respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 pdf... ·...

20

Upload: others

Post on 17-Jan-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,
Page 2: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

2

Respublikanın ümumtəhsil məktəblərinin

10-cu sinifləri üçün “Gənclərin çağırışaqədərki

hazırlığı” dərsliyi

Müəlliflər: Həbib Ocaqov

Rövşən Qasımov

Bakı: Təhsil, 2011.

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər

əsasında hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından.

1. Məzmunun işlənməsi baxımından

Qüvvədə olan tədris proqramı əsasında hazırlanmış dərslik “Giriş”, 7 fəsil

(“Dövləti müdafiənin əsasları”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin

Nizamnamələri”, “Sıra təlimi”, “Taktiki hazırlıq”, “Silahlar və atıcılıq

hazırlığı”, “Hərbi topoqrafiya”, “Təhlükəsizlik və fövqəladə hallarda insanların

mühafizəsi”), fənn proqramı və “Mündəricat”dan ibarətdir. Dərslikdəki materiallar

44 paraqraf üzrə 176 səhifəni əhatə etmiş, fənn üzrə bilik və bacarıqların

mənimsənməsinə və formalaşdırılmasına yönəlmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən,

fənnin tədrisinə həftədə 2 saat olmaqla, 64 saat vaxt ayrılmışdır.

Dərslikdə müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır:

Dərsliyin ilk səhifəsində materialların verilməsində hansı Nizamnamələrə

istinad edilməsi yazılmayıb.

Səhifə 5. 5-ci abzasda “1918-ci ilin dekabrın 25-də tam Artilleriya generalı

S. Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Ə.Şıxlinski

nazir müavini təyin olundular” fikri qeyd edilmişdir. S. Mehmandarovun hərbi

nazir təyin edilməsinə qədər o vəzifənin icraçıları X. Sultanov, İ.Ziyadxanov və F.

Xoyski olmuşlar.

Səhifə 11-15. 2-ci paraqrafda “Azərbaycan Silahlı Qüvvələrin qoşun növləri”

mövzusunda “Sülhməramlı qoşunlar, Sərhəd qoşunları, Daxili qoşunlar, Dövlətin

silahlı təşkilatı və Silahlı Qüvvələrin vəzifələri, təyinatı” haqqında məlumat

verilməmişdir.

Səhifə 12. 3-cü abzasda Hava hücumundan müdafiə qoşunlarından bəhs olunan

axırıncı cümlədə ayrı qoşun növü olan Hərbi Hava Qüvvələrinin onun tərkibinə aid

edilməsi doğru deyil.

Səhifə 23-27. 4-cü paraqrafda “Azərbaycan Respublikası Silahlı Qüvvələrin

Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

təsdiq edilmə tarixi göstərilməyib. “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Sıra

Page 4: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

4

Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı, Hərbi

nəşriyyat-1995-ci il).

Səhifə 27-29. 5-6-cı paraqraflar dərslikdə ayrı verilməsinə baxmayaraq,

proqramda (səh.173) bir yerdə “Hərbi hissənin döyüş bayrağı. Hərbi and-2 saat”

verilmişdir. 5-ci paraqrafa dair suallar 6-cı paraqrafın sonunda verilib. Ya iki

paraqrafın bir başlıq altında verilməsi, ya da proqramda o mövzuların ayrı-ayrı

yazılması məqsədəuyğundur.

Səhifə 32. 7-ci paraqrafda “Hərbi xidmətə çağırış” mövzusu verilmiş, lakin

“vətəndaşların hərbi vəzifələri, müddətli həqiqi xidmətə çağırılan çağırışçıların yaş

həddi, həqiqi hərbi xidmət keçmə və həqiqi hərbi xidmət dövründə təqvim hesabı

“haqqında məlumatlar yazılmayıb.

Səhifə 43-44. Sonuncu abzasda daxil olmaqla, “Komandirlərə (rəislərə) və

özündən böyüklərə müraciət” yarımbaşlığına qədər olan abzaslar, ümumiyyətlə,

mövzuya aid deyil. Belə ki, paraqrafın adı “Əmr və sərəncamların verilmə qaydası

və onların icrası” olduğu halda, sözügedən azbaslarda DXN-in 38-45-ci maddələrini

əhatə edən hərbi nəzakət və hərbi qulluqçuların davranışları haqqında qaydalardan

bəhs olunur.

Səhifə 49. III fəslin adı burada və mündəricatda “Sıra təlimi”, lakin proqramda

(səh.173) “Sıra hazırlığı” yazılmışdır.

Səhifə 49-53. “Sıralar və onların idarə edilməsi” paraqrafında sıranın

elementi sayılan açıq sıralar haqqında məlumat verilməmişdir.

Səhifə 52. Xəbərdarlıq siqnalları və icra komandasına aid məlumatlar mövzuya

uyğun deyil.

Səhifə 53. Komandaların icra etmə qaydası əvvəlki səhifədə verildiyi halda, 14-

cü paraqrafda mahiyyət etibarilə təkrar verilmişdir.

Səhifə 53-56. “Yerində dönmələr. Yeriş” mövzusu dərslikdə bir yerdə,

proqramda (səh.173) isə ayrı (“Yerində dönmələr-1 saat” və “Yeriş-1 saat”)

göstərilmişdir.

Səhifə 59. 17-ci paraqrafın adı “Sıradan çıxma və rəisə yaxınlaşma” kimi

yazılmışdır. Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsinin 78-ci

maddəsində “Sıradan çıxma və rəisə yanaşma” verilmişdir.

Səhifə 80. 24-ci paraqrafın adı “Döyüşdə əsgərin vəzifələri” kimi verilmiş,

proqramda isə (səh.174) “Döyüşdə əsgərin vəzifəsi” yazılmışdır.

Page 5: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

5

Səhifə 92. 27-ci paraqrafın “Düşmən nüvə silahı işlədərkən və atəş

hazırlığına başlayarkən müdafiə olunmaq qaydası” yarımbaşlığı 11-ci sinif

“Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində yer almış “Düşmən nüvə silahı

işlədərkən və atəş hazırlığına başlayarkən müdafiə olunmaq qaydası” (Bakı:

Təhsil, 2011; səh.45-50) paraqrafında təkrar verilmişdir.

