ØßÐÃqapısı - e-kitab.nakhchivan.az 16.08.2016.pdf · lemdir. belə ki, b u gün dünyada yüz...

4
Cəmiyyətin rahat və təhlükəsiz həyatının mühüm şərtlərindən biri etibarlı ərzaq təminatıdır. Ölkə əha- lisinin keyfiyyətli ərzaq təminatını özündə ehtiva edən ərzaq təhlükə- sizliyi bu baxımdan dövlətin üzərinə düşən mühüm vəzifələrdəndir. Çün- ki ilin bütün fəsillərində və istənilən şəraitdə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminat məsələsini yalnız dövlət həll edə bilər. Ərzaq təhlükəsizliyi çox geniş anlayışdır. O təkcə hansısa mənbələr hesabına müəyyən vacib ərzaq məh- sulları ehtiyatının yaradılması deyil, həm də bu ehtiyatların formalaşdı- rılmasının dayanıqlılığının təmin olunması üçün zəruri şəraitin, habelə bunun üçün maddi stimulların və sosial zəmanətlərin yaradılmasıdır. Ona görə də ərzaq təhlükəsizliyi de- dikdə torpaqlardan səmərəli istifadə, mütərəqqi suvarma, məhsuldar toxum sortlarının əldə olunması və yetiş- dirilməsi, istehsal olunmuş məhsul- ların saxlanılması və emalı, ticarət infrastrukturunun yaradılması və aq- rar sahədə iqtisadi mənafelərin əla- qələndirilməsi kimi vacib məsələlərə baxmaq lazımdır. Xüsusən çörək və digər taxıl məhsullarının istehsalı tarixboyu cəmiyyətin əsas qayğıla- rından biri olsa da, tarixən aqrar sa- hənin üzərinə düşən bu vəzifə döv- lətin ümumi iqtisadi təhlükəsizlik siyasətinin mühüm bir parçası olub. Muxtar respublikamızda bu sahədə görülmüş işlərə nəzər saldıqda, ilk dövrdə, regionda istehsalı mümkün olmayan ərzaq məhsullarının sərfəli qiymətlərlə idxalı ilə bərabər, eyni zamanda daxili bazarı rəqabətdən qorumaqla mühüm ərzaq məhsulları üzrə yerli istehsalın təşkil olundu- ğunu, bu məqsədlə səmərəli kredit- ləşmənin təminini, aqrar bazarın mövsümilikdən asılılığını aradan qaldıran soyuducu anbar və digər infrastruktur şəbəkəsinin yaradılma- sını, modern kənd təsərrüfatı texni- kalarının alınıb gətirilməsini və on- ların lizinq yolu ilə kənd təsərrüfatı sahibkarlarına verilməsini, kəndliyə güzəştli qiymətlərlə gübrə, yanacağın verilməsi kimi genişmiqyaslı işləri görürük. Bu vəzifələrin uğurla həll edilməsi, öz növbəsində, regionda ərzaq təhlükəsizliyinin uzunmüddətli dövr üçün həllinə şərait yaradır. Ərzaq təhlükəsizliyinin təmin olunması təkcə ölkəmiz və muxtar respublikamız üçün aktual olmayıb, bütün dünyanı düşündürən bir prob- lemdir. Belə ki, bu gün dünyada yüz milyonlarla insan aclıq həddində yaşadığı halda, iri ərzaq məhsulları istehsalçıları olan ölkələrdə hazır məhsulun satışı problemi özünü gös- tərir. Yaxud geniş əkin sahələrinə malik olan və texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə taxılın ərzaq məhsulu kimi deyil, texniki məq- sədlər üçün xammal və ya yem məqsədilə istifadəsinə üstünlük ver- diyi də məlumdur. Yəni burada təkcə mühüm ərzaq məhsullarının sırf istehsalı problemi ilə yanaşı, iqtisadi mənafe və etibarlı əmək- daşlıq məsələləri də ön plana çıxır. Bundan əlavə, müasir dünyada eko- loji problemlərin kəskinləşməsini, əkinəyararlı münbit torpaq sahələ- rinin sürətlə azaldığını və bütün bunların əksinə, planetin əhalisinin get-gedə artmasını nəzərə alsaq, hər bir ölkədə əhalinin ərzaq məh- sulları ilə etibarlı təminatı məsələ- sinin gələcəkdə də öz ciddiliyini qoruyacağı göz qabağındadır. Belə bir vacib məsələ dünyada bir çox beynəlxalq və regional təşkilatların diqqət mərkəzində olsa da, əslində, bu problem ölkələr və onların kiçik regionları səviyyəsində həll olun- duqda daha çox uğur qazanıldığını görürük. Buna görə də artıq tam əminliklə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasında bir vaxtlar kəskin problem kimi özünü gös- tərmiş bu məsələnin uğurlu həlli ərzaq təhlükəsizliyinə tam nail olun- masının mühüm bir modelidir. 1990-cı illərin əvvəllərində, müs- təqilliyin ilk illərində muxtar res- publikamızda ərzağa olan tələbat id- xal, o cümlədən bir sıra yardımlar hesabına ödənilirdi. O dövrdə ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə Naxçıvanda başlanılmış aqrar islahatlara uyğun olaraq, sonrakı il- lərdə muxtar respublikamızın aqrar potensialının hərəkətə gətirilməsi üçün kompleks tədbirlərə başlanıldı. Bu sahə üzrə müxtəlif dövlət pro- qramlarında qarşıya qoyulmuş vəzi- fələrin uğurla icra edilməsi bu mə- sələnin kompleks həllinə imkan verdi. Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması, ərzaq məhsullarının istehsalı üzrə sahibkarlığın inkişafı və sağlam rə- qabətin qorunması, dövlət investisi- yalarının aqrar bölməyə, onun in- frastruktur təminatının yaxşılaşdırıl- masına yönəldilməsi, suvarılan torpaq sahələrinin genişləndirilməsi, meliora - siya və irriqasiya sistemlərinin müa- sirləşdirilməsi və potensialının güc- ləndirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, ərzaq məhsullarının keyfiyyətinə və təh- lükəsizliyinə nəzarət, ərzaq məhsul- larının satış-tədarük bazalarının və satış mərkəzlərinin, soyuducu anbar- ların, qablaşdırma müəssisələrinin yaradılmasının dəstəklənməsi kimi bir çox məsələlərin uğurlu həlli öz bəhrəsini verməkdədir. Muxtar res- publikada bank-kredit qurumlarının, Sahibkarlığa Kömək Fondunun və digər təşkilatların vəsaitləri hesabına sahibkarlara, o cümlədən kənd tə- sərrüfatı və ərzaq məhsullarının is- tehsalı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin verilməsi davam etdirilməkdədir. Belə ki, təkcə cari ilin ötən dövründə kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyekt- lərinə, ümumilikdə, 7 milyon 233 min 500 manat məbləğində kreditlərin verilməsi təmin olunub. Naxçıvanda builki taxıl biçini də artıq uğurla başa çatıb. Bu ilin məhsulu üçün muxtar respublika- mızda 31579 hektar sahədə taxıl əkilmişdi və cari ildə taxıl zəmilə- rindən 94117 ton taxıl yığılıb. Kartof ikinci çörəkdir. Buna görə də muxtar respublikada tələbata uy- ğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılaraq 2016-cı ildə 3053 hektar sahədə kar- tof əkini aparılıb ki, bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çox- dur. Hazırda Naxçıvan bazarında kartofun pərakəndə satış qiyməti bu sahədə qazanılmış konkret uğurdan xəbər verir. Cari ilin ilk altı ayında 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə muxtar respublikada diri çəkidə 1,6 faiz çox, yəni 11300 tona yaxın ət və ya 1,7 faiz çox, yəni 47100 tona yaxın südün istehsal olunması heyvandarlıq məhsulları istehsalı sahəsindəki artımdan xəbər verir. Ümumiyyətlə isə muxtar res- publikamızda 2016-cı ilin yanvar- iyun aylarında ötən ilə nisbətən 5,6 faiz çox, yəni 117 milyon 545 min manata yaxın həcmdə kənd təsər- rüfatı məhsulunun istehsalı ərzaq təhlükəsizliyi məsələsinin tam təmin olunduğunu göstərir. - Əli CABBAROV Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib. Mixael Kindsqrab etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd edib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb. Qəbula görə minnətdarlığını bildirən Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib. Görüşdə ölkə lərimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Rəsmi xronika Ø ß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti Gündəlik ictimai-siyasi qəzet qapısı Qəzet 1921-ci ildən çıxır İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük rəsmilərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub. Şərqi Azərbaycan Vilayətinin gömrüklərinin rəisi Ələsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində görüş keçirilib. Görüşdə İran İslam Res- publikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrım da iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib. Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə səmimi görüşdən məmnunluğunu ifadə edərək İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib. Heyətlərarası görüşdə ikitərəfli gömrük və ticarət əlaqələrinin sadə- ləşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər sərhəd-keçid məntəqələrində mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mü- badiləsinin həyata keçirilməsi, sərhəd-keçid məntəqələrinin iş saatının artırılması, gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər. Birgünlük səfər proqramı çərçivəsində Naxçıvanın görməli yerlərini gəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanı qonaqlara muxtar respublikamızın sosial-iqtisadi inkişafı, Naxçıvanda istehsal olunan mallar, o cümlədən ixrac potensialı olan yerli istehsal məhsulları barədə məlumat verilib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti Hazırda Naxçıvan Müəllimlər İnstitu- tunun binası əsaslı şəkildə yenidən qu- rulur. Qısa müddətdə burada söküntü işləri aparıldıqdan sonra kommunikasiya xət- lərinin yenilənməsi- nə başlanılıb. Yeni korpusun inşa edil- məsi isə bu təhsil müəssisəsinin gələcək fəaliyyətini daha da genişləndirəcək. Belə ki, “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ucaldılan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. İnşaat işlərinə cari ilin aprel ayından başlanılıb. Hazırda binanın üçüncü mərtəbəsində hörgü, sonuncu mərtəbədə isə beton-qəlib işləri görülür, eyni zamanda daxildə suvaq işləri aparılır. Məlumat üçün bildirək ki, binanın zirzəmi hissəsində idman zalı, yeməkxana, anbar, birinci mərtəbədə kitabxana, elektron oxu zalı, 4 qonaq otağı, ikinci mərtəbədə rektor, kompüter və dərs otaqları, üçüncü mərtəbədə auditoriya, kompüter otağı və kafedra, dördüncü mərtəbədə auditoriya və kompüter otaqları, beşinci mərtəbədə isə 160 yerlik iclas zalı institut kollektivinin ixtiyarına veriləcək. Xəbərlər şöbəsi Muxtar respublikanın paytaxtında hər il genişmiqyaslı tikinti-qu- ruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi Naxçıvan şəhərinin simasını tanınmaz dərəcədə dəyişdirib. Görülən işlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına, təhsil almasına, işləməsinə, asudə vaxtlarının sə- mərəli keçirilməsinə zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsini də təhsil müəssisələrinin yenidən qurulması təşkil edir.

