explanations and recommendations on the … · web viewyenidən qiymətləndirmə gəliri...

48
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir. “KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 2 № li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ TƏTBİQİ ÜZRƏ ŞƏRHLƏR VƏ TÖVSİYƏLƏR 1

Upload: others

Post on 27-Jan-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir.

“KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT ÜZRƏ”

KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 2 № li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ TƏTBİQİ ÜZRƏ ŞƏRHLƏR VƏ TÖVSİYƏLƏR

1

Page 2: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

BÖLMƏ A. ŞƏRHLƏR

Ümumi müddəalar 03 – 05 Əsas anlayışlar 05 – 08 Kapital komponentləri 09 – 10 Kapitalın tanınması və qiymətləndiriməsi 10 – 18 Geri alınmış kapital 18 – 23 Kapitalın saxlanılması üzrə düzəlişlər 23 – 23 Təqdimat və açıqlama 24 – 24

BÖLMƏ B. TÖVSİYƏLƏR

No 1 – Kapitalda dəyişikliklər haqqında hesabatın formatı 27 – 29

No 2 - Kapitalda dəyişikliklər haqqında hesabatın birinci nümunəsi 29 – 31

No 3 - Kapitalda dəyişikliklər haqqında hesabatın ikinci nümunəsi 31 – 36

2

Page 3: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

BÖLMƏ A. ŞƏRHLƏR

ÜMUMİ MÜDDƏALAR

1 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq, müəssisələr hər il «Mühasibat Balansı» və «Mənfəət və ya zərər haqqında hesabat»ı təqdim etməlidir. Hər iki hesabat maliyyə hesabatlarının istifadəçilərinə faydalı olan informasiyanın təmin edilməsində mühüm rol oynayırlar. «Mühasibat Balansı» maliyyə hesabatlarının istifadəçilərini müəssisənin müəyyən tarixə (hesabat ilinin sonuna) olan maliyyə vəziyyəti, «Mənfəət və ya zərər haqqında hesabat» isə hesabat dövrü ərzində əldə olunmuş mənfəət və ya zərər haqqında informasiya ilə təmin edir. Lakin, yalnız bu iki hesabat istifadəçiləri müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələri haqqında tam dolğun informasiya ilə təmin etmir.

Əsas “problem” ondan ibarətdir ki, «Mənfəət və ya zərər haqqında hesabat»da yalnız tanınmış və qazanılmış mənfəət açıqlanır. Bu hesabatda təqdim edilmiş informasiya kifayət qədər əhəmiyyətli olsada, potensial investorlar daha ətraflı informasiyaya ehtiyac duyurlar. Müəssisənin səhmdarları müəssisənin ümumi maliyyə nəticələri ilə maraqlanırlar və onların müəssisəyə yatırdığı investisiyaların nə dərəcədə səmərəli idarə olunduğunu bilmək istəyirlər. «Mənfəət və ya zərər haqqında hesabat» tərtib edilərkən, müəyyən gəlirlər və zərərlər nəzərə alınmır. Məsələn, yenidən qiymətləndirmədən yaranan gəlirlər sahibkarlarla əlaqəli olduğu üçün, mənfəətin hesablanmasında nəzərə alınmırlar. Eynilə, elan olunmuş dividendlər hesabat ili üzrə xalis mənfəətdən çıxılmır (bunun səbəbi odur ki, dividendlər xərc kimi tanınmırlar, çünki onlar məhs bölüşdürülməmiş mənfəətin bölüşdürülməsi kimi nəzərə alınırlar). Bir sözlə, «Mənfəət və ya zərər haqqında hesabat»da bütün gəlirlər əks olunmurlar.

«Mühasibat Balansı»nda da tam informasiya təqdim edilmir. Sahibkarları ümumiyyətlə «Mühasibat Balansı»nın “Kapital” sətirində əks edilmiş yekun məbləği maraqlandırır Burada müqayisəli məlumatlar və kapitalın ilkin və son qalıqları təqdim edilsə də, kapitalın strukturu və hərəkəti haqqında informasiya verilmir. Buna görə «Mühasibat Balansı»nda təqdim edilən informasiyanı tam dolğun hesab etmək olmaz. Əlavə informasiyanı təmin etmək məqsədilə, 2 №-li Milli Mühasibat Uçotu Standartı ilə, hesabat dövrü ərzində kapitalda baş verən hərəkəti, onun strukturunun dəyişməsini və «Mənfəət və ya Zərər haqqında hesabat»da tanınmamış gəlirlər/xərcləri əks etdirən «Kapitalda dəyişikliklər haqqında hesabat»ın təqdim edilməsi tələb olunur.

3

Page 4: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Məqsəd

Standartın 3-cü maddəsində onun məqsədi müəyyən edilir və bilidirilir ki, bu standartın məqsədi “…müəssisələr tərəfindən kapitalda dəyişikliklərin tanınmasının, qiymətləndirilməsinin və təqdimatının ardıcıl və şəffaf qaydada təmin edilməsidir”.

Bu kontekstdə, standartın 4-cü maddəsində “hesabat verən müəssisələr” müəyyən edilir və bu müəssisələrin aşağıdakılar istisna olmaqla, bütün kommersiya təşkilatları olduğu qeyd edilir:

ictimai əhəmiyyətli qurumlar, və ya kiçik sahibkarlıq subyektləri.

Bu standartın bütün kommersiya təşkilatlarına o cümlədən, birgə müəssisələrə və səhmdar cəmiyyətlərə tətbiq ediləcəyini qəbul edərək, burada istifadə edilən bir sıra terminlərin bəzi təşkilatların strukturlarına uyğun olmayacağı nəzərə alınmalıdır.

Beləliklə, bu Milli Mühasibat Uçotu Standartında istifadə edilən bəzi terminlərin səhmdar cəmiyyət olmayan təşkilatlarda ekvivalenti olmaya bilər. Bu Milli Mühasibat Uçotu Standartın bəzi hissələri “emissiya gəlirinə” (səhmlərin nominal dəyəri və onların satış qiymətləri arasındakı fərq) həsr edilmişdir. Məsələn birgə müəssisələr kimi, səhmləri olmayan təşkilatların, bu standartda açıqlanan “emissiya gəliri” haqqında maddələr ilə heç bir əlaqəsi yoxdur və buna görə də, belə müəssisələr bu maddələrə əhəmiyyət verməyəcəklər.

Milli Mühasibat Uçotu Standartının 5-ci maddəsində bu standartın fərdi müəssisələrin maliyyə hesabatları və müəssisələr qrupunun konsolidə edilmiş maliyyə hesabatlarına tətbiq edildiyi vurğulanır.

Müəssisələr öz istəklərinə əsasən bəzi milli və bəzi beynəlxalq mühasibat uçotu standartlarının tətbiqinə qərar verə bilməz. Müəssisələr aşağıda qeyd edilənlərdən birinin tətbiqinə qərar verməlidirlər:

Məsələn, bu Standartda “kapital” terminindən tez-tez istifadə olunur. Aydındır ki, “kapital” birgə müəssisə kontekstində müvafiq hesab edilmir. Bu standartda istifadə edilən terminlərin müəssisənin təsərrüfat strukturuna uyğun olmadığı zaman həmin terminlər müəssisənin təsərrüfat strukturuna uyğun olan terminlərlə əvəz edilməlidir. Misal üçün, bu Standartda istifadə edilən “ödənilmiş kapital” termini birgə müəssisədə “iştirakçıların kapital qoyuluşu” termini ilə əvəz edilə bilər.

4

Page 5: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

bütün Milli Mühasibat Uçotu Standartlarının, və ya bütün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının.

2 №-li Milli Mühasibat Uçotu Standartı yalnız müəssisənin səhmdarlara təqdim ediləcək illik maliyyə hesabatının hazırlanmasında istifadə edilir. Bu standart rəhbərlik üçün hazırlanan maliyyə hesabatlarına və törəmə müəssisələrinin maliyyə hesabatlarına tətbiq edilməməlidir.

2 №-li Milli Mühasibat Uçotu Standartının 8 və 9-cu maddələrində bu standartın tətbiqi sahəsindən kənarda olan kapital hərəkətinin aşağıdakı iki forması müəyyən edilir:

digər müəssisələrin alınması ilə əlaqədar səhmlərin buraxılması üzrə məsrəflərin bölüşdürülməsi.

Kapitalın saxlanılması üzrə düzəlişlər digər Milli Mühasibat Uçotu Standartları ilə tənzimlənir.

ƏSAS ANLAYIŞLAR (bax. 10-cu maddəyə)

Kapital alətləri

Kapital alətləri müəssisənin buraxdığı hər-hansı səhmləri, opsionları və bu səhmlərin alınması məqsədilə digər tərəflərin saxladığı varrantları daxil edir. Maliyyə öhdəliyini daxil edən müqavilədə kapital aləti pul vəsaitləri və ya digər aktivlərin ödənilməsi üzrə müəssisənin müqavilə öhdəliklərinin artmasına gətirib çıxarmır. Gələcəkdə bütün bu kapital alətlərinin sahibləri bütün öhdəliklər yerinə yetirildikdən sonra, qalıq dəyəri ilə müəssisədən mütənasib payı gözləyə bilərlər.

Lakin, müəssisənin şəxsi maliyyə alətlərinin verilməsi üzrə öhdəlik bu kapital alətinin sahibi kapital üzrə riskə məruz qaldıqda, öz növbəsində kapital aləti hesab olunur. Nümumə kimi, öhdəliyin səhmlərin dəyərinə əsasən deyil, onların sayına əsasən yerinə yetirildiyi halı göstərmək olar.

Məsələn, “Turan” müəssisəsi , 300000 manat dəyərində olan digər müəssisəni 100000 manat məbləğində nağd pul vəsaiti və 200000 manat məbləğində “Turan” müəssisəsinin buraxılmış səhmləri vasitəsilə ala bilər. 200000 manat dəyərində buraxılış səhmlərin qiyməti bu Milli Mühasibat Uçotu Standartı ilə tənzimlənmir.