Səhifə 166-171. Məlumatların müəyyən qismi 27-ci paraqrafın “Xəbərdarlıq

siqnalları ilə davranış” yarımbaşlığı ilə eyniyyət təşkil etdiyinə görə burada təkrar

verilməsinə ehtiyac yoxdur.

Səhifə 94. 28-ci paraqrafda və mündəricatda “Kalaşnikov avtomatının

quruluşu (maddi hissəsi)” mövzusu verilmiş, proqramda isə (səh.174) “Kalaşnikov

avtomatının quruluşu və təyinatı” yazılmışdır.

Səhifə 102. 29-cu paraqrafın adı “Avtomatın natamam sökülməsi və

yığılması” kimi verilməsinə baxmayaraq, proqramda (səh.174) “Kalaşnikov

avtomatının natamam sökülməsi və yığılması” verilmişdir.

Səhifə 120. 34-cü paraqrafın adı “Atışın əsasları və qaydaları” kimi verilmiş,

proqramda isə (səh.174) “Atəşin mahiyyəti, güllənin başlanğıc sürəti” yazılmışıdır.

Səhifə 123. 35-ci paraqrafın adı “Trayektoriyanın yaranması” kimi verilmiş,

proqramda isə (səhifə 174-də) “Trayektoriyanın yaranması, güllənin uçuş

trayektoriyası” yazılmışdır.

Səhifə 132. 38-ci paraqrafda və mündəricatda “Günəşin vəziyyətinə və saata

görə üfüqün səmtinin təyin edilməsi” mövzusu verilməsinə baxmayaraq,

proqramda (səh.174) “Günəşə və saata görə üfüqün səmtinin təyin edilməsi”

(mövzuda yarımbaşlıq kimi göstərilib) və “Günəşə vəziyyətinə görə üfüqün səmtinin

təyin edilməsi” (mövzuda yarımbaşlıq kimi göstərilib) yazılmışdır. Dərslikdə və

proqramda göstərilən mövzuların adları bir-birinə uyğun gəlmir.

Həmin paraqrafda göy cisimləri vasitəsilə (Günəşə görə) üfüqün səmtinin təyin

olunması haqqında məlumat verildiyi halda, qütb ulduzuna görə üfüqün səmtinin

təyin olunması haqqında məlumat verilməyib.

Səhifə 163. 44-cü paraqrafın adı “Mülki müdafiənin xəbərdarlıq siqnalları”

kimi verilmiş, proqramda isə (səh.174) “Xəbərdarlıq siqnalları” yazılmışdır.

Səhifə 173. Proqramda bütün fəsillər rum rəqəmləri ilə göstərilsə də, dərsliklə

uyğun gəlmir.

Page 6: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

6

Səhifə 173. Proqramda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin

təşkilati quruluşu” mövzusunun tədrisi nəzərdə tutulsa da, dərslikdə öz əksini

tapmamışdır. Proqramda saat çatışmazlığı var.

Səhifə 175. Mündəricatda V fəsil “Silahlar və atıcılıq hazırlığı” yazılmışdır.

Proqramda isə V fəsil “Silahlar və atəş hazırlığı” kimi göstərilmişdir. Burada,

proqramla mündəricat bir-birini tamamlamır.

2. Dil və yazı üslubu baxımından

Dərslikdəki materiallar əsasən konkret, lakonik yazılmış, sadə və anlaşıqlıdır.

Burada, xeyli sayda termin, hərbi texnika və silahların adlarından istifadə edilmişdir.

Bəzi hallarda verilənlərin izahı çətinlik törədir. Ümumiyyətlə, hərbi texnikaların

taktiki-texniki göstəricilərinin rus dilindən Azərbaycan dilinə tərcümə edilməsi çox

vacib məsələdir. Buna görə də dərslikdə bir çox terminlərin dəyişdirilməsi

məqsədəuyğundur.

Dərsliyin dil və yazı üslubu ilə bağlı qüsurlar var. Bunlar aşağıdakılardır:

Səhifə 7. 7-ci sətirdə “Qarşı Əsassız” sözləri kiçik hərflə yazılmalıdır.

Yenə həmin səhifədə axırıncı abzasın 4-cü sətrində “meyarı” sözünün əvəzinə

“memarı” sözü yazılmalıdır.

Səhifə 11. 4-cü abzasda yazılıb: “Motoatıcı qoşunlar düşmənin havadakı və

yerdəki hədəflərini avtomat və pulemyotlardan, artilleriyadan, operativ-taktiki

və taktiki raketlərdən, tanklardan, piyadaların döyüş maşınlarından, zirehli

maşınlardan, zenit raketlərindən istifadə etməklə məhv etmək qabiliyyətinə

malikdir”. Bəzi ədəbiyyatda1 motoatıcı qoşunlar təyinatı belə verilir: “Motoatıcı

qoşunlar – quruda müstəqil və ya başqa qoşun növləri ilə birgə tam miqyaslı döyüş

əməliyyatlarının keçirilməsi qabiliyyətinə malikdir”.

Səhifə 11. Axırıncı abzasda “Tank hissələri” ifadəsinin əvəzinə “Tank hərbi

hissələri” ifadəsinin yazılması məqsədəuyğundur.

Səhifə 12. 2-ci abzasda “Artilleriya qoşunları operativ-taktiki və taktiki

məqsədli reaktiv artilleriya, minaatan və digər hərbi texnika ilə təchiz

olunmuşdur” cümləsinin “Artilleriya qoşunları operativ-taktiki və taktiki raket

1 - “Quru qoşunların ehtiyatda olan zabitlərinin hazırlanması”, Moskva Hərbi

nəşriyyatı-1989-cu il, V.F.Sotnikov; səh.10

- ru.wikipedia.org-da “Мотострелковые войска” məqaləsi

Page 7: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

7

kompleksləri, reaktiv yaylım atəşi sistemləri, özüyeriyən və daşınan artilleriya

sistemləri, tank əleyhinə idarəedilən raket kompleksləri ilə təchiz olunmuşdur” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 12. 3-cü abzasda “Müasir Hava Hücumundan müdafiə qoşunları

texniki cəhətdən mürəkkəb hərbi avadanlıqlarla təmin olunmuşdur” cümləsində

“avadanlıqlar” sözünün əvəzinə “texnikalarla” yazılması məqsədəuyğundur.

