vÜqar rƏŞİd oĞlu qƏhrƏmanov …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib...

29
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT İNSTİTUTU Əlyazması hüququnda VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV MAŞINQAYIRMA MÜƏSSİSƏLƏRİNDƏ İNNOVASİYA PROSESİNİN İDARƏ EDİLMƏSİ VƏ ONUN ÇEŞİD STRATEGİYASININ FORMALAŞDIRILMASI MEXANİZMLƏRİ İxtisas: 5311.01 – Müəssisələrin təşkili və idarə olunması İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın AVTOREFERATI Bakı – 2013

Upload: others

Post on 30-Dec-2019

28 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT İNSTİTUTU

Əlyazması hüququnda

VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV

MAŞINQAYIRMA MÜƏSSİSƏLƏRİNDƏ İNNOVASİYA

PROSESİNİN İDARƏ EDİLMƏSİ VƏ ONUN ÇEŞİD STRATEGİYASININ FORMALAŞDIRILMASI

MEXANİZMLƏRİ

İxtisas: 5311.01 – Müəssisələrin təşkili və idarə olunması

İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

Bakı – 2013

Page 2: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

2

Dissertasiya işi Sumqayıt Dövlət Universitetində yerinə yetirilmişdir. Elmi rəhbər: iqtisad elmləri doktoru, professor

Q.S.Süleymanov Rəsmi opponentlər: iqtisad elmləri doktoru

Z.M.Nəcəfov iqtisad üzrə fəlsəfə doktoru N.B.Böyükkişi Aparıcı təşkilat: Азярбайcан Техники Университетинин «Сянайе игтисадиййаты вя менеcмент» кафедрасы

Dissertasiyanın müdafiəsi “_25___” _10_ 2013-cü il saat ___-da AMEA-nın İqtisadiyyat İnstitutu nəzdində FD.01.181 Dissertasiya Şurasının iclasında keçiriləcək. Ünvan: Az 1143, Bakı şəhəri, H.Cavid prospekti 31, AMEA İqtisadiyyat İnstitutu, II mərtəbə Dissertasiya işi ilə AMEA-nın Mərkəzi kitabxanasında tanış olmaq olar. Avtoreferat “___” _______2013-cü il tarixində göndərilmişdir. İxtisaslaşdırılmış Dissertasiya Şurasının Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent G.S.Hacıyeva

Page 3: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

3

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, milli gücünü elm və texnikanın mütərəqqi sahələrində toplayan ölkə, dünya bazarında liderlik etməyə nail ola bilər.

Bu zərurətdən irəli gələrək, «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı» Dövlət Proqramı qəbul olunmuşdur. Bu proqramda dövlətin elmi-texnoloji və innovasiya siyasətinin əsas isti-qamətlərinin müəyyənləşdirilməsində innovasiya fəaliyyətinin müasir tələblərə və elmi-praqmatik meyarlara uyğun gücləndirilməsi, fəaliyyət infrastrukturunun inkişaf etdirilməsi, texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi, innovasiyalı istehsal yaradılması və s. kimi tədbirlər “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında başlıca hədəflər sırasındadır.

Bununla yanaşı, ölkə iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri də ölkənin karbohidrogen ehtiyatlarından asılılığını aradan qaldırmaq, emal sənayesində həlledici əhəmiyyətə malik maşın-qayırma müəssisələrinin qabaqlayıcı inkişafına nail olmaq, iqtisadiy-yatın səmərəliliyini və rəqabətqabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir.

2000–2011-ci illərdə respublikanın maşınqayırma müəssisələri-nin əsas sənaye-istehsal fondlarının mövcud vəziyyətini, yeniləşmə, sıradan çıxma və aşınma səviyyəsini, fondla silahlanma və fond verimi göstəricilərinin qiymətləndirilməsi nəticəsində bu müəssisələrin texniki-texnoloji səviyyəsinin beynəlxalq standartlara cavab verə bilən çoxsaylı maşınqayırma məhsullarının istehsalına və ixracına bütövlükdə imkan yaratmadığı aşkar edilir.

Bütün bunların nəticəsidir ki, 2011-ci ildə maşınqayırma müəssisələri ölkədə istehsal olunmuş sənaye məhsullarının 0,5 %-ni, emal sənayesi məhsullarının isə 2,5 %-ni verməklə, öz ənənəvi bazar-larının çox hissəsini itirmiş və rəqabətədavamlı istehsal strategiyasını qura bilməmişdir. Bu isə maşınqayırma müəssisələrinin innovasiya stra-tegiyasının yenidən modernləşdirilməsini və ya yenidən yaradılmasını tələb edir. Digər tərəfdən isə istehsalın beynəlxalq səviyyədə təşkili, rəqabətədavamlı məhsulların istehsalı, dünya bazarlarına çıxış zərurəti maşınqayırma müəssisələrində elmi-texniki tərəqqinin son nailiyyət-

Page 4: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

4

lərindən istifadə etməklə, istehsalın çeşid strategiyasının yenidən formalaşdırılmasını da gündəmə gətirmişdir.

Bu da müasir dövrdə, maşınqayırma müəssisələrində, inno-vasiya prosesinin və onun çeşid strategiyasının təşkili və tənzimlən-məsinи, dövlətin dayanıqlı və davamlı iqtisadi inkişaf strategiyasına uyğun yenidən idarə edilməsini zəruri edir.

Problemin öyrənilmə səviyyəsi. İnnovasiya proseslərinin və istehsalın çeşid strategiyasının idarə edilməsinin tədqiqi üzrə həm xarici, həm də respublikanın iqtisadçı alimləri elmi araşdırmalar aparmışлар və elmi əsərlər yazmışlar.Belə ki, xarici iqtisadçı alimlərdən A.İ.Ançiskina, K.I.Tasira, Q.A.Laxtina, N.D.Kondratev, P.N.Zavlina, U.V.Ukosa və s. innovasiya prosesinin nəzəri-metodoloji məsələləri üzrə, innovasiya fəaliyyətinin sosial-iqtisadi aspektləri və istehsalın çeşid strategiyasının təkmilləşdirilməsinin ayrı-ayrı istiqamətləri üzrə isə A.İ.Kovalev, A.X.Şaxverdiyev, V.D.Lisenko və b. tədqiqat işləri aparmışlar.

Respublikamızda проблемин бу вя йа диэяр мясяляляри respublikanın iqtisadçı alimlərindən İ.H.Alıyev, F.H.Qasımov, K.A.Şahbazov, R.P.Sultanova, Э.З.Йцзбашийева, Q.S.Süleymanov, M.C.Atakişiyev, Q.Ə.Səfərov, T.N.Əliyev, T.H.Hüseynov, Z.М.Nəcəfov, Ш.Ə.Səmədzadə və bашгаларынын ясярляриндя тядгиг едилмишдир.

Bu alimlərin elmi işlərini yüksək qiymətləndirərək, onu qeyd etmək lazımdır ki, maşınqayırma müəssisələrində innovasiya prosesləri və çeşid problemləri онларын тядгигат ишляринин предметини тяшкил етмямишдир. Bu tədqiqat işində isə məhz maşınqayırma müəssisələrində innovasiya və onun çeşid strategiyasının təşkili və idarə edilməsi mexanizmləri kompleks şəkildə araşdırılır.

Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın məqsədi maşınqayırma müəssisələrində innovasiya prosesinin və istehsalın çeşid strategiyasının təşkili və idarə edilməsinin nəzəri-metodoloji əsaslarını və bu sahənin mövcud vəziyyətini təhlil edib qiymətləndirmək əsasında təkmilləşdirilməsi mexanizmlərinin əsas istiqamətlərini müəyyən etməkdir. Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həll edilməsi qarşıya qoyulmuşdur:

- innovasiya prosesinin təşkili və idarə edilməsinin nəzəri və metodoloji əsaslarını elmi cəhətdən əsaslandırmaq, onun idarəetmə metodlarını araşdırmaq;

Page 5: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

5

- maşınqayırma müəssisələrinin iqtisadi inkişafının tənzimlən-məsində innovasiya prosesinin təşkili və planlaşdırılması istiqamətlərini müəyyən etmək;

- innovasiya prosesinin idarəetmə sisteminin yaradılması meyarlarını müəyyənləşdirmək;

- maşınqayırma müəssisələrinin innovasiya fəaliyyətinin möv-cud vəziyyətini qiymətləndirməklə, innovasiya prosesinin təş-kili və idarə edilməsinin əsas mərhələlərini, onun səmərəli təşkilati strukturunun tiplərini təyin etmək;

- maşınqayırma müəssisələrində innovasiya fəaliyyətinin tənzimlənməsində dövlət siyasətinin rolunu araşdırmaq;

- istehsalın çeşid strategiyasının formalaşdırılması mexanizmini təkmilləşdirmək;

- maşınqayırma müəssisələrində innovasiyalı çeşid prosesinin səmərəli idarə edilməsinin modelini hazırlamaq və sahənin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etmək.

Tədqiqatın obyektini respublikanın maşınqayırma müəssisələri təşkil edir.

Tədqiqatın predmetini maşınqayırma müəssisələrində inno-vasiya prosesinin və istehsalın çeşid strategiyasının səmərəli idarə edil-məsi mexanizmləri təşkil edir.

Tədqiqatın nəzəri və metodoloji əsasını xarici və respublika iqtisadçı alimlərinin sənaye müəssisələrində, o cümlədən maşınqayırma müəssisələrində innovasiya prosesinin təşkili və idarə edilməsi, onun çeşid strategiyasının formalaşdırılması problemlərinə həsr edilmiş elmi əsərləri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin qanunları, Azərbaycan Res-publikası Nazirlər Kabinetinin qərar və sərəncamları və digər sənədlər təşkil edir.

Tədqiqatın aparılması zamanı müqayisəli, analitik, sistemli təhlil, iqtisadi-riyazi və riyazi-statistik metodlardan istifadə edilmişdir.

Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin materialları, dövri mətbuat, jurnal və «İnternet» məlumatları təşkil edir.

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

Page 6: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

6

- innovasiya prosesinin təşkili və idarə edilməsinin funksiyaları və formalaşdırılması mexanizmləri elmi cəhətdən əsaslandırıl-mışdır;

- innovasiya prosesinin maşınqayırma müəssisələrinin iqtisadi inkişafında rolu təhlil olunmuş, onun təşkili və idarə edil-məsinin əsas mərhələləri və təşkilati strukturu müəyyənləş-dirilmişdir;

- maşınqayırma müəssisələrində istehsalın çeşid strukturunun idarə edilməsinin iqtisadi mexanizmləri işlənib hazırlanmış-dır;

- maşınqayırma müəssisələrində innovasiya prosesinin təşkili və idarə edilməsində çeşid strategiyasının formalaşdırılması-nın metodiki əsasları işlənib hazırlanmışdır;

- maşınqayırma müəssisələrinin idarə edilməsində dövlətin innovasiya strategiyasının konseptual istiqamətləri işlənib hazırlanmışdır;

- maşınqayırma müəssisələrində innovasiyalı çeşid siyasətinin səmərəli təşkili və planlaşdırılmasının inkişaf konsepsiyası təklif edilmiş və buna uyğun istehsalın çeşid strategiyasının formalaşdırılması alqoritmi işlənib hazırlanmışdır;

- maşınqayırma müəssisələrində innovasiyalı məhsul istehsa-lının təkmilləşdirilməsi mexanizmlərinin strateji istiqamətləri və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır.

Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat işinin əsas müddəaları sənayedə, o cümlədən maşınqayırma müəssisələrində, dövlətin innovasiya siyasətinin formalaşdırılmasında, maşınqayırmada innovasiyalı çeşid konsepsiyası ilə bağlı proqramların işlənilməsində, innovasiya - investisiya layihələrinin qiymətləndirilməsində və onun səmərəli təşkili və idarə edilməsində dövlət orqanları üçün əhəmiyyətli ola bilər.

İşin aprobasiyası və nəticələrinin tətbiqi. Dissertasiya işində əldə olunmuş müddəalar, alınmış nəticələr və irəli sürülən əməli təklif və tövsiyələr bir sıra Beynəlxalq və Respublika səviyyəli elmi-praktiki konfranslarda, simpoziumlarda, SDU-də və AMEA İİ-da keçirilən elmi seminarlarda məruzə və müzakirə olunmuşdur. Dissertasiya işinin əsas müddəaları Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın tövsiyə etdiyi jurnallarda nəşr edilmişdir.

Page 7: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

7

Dərc olunmuş məqalələr. Dissertasiya işinin əsas müddəaları və nəticələri dərc olunmuş 11 elmi əsərdə (9 çap vərəqi həcmində) öz əksini tapmışdır.

İşin həcmi və strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticə, 114 adda ədəbiyyat siyahısından ibarət olmaqla, 158 səhifə həcmindədir. İşdə 20 şəkil, 15 cədvəl əks olunmuşdur.

İŞİN ƏSAS MƏZMUNU

Dissertasiya işinin girişində mövzunun aktuallığı əsaslandırılır, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, obyekti və predmeti, nəzəri və metodoloji əsasları, informasiya bazası, tədqiqat üsulları göstərilir, habelə işin elmi yeniliyi, təcrübi əhəmiyyəti, aprobasiyası şərh edilir. Dissertasiyanın «İnnovasiya prosesinin idarə edilməsinin nəzəri-metodoloji əsasları» adlanan birinci fəslində innovasiya prosesinin (İP) idarə edilməsinə nəzəri yanaşmalar, yeni iqtisadi şəraitdə innovasiya prosesinin idarə edilməsi texnologiyaları, eləcə də inno-vasiya prosesinin idarəetmə sisteminin yaradılması meyarları beynəlxalq təcrübəyə əsaslanaraq tədqiq edilir.

Qeyd olunur ki, innovasiyalar ayrı-ayrı elm sahələrində yaranır və istehsal sferasında sona çatır. Bu isə istehsal sahələrində mütərəqqi, keyfiyyətcə yeni dəyişikliklərə səbəb olur. İnnovasiyanın predmeti nəzərə alınmaqla, aşağıdakı növləri fərqləndirilir:

- texniki-texnoloji innovasiyalar; - təşkilati innovasiyalar; - təşkilati-idarəetmə innovasiyalar; - iqtisadi innovasiyalar; - sosial innovasiyalar; - hüquqi innovasiyalar.

Hər bir innovasiya özündən qabaqkı innovasiyanın inkişafı əsasında toplanmış innovasiya məhsuluna əsaslanır, transformasiya olunan sistemdən genotipə varis olur və dəyişən xarici və daxili şəraitə uyğun olaraq şəklini dəyişir, köhnə elementləri ləğv etməklə, yeni elementlərlə zənginləşdirilir. Nəticədə, mümkün çoxluqdan daha səmərəli innovasiyanın seçilməsi baş verir.