5

Page 6: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Ödənilmiş nizamnamə kapitalı

Müəssisəyə onun sahibləri tərəfindən edilən kapital qoyuluşları adətən bu müəssisənin səhmləri əvəzinə ödənilən pul vəsaitləri formasında aparılır. Lakin, ödənişlər yalnız pul vəsaitləri formasında edilməyə də bilər. Kapital qoyuluşları həmçinin digər formada həyata keçirilə bilər, məsələn, xidmətlərin göstərilməsi, əvəzsiz borcların verilməsi və ya torpaq, tikili və avadanlıq kimi qeyri-pul vəsaitlərinin qoyuluşu formasında. Müəssisəyə onun sahibləri tərəfindən edilən kapital qoyuluşları iqtisadi səmərə olmaqla, adətən əvəzsiz xarakterli olur. Əvəzsiz dedikdə sahibkarlar tərəfindən nəinsə (adətən pul vəsaitlərinin) verilməsinin əvəzində müəssisənin məhsul verməyə və ya hər hansı öhdəliyi tanımağa borclu olmadığı başa düşülür.

Müəssisənin nizamnamə kapitalı və ödənilmiş kapital

Müəssisənin təsis sənədlərində müəssisənin buraxdığı səhmlərin kateqoriyaları, miqdarı və nominal dəyəri müəyyən edilməlidir. Müəssisənin təsis sənədlərində həmçinin, müəssisənin hüquqi cəhətdən qeydiyyatdan keçməzdən və tanınmazdan əvvəl buraxılması və tam olaraq ödənilməsi tələb olunan səhmlərinin miqdarıı və nominal dəyəri göstərilməlidir. Ödənilmiş kapital səhmdarların (mülkiyyətçilərin) birbaşa müəssisənin kapitalına etdikləri qoyuluşların nəticəsində, kapitalın ümumi artımıdır. Ödənilmiş kapital geri alınmış səhmlərin dəyəri çıxılmaqla, buraxılmış bütün səhmlərin nominal dəyəri ilə onların emissiya gəlirlərinin cəminə bərabərdir.

Məsələn, müəssisə hərəsinin dəyəri 1 manat olan 1000000 ədəd konvertasiya olunan imtiyazlı səhmlər buraxır. Bu səhmlər təmin edilmiş dividend faizinə malik deyillər, lakin adi səhmlərə çevrildikdən 5 il sonra ödənilməlidirlər. İmtiyazlı səhmlərin hamızı konversiya tarixində 1000000 manat dəyərində adi səhmlərə kevriləcəklər.

İmtiyazlı səhmlər kapital hesab olunmur. Konvertasiya olunan imtiyazlı səhmlər onları buraxan müəssisə üçün bu səhmlərin buraxıldığı tarixdən konversiya tarixinədək olan dövrdə qiymətin dəyişməsi riskini yaratdığı üçün, müəssisənin öhdəliyi hesab olunur. Əksinə, konvertasiya olunan imtiyazlı səhmlərin sahibləri üçün konversiya adi səhmlərin qiymətin dəyişmə riskini yaratmır, çünki müəssisə konversiya tarixinə olan bazar qiymətlərindən asılı olmayaraq, onlar üçün adi səhmlərin dəyəri1000000 manat təşkil edəcək. Maliyyə aləti kapital kimi təsnifləşdirildiyi halda, səhmdarlar üçün qiymətin dəyişmə riskini yaradır.

6

Page 7: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Emissiya Gəliri

Emissiya gəliri buraxılmış səhmlərin faktiki satış dəyərinin onların nominal dəyərindən artıq olan məbləğidir (səhmlərin satış qiyməti onların nominal dəyərdən artıq olduğu halda). Məsələn, müəssisə nominal dəyəri 1 manat olan səhmlərini 3 manata satır. Hər səhm üzrə 2 manat məbləğində yaranan fərq emissiya gəliri hesab olunur.

Müəssisə, müvafiq alıcı olduğu zaman, təsis edilərkən satılan səhmlər daxil olmaqla, bütün səhmlərini emissiya gəliri ilə sata bilər.

Emissiya güzəşti

Emissia güzəşti buraxılmış səhmlərin nominal dəyəri və onların faktiki satış dəyəri arasında olan mənfi fərqdir (səhmlərin satış qiyməti onların nominal dəyərdən az olduğu halda). Məsələn, müəssisə nominal dəyəri 5 manat olan səhmlərini 4 manata satır. Hər səhm üzrə 1 manat məbləğində yaranan fərq emissiya güzəşti hesab olunur.

Müəssisənin təsis edilməsi üçün satılmış səhmlər istisna olmaqla, bütün səhmlər emissiya güzəşti ilə satıla bilərlər. Müəssisənin edilməsi üçün satılmış səhmlər ən azı nominal dəyəri ilə satılmalıdırlar.

Qazanılmış Kapital

Kapital yalnız müəssisənin sahibkarları tərəfindən edilmiş qoyuluşlar ilə məhdudlaşmır. Müəssisən fəaliyyəti nəticəsində kapital əldə edə bilər. Bu kapital iki formada çıxış edə bilər:

Məsələn, müəssisə 01.01.2006-cı il tarixində nominal dəyəri 1 manat olan 10000 səhmin buraxılması ilə fəaliyyətə başlamışdır. 01.07.2006-cı il tarixində nominal dəyəri 3 manat olan 20000 səhm buraxılmışdır və bunlardan 5000-ü müəssisə tərəfindən 31.12.2006 cı il tarixində eyni qiymətə geri alımışdır. Müəssisənin ödənilmiş nizamnamə kapitalı 31.12.2006-cı il tarixində aşağıdakılardan ibarətdir:

İlkin səhmlər 10000 (10000 * 1 manat)01.07.2006-cı ildə buraxılmışdır 20000 (nominal dəyəri ilə)Emissiya gəliri 40000 (20000 * 2 manat)

70000Geri-alınmış səhmlər (15000) (5000 * 3 manat) Ödənilmiş Kapital 55,000

7

Page 8: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Müvafiq Milli Mühasibat Uçotu Standartına uyğun olaraq, yalnız kapitalda dəyişikliklər kimi tanınılan mənbələrdən əldə olunan xalis gəlir (Milli Mühasibat Uçotu Standartlarında bu gəlir mənbələri sonradan müəyyən ediləcəkdir);

Səhmdarlara edilən dividendlər və sair ödənişlər çıxıldıqdan sonra müəssisənin bölüşdürülməmiş mənfəəti. “Sair ödənişlər”ə misal kimi, səhmdarlara ödənilən dividendlərdən başqa, onlara müəssisənin mallarını 50% endirimlə almaq hüququ verən kuponların verilməsini göstərmək olar. Bu kuponların ümumi məbləği “sair ödənişlər” kimi qəbul oluna bilər. Yaxud, digər misal, aktivlərin (məsələn avtomobillərin) yerləşdirilməsi zamanı, cəmi 5 səhmdardan ibarət olan kiçik müəssisə, artıq aktivlərini satmaq əvəzinə onları səhmdarlarına verə bilər. Bu da, “sair ödənişlər” kimi qəbul ediləcəkdir.

Əhəmiyyətli səhvlər

Müəssisənin maliyyə hesabatı hazırlanarkən səhvlərin edilməsi mümkünlüyü mövcuddur. Bu səhvlərin bəziləri məsələn, iki rəqəmin yerlərinin dəyişilməsi kimi ola bilər.

Lakin, digər səhvlər çox əhəmiyyətli ola bilərlər.

Məsələn, müəssisənin 31.12.2005-ci il tarixdə başa çatmış maliyyə hesabatlarında 515,000 manat dəyərində material ehtiyatları göstərilmişdir. 2006-cı ildə isə ehtiyatların real dəyərinin 155,000 manat olduğu müəyyən edilmişdir (yenidən, rəqəmlərin yerlərinin səhv düşməsindən yaranan fərq). Maliyyə ehtiyyatlarının təbiətcə tükənən olduğunu nəzərə alsaq, bu səhv mühasibat balansında müəssinin aktivlərinin dəyərinin və Mənfəət və Zərər haqqında hesabatda mənfəətin (bölüşdürülməmiş mənfəətin) artıq göstərilməsinə səbəb olmuşdur.

Məsələn, müəssisənin 515,295 manat dəyərində satış xərcləri və 75,759 manat dəyərində dövriyyə xərcləri mövcuddur. Satış xərcləri 515,259 manat məbləğində (iki sonuncu rəqəmlərin yerlərinin dəyişməsi), dövriyyə xərcləri isə 75,795 manat (yenidən iki sonuncu rəqəmin yerlərinin dəyişməsi) məbləğində göstərilmişdirsə, səhvin mövcud olduğu tam aydındır. Lakin, bu iki səhv bir-birini düzəltdiyi üçün, son nəticəyə heç bir təsir göstərilməyəcək. Belə səhv əhəmiyyətsiz hesab olunur.

8

Page 9: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Əhəmiyyətli səhvlər maliyyə hesabatlarında müəssisənin maliyyə vəziyyətinin və ya mənfəətliliyinin ədalətli əks etdirilməməsi ilə nəticələnən səhvlərdir.

KAPİTAL KOMPONENTLƏRİ

Bu Standartın 11-ci maddəsində kapital uçotunun aparılması üçün əks etdirilməsi zəruru olan əsas əməliyyat növlərin müəyyən edilir. Belə əməliyyatların altı növü mövcuddur:

Müəssisə yaradılan zaman, onun nizamnamə kapitalı səhmdarlar arasında bölüşdürülməli və yeni səhmdarlardan iqtisadi səmərə əldə edilməlidir. Bu alqı-satqı əməliyyatı uçotda əks etdirilməlidir.

Müəssisə təsis edildikdən sonra, səhmdarlar və müəssisə arasında növbəti əməliyyatlar həyata keçirilə bilər. Məsələn, sonradan buraxılan səhmlərin bəziləri müəssisə tərəfindən satıla bilər (nominal dəyəri, emissiya gəliri və ya emissiya güzəşti ilə), bəziləri isə geri alına bilər. Belə əməliyyatlar uçotda əks etdirilməlidir.