Səhifə 13. 1-ci abzasda “Hava Hücumundan müdafiə aviasiyasına” ifadəsini

“Hərbi hücumundan müdafiə qoşunlarına” ifadəsi ilə əvəzləmək daha düzgün olar.

Səhifə 14. 2-ci abzasda yazılıb: “Milli Qvardiya və Mülki Müdafiə qoşunları

Xüsusi qoşun formasıdır”. Burada, Xüsusi qoşunlar haqqında məlumat düzgün

göstərilib, lakin bu cümlələrin də əlavə edilməsi məqsədəuyğundur: “Xüsusi qoşunlar

- Silahlı Qüvvələrin döyüş və gündəlik fəaliyyətini təmin etməkdən ötrü xüsusi

tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Xüsusi qoşunlar SQ-nin hər

bir növündə vardır. Tərkibinə kəşfiyyat, radiotexnik, topoqrafik, radiasiya, kimyəvi və

bakterioloji müdafiə, rabitə, təmir, tibb və s. bölmələr daxidir”.

Səhifə 20. 2-ci abzasda “xüsusi böyük xidmətlərinə görə” ifadəsinin “xüsusilə

görkəmli xidmətlərinə görə” kimi yazılması məqsədəuyğundur2.

Səhifə 21. 2-ci abzasda “hərbi sənayenin” ifadəsinin “hərbi texnikanın” kimi

yazılması lazımdır3.

Yenə həmin səhifədə 3-cü abzasda “xidməti vəzifələrini” ifadəsinin “öz

xidmət vəzifələrini” kimi yazılması lazımdır4.

Səhifə 22. 5-ci sətirdə “dövlət sərhədinin” ifadəsinin əvvəlinə “Azərbaycan

Respublikası” ifadəsinin əlavə edilməsi lazımdır5.

Yenə həmin səhifədə 10-cu sətirdən sonra “Azərbaycan Respublikası dövlət

sərhədinin mühafizəsində qüsursuz xidmətə görə” cümləsi əlavə edilməlidir6.

Səhifə 25. Axırdan 2-ci abzasda “hazır vəziyyətdədir” ifadəsi “hazır vəziyyətdə

olmalıdır” kimi yazılmalıdır7.

2Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası.

“Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar”; səh.23 3“Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Statutu”, Azərbaycan

Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu 4Prezident Kitabxanası. “Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar”; səh.23 5Prezident Kitabxanası. “Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar” 6Prezident Kitabxanası. “Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar” 7Azərbaycan Respublikası İntizam Nizamnaməsi, maddə 2

Page 8: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

8

Səhifə 26. 5-ci abzasda “Sıra təlimi Nizamnaməsi” ifadəsi əvəzinə “Sıra

Nizamnaməsi” yazılmalıdır.

Səhifə 33. “Hərbi komissarlıq” ifadəsinin əvəzinə “səfərbərlik və hərbi

xidmətə çağırış şöbələri” sözləri yazılmalıdır.

Səhifə 35. 5-ci abzas 1-ci bənddə “vicdanla və dönmədən” ifadəsinin əvəzinə

“müqəddəscəsinə və sarsılmazcasına” ifadəsi yazılmalıdır8.

Yenə həmin səhifədə 5-ci abzas 2-ci bənddə “sayıq, namuslu və Azərbaycan

dövlətinin işinə və mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz

qüvvəsini, hətta həyatını belə əsirgəməmək” ifadəsinin “Azərbaycan dövlətinin

işinə və mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda

mübarizədə öz qüvvələrini, hətta həyatını belə əsirgəməmək” kimi yazılması

məqsədəuyğundur9.

Yenə həmin səhifədə 5-ci abzas 8-ci bənddə “hərbi sirri və dövlət sirrini

qorumaq” ifadəsi “hərbi sirri və dövlət sirrini ciddi saxlamaq” kimi yazılmalıdır10

.

Səhifə 36. 4-cü bəndin Azərbaycan Respublikasının Daxili Xidmət

Nizamnaməsinin 138-ci maddəsinə uyğun olaraq, “dövlət əmlakını qorumaq,

geyimini və ayaqqabısını ehtiyatla geyinmək, onları vaxtında və səliqə ilə təmir

etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq” yazılması lazımdır.

Səhifə 39. “Hərbi nişanlara aşağıdakılar daxildir: poqonlar, döş və qol

nişanları, baş geyimindəki nişanlar, poqon, kant və qaytanlar” cümləsinin “Hərbi

nişanlara aşağıdakılar daxildir: poqonlar, döş, qol və baş geyimindəki nişanlar,

kantlar və qaytanlar” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 3-cü abzasda yazılıb: “Azərbaycan Respublikası Silahlı

Qüvvələrində əsas fərqləndirmə nişanlarından biri baş geyimində olan 8 guşəli

ulduzdur”. Lakin “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların

hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və

“Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim

forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə Azərbaycan

Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli 514 saylı fərmanı ilə, maddə 62-

də göstərilib ki, “Əsgərlərin, matrosların və çavuşların kokardaları ucları yuxarı

istiqamətlənmiş və onların arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir”.

8Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 138 9Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 138 10Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 138

Page 9: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

9

Yenə həmin səhifədə 4-cü abzasda ilk cümlənin əvvəlində “Azərbaycan” sözü

yazılmalıdır.

Səhifə 41. 10-cu paraqrafın 1-ci abzasında “Tutduğu vəzifəsinə və hərbi

rütbəsinə görə bir hərbi qulluqçu başqasına görə və yaxud tabe edəndir”

cümləsinin “Tutduğu vəzifəsinə və hərbi rütbəsinə görə bir hərbi qulluqçu bir-birinə

münasibətdə və yaxud tabe olandır” kimi yazılması məqsədəuyğundur11

.

