r Ə y İ - sai.gov.azsai.gov.az/upload/files/neft-fondu-rey-2018.pdf · dövlət neft fondunun...

24
1 AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının R Ə Y İ BAKI 2017

Upload: others

Post on 28-Oct-2019

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

1

AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI

Azərbaycan Respublikası Dövlət Neft Fondunun

2018-ci il büdcəsinin layihəsinə

Azərbaycan Respublikası Hesablama Palatasının

R Ə Y İ

BAKI 2017

Page 2: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

2

M Ü N D Ə R İ C A T

Ümumi müddəalar 3

I Bölmə.

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi barədə”

Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsinin ümumi

xarakteristikası.

5

1.1. Fərman layihəsinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş

tələblər. 5

1.2. Fərman layihəsinin strukturu və ümumi göstəricilər. 6

II Bölmə. Dövlət Neft Fondunun 2018-ci il büdcə gəlirləri 9

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən

xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük

rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq

şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı

və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər

istisna olmaqla).

9

2.2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə

sahəsindən istifadə üçün ödənilən akrhesabı 10

2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən

gəlirlər. 11

2.4. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından

əldə edilən gəlirlər. 11

2.5. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən

ödənilən bonuslar 12

III Bölmə. Dövlət Neft Fondunun 2018-ci il büdcə xərcləri 16

3.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı

bəzi tədbirlərin maliyyələşdirilməsi. 17

3.2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi. 18

3.3. Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi. 19

3.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. 20

3.5. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət

Proqram"nın maliyyələşdirilməsi. 21

3.6. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər.

22

IV Bölmə. Nəticələr və tövsiyələr 23

Page 3: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

3

ÜMUMİ MÜDDƏALAR

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə

Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi (Rəy) “Büdcə sistemi haqqında”

Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası

haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə və “Azərbaycan

Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin)

tərtibi və icrası Qaydaları”nın (Qaydalar) 4.1-ci bəndinə müvafiq olaraq hazırlanmışdır.

Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12

sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası

Qaydaları”na Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 noyabr tarixli 1685

nömrəli Fərmanı dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərlə Dövlət Neft Fondunun

(Fond) büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib

edildikdən sonra İcraçı direktor tərəfindən Fondun büdcəsinin layihəsi Dövlət Neft

Fondunun vəsaitininin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə birlikdə rəy

verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq Dövlət Neft Fondunun

Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim

etməsi, Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının

rəyi nəzərə alınmaqla Fondun büdcə layihəsinə dair rəy verməsi nəzərdə tutulmuşdur.

Hesablama Palatasının rəyində Azərbaycan Respublikası Prezidentinin 2000-ci il

29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

Dövlət Neft Fondu haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifə və funksiyalarının

həyata keçirilməsi üçün 2018-ci ildə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış

məbləğlərin əsaslılığı, növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya

siyasətinin Fondun fəaliyyətini tənzimləyən qanunvericilik aktları ilə uyğunluğu

araşdırılmışdır.

Rəy hazırlanarkən Fondun 2018-ci il büdcəsinin 2016-cı ilin illik icra və 2017-ci

ilin proqnoz göstəriciləri ilə müqayisəli təhlillər aparılmış, Rəy “Azərbaycan

Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının

Qanununun 2-ci maddəsi ilə müəyyən edilmiş Azərbaycan Respublikasının 2018-ci il

dövlət büdcəsinin gəlirlərinin mədaxil mənbələri üzrə daxilolmalara dair göstəricilərdən,

2017-cı ilin 9 ayı üzrə Fondun təqdim etdiyi məlumatlardan, Hesablama Palatasına

təqdim edilmiş hesabatlar və məlumatlardan, Hesablama Palatasının müvafiq analitik

Page 4: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

4

məlumat bazasından, rəsmi internet səhifələrinin müvafiq məlumatlarından istifadə

edilməklə və müxtəlif təhlillər aparılmaqla hazırlanmışdır.

Rəy “Ümumi müddəalar”dan, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun

2018-ci il büdcəsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının

layihəsinin ümumi xarakteristikası, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun

2018-ci il büdcəsinin gəlirləri”, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci

il büdcəsinin xərcləri” adlı bölmələrdən və müvafiq alt-bölmələrdən, həmçinin nəticələr

və ayrı-ayrı istiqamətlər üzrə Hesablama Palatasının müvafiq tövsiyyələrindən ibarət

olmaqla tərtib edilmişdir.

Page 5: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

5

I BÖLMƏ. “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN 2018-Cİ İL

BÜDCƏSI BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMAN

LAYİHƏSİNİN ÜMUMİ XARAKTERİSTİKASI

1.1. Fərman layihəsinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericiliklə

müəyyən edilmiş tələblər

“Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər

proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”ının 4.1-ci bəndinə əsasən, Dövlət

Neft Fondunun büdcəsinin layihəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə

əlaqələndirilməklə tərtib edildikdən sonra “Azərbaycan Respublikası Dövlət Neft

Fondunun vəsaitininin 2018-ci ildə istifadə edilməsinin əsas istiqamətləri (proqramı)”,

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üçün İnvestisiya siyasəti” və

“Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetası” ilə birlikdə rəy verilmək

üçün Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilmişdir.

Eyni zamanda, Fond tərəfindən Hesablama Palatasına “Azərbaycan

Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcə layihəsi barədə Arayış” və müvafiq

materiallar təqdim edilmişdir.

Fondun investisiya siyasətinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun

valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi Qaydaları”na uyğun

olaraq daxili və xarici maliyyə-investisiya bazarlarında mövcud və perspektiv

konyunkturun təhlili və nüfuzlu beynəlxalq reytinq agentliklərinin sənəd və hesabatları

əsasında, habelə zəruri hallarda tanınmış xarici məsləhətçi şirkətlərin xidmətlərindən

istifadə edilməklə tərtib edilməli və Dövlət Neft Fondunun vəsaitinin idarə edilməsinin

prinsip və istiqamətlərini maksimal iqtisadi səmərə, aşağı risk dərəcəsi və qarşıya

qoyulan vəzifələrə cavab verən digər tələblərə uyğun olaraq müəyyən edilməli olduğunu

nəzərə alaraq, Hesablama Palatası adı çəkilən sənəd və hesabatlar üzrə müvafiq

xülasələrin, məsləhətçi şirkətlər cəlb olunduqda onların tövsiyyələrinin və bu istiqamətdə

daha müfəssəl əsaslandırma və hesablamaların təqdim olunan sənədlər və məlumatlar

zərfinə daxil edilməsini məqsədəuyğun hesab edir.

Eyni zamanda vurğulanmalıdır ki, “Fiskal dayanıqlılığın gücləndirilməsinə dair

yeni büdcə qaydaları”nın qarşıdakı ildən tətbiq edilməsinin nəzərdə tutulması növbəti

illərdə Fonda toplanan vəsaitlərin idarə edilməsi baxımından yeni institusional

dəyişikliyin olacağını qeyd etmək imkanı verir. Bu qaydaların tətbiqi ilə Fonda toplanan

vəsaitlərin idarə edilməsi və gələcək nəsillər üçün qorunması baxımından mühüm

addımlar atılacaqdır .