Dividendlər və sair ödənişlərin uçotu aparılmalıdır.

Hər hansı kapital ehtiyatı yaradıldığı zaman bu ehtiyatın yaradıldığı məqsədlər üçün istifadə edilib-edilmədiyinə nəzarət etmək üçün onun uçotu aparılmalıdır. Məsələn, müəssisə zəruri aktivlərini yeniləşdirmək üçün xüsusi ehtiyatlar yaratmağı qərara aldıqda, həmin ehtiyatlara vəsait köçürməli, və sonradan vəsaitlər həmin aktivlərin əldə edilməsinə sərf olunduqca, yenidən köçürmələr etməli və bu əməliyyatların mühasibat uçotunu aparmalıdır.

Gələcəkdə tətbiq olunacaq Milli Mühasibat Uçotu Standartları müəssisədən kapitalın saxlanılması üçün düzəlişlərin həyata keçirilməsini tələb edə bilər. Sözü gedən düzəlişlərin şərhi və onların həyata keçirilməsi qaydaları həmin Milli Mühasibat Uçotu Standartlarında öz əksini tapacaqdır.

Müəssisə “Bölüşdırılməmiş mənfəət” ehtiyatını yaratmalıdır. Hər il üzrə əldə olunan xalis mənfəət (və ya zərər) həmin ehtiyata köçürülməlidir.

Standartın 12-ci maddəsində «Mühasibat balansı» və «Kapitalda dəyişikliklər haqqında hesabat»da təqdim edilməli olan komponentlər müəyyən edilir. Bu komponentlər aşağıdakılardır:

Ödənilmiş nizamnamə kapitalı. Bu müəssisə tərəfindən nominal dəyəri ilə buraxılmış səhmlərin məbləğidir.

9

Page 10: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Emissisya gəliri. Bu, hesabat dövrünün sonunda “emissiya gəliri” hesabının qalığıdır.

Geri alınmış kapital (səhmlər). Bu müəssisə tərəfindən geri alınmış və hələ ləğv edilməmiş bütün səhmlərin nominal dəyəridir.

Kapital ehtiyatları. Bu müəssisə tərəfindən yaradılmış xüsusi ehtiyatların hesabat ilinin sonuna qalığıdır.

Bölüşdürülməmiş mənfəət. Bu, hesabat dövrünün sonunda “bölüşdürülməmiş mənfəət” hesabının qalığıdır.

KAPİTALIN TANINMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Ödənilmiş nizamnamə kapitalı

Standartın 13-cü maddəsində ödənilmiş nizamnamə kapitalının qiymətləndirilməsi və tanınmasına dair müddəalar mövcuddur.

Müəssisə qeydiyyatdan keçməzdən əvvəl ilkin olaraq buraxılmış səhmlər tam ödənilməlidir. Bu tələb Standartlarda deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsində təqdim edilmişdir.

Ödənilmiş nizamnamə kapitalı ilkin olaraq buraxılmış səhmlərin nominal dəyəri ilə onların miqdarının hasilinə bərabərdir. Bu məbləğ «Mühasibat balansı» və «Kapitalda dəyişikliklər haqqında hesabat»da göstərilməlidir.

Məsələn, müəssisə hər birinin nominal dəyəri 5 manat olan maksimim 1000000 səhm buraxa bilər. Lakin, müəssisə faktiki olaraq cəmi 250000 səhm buraxmışdır. Bu halda müəssisənin ödənilmiş nizamnamə kapitalının dəyəri 1250000 manat (250000 * 5 manat) olacaqdır.

Məsələn, müəssisə hər birinin nominal dəyəri 5 manat olan 10000 səhm satmışdır. Ödənilmiş nizamnamə kapitalının cəmi 50000 manat təşkil etmişdir. Bu səhmlərə görə nağd pulun alındığını ehtimal etsək, müvafiq mühasibat uçotu aşağıdakı kimi aparılacaqdır:Dt Kassa ( 221) 50000

Kt Nominal (nizamnamə) kapital ( 301) 50000

10

Page 11: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Müəssisənin yaradılmasından sonra buraxılan səhmlər müəyyən zamanı ərzində ödənilməmiş qala bilərlər.

Nizamnamə kapitalının bütün ödənilməmiş hissəsi «Mühasibat balansı»nda açıqlandığı zaman ödənilmiş nizamnamə kapitalından çıxılmalıdır.

Ödənilməmiş nizamnamə kapitalı «Mühasibat balansı və Kapitalda dəyişikliklər haqqında hesabatda açıqlanmır. Lakin, bu məbləğ Kapitalda dəyişikliklər haqqında hesabata Qeydlərdə göstərilməlidir. Məsələn, yuxarıda təqdim edilmiş nümunəyə qeydi belə təqdim etmək olar:

“ 31.12.2006 tarixdə ödənilməmiş nizamnamə kapitalının cəmi hər bir səhmin nominal dəyəri 2 manat olan 20000 səhm dəyərindədir.”

Standartın 14-cü maddəsinə uyğun olaraq, səhmlərin ödənişinin məhz pul vəsaitləri ilə həyata keçirilməsi əhəmiyyətli deyil. Hər bir müəssisə ödənişin necə həyata keçiriləcəyini özü müəyyən etməlidir. Adətən, səhmlərə görə pul vəsaitləri ödənilsə də, müəssisə səhmlərin əvəzində həmçinin qeyri-pul aktivlərini qəbul edə bilər. Məsələn, müəssisənin səhmləri ehtiyatlar və ya avadanlıq ilə ödənilə bilər. “Ədaləti dəyərin” qiymətləndirilməsi qaydaları sonrakı Milli Mühasibat Uçotu Standartında açıqlanacaqdır. Əgər aktivlərin ədalətli dəyəri səhmlərin nominal dəyərindən yüksəkdirsə, onda, bu iki dəyər arasındakı fərq emissiya gəliri kimi, əks halda (yalnız qanunvericiliklə qadağan olunmadığı hallarda) emissiya güzəşti kimi uçota alınmalıdır.

Məsələn, həm Mülki Məcəllə, həm də bu Standarta uyğun olaraq, müəssisə 30.12.2006 tarixdə hər birinin nominal dəyəri 2 manat olan 50000 səhm buraxa bilər və bu əməliyyatın ödənilməsi 30.04.2007 tarixinədək təxirə salına bilər. Belə səhmlər ödənilmiş kapital kimi yox, nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi kimi uçota alınır. Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi ( 302) 100000

Kt Nominal (nizamnamə) kapital ( 301) 100000

Məsələn, müəssisənin nominal dəyəri 2 manat olan 100000 səhmi vardır. Bu səhmlərin bəziləri (20000) hələ ödənilməmişdir və 302 saylı hesabda 40000 manat məbləğində qalıq vardır. «Mühasibat balansı»nda təqdim ediləcək dəyər 160000 manat məbləğində olacaqdır (100000 * 2 manat - 20000 * 2 manat).

11

Page 12: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Müəssisə əlavə səhm buraxılması yolu ilə ödənilmiş kapitalın dəyərini artırmaqla yanaşı, həmçinin bu hesabın dəyərini azalda da bilər. Standartın 15-ci maddəsinə uyğun olaraq, müəssisə bunu iki yolla edə bilər:

Buraxılmış səhmlərin geri alınması. Bu hal standartın 23 və 24-cü maddələrində açıqlanır.

Buraxılmış səhmlərin nominal dəyərinin azaldılması. Müəssisənin səhmləri ilkin olaraq satıldıqda, onun nizamnamə kapitalı müəyyən edilmiş olur. Beləliklə, əgər müəssisə hərəsinin nominal dəyəri 1 manat olan 100000 səhm satmışdırsa, onun nizamnamə kapitalının dəyəri 100000 manat təşkil edir. Bəzi hallarda səhmlərin nominal dəyərini azaltmaqla, nizamnamə kapitalının dəyərinin azalmasına nail olmaq tələb oluna bilər. Səhmlərin nominal dəyərini azaltmaq müəssisənin ödənilməmiş zərəri ildən-ilə yığıldıqda və bu zərər tam ödənilməyincə dividendlərin ödənilməsi mümkün olmadığı halda məqsədə uyğundur. Beləliklə, nizamnamə kapitalının dəyərini azaltmaqla, ödənilməmiş zərər heabını azaltmaq olar. Bunun üçün Dt Nominal (Nizamnamə) kapitalı, Kt Kapital ehtiyatı müxabirləşməsindən istifadə etmək olar.

Məsələn, ”Muğan” şirkəti son 5 ildə zərərlə işləmişdir və onun 31.12.2006 tarixinə olan Mühasibat balansı aşağıdakı kimidir:

Hərəsinin dəyəri 2 manat olan 100000 adi səhm 200000Emissiya gəliri 50000Bölüşdürülməmiş mənfəətödənilməmiş zərər (140000)

110000

Məsələn, müəssisə hər birinin nominal dəyəri 1 manat olan 50000 səhmi ədalətli dəyəri 75000 manat olan ehtiyatların əvəzindəburaxmışdır. Bu halda, 25000 manat dəyərində emissiya gəliri yaranır.Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Materialehtiyatları ( 201) 75000Kt Nominal (nizamnamə) kapital ( 301) 50000

Emissiya gəliri (3111) 25000

12

Page 13: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Göstəricilərə əsasən 2007-ci ildən müəssisə artıq mənfəətlə işləməyə başlayacaq, lakin “Bölüşdürülməmiş mənfəət/ödənilməmiş zərər” hesabının qalığı müsbət olmayınca, müəssisə dividendlər ödəyə bilməyəcək.

Bundan əlavə, “emissiya gəliri” hesabından göründüyü kimi, müəssisənin səhmlərinin dəyəri onların nominal dəyərindən artıqdır (çox nadir hallarda olsada, bu hal baş verə bilər).