Yenə həmin səhifədə yeni paraqrafın 2-ci abzasında “Tabelikdə olanlar

rəislərə danışıqsız tabe olmalıdırlar” cümləsinin Daxili Xidmət Nizamnaməsinin 9-

cu maddəsinə uyğun olaraq, “Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa

borcludurlar” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə yeni paraqrafın 3-cü abzasında “rəislərdir” sözünün

əvəzinə “rəislər sayılır” ifadəsi yazılmalıdır.

Yenə həmin səhifədə yeni paraqrafın 4-cü abzasında “Tabeliyinə görə ən

yaxın rəis bilavasitə rəis adlanır” cümləsinin Daxili Xidmət Nizamnaməsinin 10-cu

maddəsinə uyğun olaraq, “Tabelikdə olana ən yaxın rəis bilavasitə rəis adlanır” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 42. 1-ci abzasın 1-5-ci bəndlərinə Azərbaycan Respublikası Daxili

Xidmət Nizamnaməsinin 11-ci maddəsinə uyğun düzəlişlərin verilməsi lazımdır.

Yenə həmin səhifədə 2-ci abzasda “Hərbi rütbəsi böyük olanlar rütbəcə

kiçik olanları məzəmmət etmək ixtiyarına malik olub, onlardan hərbi intizama,

ictimai qayda-qanuna, geyim formasının səliqəsinə, həmçinin davranış

qaydalarına riayət etmələrini tələb edə bilər” cümləsinin “Hərbi rütbəsi böyük

olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi

intizama, ictimai qayda-qanuna, geyim formasına, həmçinin davranış və salamlaşma

qaydalarına riayət etmələrini tələb etmək hüququna malikdir” kimi verilməsi

məqsədəuyğundur12

.

Yenə həmin səhifədə 3-cü abzasda “danışıqsız” sözünün əvəzinə “sözsüz”

yazılmalıdır.

Səhifə 45. Paraqrafın adı “Hərbi intizam, rəğbətləndirilmə və intizam

cəzaları” kimi verilmişdir. Azərbaycan Respublikası SQ-nin İntizam

Nizamnaməsində “rəğbətləndirilmə” sözü yerinə “həvəsləndirmə” yazılıb. Həmin

abzasda “Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası

11Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 9 12Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 12

Page 10: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

10

tərəfindən qəbul edilən hərbi nizamnamələrdəki qaydalara ciddi riayət etməsi

deməkdir” cümləsinin “Hərbi intizam-bütün hərbi qulluqçuların Azərbaycan

Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara

ciddi riayət etməsi deməkdir” kimi yazılması lazımdır13

.

Yenə həmin səhifədə 2-ci abzasda “xidməti” sözünün əvəzinə “hərbi”

yazılmalıdır.

Yenə həmin səhifədə “Azərbaycan Respublikasının Konstitusiyasına və

qanunlarına ciddi əməl etsin, hərbi andın, hərbi nizamnamələrin tələblərini,

komandirlərin (rəislərin) əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə

yetirsin” bəndinin “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına

ciddi riayət etsin, Hərbi Andın və hərbi Nizamnamələrin tələblərini dəqiq yerinə

yetirsin, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olsun” kimi

yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə

mətinliklə tab gətirsin, borcunu yerinə yetirərkən öz canını və hətta həyatını

belə əsirgəməsin” bəndinin “Hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə

mətinliklə tab gətirsin, hərbi borcunu yerinə yetirərkən öz qanını və hətta həyatını

belə əsirgəməsin” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “komandirlərə (rəislərə) tabe olmaqla bərabər,

intizam qaydalarına əməl etsin” bəndinin “komandirlərə (rəislərə) və böyüklərə

hörmət etsin, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etsin” kimi yazılması

məqsədəuyğundur.

Yenə həmin səhifədə “hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu

aparsın, özü və başqaları tərəfindən ictimai asayiş qaydalarının pozulmasına yol

verməsin, vətəndaşların şərəf və ləyaqətlərinin qorunmasına hərtərəfli səy

göstərsin” bəndinin “hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparsın,

ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməsin, vətəndaşların

şərəf və ləyaqətlərinin qorunmasına hərtərəfli səy göstərsin” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 46. Axırıncı abzasda “Döyüş Bayrağı” ifadəsinin əvvəlinə “açılmış”

sözünün əlavə edilməsi məqsədəuyğundur14

.

13Azərbaycan Respublikası İntizam Nizamnaməsi, maddə 1 14Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi, maddə 22

Page 11: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

11

Səhifə 47. 4-cü abzasda “hərbi rütbəni bir pillə aşağı salmaq, hərbi rütbəni

bir pillə aşağı salmaqla, eyni zamanda aşağı vəzifəyə keçirmək, çavuş hərbi

rütbəsindən məhrum etməklə, eyni zamanda aşağı vəzifəyə keçirmək” ifadəsinin

“hərbi rütbəsini bir pillə aşağı salma, hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı,

aşağı vəzifəyə keçirmə, çavuş hərbi rütbəsindən məhrum etməklə yanaşı aşağı

vəzifəyə keçirmə” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə axırıncı abzasda “öz vəzifəsinə tam uyğun olmaması

barədə xəbərdarlıq etmək, aşağı vəzifəyə keçirmək, hərbi rütbəsini bir pillə

aşağı salmaq” ifadəsinin “öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq,

aşağı vəzifəyə keçirmə, hərbi rütbəsini bir pillə aşağı salma” kimi yazılması

məqsədəuyğundur15

.

Səhifə 48. 2-ci abzasda “əlaçı döş nişanından məhrum etmə, aşağı vəzifəyə

keçirmək, çavuş hərbi rütbələrini bir pillə aşağı salmaq, çavuş hərbi rütbəsindən

məhrum etmək” ifadəsinin “əlaçı döş nişanından məhrumetmə, aşağı vəzifəyə

keçirmə, çavuş hərbi rütbələrini bir pillə aşağı salma, çavuş hərbi rütbəsindən

məhrum etmək” kimi yazılması məqsədəuyğundur.

