İsa məsihin həyati - teach kidsaraşdırırsınız.... onlar da mənim barəmdə şəhadət...

64
Copyright © 1999, 2010. European Child Evangelism Fellowship. All rights reserved. Used by permission. Copyright © 1999, 2010 Общество Евангелизации Детей. Bütün hüquqları qorunub İsa məsihin həyati 2 hissə İngilis dilindən tərcümə Orijinalın adı: Life of Christ, volume 2 Orijinal mətn: Katrin Xerşey Yoxlanılıb: Linda Ponqraç Avropa üçün uyğunlaşdırılıb: Cenifer Haayer Mətn: a/q 1, İrpen şəh Kiyev vilayəti, Ukrayna, 08200 . Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz. Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Upload: others

Post on 18-Feb-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

Copyright © 1999, 2010. European Child Evangelism Fellowship. All rights reserved. Used by permission.Copyright © 1999, 2010 Общество Евангелизации Детей. Bütün hüquqları qorunub

İsa məsihinhəyati

2 hissə

İngilis dilindən tərcüməOrijinalın adı: Life of Christ, volume 2

Orijinal mətn: Katrin XerşeyYoxlanılıb: Linda PonqraçAvropa üçün uyğunlaşdırılıb: Cenifer Haayer

Mətn: a/q 1, İrpen şəh Kiyev vilayəti, Ukrayna, 08200

. Icazəsi ilə istifadə olunur.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Page 2: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

2

Mündəricat

Dərs səhifə

Giriş 3

6

Xülasə

Dərs 1 Toyda möcüzə 7

Dərs 2 Yeni həyatın başlanğıcı 17

Dərs 3 Samariyalı qadın 27

Dərs 4 Rəbb oğlana şəfa verir İsanın Nazaretdə qəbul edilməməsi 35

Dərs 5 Kor Bartimayın gözləri açılır (Xüsusi müjdələmə dərsi) 43

Dərs 6 Qadının şəfa tapması və qızın dirilməsi 51

«Sən göylərdən doğulmalİsan» (Əlavə əyani vəsait. Dərs 2) 59

«Mis ilan» (Əlavə əyani vəsait. Dərs2) 60

«Tapmacalar» (.Təcrübi fəaliyyət. Dərs 2) 61

«Sən əbədi həyatı necə əldə edə bilərsən?» (Əlavə əyani vəsait. Dərs 3) 62

«Allahın vədlərinə iman» (Təcrübi fəaliyyət . Dərs 4) 63

Məsihə gəlmək istəyən uşaqla söhbətlərin planı 64

Page 3: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

3

İsa Məsihin həyatı. 2 hissə

Giriş

Müəllim üçün uşaqları Rəbb İsa Məsihin Şəxsiyyəti və işləri ilə tanış etməkdən daha vacib tapşırıq yoxdur. O – Allaha gedən yeganə Yoldur; O – Yazıların əsas mövzusu və açarıdır. O dedi: «Siz Müqəddəs Yazıları araşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39)

“İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində biz İsa Məsihin xidmətinin ilk mərhələlərinə aid olan hadisələrə baxırıq. Uşaqlara bizim ecazkar Xilaskarımız haqqında danışarkən ilk növbədə iman etməmiş uşaqlar üçün dua edin ki, onlar Məsihə iman etsinlər. Daha sonra iman etmiş uşaqlar üçün dua edin ki, onlar Rəbbin lütfündə və hikmətində böyüsünlər və Ona daha çox yaxınlaşsınlar .

müqəddəs Kitab həqiqətlərinin öyrədilməsi

Biz uşaqlara yalnız Müqəddəs Kitab hadisələrini danışırıqsa, onda özümüzün müəllimlik vəzifələrimizi yerinə yetirmirik. Hansı həqiqətlərə görə hadisələrin yazıldığını uşaqların bilməyi çox vacibdir; həmcinin onların gündəlik həyatlarında bu hadisələrin hansı məna kəsb etdiyini uşaqlara göstərmək çox vacibdir. Əlbəttə, biz bir hadisədə cəmləşən bütün həqiqətləri əhatə edə bilmərik. Buna görə də hər dərsdə bir əsas həqiqət seçilib. Əsas həqiqətin izahı hekayə ilə bağlıdır, lakin sizə hazırlaşmağa kömək etmək üçün əsas həqiqətin izah olunduğu dərs hissəsini ayırmışıq. Bu hissələr dərslərin planında da qeyd edilib (ƏH).

Siz görəcəksiniz ki, bəzi hallarda bu işarəyə imanlı və ya qeyri imanlı mənasını bildirən “İ” və ya “Qİ” hərfi əlavə edilib. Bu, həmçinin mətnin özündə də: “Əgər sən hələ də günühlarının bağışlanması üçün Rəbb İsanı qəbul etməmisənsə...” və ya “Əgər sən məsihçisənsə, sən...” cümlələri ilə göstərilib.

Mərkəzi həqiqətin tətbiqi mətndə qalın xətlə ayrılıb. Siz tətbiq etməni öz qrupunuzun uşaqlarına uyğunlaşdırmağı qərara ala bilərsiniz. Məsələn, tətbiq etmədə oğlan adı istifadə edilə bilər, dərslərdə isə yalnız qızlar iştirak edirlər. Ya da tətbiq etmə böyük uşaqlara uyğun gəlir, siz isə kiçik yaşlı uşaqları öyrədirsiniz. Lazım olan dəyişiklikləri əlavə edin. Ən əsası Allahın Kəlamını uşaqların həyatına tətbiq etməkdir.

Uşaqla söhbətə hazır olun (shO)Siz Müjdə həqiqətlərini izah edərkən bəzi uşaqlar bu xəbərə maraq göstərəcəklər. Onlar daha sonra İsa Məsihi şəxsi Xilaskarları kimi qəbul etdiklərini deyə də, deməyə də bilərlər. Lakin bəzi uşaqlara kömək və ruhlandırma lazımdır.

Eləcə, siz iman etmiş uşaqları öyrədərkən, çətin vəziyyətlərdə onların sizin məsləhətinizə, yaxud bu, və ya digər dərsləri gündəlik həyatda necə tətbiq etmək barədə izahatınıza ehtiyacları ola bilər. Uşaqlar Müqəddəs Kitabın bu xüsusda nə dediyini bilmədikləri üçün belə vəziyyətlərə düşə bilərlər. Həmçinin onlara duada dəstək ola bilməyiniz üçün, onlar öz çətinlikləri ilə sizinlə bölüşməyə istək bildirə bilər.

Buna görə də sizin onlarla söhbət etməyə hazır olduğunuzu bilmək uşaqlar üçün çox vacibdir. Həmçinin sizinlə söhbət etmək istəyərkən nə vaxt və hara yaxınlaşmalı olduqlarını bilmək onlar üçün cox vacibdir. Və nəhayət, qeyri imanlı uşaqlar İsa Məsihə yaxınlaşmaq ilə kömək lazım olduqda sizə yaxınlaşmağı səhv salmasınlar. Onları Müjdəni qəbul etməyə cağırarkən, söhbətə hazır olduğunuzu uşaqlara bildirməyin. Cünki onların Məsihi sizsiz qəbul edə bilməmələri, yaxud sadəcə sizinlə danışmaqla xilası əldə etməyin mümkün olduğu fikrinə düşməsinlər.

Page 4: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

4

Qeyri imanlı uşağın söhbətə dəvət olunma nümunəsi

“Sən həqiqətən Rəbb İsa üçün yaşamaq istəyirsən, lakin Ona necə yaxınlaşacağını bilmirsən? Mən məmnuniyyətlə, Müqəddəs Kitab əsasında bunu sənə izah edərəm. Mənə yaxınlaşarsan. Məşğələ qurtardıqda mən o ağacın altında dayanacağam. Unutma ki, mən sənin günahlarını öz üzərimə götürə bilmərəm. Bunu yalnız Rəbb İsa edə bilər. Lakin böyük məmnuniyyətlə Ona necə yaxınlaşa biləcəyini başa düşməyin üçün sənə kömək edərəm. Mən o ağacın altında dayanarkən mənə yaxınlaşarsan”.

İman etmiş uşağın söhbətə dəvət olunma nümunəsi

“Əgər sən Rəbb İsanı şəxsi Xilaskarın kimi qəbul etmisən və mənə hələ bu barədə heç nə deməmisənsə, xahiş edirəm, de. Məşğələdən sonra mən pianonun yanında dayanacağam. Bilmək istəyərdim ki, sən də İsa Məsihi şəxsi Rəbbin və Xilaskarın kimi qəbul etmisən. Çünki sənin üçün dua etmək istərdim. Ola da bisin, nədəsə sənə kömək edim”.

Flaneleqraf üçün fiqurlarHələ məşğələ başlamazdan əvvəl əyani vəsaitlərin: fonların və fiqurların dəyişdirilməsini təcrübədən keçirin. Hansı fiquru nə vaxt flaneleqrafda yerləşdirməyi bilmək üçün siz dərsdəki olan fiqurlarla yaxından tanış olmalısınız. Hər səhnənin əvvəlində fon üçün məsləhətlər verilib. Ancaq bu, o demək deyil ki, siz fonsuz öyrədə bilməzsiniz. Siz fiqurları birrəngli flanelə yerləşdirməklə bütün dərsi izah edə bilərsiniz.

əlavə əyani vəsaitlərDərsin əsas həqiqətlərinin sözlərini qalın kağız üzərində çap edin. Qalın kağızın arxa tərəfində məxmər kağızdan kəsmələr yapışdırın (flanel üçün). Sözləri elə şriftlərlə çap edin ki, kiçik yaşlı uşaqlar onları rahat oxuya bilsinlər.

Əsas həqiqətin sözləri olan kartoçkanı dərsdən əvvəl və yaxud onu xatırladan zaman yazı taxtasında yerləşdirin.

əlavə ideyalarMəşğələni daha maraqlı keçirtmək üçün boş yerlərdə əlavə ideyalar, məlumatlar və məsləhətlər təklif olunur.

Əlavə ideyalar və məsləhətlər materialın mənimsənilməsi üçün müxtəlif üsullara istiqamətləndirir. Bəzi uşaqlar baxanda və yaxud yazanda, başqaları eşidəndə, digərləri əllərində nəyisə saxlayanda, nəyəsə toxunanda, kimlərsə fəal iştirak edəndə materialı daha yaxşı mənimsəyirlər.

Əlavə ideyaları vaxt imkan versə, bütün məşğələ zamanı istifadə edə bilərsiniz.

təkrar üçün suallarHər bir dərsdə təkrar üçün suallar təklif olunur. Onları həmin məşğələdə Müqəddəs Kitab dərsinin izahından sonra, ya da növbəti dərs zamanı yeni dərsin izahından əvvəl istifadə etmək olar. Oyun formasında olan təkrarlama üçün ayrılmış vaxt izah edilmiş dərsin daha da möhkəmlənməsi üçün imkan yarada bilər. Təkrarlama vaxtı:

...uşaqların dərsi necə mənimsədiyini və necə başa düşdüyünü öyrənə bilərsiniz

.. sizin, yəni müəllimin uşaqlara təkrar olaraq daha nəyi izah edəcəyinizi görə bilərsiniz

...uşaqlarla oynaya bilərsiniz.

Müsabiqə uşaqların xoşuna gəlir və onlar səbirsizliklə təkrarlama vaxtını gözləyirlər. Lakin təkrarlama yalnız oyun deyil, bu, həm də təlim vaxtıdır.

Dərslərin mətnlərində yalnız izah edilmiş dərsə aid suallar verilib. Mahnılara, yadda saxlamaq üçün olan ayəyə və proqramın digər hissələrinə suallar daxil etmək yaxşı olardı. Bu, uşaqlara dərsin hər bir hissəsinin vacib olduğunu başa düşməyə kömək edər.

Page 5: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

5

İsa Məsihin həyatı. 2 hissə

mətndən və şəkilli albomdan necə istifadə etməli?Bu dərslər flaneleqrafın köməyilə öyrətmək üçün yazılıb. Belə fiqurlar şəkilli albomun tərtib edilməsi üçün istifadə olunub

*Alboma altı rəsm və ya hər dərs üçün rəsm daxildir. I-ci dərs üçün olan təsvirlər belə sıralanıb: 1-1, 1-2, 1-3, 1-4, 1-5, 1-6. II dərs üçün olan təsvirlər uyğun olaraq belə sıralanıb: 2-1, 2-2, 2-3 və s.