Page 6: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

6

Hesablama Palatası hazırda ölkədə neft və qaz gəlirlərinin idarə edilməsində

əsas sənəd olan “Neft və qaz gəlirlərinin uzun müddətli dövrə idarə edilməsi

Strategiyası”nda müəyyən edilən prinsiplərlə Dövlət Neft Fondunun büdcəsinin

proqnozlaşdırılmış parametrləri arasında əlaqələrin xarakterisitikasını da təqdim edilmiş

məlumatlara daxil edilməsini məqsədəmüvafiq hesab edir.

1.2. Fərman layihəsinin strukturu və ümumi göstəricilər

Dövlət Neft Fondunun 2018-ci il üçün büdcəsi barədə Azərbaycan Respublikası

Prezidentinin Fərman layihəsi 5 maddədən ibarət olmaqla tərtib olunmuşdur. Layihənin

1-ci maddəsində Fondun 2018-ci il üçün gəlirlərinin 11559956,2 min manat, xərclərinin

9730446,8 min manat məbləğində olduğu qeyd edilmiş, 2-ci maddəsində Fondun

gəlirlərinin formalaşma mənbələri verilmişdir.

Fərman layihəsinin 3-cü maddəsində Fondun xərclərinin istiqamətləri əks

etdirilmişdir. 4-cü maddə ilə Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinin

(proqramının), 5-ci maddəsi ilə Dövlət Neft Fondunun 2018-ci ildə idarə edilməsi ilə

bağlı xərclər smetasının layihələrinin təsdiq edilməsi təsbit olunmuşdur.

Fondun gəlirlərinin əsas hissəsini (84,1%-ni) Azərbaycan Respublikasının payına

düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər təşkil etdiyindən, Fondun

büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiymətinin növbətinin il

üçün 45,0 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik

məzənnəsinin isə 1,72 manat səviyyəsində nəzərdə tutulması, habelə neft-qaz

sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən

bonusların məbləğinin əvvəlki illərlə müqayisədə kəskin artması Fondun 2018-ci il üzrə

büdcə gəlirlərinin 11559956,2 min manat məbləğində proqnozlaşdırılmasına şərait

yaratmışdır (Cədvəl 1).

2018-ci ildə Dövlət Neft Fondunun xərclərinin ümumi həcminin 9730,4 mln.

manat və yaxud 5657,2 mln. ABŞ dolları məbləğində proqnozlaşdırılmışdır ki, bu da

Fondun 2017-ci ilin təsdiq edilmiş büdcə xərcləri ilə müqayisədə manat ifadəsi ilə 36,2%

azdır.

Page 7: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

7

Cədvəl 1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə gəlir və xərcləri

Maddə

№ Gəlir və xərc istiqamətləri min manat

1. Cəmi gəlirlər 11 559 956,2

1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından

əldə edilən xalis gəlirlər 9 723 786,1

1.2. Akrhesabı ödənişlər 3 612,0

1.3. Tranzit gəlirləri 16 340,0

1.4. Bonus ödənişləri 774 172,0

1.5. Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 042 046,1

2. Cəmi xərclər 9 730 446,8

2.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma

məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 200 000,0

2.2. Dövlət büdcəsinə transfert 9 216 000,0

2.3. Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin

maliyyələşdirilməsi 90 000,0

2.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 176 128,0

2.5. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili

Proqramı”nın maliyyələşdirilməsi 16 218,0

2.6. ARDNF-in idarə edilməsi ilə bağlı xərclər 32 100,8

Xam neftin 45 ABŞ dolları qiyməti ilə 2018-ci ildə Fondun büdcəsində 1829,5

mln. manat və yaxud 1063,7 mln. ABŞ dolları həcmində profisitin yaranması gözlənilir

Eyni zamanda, Fondun cari ilin təsdiq olmuş büdcə xərclərində nəzərdə tutulmuş bir

sıra xərclərin (o cümlədən Mərkəzi Banka transferlərin, Türkiyə Respublikasında “Star”

neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının

maliyyələşdirilməsi, Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan Respublikasının iştirak

payının maliyyələşdirilməsi) 2018-ci il üzrə Fondun büdcə xərclərində nəzərdə

tutulmaması Fondun xərclərinin 9730446,8 min manat proqnozlaşdırılmasını, cari ilin və

əvvəlki illərin büdcələrindən fərqli olaraq, Fondun büdcə gəlirlərinin büdcə xərclərini

1829509,4 min manat üstələməsi ilə profisitin yaranmasını, bununla növbəti ilin

sonunda Fonda daxilolmaların müvafiq hissəsinin yığıma yönəldilməsini də

şərtləndirmişdir. Lakin, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli

strategiya” ilə təsbit edilmiş “neft və qaz gəlirlərinin zirvə səviyyəsinə çatdıqda onların

25%-dən az olmayan hissəsinin yığıma yönəldilməsi” prinsipinə riayət edilməsi mümkün

olmamışdır.

Page 8: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

8

II BÖLMƏ. DÖVLƏT NEFT FONDUNUN 2018-Cİ İL ÜZRƏ BÜDCƏ GƏLİRLƏRİ

Fərman layihəsinə əsasən Fondun gəlirləri 11560,0 mln. manat həcmində

proqnozlaşdırılmışdır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 2149,8 mln

manat və ya 22,8% çox, 2017-ci ilin proqnoz göstəricisindən 746,1 mln. manat və ya

6,9% çox, gözlənilən icra göstəricisindən isə 574,4 mln. manat və ya 4,7% azdır

(Cədvəl 2).

Cədvəl 2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə gəlirləri, mln. manatla

Göstəricilər

2016 (icra)

2017 2018 (layihə)

Məbləğ Xüsusi çəki, %

müqayisə

proqnoz gözlənilə

n icra

2016-ci ilin icrası ilə

2017-ci ilin proqnozu ilə

2017-ci ilin gözlənilən icrası ilə

+;- % +;- % +;- %

GƏLIRLƏR, cəmi

9 410,18 10 13,86 12 134,01 11 559,96 100,0 2

149,78 122,85 746,1 106,9 -574,1 95,27

1. Mənfəət neftinin və qazın satışından

daxilolmalar

8 320,05 9 826,21 11 018,43 9 723,79 84,12 1

403,74 116,87 -102,42 98,96

-1 294,6

88,25

2. Akrhesabı ödənişlər

3,27 3,61 3,61 3,61 0,03 0,34 110,4 0,005 100,1

4 0,0 100,0

3. Tranzit gəlirləri 17,95 17,69 17,70 16,34 0,14 -1,61 91,03 -1,35 92,37 0,0 100,0

4. Bonus ödənişləri 0,08 2,40 2.40 774,17 6,7 774,09 - 771,76 - 771,76 -

5. Fondun vəsaitinin idarə

olunmasından əldə olunan gəlirlər

1 068,83 963,95 1 091,87 1 042,05 9,01 -26,78 97,49 78,102 108,1 -49,82 95,44

2018-ci il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik

ixrac qiyməti növbəti il üçün 45,0 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına

qarşı orta illik məzənnəsi 1,72 manat səviyyəsində götürülmüşdür ki, bu göstəricilərə

uyğun olaraq Dövlət Neft Fondunun 2018-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi

11559956,2 min manat və yaxud 6720,94 mln. ABŞ dolları olması

proqnozlaşdırılmışdır. Bu isə Fondun 2017-ci il üçün təsdiq edilmiş büdcə gəlirləri ilə

müqayisədə ABŞ dolları ifadəsi ilə 8,2% çoxdur.