Beləliklə, innovasiyanın mahiyyəti kifayət qədər çox şaxəlidir və aşağıdakıları özündə birləşdirir: a) istehsal güclərinin maddi amillərinin

Page 8: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

8

təkmilləşdirilməsi; b) qeyri-istehsal sahələrinin texniki vasitələrinin inkişafı; c) təbiətdən istifadənin yaxşılaşdırılması.

Burada bir məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, milli iqtisadiyyat və onun sahələri üçün təklif olunmuş yeniliyin istifadəsini xarakterizə edən «innovasiya» elm-istehsalat tsiklinin son mərhələsidir. İnnovasiya prosesində hansı manqanın daha əhəmiyyətli olduğu haqqında söhbət gedə bilməz. Elmi nəticələrin yaranması zamanı səmərəliliklə yanaşı, elmi məhsulun istehsalının və ya tətbiqinin rentabelliyi əlavə göstərilməlidir. Demək olar ki, innovasiya fəaliy-yətinin universal subyekti və obyekti yoxdur. İnnovasiya fəaliyyəti öz-özlüyündə xüsusi bir prosesdir ki, reallaşdırma zamanı fəaliyyətin bir növü digəri ilə əvəz olunur. Fəaliyyətin subyekti də bu cür dəyişir. Bu zaman obyektin xassələri və innovasiya fəaliyyətinin ayrı-ayrı mərhələlərinin bütün nəticələri eynilə zəruridir.

Göstərilir ki, innovasiya prosesi çoxcəhətli sistem olmaqla özündə texnoloji, təşkilati və sosial yeniliklərin vəhdətini birləşdirərək, yeni inkişaf modelini formalaşdırır. Burada əsas üstünlük insan resurslarının istifadə edilməsinə verilir. Bəzi alimlərin fikrincə innovasiya sadəcə olaraq texnika, istehsalat və kommersiya tədbirlərinin məcmusudur. Bu isə o deməkdir ki, texnika, istehsalat və kommersiya fəaliyyəti nəticəsində bazara yeni məhsul və ya daha mütərəqqi avadanlıq və texnologiya çıxır.

Qeyd edilir ki, innovasiya menecmentinin son məqsədi İP-nin uzun müddətli fəaliyyətini və rəqabətədavamlılığını təmin etməkdən ibarətdir. Müasir şəraitdə sənaye sahələrində innovasiya menecmentinin fəaliyyətinin səmərəliliyini xarakterizə edən əsas göstərici iqtisadi parametrlərdir. Bu iqtisadi parametrlər xərcləri və gəlirləri göstər-məlidir. İnnovasiya menecmenti İP-nin bütün elementlərinin əlaqəli fəaliyyətini təmin etməli, başqa sözlə onların fəaliyyətlərini koordina-siya etməlidir. İnnovasiyanın təşkilinin məqsədi planlaşdırılmış innovasiya tapşırıqlarını və strateji planları yerinə yetirməkdən ibarətdir. Bu isə tələb olunan ehtiyatların müəyyənləşdirilməsini, tapşırıqların icraçılar arasında bölüşdürülməsini, tapşırıqların yerinə yetirilməsinin zamana görə koordinasiya edilməsini və s. zəruri edir.

Aparılmış araşdırmalar sənaye sahələrində, o cümlədən maşın-qayırma müəssisələrində innovasiya prosesinin idarə edilməsinin aşağıdakı mexanizmlər əsasında qurulmasını məqsədəuyğun edir:

Page 9: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

9

- elmi-texniki tərəqqi iqtisadi, sosial və mənəvi inkişaf ilə üzvi vəhdət təşkil etməlidir;

- elm, texnika və istehsal sferasında idarəetmənin demokratik-ləşdirilməsi, qeyri-mərkəzləşdirilməsi və özünü idarəetmənin inkişaf etdirilməsi;

- dövlətin birbaşa dəstəkləməsi hesabına fundamental, tətbiqi təd-qiqatların və işləmələrin tarazlı inkişaf etdirilməsi və müəssisələrdə in-novasiya prosesinin iqtisadi stimullaşdırılması üzrə investisiya layihələrinin həyata keçirilməsi;

- elmi-texniki sferada rəqabətin və sahibkarlığın dəstəklənməsi və antiinhisar tədbirlərin həyata keçirilməsi üzrə mövcud layihələrin təkmilləşdirilməsi;

- elmi-texniki məhsul bazarının inkişaf etdirilməsinə, elmin, təhsil və istehsal potensialının tarazlı inkişafına kömək edən yeni layihələrin işlənib hazırlanması;

- elmi-texniki fəaliyyətin bütün təşkili formalarının, kollektiv və fərdi elmi-texniki yaradıcılığın çoxvariantlığı və bərabər hüquqiliyinin təmin olunması;

- Azərbaycanda elmi-texniki tərəqqini təmin etmək üçün dünya elminin və texnikasının imkanlarından maksimum istifadə edilməsi.

Dissertasiyanın «Respublikanın maşınqayırma müəssisələrinin innovasiya fəaliyyətinin və onların çeşid strukturunun mövcud vəziyyətinin qiymətləndirilməsi» adlı ikinci fəslində statistik və hesabat məlumatları əsasında respublikanın maşınqayırma müəssisə-lərinin innovasiya təminatının mövcud vəziyyəti qiymətləndirilmiş, maşınqayırma müəssisələrində istehsalın çeşid strukturunun mövcud vəziyyəti təhlil edilmiş və onun formalaşması yolları araşdırılmış, maşınqayırma müəssisələrinin innovasiya fəaliyyətinin idarə edilməsi mərhələləri və onların təşkilati strukturunun əsas tipləri tədqiq edilmişdir.

Aparılmış araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının maşınqayırma müəssisələrinin mövcud texniki-texnoloji səviyyəsi beynəlxalq standartlara cavab verə bilən çoxsaylı sənaye məhsullarının istehsalına və ixracına tam imkan yaratmır.

Belə ki, son illərin statistik göstəricilərinə görə sənaye müəs-sisələrində 2000-ci ildə ƏSİF-nin yenilənmə səviyyəsi 4,8 % olduğu halda, 2011-ci ildə bu səviyyə 7,7 %-ə çatmışdır.

Page 10: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

10

Maşınqayırma məhsullarının istehsalı üzrə isə ƏSİF-nin yenilənmə səviyyəsi 2000-ci ildə 1,5 %-dən, 2011-ci ildə 3,2 %-ə çatmışdır. Digər tərəfdən isə sənaye üzrə ƏSİF-nin sıradan çıxma səviyyəsi 2000-ci ildə 1,4 % təşkil edirdi, 2011-ci ildə bu səviyyə 0,5 %-ə düşmüşdür. Maşınqayırma məhsullarının istehsalı üzrə ƏSİF-nin sıradan çıxma səviyyəsi 2011-ci ildə 2,2 % olmuşdur. Əgər bu qiymətləndirməni ƏSİF-nin aşınması üzrə aparsaq, məlum olur ki, bütün sənaye müəssisələri üzrə ƏSİF-nin aşınma səviyyəsi 2000-ci illə müqayisədə, 2011-ci ildə 68,3 %-ə düşmüşdür. Yəni, ƏSİF-nin aşınma səviyyəsi 31,7 % azalmışdır. Bu səviyyənin azalması 2000-ci illə müqayisədə 2011-ci ildə maşınqayırma məhsullarının istehsalı üzrə 54,9 % azalmışdır. Bu göstəricilər öz təsirini sənaye müəssisələrində fondla silahlanma səviyyəsində göstərmişdir. Belə ki, sənaye müəssisələrinin fondla silahlanma səviyyəsi 2000-ci illə müqayisədə, 2011-ci ildə 10,9 % artmışdır, maşınqayırma müəssisələrində bu göstərici 27,5 % təşkil etmişdir. Sənaye müəssisələrinin ƏSİF-nin mövcud vəziyyəti, onun yenilənmə, aşınma və fondla silahlanma səviyyəsi öz təsirini fondverimi göstəricisində də göstərmişdir. Belə ki, sənaye müəssisələri üzrə fond veriminin səviyyəsi ümumilikdə 2000-ci illə müqayisədə 2011-ci ildə 1,8 % artdığı halda, maşınqayırma məhsullarının istehsalı üzrə ƏSİF-nin aşınma və sıradan çıxma səviyyəsinin yüksəkliyi, yeniləşmə səviy-yəsinin aşağı olması nəticəsində bu sahədə fond verimi göstəricisinin səviyyəsi azalmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, maşınqayırma müəs-sisələrində qarşıda duran ən başlıca problem onların innovasiya təminatının investisiya layihələri və proqramları əsasında yenidən qurulmasıdır.