Səhifə 50. Axırıncı abzasda “Sıxlaşmış sıralarda hərbi qulluqçular bir-

birinin yanında dirsəkləri arasında bir ovuc eni qədər intervalda düzülürlər”

cümləsinin “Sıxlaşmış sıralarda hərbi qulluqçular ön boyu bir-birinin yanında

dirsəkləri arasında bir ovuc eni qədər intervalda düzülürlər” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 51. “Qumbaratan” sözünün “qumbaratan atıcı” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 55. 4-cü abzasdakı cümlənin “Barmaqlar yarıbükülmüş vəziyyətdə,

ovucun içi yerə baxaraq qollar şalvarın yan tikişinə paralel olmaqla irəli çiyin

səviyyəsinə qədər və geriyə arxaya qədər yellənir” kimi yazılması

məqsədəuyğundur16

.

Yenə həmin səhifədə 5-ci abzasda “qolları” sözünün“qollarla” kimi yazılması

məqsədəuyğundur.

Yenə həminn səhifədə 9-cu abzasda “icra komandasında hərəkəti sol ayaqla

basmalı, qollarla hərəkətin taktı ilə irəliyə və geriyə sərbəst hərəkət etməli”

ifadəsinin Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsinin 35-ci maddəsinə

15Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi, maddə 49 16Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsi, maddə 33

Page 12: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

12

uyğun olaraq, “icra komandasında hərəkəti sol ayaqla basmalı, qollarla hərəkətin

taktı ilə bədən ətrafında irəliyə və geriyə sərbəst hərəkət etməli” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 56. Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsinin 38-ci

maddəsinə uyğun olaraq, “SEYRƏK” sözünün “SEY-RƏK” kimi yazılması daha

düzgün olar.

Səhifə 57. 1-ci abzasda “Yerində dönmə bu cür komandalar ilə yerinə

yetirilir. “Sağa”, “Sola-Dön”, “Geriyə-Marş”. İcra komandası ilə sağa dönmək

üçün sağ ayağı yerə qoymaq, sol ayaqla addım atmaq və sol ayağın pəncəsi üstə

dönmək lazımdır. Eyni zamanda dönərək sağ ayağı qabağa atmaq və yerişi yeni

istiqamətdə davam etdirmək lazımdır” cümlələrinin Azərbaycan Respublikası

SQ-nin Sıra Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq, “Yerişdə dönmə bu cür

komandalar ilə yerinə yetirilir. “Sağa-Dön”, “Sola-Dön”, “Geriyə-Marş”. İcra

komandası ilə sağayağın yerə qoyulması ilə eyni vaxtda verilir. Bu komanda ilə sol

ayaqla bir addım atıb, sol ayağın pəncəsi üstündə dönməklə eyni vaxtda sağ ayağı

irəli cıxarıb, yeni istiqamətdə yeriməli” kimi yazılması doğrudur.

Həmin abzasda “Sola dönmək üçün icra komandası verildikdə sol ayağı

yerə qoymaq, sağ ayaq ilə irəliyə addım atmaq və sağ ayağın pəncəsi üstə

dönmək lazımdır, eyni zamanda dönərək sol ayağı atmaq və eyni istiqamətdə

yerişi davam etdirmək lazımdır” cümləsinin Azərbaycan Respublikası SQ-nin Sıra

Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq, “Sola dönmək üçün icra komandası

sol ayağın yerə qoyulması ilə eyni vaxtda verilir. Bu komanda ilə sağ ayaqla bir

addım atıb, sağ ayağın pəncəsi üstündə dönməklə eyni vaxtda sol ayağı qabağa

çıxarıb, yeni istiqamətdə yeriməli” kimi yazılması doğrudur.

Yenə həmin səhifədə 2-ci abzasda “Geriyə-Marş” – “icra komandası

verildikdə sağ ayağı yerə qoymaq, sol ayaq ilə bir addım atmaq (bir hesabı ilə),

sağ ayağı yarım addım irəli, bir qədər sola və iki ayağın pəncəsi üstə kəskin

surətdə sol qol tərəfə çevirmək (2 hesabla), yeni istiqamətdə sol ayağı ilə yerişi

davam etdirmək (2 hesabla) lazımdır. Dönüş zamanı qol ilə hərəkət addımın

taktına uyğun edilir” cümlələrinin Azərbaycan Respublikası SQ-nin Sıra

Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq, “Geriyə dönmək üçün icra

komandası sağ ayağın yerə qoyulması ilə eyni vaxtında verilir. Bu komanda ilə bir

sayı ilə sol ayaqla bir addım da atıb iki sayı ilə sağ ayağı yarım addım qabağa və bir

qədər sola çıxarmalı və hər iki pəncə üstündə qolları yana sıxaraq sol tərəfə cəld

Page 13: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

13

dönüb, üç sayı ilə sol ayaqla yerişi yeni istiqamətdə davam etdirməli. Dönmələr vaxtı

qolları addımın taktı ilə hərəkət etdirməli” kimi yazılması doğrudur.

Səhifə 59. 3-cü abzasda “Hərbi qulluqçu qarşıdakı cərgədən çıxırsa, o”

cümləsinin Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsinin 78-ci maddəsinə

uyğun olaraq, “Hərbi qulluqçu ikinci cərgədən çıxırsa, o” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 61. 1-ci abzasdan sonra Azərbaycan Respublikası SQ-nin Sıra

Nizamnaməsinin 79-cu maddəsi yazılmalıdır.

Səhifə 74. 1-ci abzasda “Motoatıcı manqanın yürüş və döyüş nizamı”

mövzusunda “Müdafiə olunan manqa 100 m-dək enində mövqe tutur”

cümləsindən sonra “Müdafiə olunan manqa 100 m-dək enində mövqe tutur. Manqa

müdafiədə əsgərlər arası 12-14 m (15-20 addım) məsafədə döyüş düzülüşündə

yerləşirlər” cümlələrinin əlavə edilməsi lazımdır17

.