* Dərslərin mətnlərinə daxil edilmiş flaneleqraf üçün olan səhnələrin sxemlərini təsvirlərlə müqayisə edərkən, onların eyni və oxşar olduqlarını görəcəksiniz.

*Əgər flaneleqraf üçün olan 1-ci səhnə və dərsinizin 1-ci təsviri oxşar və eynidirsə, o zaman əyani vəsait kimi təsvirdən istifadə edin. Bu, dərsin bütün səhnələrinə aiddir.

* Əgər siz dərsin heç bir səhnəsinə bənzəməyən təsvirlə qarşılaşsanız və ondan istifadə edə bilməsəniz onu sadəcə ötürün.

Page 6: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

6

Обзор

Dərs mərkəzihəqiqət tətbiq yadda saxlamaq üçün ayə

1. Toyda möcüzə

Yəhya 2:1-11

Rəbb İsa qüdrətlidir.

Qeyri imanlılar üçün:

İsa Məsihə iman et ki, O, səni xilas etsin.

İman edənlər üçün: Bütün

çətinliklərində Ona etibar et..

«… Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaətkarlıq göstərdi» (Filipililərə 2:8).

2. Yeni həyatın başlanğıcı

Yəhya 2:13-16,23; Yəhya. 3:1-16; Yəhya. 7:44-52; Yəhya. 19:39-42; Saylar. 21:5-12

Sən göylərdən(yenidən) doğulmalısan..

Qeyri imanlılar üçün: Allahdan xahiş et ki, səni yeni insan etsin və Öz ailəsinə qəbul etsin

«Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi...» (Filipililərə. 2:9).

3. Samariyalı qadın

Yəhya. 4:3-34, 39-42

Əbədi həyat – İsa Məsih vasitəsilə Allahın ənamıdır.

Qeyri imanlılar üçün: Sən əbədi həyatı yalnız İsa Məsihi imanla qəbul etsən əldə edə bilərsən.

İman edənlər üçün: Əgər sən artıq məsihçisənsə, əbədi həyata malik olduğuna əmin ola bilərsən..

«Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi...» (Filipililərə. 2:9).

4. Rəbb oğlana şəfa verir.

İsa Məsihin Nazaretdə qəbul olunmaması.

Yəhya. 4:45-54; Luka. 4:16-32

Iman etmədən Allaha məqbul olmaq qeyri-mümkündür..

Qeyri imanlılar üçün: Xilası əldə etmək üçün sən yalnız İsa Məsihə iman etməlisən.

İman edənlər üçün: Sən hər gün İsa Məsihə və Onun kəlamına etibar etməyi davam etməlisən.

«... göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün...»

(Filipililərə 2:10).

5. Kor Bartimayın gözləri açılır (Müjdələmə dərsi)

Mark 10:46-52; Luka.18:35-43

Xüsusu qeyd:

Rəbb İsa - günahın qaranlığını kənarlaşdıran yeganə Şəxsdir.

Qeyri imanlılar üçün: Ona iman et ki, bunu sənin üçün tamamlaslın.

«... göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün...»

(Filipililərə. 2:10).

6. Qadının şəfa tapması və qızın dirilməsi

Mark. 5:21-43; Luka 8:40-56

Rəbb İsa hər kəsi şəxsən sevir

Qeyri imanlılar üçün: Əmin ola bilərsən ki, Ona yaxınlaşsan İsa Məsih mütləq səni xilas edəcək.

İman edənlər üçün: İsa Məsih səni sevdi və sənə görə öldü; O, həmişə səni sevəcək və qayğına qalacaq, buna görə də bütün çətinliklərin barədə Ona danış.

«... hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin» (Filipililərə 2:11).

Xülasə

Page 7: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

7

Dərs 1Toyda möcüzə

Müqəddəs YazılarYəhya 2:1-11

Mərkəzi həqiqətRəbb İsa – Qüdərtlidir

TətbiqQeyri imanlı uşaqlar üçün: İsa Məsihə iman et ki, O

səni xilas etsin.

İmanlı uşaqlar üçün: bütün çətinliklərində Ona etibar et.

Yadda saxlamaq üçün ayə«… Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi»

(Filipilərə 2:8).

Əyani vəsaitlərw Təsvirlər1-1, 1-2, 1-3, 1-4 və 1-5.

v ə yaxud

w Flaneleqraf üçün fiqurlar 1,2,3,4,5.

ola bilər ki, siz “şənliyin qonaqları” əlavə fiqurlarından da istifadə etmək istəyəsiniz.

Təcrübi fəaliyyətw Kağız və marker.

Müəllim üçün qeydOla bilər ki, siz dərsi izah edərkən “nə üçün toy şənliyində şərab içmişdilər” sualından qaçmağa çalışasınız. Bu cür müzakirə diqqəti dərsin əsas məqsədindən yayındıra bilər. Əgər uşaqlarda şərab barədə sual yaranarsa, siz bunu onlara fərdi söhbət zamanı başa sala bilərsiniz. Şənlikdə tərkibində çox az miqdarda spirt olan, zəif və qarışdırılmış şərabdan istifadə etmişdilər. Əvvəllər (hətta indi də) bəzi ölkələrdə təmiz su çatışmamazlığına görə şərabdan içki kimi istifadə edirdilər.

Dərsin planıGiriş

Qanada şənlik

Hadisələrin gedişatı1. Toya hazırlıq

2. Rəbb İsa və şagirdləri toy şənliyinə dəvət olunublar MH

3. Qonaqlar təşrif buyururlar

4. Şərab qurtarır MHQ5. Məryəm Rəbb İsaya problem barədə danışır

6. İsa Məsih onu danlayır. MHİ7. Məryəm xidmətçilərdən xahiş edir ki, İsa

Məsihin dediyini yerinə yetirsinlər

8. İsa Məsih xidmətçilərə küpləri sua ilə doldurmaq tapşırığını verir. MHİ

9. Xidmətçilər tapşırığı yerinə yetirdilər və su şəraba çevrildi MHQ

KulminasiyaToy ağası xidmətçilərə deyir: “Bu, ən yaxşı

şərabdır”

YekunŞagirdlər İsa Məsihə iman edirlər. MHQİ

Page 8: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

8

Qısa dərslik«Yalnız bir»(Müqəddəs Kitabı göstərin).

Allahın Kəlamı olan Müqəddəs Kitabda rəqəmlər vacib rol oynayır. Allah Öz Kəlamında bizə günlərə, insanlara, heyvanlara aid rəqəmləri verib. Sən hansı Müqəddəs Kitab rəqəmləri ilə tanışsan? (Sual haqqında qısaca danışın).

Müqəddəs Kəlamda olan bütün rəqəmlərdən bu rəqəm mənim ən sevimli rəqəmimdir! (Sarı rəngli “1” rəqəmini göstərin).

Müqəddəs Kitabda yazılıb: “Allahımız Rəbb yeganə Rəbdir” (Qanunun Təkrarı 6:4).

Allah bizim dünyanı və onda olan hər şeyi yaratdı. Allah səni də yaratdı! Allah qüdrətli və müqəddəsdir (kamildir). O səni görür və sənin bütün fikir və hərəkətlərin haqqında bilir. Allah istəyir ki, sən Onun övladı olasan və əbədiyyətdə Göylərdə Onunla olasan.

Lakin bir problem var. Məhz bu problem də səni Allahdan uzaqda saxlayır. (Digər əlinizdə “1” rəqəminin tünd tərəfini saxlayın; əllərinizi yan tərəflərə açın).

Problem bizim günahımızdan ibarətdir. Allahın Qanununa uyğun gəlməyən hər bir fikir, söz və hərəkət günahdır. Sən yalan danışanda, ədəbsiz sözlərdən istifadə edəndə, valideynlərinə itaətsizlik edəndə və ya pis düşüncələrə yer verəndə günah edirsən. Bu otaqda olan hər kəs öz həyatında günah işlədib. Mən bunu haradan bilirəm? Müqəddəs Kitabda belə yazılıb: “Bir nəfər də olsun yaxşı iş görən yoxdur” (Zəbur 14:3b). Heç bir insan Göylərdə olan əbədi həyata layiq deyil. Günahın səni Allahdan uzaqda saxlayır. Əgər sənin yer üzündəki həyatın günahların bağışlanmamış sona çatarsa, onda sən Allahdan əbədi olaraq uzaqda qalacaqsan. Və əbədi olaraq cəhənnəm adlanan cəza yerində qalacaqsan.

Günahların bağışlalnmasını necə əldə edə bilərsən?(tünd və sarı rəngli “1” –i kənara qoyun. Qırmızı rəngli “1”-i göstərin).

Yalnız bir vasitə ilə. İsa Məsih dedi: “Yol, həyat və həqiqət Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz” (Yəhya 14:6). İsa Məsih-kamil (günahsız) Allah Oğludur. O, heç zaman günah etmədi, Onda günah yoxdur. Lakin sən günah etdiyin üçün İsa Məsih yer üzünə gəldi ki, sənin layiq olduğun cəzanı Öz üzərinə götürsün.

(Yan tərəflərə qatlanmış hissəni açın ki, çarmıx fiquru alınsın).

İsa Məsih çarmıxa mıxlanaraq qanının axıdılmasına razı oldu, əzab çəkdi və öldü. (Tünd rəngli fiquru götürün və “çarmıxın” önünə yerləşdirin).

İsa Məsih sənin bütün günahlarına görə olan cəzanı Özü daşıdı.

Müjdəni rəqəm təsviri olan üç fiqurun köməyi ilə danışın. 1fiqur sarı (qızılı), digəri iki rəngli (bir tərəfi tünd/ qara, ikinci tərəfi şəffaf/ ağ), üçüncü qırmızı (üçüncü fiquru mütləq çarmıx formasında etmək və yan tərəfləri qatlamaq lazımdır).

bir tərəfi tünd/ qara/ ikinci tərəf şəffaf/ ağ/

qırmızı çarmıx (yan tərəfləri qatlayın).

sarı (qızılı)

məktəbəqədər uşaqlar üçün

Müjdəni Sözsüz Kitabın köməyi ilə danışın. Daha ətraflı məlumat üçün ərazi əməkdaşına və ya milli ofisə müraciət edin

Page 9: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

9

İsa Məsihin həyatı. 2 hissə

Allahın Oğlu öldü. Onu mağarada dəfn etdilər. Lakin O, üçüncü gün dirildi. Bu gün İsa Məsih Göylərdədir. Sənin günahlarının bağışlanması imkanını əldə edə bilmən üçün İsa Məsih hər şey etdi. (“Çarmıxı” kənara qoyun. “1” rəqəminin digər işıqlı şəffaf tərəfini göstərin və onunla yanaşı sarı rəngli “1” rəqəmini göstərin.)

Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman etsən Allah sənin günahlarını bağışlayar. O səni və bütün təbiətini dəyişdiyi zaman sən Onu dərk edəcəksən və bir zaman Göylərə gedəcəksən. Sən artıq İsa Məsihə iman etmisən? Dərsə diqqətlə qulaq as və bunu necə etmək lazım olduğu haqda daha çox biləcəksən.

Page 10: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

10

DərsQananın sakinləri necə sevinirlər! Tezliklə toy olacaq. Gəlin və bəyin evində çoxdan bu toya hazırlaşırlar. Toy libasları tikirlər. Toy təamları hazırlayırlar. Nə qədər ərzaq lazım olacaq? Nə qədər şərab hazırlamaq lazımdır? Toya kimləri çağırmaq lazımdır?

Səhnə1(Ərazinin ümumi görünüşü).

Nəhayət ki, gözlənilən gün gəlib çatdı. Bütün hazırlıqlar sona çatıb. Qonaqlar şənliyə gedirlər.(İsa Məsihi göstərən 1 və şagirdləri göstərən 2 fiqurlarını yerləşdirin).

Toya İsa Məsihi və Onun şagirdlərini də dəvət ediblər. Bəyin və ya gəlinin İsa Məsihlə qohumluq əlaqələri olması fərz edilir. Çünki İsa Məsihin anası Məryəm də qonaqların arasında idi. Yəqin ki, İsa Məsih və Onun şagirdləri toz-torpaqlı yollarla gəlib toya çatarkən gözəl bir gün keçirdiklərini hiss etdilər. Bu insanlara baxarkən sən heç ağlından da keçirə bilməzsən ki, onlardan Biri digərlərindən tamamilə fərqlənir. Səncə bu, kimdir? (Uşaqların cavab verməsinə şərait yaradın).

