tələbat

get-gedə artır. Dünya təhsil sistemində əyani təhsil forması geniş

Page 140: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------140---------------------------------------------

yayılıb. Əyani formada təhsil alan insanlar hər zaman digərlərindən

peşə bacarıqları ilə seçilib. Mütəxəssislər isə hesab edirlər ki, əyani

təhsil keyyfiyət baxımından yaxşı olsa da, bunun üçün böyük vəsait

tələb olunur. Təhsilin əyani və qiyabi formaları ilə müqayisədə açıq

distant təhsil forması xeyli üstünlüklərə malikdir. Bu üstünlüklərə

onun əlyetərliyi, ucuzluğu, çevikliyi və s. daxildir. Distant təhsil

öyrədən və öyrənən arasında telekommunikasiya və kompüter

şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında,

uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır. Təhsilin distant

formasından daha çox müəyyən səbəblər üzündən təhsilini artırmaq

imkanı olmayan insanlar üçün əlverişlidir. Distant təhsil forması

ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini,

fəallığını, şüurluğunu, yaradıcılığını optimal inkişaf etdirir. Bundan

başqa, bu sistemdə az vaxtda daha çox elmi məlumatlar əldə etmək

olur, tələbənin sistemli biliklər alması şüurlu və məntiqi imkanları

genişlənir. Avropanın bir çox ölkələrində bu təhsil formasından geniş

istifadə olunur. Belə ki, bu, Bolonya təhsil sistemində də öz əksini

tapıb. Hesab olunur ki, distant təhsil formasını ilk yaratmaq cəhdi

1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman (1813-1897) poçt

məktubları vasitəsilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı

öyrətməyə başlamışdı.

Distant təhsildə müxtəlif təhsil proqramları, texnologiyalar və

tədris forması birləşir. Bu da onun səmərəliliyini artırır. Distant təhsil

sistemində dərslər, təlimlər televiziya kanalları, multimedia diskləri,

İnternet şəbəkəsinin imkanları vasitəsi ilə, proqram paketləri ilə

həyata keçirilir. Son vaxtlar ali və orta ixtisas məktəblərində qiyabi

təhsilin ləğvi, onun distant təhsillə əvəz olunması ilə bağlı

müzakirələr artıb.

Page 141: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------141---------------------------------------------

İsaak Pitman (bəzən onu

İsaak Ayzek də adlandırırlar)

İngiltərənin Uiltşir qraflığında

anadan olmuşdur. İngilis alim-

stenoqrafıçı, din xadim, XIX

əsrdə geniş yayılmış

stenoqrafiyanın yaradıcı-

larından biri sayılır. Alimin

stenoqrafiya haqqında yazdığı

“Phonohgraphic teacher” əsəri

dünyanın 100-dən çox dilinə

tərcümə edilmişdir. Alim

tərəfindən təklif olunan sistem

nəinki İngiltərədə, həmçinin

Şimali Amerikada, Avstraliyada

və digər ölkələrdə geniş istifadə edilmişdir. 1851-ci ildə Bate

şəhərində “Stenoqrafiya və Fonetika” institutu açır. İnstitutun

filialları Londonda və Nyu-Yorkda da fəaliyyət göstərir. Alimin

iştirakı ilə stenoqrafiyanı öyrənmək istəyənlər üçün əsərlər

yazılmaqla bərabər kitablar da çap olunur.

Qeyd edək ki, Respublikanın bir neçə universitetində distant

təhsil formasından istifadə edilir.

Distant təhsil alınmasında əhalinin müxtəlif təbəqələrinə də

bərabər imkanlar yaradılır. İnkişaf etmiş ölkələrdə bir sıra

xüsusiyyətləri ilə secilən distant təhsil geniş şəkildə istifadə olunur.

Təhsil sahəsində çalışan ekspertlərin fikrinə görə, mühazirə zamanı

tədris materialının 5-10%-i, tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu

zamanı 10-20%-i mənimsənilir, materialın qrup şəkilində müzakirə

olunması zamanı isə mənimsənilmə 50%-ə qədərdir. Yeni biliklərin

təcrübi istifadəsi prosesində mənimsənilmə 75%-ə yaxınlaşır, ən

yüksək mənimsənilmə dərəcəsinə (90%) başqalarını öyrədəndə

çatmaq olur. Distant təhsil sistemi tədris prosesinin daha müasir və

onlayn formasıdır. Bu gün dünyada tələbələrə distant təhsil təklif

Page 142: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------142---------------------------------------------

edən universitetlərin çoxu “açıq universitet” adı altında fəaliyyət

göstərir. Distant təhsil zamanı keçirilən dərslər adi universitetlərdə

tədris olunan dərs proqramından bir o qədər də fərqlənmir. Yeganə

fərq ondan ibarətdir ki, distant təhsil zamanı tələbə və müəllim

arasındakı ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata

keçirilir.

Distant təhsilin növləri.

Hazırda distant təhsil vasitəsilə bir çox təhsil növləri üzrə

oxumaq olar:

• Ali təhsil almaq (University of Liverpool və s.);

• Magistraturada oxumaq (Walden University və s.);

İkinci ali təhsil almaq;

• Xarici dil öyrənmək (http://www.study. ru/lessons / online /

və s.);

MBA proqramı üzrə təlim kursu keçmək;

•İnternet-treninqlərdə iştirak etmək (http://webinar.ru/ və s.);

•İxtisas kurslarında oxumaq (http://www.online-

academy.ru/index.html və s.);

• Orta təhsil almaq.

Distant təhsil daha çox kimi özünə cəlb edir?

1.İşdə və ya evdə başı qarışıq olanları və dərslərə getmək və

mühazirələri dinləmək imkanları olmayan şəxsləri;

2.İxtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və

karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənləri;

3.Həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünya

görüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənləri,

çünki distant təhsil sayəsində eyni zamanda bir neçə kursda oxumaq

olar.

Beynəlxalq statistikaya görə, distant təhsildə «tələbələrin»

əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar

biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant

təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox

Page 143: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------143---------------------------------------------

inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil

forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri

var.

Hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici

kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri

fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi

istiqamətində iş aparılır. Bu fakt onunla izah edilir ki, nəzəri tədris

kurslarının az qala hər birini elektron variantda təqdim etmək

mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və

şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif

multimedia vasitələrindən – videofilmlərdən, multiplikasiyadan,

musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən isə

laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə

modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb

qurğularla işləmək vərdişləri yaradır.

Öyrədici kompüter proqramlarının əlyetərli olması onunla

təmin edilir ki, distant təhsil prosesində bu proqramlar disketlərdə və

lazer kompakt disklərində (CD) yerlərə çatdırıla bilər. Parametrləri

minimal tələblərə uyğun olan hər bir kompüterdə bu proqramlardan

istifadə etmək mümkündür. Yeni texnologiyalara əsaslanan distant

təhsil sistemində qiyabi təhsil sahəsində toplanmış tədrisin bütün

formalarından istifadə edilir. Distant təhsil əyani, əyani-qiyabi

(axşam), qiyabi təhsil almaq, eksternat və bu formaların

əlaqələndirilməsi şəklində həyata keçirilə bilər. Ali məktəb distant

təhsili həm müstəqil şəkildə, həm də öz struktur bölmələri – filiallar

və nümayəndəliklər şəbəkəsi vasitəsilə təşkil edə bilər.

Bəs distant təhsilin həyata keçiriləcəyi informasiya mühitinə

təqdim edilən zəruri tələblər nədən ibarət olmalıdır?

Mühitə aşağıdakılar aiddir:

Prosesin iqtisadi effektivliyini, mövcud təhsil formaları ilə

müqayisədə onun ucuz və rəqabət qabiliyyətli olmasını təmin

edilməsi;

Page 144: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------144---------------------------------------------

Təhsil prosesinin bütün iştirakçılarının – şagirdin, müəllimin

və təhsil müəsissəsinin şəbəkədə bərabərhüquqlu və

tamdəyərli iştirakına təminat verilməsi;

Onlayn rejimində istifadə edilməsi rahat olan kompakt

didaktik materialın operativ yaradılması və redaktə edilməsi

imkanının təmin edilməsi;

Təhsil müəsissəsinin cəmiyyətdə tələbat olan ən müxtəlif

təhsil resurslarını akkumulyasiya edən və onlardan istifadə

edən dinamik və mobil struktura çevrilməsinə şərait

yaradilmasi.

Distant təhsil prosesində telekommunikasiya vasitələrinin

tətbiq edilməsi, pedaqoji baxımdan mütəşəkkil informasiya

texnologiyaları kompleksindən istifadə edilməsi tələbənin və

müəllimin olduğu yerlərdən asılı olmayaraq dolayı vasitələrlə onların

qarşılıqlı təsirini tamamilə və ya qismən təmin etməyə imkan verir.

Distant təhsil tələbənin fərdi kompüterdən, interaktiv öyrədici təhsil

proqramlarından və tütor ilə (tələbənin müəllimlə əlaqəsini təmin

edən şəbəkə administratoru) operativ əlaqə saxlamaq üçün elektron

kompüter şəbəkələrindən istifadə etməsini nəzərdə tutur.

QEYD: Tütorluq fenomeni Avropa universitetləri ilə sıx

əlaqəlidir. Fenomen Böyük Britaniyadan törəmədir. Tütorluq XIV

əsrdə klassik ingilis universitetlərində (Oksford və Kembric

universitetləri nəzərdə tutulur) rəsmiləşdirilmişdir. Həmin

zamandan başlayaraq tütor mürəbbiləri (sinif rəhbərlərini) sayırlar.

XVII əsrdən başlayaraq tütorların fəaliyyət dairəsi daha da

genişlənir, onlar təhsil sisteminə daxil olur. Onlar tələbələrə hansı

mühazirəni dinləməyi, hansı praktik dərslərdə iştirak etməyi

məsləhət bilirlər. Beləliklə, tütor tələbənin çətin anlarda yaxın

köməkçisinə və məsləhətçisinə çevrilir.

1700-1850-ci illəri arasında İngiltərə universitetlərində

kafedralar yox idi və açıq mühazirələr təşkil olunmurdu.

İmtahanlara tələbələri tütorlar hazırlayırdılar. XIX əsrdən

başlayaraq bu problem qismən həll edildi.

Page 145: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------145---------------------------------------------

XVIII-XIX əsrlərdə İngiltərə universitetlərində tütor sistemi

təhsildə mərkəzi yerlərdən birini tutdu, kafedraların fəaliyyəti və

professor/müəllim heyyətinin mühazirə dərslərinin aparılması isə

müstəqilləşdi.

Dünyanın inkişaf etmiş ölkələrində ənənəvi asinxron (qiyabi)

təhsil prosesi informasiya vasitələri paketini təqdim edir, təhsil

müəsissəsi tərəfindən sistematik nəzarət edilməklə biliklərin

qazanılması, bacarıq və vərdişlər kompleksinin formalaşması təmin

edilir. Sinxron (distant) təhsil formasının mahiyyəti ondan ibarətdir

ki, öyrədilən şəxs tütor ilə, məxsusi işlənib hazırlanmış distant

informasiya bazası ilə, elektron testləşdirmə vasitələri sistemi ilə

sinxron qarşılıqlı əlaqədə təhsil alır. Müasir dövrdə təhsilin bu

forması asinxron təhsil formasını tədricən sıxışdırır.

Distant təhsil prosesinin təmin edilməsi üçün ənənəvi

resurslarla yanaşı, distant təhsilin aşağıdakı vasitələrindən də istifadə

edilir:

Multimedia müşahidə vasitələri ilə təchiz olunmuş

ixtisaslaşdırılmış dərsliklər;

Elektron dərsliklərin, tədris vəsaitlərinin, kompüter treninq

proqramlarının daxil olduğu elektron tədris-metodik

komplekslər;

Kompüter laboratoriya praktikumları, nəzarət-testləşdirmə

dəstləri, tədris videofilmləri, audioyazılar və s.

Tədris prosesində əsas informasiya resursu kimi metodik

(didaktik) baxımdan işlənmiş distant təhsil informasiya bazalarından

istifadə edilməsi onların tətbiq edildiyi vaxt üçün müasir tələblər

səviyyəsinə uyğun olmasını, həcminə və məzmununa görə müəyyən

səviyyəli əsas tədris proqramlarına təqdim edilən dövlət təhsil

standartlarının tələblərinə müvafiq və ya əlavə peşəkar tədris

proqramlarının məzmunu barədə tələblərə uyğun olmasını təmin edir.

Distant təhsil üçün məlumat bazasına aşağıdakılar aiddir

Müxtəlif tipli daşıyıcılarda hazırlanmış nəşrlər şəklində əsas

tədris ədəbiyyatı və tədris-metodik ədəbiyyat fondu;

Page 146: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------146---------------------------------------------

Kadrların hazırlanması profillərinə müvafiq dövri nəşrlər,

sorğu-biblioqrafik xarakterli nəşrlər, eləcə də mərkəzi və yerli

kütləvi ictimai-siyasi nəşrlər fondu;

Hər bir təhsil proqramının profili üzrə monoqrafiyalar və

dövri elmi nəşrlərlə təmsil olunmuş elmi ədəbiyyat fondu

daxildir.

Distant təhsil üçün tədris materialının təşkil edilməsinin ən

populyar forması – “İnternet kitabları”dır.

Distant təhsilin İnternet texnologiyaları əsasında

reallaşdırılmasının spesifik cəhəti ondan ibarətdir ki, hər bir tələbənin

təhsil almaq üçün iş yerində istifadə etdiyi kompüterin buraxıcılıq

qabiliyyəti ən azı 30 Kbit/c olan rabitə kanalları vasitəsilə qlobal

İnternet şəbəkəsinə qoşulmalı, bir tələbə üçün informasiya resursları

isə buraxıcılıq qabiliyyəti ən azı 1 Kbit/c olan xarici və ya məxsusi

kanallara malik portallarda yerləşdirilməlidir. Şəbəkə

texnologiyalarından istifadə edilməklə distant təhsil halında ali

məktəb tələbələr üçün təlim-tədris fəaliyyətinin tam informasiya

təminatını işləyib hazırlamalıdır. Bu halda informasiya resursları

müxtəlif daşıyıcılarda yerləşməli və kompüter şəbəkələrinə,

kompüter texnologiyalarına əsaslanan operativ istifadə vasitələrini

əhatə etməlidir. Şəbəkə texnologiyaları həm də tədris prosesinin idarə

edilməsi üçün effektiv avtomatlaşdırılmış idarəetmə sisteminin

mövcud olmasını nəzərdə tutur. Bu sistem tədris prosesinin

sənədləşdirilməsi barədə tam əhatəli informasiyanın, bəzi tədris

materiallarına, məsələn, kontrol tapşırıqlarına müraciətin

məhdudlaşdırılması şərtilə tədrislə bağlı informasiyadan ibarət

məlumat bazalarını əhatə edir. İnternet-texnologiya üzrə təhsil

xidmətlərinin təqdim edilməsi yalnız o şərtlə tamdəyərli ola bilər ki,

öyrənilməsi tədris planında nəzərdə tutulmuş bütün fənnlər üzrə

elektron dərsliklər, elektron məsələ kitabları, elektron praktikumlar,

metodik vəsaitlər, tətbiqi multimedia vasitələri mövcud olsun. Tədris

materiallarının xeyli hissəsi tələbənin fərdi işi üçün, qalan hissəsi,

məsələn, multimediya-əlavələr isə kiçik qruplarla (hər biri 8 nəfərdən

Page 147: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------147---------------------------------------------

çox olmamaqla) iş rejimində istifadə edilmək üçün nəzərdə

tutulmalıdır.

Distant təhsil texnologiyaları işlənib hazırlanarkən aşağıdakı

komponentlər də nəzərdə tutulmalıdır:

Hipermətnlə – virtual dərsliklə iş, öyrənilən materialın elmi-

nəzəri icmalı, təhlili və referatlaşdırılması, ev tapşırığının

yerinə yetirilməsi;

İmprintinq mühazirə-videofilmə baxış;

Peyk televiziya mühazirəsinə baxış;

Kompüter siniflərində iş, diskussiyalar, işgüzar və rol oyunları

formasında interaktiv seminarlar, şifahi və yazılı kurs işlərinin

yerinə yetirilməsi;

Fərdiləşdirilmiş orijinal metodika üzrə qlossarinin

öyrənilməsi;

İnternet şəbəkəsində fərdi məşğələlər;

Laboratoriya işlərinin və praktiki məşğələlərin aparılması

üçün universal modullar, elektron kitabxana fondları ilə iş;

Cari modul testləşdirmə və yazılı buraxılış imtahanları.

QEYD: Qlossari (latınca glossarium qədim sözlər lüğəti

toplumu anlamını verir) istənilən sahəyə aid biliklərin izahı

verilmiş dar ixtisaslı terminlər lüğətidir. Qlossari bəzən bir dildən

digər dilə tərcümə (şərh və nümunələrlə) kimi də qəbul olunur. XV

əsrdə kitab çapı həyata keçirilənə kimi insanlar qlossari tərtib

edirdilər. Ən qədim qlossari şumerlərə məxsusdur (bizim eradan

əvvəl XXV əsr).

Off-layn təlim texnologiyasından istifadə edilən halda tələbə

İnternetə daxil olmadan, e-mail vasitəsilə bütün tədris materiallarını

əldə edə bilər. Distant təhsil sistemində geniş informasiya bazasından

istifadə edilməsi informasiyanın qorunması, istifadə edilən proqram

vasitələrini işləyib hazırlayanların müəlliflik və əmlak hüquqlarına

riayət edilməsi, həmin vasitələrin testləşdirilməsi və

Page 148: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------148---------------------------------------------

sertifikatlaşdırılması ilə bağlı bir sıra əlavə problemlərin həll edilməsi

zəruridir.

Distant təhsildə tədris fəaliyyətinin təşkil edilməsinin dünya

praktikasında ən geniş yayılmış formalarından – telekonfranslardan,

işgüzar oyunlardan, qrup halında diskussiyalardan, interaktiv tədris

materialları ilə iş metodlarından, case study üsullarından istifadə

edilməsi məqsədəuyğundur. Bir faktı da nəzərə almaq lazımdır ki,

distant təhsil sistemində tədris məşğələlərinin keçirilməsi forması

tamamilə dəyişir: bu halda aktiv və intensiv məşğələlər (işgüzar

oyunlar, “beyin hücumu”, “konkret halın öyrənilməsi”) formasında

aparılan tütorlara, praktiki məşğələlərə və laboratoriya işlərinə

üstünlük verilir. Distant təhsildən istifadə edildikdə təhsil prosesinin

təşkilinin daha bir səmərəli forması qrup halında və fərdi

məsləhətlərdir. Tələbələrin qarşılaşdığı müxtəlif problemlərin həlli

prosesində bu formaya xüsusi yer verilir.

Distant təhsil üçün nəzərdə tutulmuş tədris materialları

aşağıdakı tələblərə cavab verməlidir: informasiya şəffaflığı, tədris

materiallarının zorla qəbul etdirilməməsi, onların qavrayış üçün sadə

olması, redaktə və referatlaşdırma işlərinin asanlığı, qənaətcillik,

özünənəzarətin yüksək dərəcəsi, əks əlaqə yaratmaq üçün interaktiv

imkanların mövcud olması. İstər bütövlükdə distant təhsil prosesi,

istərsə də hər bir təhsil kursu başlanğıc məşğələlərdən, şərhlərdən

başlanmalıdır. Bu məşğələlərdə tələbə müəllim barədə məlumat alır,

tədris kursunun xülasəsi, məqsədləri və vəzifələri ilə tanış olur, hər

bir konkret kursun öyrənilməsində hansı dərsliklərdən və əlavə tədris

materiallarından istifadə edə biləcəyi, eləcə də cari və yekun

nəzarətin hansı formada həyata keçiriləcəyi barədə məlumat alır.

Tədris kursuna müvafiq terminlərin qlossarisi əlavə edilməlidir.

Qlossaridə həmin bilik sahəsində istifadə edilən, tələbə təhsil kursunu

keçərkən onun işləməli olacağı bütün yeni terminlərin mənası izah

edilir.

Ölkəmizdə pedaqogika elminin distant pedaqogika

istiqamətinin inkişafı da təxirə salınmadan həll olunması tələb edilən

birinci dərəcəli məsələlər qisminə aid edilməlidir. “Distant şəbəkə

Page 149: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------149---------------------------------------------

təlimi problemi kompleks xarakter daşıyır: burada psixoloji-pedaqoji,

sosioloji və iqtisadi elementlər vardır. Təhsilin bizim gözlərimiz

qarşısında yaranmaqda olan bu sahəsini distant pedaqogika

adlandırmaq ən düzgün variant olardı. Artıq bu gün inamla deyə

bilərik ki, distant pedaqogikanın həll etməli olduğu ən mürəkkəb

məsələ yeni dövrə xas olan konveyer pedaqogikasını fərdiləşdirilmiş

modellərlə əvəz etməkdən ibarətdir və bu cür modellərin texnoloji

baxımdan cilalanması artıq gündəmdədir. Bu halda “avadanlıq +

proqram” probleminin həllinə ənənəvi yanaşma o qədər də məqbul

deyildir, çünki distant təhsilin fəlsəfəsi yaradılmadan, bu prosesi tam

təfsilatı ilə təsəvvür etmədən pərakəndə funksional elementlərin öz-

özünə nə şəkildəsə ahəngdar işləməyə başlayacağına ümid etməklə

distant təhsilin ideyasını yalnız hörmətdən salmaq olar. Hansı

avadanlığın zəruri olmasını və ondan necə istifadə ediləcəyini; alınan

proqram təminatının real imkanlarını və həmin proqram təminatının

təhsil müəsissəsinin üzləşdiyi yeni məsələlərin məhz hansı hissəsini

həll edəcəyini; təhsil prosesinin hər bir iştirakçısının rolunun nədən

ibarət olmasını bilmək vacibdir”.

Distant təhsildə müəllimin rolu əsaslı şəkildə dəyişir. Artıq o,

əsas informasiya mənbəyi deyil, tələbələr üçün informasiya

məkanında bir növ bələdçiyə çevrilir.

Distant təhsilə aiddir:

Distant təhsilin (ümumi qaydada (ali və orta təhsil sistemində

və əlil uşaqlar üçün) təşkili ilə bağlı zəruri hüquqi-normativ

sənədlərin hazırlanması:

Distant təhsilin təşkili ilə bağlı ümumi prinsipləri əks etdirən

Əmr;

Distant təhsilin təşkili il bağlı ümumi şərtləri, iştirakçıları,

funksiyaları və s. əks etdirən Qaydalar (Əmrə əlavə olunur);

Distant təhsillə bağlı Koordinasiya Mərkəzi və onun

Əsasnaməsi (TSİİ-də və ya Nazirlik nəzdində);

Distant Təhsil Mərkəzləri (müstəqil və ya ümumtəhsil

məktəblərində fəaliyyət göstərən Distant Təhsil Mərkəzləri)

haqqında Əsasnamə;

Page 150: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------150---------------------------------------------

Distant Təhsilin təşkili ilə bağlı metodiki tövsiyələr;

Distant təhsil məktəblərinə qoyulan standartlar, tələblər;

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant təhsilin

təşkili ilə bağlı Əsasnamə və digər zəruri sənədlər.

IV FƏSLƏ AİD SUALLAR

1. Reklamda İKT. Reklam informasiya daşıyıcısı kimi.

2. Radio və televiziyada reklam. Reklam vaxtı satışı üzrə

ixtisaslaşmış firmalar.

3. İnternetdə reklam. Banner reklamları. Statik baner. Dinamik

baner. Mətn bannerləri.

4. CİF formatinda olan bannerlər. Java bannerlər.Flash bannerlər.

CGI bannerlər.

5. Seçim problemi.

6. Banner reklamının metodları və effekti. Banner mübadilə

xidmətləri

7. İnformasiyanın dizaynı. Web-dizayn. Qayda №1. Qayda №2.

Qayda №3. Qayda №4. Qayda №5.

8. Təhsilin qloballaşmasında İKT. Tədris prosesinin informa-

siyalaşması. Elmi-tədqiqat işinin informasiyalaşması.

9. Elektron kitabxananın yaradılması. Qloballaşma prosesləri və

təhsil.

10. Distant təhsilin İnternet texnologiyaları əsasında

reallaşdırılması.

11. Distant kompüter şəbəkələrində korperativ informasiya şəbə-

kələrinin rolu.

12. Distant təhsilin növləri

Page 151: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------151---------------------------------------------

TESTLƏR

1. İri müəsissələr reklam verilməsi ilə əlaqədar işləri

əsasən necə həll edirlər?

A)) Dizayn büroları və reklam agentliklərinə müraciət

etməklə;

B) Malik olduqları ixtiyarı proqramlarla;

C) Qrafik imkanlara malik olan mətn redaktorlar vasitəsilə;

D) Fərdi imkanları hesabına;

E) Nəşriyyatların köməyindən istifadə etməklə.

2. Maliyyə imkanları məhdud olan müəsissələr

reklam verilməsi ilə əlaqədar işləri əsasən necə həll edirlər?

A)) Fərdi imkanları və malik olduqları qrafik redaktorlar

vasitəsilə;

B) Reklam agentliklərinə müraciət etməklə;

C) Qrafik imkanlara malik olan mətn redaktorlar vasitəsilə;

D) Nəşriyyatların köməyindən istifadə etməklə;

E) Dizayn büroları və reklam agentliklərinə müraciət

etməklə.

3. Reklam agentliklərində, layihə bürolarında və

redaksiyalarda ən çox hansı qrafik proqram vasitələrindən

istifadə edilir?

A)) Vektor qrafik redaktordan;

B) Rastr qrafik redaktordan;

C) Fraktal qrafik redaktordan;

D) Fraktal və Rastr qrafik redaktordan;

E) Heç birindən

4. İlk reklam elanları

Page 152: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------152---------------------------------------------

A)1720

B)1740

C)1735

D))1729

E)1750

5. Reklam nədir?

A) Müxtəlif xidmət növləri yaratmaq;

B) Mal satmaq, istehsalçıya çatdırmaq;

C) Malın istehlak xüsusiyyətləri;

D)) Qışqırmaq, çağırmaq;

E) Mal satmaq, istehlakçıya çatdırmaq;

6. Reklamin mahiyyəti nədir?

A) Görmək;

B) Pisləmək;

C) Oxşatmaq;

D) ) Tanıtmaq;

E) Ləğv etmək.

7. Reklam agentliyinin funksiyasi ?

A) ) Reklamın yaradılması;

B) Bazarların öyrənilməsi;

C) İstenlakçıların tədqiqi;

D) İstehlakçı ilə istehsalçı arasında əlaqə;

E) Reklamın verilməsi.

8. Televiziya reklaminda çatişmayan cəhətlər ?

A) Səs;

B) ) Az ömürlü olması;

C) Cizgi;

Page 153: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------153---------------------------------------------

D) Rəng;

E) Hərəkət.

9. Reklamda elanlar

A) Bazarlardakı carçıların xəbərləri;

B) Kinoteatr afişləri;

C) Dirəklərə vurulan elanlar;

D) ) Dövri mətbuat vasitəsilə pullu verilən reklam;

E) İncəsənət yenilikləri xəbərləri;

10. Reklam və informasiya Departamenti nə vaxt

yaranmışdır? (Respublikamızda)

A) 2000-ci il 18 yanvar;

B) )1997-ci il 24 noyabr;

C) 1950-ci il 12 avqust;

D) 1988-ci il 20 fevral;

E) 1990-ci il 15 mart.

Page 154: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------154---------------------------------------------

FƏSİL V

VERGİ QOYMADA İNFORMASİYA

TEXNOLOGİYALARI

5.1.VERGİ QOYMADA İSTİFADƏ OLUNAN İNFORMASİYA

TEXNOLOGİYALARININ METODU VƏ VASİTƏLƏRİ

Ölkənin iqtisadiyyatının idarə edilməsi hökümətin

iqtisadiyyatın müxtəlif sahələrinə müdaxiləsi yolu ilə həyata keçirilir.

Dövlətin iqtisadiyyata müdaxiləsi müxtəlif məqsədlərlə - ölkə

iqtisadiyyatının stabil artımına, mal və xidmətlərin qiymət stabilliyinə

nail olmaqla yanaşı əhalinin rifah halının yaxşılaşdırılması,

məşğulluğun təmin edilməsi ilə əlaqədar ola bilər. Bu məqsədlər bir-

birilə sıx əlaqəlidir və onların ayrı-ayrılıqda həlli mümkün deyil.

İqtisadiyyatın stabilləşdirilməsi və balanslaşdırılması dövlətin iqtisadi

siyasətinin əsas məqsədlərindəndir. Vergilər dövlətin öz

funksiyalarını həyata keçirməsi üçün bir növ iqtisadi alət, gəlir

mənbəyidir. Düzgün qaydada qurulmuş vergi sistemi, bunun davamı

kimi düzgün qaydada aparılan vergi siyasəti çətinliklərlə dolu

kapitalizmə keçid mərhələsində dövlət üçün taleyüklü məsələ ola

bilər.

Müasir dövrdə, “informasiya texnologiyları əsrində”

iqtisadiyyatın hər bir sahəsi gündən – günə artan, çətinləşən

hesablama işlərinin avtomatlaşdırılması olmadan keçinə bilməz. Eyni

sözü vergi orqanlarına da aid etmək olar. Vergi ödəyicilərinin sayının

artması, vergi sisteminin mürəkkəbliyi bu sahədə aparılan işlərin

mürəkkəbliyi, müxtəlif riyazi üsullar vasitəsilə göstəricilərin

hesablanması bu sahədə əl əməyinin effektivliyini azaldır və bu

sahələrə informasiya texnologiyalarının, avtomatlaşdırılmış

hesablama sistemlərinin tətbiqini zəruri edir.

Page 155: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------155---------------------------------------------

Vergi – bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata

müdaxiləsinə imkan verən ən vacib iqtisadi alətlətdən biridir. Bazar

iqtisadiyyatı şəraitində iqtisadiyyatda baş verə biləcək neqativ

halların qarşısını almaq üçün dövlət vergilərdən, vergi siyasətindən

geniş istifadə edir. Vergilər, vergi sistemi idarəetmənin vacib iqtisadi

alətidir. Dövlət yeni vergilər, vergi dərəcələri, vergi bazalarını, güzəşt

və sanksiyaları tətbiq etməklə bir tərəfdən ölkədə sahibkarlığın

inkişafına şərait yaradar, bəzən də əksinə, digər tərəfdən ölkənin milli

maraqlarına zidd olan məsələlərdə ona maneçilik törədə bilər. Vergi

sisteminin uğurlu fəaliyyətindən ümumilikdə ölkə təsərrüfatında

tətbiq edilən iqtisadi həllərin uğurlu nəticələri asılıdır. Vergilərin özü

ümumilikdə iqtisadiyyata tətbiq edilən iqtisadi həllərdən biridir.

Verginin köməyilə mülkiyyət formasından asılı olmayaraq bütün

müəsissisə və təşkilatların öz aralarında, büdcə və qeyri-büdcə

təşkilatları, həmçinin kredit idarələri ilə əlaqləri təşkil olunur.

Vergilərin köməyilə xarici iqtisadi fəaliyyət, ölkəyə cəlb edilən

investisiyaların tənzimlənməsi prosesi baş verir.

Vergi maliyyə elminin ən əsas və ən çətin dərk edilən

anlayışlarından biridir. Bütün dünyada qəbul olunmuş “Economics”

kitabının müəllifləri C.Maconnell və S.Bru adı çəkilən kitabda

vergiyə belə bir tərif verirlər: “Vergi – ev təsərrüfatı və ya firma

tərəfindən hökumətə əvəzində heç bir mal və yaxud xidmət

alınmadığı halda pulun məcburi ödənməsidir, özü də bu ödənilmə

qanunsuz hərəkətlərə görə məhkəmənin təyin etdiyi cərimə deyildir”.

Yuxarıda deyilən tərifin dolğun olmasından ötrü bura bir neçə

vacib və zəruri cəhətləri: vergilərin tutulma məsrəflərini, onların

tutulma xarakterini və icra etdiyi funksiyaları da əlavə etsək, onda

ümumiləşdirilmiş şəkildə vergiyə belə bir tərif vermək olar: Vergi –

dövlətin öz funksiyalarını icra etməkdən ötrü zəruri olan, bu ölkənin

qanunvericiliyinin tabeliyində olan fiziki və hüquqi şəxslərdən dövlət

və yerli hakimiyyət orqanları tərəfindən məcburi qaydada tutulan,

dövlət büdcəsinə və ya yerli büdcələrə köçürülən fərdi, əvəzsiz

vəsaitlərdir.

Page 156: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------156---------------------------------------------

Vergi eyni anda həm iqtisadi həm də hüquqi məfhum kimi

qəbul edilə bilər. Vergilərin hüquqi cəhəti özündə normativ aktlarla

təsdiqlənmiş vergi tutulmalarını, formalarını, metodlarını cəmləşdirir.

İqtisadi cəhətdən vergilər müvafiq orqanlar tərəfindən maliyyə

resurslarının bölgüsü, yenidən bölgüsü, həmçinin iqtisadiyyatın

müvafiq sahələrinin (o sahələr ki, onların mövcudluğu zəruridir,

ancaq həmin sahələr özlərini kifayət qədər pulla təmin edə bilmirlər,

məsələn, səhiyyə, təhsil və s.) maliyyə resursları ilə təmin edilməsini

təmin edir. Vergi daxilolmalarının tənzimlənməsinin əsas məqsədi

dövlətin əlində müvafiq məsələlərin (sosial proqramların həyata

keçirilməsi, iqtisadiyyatın inkişafı, ETT, təhsil, səhiyyə və s.) həlli

üçün lazım olan vəsaitin hökumətin, yerli büdcə təşkilatlarının əlində

cəmləşməsini təmin etməkdir.

Hər bir vergi sistemi özündə aşağıdakıları birləşdirir:

1.Vergi obyektləri – bu vergitutmaya cəlb edilən əmlak, gəlir

və sairədir;

2.Vergi subyektləri – vergi ödəyiciləri, yəni fiziki və hüquqi

şəxslərdir;

3.Vergitutma mənbəyi – verginin tutulduğu gəlirdir

(əməkhaqqı, dividendlər);

4.Vergi dərəcələri – vergi vahidləri üzrə ödənilən vahid vergi

dərəcələridir;

5. Vergi güzəştləri və sanksiyaları - vergi ödəyicisinin tam və

ya qismən vergitutmadan azad edilməsi və ya əksinə, ona qarşı

müəyyən sanksiyaların, cəzaların təyin edilməsidir.

Beynəlxalq təcrübədə dövlətlərin əksəriyyəti vergilərin

tutulmasında aşağıda göstərilən 3 metoddan istifadə edirlər:

1.Kadastr (kadastr – cədvəl sözündəndir) – vergilərin

tutulmasının bu metodunda vergi obyektləri müəyyən əlamətlər üzrə

qruplaşdırılır, bu qruplaşmalar və onların əlamətləri xüsusi sorğu

kitabçalarına daxil edilir. Hər bir qrup üçün individual vergi

dərəcələri təyin edilir və bu obyektin necə işləməsindən,

gəlirliliyindən asılı deyil. Belə vergi növünə nəqliyyat vasitələrinə

tətbiq edilən vegiləri göstərmək olar. Bu zaman nəqliyyat vasitəsinə

Page 157: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------157---------------------------------------------

onun mühərrikinin gücündən asılı olaraq vergi tətbiq edilir və bu

zaman obyektin işləyib – işləməməsi nəzərə alınmır;

2.Bəyannamələr əsasında – vergi ödəyicilərinin öz illik

gəlirlərini və bu gəlirlərdən tutulan müvafiq ödəmələri göstərən

sənəddir. Bu üsulun xarakterik cəhəti odur ki, vergi illik gəlir əldə

edildikdən sonra ödənilir. Belə vergiyə misal olaraq illik gəlir

vergisinin göstərmək olar;

3.Gəlir mənbəyində tutulan vergilər – bu vergi növündə vergi

ödəyicisi öz gəlirini artıq vergilər çıxılmış halda əldə edir. Məsələn,

fiziki şəxslərin gəlir vergisi. Bu zaman müəsissə və təşkilat işçinin

əməkhaqqını verməzdən əvvəl qanunla müəyyən olunmuş vergiləri

dövlət büdcəsinə keçirir. İşçi isə öz əməkhaqqını vergilər çıxılmış

halda əldə edir. Bu vergi növü ölkəmizdə ən geniş yayılan vergi

növüdür.

Vergitutma hələ qədim zamanlardan dövlətin iqtisadiyyata

müdaxilə vasitəsilərindən biri olmuşdur. Hələ XVII əsrdə A.Smit

(1723-1790) vergi sistemi haqqında müasir dövr üçün də doğru

aşağıdakı müddəaları vermişdir:

Hər bir ölkənin təbəəsi (vətəndaşı) hakimiyyəti altında

yaşadığı dövlətin saxlanması ilə imkan daxilində könüllü

iştirak etməlidir;

Hər bir vergi ödəyicisinin ödəməli olduğu məbləğ konkret

olmalı, təsadüfi xarakterdə formalaşmamalıdır. Ödəmə növü,

ödəmə müddəti, ödəmə forması – bütün bunlar vergi ödəyicisi

və hər hansı kənar bir şəxs üçün aydın olmalıdır;

Hər bir vergi ödəyici üçün daha münasib vaxtda, daha

münasib metodla tutulmalıdır.

Page 158: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------158---------------------------------------------

Adam Smit (ingiliscə Adam Smith-16.06.1723-17.07.1790)

şotlandiya iqtisadçısı, flosof-etik, müasir iqtisadi nəzəriyyənin

əsasını qoyanlardan biri.

Görundüyü kimi, A.Smit vergitutmanın aşağıdakı

prinsiplərində çıxış etmişdir:

Bərabərlik – bütün vergi ödəyiciləri və ya vergi ödəycilərinin

qrupları üçün vergitutma qayda və metodlarının eyni olması;

Müəyyənlik – qanunların, normativlərin aydınlığı və sadəliyi.

Verginin məbləği və ödənilmə vaхtını vergi ödəyicisinə

öncədən məlum оlması bu prinsipə əsasən götürülür;

Sadəlik və rahatlıq – vergi ödəyiciləri tərəfindən ödəmələrin

həyata keçirilməsinin rahatlığı;

Qənaətliliк prinsipi - vergilərin yığılması ilə bağlı оlan хərclər

verginin məbləğindən az оlmalıdır.

Vergilər müxtəlif əlamətlərinə görə qrulaşdırılır:

Tutulma xarakterinə görə - birbaşa və dolayı. Birbaşa vergilər

təsəsrrüfat-maliyyə fəaliyyəti, kapital dövriyyəsi ilə birbaşa

bağlı olan vergilərdir (əmlak, gəlir vergisi və s.). Dolayı

vergilər iş, əmtəə və xidmətlərin qiymətinə əlavələrlə

müəyyən edilir. Bura aksizlər, ƏDV və s. aiddir;

Page 159: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------159---------------------------------------------

Ərazi bölgüsünə görə - ümumrespublika, federal və yerli.

Ümumrespublika vergilərinə ölkə ərazisində tutulan vergilər,

yerli vergilərə isə bələdiyyə mülkiyyətində olan obyektlərdən

tutulan vergilər daxildir;

Vergi subyektlərinə görə - fiziki və hüquqi şəxslərdən tutulan

vergilər;

Təyinatına görə - ümumi və məqsədli. Ümumi vergilər hər

hansı konkret məqsəd üçün deyil, ümumiyyətlə büdcədən

maliyyələşən proseslər üçün istifadə edilir. Məqsədli vergilər

isə xüsusi təyinat üzrə yığılır (sosial müdafiə, yol fondları);

Ödəyicinin gəlirinin hansı hissəsinin ödəməsindən asılı olaraq

– proporsional, proqressiv və reqressiv.

Burada T – gəlirin vergi şəklində ödənilən hissəsini (faizlə), Y

– isə gəliri göstərir.

Şəkildə verilmiş Proqressiv – vergi ödəyicisinin gəlirləri

artdıqca, vergi dərəcəsi də artırdığını, Proporsional – istənilən

səviyyəli gəlirlər üçün vahid vergi dərəcəsini, Regressiv – böyük

gəlirlərdən daha az faizli tutulmaları, kiçik gəlirlərdən daha çox faizli

tutulmaları nəzərdə tutur.

Page 160: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------160---------------------------------------------

Ümumiyyətlə, müasir dövrdə dəqiq strukturlaşdırılmamış,

ictimai istehsalın tələblərinə cavab verməyən vergi sistemi olmadan

bazar iqtisadiyyatına əsaslanan effektiv fəaliyyət göstərən

iqtisadiyyat qurmaq mümkün deyildir. İnzibati-amirlik formasından

fərqli olaraq bazar iqtisadiyyatında dövlət açıq şəkildə iqtisadiyyata

müdaxilə edə bilməz. Sual yarana bilər ki, bəs bazar iqtisadiyyatında

vergilər hansı rola malikdirlər, təsərüffat mexanizmində onlar hansı

funksiyaları yerinə yetirir?

Vergilər dövlətin əsas gəlir mənbəyidir. Ancaq məsələ təkcə

bununla bitmir. Vergilərin əhəmiyyətinin izah edərkən ilk öncə onun

funksiyalarından danışmaq lazımdır. Çünki vergilərin əhəmiyyəti

məhz onun fuksiyalarında öz əksini tapır.

Burada əvvəlcə tənzimləyici funksiyadan danışmaq olar. Bütün

inkişaf etmiş ölkələrdə bazar iqtisadiyyatı tənzimlənən

iqtisadiyyatdır. Düzdür, illər boyu dövlətin bazara müdaxiləsinə

münasibət birmənalı olmayıb, amma istənilən halda, bu artıq faktdır

ki, (1929 – 1933-cü illər böhranı bazarın öz-özünü tənzimləməsi

fikrinin üstündən xətt çəkdi) heç bir iqtisadiyyat dövlətin müdaxiləsi

olmadan normal fəaliyyət göstərə bilməz, belə iqtisadiyyata

sarsılmalar xasdır. Sözsüz ki, dövlətin bazara müdaxiləsinin

formaları, metodları artıq tamamilə başqa bir müzakirə mövzusudur,

ancaq bu metodların necəliyindən, özlərini hansı formada biruzə

verməsindən asılı olmayaraq tənzimləmədə əsas rol vergilərə

məxsusdur. Dövlət vergilərdən istifadə edərək iqtisadiyyatın

inkişafına istiqamət verə bilər.

Tənzimləyici funksiyanın alt funksiyaları vardır ki, bunlar da

stimullaşdırıcı, ləngidici və təkrar istehsal funksiyasıdır. Vergi

dərəcələrini artırıb-azaltmaqla, vergi güzəşti və sanksiyalarını tətbiq

etməklə dövlət texniki tərəqqi, yeni iş yerlərinin açılmasını, kapital

yatırımlarını, istehsalın genişləndirilməsini stimullaşdırır. Texniki

tərəqqinin stimullaşdırılması dedikdə milli iqtisadiyyatın istehsalı

sahələrinin avadanlıq parkının yeniləşdirilməsi prosesinin

vergilərdən azad edilməsi nəzərdə tutulur.

Page 161: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------161---------------------------------------------

Ləngidici alt funкsiya isə əкsinə, vergi yüкü vasitəsi ilə hər

hansı bir iqtisadi prоsesin inкişafının qarşısının alınmasına yönəldilir.

Bu funksiya əsasən daxili bazarın qorunmasında əsas rol oynayır. Bu

baxımdan dövlət müxtəlif fəaliyyət növləri üçün yüкsəк vergi

dərəcələri müəyyənləşdirir, кapital iхracına vergi tətbiq edir və s.

Tənzimləyici funksiyanın sonuncu alt funкsiyası təкrar istehsal

isə istifadə оlunmuş ehtiyatların bərpa edilməsi məqsədilə həyata

keçirilir.

Vergilərin növbəti funksiyası bölgü, daha doğrusu, yenidən

bölgüdür. Vergilər vasitəsilə dövlət fiziki və hüquqi şəxslərin

gəlirlərinin bir hissəsinin yenidən bölgüsünü həyata keçirir ki, həmin

vəsait də istehsal və sosial infrastrukturun genişlənməsinə və

təkmilləşməsinə, uzunmüddətli xərclər tələb edən, fondtutumlu

sahələrə yönəldir (dəmir yolların çəkilməsi, elektrik stansiyalarının

qurulması və s.).

Yenidən bölgü funksiyasını həyata keçirən vergi sistemi sırf

sosial öhdəliklərin yerınə yetirilməsini üzərinə götürür. Müvafiq

qaydada formalaşdırılmış vergi sistemi bazar iqtisadiyyatına

Almaniyada, İsveçdə olduğu kimi sosial istiqamət verməyə imkan

verir.

Bu, ölkədə proqressiv vergi dərəcələrinin müəyyən edilməsi

vasitəsilə əldə edilən vəsaitlərin müxtəlif sosial məqsədlərə

xərclənməsinə, əhalinin kasıb təbəqələrinin tam və ya qismən

vergidən azad olunması yolu ilə reallaşdırılır.

Vergi sisteminin əsas funksiyası fiskal funksiyadır. Vergilərin

əsas məqsədi, yəni dövlət prоqramlarının həyata кeçirilməsi üçün

vəsaitlərin dövlət büdcəsinə tоplanmasıdır. Yəni bu funksiya

vasitəsilə dövlətin əlində milli maraqların müdafiəsi, sosial müdafiə

dövlət aparatının saxlanması üçün ayrı-ayrı fiziкi və hüquqi şəхslərin

gəlirlərinin (mənfəətinin) müəyyən hissəsinin dövlət хəzinəsinə cəlb

edilməsidir.

QEYD: Fiksal (latınca fiscus - zənbil, kassa, xəzinə, maliyyə

anlamını verir) I Pyotr tərəfindən təsdiq olunmuş vəzifədir. 1711-

Page 162: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------162---------------------------------------------

ci ildə bu barədə Fərman verilir, üç gün sonra isə “ober-fiksal”

vəzifəsi təsdiq olunur. 1711-ci ildə I Pyotrın əmri ilə Senatın üzvü

N.M. Zotov “dövlət fiksalı” vəzifəsinə təyin edilir.

Vergi sistemi stabil olmalı və ya onda ediləcək hər hansı

dəyişikliklər qabaqcadan proqnozlaşdırılmalıdır. Çünki vergi sistemi

nə qədər stabil, dayanıqlı olsa, onda ayrı-ayrı sahibkarlar ölkədəki

vəziyyətdən asılı olaraq da öz maliyyə - təsərrüfat xərclərini

qabaqcadan təqribi hesablaya bilərlər, müəyyən müqavilələrin

imzalanıb imzalanmaması barədə müvafiq qərar qəbul edə bilərlər.

Nəticədə kiçik və orta sahibkarların müflisləşməsi riski də azalar.

Kiçik və orta sahibkarlığın inkişafı isə ölkənin iqtisadiyyatının

inkişafında həlledici rol oynayır. Ancaq vergi sisteminin stabilliyi o

demək deyil ki, vergilərin tərkibi, vergı dərəcələri güzəşt və

sanksiyalar bir dəfə təyin edildikdən sonra dəyişikliyə uğramamalıdır.

Dəyişikliklərsiz vergi sistemi yoxdur və ola da bilməz. Hər bir vergi

sistemi ölkədəki siyasi, iqtisadi vəziyyəti təcəssüm etdirir. Vergi

sistemi o zaman stabil və sahibkarlığın inkişafı üçün əlverişli sayılır

ki, onun əsasını təşkil edən özül konsepsiyaları bir neçə il

dəyişməsin. Xüsusi kiçik dəyişikliklər hər il edilə bilər, ancaq burada

da yaxşı olardı ki sahibkar bu dəyişikliklər barədə yeni təsərrüfat

ilinin başlanmasına heç olmasa 1 ay qalmış informasiyaya malik

olsun. Ancaq vergi sisteminin sabitliyi də heç də ən böyük prioritet

məsələ deyil. Stabillik xatirinə verginin həyata keçirdiyi funksiyaların

(tənzimləyici, stimullaşdırıcı, bölgü, fiskal) heç birindən imtina

etmək olmaz. ABŞ-ın və digər inkişaf etmiş kapitalsit ölkələrinin bu

sahədəki təcrübəsi göstərir ki, əgər ölkənin carı iqtisadi vəziyyəti

vergi sistemində dəyişikliklərin həyata keçirilməsini tələb edirsə,

onda bu dəyişikliklər imkan daxilində yeni təsərrüfat ilindən

başlayaraq mütləq həyata keçirilməlidir.

Vergi sistemindən danışarkən daha bir məsələ diqqəti cəlb edir.

Bu, iqtisadi ədəbiyyatlarda “Laffer əyrisi” adlanan məsələdir. Keçən

əsrin 80-ci illərində, ABŞ-ın o dövrdəki yeni seçilmiş prezidenti

R.Reyqan hakimiyyətə gələndən sonra vergi dərəcələrinin aşağı

Page 163: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------163---------------------------------------------

salınması istiqamətində bir sıra irimiqyaslı tədbirlər həyata keçirildi.

Məqsəd iqtisadi konyekturanı dəyişmək və iqtisadiyyatı

stimullaşdırmaq idi. Məhz o dövrdə amerika iqtisadçısı Artur Laffer

həyata keçirilən iqtisadi tədbirlərin iqtisadi bazisini

formalaşdırmışdır. O, bir sıra hesablamalar aparmış və sübut etməyə

çalışmışdır ki, vergilərin artırılması heç də ümumi işin xeyrinə deyil,

əksinə, iqtisadi yüksəlişə ziyandır. Buna görə də mütləq vergilərin

azaldılması yolu ilə iqtisadi yüksəlişə və dövlət gəlirlərinin

artırılmasına naıl olmaq olar. A.Laffer bu yolla sübut etməyə çalışır

ki, imkanlı adamlar qismən az vergi ödəyəndən sonra onların

investisiya imkanları nisbətən artır. O, bu niyyətlə bəzi “səmərəsiz”

sosial proqramların qəbulu və həyata keçirilməsi, onlara ayrılan

vəsaitlərin çox olmasına etiraz edir. A.Laffer dönə - dönə təkrar edir

ki, iqtisadiyyatın uğurlu inkişafı və irəliləməsi təsərrüfatın “müvəf-

fəqiyyətlə işləməsi, varlıların sayının artmasından asılıdır”. Buna isə

yalnız varlılardan tutulan vergiləri azaltmaqla çatmaq olar.

Bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın

tənzimlənməsində dövlətin vergi sisteminin optimal siyasət altında

nizamlanmasına böyük ehtiyac var. Respublikamız da müstəqillik

əldə etdikdən sonra iqtisadiyyatın bütün sferalarında olduğu kimi

vergi sistemində də qanuna müvafiq addımlar atılmış, qanuverici,

icraedici və s. orqanlar yaradılmışdır. Hər bir sahədə olduğu kimi

məhz vergi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar da müvafiq

islahat xarakterli tədbirlər görülmüşdür. Bu tədbirlər vergi

qanunvericiliyinin və vergi sisteminin struktur tərkibinin yaradılması

ilə bağlı olan tədbirlərdir. Müstəqillik bərqərar olduğundan sonra

vergi sisteminin qanunvericilik bazasının təşkili ilk olaraq

Azərbaycan Respublikasının Konstitutsiyası təsdiq edildikdən və

qanunu qüvvəyə mindikdən sonra başlanmışdır. 1995 – ci ildən

başlayan qanunvericilik sahəsindəki islahatlar Azərbaycan Respub-

likasının Vergi Məcəlləsinin təsdiqi, bir sıra qanunvericilik aktları,

qanunlar qəbul edildi. Lakin bu qısa müddətdə Vergi

Qanunvericiliyində yaranmış müəyyən edilmiş boşluqların aradan

qaldırılması istiqamətində də tədbirlər görülmüşdür.

Page 164: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------164---------------------------------------------

Artur Laffer (ingiliscə Arthur Betz Laffer 14 августа 1940-cı

ildə anadan olmuşdur) amerika iqtisadçısı, iqtisadiyyatda təklif

nəzəriyyəsinin müəllifidir. ABŞ prezidenti Ronald Reyqanın

rəhbərliyi dövründə məşhurlaşmışdır. Laffer effekti və onun qrafiki

təsviri iqtisadiyyat elmində “Laffer əyrisi” adlanır. Stenford

universitetinin fəlsəfə üzrə doktoru, Cənubu Karolina və Çikaqo

universitetlərinin iqtisad üzrə doktorudur.

Keçid dövrünü yaşayan bir qrup ölkələr yaranmış konkret tarixi

şərait üzündən, bir qayda olaraq, inkişafın başlanğıc mərhələlərində

dövlət büdcəsi gəlirlərini, daha çox vergi və rüsumları artırmaq yolu

ilə qaydaya salmaq istəyirlər. İqtisadiyyatın bazar yönümlü yenidən

qurulması, onun tədricən formalaşması və səmərəli iqtisadi sistemə

çevrilməsi normal vergi sisteminin mövcud olması şəraitində

mümkündür. Ən vacibi odur ki, gərək vergi qaydaları real şəraitə

uyğun qurulsun, ədalətlilik prinsipi əsas götürülsün. Bununla yanaşı

neytrallıq, sadəlik və s. prinsipləri də kənarda qalmamalıdır. Vergi-

ödəyənlərlə vergialanlar arasında ədalətli münasibətlər, yəni müxtəlif

kateqoriyalardan olan vergi subyektlərindən vergi vəsaitlərinin

bərabər dərəcədə tutulması imkanını təmin etmək həlledici şərtdir.

Vergitutanlarla vergiödəyənlərin qarşılıqlı maraqları düzgün

Page 165: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------165---------------------------------------------

əlaqələndirilməlidir, hər iki tərəf üçün əlverişli və faydalı olmalıdır.

Obrazlı desək, həm qazanmaq, həm də vergiödəmə marağı qalmalı və

sönməməlidir. Əslinə baxsaq, vergi siyasətində neytrallıq prinsipinin

mənası bütün vergiödəyənlərin hamısı üçün bərabər şərait

yaratmaqdır.

Azərbaycanda hələlik vergi sistemi əsasən, başlıca olaraq,

fiskal funksiyanı yerinə yetirməklə məhdudlaşır. Fiskal funksiyanı

yerinə yetirən vergi sistemi əksər hallarda təsrrüfat subyektləri, fiziki

şəxslər üçün ağır yükə çevrilir. Özünəməxsus vəziyyəti və

problemləri ilə səciyyələnən, çoxlu əngəllər və ziddiyətlərlə müşaiyət

olunan keçid iqtisadiyyatlı dövlətlər öz xərclərini azaltmaq haqqında

demək olar ki düşünmür, əvəzində məsrəflərin yükünü, ağırlığını

vergiödəyənlərin boynuna qoymağı daha münasib hesab edirlər.

Xəlvəti iqtisadiyyatın yaranmasının əsas səbəblərindən biri də budur.

Həddən artıq vergiləri ödəmək iqtidarında olmayan vergiödəyiciləri

öz gəlirlərinin real həcmini gizlətməyə, onu azaltmağa başlayırlar.

Nəticədə “kölgə” iqtisadiyyatına nəzarət edə bilmədiyi üçün dövlət

ölkədə mövcud ÜDM-in yalnız 30-40%-ni vergiyə cəlb edə bilir ki,

bu da hal – hazırki şəraitdə bir neçə milyard manatın büdcədən

yayınması deməkdir. Əslində vergi sistemi və onun düzgün təşkili,

iqtisadi fəaliyyətin ixracı elmi-texniki tərəqqini irəli aparmalıdır.

Səmərəli vergi mexanizmi yaradılsa, büdcəmizin gəlirləri artar,

maliyyə sabitliyi yaranar, vəziyyət yaxşılaşar. İlk məqsəd kimi birinci

növbədə işgüzar fəallıq yüksəldilməli, vergilərin xüsusi çəkisi

artırılmalıdır.

5.2.VERGİDƏ AVTOMATLAŞDIRILMIŞ İNFORMASİYA

SİSTEMLƏRİ

Son 20 ildə insan fəaliyyətinin bütün sahələrində (iqtisadiyyat,

siyasət) informasiyanın həcminin əhəmiyyətli dərəcədə artımı baş

vermişdir. Müşahidələrə görə, hər 10 ildə informasiyanın çəkisi 2

dəfə artır. Bu isə biliklərin yığılmasına, onların emalına (təhlilinə,

işlənməsinə) daha çox vaxt və güc sərf olunmasına səbəb olur. Adı

Page 166: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------166---------------------------------------------

çəkilən problemin həlli üçün müxtəlif avtomatlaşdırılmış idarəetmə

sistemlərindən istifadə olunur.

Vergi iqtisadiyyatın ən vacib və ən böyük informasiya tutumlu

sahəsidir. Xüsusilə onun iqtisadi tərəfi məlumatların yığılması, emalı,

verilənlərin və nəticələrin təhlili böyük həcmli müxtəlif

hesablamaların (mütləq və nisbi tərəddüdlər, orta qiymət, dispersiya

və s.) aparılmasını tələb edir. Bundan əlavə təhlil prosesində

müxtəlif növ qiymətləndirmələrdən istifadə olunur, nəticələrin

qruplaşdırılması, müqayisəsi və təsnifləşdirilməsi həyata keçirilir.

Təhlilin nəticələri qrafik və ya cədvəl şəkilli təqdimatı tələb edir.

Bütünlükdə yuxarıda göstərilən şərtləri nəzərə alsaq, vergi

orqanlarında iqtisadi informasiyanın analitik emalı prosesi müasir

hesablama texnikaları və rabitə vasitələri tətbiq olunmaqla

avtomatlaşdırma obyektidir.

Vergi sistemində avtomatlaşdırılmış informasiya texnologi-

yaları dedikdə - vergi işində informasiya resurslarından istifadə

zamanı əmək tutumlu proseslərin avtomatlaşdırılması, həmçinin

vergilərin yığılması, emalı, saxlanması və ötürülməsi, bu ötürülmənin

etibarlılığının artırılması üçün istifadə olunan metod, proses və

proqram-texniki vasitələrin məcmusu başa düşülür. Vergi sistemində

informasiya texnologiyalarının tətbiqinin əsas forması

avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılmasıdır.

Vergi orqanlarının işində avtomatlaşdırılmış informasiya

sistemi aşağıdakıların həyata keçirilməsi üçün zəruridir:

Vergi müfəttişinin işinin operativliyinin artırılması;

Vergi ödəyicilərinin qeydiyyatının etibarlılığı;

Hər bir vergi ödəyicisinin konkret vergi növü və vergi

ödəmələri qrafiki üzrə vergini ödəyib – ödəməməsi barədə

operativ informasiyanın əldə olunması imkanı;

Vergi daxilolmalarının daha dərindən təhlili və bu

daxilolmaların dinamikasının proqnozlaşdırılması imkanları;

İstənilən təqvim günü vergi orqanlarının işçilərini vergi

qanunvericiliyi, ondakı dəyişikliklər barədə vaxtında və tam

şəkildə məlumatlandırma;

Page 167: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------167---------------------------------------------

Kağız sənəd dövriyyəsinin ixtisar edilməsi;

Vergitutma üzrə idarəetmə qərarlarının qəbul edilməsinin

operativliyinin artırılması.

Artan informasiya axınları ilə əlaqədar ortaya çıxan problemləri

necə aradan qaldırmaq olar? Burada bir neçə istiqamət imüəyyən

etmək olar:

Verilənlərin qəbulu və emalı üzrə avtomatlaşdırılmış

sistemlərin təkmilləşdirilməsi;

Məlumatları elektron şəkildə təqdim edən müəsissələrin

sayının artırılması;

Böyük şəhərlərdə vergi bəyannamələri və fiziki şəxslərin gəlir

vergisi barədə iqtisadi cəhətdən əsaslandırılmış sənədlərin

emalının proqram–texniki vasitələrlə həyata keçirilməsi.

Avtomatlaşdırma obyektləri müxtəlif ölkələrdə mövcud ərazi

bölgüsünə görə fərqlənə bilər. Ancaq ümümilikdə bu obyektlər 2

səviyyə üzrə qruplaşdırılır:

Regional;

Ərazi.

Regional səviyyədə avtomatlaşdırma obyektləri regionlar üzrə

dövlət vergi müfəttişliyinin bölmələridir. Ərazi üzrə avtomatlaşdırma

obyektləri rayon vergi idarələridir.

Avtomatlaşdırmanın əsas istiqamətləri aşağıdakılardır:

Regionun, şəhərin informasiya sisteminin yaradılması;

Sistemin daxilində həmçinin digər dövlət orqanlarının oxşar

sistemləri ilə informasiya mübadiləsinə imkan verən

kommunikasiya mühitinin formalaşdırılması;

İşçi kadrları yeni mühitdə işləməyə uyğunlaşdırma.

Vergilərin avtomatlaşdırması vergi sistemində mövcud

məsələlərin həlli üçün yeni imkanlar açmaqla yanaşı, həm də vergi

orqanlarının əməkdaşlarının iş xarakterinin dəyişməsinə, onun

intellektuallaşdırılmasına, işçilərin lazımsız kağız işindən azad

olmasına kömək edir. Tətbiq edilmiş avtomatlaşdırılmış sistem

aşağıdakı prinsipi reallaşdırmalıdır: “Lazımi informasiya, lazımi

Page 168: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------168---------------------------------------------

vaxtda, lazımi işçiyə”. İnformasiyanın selektiv şəkildə yığımı və

emalı (işçinin iş yerində) hazırlanan sənədlərin dəqiqliyini,

aktuallığını, dolğunluğunu artırmağa imkan verir.

Vergi xidmətinin avtomatlaşdırılmasının əsas üstünlüyü

bunlardır:

Hal-hazırda və perspektivdə vergi orqanlarının qarşısında

duran məsələlərin həlli;

İstifadəçilərin informasiyaya olan tələbatlarının aktiv şəkildə

təmin edilməsi;

İstifadə olunan məlumatların məlumatlar bazasında

toplanması;

Müəyyən qaydalar çərçivəsində istifadəçinin informasiyaya

rahat və avtomatlaşdırılmış müraciətinin təmin edilməsi;

İnformasiyanın bir dəfə daxil edilməsi və sonra həmin

informasiyadan dəfələrlə istifadə olunması imkanları;

İnformasiyanın emalının intellektuallaşdırılması;

İnformasiyanın tələb edilən konfidensiallığının təmin

edilməsi.

5.3.VERGİDƏ AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏ

SİSTEMLƏRİNİN İNFORMASİYA TƏMİNATININ

XÜSUSİYYƏTLƏRİ

Avtomatlaşdırımış vergi idarəetmə sistemi aşağıdakı prinsiplər

əsasında qurulmalıdır:

Metodik vahidlik, yəni sistem vahid metodik təlimatlar

əsasında yaradılmalıdır;

Eyni səviyyəli müxtəlif obyektlərdə informasiyanın emalı

üçün oxşar proqram və texniki vasitələrdən istifadə edən

əməliyyatların qruplaşdırılması;

Avtomatlaşdırılmış informasiya sisteminin modulluğu. Sistem

elə qurulmalıdır ki, fəaliyyətdə olan sistemin işinə xələl

Page 169: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------169---------------------------------------------

gətirmədən onun ayrı-ayrı elementlərinin modifikasiyasını,

təkmilləşməsini həyata keçirmək mümkün olsun;

İnkişaf prinsipi. Sistem elə yaradılmalıdır ki, gələcəkdə

yeniliklər daxil etmək mümkün olsun.

İstənilən sistemdə olduğu kimi vergi sisteminin idarəetmə

sistemi də standart tərkibə malikdir, funksional və təchizatçı

hissələrdən ibarətdir.

Funksional altsistem müəyyən olunmuş konkret iqtisadi

məqsəddən asılı olaraq formalaşmış məsələlər kompleksindən

ibarətdir. Funksional altsistemdə qarşılıqlı əlaqəli alqoritmlərin

köməyilə ilkin sənədlərin emalı və nəticələrin çıxarılması prosesi baş

verir.

Təchizatçı hissədə istənilən təşkilati avtomatlaşdırılmış

sistemdə olduğu kimi aşağıdakı hissələrdən ibarətdir:

İnformasiya təminatı;

Texniki təminat;

Proqram təminatı;

Vergi sistemi üçün xarakterik olan digər təminatlar.

İnformasiya təminatı özündə aşağıdakıları birləşdirir:

Kodlaşdırmaların klassifikasiyası sistemi (lokal sorğuların

ümumi sistem klassifikatorlarının məcmusu);

Vahid sənədləşmə sistemi;

Məlumatlar bazasının iyerarxik sistemi;

Verilənlərin mühafizəsi sistemi.

Texniki təminat kompleks texniki vasitələri özündə birləşdirir.

Bura EHM, periferiya qurğuları, şəbəkə qurğuları, rabitə kanalları

daxildir. Kompleks texniki vasitələrin arxitekturası ərazinin, vergi

orqanlarının strukturu, emal edilən və saxlanılan informasiyanın

həcmindən asılıdır və aşağıdakıları təmin etməlidir:

Verilmiş zaman kəsiyində informasiyanın daxil olması, emalı

və ötürülməsi;

Paylanmış verilənlər bazasının yaradılması və idarəedilməsi;

Page 170: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------170---------------------------------------------

EHM-in lokal, regional şəbəkədə işləməsinə imkan verən

texniki vasitələrin tətbiqi;

Sistemin səviyyələri arasında lazımi həcmdə informasiya

mübadiləsi;

Konfidensial informasiyanın mühafizəsi;

Texniki vasitələrin mərhələli tətbiqi və yenilənməsi imkanları.

Lokal şəbəkələrin əksəriyyətində Ethernet qurğuları və Novell

firmasının müvafiq avadanlıqları tətbiq edilir. Ancaq son dövrlərdə

şəbəkə əməliyyat sistemi kimi “Linux”un da istifadə edilməsi artıq

geniş vüsət alıb.

Yuxarıda qeyd etdiyimiz kimi, texniki vasitələrə periferiya

qurğuları da daxildir. Bunun üçün:

1.Böyük həcmli informasiyanın daxil edilməsi üçün

avtomatlaşdırılmış sənəd oxuyan qurğulardan ( skaner) istifadə etmək

lazımdır, çünki işçi heyətin sayının dəfələrlə artırılması nəticəsində

fiziki şəxslərin bəyannamələrini əllə daxil etmək mümkün olmur. Bu

səbəbdən adı çəkilən qurğudan istifadə məqsədəuyğun sayılır;

2.Çoxlu sayda elektron formalı sənədi kağız formatına

çevirmək üçün yüksək sürətli çap qurğularından (printer) istifadə

etmək lazımdır;

3. Şəbəkənin etibarlı işini təmin etmək üçün onu qəza zamanı

elektrik mənbəyi və ya minimum serverləri fasiləsiz elektrik enerjisi

ilə təmin edəcək bloklarla təchiz etmək lazımdır.

Vergi orqanlarının proqram təminatı kompleksi özündə sistem

və tətbiqi proqram paketlərini birləşdirir.

Sistem proqram paketinə ümumsistem proqramları, proseslərin

administrasiyasında istifadə olunan proqramlar daxildir. Proqramlar

aşağıdakılarla xarakterizə olunur:

Məlumat bazalarının hostingi;

Sorğuların emalı;

Lokal kompüter şəbəkələrində kompüterlər arasında

informasiya mübadiləsinin təşkil edilməsi;

İnformasiya müdafiəsini həyata keçirən proqramların

administrasiyası;

Page 171: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------171---------------------------------------------

Texniki vasitələrin işlərinin idarə edilməsi və onların öz

vəzifələrinin icra edib-etməməsinin monitorinqi.

Sistem proqram təminatı özündə bunları birləşdirir:

Əməliyyat sistemlərini;

Məlumat bazaları idarəetmə sistemlərini;

Lokal və regional şəbəkədə işləmək üçün müvafiq proqram

təminatını;

Verilənlərin kriptoqrafik mühafizəsinin həyata keçirən

müvafiq proqram təminatını.

Əməliyyat sistemləri qismində OS/2, Windows, UNİX kimi

sistemlər istifadə oluna bilər. MBİS yerinə xarakteristikalarına görə

daha çox əlverişli olan Access, FoxPro, Oracle proqramları təklif

edilir.

QEYD: Hostinq (ingiliscə Hosting) İnternet şəbəkəsindən

daim bəhrələnən istifadəçiyə ona məxsus informasiyanın serverdə

yerləşdirilməsi üçün təklif olunan qulluqdur. Adətən hostinq saytın

qulluq paketinə daxil olur. Verilənlər bazası hostinqi, faylların

yerləşdirilməsi, elektron poçt hostinqi, DNS qulluğu istifadəçiyə

müqstəqil, ya da ki, qulluqlar toplumu kimi təklif edilə bilər.

Tətbiqi proqram təminatı xüsusiləşdirilmiş model alqoritmləri

əsasında informasiyanın emalını həyata keçirən proqramlar

kompleksidir. Yerli xarakterli proqram təminatı fayl – server

texnologiyası əsasında hazırlanmış proqram təminatının tətbiqini

nəzərdə tutur.

Page 172: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------172---------------------------------------------

Əbu Yusif Yaqub ibn

İshaq əl-Kindi (elm

aləmində əl-Kindi kimi

məşhurdur) ərəb filosofu,

riyaziyyatçı, musiqi nəzəriy-

yəçisi, astronom kimi

tanınır. İraqın Bəsrə

şəhərində (bəzi məlumatlara

görə Kufə şəhərində) anadan

olmuşdur. Mühəmməd ibn

Musa əl-Xorezmi tərəfindən

Bağdadda təşkil olunmuş

“Müdriklər evi”ndə keçirilən

tədbirlərdə iştirak etmiş,

orada elmi işlər ilə məşğul

olmuşdur. Bağdada rəhbərlik

edən əl-Mamunun (813-833-

ci illər) və əl-Mutasimin (833-842-ci illər) əziz (istəkli)

adamlarından biri olmuşdur. Sonrakı illərdə (əl-Mütavəkkilin

rəhbərliyi dövründə) daim şəhərdən-şəhərə qovulmuş, təqib

olunmuş, daim axtarışda olmuşdur. əl-Kindi metafizika elmində

çoxlu sayda traktatların müəllifidir. Bununla yanaşı məntiq, etika,

riyaziyyat, kriptoqrafiya, astrologiya, təbabət, meterologiya,

optika, musiqi kimi elm sahələri ilə dərindən məşğul olmuş, bu

elm sahələrinə dəyərli tövhələrini vermişdir. Alimi Qərbi

Avropada Alkindus kimi tanıyırlar.

əl-Kindi islam aləmində Aristotelin əsərlərinə müraciət edən

ilk alimdir. Aristotelin əsərlərindən qaynaqlanan alim

peripatetizmin (materializm ilə idealizm arasında tərəddüd edən

qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) əsasını qoyur. Bu

ərəfədə alim “Aristotel əsərlərinin xülasəsi”, “Beş mahiyyət

haqqında”, “Yaranmanın və məhv olmanın əsas səbəbləri”,

“Əşyaların müəyyən edilməsi və təsvir edilməsi” əsərlərini yazır.

Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir ki,

Page 173: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------173---------------------------------------------

“qədim (köhnə) heç bir zaman mövcud olmayan ola bilməz”.

Köhnənin var olması heç bir şeydən asılı deyil, əgər onun məhv

olması üçün bir səbəb yoxdursa, o, məhv olmayacaq və

dəyişməyəcək, çünki o cisim deyil. Alim kəmiyyətin keyfiyyətə

keçməsində əvvəli olmayanları materiya adlandırır. Bununla

yanaşı alim qeyd edir ki, əsası və atributu olmayan (fəlsəfədə

substansiyanın ayrılmaz xüsusiyyəti, ayrılmaz cəhəti, məsələn,

hərəkət materiyanın atributudur), səbəbsiz, əsli olmayan,

vaxtından qabaq dəyişməyən, bütün bunları insan düşüncəsi

anlaya bilməz, bunlar tədqiqat obyekti ola bilməz, deməli fəlsəfə

mövzusuda ola bilməz, çünki fəlsəfə ancaq olanların təbiətini dərk

edə bilir.

əl-Kindi “Hind cəbirinin tətbiqi”, “Ədədlərin harmoniyası”,

“Rəqəmlər baxımından vahidlik”, “Bərabəryanlı çoxbucaqlılar”,

“Dairənin iki nöqtəsini birləşdirən düz xəttin – xordanın təxmini

hesablaması”, “İzoperimetrik məsələlər haqqında”, “Sonsuz

ədədlərin və paralel xətlərin bölünməsi haqqında”, “Kriptoqrafik

məlumatların deşifrələnməsi haqqında”, “Kürə daxilində

qurulanlar haqqında”, “Kürənin müstəvi üzərində layihələnməsi

haqqında”, “Günəş saatlarının qurulması”, “Yerdən Aya qədər

olan məsafənin təyin edilməsi”, “Səmada baş verənlər haqqında”,

“Planetlərin hərəkəti” və s. bu kimi sanballı əsərlərin müəllifidir.

əl-Kindi harmoniya haqqında qədim əlyazmanı tərcümə

etmiş və müsiqi səsləri arasında olan intervalın ədədlərlə

bağlılığını göstərmişdir. O, ilk dəfə olaraq Şərqdə, ərəb

hərflərindən istifadə etməklə müsiqini nota almışdır. Alim bu

sahədə bir neçə elmi əsər yazmışdır. Bunlara “Melodiya və səs

haqqında”, “Melodiyanın tərtib edilmə təcrübəsi”, “Ritm

haqqında”, “Musiqinin əsas bölmələri”, “Musiqi mövzusunun bir

neçə səs tərəfindən ardıcıl surətdə təkrar edilməsinin bölünməsi

haqqında” və digər əsərləri göstərmək olar.

əl-Kindi Pifaqor ideyalarına əsaslanan musiqi

nəzəriyyəsindən istifadə etməklə musiqi sənəti ilə makrokosmosda

(kainatda, dünyada, aləmdə) və mikrokosmosda (kiçik

Page 174: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------174---------------------------------------------

kəmiyyətlər aləmində, atomlar aləmində) baş verən çoxlu sayda

hadisələr arasında olan əlaqəni göstərmişdir.

Alim musiqi aləti udun simlərinin sayını (Ud musiqi alətində

dörd sim vardır) su, torpaq, hava və od ilə, dünyanın dörd

istiqaməti (şimal, cənub, şərq və qərb) ilə, ilin dörd fəsli (yaz, yay,

payız və qış) ilə, bədəndəki mayenin (qan, soyuqqanlılıq, qara və

sarı öd ifrazı) və başqaları ilə bağlılığını elmi surtədə

əsaslandırmışdır. Bununla yanaşı musiqidə olan yeddi səsin

(notun) Kainatda olan yeddi planetə, ud alətindəki on iki elementi

isə (dörd sim, dörd burağac (aşıq) və dörd pərdə) 12 bürcə

uyğunluğunu əsaslandırmışdır.

əl-Kindi “Şüalar haqqında”, “Yandırıcı güzgülər haqqında”,

“Səmanın mavi rəngdə olmasının səbəbi”, “Qabarmanın və

çəkilmənin səbəbləri”, “Qarın, ildırımın, dolunun, tufanın, göy

gurultusunun səbəbləri haqqında”, “Yağış, leysan və külək

haqqında”, “Farmakologiya (dərmanların bədənə təsirindən bəhs

edən elm) haqqında”, “Ətirli və distilə edilənlərin kimyası

haqqında” əsərlərin müəllifidir. Alim sonuncu əsərində 100-dən

çox ətirli yağların, balzamların, ətirli suların və qiymətli

dərmanların imitasiyasının reseptini vermişdir. Bunlarla yanaşı

kitabda ətirlərin yaradılmasının 107 üsulu və resepti verilmiş, bu

məqsədlə istifadə olunan çoxlu sayda avadanlıqların istifadə

olunma qaydaları göstərilmişdir.

5.4.VERGI TƏFTİŞİNİN DAXİLİNDƏ

AVTOMATLAŞDIRILMIŞ İŞ YERLƏRİ

Vergi orqanlarının avtomatlaşdırılmış idarəetmə sistemi özündə

hər biri müəyyən qrup əməliyyatları icra edən proqram altsistemlərini

briləşdirir. Altsistemlər öz aralarında qarşılıqlı əlaqədə olurlar.

Altsistemlərin tərkibi region və ərazi bölmələri üzrə müxtəlif

versiyalardan ibarətdir.

Aşağıdakı formada altsistemlər mövcud ola bilər:

Page 175: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------175---------------------------------------------

Vergi müfəttişliyinin idarəedilməsi;

Vergi müfəttişliyinin effektiv fəaliyyət göstəricilərinin

formalaşdırılması;

Vergidaxilolmalarının proqnozlaşdırılması;

Makro və mikroanaliz;

Vergi ödəyicilərinin qeydiyyatı;

Kameral yoxlamaların həyata keçirilməsi;

Sənədli yoxlamaların həyata keçirilməsinin planlaşdırılması;

E-sənəd dövriyyəsi;

Hüquqi fəaliyyətin təmin edilməsi.

Avtomatlaşdırılmış idarəetmə sisteminin arxitekturası dedikdə

onun funksiyalarının müxtəlif altsistemlər arasında bölünməsi, daha

doğrusu bu altsistemlərin dəqiq sərhədlərinin və onların verlənlərin

idarəedilməsi üzrə qarşılıqlı münasibətlərinin müəyyən edilməsi,

həmçinin lokal şəbəkədə birləşdirilmiş EHM-lər üzrə bölgüsünün

həyata keçirilməsi başa düşülür.

Məsələn, arxitekturası 3 səviyyəli “müştəri – server” modelində

qurulmuş bir sistemin görüntüsü aşağıda verilən kimidir.

Burada təqdimat komponenti 3-cü səviyyəli müştəridir və

verilənlərin daxil edilməsi və oxunmasını həyata keçirir. Tətbiqi

komponent (2-ci səviyyəli server – kompüter) – vergi xidməti

orqanları üçün xarakterik olan tətbiqi məsələlərdir. O, vergitutmaya

Page 176: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------176---------------------------------------------

aid normativ aktlar və qanunla müəyyən olunur. Resurslara müraciət

komponenti (1-ci səviyyəli server) verlilənlərin elektron bazada

saxlanılmasını təmin edən fundamental verilənlərin saxlanması və

idarəedilməsi funksiyalarını yerinə yetirir. Vergi qanunvericiliyində

hər hansı bir dəyişikliklər olduqda, bütünlükdə sistem deyil, onun

ayrı – ayrı komponentləri dəyişdirilir. Məhz bu da modulluq prinsipi

ilə yaradılmış paylanmış sistemin əsas xüsusiyyətidir.

Vergi orqanlarının avtomatlaşdırılmış idarəetmə sisteminin

nüvəsini elektron baza təşkil edir. O, vergi orqanlarında istənilən növ

fəaliyyət üzrə daxil edilmiş informasiyanın saxlanması, təhlili,

təqdimatı üçün işlənib hazırlanıb. Hər bir ölkənin müvafiq dövlət

reyestri vardır. Avtomatlaşdırılmış vergi idarəetmə sistemində vergi

ödəyiciləri reyestrin verilənlər bankına daxil edilir, bütün ərazi üzrə

verilənlər bankı bir sistemdə (vahid verilənlər bankına) birləşdirilər

və ödəyicilərin vahid dövlət reyestri formalaşdırılır.

Verilənlər reyestrdə aşağıdakı göstəricilərlə xarakterizə olunur:

Predmet yönümlülük - verilənlər proqrama əsasən deyil,

predmetə əsasən qruplaşdırırlır. Vergi orqanlarında verilənlər

bazaları vergi növləri üzrə deyil, vergi ödəyiciləri üzrə

formalaşdırılmalıdır;

İnteqrasiya mümkünlüyü – bazaya məlumatlar müxtəlif

formatlı, kodlu bazalardan istifadə edən proqramlardan daxil

edilə bilər, ancaq onlar bazada vahid formatda

saxlanılmalıdır;

Tarixlilik – bazada müəyyən dövr ərzində yığılmış

informasiya yerləşir. Həmin informasiya səhvlərin

aşkarlanması, müqayisə və proqnoz üçün istifadə edilir;

Dəyişməzlik – verilənlər bazaya daxil edildikdən sonra

yenilənə və ya dəyişilə bilməz. Onlar buradan yalnız oxuna və

yüklənə bilər.

Elektron bazanın ən vacib elementi böyük həcmli verilənlərin

sürətli və etibarlı emalını təşkil edən, müxtəlif sorğulara cavab verən

məlumat bazaları idarəetmə sistemidir (MBİS). Məlumat bazaları

Page 177: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------177---------------------------------------------

idarəetmə sistemi aşağıdakı aparat – proqram təminatı sahəsində

tələblərə cavab verməlidir:

1.Yüklənmə sürəti. Elektron bazada qısa zaman ərzində kiçik

hissələrlə informasiyanın yüklənməsinə şərait olmalıdır.

2.Yüklənmə texnologiyası. Bazaya yeni informasiyanın daxil

edilməsi.

Yüklənmə texnologiyası da özündə aşağıdakıları birləşdirir:

Verilənlərin çevrilməsi;

Süzgəcləmə;

Bütövlüyün yoxlanması;

Formalaşdırma;

Metaverilənlərin yeniləşməsinin indeksləşdirilməsi.

3.Verilənlərin keyfiyyətinin idarəedilməsi. Bazada lokal və

qlobal dəyişənlər yerləşir. Verilənlərin metakeyfiyyəti çıxış

nəticələrinin obyektivliyi və müxtəlif səviyyəli sorğuların cavablan-

dırılması ilə xarakterizə olunur.

4.Müxtəlif tipli verilənlərin dəstəklənməsi. Bazada yalnız

verilənlərin standart tipləri deyil, həm də mürəkkəb tipləri, məsələn,

şəkillər dəstəklənməlidir. Proqramçı tərəfindən hazırlanan tiplərin

dəstəklənməsi bazanın keyfiyyətindən xəbər verir.

5.Sorğunun emal sürəti. Mürəkkəb, vacib sorğular qısa bir

zamanda emal edilməlidir. Sorğunun emal sürəti resurslardan deyil,

sorğunun mürəkkəbliyindən asılı olmalıdır.

6.Genişlənmə imkanları. Elektron bazaların həcmi 100

Qiqabaytlarla ölçülür. Məlumat bazaları idarəetmə sistemi modullu

və paralel iş rejimində emalı dəstəkləməli, lokal qəza zamanı iş

qabilliyətini saxlamalı və bərpa vasitələrinə malik olmalıdır.

7.Çoxlu sayda istifadəçiyə xidmət göstərilməsi. Verilənlər

bazasına müraciət yalniz vergi orqanlarının işçiləri tərəfindən deyil,

kənar istifadəçilər tərəfindən də mümkün olmalıdır.

Verilənlər bazalarının şəbəkələri. Serverlər digər dövlət

orqanlarının (gömrük orqanları, hüquq – mühafizə orqanları)

verilənlər bazaları ilə əlaqə yaratmaq üçün zəruri alətlərə malik

Page 178: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------178---------------------------------------------

olmalıdırlar. Istifadəçi bir işçi stansiyadan bir neçə verilənlər bazaları

sisteminə müraciət imkanına malik olmalıdır.

Məlumat bazaları idarəetmə sisteminin resurslarının istifadəsi

haqqında məlumat verə bilər, istifadəçilərə müxtəlif əməliyyatların

icrası üçün səlahiyyətləri müəyyənləşdirə bilər və sistemi maksimal

istehsal tezliyinə kökləyə bilər. Bazanın keyfiyyəti son istifadəçinin

ona müraciətinin asanlığı ilə müəyyən oluna bilər.

8.Çoxölçülü, inteqrasiya edilmiş təhlil vasitələrindən istifadə.

Sistemdə verilənlərin yüksək keyfiyyətli emalı üçün çoxölçülü təhlil

vasitələrinin mövcudluğu zəruridir.

9.Sorğuların formalaşdırılması vasitələri. İstifadəçi analitik

hesablamaların aparılması, ardıcıl müqayisəli təhlil imkanlarına,

həmçinin aqreqasiya (saxlanmış) olunmuş informasiyanın detallarına

baxmaq imkanına malikdir.

Məlumat bazaları idarəetmə sistemi təsərrüfat – maliyyə

obyektlərinin fəaliyyətlərinin nəticələrinin emalı və saxlanması

imkanlarına malikdir. Bunun vasitəsilə, müxtəlif informasiya

fondlarında (gömrük orqanlarının, daxili işlər orqanlarının fondları)

toplanmış məlumatların kəsişən emalı metodu vasitəsilə vergi

ödəmələrində olan qanun pozuntularını aşkara çıxarmaq olur.

Ümumiyyətlə, vergi orqanlarının işinin avtomatlaşdırılması bir

çox hallarda konkret ölkənin qanunvericiliyi, ölkədəki vəziyyətdən

çox asılıdır.

5.5.VERGİ İNFORMASİYA SİSTEMLƏRİNİN İNKİŞAFINDA

YARANAN PROBLEMLƏR

Azərbaycan Respublikasında vergilərin yığılmasına və bu

sahədəki vəziyyətə Azərbaycan Respublikasının Vergilər Nazirliyi

nəzarət edir. Müasir Dünya informasiya texnologiyalarının sürətlə

inkişaf etdiyi bir dövrdə mütərəqqi texnikanın tətbiqi zamanla

ayaqlaşmağın və uğur qazanmağın mühüm şərtlərindəndir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Azərbaycan

Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı

Page 179: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------179---------------------------------------------

üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron

Azərbaycan) təsdiq edilməsi haqqında” sərəncamlarından sonra

hazırlanan elektron hökumətin yaradılması planlarına Vergilər

Nazirliyi də daxildir. Bu baxımdan Vergilər Nazirliyi ölkənin əsas

iqtisadi qurumlarından olaraq öz iş prinsiplərini Dünya standartlarına

uyğunlaşdırmağa başlamışdır. Bu sahədə müvafiq proqram təminatı

yaradılması barədə tenderdən qalib kimi çıxmış Türkiyənin

“Cybersoft” şirkəti 2005-ci ildən başlayaraq Vergilər Nazirliyinin

avtomatlaşdırılmış informasiya sisteminin – AVİS-in

(Avtomatlaşdırılmış Vergi İdarəetmə Sistemi) yaradılmasına

başlamışdır. Sistemin yaradılması zamanı şirkətin Azərbaycanda

fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmışdır.Avtomat-

laşdırılmış vergi idarəetmə sisteminin yaradılmasında UML, Java

proqramlaşdırma dillərindən, həmçinin Avropa komponentlərindən

istifadə edilmişdir. Proqramın necə fəaliyyət göstərməsi barədə

anlayışa malik olmaq üçün ilk növbədə Vergilər Nazirliyinin

strukturunu və regionlar üzrə vergi idarələrinin necə qurulmasını

bilmək lazımdır. Əvvəlcə respublika üzrə vergi idarələrinin

quruluşunu nəzərdən keçirək (aşağıdakı şəkilə nəzər sal).

Göründyü kimi, respublikada vergi sistemi iyerarxik şəkildə

qurulub. Rayon vergi idarələri üzrə informasiyalar yığılaraq regional

Page 180: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------180---------------------------------------------

vergi idarəsinə ötürülür, buradan isə informasiya birbaşa Vergilər

Nazirliyinə daxil olur (aşağıdakı cədvələ nəzər sal).

Nazirliyə daxil olan informasiyalar yuxarıda göstərilən müvafiq

şöbələrdə emal edildikdən sonra özlərindən bir pillə yuxarıdakı

şöbələrə ötürülür. Vergilər Nazirliyində illik hesabatlar və s. sənədlər

nazirin baxışından sonra Nazirlər Kabinetinə, illik yoxlamalar üçün

göndərilir.

Tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

respublikamızda texnoloji inkişafın təmin edilməsi baxımından atılan

mühüm addımlarından biridir. O, yuxarıda göstərilən struktur

bölmələri arasında informasiya mübadiləsinin sürətini artırmaqla,

vergi orqanlarının öz fəaliyyətlərini effektiv şəkildə qurmasına

yardımçıdır.

Etibarlı, təhlükəsiz, xarici sistemlərə inteqrasiyaya açıq olan bu

sistem yerli vergi orqanlarının işinin avtomatlaşdırılmasını, digər

dövlət orqanları ilə inteqrasiyasını, eləcə də müxtəlif iqtisadi təhlil və

proqnozların həyata keçirilməsini nəzərdə tutur.

O, qərar qəbul edən şəxslərin vaxtında və müfəssəl

məlumatlarla təmin edilməsinə, vergi inzibatçılığının hər bir

funksiyasının yerinə yetirilməsinə avtomatlaşdırılmış, sistemli

nəzarətə və müxtəlif meyarlara əsasən işdə əsas prioritetlərin

müəyyən edilməsinə imkan verir ki, bunlar da öz növbəsində vergi

xidməti orqanlarında idarəetmənin bütün səviyyələrində səmərəli

rəhbərliyin həyata keçirilməsinə, vergi yoxlamalarının effektivliyinin

artırılmasına və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə

şərait yaradır. Bunun sayəsində qısa müddət ərzində Azərbaycanın

vergi xidməti ən müasir informasiya texnologiyasına malik

xidmətləri olan, beynəlxalq standartlara tam cavab verən çevik bir

quruma çevrilmişdir.

Page 181: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------181---------------------------------------------

Proqramın əhatəsində yer alan alt sistemlər bunlardır:

Vergi ödəyicilərinin qeydiyyatı;

Vergi bəyannamələrinin qəbulu və kameral yoxlanılması;

Vergi ödəyicilərinin şəxsi hesab vərəqələri;

Page 182: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------182---------------------------------------------

İş qovluqlarının saxlanılması və istifadəsi;

Vergi hesab fakturaları;

İnzibati cərimələr;

Vergi ödəyicilərinin maliyyə vəziyyətlərinin təhlili və onların

müxtəlif kriteriyalara görə qruplaşdırılması;

Vergi borclarının ləğv edilməsi üzrə həyata keçirilən

tədbirlərin nəticələrinin uçotu;

Operativ vergi yoxlamalarının nəticələri üzrə uçot;

Vergi orqanlarının digər dövlət qurumları ilə inteqrasiyasının

təmini;

Səyyar vergi yoxlamalarının təyin olunması üzrə qərarın

qəbulu və yoxlamaların nəticələrinin uçotu;

Kargüzarlıq;

Vergi cinayətlərinin ibtidai araşdırmalar Departamentinin

işləri;

Vergi orqanlarının və əməkdaşlarının fəaliyyətinin

qiymətləndirilməsi;

Vergi ödəyicilərinə xidmət;

Kadr;

Maliyyə-təsərrüfat;

Mühasibatlıq;

Təhlil;

Proqnozlaşdırma;

Kortoqrafiq görünüş;

Hesabatlar və arayışlar;

İnternet vasitəsilə veriləcək xidmətlər.

“İnternet vasitəsilə veriləcək xidmətlər” alt sistemi çərçivəsində

vergi ödəyiciləri üçün çox geniş imkanlar nəzərdə tutulmuşdur. Belə

ki, bu sistemin tətbiqi nəticəsində vergi ödəyiciləri İnternet üzərindən

real vaxt rejimində şəxsi hesab vərəqəlirnə baxmaq, büdcəyə olan

borcları barədə məlumatlar əldə etmək imkanına malik olacaqdır.

Bundan başqa vergi ödəyiciləri vaxt itirmədən və vergi orqanın

əməkdaşları ilə əlaqəyə girmədən, tam şəffaf şəkildə öz

Page 183: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------183---------------------------------------------

bəyannamələrini vergi orqanına təqdim edə (göndərə) biləcəklər ki,

bu da respublikada hazırda inkişaf etmiş ölkələrin bir çoxunda tətbiq

edilən elektron bəyannamə sisteminin qurulması deməkdir.

“Kargüzarlıq” alt sistemi vergi orqanlarına daxil olan və vergi

orqanlarından xaric olan (göndərilən) yazışmaların ayrı-ayrı sənədlər

və müxtəlif instansiyalar üzrə uçotunun aparılması və onlara verilmiş

cavablara nəzarətin təşkil edilməsi üçün nəzərdə tutulmuşdur. Bu

altsistem yazışmaların tam elektron formada aparılmasını təmin edir.

“Kadr” altsistemi vergi orqanlarında kadrların müvafiq

vəzifələrə təyin olunması və ştat strukturları üzrə yerdəyişmələrinin

avtomatlaşdırılmış şəkildə təşkilini təmin edir.

Altsistem:

Kadrlar barədə ilkin informasiyanın məlumat bazasına daxil

edilməsi;

Vergi xidməti əməkdaşlarının vergi orqanlarında müvafiq

vəzifələrə işə götürülməsi;

Vergi işçilərinin ştat strukturları üzrə yerdəyişməsinin təmin

edilməsi və nəzarətdə saxlanılması;

Vergi işçilərinin xidməti vəzifələrinin uçotu və s. kimi

məsələləri özündə birləşdirir.

“Vergi ödəyicilərinin qeydiyyatı” altsistemi Azərbaycan

Respublikasında “Vergi ödəyicilərinin Dövlət Reyestri”nin

aparılmasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

Altsistem vergi ödəyicilərinin ilkin qeydiyyatından başlayaraq onun

vergi uçotundan çıxdığı dövrə qədər avtomatlaşdırılmış müşaiyyətini

təmin edir.

“Vergi bəyannamələrinin qəbulu və kameral yoxlanılması”

altsistemi yerli vergi orqanında uçotda olan vergi ödəyicilərinin

təqdim etdikləri bəyannamələrin qəbulunun və kameral

yoxlanılmasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Yəni

layihənin reallaşması vergi ödəyicilərinin bəyannamələri vergi

orqanına gəlmədən onlayn rejimdə sistemə daxil etmələrinə, kameral

yoxlamaların avtomatik həyata keçirilməsinə imkan verir. Altsistem

Page 184: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------184---------------------------------------------

eyni zamanda cari vergilərin və analoji qaydada vergilərin

hesablanması imkanına malikdir.

“Şəxsi hesab vərəqələri” altsistemi vergi orqanlarında vergilər

və büdcəyə digər hesablanmış və daxil olmuş məbləğlərin uçotunun

avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu alt sistem

saldoların avtomatik alınmasını, pensiya məbləğlərinin

hesablanmasını, qalıq və artıq ödəmələrin qarşılıqlı surətdə

əvəzləşdirilməsini təmin edir.

“İş qovluqlarının saxlanılması və istifadəsi” altsistemi vergi

ödəyicilərinə vergi orqanlarında açılmış iş qovluqlarının saxlanılması

və istifadəsinə nəzarətin avtomatlaşdırılması üçün nəzərdə

tutulmuşdur.

“Vergi borclarının ləğv edilməsi üzrə həyata keçirilən

tədbirlərin nəticələrinin uçotu” altsistemi bəyannamə təqdim etməyən

və büdcəyə borcu olan vergi ödəyiciləri ilə iş üçün nəzərdə

tutulmuşdur. Sistem bəyannamə təqdim etməyən və büdcəyə borcu

olan vergi ödəyicilərinin siyahılarının hazırlanması; icraat

vərəqələrinin açılması; bildirişin çap edilməsi; sərəncamların

qoyulması; əmlakın siyahıya alınması; məhkəmə aidiyyatı üzrə

işlərin aparılması; məhkəmə qətnamələrinin işlənməsi və ümidsiz

borcların silinməsi kimi işlərin yerinə yetirilməsini təmin edir.

QEYD: Saldo (italyanca Saldo - hesablama, qənaət, xeyir,

qalıq anlamını verir) müəyyən vaxt müddətində daxil olanlar və

məsrəf olunanlar arasındakı fərqdir.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin tətbiqi ilə

Respublikanın bütün ərazisini əhatə edən korporativ şəbəkə sistemi

yaradılmışdır və bu sistemin əsas hədəflərindən biri də vergi

bəyannamələrinin elektron formada İnternet vasitəsilə qəbulu və

yoxlanılması proseslərinin tam avtomatlaşdırılmasıdır. Vergilər

Nazirliyinin yeni yaradılan Avtomatlaşdırılmış Vergi İnformasiya

Sistemində vergi bəyannamə və hesabatlarının elektron formatda

İnternet vasitəsilə qəbul edilməsi də nəzərdə tutulmuşdur. Artıq bu

Page 185: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------185---------------------------------------------

sahədə “İnternet vergi idarəsi” (http://e-taxes.gov.az) yaradılmış, e-

Bəyannamələrin qəbulunun pilot versiyası işə salınmışdır. 2005-ci

ilin sonunda Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq olunmuş və

hal-hazırda qüvvədə olan yeni bəyannamə və hesabat formaları da

qeyd olunan parametrlərə uyğun olaraq hazırlanmışdır. Azərbaycan

Respublikasının vergi məcəlləsinə edilmiş dəyişikliklərə uyğun

olaraq 2008-ci il yanvar ayının birindən etibarən Əlavə Dəyər

Vergisinin vahid depozit hesabı yaradılıb. Bu Əlavə Dəyər Vergisinin

mədaxili və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan

vahid xəzinə hesabıdır. Vergi ödəyiciləri apardıqları əməliyyatlar

nəticəsində alınmış malın dəyərini təqdim olunmuş vergi-hesab

fakturası üzrə satıcı vergi ödəyicisinin hesabına köçürməlidir. ƏDV

məbləğini isə satıcı vergi ödəyicisinin sub-uçot hesabına öz bank

hesabından müvafiq ödəniş tapşırığı vasitəsilə və ya İnternet Vergi

İdarəsi saytından köçürməlidir. Köçürməni İnternet Vergi İdarəsi

saytı vasitəsilə həyata keçirmək üçün İnternet Vergi İdarəsi saytının

“daxil ol” bölməsinə ona verilən istifadəçi kodunu, parolu və şifrəni

daxil etməklə vergi ödəyicisi Vergilər Nazirliyinin elektron sənəd

mübadiləsi xidmətindən istifadə edir.

Respublikada vergi orqanları ilə müvafiq elektron məlumat

mübadiləsinin aparılması haqqında MÜQAVİLƏ imzalamış vergi

ödəyicilərinə vergi orqanları tərəfindən İstifadəçi kodu, XÜSUSİ

Page 186: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------186---------------------------------------------

ŞİFRƏ-PAROLLAR verildikdən sonra, onlar bu şifrə və parollardan

istifadə etməklə məhz bu forma bəyannamə və hesabatları vergi

orqanlarına İnternet vasitəsilə, yəni vergi orqanına gəlmədən təqdim

edə bilərlər. Elektron bəyannamə (hesabat) - informasiyanın

elektron-rəqəmsal formada təqdim olunduğu sənəddir. e-Bəyannamə təqdimetmənin üstünlükləri bunlardır:

Vergi ödəyicisinin vergi orqanına gəlmədən, növbəyə

durmadan onun üçün rahat mühitdə və istədiyi zamanda

Bəyannaməni tərtib edərək təqdim etmə imkanının olması;

Bəyannamənin tərtibinə və düzgünlüyünün yoxlanmasına

proqram təminatı vasitəsi ilə köməklik göstərilməsi;

Bəyannamələrin elektron formatda saxlanılması;

Ödəyicinin öz şəxsi hesab vərəqəsinə online rejimdə baxa

bilmək imkanı və s.

Elektron bəyannamələrin hazırlanması üçün müvafiq proqram

təminatından - Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə

etmək lazımdır. Həmin proqramı və onun fəaliyyəti üçün zəruri olan

JRE-ni (Java Runtime Environment) bü ünvandan yükləmək olar:

http://e-taxes.gov.az/ebyn/download.jsp.

Vergi orqanları ümumilikdə ölkənin iqtisadiyyatının

tənzimlənməsində müstəsna rola malikdirlər. Onların fəaliyyətinin

düzgün qurulmasından əksər hallarda demək olar ki, ölkənin bütün

iqtisadiyyatının inkişafı asılıdır. Ona görə də vergi orqanlarının işi

avtomatlaşdırılarkən hər bir kiçik detalı nəzərə almaq lazımdır. Belə

ki, avtomatlaşdırılmış idarəetmə sistemi yaradılarkən buraxılmış hər

hansı kiçicik bir səhv əslində dövlət büdcəsinin milyonlarla manat

gəlirinin itirilməsinə səbəb ola bilər. Xüsusilə İnternet vasitəsilə

elektron sənədlərin ötürülməsi zamanı verilənlərin şifrələnməsi,

təhlükəsizliyin təmin edilməsi ən ümdə məsələlərdəndir.

Ölkədə elektron hökumətin qurulmasınnın tərkib hissəsi kimi

ilk olaraq fəaliyyətə başlayan Avtomatlaşdırılmış Vergi İnformasiya

Sistemi, əslində elektron hökümətin kağız üzərində artıq real

fəaliyyətə başlaması demək idi. Sistemin fəaliyyətə başlamasından az

Page 187: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------187---------------------------------------------

sonra ölkənin bir neçə nazirliyini birləşdirən “Bir pəncərə” sisteminin

işlənib hazırlanması buna bir misal ola bilər. Avtomatlaşdırılmış

Vergi İnformasiya Sisteminin təqdimatı əslində hələ keçən ilin

əvvələrinə nəzərdə tutulsa da, ölkədə denominasiyanın həyata

keçirilməsi sistemin yeni manata uyğunlaşdırılmasıni tələb etdi ki, bu

da onun bəzi komponentlərinin yenilənməsinə və nəticədə təqdimatın

ləngiməsinə səbəb oldu. Amma buna baxmayaraq, bu gün artıq

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi fəaliyyətdədir və

regionalrın da bu sistemə fəal şəkildə qoşulması üçün aktiv işlər

aparılır.

V FƏSLƏ AİD SULLAR

1. Vergi qoymada istifadə olunan informasiya texnologiyaları-

nın metodu və vasitələri.

2. Yeni informasiya texnologiyalarının rolu. Vergi orqanlarında

paylanmış vahid informasiya sistemləri. 3. Vergidə avtomatlaşdırılmış informasiya sistemləri. AİS-in in-

formasiya təminatı. AİS-in texniki təminatı. AİS-in proqram təminatı.

4. Vergi orqanlarında AİS-lərin qurulması və istifadəsi vasi-tələri. AİS-lərin quruluşu.

5. Vergidə AİS-lərin informasiya təminatının xüsusiyyətləri.

6. Avtomatlaşdırılmış idarəetmə sisteminin arxitekturası

7. Vergi informasiya sistemlərində informasiyanın qorunması.

8. Vergi təftişinin daxilində avtomatlaşdırılmış iş yerləri. Vergi

ödəyiciləri hesabının alt sistemləri.

9. Vergi informasiya sistemlərinin inkişafında yaranan prob-

lemlər.

10. Vergi AİS -lərinin inkişafı perspektivləri.

Page 188: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------188---------------------------------------------

TESTLƏR

1. Müstəqil Azərbaycan Respublikasında “Dövlət vergi

xidməti haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt

qəbul olundu?

A) 12 dekabr 1995-ci il

B) 15 avqust 1991-ci il

C) 21 noyabr 1991-ci il

D)) 21 iyul 1992-ci il

E) 1 yanvar 1992-ci il

2. Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 1.

sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi

üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin

edilməsi; 3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın

stimullaşdırılması; 4. bazar münasibətləri şəraitində əhalinin gəlir

səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması.

A) 1, 2, 3, 4

B)) 1,2,4

C) 2,3,4

D)1,3,4

E)1,2,3

3. Vergi strategiyası nəyi nəzərdə tutur?

A)Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə

konkret bir dövrdə qarşıda duran məsələlərin həllini;

B))Vergi sahəsində dövlətin uzunmüddətli kursunu

müəyyən edir və iri miqyaslı məsələlərin həllini;

C)Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən

edir və kiçik miqyaslı məsələlərin həllini;

Page 189: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------189---------------------------------------------

D)Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən

edir və iri miqyaslı məsələlərin həllini;

E)Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması

siyasətinin həyata keçirir.

4. İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı

olaraq vergi siyasətinin hansı formaları mövcuddur?

A)İki: fiskal və stimullaşdırıcı;

B) İki: diskresiyon və qeyri-diskresiyon;

C)Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-

diskresiyon;

D))Üç: fiskal, avtomatik və qeyri-avtomatik;

E)Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud

deyildir.

5. Vergilər neçə əsas funksiyanı yerinə yetirir və

hansılardır?

A)Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və

təşkilati;

B)Beş: fiskal, bölüşdürücü, tənzimləyici, inteqrasiyaedici və

nəzarətedici;

C))Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal;

D)İki: fiskal və stimullaşdırıcı;

E)Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati;

6. Azərbaycanda həyata keçirilən vergi siyasətinin

başlıca prinsiplərindən biri hansıdır?

A)Heç biri;

B)) Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf

etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının

təmin edilməsi;

Page 190: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------190---------------------------------------------

C) Vergi dərəcələrinin artırılması;

D) Vergilərin sayının ilbəil artırılması;

E) Vergi güzəştlərinin artırılması.

7. Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə

kim nəzərdə tutulur?

A)Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş

vergitutma obyektlərindən vergini ödəməli olan yalnız Azərbaycan

Respublikasının vətəndaşı;

B)) Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş

vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs;

C)Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş

vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident

fiziki şəxs ;

D)Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş

vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident

hüquqi şəxs;

E)Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş

vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və

vətəndaşlığı olmayan şəxs;

8. Kameral vergi yoxlaması hansı müddət ərzində

həyata keçirilir?

A) Vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş

müddətdən sonra 20 gün müddətində;

B))Sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün

müddətində;

C)Sənədlərin vergi orqanına təqdim edildiyi gündən 20 gün

müddətində;

D)Sənədlərin vergi orqanına təqdim edildiyi gündən 10 gün

müddətində;

Page 191: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------191---------------------------------------------

E) Vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş

müddətdən sonra 30 gün müddətində.

9. Azərbaycan Respublikasında dövlət vergi orqanlarını

hansı orqanlar təşkil edir?

A) Vergi və gömrük orqanları;

B) ) Müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe

olan vergi orqanları;

C) Yalnız vergi orqanları;

D) Müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları;

E) Yalnız müvafiq icra hakimiyyəti orqanları.

10. Vergilər haqqında qanunvericilik vergitutmanın

hansı prinsiplərinə əsaslanır?

A) Yalnız ümumi olmasına;

B) ) Ümumi, bərabər və ədalətli olmasına;

C) Yalnız bərabər olmasına;

D) Yalnız ədalətli olmasına;

E) Xüsusi, neytral və ədalətli olmasına.

Page 192: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------192---------------------------------------------

FƏSİL VI

TURİZMDƏ İNFORMASİYA

TEXNOLOGİYALARI

6.1.TURİZMDƏ İNFORMASİYA TEXNOLOGIYALARININ

ƏSASLARI

İnformasiyalaşdırma – İEÖ-in cəmiyyətlə əlaqə sisteminin ən

parlaq nümunələrindən biridir. Müasir dünyada informasiya iqtisadi

artımın əsas faktorlarından birinə çevrilməkdədir. Başa düşmək

lazımdır ki, bu gün texniki inkişaf nəinki millətin rifahının təmin

olunmasının əsas faktoru, həm də onun sürətli inkişaf prosesinin

vacib şərti kimi çıxış edir. Buna baxmayaraq əsas diqqəti informasiya

texnologiyalarına yönəltmək lazımdır, çünki informasiya

texnologiyalarının belə sürətli inkişafı nəinki ölkənin informasiya

texnologiyaları sahəsində aktiv texnoloji inkişafına, həm də bundan

öz əhəmiyyətinə görə heç də geri qalmayan digər sahələrin inkişafına

səbəb ola bilər. Müasir informasiya cəmiyyətində informasiyanın da

əmtəə kimi əhəmiyyəti artmaqdadır. Bu ümumi informasiya

tələbatının artması və informasiya xidmətləri sahəsinin inkişafı ilə

əlaqədardır. İqtisadiyyatın informasiyalaşdırılması informasiyanın

birinci əhəmiyyətli iqtisadi resursa çevrilməsidir, bu da

kompüterləşmənin bazasında və telekomunikasiyada baş verir.

Cəmiyyətdə informasiyanın növbəti inkişaf dövrü qlobal

kompüter sistemlərinin istifadəsinin artımı ilə bağlıdır. Qlobal

kompüter şəbəkəsi İnternet elə sürətlə inkişaf edir ki, hər il ondan

istifadənin və informasiya resurslarının həcmi praktiki olaraq iki dəfə

artır. Bu sürətli inkişafdan turizm biznesi də geri qalmır. Avtomat və

elektrik texnikasının geniş şəkildə istifadəsi turizm sahəsinin ən

aktual məsələlərdən birinə çevrilir. Turizmin ölkənin sosial-iqtsadi

həyatındakı rolundan əlavə onun dünyadakı siyasi mövqeyinin

möhkəmləndirilməsində də çox əhəmiyyəti vardır. Belə bir cəhət,

Page 193: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------193---------------------------------------------

ələlxüsus, öz müstəqilliyini yeni əldə etmiş olan ölkələr üçün çox

mühümdür. Beynəlxalq turizmin həmin bölgələrdə inkişaf

etdirilməsi, bura turist axınına nail olunması ilə iqtisadi yüksəliş və

sosial səmərədən əlavə həmin ərazi haqqında yüksək imic

formalaşdırıb, canlı informasiya da yaymaq mümkündür. Ancaq

müasir dövrdə bazar iqtisadiyyatına keçid, fərdi mülkiyyətçiliyin

bərqərar olması, sahibkarlıq fəaliyyətinin liberallaşması, insanların

həyat səviyyəsinin daim artım meyli və nəhayət, dünya ölkələri

arasında sürətli inteqrasiya turizmə, o cümlədən kənd turizminə də

yeni bir prizmadan yanaşmağı tələb edir. Turizmin bu cür inkişafı heç

də təsadüfi olamamışdır. Doğrudur, turizm xidmətinin göstərilməsi,

ölkəyə xarici turistlərin cəlb olunması üçün turizm məhsulu

yaradılmalıdır ki, onun üçün də təbii, tarixi, coğrafi, etnik-milli

ehtiyatlar tələb olunmaqdadır. Turizm məhsulu kimi istifadə olunan

ehtiyatlar hər bir ölkədə, o cümlədən bizim ölkədə də mövcuddur.

Belə ki, yuxarıda göstərdiyimiz müxtəlif məzmunlu resurslar o

zaman turizm məqsədilə istifadə oluna bilər ki, onlar müəyyən

xarakterlərinə görə təkrarolunmaz və orijinal bənzərsizliyi ilə

seçilsinlər.

Turizm yüz milyonlarla insanın gündəlik həyatına daxil olan bir

hadisədir. Turizm insanların yaşayış və iş yerlərindən sərbəst hərəkət

etmələrini və bu zaman əmələ gələn tələbatların ödənilməsi üçün

xidmətlər sferasını özündə birləşdirir. Turizm müasir cəmiyyətdə

millətlərin həyatının bütün sektorunun beynəlmiləlləşdirilməsi

nəticəsində zəruri olmuş şəxsiyyətlərarası ünsiyyət, siyasi, iqtisadi və

mədəni əlaqələrin əsas vasitəsi və ayrı-ayrı şəxslərin asudə

vaxtlarının istifadə olunmasının mühüm formasına çevilmiş bir

fəaliyyət növü kimi təsəvvür olunur. Turizmə hər bir şəxs qayğı

göstərməlidir. O eyni zamanda müasir cəmiyyətimn həyat

keyfiyyətinin nəticəsi və əsas amilidir. Ona görə də parlamentlər və

hökumətlər cəmiyyətin bütün digər əsas tələbatları və fəaliyyət

növləri ilə bərabər turizmin ahəngdar inkişafını təmin etməlidirlər.

Ümumdünya Turizm Təşkilatının proqnozuna görə XXI əsrdə turizm

sənayesində artımın qarşısı alınmaz olacaq. Təxmini hesablamalar

Page 194: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------194---------------------------------------------

göstərir ki, 2020-ci ilə isə dünyada turistlərin sayı 3.6 milyarddan çox

olacaqdır.

Turizm bu gün – Bütün dünyanın böyük aviakompaniyalarının,

hotel şəbəkələrinin və turizm kooperaisyalarının iştirak etdiyi qlobal

kompüterləşdirilmiş biznesdir. Müasir tur məhsullar istehlakçı üçün

daha elastik, fərdi, cəlbedici və daha sadədir. Fərdi kompüterlər və

İnternet yeni informasiya texnologiyalarının cəmiyyətin bütün

sahələrinə daxil olmaq üçün şərait yaradır. Yəqinki, bəşəriyyət

tarixində ilk olaraq bu cür texnologiya xidmət sahəsində

məhsuldarlığın artımını təmin etmişdir. Bu gün turizm və

informasiyanın ayrılmazlığı aşağıdakılarda öz əksini tapır:

Səfər haqqında qərar informasiya əsasında verilir;

Tur özü də alış zamanı yalnız informasiyadır;

Turizm bazarının bütün iştirakçıları informasiya ilə gün

ərzində yüz dəfə mübadilə edir.

Deməli informasiya ilə işləməyi, yığmağı, emal etmək və onun

əsasında yeganə düzgün qərar qəbul etməyi bacarmaq lazımdır. Artıq

uzun illərdir ki, turizmə dünya iqtisadiyyatının yüksək gəlirli və

intensiv inkişaf edən sahələrindən biri kimi baxılır. Təsadüfi deyil ki,

hazırda dünyada formalaşan ümummilli məhsulun 10 faizi turizmin

payına düşür. Aparılmış son statistikaya görə 2004-cü ildə turizm və

səyahət sahəsində 73,7 milyon nəfər çalışmışdır ki, bu da ümumi

işləyənlərin 2,8 faizini təşkil edir. Həmin dövrə olan məlumatlara

əsasən turizmlə sıx əlaqəli sahələrdə 214,7 milyon nəfər işlə təmin

olunub. Ümumiyyətlə, turizm və onunla sıx əlaqəli olan sahələrdə

dünya üzrə məşğul əhalinin 8,1 faizi çalışır. Proqnozlara görə isə bu

göstərici 2016-cü ildə 8,6 faizə çatacaq. Dünya turizm sənayesinin

dövriyyəsi bu gün 4.4 trilyon dollara çatır, mütəxəsislərin fikrinə görə

2020-cü ilə isə 10 trilyon dollara çatacaq. Turizm Azərbaycan

Respublikasında perspektiv və tez inkişaf edən sahələrdən biridir.

Qızğın və keyfiyyətli artımın qabağını alan faktor informasiya

savadsızlığı və zəif kommunikasiyadır, lakin Azərbaycanda turizm

sahəsində biznes prosesinin avtomatlaşdırılması və İnternet

şəbəkəsinə qoşulmasından uğurlu istifadə üçün hazır qərarlar vardır.

Page 195: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------195---------------------------------------------

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair

Dövlət Proqramının ölkəmizdə orta təbəqənin mövqelərinin

güclənməsi prosesində də müstəsna rolu var. Məlumdur ki, bütün

sivil dövlətlərdə orta təbəqə cəmiyyətdə demokratik inkişafın

hərəkətverici qüvvəsi, ictimai-siyasi sabitliyin təminatçısı rolunu öz

üzərinə götürür. Dövlət Proqramının nailiyyətləri sayəsində maddi-

rifah halına görə orta təbəqəyə aid vətəndaşların sırasının sürətlə

genişlənməsi ələlxüsus bu prosesin daha çox ucqarları əhatə etməsi

son üç il ərzində Azərbaycanın həqiqətən dağ turizmi üçün

yararlılığını göstərmişdir. Kompüter texnologiyasının üstünlüyündən

istifadə edərək müasir turizm kompaniyları bu gün inam və uğurla

işləməklə sabahkı inkişafın fundamentini qoyur.