Səhifə 82. 1-ci abzasda “Qısa qaçışlar zamanı nəfəsi dərmək üçün dayanma

yerləri arasında məsafə ərazidən və düşmənin atəşindən asılı olur və 20 m-dən

40 m-dək ola bilir” cümləsinin Azərbaycan Respublikası Sıra Nizamnaməsinin 86-cı

maddəsinə uyğun olaraq, “sıçramaların uzunluğu təqribən 20-40 addım olmalıdır”

kimi yazılması məqsədəuyğundur.

Səhifə 94. 28-ci paraqrafın1-ci abzasındakı “Kalaşnikov avtomatı avtomat

atıcı silahlarının əsas növlərindən biridir” cümləsindən “avtomat” sözü

çıxarılmalıdır.

Yenə həmin səhifədə 2-ci abzasda “Dünyada ilk avtomat silah-müasir

avtomatın ilkin nümunəsi olan tapança-avtomat rus silah ustası Y.Q.Fyodorov

tərəfindən yaradılmışdır” cümləsinin “1913-1916-cı illərdə 6,5 mm-lik müasir rus

və sovet avtomat tüfəngi, rus silah ustası Vladimir Qriqoryeviç Fyodorov tərəfindən

hazırlanmışdır” kimi yazılması məqsədəuyğundur18

.

Səhifə 96. 1-ci abzasda yazılıb: “Lülə güllənin uçuşunu istiqamətləndirmək

üçündür. Yivlər gülləyə fırlanma hərəkəti vermək üçündür”. Doğrudur, lakin

“lülə eyni zamanda güllənin uçması üçün başlanğıc sürət də verməlidir” cümləsi

yazılmayıb.

Səhifə 99. 7-8-ci abzaslardakı materiallar şagird səviyyəsinə uyğun deyil. 17Quru Qoşunların Ümumqoşun Taktikası-1998-ci il, Moskva, Hərbi nəşriyyat və

Hərbi Bilik 4-5/1993-cü il

Həmçinin: www.zakon-grif.ru 18А.Б.Жук “Стрелковое оружие”–1992, (səh.535)

Page 14: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

14

Səhifə 100-101. 1-ci abzasda yazılan materiallar şagird səviyyəsinə uyğun deyil.

Səhifə 101. 2-ci abzasda “Çevirgəc-silahı avtomat və ya tək-tək atəş açılan

vəziyyətlərə keçirmək və avtomatı qoruyucuya qoymaq üçündür” cümləsində

“çevirgəç” yerinə “Keçirici” yazılsa, doğru olar.

Səhifə 174. VI fəsildə “Mindəbir düsturunun təsdiq olunması-1saat”

verilmişdir. Burada “təsdiq”əvəzinə “tətbiq” yazılmalıdır.

3. Dizayn və bədii tərtibat baxımından

Dərslik komplektində tədris vahidlərinin izahında çoxlu sayda şəkillərdən,

sxemlərdən istifadə olunması təqdirəlayiqdir. Bu halda materialların şagirdlər

tərəfindən aydın şəkildə başa düşülməsi asanlaşır.

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 12. Şəkil 8-də verilmiş adsız və modifikasiyasız qırıcı təyyarə təsvirinin

əvəzinə Hərbi Hava Qüvvələrimizin arsenalında olan MİQ-29 (SU-24, SU-25, JF-17,

L-39, və ya MİQ-25) təyyarəsinin təsvir edilməsi məqsədəuyğun olar.

Eyni zamanda, şəkil 9-da adsız və modifikasiyasız hərbi vertolyot təsvir

edilmişdir. Onun əvəzinə Hərbi Hava Qüvvələrimizin arsenalında olan Mİ-24

“Super-Hind”(Mİ-8, Mi-17, Mi-35, Ka-32) hərbi vertolyotun təsvir edilməsi

məqsədəuyğundur.

Yenə həmin səhifədə Artilleriya qoşunları haqqında məlumat verilməklə

yanaşı, onların arsenalında olan müasir artilleriya 300 mm-lik “SMERÇ” tipli RYAS

(122 mm-lik DM-21 “Qrad”, 152mm-lik DM “URAQAN”) sistemlərinin təsvirlərinin

verilməsi lazımdır.

Yenə həmin səhifədə Zenit Raket Qoşunların arsenalında olan S-300 “Favorit”

tipli ZRK-nin (57 mm-lik zenit topu, 23 mm-lik zenit qurğusu) və Radiotexnika

qoşunların arsenalında olan müasir radiolokasiya stansiyaların təsvirinin verilməsi

lazımdır.

Səhifə 15. Şəkil 11-də Azərbaycan Respublikası Quru qoşunlarının döyüş

bayrağı göstərilməyib.

Səhifə 21. Şəkil 17 və şəkil 18-də medallar (“Hərbi xidmətlərə görə” və

“Sərhəddə fərqlənməyə görə” medalı) düzgün göstərilməyib.

Səhifə 50. Şəkil 28-də hərbi qulluqçuların bir cərgə və iki cərgə düzülüş

qaydaları göstərilib. Şəkildə verilmiş “yönəldici və tamamlayıcı” sözləri

Page 15: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

15

Azərbaycan Respublikası Sıra Nizamnaməsinin 15-ci maddəsinə uyğun olaraq,

“istiqamətləndirici və axırıncı” kimi yazılmalıdır.

Səhifə 51-52. Şəkil 30 (“Azad” vəziyyəti) və şəkil 31-i (“Mərasim azad”

vəziyyəti) səhifə 53-də yerləşdirmək məqsədəuyğundur.

Səhifə 53-55. “Sıra addımı” haqqında məlumat səhifə 54-də verildiyi halda,

onu təsvir edən şəkil 32 səhifə 53-də verilmişdir. “Səfər addımı” haqqında məlumat

səhifə 54-də verilməsinə baxmayaraq, onu təsvir edən şəkil 34 səhifə 57-də

göstərilmişdir.

Səhifə 57. “Yerində dönmələr” mövzusu verilməsinə baxmayaraq, mövzuya

uyğun olan şəkil 33 səhifə 54-də göstərilmişdir.

