dünyada məişət texnikasının istehsalı haqqında.pdf

26
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ Dünyada məişət texnikasının istehsalı haqqında ARAYIŞ Hazırladı: Sənaye şöbəsinin Emal sənayesi sektorunun böyük məsləhətçisi Hikmət Məhərrəmov BAKI 2015

Upload: vokhuong

Post on 03-Jan-2017

272 views

Category:

Documents


1 download

TRANSCRIPT

Page 1: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

AZƏRBAYCAN RESPUBLİKASI

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ

Dünyada məişət texnikasının istehsalı haqqında

ARAYIŞ

Hazırladı:

Sənaye şöbəsinin Emal sənayesi sektorunun

böyük məsləhətçisi Hikmət Məhərrəmov

BAKI – 2015

Page 2: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

2

Mündəricat:

1. Məişət texnikasının tarixi inkişafı

1.1. Məişət texnikasının növləri

1.2. Məişət texnikasının icad olunmasının və ilk kütləvi istehsalının coğrafiyası

1.3. Məişət texnikasının çeşidinin və texniki imkanlarının inkişafı

1.4. Tədricən qızdırıcı, kondisiyalaşdırma, işıqlandırma, təhlükəsizlik, idarəetmə

sistemlərinin, müxtəlif ötürücülərin (в основном електроприводы) məişət texnikasına

aid edilməsi

1.5. “Ağıllı” ev

2. Məişət texnikasının istehsalının coğrafiyası

2.1. Məişət texnikasının iri istehsalçıları

2.2. MDB ölkələrində məişət texnikasının istehsalı

2.3. Məişət texnikasının dünyada istehsalının bölgüsü və fraqmentasiyası

Page 3: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

3

1. Məişət texnikasının tarixi inkişafı

1.1. Məişət texnikasının növləri

Məişət texnikası – ev şəraitində istifadə üçün nəzərdə tutulmuş texnika. Əsas

hissəsini ev işlərini avtomatlaşdıran və yaşayış şəraitini yaxşılaşdıran qurğular təşkil

edir.1

Müxtəlif təsnifatları olan məişət texnikasını əsasən iri və xırda ölçülü, havanı

kondisiyalaşdıran və elektron texnikası qruplarına ayırırlar. Bir qədər detallı təsnifat

aşağıdakı cədvəldə verilmişdir:2

Cədvəl 1: Məişət texnikasının təsnifatı

Ölçüsünə

görə

iri soyuducu, paltaryuyan, qabyuyan

xırda ütü, blender, qəhvəbişirən

Təyinatına

görə

mətbəx

texnikası

mexaniki emal üçün ətçəkən, şirəçəkən

termik emal üçün sobalar, müxtəlif bişirmə qurğuları

içki hazırlamaq üçün şirəçəkən, qəhvəbişirən

saxlama

üçün

soyuducu, dondurucu

qulluq

üçün

əşyalara qulluq üçün ütü, tikiş maşını, paltaryuyan

evə qulluq üçün tozsoran

insana quluq üçün fen, massaj edənlər

mikroiqlimi

saxlayan

kondisioner, ventilyator, qızdırıcı,

ionizator

əyləncə, yayım və

rabitə üçün

televizor, radio, video və səs yazılarını

əks etdirən qurğular

Enerji

növünə

görə

elektrik əksər cihazlar

digər həyəti yarpaqlardan təmizləmək üçün

daxili yanma mühərrikli fen

İdarəetmə

üsuluna

görə

operator tərəfindən ətçəkən, ütü

avtomatlaşdırılmış paltaryuyan, qabyuyan

robotlar tozsoran

1 БСЭ, статья «Техника»

2 Википедия, статья «Бытовая техника»

Page 4: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

4

Qeyd etmək lazımdır ki, yuxarıdakı və digər müxtəsər təsnifatlar məişət

texnikasını tam əhatə etmir, buna səbəb kimi bir tərəfdən cihaz və qurğuların çeşidinin,

gördükləri işlərin siyahısının geniş olduğunu, digər tərəfdən, bir cihazın özündə bir neçə

tamam ayrı sahələrə aid olan cihazların funksiyalarını birləşdirməsini (mətbəx

kombaynı, radio və/və ya televiziya qəbul edicisi olan soyuducu, soba) və “məişət

texnikası” anlayışının çox geniş olduğunu göstərmək olar.

Məişət texnikasının böyük əksəriyyəti elektrik enerjisi ilə işləyir, az bir qisminin

elektromexaniki, mexaniki, daxili yanma mühərrikli intiqal vasitəsi ilə işə salınır.

Məişət texnikasının siyahısı:3

Soyuducu (buz dolabı);

Kondisioner;

Toz soran (əl, mərkəzləşdirilmiş və robot);

Bişirmə sobası (qaz, elektrik, “panel”, “dolab”);

Paltaryuyan maşın;

Paltarqurudan;

Qabyuyan;

Paltartikən maşın;

Aspirator;

Qızdırıcı (elektrik, qaz, “su qızdıran”, “istilik verən” və “Kombi”);

Qalıqları xırdalayan (mətbəx);

Elektrik çaydan, qəhvəbişirən və samovarlar;

Ətçəkən, şirəçəkən, mikser, blender, mətbəx kombaynı;

Çörəkbişirən, vaflibişirən, multibişirən, toster, dondurma və yoğurt

hazırlayan;

Fen;

Ventilyator;

Ütü;

Sair texnika

3 Wiki, article “List of home appliances”

Page 5: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

5

1.2. Məişət texnikasının icadı və ilk kütləvi istehsalının coğrafiyası

Soba məişət texnikasının elə bir növüdür ki, qədimdən insanların məişətində

məlum olub, insanların istifadə etdiyi ilk “cihaz” olub. Artıq XVII ( Lynn, Mass., 1642)4

əsrin ortalarından əvvəl soba ayrıca (divara qurulmamış şəkildə) qurğuya çevrilmişdir.

Digər mühüm dəyişiklik sobaların təyinatlarına görə yemək bişirmə və isitmə

cihazlarına ayrılması olmuşdur. Tədricən sobada istifadə olunan yanacaq növləri

dəyişib, genişlənib. 1826-cı ildə ingiltərəli mühəndis, James Sharp, qaz sobasını5 icad

edib. Marağlıdır ki, eyni adlı amerikalıya, Nyu York sakininə, 1888-ci ildə ABŞ patenti

verilib.6 Hazırda qaz və elektrik sobaları ən geniş yayılmış soba növləridir və getdikcə

elektrik sobaları digərlərini əvəz etməkdədir.