İstehsal fəaliyyətinə böyük təsir gücü, xidmət sahəsinə

bütünlükdə insanların həyatına, əhalinin məşğulluğuna və

mikroelektronika sahəsində olan nəaliyyətləri hesabına informasiya

texnologiyaları əsrin texnologiyası kimi qiymətləndirilir. İnformasiya

texnologiyaları anlayışı XX əsrin son 10 illiyində informatika əmələ

gəlmə prosesində yaranmışdır. İnformasiya texnologiyalarında

predmet də, əmək məhsulu da informasiyadır, əmək alətləri isə

hesablama texnikası və rabitə vasitələridir. Bununla belə bu gün

informasiyaya digər material resursları ilə yanaşı istehsal resursları

kimi baxılır. İnformasiya və onun yuxarı biliklər səviyyəsinin

istehsalı mövcud modifikasiya və yeni texnologiyaların yaranmasına

həlledici təsir göstərir. Hələ 10 il bundan əvvəl informasiya

texnologiyaları və turizm ziddiyyətli, yəni bir yerə sığışmayan

sahələr olsalar da, bu gün bu iki anlayış bir-birilə o qədər sıx

bağlıdırlar ki, bunun nəticəsində turizmin yeni növü meydana

çıxmışdır:

Alternativ;

Elektron turizm.

Məlumdur ki, turizm xidmətlərin ticarətini ifadə edir. Bununla

belə həm istehsalçı, həm də istehlakçı nöqteyi nəzərindən alternativ

turizm kompleks və müxtəlif çeşidli xidmətdir. Elektron turizm isə

görünməyən, dəyişkən, inteqral və informasiya ilə dolğun, bol

Page 196: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------196---------------------------------------------

xidmətdir. Turizm sənayesinin vasitələri digər istənilən iqtisadi

sahələrin fəaliyyətinə oxşayır. Turizm xidmətinin istehsalçıları dövlət

və kommersiya təşkilatları, ticarət assosasiyalarından ibarət

müəyyən idarəetmə strukturları daxilində fəaliyyət göstərirlər.

QEYD: Assosiasiya (latınca associatio – birləşmə sözündən

yaranmışdır) – fərdin təcrübəsindən yaranmış, iki mahiyyət

arasında dərk edilmiş (duyulmuş, təklif edilmiş, düşünülmüş, hiss

edilmiş və s.) qanunauyğun əlaqədir. Assosiasiya dedikdə bir

düşüncənin yaranmasının özü ilə digər düşüncələrin də

yaranmasına səbəb olması başa düşülür. Assosiasiya hadisəsi

barədə Platon və Aristotel öz əsərlərində yazmışlar. Amma

assosiasiya termini Con Lokk (1632-1704) tərəfindən təklif

olunmuşdur.

İngilis fəlsəfəçisi T.Qobbs da (1588-1679) assosiasiya

haqqında öz fikirlərini söyləmişdir.

Con Lokk

Tomas Qobbs

Fəlsəfə və məntiq sahəsində sayılan alımlərdən biri,

görkəmli rus alimi, Qrot Nikolay Yakovleviç (1852 - 1899) bütün

Page 197: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------197---------------------------------------------

düşüncə proseslərinin altı başlanğıc forma ilə bağlılığını sübut

etmişdir.

N.Y.Qrot altı formadan birinci yerdə duranının assosiasiya

olduğunu qeyd etmişdir. N.Y.Qrota görə mülahizənin bütün

prosesləri assosiasiyanın, dissossiasiyanın və dizassosiasiyanın

düşünülmüş prosesləridir.

Nikolay Yakovleviç Qrot

Turizm xidmətinin istehsalçıları müəyyən kateqoriya

tədarükçülərə təsnif edilir (aviakompaniya, mehmanxana,

avtomobillərin icarəsi və s.), topdansatış firmaları (turoperatorlar) və

pərakəndə satış firmaları (turagentlər), istehlakçılar (turistlər) bütün

turizm sisteminin sonuncu səviyyəsi hesab olunur. Müəsissə, reklam

və vergiqoyma fəaliyyətinin nizama salınmasına gəldikdə isə, burada

informasiya vahid sosial – iqtisadi sistemə turizm xidmətinin

tədarükçülərinin birləşməsi prosesində böyük əhəmiyyət kəsb edir.

Məhz informasiya vahid turizm sahəsi çərçivəsində bütöv müxtəlif

tədarükçüləri əlaqələndirən bağlayıcı halqa hesab olunur. Bununla

belə turizmin əhəmiyyətli xüsusiyyəti istehlakçılar və tədarükçülər

arasında qarşılıqlı əlaqə məhsulla yox, arası kəsilməyən informasiya

axını hesab olunur. Bu informasiya axını yalnız konkret verilənlər

Page 198: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------198---------------------------------------------

axınını deyil, həm də xidmət və ödənişləri ifadə edir.

Mehmanxanalarda yerləşdirmə, təyyarələrdə yer kimi xidmətlər

təyinat məntəqəsində nə fiziki formada nümayiş etdirilir, nə də satışı

zamanı yoxlanılır. Məhsulun mövcudluğu və keyfiyyəti üçün yeganə

bələdçi informasiyadır. Nəticə etibarilə belə bir qərara gəlmək olar ki,

turizm xidmətlərinin istehlakçılara faktiki nümayişi turizm sahəsinin

inkişafı üçün gerçək informasiyanın təmini və onun yayılma sürəti

kimi əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, informasiya texnologiyalarının turizm

sənayesinə tətbiqi özündə bir neçə mərhələni daxil edir.

Birinci mərhələ - Verilənlərin yaradılması. Onun əsas məqsədi

informasiyaya əsalanaraq avtomatlaşdırma prosesi vasitəsilə

müəsissənin operativ fəaliyyətinin artırılmasıdır. Bu mərhələ 1960–

cı illərdə başladı və minikompüterlərin istifadəsi səciyyəvi idi.

İkinci mərhələ - İdarəetmənin informasiya sistemləri. Bunlar

keşən əsrin 70 – ci illərində tətbiq edilməyə başlandı və müəsissənin

idarə edilməsində informasiya resursları ilə bağlı spesifik

metodlardan istifadə olunurdu. Bu vaxt informasiya texnologiyaları

daxili marketinqin təlabatı və adminstrativ funksiyaları üçün istifadə

olunurdu.

1980– ci ilin əvvəllərində “Strateji informasiya sistemi”

mərhələsi başladı, əsas məqsədi turizm biznesində firmanın rəqabət

bacarığının artırılması idi. Rəqabət qabiliyyətinin artırılması üçün

müxtəlif növ inteqrallaşdırılmış şəbəkələr tətbiq olundu.

Keçən əsrin 90– ci ilinin əvvəllərində IV mərhələ başladı –

Şəbəkələr mərhələsi. Bu mərhələdə bütün səviyyələr şəbəkəsinin

(Müəsissə, regional və qlobal) birləşməsi baş verdi. Bu mərhələnin

əsas xarakteristikası informasiya texnologiyalarının imkanlarının

artırılması, istifadə olunan avadanlıqların həcminin kiçildilməsi və

şəbəkədə baş verən kiçik gözləmələrin ardan qaldırılması idi.

Turizm sənayesi ayrı – ayrı turizm firmalarının idarə edilməsi

üçün ixtisaslaşdırılmış proqram məhsullarından başlayaraq qlobal

kompüter şəbəkələrinin tətbiqinə kimi kompüter texnologiyasının

bütün çeşidlərindən istifadəyə icazə verir. Bu gün turizmdə yetərli

Page 199: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------199---------------------------------------------

qədər kompüter texnologiyasından istifadə olunur, məsələn: qlobal

ehtiyatda saxlama kompüter sistemi, inteqrallaşdırılmış

kommunikasiya şəbəkəsi, multimedia sistemləri, Smart Cards,

menecmentin informasiya sistemi və s. İnformasiya texnologiyala-

rının turizmə təsiri tur məhsulun yaradılması və yeridilməsənin

müxtəlif mərhələlərində hiss olunur. Hər şeydən əvvəl turizm

məhsulun satışı və yeridilməsi üçün yeni marketinq kanallarının

təşkil edilmə imkanlarından asılıdır. Rekalm sahəsində birbaşa tur

informasiyanın göndərilməsi elektron poçt vasitəsilə həyata keçirilir

(Direct mail). Son zamanlar tuzim firmaları özlərinin saytlarını

yaradırlar, bu zaman banner reklamından istifadə edirlər. Hərçənd

turizm məhsullarının Azərbaycanda bu yayılma kanallarının

effektiliyi elə də yüksək deyil,lakin bu istiqaməti olduqca perspektiv

hesab etmək lazımdır. Artıq Qərbdə ənənəvi turizm biznesinə

elektron hücum müşahidə olunur, xususilə də turizm bazarına

elektron kommersiya aktiv olmağa və yayılmağa başlayır. Artıq

elektron turizm ofisləri mövcuddur, məsələn: Microsoft firmasının

“Expedia” turizm bürosu, hansı ki, hər bir kredit kart sahibinə tur

əldə etməyə, təyyarəyə bilet və ya oteldə yer bronlaşdırmağa,

müxtəlif tədbirlərə bilet əldə etməyə və yer kürəsinin istənilən

nöqtəsində avtomobil icarəyə götürməyə icazə verir. Alman

mütəxəsislərinin qiymətləndirmələrinə görə yaxın illərdə bütün tur

məhsulların 70 % - i elektron kommersiya vasitəsilə reallaşdırılacaq.

Beləliklə, kompüter texnologiyaları tur məhsulun yeridilməsi

və satışı üçün prinsipial yeni elektron marketinq kanallarının

yaradılamsı və tətbiqini təhrik edirlər. XX əsrin 60– cı illərində

meydana gələn ehtiyatda saxlama kompüter sistemləri CRS

(computer reservation system) aviabiletlərin bronlaşdırılması

prosesinin sürətlənmsinə və real zaman rejimində həyat keçirməyə

imkan verir. Bunun nəticəsində müştərilərə xidmətin vaxtının

azaldılması hesabına servis xidmətlərinin keyfiyyəti qalxır, təklif

olunan xidmətlərin müxtəlifliyinin və həcminin artması və s., həm də

təyyarələrin yüklənməsinin təmini üçün şərait yaranır (Elastik QƏG

strategiyasının reallaşdırılması, yeni idarə etmə metodlarının tətbiqi

Page 200: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------200---------------------------------------------

və s.). Bu ehtiyatda saxlama sistemlərinin yüksək etibarlıq və

rahatlığı onların tez və geniş yayılmasına səbəb olur. Bu gün turizm

sahəsində olan müəsissələrin 98 % - i bron sistemlərdən istifadə edir.

Turizmdə informasiya texnologiyalarının tətbiqində əsas

istiqamətlərdən biri kimi multimedia texnologiyasını, xüsusilə də

soraq kitabçası və kataloqlarını göstərmək olar. Hal-hazırda turizm

soraq kitabçaları və kataloqlar kitab, video kaset, CD-ROM və lazer

disklərdə buraxılır. İnternet şəbəkəsində elektron kataloqlar təklif

olunmuş marşrutlar üzrə virtual səyahətə icazə verir, bu marşrutlara

aktiv rejimdə baxmaq ölkə haqqında informasiya əldə etməyə,

marşrut yolu boyu obyektlər, otel haqqında verilənlər, motel və digər

yerləşdirmə vasitələri haqqında, imtiyaz və endirm sistemləri ilə

tanışlıq, həm də turizm sahəsində olan qanunvericiliklə tanış olmağa

imkan verir. Bundan əlavə bu kataloqlarda adətən turizm sənədlərinin

rəsmilləşdirilməsi qaydaları, ekstremal vəziyyətdə turizm modeli və

s. olur. Müştəri turun proqramını planlaşdıra bilər, onu verilən

parametrlərlə seçə bilər. İnformasiya texnologiyalarından istifadə

potensial müştəriyə tur haqqında istənilən informasiyanı operativ

sürətdə verir və bununla da, uyğun gələn tur məhsulunu tez və

səhvsiz seçməyə imkan verir. Buna baxmayaraq tur operatorun lazımi

vaxtlarda verilmiş turda dəyişiklik etməyə və ya yeni ekskluziv tur

yaratmaq, yerlərin bronlaşdırılmasını aparmaq və oparativ rejimdə

hazırlanmış turizm xidmətini turistə satmaq imkanı vardır.

Turizm biznesində menecment sahəsində də əsaslı dəyişikliklər

olmuşdur. Tur biznesin müasir səviyyədə inkişafı və bu sahədə

amansız rəqabət turizm agentliklərinin informasiya sisteminə xüsusi

əhəmiyyət verməsinə səbəb olmuşdur. Turizm ofisinin

avtomatlaşdırılmasından ötrü nadir informasiya sistemlərinin

hazırlanması üçün verilmiş sifariş baha başa gəldiyindən müasir

dövrdə buna xüsusi ehtiyac tələb edilmir. Bu gün turizm biznesi

üçün xüsusi proqram məhsulların hazırlanmasında Müstəqil Dövlətlər

Birliyi (MDB) Respublikalarına daxil olan firmalarının böyük rolu

vardır. Nümunə kimi bu firmaların adını çəkmək mümkündür:

Meqatek (Master tur), Arimsoft (Turwin charter & Owir), Samosoft

Page 201: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------201---------------------------------------------

(Samo-tur), Intur soft (INT-S), ANT-Group (Ant-g, Reksoft,

Ebelveys, Barsrum, Reconline) və s.

Proqram məhsulları bazarında bir neçə kompüter sistemləri

təqdim olunur. Bunlar turizm firmasının daxili fəaliyyətini

avtomatlaşdırmağa imkan verir. Praktiki olaraq bütün proqramlar

kompüterlərdə mühasibat hesabatlarının formalaşdırılmasının həyata

keçirilməsini təmin edir. Tuirzm firmasının avtomatlaşdırılması ilə

yanaşı restoran, turizm biznesində başqa müəsissələrin və

mehmanxanalrın fəaliyyətinin avtomatlaşdırılması üçün oxşar

proqramların hazırlanması, bu sahədə informasiya sistemlərinin

tətbiqi menecmentdə əhəmiyyətli dəyişiliklərə gətirib çıxarır, həm də

xidmətin keyfiyyətini yüksəldir.

6.2. TURİST TƏŞKİLATLARININ

AVTOMATLAŞDIRILMASI SİSTEMİ

Şəbəkə texnologiyaları İnformasiya texnologiyalarının

inkişafında aktual və perspektiv istiqamətlərdən hesab olunur.

Onların məqsədi həm informasiya hesablama sistemlərinin ayrı-ayrı

istifadəçilərini informasiya mübadiləsi ilə təmin etmək, cəmiyyətin

informasiya resurslarından kooperativ istifadəsi üçün şərait yaramaq,

sənədli və başqa qəbildən olan xüsusiləşdirilmiş informasiya

fondundan informasiyanın əldə etməkdir. Son zamanlar KİV

nəşrlərinin mərkəzi mövzusu İnternet şəbəkəsi olmuşdur.

Qlobal kompüter şəbəkəsinin yaranma tarixi 02 yanvar 1969-cu

il sayılır (bəzi ədəbiyyatlarda 06 yanvar 1969-cu il). İnternetin

prototipi ABŞ müdafiə nazirliyinin kompüter şəbəkəsi olmuş, ancaq

müəyyən sahə mütəxəsisləri ondan istifadə edə bilmişlər. İnternetin

əsas inkişafı keçən əsrin 90-cı illərinə təsadüf edir. Bu əsasən xüsusi

noviqasiya proqramı olan əyləncə Mosaic proqramının meydana

gəlməsi ilə bağlıdır. Çünki, proqram adi kompüter istifadəçilərinə

şəbəkədə dolaşmağa imkanlar verirdi.

Əslində İnternet təkcə kompüter şəbəkəsi deyil, bu on minlərlə

lokal və qlobal şəbəkələri bir-birilə birləşdirən milli şəbəkələrdir.

Page 202: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------202---------------------------------------------

İnternet şəxsi kompaniya deyil və özünün prezidenti yoxdur.

İnternetin inkişaf istiqamətini İnternet cəmiyyəti (İnternet society)

təyin edir və təşkilatın başında mütəxəsislərdən ibarət rəhbər işçilər

birliyi dayanır. İnternetin məhsuldarlığı nəticəsində hər 10 aydan bir

İnternet abunəçilərinin sayı artır. Şəbəkədə informasiya mübadiləsi

hər il 10 dəfə artır, hər saniyədə şəbəkədə 400 000-dən yuxarı

elektron məlumat göndərilir.

İnternet 2 yerə ayırılır:

İnformasiya təminatına;

İnformasiya mübadiləsi sisteminə.

İnformasiya mübadiləsi sistemi İnterneti 2 yerə: individual

(fərdi) və kollektiv kommunikasiya sistemlərinə ayırır və bu

ayırmanın daxilində də başqa ayırma aparılır: interaktiv və ayrılmış

sistemlər.

Şəbəkədə istifadəçilərin sayının sürətlə artması yeni servisin

meydana gəlməsindən sonra (WWW – World Wide Web - Dünya

hörümçək toru) baş verdi.

İnternet o qədər sürətlə inkişaf edir ki, hər il onun

abunəçələrinin və informasiya resurslarının həcmi praktiki olaraq 2

dəfə artır. Bu güclü inkişafdan turizm biznesi də geri qalmır.

Mütəxəsislərin fikrinə görə 2010 – cu ildə İnternetin köməyilə 200

milyard dollar məbləğində tur satışı olmuşdur.

Azərbaycanda hər bir özünə hörmət edən firma şəbəkəyə çıxış

və poçtla təmin olunmuşdur, əksəriyyət firmaların isə şəbəkədə öz

səhifəsi vardır. Statistikaya görə Azərbaycanda 50 – dən çox tur

kompaniyalarının öz saytları vardır. Bu səhifələrin şəbəkədə

yaranmasına çəkilən xərclər 70 – 100 min dollar arasında tərəddüd

edir. Bəzi uzaq görən rəhbərlər artıq İnterneti müştərilərin

cəlbolunma vasitəsi hesab etməyə başlamışlar. Bununla belə

dünyanın turizm kompaniyalarının əksəriyyəti geniş yayılmış

İnterneti öz biznesləri üçün təhlükə hesab edirlər. İnternetə çıxış

mehmanxana və aviabiletlərin bronlaşdırma sistemləri, həmçinin

başqa turlarda müştərilərə öz istirahətini təşkil edən agentlərin

xidmətlərindən istifadədən imtina etməyə imkan verir. Artıq

Page 203: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------203---------------------------------------------

İnternetin çoxsaylı istifadəçi ordusu müstəqil olaraq evindəki

kompüterdən nəinki baxmaq və seçmək, həm də turun bütün

seqmentlərini bronlaşdıra bilir (mehmanxana, aviabilet, avto,

ekskursiya, transfer). Hər bir potensial səyahətçi bu qayadaya əməl

edəcək: Mən özüm evdəki kompüterdən öz istirahətimi təşkil edə

bilərəm. Buradan belə bir nəticəyə gəlmək olar ki, istehlakçının

psixologiyası dəyişməyəcək, agentliklər tərəfindən həyata keçirilən

funksiya dəyişiləcək. Belə olan halda agentliklərin işi çətinləşir, onlar

müştərilərə yeni formada xidmət göstərməyə məcbur olurlar. Bəzi

mütəxəsislərin fikrinə görə, çətin ki, bəzi turistlər uyğun gələn

mehmanxana və aviareyslərin axtarışı üçün kompüter qarşısında

oturmağı bacarır və ya buna cəhd göstərirlər. İnternetdə turistlər üçün

lazım olan informasiyanın tapılmasına kömək agentliklərinlərin əsas

vəzifəsidir. Qlobal kompüter şəbəkələri ilə rəqabət həm

turagentliklər, həm də aparıcı bronlaşdırma kompüter sistemləri üçün

təhlükəlidir. Proqress daim inkişafdadır. 15-20 il əvvəl agentliklər

üçün telefondan istifadə etməklə bronlaşdırma tur xidmətlərinin

əvəzinə təşkil edilmiş bronlaşdırma kompüter sistemləri yarandı.

Turizm bazarının əsas seqmentləri artıq İnternetə cəlb olundu.

Qərbdə turizm bazarının İnternetin potensialından istifadə etməyə

başlayan birinci sahəsi mehmanxanalar oldu. İnternetdə qrafik

informasiyanın yerləşdirilməsi imkanlarından digər beynəlxalq

mehmanxana şəbəkəsi İnter-Continental istifadə etməyə başladı.

İnternet istifadəçiləri ənənəvi təsvirdən başqa mehmanxananın planı

ilə tanışlıqla yanaşı, şəhərin də xəritəsinə baxa bildilər. İnter-

Continental həm də İnternetdə Avropanın 10 böyük şəhərinə

bələdçilik edir (Amsterdam, Paris və s.), yaxın zamanlarda bu

siyahıya daha 22 şəhərin əlavə olunması planlaşdırılır. İnternet həm

istifadəçi, həm də agentliklər üçün güclü informasiya mənbəyidir.

Artıq İnternet istifadəçiləri evdəki kompüterdən müstəqil olaraq

İnter-Continental mehmanxanalarında otaq bronlaşdırma imkanı əldə

edirlər. Bəzi mehmanxanalar özlərinin İnternet təqdimatı üçün hətta

3-lü qrafikdən istifadə edir. Məsələn, istəyi olan müştəri Antanta və

Page 204: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------204---------------------------------------------

Toronto yerləşən Crowne plaza mehmanxanalarına virtual səyahət

edə bilər.

Marriott İnternet şəbəkəsinin rəhbərlərindən birinin fikrinə görə

İnternetə qoşulmaq üçün istifadə olunan buklet və kataloqların

istifadəsi və yayılmasının azalmasından mehmanxanalar xeyli

həcmdə pula qənaət edir. İndi yer kürəsinin digər küncündə istənilən

insan kompüter qarşısında əyləşərək Marriott – un proqramını

asanlıqla daxil ola bilər. Buna baxmayaraq bəzi mehmanxanalar fərdi

şəxslərin bronlaşdırma məsuliyyətinin həll edilməmiş problemləri

səbəbindən İnternətə qoşulmağa tələsmirlər.

Aviakompaniyalar İnternetdən aktiv istifadə edirlər. Artıq 100

– dən çox beynəlxalq aviakompaniyanın şəbəkədə informasiya

qovşaqları vardır. Onların əksəriyyəti reyslər, təyyarə və xidmətlər

haqqında əlavə məlumatlar verirlər. Eyni zamanda həm

aviakompaniya, həm də mehmanxanalar arasında İnternet vasitəsilə

evdən bronlaşdırmaq istəyənlərin çoxlu əleyhidarları vardır. Bəzi

mehmanxanalar onların seçimi və bronu üçün istifadəçilərin lazımı

qədər biliklərin olmamasından gileylənirlər. Digərləri isə müştəri və

agentliklər arasında əks əlaqə mövcudluğunu göstərirlər.

6.3.TURİZMDƏ İNFORMASİYA TEXNOLOGIYALARI

Turizm sənayesinin son 10 ildə sürətli inkişafı iki faktorla

bağlıdır:

Mülkü aviasiyanın inkişafı;

Bronlaşdırma kompüter sistemlərinin yaranması.

Öz növbəsində aviaxətlərin, təyyarələrin və həm də

aviadaşımaların həcminin artması bronlaşdırma kompüter

sistemlərinin CRS (Computer Reservation System) yaranma və

istifafəsinin vacibliyinə gətirib çıxardı. İlk bronlaşdırma sistemləri

XX əsrin 60 – cı illərinin ortalarında bazara daxil oldu. Bu United

airlines firmasının Apollo və American airlines firmasının Sabre

sistemləri idi. Əvvəlcə bronlaşdırma kompüter sistemlərinin inkişafı

aviakompaniyaların ofisində terminalların quraşdırılması yolu ilə

Page 205: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------205---------------------------------------------

gedirdi. Bu aviakompaniyanın personalının işinin keyfiyyət və

efektivliyinin artırılmasına, biletlərin bronlaşdırılmasını təmin edən

işçilərin ştatının azaldılmasına imkan verirdi. İlk bronlaşdırma

mərkəzlərinin texniki təchizatı ilə IBM firması məşğul olurdu. Firma

indiki zamanda da bron sistemlərini avadanlıqla təmin edir. Bir

müddət sonra böyük turizm agentliklərində bron terminalların

quraşdırılmasına başlandı. Belə sistemlərin meydana gəlməsi ilə

turagentlər bir neçə saniyə ərzində aviabiletlərin bronunu həyata

keçirə bilirdilər. Əvvəlcə ayrı – ayrı aviakompaniyalar üçün nəzərdə

tutulmuş bu sistemlər proqram kompleksinə çevrildi. Kompleks

müştərilərə əlavə xidmətlər: mehmanxanalarda yerlərin bronunu,

dəmiryolu üçün biletləri, avtomobillərin icarəsini və s. göstərirdi.

Bronlaşdırma kompüter sistemlərinin inkişafı və geniş

yayılması bir tərəfdən təqdim olunan xidmətlərin sayının artması,

digər tərəfdən isə bron elektron xidmətlərinin qiymətinin aşağı

düşməsi ilə əlaqədardır. Bu qlobal bölüşdürülmüş sistemlərin – GDS-

in yaranmasına səbəb oldu. Qlobal bölüşdürülmüş sistemlər vasitəsilə

yüzlərlə aviakompaniya, minlərlə mehmanxana və avtomobil icarəyə

verən firmalar, dəmir yolu, dəniz və bərə daşımaları üçün biletlərin

bronunu həyata keçirən kompaniyalarla əlaqə qurmaq imkanı

yarandı.

İndiki zamanda Amadeus sisteminə iki sistem qoşulur:

System one (Continental airlines);

Start.

Galileo sistemi ilə uyğunlaşan sistemlər isə aşağıdakılardır:

Traviswiss;

Travicom;

TraviAustria.

1999 – cu ildə turizm firmaları və fərdi şəxslər GDS sistemi

vasitəsilə 30 milyondan çox bronlaşdırma həyata keçirdi və bunların

da 90 % - i Amadeus, Sabre, Galileo və Worldspan kimi böyük

sistemlərin payına düşür. Praktiki olaraq qərb turagentliklərin

əksəriyyəti GDS– in xidmətlərindən istifadə edir. Belə istifadə turizm

biznesində uğurun əsas şərtlərindəndir.

Page 206: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------206---------------------------------------------

AMADEUS BRONLAŞDIRMA SISTEMI

Amadeus bronlaşdırma sistemi 1987– ci ildə nəhəng Avropa

aviakompaniyaları Air France, Iberia, Lufthansa, SAS tərəfindən

yaradılmış, ən böyük və geniş yayılmış bron sistemlərdən biri sayılır.

Şəbəkənin mərkəzi Almaniyanın Münxen şəhəri yaxınlığında

yerləşir.

Bu gün Amadeus Avropada aparıcı kompüter sistemidir. 1995–

ci ildə System one kompaniyasını əldə etdikdən sonra aktiv şəkildə

Amerika bazarına daxil olur. Continental airlines Amadeus

kompaniyasının sahibinə çevrildi. Amadeus-un tərəfdaşı isə

Almaniyanın tur xidmətlərin bronu sistemi olan Start kompaniyasıdır.

Kompaniyaların müştərək işinin nəticəsində bir kompaniyanın

istifadəçisi digər kompaniyanın istifadəçisinə çevrilir. Beynəlxalq

bronun həcminə görə bu sistem dünyada ən böyükdür. Onun

xidmətlərindən Avropa turagentliklərinin 70 % - i istifadə edir.

Amadeus – dan isə gün ərzində 36 milyon insan yararlanır. Amadeus

müxtəlif servislər təqdim edir: avia, dəmir yolu, bərə daşımaları,

avtomobil və otaqların icarəsi və əlavə xidmətlər (turistlərin sığortası

və s.).

Amadeus sistemi standart və bir neçə modulu özündə

birləşdirir:

Amadeus Air 700 – dən çox aviakompaniyanın uçuş bronunu

həyata keçirir;

Amadeus Car dünyanın 128 ölkəsində 4600 – dən çox yerdə

avtomobillərin bronunu təmin edir;

Amadeus Hotel dünya üzrə 51 minə yaxın mehmanxana

haqqında məlumat və onlarda yerlərin bronunu təmin edir;

Amadeus Ferry bərədə geniş səyahət xidmətləri təklif edir;

Amadeus tickets müxtəlif idman və mədəniyyət tədbirlərinə

biletlər təklif edir və nəticədə gün ərzində orta hesabla 300 - ə

yaxın bron həyata keçirir;

Amadeus Videotext turagent və istehlakçılar arasında yeni

elektron əlaqədir;

Page 207: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------207---------------------------------------------

Amadeus Pro Tempo seçilmiş, diqqətə layiq yerlərdə

mehmanxanaların axtarışını təmin edir.

Amadeus sisteminə qoşulmanın müxtəlif yolları vardır:

Ayrılmış əlaqə xətti vasitəsilə stasionar qoşulma;

Dial – up vasitəsilə qoşulma;

Amadeus – un mərkəzi serverinə daxil olmanı təmin edən

İnternetə qoşulmaqla.

İlk iki qoşulmaya Amadeus Pro tempo – nun front office

sistemi və daxil olan əlavələr aşağıdakılardır:

Pro Zoom agentliyin fəaliyyətinin effektivliyinin təhlili və

statistikanın aparılması;

On–line operativ informasiya sistemi üçün geniş bələdçi və s.

Amadeus sisteminə İntenet vasitəsilə qoşulmanın yolları

aşağıdakılardır:

Pro Web pro tempo–nun analoq sistemidir. İnternet vasitəsilə

Amadeusun–un mərkəzi serverinə daxil olmadan istifadə edir,

bu qoşulmada bronlaşdırmanın seqment norması iştirak etmir.

Bu gün qoşulmanın qiyməti yarım il üçün 120 dollar, bir il

üçün isə 200 dollardır;

IA - Res turagentliyin saytında özünün aviabiletlərin,

mehmanxanaların, avtomobillərin bronlaşdırma sisteminin

yaradılmasına şərait yaradır.

Amadeusla qoşulamanın beşinci yolu Ericsson və Amadeus

şirkətləri arasında naqilsiz qoşulmanın inkişafı ilə əlaqədar

razılaşmadan sonra mümkün oldu (Wireless Travel Management

Services). Bu layihənin realaşması nəticəsində Ericsson mobil

telefonunun istifadəçiləri onlara məxsus telefonların ekranlarında

Amadeus sisteminin xidmətlərini əldə edirlər. Amerika bazarında

artıq E – ticketing sistemi testdən keçmiş və istifadə olunur, müştəri

Amadeus vasitəsilə on – line rejimdə bronlaşdırmanı həyata keçirir,

bileti isə aeroportda əldə edir. Bu xidməti artıq iyirmi şirkətə təklif

edir.

Sistemin nailiyyətləri aşağıdakılardır:

Page 208: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------208---------------------------------------------

Verilənlərin emalının həcmindən asılı olmayaraq yüksək

stabillik;

Rahat və çox funksiyalı interfeys.

Müasir zamanda 1C mühasibat proqramı ilə Amadeus

sisteminin inteqrasiya proqramı hazırlanmışdır. Proqram yeni

funksiyaların yerinə yetirilməsini təmin edir:

Partnyorlara satılmaq üçün verilmiş aviabilet blanklarının

uçotu;

Aviabiletlərin həm satış, həm də geri qaytarılma və

dəyişdirilməsi əməliyyatlarının yerinə yetirilməsi;

Endirimlərin hesabı;

Aviakompaniyalarda hesabatın avtomatik formalaşdırılması;

Analitik və statistik hesabatların hazırlanması.

Son illərdə dinamik inkişaf edən bronlaşdırma kompüter

sistemlərindən sayılan Amadeus sistemi Azərbaycanın tuzim

xidmətlər bazarına aktiv daxil olmuşdur.

GALILEO BRONLAŞDIRMA SİSTEMİ

Galileo sisteminin əsası 1987– ci ildə British Airways, Swissar,

KLM və Covia qoyulmuş dünyada ən böyük Computer reservation

system (CRS) – dir. Kompaniyada üç minə yaxın işçi var, mərkəzi

ofis isə Denverdə yerləşir. 1993– cü ildə Galileo sistemi Apollo ilə

birləşdi və Galileo İnternational adını aldı. Yeni kompaniyada

səhmlərin 50 % - i Amerikan, 50 % - i isə Avropa

aviakompaniyalarına məxsusdur. Apollo sistemi Amerika, Meksika

və müəyyən qədər də Yaponiyada istifadə olunur. Galileo sistemi

dünyanın yüzə yaxın ölkəsində yayılmışdır və təkcə Avropada

sistemin 150 terminalı fəaliyyət göstərir. Şəbəkə servisi turisti və

turagenti turizm məhsulu və xidməti haqqında informasiya ilə təmin

etməyə icazə verir. Raddison, Hilton və Holidays kimi 80 –dən çox

mehmanxana şəbəkə ilə bağlıdır və turagentlərə mehmanxanada yer

bronlaşdırmağa icazə verirlər. 2002– ci ilin dekabrında Galileo

Page 209: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------209---------------------------------------------

Azərbaycanda rəsmən öz nümayəndəliyini açdı. Sistemə iki yolla

qoşulmaq olar:

Stasionar;

İnternet vasitəsilə.

Focalpoint stasionar sistemi SITA rabitə xəttinə əsaslanır və

ödənişli xidmətdir. Stasionar variant əlavə ödənişsiz proqramları

təklif edir:

Frame Relay – çox əmək sərf olunan proseslərin

avtomatlaşdırılması üçün;

View Point – qrafik interfeys, sonuncu variantı

aviakompaniyaların həm standart, həm də konfidensial

tarifləri ilə işləməyə icazə verir;

E – Cruis – bir neçə kruiz kompaniyasında yer və qiymətlərə

on – line rejimdə baxılma;

Galileo print – printerdə biletlərin çapı üçün;

Galileo maps – interaktiv xəritədə bronlaşdırılmış

mehmanxanalara baxış;

Fare – müxtəlif tarif qruplarına baxışa icazə.

İnternet vasitəsilə qoşulmada isə Focalpoint Net istifadə olunur.

Focalpoint Net stasionar variantın analoqudur və həm bir istifadəçili,

həm də çox istifadəçili rejimdə işləyə bilir. İnternet vasitəsilə

qoşulmanın qiyməti bir il üçün 200 dollar birinci terminal və

sonrakılar hər biri üçün isə 100 dollardır. Bundan əlavə turagentliyin

saytında Travelpoint.com vasitəsilə on – line rejimdə bronlaşdırma

sisteminin yaradılması da mümkündür.

WORLDSPAN BRONLAŞDIRMA SİSTEMİ

Worldspan bronlaşdırma sistemi TWA Amerikan

aviakompaniyasının Avropa şöbəsinin PARS bron sistemi və Delta

Airlines Amerikan aviadaşıyıcısının KSB DATAS bron sistemlərinin

birləşməsindən əmələ gəlmişdir. Worldspan səhmlərinin idarə

edilməsi paketi Delta Airlines kompaniyasına məxsusdur, mərkəzi

idarəetmə sistemi Atlantada (ABŞ) yerləşir. Worldspan Amerikada

Page 210: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------210---------------------------------------------

ən geniş yayılmış bronlaşdırma sistemidir, Avropada isə

məşhurluğuna görə Amadeus və Galileodan sonra üçüncü yerdədir və

Yaxın şərq və Cənubi Asiyada təsir etmə sahəsini genişləndirir.

Worldspan əsasən aviadaşıyıcılarda (487 aviakompaniya)

bronlaşdırmanı həyata keçirən informasiya sistemidir, bundan əlavə

otellərdə (39 000 mehmanxana və 216 mehmanxana şəbəkəsi),

ekskursiya şöbələri, teatr və avtomobil icarəyə verən kompaniyalarda

(əsas 45 şirkət), həm də Worldspan turizm və səyahətlə bağlı lazımi

informasiyanı əldə etməyə icazə verir. Bu gün sistemdən dünya üzrə

iyirmi beş min turizm firması istifadə edir.

Worldspan kompaniyanın verilənlər bazası ilə əlaqə yaratmaq

üçün keyfiyyətli və etibarlı iki qoşulma təklif edir:

British Telecom vasitəsilə ayrılmış kanal;

Worldspan Net - stasionar variantın funksional analoqudur,

əlaqə üçün İnternetdən istifadə edir.

Bu qoşulma əsasən kiçik və orta turizm firmaları üçündür.

Onlar böyük həcmdə bronlaşdırma həyata keçirmirlər. 2001– ci ildə

sistemə 150– dən çox agentlik qoşulmuşdur. Bu sistemin əsas

üstünlüyü adi telefon xətti ilə qoşulma, saytada işə görə illik ödəniş

240 $, həmiçinin Microsoft Office– in standart məhsulları ilə təmin

olunma. Worldspan Net saytına qoşulmanın üç rejimi mümkündür:

Bir sıra istifadəçilər üçün sadə interfeyslə;

İntermediate - standart CRS komandalarla işi təklif edən;

Profesional - stasionar sistemin analoqu.

Son zamanlar Worldspan elektron kommersiya (e – commerce)

sahəsində İnternet turizmi aktiv inkişaf etdirən bronlaşdırma

sistemlərindəndir. Dates & Destinations proqramı İnternet Booking

Engine (İBE) – İnternetdə turagentliyin saytında Worldspan vasitəsilə

bronlaşdırma sistemi yaratmağa imkan verir. Bu zaman müştəri özü

avaireysi və oteli seçə bilər və onların bronunu həyata keçirə bilər.

Worldspan məşhur elektron agentliklər Expedia və Preiceline – nin

provayderidir. Bu yeni tendensiya kiçik və orta müəsissələr üçün

cəlbedicidir və turizmdə İnternet – texnologiyaların perspektiv

inkişaf istaqamətlərindəndir.

Page 211: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------211---------------------------------------------

Worldspanın istfadəçilər üçün təklif etdiyi əlavə imkanlar

aşağıdakılardır:

Worldspan Power Pricing – bronlaşdırılmış marşrutun ən

aşağı qiymətini və digər mümkün variantlarını da hesablayır;

Worldspan View – ekranda müxtəlif birja məlumatları və

təqdimatları göstərir;

Worldspan Xtra – elə həmin stansiyadan müxtəlif növ

xidmətlər təklif edir.

SABRE BRONLAŞDIRMA SİSTEMİ

Sabre sistemi 1964-cü ildə American Airlines aviakompaniyası

tərəfindən yaradılıb, 1976-cı ildə isə mehmanxanalarda yerlərin

bronu üçün alt sistem yaradılıb. Şəbəkənin mərkəzi Oklahamada

(ABŞ) yerləşir. Sabre şəbəkəsi dünyanın iyirmi yeddi min regionunda

yüz on dörd mindən artıq turagentliyi özündə birləşdirir. O avia və

dəmir yolu nəqliyyatında biletlərin, mehmanxanalarda yer və s.

bronuna imkan yaradır. İstifadəçilərə sistemə qoşulmaq üçün bir neçə

üsul təklif olunur:

Turbo Sabre – agentliklərin işi üçün yaxşı şərait yaradır və

əlavə vasitələr – konfedensial tariflər, verilənlər bazasından

istifadə,elektron poçt və İnternetlə əlaqə;

Net Platform – kiçik və orta agentliklərin istifadəsi üçün

hesablanmış İnternet şəbəkəsində bronlaşdırma sistemi.

Müasir zamanda konfidensiallığın və elektron poçtun təmini

üçün kompleks proqramlar vardır. Sabre Evision turistə gedəcəyi

yerin rəngli şəkili və coğrafi xəritəsini əldə etməyə imkan yaradır. Bu

proqram Sabre şəbəkəsinə qoşuludursa, istənilən işlək stansiyadan

proqram təminatına daxil olmaq olar.

DIGƏR XARİCİ BRONLAŞDIRMA SİSTEMLƏRİ

SRS (Steingerberger Reservation Service) – bütün GDS – lə

(Amadeus, Sabre və Galileo) real zamanda verilənlərlə mübadilə edə

bilən tanınmış bölüşdürücü sistemdir. Onun dünyanın 60 ölkəsində

Page 212: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------212---------------------------------------------

və 250 turizm mərkəzində nümayəndəlikləri vardır. O otellərin bronu

üçün xüsusi vasitələr - telekonfransların keçirilməsi haqqında

informasiya vermək imkanını təqdim edir. Mehmanxanalarda yerlərin

bronlaşması üzrə ixtisaslaşmasına baxmayaraq dünyanın üç yüz

mindən atıq aviakompaniyasının terminalı ilə əlaqəlidir.

Utell – bronlaşdırma və marketinq xidmətləri üzrə kompüter

sistemi dünyada bronlaşdırmanı həyata keçirən 6.5 min mehmanxana

və 45 satış mərkəzləri ilə əlaqəlidir. Marketinq xidmətləri sahəsində

Utell vision elektron təsviri, Utell isə xidmətlərin inkişafı, elektron

reklamın əsas strateji istiqamətləri haqqında informasiyanı təqdim

edir.

Utell – in tərkibinə iki əlavə proqram daxildir:

Paytell – turagentə nüştərinin yerləşdirilməsi üzrə əvvəlcədən

əmək haqqını almaq imkanı yaradır;

Paycom – mehmanxanalara şəbəkə üzrə istənilən yerdən

turagentə yerli valyuta ilə kommisiya haqqının elektron yolla

ödənilməsini təmin edir.

Start – Avropada turizm xidmətlərinin reallaşdırlması üzrə

böyük interaktiv sistemdir və ona on altı min tur büro, həmçinin

Almaniyada fəaliyyət göstərən turizm firmalarının 90 % - i daxildir.

Start sistemi turizm marşurutları haqqında informasiya, nəqliyyat və

mədəniyyət tədbirlərinə bilet, həm də turizm sığortası müqaviləsi

xidmətlərini təqdim edir. Qitə və ölkələr üzrə kompüter bronlaşdırma

sistemlərinin regional bölüşdürülməsi cədvəldəki kimidir.

Bronlaş-

dırma

sistem-

ləri

ABŞ Kana-

da

Latın

Ameri-

kası və

Karib

ölkələri

Avro-

pa

Asiya Yaxın

Şərq

Afrika

Ümu-

mi

Amadeus 29100 92 8368 59804 2034 768 100166

Galileo 49766 9673 2459 39487 12871 5144 119400

Sabre 77994 7181 8590 13428 26146 1452 122891

Wordspan 34934 172 1268 10208 … 1368 47950

Ümumi 191794 17118 22196 124327 41051 8832 …

Page 213: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------213---------------------------------------------

6.4.TURİZMDƏ İNTERNET- MARKETİNQ

Turizm məhsulunu tədqiq edərkən bu məhsulun əlamətlərini

qeyd etmək lazımdır. Bu əlamətlər turizm məhsulunu başqa

məhsulların istehsalından fərqləndirdir. Bu əlamətlər aşağıdakılardır:

Turizmi istehlak etmək üçün səyahət etmək lazımdır;

Turizm məhsulunu tədarük edib saxlamaq olmaz. İcarəyə

götürülmüş otel otaqları istifadə edilmədikdə turizm məhsulu

“xarab olur”, xeyir vermir, əksinə daha ziyanlı olur;

Turizm məhsulunu əldə etməmişdən qabaq müqayisə etmək

çox çətindir;

Turizm məhsulu yerli əhali və turistlər tərəfindən istehlak

olunur;

Turizm məhsulunun alınması ilə onun istehlakı arasında

zaman və məkan fərqi vardır;

Başqa məhsulları istehlakçı olduğu, yaşadığı yerdə alıb və

oradaca istifadə edir. Turist turizm məhsulunu bir yerdə aldığı

halda məkanca və zamanca onu tamam başqa ərazidə və çox

vaxt xeyli müddətdən sonra istifadə edir.

Turizm məhsuluna olan təlabat bir sıra amillərdən asılı olaraq

dəyişilə bilər. Bu amillər aşağıdakılardan ibarətdir:

İqtisadi amil - Ölkədə ümumi iqtisadi vəziyyət, əhalinin pul

gəliri, məhsul və xidmətlərin qiymətləri, həmçinin tur

məhsulun qiyməti, inflyasiyanın səviyyəsi və s.;

Sosial amil - Dövlətin ümumi sosial siyasəti (sosial güzəştlər,

təqaüdlər, müxtəlif ödənişlər və s.), turizmlə əlaqədar sosial

siyasət (güzəştli və ya pulsuz turyollayışlar), müxtəlif sosial

normaların təyin edilməsi (sosial təminatlar və s.), əhalinin

həyat səviyyəsi, mədəni və estetik zövqün formalaşdırılması

və s.;

Demoqrafik amillər - Əhalinin sayı və tərkibi strukturu, cins-

yaş strukturu, ailə sayı və tərkibi, şəhər və kənd əhalisinin

nisbəti;

Page 214: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------214---------------------------------------------

Təbii-iqlim amili - Temperatur, günəşli günlərin sayı, coğrafi

şərait, təbii resursların olması (dəniz, çay, dağ, meşə və s.);

Milli-tarixi amil - Adət və ənənələr, məişət şəraiti və s.,

nəzərdə tutulur;

Özəl və ya spesifik amillər - Kişi və qadın, gənclər qrupu,

yaşlılar qrupu, müalicə məqsədi;

Əhalinin pul gəlirinin balansının strukturu – Fəhlə və

qulluqçuların zəhmət haqqı (əmək haqqı , digər gəlirlər), kənd

təsərrüfatı mallarının satışından gəlir, pensiya və təqaüdlər,

maliyyə sistemindən mədaxil (çörək pulu, uşaq pulu və s.),

sahibkarlıq və digər rəsmi qeydiyyata alınmış fəaliyyətdən

gəlir və s.

Respublikada da turizmi inkişaf etdirmək və turizmdən əldə

olunan gəlirləri artırmaq məqsədi ilə bu amilləri xüsusi ilə araşdırmaq

lazımdır. Ölkəmizdə ümumi iqtisadi vəziyyət sabit olsa da turizm

məhsulunun qiymətinin baha olması, xidmətlərin göstərilməsində

problemlər bu sahə üçün mənfi hal kimi qiymətləndirilə bilər. Dövlət

tərəfindən aparılan sosial siyasət, turizmin inkişafı üçün imkan

yaradır, əhalinin sosial səviyyəsinin yüksəlməsinə, sahibkarlıq

fəaliyyətinin və turizmin genişlənməsinə səbəb olur. Təbii şəraitin

müxtəlifliyi həm daxili və həm də beynəlxalq turizmin geniş

diapazonda inkişafına imkan yaradır. Azərbaycanın iqlimi və təbii

şəraiti ölkə vətəndaşlarının və xarici qonaqların rekreasiya

ehtiyaclarını ödəmək üçün cəlbedicidir. Ölkəmiz başı qarlı dağlar,

nadir ağaclar bitən meşələr, çaylar və dəniz, qumlu çimərliklər,

mineral bulaqlarla zəngindir. Ekoloji şərait təbiəti sevən insanlar

üçün ən münasib istirahət mühiti yaradır.

QEYD: Rekreasiya (latınca recreatio bərpa etmə anlamını

verir) dedikdə yorğun insanın əhvalını və iş qabiliyyətini normal

hala gətirmək üçün həyata keçirilən sağlamlıq tədbirlər kompleksi

başa düşülür.

Page 215: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------215---------------------------------------------

1.Təbii–ekoloji amillər – Bunlara yaxşı iqlim və komfortlu

təbii şəraitin, landşaftların və təbiətin diqqətəlayiq yerlərinin olması,

inkişaf etmiş hidroqrafik şəbəkələrin və təbii su hövzələrinin olması,

təbiət obyektlərinin təmiz və yararlı vəziyyətdə olması, ekoloji

vəziyyətin yaxşı olması aiddir.

2.Sosial-iqtisadi amillər - əhalinin əsas kütləsinin yaşayış

səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi, vətəndaşların ölkə

daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən sosial

azadlıq və hüquqlarının olması, beynəlxalq əmək bölgüsü əsasında

dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin

genişlənməsi və nəqliyyat vasitələrinin təkmilləşdirilməsi.

3.Siyasi amillər - turistlərin yaşadıqları ölkənin daxili siyasi

stabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi, ölkələr

arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər, iqtisadi,

ticarət, elmi-texniki və mədəni əlaqələr, turizm mübadiləsi üzrə

dövlətlərarası və hökumətlərarası əməkdaşlıq sazişləri.

4.Demoqrafik amillər - Əhalinin artımı dünya turizm

potensialını yüksəldir. İnsanların ömür müddətinin artması və təqaüd-

yaş həddinin azalması, turizmdə üçüncü yaş qrupuna aid olan

insanların çoxalmasına səbəb olur. Etnik turist axını (tarixi vətənə

səyahət, mühacirlər, oxşar dilli xalqlar, qarşılıqlı səfərlərlə

maraqlananlar və s.) da bu zaman nəzərə alınan amillərdəndir.

İnsanların mədəniyyət və təhsil səviyyələrinin yüksəlməsi də turizm

sənayesinə təsir göstərən amillərdən biridir. Son zamanlarda kütləvi

informasiya vasitələrinin (KİV) sürətli inkişafı da turizmə müsbət

təsir göstərir. Kütləvi informasiya vasitələrinin inkişafı nəticəsində

qonaqpərvərlik resurslarının, istirahət yerlərinin infrastrukturunun və

digər turizm sənayesi komponentlərinin tanıdılması sürətlənir.

Turizmin populyarlığının səbəblərindən biri də şəhər əhalisinin daim

artmasıdır. Yalnız urbanizasiya (şəhərləşmə) müəyyən dərəcədə

turizm xidmətlərinə olan tələbatın artmasına səbəb olur. Turist

axınının formalaşması əsasən iri sənaye və inzibati mərkəzlərdə baş

verir ki, bunlar arasında Bakı şəhərinin də adını çəkmək olar.

Page 216: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------216---------------------------------------------

Turizm məhsulu kimi turizm iqtisadiyyatı da spesifikdir. Bu da

onun bir sıra amillərin təsirinə məruz qalması ilə əlaqədardır. Bu

amillərin əksəriyyəti qeyri-müəyyəndir. Ümumiyyətlə bu amillər iki

qrupa: qlobal və lokal amillərə ayrılır. Qlobal amillərə siyasi,

iqtisadi, təbii, mövsümilik amillərini misal göstərmək olar. Bunlardan

siyasi amillər xüsusilə nəzərə alınmalıdır. Çünki hər hansı bir ölkənin

siyasi rejimi gərgin olarsa, həmin ölkəyə turizm tələbi də aşağı düşər.

Bu baxımdan Azərbaycan da istisna deyil. Çünki, respublikamızın

ərazisinin 20 faizinin işğal altında olması mövcud turizm

ehtiyatlarından istifadədə problemlər yaratdığı kimi, ölkəyə gələn

turistlərtin sayına da öz mənfi təsirini göstərir. Siyasi amillər dedikdə

aşağıdakılar nəzərdə tutulur:

Gedilən ölkənin siyasi rejimi. Səyahət ediləcək ölkənin siyasi

rejimi, bu rejimə qarşı göstərilən reaksiya çox vaxt o ölkəyə

istiqamətlənəcək turizm sektorunun qarşısını alır;

Turistin çıxdığı ölkənin siyasi rejimi. Turizm üçün səyahət

istəyi duyan və bu istəyinin reallaşmasına imkan verəcək

miqdarda gəlirə sahib olan insanlara ölkə xaricinə çıxmaq

haqqının verilməsi lazımdır;

İki ölkə arasındakı siyasi rejim. Ziyarət ediləcək ölkə ilə olan

xarici siyasi əlaqələrin vəziyyəti, o ölkəyə istiqamətlənən

turizmə təsir edəcəkdir. Bundan başqa beynəlxalq

münasibətlər, hərbi konfliktlər və ölkənin daxili siyasəti də

burada nəzərə alınmalı faktorlardır.

ÜTT-nin göstəriciləri sübut edir ki, beynəlxalq turizmdə siyasi

amillər ölkəyə gəlmə turizminə çox böyük təsir göstərir. Çünki,

turizm siyasi hadisələrə qarşı çox həssasdır. Məsələn, 2001-ci ilin

sentyabrın 11- də ABŞ da baş vermiş terror aktı bu ölkəyə turist

axınlarının azalmasına səbəb olmaqla yanaşı, turizmdən əldə olunan

gəlirlərin də azalmasına səbəb olmuşdur.

Hal-hazırda ərazisinin 20%-i erməni qəsbkarları tərəfindən zəbt

olunan ölkəmiz də çox təəssüf ki, bu amilin ağır nəticələrindən

əziyyət çəkir. Belə ki, bir çox turistlər məhz bu amillə əlaqədar olaraq

son anda ölkəmizə gəlməkdən boyun qaçırırlar. Onu da qeyd etmək

Page 217: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------217---------------------------------------------

lazımdır ki, hər hansı bir vətəndaşın ölkə xaricinə səfərə çıxması

üçün ölkəmizdə hər cür imkanlar yaradılmışdır.

Bununla yanaşı iqtisadi amilləri də xüsusi ilə qeyd etmək

lazımdır. Müasir dövrdə turizmə cəlb olunan turistlərin böyük

əksəriyyətini iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin sakinləri təşkil

edir. İqtisadi amillər dedikdə, ölkənin iqtisadi inkişafı, əhalinin maddi

rifah səviyyəsi, maddi–texniki bazanın inkişaf səviyyəsi (nəqliyyat,

yerləşdirmə və qidalanma şəbəkəsi, infrastruktur, müasir

texnologiyalar) nəzərdə tutulur. Turizm məhsulunun alıcılıq

qabiliyyətinin olmasından ötrü kifayət qədər iqtisadi inkişafın olması

zəruridir. Yəni, imkanı olan adam səyahətə çıxa bilər. İşsizlərin sayı

çox olan, əmək haqqı az olan ölkədə kütləvi istirahətdən söhbət gedə

bilməz. Beləcə, gəliri olmayan iqtisadiyyatda kütləvi turizm də ola

bilməz. Əsas iqtisadi amillər kimi aşağıdakıları qeyd etmək olar:

Milli gəlirin miqdarı;

Adambaşına düşən gəlirin miqdarı;

Milli gəlirin paylanma forması;

Ölkədə şəxslərin girdikləri xalis gəlir qrupları;

Turizm mal və xidmətlərinin qiyməti.

Sosial amillər – Turizm inkişafına güclü təsir göstərən

amillərdən biri də sosial faktordur. Sosial amillər əsasən

aşağıdakılardan ibarətdir:

Ailəvi xüsusiyyətlər - Şəxsin evli, subay olması və ya ailədəki

uşaqların sayı və onların məktəb vəziyyəti və yaş tərkibi

turizmə təsir edir. Turizmə təsir edən amillərdən biri də ailə

başçısının işlədiyi sahənin xüsusiyyətləridir. Kənd təssərrüfatı

işçiləri ən az, sərbəst iş sahibləri ilə yüksək vəzifələrdə

işləyənlər ən çox səyahət edən insanlardır;

Əhalinin yaş quruluşu. Bir ölkənin əhali sayındakı artım

ümumi olaraq turizm sahəsində artım yaratdığı kimi, ölkə

əhalisinin yaş quruluşundakı dəyişikliklər də turizmə, yeni

müştəri kateqoriyalarının iştirak etməsinə, yeni zövqlərin

yaranmasına təsir edir;

Page 218: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------218---------------------------------------------

Urbanizasiya (şəhərləşmə). Atmosferin çirklənməsi, səs,

stres, sosial təzyiqin gərginliyi kimi prosesləri gücləndirir. Bu

da öz növbəsində şəhər əhalisinin şəhər ətrafı kənd yerlərinə

getməsinə səbəb olur. Respublikamızda da bu göstərici get-

gedə artmaqdadır. Belə ki, ölkəmizdə kəndlərdən və digər

şəhər ətrafı ərazilərdən insanların iş axtarmaq məqsədi ilə

Bakı şəhərinə axını şəhər həyatının çətinliklərini artırdığı

kimi, kənd-yaşıl turizminin inkişafına yollar açır;

Dil çətinlikləri. Bir çox insanın xarici dil baxımından danışıq

qabiliyyətinin zəif olması, onları xarici ölkələrdən daha çox

öz ölkələrində səyahət etmək məcburiyyətində qoyur;

Sosial hərəkət qabiliyyəti. Ailə başçısının iş yeri, mədəni

səviyyəsi, sosial davranışları, dünyagörüşü turizm tələbinə

təsir göstərən amillər arasında yer alır. Sosial nöqteyi-

nəzərdən turizm regionların inkişafına böyük təsir göstərir.

Regionlarda turizmin inkişafı işsizlərin böyük şəhərlərə

axınının qarşısını alır.

Bu amillərin təhlili göstəriri ki, turist səfərləri əsasən qonşu

ölkələr arasında baş verir. Bunun da səbəbi qonşu ölkələrlə oxşar

adət-ənənələr, dil yaxınlığı və həyat tərzidir.

6.5.AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFI

Göründüyü kimi dövlət turizmin tənzimlənməsi üçün xüsusi

siyasət yeridərək bir sıra vasitələrdən istifadə edir. Turizmin

inkişafında dövlətin rolunun aydın təsəvvür edə bilmək üçün keçmiş

totalitar rejimə aid olan sərt inzibati nəzarətlə müasir bazar

iqtisadiyyatı dövrünə aid olan tənzimləmə tədbirlərini müqayisə

etmək olar. Həmin rejimin qaydalarına görə beynəlxalq səviyyədə

turizm mübadiləsi dövlətin xüsusi maraqları ilə üst-üstə düşürdü.

Əksər hallarda bir çox ölkələr üçün qapalı olan turizm marşrutları bir

çoxları üçün də məhdud idi. Belə olan bir şəraitdə turizmə özü-özünə

dinamik inkişaf edən bir sistem kimi yanaşmaq qeyri-mümkün idi.

Bu fikrin sübutu kimi indi bizə həmin dövrdən miras qalmış olan zəif

Page 219: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------219---------------------------------------------

inkişaf etmiş turizm sənayesi, infrastrukturu, maddi-texniki bazası və

s. kimi şəraiti misal göstəmək olar. Bazar iqtisadiyyatı şəraitində isə

dövlət hər bir vətəndaşına sərbəst fəaliyyət azadlığı verməklə

turizmin də idarə olunmasında liberallığa yol açır. Bu isə eyni

zamanda o deməkdir ki, turizm özünün bütün üstün və çatışmayan

cəhətləri ilə maneəsiz olaraq inkişaf edə bilər. Bu iki meyl arasında

dövlət özünun sosial siyasəti ilə tənzimləyici rol oynyır. Sosial

yönümlü bazar iqtisadiyyatında hər bir fərdin fəaliyyət azadlığı

dövlətin təsiri ilə cəmiyyətin bütün üzvlərinin ümumi rifahı xeyrinə

məhdudlaşdırılır və yaxud genişləndirilir. Beləliklə, dövlət turizm

siyasəti yeritməklə onun aşağıdakı istiqamətlərdə inkişafının təmin

edir:

Turizmin məqsədəuyğun inkişafını təmin etmək üçün iqtisadi,

ictimai-siyasi şəraitin seçilməsi;

Turizm iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;

Əhalinin daha çox hissəsinin turizmin inkişafında iştirakına

yer vermək;

Beynəlxalq turizmdə əməkdaşlığı genişləndirmək.

Bu istiqamətdə tənzimləmə fəaliyyəti həyata keçirib, turizm

industriyasının kortəbii inkişafını dövlətin və onun vətəndaşlarının

mənafeyi istiqamətinə yönəltmək üçün iki qrup tədbirlər sistemi

həyata keçirilə bilər. Bunlar ilk növbədə, sahənin inkişafını

müəyyənləşdirən hüquqi, maliyyə, iqtisadi bazanın müəyyənləşdiril-

məsi, ikincisi isə özəl sektorun maliyyələşdirməkdə çətinlik çəkdiyi

prioritet sahələr, zəruri infrastruktura investisiya qoyuluşunun

mexanizminin işlənib hazırlanmasıdır. Həmin tədbirlərin əhatə etdiyi

sahəni isə aşağıdakı şəkildə göstərmək mümkündür:

Turizm sferası üçün kadrların hazırlanması və yenidən

hazırlanması;

Turizm sahəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi;

Ölkə daxilində turizm sferasının vəziyyəti barədə informasiya

yaymaq;

Milli turizm məhsulunun beynəlxalq turizm bazarında

tanıdılması;

Page 220: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------220---------------------------------------------

Yeni milli turizm məhsulu işlənib hazırlanmasını təşkil etmək

və s.

Dövlətin həyata keçirdiyi turizm siyasəti ölkə, region, rayon,

icma səviyyəsində yerinə yetirilə bilər. Turizm xidmətlərinin

istehsalçısı kimi regionun keyfiyyəti onun öz istehlakçılarının

sifarişlərini nə dərəcədə yerinə yetirə bilməsi ilə ölçülür. Əgər hər

hansı bir turizm regionu öz məhsulu üzərində kifayət qədər yüksək

qiymət formalaşdıra bilirsə, onda istehsal prosesinin iştirakçılarına

yüksək əmək haqqı ödənilməklə bərabər, sahənin fəaliyyətini də

xarici təsirlərdən qoruya bilmək imkanı əldə olunur. Bu sahədə

müəyyən nəticənin əldə olunması ilə regionun rəqabət qabiliyyəti

haqqında fikir söyləmək mümkündür. Turizm regionunun strateji

məqsədi bir rəqabət vahidi kimi uzun müddət ərzində rəqabətə

davamlılığı təmin etməkdir. Turizmdən yaxşı mənfəət əldə edən

sahələr bu sahəyə pozitiv münasibət də bəsləyirlər. Burada ən mühüm

digər bir cəhət isə turizmə əhalinin hansı münasibət bəsləməsidir.

Turistlərə qarşı mühafizəkar olmayan yerli əhali turizmin ən mühüm

şərtlərindən biri olan qonaqpərvərliyin təminatçısı kimi çıxış edir. Bu

çox mühüm cəhətdir. Çünki hər hansı bir xalqa və ya region əhalisinə

məxsus olmayan qonaqpərvərliyi heç bir tənzimləmə mexanizmi

vasitəsilə aşılamaq və ya idarə etmək mümkün deyildir. Bu isə əsas

şərtlərdən biridir. Ölkəmizdə turizmin inkişafı üçün bu sahədə

qanunvericilik bazasının yaradılması da ümummili liderimiz Heydər

Əliyevin təsdiq etdiyi fərmanlarla başlanmışdır. Azərbaycanın XX

əsrin fenomeni adını almış olan turizmdən öz layiq olduğu payı ala

bilməsi üçün Tarixi İpək Yolunun bərpasından tutmuş, Turizm

Haqqında Azərbaycan Respublikası Qanunu (27 iyul 1999), Gənclər,

İdman və Turizm nazirliyinin yaradılması (18 aprel 2001), ölkəmizin

ÜTT-yə tam hüquqlu üzv qəbul edilməsi (25 avqust 2001), 2002-

2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı (27 avqust

2002), 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair

Dövlət Proqramı (11 fevral 2004) bu sahənin inkişafına yönəldilmiş

olan tədbirlərdəndir. Turizmin inkişafı üçün yeni Dövlət Proqramı

hazırlanır. Bu proqramda turizm üçün lazımi infrastrukturun

Page 221: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------221---------------------------------------------

yaradılması, mövcud infrastrukturun inkişafı, turizmin müxtəlif

sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Azərbaycana Avropa və

ABŞ-dan, Ərəb ölkələrindən, Turkiyə və Rusiyadan gələnlərin sayı

artıb. Azərbaycandan isə böyük əksəriyyət Türkiyə, Rusiya, MDB

ölkələri və BƏƏ-yə üz tutur. Kompleks iqdisadi inkişafda turizmin

imkanlarından tam yararlanmaq lazımdır. Ölkəmizdə keçirilmiş

turizm nazirlərinin V İslam konfransında Ümumdünya Turizm

Təşkilatının baş katibi Françesko Franjialli son illər beynəlxalq

turizmin çətin və qeyri-müəyyən şəraitdə inkişaf etdiyini göstərsək

Azərbaycanda da bu sahəyə xüsusi diqqət yetirilməsindən məmnun

qaldığını bildirdi. Mədəniyyət və Turizm nazirliyinin təşəbbüsü ilə

artıq Bakıda hər il beynəlxalq sərgilər keçirilir və ildən ilə bu

sərgilərin iştirakçılarının sayı artmaqdadır, bu da Azərbaycana olan

marağın ən böyük göstəricilərindəndir. Məsəslən, Mədəniyyət və

Turizm Nazirliyinin təşəbbüsü ilə tanıtma məqsədini daşıyan ingilis

dilində proşuralar buraxılır. Ayrıca ölkəmizdən kənarda keçirilən

sərgilərdə hər il yerli şirkətləri daha da aktiv iştirak etməyə dəvət

edir. Bakıda keçirilən İslam Konfransı Təşkilatının üzv ölkələrinin

turizm nazirlərinin 5-ci konfransı, Azərbaycanı həm islam ölkələri

arasında və həm də dünyada tanıdılması məqsədini daşıyır ki, bu da

həm turizm şirkətlərinə və həm də ölkəmizə böyük bir yardım və

dəstəkdir. Qara dəniz İqdisadi Əmakdaşlıq Təşkilatı və Ümumdünya

Turizm Təşkilatı ilə əməkdaşlıq daima aparır və genişlənir.

VI FƏSLƏ AİD SUALLAR

1. Turizmdə informasiya texnologiyalarının əsasları.

2. Turizmdə bronlaşdırma sistemi.

3. Tur firmalar üçün proqram təminatı.

4. İnformasiya sistemlərinin növləri. ERP, CRM, MRP

5. Turizmdə İnternet-texnologiyaları.

6. Turizm sferasında internet-texnologiyaları. Turizmdə

bronlaşdırma sistemi.

Page 222: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------222---------------------------------------------

7. Turizmdə və sosial-mədəni servisdə internet-marketinq.

8. Turistik portalların təhlili. Portalların elementləri

9. Azərbaycanda turizmin inkişafı.

. 10. Tur firmalar üçün proqram təminatı.

TESTLƏR

1. Sabre sisteminin yaradılması ideyası nə vaxt

yaranmışdır?

A)1958-ci ildə

B))1954-cü ildə

C)1956-cı ildə

D)1960-cı ildə

E)1952-ci ildə

2. Kompüter Bronlaşdırma Sistemi ilk dəfə harada

yaranıb?

A)Avstriyada

B)) ABŞda

C) İngiltərədə

D) Fransada

E) Almaniyada

3. Oteldəki boş və dolu otaqların say tərkibi, otaqlarla

əlaqədar müxtəlif statistikaların hazırlanması hansı bölmədə

olur?

A)Qəbul;

B)) Bronlaşdırma;

C)Qeydiyyat və yerləşmə;

D)Təhlükəsizlik;

E)Marketinq.

Page 223: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------223---------------------------------------------

4. Marşrutlar üzrə ekоturizmin tələblərinə riayət etmə

prinsiplərinə aiddir:

A))Regiоnun sоsial-iqtisadi rifahını, davamlı ekоlоji

inkişafını saxlamaq, fəaliyyət prоsesində ətraf mühitə ziyan

vurmamaq, turlar prоqramına ekоlоji maarifləndirmənin, təhsilin

elementlərini daxil etmək ;

B)Turkоmpleks yerləşdiyi regiоnun sоsial-iqtisadi rifahını,

davamlı ekоlоji inkişafını saxlamaq, ictimai-iqtisadi sistem, turizm

siyasəti, ətraf aləm siyasəti, iqtisadiyyatın maraqları, dövlətin

maraqları, əhalinin maraqları, ehtiyatlar;

C) Marketinq tədqiqatları, biznes planların əsaslandırılması,

fəaliyyət prоsesində ətraf mühitə ziyan vurmamaq, turlar prоqramına

ekоlоji maarifləndirmənin, təhsilin elementlərini daxil etmək ;

D)Təbiət kоmpleksinə böyük miqdarda, qısa müddətli

antrоpоgen rekreasiyanın yüklənməsi, mühüm texnоgen təsirlər; E) Dövlət miqyasında turizm firmalarının istehsal-xidmət və

regiоn əhalisinin turist xidmətlərinin təşkilində mənfəətin əldə

оlunmasını, turlar prоqramına ekоlоji maarifləndirmənin, təhsilin

elementlərini daxil etmək.

5. Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə

hansı vəzifələr qarşıya qоyulmuşdur:

A)) Turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, оnun

beynəlxalq standartlara uyğunluğunu təmin etmək;

B) İnhisarçılıq prinsiplərinə əsaslanan bazarı inkişaf

etdirmək;

C) İnhisarçılıq prinsiplərinə əsasən sahibkarlığı inkişaf

etdirməklə rəqabətə davamlı turizm bazasını yaratmaq;

D) Məhsulu yeniləşdirmə, yeni istehsalat gücünün işə

salınması, istehsal gücünün texniki baxımdan yenidən silahlanması;

E) Təbiətin diqqətəlayiq yerlərinin оlması, konsultativ-

ümumi idarəçiliklə bağlı suallara cavab verən konsultasiya xidməti

göstərən fəaliyyət.

Page 224: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------224---------------------------------------------

6. Turist səfərinin qərara alınması və həyata keçməsində

məsləhətçi və vasitəçilərə görə tələbin seqmentləşməsinin əsas

amillər qrupuna daxildir:

A))Turoperatorlar, turagentlər, kütləvi informasiya

vasitələri;

B)Mehmanxanaların, panseonatların, turbazaların,

sanatoriyaların, çarpayı fondları və otaqların sayı, turistlərə xidmət

göstərən qida müəssisələrində yerlərin sayı, turistlərə xidmət göstərən

ticarət, ictimai-iaşə, əyləncə müəssisələri, əmək ehtiyatları ;

C)Turistlərin yerləşdirilməsi üzrə, turistləri nəqliyyatla

təmin edən müəssisələr, iaşə müəssisələri, turizm məhsulunun

yayılması üzrə turist firmaları, turist reklamın informasiya idarələri,

turist müəssisələri;

D)Səfərin motivi, turistin tipi, mövsümilik, səfərin təşkili,

forması, müddəti istifadə olunan nəqliyyat vasitələri, yerləşmə

vasitələri, maliyyələşmə mənbələri ;

E) Hər bir məqsədli seqment üçün marketinq kompleksinin

işlənməsi.

7. Turizm bazarına təsir edən əsas amillərə daxildir:

A)Təbii-ekoloji, sosial-iqtisadi, idxal-ixrac və rəqabət

amilləri;

B)Turizm tədarükçüləri, turoperatorlar, idxal-ixrac və

rəqabət elementləri xidmətləri ;

C))Təbii-iekoloji, social-iqtisadi, siyasi, demoqrafik amillər;

D)Beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında

iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin genişlənməsi və

nəqliyyat vasitələrinin təkmilləşdirilməsi ;

E)Landşaftların və təbiətin diqqətəlayiq yerlərinin olması

8.Regionlar üzrə turizmin sistem göstəriciləri daxildir:

Page 225: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------225---------------------------------------------

A))Turist firmalarının maliyyə-iqtisadi göstəricilərinin

fəaliyyəti, beynəlxalq turizmin inkişafını göstəriciləri ;

B)Reklam məqsədli ekskursiyaların həyata keçirilməsi;

C)Turist təklifinin nizama salınması, texniki əməkdaşlıq

D)Brоnlaşdırma sistemi və inzibati xidmətlər;

E) Turizm müəssisələrinin işinin əlaqələndirilməsi aid edilir.

9.Turizm xidmətləri bazarında seqmentləşdirmənin

məqsədlərinə daxildir:

A) Bazardakı mühiti öyrənmək;

B))Turməhsul və xidmətin ünvanlılığını təmin etmək;

C)Turizm bazarının həcmini müəyənləşdirmək;

D)Turizm bazarında satış həcmini artırmaq ;

E)İstehlakçıların tələbatlarını öyrənmək

10.Aşağıdakılardan hansı turizm ehtiyatlarının intensiv

mənimsənilməsinə aid deyil?

A)Bura təbii komplekslərin zənginliyi, istifadə səviyyəsi

yüksək olan turizm baxımdan daha çox mənimsənilən ərazilər aid

edilir;

B)Turizm ehtiyatlarından bu növ mənimsənilmədə dəniz

sahili bölgələr və ondan 50100 km daxilə doğru olan ərazilər üçün

səciyyəvidir;

C)Turizm ehtiyatlarından istifadədə yüksək dərəcədə

yüklənmə olur;

D)Belə bölgələrdə turizm və istirahətin əksər sahələri inkişaf

edir ;

E))Bu növ mənimsənilmədə ehtiyatlarının azlığı və ya bir

turizm komponentinin üstün olması turist marşurutlarının təşkilinə və

turizm sənayesinin yaradılmasına imkan vermir.

Page 226: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------226---------------------------------------------

FƏSİL VII

MARKETİNQDƏ İNFORMASİYA

TEXNOLOGİYALARI

7.1.MARKETİNQ İNFORMASİYA SİSTEMLƏRİ

Həyat fəaliyyətinin bütün sahələrinin informasiyalaşdırılması

prinsip etibarı ilə informasiyanın və informasiya texnologiyalarının

ölkənin sosial və iqtisadi inkişafında rolunu dəyişir. İnformasiya

texnologiyalarının miqyasından və keyfiyyətindən asılı olaraq onların

iqtisadiyyata tətbiqi ölkənin inkişafını sürətləndirmək və dünya

iqtisadi sisteminə inteqrasiya etməsinə səbəb olur. Belə bir şəraitdə

əsas məsələ marketinq fəaliyyətinin avtomatlaşdırılması sahəsində

lazımi kadrların yetişdirilməsi və onların inkişafı üçün lazımi mühitin

yaradılmasıdır.

Ancaq müasir informasiya texnologiyaları bizə istənilən

elektron massivlərə qoşulmaq, bütün vacib informasiyanı əldə etmək

onu biznez işində, kommersiya fəaliyyətində və marketinqdə

analizlərin edilməsi, proqnozlaşdırma və qərarların qəbul edilməsində

istifadə etmək üçün şərait yaradır. Qlobal informasiya və

kommunikasiya texnologiyalarının çox dinamik inkişafı cəmiyyətin

yaşam tərzinə, həyat fəaliyyətinə təsirsiz ötüşməyə bilməzdi. Misal

olaraq göstərmək olar ki, 15 il bundan öncə Azərbaycanda “İnternet”

sözünü heç kim bilmirdi (hətta eşitməmişdi), növbəti on il ərzində isə

“İnternet”-də lazımi informasiyanın axtarışı, əldə edilməsi və ona

çatma yollarını göstərən qiqant həcmdə məlumatlar sistemi və

toplusu kimi baxılmağa başlandı. İndiki dövrdə dünyada elə bir kiçik

təşkilat tapmaq mümkün deyil ki, onun İnternetdə nümayəndəliyi

olmasın. Hər şey inkişaf edir: “İnternet-market”-lər, “İnternet-

casino”-lar, “İnternet-auiksion”-lar və hətta “İnternational Distance

Learn” (Beynəlxalq Məsafədən Təhsil) sahəsidə.

Page 227: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------227---------------------------------------------

XXI əsr ali məktəb məzunlarına müasir informasiya

cəmiyyətinin şərtlərinə cavab verməyə çağırır, onları təkcə nəzəri

biliklərlə yox həmdə informasiya texnologiyaları sahəsində praktik

və müasir biliklərə sahib olmağa sövq edir.

Marketinqi və biznes fəaliyyətini iqtisadiyyatın başqa

sahələrindən fərqləndirən əsas problemlər sırasına informasiyanın

daimi olaraq yığımı, saxlanması, emalı, yayılması və yenilənməsi

kimi vacib məsələlər daxildir. Marketinq – informasiya

texnologiyalarının daha sürətli inkişaf edən sektorlarından biridir və

informasiya proseslərinin bazar iqtisadiyyatının belə intensiv inkişafı

şərtləri daxilində avtomatlaşdırılması strateji rəqabət faktorudur.

Rəqabətdə olan iki müəsissənin, təşkilatın və ya firmanın məhsulları

haqqında istehlakçılara daha tez məlumatın çatdırılması həmin

müəsissənin, təşkilatın və firmanın məhsullarının daha tez bazarda

yer tutmasına və alıcılar tərəfindən istehlak edilməsinə gətirib

çıxaracaq.

“Marketinq” sözü əsas etibarı ilə “market” sözündən

götürülmüşdür, onun da dilimizə tərcüməsi “bazar” mənasını verir.

Bu söz marketinqin ümumi mənasını verməsədə marketinq –

istehlakçıların tələbatının ödənilməsinə yönəldilmiş bazar

konsepsiyasıdır. Məhs marketinq bizə nəyi? kim üçün? və necə?

istehsal etməyi, bazar tələbatlarının necə ödəməyi haqqında

məlumatlar verir. Müasir dövrdə reklam və marketinq sözləri az qala

sinonim formasında işlədilir.

QEYD: Marketinq (ingiliscə marketing – hərfi mənada

“bazarda fəaliyyət” anlamını verir) dedikdə məhsulun təqdim

edilməsi və hərəkəti və ya alıcılara qulluğun göstərilməsi və bunlar

arasında qarşılıqlı idarəetmənin gəlir baxımından təşkil olunması

üçün həyata keçirilən təşkilatı funksiyalarının və yaradılma

prosesseslərinin toplumu başa düşülür. Geniş mənada marketinqin

qarşısında duran məsələ insanın və cəmiyyətin tələblərini müəyyən

etməklə həmin tələbləri təmin etməkdir.

1902-ci ildə Amerika Birləşmiş Ştatlarında, Miçiqan

Page 228: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------228---------------------------------------------

universitetinin professoru Edvard Cons (Edward Jones),

Kalirforniya ştatındakı Berkli universitetinin professoru Saymon

Litman (Simon Litman) və İllinoysa universitetinin professoru

Corc M. Fiks (George M.Fiks) tərəfindən marketinq kursları təşkil

olundu.

Edvard Cons

Saymon Litman

Corc M. Fiks

1926-cı ildə ABŞ-da Milli Marketinq və Reklam

Assosiasiyası təşkil olundu. Onun əsasında Amerika Marketinq

Birliyi yaradıldı. 1973-cü ildə birliyin adı dəyişdirildi və Amerika

Marketinq Assosiasiyası (AMA) adlandırıldı. Sonrakı illərdə belə

assosiasiyalar Şərqi Avropada, Kanadada, Avstraliya və

Yaponiyada yaradıldı.

Sonrakı illərdə marketinq, iqtisadi nəzəriyyənin və

təsərrüfatın ayrı-ayrı sahələrinin iqtisadiyyatının sintezi kimi

menecment çərçivəsində inkişaf etməyə başladı və tədricən

menecmentin yeni fəlsəfəsini təşkil etdi. 1940-1950-ci illərdə

marketinq idarəetmə nəzəriyyəsi ilə birləşərək marketinq-

menecment adlı yeni bazar-yönümlü idarəetmə nəzəriyyəsinin

əsasını qoydu. Nəzəriyyədən bəhrələnən istisadçılar bazarın daha

müfəzzəl təhlilini həyata keçirdilər. 1960-1970-ci illərdə təhlilçilər

alıcı ilə bazar seqmenti arasında iqtisadi əlaqələri nizamlayan

uzunmüddətli proqram hazırladılar. Sonralar alıcıya kreditin

Page 229: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------229---------------------------------------------

verilmə üsulları, satışdan sonra xidmətin yerinə yetirilməsi və s.

xidmət növləri işlənib hazırlandı.

1970-ci illərdə keçmiş sovetlər məkanında Ticarət-sənaye

palatasının nəzdində marketinq bölmələri yaradıldı. 1990-cı ildə

isə sovet dövləti dağıldıqdan sonra Ümumrusiya marketinqlər

assosiasiyası yaradıldı və həmin ildən də assosiasiya fəaliyyətə

başladı.

Bütün bunları nəzərə alaraq mövcud bazarda uğurlu marketinq

siyasəti həyata keçirmək üçün fəaliyyətə başlamazdan əvvəl və sonra

adekvat informasiyalar-məlumatlar əldə etmək lazımdır. İstənilən

firma, müəsissə və ya təşkilatlar özlərinin fəaliyyət başlanğıcında

marketinq-plan hazırlayaraq bazarda özlərinin strategiyasını müəyyən

etməlidirlər. Bu plan hazırlanmazdan əvvəl bazarda çatışmazlıqlar,

rəqib firma və ya müəsissələrin zəif cəhətləri, keçmiş təcrübələr

haqqında informasiya-məlumatlar toplanılır.

Belə məlumatlar marketoloqlara aşağıdakı imkanları verir:

Fəaliyyət dövründə maliyyə risklərinin azaldılması;

İstehlakçıların konkret mala yanaşma tərzini;

Bazar mühitinə nəzarət;

Strategiyanı müəyyənləşdirmək;

Fəaliyyətin prosesinin qiymətləndirilməsi;

Qərar qəbulunda asanlıq;

Effektivliyin yüksəldilməsi.

İqtisadiyyatın yaxın gələcəkdə belə sürətlə avtomatlaşdırılması

marketinq fəaliyyətinin İnternetdə rolununun daha da nəzərə

çarpacaq dərəcədə inkişaf etməsinə səbəb olacaq.

İdarəetmənin əsas yenidənqurma istiqaməti müasir kompüter və

telekommunikasiya şəraitinə uyğunlaşmaq, onlardan istifadəni

kütləvi hala gətirmək və informasiya-idarəetmə sistemlərinin

effektivliyini maksimal həddə çatdırmaqdır. Bu inkişafın üsul və

metodları daha çox iki sahədə: menecment və marketinq sahələrində

özünü göstərir. Yeni texnika və texnologiyaların bu sahələrə tətbiqi

Page 230: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------230---------------------------------------------

özlüyündə köklü dəyişikliklər, kadrların yeni texnologiyaya

uyğunlaşdırılması, sistemli sənədləşmə kimi tələbatları ortaya çıxarır.

Texnologiya - elmi və mühəndis biliklərinin kompleksidir və o

istehsal və qeyri-istehsal sahələri ilə fasiləsiz surətdə əlaqədədir.

İnformasiya texnologiyalarına keçid özü ciddi hazırlıq, başlanğıc

üçün xərclər və əmək tələb edir. Müasir marketinq konsepsiyasında

bazarların öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu tədqiqatlar

müəsissəyə hansı strategiya və taktika ilə, hansı növ istehlakçıları

hansı məhsullarla təmin etməyi göstərir. İstənilən marketinq

tədqiqatlarının hədəfində mövcud bazar situasiyası (konyuktura)

durur və gələcəkədə verilən bütün proqnozlar buna müvafiq verilir.

Bazarın öyrənilməsi – bu məqsəd deyil, effektiv nəzarət və

strategiya üçün vacib informasiya mənbəyidir. Marketinq

tədqiqatlarından istifadə özünü şirkətdə (kompaniyada) və tələb

olunan informasiyanın tipində daha çox büruzə verir. Adətən amerika

firmaları illik gəlirləri 25 mln dollardan çox olduqda onun 3.5%-ni

marketinq büdcəsinə sərf edirlər.

Marketinq qərarları qəbul edilərkən intuitiv mühakimələr

yeritmək və keçən illərin təcrübələri ilə kifayətlənmək düzgün

deyildi. Yaxşı informasiya marketoloqlara konkret olaraq aşağıdakı

üstünlükləri verir:

İlkin nümunə və maliyyə təhlükəsi üçün riskləri aşağı salır;

İstehlakçıların münasibətini öyrənir;

Xarici mühiti izləmə imkanı verir;

Strategiyanın koordinasiyasını həyata keçirir;

İşgüzarlıq qiymətləndirilir;

Reklama etibarlılığın artırılması yerinə yetirilir.

Əgər marketinq informasiya yığımına təsadüfi, nadir hallarda

və ya yalnız ona lazım olan konkret sual haqqında məlumatlar lazım

olanda müraciət edirsə, onda bu zaman o bir çox problemlərlə üzləşə

bilər. Belə hallarla adətən aşağıdakı situasiyalarla rastlaşmaq olar:

Keçmiş tədqiqatların nəticələrinin indiki tədqiqatlarda

işlənməsinin yararsız olması;

İnformasiyanın sistemləşdirilməmiş yığımı;

Page 231: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------231---------------------------------------------

Əhatəedici mühitdə hadisələrin və rəqiblərin diqqəti cəlb

etməyən hərəkətləri və s.

Firma gələcəyi təhlil etmək və fəaliyyət istiqaməti seçmək

istəyirsə onda ətraf mühiti daimi nəzarətdə saxlaya bilən və lazımi

informasiyaları qoruya bilən bir sistem yaratmalıdır.

Marketinq tədqiqatlarına fəaliyyət göstərən informasiya

proseslərinin bir hissəsi kimi baxmaq lazımdır. Marketinq qərarlarını

qəbul etmək və onları idarə etmək üçün istifadə olunan metod və

prosedurların cəmi marketinq informasiya sistemini əmələ gətirir.

Əvvəlcə firma kompaniyanın məqsədlərini müəyyən edir və

ümumi plan istiqamətlərini müəyyənləşdirir. Marketinq planına

idarəedici faktorlar, məqsəd bazarının seçilməsi, marketinq

təşkilatının tipi, marketinq strategiyasının istiqamətləri və s. daxildir.

Nə vaxt ki, marketinq planı informasiya şəbəkəsinin köməyilə

müəyyənləşdirilir və bu plan özündə tədqiqatlar, daimi nəzarət və

məlumatlar yığımını cəmləşdirir o zaman informasiyanın marketinq

xidmətlərindəki rolundan razı qalmaq olar. Marketinq tədqiqatları

araşdırılan problemin həlli haqqında bizə dəqiq məlumatlar verir.

Onun üçün əvvəlcədən saxlanılmış və ya təkrar edilmiş

informasiyalardan istifadə edilir. Daimi nəzarət – dəyişilən

əhatəedici mühiti müntəzəm olaraq təhlil edən bir prosedurdur.

Nəzarət uyğun olaraq özündə tələbatçılardan və əməkdaşlardan

informasiyaların alınması, bu sahəyə aid olan toplantılardan və rəqib

kompaniyaların fəaliyyəti haqqında məlumatlardan ibarətdir.

Məlumatların mühafizəsi – firmadaxili bütün növ vacib

informasiyaların (satışın həcmi, məsrəflər, işçi heyət) toplanmasıdır.

Bu məlumatlar firmanın işini asanlaşdırır və gələcək araşdırmalarda

da köməkçi rol oynayır.

Marketinq xidmətinin informasiyaya olan tələbatı özünü 2 tip

informasiyada birləşdirir:

İlkin informasiyada;

Təkrar informasiyada.

İlkin informasiya – bazar şərtlərinə əsaslanaraq istehsalçılarla

istehlakçılar arasında vasitəsiz olaraq yaranır. Onun mənbəyi kimi

Page 232: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------232---------------------------------------------

anketlər, soruğular, maraqlandırılmış auditoriya ilə müsahibələr

(intervülər), tələbatçı konfransları, sınaq satışları və bazar testlərini

göstərmək olar. Marketinq şöbələrinin rəhbərləri keyfiyyətli ilkin

informasiyanı müştərilərlə söhbətlərdə, kommersiya vasitəçiləri isə

müəsissənin məhsullarına maraq göstərən digər şəxslərlə söhbətlər-

dən əldə edirlər.

Təkrar informasiya – biznes-planın tərtib edilməsi üçün

başlıca amillərdən biridir. Onun köməyi sayəsində iqtisadi və

təsərrüfat işlərinə keyfiyyətli qiymət vermək olar. Adətən təkrar

informasiya hansısa konkret hədəf və ya məqsəd üçün işlənilib

hazırlanır. Onlar hər zaman marketinq tədqiqatçıları üçün əlçatandır,

ancaq hərdən bir onları bir məqsəd üçün qruplaşdırmaq lazım gəlir.

Bunlardan əlavə o həm də müəyyən zaman həddi (hansısa müddət)

kimi də çıxış edə bilir. İnformasiyanın bu kateqoriyasına aşağıdakı

mənbələri aid etmək olar:

1.Daimi hərəkətin ümumi marketinq informasiyası;

2.Hərəkətsizlik informasiyası;

3.Darhəcmli marketinq informasiyası (verilmiş kommunikasiya

kanalları ilə).

Bu mənbələrin qısa xarakteristikasını verək.

Birinçiyə: dövri mətbuat, iqtisadi-orientasiya – qəzetlər,

maliyyə xəbərləri, dərc olunan jurnallar və s.daxildir.

İkinçiyə: sərgilər, konfranslar, məşvərət iclasları, qanunlar,

aktlar, göstərişlər və müəsissə prezidentinin iş fəaliyyəti barədə

çıxışları aid edilir.

Üçünçüyə: müəsissənin maliyyə və mühasibat hesabatları,

müəssisə və ya firma rəhbərlərinin səhmdarlar yığıncağında nitqi,

malların nümayişi ilə firmanın satışları, kommersiya bazaları və

banklar daxildir.

Bazar mühitində, xüsusi marketinq tədqiqatları sayəsində

formalaşan mənbələr əlavə informasiya yığımını təmin edir və bu da

öz növbəsində konkret marketinq məsələsinin həlli ilə birbaşa

bağlıdır. Tədqiqatlar ya müəsissənin marketinq xidməti vasitəsilə, ya

da bu sahədə ixtisaslaşmış firmalar tərəfindən aparılır. Marketinq

Page 233: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------233---------------------------------------------

infomasiyası məlumatların verilməsində müxtəlif formalara malikdir.

Məsələnin həllinə dair verilənlər emal edilməzdən əvvəl marketinq

informasiyasını təsnifləşdirmək, kodlaşdırmaq, unifikasiya etmək və

standartlaşdırmaq lazımdır. Marketinq informasıyaları mətn, cədvəl,

matrislər, qrafiklər və eləcə də dinamik statistik sətrlər şəklində verilə

bilər.

Firmanın resurslarından və informasiya əldə etmə

çətinliklərindən asılı olaraq mareketinq-informasiya sistemi

kompüterləşdirilmiş və ya əksinə ola bilər. Buna baxmayaraq bəzi

firmalar belə sistem olmadan da fəaliyyət göstərə bilirlər. İstənilən

sistemin uğuru – ardıcıllıq, çalışqanlıq və texniki bazanın

mükəmməliyindən asılıdır. Marketinq planlarını informasiya

şəbəkəsindən əldə edilmiş etibarlı məlumatlar əsasında reallaşdırmaq

lazımdır. Məsələn: daimi müşahidə nəticəsində firmaya məlum

olmuşdur ki, xammal materiallarının dəyəri növbəti il üçün 7%

həcmində qalxacaq. Bu da firmaya marketinq variantlarını

araşdırmaq və onlardan ən uyğununu tətbiq etmək üçün vaxt verir.

Əgər müşahidə aparılmasa,bu zaman firma qəfil maliyyə çatışmazlığı

ilə rastlaşa bilər və çoxlu maliyyə itkisi verər.

Marketinq informasiya sistemi firmaya əsasən aşağıdakı

üstünlükləri verir:

Təşkil olunmuş informasiyanın yığımı;

Böhrandan qaçış;

Marketinq planının koordinasiya edilməsi;

Sürət;

Xərc və gəlirlərin analizi.

Bütün bunlara baxmayaraq marketinq-informasiya sistemini

qurmaq elədə asan iş deyil. Bunu qurmaq üçün çoxlu sayda insan

resursları və vaxt tələb olunur. Marketinq informasiya sistemi –

insanlarla qarşılıqlı əlaqədə olan daimi fəaliyyət göstərən və

marketinq sahəsi ilə məşğul olan insanlar üçün məlumatların

təsnifləşdirilməsini, analiz edilməsini və çatdırılmasını həyata keçirən

bir sistemdir.

Page 234: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------234---------------------------------------------

7.2.MARKETİNQ PROQRAM TƏMİNATI

Marketinqin-informasiya sisteminin konsepsiyasını aşağıdakı

sxemdəki kimi təsvir etmək olar:

Marketinq informasiya sistemi

Marketinq tədqiqatları – marketinq fəaliyyətinin ayrılmaz bir

hissəsidir. Onun əsas vəzifələri məlumatlar sahəsini araşdırmaq, ən

vacib məlumatları seçmək və tətbiqinə hazır vəziyyətə gətirməkdir.

Bir çox böyük şirkətlər (73%-dən çox) öz şöbələri sırasında mütləq

xüsusi marketinq tədqiqatları şöbəsi yaradırlar. Belə şöbələrdə adətən

işçilərin sayı bir nəfərdən bir neçə nəfərə qədər ola bilir. Belə

şöbələrin başçıları adətən marketinq şöbəsinin başçısına tabe olur və

administrator, məsləhətçi (konsultant) və firmanın maraqlarının

müdafiəçisi rolunda çıxış edir. Belə şöbələr adətən aşağıdakı

tapşırıqları yerinə yetirirlər:

Bazarın xarakterini öyrənmək;

Bazarın potensial imkanlarının qiymətini ölçmək;

Page 235: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------235---------------------------------------------

Bazar gəlirinin firmalar arasında bölüşdürmə təhlili;

İşgüzar aktivliyin meyllərinin öyrənilməsi;

Rəqabət məhsullarının öyrənilməsi;

Qısa müddətli proqnozlar vermək;

Qiymət siyasətinin öyrənilməsi.

“Online xidmət”-lərin son zamanlar belə şöhrət qazanmasına

səbəb nədir? İlk növbədə bu şöhrətin potensial alıcılara verdiyi 5 əsas

üstünlüyü nəzərdən keçirmək lazımdır.

1.Rahatlıq. Tələbatçılar harada olmalarından asılı olmayaraq

sutkanın 24 saatı hansısa məhsulu sifariş verə bilərlər. Bu zaman

onlara əlavə vaxt sərf etmək, nəqliyyatdan istifadə etmək və lazımı

məhsulu tapmaq üçün sonsuz sayda marketlər, supermarketlər

gəzmək lazım olmur.

2.Hazır informasiya. Alıcılara öz evlərini və iş yerlərini tərk

etmədən müxtəlif rəqabətdə olan kompaniyalar, onların məhsulları və

onların müqayisə paramertlərini (istehsal tarixi, keyfiyyət nişanları,

və s.) araşdırma imkanı verilir.

3.Az həyəcan. Online xidmətdən istifadə zamanı alıcılar

satıcılarla üzbəüz söhbət etmək, bəzi emosional faktorlara məruz

qalmırlar.

4.Sürətlilik. İneternet istifadəçiləri istədiyi məhsulu tez bir

zamanda sifariş verib onun evə (və ya iş yerinə) çatdırılmasını

gözləyə bilərlər.

5.Məxfilik. Alıcılar İnternet vasitəsi ilə məhsulları özünü

tanıtmadan sifariş verə bilərlər. Bu xidmət xüsusi ilə varlı və məşhur

insanlar üçün özlərinin aldığı məhsulları reklam etməmək üçün

lazımdır.

Bunlarla yanaşı “online xidmət”-lər tələbatın öyrənilməsinə və

marketoloqlara da aşağıdakı üstünlükləri verir:

1.Bazar şərtlərinə tez uyğunlaşma. Marketoloqlar cəld olaraq

yeni çeşidləri öz məhsulları sırasına daxil edib, qimətləri dəyişmək və

onları siyahıya sala bilmə işlərini həyata keçirə bilərlər.

2.Xərclərin azlığı. İnternetdə reklam ənənəvi reklamdan xeyli

ucuz başa gəlir.

Page 236: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------236---------------------------------------------

3.Qurulmuş əlaqə. Marketoloqlar bu vasitə ilə alıcıların

cavablarını təhlil etməklə onların məhsula münasibətini öyrənə

bilirlər. Onlardan belə məlumatları almaqla məhsulun müsbət və

mənfi cəhətlərini aydınlaşdırır, onlara əlavə məsləhətlər verir.

4.Auditoriyanı zəbt etmə. Şirkətin saytına daxil olan

müştərilərin sayını, orda qeydiyyatdan keçənlərin sayını və məhsul

sifarişi verən müştərilərin sayını dəqiq öyrənmək olar. Bu

informasiyalar marketqoloqlara öz işlərinin təkmilləşdirməsinə

kömək edir.

Bütün bunlaradan müəsissənin xeyiri aşağıdakılardan ibarətdir:

1.Bazarın genişlənməsi və müəsissənin getdikcə bazarın çoxlu

sayda seqmentini əhatə etməsi.

2.Müəssisə öz müştəriləri üçün daha da yaxın olur və

müəsissəyə olan diqqət daha da artır.

3.Reaksiya səviyyəsinin qalxması, müəssisənin öz

müştərilərinin sorğularına daha tez və səviyyəli reaksiya verməsi.

4.Yeni xidmətlər müəsissəsi İnternetin vasitəsilə müştərilərinə

yeni xidmətlər təklif edir.

5.Xərclərin azaldılması.

İnternetin zəif və bəyənilməyən cəhətlərinə nəzər saldıqda isə

bir qayda olaraq müəsissə və müştərilər arasında əlaqə iki tərəfli

əlverişli olur. Ancaq bəzən bu belə olmur. Elə hallar olur ki, alıcılar

tez əsəbiləşən olurlar, yaxud tərəflərdən hansısa düzgünlükdən qaçır.

1.Qıcıqlanma. Çoxları müxtəlif kompaniyalardan gələn zəhlə-

tökən təkliflərin gəlməsini istənilməyən hal hesab edirlər.

2.Sədaqətsizlik. Bəzi satıcılar alıcıların etibarından sui istifadə

edirək onları müxtəlif cəlbedici təkliflərlə aldadırlar. Buna misal

olaraq satılan mallara ömürlük zəmanət, hədsiz dərcədə şişirdilmiş

endirimlər, çox sadə şəkildə qurulmuş alqı-satqı proseslərini

göstərmək olar.

3.Yalan və fırıldaqçılıq. Bəzi satıcılar İnternet səhifələrində

bilərəkdən reklam rolikləri yaradırlar. Bu roliklər alıcıların səhv fikrə

düşməsinə yol açır. Onlar bu roliklərdə məhsulun bacardığı işlərdən

Page 237: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------237---------------------------------------------

daha çox funksiyanı həyata keçirməsi və onun malik olduğu

məziyyətlərdən daha çox iş görməsini göstəririlər.

4.Şəxsi həyata müdaxilə. Bu alqı-satqı proseslərində xüsusi

aspekt kəsb edən bir mövzudur. Hər dəfə müştəri İnternet və ya

telefon vasitəsi ilə hansısa malı sifariş verərkən onun haqqında olan

məlumatlar (telefon nömrəsi, ünvan, hansı xarakertli məhsullar)

həmin müəsissənin verilənlər bazasında qeyd edilir. Bəzi tənqidçilər

bu prosesi pisləyərək qeyd etmişlər ki, belə alqı-satqı prosesləri

zamanı müəsissə müştəri haqqında olduqca çox informasiya tələb

edir və əlbətdəki bundan pis məqsədlər üçün istifadə etmək

istəyənlərin də sayı az deyil.

Marketoloqlar bütün bu problemlərin həlli yolunu axtarıb

tapmaq niyyətindədirlər. Əgər hər şey belə qoyulsa, gələcəkdə

alıcılarla İnternet satıcıları arasındakı münasibətlər neqativ hal ala

bilər. Bu da sözsüz ki, heç də marketinqin avtomatlaşdırılması üçün

yaxşı hal deyil.

7.3.CRM STRATEGİYASI

Bazarda rəqabətin güclənməsinin müasir şərtləri müştərilərlə

işləmə effektini yüksəltmək üçün elmi və praktiki marağı

formalaşdırır. Müştərioriyentli (yönümlü) faktorlardan birini İnternet-

texnologiyaları təşkil edir. Müasir zamanda İnternet-texnologiyaları

geniş auditoriyaya kütləvi təsir metodunun effektivliyini

fərdiləşmənin xeyrinə itirilməsi - müştəri ilə onun bütün həyat

fəaliyyəti dövründə etibarlı əlaqə yaradır. Bütün bunlar rəqabətin

güclənməsi şərtləri daxilində biznesin effektiv inkişafının

yüksəldilməsi məqsədi ilə İnternet mühitində fərdi istifadədə alətlərə

uyğunlaşma məcburiyyətinə gətirir.

Qarşıya qoyulmuş məsələlərin reallaşması üçün növbəti əsas

məsələlərin həll olunması vacibdır:

Müasir marketinqin fərdiləşməsi meylini (ideyasını), onun

gücləndirilməsi səbəblərini və şərtlərini ayırmaq və təhlil

etmək;

Page 238: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------238---------------------------------------------

Müştərilərlə fərdi iş zamanı və onların problemlərinin həll

edilməsi (reallaşması) zamanı İnternetin marketinq üstülüklə-

rini sistemləşdirmək;

İnternetdə müştərilərlə fərdi iş zamanı marketinqin funksional

imkanlarının genişləndirilməsi istiqamətini müəyyənləşdir-

mək;

"Şəbəkə müştəriləri" ilə loyal (vicdanlı) münasibətlərin

formalaşmasında marketinqin birinciliyini təmin etmək, CRM

(Customer Relationship Management – Müştərilərlə qarşılıqlı

əlaqənin idarə olunması) sistem bazası əsasında onların

loyallığının yüksəldilməsi və qiymətləndirilməsi metodlarının

işlənməsi;

Marketinqin effektivliyinin yüksəldilməsi üçün CRM-in təsir

istiqamətini ümumiləşdirmək.

Qoyulmuş məsələlərin həlli prosesi zamanı növbəti yeni elmi

nəticələr alınmışdır:

Müştərilərin tələblərinin yüksək fərqləndirilməsi və onların

yüksək qiymətləndirilməsi şirkətin aktiv fəaliyyət sferasını

müəyyənləşdirməklə, müştərilərlə fərdi işin təşkilinin daha da

perspektivli olduğu təsdiq edilmişdir;

Alıcı ilə uzunmüddətli əlaqənin qurulmasına əsaslanan,

onunla əlaqədə olan bütün vaxt ərzində alınan mənfəətin

qiymətləndirilməsi üçün elektron sifarişlərdən istifadə

etməklə İnternetdə biznesin təşkili modeli təklif edilmişdir;

İnternetdə müştərilərlə fərdi iş zamanı marketinqin yeni

funksional imkanlarının sistemləşməsi, alınma zamanı

məmnunluğun yuksəldilməsi dərəcəsinə və loyallığın

formalaşmasına kömək edilməsinə yönəldilmişdir;

Fərdi iş zamanı yüksək, gizli və düşünülməmiş loyallıq

marketinq strateqiyalarının seçilməsi sxeminə əsaslanır;

satışın təşkili və müvəqqəti xərclər nəzərə alınmaqla seçilmiş

"etibarlıq" dövründə loyal müştəridən alınan mədaxilin

qiymətləndirilməsi zamanı şirkət üçün müştərinin ömürlük

qənaətçillik düsturu təklif olunur;

Page 239: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------239---------------------------------------------

İstehsal bazasının məqsədyönlü seqmentasiyasını,

fokuslaşdırılmış marketinq proqramlarının işlənməsini və

əlverişli informasiya kanalları əsasında müştərilərlə

əməkdaşlığı özündə birləşdirən CRM bazası əsasında loyal

(işə vicdanla yanaşan) müştərilər texnologiyası işlənmişdir.

Son zamanlar fərdiləşmənin qanunları (prinsipləri) və

istehlakçılara göstərilən qayğı CRM konsepsiyalarında fəal təcəssüm

olunur, bu prinsipə görə istehlakçılara göstərilən qayğı hər bir

istehlakçıya fərdi yanaşma ilə əvəz olunur. Müştəri haqqında

məlumatın toplanması və emal edilməsindən (məsələn, bazarlığı

haqqında məlumat, ehtiyacları və üstünlükləri) ona görə istifadə

olunur ki, gələcəkdə spesifik xüsusiyyətləri göstərilmiş təkliflər

müştəri tərəfindən daha böyük ehtimalla qəbul edilsin. Aydındır ki,

müştərilərin sayı çox olduqda, belə bir yanaşma xüsusi informasiya

texnologiyalarından (İT) effektiv istifadə olunduqda reallaşa bilər.

Müasir inkişaf mərhələsində şirkət belə bir anlayışlardan

istifadə edir: biznesin şəffaflığı, qərarların qəbul edilməsi sürəti,

tranzit maya dəyərinin aşağı salınması, nəticələrin analizi və biznesin

inkişafının perspektiv proqnozları, fərdiləşmənin məsuliyyəti və

şirkətdə biliklərin akkumulyasiyası (yığılması) biznesin əlavə

qiymətini yaradır. Bütün bu əməliyyatları CRM tipli müasir

koorporativ informasiya sistemlərini (KİS ) tətbiq etmədən istifadə

etmək olmaz. Bu zaman informasiya sistemlərinin tipləri deyil,

biznesin idarə edilməsində müştəriyə yanaşmaya yönəldilmiş prinsip

cəhətdən yeni anlayış nəzərdə tutulur. Verilmiş yanaşma bəzi

şirkətlər arasında da məşhur olmağa başlayır.

CRM-ə baxış texniki xarakter daşıyır, sinonimi kimi

kompüterlərin yerləşdirilməsi və proqram - təşkilatçılarının qurulması

anlayışı başa düşülür. Belə yanaşma onunla əlaqələndirilə bilər ki,

CRM - sistemlərinin irəliləyişi proqram təminatının istehsalçıları ilə

bağlıdır. Ola bilsin ki, sualın belə qoyuluşu informasiya

texnologiyalarından istifadədə innovasiyalarının qəbul edilməsini

sadələşdirir, lakin onda bu cür birbaşa düşünülməyən təhlükə

gizlənir. Nə üçün şirkətə belə bir növbəti məhsul lazımdır? CRM -

Page 240: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------240---------------------------------------------

sadəcə proqram həlli deyildir. Bu müştərilərlə ünsiyyət fəlsəfəsidir,

qarşılıqlı başa düşmə səviyyəsinin yüksəldilməsinə, sualların adekvat

reaksiyalarına yönəldilmiş yanaşmadır.

Xüsusi marketinq təcrübələri göstərdi ki:

Mövcud olan müştərini saxlamaq şirkət üçün yeni müştərinin

cəlb edilməsindən 7-dən 10-dəfəyə qədər ucuz başa gəlir;

Qərbdə bir sıra sahələrin müştərilərinin böyük əksəriyyəti

onlarla bir il işlədikdən sonra buraxılır;

Müştərilərin himayə edilməsi faizinin 5 % artırılması, gəliri

25 % - dən 125 % - qədər artırır;

Razı qalmış müştəri özünün uğurlu təcrübəsi haqqında

maksimum 5 tanışına danışacaq, razı qalmayan isə - minimum

10 nəfərə.

CRM – in ilk sələfi ERP-dir (Enterprise Resources Planning –

Müəsisənin ehtiyatlarının (resurslarının) idarə olunması). Lakin onun

CRM – dən prinsip etibarı ilə fərqi ondan ibarətdir ki, o, şirkətin

daxili biznes proseslərinin optimallaşdırılması hesabına rəqabət

üstünlüklərinin nailiyyətləri istiqamətinə yönəldilib. Təqribən 10 il

ərzində nümunə və sınaqlar əsasında sistem optimallaşdırılıb və

sazlanıb. Uğurlu təcrübə digər sahibkarlar tərəfindən tez bir surətdə

tətbiq olundu və nəticədə keçən əsrin 90-cı illərinin əvvəllərində

CRM – həllərinə xeyli tələbat yaratdı.

Hal – hazırkı vaxtda bazar iqtisadiyyatı sektorunda müştərilərlə

qarşılıqlı əlaqənin praktikasından daha geniş istifadə olunur. CRM

bazarlarının həcminin çoxlu sayda konstaltinq və tədqiqat şirkətləri

tərəfindən qiymətləndirilməsi aşağıdakı şəkildə əks olunmuşdur.

Page 241: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------241---------------------------------------------

QEYD: Konstaltinq (konsultasiya – məsləhət) müxtəlif

sahələrə aid (maliyyə, hüququ, texnoloji, texniki, ekspert fəaliyyəti

və s.) çoxlu sayda sualları araşdırmaq üçün rəhbərlərə edilən

yardımdır, verilən məsləhətlərdir. Konsaltinqin məqsədi

menecmentə idarəetmə sistemində müəyyən məqsədə çatmaqda

yardımçı olmaqdır. Konsaltinq şirkətləri ayrı-ayrı istiqamətlər üzrə

(məsələn, maliyyə, kadr, təşkilatı, strateqiya və s.) püxtələşirlər.

Konsaltinqlərin əsas vəzifəsi perspektivi nəzərə almaqla təhlilləri

həyata keçirməkdir.

CRM konsepsiyalarında öz əksini tapmış marketinqin

fərdiləşdirilməsi tendensiyaları - daha çox gəlir gətirən müştərilərin

razı qalma səviyyəsini və mühafizə etmək dərəcəsini yüksəltmək,

eyni zamanda xərcləri (məsrəfləri) azaltmaq və onlarla qarşılıqlı

əlaqələrin səmərəliliyini yüksəltmək üçün əlavə imkan verdi. Son

nəticədə, fərdiləşmə marketinqi daha rahat marketinq kanallarından

istifadə etməklə, müəyyən vaxt ərzində konkret təklifə malık

0,81,18

1,732,6

3,68

5,22

7,46

11,21

16,97

0

2

4

6

8

10

12

14

16

18

1997 1998 1999 2000 2001 2002 2003 2004 2005

Şatışın milyardlarla

ifadəsi (ABŞ)

İllik artımın

orta faizi 47%

Page 242: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------242---------------------------------------------

potensial cəhətdən faydalı müştəri ilə qarşılıqlı əlaqələr yaratmağa

istiqamətləndirir.

Şirkətə təklif olunan ideyalar əsasında marketinqlə daha

effektiv məşğul olmağa nə mane olur? Bir çox təşkilatlar üçün

fərdiləşmənin prinsiplərinin tətbiq olunmasında ən ciddi maneə kimi

köhnəlmiş idarəetmə yanaşmaları, loyallığın formalaşması, onun

ölçülməsi və qiyməti başa düşülür. Marketinq səhmləri özlüyündə

heç bir xüsusi effektiv analizə malik deyildir. Qiymət və müştərinin

razı qalma monitorinqi daxil edilmir. Vahid informasiya sahəsi

yoxdur, ayrı–ayrı məsələləri həll edən sistemlərdən istifadə olunur,

mövcud olan müştərilər haqqında məlumat əlaqəsizdir.

Ayrıca müştəri üçün biznesin orintasiyası şirkətin fəaliyyətinin

bütün cari aspektlərini əhatə edir. Müştərilərlə bilavasitə qarşılıqlı

əlaqədə olan, qulluq edənlərin təltif edilməsi və mükafatlandırılması,

nəzarətin əməli qəbul edilməsi və prosedurları ilə məşğul olan

mütəxəssislərin vərdişlərində dəyişikliklər edilməlidir. Həmçinin

informasiya xidmətinin strategiyasına yenidən baxmaq və strateji

planlaşdırma zamanı verilənlərin toplanması və smeta göstəricilərinə

nəzarət tələb olunur. Mövcud olan transformasiyanın funksionallı-

ğının vacibliyi, sonra isə təşkilati struktur çoxlu sayda potensial

maneələr yaradır.

İnternet bu problemlərin bir hissəsinin həllinin yerinə

yetirilməsi vasitəsi olaraq qəbul edilir, çünki onlayn vəhdəti müştəri

ilə şirkətlər arasında dinamik və məqsədyönlü qarşılıqlı əlaqəni daha

da möhkəmləndirir.

7.4.İNTERNETİN MARKETİNQ ÜSTÜNLÜKLƏRİ VƏ

ONLARIN REALLAŞDIRILMASI PROBLEMLƏRİ

İnternet istehlakçılara cəlb edici təkliflərin yaradılması üçün

nadir imkanlar təklif edir, çünki dünyanın ixtiyarı nöqtəsində, günün

ixtiyarı vaxtında və fasiləsiz gecələrdə ondan istifadə etmək

Page 243: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------243---------------------------------------------

mümkündür. O, istifadədə sadədir, qiyməti isə istifadəçi üçün çox da

bahalı deyildir. Şəbəkədə ticarətçilərin xərci çox hallarda ənənəvi

yayılma kanalları ilə müqayisədə çox aşağıdır. WWW müştərilərlə

interaktiv əlaqə, müştərilərlə əks əlaqənin mövcudluğunun

yaranmasına imkan verir.

Ümumdünya hörümçək torunun imkanları çox çeşidlıdir və

istifadəçilərə müxtəlif xidmətlər təklif edir. Lakin bu imkanların

daimi tələb edilən və işlədilən olması onları təmsil edən şirkətlərin

mənfəətləri ilə müqayisə edilən olmasındadır.

Pərakəndə ticarətin ənənəvi təşkilatları ilə müayisədə Şəbəkə

alıcılara əlavə mənfəət təklif edir, bu da onlayn alışının artırılmasına

imkan verir.

1.Kastomatizasiya. İnternet alıcılara onların şəxsi tələbinə

uyğunlaşmış məhsulu almaq üçün şərait yaradır ki, bu da nəticədə

onların dəyərliliyinin qalxmasına səbəb olur. Məsələn, Spinner.com

100-dən çox musiqi kanalı təklif edir, lakin müştəri şəxsən özünə

lazım olanı seçir.

2.Geniş assortiment. İnternet – şirkətlər istehlakçılara

məhsulun daha böyük assortimentini (çeşidini) təklif edirlər, lakin,

ənənəvi firmalar ticarət yerlərinin, sahələrinin məhdudluğundan

ancaq özlərinin ən məşhur məhsullarını təklif etməyə məcburdular.

Belə ki, Amazon.com adi kitab mağazasında olan kitablardan

müqayisə edilməz dərəcədə daha çox kitab təklif edir.

3.Aşağı qiymət. Qiymətin aşağı düşməsi ehtimalları: kiçik

əməli xərclə Şəbəkədə iş; ənənəvi bizneslə müqayisədə əsas fondların

daha əla doldurulması; İnternetdə yüksək qiymətləndirmənin

rəqabəti; onlayn satıcılarının əksəriyyətinin satışa görə vergi

ödəməmələri. Məsələn, avtomobil alan zaman bir neçə min dollara

qənaət etmək olur, kitabların satışı 50 % ucuz başa gəlir və s.

4.Rahatlıq. İstehlakçılar evdən çıxmayaraq kompüterin

klaviaturası üzərindəki düymələri sıxmaqla sutkanın 24 saatı,

həftənin 7 günü ərzində əmtəə (mal) sifariş edə bilərlər. Məsələn,

YellowPages.irk.ru saytında istehlakçı seçimin kriteriyalarını elan

Page 244: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------244---------------------------------------------

etməklə bir neçə saniyədən sonra o verilmiş parametrlərə uyğun bir

neçə variantda cavab əldə edəcəkdir.

5.Alıcıya səxsi təsirin aşağı salınma intensivliyi. Alıcılara

satıçı ilə bilavasitə üz-üzə münasibətdə olmaq məcburi deyildir və bu

zaman razı salınmanın emosional faktorlarından və səmərəli

təsirindən uzaq durmaq mümkündür. Belə aksentləri bir çox şirkətlər

edirlər (məsələn, avtomobillərin onlayn satışını təklif edən, Autobytel

(www. Autobytel.com) saytı) və bu zaman alıcı dillerlə qiymət və

əlavə komplektlərin sövdələşməsindən uzaq olur.

6.Böyük məlumat həcmi. Alıcı şirkət haqqında böyük həcmli

verilənləri - onların məhsulları, qiymətləri və rəqibləri haqqında

məlumatı cəld və rahat, əksər hallarda isə tamamilə pulsuz əldə edir.