Səhifə 69. Şəkil 40-da “Piyadanın döyüş maşını PDM-2”-nin təsviri düzgün,

döyüş xassələri isə səhv verilmişdir. PDM-2 nin döyüş xassələri belə verilməlidir:

“PDM-2 kütləsi-14 ton, şosse yolda-65km/saat, torpaqda 40-50 km/saat, üzərək-7

km/saat”19

. Və yaxud da məlumatlar qalsın, şəkildə PDM-3 verilsin.

Səhifə 70. Şəkil 4-də Hərbi zirehli maşın ZTR-90 “Berejok”-un təsviri

düzgün, döyüş xassələri haqqında məlumat səhv (kütləsi-21 ton, üzərək-9 km/saat, 30

mm-lik avtomatik top və 30 mm-lik qumbaraatan AQS-17 , 7.62 mm-lik

cütləşdirilmiş pulemyot PKT, TƏİR kompleksi “Konkurs”) verilmişdir. ZTR-90

“Berejok”un üzərində 30 mm avtomatik top 2A42, 7.62 mm-lik PKTM, 30 mm-lik

avtomatik qumbaraatan AQS-30, 152 mm-lik TƏİR qurğusu “Kornet” təsvir

olunmuşdur20

.

Səhifə 70. Cədvəl 2-də bəzi məlumatlar yanlış verilmişdir:

Maşının tipi ZT

R-70

Z

TR-80

ZT

R-80K

ZT

R-80A

ZT

R-80C

Z

TR-90

1. Təkər formulu

2. Döyüş kütləsi, kq

3. Klirens, mm

8x8

12000

475

8x8

13600

475

8x8

13600

475

8x8

14550

475

8x8

14400

475

8x8

20920

510

Zirehləmə, mm

- Korpusun önü

- Qüllənin önü

8-10

6

-

-

-

-

-

-

-

-

-

-

Maksimal sürət,km/saat

- Şosse ilə

80

80-90

90

80-90

80

100

19

ru.wikipediya.org 20

www.topwar.ru

Page 16: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

16

- Üzməklə 9-10 9,5 9,5 10 10 9

Şosse ilə yeriş

ehdiyatı,km

400-600 600 600 600-800 600 900

Yanacaq ehtiyatı,litr 290+120 300 300 - - -

Ekipaj(desant),nəfər 3(7) 2(8) 3(3) 2(8) 2(8) 2(10)

Zirehli transportyorların döyüş xassələrinin aşağıdakı qaydada verilməsi daha dəqiq

olar21

:

Maşının tipi ZTR-

70

ZTR-80 ZTR-

80K

ZTR-

80A

ZTR-

80C

ZTR-90

Бережок

1. Təkər formulu

2. Döyüş kütləsi, kq

3. Klirens, mm

8x8

11500

475

8x8

13600

475

8x8

13600

475

8x8

14550

475

8x8

14400

475

8x8

22000

525

Zirehləmə, mm

- Korpusun önü

- Qüllənin önü

8-10

6

10

7

10

7

10

7

10

7

10

7

Maksimal

sürət,km/saat

- Şosse ilə

- Üzməklə

80

9-10

80-90

10

90

9,5

80

9

90

10

100

12

Şosse ilə yeriş

ehtiyatı,km

600 600 600 600 800 800

Yanacaq

ehtiyatı,litr

290+

120

300+12

0

300+12

0

300+12

0

300+12

0

300+120

Ekipaj(desant),nəfər 2(8) 3(7) 3(3) 3(7) 2(8) 3(7)

Səhifə 71. Şəkil 42-də “85 mm top D-44 artilleriya silahı”nın təsviri düzgün,

döyüş xassəsi isə səhv verilib. Şəkildəki top “85 mm-lik divizion topu D-44” adlanır

və Qəlpəli-Fuqas mərminin çəkisi-9,54 kq-dır.

Səhifə 97. Cədvəl 3-də “Kalaşnikov avtomatının döyüş xassələrində bəzi

məlumatlar dəqiq deyil:

21

ru.wikipediya.org

Page 17: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

17

Bu cədvəlin verilməsi daha dəqiq olardı22

:

Göstəricilər Ölçü

vahidləri

Silahın növü

“MKA” “AK-74”

Lülənin çapı mm 7,62 5,45

Təsirli atəş məsafəsi m 400-dək 650

Atəşin nişangah məsafəsi m 1000 1000

Düz atəş məsafəsi:

- Sinə fiquruna

- Hərəkət edən fiqura

m

350

525

440

625

Toplama atəş məsafəsi: m

22ru.wikipediya.org

Göstəricilər Ölçü

vahidləri

Silahın növü

“MKA” “AK-74”

Lülənin çapı mm 7,62 5,45

Təsirli atəş məsafəsi m 400-dək 400

Atəşin nişangah məsafəsi m 1000 1000

Düz atəş məsafəsi:

- Sinə fiquruna

- Hərəkət edən fiqura

m

350

525

350

525

Toplama atəş məsafəsi:

- yerüstü hədəflərə

- təyyarələrə və paraşütçülərə

m

800-dək

500-dək

800

500

Atəşin sürəti atəş/dəq təx.600 600

Döyüş atəşinin tezliyi:

- növbələrlə atəş zamanı

- tək-tək atəş zamanı

atəş/dəq

100-dək

40-dək

100

40

Dolu daraqla birlikdə çəkisi kq 3,6 3,3

Süngü bıçağın çəkisi qr 450 450

Darağın tutumu patron 30 30

Güllənin ən uzaq uçuş məsafəsi m 3000 3000

Güllənin zədələyici təsir məsafəsi m 1500 1500

Güllənin başlanğıc sürəti m 715 900

Page 18: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

18

- yerüstü hədəflərə

- təyyarələrə və paraşütçülərə

800-dək

500-dək

800

500

Atəşin sürəti atəş/dəq təx.600 600

Döyüş atəşinin tezliyi:

- növbələrlə atəş zamanı

- tək-tək atəş zamanı

atəş/dəq

100-dək

40-dək

100

40

Dolu( boş) daraqla birlikdə çəkisi kq 3,6 3,6 (3,3)

Süngü bıçağın çəkisi qr 450 450

Darağın tutumu patron 30 30

Güllənin ən uzaq uçuş məsafəsi m 3000 3150

Güllənin zədələyici təsir məsafəsi m 1500 1350

Güllənin başlanğıc sürəti m/san 715 900

Səhifə 106. Şəkil 72-də “Döyüş patronu” təsvir edilib və hissələrə ayrılıb

(1-güllə; 2-barıt atımı; 3-giliz; 4-kapsul (piston). Amma şəkildə göstərilmiş rəqəmlər

verilmiş hissələrlə üst-üstə düşmür (şəkildə 2-giliz; 3-barıt atımı kimi göstərilib).