Paltaryuyan maşın-ın ilk rəsmləri XVI–cı əsrdə yaşamış Strada, Jacobus de adlı

italiyalı ixtiraçının kitabında verilmişdir7. Paltarı şaquli müstəvidə rəqs edən şüvüllarla

çevirərək və əzərək yuyan, su dəyirmanı ilə hərəkətə gətirilən maşının təsvirindən onun

sənaye sahəsində istifadə olunduğu haqda qənaətə gəlmək olar. İngiltərədə XVIII-ci

əsrin ilk yarısında paltarı fırlanan çarpazla və oxşar işçi orqanla taxta çəlləyin içində

qarışdıraraq yuyan (aktivator tipli), insan gücü ilə işə salınan qurğu geniş yayılmışdır.8

1782-ci ildə Britaniyada, Londonda Henri Sidjiyer (Henry Sidgier) baraban tipli, insan

gücü ilə işə salınan maşın icad edir9. 1906-cı ildə ABŞ-nın Nyu York ştatında L.P. Uilsi

(Willsea) aktivator tipli, elektrik mühərriki ilə təçhiz olunmuş paltaryuyan maşına

patent alır.10

1907-ci ilin ərəfəsində ABŞ-nın İlinoys ştatından olan A.J. Fişer (Fisher)

baraban tipli, elektrik mühərriki ilə təçhiz olunmuş sonradan ”Thor” adı ilə tanınan

avtomatik paltaryuyan maşın düzəldir.11

4 Encyclopaedia Britannica, article “Stove”

5 “Encyclopedia of Kitchen History”, p. 428, “The National CV of Britain: A non-PC history of Britain” 2012,

“Robertson’s Book of Firsts: Who Did What for the First Time” 2012

6 US patent № 380,355, “Dining with the Georgians: A Delicious History” 2014, p. 7 http://www.oldandinteresting.com/history-washing-machines.aspx, http://www.oldandinteresting.com/washing-machine-notes.aspx,

https://commons.wikimedia.org/wiki/Category:Kunstliche_Abri%C3%9F,_allerhand_Wasser-_Wind-_Ro%C3%9F-

_und_Handt_M%C3%BChlen#/media/File:Fotothek_df_tg_0003963_M%C3%BChle_%5E_Wasserm%C3%BChle.jpg 8 “Gentleman’s magazine”, 16

th of January 1752, p. 32

9 http://eltamiz.com/2010/06/02/inventos-ingeniosos-la-lavadora/, “Save Women Lives: History of Washing

Machines” 2003, p. 15 10

US patent № 870,655 11

Wiki, article “Thor washing machine”

Page 6: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

6

Soyuducu (refrigerator) sözünün və ilk soyudan qurğunun müəllifi ABŞ-nın

Texas ştatından Tomas Mur (Thomas Moore) adlı ixtiraçıdır. 1800-cü ildə hazırlanan

qurğu heyvan dərisi ilə ətraf mühitdən izolyasiya olunan buz dolu taxta çəlləkdən və

çəlləyin içinə yerləşdirilən tənəkə qabdan ibarət idi. XIX-cu əsrin əvvəllərində şkaf

şəklində olan içərisinə yerləşdirilən buz parçasının əriməsi nəticəsində soyudan

soyuducular geniş yayılmışdır. Bu soyuducularda istifadə olunan buz qışda göl və

çayların üzündən yığılır və xüsusi anbarlarda saxlanılırdı. Buza tələb artdığından süni

buz alma qurğuların tikintisinə ehtiyac yaranmışdır. Bu qurğularda müxtəlif

texnologiyalardan istifadə edilirdi. Bununla yanaşı uzun müddət məişət soyuducuları və

soyutma texnologiyarı dəyişmədi, yalnız soyuduculardakı təbii buz süni buzla

əvəzləndi. Nəhayət, 1913-cü ildə ABŞ-nin İlinoys ştatının Çikaqo şəhərindən olan Fred

Vulf müasir soyuducularla quruluşça eyni olan, kompressoru xaricində yerləşən,

oduncaqdan düzəldilən cihazı ictimaiyyətə təqdim etmişdir. İlk qurğuların qiyməti 700

ABŞ dollar (hazırkı kursla 15 073 ABŞ doları) təşkil edib və iki minik avtomobilin

qiymətinə bərabər olub.

Tikiş maşını haqda ilkin məlumatlar XIV əsrə aiddir, daha çox rəvayətə bənzər

məlumat gəmi yelkənəlrinin tikilməsi üçün iri qurğunun mövcud olduğundan bəhs edir.

1790-cı ildə ingiltərəli Tomas Seint (Thomas Saint) adlı şəxsə ayyaqabı tikilişində

istifadə olunması nəzərdə tutulan maşın üçün patent verilir, lakin bir əsr sonra cizgilər

əsasında yığılan maşın iş qabiliyyətli olmur. 1814-cü ildə Avstriyada Cozef

Maderşperger (Josef Madersperger) tərəfindən dəliyi iti ucunda olan iynə icad olunur.

1830-cu ildə Fransada Bartolomyu Timomni (Barthelemy Thimomnier) zəncirvari tikiş

vuran maşın icad edir, maşın sənayedə istifadə olunur.

Müasir tikiş maşınları ilə quruluşca eyni olan cihazlar mərhələli şəkildə ABŞ-da

ixtira olunur. 1833-cü ildə Uolter Hant (Walter Hunt ABŞ, Nyu York) məkiklə təchiz

olunmuş maşın icad edir. 1842-ci ildə Con Qrinus (John Greenough ABŞ, Kolumbiya,

Vaşınqton) Hunt-ın maşınına patent alır. Bu ABŞ-da tikiş maşını üçün verilən ilk

patentdir. 1846-cı ildə Elias Hou (Elias Howe ABŞ, Masaçusets) patent alır. İsaak

Merrit Zinger (Isaac Merritt Singer ABŞ, Nyu York) Hou-nun maşınını təkmilləşdirir və

1851-ci ildə quruluşca müasir maşınlarla eyni olan cihaz üçün patent alır. Bu tikiş

Page 7: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

7

maşınlarının qiyməti 100 ABŞ dolları (hazırkı məzənnə ilə 2800 ABŞ doları civarında)

təşkil edir, satışında ilk dəfə hissə-hissə ödəniş etmək qaydası tətbiq olunur.