Müəssisənin rəhbərliyi kapitalın strukturunu təkmilləşdirmək məqsədilə səhmlərin nominal dəyərini 1 manatadək azaltmaqvə “emissiya gəliri” hesabını ləğv etmək qərarına gəlmişdir. Səhmlərinin nominal dəyərinin azalmasını qismən də olsa kompensasiya etmək üçün, müəssisə səhmdarların hazırda sahib olduqları hər 20 adi səhmə görə onlara əlavə ödənişsiz buraxılmış (bonus issue) 1 yeni səhm təqdim edəcəkdir.

Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Nominal (nizamnamə) kapital (301) 100000Dt Emissiya gəliri (3111) 50000Kt Nominal (nizamnamə) kapital (301) 10000Bölüşdürülməmiş mənfəətödənilməmiş zərər ((345) 140000

Müəssisənin kapitalı indi aşağıdakı kimi olacaq:

Nominal dəyəri 1 manat olan 110000 adi səhm 110000

Bu müəssisənin xalis aktivlərinə heç bir təsir göstərmir, yalnız müəssisənin ödənilməmiş zərəri ləğv edərək, gələcək mənfəətdən dividendlər ödəməyə imkan verir.

Emissiya gəliri

Emissiya gəliri – buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir.

13

Page 14: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Emissiya güzəşti

Emissiya güzəşti – səhmlərin buraxılış qiymətinin nominal dəyərindən aşağı olduğu halda, bu məbləğlər arasındakı fərqdir. Emissiya güzəşti üzrə xüsusi hesab mövcud deyildir. Bütün emissiya güzəştlərinin əsasən aşağıda qeyd olunanlara silinməsi daha məqsədə uyğundur:

a) ilk növbədə Silinmənin həyata keçirilməsi üçün kifayət qədər qalığın olduğu halda, bölüşdürülməmiş mənfəətə. Əgər Bölüşdürülməmiş mənfəət yoxdursa və ya bu hesabda qalıq kifayət qədər deyildirsə, ikinci növbədə

b) Bu güzəştin zərər kimi tanındığı və ayrıca açıqlandığı Hesabat dövrünün «Mənfəət və ya zərər haqqında hesabatı»na.

Məsələn, müəssisə sahib olduğu nominal dəyəri 1 manat olan adi səhmlərini 3 manata satır. Bu əməliyyat zamanı 2 manat məbləğində yaranan fərq emissiya gəliri hesab olunur. Əgər müəssisə 100000 səhm satarsa, emissiya gəliri 200000 manat olacaqdır. Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Pul vəsaitləri ( 221) 300000Kt Nominal (nizamnamə) kapital ( 301) 100000 Emissiya gəliri ( 311) 200000

Adətən, çox nadir hallar istisna olmaqla, “emissiya gəliri” hesabı müəssisənin kapitalının bir hissəsini təşkil edir.

Məsələn, müəssisə nominal dəyəri 4 manat olan səhmlərini 3 manata satır. 1 manat fərq emissiya güzəşti hesab olunur. Əgər 50000 səhm satılmışdırsa, emissiya güzəşti 50000 manat olacaqdır. Bölüşdürülməmiş mənfəət üzrə qalıq 85000 manat təşkil edir. Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Bank hesablaşma hesabları ( 221) 150000Dt Bölüşdürülməmiş mənfəət/ödənilməmiş zərər(345) 50000

Kt Nominal (nizamnamə) kapital ( 301) 200000

14

Page 15: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Bölüşdürülməmiş mənfəət

Bu müəssisə tərəfindən qazanılmış və «Mənfəət və zərər haqqında hesabat»da açıqlanmış gəlirlərin saxlanılması üçün yaradılmış kapital ehtiyatıdır. Bölüşdürülməmiş mənfəət kapitalın bir hissəsi olduğundan bu standartın 12–ci maddəsinin şərtlərinə uyğun olaraq, mühasibat balansında və kapitalda dəyişikliklər haqqında hesabatda açıqlanmalıdır. Bölüşdürülməmiş mənfəət və digər kapital ehtiyatları arasında olan əsas fərq bölüşdürülməmiş mənfəətdə yaranan hər hansı müsbət qalığın səhmdarlar arasında paylanıla bilməsidir. Digər kapital ehtiyatları isə isə paylanıla bilməzlər.

Dividendlər xalis mənfəətin hesablanması zamanı «Mənfəət və zərər haqqında hesabat»da xərc kimi yox, bölüşdürülməmiş mənfəətdən pay kimi çıxılaraq Kapitalda dəyişikliklər haqqında hesabatda ayrıca qeyd olunmalıdır.

Müəssisənin ödənilməmiş zərəri bölüşdürülməmiş mənfəətdən üstünlük təşkil edərsə, “bölüşdürülməmiş mənfəət/ödənilməmiş zərər” ehtiyatı üzrə məbləğ mənfi olacaq.

Kapital ehtiyatları

Hazırkı standartın 21-ci maddəsində kapital ehtiyatlarının yaradılmasının əsas mənbələri göstərilmişdir. Bu mənbələr aşağıdakılardır:

Mənfəət və zərər haqqında hesabatda tanınmayan, lakin birbaşa kapitalda tanınan hər hansı sair xərclər çıxıldıqdan sonra qalan sair gəlirlər. Məsələn, 7 №-li Milli Mühasibat Uçotu Standartı müəssisənin aktivlərinin yenidən qiymətləndirilməsinə icazə verir. Lakin, ilkin balans dəyəri ilə yenidən qiymətləndirilmiş dəyər arasında olan müsbət fərq «Mənfəət və zərər haqqında hesabat»da yox, «Kapitalda dəyişikliklər haqqında hesabat»da göstərilməlidir.

15

Məsələn, müəssisə ilkin dəyəri 100000 manat olanəmlaka sahibdir, lakin həmin əmlakın real bazar qiyməti 250000 manatdır. Bu aktiv maliyyə hesabatlarında bazar dəyərinə uyğun olaraq yenidən qiymətləndirildikdə, yaranan fərq kapital ehtiyatlarına köçürülməlidir. Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Tikililər - Dəyər (1112) 150000Kt Yenidən giymətləndirilmə üzrə ehtiyat (331) 150000

Page 16: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

(Yuxarıda qeyd edilmiş misalda yalnız yenidən qiymətləndirmə prinsipləri göstərilmişdir. 7 №-li Milli Mühasibat Uçotu Standartı yenidən qiymətləndirmənin aparılması qaydalarını daha geniş şəkildə təqdim etmişdir).

Müəssisə tərəfindən xalis mənfəətdən köçürmələr yolu ilə xüsusi məqsədlər üçün xüsusi ehtiyatların yaradılması. Belə ehtiyatlar yalnız müəssisənin rəhbərliyinin qərarı ilə yaradıla bilər.

Xüsusi kapital ehtiyatlarına köçürülmüş hər hansı vəsaitlərdən səhmdarlara ödənişlərin aparılması məqsədlərinə (məsələn, dividendlərin ödənilməsi üçün) istifadə olunmasına yol verilmir. Belə ehtiyatlar yalnız onların yaradıldıqları məqsədlər üçün istifadə edilə bilərlər. Yuxarıda göstərilmiş misalda, kapital ehtiyatı yalnız dəyişdirilməsi planlaşdırılan aktivlərin alınması üçün istifadə edilə bilər. Lakin, ehtiyatın yaradılması məqsədinə nail olduqdan dərhal sonra hesabda qalan hər hansı qalıq yenidən bölüşdürülməmiş mənfəətə köçürülür.

Məsələn, müəssisəyə istehsal prosesində istifadə etmək üçün xüsusi aktiv lazım ola bilər. Bu aktiv çox bahalı və bazarda az rast gəlinən aktivdir. Lakin müəssisənin istehsal prosesində bu aktivdən istifadə olunur. Həmin aktivin yenisi ilə əvəzləşdirilməsi tələb olunan zamanı maliyyə imkanlarını olması üçün müəssisə 50000 manat məbləğində vəsaitin hər il bölüşdürülməmiş mənfəətdən müvafiq kapital ehtiyatına köçürmək qərarına gəlmişdir. Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Hesabat dövrünün xalis mənfəəti/ zərəri(341) 50000

Kt Digər ehtiyatlar ( 335) 50000

16

Page 17: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Müəssisə ehtiyatlarını dəyişdikdə, eyni məntiqdən istifadə olunur.

Nizamnamə ilə tələb olunduqda, müəssisənin Nizamnamə üzrə ehtiyatı mütləq yaradılmalıdır. Adətən, nizamnamə ilə nəzərdə tutulmuş belə ehtiyatlar xalis mənfəətdən köçürülmə yolu ilə yaradılırlar, lakin nizamnamədə digər metodlar göstərildikdə, ilk növbədə nizamnamənin tələblərinə əməl olunmalıdır. Bu qayda həmçinin, Azərbaycan Respublikasının Qanunlarına əsasən yaradılan bütün kapital ehtiyatlarına tətbiq edilməlidir.

Səhmlərin bölüşdürülməsi üzrə məsrəflər (bax. 22-ci maddəyə)

Müəssisə səhmlərini buraxdığı zaman bununla əlaqədar hüquqi, inzibati və digər oxşar məsrəflərin olması labüddür. Belə məsrəflərin etibarlı şəkildə müəssisənin dövriyyə xərcləri hesab etmək olmadığı üçün, onlar mənfəət və zərər haqqında hesabatda göstərilmirlər. Belə xərclər bu Standartın 18-ci maddəsində uyğun olaraq ilk növbədə emissiya güzəşti kimi nəzərə alınmalı və Kapitalda dəyişikliklər haqqında hesabatda göstərilməlidir (yəni, ilk olaraq “bölüşdürülməmiş mənfəət” hesabınından ödənilmiş nizamnamə kapitalına silinməli və “bölüşdürülməmiş mənfəət” hesabında kifayət qədər qalıq olmadığı halda, ödənilməmiş qalan məbləğ «Mənfəət və zərər haqqında hesabat»da zərər kimi göstərilməlidir).