Əlbəttə ki, Rəbb İsa Məsih! Zahirən O, Öz yaşıdlarından, gənclərdən fərqlənmirdi. Lakin bununla yanaşı O, Allah idi. Allahın yeganə Oğlu idi. Axı, O, insan surətində olarkən də Öz İlahiliyini itirməmişdi. Yəqin , o zaman İsa Məsihin şagirdləri dərk etmirdilər ki, onlarla yanaşı Gedən dünyanı, Günəşi, ulduzları və planetləri yaradan Kəsdir! Onlar istədiyi hər şeyi etməyi bacaran, qadir, qüdrətli Allah Oğlu ilə yanaşı gedirdilər. Şagirdlər hələ bunu başa düşməsələr də, dəqiq bilirdilər ki, İsa Məsih xüsusidir və Onunla birlikdə sevinclə toy şənliyinə gedirdilər. (Bütün fiqurları yığışdırın).

Səhnə 2(Otağın daxili bəzəyi).

Şənliyə gələn qonaqlar su ilə dolu böyük daş qabların yanında dayandılar. (3 –xidmətçilər və 4-qonaqlar fiqurlarını yerləşdirin).

Küçələr və yollar tozlu idi. O yerlərin adamları isə səndəl geyinirdikləri üçün səfər zamanı ayaqları tozla örtülürdü. Qabların yanında xidmətçi dayanmışdı. O, qonaqların ayaqlarını yuyurdu. O ölkədə daha başqa bir qayda - əlləri yumaq qaydası da var idi. Buna görə hətta, əlləri çirkli olmasa da, xidmətçi hər bir qonağın əllərinə su tökürdü. Bütün yuyunma qaydalarını icra etmək üçün xidmətçilərə su ilə dolu böyük qablar lazım idi.

Evdə sevinc və şənlik hökm sürürdü. Nəhayət, qonaqlıq başlandı. Qonaqlar xüsusi təamlarla dolu məcməyiləri bir-birilərinə ötürürdülər.

MH

Məktəbəqədər uşaqlara fatanı göstərin. Uşaqlardan birinə onu geyinməyi təklif edin. Məktəbə qədər uşaqlar həm də, özlərini elə göstərə bilərlər ki, güya Qanaya gedirlər.

Uşaqlara xəritədə Qananı göstərmələrinə icazə verin. Vəftizdən və səhradakı imtahandan sonra İsa Məsih Beytanya kəndində idi. İsa Məsih orada ilk altı şagirdini (Andrey, Yəhya, Peter, Yaqub, Filip və Nataniel) çağırdı.

Dərslikdə haqqında danışılan hadisələr təxminən İsa Məsihin Natanielin çağırmasında üç gün sonra baş vermişdi.

Təsvir 1-1Belə ki, Müqəddəs Kitabda həmin vaxtdan etibarən daha Yusif haqqında xatırlanmadığı üçün ola bilər ki, o, artıq sağ deyildi.

Təsvir 1-2

Təsvir 1-3

Page 11: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

11

İsa Məsihin həyatı. 2 hissə

Kasalar şərabla doldu. Qonaqlar gəlməkdə davam edirdilər. (İstəyə görə, başqa fiqurlar əlavə etmək olar).

O yerlərin toyları müasir toylardan cox fərqlənirdi. Bütün toy mərasimi küçələrdən keçirdi – gəlini toy şənliyi keçirilən bəy evinə aparırdılar. Şənliyə çoxlu dostlar və tanışları dəvət etmişdilər. Bəzən belə şənliklər bir-neçə gün davam edirdi. Çoxlu yemək və içki lazım olurdu. Xidmətçilər heç bir qonağı diqqətdən kənarda qoymamağa çalışaraq vurnuxurdular. Şərab üçün istifadə olan küplər dolub boşalırdı.

Xidmətçilərdən biri yenə də doldurmaq üçün boş küplə qayıtdı.

-Təəssüf ki, daha şərab yoxdur, - dedilər.

Şərab yoxdur! Bu da işin gətirməməsi! Toy şənliyi pozuldu! Şərabın qurtarması barədə xəbər yayılmağa başladı. Rəbb İsanın anası Məryəm də bu barədə eşitdi. “Nə etmək olar?”-o, fikirləşdi.(Bütün fiqurları yığışdırın).

O, özü heç nə edə bilməz, onun Oğlu isə dəqiq kömək edə bilər. Məryəm bilirdi ki, İsa Allahın Oğludur və Onun hər şeyə gücü çatar!

Məryəm haqlı idi. (1-İsa fiqurunu yerləşdirin).

Yalnız İsa Məsih vəziyyəti dəyişə bilərdi. Onun nə üçün kömək edə biləcəyini xatırlayırsanmı? (Uşaqların cavab vermələrinə şərait yaradın).

Əlbəttə O, şənliyə toplaşmış bütün insanlar kimi deyildi. İsa Məsih – Allahdır, Allahın Oğludur; O – Qadirdir. “Qadir” - yəni Onun qadirliyinin həddi yoxdur deməkdir. Biz səninlə İsa Məsihin nə qədər qadir və qüdrətli olduğunu başa düşə bilmərik. O, heç kəsin həll edə bilməyəcəyi problemləri həll etməyə qadirdir. O, hec kəsin edə bilməyəcəklərini etməyə qadirdir.

Əgər sən hələ də Məsihi imanla öz Xilaskarın kimi qəbul etməmisənsə, sənin ən böyük problemin günahındır. Sən pis hərəkətlər etmək arzusu ilə doğulmusan. Məgər sən öz pis hərəkətlərində başqa birisini günahlandırmamısan? Ola bilər ki, sən evə təyin olunan vaxtdan bir saat gec gəlmisən və Jalənin anası xahiş etdi ki, bir az qalıb Jalə ilə oynayım deyə aldatmısan. Sən bilirsən ki, bu, düzgün deyil, amma buna baxmayaraq, evdəki xoşagəlməz hadisələrdən qacmaq üçün yalan danışmısan. Yalan danışmaqla sən Allaha itaətsizlik edirsən. Lakin Allah bizə yalan danışmamağı tapşırır. Sənin günahın çox ciddi problemdir, çünki məhz o, səni Allahdan ayırır və həmişəlik Allahdan ayrı qala bilərsən. Həllolunmaz problemdir, elə deyilmi?

Sən özün özünə kömək edə bilməzsən və mən də bu problemi həll edə bilmərəm. Yer üzündə heç bir insan günah problemini həll edə bilməz. Lakin unutma ki, Rəbb İsa qüdrətlidir. Onun üçün çətin bir şey yoxdur. Müqəddəs Kitabda yazılıb ki, Rəbb İsa səni günahdan qurtarar

MHQ

Uşaqlara bir az şirə və piroq yeməyə icazə verin. Dərsdə bu cür iştirak etmək xüsusən məktəbəqədər uşaqların xoşuna gələcək.

Təsvir 1-2

Əvvəllər (hətta indi də) bir çox ölkələrdə təmiz içməli su çatışmamazlığına görə şərabdan içki kimi istifadə edilirdi. Bir çox ilahiyyatçılar əmindirlər ki, şərabı su ilə qarışdırırdılar və içkidə cüzi miqdarda spirt qalırdı. Imkan verməyin ki, şərab haqqındakı sual sizi əsas mövzudan – Allahın Oğlunun ilk möcüzə vasitəsilə izzətləndirməyindən yayındırsın.

Page 12: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

12

və sənin həyatını Allah qarşısında saleh edə bilər. O, çarmıxda öldü, sənin və mənim günahıma görə Allahın verməli olduğu cəzanı Özü daşıdı. Lakin bu gün O, sağdır. Bu gün də O, həmişəki kimi qüdrətlidir və səni Allah qarşısında saleh etməyi bacaran yeganə Şəxsdir. Hec kəsin gücü çatmayan şeylərə Rəbb İsanın gücü yetər. Məryəm qismən də olsa, bunu başa düşürdü. Buna görə də o, Oğlunun yanına tələsdi.

-İsa, onların şərabları qurtarıb, - Məryəm dedi.(5-Məryəm fiqurunu yerləşdirin).

Rəbb İsanın Məryəmə verdiyi cavab, İsa Məsihin əslində nə demək istədiyini başa düşməsək, bizə qəribə və gözlənilməz görünəcək. Gəlin Müqəddəs Kitabdan Rəbb İsanın cavabını oxuyaq. O, Yəhyanın Müjdəsi 2:4-də yazılıb: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb».

Məryəm şərab problemini İsa Məsihi dilə tutmaqla həll etmək istəyirdi. Allahın Oğlunun cavabı heç də kobud deyildi. Rəbb İsa Məryəmə qətiyyətlə bildirdi ki, Öz qüdrətini nə zaman istifadə edəcəyini o, yəni Məryəm həll etmir. İsa Allahın Oğludur və yalnız Ata Allah nəyi nə vaxt etməyi Öz Oğluna deyə bilər. Məryəm isə bu həqiqəti yaxşı yadda saxlamalı idi. Rəbb İsa Öz gücünü Məryəmin xahiş etdiyinə görə deyil, Ata Allah istədiyinə görə həyata keçirtdi. Rəbb İsa yalnız Səmavi Atanın iradəsinə görə hərəkət edirdi.

Nə vaxtsa sən İsa Məsihə nəyi və nə zaman etmək barədə göstəriş vermisənmi? Bəzən məsihçilər belə hərəkət edirlər. Bəlkə sənin həyatında hansısa problem yaranıb və sən Allahdan müəyyən qərar gözləyirsən. Məsələn, məktəbdə müəllim Müqəddəs Kitaba inanmır və deyir ki, orada yazılanlar yalandır. Ola bilər ki, sən belə dua etmək istəyəcəksən: “Rəbb, mənə başqa müəllim ver”. Çox zaman sən öz dualarında İsa Məsihə nəyi necə etməli olduğunu diktə etmisən, lakin problem həll olunmayaraq qalıb. Sən necə hərəkət etməli idin? Düzgün cavabı seç:

a) Dua etməyi dayandırıb, Allahın nə edəcəyini gözləməli;

b) Dua etməyi davam edərək Allaha nə edəcəyi barədə göstəriş verməli;

c) Dua etməyi davam etdirərək, Allaha öz problemin haqqında danışmalı, Ona necə və nə vaxt məqbuldursa, o zaman həll etməyini Allahdan xahiş etməli.

(İcazə verin ki, uşaqlar cavab versinlər).

Düzgün cavab üçüncüdür. Allaha müraciət etməkdə davam et, axı, O, qadir və qüdrətlidir. O, sənin probleminin düzgün cavabını bilir və vaxtı catanda cavab verəcək.

Həqiqətən, məhz bu toy şənliyində İsa Məsihin Öz qüdrətini izhar etməyinin vaxtı catdı.

Məryəm bilirdi ki, İsa qüdrətli Allah Oğludur. Buna görə də

Ola bilsin ki, siz Müqəddəs Kitabdan olan ayəni uşaqlardan birinin oxumasını istəyərsiniz. Dərs başlamazdan əvvəl bu barədə uşaqla danışın.

MHİ

Təsvir 1-4

Məryəmə “Ana, məndən nə istəyirsən?” deməklə İsa Məsih hörmətsizlik və yaxud məhəbbət çatışmamazlığı göstərmədi. İsa Məsih çarmıxda olarkən Məryəmin qayğısına qalmağı Yəhyaya tapşırdığı zaman da fikrini bu cür ifadə etmişdi.

Bəlkə də Məryəm möcüzə və İsa Məsihin şöhrətlənməsini gözləyirdi, lakin İsa Məsih xatırlatdı ki, anasının Ona göstəriş vermək səlahiyyəti yoxdur. O, Allahın düşüncəsini yerinə yetirirdi və səmavi Atanın iradəsinə tabe olurdu.

Page 13: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

13

İsa Məsihin həyatı. 2 hissə

xidmətçilərə:

- Sizə nə desə, edin – dedi (Yəhya 2:5).

Başqa sözlə, o, demək istəyirdi ki: “Onun nə dediyin yerinə yetirsəniz, sizin probleminizi həll edəcək ”.