Tozsoran adlandırıla biləcək qurğu ilk dəfə 1860-cı ildə ABŞ-nın Ayova

ştatından olan Daniel Hess tərəfindən icad olunur. Qurğu çarxlı qutu şəklindədir,

hərəkətə gətirildikdə iş orqanları çalışmağa başlayır, iri ölçülü tullantını konteynerə

yığır, tozu su ilə dolu qablarda çökdürür. 1869-cu ildə ABŞ-nın İlinoys ştatının sakini

Qaffi (W. Mc Gaffey) tozsoranların qüllə növündən olan müasir tozsoranlarla quruluşca

eyni olan, insan gücü ilə işə salınan cihaz düzəldir. 1901-ci ildə iki ixtiraçı - Hubert

Sessil Bus (Hubert Cecil Booth Qloster, İngiltərə) və David T. Kenni (Kenney, ABŞ,

Nyu Cersi, Somerset) hərəsi ayrılıqda vakuum təmizləyici (vacuum cleaner) icad

edirlər. Tozu təmizləyən iri ölçülü mexaniki qurğu tozu vakuum yaratmaqla daxilinə

çəkir və çökdürür. Qurğu şəxsi istifadə üçün deyil, müştərilərə təmizlik xidməti

göstərmək üçün istifadə olunur. 1907-ci ildə Ceims Spanqler (James M. Spangler, ABŞ,

Ohayo) müasir sadə elektrik tozsoranlarla quruluşca eyni olan elektrik tozsoran təqdim

edir, bu tozsoran məşhur “Hoover” tozsoranlar nəslinin ilki olur.

Məişət texnikasının icadının tarixini araşdıranda məlum olur ki, bəzi texnika

növləri sənayedə istifadə olunan qurğuların ölçüləri kiçiləndən sonra məişətə daxil olub

(soyuducu, paltaryuyan), bəziləri əvvəlcədən ev şəraitində istifadə olunmaq üçün

nəzərdə tutulub (soba, tikiş maşını).

Cədvəl 2: Məişət texnikası haqqında tarixi arayış

Adı İcad olunduğu

yer və tarix

İstifadə olunan

texnologiyanın

icadının tarixi

Məişətdə

istifadəyə

verilməsi

İlk

qurğuların

qiyməti

İlk kütləvi

istehsalın

yeri və tarixi

Soba qədimdən

məlum

qədimdən

məlum

qədimdən

İngiltərə

1828

Paltaryuyan İtaliya

XIV əsr

XIV əsr XVIII əsrin

ortaları

5-10 $

(1858-ci il)

İngiltərə

XVIII əsr

Soyuducu ABŞ

1800-cü il

qədimdən

məlum

XIX əsrin

əvvəli

700 $

(1916-cı il)

ABŞ

1916-cı il

Tikiş maşını Hollandiya

XIV əsr

XIV əsr 1846-cı il 100 $

(1846-ci il)

ABŞ,

1854-cü il

Tozsoran İngiltərə

XIX əsr

1643-cü il 1908 60-75 $

(1908-ci il)

ABŞ

1908-ci il

Page 8: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

8

Cədvəl 2-də verilən məişət texnikasının icadı və ilkin istehsalı haqqında

məlumatlar əsnasında ilkin təhlillər aparmaq mümkündür. Göründüyü kimi o vaxtın

yüksək texnoloji qurğuları – tozsoran, soyuducu, tikiş maşını – İngiltərə və ABŞ-da icad

olunublar, ilk kütləvi istehsala, həmçinin, bu ölkələrdə başlanılıb. Digər tərəfdən

istifadə olunan texnologiyanın icadı tarixi ilə onun cihazda tətbiqi arasında uzun

müddət keçib. Səbəb kimi əksər ixtiraçıların o dövrdə elmi biliklərə, elmin

nailiyyətlərinə deyil, daha çox praktiki biliklərə əsaslandıqlarını, tətbiqi elmin az inkişaf

etdiyini irəli sürmək olar. ABŞ-da İlinoys və Nyu York sakinləri göründüyü kimi daha

fəal olmuşlar. Digər tərəfdən, ABŞ-da icad olunan texnika özünəməxsus texnologiya

əsasında qurulub, iş prinsipi fiziki və mexaniki proseslərə əsaslanıb, texniki tərəfdən,

istifadə olunan intiqal cəhətdən daha mükəmməl olub, ilkin satış qiyməti kifayət qədər

yüksək olub, kütləvi istehsala ilk nümunələr işıq üzü görəndən az sonra başlanıb,

ixtiralar və kütləvi istehsalın başlanması XIX-cu əsrin sonu – XX-ci əsrin əvvəlinə

təsadüf edir.

Bunların səbəbi elmi-texniki inqilab və ABŞ-nın əhalisinin sürətlə artması və

varlanması olub.12

Vətəndaş Müharibəsindən sonra 35 milyona bərabər olan əhalinin

sayı 1880-ci ildə 53 milyona çatmışdır. İmmiqrasiya ildə 800 min nəfər təşkil edirdi.

1882-ci ildə ABŞ-də doğum göstəriciləri Böyük Britaniyadakını iki dəfə, Fransadakını

üç dəfə üstələyirdi. 1882-ci ildə ÜDM 1864-cı ilə nisbətən iki dəfə artmış və ABŞ

dünyada bu göstəriciyə görə birinci yerə çıxmışdır. Müqayisə üçün qeyd etmək lazımdır

ki, ABŞ-də ÜDM Böyük Britaniyadakından 30%, Fransadakından 2 dəfə,

Almaniyadakından 3 dəfə böyük rəqəmlə ifadə olunurdu.

1.3. Məişət texnikasının çeşidinin və texniki imkanlarının inkişafı

Fərz edək ki, bu və ya digər texnika növünün geniş istifadə olunduğu və ya

kütləvi istehsalı haqda məlumatların yayıldığı zaman orta gəliri olan ailə onu ala bilərdi.

Bu halda məişət texnikasının çeşidində dəyişiklikləri aşağıdakı kimi vermək olar:

12

“The Vacuum Cleaner: A history” by Carroll Gantz, McFarland, Sep 21, 2012, pp. 39-41

Page 9: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

9

Cədvəl 3: Məişət texnikasının ilk kütləvi istehsalı haqqında məlumat

Texnika növü Paltaryuyan Qaz sobası Soyuducu Tikiş maşını Tozsoran

İllər 1752 1826 1829 1851 1869

Cədvəldən belə nəticə çıxarmaq olar ki, artıq XIX-cu əsrin sonunda İngiltərə və

ABŞ-da orta məişət texnikasının əsas növlərini almaq imkanı yaranmışdır.