Məsələn, Consumer World (www.consumerworld.org) elektron

mağazaların onlarla saytına, istifadəçilərin hüquqlarının müdafiə

olunması haqqında məlumatların saytlarına və alıcıları

məlumatlandıran və seçim etməyə kömək edən bir çox İnternet –

resurslarına müraciəti təklif edir.

QEYD: Kastomatizasiya istehlakçının istehsal olunan o

məhsula yönəldilməsidir ki, o həmin məhsulu almaq istəyir və

məhsulu alanda müəyyən pula da qənaət edəcəyinə əmin olur.

İstehlakçılar İnternetin məlumat imkanlarını daha yüksək

qiymətləndirirlər və müraciətə neqativ reaksiyaya meyllidirlər,

yeganə məqsəd malın və ya xidmətin satışından ibarətdir. Hər hansı

şərtlər daxilində, hansı əmtəə və xidmətə görə marketinq

informasiyasının alınmasını onlar özləri müəyyən edirlər. Onlayn

marketinqində təchiz edən şirkət deyil, istifadəçi ondan istifadə

etməklə qarşılıqlı əlaqə haqqında qərar qəbul edir və onu idarə edir.

Şəbəkənin istifadəçiləri verilənlərin qeyri – məhdud mənbəyinə

daim müraciət edə bilirlər və bu zaman onlar arzularından asılı olaraq

məlumatlandırılmış və tələbkar alıcıya çevrilirlər.

Bu zaman istifadəçilər belə bir imkana malikdirlər:

Page 245: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------245---------------------------------------------

İstehsal edənlərə və ya vasitəçilərə müraciət etmədən

məhsulun qiyməti, xassələri və keyfiyyətləri də daxil olmaqla

müxtəlif ticarət markaları adı altında buraxılan məhsullar

haqqında məlumat əldə edə bilərlər;

"On - line" reklamından, istehlakçılardan və satıcılardan

məlumatın alınmasına təşəbbüs göstərmək;

Arzu edilən ticarət təkliflərinin xarakteristikalarını müstəqil

təyin etmək;

Proqram təminatından çoxlu sayda satıcıların təkliflərini

axtarmaq və müqayisə etmək üçün istifadə etmək.

On-layn istifadəçilərinin yeni imkanları onu təşəbbüsçüyə və

mübadilə prosesinin rəhbərinə çevirir. Ancaq o – istifadəçi – oyunun

qaydalarını müəyyən edir. Bu zaman ya şirkətlər onları qəbul etməli,

ya da onlar bazar rəqabətinindən kənarlaşdırılmağa risk etməlidirlər.

Müasir şərtlər daxilində marketinq sisteminin klassik elementləri

kifayət etmir. Əgər rəqiblər eyni məhsula malikdirlərsə və reklamı

eyni cür yerləşdirirlərsə, istehsalın strategiyaları oxşardırsa, onda

bazarın dəqiq qurulması anlamında, satış üzrə yüksək ixtisaslaşmış

menecerlər rəqiblərinin etmədikləri nəsə yeni bir şeyi etməlidirlər. Bu

reklama xərcləri yüksəltmək və yaxud məhsulun qiymətini aşağı

salmaqla mümkündür, bu isə gəlirin azalmasına səbəb olacaqdır.

Buna görə də, kommunikasiyanın yeni texnologiyalarından istifadə

edən bəzi müəssisələr, öz fəaliyyətlərinə onları fəal tətbiq etməklə,

dəyişən bazar şərtləri daxilində yeni rəqabət üstünlüklərinə nail

olurlar.

Şirkətin İnternetdə olması növbəti üstünlükləri əldə etməyə

şərait yaradır, çünki müasir biznesi onun güclü tərəfləri olmadan

təsəvvür etmək olmaz. Bura aşağı qiymət, tam auditoriyanın çoxlu

sayda olması, aktuallıq və müntəzəmlik, interaktivlik, perspektivlilik

daxildir.

Kiçik və orta biznes üçün aşağı qiymətin olması şərti bütün

ölkənin iqtisadi vəziyyətini müəyyən edir. Veb – saytın təşkil

olunması üçün sərf olunan xərclər eyni vaxtda onun yaradılmasına

sərf olunur. Mətbuatda, radioda, həmçinin televiziyada müntəzəm

Page 246: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------246---------------------------------------------

reklam olunmasından o, daha ucuz başa gəlir. Bəzi müştərilər bundan

əlavə dövlət tərəfindən müdafiə olunması haqqında saziş bağlayırlar,

bununla dizaynın mahiyyətini yeniləşdirməklə daimi təcrübəli

xidməti təmin edirlər. Verilmiş xidmətdən istifadə etmək üçün onlara

ayrılmış məbləğ çox da baha başa gəlmir. Lakin belə olan halda da,

israrla demək olar ki, saytın lahiyələndirilməsi üçün sərf olunan

xərclər tez-tez birinci ciddi müştərinin cəlb edilməsi ilə ödənilir.

İnternet istehlakçıların sorğularını bir yerə toplamaq

nəticəsində alıcılıq qabiliyyətini ümumiləşdirir. Bu həcmdə güzəşt,

danışıqların aparılması üçün mürəkkəb informasiyanın

mümkünlüyündə, tədarükçülərin konsolidasiyasında (qısa müddətli

təəhhüdün uzun müddətli təəhhüdə çevrilməsi) xeyir əldə etməyə

gətirib çıxardır.

Xidmətlərin və əmtəənin (malın) əldə edilməsini aşağı salan

şərtlərə - tədarükçülərin axtarışı prosesinin inteqrasiyası, satın

alınma, qiymətlərin qoyulması, ödəmələrin yerinə yetirilməsi

daxildir. Proseslərin yüksək effektlivliyini təmin edən İnternet

texnologiyaları yüksək funksionallığa malik olmalı, elektron

sifarişlərin və müntəzəm maliyyə hesabları və hesabatlarını daxil

etməli, istehlakçılarla qarşılıqlı əlaqənin idarə olunması və

reallaşdırılması proseslərini təkmilləşdirməlidir. Bunun nəticəsində

də, istehsal xərclərinin və tranzitləşmənin aşağı salınmasına nail

olmaq olar. İnternet təşkilatlara seçilmiş proseslərin yüksək

menecmentin nəticəsi kimi əlavə xərclərin azaldılmasını və material –

texniki təchizatın mənbəyini və bundan əlavə istehlakçılar və strateji

tədarükçülər üzərində nəzarəti və monitorinqi təklif edə bilər.

Tədarükçü - istehlakçı zənciri inteqrasiya sferası nadir təklifləri

özündə birləşdirə bilər. Bunlara ənənəvi vasitəçilərdən əl çəkmək,

yeni tip vasitəçilərdən istifadə etmək, tədarükçü- istehlakçı zəncirinin

şəfafflığını yüksəltmək, yeni məhsulun emalı müddətini və ehtiyat

səviyyəsini azaltmaq, təchizatın idarə olunmasını yaxşılaşdırmaq,

proseslərin ERP-texnologiyaları əsasında inteqrasiyasını təmin etmək

daxildir.

Page 247: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------247---------------------------------------------

İnformasiyanın toplanması effekti Şəbəkəyə biliklərin cəlb

edilməsi ilə nəticələnir, bura müəyyən sahəyə aid olan təcrübələrin,

biliklərin idarə olunması sistemləri və yaxud sistemlərin effektiv

araşdırılması daxildir. İnformasiyanın toplanmasına nəzarətin və

monitorinqin nəticələri haqqında hesabatları, diskussiya forumları,

tez – tez sual yaradan məhsul və icmallar haqqında informasiyanı

misal göstərmək olar.

İnternet onlayn bazar mexanizmini təklif edir (məsələn, onlayn

kataloqları, auksionlar, birjalar, ticarət meydanları), bura tədarükçü

və istehlakçının seçilməsi, bazarın və həmçinin məhsulun satışının

yüksəldilməsi daxildir. Bu zaman axtarışın labüdlüyü üçün vaxt alış –

satış prosesindən kənarlaşdırılır. Alıcılar və satıcıların iştirakı ilə

ticarət fəzası yaradılır, bu zaman şəbəkə onlar üçün bazara daha geniş

yol açır. Bazarın vəziyyəti haqqında daha ətraflı məlumat verir və

həm alıcılar, həm də satıcılar üçün yeni ticarət imkanları yaranır.

İnternet kanallarından istifadə etməklə istehlakçılara yol

tapmaq, maliyyə və insan kapitalını aktivləşdirməklə, respublika

təşkilatları öz bazarlarını əhəmiyyətli dərəcədə genişləndirməyə və öz

istehlakçılarının sorğularına böyük təsir göstərməyə malik ola

bilərlər.

Biznesdə İnternetdən pratiki istifadə olunmanın rahatlığına

baxmayaraq, hal-hazırda marketinqin elekton vasitələrinin fəal

inkişafının qarşısı hələ də bir sira problemlərlə (texniki, təşkilati,

hüquqi, iqtisadi və psixoloji) alınır. Gəlir gətirən alət kimi

İnternetdən istifadə edilmənin inkişafının ləngiməsinə səbəb olan bir

sıra vasitələrə daxildir:

İnternet istifadəçilərinin kontingentinin xüsusi xarakteristika-

larının və saylarının az olması;

Əlaqə kanallarının buraxılış imkanları qabiliyyətinin aşağı

olması;

Layihələrə boyük kapital qoyuluşu;

Saytların məlumat yüklənməsi və nizamsızlığı;

Şəbəkədə yalan məlumatın çoxluğu;

Page 248: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------248---------------------------------------------

Biznes – prosesinin spesifik xüsusiyyələrinə malik olan

mütəxəssislərin olmaması;

Şəxsi məlumatların müdafiəsi və təklükəsizliyi;

Sifarişlərin çatdırılması və satışdan sonrakı xidmətlərin

problemləri;

Elektron ödəmələr sisteminin inkişafının olmaması.

İnternet istifadəçilərinin kontingentinin məhdudluğu və

saylarının az olması ÜRİTM (Ümumi Regional İnternet

Texnologiyaları Mərkəzi) və digər təşkilatların əhali arasında

keçirilən sorğularının qiymətləndirilməsinə əsaslanır. Məsələn,

toplanmış məlumatlar əsas verir ki, 2015– ci ilin əvvəlinə qədər,

Azərbaycanda işdə və yaxud evdə İnternetdən (heç olmaya bir dəfə)

istifadə edən insanların sayı 73% təşkil edirdi.

Elektron biznesin inkişafı birbaşa yaşayış səviyyəsindən

asılıdır, ancaq indi Azərbaycan ailəsinin orta hissəsi kompüter

əvəzinə soyuducu, paltaryuyan maşın və yaxud televizor almağı daha

üstünlük verir. İnternetin orta istifadəçiləri Avropanın orta statistik

əhalisindən nəinki maddi rifahına görə, həm də təhsil səviyyəsinə və

texniki hazırlığına görə fərqlənir. Bu faktor, bir tərəfdən İnternet –

kommersiyanı kompüter texnologiyasının, proqram təminantının və

mürəkkəb elektronikanın inkişafı üçün ideal vasitə edir. Digər

tərəfdən isə, bu faktor kütləvi sorğuya malik əmtəənin irəliləyişində

İnternetdən istifadə etməyin çətinliyini müəyyənləşdirir. Bundan

əlavə, əlaqə kanallarının buraxılış qabiliyyətinin aşağı olması

problemi hələ də gündəmdədir. Mövcud olan kütləvi kommunikasiya

kanalları kifayət qədər buraxılış qabiliyyətinə malik deyillər, hələ də

onların funksiyalarını analoq telefon xətləri yerinə yetirir. Şəbəkənin

istifadəçilərinin daha böyük buraxılış qabiliyyətlərinə malik olması

üçün əlaqə kanallarından sürətli istifadənin qiymətinin aşağı düşməsi

tələb olunur. Elektron kommersiyanın inkişafında layihələrin boyük

kapitala malik olması maneəçilik törədir.

Firmanın Veb-saytının yaradılması zamanı firmanın

tələbatlarını nəzərə almaq vacib şərtlərdən biridir. Bu firma haqqında

informasiyanın yayılması, onun məhsulları və xidmətləri, reklam və

Page 249: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------249---------------------------------------------

brendinq, istehlakçılarla əks əlaqənin təşkil edilməsi, məsləhətləşmə,

müştərilərə texniki və informasiya dəstəyi, Veb-saytlarda müxtəlif

sorğu və anketlərin köməyi ilə marketinq tədqiqatlarının aparılması,

müxtəlif elektron sayğacların köməyi ilə ziyarətçilərin sayının

öyrənilməsi və s. ola bilər. Yaradılmış Veb-sayt tələbatçılara heç bir

gözləmə rejimi olmadan, fasiləsiz və müəssisə ilə istehlakçılar

arasında 24 saat asan əlaqə yaradan bilən bir Veb model olmalıdı,

çünki alıcılar həmin sayta daxil olduqları zaman rəhbərlik ilə

(administrator) birbaşa dialoqlar yarada bilməlidir. Tələbatçılar

oradan aldıqları (və ya göstərilən xidmətin) məhsullar haqqında öz

təklif və iradlarını, bu məhsulla bağlı sual və problemlərin

bildirməlidirlər. Veb-səhifə yaradılarkən saytdakı naviqasiya sistemi

və sənədləşmənin rahat şəkildə tərtib edilməsi məsələsinə diqqət

yetirmək lazımdır, çünki müəssisənin məhsullarına maraq göstərən

bir müştəri onun saytını ziyarət etmək məqsədilə ora daxil olub və

sonradan “zəhmət olmasa biraz gözləyin, səhifə yüklənir” sözləri ilə

qarşılaşsa çox ehtimal ki, o cəld bu səhifəni bağlayıb başqa

müəssssənin səhifəsini açacaq. Reklama başlamazdan əvvəl mütləq

müəssisə saytla bağlı bütün problemləri həll etməli, onun funksional

qabilliyyətini yüksəltməlidir. Bütün bunlar müəssisənin istehsal-satış

fəaliyyətinə az təsir göstərməyən faktorlardır.

Marketinqdə reklamın tanınmış klassik formulu vardır – DMİH

(Diqqət-Maraq-İstək-Hərəkət). Bu baxımdan aşağıdakıları nəzərə

almaq lazımdır:

1.Başlıq. Ziyarətçinin diqqətini ilk növbədə olduqca nəfis tərtib

olunmuş başlıq cəlb etməlidir. Əgər başlıq zəif, xırda yazılarla və adi

şəkildə yazılarsa bu diqqəti cəlb etməyəcəq və alıcının niyyəti

pozulacaq.

2.Marağın yaradılması. Kommersiya məktubunuz sizin

uğurunuzun tənqidi hissəsidir. Siz müştərinin diqqətini cəlb

etmisiniz, lakin onda hələ də maraq oyatmamısınız. Ziyarətçi ilə

mükazirələr aparmaq, müxtəlif səpkidə mövzulara toxunmaq və s.

onda maraq oyatmaq üçün yaxşı üsullardandır.

Page 250: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------250---------------------------------------------

3.Etibarlılıq. İnternet satışın və sizin təklifin ən çətin başa

gələn aspektlərindən biridir.

4.Təcili hərəkətə başlamaq üçün dəvət etmək. İnsanlar qərar

qəbul etməyi sevmirlər. Siz onlara bu qərarı qəbul etməkdə yardımçı

olmalısınız. Müxtəlif həvəsləndirici sözlərlə onları buna təhrik etmək

lazımdır. Onların rədd edə bilməyəcəkləri təklifləri onlara edin. Bura

əsasən maldan razı qalmadığı halda pulun geri qaytarılmasından

tutmuş bəzi güzəştlər də daxildir.

Sonrakı mərhələlər isə bu saytın tanıdılması, geniş auditoriyaya

daxil ola bilməsidir. İstehlakçı bazarına saytın çıxarılması bir neçə

üsulla ola bilər:

Axtarış serverlərində saytın qeydiyyatdan keçməsi;

Saytın Veb-kataloqlarda yayılmasını təmin etmək;

Reytinqi yüksək olan serverlərdə pullu elanların verilməsi və

bannerlərin yerləşdirilməsi.

Saytın əhali kütləsini özünə çəkməsi üçün mütləq həmin saytda

əsas verilənlərdən başqa cəmiyyətdə daha tələb olunan bəzi

elementlərdə yer almalıdır. Statistika göstərir ki, İnternetə daxil olan

hər 16 nəfərdən biri ya referat, ya da təhsillə bağlı hansısa faydalı

linklər axtarır. Bu da əlbətdəki cəmiyyətin çox hissəsinin gənclərdən

ibarət olunmasından irəli gəlir.

QEYD: Link (ingiliscə Link – “istinad ”, “əlaqə”, hərfi

mənada isə “Hiperistinad sənədi” anlamını verir. Şəbəkə

texnologiyasında isə link kompüter ilə Switch arasında əlaqədir.

Switch – şəbəkə kompüteri (ingiliscədən tərcümədə “çevirici açar”

mənasını verir) anlamını verir. Switch kompüterin bir neçə

qovşağını birləşdirən qurğudur.

Banner – İnternet səhifələrində yayımlanan online-interaktiv

reklam növüdür. İnternet reklamlarının aparıcı qüvvəsini təmin edən

bannerlər, mətn, şəkil, animasiya, hətta səs kimi bütün multimedia

vasitələrinin istifadəsi ilə hazırlanmış müxtəlif ölçülü qrafik

təsvirlərdir.

Page 251: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------251---------------------------------------------

Bannerlər, məhsul və ya xidmətinizlə bağlı istədiyiniz mesajı

seçilən, uyğun İnternet səhifəsində görülməsinə imkan verir.

Bannerdə reklam olunan məhsulun onun xüsusiyyətləri ilə bağlı

mətn, animasiya formatında hədəf kütləsinə daxil olan İnternet

istifadəçilərinə təqdim oluna bilər. Bannerlər mesajı birbaşa əks

etdirə bilər, İnternet istifadəçisi haqqında məlumat toplaya bilər, onun

birbaşa reklam sifarişçisinin səhifəsinə yönəldə bilər. Banner reklam

sifarişçisinin ticarət nişanın tanınmasını, tanıyanlar arasında

sədaqətliliyin artırılmasını, yeni müştərilərin qazanılmasını təmin

edir. Bannerləri iki əsas kateqoriyaya ayırmaq mümkündür:

Statik bannerlər;

Müxtəlif texnologiyalardan istifadə olunmaqla hazırlanan

dinamik bannerlər.

Statik bannerlər .jpg, .gif, .png və s. kimi qrafiq formatlarda

hazırlanan standart ölçülü şəkillərdir. Statik bannerlərin təsvirləri

üzərində mausun sol düyməsinin sıxılması ilə ekrana çıxan açıqlama

yazıları və ölçüləri standart olaraq qalır.

Adətən Macromedia Flash formatında multimedianın bütün

növlərinin istifadəsi ilə hazırlanan Dinamik bannerlər, banner üçün

ayrılmış standart ölçülü yerdə daha çox məlumatın yerləşdirilməsinə

imkan yaradır. Dinamik bannerlər hərəkətli təsvir və səs kimi

effektlərin eyni anda daşıya bilir, mausun oxunu onun üzərinə gətirib

sol düymənin sıxılması ilə təsvirin hətta ölçülərini də dəyişə bilir.

Bu istiqamətin özünün də mənfi və müsbət tərəfləri var. Başlıca

isə burada bəzi “sirr” və “hiyləgərlikləri” bilmək lazımdır. Müasir

İntenrnet xidmətində sayta yeni gələn ziyarətçiləri cəlb etmə

qabiliyyətinə görə Banner reklamların demək olar ki, analoqu yoxdur.

Hazırda təqribən İnternet reklamlarının 70%-i bannerlər şəklində

təqdim edilir.

Aşağıda banner reklamınızın və Veb-saytınızın irəliləməsi üçün

bir sıra məsləhətlər verilmişdir:

1.Banner serverlərində qeydiyyatdan keçmək. Bir çox severlər

müxtəlif mübadilə üsulları təqdim edir. Buna misal olaraq sizin

bannerin onların saytlarında 7 dəfə nümayişinə müqabil onların sizin

Page 252: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------252---------------------------------------------

saytda reklamına 10 banner düşməsi və s. kimi olar bilər. Əlbətdə ki,

siz özünüzə ən uyğun olan variantı seçirsiz.

2.Məzmun. Ziyarətçinin ana səhifəyə daxil olması və ona lazım

olan linkə keçməsi saniyələrlə ölçülən bir vaxt və imkandır. Buna

görə də banneri hazırlayarkən onun məzmunu və görünüşü

ziyarətçiyə onu oxuması üçün “qışqırmalıdır”.

3.Rəng ahəngliyi. Açıq rənglər adətən insanı standart rənglərə

nisbətən daha tez cəzb edir. Buna görə də rəng seçimi zamanı buna

xüsusi diqqət verilməlidir.

4.Yüklənmənin sürəti. Bannerin həcmi 3-4 Kb olmalıdır, çünki

bu ən yaxşı variantdır. Məcburiyyət qarşısında bunu 10 Kb-dan çox

etməyin. Əks halda ziyarətçi bunu açmayacaq (Bu siyahını artırmaq

da olar).

BİRBAŞA MARKETİNQİN İNTERNETDƏ İSTİFADƏ

EDILMƏSİ. SPAM

Birbaşa marketinq – bu marketinq konkret tələbatçılara

yönləndirilmişdir, onun əsasını isə məqsədli bazarla iş, onların

tələblərinin müəyyən etmək və yerinə yetirməkdən ibarətdir.

Marketinqin İnternetdə əsas aləti kimi isə e-mail vasitəsi ilə elan

göndərmələridir (spam). Milyonlarla belə göndərmələr isə speming

adlanır. Spammerlər heç vaxt adresatlardan (ünvan sahiblərindən) bu

məktubları göndərmələri haqqında icazə almırlar. Əksər mail

istifadəçiləri spamming-ə öz hüquqlarının kobud şəkildə pozulması

kimi baxırlarsa, onda bu məktubların sayı azalmadan çoxalmaya

doğru gedir. Bu cür göndərmələr istifadəçilər tərəfindən 1% oxunur –

bu da onlar tərəfindən qəbul edilən normadır.

Elektron göndərmələr sayəsində:

1.Maraqlanan təşkilatlara sizin diler və ya distribyutor

olmağınızı təklif edə bilər;

2.Potensial alıcılara sizin kompaniya və məhsullar haqqında

informasiya çatdırmaq;

Page 253: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------253---------------------------------------------

3.Öz tərəfdaşlarınızı və həmkarlarınızı yarmarkalara, sərgilərə,

seminar və banketlərə dəvət edə bilərsiniz.

QEYD: Diler (ingiliscə dealer – alverçi) öz adından və öz

hesabına qiymətli kağızlarla əməliyyat yerinə yetirən şəxsdir.

Diler fiziki və ya hüququ şəxs ola bilər. Diler şirkətin məhsullarını

topdan alır, sonra isə həmin məhsulları pərakəndə sata bilir.

Spamların göndərilməsi bir neşə mərhələdən ibarətdir:

1.E-mail istifadəçilərin siyahısının əldə edilməsi. Spamların

elektron poçt ilə göndərilən digər birbaşa reklam növlərindən əsas

fərqi onların spamları qeyri-ciddi, biganə qarşılanması və sizin

reklamla maraqlanmamanızdır. Bundan əlavə kütləvi spamların

qarşısını kəsməkdə və onlardan ümumiyyətlə istifadəni qadağan

etməkdə provayderlər də çətinlik çəkirlər.

Ünvan siyahısının əldə etməyin 2 yolu var:

Ünvanların tematik saytlardan əldə edilməsi (forum, chat, və

sairə.);

Məşhur poçt serverlərində ingilis dilində ad mənası verən

sözlərin yığımı.

Bunu nəzərə alıb demək olar ki, spamların ümumi sayı xırda

serverlərə nisbətən Yahoo, Rambler, Mail.ru kimi serverlərdə daha

çox olacaq.

2.Mətnin hazırlanması zamanı orijinallıq barədə qeyri-real

əlavələr etmək. Siz öz abunəçılərinizə elə məlumat verməlisiniz ki, o,

bunu başqa heç bir yerdə oxumamış olsun. Burada məlumatın

doğruluğu 100% olmaya da bilər. Adətən insanlar daha əvvəl

eşitmədikləri informasiyalara daha çox meylli olurlar.

3.Məktubların ümvanlara göndərilməsi. Hər dəfə ünvanlara

məktublar göndərərkən göndərilən ünvan dəyişdirilir. Poçt xidmətləri

spamlarla aktiv mübarizə apardıqlarından ikinci dəfə gələn ünvan

mütləq bloklanır (qıfıllanır).

Spam reklamların yüksək effektivliyinə baxmayaraq bir çox

marketoloqlar ondan istifadəni məsləhət görmürlər, çünki bu

Page 254: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------254---------------------------------------------

metoddan istifadə zamanı firma öz ticarət markasına (brendə) zərər

gətirmiş olar. Xoşbəxtlikdən İnternetdə birbaşa marketinqin mövcud

olması üçün əlverişli şərait var. Tələbatçılara yeni məhsul və

xidmətlər haqqında geniş informasiya vermək olur.

QEYD: Brend (ingiliscə Brand – “Damğa” anlamını verir)

istehlakçıya (alıcıya) təqdim olunan, müəyyən qiymətə malik

malların xarakterik xüsusiyyətlərini və atributlarını müəyyən

etmək üçün istifadə edilən ticarət markasıdır. Brend istehsalçının

istehsal etdiyi məhsulun hər-hansı bir keyfiyyətinin və

xarakteristikasının təmsil edilməsini müəyyən edir. Bu məqsədlə

brend müəyyən edilən olmalıdır. Qanuna əsasən ondan istifadə

edilməsi hüquqi baxımdan müdafiə edilir.

İNTERNETDƏ PUBLIC RELATION (İCTİMAİYYƏTLƏ

ƏLAQƏ) VƏ ONUN ƏHƏMİYYƏTİ

Ümumiyyətlə “Public Relation” daha çox menecment sahəsi ilə

əlaqədar olduğundan, burada onun əsasən marketinqdə idarəetmə

subyektləri və cəmiyyət üzvləri ilə əlaqəsi haqqında məlumat verilir.

Public Relation – cəmiyyətlə əlaqənin yaradılması və

möhkəmləndirilməsi üçün yaradılmış tədbirlər sistemidir. Bu

müsəssisənin rəqib kompaniyalar arasında müsbət imicinin

formalaşmasında az rol oynamır. Müəssisə təkcə öz məhsullarının

potensial alıcılarının gözündə imicinin qaldırılması ilə yox həmdə

onlarla əlaqə yaratmaq sahəsində də xüsusi addımlar atmalıdır. Public

Relation müəssisənin yüksək şöhrətə çatmasına və onun dolayı yolla

reklamına səbəb olur. “Public Relation”-na press-relizlərdə elanlar,

KİV-ləri nümayəndələrinə müraciət, konfrans və yığıncaqlarda

auditoriya ilə iş, müzakirə sorğuları, sual-cavab blankları, lotoreyalar

və müsabiqələr aiddir. Əlbəttdəki bu işdə İnternetin və informasiya

işi ilə bağlı olan sistemlərin adını çəkməmək mümkün deyil. Press-

relizlər sizin oxuculara yeni saytınızın açılışını və ya onun yenidən

işlənməsi haqqında, yeni xidmətlərin hazırlanması və onların əhaliyə

Page 255: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------255---------------------------------------------

təqdim olunması, mükafatlar, maraqlı faktlar və bu kimi

informasiyalarla təmin olunmasında böyük rol oynayır. Ənənəvi

KİV-nin nümayəndələri ilə kontakların həyata keçirilməsi sizin

biznesiniz üçün hiss ediləcək dərəcədə xeyir gətirə bilər. Son

zamanalar jurnalistlərin çoxu İnternetdən off-line məlumat mənbələri

kimi də istifadə edirlər. Belə olduğu təqdirdə isə sizin kompaniya

haqqında informasiyalar təkcə İnternet vasitəsilə deyil, həm də

ənənəvi kanallar vasitəsilə də yayılacaq. Yaxşı nəticəni adətən on-

line rejimdə olan auditoriya ilə iş zamanı əldə etmək olur.

“Public Relation” haqqında ilk kitab 1923-cü ildə Amerkada

məşhur psixoloq sayılan Ziqmund Freydin (1856-1939)

qohumlarından olan Edvard Berneys (1881-1995) tərəfindən yazılmış

və “Crystallizing Public Opinion” adını almışdır. Və artıq 1930-cu

illərin əvvəllərindən etibarən Public Relation menecment sahəsinin

vacib elementlərindən sayılmağa başladı, çünki artıq iri şirkətlər iş

yerlərində bu vəzifəyə işçilər qəbul edir və bu sahənin inkişafına

xüsusi əhəmiyyət verməyə başlamışdılar. Hal-hazırda Amerikada bu

sahə üzrə 5000-dən çox konsaltinq qrup məşğul olur və onlar daha

çox menecmentin idarə olunması və böhranlarla mübarizə ilə məşğul

olurlar.

İndiki dövrdə “Public Relation” artıq müxtəlif mənalarda başa

düşülməyə başlayıb. Onun fəaliyyət sferasından, həyata keçırdiyi

funksiyaların müxtəlifliyindən asılı olaraq, aşağıdakı qruplara

ayırmaq olar:

1.Siyasi;

2.Ticarət;

3.Media – “Public Relation”.

“Public Relation” psixi-informasya ilə əlaqədar olduğundan

onun hansı auditoriyaya tətbiq edilməsi və işlənməsi qəliz suallardan

biri olaraq qalır.

Marketinq sahəsində qəbul edilən proqramlar sırasına

aşağıdakılar daxildir:

1.SPSS® Categories™

Page 256: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------256---------------------------------------------

Bu proqramın köməyi ilə verilənlərin kateqoriyal analizini heç

bir kömək olmadan etmək mümkündür. Bu proqramın alətlər dəstinə

daxil olan vasitələr ilə verilənlərdən maxsimum informasiya almaq

olar.

2.AnswerTree®

Verilənlərdən əsaslı çıxarış əldə etmək üçün heç də statistik

olmaq lazım deyil. Bu proqrama dəyişənləri və hazırlanmış alqoritmi

daxil eləməklə tez bir zamanda siz yekun nəticə əldə edə bilərsiniz.

Alınan nəticələr sizə diaqram, qrafik və ya cədvəl şəklində təqdim

edilə bilər və siz dərhal verilənlərin seqmentləşdiriləməsini müəyyən

edə biləcəksiniz.

3.Marketing Analytic 5

Bu vasitə verilənlərə əsaslanaraq marketinq fəaliyyətinin

planlaşdırılmasına və strategiyanın müəyyən edilməsinə kömək edir.

4.Da – system

Da – system universal, sadə və verilənlərin emal edilməsi üçün

ən güclü proqram vasitələrindən biridir. O özündə məlumatların

yığılmasından tutmuş onların təhlilinə qədər bütün prosedurları

birləşdirir.

5.VORTEX

Bu əsasən marketinq tədqiqatlarına yönəldilmiş proqram

vasitəsidir.

6.Pulsar

İnteraktiv təhlil sistemidir. Pulsar daha çox Windows əməliyyat

sistemlərində nəticələri daha cəld, effektli və asan əldə edilməsi üçün

tətbiq edilir.

7.Pulsar Veb

Pulsar Veb daha çox tədqiqat müəssisələri üçün ASP-firması

tərəfindən hazırlanmışdır. Bu əsasən müəssisələrin itkisiz xərclərin

ayrılmasına, zərərdən qaçış və müştəri bazasının genişlənməsinə

kömək edir.

8.Bellview FUSION

Bu yeni dövrə inteqrasiya olunmuş proqram təminatıdır. Bu

bizə əsasən marketinq tədqiqatlarında yeni vasitələrdən istifadə

Page 257: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------257---------------------------------------------

etməklə onların yığımını, saxlanılmasını və gələcək emal üçün

istifadə olunmasını təqdim edir.

Ziqmund Şlom Freyd

Avstriya psixoloqu, psixiatrı

və nevroloqudur. Alim bu

sayılan sahələrin inkişafına

qiymətli tövhələrini

vermişdir.

Edvard Lois Berneys PR

sahəsində görkəmli mütəxəssidir.

Düşüncəyə deyil, manipulyasiyaya

əsaslanan kütləvi əminlik

nəzəriyyəsinə böyük tövhələr

vermişdir. “İctimai münasibətin”

atası sayılır.

9.“Şəbəkə marketinqi” proqramı. “ROBİS konsaltinq”

kompaniyası.

Verilmiş proqram marketinq müəssisələrinin çoxsəviyyəli

işinin təşkil edilməsi üçün nəzərdə tutulmuşdur. O, özündə tədqiqat

obyektlərinin təhlilini başlıca vəzifə tutsa da bundan əlavə mürəkkəb

maliyyə-uçot işlərinidə uğurla yerinə yetirir. Bura əsasən mənfəət və

xərclərin hesablanması, dəqiq hesabların aparılması kimi

Page 258: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------258---------------------------------------------

əməliyyatlar da daxildir. “Şəbəkə marketinq” proqramı çoxistifadəçili

müştəri-server proqramıdır və eyni zamanda bu proqramdan bir

neçə əməkdaşın istifadə edilməsinə icazə verir. O şəbəkədə

“Windows 2000 Server” və “My SQL Server 2000” əməliyyat

sistemləri şəbəkə proqram təminatları ilə birlikdə işlədilir.

7.5.İNTERNET MÜHİTDƏ LOYAL MÜŞTƏRİLƏRİN

FORMALAŞMASI

Müştərilər müasir şirkətin fəal aktivləri sayılır, onlarla

münasibət isə - müvəffəqiyyətin açarvari faktorudur. Buna görə də,

kiçik müəsissələrdən beynəlxalq korporasiyaya qədər şirkətlərin

bütün səviyyələri müştərilərin məmnunluğunun yüksək səviyyəsinin

yaratmağın mümkünlüyünü və saxlanmasını dərk edir və müasir

informasiya texnologiyalarını küllü miqdarda gəlir gətirən əsas

müştərinin axtarışına, cəlb olunmasına və saxlanmasına fəal tətbiq

edir. Belə şirkətlərin məqsədi - əlavə edilmiş böyük dəyəri xidmətin

keyfiyyətinin yaxşılaşdırılması hesabına yaratmaq, məqsədə nail

olmaq vasitəsi isə - müştərilərin loyallığını yüksəltməkdən ibarətdir.

O zaman müştəri loyal hesab olunur ki, o, təklif olunmuş sinfin

məhsulları haqqında yaxşı məlumatlanmış olur, təhlil edilmiş

markanı tanıyır və seçir, təklif olunmuş sinfin digər məhsullarından

üstün olduğunu dərk edir və satın almanı təkrar davam etdirir. Loyal

müştərinin ən yaxşı variantı olaraq o, alıçı hesab olunur ki, o, digər

rəqib alternativləri ləğv etmiş olsun.Beləki, o, şirkətin iqtisadi rifahını

formalaşdırır.

Eyni dərəcəli əmtəədən olan məhsulun alınması zamanı

müştərinin davranışı əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Qeyd

etmək lazımdır ki, müştərinin hərəkət tərzinin müxtəlif modelləri

mövcudur. Bütün bunlar satın alma prosesinə müştərinin cəlb

olunmasından asılı olaraq iki qrupa bölünə bilər (aşağıdakı cədvələ

nəzər sal). Alınan nəticələrin ardıcıllığından asılı olaraq, ehtimal

olunur ki, istehlakçılar marketinqli informasiyasının onlar tərəfindən

tədricən alınmasına addım – addım yaxınlaşırlar.

Page 259: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------259---------------------------------------------

Satın alma prosesinə yüksək və aşağı cəlb edilmə

səviyyəsindən asılı olaraq istehlakçıların hərəkət tərzi modeli

Cəlb edilmə

səviyyəsi

İstehlakçıların davranışı və onları işləyib

hazırlayanların modelləri

İstehlakçıların cəlb

edilməsinin ancaq

yüksək səviyyəsini

xarakterizə edən

modellər

-AİDA-Attention,İnterest,

-Desire,Action(Ctronq);

-3D-Three Dimensions (Ladic və Şteyner);

-Adaptasoin model (Rocers);

-DAGMAR-Defining Advertising Goals for

Measured Advertising Results (Kolley);

-SARR model – Continuous Advertising

Planning Program (Burnett );

İstehlakçıların cəlb

edilməsinin həm

aşağı, həm də

yüksək səviyyəsini

xarakterizə edən

modellər

Üç sıranın modelləri (Rey)

-Həqiqətə uyğun modellərin

dəqiqləşdirilməsi modelləri (Peti və

Kasioppo)

- FCB matrisi – Foote,Cone and Belding

(Vaf)

Bütün modellər üçün istehlakçıların reaksiyalarının əsas

mərhələləri- Bilik, Hissiyat və Hərəkətlə bağlıdır. Kommunikasiyalı

modelləşdirmədə verilmiş təsnifatdan XX əsrin 20-ci illərindən

başlayaraq istifadə olunur. Son nəticədən asılı olmayaraq istehlakçı

marketinq kommunikasiyasına təsir edən münasibətin göstərilən

bütün mərhələlərindən keçəcək və hər bir mərhələ növbəti

mərhələnin məntiqi davamı olacaq.

Cəlb edilmənin yüksək səviyyəsinin modellər qrupu AİDA

modelinin bu və ya digər müxtəlifliyini özündə əks etdirir. Verilmiş

qrupda istehlakçının bir mərhələdən digər mərhələyə keçidi ”Diqqət -

Maraq – İstək – Hərəkət” zəncirində klassik ardıcıllıqla yerinə

yetirilir, mərhələlərin özləri isə, zahiri fərqlərə baxmayaraq, eyni bir

istehlakçı reaksiyalarını əks etdirir. Verilmiş qrupun modelləri

içərisində DAGMAR və SARR icra olunmuş modellər sayılır, çünki

Page 260: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------260---------------------------------------------

burada istehlakçının davranış proseslərinin təsviri daha ardıcıl və

sistemli şəkildə təcrübədən keçrilmişdir.

İkinci qrup modellər həm cəlb olunma səviyyəsi nöqteyi

nəzərindən, həmçinin satın alınmanın rasional və yaxud emosional

tətbiq edilməsi nöqteyi nəzərindən istehlakçı davranışını daha tam

təsvir edir. Bu qrupun modelləri üçün istehlakçı davranışının digər

keçirilmə mərhələləri ardıcıllığı müəyyən oluna bilər, lakin, onlar

tamlıqda reaksiyanın əsas mərhələlərinə uyğundurlar (məsələn, bilik,

hissiyat və hərəkət).

İstehlakçıların mərhələdən mərhələyə keçid prosesləri, daimi

marketinq kommunikasiyasına çevrilən reaksiyaların inkişafı

marketinqə aid ədəbiyyatlarda iyerarxik təsirin konsepsiyaları kimi

göstərilir (bu termin ilk dəfə 1961- ci ildə R.Lavic və Q.Ştayner

tərəfindən işlədilmişdir). Son onliklər ərzində bu konsepsiya əsasında

küllü sayda modellər işlənmiş, bunun da böyük əksəriyyəti reklamın

effektivliyinin ölçüsünün təyin edilməsi nəticəsində yaranıb.

Loyallıq termini biznes təcrübəsində daimi müştərilərin

həvəsləndirməsi üçün istifadə olunan proqram və sxemlərin min bir

cür müxtəlif ölçü və şöbələrində öz praktiki ifadəsini tapmışdır.

Hədiyyələr, endirimlər, kuponlar, lotereyalar, sertifikatlar, "hava

milləri", VİP-qulluq, otellərdə əlavə komfortlar – bu və digər

aksiyalar müştərilərlərlə yaradılmış əlaqənin gücləndirilməsində

istifadə olunur. Son dərəcə iqtisadi təsəvvürlər hər bir loyal

müştərinin həvəsləndirməsi üçün kifayət qədər vəsaitlər sərf etməyə

məcbur edir, ona görə ki, əks halda rəqib tərəfə keçən istehlakçını

geri qaytarmaq üçün daha çox pul xərcləmək lazım gələcəkdir.

Ənənəvi bazarlarda seqmentləşdirmə mexanizmi yaxşı işlənib

və yoxlanılmasına baxmayaraq,seqmentləşdirmənin ilkin prinsipləri

elektron kommersiyaya az təsir göstərir. İlk əvvəl ona görə ki,

“şəbəkə” alıcıları istehlakçı xarakteristikalarına və üstünlüklərinə

görə ənənəvi müştərilərdən fərqlənirlər. Virtual alıcıların yanaşmaları

daha çox ulitardır (tətbiqidir, əməlidir), onlar bir qayda olaraq

Şəbəkəyə qoşulana qədər hansı xidmətlərin və əmtəənin onlar üçün

vacib olduğunu bilirlər. Jupiter Research firmasının tədqiqatlarına

Page 261: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------261---------------------------------------------

əsasən, virtual müştərilərin 83%-i müəyyən saytlarda məqsədyönlü

surətdə konkret xidmət və əmtəəni axtarırlar. İnternet – alıcılar üçün

lazım olan əmtəə və xidmətin axtarışı boş vaxt keçirmək hesab

olunmur. Onlar özləri üçün daha böyük maraq kəsb edən hər hansı bir

məhsulun axtarışı üçün Şəbəkədə keçirilən vaxtdan maksimum

effektiv istifadə etməyə çalışırlar. Belə bir hərəkət əlaqə operatorları

və qlobal Şəbəkəyə müraciət provayderləri üçün əlavə xərclərin

ödənməməsi arzusundan irəli gəlir.

“Şəbəkə” alıcılarının ənənəvi alıcılardan digər üstün bir fərqi

daha yüksək mədəniyyət və bilik səviyyəsinə malik olması ilə

əlaqədardır. Bunun nəticəsində virtual müştərilər “ələ salmaq,

oynatmaq, məsxərəyə qoymaq” kimi reaklama az meylli olurlar,

onların istehlakçı üstünlükləri daha çox fərdiləşir, onlar məhsulun

keyfiyyətinə daha həssas olurlar və bir qayda olaraq, ənənəvilərdən

fərqli olaraq daha professional (bəhanə axtaran) olurlar.

Virtual müştərinin portretinin üçüncü xarakterik əlaməti –

məhsulun və ya serverin keyfiyyətinin pisləşməsinə qarşı ani

reaksiyasıdır. “Fiziki” dünyadan fərqli olaraq rəqabət aparan virtual

satıcıları mausun sol düyməsinin bir neçə dəfə sıxılması ayırır. Ona

görə də alıcıları ənənəvi pərakəndə satış bazarlarına nisbətdə əldən

qaçırmaq daha asandır və uyğun olaraq onları digər rəqiblərdən əldə

etmək daha çətindir.

Xidmət və təklifləri əldə etməyə çalışan müştəri bir neçə

düşünmə proseslərini həyata keçirməyə çalışır:

Tələbatı dərk etmək- məhsulu əldə etməklə razı qalmaq;

Konkret şirkətin mövcud olması və onun yaranan tələbatı

qane etmək qabiliyyətinə malik olması haqqında məlumatı

əldə etmək;

Tələbatı qane edən şirkət və onun məhsulu ilə tanışlıq;

Şirkətin məhsullarının nə qədər qanətli olmasını təhlil etmək

və yaxud meydana çıxmış tələbatları ödəmək;

Digər (rəqabət aparanlara) məhsullar ilə müqayisədə nə

dərəcədə tələbatı ödəməsi;

Page 262: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------262---------------------------------------------

Məhsulun əldə edilməsini ya rəqibin xeyrinə həll etməklə

qərar vermək və yaxud satın alınmadan tam imtina etmək (bu

mərhələdə müştərini itirmək olar).

Potensial müştəri məhsulu əldə etmək qərarına gəlirsə, onda

həyat fəaliyyəti dövrünun mərhələlərinin dəyişməsi baş verir: bu

zaman müştərini alınmaya meylləndirmək əvəzinə, onun ehtiyaclarını

qane etmək və onunla uzunmüddətli əlaqənin saxlanmasına çalışmaq

lazımdır. Nə qədər ki, müştəri məhsulun istifadə olunması

mərhələsində yerləşir, şirkət onun razı qalma səviyyəsinə pozitiv və

yaxud neqativ (mənfi) təsir göstərmək qabiliyyətinə malikdir. Qeyri-

dəqiq, vaxtsız yerinə yetirilmə və yaxud pis xidmət müştərini əlavə

məhsullardan imtina etməyə məcbur edir. Digər tərəfdən, razı qalmış

müştəri daimi ola bilər və şirkətə daha çox gəlir verə bilər.

Müştəri tərəfindən alınma haqqında qəbul olunmuş qərar vaxtı

özündə həyat fəaliyyəti dövrünün növbəti mərhələlərini birləşdirir:

Məhsulun əldə edilməsi (çatdırılma və yaxud xidmət

göstərilməsi), bir qayda olaraq satın alınmaya qərar

verildikdən sonra yerinə yetirilən birinci ikitərəfli müqavilə

sayılır;

Məhsulun istifadə olunması (adətən - məhsuldan istifadə

olunma müddəti, bəzən-daha çox);

Təkrar alınma müştərinin razı qaldığını və gələcəkdə şirkət ilə

qarşılıqlı əlaqənin davam etdirilməsini təmsil edir;

Şirkətin məhsullarından razı qalma zamanı loyallığın

formalaşdırılması.

Müştərinin davranış tərzini fərz etməklə, şirkət onun həyat

fəaliyyəti dövrü vasitəsilə konkret biznes-prosesləri “keçirir” və belə

“biznes-prosesləri” bir neçə ümumi kateqoriyalara bölmək olar:

1.Müştərinin diqqətinin cəlb olunması. Şirkətlər potensial

müştərilərlə tanış olmaq və onları dialoqa cəlb etmək üçün müəyyən

səy göstərirlər, bu da nəticədə müştərinin həyat fəaliyyəti dövrünü

əks etdirir.

2.Alınma zamanı rasional və emosional stimullardan istifadə

olunması. Şirkətlə potensial müştərilərin tanışlığı heç də onların

Page 263: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------263---------------------------------------------

bazarlıq etməsinə zəmanət vermir. Ehtimal olunan müştərinin həqiqi

olması üçün, müntəzəm olaraq ona şirkətlə qarşılıqlı əlaqənin

üstünlüklərindən danışılmalı, qərar qəbul edənə qədər onun diqqəti və

marağı mühafizə edilməlidir.

3.Əməkdaşlığın saxlanması və genişləndirilməsi. Potensial

müştəri məhsulu əldə etdikdən və real müştəri olduğu vaxtdan

etibarən, şirkət onun qane olmasının və loyallığının yüksəldilməsinə

çalışır.

4.Tərəfdaşlıq. Loyallığı əldə etdikdən sonra şirkət müştərilərlə

uzumüddətli və qaşılıqlı mənfəət əsasında münasibətlər qurur.

Əgər müştərinin həyat fəaliyyəti dövrü düzgün müəyyən

olunubsa, onda şirkətin biznes-prosesi bu dövrün mərhələlərinə tam

uyğundur və loyallığı formalaşdıran münasibətləri qurmağa kömək

edir, bu da son nəticədə həm müştəri, həm də şirkət üçün faydalı olur.

İnternet həyat fəaliyyəti dövrünün idarə olunmasında vacib rol

oynayır. Müştərilərlə şəxsi iş zamanı marketinq üstünlüklərinin

xüsusiyyətlərinə malik olan Şəbəkə, müştərilərin loyallığının əldə

olunmasına şirkət tərəfindən sərf olunan vaxta və material

vasitələrinə qənaət etməyə imkan verir.

Loyal istehlakçılar:

Şirkətə olan münasibətini uzun müddət saxlayırlar;

Nəinki mövcud olan əmtəə və xidmətləri, həmçinin şirkət

tərəfindən təklif olunan yeni xidmətləri də əldə edirlər;

Dostları və tanışları dairəsində şirkət haqqında yaxşı fikir

yürüdürlər;

Rəqabət aparan firmaların reklam kampaniyalarının təsirinə

az məruz qalırlar;

Qiymət səviyyəsinə az həssasdırlar;

Keyfiyyətin aşağı salınması hallarına birdəfəlik qeyri-tənqidi

yanaşırlar;

Müxtəlif növ sorğu qəbul edilməsində məmnuniyyətlə iştirak

edirlər;

Əmtəə və xidmətin yaxşılaşdırılmasında təklifləri aktiv irəli

sürürlər.

Page 264: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------264---------------------------------------------

ATİ (Avropa Ticarət İnstitutu) verilənlərinə əsasən müştəri-

oriyentyönlü strateqiyası Monitoting.ru (CRM tətbiq edən şirkətin

baş menecerlərinin fikirləri soruşulmuş faiz əsasında) verilənlərinə

nail olmaq imkanını verdi:

Təkrar alınmaların keyfiyyətinin çoxaldılması - 66% hallarda;

Təmin olunmama nəticəsində itirilmiş müştərilərin sayın

azalması - 77%;

Müştərilərin cəlb olunması sayının çoxaldılması - 51%;

Məhsuldarlığın artırılması - 80%;

Yeni məhsulların çıxarışının sürətləndirməsi və risklərin aşağı

salınması - 46%;

Müştərilərlə iş aparan menecerin işdən getməsi ilə

müştərilərin itirilməsi riskinin aşağı salınması - 76%.

Əgər müştəri əvvələr şirkəti onun məhsulu əsasında tanıyırdısa,

indi o şirkətlə öz münasibətini - partnyor (tərəfdaş) kimi müxtəlif

kanallar vasitəsilə qarşılıqlı əlaqədə olmaqla - telefon zəngindən

İnternetə və şəxsi görüşə gələnə (vizit) qədər tam halda qurur. Buna

görə də istehlakçıların sorğuları daha çox fərqləndirilmiş (dərəcələrə

ayrılmış), qarşılıqlı əlaqə forması isə fərdiləşdirilmişdi.

Marketinq informasiyasının akkumulyasiyası Elektron-biznesin müştəri-səmtləşdirilmiş (oriyentləşdirilmiş)

sistemi marketinqin avtomatlaşdırılmasının tam miqyaslı imkanlarını

təqdim edir, marketinqlə məşğul olanlara ətraflı və aktual

informasiya əsasında marketinq kampaniyaları hazırlamaq və

buraxmaq imkanını verir. Bügünkü gündə marketinq informasiyanın

vizuallaşdırılması, bazarın seqmentləşdirilməsi, alınan sektorlara və

istifadəçilərin profillərinə görə “səylərin” paylaşdırılması üçün güclü

analitik vasitələr lazımdır. Sistem həmçinin marketinq kampaniyala-

rının keçirilməsi haqqında ətraflı statistik informasiyaları təşkilatın

biliklər bazasında yerləşdirmək və nəticədə marketinq hərəkətlərinin

effektivliyinin qiyməti haqqında verilənləri təqdim etmək imkanını

verməlidir.

Page 265: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------265---------------------------------------------

Tərəfdaşlarla qarşılıqlı əlaqənin idarə olunması Tərəfdaşlarla (partnyorlarla) qarşılıqlı əlaqə şirkət üçün vacib

həyati amildir. Bəzən satışın təşkil olunması sahəsindəki

müvəffəqiyyət tərəfdaşların seçilməsi və onlarla əlaqənin düzgün

qurulması nəticəsində olur. Əvvəlki dörvlərdə olduğundan fərqli

olaraq, müasir zamanda firmalararası qaşılıqlı əlaqələri

genişləndirmək lazımdır. Elektron-biznesin infrastrukturu təşkilatdan

gəlirli müştəriləri, sərfəli partnyorları, gəlirli sazişləri, xidmətə

sorğuları izləməyi, onlar üçün daha uyğun əlaqə kanalları seçməyi və

onların “məhsuldarlığını” təyin etməyi tələb edir. Bu yeni infrastruk-

tur tərəfdaşlara məhsul və onun qiyməti haqqında informasiyalara

baxmaq, qərarları konfiqurasiyalaşdırmaq, hesabatları, normanı və

sorğuları generasiya etmək imkanı verəcək. Başqa sözlə, elektron-

biznesin infrastrukturu şirkətlərə öz şəriklərinə şəbəkəyə təşkilatın

ayrılmaz hissəsi kimi baxmaq imkanı verəcək və şəriklərlə və

müştərilərlə qarşılıqlı əlaqə prosesinə fəal təsir edəcək.

Satışdan sonrakı xidmət və istifadəçilərin saxlanması

(himayə edilməsi)

Satış üzrə menecerlərə satışın avtomatlaşdırılması üçün alət

lazım olduğu kimi, istifadəçilərin də himayə edilməsi üçün

avtomatlaşdırılmanın səviyyədən aşağı olmaması lazımdır (adekvat).

Himayə edilmə xidmətinin təmsilçisi ilə maksimum effektiv işləmək

üçün real vaxt ərzində müştəri haqqında və onunla bağlı ixtiyarı

verilənlər haqqında ətraflı informasiya əldə etmək lazımdır.

Bundan əlavə, himayə edilmə xidmətinin resurslarından

maksimum effektiv istifadə etmək üçün sistem qanun və verilənlər

bazasına malik olmalıdır. Məsələn, zənglərin emalı mərkəzi (call-

mərkəz) - zəngləri o mütəxəsislərə yönəldir ki, onların bilik və

təcrübələri spesifik suallara və yaxud xidmət etmə ilə bağlı sifarişlərə

yaxşı cavab verməyə qadirdilər.

İnternet vasitəsilə özünəxidmət istifadəçilərə lazım olan

informasiyanı tez və asan almağa imkan verir. Müasir Veb-

texnologiyaları himayə edilmə xidməti ilə müştərilərin qarşılıqlı

Page 266: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------266---------------------------------------------

əlaqəsini İnternet vasitəsilə ixtiyari rejimdə, hətta səs rejimi daxil

olmaqla həyata keçirməyə imkan verir. İstifadəçi informasiyasına

daxil olmaqla və özünəxidməti professional köməklə birləşdirməklə,

himayə edilmə xidmətinin təmsilçisi maksimum effektivli və daha

yaxşı keyfiyyətli xidmət etmə ilə işləyə bilər.

Əksər şirkətlər hal-hazırda sadalanan imkanların bəzilərindən

və yaxud hamısından istifadə edir, lakin onlar çox vaxt müxtəlif

sistemlərdə reallaşmış olur. Belə olan halda, vacib istifadəçi

informasiyası bir-birilə bağlı olmayan verilənlər bazasında saxlana

bilər. Hələki bir şöbə bəzi üstünlüklərə malikdir - bütün firma hər bir

şöbədə müştəri haqqında bir-birinə uyğun gəlməyən informasiyadan

istifadə etməklə rəqiblər üzərində üstünlüyü əldə etmək imkanını itirə

bilər. Elektron biznesin müştərioriyentli texnologiyasından istifadə

etməklə üstünlüyü əldə etmək üçün, onda iştirak edən bütün sistemlər

birləşdirməlidir (nəinki öz aralarında, həmçinin firmanın back-ofis

sistemləri ilə də).

Məsələn, korporativ müştəri telekommunukasiya şirkətinin

satış xidmətinə zəng edir və onun qoşulmasını təmin edən meneceri

soruşur. Menecer məzuniyyətdə olarsa (xəstələnib, işdən azad

olunub, vəzifəsi yüksəldilib, digər müştəri ilə görüşdə məşğuldur...)

telefon zəngini digər boş menecer qəbul edir. Müştərinin haqqında

sorğu kitabçasını açaraq, bütün lazım olan informasiyanı tez bir

zamanda görür və təcrübəli qərar qəbul edir: müştəridən hələki onu

razı salmayan müraciət xidmət servisinə daxil olub, lakin problem bir

saat ərzində həll olunacaq. “Yeri gəlmişkən, xidmətə görə ödəmə

borcunuz var, siz onu nə zaman ödəmək fikrindəsiniz? Həmçinin

qeyd olunmuş istifadəçi əlaqəsinə malik olmaqla, siz əlavə servis

xidmətlərindən (məsələn, güzəştli tariflər vasitəsilə) İnternetə daxil

olmaqdan istifadə edə bilərsiniz”.

İqtisadiyyatın hər bir müəyyən sahəsində rəqib mübarizədə

şirkətin müvəffəqiyyəti, son nəticədə gəlirli müştərilərin əldə

edilməsindən asılıdır. Müştərilərin loyallığını düzgün qiymətləndir-

məyə və onların ehtiyaclarını maksimum qane etməyə çalışan şirkət,

rəqib üstünlüklərində qələbə çalmağa müvəffəq olacaqdır.

Page 267: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------267---------------------------------------------

VII FƏSLƏ AİD SUALLAR

1.Marketinq informasiya sistemləri. Müəssisənin idarəetmə

strategiyası. 2.MRP, MRPII, ERP. 3.Firma və müəssisədə marketinq informasiya texnologiyaları-

nın rolu. Marketinq sisteminin məsələləri. 4.Marketinq proqram təminatı. Marketinq proqram təminatının

təsnifatı.

5.CRM strategiyası. Müştərilərlə qarşılıqlı əlaqə strategiyası.

ERP sistemlər. CRM proqramının təsnifatı

6.İnternetin marketinq üstünlükləri və onların reallaşdırılması

problemləri.

7.İnternetdə public relation (ictimaiyyətlə əlaqə) və onun

əhəmiyyəti.

8.İnternet mühitdə loyal müştərilərin formalaşması. 9.İnternet vasitəsi ilə təchiz etmə zəncirinin idarə edilməsi. 10.Məhsulun irəliləyişində İnternet – texnologiyalar.

TESTLƏR

1.Bu, marketinqin prinsiplərinə aiddir:

A)Müəssisənin maliyyə imkanlarının nəzərə alınması;

B)Yüksək keyfiyyətli məhsul istehsal edilməsi;

C)Müəssisənin istehsal güclərinin nəzərə alınması;

D))İnsan amilinin gücləndirilməsi;

E)Müəssisənin material resursları ilə vaxtında təmin edilməsi.

2.Bu, marketinqin prinsiplərinə aiddir:

A))Yüksək istehsal-satış nəticələrinə nail olunması;

B)Yüksək keyfiyyətli məhsul istehsal edilməsi;

C)Müəssisənin istehsal güclərinin nəzərə alınması;

D)Müəssisənin maliyyə imkanlarının nəzərə alınması;

Page 268: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------268---------------------------------------------

E)Müəssisənin material resursları ilə vaxtında təmin edilməsi.

3.Marketinqin prinsirləri dedikdə başa düşülür:

A)Marketinqin auditi;

B))Əməl edilməsi zəruri olan müddalar;

C)Marketinq fəaliyyətinin planlaşdırılması;

D)Marketinq fəaliyyətində həyata keçirilən tədbirlər;

E)Marketinqin idarə edilməsi.

4.Vasitəçilərin həvəsləndirilməsinin məqsədi:

A)Məhsulun mövqeləşdirilməsi və təbliğini həyata keçirməklə

satışın həcminin artırılmasının təmin edilməsidir;

B))Müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirməklə

müəssisənin məhsullarının daima satışda olmasının, bu məhsulların

satış ərazilərinin və istehlakçıların əhatə dairəsinin

genişləndirilməsinin təmin edilməsidir;

C)Müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirtməklə və ya

müxtəlif mükafatlar təklif etməklə istehlakın həcminin artırılmasının

təmin edilməsidir;

D)Məhsulun bazar mövqeyinin möhkəmləndirmək və

gücləndirilməklə satışın həcminin artırılmasının təmin edilməsidir;

E)Daha yüksək satış və xidmət göstəricilərinə nail olmaqla

satışın həcminin artırılmasının təmin edilməsidir.

5.Marketinq informasiya sisteminin fəaliyyətinin nəticəsi:

A)Müəssisənin missiyasıdir;

B))Müəssisənin marketinq mühitinin vəziyyəti barədə

məlumatlar bazası və marketinq tədqiqatı hesabatlarının

hazırlanmasıdır;

C) Modellər və metodlar bankının yaradılmasıdır;

D)İlkin və təkrar informasiya mənbələrinin müəyyən

edilməsidir;

Page 269: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------269---------------------------------------------

E)Planlaşdırma sistemidir.

6.Marketinq informasiyasının təhlili sisteminə daxildir:

A)Xarici hesabat altsistemi;

B))Modellər və metodlar;

C)Bank marketinq informasiya sistemi;

D)Məlumatlar bazası;

E)Daxili hesabat alt sistemi.

7.Rəqiblərin təqiqi prosesində təhlil edilir:

A)məhsulun qiymətinin elastikliyi;

B)Marketinqin makromühiti;

C) Bazarın firma strukturu;

D))Strategiyalar;

E)Bazarın məhsul strukturu.

8.İnternet-marketinqin çatışmamazlıqları

A)Satış üzrə personalın azaldılması;

B)Əmtəələr (mallar) haqqında informasiyanın alınması;

C))Şəbəkə birləşmələri;

D)Kiçik və iri kompaniyaların dünya bazarına çıxışı;

E)Əmtəə (mal) haqqında on-line informasiya.

9.Sifarişçilərlə qarşılıqlı münasibətləri idarə edən

informasiya sistemi hansıdır?

A)CALS (Continuous Acquisition and Lifecycle Support)

B) Workflow

C)ERPII (Enterprise Resource & Relationship Processing)

D))CRM (Customer Relationship Management)

E)OLAP (Online Analytical Processing)

Page 270: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------270---------------------------------------------

10. Bu, marketinqin funksiyasına aiddir:

A)Kompleks təhlil;

B))Reklam və satışın həvəsləndirilməsi;

C)Sistemli təhlil;

D)SWOTanaliz;

E)Marketinq nəzarət.

Page 271: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------271---------------------------------------------

FƏSİL VIII

KOMPÜTER ŞƏBƏKƏLƏRİ. İNTERNET

TEXNOLOGİYALARI

8.1.KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN TƏYİNATI

VƏ TƏSNİFATI

İki və daha artıq kompüterin fiziki cəhətdən birləşməsi

kompüter şəbəkələrini əmələ gətirir. Ümumi halda, kompüter

şəbəkələrinin yaradılması ücün xüsusi aparat təminatı (şəbəkə

avadanlığı) və xüsusi proqram təminatı (şəbəkə proqram vasitələri)

olmalıdır. İki kompüterin sadə birləşməsi birbaşa birləşmə adlanır.

Windows əməliyyat sistemində işləyən zaman kompüterlərin birbaşa

birləşməsi zamanı nə xüsusi aparat təminatı, nə də proqram

təminatına ehtiyac var. Bu halda aparat vasitələri olaraq giriş/çıxış

portlarından, proqram təminatı vasitəsi olaraq əməliyyat sisteminın

tərkibində olan xüsusi vasitələrdən istifadə olunur (Start.Proqramlar.

Standartlar.Əlaqə. Birbaşa kabel birləşməsi).

Kompüter şəbəkələrinin yaradılması zamanı əsas məsələ,

avadanlığın elektriki və mexaniki xassələrinin uyğunluğunun təmin

olunması və verilənlərin formatı və kodlaşdırılması sisteminə görə

məlumat təminatının uyğunluğunun təmin olunmasıdır. Bu məsələnin

həlli standartlaşdırma sahəsinə aiddir və OSİ (Model of Open System

İnterconnections – Açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli) modeli

adlanır. Bu model ISO (Intermational Standarts Orqanization)

Beynəlxalq Standartlaşdırma İnstitutunun texniki təklifləri əasasında

hazırlanmışdır. OSI/ISO modelinə əsasən kompüter şəbəkələrinin

arxitekturasına yeddi təbəqədə baxılır. Ən yuxarı təbəqə tətbiqi

təbəqə adlanır. Bu təbəqədə istifadəçi hesablama sistemi ilə qarşılıqlı

əlaqədə olur. Ən aşağı təbəqə isə fiziki təbəqədir. O, qurğular

arasındakı siqnalların ötrülməsini təmin edir. Bu yeddi təbəqə

arasında uyğunlaşma xüsusi standartlar vasitəsi ilə həyata keçrilir.

Page 272: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------272---------------------------------------------

Buna protokol deyilir. Onlar şəbəkənin komponentləri ilə aparatın

qarşılıqlı əlaqələrinin xarakterini (aparat protokolu) və proqram və

verilənlər arasında qarşılıqlı əlaqələrin (proqram protokolları)

xarakterini təyin edir.

Beynəxalq Standartlaşdırma İnstitutunun ISO sisteminin

təklifləri əsasında ISO/OSI modelində müxtəlif qitələrdə yerləşən

istifadəçilər arasında verilənlərin ötrülməsi aşağıdakı şəkildə baş

verir:

1.Tətbiqi təbəqə (APPLİCATİON LAYER). Bu təbədəqə

istifadəçi xüsusu əlavələrin köməyi ilə sənəd yaradır (məlumat, şəkil

və s.). Bu təbəqədə faylın ötrülməsi və idarəsi, tapşırıqların ötrülməsi

və emalı, vurtual texniki xidmət kimi funksiyalar yerinə yetrilir.

2.Təqdimetmə səviyyəsi (PRESENTATİON LAYER). Tətbiqi

səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötrülən

informasiyanın çevrilmə (şifrələmək, sıxmaq, şifri aydınlaşdırmaq)

üsulları göstərilir.

3.Seans təbəqə (SESSİON LAYER). İstifadəçinin kompüteri

lokal və ya qlobal şəbəkə ilə qarşılıqlı əlaqədə olur. Yeddi təbəqənin

protokolları istifadəçinin "efirə çıxışı" hüququnu yoxlayır və sənədi

nəqliyyat təbəqəsinin protokollarına ötürür.

4.Nəqliyyat təbəqəsi (TRANSPORT LAYER). Bu təbəqənin

əsas funksiyası şəbəkə paketlərindən ibarət məlumatların lazımı yerə

çatdırılmasından ibarətdir.

5.Şəbəkə səviyyəsi (NETWORK LAYER). Bu təbəqədə

verilənlərin şəbəkədə ötrülməsi təmin olunur. Burada mümkün

marşutlardan birinin seçilməsi (şəbəkənin yükü), giriş verilənlərin

idarə olunması, paketlərin buferdə yerləşdirilməsi və s. məsələlər həll

edilir.

6.Kanal səviyyəsi (DATA LİNK LAYER). Bu təbəqə fiziki

təbəqədə dörv edən siqnalları şəbəkə təbəqəsindən alınmış uyğun

verilənlərə modullaşdırır. Kanal səviyyəsinin obyektləri arasında

verilənlərin mübadiləsi 3 üsuludan biri vasitəsi ilə aparıla bilər:

Dupleks – eyni zamanda hər iki istiqamətdə;

Yarımdupleks – müxtəlif vaxtlarda hər iki istiqamətdə;

Page 273: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------273---------------------------------------------

Simpleks – yalnız bir istiqamətdə.

7.Fiziki səviyyə (PHYSİCAL LAYER). Burada nə sənəd, nə

paket, nə da bayt vardır, ancaq bitdən istifadə olunur. Fiziki

səviyyənin standartları ya X.21, ya X.21 bis təlimatlarını təyin edir.

Bu təlimatlar vasitəsi ilə funksional və prosedur xarakterstikaları

təyin olunur ki, bunlar vasitəsi ilə fiziki birləşmələrin aktivləşməsi,

dəstəklənməsi və deaktivləşməsi həyata keçirilir. Məlumat alan

istifadəçinin kompüterində isə proses tərsinə gedir.

Protokollardan istifadə olunmasına görə şəbəkələri 3 yerə

bölmək olar: Lokal (LAN – Local Area Nerwork), Regional (WAN -

Wide Area NetWork) və Qlobal (GAN – Global Area NetWork).

Lokal kompüter şəbəkələri yaxın məsafədə yerləşən

istifadəçilərin kompüterləri arasında sürətli informasiya mübadiləsini

təmin edir. Lokal şəbəkə həm kiçik bir ofisi, həm də bir neçə hektar

sahəsi olan böyük bir zavodu əhatə edə bilər. Onun köməyi ilə

verilənlərin uzaqdan daxil edilməsi, ümumi resurslardan birgə

istifadə edilməsi, faylların ötürülməsi, məsələlərin məsafədən daxil

edilməsi və həlli, elektron poçtu, paylanmış sistemlərin yaradılması

və s. kimi funksiyaların yerinə yetirilməsi mümkündür. Lokal

şəbəkədə verilənlər əlaqə xətləri ilə 10 km məsafəyə qədər ötrülə

bilər.

Page 274: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------274---------------------------------------------

Local Area NetWork

Regional şəbəkələr (WAN - Wide Area Network) uzaq

məsafədə yerləşmiş binaların, idarələrin, müəsissələrin və digər

təşkilatların kompüterləri arasında qurulur və şəhər, rayon və ya

qəsəbə hüdudları daxılində olur.

Page 275: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------275---------------------------------------------

Wide Area NetWork

Qlobal kompüter şəbəkələri (GAN - Global Area NetWork)

həm lokal, həm də digər telekommunikasiya şəbəkələrini və

qurğularını özündə birləşdirir, ölkələri, qitələri, bütün dünyanı əhatə

edir. Bəzən müxtəlif texniki, proqram və informasiya prinsipləri

əsasında qurulmuş şəbəkələr birləşməsinə koorporativ şəbəkə də

deyilir.

Bütün kompüter şəbəkələri 2 funksiya ilə təyin olunur:

Şəbəkənin aparat və proqram ehtiyatlarından birgə istifadə

olunmanın təmin olunması;

Verilənlər ehtiyatına birgə daxil olunmanın təmin olunması.

Page 276: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------276---------------------------------------------

Global Area NetWork

8.2.LOKAL ŞƏBƏKƏLƏRİN TOPOLOGIYALARI

Lokal şəbəkələr əsasən peşəkar fəaliyyətinə görə işi bilavasitə

bu şəbəkə ilə bağlı məhdud istifadəçi dairəsinə xidmət edir. Lokal

şəbəkə çərçivəsində bir layihə üzərində çalışan əməkdaşlar işçi

qrupu adlanır. Bir lokal şəbəkə çərçivəsində bir neçə işçi qrupu

fəaliyyət göstərə bilər. İşçi qrupunun iştirakçılarında şəbəkənin

resurslarından istifadə etmək hüququ müxtəlif ola bilər. İstifadə

hüququnun iştirakçılara verilməsi və ya məhdudiyyəti qaydaları

şəbəkə siyasəti adlanır. Şəbəkə siyasəti, ümumiyyətlə şəbəkənin idarə

edilməsidir. Şəbəkə iştirakçılarının işinin təşkilini idarə edən şəxs

sistem administratoru adlandırılır.

Lokal şəbəkələr aşağıdakı parametrlərlə xarakterizə olunur:

Şəbəkənin əhatə dairəsi - lokal şəbəkənin əhatə etdiyi sahənin

ölçüləri olub verilənləri nəql edən mühitin ümumi

uzunluqlarının cəmi ilə ifadə edilir;

Page 277: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------277---------------------------------------------

Ötürmə sürəti - vahid vaxt ərzində ötürülən informasiya

vahidlərinin sayı;

Gecikdirmə vaxtı - informasiya ötürülməsinə sifariş ilə onun

qəbul edilməsinə başlanması arasındakı vaxt;

Etibarlılıq - imtinaların başvermə ehtimalı və onların bərpası

ilə təyin edilən kəmiyyət;

İnkişaf imkanı - şəbəkəyə heç bir dəyişiklik etmədən,

maneəsiz əlavə abonentlərlərin qoşulması;

Qiyməti - şəbəkənin texniki və proqram təminatlarının ümumi

dəyəri.

Lokal şəbəkələrin əlaqə kanallarında ən çox burulmuş cütlük,

koaksial və optik lifli kabellərdən istifadə edirlər.

Şəbəkə elementlərinin şəbəkəyə qoşulma konfiqurasiyasına

topologiya deyilir. Bu topologiya şəbəkənin bir sıra vacıb

elementlərini xarakteristikalarını, o cümlədən ehtibarlı işləməsini,

məhsuldarlığını, dəyərini, mühafizəsini təyin edir.

Şəbəkə topologiyalarını 3 yerə ayırmaq olar:

Şin;

Ulduz;

Halqa (Dairəvi).

Şin topologiyasında işçi stansiyalar şəbəkə adapteri vasitəsilə

bir ümumi magistral şinə (monokanala) birləşdirilir. Digər şəbəkə

qurğuları eyni cür monokanala qoşulur. Bu zaman informasiya

ötürücü işçi stansiyadan şəbəkənin bütün işçi stansiyalarının

adapterlərinə daxil olur, lakin hansı stansiyaya ünvanlanıbsa onun

adapteri tərəfindən qəbul edilir. Əlavə ləvazimat tələb

olunmadığından və az kabel sərf olunduğundan şin topologiyasının

strukturu sadə və səmərəlidir, ancaq kabel sisteminin nasazlığına

həssasdır. Belə ki, əgər kabel bir yerdən zədələnsə onda bütün şəbəkə

üçün problem yaranır. Şin topologiyası onlarla kompüteri bir-birinə

birləşdirdiyindən kompüterlərin eyni vaxtda informasiya ötürməsi

ehtimalı meydana çıxır. Bu isə yolverilməzdir. Belə vəziyyəti aradan

qaldırmaq üçün əlaqə xəttinə vaxt bölgüsü ilə müraciət, aparıcı

Page 278: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------278---------------------------------------------

tezliyə nəzarət və münaqişəni aşkar edən təsadüfi müraciət,

səlahiyətlərin ötürülməsi kimi müxtəlif üsullardan istifadə edilir.

Vaxt bölgüsü ilə müraciət zamanı şəbəkədə elektron

dispetçeri yaradılır ki, bu da növbə ilə hər bir abonent kompüterinə

müəyyən vaxt intervalından sonra (məsələn, 0,1 saniyə) icazə siqnalı

verir. İcazə siqnalı alan kompüter bir və ya bir neçə paket

informasiya ötürə bilər. Burada zaman intervalları bütün kompüterlə-

rə ardıcıl olaraq verilir. Bu zaman ən az gözləmə vaxtı seçən stansiya

birinci olaraq öz paketini ötürür.

Aparıcı tezliyə nəzarət və münaqişəni aşkar edən təsadüfi

müraciət vaxtı stansiyalar bütün vaxt ərzində monokanala qulaq

asaraq hal-hazırda hər hansı bir abonentin informasiya mübadiləsi

edib etmədiyini müəyyən edirlər. Əgər monokanal boş olarsa

istənilən stansiya öz paketini ötürə bilər.

Təsadüfi müraciət üsulu daha sadə olur və informasiya

ötürmək üçün stansiyalara heç bir icazə lazım gəlmir. Ona görə də bu

üsul ehtibarlı sayılır və daha geniş yayılmışdır. Çatışmazlığı isə

ondan ibarətdir ki, paketlərin tez çatdırılmasına təminat verilmir.

Səlahiyyətlərin ötürülməsi üsulunun mahiyyəti ondan

ibarətdir ki, şəbəkəyə icazə paketi daxil edilir. Bu paket bir

stansiyadan o birisinə növbə ilə ötürülür. İcazəni qəbul edən stansiya

paketlərin sayı qədər informasiya ötürə bilər. Sonra həmin stansiya

icazəni digər stansiyaya ötürür. Bu üsulun üstün cəhəti ondan

ibarətdir ki, hər bir abonent üçün müəyyən vaxt daxilində

informasiyanı ötürməyə təminat verilir. Çatışmayan cəhəti isə

icazələrin idarə olunmasının çətinlik törətməsidir, çünki təsadüfən

icazə paketi itərsə şəbəkə öz fəaliyyətini dayandırır. Yaxud şəbəkədə

iki və daha artıq icazə meydana gələ bilər ki, bu da xaos yaradır və

şəbəkənin işini dayandırır.

Page 279: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------279---------------------------------------------

Şin topologiyası

Ulduz topologiya bütün şəbəkəni özündə birləşdirən aktiv

mərkəzi kompüterə (serverə) və ya başqa şəbəkə qurğusuna malikdir.

İşçi stansiyalar aktiv mərkəzə konsentrator (hub) vasitəsilə

qoşulurlar. Konsentrator bir işçi stansiyadan ötürülən informasiyanı

şəbəkənin bir və ya qalan bütün kompüterlərinə nəql edə bilər.

Şəbəkənin işləkliyi aktiv mərkəzin ehtibarlığından çox asılıdır.

24 portlu USB-XAB (24 Port USB Monster Hub)

Page 280: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------280---------------------------------------------

Ulduz topologiyanın şin topologiyasından üstünlüyü yüksək

etibarlığıdır. Bir kompüterlə əlaqə kəsildikdə və ya kabellə bağlı

istənilən uğursuzluq o kompüterlə ola bilər ki, hansına ki, o qoşulub.

Ancaq konsentratorun sıradan çıxması bütün şəbəkənin işini

dayandıra bilər. Bütün bunlardan başqa konsentrator administrator

tərəfindən qadağa qoyulmuş informasiyanın şəbəkə qovşağından

daxil olamasına mane ola bilər. Çatışmazlığı əlavə konsentrator

qoyulduğundan bir qədər baha başa gəlməsidir.

Ulduzşəkilli topologiya

Halqa (Dairəvi) topologiyada verilənlər bir kompüterdən

digərinə bir istiqamətdə nəql olunur. Kompüter verilənlərin özünə aid

olduğunu tanıyırsa onda onların surətini buferə köçürür. Halqa

topologiyada verilənlər tam dövriyyə etdikdən sonra yenidən mənbə

Page 281: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------281---------------------------------------------

qovşağa qayıdır. Ona görə də bu qovşaq verilənlərin ünvana

çatmağına nəzarət edə bilir. Halqa topologiyanın bu xüsusiyyətindən

şəbəkənin işləkliyi, korrekt işləməyən qovşaqları təyin etmək üçün

istifadə edilir. Halqa topologiyalı şəbəkə fiziki xətlərdən və

təkrarlayıcılardan təşkil olunur. Hər bir təkrarlayıcıya şəbəkə adapteri

qoşulur və təkrarlayıcı kadrı saxlayarkən şəbəkə adapteri onda olan

başlığı oxuyaraq bu kadrın ona aid olub-olmamasını müəyyən edir.

Üstünlüyü sadə realizasiyası, çatışmazlığı isə aşağı ehtibarlığıdır.

Əgər halqanın hər hansı bir hissəsi sıradan çıxarsa onda bütün şəbəkə

işini dayandırır. Bu çatışmazlığı aradan qaldırmaq üçün şəbəkədə iki

həlqədən istifadə edilir və ya da kommutator vasitəsilə qırılmış yeri

şəbəkədən kənar edirlər.

Dairəvi topologiya

Page 282: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------282---------------------------------------------

Praktikada ağacvari topologiyadan geniş istifadə edilir. Bu, adı

çəkilən topologiyaların kombinasiyasından yaradılır.

Ağacvarı topologiya

Lokal şəbəkədə istifadə olunan qurğular

1.Konsentrator (Concentrator). İnformasiyanı bir və ya bir

neçə şaxələrə nəql edə bilən bu qurğu müstəqil topologiyalı

şəbəkələrin yaradılmasında əlverişlidir. Qoşulan kabellərin sayına,

növünə və uzunluğuna görə fərqlənən müxtəlif tipli konsentratorlar

istehsal olunur. Onlar birləşdirilmiş seqmentləri avtomatik idarə edə

bilər (nasazlıq və xətdə qırıq müəyyən edəndə onları ayıra və ya qoşa

bilər). Konsentrator çox saylı girişi ilə ulduz topologiyada mərkəzi

Page 283: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------283---------------------------------------------

birləşmə nöqtəsi rolunu oynayır. Konsentratorun ənənəvi adı ilə

bərabər hab (ing. Hab - mərkəz) termini də işlədilir.

Konsentrator və terminator

2.Kommutator (Switch). Kommutatorlar portlar arasında

paketlərin yüksəksürətli kommutasiyasını təmin edir. Kommutator

portuna qoşulan hər bir qurğuya (server, kompüter və ya

konsentrator) şəbəkənin bütün buraxma zolağını təqdim edir. Bu

məhsuldarlığı artırır və şəbəkənin cavab vermə vaxtını qısaldır.

Kommutator portdan qəbul etdiyi paketi MAC ünvanı (Media Access

Control) bildiyi üçün düz ünvanlanana göndərir (necə ki, poçtalyonun

poçt ünvanına əsasən məktubun hara çatdırilmasını bildiyi kimi).

Bunun də nəticəsində trafik qısalır və ümumi keçirtmə qabiliyyəti

yüksəlir.

3.Təkrarlayıcı (rereater). Təkrarlayıcılar şəbəkədə siqnalların

gücləndirən və bərpa edən, onların uzunluğunun artmasına xidmət

edən qurğudur. Bu qurğunun köməyi ilə şin topologiyalı şəbəkənin

bir neçə seqmetini birləşdirməklə ümumi ölçüsünü genişləndirmək

olar.

4.Körpü (bridge). Körpülər əsasən bir qədər fiziki müxtəlifliyi

olan identik şəbəkələri birləşdirmək üçündür.

Page 284: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------284---------------------------------------------

Sənaye kommutatoru

Texniki təkrarlayıcı

5.Şlüz (gateway). Şlüzlər müxtəlif protokollarla işləyən bir

neçə lokal şəbəkəni birləşdirmək üçündür. Şlüz şəbəkədə

protokoların, o cümlədən məlumatın bir formatdan digərinə və ya bir

kodlaşdırma sistemindən digərinə dəyişdirilməsi rolunu oynayır. O,

həm kompüter proqramı, həm də xüsusi kompüter (şlüz serveri)

şəkilində ola bilər. Axırıncı halda kompüter şlüz rolundan başqa işçi

stansiyaya məxsus digər funksiyaları da yerinə yetirə bilər.

Birləşdirici şlüz

6.Brandmauer. Brandmauerlər şəbəkə təhlükəsizliyini təmin

etmək üçün lokal şəbəkə ilə qlobal şəbəkə arasında qurulur. Onlar

verilənlərin şəbəkəlar arası qanunsuz yerdəyişməsinin qarşısını alan

xüsusi kompüter və ya proqram ola bilər.

Page 285: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------285---------------------------------------------

7.Marşrutlaşdırıcı (router). Marşrutlaşdırıcılar şəbəkədə

əlaqəni yaradır. Bu qurğular kifayət qədər mürəkkəb xidmət

səviyyəsini təmin edir. Belə ki, onlar başqa şəbəkəyə ünvanlanmış

xəbərin ötürülməsi üçün ən yaxşı marşrut seçmək, verilənlər axınının

bərabər ölçüdə paylaşdırılması yolu ilə şəbəkədə gərginliyin

tarazlaşdırılmasını idarə etmək, verilənləri qorumaq, ötürülmüş

verilənləri buferləşdirmək və müxtəlif protokol dəyişdirilməsi kimi

intellektual funksiyaları yerinə yetirə bilər. Marşrutlaşdırıcıların bu

kefiyyətləri iri təşkilatların baza şəbəkələrinin qurulmasaında

xüsusilə vacibdir.

Brandmauer

Marşrutlaşdırıcı

8.Modemlər və faks modemlər. Modemlər istifadəçilərə

informasya mübadiləsi etmək və İnternetə qoşulmaq üçün adi telefon

xəttindən istifadə etməyə imkan verir. Modem (MOdulyasiya və

DEModulyasiya söz birləşməsindən yaranmışdır) telefon xətti ilə

verilən rəqəmli siqnalları analdoq siqnallara çevirir və həm də əksinə.

Faks-modemlər modemlərdən fərqli olaraq özünün standartlarından

istifadə edərək verilənlərin sürətli ötürülməsini yalınız bir istiqamətə

təmin edirlər. Onlar informasiyanın nəqlini qəbulundan daha yaxşı

edirlər. Hal-hazırda kombinasiya edilmiş modemlər (modem/faks-

modem) istehsal edilir.

9.Şəbəkə kontrollerləri (şəbəkə adapteri və ya şəbəkə platası).

Kompüterin şəbəkəyə qoşulması üçün ona şəbəkə kontrolleri

quraşdırılmalıdır. Şəbəkə kontrolleri kompüterə informasiyanı

şəbəkədən almaq və ötürmək imkanı verir. Şəbəkə kontrollerləri bir

Page 286: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------286---------------------------------------------

birlərindən qoşulan kabellərin növlərinə, işlədilən şəbəkə

protokollarına, qoşulduqları şinlərin (ISA, PSI, VESA və s.)

formalarına, sürətlərinə və digər keyfiyyətlərinə görə fərqlənirlər.

Şəbəkə adapteri və modem

10.İşçi stansiya. İşçi stansiyalar öz diskli əməliyyat sisteminin

idarəsi altında işləyən kompüterlərdir. Adi kompüterdən fərqli olaraq

şəbəkə platasına və kabel vasitəsilə şəbəkə ilə fiziki əlaqəyə malikdir.

HP Z200 SFF işçi stansiyası

İşçi stansiya serverlə, digər işçi stansiyalar və şəbəkənin

müxtəlif qurğuları ilə informasiya mübadiləsi etməsi üçün işçi

stansiya şəbəkə əməliyyat sisteminə və ya şəbəkə əməliyyat

sistemindən istifadə etmədikdə şəbəkə örtüyü adlanan xüsusi

Page 287: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------287---------------------------------------------

proqrama malik olmalıdırlar. Şəbəkə örtüyü işçi stansiyaya serverdə

saxlanılan fayllardan və proqramlardan öz diskində yerləşənlər kimi

asanlıqla istifadə etməyə şərait yaradır.

Lokal şəbəkənin tipləri.

Kompüterlərin birləşmə sxeminə görə lokal şəbəkələr əsasən üç

tipə bölünürlər:

Bir rütbəli (peer-to-peer - bir-birinə tay);

Bir ayrılmış serverli şəbəkə (sifarişçi/server);

Bir - neçə ayrılmış serverli şəbəkə.

Bir rütbəli şəbəkədə hər bir kompüterin qoşulduğu digər

kompüterlərin istəniləni ilə əlaqə yaratmaq imkanı var. Faktiki olaraq

şəbəkədə kompüterlərin hər biri həm sifarişçi, həm də server rolunu

oynaya bilər. Bir rütbəli şəbəkə adətən 3-4 kompüteri olan kiçik

ofislərdə və ya böyük təşkilatların bölmələrində qurulur və üstünlüyü

ondadır ki, kompüterlərdən birini server təyin etmək zərurəti

meydana çıxmır, istənilən kompüterə qoşulmuş hər hansı bir

qurğudan digər kompüterlər də istifadə edə bilir, həm də bu cür

şəbəkə ucuz başa gəlir. Windows əməliyyat sistemində bir rütbəli

şəbəkə üçün xüsusi aparat və proqram təminatı tələb olunmur. Çünki

bu halda kompüterin standart daxil/xaric portları aparat təminatı,

əməliyyat sisteminin daxilində olan xüsusi vasitələr isə proqram

təminatı rolunu oynayır. Çatışmazlığına isə ötürülən informasiyanın

aşağı təhlükəsizliyi, şəbəkəyə nəzarətin zəif olması, qoşulan

kompüterlərin sayı artdıqca şəbəkənin iş sürətinin ləngiməsini

göstərmək olar.

Sifarişçi/server şəbəkədə kompüterlərdən biri ümumi istifadə

(server) üçün ayrılır, qalan kompüterlər isə sifarişçi (işçi stansiya)

rolunu oynayır. Server kompüterlərin operativ yaddaşı, sərt diskinin

tutumluğu, prosessorunun sürəti sifarişçi kompüterlərin

parametrlərindən çox olmalıdır. Belə tələb ondan irəli gəlir ki, server

eyni vaxtda bir neçə kompüterdən gələn sorğunu işləyir və öz

resurslarını bütün işçi stansiyalara təqdim edir. Ən vacib

informasiyalar serverdə toplandığı üçün çox vaxt o, ayrı mühafizə

Page 288: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------288---------------------------------------------

edilən otaqda yerləşdirilir.

Server

QEYD: Serverlər (server ingiliscə to serve deməkdir və

xidmət etmək anlamını verir) şəbəkədə olan digər kompüterlərə

müxtəlif servis xidmətlərini təqdim edən, optimal xarakteristikaya

malik kompüterlərdir. Onlar güclü prosessorlara, böyük sayda

(həmçinin tutuma) operativ yaddaşa və böyük tutumlu xarici

yaddaşa (vinçerterə) malikdirlər.

İlk İnternet-server 1991-ci ilin 6 avqustunda yaradılmışdır.

Bu gün WWW (Vsemirnoe pautinı-Ümumdünya Hörümçək Toru)

istifadəçiləri üçün əlamətdardır. Amma serverdən istifadə 1989-cu

Page 289: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------289---------------------------------------------

ilə təsadüf edir. İnternet-serverin yaradıcısı, Avropa nüvə

tədqiqatları laboratoriyasında işləyən ingilis alimi Tim Berners-Li

ilk dəfə serverin yaradılma ideyasını çap elətdirdiyi məqalədə irəli

sürür və Ümumdünya kompüter şəbəkəsinin yaradılmasını təklif

edir.

İl ərzində (1991-ci il nəzərdə tutulur) İnternet-server Avropa

və Amerikanın digər tədqiqat mərkəzlərində də yaradılır. 1992-ci

ilin noyabr ayında artıq dünya miqyasında 26 serverdən istifadə

olunurdu. 1993-cü ildə bu rəqəm 200-ü keçir. 1995-ci ildə WWW–

nin müxtəlif ölkələrdə tətbiqi o qədər artır ki, şəbəkəni “həvəskar

şəbəkə” adlandırmaq düzgün sayılmır. İndiki zamanda İnternet-

şəbəkədən milyardlarla istifadəçi bəhrələnir.

Serverə xüsusi şəbəkə əməliyyat sistemi yüklənilir, məsələn

Novell NetWare, Windows NT Server və ya Windows 2000 Server.

Verilənlərin yüksək sürətlə emal edilməsini, informasiyanın

mühazifəsini və məxfiliyini təmin edən ehtibarlı sisteminin olması

sifarişçi/server şəbəkənin üstünlükləridir. Çatışmazlığı isə baha başa

gəlməsidir.

Ayrılmış serverli şəbəkələrdə serverləri təyinatına görə fayl

serveri, çap serveri, poçt serveri, firewall və proksi server, web-

serveri və digər serverlərə bölmək olar.

Müraciət metoduna əsasən şəbəkə qurulmasının növləri

Müraciət metodu - fiziki səviyyədə şəbəkənin qovşaqlarını

birləşdirən, verilənlərin ötürülmə kanalından istifadəni müəyyən edən

qaydalar toplusudur. Lokal şəbəkədə ən geniş yayılmış müraciət

metodları aşağıdakılardır:

Ethernet;

Token Ring;

ARCNet (Attached Resource Computer Network - qoşulmuş

kompüter şəbəkə resursları).

Bu metodların hər biri müvafiq şəbəkə platası (adapter)

vasitəsilə həyata keçirilir.

Page 290: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------290---------------------------------------------

Ethenet. Ethenet 1970-ci ildə Xerox korporasiyasının Palo Alto

Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış, sonradan 1978-ci ildə

Xerox Corporation, Intel Corporation və Digital Equipment

Corporation tərəfindən standartlaşdırılmışdır. Ethenet EEE 802.3

spesifikasiyası üçün əsas oldu. Hal-hazırda Ethenet və EEE 802.3

lokal hesablama şəbəkələrinin geniş yayılmış protokollarıdır və onlar

oxşar texnologiyalar kimi müəyyən edilb. Hər iki standart -

daşıyıcıya kontrol etməklə çoxsaylı müraciət və münaqişənin aşkar

edilməsi (CSMA/CD - carrier-sense multiple access/collision

detection) metodundan istifadə edir. Bu metoda görə bütün

stansiyalar bir mühitdə qarşılıqlı əlaqədə olurlar. Belə mühitdə hər

zaman anında yalnız bir stansiya informasiya ötürə bilər, qalanlar isə

qəbul edə bilər. Əgər iki stansiya eyni vaxtda informasiya ötürməyə

cəhd edirsə bu zaman ötürülənlər toqquşur və hər iki stansiya

müəyyən təsadüfi vaxtdan sonra yenidən nəqlə çalışırlar. Ethenet

şəbəkədə şin topologiyasından istifadə olunur. Ona görə də

stansiyalar bir ümumi qarşılıqlı əlaqə kanalından istifadə edirlər.

Ethenetdə verilənlərin adresata (ünvan sahibinə) çatıb-çatmadığına

zəmanət verilmir. Misal üçün əgər ünvan sahibi olan qovşaq

söndürülübsə onda göndərilən paket yolda itə bilər və göndərənin isə

bundan xəbəri olmaya da bilər. Ethenet istifadəçilərin sayı artıqca

şəbəkənin iş effektivliyi azalır. Belə olan halda azsaylı istifadəçilərə

xidmət edən seqmentlərin sayını artırmaq məsləhət görülür.

Verilənlərin ötürülmə sürəti 10 Mbit/s-dir.

Page 291: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------291---------------------------------------------

Ethernet texnologiyası

Token Ring. Bu standart IBM firması tərəfindən hazırlanıb.

Ötürücü mühit kimi ekranlanmış və ekranlanmamış burulmuş cütlük

və optik lifli kabellərindən istifadə edilir. Verilənlərin ötürülmə sürəti

4 Mbit/s və ya 16 Mbit/s-dir. Stansiyanın ötürücü mühitə daxil

olmasını idarə edən metod kimi markerli halqa (Token Ring)

metodundan istifadə olunur. Bu metoda görə marker adlanan bitlərin

xüsusi ardıcıllığı eyni istiqamətdə dövr edən fasiləsiz halqa əmələ

gətirir. Markerlər hər işçi stansiyadan ötərək halqa boyu nəql olunur.

İşçi stansiya ötürüləcək informasiyaya malik olduqda markerə

verilənlərin kadrlarını əlavə edə bilər. Əks halda o, sadəcə olaraq

markeri digər stansiyaya ötürür.

Bu metodun əsas xüsusiyyətlərinə daxildir:

Qurğular şəbəkəyə halqa topologiyasına əsasən qoşulur;

Şəbəkəyə qoşulan qurğulur yalnız ötürmək icazəsi aldıqdan

sonra verilənləri ötürmək hüququ qazanır;

Page 292: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------292---------------------------------------------

Şəbəkədə belə hüquqa istənilən vaxt yalnız bir stansiya malik

olur

Tokren Ring texnologiyası

Token Rinqdə üç əsas paket tipi təyin edilib:

Verilənlər/idarəetmə paketi (Data/Command Frame);

Marker (Token);

Dayandırmaq paketi (Abort).

Verilənlər/idarəetmə paketi. Onun köməyi ilə verilənlərin

ötürülməsi və şəbəkə işini idarə edən əmrlər yerinə yetirilir.

Marker. Stansiya verilənlərin ötürülməsinə yalnız paketi

aldıqdan sonra başlaya bilər. Bir halqada bir marker və müvafiq

olaraq verilənlərin ötürülməsi hüququna malik bir stansiya ola bilər.

Dayandırmaq paketi. Belə paketin göndərilməsi bütün

ötürülmələrin dayandırılması adlanır.

Page 293: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------293---------------------------------------------

ARCNet. ARCNet lokal şəbəkənin sadə, ucuz, etibarlı və

kifayət qədər qıvraq arxitekturasıdır. 1977-ci ildə Datapoint

korporasiyası tərəfindən hazırlanıb. Sonradan SMS (Standard

Microsistem Corporation) korporasiyası Arcnetə lisenziya əldə etmiş

və ARCNet şəbəkəsi üçün lazım olan ləvazimatları işləyib

hazırlamağa və istehsal etməyə başlamışdır. Ötürücü mühit kimi

ekranlanmış və ekranlanmamış burulmuş cütlük, koaksial və optik

lifli kabellərdən istifadə edilir. Verilənlərin ötürülmə sürəti 2,5

Mbit/s-dir. ARCNet şəbəkəyə qurğuların qoşulmasında şin və ulduz

topologiyalarının xüsusiyyətlərindən istifadə edilir. Stansiyanın

ötürücü mühitə daxil olmasını idarə edən metod kimi markerli şin

(Token Bus) metodundan istifadə olunur.

Bu metoda görə:

Şəbəkəyə qoşulan bütün qurğular ötürmək hüququna icazə

alır;

Şəbəkədə belə hüquqa istənilən vaxt yalnız bir stansiya malik

olur;

Bir stansiya ilə ötürülən verilənlər şəbəkənin bütün

stansiyaları üçün açıqdır.

Arcnet şəbəkədə 5 paket tipi müəyyən edilib:

Paket ITT (Information to Transmit) - ötürməyə dəvət. Bu

paket idarəni şəbəkənin bir qovşağından digərinə verir. Paketi

qəbul edən stansiya verilənləri ötürmək hüququ qazanır;

Paket FBE (Free Buffer Enquiries) - verilənlərin qəbuluna

hazır olmaq sorğusu. Bu paketlə şəbəkənin verilənlərin

qəbuluna hazırlığı yoxlanılır;

Verilənlər paketi. Bu paketin köməyi ilə verilənlər ötürülür;

Paket ASK (Acknowledgments) - qəbulu təsdiqləyir.

Verilənlərin qəbuluna hazır olmaq və ya verilənlər paketinin

səhfsiz qəbul edildiyini təsdiqləyir, daha doğrusu FBE və

verilənlər paketinə cavab verir;

Paket NAK (Negative Acknowledgments) - qəbula hazır

olmamaq.

Page 294: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------294---------------------------------------------

Arcnet şəbəkə texnologiyası

Şəbəkənin proqram təminatı

Kompüter şəbəkələrinin arxitekturası ilə bağlı əsas

komponentlər və texnologiyalar sırasına proqram təminatı da

daxildir. O, özündə şəbəkə əməliyyat sistemini və şəbəkəni idarə

proqram təminatını birləşdirir. Şəbəkə əməliyyat sistemi (NOS -

Network Operating System) şəbəkəyə qoşulan hər kompüterə

tətbiq edilən proqram təminatıdır. O, şəbəkə resurslarına

müraciəti əlaqələndirir və idarə edir. NOS şəbəkədə məlumatın

marşrutlaşdırılmasını, şəbəkə qurğularına rəqabət zamanı

münaqişələrin həllinı və şəxsi kompüterlərin əməliyyat sistemləri

(Windows 2010, Windows 2013, Windows NT, UNIX,

Macintosh və ya OS/2) ilə işləməyı təmin edir. Şəbəkə əməliyyat

sistemi fayllarla və əlavələrlə (Application) birgə işi təmin edir.

Bir işçi stansiyada olan belə resurslar digər stansiya tərəfindən

istifadə oluna bilər, ötürülər və dəyişdirilə bilər. NOS-un əsas

hissəsi şəbəkənin serverində yerləşir, qalan komponentləri bütün

işçi stansiyalarda fəaliyyət göstərir. NOS şəbəkədəki bütün

qurğuları tanıyır və əgər bir neçə sifarişçi eyni vaxtda birgə

Page 295: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------295---------------------------------------------

istifadə olunan periferiya quğulardan istifadə etmək istəyirsə onda

prioritet müraciəti müəyyən edir. Bu sistem şəbəkədə trafiki

nizama salır, xidmət kataloqu təqdim edir, müdafiə sistemində

səlahiyyətlərə nəzarət və şəbəkəni idarə etmək funksiyasını

həyata keçirir. Populyar şəbəkə əməliyyat sistemlərinə misal

olaraq Windows NT Server, Novell NetWare, Banyan VINES və

s. göstərmək olar. Şəbəkənin idarə proqram təminatı şəbəkənin

qorunmasında, idarəsində və monitorinqində yüksək rol oynayır.

(TCO, Total Cost of Ownership). Şəbəkə administratorları

idarəedici stansiyadan və ya World Wide Web-dən trafikdə

qanunauyğunluqları izləyər, seqmentləri gücə salan ənənəvi

halları aşkar edər, problemləri izləmək və aradan götürmək,

şəbəkənin məhsuldarlığını maksimum artırmaq üçün onun

konfiqurasiyasını dəyişə bilərlər. Şəbəkə genişləndikcə və

mürəkəbləşdikcə RMON (qurğu haqqında informasiya toplayan

və onu şəbəkədən idarə edən ucqar kontrol modulu) və RMON2

kimi monitorinqlər administratorlara şəbəkə mühitinə nəzarəti

saxlamaq üçün kömək edir. Monitorinqin bu alətləri şəbəkə

sərhədlərindən ətraflı məlumat almağa, potensial problemi

vaxtında aşkarlamağa imkan verir. Bu imkanlar administratora

vaxtında tədbirlər görməyə şərait yaradır. Bunlardan başqa şəbəkə

əməliyyat sistemləri şəbəkədən keçən informasiyanı qoruyur.

8.3.QLOBAL KOMPÜTER ŞƏBƏKƏSİ. İNTERNET

İnternet dar mənada şəbəkənin birləşməsi, daha geniş mənada

isə Beynəlxalq kompüter şəbəkəsi adlanır. İnternetə fiziki mənada bir

neçə milyon kompüterin birləşməsi kimi baxmaq olar. Daha yaxşı

olardı ki, İnternetə məlumat fəzası kimi baxılsın. İnternetə

kompüterlərin birbaşa birləşməsi kimi baxmaq olmaz, çünki o

özlüyündə elə bir fəza təşkil edir ki, orada bilavasitə verilənlərin

kəsilməz dövr etməsi baş verir.

Məlumatın kompüter vasitəsi ilə ötürülməsi və qəbul edilməsi

hələ 50 – ci illərdə laboratoriya şəraitində tətbiq olunmuşdur. Keçən

Page 296: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------296---------------------------------------------

əsrin 60 –cı illərinin sonunuda ABŞ –in Müdafiə nazirliyinin

(DARPA – Defense Advanced Research Project Ageney) prespektiv

işləmə agentliyinin vəsaiti hesabına birinci milli şəbəkə yaradıldı.

Şəbəkə ARPANET adlandırılır. Bu bir neçə elmi, tədqiqat və təhsil

sahələrini əhatə edirdi.

İnternetin əsas yaranma tarixi 1983 – cü il hesab olunur. Bu

TCP/IP protokollarının yaranma tarixi ilə bağlıdır. TCP/IP – bu bir

dənə şəbəkə protokolundan ibarət olmayıb, müxtəlif təbəqələrdə

yerləşən iki protokoldan ibarətdir. TCP protokolu nəqliyyat təbəqəli

protokoldur və məlumatın necə ötürülməsini təmin edir. IP protokolu

- ünvanlıdır. O, şəbəkə təbəqəsinə aiddir və ötürülmənin hara

getməsini təmin edir.

QEYD: 1958-ci ildə ABŞ prezidenti D.Eyzenxayerin

təşəbbüsü ilə yeni dövlət strukturu, strukturun tərkibində isə

gələcək problemlərin həlli üçün ARPA (Advanced Research

Projects Agency) agentliyi yaradıldı. Agentlik qarşısında duran

əsas məsələ müdafiə sahəsində yeni və perspektiv elmi layihələrlə

bağlı məsələlərin həll edilməsi idi. Məqsəd bir idi – hərbi işlərdə

Sovet dövləti Amerika Birləşmiş Ştatlarını ötüb keçməməli. O

dövrdə əsas məsələ agentlik tərəfindən kompüterlər arasında

verilənlərin mübadiləsini həyata keçirən elektron şəbəkənin

yaradılması idi. Şəbəkə ARPANET adlandırıldı (Net –ingiliscə

“şəbəkə” anlamını verir).

ARPANET şəbəkəsinin yaradılmasında istifadə edilən bütün

təşkiledicilər sonralar tamamilə İNTERNET şəbəkəsində istifadə

olundu.

İnternetin yaradıcısı kim olmuşdur sualına cavab vermək

çətindir. Suala təxmini cavab belədir: şəbəkə bir nəfər tərəfindən

deyil, çoxlu sayda alimlər və bu sahədə peşəkar olan şəxslər

tərəfindən yaradılmışdır. Bu barədə məlumata 2013-cü ildə texniki

jurnalların birində çap edilmiş məqələdə rast gəlinir. Məqalədə

şəbəkənin yaradılma təşəbbüskarının Cozef Liklayder (Joseph Carl

Robnett Lieklider: 1915-1990) olduğu qeyd olunur.

Page 297: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------297---------------------------------------------

Ümumiyyətlə, İnternetin yaradıcılarından birini Pol Barana

olduğunu (Paul Aleksandr Baran: 1926-2011) hesab etmək

düzgündür. 1959-cu ildə “RAND Corporation” şirkətində

işləyərkən Pol Barana nüvə hücumlarından müdafiə olunmaq üçün

şəbəkə sisteminin yaradılması ilə məşğul olur. Əsas məsələ şəbəkə

vasitəsilə ötürüləcək məlumatların “paket”lər formasında olaraq

ötürülməsi və bu məqsədlə ötürülən informasiyanın həddindən

artıq sıxlığa malik olması idi. Bu ərəfədə informasiyanın

kommunikasiya şəbəkələrində paketlər formasında ötürülməsi

məsələsini ingilis fiziki Donald Devis də (Donald Watts Davies:

1924-2000) irəli sürür və maliyyə çatışmazlığı üzündən problem

həllini tapa bilmir.

Nəzərə almaq lazımdır ki, “RAND Corporation” şirkəti

Amerikanın starteji mərkəzi olduğu üçün şirkətdə bu sahə ilə bağlı

yerinə yetirilən işlər vaxtlı-vaxtında həyata keçirilidi, çünki

şirkətin maliyyə təminatı lazımi səviyyədə yerinə yetirilirdi.

Çoxsaylı mütəxəssislər qrupu bu baxımdan da İnternetin

yaradılmasını məhz həmin şirkətin adı ilə bağlayırlar. Digər

tərəfdən də 1963-cü ildə vahid kompüter şəbəkəsinin yaradılması

ideyası şirkətdə laboratoriya müdiri işləyən Cozef Liklayderə

tapşırıldığı üçün bu məsələnin doğruluğunu müəyyən qədər təsdiq

edir.

İdeyanın tamamilə həyata keçirilməsi ərəfəsində (1966-cı il)

Cozef Liklayder şirkəti tərk edir və problemin həlli R.Teylora

(Robert William Taylor: 10.02.1932) tapşırılır. R.Teylor

tərəfindən yaradılan vahid kompüter şəbəkəsi 4 müxtəlif

istiqamətdən məlumatları qəbul etməklə təhlil edirdi. Alınmış

məlumatları təhlil etmək həddindən artıq çətinliyə gətirib çıxarırdı,

çünki hər bir istiqamətdən gələn məlumat özünə uyğun terminalda

təhlil olunurdu. Bu baxımdan da təşkilatçı müxtəlif

istiqamətlərdən daxil olan informasiyaların bir terminala daxil

edilməsinə və həmin terminalda təhlil edilməsini məsləhət görür,

bu ideyanın həyata keçməsinə üstünlük verir və ideyanı həyata

keçirir.

Page 298: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------298---------------------------------------------

Cozef Liklayder

Pol Baran

Donald Devis

Robert Teylor

ARPANET şəbəkəsinin yaradılmasına 1966-cı ildən

başlanılır. Tədqiqatlar Boston şəhərində yerləşən, Cozef

Page 299: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------299---------------------------------------------

Liklayderin rəhbərlik etdiyi BBN firmasına həvalə olunur.

Layihənin yerinə yetirilməsində Kaliforniya ştatının üç universiteti

və Yutı ştatının bir universiteti iştirak edir.

Bir-birindən 600 kilometr məsafədə yerləşən iki kompüter

arasında ilk əlaqə seansı 1969-cu il, Oktyabr ayının 29-da, 2100-da

baş tutur. Bir terminaldan digər terminala ilk ötürülən informasiya

“LOGİN” sözü olur. Sonrakı illərdə şəbəkəyə daha 4 universitet

qoşulur. Daha sonra şəbəkənin imkanlarından (1971-ci il) daha 15

universitet istifadə etməyə başlayır. 1973-cü ildə şəbəkəyə Böyük

Britaniya və Norveç universitetləri də qoşulur.

Beləlikılə, şəbəkə ümumdünya statusu alır.

1990-cı ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki

şəbəkə qarşısında qoyulmuş məsələ artıq öz həllini tapmışdı.

Şəbəkənin işini onun bazası əsasında yaradılmış yeni şəbəkə -

İNTERNET şəbəkəsi davam etdirir.

TCP/IP ailəsi TCP/IP birgə iş üçün nəzərdə tutulmuş şəbəkə protokolları

ailəsidir. Onun tərkibinə bir neçə komponent daxildir:

IP (İnternet Protocol – Şəbəkələrarası protokol) – paketlərin

bir kompüterdən digərinə daşınmasını təmin edir.

ICMP (Internet Control Message Protocol – İnternetdə

məlumatların idarə olunması protokolu) – səhvlər haqqında,

köməkçi marşrut üzrə tələbatlar və xəbərlərin alınması

haqqında məlumatlar da daxil olmaqla IP protokolunu tanıyır;

ARP (Address Resolution Protocol – Ünvanların çevrilməsi

protokolu) - IP-ünvanları aparat ünvanlara çevirir;

UDP (User Datagram Protocol – İstifadəçinin

deytaqramlarının ötürülmə protokolu) və TCP (Transfer

Control Protocol - Ötürmələrin idarə olunması protokolu)

göstərilmiş kompüterdə verilənlərin konkret əlavələrə

çatdırılmasını təmin edir.

Deytaqram – birləşmə tələb etməyən protokollarla ötürülən

paketlərdir.

Page 300: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------300---------------------------------------------

İnternetə qoşulma üsulları.

İnternetə qoşulma zamanı aşağıdakı üsullardan istifadə edilir:

Dial-Up bağlantı.

Birbaşa xətt vasitəsilə bağlantı.

Sürətli və genişzolaqlı bağlantılar.

Simsiz İnternet bağlantısı.

Mobil rabitə və İnternet.

WAP –texnologiya

Bluetooth texnologiyası

GPRS (General Packet Radio Service) –

Mobil telefon vasitəsilə İnternet bağlantısı

CDMA (Code Division Multiple Access) - Mobil rabitə

texnologiyası

Peyk İnterneti.

QEYD: 1973-cü ildə DARPA-nın İnformasiya

Departamentinin direktoru Robert Elliot (Bob) Kan və amerika

alimi Vinton Qrey Serf Pentaqonun Elmi Tədqiqatları İdarəsi

(Defense Advanced Research Projects Agency) DARPA-da

işləyərkən informasiyanın paketlər vasitəsi ilə uzaq məsafələrə

ötürülməsi üçün protokol kəşf edirlər və onu sonralar TCP/IP

protokolu adlandırırlar.

Page 301: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------301---------------------------------------------

Robert Elliot (Bob) Kan Vinton Qrey Serf

İnternetdə ünvanlama sistemi.

Rəqəmsal IP - ünvan (IP – Internetwork Protocol);

Domen ünvan.

IP-ünvan şəbəkənin və kompüterin şəbəkədəki nömrəsini

özündə saxlayır. Hər bir şəbəkənin ünvanı İnternetin NİC (Net

Information Centre) Şəbəkə informasiya mərkəzi tərəfindən verilir.

Rəqəmsal ünvan 32 bit uzunluğa malikdir. Ədədi ünvan 32 bit

uzunluğa malikdir. Bu ünvan 0-dan 255-ə qədər istənilən 4 ədəddən

ibarət olur. Şəbəkənin ölçüsündən asılı olaraq IP-ünvanlar A,B və C

kimi üç sinfə bölünür.

IP-ünvanla kompüterin şəbəkə ünvanı arasındakı uyğunluğa

əsaslanan siyahı genişləndiyindən Şəbəkənin zonalara bölünməsi

zərurəti yarandı. Hər bir zonada ünvanlara xidmət üçün bir mərkəz

ayrıldı. Bu zonalar domenlər adını aldı, onlara uyğun ünvanlar isə

domen ünvanlar adlandırıldı. İnternet ünvanlama sistemində

müəyyən coğrafi regionları təmsil edən domenlər iki hərfdən

(məsələn, Fransa – fr, Kanada – ca, ABŞ – us), mövzu əlamətlərinə

görə bölünmüş domenlər isə üç hərfdən ibarət olur.

Page 302: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------302---------------------------------------------

İstifadəçinin kompüterinin şəbəkədə geydiyyata alındığı ad

onun İnternet ünvanı adlanır. İstifadəşinin adının ardınca @ işarəsi

işlədilir. Misal. İnternetə goşulmuş tutor.sptu.edu adlı kompüterdə

Ayten adı altında qeydiyyata düşmüş istifadəçinin ünvanı bu şəkildə

olacaqdır:Ayten@ tutor.sptu.edu

QEYD: Orta əsr rahibləri latın dilində olan “ad” önluyünü

qısa şəkildə yazmaq üçün @ işarəsini icad edirlər (müasir ingilis

dilində “at” önlüyü “hara”, “doğru”, “hara yanaşma” anlamını

verir). İşarə haqqında sonralar, XV əsr əlyazmalarında ispan

tacirlərinin tərəzi və ya qapanlarda aparılmış ölçüləri – “arroba” -

qısa şəkildə şəhr etməkdən ötrü @ işarəsindən istifadə etdikləri

barədə məlumatlar vardır (arroba təxminən 11,52 kiloqrama və ya

25,40 funta bərabər ölçüdür). Kapitalizm dövründə işarə yeni

tətbiq sahəsi tapır. Ondan hesablama işlərində qiyməti göstərmək

üçün istifadə olunur. Bu ərəfədə bütün sahələrdə geniş istifadə

edilən çap makinalarında @ işarəsi ilə yanaşı digər işarələrdə - #,

$, % özünə tutarlı səviyyədə yer tutur. 1960-cı illərin axırlarında

BBN Technology şirkətində

işləyən Rey Tomlinson ABŞ

Müdafiə Nazirliyinin sifarişi

ilə hazırlanacaq ARPANET

şəbəkəsinin yaradılmasında

fəal iştirak edir və 1971-ci

ildə ARPANET şəbəkələrin-

də bir-birindən uzaq məsafə-

lərdə yerləşən kompüterlər

arasında əlaqə yaratmaq

üçün elektron poçtundan

istifadə etməyi təklif edir.

Şəbəkədə istifadə olunan

“ad-işarə-yer” universal

alqoritmini tamamlamaq

üçün R.Tomlinson “@”

Page 303: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------303---------------------------------------------

işarəsini təklif edir. Buna əsas səbəb işarənin çap makinasının

klaviaturasında təsadüfü istifadə edilməsi idi.

İşarənin “sobaçka” adlandırılması da çox dolaşıq hadisədir.

Müxtəlif mənbələr hesab edirlər ki, ancaq ruslar işarəni belə

adlandırırlar. Digər xalqların dilində işarə müxtəlif çür: məsələn,

koreyalılar “ilbiz”, finlər “yatmış pişik balası”, macarlar

“soxulcan”, çinlilər “balaca sican”, isveçlər “darçınlı bulka” və s.

adlandırırlar.

8.4. İNTERNET XİDMƏTLƏRİ

İnternetin işi haqqında danışdıqda bu zaman söhbət tam

İnternetdən getmir, ancaq onun bir və ya bir neçə vəzifəsindən gedir.

Müxtəlif xidmətlər – müxtəlif protokollara malikdir. Buna tətbiqi

proqramlar deyilir.

İnternetin vəzifələrinə aşağıdakılar daxildir:

1.Terminal rejim. Keçmişdə bu rejimdən daha çox riyazi

hesablamaların aparılması zamanı istifadə olunurdu. Müasir zamanda

isə Telnet protokollarından texniki obyektlərin distansion (məsafə)

idarə olunmasında (məsələn teleskoplarla, videokameralarla, sənaye

robotları ilə işləyən zaman) istifadə olunur.

2.Elektron poçt (E–mail). Poçt xidməti iki tətbiqi proqram

əasaında qurulub: SMTP və POP3. SMTP vasitəsi ilə kompüterdən

serverə məlumatın göndərilməsi baş verir. POP3 vasitəsi ilə daxil

olan məlumatların qəbul edilməsi baş verir. İnternetdə E – mail – in

təmin olunması üçün xüsusi poçt serveri vardır.