Səhifə 107. Şəkil 73-də “Güllə” təsvir edilməsinə baxmayaraq, zirehdələn

yandırıcı güllənin adı yazılmış, lakin nümunəsi göstərilməmişdir.

Səhifə 134. Şəkil 90 “Yerli əşyaların əlamətlərinə görə üfüqün səmtinin

təyini” təsvir edilib. Məlumatda verilir: “Xaçpərəst (provaslav və protestant)

kilsələri həmişə üzü şərqə, arxası isə qərbə tərəf tikilir. Zəngləri qərb tərəfdə

yerləşdirilir. Kilsənin damında yerləşdirilən xaç dayağının üzərindəki xaç,

cənub-şimal istiqamətində yerləşdirilir”. Məlumat doğrudur, lakin şəkildə xaç

kilsə əvəzinə məscid göstərilib. O zaman verilmiş məlumat doğru deyil.

Səhifə 172. Tablo 5-də “7,62 mm-lik patron”ların növləri təsvir edilmişdir.

Adi patron; İzburaxan patron (ucluğu yaşıl); Zirehdələn yandırıcı patron (ucluğu

qırmızı”. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Atıcı silahların təşkili,

qorunması və saxlanması (Bakı-1995, Hərbi nəşriyyat)” təlimatında “Yandırıcı

patron Qırmızı ucluqlu və Zirehdeşən patronun isə ucluqlu Qara rənglə təsvir edilir.

Zirehdeşən-yandırıcı patron güllənin ucluğu qara rənglə və qırmızı kəmərciklə”

təsvir edilmişdir.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu

Page 19: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

19

Dərslikdə hər mövzu üzrə sual və tapşırıqlar verilmişdir. Bunların içərisindəhəm

faktoloji biliklərə əsaslanan, həm də öyrənilənlərin tətbiqini tələb edən tapşırıqlar var.

Bəzi mövzularda ev tapşırıqları da nəzərdə tutulmuşdur.

Bununla yanaşı, müəyyən qüsurlar da var ki, bunlar aşağıdakılardır:

Səhifə 15. Paraqrafın sonunda “Respublikamızda hərbi kadrlar hazırlayan

məktəbləri sadalayın” tapşırığı verilsə də, dərslikdə Azərbaycan Respublikasının

Hərbi məktəbləri haqqında heç bir məlumat verilməmişdir.

Səhifə 32. 1-4-cü suallar “Hərbi hissənin Döyüş Bayrağı” mövzusuna (5-ci

paraqraf) aiddir.

Səhifə 36. 2-ci sualda “Əsgərin xüsusi vəzifələri haqqında danışın” (8-ci

paraqraf) tapşırığı verilmiş, lakin dərslikdə “Əsgərin xüsusi vəzifələri” haqqında

məlumat verilməmişdir.

Səhifə 41. “Hərbi qulluçu üçün hansı gün hərbi xidmətin sonu sayılır”

sualının mövzuya (9-cu paraqrafa) aidiyyəti yoxdur. Bu sualı 8-ci paraqrafın sonunda

vermək olar.

Səhifə 44. “Hərbi qulluqçuların davranış mədəniyyəti haqqında danışın”

sualının mövzuya (11-ci paraqrafa) aidiyyəti yoxdur.

Səhifə 56. 1-3-cü suallar “Yerində dönmələr. Yeriş” paraqrafına aid deyil. Bu

sualların səhifə 53-də verilməsi məqsədəuyğundur.

Səhifə 74. 3-cü sualda “Toplama atəşi nə deməkdir?” sualı verilmiş, lakin

paraqrafda toplama atəşindən bəhs edilməmişdir.

Səhifə 128. 4-5-ci sualların 36-cı paraqrafın sonunda (səh.130) yerləşdirilməsi

məqsədəuyğundur.

Səhifə 171. “Mülki müdafiə sahəsində vətəndaşların nə kimi vəzifələri var”

sualı ilə bağlı paraqrafda heç bir məlumata rast gəlinmir.

Nəticə

Dərslik gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müasir

texnika və silahlara yiyələnməsi haqqında məlumatları əsasən təmin edir. Dərsliyin

dili sadə və anlaşılandır. Buradakı materialların izahında çoxlu sayda şəkillərdən,

sxemlərdən istifadə olunması şagirdlərin mövzuları mənimsəmə prosesini

asanlaşdırır. Mövzuların sonunda verilmiş sual və tapşırıqlar isə öyrənilənlərin

möhkəmləndirilməsi və tətbiq edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Page 20: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/10 PDF... · 2016-02-01 · 4 Nizamnaməsi 27 may 1992-ci ildə, 144 saylı qanun ilə təsdiq edilib” (Bakı,

20

Bununla yanaşı, proqramda bəzi mövzular və onlara aid saatlar olmasına

baxmayaraq, onlar dərslikdə öz əksini tapmamışdır.

Dərsliyin daha mükəmməl və milli üslubda hazırlanması üçün yeni və müasir

silah, texnika, hərbi avadanlıqlar, Azərbaycan Respublikası Müdafiə Sənayesi

Nazirliyinin istehsal etdiyi milli atıcı silahlar, zirehli maşınlar, artilleriya sistemləri

haqqında məlumat vermək də yaxşı olar.