İlk texnika nümunələrində buxar və daxili yanma mühərriklərindən istifadə

olunurdu. Məişət texnikasının inkişafında növbəti mühüm mərhələ ona elektrik

mühərrikinin quraşdırılması oldu. Elektrik enerjisi ilə işləyən texnika növlərinin icadını

aşağıdakı kimi baş vermişdir:

Cədvəl 4: Məişət texnikasına elektrik mühərriklərin quraşdırılması haqqında tarixi arayış

İllər 1880 1882 1892 1906 1907 1913

texnika tikiş maşını13

ütü14

soba15

paltaryuyan tozsoran soyuducu

Elektrik şəbəkə genişləndikcə elektrik mühərrikləri digərlərini tamamilə əvəz

edirdilər. Elektrik enerjisi getdikcə məişət texnikasının istismarı üçün istifadə edilən

yeganə enerji mənbəyinə çevrilirdi.

Yuxarıdakı cədvəllərdən məişət texnikasının çeşidinin necə sürətlə artdığını

görmək olur: XVIII əsrdə bir yeni texnika növü 50-70 ildə bir dəfə icad olunur, XIX

əsrdə 10-15 ildə bir dəfə, XX-ci əsrdə 3-5 ildə bir dəfə (məişət texnikasının elektrik

növlərini yeni növ texnika qəbul etdikdə).

Məişət texnikasının inkişafında əsas mərhələlər aşağıdakılardır:

Elektrik mühərrikinin quraşdırılması;

Avtomatlaşdırılması;

“Ağıllı ev” infrastrukturuna daxil edilməsi;

Robotlaşdırılması;

Bunlardan əlavə hər ayrıca texnika növünün

13

http://www.singerco.com/company/history+ 14

H.W. Seely’s patent 15

Thomas Ahearn’s patent

Page 10: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

10

təhlükəsizlik;

enerjiyə qənaət;

xarici görünüş;

istifadə üçün daha rahat olması;

ətraf mühitə, həmçinin insan sağlamlığına təsiri

ilə bağlı göstəricilərinin yaxşılaşdırılması və

texnoloji prosesin kamilləşdirilməsi

ilə bağlı keçdiyi ayrıca inkişaf yolu var.

1.4. Tədricən qızdırıcı, kondisiyalaşdırma, işıqlandırma, təhlükəsizlik,

idarəetmə sistemlərinin, məişət texnikasına aid edilməsi.

Məişət texnikasının çeşidi “məişət texnikası” anlayışı yarandığı tarixdən artmağa

başlamış və müxtəlif dövrlərdə müxtəlif sürətlə davam etmişdir.

Sənayeləşmə dövrünün əvvəlindən sənaye texnikasının ölçüləri kiçildilərək,

buxar mühərrikli ötürücü qurğusu insan və ev heyvanların gücü ilə əvəz olunaraq ev

şəraitində istifadə üçün uyğunlaşdırıldı.

Daha sonra birbaşa məişətdə istifadə edilə biləcək texnika növləri yarandı: tikiş

maşını, elektrik ütü, elektrik sobası, televizor, ventilyator, müxtəlif qızdırıcılar.

Sadalanan texnika növləri müəyyən funksiyanı yerinə yetirırlər, quruluşca

nisbətən sadədirlər, insan nəzarəti tələb etmir, təcrid olunmuş müstəqil fəaliyyət

göstərən cihazlardır. Məişət texnikasının çeçidində növbəti artım ayrıca cihazların deyil,

istifadəçi üçün cihaz formasında təqdim edilən, lakin əslində nisbətən mürəkkəb istilik

və kondisiyalaşdırma sistemlərin hər ayrıca mənzilə quraşdırılması olmuşdur.

Kondisionerlər və istilik sistemləri insanların yaşayış və iş şəraitini yaxşılaşdırmaq

məqsədi ilə icad olunmuş, lakin nisbətən mürəkkəb quruluşa malik olduqlarına, daim

xüsusi operatorun nəzarətini tələb etdiklərinə görə ilkin olaraq mərləzləşdirilmiş

sistemlər şəklində qurulmuşdur. Avtomatik tənzimləmə sistemləri, elektron

komponentlər həmin sistemlərə tətbiq edildikdən sonra onlar vərdiş etdiyimiz “kombi”

və “kondisionerlərə” çevrilmişlər.

Page 11: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

11

Kompyuterlər, müasir işıqlandırma sistemləri, təhlükəsizlik kameraları və

sistemləri, avtomatik açılıb-bağlanan qapı, pəncərə və pərdələr evlərimizə hərbi və

elektronika sahələrindən gəliblər.

Göründüyü kimi hal-hazırda istənilən texnikanın məişət texnikasına aid edilməsi

üçün onun asanlıqla idarə olunma, nisbətən kiçik ölçülər və ətraf mühitə nisbətən az

təsir kimi güstəricilərə malik olması kifayətdir: ev kinoteatrı.

1.6.“Ağıllı” ev

“Ağıllı” ev anlayışı tədricən dəyişmiş, ilkin olaraq məsafədən idərəetmə, səslə

idarəetmə kimi imkanları olan evə “ağıllı” deyilirdisə, hazırda öz sahibinin seçdiyi

ssenarilər üzrə yaxud hava şəraitindən asılı olaraq daxilindəki və xaricindəki şəraiti

avtomatik dəyişə bilən, fövqəladə hallarda müəyyən alqoritmləri yerinə yetirə bilən

evlər mütəxəssislər tərəfindən bu kateqoriyaya aid edilir.1617

Bu cür evdə bir neçə sistemin və cihazın həmahəng işləməyi təmin edilir, bunun

üçün kompyuterdən istifadə olunur. Hər bir ev fərdi üsluba malik olduğuna, qurulan

sistem sahibin fərdi tələblərinə cavab verməli olduğuna görə “ağıllı” evlər uzun müddət

fərdi və buna görə də bahalı layihələr olmuşlar. Sistem kompakt və ayrıca qurğu

şəklində deyil, ev boyu yerləşdirilən və bir-biri ilə əlaqələndirilən ayrıca qurğulardan

ibarət olduğuna görə onu birmənalı olaraq məişət texnikasına aid etmək olmurdu. Lakin,

hazırda Samsung şirkətinin həyata keçirdiyi “Smart home” və onun tərkibindəki “Smart

things” 18

, layihələri çərçivəsində “ağıllı” evlər xeyli ucuzlaşacaq. Şirkət hazırkı

mərhələdə “ağıllı” evin imkanlarının bir hissəsini özündə cəmləşdirən “Samsung Smart

Things Hub” adlı qurğunu alıcılara cəmi 99 ABŞ dollarına təqdim edir. Hub smartfonla

idarə oluna və 200-ə qədər digər qurğuya nəzarət edə bilər. 19

Belə formatda təşkil

edilən “ağıllı” ev “məişət texnikası” anlayışına uyğun gəlir.