3.Siyahıların göndərilməsi (Mail list). Bu xüsusi mətni

serverdir, təyin olunmuş mətnlər üzrə məlumatı toplayır və

abunəçilərə göndərilməsini təmin edir. Göndərilən siyahıların

mövzusu müxtəlif ola bilər, məsələn, xarici dilin öyrənilməsi ilə bağlı

olan suallar, hesablama texnikasının proqram və aparat vasitəsi ilə

bağlı olan yeni məlumatlar.

4.Telekonfransların xidməti (Usenet). Bu xidmət növü

elektron poçtun göndərilməsinin dövrü təkrar edilməsinə oxşayır,

Page 304: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------304---------------------------------------------

lakin, bu zaman məlumat bir müxbirə deyil, böyük müxbirlər

qrupuna göndərilir (belə qruplara telekonfranslar və yaxud xəbərlər

qrupu deyilir).

5.Faylların ötürülməsi xidməti (File Transfer Protocol) –

faylların ötürülməsi və qəbul edilməsi İnternet – qulluqda ən

keyfiyyətli vəzifədir. FTP xidmətinin beynəlxalq şəbəkədə öz serveri

var və burada verilənlərin arxivi saxlanır. FTP protokolu eyni

zamanda iki TCP - server və müştəri birləşməsi ilə işləyir, biri

vasitəsi ilə verilənlərin ötürülməsi baş verir, ikinci birləşmə isə

idarəedici rolunu oynayır.

6.IRC xidməti (İnternet Realy Chat) – yəni real vaxt xidməti bir

neçə adamla eyni vaxtda ünsiyyəti təmin edir. Telekonfranslar

xidmətindən fərqi ondadır ki, bütün dünyada açılmış mətnin

müzakirəsi iştirakçilar arasında IRC sisteminin bir kanalında baş

verir, bu zaman ancaq bir neçə adam iştirak edə bilər. Hər bir

istifadəçi özünün xüsusi kanalını yarada bilər və ora "müzakirə" üçün

iştirakçiları dəvət edə bilər və yaxud hazırda açıq olan kanala qoşula

bilər.

7.ICQ. Hal – hazırkı vaxtda İnternetə qoşulmuş insanın IP –

ünvanın axtarışını təşkil edir. Bu qulluğun adı – I SEEK YOU –Mən

səni axtarıram adlanır. Bu qulluqdan istifadə üçün onun mərkəzi

serverində qeydiyyatda olmaq lazımdır. (http://www/icq.com) və

UIN (Universal Internet Number) fərdi nömrəsini almaq lazımdır.

8.World Wide Web (WWW) xidməti. Müasir İnterrnetiin ən

məşhur xidmətidir. WWW – vahid məlumat fəzasıdır, bu öz

növbəsində, Veb - serverdə saxlanılan, bir–biri ilə bağlı olan yüz

milyonlarla elektron sənədlərdən ibarətdir. Web fəzanı təşkil edən

ayrı–ayrı sənədlər Veb–səhifələr adlanır. Mövzular cəhətdən birləşən

Veb səhifələri Veb - qovşaq adlandırırlar (daha geniş mənada Veb–

sayt və yaxud sayt). Veb - səhifələrin adi sənədlərdən fərqi ondan

ibarətdir ki, onlar konkret daşıyıcı ilə bağlı olmayan rəsmi şəklə

salınır (formalaşır). Məsələn, vərəqdə çap olunacaq hazır sənəd–çap

vərəqinin parametrlərindən, enindən, hündürlüyündən və sahələrin

ölçüsündən asılıdır. Veb – sənədlərə isə qabaqcadan məlum olmayan

Page 305: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------305---------------------------------------------

kompüterin ekranında baxmaq olar. Bu zaman istifadəçinin işlədiyi

kompüterin nə ekranının ölçüsü, nə rəngin parametrləri, nə qrafik

genişlənmə, nə də əməliyyat sistemi məlum ola bilər. Ona görə də

Veb - sənədlər "bərk formatlaşmaya " malik deyillər. Rəsmi şəklə

salınma bilavasitə istifadəçinin kompüterində əks olunma zamanı baş

verir. Veb - səhifələrə baxmaq üçün istifadə olunan proqramlara –

broyzerlər deyilir. Brouzer – sənədin ekranda əks olunmasını təmin

edir.

9.DNS xidməti. Biz İnternetin protokollarından danışan zaman,

qeyd etdik ki, İnternetdə ixtiyari kompüterin və yaxud da ixtiyari

lokal şəbəkənin ünvanı dörd bayt vasitəsi ilə ifadə oluna bilər,

məsələn, 195.28.132.97. Digər tərəfdən isə qeyd etdik ki, hər bir

kompüter xüsusi domen ada malikdir, məsələn, www.abcdef.com

Burada heç bir ziddiyyət yoxdur, bu eyni bir şəbəkə

kompüterinin ünvanının yazılışıdır. İnsana IP – ünvanlarının

rəqəmlərlə yazılışı ilə işləmək çətinlik törədir, ona görə də məzmuna

uyğun adla işləməyə daha çox üstünlük verir.

QEYD: 1965-ci ildə Massaçuset Texnologiya İnstitutunun

əməkdaşları Noel Morris və Tom Van Vlek IBM 7090/7094

kompüterinə quraşdırılmış CTSS (Compatible Time-Sharing

System) əməliyyat sistemi üçün MAIL proqramını hazırlayırlar.

Sonrakı illərdə bu istiqamətdə digər mütəxəssislərin də elmi

araşdırmalar aparmasına baxmayaraq bu sahədə hiss ediləcək

irəlləyiş əldə olunmur. Öncə elektron poçtu böyük ölçüyə malik

verilənlərin mərkəzləşdirilmiş təhlilini həyata keçirə bilən böyük

kompüterlərdə – maynfremlərdə informasiya mübadiləsinin yerinə

yetirilməsi üçün nəzərdə tutulmuşdu. Bu məsələ istifadəçilərdən

ötrü o qədər əlverişli oldu ki, onlar belə əməliyyatları müxtəlif

kompüterlər arasında da həyata keçirməyə başladılar.

İlk elektron məktub 26 mart 1976-cı ildə İngiltərənin kraliçası

Yelizaveta II göndərilmişdir. Hal-hazırda hər bir kəs “smaylam”ın

xidmətindən istifadə edir. Amma əksəriyyəti bilmir ki, smaylamın

yaranma tarixi əslində 12 aprel 1979-cu il hesab olunmalıdır.

Page 306: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------306---------------------------------------------

8.5.VEB TEXNOLOGIYALAR

HTML (Hypertext Markup Language, Гиппертекставой язык

меток) – Veb-səhifənin növünü və funksiyasını təyin edən

diskriptorlar əsasında yaradılmış proqram dilidir. Başqa sözlə desək

HTML hipermətn sənədlərini təsvir edən dil olub, İnternetin

fundamental baza texnologiyasıdır. Bütün Veb qovşaqlarda toplanmış

və İnternetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər

HTML proqram kodunda yazılır. HTML – səhifələrdə mətn

bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına,

sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya

elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu

elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn

koduna malik olan fayllar .htm və .html genişləndirməsi ilə göstərilir.

Brauzerlər

HTML sənədləriniə baxmaq üçün xüsusi proqram təminatı

lazımdır ki, bu da HTML kodunun dinamik işlənməsi və Veb-

səhifələrin göstərilməsini təmin edir. Belə proqramlar brauzerlər

adlanır. Brauzer – xüsusi kliyent proqramı olub, Veb-qovşaqlarda

yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün

nəzərdə tutulub. Brauzerlər imkanlarının realizə spektrlarından asılı

olaraq bir neçə siniflərə bölünürlər.

Aşağıdakı şəkildə bəzi brauzer ikonları göstərilmişdir.

Əsas iki sinif - Veb-səhifələrdə qrafik element təsvirlərini

dəstəkləyən və dəstəkləməyən brauzellər mövcuddur. İnternet

istifadəçiləri arasında ən çox yayılmış brauzerlər Microsoft Windows

mühitində işləmək üçün nəzərdə tutulmuş Microsoft Internet və

Explorer Netscape Navigator proqramlarıdır. Daha sonra isə Opera,

Arachne və UNIX platforması üçün yaradılmış Lynx mətn

brauzeridir.

Page 307: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------307---------------------------------------------

Brauzer ikonları

Qeyd etmək lazımdır ki, müxtəlif brauzerlərdə qurulmuş

HTML interperatorları eyni cür işləmir, nəticədə bir HTML sənədi

müxtəlif brauzerlərdə müxtəlif çür görünür.

QEYD: Brauzer və ya Veb-seyrçi (ingiliscə Web browser)

Veb-səhifələrə baxış keçirmək üçün tətbiqi proqram təminatıdır.

Onun daxilində Veb-sənədlər, kompüter faylları və onların

kataloqları, Veb-əlavələrin idarə edilməsi və digər məsələlərin

həlli üçün yararlı proqramlar vardır.

İlk brauzer 1990-cı ildə ser Tim Bernars-Li tərəfindən

yaradılmışdır. Brauzer əvvəllər World Wide Web adlandırılmışdı.

Sonralar onu Nexuc adlandırdılar. İlk geniş yayılmış qrafik

interfeysli NCSA Mosaic brauzer idi. Brauzerin özünəməxsus

çatışmazlıqları var idi. Bu çatışmazlıqlar sonralar hazırlanmış

Netscape Navigator brauzerində aradan qaldırılır. Nestcape–nin

hazırladığı brauzerdən UNİX, Windows, MacOS əməliyyat

sistemlərində geniş istifadə olunurdu. Bu hadisə Microsoft

şirkətini yeni brauzer yaratmağa sövq edir və nəticədə şirkət

Explorer brauzerini istehsala buraxır.

Page 308: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------308---------------------------------------------

Server, sayt və səhifə Server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsisi proqram

yazılmış kompüter nəzərdə tutulur. Ona başqa sözlə Veb-server və ya

http-server də deyirlər. Server klient (müştəri) kompüter sorğusuna

cavab olaraq lazımi Veb-səhifəni İnternetdən gətirir. Əgər sizin fərdi

kompüterin serverlə əlaqəsi varsa və oradan lazımi informasiya alırsa

bu halda sizin kompüter ”klient”, bütün bu server isə «klient-server»

adlanır. Öz resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə

yerləşən kompüter ilə bu resursları istismar edən istifadəçi kompüter

arasında informasiyaları ötürmə mexanizmi “klient-server” sistemi

adlanır.

“Klient-server” texnologiyası

Sayt dedikdə bir-biri ilə əlaqəli, mənaca yaxın olan Veb-

səhifələrin və faylların yığımı başa düşülür.

Page 309: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------309---------------------------------------------

Veb-səhifə – xüsusi format olunmuş və özündə mətn (text),

qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation)

göstərən sənəddir.

Veb-səhifələr 2 cür olurlar:

Statik;

Dinamik.

Web-səhifəyə daxil olan əsas elementlər bunlardır:

Səhifənin başlığı (banner);

Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə

keçmək üçün istifadə olunur;

Qrafik təsvirlər;

Mətn blokları.

JAVA

JAVA proqram dili Sun Microsystems şirkəti tərəfindən

yaradılmış struktur və sintaksisinə görə C proqram dilinə çox

yaxındır. Hal-hazırda İnternetdə iki variantda mövcüddur: JavaScript

və Java.

Birinci variant HTML standartının bir hissəsi olub, bu formatda

yaradılmış sənədin imkanlarını genişləndirmək məqsədilə istifadə

olunur. JavaScript dilində yazılmış modul HTML faylına alt proqram

kimi inteqrasiya edilir və standart əmr vasitəsilə HTML kodunun

uyğun sətrindən çağırılır. Brauzerdə qurulmuş dil interpretatoru

hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul

edərək hər iki verilənləri eyni zamanda emal edir. Java modulu

JavaScript modulundan fərqli olaraq ondan istifadə edən səhifəyə

inteqrasiya olunmur. Sərbəst əlavə (proqram) kimi mövcuddur, elmi

dildə desək apletdir. Bu dildən itsifadə edərkən aplet uyğun əmr

vasitəsilə HTML faylından çağırılmasına baxmayaraq onun

yüklənməsi, yerinə yetirilməsi fon rejimində ayrıca proqram kimi

olur. Java texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər

daxil etmək, sürüşkən pəncərələrin və qurulmuş freymlərin

formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil

Page 310: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------310---------------------------------------------

vasitəsilə “saat”, “qaçan sətr”, digər animasiyalar və çat yaratmaq

mümkündür.

CGI

CGI (Common Gateway Interface) texnologiyası dedikdə

İnternet resurs daxilində baza əlavələrində interaktiv elementlərindən

istifadə nəzərdə tutulur. CGI texnologiyası verilənlər axınının bir

obyektdən digər obyektə ötürülməsini təmin edir.

Ümumdünya şəbəkədə çatlar, konferensiyalar, elan lövhələri,

axtarış maşınları bu cür təşkil olunmuşdur. CGI texnologiyası iki

üsulla realizə olunur:

PERL (Practical Extraction and Report Language) dilində

yazılmış proqramlardan istifadə etməklə. Bu cür fayllar .pi

genişləndiricisinə malik olur. PERL dili də HTML kimi

interpritasiya olunmuş dildir, yəni skripti yerinə yetirən

zaman əlavə kompilyasiyalar tələb olunmur;

C dilindən istifadə etməklə yaradılmış əlavələrin köməyi ilə.

Bu əlavələr serverdə kompilyasiya edilir. Beləliklə, uyğun

UNIX platformalarının çoxu bu dildə qurulmuş translyatorları

özündə birləşdirir. Belə proqramlar .cgi genişləndiricisinə

malik olur.

SSI

SSI (Server Side Includes) – CGI ilə sıx bağlı olan

texnologiyadır. SSI proqramı C dilinə oxşayır. SSI-nin köməyi ilə

verilən alqoritmə və şərtlərə əsasən istənilən mətni sənəddən

çıxarmaq, HTML faylının formatını dəyişmək olar.

CSS

CSS (Cascading Style Sheets - каскадные таблицы стилей) –

çox vaxt html-sənədlərini yaradarkən Veb-dizaynerlər müxtəlif

mürəkkəb məsələlərlə qarşılaşırlar:

Müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi;

Mətnin və ya təsvirin sənədin hər hansı bir yerində

yerləşdirilməsi;

Page 311: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------311---------------------------------------------

Mətnin və ya fonun rənginin dəyişdirilməsi;

Müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s.

PHP

PHP (Personal Home Page tools) – PERL dilini xatırladan

interpretə olunmuş dildir ki, onun köməyi ilə Veb-səhifələrə

interaktiv elementlər daxil edilir. PHP dilində yazılmış kod HTML

sənədinə altproqram kimi qoşulur. Sənədin interaktiv element

yerləşəcəyi yerə sadəcə olaraq PHP ssenarisi qoyulur. Serverin PHP

skriptləri daxil edilmiş faylları tanımaq üsulları müxtəlifdir və birinci

növbədə konkret serverin tipindən asılıdır. Bu cür fayllar .php

genişlənməsi ilə saxlanılır. İstifadə edilən dilin versiyasından asılı

olaraq PHP faylları .php2 və ya .php3 genişlənmələrinə malik olurlar.

PHP texnologiyasından istifadə etməklə Veb-səhifələrə sayğaclar

qoyulur ki, onların köməyi ilə həmin səhifələrə müraciətlərin sayı

hesablanır və bu hesablamalar əsasında statistik informasiyalar tərtib

olunur. PHP dili parol vasitəsi ilə müraciət yaratmağa imkan verir ki,

bu da sənədlərin mühafizəsində geniş istifadə olunur.

ASP

ASP (Active Server Pages - активные страницы сервера-

serverin aktiv səhifələri) – JavaScript və RNR texnologiyalarına çox

oxşardır, çünki, onun köməyilə Veb-səhifələri interaktiv etmək olur.

Bunun üçün Web-səhifənin kodunu Java və C dillərini xatırladan

makrodildə yazılmış xüsusi skript daxil edilir. Skript interpritə olunur

və birbaşa serverdə yerinə yetirilir. Nəticədə istifadəçinin brauzerinə

ASP ssenarisi daxil edilmiş hazır html-sənədi göndərilir. İstifadəçinin

kompüterinin hansı proqram təminatı ilə işləməsi nəzərə alınmır.

ASP texnorlogiyasının istifadə olunacağı serverin tipini bilmək

vacibdir, çünki bütün tip serverlər bu texnologiyanı dəstəkləmir.

VBSCRIPT

VBScript və ya Visual BASIC Script (Visual Beginners All-

purpose SymbolicInstruction Code Script - визуальный

Page 312: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------312---------------------------------------------

символический универсальный командный код для начинающих

- yeni başlaynlar üçün vizual simvolik universal əmrlər kodu) –

interpritə olunmuş dil olub, Veb-səhifəyə interaktiv element daxil

etmək məqsədi ilə html-sənədinə yerləşdirilir. Bu texnologiyanın bir

hissəsi Microsoft şirkəti tərəfindən yaradılmışdır.

MACROMEDIA FLASH

Macromedia Flash standartı 1996-cı ildə Macromedia şirkəti

tərəfindən işlənmişdir. Bu texnologiyanın əsas təyinatı yüksək

keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu

animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar.

Macromedia Flash standartının köməyi ilə Veb-ustad müəyyən

elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng

animasiyalı səhifələr, Veb-səhifəyə daxil edilmiş mini oyunlar

yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə

desək, Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri

görə bilir.

DHTML

DHTML (Dynamic Hyper Text Markup Language –

динамический язык разметки гипертекста) dilinə HTML

standartının daha geniş versiyası kimi baxmaq olar. Bu dilin köməyi

ilə mətnin altına qoyulmuş hərəkət edən fon, hərəkət edən obyekt,

batan və ya yox olan menyu, manipulyator yaxınlaşdıqda işıqlanan

düymələr, qaçan sətr və digər interaktiv elementlərə malik Veb-

səhifələr yaratmaq mümkündür. DHTML dili bir növ HTML və

JavaScript dillərinin birləşməsidir. Bu standart interpritə olunmuş

makrodilin köməyi ilə hazırlanmış sadə ssenarilərdən istifadə edir ki,

həmin ssenarilər HTML kodu ilə birgə brauzer tərəfindən işlənir. Bu

cür ssenarilər “skriplet” adlanırlar. Skriplet hazırlamaq üçün DHTML

standartından və ActiveX interfeysin direktivini dəstəkləyən istənilən

makrodildən istifadə edilir. DHTML Macromedia Internet Explorer

4.0-5.0 brauzerləri tərəfindən tanınır.

Page 313: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------313---------------------------------------------

XHTML VƏ XML

XML (Extinsible Markup Language - расширенный язык

разметки) – 2000-ci ildə HTML dilini yaradanlar tərəfindən – Word

Wide Web Consortium (W3C) təklif olunmuş ən yeni standartlardan

biri sayılır. Bu dil Veb-səhifələrin yaradılmasında istifadə olunan ən

yeni texnologiyadır. Strukturuna görə XML hiperistinadların

yerləşdirilməsi dili deyil, daha aşağı səviyyəli dilləri təsvir etmək

üçün istifadə olunan metodildir. XHTML dili XML ilə HTML dili

arasında aralıq variantdır.

XML ilə XHTML dilləri HTML dilinin imkanlarını artırır və

Veb-ustadlarla İnternetdə olan bütün potensiallardan 100% istifadə

etməyə imkan verir. XHTML dedikdə elektron sənədlərin

yaradılmasının modul arxitekturası nəzərdə tutulur. Bu standart

İnternetdə ənənəvi olmayan mexanizmlər: fakslar, mobil telefonlar və

televizorlar yaratmağa imkan verir. Analitiklərin fikrincə XML dili

istifadə olunan formatları tədricən özünə daxil etməklə yaxın

gələcəkdə ümumdünya hörümçək torunun əsas standartı olacaqdır.

VEB-XOSTINQ

Veb-xostinq və ya sadəcə olaraq xostinq dedikdə Veb-səhifənin

İnternet şəbəkəsində hər hansı serverin əvvəlcədən ünvanlanmış

diskində yerləşdirilməsi deməkdir. Şəxsi Veb-saytı İnternetdə nəşr

etdirmək üçün real olaraq dörd istiqamət mövcuddur.

Birinci istiqamət – pulsuz xostinq. Müəyyən firmalar heç bir

xərc tələb etmədən öz serverlərindəki diskdə müəyyən həcmə malik

yer ayırmaqla sizə Veb-saytı İnternetdə işıqlandırmaq imkanı verirlər.

Çox vaxt Veb-saytların məzmununa heç bir məhdudiyyət qoyulmur.

Lakin İnternetdə ümumi qəbul edilmiş qaydalar nəzərə alınmalıdır:

pornoqrafiyanın olmaması, beynəlxalq qanunvericiliyə zidd

materiallar, məsələn, müəllif hüquqlarının pozulması və zorakılığa

çağırışlar. Qeydiyyatdan keçdikdən sonra istifadəçi elektron poçt

vasitəsi ilə qeydiyyata alınmağı və bununla əlaqədar olaraq ona parol

və loqin verilməsi haqqında məlumat alır. Bu əməliyyatlardan sonra

səhifənin nəşrinə başlamaq olar.

Page 314: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------314---------------------------------------------

İkinci istiqamət – provayder tərəfindən xostinq. İnternet –

provayderlərin çoxu şəxsi səhifəni yerləşdirmək üçün diskdə yer

ayırırlar. Bu variant pulsuz xostinq üsulundan daha yaxşıdır:

Provayder sizin qarşınızda saytın keyfiyyəti və serverinin

düzgün işləməsi üçün məsuliyyət daşıyır;

Sizin səhifənizə yad və lazımsız reklamların daxil olmaması

nəticəsində poçt qutunuza lazımsız məktubların daxil

olmayacağına əminlik;

Siz hər zaman texniki dəstək xidmətinə zəng edib növbətçi

administratordan istənilən sual ətrafında məsləhət ala

bilərsiniz.

VIII FƏSLƏ AID SUALLAR

1. Kompüter şəbəkələrinin təyinatı və təsnifatı. 2. OSI modei. Tətbiqi təbəqə. Təqdimetmə səviyyəsi. Seans

təbəqə. Nəqliyyat təbəqəsi. Şəbəkə səviyyəsi. Kanal səviyyəsi. Fiziki səviyyə.

3. Lokal şəbəkələrin topologiyaları. Şin topologiyası. Ulduz topologiyası.

4. Şəbəkə texnologiyaları. 5. Şəbəkə proqram təminatı 6. Qlobal kompüter şəbəkəsi. İnternet.TCP/IP protokolları

7. İnternet şəbəkəsində resursların ünvanlaşdırılması.

8. İnternet xidmətləri. Terminal rejim. Elektron poçt. Siyahı-

ların göndərilməsi. Telekonfransların xidməti.

9. Faylların ötürülməsi xidməti. IRC xidməti.

10. ICQ. World Wide Web. DNS xidməti.

11. Veb texnologiyalar. HTML. Brauzerlər. Server, sayt

və səhifə.

Page 315: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------315---------------------------------------------

TESTLƏR

1. Kompüter şəbəkələrinin növləri ....?

A)) Lokal, regional, qlobal;

B) Monokanal;

C) Dairəvi;

D) Ulduzşəkilli;

E) Şlüzü vasitəsil.

2.Açıq sistemlərin qarşılıqlı münasibət modelində (OSİ)

şəbəkə funksiyalarının neçə səviyyəsi mövcuddur?

A) 5

B) 6

C) 4

D)) 7

E) 9

3.Müraciət metoduna əsasən şəbəkə qurulmasının hansı

növləri mövcuddur?

A)) Ethernet, Token ring, Arcnet;

B) Token ring və Ethernet;

C) Ethernet;

D) İRQ, Token ring və Ethernet;

E) DNS, İRQ və Ethernet.

4. İnternet şlyuzu nədir?

A)) İnternet şlyuzu – müxtəlif mühitli və arxitekturalı

şəbəkələr arasında əlaqələndirici rolunu oynayan tətbiqi proqram və

apparat vasitəsidir;

B). İnternet şlyuzu –yeni protokollar təşkil edən proqramdır;

C) İnternet şlyuzu –apparat vasitəsidir;

D) İnternet şlyuzu – host –kompüterdir;

Page 316: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------316---------------------------------------------

E) PPP mühitində işləyən internet mühitidir.

5. İnternetə qoşulma üsulları.....

A)) Analoq əlaqə-ADSL əlaqə, seans əlaqə;

B) Xətlərin kommunikasiya vasitəsi ilə;

C) PPP və Slip protokolları;

D) İSDN əlaqə forması;

E) Xətlərin kommunikasiyası vasiətsilə və İSDN əlaqə.

6. Provayder nədir?

A)) Şəbəkə xidmətini təşkil edən təşkilatlar;

B) Aparıcı əsas kompüterdir;

C) Müştəri-aparıcı proqramdır;

D) İnternet əlaqə formasıdır;

E) Şəbəkədir

7. FTP protokolunun əsas vəzifəsi nədir?

A)) Faylların çox asanlıqla ötürülməsinə imkan verən

protokoldur;

B) Şəbəkə xəbər ötürmə protokoludur;

C) Uzaqda yerləşən terminal protokoldur;

D) Poçt xidmət növüdür;

E) Fayl mübadiləsinin daha mükəmməl sistemidir.

8. HTML nədir?

A)) Avtomatlaşdırılmış mətn redaktorudur;

B) Multimedia xidmətidir;

C) Hipermətn sənədlərinin yaradılmasına deyilir;

D) Qəbul edilən məlumatın oxunması vasitəsidir;

E) İnternet xidmətidir

9.Körpü nədir?

Page 317: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------317---------------------------------------------

A)) İki lokal kompüter şəbəkəsini əlaqələndirən qurğudur;

B) Şəbəkə proqram təminatıdır;

C) Şəbəkəniin işinə nəzarət edən qurğudur;

D) Şəbəkə daxilində istifadə edilən standartlardır;

E) Heç biri düz deyil.

10. Səbəkə proqram təminatı:

A)) Şəbəkənin resurslarını idarə edir

B) Sistem proqram vasitəsi yaradır

C) Tətbiqi proqram paketi yaradır

D) Yeni proqram vasitələri yaradır

E) İnterfeysinin imkanlarını genişləndirir

Page 318: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------318---------------------------------------------

FƏSİL IX

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN

ƏSASLARI

9.1.İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ HAQQINDA

MƏLUMAT

Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına

səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm

resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin

həyatında informasiyanın, informasiya resurslarının və

texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi

məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz

informasiya infrastrukturunun vəziyyətindən asılı olur.

İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin

vacibliyini və aktuallığını şərtləndirən səbəblərə daxildir:

Şəbəkə texnologiyalarının geniş yayılması və lokal

şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;

İnformasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq

mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı;

Minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən

proqram vasitələrinin geniş yayılması.

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona

xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan

vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli

təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun

mühafizəliliyi nəzərdə tutulur. İnformasiyanın mühafizəsi –

informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər

kompleksidir.

Cəmiyyəti mühüm məlumat və biliklərlə təmin edən

informasiya eyni zamanda cəmiyyətə müəyyən ziyanlar da vura bilər.

Page 319: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------319---------------------------------------------

Ona görə də, informasiyanın cəmiyyətdə rolunu bilmək üçün ona iki

aspektdən yanaşmaq lazımdır.

1.Mənfi-neqativ informasiyanın yayılmasının qarşısının

alınması.

2.İnformasiyanın özünün qorunması.

İnformasiya və informasiya texnologiyaları hər bir ölkənin milli

təhlükəsizliyinin təmin olunması üçün mühüm vasitədir.

İnformasiyalaşdırılmış cəmiyyətdə informasiya müxtəlif neqativ

halların yaranmasına səbəb oldu. Kompüter cinayətkarlığı – qeyri-

qanuni informasiya mənbələrinə daxil olmaq, viruslar yaymaq,

banklardan “elektron pul” oğurlamaq, parnoqrafiya, “elektron

casusluq” kimi mənfi halların sürətlə yayılmasına səbəb oldu.

Hal-hazırda düzgün, keyfiyyətli informasiyaları seçmək və

yalan informasiyaların yayılmasının qarşısının alınması problemi

yaranmışdır. Ona görə də, şəxsiyyətin, dövlətin təhlükəsizliyini

qorumaq üçün daha mükəmməl qanunlar işlənib hazırlanmalıdır.

Təhlükəsizlik – şəxsiyyətin, cəmiyyətin, dövlətin daxili və

xarici təhlükələrdən qorunması kimi başa düşülür.

Şəxsiyyətin təhlükəsizliyi – onun hüquq və azadlıqlarının

qorunmasıdır.

Cəmiyyətin təhlükəsizliyi – onun maddi və mənəvi

dəyərlərinin qorunmasıdır.

Dövlətin təhlükəsizliyi – onun konstitusion quruluşunun,

suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Dövlət bu işləri,

icra orqanları, məhkəmə qanunverici orqanları vasitəsi ilə həyata

keçirir.

İnformasiya təhlükəsizliyi – informasiya mühitində neqativ

informasiyalardan qorunmaqla inkişafın təmin olunmasıdır.

İnformasiya təhlükəsizliyi dövlətin müdafiə, ekoloji, iqtisadi

təhlükəsizlik kimi formaları ilə yanaşı durur. Ona görə də,

informasiya həm hüquqi həm də texniki tərəfdən müdafiə

olunmalıdır.

İnformasiya təhlükəsizliyi – həmçinin televiziya, radio, çap,

şəbəkə vasitəsi ilə cəmiyyət həyatında dövr edən neqativ

Page 320: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------320---------------------------------------------

informasiyalardan qorunmaqla da təmin olunmalıdır. Bunun üçün

hüquqi qanun bazaları da yaradılmalıdır. Bu qanunlarda

informasiyaların oğurlanması, itirilməsinin, dəyişdirilməsinin, qeyri-

qanuni məhv edilməsinin, surətinin götürülməsinin qarşısının

alınmasının təmin edilməsi maddələri əks olunmalıdır.

İnformasiyanın qorunması üçün müxtəlif üsullar mövcuddur.

Müxtəlif xidməti qurumlar və bu informasiyaları tam məxvliyini

müəyyənləşdirməklə onun təhlükəsizliyini təmin etməlidirlər.

Texniki tərəfdən informasiyanın qorunması EHM – lərin

təhlükəsizliyinin qorunması, açarların (parolların) qoyulması,

kriptoqrafik müdafiə vasitələri ilə həyata keçirilir. İnformasiya

təhlükəsizliyi inkişaf etmiş dövlətlər tərəfindən yüksək səviyyədə

həyata keçirilir. Bu isə onların informasiya müharibəsində,

kommersiya məxviliklərində mühüm rol oynayır.

Hesablama sisteminin keyfiyyətli mühafizəsini təmin etmək

üçün təkcə onun yerləşdiyi binanın mühafizəsini təşkil etmək və

proqram mühafizə vasitələri qurmaq kifayət deyil. Hesablama

sisteminin mühafızəsinin təşkilinə, strukturuna, həll olunan məsələ-

lərə, mühafizənin məqsədinə və imkanlarına uyğun kompleks

yanaşma tələb olunur.

Hesablama sisteminin və onun informasiya-proqram

təminatının yaradılmasına başlayarkən mühafizə sistemini nəzərə

almaq və həyat dövrünün bütün mərhələlərində reallaşdırmaq

lazımdır. Lakin praktikada bir sıra səbəblər üzündən mühafızə

sistemini hesablama sisteminin və onun informasiya-proqram

təminatı hazır olandan sonra yaradırlar. Yaradılan muhafizə sistemi

çoxsəviyyəli olmalı və mövcud vasitələr, metodlar və tədbirlərin

səmərəli təşkil edilmiş toplusundan ibarət olmalıdır. Hesablama

sistemi istifadəçilərin və xidmətçi heyətin səriştəsiz əməllərindən

mühafızə olunmalıdır.

Hesablama sisteminin səmərəli mühafızə mexanizminin

qurulması ücün aşağıdakılar tələb olunur:

Hesablama sisteminin mühafizəyə ehtiyacı olan zəif

elementlərini təyin etmək;

Page 321: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------321---------------------------------------------

Həmin elementlər ücün təhlükələri təyin etmək;

Mühafizə sisteminə qoyulan tələbləri formalaşdırmaq;

Tələblərə cavab verən mühafızə vasitələrini və üsullarını

seçmək.

Hesablama sisteminin təhlükəsizliyi bir və ya bir neçə potensial

təhlükə nəticəsində pozula bilər. Təhlükə dedikdə hesablama

sistemində saxlanan və emal olunan informasiyanın, o cümlədən,

proqramların təhlükəsizliyinin pozulmasına gətirən, qəsdən və ya

təsadüfən baş verən əməliyyat başa düşülür.

Təhlükəsizliyin pozulmasının mümkün nəticələri aşağdakılar

ola bilər:

Məxvi məlumatın ələ keçirilməsi;

Sistemin məhsuldarlığının azalması və ya sistemin bütövlükdə

dayanması;

Əməliyyat sisteminin yüklənə bilməməsi;

Maddi ziyan;

Faciəli nəticələr.

9.2.İNFORMASİYA MÜHAFİZƏSİNİN ÜSUL VƏ

VASİTƏLƏRİ

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin

təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir. Təhlükə dedikdə

sistemdə dağılma, verilənlərin üstünün açılması və ya dəyişdirilməsi,

xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən

istənilən hal, şərait, proses və hadisələr nəzərdə tutulur. Təhlükələri

müxtəlif siniflərə ayırmaq olar. Meydana çıxma səbəblərinə görə

təhlükələri təbii və süni xarakterli təhlükələrə ayırırlar. Süni

xarakterli təhlükələr də öz növbəsində bilməyərəkdən və qəsdən

törədilən təhlükələrə bölünür. Təsir məqsədlərinə görə təhlükələrin

üç əsas növü ayırd edilir:

İnformasiyanın konfidensiallığının pozulmasına yönələn

təhlükələr;

Page 322: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------322---------------------------------------------

İnformasiyanın bütövlüyünün pozulmasına yönələn

təhlükələr;

Əlyetənliyin pozulmasına yönələn təhlükələr (DOS hücumlar,

Denial of Service - xidmətdən imtina).

Konfidensiallıq informasiyanın subyektiv müəyyən olunan

xassəsidir. Verilən informasiyaya müraciət icazəsi olan subyektlərin

siyahısına məhdudiyyət qoyulmasının zəruriliyini göstərir.

Konfidensiallığın pozulmasına yönələn təhlükələr məxfi və ya gizli

informasiyanın üstünün açılmasına yönəlib. Belə təhlükələrin

reallaşması halında informasiya ona müraciət icazəsi olmayan

şəxslərə məlum olur.

Bütövlük - informasiyanın təhrifsiz şəkildə mövcudolma

xassəsidir. İnformasiyanın bütövlüyünün pozulmasına yönələn

təhlükələr onun dəyişdirilməsinə və ya təhrifinə yönəlir ki, bunlar da

onun keyfiyyətinin pozulmasına və tam məhvinə səbəb ola bilər.

İnformasiyanın bütövlüyü bədniyyətli tərəfindən qəsdən və ya sistemi

əhatə edən mühit tərəfindən obyektiv təsirlər nəticəsində pozula bilər.

Əlyetənlik – yolverilən vaxt ərzində tələb olunan informasiya

xidmətini almaq imkanıdır. Həmçinin əlyetənlik – daxil olan

sorğulara xidmət üçün onlara müraciət zəruri olduqda uyğun

xidmətlərin həmişə hazır olmasıdır. Əlyetənliyin pozulmasına

yönələn təhlükələr elə şəraitin yaradılmasına yönəlib ki, bu zaman

müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini aşağı salır, ya

da sistemin müəyyən resurslarına girişi bağlayır.

Siyasət – təşkilatın fəaliyyətinin müəyyən aspektlərini idarə

etmək üçün təsbit edilmiş qaydalar məcmusudur. Siyasət biznesin

məqsədlərinin, hüquqi tələblərin və ya təşkilatın korporativ

normalarının təmin edilməsi üçün nə etmək lazım olduğunu müəyyən

edir.

İnformasiya təhlükəsizliyi siyasətinin işlənməsi müəssisənin

informasiya təhlükəsizliyi sisteminin təşkil edilməsində ilk

tələblərdən biridir. İnformasiya təhlükəsizliyi siyasətinin məqsədi

rəhbərliyin informasiya təhlükəsizliyi üzrə idarəçiliyini və dəstəyini

biznesin tələblərinə, müvafiq qanunlara və normativlərə uyğun olaraq

Page 323: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------323---------------------------------------------

təmin etməkdir. İnformasiya təhlükəsizliyi siyasəti müəyyən

resursların (məsələn, vacib kompüter sistemlərinin və verilənlərin)

mühafizəsinə məqsədləri, məsuliyyəti və ümumi tələbləri təsvir edir,

lakin özlüyündə təşkilatın tələblərinin yerinə yetirilməsini təmin

etməyə qadir deyil. İnformasiya təhlükəsizliyi siyasəti təhlükəsizlik

mexanizmləri və prosedurlar (reqlamentlər) kompleksinin köməyi ilə

həyata keçirilməlidir.

Mühafızənin məqsədi hesablama sistemində informasiyanın

təhlükəsizliyinin təmini olduğundan, əsas problem təhlükələrin

qarşısını əvvəlcədən almaqdan ibarətdir.

Mümkün təhlükələrdən asılı olaraq mühafızənin 3 əsas

məsələsini ayırmaq olar:

İnformasiyanı oğurlanmaqdan mühafizə etmək;

İnformasiyanı itkilərdən mühafızə etmək;

Hesablama sistemini nasazlıqlardan və dayanmalardan

mühafizə etmək.

İnformasiya mühafızəsinin üsullarını dörd sinfə ayırmaq olar:

fiziki, aparat, proqram və təşkilati üsullar.

Fiziki mühafizə - əsasən mühafızənin yuxarı səviyyələrində

istifadə edilir və kənar şəxslərin hesablama sisteminin yerləşdiyi

əraziyə daxil olmalarının qarşısını almaqla həyata keçirilir. Fiziki

mühafizə ücün aşağıdakı vasitələrdən istifadə edilir:

Hərəkət edən obyektləri müəyyənləşdirmək, onların

ölçülərini, sürətlərini və hərəkət istiqamətlərini təyin etmək

üçün yüksək tezlikli, ultrasəs və infraqırmızı aşkarlama

sistemləri;

İşıq şüaları ilə kəsişməyə reaksiya göstərən lazer və optik

sistemlər;

Qorunan obyektlərin telesistemlər ilə müşahidə edilməsi;

Çox da böyük olmayan obyektləri kabellə əhatə etməklə

onlara yaxınlaşan şəxslərə reaksiya verən kabel sistemləri;

İcazəsiz girişin qarşını almaq, müşahidə etmək və qulaq

asmaq üçün qapı və pəncərələrin mühafizə sistemi;

Qapı və darvazalar ücün mexaniki və elektron qıfıllar;

Page 324: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------324---------------------------------------------

Şüalanmaları neytrallaşdıran sistemlər.

Aparat mühafizəsi - kompüterin tərkibindəki aparatura və ya

xüsusi qurğular vasitəsilə reallaşdırılır. Aparat mühafizə vasitələrinə

əsasən prosessorların və əsas yaddaşın, daxiletmə/xaricetmə

qurgularının, rabitə kanalları vasitəsilə verilənlərin ötürülməsi

sistemlərinin, elektriki təminatı sistemlərinin, xarici yaddaş

qurğularının mühafizə vasitələri aiddir.

Prosessorların aparat mühafızə vasitələri icra olunan

proqramlardakı əmrlərin mümkünlüyünə nəzarət edirlər. Yaddaşın

mühafizə vasitələri proqramların icrası zamanı əməli yaddaşdan birgə

istifadə edilməsinə və yaddaş məhdudluğuna nəzarət edirlər.

Daxiletmə/xaricetmə qurğularının mühafızə vasitələrinə onlardan

icazəsiz istifadə etməyi bloklaşdıran müxtəlif sxemlər aiddir.

Verilənlərin rabitə kanalları ilə ötürülməsinin mühafizəsi vasitələri

informasiyanı məxviləşdirən (şifrləyən) sxemlərdən ibarət olurlar.

Proqram mühafizə metodları - müxtəlif proqramlar vasitəsilə

reallaşdırılır. Həmin proqramlara aşağıdakılar aiddir:

Əməliyyat sistemlərinin proqramları;

Xidməti proqramlar;

Antivirus proqramları;

İnstrumental sistem proqramları: VBİS, elektron cədvəllər,

mətn prosessorlan, proqramlaşdırma sistemləri və s.

Xüsusi mühafızə proqramları;

Hazır tətbiqi proqramlar.

İnformasiyanın təşkilatı mühafizəsi - təşkilatı-texniki

tədbirlər, informasiyanın mühafizəsi məsələləri üzrə qanunvericilik

aktlarının yaradılması və qəbul edilməsi, cəmiyyətdə informasiyanın

istifadə edilməsi üzrə məntiqi-etik normaların təsdiq edilməsi ilə

reallaşdırılır.

İnformasiya təhlükəsizliyinin təmin olunması problemi

kompleks yanaşma tələb edir. Onun həlli üçün tədbirləri aşağıdakı

səviyyələrə bölmək olar:

Qanunvericilik tədbirləri;

İnzibati tədbirlər;

Page 325: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------325---------------------------------------------

Təşkilati tədbirlər;

Proqram-texniki tədbirlər.

Qanunvericilik tədbirləri müvafiq qanunları, normativ aktları,

standartları və s. əhatə edir. Təəssüflə qeyd etmək lazımdır ki,

qanunvericilik bazası bütün ölkələrdə praktikanın tələblərindən geri

qalır.

Qanunvericilik səviyyəsinin funksiyalarına aid etmək olar:

İnformasiya təhlükəsizliyinin pozucularına qarşı neqativ

münasibət yaratmaq və onu dəstəkləmək;

İnformasiya təhlükəsizliyi probleminin vacibliyini hər zaman

qeyd etmək;

Resursları tədqiqatların ən mühüm istiqamətlərində

cəmləşdirmək;

Təhsil fəaliyyətini koordinasiya etmək.

Qanunvericilik səviyyəsində hüquqi aktlar və standartlar xüsusi

diqqətə layiqdir. Standartların arasında “Narıncı kitab”, X.800

tövsiyələri, ISO 15408 (“Ümumi meyarlar”), ISO 17799 standartları

daha geniş yayılıb.

İnformasiya təhlükəsizliyi siyasəti – təşkilatda məxfi

verilənlərin və informasiya proseslərinin mühafizəsi üzrə qabaqlayıcı

tədbirlər kompleksidir. İnformasiya təhlükəsizliyi siyasətinin

işlənməsinin əsas istiqamətləri aşağıdakılardır:

1.Hansı verilənləri və hansı ciddiyyətlə mühafizə etmək lazım

olduğunu müəyyənləşdirmək;

2.Müəsissəyə informasiya aspektində kimin və nə həcmdə

ziyan vura biləcəyini müəyyənləşdirmək;

3.Risklərin hesablanması və onların qəbuledilən səviyyəyədək

azaldılması sxeminin müəyyən edilməsi;

4.Planlaşdırılan bütün texniki və inzibati tədbirlərin təsviri;

5.Baxılan proqramın iqtisadi qiymətinin hesablanması;

6.Müəsissənin rəhbərliyi tərəfindən təsdiq olunma və

sənədləşdirmə;

7.Həyata keçirilmə.

Page 326: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------326---------------------------------------------

Təşkilati tədbirlər informasiya mühafizəsinin səmərəli

vasitələrindən biri olmaqla yanaşı, qurulan bütün mühafizə

sistemlərinin əsasını təşkil edir. Təşkilati tədbirlər aşağıdakı

mövzuları əhatə edir:

Şəxsi heyətin idarə olunması;

Fiziki mühafizə;

Sistemin iş qabiliyyətinin saxlanması;

Təhlükəsizlik rejiminin pozulmasına reaksiya;

Bərpa işlərinin planlaşdırılması.

9.3.İNFORMASIYA MÜHAFIZƏSININ APARAT-PROQRAM

ÜSULLARI

Aparat-proqram vasitələri ilə müəyyən səviyyədə həm

avadanlığın mühafızəsi məsələlərini (avadanlığı oğurlamaqdan,

itkilərdən, nasazlıqlardan və dayanmalardan qorumaq), həm də

proqramların səhvlərdən mühafızəsi məsələsini həll etmək olar.

Mühafızə sistemində bu məsələlərin həlli aşağıdakı üsullarla

təmin edilir:

İstifadəçilər və proqramlar tərəfindən resurslara icasəsiz

müraciətlərin qarşısının alınması;

Müraciətin mümkünlüyü halında resurslardan icazəsiz

istifadənin qarşısının alınması;

Resurslardan düzgün istifadə olunmamasının qarşısının

alınması;

Struktur, funksional və informasiya izafıliyinin tətbiqi;

Aparat-proqram vasitələrinin yüksək keyfıyyətlə yaradılması.

Bu üsullara və onların yerinə yetirilməsi metodlarına daha

ətraflı baxılması məqsədəuyğun hesab edilir.

1.Resurslara icazəsiz müraciətiərin qarşısını almaq ücün

istifadəçilər və proqramlar tərəfındən sistemə müraciət cəhdlərinin

qeydiyyatı sistemi və həmcinin hesablama sisteminin təhlükəsizliyinə

cavab verən şəxslərə bu barədə dərhal siqnal verən vasitələr

Page 327: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------327---------------------------------------------

olmalıdır. Resurslara icazəsiz müraciət zamanı etibarlı qeydiyyat və

siqnal sisteminin olmaması və həmcinin hesablama sisteminə dolayı

yolların olması sistemə qeyri-qanuni girməyə səbəb olur. Sistemə

qoşulma hadisələrinin qeydiyyatını aparmaq ücün, adətən, xüsusi

jurnaldan və ya verilənlər bazasından istifadə edilir.

Bu zaman aşağıda sadalanan proqram–texniki tədbirlər

nəzərdən keçiriləcək: identifikasiya və autentifikasiya, icazələrin

idarəolunması, protokollaşdırma və audit, kriptoqrafiya,

ekranlaşdırma.

İdentifikasiya və autentifikasiya İdentifikasiya (ingilis dilində identification) istifadəçiyə (və ya

müəyyən istifadəçinin adından fəaliyyət göstərən prosesə) özünü

adlandırmağa (öz adını bildirməyə) imkan verir.

Autentifikasiya (ingilis dilində authentication) vasitəsi ilə

ikinci tərəf əmin olur ki, subyekt doğrudan da özünü qələmə verdiyi

şəxsdir. Autentifikasiya sözünün sinonimi kimi çox vaxt “həqiqiliyin

yoxlanması” işlədilir.

Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə

özünün həqiqiliyini təsdiq edə bilər:

Bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi,

kriptoqrafik açar);

Sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji

qurğu);

Özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri

və s., yəni özünün biometrik xarakteristikalarını).

Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə

edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim

adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik

parametrlərin qısa xülasəsi verilir.

Barmaq izləri

Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş

yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir

insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur.

Page 328: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------328---------------------------------------------

Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu

dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu

xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral),

onların aşağıdakı xassələri var:

fərdilik və təkraredilməzlik;

zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin

çürüməsinədək);

bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin

quruluşu əvvəlki şəklində bərpa olunur).

Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün

emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner

elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif

sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin

xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.

Gözün qüzehli qişası

İnsan gözünün qüzehli qişası barmaq izləri kimi onun unikal

biometrik xarakteristikasıdır. Qüzehli qişanın şəklini analiz edən

sistemlər kifayət qədər etibarlı tanımanı təmin edirlər. Bu

xarakteristika yetərincə stabildir, insanın bütün həyatı boyunca

praktik olaraq dəyişmir, çirklənməyə və yaralara qarşı həssas deyil.

Qeyd edək ki, sağ və sol gözün qüzehli qişasının şəkli əhəmiyyətli

dərəcədə fərqlənir.

Gözün qüzehli qişası üçün skanerlərin üstünlüyü ondan

ibarətdir ki, onlar istifadəçidən diqqətini bir hədəfə cəmləşdirməsini

tələb etmirlər, qüzehli qişada ləkə nümunələri gözün səthində

yerləşir. Faktiki olaraq gözün videotəsvirini hətta bir metrdən az

məsafədə çəkmək olar, bunun sayəsində də qüzehli qişa

skanerləri bankomatlar üçün yararlı olur.

Page 329: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------329---------------------------------------------

Gözün torlu qişası

Şəxsiyyətin ən etibarlı identifikasiya metodlarından

biri gözün torlu qişasından istifadə edilməsidir. Göz dibini xarici işıq

mənbəyi ilə işıqlandırdıqda gözün torlu qişası – gözü qanla təchiz

edən venalar və arteriyalar yaxşı görünür. Hələ 1935-ci ildə sübut

olunmuşdu ki, hətta əkizlərdə belə gözün torlu qişasının qan

damarlarının şəkli üst-üstə düşmür. Gözün torlu qişası ilə tanınma

metodu 1970-ci illərin ortalarından sənaye miqyasında inkişaf etməyə

başladı.

Bu sistemlərdə skaner ya göz dibinin qan damarlarının

şəklini, ya da torlu qişanın özünün əksetdirmə və udma xarakteristi-

kalarını müəyyən edir. Xüsusi qurğuda qeyd olunmaq üçün

gözcükdən məsafədəki işıqlı nöqtəyə bir dəqiqədən az müddətdə

baxmaq lazımdır. Bu müddət ərzində sistem torlu qişanı işıqlandırır

və əks olunmuş siqnalı alır. Torlu qişanı işıqlandırmaq üçün aşağı

intensivlikli infraqırmızı şüalanma istifadə edilir, şüalar göz

bəbəyindən keçərək gözün arxa divarındakı qan damarlarına yönəlir.

Alınmış siqnaldan bir neçə yüz ilkin xarakterik nöqtə seçilir, onlar

haqqında orta informasiya hesablanır və kodlanmış faylda

saxlanır.Gözün torlu qişası üçün skanerlər tam məxfi sistemlərə

girişin təşkili zamanı geniş tətbiq edilir.

Sifət

Sifət cəmiyyətdə ən yaxşı qəbul edilən biometrik

identifikatorlardan biridir, çünki vizual qarşılıqlı əlaqədə insanların

geniş istifadə etdikləri tanıma üsuludur. Sifətin tanınması üçün bahalı

xüsusi avadanlıq tələb olunmur. İdentifikasiya ilə yanaşı bir sıra digər

funksiyalar da yerinə yetirən adi videomüşahidə kamerası da istifadə

edilə bilər. İkincisi, qurğunun işə düşməsi üçün oxuma qurğusu ilə

fiziki təmas, nəyəsə toxunmaq, müəyyən vəziyyəti almaq, hər hansı

frazanı tələffüz etmək tələb olunmur. Tanıma prosesi təbii, bəzi

hallarda identifikasiya edilənə hiss etdirilmədən baş verir.

Page 330: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------330---------------------------------------------

Sifəti tanıma sistemlərinin əsasını xüsusi proqram təminatı

təşkil edir, proqram sifət təsvirini adi veb-kamera ilə də götürür və

onu emal edir. Sifətdə ayrı-ayrı obyektlər seçilir (qaşlar, gözlər,

burun, dodaqlar), onların hər biri üçün onları tam müəyyən edən

parametrlər hesablanır. Müasir sistemlərin çoxu bu zaman insan

sifətinin üçölçülü obrazını yaradır. Bu ona görə lazımdır ki, məsələn,

başı əydikdə və ya kiçik bucaq altında çevirdikdə identifikasiya

mümkün olsun.

Əlin həndəsəsi

Sifətin həndəsi parametrlərini qiymətləndirən sistemlərlə

yanaşı əlin həndəsi parametrlərini də ölçən qurğular var. Bu zaman

90-dan artıq müxtəlif xarakteristika, o cümlədən, ovucun ölçüləri (üç

ölçü), barmaqların uzunluğu və eni, oynaqların ümumi şəkli və s.

ölçülür.

Əlin siluetinə görə identifikasiya sistemləri ilk biometrik

qurğular kimi meydana çıxmışlar və onların seriya buraxılışına 1970-

ci illərin əvvəlində başlanmışdı. Biometrik şablonun yığcamlığı

baxımından bu növ sistemlər ən qənaətcil sistemlərdir. Barmaqların

yalnız eni və uzunluğu haqqında informasiya saxlanıldıqda cəmisi

9 bayt tələb edilir. Təbii olaraq, yalnız barmaqların enini və uzunlu-

ğunu nəzərə alan sistemlər üçün həqiqi əlin karton mulyajını da

asanlıqla hazırlamaq olar.

Əl venaları

Əldəki venaların yerləşməsinin analizi əsasında qurulmuş

biometrik qurğular da var. Yumruq şəklində sıxılmış əlin arxa

hissəsindəki venaların şəkli istifadə edilir. Venaların şəkli

infraqırmızı şüalarla işıqlandırılan televiziya kamerası ilə müşahidə

edilir. Təsvir daxil edildikdən sonra venaları nəzərə çarpdırmaq üçün

təsvirin binarlaşdırılması həyata keçirilir.

Page 331: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------331---------------------------------------------

Əl imzası

Əl imzası da fizioloji xarakteristikalar kimi insanın unikal

atributlarındandır. Bundan başqa bu istənilən insan üçün daha adi

identifikasiya metodudur, çünki barmaq izinin götürülməsindən fərqli

olaraq kriminalistika ilə assosiasiya yaratmır. Adətən imza haqqında

verilənlərin iki emal üsulunu fərqləndirirlər: nümunə ilə sadə

müqayisə və dinamik verifikasiya. Birinci olduqca etibarsızdır, çünki

daxil edilən imzanın verilənlər bazasında saxlanan qrafiki nümunə ilə

adi müqayisəsinə əsaslanır. Əl imzası həmişə eyni ola bilmədiyi üçün

bu metod böyük səhv faizi verir. Dinamik verifikasiya üsulu xeyli

mürəkkəb hesablamalar tələb edir və imza prosesinin imzanın

müxtəlif sahələrində əlin hərəkət sürəti, təzyiq qüvvəsi, imzanın

müxtəlif mərhələlərinin müddətləri kimi parametrlərini real vaxtda

qeydə almağa kömək edir. Bu ona zəmanət verir ki, imzanı hətta

təcrübəli qrafoloq da saxtalaşdıra bilməz, çünki heç kim imza

sahibinin əlinin davranışını dəqiq yamsılamaq iqtidarında deyil.

Səs

Səs – sifət və ya barmaq izləri kimi hər bir insanın ayrılmaz

əlamətidir. Rabitə vasitələrinin genişyayılması (stasionar və mobil

telefon şəbəkələri, IP-telefoniya və s.) bu biometrik identifikatorun

tətbiqi üçün böyük imkanlar açır; bundan başqa səs üzrə tanıma

istifadəçilər üçün çox rahatdır və onlardan minimal səylər tələb edir.

İnsanın nitqi ayrıca «səs kadrlarına» bölünür, sonra onları

rəqəmsal modelə çevirirlər. Bu modelləri «səs izləri» (voiceprint)

adlandırırlar (barmaq izləri ilə analogiya). Yaradılan «səs izi» bazada

qeydə alınır. Səs üzrə identifikasiya kodunun qurulması üçün olduqca

çox sayda üsul vardır, bir qayda olaraq onlar nitqin tezlik və statistik

xarakteristikalarının müxtəlif cür əlaqələndirilməsidir. İdentifikasiya

zamanı əvvəl qeydə alınmış və yeni yaradılmış «səs izləri» müqayisə

edilir. Etibarlığı artırmaq və tanımanı sürətləndirmək üçün çox vaxt

istifadəçidən əvvəlcədən razılaşdırılmış suallara cavab verməsi və ya

parolu tələffüz etməsi xahiş edilir.

Page 332: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------332---------------------------------------------

DNT

DezoksiriboNuklein Turşusunu (DNT) çox vaxt ideal

biometrik parametr adlandırırlar, çünki DNT kodu rəqəmsal formada

identifikasiya məlumatıdır, insanın istənilən hüceyrəsində olur. Bu

parametrin nöqsanı ondan ibarətdir ki, biryumurtalı əkizlər eyni

DNT-yə malikdir. Bundan başqa, iki DNT nümunəsi əsasında şəxsin

identifikasiyası praktik baxımdan çox ləng (bəzən günlər və ya

həftələr çəkir), bahalı və mürəkkəb prosesdir. DNT üzrə

identifikasiya zamanı əsas problemlərdən biri konfidensiallıqdır,

DNT-də kodlaşdırılmış informasiya başqa məqsədlər – sağlamlıq

vəziyyəti, insanın xəstəliklərə meyli, irqi mənsubiyyəti və atalıq

haqqında məlumatların əldə edilməsi üçün istifadə edilə bilər.

Termoqramlar

Biometrik texnologiya kimi termoqramlar – insan bədəni

hissələrinin infraqırmızı spektrin qısadalğalı (0,9-1,7 mkm), orta (3-5

mkm) və uzundalğalı diapazonda alınmış təsvirləridir. Xüsusilə

sifətin və əlin termoqramları sahəsində müxtəlif tədqiqatlar

aparılmışdır. Adi təsvirlərlə müqayisədə termoqramların böyük

üstünlüyü onların işıqlanmanın dəyişməsindən asılı olmamasıdır –

sifət termoqramlarını tam qaranlıqda belə əldə etmək mümkündür.

Dodaqların hərəkəti

Danışıq zamanı dodaqların hərəkəti biometrik davranış

parametrlərinə aiddir. Ondan səsin tanınması sisteminə vizual əlavə

kimi istifadə etmək olar. Dodaqların hərəkətinə görə autentifikasiya

texnologiyasının növləri danışanın tanınması sistemindəki kimidir:

sabit mətn, mətndən asılı və mətndən asılı olmayan. Son dövr-

lər M2VTS verilənlər bazasının yayılması sayəsində bu sahədə

tədqiqatlar çoxalmağa başlamışdır. Bazarda BioID firmasının

dodaqların hərəkətinə əsaslanan biometrik sistemi meydana çıxmış-

dır. Bu metodun ən böyük üstünlüklərindən biri onu asanlıqla səsin

identifikasiyası və sifət üzrə identifikasiya ilə birləşdirmək imkanıdır.

Bu yolla aldadılması mürəkkəb olan çox dəqiq sistemlər yaratmaq

Page 333: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------333---------------------------------------------

olar. Belə üçqat biometrik sistem fiziki girişə nəzarət üçün-

dür, kamera qarşısında mikrofona danışan insanın parametrləri oxu-

nur. Videotəsvir sifət həndəsəsinin analizi üçün istifadə edilir və

dodaqlarının hərəkətinin, onların nəticələri səs üzrə identifikasiyanın

nəticələri ilə birləşdirilir.

Klaviatura xətti

Klaviatura xətti ilə identifikasiya insanın məxsusi çap üslubu

ilə identifikasiyasıdır.Hər bir insanın xarakterik çap xüsusiyyətləri

var: klavişlərin basılmaları arasındakı zaman intervalları və

klavişlərin basılı vəziyyətdə saxlanması zamanları hər bir insan üçün

müəyyən qədər sabitdir. Klaviatura xətti ilə identifikasiya sistemləri

sabit parola əsaslanırlar, lakin səsin tanınmasında olduğu kimi

mətndən asılı olmaya da bilərlər. Mətnin yığılması zamanının

hesablanması əsasında klaviatura xəttinə görə tanıma üçün

kommersiya məhsulları mövcuddur.

Bədənin qoxusu

Artıq çoxdan məlumdur ki, insanı bədənin qoxusuna görə

identifikasiya etmək olar. Yarımkeçiricilərin tətbiqi ilə kimyəvi ana-

liz sahəsindəki tərəqqi "elektron burunların" ixtirasına gətirib çıxar-

mışdır, onlar müxtəlif kimyəvi elementlərin (cəmisi 32) konsentrasi-

yasını ölçə bilirlər. Həmçinin məlumdur ki, insanın qoxusu onun hə-

yat tərzindən–qidalanma və sağlamlıq vəziyyətindən, sabundan,

parfümeriyadan və s. istifadə etməsindən də asılıdır. Hələlik məlum

deyil ki, bu faktorları o qədər normallaşdırmaq olarmı ki, qoxuya gö-

rə insanın etibarlı identifikasiyası mümkün olsun.

Qulaqların forması

Qulaqların ölçülməsi Bertilyon sisteminin bir hissəsi idi,

təlim görmüş müşahidəçilər qulaqların formasının tipini müəyyən

edirdilər. Son dövrlər avtomatik identifikasiya üçün biometrik

parametr kimi qulaqların formasına böyük fikir verilir.Qulağın

formasına görə tanıma metodunun təklikdə istifadəsi sifət üzrə tanıma

Page 334: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------334---------------------------------------------

kimi effektli deyil; sifət identifikasiyası ilə qulaq təsvirlərinin

kombinasiyası identifikasiyanın dəqiqliyini artırır.

Dəridən əksolma

Yeni sensorların yaradılması sayəsində meydana çıxan yeni

biometrik parametrlərdən biri – dəridən əks olunmadır. Bu metodi-

kada Lumidigm korporasiyasının yaratdığı kiçik çip istifadə edilir,

onun köməyi ilə dalğa uzunluğu 6 mm-dən böyük olan diapazonda

yaxın infraqırmızı işığın dəridən əks olunması ölçülür. Hələlik bu

texnologiya təklikdə istifadə edilir, lakin barmaq izi ilə kombinasiya

saxtakarlıqdan mühafizəni təmin edə bilərdi. Bu texnologiyanın

üstünlüyü kimi barmaq izi ilə identifikasiya metodu üçün xarakterik

olan qeydiyyat problemlərinin olmamasını qeyd etmək olar.

Yeriş

Yeriş davranışla əlaqədar biometrik parametrdir, nisbətən az

öyrənilib. Bu metodun üstünlüyü – videoyazıdan istifadə etməklə

insanları məsafədən tanımanın mümkünlüyüdür. İlk identifikasiya

təcrübələri də insanın hərəkətini oxuyan avadanlığın (hərəkət edən

işıq displeyləri və ya xüsusi markerlər) köməyi ilə aparılırdı.

Ensefaloqram analizi

Elektroensefaloqrafik tədqiqat prosesində beyində uzunluğu

bir neçə millisaniyə olan elektrik impulslarının yeri və intensivliyi

müəyyən edilir. Sistem beynin elektrik aktivliyinin monitorinqini

həyata keçirir və informasiyanı kompüterə göndərir. Daha sonra

istifadəçinin xüsusi rəqəmsal portreti formalaşdırılır. Sonrakı

identifikasiya zamanı götürülən elektroensefaloqram əvvəl yazılışla

müqayisə edilir və kompüter insanın şəxsiyyəti haqqında nəticə

çıxarır.

Autentifikasiyanın ən geniş yayılmış növü paroldur. Daxil

edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə

edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş

sayılır.

Page 335: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------335---------------------------------------------

S/KEY parollar sistemi RFC 1760 tövsiyəsində bir dəfə istifadə olunan S/KEY parollar

sistemi nəzərdə tutulmuşdur. Bu sistemdə MD4 və MD5 standartları

əsasında bir dəfə istifadə olunan parolların generasiyası nəzərdə

tutulur. Həmin paroldan ‟təkrar hücum‟la mübarizə zamanı istifadə

olunur. Bu prosesdən kompüter oğrusu –xakerin kanala hər hansı bir

vasitə ilə qoşulmasının, ordakı informasiyanın dinlənməsinin,

informasiya sellərinin daxilindən istifdəçinin identifikatorunun

oğurlamasının qarşısını almaq üçün istifadə olunur. S/KEY

texnologiyalar sistemi müştəri - server texnologiyasına əsaslanır.

Burada adətən, müştəri dedikdə fərdi kompüter,server dedikdə

audentifikasiya serveri başa düşülür. Həmin sistemdə əvvəlcə

müştərini, sonra isə serveri vahid parola kökləmək lazımdır. Müştəri

S/KEY ilə informasiya mübadiləsi aparmaq üçün serverə

‟insiallaşma‟paketini göndərir, server də öz növbəsində cavab əvəzi-

nə ‟nüvənin‟ sıra nömrəsini və təsadüfi kəmiyyətin verilişini təşkil

edir.Yalnız bundan sonra müştəri birdəfəlik parolu generasiya edir.

Birdəfəlik parolun verilişi təşkil edildikdən sonra onu yoxlamaq

zərurəti meydana çıxır. Bu məqsədlə,müştəri birdəfəlik parolonu

serverə göndərir və burada yoxlama prosesinə məruz qalır. Sistemin

audentifikasiyası ilə alınmış birdəfəlik parolları yaxşıca mühafizə

edilən xeş funksiyası ilə deşifrələmək lazım gəlir. Əgər bu

əməliyyatların son nəticəsi faylda saxlanılan əvvəlki parolla üst-üstə

düşərsə, yalnız bundan sonra audentifikasiya nəticələri müsbət hesab

edilir, yeni parol isə sonradan istifadə edilməsi üçün nəzərdə tutulur.

Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir.

Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl

parolların kriptoqrafik şifrələnməsidir.

Aşağıdakı tədbirlər parol mühafizəsinin ehtibarını artırmağa

xeyli imkan verir:

Texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalı-

dır,parolda hərf,rəqəm,durğu işarələri olmalıdır və s.);

Parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı

dəyişdirilməsi;

Page 336: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------336---------------------------------------------

Parollar faylına icazənin məhdudlaşdırılması;

Sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması;

İstifadəçilərin təlimatlandırılması.

Sadalanan tədbirləri həmişə, hətta parolla yanaşı digər

autentifikasiya metodları istifadə olunduğu halda da tətbiq etmək

məqsədə uyğundur. Biometrik xarakteristikalara nəzarət qurğuları

mürəkkəb və bahadırlar, buna görə də yalnız təhlükəsizliyə yüksək

tələblər olan təşkilatlarda istifadə olunurlar.

İcazə hüququna nəzarət proqram mühitinin müxtəlif

komponentləri - əməliyyat sisteminin nüvəsi, əlavə təhlükəsizlik vasi-

tələri,verilənlər bazasını idarəetmə sistemi,ara vasitəçi proqram təmi-

natı (məsələn, tranzaksiyalar monitoru) tərəfindən həyata keçirilir.

Protokollaşdırma və audit Protokollaşdırma dedikdə informasiya sistemində baş verən

hadisələr haqqında məlumatın qeyd edilməsi və toplanması başa

düşülür. Audit - toplanan informasiyanın təhlilidir. Audit operativ

(demək olar ki, real vaxtda) və ya dövrü (məsələn, gündə bir dəfə)

aparıla bilər. Protokollaşdırma və auditin həyata keçirilməsi aşağıdakı

məqsədləri güdür:

İstifadəçi və administratorların hesabat verməli olmasını

təmin etmək;

İnformasiya təhlükəsizliyini pozma cəhdlərinin aşkar

olunması;

Problemlərin aşkar olunması və analizi üçün informasiyanın

təqdim olunması.

Ekranlaşdırma Ekranlaşdırma vacib təhlükəsizlik mexanizmlərindən biridir.

Bu mexanizmin şəbəkələrarası ekran (ingiliscə firewall) adlanan

realizələri olduqca geniş yayılıb. Ekranlaşdırma məsələsinin

qoyuluşu aşağıdakından ibarətdir. Tutaq ki, iki informasiya sistemi

var. Ekran - bir çoxluqdan olan istifadəçilərin digər çoxluğun

serverlərinə müraciətlərini nizamlayan vasitədir. Ekran öz

Page 337: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------337---------------------------------------------

funksiyalarını iki sistem arasındakı bütün informasiya axınına nəzarət

etməklə yerinə yetirir.

Ən sadə halda ekran iki mexanizmdən ibarətdir, onlardan biri

verilənlərin yerdəyişməsini məhdudlaşdırır, digəri isə əksinə, bu

yerdəyişməni həyata keçirir. Ən ümümi halda ekranı (yarımşəffaf

pərdəni) süzgəclər (filtrlər) ardıcıllığı kimi təsəvvür etmək

əlverişlidir. Süzgəclərdən hər biri verilənləri (tutub) saxlaya bilər, və

ya onları dərhal “digər tərəfə ata bilər”. Bundan başqa, təhlili davam

etdirmək üçün verilənləri növbəti süzgəcə ötürmək, adresatın adından

verilənləri emal edərək nəticəni göndərənə qaytarmaq olar. Çox vaxt

ekranı 7-səviyyəli OSI etalon modelinin üçüncü (şəbəkə), dördüncü

(nəqliyyat) və ya yeddinci (tətbiqi) səviyyələrində reallaşdırılır.

Birinci halda ekranlaşdırıcı marşrutizator, ikinci halda -

ekranlaşdırıcı nəqliyyat, üçüncü halda - ekranlaşdırıcı şlüz alınır. Hər

bir yanaşmanın öz üstünlükləri və nöqsanları var, hibrid ekranlara da

rast gəlinir, onlarda göstərilən yanaşmaların ən yaxşı cəhətlərini

reallaşdırmağa çalışırlar.

2.Resursların icazəsiz istifadədən mühafizəsi icazəsiz

müraciətdən mühafizədə olduğu kimi, mühafizə olunan resurslara

sorğuların qeydiyyatını və icarəsiz istifadəyə cəhd göstərilmə zamanı

siqnal verməyi tələb edir. Qeyd edək ki, söhbət mühafizəsi çox vacib

olan resurslardan gedir.

İnformasiya-proqram resurslarının icazəsiz istifadədən

mühafızəsi aşağıdakiları nəzərdə tutur: surət çıxarmaqdan mühafizə,

proqramlara müdaxilə etmədən mühafızə, verilənlərə baxışdan

mühafızə, proqramları və verilənləri dəyişdirmədən və silinmədən

mühafizə.

Proqramı icazəsiz surətçıxarmadan mühafizə etmək üçün icra

olunan proqram kodunu tətbiq edilən avadanlığa bağlamaq olar.

Onda proqram surəti digər kompüterdə işləməyəcək.

Proqramlara müdaxilə etmədən mühafizə proqramın mühafizə

sisteminin öyrənilməsinin mümkünsüzlüyünü və ya çətinliyini təmin

etməlidir. Məsələn, parol mühafızəsi olan proqrama qoşulmaq üçün

Page 338: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------338---------------------------------------------

bir neçə dəfə uğursuz cəhd göstərildikdə, sonrakı cəhdləri

bloklaşdırmaq və ya özünü ləğvetmə vasitələrini nəzərə almaq olar.

3.Resurslardan düzgün istifadə olunmamasının mühafizəsi

adətən əməliyyat sisteminin proqramları tərəfindən yerinə yetirilir.

Bu funksiya aşağıdakıları əhatə edir: müxtəlif proqramlar ücün

ayrılmış əməli yaddaşın sahələrinin bir-birindən təcrid edilməsi;

xarici yaddaşın sistem sahələrinin mühafızəsi; mərkəzi prosessorun

əmrlərinin mümkünlüyünə nəzarət.

4.Hesablama sisteminin işindəki nasazlıqların və dayanmaların

nəticələrinin aradan qaldırılmasının və ya minimuma endirilməsinin

mühüm metodlardan biri struktur, funksional və informasiya

izafiliyindən istifadə edilməsidir.

5.Aparat-proqram vasitələrinin yüksək keyfiyyətə malik

olmaları informasiya mühafizəsinin vacib şərtlərindən biri sayılır.

Sistemin fəaliyyəti zamanı və həmcinin sistemdəki nasazlıqlar və

dayanmalar üzündən informasiya itkisinin bir çox səbəbi hesablama

sisteminin layihələndirilməsi zamanı buraxılan səhvlərlə və ya qeyri-

dəqiqliklə bağlı olur.

İnformasiya mühafizəsi ücün mövcud proqram sistemlərindən

ən populyarları “Kerberos” və “Kobra” sistemləridir.“Kerberos” sis-

temi keçən əsrin 80-ci illərində Massaçüset texnolgiya institutunda

yaradılmış və istifadəçilərin autentifikasiyası üçün nəzərdə tutulub.

Sistem müxtəlif platformalarda işləyə bilər: MS DOS, Windows,

Machintosh, Sun OS, HP-UX, Next Step və s. Onunla birlikdə

“Security Dynamics”firmasının“Secur İD”jetonu da tətbiq edilə bilər.

“Kerberos” sistemində tətbiqlər kliyent-server tipli struktura

malikdirlər. İcazəsiz müraciətlərdən mühafizə sahəsi hər birinin öz

serveri olan üç zonadan ibarət ola bilər. O, üç serverdən ibarətdir:

İdentifikasiya serveri;

İcazə verən server ;

Administrativ funksiyaları yerinə yetirən server.

“Kobra”sistemi MS DOS və Windows mühitlərində işləyir, ge-

niş yayılmış və səmərəli sistemlərdən biri sayılır. O, şəffaf mühafızə

Page 339: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------339---------------------------------------------

texnologiyasına əsaslanır, belə ki, istifadəçi öz işində mühafızə vasi-

tələrinin fəaliyyət göstərməsini hiss etmir və narahatçılıq keçirtmir.

“Kobra” sistemində şəffaf mühafızə dinamik şifrlənmə üsulu-

nun köməyilə qurulur. Xarici yaddaşa yazılan məxfi informasiya isti-

fadəçinin parolundan asılı olan açara görə avtomatik şifrlənir. Şifrlə-

nən informasiyanın oxunması zamanı şıfr avtomatik olaraq açılır.

9.4.VERİLƏNLƏR BAZASININ MÜHAFİZƏ ÜSULLARI

Verilənlər bazasının mühafızə vasitələri müxtəlif VBİS-lərdə

bir-birindən müəyyən dərəcədə fərqlənir.“Borland” və “Microsoft”

fırmalarının hazırladıqları verilənlər bazasının idarəetmə

sistemlərinin təhlili əsasında verilənlər bazasının mühafızə

vasitələrini şərti olaraq 2 qrupa bölürlər: əsas və əlavə.

Əsas mühafizə vasitələrinə aşağıdakıları aid etmək olar:

Parol mühafizəsi;

Verilənlərin və proqramların şifrlənməsi;

Verilənlər bazası obyektlərinə müraciət hüququnun təyin

edilməsi;

Verilənlər bazası cədvəllərinin yazılarınnın və sahələrinin

mühafızəsi.

Parol mühafızəsi verilənlər bazasına icazəsiz müraciətin sadə

və səmərəli mühafizə üsuludur. Parol istifadəçilər və ya VB

administratoru tərəfındən təyin edilir. Parolların uçotunu və

saxlanmasını verilənlər bazasının idarəetmə sistemləri yerinə yetirir.

Adətən parollar verilənlər bazasının idarəetmə sistemlərinin müəyyən

sistem fayllarında şifrlənmiş şəkildə saxlanır. Odur ki, parolu sadə

yolla tapmaq və müəyyənləşdirmək mümkün deyil. Parolu daxil

etdikdən sonra istifadəçiyə mühafizə olunan verilənlər bazasının

idarəetmə sistemləri ilə işləmək ücün bütün imkanlar verilir.

Verilənlər bazasının idarəetmə sistemlərinin özünün parolla

mühafızəsi böyük əhəmiyyət kəsb etmir.

Verilənlərin şifrlənməsi verilənlər bazasının idarəetmə

sistemlərinin formatını bilən digər proqramların həmin verilənləri

Page 340: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------340---------------------------------------------

oxuya bilməməsi üçün tətbiq edilir. Bu cür şifrlənmə o qədər

səmərəli olmur, çünki həmin verilənlər bazasının idarəetmə sistemləri

vasitəsilə hər bir kəs verilənlər bazasının şifrini aça bilər. Əgər

şifrlənmə və şifrin açılması üçün parol tələb olunursa, onda düzgün

parolu daxil etməklə şifri açmaq olar. Bütün bu deyilənlər MS

ACCESS sisteminə aiddir.Proqramların ilkin mətnlərinin şifrlənməsi

uyğun alqoritmlərin təsvirini səlahiyyətsiz istifadəçilərdən qizlətməyə

imkan verir.

Verilənlər bazası obyektlərinə müraciət hüququnun təyin

edilməsi verilənlər bazasının idarəetmə sistemlərinin əsas

resurslardan istifadə edilməsinə nəzarət məqsədilə aparılır. Müraciət

hüquqi obyektlər üzərində mümkün əməliyyatları təyin edir.

Obyektin sahibkarı (obyekti yaradan) və verilənlər bazasının

administratoru bütün hüquqlara malik olurlar. Digər istifadəçilərin

müxtəlif obyektlərə müxtəlif səviyyəli mürəciət huquqi ola bilər.

Ümumi halda cədvəllərə aşağıdakı müraciət hüquqları nəzərə

alına bilər:

Verilənlərə baxış (oxumaq);

Verilənləri dəyişdirmək (redaktə etmək);

Yeni yazılanı əlavə etmək;

Verilənləri əlavə etmək və silmək;

Bütün əməliyyatlar,o cümlədən,cədvəlin strukturunun

dəyişdirilməsi.

Mühafızə tədbirləri cədvəlin ayn-ayrı yazılarına və sahələrinə

tətbiq edilə bilər. Relasiya tipli verilənlər bazasının idarəetmə

sistemlərində ayrı-ayrı yazılar xüsusi olaraq mühafızə edilmir,

baxmayaraq ki, bir çox hallarda buna ehtiyac ola bilər. Obyektyönlü

verilənlər bazasının idarəetmə sistemlərində ayrı-ayrı yazılar

identifikasıya oluna bildiyi üçün, müraciət hüququna nəzarət

olmalıdır.

Cədvəlin sahələrindəki verilənlərin mühafizəsi üçün müraciət

hüququnun aşağıdakı səviyyələrini ayırmaq olar:

Müraciətin tam qadağan edilməsi;

Ancaq oxumaq üçün;

Page 341: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------341---------------------------------------------

Bütün əməliyyatlara (baxış, yeni qiymətlərin daxil edilməsi,

silinmə və dəyişdirilmə) icazə verilir.

Formalar üzərində iki əsas əməliyyat nəzərə alınır:

İşləmək üçün formanı çağırmaq;

Formanı yaratmaq (konstruktoru çağırmaq).

İstifadəçinin təsadüfən obyektin korlanmaması ücün

konstruktorun çağrılmasına qadağanı hazır obyektin ekran forması

üçün qoymaq məqsədəuyğundur. Ekran formasının özündə də ayrı-

ayrı elementlər mühafizə oluna bilər. Məsələn, ilkin cədvəlin bəzi

sahələri göstərilməyə və ya istifadəçidən gizlədilə bilər, bəziləri isə

baxış üçün açıq da ola bilər.

Hesabatlar müəyyən mənada ekran formalarına oxşayırlar.

Hesabatlarda da, ekran formalarında olduğu kimi, onların yaradılması

vasitələrinin çağrılmasına qadağa qoyula bilər.

Verilənlər bazasının idarəetmə sistemlərinin tətbiqində istifadə

olunan proqramların mətnlərinə baxışın və onların dəyişdirilməsinin

qarşısını almaq üçün şifrlənmə ilə yanaşı parol mühafızəsi tətbiq

edilə bilər.

Verilənlər bazasının idarəetmə sistemlərinin əlavə mühafizə va-

sitələrinə o vasitələri aid edirlər ki, onlar mühafizə vasitələri olma-

dıqlarına baxmayaraq, verilənlərin təhlükəsizlliyinə bilavasitə təsir

edirlər. Bu vasitələrə aşağıdakıları aid etmək olar:

Verilənlərin qiymətlərinin onların tiplərinə uyğunluğunu

yoxlayan vasitələr;

Daxil edilən verilənlərin etibarlığının artırılması vasitələri;

Cədvəllər arasındakı əlaqələrin tamlığının təmin edilməsi

vasitələri;

Şəbəkədə verilənlər bazasının idarəetmə sistemləri,

obyektlərindən birgə istifadə edilməsinin təşkili vasitələri.

Verilənlər bazasının idarəetmə sistemlərini redaktə edərkən isti-

fadəçi təsadüfən sahəyə onun tipinə uyğun olmayan qiymət daxil edə

bilər.Məsələn, ədəd tipli sahəyə mətn tipli informasiya daxil etməyə

cəhd göstərilə bilər. Bu halda verilənlər bazasının idarəetmə sistem-

ləri qiymətlərə nəzarət edən vasitələrin köməyilə daxiletməni blok-

Page 342: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------342---------------------------------------------

laşdırır və səs siqnalı ilə, daxil edilən simvollarının rəngini dəyişdir-

məklə və ya digər üsullarla istifadəçiyə səhv haqqında məlumat verir.

Daxil edilən verilənlərin ehtibarlığını (həqiqiqliyinin)

artırılması vasitələri emal edilən verilənlərin semantikası ilə bağlı

daha dərin nəzarət üçün tətbiq edilir. Cədvəllərin yaradılması zamanı

onlar aşağıdakı imkanları təmin edirlər:

Minimal və maksimal qiymətlər;

Susmaqla qəbul edilən qiymətlər;

Daxiletmənin vacibliyinin tələb edilməsi;

Daxiletmə üçün şablonun verilməsi;

Daxil edilən qiymətlərə nəzarət etmək üçün əlavə olaraq

yoxlama cədvəlinin göstərilməsi.

İnformasiyanın həqiqiliyinə nəzarətin təşkilinin daha təkmil

forması saxlanan proseduraların yaradılmasıdır. Saxlanan prosedura-

lar mexanizmi serverdə yerləşdirən verilənlər bazası üçün tətbiq edi-

lir.Saxlanan proseduralar verilənlər üzərində müəyyən funksiyaların,

o cümlədən, nəzarət funksiyalarının yerinə yetirilməsi üçün proqram-

lardır. Proseduralar verilənlərlə birlikdə saxlanır və lazım gəldikdə

tətbiqi proqramlardan və ya verilənlər bazasının idarəetmə

sistemlərində hər hansı hadisə baş verdikdə çağrılır.

Bildiyimiz kimi, verilənlər bazasında saxlanan cədvəllər

arasında verilənlər bazasının konseptual sxeminə əsasən əlaqələr

yaradılır. Əlaqələndirilən cədvəllərin məntiqi tamlığının təmin

edilməsi verilənlər bazasının idarəetmə sistemlərinin özü tərəfindən

yerinə yetirilir. Lakin verilənlər bazasının idarəetmə sistemlərinin

hamısı tam həcmdə bu funksiyanı yerinə yetirmirlər. Bu halda

əlaqələrin düzgünlüyünün məsuliyyətini tətbiqi proqram daşıyır.

Cədvəllərarası əlaqələrin tamlığına nəzarət üzrə verilənlər bazasının

idarəetmə sistemlərinin mümkün əməllərinə konkret misalda baxaq.

Fərz edək ki, iki cədvəl arasında 1:M əlaqəsi var, yəni əsas cədvəlin

bir yazısına köməkci cədvəlin bir neçə yazısı uyğun gəlir. Köməkçi

cədvələ yazılar daxil edildikdə sistem əsas cədvəlin əlaqə sahəsində

uyğun qiymətin olmasına nəzarət edir. Əgər daxil edilən qiymət əsas

cədvəldə yoxdursa, verilənlər bazasının idarəetmə sistemləri yeni

Page 343: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------343---------------------------------------------

yazı ilə işi müvəqqəti bloklaşdırır və qiyməti dəyişdirməyi və ya

yazını bütövlükdə ləğv etməyi təklif edir.

Köməkçi cədvəldəki yazıların ləğv edilməsi “problemsiz”

aparılır, lakin əsas cədvəlin yazıları haqqında bunu demək olmaz.

Əsas cədvəlin yazısının köməkçi cədvəlin bir neçə yazısı ilə əlaqəsi

olan halda iki variant mümkündür:

1.Əgər heç olmasa bir tabelli yazı varsa əsas yazını ləğv

etməmək (yazıları istifadəçi silir);

2.Əsas yazını və bütün tabelli yazıları ləğv etmək (kaskadvari

silinmə).

Paylanmış verilənlər bazalarında eyni obyektlər üzərində

müxtəlif əməliyyatların aparılması, yəni obyektlərdən birgə istifadə

edilməsi zamanı toqquşmaların aradan qaldırılması problemi yaranır.

Məsələn, lokal şəbəkədə istifadəçilərdən biri verilənlər bazasını

redaktə edir, digəri isə onun strukturunu dəyişdirmək istəyir. Bu cür

hallar üçün verilənlər bazasının idarəetmə sistemlərində

toqquşmaların qarşısını alan mexanizmlər nəzərə alınmalıdır.

Adətən şəbəkədə eyni vaxtda bir neçə istifadəçi işləyəndə və ya

bir kompüterdə bir neçə tətbiqi proqram yerinə yetirildikdə

bloklaşdırma tətbiq olunur.

Bloklaşdırma verilənlər bazasının idarəetmə sistemlərinin

müxtəlif obyektlərinə və obyektlərin ayrı-ayrı elementlərinə tətbiq

edilə bilər. Verilənlər bazasının obyektlərinin bloklaşdırılmasına ən

çox ehtiyac eyni vaxtda obyektdən istifadə olunmasına və həmin

obyektin yaradılmasına cəhd göstərilməsi zamanı yaranır. Verilənlər

bazasının idarəetmə sistemlərinin cədvəllərinə tətbiqdə isə

bloklaşdırma ayrı-ayrı yazılarla və ya sahələrlə işləyərkən aparıla

bilər. Aşkar bloklaşdırmalar əmrlər vasitəsilə istifadəçi və ya tətbiqi

proqram tərəfindən tətbiq edilir. Qeyri-aşkar bloklaşdırmaları isə

mümkün toqquşmaları dəf etmək üçün sistemin özü təşkil edir.

Məsələn, informasiyanın redaktə edilməsi zamanı verilənlər

bazasınin strukturunun dəyişdirilməsinə cəhd edildikdə verilənlərin

redaktə edilməsi prosesi qurtarana qədər verilənlər bazasının

Page 344: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------344---------------------------------------------

strukturunun dəyişdirilməsinə qadağa qoyulur.Bu da müxtəlif üsullar

vasitəsilə həyata keçirilir.

9.5.KRİPTOQRAFİYA. ELEKTRON İMZA

Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin

müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən

informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə

nəzarəti, autentifikasiyanı və müəlliflikdən imtinanın qeyri-

mümkünlüyünü təmin etmək üçün tətbiq edilir.

Kriptoqrafiya sözü kryptos (“gizli”) və graphos (“yazı”) yunan

sözlərindən yaranmışdır. Şifrləmə proseduru adətən müəyyən

kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur.

Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən

üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir

kriptoqrafiya məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin

edilməsi prinsipindən çıxış edir.

İlk kriptosistemlər artıq bizim eranın əvvəlində meydana çıxır.

Məsələn, məşhur Roma sərkərdəsi Yuli Sezar (e.ə. 100-44-cü illər) öz

yazışmalarında indi onun adını daşıyan şifrdən istifadə edirdi. Müasir

ingilis əlifbasına tətbiqdə bu şifr aşağıdakından ibarət idi. Adi əlifba

yazılırdı, sonra onun altında həmin əlifba, lakin sola üç hərf dövri

sürüşmə ilə yazılırdı.

Simmetrik şifrləmənin əsas nöqsanı ondan ibarətdir ki, məxfi

açar həm göndərənə, həm də alana məlum olmalıdır. Bu bir tərəfdən

məxfi açarların tam məxfi kanalla göndərilməsi problemini yaradır.

Digər tərəfdən alan tərəf şifrlənmiş və deşifrlənmiş məlumatın varlığı

əsasında bu məlumatı konkret göndərəndən almasını sübut edə

bilməz. Çünki belə məlumatı o özü də yarada bilər.

Asimmetrik kriptoqrafiyada iki açardan istifadə olunur.

Onlardan biri - açıq açar (sahibinin ünvanı ilə birlikdə nəşr oluna

bilər) şifrləmə üçün istifadə olunur, digəri - gizli açar (yalnız alana

məlum) deşifrləmə üçün istifadə olunur. Rəqəmsal imza

alqoritmlərində gizli açar şifrləmə, açıq açar isə deşifrləmə üçün

Page 345: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------345---------------------------------------------

istifadə edilir. Açıq açara görə uyğun gizli açarın tapılması çox böyük

həcmdə hesablamalar tələb edir, hesablama texnikasının hazırki

inkişaf səviyyəsində bu məsələ qeyri-mümkün hesab edilir.

Asimmetrik şifrləmə sisteminin istifadəsini illüstrasiya edir.

Asimmetrik şifrləmə alqoritmlərinə misal olaraq RSA, ElGamal,

Schnorr və s. alqoritmlərini göstərmək olar. Asimmetrik kripto-

qrafiyanın əsas çatışmayan cəhəti sürətin aşağı olmasıdır. Buna görə

də onlar simmetrik metodlarla birgə işlədilir. Məsələn, açarların

göndərilməsi məsələsini həll etmək üçün əvvəlcə məlumat təsadüfi

açarla simmetrik metodla şifrlənir, sonra həmin təsadüfi açarı alan

tərəfin açıq asimmetrik açarı ilə şifrləyirlər, bundan sonra məlumat və

şifrlənmiş açar şəbəkə ilə ötürülür.

Asimmetrik metodlardan istifadə etdikdə, (istifadəçi, açıq açar)

cütünün həqiqiliyinə zəmanət tələb olunur. Bu məsələnin həlli üçün

rəqəmsal sertifikatdan istifadə edilir. Rəqəmsal sertifikat xüsusi

sertifikasiya mərkəzləri tərəfindən verilir.

Rəqəmsal sertifikatda aşağıdakı verilənlər olur:

Sertifikatın seriya nömrəsi;

Sertifikatın sahibinin adı;

Sertifikatın sahibinin açıq açarı;

Sertifikatın fəaliyyət müddəti;

Elektron imza alqoritminin identifikatoru;

Sertifikasiya mərkəzinin adı və s.

Sertifikat onu verən sertifikasiya mərkəzinin rəqəmsal imzası

ilə təsdiq edilir. Bütövlüyə nəzarət üçün kriptoqrafik Xeş-funksiyalar

istifadə edilir. Xeş-funksiya adətən müəyyən alqoritm şəklində

realizə edilir, belə alqoritm ixtiyari uzunluqlu məlumat üçün

uzunluğu sabit Xeş-kod hesablamağa imkan verir. Praktikada 128 bit

və daha artıq uzunluqda Xeş-kod generasiya edən Xeş-funksiyalardan

istifadə edilir.

Elektron imza

Elektron imza elektron formada olan verilənlər blokudur, digər

verilənlərlə (elektron sənəd, proqram faylları və s.) məntiqi əlaqəli

Page 346: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------346---------------------------------------------

olur və həmin verilənlərin müəllifini birqiymətli identifikasiya

etməyə imkan verir. Rəqəmsal imza elektron imzanın növlərindən

biridir, müəllifin identifikasiyasından başqa bir neçə əlavə funksiyanı

həyata keçirir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya

əsaslanır. Rəqəmsal imza konkret məlumata (mətnə, fayla və ya

ixtiyari uzunluqlu istənilən bitlər yığınına) əlavə olunan və aşağıdakı

funksiyaları təmin etməyə imkan verən sabit uzunluqlu informasiya

blokudur:

Məlumatın müəllifinin identifikasiyası və autentifikasiyası;

Məlumatın bütövlüyünə nəzarət;

Məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə

zəmanət.

Məlumatın rəqəmsal imzası məlumatın özündən və imzalayanın

gizli açarından asılıdır. Rəqəmsal imza iki alqoritm ilə realizə olunur:

rəqəmsal imzanın yaradılması alqoritmi və rəqəmsal imzanın

yoxlanılması alqoritmi. Rəqəmsal imza alqoritmlərinə misal olaraq

RSA, DSA, ECDSA, ElGamal, Schnorr, QOST R 34.10-2001 və s.

alqoritmlərini göstərmək olar.

Rəqəmsal imzanın iş prinsipi Açıq açarlı kriptoqrafiya əsasında rəqəmsal imzanın iş

prinsipinə baxaq. Tutaq ki, hər hansı A istifadəçisi müəyyən

məlumatı imzalanmalıdır. Bunun üçün o, Xeş-funksiyanın köməyi ilə

bu məlumatın Xeş-kodunu hesablayır və onu özünün gizli açarı ilə

şifrləyir. Şifrlənmiş Xeş-kod məlumata əlavə edilir. Beləliklə,

məlumatın rəqəmsal imzası alınır.

Fiziki şəxsin əllə yazılmış imzasının analoqu olub, bağlı ERI

açarından istifadə etməklə elektron verilənlərin kriptoqrafik dəyişmə

nəticəsində simvollar ardıcıllığı kimi təsvir edilir. Bağlı ERI açarı

açıq ERI açarı vasitəsilə istifadəçisinin informasiyanın tamlığını və

dəyişməzliyini təyin etməyə şərait yaradır.

Elektron imza dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.

Elektron imza anlayışı ümumi xarakter daşıyıb, insanların əl

imzalarının, barmaq izləri, səs kimi bioloji əlamətlərinin rəqəmli

Page 347: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------347---------------------------------------------

çeviricilərdən keçirilmiş və s. biometrik əlamətlərin elektron halda

kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

Page 348: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------348---------------------------------------------

Gücləndirilmiş e-imzanın üstünlükləri:

Gizlilik (confidentiality);

Bütünlük (integrity);

Tanınma (authentication);

Məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiati-

on).

İnformasiya cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində

elektron imzadan istifadə olunması ilə əlaqədar fəaliyyətlər

səlahiyyətli orqan vasitəsilə hökumət tərəfindən tənzimlənir.

2003-cü ildə Avropa parlamentinin komissiyası Avropa

Birliyində elektron imzadan istifadə olunmasına dair vahid

metodoloji və texnoloji yanaşma ilə əlaqədar qərar dərc etmişdir.

Həmin qərarda EESSI (Elektron imzanın standartlaşdırılmasına dair

Avropa təşəbbüsü) çərçivəsində CEN (Avropa standartlaşdırma

komitəsi) və ETSI (Avropa telekommunikasiya standartları institutu)

tərəfindən işlənib hazırlanmış texniki standartların elektron imzanın

tətbiqində istifadə olunması təklif edilir.

Hazırlanmış texniki standartlara aşağıdakılar aiddir:

CWA 14167-1 (mart 2003): elektron imza sertifikatlarının

idarə olunması üzrə ehtibarlı sistemlərin təhlükəsizliyinə dair

tələblər – 1-ci Hissə: Sistemin təhlükəsizliyinə dair tələblər;

CWA 14167-2 (mart 2002): elektron imza sertifikatlarının

idarə olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair

tələblər – 2-ci Hissə: elektron imzanın yaradılması üçün

kriptoqrafik modul: imzanın təsdiqlənməsi ilə məşğul olan

qurumlar tərəfindən istifadə olunur – Müdafiə profili;

CWA 14169 (mart 2002): elektron imzanın yaradılması üçün

təhlükəsiz qurğular (kriptoqrafik açarların yaradılmasına,

saxlanılmasına və istifadəsinə dair tələblər daxil olmaqla).

Avropa ölkələrinin əksəriyyətində ehtibarlı (tam) şəhadətna-

mələrin verilməsi ilə məşğul olan təsdiqləyici mərkəzlərə dair tələblər

müəyyən olunur (məhz bu sertifikatlardan istifadə olunması əllə qeyd

edilmiş imzaların elektron imzalarla eyni qüvvəyə malik olmasını və

Page 349: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------349---------------------------------------------

“Elektron imza və elektron sənəd barədə” qanuna uyğun olmasını

təmin edir).

Mərkəzlər elektron imzanın yaradılması üçün konkret bir

ölkədə yoxlanılmış və sertifikatlaşdırılmış proqram-texniki

vasitələrdən istifadə edirlər.

IX FƏSLƏ AİD SUALLAR

1. İnformasiyanın təhlükəsizliyi. Hesablama sisteminin key-

fiyyətli mühafizəsi.

2. Təhlükəsizliyin pozulmasının mümkün nəticələri.

3. İnformasiya mühafizəsinin üsul və vasitələri. Mühafızə-

nin məqsədi.

4. Mühafızənin 3 əsas məsələsi. İnformasiya mühafizəsinin

aparat-proqram üsulları. Aparat mühafizəsi. Proqram mühafizə.

5. Struktur, funksional və informasiya izafıliyinin tətbiqi.

Aparat-proqram vasitələrinin yüksək keyfıyyətlə yaradılması.

6. Verilənlər bazasının mühafizəsi üsulları. Əsas mühafizə

vasitələri.

7. Parol mühafizəsi. Verilənlərin və proqramların şifrələn-

məsi. S/KEY parollar sistemi

8. VB obyektlərinə müraciət hüququnun təyin edilməsi. VB

cədvəllərinin yazılarının və sahələrinin mühafızəsi. Əlavə mühafizə

vasitələri.

9. Kriptoqrafiya. Simmetrik şifrlənmə. Asimmetrik şifrələn-

mə. Birtərəfli xeş-funksiya.

10. Elektron imza. Rəqəmsal sertifikat. Autentifikasiya

texnologiyası. Biblioqrafik parametrlər.

Page 350: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------350---------------------------------------------

TESTLƏR

1.Asimmetrik şifrləmə alqoritmlərinə hansı alqoritmlər

daxildir :A. RSA 2. Skipcack 3. ElGamal 4. CAST, Blowfish

5.Schnorr

A)1,2,3

B)1,2,4

C)) 1,3,5

D) 2,4,5

E)1,4,5

2.İnformasiya təhlükəsizliyinin tərkib hissələri

aşağıdakılardan hansıdır, 1.Mümkünlük; 2.Sistemlilik; 3.Tamlıq;

4.Möhkəmlik; 5. Məxfilik

A)1,2,4

B))1,3,5

C)1,5 2

D)4,5

E)1,3

3.Autentlfikasiya............

A)Sistemdə baş verən proseslərin qeydiyyatı və təhlili;

B))Autentlfikasiya şəbəkədə Informasiyanın mühafızəsini

təşkil etmək üçün ən əhəmiyyətli komponentlərdən biridir;

C)Sistemin resursundan istifadəyə nəzarət;

D)Verilənlərin müxtəlif təsirlər nəticəsində öz informasiya

məzmunlarını saxlamasıdır;

E) İnformasiyaya kənar müdaxilələrin qarşısınm alınması.

4.Dövlət orqanlarının İnternet resurslarının

yerləşdirilməsi, həmçinin bu qurumların internet şəbəkəsinə

çıxışı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamenti

tərəfindən yaradılmış hansı şəbəkəsi vasitəsi ilə təmin olunur...

A)DELTATELEKOM

Page 351: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------351---------------------------------------------

B)ARPANET

C))AZSTATENET

D) SEMANTİK

E)LOKAL

5.Simmetrik şifrələmə üçün hansı problem

xarakterikdir?

A)Açarların dəyişmə prosesi simmetrik şifrələmədə istifadə

edilmir, problemdə yoxdur;

B)) Açarların dəyişmə problemi xarakterikdir;

C)Yaradılmış açarların yenidən istifadə edilməsi problemi

xarakterikdir;

D)Açarların yenidən yaradılma problemi xarakterikdir;

E)Yaradılmış açarların digər sahələrdə istifadə edilməsi

problemi xarakterikdir.

6.Qronsfeld şifrəsinin Y.Sezar şifrəsi ilə hansı əlaqəsi

vardır?

A)Hər iki şifrələmə üsulu Qronsfeld tərəfindən verilmişdir;

B))Qronsfeld şifrəsi Y.Sezar şifrəsinin modifikasiya

olunmuş formasıdır;

C)Qronsfeld şifrəsi ilə Y.Sezar şifrəsinin əlaqəsi yoxdur;

D)Qronsfeld şifrəsi Y.Sezar şifrəsini eyni ilə təkrarlayır;

E)Hər iki şifrələmə üsulu Y.Sezar tərəfindən verilmişdir.

7.Y.Sezar şifrəsindən istifadə prinsipi necədir?

A)Başlanğıc məlumatın hər bir hərfi özündən altı mövqe

sonra duran hərflə əvəz olunur;

B))Başlanğıc məlumatın hər bir hərfi özündən üç mövqe

sonra duran hərflə əvəz olunur;

C)Başlanğıc məlumatın hər bir hərfi özündən beş mövqe

sonra duran hərflə əvəz olunur;

D)Başlanğıc məlumatın hər bir hərfi özündən dörd mövqe

sonra duran hərflə əvəz olunur;

Page 352: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------352---------------------------------------------

E)Başlanğıc məlumatın hər bir hərfi özündən iki mövqe

sonra duran hərflə əvəz olunur.

8.Kriptoqrafiyada şifrələmə nədir?

A)Açıq və qapalı mətnlərin birgə şifrələnməsi;

B)) Açıq mətnin şifrələnmiş mətnə çevrilməsi;

C) Açıq mətni şifrələmək mümkün deyil;

D)Qapalı mətnin şifrələnmiş mətnə çevrilməsi;

E) Qapalı mətni şifrələmək mümkün deyil.

9.Elektron imzanın əsas funksiyası nədən ibarətdir?

A)Elektron imzanın əsas funksiyası təqaüdü hesablamaqdan

ibarətdir;

B))Elektron imzanın əsas funksiyası müəllifin

identifikasiyasıdır;

C)Elektron imzanın əsas funksiyası adlı termin yoxdur;

D)Elektron imzanın əsas funksiyası hələlik sirr olaraq heç

kimə deyilmir;

E)Elektron imzanın əsas funksiyası kvadrat tənliyi

hesablamaqdır.

10.Informasiya həqiqiliyinin pozulmasınin qarsisinin

alinmasinin riyazi üsulları:

A) stenalogiya;

B)) kriptoanaliz;

C) kriptoqrafiya;

D) stenoqrafiya;

E) kriptoloji.

Page 353: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------353---------------------------------------------

FƏSİL X

ELEKTRON HÖKÜMƏT – DÖVLƏT

İDARƏETMƏ KONSEPSİYASI KİMİ

10.1.ELEKTRON HÖKÜMƏT

Bəşəriyyətin gələcəyinə gedən yol bir başa informasiya

cəmiyyətinin inkişafından asılıdır. Bu irəliləyiş mövcud

təsəvvürlərin çoxunu dəyişir. İstənilən ölkədə regionlararası və qlobal

əlaqələrin genişlənməsində informasiya texnologiyalarının müasir

imkanları danılmazdır. Dünya ölkələrinin hökümətləri öz işlərinin

keyfiyyətini və səmərəliliyini yüksəltmək məqsədi ilə informasiya-

kommunikasiya texnologiyalarından istifadəyə daha çox üstünlük

verirlər. Beynəlxalq aləmdə “e Government” adı ilə tanınan anlayış

dedikdə hökümətin fəaliyyətində elektron imkanlardan istifadə üzrə

proqramlar və bu istiqamətdə aparılan cəhdlər başa düşülür. Artıq

dünya təcrübəsi göstərir ki, İKT-nın birbaşa tətbiqi nəticəsində dövlət

orqanları tərəfindən vətəndaşlara və biznesə göstərilən yüksək

keyfiyyətli xidmətlərin dəyəri getdikcə azalır. “e Government”

termini “Elektron hökumət” kimi tərcümə edilir. Tam düzgün tərcü-

mədə bu termin əslində “elektron dövlət” mənasını verir. “Elektron

hökumət” terminində hakimiyyətin yalnız bir qolu olan icra struktur-

ları əks olunur. Lakin “elektron dövlət”, “elektron hakimiyyət” və ya

“elektron idarəetmə” terminləri bütün dövlət strukturlarını əhatə edir.

Hakimiyyət orqanlarının və idarəetmənin fəaliyyətinin

idarəçilik yönümündən vətəndaşların və təsərrüfat subyektlərinin

tələbatlarına uyğun istiqamətə yönəldilməsi elektron hakimiyyət

konsepsiyasının əsasını təşkil edir. Menecmentdə belə yanaşma

“müştəri-yönümlü yanaşma” adlanır. Qeyd etmək lazımdır ki,

aparılan tədqiqatlar və təcrübələr göstərir ki, hakimiyyət və idarəet-

mənin mövcud səmərəsiz prosedurlarının informasiyalaşdırılması və

Page 354: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------354---------------------------------------------

həmin fəaliyyət strukturlarında İKT-nın tətbiqi təhlükəlidir. Bu

səbəbdən də hakimiyyət və idarəetmə orqanlarının, dövlət

strukturlarının əsas fəaliyyət proseslərini kökündən dəyişmək

lazımdır. Həmçinin “bir pəncərə prinsipindən”istifadə etməklə də

hakimiyyətin müasir tələblərə uyğun fəaliyyətini yenidən yaratmaq

mümkündür. Vətəndaşlarla idarə və hakimiyyət orqanları arasında

birbaşa əlaqənin yaranmasında da bu prinsipindən istifadə edilməli-

dir. Adi sənəddən ötrü vətəndaşların təşkilatdan-təşkilata, idarədən-

idarəyə getməsinin, süründürməçiliyinin aradan qaldırılması üçün bir

pəncərə prinsipinin tətbiqi əvəzolumzdır.Lakin bütün bu qeyd

olunanların həyata keçirilməsi üçün ölkədə idarələr arasında

informasiya mübadiləsini və onların əlaqəli işləməsinin təmin etmək

məqsədilə ümummilli standartlar və reqlamentlər işlənib

hazırlanmalıdır.

Son zamanlar hakimiyyət və idarəetmənin yenidən qurulması

“Yeni dövlət menecmentinə” istinad edilərək həyata keçirilir. 1970-ci

illərdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə başlayan “yenidən

qurulan dövlət” hərəkatının çərçivəsində Yeni dövlət menecmenti

yaranmışdır. Bir çox mütəxəssislərin fikrinə görə “yenidən qurulan

dövlət” hərəkatı son yuz ildə dövlət idarəetməsi fəlsəfəsində və

paradiqmasında ən ciddi dəyişiklikdir. Qeyd edək ki, “yenidən

qurulan dövlət” konsepsiyasının müəllifi Devid Osborn və Ted

Qebler olmuşdur. Onlar konsepsiyanı hansısa normativlər kimi deyil,

dövlət idarəetməsində ümumiləşmiş dəyişikliklər kimi verirlər. İlkin

prinsiplər aşağıdakı kimi verilir:

Dövlətə qaçılmaz bədbəxtlik kimi deyil, kollektiv fəaliyyətin

üsulu və ictimai problemlərin həlli kimi baxılmalıdır;

Mərkəzləşdirilmiş və standartlaşdırılmış bürokratiya keçmişdə

qalmaqla, informasiya cəmiyyətinin və biliklər iqtisadiyyatı-

nın tələblərinə uyğun olan səmərəli dövlətçilik yaradılmalıdır;

Dövlət idarəetməsinin problemi insan deyil, bürokratik

sistemin özüdür;

Dövlətin bu günkü gundə mövcud olan problemlərini ənənəvi

demokratiya vəsaitlərin bölüşdürülməsi yolu ilə həll edilə

Page 355: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------355---------------------------------------------

bilməz. Hökumətin “yenidən ixtirası” nəticəsində bu

problemin həllinin səmərəliliyinə nail olmaq olar;

İmkanların bərabərliyinin təmin olunması prinsipi bütün

vətəndaşlar üçün şamil edilməlidir.

Devid Osborn

Ted Qebler

Bu konsepsiyanın əsas ideyası ondan ibarətdir ki, hakimiyyətin

və idarəetmənin daha səmərəli, çevik olması üçün dövlətin özünə

yox, onu stimullaşdıran dəyişikliklərə fikir verilməlidir. Bu da son

nəticədə bütün resursların aşağı səviyyədən daha səmərəli olan yuxarı

səviyyəyə keçməsinə şərait yaradır. Hakimiyyət və idarəetmədə

informasiya - kommunikasiya texnologiyalrının tətbiqi dövlətin

idarəedilməsində elektron variantın tətbiqindən başlayır. İnkişaf

etmiş dünya ölkələrində elektron hakimiyyət və idarəetmənin tətbiqi

“hökumətin yenidən qurulması” konsepsiyasının əsas prinsiplərinə

əsaslanaraq həyata keçirilir.

“Elektron dövlət” anlayışı onun texnoloji olmayan antipodu

olan “kağız” hökuməti kimi metaforadır, bu səbədən də bu termin

ciddi və birqiymətli olaraq müəyyən olunmamışdır. Dövlətin

əhəmiyyətli problemlərinin həlli kompüterlərdən və ya kağızdan

Page 356: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------356---------------------------------------------

istifadə olunması ilə həll olunmur. Məhz buna görə də qeyd olunan

terminin də əsas mahiyyətində “elektron” sözü deyil, “dövlət” və ya

“hökumət” sözü əsas rol oynayır. Əslində bu termin ingilis dilində

olan Electronic govrnment (e-government) sözündən götürülmüşdür.

Bu söz ingilis dilində yalnız icra hakimiyyəti olan hökumət deyil,

həm də bütövlükdə dövlət mənasını daşıyır. Qeyd olunanlardan

məlum olur ki, ingilis dilində olan “e-government” terminini“

elektron dövlət idarəetməsi kimi qəbul etmək daha düzgün olardı.

Qeyd olunanlarla bərabər həm məna, həm də dünya praktikasında

terminin istifadəsinin mahiyyətini nəzərə alaraq rəsmi termin kimi

daha çox “elektron dövlət” terminini işlətmək daha məqsədəuyğun

olardı.

Terminin hansı variantının harada istifadə edilməsi əslində

onun praqmatik məzmunu ilə təmin olunur. Elektron dövlət

idarəetməsinin öyrənilməsi və mövcud səviyyəsi aşağıdakı

xüsusiyyətlərlə müəyyənləşdirilir:

“Dövlət” və “dövlət idarəetməsi” anlayışları arasındakı

əlaqələrin qurulması;

Kompüterləşmənin Dövlətin həyatında spesifik özünü büruzə

verməsinin nədə özünü göstərdiyinin müəyyənləşdirilməsi;

Kompüterləşmənin Dövlət idarəetməsinin keyfiyyətinə

təsirinin müəyyənləşdirilməsi.

Bu cür təhlill nəticəsində müəyyən edilir ki, kompüterləşmədən

istifadə etməklə dövlət öz fəaliyyətinin keyfiyyətini dəyişməklə “e-

government”-ə hansı dərəcədə daxil olmuşdur. Qeyd edək ki, bu cür

yanaşmanın əsas üstünlüyü istənilən anda dövlət idarəetməsinin əsas

aspektlərinə informasiyalaşmanın təsir dərəcəsini müəyyənləşdirmə-

yə imkan verir.

Göründüyü kimi informasiya texnologiyalarının tətbiqi “e-

government”-in yaradılmasında əsas vasitədir.Bu prosesin keçirilməsi

birbaşa proqram təminatından asılıdır. Ümumiyyətlə, proqram

təminatı hesablama texnikası vasitəsilə mücərədliyin istənilən

səviyyəsində qoyulan məsələni həll etsə də prosesin mərkəzində

verilənlərlə işləmə durur. Lakin yadda saxlamq lazımdır ki, verilənlər

Page 357: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------357---------------------------------------------

üzərində məhdud sayda əməliyyatlar aparmaq olar. Bu əməliyyatlara

verilənlərin toplanması, saxlanması, emalı, ötürülməsi və ləğv (məhv)

edilməsi aiddir.Müasir informasiya texnologiyalarının imkanları

nəticəsində bu əməliyyatların daha səmərəli şəkildə, sürətlə, böyük

həcmdə və ucuz yerinə yetirmək mümkündür. İnformasiya

texnologiyalarının tətbiqi dövlət idarəetməsində də yeni imkanlar

yaratmışdır. Belə ki, ən sadə halda vətəndaşlarla dövlət aparatı

arasında informasiya mübadiləsi müasir informasiya texnologiyala-

rının tətbiqi ilə daha geniş məkanda aparılır. İxtiyari anda

vətəndaşların iri həcmli informasiya kütləsi dövlət strukturuna

çatdırılır, təyinatına görə seçilir, qısa müddətdə cavablandırılır və

təyinat ünvanına cavab göndərilir.

Elektron hökümətin yaradılmasının əsas məqsədlərinə daxildir:

Əhaliyə rəsmi xidmət Internet vasitəsi ilə həyata keçirilməli;

Informasiya bərabərsizliyi aradan qaldırılmalı;

Əhali davamlı maarifləndirilməli;

Əhali ilə münasibətlər yeni müstəviyə keçirilməli;

İqtisadiyyatın inkişafına nail olmaq;

Məqsədyönlü qanunların və siyasətin yaradılması;

Əhalinin fəal iştirakının İdarəetmədə təmin edilməsi.

Dövlət müəssisələrinin avtomatlaşdırılması zamanı üç

perspektiv nəzərə alınmalıdır:

Əhali üçün nəzərdə tutulan perspektivlər;

Biznes üçün nəzərdə tutulan perspektivlər;

Dövlət müəssisələri üçün nəzərdə tutulan perspektivlər.

Elektron höküməti yaradarkən təşkilatlar aşağıdakı

xüsusiyyətlərə mailk olmalıdırlar:

Açıqlıq və böyük əhatə dairəsinin yaradılmasına çalışmalı;

İstehlakçıların tələblərini təmin etməli;

Xidmətlərin inteqrasiyasına nail olmalı;

Dövlət ilə biznes strukturların əməkdaşlığını təmin etməli.

Elektron hökümət mühütünü yaradarkən nəzərə alınmalıdır:

Əhalinin internetə çıxışı güclənməli;

Page 358: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------358---------------------------------------------

Özəl müəssisələr İnternet üzərindən dövlət müəssisələri ilə

əlaqə yaratmalı;

Dövlət müəssisələri öz səmərəliklərini artırmağa

çalışmalıdırlar.

Elektron hökümətin yaradılma mərhələlərinə daxildir:

Marketinq mərhələsi;

Əməliyyat mərhələsi;

İnformasiya iqtisadiyyatının formalaşma mərhələsi.

Elektron hökümətin fəaliyyəti üçün yeni mərhələyə lazım olan

şərtlər:

İxtiyari xidmət və ya informasiya İnternetdə açıq olmalıdır;

Veb xidmətlər bloklara birləşərək istehsalçıların işinin

səmərəliyini artırmalıdır (burada informasiya texnologiya-

larından istifadə olunmalıdır);

Veb xidmətlərlə işləyən zaman sadəlik və cəlb edicilik əsas

şərt kimi götürülməlidir.

Elektron hökümətin fəaliyyəti üçün üç cari təşəbbüs irəli

sürülməlidir:

Dövlət müəsissələrinin avtomatlaşdırılma infrastrukturları

(Electronik Government Framework EGF);

Dövlət müəsissələrinin portal (Government Portal);

İnformasiya cəmiyyəti (Digital Communities) - informasiya

texnologiyalarına əsaslanan iqtisadi inkişaf, təhsil və sosial

yeniliklər.

10.2.ELEKTRON TİCARƏTİN MAHİYYƏTİ VƏ ONUN

ƏSAS KATEQORİYALARI

Elektron ticarət müasir İnternet iqtisadiyyatın əsas

istiqamətlərindən biridir.Elektron ticarət son illərdə daha dinamik

inkişaf tempinə malikdir. Elektron ticarət nədir? Mövcud olan ən

mükəmməl təriflərdən birinə görə elektron ticarət bir biri ilə birbaşa

fiziki əlaqələr olmadan, müasir informasiya şəbəkələri və

Page 359: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------359---------------------------------------------

texnologiyalarından istifadə etməklə müxtəlif tərəflər arasında həyata

keçirilən bütün növdən olan biznes və işgüzar əlaqələrdir.