Səhmlərin buraxılması müvəffəqiyyətli olmadıqda (yəni, müəssisə buraxılmasını planlaşdırdığı səhmləri sata bilmədiyi halda), səhmlərin

Məsələn, əgər müəssisənin 01.07.2006-cı il tarixində 500000 manat dəyərində “sair ehtiyatlar”ı vardırsa, və müəssisə 02.07.2006-cı il tarixində 400000 manat dəyərində xüsusi aktivin alınmasına vəsait sərf etmişdirsə, ehtiyatlarda qalan qalıq yenidən “bölüşdürülməmiş mənfəət”ə köçürülməlidir.

Dt Tikililər - Dəyər (1112) 400000 Kt Bank hesablaşma hesabları ( 221) 400000

Məsələn, xüsusi aktivi almaq üçün müəssisənin 500000 manat dəyərində xüsusi ehtiyatı vardır. İstehsal prosesinin dəyişməsi nəticəsində həmin aktiv artıq istehsal prosesində istifadə olunmadıqda, ehtiyata da ehtiyac artıq qalmayacaqdır. Bu halda ehtiyat yenidən “bölüşdürülməmiş mənfəətə” qaytarılacaqdır.

17

Page 18: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

buraxılmasına hazırlıq məqsədilə çəkilmiş məsrəflər (müvəffəqiyyətli olduğu zaman) onların yarandığı dövr üzrə məsrəflər kimi tanınmalıdır. Belə halda, məsrəflərin «Mənfəət və zərər haqqında hesabat»da inzibati xərclər kimi təsnifləşdirilməsi məqsədə uyğundur.

GERİ ALINMIŞ KAPİTAL

Səhmlərin geri alınması (bax. 23-24-cü maddələrə)

Müəssisə özünün səhmlərini geri ala bilər. Bu zaman müəssisə həmin səhmləri iki yolla istifadə edə bilər:

Müəssisə həmin səhmləri gələcəkdə yenidən buraxmaq məqsədi ilə saxlaya bilər, və ya

Müəssisə səhmləri ləğv edə bilər

İstənilən halda səhmlər geri alındıqdan sonra, ödənilmiş nizamnamə kapitalının məbləği və emissiya gəliri azaldılmalıdır. Ödənilmiş nizamnamə kapitalı və emissiya gəliri müəssisənin səhmdarları tərəfindən edilmiş qoyuluşları göstərir və səhmlər geri alındıqda, bu qoyuluşlar artıq mövcud olmur. Geri alınmış səhmlər müəssisəyə edilmiş xarici qoyuluşlara heç bir təsir göstərmir.

Məsələn, müəssisə 2006-cı ildə nominal dəyəri 1 manat olan 1000000 səhm buraxmağı nəzərdə tutmuşdur. Bunun həyata keçirilməsi üçün çəkilmiş hüquqi, mühasibat və inzibati məsrəflər 50000 manat təşkil etmişdir. Lakin, səhmlərin buraxılışı müvəffəqiyyətli olmamışdır və müəssisə səhmləri sata bilməmişdir. Buna uyğun olaraq, 2006-cı il üçün müvafiq mühasibat uçotu aşağıdakı kimi olacaqdır:

Dt Digər İnzibati xərclər ( 7213) 50000Kt Bank hesablaşma hesabları ( 223) 50000

18

Page 19: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Bu mərhələdə, geri alınmış səhmlər hələ də mövcuddurlar və müəssisə həmin səhmləri gələcəkdə yenidən buraxmaq məqsədi ilə saxlayacağını və ya onları ləğv edəcəyini müəyyən etməlidir.

Geri alınmış səhmlərin yenidən buraxılması (bax. 25-30-cu maddələrə)

Geri alınmış səhmlər yenidən buraxıldığı zaman onlar müəssisənin ödənilmiş nizamnamə kapitalının bir hissəsi kimi bərpa olunmalıdırlar (bax. 25-ci maddəyə).

Geri alınmış səhmlər yenidən buraxıldıqda, faktiki satış qiymətinin səhmlərin geri alınma qiyməti ilə müqayisəsi nəticəsində əlavə yaranan emissiya gəlirinin (emissiya güzəştinin) məbləği müəyyən edilir. Məsələn, ilkin nominal dəyəri 10 manat olan səhmlər 5 manat gəlirlə buraxıldıqda, hər bir səhm üzrə emissiya gəliri 5 manat təşkil edəcək. Səhm 13 manata geri alındıqda, emissiya gəliri 2 manat təşkil edəcəkdir. Səhmlər sonradan bu qiymətdən yuxarı qiymətə buraxıldıqda, emissiya gəliri 2 manatdan artıq, aşağı qiymətə buraxıldıqda, emissiya gəliri 2 manatdan az olacaqdır.

Məsələn, müəssisə 250000 adi səhm buraxmışdır. Bu səhmlərin nominal dəyəri 2 manatdır və hər bir səhm 1 manat gəlirlə buraxılmışdır. Müəssisənin kapitalının strukturu aşağıdakı kimi olacaqdır:

Nominal (nizamnamə) kapital301500000Emissiya gəliri3111250000Cəmi ödənilmiş kapital 750000Müəssisə hər səhm üzrə 3 manat ödəməklə 50000 səhmi geri almaq qərarına gəlir. Belə halda, müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Geri alınmış kapital - adi səhmlər ( 3211) 100000Dt Emissiya gəliri - adi səhmlər (3111) 50000

Kt Bank hesablaşma hesabları (223) 150000

Səhmlər geri alındıqdan sonra, kapitalın strukturu aşağıdakı kimi olacaqdır:

Nominal (nizamnamə) kapital (301) 500000Geri alınmış kapital - adi səhmlər (3211) (100000)

400000Emissiya gəliri - adi səhmlər (3111) 200000

600000

19

Page 20: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Məsələn, müəssisə nominal dəyəri 2 manat və emissiya gəliri 1 manat olan 100000 səhm buraxmışdır. İlkin mühasibat yazılışı aşağıdakı kimi olacaqdır:

Dt Bank hesablaşma hesabları(223) 300000Kt Nominal (nizamnamə) kapital (301) 200000 Kt Emissiya gəliri(3111) 100000

Əgər 20000 səhm 2,3 manata geri alınmışdırsa, bu əməliyyat üzrə müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Geri alınmış kapital - adi səhmlər (3211) 40000Dt Emissiya gəliri - adi səhmlər (3111) 6000

Kt Bank hesablaşma hesabları (223) 46000

Geri alınmış səhmlər yenidən eyni qiymətə satılacağı halda (2,3 manata), müxabirləşmə yuxarıda göstərilənin tam əksi olacaqdır və bunun nəticəsində 200000 manat məbləğində ödənilmiş nizamnamə kapitalı və 100000 manat məbləğində emissiya gəlirindən ibarət kapital strukturubərpa olunacaqdır. Bu geri alqının və yenidən buraxılmanın olmadığı halda ola bilərdi. Elə görünür ki, səhmlərin geri alınması və yenidən buraxılması aralıq əməliyyatları sanki baş verməmişdir.

Səhmlər geri alındığı qiymətdən artıq qiymətə yenidən buraxıldıqda (məsələn, 2,5 manata), müəssisənin vəziyyəti səhmlərin yenidən buraxılma qiymətinin onların geri alınma qiymətinə bərabər olması halında mövcud ola biləcək status–kvo vəziyyətinə nisbətən daha yaxşı olacaqdır. Faktiki olaraq, “emissiya gəliri” hesabı yenidən buraxılan 20000 səhmin hər biri üzrə 0,2 manat (ümumi 4000 manat) artacaqdır. Bu əməliyyat üzrə müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Bank hesablaşma hesabları (223) 50000Kt Geri alınmış kapital - adi səhmlər (3211) 40000Kt Emissiya gəliri - adi səhmlər (3111) 10000

Emissiya gəliri hesabı indi 104000 manat (100000 – 6000 + 10000) təşkil edir. Bu məbləğ aşağıdakılardan ibarətdir:

emissiya gəliri 1 manat olan 80000 səhm 80000emissiya gəliri 1,2 manat olan 20000 səhm 24000

Səhmlər geri alındığı qiymətdən aşağı qiymətə yenidən buraxıldıqda (məsələn, 2,1 manata), müəssisənin vəziyyəti səhmlərin yenidən buraxılma qiymətinin onların geri alınma qiymətinə bərabər olması halında mövcud ola biləcək status–kvo vəziyyətindən pis olacaqdır. Faktiki olaraq, “emissiya gəliri” hesabı yenidən buraxılan 20000 səhmin hər biri üzrə 0,2 manat (ümumi 4000 manat) azalacaqdır. Bu əməliyyat üzrə müxabirləşmə aşağıdakı kimi olacaqdır:

20

Page 21: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Dt Bank hesablaşma hesabları (223) 42000Kt Geri alınmış kapital - adi səhmlər (3211) 40000Kt Emissiya gəliri - adi səhmlər (3111) 2000

İndi emissiya gəliri 96000 manat olacaqdır (100000 – 6000 + 2000). Bu gəlir aşağıdakılardan ibarətdir:

emissiya gəliri 1 manat olan 80000 səhm 80000emissiya gəliri 0,8 manat olan 20000 səhm 16000

Müəssisənin emissiya gəliri hesabının qalığı səhmlərin geri alınmasını təmin etmək üçün kifayət etmədikdə, müəssisə bölüşdürülməmiş mənfəət hesabından istifadə etməli və əgər bu mümkün deyildirsə, bu məbləğ ödənilməmiş zərər kimi nəzərə alınmalı və birbaşa kapitalda əks olunmalıdır.

Geri alınmış səhmlərin ləğv edilməsi (bax. 31-35-ci maddələrə)

Geri alınmış səhmləri həmçinin ləğv etmək olar (alternativ yanaşma), yəni bu səhmlər heç mövcud olmadığı təqdirdə olduğu kimi silinə bilərlər.

Ləğv edilmə tarixi müəssisənin səhmlər üzrə ödənişin edildiyi tarix olmalıdır. Lakin, müəssisə səhmləri geri aldığı tarixdə onları ləğv edəcəyi və ya daha sonra yenidən buraxacağı barədə qərar qəbul etmədikdə, ləğv edilmə tarixi müəssisənin ləğv etmə qərarını verdiyi tarix hesab olunmalıdır.