16

Sarah Mennicken, Jo Vermeulen, Elaine M. Huang “From Today's Augmented Houses to Tomorrow's Smart

Homes: New Directions for Home Automation Research” 17

Википедия, статья «Умный дом» 18

http://www.smartthings.com/, http://www.samsung.com/uk/smartthings/,

http://www.bloomberg.com/bw/articles/2014-01-09/samsung-wants-to-be-the-worlds-biggest-appliance-maker-by-2015 19

http://www.samsung.com/us/smart-home/hubs/F-H-ETH-001

Page 12: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

12

2. Məişət texnikasının istehsalının coğrafiyası

2.1. Məişət texnikasının iri istehsalçıları20

Qloballaşan dünyada iqtisadiyyatın digər dinamik inkişaf edən sahələrində olduğu kimi məişət texnikası istehsalı sahəsində də

ixtisaslaşmış, beynəlxalq korporasiyalar meydana çıxmışlar. Bu şirkətlərin illik dövriyyəsi milyardlarla ABŞ dolları ilə ifadə olunur,

çoxsaylı istehsal sahələri və satış nümayəndəlikləri dünyanı əhatə edir.

Cədvəl 5: Apatrıcı Dünya məişət texnikası istehsalçıları haqda qısa məlumat

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

AGA (Aga Rangemaster Corp.) (→Middleby

Corporation)

Aga

Heartland

La Cornue

Marvel

Northland

sobalar

bişirmə

panelləri

Leamington Spa,

BK

Elgin, Illinois,

ABŞ

ABŞ, BK, Avstraliya $405,1 mln

21

(£261,1 mln)*

American Range Corporation American Range sobalar Pacoima, CA,

ABŞ ABŞ $30,172 mln

22

Amica Amica

Gram

sobalar

qabyuyanlar

soyuducular

quraşdırılan

sobalar

Wronki,

Polşa Avropa

$565,58 mln23

(PLN2,028,295,000)

20

Wiki, List of major home appliance manufacturers: https://en.wikipedia.org/wiki/List_of_major_home_appliance_manufacturers 21

Annual Report 22

Hoovers, company site: http://www.hoovers.com/company-information/cs/marketing-lists.American_Range_Corporation.8444fb913d1cc75b.html 23

Official website of Amica-İnternational.Co: http://www.amica-international.co.uk/files/tinybrowser/amica_up_again_-_results_2014v2.pdf

Page 13: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

13

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

Arçelik

Altus

Beko

Blomberg

Defy Appliances

Flavel

Grundig

Leisure

Istanbul,

Türkiyə Dünya üzrə

$4,5192 mlrd24

(€3, 766 mlrd)

Avanti Products Avanti

sobalar

su dispenserləri

soyuducular

çaxır və pivə

sərinlədənləri

paltaryuyan

maşınlar

Miami, FL,

ABŞ $22,67 mln

25

Bertazzoni-Italia Bertazzoni sobalar Reggio Emilia,

İtaliya Dünya üzrə $88,5 mln

26

Big Chill Big Chill sobalar

soyuducular

Boulder, CO,

ABŞ ABŞ

Bosch

Bosch

Gaggenau

Neff

Constructa

Siemens

Thermador

Munich,

Almaniya Dünya üzrə

$13,68 mlrd27

(€11,4 mlrd)

Brown Stove Works Brown sobalar Cleveland, TN, ABŞ $8,622 mln28

24

Statista.com: http://www.statista.com/statistics/221000/revenue-of-arcelik/

* Məzənnə: Bloomberg Markets 25

http://www.hoovers.com/company-information/company-search.html?term=Avanti%20Products 26

Bloomberg: An Italian Oven Maker Expands Amid the Euro Crisis, http://www.bloomberg.com/bw/articles/2012-06-13/an-italian-oven-maker-feels-the-heat-of-the-euro-crisis 27

BSH publishes Annual Report with record revenue https://www.bsh-group.com/presse/index.php?id=755&L=1

Page 14: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

14

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

Five Star ABŞ

Candy Group

Baumatic

Candy

Hoover

Jinling

sobalar

qabyuyanlar

qurudanlar

dondurucular

soyuducular

quraşdırılan

sobalar

paltaryuyanlar

Brugherio,

İtaliya Avropa, Çin, BƏƏ

$1,2 mlrd29

(€1 mlrd)

$456.97 mln 30

Capital Cooking Equipment Inc Capital

Santa Fe Springs,

CA,

ABŞ

Amerika, Avstraliya,

Avropa, Hindistan, Orta

Asiya

$110 mln 3132

Crosslee plc White Knight qurudanlar Hipperholme,

BK $63,52 mln

33

Crown Domestic Appliances Ltd

sobalar

bişirmə

panelləri

qurudanlar

paltaryuyanlar

Bromsgrove, BK

$13,33 mln 34

Dacor Dacor

bişrmə panelləri

sobalar

quraşdırılan

City of Industry,

CA,

ABŞ

ABŞ $78,61 mln 35

28

https://www.futureadvisor.com/401k/brown-stove-works-inc, http://profile.infofree.com/biz/TN/Cleveland/Brown%20Stove%20Works%20Inc/11132544066815 29

Коммерсантъ: Candy набирает обороты http://www.kommersant.ru/doc/2759820, http://www.kn-portal.com/fileadmin/_public/documents/case_studies/KN_case_study_-

_Candy-Hoover_v1.0.pdf 30

http://www.hoovers.com/company-information/company-search.html?nvcnt=41&nvstt=Milano&nvcty=Brugherio 31

http://www.capital-cooking.com/page/news 32

http://www.hoovers.com/company-information/company-search.html?term=capital-cooking 33

http://www.hoovers.com/company-information/company-search.html?term=Crosslee%20plc 34

http://www.hoovers.com/company-information/cs/sales-preparation.CROWN_DOMESTIC_APPLIANCES_LTD.ae59bc86f0f230df.html 35

http://www.hoovers.com/company-information/company-search.html?term=dacor

Page 15: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

15

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

sobalar

Danby Products Ltd Danby

kompakt

soyuducular

çaxır

sərinlədənlər

Guelph, ON,

Kanada

Findlay, OH,

ABŞ

Kanada, ABŞ $400 mln 36

Duro Corporation NXR sobalar

City of Industry,

CA,

ABŞ

ABŞ $22 mln 37

De Dietrich Kitchen Appliances Ltd

(→Fagor) De Dietrich

qabyuyanlar

bişirmə

panelləri

sobalar

paltaryuyanlar

qurudanlar

Basingstoke, BK

BK £8 mln 38

Electrolux

AEG

Frigidaire

Kelvinator

Molteni

Tappan

Stockholm,

İsveş Dünya üzrə

$14,35 mlrd39

(SEK 112 mlrd)