Upload: others

Post on 18-Oct-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ØßÐÃqapısı - e-kitab.nakhchivan.az 16.08.2016.pdf · lemdir. Belə ki, b u gün dünyada yüz milyonlarla insan aclıq həddində yaşadığı hald a, iri ərzaq məhsulları

Cəmiyyətin rahat və təhlükəsizhəyatının mühüm şərtlərindən birietibarlı ərzaq təminatıdır. Ölkə əha-lisinin keyfiyyətli ərzaq təminatınıözündə ehtiva edən ərzaq təhlükə-sizliyi bu baxımdan dövlətin üzərinədüşən mühüm vəzifələrdəndir. Çün-ki ilin bütün fəsillərində və istənilənşəraitdə əhalinin keyfiyyətli ərzaqməhsulları ilə təminat məsələsiniyalnız dövlət həll edə bilər. Ərzaq təhlükəsizliyi çox genişanlayışdır. O təkcə hansısa mənbələrhesabına müəyyən vacib ərzaq məh-sulları ehtiyatının yaradılması deyil,həm də bu ehtiyatların formalaşdı-rılmasının dayanıqlılığının təminolunması üçün zəruri şəraitin, habeləbunun üçün maddi stimulların vəsosial zəmanətlərin yaradılmasıdır.Ona görə də ərzaq təhlükəsizliyi de-dikdə torpaqlardan səmərəli istifadə,mütərəqqi suvarma, məhsuldar toxumsortlarının əldə olunması və yetiş-dirilməsi, istehsal olunmuş məhsul-ların saxlanılması və emalı, ticarətinfrastrukturunun yaradılması və aq-rar sahədə iqtisadi mənafelərin əla-qələndirilməsi kimi vacib məsələlərəbaxmaq lazımdır. Xüsusən çörək vədigər taxıl məhsullarının istehsalıtarixboyu cəmiyyətin əsas qayğıla-rından biri olsa da, tarixən aqrar sa-hənin üzərinə düşən bu vəzifə döv-lətin ümumi iqtisadi təhlükəsizliksiyasətinin mühüm bir parçası olub.Muxtar respublikamızda bu sahədəgörülmüş işlərə nəzər saldıqda, ilkdövrdə, regionda istehsalı mümkünolmayan ərzaq məhsullarının sərfəliqiymətlərlə idxalı ilə bərabər, eynizamanda daxili bazarı rəqabətdənqorumaqla mühüm ərzaq məhsullarıüzrə yerli istehsalın təşkil olundu-ğunu, bu məqsədlə səmərəli kredit-ləşmənin təminini, aqrar bazarınmövsümilikdən asılılığını aradanqaldıran soyuducu anbar və digərinfrastruktur şəbəkəsinin yaradılma-sını, modern kənd təsərrüfatı texni-kalarının alınıb gətirilməsini və on-ların lizinq yolu ilə kənd təsərrüfatısahibkarlarına verilməsini, kəndliyəgüzəştli qiymətlərlə gübrə, yanacağınverilməsi kimi genişmiqyaslı işlərigörürük. Bu vəzifələrin uğurla həlledilməsi, öz növbəsində, regionda

ərzaq təhlükəsizliyinin uzunmüddətlidövr üçün həllinə şərait yaradır. Ərzaq təhlükəsizliyinin təminolunması təkcə ölkəmiz və muxtarrespublikamız üçün aktual olmayıb,bütün dünyanı düşündürən bir prob-lemdir. Belə ki, bu gün dünyadayüz milyonlarla insan aclıq həddindəyaşadığı halda, iri ərzaq məhsullarıistehsalçıları olan ölkələrdə hazırməhsulun satışı problemi özünü gös-tərir. Yaxud geniş əkin sahələrinəmalik olan və texnoloji cəhətdəninkişaf etmiş ölkələrdə taxılın ərzaqməhsulu kimi deyil, texniki məq-sədlər üçün xammal və ya yemməqsədilə istifadəsinə üstünlük ver-diyi də məlumdur. Yəni buradatəkcə mühüm ərzaq məhsullarınınsırf istehsalı problemi ilə yanaşı,iqtisadi mənafe və etibarlı əmək-daşlıq məsələləri də ön plana çıxır.Bundan əlavə, müasir dünyada eko-loji problemlərin kəskinləşməsini,əkinəyararlı münbit torpaq sahələ-rinin sürətlə azaldığını və bütünbunların əksinə, planetin əhalisininget-gedə artmasını nəzərə alsaq,hər bir ölkədə əhalinin ərzaq məh-sulları ilə etibarlı təminatı məsələ-sinin gələcəkdə də öz ciddiliyiniqoruyacağı göz qabağındadır. Beləbir vacib məsələ dünyada bir çoxbeynəlxalq və regional təşkilatlarındiqqət mərkəzində olsa da, əslində,bu problem ölkələr və onların kiçikregionları səviyyəsində həll olun-duqda daha çox uğur qazanıldığınıgörürük. Buna görə də artıq taməminliklə deyə bilərik ki, NaxçıvanMuxtar Respublikasında bir vaxtlarkəskin problem kimi özünü gös-tərmiş bu məsələnin uğurlu həlliərzaq təhlükəsizliyinə tam nail olun-masının mühüm bir modelidir. 1990-cı illərin əvvəllərində, müs-təqilliyin ilk illərində muxtar res-publikamızda ərzağa olan tələbat id-xal, o cümlədən bir sıra yardımlarhesabına ödənilirdi. O dövrdə uluöndərimizin rəhbərliyi ilə ölkəmizdəilk dəfə Naxçıvanda başlanılmış aqrarislahatlara uyğun olaraq, sonrakı il-lərdə muxtar respublikamızın aqrarpotensialının hərəkətə gətirilməsiüçün kompleks tədbirlərə başlanıldı.Bu sahə üzrə müxtəlif dövlət pro-

qramlarında qarşıya qoyulmuş vəzi-fələrin uğurla icra edilməsi bu mə-sələnin kompleks həllinə imkan verdi.Naxçıvan Muxtar Respublikasındabiznes mühitinin yaxşılaşdırılması,ərzaq məhsullarının istehsalı üzrəsahibkarlığın inkişafı və sağlam rə-qabətin qorunması, dövlət investisi-yalarının aqrar bölməyə, onun in-frastruktur təminatının yaxşılaşdırıl-masına yönəldilməsi, suvarılan torpaqsahələrinin genişləndirilməsi, meliora -siya və irriqasiya sistemlərinin müa-sirləşdirilməsi və potensialının güc-ləndirilməsi, su ehtiyatlarının idarəolunmasının təkmilləşdirilməsi, ərzaqməhsullarının keyfiyyətinə və təh-lükəsizliyinə nəzarət, ərzaq məhsul-larının satış-tədarük bazalarının vəsatış mərkəzlərinin, soyuducu anbar -ların, qablaşdırma müəssisələrininyaradılmasının dəstəklənməsi kimibir çox məsələlərin uğurlu həlli özbəhrəsini verməkdədir. Muxtar res-publikada bank-kredit qurumlarının,Sahibkarlığa Kömək Fondunun vədigər təşkilatların vəsaitləri hesabınasahibkarlara, o cümlədən kənd tə-sərrüfatı və ərzaq məhsullarının is-tehsalı ilə məşğul olan iş adamlarınagüzəştli kreditlərin verilməsi davametdirilməkdədir. Belə ki, təkcə cariilin ötən dövründə kənd təsərrüfatıilə məşğul olan təsərrüfat subyekt-lərinə, ümumilikdə, 7 milyon 233min 500 manat məbləğində kreditlərinverilməsi təmin olunub. Naxçıvanda builki taxıl biçinidə artıq uğurla başa çatıb. Bu ilinməhsulu üçün muxtar respublika-mızda 31579 hektar sahədə taxıləkilmişdi və cari ildə taxıl zəmilə-rindən 94117 ton taxıl yığılıb. Kartof ikinci çörəkdir. Buna görədə muxtar respublikada tələbata uy-ğun olaraq kartofçuluğun inkişafındada müsbət dinamika saxlanılaraq2016-cı ildə 3053 hektar sahədə kar-tof əkini aparılıb ki, bu da 2015-ciildə əkilmiş sahədən 86 hektar çox-dur. Hazırda Naxçıvan bazarındakartofun pərakəndə satış qiyməti busahədə qazanılmış konkret uğurdanxəbər verir. Cari ilin ilk altı ayında2015-ci ilin yanvar-iyun ayları iləmüqayisədə muxtar respublikadadiri çəkidə 1,6 faiz çox, yəni 11300tona yaxın ət və ya 1,7 faiz çox,yəni 47100 tona yaxın südün istehsalolunması heyvandarlıq məhsullarıistehsalı sahəsindəki artımdan xəbərverir. Ümumiyyətlə isə muxtar res-publikamızda 2016-cı ilin yanvar-iyun aylarında ötən ilə nisbətən 5,6faiz çox, yəni 117 milyon 545 minmanata yaxın həcmdə kənd təsər-rüfatı məhsulunun istehsalı ərzaqtəhlükəsizliyi məsələsinin tam təminolunduğunu göstərir.

- Əli CABBAROV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Almaniya FederativRespublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri MixaelKindsqrabın etimadnaməsini qəbul edib.