Ümumilikdə, elektron ticarət işgüzar əməliyyatların bütün mövcud

formalarını əhatə edir. Müasir şəbəkə texnologiyaları və İKT bu

əlaqələrin qurulmasında əsas əlaqələndirici rolu oynayır. Qeyd etmək

lazımdır ki, bu işgüzar və biznes əlaqələri kompaniyalarla fərdlər,

fiziki şəxslər, digər kompaniyalar, dövlət müəsissələri və təşkilatları

arasında aparıla bilər. Elektron ticarət müxtəlif spektrli fəaliyyət

növlərini özündə birləşdirir. Texniki baxımdan tam,bütöv bir

texnoloji dövr elektron ticarətin fəaliyyətini təmsil edir. Elektron

ticarətin fəaliyyət dairəsinə məhsul və xidmətlərin reklamı, onların

hərəkəti, məhsulun satış bazarında konyukturaının öyrənilməsi,

elektron satış və ödəmələri, satılmış məhsulların çatdırılması və

satışdan sonrakı təminatı daxildir. Elektron ticarətin müasir inkişaf

səviyyəsi aparılan bütün kommersiya əməliyyatlarının, yəni sifarışın

qəbulu və tərtibatı, məhsul və xidmətlərin daşınması və

çatdırılmasını, satışa görə ödəniləcək məbləğlərin təqdimatı və

ödənilməsini, satıcı ilə alıcı arasında əmələ gələn digər münasibət və

əlaqələrin yerləşmə məkanından asılı olmayaraq İnternet vasitəsilə

həyata keçirilməsinə imkan verir.

Fiziki məhsullarla intellektual və informasiya məhsullarının

satışı arasındakı fərqi elektron ticarətdə mütləq nəzərə almaq

lazımdır. Fiziki məhsulların elektron ticarəti özündə ənənəvi ticarətin

müasir inkişafını əks etdirir. Bu inkişaf məhsul istehsalının

rentabelliyinin və səmərəliliyinin artırılmasını, bazar potensialının

yüksəldilməsini, istehlakçıların tələblərinin daha yaxşı ödənilməsini,

tranzaksion xərclərin və əməkdaşların məşğulluğunun azaldılmasını

təmin edir.

Satışın yeni növünü intellektual və informasiya məhsullarının

elektron ticarəti təşkil edir. Qeyd etmək lazımdır ki, eyni bir şəbəkə

vasitəsilə bu növ məhsulların satışı üzrə tam kommersiya

əməliyyatlarını həyata keçirmək mümükündür.Bu isə öz növbəsində

ənənəvi olmayan bazar yaradır. Belə bazarın yaranması insanların

hüquqlarının qorunması, intellektual mülkiyyətin mühafizəsi

Page 360: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------360---------------------------------------------

məqsədilə beynəlxalq ticarət qaydalarına uyğun xüsusi qayda və

qanunların yaradılmasını tələb edir. Beləliklə, elektron ticarət törəmə

bazardır.

Biz biznesin, ticarət cəmiyyətlərinin, mal və xidmətlərin satışı

bazarının həddən artıq çox sayda innovasiyalı virtual formalarının

inkişafını yüksək sürətlə dəyişən mühitdə müşahidə edirik.

İnternetdən istifadə imkanı bir çox müəsissələr və şirkətlər üçün

sifarişlərin çatdırılması və qəbulu əməliyyatlarını distribütorlar

tərəfindən deyil məhz özləri tərəfindən yerinə yetirilməsini adi hala

çevirir. Distribütorlar isə öz növbəsində virtual mühitə daxil olaraq

mal və xidmətlərin hərəkətini İnternet texnologiyaların tətbiqi ilə

virtual hərəkətə çevirir.

Mal və xidmətlərin İnternet bazarının yaranmasında əsas səbəb

şəbəkə texnologiyalarından istifadə nəticəində alıcılar, satıcılar və

vasitəçilər arasında birbaşa əlaqənin olmasından irəli gəlir. Müasir

dövrdə dünya iqtisadiyyatının müxtəlif sahələrində böyük gəlirlərin

əldə olunmasında bu bazarın rolu böyükdür.

Müasir informasiya texnologiyalarının biznesə inteqrasiyası

dünya bazarında məhsul və xidmətlərin istehsalçılarının imkanlarının

hiss olunacaq dərəcədə genişlənməsi ilə xarakterizə olunaraq,

müəsissələrin rəqabətə davamlılığını artırır və istehlakçıların günü-

gündən artan tələbatlarının təmin olunmasına zəmin yaradır.

Müxtəlif dünya ölkələrində elektron ticarətin inkişaf səviyyəsi

fərqlidir. Bu hər şeydən əvvəl ölkədə informasiya texnologiyala-

rından istifadənin və iqtisadi inkişafın səviyyəsindən asılıdır.

Şübhəsiz bu sahədə lider ABŞ-dır. Forrester Research kompaniya-

sının məlumatlarına görə Avropa bu sahədə ABŞ-dan 2-3 il geri qalır.

Bir çox dünya ölkələrinin iqtisadiyyatının strukturunda köklü

dəyişikliklərin baş verəcəyinə və yeni iqtisadi inteqrasiyaya səbəb

olacağında elektron ticarətin inkişafı qaçılmazdır.

Kiçik və orta biznesin inkişafında internetdən istifadə və

elektron ticarətin tətbiqi xüsusi əhəmiyyətə malikdir. Belə ki,

elektron ticarət onların öz məhsul və xidmətləri ilə dünya bazarına

çıxmasına şərait yaradır.

Page 361: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------361---------------------------------------------

Elektron ticarət mal satanlar və alıcılar arasında yeni

münasibətlərin yaranmasına səbəb olur. Beləliklə, mal seçiminin

imkanları genişlənir, faktura və digər xərclər azalır.

Öz təbiətinə görə elektron ticarət transmilli olub beynəlxalq

mal və xidmətlərin satışının genişlənməsinə səbəb olur, vahid

bazarda rəqabətin inkişafını birbaşa stimullaşdırır.

Elektron ticarətin əsas hüquqi prinsipinə əsasən tərəflərdən heç

biri onlar arasındakı sövdələşmənin qanuniliyini onun elektron üsulla

aparılmasına görə şübhə altına salmamalıdır. Xidmət (1993) və

telekommunikasiyalar (1997) üzrə Ümumdünya Ticarət Təşkilatı

çərçivəsində dünyanın bir çox ölkələri öz üzərlərinə geniş miqyasda

elektron ticarətə başlamaq öhdəliklərini götürmüşlər. Eyni zamanda

hal-hazırda elektron bazara bir çox dünya ölkələrinin daxil olmasına

mane olan səbəblərin aradan qaldırılması istiqamətində də ciddi işlər

görülür. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, beynəlxalq

elektron ticarətin bərqərar olması üçün etibarlı mexanizmin yaradıl-

masının müxtəlif səpgili problemləri hələ də mövcuddur. Bu prob-

lemlərə hər şeydən əvvəl müxtəlif ölkələrdə elektron ticarətin

standartlarındakı fərqləri, ödənişlərin təhlükəsizliyini, “kibercinayət-

karlıq”la mübarizəni, etibarlılıq və inam Kodeksinin yaradılmasını

aid etmək olar. Bu problemlər əslində Beynəlxalq Ticarət Təşkilatına

üzv olan dövlətlərə aid problemlərdir. Lakin məlumdur ki, dünyanın

bir çox ölkələri bu təşkilatın üzvü deyil. Məhz bu səbəbdən də təşki-

lata üzv olmayan ölkələrdə elektron ticarətin inkişafı müxtəlif büdrə-

mələrlə və neqativ nəticələrlə inkişaf edir. Belə mənfi hallar isə həm-

in ölkələrin inkişaf istiqamətində gedən proseslərdən geri qalmasına

və arzuolunmaz iqtisadi vəziyyətlə rastlaşmasına gətirib çıxara bilər.

Ölkədə elektron ticarətin inkişafı əslində müəyyən

infrastrukturun yaradılması və inkişafını tələb edir. Bura elektron

mağazaların və virtual kiberkompaniyaların yaradılmasını, elektron

ödəmələri həyata keçirə bilən bank sisteminin olmasını, İnternet

reklam və marketinqin inkişafını və s. aid etmək olar.

Elektron ticarət sistemini yaradarkən hər bir ölkənin ilkin

rastlaşdığı problem dövlət ehtiyaclarının ödənilməsinin həllidir.

Page 362: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------362---------------------------------------------

Dövlət ehtiyacları üçün elektron ticarətin təşkilinə ümumilikdə

elektron ticarətin yaradılmasının başlıca istiqaməti kimi baxmaq

lazımdır. Qeyd etmək lazımdır ki, bu yönümdə hazırlanan və həyata

keçirilməsi nəzərdə tutulan proqram ölkənin biznes sahəsindəki

informasiya texnologiyalarının tətbiqinin əsası olmalıdır. Lakin

inkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki,elektron ticarətin

tətbiqi iqtisadiyyata yeni texnologiya və üsulların gətirilməsini və

mütəşəkkil şəkildə onların tətbiqini tələb edir. Dövlət ehtiyaclarının

ödənilməsi məqsədilə elektron ticarət sisteminin yaradılması birbaşa

ölkədə istehsal olunan məhsullar və göstərilən xidmətlərə uyğun

vahid verilənlər bazasının yaradılmasını ilkin şərt kimi qarşıya qoyur.

Belə bazanın mövcudluğu mal və xidmətlərin bütün nomenklatur

spektrinin nizamlanmasına imkan verir.

Ölkə üzrə ümumi informasiya-marketinq şəbəkəsi sisteminin

yaradılması elektron ticarət sisteminin yaradılması istiqamətində

həyata keçirilməsi lazım bilinən ikinci tədbirdir. Bütün səviyyələrdə

olan dövlət strukturlarını bazar haqqında analitik informasiya ilə

təmin etmək bu sistemin əsas vəzifəsidir. Burada əsas diqqəti

informasiya-marketinq şəbəkələri ilə birgə elektron imzaları təsdiq

edən elektron mərkəzlərin və elektron ödəmə sistemlərinin

mövcudluğunun da təmin edilməsinə yönələltməkdir. Əks halda

ayrılıqda informasiya-marketinq şəbəkələrinin fəaliyyəti heç bir

nəticə verməz.

Elektron ticarətin ölkə daxilində fəaliyyətinin tədarük sferası da

daxil olmaqla monitorinqini aparan mərkəzin yaradılması elektron

ticarət sisteminin yaradılmasında sonuncu tədbirdir.

Elektron ticarət sisteminin yaradılmasında rast gəlinən üç əsas

maneəyə daxildir:

Telekommunikasiya şəbəkələrinin keyfiyyətinin lazımi

səviyyədə olmaması;

İnformasiya təhlükəsizliyinin və mühafizəsinin aşağı

səviyyədə olması;

Prosesin tam, müfəssəl hüquqi bazasının olmaması.

Page 363: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------363---------------------------------------------

Qeyd etmək lazımdır ki, göstərilən maneələrdən ilk ikisi texniki

təminat və proqram vasitələri ilə müəyyən dərəcədə aradan qaldırıla

biləsə də, sonuncu maneənin aradan qaldırılması dövlət tərəfindən

beynəlxalq prinsiplərə uyğun və müasir dünyada mövcud sistemlə

əlaqələndirilmiş hüquqi əsasın işlənib hazırlanaraq həyata

keçirilməsini tələb edir.

Bütün elektron sistemlərdə olduğu kimi elektron ticarətdə də

razılaşmalar, sövdələşmələr və alqı-satqı prosesləri verilən və

məlumatların mübadiləsi ilə aparılır. Bu mübadilə bütün dünyada

“elektron verilənlərin mübadiləsi” kimi adlandırılan əvvəlcədən

razılaşdırılmış və qəbul edilmiş sxem üzrə aparılır. Verilənlərin

elektron emalı elektron ticarətdə həm ölkə daxilində, həm də xarici

əlaqələrdə geniş istifadə edilir. İstənilən ölkədə elektron

kommunikasiya vasitələrinin mövcudluğu elektron verilənlərin

mübadiləsi mühitini yaradır. Elektron ticarət sisteminin qurulması və

fəaliyyətində də elektron verilənlərin mübadiləsinin mühüm rolu

vardır. Ümumiyyətlə, elektron verilənlər mübadiləsi bir çox

üstünlükləri ilə hər bir elektron prosesdə tətbiq edilir. Bu üstünlüklərə

aşağıdakıları aid etmək olar:

İstənilən sahəyə aid informasiyanın ötürülməsində dəqiqlik

artır;

Səhvlərin və xətaların səviyyəsi azalır;

Aparılan proseslərə insan müdaxiləsinin səviyyəsi aşağı

düşür;

Əməliyyatların dəyəri və müxtəlif məsrəflərin miqdarı azalır;

Eyni verilənlərdən dəfələrlə təkrar olaraq istifadə imkanı

yaranır;

İnformasianın saxlanılması daha sərfəli və az yer tələb edən

olur;

Müxtəlif instansiyalar arasında informasiya mübadiləsi

sürətlənir;

Xərclərin azalması istehsalçı və istehlakçılar arasındakı

qarşılıqlı əlaqələrin genişlənməsinə səbəb olur;

Page 364: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------364---------------------------------------------

Marketinqin səviyyəsi yüksəlir, mal və xidmətlərin

çatdırılmasının çevik qrafikinin təşkili və tətbiqinə imkan

yaranır;

Çox zəhmət tələb edən işlərin aradan qalxması ilə əlaqədar

olaraq məhsuldarlıq artır ;

İstehsal proqramları və prosedurları üçün vahid proqram

tərtibinə imkan yaranır;

İşçilərin sayı azalır.

Bütün göstərilənlərlə bərabər elektron ticarətin təşəkkül

tapması digər sahələrdə, bank işində, maliyyə əməliyyatlarının

aparılmasında elektron sistemlərin yaranmasına səbəb olur.

Elektron mağaza

Elektron mağaza hal-hazırda e-ticarətin ən geniş yayılmış

növlərindən biridir. Adətən, elektron mağaza məhsulların katalo-

qundan, məhsuların toplandığı virtual alıcı "arabasından", həm-

çinin də ödəmə vasitələrindən ibarət olan Web-saytdır. İstənilən

İnternet mağazanın texniki hissəsinə Web-vitrinlərin və ticarət

sisteminin məcmusu kimi baxmaq olar. İnternet mağaza sistemi sadəcə

Web-vitrinlər çərçivəsində yerinə yetirilə bilməyən məsələlərin çox

hissəsini yerinə yetirir. Internet mağaza o cümlədən informasiyanın

dinamik emalı və verilənlər bazası ilə iş sayəsində hər bir qeydiy-

yatdan keçmiş alıcı ilə fərdi olaraq işləməyə imkan verir.

Elektron mağaza məhsulun nümayişini, sifarişin

formalaşmasını və avtomatik olaraq mövcud verilənlər bazası ilə

əlaqəni həyata keçirir. Elektron mağazalar elektron vitrindən fərqli

olraq xüsusi proqram təminatı ilə təchiz olunur.

Çoxölçülü e-ticarət sahəsini xarakterizə edən meyarlardan

biri məhsulun istehlakçısının tipidir. Xüsusi şəxslərə xidmət

göstərilmə-sindən meydana çıxan tələblər korporativ müştərilərlə -

fırma və şirkətlərlə iş zamanı əmələ gələn tələblərdən kəskin

fərqlənir. Korporativ müştərilər - işgüzar ortaqlar əvvəlcədən

müəyyən edilməlidirlər. Onların əhatə dairəsinin genişləndirilməsi

Page 365: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------365---------------------------------------------

kifayət qədər incə məsələdir. Eyni zamanda xüsusi müştərilərin

sayının artırılmasının məqsədyönlülüyü heç bir şübhə yaratmır- nə

qədər çox olsa, bir o qədər yaxşıdır. Belə ki, elektron kitab

mağazası öncədən heç bir şərt qoymadan ödəmək iqtidarında olan

hər kəsdən sifariş qəbul etməlidir.

Mağazanın nüvəsi – məhsulların kataloqu və bu kataloqun

yerləşdiyi saytdır. Təbii ki, ilk addım olaraq, dəqiq çeşidlənmiş

kataloq yaratmaq qarşıya məqsəd kimi qoyulur. Burada təсrübəli

mütəxəssislərin iştirakı vaсibdir. Ən böyük zəhmət tələb edən

işlərdən biri təsvirlərin skanerdən keçirilməsi və siyahıya daxil

edilməsidir.

Bütün dünyada ən populyar olan kitab mağazalarından biri

Amazondur (www.amazon.com).

Kataloqun strukturu bu və ya digər dərəсədə saytın strukturuna

Page 366: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------366---------------------------------------------

təsir edir. Klassik mağazalarda məhsulların yerləşdirilməsinin

nomenklatur qaydaları, İnternetdə məhsulların axtarışının

keyfiyyətinə təminat vermir. Ona görə də bölmələrin adının

istifadəçilərin məhsul haqqında təsəvvürünə uyğun seçilməsi daha

yaxşı səmərə verir.

Məhsul kataloqları mağazanın saytının strukturunu

tamamlamır. Bura mağaza haqqında informasiya bölməsi, saytda

hərəkət və alış üçün kömək, müxtəlif situasiyalarda məsləhətlər və s.

yerləşdirilir. Məsələn, www.megashop.ru İnternet mağazasında

onlayn rejimdə müştəri ehtiyat hissələrindən özünə lazım olan

konfiqurasiyada kompüter yığa bilər və həmçini sifariş verə də bilər.

Əsas məsələlərdən biri də alıсı forumlarıdır. Lakin bu işi heç də

bütün mağazalar həyata keçirmir, çünki alıсı psixologiyası elədir ki,

on müştəridən yalnız biri öz minnətdarlığını bildirir, qalanları isə

mütləq nəsə bir irad bildirməlidirlər. Lakin bununla barışmaq lazım

gəlir, çünki sayta müraсiət edənlər ilk növbədə onun reytinqinə fikir

verirlər.

Digər mühüm bir element saytın dizaynıdır. Bu gün İnternet

mağazalarda demək olar ki, hər şey satılır. Əgər siz başqalarının

satmadığı hər hansı bir məhsulu satışa çıxarsanız, arxayın olun ki,

qısa müddətdə kimsə bu məhsulu öz kataloquna daxil edəсək. Bu

zaman sizin mağazanın vizual görünüşü alıсını сəlb etməkdə xüsusi

rol oynaya bilər. Burada istifadə edilən şriftlərin, rənglərin və qrafik

elementlərin xüsusi əhəmiyyəti var. Hətta müşayiətediсi musiqi də

alıсı sayına təsir göstərə bilir. Burada dizaynerin vəzifəsi saytın

funksional fəaliyyətinə xələl gətirmədən, mağazaya сəlbediсi görünüş

verməkdir.

İnternet mağazanın əsas üstünlüklərinə daxildir:

praktik olaraq qeyri-məhdud assortiment;

yer iсarə etməyə ehtiyaс yoxdur;

fasiləsiz iş rejimi;

əlverişli axtarış;

əlverişli sifariş forması;

geniş əhatə dairəsi.

Page 367: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------367---------------------------------------------

Beləliklə, İnternet mağaza qeyri-məhdud sayda müştəriyə

xidmət göstərmək üçün əlavə bir məişət kanalına çevrilir. Bu isə yeni

gəlir mənbəyi deməkdir.

Tiсarət İnternet mağazada aşağıdakı sxem üzrə həyata keçirilir.

Mağazaya daxil olan müştəriyə məhsulların kataloqu, xidmətlər

siyahısı, axtarış sistemi və digər standart vasitələr təqdim olunur.

Sifariş vermək üçün ilk növbədə qeydiyyatdan keçmək lazımdır,

yalnız bundan sonra sifariş vermək olar. Burada kataloqdan məhsul

seçilir, həсmi göstərilir və sifariş satıсıya göndərilir. Elektron poçt

vasitəsilə sifariş mağazaya daxil olur və satıсı müştəri ilə əlaqə

saxlayaraq ödəniş və sifarişin müştəriyə çatdırılma qaydalarını izah

edir.

Bu halda mağazanın quruluşu iki mexanizmdən ibarət olur:

Front-Office və Back-Office.

İstehsalçıya e-ticarətdən istifadə edərək birbaşa satış təşkil

etmək zəruridirmi? Əgər şirkət aktiv fəaliyyət göstərmək istəyirsə,

onda o, birbaşa satış kanallarına da malik olmalıdır. Ancaq istənilən

istehsalçı özünə birbaşa satışları icazə verə bilməz. Bu sahədə

minimum iki problem vardır:

1. Birbaşa satışa keçid zamanı ənənəvi distribüter-diler

satış kanalları ilə qarşılıqlı fəaliyyət məsələlərini həll etmək lazım

gələcək. İstehsalçı nə qədər böyük olarsa, ona bu məsələləri həll

etmək bir o qədər asan olar. Amma kiçik istehsalat şirkətləri bu tip

qarşılıqlı münasibətlərin yeni sxemini ətraflı fıkirləşməlidirlər.

2. Birbaşa satış zamanı digər bir problem ondan ibarətdir ki,

kiçik şirkətlər üçün kuryer xidmətləri ilə əlaqə qurmaq çətindir.

Nəhəng kuryer sistemlərinin (UPS, DHL, TNT) xidmətləri ucuz

başa gəlmir, həm də ancaq onlar bütün dünya üzrə yüksək səviy-

yəli xidmətə zəmanət verirlər. Kiçik çatdırma şirkətlərində

xidmətlər daha ucuzdur, lakin bununla yanaşı onların məhsullarının

çatdırılma səviyyəsi və regionların əhatə dərəcəsi aşağı düşür.

Deməli, birinci halda kiçik istehsal şirkətinin məhsulu çatdırılma

qiymətinə görə rəqabət qabiliyyətli olmayacaq, ikinci halda isə

şirkət bir neçə çatdırılma şirkəti ilə razılaşmalı olacaq ki, bu da

Page 368: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------368---------------------------------------------

yenə də özünü məhsulun qiymətində göstərəcək. Şirkət birbaşa

satış zonasını lokal səviyyəyə kimi məhdudlaşdıra bilər (məsələn,

müəyyən bir region). Bu da yenə şirkətə satış həcminin az olması

səbəbindən sərfəli olmayacaq.

Internetdən istifadə edərək birbaşa satışların təşkili zamanı hər

şey diqqətlə ölçülüb-biçilməlidir,çunki bunlar sadə məsələlər deyildi.

Elektron biznesdə iştirakın müsbət tərəflərinə daxildir:

İstehsalat proseslərinin səmərəliliyinin artırılması;

dövriyyə fondlarının azaldılması, istifadənin nisbi ucuzluğu

- bu amil kiçik bizneslər üçün daha cəlbedicidir.

Şəbəkə ona böyük şirkətlərlə :

səmərəli rəqabət;

vasitəçiləri ixtisar etmə;

ölkə sərhədlərindən və vergilərindən asılı olmadan

İnternet mağazaların yaradılması;

istənilən ölkədə yerləşərək şəxsi biznesini beynəlxalq

miqyasda idarəetməsi;

fərdi marketinqi tətbiq etmə;

bütün sutka ərzində satış;

alıcı ilə interaktiv ünsiyyət, sorğuya ani cavab vermə;

təklif olunan məhsul və xidmətlər haqqında ətraflı

informasiya əldə etmə;

ani ödəmə etmək imkanı verir.

Elektron mağazalardan da istifadə olunma cəhətdən də

üstünlüklərə daxilditr:

Qısa müddətdə mağazanın açılması;

ticarət meydançalarının kirayəsinə çəkilən xərclərin ixtisar

edilməsi;

əməkdaşların saxlanılmasına, avadanlıqlara çəkilən xərclərin

azaldılması;

əhatə dairəsinin genişləndirilməsi;

sutkalıq reallaşdırma kanalları.

Page 369: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------369---------------------------------------------

Elektron bazar Elektron bazar çoxlu sayda alıcıları və satıcıları birləşdirən,

informasiya, əmtəə və xidmət mübadiləsinə kömək edən, eləcə də

ödəmələri həyata keçirməyə imkan yaradan informasiya sistemidir.

Elektron bazarın yaradılmasının əsasında minlərlə informasiya

şəbəkələrinin bir kompüter şəbəkəsində-İnternetdə birləşdirilməsi

imkanı durur. Elektron bazarının informasiya sistemləri alıcıların və

satıcıların axtarışı, qiymətlər haqqında informasiyanın alınması,

əmtəələrin sifarişi və onların ödənilməsi üzrə məsrəflərdən ibarət

tranzaksiya məsrəflərini xeyli azaltmağa imkan verir. İnternetin geniş

miqyaslı və əlverişli olması və orada müxtəlif sazişlərin

bağlanmasının sadəliyi elektron kommersiyanın inkişafına təkan

verir.

Elektron kommersiya Elektron kommersiya kompüter sistemlərindən istifadə etməklə

həyata keçirilən, əmtəələrin və xidmətlərin alqı və satqısı prosesidir.

Bu anlayış reklamdan, marketinqdən, müştərilərə xidmətdən,

sifarişlərin tədarükü və ödənilməsindən ibarətdir. Qlobal şəbəkə

elektron kommersiyanın texnoloji əsasını təşkil edir. İnternet-

standartlar sifarişlərin yerləşdirilməsi və materialların hərəkəti

sistemləri kimi bir-birinə uyğun gəlməyən sistemlərin əlaqələn-

dirilməsi üçün tətbiq olunur. Bu sistemlər arasında əvvəllər

informasiya mübadiləsi qeyri-mümkün idi.

İnternetdən istifadənin sadəliyi və əlaqəliyi üstünlüyündən

şirkətlər daxili informasiya şəbəkələrinin və ya İntranetin

yaradılması məqsədilə istifadə edirlər. Xarici istifadəçilər üçün

əlverişli fərdi daxili şəbəkələr ekstranet adlanır. Onlar firma

tərəfindən məsrəflərin azaldılması və tədarükçülərlə, biznes üzrə

digər partnyorlarla (tərəfdaşlarla) öz fəaliyyətinin koordinasiyasının

keyfiyyətinin yaxşılaşdırılması məqsədilə istifadə edirlər. Elektron

biznes terminindən biznes-proseslərin idarə olunması üçün kompüter

texnologiyalarından istifadə və elektron kommersiya arasında sədd

qoymaq məqsədilə istifadə olunur.

Page 370: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------370---------------------------------------------

Elektron kommersiya əməliyyatının təsnifləşdirilməsinin əsas

növü iştirakçıların iqtisadi funksiyalarının öyrənilməsinə əsaslanmış-

dır. Elektron kommersiyanın üç əsas kateqoriyasına daxildir:

“biznes-müştəri” (B2C),

“biznes-biznes” (B2B),

“müştəri-müştəri” (C2C)

Ayrı-ayrı alıcılara əmtəə və xidmətlərin satışına əsaslana sxem

B2C adlanır. Bir şirkətin əmtəə və xidmətlərinin digər şirkətə

satılmasını əks etdirən sxem B2B sxemi adlanır.C2C sxemi üzrə

elektron kommersiya əmtəə və xidmətlərin bir istehlakçıdan

digərlərinə satışını həyata keçirir.

“Biznes-biznes” tipli əməliyyatlar bütün elektron kommersiya

əməliyyatlarının əsas hissəsini 80%- ni təşkil edir. Koorporativ

alıcılar ənənəvi olaraq bir və ya iki tədarükçülərlə uzunmüddətli

münasibətlərə əsaslanmışdır. İnternet digər tədarükçülər haqqında

informasiyanın əldə olunmasını asanlaşdırır. Yəni, şirkətlər xarici

şirkətlər də daxil olmaqla mənbələrin daha geniş spektrindən istifadə

edərək, daha çox əlverişli sazişlər bağlaya bilər. Alıcılar üzrə

menecer tədarükçüdən əmtəə əldə edərək və ya yeni tip sifariş

yerləşdirərək şəbəkədə qarşılaşdığı suallara cavablar axtarır.

Potensial ticarət partnyorlarının axtarışı İnternetdə tədarük

fəaliyyətinin ən geniş yayılmış növlərindən biridir. Tədarükçülərin

özü rəqib qiymətlərinin interaktiv öyrənilməsi zamanı şəbəkədən

istifadə edə bilər.

10.3.BİZNES-MODEL VƏ ONUN ƏSAS NÖVLƏRİ

Biznes-model mənfəətin yaradılması metodikasını əks etdirən,

əmtəənin müəsissə tərəfindən istehsalı mahiyyətinin və prinsipinin

abstrakt təsəvvürüdür. Əgər məhsul haqqında informasiya

mübadiləsinin əvvəlki kanalları öz əhəmiyyətini itirirsə və ya qeyri-

qənaətçil olursa, onda əsasında informasiyanın məhsul ilə

uyğunlaşdırılması duran biznes-model də öz aktuallığını itirə bilər.

Yeni biznes – model əmtəələri alıcılara ənənvi mağazalar vasitəsi ilə

Page 371: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------371---------------------------------------------

deyil, interaktiv satışı təşkil edən mağazalar vasitəsilə təqdim edir.

Kitab mağazaları elektron kitabları vasitəçilərin köməyindən imtina

edərək, bilavasitə alıcılara sataraq, bu biznes modeli analoji

təcrübədən keçirmiş oldurlar.

Bu gün investorlar da öz işlərinin həyata keçirilməsi üçün bila-

vasitə İnternetdən də ucuz olan maliyyə informasiyasından istifadə

edərək yüksək komisyon faizlər tutan universal pərakəndə broker-

lərinin köməyindən də imtina edə bilərlər.Əgər biznes-model yalnız

İnternetə əsaslanmışdırsa, onu “sırf təmiz oynayan” adlandırırlar.

Biznes-modelin əsas növlərinə daxidir:

Virtual mağaza. Distant üsulla real əmtəələrin satışını təşkil

edir. Adi (elektron olmayan) əmtəələrin tədarükü ənənəvi

üsullarla baş verir;

Bazar konsentratoru. O, çoxsaylı tədarükçülərdən alınmış

məhsullar və xidmətlər haqqında informasiyanı bir nöqtədə

cəmləşdirir. Bu zaman alıcılar axtarış, müqayisə və bəzən də

alqı-satqı əməliyyatları apara bilər;

İnteraktiv birja. Çoxsaylı alıcıların çoxsaylı tədarükçülərdən

əmtəələri ala bildiyi alqı-satqı sistemidir;

İnformasiya brokeri. Məhsullar, əmtəənin qiyməti və

mövcudluğu haqqında informasiyanı təklif edir. Onlardan

bəziləri ticarət sazişlərini icra edir, bununla belə onların əsas

dəyəri-təqdim olunan informasiyadır;

Əməliyyat brokeri. Alıcılar faiz dərəcələri və şərtlərlə tanış

ola bilər, əsas biznes-fəaliyyət əməliyyatın (sazişin) həyata

keçirilməsindən ibarətdir;

Hərrac. Məhsulun elektron nağdsız ödənişini, əksər hallarda

alıcının hərəkətinə cavab olaraq daimi dəyişən qiymətlər və

mövcud ehtiyatlar haqqında xəbərləri təklif edir;

Əks hərrac. Alıcılar özləri üçün sərfəli qiymətlə əmətəələrin

əldə edilməsi məqsədilə çoxsaylı satıcılara müraciət edirlər;

Aqreqator. Böyük miqdarda əmtəə almaq istəyən və bununla

əlaqədar olaraq, topdansatış endirimləri ilə maraqlanan

adamları qruplarda birləşdirir;

Page 372: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------372---------------------------------------------

Rəqəmsal məhsulun tədarükü. Proqram təminatını,

multimedia və digər kompüter məhsullarını İnternet vasitəsilə

satır və tədarük edir;

Kontentin tədarükçüsü. Kontent təklif edərək və yaxud

axtarış sistemində reklam yerləşdirərək mənfəət yaradır;

Xidmətlərin interaktiv tədarükçüsü aparat və proqram

təminatı istifadəçiləri üçün xidmətlər və köməklik göstərir;

Virtual birlik. Ümumi maraqları olan adamlar üçün ünsiyyət

və informasiya mübadiləsi məqsədilə virtual görüş yerini

təmin edir.

Portal. İnternetə giriş zamanı göndəriş nöqtəsidir,

ixtisaslaşmış məzmun və digər xidmətləri təklif edir. Ayrı-

ayrı istifadəçilərə və bütöv bir təşkilata öz informasiyalarını

yerləşdirməkdə kömək edir;

Sindikator. Çoxsaylı mənbələrdən mündəricat və ya əlavələri

toplayır və onları digər şirkətlərə yenidən satışını həyata

keçirir.

Şikətlər daha aşağı qiymətlər təklif etməklə,məhsulu bilavasitə

alıcıya satmaqla və ya vasitəçilərin sayını azaltmaqla böyük mənfəət

əldə edə bilərlər.Əlavə dəyərin formalaşması zəncirində aralıq

addımlara cavabdeh təşkilati və ya biznes hissələrin aradan

götürülməsi prosesi aralıq hissələrin aradan götürülməsi adlanır.

Əməyin yayılmasına diqqət yetirək. Burada:

a) ənənəvi vasitəçilər,

b) vasitəçilərsiz

v) informasiya agentlərinin vasitəsilə əməyin yayılmasını blok-

sxemlərlə əks etdirir.

Şəkil a)-da əmtəənin yayılmasının ənənəvi üsulu təsvir

edilmişdir. O, bir neçə aralıq hissələrdən istifadə edir və onların hər

biri məhsulun yekun dəyərinə yenilik gətirir.

Şəkil b)-də bütün aralıq hissələrin aradan götürüldüyü və

istehlakçının əmtəəni minimal qiymətə aldığı hal təsvir edilmişdir.

Şəkil v)-də əmtəələrin informagentlər vasitəsilə yayılması halı

təsvir olunmuşdur.

Page 373: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------373---------------------------------------------

İnternet hesabına istehsalatın bəzi sahələrində aralıq hissələrin

aradan götürülməsi prosesi sürətlənir, eləcə də digər sahələrdə aralıq

hissələrin yeni tiplərinin yaradılması imkanları təmin edilir.

Əməyin yayılması

Bəzi sahələrdə əmtəə anbarlarına malik distribüterlər və ya

daşınmaz əmlakla əməliyyatlar üzrə agent tipli vasitəçilər yeni aralıq

hissələrlə əvəz oluna bilər.Bu hissələr məhsul və onun qiyməti

haqqında informasiyanın axtırışı zamanı səmərəli köməyin

göstərilməsi, əmtəə və xidmətlər haqqında intetaktiv informasiya

mənbələrinin yerləşdirilməsi, elektron ticarət əməliyyatlarının həyata

keçirilməsi prosesində əmtəə və xidmətlər haqqında interaktiv

informasiya mənbələrinin yerləşdirilməsi, elektron ticarət

əməliyyatlarının həyata keçirilməsi prosesində əldə edilmiş

informasiyanın dəyərinin əlavə edilməsi üzrə ixtisaslaşmalıdır. Yeni

aralıq hissələrini informasiya brokerləri və ya informagentlər

adlandırırlar. İnformasiya brokerlərinə misal kimi virtual mağazaları,

birjaları və virtual biznesin digər növlərini göstərmək olar. Dəyər

zəncirində vasitəçilik funksiyasının yeni mənbəyə ötürülməsi prosesi

aralıq hissələrin təkrar yaradılması adlanır.

Page 374: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------374---------------------------------------------

10.4.İNTERAKTİV MARKETİNQ VƏ VEB-

HEYƏTLƏŞDİRMƏ

İnteraktiv marketinq alıcıların diqqətini cəlb etmək və onların

zövqləri, maraqları haqqında ətraflı informasiya almaq məqsədlərilə

Veb səhifələrin xüsusiyyətlərindən istifadəyə əsaslanmışdır.

Şirkətlərin malik olduqları üstünlüklərə daxildir:

Alıcılar haqqında müəyyən informasiyanı almaq üçün

interaktiv qeydiyyatdan keçməni təklif etməklə və şəxsi

informasiyanı təqdim etməklə Veb səhifəyə daxil olanların

müraciətlərinə baxmaq;

Alıcılar haqqında informasiya toplamaq üçün Şəbəkəyə daxil

olanların hərəkətini izləyən proqramlardan istifadə etmək;

Veb-səhifəyə daxil olanların sayını izləmək, həmçinin daxil

olanlar arasında daha çox populyarlığa malik səhifəyə

müraciət edənlərin sayını və bir səhifədən digərinə keçərkən

daxil olanların seçdiyi yolları izləyən Veb-saytların

auditlərinin aparılması ilə bağlı xüsusi proqramlardan istifadə

etmək.

Veb-heyətləşdirmə dedikdə Veb-məzmununun, mündəricatının

bilavasitə müəyyən istifadəçiyə qoşulması başa düşülür.Hər bir

xüsusi alıcı üçün kommunikasiya vasitələrini və əmtəələri fərdi

olaraq seçmək olar. Müştəri üçün xüsusi maraq yaradan məhsullar və

xidmətlər haqqında unikal şəkildə heyətləndirilmiş Veb-səhifələri

yaratmağa qadir şirkətlər onun (müştərinin) maraq dairəsini

genişləndirir və əlavə dəyər yaradır. Veb-heyətləşmə texnologiyasın-

dan istifadə etməklə marketoloqlar ənənəvi ticarətlə müqayisədə

xeyli üstünlüklərə nail ola bilər. Heyətləşdirmə eləcə də fərdiləşdiril-

miş məzmun, informasiya, reklam və xidmətlər təqdim etməklə

alıcılarla uzunmüddətli münasibətlər yaratmaqda şirkətlərə kömək

edə bilər. Alıcılar sərbəst olaraq öz interaktiv sifariş formalarını

doldurduğunda şəbəkə marketinq və satış sahəsində əsas fəaliyyətləri

alıcıların tərəfinə yönəldir. Alıcılar əmtəə və xidmətlərin

keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı öz üstünlükləri və təklifləri

Page 375: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------375---------------------------------------------

haqqında daha dəqiq informasiyanı tədarükçülərə çatdırmaq üçün

şəbəkədən istifadə etməklə eyni zamanda passiv sifarişçi olmaqdan

da azad olurlar. Bu zaman onlar mənfəətin yaradılması prosesinin

fəal iştirakçısına çevrilirlər.

Yeni marketinq yanaşmaları internet ticarət markalarının

irəliləyişi nəticəsində yaranır. Hər bir müştəri haqqında, bazarın

sorğu və vəziyyəti haqqında ətraflı məlumat toplamaq üçün biznezin

göstərilən modellərindən informasiyaya interaktiv müraciət

nəticəsində əldə etmək mümükündür. Əks əlaqə vasitəsi ilə fərdi

ünsiyyət imkanı müəsissəni hər bir müştərinin ehtiyaclarının fəal

tədarükçüsünə çevirir. Müəsissə marketinq xidmətlərini konkret

şəxslər qrupuna yönəltməklə təklif olunan məhsulları və xidmətləri

fərdiləşdirmək imkanını da əldə edir.

Biliyin bütün sahələrinə aid böyük həcmli informasiyaya malik

olan, qabaqcıl şirkətləri təmsil edən və geniş alıcı kütləsinə malik

olan şəbəkə, bahalı marketinq informasiyanın unikal mənbəyinə

çevrilir. Müəsissənin rəqibləri və istehlakçıları haqqında məlumatın

alınması üçün şəbəkədə daha ucuz xüsusi metodların varlığı əlavə

imkanlar yaradır.

İnformasiya mənbələri sektoru daha tam və aktual dövlət

statistikası, iqtisadi proqnozlar, analitik tədqiqatlar, müxtəlif

təşkilatların və peşəkarların, ictimai fikrin və sosial tədqiqat

sorğularının nəticələri hesabına genişlənir. Bu əlaqədə əsas yeri

beynəlxalq təşkilatlar (Ümumdünya Bankı, JYNİDO), Dövlət

Komitəsi təşkilatları, Gömrük komitəsi, ADR – nin Ticarət – sənaye

palatası, elmi – tədqiqat institutları tərəfindən hazırlanan hesabi –

statistik informasiyaların verilənlər bazasına daxil olması təşkil edir.

Belə təşkilatların əksəriyyəti vacib informasiyanın alınmasını təmin

edən şəxsi elektron informasiya saytına malikdirlər. Alınmış

verilənlərə zəruri əlavə kimi rəsmi və ixtisaslaşdırılmış jurnalların

elektron versiyalarından alınmış iqtisadi proqnozları və analitik

tədqiqatları göstərmək olar. İnternet vasitəsi ilə təqdim edilmiş

imkanlar marketinq informasiyanın toplanması üçün, verilənlərin

axtarışı üçün ənənəvi metodların əlavə edilməsini, fəal məlumatlara

Page 376: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------376---------------------------------------------

müraciətin daha tam, cəld və ucuz başa gəlməsini təmin etməklə

analitik işin dəqiqliyinin və kompleksliyinin yüksəldilməsinə nail

olmaq olar.

İnternet mühitində ümumi məhsulun siyasəti münasibətində

bəzi xüsusiyyətləri nəzərə alınmaqla ənənəvi marketinqin bütün əsas

prinsipləri tətbiq edilir. Bu əlaqədə şəbəkə vasitəsi ilə təqdim olunan

iki əsas qrup məhsul fərqləndirilir (seçilir): informasiya və xammal.

Şəbəkədə daha geniş əks olunan informasiya məhsullarıdır.

Pulsuz informasiya reklamın və istifadəçiləri serverə cəlb etmək üçün

ticarət markalarının irəliləyişini təmin edən funksiyaları yerinə

yetirmək imkanına malikdir, pullu informasiya isə - bilavasitə

əmtəənin funksiyasını və gəlirin əldə edilməsi mənbəyini müəyyən

edir.

Məhsulun digər qrupu isə - xammaldır. Burada zəruri olan

məhdudiyyətlər var.

İnternetdə satış üçün daha yararlı olanlara aşağıdakı sadalanlar

daxildir:

Yüksək texnoloji məhsullar nəticəsində əldə edilmək üçün

vacib verilənlərin həcminin təhlilinin tələbinə nail olmaq olar.

İnternet istehlakçılara onun təhlil edilməsi üçün serverdə

bütün zəruri informasiyanı təqdim etmək imkanına malikdir

(məsələn, avtomobil və yaxud elektronika).

İnternet istifadəçilərinin yüksək və yaxud orta gəlirə malik

olmasından asılı olaraq yüksək və yaxud orta qiymətə malik

məhsulların satışını müəyyən etmək.

İnterneti texniki təhsilə malik olan və yaxud kompüterlə iş

fəaliyyəti bağlı olan daha çox insanlar istifadə etdiyindən

texniki məhsula olan tələbat.

Yeni məhsullar. İnternet auditoriyasının əksəriyyətini yeni

əmtəənin alınmasına qərar vermək və məsuliyyəti öz öhdəsinə

götürmək qabiliyyətinə malik olan novatorlar (yenilik gətirən)

təşkil edir. Adətən, istifadəçilərin bu tipinin alınan məhsullar

haqqında əlavə məlumata ehtiyacları var və onlar bunu sadə

yolla-şəbəkədən əldə edə bilərlər.

Page 377: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------377---------------------------------------------

10.5.İNTERAKTİV BAZARLAR VƏ BİRJALAR

Elektron kommersiyanın “biznes-biznes” sxemi üzrə aparılması

üçün firmalar öz şəxsi Veb-səhifələrindən istifadə edir və ya

interaktiv bazarlar təsis etməklə Veb-saytlar vasitəsilə satışı təşkil

edirlər.

Bəzən elektron xab adlandırılan interaktiv bazarlar özləriylə ən

yeni biznes-modelini təcəssüm etdirirlər. Şirkətlər alıcıların hər birilə

bilavasitə əlaqə yaratmadan İnteraktiv bazarların köməyilə onların

çoxusu ilə eyni vaxtda əlaqə yaratmaq imkanına malik olurlar. Bir

çox bazarlar istehsalçının müxtəlif sistemlərində qorunan məhsul

haqqında informasiyanın birləşdirilməsi imkanına malikdir. Müxtəlif

tədarükçülərdən tədarük zamanı əmtəələri alan şirkətlərə dörd və ya

beş müxtəlif sistemləri idarə etmək lazım deyil. Onlar qiymətləri

müqayisə etmək və müxtəlif şirkətlərdə alış-verişi həyata keçirmək

hesabına pula qənaət edə bilərlər.

Birjalar özləriylə interaktiv bazarları təcəssüm etdirirlər. Bu

bazarlarda çoxsaylı alıcılar alqı-satqıların təhlili sistemindən istifadə

etməklə çoxsaylı satıcılarla alver edirlər. Birjaların bir neçə

kateqoriyaları vardır. İstehsalat birjaları kimi də tanınan şaquli

birjalar istehsalın müəyyən sahələrinə xidmət üçün təşkil olunur.

Üfuqi birjalar spesifik funksiyalara yönəlmişdir, məsələn, ofis

avadanlığının alqısı, istismarı və ya təmiri çərçivəsində tədaruklər.

Şirkətlər bazar xidmətlərini sadalamaq yolu ilə gəlirin əldə edilməsi

məqsədilə sahəvi adlanan öz fərdi özəl birjalarını yarada bilərlər.

Alıcılara ən aşağı qiymətə əmtəə əldə etmək imkanını vermək üçün

birjalar hesabına bir çox tədarükçülər arasında qiymətlərin rəqabətli

formalaşması prosesi təmin edilir.

Elektron kommersiya əməliyyatlarının təsnifatının digər bir

üsulu saziş iştirakçılarının şəbəkəyə fiziki qoşulması üsuluna

əsaslanmışdır. Son zamanlara qədər praktiki olaraq bütün elektron

kommersiya sazişləri ötürücü şəbəkələr (kabelli birləşmə) vasitəsilə

həyata keçirilirdi. İndi isə simsiz telefonlar və digər simsiz cib

qurğuları İnternetə qoşulma imkanını təmin edir. Şirkətlər Veb-

Page 378: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------378---------------------------------------------

əmtəələrin və xidmətlərin yeni toplusunu təklif etməyə səy

göstərirlər. Onlara giriş bu simsiz qurğuların köməyi ilə həyata

keçirilir. Əmtəə və xidmətlərin əldə edilməsi məqsədilə simsiz cib

qurğularından istifadə prosesi mobil kommersiya və ya m-

kommersiya adlanır. Mobil kommersiya şirkətləri alıcılarla əlavə

əlaqə kanalları və heyətləşmənin yeni imkanları ilə təmin edir.

Alıcıların olduğu yeri izləyən bu qurğuların bəzilərindəki proqramlar

yolda olan istifadəçilərin, istehlakçıların yerdəyişməsi və alış-

verişləri haqqında informasiya əldə etməkdə, eləcə də onlara

informasiya xidmətlərinin göstərilməsində (məsələn, hava proqnozu

və ya yaxın mehmanxanaya doğru istiqamətin göstərilməsi) şirkətlərə

geniş imkanlar yaradır. Marketinq strategiyaları elə bir şəkildə dəyişir

ki, alıcını şirkətin Veb-səhifəsinə cəlb etmək əvəzinə zərurilik

yarandıqda məlumatların bilavasitə alıcıya çatdırılması üsullarını

axtarıb tapır.

Yüksək texnologiyalı bazarın sürətli inkişafı, həmçinin

məhsulun yeni – onlayn kateqoriyalarının yaranması ilə əlaqədar

olaraq, "qısa müddətli üstünlüyün uzun müddətli mövqeyə çevrilməsi

vasitələrindən ən vacibi standartın qoyulması məsələsi hesab edilir".

Məsələn, kompüterin əsas hissələri (bərk diskin drayverləri, ekran,

klaviatura) və onlar arasında əlaqə standartlar vasitəsi ilə müəyyən

edilir. Standartlar həmçinin kompüterin İnternetə necə qoşulmasını,

elektron poçtların təyin olunmuş yerə çatdırılmasını da əks etdirir.

Yeni effektiv standart yaradan və onları qoruyan şirkətlərə bir

neçə onilliklər ərzində strateji əlverişli vəziyyəti əldə etmək imkanı

təqdim edilir. Əgər istehlakçılar üçün məşhur olan yüksək texnoloji

məhsulun əsasına standart qoyulmursa, onda yəqin ki, o bazarda

uğursuzluqla üzləşəcək.

Əgər hər hansı bir yanaşma üstünlük təşkil edirsə, onda bazar

iştirakçılarının ona cəld keçilməsinə çalışmalıdırlar, belə olan halda

digər standartlar cəlb edilməsini tez itirəcəklər. Beləliklə, marketinq

standartlarının formalaşması yeni onlayın məhsullarının hazırlanması

üçün başlıca aspekt olmalıdır.

Page 379: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------379---------------------------------------------

Onlayn qiymətqoyma D.Siqel qeyd edir ki, “Onlayn bazarlarında qiymətqoyma

mühüm rol oynayır, nəinki “paralel” material dünyada”. Alıcılar

məhsul haqqında müxtəlif məlumatı almaq, qiymət haqqında

məlumat toplamaq və öz aralarında mağazaları müqayisə etmək

imkanına malikdirlər, buna görədə şirkətlərə müştərilər üçün faydasız

sazişlər təklif etmək işi çətinləşir. Məlumatlandırılmış müştərilərlə

qarşılıqlı əlaqə zamanı şirkətlər rəqib üstünlüklərinə malik olmaq

üçün real vaxt zamanı rejimində qiymətqoyma funksiyalarının

inkişafını nəzərə almalıdırlar. İlk növbədə - qiymətin hesabı, güzəştin

əsaslandırılması və auksionların bazası əsasında qiymətin

dəyişdirilməsi strateqiyasını, bazarların onlayn icarəsini və gəlirlərin

idarəedilməsi texnologiyasını (Revenue management) işləyib

hazırlamaq lazımdır. Paketləşdirmə həmçinin onlayn vəziyyətlərində

başlıca rol oynayır. Hər bir tətbiq edilmiş taktlar İnternetin

tranzaksiyalar üçün təmin etdiyi aşağı xərclərə əsaslanır.

Qiymətqoymayanın yeni üsulları həm müştərilərə, həm də şirkətlərə

xeyir gətirə bilər, bunun da, nəticəsində onların gəliri xeyli yüksələ

bilər.

Satışa buraxılmış (lotovlar) əmtəənin təsviri əks etdirməklə

onlayn auksionları özündə informasiya bazasını təmsil edirlər.

Lotovların ümümi siyahısını vacib əmtəənin axtarışını sadələşdirən

mövzular üzrə altkateqoriyalara bölmək olar (məsələn, maşınlar,

kompüter dəstləri, kitablar). Onlayn auksionları “real vaxt rejimində

qiymətqoymanın güclü metodu” kimi qəbul edilir .Onun iştirakçıları

ətraflı məlumata malik olmaqla şəbəkədə yaxşı işləyəcəklər. Məşhur

Rusiya onlayn auksionlarına misal olaraq Molotok.ru, ONO.ru,

TradeZone, Stavka.ru, Auctions.ru –nu göstərmək olar.

Onlayn icarə bazarları Real vaxt rejimində qiymətqoyma birbaşa istehlakçıların bu

yanaşmanı tətbiq etməsindən asılıdır. Cari ehtiyacları olduğundan

onlar bu və ya digər məhsulu icarə edərkən əsas faktor kimi bundan

istfadə edirlər. Bu halda satın alma deyil, icarə daha effektiv vasitə

Page 380: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------380---------------------------------------------

ola bilər. Onlayn icarə bazarları həm ənənəvi, həm də informasiyalı

məhsullar üçün formalaşa bilər. İkinci halda ehtiyatların saxlanması

ilə bağlı xərclər yoxa çıxır.

Gəlirlərin idarə edilməsi qiyməti və mövcud imkanları

müqayisə etməyə imkan verir və nəticədə - növbəti hallarda riskləri

aşağı salır:

Xarab olmuş məhsullar və yaxud yoxa çıxmış imkanlar;

Mövsümü və yaxud pik (bir işin qızğın vaxtı) sorğuları;

Müxtəlif seqmentlərdə məhsulun müxtəlif qiymətləri;

Məhsulun səmərəsiz itkiləri;

Fərdi və çoxlu sayda istehlakçılar arasında rəqabət;

Rəqabətin diskontlaşdırılmasının olması;

Cəld dəyişən bazar münasibətləri.

Paketləşdirmə İnternetin rəqəm təbiəti paketləşdirməni adi və güclü dəyərli

təcrübə edir. Əlavə sazişlər həmişə mənfəətli olanda ucuz əlavə

xərclərin yaranmasına səbəb olur. Paketləşdirmədə istifadə olunan

digər təhrik edilmiş faktorlar istinad edilməni dəqiqləşdirir, bunun

köməyi ilə paketləşdirmə yüksək dərəcədə istehlakçı zövqünü əks

etdirir və bu informasiyadan münasib şəkildə istifadə edilir.

Paketləşdirmə konsepsiyasının çox sadə olması rəqiblər üzərində

böyük üstünlüyü əldə etməyə və daha çox sayda istehlakçıları cəlb

etməyə imkan verir. Onlaynda paketləşdirməyə misal olaraq dəstlər,

qarniturlar, pulsuz optimallaşdırma və qiymətli-mənalı xarakteristi-

kalar kompleksini göstərmək olar.

İnternet vasitəsi ilə təchiz etmə zəncirinin idarə edilməsi

Sifarişçilərin daimi artan sorğularını təmin etmək üçün

şirkətlərə İnternetin sürətinə tam uyğun sürətdə işləmək lazım gəlir.

Bütünlüklə müştəriyə yönəldilmiş cəld dəyişən mühitdə rəqabət

nəinki yaxşı Veb-sayt və elektron poçt, həmçinin, təchiz etmə zənci-

rinin köməyi ilə xidmətlərin kökündən dəyişdirilməsini tələb edir.

Eyni və həmin sifarişçiləri təmin edən, tədarükçüləri,

istehsalçıları, distrubutorları və müxtəlif tacirləri vahid virtual

Page 381: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------381---------------------------------------------

təşkilatda sıx surətdə birləşdirən şirkətlər rəqiblər üzərində üstünlüyü

müştərilərə əməli və kompleks xidmət göstərməklə əldə edə bilərlər.

FederalExpress, Proctor&Gamble və Wal-Mart şirkətləri artıq öz

bazarlarında rəqib landşaftlarının kəskin surətdə dəyişdirilməsi üçün

təchiz etmə zənirinin şəbəkə vasitəsindən istifadə edirlər.

Təchiz etmə zəncirindən müvəffəqiyyətlə istifadə edən Cisco

Systems-i göstərmək olar ki, bu şirkət il ərzində 695 milyon dollara

qənaet edir. 70%-dən çox təchiz etmə tədarükçülərə birbaşa çatdırılır.

Cisco müştərilərə şəbəkə vasitəsilə sifarişləri etmək üçün şərait

yaratdı və nəticədə sifarişçilərin razı qalma səviyyəsi kəskin sürətdə

artmağa başladı.

Təchiz etmə zənciri elektron ticarətin bütün üstünlüklərindən

tam istifadə etməyə imkan verir, bura daxildir: ünvanlı və müasir

çatdırılma, məhsulun yüksək keyfiyyəti və kiçik xərclər. Bu

texnologiya müştəriyə sifarişləri Veb-interfeys (prosedur özündə

istehlakçının tələbatlarının quruluşunu əks etdirə bilər) vasitəsilə

yerləşdirməyə imkan verir. Bu zaman sistem müəyyən edilmiş

müddət ərzində məhsulun çatdırılmasına təminat verir və yüklənmiş

məhsulların hərəkətini izləməyə şərait yaradır. Sifarişin həyata

keçrilməsi ilk növbədə zəncirin o iştirakçılarına ötürmək imkanı verir

ki, onlar istehsal etməyə, yüksək sürətlə və aşağı tariflə məhsulun

çatdırılmasına və testləşdirilməsinə bilavasitə cavab verirlər.

Şəbəkə təchiz etmə zəncirində hər bir tədarükçü və tərəfdaş

mühüm rəsmi informasiyalara pulsuz daxil ola bilir və şirkətlərə bir

sıra əlavə üstünlüklər təqdim etmək imkanına malik olur:

Dövriyyəni sürətləndirmək, anbarlarda xammal ehtiyatlarının

azaldılması və ümumi saxlanma müddəti;

Onlayn sistemləri hesabına sifarişlərinin yerləşdirilməsi və

məhsulun qurulması nəticəsində sifarişçilərin

məmnunluğunun yüksəldilməsi;

Layihə hazırlanması çevikliyini yüksəltmək, bazarın

tələblərinə uyğun məhsulun seriyalarla buraxılmasını

sürətləndirmək və bazarın tələblərinə uyğun onları istehsaldan

çıxartmaq;

Page 382: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------382---------------------------------------------

Məhsulun bazara çıxarılması və hazırlanmasına sərf olunan

vaxtın azaldılması şirkətin bazar hissəsinin yüksəldilməsinə

səbəb olur;

Xarici podratçılara işin böyük həcminin verilməsinə

baxmayaraq məhsulun yüksək keyfiyyəti saxlanılır.

İnternetdə təchiz etmə zənciri istehsal edilən məhsulun

paylaşdırılması funksiyasının inkişafını tələb edir. Yeni vəziyyətdə

pərakəndə tacirlər və distrubutorlar birinci iki funksiyaya malik

olmalıdırlar: informasiyanın təsviri (əmtəənin satışda olması,

qiyməti) və əmtəənin tədarükü. Ənənəvi məntiqə əsasən tədarükçüdə

vasitəçilərin istifadə etdikləri məhsulun miqdarı məhdud olur, lakin

istehlakçılara çoxlu sayda müxtəlif əmtəə və xidmət lazımdır.

Nəticədə istehsalçının ayrıca alıcının tələbatını ödəməsi heç də

həmişə effektli olmur. On-layn rejimində bu məsələ sadə və tez həll

olunur.

X FƏSLƏ AİD SUALLAR

1. Elektron həyat (e-life), elektron həyatın inkişaf mərhələləri.

2. Elektron hökumətin yaradılması. Məqsədlər.

Mərhələlər. Elektron hökumət mühiti.

3. Elektron ticarətin mahiyyəti. Elektron ticarətin əsas kateqo-

riyaları.

4. Elektron bazarının informasiya sistemləri. Elektron kom-

mersiya. Elektron kommersiyanın texnoloji əsası. İnternet. Ekstranet.

5. Biznes – model və onun əsas növləri. Virtual mağaza. Ba-

zar konsentratoru. İnteraktiv birja. İnformasiya brokeri. Əməliyyat

brokeri. Hərrac. Əks hərrac aqreqator.

6. Rəqəmsal məhsulun tədarükü. Xidmətlərin interaktiv

tədarükçüsü. Virtual birlik. Portal. Sindikator.

7. İnteraktiv marketinq. Veb –heyətləşdirmə. Veb səhifələr.

8. Şirkətlərin imkanları. Kommunikasiya vasitələri.

Marketoloqlar. Şəbəkə marketinqi.

Page 383: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------383---------------------------------------------

9. Birja.Şaquli birjalar. Üfüqi birjalar. Elektron kommersiya

əməliyyatları. Mobil kommersiya

10. İnteraktiv bazarlar və birjalar. Elektron xab.

TESTLƏR

1.İnternet - mağaza nədir?

A)İnformasiya texnologiyalarının satışı üçün mağaza;

B)Elektron pulların satışı üçün mağaza;

C)Əmtəəni (malı) reklam etmək üçün İnternetdə yerləşən

mağaza;

D)) “Vitrin”i İnternetdə yerləşən və İnternet vasitəsilə əmtəə

(mal) sifariş etməyə imkan verən mağaza “vitrin”idir;

E)İnternet vasitəsilə əmtəələri (malları) tanımağa xidmət

edən mağaza;

2.Elektron kommersiyada hansı məsələlər təhlükəsizlik

vasitələrilə həll edilir?

A) Sövdələşmə şərtlərindən imtina etməmək ;

B) Verilənlərin məxfiliyi;

C) Məhdudiyyətsiz müraciət;

D)) Qarşılıqlı identifikasiya və autentifikasiya;

E) Verilənlərin tamlığı.

3.Məhsulların reklamı və yayılması həyata keçirilir:

A) İnformasiya portalları və elektron tijarət meydanları

vasitəsilə;

B)) Broker və diler şəbəkələri vasitəsilə;

C) Auksionlar vasitəsilə;

D)Düzgün cavab yoxdur;

E) Xidmət sferası vasitəsilə.

4.Aqreqator

A) Elektron kommersiya bazarı iştirakçılarının xidmət

sahibləri kateqoriyasına aiddirlər;

Page 384: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------384---------------------------------------------

B) Web səhəhifələri kataloqlar formasında təqdim edir;

C) Məhsulun alınıb - satılması haqqında təkliflər verir;

D)) Universal mağazaya oxşar Web-saytıdır;

E) Auksionlar təşkil etmək üçün elektron meydanlardır.

5.Portallar bölünür

A) Harizontal, şaquli, üfiqi və ya meqaportal;

B) Şauquli, üfqi və ya meqaportal;

C)) İnformasiya portalları və elektron ticarət meydanları;

D) Şauquli, üfqi və ya informasiya portalına;

E) Üfqi və ya meqaportal.

6. Məhdud istifadəçilər dairəsinə xidmət edən portallar

bölünür:

A) Şauquli, üfqi və ya informasiya portalına;

B)) Şauquli, üfqi və ya meqaportal;

C) Şauquli, üfqi;

D) Üfqi və ya meqaportal;

E) Düzgün cavab yoxdur.

7.Elektron kommersiyanın ən geniş inkişaf etmiş sahəsi:

A) B2G

B) B2B

C) B2C

D)) Sadalananların hamısı

E) C2C

8.Elektron ticarət dedikdə nəzərdə tutulur?

A) Yuxarıda sadalananların hamısı;

B)İnternetin köməyilə marketinq tədbirlərini həyata

keçirmək imkanı;

C)) Kompüter şəbəkələrindən istifadə etməklə alqı, satış,

servis xidməti həyata keçirmək, marketinq tədbirləri keçirmək imkanı

D) Şəbəkə bazarlığını həyata keçirmək imkanı

E) GANda servis xidmətlərini təqdim etmək

Page 385: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------385---------------------------------------------

9.İnteraktiv bazarları başqa cur necə adlandırırlar?

A) Auksion;

B) İnformasiya brokeri;

C) Bazar cəmləşdiricisi;

D) Virtual mağaza;

E)) Elektron hab.

10.Sindikator nədir?

A)) Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları

toplayır və başqa şirkətlərə yenidən satır;

B)Çoxlu miqdarda mal almaq istəyən və ona görə də

topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində

birləşdirir;

C)Elə bir alqısatqı sistemidir ki, çoxsaylı alıcılar həmin

sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər;

D)Proqram təminatını, multimedia və digər kompüter

məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır;

E)Ümumi maraqları olan insanların ünsiyyət və informasiya

mübadiləsi üçün virtual görüş yerini təmin edir.

Page 386: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------386---------------------------------------------

FƏSİL XI

BIZNES – İNFORMASİYA RESURSLARI.

QLOBAL MENECMENT PARADİQMASI

11.1.BİZNES-İNFORMASİYA

Firmanın fəaliyyətinin nəticələri birbaşa ondan asılı olan

informasiyaya biznes-informasiya deyilir. Biznes-informasiya işgüzar

biliyin zəruri struktur elementi olmaqla verilənlər əsasında

formalaşır. Firmanın informasiya resurslarını işgüzar biliklər, biznes-

informasiya və verilənlər təşkil edir. İnformasiya resursları ən aşağı

səviyyədə olmaqla verilənlərin yuxarı səviyyəsində isə işgüzar

biliklərin yerləşəklə iyerarxiyanı əmələ gətirir .

Firmanın informasiya resursları

Page 387: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------387---------------------------------------------

Verilənlər həssas və başa düşülən, qəbul edilən haldır, onların

məzmunu qərəzsiz, ədalətli xarakter daşıyır. Onlar inzibati və ya

hesablayıcı sistem kimi qəbul edilir, lakin bununla belə daha geniş

konteksdən və ya mənadan məhrumdurlar. Biznes-informasiya

rəhbərlik tərəfindən qərarların qəbulu üçün potensial faydalı kimi

qəbul edilən üsulla emal olunmuş və cəmləşdirilmiş verilənlər kimi

müəyyən olunur.

İnformasiya özündə verilənlərin interpretasiyasını təcəssüm

etdirir. Buna görə də o, mücərrəddir. İntuisiyaya əsaslanan

informasiya işgüzar bilik adlanır. O, informasiyadan prinsipcə

konkret fəaliyyətə yönəldilməsilə fərqlənir. İnformasiyadan səmərəli

istifadə etmək üçün firma informasiyanın biliyə “transformasiya”sı

və bu biliyin bir mülk kimi istifadə olunması mexanizminə malik

olmalıdır. Müasir iqtisadiyyatda rəhbərin işgüzar biliyə nəzarət

etməsi və ondan istifadə etməsi qabiliyyəti onun əsas fərqləndirici

xüsusiyyəti kimi qəbul olunur.

Biznes-informasiyanın vəzifəsi menecerlərə firmanın daxili və

xarici mühitləri haqqında müəyyən bilik əsaslarının təqdim

olunmasından ibarətdir. İnformasiya toplusunun əsas məqsədi onun

əsasında mümkün qədər dəqiq, qeyri-müəyyənliyi minimal səviyyədə

olan biliklər yaratmaqdan və qərarlar qəbul etməkdən ibarətdir.

Firmalar informasiyanı dörd əsas məqsədlə istifadə edir:

1.İşləmək, yəni gəlirin artımırılması və bazarların genişlənməsi

üçün imkanların yaradılması;

2.Riskin və qeyri-müəyyənliyin azaldılması;

3.Başqalarına üzərində hakimiyyət və təsir etmə vasitələrinin

əldə edilməsi;

4.Öz firmasının məhsuldarlığının və səmərəliliyinin

qiymətləndirilməsi və nəzarətdə saxlanılması.

Biznes-informasiya iki üsuldan biri ilə təsnif edilir. Birinci

üsul-informasiya mənbəyinin yerləşməsinə görə: o, firmanın

mərkəzində yerləşmişdir və ya o firmaya münasibətdə xaricdir.

İkinci üsul onun təyinatına görə təsnif edilməsidən ibarətdir.

Xarici informasiyanın əsas növlərinə daxildir:

Page 388: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------388---------------------------------------------

Bazar informasiyası konkret (bir firmanın vəziyyəti) olduğu

kimi ümumi də (məhsulun dünya bazarında tendensiyası) ola

bilər. Onun tərkibinə adətən bazarın ölçüsü və artımı,

istehlakçıların alıcılıq qabiliyyəti, tələbi və davranışı daxildir;

Rəqiblər haqqında informasiya hətta əgər bazar şərtləri

bilavasitə nəzərə alınmasa belə strateji qərarların qəbuluna

təsir edə bilər. İnformasiyanın bu növü çox məhduddur;

Makroiqtisadi və geosiyasi informasiya özündə müxtəlif

ölkələrin sosial-iqtisadi siyasətinin dəyişməsi, milli və dünya

maliyyə bazarlarının, əmək bazarlarının inkişafındakı

tendensiyalar haqqında informasiyanı birləşdirir;

Tədarükçülər haqqında informasiya tədarükün məsrəfləri,

etibarlılığı, keyfiyyəti və vaxtı kimi aspektlərin üzərində

qurulmuşdur;

Xarici maliyyə informasiyası özündə valyuta məzənnələri,

səhmlərin məzənnə dinamikası, kapitallar bazarındakı

hərəkətlər haqqında informasiyanı birləşdirir;

Vergiqoyma və tənzimləmə haqqında informasiya dünyanın

müxtəlif ölkələrində sahibkarlıq fəaliyyətinin dövlət

tərəfindən tənzimlənməsi və vergi qoyuluşu haqqında

normativ informasiyadan ibarətdir.

Daxili informasiyanın əsas növlərinə daxildir:

İstehsal haqqında informasiya istehsalın və məhsuldarlığın

səmərəliliyi, istehsal qüvvələri, məsrəflər, tullantılar və

keyfiyyətlə bağlı normativ məlumatlardan ibarətdir;

Əmək resursları haqqında informasiya heyətin təlimi və

ixtisaslaşmanın səviyyəsi, kadr təminatı üzrə məsrəflər və

mənəvi vəziyyət kimi aspektlər üzərində qurulmuşdur. ABŞ-

da işçinin şəxsi həyatı: xarakteri, məşğuliyyətləri, ailə

vəziyyəti haqqında informasiya toplanılması sistemi geniş

yayılmışdır;

Daxili maliyyə informasiyası mühasibat balansından gəlir və

məsrəflər haqqında, əmlak və öhdəliklər haqqında əsas

informasiyadan, həmçinin də səhmlərin bazar qiymətinin

Page 389: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------389---------------------------------------------

onların yaratdığı gəlirə nisbəti, əmək haqqının mədaxilə

nisbəti kimi maliyyə göstəricilərinin geniş spektorundan

ibarətdir.

Biznes-informasiyanın mənbələrini birinci və ikinci dərəcəlilərə

bölürlər.

Birinci dərəcəli informasiya təşəbbüs göstərən firma tərəfindən

aparılan tədqiqatlar və təhlillər nəticəsində yaranır.

İkinci dərəcəli informasiya artıq mövcud mənbələrin emalının

nəticəsidir. İkinci dərəcəli mənbələr:

ictimai (ümumi əlverişli),

özəl (kompaniyanın və ya fiziki şəxsin əmlakının bir

hissəsi)

və abunəli mənbələrə bölünür.

Abunəli mənbələr özlərində ictimai və özəl mənbələrin

hibridini təcəssüm etdirir: informasiya kiminsə əmlakında olur, lakin

daimi yeniləşir və abunəçilərin müəyyən məhdud dairəsi üçün

əlverişli olur.

İnformasiyanın axtarışı strategiyaları ya informasiyanın

ixtisaslaşmış tədarükçüləri tərəfindən istifadə olunan rəsmi və ya

başqa kanallardan istifadə edən qeyri-rəsmi şəkildə ola bilər. Onlar

eləcə də aktiv (informasiya mənbələrini axtaran zaman) və ya passiv

(artıq məlum mənbələrdən olan informasiyanın təhlili) ola bilərlər.

Biznes-informasiyanın ən geniş yayılmış mənbələri bunlardır:

hökumət müəsissələri;

kitabxanalar;

ticarət assosiyasiyaları;

elmi tədqiqatlarla və informasiya ilə məşğul olan

kompaniyalar;

qəzet və jurnallar;

biznes-informasiya xidmətləri;

onlayn rejimdə məlumatlar bazası.

Page 390: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------390---------------------------------------------

11.2.İŞGÜZAR BİLİK, BİZNES – İNFORMASİYA VƏ

MƏLUMATLAR

İnformasiyanın idarə olunmasında tələb olunan əsas vərdişlər-

axtarış, təhlil, strukturlaşdırma, saxlanılma və manipulyasiyadır.

İnformasiya ilə bağlı bütün işlər altı əsas hissəyə bölünür:

1.İşlənilməmiş məlumatların daxil olması və yığımı;

2.İnformasiyanın bir mənbədən digərinə ötürülməsini təmin

edən kommunikasiyalar;

3.İnformasiyanın bir formadan digər formaya dəyişdirilməsi,

işlənilməsi;

4.İşlənilmiş informasiyanın saxlanılması;

5.Qorunan məlumatlara giriş prosesi və axtarış;

6.İstifadəçi üçün əlverişli şəkildə informasiyanın formalaşması,

çıxış.

İnformasiyanın idarə olunması çox zaman iki problemi yaradır.

Birincisi, informasiyanın yüksək dəqiqliklə yığımı metodika-

ları yalnış və təmamilə qeyri-qənaətbəxş seçim meyarlarla

kompensasiya olunur. Onlar təşkilatın məqsədlərinin daralmasına və

imkanların məhdudlaşmasına gətirib çıxara bilər.

İkincisi, informasiya ondan ən yaxşı istifadə üzrə zəruri

tövsiyyələrdən ibarət deyildir. Biliklərin idarə olunması çox geniş

anlayışdır və bura dxildir:

biliklərin identifikasiyası,

biliklə idarə,

biliyin inkişafı və ondan istifadə kimi bölmələr

Biliklərlin idarə olunması biliyin necə alınması, yayılması,

istifadəsi və transformasiyası kimi məsələlərlə bərabər firma üçün

praktiki üstünlüklərin fasiləsiz axtarışı ilə məşğul olur.

Etibarlılıq xassəsi informasiyanın, nə dərəcədə düzgün,

reallığı əks etdirən olmasını ifadə edir. Son zamanlar ümumi əlverişli

məlumatlar bazasının meydana gəlməsilə bir anlıq səhvlərin və

miflərin yayılması üçün şərait yaranır. Ona görə də informasiyanın

düzgünlüyünün qiymətləndirilməsi problemi getdikcə daha da böyük

Page 391: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------391---------------------------------------------

əhəmiyyət kəsb edir. Etibarlılığın, düzgünlüyün qiymətləndirilməsi

üsullarına daxildir:

Eyni informasiya elementi ilə bağlı bir sıra mənbələrin,

xüsusilə, onların müstəqillik dərəcəsinin yoxlanması (vahid

məlumat bazasından eyni faktı tanımadınızmı ?);

Müxtəlif informasiya mənbələrinin etibarlılığı haqqında

arayışın verilməsi;

Elementin mövcud bilikləri nə dərəcədə inkar etməsinin və ya

onlar tərəfindən elementin özünün nə dərəcədə inkar

olunmasının təyini.

İşgüzar biliklər İşgüzar bilik məqsədyönlü istiqamətlənmiş, fəaliyyətlə bağlı

toplanmış potensialdır. Burada “bilik” termini altında məhz işgüzar

bilik başa düşülür. Biliklərə statik təsvirlər və faktorlar “toplusu” aid

edilmir, çünki onlar ayrıca götürülmüş predmetlərin qarşılıqlı

əlaqəsini deyil, onların özünü öyrənir. İnformasiya və verilənlər

biliyin yaradılması üçün istifadə olunmamış “xammal” ehtiyatlarıdır.

Yalnız məqsədlərin və qoyulmuş məsələlərin müvəffəqiyyətlə yerinə

yetirilməsini təmin edən, “xammal” komponentlərinin məntiqi

baxımdan ardıcıl modellərə uyğunlaşdırılması prosesi kimi

koordinasiyalaşdırılmış fəaliyyət, bilik kimi qəbul olunur.

Beləliklə, bilik koordinasiya olunmuş fəaliyyətlərin məntiqi

ardıcıl komplekslərində obyektlərin qarşılıqlı əlaqəsidir. Biliyin

keyfiyyəti məqsədə nail olmanın və ya koordinasiyanın keyfiyyətinə

görə qiymətləndirilə bilər. Biliyi fəaliyyətdən, menecmenti isə

koordinasiyadan ayırmaq mümkün deyildir. İnsan həmişə predmetlər

arasındakı qarşılıqlı əlaqəni koordinasiya edir, buna görə də bilik özü

ilə yaradıcılıq prosesini təcəssüm etdirir. Bu proses özlüyündə

şəxsiyyətin bilik yaradan qeyri-adi keyfiyyətlərinin izlərini daşıyır.

İşçi biliklər yerinə yetirilən işə biliklərin tədbiqi kimi çıxış edir.

Onlar üç elementlərin mövcudluğunu nəzərdə tutur: işçinin tətbiq

olunan biliyini, biliyin özünü və biliyin işlənilməsi texnologiyasını.

Biliyin altı növü :

Page 392: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------392---------------------------------------------

1.Makro-mikro. Makrosəviyyəli bilik cəmiyyətdə geniş

yayılmış biliklərdir. Onlar dövlət təhsili vəsaitləri ilə təmin olunur.

Bu zaman mikrosəviyyəli bilik məhdud sayda adamların sahib olduğu

xüsusi biliklərdir. Riyaziyyatın əsasları bu makrobiliyə aid

nümunədir, xarrat dəzgahı ilə işləmək bacarığı isə mikrobilik

nümunəsidir. Firmaya makrobiliklər lazımdır, lakin onun rəqabət

üstünlükləri adətən mikrobiliklər vasitəsilə əldə edilir;

2.Mənimsənilmiş–xüsusiləşdirilmiş. Mənimsənilmiş biliklər

məhsulda cəmləşmişdir və onun başlıca komponentlərindən birini

təmsil edir, onlar öz-özünə istifadə oluna bilməz. Məsələn,

hesablayıcı maşınla işləmək qaydasını bilmək olar, lakin bu bilikləri

praktikada tətbiq etmək üçün kompüterə bu proqramın sürətini

yükləmək lazımdır. Xüsusiləşmiş bilik məhsuldan ayrılmış və

məhsuldan asılı olmayaraq istifadə oluna bilər. Məhsulların böyük

əksəriyyətinə biliklərin hər ikisinin formasının müəyyən elementləri

məxsusdur;

3.Bazar-qeyri-bazar. Bu meyar biliyin bazarda hansısa bir

dəyərə malik olub-olmamasını əks etdirir. Mikrosəviyyəli bilik

məhsulda qurulmuş olsa, böyük ehtimalla bazar dəyərinə malik

olacaqdır. Çox güman ki, makrosəviyyəli və ya xüsusiləşmiş bilik

aşağı bazar dəyərinə malik olacaq, çünki onları bir çox mənbələrdən

əldə etmək olar. Biliyin bəzi formaları, məsələn, fundamental elmi

nəzəriyyələr ənənəvi anlamda bazar bilikləri olmadığı kimi, firmanın

da fəaliyyəti üçün heç də əhəmiyyət kəsb etmirlər;

4.Fərdi-qrup. Fərdi biliklər yalnız həmin insana məxsus, onun

iş yerinə gətirdiyi və ya məsələnin həllində tətbiq etdiyi biliklərdir.

Qrup bilikləri bütün qrup üzvlərinin malik olduğu ümumiləşdirilmiş

bilikdir. Çox zaman qrup bilikləri fərdi bilikləri üstələyir, çünki qrup

biliyin keyfiyyətini artıran sintez gücünə malikdir;

5.Ötürülən-ötürülməyən. Bu meyar biliyin bir insan tərəfindən

digərinə ötürülməsi və onun sonuncu tərəfindən səmərəli istifadə

olunması dərəcəsini xarakterizə edir;

6.Eksplisit-implisit. Eksplisit bilik aydın, təşkilatlandırılmış,

implisit bilik isə müəmmalı, təşkilatlandırılmamış bilikdir. Onun

Page 393: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------393---------------------------------------------

mahiyyəti növbəti təsdiqdə özünü tapır: “Biz sözlə ifadə edə

biləcəyimizdən daha çox bilirik”. İmplisit bilik anlayışı nəzərdə tutur

ki, ənənəvi düşüncə biliyin digər formalarını yalnız ona görə təcrid

edər və ya zəiflədə bilər ki, onlar qeyri-empirik yolla əldə edilsin.

Biliklə işləmək texnologiyaları. Bilik vərdişləri Biliklə işləmək texnologiyaları biliyi sürətlə yaymağa imkan

verir, komandanın səmərəli işinə səbəb olur, biliklərin törəməsində və

onların idarə olunmasında yeni üsullar yaradır.

Biliklərin işlənilməsi texnologiyalarını üç sinfə bölürlər:

1.İnformasiyanın işlənilməsi və təhlili, ya da bu işlə məşğul

olan adamların fəaliyyətinə yardım yolu ilə biliklərin yaradılmasına

yönəlmiş texnologiyalar;

2.Yeni bilik mənbələri axtaran, həmin mənbələrdən bilikləri

çıxaran və onları gələcəkdə tətbiqi üçün toplayan biliklərin kəşfinə və

tədqiqinə yönəlmiş texnologiyalar;

3.Sistem və ya şəbəkə çərçivəsində biliyin bir nöqtədən

digərinə ötürülməsinə kömək edən biliklərin yayılmasına yönələn

texnologiyalar.

Biliklərin idarə olunmasına aşağıdakılar daxildir:

Hazırlıq və təhsil məqsədilə yerləşdirilmiş biliklərin tətbiqi;

Qruplarda işləməyə və kollektiv bilikdən mənfəət almağa

imkan verən biliklərin praktikasının tətbiqi;

Məlumatlar bazasının tətbiqi;

Ekspert sistemlərin və sistemə əsaslandırılmış real iş

proseslərinə eksplisit biliklərin cəlb edilməsi üçün işlənib

hazırlanmış qaydaların tətbiqi;

Xarici informasiyanın inteqrasiyası (xüsusilə də İnternet

vasitəsilə).

Bilik vərdişlərinə işçinin biliklərin əldə etməsi və yaradılması

ilə bağlı vərdişləri və biliklərin tətbiqi vərdişləri aiddir:

Biliklərin əldə edilməsi vərdişləri təhsillə əlaqəlidir. Bu

vərdişlərə prioritetləri təyin etmək və gələcəkdə hansı

biliklərin lazım olacağını müəyyənləşdirmək bacarığı aiddir;

Page 394: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------394---------------------------------------------

Biliyin yaradılması vərdişləri yeni biliklərin törəməsi üçün

informasiyanın təhlili və tədqiqatların layihələndirilməsi kimi

sahələrdən ibarətdir. Bu vərdişlərin və biliklərin əldə edilməsi

vərdişlərinin bir məqsədi vardır - mövcud fərdi və qrup

biliklərini tamamlamaq;

Biliklərin təşkili vərdişləri yaradıldığı və ya əldə edildiyi

andan biliklərin planlaşdırması, nəzarəti, təşkili və onlara

rəhbərlik məsələlərinə toxunur. Biliklərin təşkil olunmamış

həcmlərinin strukturlaşdırılması və istifadə üçün əlverişli

formaya gətirilməsi də bura daxildir;

Biliklərin tədbiqi vərdişləri işin yerinə yetirilməsi prosesində

biliklərdən istifadə ilə bağlıdırlar və qoyulmuş məsələdən asılı

olurlar. Bu məsələlər qismində yeni məhsulların yaradılması,

firmaların struktur cəhətdən yenidən təşkilinin aparılması və

s. belə məsələlərdən çıxış edə bilər. Digərilərinin də bu

biliklərdən istifadə etməsi üçün bu biliklərin başqalarına

yayılması vacib şərtdir. Beləliklə, biliyin firmada

transformasiyası prosesinin son mərhələsi adətən digər

firmada biliklərin transformasiyasının birinci mərhələsi kimi

çıxış edir. Ayrıca firma çərçivəsində biliklərin tətbiqi

biliklərin transformasiyası prosesinin son mərhələsidir, burada

bilik fəaliyyətə çevrilir.

Bilik vərdişlərinə malik işçilər fiziki əmək işçilərindən

fərqlənirlər. Fiziki əmək işçilərinin bilikləri əldə etmək vərdişlərinə

tələbatın hazırlığına başlandığı dövr ilə məhdudlaşmışdır. Biliklərin

digər vərdişləri fiziki əmək işçiləri tərəfindən tələb olunmamış qalır.

Bilik vərdişlərinə malik işçiləri adətən “biliklərə malik işçilər”

adlandırırlar. Belə işçilər növbəti xüsusiyyətlərlə xarakterizə olunur:

Çeviklik. Biliklərin transformasiyası vərdişləri yüksək

səviyyədə inkişaf etmişdir. Onlar bir çox müxtəlif iş

vəziyyətlərində tətbiq oluna bilər. Bu, işçilərin dəyərini çox

artırır və məsələlərin, işin, icarədarın və hətta peşələrin

dəyişməsi zamanı asanlılığı təmin edir. Bu kateqoriyadan olan

işçilərin hakimiyyəti onların biliklərinə və müasir

Page 395: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------395---------------------------------------------

iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına

əsaslanır. Onların əksəriyyəti bunu başa düşür və özünə daha

əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir. Virtual

məkandakı daimi məşğuliyyət işə nəzarəti və monitorinqi

çətinləşdirir;

Fərdiçilik. Bu kateqoriyaya aid işçilərin malik olduğu

vərdişlərin və hazırlıqların müxtəlif kombinasiyaları onları

fərdiyyətçiyə çevirir. Ona görə də menecment onlara prosesin

eynicinsli elementi kimi deyil, bir fərd kimi yanaşmalıdır.

Daimi təlim o vaxtadək davam edir ki, biliklərə malik olan

işçi biliklərin yaradılması və əldə edilməsi üçün öz

vərdişlərini tətbiq edir. Firma aktivləri kimi nəzərdən

keçirilən bu işçilərin baza bilikləri daimi dəyişir və buna görə

də onların firmaya tövhələri də dəyişəcək. Belə işçilərə

onların yeni biliklərini tətbiq etməyə imkan verən yeni

metodları daimi axtarmaq və tapmaq lazımdır;

Dəstəyin zəruriliyi. Biliklərə malik işçilər fiziki əmək

işçilərinə nisbətən daha çox stresə məruz qalırlar. Onlar daha

az açıq, səmimi münasibət yaradandırlar, işə daha çox cəlb

olunmuşdurlar. Əgər onların rəhbərləri onların əməyini lazımi

şəkildə qiymətləndirməsə və ya onlara maliyyə, texniki və ya

başqa resurslarla zəruri yardım göstərməsə onların işə marağı

daha tez azalacaq. Belə işçilərin idarə olunması zamanı

onların dəstəyə və yüksək mənəvi ruhun qorunmasına

zəmanət verən məsləhətləşmə, istiqamətlənmə və yardımın

göstərilməsi kimi metodlardan istifadə etmək məsləhətdir.

11.3.QLOBAL MENECMENT PARADİQMASI. QLOBAL

BAZARLAR. QLOBAL İSTEHLAKÇI

İnformasiya iqtisadiyyatında idarəetmənin milli sistemləri

arasındakı fərqlər götürülür. Qlobal bazarlar yeni qaydalar, yeni

tələblər və yeni müştərilər yaradır, yəni onlar yeni bir oyun yaradır.

Page 396: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------396---------------------------------------------

Qlobal istehlakçı hər şeyi və dərhal əldə etməyi arzulayır: yüksək

keyfiyyət, aşağı qiymətlər, sürətli çatdırma və maksimal etibarlılıq.

Qlobal əmtəələr və xidmətlər alıcıları bir çox aspektlərə görə

razı salmalıdır. Firmalar artıq əvvəlki tək bu vəziyyətdən yalnız biri

üzərində cəmləşdirməklə kifayətlənə bilməzlər.

Qlobal menecment paradiqması milli, mədəni və ya siyasi adət

və ya ənənələrdən asılı olmayaraq, dünya səviyyəli şirkətlər

tərəfindən tam və ya qismən tətbiq olunan idarəetmə sistemidir. Bu

təşkilat, menecment, qərarların qəbulu və motivasiya kimi

sahələrdəki qarşılıqlı əlaqələr, məntiqi ardıcıl fəaliyyətlərin

kompleksidir. Qlobal menecment paradiqması müasir iqtisadiyyat

şəraitində tez dəyişən transmilli korporasiyaların intensiv rəqabətinə

beynəlxalq hiperrəqabətə reaksiya kimi yaranan əməliyyat və strateji

fəaliyyətin təşkili sistemidir. Bu paradiqmanın xüsusiyyətlərinin

böyük əksəriyyəti ayrı-ayrılıqda səmərəli şəkildə əldə edilə bilməz,

çünki onlar sistemi təşkil edir. Bu paradiqma mövcüd strukturların

təkmilləşdirilməsinə deyil, onların İnternet əsrində tam şəkildə

yenidən nəzərdən keçirilməsinə yönəlmişdir. Qlobal menecment

paradiqmasını GMP (ingiliscə Qlobal management paradigm)

vasitəsilə işarə edirlər.

Qlobal menecment paradiqmasının inkişafını üç mərhələyə

bölürlər. İnkişaf etmiş ölkələrdə kütləvi istehsalın ənənəvi

paradiqması 1950-1960-cı illərdə öz inkişafının pik nöqtəsinə

çatmışdı. O, dəqiq yığma xətlərlə, hakimiyyət iyerarxiyası, məhsulun

keyfiyyətinə nəzarət və kütləvi istehlakla xarakterizə olunur. Prosesə

istiqamətlənmə Yaponiyada yaranmış və 1980-ci illərin sonunda

təsdiqlənmiş menecment paradiqmasıdır. O, prosesin keyfiyyətinə

nəzarət və onun fasiləsiz təkmilləşdirilməsi, eləcə də “dəqiq və

vaxtında” sistemilə xarakterizə olunur. Qlobal menecment

paradiqması 1990-cı illərin ortalarında formalaşmışdır.

Qlobal menecment paradiqmasının əsas

xarakterik xüsusiyyətləri

Qlobal menecment paradiqmasının əsas tərkib hissələri

bunlardan ibarətdir.

Page 397: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------397---------------------------------------------

Üfqi korporasiya. Hakimiyyət iyerarxiyasının pillələri ləğv

olunur, funksional təşkilatın piramidaları üfqi prinsipə görə daha

səthi və təşkilatlanmış olur. Şəbəkə strukturlu korporasiyalar yaranır.

Bu məsələlərin, işçi qüvvəsinin və biliklərin uzunmüddətli

reinteqrasiyası nəticəsində baş verir. Bu proses yarımbölmələrin,

funksiyaların, departamentlərin, ştat mütəxəssislərinin və ya

ekspertlərinin deyil, bütün təşkilatın yeni dominantını təqdim edir.

Aşağıdakı şəkildə firmanın idarə olunmasının iyerarxik və səthi

strukturları təsvir edilmişdir.

Firmanın idarə olunması strukturu: a) iyerarxik; b) səthi

Funksional vahidlərin konkret işçilərin sayı ilə üst-üstə

düşdüyü, işçilərin ümumi sayının beşə bərabər olduğu ən sadə hal

nəzərdən keçirilir. Onlar dairələrlə təsvir edilmiş və latın hərflərilə

göstərilmişdir. İnsanlararası təsir bu halda idarəetmə təsirinə oxşardır.

O, xətti ox işarəsilə təsvir edilmişdir. İdarəetmənin baxılan

strukturlarının fərqi bunlardan ibarətdir. İyerarxik strukturda bütün

işçilər idarəetmə subyektlərinə (A) və idarəetmə obyektlərinə (B, J, D

və E) bölünürlər. Təsirləri təsvir edən oxlar birinci tipə aid işçilərdən

çıxır və ikinci tipə aid işçilərə istiqamətlənir.

Beləliklə, iyerarxik strukturda idarəetmə təsirləri bir

istiqamətlidir, idarəetmə isə direktiv xarakter daşıyır (şəkildə a-ya

nəzər sal). İdarəetmənin səthi strukturunda insanlararası qarşılıqlı

təsir ikitərəfli xarakter daşıyır, ona görə də müstəsna vəziyyət tutan

hansısa bir işçi yoxdur. Şəkildə b-də A fərdi yalnız sayca ayrılır onun

iştirak etdiyi insanlararası qarşılıqlı təsirin sayına görə (digər

Page 398: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------398---------------------------------------------

fəhlələrdə, işçilərdə 8 6–ya qarşıdır). Lakin keyfiyyətcə onun idarə

etmə strukturunda vəziyyəti yerdə qalanlarla müqayisədə fərqlənmir.

Mövcud fərd mərkəzin rəhbəri roluna yalnız o halda yiyələnə bilər ki,

informasiyanın daha böyük hissəsi ondan keçsin. Bu zaman onun

idarəetmə funksiyaları obyektiv olaraq direktiv deyil,

koordinasiyalaşdırıcı (informasiya) xarakterini daşıyır. Şəkildən

görünür ki, idarəetmənin səthi strukturu insanlararası qarşılıqlı

informasiya fəaliyyətlərinin böyük intensivliyilə xarakterizə olunur:

ona uyğun ox işarələrinin sayı iyerarxik strukturdakı 4-ə qarşı 16 –ya

bərabərdir. Bu hal informasiya iqtisadiyyatında səthi strukturun

həlledici üstünlüklərini təmin edir.

Bura aşağıdakılar daxildir:

Prosesin reincinirinqi. Xidmətlərin istehsalı və göstərilməsi

prosesləri reinteqrasiyaya məruz qalır. Ayrı-ayrı əməliyyatlar

daha iri bloklarda birləşir, bu zaman addımların və xüsusi

hissələrin sayı azalır, məhsulun dəyərinə yeniliklər

gətirməyən əməliyyatlar isə ləğv olunur. Texnoloji nöqteyi

nəzərdən proses möhkəmlənməlidir, onun strukturu isə

iqtisadi meyarlar nəzərə alınmaqla dəyişikliklərə məruz qalır.

Məsələlər, əməliyyatlar, funksiyalar, cavabdehlik və

ixtisaslaşma vahid bütövlükdə birləşir. Miqyasların zorla

ixtisara salınması və ya deburokratizasiya deyil, yalnız

reincinirinq iyerarxiyaların səviyyələrinin sayını azalda bilər;

Müştəriyə tam meyllilik. Hər bir xüsusi müştəri və ya

müştərilərin əlaqələndirilmiş qrupu ayrıca bazara çevrilir. Bu

dəyişiklik “Bazarlar deyil, insanlar alır” kəlamı ilə təsvir

olunur. Fərdi sifarişlə istehsal olunan əmtəələr, müştəri

tərəfindən nəzarət olunan istehsalın bitməsi prosesi və

xidmətlərin göstərilməsi, özünəxidmət və “özün elə” prinsipi

və s. bu kimi hadisələr istehsal məqsədlərinin və üsullarının

tam islahatlaşdırılmasını təcəssüm etdirir;

Avtonom komandalar və özəklər. Reinteqrasiya proseslərinin

üfüqi təşkili qarşılıqlı fəaliyyət göstərən istehsal prosesinə

malik komandalardan ibarət şəbəkə strukturunu təcəssüm

Page 399: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------399---------------------------------------------

etdirir. Cavabdehlik, yaradıcılıq üsulu və özünüidarəetmə

komanda üsulunun əsas xüsusiyyətləridir. Komandalar

müştəriyə yaxın olmağa qadirdir, böyük miqdarda

müştərilərin fərdi sifarişləri üzrə səmərəli xidmət göstərirlər

və onların tələbatlarına uyğunlaşa bilirlər. Onlar hökumətin

iyerarxik strukturundan çox bazar iqtisadiyyatı şərtlərinə daha

yaxşı cavab verirlər;

Müştərilərin inteqrasiyası. Müştəri istehsal prosesinin bir

hissəsi, müəsissənin məqsədi, strategiyanın hərəkət verici

qüvvəsi, əmtəə və xidmətlərin keyfiyyətinin, nomenklaturanın

genişliyinin və qiymətlərin son münsifinə çevrilir. Alıcının

əlində olan əmtəə hələ də istehsal prosesinin tərkib hissəsidir.

Alıcılar əmtəənin konstruksiyasına, istehsalın planlaşdırılma-

sına, satışdan sonrakı xidmətə, təmir və təkrar istifadəyə

böyük yeniliklər gətirir;

Şirkət daxilində işləyən bazarlar. Üfqi korporasiyada avto-

nom komandalar bazar iqtisadiyyatının daxili mexanizm-

lərinin köməyi ilə təşkil və idarə olunur. Onlar növbəti

prinsiplərə əsaslanır: xarici bazarların qiymətləri, müstəqil

danışıqlar aparan vasitəçilər, daxili rəqabət, fasiləsiz forma-

laşma, biznes-mühitə və şəraitə daha səmərəli uyğunlaşmaq

üçün komandaların və onlardan ibarət şəbəkələrin təkrar

formalaşması. Korporasiyanın sərhədləri silinir və həm fiziki,

həm də informasiya dəyişiklikləri üçün yarımşəffaf olur.

Xarici tədarükçülər və müştərilər bilavasitə korporasiyanın

daxili müştərilərilə qarşılıqlı fəaliyyət göstərir;

Tədarükçülərin inteqrasiyası. Tədarükçülərin istehsalı fiziki

baxımdan, bilavasitə, istehsal prosesinə və ya yığma zavoduna

daşınır. Tədarükçülərin inteqrasiyası klassik şaquli

inteqrasiyadan fərqlənir. Klassik şaquli inteqrasiya zamanı

tədarükçülər fiziki olaraq birləşirlər, onların idarə olunması və

işləməsi isə avtonom və müstəqil olaraq qalır. Tədarükçülərin

əmtəələri, tərkib hissələri və xidmətləri istifadəyə və son

Page 400: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------400---------------------------------------------

məlumatın komponenti kimi (tədarükçülərin özü tərəfindən)

cəlb olunana qədər onların əmlakı olaraq qalır;

Güzəştlərin ləğvi keyfiyyət, maya dəyəri, çeviklik,

məhsuldarlıq və vaxtı-vaxtında yerinə yetirilmə kimi

xüsusiyyətləri təkmilləşdirməyə (özü də hamısını birdən)

imkan yaradır. Xüsusiyyətlərin belə bütöv toplusunu ayrı-ayrı

komponentlərə bölmək olmaz. Əgər əmtəə və ya xidmət çox

bahadırsa və ya qlobal müştəri onları çox gec əldə edirsə,

onda o, yüksək keyfiyyətlə maraqlanmayacaq;

“Açıq kitab” prinsipi üzrə idarəetmə. Korporasiyanın

informasiyası artıq gizli və ya məxfi deyil, lakin idarəetmədə

vacib bir vasitə kimi onun əhəmiyyəti artır. İnformasiya hamı

üçün əlverişli olmalı şirkət daxilində yayılmalı və

ötürülməlidir; yalnız onda işçilər şirkətin uğurlarına və

uğursuzluqlarına bilavasitə yenilik gətirəcək. Yalnız

informasiya almış fəhlələr, işçilər yaradıcılığa, cavabdehliyə

və sahibkarlıq təşəbbüsünə qadirdir. İşçilər artıq sadəcə işə

cəlb edilmiş mütəxəssislər deyildir, onlar artıq sahibkar kimi

düşünməyə başlayırlar, çünki onlar istehsal prosesinin faktiki

sahiblərinə çevrilir;

Korporativ dinamika. Şirkət ənənəvi proqnozlaşdırmadan və

planlaşdırmadan imtina edir, çünki çevikliyi və “onlayna”

reaksiya vermək qabiliyyətini mütəxəssislərin səlahətlərinin

mühüm sferalarına çevirir. Ənənəvi proqnozlaşdırma da

kütləvi istehlak bazarları kimi öz əhəmiyyətini itirir: minlərlə

istehlakçının davranışını əvvəlcədən müəyyənləşdirmək olar,

lakin onların az saylı tərkibinin davranışını öncədən

proqnozlaşdırmaq olmur, bu seçim ölçülərinin azalması

nəticəsində baş verir. Məhsulu sifarişə əsasən buraxdıqda

proqnozlaşdırmaya tələbat azalır.

Çox az sayda dünya səviyyəli şirkətlər qlobal menecment

paradiqmasını bütöv sistem kimi özündə tətbiq edə bilmişdir. Adətən

şirkətlər bu paradiqmanın müxtəlif elementlərini ayrı-ayrı və yerdə

qalan elementlərdən asılı olmayan şəkildə tətbiq edir. Qlobal

Page 401: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------401---------------------------------------------

menecment paradiqması komponentlərinin bir-birilə necə qarşılıqlı

əlaqədə olduğunu, eləcə də bir-birini necə qüvvətləndirdiyini başa

düşmək üçün sistemli düşüncə tələb olunur. Bu da müasir rəhbərlərin

təhsilində yer almamışdır.

11.4.PROSESİN İNTEQRASİYALAŞDIRILMIŞ İDARƏ

OLUNMASI

Prosesin inteqrasiyallaşdırılmış idarə olunmasının əsas

xüsusiyyəti istehlakçıları və istehsalçıları vahid prosesdə birləşdirən

sistemli idarəetmə metodudur. Alıcının əlindəki məhsula istehsal

dövranının bir hissəsi kimi baxılır ki, bu da alıcının istehsal prosesinə

inteqrasiyasını əks etdirir. İnteqrasiyallaşdırılmış alıcı firmanın

strategiyasının, taktikasının, əməliyyatlarının mənbəyinə və başlıca

məqsədinə çevrilir. Alıcının biliklərinin müəsissəyə inteqrasiyası, ona

özünün təşəbbüs göstərməsinə, istehsalı planlaşdırmasına və

koordinasiya etməsinə imkanların yaradılması prosesin

inteqrasiyallaşmış idarə olunmasının ən mühüm tərkib hissəsidir.

Alıcı ilə inteqrasiyallaşdırılmış belə prosesin keyfiyyətinin artırılması

bir alətə çevrilir. Onun köməyilə alıcının tələbatı ödənilir və onun

rolu istehsalın hərəkət verici qüvvəsi ilə dəstəklənir və güclənir. Eyni

zamanda istehsalçı kimi çıxış edən inteqrasiyallaşmış alıcı prosyumer

(ingilisjə prosumer) adını almışdır. Termin produser (istehsalçı)

sözünün ilk və jonsumer (istehlakçı) sözünün son hərflərindən

yaranmışdır.

Prosesin idarə olunmasının ənənəvi sxemi düzxətli və bir

istiqamətlidir (aşağıdakı şəkildə a-ya nəzər sal). O, dörd əsas element

və üç əsas proseslə xarakterizə olunur. Elementlər kimi aşağıdakılar

çıxış edir: plan (motiv), məsrəflər, məhsul və istehlakçı. Bir

elementdən digərinə keçid proses vasitəsilə həyata keçirilir. Plandan

birbaşa istehsalın başlanğıcına keçid (məsrəflərə) məhsulun

layihələndirilməsi ilə həyata keçirilir (ox 1). Məsrəfdən məhsula

keçid istehsal yolu ilə icra olur (ox 2). Məhsuldan istehlakçıya keçid

Page 402: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------402---------------------------------------------

məhsulu satmaq cəhdi nəticəsində həyata keçirilir (ox 3). Bu üsul ilə

alıcı xarici mühitdə “kənardan” təcrid olunmuş obyekt olaraq qalır.

Alıcının müəsissədən təcrid olunmağının qarşısının alınması

məqsədilə ənənəvi yanaşma əks əlaqənin informasiya dövrəsindən

(məlumatların yığılması, bazarın və alıcıların tədqiqi) istifadəni təklif

edir. O, öndəki şəkildə, a-da punktir oxla təsvir olunmuşdur. Əks

əlaqə kəməndinin məqsədi alıcını və onun ətrafını tanımaqdır. Lakin

əks əlaqə alıcının təcrid olunması hədəfini keçə bilmir, çünki o,

alıcını real prosesə cəlb etmir, əvəzində ondan yalnız informasiyanın

çatdırılması üçün istifadə edir. Əks əlaqə simvolik informasiyanı,

fəaliyyətin özünü deyil, onun təsvirini (söz, rəqəm, təsvir) daşıyır.

İstehlakçılar yalnız faktiki fəaliyyətdən sonra öz fikirlərini bildirirlər

(ifadə edir, təsvir edir, qiymətləndirir). Lakin biznesdə adamların di-

gərlərinə görə deyil, əməllərinə (seçimlərinə, qərarlarına, alverlərinə)

görə onlara arxalanmaq olar. Simvolik əks əlaqəni “fəaliyyətin əks

əlaqəsi”, fəaliyyəti təsvirini fəaliyyətlə əvəz etmək lazımdır.

Prosesin inteqrasiyallaşmış idarə olunması sxemi “müasir

sənaye istehsalı məsrəflərin məhsulda xətti dəyişilməsi deyildir və

onun elementləri təcrid olunmamışdır” kimi fikirlərə əsaslanmışdır.

Onlar qarşılıqlı asılıdır və dairə üzrə bağlıdır, bir-birini gücləndirir.

Öndəki şəkildə, b-də prosesin inteqrasiyalaşmış idarə olunması sxemi

təsvir edilmişdir. Əks əlaqənin kəmənd yerini orada dördüncü əsas

proses tutur: istehlakçılar tərəfindən tədqiqat vasitəsilə məhsulun

istehlakının yoxlanılması və onun təkrar layihələndirilməsi (ox 4).

İnteqrasiyalaşmış sxemin ənənəvidən mühüm fərqi ondan

ibarətdir ki, o avtoistehsalı nəzərdə tutur (yəni, prosesin özünün

istehsal etmə qabiliyyətinin daimi istehsalı). Yalnız daimi dəyişən şə-

raitdə fasiləsiz olaraq “özü-özünü istehsal edən” firmalar informasi-

ya iqtisadiyyatında sabit şəkildə işləyə bilər. Ətraf parametrlərin

“daxildən” hesablanması əvəzinə (mərkəzləşdirilmiş iyerarxiyanın

perspektiv planlaşdırılması) prosesin inteqrasiyallaşdırılmış idarə ol-

unması cavabın, fikrin fasiləsiz daxili və müstəqil çevikliyinə böyük

əhəmiyyət verir. Texnologiyaya, əməyə və biliyə münasibətdə kifayət

Page 403: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------403---------------------------------------------

qədər çevikliyə nail olma qeyri-stabillik və daimi dəyişikliklər

silsiləsinin yeganə düzgün strategiyasıdır.

Prosesin idarə olunması sxemi: a) ənənəvi; b) inteqrasiyalaşmış

Hal-hazırda istehsal prosesinə daha mühüm yenilikləri

xammallar, maşınlar, pullar və binalar deyil, informasiya və biliklər

gətirir. Resurslara sadəcə malik olmaqdansa, lazımi məqsədlərə

çatmaq üçün onlardan istifadəni bilmək daha vacibdir. Ənənəvi

olaraq, informasiyanı və biliyi istehsalçılar, xidmətçilər və rəhbərlər

nəzarətə götürürlər, lakin informasiyanın daha böyük həcminə

alıcılar, istehlakçılar və tədarükçülər nəzarət edir. Müəsissənin

bilikləri və informasiyasının idarə edilməsində onlar istehsalçıya

çevrilir.

Alıcılar eləcə də müəsissənin əsas investorlarıdır. Öz alverləri-

nə və firmaya sədaqətliyinə görə onlar firmanın fəaliyyəti növlərinin

əksəriyyətinə kömək edir, onu biliklərlə və məqsədlə təmin edir,

onun əsaslandırılmasını təsdiqləyir. Bu, firma üçün pullarla risk

etməkdənsə daha çox dəyərli xidmətdir. Alıcılar prosesin əməkdaş və

iştirakçılarına çevrilirlər və onları artıq keçmişin kütləvi istehlakçıları

Page 404: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------404---------------------------------------------

vəziyyətində olurlar. Alıcı öz anonimliyini itirir və satışların obyekti

olmaq əvəzinə o, sifarişçilərin tədarükçüsünə çevrilir. Müasir

kompaniyalar satışı deyil, sifarişlərin əldə edilməsinə cəhd

göstərirlər. İşçilər və alıcılar prosesin sahibkarlarına, işgüzar

tərəfdaşlara və ya şərikə çevrilirlər.

11.5.REİNCİNİRİNQ VƏ ONUN ƏSAS PRNSİPLƏRİ.

REİNCİNİRİNQİN ƏSAS MƏSƏLƏLƏRİ. REİNCİNİRİNQİN

TƏTBİQ SAHƏLƏRİ

İnformasiya iqtisadiyyatında artıq istehsal prosesi öncədən

verilmiş və dəyişməz proses kimi qəbul olunmur. Əvvəllər istehsal

prosesi qərarların qəbuluna xeyli təsir göstərən mühəndislərin

fəaliyyət sferası olmuşdur. Şirkətlərin nəyi istehsal etdiyi, onların bu

istehsalın təşkili üçün nə etdiyindən daha böyük əhəmiyyət kəsb

edirdi. Məhsul rəqabət qabiliyyətinin artılması vasitəsi idi, lakin eyni

zamanda proses heç də belə deyildi. İstehsal prosesin xarakteri

məhsulun xassələri və keyfiyyəti ilə deyil, əksinə olaraq, məhsulun

xassələri və keyfiyyəti istehsal prosesin xarakteri ilə müəyyənləşirdi.

Reincinirinq və ya biznes proseslərin yenidən layihələndirilmə-

si 1990-cı illərin əvvəllərində idarəetmə haqqında elmdə mühüm

yenilik kimi meydana gəlmişdir. O, şirkətlərə diqqəti kardinal şəkildə

məhsuldarlığı artırmağa imkan verən funksiyalara deyil proseslərə

yönəltməklə özünü yenləşdirməyi təklif edirdi. Konsepsiyanın

kommersiya uğuru çoxsaylı təqlidlərə səbəb olmuşdur.

Konsepsiyanın yaranması Massaçuset Texnologiyalar İnstitutunun

keçmiş informatika sahəi üzrə professor Maykl Hammer (1948-2008)

tərəfindən 1990-cı ildə yazılmış məqalədə öz əksini tapmışdır.

Məqalədə sübut edilmişdir ki, əgər şirkətlər artan rəqabətli

dünya bazarlarında davam gətirmək üçün zəruri olan səmərəliliyi

yüksəltmək istəyirsə, onda onlar öz istehsal proseslərini

avtomatlaşdırmaqdansa daha çox onları məhv etməlidirlər. Həmin il

Devenport və Şort digər məqaləni nəşr etdirdilər. Burada təşkilati

dəyişikliklərə oxşar yanaşma təklif edilirdi. Onlar bu yanaşmanı

Page 405: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------405---------------------------------------------

biznes proseslərin təkrar layihələndirilməsi (BPR - Business Projess

Redesign) adlandırılmışlar. Müəlliflər reincinirinq terminindən

istifadə etməsələr də onların konsepsiyası Hammerin konsepsiyası ilə

oxşardır, ona görə də BPR və reincinirinq terminləri sinonim kimi

işlənilir.

Maykl Martin Hammer

(ingiliscə Michael Martin

Hammer) kompüter elmləri üzrə

Massaçuset Texnologiya

İnstitutunun (Massachusetts

Institute of Technology)

professorudur. Gənc yaşları-ndan

biznes-menecment sualları ilə

maraqlanmışdır. Onun əsərləri

ABŞ-ın sayılan jurnallarında çap

edilmişdir. Alimin “Reincinirinq

korporasiyası” kitabı 2.5 milyon

nüsxədə çap olunmuşdur (bu

böyük nailiyyətdir).

Reincinirinqin əsas amilləri

Aksentlərin yerbəyer edilməsi və üsulların interpretasiyası

müxtəlifdir. Lakin onlar növbəti üç faktorların zəruriliyi haqqında

fikirlərdə həmrəydilər: proses düşüncəsi, radikal dəyişiklik və

informasiya texnologiyalarının və sistemlərinin imkanları.

Bunları araşdıraq:

Proses düşüncəsi. Fəaliyyətini funksiyaya yönəldən şirkətin

əksinə olaraq, şirkət öz diqqətini prosesə yönəltməlidir. O,

təchizat şöbəsi, marketinq şöbəsi və ya mühasibat kimi

ixtisaslaşmış şöbələrlə deyil, müştərilərin sifarişlərinin yerinə

yetirilməsi və ya məhsulun işlənməsi kimi öz proseslərinə

uyğun olaraq layihələndirilməlidir;

Page 406: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------406---------------------------------------------

Radikal dəyişiklik. Reincinirinq özündə fundamental

dəyişikliyi təcəssüm etdirməlidir. Möhkəm təsis olunmuş

proseslər sarsılmaz olmamalıdır, əksinə onlar yenidən ixtira

olunmalıdır. Reincinirinq istehsalatın təşkilinin ənənəvi

formalarından tam imtina olmağı nəzərdə tutur. Onun

məqsədinə tədricən təkmilləşmələr yolu ilə nail olmaq olmaz.

Beləliki daxili yanma mühərriki at minik arabasının fasiləsiz

təkmilləşməsi nəticəsində əldə oluna bilməzdi. Reincinirinq

heç zaman “aşağıdan yuxarıya” aparılmır. Reincinirinqin

aparılması cəhdi zamanı uğursuzluqların çoxusuna səbəb çox

dar və həddən artıq ehtiyatlı yanaşma idi;

İnformasiya texnologiyaları və sistemlərinin imkanları.

Reincinirinqlə bağlı ədəbiyyatda informasiya texnologiya-

larına və sistemlərinə iki müxtəlif rollar ayrılır. Birinci halda

onları reincinirinq üzrə fəaliyyətə kömək alətləri kimi

nəzərdən keçirirlər. Yeni effektiv proseslərin yaradılması

biznes məqsədlərinə tabe olan informasiya texnologiyalarına

və sistemlərinə münasibətdə daha prioritetli olmalıdır. İkinci

halda informasiya texnologiyalarına və sistemlərinə

reincinirinqin səbəbi və ya hərəkətverici qüvvəsi kimi baxır-

lar. Məsələn, interaktiv videodisklər və ekspert sistemləri

firmanın işini ciddi, sərt çərçivəyə salan qaydaları dəyişir.

Təsdiq edilmişdir ki, reincinirinq informasiya texnologiya-

larının və sistemlərinin təşkilatlarda tətbiq edilməsinin tama-

milə yeni üsuldur.

Reincinirinq “Əməliyyatı necə yaxşılaşdırmaq?” deyil,

“Əməliyyatın yerinə yetirilməsi nə üçün zəruridir?” sualını ortaya

çıxarır. “10-90” qaydası empirik olaraq təsis edilmişdir. Orada təsdiq

edilir ki, proseslərin potensial təkmilləşdirilməsinin yalnız 10%-ni

əməliyyatlar sferasında almaq olar, halbuki 90%- belə

təkmilləşmələrin əsas kütləsi qarşılıqlı fəaliyyətlərdə gizlənmişdir.

Ənənəvi menecment qarşılıqlı əlaqələri görmür, o, yalnız əməliyyat-

ları görür. Ona görə də, yəni əməyin maksimal bölgüsü və

ixtisaslaşma nəticəsində ənənəvi istehsalat prosesləri böyük sayda

Page 407: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------407---------------------------------------------

əməliyyatlara bölünmüşdür və onların koordinasiyası həddən artıq

sayda qarşılıqlı əlaqələr tələb edir. Reincinirinqin əsas məsələləri

qarşılıqlı əlaqələrin, mühəndisin görmədiyi prosesin hissələrinin

sayının azaldılmasından ibarətdir. Reincinirinq prosesindən sonra

proses yalnız minimal arxitekturaya malik olmalı deyil (onlar

arasında ən az sayda əməliyyatlar və əlaqələr), eləcə də məhsula

maksimal dəyər verməlidir.

Birincisi, dəyər əlavə etməyən bütün fəaliyyətləri təcrid etmək

lazımdır.İkincisi, ayrı-ayrılıqda az dəyər verən, lakin birlikdə daha

çox dəyər əlavə edən bütün əməliyyatları birləşdirmək lazımdır.

Reincinirinqin tətbiqi sahələri Reincinirinq üç əsas sahədə həyata keçirilən prosesin

reinteqrasiyasıdır.

1.Məsələnin reinteqrasiyası daha kiçik proseslərin

yarımməsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri inteqrasiyal-

laşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, component-

lərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər

təşkil edir;

2.İşçi qüvvəsinin reinteqrasiyası prosesin kiçik deyil, böyük

hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir.

Çoxfunksionallığı, işçilərin rotasiyasını, deixtisaslaşmanı və prosesə

əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən

işləməyə və ayrı-ayrı əməliyyatları deyil, inteqrallaşmış prosesləri

koordinasiya etməyə imkan yaradır;

3.Biliklərin reinteqrasiyası: fəhlələr, işçilər prosesin getdikcə

daha çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək

bacarığı olmalıdır). Bilik öz hərəkətlərini məqsədyönlü koordinasiya

etmək bacarığıdır. Əgər şəxs ixtisaslaşmaqla digərlərindən uzaqlaş-

mışsa, onda o, öz hərəkətlərini koordinasiya edə bilmir, sadəcə ayrı-

ayrı sadə komandaları yerinə yetirir.