Xidmətçilər İsa Məsihə baxdılar. O, nə deyəcək? Allahın Oğlu yuyunmaq üçün su yığılan altı böyük daş küpə baxdı. Yəhya 2:7-də İsanın: “Küpləri su ilə doldurun”- tapşırığını oxuyuruq.(5-Məryəm fiqurunu yığışdırın, 3- xidmətçilər fiqurunu yerləşdirin).

Ola bilsin ki, xidmətçilər: “Qəribədir... Nə üçün küpləri dolduraq? Qonaqlar hamısı toplaşıb və hamı yuyunma mərasimini yerinə yetirib. Bizə su yox, şərab lazımdır! Məgər bizim problemimiz Onu narahat etmir?”

Problem Rəbb İsanı narahat edirdi və O, Öz qüdrətindən isifadə etməyə hazırlaşırdı ki, onu həll etsin.

Məsihçi, sənin istənilən probleminin Rəbb İsanı narahat etdiyini bilmək əla deyilmi? Sənin həyatın Onun üçün əhəmiyyətsiz deyil. Sənə kömək etmək üçün Rəbb İsa Öz qüdrətindən istifadə edir. Ola bilər ki, sənin doğmaların Rəbb İsaya inanmırlar və görünür ki, heç kim sənin inamını başa düşmür. Qüdrətli Rəbb İsa Məsihi sənin problemin narahat edir və O, sənə kömək edəcək. Onun üçün həddən artıq çətin bir şey yoxdur. Öz çətinliklərin barədə Rəbbə danışmağa davam et. Hər gün Ona dua et və Ondan kömək istə. Yaxşı olardı ki, kimsə səninlə birlikdə sənin problemin üçün dua etsin. İstəyirəm biləsən ki, əgər çətinliklərin olsa, mən sənin üçün dua etməyə şad olaram. Biz birlikdə dua edə bilərik. Sadəcə yaxınlaşaraq problemin haqqında danış və biz birlikdə Rəbbə dua edib, Onun sənin problemlərini həll edəcəyinə inanacağıq. Rəbb İsa Öz övladlarının dualarına cavab verəcəyinə söz verib. O, imanlılara həmişə hər şey asan olacağına vəd etməyib. Lakin onlara kömək edəcəyini söz verib. Ola bilər ki, Rəbb İsa tezliklə sənin qohumlarından kimisə xilas edəcək. Bundan başqa O, Öz qüdrətilə sənin Ona sadiq qalmağına kömək edəcək. Rəbb İsa evdə də məsihçi həyatı yaşamağın üçün sənə kömək edəcək. O, toy şənliyində kömək etmək istədiyi kimi, sənə də kömək etmək istəyir. Bax, buna görə Rəbb İsa qabları su ilə doldurmağı tapşırdı.

İsa Məsihin göstərişi xidmətçilərə qəribə görünsə də, onlar Məryəmin məsləhətini qulaqardına vurmayaraq, Məsihin dediyi kimi etdilər. Onlar bütün qabları su ilə doldurdular. Hər küp təxminən 100 litr su tutduğundan çoxlu su daşımaq lazım idi. Küplər ağzına qədər su ilə dolduqda İsa Məsih dedi:

-İndi bir az götürüb toyağasına aparın. (Yəhya 2:8).

Yəqin ki, xidmətçilər toyağasına su vermək barədə bir qədər şübhələndilər və təəccübləndilər, lakin yenə də itaətli oldular. Onlar yuyunmaq üçün olan böyük küplərdən şərab badələrini doldurmağa başladılar və öz gözlərinə inanmadılar. Əsl şərab! Axı onlar qablara su

Ola bilsin ki, uşaqlardan biri Müqəddəs Kitabdan ayəni oxuyar.

Məryəmin xidmətçilərə dediyi sözlər onun İsa Məsihə olan imanını göstərir.

Müqəddəs Kitabdan ayəni oxuyun (ya da uşaqdan oxumasını xahiş edin

Toyağası baş ofisiant və yaxud şənliyin keçirilməsinə cavabdeh işçinin vəzifəsini yerinə yetirirdi

Təsvir 1-5

İsa Məsihin möcüzə yaratmaq üçün yuyunmaq üçün istifadə olunan küplərindən istifadə etməsi faktı çox maraqlıdır. Yəhudi qanunu təmizlənməyin su vasitəsilə yerinə yetirilməsinə sərəncam vermişdi. İsa Məsih Yer üzünə gəldi ki, yeni yol göstərsin, Öz qanında yeni əhd versin.

MHİ

Page 14: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

14

doldurmuşdular, su isə şəraba çevrilib! Möcüzə! İsa Məsin bir anın içində suyu şəraba çevirdi. Nə üçün O, bunu etməyi bacardı?(İcazə verin ki, uşaqlar cavab versinlər).

Doğrudur, ona görə ki, İsa Məsih Allahdır; O, qüdrətlidir. Onun üçün çətin bir şey yoxdur. Rəbb İsa hər şey etməyi bacarar. O, hətta, dünyanın ən böyük günahkarını da bağışlayıb xilas edə bilər. O, səni də xilas edə bilər.

Əgər sən hələ də Rəbb İsadan səni xilas etməyini xahiş etməmisənsə və əgər bunu etməyin lazım olduğunu başa düşürsənsə, evə qayıdandan sonra axşam öz otağında, ya da yaxşısı budur, elə burada İsa Məsihdən bunu xahiş edəsən. Lakin əgər sən mənimlə bu barədə danışmaq istəsən, böyük məmnuniyyətlə sənə kömək edər və xilası elə bu gün necə əldə etmək haqqında sənə danışaram. Hamı evə gedəndə sən birinci cərgədə əyləş. Mən sənə yaxınlaşıb, xilası necə əldə etmək barədə ətraflı danışacağam.

Ola bilər ki, günahının səni Allahdan uzaqda saxladığını bilir və Allahın qarşısında təmiz olmaq istəyirsən. Onda sən elə indi öz ürəyində bu barədə Məsihə deyə bilərsən. Sən Ona təxminən belə müraciət edə bilərsən: ”Rəbb İsa mən günahkaram. Mən özüm günahdan azad ola bilmərəm, lakin inanıram ki, Sən bunu edə bilərsən. Xahiş edirəm, bunu mənim üçün indi et”. Müqəddəs Kitabda yazılıb ki, “Buna görə O, Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir” (İbranilərə 7:25). Bu o deməkdir ki, necə günahkar olmağından asılı olmayaraq, Rəbb İsa səni tamamilə xilas etməyə qadirdir. Əgər sən səmimiyyətlə Ona inansan, səni günahdan azad edər və sən Allahın qarşısında həmişəlik təmiz olarsan. Bu möcüzə toyda baş verənlərdən daha gözəl və əzəmətlidir.

Toyağası şərabın dadına baxdı və onun kim tərəfindən gətirildiyini bilmədən bəyin yanına tələsdi:

-Bu şərab səndə haradandır? – o soruşdu.- İndiyə qədər heç kim yaxşı

şərabı şənliyin sonunda verməyib. Başqa toylarda onu əvvəldə verirlər. Amma bu şərab ən yaxşısıdır.

Burada təəccüblü bir şey yoxdur! Çünki onu hər şeyi Yaradanın Özü, Rəbb İsa Məsih hazırlamışdı (Yəhya 1:3).

Suyun şəraba çevrildiyinin şahidi olanlar bunu bütün ömürləri boyu xatırladılar. Onlar yalnız Allahın edə biləcəyini görmüşdülər. İsa Məsih qüdrətli Allah Oğludur. Daha şagirdləri Onun Kim olduğunu başa düşdülər və Ona iman etdilər.

Məsihçi, məgər sən qüdrətli Allahın sənin Xilaskarın olduğu üçün sevinmirsən? Əgər sən bilsən ki, tamamilə hər şey Onun səlahiyyətindədir, onda sən Ona daha çox etbar edəcəksən. O, problemlərində sənə kömək edər və heç kəsin edə bilməyəcəyini sənin üçün edə bilər.

MHQ

Təsvir 1-6

MHİ

Page 15: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

15

İsa Məsihin həyatı. 2 hissə

Ola bilsin ki, sən hələ Rəbb İsanı öz Xilaskarın kimi tanımırsan. Sən ən böyük problem olan günahından səni qurtarmasını hələ Ondan xahiş etməmisən. Bu gün Ona yaxınlaşaraq, səni günahdan azad etməsini Ondan xahiş etmək istəyirsən? Əgər sən Ona iman etsən, qüdrətli Allah Oğlu sənin Rəbbin və Xilaskarın olacaq. “O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir” (İbr.7:25). Sən bu gün Ona yaxınlaşacaqsan?

təKRaR ÜÇÜn sUaLLaR1. Rəbb İsa Özünün ilk möcüzəsini harada etmişdi? (Qana kəndində

toyda).

2. Rəbb İsadan başqa toya kimləri dəvət etmişdilər? (Məryəmi və şagirdləri),

3. Nə üçün qonaqlara su ilə dolu böyük daş küplər hazırlamışdılar? (Qonaqlar əllərini və yolda toza batmış ayaqlarını yusunlar).

4. Toy şənliyində hansı problem baş verdi?(Şərab qurtardı).

5. Məryəm kimə müraciət etdi və biz öz problemlərimizlə kimə müraciət etməliyik? (Rəbb İsa Məsihə).

6. Məryəm İsa Məsihi problemi həll etmək üçün dilə tutmaq istəyirdi. Lakin İsa Məsih nəyi nə vaxt etmək lazım olduğunun Ondan asılı olmadığını dedi. Nə üçün? ( İsa Məsih yalnız Səmavi Atanın iradəsini yerinə yetirirdi).

7. İsa Məsih xidmətçilərə nə tapşırdı? (Böyük daş küplərin su ilə doldurulmasını).

8. Xidmətçilər şərab badələrini yuyunma üçün olan böyük daş küplərdən dolduranda nə baş verdi?

9. Nə üçün Rəbb İsa Məsih suyu şəraba çevirə bildi? (O Allahdır, qüdrətlidir).

10. Rəbb bu gün oğlanların və qızların, kişilərin və qadınların həyatında hansı möcüzələri edə bilər? (O bizi günahdan qurtarar və Allahın övladları edə bilər)

təkrar üçün oyun“carmıxcıqlar və sıfırcıqlar” (“canlı”)

Doqquz stulun, yaxud

kəndirin və ya lentin köməyilə setka “cızaraq” oyun sahəsi təşkil edin.

Sinfi iki komandaya bölün: carmıxcıqlar “X” və sıfırcıqlar “O”. Komandalar növbə ilə suallara cavab verirlər.

Əgər uşaq suala düzgün cavab versə, o, özü seçdiyi kvadratda dayana (ya da otura) bilər.

Öz üç oyunçusu ilə xətt yaradan (şaquli, üfiqi ya da dioqonal) komanda qalib gəlir.

Əgər istəsəniz setkanı böyük kağız vərəqində çəkib setkada “X” və ya “O” yaza bilərsiniz.

MHQ

Page 16: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

16

təKRaR ÜÇÜn sUaLLaR(məktəbəqədər uşaqlar üçün)1. Toy şənliyində kim İsa Məsihə şərabın qurtardığını dedi? (İsa

Məsihin anası Məryəm).

2. İsa Məsih xidmətçilərə nə etməyi tapşırdı? (Böyük daş küpləri su ilə doldursunlar).

3. İsa Məsih küpdəki su ilə nə etdi? (Onu şəraba çevirdi).

4. Problemlərinin həllində kim sənə kömək edə bilər? (İsa Məsih).

təcrübi fəaliyyətLövhədə ya da kağız vərəqində uşaqların cavablarını elə yazın ki,

hamı yaxşı görə bilsin. Hər sualdan sonra cavabların bir neçə variantı təklif olunduğu üçün sizin cavab siyahınız uzun olacaq.

1. Qüdrətli Rəbb İsa hansı problemlərində sənə kömək edə bilər?

Ehtimal olunan cavablar:

Rəbb İsa ...

(1) çətin ev tapşırıqlarını yerinə yetirməkdə...

(2) imtahanı verməkdə...

(3) xəstəliklər zamanı...

(4) tənhalıqda...

(5) sən incidiləndə...

... sənə kömək edə bilər.