Mixael Kindsqrab etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla

inkişaf etdiyini vurğulayıb. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyəndövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeydedib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.Qəbula görə minnətdarlığını bildirən Almaniya Federativ Respublikasının ölkəmizdə

yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab son illər Azərbaycanınbeynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. Almaniyalı diplomatsiyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızındaha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə ölkə lərimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digərsahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Rəsmi xronika

Øß ÃÐDoğma, canım-varlığım qədərsevdiyim Azərbaycanımmənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısıQəzet 1921-ci

ildən çıxır

İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan vəƏrdəbil vilayətlərinin gömrük rəsmilərindən ibarət nümayəndə heyətiNaxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub. Şərqi Azərbaycan Vilayətinin gömrüklərinin rəisi Ələsgər Abbaszadəninrəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar RespublikasıDövlət Gömrük Komitəsində görüş keçirilib. Görüşdə İran İslam Res-publikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu MənsurAyrım da iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri,gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkələrimiz arasındakıəlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətləri ilə Naxçıvan MuxtarRespublikası arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini,gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib. Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə səmimi görüşdənməmnunluğunu ifadə edərək İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqdamaraqlı olduğunu dilə gətirib. Heyətlərarası görüşdə ikitərəfli gömrük və ticarət əlaqələrinin sadə-ləşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər sərhəd-keçid məntəqələrindəmal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mü-badiləsinin həyata keçirilməsi, sərhəd-keçid məntəqələrinin iş saatınınartırılması, gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi,ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərinmütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlıilkin razılığa gəliblər. Birgünlük səfər proqramı çərçivəsində Naxçıvanın görməli yerlərinigəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanıqonaqlara muxtar respublikamızın sosial-iqtisadi inkişafı, Naxçıvandaistehsal olunan mallar, o cümlədən ixrac potensialı olan yerli istehsalməhsulları barədə məlumat verilib.

Naxçıvan Muxtar Respublikası

Dövlət Gömrük Komitəsinin

mətbuat xidməti

Hazırda NaxçıvanMüəllimlər İnstitu-tunun binası əsaslışəkildə yenidən qu-rulur. Qısa müddətdəburada söküntü işləriaparıldıqdan sonrakommunikasiya xət-lərinin yenilənməsi-nə başlanılıb. Yenikorpusun inşa edil-məsi isə bu təhsilmüəssisəsinin gələcək fəaliyyətini daha da genişləndirəcək. Belə ki,“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindənucaldılan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. İnşaatişlərinə cari ilin aprel ayından başlanılıb. Hazırda binanın üçüncümərtəbəsində hörgü, sonuncu mərtəbədə isə beton-qəlib işləri görülür,eyni zamanda daxildə suvaq işləri aparılır. Məlumat üçün bildirək ki, binanın zirzəmi hissəsində idman zalı,yeməkxana, anbar, birinci mərtəbədə kitabxana, elektron oxu zalı, 4qonaq otağı, ikinci mərtəbədə rektor, kompüter və dərs otaqları,üçüncü mərtəbədə auditoriya, kompüter otağı və kafedra, dördüncümərtəbədə auditoriya və kompüter otaqları, beşinci mərtəbədə isə160 yerlik iclas zalı institut kollektivinin ixtiyarına veriləcək.

Xəbərlər şöbəsi

Muxtar respublikanın paytaxtında hər il genişmiqyaslı tikinti-qu-ruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsiNaxçıvan şəhərinin simasını tanınmaz dərəcədə dəyişdirib. Görülənişlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahatşəraitdə yaşamasına, təhsil almasına, işləməsinə, asudə vaxtlarının sə-mərəli keçirilməsinə zəmin yaradıb. Bu istiqamətdə həyata keçiriləntədbirlərin bir hissəsini də təhsil müəssisələrinin yenidən qurulmasıtəşkil edir.

Page 2: ØßÐÃqapısı - e-kitab.nakhchivan.az 16.08.2016.pdf · lemdir. Belə ki, b u gün dünyada yüz milyonlarla insan aclıq həddində yaşadığı hald a, iri ərzaq məhsulları

2 Xəbər verdiyimiz kimi, av-qustun 11-12-də Çin Xalq Res-publikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiriVey Cinhuan Naxçıvan MuxtarRespublikasına ikigünlük səfərizamanı muxtar respublikanınistehsal, təhsil, mədəniyyət vəsəhiyyə müəssisələri ilə tanışolub. Muxtar respublikadanzəngin təəssüratla ayrılan çinlidiplomat “Şərq qapısı” qəzetinədə müsahibə verib. Müsahibənioxuculara təqdim edirik: – Naxçıvana səfərinizin məqsədi

barədə nə deyə bilərsiniz?

– Çox sağ olun, əvvəlcə deyimki, bu, mənim Naxçıvan MuxtarRespublikasına ilk səfərimdir. Bil-diyiniz kimi, Naxçıvan müxtəliftarixi səbəblərdən Azərbaycanın əsasərazisindən aralı düşüb. Lakin buqədim Azərbaycan diyarı müxtəlif

çətinliklərəbaxmayaraq,daim inkişafedir, öz sabit-liyini qoru-yur. Gəlişimi-

zin əsas məqsədi muxtar respublikailə daha yaxından tanış olmaqdır. Bunu da vurğulamaq lazımdırki, Naxçıvan Azərbaycan xalqınınümummilli lideri Heydər Əliyevinvətənidir. Dahi şəxsiyyət HeydərƏliyev həm də Çin xalqının böyükdostudur. Yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyev ilk dəfə 1994-cüildə Çinə səfər etmiş və ölkəmizdəbir sıra faydalı görüşlər keçirmişdi.Elə Çin Xalq Respublikası ilə Azər-

baycan Respublikası arasındakı ilkəməkdaşlıq körpüsünün təməli dəməhz həmin dövrdə qoyulub. Onagörə də bura gələndə düşünürdümki, mən həm də dahi Heydər Əliyevinvətəninə gedirəm.

– Sizə də yaxşı məlumdur ki,

hazırda Azərbaycanın Naxçıvan

Muxtar Respublikası ilə Çin Xalq

Respublikası arasında bir sıra

əməkdaşlıq əlaqələri mövcuddur.

– Bəli, bizim səfərimizdə bu amildə mühüm rol oynayır ki, Naxçıvanınhazırkı potensialı ilə əyani şəkildətanış olaq. Artıq bir müddətdir ki,Çin Xalq Respublikası Naxçıvandahəm telekommunikasiya, həm dəavtomobil istehsalı üzrə təmsil olu-

nur. Bu, eyni zamanda Naxçıvanınbir muxtar dövlət kimi investisiyalaraaçıq olduğunun göstəricisidir. Bil-diyiniz kimi, ötən il AzərbaycanRespublikasının Prezidenti cənabİlham Əliyev Çin Xalq Respubli-kasında səfərdə olmuşdu. Səfər müd-dətində hər iki ölkənin liderləri ara-sında müxtəlif sahələr üzrə qarşılıqlıəməkdaşlıq məsələlərindən danışıl-mışdı. Buna görə də çalışırıq ki,Azərbaycanın regionları, o cümlədənNaxçıvan Muxtar Respublikası iləÇin Xalq Respublikası arasında dahageniş əlaqələrin qurulmasına yardımedək. Onu da qeyd edim ki, mənimNaxçıvana səfərim ikigünlük olsada, buranın potensialı haqqında mü-

hüm məlumatlar toplaya bildim.İnanıram ki, mənim bu səfərim bun-dan sonrakı fəaliyyətimdə də Nax-çıvanın, ümumilikdə isə Azərbay-canın Çin Xalq Respublikası iləqarşı lıqlı əməkdaşlığında mühümrol oynayacaq.

– Bəs bu qısa səfərinizdə Nax-

çıvan sizdə hansı təəssüratları

yaratdı?

– Əvvəlcə sizin vasitənizlə isti-qanlı, qonaqpərvər naxçıvanlılarasəmimi salamlarımı çatdırıram. Birdaha əmin olduq ki, Naxçıvan çoxzəngin potensiala malikdir. Buradaqədim tarixi abidələr və müasir in-frastruktur vardır. Eyni zamandanaxçıvanlılar istiqanlıdırlar. İnanıram ki, bu atmosfer əlaqə-lərimizin də hər zaman isti olacağınaşərait yaradacaq. – Müsahibə üçün sağ olun.

- Səbuhi HƏSƏNOV

Bölgəyə gedən yolboyu dağlarınyamaclarında terras üsulu ilə salınmışyaşıllıq zolaqları qədim yurd yerinintəbiətini daha da zənginləşdirib. Bu-rada bir məsələni xüsusi qeyd etməklazımdır ki, aran və düzəngah yer-lərdə əkilən ağacların su ilə təchizatıo qədər də çətin məsələ deyil. Prob-lem dağ yamaclarına su qaldırılma-sındadır ki, bu da öz həllini tapıb.Rayonun idarə, müəssisə və təşki-latlarının əməkdaşları müntəzəmolaraq bu ünvanlara gəlir, müxtəlifaqrotexniki tədbirlər həyata keçirirlər.Bölgənin son illərdə keçdiyi inkişafyolu on illərə bərabərdir. Bu barədədanışmazdan əvvəl qədim yurd ye-rinin tarixinə nəzər salmağa dəyər.XVI əsrdə burada 27 kəndi, Oyuq-lucaqaya, Bazaryurd, Dərəbaş gədiyi,Qaçdaş, Nərkeçi və Armudlu yay-laqlarını əhatə edən Dərəşahbuz na-hiyəsi yaradılıb, XIX əsrin 40-cı il-lərinə qədər fəaliyyət göstərib. 1925-ci ildə Naxçıvan inzibati ərazi va-hidində Nərimanov rayonu adlan-dırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub.Rayon 1963-cü ildə ləğv edilərəkNaxçıvan (indiki Babək) rayonunabirləşdirilib, 1965-ci ildə yenidəntəşkil olunub. Şahbuz qəsəbəsinə2007-ci ildə şəhər statusu verilib.2013-cü ildə sahəsi 1454 hektarolan Qarababa kəndi, bütövlükdə,Ayrınc kəndinin 92,8 hektar sahəsi,Daylaqlı kəndinin 274,8 hektar sahəsiŞahbuz şəhərinə verildikdən sonrahazırda rayon mərkəzi 2826,6 hektarsahəni əhatə edir. Ümumilikdə isərayonun ərazisi 836,6 kvadratkilo-metrdir. Əhalisi 25 min nəfərə ya-xındır. Rayonda 1 şəhər, 1 qəsəbə,22 kənd vardır.

Şahbuz toponimi haqqında nə bilirik?

Şahbuz toponimi ilə bağlı müx-təlif versiyalar mövcuddur.