Reincinirinq ixtisaslaşmanın və əməyin bölgüsünün xırdalıq-

larına, ifratçılıqlarına bir qədər daxili səbəblərdən törənən reaksiya-

lardır. Məsələlərin, işçi qüvvəsinin və biliyin reinteqrasiyasının

Page 408: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------408---------------------------------------------

köməyilə əmək yenidən məzmunlu məşğulliyyətə çevrilir, peşəkarlıq

və sənətkarlıq ixtisaslaşmanı əvəzləyir. Ənənəvi inzibati

idarəetmənin əsas koordinasiya mexanizmləri özünü koordinasiya

edən komandaların qarşılıqlı reaksiya vermə və fəaliyyət sistemlərilə

əvəz olunur. Əməliyyatların effektiv inteqrasiyası yaradıcılıq

üsulunu, məhsulun və prosesin yeni strukturunu, ixtisaslaşmanın

dəyişməsini və biliklərin genişlənməsini tələb edir. Reincinirinq

prosesi işçilərdən iş təcrübəsini məhdudlaşdırmaq deyil,

genişləndirməyi, biliyi ixtisaslaşdırmağı deyil, daha da artırmağı,

yerinə yetirilmiş məsələlərin sayını azaltmağı deyil, çoxaltmağı tələb

edir. İşçilər malik olduqları və ya malik olmalı olduqları xüsusi

proseslərlə mikrosəviyyədə idarə etməyə qadir mətəxəssislərə

çevrilir.

Reincinirinq prinsiplərinin tətbiqi növbəti təşkilati

dəyişikliklərlə nəticələnməlidir:

İşçi vahidləri-funksional bölmələrdən proses komandalara;

İşlər - sadədən çoxplanlıya;

İşçilərin rolu - nəzarət altında icradan müstəqil qərarların

qəbuluna;

İşə hazırlıq - məşqlərdən təhsilə;

Əməyin ödənilməsinin və işin səmərəliliyinin

qiymətləndirməsi - fəaliyyətin qiymətləndirilməsindən

nəticənin qiymətləndirilməsinə;

Menecerlərin rolları - nəzarətçidən öyrədənə;

Təşkilati struktur - iyerarxikdən səthiyə;

İnzibati işçilərin funksiyaları katiblikdən liderliyə.

XI FƏSLƏ AİD SUALLAR

1. Biznes-informasiya, onun məzmunu 2. Firmanın informasiya resursları. Daxili informasiya. 3. İnformasiyanın idarə olunması. İşgüzar biliklər, onların əsas

növləri. 4. Xarici informasiya. Biliklə iş texnologiyaları. Biliklərin idarə

Page 409: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------409---------------------------------------------

olunması. 5. Bilik vərdişləri. 6. Qlobal menecment paradiqması 7. Qlobal menecment paradiqmasının əsas tərkib hissələri. Qlobal

bazarlar. Qlobal istehlakçı 8. Reincinirinq və onun prinsipləri. 9. Reincinirinqin əsas amilləri. Reincinirinqin tətbiq sahələri. 10.Məsələnin reinteqrasiyası. İşçi qüvvəsinin reinteqrasiyası. 11.Biliklərin reinteqrasiyası. İnteqrasiyallaşdırılmış alıcı. 12.Prosesin inteqrasiyalaşdırılmış idarə olunması.

TESTLƏR

1.Bilik vərdişlərinə aiddir A.) Düzgün cavab yoxdur; B.) Biliklərin əldə edilməsi, tətbiqi;

C.) Biliklərin yaradılması, tətbiqi; D.)Yeni bilik mənbələrinin axtarışı, tətbiqi;

E.)) Biliklərin əldə edilməsi, yaradılması, tətbiqi. 2.İnformasiya ilə bağlı işlər hansı hissələrdən ibarətdir A.) Düzgün cavab yoxdur;

B.) İnformasiyanın redaktəsi, saxlanması;

C.)) Daxil olma, komunikasiya, informasiyaya giriş;

D.) Axtarış, informasiyanın bir formadan digər formaya

salınması;

E.) Axtarış, işlənmə, saxlanma.

3.Makroiqtisadi və geosiyası informasiya özündə hansı

informasiyanı birləşdirir

A.))Düzgün cavab yoxdur;

B.) Tədarükçülər haqqında;

C.) Valyuta məzənnələri;

D.) Rəqiblər haqqında;

E.) Əmək resursları haqqında.

Page 410: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------410---------------------------------------------

4.Xarici informasiyanın əsas növləri hansılardır

A.) Düzgün cavab yoxdur;

B.)) Bazar, rəqiblər, makroiqtisadi və geosiyasi, tədarükçülər,

xarici maliyyə, vergiqoyma və tənzimləmə haqqında;

C.) Bazar, rəqiblər, makroiqtisadi və geosiyasi

D.)Tədarükçülər, xarici maliyyə, vergiqoyma

E.)İstehsal haqqında, daxili maliyyə, rəqiblər, bazarlar

haqqında

5.Firmanın idarə olunmasının hansı strukturu

göstərilmişdir

A.) İyerarxik;

B.))Səthi;

C.)Düzgün cavab yoxdur;

D.)Dairəvi;

E.)Şəbəkə.

6.Daxili informasiyanın əsas növləri

A.)Vergiqoyma və tənzimləmə;

B.)İstehsal, daxili maliyyə;

C.)Tədarükçülər;

D.)) İstehsal, əmək resursları, daxili;

E.)Maliyyə makroiqtisadi və geosiyasi.

7. İşgüzar biliklər

A).Təhlillər toplusu;

B.))Məqsədyönlü istiqamətlənmiş fəaliyyətlə bağlı toplanmış

potensialdır;

C.) Verilənlər əsasında formalaşmış biliklərdir;

D.)Ümumi növ biliklərdir;

E.)Xüsusi növ biliklərdir.

8.Biznes informasiya hansı informasiyaya deyilir

A.)Düzgün cavab yoxdur;

Page 411: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------411---------------------------------------------

B.) Növ biliklərə;

C.)) Firmanın fəaliyyəti birbaşa ondan asılı olsun;

D.) İntiutsiyaya əsaslanan biliklərə;

E.) İşgüzar biliklərə.

9.Biliyin neçə növünü ayırd edirlər:

A.)3

B.)5

C.))6

D.)7

E.)2

10.Firmalar informasiyadan neçə məqsədlə istifadə edir?

A.)5

B.)) 4

C.) 3

D.) 2

E.)6

Page 412: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------412---------------------------------------------

FƏSİL XII

VİRTUAL KORPORASİYA VƏ

İNNOVASİYALARIN İDARƏ OLUNMASI

12.1.VİRTUAL KORPORASİYANIN

XARAKTERİSTİKALARI. VİRTUAL KORPORASİYANİN

ELEMENTLƏRİ

Virtual korporasiya virtual məhsulu istehsal etməyə qadir

firmadır. Bu məhsul işçilərin ağıllarında və istehsal sistemlərinin

imkanlarında mövcud olan və istehlakçıların yaxın gələcəkdə ehtiyacı

yaranacaq bir məhsuldur.

Virtual korporasiyanın idarə edilməsi virtual dəyər zəncirinin

aşkarlanmasına və təhlilinə əsaslanmışdır. Ənənəvi dəyər zənciri

daxil olan loqistika, əməliyyatlar, çıxan loqistika, marketinq, satış və

xidmət kimi fəaliyyətin müəyyən baza növlərini özündə birləşdirir.

Fəaliyyətin baza növləri firmanın infrastrukturu, tədarük fəaliyyəti,

insan resursları və məhsulun işlənib hazırlanması kimi köməkçi

amillərin müəyyən miqdarı ilə dəstəklənir. Ənənəvi dəyər zəncirini

həmçinin fiziki də adlandırırlar. Virtual dəyər zənciri göstərir ki,

informasiya sadəcə fiziki dəyər zəncirinin işlənməsini təmin etmir, o,

həmçinin firmanın dəyərini artırır. Fiziki dəyər zəncirinin müxtəlif

hissələrindən toplanmış informasiya - informasiya texnologiyalarının

və sistemlərinin uyğun strukturlarının köməyi ilə birləşə bilər. Belə

struktur orqanizmin müxtəlif hissələrindən gələn informasiyanı

inteqrasiya edən mərkəzi əsəb sisteminin strukturuna oxşayır.

Dəyər zəncirinin bir hissəsinin virtuallaşdırılması iki variantdan

bir ilə izah oluna bilər:

1.Fəaliyyətin mövcud növlərinin səmərəliliyinin artırılması

məqsədilə daxili texnologiyalardan istifadə. Əsasını avtomatlaş-

dırılmış layihələndirmə faylları təşkil edən virtual fabrikin yaradıl-

ması buna nümunə ola bilər. İstehsalçı bu faylları öz dəzgahına

Page 413: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------413---------------------------------------------

yükləyər və detal hazırlaya bilər. Bu proses günlərlə deyil, bir neçə

saniyə ərzində başa gəlir və çox az maya dəyərinə malikdir. Bu halda

dəyər zəncirinin əməliyyatlarının bir hissəsinin virtuallaşdırılması

xarici istehsalçılar şəbəkəsinin daha səmərəli idarə olunmasını göstə-

rir. Belə sistem onlara son dəqiqələrə qədər ayrı-ayrı hissələrin

layihələrində dəyişiklik etməyə imkan yaradır, məsrəfləri azaldır,

texniki əlavələrin həcmini azaldır.

2.Əvvəllər fiziki məkanda edilməyənləri həyata keirmək

məqsədilə virtual məkana müraciət. Buna misal kimi, virtual layihə

qrupunun yaradılması çıxış edir. Onun üzvləri fiziki olaraq, bir yerdə

və zamanda yerləşmir. Təcrübəli nümunələr kompüterin

modelləşdirdiyi şəraitdə yaradılır və sınaqdan keçirilir. Nəticədə

işçilərin məhsuldarlığı artır və böyük sayda istehlakçılar üçün

məhsulun modifikasiyası imkanları genişləndirilir.

Dəyər zəncirinin ayrı-ayrı hissələrinin virtuallaşdırılması

nümunələrini göstərək:

Daxil olan loqistika. Tədarükçülərin idarə olunması ticarət

əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir.

Bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan

yaradır. “Paralel layihələndirmə” sistemindən istifadə olunur

ki, bu da informasiya vasitələrilə qarşılıqlı fəaliyyət göstərən

məhsulun işlənib hazırlanması üzrə hərtərəfli işləyən

qrupların yaradılmasına gətirib çıxarır;

İstismar. Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə

istehsalının təşkili vasitəsilə virtuallaşa bilər. Buna misal

kimi, şirkətin məqsədlərinə işləyən xarici firmaların birliyinin

yaradılmasını göstərmək olar. Belə birlik informasiyanın birgə

istifadəsini nəzərdə tutan etibarlılığa əsaslanır;

Çıxan loqistika firmadan alıcıya əmtəələrin və xidmətlərin

tədarükü ilə əlaqədardır. Burada virtuallaşmaya misal kimi,

birbaşa satışların modeli çıxış edir. Bu model tədarüklərin

ənənəvi mərhələlərini inkar edir. Digər nümunə fiziki olaraq

mövcud olan filiallardakı tələbatları azaldan real zaman

rejimindəki bank əməliyyatlarıdır. Üçüncü nümunə turizm

Page 414: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------414---------------------------------------------

şirkətlərinin agentlərini arxada qoyaraq, daimi müştərilər üçün

biletlərin xüsusi qiymətləri haqqında informasiyanın

aviaşirkət tərəfindən verilməsidir;

Marketinq. Bu fəaliyyəti virtuallaşdıran firmalar bununla da

potensial alıcılara öz məhsulları və xidmətləri haqqında

təsəvvürləri məsafədən əldə etmək imkanını yaradır. Bəzi

firmalar potensial alıcıları öz məhsullarının işlənib

hazırlanması prosesinə cəlb edir, beləliklə də firmalar onlar

üçün öz məhsull və xidmətlərini modifikasiyalaşdırmış

olurlar. Bundan başqa istehlakçılar haqqında böyük həcmdə

informasiyanın müntəzəm olaraq toplanması məqsədilə xüsusi

şirkətlər yaradılır;

Xidmət. Virtuallaşmanın nümunəsi kimi aşağıdakılar çıxış

edir: liftlərin distansiyalı monitorinqi, kommunal xidmətlər

hesablayıcıları göstəricilərinin distansiyalı toplusu,

distansiyalı tibbi yardım, üçüş zamanı təyyarə mühərrikinin

işinə distansiyalı nəzarət.

Virtual korporasiyanın əsasını üç element formalaşdırır:

1.İnformasiya texnologiyaları və sistemlərinin baza

infrastrukturu;

2.Virtual dəyər zəncirləri;

3.Alıcıların virtual birlikləri.

Alıcılar arasındakı yeni qarşılıqlı münasibətlər onlara firma

üçün virtual cəmiyyət olmaq imkanını verməlidir. Bu cəmiyyətlər

firmanın virtuallaşmasından maksimal şəkildə istifadə etməyə kömək

edəcək, firmaya isə alıcını tam şəkildə razı salmaq imkanı verəcək.

Sonradan İnternetdə nəşr olunacaq kitabların icmallarını yazmaqla

öz alıcılarını inandırmaq cəhdi belə birliyin yaradılmasına

nümunədir. Digər nümunə təqlid edilən məhsulların yaradılması və

onların şəbəkədə təsviridir ki, bu da məhsulun işlənib hazırlanması

qrupu ilə əks əlaqəni təmin etməyə imkan verir.

Məhsulun işlənilməsində və şirkətin digər növ fəaliyyətində

iştirak edəcək istehlakçıların ixtisaslaşmış birliklərini yaratmaq

qabiliyyəti məsrəflərin azaldılması və məhsulun işlənməsi prosesinin

Page 415: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------415---------------------------------------------

səmərəliliyinin artırılması səbəbindən bilavasitə dəyər yaradır, eləcə

də potensial rəqiblər üçün giriş maneəsi kimi fəaliyyət göstərərək

dolayı yolla dəyər yaradır. Dəyər zəncirinin bütün hissələrinin

virtuallaşlması çevikliyi artırır və virtual birliyin daha geniş resurslar

və imkanlar dairəsinə girişi təmin edir. Bütün bunlar firmaların

yaratdıqları virtual birliklərdə aydın və qeyri-rəsmi bilikləri əldə

etmək üçün onların qabiliyyətini nəzərdə tutur. Biliklərin idarə

olunması qabiliyyəti və virtual tərəfdaşlar və yaradılmış

cəmiyyətlərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi rəhbərin ən

mühüm qabiliyyətinə, bacarığına çevrilir.

Biliklər korporasiyası konsepsiyası virtual korporasiya

konsepsiyasına yaxındır, lakin orada firmanın qeyri-maddi aktivi

kimi vurğu biliklərin üzərinə düşür. Biliklər korporasiyası biliyi

rəqabət üstünlükləri üçün əsas kimi çıxış edən öz qiymətli aktivi kimi

vacib bilən firmadır. O, eləcə də etiraf edir ki, informasiya sistemləri-

ni təşkilatların yeni formalarının yaradılmasına qədər bu qeyri-maddi

aktivlərin paylaşdırılması və çoxaldılması üçün istifadə etmək olar.

Biliklər korporasiyasının qeyri-maddi kapitalı təşkilati

kapitaldan, insan kapitalından və biliklər kapitalından ibarətdir.

Təşkilati kapital uzunmüddətli dövr ərzində bir çox insanların təcrübə

və biliklərinin toplanmasını əks etdirən, firmanın bütün standart

prosesləri, sistemləri və strategiyasıdır. İnsan kapitalı firmanın təlim

və təcrübə vasitəsilə öz əmək resurslarının bacarıqlarını

təkmilləşdirmək məqsədilə həyata keçirdiyi investisiya yatırımlarıdır.

Bilik kapitalı şirkətin biliklərin əldə edilməsinə, işlənməsinə və

istifadəsinə yatırdığı investisiyalardır. Bilik kapitalının mühüm

komponenti şirkətin intellektual mülkiyyəti hesab olunur.

Təcrübə göstərir ki, bilik korporasiyaları məsləhətləşmə və ya

proqram təminatı kimi biliklərdən ibarət əmtəə istehsal edərkən daha

uğurlu olur. Əmtəələrdəki biliklərlə kompaniyanın biliklər

korporasiyası olmaq qabiliyyəti arasında birbaşa asılılıq mövcuddur.

Əgər bilik şirkətin daxilində uğurla dəyişməyəcəksə və sosiallaşma-

yacaqsa, onda bilikdən ibarət əmtəələri işləyib hazırlamaq ona çətin

olacaq. Biliklər korporasiyası yalnız bilikləri əldə etmək və təşkilatda

Page 416: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------416---------------------------------------------

onlardan istifadə üsullarının axtarışı ilə məşğül olmaq deyil, o,

həmçinin biliklərin təşkilati sahədən (onların nəzəri forma aldıqları

sahədən) istehlakçıya çatdırılan əmtəələrə uyğunlaşdırılmış bazar

mühitinə yerdəyişməsi sistemini işləyib hazırlamalıdır.

Komanda işi

Komanda ümumi məqsədə çatmağa istiqamətlənərək birlikdə

işləyən insanların kiçik qrupudur. Komanda qrupdan onunla fərqlənir

ki, qrupdan fərqli olaraq komandalar səlahiyyətləri, cavabdehliyi,

qərarların qəbulu prosesində iştirakı, nəticələri və mükafatı öz

aralarında bölüşdürürlər. Komanda işi informasiya və ideya

mübadiləsini aparmaq, həmçinin səylərin koordinasiya edilməsi üçün

lazımdır. Komanda işi insanda olan ən mühüm ünsiyyət və özünü

qiymətləndirmə hisslərinə tələbatı ödəyir. Bundan başqa o,

maariflənməyə, sosial komponentliyə, özünə nəzarəti hiss etməyə və

sosial-psixoloji rifaha səbəb olur. Təşkilatlar elə bir mexanizmlərdir

ki, onların köməyi ilə insanlar öz səylərini birləşdirir və birlikdə

işləyirlər ki, adamların müstəqil, ayrı-ayrılıqda gördükləri cəmi işdən

daha çox iş yerinə yetirsinlər. Buna görə də qrupların və

komandaların idarə olunması təşkilatın bütün strukturunun idarə

edilməsinin özəyidir və onun səmərəliliyinə açar qismində çıxış edir.

İki növ komandalar vardır.

Verilmiş məqsədə çatmaq üçün xüsusi olaraq yaradılmış

komandalar müəyyən məsələnin həlli üçün müvəqqəti olaraq

birləşmiş insanlar qruplarıdır. Onlar məsələ həll olunana qədər

mövcuddur. Komanda qismində reincinirinq komandaları, böhranın

idarə edilməsi komandaları, inşaatçılar komandaları, layihələrin

yaradılması üzrə komandalar və s.

Komandaların ikinci növü planlaşdırılmış ləğv olma tarixi

olmadan işləyən özünü istiqamtləndirən komandalardır. Bu, hər gün

yerinə yetirdikləri iş prosesinin və öz vaxtlarının idarə olunması üçün

səlahiyyətlərə malik adamların kiçik qruplarıdır. Öz işinin bütün

aspektlərinin idarə edilməsi zamanı komanda üzvlərinin cavabdehliyi

onların ayrılmaz xüsusiyyətidir. Şirkətin məqsədlərinin işlənib

Page 417: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------417---------------------------------------------

hazırlanması üzrə komandalar, auditor, etalon testləşdirmə

komandaları, ali səviyyə rəhbərlərindən ibarət və s. komandalar buna

misal ola bilər.

Korporativ sistemlər

Korporativ sistemlər lahiyə, qərarların qrup şəklində qəbulu və

s. üzrə birgə fəaliyyətin yerinə yetirilməsi məqsədilə komandanın

işləyən üzvlərinin qruplarını dəstəkləyən informasiya sistemlərinin

ümumi adıdır. Bu birgə fəaliyyətləri adətən korporativ kompüter şə-

bəkələrindəki işlə adlandırırlar (JSJW-Jomputer Supported

Jooperative Work). Bu gün elektron kommunikasiyaların meydana

gəlməsi və inkişafı səbəbindən kompüter informasiya sistemləri sahə-

sindəki əsas tendensiya zaman və məkan maneələrinin aradan qaldı-

rılmasında birgə işləyən adamlar qrupuna və bütün təşkilatlarla

köməkdir.

Korporativ sistemlərin iki növü var:

İnformasiyanın qorunmasına və axtarışına yardım üçün;

Qərarların qəbuluna yardım üçün.

İnformasiyanın qorunması və axtarışına yardım üçün fəaliyyət

göstərən korporativ sistemlər növbətilərdən ibarətdir:

Məlumatlar bazasının idarə olunması sistemləri.

İnformasiyanın qorunması və axtarışı kompüter informasiya

sistemlərinin əsas əməliyyatlarıdır;

Sənəd dövriyyəsinin avtomatlaşdırılmış sistemi. Sənəd

dövriyyəsinin avtomatlaşdırılmasının tətbiqi ofis

əməliyyatlarının istənilən növündən ibarətdir. Bu əməliyyatlar

yoxlamanı və işləməni, eləcə də müəyyən adamların

müşahidəçinin, menecerin, vitse-prezidentin və s. təsdiqini

tələb edir;

Qrup şəklində işin qrafiklərinin tərtibi sistemləri. Birgə

məlumatlar bazasından və qrafiklərin tərtibi proqramlarından

istifadə edərək təşkilat iş qrafiki ilə bağlı qrupdakı şəxsi

münaqişələri minimallaşdırır;

Page 418: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------418---------------------------------------------

Qrup şəklində işlər üçün mətnli məlumatların birgə bazar

sistemləri təşkilati strukturun mərkəzi yaddaşında qeyri-

strukturlu məlumatların axtarışında səmərəli üsulu təmin edir.

Korporativ sistemlər qərarın qəbuluna yardım məqsədilə bir

qrup kimi birlikdə işləyən ayrı-ayrı insanlar tərəfindən qəbul edilən

qərarlar toplusunun köməyilə qeyri-strukturlaşdırılmış problemlərin

həllinə təkan verir. Onlar birgə intellektual işə yardım məqsədilə

istifadə olunur. Belə sistemlərin proqram təminatı interaktivlik,

ideyaların və şərhinin anonimliyi, informasiya mübadiləsi və onun

axtarışı, alternativ qərarların sıra ilə düzülməsi, səsvermə və sairədir.

Virtual komanda Virtual komanda kommunikasiya texnologiyalarının köməyilə

gizli insan ehtiyatlarını mobilləşdirən və məsafə və zamanla yaradılan

maneələri aradan qaldıran qlobal işçi qüvvəsinin təşkilində yeni

üsuldur. Virtual komanda ənənəvi komandaların məhdudiyyətlərinin

aradan qaldırılmasında yeni imkandır.

O, növbəti xüsusiyyətlərlə xarakterizə olunur:

Tarnssendentlik (məhdudiyyətlərdən kənara çıxış). Virtual

komandalar zaman, məkan, təşkilati və texnoloji məhdudiy-

yətlər çərçivəsindən kənara çıxır, çünki telekommunikasiya

texnologiyaları komanda üzvlərinə İnternet bazasındakı

toplantıların virtual sistem və toplantıların elektron sistemi,

konfransların kompüter sisteminin köməyilə digər iştirakçı-

larla sinxron və qeyri-sinxron qaydada münasibət yaratmağa

kömək edir. Ənənəvi komandaların çatışmazlığı konfrans

zallarında şəxsi toplantıların zəruriliyindən ibarətdir;

Hüdudsuzluq. Virtual komandalar qeyri-məhdud sayda

iştirakçılara malikdir. Kollektiv işin avtomatlaşdırılmasındakı

proqram vəsaitləri və şəbəkə texnologiyaları dünyanın

istənilən nöqtəsindən olan iştirakçılara məlumatlar serverində

informasiya mübadiləsi aparmağa imkan yaradır. Ənənəvi

komandada iştirakçıların sayı toplantıların təşkili üçün zəruri

olan məsrəfləri və zamanı azaltmaq üçün məhdudlaşdırılır;

Page 419: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------419---------------------------------------------

Anonimlik. Virtual komanda öz üzvlərinə onda anonim

şəkildə iştirak etməyə imkan yaradır, çünki texnologiyalar elə

bir şəkildə işlənib hazırlanır ki, virtual komandaya cəlb

olunmuş şəxslər haqqında məlumatları gizlətmək və hətta öz

komandasının mövcudluğunu gizlətmək imkanına malik

olsun. Ənənəvi komanda təhlükəsizliklə bağlı problemlərə

münasəbətdə həssasdır, çünki şəxsiyyətlərarası birbaşa

münasibətlərə əsaslanmışdır.

Uğurlu virtual təşkilatların yaradılmasındakı fundamental

problem yalnız virtual qarşılıqlı fəaliyyətlər mümkün olduğu halda

olan etibardır. Etibar komandadan olan bir nəfərin komandanın digər

üzvlərinin düzgünlüyünə, ixtisaslaşmasına, qabiliyyətinə və mükəm-

məliyinə inamıdır. Virtual komandada etibarı gücləndirmək və

komanda işinin nəticələrini təkmilləşdirmək məqsədilə müxtəlif

strategiyalar tətbiq olunur. Bu strategiyalar aşağıdakılardan ibarətdir:

qabaqlayıcı fəaliyyətlər, komanda rəhbərliyinin rotasiyası, rolların

bölüşdürülməsi, əvvəlki məlumatlara avtoritet və ətraflı cavablarla

müntəzəm qarşılıqlı təsir. Ümumilikdə etibar istənilən komandadakı

şəxsiyyətlərarası münasibətlərin ənənəvi və ya virtual anlaşılmasında

itibucaqlı daş kimi çıxış edir. İnsanlar bir-birinə etibar etdikdə

mütəşəkkilliyin ən yüksək səviyyəsi yaranır. Mütəşəkkillik elə bir

dərəcədir ki, bununla komanda üzvləri komandanın cazibədarlığını

hiss edir və orada qalmağa çalışır. Sübut edilmişdir ki, mütəşəkkillik

digər şəxsiyyətlərarası amillərlə və qrup işinin nəticələri ilə müsbət

korrelyasiya edir. Ona görə də qrupun mütəşəkkilliyə nail olması

komandalı işin idarə edilməsində mühüm cəhətdir.

12.2.KOPORATİV ŞƏBƏKƏLƏR

Korporasiya termini latın dilində olan “corporatio” – birlik

sözündən yaranmışdır. İstənilən cəmiyyətdə müəyyən məqsədlərə

çatmaq üçün birliklər yaranır. Beləliklə, korporasiyanın yaradılması

üçün üç əsas elementin: ümimi məqsədin, informasiyanın və

informasiyanın paylanması və mübadiləsi üçün lazım olan əlaqə

Page 420: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------420---------------------------------------------

vasitəsinin olması vacibdir. Müasir korporasiyaların fəaliyyətini,

idarə olunmasını və inkişafını təmin etmək üçün korporativ

informasiya fəzasının (KİF) yaradılması zərurəti meydana çıxır.

Korporativ informasiya fəzasının istənilən korporasiyanın sistemli

fəaliyyətinin əsasıdır. Bu gün korporasiyaların korporativ

informasiya fəzalarını informasiya texnologiyalarını (İT) tətbiq

etmədən yaratmaq mümkün deyil. Korporasiyanın ayrı-ayrı

resurslarının korporativ informasiya-kommunikasiya sistemi ilə

birləşdirilməsi onları ümumkorporativ səviyyəyə çıxarır.

Korporasiyada hər bir subyekt korporativ şəbəkələrin vasitəsi ilə

digər subyektlərlə müxtəlif səviyyələrdə informasiya qarşılıqlı

əlaqələri yaradır. Belə qarşılıqlı əlaqələrin nəticəsində korporasiya

daxilində informasiyanın paylanması və mübadiləsi baş verir.

Beləliklə, korporativ informasiya fəzasının vahid prinsip və

ümumi qaydalar əsasında fəaliyyət göstərən informasiya resursları və

sistemləri, telekommunikasiya sistemləri və şəbəkələri məcmusudur.

Korporativ şəbəkələr korporasiyanın hesablama, kommunikasiya və

informasiya resurslarının birləşdirilməsi və elektron verilənlərin

(məsələn, elektron sənədlərin, səsin, video görüntünün və s.)

ötürülməsi üçün nəzərdə tutulmuş xüsusi şəbəkədir. Ümumi halda,

korporativ şəbəkələr korporasiyada istifadə olunan müxtəlif tətbiqi

proqramlar arasında informasiya mübadiləsini təmin edən sistemdir.

Korporativ şəbəkələr sistem və tətbiqi proqram təminatları, şəbəkə

adapterləri, konsentratorlar, komutatorlar və marşrutlayıcılar, kabel

sistemi kimi müxtəlif komponentlərdən ibarətdir. İngilis dilli

ədəbiyyatda korporativ şəbəkələr “enterprise-wide networks”

adlandırılır və tərcüməsinə uyğun olaraq müəsissə miqyaslı şəbəkə

anlamını verir. Bu termin özündə birləşmə mənasını daşıyır, yəni

korporativ şəbəkələr bir qayda olaraq bir neçə qeyri-bircinsli

şəbəkələrin (bir müəsissəyə – firmaya məxsus olan) birləşməsi

nəticəsində əmələ gəlir (məsələn,lokal şəbəkələrin (LŞ), ərazi

şəbəkələrin, İnternet və digərlərinin). Müasir korporativ şəbəkələr

müxtəlif növ xidmətləri təmin edir. Bu xidmətlərə verilənlərin

ənənəvi ötürülməsi, IP-telefoniya, video və audio konfranslar və

Page 421: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------421---------------------------------------------

videoyayımlar, mühafizə və videonəzarət aiddir. Korporativ

şəbəkələrin müəsissədə istifadəsi aşağıdakıları təmin edir:

Kompüter istifadəçilərinin birgə effektiv işləməsini;

Kompüterlərin, periferiya qurğularının və proqram

təminatlarının maksimum səmərəli istifadəsini;

Ümumi istifadə olunan verilənlərə daxilolmalarların sadəliyini

və rahatlığını.

Korporativ şəbəkələrin məqsədi müəsissə çərçivəsində vahid

informasiya fəzasının yaradılmasıdır, yəni müxtəlif qovşaqlarda

yerləşən sistem tətbiqi proqramlarının qarşılıqlı əlaqəsini və onlara,

uzaqda yerləşən istifadəçilərin daxil olmasını təmin etməkdir.

Korporativ şəbəkələri yaxşı təsəvvür etmək üçün, onu bir neçə

təbəqədən ibarət olan piramida şəklində təsvir etmək olar. Korporativ

şəbəkələri təsvir edən piramidanın əsasında kompüterlər təbəqəsi

yerləşir. Kompüterlər informasiyanın saxlanması və emalı mərkəzləri

rolunu oynayır. Kompüterlər təbəqəsi üzərində kompüterlər arasında

informasiya paketlərinin etibarlı ötürülməsini təmin edən nəqliyyat

altsistemi yerləşir. Nəqliyyat altsisteminin üzərində isə

kompüterlərdə olan tətbiqi proqramların işini təşkil edən və nəqliyyat

sistemi vasitəsi ilə öz kompüterlərinin resurslarını ümumi istifadəyə

verən şəbəkə əməliyyat sistemi işləyir.

Korporativ şəbəkələrin son məqsədi konkret tətbiq sahəsinin

proqramlarında nəzərdə tutulub, lakin onların yaxşı işləməsi üçün

digər təbəqələrin altsistemləri öz funksiyalarını yerinə yetirməlidırlər.

Korporativ şəbəkənin ən mühüm xüsusiyyətləri aşağıdakılardır:

Geniş miqyaslı olması. Korporativ şəbəkələr bir-biri ilə

mürəkkəb şəkildə əlaqələnmiş çoxlu sayda kompüterləri

böyük ərazidə birləşdirir;

Qeyri-bircinsliliyi. Avadanlıqların, protokolların, əməliyyat

sistemlərinin, tətbiqi proqramların qeyri-bircinsliyi;

Qlobal əlaqənin istifadə olunması. Korporativ şəbəkələri

qurarkən uzaqda yerləşən ayrı-ayrı kompüterləri və LŞ-ləri

birləşdirmək üçün bütün növ qlobal əlaqə kanallarından

(QƏK), o cümlədən, telefon kanallarından, radiokanalların-

Page 422: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------422---------------------------------------------

dan, peyk rabitəsindən, kanal və paket kommutasiyalı

şəbəkədən istifadə edilir;

İnterqrasiyalılığı. Korporativ şəbəkələrin qeyri-bircins

hissələri və altşəbəkələri istifadəçilərə bütün lazımi resurslara

mümkün qədər şəffaf müraciət imkanı verərək, birlikdə

işləməlidirlər;

Etibarlılığa yüksək tələb. Korporativ şəbəkələrdə müəsissə

üçün strateji əhəmiyyətli tətbiqi proqramlar istifadə olunur və

əhəmiyyətli verilənlər saxlanılır. Ona görə də belə

şəbəkələrdə istifadə olunan texniki və proqram təminatlarının

etibarlılığına yüksək tələb qoyulmalıdır;

Şəbəkənin idarə olunmasına yüksək tələb. Korporativ

şəbəkələrin geniş miqyaslı olması onu idarə edilməsi üçün

çoxfunksiyalı vasitə tələb edir. Əks halda korporativ

şəbəkələrini istismar edən çoxlu sayda mütəxəssislərə çəkilən

xərclər gəlirdən çox olar. Korporativ şəbəkələri

inzibatçılarının baş verən imtinalara operativ reaksiya verən

sistemə yox, imtinalar haqqında əvvəlcədən xəbər verən

sistemə ehtiyacı olur;

Həll olunan məsələlərin universal xarakterli olması. LŞ-nin

bir qayda olaraq ixtisaslaşdığı halda korporativ şəbəkələri

üçün müxtəlif məsələlərin olması adi haldır, bunlardan

karguzarlıq, texnoloji proseslərin avtomatlaşdırılması, təcrübi

proqramların yaradılması, informasiya axtarışı və s.;

Əhatə olunan texniki problemlərin genişliyi. Korporativ

şəbəkələrin lahiyələndirilməsi zamanı çoxsaylı texniki

məsələlər (fərdi kompüterlərin, ƏS-nin, tətbiqi proqramların,

LŞ-lərin kabel sisteminin, qlobal rabitə növünün seçilməsi,

müxtəlif şəbəkə arxitekturlarının uzlaşdırılması, müxtəlif

kommunikasiya avadanlığının əsasında şəbəkənin struktur-

laşdırılması məsələləri) meydana çıxır.

Korporativ şəbəkələrinin təhlükəsizliyinin təmin olunması

dedikdə, onun fəaliyyət prosesinə sanksiyasız müdaxilə, həmçinin

aparat vasitələrinin, proqram təminatının və verilənlərin modifikasiya

Page 423: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------423---------------------------------------------

edilməsi, oğurlanması, sıradan çıxarılması və dağıdılması cəhdlərinə

qarşı müqavimətin təşkil olunması başa düşülür. Korporativ

şəbəkələrin təhlükəsizlik infrastrukturuna aşağıdakılar daxildir:

Daxilolmaya nəzarət;

Autentifikasiya;

Şifrləmə/elektron-rəqəm imzası (ERI);

Kontent təhlili.

12.3.İNNOVASİYALARIN İDARƏ OLUNMASI PROSESİ VƏ

ONUN MƏQSƏDLƏRİ. İNNOVASİYALARIN

KATEQORİYALARI

İnnovasiya yeni ideyaların yaradılması və tətbiqi hesabına

müəsissənin iqtisadi və ya sosial potensialında məzmunlu,

məqsədyönlü dəyişikliklərin həyata keçirilməsi cəhdidir.

İnnovasiyalar məhsullarda və proseslərdəki tələbatların, mövcud

uyğunsuzluqların, ayrı-ayrı sənaye sahələrindəki və ümumiyyətlə

bazardakı dəyişikliklərin, demoqrafik dəyişikliklərin və yeni

biliklərin nəticəsi ola bilər. İnnovasiyalar ixtisalaşmanı, yaradıcıllıq

düşüncələrini və motivasiyanı tələb edir.

İnnovasiyaların idarə olunmasında məqsəd bütün təşkilat

miqyasında yeni ideyaları irəli sürməkdən, generasiya etməkdən,

nəzarətdən və qiymətləndirməkdən və alınmış nəticələri bazara

çıxarmaqdan ibarətdir. İnnovasiyaların idarə olunması əsasında

novatorların və təşkilatın fəaliyyət nəticələrinə cavabdehlərin

balanslaşdırılmış əməkdaşlığı durur. Yaradıcılıq proseslərinin

səmərəli idarə olunması üçün menecerlər innovasiyaların yolundakı

maneələri tapmalı və aradan qaldırılmalı, sübutları, dəlilləri təmin

etməli və şəxsi, qrup şəkilli innovasiya təşəbbüsünü müdafiə edərək

münasibətləri təşkilatda yaratmalıdır.

İnnovasiya “ideya” ilə müqayisədə çox dar anlayışdır. Öncədən

düşünülmüş məsrəflər zamanı geniş tətbiqə malik ola bildikdə ideya

innovasiyaya çevrilir. İdeya laboratoriya şəraitində fəaliyyət

göstərirsə, onda o, ixtira olur. İxtira reallığa çevrilmiş indiyədək

Page 424: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------424---------------------------------------------

naməlum ideyadır. O, özü ilə texnoloji innovasiyalar prosesinin

birinci mərhələsini təcəssüm etdirir. İxtira bir çox patentləşdirilmiş

texnoloji innovasiyalara aid edilir. ixtiraçı ideyadakı gizli imkanları

öz-özünə təsəvvür etməyə qadir olan və onların reallaşmasını

arzulayan bir insandır.

Yaradıcılıq innovasiyanın zəruri ilkin şərtidir. Yaradıcılıq - bu,

yeni ideyaların generasiyası, innovasiyalar isə onların uğurlu şəkildə

həyata keçirilməsidir. Yaradıcılıq - bu, prinsipin açıqlanması,

innovasiya isə bu prinsipin faydalı əmtəələrə və xidmətlərə

çevrilməsidir. İnnovasiya prosesində ideyalar təşkilata əlavə gəlir

gətirməyə qadir əmtəələrdə maddiləşir.

İnnovasiya fəaliyyəti üçün daha əlverişli mühit kimi innovasiya

cəmiyyəti çıxş edir. Onun aşağıdakı fərqləndirici xüsusiyyətləri

vardır:

Yaxşı təşkil edilmiş və maliyyələşdirilmiş təhsil və elm;

Şəxsiyyətin, qrupun və təşkilatın yaradıcılıq potensialına

istiqamətlənmə;

Biliklərin yayılmasında və yaradılmasında inkişaf etmiş

infrastruktur.

İmitasiya cəmiyyətinin inkişafı ondan kənarda əldə edilmiş

biliklərə əsaslanır. Belə cəmiyyətin liderləri imitasiya etdiklərini

yaxşılaşdırmağa cəhd edir. Adətən ciddi zaman kəsiyilə yüksək

inkişaf etmiş ölkələrdən texnologiyaların və biliklərin bu cəmiyyətə

mexaniki axını təmin edilir. Qeyri-innovasiya cəmiyyətlərində həm

fərdi, həm də təşkilati yaradıcılıq siyasi maneələrə, zəif

qanunvericiliyə, inkişaf etməmiş infrastrukturlara (patent

təşkilatlarının, tədqiqat mərkəzlərinin, kommunikasiya əlaqələrinin,

açıq məlumat bazarlarının çatışmazlığı), sahibkarlıq ruhunun

çatışmazlığı, istedadlara qarşı etinasız münasibətə, təhsilin, elmin və

digər iqtisadi intellektual həcmli sahələrin çatışmazlıqlarına görə

çətinləşmişdir.

İnnovasiyaların əsas kateqoriyaları.

İnnovasiyaların üç kateqoriyası vardır. Makroinnovasiyalar

sənaye sahələrində, iqtisadiyyatda və ümumilikdə cəmiyyətdə olan

Page 425: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------425---------------------------------------------

radikal dəyişikliklər yaradan yeni məhsullar və texnologiyalardır

(məsələn, elektrik, mikroelektronika, simsiz rabitə). Baza

innovasiyalar birlikdə texnoloji inkişafa ciddi təkan verən ayrı-ayrı

innovasiyalardır (məsələn, transformatorlar, qaz-turbin mühərrikləri,

biotexnologiyalar).İnnovasiya-modifikasiyalar ümumilikdə texnoloji

prosesə təsir etmək üçün kifayət qədər radikal deyildir. Bu daha çox

biznes üçün ayrı-ayrı imkanların mühüm tərkib hissələridir (məsələn,

hava ilə doldurulmuş təkərlər, lakla rənglənmiş örtüklər).

Konkret sahə üzrə innovasiyaları iki tipə ayırmaq olar: yeni

məhsullar və yeni proseslər. Müəyyən bir sahədəki innovasiya

prosesi digər sahədə innovasiya məhsulu kimi çıxış edə bilər.

Beləliklə, çevik avtomtlaşdırılmış istehsalat üçün sənaye robotunun

yeni tipi innovasiya məhsuludur. Əgər həmin robot yeni istehsal

prosesinin tərkib elementinə çevrilərsə, o zaman o, öz alıcısı üçün

yeni proses hesab olunacaq.

Təşkilatda yaradıcılığın stimullaşdırılması metodlarının

əsasında ideyaların yaradıcı istehsalının ümumi prinsipləri durur.

Birincisi, yaradıcılıq qiymət və tənqid ilə asan təcrid olunur.

İdeyaların əmələ gəlməsi prosesi onların qiymətləndirilməsi

prosesindən və ən yaxşı ideyaların seçimindən ayrılmalıdır.

İkincisi, təcrübənin, informasiyanın və ya ekspert

ixtisaslaşmasının həddən artıq çox olması yaradıcılığa mane olur.

İdeyaların yaradılması baş verən qruplarda müxtəlif xarakterlərin və

müxtəlif intizamların mövcudluğu təmin edilməlidir.

Üçüncüsü, bu qrupda aqressiv, hakimliyə, öz düşüncəsini

yeritməyə yönümlü adamlar iştirak etməməlidir.

Dördüncüsü, kiçik qruplar rəhbərdən çox asılıdır, böyük

qruplarda isə koordinasiya problemləri ortaya çıxır. İnnovasiya

qrupunun optimal ölçüsü təqribən on iki nəfərdir.

Beşincisi, qrupun fəaliyyətinin nəticələri iş şəraitindən asılıdır.

Sakit və mehriban atmosfer, komfort şərait, xarici müşahidələrin

olmaması tələb olunur.

İnnovasiyalar üçün maneələri xarici və daxili hissələrə bölürlər.

Page 426: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------426---------------------------------------------

Xarici maneələr kifayət qədər inkişaf etməmiş

infrastrukturdan, mövcud sahədəki biliklərin çatışmazlığından, onlara

yiyələnmək üçün imkanların olmamasından, köhnəlmiş

qanunvericilikdən, cəmiyyətdəki istedadlara ümumi etinasızlıqdan

ibarətdir.

Daxili maneələrə ciddi təşkilati tələblər və prosedurlar,

konservatizm, doğmalara riayət və dünya görüşünün çatışmazlığı,

köhnə qaydanın saxlanmasına maraq, başqa insanların ideyalarının

qəbul etməkdən imtina, riskə getmək üçün arzunun və motivasiyanın

olmaması daxildir. Uğurlu innovasiya iştirak edən üfqi idarəetmə

üslubu ilə birləşdirilir, burada ilk diqqət yuxarıdan rəhbərliyə deyil,

məsləhətə ayrılır.

Yaradıcı işçilər və onların fəaliyyətinin nəticələri yalnız

uzunmüddətli perspektivdə qiymətləndirilə bilər. İnnovasiya

fəaliyyətini idarə edən menecerlər ciddi, ətraflı nəzarətə arxayın

olmamalıdır. Təkrar olunan, mühafizəkar əməliyyatlar üçün tətbiq

olunan metodlar yaradıcılığı fəaliyyəti üzərində nəzarət zamanı

tamamilə qeyri-adekvat ola bilir. İnnovasiyalar üzərindəki nəzarətin

mahiyyəti növbəti prinsipdə ifadə edilmişdir: yaradıcılığa təkan

verən, ona mane olan hər şeyi aradan götürün.

Layihələrin idarə olunması

Layihələrin idarə olunması layihələndirmə prosesinin rəhbərliyi

üçün zəruri proseduraların, fəaliyyətlərin, texnologiyaların, metodla-

rın və vərdişlərin praktiki və əlverişli sistemidir. Layihələrin idarə

olunması menecmentin xüsusi halıdır. Burada idarəetmə fəaliyyəti la-

yihə bitdikdə qurtarır. Layihələr həmişə müəyyən müddətdə bitdi-

yindən layihələrin menecerləri başlama və bitmə tarixlərinə malik qa-

palı tipli fəaliyyətlərlə məşğul olurlar. Layihə bitən kimi layihə ko-

mandası təkrar təyin olunur. Layihənin idarə olunması proseslərin fa-

siləsiz olduğu adi menecmentdən fərqlənir. Ümumiyyətlə, layihənin

idarə olunması biznesdə,istehsalatda, elmdə, təhsildə faktiki olaraq,

insan fəaliyyəti sahələrində geniş tətbiq sahəsinə malikdir.

Page 427: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------427---------------------------------------------

Layihələrin idarə olunması PM (ingiliscə Procejt Management)

vasitəsilə göstərilir.

Planlaşdırma layihənin idarə olunması məsələsini həll etməyə

və onun bitməsi kursunu göstərməyə imkan verən fəaliyyətdir.

Planlaşdırmanın köməyilə layihənin idarə olunması planı hazırlanır.

O, layihələndirmə prosesinin müxtəlif tərkib hissələrini nizamlayır və

məqsədlərin müəyyənləşdirilməsinə, strategiyaların inkişafına, bu

məqsədlərə nail olmağa və potensial risklərin minimallaşdırlması

tədbirlərinin işlənilməsinə yönəlir. Layihələrin meneceri planın

inkişafına rəhbərlik edir və ona cavabdehdir. Layihə və onun tələbləri

haqda yaxşı məlumatlandırılmış insanlar planın inkişafı

informasiyasını təmin etməlidir. Bu insanların arasında sifarişçilərin

və istehlakçıların nümayəndələri, tərtibatçılar, texniki yardım heyəti

və digər layihələrin menecerləri ola bilər.

Layihə planı üç mütləq elementdən ibarətdir: layihənin təsviri,

büdcə və müddət (aralıq və son müddətlər).

Layihənin təsviri layihənin sahibkarların və istifadəçilərin xü-

susiyyətlərinin müəyyən edilməsindən, eləcə də məhdudiyyətlərdən

ibarət olmalıdır. Məhdudiyyətlərə nəzarət mürəkkəbdir, çünki onların

sayı layihələşmənin başlanğıcı ilə müqayisədə mühüm artım meyl-

lərinə malikdir, çünki menecerə dəyişməkdə olan xarici şəraitə

uyğunlaşmaq lazım gəlir. Layihənin təsviri layihənin planlaşdırılma-

sı, məqsədin qoyuluşu, istiqamətin dəstəklənməsi və layihənin uğur-

luluğunun qiymətləndirilməsi üçün əsasdır. Layihə planının bu punk-

tu təsdiq edilən kimi layihənin meneceri büdcənin planlaşdırılması və

bu təsvir çərçivələrində işlərin siyahısının tərtibilə məşğul olacaq.

Büdcə və təqvim layihənin bütün elementlərinin tam

müəyyənləşməsinin addım-addım dekompozisiyası üzərində qurulur.

Dekompozisiyanı adətən dörd səviyyədə aparırlar: proseslər -

yarımproseslər - hərəkətlər - məsələlər.

Proseslər firmanın məhsullarına və xidmətlərinə dəyər əlavə

etmək qabiliyyətilə fərqlənir (məsələn marketinq və satışlar). Hər bir

ilkin proses yarımproseslərə bölünür, onlar isə öz növbəsində onların

yerinə yetirilməsi üçün zəruri fəaliyyətlərə, hərəkətlərə bölünür.

Page 428: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------428---------------------------------------------

Müəsissənin əməliyyat səviyyəsində fəaliyyətlər onların icrası

nəticələrinin qiymətləndirilməsində əsas kimi xidmət edən

yarımproseslərin əsas hissəsini təşkil edir. Fəaliyyətlər nəzarətin

işarələrlə, yəni, fəaliyyətin başlanmasını və ya sonunu bildirən əsas

hadisələrlə başlayar və ya sona yetə bilər. Məsələlər işlərin faktiki

siyahısıdır. Məsələlər adətən bir nəfərlə bağlı olur və iş punktlarının

ardıcıllığını təcəssüm etdirir. Misal kimi alış-veriş sistemində

hesabların tərtibi modulu üçün qrafik interfeys dizaynının işlənib

hazırlanmasını göstərmək olar. Bu halda məsələlər kimi aşağıdakılar

çıxış edir: istifadəçinin tələblərinin və arzularının toplanması, işçi

axını diaqramının işlənib hazırlanması, ekran formalarının ilkin

dizaynının işlənilməsi, bu elementlərin istifadəçilərlə razılaşdırılması

və onların əks rabitə əsasında korrektə edilməsi. İstifadəçi interfeysin

dizaynını məqbul hesab etdikdə layihə nəzarət həddinə çatır.

Layihənin büdcəsi və təqvimi bir neçə iterasiya nəticəsində

yaranır. Planın hər iki elementi bütün resurslar və müvəqqəti tələblər

prioritetlər üzrə müəyyənləşənə və yerləşdirilənə qədər yuxarıdan

aşağıya və əks istiqamətdə hərəkət üzrə tərtib olunur. Büdcə və

təqvim layihənin ilkin metrikalarıdır (ölçüləridir).

Metrikalar spesifikasiyalar əsasında həm layihəni, həm də

məhsulun reallaşmasını qiymətləndirən metodlar və ölçü meyarları-

dır. Layihə metrikaları və ölçülər layihələrin idarə olunması və onlar

üzərində nəzarətin təşkili üçün zəruridir. Layihələrin idarə olunması-

nın əsas prinsiplərdən biri budur: “Ölçülməsi mümkün olmayan şeyi

idarə etmək olmaz”. Metrikanın tətbiqi sahələri bir neçə istiqamətə

bölünür:

Layihənin planlaşdırılması üzrə fəaliyyətlər, burada layihənin

təqvimi, büdcə resursların qiymətləndirilməsi, bitmə

meyarları və ölçüləri təyin olunur;

Layihənin yerinə yetirilməsi, burada proseslərin

xüsusiyyətləri, məlumatın keyfiyyəti, faktiki nəticələrin və

planın müqayisəsi, eləcə də məhsuldarlıq müəyyən olunur;

Təşkilati layihələndirmə, burada layihə planlaşdırmanın,

təşkilati siyasətin və standartların strateji məqsədləri

Page 429: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------429---------------------------------------------

çərçivəsinə uyğun qiymətləndirilir və fasiləsiz təkmilləşmə və

biznes proseslərin reincinirinqi kimi bütün təşkilata təsir

göstərən amillər nəzərə alınmaqla təkrar nəzərdən keçirilir.

Risklərin idarə olunması layihənin idarə olunmasında həyati

tsiklin, dövranın ən mühüm köməkçi proseslərindən biridir. O,

özündə potensial problemlərin erkən açıqlanmasını, eləcə də layihə-

nin bütün icra müddəti ərzində uyğun kontur addımlar yolu ilə riskin

qarşısının alınması və izlənilməsi sisteminin inkişafını birləşdirən

strategiyanın işlənib hazırlanmasından ibarətdir. Risklərin idarə olun-

ması büdcəyə və qrafikə gözlənilməz təsirlərin sayını azalda bilər.

12.4.KİNETİK SAHİBKALIQ

Kinetik sahibkarlıq qlobal menecment paradiqmasının bir

hissəsidir və proqnozlaşdırmanın ənənəvi metodlarından istifadə

etməyən qərarların qəbulu üsulunu göstərir. Kinetik termini göstərir

ki, müasir biznes sferasında qərarların qəbulu zamanı dinamik

yanaşmanı mütləqləşdirmək olmaz. Bu yanaşma keçmişdə baş vermiş

iqtisadi proseslərin tendensiyalarının təhlilinə əsaslanmışdır. Kinetika

həm dinamikanı, həm də statistikanı özündə birləşdirən mexanika

bölməsidir.

İnformasiya iqtisadiyyatında kiçik və dəyişkən bazarların

əhəmiyyəti artır. Onlar müəsissənin, bazarın və ya alıcının həyatında

hər bir hadisəyə işgüzar fəaliyyətin özü-özlüyündə yeganə bir imkanı

kimi yanaşmanı tələb edir. Hadisələrin gedişatını öncədən

müəyyənləşdirmək olmaz, lakin onların hər birindən kinetik düşüncə

tərzinə malik təşkilatlanmış işçilərin dəstəyi ilə fəaliyyət üçün bir çox

imkanları üzə çıxarmaq olar.

Köhnə paradiqmada mümkün alternativlər kimi yalnız

aşkarlanmış meyllərə cavab verən və ona görə də bəzi ortalaşdırılmış

göstəricilərlə təsvir edilən variantlar nəzərdən keçirilmişdir. Ənənəvi

proqnozlaşdırma keçmiş tendensiyaların ekstrapolyasiyasını göstərir

və buna görə də ardıcıllığının böhran pozuntularını, yəni, elə

proqnozlaşdırmanın zəruriliyini yaradanları əvvəlcədən deyə bilmir.

Page 430: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------430---------------------------------------------

Ən çox ümid verən imkanlar adətən kənar ölçülər kimi istisna olunur

və qərar qəbulu ən təhlükəsiz ortaq məxrəcə əsaslanırdı.

Fasiləsizlikdən ardıcıllığın pozulmasına keçiddə yeganə üsul bütün

işgüzar hadisələri kinetik cəhətdən öyrənməkdən ibarətdir.

Kinetik yanaşma hər bir hadisəni fəaliyyətin yerinə yetirilməsi

təşəbbüsünü irəli sürən şərtlərin xüsusi məcmusu kimi nəzərdən

keçirir. Əhəmiyyətsiz, həddən artıq xırda, həddən artıq riskli və ya

“qeyri-tipik” hadisə olmur. Sahibkarlıqdakı imkanlar məkanı özündə

hadisələrin yalnız cəmini və ya orta miqdarını deyil, onun hər birini

birləşdirir. “Əşyaların adi gedişatının”, tendensiyaların, orta

miqdarların, daha böyük ehtimal nəzəriyyələrinin və s. əvvəlcədən

müəyyənləşməsi ən az zəruri məşğulliyyətdir: onun heç bir praktiki

mənası yoxdur. Biliklərin qeyri-rəsmi şəbəkəsi daimi dəyişir və

şirkətin “təşkil olunmamış” vəziyyətinə dəstək verir. Burada məqsəd

işçiləri səlahiyyətlərlə təmin etmək deyil, onları kinetik etməkdədir.

Onlar rəhbərlərinin sahibkarlıq fəaliyyətinin dəyişməz saxlanılması

zamanı vərdiş etdiklərini etməməli, işgüzar hadisələrin yaradıcılıqla

düşünülməsində iştirak etmək və hamını, o cümlədən, müdirləri

xüsusi alıcıların tələblərini ödəməyə cəlb etməyə çalışmalıdırlar.

İşgüzar kinetikaya əsasən, işçini sadəcə onun qabiliyyətinə və

təcrübəsinə görə işə cəlb etmək olmaz, çünki onlar beş il ərzində

köhnəlir. İşgüzar kinetika öz fikri olmayan, “bilmirəm” və ya “bu

mövzuda daha çox oxumalısınız” deyən adamlar üçün faydasızdır,

onlara ənənəvi, qeyri-kinetik sahibkarlıq daha çox uyğun gəlir.

Aşağıdakı şəkildə iqtisadi prosesin ən sadə vəziyyəti təsvir

edilmişdir: bəzi idarə olunan x göstəricisi zamanın axını ilə dəyişir.

Hal-hazırda zaman anı t1–lə işarə edilmişdir. Gələcək zaman anı t-də

üç mümkün alternativlərdən birini reallaşdırmaq zəruridir: A, B və ya

C zamanın əvvəlki dövründəki göstəricinin dəyişmə meyli l reqresiya

əyrisi ilə verilmişdir. Əgər ənənəvi paradiqmaya riayət etsək,

sahibkar reqresiya əyrisinə ən çox yaxın B alternativini seçməlidir.

Kinetik üsula görə hər üç alternativ reallaşmaq üçün bərabər

imkanlara malikdir.

Page 431: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------431---------------------------------------------

Kinetik sahibkarlıq

Kinetik sahibkarlıq kinetik infrastrukturun növbəti

elementlərinə əsaslanır:

1.Eyni zamanlı iş üçün imkanların yaradılması. Ardıcıl,

sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə

rolları hərəkətə gətirərək, ardıcıllığı dəyişərək, tapşırıqları təkrar

bölüşdürərək problemə eyni zamanda müraciət etmək imkanını

yaradır. Prosessual məsələlərin xətti ardıcıllığı qeyri-səmərəlidir.

İnformasiya texnologiyalarının və sistemlərinin müdafiəsi zaman və

məsafədən kənara virtual işçi məkanın yaradılması zamanı həlledici

məsələ kimi çıxış edir.

2.Daxili səbəblərdən törənmiş əməkdaşlıq və təlim üçün

şəbəkələr. Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə

mümkündür. Köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə

əvəz olunur. Bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir. Şəbəkə

onlara “kiminlə, nə zaman və harada olursa, olsun” görüşməyə, əlaqə

yaratmağa kömək edir.

3.Minimal zaman məsrəfli sazişlər üçün informasiya

texnologiyaları. Bütün işçilər nə zaman, harada və hansı şəkildə

istəsə, dəqiq, ən son informasiyanı almalıdır. Müştərilərlə sazişlər

fasiləsiz və bir anlığa, “partiyalarla” deyil, bir dəfəyə bağlanır.

Page 432: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------432---------------------------------------------

İnformasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir

ehtiyac yoxdur.

4.Xüsusi alıcılara xidmətin texnoloji prosesi sifariş üzrə kütləvi

istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan

və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə

düzəldilmiş əmtəələrin buraxılışını təşkil edir. Alıcı təkliflərinə

reaksiya vermək müəsissənin bütün zəruri proseslərini işə salmaq

deməkdir; satış, marketinq, yeni məhsulun işlənib hazırlanması -

bunların hamısı bir alıcı üçün edilir;

5.Adaptasiya vasitələri. Kinetik sahibkarlıqda vasitələr son

məqamda hazırlana bilməz. Hadisələrin sonsuz sayına reaksiya

vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü

dəyişkən olmalıdır. Açar sadəcə çeviklik deyil, uyğunlaşmaqdır.

12.5. XƏTTİ TARİF CƏDVƏLİ

Sosial-mədəni sfera işçilərinin əmək haqlarının ölçüsü çoxlu

sayda müxtəlif səbəblərdən, yaxud amillərdən asılıdır. Əgər xüsusi

sektorda əmək haqqı əmək bazarında tələb və təklifin qarşılıqlı birgə

fəaliyyəti nəticəsində müəyyən edilirsə, büdcə sferasında əmək

haqqının əsas amillərinin əhəmiyyəti obyektiv sürətdə nəzərə

almaqla, qəbul edilmiş dövlət mexanizmi müəyyənedici rol oynayır.

Hər bir amilin təsiri müəyyən kəmiyyət göstəricisi, yaxud amil

əlaməti ilə xarakterizə edilir.

Tarif sistemi əmək haqqının dəyərinin müəyyən amil

əlamətlərinin ixtiyarı yığımını müqayisə etməyə imkan verən qayda-

lar və alqoritmlər sistemidir. Tarif sistemi qurulan zaman bir və ya bir

neçə ən vacib və ya tarif amillərini ayırırlar. Hər bir belə amilin

faktor əlamətinə həmin amilin tarif dərəcəsi, yaxud faktor əlaməti

deyilir. Tarif amillərinin hər bir yığımına uyğun tarif maaşı, yəni

əməyin ödənilməsinin baza səviyyəsi müəyyən edilir. Sosial-mədəni

sferanın işçilərinin əmək haqqısı tarif maaşından və nisbətən az

əhəmiyyətli qeyri-tarif amillərinə uyğun bir sıra əlavələrdən əmələ

gəlir.

Page 433: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------433---------------------------------------------

Tarif cədvəli alqoritmdən ibarət olmaqla, verilmiş tarif

dərəcələrin qiymətlərinə uyğun olaraq, tarif maaşının ölçüsünü

müəyyən etməyə imkan verir. Əgər tarif amillərinin sayı vahidə

bərarbər olarsa, belə tarif cədvəlinə xətti, əgər o ikiyə bərabər olarsa

yastı, əgər n-ə bərabər olarsa n-ölçülü cədvəl deyilir. Sosial-mədəni

sferada əmək yüksək intelektuallığı və yaradıcılıq funksiyalarının

çoxluğu ilə xarakterizə olunur. Ona görədə tarif amillərinini sayına

mütləq qaydada işçinin təhsil səviyyəsini də aid edirlər. Adətən bu

tarif amili yeganə amil kimi çıxış edir və bu zaman tarif cədvəli xətti

olur. Yastı tarif cədvəlində ikinci tarif amili kimi işçinin peşə stajı,

yaxud onun əməyinin fərdi nəticələri qəbul edilir. Təcrübədə faktiki

olaraq iri ölçülü tarif cədvəlləri tətbiq edilmir.

Xətti tarif cədvəli aşağıdakı parametrlərlə xarakterizə edilir.

• Tarif dərəcələrinin sayı, yaxud təhsil səviyyələrinin sayı. Tarif

dərəcələrinin sayı tam ədədlərlə, 1,2,3, və s. işarələnir;

• Tarif əmsallarının yığımı. Tarif əmsalı göstərir ki, verilmiş

tarif dərəcəsi üçün tarif maaşı birinci (aşağı) dərəcənin tarif

maaşından nə qədər çoxdur;

• Tarif maaşlarının yığımı. Verilmiş dərəcənin tarif maaşı

müvafiq tarif əmsalı ilə birinci dərəcənin tarif maaşının

hasilinə bərabərdir;

• Tarif cədvəlinın diapozonu, başqa sözlə minimal və maksimal

tarif maaşlarının nisbəti. Tarif cədvəlinın diapozonu yüksək

dərəcənin tarif əmsalına bərabərdir;

• Tarif maaşlarının artımının xarakteri. Əgər tarif dərəcəsinin

artması ilə verilmiş tarif maaşı ilə əvvəlki tarif maaşının

nisbəti artırsa, belə tarif cədvəlina proqressiv, əgər azalırsa

reqressiv, əgər dəyişməz qalırsa mütənasib tarif cədvəli

deyilir. Proqressiv tarif cədvəli olan halda tarif dərəcəsinin

yüksək olduğu işçilər üçün tarif dərəcəsinin artırılmasına

(təhsil səviyəsinin artırılmasına) böyük stimul vardır.

Reqressiv cədvəl olan halda tarif dərəcəsi aşağı olan işçilər

üçün daha çox stimul vardır. Mütənasib tarif cədvəli olan

halda isə hər hansı bir dərəcənin bir vahid həcmində artması

Page 434: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------434---------------------------------------------

həmin ölçüyə uyğun tarif maaşının da nisbi artımına səbəb

olmaqla yanaşı, tarif dərəcəsi artdıqca tarif maaşı da mütləq

qaydada artır;

• Birinci dərəcənin tarif maaşı tarif cədvəlinin dinamik

elementidir. O, əsasən istehlak qiymətlərinin artması ilə

əlaqədar olaraq dövrü artır.

Sosial-mədəni sferada mövcud olan əmək haqqı amillərini

nəzərdən keçirək:

• Ümumi insan kapitalı təhsil müəsissələrində işçilərin təhsil

almasından ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, bu amil

sosial-mədəni sferanın tarif amilidir. Bu halda amil əlaməti

kimi əldə edilmiş təhsil səviyyəsi (orta, bakalavr, magistr və

s.), təhsilin ümumi müddəti yaxud təhsilin dəyəri çıxış edə

bilər.;

• Xüsusi insan kapitalı, insanın iş yerindən aldığı və yalnız

həmin müəsissədə yaxud ona qohum olan müəssisədə istifadə

edə biləcəyi təhsil və praktiki vərdişdən ibarətdir. Bu halda

amil əlaməti kimi eyni bir müəsissədə yaxud sahədə müəyyən

bir ixtisas üzrə ümumi və ya fasiləsiz iş stajı çıxış edir.

Səhiyyə sferasında tarif maaşına müvafiq əlavələr formasında

fasiləsiz tibbi staj nəzərə alınır. Bununla yanaşı təhsil

sferasında pedoqoji staj faktiki olaraq müəllimlərin əmək

haqlarına təsir göstərmir;

• Əməyin alternativ dəyəri-xüsusi sektorda tələb və təklifin

əmək bazarındakı konyunkturası ilə müəyyən edilir. Əmək

gəlirlərinini ədalətli bölgüsünün baza meyarı kimi dünyada

qəbul edilmiş bərabər əməyə görə bərabər haqq prinsipindən

çıxış edərək, sosial-mədəni sfera işçisinin əmək haqqı xüsusi

sektordakı eyni funksiyaları yerinə yetirən işçinin əmək

haqqına yaxınlaşmalıdır. Qabaqcıl ölkələrdə bu uyğunluq

həmkarlar ittifaqları və digər ictimai təşkilatların aktiv

fəaliyyəti nəticəsində müəyyən edilir;

• Minimum yaşayış həddi iqtisadiyyatın bütün sferalarında və

sahələrində fəaliyyət göstərənlərin əmək haqlarının universal

Page 435: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------435---------------------------------------------

amili kimi çıxış edir. Bu uyğunluğa minimum yaşayış

həddindən aşağı olmayan əməyin ödənilməsinin mümkün

minimal səviyəsinə ümummilli qanun qəbul edilməsi ilə nail

olunur;

• Münasib olmayan əmək şəraiti faktiki olaraq işçinin yaşayış

minimumunu artırır və onlar xüsusi əlavə ödənişlərlə

kompesasiya edilir: gecə vaxtı iş, infeksion xəstələrlə iş

(səhiyyədə) və s.

• Sosial–mədəni sfera təşkilatlarının statusu. Təşkilatın icimai

əhəmiyyətliyindən asılı olmaqla müxtəlif təşkilatlarda işçinin

reallaşdırdığı eyni bir əməyin müxtəlif faydalı nəticələri təmin

etməsi nəzərdə tutulur. Ali təhsil sferasında təhsil

müəsissələrinin üç statusu mövcuddur: institut, universitet və

akademiya. Oxşar bölgü ümumi təhsil müəsissələri, teatrlar,

kitabxanalar və sosial-mədəni sferanın digər kateqoriyalı

təşkilatları üçün də qəbul edilmişdir. Daha yüksək səviyyəli

təşkilatların işçiləri adətən aşağı səviyyəli təşkilatların işçiləri

ilə müqayisədə oxşar əmək üçün xeyli yüksək əmək haqqı

alırlar;

• İşçinin statusu onun ictimai faydalı informasiya məhsulu

istehsal etmək qabilliyyətinin rəsmi qaydada qiymətdəndiril-

məsini əks etdirir. İşçinin statusu öz ifadəsini universal və

fərdi hissələrə ayrılan xüsusi əlavələr formasında tapır.

Universal əlavələrə ali məktəblərdə dosent yaxud professor

vəzifələrini tutan müəllimlərin tarif maaşlarına təyin edilən

əlavələr aiddir;

• Əlavə işlərin yerinə yetirilməsi. İşçi onun vəzifə

öhdəliklərində nəzərdə tutulmayan işləri yerinə yetirdiyinə

görə əlavə ödənişlər ala bilər. Sosial-mədəni sferada əməyin

saat hesabı ilə ödənilməsi sistemi üstünlük təşkil edir. Ona

görə də əlavə iş vəzifələrin əvəzlənməsi formasını alır, özü də

təşkilat daxilində əvəzlənmənin həcmi vəzifə maaşının 50%-

dən çox olmamalıdır;

Page 436: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------436---------------------------------------------

Əməyin cari məhsuldarlığının hesablanması əməyin

yaradıcılıq dolğunluğu artdıqca mürəkkəbləşir.

Yaradıcı əməyin cari nəticələri müəyyən edilən zaman unikal

və xüsusi metodlardan istifadə olunur. Universal metodlara sosioloji

müşahidələr aiddir. Belə ki, müəllimin işinin keyfiyyəti tələbələrin

sosioloji sorğuları vasitəsilə, həkimlərin işinin keyfiyyəti isə

xəstələrin sosioloji sorğuları və s. qiymətləndirilə bilər. Xüsusi

metodlara alimin əməyinin qiymətləndirilməsi üçün tətbiq olunan

bibliometrik metod aiddir. O həmin alimin əsərlərinə onun həmkar-

ları tərəfindən edilən istinadların sayının hesablanmasından ibarətdir.

Müəllim əməyinin qiymətləndirilməsinin xüsusi metodlarından biri

də olimpiyadalarda onun mükafatlandırılan yerləri tutan şagirdlərinin

sayının hesablamasından ibarətdir. Əməyin yüksək cari məhsuldarlığı

adətən əməyin yüksək keyfiyyətinə görə mükafatlarla təltif edilir.

XII FƏSLƏ AİD SUALLAR

1.Virtual korporasiya. 2.Virtual dəyər zənciri.

3.Virtual korporasiyanın əsas elementləri.

4.Korporativ sistemlər.

5.Virtual komanda və onun xüsusiyyətləri.

6.Korporativ şəbəkələr. Korporativ şəbəkələrin məqsədi.

7.Korporativ şəbəkələrin əsasları. Korporativ şəbəkələrin

çoxsəviyyəli təsviri.

8.İnnovasiyaların idarə olunması. İnnovasiyaların

kateqoriyaları.

9.Layihələrin idarə olunması. Planlaşdırma. Layihənin təsviri.

10.Büdcə və müddət. Büdcə və təqvim. Metrikalar.

11.Kinetik sahibkarlıq.

12.Komanda işi.

13.Xətti tarif cədvəli.

14.Tarif sistemi.

15.Sosial-mədəni sferada mövcud olan əmək haqqı amilləri.

Page 437: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------437---------------------------------------------

TESTLƏR

1.İqtisadi innovasiaya anlayışı kim tərəfindən verilmişdir? A)Y.Xayaşi;

B)F.Maxlub;

C)T.Stouner;

D))Y.Şumpeter;

E)R.Karts.

2.İnnovasiyaların neçə kateqoriyası vardır?

A))3;

B)5;

C)6;

D)2;

E)4.

3.Virtual korporasiyanın əsasını neçə element

formalaşdırır?

A)6;

B)2;

C))3;

D)4;

E)5.

4.CSCW nəyi bildirir

A))Korporativ kompüter şəbəkələrində iş;

B)Çoxlu miqdarda prosessoru olan paralel kompüter;

C)Maşın intellekti qabiliyyəti;

D)İnsan gözunu modelleşdirən sistem;

E)Məntiqi terminlərdə proqramlaşdırma.

5. Layihələrin idarə edilməsi necə işarə olunur

A)TT;

B)PP;

Page 438: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------438---------------------------------------------

C)TM;

D)PT;

E))PM.

6.Dekompozisiyanı neçə səviyyədə aparırlar

A)2;

B)6;

C)5;

D))4;

C)3.

7.Metrikaların tətbiq sahəsi neçə bölməyə ayrılır

A.) 2;

B.) 6;

C.) 5;

D.) 4;

C.)) 3.

8.Reincinirinqin tətbiqi sahələri

A.)İşçi qüvvəsinin reinteqrasiyası, sənayenin reinteqrasiyası;

B.))Məsələnin reinteqrasiyası, işçi qüvvəsinin

reinteqrasiyası, biliklərin reinteqrasiyası;

C.)İstehsalatın reinteqrasiyası, təhsilin reinteqrasiyası;

D.)İşçi qüvvəsinin reinteqrasiyası, sənayenin reinteqrasiyası;

E.)Məsələnin reinteqrasiyası, sənayenin reinteqrasiyası.

9. Kinetik sahibkarlıq nədir?

A.)Düzgün cavab yoxdur;

B.))Qərarların qəbuluna ənənəvi proqnozlaşdırma

metodlarından istifadə etməyən yanaşmadır;

C.)Sahibkarlıq konsepsiyasında keçmiş meyillərin

ekstrapolyasiyası metodlarından istifadə edilməsi;

D.)Meylləri, orta kəmiyyətləri, ən çox ehtimal olunan

fərziyyələri və i.a. qabaqcadan söyləmək;

Page 439: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------439---------------------------------------------

E.)İşçini sadəcə,qabiliyyətinə və təcrübəsinə görə işə

götürmək.

10.Layihə planı neçə məcburi elementdən ibarətdir

A.) 2

B.) 6

C.) 5

D.) 4

E.)) 3

Page 440: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------440---------------------------------------------

FƏSİL XIII

İNFORMASİYA İQTİSADİYYATINDA

ELEKTRON KOMMERSİYA

13.1.ELEKTRON BİZNEZ. ELEKTRON TİCARƏT.

ELEKTRON SAHİBKARLIQ

Kommersiya ticarət sahibkarlığının və ya biznesin bir növüdür.

Kommersiya latın mənşəli sözdür (commersium), hərfi mənası ticarət

deməkdir. Lakin nəzərə almaq lazımdır ki, “ticarət “ termini ikili

məna daşıyır: bir tərəfdən iqtisadiyyatın müstəqil sahəsi kimi

səciyyələnir, digər tərəfdən isə əmtəələrin alqı-satqı aktlarının həyata

keçirilməsinə yönəlmiş mübadilə prosesini əks etdirir. Kommersiya

fəaliyyəti ticarətin ikinci anlayışı - mənfəət əldə etmək məqsədilə

alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş ticarət

proseslərini özündə əks etdirir.

Kommersiya fəaliyyətinin bazar iqtisadiyyatı şəraitində müasir

ticarət işinin qanunauyğunluqlarının və meyllərinin aşkar edilməsi və

müəyyənləşdirilməsini əsas vəzifə kimi qarşıya qoymaqla, əmtəə

tədavülü sferasında ticarət proseslərinin səmərəli yerinə yetirilməsi

üçün bu qanunauyğunluq və meyllərdən istifadə olunması məqsədini

güdür.

Bazar münasibətlərinin və sahibkarlığın inkişafı, müəsissələrin

tam təsərrüfat müstəqilliyinə, özünü maliyyələşdirmə və özünü

idarəetmə sisteminə keçməsi kommersiya işinin prinsip və

metodlarının, əmtəə resurslarının formalaşması qaydalarının köklü

surətdə dəyişilməsinə gətirib çıxarmışdır.

Bu prinsiplər əsasən aşağıdakı kimi xarakterizə olunur:

Tərəf- müqabil, kontragent seçimində müstəqillik;

Alış mənbələrinin (mal göndərənlərin) çoxluğu;

Tərəf - müqabillərin iqtisadi bərabərliyi;

Page 441: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------441---------------------------------------------

Əmtəə alqı-satqısı və mal göndərilməsi proseslərinin öz-

özünə nizamlanması və tənzimlənməsi;

Qiymətqoymada müstəqillik;

Mal göndərənlərlə alıcılar arasında rəqabət;

Tərəflərin üzərinə götürdükləri öhdəliklərə görə ciddi maddi

və maliyyə məsuliyyəti daşımaları.

Əmtəə, məhsul kommersiya fəaliyyətinin obyektidir və buna

görə də istənilən əmtəə haqqında zəruri biliklərin olması yüksək

ixtisaslı kommersant hazırlanması üçün vacib şərtlərdəndir. Əmtəə

haqqında tarixən müxtəlif iqtisadçılar müxtəlif prizmadan çıxış

etmişdilər. Məsələn, məşhur alim P. Struve (1870-1944) qeyd

etmişdir ki, məhsul (əmtəə) həmişə məhsulla dəyişdirilir. Əgər

cəmiyyətdə məhsul tələbə müvafiq miqdarda, yəni ayrı–ayrı mallara

olan tələbə proporsional miqdarda istehsal olunmuşdursa, həmin

cəmiyyətdə məhsul artıqlığı olmayacaq, başqa sözlə, əmtəə

mübadiləsi həyata keçiriləcək.

K. Marks isə bildirmişdir ki, proporsional bölgüdə satış

nəzəriyyəsi kapitalist təsərrüfatında, istehsal və istehlak arasında ona

yad ahəngdarlıq bəxş edən apologetik burjua nəzəriyyəsidir. O, heç

vaxt etiraf etməmişdir ki, kapitalist üsulu ilə istehsal olunan

məhsullar həmişə tam həqiqi mənada satıla bilər. Əksinə, onun bütün

mübahisəsi belə fikir yürüdür ki, məhsulun satışı kapitalist

cəmiyyətində xroniki və kəskin maneələrlə üzləşir.

Kommersiya fəaliyyətinin subyekti rolunda isə kommersiya

fəaliyyətini həyata keçirən və həmin xidmətdən istifadə edən şəxslər

nəzərdə tutulur. Bu şəxslər həm hüquqi, həm də fiziki şəxs olmaqla

kommersiya fəaliyyəti ilə məşğul ola bilərlər. Onlara ümumi struktur

halında baxdıqda, kommersiya fəaliyyətinin subyektlərini

müəyyənləşdirmək olar.

Kommersiya fəaliyyətinin təşkilində, məhsulun istehsaldan son

istehlakçıya qədər çatdırılmasında, təsərrüfat subyektləri arasında

olan münasibətlərin tənzimlənməsində malgöndərənlər də xüsusi

çəkiyə malikdirlər.

Page 442: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------442---------------------------------------------

Malgöndərənlərin müxtəlifliyini nəzərə alaraq, onları müxtəlif

əlamətlərinə görə (funksional, ərazi, mülkiyyət formaları və s.) bir

neçə qrup üzrə təsnifləşdirmək olar. Ümumiləşdirilmiş şəkildə bütün

Pyotr Bernqardoviç Struve(1870-

1944), rus ictimai və siyasi xadimi,

iqtisadçı, publisist, tarixçi və

filosofdur.

malgöndərənləri 2 qrup

kateqoriyaya bölmək

mümkündür: malgöndərən –

istehsalçılar və malgöndərən-

topdan satış müəsissələri.

Malgöndərən - istehsalçılar

alıcıların tələbatını ödəmək

məqsədilə istehlak təyinatlı

müxtəlif çeşidli əmtəələr

istehsal edən istehsal

müəsissələri, firmaları, fərdi

sahibkarlar və s. aid edilir.

Malgöndərən - topdan satış

müəsissələr əmtəələri malgön-

dərən – istehsalçılardan,

həmçinin topdan satış

vasitəçilərdən alır və onları

topdan alıcılara (pərakəndə

ticarət müəsissələrinə,

agentlərə, brokerlərə, pəra

kəndə müəsissələrə və s.) satır

.Kommersiya fəaliyyətinin əsas parametrlərinə topdan və pərakəndə

satış, birjalar, auksionlar, yarmarkalar, lizinq, faktorinq və s.

əməliyyatları göstərmək olar.

Pərakəndə ticarət Pərakəndə ticarət istehlakçılara satılan şəxsi və ailəvi istifadə

üçün nəzərdə tutulan malların və xidmətlərin dəyərliliyini artıran

bütün sahibkarlıq fəaliyyətinin məcmusundan ibarətdir.

Pərakəndə ticarət – şəxsi istifadə üçün nəzərdə tutulmuş,

istehlakçılara malları və xidmətləri satan kompaniyalar, obyektlər və

Page 443: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------443---------------------------------------------

sairədən ibarətdir ki, onlar istehsal və alıcıları birləşdirən, bölgü

kanallarında sonuncu halqadır. İstehsal firmaları malları hazırlayır,

topdan və pərakəndə ticarətlə məşğul olan firmalara satır. Topdan

satış firmalar bu malları pərakəndə ticarətə, onlar isə son

istehlakçılara satır. Bəzi firmalar bir neçə mallar üzrə, digərləri isə

geniş mal çeşidini əhatə edən mağazalar vasitəsi ilə pərakəndə ticarəti

həyata keçirir. Digər firmalar isə univermaqlar və kataloqlar üzrə

pərakəndə ticarəti həyata keçirir və s.

Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işi aşağıdakı

mərhələlərdən ibarətdir:

Mağazalarda satılan əmtəələrə alıcı tələbinin öyrənilməsi və

proqnozlaşdırılması;

Mağazalarda əmtəələrin optimal çeşidinin formalaşdırılması;

Pərakəndə ticarət müəsissələrinin reklam – informasiya

fəaliyyəti;

Əmtəələrin pərakəndə satışının daha səmərəli metodunun

seçilməsi;

Alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili.

Pərakəndə ticarətdə əmtəə satışının aşağıdakı metodları tətbiq

olunur:

1.Özünə xidmət mütərəqqi metodlarla mal satışının əsas

metodudur. Mal satışının bu metodunda alıcı ticarət zalında satışa

qoyulmuş bütün mallara sərbəst yanaşılır. Mağazanın işçi heyətinin

köməyinə müraciət etmədən müstəqil olaraq mal seçilir, mağazanın

çıxışında qoyulmuş hesablaşma qovşağında seçdiyi malın dəyərini

ödəyir.

2.Ənənəvi metod vasitəsilə mallar satıcı tərəfindən alıcıya

təqdim olunur, satıcının iş yeri alıcıdan piştaxta ilə ayrılır və

hesablaşma satıcı tərəfindən aparılır.

3.Pərakəndə mal satışının xüsusi formaları – kreditlə mal satışı,

komission qaydada mal satışı, ucuzlaşdırılmış mal satışı istifadə

edilir.

Page 444: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------444---------------------------------------------

4.Malların açıq nümayişi və alıcıların əmtəələri sərbəst seçmək

yolu ilə satış vaxtı alıcılar nümayiş zallarında olan əmtəələrə nəzər

yetirərək və satıcıların məsləhəti ilə azad seçim edir.

5.Əvvəlcədən verilmiş sifarişlər üzrə satış zamanı müəyyən

müqavilələr və ya müqaviləsiz müəyyən həcmdə və müəyyən

qiymətlə həyata keçirilən alqı-satqı metodu nəzərdə tutulur.

Topdan ticarət Topdan ticarət xalq istehlakı mallarının topdan ticarəti mal

tədavülü prosesinin tərkib hissəsini təşkil edir. O, istehsal ilə

pərakəndə ticarət arasında aralıq halqa olub, ölkədə səmərəli mal

tədavülünün təmin edilməsinə xidmət edir. Topdan ticarət istehsal ilə

istehlak arasında əlaqə yaradılması və möhkəmləndirilməsində

mühüm rol oynayır.

Əmtəələrin topdan satışı pərakəndə satışdan fərqli olaraq

əmtəələrin topdan alıcılara reallaşdırılmasını nəzərdə tutur

(müəsissələrə və ya fərdi şəxslərə sonradan yenə satmaq üçün). Belə

satışın nəticəsi topdan mal dövriyyəsinin müəyyən məbləğində öz

əksini tapır.Topdan maldövriyyəsi isə topdan müəsissənin

fəaliyyətinin əsas göstəricilərindən biridir.

Əmtəənin topdan satışı iki formada həyata keçirilə bilər: tranzit

formada, bu zaman topdan müəsissə əmtəələri öz anbarına daxil et-

mədən onların satışını aparır və ya əmtəələrin satışını öz anbar-

larından həyata keçirir.

Ümumi şəkildə, əmtəələrin topdan satışı üzrə kommersiya

fəaliyyətinin mahiyyəti aşağıdakı əsas əməliyyatların yerinə

yetirilməsindən ibarətdir:

Əmtəələrin topdan satış alıcılarının tapılması (satış bazarının

müəyyənləşdirilməsi);

Əmtəə alıcıları ilə təsərrüfat əlaqələrinin yaradılması;

Əmtəələrin topdan satış formalarının və metodlarının

seçilməsi;

Topdan satiş müəsissələri tərəfindən müştərilərə xidmətlər

göstərilməsinin təşkili;

Page 445: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------445---------------------------------------------

Əmtəə alıcıları müqavilələrin yerinə yetirilməsi uçotunun

təşkili;

Topdan satış müəsissələrin reklam - informasiya fəaliyyəti.

Bazar münasibətləri şəraitində topdan firmalar öz xüsusi

mağazaları (palatkaları), anbarları vasitəsilə və ya avtomağazalardan

istifadə etməklə əmtəələrin əhaliyə pərakəndə satışını da həyata

keçirirlər. Bu hallarda topdan satış müəsissələri faktiki olaraq topdan

– pərakəndə firmalara və ya ticarət evlərinə çevrilir.

Ümumiyyətlə, kommersiya fəaliyyətinin inkişaf etdirilməsində

topdan və pərakəndə ticarətin və onların tərkib elementlərinin

nəzərdən keçirilməsi bazar iqtisadiyyatı dövründə mənfəətin

artırılması və təkmilləşmək baxımdan məqsədəuyğundur.

Birja ticarəti Birja ticarəti əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə

məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan satış bazarıdır. Onlar

bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələr-

in, xammalın və qiymətli kağızların alışında və satışında azad bazar

münasibətlərini formalaşdırır.

“Birja“ termini latın sözü olub (bursa) “çanta” mənasını daşıyır.

XV əsrdə Niderlandın iri ticarət mərkəzi Brugge məşhur dəllal və pul

dəyişən Van der Bursanın evinin qarşısındakı meydanda xarici

veksellər əldə etmək və ticarət məlumatlarının mübadiləsi məqsədilə

dünyanın müxtəlif ölkələrindən tacirlər yığılırdı. Beləliklə, XV- XVI

- əsrlərdə birjalar Hollandiya, İtaliya, İngiltərədə yaranmışdır.

Birjalar üçün standartlar üzrə (müəyyən edilmiş sortlar) və ya

standart nümunələr üzrə əmtəələrin alqı-satqısı xarakterikdir.

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə birja ticarəti taxıl və

digər kənd təsərrüfatı məhsulları, tikinti materialları, əlvan və qara

metallar və digər əmtəə bazarlarının vəziyyətinə əhəmiyyətli dərəcə-

də təsir göstərir. Birjaların müasir dövrdə satdığı əmtəələr və etdiyi

sövdələşmələrdən asılı olaraq 3 növü mövcuddur :

1.Faktorinq;

2.Əmtəə;

3.Fond birjaları.

Page 446: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------446---------------------------------------------

Hərraclarda, müsabiqələrdə ticarət Hərraclar və müsabiqələr açıq və qapalı (bağlı) formalarda

aparıla bilər. Açıq hərraclarda və ya müsabiqələrdə yalnız dəvət

olunan adamlar iştrak edə bilər. Hərrac (latın sözü olub mənası

kütləvi ticarət formasıdır) əvvəlcədən yeri və vaxtı müəyyən edilmiş

xüsusi və kütləvi xassəyə malik olan malların satış üsuludur.

Hərrac ticarətin satışdan maksimum gəlir əldə etmək məqsədilə

istifadə edilən pərakəndə satış ticarət növüdür. Bu zaman satıcılar

malın ilkin qiymətlərindən asılı olaraq sonralar həmin qiyməti yüksək

həddə çatdırırlar.

Sifariş edilən malların göndərilməsi (verilməsi) və müəyyən

podrat işlərin yerinə yetirilməsi üçün aparılan metodlardan

(üsullardan) biri müsabiqələrin və ya tenderlərin (beynəlxalq təşkilat)

keçirilməsidir.

Müsabiqə (tender) malların göndərilməsi üçün sifarişlərin və ya

podrat (öhdəliyə götürülmüş) işlərin yerinə yetirilməsi üçün qənaətli

kommersiya əməliyyatları yerinə yetirmək məqsədilə təşkilatların

həyata keçirdikləri formadır.

Müsabiqə yolu ilə satışı belə bir formada xarakterizə etmək

olar: alıcı (sifarişçi) satıcılar (malgöndərənlər) üçün müsabiqə elan

edir. Bu zaman podratçılar və sifarişçilər üçün ən əlverişli şərait təklif

edilir.

Lizinq Lizinq termini (ingilis dilindən tərcüməsi (lease)) icarəyə

götürmək, icarə vermək deməkdir. XIX əsrin ikinci yarısından sonra,

1877-ci ildə “Bell” telefon kompaniyası öz telefon aparatlarını

satmayaraq onları icarəyə vermək haqqında qərar qəbul etdikdən

sonra istifadəyə daxil olmuşdur.

Lizinq əmlakın əldə edilməsi və onun lizinq müqaviləsi

əsasında müəyyən ödəniş əsasında, müəyyən müddətə və müqavilədə

nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizinq alanın əmlakı olmaq

hüququ əsasında fiziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə

investisiya fəaliyyətinin bir növüdür.

Page 447: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------447---------------------------------------------

Lizinqin əsas formaları:

Daxili;

Beynəlxalq.

Daxili lizinq həyata keçirilərkən lizinqalan da lizinqverən də və

satıcıda (malgöndərən) Azərbaycan Respublikasının rezidenti olur.

Beynəlxalq lizinq həyata keçirilərkən lizinqverən və ya

lizinqalan qeyri-rezident olur.

Lizinqin aşağıdakı növləri mövcuddur:

Operativ;

Maliyyə;

Qaytarılan.

Maliyyə lizinqi lizinqin elə bir növüdür ki, bu zaman

lizinqverən müəyyən satıcıdan lizinqalanın qeyd etdiyi əmlakı öz

mülkiyyətinə almağı və həmin əmlakı lizinq predmeti qismində

müəyyən haqq ilə müəəyən müddətə və müəyyən şərtlərlə lizinq-

alanın müvəqqəti ixtiyarına və istifadəsinə verməyi öhdəsinə götürür.

Qaytarılan lizinq maliyyə lizinqinin bir növüdür ki, bu zaman

lizinq predmetinin satıcısı (malgöndərən) eyni zamanda lizinqalan

qismindədə iştrak edir.

Operativ lizinq lizinqin elə bir növüdür ki, bu zaman lizinq

verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq

predmeti qismində müəyyən haqq ilə, müəyyən müddət və müəyyən

şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verilir.

Yarmarka ticarəti Yarmarka ticarəti əmtəələrin satışı-alışı üzrə topdan ticarətin ən

köhnə formalarından biridir. Respublikada topdan yarmarkalar hələ

inqilabdan əvvəlki dövrlərdə də keçirilirdi.

Bazar iqtisadiyyatına keçidin ilk mərhələsində kommersiya

məqsədlərinə daha çox ticarət-vasitəçi strukturlar - daim fəaliyyətdə

olan əmtəə birjaları uyğun gəlirdi. Lakin sonralar yarmarkalar öz əv-

vəlki əhəmiyyətini bərpa etməyə və rolunu artırmağa müvəffəq

oldular.Yarmarka ticarətinin əsas məqsədi əmtəələrin topdan satışı və

alışı, satıcılarla alıcılar arasında birbaşa müqavilələrin bağlanmasıdır.

Page 448: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------448---------------------------------------------

Yarmarkalar ticarət təşkilatlarının çeşid və keyfiyyətə görə əmtəə

istehsalına təsirini gücləndirir, müqavilələrin bağlanması prosesini

sürətləndirir. Yarmarkalarda malgöndərənlər və alıcılar birbaşa

kontaktda olurlar.

Bazar iqtisadiyyatında beynəlxalq və ümumdövlət miqyaslı,

həmçinin regional əhəmiyyətli topdan yarmarkalar geniş yayılmışdır.

Ərazi əlaməti ilə yanaşı, yarmarkalar, həmçinin əmtəə və sahə

əlamətlərinə görə də təsnif edilirlər. Bu əlamətə görə yarmarkalar

ixtisaslaşdırılmış və universal ola bilər.

Sahə əlamətinə görə yarmarkalar sahələr və sahələrarası,

müxtəlif istehsal sahələrinin (maşınqayırma, yüngül, yeyinti və digər

sahələri) məmulatlarını əhatə edən yarmarkalara bölünürlər.

Müasir dövrdə yarmarkaların keçirilməsi üçün xüsusi, daim

fəaliyyət göstərən təşkilati strukturlar yaradılır, məsələn, Ticarət

Palatası, Respublika Sərgi – satış Kompleksi və s.

Sərgilər Sərgilər, əsasən, üç kateqoriyadan birinə aid olur:

Onlar bir təşkilatın fərdi fəaliyyətinə həsr edilə bilər;

Bir neçə təşkilatın və ya assosiasiyanın müştərək təqdimat

mərasimi kimi keçirilə bilər;

Yaxud da iştirakçıların öz məhsullarını nümayiş etdirmək

üçün təşkil etdikləri kommersiya tədbiri rolunu oynaya da

bilərlər.

Yarmarka adlanan kommersiya sərgiləri çox vaxt korporativ

qaydada keçirilir. Adi sərgilərdən fərqli olaraq, yarmarkalarda

məhsulların satışı da təşkil olunur. Lakin adi satışdan fərqli olaraq,

yarmarkalar adətən promouşn və digər marketinq tədbirləri ilə (kiçik

hədiyyələrin, lotereyaların paylanması və s.) müşaiyət olunur.

Ümumi şəkildə isə sərgilərin keçirilməsində iki məqsəd güdülə

bilər:

Əmtəələrin satışını təşkil etmək;

Və ya onların nümayişini həyata keçirmək.

Page 449: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------449---------------------------------------------

QEYD: Promouşn - məhsul haqqında informasiyanın

potensial müştərilərə çatdırılmasının kommunikasiya metodudur.

Eyni zamanda promouşn - müştərini arzuladığımız hərəkətə sövq

edərək məlumatın ötürülməsi metodudur.

Promouşnun əsas komponentlərinə daxildir :

Reklam;

Fərdi satış;

PR- mal və mal təchizatçısı şirkət haqqında müsbət imicin

yaradılmasına yönəldilmış reklam fəaliyyətidir;

Satış promouşnu;

Word- of- Mouth - əasən məhsulun mövcud istifadəçiləri

tərəfindən potensial alıcılara məhsul barədə informasiyanın

ötürülməsidir.

Faktorinq Faktorinq müştərinin debitor borcunun inkasso edilməsi

deməkdır. Bu vaxt hesablar dərhal, yaxud borclar ödənildikcə verilə

bilər. Faktorinqin qısa müddətli kredit vermə forması daha geniş

yayılmışdır. Bu cür əməliyyat nəticəsində tələblərini satan sahibkar

2-3 gün müddətində avans şəklində tələblərinin 70 % dən 90 % -ə

qədərini əldə edir. Qalan 10-30 % isə faktorinq firma üçün bir növ

zəmanət məbləğini təşkil edir.

İlk dəfə faktorinq xidmətləri 1947-ci ildə amerika bankı “First

National Bank of Boston” tərəfindən bir sənaye kompaniyasına

göstərilmişdir.

Faktorinq firmanın xidmətlərinə müraciət etdikdə siz lazımi

anda gələcək borclarınızı nağd pula çevirmək imkanı əldə edirsiniz.

Faktorinq firma ödəniş müddəti başa çatana qədər borc məbləğinin

80 %-ə qədərini təqdim etməklə sizi maliyyələşdirir.

Faktorinq ilk növbədə müvafiq olaraq istehlak mallarını istehsal

edən va satan istehsal müəsissələrində və topdan firmalarda daha

səmərəlidir. Bu halda faktorinq firmanın müştəriləri bir qayda olaraq

xırda və orta müəsissələr olur.

Page 450: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------450---------------------------------------------

Françayzinqin mahiyyəti və bazar iqtisadiyyatında rolu

Bazar iqtisadiyyatının keçid və sahibkarlıq fəaliyyətinin artması

respublikada bir çox vətəndaşların öz şəxsi işlərini açmağa sövq etdi.

Lakin tədqiqatlar göstərdi ki, maliyyə resurslarının çatışmazlığı

iqtisadiyyatın bu yönümlü inkişafında öz sözünü deyir. Bu problem

öz həllini iri və xırda sahibkarlığın qarşılıqlı sərfəli əməkdaşlıq

sisteminin köməyilə Azərbaycan üçün biznesin aparılmasının yeni

metodu – françayzinqin vasitəsilə tapa bilər. Müasir “françayzinq”

termini fransız sözü olub “franchise” sözündən götürülüb və “güzəşt,

üstünlük” deməkdir. İşə yeni başlayan sahibkar üçün ən dəyərli və

sərfəli güzəşt artıq işlənmiş və özünü doğrultmuş texnologiyadan,

məşhur və populiyar ticarət markasından istifadə etmək

mümkünlüyü, maariflənmək və lazımi informasiya və məsləhət

almaq imkanıdır.

“Françayzinq” və “franşiza” terminləri kommersiya kontrakt-

larının tərtibatında istifadə olunur ki, bu zaman artıq müəyyən sənaye

(kommersiya) fəaliyyəti aparmaq sistemi təcrübəsinə malik bir şəxs

(hüquqa malik) müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müəyyən

xeyirlə həmin sistemdən istifadə etmək hüququnu digər bir şəxsə

(hüquqa malik) təqdim edir. ABŞ-da françayzinq ilk dəfə tikiş

maşınları istehsal edən “Zinger” kompaniyası tərəfindən istifadə

edilmişdir.

Françayzinq biznesin ən müxtəlif sahələrində istifadə olunur.

Françayzinq əsasən aşağıdakı sənaye və xidmət sahələrində intensiv

surətdə inkişaf edir:

Avtomobil sənayesi və avtoservis;

Biznesin təşkili və aparılması üzrə kömək (mühasibat,

kargüzarlıq işləri, reklam);

Tikinti, evlərin təmiri üzrə xidmətlər;

İstirahət və əyləncə;

İctimai iaşə;

Tibb və kosmetika xidmətləri;

Ev işləri sahəsində xidmətlər;

Page 451: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------451---------------------------------------------

Pərakəndə ticarət.

Françayzinqin üç əsas növü mövcuddur:

Əmtəə;

İşgüzar;

İstehsal.

Əmtəə françayzinği ticarət sahəsində istifadə olunur.

İşgüzar françayzinq ticarət françayzingindən onunla fərqlənir

ki, franşiz müqaviləsinin əsas predmeti texnologiyanın (nou – hou) və

ondan istifadə lisenziyasının verilməsidir.

İstehsal françayzinqi kiçik bir firma françayzerin markası ilə

iştrak edib, onun məhsulları və xidmətlərini satmaqla yanaşı,

həmçinin iri korporasiyaların tam təsərrüfat tsiklinə qoşulub, onunla

bərabər səviyyədə fəaliyyət göstərməklə daha çox populyar olar.

Reklam anlayışı, mahiyyəti və vəzifələri Hazırda geniş istifadə edilən “reklam” termini latın sözü olub

“reklamera” sözündən götürülmüş və mənası yüksəkdən bağırmaq və

ya məlumat vermək deməkdir. Mahiyyət etibarılə reklam malların

istehlak xassələri və müxtəlif xidmət növləri haqqında məlumat

verməklə onların satışını təşkil etmək və onlara alıcılıq qabiliyyəti

yaratmaqdır. Reklamın əsas məzmununu təbliğ edilən obyektin sosial

nüfuzunun qaldırılmasından ibarətdir. Reklamın təşkilində bəzi

prinisiplərə əməl olunmalıdır.

Bunlar aşağıdakılardır:

Düzgünlük;

Humanistlik;

Etibarlılıq;

Konkretlik;

Məqsədyönlülük.

Reklamın əsas vəzifəsi əmtəənin lazımi bazarda tanınması,

onun keyfiyyəti barədə istehlakçılara məlumat verilməsi, onların

düzgün əmtəə seçimində yardım etməkdən ibarətdir.

Page 452: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------452---------------------------------------------

13.2.ELEKTRON KOMMERSİYANIN ƏSAS NÖVLƏRI

Elektron kommersiya – təsərrüfat fəaliyyətinin əmtəə və

xidmətlərin kompüter şəbəkələri vasitəsilə istehsalçıdan istehlakçıya

çatdırılmasına əsaslanan növüdür.

İlk elektron kommersiya sistemləri 1960-cı illərdə ABŞ-da

yaranmışdır. Bu sistemlərdən nəqliyyat şirkətlərində reyslərin

hazırlanması və biletlərin sifarışı zamanı müxtəlif xidmətlərarası

verilənlərin mübadiləsi üçün istifadə edirdilər. Əvvəllər kommersiya

İnternetə daxil olmayan şəbəkələrdən istifadə etməklə təşkilatlar

arasında verilənlərin elektron mübadiləsinin (Electronic Data

Interchange - EDI) xüsusi standartlarına əsasən həyata keçirilirdi.

1970-ci illərdə İngiltərədə EDI standartı ticarət sahəsində tətbiq

olunmağa başladı. 1980-ci illərdə Avropa və amerikan standartlarının

birləşdirilməsi üzrə işlər başlandı. 1990-cı illərin əvvəllərində BMT

yeni standart EDIFACT (Elektronic Data Interchange for

Administration, Commerce and Transport-İdarəetmədə, ticarət və

nəqliyyatda verilənlərin elektron mübadiləsi üçün standart) qəbul

etdi. Bununla belə Avropa və amerikan standartlarının tamamilə

birləşməsi baş tutmadı. Verilənlərin elektron mübadiləsi üçün daha

perspektivli imkan - verilənlərin İnternet vasitəsilə mübadiləsi

yarandı.

Elektron kommersiyanın yaranmasını və populyarlığını

şərtləndirən amillər aşağıdakılardır:

İnformasiya texnologiyalarından, xüsusilə də kompüterlərdən

və İnternetdən geniş surətdə istifadənin mümkünlüyü;

Cəmiyyətin təhsil səviyyəsinin artımı və daha sərbəst

texnologiyalardan istifadə bacarığı;

Texniki inkişaf, rəqəmsal inqilab (müxtəlif rəqəmsal qurğular

arasında əlaqənin yaranması);

Qloballaşma, açıq iqtisadiyyat və rəqabətin qloballaşması;

Elektron kommersiyadan istənilən vaxtda və istənilən yerdə

istifadənin mümkünlüyü;

Vaxta qənaət;

Page 453: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------453---------------------------------------------

Məhsul və xidmətlərin çeşidinin artması ilə əlaqədar olaraq

tələbin artması.

Elektron-kommersiya sahəsində çox olmasa da, qeyri-maddi

formalı xidmət növləri də təşəkkül tapıb. Bu, əsasən, informasiya

təqdimatı, məsləhət və maliyyə xidmətləridir. Ötürmə kanallarından

istifadə etməklə bu xidmətlər bilavasitə sifariş verilən anda həyata

keçirilir. Elektron-kommersiyanın ən geniş inkişaf etmiş sahəsi

maliyyə xidmətlərinin satışı və hesablaşmanın İnternet vasitəsilə

aparılmasıdır. Bu elektron-maliyyə (e-finance) adlanır. Bundan başqa,

bu gün İnternet vasitəsilə məsafədən təhsil, hüquq və həkim

məsləhətləri aparılır. İnternet vasitəsilə bank xidmətləri İnernet-

banring (i-banking), qiymətli kağızlar bazarında aparılan

əməliyyatlar üzrə elektron xidmətlər İnternet-treydinq (i-trading),

sığorta xidmətləri İnternet-sığorta (i-insurace) adlanır. Bu terminləri

işlədərkən bəzən İnternet sözünü online sözü ilə əvəz edirlər: məsə-

lən, online banking (internet-banking (i-banking)) sözünün

sinonimidir.

Elektron kommersiyanın üstünlükləri:

Əməyin məhsuldarlığının artması;

Əməliyyatlara sərf olunan vaxtın azalması;

Məsrəfin azalması;

Qənaət;

Gəlirin yüksək norması;

Biznesin yeni forma və növlərinin yaranması;

İxtisaslaşma;

Sürətlə hərəkət etmə qabiliyyəti;

Xidmətlərin online rejimində yerinə yetirilməsinin müm-

künlüyü;

İstehlakçılarla daha sıx əlaqənin yaranması;

Tədarükçü ilə qarşılıqlı əlaqənin asanlaşması;

Elektron hesablaşmaların mümkünlüyü;

İnformasiyadan birgə istifadə;

Coğrafi məhdudiyyətlərin aradan qaldırılması.

Page 454: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------454---------------------------------------------

Elektron kommersiyanın əsas növlərinə aşağıdakılar daxildir:

B2C (Business to consumer);

B2B (Busİness to business);

C2C (Consumer to consumer);

G2E (hökümət-istehlakçı).

İnternet vasitəsilə həyata keçirilən elektron kommersiya əsasən

4 qrupa bölünür:

1.Məhsul satışı üzrə texnologiyalar (Sale). Bura istehlakçıdan

sorğunun alınması, hesabların yazılması, pul ödənişlərinin

göndərilməsi və s. daxildir.

2.Distant satış (post sale) və ixtisaslı kadrların hazırlanması və

seçilməsi. Bura məhsulun göndərişi, istehlakçıların monitorinqi,

marketinq və satış üzrə mütəxəssis seçimi daxildir.

3.Məhsulun hərəkəti və reklamı üzrə marketinq texnologiyaları.

4.Alqı prosesi (purchasing). Bura mümkün istehsalçıların

axtarılması, alqı haqqında razılaşma müqaviləsi, göndərilmənin

elektron təsdiqlənməsi, satışdan sonrakı texniki kömək göstərilməsi,

məhsulun yeni nümunələri və keyfiyyətləri haqqında qarşılıqlı

informasiya mübadiləsi daxildir.

Sahibkarlar üçün elektron ticarət sisteminin yaradılması

mərhələlərinin birincisi sahibkarlar üçün elektron ticarət sisteminin

yaradılması layihəsinın həyata keçirilməsindən ibarətdir.

Elektron ticarət sisteminin yaradılması iki mərhələdə həyata

keçirilir.

Birinci mərhələdə sahibkarların istehsal və təklif etdiyi mallar

və xidmətlər haqqında məlumatın toplanması, verilənlər bazasının

yaradılması, məlumatın yaradılacaq. Veb səhifədə elektron kitab

şəklində yerləşdirilməsi və Regional Biznes Tədris mərkəzində

xüsusi köşkün yaradılması nəzərdə tutulur. Alıcı İnternet vasitəsilə

köşkün işçisi ilə əlaqə saxlaya və onu maraqlandıran mallar və

xidmətlər haqqında əlavə məlumat ala bilər.

İkinci mərhələdə maraqlı şəxslərin təklif edilən mallarla

(xidmətlərlə) daha yaxından tanış olmaları və istehsalçı ilə bilavasitə

Page 455: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------455---------------------------------------------

on-line danışıqların aparılması məqsədi ilə müvafiq avadanlıqla

təchiz edilmiş kiber sərginin yaradılması nəzərdə tutulur.

13.3.ELEKTRON ÖDƏMƏ SİSTEMLƏRİ

Son zamanlar bilavasitə maliyyə–kredit institutlarının iştirakı

ilə həyata keçirilən İnternet şəbəkəsi üzrə fəaliyyət göstərən ticarət və

ya elektron kommersiya strukturları inkişaf etməyə başlamışdır. Bu

ticarət növü xüsusilə elektron bazardan əhalinin və müəsissələrin

daha çox istifadə edə biləcəyi yerlərdə daha çox məşhurlamışdır.

Bu əsasən kompüter şəbəkələrində informasiya təhlükəsizliyi

probleminin kifayət dərəcədə həllini tapmaması ilə əlaqədardır.

Elektron kommersiyada həyata keçirilən tranzaksiyalarda

təhlükəsizliyinin təminatında protokolların xüsusi yeri və rolu vardır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) komitəsinin bununla bağlı

mübarizə ilə verdiyi qiymətləndirməyə əsasən, kompüter

cinayətkarlığı beynəlxalq problemlərdən birinin səviyyəsinə gəlib

çıxmışdır. Lakin, elektron kommersiyanın daha çox inkişaf etdiyi

xarici ölkələrdə ticarət sövdələşmələrinin və ya məhsulların həcmi

adətən 300–400 dollarla məhdudlaşdırılır.

Elektron kommersiyada protokol adı altında tranzaksiya

iştirakçılarının (kart sahibi, ticarət nöqtələri, xidmətedici bank, bank-

emitent, sertifikasiya mərkəzi) qarşılıqlı fəaliyyət ardıcıllığını və

onların bir-biri ilə avtorizasiya və hesablama proseslərini təmin

etmək məqsədilə mübadilə etdikləri məlumatların formatlarını

müəyyən etməyə imkan verən alqoritm başa düşülür. Hal-hazırda

elektron kommersiya sistemlərinin quruluşu zamanı istifadə olunan

ən geniş yayılmış (bəzi məlumatlara görə 99%-ə qədər) protokol SSL

protokoludur.

Bu sistemdə kredit kartlarla bağlı bütün məlumatlar SSL

texnologiyasıyla şifrələndikdən sonra online olaraq banka göndərilir

və daha sonra alışın həyata keçirildiyi mağazada işləyənlər tərəfindən

oxuna bilir.

Page 456: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------456---------------------------------------------

Secure Sockets Layer (SSL) – Veb-brauzerlər və Veb-serverlər

arasında ötürülən məlumatların mühafizəsini təmin edən protokoldur.

SSL həmiçinin Veb düyündən əldə olunan məlumatların həqiqətən də

həmin düyündən gəldiyinə və ötürülmə zamanı məlumatların təhrif

olunmadığına əmin olmağa imkan verir. Ünvanı https – lə başlayan

istənilən Veb düyün SSL protokolunu dəstəkləyir.

SSL protokolu 1994-cü ildə Netscape Communications şirkəti

tərəfindən işlənib hazırlanmışdır.SSL-in istifadəsinə əsaslanmış

elektron kommersiya protokolları İnternet mağaza tərəfindən

müştərinin autentifikasiyasını dəstəkləmir, belə ki, bu cür protokol-

larda müştərinin sertifikatlarından demək olar ki, istifadə edilmir.SSL

sxemlərində müştərilər tərəfindən “klassik” sertifikatlardan istifadə

praktiki olaraq faydasızdır. Müştəri tərəfindən məşhur sertifikasiya

mərkəzlərinin birindən əldə edilmiş bu cür sertifikat yalnız

müştərinin adına və çox nadir hallarda onun şəbəkə ünvanına malik

olur. Müştərilərdən çoxu dinamik IP ünvana malik olurlar. Bu şəkildə

sertifikat tranzaksiyaların keçirilməsi üçün ticarətdə az faydalıdır,

çünki, asanlıqla cinayətkarlar tərəfindən əldə edilə bilər. Müştərinin

sertifikatının ticarət nöqtəsi üçün hər hansı bir əhəmiyyətə malik

olması üçün onun müştərinin kart nömrəsi ilə onun bank emitenti

arasında əlaqə yaratması zəruridir. Bununla belə, sertifikata malik

olan kart sahibinin alış üçün müraciət etdiyi istənilən İnternet-mağaza

bu əlaqəni yoxlamaq imkanına malik olmalıdır. Başqa sözlə,bu cür

sertifikat müştəri tərəfindən özünün bank emitentidən əldə

edilməlidir. Bu halda sertifikatın formatı, sertifikatda kartın

nömrəsinin gizlədilməsi, sertifikatların yayılma və geri çağırılma

prosedurları və bir sıra digər hallar tranzaksiyanın bütün iştirakçıları

arasında müzakirə edilməlidir. Başqa sözlə desək, sertifikasiya

mərkəzlərinin iyerarxik infrastrukturunun yaradılmasına ehtiyac

vardır. Bu cür infrastruktur yaradılmadan transaksiyanın bütün işti-

rakçıları arasında qarşılıqlı autentifikasiyadan söhbət gedə bilməz.

Elektron kommersiya sahəsində potensial satış həcmi İnternet

vasitəsilə ödəmələrin təhlükəszilik təminatı probleminə görə

narahatlıq keçirən bütün maliyyə institutları, satıcı və alıcıların

Page 457: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------457---------------------------------------------

hamısının birlikdə təmin etdiyi zəruri informasiya təhlükəsizliyi

səviyyəsinin əldə olunması ilə məhdudlaşır. Əvvəldə qeyd edildiyi

kimi informasiya mühazifəsinin əsas məsələsi onun əlverişliliyinin,

məxfililiyinin, tamlığının və hüquqi əhəmiyyətliliyinin təmin

olunması ilə müəyyən olunur.

Müasir dövrdə bir çox şirkətlərin elektron kommersiyada

fəaliyyət göstərməsi məqsədilə özlərinin proqram təminatlarını

işləyib hazırlaması ilə əlaqədar olaraq bir problem də meydana çıxır.

Çünki bu cür proqram təminatından istifadə etmək üçün əməliyyatın

bütün iştirakçıları eyni bir əlavəyə malik olmalıdır, bu isə praktiki

olaraq qeyri-mümkündür. Bu səbəbdən müxtəlif istehsalçıların

əlavələri arasında qarşılıqlı fəaliyyət mexanizminin təmin olunması

üçün digər bir üsula ehtiyac duyulur.

Yuxarıda sadalanan problemlərlə əlaqədar olaraq Visa və

MasterCard şirkətləri texniki məsələlərlə məşğul olan digər

şirkətlərlə birlikdə Set standartının protokollar yığımını və

spesifikasiyasını işləyib hazırlamışlar. Bu açıq spesifikasiya tez bir

müddət ərzində elektron kommersiya üçün de-fakto standartı adını

qazanmışdır. Bu spesifikasiyada informasiyanın şifrələnməsi onun

məxfiliyini təmin edir. Rəqəmsal imza və sertifikatlar tranzaksiya

iştirakçılarının identifikasiyasını və autentifikasiyasını təmin edir.

Verilənlərin tamlığının təmin olunmasında rəqəmsal imzalardan

həmçinin istifadə olunur. Açıq protokollar yığımından müxtəlif

istehsalçıların realizasiyaları arasındakı qarşılıqlı fəaliyyətin təmin

olunmasında istifadə olunur.

Həmçinin ABŞ-da Banring sisteminin tamamilə

avtomatlaşdırılması və sürətli işləməsi üçün bir çox proqram

təminatlan (software) işlənib hazırlanıb. Bu proqram təminatları

biznes əməliyyatlarının aparılmasını sürətləndirir və müştərilərin

tələblərinə cavab verməyə imkan verir, Geniş yayılmış banring

proqram təminatlarına BankONet, Macrobank4, PowerCard,

Cash@Will, FinnOne və s. misal göstərmək olar.

Elektron ödəmə sistemlərinin əsas nəzəri prinsiplərinə misal

olaraq aşağıdakıları göstərmək olar:

Page 458: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------458---------------------------------------------

Ödəmə əməliyyatları kağız iştirakı olmadan aparılmalıdır;

Telekommunikasiya vasitələrinin istifadəsi nəticəsində

banklararası informasiya mübadiləsi sürətlənməlidir;

Tipik bank riskləri minimuma endirilməlidir.

ABŞ-da istifadə olunan bəzi elektron ödəmə sistemlərinə

aşağıdakı sistemlər daxildir:

1.FedWire - ən iri kommunikasiya bank şəbəkəsidir. Federal

Rezerv Sistemində təxminən 5500 kredit-maliyyə institutu iştirak

edir. Fedwire ABŞ-in Federal Rezerv sisteminin elektron hesablaşma

sistemidir. Onun sayəsində ABŞ-ın maliyyə təşkilatları milli

miqyasda pul vəsaitlərin və qiymətli kağızların köçürülməsini

reallaşdıra bilirlər.

2.CHIPS (The Clearing House Interbank Payments System) —

ABŞ-da bir sıra kommersiya banklarına mənsub olan özəl elektron

pul köçürmələri sistemidir. CHIPS telekommunikasiya sistemi 1970-

ci ildə ABŞ-da Nyu-York klirinq palatası tərəfindən Nyu-York

bankları ilə xarici müştərilər arasında kağız hesablaşma sisteminin

elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə

yaradılmışdır. Bu sistem bir tərəfdən Fedwire-in əsas rəqibi, digər

tərəfdən iri müştərisidir. İlkin olaraq CHIPS-in tərkibinə 8 bank daxil

idi. 70-80-cı illərdə üzv bankların sayı artdı və hazırda sistemə 140

bank daxildir. Gün ərzində sistem vasitəsilə 1.37 trilyon dollar

məbləğində 277 mindən çox ödənişlər aparılır.