ELCO Vagionis Elco

quraşdırılan

sobalar

dondurucular bişirmə panelləri

soyuducular

sobalar

Yunanıstan Avropa $7 mln 40

36

http://www.computerdealernews.com/news/jim-estill-has-a-new-ceo-position/42812 37

http://www.hoovers.com/company-information/company-search.html?term=Duro%20Corporation 38

http://www.insidermedia.com/insider/southeast/120664-de-dietrich-uk-be-shut-down1 39

Annual Report 2014, http://www.electroluxgroup.com/en/electrolux-annual-report-2014-20252/ 40

http://www.hoovers.com/company-information/company-search.html?term=ELCO%20VAYONIS%20S.A.%2C%20

Page 16: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

16

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

Elmira Stove Works Antique

Fireview

Northstar

sobalar

soyuducular

Elmira, Ontario,

Kanada Kanada, ABŞ

Fagor(→Mondragon Corporation) Fagor

Mondragón,

İspaniya

$2,06 mlrd41

(€1,7 mlrd)

Fisher & Paykel(→Haier) DCS

Fisher & Paykel

East Tamaki,

Auckland,

Yeni Zellandiya

NZ$891,4 mln 42

Fulgor-Milano(→Meneghetti) Fulgor

Gallarate,

İtaliya $83,77 mln

43

GE Appliances(→Electrolux(2015))

GE

Artistry

Café

Hotpoint(ABŞ)

Monogram

Profile

Louisville, KY,

ABŞ Dünya üzrə $8,4 mlrd

44

Glen Dimplex

Belling

Britannia

LEC

New World

Richmond

Sterling

Stoves

quraşdırılan və

adi sobalar

qabyuyanlar

bişirmə panelləri

soyuducular

Dublin,

İrlandiya

Avropa, Asiya, Avstraliya,

Şimali Amerika

$1,8mlrd 45

(€1,5 mlrd)

Glem Gas Glem sobalar Modena,

İtaliya Dünya üzrə €100 mln

46

41

http://www.fagor.com/web/international/fagor-group 42

Annual Report 2014 43

http://www.hoovers.com/company-information/cs/sales-preparation.MENEGHETTI_SPA.bca7fa148366ab27.html 44

Annual Report, page 9 45

http://www.dimplex.co.uk/corporate_information/glen_dimplex_group.htm 46

https://it.wikipedia.org/wiki/Glem_Gas#cite_note-3, http://www.glemgas.com/eng/glem-world/made-in-italy, http://listings.ftb-companies-au.com/l/102208009/Glem-Gas-

Australasia-Pty-Ltd-in-Granville-NSW

Page 17: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

17

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

Gorenje

ASKO

Gorenje

Velenje,

Sloveniya Dünya üzrə

$1,508 mlrd47

(€1 245,5 mln)

Haier Haier

Qingdao,

Çin Dünya üzrə $32,1 mlrd

48

Hoshizaki Electric

Hoshizaki

Gram

Lancel

Macom

mətbəx

ləvazimatları

buz

hazırlayanlar

buz dolabları

tozsoranlar

bişrmə

avadanlıqları

Toyoake,

Yaponiya Dünya üzrə $1,944 mlrd

49

ILVE appliances ILVE

Campodarsego,

İtaliya Dünya üzrə $23,8 mln

50

Indesit Company(EMEA) (→Whirlpool) Ariston-Hotpoint (EMEA) Scholtès, Stinol

Fabriano,

İtaliya Dünya üzrə

Lacanche Lacanche sobalar Lacanche,

Fransa ABŞ, Kanada, Avropa

LEC Refrigeration[→Glen Dimplex] LEC dondurucular

soyuducular

Bognor Regis,

BK BK

LG Corp LG qabyuyanlar

qurudanlar

soyuducular

Seoul,

Cənubi Koreya Dünya üzrə

$5,605 mlrd5152

(WON 6,502 trln)

47

2014 Annual Report, page 3, http://www.gorenjegroup.com/en/investors/annual-reports 48

http://www.haier.com/us/about-haier/ 49

http://www.hoovers.com/company-information/cs/revenue-financial.HOSHIZAKI_ELECTRIC_COLTD.4436f982819f47c3.html 50

http://www.hoovers.com/company-information/company-search.html?term=ilve 51

[2014] 4Q Separate Financial Statements, page 4; annual-report-2012, page 75 52

Yalnız məişət avadanlığına (HA) aid olan gəlirlər

Page 18: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

18

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

paltaryuyanlar

Liebherr Group Liebherr

Bulle,

İsveçrə Dünya üzrə

$1,108 mlrd 53

(€915 mln)

Mabe

Mabe

GE(alliance)

Profile

Monogram

Whitehouse

Atlas

Easy

moffat

ikiqapılı

sobalar

bişirmə

panelləri

paltaryuyanlar

sobalar

soyuducular

qurudanlar

Mexico City,

Meksika Dünya üzrə $2,6 mlrd

54

Miele Miele

Gütersloh,

Almaniya Dünya üzrə €3,49 mlrd

55

Midea Group Midea

Shunde,

Çin Dünya üzrə $23 mlrd

56

Middleby Corporation

Elgin, İllinois,

ABŞ57

$1,637 mlrd

58

Northland(→Marvel→Aga Rangemaster

Corp.→Middleby Corporation(2015)) Northland soyuducular

ABŞ

Panasonic Panasonic quraşdırılan və adi Osaka, Dünya üzrə $14,78 mlrd 52,59

53

liebherr-annual-report-2014, page 93 54

http://www.hoovers.com/company-information/company-search.html?term=Mabe 55

PDF_Miele_Business_Report_2014-15 56

http://www.midea.com/global/about_midea/overview/ 57

http://www.bloomberg.com/research/stocks/snapshot/snapshot_article.asp?ticker=MIDD&articlepage=1&txtsize=l 58

Annual Report, http://www.middleby.com/MidCorp/InvestorServices/Earnings/Q4-2014.pdf 59

Annual Report, page 51: http://www.panasonic.com/global/corporate/ir/pdf/panasonic_ar2015_e.pdf

Page 19: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

19

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

National sobalar, qab- və

paltaryuyanlar

bişirmə panelləri

soyuducular

qurudanlar

Yaponiya (¥ 1769,7 mlrd)

Peerless-Premier Appliance Company Premier sobalar Belleville, IL,

ABŞ ABŞ $23 mln

60

Samsung Electronics Samsung

Suwon,

Cənubi Koreya Dünya üzrə $12 mlrd

61

Smeg Appliances Smeg

sobalar

qurudanlar

bişirmə

panelləri

soyuducular

paltaryuyanlar

Guastalla,

İtaliya Dünya üzrə $417,3 mln

62

Sub-Zero Sub-Zero

Wolf

sobalar

soyuducular

Madison, WI,

ABŞ $315 mln

63

Teka Group Teka

Almaniya

$847,28 mln64

(€700 mln)