Tarixi mənbələrdə “Şahbuz” adınailk dəfə Eldənizlərin mis sikkə də-finəsini göstərən xəritədə və ƏmirTeymurun tarixçisi Şərəfəddin ƏliYəzdinin “Zəfərnamə” əsərində rastgəlinir. Ancaq faktlar göstərir ki,Şahbuz ərazisi daha qədim yaşayışməskənidir. Bu cəhətdən adın mənasıilə bağlı xalq etimologiyasında,Q.Qeybullayev, M.Təhmasib, T.Ha-cıyev kimi tədqiqatçıların araşdır-malarında müxtəlif fikirlər səslənir.Həqiqətə daha uyğun olanı isəM.Təhmasibin gəldiyi qənaətdir.“Şahbuz” sözünün “şah” hissəsi“hündür, yüksək” anlamlarında iş-lənir. Alim “Şahbuz” sözünün ikincikomponentini (bus//buz) qəbilə adı

ilə əlaqələndirir. Və bu qəbiləni Mi-diya qəbilələrindən biri kimi təqdimedir. Buslar türk mənşəli etnos olub,öz adlarını bir qisim toponimlərdə,o cümlədən Şahbuz adında yaşat-mışlar. Belə ehtimal olunur ki, sözünbirinci hecası olan “şah” “bus//buz”tayfa adı ilə birləşərək “buslara məx-sus yüksək yer” mənasını verir. AMEA-nın müxbir üzvü, mər-hum Adil Bağırova görə, bu adınməna açımı ilə bağlı belə bir ehtimalda məqbul sayıla bilər. Sözün “şah”komponentinin vaxtilə bu ərazilərdəyaşamış “saq” türk qəbilə bir -ləşməsinin adından götürülməsimümkündür.

Dünənki Şahbuzdan əsər-əlamətqalmayıb və ya son illərdə

keçilən yol on illərə bərabərdir

Rayon mərkəzindəki ümum-milli lider Heydər Əliyevin

adını daşıyan prospekt Şahbuz şəhərihaqqında yüksək təəssüratlar yaradır.Bu ünvan elə bir füsunkar görkəməgətirilib ki, bu gözəlliyə vurğun ol-mamaq mümkün deyil. Prospektdəgözəl park salınıb. Bu park şahbuzlu -ların ən çox üz tutduğu ünvanlardanbiridir. Rayon Təhsil Şöbəsinin əmək-daşı Xanlar Səfərəliyev deyir ki, Şah-buzun bugünkü görkəmini görəndəistər-istəməz rayonumuzun keçmişinixatırlayırıq. Sözün həqiqi mənasında,Şahbuz gözdənuzaq, könüldəniraqdüşmüş bir yaşayış məntəqəsini xa-tırladırdı. Son illərdə şahbuzlular dagördülər və inandılar ki, təşəbbüs-karlıq, əzmkarlıq, insana qayğı olanyerdə hər şeyə nail olmaq mümkün-dür. Bu gün Şahbuz müasir Azər-baycan rayonudur. Bizə o qalır ki,belə gözəl görkəmə gətirilmiş rayo-numuzda qurulanları, yaradılanlarıqoruyaq. Şahbuzlular çəkilən zəhmətiqiymətləndirməyi, gözəlliyi qorumağıbacaran, onun qədrini bilən insan-lardır. Onunla parkı gəzirik. Prospektəparalel olan yuxarıdakı küçəyə gö-züm sataşır. Bu ünvan da quruculuqdonuna bürünüb. Belə qənaətə gə-lirəm ki, Şahbuzdan bir neçə il əvvəlayrılan insan indi rayon mərkəzinəüz tutarsa, mübaliğəsiz demək olarki, şəhəri tanımaz. Bu fikrimlə Xanlarmüəllim də razılaşır. Çünki buradayenilənməyən bina qalmayıb. Bütünidarə, müəssisə və təşkilatlar üçünmüasir memarlıq üslubunda binalarinşa olunub. Rayon İcra Hakimiyyəti,Maliyyə, Təhsil, Polis şöbələri, Bay-tarlıq və Rabitə idarələri, DövlətSosial Müdafiə Fondunun ŞahbuzRayon Şöbəsi, Əhalinin Sosial Mü-dafiəsi, Gigiyena və Epidemiologiya

mərkəzləri, Tarix-Diyarşünaslıq Mu-zeyi, avtovağzal, “Araz” kinoteatrı,Mərkəzləşdirilmiş Kitabxana Sistemi,Yeni Azərbaycan Partiyası ŞahbuzRayon Təşkilatı və digər təşkilatlarınfəaliyyət göstərdikləri yeni binalardaəməkdaşlar üçün hərtərəfli iş şəraitiyaradılıb. Həmin ərazilərdə gülkar-lıqlar və yaşıllıq zolaqları salınıb. Məlumat üçün onu da bildirəkki, quruculuq tədbirləri rayon mər-kəzilə məhdudlaşmayıb. Bütün kənd -lərdə belə tədbirlər həyata keçirilib.Ən ucqar dağ və sərhəd yaşayışməntəqələrinin belə, siması tanınmazdərəcədə dəyişilib. Həmin ünvan-larda kompleks quruculuq tədbirləriaparılıb, müasir infrastruktur yara-dılıb. Cari ilin ilk 6 ayında Daylaqlıkəndində 120 şagird yerlik məktəbbinası, kənd və xidmət mərkəzləriistifadəyə verilib. Kolanı kəndindəisə 316 şagird yerlik məktəb bina-sının, Kiçikoba kəndində xidmətmərkəzinin və Şahbuz şəhərindəelektrik şəbəkəsi üçün yeni binanıntikintisi aparılır. Muxtar respublikamızda yol-nəq-liyyat kompleksinin yenilənməsi vəbeynəlxalq standartlara uyğunlaş-dırılması istiqamətində mühüm təd-birlər həyata keçirilir. Çünki abadyurd yolundan tanınar, – deyib ata-babalarımız. Bu qənaətdəki həqiqətiisbat etmək üçün uzağa getməyəehtiyac yoxdur. Elə bəhs etdiyimizŞahbuz rayonu bunun üçün ən gözəlünvandır. Rayonun bütün kəndlərindəolmuşam. İstər sərhəd kəndləri, is-tərsə də digər yaşayış məntəqələriarasında olan yollarda aparılan qu-ruculuq tədbirlərinə qibtə etməyəbilmirsən. Bu bölgənin elə kəndlərivar ki, evlərin biri dağın ətəyində,biri dərənin yanındadır. Yolları daelədir Şahbuzun. Təbii ki, belə coğ-rafi məkanda yol çəkilişi də çətindir.Lakin bunun öhdəsindən gəlinib.Yolların abad saxlanılması istiqa-mətində aparılan tədbirlər öz nəti-cəsini verib, nəqliyyatın intensivhərəkəti təmin olunub. Cari ilin ötəndövründə Daylaqlı və Kiçik oba kənd -lərində 2,8 kilometr uzunluğundaasfalt örtük salınıb, Yuxarı Qışlaqkənd avtomobil yolunun kənarında15 metr uzunluğunda istinad divarıçəkilib, Külüs, Kükü, Güney Qışlaq,Ayrınc kənd yollarında, eləcə dəŞahbuz-Batabat magistral yolundacari təmir işləri aparılıb.

Aqrar sahəyə qayğı məhsulbolluğuna səbəb olub

Rayon İcra Hakimiyyətindənaldığımız məlumata görə,

rayonda əsasən, əkinçilik, heyvan-darlıq, arıçılıq və bağçılıq inkişafetdirilir. Aqrar sahənin inkişafı məq-sədilə şəxsi mülkiyyətdə olan tor-paqlardan səmərəli istifadəyə dövlətqayğısı güclənib. Ötən il bu ilinməhsulu üçün 1337 hektar sahədəpayız əkini keçirilib, 3835 ton məhsulgötürülüb. Cari ildə 463 hektar sahədə kar-

tof, 286 hektar sahədə tərəvəz, 242hektar sahədə dənli-paxlalı, 11 hek-tar sahədə bostan bitkiləri və 280hektar sahədə digər bostan məh-sulları əkilib. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2012-ci il 14fevral tarixli Sərəncamı ilə təsdiqolunmuş və uğurla başa çatmış“2012-2015-ci illərdə NaxçıvanMuxtar Respublikasında meyvəçi-liyin və tərəvəzçiliyin inkişafı üzrəDövlət Proqramı”nın icrası öz bəh-rələrini verib. Bu istiqamətdə rayondahəyata keçirilən tədbirlər meyvə vətərəvəz istehsalının artımına müsbəttəsir göstərib. Məlumat üçün bildirəkki, adıçəkilən proqramın uğurla icraolunması hesabına rayonda bağ sa-hələri 60,9 hektar artırılıb. Üç nəfərisə bu sahəni inkişaf etdirmək üçünkredit götürərək 15 hektar sahədəbağ salıb. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2016-cı il 8fevral tarixli Sərəncamı ilə təsdiqolunmuş “2016-2020-ci illərdə Nax-çıvan Muxtar Respublikasında mey-vəçiliyin və tərəvəzçiliyin inkişafıüzrə Dövlət Proqramı” isə rayondabu sahəni inkişaf etdirmək üçündaha bir stimul olub. Proqramınicrası istiqamətində cari ilin ötəndövründə xeyli iş görülüb, meyvəbağlarının sahəsi genişləndirilib.Cari ilin ötən dövrü ərzində meyvəbağlarından 934 ton məhsul yığılıb.Bu da ötən ilin birinci yarım ili iləmüqayisədə 0,4 faiz çoxdur. Cariildə yaşıllaşdırma tədbirləri davametdirilib, 4,7 hektar sahədə yeni bağsalınıb, 0,4 hektar sahədə bərpaişləri aparılıb, 4860 ədəd yeni meyvətingi əkilib. Rayonda sənaye məhsulunun həc-mi də ildən-ilə artır. Bəhs olunandövrdə 5 milyon 924 min 900 ma-natlıq sənaye məhsulu istehsal olunubki, bu da 2015-ci ilin müvafiq dövrüilə müqayisədə 1,7 faiz çoxdur.

İnkişaf bütün sahələri əhatə edir

Cari ilin birinci yarısında şah-buzlulara göstərilən rabitə

xidmətinin səviyyəsi yüksəldilib,əhaliyə verilən təbii qaz və elektrikenerjisindən səmərəli istifadə olun-ması üçün tədbirlər həyata keçirilib.Rayon əhalisinə göstərilən səhiyyə,mədəniyyət və digər sosial xidmət-lərin səviyyəsi xeyli yüksəldilib.