2017-ci ilin 9 ayı ərzində Dövlət Neft Fondunun gəlirlərinin ümumi həcmi 8793,4

mln. manat və yaxud 5075,2 mln. ABŞ dolları təşkil etməklə, büdcədə nəzərdə tutulan

məbləğə nisbətən (10813,9 milyon manat) 81,3% səviyyəsində yerinə yetirilmişdir.

2017-ci ilin 9 ayı ərzində ABŞ dolları ifadəsi ilə Dövlət Neft Fondunun ümumi gəlirləri

2016-cı ilin eyni dövrü ilə müqayisədə (30.09.2016-ci il tarixinə icra - 4248,5 mln. ABŞ

dolları) 19,5% çox olmuşdur.

Page 9: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

9

2.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından

əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər,

bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və

sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun

sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə

edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük paya malikdir. Fond

tərəfindən təqdim edilən məlumata əsasən 2018-ci ildə Azəri-Çıraq-Günəşli yatağında

xam neft hasilatının həcmi 204,4 mln. barel (28,0 mln. ton) olması proqnozlaşdırılır ki,

bu da hasilatın aşağı düşməsi səbəbindən 2017-ci ilin göstəricisinə nisbətən (211,7 mln.

barel) 7.3 mln. barel azdır.

Layihəyə əsasən 2018-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun

daxilolmalarının 5653,4 mln. ABŞ dolları və ya 9723,8 mln. manat olması

proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2016-cı ilin müvafiq icra göstəricisindən

1403,7 mln. manat və ya 16,9% çox, 2017-ci ilin proqnoz göstəricisindən 102,4 mln.

manat və ya 1,0% az, gözlənilən icra göstəricisindən isə 1294,6 mln. manat və ya

11,7% azdır. 2017-ci ilin proqnozu və 2016-cı ilin icrası ilə müqayisədə azalmanın

səbəbi kimi, bir tərəfdən hasilatın 2017-ci ilə nisbətən aşağı düşməsi, digər tərəfdən

dürüstləşdirmə çərçivəsində Fondun 2017-ci il üçün büdcəsində müvafiq gəlir

maddəsinə edilmiş dəyişikliklərlə 2017-ci ilin 8 ayı üzrə (yanvar-avqust) faktiki

göstəricilərin və 2017-ci ilin 8 ayı üzrə orta çəkili satış qiymətinin 51,33 ABŞ dolları təşkil

etməsi göstərilir.

Dövlət Neft Fondunun 2018-ci il büdcə layihəsində Fonda mədaxil olunması

üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazından əldə olunacaq məbləğ

müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan

dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınmışdır:

- Azəri-Çıraq-Günəşli yatağı üzrə 5 194,80 mln. ABŞ dolları;

- Şahdəniz yatağı üzrə 428,90 mln. ABŞ dolları;

- Kürsəngi və Qarabağlı yataqları üzrə 2,08 mln. ABŞ dolları

- Suraxanı və Qaraçuxur yataqları üzrə 3,25 mln. ABŞ dolları;

- Zığ-Hövsan yatağı üzrə 0,87 mln. ABŞ dolları;

- Muradxanlı, Cəfərli, Zərdab yataqları üzrə 2,39 mln. ABŞ dolları;

- Neftçala və Xıllı yataqları üzrə 0,37 mln. ABŞ dolları;

Page 10: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

10

- Mişovdağ və Kəlaməddin yataqları üzrə 1,43 mln. ABŞ dolları

- Kürovdağ yatağı üzrə 2,02 mln. ABŞ dolları;

- Balaxan-Sabunçu-Ramana və Kürdəxanı yatağı üzrə 11,43 mln. ABŞ dolları;

- Binəqədi blokuna daxil olan yataqlar üzrə 4,11 mln. ABŞ dolları;

- Qum-Dəniz və Bahar yataqları üzrə 1,74 mln. ABŞ dolları.

Bu məbləğlərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və BP şirkətinin

məktublarına əsasən müəyyən edildiyini nəzərə alaraq, əvvəlki illərlə müqayisəli

şəkildə ətraflı hesablamaların da (həcmlər və daxilolmaların dəyişməsi səbəbləri

göstərilməklə) təqdim olunan sənədlər və məlumatlar zərfinə daxil edilməsi

məqsədəuyğun olardı.

2017-ci ilin 9 ayı ərzində mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər

Fondun büdcəsində nəzərdə tutulmuş (9826,2 mln. manat) gəlir maddəsinə nisbətən

81,0% səviyyəsində icra edilərək 7957,8 mln. manat və yaxud 4602,6 mln. ABŞ

dolları təşkil etmişdir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə (30.09.2016-ci il tarixinə -

3743,4 mln. ABŞ dolları) bu gəlir maddəsi üzrə ABŞ dolları ifadəsi ilə daxilolmalarda

təqribən 23,0% çox daxilolma qeydə alınmışdır. Fondun 2017-ci ilin büdcəsində xam

neftin ixrac qiyməti dövlət büdcəsində olduğu kimi - 40 ABŞ dolları proqnozlaşdırıldığı

halda, 2017-ci il 30 sentyabr tarixinə 9 aylıq dövr üzrə mənfəət neftinin orta çəkili satış

qiyməti 51,245 ABŞ dolları təşkil etmişdir (2016-cı ilin müvafiq dövründə - 40,175 ABŞ

dolları olmuşdur).

2.2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər

tərəfindən ödənilən akrhesabı ödənişlər üzrə gəlirlər

Fərman layihəsinə əsasən 2018-ci ildə karbohidrogen ehtiyatlarının işlənməsi ilə

əlaqədar xarici sərmayəçilər tərəfindən ödənilən akrhesabı ödənişlər üzrə gəlirlər üzrə

Fondun daxilolmaları 2,1 mln. ABŞ dolları və ya 3,6 mln. manat olması proqnozlaşdırılır

ki, bu da manat ifadəsilə 2016-cı ilin müvafiq icra göstəricisindən 0,34 mln. manat və ya

10,4% çox, 2017-ci ilin proqnoz göstəricisindən 0,005 mln. manat və ya 0,1% çox,

2017-ci il gözlənilən icra göstəricisinə bərabərdir. 2018-ci ildə bu gəlir maddəsi üzrə

ödənişlər Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun

kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası

Dövlət Neft Şirkəti ilə BP eksploreyşn (Azərbaycan) limited və ARDNŞ-nin ortaq neft

şirkəti arasındakı sazişə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur ki, kontrakt

Page 11: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

11

sahəsinin hər km2-ə olan ödəniş 2000,0 ABŞ dolları təşkil edir və 2016-2018-ci illər

üzrə ABŞ dolları ifadəsilə ödənişin həcmində dəyişmə baş verməmişdir.