2. Rəbb İsa məsihçiyə ev tapşırıqlarını yerinə yetirməkdə necə kömək edə bilər?

Ehtimal olunan cavablar:

O, sənə...

(1) Materialı yaxşı mənimsəməkdə...

(2) Etməli olduğun iş üzərində diqqətini cəmləməyə...

(3) Ona etibar etməkdə...

kömək edər.

3. Rəbb İsa xəstəlik zamanı imanlıya necə kömək edə bilər?

Ehtimal olunan cavablar:

O, sənə kömək edər ki ...

(1) əgər Onun buna iradəsi varsa, tez sağalasan.

(2) Xəstəlik zamanı səbirli olasan.

məktəbəqədər uşaqlar üçün oyun“Carmıxcıqlar və sıfırcıqlar”

Yuxarıda göstərilən qayda ilə oynayın. Lakin məktəbəqədər uşaqlar üçün eyni rəngli və ya formalı beş fişka və yaxud başqa rəngli və ya formalı beş fişka hazırlayın. Uşaqları komandaya bölmək lazım deyil.

Məktəbəqədər uşaqlara suala cavab verməyə və fişkanı setkada (setkanı iplik ilə flaneleqrafda cızmaq ya da böyük kağız vərəqdə çəkmək olar) yerləşdirməyə icazə verin.

Məktəbəqədər uşaqlar böyük həvəslə fişkanı setkada yerləşdirəcək və üç eyni fişka alınanda alqışlayacaqlar.

Page 17: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

17

Dərs 2yeni həyatın başlanğıcı

Müqəddəs YazılarYəhya 2:13-16, 23; Yəhya 3:1-16; Yəhya 7:44-52; Yəhya19:39-42; Saylar 21:5-12

Mərkəzi həqiqətSən göylərdən(yenidən) doğulmalısan.

TətbiqQeyri imanlı uşaqlar üçün: Allahdan xahiş et ki,

səni yeni insan etsin və Öz ailəsinə qəbul etsin.

Yadda saxlamaq üçün ayə“Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi” (Filipililərə2:9).

Əyani vəsaitlər * Təsvirlər: 2-1, 2-2, 2-3, 2-4, 2-5 və 2-6.

Və ya

* Flaneleqraf üçün fiqurlar: 6, 7, 8, 9, 10, 11, 12 və 13

* Fonlar (istəyə görə): məbədin daxili bəzəyi. Həmçinin

* Məsihlə Nikodimin söhbətinin izahı

* Dərs zamanı uşaqların diqqətini cəlb edən bəzi əyani vəsaitlər hazırlamaq olar. Təklif edirik ki, sözlər yazılmış “bulud parçası” hazırlayasınız (flaneleqrafda istifadə etmək üçün). Səh. 59-da nümunələr verilib.

* 60-cı səhifədə mis ilanın təsviri (“çarmıxda”)olan əlavə əyani vəsaitlər verilib.

Təcrübi fəaliyyətw Kartoçkaların surətini çıxarın və kəsin (səh. 61).

Dərsin planıGiriş

“Necə yaxşı insandır!” MHQHadisələrin gedişatı

1. Məsih məbədi təmizləyir MHQ2. Nikodim İsa Məsihin yanına gəlir

3. “Sən Allahın yanından gələn bir müəllimsən”

4. “... Bir kəs yenidən doğulmasa...” MH5. “Necə?

6. “Allahdan, Müqəddəs Ruhdan” MHQ7. “Necə?”

8. Musa haqqında hekayə

9. “Bəşər Oğlu da yuxarı qaldırılmalıdır” MHQ

Kulminasiya Nikodim göydən doğulur

YekunNikodimin həyatı dəyişilir MHQİ

Page 18: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

18

DərsSəhnə 1(Təmiz lövhə; 6- Nikodim fiqurunu yerləşdirin).

“Necə yaxşı insandır!” Mən əminəm ki, çoxları Nikodim haqqında belə deyirdi. Nikodim fərisey idi. Rəbb İsanın dövründə fəaliyyət göstərən dini qruplardan birinə fəriseylər deyirdilər. Fəriseylər çox dindar adamlar idi: tez-tez məbədə gedərək uzun-uzadı dualar edir; bütün gəlirlərindən onda bir hissəni verir, kasıblar üçün çoxlu qurbanlar verirdilər. Fəriseylər çoxlu sərt qaydalar qəbul edir və var qüvvələri ilə onlara riayət etməyə çalışırdılar. Elə görünürdü ki, bu insanlar Allahı həqiqətən sevir və Onu razı salmağa çalışırlar. Nikodim sadəcə fərisey deyildi, o, rəislərdən biri idi.

Xeyirxah işlər gördüyünə görə bir çoxları Nikodimi yaxşı insan hesab edirdi. Əslində onun necə insan olduğunu, ürəyinin və düşüncələrinin nə ilə dolu olduğunu Allah görürdü. Nikodim də bizim kimi günahlı təbiətlə doğulmuşdu. O, Allahı bütün qəlbi ilə sevmirdi və çox şeylərdə Allahın iradəsinə uyğun deyil öz istəyinə görə hərəkət etməyi xoşlayırdı. Nə qədər mövhumatçı olmasına baxmayaraq, Nikodim heç zaman özünün günahlı təbiətini dəyişə bilməzdi.

Eyni şeyi sənin və mənim haqqımda demək olar. Ola bilsin ki, sən hər gün özünü yaxşı aparmağa çalışırsan; müntəzəm olaraq məbədə gedir və dualar edirsən, lakin bütün bunlar sənin təbiətini dəyişmir. Bu, sənin qəzəblənməyinə, xudbinlik etməyinə, ya da anan sənə deyil, yeni doğulmuş qardaşına daha çox diqqət ayıranda paxıllıq etməyinə mane olmur. Nə üçün sən beləsən? Ona görə ki, sənin təbiətin günahlıdır, sən belə doğulmusan. Sən özünü heç cür dəyişə bilməzsən. Bütün dünyada heç kim səni dəyişə bilməz. Buna yalnız Allahın gücü çatar. Yalnız Allah səni tamamilə yeni insan edə bilər. Öz gücünlə sən özünü dəyişə bilməzsən, Allahı razı salacaq qədər yaxşı ola bilməzsən.

Nikodim Yerusəlimdə yaşayırdı. Ola bilsin ki, o, Rəbb İsa Məsih haqqında eşitmişdi, lakin hələ Onunla tanış olmamışdı. (6-Nikodim fiqurunu yığışdırın).

Səhnə2(Təmiz lövhə; 7-İsa fiqurunu yerləşdirin).

Pasxa bayramı gəlib çatdı və Rəbb İsa Yerusəlimə gəldi. Yəhudilər hər il Pasxanı qeyd edirdilər. Pasxanın qeyd olunması yüz il əvvəl Allahın İsraili Misir əsarətindən necə çıxardığını xatırladırdı. Bu bayramı qeyd etmək üçün Yerusəlimə minlərlə insan gəlirdi. Yerusəlim ölkənin müxtəlif ucqarlarından gəlmiş adamlarla dolurdu. Adamlar il boyu görmədikləri dostları ilə görüşür və söhbət edirdilər. Onların danışmağa sözü çox idi. Ola bilsin ki, çoxları İsa Məsih haqqında, Onun etdiyi möcüzələr və Onun təbliğləri haqqındqa danışırdılar. İsa Məsih izdihamın yanından keçəndə bəlkə də bəziləri Onu dostlarına göstərirdilər. İsa Məsih məbədə getdi.

MHQ

Təsvir 2-1

Page 19: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

19

İsa Məsihin həyatı. 2 hissə

(7-İsa Məsih fiqurunu yığışdırın).

Məbədin həyətində canlanma var idi. Oraya adamlar toplaşmışdılar. Sərraflar stollarının arxasında əyləşmişdilər. Müştərilərdən macal yox idi. Qaydaya görə məbəddə yalnız təyin edilmiş puldan istifadə etmək olardı. Buna görə də sərraflar adi pulu məbəd pulu ilə dəyişirdilər. Sərraflar çox vaxt yalanla qazanırdılar. Bu gün də başqalarını aldadaraq pul qazanan xəsis adamlar var. Müqəddəs Kitab deyir: “Çünki hər cür pisliyin kökü pulpərəstlikdir” (1 Tim. 6:10). Səndə də xəsislik və eqoistlik var? Buna görə də Rəbbin səni dəyişməyinə ehtiyacın var.

Səhnə 3(Məbədin daxili bəzəyi və ya təmiz lövhə).

Quzular, öküzlər və göyərçinlər elə məbədin həyətində satılırdı. Yəhudilər bu heyvanları qurban təqdim etmək üçün alırdılar. Çox vaxt heyvanları son dərəcə yüksək qiymətlərə satırdılar. Alış-verişə və çaxnaşmaya görə məbəddə çox hay-küy var idi. Hər tərəfdən mübahisə və qışqırıq səsləri gəlirdi. Məbədə girən kimi Rəbb İsa müdaxilə etdi. Allahın evində bu qədər pislik baş verdiyinə görə O, çox kədərlənmişdi!

İsa Məsih yerdə olan kiçik kəndirlərdən qamçı düzəltdi və qamçını havada şıqqıldatdı.

- Bütün bunları buradan yığışdırın, - O, əmr etdi.- Atamın evini bazara çevirməyin.

Sərrafların stolları çevrildi. Qəpiklər yerə dağıldı. Öküzləri və qoyunları çıxış qapısına tərəf qovdular. Tacirlər göyərçin qəfəslərini götürüb yoldan kənara çəkdilər. Təsəvvür edirsən, adamlar nə fikirləşirdilər?

Axı, O, Kimdir? “Atamın evini” sözlərilə O, nə demək istəyir? Belə etməyə Onun nə haqqı var? İsanın nə üçün belə etdiyini çoxları başa düşmürdü. Amma biz bilirik, düzdür? Nə üçün İsa Məsihin belə etməyə səlahiyyəti var idi? Bunu başa düşmək üçün ötən dərs bizə kömək edib. Düzdür? Doğrudur! İsa Məsih qüdrətli Allah Oğludur. Buna görə də O, belə hərəkət etmək üçün tam səlahiyyətə, gücə və hakimiyyətə malik idi. Rəbb İsa Öz gücü və səlahiyyəti ilə möcüzələr etdi və onlardan bəzilərini Yerusəlimdə göstərdi.

Yəqin ki, Nikodim baş verənlər haqqında eşitmiş ya da hər şeyi öz gözləri ilə görmüşdü. Bu, Rəbb İsanın Şəxsiyyətinə daha böyük maraq cəlb edirdi. Nikodim İsa Məsihlə harada və necə görüşə biləcəyi barədə düşünməyə başladı. Digər fəriseylər qətiyyən onu İsa Məsihlə birlikdə görməməli idilər. İsa Məsihin təlimi fəriseylərin xoşuna gəlmirdi, çünki Məsihin sözləri bütün yaxşı işlərinə baxmayaraq, onları günahlarında ifşa edirdi. “Gecə gedərəm”, - Nikodim qərara aldı.

MHQ

Page 20: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

20

Səhnə 4(Təmiz lövhə; 6-Nikodim və 7-İsa fiqurlarını yerləşdirin).

O belə də etdi. Adamların əksəriyyəti yatanda Nikodim İsanın qaldığı yerə getdi. Ola bilsin ki, söhbət gecə ulduzlu səma altında keçmişdi.

-“Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz” (Yəhya 3:2).

Rəbb İsa sadəcə Müəllim idimi? O, Allahdan gəlmişdimi? Bəlkə O, müəllimdən daha böyük, Allahdan gəlmiş Biri idi? Əlbəttə, elədir. İsa Məsih- Allahdır, Oğul Allahdır. Rəbb İsa Nikodimin salamlaşmağına cavab verdi. (Lövhədə “Bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz”, (Yəhya 3:3) sözləri yazılmış kartoçkanı yerləşdirin).

Gəlin, Onun nə dediyini oxuyaq (bu, Müqəddəs Kitabda yazılıb): “...Bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz” (Yəhya 3:3). (Ayəni hamınız birlikdə oxuyun).