Hazırkı standartın 32-ci maddəsinə uyğun olaraq, geri alınmış səhmlər ləğv edildikdə, onların geri alınması üçün ödənilmiş məbləğ, müvafiq olaraq, bu səhmlərin mənsub olduqları səhmlər sinfi üzrə ödənilmiş nizamnamə kapitalından və emissiya gəlirindən çıxılır. Əgər bu hesab kifayət deyilsə, o zaman, bölüşdürülməmiş mənfəətdən istifadə etmək olar.

Məsələn, 30.11.2006 tarixdə müəssisə 250000 buraxılmış səhmə malikdir. Həmin tarixdə müəssisə bu 75000 səhmi geri almışdır. Müəssisənin 01.04.2007 tarixində keçirilmiş Direktorlar Şurasında səhmləri 01.07.2007 tarixində ləğv etmək qərarı qəbul edilmişdir. Beləliklə, səhmlərin ləğv edilməsi qərarının qəbul edildiyi 01.04.2007-ci il tarixi səhmlərin ləğvi tarixi hesab olunur. 30.11.2006 tarixindən 01.04.2007 tarixinədək olan dövrdə, geri alınmış səhmlər “geri alınmış səhmlər” hesabında (müvafiq olaraq, 3211 və ya 3212) uçota alınmalıdır.

21

Page 22: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Geri alınmış səhmlərin nominal dəyəri və emissiya gəlirinin məbləği bu səhmlərin geri alınması üçün ödənilmiş məbləğdən artıq da ola bilər.

Məsələn, 31.12.2006-cı il tarixində müəssisə aşağıda göstərilmiş kapital strukturuna malikdir:

Ödənilmiş nizamnamə kapitalı 100000Emissiya gəliri 50000Bölüşdürülməmiş mənfəət 80000

Məsələn, 31.12.2006 tarixdə müəssisə aşağıdakı qalıqlara malikdir:

Ödənilmiş nizamnamə kapitalı 350000Emissiya gəliri 175000Bölüşdürülməmiş mənfəət 200000

Səhmlərin nominal dəyəri 1 manatdır və hamısı eyni vaxtda buraxılmışdır. 01.02.2007-ci il tarixində müəssisə 100000 səhmi geri alaraq, onları ləğv etmək qərarına gəlir. Həmin səhmləri geri almaq üçün müəssisə 225000 manat ödəyir.

Bütün səhmlər eyni vaxtda buraxıldığı üçün, onların hərəsinin emissiya gəliri 0,5 manat (175000/350000) təşkil edir. Geri alınmış səhmlərə aid emissiya gəliri hesabının məbləği beləliklə, 50000 manat (100000 * 0,5) təşkil etmişdir. Bu o deməkdir ki, səhmlərin nominal dəyəri və emissiya gəlirinin məbləği 150000 manat təşkil etmişdir, yəni bu səhmlərin geri alınması üçün ödənilmiş məbləğdən 75000 manat az. Bu 75000 manat bölüşdürülməmiş mənfəət üzrə silinməlidir.

Buna uyğun olan müxabirləşmə aşağıdakı qaydada aparılmalıdır:

Dt Nominal (nizamnamə) kapital (301) 100000Dt Emissiya gəliri (3111) 50000Dt Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) (343) 75000

Kt Hesablaşma hesabı (223) 225000

Ləğv edilmədən sonrakı kapital qalıqları aşağıdakı qaydada olacaqdır:

Ödənilmiş nizamnamə kapitalı 250000Emissiya gəliri 125000Bölüşdürülməmiş mənfəət 125000

22

Page 23: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Bütün səhmlərin nominal dəyəri 1 manatdır və onların hamısı 0,5 manat emissiya gəliri üzrə buraxılmışdır.

Müəssisə 30000 səhmi 24000 manat məbləğinə geri almışdır. Bu o deməkdir ki, geri alınmış müvafiq səhmlərin dəyəri 45000 manat (30000 manat nominal dəyəri üstəgəl 15000 manat emissiya gəliri) təşkil edir.

Geri alınmış səhmlərin nominal dəyəri və emissiya gəlirinin məbləği bu səhmlərin geri alınması üçün ödənilmiş məbləğdən artıq olduqda, iki dəyər arasında yaranan fərq bölüşdürülməmiş mənfəətdə artım kimi tanınmalıdır. Buna uyğun olan müxabirləşmə aşağıdakı kimi olacaqdır:

Dt Nominal (nizamnamə) kapital (301) 30000Dt Emissiya gəliri (3111) 15000

Kt Bank Hesablaşma hesabı (223) 24000Kt Hesabat dövründə xalis mənfəət (zərər) (341) 21000

Ləğv edilmədən sonra, kapital qalıqları aşağıdakı kimi olacaqdır:

Ödənilmiş nizamnamə kapitalı 70000Emissiya gəliri 35000Bölüşdürülməmiş mənfəət 101000

KAPİTALIN SAXLANILMASI ÜZRƏ DÜZƏLİŞLƏR

Hazırkı Standartın 36 – 39-cu maddələrində «Kapitalda dəyişikliklər haqqında hesabat»da əks edilməli olan kapitalın saxlanılması üzrə düzəlişlərin üç növü müəyyən edilmişdir. Bunlar aşağıdakılardır:

Müəssisənin uzun-müddətli aktivlərinin yenidən qiymətləndirilməsindən yaranan gəlir və ya xərclər;

Törəmə müəssisənin maliyyə nəticələrinin konsolidə edilmiş maliyyə hesabatına daxil edilməsi zamanı xarici valyutada həyata keçirilən əməliyyatlarından yaranan gəlir və ya xərclər;

Əhəmiyyətli səhvlərin düzəldilməsindən və müəssisənin uçot siyasətinin dəyişməsindən yaranan gəlir və ya xərclər.

Kapitalın saxlanılması üzrə bütün bu düzəlişlərinnəticəsində yaranan gəlir və ya xərclərin mühasibat uçotunda əks etdirilməsi qaydaları növbəti Milli Mühasibat Uçotu Standartlarında açıqlanacaqdır. Yenidən qiymətləndirmədən yaranan gəlir və ya xərclər 7 №-li Milli Mühasibat Uçotu Standartlarında, xarici valyutada əməliyyatlardan yaranan gəlir və ya xərclər 22 №-li Milli Mühasibat Uçotu Standartlarında və əhəmiyyətli səhvlərin düzəldilməsindən və müəssisənin uçot siyasətinin dəyişməsindən yaranan gəlir və ya xərclər 11 №-li Milli Mühasibat Uçotu Standartlarında açıqlanmışdır. Uçot qaydalarının müəyyən edilməsi zamanı həmçinin, bu standartların tətbiqi üzrə Şərhlər və Tövsiyələrə də istinad edilməlidir.

TƏQDİMAT VƏ AÇIQLAMA

23

Page 24: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Hazırkı standartın 40-cı maddəsinə uyğun olaraq, müəssisə hesabat dövrü ərzində kapitalda dəyişikliklərin həcmi və səbəbləri haqqında informasiyanı əks etdirən Kapitalda dəyişikliklər haqqında hesabatı təqdim etməlidir. Bu qaydanın tətbiqi zamanı heç bir istisnalara icazə verilmir. «Kapitalda dəyişikliklər haqqında hesabat» Milli Mühasibat Uçotu Standartlarını tətbiq etməli olan müəssisələrin hazırlamalı olduqları 4 maliyyə hesabatlarından biridir. Müəssisənin illik maliyyə hesabatlarını formalaşdıran 4 hesabat aşağıdakılardır:

Mühasibat Balansı Mənfəət və zərər haqqında hesabat Kapitalda dəyişikliklər haqqında hesabat Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Hazırkı standartın 41-ci maddəsinə uyğun olaraq, maliyyə hesabatlarında kapital bu Standartın tələblərinə uyğun olaraq təqdim edilməlidir. Həmçinin, bu maddəyə uyğun olaraq, Kapitalda dəyişikliklər haqqında hesabatdakı kapital maddələrinin təsnifatı

“...istifadəçiyə müəssisənin kapital ehtiyatlarının, kapitalın tərkibinin və quruluşunun, eləcə də, kapitalın ayrı-ayrı komponentlərinin bölüşdürülməsi üzrə məhdudiyyətlərinin qiymətləndirməsinə imkan verməlidir”.

Həmçinin, hazırkı standartın bu maddəsində Kapitalda dəyişikliklər haqqında hesabatın formatı müəssisələrin öz ixtiyarlarına verilir. Standartda müəssisələrə «Kapitalda dəyişikliklər haqqında hesabat»ın formatı müəyyən edilərkən, onu bu sənədin 1-ci Əlavəsində göstərilmiş formata uyğun etmək tövsiyə edilir.

Hazırkı standartın 42-ci maddəsində «Kapitalda dəyişikliklər haqqında hesabat»da təqdim edilməli olan minimal informasiya açıqlanmışdır. Lakin, əgər müəssisə bu sənədin 1-ci Əlavəsində göstərilmiş formata riayət edirsə, onda bütün müvafiq açıqlamalar təqdim edilmiş olacaqdır.