Aztəminatlı ailələrin sosial müda-fiəsinə diqqət artırılıb. Bəhs olunandövrdə 80 ailənin 304 üzvünə 41min 21 manat sosial yardım, 3508pensiyaçıya 3 milyon 825 min 93manat pensiya, 883 nəfərə 407 min910 manat müxtəlif növ sosial müa-vinətlər verilib. Bu gün Şahbuz rayonunda 23tam orta məktəb, 6 məktəbdənkənarmüəssisə var. Məktəblərdən 21-i,məktəbdənkənar müəssisələrdən 2-siyeni binalarda fəaliyyət göstərir.Ötən dövrdə şagirdlərin təlim-tər-biyəsi sahəsində təhsil müəssisələ-rinin fəaliyyətinə nəzarət diqqətdəsaxlanılıb. Rayonda əhalinin sağlamlığınınqorunması istiqamətində ardıcıl təd-birlər həyata keçirilib, yaradılmış hə-kim briqadaları tərtib olunmuş cədvələsasında ayrı-ayrı yaşayış məntəqə-lərində olub, peyvəndlərin vaxtındaaparılmasına diqqət yetirib. Rayondakı mədəniyyət evlərinin,klubların, Mərkəzləşdirilmiş Kitab-xana Sistemi və onun filiallarının,uşaq kitabxanası, uşaq musiqi mək-təblərinin, muzeylərin, kinoteatrınfəaliyyəti qənaətbəxş olub. Ötəndövr ərzində bütün mədəniyyətmüəssisələrində tarixi-əlamətdar vəbayram günlərinin qeyd edilməsi,milli-mənəvi dəyərlərimizin qorun-ması, təbliği diqqət mərkəzində sax-lanılıb. Yaradılmış ansambllar, folklorqrupları rayonun mədəni həyatındafəal iştirak edirlər. Vaxtilə ŞahbuzRayon Mədəniyyət Evi nəzdindədram dərnəyi kimi yaradılan və bugün Xalq teatrı statusu ilə fəaliyyətgöstərən kollektiv insanların asudəvaxtının səmərəli təşkilinə öz töh-fəsini verir.

* * * Şahbuz rayonunda son illər, kon-kret olaraq cari ilin ilk 6 ayındahəyata keçirilən məqsədyönlü təd-birlər belə deməyə əsas verir ki,bu dağlıq zonada sosial rifahın,yaxşı gün-güzəranın təmin olun-masında dövlət qayğısı başlıca amiləçevrilib. Davamlı xarakter alan, həraddımda müşahidə edilən və bəh-rələri görünən belə qayğı isə bölgəsakinlərinin ən qiymətli sərvət olantorpağa bağlılıqlarını daha da güc-ləndirib. Torpaq isə ona baş əyənə,qədrini bilənə, onu qoruyana heçvaxt borclu qalmır.

- Muxtar MƏMMƏDOV

İsti yay günlərinin birində yolumuzu gözəlliklər məskəni Şahbuzasaldıq. Ulu Tanrının səxavətini əsirgəmədiyi bu bölgəmiz bu günmüasir və abad görkəmi ilə göz oxşayır. Kiçik Qafqazın Dərələyəz sil-siləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınanrayonun təbiət abidələri Şahbuza bir məğrurluq və əzəmət bəxş edib.Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qo-naqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb.Batabat yaylağındakı “Üzən ada” təbiətin möcüzələrindən biridir.Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalargətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsiniqoruyub saxlaya biliblər.

Page 3: ØßÐÃqapısı - e-kitab.nakhchivan.az 16.08.2016.pdf · lemdir. Belə ki, b u gün dünyada yüz milyonlarla insan aclıq həddində yaşadığı hald a, iri ərzaq məhsulları

3

Onu da qeyd edək ki, teatr ta-rixində xalq yaradıcılığı onunmilli-mənəvi dəyərlərinin və dün-yagörüşünün təzahür formaların-dan biridir. Azərbaycanın xalqyaradıcılığı da əsrlərboyu forma-laşaraq və inkişaf edərək günü-müzədək gəlib çatıb. NaxçıvanMuxtar Respublikası Ali MəclisiSədrinin 7 fevral 2009-cu il tarixdəimzaladığı “Naxçıvan MuxtarRespublikasında Xalq yaradıcılığıgünlərinin keçirilməsi haqqında”Sərəncam milli-mənəvi dəyərlə-rimizə böyük diqqət və ehtiramınbariz nümunəsidir. Bu tarixi sə-nəddən irəli gələn vəzifələri yerinəyetirmək məqsədilə Babək RayonMədəniyyət Evinin nəzdində ya-radılmış dram dərnəyinin uzun-müddətli səmərəli fəaliyyəti, rayonsakinlərinin asudə vaxtlarının sə-mərəli təşkilinə verdiyi töhfələrvə yaradıcılıq uğurları nəzərə alı-naraq 2009-cu il 13 iyulda Nax-çıvan Muxtar Respublikası Na-zirlər Kabinetinin qərarı ilə “Xalqteatrı” adına layiq görülüb. Ötənmüddət ərzində kollektiv bir neçəəsəri səhnələşdirərək teatrsevərlərətəqdim edib. Bu barədə rayon Mədəniyyət

Evinin müdiriFaiq Heydərovbildirdi ki, xalqqəhrəmanı Babə-kə həsr olunmuşƏ.Məmmədxan-lının “Xürrəmi-lərin ağ şahini”əsəri ilə fəaliy-yətə başlayan te-atr elə ilk tama-şadan özünə geniş auditoriya qa-zana bilib. Sonra Braziliya yazı-çı-dramaturqu Q.Fiqeyredonun“Ezop” əsəri tamaşaya qoyulub.Bundan sonra Xalq şairi B.Va-habzadənin “Yollara iz düşür”əsəri və M.Əlizadənin “ŞeyxRəhmətulla” tamaşası rayon ic-timaiyyətinə nümayiş etdirilib. Faiq Həsənov onu da diqqəti-mizə çatdırdı ki, tamaşa seçimindəideya olaraq zəhmətsevərlik, düz-günlük, vətənpərvərlik hissləriəsas götürülür. Kollektivin üzv-lərindən Sədaqət Əliyeva, YusifƏliyev, Firdovsi Səfərov, MahirVəliyev, İsmayıl Qurbanov, StellaBabayeva və başqaları ali təhsillimədəniyyət işçiləridir. TamaşalaraNaxçıvan Dövlət Universitetinintələbələri də cəlb olunublar. Bu

həvəskar aktyorların ifasında CəfərCabbarlının “Solğun çiçəklər”dramını, Bəxtiyar Vahabzadənin“İkinci səs”, Səttar Axundovun“Məhəbbət nişanəsi”, N.B.Vəzir -

ovun “Yağışdan çıxdıq, yağmuradüşdük (Hacı Qənbər)”, SəidRüstəmov un “Durna” musiqilikomediyası, filosof şair HüseynCavidin 130 illik yubileyi müna-sibətilə “Ana” əsərləri uğurlu səh-nə həllini tapıb. 2014-cü ildə Nax-çıvan Muxtar Respublikası Mə-dəniyyət və Turizm Nazirliyi tə-rəfindən keçirilən xalq teatrlarınınfestivalında N.B.Vəzirovun “Ya-ğışdan çıxdıq, yağmura düşdük(Hacı Qənbər)” tamaşası ilə kol-lektiv birinci yerə layiq görülüb. Teatrın tamaşaya qoyduğu Hü-seynbala Mirələmovun “Xəcalət”əsəri də tamaşaçılar tərəfindənrəğbətlə qarşılanıb. Kollektiv buəsərlə Naxçıvan şəhərində və Şərurrayonunda da uğurla çıxış edib.

Hafizə ƏLİYEVA

Cari il mart ayının 18-də muxtarrespublika Ali Məclisində NaxçıvanMuxtar Respublikasında turizmin in-kişaf etdirilməsi ilə bağlı keçirilən mü-şavirədə muxtar respublika rəhbərinintapşırıqlarına əsasən, idman federa-siyaları üzvlərinin Ağbulaq İstirahətMərkəzində istirahətləri təşkil edilir. Avqust ayının 12-13-də mərkəzinnövbəti qonaqları Naxçıvan MuxtarRespublikası Atıcılıq Federasiyasınınyetirmələri olub. İkigünlük istirahətproqrama uyğun olaraq təşkil edilib.Ye-niyetmə atıcıları Ağbulaq İstirahət Mər-kəzində mərkəzin və təşkilatçı qurum-ların əməkdaşları qarşılayıblar. İlk olaraqidmançılar Ağbulaq kəndi ərazisindəkitəbiət abidələri ilə tanış olub, “Ağbulaq”bulağına yürüş ediblər. Stolüstü oyun-larda mübarizə aparan yeniyetmə atıcılararasında mərkəzin stadionunda futbolvə voleybol yarışları keçirilib. Şam ye-məyindən sonra isə idmançılara vətən-pərvərlik mövzusunda sənədli film nü-mayiş etdirilib. İkinci günə yeniyetmə idmançılar

mərkəzin stadionundagimnastik hərəkətlərləbaşlayıblar. Əyləncəliproqramda isə idmançılarüçün kiçik tamaşalar gös-tərilib. İdmançılar Batabatyaylağını da gəziblər. Na-har yeməyindən sonra fe-derasiyanın yetirmələri-nin Ağbulaq İstirahət

Mərkəzində ikigünlük istirahətinə ye-kun vurulub və onlar Naxçıvan şəhərinəqayıdıblar. Mərkəzdə olan məşqçilər, idmançılarikigünlük istirahətdən razı qalıblar. Fe-derasiyanın məşqçisi Fərhad Əliyev,idmançı Hümbət Babayev bizimlə söh-bətlərində bildirdilər ki, belə istirahətləridmançılar üçün əlavə stimul yaradır,onları bu sahəyə daha çox bağlayır.Belə istirahətlər idmançıların yarışlardauğur qazanmalarına müsbət təsirinigöstərir. Federasiyanın yetirməsi Nail Seyid -ov dedi ki, idmançıların həmişə istira-hətə ehtiyacları olur. Yaradılan bu şə-raitə, yeniyetmə idmançılar üçün gös-tərilən qayğıya görə minnətdarlığımızıbildiririk. Qeyd edək ki, bu tədbir NaxçıvanMuxtar Respublikası Ali MəclisininSədri yanında Gənclər Fondu, NaxçıvanMuxtar Respublikası Gənclər və İdmanNazirliyi, Atıcılıq Federasiyasının birgətəşkilatçılığı ilə keçirilib.