U-Line(→Middleby Corporation(2014)65

U-Line buzhazırlayanlar

soyuducular Milwaukee, WI,

ABŞ Dünya üzrə

Verona Verona sobalar Borso del Grappa,

İtaliya

Vestel Group(→Zorlu Group66

) Vestel sobalar Manisa, Dünya üzrə $3,309 mlrd67

60

http://www.hoovers.com/company-information/company-search.html?term=Peerless-Premier%20Appliance 61

http://www.bloomberg.com/news/articles/2013-01-07/samsung-says-appliance-sales-to-increase-50-on-premium-strategy 62

http://www.hoovers.com/company-information/company-search.html?term=Smeg 63

http://www.hoovers.com/company-information/company-search.html?term=Sub-Zero 64

http://www.prnewswire.com/news-releases/global-appliance-manufacturer-teka-group-unifies-finance-and-operational-performance-535838551.html 65

http://www.u-line.com/press-releases/middleby-corporation-signs-definitive-agreement/?___store=global

Page 20: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

20

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar

Dövriyyə

(Revenue)

Servis

qabyuyanlar

soyuducular

paltaryuyan-

qurudanlar

Türkiyə ($1,221mlrd from

white goods)

Viking Range Corporation(→Middleby

Corporation(2013)68

Viking sobalar

Greenwood, MS,

ABŞ Dünya üzrə

Whirlpool

Whirlpool

Bauknecht

Amana

Cannon

Hotpoint

Ignis

Indesit

Inglis

Jenn-Air

KitchenAid

Maytag

Roper

Benton Charter

Township, MI,

ABŞ

Dünya üzrə $19,9 mlrd 69

Zanussi(→Electrolux) Zanussi

sobalar

quraşdırılan

sobalar

bişirmə

panelləri

Pordenone,

İtaliya Avropa, Misir

66

http://www.vestel.com/en-en/corporate/vestelgroup.aspx 67

Annual Report 2014, page 136, http://www.vestelinvestorrelations.com/en/financials/annual-reports.aspx

68

http://www.vikingrange.com/consumer/category/about-viking/the-viking-story/the-middleby-corporation 69

Annual Report 2014, p 2/3, http://investors.whirlpoolcorp.com/annuals-proxies.cfm

Page 21: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

21

Cədvəl 5-də verilən və 2014-cü ilin nəticələrini əks etdirən məlumatlara görə

şirkətlərin sıralanmasını aşağıdakı kimi vermək olar:

Cədvəl6: Aparıcı istehsalçıların satış həcmlərinə uyğun sıralanması

Aparıcı şirkətlərin dünya bazarında əldə etdikləri payların ölçüsü daim

dəyişməkdədir. Bu həm istehsalın həcminin dəyişməyi, həm də bir istehsalçı şirkətin

Page 22: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

22

digəri tərəfindən satın alındığı nəticəsində baş verir. Satınalmalarda ABŞ, İsveç, Çin

şirkətləri daha aktiv olublar.

ABŞ-nin “Middleby Corporation” şirkəti 2015-ci ilin iyulunda Aga Rangemaster

Corp. (AGA) alaraq70

fəallığı ilə daha çox seçilmişdir.

Cədvəl 6-da göstərilən sıralanma növbəti ildə dəyişəcək, çünki “Electrolux” “GE

Appliances” şirkətini alıb və növbəti ildən “Electrolux”un birinci yeri əldə edəcəyini

gözləmək olar. Digər tərəfdən “Whirlpool”şirkəti “İndesit Company” şirkətini alıb və

şirkətin illik nəticələrinə kəskin təsir edə bilər.

2.2. MDB ölkələrində məişət texnikasının istehsalı

Cədvəl 7-də MDB-ni təmsil edən şirkətlərin siyahısı verilib.7172

Cədvəldə adları

qeyd olunan şirkətlər mənşəyinə görə MDB-yə aiddirlər. MDB-də qeydiyyatda olsalar da,

bunlardan bəzilərinin öz istehsal sahələri yoxdur, yaxud belə sahələr MDB-nin ərazisində

yerləşmir.

MDB-nin ərazisində xarici şirkətlərin onlarla zavodu fəaliyyət göstərir, bu zavodlar

həm MDB, həm də Avropa və Asiya bazarları üçün məhsullar istehsal edir.737475

Rusiya, Ukrayna, Belarusda məişət texnikasını həm yerli istehsalçılar, həm də xarici

şirkətlərin zavodları istehsal edir. Özbəkistan76

, Qazaxıstan, Gürcüstanda yalnız xarici

şirkətlərin zavodları haqda məlumat əldə etmək mümkün olmuşdur, yerli istehsalçılar

haqda məlumat tapılmamışdır.

Ermənistan və Tacikistanda məişət texnikasının istehsalı haqda açıq mənbələrdə

məlumat yoxdur.

Bəzi mənbələr77

Moldovada istehsalın uzun müddət dayandırıldığı haqqında

yazırlar.

70

http://www.middleby.com/MidCorp/Press_releases/AGA%20Press%20Release%207_15_15.pdf 71

http://rbt-servis.ru/bitov/bit37.html 72

http://zoom.cnews.ru/publication/item/18940 73

http://bt-test.ru/reviews/ot_volgi_do_eniseya_inostrannye_holodilniki_budem_sobirat_sami/ 74

http://www.trend.az/casia/uzbekistan/1928750.html 75

http://www.freshgeorgia.com/in.php?menuid=6&lang=3 76

http://www.uzdaily.uz/articles-id-27165.htm 77

http://www.businessclass.md/, Рынок бытовой техники

Page 23: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

Cədvəl 7: MDB ölkələrində yerli istehsalçılar

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar Dövriyyə

Golder Electronics VITEK

Maxwell

xırda məişət

texnikası

Moskva,

Rusiya MDB

$310 mln

(2009)78

Bork Electronik GmbH Bork xırda məişət

texnikası

Moskva,

Rusiya MDB

$65 mln (2006) 79

Scarlett Scarlett xırda məişət

texnikası

Moskva,

Rusiya MDB

$160 mln

(2006)80

Atlant Atlant

soyuducular

dondurucular

paltaryuyanlar

Minsk,

Belarus MDB, Avropa $368,54 mln

81

“Брестгазоаппарат” BM ASC Gefest sobalar

qabyuyanlar

Brest,

Belarus MDB

“Витязь” ASC “Vityaz” televizorlar

xırda texnika82

Vitebsk,

Belarus MDB ziyanla işləyir

83

“Горизонт Холдинг”in İdarəetmə

kompaniyası” ASC Horizont

televizorlar

tozsoranlar

kondisionerlər84

Minsk,

Belarus MDB $6,213 mln

85

78

Forbes: “Зачем создатель бренда Vitek придумал новую марку” http://www.forbes.ru/svoi-biznes/predprinimateli/55379-zachem-sozdatel-brenda-vitek-pridumal-

novuyu-marku, «Никогда не стремились продавать дешево», — Андрей Деревянченко, президент Golder Electronics, https://news.mail.ru/economics/8384064/ 79