«Kapitalda dəyişikliklər haqqında hesabat»a əlavə olaraq, hazırkı standartın 43-cü maddəsində maliyyə hesabatlarına Qeydlərdə açıqlanmalı olan informasiya müəyyən edilmişdir. Bunlar aşağıda qeyd edilənlərdir:

(a) hər səhmin nominal dəyəri və ya səhmlərin nominal dəyərlərinin olmadığı faktı;

(b) buraxılmış səhmlərin sayı;(c) hesabat dövrünün əvvəlində və sonunda buraxılmış, ödənilmiş və

ödənilməmiş səhmlərin sayının uyğunlaşdırılması;(ç) dividendlərin ödənilməsi və mülkiyyətçilərin iştirak paylarının geri

alınması ilə bağlı məhdudiyyətlər də daxil olmaqla, müvafiq səhmlər sinfinə xas olan hüquqlar, imtiyazlar və məhdudiyyətlər;

(d) müəssisənin özünə, törəmə və asılı müəssisələrinə məxsus səhmlərin sayı;

24

Page 25: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

(e) opsion və səhmlərin satışı üzrə müqavilələrin dəyəri və şərtləri göstərilməklə, həmin müqavilələrin yerinə yetirilməsi üçün saxlanılan səhmlərin sayı;

(ə) səhmlərin gələcəkdə geri alınması üzrə razılaşdırılmış öhdəliklər haqqında məlumat;

(f) girov kimi üçüncü tərəflərə verilmiş səhmlər haqqında məlumat;(g) müəssisənin hər bir kapital ehtiyatının mahiyyətinin və məqsədinin

təsviri;(ğ) hər bir səhm üzrə müvafiq dividendlərin məbləği daxil olmaqla,

maliyyə hesabatının təqdim edilmə tarixi ilə hesabat dövrünün sonu arasındakı zamanda təklif və ya elan edilmiş, lakin maliyyə hesabatlarında əks etdirilməmiş dividendlərin məbləği;

(h) hər hansı yığılmış imtiyazlı dividendlərin tanınmayan məbləği.

25

Page 26: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Hazırkı standartın 43-cü maddəsində açıqlanması tələb edilən məlumatlar səhmdar cəmiyyətlər üçün nəzərdə tutulmuşdur. 2 N-li Milli Mühasibat Uçotu Standartının həmçinin səhmləri olmayan müəssisələrə də tətbiq olunduğunu nəzərə alaraq, uyğun gəldiyi halda, belə müəssisələrə də həmin məlumatların açıqlanması tələbi şamil olunur

Məsələn, ”Turan” müəssisəsi üçün bu qeyddə göstərilmiş formanın nümunəsi aşağıda qeyd olunmuşdur:

KAPİTALAdi səhmlər (nominal dəyəri 1manat)

01.01.2006 tarixdə buraxılmış 350000 2006-cı il ərzində buraxılıb 100000 31.12.2006 tarixdə mövcud olan 450000

50000 səhm ”Turan” müəssisəsinin asılı müəssisəsində saxlanılır

”Turan” müəssisəsinin baş icraçı müdiri 75000 səhmi nominal dəyəri 1,25 manata almaq hüqunu verən opsiona sahibdir. 31.12.2006-cı il tarixdə opsiondan hələ istifadə edilməmişdir.

30.11.2006-cı il tarixində keçirilmiş Direktorlar Şurasının iclasında ”Turan” müəssisəsinin 2007-ci ildə 50000 səhmi geri alacağı barədə qərar qəbul edilmişdir.

”Turan” müəssisəsi bölüşdürülməmiş mənfəət və emissiya gəliri ehtiyatlarına malikdir. Emissiya gəliri nominal dəyərindən artıq qiymətə satılmış bütün səhmlərdən əldə olunan gəliri daxil edir. Emissiya gəliri ehtiyatı səhmdarlar arasında bölüşdürülə bilməz. Bölüşdürülməmiş mənfəət bütün qazanılmış və bölüşdürülməmiş mənfəəti daxil edir.

25.02.2007-ci il tarixində, ”Turan” müəssisəsinin direktorlar şurası hər səhm üzrə 0,6 manat dividend ödəmək qərarına gəlmişdir. Bu elan olunmuş dividendlər 31.12.2006-cı il tarixinə olan maliyyə hesabatlarında əks olunmamışdır.

26

Page 27: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Məsələn, ortaqlıqlarda üçüncü tərəfə girov kimi qoyulmaq üçün səhmlərin ekvivalentləri mövcud deyildir. Səhmdar cəmiyyətlər üçün nəzərdə tutulmuş bu tələb ortaqlıqlara uyğun gəlmir. Lakin bir bu uyğunsuzluğa görə səhmdar olmayan müəssisələr məlumatların açıqlanması tələbinə riayət etməyə bilməzlər. Əgər uyğun gələn tələblər varsa, deməli açıqlamalar verilməlidir. Məsələn, ortaqlıq səhmlərə malik deyildir. Bu səbəbə görə, hesabat dövrünün əvvəlində və sonunda buraxılmış səhmlərin sayının uyğunlaşdırılması tələbinə (43-cü maddənin (c) bəndi) əməl olunması yersizdir. Lakin, ortaqlığa onun hər bir üzvü tərəfindən edilmiş kapital qoyuluşu nəticəsində hesabat ilinin sonunda bu hesabda artma və ya azalma müşahidə oluna bilər. Bu halda, Hazırkı standartın 43-cü maddəsinin (c) bəndinin tələblərinə ortaqlıq tərəfindən yenə də əməl olunmalıdır.

27

Page 28: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

BÖLMƏ B. TÖVSİYƏLƏR

1. KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABATIN FORMATI

Bütün müəssisələrə illik maliyyə hesabatlarını hazırlayarkən «Kapitalda dəyişikliklər haqqında hesabat»ın aşağıda göstərilmiş forma və strukturunun qəbul etmələri tövsiyə edilir.

Aşağıda göstərilmiş nümunələrdə 2 N-li Milli Mühasibat Uçotu Standartının şərtlərinə uyğun olaraq bütün tələb olunan maddələr və sətirlər müəyyənləşdirilmişdir.

Təsvirdə “Hesablar Planı” sütunu yalnız təlimat kimi Hesablar Planına istinad xarakterini daşıyır. Bu sütun müəssisə tərəfindən təqdim edilən «Kapitalda dəyişikliklər haqqında hesabat»a daxil edilməməlidir.

Müəssisələr cari dövr üzrə «Kapitalda dəyişikliklər haqqında hesabat»ına əlavə olaraq əvvəlki dövr üzrə müqayisəli məlumatı daxil etməlidirlər.

Birgə müəssisəyə «Kapitalda Dəyişikliklər Haqqında Hesabat»ında aşağıdakı təsvirlərdə qeyd edilmiş eyni terminlərdən istifadə edilməsi məsləhət görülür.

Səhmləri olmayan müəssisələrə nümunəvi «Kapitalda dəyişikliklər haqqında hesabat»da istifadə olunmuş terminlərin öz maliyyə hesabatında istifadə edilməsi və həmçinin, nümunəvi «Kapitalda dəyişikliklər haqqında hesabat»da istifadə olunmuş terminlərin müəssisənin hüquqi formasına uyğunlaşdırılması məsləhət görülür.

(Qeyd: nümunələrdə göstərilən “x(x)” işarələri dəyərin yaranmasının mümkünlüyünü göstərir. X artımı və (X) azalmanı bildirir).

28

Page 29: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Kapitalda dəyişikliklər haqqında hesabat31 dekabr 2006-cı il tarixinə

(manatla)

Ödənilmiş

nizamnamə kapitalı

Emissiya gəliri

Geri alınmış kapital

(səhmlər)

Kapital ehtiyatları

Cəmi Bölüşdürülməmiş mənfəət

(ödənilməmiş zərər)

Yenidən qiymətləndirilmə

üzrə ehtiyat

Məzənnə fərqləri

üzrə ehtiyat

Qanunvericilik üzrə

ehtiyat

Nizamnamə üzrə ehtiyat

Digər ehtiyatlar

1 yanvar 2006-cı il tarixinə qalıq x x (x) x x x x x x(x) x

Uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər                

  x(x) x(x)

1 yanvar 2006-cı il tarixinə düzəlişlərdən sonra qalıq x x (x) x x x x  x x(x) x

Aktivlərin yenidən qiymətləndirilməsi       x(x)            x(x)

Məzənnə fərqləri         x(x)          x(x)

Mənfəət və zərər haqqında hesabatda tanınmamış gəlirlər və xərclər       x x      

    x

Hesabat dövründə xalis mənfəət (zərər)                  x(x) x(x)

Mülkiyyətçilərin kapital qoyuluşları x x              (x) x

Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər) (x)              

  (x) (x)

Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar (x) x(x) x(x)          

  x(x) x(x)

Kapitalın maddələr arasında bölüşdürülməsindən əvvəl 31 dekabr 2006-cı il tarixinə qalıq

x x (x) x x x x  x x(x) x

Kapitalın maddələr arasında köçürülmələri x (x)   x(x) x(x)   x(x)  

  (x)x  

31 dekabr 2006-cı il tarixinə qalıq x x (x) x x x x  x x(x) x

2006-cı il üzrə kapitalda dəyişikliklərin cəmi x(x) x(x) x(x) x(x) x(x) x(x) x(x) x(x) x(x) x(x)

29

Page 30: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

2. KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABATIN 1-ci NÜMUNƏSİ

Bu misal 31.12.2006-cı il tarixində ”Turan” müəssisəsinin uçot kitablarından alınmış aşağıdakı qalıqlara əsaslanır :

hesabnömrəsi Qalıq 2005 2006

Nominal(nizamnamə) kapital 301 750000 1000000Nominal(nizamnamə) kapitalın ödənilməmiş hissəsi 302 - 250000(a)Emissiya gəliri 3111 400000 360000(b)Geri alınmış kapital (səhmlər)3211 - 50000(b)Digər ehtiyatlar 335 60000 60000(c)Hesabat dövründə xalis mənfəət (zərər) 341 - 190000Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)343 410000 410000Elan edilmiş dividendlər 344 - 60000

Müvafiq hesabların dürüstləşdirilməsi nəticəsində aşağıdakı informasiya da məlum olmuşdur:

a) 01.11.2006 tarixində hərəsinin nominal dəyəri 1 manat olan 250000 ədəd səhm buraxılmışdır və bu səhmlərin ödəniş müddəti 31.03.2007-ci il tarixinədəkdir.

b) 01.07.2006-cı il tarixində 50000 ədəd səhm 90000 manat ödənilməklə geri alınmışdır.

c) Zəruri aktivlərin gələcəkdə dəyişdirilə bilməsi üçün yeniləşdirmə üzrə ehtiyat yaradılmışdır. Bu ehtiyata hər il 20000 manat köçürülməlidir.