2017-ci ilin 9 ayı ərzində karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar

xarici sərmayəçilər tərəfindən köçürülən akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi üzrə

Neft Fonduna 3,6 mln. manat və ya 2,1 mln. ABŞ dolları həcmində vəsait daxil

olmuşdur. 2016-cı ilin 9 ayı ərzində müvafiq gəlir maddəsi üzrə 2,1 mln. dollar və ya 3,3

mln. manat daxil olmuşdur.

2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən

əldə edilən gəlirlər

Fərmana əsasən Fondun 2018-ci il büdcəsində neftin və qazın Azərbaycan

Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit gəlirlər) 9,5 mln.

ABŞ dolları və ya 16,3 mln. manat həcmində olması proqnozlaşdırılır ki, bu da manat

ifadəsi ilə 2016-cı ilin müvafiq icra göstəricisindən 1,6 mln. manat və ya 9% az, 2017-

ci ilin proqnoz göstəricisindən 1,35 mln. manat və ya 7,6% az, gözlənilən icra

göstəricisinə bərabərdir. Təqdim edilən məlumata əsasən bu gəlir maddəsi üzrə

azalma tranzit haqlarının dəyişməz (stabil) qaldığı şəraitdə hasilatın aşağı düşməsi

səbəbindən ixrac boru kəməri ilə 2017-ci illə müqayisədə daha az miqdarda neftin

ixrac ediləcəyi ilə bağlıdır ki, müvafiq göstəricilər və hesablamaların da təqdim olunan

sənədlər və məlumatlar zərfinə daxil edilməsi məqsədəuyğun olardı.

2017-ci ilin üçüncü rübünün sonuna neftin və qazın Azərbaycan Respublikasının

ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 7,5 mln. ABŞ dolları və

yaxud 12,9 mln. manat təşkil etmişdir. Bu gəlir maddəsi üzrə daxilolmalar 2016-cı ilin

eyni dövrü üzrə 8,5 mln. ABŞ dolları və ya 13,4 mln. manat olmuşdur. Cari ildə

hasilatın və nəql edilən xam neftin keçən illə müqayisədə aşağı olması tranzit haqqı ilə

bağlı daxilolmaların daha az olmasına (11,8% az) səbəb olmuşdur.

2.4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər

tərəfindən ödənilən bonuslar ilə bağlı gəlirlər

2018-ci il üzrə bonus ödənişləri 450,1 mln. ABŞ dolları və ya 774,17 mln. manat

təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2016-cı ilin müvafiq icra

göstəricisindən 774,1 mln. manat, 2017-ci ilin proqnoz və gözlənilən icra

göstəricilərindən isə 771,8 mln. manat çoxdur.

Page 12: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

12

Belə ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda

Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və

hasilatın pay bölgüsü haqqında Sazış”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən

2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində vəsaitin

ödənilməsi nəzərdə tutulur ki, Bonus Məbləğinin 1-ci hissəsi – 450 mln. ABŞ dolları və

ya 774000,0 min manat 31 yanvar 2018-ci il tarixində ödənilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 2018-ci üzrə Şah-Dəniz yatağında Hasilatın Pay Bölgüsü Sazişi

çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli

dövlət orqanına sərmayəçilər tərəfindən Şahdəniz fazası üzrə 0,1 mln. ABŞ dolları və

ya 172,0 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.

2017-ci ilin 9 ayı ərzində neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına

sərmayəçilər tərəfindən ödənilən bonuslar üzrə ödənişlər 2,4 mln. manat və yaxud

1,4 mln. ABŞ dolları təşkil etmişdir. Müvafiq gəlir maddəsi üzrə daxilolmalar 2016-cı ilin

müvafiq dövrünə 0,1 mln. ABŞ dolları təşkil etmişdir.

2.5. Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən

gəlirlər

2018-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsindən əldə edilən

gəlirlər 605,84 mln. dollar və ya 1042,04 mln. manat olması proqnozlaşdırılır ki, bu da

manat ifadəsi ilə 2016-cı ilin müvafiq icra göstəricisindən 26,7 mln. manat və ya 2,5%

az, 2017-ci ilin proqnoz göstəricisindən 78,1 mln. manat və ya 8,1% çox, gözlənilən icra

göstəricisindən isə 49,82 mln. manat və yaxud 4,5% azdır. 2018-ci il üçün orta illik

gəlirlilik göstəricisi 1,72 % səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2017-cı ilin

proqnoz göstəricisindən (1,51%) 0,21 faiz bəndi çoxdur.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyin

hesablanması. Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi

proqnozlaşdırılarkən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)

çərçivəsində qəbul edilən Fondun vəsaitinin idarə edilməsinə dair investisiya siyasətinin

müddəaları, müxtəlif valyuta aktivləri və subportfellər üzrə Fondun portfelinin gəlirliliyinin

proqnozlaşdırılmasında bençmark kimi Fondun illik əsasda qəbul olunan investisiya

siyasətinin müddəaları əsas götürülmüşdür.

2018-ci il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə

olunan aktivlərin çəkisi 50%, Avroda 35%, İngilis funt strelinqində 5 %, digər

Page 13: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

13

valyutalarda isə 10 % səviyyəsində olması proqnozlaşdırılır. 2017-ci il üzrə Dövlət Neft

Fondunun büdcəsində nəzərdə tutulan xərclərin gözlənilən icrasını nəzərə almaqla,

2017-ci ilin sonuna Fondun aktivlərinin həcminin 35 044,7 mlrd ABŞ dolları olması

proqnozlaşdırılır. 2018-ci il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə

bağlı gəlirliliyi 1.72% götürülmüşdür ki, bu da Fondun investisiya portfelinin bütün alt

portfellərinin gəlirliliklərinin cəmi kimi müəyyən edilir (Cədvəl 3).

Cədvəl 3. Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirlər

Gözlənilən gəlirlilik 1,72 %

31.12.2017-ci il tarixinə gözlənilən aktivlər 35 044,7 mln. USD

Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından

əldə edilən gəlirlər

Ölçü vahidi Məbləğ

mln. dollar 605,84

mln. manat 1 042,04

o cümlədən portfellər üzrə,

Sabit gəlirli portfel üzrə mln. dollar 359,63

Səhm portfeli üzrə mln. dollar 105,82

Daşınmaz əmlak portfeli üzrə mln. dollar 140,39

Qızıl portfeli üzrə mln. dollar 0,00

Vəsaitlərin valyutalar üzrə diversifikasiyası 2018-ci il üzrə

ABŞ dolları 50,0 %

Avro 35,0 %

Funt sterlinq 5,0 %

Digər 10,0 %

İnvestisiya portfelinin alt portfelləri üzrə bölgüsü 2018-ci il üzrə

Sabit gəlirli investisiya 60,0 %

Səhm portfeli 25 %

Daşınmaz əmlak 10,0 %

Qızıla investisiya 5,0 %

Gözlənilən nominal gəlirlilik göstəriciləri 2018-ci il üzrə

Sabit gəlirli investisiyalar üzrə

ABŞ dolları 2,02630%

Avro -0,16177%

Funt sterlinq 0,95709%

Digər 6,9485933%

Səhmlər üzrə 2018-ci il üzrə

ABŞ dolları 1,0 %

Avro 1,0 %

Funt sterlinq 1,0 %

Digər 3,0 %

Page 14: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

14

Daşınmaz əmlak üzrə (ortalama)