Çox maraqlı cavabdır, deyilmi? Rəbb İsanın nə üçün belə cavab verdiyini bilirsənmi? Rəbb İsa Nikodimi tanıyırdı və O bilirdi ki, həmsöhbətini əslində hansı sual narahat edir. Nikodim Allahın padşahlığında olmaq istəyirdi. Nikodim Allaha məxsus olmaq və əbədi olaraq Onunla yaşamaq istəyirdi. Lakin bütün dindarlığı, əzbərlənmiş duaları, məbədə getməyi onu Allaha yaxınlaşdırmamışdı. Nikodimin əsl təbiəti günahlı və Allaha qeyri-məqbul olaraq qalmışdı. Eyni həqiqət sənə və mənə də aiddir. Nikodim də, sən və mən də günahlı ürəklə doğulmuşuq. (8 -“qara ürəkli adam” fiqurunu yerləşdirin).

Allahın ailəsinin üzvü olmaq üçün biz mütləq yuxarıdan doğulmalıyıq. Həmin gecə sən İsa Məsihlə söhbət etsəydin, hansı növbəti sualı verərdin? (İcazə verin ki, uşaqlar cavab versinlər).

Bəli, Nikodim də məhz bu barədə soruşurdu. ((“Necə” sualı yazılmış kartoçkanı yerləşdirin).

O, belə dedi:

- Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? Məgər o, yenidən körpə ola bilərmi?

Nikodim çaş-baş qalmışdı.

İsa Məsih ona izah etdi ki, iki müxtəlif doğulma mövcuddur. Körpənin dünyaya gəlməsi, yeni insanın yer üzündə öz həyatını başlaması - fiziki doğulmadır. Hər bir körpə bütün insanlar kimi bədəndə və günahlı təbiətdə doğulur. İsa Məsihin danışdığı digər doğulma insanın Allahın ailəsində doğulması, yeni insan olmasıdır

MH

Ola bilsin ki, Nikodim küçələrdə basırığa düşməmək, lakin hər ehtimala qarşı sinedrionun digər üzvlərinin narazılığı ilə qarşılaşmamaq, həm də İsa Məsihlə təkbətək danışmaq fürsəti əldə etmək üçün Onun yanına gecə gəlmişdi.

Təsvir 2-2

Təsvir 2-3 (təsvirin yarısını örtmək lazımdır)

Page 21: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

21

İsa Məsihin həyatı. 2 hissə

ki, bu da ruhani doğulmadır. Bu, insanın yeni bədən almağı deyil.Bu, o deməkdir ki, artıq bədəndə yaşayan həmin təbiət tamamilə dəyişir. Müqəddəs Kitab belə adamı “yeni məxluq” adlandırır (2 Kor. 5:17). (9- “təmiz ürəkli insan” fiqurunu yerləşdirin).

Yuxarıdan doğulmuş insanın zahirən əvvəlki kimi görünməyinə baxmayaraq, belə insanın günahı artıq bağışlanıb. Allah ona yeni təbiət verib. İnsan Allaha məqbul həyat yaşamaqdan ötrü yeni güc və istək alır. Yalnız Allah belə dəyişikliklər edə bilər. İsa Məsih Nikodimə Müqəddəs Ruhun insanları yeniləcəyini söylədi. (“Müqəddəs Ruh Allahdan” sözləri yazılmış kartoçkanı yerləşdirin).

Sən artıq günahdan üz çevirmək, Rəbb İsaya tərəf dönmək və Onu imanla Xilaskarın kimi qəbul etmək barədə eşitdin. Lakin sənin günahlı ürəyin bunu istəmir. Belə addım atmaq üçün sənin gücün yoxdur. Müqəddəs Ruh Allahın sənin ürəyinə toxunması və günahkar olduğunu sənə göstərməsi vacibdir. Yalnız o zaman sən öz günahlarından tövbə edər və Rəbb İsa Məsihi imanla qəbul edə bilərsən. Müqəddəs Ruh səni yeni insan edəndə, sən Allahın ailə üzvü ola bilərsən.

Rəbb İsa bir daha Nikodimə dedi:

-“...yenidən doğulmalısınız...” (Yəhya 3:7).(“...yenidən doğulmalısınız...” sözləri yazılmış kartoçkanı yerləşdirin).

Nikodim hələ də İsa Məsihin sözlərini başa düşmürdü.

-Bu, necə ola bilər? – o, yenə də Allah Oğlundan soruşdu.(“Necə?” sualı yazılmış kartoçkanı yerləşdirin).

Sonra İsa Məsih Nikodimə nə vaxtsa qədimlərdə İsarail xalqı ilə baş vermiş hadisəni xatırlatdı. Nikodim bu hadisəni çox yaxşı bilirdi. (8 - “qara ürəkli insan” və 9 - “təmiz ürəkli insan” fiqurlarını yığışdırın və 10- israillilər və ilanlar fiqurlarını yerləşdirin).

Yüz illər əvvəl yəhudi xalqı Misirdən Allahın onlara vəd etdiyi torpağa gedirdilər. Adamlar deyinir, şikayət edir və hətta rəhbərləri Musaya qəzəblənirdilər. Xalq öz deyingənliyi ilə günah etdiyi üçün Allah qəzəblənmişdi. Buna görə də Rəbb onların üstünə zəhərli ilanlar göndərdi. Çox insanlar ilan sancmasından ölmüşdü, digərləri isə ölümcül vəziyyətdə uzanmışdı.

-Musa!- xalq yalvardı. - Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar! (Saylar 21:7).

Musa peyğəmbər xalq üçün yalvardı. Rəbb onun duasını eşitdi və ilan sancanların şəfa tapmasına imkan verdi. Bunun üçün O, Musa peyğəmbərə mis ilan düzəltməyi və onu uzun ağac boyu qaldırmağı əmr etdi.(11- uzun ağacda ilan fiqurunu yerləşdirin).

Saylar 21:4-9-a bax. Təsvir 2-4

MHQ

Page 22: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

22

-İlan vuran adam ona baxdıqda sağalsın – Allah dedi.

Həqiqətən də, xalq bir anın içində şəfa tapdı. Rəbbin bu hadisə haqqında Nikodimə nə dediyinə qulaq as:

-Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, iman edən hər kəs Onda əbədi həyata malik olsun (Yəhya 3:14-15). (10-israillilər və ilanlar fiqurunu yığışdırın; 12 – İsa Məsih çarmıxda və “Bəşər Oğlu da yuxarı qaldırılmalıdır” sözləri yazılmış kartoçkanı yerləşdirin).

O, nə demək istəyirdi? Rəbb İsa insanın necə yuxarıdan doğula biləcəyini izah etdi. Rəbb İsa Yer üzünə bizim günahlarımıza görə olan cəzanı Öz üzərinə götürmək və çarmıxda ölmək üçün gəldi. O, bunu oğlanların və qızların, kişilərin və qadınların yeni insan ola bilməsi üçün etdi. Əgər O, bizim əvəzimizə ölməsəydi, heç kim, heç vaxt Allahın Səltənətinə düşə bilməzdi. Bizim yuxarıdan doğula bilməyimiz üçün, Rəbb İsa necə böyük qiymət ödədi! Ola bilsin ki, sən həqiqətən Allahın övladı olmaq istəyirsən. Sən necə yuxarıdan doğula bilərsən? Xalq səhrada şəfa tapmaq üçün nə etməli idi? (İcazə verin ki, uşaqlar cavab versinlər).

Doğrudur. Onlar mis ilana baxmalı idilər və həmin an sağalırdılar. Allah dedi ki, ilana baxmaq ölümcül sancmadan sağaldacaq və xalq Onun sözünə inandı. Rəbb İsa çarmıxa qaldırıldı. Doğrudur, bu gün O, çarmıxda deyil, Göylərdədir. Əgər sən Ona inansan bağışlanma əldə edəcəksən. Rəbb İsanı imanla qəbul etməklə, bir zaman yəhudilər mis ilana baxdıqları kimi, sanki sən “Ona baxırsan”. Sən Rəbb İsaya təxminən belə sözlər deyə bilərsən: “Əziz Rəbb İsa, mən Allaha məxsus olmaq istəyirəm. Mənim günahlarıma görə çarmıxda öldüyün üçün Sənə minnətdaram. Xahiş edirəm, məni günahdan qurtar və həyatıma rəhbərlik et”. Əgər sən bütün ürəyinlə Ona inansan, başqa sözlə, “Ona baxsan”, yuxarıdan doğulacaqsan və Müqəddəs Ruh Allah sənə yeni təbiət verəcək. (11- ağacda ilan və 12 - İsa Məsih çarmıxda fiqurlarını yığışdırın).

İsa Məsih istəyirdi ki, Nikodim Allaha gedən yeganə yolun Allahın Oğluna iman vasitəsilə mümkün olduğunu başa düşsün. “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısı əbədi həyata malik olsun” (Yəhya 3:16).

-Nikodim, sən mənə iman etməlisən, - Xilaskar dedi.(“İnanmaq” sözü yazılmış kartoçkanı yerləşdirin).

Müqəddəs Kitab İsa Məsihlə Nikodimin söhbətindən sonra nə baş verdiyini demir. Söhbət qurtardıqdan sonra Nikodimin eşitdikləri haqqında nə düşündüyünü biz bilmirik. (Bütün fiqurları yığışdırın).

Bəlkə də Nikodim getməmişdən əvvəl İsa Məsihi imanla qəbul

MHQ

Təsvir 2-5

Page 23: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

23

İsa Məsihin həyatı. 2 hissə

etmişdi. Xilaskarı imanla qəbul etmək üçün sənin hansİsa xüsusi bir binada olmağın lazım deyil. Sən Xilaskarı evə gedəndə öz otağında da qəbul edə bilərsən, çünki sənin yanında kiminsə olmağı vacib deyil. Sən elə indi də başını aşağı salaraq öz ürəyində, sakitcə Rəbb İsadan səni xilas etməyini xahiş edə bilərsən.

Bəzi vaxtlar uşaqlarda İsa Məsihi imanla necə qəbul etmək barədə suallar yaranır və onlar kiminsə kömək etməyini istəyirlər. Əgər sən belə uşaqlardan birisənsə, mən sevinclə dərsdən sonra qalıb sənin suallarına cavab verməyə calışacağam. Əgər sənin sualların varsa, xahiş edirəm mənə yaxınlaş və bu barədə danış. Eləcə, sən birinci cərgədə otursan, mən başa düşəcəyəm ki, sənin İsa Məsihi imanla qəbul etmək barədə sualların var və sən bu gün bu addımı atmaq istəyirsən.

Nikodim öz suallarına cavab aldı və evə getdi. Lakin biz bilirik ki, Müqəddəs Ruh onu yeni insan etdi. (13-Nikodim fiqurunu yerləşdirin).

Müqəddəs Ruhun onu necə yeni insan etdiyini heç kəs görmədi, çünki heç kim Müqəddəs Ruh Allahı görə bilməz. Lakin ətrafdakılar Müqəddəs Ruhun Nikodimin həyatında etdiyi dəyişiklikləri görürdülər. Bir dəfə fəriseylər İsa Məsihi öldürmək istəyərkən Nikodim Onu müdafiə etdi. Bunun üçün cəsarət lazım idi və Allah Nikodimə cəsarət vermişdi. Müqəddəs Kitabda Nikodimin adı sonuncu dəfə İsa Məsihin öldüyü günün təsvirində çəkilir. İsa Məsihin bütün şagirdləri fəriseylərdən və Rəbbi çarmıxa çəkənlərdən qorxduqları üçün qaçmışdılar. Nikodim isə ətir gətirmişdi. O, dostu Yusiflə birgə Rəbb İsanın cəsədini kətan bezlərlə sarıdı və qəbirdə dəfn etdi. İsa Məsih ölülərdən dirildikdə, Nikodimin necə sevindiyini təsəvvür edirsən? Ətrafdakılar hamısı Nikodimin dəyişildiyini görürdülər.

Sən göylərdən doğulanda həyatın dəyişiləcək. Sən daha itaətli olacaq və evdə daha çox kömək edəcəksən. Sən öz otağını həvəslə yığışdıracaq və anan xahiş edəndə dükana gedəcəksən. Ətrafdakılar sənin tamamilə yeni insan olduğunu görəcəklər.