Təhlil nəticəsində məlum olmuşdur ki, 2011-сi ildə maşın və avadanlıqlar istehsal edən müəssisələrin sayı 64 olmaqla, emal sənayesində fəaliyyət göstərən müəssisələrin (1791 müəssisə) 3,6 %-ni təşkil edərək, emal sənayesi məhsulunun (6392 milyon manat) 2,5 %-ni (156,7 milyon manat) verir. Ölkə sənayesinin qeyri-dövlət sektorunda sahənin payı 0,1 % olmaqla, qeyri-dövlət müəssisələrinin sayı (45 müəssisə) ümumi müəssisələrin (64 müəssisə) 70,3 %-ni təşkil edir. Digər tərəfdən isə əsas kapitala yönəlmiş investisiyaların məbləği 0,1 milyon manat olmaqla, bütün sənaye sektoruna yönəldilən investisiyaların ümumi həcmində bu sahəyə qoyulan investisiyaların payı 0,002 % təşkil edir (bax cədvəl 1).

Page 11: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

11

Cədvəl 1 Maşınqayırma müəssisələrinin işinin əsas göstəriciləri

Əsas göstəricilər 2005 2007 2008 2009 2010 2011 Fəaliyyət göstərən

müəssisələrin sayı - сəmi 58 79 73 89 72 64 Dövlət 34 38 33 34 20 19

Qeyri-dövlət 24 38 40 55 52 45 Sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi, müvafiq

illərin сari qiymətlər ilə, milyon manat

32,8 81,6 91,0 91,3 151,2 156,7

Ölkədə istehsal olunmuş sənaye məhsulunun ümumi

həсmində sahənin payı, %-lə 0,4 0,4 0,3 0,4 0,6 0,5

İşçilərin orta siyahı sayı, min nəfər 7,3 7,0 6,4 4,2 4,8 4,2

Sənayedə məşğul olanların ümumi sayında sahə işçilərinin payı, %-lə

3,8 3,4 3,0 2,2 2,7 2,4

Bir işçinin orta aylıq əmək haqqı, manat 98,9 170,3 216,6 204,6 227,4 273,0

Əsas kapitala investisiyalar, milyon manat 3,1 0,8 9,4 0,3 0,2 0,1

Sənaye sektoruna yönəldilən investisiyaların ümumi

həcmində sahəyə qoyulan investisiyaların payı, %-lə

0,08 0,02 0,22 0,01 0,003 0,002

Mənbə: Azərbaycanın sənayesi. Statistik məcmuə. Bakı, 2012 İşdə maşınqayırma müəssisələrində innovasiya məhsullarının

həcmi və texnoloji innovasiyalara çəkilən xərclərin təhlili göstərir ki, 2001-ci ildə maşınqayırma müəssisələrində əhəmiyyətli dəyişikliklərə məruz qalmış, başqa sözlə yeni tətbiq olunmuş məhsulun həcmi 46,7 min manat olduğu halda, 2011-ci ildə bu göstərici sıfıra düşmüşdür.

Digər tərəfdən isə 2001-ci ildə bütün sənayedə təkmilləşdirilmiş məhsulun tam həcmini maşın və avadanlıqlar təşkil etdiyi halda, 2011-ci ildə 14,4 mln. manatlıq innovasiya məhsulu istehsal olunmuşdur. Maşın və avadanlıqlar istehsalı üzrə texnoloji avadanlıqlara 2001 – 2011-ci illər ərzində cəmi 1117,1 min manat vəsait xərclənmişdir ki, onun da

Page 12: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

12

67,1 %-i məhsul innovasiyalarına yönəldilmişdir. Təhlil dövründə maşın və avadanlıqlar istehsalı üzrə texnoloji innovasiyalara yönəldilən 331 min manat vəsaitin yalnız 20,5 min manatı yeni məhsulların, proseslərin tətbiqinə və işlənməsinə, 209,5 min manat texnoloji innovasiyalarla əlaqədar maşın və avadanlıqların alınmasına, 30,5 min manat yeni məhsulların buraxılışı üçün istehsal layihələndirilməsi, digər istehsala hazırlıq növləri və ya onların istehsalı üzrə yeni xidmətlərin və metodların tətbiqinə, 70,5 min manatı isə texnoloji innovasiyaya sərf edilmişdir. Yeni texnologiyaların alınmasına, yeni məhsulların, xid-mətlərin, yeni proseslərin tətbiqi və işlənməsinə, marketinq tədqi-qatlarına, ETİ-ə vəsait qoyulmamışdır. Maliyyə mənbələri üzrə texnoloji innovasiyalara çəkilən xərclərin məbləğini qiymətləndirərkən aydın olur ki, 2011-ci ildə maşın və avadanlıqların istehsalı üzrə innovasiya xərci 196,8 min manat təşkil etmişdir ki, o da müəssisələrin öz vəsaiti hesabına ödənilmişdir. Digər tərəfdən isə 2011-ci ildə yenilik səviyyəsinə və iqtisadi fəaliyyət növlərinə görə innovasiya məhsulunun həcmi 105,9 min manat olmuşdur ki, bu da cəmi innovasiya məhsulunun həcminin (24566 min manat) 0,4 %-ni təşkil edir. (bax cədvəl 2).

İşdə emal sənayesi müəssisələrinə daxil olan maşın və avadanlıqların istehsalını həyata keçirən neft-maşınqayırma müəssisələri də tədqiq edilir. Göstərilir ki, «Azneftkimyamaş» ASC-də əmtəəlik məhsulun istehsalı və məhsul satışının həcmi 2005-ci illə müqayisədə, 2011-ci ildə uyğun olaraq 41,5 % və 28,2 % artmışdır. Bununla yanaşı istehsal olunan məhsulların həcmində də 2005-ci illə müqayisədə 2011-ci ildə artım müşahidə olunur. 2011-ci ildə Respublikadan kənara 10 mln. manatdan çox neft-mədən avadanlığı göndərilmişdir ki, bu da ümumi məhsul satışının 38 %-nə bərabərdir. İxrac olunan məhsulların əsas hissəsi Rusiyaya, Qazaxıstana, Ukraynaya və Türkmənistana göndərilmişdir.

Araşdırmalar göstərir ki, maşınqayırma müəssisələri hələ də özünün innovasiya fəaliyyətini beynəlxalq standartlara uyğun qura bilməmişdir.