Page 31: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

”Turan” müəssisəsi Kapitalda dəyişikliklər haqqında hesabat

31 dekabr 2006-cı il tarixinə (manatla)

 Ödənilmiş

nizamnamə kapitalı

Emissiya gəliri

Geri alınmış kapital

(səhmlər)Digərehtiyatlar

Bölüşdürülməmiş mənfəət

(ödənilməmiş zərər)

Cəmi

1 yanvar 2006-cı il tarixinə olan qalıq 750000 400000 - 60000 410000 1620000Mənfəət və ya zərər haqqında hesabatda tanınmamış xalis mənfəət (zərər)Dövr üzrə xalis mənfəət (zərər)         190000 190000Mülkiyyətçilərə kapitalın bölüşdürülmələri (dividendlər)         (60000) (60000)

Geri alınmış kapital (səhmlər) ilə bağlı əməliyyatlar    (40000) (50000)     (90000)

Kapital maddələri arasında köçürmələrdən əvvəl 31 dekabr 2006-cı il tarixinə olan qalıq 750000 360000 (50000) 60000 540000 1660000

Kapital maddələri arasında köçürmələr       20000 (20000) -31 dekabr 2006-cı il tarixinə olan qalıq 750000 360000 (50000) 80000 520000 16600002006-cı il ərzində kapitalda ümumi dəyişikliklər - (40000) (50000) 20000 110000 40000

Page 32: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABATIN 2-ci NÜMUNƏSİ

Aşağıda qeyd olunanlar “Azərsu” şirkətinin 1 yanvar 2007-ci il tarixinə olan Aralıq Balansından götürülmüşdür:

$ Emissiya gəliri 47000Yenidən qiymətləndirmə üzrə ehtiyat 1650

Bölüşdürülməmiş mənfəət 69350

Nominal (nizamnamə) kapital 94000

Geri alınmış kapital (səhmlər) 4000

Cəmi 257600

31 dekabr 2006-cı il tarixində bitən hesabat dövrünün tanınmış xalis mənfəəti 26890 manat təşkil edir.

(1) 02.01.2007 tarixdə müəssisə hərəsinin satış qiyməti 4,3 manat olan 100000 səhm buraxır. Bu səhmlərin hərəsinin nominal dəyəri 1 manatdır. Buraxılmış səhmlərdən 50000 ədəd müvəffəqiyyətlə satılmışdır. Müəssisə bu səhmlərin satışı ilə bağlı aşağıda qeyd edilmiş xərcləri çəkmişdir:

Ümumi xərclər 1750 Hüquq və uçot məsrəfləri 4000 5750 Həlli: Bu səhmlərin satışından əldə olunmuş xalis mənfəət 215000 manat (50000*4,3) təşkil etmişdir. Buna uyğun olaraq, aşağıdakı əməliyyatlar həyata keçirilmişdir:Dt Hesablaşma hesabı 215000Kt Nominal (nizamnamə) capital 50000Kt Emissiya gəliri 165000 İndi səhmlərin buraxılması üzrə çəkilmiş xərclərin müxabirləşməsini təqdim

etmək olar:

Dt Bölüşdürülməmiş mənfəət 5750Kt Hesablaşma hesabı 5750

(2) Hərəsinin nominal dəyəri 4,3 manat olan 20000 ədəd səhmin ödənilməsi 30.04.2008-ci il tarixinədək təxirə salınmışdır. Beləliklə, hesabat tarixində bu ödənilməmiş nizamnamə kapitalı ödənilmiş nominal (nizamnamə) kapitalından çıxarılmalıdır.

Page 33: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Həlli: Biz səhmlərə görə ödənişi gözləsək də, ödəniş baş verməyənədək ödənilməmiş səhmləri ödənilmişlər kimi tanıya bilmərik. Bunu nəzərə alaraq, aşağıdakı müxabirləşmənin aparılması tələb olunur:

Dt Nizamnamə kapitalının ödənilməmiş hissəsi 20000Kt Ödənilmiş nizamnamə kapitalı 20000

Hazırkı standartın 13-cü maddəsinə uyğun olaraq, bu məlumatı yalnız Qeydlərdə açıqlamaq lazımdır və . beləliklə o, ödənilmiş nizamnamə kapitalına heç bir təsir göstərmir.

(3) 01.02.2007 tarixində müəssisə 13000 səhmi geri almaq və sonradan yenidən buraxmaq üçün saxlamaq qərarına gəlir. Bu səhmləri geri almaq üçün müəssisə 62400 manat ödəyir. Bu o deməkdir ki, səhmələrin geriyə alış qiyməti onların buraxılış qiymətindən yüksəkdir.

Həlli: Bütün səhmlər 3,3 manat (4,3 – 1) emissiya gəliri ilə buraxılmışdır. Beləliklə, geri alınmış səhmlərə aid edilmiş emissiya gəlirinin məbləği 42900 manat (13000*3,3) təşkil edir.

Səhmlərin nominal dəyəri üstəgəl müvafiq emissiya gəliri 55900 manat təşkil edir. Bu məbləğ səhmlərin geri alınması üçün ödənilmiş məbləğdən 6500 manat azdır. Hazırkı standartın 35-ci maddəsinə uyğun olaraq, bu məbləğ bölüşdürülməmiş mənfəətə qarşı silinməlidir.

Dt Geri alınmış capital 13000 Dt Emissiya gəliri 42900Dt Bölüşdürülməmiş mənfəət 6500

KtHesablaşma hesabı 62400

(4) 01.03.2007 tarixdə müəssisə geri aldığı səhmləri yenidən daha yüksək qiymətə buraxmaq qərarına gəlir. İndi səhmlər 3,6 manata buraxılmışdır. Bu halda, hansı müxabirləşmə verilməlidir?

Həlli: Dt Hesablaşma hesabı 46800

KtGeri alınmış kapital 13000Kt Emissiya gəliri 33800

(5) 01.12.2007 tarixdə müəssisə əvvəllər geri aldığı səhmləri yenidən geri almaq

qərarına gəlir, lakin təkrar buraxılış qiyməti geriyə alış qiymətindən aşağıdır. .

Page 34: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

İndi səhmlərin dəyəri 3,2 manatdır. . Bu halda, hansı müxabirləşmə verilməlidir?

Həlli: Bu halda geriyə alış qiyməti buraxılış qiymətindən aşağıdır. Mühasibat

yazılışı aşağıdakı kimi olacaqdır:Dt Geri alınmış kapital 13000Dt Emissiya gəliri 28600Kt Hesablaşma hesabı 41600

(6) Müəssisə adi səhmlərə üzrə səhmdarlarına il ərzində 7800 manat məbləğində dividend ödəyir və daha 5200 manat dəyərində dividendlərin ödənilməsini nəzərdə tutmuşdur.

Bu halda, hansı müxabirləşmə verilməlidir?

Cavab: Dt Bölüşdürülməmiş mənfəət 7800Kt Hesablaşma hesabı 7800

Hesabat tarixinə öhdəlik hələ mövcud olmadığından, ödənilməsi nəzərdə tutulmuş dividebdlər üzrə heç bir qiymətləndirilmiş öhdəlik tanınmır. Lakin, bu dividendlər barədə informasiya mövcud olduğundan, Kapitalda dəyişikliklər haqqında hesabatın Qeydlərində bu dividendlərin məbləği açıqlanmalıdır (maddə 43(j).

(7) 31.12.2006 tarixində yenidən qiymətləndirmə üzrə ehtiyat yaradılmışdır. Aktiv A

B Cəmiİlkin dəyər 5800

7000 12800Yenidən qiymətləndirmədən gəlir (xərclər) 1350

300 1650Balans dəyəri 7150

7300 14450Aktiv A hesabat dövrünün sonunda 750 manat artıq məbləğə yenidən qiymətləndirilməlidirAktiv B il ərzində 450 manat qiymətdən düşmüşdürBu halda, hansı müxabirləşmə verilməlidir?

Həlli: a) Aktiv B-nin qiymətdən düşməsi

Page 35: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

Qiymətdən düşmə üzrə zərər artıq mövcud olan yenidən qiymətləndirmə gəlirindən çıxılmalıdır. Yenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya zərər haqqında hesabatda əks olunmalıdır. Dt Yenidən qiymətləndirmə üzrə ehtiyat 300Dt Mənfəət və ya zərər haqqında hesabat 150 Kt Aktiv 450

Yuxarıda qeyd edilmiş əməliyyatdan göründüyü kimi, bu qiymətdən düşmə mənfəətə öz təsirini göstərmişdir. Mənfəət indi 26740 manat (26890 – 150) təşkil edir.

b) Aktiv A-nın qiymətinin artması Dt Aktiv 750 Kt Yenidənqiymətləndirmə üzrə ehtiyat 750

Page 36: Explanations and recommendations on the … · Web viewYenidən qiymətləndirmə gəliri qiymətdən düşmə üzrə zərərdən az olduqda, fərq (450 – 300) Mənfəət və ya

İndi Kapitalda baş vermiş dəyişikliklərin cədvəlini tərtib etmək lazımdır:

Nominal (nizamnamə) kapital

Emissiya gəliri

Geri alınmış səhmlər

Yenidən qiymətləndirmə üzrə ehtiyat

Bölüşdürülməmiş mənfəət Cəmi

01.01.2007-ci il tarixinə olan qalıq

94000 47000 4000 1650 69350 216000

Yenidən qiymətləndirmə nəticəsində avadanlığın dəyərinin artması

750 (7b)(300)(7a)

450

Hesabat dövründə xalis mənfəət 26740 26740

Səhmdarların capital qoyuluşları 50000 (1) 165000 (1) (5750) (1) 209250

Dividendlər (7800) (6) (7800)

Geri alınmış səhmlər ilə bağlı əməliyyatlar

(42900) (3)33800 (4)

(28600) (5)

(13000)(3)13000(4)

(13000)(5)(6500) (3) (57200

)

31.12.2007-ci il tarixinə olan qalıq

164000 174300 (9000) 2100 91640 403040

Hesabat dövrü üzrə kapitalda ümumi dəyişikliklər

50000 127300 (13000) 450 22290 187040

Qeydlər:1. Ödənilməmiş kapitalın məbləği 20000 manat təşkil etmişdir.