- Ceyhun MƏMMƏDOV

Hər bir xalqın bədii yaradıcılığı, estetik təfəkkürü onun həyatıilə sıx bağlıdır. İncəsənət, xüsusilə teatr ictimai-tarixi inkişaflaşərtlənib. Xalqın gerçək həyatını real boyalarla, canlı obrazlarlaəks etdirən teatr sənəti zirvə yürüşündə həmişə öndə olub, özorijinallığı ilə seçilib.

2007-ci ildə Naxçıvan Uşaq Bər-pa Mərkəzinin istifadəyə verilməsimuxtar respublika sakinlərinin böyüksevincinə səbəb olub. Açılış məra-simində Naxçıvan Muxtar Respub-likası Ali Məclisinin Sədri uşaqlaragöstərilən qayğının əhəmiyyətindəndanışaraq qeyd edib ki, biz cəmiy-yətimizi inkişaf etdirmək istəyiriksə,müstəqilliyimizi əbədi etmək istə-yiriksə, uşaqlara qayğı göstərməliyik.Dövlətimiz də uşaqlara qayğı, diqqətişini özünün prioritet məsələlərindənbiri hesab edir. Ona görə ki, ümum-milli liderimizin dediyi kimi, uşaqlarbizim gələcəyimizdir. Bu gələcəkisə bu gün qurulur. Bu gün biz uşaq-lara necə diqqət və qayğı göstərə-cəyiksə, gələcəyimiz də o cür qu-rulacaqdır. Sağlamlığını itirmiş uşaq-lar bundan sonra reabilitasiya mər-kəzində müalicə alacaqlar və özsağlamlıqlarını bərpa edib cəmiyyətəinteqrasiya olunacaqlar. Bunlar Azər-baycanda inkişafın olduğunu, döv-lətin öz insanlarına qayğısını, eynizamanda ölkəmizin qloballaşan dün-yaya inteqrasiyasını göstərir. İndi bu mərkəz sağlamlıq im-kanları məhdud olan uşaqların tibbireabilitasiyalarının təmin olunma-sında mühüm rol oynayan müəssi-səyə çevrilib. Bu mərkəzdə ana-dangəlmə və ya sonradan müəyyənsəbəblərdən sağlamlıqlarını qismənitirən uşaqların muxtar respublika-dan kənara getmədən tamamilə döv-lət vəsaiti hesabına müayinə vəmüalicə olunmalarına hər cür şəraityaradılıb. Mərkəzin baş həkimi Şəhla Əh-mədovanın dediyinə görə, buradamüalicə olunanlar 18 yaşadək sağ-lamlıq imkanları məhdud olan uşaq-lardır. Belə uşaqların fizioterapiyamüalicəsi almaları üçün mərkəzdəmüasir tibbi avadanlıqlarla təchizedilmiş müxtəlif tezlikli cərəyanlarlamüalicə, infraqırmızı, ultrabənöv-şəyi, mikrodalğa ilə müalicə, manualmasaj, parafin aplikasiyası otaqları,eyni zamanda su və balneoterapiya(mirvari vannası, burulğanlı vanna,basseyn), müalicəvi bədən tərbiyəsi

zalı fəaliyyət göstərir. Baş həkim bildirdi ki, NaxçıvanMuxtar Respublikası Ali MəclisiSədrinin 2016-cı il 11 yanvar tarixliSərəncamı ilə “2016-2020-ci illərdəNaxçıvan Muxtar Respublikasındasağlamlıq imkanları məhdud uşaq-ların təhsili və reabilitasiyası üzrə

Dövlət Proqramı” təsdiqolunub. Naxçıvan UşaqBərpa Mərkəzi də öz işin-də adıçəkilən dövlətproqramını rəhbər tutaraqfəaliyyətini davam etdirir.Hazırda mərkəzdə 6 nə-fəri stasionar, 10 nəfəriisə ambulator müalicəkursu qəbul edən 16 uşaqvar. Mərkəzə müraciətedən hər bir uşaq ətraflışəkildə müayinə olunduqdan sonrahəkim-fizioterapevt tərəfindən onunüçün tərtib edilmiş fərdi tibbi rea-bilitasiya kitabçasında qeydiyyatlaraparılır və gündəlik olaraq təyinedilmiş prosedurların yerinə yeti-rilməsinə həkim tərəfindən nəzarətedilir. Mərkəzdə müalicə kursuqəbul edən uşaqların əksəriyyətisinir sistemi xəstəliklərindən əziyyətçəkən uşaqlardır. Mərkəzin kollektivihəmin uşaqların müalicəsində bu-rada yaradılmış şəraitdən geniş şə-kildə istifadə etməklə onların ətrafmühitə adaptasiyasına, əzələ tonu-sunun və gücünün yaxşılaşdırılma-sına, hərəkət amplitudalarının art-

masına nail olurlar. Qeyd edək ki,sağlamlıq imkanları məhdud uşaq-ların müalicəsi və reabilitasiyasıdaim diqqət mərkəzində saxlanılır.Mərkəzin müalicəvi bədən tərbiyəsizalına uşaqlara göstərilən xidmətindaha da yaxşılaşdırılması və key-fiyyətin artırılması üçün yeni ava-danlıqlar – yeriş imitatoru, unikreslo,artromot, aşil tendon gərici verilib.Uşaqlara göstərilən diqqət və qay-ğının daha bir nümunəsi kimi muxtarrespublikada ilk dəfə olaraq mər-kəzdə “ Multisensor terapiya” müa-licə otağı istifadəyə verilib ki, bumüalicə metodu autizm sindromun-dan əziyyət çəkən, eyni zamanda

diqqət dağınıqlığı olan hiper -aktiv uşaqların müalicəsindəəvəzolunmazdır.

“Mərkəzdə müalicə kursuqəbul edən uşaqların hər birinəfərdi yanaşmaqla onlarda olanxüsusi istedadların vaxtındaaşkara çıxarılmasına da kol-lektiv tərəfindən xüsusi diqqətgöstərilir”, – deyən Şəhla Əh-mədova onu da bildirdi ki,adıçəkilən dövlət proqramının

icrası ilə əlaqədar olaraq mərkəzintəşkilatçılığı ilə Naxçıvan DövlətUşaq Teatrı mərkəzdə müalicə kursuqəbul edən uşaqların iştirakı ilə“Meşə çaqqalsız olmaz” tamaşasınısəhnələşdirib, 1 iyun – UşaqlarıBeynəlxalq Müdafiə Günü ərəfə-sində tamaşaya qoyub. Eyni za-manda mərkəzdə müalicə kursu qə-bul edən uşaqların Naxçıvan şəhə-rində keçirilən şeir müsabiqəsində,əl işləri və rəsm əsərlərindən ibarətsərgidə iştirakları təmin edilib, on-lardan üç nəfəri 3-cü yerə layiq gö-rülüb. Bundan başqa, onların asudəvaxtlarının səmərəli keçirilməsi,əmək terapiyasına cəlb edilməsi,

onlarda kiçik metorikanın inkişafetdirilməsi, zehni inkişaflarının yax-şılaşdırılması, sərbəst şəkildə özünəqulluq vərdişlərinin aşılanması məq-sədilə mərkəzdə tədris otağı və yeniavadanlıqlarla təchiz edilmiş art -terapiya otağı fəaliyyət göstərir.Uşaqların yay tətilini səmərəli ke-çirmələri üçün onların Naxçıvanşəhərindəki muzeylərə gəzintiləritəşkil olunur, filmlər nümayiş etdi-rilir. Qeyd edilənlərlə yanaşı, mər-kəzdə müalicə kursu qəbul edənuşaqlardan bir qrupunun Ağbulaqİstirahət Mərkəzində istirahətləritəşkil edilib. Bu kateqoriyadan olanuşaqların xarici dövlətlərdə də müa-licəsi diqqət mərkəzində saxlanılıb.Belə ki, mərkəzdə müalicə edilənuşaqlardan 4 nəfəri avqust ayının4-də Türkiyədə müalicə kursu keçib.Mərkəzdə müalicə kursu qəbul edənuşaqlardan ehtiyacı olanların MəhdudFiziki İmkanlılar üçün Regional İn-formasiya Mərkəzində fəaliyyət gös-tərən defektoloji bölmə, təlim-bərpaotağı, psixoloji dəstək xidmətinində fəaliyyətindən yararlanmaları diq-qət mərkəzində saxlanılır, distanttəhsilə ehtiyacı olan uşaqlar haqqındaƏmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinə məlumat verilir. Şəhla Əhmədova onu da qeydetdi ki, Uşaq Bərpa Mərkəzinəmüraciət edən vətəndaşlardan eh-tiyacı olanların Naxçıvan ŞəhərKörpələr Evi və Ailələrə DəstəkMərkəzinə, Məhdud Fiziki İmkan-lılar üçün Naxçıvan Regional İn-formasiya Mərkəzinə göndərilmə-ləri təmin edilir. Eyni zamandaonlar haqqında məlumat hər ayınsonunda Naxçıvan Muxtar Res-publikası Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinəgöndərilir. Mərkəzdə müalicə alanuşaqların müxtəlif tədbirlərdə iş-tirakı da təmin olunur. Mərkəzlə tanışlıq zamanı mü-şahidə etdik ki, burada çalışan hərbir həkim və orta tibb işçisi yaradılanşərait müqabilində müraciət edənxəstələri öz doğma övladı kimiqəbul edərək onlara mənəvi dayaqolmağa, eyni zamanda nümunəvitibbi xidmət göstərməyə çalışır. Uşaq Bərpa Mərkəzində müalicə

olunan uşaqların valideynləri bu-

rada yaradılan şəraitdən, göstərilən

tibbi xidmətdən razılıqla danışdılar.