ABŞ dolları 3,98 %

Avro 3,98 %

Funt sterlinq 3,98 %

Digər 3,98 %

Qızıl üzrə -

Ortaçəkili vəsait qalığı, 2018-ci il, mln. ABŞ dolları

Valyutalar üzrə 35 273,61

Dollar 17 636,81

Avro 12 345,76

Funt sterlinq 1 763,68

Digər 3 527,36

Portfellər üzrə 35 273,61

Sabit gəlirli investisiya 21 164,17

Səhm portfeli 8 818,40

Daşınmaz əmlak 3 527,36

Qızıla investisiya 1 763,68

Dövlət Neft Fondunun investisiya portfelinə borc öhdəlikləri və pul bazarları

alətləri, səhm (pay), daşınmaz əmlak və qızıl subportfelləri daxildir.

2018-ci il üzrə Fondun ABŞ dolları ifadəsilə gəlirlərin (Fondun idarə edilməsi ilə

bağlı gəlirləri istisna olmaqla) 6115,1 mln. ABŞ dolları, xərclərin 5657.2 mln. ABŞ

dolları, 2017-ci ilin sonuna Fondun aktivlərinin 35044,7 mln. USD proqnozlaşdırıldığını

əsas gətirərək, 2018-ci il üçün Fondun orta çəkili vəsaiti 35273,61 mln. ABŞ dolları

olması proqnozlaşdırılır.

Qeyd edilən göstəricilərə uyğun olaraq 2018-ci il üzrə Fondun gəlirlərinin həcmi

605,84 mln. ABŞ dolları və yaxud 1042,04 mln. manat olması proqnozlaşdırılır.

2017-ci ilin üçüncü rübünün sonuna Dövlət Neft Fondunun vəsaitlərinin idarə

edilməsindən 461,6 mln. ABŞ dolları və yaxud 816,7 mln. manat məbləğində gəlir əldə

edilmişdir ki, bu illik il üçün nəzərdə tutulmuş müvafiq gəlirlərinin (963,9 mln. manat)

84,7%-ni təşkil edir. 2017-ci ilin doqquz ayı üzrə ARDNF-nin investisiya portfelinin

gəlirliliyi 1.38% təşkil etmişdir ki, bu nəticə də ötən ilin müvafiq göstəricisi (2016-cı il

üzrə 1.28%) ilə müqayisədə 0,1% artmışdır. Gəlirliliyin əsas artım səbəbi səhm

yatırımları üzrə gəlirliliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək

olmasıdır.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun

İnvestisiya siyasətinin formalaşdırılmasında uzunmüddətli investisiya strategiyasının

Page 15: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

15

səmərəli tətbiqinə, investisiya portfelinin bu strategiya fonunda daha da

optimallaşdırılmasına və gəlirliliyinin yüksəldilməsinə istiqamətlənən mövcud bazar

konyunkturasının ciddi araşdırılmasına və müvafiq təhlillərin aparılmasına ehtiyac

yaranmışdır.

Belə ki, beynəlxalq kapital və qiymətli kağızlar bazar konyunkturları üzrə

tərəddüdlərin nəticəsində yaranmış və yarana biləcək risklərin minimuma endirilməsi

məqsədilə qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər

üzrə ümumi yuxarı həddin müəyyənləşməsi və səhm (pay) portfelinin investisiya

portfelinin məcmu dəyərinin ümumi olaraq maksimum 25%-i nəzərə alınmaqla (31

oktyabr 2017-ci il tarixə investisiya portfelində səhm portfelinin həcminin 5311,0 mln.

ABŞ dolları və ya 14,7% təşkil etməsi nəzərə alınmaqla) növbəti ilə ehtiyatlı yanaşma

prinsipi əsasında mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etmək olar.

Qeyd edildiyi kimi, cari ildən başlayaraq Fondun səhm portfelinin əvvəlki illə

müqayisədə 15%-dən 25%-dək qaldırılması nəzərdə tutulur. Fond səhmlərə investisiya

qoyuluşuna 2010-cu ildən başlamışdır və 2014-cü ilin sonuna səhmdə aktivlərin həcmi

6,5%, 2015-ci ildə 10,2%, 2016-cı ildə 12,2% təşkil etmişdir. 2016-cı ilin investisiya

siyasəti sənədində bu nisbətin 15%-dək limitdə müəyyən edilməsi göstərilmişdir. Ötən

dövrlərdən fərqli olaraq səhm portfelinin artırılması həmin aktivlərdə saxlanılan

vəsaitlərin gəlirlilik səviyyəsini qaldırsa da, səhmdə böyük həcmdə pulun saxlanılması

son dövrlərdə maliyyə bazarlarında müşahidə edilən dəyişkən davranışların fiskal

itkilərə səbəb ola bilməsi ehtimalı diqqətdə saxlanılmalıdır.

Page 16: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

16

III BÖLMƏ. DÖVLƏT NEFT FONDUNUN 2018-Cİ İL ÜZRƏ BÜDCƏ XƏRCLƏRİ

Fərman layihəsində 2018-ci ildə Fondun xərclərinin 9730,4 mln. manat olacağı

nəzərdə tutulmuşdur ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 708,38 mln.

manat və ya 7,8% çox, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 5 512,5 mln. manat

və ya 36,2% az, gözlənilən icra göstəricisindən isə 2232,2 mln. manat və ya 18,6%

azdır. (Cədvəl 4).

Cədvəl 4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə xərcləri, mln manat.

Göstəricilər

2016 (icra)

2017

2018 (layihə)

Məbləğ Xüsusi çəki,

%

müqayisə

proqnoz gözlənilə

n icra

2016-ci ilin icarsı ilə

2017-ci ilin proqnozu ilə

2017-ci ilin gözlənilən icrası

ilə

+;- % +;- % +;- %

2. Cəmi xərclər, o cümlədən:

9 022,07 15 242,93 11 962,67 9 730,45 100,0 708,38 107,85 -5 512,48 63,84 -2 232,22 81,34

2.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90,0 105,0 105,0 200,0 2,06 110,0 222,22 95,0 190,48 95,00 190,48

2.2. Dövlət büdcəsinə transfertin yuxarı həddi

7 615,0 6 100,0 6 100,0 9 216,0 94,71 1 601,0 121,02 3 116,0 151,08 3 116,0 151,08

2.3. Mərkəzi Banka transfertin yuxarı həddi

- 7 500,0 4 809,74 - - - - -7 500,0 - -4 809,74 -

2.4. Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70,0 70,0 70,0 90,0 0,92 20,0 128,57 20,0 128,57 20,0 128,57