Bankların maliyyə sferasında aparılan əməliyyatlara icazə

verilməmiş müdaxilədən mühafizə, əməliyyatların effektli, etibarlı və

məxfiliyinin qorunub saxlanmasını həyata keçirən SWIFT şəbəkəsi

yaradılmışdır. Banklarda yaranan aşağıdakı tələblərin olması SWIFT

şəbəkəsinin tətbiqinə səbəb olmuşdur:

Ödəmə əməliyyatlarının kağız parçasının iştirakı olmadan

aparmaq;

Telekommunikasiya vasitələrinin istifadəsi ilə banklar

arasında informasiyanın mübadilə sürətini artırmaq;

Tipik bank risklərinin (məs. ödəmələrin səhv istiqamətdə

ötürülməsi və onların itməsi) səviyyəsini minimumlaşdırmaq.

Page 459: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------459---------------------------------------------

SWIFT (the Society for Worldwide İnterbank Finincial

Telecommunications - Ümumdünya Banklararası Maliyyə

Telekommuikasiya Cəmiyyəti) – məlumat ötürülməsi və ödənişlərin

həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir.

SWIFT şəbəkəsinin müasir arxitekturası

SWIFT şəbəkəsinin texniki infrastrukturu 1970-ci ildə

yaradılmışdır və onun tərkibinə dünyanın hər yerində yerləşdirilmiş

kompüter mərkəzləri daxil edilirdi. SWIFT banklara dünyanın

istənilən nöqtəsindən müxtəlif tipli terminallardan istifadə etməklə

ona qoşulmaq imkanını verir. İlk SWIFT şəbəkəsinə aşağıdakılar

daxil idi:

1. İki əməliyyat mərkəzi (ABŞ və Niderlandda);

2. Beş aktiv sistem;

3. Müxtəlif dövlətlərdə regional prosessorlar;

4. Ümumi istifadə və xüsusi təyinat əlaqəli kanallar.

Əməliyyat mərkəzlərində diaqnostik informasiyanın yığılması,

şəbəkədə işləyən texniki avadanlıqlara və proqram təminatına nəzarət

həyata keçirilir.

Sonralar istifadəçi bankların sayının çoxalması, şəbəkədə tez-

tez baş verən qəzalar və avadanlıqların mənəvi köhnəlməsi yeni

şəbəkə arxitekturasının tətbiqinə ehtiyac yaratdı. Belə ki, SWIFT-2

şəbəkəsi 1989-cu ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir.

Burada qəzalara qarşı daha davamlı olan məhsuldar prosessor və

mobil avadanlıqlardan, eləcə də, yüksək səviyyəli proqram

təminatından istifadə edilir.

SWIFT-2 şəbəkəsi dörd səviyyəli arxitekturaya əsaslanır və

prosessora nəzarət edən sistemlər (System Control Processor)

tərəfindən idarə edlir. SWIFT-2 şəbəkəsi dörd səviyyəyə bölünür:

1. İstifadəçilərə şəbəkəyə qoşulmaq imkanı verən terminal.

SWIFT şəbəkəsinə qoşulmaq üçün istehsalçılar tərəfindən çoxlu

sayda terminallar təklif olunur. Lakin, onların hamısı SWIFT-lə

sertifikatlanmalıdır.

Page 460: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------460---------------------------------------------

2. Bir neçə məhdudlaşdırılmış ərazilərdə istifadəçilərdən

məlumatların əldə edilməsi və onların qrup prosessorunda ilk

işlənməsi üçün yoxlanılmasını həyata keçirən regional prosessor.

Regional prosessorlar əməliyyat mərkəzlərində yerləşir və insanın

iştirakı olmadan Unisys A Series kompüterləri ilə təchiz olunmuşdur.

3. Qrup prosessorları da əməliyyat mərkəzində yerləşir.

Burada marşurutlaşdırılması və sistem məlumatlarının işlənməsi,

eləcə də, məlumatların uzun və qısamüddətli arxivləşdirilməsi, geri

qaytarılmış məlumatların işlənməsi həyata keçirilir.

4. Sistemin idarə prosessoru SWIFT şəbəkəsində tətbiq

edilən yeni səviyyədir. Arxitekturanın yalnız bu səviyyəsi

məlumatların işlənməsilə məşğul olmur. Bu səviyyə sistemin idarə

edilməsi üçün təsis edilmişdir. Sistemin idarə prosessoru şəbəkəyə

qoşulmuş aparat-proqram təminatının manitorinqini həyata keçirir.

13.4.İNTERNETDƏ İSTIFADƏ OLUNAN ELEKTRON

ÖDƏMƏLƏRİN ƏSAS NÖVLƏRİ

İnternet vasitəsilə əmtəələrin əldə olunmasına görə ödənişlərin

müxtəlif üsullarının həyata keçirilməsi məqsədilə xüsusi elektron

ödəmə sistemləri işlənib hazırlanmışdır. Bu ödəmə sistemlərinə kredit

kartlar, elektron pullar və pul kisəsi vasitəsilə ödəmə sistemləri,

“müştəri-müştəri” ödəmə sistemləri, mikroprosessorlu kredit kartları,

elektron çeklər və veksellər üzrə elektron ödəmələr daxildir. Elektron

kommersiya üçün proqram təminatı nə qədər çox təkmildirsə,

şəbəkədə kredit kartlarla alış-verişlər də bir o qədər çox olur.

Elektron ödəmə sistemi elektron kommersiyanın əsas

elementlərindən biridir. Elekton ödəmə sistemi – kontragentlər

arasında birbaşa hesablaşmaları həyata keçirməyə imkan verən

texnologiyadır. Ödəmə sistemi banklarda və ya digər maliyyə

təşkilatlarında pul vəsaitlərinin bir hesabdan başqa hesaba

köçürülməsini təmin edir. Elektron ödəmə sisteminin köməyilə

həyata keçirilən hesablaşmaların digər üstün cəhəti onların

anonimliyinin saxlanılmasıdır. Yəni, ödəyiciyə özü haqqında

Page 461: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------461---------------------------------------------

məlumat verməsi lazım gəlmir. Bu yolla da ödəmə sisteminin

istifadəsi zamanı avtorizasiya yerinə yetirilmiş ödəniş haqqında

informasiyanı əldə edə bilmir.

Elektron ödənişlər – pul vəsaitinin bir bank hesabından digərinə

köçürülməsi prosesidir. Elektron ödəmə sistemində heç bir

hesablaşma kağızlarından istifadə olunmur, eləcə də, sistem

istifadəçiyə yerindən durmadan ödəmələri həyata keçirməyə imkan

verir. Müasir dövrdə elektron ödəmə sistemləri vasitəsilə hesablaşma-

ların aparılması mobil əlaqənin operatorları, İnternet-provayderləri və

telefon şirkətləri üçün daha aktual sahə hesab olunur.

Ödəmə sisteminin uğurlu fəaliyyəti üçün kartlara texniki dayağı

təmin edən ixtisaslaşmış qeyri-maliyyə təşkilatlarının – prosessinq və

komunikasiyalı, eləcə də, texniki xidmət mərkəzlərin yaradılması

zəruridir.

Prosessinq mərkəzi – ödəmə sisteminin texniki əsası hesab

olunan ixtisaslaşdırılmış hesablama mərkəzidir. Başqa sözlə,

prosessinq mərkəzi – ekvayerdən avtorizasiya və ya tranzaksiya

portokollarına daxil olan sorğuların işlənməsini təmin edən

ixtisalaşdırılmış servis təşkilatıdır. Mərkəz kifayət qədər mürəkkəb

şəraitdə fəaliyyət göstərir. Mərkəz nağd pulların verilməsi və ödəmə

kartları vasitəsilə icra edilmiş verilənlərin qeyd edilməsini həyata

keçirir. Bunun üçün isə mərkəz ödəmə sisteminin üzvləri olan bank

və kart sahibləri haqqında məlumatları özündə əks etdirən verilənlər

bazasını yaradır. Mərkəz kart sahibinin limitləri haqqında

məlumatları da saxlayır. Debet kartlarının istifadə edilməsi ödəmə

sisteminin istənilən xidmət nöqtəsində hər işin on-line

avtorizasiyasına ehtiyacın zəruriliyinə gətirib çıxarır. Kredit kartlarla

əməliyyatların keçirilməsində avtorizasiya bəzi hallarda məsələn,

bankomatda pulun əldə edilməsi zamanı həyata keçirilir. Günün

nəticələrinin çıxarılması üçün verilənlərin hazırlanması da mərkəzin

hesablayıcı imkanlarına heç də az tələb qoymur. Belə ki,

tranzaksiyanın əhəmiyyətli hissəsinin protokolları işlənilməlidir.

Beləliklə, ödəmə sisteminin davamlı və etibarlı fəaliyyətinin

saxlanılması ilk növbədə prosessinq mərkəzində hesablama

Page 462: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------462---------------------------------------------

qüvvələrinin olmasını, ikincisi isə komunikasiyalı infrastrukturların

inkişafını tələb edir. Qeyd etmək lazımdır ki, mərkəz həm də çoxsaylı

uzaq coğrafi nöqtələrə eyni anda xidmət etmək imkanlarına malik

olmalıdır. Mövcud problemin effektli həlli üçün paketlərin

kommutasiyası ilə olan verilənlərin ötürülməsinin məhsuldar

şəbəkələrindən istifadə edilməsi zəruridir. Stuktur nöqteyi nəzərindən

verilənlərin ötürülməsi şəbəkəsi ödəmə sisteminin ayrılmaz elementi

kimi çıxış edir.

Kommunikasiya mərkəzləri – ödəmə sisteminin subyektlərini

verilənlərin ötürülməsi şəbəkəsinə müraciət etməsini təmin edir.

Kommunikasiyanın səmərəli yollarının istifadəsi, böyük həcmli very-

lənlərin ticarət terminallarında kartın avtorizasiyası zamanı ödəmə

sisteminin iştirakçıları arasında ötürülməsi zərurətini şərtləndirir.

Elektron ödəmə sistemi ya Klient-Bank texnologiyasında, ya da

ki, elektron sertifikatlar texnologiyasında tərtib edilir. Buna

baxmayaraq, elektron çekləri bank hesablarının idarə edilməsinin

aləti kimi onların hər ikisinə aid edilə bilər.

Elektron ödəmə sisteminin növləri

Hesabın idarə edilməsi

prinsipinə əsalanan sistem

Elektron sertifikatlar prinsipinə

əsaslanan sistem

Klient-bank və İnternet-bank

sistemləri

Smart-kartlar

Maqnit kartları Elektron pullar

Elektron çeklər

Elektron pul kisəsi ilə İnternet vasitəsilə alış-verişin

ödənilməsi daha səmərəli keçir, çünki növbəti alqı zamanı artıq alıcı

öz ünvanı və kredit kartı haqda informasiyanı daxil etmək zərurəti ilə

üzləşmir. Elektron pul kisəsi kredit kartı, elektron pullar haqqında

informasiyanı, eləcə də bu informasiyanı elektron kommersiya

saytındakı xəbərlərin say hesablayıcılarına təqdim etməklə

istehlakçını eyniləşdirən məlumatları özündə saxlayır. Elektron pul

Page 463: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------463---------------------------------------------

kisəsi alış-verişin bitməsi üçün aktivləşdirmə zamanı istifadəçinin

adı, onun kredit kartının nömrəsi və çatdırma ilə bağlı informasiyanı

avtomatik olaraq sistemə daxil edir.

Elektron kisə aşağıdakı bir neçə əməliyyatları yerinə yetirir:

Başqa elektron pul kisəsindən elektron pulları qəbul etmək;

Elektron pulları saxlamaq;

Onların doğruluğunu və orijinallığını yoxlamaq;

Onları başqa elektron kisələrə ötürmək;

Ödəmələrin (əməliyyatların) qeydiyyatını aparmaq və s.

Elekron pul kisəsinin konkret formada təşkil edilməsi ödəmə

sistemindən asılıdır.

E-gold – dünyada ən məşhur ödəmə sistemidir. E-gold qiymətli

metallarda uyğunlaşdırılmış pul vəsaitləri olub beynəlxalq ödəmə

sistemidir. Hesabda pullar seçilmiş metalın (qızılın) müəyyən kütləsi

ekvivalentində saxlanılır. İstifadəçi onu sata da bilər, əvəzində platin,

gümüş, palladium da ala bilər.

WebMoney ödəmə sistemində dollar, avro, rubl

valyutalarından biri elektron pulların ekvivalenti kimi çıxış edə bilər.

Əgər dünya bazarında dolların kursu aşağı düşərsə onda WebMoney

sisteminin pul kisəsində pullar da aşağı düşür.

Mondex - ənənəvi nəqd pulların xüsusiyyətlərini özündə

birləşdirən elektron nəqdlər sistemidir. Bu ödəmə sistemində elektron

pullar şəbəkəyə qoşulmuş kompüter vasitəsilə smart-kartlara yüklənə

bilər. Bu kartlar şəbəkədə ödəmələr üçün istifadə olunduğu kimi

avtonom qurğularda da istifadə edilə bilər. Kart sahibləri arasında

hesablaşmaları həyata keçirmək üçün sistemdə xüsusi mexanizm –

pul vəsaitlərini qoymaq üçün cib kisəsi hesab olunan “portmanet”

işlənib hazırlanmışdır (portmanet fransız sözü porter –daşımaq və

monnaie – sikkə sözbirləşməsindən yaranmadır).

PayCash sistemində istifadəçinin pul vəsaitləri bu sistemə

malik olan bankın hesabında saxlanılır. Bunun üçün proqram təminatı

olmalıdır. Elektron pullar hesabın PayCash ödəmə sistemindən

istifadəçinin ödəmə kitabçasına köçürülməsi zamanı meydana çıxır.

Ödəmə kitabçasında istənilən dəyişiklik onun sahibinin təşəbbüsü ilə

Page 464: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------464---------------------------------------------

yerinə yetrilə bilər və bu proses bank tərəfindən təsdiqlənməlidir. Əks

təqdirdə aparılmış əməliyyatlar ləğv olunur və əvvəlki pul məbləği

yeni ödəmə kitabçasında bərpa olunur.

Cuber-Cash - amerika şirkəti tərəfindən işlənib hazırlanmış,

İnternetdə kreidt kartların köməyilə hesablaşmalar üçün nəzərdə

tutulan elektron ödəmə sistemidir. Bu sistem alış-veriş haqqında

özündə heç bir məlumat saxlamır. Yalnız kredit kartın emitenti

sayılan bank müştərisi bu haqda informasiyaya bələd olur. Bu sistem

kataloqla satış üçün daha əlverişlidir. Bu sistem İnternetdə

ödəmələrin kredit sistemi ilə yerinə yetirir. Lakin, bu sistem

ödəmələrin həm də debet sistemini hazırlayır. Burada əsas məqsəd E-

mail ünvanları olan iki şəxs arasında hesablaşmaların keçirilməsini

mümkün etməkdən ibarətdir. Bundan başqa şirkət mikroödəmələr

üçün nəzərdə tutulmuş CuberCoin sistemini istifadəyə vermişdir.

CheckFree kredit kart və rəqəmsal nəqdlərin köməyilə İnternet

vasitələri ilə ödəmələri həyata keçirir. Bu sistem hesablaşmaların

çeklərlə aparıldığı yerlərdə istifadə edilməsi üçün daha əlverişlidir.

CheckFree ödəmə sistemi qaz, işıq və bu kimi müntəzəm ödəmələrin

yerinə yetirilməsində mühüm rola malikdir.

First Virtual – internetdə ilk ödəmə sistemidir. Sistemin

başlıca xüsusiyyəti ondan ibarətdir ki, bu təhlükəsizliyin sadə sistemi

ilə keçinir.

NetCash – bu da İnternetdə çoxdan fəaliyyət göstərən ödəmə

sistemidir. Bunu debet sistemi 1994-ci ildən fəaliyyət göstərir. Onun

fəaliyyət strukturu çox sadədir. Belə ki, əvvəlcə potensial alıcının

NetBankda kuponu almalıdır. Bunun üçün alıcı poçt proqramının

köməyi ilə banka müraciət edir. Bu yolla da o, kupon əldə etmiş olur.

Bu kuponu mal və ya xidmətləri ona çatdıran satıcıya göndərir.

Mikroödəmələr sistemi kredit kartları ilə adi ödəmələr üçün

çox az olan kiçik dəyərli tədarükə görə (10 dollara qədər) ödəmələrin

həyata keçirilməsi məqsədilə yaradılmışdır. Belə əmtəələrin

ödənilməsi üçün elektron pullar da əlverişlidir. Bu adi pul şəbəkəsinə

(kağız pullar, qəpiklər, çeklər kredit kartları) daxil olmayan pul

formasıdır. İstehlakçılar müştəri proqramları ilə təmin olunur ki, buna

Page 465: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------465---------------------------------------------

görə də bir-birilə və ya elektron pulları qəbul edən satıcılarla

mübadilə apara bilər. Mikroödəmələrin aparılmasına əlavə olaraq,

rəqəmsal pullar şəbəkədə alver etmək istəyən, lakin kredit kartı

olmayan alıcılar üçün də şəbəkədən istifadəni mümkün edir. Bura

həmçinin interaktiv alış-verişin aparılması üçün kiməsə pul vermək

istəyən alıcılar da daxildir.

Mikroprosessorlu kredit kartları mikroödəmələrin icrasının

alternativ sistemini təklif edir, çünki bu kartların mikroçipləri digər

informasiya ilə yanaşı elektron ödəmələr haqqında da məlumatdan

ibarət ola bilər. Mikroprosessorlu kredit kartı özündə rəqəmsal

informasiyanı saxlayan kredit kartı ölçüsündə plastik kartı təcəssüm

etdirir. Belə kart özündə sağlamlıq haqqında informasiyanı,

eyniləşdirmə məlumatlarını, telefon nömrələrini saxlaya və ya nağd

pul əvəzinə “elektron pul kisəsi” kimi xidmət göstərə bilər. Belə

kartdan istifadə üçün İnternet istifadəçiləri öz kompüterlərinə

hesablayıcı qurğular qoşmalıdır. Alqını ödəmək üçün istifadəçi bu

kartı həmin qurğuya keçirməlidir.

Plastik kartlar və ya ödəmə kartları - ənənəvi nağd pul

vəsaitindən şəksiz üstünlük təşkil edən ödəmə vəsaitinin müasir növü

- özünəməxsus "elektron pul"dur. Plastik kart – kartdan istifadə edən

şəxslərə mal və xidmətlərə görə nəqdsiz ödəmələr etməyə, elecə də,

bank filiallarından və bankomatlardan nəqd pul vəsaiti əldə etməyə

imkan verən fərdiləşdirilmiş ödəmə alətidir.

Müasir kartların yaranma tarixi 20-ci əsrin əvvəllərinə təsadüf

edir. O zaman bir sıra Amerika otelləri, yanacaq şirkətləri və

mağazaların buraxdığı əmtəə kartları daha çox iki məqsədə xidmət

edirdi – hər bir müştərinin fərdi hesabına nəzarət etmək və hər bir

müştərinin alışlarının qeydə alınması mexanizmini təmin etmək. Bir

sıra firmalar isə öz varlı müştəriləri üçün xüsusi kartlar buraxmaq və

kart vasitəsilə müxtəlif üstünlüklər (endirimlər, hissəli ödəniş, pulsuz

çatdırılma və s.) yaratmaqla onları öz mağazalar şəbəkəsinə

bağlamağa, müştərilərdə loyallıq hissini formalaşdırmağa çalışırdılar.

Bununla yanaşı, məhz kart sisteminin tətbiqinin başlanması

Page 466: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------466---------------------------------------------

əmtəələrin uzun müddətə, hissəli ödənişlə satılması sisteminin

genişlənməsinə zəmin yaratdı.

Plastik kartlara əsaslanan ödəmə sisteminin stukturuna

aşağıdakılar daxildir:

Bank-emitent;

Bank-ekvayer;

Servis idarəsi (mağaza və s.);

Hesablaşma bankları;

Prosessinq mərkəzləri.

Kredit kartı vasitəsilə ödəmələri qəbul etmək imkanı olmayan

işçilərə və ya istifadəçilərə pul göndərmək istəyən müştərilərə xidmət

məqsədilə İnternet vasitəsilə həyata keçirilən “müştəri-müştəri”

ödəmələrinin yeni sistemləri işlənib hazırlanmışdır. Pul göndərən

tərəf ödəmələrin icrası üçün təyin olunmuş Veb-səhifədə göstərilmiş

ödəmə ilə hesabın yaradılması məqsədilə öz kartından istifadə edir.

Alıcı ödəmənin hansı şəkildə icrası zəruriliyini (bank hesabı və ya

fiziki ünvan) dəqiqləşdirərək bu səhifəyə daxil olan zaman ödəməni

qəbul edir. Alıcılar elektron çeklərinin istifadə edildiyi ödəmələr

sistemlərindən istifadə edə bilər. Belə çeklər təsdiqlənmiş rəqəmsal

imza ilə qorunmuş və elektron kommersiyada ödəmələrin icrası üçün

istifadə oluna bilər.

İnteraktiv satışların və marketinqin həyata keçirilməsi üçün

İnternetdən istifadə eyni şirkət məhsullarının satışı üçün istifadə

olunan iki və daha çox yayım kanalları arasında rəqabət

mübarizəsini-yayım kanallarının münaqişəsini yarada bilər.

Firmaların ticarət heyəti və distribüterlər İnternet vasitəsilə

sifarişlərin alverə qoşulması haqqında gəlirlərin aşağı düşməsindən

ehtiyat edir, çünki satışların bu yeni kanalı biznesin aparılmasındakı

ənənəvi metodları dəyişməyə qadirdir. Kanallar münaqişəsinin mənfi

nəticələrini aradan qaldırmaq üçün bəzi firmalar öz ticarət

nümayəndələrinə onlar satışa heç bir əmanət qoymasalar da belə

onların ərazisində edilmiş interaktiv satışa görə tam faizlər ödəyirlər.

Digər şirkətlər, məsələn, İnternet vasitəsilə öz əmtəə

Page 467: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------467---------------------------------------------

nomenklaturasının yalnız bir hissəsini təklif etmək kimi qərarlar

işləyib hazırlayırlar.

İnternet – bank

İnternet-banк sistemi distansiоn banк хidmətinin хüsusi

sistemindən və hesabların İnternet vasitəsilə idarə оlunması

sistemindən ibarətdir.

«İnternet-banк» sistemi banкla ünsiyyət sahəsində azad rejim

seçimi təqdim edərəк, ödənişlərin həyata кeçirilməsi üzrə şirкətin

imкanlarını genişləndirir.

«İnternet-banк» sistemi üçüncü şəхslərin кöməyi оlmadan

müstəqil şəкildə banк əməliyyatlarının əкsəriyyətini həyata кeçirməyə

və İnternetə çıхışı olan istənilən коmpüterdən istənilən yerdə sizə gərəкli

оlan məlumatı əldə etməyə imкan verir.

İnternet-banк Mərkəzi Banкın bütün tələblərinin nəzərə

alınması ilə həyata кeçirilmişdir, bu isə коrpоrativ müştərilər üçün

banкa aşağıdaкı maliyyə sənədlərini göndərməк imкanı verir:

Ödəniş tapşırığı,Ödəniş tələbi,İnкassо tapşırığı;

Aккreditiv;

Aкseptdən imtina haqqında ərizə;

Kassa ərizəsi;

İnкassо üçün ötürülmüş hesablaşma sənədləri reyestri;

Valyutanın dəyişdirilməsi üçün ərizə;

Valyutanın alınması tapşırığı;

Valyutanın satılması tapşırığı;

Valyutanın müstəqil surətdə satılması tapşırığı;

Valyutanın dəyişdirilməsi tapşırığı;

İdхal aккreditivinin açılması üçün ərizə;

Nağd valyutanın verilməsi üçün ərizə;

Valyuta əməliyyatları haqqında arayış;

Коrpоrativ müştərilər banкdan aşağıdaкı növdə sənədləri ala

bilərlər:

İstənilən müddət üçün hesab üzrə çıхarış;

Page 468: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------468---------------------------------------------

İstənilən müddət üçün dövriyyəyə yeкun çıхarışı;

Müştəriyə verilmiş ödəniş tələbi.

13.5.İNTERNET TİCARƏTİ. İNTERNETDƏ ETİKA. E-

HAZIRLIQ INDEKSI

Müasir İnternet iqtisadiyyatın əsas istiqamətlərindən biri

İnternet ticarətidir. Bu sahə son illərdə daha dinamik inkişaf tempinə

malikdir. Internet ticarəti nədir? Mövcud olan ən mükəmməl

təriflərdən birinə görə elektron ticarət bir biri ilə birbaşa fiziki

kontaktlar olmadan, müasir informasiya şəbəkələri və

texnologiyalarından istifadə etməklə müxtəlif tərəflər arasında həyata

keçirilən bütün növdən olan biznes və işgüzar əlaqələrdir.

Ümumilikdə elektron ticarət işgüzar əməliyyatların bütün mövcud

formalarını əhatə edir. Bu əlaqələrin qurulmasında isə müasir şəbəkə

texnologiyaları və İKT əsas əlaqələndirici rolunu oynayır. Qeyd

etmək lazımdır ki, bu işgüzar və biznes əlaqələri kompaniyalarla

fərdlər, fiziki şəxslər, digər kompaniyalar, dövlət müəsissələri və

təşkilatları arasında aparıla bilər. Elektron ticarət müxtəlif spektrli

fəaliyyət növlərini özündə birləşdirir. Elektron ticarətin özünün

fəaliyyəti isə texniki baxımdan tam, bütöv bir texnoloji dövrdür.

Elektron ticarətin fəaliyyət dairəsinə məhsul və xidmətlərin reklamı,

onların hərəkəti, məhsulun satış bazarında konyukturasının

öyrənilməsi, elektron satış və ödəmələri, satılmış məhsulların

çatdırılması və satışdan sonrakı təminatını daxildir.Internet ticarətin

müasir inkişaf səviyyəsi aparılan bütün kommersiya əməliyyatlarının,

yəni sifarışın qəbulu və tərtibatı, məhsul və xidmətlərin daşınması və

çatdırılmasını, satışa görə ödəniləcək məbləğlərin təqdimatı və

ödənilməsini, satıcı ilə alıcı arasında əmələ gələn digər münasibət və

əlaqələrin yerləşmə məkanından asılı olmayaraq İnternet vasitəsilə

həyata keçirilməsinə imkan verir.

İnternet ticarətdə fiziki məhsullarla intellektual və informasiya

məhsullarının satışı arasındakı fərqi mütləq nəzərə almaq lazımdır.

Fiziki məhsulların elektron ticarəti özündə ənənəvi ticarətin müasir

Page 469: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------469---------------------------------------------

inkişafını əks etdirir. Bu inkişaf məhsul istehsalının rentabelliyinin və

səmərəliliyinin artırılmasını, bazar potensialının yüksəldilməsini,

istehlakçıların tələblərinin daha yaxşı ödənilməsini, transaksion

xərclərin və əməkdaşların məşğulluğunun azaldılmasını təmin edir.

Elektron hazırlığın qiymətləndirilməsi metodikası ümumilikdə

Harvard metodologiyasına əsaslanır və bununla bağlı aşağıdakıları

qeyd etmək olar:

1.Monitorinq və qiymətləndirmə üçün sahələrin müəyyənləş-

dirilməsi (sahələr kimi insan resursu, İKT-dən istifadə imkanı,

təhsildə İKT, biznesdə İKT, e-dövlət və s. götürülə bilər);

2.Hər bir sahə üzrə qiymətləndirilməsi aparılacaq parametrlərin

müəyyənləşdirilməsi;

3.Hər bir parametr üçün kəmiyyət və keyfiyyət indikatorlarının

seçilməsi;

4.Parametrlərin qiymətləndirilməsi üçün metrikanın verilməsi.

Əvvəlcə indikatorlar təhlil edilir və parametrlər

qiymətləndirilir. Daha sonra parametrlərin alınmış qiymətlərinin

əsasında sahələrin monitorinqi aparılır. Sonda sahələrin inkişaf

səviyyəsi ilə ölkənin elektron hazırlığının səviyyəsi müəyyən edilir.

Qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq, elektron hazırlığın

qiymətləndirilməsini 2 mərhələyə ayırmaq olar: elektron inkişafın

ilkin şərtləri və elektron inkişaf.

Birinci mərhələdə elektron inkişafın ilkin şərtləri kimi insan

resursları və İKT-nin imkanlarından istifadə indikatorları, ikinci

mərhələdə isə təhsildə, biznesdə İKT-nin tətbiqi və e-dövlətin

hazırlığının qiymətləndirilməsi indikatorları əsas götürülür.

İnternetdə etika anlayışı xaricdə XX əsrin 70-80- cı illərində

yaramnmışdır. İnternet etikası texniki, hüquqi, sosial, siyasi və fəlsəfi

sualların araşdırılmasını özündə əks etdirir.

İnternet etikası dedikdə - bu və ya digər şəbəkə qrupları

tərəfindən qəbul edilən və kiber məkanda davranışın xüsusiyyətlərini

müəyyən edən etik qaydalar başa düşülür.

İnternetdə etik tənzimlənmə ilə bağlı ilk cəhdlər İnternetin

“qədim” vaxtlarında mövcud olub. “Netiket” adlandırlan bu

Page 470: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------470---------------------------------------------

qaydalar toplusu 80-ci illərdə populyar olan “Fidonet” şəbəkəsinin

üzvləri tərəfindən müəyyənləşib. Sonralar şəbəkənin inkişafı

nəticəsində bu qaydalar dəyişikliklərə uğrayıb. Bəzi insanlar düşünür ki, əgər bir adamla üz-üzə deyilsənsə,

ona nə istəsən deyə bilərsən və necə istəsən müraciət edə bilərsən.

Bu məsələlər ilə məşğul olan, yaxudda İnternetdə qaydaları

tənzimləyən qaydalar toplusuna “netiket” deyilir. Amma İnternet

istifadəçilərinin çoxunun netiketdən xəbəri yoxdur.

“Netiket” iki sözün – “net” və “etiket” sözlərinin

birləşməsindən yaranıb. “Net” anlaşıldığı kimi “şəbəkə” anlamı

verir, “etiket” isə ümumiləşdirilmiş şəkildə davranış qaydaları

toplusudur. Belə olduğu halda “netiket” şəbəkədə davranış qaydaları

toplusu kimi anlaşılır. Elə “netiket”in rəsmi izahı da bu cür verilir:

“Netiket Usenet, xəbər göndərişləri, bloglar, forumlar və s. şəbəkələr

üzərində ünsiyyət mədəniyyətini tənzimləyən ictimai razılaşma

toplusudur”.

Elə problem yaradan da deyəsən bu ictimai razılaşma

məsələsidir. Əgər insanlar ictimai davranış qaydalarından xəbərdar

deyilsə, ictimai məsuliyyətin nə olduğunu bilmirsə, düşünürlər ki,

əgər üz-üzə deyilsənsə xəttin o başındakına nə istəsən deyə bilərsən.

İnternetlə bağlı ilk etik kodeks “RFC1855” (Request for

Comments) 1995-ci ildə Beynəlxalq “İnternet Sosiety” Təşkilatı

tərəfindən dərc olunub. Bu kodeksə şəbəkə istifadəçiləri arasında

bir sıra situasiyaları dəyərləndirmək, şəxsiyyət əleyhinə təhqir,

yalan informasiya, plagiat və reklama qarşı mübarzə və s. daxil idi. Bir neçə il əvvəl isə Web.2.0 konsepsiyanın müəllifi Tim

Oreyli və Vikipediya sisteminin yaradıcısı Cimmi Uels

tərəfindən “Bloggerin Davranış Kodeksi”i təqdim olundu. Kodeks 7

bənddən ibarətdir. Ən mühüm cəhətlərindən biri “Yolverilməz

məzmun” anlayışındadır. Anlayışa görə, informasiya - əgər insanı

təhqir və təhdid edirsə, yalandırsa, müəllif hüququnu

pozursa, məxfilik öhdəliyini dağıdırsa, üçüncü tərəfin şəxsi həyatına

müdaxilə edirsə “yolverilməz məzmun” sayılır.

İnternet etikasıın prinsiplərinə aşağıdakılar daxildir:

Page 471: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------471---------------------------------------------

Şəxsı həyat sirrinin qorunması;

Dəqiqlik- informasiyanın işlənib – hazırlanması zamanı sosial

məsuliyyəti hiss etmək;

Xüsusi mülkiyyətin toxunulmamazlığı;

Əlyetənlik- istənilən anda, istənilən məkanda hər bir kəsin

informasiya əldə etmək imkanının olması.

İnternet etikasının fəaliyyət sferalarının tətbiq sahələrinə

daxildir:

Elektron poçt vaitəsilə ünsiyyət;

Çatda ünsiyyət;

Telekonfranslarda ünsiyyət;

Şəbəkə etik qaydaları.

Müəllif hüquqlarının qorunması Müəlliflik hüquqları İnternetdən çox-çox öncə yaradılmışdır və

heç də həmişə hər hansı bir sürəti çıxarılmış, mənbəsi redaktə

olunmuş əsərlərin hüquqi cəhətdən düzgün şəkildə İnternetdə

yayılmasına imkan vermir. Universal çıxışa nail olmaq üçün kimsə

bizə pulsuz, ictimai və standartlaşdırılmış şərait yaratmalıdır.Bu da öz

növbəsində İnternet realliqları və müəlliflik hüquqları reallıqları

arasında balans yarada bilsin. Bu kimsə, elə “Creative commons”dur.

“Creative commons” müəllif hüquqlarını qorumasının yeni

sistemidir. Yaradıcı insanlara başqalarının onların işindən necə

istifadə edə biləcəyinin yolunu göstərir. Lisenziya, “Creative

Commons İnterneyşnl” tərəfindən hazırlanıb. Əsərlərini İnternet

vasitəsilə nümayiş etdirən yaradıcı insanlara öz müəlliflik hüquqlarını

qorumağa və əməkdaşlıq qurmağa kömək etməyi nəzərdə

tutur. Bunun nəticəsində həm İnternet resurslarının həcminin

artırılması, həm də əqli mülkiyyət məhsullarına daha ucuz çıxış

imkanı yaradılması nəzərdə tutulur.

Kompüter etikası- fənlərarası tədqiqat sahəsidir və mənəvi,

hüquqi, sosial,siyasi və fəlsəfi sualların baxilmasını da özündə əks

etdirir. Həll olunan məsələləin təhlilinə görə bir neçə sinfə ayrılır:

Page 472: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------472---------------------------------------------

1.Birbaşa kompüter texnologiyası ilə işləri bağlı olan kompüter

mütəxəssisləri və adi istifadəçilər üçün mənəvi kodekslərlin

işlənib hazırlanması problemləri;

2.İnformasiya texnologiyaları ilə əlaqədar olaraq söz azadlığı,

mülkiyyətin , müəlliflik hüququnun qoruması problemləri;

3.Kompüter cinəyatkarlığı ilə bağlı olan problemlər.

Kompüter etikası – xaker etikası, bloker etikası adlanan

hissələrə bölünür.

Bloker etikası dedikdə - nəşr olunuş məlumatların plagiat,

mənəvi və etik standartlara riyaət edilməsinin etibarlığının

yoxlaması başa düşülür.

Xaker etikası Erik Paymond (04..12.1957) "Xakerin yeni

lüğəti" əsərində aşağıdakı kimi ifadə olunmuşdur:

1.İnsanlar başqaları ilə informasiya bölüşməklə cəmiyyət üçün

faydalı bir şey edirlər. Bu fikrə əsasən - insanların müxtəlif

kompüter reurslarından və hər bir informasiyadan istifadə

etməsini sadələşdirmək, yeni pulsuz proqram məhsulları

yaratmaq istəyini həyata keçirtməyə şərait yaratmaq

xakkerlərin mənəvi borcudur .

2.Xakerlər belə hesab edirlər ki, əgər xaker sistemdən heç bir

şey oğurlamırsa, sistemin konfidensiallığına heç bir zərər

vermirsə, onda kiminsə sisteminə maraq və yaxud da əyləncə

xətrinə daxil olmaq normaldır.

E-HAZILIQ İNDEKSİ

E-hazılıq indeksi dedikdə - dünya ölkələrində elektron

hökumətin inkişaf səviyyəsini xarakterizə edən kompleks bir

göstərici başa düşülür. Tədqiqatın əsas məqsədi-sosial proseslərin

öyrənilməsindən ibarətdir.Tədqiqat sahələrinə-dövlət idarəçiliyi və

informasiya texnologiyalarının tədqiqi daxildir.Bu göstərici vasitəsilə

- milli hökumət strukturlarının vətəndaşlara dövlət xidmətlərini təmin

etmək üçün informasiya və kommunikasiya texnologiyalarından

(İKT) istifadə etməyə hazırlığı və potensialının qiymətləndirilməsi

müəyyən edilir.Bu göstərici hər iki ildən bir yenilənir.Tədqiqat

Page 473: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------473---------------------------------------------

müxtəlif ölkələrdə elektron hökumətin inkişaf səviyyəsinə dair

məlumatları, habelə dövlət orqanları tərəfindən İKT-nin istifadəsinin

tendensiyalarını sistemli şəkildə qiymətləndirir. Bu işin əhatə etdiyi

bütün ölkələr reytinqdə üç əsas komponent üçün qiymətləndirilmiş

indekslər əsasında sıralanır. Birləşmiş Millətlər Təşkilatının (BMT)

iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrdə "Elektron

hökumət"in inkişaf səviyyəsini ölçmək üçün "E-Government

Development Index - EGDI" göstəricisindən (hakimiyyət

orqanlarının informasiya texnologiyaları və rabitə

texnologiyalarından əhaliyə xidmət göstərmək üçün istifadəyə görə

hazırlıq və bacarığının ölçülməsi indeksi) istifadə edir.Riyazi

baxımdan "EGDI" "Elektron hökumət"in vacib amillərini

qiymətləndirən üç əsas göstəriciyə daxildir:

1.onlayn xidmətlərin genişliyi və keyfiyyəti (Online Service

Index, OSI),

2.telekommunikasiya infrastrukturunun inkişaf səviyyəsi

(Telecommunication Infrastructure Index, TII)

3.insan kapitalının həcmi (Human Capital Index, HCI).

EGDİ necə hesablanır?

EGDİ = (0.34 × onlayn xidmət indeksi) + (0.33 ×

telekommunikasiya indeksi) + (0.33 × insan kapitalı indeksi)

Online xidmət indeksi - Hər bir ölkənin təhsil, maliyyə,

səhiyyə və s. nazirliklərin veb-saytlarının əhaliyə göstərdiyi xidmətin

səviyyəsini ölçən göstəricidir.

Telekommunikasiya İndeksi 5 göstərici əsasında

müəyyən olunur:

1)100 nəfərə düşən fərdi kompüterlərin sayı

2)100 nəfərə düşən internet istifadəçilərinin sayı

3)100 nəfərə düşən ev telefonu istifadəçilərinin sayı

4)100 nəfərə düşən mobil rabitə abunəçilərinin sayı

5)100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı

İnsan inkişafı indeksi - təhsil, səhiyyə, əlverişli mühitin

mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə

Page 474: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------474---------------------------------------------

alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal

inkişaf imkanlarını qiymətləndirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqtisadi və sosial

məsələlər üzrə departamenti ölkələrin "Elektron hökumət"in inkişaf

səviyyəsinə görə yeni "United Nations E-Government Survey 2014:

E-Government for the Future We Want" reytinqini dərc edib.

Ümumdünya siyahısında Azərbaycan “Elektron Hökumət”-in inkişaf

səviyyəsinə görə 193 ölkə arasında 68-ci yeri tutaraq, əvvəlki

reytinqlə müqayisədə 28 pillə irəliləyərək Çin, Türkiyə, Serbiya kimi

ölkələri geridə qoyub. Azərbaycanın "EGDI" üzrə göstəricisi 0.5472

təşkil edib. Reytinqdə birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq

Cənubi Koreya, Avstraliya və Sinqapur tutub. Dörd Fransa, beşinci

yerdə isə Niderland qərarlaşıb. Onluğa həmçinin Yaponiya, ABŞ,

Böyük Britaniya, Yeni Zelandiya və Finlandiya daxildir.

Azərbaycanın bu göstəricisi “Yüksək EGDİ” göstəricisi

qrupuna aid edilir. Beləki, burada ölkələr, 4 qrup üzrə ayırılır:

1-ci qrup:Çox yüksək EGDİ göstəricisinə sahib ölkələr:

EGDİ>0.75

2-ci qrup:Yüksək EGDİ göstəricisinə sahib ölkələr:

0.50<EGDİ<0.75

3-cü qrup:Orta EGDİ göstəricisinə sahib ölkələr:

0.25<EGDİ<0.50

4-cü qrup:Aşağı EDGİ göstəricisinə sahib ölkələr:

EGDİ<0.25

Azərbaycanın BMT reytinqində tutduğu bu yer ölkəmiz

üçün böyük uğurdur və Azərbaycan “E-Hökumət” layihəsini uğurla

icra etməkdə davam edir. Elektron Hökumət sahəsində böyük

təcrübəyə sahib ölkələr arasında bu yeri tutmaq və birdən birə 28

pillə irəliləmək həqiqətəndə Azərbaycan üçün böyük nəticədir.

XIII FƏSLƏ AİD SUALLAR

1. İnformasiya iqtisadiyyatında elektron kommersiyanın rolu. 2. SWIFT şəbəkəsinin müasir arxitekturası.

Page 475: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------475---------------------------------------------

3. İnformasiya – marketinq şəbəkəsi. 4. Elektron kommersiyanın əsas növləri. B2C (Business to con-

sumer). B2B (Busİness to business). C2C (Consumer to consumer). G2E (hökümət-istehlakçı).

5. Elektron ödəmə sistemləri. 6. Eektron pul. Elektron pul sistemi. Mikro ödəmələr. SSL

protokolu. Fed Wire . CHIPS. 7. Elektron biznes. Elektron ticarət. 8. Pərakəndə ticarət 9. Françayzinqin mahiyyəti və bazar iqtisadiyyatında rolu 10. İnternet ticarəti. Virtual ticarət. 11. İnternetdə etika. E-hazırlıq indeksi 12. İnternet banklar.

TESTLƏR

1.İlk elektron kommersiya sistemləri hansı standartlar

vasitəsilə həyata keçirilirdi

A.)Oracle CDM;

B.))EDI;

C.)EDIFACT;

D.)ISO/IEC 12207:19950801;

E.)ГОСТ 34;

2.Elektron kommersiyanın maliyyə xidmətlərinin satışı və

hesablaşmaların İnternet vasitəsilə aparıldığı sahə necə adlanır?

A.)Online-banking;

B.))e-finance;

C.)I-banking;

D.)I-insurance;

E.)I-trading.

3.Elektron kommersiyanın üç əsas texnologiyası hansıdır?

1.İnternet; 2.WAP; 3.WWW; 4.EDI; 5.TCP/IP; 6.EDIFACT A.)2, 4, 6;

B.))1, 2, 4;

Page 476: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------476---------------------------------------------

C.)3, 4, 5;

D.)2, 3, 4;

E.)1, 5, 6

4.Elektron kommersiyanın əsasını nə təşkil edir?

A.)Elektron vitrin;

B.))Elektron ticarət;

C.)Elektron reklam;

D.)Elektron auksion;

E.)Elektron mağaza.

5. Elektron ticarətin əsas formaları hansıdır? 1.Elektron

vitrin; 2.Elektron auksion; 3.Elektron mağaza; 4.Elektron

kommersiya; 5.Elektron reklam.

A.) 2, 4

B.))1, 3

C.)3, 4

D.)2, 3

E.)1, 5

6. Hüquqi və fiziki şəxslərə aid olan fəaliyyət sektoru

hansıdır?

A.)B2B

B.)) B2C

C.)B2G

D.)C2C

E.)G2C

7.Front – Office nədir?

A.)Elektron ödəmə sisteminə nəzarət edəndir;

B.)).Mal və xidmətləri müştəriyə nümayiş etdirən

mexanizmdir;

C.)İstifadəçinin İnternet mühitində sərbəst hərəkətini təmin

edən vasitədir;

D.)Məsafədən mağazanı idarə etmə mexanizmidir;

Page 477: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------477---------------------------------------------

E.)İstifadəçiyə tarif qismində cavab verəndir.

8.Back – Office nədir?

A.)Elektron ödəmə sisteminə nəzarət edəndir;

B.))Məsafədən mağazanı idarə etmə mexanizmidir;

C.)Mal və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir;

D.)İstifadəçinin İnternet mühitində sərbəst hərəkətini təmin

edən vasitədir;

E).İstifadəçiyə tarif qismində cavab verəndir.

9. ......... sistemində tərəflərin qarşılıqlı əlaqəsi

standart brauzer vasitəsilə həyata keçirilir

A.)PaybyPhone;

B.)Mobil banking;

C.)MüştəriBank;

D.)) İnternetBank;

E.)ATM – banking.

10.Ümumdünya banklararası maliyyə telekommuni-

kasiyası cəmiyyəti, maliyyə telekommunikasiyası sferasında

aparıcı beynəlxalq təşkilatdır:

A.)PowerCard;

B.)Macrobank4;

C.)FinnOne;

D.))SWIFT;

E.)BankONet.

Page 478: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------478---------------------------------------------

FƏSİL XIV

RƏQƏMSAL İQTİSADİYYAT VƏ ONUN

ÜSTÜNLÜKLƏRİ

14.1.RƏQƏMSAL İQTİSADİYYATIN YARANMASI

SƏBƏBLƏRİ

XX əsrin sonlarında İKT-nın tətbiqi, şəbəkə

texnologiyalarından istifadənin genişlənməsi, informasiya

mübadiləsinin lazımi sürət və effektivliyinin, tələbata uyğunluğunun

təmin olunması məqsədilə rəqəmsal vasitələrdən istifadəyə xüsusi

diqqət ayrılmasını gündəmə gətirdi. İri həcmli informasiya

kütlələrinin, rəsmlərin, video görüntülərin, müxtəlif animasiya tipli

məlumatların, musiqi klipləri və filmlərin ötürülməsi məqsədilə qısa

bir müddətdə mültimediya vasitələri yaradıldı və onların tətbiqi vüsət

tapdı. İnformasiya sənayesinin bu yeniliklərdən istifadəsi,

iqtisadiyyata da öz təsirini göstərdi. Əslində rəqəmsal iqtisadiyyatın

üstünlükləri rəqəmsal texnologiyanın malik olduğu üstünlüklər

bazasında meydana gəlmişdir. Belə ki, rəqəmsal texnologiya xüsusi

kodlaşdırma, mübadilə və istifadə qaydalarına əsaslanaraq

informasiyanın saxlanması, daşınması və ötürülməsində yüksək

sürətin, operativliyin və daha az yer tutmaqla daha çox məlumatın

əldə olunmasını təmin edir. Rəqəmsal texnologiya informasiya emalı

prosesində dəqiq riyazi üsulların tətbiqinə, informasiya ilə müxtəlif

manipulyasiyaların həyata keçirilməsinə imkan yaradır.

Rəqəmsal iqtisadiyyatın meydana gəlməsi qeyd edildiyi kimi

ənənəvi iqtisadiyyatda dəyişikliklərin baş verməsinə, hər şeydən

əvvəl isə iqtisadi aktivlərə yeni elementin və ya yeni növün əlavəsinə

səbəb oldu.

Klassik iqtisadiyyat elmində kapital maddi formada qəbul

edilir. Bura adətən maşınlar, qurğu və binalar, torpaq və s. daxildir.

Sonralar iqtisadiyyatda pulun rolu möhkəmləndikcə kapitalı pul

Page 479: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------479---------------------------------------------

formasında başa düşməyə başladılar, çünki məhz pul kütləsi

vasitəsilə əmək alətləri və vasitələri əldə etmək mümkün olduğu

qəbul edilirdi. Lakin informasiyanın iqtisadiyyata birbaşa təsiri

rəqəmsal iqtisadiyyatın meydana gəlməsinin səbəb oldu və əsas

təyinedici rolu kimi informasiya çıxış etdiyindən informasiya kapitalı

yarandı.

Kapitalın effektivliyinin təhlili onda aktivlərin müxtəlif

növlərinin fərqləndirilməsinə imkan verir. Bunlar cari aktivlər

(dövriyyə vəsaitləri), əsas fondlar, investisiyalar (istiqraz aksiyaları),

qeyri-material aktivlərdir (ticarət nişanı, patentlər, müəliflik hüququ,

işçilərin yaradıcılıq potensialı və bazarda rəqabətədavamlılığı təmin

edən üstünlükləri verən bütün digər aktivlər). Müasir dövrdə

müəssisənin adekvat olaraq gələcək üçün alıcılıq qabliyyətinə malik

tələbləri proqnozlaşdıra bilən, bu əsasda müəssisənin maliyyə və

təşkilatı strukturunu planlaşdırmağa imkan verən, gəlir əldə

olunmasını təmin edən aktiv kimi informasiya kapitalını qəbul etmək

olar. İnformasiya kapitalının yaranması, dövriyyəsi və istifadəsi,

onun qiymətləndirilməsi və təhlili rəqəmsal texnologiyalarsız

mümkün deyil. Rəqəmsal texnologiyaların tətbiqi bu kapitaldan

istifadənin səmərəliliyinin birbaşa təminedicisidir.

Rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan əsas fərqi və

üstünlüyü ondan ibarətdir ki, burada məhsul, daha doğrusu

informasiya məhsulu hərəkətdə və dövriyyədə daha aktivdir. Yüksək

texnoloji yeniliklərin tətbiqinin mümkünlüyü və qlobal əlaqənin

mövcudluğu qısa müddətdə məhsulun istehsal və satışının həyata

keçirilməsini təmin edir. Digər tərəfdən, məhsul satışı üçün bazarın

axtarılması və seçilməsi, satışa görə ödəmələrin gecikdirilmədən

həyata keçirilməsi, yeni növ və çeşidlərin müəyyənləşdirilməsi və

alıcıya təklif olunması, rəqabətin gedişatının daimi olaraq nəzarətdə

saxlanılması mümkündür. Rəqəmsal iqtisadiyyat vasitə və

texnologiya təminatı baxımdından müəyyən böyük xərclərin və

genişmiqyaslı əlaqələrin qurulmasını tələb etsə də əhatə dairəsi və

fəaliyyət zonasına görə qat-qat geniş ərazini tutur. Ənənəvi

iqtisadiyyatda hazırki dövrdə mövcud olan ən əsas problemlərin

Page 480: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------480---------------------------------------------

məhsulun saxlanması, qablaşdırılması, düzgün marketinq və reklamın

təşkili, sifarişçiyə məhsulun vaxtında çatdırılması və s. hesab edilir.

Rəqəmsal iqtisadiyyatda bu problemlərin əksəriyyəti ənənəvi

iqtisadiyyatla müqayisədə çox cüzidir. İnkişaf, yeni layihələrin

hazırlanması, istehlakçı ilə birbaşa əlaqələrin qurulması, məhsulun

kəmiyyət və keyfiyyət göstəricilərinin istehlakçı və ya sifarişçinin

istəklərinə uyğun qurulması daha effektiv həyata keçirilə bilir.

Rəqəmsal iqtisadiyyat bütün bu üstünlüklərə baxmayaraq

dünya miqyasında hələ də elə geniş yayılmamışdır. Bu hər şeydən

əvvəl rəqəmsal iqtisadiyyatın formalaşmasında başlıca rol oynayan

İKT-nın müxtəlif region və ölkələrdə inkişaf səviyyəsindəki fərqlərlə

izah oluna bilər. Digər tərəfdən rəqəmsal iqtisadiyyatın bəzi

çatışmazlıqları da onun geniş yayılmasına mane olur.

İnkişaf etmiş dünya ölkələrində iri müəssisələr arasındakı

iqtisadi münasibətlərin qurulması ilə yanaşı, adi məişət proseslərini

və müxtəlif xidmətlərin həyata keçirilməsində də rəqəmsal

iqtisadiyyatın rolu vacibdir. Bu hər şeydən əvvəl məhsulların satışı və

xidmətlərin göstəriməsinin pərakəndə şəkildə həyata keçirilməsində

özünü göstərir. İri market və ticarət mərkəzlərindən malların

alınması, onların sifarişçinin evinə çatdırılması, ödənişlərin həyata

keçirilməsi, müxtəlif kommunal xidmətlərin, tibbi, səhiyyə

xidmətlərini göstərilməsi, təhsil və tədrisdə, iş axtarmada, müxtəlif

yönümlü məlumatların əldə olunmasında özünü büruzə verir.

Rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqlərindən biri də

istehsal, proqnozların verilməsi, gələcək planlaşdırma, tələb və təklif

arasındakı asılılıq və münasibətlərin araşdırılmasında təkcə

müəssisənin özünün deyil, müxtəlif şirkətlərin, institutların, fərdlərin

birbaşa iştirakının mümkünlüyüdür. Aydındır ki, iqtisadi

münasibətlərin bu cür qurulması bir çox aidiyyatı olmayan

problemlərin də meydana gəlməsinə səbəb olur. Bu hər şeydən əvvəl

münasibət və ya məsələlərin həllinə aidiyyatı olmayanların yersiz

müdaxiləsində, ümumi şəbəkədə əmələ gələn xaosda və s. özünü tez-

tez biruzə verir.

Page 481: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------481---------------------------------------------

Rəqəmsal iqtisadiyyat müxtəlif iqtisadi sahələrin qarşılıqlı

əlaqəli inkişafı ilə bərabər həm də onun əsasında yaranmış və onun

özünün inkişafını təmin edən və bu prosesin təkanvericisi olan

informasiya iqtisadiyyatının inkişafında da xüsusi rol oynayır. Məhz

bu cür qarşılıqlı inkişaf müasir informasiya cəmiyyətinin

formalaşmasının bazasını təşkil edir.

Rəqəmsal iqtisadiyyatın malik olduğu və yuxarıda qeyd olunan

üstünlükləri hazırda idarəetmədə, biznesin təşkilində, baş müəssisə

ilə tabeçilikdə olan müəssisələr arasındakı əlaqələrin qurulmasında,

yeni istehsal sahələrinin açılmasında effektivliyini təminedicisidir.

Rəqəmsal imkanlara bu gün kino sənayesi, müxtəlif festival və

toplantıların keçirilməsi, böyük idman yarışlarının təşkili və

nümayişi, konfransların, beynəlxalq görüşlərin keçirilməsi, dünyəvi

problemlərin həlli, ümüdünya məlumatların çatdırılması, kütləvi

informasiya vasitələrinin beynəlxalq miqyaslaşması və başqalarını

aid etmək olar. Məhz bu texnologiyaların tətbiqi, idman, incəsənət,

turizm sahəsində yeni gəlir gətirən sahələrin açılmasına, böyük

həcmdə investisiya qoyuluşlarına, dünya miqyasında reklamların

təşkilinə və bu işdən külli miqdarda gəlir əldə olunmasına şərait

yaratmışdır.

Son illərdə İnternetin inkişafı nəticəsində rəqəmsal

texnologiyalar iqtisadiyyatın müxtəlif sahələrində tətbiq edilir. Belə

düşünmək olar ki, bu meyllər rəqəmsal texnilogiyaların ümumbəşəri

istifadəsinə yol açaraq informasiyanın mülkiyyət baxımından

azadlığını təmin etməlidir. Lakin İnternet, eləcə də qlobal şəbəkələrin

kommersiya şəbəkələri olması istənilən istifadəçinin informasiya

məhsullarından birbaşa istifadəsinə imkan vermir, çünki şəbəkə

kabelləri, müxtəlif gücləndiricilər, şəbəkə modemləri və digər texniki

qurğular, informasiyanın şəbəkədə mübadiləyə uyğun təşkil

olunması, şəbəkə fəaliyyətinin müxtəlif səviyyələrdə (fiziki, seans,

təqdimat və s.) işinin təşkili sonda yenə də iqtisadi asılılığa və

məhdudiyyətlərin meydana gəlməsinə səbəb olmuşdur. Göründüyü

kimi rəqəmsal iqtisadiyyatın müasir inkişafı təzadlarla irəliləyir. Bir

tərəfdən iqtisadi inkişaf ənənəvi formalardan uzaqlaşmağa çalışır,

Page 482: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------482---------------------------------------------

digər tərəfdən isə ənənəvi iqtisadi qanunların təsiri altına düşür. Bu

fikri informasiya iqtisadiyyatı sahəsində elmi işləri ilə tanınmış alim

Ceyms Boyl da qeyd edir. Onun fikrinə görə hazırki dövrdə

informasiya və ondan istifadə texnologiyalarının inkişafı mühiti

növbəti təcrid dalğasının yaranmasına səbəb olmuşdur. İnformasiya

iqtisadiyyatının, yəni rəqəmsal texnologiyaların istifadəçilərinin ən iri

nümayəndələri özlərinin iqtisadi mənfəətlərinin saxlanması üçün

digər iştirakçıların fəaliyyət dairəsinin məhdudlaşdırmağa çalışır ki,

bu da sonda informasiya iqtisadiyyatının, eləcə də rəqəmsal

iqtisadiyyatın təcrid olunmasına gətirib çıxarır. Məhz bu səbəbə görə

son illərdə ideya və informasiyanın azad hərəkətinin təmin olunması

istiqamətində müəyyən işlərin görülməsinə xüsusi diqqət yetirilir.

Artıq bir çox şirkət və müəssisələr belə iqtisadi siyasətin, yəni təcrid

etmə istiqamətində aparılan fəaliyyətin ümumi inkişaf üçün zərərli

olduğunu və hətta bir çox hallarda iqtisadi böhrana gətirib

çıxarılmasına səbəb olduğunu başa düşmüşlər. Artıq bir çox proqram

məhsulları hazırlanaraq bazara çıxarıldığı an gözlənilmədən ayrı-ayrı

fərdlər və ya kiçik kompaniyalar tərəfindən həmin məhsulun daha

keyfiyyətli nüsxələrinin hazırlanması və ya daha geniş fəaliyyət

dairəsinə malik məhsulun istehsal edildiyi aşkarlanır. Bu isə iri

şirkətlərin sifarişçilərini azalmasına, onların məhsul bazarının əhatə

dairəsinin kiçilməsinə səbəb olur. Bu baxımdan rəqəmsal iqtisadiy-

yatın ümumi prinsipləri istər-istəməz məhsul bazarında gec və ya tez

olaraq bərqərar olmasına nail olacaq.

Beləliklə, məlum olur ki, rəqəmsal iqtisadiyyat bütün qeyd

edilən üstünlüklərlə bərabər öz qayda və prinsiplərini qəbul etdirmək

qabliyyətinə də malikdir. Texnologiyaların inkişafı, istifadəçi

mühitinin genişlənməsi, yeni xammal, intellektual fərd və institutların

bu iqtisadiyyata daxil olması istər-istəməz ümumi qəbul olunmuş

qaydalara riayət olunmasına zəmin yaradır. Ona görə də yaxın

onilliklər üçün seçdiyimiz siyasi, iqtisadi istiqamət bizim gələcək

həyatımızın, eləcə də rəqəmsal iqtisadiyyatın inkişafını müəyyən

edəcək. Seçilən istiqamət gələcək texnoloji və iqtisadi şəraitdə azad,

eynihüquqlu üzvlərin mövcudluğunu tələb edir. Əgər sabahkı iqtisadi

Page 483: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------483---------------------------------------------

mühit dünənki qaliblər və hökmranlar tərəfindən diktə ediləcəksə,

yüksək texnoloji təminata malik iqtisadi rəqabət faciəyə çevrilə bilər.

Ceyms Boyl (ingiliscə James

Boyle) 1959-cu ildə Şotlandiyada

anadan olmuşdur. Şotland

hüquqşünası, yazıçısı, ictimai

varlıq və informasiya qanunları,

həmçinin müəlliflik hüquqları

sahəsində mütəxəssidir.

Bizi əhatə edən həqiqətlər və

dünya daima dəyişir. İldən-ilə

bu dəyişmələrin sürəti daha

da artır. İnformasiya

texnologiyaları sahəsində

aparılan müşahidələrə əsasən

isə tam əminliklə demək olar

ki, dəyişikliklər anbaan

sürətini artırır və geniş

miqyas alır. Hazırki dövrdə

informasiya texnologiyaları

sahəsi ən sürətlə inkişaf

edərək dəyişən sahə hesab

edilir. XX əsrin 90-cı

illərindən başlayaraq İKT-nın

intensiv inkişafı İnternetin

populyarlaş-masına səbəb

olmuşdur. İnformasiya

texnologiyaları sahəsində

innovasiyalar həyatın müxtəlif sahələrində istifadə edilir. Məhz bu

innovasiyalar mədəniyyət, təhsil, iqtisadiyyat sahələrində, dövlət

orqanlarının fəaliyyətinin effektivliyinin təmin olunmasın-da mühüm

rol oynayır.

İnternetdən istifadənin genişlənməsi yeni informasiya

cəmiyyətinin və yeni “şəbəkə iqtisadiyyatı”nın yaranmasına səbəb

olmuşdur. Bu iqtisadi sahənin inkişafı müasir elmi nailiyyətlərə,

informatikanın və kompüterlərin imkanlarına əsaslanır. İnternetin

iqtisadiyyatda tətbiqi biznesin yeni sahələrinin yaranmasına, nəticədə

məhsul və xidmətlər, ənənəvi və “virtual” iqtisadiyyat arasındakı

fərqlərin silinməsinə səbəb olmuşdur.

İnternet iqtisadiyyatın yaxın zamanlarda yaranmasına

baxmayaraq dünya təsərrüfatının sistemləşdirici hissəsidir. Müasir

Page 484: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------484---------------------------------------------

İnternet sistemi qloballaşdirma kimi dünya iqtisadiyyatinin bütün

operatorlarını əhatə edərək yüksək inkişaf etmiş ölkələrin

iqtisadiyyatını stimullaşdırır və iqtisadi cəhətdən zəif olan ölkələrin

inkişaf edərək dünya sisteminə inteqrasiyasına şərait yaradır.

Müasir dövrdə bir çox dünya ölkələri üçün keçilməsi vacib olan

informasiya cəmiyyətinin infrastrukturu ümumdünya şəbəkəsi

olmadan mümkün deyil. Dünya dövlətləri İnternetdən istifadə

etməklə və onu inkişaf etdirməklə bazar iqtisadiyyatının qabaqcıl

informasiya infrastrukturunu yarada bilər. Bu infrastruktur isə

istənilən ölkədə, regionda, ayrıca götürülmüş müəssisədə real iqtisadi

situasiya haqqında düzgün informasiyanın əldə olunmasına şərait

yaradır. Lakin qeyd etmək lazımdır ki, İnternet texnologiyalarının

tətbiqində qabaqcıl dünya ölkələrinin təcrübəsindən kor-koranə

istifadə etmək lazım olmayan nəticələrə gətirib çıxara bilər.

Müasir informasiya cəmiyyətinin inkişafı mövcud informasiya

ehtiyatlarından istifadənin sürəti və operativliyindən, dəqiqliyindən

və miqyaslılığından ciddi asılıdır. Başqa sözlə informasiya müasir

cəmiyyətin inkişafının əsas resursudur və iqtisadi inkişafın

təkanvericisidir. İnformasiya sektoru hazırda iqtisadi problemlərin

həllinə daha çox intellektual səviyyəsi yüksək olan insanların cəlb

edilməsinə, elmi nailiyyətlər və mütərəqqi texnologiyalara daha çox

müraciət olunmasına zəmin və şərait yaradır.

İnformasiyanın vacib iqtisadi resursa çevrilməsi cəmiyyətin

inkişafının ölkə daxilindəki iqtisadi inkişafdan, təbii ehtiyatlardan,

əsas kapitalın miqdarından, əmək qabliyyətli insanların sayından və

digər ekstensiv faktorlardan asılılığını aradan qaldırır.

İnformasiyanın cəmiyyətdəki rolunun artması yeni mühit olan

noosferanın yarnmasına səbəb olur. Noosfera - insan fikir və

fəaliyyətinin biosfer proseslərinə təsirini müəyyənləşdirən mühitdir.

Qeyd edək ki, İnternetin bu mühitdə rolu İnternet iqtisadiyyatın

təkamülündə xüsusi əhəmiyyətə malikdir.

Qeyd edilənlərdən məlum olur ki, müasir informasiya

cəmiyyətinin inkişafının əsasını ənənəvi materiallar deyil,

informasiya, intellektual resurslar, biliklər, elm, insanların təşəbbüsü,

Page 485: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------485---------------------------------------------

bacarığı təşkil edir.Belə bir cəmiyyətin mövcudluğu yalnız İKT

mühitində, qlobal İnternet şəbəkəsinin tətbiqi ilə mümkündür.

Üçüncü minilliyin başlanğıcında İnternet istifadəçilərinin sayı

durmadan artır. Bu artım inkişaf etmiş dünya ölkələrinə nisbətən

iqtisadi vəziyyəti zəif olan ölkələrdə daha yüksək templə gedir. Belə

temp həmin ölkələrin həm yeni informasiya cəmiyyətinə daxil

olmasına, həm də yeni iqtisadi resurslara malik olmasına şərait

yaradır.

İnternet istifadəçilərinin sayının ildən-ilə daha yüksək sürətlə

artması dünya iqtisadiyyatında radikal dəyişikliklərin baş verməsinə

səbəb olur. Bu dəyişikliklərlə əlaqədar yaranan sahələr müxtəlif cür

“yeni iqtisadiyyat”, “biliklər iqtisadiyyatı”, “informasiya

iqtisadiyyatı”, “yüksək texnologiyalar iqtisadiyyatı”, “İnternet

iqtisadiyyat” kimi adlandırılır.

Yeni iqtisadi sahələrin əsas təkanvericisi informasiya

istehsalıdır. İnformasiyanın yayılmasının ən önəmli vasitəsi isə İnter-

netdir. İnternet bazar mühitini və ya informasiya bazarını formalaş-

dırır. Bu bazarda adi fiziki məhsul və xidmətlər üçün olan qanunlar

işləmir. İnformasiya cəmiyyəti texnologiyaları İnternet iqtisadiyyatın

infrastrukturunu yaradır. İnternet iqtisadiyyata istehsalın yeni tipi

kimi baxmaq olar. Bu istehsalda informasiya material və qeyri-

material istehsal, eləcə də istehsalla istehlak arasında əlaqələndirici

olub, iqtisadi inkişafın və əmək məhsuldarlığının artırılmasının

başlıca faktorudur.

İnternet iqtisadiyyatda yaradıcı fikirli, təcrübəli, universal

işçilərə tələbat daha böyükdür. Bu işçilərin operativ qərar qəbul etmə

bacarığına malik olması, yenilikləri seçmək və tətbiq qabliyyətli ol-

ması vacibdir. Bütün bunlarla yanaşı İnternet iqtisadiyyat mütəxəssis

və işçilərin müasir İKT və proqram vasitələri ilə işləmə bacarığına

malik olmasını önə çəkir. Başqa sözlə İnternet iqtisadiyyat

informasiya texnologiyalrının tətbiqinin ən geniş və mühüm

sahələrindən biridir.

İnformasiya texnologiyalarının marketinqdə istifadəsi qısa

müddətdə özünə məxsus xüsusiyyətlərin və iqtisadi qaydaların

Page 486: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------486---------------------------------------------

yaranmasına səbəb oldu. Ənənəvi məhsullarla yanaşı informasiya

məhsulları bazarının da genişlənməsi və bu sahənin geniş

perspektivlərə malik olması elektron marketinqin təşəkkülünə zəmin

yaratdı. Qeyd edildiyi kimi şəbəkə texnologiyası və İnternetdən

istifadə müxtəlif coğrafi mövqeyə malik istehsalçı və istehlakçılar

arasında əlaqələrin yaranması və genişlənməsinə və beləliklə, də

beynəlxalq marketinqin yaranmasına səbəb olmuşdur.

Hal-hazırda İnternetdən istifadə etməklə marketinqin təşkili

“sınaq məhsulu” qaydası ilə elektron marketinqin aparılmasına xüsusi

yer ayırır, çünki müəssisə istehsal etdiyi məhsulların, fiziki və ya

intellektual olmasından asılı olmayaraq, ilkin nüsxələrini alıcıya və

ya istehlakçıya təklif edir. Əslində məhsulun özü deyil onun haqqında

təfsilatı ilə məlumat, əsas xüsusiyyətləri, imkanları, mümkün istehsal

həcmi, qiyməti, çatdırılma və istifadə qaydaları haqqında məlumatlar

toplusundan ibarət informasiya təqdim olunur. Başqa sözlə

marketoloqlar istehlakçıya İnternet vasitəsilə məhsulun nümunələrini

göndərir. Bu işin təşkilində, yəni nümunələrə baxılmasında

“brauzer”lər istehlakçıların köməyinə çatır.

Yuxarıda qeyd olunan xidmətlərlə, yəni sınaq məhsullarının

istehlakçıya çatdırılması ilə demək olar ki, müasir İnternet-axtarış

sistemlərinin hamısı (Yahoo, Google, Rambler, Randex və s.) məşğul

olur. Qeyd edək ki, istehlakçıya bu yolla həm sənaye, həm kənd

təsərrüfatı məhsulları və xidmətləri, eləcə də biliklər mənbəyi olan

kitablar, məqalələr, müxtəlif elmi toplantıların və tədqiqatların nəti-

cələri, yeni ixtiralar çatdırılır. Lakin bu çatdırmanın sonrakı

mərhələlərində fiziki məhsullarla informasiya məhsullarının hərəkə-

tində fərqlər mövcuddur. Belə ki, sınaq məhsulunu bəyənmiş

istehlakçı həmin andan informasiya məhsulunu sifariş verərək

ödəməni aparmaqla onu əldə edə bilər. Lakin fiziki məhsulların

“sınaq məhsuluna görə” bəyənilmiş növ və çeşidinin çatdırılması

müxtəlif variantlarda həyata keçirilə bilər. Bu proseslər elektron

ticarətin həyata keçirilməsi qaydalarında şərh edilmişdir. Qısaca

olaraq onu qeyd etmək olar ki, fiziki məhsulların çatdırılması adətən

Page 487: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------487---------------------------------------------

distrübütorlar və çox zaman isə on-line mağazalar vasitəsilə həyata

keçirilir.

14.2.RƏQƏMSAL İQTİSADİYYATDA ELEKTRON

KOMMERSİYA

Online-mağaza alıcının real vaxt zamanında, İnternet vasitəsi

ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq satıcıdan

əmtəəni aldığı məkandır. Əməliyyat zamanı hər-hansı bir kənar

müdaxilə və ya xidmət olarsa bu elektron ticarət adlanır. Elektron

mağazalardan istifadənin səbəbləri tək rahatlıq deyil, həmçinin

alıcıya təqdim olunan geniş seçim imkanları rəqabətli qiymətlər və

geniş informasiyaya çıxışdır. Şirkətlər isə bu yolla gəlirləri ilə yanaşı

müştərilərini də artırır və davamlı edirlər.

Online mağaza (online shop), e-mağaza (eshop), İnternet

mağaza (İnternet shop), Veb mağaza (Vebshop), virtual mağaza

(virtual store) və s. analoji olaraq əmtəə və xidmətin İnternet vasitəsi

ilə müxtəlif ticarət mərkəzlərindən alışını nəzərdə tutur. Prosses

“Business-to-Consumer” (Biznes-Alıcı) (B2C) adlanır, iki müxtəlif

bizneslər arasında alqı-satqı əməliyyatı baş verdik də isə “Business-

to-Business” (Biznes-Biznes) (B2B) adlanır. Elektron ticarət adətən

elektron kommersiya kimi tanınan biznes növüdür, İnternet və digər

bu kimi kompüter şəbəkələri üzərindən müxtəlif məhsulların alqı-

satqısı deməkdir. İnternet istifadəçilərinin sayı artdıqca bu cür ticarət

də inkişaf edir.

Əksər onlayn bizneslər yalnız onlayn məhsulların satışı ilə

məşğul olsalar da, fiziki məhsulların satışı ilə məşğul olan saytlar da

fəaliyyət göstərir. Onlayn ticarətçilər onlayn xəfiyyələr kimi tanınır

və hamısının onlayn saytı olur.

Bizneslər arasında aparılan elektron ticarət biznesdən biznesə

adlanır (B2B). B2B ya hamıya (məhsul mübadiləsi), ya da əvvəlcə-

dən müəyyənləşdirilmiş və müəyyən keyfiyyətlərinə görə seçilmiş

iştirakçılara (şəxsi ticarət avadanlıqları bazarı) açıq ola bilər.

Bizneslər və istehlakçılar arasında olan elektron ticarət isə biznesdən

Page 488: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------488---------------------------------------------

istehlakçıya (B2C) adlanır. Bu Amazon.com kimi şirkətlər tərəfindən

yaradılan elektron ticarətdir. Onlayn ticarət alıcının satıcının

kompüterinə birbaşa qoşulduğu ticarət növüdür. Burada vasitəçi

xidmət yoxdur. Bütün alış-satış əməliyyatları elektron formada yerinə

yetirilir. Əgər hər hansısa bir vasitəçi mövcuddursa, onda belə onlayn

ticarət elektron ticarət adlanır. Buna nümunə kimi, məsələn, eBay- ı

göstərmək olar.

Elektron ticarətin aspektlərinə daxildir:

Onlayn kataloqlarda mağazalar haqqında məlumatların

yerləşdirilməsi;

Veb əlaqələrin köməyilə demoqrafik məlumatların toplanması

və istifadəsi;

Elektron məlumatlar mübadiləsi;

Bizneslər arası alqı-satqı prosesləri;

Biznes sövdələşmələrinin təhlükəsizliyi.

Aşağıda adı çəkilən ABŞ və Avropanın məşhur İnternet-

mağazaları (elektrik malları, məişət cihazları, kitablar, musiqi, video,

avtomobillər, idman, səyahət, hədiyyələr, ev avadanlıqları, uşaqlar

üçün əşyalar və s.) bu kateqoriyalara aiddirlər.

Nəzərə çatdırılmalıdır ki, bu məşhur İnternet-mağazaların

siyahısı Global.Line çatdırılma xidmətinin birgə işlədiyi İnternet-

mağaza və hərracların tam siyahısı deyil. Bu ABŞ və Avropanın sizin

sifarişinizə olan tələblərinizi təmin edən istənilən mağaza və ya

hərracı ola bilər, məsələn:

www.amazon.com;

www.amazon.co.uk;

www.amazon.de;

www.amazon.fr

Amazon.com - İnternet vasitəsilə əmtəə və xidmətlər satan,

dövriyyəsinə görə dünyanın ən nəhəng şirkətidir. Hal-hazırda

Amazon.com İnternet mağazası özündə onlarla əmtəə növünü

birləşdirir, o cümlədən kitablar, kompüter və aksesuarlar, məişət

avadanlıqları və texnikası, geyimlər, uşaq oyuncaqları, alətlər, idman

malları və s. Amazon.com səylə ABŞ-dan kənar elektron-ticarət

Page 489: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------489---------------------------------------------

bazarlarını da zəbt edir. Amazon Kanadada www.amazon.ca, Böyük

Britaniyada www.amazon.co.uk, Almaniyada www.amazon.de,

Yaponiyada www.amazon.co.jp, Fransada www.amazon.fr və Çində

www.amazon.cn. uğurla fəaliyyət göstərir.

WWW.eBAY.COM

Ebay Inc. insanların və ayrı-ayrı kommersiya nümayəndələrinin

müxtəlif çeşidli əmtəələrin alqı-satqısı ilə məşğul olduğu onlayn

hərrac saytı ebay.com – u idarə edən Amerika şirkətidir. Satışın

əksəriyyəti təyin olunmuş hərrac vaxtlarında aparılır, lakin sonrakı

metodlar siyahıda olan əşyaların “İndi alın” kateqoriyasına daxil

etməyə imkan verir. Əsas saytın ABŞ-da yaradılmasına baxmayaraq

ebay.com saytı dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərir.

eBay eyni zamanda PayPal, StubHub, Kijiji və başqa kommersiya

fəaliyyətlərinin də sahibidir.

14.3.MÜASİR İQTİSADİYYATIN TƏZAHÜRLƏRİ.

BƏLƏDİYYƏ

Bələdiyyə müəyyən ərazini əhatə edən yerli ozunu idarə

inzibati vahiddir. Bələdiyyə əhatə etdiyi ərazinin hökmündə olan

yerlərin təmizlik, işıqlandırma, su təmzimləmisinin nəzarət edilməsi

kimi dövlət qulluğuna baxan, hüquqi qurum olan və üzvləri xalq

tərəfindən seçilən təşkilatdir. Bələdiyyə sözü, şəhər, məmləkət

mənasını daşiyan, ərəbcə "bələd" sözündən yaranmışdır.

Yerli ozunuidarə sosial həyatın müstəqil fenomeni və vətəndaş

cəmiyyətinin institutu şəklində qədim zamanlardan bəri movcuddur.

O, dövlət kimi təşkil olunmuş cəmiyyətdən öncə icma özünüidarə

şəklində movcud idi, qədim dünyanın mərhələləri, orta əsr və müasir

dovrlərini kecmişdir. XVIII əsrin sonundan başlayaraq və xüsusilə

XIX əsrdə yerli ozunuidarə elmi anlaşmanin daimi nəzər obyekti

olmuşdu. O, fəal siyasi, inzibati və hüquqi islahatların aparılmasında

istifadə olunurdu.

Page 490: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------490---------------------------------------------

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, ideoloji

təzyiqlərdən azad oldu və sürətlə demokratik ənənələri, idarəetmə

formalarını ölkədə tətbiq etməyə başladı. Bu istiqamətdə ən mühüm

addım 1995-ci ildə Konstitusiyanın qəbulu oldu. 1995-ci il

konstitusiyası qəbul edilməklə ölkədə yerli özünüidarəetmənin

bələdiyyələr vasitəsi ilə həyata keçirilməsi prinsipi qəbul edildi.

Dünyanın müxtəlif bölgələrində yerli özünüidarəetmə

orqanlarının (bələdiyyələrin) formalaşması, əsas funksiyaları

və cari vəziyyət

‘’Lokal özünüidarəetmə dedikdə lokal səlahiyyətə malik yerli

orqanları tərəfindən ölkə qanunları çərçivəsində (yerli əhalinin

maraqları nəzərə alınmaqla) sahib olduqları hüqüq və imkanlardan

istifadə etməklə ictimai işlərin əhəmiyyətli bir hissəsinin

nizamlanması və idarə olunması başa düşülür. Avropanı dünyanın

digər bölgələrindən fərqləndirən əsas xüsusiyyət odur ki, burada lokal

qurumların fəaliyyətinə verilən dəyər həddindən artıq yüksəkdir,

çünki hal-hazırda Avropada ərazisi tamamilə bələdiyyələrə

bölünməmiş bir ölkə belə qalmayıb.

Avropada indi ərazi islahatlarının yeni fazasına keçilib, çünki

ərazi islahatları 1960-70-ci illərdəkindən xeyli fərqlənir. Mahiyyət

etibarilə, bu islahatlar əsasən bələdiyyələrin və bələdiyyələr arası

fəaliyyətin daha da gücləndirilməsinə yönəldilib, çünki indiyə kimi

mövcud olmuş bir cərgəli (bələdiyyə) sistemdən daha mürəkkəbinə

(regionlaşma) keçid hazırlanır.

Konstitusiyanın 144-cü maddəsində bələdiyyələrin səlahiy-

yətlərinə yerli xarakterli aşağıdakı məsələlər aid edilib:

1.Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr

öz fəaliyyətləri barəsində parlamentə hesabat təqdim edirlər;

2.Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla

müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və

səlahiyyətlərinə xitam verilməsi;

3.Bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

Page 491: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------491---------------------------------------------

4.Bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa

komissiyaların seçilməsi;

5.Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

6.Yerli büdcənin və onun icrası haqqında hesabatın təsdiq

edilməsi;

7.Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun

barəsində sərəncam;

8.Yerli sosial müdafiə, sosial inkişaf proqramlarının qəbul və

icra edilməsi.

Amerika Birləşmiş Ştatları son 15-20 il ərzində ərazisində baş

vermiş texnologiya, rabitə və biznesin böyük sürətlə artımının şahidi

oldu. Bu inkişafın nəticəsi olaraq E-hökumət ideyası yarandı. Yerli,

dövlət və federal hökumət İnternetdən istifadə edərək, vətəndaşları

daha çox məlumat və xidmətləri ilə təmin etməyə başladı. Bu xidmət

və onların effektivliyinin təkmilləşdirilməsi və tez-tez bürokratiya ilə

bağlı qeyri-səmərəliyin aradan qaldırılması ilə vətəndaşlarla daha

yaxşı ünsiyyətin yaranmasına kömək etdi.

Məsələn, avtomobil Bürosunun line in saytına müraciətə çox

vaxt sərf olunur. Odur ki, İndiana sakinləri BMV e-hökumət

sistemindən istifadə edirlər. Nəticədə, on-line xidmətindən istifadə

etməklə sürücü lisenziyalarını rahat bərpa edə bilirlər. Bu, hökumətin

daha məqsədəuyğun şəkildə vətəndaşlara xidmət etməsinin daha

effektiv ola biləcəyini göstərir. Millət üçün, e-hökumət ideyası da

onların gücləndirilməsi kimi səslənir.

Nəzəriyyədə, insanların tez-tez şikayət etdirdiyi bürokratik

prosedurlardan bəziləri aradan qaldırılır. Uğurlu e-hökumət sistemi

vətəndaşların daha çox istifadə imkanlarının və səmərəliliyinin də

təmin edir və hökumət üçün xidmət xərclərini azaldır. Buna

baxmayaraq, praktikada, e-hökumət Amerika Birləşmiş Ştatlarının

bəzi dövlət xidmətlərinin onlayn çatdırılması təkmilləşdirilmiş olsa

da belə, unikal xərcləri, hökumətlərin üzləşdiyi problemlər var.

İdarəetmə və Büdcə (OMB) ofisində olan təşəbbüslər "vətəndaşlar,

biznes, hökumət və dövlət işçiləri, eləcə də federal hökumətin

effektivliyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına" adı ilə işçi

Page 492: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------492---------------------------------------------

yaradıldı. Rəsmi strategiya mövcud e-hökumət xidmətləri

genişləndirmək üçün müəyyən addımlara (xüsusilə e-hökumətin dörd

varyasyonlarında) diqqət yetirildi:

Hökumətdən vətəndaşa (Government to Citizen (G2C));

Hökumətdən biznesə (Government to Business (G2B));

Hökumətdən hökumətə (Government to Government (G2G));

Daxili dövlət effektivliyi (Internal Efficiency and

Effectiveness (IEE).

Strateji sənədlərə görə, G2C təşəbbüsü, vətəndaşların müxtəlif

dövlət informasiya və xidmətlərə daxili üçün "bir-stop access"

sistemini təmin edəcək.Həmçiin G2B biznesə aid xərcləri azaltmaq

üçün tədarük və razılıq sahələrində daha çox İnternet dəstəyi təmin

ediləcək. Eynilə, G2G məlumat bölüşmək və əməkdaşlıq yerli,

dövlət, və federal hökumət üçün bir yol kimi müəyyən edildi. Dövlət

əməliyyatları ən yaxşı təcrübələrini gətirmək üçün ən yaxşı üsul kimi

IEEE təşəbbüsü istifadə edildi və bununla da qeyri-səmərəlilik

azaldıldı. Bu işçi strategiyası açıqlandıqdan sonra 2002-ci ildə E-

Hökumət Aktı rəsmi qüvvəyə mindi. Aktın əsas təminatı "İnternet

informasiyası daxil olmaqla, dövlət informasiya, mütəşəkkil

konservləşdirilmiş və ictimaiyyət üçün əldə edə biləcək üsullarının

təkmilləşdirilməsi" idi.

14.4.RƏQƏMSAL İQTİSADİYYATDA İKT

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyala-

rından (İKT) iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması

təsərrüfatların bazar infrastrukturunu (maliyyə, ticarət, biznes və s.)

informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə

elektron biznes mühitinin texnoloji bazisinin, elektron

kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına

imkan verir.

Son zamanlar aparılan tədqiqatların nəticələri göstərişmişdir ki,

İnternet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi səmərə

verir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər

Page 493: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------493---------------------------------------------

tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir.

İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində İnternet-

marketinqin rolu getdikcə artmaqdadır.

Məkan baryerlərinin qısaldılması hər zaman insanlara daha az

xərclərlə öz iqtisadi fəaliyyətini koordinasiya etməyə imkan verən

yeni sosial şəbəkələrin yaradılmasını stimullaşdırmışdır. Belə

şəbəkələrdən biri və ən geniş yayılmış olanı İnternet şəbəkəsidir.

İnternet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm də makro

səviyyədə böyük dəyişikliklərə səbəb olmaqla yeni eranın əsasını

qoymuşdu.

Məlumdur ki, 1990 - ci illərdə, internet bumu yaşanan zaman

bəzi firmalar İnternetin onların qarşısında açdıqları imkanları düzgün

dəyərləndirə bilmədilər. Bir qrup şirkətlər isə uzun müddət

İnternetdən öz biznesin inkişaf istiqamətində istifadəyə real baxmırdı.

Nəticədə "onlayn" şirkətlər "ənənəvi" şirkətlərə ciddi rəqib oldular və

onların biznesi üçün real təhlükəyə çevrildilər.

Təcrübə göstərir, bu yeniliklərin iqtisadiyyatda ləng tətbiqi

Qərbi Avropa ölkələri və Rusiya şirkətləri üçün mənfi

nəticələnmişdir. Bu yeniliklərin tətbiqin labüd hesab edən ölkələr

"rəqəmsal iqtisadiyyat"ı ümumi iqtisadiyyatın lokomotivinə

çevirməyi qarşısına məqsəd qoydu. Çünki, İnternet iqtisadiyyatı daha

qlobal xarakter daşıyır. Amma bu o demək deyil ki, bütün dünya

ölkələri elektron ticarət infrastrukturunu eyni dərəcədə inkişaf etdirir

və bu sahədəki nailiyyətləri öz milli iqtisadiyyatlarına eyni dərəcədə

tətbiq edirlər.

Müşahidələr göstərir ki, İnternet-texnologiyaların iqtisadiyyata

tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi

səviyyədə də geniş imkanlar açmaq iqtidarındadır. Yeni

iqtisadiyyatın yaranması tendensiyası yalnız mikro iqtisadiyyatda

deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və

təkmilləşdirilməsində müşahidə olunur.

Bu zaman bütün biznes planlarda internet birinci yerə çıxır.

İnternet informasiya məkanında əməkdaşlıq vasitəsi olmaqla biznesi

yeni inkişaf mərhələsinə daşıdı. O, bir tərəfdən şirkətlərə maksimal

Page 494: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------494---------------------------------------------

istehlakçı auditoriyası yığmağa, digər tərəfdən isə istehlakçılara öz

fərdi tələbatları haqqında məlumatları istehsalçılara çatdırmaq imkanı

verdi.

Beləliklə, yeni virtual dünyada hər kəs özünün imkanlarını və

məqsədlərini əks etdirən informasiya obrazlarını yaratmağa daha

meyilli oldular. Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsində

İnternet yeni qlobal informasiya infrastrukturunun prototipinə

çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə

əsaslı təsir göstərir.

Dünya iqtisadiyyatında islahatların aparılması zamanı

texnologiyalar qloballaşma və bazarın dövlətsizləşdirilməsi kimi bir

çox amillər mühüm rol oynayırlar.

Müasir dövrdə bütün dünyada biznes fəaliyyəti başlıca olaraq

insanları və şirkətləri birləşdirən şəbəkələr vasitəsilə təşkil edilir.

İnternet vasitəsilə alqı-satqı əməliyyatlarını həyata keçirən

kompaniya malgöndərənlər və müştərilərlə qarşılıqlı əlaqədə olur.

Təcrübə sübut edir ki, əvvəllər firmalar istehsal etdikləri

məhsulları satmağa çalışdıqları halda, indi, onlar sata biləcəkləri

məhsulların istehsalına üstünlük verirlər. Yeni iqtisadiyyatdakı

praqmatik meyllər biznesin sosial-etik məsələlərində və qarşılıqlı

etimadın təmin edilməsi sahəsində də özünü göstərir. Şirkətlər

müştərilərlə qarşılıqlı əlaqənin təmin olunmasına küllü miqdarda vaxt

və vəsait sərf edirlər. Müştərilərin məlumat bazasının yaradılmasına

imkan verən yeni texnologiyalar bu sahədə şirkətlərin işini xeyli

yüngülləşdirir.

Müasir dövrdə istehlakçıların əksəriyyəti həm real, həm də

onlayn alışlar həyata keçirirlər. Bu tip istehlakçıları razı salmaq üçün

kompaniyaların əksəriyyəti həm ənənəvi, həm də onlayn bazarda

mövcud olmalıdırlar. Bunu nəzərə alaraq, artıq şirkətlər yeni

şəraitlərə uyğunlaşaraq öz satış metodlarında düzəlişlər edirlər.

İstənilən müəssisədə biznesin inkişaf strategiyası rəhbərliyin həll

edəcəyi ən mühüm məsələlərdən biridir. İnternet ənənəvi biznesdə

analoqu olmayan elə forma və sxemlər yaratmışdır ki, artıq ənənəvi

Page 495: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------495---------------------------------------------

biznes metodologiyası əsasında "yetişmiş" biznes-analitiklər, şirkət

rəhbərləri və marketoloqlar narahatlıq keçirməyə başlamışdır.

İndi bir çox şirkətlər İnternet bizneslə məşğul olmağa, elektron-

kommersiya və ya biznesin elektron idarə olunması metodlarını

mənimsəməyə çalışırlar. Lakin onların heç də hamısı özlərinə hansı

e-biznes formasının uyğun olduğunu müəyyənləşdirə bilmirlər.

Bun gün ölkəmizdə informasiya texnologiyaları sahəsi prioritet

sahə kimi elan edilmişdir. Artıq Azərbaycan şirkətləri həm regionun

İKT bazarında, həm də qlobal bazarda iştirak edirlər. Eyni zamanda,

ölkəmizin coğrafi mövqeyi istehsal və ixrac, informasiya resursları və

tranziti mərkəzi kimi formalaşmasına imkan yaradır.

Ölkəmizdə telekommunikasiya infrastrukturunun modernləşdi-

rilməsi, ən yeni texnologiyaların tətbiqi üzrə ciddi işlər görülmək-

dədir. Yerli şirkətlərin dünyanın ayrı-ayrı ölkələrinin İKT şirkətləri

ilə əməkdaşlığı nəticəsində bu sahədəki beynəlxalq təcrübə ölkəmizə

gətirilir, həmçinin şirkətlərimizin təcrübəsi və peşəkarlığı artır. Artıq

Azərbaycan şirkətləri həm regionun İKT bazarında, həm də qlobal

bazarda iştirak edirlər.

Azərbaycanda bir çox fəaliyyət göstərən şirkətlər uğur

qazanaraq proqram təminatı məhsulları bazarında fəaliyyət göstərir.

“Ata Texnologiya” İKT-nin əsas sahələrindən biri olan proqram

təminatı məhsulları bazarında fəaliyyət göstərən şirkətdir. Fəaliyyəti

ERP (Enterprise Resource Planning) sistemləri sahəsini əhatə edir.

ERP - hər hansı bir müəssisənin biznes proseslərini avtomatlaşdıran

bir sistemdir. Burada anbar uçotu, mühasibatlıq, insan resurslarının

idarə olunması, tədarük, satış prosesləri, servis və.s tam bir sistem

vasitəsilə avtomatlaşdırılır. AtaTexnologiya” MMC İT avadanlıqla-

rının satışı, quraşdırılması və ona xidmətin göstərilməsilə də məşğul

olur. Hal hazırda “HP” və “Dell” şirkətləri ilə əməkdaşlıq edir.

“Card PRO” şirkəti 2004-cü ildə yaranaraq fəaliyyətə

başlamışdır.Şirkət mobil telefon operatorları və İnternet provayderləri

üçün “scratch-off” kartların istehsalı üzrə ixtisaslaşmışdır.

İNTEGRİS MMC 2006-cı ilin may ayında yaradılmışdır.

Şirkətin əsas vəzifəsi insan həyatının, təbii ehtiyyatların və ətraf

Page 496: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------496---------------------------------------------

mühitin idarəedilməsi, inkişafı və təhlükəsizliyinin bir sıra

istiqamətləri və sahələri üzrə planetimzdə böyük sürətlə yenilənən ən

son elmi tərəqqinin və texnologiyaların mənimsənilməsində və tətbiq

edilməsində aktiv fəaliyyət göstərməklə müxtəlif xidmətlər təqdim

etməkdən ibarətdir.

SİNAM şirkəti Azərbaycanın informasiya texnologiyaları

bazarında 16 ildir ki, öz mövqeyini qoruyub saxlayır. SİNAM şirkəti

Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və

həllərinin təchizatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif

institutlarının biznes-proseslərinin səmərəliliyinin artırılmasına və

optimallaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə

istiqamətlənib.

NETCAD professional mühəndislik həlləri təqdim edən milli

qaynaqlarla əsaslanan bir CAD və GIS proqramıdır. Netcad 5.0 GIS;

bütün Netcad modullarının üzərində işlə/çalışdığı təməl və ortaq

funksiyalarının iştirak etdiyi, güclü sınanmış, beynəlxalq

standartlarda tək CAD (Kompüter Dəstəkli Dizayn) və GIS (Coğrafi

İnformasiya Sistemləri) proqramıdır.

Ölkənin bir sahə üzrə ixrac potensialının artırılması məqsədilə

araşdırma apararkən istehsal potensialı öyrənildikdən sonra əlbətdə

ki, onun ixracının müasir vəziyyəti öyrənilməlidir və hazırki şəraitdə

dünya ölkələrinin iqtisadiyyatlarının inkişafında ixracın, o cümlədən

İKT məhsulları ixracının müsbət əhəmiyyətini, Azərbaycanın qeyri-

neft sektorunun inkişafına hərtərəfli şəraitin yaradılması

istiqamətində dövlətin bir sıra mühüm tədbirlər həyata keçirməsini

nəzərə alaraq gələcəkdə İKT sahəsinin bu istiqamətdə əsas paya

malik olmasını təmin etməklə iqtisadi inkişafın sürətlənməsinə nail

olmaq olar.

XIV FƏSLƏ AİD SUALLAR

1.Rəqəmsal iqtisadiyyatın yaranması səbəbləri.

2.İnternet iqtisadiyyatın yaranması səbəbləri və onun

xüsusiyyətləri. Nonosfera.

Page 497: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------497---------------------------------------------

3.İnternet iqtisadiyyatın infrastrukturu. İnternet-marketinq və

onun təşkilinin əsasları.

4.Rəqəmsal İqtisadiyyatda elektron kommersiya. Online mağa-

zalar və müasir elektron ticarət.

5.Azərbaycanda elektron biznesin qurulması.

6.Keyfiyyətli idarəetmə.

7.Müasir iqtisadiyyatın təzahürləri. Bələdiyyə.

8.Rəqəmsal iqtisadiyyatda İKT.

9.Azərbaycanda İKT və onun Azərbaycan iqtisadiyyatının

inkişafına təsiri.

10.Proqram təminatı məhsulları bazarı. Rəqəmsal

iqtisadiyyatının tətbiqi proqramları: E-bay auksion. Amazon. Reklam

elanları.

T E S T L Ə R

1.Birbaşa istehlakçılara və ya bizneslərə məhsul və

xidmətər satan şirkətlər qrupuna aşağıda qeyd edilənlərdən

hansı aiddir?

A.)Adobe;

B.)) Amazon.com;

C.)Proxicom;

D.)Oracle;

E.)Cisco.

2.Hal-hazırda Amazon neçə kateqriyada məhsul təqdim

edir?

A.)36

B.)30

C.)32

D.)) 34

E.) 35

Page 498: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------498---------------------------------------------

3. PayPal sistemini hansı kompaniya yaratmışdır?

A.)Qeyd olunanlardan heç biri;

B.)Dell;

C.)) eBay;

D.)Amozon.com;

E.)Buziness.com.

4.AtaTexnologiya MMC kompaniyasının əməkdaşlıq etdiyi

şirkətlərə aşağıda qeyd edilənlərdən hansı aid deyil?

A.))Samsung;

B.) Cisco;

C.)Microsoft;

D.) Oracle;

E.)Dell.

5. Card PRO şirkəti əsasən hansı istehsalat sahəsi üzrə

ixtisaslaşmışdır?

A.)Golden –pay kartları;

B.)) scratch –off kartları;

C.)Aztelekom kartlar;

D.)Visa kartlar;

E.)Maestro – kartlar.

6. Rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa mane

olmayan amil hansıdır: 1.Dünya nəhənglərinin Rİ-nin əleyhinə

olması; 2.Rəqəmsal uçurum; 3.Texnoloji çatışmazlıq;

4.İqtisadiyyatın zəif olması

A.) 1,4

B) 2,4

C.)1,2,3

D.)) 4

E.) 1,3

7.Bələdiyyə informasiya sistemlərinə aiddir:

A.) Yerli özünü idarəetmə orqanları;

Page 499: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------499---------------------------------------------

B.))Yerli özünü idarəetmə orqanlarında şəhərin sosial iqtisadi

sahələrinin bəndlərinin işinə nəzarət və onun tənzimlənməsi, yerli

büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini

üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir;

C.)Konkret ərazidə yerləşən inzibati ərazi obyektlərinin idarə

edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün

nəzərdə tutulmuşdur;

D.)İnzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini

həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir;

E.)İqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli

müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə

istiqamətlənmişdir.

8.Dünya təcrübəsində elektron idarəçiliyin əsas tipləri

hansılardır?

A,) Tranzaksiya;

B.)) Tam “e-hökumət” ,Tələb üzrə agentlik (Agency on Demand)

Bürokratik quruluş, Kibernetik ofis (Cyber Official);

C.) Məlumatların ötürülməsi;

D.) Tam “e-hökumət”;

E.) İdarəetmə.

9.Rəqəmsal demokratiya nədir?

A.)Elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan

istifadə üsullarıdır;

B.)Hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur

C.))Elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının

müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyinolunma atributudur

D.)İnformasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin

həyata keçirilmə konsepsiyasıdır;

E.)Dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə

malik şəxslər və idarələr yığımıdır.

Page 500: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------500---------------------------------------------

10.Keyfiyyətli idarəetmə (Good Governance) yanaşma

metodologiyasına uyğun olmayan keyfiyyət xarakteristikasını

seçin.

A.) Qaydaların aliliyinin tanınması;

B.)) Bərabərlik və ayrıseçkiliyin qəbul edilməsi;

C.)Hakimiyyətin vətəndaşlar qarşısında hesabat verməsi;

D.)Hakimiyyətin və onun qərarlarının şəffaflığı;

E.)Nəticəvilik, səmərəlilik və faydalılıq.

Page 501: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------501---------------------------------------------

FƏSİL XV

İNFORMASİYA-KOMMUNİKASİYA

TEXNOLOGİYASINDA XİDMƏTLƏR

15.1.XİDMƏTLƏR HAQQINDA

İdarəetmə məsələlərinin uğurlu həll edilməsi elektrik

rabitəsinin bütün növlərinin, xüsusilə də sənədli məlumatların

verilməsini təmin edən növünün inkişafını və təkmilləşdirilməsini

tələb edir. Mətn, qrafik və digər növ məlumatların verilməsi üçün

elektrik rabitəsinin aşağıdakı növlərindən istifadə olunur:

Teleqraf rabitəsi;

Verilənlərin ötürülməsi;

Faksimal rabitə;

Elektron poçt.

Bütün bunlar sənədlilik əlaməti ilə birləşirlər. Verilən və qəbul

olunan məlumatlar bir çox hallarda hüquqi gücə malik olan sənədlər

şəklində kağız üzərində qeyd olunur. Bu da onların idarəetmə,

informasiyalaşdırma və kommersiya fəaliyyəti sahəsində geniş

istifadə olunmasına imkan verir. Sənədlilik həm də əhalinin

informasiyalaşdırılması üçün çox vacibdir. Elektrik rabitəsinin

yuxarıda göstərilən növlərinin məcmusu bütövlükdə ölkənin sənədli

rabitə sistemini təşkil edir. Sənədli rabitə ölkənin vahid elektrik

rabitəsi sisteminin tərkib hissəsidir. Onlar qeyri-teleqraf

informasiyalarının böyük bir hissəsinin verilməsini həyata keçirir və

elektrik rabitəsinin aşağıdakı xidmətlərini təmin edir:

Teleqraf, abonent teleqraflaşdırılması və teleks xidmətlərini;

Qəzet səhifələrinin verilməsini;

Verilənlərin ötürülməsini;

Telematik xidmətləri: telefaks, bürofaks, komfaks, elektron

poçtu (o cümlədən məlumatların emalı), verilənlər bazasına

Page 502: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------502---------------------------------------------

daxil olmaları (o cümlədən sorğu və videoteks), multimediya

(o cümlədən telekonfrans ) və s.

Telematik xidmətlərə həm də teleks xidməti (televiziya

proqramı ilə paralel sorğu informasiyasının verilməsi) aiddir.

Teleqraf rabitəsi məlumatların böyük sürətlə verilməsi zamanı

onların sənədliliyini və dəqiqliyini təmin edir. Bu onun veriliş sürəti

kiçik olan poçt rabitəsi və böyük veriliş sürətinə malik olan lakin,

sənədliliyi təmin etməyən telefon rabitəsi ilə müqayisədə əsas üstün

cəhətidir.

Teleqraf aparatları, teleqraf rabitəsi kanalları və kommutasiya

qurğuları teleqraf rabitəsi şəbəkəsi adlanan ümumi kompleks yaradır.

Əhali, dövlət müəssisələri, idarələri və təşkilatları bu şəbəkənin

istifadəçiləridir.

Teleqraf rabitəsi şəbəkəsinin tərkibinə aşağıdakı avadanlıqlar

daxildir :

Kommutasiya avadanlıqları;

Kanalyaradıcı aparatlar;

Son teleqraf qurğuları;

İdarəetmə sistemləri;

Kross komutasiyası;

Elektriki qidalanma qurğuları;

Teleqraf məlumatlarının emalı və ötürülməsi proseslərinin

avtomatlaşdırılması avadanlığı.

Kommutasiya avadanlıqları müəyyən operativ kommutasiya

üsulunu reallaşdıran qurğular yığımıdır.

Kanalyaradıcı aparatlar birinci şəbəkə bazasında teleqraf

(diskret) kanallarının yaradılmasını təmin edən qurğular yığımıdır.

Son teleqraf qurğuları teleqraf şəbəkəsi kanalları üzrə teleqraf

məlumatların verilməsini və qəbulunu təmin edən son məntəqənin

texniki vasitələrinin məcmusundan ibarətdir. Bu avadanlıqlar vericidə

informasiyanın elektrik siqnalına, qəbulda isə əksinə teleqraf

məlumatlarına çevrilməsini, eləcədə birləşməsinin yaradılmasını və

ayrılmasının idarə olunmasını həyata keçirir.

Page 503: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------503---------------------------------------------

Bunlarla yanaşı kanallarının buraxılış qabliyyətinin artırılması

mədsədi ilə məlumat selinin və texniki vəsaitlərin optimal

paylanmasını təmin edir.

Kross kommutasiyası kommutasiyalı şəbəkələrin kanallarını

qoşmaq və kommutasiya olunmayan şəbəkələrin kanallarını yaratmaq

üçün istifadə edilir.

Elektrik qidalanma qurğuları aparatların qidalanmasını və

rabitə müəssisələrinin normal işləməsi üçündür.

Teleqraf məlumatlarının emalı və ötürülməsi proseslərinin

avtomatlaşdırılması avadanlığını, informasiya daşıyıçılarının əvvəl-

cədən hazırlanmasını, teleqramların indeksləşməsini, təqdim olunan

xidmətə görə ödənişin avtomatlaşdırılmanı və s. həyata keçirir.

Abonent teleqrafının növlərindən biri beynəlxalq abonent

teleqrafı "Teleks"dir. "Teleks" səfirliklər, ticarət nümayəndəlikləri,

xarici jurnalistlər və digər ölkələrlə məlumat mübadiləsi aparan

abonentlər üçün sənədli rabitəni təmin edir. Bu rabitə 100-ə qədər

ölkəni birləşdirir. Abonentin nömrə yığımı teleqraf aparatının

klavişləri vasitəsilə həyata keçirilir. Bu zaman çağıran abonentin

teleqraf aparatı çağrış siqnalından sonra dərhal işə düşür.

Çağrılan abonentin nömrəsinin yığılıması kommutasiya qov-

şağına "start-stop" kombinasiyalarının verilməsi ilə həyata keçirilir.

Stansiyadan abonentin aparatına düşən bütün siqnallar da (stansiya-

nın cavabı, birləşmə, məşğuldur və s.)"start-stop" siqnalları ilə verilir.

"Teleks" və müasir teletaypların birləşməsi nəticəsində

"Teletekst" xidməti yaranmışdır. Bu rabitə növü dialoq rejimində

hərf-rəqəm şəkilli məlumatların sənədli verilişini təmin edir.

"Teletekst" dövrüdür, simpleksdir və qeyri-interaktivdir.

İnformasiya blok (səhivə) şəklində videoteks xidmətinin verilənlər

bazasına analoji olan və həcmcə ondan az olmayan verilənlər

bazasında saxlanılır.

İnformasiya televeziya şəbəkəsi yaxud kabel televiziyası üzrə

səhifələrin dövrü təkrarlanması ilə verilir.

Page 504: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------504---------------------------------------------

Teletekstin məlumatları televiziya proqramının yerinə yaxud

onunla eyni zamanda gedə bilər. 5-ci nəsil televizorları bunun üçün

əlavə qurğu ilə təhciz edilir.

Abonent televizorlarda olan düyməli əlavə qurğu vasitəsilə

özünə lazım olan səhifəni seçir. Burada mətnin səhifəsi onu növbə ilə

əvəz edənə qədər yaxud istifadəçilərin göstərişinədək ekranda qalır.

Beləliklə, bu sistem müəyyən mənada adi televeziya sisteminə

daxil edilmişdir.

"Teletekst" elektron qəzetini yarada bilir, yəni televiziyanın

"mətni" kanalı ilə qəzetlərdən və jurnallardan sitatlar, yaxud

müəyyən abzaslar fasiləsiz olaraq verilir. Bunlarla yanaşı bu sistemlə

reklamlar, hava haqqında məlumat, xəbərlər, elanlar və s. verilə bilir.

"Teleteks" idarələrin və müəssisələrin xidmət olunmasını

həyata keçirən işgüzar yazışmaların hərf-rəqəmli veriliş sistemidir.

"Teleteks"-in əsas mahiyyəti müasir yazı makinalarının bütün

imkanlarını məlumatların verilməsi zamanı mətnin nəinki məzmunu,

həm də formasını saxlamaqla elekrik rabitəsi şəbəkəsinin imkanları

ilə birləşdirməkdir.

"Teleteks"-də məlumat 2400 bit/san sürətlə verilir. Bir səhifədə

yerləşən mətn 1500 işarədən ibarətdir. İşarənin hər biri 8-elementli

kod kombinasiyalı ilə kodlanıb 5 saniyə ərzində verilir. Adətən belə

sistemlərdə işgüzar məktubların həcmi 1,5 səhifə olur və onların hər

birinin verilməsinə 10 san –yə vaxt sərf olunur.

"Teleteks" verilənlərin ötürülməsi sistemi ilə aşağıdakı

əlamətlərinə görə oxşardır:

Rəqəmli veriliş üsuluna görə;

Yüksək veriliş sürətinə görə;

Düzgünlüyün artılrılması üsuluna görə;

Birləşmənin idarə olnması üsullarına görə.

Bu sistem bir qədər teleks (abonent teleqraf - AT) sistemini

xatırladır. "Teleteks" sistemi teleks sistemindən mətnin forması,

kifayət qədər böyük işarələr yığımı, böyük veriliş sürəti, yüksək

düzgünlük (hər 400 çap olunmuş mətnə bir səhv düşür), verilişə

hazırlanan sənədlərin redaktə edilməsi ilə fərqlənir.

Page 505: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------505---------------------------------------------

"Teleks"lə müqayisədə prinsipal üstün cəhəti məktubun

hazırlanması və onun verilməsi zamanı makinanın klavişində iki dəfə

işləmək vacibliyinin olmasıdır. Bu hazırlanan mətnin abonent

terminalının operativ yaddaş qurğusunda yadda saxlanması

nəticəsində baş verir. "Teleks"-in abonet terminalı fərdi elektron

hesablama maşınlarını, veriliş sürəti 1200...2400 bit/san olan telefon

şəbəkəsinin modemi və xüsusi riyazi təminatdan istifadə etməklə

fəaliyyət göstərir. Teleksin terminallarının bir sıra növləri paket

kommutasiyalı verilənlərin ötürülməsi şəbəkəsi üzrə işləmək

üçündür.

Elektron poçt hazırda nisbətən təcili olmayan lakin, sənədli

xarakter daşıyan işgüzar informasiyaların verilməsi üçün geniş

istifadə olunur. Bu texnologiya ənənəvi poçtla müqayisədə

məlumatların tez və ucuz çatdırılmasını təmin edir.

"Poçtalyon" qutusu uyğun poçt qutusuna yol açmaqla istifadəçi

interfeysini, eləcə də onun eyniləşdirilməsini təmin edir. Qovşaqda

EHM-lər peridik olaraq poçt qutuları ilə mübadilə aparırlar.

Elektron poçtunda informasiya daşıyıcı halında verilənlərin

ötürülməsi şəbəkəsi istifadə olunur. Elektron poçtu Beynəlxalq

Elektrik Rabitəsi İttifaqının X.400 təklifi əsasında reallaşdırılır.

Beynəlxalq Elektrik Rabitəsi İttifaqının X.400 təklifi əsasında

yaradılmış elektron poçtu OSI/ISO modelinə uyğun olaraq məlumat

emalı sisteminin (MES) baza modellərini təyin edir və abonentlərə

məlumat mübadiləsini aparmağa imkan verir. Elektron poçtunun

bütün standartları OSI/ISO modelinin yeddinci (tətbiqi) səviyyəsində

cəmləşdirilir.

Personallar arası məlumat verilişi xidməti onların arasındakı

rabitəni təmin edir. Məlumat verilişi xidməti istifadə növündən asılı

olmayaraq ümumi məlumat verilişi xidmətini təmin edir.

"Telefaks" bir qayda olaraq idarələrdə və müəssisələrdə

qoyulmuş abonent faksimal aparatları arasında məlumat verilişini

həyata keçirən ümumi xidmətli faksmil sistemidir. Faksmil verilişinin

mahiyyəti veriliş üçün olan təsirin (orijinalın) biri-birindən işıq

şüasının əks olunan parlaqlığı ilə fərqlənən çoxlu sayda elementar

Page 506: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------506---------------------------------------------

sahələrə bölünməsindən ibarətdir. Hər bir sahədən onun parlaqlığına

mütənasib olaraq elektrik siqnalı çıxır. Bu siqnallar ardıcıl olaraq

rabitə kanalı üzrə qəbulediciyə verilir və burada elektrik siqnalları

əksinə olaraq elementar sahələrin uyğun parlaqlığına çevrilir ki,

bunlardan da qəbul edilən təsvir alınır. Orjinal çap edilmiş yaxud əl

yazma, mətn, ifadə, cizgi, foto şəkil, imza, ağ-qara yaxud çoxrəngli

və s. şəkildə ola bilər.

Faksmil rabitənin əsas üstün cəhəti onun praktiki olaraq

istənilən təsviri verə bilməsi, qəbul edilən təsvirin orjinala tam

uyğunluğu və yüksək maneəyə davamlığıdır.

"Datafaks" sistemi verilənlərin ötürülməsi şəbəkəsi üzrə

işləyir.

"Bürofaks" rabitə şöbələrində yerləşmiş faksmil operatoprlar

arasında sənədlərin ötürülməsi xidmətidir.

"Bürofaks" sistemi ümumixidmət sistemi olduğu üçün onların

son avadanlıqları bilavasitə rabitə müəssələrində qoyulur.

"Videoteks" istifadəçilərə son terminalların və standart daxil olma

əməliyyatlarının köməyi ilə elektrik rabitəsi şəbəkələri üzrə verilənlər

bazasından informasiyaların alınmasına imkan verən informasiyalı

sorğu xidmətidir. "Videoteks" aşağıdakı xidmətləri təklif edir:

Tranzaksiyalrı;

Abonenetlər arasında dialoq rejimində informasiya

mübadiləsi;

Verilənlərin emalını;

Digər xidmətlərlə qarşılıqlı əlaqəni.

Verilənlər bazasından informasiyanın alınması vacib olduqda

istifadəçi standart telefon aparatlarından verilənlər bazasının

nömrəsini yığır və cavabında müəyyən tezliklə (2100hs) siqnal alır,

bundan sonra terminalın düyməsini basaraq terminalı verilənlər

bazası ilə dialoq rejiminə keçirir. Sonra verilənlər bazası

istifadəçilərin daxil etdiyi parolun köməyi ilə abonentləri

eyniləşdirilir. "Videoteks" xidmətində üç növ abonent

terminallarından istifadə olunur:

Xüsusi mini EHM, displey, klaviatura və modem;

Page 507: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------507---------------------------------------------

Modem və videoteksin proqram təminantı ilə təhciz edilmiş

disketlərdən ibarət Fərdi Eleketron Hesablama Maşını;

Televizora əlavəni xatırladan, məntiqi qurğudan, sadə

klaviaturadan və modemdən ibarət olan terminallar. Bunlar

məişət televizoru bazasında qurulurlar.

"Videoteks" terminalları təkcə mənzillərdə, ofislərdə,

idarələrdə, müəssələrdə qoyulmur, onlar həm də poçt şöbələrində və

vağzallardada qoyula bilər. Verilənlər bankı 300 min səhifəni

saxlamağa hesablanıb, rəngli təsvirin verilməsinə imkan verir, eləcə

də səslə müşayiət olunan vizual informasiyanın ötürməsini nəzərdə

tutur.

"Videotekst" texnologiya istifadəçi ilə informasiya mənbəyi

arasında informasiyanın yaxud verilənlərin ikitərəfli videoqrafiki

xidmətlərini həyata keçirir. Burada çox klavişli televiziya

sistemindən istifadə etməklə uzaq verilənlər bazası ilə qarşılıqlı

fəaliyyət təmin edilir. Əsasını adi televizor və telefon aparatı təşkil

edir. Modem verilənlər bazasından istənilən informasiyanı çıxartmaq

üçün sifarişi 75 bit/san sürətilə verir, tələb olunan informasiyanı isə

ondan 1200 bit/san sürətilə qəbul edir. Verilənlər bazasının həcmi

300 Mbayt/san olan maqnit lövhəsi üzərində qurulur.

Telekonfrans zamanı müxtəlif növ texniki avadanlıqlardan

(terminallardan, faksmil rabitədən, televiziya kamerasından,

displeydən, videomaqnitafondan, kompüterdən və akustik

aparatlardan) istifadə etmək lazım gəlir. Bu sistemdə bütün

informasiyalar diskret şəkildə verilir, telekonfransların aparılmasında

peyk rabitəsindən də istifadə oluna bilər.

Sorğu xidməti (SX) bütün elektrik rabitəsi xidmətləri üçün

vacib olan xidmət növüdür. Onun əsas funksiyası istifadəçilərin

adlarına görə onların ünvanları (məsələn, şirkətin telefon nömrələri),

eləcə də xidmətlərin istifadə olunma qaydaları, onların

xarakteristikalrı, tarifləri və s. haqqında məlumatların verilməsidir.