Коммерсант, Железный марш http://www.kommersant.ru/doc/858210 80

Коммерсант, Железный марш http://www.kommersant.ru/doc/858210 81

Annual Report 2014, page6, http://www.atlant.by/holding.atlant.by/shareholders_and_investors/financial_indicators_and_reports/ 82

http://www.vityas.com/company/ 83

http://doingbusiness.by/v-dvadcatku-samih-ubitochnih-oao-po-itogam-i--polugodiya-voshli-11-myasokombinatov 84

http://www.horizont.by/about/#

Page 24: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

24

Şirkət Əmtəə nişanları,

ticarət markaları

Əsas

məhsullar

Baş idrənin

yerləşməsi

Məhsullarını satdığı

bazarlar Dövriyyə

“КЗХ Бирюса” ASC Biryusa soyuducular

Krasnoyarsk,

Rusiya MDB

$38,3 mln (2014,

9 ay)86

(RUB 2,3 mlrd)

“Serqo adına Zavod” İB İSC87

Pozis, Sviyaqa,

Mir

soyuducular

dondurucular

Zelenodolsk,

Tatarstan,

Rusiya

MDB $83,3 mln

88

(RUB 5 mlrd)

“СЭПО-ЗЭМ” MMC Saratov soyuducular

dondurucular

Saratov,

Rusiya MDB

“Zavod Elektronbıtpribor” MMC ELVO89

xırda texnika Lvov,

Ukrayna MDB

“Донецкий завод газовой и

электрической Бытовой аппаратуры”

MMC

NORD

soyuducular

dondurucular

sobalar

Donetsk,

Ukrayna MDB

85

http://www.google.az/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=2&ved=0ahUKEwjR-

te659DJAhWBfRoKHSs5DZwQFggfMAE&url=http%3A%2F%2Fwww.gki.gov.by%2Fupload%2Fnew%2520structure%2Finfo%2520for%2520investors%2Foao_more%2F10105

9240.doc&usg=AFQjCNH7cPSB_sDX3EMRPoXbGvAQYBKTJQ&bvm=bv.109395566,d.d2s 86

http://www.interfax-russia.ru/Siberia/print.asp?id=677332&sec=1679&type=news 87

http://www.business-gazeta.ru/company/105/ 88

http://www.pozis.ru/pressrelis/show/POZIS-itogi-2014-goda/71 89

http://elvo.lviv.ua/ru/

Page 25: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

25

2.3. Məişət texnikasının dünyada istehsalının bölgüsü və fraqmentasiyası

Məişət texnikasının istehsalında birincilik Çinə məxsusdur. Bu həm Çinin yerli

şirkətlərinin istehsallarını artırdıqlarından, həm də xarici şirkətlərin öz məhsullarını və

onların hissələrinin istehsalını Çində qurduqlarından qaynaqlanır.

“VİTEK” və “Maxwell”90

əmtəə nişanları sayəsində Rusiya və MDB-də kiçik

məişət texnikası bazarının iri payına malik olan “Golder Elektronics” satdığı texnikanın

95%-ni Çində 5%-ni Türkiyədə sifariş edir.91

“Golder Elektronics” Rusiyanın bazarına

2000-ci ildə “Vitek Austria” ticarət nişanı ilə daxil olmuşdu. Şirkətin başçısı bunu yerli

istehsalçılara etibarın olmadığı, əksinə xarici istehsalçılara inamın yüksək olduğu ilə izah

edir. Hətta, daha inandırıcı olsun deyə şirkət ilkin olaraq Avstriyada qeydiyyatdan

keçirilmışdı.92

ABŞ-nin “Avanti Products LLC” məhsullarını Çində sifariş edən ilk istehsalçı

şirkətlərdəndir.93

ABŞ-nin “Whirlpool Corporation” Çində istehsalçı şirkəti alıb94

Kanadanın Danby Products şirkətinin illik gəliri $400 mln –dur, həmin şirkət

məhsullarını Çində istehsal edir.95

Geniş yayılmış praktika ondan ibarətdir ki, son məhsulun istehsalı sahələri satış

bazarlarına yaxın yerləşdirilir, məhsulların dəstləşdirilməsi və yığımı bu sahələrdə həyata

keçirilir, mühüm komplektləşdirici hissələr isə əsas təhcizatçılardan alınır. Rəqib şirkətlər

kompressor, mühərrik, elektron komponentləri kimi hissələri ixtisaslaşmış şirkətlərdən,

bəzi hallarda bir-birlərindən də alırlar.

Qərbi Avropada yerləşən fabriklərdə adətən qiymətləri nisbətən yüksək, orijinal

dizayna malik məişət texnikası istehsal olunur. Kütləvi istehsal sahələri İtaliya, İspaniya

90

Forbes: “Зачем создатель бренда Vitek придумал новую марку” http://www.forbes.ru/svoi-

biznes/predprinimateli/55379-zachem-sozdatel-brenda-vitek-pridumal-novuyu-marku 91

Wiki: “Vitek”, https://ru.wikipedia.org/wiki/Vitek 92

«Никогда не стремились продавать дешево», — Андрей Деревянченко, президент Golder Electronics,

https://news.mail.ru/economics/8384064/ 93

1986 - 2012Avanti Products, a division of The Mackle Company, Inc., http://www.themacklecompany.com/ 94

Whirlpool buys 51 percent stake in China appliance maker, http://www.reuters.com/article/us-whirlpool-china-

idUSBRE97C0AX20130813#WrRY5YVrfJ6vktVI.97 95

http://www.thestar.com/business/2012/10/05/known_as_compact_kings_canadas_danby_products_specializes_in_making_small_

appliances.html

Page 26: Dünyada məişət texnikasının istehsalı haqqında.pdf

26

və Şərgi Avropada yerləşir. ABŞ-də belə tendensiya müşahidə olunmur, istehsalçılar

müxtəlif qiymət seqmentlərindən olan məhsullar istehsal edirlər96

.

96

http://www.summitappliance.com/about