Sən artıq göylərdən doğulmusan? Mən sənin cəmiyyətə getməyin, dua etməyin və yaxud da yaxşı olmağa calışmağın barədə soruşmuram. Nikodimin belə olmasına baxmayaraq, o, mütləq göylərdən doğulmalı idi. Rəbb İsa sənə də deyir: “Sən göylərdən doğulmalısan”. Rəbb İsanı elə bu gün imanla qəbul et. Səni yeni insan etməsini və Öz ailəsinə qəbul etməsini Ondan xahiş et.

təkrar üçün suallar1. Fəriseylər kim idilər? (Fəriseylər çox dindar adamlar idilər, çox dua

edirdilər və elə görünürdü ki, sanki Allahı sevirlər).

2. Rəbb İsa ilə danışmaq istəyən fəriseyin adı nə idi? (Nikodim).

3. Nikodim hansı şəhərdə gecə İsa Məsihlə görüşdü? (Yerusəlimdə).

MHQ

Müqəddəs Yazılar Nikodimin yuxarıdan doğulma əldə etməsi barədə heç nə danışmasa da, bir çox ilahiyyatçılar əmindirlər ki, Nikodimin həyatı bu dəyişikliyə şəhadət edir. O, İsa Məsihin yanına əvvəlcə gizli gəlmişdi, lakin sonra Məsihi açıqcasına müdafiə etdi və Onun cəsədini dəfn etmək üçün kömək etdi. Yəhya 7:45-52 və 19:38-42

Təsvir 2-6

Uşaqlar ətiri məmnuniyyələ iyləyər və toxunarlar.

MHİ

MHQ

Page 24: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

24

4. Rəbb İsa Məsih məbədin həyətində nə gördü və qəzəbləndi? (Adamlar pul dəyişir, heyvanları satır və çox yüksək qiymət deyirdilər).

5. Rəbb İsa nə etdi? (O, sərrafları, heyvanları və satıcıları qovdu).

6. Nikodim İsa Məsihlə söhbət etməyə gələndə Onu kim hesab edirdi? (Allahın yanından gələn müəllim).

7. Nikodimin həyatında nə baş verməli idi? Rəbb İsa nə haqda danışırdı? (Nikodim yuxarıdan doğulmalı idi).

8. “Yuxarıdan doğulmaq” nə deməkdir? (Müqəddəs Ruh bizim üzərimizdə çalışır, bizə yeni təbiət verir və biz yeni məxluq oluruq).

9. İsa Məsih xilas əldə etmək istəyən hər kəsin Onu (İsa Məsihi) imanla qəbul etməli olduğunu hansı hadisənin köməyilə izah etdi? (Zəhərli ilanların israilliləri sancması və ağacdakı ilana baxan hər kəsin şəfa tapması haqqında olan hadisə).

10. Nikodim necə göylərdən doğula bilərdi və biz necə yuxarıdan doğula bilərik? (Bizə görə çarmıxa çəkilən və dirilən Rəbb İsa Məsihi imanla qəbul etmək lazımdır).

təKRaR ÜÇÜn sUaLLaR(məktəbəqədər uşaqlar üçün)

1. İsa Məsih Nikodimə hansı qeyri adi sözləri dedi? (O dedi ki, Nikodim göylərdən doğulmalıdır).

2. Ilanların israilliləri sancması haqqındakı hadisəni yadına sal. Ilan sancan adam sağalmaq üçün nə etməli idi? (Mis İlana baxmalı idi).

3. Allahın ailəsinin üzvləri olmağımız üçün İsa Məsih nə etdi? (O, bizim günahlarımıza görə çarmıxda öldü).

4. Göylərdən doğulanda səni Kimin ailəsinə qəbul edirlər? (Allahın ailəsinə).

təCRÜBİ FəaLİyyət“Bilməcələr”61-ci səhifənin surətini çıxardın və vərəqi kəsin. Kartoçkaları əlinizdə yelpik kimi elə tutun ki, uşaqlar orada nə yazıldığını görməsinlər. Uşaqlardan birinə kartoçkanı götürüb hərəkətlərlə orada nə yazıldığını göstərməsinə icazə verin. Qalanları kartoçkada nə yazıldığını tapmağa çalışacaqlar.

Uşaqlar yazılanları düzgün tapdıqda onlarla verilmiş hadisə haqqında qİsa danışın. Verilmiş hadisənin Məsihdə yeni həyatın zühur etməsinə xidmət etdiyini başa salın

təkrar üçün oyun“Nəhəng addımlar”

Sualların qarşısında rəqəm yazın.

Uşaqlardan cərgədə üzü sizə tərəf dayanmağı xahiş edin. (Əgər qrup böyükdürsə, uşaqları iki komandaya ayırın; qoy komandalar ayrı-ayrılıqda toplaşsın).

Finişi təyin edin.

Suallar verin. Suala düzgün cavab verən uşaq, sualın qarşısında göstərilən rəqəm qədər “nəhəng addımlar” ata bilər. (Əgər iki komanda oynayırsa, suala düzgün cavab verən növbəti oyunçu komandanın birinci oyunçusunun dayandığı yerdən addımlamağa başlayır).

Finiş xəttini birinci keçən oyunçu (yaxud komanda) qalib gəlir.

Əgər siz kiçik otaqda oynayırsınızsa, flaneleqraf üçün iki fiqurdan istifadə etmək olar (hər komandaya biri). Komandalar suallara cavab verərək fiquru finiş xəttinə (iplə göstərilmiş) itələyirlər.

məktəbəqədər uşaqlar üçün oyun“Nəhəng addımlar”

Uşaqları komandaya ayırmamaq şərtilə yuxarıda göstərilən qaydada oynayın.

Page 25: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

25

İsa Məsihin həyatı. 2 hissə

Page 26: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

26

Page 27: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

27

Dərs 3Samariyalı qadın

Müqəddəs YazılarYəhya 4:3-34, 39-42

Mərkəzi həqiqətƏbədi həyat Rəbb İsa Məsih vasitəsilə Allahın ənamıdır

TətbiqQeyri imanlı uşaqlar üçün: Sən əbədi həyatı yalnız

İsa Məsihə iman vasitəsilə əldə edə bilərsən.

Imanlı uşaqlar üçün: Əgər sən artıq məsihçi olmusansa, əbədi həyata malik olduğuna əmin ola bilərsən.

Yadda saxlamaq üçün ayə“Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi...” (Filipililərə 2:9).

Əyani vəsaitlər• Təsvirlər: 3-1, 3-2, 3-3, 3-4, 3-5 və 3-6.

Yaxud

• Flaneleqraf üçün fiqurlar: 1,2,14,15,17,18,19,20 və 21.

• Fonlar (istəyə görə): ərazinin ümumi görünüşü

Həmçinin

• Hadisə zamanı az hərəkətlər, lakin çoxlu davamlı söhbətlər və simvollar (“həyat suyu”, “ruhani susuzluq” və s.) təsvir olunduğu üçün ola bilsin ki, verilmiş dərsi tədris etmək asan olmayacaq. Dərs zamanı uşaqların diqqətini cəlb etmək üçün siz su ilə dolu stəkanı göstərib, “ruhani susuzluq”, “həyat suyu”, “Allahın ənamını qəbul etmək” anlayışları ilə onu müqayisə edə bilərsiniz.

• 62-ci səhifədəki sözlərin surətləri

Təcrübi fəaliyyətw Hər bir uşağa bir dənə müjdə kitabçası

Söhbətə hazır olunDərsdə Rəbb İsanın Samariyalı qadına xilas yolunu necə izah etməsindən danışılır. Xilas yolu

haqqında bilmək istəyən hər kəsə izah etməyə hazır olduğunuzu dərsdən əvvəl uşaqlara bildirin. Söhbət etmək üçün sizə necə və nə vaxt yaxınlaşa biləcəklərini uşaqlara izah edin. Samariyalı qadının Məsihə necə iman etdiyini bilmək uşaqlar üçün kifayət deyil. Onların özünə də Məsihə yaxınlaşmaq və Onu imanla qəbul etmək lazımdır. Bu barədə bilmək istəyən hər kəslə fərdi danışmağa çalışacağınızı uşaqlara bildirin.

DƏRSİN PLANIGiriş

Yorğunlar, susuzlar və aclar

Hadisələrin gedişatı1. Samariyalı qadın su üçün gəlir MH2. Məsihlə söhbət

3. “Mənə su ver içim”

4. “Mən samariyalıyam”

5. “Mən həyat suyu verə bilərəm” MH6. “Bu suyu mənə ver”

7. “Ərini çağır”

8. “Ərim yoxdur” MHQ9. “Harada ibadət etməli?”

10. “Ruhda və həqiqətdə ibadət etmək lazımdır” MH

11. “Bilirəm ki, Məsih gələcək”

12. “ O Mənəm” MHİ13. Şagirdlər qayıdırlar

14. Qadın şəhərə qayıdır

Kulminasiya“Gəlin...Adamı görün”

Yekunİsa Məsihi şəhərdə qalmağa dəvət edirlər

Çoxları iman etdilər MHQ

Page 28: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

28

DərsSəhnə1(Ərazinin ümumi görünüşü).

Necə istidir! Onlar uzun yol gəliblər. Onlar yorulmuşdular, acmışdılar və su icmək istəyirdilər. Onları qarşıda hələ uzun yol gözləyirdi.

(1-İsa və 2-şagirdlər fiqurlarını yerləşdirin).

Rəbb İsa və şagirdlər Yəhudeyadan Qalileyaya aparan tozlu yol ilə gedirdi. Qalileyaya gedən qİsa yol Samariyadan keçirdi. On üç nəfərdən ibarət olan qrup yenicə Samariyaya daxil olmuş və Sixar şəhərinə yaxınlaşmışdılar.

Rəbb İsa yorulduğu üçün düşərgə salmaq pis olmazdı. İsa Məsih Allah olmağı ilə yanaşı həm də əsl İnsan idi. Başqa adamlar kimi O da yorulurdu, yeməyə və istirahətə ehtiyacı olurdu. Məgər sən susuzluqdan əziyyət çəkəndə bir stəkan suya, yaxud da ac olanda hansısa yeməyə görə sevinməzsən? Şagirdlər bir az yemək almaq üçün şəhərə getdilər.

(Bütün fiqurları yığışdırın).

Səhnə2(Ərazinin ümumi görünüşü, 15-samariyalı qadın fiqurunu yerləşdirin).

Təxminən elə bu vaxt bir qadın əlində səhəng şəhərdən çıxdı. O, su götürmək üçün quyuya tərəf gedrdi. Günorta idi. Şəhər camaatı adətən günün bu vaxtı quyuya gəlmirdi. Ola bilsin ki, qadın quyunun yanında Sixar şəhərinin digər sakinləri ilə qarşılaşmaq istəmirdi. O, günahda yaşadığı üçün güman ki, əsl dostları çox az idi. Ola bilsin ki, samariyalı qadın günahlı həyatından zövq alırdı. O bilmirdi ki, başqa cür həyat - əbədi həyat əldə edə bilər. Qadın “təqsirləri üzündən ölü” idi. Müqəddəs Kitab (Efeslilərə 2:5) Məsihi tanımayanları belə adlandırır. Müqəddəs Kitab deyir ki, günahlara görə biz Allah üçün ölüyük. Bu, o deməkdir ki, biz Allahdan ayrı düşmüşük, Ondan ayrılmışıq, çünki O, müqəddəsdir, biz isə günahkarıq. Bizə Allahla əbədi həyat lazımdır. Onsuz biz Allahdan həmişəlik ayrı qalacağıq. Samariyalı qadın özünün bütün günahlı ömrü boyu əbədi həyatı əldə edə biləcəyi barədə heç nə eşitməmişdi. Qadın su üçün tələsirdi.

(14- İsa quyuda fiqurunu yerləşdirin).

Qadın quyuya gələrkən, nə qədər təəccübləndi! O, burada tək deyildi. Quyunun yanında Kimsə əyləşib. O, sadəcə suyu doldurmağı və yad Adama heç bir əhəmiyyət verməməyi qərara aldı. Ola bilsin ki, samariyalı qadın səhəngini quyuya sallayarkən, hətta, İsa Məsihə tərəf baxmaq da istəmirdi.

Lakin qəflətən yad Adam ona müraciət etdi:

- Mənə su ver, içim.

İsa Məsih yalnız su içmək istədiyi üçün belə demədi. Belə etməklə, O,

Məktəbəqədər uşaqlar özlərini elə apara bilərlər ki, sanki yorğun və ac vəziyyətdə İsa Məsihin və şagirdlərin ardınca gedirlər.