Teleəlyazma rabitə kanallarının verici və qəbuledici sonluqlarında

yerləşdirilmiş iti uclu qələmin hərəkəti ilə uyğun olaraq yazılan və

əks olunan qrafiki informasiyanın verilməsi xidmətidir.

Page 508: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------508---------------------------------------------

Teleəlyazmada mətinlər, şəkillər, cizgilər və s. göndərirci

tərəfindən xüsusi lövhədə yerləşdirilmiş kağız üzərində gətirilir.

Telebirja ənənəvi birjaya bənzəyir və onun bütün funksiyalarını

həyata keçirən avtomatlaşdırılmış sistemdir. Bu sistem brokerlərin,

malların, alqı-satqıya olan sifarişçilərin qeydiyyatını aparır və

brokerlərin hesabındakı kreditlərin miqdarını dəyişdirir və s. Eyni

zamanda bir neçə birja komitələrinin nümayəndələri və brokerləri ilə

işləyə bilir, verilənlər bazasının və sistemə daxil olan parolların

mübadiləsini təmin edir.

Teleaksion ənənəvi auksiondan onunla fərqlənir ki, onun

iştirakçıları müxtəlif yerlərdə olmaqla xidmət mərkəzi ilə rabitə

kanalları vasitəsi ilə birləşirlər və satışa qoyulmuş mallarla birbaşa iş

əlaqəsində olurlar.

15.2.İNTERNET ŞƏBƏKƏSİNDƏ ÜNVANLAR VƏ

PROTOKOLLAR

TCP/IP ailəsinin ən vacibi IP-4 protokoludur. Şəbəkədə

paketlərin son məntəqələrə çatdırılması üçün şəbəkələrarası IP

protokolundan istifadə edilir. Şəbəkələrarası IP daha yüksək səviyyəli

standart prokotol olub, mahiyyət etibarı ilə IP şəbəkə arxitekturasının

əsas elementi hesab edilir və ondan yüksək səviyyəli protokolların

standartlaşmasında istifadə edilir. O, əsasən IP ünvan funksiyasını

yerinə yetirir. Bu funksiya əsasında lokal və qlobal şəbəkələr

fəaliyyət göstərir.

TCP/IP arxitekturalı protokol bir-biri ilə birləşmiş şlyüzlərdən

ibarət şəbəkələr üçün nəzərdə tutulur. Diskret məlumatlar verilişi

sistemində hər bir şəbəkənin müxtəlif funksiyaya malik maşınları

vardır. Hər bir şəbəkə özünün səciyyəvi tələbatları əsasında işləyir və

mahiyyət etibarı ilə rabitə yaratmaq üçün nəzərdə tutulur. Bu halda

istənilən şəbəkə ayrı-ayrılıqda informasiyalı paketləri qəbul etmək və

bu paketləri şəbəkədə konkret ünvana çatdırmaq proseslərini həyata

keçirir. Həmçinin hər bir şəbəkə məcburi sürətdə paketləri tələb

olunan ünvana çatdırmaqla bərabər, etibarlı olmalıdır. Beləliklə, eyni,

Page 509: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------509---------------------------------------------

yaxud müxtəlif şəbəkələr daxilində iki maşın öz aralarında paket

mübadiləsində iştirak edə bilər. Müxtəlif şəbəkələrə qoşulmuş

maşınlar arasında paket mübadiləsi aparmaq üçün verici maşın o biri

şəbəkəyə qoşulmuş şlüzə paketlər göndərir (şlüz hər bir şəbəkəyə

qoşulduqda özünü rabitə qovşağı kimi aparır). Orada qəbuledici şlüz

paketlər selini qəbul edən kimi onu yük mənbəyinə (istifadəçiyə)

doğru yönəldir. Nəticədə birləşmiş şəbəkədə diskret məlumatların

veriliş xidməti təmin edilir. Bu sistemlərdə paketlərin çatdırılma

problemi bütün qovşaqlarda və şlyüzlərdə şəbəkələrarası IP

protokolunu tətbiq edilməsi hesabına təşkil edilir.

RFC-791 saylı tövsiyəyə əsasən İnternet şəbəkələrində IP-4

ünvan protokolundan istifadə olunur. Bu ünvan sxemində ünvan

sahəsinin uzunluğu 32 bitdir, yəni ünvanlar 32 simvolu olan kod

sistemindən təşkil olunur.

Ünvan hər birində 8 simvol – 1 bayt olmaqla, 4 qola

ayrılmışdır. Hər bir qol okted (bölmə) adlanır. IP ünvanların 3 təsvir

üsulu mövcuddur:

1.Biri-birindən nöqtə ilə ayrılmış onluq say sistemində dörd

ədəd şəklində. Məsələn, 132.59.31.53;

2.İkilik say sistemi.

Məsələn, 1000001000.00111011.00011111.00110101;

3.Onaltılıq say sistemi. Məsələn, 84.3B.1F.35.

Yuxarıda sadalanan nümunələrdə müxtəlif say sistemlərində

eyni IP ünvanı göstərilib. IP ünvanı özünə məxsus struktur olub,

sxematik olaraq iyrerarxik formaya malikdir.

Birbaşa ünvana nümunə olaraq vətəndaşlara verilmiş pasport

nömrəsini göstərmək olar. Pasport nömrəsində ədədlərlə fərdin

yaşadığı konkret yaşayış yeri müəyyən edilir. Əgər IP ünvan üçün də

bu metod tətbiq edilsəydi, onda hər bir İnternet kompüteri üçün

mütləq sürətdə unikal bir nömrə tələb edilə bilərdi. Bu sxemin

müsbət cəhəti o ola bilər ki, bu metodla çoxlu sayda ünvan təşkil

etmək olardı. Əgər konkret rəqəm göstəriləcəksə, onda ikili say

sistemində 32 simvoldan 232 ünvan olacaqdır. Lakin bu ünvan sayca

kifayət etmir və marşrutlaşma məsələsi ilə birbaşa əlaqədardır. Əgər

Page 510: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------510---------------------------------------------

bütün ünvanlar unikal hesab edilərsə, onda İnternetin marşurtlayıcı-

larının hamısı şəbəkənin bütün kompüterlərin ünvanlarını yaddaşında

saxlanılmalıdır. Lakin, əgər ünvanları hissələrə bölsək belə, praktiki

olaraq səmərəli marşurutlaşdırma təşkil etmək mümkün olmayacaq-

dır. Ona görə də IP ünvan problemlərinin həlli kimi iki səviyyəli

iyerarxik ünvan sxemindən istifadə etmək lazımdır. Bu formada IP-

ünvanları şəhərlərarsı birləşmədə istifadə edilən nömrələşməsə

sisteminə çox oxşayır. Beynəlxalq və şəhərlərarası nömrələnmə

sistemlərində birinci hissəni göstərən rəqəmlər böyük bir regionu

təsvir edir, sonrakı kod nisbətən kiçik ərazini əhatə edir, yerli

şəbəkəni göstərən lokal hissə isə abunəçi nömrəsinin son seqmentini -

konkret telefon aparatının nömrəsini göstərir. Eynilə də, IP ünvanının

1- ci hissəsi şəbəkənin ünvanını, 2-ci hissəsi isə şəbəkədəki qovşağın

ünvanını göstərir.

Beləliklə, bütün ünvanlar ili səviyyəli iyerarxik struktur əmələ

gətirir. Şəbəkənin ünvanı unikal sürətdə hər bir şəbəkəni

identifikasiya edir. O, şəbəkəyə daxil olan hər bir kompüterin IP

ünvanını göstərir.

İxtiyari işçi stansiyanın ünvanı şəbəkənin ünvanından və bu

şəbəkədəki kompüterin ünvanından təşkil edilir. Ünvan arxitektura-

sında (nömrələmə sistemi) 5 ünvan formatı nəzərdə tutulur. Bunların

hər biri 1, 2, 3 və ya 4 bitdən başlayır və özü-özlüyündə şəbəkələrin

təsnifatını göstərir (A,B,C,D,E).

Təsnifat işini identifikator yerinə yetirir. Şəbəkə

identifikatorunun tətbiq sahəsi şəbəkənin təsnifat şkalasında hansı

sinfə məxsus olmasını təmin edir. Burada HOST İD sahəsi

şəbəkələrinin konkret kompüter saylarını identifikasiya edir.

Ünvan iki məntiqi hissədən, şəbəkənin nömrəsindən və

şəbəkədaxili qovşağın nömrəsindən tərtib edilir. Ona görə də ünvanın

hansı hissəsinin şəbəkəyə, hansı hissəsinin isə qovşağa aid olması

ilkin simvollar əsasında müəyyənləşdirilir.

Burada:

1.Əgər ünvan 0 bitindən başlayırsa, deməli bu A sinifli

şəbəkədir. Onda ünvan nömrəsindəki şəbəkənin nömrəsi 1 bayt

Page 511: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------511---------------------------------------------

olmaqla, yerdə qalan 3 bayt şəbəkəyə məxsus qovşağı göstərir.

Ümumiyyətlə, A sinifli şəbəkələrin nömrəsi 1-126 intervalında

dəyişir (0 istifadə eidilmir, 127 nömrəsi xüsusi məqsədlər üçün

istifadə edilir). Bu oxunuş o deməkdir ki, A sinifli şəbəkələrdə

qovşaqların sayı 126 ola bilər.

2.Əgər ünvan 1 0 bitlərindən başlayırsa, onda bu B sinifli

şəbəkədir. B sinfli şəbəkə orta həcmli şəbəkə olub, burada

qovşaqların nömrəsi 28-216 intervalında dəyişir. Orta həcmli B sinfli

şəbəkələrdə şəbəkənin nömrəsini təyin etmək üçün 16 simvol, yəni 2

bayt ayrılır.

3.Əgər ünvanlaşma 1 1 0 bitlərindən başlayırsa,bu C sinifli

şəbəkənin ünvanı olacaqdır.Burada qovşaqların sayı 28-dən çox ola

bilməz.C sinfli şəbəkələrin nömrəsində şəbəkəni müəyyən etmək

üçün 24 simvoldan, şəbəkədəki qovşaqları müəyyən etmək üçün isə 8

simvoldan istifadə edilir.

4.Əgər ünvanlaşma 1 1 1 0 bitlərindən başlayırsa, bu D sinifli

şəbəkənin ünvanı olacaqdır. D sinifli şəbəkə xüsusi ünvanlar qrupunu

(multicast) göstərmək üçün istifadə edilir. Əgər paketin üzərində

ünvan vəzifəsi kimi D sinfinin ünvanı göstərilərsə, bu tip paketlər

həmin ünvanı almış bütün qovşaqlara çatdırılacaqdır.

5.Əgər ünvanlaşma 1 1 1 1 bitlərindən başlayırsa, bu E sinifli

şəbəkənin ünvanı olacaqdır. E sinifli şəbəkə gələcək ünvanlaşmada

istifadə ediləcəkdir.

Ümumi şəbəkənin daxilində coğrafi nöqteyi-nəzərdən bir-

birindən uzaq məsafələrdə yerləşən kompüterlərdən istifadə edilərsə

və aralarında marşurtlayıcılar tətbiq etsək, onda böyük həcmli

şəbəkəni kiçik həcmli şəbəkələrə bölmək olar. Bunun da bir sıra

üstün cəhətləri vardır.

1.Şəbəkə trafikinin azaldılması. Marşurtlayıcılar olmasa

paketlər bütün şəbəkələrin işini ən yaxşı halda ləngidə bilər, ən pis

halda onun faəliyyətini tam saxlaya bilər. Beləliklə, marşurtlayıcı

tətbiq etməklə, paketlər trafikinin böyük bir hissəsi lokal şəbəkələrdə

saxlanılır. Yalnız digər şəbəkələrin xidmət ediləcəyi paketlər seli

həmin şəbəkələrin marşrutlayıcılarına bölünür.

Page 512: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------512---------------------------------------------

2.Şəbəkənin yük buraxma qabliyyətinin optimallaşdırılması.

3.Şəbəkənin idarə edilməsinin sadələşdirilməsi. Bu halda öz

aralarında bağlı olan kiçik şəbəklərdə zədələri asanlıqla aşkar etmək

və aradan qaldırmaq (lokallaşdırmaq) böyük həcmli şəbəkələrlə

müqayisədə xeyli asandır.

4.Asanlıqla böyük ərazili cöğrafi sahələrin əhatə edilməsi. Bu

halda lokal şəbəkələrdə rabitə həm ucuz, həm də tez reallaşaraq

qlobal şəbəkəni qabaqlayır. Vahid bir şəbəkənin xidmət etdiyi ərazidə

müxtəlif səbəblərdən problemlər yarana bilər. Ona görə də avtonom

kiçik şəbəkələrin birləşdirilməsi ümumi şəbəkə sisteminin daha da

səmərəli fəaliyyətinə səbəb olar.

Beləliklə, vahid informasiyaya malik idarə-müəssisələr

özlərinin vahid şəbəkə nömrəsini saxlamış olurlar və ana şəbəkəni

kişik şəbəkələrə bölmək problemini özləri həll edirlər. II-şəbəkələrin

bir çox fiziki şəbəkələri qruplaşdırmağa imkan verdiyi üçün

marşrutlaşdırma cədvəlində az yer tutmuş olurlar. III-şəbəkə

resurslarının israfını kifayət qədər azaltmaqla, şəbəkənin ümumi

işinin səmərəliliyi xeyli artar.

Kiçik şəbəkələr daxilində hər bir kompüterə ünvan verilir. Hər

bir kompüterin eyni şəbəkə nömrəsi olmalıdır. Məsələn, XXX adlı

şirkətin kompüterləri 132.59 şəbəkə ünvanına malikdir. Bu ünvan

sabit qalır. Böyük şəbəkəni kiçik şəbəkələrə böləndə ancaq host-

qovşaqların ünvanları ilə manipulyasiya etmək olar. Ünvanlaşma

sxeminə əsaslanaraq, host-qovşaqların bir hissəsinin ünvanı

dəyişirdirilir və kiçik şəbəkələrin ünvanlarını göstərilmiş olur. Yəni

ünvanlaşmada iştirak edən qovşağı göstərən simvollar gizlədilir və

kiçik şəbəkələrin indentifikatoru kimi istifadə edilir.

Kiçik şəbəkələrdə ünvanlaşma sxeminin işləməsi üçün

şəbəkənin fərdi olaraq hər bir kompüteri host-qovşaq ünvanındakı

hansı hissənin kiçik şəbəkələr üçün istifadə edildiyini yadda

saxlamaq lazımdır. Bu halda hər bir kompüter nömrələnmiş maskaya

malik olur. Bu məqsəd üçün məntiqi sıfır və vahidlərdən ibarət 32

simvollu maskadan istifadə edilir. Burada mənrtiqi vahid şəbəkə və

ya kiçik şəbəkələrin ünvanına, məntiqi sıfır isə host-qovşaq ünvanına

Page 513: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------513---------------------------------------------

aid edilir. Kiçik şəbəkələrin maskasını ikilik say sisteminə ekvivalent

olan onluq say sistemində də göstərmək olar. Məsələn, 11111111 kod

sözü onluq sistemdə 225 deməkdir.

Bütün şəbəkələrə qovşaqlar tələb edilmir. Ona görə də

qovşaqlar üçün maskalardan istifadə etməyə heç bir ehtiyac yoxdur.

Belə halda deyirlər ki, şəbəkədə qovşaq ünvanlaşması mövcud

deyildir.

IP ünvanlarında host-qovşaqların adlarının təsviri belədir:

Host-qovşaqların adları;

Domenlərin adları;

Domendaxili kiçik domenlərin adları;

Host-cədvəllər;

Domen adları serveri;

Şəbəkədaxili informasiya xidməti.

Host-qovşağın ünvanı onun adı deməkdir. Həmin ünvan

kompüterə verilməklə, kompüterin IP şəbəkəsinə qoşulma prosesini

xeyli sadələşdirir. Məsələn, "Bakınternet" ifadəsi insanların

yaddaşında asanlıqla qalır, nəinki onun rəqəmlər şəklində IP ünvanı.

IP ünvanlaşmasında host-qovşaqların təsviri host-kompüterlərin

əmrlərinin yerinə yetirilməsində və qoşulma prosesində xeyli

sadələşmələr yaradır. Məsələn, istifadəçiyə IP kompüterinin ünvanını

bilmək o qədər də vacib deyildir, çünki TELNET 167.31.78.2 əmri

əvəzinə istifadəçi sadəcə olaraq TELNET ACCT-2 sözlərini daxil

etməlidir.

Host-qovşaqların adları domenlərin adlarına görə bir-birindən

fərqlənə bilər. Bu işi görməkdə məqsəd müxtəlif tipli bir-birinə

qohum olan təşkilatlar üçün İnternet rəhbərliyi tərəfindən yazı-təsvir

kateqoriyalarından istifadəyə icazə verilməsidir. Domenlərin

ünvanına nümunə olaraq aşağıdakıları göstərmək olar:

1.Com-kommersiya, edu-təhsil, gov-hökumət, net-şəbəkə

rəhbərliyi, org-yuxarıda adları sadalananan idarə-müəssisələrə aid

olmayan təşkilatlar (çox vaxt özəl);

Page 514: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------514---------------------------------------------

2.Ölkə və dövlətlər üçün də domen adları mövcuddur: az-

Azərbaycan, tr-Türkiyə və s. Nümunə kimi belə yazılışı göstərmək

olar [Host Name].[Domain Name] adlı host-qovşağın adının formatı.

Heç vaxt hətta kiçik bir işarəni də diqqətdən qaçırmaq olmaz.

Host-qovşaqların və domenlərin adları öz aralarında nöqtə ilə ayrılır

və hərflərin aralarında heç bir probel məsafəsi saxlanılmır.

Domenlər öz aralarında domendaxili kiçik domenlərə bölünə

bilər. Bu əməliyyatı şəbəkə rəhbərliyi ixtiyari qaydada təşkil edir.

Məsələn, domen və kiçik domenin host-qovşağının adının formasına

misal olaraq: [Host Name].[Subdomain Name].[Domain Name]

göstərmək olar.

Bəzi deskreptor nümunələrini nəzərdən keçirək:

ftp.novell.de;

Nic.ddn.mil;

Internic.net.

Host-cədvəllər ASCII faylı olub, bu faylda host-qovşaqlar adı

olan IP ünvanı ilə birgə yerləşir. ASCII Telnet ifadəsinin təsviridir.

Məsələn,Telnet asst-2 əmrini verməklə,Telnet ifadəsi host-cədvələ

müraciət edərək, host-qovşağın adını tapır və onu IP ünvanı ilə

əlaqələndirir. NT fayl serverində host-cədvəllər \systemrrot\

SYSTEM32/DRİVERS\ECT adlı kataloqda, UNIX sistemində isə

\etc\hosts kataloqunda yerləşir.

Host-cədvəllərinin formatı aşağıdakı kimidir:

IP Adress HostName Aliases Comments (“Host-qovşağın adı”

“Ləqəb” “İzahlar”).

Host-cədvəl üçün vacib komponenetlərin sintaksis qaydası

belədir:

Yazı elementləri ixtiyari məsafə və / və ya simvollarla ayrıla

bilər.

# simvolu izahın başlanğıcı deməkdir;

Host-cədvələ müraciər edən istənilən proqram təminantı #

simvolundan sonra gələn yazlışı qəbul etmir.

Host-cədvəllə eynilik təşkil edən digər fayl şəbəkə cədvəl faylı

hesab edilir. Burada konkret proqram təminantında oxunması tələb

Page 515: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------515---------------------------------------------

edilən şəbəkələrin adları və ünvanları göstərilir. UNIX sistemində bu

/etc/networks adlı kataloqda yerləşir. Bu faylda host-cədvəllərdə

olduğu kimi # simvolundan sonra nə gəlirsə, şərh hesab edilir.

Şəbəkə cədvəlinin formatına nümunə olaraq Network Name

Network Address (“Şəbəkə adı” “Şəbəkə ünvanı” “İzahlar”)

göstərmək olar. Şəbəkə cədvəllərinin bütün elementləri ümumi

şəbəkəyə aid edildiyi üçün onlar şəbəkə hissəsinin IP ünvanını

göstərəcəkdir. Buna uyğun olaraq, host-cədvəllərin uyğun elementləri

ayrıca host-qovşaqların tam IP ünvanı adlanır.

DNS İnternet şəbəkəsindəki qovşaqların adlarının identifikasiya

edən iyerarxik sistem olub, adların verilməsi üçün nəzərdə tutulmuş

bir xidmətdir. DNS -in təsnifatı RFC 1034 və 1035 standartlarına

əsaslanmaqla IP ünvanında kompüterlərin adlarını təsvir edən statik

konfiqurasiya olunmuş cədvəli tələb edir. DNS protokolu

assimmetrikdir, yəni burada DNS server və DNS müştəri səviyyələri

müəyyən edilmişdir. DNS serverinin yaddaşında IP ünvanında olan

adların verilənlər bazası yadda saxlanılır. Həmin verilənlər bazası

İnternet şəbəkəsinin inzibati domenlərinə paylanmışdır. Müştəri DNS

serverli IP ünvan serverində özlərinin inzibati domeninin ünvanını

tanıyır və IP protokolu əsasında sorğu nəticəsində tələb olunur ki, ona

uyğun IP ünvanı geri qaytarılsın. Əgər tələb edilən verilənlər DNS

serverinin bazası əsasında yadda saxlanılırsa, onda həmin server

nüştəriyə cavab göndərir. Əks halda cavab digər domenin DNS

serverinə göndərilir. Burada həmin sorğu müstəqil surətdə emal

edilib digər serverlərə göndərilir.

Bütün DNS serverlər iyerarxik struktura malikdir və İnternet

şəbəkəsinin domenlərinin iyerarxik sxeminə uyğundur. İş prosesində

müştəri həmin serverin adını soruşur və soruşulma anı ünvanın

ekranda təsviri vaxtına qədər uzanır. Həmin proses çox sürətlə

aparılır. DNS verilənlər bazası strukturu quruluşca ağacı xatırladır.

Ona görə də fəzada (ağacın özü) əsas domen, düyünlərdə isə (ağacın

budaqları) kiçik domenlər yerləşmiş olur. Kiçik domenlərin adı

verilənlər bazası ailəsi tərkibində ana domenə görə yeri identifikasiya

edilir. Bu halda ayrı-ayrı qovşaqları (düyünləri) göstərən domenlər

Page 516: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------516---------------------------------------------

bir-birilə təsvirdə nöqtə ilə ayrılır.DNS göstəricilər bazasının əsasını

(kökünü) "İnternet Network İnformation Center" adlı mərkəz təşkil

edir. Yuxarı səviyyədə yerləşən domenlər ölkələri göstərir. Bu

domenlərin adları beynəlxalq ISO 31 66 standartına uyğun olmalıdır.

Hər bir öləkəni göstərmək üçün iki və üç hərfli söz toplusundan

istifadə edilir. Amma müxtəlif təyinatlı idarə, müəssisələr üçün

aşağıdakı söz toplusu qəbul edilmişdir.

Com-kommersiya təşkilatları;

Edu- təhsil müəssisələri;

Gov- dövlət müəssisələri;

Org-qeyri-kommersiya təşkilatları;

Net-şəbəkəni təmsil edən təşkilatlar.

İxtiyari DNS domeni ayrı-ayrı təşkilat və müəssisələrin inzibati

orqanını göstərir. Onlar isə öz növbəsində domenlərini kiçik

domenlərə bölməklə, həmin domenlərin inzibatçılıq funksiyasını

digər təşkilatlara tapşırırlar. Hər bir domen unikal ada malikdir.

Domenin daxilindəki kiçik domenlər də unikal adlara malikdirlər.

Domenin adını göstərmək üçün 63 simvollu kod sözündən istifadə

edilir. İnternet şəbəkəsində ixtiyari host bir mənalı sürətdə özünün

tam domen adı ilə (FQDN-Fully Qualifiled Domain Name-tam yaralı

domen adıları) müəyyən edilir ki, bu da hostdan (sonuncudan)

başlayarq, kökə qədər (əsas domenə qədər) olan bütün domenlərin

adlarını özündə saxlayır. DNS adının tam formasına aid nümunə

olaraq "baktelekom.bakinter.net"-i göstərmək olar.

IP protokolunun 6-cı versiyasında ünvanların aşağıdakı tipləri

müəyyən edilmişdir :

Unicast;

Multicast;

Anycast.

Ünvanların tipinin tərkibində bir neçə başlangıc bitlər olur ki,

onlara formatın prefikisi deyilir.

Unicast tipi ünvan dedikdə, işçi stansiyaların və ya

marşrutlayıcının şəbəkə interfeysinin unikal identifikatoru nəzərdə

tutulur. Burada şəbəkənin təsnifatı, şəbəkə və qovşaqlarının

Page 517: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------517---------------------------------------------

ünvanlarının baytların sərhədlərinə görə bölüşdürülməsinin fiksə

edilməsi deməkdir.

Anycast tipli ünvan dedikdə, yeni ünvanlar tipi nəzərdə tutulur.

Bu həm də multicast və ya interfeyslər qrupunu təyin edir. Lakin bu

ünvana malik paket qrupun bütün hissələrinə deyil, marşrutlayıcı

nöqteyi-nəzərindən, belə demək mümkündürsə, yaxındakı qrup

elementlərinə çatdırılır. Bu tipli ünvan sintaktik nöqteyi-nəzərdən

unicast ünvan tipindən heç də fərqlənmir və hətta o diapazondan

seçilir. Anycast tipli ünvanlar ötürücü qovşağın marşrutlarının təyin

edilməsinə doğru orentasiya olunmuşdur. Məsələn, hər bir

istifadəçinin öz paketinin konkret məntəqəyə ötürülməsinə təminat

vermək imkanı vardır. Bu halda ünvanlar arasında anycast ünvan

marşrutu göstərilməlidir. Bu ünvan göndərən istifadəçinin bütün

marşrutlarına verilir. Beləliklə, həmin şəbəkəni yaxınında olan

əlverişli marşrutlayıcıya bu paket çatdırılacaqdır.

IP-nin 6-cı versiyasının bütün ünvanlar sistemi çərçivəsində

lokal şəbəkələr üçün ayrıca ünvanlar nəzərədə tutlub. Bu o

şəbəkələrdir ki, onlar İnternetə daxil deyillər. Lokal ünvanların iki

tipi - şəbəkə linkləri (Link –Local) üçün və şəbəkə stansiyaları (Site-

Local) məlumdur. Bu ünvanalşamalar prefiksin qiymətinə görə biri-

birindən fərqlənirlər.

15.3.KOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNDƏ

İNFORMASİYA VERİLİŞİ

Elektrik rabitəsi yaranan gündən əsas məqsəd elektromaqnit

siqnallarının ötürücü sistemlə bir məntəqədən digər məntəqəyə

ötürülməsi olmuşdur. Ötürücü sistem dedikdə, dayaqdan asılmış

məftilli xətlər, cəryankeçirici damarlara malik müxtəlif markalı və

tipli kabellər, lazer optik siqnal keçirici, optik şəffaf lifflərdən

hazırlanmış optik kabellər və nəhayət açıq mühitdə efirə təşkil edilən

radiokanallar ola bilər. Elektromaqnit siqnallar ilə müxtəlif növlü

informasiya selləri verilə bilər. Bunlar əsas etibarilə danışıq (nitq),

diskret DATA verilənlərin ötürülməsi və videotəsvirlərdir. Hal-

Page 518: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------518---------------------------------------------

hazırda onların köməyi ilə kombinə edilmiş yeni informasiya forması

yaranmışdır və bu multimedia informasiyası adlanır.

Verilənlərin ötürülməsi üçün asinxron, sinxron və “start-stop”

veriliş üsullarından istifadə olunur. Asinxron veriliş üsuluna misal

olaraq adi Morze aparatı ilə aparılan verilişi göstərmək olar. Asinxron

üsulda veriliş eyni uzunluqlu (t0) zaman aralığından bir aparılır.

Sinxron veriliş üsulunda verici və qəbuledici stansiyalarda beş təmas

nöqtəsinə malik olan paylayıcılar yerləşdirilir. Paylayıcılar

elektromexaniki və elektron ola bilərlər.

Verilənlərin ötürülməsi aşağıdakı xüsusiyyətlərə malikdir:

Veriliş sürətinin böyük olması (600, 1200, 1800, 2400, 800,

9600 və s. bit/s);

Yüksək etibarlığa malik olması;

Yüksək düzgünlüyə malik olması(10-5÷10-9);

Səhvlərin avtomatik aşkar olunması və düzəldilməsi

qurğularına malik olması.

Əlaqə kanalları ümumi halda fiziki mühitdən asılıdır.

Verilənlərin ötürülməsinin fiziki mühitini kabel şəklində (yəni

naqillər yığımı) təssəvür etmək olar. Verilənllərin ötürülməsi

mühitindən asılı olaraq əlaqə xətlərininin aşağıdakı kimi növlərə

ayırmaq olar:

Məftilli (naqilli) (hava) əlaqələr;

Kabel xətlərinə (mis və yaxud optik-lifli);

Yerüstü və sputnik əlaqələrində naqilli və naqillsiz

radiokanallar;

Naqillisiz lazerlər,həmçinin infraqırmızı naqillər.

Naqilli (hava) əlaqələri izolasiya edilməmiş və

ekranlaşdırılmamış, dirəklərə sarınmış məftilərdən idarətdir. Bu əlaqə

xətti vasitəsilə telefon və teleqraf siqnalları ötürülür, bəzən də digər

vasitələr olmadıqda kompüter verilənlərinin ötürülməsində də istifadə

olunur.

Kabel xətləri bir neçə dəfə izolyasiya edilmiş məftillərdən

ibarətdir: elektrik, mexaniki. Kompüter şəbəkələrində üç növ

Page 519: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------519---------------------------------------------

kabeldən istifadə olunur: bir cüt sarınmış mis naqillər, mis damara

malik koaksal kabellər və optik-lifli kabellər.

Cüt sarınmış naqillər burulmuş cütlük adlanır. Burulmuş cütlük

ekran (mis naqillər cütünü izolyasiya edilmiş ekran örtür) və

ekranlaşdırılmamış (izolyasiya edilmiş örtük olmur) şəkilndə olur.

Naqillərin sarınması kanallardan ötürülən vacib siqnallara xarici

manelərin təsirini azaldır.

Koaksal kabel qeyri-simmetrik konstruksiyaya malikdir, daxili

mis damarından və lentindən ibarətdir və bu lent damardan izolyasiya

edilmiş qat vasitəsi ilə ayrılır.

Optik-lifli kabel nazik liflərdən ibarətdir (5...60 mkm) və

onlardan işıq siqnalları ötürülür. O verilənlərin ən yüksək sürətlə

ötürülməsini təmin edir və digəriləri ilə müqayisədə verilənlərin

xarici maneələrdən təklükəsizliyini daha yaxşı təmin edir.

Yerüstü və peyk əlaqələrinin radiokanalları radiodalğanın

qəbuideicisi və ötürücüsü vasitəsilə yerinə yetirlir. Radiokanalın

istifadə etdiyi tezliyə, həmçinin kanalın uzaq məsafəyə ötürülməsinə

görə müxtəlif növləri mövcuddur. Dalğaların qısa, orta və uzun

diapazonları amplitud modulaysiya adlanır və onlar verilənlərin uzaq

məsafəyə çox da böyük olmayan sürətlə ötürülməsini təmin edir.

Ultra qısa dalğalar diapazonunda işləyən kanallar daha yüksək sürətli

sayılırlar.

Radioəlaqdənin bütün sistemləri informasiyanı

radiodiapazonun elektromaqnit dalğaları vasitələri ilə ötürürlər.

Radiodiapazon elektromaqnit dalğalarının müəyyən bir spekterini

tutur, daha böyük tezliklər spekterin infraqırmızı hissəsində əks

olunurlar.

Əlaqənin naqilsiz infraqırmızı texnologiyasında iki üsuldan

istifadə edirlər:

1.Müxtəlif binalarda yerləşən (10 km –qədər məsafə) kabel

sistemləri (kompüter və telefon şəbəkələri) arasında “nöqtə-nöqtə”

əlaqəsi;

2.Bir ərazinin daxilində cihazlar arasında əlaqə (naqilsiz LAN,

kompüter və perferiya arasında əlaqələr və s.).

Page 520: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------520---------------------------------------------

Əlaqə xətlərinin xarakteristikalarına daxildir:

Amplitud-tezlik xarakteristikası;

Buraxılış zolağı;

Azalma;

Buraxılış imkanları;

Maneələrə davamlılıq;

Xəttin sonuna yaxın nişan almanı cızmaq;

Verilənlərin ötürülməsinin etibarlığı;

Xüsusi qiymət.

Real xətin amplitud-tezlik xarakteristikasını bilməklə ixtiyari

daxil olan siqnalın çıxış formasını təyin etmək mümkündür. Bunun

üçün daxil olan siqnalın spekterini tapmaq, onun harmoniyasını təşkil

edən amplitudanı amplitud-tezlik xarakteristikasına çevirmək,

çevrilmiş harmoniyanı toplayaraq, çıxış siqnalının formulunu tapmaq

olar.

Buraxılış zolağı (bandwidht) tezliyin kəsilmə diapazonudur,

çıxış siqnalının daxil olan siqnala nisbəti qabaqcadan təyin olunmuş

limiti aşmır, adətən 0.5 olur. Beləliklə, buraxılış zolağı siqnalın

sinusual tezlik diapazonunu təyin edir, bu siqnal əlaqə kanalı vasitəsi

ilə əhəmiyyətsiz təhrifləri nəzərə almadan ötürülür. Buraxılış zolağı

xəttin tipindən və ölçüsündən asılıdır.

Azalma, zəifləmə (attenuation) amplitud-tezlik xarakteristikası

xəttində bir nöqtəni təsvir edir, yəni müəyyən tezlikdə siqnalın

ötürülməsi xəttində amplitudanın azalmasını və yaxud siqnalın

gücünü təyin edir.

Xəttin buraxılış imkanları (throughput) əlaqə kanalı vasitəsilə

verilənlərin ötürülməsi sürətini müəyyən edir. Buraxılış imkanları bir

saniyədə bitlərlə ölçülür və K.E.Şennon düsturu ilə ifadə olunur.

Xəttin maneələrə davamlılığı xarici mühitdə və daxili

yayıcılarda (naqillər, keçiricilər) yaranmış maneələr səviyyəsini aşağı

salmaq üçündür. Xarici elektromaqnit sahələri nəticəsində yaranmış

maneələrin azaltmaq üçün naqillər ekranlaşdırır və yaxud bururulur

(bərk bağlayırlar).

Page 521: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------521---------------------------------------------

Xəttin sonuna yaxın nişan almanı cızmaq (near end cross talk-

next) manelərin daxili mənbələrinə kabelin maneəyə davamlığını

yoxlayır, yəni bir cüt naqildən ötürülən siqnalın elektromaqnit

sahəsini digər cüt naqildəki manelər siqnalına yönəldir. Əgər ikinci

cütlüyə qəbuledici qoşularsa, onda yönəldilmiş daxili maneəni faydalı

siqnal kimi qəbul edəcək və aşağıda göstərilən formula ilə

hesablanacaq:

burada, PDAX -daxil olan siqnalın gücü, PYÖN -yönəldilən siqnalın

gücü deməkdir. Verilənlərin ötürülməsinin etibarlığı hər bir ötürülən

bitin səhv olma ehtimallarını yoxlayır. Verilənlərin ötürülməsinin

etibarlığının qiyməti dedikdə orta hesabla 10000 bitdən yalnız bir

bitin səhv olduğu başa düşülür.

Kommutasiya bilavasitə birləşmə və yaxud məlumatın onun

hissələrində yadda saxlanması üsulları ilə həyata keçrilir.

İstifadəçilər arasında teleqraf, verilənlərin ötürülməsi, faksimal

və digər növ diskret məlumatların mübadiləsini həyata keçirən ikinci

növ elektrik şəbəkəsinə diskret məlumat verlişi şəbəkəsi deyilir.

Diskret məlimat verilişi şəbəkələrində kommutasiya dedikdə

kommutasiya mərkəzlərində göstərilən ünvanlara uyğun olaraq giriş

və çıxış qurğuları (kanalları) arasında məlumat verlişini həyata

keçirən əməliyyatlar məcmusu başa düşülür.

Kommutasiya mərkəzi özündə kommutasiya sistemini,

idarəetmə qurğusunu, abunəçi (abonent) və kanal dəstlərini birləş-

dirir. Kommutasiya olunmalarına görə kanallar iki qrupa bölünür:

Kommutasiyalı kanallar;

Kommutasiya olunmayan kanallar.

Kommutasiyalı kanallar dedikdə kommutasiya

avadanlıqlarının köməyi ilə müəyən müddətə müxtəlif rabitə

sahələrinin ardıcıl birləşməsindən yaradılmış kanal başa düşülür.

Rabitə seansı qurtardıqdan sonra və yaxud şəbəkələrdə vəziyyət

dəyişdikdə belə kanallar yox edilir. Abonentlər arasındakı növbəti

veriliş zamanı yaradılan kanal özünə başqa rabitə sahələrini birləşdirə

bilər.

Page 522: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------522---------------------------------------------

Kommutasiya olunmayan kanal dedikdə kommutasiya

elementlərindən keçməyən kanallar nəzərdə tutulur. Bu zaman iki

abonet arasındakı veriliş bilavasitə kanal vasitəsi ilə aparılır. Bu

kanallar üzrə digər abonentlər, hətta onların məşgul olmadığı

zamanda da veriliş apara bilməzlər.

Məlumatin verilmə istiuqamətlərinə görə kanallar üç qrupa

bölünür:

Simpleks kanallar - verilış bir istiqamətə aparılır;

Yarımdupleks kanallar - veriliş növbə ilə hər iki istiqamətdə

aparılır;

Dupleks- eyni zamanda hər iki istiqamət üzrə aparılır.

Rabitə kanalı halında simmetrik, koaksial kabellər, radiorabitə,

yerin süni peyki vasitəsilə yaranan kanallardan, son illərdə isə optik-

lifli rabitə xətlərindən istifadə olunur. Şəbəkənin layihələndirilmə-

sində kanalların seçilməsi zamanı onun dəyəri və veriliş sürəti kimi

iki əsas faktor nəzərə alınır.

Rabitə şəbəkələrində informasiyanın paylanması, ünvanı,

uyğun olaraq onların istifadəçilərə çatdırılması üçün marşurutların

seçilməsi mühüm əhəmiyyət kəsb edir. Burada əsas rolu

kommutasiyanın baş verdiyi şəbəkə qovşaqları oynayır. Belə

şəbəkələrdə aşağıdakı növ kommutasiya üsullarından istifadə olunur:

kross, kanal, məlumat, paket, kombinasiyalı.

Kross kommutasiya üsulu şəbəkə qovşaqları arasında bir

məlumatın ötürülməsi vaxtını aşan zaman ərzində birləşmə yaradır.

Bu birləşmə zamanı daimi uzunmüddətli marşurutlar cədvəl üzrə

(məsələn, müşavirələrin keçrilməsi üçün), epizodik şəkildə (qəza,

təbii fəlakətlə bağlı əmrlər və s. ), birdəfəlik (yeni şəbəkə sahələrinin

işə salınması zamanı) təşkil olunur. Kross kommutasiyası istifadəçilər

arasında müntəzəm informasiya mübadiləsi zamanı, trafikin böyük və

fasiləsiz olduğu hallarda əlverişli sayılır. Əks halda rabitə

resurslarından istifadə əmsalı kəskin sürətdə azalır. Məhz buna görə

də rabitə resursları yalnız bir məlumatın ötürülməsi müddətinə

istifadəçilərə tez-tez verilir və o, kollektiv istifadə obyektinə çevrilir.

Bu zaman hər hansı bir abonentin tələbi ilə kanallar onlara məlumat

Page 523: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------523---------------------------------------------

mübadiləsi müddətinə verilir ki, bu da operativ kommutasiyanı

yaradır. Rabitə resurslarından kollektiv istifadə rabitə şəbəkəsinin

effektivliyini artır.

Kanal kommutasiyası

Bu üsulda şəbəkə üzrə faydalı informasiyanın ötürülməsindən

əvvəl adətən nömrə yığımı impulsu şəklində ünvan əlamətləri

ötürülür. Bunun vasitəsilə kanal kommutasiyası qovşaqlarının hər

birindən (tranzit yaxud son) giriş, çıxış kanallarının kommutasiyası

təmin edilir və mübadilə aparan istifadəçilər arasında bilavasitə

birləşmə yaradılır. Yalnız bundan sonra onlar arasında informasiya

mübadiləsi başlayır. Birləşmənin yaradılması prosesində ola bilsin ki,

şəbəkə resursları (kanallar, kanallarda birləşdirici yollar) boş olmasın

və yaxud çağırılan abonet digər birləşmə ilə məşğul olsun. Buna

baxmayaraq birləşmə üzrə aparılan bütün əməliyyatlar təkrarlanır.

Faydalı informasiyanın verilməsi rejimində birtərəfli ötürülmə (hətta

çağrılan abonent yerində olmadığı halda), növbəli ikitərəfli və eyni

vaxtda ikitərəfli birləşmə yaratmaq mümkündür. Bu birləşmə veriliş

qurtardıqdan sonra verilən marşurutda şəbəkə resurslarının aktiv

olub-olmamasından asılı olmayaraq mübadilə aparan abonentlərin

istifadəsində qalır. Verilişin sonunda abunəçilər imtina siqnalları

verir və birləşmə yox edilir.

Beləliklə, kanal kommutasiyası şəbəkəsi şəbəkə üzrə ünvan və

məlumatı ayrı-ayrılıqda ötürən şəbəkənin növbəti rabitə sahəsini

məşğul etmək mümkün olmadıqda imtinalı, rabitə resurslarından

istifadə effektivliyi kiçik olan birtərəfli, növbəti ikitərəfli və eyni

zamanda ikitərəfli veriliş aparmağa malik olan sistemdir.

Məlumat kommutasiyası Verici abonent verlişə icazə aldıqdan sonra məlumatı ünvanla

birlikdə özünə yaxın məlumat kommutasiyası qovşağına verir.

Ünvanın təhlilindən və veriliş istiqaməti seçildikdən sonra məlumat

növbəti qovşağa ötürülür. Burada da eyni əməliyyatlar təkrar olunur.

Beləliklə, hər qovşaqda məlumatın qəbul-verilişindən sonra alıcı

Page 524: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------524---------------------------------------------

abonentin qoşulduğu qovşağa ötürülür. Məlumatın qonşu qovşağa və

ya abonentə öz vaxtında verilməsi mümkün olmadıqda o qovşağın

yaddaşında saxlanılır və növbənin çatmasından asılı olaraq ötürülür.

Hər hansı vaxt anında bir məlumat ötürüldüyü zaman şəbəkədə yalnız

bir-biri ilə qonşu olan qovşaqlar arasında kanal məşğul olur. Bundan

başqa, şəbəkənin hər bir sahəsində məlumatlar öz aralarında

bilavasitə birləşmədiklərinə görə müxtəlif sürətlə, metodla,

sinxronlaşdırma üsulu ilə ötürülə bilər. Şəbəkə resurslarının

mövcudluğu şəraitində məlumatın ötürülməsi vaxtı məlumatın

alınması, ünvanın təhlili, istiqamətin axtarılması və məlumatın qonşu

qovşağa ötürülməsi vaxtlarının cəmindən ibarət olur və həddindən

artıq yüklənmə olduğu halda qovşağın yaddaşında olan gözləmə

müddəti də bu vaxta əlavə olnur.

Məlumat kommutasiyası şəbəkəsi şəbəkə ünvanı və məlumatın

birgə verilməsinə, hər bir qovşaqda məlumatın gözləməsinə,

kanallardan və avadanlıqlardan yüksək istifadə əmsalına, abonentlər

arasında praktiki olaraq mürəkkəb əlaqəyə, ayrı-ayrı sahələrdə veriliş

sürətinin transformasiyasının mümkünlüyünə, qovşaqlarda böyük

həcmli yaddaşın mövcud olmasına malik olan sistemdir.

Paket kommutasiyası

Birinci paket kommutasiyası qovşağında alınan məlumat

ünvanla birgə standart hissələrə (paketlərə) bölünür. Bu paketlərə sıra

nömrəsi və verilən məlumatın ünvanı verilir. Sonra isə hər bir paket

qəbul/verilişə məruz qalmaqla şəbəkənin ayrı-ayrı sahələri üzrə

verilir. Şəbəkənin sonuncu qovşağında paketlərdən məlumat yığılır

və alıcı abonentə verilir. Bu üsulda qovşaqlarda yaddaşın həcminin

azaldılması və abonentlər arasında dialoqun təşkili imkanı

mövcuddur.

Paket kommutasiyası şəbəkəsində iki cür veriliş rejimi

mümkündür:

Virtual rejim;

Dataqram rejimi.

Page 525: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------525---------------------------------------------

Virtual iş rejimi (birləşmə rejimi) halında məlumatın

ötürülməsindən öncə şəbəkə üzrə verilişə sifariş paketi ötürülür. Bu

paket şəbəkədə ən qısa veriliş yolunu axtarır və həmin yol tapıldıqdan

sonra bu haqda verici məntəqə məlumatlandırılır. Bundan sonra paket

verilişini həyata keçirən virtual kanal yaranır. Tranzit qovşaq qəbul

olunmuş paketin nişanını sifarış paketlərindən qalan nişanla

müqayisə edərək, qəbul olunmuş paketi əvvəlcədən seçilmiş

marşurutun növbəti qovşağına göndərir.

Dataqram iş rejimi (birləşməsiz rejim) zamanı hər bir paket

sərbəst məlumat kimi rəsmiləşərək sıra nömrəsi və ünvanla təhciz

olunur. Bu cür vahid "dataqram" adlanır və şəbəkə üzrə sərbəst

məlumat kimi verilir. Dataqram təsadüfü şəkildə seçilmiş müxtəlif

marşurut üzrə verilə bilər və alıcı qovşağa, verici qovşaqdan çıxdığı

sıra nömrəsindən fərqli şəkildə ötürülə bilər. Buna görə də alıcı

qovşaqda paketlərdən məlumatların yığılması zamanı onların sırasını

nizamlamaq lazım gəlir.

Paket kommutasiyası şəbəkəsi ünvanın və məlumatların

standart hissəsinin – paketin birgə ötürülməsinə, sonrakı veriliş üçün

növbədə gözləməyə, gözləmə vaxtının qısalması və yüksək veriliş

sürəti hesabına marşuruta tez keçməyə və kanallardan istifadə

effektivliyinin artmasına, kiçik həcmli yaddaşa malik olan sistemdir.

Lakin, həddən artıq yüklənmələr zamanı kiçik həcmli yaddaş

imtinaların baş verməsinə gətirib çıxarda bilər.

Şəbəkədə istənilən kommutasiya üsulu zamanı qovşaqlar

arasındakı bəndlər yığımı kollektiv resus hesab olunur. Bu bəndlər

yığımı müxtəlif cür istifadə olunur. KK zamanı kommutatorların (U)

köməyi ilə şəbəkənin qovşaqları arasında fiziki dövrə yaranır.

Şəbəkənin bənd zənciri verici qovşaqla alıcı qovşaq arasında bu cütü

birləşdirən marşrut yaradılır. Bu resursların əvvəlcədən ehtiyatlandı-

rılması sistemidir. Məlumatlar yaradılmış marşrut üzrə ötrülməyə

başlayırlar, buna görə də kommutasiya qovşaqlarında onların

saxlanması üçün yaddaşa ehtiyac yoxdur. Veriliş fazasında

məlumatlar qovşaqdan emal olunmadan şəffaf ötürülür.

Page 526: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------526---------------------------------------------

MK və ya paket kommutasiyası zamanı şəbəkə bəndləri

marşrut üzrə növbə ilə işləyirlər. Bu resursların dinamik paylanması

sistemidir. Növbəti bənd məlumatın ünvanına müvafik şəbəkə

qovşağında seçilir, əvvəlki bənd isə boşalır və digər məlumatın

ötürülməsi üçün təqdim oluna bilər. Bu cür iş alqoritmi məlumatların

saxlanması üçün operativ yaddaşın olmasını tələb edir. Yaddaşın

olması şəbəkə bəndlərinə bir-birindən asılı olmayaraq işləmək

imkanını verir.

MK zamanı informasiya vahidlərinin hər biri uzunluğa və

ünvana görə orijinaldır. Buna görə də onların hər hansı qovşaqda tam

qəbul olunaraq, tərtib və tərkib dəqiqliyinin yoxlanmasınadək növbəti

ötürülməsi aparıla bilməz. Bu qovşaqlarda məlumatın idarə olunması

prosesini çətinləşdirir, lakin məlumatların uzuluğunun təsadüfü

xarakterli olması yaddaşın həcminin artmasına gətirib çıxardır.

Paket kommutasiyası üsulu zamanı hər bir ötürülən məlumat

süni olaraq paketlərə bölünür. Bu qovşaqda dərhal yaddaşın

azalmasına və paketlərin emalının sürətlənməsinə şərait yaradır. PK

zamanı şəbəkənin müxtəlif bəndləri eyni zamanda müxtəlif paket

siqnallarının müxtəlif ahənglərlə verilməsini həyata keçirir.

Şəbəkə marşurutlardan istifadə olunması baxımından MK

zamanı marşurut bəndləri təkbaşına (növbəli) istifadə edilir, paket

kommutasiyası paket kommutasiyası metodu zamanı marşrut

bəndlərinin kollektiv istifadə olunması baş verir.

15.4.KOMMUNİKASİYA SİSTEMLƏRİNİN

XARAKTERİSTİKALARI

Telekommunikasiya yunan və latın söz birləşməsi olub, “tele"

uzaq, “kommunikasiya" əlaqə mənasındadır. Telekommunikasiya

dedikdə müxtəlif məsafələrdə yerləşən obyektlər arasında əlaqə

nəzərdə tutulur. Bu əlaqələri gerçəkləşdirən sistemlər

telekommunikasiya sistemləri adlanır.

Telekomunikasiya sistemləri müəyyən tipə malik

elektroəlaqələri təmin edən texniki vasitələr kompleksidir. Əlaqə

Page 527: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------527---------------------------------------------

uyğunlaşdırılmış qaydalar əsasında funksiyalaşdırılmış vasitələrin

köməyi ilə informasiya mübadiləsi və yaxud informasiyanın

ötrülməsi deməkdir.

Telekommunikasiya sistemləri anlayışı ilə telekommunikasiya

şəbəkələri anlayışı bir-biri ilə sıx bağlıdır, çünki onların hər ikisi

onları birləşdirən punktlar, qovşaqlar və xətlər (kanal, trakt)

yığımından ibarətdir.

Telekommunikasiya sistemləri telekommunikasiya şəbəkələri

bir-biri ilə qarşılıqlı əlaqə olmaqla elektroəlaqə sistemini yaradırlar.

Elektroəlaqə siqnalların, işarələrin, mətnlərin, təsvirlərin, səsin

naqil, optik və yaxud digər elektromaqnit sistemlərinin köməyi ilə

ötrülməsi və qəbul edilməsi deməkdir.

Telekommunikasiya sistemləri telekommunikasiya

şəbəkələrinin texniki vasitələr yığımını təmsil etməklə, mənbədən

alınan məlumatı alan şəxsə çatdırana qədər növbəti əməliyyatları

yerinə yetirir:

1.Mənbədən daxil olan məlumatı elektroəlaqə siqnalına çevirir;

2.Elektroəlaqə siqnalına çevrilmiş məlumatı alan və ötrürən

üçün sadə formaya çevirir;

3.Siqnalların ötrülmə kanalları və sonuncu punktlarda

quraşdırılmış kommutasiya stansiyaları və yaxud əlaqənin qovşaqları

vasitəsilə elektroəlaqəyə qoşur.

Kommunikasiya şəbəkələrinin keyfiyyətini qiymətləndirmək

üçün aşağıdakı xaraktesitikalardan istifadə olnur:

• Əlaqə kanalı vasitəsi ilə verilənlərin ötürülmə sürəti;

• Əlaqə kanalının buraxma qabliyyəti;

• İnformasiyanın ötürülməsinin həqiqiliyi;

• Modem və əlaqə kanalının etibarlığı.

Əlaqə kanalı vasitəsi ilə verilənlərin ötürülməsi sürəti bitlərlə

ölçülür. Verilənlərin ötürülməsi sürəti əlaqə kanalından, istifadə

olunan modemdən və qəbul olunmuş sinxronlaşdırma üsulundan

asılıdır.

Nəzəri cəhətdən buraxılış imkanı verilənlərin ötürülməsi sürəti

ilə müəyyən olunur. Real olaraq buraxılış imkanı bir neçə faktordan

Page 528: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------528---------------------------------------------

asılıdır, bura ötürülmə üsulu, əlaqə kanalının keyfiyyəti, məlumatın

strukturu daxildir. Əlaqə kanalının buraxılış imkanı bir saniyədəki

işarələrlə ölçülür.

Kommunikasiya sisteminin mühüm xarakteritikası ötürülən

informasiyanın həqiqiliyindən asılıdır. Tələb olunan həqiqiliyi həm

aparat, həm də əlaqə kanalı təmin etməlidir. Həqiqiliyin ölçülmə

vahidi “səhv/işarə” kimi göstərilir.

Kommunikasiya sistemlərinin etibarlığı dayanmadan işləmə

vaxtı il müəyyən olunur. Etibarlığın vahidi “otra hesabla dayanmadan

işləmə vaxtı/saat” ilə müəyyən olunur.

İnfokommumikasiya dedikdə elektrik rabitə növlərinin

konvergensiyası,onların informasiya texnologiyaları ilə funksional

birləşməsi başa düşülür. XX əsrin 90-cu illərində sənayenin digər

sahələrinin inkişaf sürətini keçməklə informasiya sənayesi və

telekommunkasiya bütün dünyada səs-küy vəziyyətində idi. Qlobal

dəyişilklər içərisində sonuncu onillik üçün ilk növbədə telekommuni-

kasiyada liberallaşdırma, nizamlanma və qlobasllaşdırma proseslər-

inin inkişafını müəyyən edən yeni qanunvericilik və müntəzəm mühit

xarakterik cəhət sayılırdı.

Dünyəvi telekommunikasiyalara açarvari faktor kimi

liberallaşdırma daha böyük təsir göstərir, iqtisadi fəaliyyətin və

iqtisadi parametirlərin müxtəlif növlərində dövlət nəzarətinin

zəifləməsi və yaxud tam ləğv edilməsi mahiyyətini açıqlayır.

90-cı illərin ikinci yarısında bazarın monopoliya (inhisar)

strukturundan konkret mühitə keçidini təyin edən telekommunikasiya

sektorunda liberallaşdırma və nizamlanma elektroəlaqə sənayesində

tektonik tərəqqiyə, yeni operatorların çoxlu sayda əmələ gəlməsinə,

şirkətlərin sayının artmasına, əlaqə şəbəkələri üçün yeni təchizatın

istehsalına, rəqabətin güclənməsinə, yeni xidmətlərin inkişafına

gətirib çıxartdı.

İnfokommunikasiyalarda ikinci qlobal proses xidmət və

terminal təchizat, şəbəkələrin təkamülü ilə xarakterizə olunur, bu bir

tərəfdən açarvari texnologiyalarda tərəqqi ilə, digər tərəfdən isə

istifadəçinin yeni tələbləri və artan ümudləri müəyyən olunur. Son

Page 529: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------529---------------------------------------------

illərdə telekommunikasiyanın inkişaf meyllərini əlaqə şəbəkələrinin

rəqəmləşdirilməsi, İnternet və mobil şəbəkə əlaqələrinin, elektron

biznesin bütün formalarının yüksək sürətlə inkişafı müəyyən edir.

Telekommunikasiyaya dünya maliyyə birjalarında daha çox tələb

olunan telekommunikasiya şirkətlərinin-operatorların və istehlakçıla-

rın aksiyaları, böyük həcmli invesyisiyaları istiqamətləndirilmişdir.

XXI əsrdə bəşəriyətin normal fəaliyyətinin təminatında üç sahə

üzrə elmi-texniki tərəqqi vacibdir:

1.İnformasiya;

2.Biotexnika;

3.Kvant və istilik nüvə texnologiyaları.

Bütün bunlar infokommunikasiyanın inkişafına bilavasitə təsir

edir və bu istiqamətlərə daxildir:

Sistemli istiqamətlər:

1.Qloballaşma - Yer kürəsində hər bir kəsin fərdi nömrə və ya

ünvanı olmaqla onun dünyanın istənilən nöqtəsində qlobal

infokommunikasiya şəbəkəsinə qoşulması imkanının təmin olunması;

2.Mobillik (çevikilik) - istifadəçini istənilən vaxt əlaqə ilə

təmin etməklə, ona istənilən şəraitdə və yerdə infokommunikasiya

xidmətlərini göstərməsi;

3.İntellektuallıq - infokommunkasiya şəbəkələrinin sistem və

terminalları intelektinin (yaddaş funksional imkanları, idarəetmə və

xidmət prosesinin optimallığ və s.) gündən-günə inkişaf etməsi;

4.Konvergensiya - rabitə sisteminin, informatikanın və

telekommunikasiya xidmət növlərinin polifunksional vəhdəti

deməkdir;

5.Elektron ticarət (E-Commerce) iqtisadiyyatda yeni istiqamət

olub infokommunikasiya vasitələri ilə mal-material, texnologiya və

xidmət növlərinin alqı-satqısının operativ təşkil olunması.

Texnoloji istiqamətlər:

1.Genişzolaqlılıq müxtəlif növlü informasiya sellərinin yüksək

sürətli verlişinin təmin olunmasıdır. Hal-hazırda optik-lifli kabellər

Page 530: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------530---------------------------------------------

və texnologiyaların tətbiqi ilə veriliş sürəti Qeqabayt/saniyə həqqinə

çatmışdır;

2.Multimediya xidmətləri yüksək veriliş sürəti əsasında

istifadəçilərə eyni fiziki mühitlə (bir fiziki dövrə vasitəsi ilə) geniş

spekterli məlumat növlərinin (səs,video,DATA) birgə verilməsi;

3.Dinamiklik infokommunikasiya şəbəkələrində trafik

həcminin dinamik artımı ilə xarakterizə olunur;

4.İnteqrasiya-telefon aparatlarının, o cümlədən müxtəlif tipli

fərdi kompüterlərin, multimedia avadanlıqların şəbəkədə müştərək

birliyi ilə miltimedia rabitə xətlərinin eyni fiziki mühitlə təşkili;

5.Xidmət keyfiyyəti gələcək infokommunikasiya xidmət

növləri ilə istifadəçinin nə dərəcədə təmin edilməsinin əsas

parametrlərini əks etdirir.

Struktur istiqamətlər:

1.Antiinhisarçılıq- infokommunikasiya bazarında ənənəvi və

yeni operatorlar (provayderlər) arasında ədalətli rəqabət mühitinin

formalaşması;

2.Alyanslar - infokommunikasiya sektorunun bütün

nümayəndələri arasında (avadanlıq istehsalçıları, operatorlar, xidmət

göstərən provayderlər, televiziya və s.) olan qaşılıqlı əlaqələri

əsasında yaradılmış birliklər;

3.Operatorların divergensiyası - böyük təsir səviyyəli

operatorların kiçik operatorların sıradan çıxmasına imkan verməyən

mühitin yaradılması və nəhəng operatorların bazası əsasında yeni

kiçik operatorların təşkil olnuması;

4.İnfokommunikasiya sahəsinin strukturunun dəyişdirilməsi və

yenidən qurulması .

İqtisadi istiqamətlər:

1.Gəlir və məfəətlərin həcminin artımı təkamül yolu ilə

avadanlıqların və göstərilən xidmət növlərinin tariflərinin azaldılması

nəticədisində abunəçilərin sayının və xidmət həcminin hesabına gəlir

artımının təmin edilməsi;

Page 531: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------531---------------------------------------------

2.Vaxta görə xidmət haqqının ödənilməsi iqtisadi baxımdan

infokommunikasiyanın dinamik inkişafı üçün mühüm şərtdir;

3.Tariflərin harmoniyası gələcəkdə dünyanın bütün ölkələrində

xidmət haqlarına görə eyni tariflərin tətbiq edilməsi.

Beləliklə, infokommunikasiya dedikdə, cəmiyyətin

infrastrukturunun elə bir sahəsi başa düşülür ki, o mütərəqqi yüksək

texnologiyalara əsaslanır, cəmiyyəti, insanları müasir

infokommunkasiya xidmətləri ilə təmin edir, böyük həcmli gəlirlər

gətirir və qlobal informasiya inqilabına əsaslanaraq, yüksək sürətlə

inkişaf edir. Ona görə infokommunikasiya inkişafı aydın və

proqnozlaşdırılan olmalıdır.

15.5.TEXNOLOJİ İNNOVASİYA DÖVRLƏRİ VƏ

AÇARVARİ İNFOKOMMUNİKASİYON

TEXNOLOGİYALAR

Bu gün informasiyanın insan fəaliyyətinin bütün aspektlərinə

təsiri onu göstərir ki, bəşəriyyət dünya informasiya cəmiyyətinin

yaranması mərhələsində yerləşir. Bu qlobal məsələnin

müvəffəqiyyətli həlli infokommunikasiya texnologiyalarının

inkişafından asılıdır. Bu insanların gündəlik həyatında və biznesdə

hesablama texnikasından və əlaqə vasitələrindən istifadə olunması ilə

izah olunur. İnfokommunukasiya texnologiyalarının inkişafı hər bir

ölkənin həyat fəaliyyətinə təsir edir və ölkələr arasındakı qarşılıqlı

əlaqələrin qlobal informasiya fəzasının qurulması tendensiyalarını

təyin edir, bu da öz növbəsində nəiniki, effektivli işgüzar qarşılıqlı

əlaqəni, həmçinin, insanlar arasında intellektual qarşılıqlı əlaqənin

effektivliyini, onların informasiya məhsulları və xidmətlərinə olan

ehtiyaclarının məmunluğunu təmin edir. Hal-hazırda infokommuni-

kasiyanın inkişaf tempi digər sahələrin inkişaf tempini əks etdirir,

sənayeləşdirmə erasının informasiya erası ilə əvəz olunmasını bir

daha sübut edir.

İnsan cəmiyyətinin inkişafının yeni mərhələsi keçid bir daha

sübut edir ki, istehsalın digər sahələrinə nisbətədə içşi qüvvəsi bu

Page 532: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------532---------------------------------------------

sahədə daha çox çalışır. Keçən iki yüzilliyə nəzər saldıqda bir daha

əmin olmaq olar ki, kənd təsərrüfatı (aqrar era - XIX əsrin başlanğıcı

və sonu) sənaye ilə əvəz olunmuşdur (sənaye erası - XIX əsrin sonu

və XX əsrin başlangıcı). Sonra isə sənaye infokommunikasiya sferası

ilə əvəz edlidi (informasiya erası XX əsrin ikinci yarısı, XXI əsrin

başlanğıcı).

Bəşəriyyətin inkişafının keçid analizləri Nikolay Kondratev

(1892-1938) tərəfindən hazırlanmış dalğa modelinə əsasən təhlil

edilir. N.Kondratevin modelinə uyğun olaraq iqtisadi proseslərin

dinamikası XVIII əsrin sonlarından başlayaraq iqtisadi göstəricilərin

qiymətlərinin artım və enməsinə görə böyük dalğalarla təyin olunur.

N.Kondratevə görə hər bir dalğanın artan tərəfi daha kiçik sənaye

innovasiya dövrləri ilə xarakterizə olunur, bunlar da hər bir yaranacaq

yeni dalğanın fazasında iki-üç onillik ərzində mövcud olacaqdır. Qısa

innovasiya dövrləri yeni texniki kəşflərin və ixtiraların sayı ilə

xarakterizə olnur, bu da öz növbəsində mövcud sənaye

münasibətlərinin yenidən təşkil olnmasına gətirib çıxardır.

N.Kondratevə görə hər bir böyük dalğa əhəmiyyətli (ciddi)

ixtiralardan sonra və yaxud yeni texnologiyaların prinsipcə yenidən

işlənməsi hesabına baş verir.

Mikroelekronika

Hamı tərəindən qəbul olunmuş fakta əsasən son onilliklər

ərzındə yarımkeçrici inteqral sxemlər əsasında qurğu və sistemlərin

qiyməti və məhsuldarlığı Qorden Murun qanununa görə dəyişir. 1964

–cü ildə İntel korporasiyasının əsasını qoyan Qorden Mur növbəti

texnoloji prinsipi belə xülasə etmişdir: inteqral sxemlərin (bir

saniyədə yerinə yetrilən əməliyyatların sayı) istehsalı hər 18 aydan

bir iki dəfə artırılacaq, ancaq onların qiyməti isə bu zaman 50%

düşəcəkdir, bu qanun bir neçə onilliklər ərzində qüvvədə qalacaqdır.

N.Kondratev sənaye (texnoloji) innovasiya dövrlərinə buxar

maşınının kəşfindən başlayaraq araşdırmışdı və qeyd etmişdi ki, biz

bu gün informasiyanın emalı və ötürülməsi sahəsində yeni kəşflərlə

bağlı innovasiya dövrünün başlanğıcındayıq. Yeni eranın profilini

Page 533: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------533---------------------------------------------

formalaşdıran bu innovasiya dövrünün açarvari faktoru olaraq IP

texnologiyasının bazası əsasında genişzolaqlı territorial paylanmış -

qlobal əlaqə şəbəkləri təşkil edir (WWW). Bəşəriyyətin inkişafında

yeni eranın əsas üstünlükləri sağlamlığın, təhkükəsizliyin və xüsusi

rifahın təmin olunmasıdır. İnfokommunikasiya sferasında baş verən

tərəqqini qiymətləndirərkən belə bir nəticəyə gəlmək olar ki, biz

qlobal informasiya cəmiyyətinin qurulması yolundayıq. Belə bir

şəraitdə biznes imkanların və biznes modellərinin çoxlu sayda tam

yeni formalarının yaranması baş verə bilər.

Nikolay Dimitreviç Kondratev,

rus və sovet iqtisadçısı, İqtisadi

dövr nəzəriyyəsinin banisi (nə-

zəriyyə iqtisad tarixində

“Kondratev Dövrü” adlanır).

Possovet məkanında “Yeni

iqtisdi siyasəti” nəzəri olaraq

əsaslandırmışdır.

Mikroelektronika infokommunikasiya sistemlərinin inkişafının

əsas baza elementidir. Bugün mikroprosessorlar və çip yaddaşlar

telekommunikasiya bazarında olan hər bir məhsulda vardır. Qorden

Murun qanunu nədən ibarətdir? Bunun üçün Simens şirkətinin SL 45

mobil telefonu götürək. Əgər 2000–ci ildə multimedia kartı ilə təmin

olunmuş telefon yüksək səviyyəli mahnıları 30 dəqiqə səsləndirə və

yaddaşda saxlaya bilirdisə, indi mobil aparatının video davamlılığı

Page 534: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------534---------------------------------------------

bir neçə saat və bir neçə gün müddətində uzunluğa malik musiqini

emal edir.

Qordon Erl Mur (ingiliscə Gordon Earle Moore) Direktorlar

Şurasının fəxri sədri, İntel şirkətinin yaradıcısı, “Mur qanunu”nun

banisi.

Operativ yaddaşın həcmi durmadan artır və bu gün bazarda

həcmi bir neçə Zbayt (270) olan (və daha çox) çiplər vardır. Lakin

daha güclü yaddaş sistemlərinin yaranama ehtimalı var, bu da ixtiyari

həcmə malik informasiyanı saxlamağa imkan verəcək.

Mikroelektronika sahəsində iki proses açarvari faktor kimi

qəbul edilir: kompüterlərin istehsalı və yaddaşın həcminn artırılması,

bu da öz növbəsində qurğuların qiymətinin aşağı düşməsinə səbəb

olacaqdır. Müqayisə üçün belə bir misala baxaq: əgər 1973 –cü ildə 1

Mbaytlı operativ yaddaş DRAM üçün 1000 çip lazım idisə və onun

Page 535: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------535---------------------------------------------

qiyməti hər hansı bir evin qiymətinin yarısına bərabər idisə, 2017 – ci

ildə 1Mbayt yaddaşın çox da böyük olmayan çip hissəsini (ola bilsin

ki,1/256000) təşkil edəcək və adi bir skripka qiymətinə olacaq.

Qiymətlərin eroziyası gələcəkdə infokommunikasiya sferasında

yeni əlavələrin yaranmasında açarvari hərəkət edən faktordur.

Qordon Murun qanununa əsasən kompüterin istesalının onun

qiymətinə olan nisbət göstəricisi durmadan artır. Bugün dəyəri 1000$

olan kompüter 1MIPS (bir saniyədə əməliyyatların sayı milyon)

kəmiyyəti ilə ölçülür. Əgər Q.Murun qanunundan istifadə etsək, onda

2030 –cu ildə 1000 $ olan kompüter insan beyninə bərabər hesablama

gücünə malik olacaqdır. Bu gün onu əldə etmək istəsək o, 1 048 576

000 $ olar.

Mur qanundan irəli gələn əsas nəticələr içərisində istifdə olunan

gücün azaldılması və yarımkeçirici qurğuların miniatürləşdirilməsini

də qeyd etmək olar. Bir mikrosxemdə tranzistorların sayının kəsilməz

artımı yaxın gələcəkdə tək-tək çiplər şəkilində terminal qurğularda

(fərdi kompüter, mobil telefonlar və s.) olacaqdır. Yarımkeçiricilər

bazasında olan tranzistorlar ola bilsin ki, 2015 və yaxud 2020 –ci ilə

qədər miniatürləşdirilsin. Ona görə də, ekspertlər fiziki və texnoloji

səbəbdən yeni qurğuların artıq yaranmasının lazım olduğunu qeyd

edirlər. Hal-hazırda ənənəvi tranzistorları əvəz edən və Mur

qanununa uyğun olan qurğular mövcuddur. Texnikanın yeni

elementləri sırasında kömür nanotrubkalar, orqanik tranzistorlar,

modulyar qurğular və kvant prosessorlarını da qeyd etmək olar.

Optik-lifli texnologiya

Şəbəkə texnologiyalarında tərəqqi nəinki mikroelektronikanın

müvəffəqiyyəti ilə, həmçinin optirk-lifli texnologiyanın inkişafı ilə də

əlaqədardır. Optik-lifli sistemlərin şəbəkə əlaqələrində istifadə

olunamsı keçən əsrin 70-ci illərinin ortalarına təsadüf edir. 25 il

müddətində optik-lifli sistemlərin inkişafının əsas tendensiyalarına

daxildir:

•Çoxhörgülü lifdən bir hörgülü lifə keçilməsi ;

Page 536: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------536---------------------------------------------

•İstifadə olunan dalğanın uzunluğunun dəyişdirilməsi

χ=0,85mkm-dən χ=1,33/1,55 mkm;

• Lifdə sönmələrin azalması;

• Ötürülmə sürətinin azalması;

Əlaqə şəbəkələrinin buraxılış qabliyyətinin artırılması ilk

növbədə verilənlərin trafikinin böyümə imkanlarının xarakterindən

asılıdır. Əlaqə şəbəkələrində trafikin artırılması bir neçə faktorlarla

təyin olunur, bura ilk növədə daxiıldir:

•İnternetin inkişafının sürətləndirilməsi;

•Qrafiki və video informasiyanın dəyişdirilməsi üçün tətbiqlər;

•Ümumdünya biznesinin inkişafı nəticədə qlobal trafikin

inkişafına gətirib çıxardır.

Daha yüksək buraxılış imkanları maqistral şəbəkələrdə əldə

edilib, burada optik-lifli kabellərin tətbiqi və SDH ötürülmə sistemi

artıq 90-cı illərdə informasiyanın ötürülməsi üçün 10 Qbit/san

sürətini əldə etməyə imkan vermişdir. Lakin, SDH texnologiyası

əsasında daha yüksək ötürülmə sürətinə keçid lifdə müəyyən fiziki

hadisələrlə məhdudlaşırdı. Nəqliyyat şəbəkələrində buraxılış

qabliyyətinin artırılması DWDM texnologiyasının tətbiqi əsasında,

yəni kanalların uzunluğa görə bölünməsi hesabına mümükün oldu və

bu zaman sürət bir lifdə bir neçə yüz Qbit/san və yaxud bir neçə

Tbit/san oldu. Yeni texnologiya bu günkü gündə dünya telefon

trafikini bir cüt lifdə ötürə bilər.

DWDM texnologiyası artıq regional şəbəkələrdə də tətbiq

olunmağa başlayır, bu da öz növbəsində buraxılış qabliyyətinin

artmasına səbəb olur, ötürülən informasiyanın qiyməti də aşağı düşür

(yəni bir bitin ötürülməsi qiyməti). Bütün bunlar gələcəkdə foton

şəbəkələrin qurulmasına səbəb olur. Bu zaman elektrik siqnallarının

optik və tərsinə keçirilməsi siqnalın mənbəyində və optik

qəbuledicində baş verir. Foton şəbəkələrin buraxılış qabliyyəti

yarımkeçirici texnologiyalarında bazalaşan sistemə əsasən daha

sürətlə artır. Hal-hazırda verilənlərin ötürülməsini bir optik lifdə

7Tbit/san sürətindən daha yüksək sürətlə həyata keçirən optik

sistemlər hazırlanır.

Page 537: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------537---------------------------------------------

Telekommunikasiyanın inkişafı növbəti faktorlarla müəyyən

olunur:

•Rəqəmləşdirmə;

•İnternetin inkişafı və bununla bağlı kommutasiya kanalları

şəbəkəsindən kommutasiya paketləri şəbəkəsinə keçid;

• Mobil əlaqənin şəbəkələrinin və mobil əlavələrin inkişafı;

• Şəbəkə, xidmət və proseslərin konverqensiyası.

15.6.RƏQƏMLƏŞDİRMƏ

Telekommunikasiyanın tərəqqisində ən güclü faktor kimi

informasiyanın rəqəmləşdirilməsi, onun emalı və çatdırılması

vasitələri qəbul edilir. XX əsrin 60-cı illərindən başlayaraq

informasiyanın analoq forması təsvirindən rəqəmsal formaya keçidi

informasiyanın toplanması, emalı və ötürülməsi proseslərinin həyata

keçrilməsini sadələşdirir. İnkişaf etmiş dövlətlərdə tamamilə

rəqəmsal əlaqə şəbəkələri qurulub, bizdə də artıq ötürülmənin analoq

sistemlərindən rəqəmsal şəbəkələrə keçid başlayıb. Əlaqənin

rəqəmsal şəbəkələri hesablama vasitələrinin geniş tətbiqi ilə

xarakterizə olunur. Sistemin xarakteristikalarına təsir edən

mikroprosesolardan hər yerdə istifadə oluncaq. Rəqəmləşdirmə

üzərində qurulan şəbəkələr nəinki informasiyanın nəqliyyatında,

həmçinin informasiyanın emalında da istifadə olunur. Bu proses

elektroəlaqə və məzmunla işləyən digər sahələrin (nəşriyyat

fəlaliyyəti, təhsil, əyləncə və s.) sıx bağlılığının konvergensiyasına

gətirib çıxarıır.

Mobil əlaqənin sistemləri və mobil şəbəkələr

Mobil əlaqənin sistemləri məntəqələr arasında informasiyanın

ötürülməsini təmin edir, onlardan biri və yaxud hər ikisi hərəkətlidir.

Mobil əlaqənin sistemləri xarakteriktik əlaməti radiokanalın tətbiq

olunmasıdır. Mobil əlaqənin texnologiyasına peyjinq, tveyjinq və

mobil telefon daxildir.

Page 538: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------538---------------------------------------------

Peyjinq bir tərəfli əlaqədir, ötürülən məlumat istifadəçinin

peyjinqinə daxil olur və onu hər hansı bir qərarı qəbul etməsi

haqqında məlumatlandırır.

Tveyjinq ikitərəfli peyjinqdir. Peyjinqdən fərqli olaraq

məlumatın alınmasını təsdiq etmək olar və həmçinin, dialoq

keçirtmək mümkündür.

Mobil telefon hərəkətli abunəçilər arasında (oyuqlar) telefon

əlaqəsi olmaqla, kommutativ funksiyaları yerinə yetirən baza

stansiyaları tərəfindən həyata keçirilir.

Mobil əlaqənin bir neçə standartları hazırlanmışdır. Mobil

əlaqənin ən geniş yayılmış texnologiyasına misal olaraq GSM (ədədi

şəbəkələri) standartlarını göstərmək olar. GSM intensiv trafikə (270

kbit/san) malikdir, rominqi təmin edir, yəni mobil istifadəçinin bir

mobildən digərinə keçməsini avtomatik izləyə bilər.

GSM-in müxtəlif növlərindən istifadə olunur: GSM-900 (tezlik

diapazonu 900 MHs), GSM-1800 (tezlik diapazonu 1800 MHs).

Mobil telefonların süalanma diapazonu – 1...2 Vt-dur.

Mobil əlaqə telekommunikasiya sənayesində ən güclü inkişaf

edən vasitədir. Mobil sistemlərin və mobil xidmətlərin geniş tətbiqi

verilənlərin ötürülməsi üçün ilk növbədə, yeni fəaliyyət növünün –

telekompütinqin formalaşmasına gətirib çıxardır, yəni ofisdə, evdə,

səyahətdə və digər yerlərdə əlaqə vasitələrinin köməyi ilə uzaqda

olan əlavələrlə işləmək imkanı əldə olunur. Mobillik konsepsiyası

gələcəkdə ev və ofis arasındakı sərhədlərin götürülməsində açarvari

rol oynayacaq. Lakin, mobil şəbəkələrin güclü inkişafına baxmaya-

raq, simsiz şəbəklərdə gerilik vardır. Adətən, bu müvəqqəti tərəqqi 3-

5 il çəkir. Mobil şəbəkələrin daimi geriliyini qeyd edilənlərdən

fərqlənməsini onunla izah etmək olar ki, stasionar şəbəkələr funksio-

nallığına, yüksək sürətliliyinə və xidmət qiymətlərinə görə həmişə

yaxşı istismar xarakteristikalarına malik olmuşlar.

Bununla belə, istifadəçilərin daimi artran mobilliyi üçüncü nəsil

mobil sistemləri və hərəkətli əlaqənin qlobal sputnik şəbəkələrini

himayə edir. IMT-2000N və UMTS lahiyələri əsasında inkişaf edən

üçüncü nəsil hərəkətli əlaqənin sistemləri bütün kontingentlərdə

Page 539: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------539---------------------------------------------

istifadəçilərə daha geniş xidmətlər təklif etməklə funksionallaşacaq.

Fərdi hərəkətli əlaqənin qlobal sistemi planetin ixtiyari nöqtəsində

istifadəçilər arasında əlaqəni təmin edəcəkdir.

İnternet şəbəkələrinin inkişafı

Müasir mərhələdə infokommunikasiyanın əsas inkişaf

tendesiyalarından biri də İnternetin sürətli inkişafı ilə və əlaqə

şəbəkələrində IP-texnologiyasına yönəldilmənin hər yerdə yayılması

ilə bağlıdır. Böyük yəqinliklə demək olar ki, İnternet şəbəkələri və

texnoloigiyaları infokommunikasiya sahəsində ən güclü hərətedici

qüvvədir. İnternet şəbəkəsi nə vaxtsa bir-birindən tədric olunmuş

informasiya texnologiyalarını və telekommunikasiyaların konvergen-

siyasını gücləndirir. Son 10 il müddətində dünyada mövcud olan,

tarixi sənədləri də daxil etməklə bütün informasiyanın rəqəmsal

formaya keçməsi qlobal məsələ kimi qarşıda durur, çünki bütün

kitablara, musiqi əsərlərinə, nəşrlərə və digər məlumatlarla WWW

sisitemi vasitəsilə daxil olmaq mümkün olacaq. Onda belə böyük

həcmli informasiya axının emalı və nəqli üçün güclü və etibarlı

şəbəkələr qurmaq lazımdır.

İnternet şəbəkələrinin yeni nəslinin yaradılması üçün hansı

təcrübəyə arxalanmaq lazımdır? Şübhəsiz ki, səsin ötürülməsi

prosesini telefon şəbəkələrinin və verilənlərin ötürülüməsi

şəbəkələrinin konvergensiyası təşkil edəcək. Bu zaman verilənlərin

ötürülməsi şəbəkələrinin mütəxəsisləri üçün yeni şəbəkə yaratmaq

telefon şəbəkələrinin mütəxəsislərinə nisbətən çox çətindir.

Bunun səbəbi növbəti amillərdən asılıdır :

•Etibarlılıq. Şəbəkələrdə və verillənlərin ötürülməsi

sistemlərində müasir proqram və aparat təminatı səsin ötürülməsi

tələblərini yaxşı təmin etmədiyindən kifayər qədər etibarlı sayılımır.

Telefon şəbəkələrinin operatorları tələb edir ki, kommututativ

avadanlığn sıradan çıxamsı ehtimalı bir ildə bir neçə dəqiqəni

aşmasın, bu da öz növbəsində 99,999 % -ə bərabər olan etibarlığa

uyğundur. Buna görədə aparat vasitələrinin artığlığını və proqram

Page 540: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------540---------------------------------------------

təminatının layihəsinin dayanıqlığını təmin etmək üçün xüsusi həllər

tapmaq lazımdır.

•Avadanlığın keyfiyyəti. IP protokolu elə başlanğıcdan real

vaxtda işləmək üçün təyin edilməmişdir, bu da verilmiş protokolun

məhdudiyyətidir. Xidmətin keyfiyyəti kommutasıya kanallarına

malik şəbəkəlr üçün nəzərdə tutulur, ona görə də adi IP protokolunda

bazasında olan şəbəkələr üçün reallaşa bilməzdi. Həqiqətdə real trafik

vaxtın emalı vasitələrini, idarəetmə serverlərini və yaxı bağlantı

keyfiyyətlərinin kombinaiyasınıda nişanlıanmanın Çoxprotokollu

kommutasiya mexanizmini (Multi-Protocol Label Switching-MPLS)

istifadə edən IP kommutatorları və marşuruzatorları lazımdır.

•Şəbəkələrin qarşılıqlı əlaqələri. Yüksək keyfiyyətlə (bu gün

müasir ümumi istifadəli telefon şəbəkələri bu keyfiyyəti təmin edir)

verilənlərin və səsin ötürülməsini təmin etmək üçün şəbəkələrin

qarşılıqlı əlaqəsi imkanından istifadə olunmalıdır. İnternet və mövcud

olan telefon şəbəkələri açarvari faktordur. Ona görə də rəqəmsal

kommutasiya şəbəkələrini IP şəbəkələrinin paket trafikinə uyğunlaş-

dırmaq bacarığına və təcrübəsinə malik olmaq lazımdır. Nəhayət,

müxtəlif şəbəkə növləri arasında qarşılıqlı siqnallaşdırmanı təmin

etmək lazımdır.

•Çağrışların emal edilməsi. Verilənlərin ötürülməsi üzrə

müəxəsislərin təcrübəsindən asılı olmayaraq, onlar verilənlərin emalı

sahəsində praktiki cəhətdən heç bir biliyə malik deyillər. Belə ki,

onlar praktiki cəhətdən elə bir vasitə yarada bilmirlər ki, danışıq sona

yetən kimi heç bir xüsusi əmrdən istifadə etmədən kəsilmə baş

versin.

Bütün bu sadalanalara baxmayaraq İnternet şəbəkələrindən

istidfadə durmadan artır. Məsələn, ABŞ-da yeni texnologiyadan

istifadə 50 miliyon istifadəçi ehtiyatı ilə müəyyən olunur. Məsələn,

əgər telefonun istifadəsi üçün - 90 il, radio- 40 il ,televiaora-15 il,

FK-onların ixtirasından sonra –16 il lazım idisə, İntenetdən istifadyə -

5 il (50 miliyon) , Napster (Internet vasitəısilə musiqi) sisteminə isə

18 ay kifayət etdi.

Page 541: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------541---------------------------------------------

Xidmətlərin, proseslərin və şəbəkələrin konvergensiyası

Əlaqənin ənənəvi şəbəkələri trafikin müəyyən tipləri səs,

verilənlər, mətn və video- üçün layihələndirilmiş və qurulmuşdur.

Həmçinin hərəkətli və stasionar abonentlər də üçün ayrıca şəbəkələr

qurulmuşdur.

Üç tip şəbəkə növü vardır və onların hər birinin müxtəlif

üstünlükləri və nöqsanları mövcuddur:

•Qeyd olunmuş abonentlər üçün telefon şəbəkələri nitq üçün

yüksək etibarlıdır və optimallaşdırılıb;

•Verilənlərin ötürülməsinin genişzolaqlı şəbəkələri kompüter

informasiyasının ötürülməsi üçün optimallaşdırılıb;

•Kommutasiya kanalları vasitəsi ilə əlaqənin mobil şəbəkələri

və radiomüraciət şəbəkələri əlaqə seasnsı müddətində

istifadəçilərə yerdəyişməyə imkan verir.

Telekommunikasiyada inqilabi dəyişiliklər nəticəsində müxtəlif

tipli şəbəkələr arasında fərq yox olmağa başlayır və gələcəkdə

müxtəlif şəbəkələrin bir şəbəkə arxitekturasına konvergensiya prosesi

baş verəcəkdir.

Müxtəlif sahələrdə inqilabi proseslərin təsvirində istifadə

olunan "Konvergensiya" termini son zamanlar telekommunikasiyada

daha tez-tez istifadə olunmağa başlayıb. 1997 –ci ilin dekabrında

Avropa Komissiyasının "Green Paper" sənədində konvergensiya

müxtəlif şəbəkə platformaların imkanlarını, telefon, fərdi kompüter,

TV-qəbuledicisini vahid bir terminalda birləşdirən praktiki eyni

xidmətlər yığımı kimi təyin edilmişdir.

QEYD: Konvergensiya (latınca convergere sözündən əmələ

gəlmədir, “yaxınlaşmaq”, “bənzərlik” kimi anlamları verir).

Konvergensiya XX əsrin ikinci yarısında yaranmış siyasi

nəzəriyyədir, keçmiş sovetlər məkanında tədricən liberal, Qərbdə

isə sosialist nəzəriyyəyə çevrilir. Konvergensiya nəzəriyyəsi

əsasında sosializm və kapitalizm prinsiplərinin birləşməsi baş verir

və bunun da nəticəsində sosial-iqtisadi ortaq yaranır (məsələn,

planlı iqtisadiyyat və siyasi demokratiyanın uyğun olaraq

Page 542: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------542---------------------------------------------

birləşməsi). Konvergensiya geniş mənada eyni tarixi dövrdə

yaşayan, müxtəlif cəmiyyətlər arasında xarici iqtisadiyyatı və

qeyriiqtisadi bərabərsizliyi, sosial münaqişələri, yenidən təşkil

edilmiş liberal-demokratik münasibətləri məntiqi olaraq

nizamlayan, aradan götürən oxşarlığın gücləndirilməsidir. 1960-

1970-ci illərdə konvergensiyanın siyasi ideoloqu (idioloq - bir

ictimai sinfin, ictimai-siyasi quruluşun, cərəyanın ideologiyasını

ifadə və müdafiə edən şəxs) keçmiş sovetlər məkanında akademik

A.D.Saxarov (1921-1989) olmuşdur. İki sistemin yaxınlaşma

ideyasını ilk dəfə P.A.Sorokin (1889-1968) 1944-cü ildə yazdığı

“Rusiya və Birləşmiş Ştatlar” əsərində irəli sürmüşdü.

Pitirim Aleksandroviç Sorokin

Andrey Dmitreviç Saxarov

Xarici ölkələrdə də bu nəzəriyyə ilə dövrünün görkəmli

alimlərindən Con Helbreyt (1908-2006), Uolt Rostou (1916-2003),

Fransua Perru (1903-1987), Yan Tinbergen (1903-1994) və

başqaları məşğul olmuş, bu sahəyə öz tövhələrini vermişlər. Bəzi

xarici ölkələrdə bir neçə siyasi partiyanı da “Konvergensiya”

adlandırırlar.

Page 543: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------543---------------------------------------------

Con Kennet Helbreyt

Uolt Uitmen Rostou

Fransua Perru

Yan Tinbergen

Bir qayda olaraq, telekommunikasiyada üç növ

konvergensiyaya baxılır:

Xidmətlərin konvengensiyasına;

Proseslərin konvergensiyasına;

Page 544: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------544---------------------------------------------

Şəbəkələrin konvergensiyasına.

Xidmətlərin konvergensiyası istifadəçilər üçün yeni

genişləndirilmiş funksional imkanlar təqdim edir. Proseslərin konver-

gensiyası xidmət provayderlərinə müxtəlif texnologiyalar və müxtəlif

istehlakçıların avadanlıqlarlı ilə işləməyə imkan verir, bu da öz

növbəsində iqtisadi effektiv xidməti təklif etməyə imkan yaradır.

Nəhayət, şəbəkələrin konvergensiyası texnologiyaların konvergen-

siyasını əks etdirir, yəni müxtəlif şəbəkə xidmətlərinin konvergensiya

xidmətlərini müəyyən edir.

NGN (Next Generation Network) şəbəkələrinin tərkibinə iki

səviyyə daxildir: nəqliyyat və xidmət səviyyəsi. IP-kommutasiya

texnologiyasında bazalaşan nəqliyyat səviyyəsində kommutasiya

funksiyaları və siqnal informasiyanın ötürülməsi təmin edilir.

Nəqliyyat səviyyəsinin əsas elementlərinə müxtəlif tip şlyüzlər,

abonentlərin qoşulduğu müraciət şlyüzü (Access Gateway), vahid

şəbəkəni digər şəbəkələrlə (telefon,vertilənlərin ötürülməsivə s.)

birləşdirən magistral şlyüzlər (Trunk Gateway) daxildir. Xidmət

səviyyəsində isə siqnal axınları proqram kommutatorları vasitəsilə

idarə edilir.

15.7.TELEKOMMUNİKASİYA SİSTEMLƏRİNİN

EFFEKTİVLİK KRİTERİYALARI

Telekommunikasiya sistemlərinin (T–sistemlər) effektivliyini

qiymətləndirilməsi sistemin komponentlərinin yaranması və inkişafı

müddətində onun fəaliyyətinin bütün sahələrini əhatə etməlidir və

vahid kəmiyyətlər sistemində konkret ifadəyə malik olmalıdır.

Telekommunikasiya sistemlərin sosial-maliyyə bazasını təşkil edən

(dövlət strukturları, bank və birja strukturları) müxtəlif istifadəçilər

heyəti onun yaranması və ondan istifadə xidmətləri üçün haqq

ödəməlidir. Bu o zaman real olar ki, telekommunikasiya sistemlərin

faydalılığı istifadəçilər üçün adekvat və kifafəyət qədər olsun.

Heyətinin müxtəlifliyini, potensial istifadəçilərin tələbi və imklanları

Page 545: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------545---------------------------------------------

o zaman mümkükdür ki, telekommunikasiya sistemləri uyğun

xassəyə və resurslara malik olsun.

Effektivlik meyarları E başlıca olaraq iqtisadiyyat və “kapital”

sosiologiyasına əsaslanır. Kapitalın müasir təyini fakt sabitinə görə

məhdudlaşır: bu əlavə gəlir (pul) gətirən qiymətdir. Bu

telekommunikasiya sistemlərinin effektivliyini qiymətləndirilməsi

üçün seçilən işçi alətdir:

1.Telekommunikasiya sistemləri fəaliyyətdə olan əlaqə

şəbəklərinə qoyulur-ümumi vətəndaş və idarə (müəssisə).

2.Fəaliyyətdə olan ümumi əlaqə şəbəkəsi əvvəlcə dotasiyalıdır,

onun texniki səviyyəsi və imaknalrı aşağıdır, avadanlığın

dəyişdirilməsi və inkişafı məqsədi ilə tariflərin qaldırılması idarə

şəbəkələrinin yüklənməsindən və xidmətlərindən imtina etməyə

səbəb olur.

3.Telekommunikasiya sistemləri dünya sisteminə birləşdirmə-

lidir, bu zaman o texniki üstünlüklərdə və sosial imkanlarda onlardan

geri qalmamalıdır.

4.Texnikanın istismarına, idarə heyətinin aylıq maaşına, vergi

və normativ tutulmalara, kredit və investisiyaların ödəniş faizlərinə

sərf olunan xərcləri, həmçini telekommunikasiya sistemlərinin

genişləndirilməsinə, investlərin və kreditorların əmanətlərinin

qaytarılmasına sərf olunan xərclər birləşdirir.

5.Müəyyən mərhələdən sonra telekommunikasiya sistemləri

gəlirli olur, gəlirin müəyyən bir hissəsi sistemin gələcək inkişafına

yönəldilir. Start kapitalı yartadıldıqdan da sonra kreditlər daxil

olmalıdır, bu o zamana qədər davam etməlidir ki, gəlir kifayət qədər

olsun, bundan sonra kreditləşmə dayandırılmalı və borclar geri

qaytarılmalıdır.

Telekommunikasiya sistemlərin yaradılması və fəaliyyətini belə

bir zəncirvarı şəkildə göstərmək olar. Bu proses sistemlərin

dəyişməsinə qədər dövrü olaraq təkrar olunur, onu başqa cür də təsvir

etmək olar. Bu qapalı zəncir sistemin yaradılması və istismarında əks

əlaqəni əks etdirir.1,2 – sosial, 3 – iqtisadi, 4,5- texniki mövqeyləri

göstərir.

Page 546: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------546---------------------------------------------

Page 547: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------547---------------------------------------------

Telekommunikasiya sistemlərinin inkişaf etdirilməsi material

və intellektual vasitələrdən ibarətdir: bina, qurğulardan, texniki təchiz

etmə, proqram. Bütün bunların birləşməsi nəticəsində kompleks

xidmət yaranır. Sistemin vəziyyətini vaxtın ixtiyari anında qurmaq və

tərkibini müəyyən etmək və onun tərəfindən yardılmış xidmətin

keyfiyyətini müəyyən etmək olar. Sistem dəyərə malikdir, başqa

sözlə, kapital, burada K sistemin texniki səviyyəsini və onun

iqtisadiyyatını əks etdirir. Kapitaldan tələbatın (T) səviyyəsi və

artımı, sorğu (S) və onun gücləndirilməsi, maliyyələşdirmə (M)

asılıdır. Kapitalın artımı aşağıdakı düsturla ifadə olunur:

K=(T,S,M)

Sistemin inkişafı kapitalın artımı ilə müəyyən olunur, bu da

nəticədə xidmətin yüksəldilməsinə, sorğunun artımına və tələbatın

stimullaşdırılmasına gətirb çıxardır. K –nın n dəfə artımı sistemin

inkişafını əks etdirir.

n=1 öz xərcini ödəmə meyarını əks etdirir: kapital qoyulmuş

resurslarla müəyyıən edilir, bu meyar planlı iqtisadiyyata aiddir.

n=2 halı bazar iqtisadiyyatı üçündür. ”Kapitalın ikiqat tempi”

meyarı proqnoz (onda o riyazi modelləşdirmə yolu ilə hesablanır)

xarakteri daşıdığı kimi, həmçinin də operativ (onda kapital vasitəsiz

olaraq bilavasitə dəyişir) ola bilər.

"Kapitalın ikiqat tempi" sistemin başlanğıc emalınadn son

fəaliyyət dövrünə qədər olan iş qabiliyyətini müəyyən etməyə imkan

verir. Sistemin həyat fəaliyyəti o zaman başa çatır ki, artıq o gəlir

gətirmir: ikiqat temp sıfra bərabər olduqda, ikiqat dövr sonsuzluğa

yaxınlaşır. Onda sistemi daha müasir və gəlir gətirən digər sistemlə

əvəz etmək lazımdır.

Bu meyarın əsasında nəinki strateji, həmçinin ixtiyari əməli

qəraralar durur: öz texnikasından istifadə etməli, yoxsa ən yaxşı

xarici texnikanı əldə etməli: tarifləri necə formalaşdırmalı: xidmətin

tərkibini hansı istiqamətdə formalaşdırmalı: investisiyaları qəbul

etməli yoxsa kredit götürməli və s.

Page 548: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------548---------------------------------------------

"Kapitalın ikiqat tempi" meyarına görə effektivliyin

qiymətləndirilməsinə stimul kimi təsir göstərən amillərə - bir saat,

bir gün, hətta onilliklər üçün qəbul edilən qərarlar əsas göstərilə

bilər.

Effektivlik meyarının ən vacib xassəsinə hər bir işçi, mühəndis

və bütün heyət üçün universallıq, bütün mallar üçün vahidlik

meyarları, sistem və bütün alt sistemlərin birlikdə olması daxildir.

Əməkdaş gəlir gətirməlidir, bu sistem texnikasında "xeyirxah

istismar adlanır". Differensil formada E(t)- əməli qiymətləndirmə,

inteqral formada E(0,T)-strateji qiymətləndirmədir (T-informasiyanın

ötürülməsi vaxtı, sistemin yaradılması vaxtı və s.). Hər iki forma

məcburidir, belə ki, əməli idarə etmə, həmçinin də strateji qərarlar

qəbul etmək lazımdır.

Gəlir sistemin büdcəsinin mədaxil və məxarici arasındakı fərqə

bərabərdir, hər iki hissə monotondur və inkişafın tempi və xidmətin

keyfiyyəti arasındakı asılıqdan asılıdır.

Bu aşağıda göstərilən formula ilə hesablanır:

Məhdudluq şərtini mütləq əlavə etmək lazımdır, əks halda

kommersiya sistemi məhv ola bilər (müflis olar).

Burada, kapitalın müəyyən hissəsini ayırmadan T- sistemin

mükəmməlləşdirməsi üçün ayrılmış E*- sistemin effektivliyini

göstərir.

Effektivlik nəzəriyyəsi meyarın mənası üçün iki cür

qiymətləndirmə təklif edir. Birinci halda sistemin xassələrinin

müsbət cəmi Q - keyfiyyət göstəricisi ilə müəyyən olunur. Mənfi

xassə müsbət xassə ilə əvəz olunmalıdır. Keyfiyyət göstəriciləri

sistem invertarlarıdır, müxtəlif ölcüyə malikdirlər və funksional asılı

deyillər. Bu nizamlanmamış diskret çoxluqdur;

Page 549: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------549---------------------------------------------

burada, i - effektivlikdən asılı olan bütün dəyişənlər çoxluğudur. Qi -

müxtəlif ölçülən çoxluqlarda təyin olunub, keyfiyyətin hər bir

göstəricisi nizamlanmış çoxluqdur (kəsilməz, diskret).

Effektivlik nizamlanmış çoxluqdur:

burada, fi -əks olunma, H, H1 -nizamlanmış çoxluq, T intervalında

xərclənmiş W - resursdur.

İkinci yol perspektivə və müəyyən məqsədə yönəldilmişdir,

bura effektivlik meyarı müsbət nizamlanmış çoxluq kimi daxil edilir.

Bundan sonra bir və ya bir neçə aralıq çoxluqlar daxil edilir. Bu

çoxluqlar sistemin parametrlərini və sıxlaşdırılmış xassələrini əks

etdirir. Vahid ölçülməyə malik olmayan xassələr üçün şərti topoloji

şkalalar qəbul edilir. Nəticədə ardıcıl əks olunma xassəsi göstərilmiş

effektivlik meyarına görə xarakterizə olunur. Üstünlüyü ondan

ibarətdir ki, nizamlanmış çoxluqdan istifadə etməyə ehtiyac qalmır.

T- sistemlərin inkişafı və istismarında hər iki üsuldan eyni zamanda

istifadə etmək daha məqsədəuyğundur.

XV FƏSLƏ AİD SUALLAR

1.Kommunikasiya şəbəkələrində informasiya verilişi.

Verilənlərin ötürülməsi üsulları.

Page 550: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------550---------------------------------------------

2.Əlaqə xətlərinn növləri, xarakteristikaları. Kommutasiya

üsulları.

3.Xidmətlər haqqında. Teleks xidməti, Teletekst, Elektron poçt.

4.Telefaks, datafaks, bürofaks, Videoteks, videoteks.

5.Məlumatların emalı. Telekonfrans. Sorğu və teleyazma.

Telebirja, telemağaza və teleauksion xidmətləri. Telematik xid-

mətlərin inkişaf perspektivləri.

6.İnternet şəbəkəsində ünvanlar və protokollar. İP ünvan ilə

kompüter identifikasiyası.

7.İP ünvan sxeminin iyerarxiyası. Şəbəkənin bölünməsi

metodunun mahiyyəti.

8.Ünvanların tipləri. İV versiyalı İP protokolu. Vİ versiyalı İP

protokolu

9.Kommunikasiya sistemlərinin xarakteristikaları.

10.İqtisadiyyatda telekommunikasiya sistemlərinin analizi.

İnfokommunikasiyanın inkişaf istiqamətləri.

11.Sistemli istiqamətlər. Texnoloji istiqamətlər. 12.Texnoloji innovasiya dövrləri və açarvari infokommunika-

siyon texnologiyalar. 13.Kondratevin innovasiya dövrləri və onun müasir cəmiyyətdə

rolu 14.Mikroelektronika. Optik-lifli texnologiya. Rəqəmləşdirmə.

Xidmətlərin, proseslərin və şəbəkələrin konvergensiyası. 15.Telekommunikasiya sistemlərinin effektivlik kriteriyaları.

16.Telekommunikasiya sistemlərinin effektivliyinin qiymətlən-

dirilməsi.

T E S T L Ə R

1.Elektroəlaqə ...

A.)Fəzada zonasına görə maddi informasiya daşıyıcısıdır.

B.)Bütün cavablar doğrudur.

C.)Uyğunlaşdırılmış qaydalar əsasında funksiyalaşdırılmış

vasitələrin köməyi ilə informasiya mübadiləsi və yaxud

informasiyanın ötrülməsi deməkdir.

Page 551: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------551---------------------------------------------

D.))Siqnalların,işarələrin, mətnlərin, təsvirlərin, səsin naqil,

optik və yaxud digər elektromaqnit sistemlərinin köməyi ilə ötrülməsi

və qəbul edilməsi deməkdir.

E.)Danışıq, mətn, təsvir, ədədi verilənlər, qrafik, cədvəl və

digər şəkildə informasiyanın təsvir formasıdır.

2.Telekommunikasiya sistemləri..

A.)Müəyyən məqsədə nail olmaq üçün bir – biri ilə

əlaqələndirilmiş elementlər çoxluğudur;

B.)Heç biri;

C.))Müəyyən tipə malik elektro əlaqələri təmin edən texniki

vasitələr kompleksidir;

D.)Müxtəlif məsafələrdə yerləşən obyektlər arasında

əlaqələrdir;

E.)Aparat və proqram vasitələrinin,informasiya

resurslarının, həmçinin qərarın qəbul edilməsi və hazırlanmasını

təmin etmək üçün informasiya proseslərini yerinə yetirən idarəetmə

servisinin yığımıdır.

3. Texnoloji istiqamətlərə aşağıdakılardan hansılar

aiddir?

A.) Antiinhisarçılıq, alyanslar;

B.)Operatorların divergensiyası, infokommunikasiya

sahəsinin strukturunun dəyişdirilməsi və yenidən qurulması;

C.) Gəlir və məfəətlərin həcminin artımı,vaxta görə xidmət

haqqının ödənilməsi, tariflərin harmoniyası;

D.))Genişzolaqlılıq, dinamiklik, inteqrasiya, xidmət

keyfiyyəti;

E.)Qloballaşma, mobillik, intellektuallıq, konvergensiya,

Elektron ticarət.

4. İnfokommunikasiyanın inkişafına bilavasitə təsir

göstərən istiqamətlər hansılardır?

A.)Sistemli, struktur, iqtisadi;

B.)Sistemli, texnoloji, struktur;

C.))Sistemli, texnoloji, struktur, iqtisadi;

Page 552: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------552---------------------------------------------

D.)Sistemli, texnoloji, iqtisadi;

E.)Sistemli, texnoloji, struktur, iqtisadi,sosial.

5. İnfokommumikasiya dedikdə ...

A.)Aparat və proqram vasitələrinin,informasiya

resurslarının, həmçinin qərarın qəbul edilməsi və hazırlanmasını

təmin etmək üçün informasiya proseslərini yerinə yetirən idarəetmə

servisinin yığımı başa düşülür;

B.))Elektrik rabitə növlərinin konvergensiyası, onların

informatika texnologiyaları ilə funksional birləşməsi başa düşülür;

C.)Danışıq, mətn, təsvir, ədədi verilənlər, qrafik, cədvəl və

digər şəkildə informasiyanın təsvir forması başa düşülür;

D.)Siqnalların, işarələrin, mətnlərin, təsvirlərin, səsin naqil,

optik və yaxud digər elektromaqnit sistemlərinin köməyi ilə ötrülməsi

və qəbul edilməsi başa düşülür;

E.)Uyğunlaşdırılmış qaydalar əsasında funksiyalaşdırılmış

vasitələrin köməyi ilə informasiya mübadiləsi və yaxud

informasiyanın ötrülməsi başa düşülür.

6. Antiinhisarçılıq...

A.)Mövcud şəbəkələrin müasur rəqəm avadanlığı və İP

texnologiyaları bazası əsasında strukturlarının dəyişdirilməsi və ya

yenidən qurulması;

B.)Mövcud şəbəkələrin müasur rəqəm avadanlığı ilə yenidən

qurulması;

C.))İnfokommunikasiya bazarında ənənəvi və yeni

operatorlar arasında ədalətli rəqabət mühitinin formalaşması;

D.)İnfokommunikasiya sektorunun bütün nümayəndələri

arasında olan qaşılıqlı əlaqələri əsasında yaradılmış birliklərdir;

E.)Böyük təsir səviyyəli operatorların kiçik operatorların

sıradan çıxmasına imkan verməyən mühitin yaradılması və nəhəng

operatorların bazası əsasında yeni kiçik operatoralrın təşkil olnuması

7. Morze aparatı hansı veriliş üsuluna aiddir?

A.)“Startctrl”

B.)) Asinxron;

Page 553: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------553---------------------------------------------

C.)“Startstop”

D.)“Startdelete”

E.)Sinxron.

8. Kommunikasiya protokollarının standart toplusuna

aşağıdakılardan hansılar aiddir?

A.)NetBİOS\SMB,DECnet,SNA,OSİ

B.)TCP\İP,İPX\SPX,NetBİOS\SMB,DECnet,SNA

C.))TCP\İP,İPX\SPX,NetBİOS\SMB,DECnet,SNA,OSİ

D.)İPX\SPX,NetBİOS\SMB,DECnet,SNA,OSİ

E.)İP,İPX\SPX,NetBİOS\SMB,DECnet,SNA,OSİ

9. SDH şəbəkəsi neçənci ildə yaradılmışdır?

A.))1988

B.)1987

C.)1990

D.)1991

E.)1989

10. Əlaqə xətlərinin xarakteristikaları:

A.)Amplitud, tezlik xarakteristikası; buraxılış zolağı;

azalma; xətin sonuna yaxın nişan almanı cızmaq; verilənlərin

ötürülməsinin etibarlığı; xüsusi qiymət.

B.))Amplitud, tezlik xarakteristikası; buraxılış zolağı;

azalma; buraxılış imkanları; manelərə davamlılıq; xətin sonuna yaxın

nişan almanı cızmaq; verilənlərin ötürülməsinin etibarlığı; xüsusi

qiymət.

C.)Buraxılış zolağı; azalma; buraxılış imkanları; manelərə

davamlılıq; xəttin sonuna yaxın nişan almanı cızmaq;verilənlərin

ötürülməsinin etibarlığı; xüsusi qiymət.

D.)Azalma; buraxılış imkanları; manelərə davamlılıq; xətin

sonuna yaxın nişan almanı cızmaq;

E.)Verilənlərin ötürülməsinin etibarlığı; xüsusi qiymət.

Page 554: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------554---------------------------------------------

Ə D Ə B İ Y Y A T S İ Y A H I SI

1.Balayev R.Ə., Əlizadə M.N., Mahmudov A.B. Kompüter

sistemləri və şəbəkələrinin informasiya təhlükəsizliyi, Dərslik, MSV

NƏŞR, 2017-cı il, 608 səh.

2.Əlizadə M.N., Salamanova M.Ə. İnformatikanın əsasları, Dərs

vəsaiti, Bakı Biznes Universitetinin nəşriyyatı, 2013-cü il, 379 səh.

3.Əlizadə M.N., Salmanova M.Ə., Seyidzadə E.V.İnformatika

(mövzular, suallar, testlər), Dərs vəsaiti, RS “Poliqal” nəşriyyatı, 2012-

ci il, 552 səh.

4.Qloballaşan Dünyada Ali Təhsilin Perspektivləri və Aktual

Məsələləri Number 26, 2009., 231 səh.

5.Musayev İ.K. Əlizadə M.N., Salmanova M.Ə., Məmmədova

A.İ. İqtisadi informatika, Dərslik, MSVNƏŞR, 2016-cı il, 300 səh.

6.Кондратьев Н.Д. Большие циклы конъюнктуры и теория

предвидения / Сост. Ю. В. Яковец. — М.: Экономика, 2002. —

768 с.

7.Автономов В. С. «Несвоевременные» мысли Йозефа

Шумпетера. — В кн.: Шумпетер Й. Капитализм, социализм и

демократия: пер. с англ. / Предисл. и общ. ред.

В. С. Автономова. — М.: Экономика, 1995.

8.Азгальдов Г. Г., Костин А. В. Интеллектуальная

собственность, инновации и квалиметрия // Экономические

стратегии, 2008. — № 2 (60). — С. 162—164.

9.Аникин А. В. От Смита и Рикардо до Маркса и

Энгельса. — 574 с.

10.Аникин А. В. Экономический национализм: Фридрих

Лист // Юность науки: Жизнь и идеи мыслителей-экономистов до

Маркса. — 2-е изд. —М.: Политиздат, 1975. — С. 323-338. —

384 с.

11.Армстронг Г., Котлер Ф. Введение в маркетинг =

Marketing: An Introduction. — 8-е изд. — М.: «Вильямс», 2007. —

С. 832.

12.Бернейс Э. Манипуляция общественным мнением: как и

почему // Полис. 2012. № 4.

13.Блауг М. Кондратьев, Николай Дмитриевич // 100

великих экономистов до Кейнса = Great Economists before Keynes:

Page 555: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------555---------------------------------------------

An introduction to the lives & works of one hundred great economists

of the past. —СПб.: Экономикус, 2008. — С. 148-151. — 352 с.

14.Буланов А. В. Завтра-маркетинг. — СПб.: Питер, 2008. —

256 с:

15.Гершман М. А. Инновационный менеджмент. —

М.: Маркет ДС, 2008. — 200 с. — ISBN 5-7958-0150-6.

16.Григорьев М. Н. Маркетинг : учебник для бакалавров / —

4-е изд., доп. — М. : Издательство Юрайт, 2012. . — С. 464

17.Григорьев М. Н., Е. Ю. Краснова; Маркетинг продукции

военного назначения : учебник / Издательство Инфо-да, — СПб.,

2011. — С.435

18.Джон Филип Джоунс. Рекламный бизнес: деятельность

рекламных агентств, создание рекламы, медиа-планирование,

интегрированные коммуникации = The Advertising Business:

Operations, Creativity, Media Planning, Integrated

Communications. — М.: Вильямс, 2005. — 784 с.

19.Ильясов Ф. Н. Непрогнозируемая реклама // Со-

общение. — 2001. — Вып. 5.

20.Ильясов Ф. Н. Рекламная цивилизация = Возможен ли

переход от конкуренции рекламы к конкуренции качества //

Социологические исследования. — 2009. — Вып. 7. — С. 95-100.

21.Информатика: Учебник для вузов — Учебное пособие,

Питер, 2011 г.

22.История экономического анализа в 3 тт. — СПб.:

Экономическая школа, 2004 г.

23.Карен Фелан. Простите, я разрушил вашу компанию:

Почему бизнес-консультанты — проблема. Не решение. = Karen

Phelan. I’m Sorry I Broke Your Company Why Management

Consultants Are the Problem, Not the Solution. — М.: Альпина

Паблишер, 2013. — 224 с.

24.Косарев В.П., Еремин Л.В., Экономическая информатика:

Учебник М.: Финансы и статистика, ISBN 5279024554, 2002 г. 592

с.

25.Котлер Ф., Вероника Вонг, Джон Сондерс, Гари

Армстронг. Основы маркетинга, 4-е европейское издание =

Principles of Marketing: European Edition 4th. — М.: «Вильямс»,

2007. — С. 1200.

Page 556: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------556---------------------------------------------

26.Кучинский В.Ф., Спирина Т.П. Теоретические основы

экономической информатики: Учебное пособие. - СПб.: НИУ

ИТМО, 2014. - 90 с.

27.М. В. Спека. Создание Web-сайтов / А. В. Слепцов. —

рус. — М.: Вильямс, 2007. — 288 с. — (Самоучитель.).

28.Марк Тангейт. Всемирная история рекламы = Adland. A

Global History Of Advertising. — М.: Альпина Паблишер, 2015. —

270 с.

29.Нуреев Р. М. Й. А. Шумпетер: роль схоластики в истории

экономического анализа // Экономический вестник Ростовского

государственного университета. — 2005. — Т. 3. — № 4. — С. 20-

27.

30.Орлов А. И., Орлова Л. А. Современные подходы к

управлению инновациями и инвестициями // Экономика XXI

века. — 2002. — № 12. — С. 3—26.

31.Полонская Е. Л. рус. // Язык HTML. Самоучитель /

Диалектика. — М.: Вильямс, 2003. — С. 20. — 320 с.

32.Профессия — тьютор: информационно-методический

бюллетень. — 2013. — № 2. — М.:

33.Ромат Е. В. Реклама. — 5-е изд. — СПб.: Питер, 2002. —

544 с. — (Учебники для вузов).

34.Селигмен Б. Йозеф А. Шумпетер и его новатор //

Основные течения современной экономической мысли. — М.:

Прогресс, 1968. — 600 с.

35.Сравнительное государственное управление: теория,

реформы, эффективность / Под общ. ред. Л.В. Сморгунова. –

СПб., 2000. 31c.

36.Сэндидж Ч. И. Реклама: теория и практика. — М.:

Прогресс, 1989. — 620 с.

37.Теория экономического развития. Капитализм,

социализм и демократия / предисл. В. С. Автономова. — М.:

ЭКСМО, 2007. — 864 с.

38.Хайек Ф. А. Глава 5. Джозеф Шумпетер (1883—1950).

Методологический индивидуализм // Судьбы либерализма в XX

веке. — М.: ИРИСЭН, 2009. — 337 с.

39.Харгадон Эндрю. Управление инновациями. Опыт

ведущих компаний = How Breakthrouths Happen. The Surprising

Page 557: İQTİSADİ İNFORMATİKAlib.bbu.edu.az/files/book/1088.pdfməsi, reklamda və təhsildə informasiya-kommunikasiya texnologiya-ları haqqında məlumatlar öz əksini tapmıdır

İQTİSADİ İNFORMATİKA

-------------------------------------------------557---------------------------------------------

Truth About How Companies Innovate. — М.: Вильямс, 2007. —

304 с. — ISBN 1-57851-904-7.

40.Шестаков Г. К. Государственные образовательные

стандарты в вузе: вчера, сегодня, завтра // Знание. Понимание.

Умение. — 2005. — № 4. — С. 13—15.

41.Aaron Stronge. Review: The Public Domain: Enclosing the

Commons of the Mind. Journal of High Technology Law, Suffolk

University Law School (13 мая 2002).

42.Amy Harmon. A New Direction for Intellectual

Property, N.Y.Times (13 мая 2002).

43.Aoki K., Boyle J., Jenkins J., Duke University. Center for the

Study of the Public Domain. Bound by Law?: Tales from the Public

Domain. — Duke University Press, 2006. — 72 с.

44.Rae John. Life of Adam Smith. — New York City:

Macmillan Publishers, 1895.-86 c.