Page 13: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

13

Cədvəl 2 Maşınqayırma müəssisələrində innovasiya prosesinin əsas göstəriciləri

Əsas göstəricilər 2005 2007 2008 2009 2010 2011 İlin sonuna ƏSİF milyon manat

212,1 206,5 197,4 232,7 262,5 396,0

ƏSİF-nın yeniləşməsi (iqtisadi fəaliyyət növləri üzrə), ƏSİF-nın ümumi dəyərinə nisbətən, %-lə

2,7 4,7 3,2 19,3 18,7 3,2

ƏSİF-nın sıradan çıxması (iqtisadi fəaliyyət növləri üzrə), ƏSİF-nın ümumi dəyərinə nisbətən, %-lə

0,7 5,9 3,0 3,3 1,3 1,3

ƏSİF-nın aşınması (iqtisadi fəaliyyət növləri üzrə), ƏSİF-nın ümumi dəyərinə nisbətən, %-lə

63 63,9 63,2 51,0 41,0 35,4

Fond verimi (iqtisadi fəaliyyət növləri üzrə), ƏSİF-nın ümumi dəyərinə nisbətən, %-lə

68,3 165,9 123,0 81,2 193,4 79,7

Fondla silahlanma (iqtisadi fəaliyyət növləri üzrə), əvvəlki ilə nisbətən, %-lə

105,1 98,7 107,0 156,2 106,9 130,9

Yeni tətbiq olunmuş innovasiya məhsullarının həcmi, min manat

95,6 355,3 1495 110,6 1262 -

Təkmilləşdirilmiş məhsul, min manat

189,4 399,4 1484 - - 105,9

İnnovasiyaların tiplərinə, fəaliyyət növlərinə, tətbiqi istiqamətlərinə və maliyyə mənbələrinə görə texnoloji innovasiyalara çəkilən xərclər, min manat

57,2 514,9 33,5 10,3 0,7 196,8

O cümlədən: - məhsul innovasiyaları 57,2 169,8 33,5 10,3 0,7 196,8 - proses innovasiyaları - 345,1 - - - -

O cümlədən: - texnoloji innovasiyalar ilə əlaqədar maşın və avadanlıqların alınması

- 514,9 33,5 3,3 0,7 196,8

- yeni texnologiyaların alınması 57,2 - - - - - - proqram vəsaitlərinin alınması - - - 7,0 - -

O cümlədən: - müəssisələrin öz vəsaiti hesabına

57,2 514,9 33,5 10,3 0,7 196,8

Mənbə: Azərbaycanın sənayesi. Statistik məcmuə. Bakı, 2012

Page 14: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

14

İşdə maşınqayırma müəssisələrində innovasiya prosesinin idarə edilməsinə mane olan amillər aşağıdakı kimi qruplaşdırılmışdır:

- dövlət miqyasında innovasiya meylli proqramın olmaması və sahədə texnoloji parkın yeniləşdirilməsi məqsədi ilə investisiyaların çatışmaması;

- ET və KTİ tərəfindən işlənilib hazırlanmış yeniliklərin istehsalata ləng tətbiq edilməsi nəticəsində istehsal olunan məhsulların rəqabətqabiliyyətinin tədriclə itirilməsi;

- əsas istehsal fondlarının və onun aktiv hissəsinin fiziki və mənəvi cəhətdən yüksək səviyyədə aşınması nəticəsində istehsal olunan məhsulların beynəlxalq standartlara cavab verməməsi və onun çeşid tərkibinin kəskin azalması;

- idarəetmə strukturunun təkmil olmaması və orada marketinq və logistika fəaliyyətinin səmərəsiz təşkili nəticəsində yüksək ixtisaslı mütəxəssislər içərisində axıcılıq səviyyəsinin yüksək olması və s.

Beləliklə, maşınqayırma müəssisələrində innovasiya prosesinin səmərəli idarə edilməsi istiqamətində ciddi tədbirlərin həyata keçiril-məsinə zəruri ehtiyac vardır.

Burada maşınqayırma məhsulları istehsalının çeşid strukturu üzrə aparılan təhlil göstərir ki, maşınqayırma müəssisələrində istehsalın diversifikasiyası və onun çeşid tərkibinin dəyişdirilməsi bazarın tələbatına uyğun aparılmalıdır, eyni zamanda, respublika maşınqayırma müəssisələrində innovasiya prosesinin inkişafı ixtiyarı yol ilə deyil, əvvəlcədən hazırlanmış iqtisadi, hüquqi və təşkilati prinsiplərə uyğun məqsədyönlü həyata keçirilməlidir. Başqa sözlə, innovasiya prosesi prinsip etibarilə, fasiləsiz bir prosesdir və özündə elmi-tədqiqat işləri, istehsal və mənimsəmə mərhələlərini əhatə edir. İlk mərhələdə innovasiya məhsulunun yaradılması, ideyanın formalaşması ilə nəticələnən elmi axtarışla başlayır və tətbiqi işlərin aparılması ilə başa çatır. İkinci mərhələ layihələndirmə üçün texniki tapşırıqların hazır-lanması və ya məmulatın seriyalı buraxılışını nəzərdə tutur. Üçüncü mərhələ isə məmulatın istismarının başlanğıcından onun layihə gücünün mənimsənilməsinə qədər olan dövrü əhatə edir.

İşdə maşınqayırma müəssisələrində istehsalın çeşid strukturunun formalaşmasının yeni mexanizmləri də öz əksini tapmışdır.

Göstərilir ki, çeşidin formalaşdırılması problemi faktiki olaraq, gələcək istehsal və bazarda reallaşma üçün məhsulların seçiminə və istehlakçıların tələblərinə əsasən bu məhsulların xarakteristikalarının

Page 15: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

15

müəyyən edilməsinə yönəldilmiş bütün fəaliyyət növlərinin planlaşdırılmasından ibarətdir. Məhsulun çeşidinin planlaşdırılmasına əsasən formalaşdırma davamlı prosesdir, məhsulun həyat dövründə davam edir, məhsulun yaradılması ideyası ilə başlayır və məhsul proqramının yerinə yetirilməsi ilə bitir.

Bütün bunlar ümumiləşdirilərək, belə nəticə əldə edilir ki, respublikanın maşınqayırma müəssisələrində innovasiyalı çeşid prosesinin dayanıqlı, tarazlı, balanslaşdırılmış inkişafını təmin etmək üçün aşağıdakı məsələlərin həlli zəruridir:

Neftin satışından əldə olunan gəlirlərdən istifadə etməklə, ciddi dəyişikliklər aparılmalı, onların texniki və texnoloji səviyyələri yüksəldilməli, rəqabətqabiliyyətli, ixrac xarakterli istehsal müəssisə-lərinin yaradılmasına diqqət artırılmalı;

Müxtəlif profilli və çeşid strukturlu yeni emal və istehsal müəssisələri yaradılmalı, gələcəkdə hazır məhsulların ixracına üstünlük verilməli, ixrac xarakterli istehsal müəssisələrinin inkişafını stimul-laşdırmaq məqsədi ilə müəssisələrin xüsusiyyətlərini nəzərə alan yeni vergi və gömrük mexanizmləri işlənilib hazırlanmalı;

Müəssisələrin inkişafı üzrə xammal ehtiyatları dəqiqləşdirilməli, onun inkişaf istiqamətləri müəyyənləşdirilməli, hər bir müəssisə üzrə ayrı-ayrılıqda Dövlət Proqramı işlənib hazırlanmalı, onun icrasının konkret istiqamətləri müəyyənləşdirilməli, idarəetmə strukturu təkmilləşdirilməli, optimal idarəetməni təmin edən müasir idarəetmə texnologiyalarından istifadə edilməlidir.