2.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

66,17 165,83 71,99 176,13 1,81 109,96 266,18 10,3 106,21 104,14 244,66

2.6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

31,61 29,3 29,3 16,22 0,17 -15,39 51,31 -13,08 55,36 -13,08 55,36

2.7. Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

331,78 744,07 744,07 - - -331,78 - -744,07 - -744,07 -

2.8. Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

797,43 496,16 0,0 - - -797,43 - -496,16 - - -

2.9. Dövlət Neft Fondunun idarəedilməsi ilə bağlı xərclər

20,08 32,57 32,57 32,1 0,33 12,02 159,86 -0,47 98,56 -0,47 98,56

Cədvəl 4-də 2018-ci il üzrə manatın ABŞ dollarına qarşı ortaçəkili mübadilə

məzənnəsi 1.72 manat, xam neftin satış qiyməti 45 ABŞ dolları götürülmüş, 2017-ci il

Page 17: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

17

üzrə büdcə göstəriciləri isə 4 oktyabr 2017-ci il tarixində Fondun büdcəsinə edilən

dəyişikliklər nəzərə alınmaqla verilmişdir. Belə ki, 2017-ci ilin 8 ayı üzrə (yanvar-avqust)

faktiki göstəricilər, qalan 4 ay üzrə (sentyabr-dekabr) isə neftin qiyməti 40 ABŞ dolları,

manatın ABŞ dollarına qarşı ortaçəkili mübadilə məzənnəsi 1,72 manat götürülməklə

proqnozlaşdırılmışdır.

3.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma

məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər

Bu tədbirlərin Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi Azərbaycan

Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq

edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və

məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında

31.10.2007 tarixli 2475 nömrəli, habelə “Məcburi köçkün ailələrinin mənzil-məişət

şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21.02.2011 tarixli 1346

nömrəli Sərəncamlarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər

Kabinetinin müvafiq olaraq 07.05.2008 tarixli 163s nömrəli və 08.06.2011 tarixli 149s

nömrəli Sərəncamlarına əsasən bu tədbirlər üzrə sifarişçi təşkilat Məcburi Köçkünlərin

Sosial İnkişaf Fondu (MKSİF) təyin edilmişdir.

Fərman layihəsində 2018-ci ildə Qaçqınların və məcburi köçkünlərin sosial-

məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı

xərclər 200,0 mln. manat nəzərdə tutulmuşdur ki, bu da 2016-cı ilin müvafiq icra

göstəricisindən 110,0 mln. manat və ya 2,2 dəfə çox, 2017-ci ilin müvafiq proqnoz və

gözlənilən icra göstəricisindən göstəricisindən 95,0 mln. manat və ya 90,5% çoxdur.

Fondun məlumatına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsi tərəfindən verilən rəsmi məktubla 2018-ci il ildə Qaçqınların və məcburi

köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin

maliyyələşdirilməsi üçün 240,0 mln. manat vəsaitin ayrılması üçün sifariş edilmişdir.

Bununla bağlı verilmiş təklifləri nəzərə alaraq, bu məbləğin həcminin 200,0 mln. manata

qədər endirilməsi təklif edilmişdir.

Belə ki, 2018-ci ildə 200,0 mln. manat məbləğində vəsaitin aşağıdakı istiqamətlər

üzrə ayrılması nəzərdə tutulur:

Davam etdirilən tədbirlər üzrə: Tərtər, Füzuli, Sabirabad, Qazax və digər

rayonlarda ümumilikdə 2030 ailə üçün qəsəbə və məhəllələrin tikintisinin davam

etdirilməsi və tamamlanması üzrə 4,2 mln. manat;

Page 18: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

18

Yeni tədbirlər üzrə: Azərbaycan Respublikası Prezidentinin fərman və

sərəncamları ilə təsdiq olunmuş dövlət proqramlarına əsasən maliyyələşdirilməsinə

başlanması nəzərdə tutulan tədbirlərə, o cümlədən Bakı və Sumqayıt şəhərlərində,

Mingəçevir, Ağcabədi, Bərdə və digər rayonlarda ümumilikdə 4647 ailə üçün, habelə

Qobu qəsəbəsində 12000 ailə üçün məhəllə və qəsəbələrin tikintisi üzrə 195,8 mln.

manat.

2017-ci ilin 9 ayı ərzində Neft Fondunun büdcəsinin icrası çərçivəsində

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması

tədbirlərinin maliyyələşdirilməsi tədbirlərinin maliyyələşdirilməsinə ümumilikdə 82,5 mln.

manat vəsait ayrılmış və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (105,0

mln. manat) 78,6% səviyyəsində icra olunmuşdur. Cari ilin üçüncü rübünün sonuna

Fondun bu xərc maddəsi üzrə xərcləri 2016-cı ilin eyni dövrü ilə müqayisədə

(30.09.2016-ci il tarixinə icra - 73,8 mln. manat) 11,8% çox olmuşdur.

3.2. Dövlət büdcəsinə transfert.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş “Azərbaycan

Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının

Qanunu ilə 2018-ci il üzrə Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi

9216000,0 min manat səviyyəsində təsdiq edilmişdir. Dövlət Neft Fondunun 2018-ci il

büdcəsinin layihəsində növbəti ildə dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı

xərclər 2016-cı ilin müvafiq icra göstəricisindən 1601,0 mln. manat və ya 21,0 % çox,

2017-ci ilin müvafiq proqnoz və gözlənilən icra göstəricisindən 3116 mln. manat və ya

51,1% çoxdur.

2017-ci ilin 9 ayı ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0 mln.

manat vəsait transfert edilmiş və bu xərc maddəsi illik büdcədə nəzərdə tutulana

nisbətən (6100,0 mln. manat) 70,5% səviyyəsində icra edilmişdir. Hesabat dövründə

dövlət büdcəsinə transfert ilə bağlı xərclər 2016-cı ilin eyni dövrünə nisbətən

(30.09.2016-ci il tarixinə icra - 3260,0 mln. manat) 31,9% artıq olmuşdur.

3.3. Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin

maliyyələşdirilməsi ilə bağlı xərclər.

Fərman layihəsində 2018-ci ildə Fondun Samur-Abşeron suvarma sisteminin

yenidən qurulması” layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərclərin 90,0 mln. manat

Page 19: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

19

olacağı nəzərdə tutulmuşdur ki, bu da 2016-cı ilin müvafiq icra və 2017-ci ilin proqnoz

və gözlənilən icra göstəricilərindən 20,0 mln. manat və ya 28,6 % çoxdur.

Bu layihənin Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi Azərbaycan

Respublikası Prezidentinin “Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 2005-ci il

28 dekabr tarixli 346 nömrəli Fərmanına əlavə və dəyişiklik edilməsi haqqında”

Fərmanına əsasən həyata keçirilir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan

Respublikası Nazirlər Kabinetinə Samur-Abşeron suvarma sisteminin yenidən

qurulması layihəsi ilə bağlı işlərin həyata keçirilməsi üçün sifarişçi təşkilatın seçilməsi

tapşırılmış, Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42s saylı Sərəncamına əsasən

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin idarə edilməsi və

sifarişçisi funksiyalarının icrası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar

Cəmiyyətinə tapşırılmışdır.