- Fatma BABAYEVA

Uşaqlara qayğı göstərmək, onların həm fiziki, həm də mənəvicəhətdən sağlam böyümələrini, milli-mənəvi dəyərlərimizə sadiq birşəxsiyyət kimi formalaşmalarını təmin etmək muxtar respublikamızdaqarşıya qoyulan əsas məqsədlərdəndir. Sağlamlıq imkanları məhduduşaqların reabilitasiyası istiqamətində də ardıcıl tədbirlər həyatakeçirilir. Bu qəbildən olan uşaqlara göstərilən tibbi xidmətin yaxşılaş-dırılması daim diqqət mərkəzində saxlanılır.

Page 4: ØßÐÃqapısı - e-kitab.nakhchivan.az 16.08.2016.pdf · lemdir. Belə ki, b u gün dünyada yüz milyonlarla insan aclıq həddində yaşadığı hald a, iri ərzaq məhsulları

4

ØßÐÃqapısı

Hələ qədimlərdən xalqımızın özünə-məxsus adətləri, zəngin ənənələri mövcudolub. Həmin adət-ənənələri qoruyub yaşadanxalqımız bu gün də öz adətləri ilə fərqlənir,tanınır. İki gəncin ən xoşbəxt gününün,səadətli anlarının aynası olan toy mərasimivə adətləri isə xüsusilə böyük əhəmiyyətkəsb edir. Əvvəlcə onu qeyd edək ki, toyadətlərimiz ifadə etdiyi mənaya görə eyniolsa da, məmləkətimizin müxtəlif bölgə-lərində fərqli tərzdə həyata keçirilir. Bizisə bu yazımızda Naxçıvana məxsus olanadət-ənənələri oxucularımızın diqqətinəçatdıracağıq. Toy adətlərimiz xalq arasında qızgör-mədən sonra mərhələ-mərhələ həyata ke-çirilir. Belə ki, əvvəlcə oğlan qərara gəlibqızı bəyənirsə, yaxın adamlarına bunuxəbər eləyir. Qızın ailəsi ilə ətraflı ma-raqlanırlar. Oğlanın ata-anası da razı ol-duqdan sonra oğlan evi axtarıb, arayıbqız evinə münasib, yaxın bir adam taparaqqızın yaxın adamlarına xəbər göndərir.Bəzən elə olur ki, qız evi razılığa gəlmir.Belə olan təqdirdə qohumlar arasında ənmötəbər, hörmətli adam qız evini razılığagətirməyə çalışır. Daha sonra adətə görə,əvvəl iki qadın – oğul anası və yaxın qo-humlardan biri elçiliyə gedir. Elə ki qa-dınlar razılığa gəldi, növbə ataların gö-rüşməsinə gəlib çatır. Oğlan atası üçnəfərlə qız evinə gedir. Buna “kiçik elçilik”deyirlər. Elçi gedənlər öz hərəkət və dav-ranışlarıyla, “qız yükü, duz yükü”, “qızağacı, qoz ağacı, hər gələn bir daş atar”kimi məsəllərlə öz məqsədlərini bildirirlər.Qız atası ilk dəfədən razılığa gəlmir.Ancaq qəti söz söylənilməsə də, “böyükelçiliyə” razılıq verilir. Çünki əsas sözühər zaman olduğu kimi böyüklər, ağsaq-qallar söyləməlidirlər. Böyük elçiliyə qədər oğlan atası ailəyəən yaxın olan adamları ətrafına toplayaraqməsləhətləşdikdən sonra təyin olunmuş ta-rixdə yenidən elçi getmək qərarına gəlir.Oğlanın bacısı və ya yaxın qohumları qızınfikrini öyrənib razılıq aldıqdan sonra gə-ləcəkləri günü bildirirlər. Qız evi də birdaha məsləhətləşdikdən sonra əgər müna-sibdirsə, oğlan evinin elçiliyinə razılıqverir. Yox, əgər qız tərəfi razı deyilsə, rəddcavabı verilir və bu söz dəyişilmir. Qarşılıqlırazılaşmadan sonra üçüncü, həm də sonuncuelçilik hesab edilən “böyük elçilik” olur.Ağsaqqal və ağbirçəklərin böyük önəmdaşıdığı bu elçilikdə həm qadınlar, həmdə kişilər iştirak edirlər. Oğlan evinin bö-yükləri mətləbi açaraq qız evinin fikrinibir daha öyrənirlər. Qarşı tərəfin razılığındansonra yeni qohumlar bir-birini təbrik edirvə süfrəyə “şirin çay” verilir. Qızın “hə”sini aldıqdan sonra ən gecibir ay ərzində “bəlgə” deyilən kiçik nişanolur. Oğlan evi qız evinə bir nişan üzüyü,bir yaylıq və şirniyyat aparır. Üzüyü oğlanınbacısı və ya ən yaxın qohumlarından olanbir qız taxır, yaylığı çiyninə salır və birşirni götürüb qıza dişlədir, yarısını isəoğlana gətirirlər. Bəlgədən bir müddət sonra böyük nişanmərasimi keçirilir. Buna oğlan tərəfi çoxdanhazırlaşmış olur. Nişanda qız üçün hər nəlazımdırsa, alınır. Təkcə ayaqqabıdan başqa.Çünki onun darlıq rəmzi olduğuna inanılır. Onu da qeyd edək ki, toya qədər bütünbayramlarda qıza bayramlıq – adətən, qır-mızı rəngli paltar, yaylıq, zinət əşyası,müxtəlif şirniyyatlarla dolu xonçalar, buy-

nuzlu qoç aparırlar. Qoçun buynuzları ara-sına güzgü bağlayırlar. Bu, təmizlik, saflıqdeməkdir. Güzgüyə bir şey olsa, bunuuğursuzluq sayırlar. Qoçun buynuzunaalma taxırlar ki, həmin almaya “tabaq al-ması” deyirlər. Və beləliklə də, növbə toymərasiminin keçiriləcəyi günü təyin etməyəgəlib çatır. Bunun üçün bir gün oğlanevinin ən yaxın adamları qız evinə qonaqgəlirlər. Bu məclisdə çox vaxt kişilər iştirakedirlər. Danışıqda toy günü müəyyənolunur və xeyir-dua verilərək toya hazırlığabaşlanılır. Toy günündən üç gün qabaq qadınlar,qız-gəlinlər yığışıb oğlan və qız evlərinə“çörəkbişdi”yə gəlirlər. Bu zaman hamıbirgə xəmir yoğurur, kündə kəsir, yuxa,lavaş bişirir. İlk bişən çörək oğul və qızanalarına verilir. Toydan bir qədər öncə“paltarbiçdi” adlanan və ancaq qadınlarıniştirak etdiyi kiçik bir məclis də təşkilolunur. Adından da göründüyü kimi, buməclisdə gəlin olacaq qızın paltarı biçilir. Beləliklə, sıra “qız toyu”nun keçiriləcəyiməqama gəlib çatır. Səhər mağar qurulur,qız toyu başlanır. Dəstə-dəstə adamlar toyevinə yığışırlar. Yemək verilməzdən əvvəloğlan evindən gələnlərdən bir nəfər yeməkqazanının üstünə nəmər atır. Buna “qazan -açdı” deyirlər. Bundan sonra hamı yeyib-içir, rəqs edib əylənir. Təxminən, 4-5 saatsonra oğlan adamları gedir, məclis birmüddətdən sonra yekunlaşır. Adətən, oğlan toyundan bir müddətöncə və ya elə toydan bir gün qabaq toyadətlərimizin ən maraqlısı hesab olunan“xınayaxdı” keçirilir. Xınayaxdıda oğlanevi ortasında xına olan tabaq gətirir. Hazır -lanan xınadan hamı çeçələ barmağına qo-yur, gəlin də nişanlısının adının baş hərfinisağ əlinə, öz adının baş hərfini isə soləlinə yazır. Xına gecəsində hər iki tərəfinadamlarının söylədiyi haxıştalar xüsusiləmaraqlıdır. Bir növ, deyişmə xarakteridaşıyan bu haxıştaları söyləyənlər bir-birlərinə üstün gəlməyə çalışır, məzəli,atmacalı sözləri ilə məclisi daha da əy-ləncəli edirlər. Məclis qurtardıqdan sonraoğlan evində xına gecəsi səhərə qədərdavam edir. Hamı oyaq qalıb sabahkı toyahazırlıq görür, eyni zamanda lətifələr söy-ləyib əylənirlər. Xınayaxdının səhərisi oğlan evində toybaşlanır. “Vağzalı”nın sədaları altındaoğlan evi gəlini aparmaq üçün qız evinəgəlir. Burada bəy iştirak etmir. Gəlin olanotağın qapısı bağlı olur. Bəy atası xələtverməyincə qız evi gəlini otaqdan çıxar-mağa qoymur. Bundan sonra bəyin qardaşıqırmızı lenti üç dəfə gəlinin başından vəayağının altından keçirərək belini bağlayır.Evdən çıxmamış qızın atası xeyir-duaverir. Gəlini ata evindən çıxaranda şamyandırır, üzərinə süzgəc qoyub gəlini onunüzərindən keçirirlər ki, ucalığa çatsın. Ba-şına duvaq atıb, gəlini həyətdə qalananocağın ətrafında üç dəfə fırladırlar ki, get-diyi ev işıqlı, ocağı isti olsun. Arxasıncadaş atırlar ki, getdiyi yer möhkəm, suatırlar ki, aydınlıq olsun. Gəlini evdən çı-xaranda qız evindən olanlar qırmızı lentləbəzənmiş güzgü və lampa tuturlar, oğlanevi isə həyətdə o ki var, çalıb-oynayır.Sonra hamı oğlan evinə yollanır. Oğlanevinin həyətində gəlinin ayağının altındaqurbanlıq qoç kəsirlər. Qoçun qanındangəlinin alnına sürtürlər ki, istiqanlı olsun,oğlan evinə tez qaynayıb-qarışsın. Bu