Tədqiqatın «Maşınqayırma müəssisələrində innovasiya prosesinin və onların çeşid siyasətinin təkmilləşdirilməsinin strateji istiqamətləri» adlı üçüncü fəslində ölkəmizdə maşınqayırma müəs-sisələrinin səmərəli idarə edilməsində dövlətin innovasiya strate-giyasının əsas istiqamətləri müəyyənləşdirilmiş, maşınqayırma müəs-sisələrində çeşid strategiyasının formalaşdırılması mexanizmləri işlənib hazırlanmış və maşınqayırma müəssisələrinin innovasiyalı çeşid prose-sinin səmərəli idarə edilməsi yolları təklif edilmişdir.

Göstərilir ki, ölkənin maşınqayırma müəssisələrinin qloballaşan dünyaya inteqrasiya etməsi üçün güclü innovasiya strategiyası olmalıdır. Bununla belə, onların müvəffəqiyyətli tətbiqi üçün, dövlətin qoyulan məqsədlərə adekvat iqtisadi siyasəti işlənilib hazırlanmışdır.

Qeyd edilir ki, Azərbaycanda maşınqayırma müəssisələrinin innovasiya siyasətinin işlənməsi və reallaşdırılması ölkədə mövcud olan

Page 16: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

16

elmi-texniki potensial, sənayenin inkişafı və resurs imkanları nəzərə alınmaqla sosial - iqtisadi inkişafın ümumi strategiyası çərçivəsində həyata keçirilməlidir.

Araşdırmalar nəticəsində Azərbaycanın müasir inkişaf mərhələ-sində maşınqayırma müəssisələrində dövlətin innovasiya siyasətinin aşağıdakı vacib prinsipləri müəyyənləşdirilmişdir:

- İqtisadiyyatın innovasiyalı inkişaf modelinin prioritetliyinin qəbul edilməsi; - Dövlət tərəfindən innovasiyaların iqtisadi artımının əhəmiyyətli amilinə çevrilməsinə təminat verən iqtisadi - hüquqi şərtlərin və iqtisadi mexanizmlərin yaradılması;

- İnnovasiya fəaliyyətinin və sahibkarlığın aktivləşdirilməsinin bazar mexanizmlərinin maksimum istifadəsi, mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri üçün bərabər şəraitin yaradılması;

- Elmi - texniki potensialın səmərəli inkişafı və iqtisadi siyasətin məqsədlərinə uyğun dəyişdirilməsi; - Məhsul istehsalçılarının və investorların maraqlarının optimal uyğunlaşdırılması, intellektual mülkiyyət obyektlərinin gəlir mənbələri kimi tanınması. Bu prinsiplərin reallaşdırılması qanunvericiliyin formalaşdırılması

və maşınqayırma müəssisələrində innovasiya proseslərinin inkişafının təmin olunmasını tələb edir.

İşdə maşınqayırma müəssisələrində dövlətin innovasiya siyasətinin əsas istiqamətləri təklif edilir:

- innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının, onun stimullaşdırılması mexanizmlərinin, institusional islahatlar sisteminin, innovasiya sferasında intellektual mülkiyyətin müdafiəsinin və onun təsərrüfat dövriyyəsinə daxil edilməsi sisteminin işlənməsi və təkmilləşdirilməsi;

- innovasiya fəaliyyətinin, istehsalın inkişafının, rəqabətqabiliy-yətliliyinin, elmtutumlu məhsulların artırılmasının kompleks dəstəklənmə sisteminin yaradılması;

- innovasiya fəaliyyətinin aktivləşdirilməsi prosesində dövlət idarəetmə orqanları, kommersiya strukturları, maliyyə-kredit idarələri ilə yanaşı ictimai təşkilatların iştirakının zəruriliyi;

Page 17: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

17

- informasiya təminatı sistemi, kadrların hazırlığı və yenidən hazırlığı sistemi daxil olmaqla, innovasiya prosesinin infrastrukturunun inkişaf etdirilməsi;

- kiçik innovasiya sahibkarlığının inkişaf etdirilməsi; - innovasiya layihələrinin və proqramlarının müsabiqə yolu ilə

seçilməsi sisteminin təkmilləşdirilməsi; - dövlətin innovasiya siyasətinin prioritetlərinin formalaşdırılması. İşdə Azərbaycanın maşınqayırma müəssisələrində innovasiya

siyasətinin əsas məsələləri kimi aşağıdakılar göstərilir: - fundamental elm və kadrların hazırlığı sistemi daxil olmaqla,

elmi-istehsal- texnoloji potensialın inkişaf etdirilməsi; - məhsulun rəqabətqabiliyyətliyinə müsbət təsir göstərəcək

innovasiya layihələrinin reallaşdırılması; - innovasiya fəaliyyətinin aktivləşdirilməsi üçün əlverişli iqtisadi

və maliyyə şəraitinin yaradılması; - məhsulun keyfiyyətinə beynəlxalq standartların tətbiqi; - ətraf mühitin mühafizə olunması. Burada eyni zamanda maşınqayırma müəssisələrində çeşid

strategiyasının formalaşdırılması mexanizmləri, onun göstəricilər sisteminin hesablanması alqoritmi və mərhələləri də təklif edilmişdir.

Təklif edilmiş metodika əsasında «Azneftkimyamaş» ASC-də istehsal olunan innovasiyalı məhsulların çeşid tərkibinin proqnoz göstəriciləri hesablanmışdır (bax cədvəl 3).

Cədvəl 3 «Azneftkimyamaş» ASC-də istehsal olunan innovasiyalı

məhsulların çeşid tərkibinin proqnoz göstəriciləri

İLLƏR Göstəricilər Ölçü vahidi 2014 2015 2016 2017 2020

1 2 3 4 5 6 7 Məhsulun ümumi buraxılışı

Min manat 35200,0 38500,00 41800,0 44000,0 58564,0

Fontan armaturu Ədəd/ton 179/448 190/482 202/504 224/560 298/745 Kolon başlığı Ədəd/ton 179/336 190/370 202/392 224/437 298/582 Qazma və quyu təmiri üçün qaldırıcı qurğu

Ədəd 11 11 11 11 11

Ştanqlı dərinlik nasosları Ədəd 9990 11100 11100 11100 11100 Yuyucu nasos qurğuları Ədəd 9 10 11 11 11 Manifaldlar Ədəd/ton 16/179 17/190 18/202 18/213 24/253 Mancanaq dəzgahı Ədəd 89 100 111 111 148

Page 18: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

18

Reduktorlar Ədəd 114 125 137 137 182 Fəvvarə siyirtməsi Ton 392 448 504 504 671 Əsas kapitala yönəlmiş investisiyalar – kapital və maliyyə qoyuluşları, o cümlədən:

Min manat 3885 4440 5550 5550

7387

- daxili imkanlar hesabına Min manat 2981 3310 4420 4420 5883 - cəlb ediləcək vəsaitlər, o cümlədən

Min manat 904 1130 1130 1130 1504

- dövlət büdcəsi və büdcədənkənar fondlar hesabına

Min manat 904 1130 1130 1130 1504

Mənbə: Azneftkimyamaş ASC-nin hesabat göstəriciləri əsasında müəllif tərəfindən hesablanmışdır.