AMST tərəfindən verilən proqnoza əsasən 2018-ci ildə Samur-Abşeron suvarma

kanalını qidalandırmaq üçün şimal çaylarında su götürücü və nəqletmə qurğularının,

habelə Şabran və Xızı rayonlarında torpaqların su təminatının yaxşılaşdırılması və yeni

torpaqların istifadəyə verilməsi üzrə tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki,

bu işlər üçün ümumilikdə 90,0 mln. manat vəsaitin ayrılması sifariş edilmişdir, o

cümlədən tədbirlər üzrə:

Davam etdirilən tədbirlər üzrə Xızı və Şabran rayonları ərazisində suvarılan

torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların istifadəyə verilməsi,

Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çayları-Qusarçay, Qudyalçay,

Çaqaçuqçay çaylarında su götürüçü və nəqletmə qurğularının tikintisi, idarəetmə

xərcləri - cəmi 65,0 mln. manat;

Yeni tədbirlər üzrə Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çayları-

Qaraçay, Quruçay, Ağçay çaylarında su götürüçü və nəqletmə qurğularının tikintisi -

25,0 mln. manat.

2017-ci ilin üçüncü rübünün sonuna Samur-Abşeron suvarma sisteminin yenidən

qurulması layihəsinin maliyyələşdirilməsinə Dövlət Neft Fondundan 39,5 mln. manat

məbləğində vəsait ayrılmış, bu xərc maddəsi büdcədə nəzərdə tutulana nəzərən (70

mln. manat) 56,4% səviyyəsində icra olunmuşdur. 2016-cı ilin eyni dövrü ilə

müqayisədə (30.09.2016-ci il tarixinə icra - 39,1 mln. manat) bu layihə üzrə xərclər

1,02% çox olmuşdur.

Page 20: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

20

3.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

Fərman layihəsində 2018-ci ildə Fondun Samur-Abşeron suvarma sisteminin

yenidən qurulması” layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərclərin 176,1 mln. manat

və yaxud 102,4 mln. ABŞ dolları proqnozlaşdırlmışdır ki, bu da 2016-cı ilin müvafiq icra

göstəricisindən 109,9 mln. manat və ya 2,7 dəfə çox, 2017-ci ilin proqnoz

göstəricisindən 10,3 mln. manat və yaxud 6,2%, 2017-ci ilin gözlənilən icra

göstəricisindən 104,1 mln manat və yaxud 2,4 dəfə çoxdur.

Bu layihənin Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi “Bakı–Tbilisi-Qars

yeni dəmir yolu” layihəsi üzrə bəzi tədbirlərin maliyyələşdirilməsi barədə Azərbaycan

Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamına, habelə

2007-ci il 7 fevral tarixində Azərbaycan Respublikası Höküməti və Gürcüstan Höküməti

və Türkiyə Respublikası Höküməti arasında “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti

haqqında 3 tərəfli Sazişə, habelə Azərbaycan Respublikası Höküməti və Gürcüstan

Höküməti arasında “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin keçirilməsi

çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu

sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və

istismarının prinsip və şərtləri haqqında 2 tərəfli Sazişə əsasən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 iyun tarixli 2222 nömrəli Sərəncamı

ilə Azərbaycan Respublikası tərəfindən bu layihə üzrə səlahiyyətli orqan Azərbaycan

Respublikasının Nəqliyyat Nazirliyi müəyyən edilmişdir ki, hal hazırda bu layihənin icrası

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi

(Nazirlik) tərəfindən həyata keçirilir. Sazişə əsasən layihənin maliyyələşdirilməsi üçün

ümumilikdə 775,0 mln. ABŞ dolları məbləğində kredit xəttinin açılması nəzərdə tutulur.

2007-2016-ci illər üzrə layihə üzrə ümumilikdə 630,2 mln. ABŞ dolları

məbləğində vəsait istifadə edilmişdir. Layihənin kreditoru olaraq çıxış edən Nazirlik

tərəfindən təqdim edilən 30 avqust 2017-ci il tarixli rəsmi məlumata əsasən 2018-ci ildə

“Bakı-Tbilisi-Qars” yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün 102.4 mln. ABŞ

dolları məbləğində və yaxud 176,1 mln. manat vəsaitin tələb olunacağı proqnozlaşdırılır.

2017-cı ilin 9 ayı ərzində Dövlət Neft Fondu tərəfindən Bakı-Tbilisi-Qars yeni

dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 mln. manat və ya 10,1 mln. ABŞ

dolları yönəldilmiş və bu maddə üzrə Neft Fondunun xərcləri Fondun büdcəsində

nəzərdə tutulana nisbətən (165,8 mln. manat) 10,4% səviyyəsində icra olunmuşdur.

2016-cı ilin eyni dövrü ilə müqayisədə (30.09.2016-ci il tarixinə icra - 48,7 mln. manat)

bu layihə üzrə faktiki icra 64,7% az olmuşdur.

Page 21: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

21

3.5. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili

üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

Fərman layihəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə

təhsili üzrə Dövlət Proqramı”-nın maliyyələşdirilməsinə 16,2 mln. manat

proqnozlaşdırlmışdır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 15,4 mln. manat

və ya 48,7% az, 2017-ci ilin proqnoz göstəricisindən 13,1 mln. manat və yaxud 48,7%

az, 2017-ci ilin gözlənilən icra göstəricisindən 13,1 mln. manat və yaxud 44,6% azdır.

Azalmanın səbəbi Dövlət proqramına yeni tələbələrin qəbulunun dayandırılması

və yalnız xaricdə təhsilini davam etdirən tələbələrin maliyyələşdirilməsi ilə bağlıdır. Belə

ki, Təhsil Nazirliyi tərəfindən təqdim edilən proqnoz məlumatlara əsasən 2018-ci il üzrə

təhsilini davam etdirəcək tələblərin ümumi sayının 591 nəfər (məzun olması gözlənilən

tələblərin sayı 281 nəfər və təhsilini davam etdirəcək tələbələrin sayı 310 nəfər) olması

nəzərdə tutulur. Təhsil alanların təhsil və yaşayış xərcləri hesablanarkən bir tələbə üçün

orta məbləğ 36,0 min manat götürülmüşdür.

2017-ci ilin 9 ayında Dövlət Neft Fondu tərəfindən yuxarıda qeyd edilən Dövlət

proqramının maliyyələşdirilməsinə 11,2 mln. manat və yaxud 6,5 mln. ABŞ dolları

məbləğində vəsait ayrılmış və bu xərc maddəsi büdcədə nəzərdə tutulan məbləğlə

müqayisədə (29,3 mln. manat) 38,2% səviyyəsində icra olunmuşdur. 2016-cı ilin eyni

dövrü ilə müqayisədə (30.09.2016-ci il tarixinə icra - 20,8 mln. manat) Dövlət

proqramının maliyyələşdirilməsi üzrə faktiki icra təqribən 46,2% az olmuşdur. Sifarişçi

təşkilat Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş proqnoz

bölgüyə əsasən xaricdə təhsil üzrə ödənişlərin böyük hissəsi ikinci yarımilliyə

düşdüyündən, bu xərc maddəsinin icrasının əsas hissəsinin ikinci yarımillik ərzində

həyata keçirilməsi nəzərdə tutulur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, ölkənin neft yataqlarının xarici şirkətlər

ilə birgə işlənməsindən əldə edilmiş neft gəlirlərinin bir hissəsinin öncül sahələrin

inkişafına və sosial iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata

keçirilməsinə yönəldilməsini, ayrı-ayrı istiqamətlər üzrə icra səviyyəsinin bu və ya digər

səbəblərdən aşağı olmasını nəzərə alaraq nəzarət mexanizmi sisteminin

təkmilləşdirilməsi və təqdim olunan layihələrin ətraflı təhlil edilməsini məqsədəuyğun

hesab edirik.