vaxt, gəlin oğlan evinə çatan vədədə bəydamın üstündən gəlinin başına alma, kiçikşirnilər atır. El arasında belə söyləyirlərki, kim bu almadan və ya şirnilərdən gö-türsə, xoşbəxt olar, sevdiyinə qovuşar. Eləki gəlin oğlan evinin qapısına çatdı, sağayağının altına boşqab qoyurlar ki, sındırıbkeçsin ər evinə. Bunun da mənası bəd nə-zərlərin sındırılması deməkdir. Gəlini qa-pıda əyləşdirib qucağına oğlan uşağı otur-durlar ki, ilk övladı oğlan olsun. Bundanbaşqa, gəlin gətirilən otaqda yerə yedditəndir çörəyi düzürlər. Gəlin bunları bir-bir götürür. Bunun da mənası odur ki,gəlin bu evə xeyir-bərəkət gətirəcək, onunqədrini bilən olacaq. Sonra gəlinin qayın -anası gəlib xeyir-dua verir, qayınatası“xoşgəldin” edir, evin ağbirçəyi isə gəlinətərif deyir. Bundan sonra axşamüstü həyətdə toybaşlanır. Qeyd etməliyik ki, oğlan və yaqız toyunda məclisi əlində çubuq tutan birnəfər kişi idarə edir. Masabəyidən fərqliolaraq, o, çubuğuyla nadinclik edənləri,oynamayanları cəzalandırır, bir növ, toyda“asayişi” qoruyub saxlayır. Oğlan toyunaqız evindən də qonaqlar gəlir, toyda 1-2saat əyləşib gedirlər. Oğlan toyunda müxtəlif yallılar ifa olu-nur. Bunların arasında ən məşhuru “Bəyyallısı”dır. Yallı ona görə belə adlanır ki,bu rəqsi bəy hamıyla birgə ifa edir. İkidəstə oğlan qarşı-qarşıya durub bir-birləriilə yapışaraq rəqs edir, sonra hər iki tərəfbir-birinin qollarının altından keçir. Rəqsbir saata qədər davam edir və bu müddətdəheç kəs dayanmamalıdır. Daha sonra həriki dəstə bir-birinin çiynindən tullanır. Yı-xılan olsa, bu, rəqib tərəfin qalibiyyəti de-məkdir. Hamı birgə əyləndikdən sonra toyməclisi yekunlaşır. Toy gününün səhəri qız evi gəlinin ce-hizlərini gətirir. Gəlinin başına qırmızıduvaq örtürlər. Bir ağbirçək qadın barlıbir ağacın budağını gəlinin başı üstündətərpədə-tərpədə ibrətamiz sözləri olan mahnıoxuyur. Gəlinin başından duvağını birincigötürmək üçün hamı mahnının oxunubqurtarmasını səbirsizliklə gözləyir. Mahnıqurtaran kimi duvağı götürən balaca oğlanuşağı qaçıb bəydən nəmər alır, duvağı onaverir. Bu adətə “duvaqqapma” deyirlər.Sonra gəlinin cehizləri hamıya nümayişetdirilir. Toydan üç gün sonra gəlin bəylə birgəöz atası evinə “əlöpdü”yə gedir. Bu adət,bir növ, minnətdarlıq, hörmət əlamətidaşıyır. Gəlin öz valideynlərinin əlini öp-məklə onlardan bir daha xeyir-dua alır. Toy bitəndən bir neçə ay sonra isə,demək olar ki, sonuncu bir toy adəti “ayaq -açdı” həyata keçirilir. Əvvəlcə gəlinin ailəsibəyi və onun ailə üzvlərini qonaq çağırır,süfrə bəzədilir, qonaqlıq verilir. Ev yiyəsihər bir ailə üzvünə hədiyyə verir. Bütünbunlar eynilə bəyin ailəsi tərəfindən dəhəyata keçirilir. Əziz oxucular! Göründüyü kimi, toy

adətlərimiz bizim üçün əsl bir xəzinədir.

Məhz buna görə də onlardan nə qədər

söhbət açsaq da, söylədiklərimiz söz üm-

manında kiçik bir damlanı xatırladır. Amma

kiçik bir damla da kifayətdir ki, tariximizi

xatırlayaq, adət-ənənələrimizə bağlılığı

qəlbimizdə hiss edək, ruhumuzda duyaq.

Bu gün təəssüf hissi ilə onu da bildirməliyik

ki, bəzi toy adətlərimiz (“çörəkbişdi”, “pal-

tarbiçdi”, “damdan alma atma”) dəyişikliyə

məruz qalıb, müəyyən mənada sıradan

çıxıb. Bu isə heç də ürəkaçan deyil. Çünki

bizim üçün ucalıq, müqəddəslik rəmzinə

çevrilən toy adətlərimiz ulularımızın hik-

mətinin açıq-aydın təzahürü olmaqla bə-

rabər, kimliyimizin, mənliyimizin yaşadıl-

masında dərin bir iz qoyub. Məhz buna

görə də adətlərimizə qarşı daha diqqətli

olmağı bacarmalı, onları göz bəbəyimiztək

qorumalıyıq.

- Fatma BABAYEVA

Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifah halının günü-gündənyaxşılaşdırılması ailə quranların sayını xeyli artırıb. Çünki valideynlərövladlarına toy edərkən onun maddi tərəfini də düşünür, ailə quran gənclərinev-eşiyi barədə fikirləşirlər. Bu gün əhalinin rifah halı, yaxşı gün-güzəranıvalideynləri toy məclisi qurularkən bir sıra qayğılardan azad edib. Dövlətimizinböyük qayğısı ilə gənc ailələrin mənzil problemi də öz həllini tapır. Odur ki,son vaxtlar elə olur bir gündə 2 toya gedirik. Nə gözəl. Təki yurdumuzda baxbeləcə, şadlıqlar, toy mərasimləri olsun. Ancaq gərək toylarımız da adət-ənənələrə uyğun keçirilsin. Bütün bunları nəzərə alaraq xalqımıza məxsusqədim toy adət-ənənələri barədə oxucularımıza ətraflı məlumat verməkqərarına gəldik.

Bu gün ölkəmizdə ən çox sevilən idman növ-lərindən biri futboldur. Naxçıvan Muxtar Res-publikasında da ən kütləvi idman növü olanfutbolun zəngin tarixi və ənənələri var. İstərötən əsrdə, istərsə də indi Naxçıvan Azərbaycanfutboluna peşəkar futbolçular və məşqçilərbəxş edib.

Təbii ki, istedadlı uşaq və gənclərin üzə çıxarıl-ması, onların bu sahədə uğur qazanmaları üçündiqqət hər zaman vacibdir və uşaq futbolununinkişafı birbaşa infrastrukturdan, şəraitdən, maddi-texniki bazadan asılıdır. Qürurvericidir ki, bütünbunlar muxtar respublikamızda təmin olunub. Müasirstadionlar, məşq meydançaları, yüksəkkeyfiyyətliinventarlar, avadanlıqlar uşaq və gənclərin yolundakonkret perspektiv körpü rolunu oynayır. Naxçıvan Muxtar Respublikasında uşaq futbo-lunun inkişafına öz töhfəsini verən klublardan biridə “Darıdağ” Futbol Klubudur. Naxçıvan MuxtarRespublikası Daxili İşlər Nazirliyinin nəzdindəfəaliyyət göstərən klub öz istedadlı yetirmələrininoyunları ilə öyünə bilər. Komanda mütəmadi olaraquşaq futboluna dəstək verir, muxtar respublikadabu növə uşaqların marağını artırmaq üçün yoldaşlıqgörüşləri, turnirlər, yarışlar təşkil edir. Son olaraqNaxçıvan Muxtar Respublika Stadionunda keçirilənyarış bunun bariz nümunəsidir. Komandanın baş məşqçisi Şəhriyar Məmməd -ovla söhbətimizdə ilk olaraq uşaqların seçim mə-sələlərinə toxunduq. O bildirdi ki, klubda, adətən,iyun və yanvar aylarında keçirdiyimiz seçimlərdaha genişmiqyaslı olur. Bu barədə müəyyən va-sitələrlə əvvəlcədən məlumat veririk. Muxtar res-publikanın hər bölgəsindən istedadlı uşaqları top-layırıq. Ən yaxşılarını seçdikdən sonda namizədlərləmüqavilə bağlanılır. Lakin bundan öncə onlarıntibbi baxışdan keçmələrini tələb edirik. Əgərkiminsə sağlamlığında problem aşkarlanarsa, onunvalideyninə məlumat verilir ki, müəyyən müddətidmanla məşğul olmasın. “Darıdağ” Futbol Klubu bir ildən çoxdur, fəaliyyətgöstərir. Hazırda klubun 4 yaş qrupu üzrə – 11, 12,13 və 14 yaşlılardan ibarət komandaları var. Həftənin6 günü məşq prosesi keçən qrupların hər birində15 uşaq futbolun sirlərini öyrənir. Şəhriyar Məmmədov onu da bildirdi ki, istedadınagüvənən istənilən uşaq kluba müraciət edə bilər:“Klubumuzun qapısı hər zaman istedadlı uşaqlarınüzünə açıqdır. Məqsədimiz muxtar respublikadafutbolu inkişaf etdirmək və kütləviləşdirmək,uşaqlar, yeniyetmələr və gənclər arasında futbolunpopulyarlığını daha da artırmaqdır. Başqa sözlədesək, əsas məsələ peşəkar futbol deyil, sosiallıqsəviyyəsini qaldırmaqdır. Uşaqları körpə yaşdanidmana cəlb etmək lazımdır ki, cəmiyyətə inteqrasiyaetsin. Çünki bu, gələcəkdə onların kamil insankimi formalaşmasında böyük rol oynayır. Sevindiricihal odur ki, uşaq futbolunda əldə etdiyimiz uğurlargündən-günə artmaqdadır. Uşaq futbolunun inkişafı,ümumilikdə, futbolun inkişafına böyük təsir göstərir.Daxili İşlər Nazirliyinin dəstəyi sayəsində bir ilərzində bizə müraciət edənlərin sayı 100-dən çoxolub. Heyətimizdə olan futbolçuları AFFA-nın qey-diyyat bazasında qeydiyyatdan keçirmişik. Gələcəkdəbu futbolçuların Naxçıvan futbolu üçün uğur qa-zanacağına və milli komandada çıxış edəcəyinəəminik”. Muxtar respublikamızda gənc nəslin fiziki-mənəvi inkişafı, zərərli vərdişlərdən uzaqlaşmasıvə idmana, futbola yönəlməsi istiqamətində görülənişlər qürur doğurur və işlərin davamlı xarakteralması göz qabağındadır. İndi bu uşaqların, sadəcə,mənəvi dayağa ehtiyacları var. Əgər məşqçilər,valideynlər tərəfindən bu dayaq daimi olarsa, ozaman yaradılan şəraitdən istifadə edən uşaqlarfutbol ənənəsi olan Naxçıvanı daha böyük yerlərdətəmsil edəcəklər.

- Ceyhun MƏMMƏDOV

Milli dəyərlərimizi öyrənək və yaşadaq