Proqnoz modeli Azərbaycanın maşınqayırma müəssisələrində innovasiyalı çeşid prosesinin səmərəli idarə edilməsini həyata keçirməyə imkan verir. Göstərilir ki, maşınqayırma müəssisələrində innovasiyalı çeşid prosesinin səmərəli idarə edilməsi çox istiqamətli məsələlər sisteminə kompleks yanaşmağı tələb edir ki, bura da aşağıdakılar daxildir:

1. Subsidiyalar, kontraktlar, kooperativ müqavilələr (razılaşmalar);

2. Prioritet layihələrin (xüsusilə ekspertdən keçənləri) seçmə, selektiv qaydada maliyyələşdirilməsi;

3. Daxili və xarici bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı üzrə tədbirlər, rəqabət mühiti yaratma;

4. Əhəmiyyətli vergi güzəştləri; 5. Güzəştli kreditləşmə; 6. Güzəştli amortizasiya; 7. Güzəştli gömrük rüsumları və s. Bütün bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, innovasiyanın

tətbiqi əksər hallarda riskli xarakter daşıyır və alınmış kreditlər qısa bir müddətdə divident gətirmir. Ona görə də dövlətin bu istiqamətdə apardığı innovasiya və investisiya siyasətində bu cəhətlərin nəzərə alınması vurğulanır.

Page 19: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

19

Dissertasiya işinin sonunda əldə olunmuş bir sıra nəticə və təkliflər verilmişdir:

Araşdırmalar göstərir ki, maşınqayırma müəssisələrində innovasiya prosesinin idarə edilməsi və onun çeşid siyasəti üzrə səmərəli layihələr işlənilib hazırlanmalıdır. Bu isə aşağıdakı istiqamətlərdə işlərin aparılmasını zəruri edir:

Birinci istiqamət. İstehsalın diversifikasiyası və çeşidin idarə edilməsi. Bu istiqamət üzrə aşağıdakı işlər həyata keçirilməlidir:

- maşınqayırma müəssisələrində bir sıra struktur dəyişikləri aparılmalı və onun idarəetmə strukturu təkmilləşdirilməli, bu sahəyə xarici və daxili investisiyaların, o cümlədən subsidiyalar, güzəştli kreditləşmə və digər maliyyə resurslarının cəlb edilməsinin ən səmərəli yolları tapılmalıdır;

- gələcəkdə maşınqayırma məhsullarının xarici ölkələrə ixracının artırılmasına nail olmaq üçün rəqabətqabiliyyətli yeni çeşidli məhsullar istehsal etməli, idarəetmə üzrə tədbirlər və rəqabət mühitini yaratmalı, onların qiymətləndirilməsi mexanizmlərini işləyib hazırlamalı. Bu məqsədlə elmtutumlu (innovasiyalı) məhsulların istehsalı və ixracı stimullaşdırılmalıdır.

İkinci istiqamət. Mövcud texnika - texnologiya və istehsal olunan məhsulların çeşid göstəriciləri dünya standartlarına uyğun olaraq təkmilləşdirilməlidir. Bu məqsədlə aşağıdakı işlər həyata keçirilməlidir:

- maşınqayırma müəssisələrinin istehsal sahələri modern-ləşdirilməli və müxtəlif profilli, yeni emal və istehsal sahələri yaradılmalı və hazır məhsullar istehsalına üstünlük verilməlidir. Bu məqsədlə müəssisələrin xüsusiyyətlərini nəzərə alan əhəmiyyətli vergi mexanizmləri işlənib hazırlanmalıdır;

- neftdən əldə olunan gəlirlərdən səmərəli istifadə etməklə, maşınqayırma müəssisələrinin texniki-texnoloji səviyyəsini yüksəltmə, rəqabətqabiliyyətli, risk amilləri nəzərə alınmaqla ixrac xarakterli istehsal sahələrinin yaradılmasına daha çox diqqət yetirilməlidir;

- maşınqayırma müəssisələrinin xammal ehtiyatları dəqiq-ləşdirməli, onun inkişaf istiqamətləri müəyyənləşdirilməli, bu isti-qamət üzrə dövlət proqramları işlənib hazırlanmalı və onun həyata keçirilməsinin konkret istiqamətləri müəyyənləşdirilməlidir.

Page 20: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

20

- Dövlətin maşınqayırma müəssisələri üzrə innovasiya və çeşid siyasəti təkmilləşdirilməli, yəni, güzəştli amortizasiya, güzəştli gömrük rüsumları və digər istiqamətlər üzrə müxtəlif normativ - hüquqi sənədlər hazırlanmalı və həyata keçirilməlidir.

- Maşınqayırma müəssisələrində innovasiyalı çeşid prosesini stimullaşdırmaq məqsədilə elmi tədqiqatlara güzəştli vəsaitlərin ayrılması, innovasiya xərclərinə uyğun vergilərin azaldılması, innovasiya gəlirlərindən bir neçə il vergilərin tutulması, patentlərdən və lisenziyalardan əldə edilmiş gəlirlərdən güzəştli vergi tutulması və s. tədbirlər işlənilib hazırlanmalıdır.

- Maşınqayırma müəssisələrində innovasiyalı çeşid prose-sinin təşkili və idarə edilməsi üçün çeşid strukturunun beynəlxalq norma və standartlarından istifadə etməklə, ümumdünya elmi, texniki, texnoloji fazaya daxil olmaq; kadrlar mübadiləsini maliy-yələşdirmək; əməkdaşlığın prioritet istiqamətlərini seçmək və real-laşdırmaq; kiçik və orta innovasiya biznesini tətbiq etmək və onu beynəlxalq səviyyəyə çatdırmaq; xarici investorları innovasiya sahəsinə cəlb etmək və stimullaşdırmaq; rəqabətə davamlı çeşid strategiyasının formalaşdırılması mexanizmlərinin strateji istiqamət-lərini müəyyənləşdirmək.

- Maşınqayırma müəssisələrinin innovasiyalı çeşid stra-tegiyasını formalaşdırmaq üçün bu sahədə pozitiv struktur dəyişik-liklər – mülkiyyət hüququnun qorunması, xarici-iqtisadi fəaliyyətin dövlət tərəfindən himayə edilməsi, mükəmməl və səmərəli fəaliyyət göstərən institutların yaradılması, daxili və xarici bazarda yerli maşınqayırma məhsuluna tələbin gücləndirilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi həyata keçirilməlidir.

Maşınqayırma müəssisələrində innovasiyalı məhsulların istehsalını stimullaşdıran aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğunluğu göstərilir:

- yeni və ya təkmilləşdirilmiş məhsul növlərinin yaradılması ilə bağlı aparılan elmi-tədqiqat işlərinin vergidən azad edilməsi, güzəştli dövlət və bank kreditlərinin tətbiqi;

- innovasiya fəaliyyətinin reallaşdırılması məqsədilə istifadə edilən əsas vəsaitlərin amortizasiya normalarına güzəştli əmsalların tətbiqi;

Page 21: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

21

- vergiqoyma sistemində innovasiya üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə, patentləşdirmə xərclərinə məhdudiy-yətin aradan qaldırılması;

- innovasiya menecmenti, marketinq, layihələrin idarə edilməsi, müasir texnikanın layihələndirilməsi və istismarı üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasında dövlət dəstəyinin reallaş-dırılması və s. Dissertasiya işinin əsas məzmunu aşağıdakı çap olunmuş əsərlərdə öz əksini tapmışdır:

1. V.R.Qəhrəmanov, Müəssisələrdə çeşid siyasətinin forma-laşmasının mahiyyəti və onun strateji məqsədləri // AMEA-nm Xəbərləri. İqtisadiyyat elmləri seriyası, Bakı, 2009, №3, s. 236-239.