Page 22: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

22

3.6. Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

2018-ci il üçün Dövlət Neft Fondunun büdcə layihəsində Fondun idarə edilməsi

ilə bağlı ümumi xərcləri 32100,8 min manat məbləğində olması proqnozlaşdırılır ki, bu

da 2016-cı ilin müvafiq icra göstəricisindən 12,0 mln. manat və ya 59,8% çox, 2017-ci

ilin proqnoz və gözlənilən icra göstəricilərindən 0,47 mln. manat və yaxud 1,4% azdır.

2017-ci ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər Fondun

2017-ci il üçün təsdiq edilmiş smeta xərcləri ilə (32,57 mln. manat) müqayisədə 13,0

mln. manat və ya 39,9% səviyyəsində icra olunmuşdur. Fondun büdcəsinin bu maddə

üzrə xərcləri 2016-cı ilin eyni dövrü ilə müqayisədə (30.09.2016-ci il tarixinə icra - 11,9

mln. manat) 9,2% çox olmuşdur.

Page 23: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

23

IV BÖLMƏ. NƏTİCƏLƏR VƏ TÖVSIYƏLƏR.

Beləliklə, Rəy üzrə məlumatları ümumiləşdirərək aşağıdakıları qeyd etmək olar:

1. Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti

növbəti il üçün 45,0 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik

məzənnəsinin isə 1,72 manat səviyyəsində nəzərdə tutulması Fondun 2018-ci il üzrə

büdcə gəlirlərinin 11559956,2 min manat proqnozlaşdırılmasına şərait yaratmasını;

2. Fondun cari ilin təsdiq olmuş büdcə xərclərində nəzərdə tutulmuş bir sıra

xərclərin (o cümlədən Mərkəzi Banka transferlərin, Türkiyə Respublikasında “Star” neft

emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının

maliyyələşdirilməsi, Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan Respublikasının iştirak

payının maliyyələşdirilməsi) 2018-ci il üzrə Fondun büdcə xərclərində nəzərdə

tutulmaması Fondun xərclərinin 9730446,8 min manat proqnozlaşdırılmasının

şərtləndirməsini;

3. Fondun büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi 1829509,4 min manat

profisitin yaranmasına, cari ilin və əvvəlki illərin büdcələrindən fərqli olaraq, Fonda

daxilolmaların yığıma yönəldilməsinə şərait yaratmasını, eyni zamanda “Neft və qaz

gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” ilə təsbit eidlmiş “neft və qaz

gəlirlərinin zirvə səviyyəsinə çatdıqda onların 25% az olmayan hissəsinin yığıma

yönəldilməsi” prinsipinə riayət edilməsi mümkün olmamasını;

4. Uzunmüddətli investisiya strategiyasının səmərəli tətbiqinə, investisiya

portfelinin bu startegiya fonunda daha da optimallaşdırılmasına və gəlirliliyinin

yüksəldilməsinə istiqamətlənən mövcud bazar konyunkturasının ciddi araşdırılmasına

və müvafiq təhlillərin aparılmasına ehtiyacın yaranmasını;

5. Ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilmiş

neft gəlirlərinin bir hissəsinin öncül sahələrin inkişafına və sosial iqtisadi baxımdan

mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini və icra

səviyyəsinin bu və ya digər səbəblərdən aşağı olmasını nəzərə alaraq nəzarət

mexanizmi sisteminin təkmilləşdirilməsi və təqdim olunan layihələrin ətraflı təhlil

edilməsinin zəruriliyini;

6. Beynəlxalq kapital və qiymətli kağızlar bazar konyunkturları üzrə tərəddüdlərin

nəticəsində yaranmış və yarana biləcək risklərin minimuma endirilməsi məqsədilə qeyri-

investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə ümumi

yuxarı həddin müəyyənləşməsi və səhm (pay) portfelinin investisiya portfelinin məcmu

Page 24: R Ə Y İ - sai.gov.azsai.gov.az/upload/files/Neft-Fondu-Rey-2018.pdf · Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən

24

dəyərinin ümumi olaraq maksimum 25%i nəzərə alınmaqla (31 oktyabr 2017-ci il tarixə

investisiya portfelində səhm portfelinin həcminin 5311,0 mln. ABŞ dolları və ya 14,7%

təşkil etməsi nəzərə alınmaqla) növbəti ilə ehtiyatlı yanaşma prinsipi əsasında məhəlləli

şəkildə həyata keçirilməsinin vacibliyini;

7. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcminin və bir xarici

menecerə idarəetməyə verilən vəsaitin maksimum həcminin yuxarı hədləri müəyyən

edildiyindən Dövlət Neft Fondunun 2018-ci il üçün İnvestisiya siyasəti layihəsinin xarici

menecerlər üzrə tələblər hissəsinin 2-ci bəndinin 2-ci cümləsinin çıxarılmasını.

Azərbaycan Respublikasının Hesablama Palatası hesab edir ki,

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Hesablama Palatasına

təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il

büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi

ölkə qanunvericiliyi ilə Dövlət Neft Fondunun qarşısında qoyulmuş məqsəd və

vəzifələri təmin etmək üçün və “Azərbaycan Respublikasının Dövlət Neft

Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası

Qaydaları”nın tələblərinə uyğun hazırlanmışdır, Azərbaycan Respublikasında

vahid makroiqtisadi siyasətin yürüdülməsi və dövlət idarəetmə sektorunun

gəlirlərinin ümumiləşdirilməsi prinsipinə müvafiqdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Dövlət Neft Fondunun 2018-ci il

üçün büdcə layihəsi, Fondun vəsaitinin 2018-ci ildə istifadəsinin əsas

istiqamətləri (proqramı) və Fondun 2018-ci ildə idarə edilməsi ilə bağlı xərclər

smetasının layihələri məqbul hesab edilir və onların təsdiq edilməsi barədə

müvafiq Fərman layihəsinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun

Müşahidə Şurasına təqdim edilməsi üçün Azərbaycan Respublikasının Neft

Fonduna göndərilməsi tövsiyyə olunur.

Rəy Hesablama Palatası Kollegiyasının 13 dekabr 2017-ci il tarixli Q-151

nömrəli Qərarı ilə təsdiq edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASI

HESABLAMA PALATASININ

SƏDRİ VÜQAR GÜLMƏMMƏDOV