2. V.R.Qəhrəmanov, Bazar münasibətlərində məhsul çeşidinin göstəriciləri sisteminin hesablanması metodikası // AMEA-nın Xəbərləri. İqtisadiyyat elmləri seriyası, Bakı, 2009, №4, s. 123-126

3. V.R.Qəhrəmanov, Sənaye müəssisələrində innovasiya fəaliyyətinin səmərəli təşkili və idarə edilməsində dövlətin innovasiya siyasətinin inkişaf konsepsiyasının yaradılması mexanizmləri // AMEA-nın İqtisadiyyat İnstitutu. Elmi əsərlər, I buraxılış. Bakı, 2010, s. 223-228.

4. V.R.Qəhrəmanov, Bazar iqtisadiyyatı şəraitində sənaye müəssisələrində çeşid strategiyasının formalaşdırılmasının nəzəri metodiki əsasları. AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası, Bakı, 2010, №2, s. 95-107.

5. Q.S.Süleymanov, V.R.Qəhrəmanov, Sənaye sahələrində innovasiya prosesinin idarə edilməsinin proqnoz modeli // Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri, ADNA-nın 90 illik yubileyinə həsr olunmuş «Neft-qaz, neft emalı və neft-kimya» beynəlxalq elmi konfransının materiallarıBakı, 2010., №5-6, s. 358-359.

6. Q.S.Süleymanov, V.R.Qəhrəmanov və b., İnnovasiya müəssisədə çeşid strategiyasının formalaşmasının əsasıdır // Azərbaycan Respublikası Təhsil Nazirliyi, SDU, AMEA-nın İqtisadiyyat İnstitutu / «Azərbaycan Respublikasında innovasiya yönümlü iqtisadi inkişafın problemləri və onların

Page 22: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

22

həlli yollan» mövzusunda Respublika Elmi Konfransının materialları Sumqayıt 2010, s. 110-111

7. V.R.Qəhrəmanov, Bazar iqtisadiyyatı şəraitində Azərbaycan iqtisadiyyatında dövlətin innovasiya siyasətinin formalaşdırılması mexanizmləri // AMEA-nın İqtisadiyyat İnstitutu, Azərbaycan İqtisadçılar İttifaqı, Beynəlxaq İqtisadçılar İttifaqı, ADİU / «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr milli inkişaf modelinin formalaşması problemləri» Bakı. 2010, s. 813-815

8. В.Р.Гахраманов, Управление инновационными процес-сами в производственной сфере. // Журнал “Iнвестицii”: практика та досвiд. №24, Киев, 2011, с. 7-9

9. Q.S.Süleymanov, V.R.Qəhrəmanov və b. İnnovasiyalı fəaliyyətin idarə edilməsində əmtəə-çeşid siyasətinin rolu // Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi. "Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu" beynəlxalq elmi-praktiki konfransının materialları 2011, s. 266-269

10. Q.S.Süleymanov, V.R.Qəhrəmanov və b., İnnovasiyalı iqtisadiyyatda çeşid siyasətinin formalaşması rəqabətə davamlılığın əsasıdır // Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu. "İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemləri" beynəlxalq elmi konfransının materialları Sumqayıt 2012, s. 175-176.

Page 23: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

23

ВУГАР РАШИД оглы ГАХРАМАНОВ

УПРАВЛЕНИЕ ИННОВАЦИОННЫМ ПРОЦЕССОМ И МЕХАНИЗМЫ ФОРМИРОВАНИЯ ЕГО АССОРТИМЕНТНОЙ

СТРАТЕГИИ НА МАШИНОСТРОИТЕЛЬНЫХ ПРЕДПРИЯТИЯХ

Р Е З Ю М Е Диссертационная работа состоит из введения, трех глав,

выводов и предложений, списка использованной литературы. Во введении обоснована актуальность темы, показаны степень

изученности проблемы, цель и задачи исследования, информационная база, научная новизна и практическая значимость работы.

В первой главе работы - «Теоретико-методологические основы управления инновационным процессом» исследуются теоретические подходы по управлению инновационным процесссом, технологии управления инновационным процессом в новых экономических условиях, а также критерии создания системы управления инновационным процессом на основе зарубежного опыта.

Во второй главе «Оценка состояния инновационной деятельности и их ассортиментной структуры на машинострои-тельных предприятиях республики» оценивается состояние инновационного обеспечения, анализируется ассортиментная структура производства и пути ее формирования, исследуются этапы управления инновационной деятельностью и основные типы организационной структуры на машиностроительных предприятиях.

В третьей главе - «Стратегические направления совершен-ствования инновационного процесса и ассортиментной политики на машиностроительных предприятиях» определены основные направления государственной инновационной стратегии по эффективному управлению, разработаны механизмы формирования ассортиментной стратегии и предложена прогнозная модель по рациональному управлению инновационного - ассортиментного процесса на машиностроительных предприятиях.

В конце работы даны выводы и предложения, полученные в ходе исследования.

Page 24: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

24

GAHRAMANOV VUQAR RASHID

MANAGEMENT OF INNOVATION PROCESSES IN DIFFERENT

MACHINE-BUILDING ENTERPRISES AND ITS MECHANISMS OF FORMING OF ASSORTMENT STRATEGY

SUMMARY

The thesis consists of introduction, three chapters, conclusion,

recommendations and bibliography. The Introduction justifies relevance of the topic, it states the degree of scrutiny of the topic, it contains the formulated objective and task, methodological and informational bases, object and subject of the study and it specifies scientific innovation and practical value of the topic.

The first chapter: "Theoretical-methodological aspects of management of innovation processes" states the essence of different theoretical approaches to the management of innovation processes. The research is based on the international experience and criterions of management system.

The second chapter: "Evaluation of current situation of innovation activity in machine-building enterprises of republic and its assortment structure" Appreciation of current situation in providing of innovation in machine-building enterprises and analyses of the structure and forming ways of assortment structure of industry are given in the 2 chapter.

The third chapter: "The strategic directions of the improvement the innovation processes and assortment policy in machine-building enterprises". There was defining the main directions by effective management in government innovation strategy, to improving and forming the mechanisms of assortment strategy and offering forecast model by innovation-assortment processes rational management in machine-building enterprises.

The conclusion part of the study represents findings and recommendations formulated as a result of the research.

Page 25: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

25

Page 26: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

26

Page 27: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

27

Page 28: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

28

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НУАК АЗЕРБАЙДЖАНА

ИНСТИТУТ ЭКОНОМИКИ

На правах рукописи

ВУГАР РАШИД оглы ГАХРАМАНОВ

УПРАВЛЕНИЕ ИННОВАЦИОННЫМ ПРОЦЕССОМ И МЕХАНИЗМЫ ФОРМИРОВАНИЯ ЕГО АССОРТИМЕНТНОЙ

СТРАТЕГИИ НА МАШИНОСТРОИТЕЛЬНЫХ ПРЕДПРИЯТИЯХ Специальность: 5311.01 – Организация и управление предприятий

АВТОРЕФЕРАТ

диссертации на соискание научной степени доктора философии по экономике

Баку-2013

Page 29: VÜQAR RƏŞİD OĞLU QƏHRƏMANOV …...və onun səmərəli idarə edilməsi alqoritmi işlənib hazırlanmış-dır. Tədqiqat işinin nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat

29

AMEA-nın mətbəəsində çap olunub. Tiraj: 100