İstəsəniz, Fələstinin xəritəsini uşaqlara göstərib Yəhudeya, Qalileya və Samariyanı tapmaqda onlara kömək edə bilərsiniz. Həm də yəhudilərin Samariyadan keçərək, Qalileyaya getdikləri yola baxa bilərsiniz.

MH

Məktəbəqədər uşaqlar böyük həvəslə əl işləri üçün olan xəmirdən quyu hazırlayacaqlar.

Təsvir 3-1

Məktəbəqədər uşaqlar böyük həvəslə özlərini elə apara bilərlər ki, guya böyük küpə su doldururlar və samariyalı qadın kimi aparırlar.

Təsvir 3-2

Page 29: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

29

İsa Məsihin həyatı. 2 hissə

qadına mehribanlıq göstərdi.

Qadın çevrildi və İsa Məsihə baxdı. Yəhudi! Ona, samariyalıya Yəhudu belə müraciət etdi! Çətin ki, hansısa yəhudu samariyalıya belə mehribancasına müraciət edər.

Qadın cavabında soruşdu:

- Sən bir yəhudisən, mənsə samariyalı bir qadın. Necə Sən məndən su istəyə bilərsən?

- Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi (Yəhya 4:10-a bax).

Qadın çox təəccübləndi:

- Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs, o həyat suyunu haradan götürəcəksən? Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?

(18- su simvolunu yerləşdirin).

Samariyalı qadın İsa Məsihin Kim olduğunu bilmirdi və Onun nə danışdığını anlamırdı. Bu “həyat suyu ” nə deməkdir?

İsa Məsih qadına əbədi həyat haqqında danışdı. Su bizə yer üzündəki həyatımızda lazımdır. Həyat suyu-əbədi həyat isə bizə Allahla olan həyat üçün lazımdır. Əbədi həyata malik olan insan artıq Allah üçün ölü deyil. O, Allahı tanıyır, sevir və əbədi olaraq Allahla yaşayacaq.

(19-əbədi həyat simvolunu yerləşdirin).

Bəs sən əbədi həyatı necə əldə edə bilərsən? Təklif olunan imkanlardan hansı doğrudur?

(İzaha görə uyğun gələn sözləri flaneleqrafda ya da lövhədə yerləşdirin).

a) Əgər sənin valideynlərin imanlıdırlarsa və sən məbədə gedirsənsə əbədi həyatı əldə edə bilərsən.

b) Sən ləyaqətli həyat yaşadığına görə əbədi həyatı əldə edə bilərsən.

c) Sən hər gün kifayət qədər dua edirsənsə, əbədi həyatı əldə edə bilərsən.

Necə fikirləşirsən, bu imkanlardan hec olmasa, birini doğru adlandırmaq olarmı?

(İcazə verin ki, uşaqlar cavab versinlər).

Əbədi həyatı bax belə əldə etmək olar.

q) Bu, Allahın ənamıdır.

Ənam sənə təklif ediləndir və təklif olunanı qəbul etməlisən ki, o sənin olsun. Yalnız Rəbb İsa Məsih, Allahın Oğlu sənə əbədi həyat verə bilər. Əbədi həyat – Allahın həyatının bizdə olmağıdır və yalnız o zaman biz Allah üçün yaşaya bilərik. Rəbb İsa günahkarlara belə həyat təklif edir.

Samariyalılar yəhudilərdən və bütpərəstlərdən ibarət qarışıq xalq idilər. Bir çox samariyalılar Allaha və bütlərə ibadətdən ibarət olan qarışıq dini təcrübədən keçirirdilər. Yəhudilər İsa Məsihin Yer üzünə gəldiyi vaxtlarda samariyalıları “natəmiz” hesab edir və onlarla ümumi heç nəyə malik olmaq istəmirdilər.

Allah üçün irqlərin fərqi yoxdur. Allah bütün insanları sevir.

MH

Təsvir 3-3

Güman edilir ki, quyunun dərinliyi təxminən 30 kilometr idi.

Page 30: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

30

O istəyirdi ki, samariyalı qadın bilsin ki, yalnız O, Rəbb İsa ona əbədi həyat suyu verə bilər.

İsa Məsih samariyalı qadına dedi:

-Bu sudan içən hər kəs yenə susayar.

Qadın bunu başa düşürdü. Ona hər gün su lazım idi. İsa Məsih davam etdi:

- Amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək (Yəhya 4:14-ə bax).

Qadın xahiş etdi:

- Bu suyu mənə ver ki, heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim.

Samariyalı qadın hələ də İsa Məsihin nə demək istədiyini başa düşmürdü. Rəbb izah etməkdə davam edirdi. O, qadına qəribə bir şey dedi:

- Get ərini çağır və buraya gəl.

Belə bir xahiş yəqin ki, onu çaşdırdı. Qadın cavab verdi:

- Ərim yoxdur.

- Bilirəm, - Rəbb İsa razılaşdı, - çünki beş dəfə ərə getmisən, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin (Yəhya 4:17-yə bax).

İsa Məsih bu qadın haqqında hər şeyi bilirdi. İsa Məsih – Allahdır. Məsih onun günahlı həyatı haqqında hər şeyi bilirdi. Qadın günahlara görə ölü idi və Allahdan ayrı düşmüşdü, bizim hər birimiz kimi Allahın Qanununu pozurdu. Müqəddəs Kitabda yazılıb ki, günah etməyən bir insan belə yoxdur (Romalılara 3:12). Günah sənin həyatında da görünür. Səni Allah haqqında həqiqətlərdən daha çox oyuncaqlar, televiziya verilişləri, əyləncələr maraqlandırır. Allahın Kəlamı əmr edir: “Məndən başqa allahların olmasın” (Çıxış 20:3-ə bax). Sənin həyatında heç nə Allahdan vacib olmamalıdır. Nə vaxtsa öz qardaşına hirslənib: “Ona nifrət edirəm” demisən? Rəbb İsa dedi ki, niftər “qətl etmə” qanununu pozmaqdır (Çıxış 20:13 və Matta 5:21-22). Sənin həyatın günahla doludur. Bəlkə sən fikirləşirsən ki, başqası səndən daha günahkardır. Lakin hətta, bir günah belə səni Allahdan uzaqlaşdırır. Əgər sən öz günahlarında qalacaqsansa, heç bir vaxt əbədi həyatı əldə etməyəcəksən; heç zaman Allahı dərk etməyəcəksən və əbədi olaraq Onunla yaşamayacaqsan. Amma sən öz həyatında olan bütün pisliklərdən üz çevirmək istəsən və İsa Məsihi imanla qəbul etsən, İsa Məsihin samariyalı qadına da təklif etdiyi – Allahın əbədi həyat ənamını əldə edəcəksən. Samariyalı qadın heyrət içində qalmışdı. Bu insan onun haqqında bu qədər şeyi haradan bilir? O, qadının günahı haqqında haradan bildi? Qadın qərara gəldi ki, onun həmsöhbəti Allahın peyğəmbəridir. Onda qadın Allaha ibadət

MHQ

Page 31: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

31

İsa Məsihin həyatı. 2 hissə

haqqında danışmağa başladı.

(18-su və 19- əbədi həyat simvollarını yığışdırın).

- Biz bu dağda ibadət edirik, - qadın yaxınlıqdakı dağı göstərərək dedi. Amma siz yəhudilər deyirsiniz ki, adamlar Yerusəlimdə ibadət etməlidirlər.

Rəbb İsa mehribanlıqla cavab verdi:

- Allaha ibadətdə ən vacibi harada ibadət etməyimiz deyil, necə ibadət etməyimizdir. Biz Ona ruhda və həqiqətdə ibadət etməliyik. (Yəhya 4:21-24-ə bax).

Rəbb istəyirdi ki, qadın başa düşsün: Allaha yalnız ürəkləri və həyatları Allahla düzgün münasibətdə olanlar ibadət edə bilərlər. Onun böyük əbədi həyat ənamını əldə edənlər Allaha yaxınlaşıb Onunla söhbət edə bilərlər. Çünki daha günah onları Allahdan ayırmır. Belə adamlar Allahı tanıyır və Onu sevirlər. “Ruhda və həqiqətdə” ibadət etmək budur. Hətta hamı səni məbəddə görərək, Allaha hörmət etdiyini fikirləşsələr də, sən özünü Allahla düzgün münasibətlərə malik olduğun kimi göstərərək riyakarlıq edə bilməzsən. Məbəddə sanki hamı Allaha ibadət edir. Lakin əgər insan əbədi həyat ənamını əldə etməyibsə, onun ibadəti həqiqi deyil. Samariyalı qadın əsl Allahı tanımırdı. O, Allaha ibadət etmirdi.

Qadın dedi:

- Mən bilirəm ki, Allah yer üzünə Məsih deyilən məsh olunmuş Şəxs göndərəcəyini vəd edib. O gələndə hər şeyi bizə başa salacaq.

- O Mənəm, - Rəbb İsa cavab verdi. – Səninlə Danışan Allah tərəfindən göndərilib. (Yəhya 4:26-ya bax).

Rəbb İsa xalqın yüzilliklər ərzində gözlədiyi məsh olunmuş Şəxs və yaxud Məsihdir. O Allah Oğlu gəldi ki, əbədi həyat versin. O, ölmək üçün gəldi. Yalnız Onun günahlardan azad edə biləcəyinə iman edən hər kəsin əbədi həyatı əldə edə bilməsi üçün günahla birdəfəlik hesablaşmaq üçün gəldi. İsa Məsih ölərək qalmadı, yoxsa əbədi həyat olmazdı. Rəbb İsa yaşayır və əbədi olaraq yaşayacaq. Onu umanla qəbul edən hər kəs yer üzündəki həyatından sonra əbədi olaraq Allahla yaşayacağına əmin ola bilər.

Müqəddəs Kitabda yazılıb: “Oğula malik olan şəxsin həyatı var” (1Yəhya 5:12). Əgər sən xilas olmusansa, Allahın bu vədi sənin üçündür. Iblis şübhə səpməyə çalışır. Bəzi vaxtlar o sənə deyəcək: “Sən o qədər də yaxşı məsihçi deyilsən. Bax, gör nə etdin. Bəlkə sən heç xilas olmamısan”.

Allahın dediyini unutma: “Oğula malik olan şəxsin həyatı var” (1Yəhya 5:12). Əgər Rəbb İsanın sənin Xilaskarın olduğunu bilirsənsə, indi və əbədi olaraq əbədi həyata malik olduğuna əmin ola bilərsən. Əgər sən Məsihi imanla qəbul etmisənsə, sənə əbədi həyatı verdiyinə görə mütləq Ona minnətdarlıq et.

MH

Təsvir 3-4

MHİ

Page 32: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

32

Ola bilsin ki, samariyalı qadın məhz həmin an Rəbb İsanın əbədi həyat verdiyinə inandı. Məsih onu günahdan xilas edə bilər və əbədi həyat verə bilər. Onun həyatı mütləq dəyişəcək.

Səhnə3(Ərazinin ümumi görünüşü; 2-şagirdlər fiqurunu yerləşdirin).

Həmin müddət ərzində Rəbbin şagirdləri şəhərdən qayıtdılar. Onlar Müəllimin samariyalı qadınla söhbət etdiyini gördükdə çox təəccübləndilər, lakin soruşmağa qorxdular. Qadın isə çevrildi və şəhərə tələsdi.

(15 fiqurunu 20-samariyalı qadın fiquru ilə əvəz edin və 17-səhəng fiqurunu yerləşdirin).

Qadın nə üçün tələsərək getdi? O, hətta, səhəngini də orada qoydu. Nə üçün? Bəlkə o yenə də quyuya qayıdacaq? Şagirdlər nə fikirləşəcəklərini bilmirdilər, qadın isə nə edəcəyini dəqiq bilirdi. O, şəhərə tələsdi və şəhər sakinlərinə onunla nə baş verdiyinin danışdı.

(20-samariyalı qadın fiqurunu yığışdırın).

- Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur? (Yəhya 4:29-a bax).

Bu xəbər şəhər sakinlərinin çox böyük marağına səbəb oldu və onlar qadının ardınca quyuya tələsdilər.

Səhnə4(Ərazinin ümumi görünüşü; 21-samariyalı qadın fiqurunu yerləşdirin).

Onlar haqqında eşitdikləri Adamla çox görüşmək istəyirdilər. Samariyalılar Rəbb İsanı şəhərə dəvət etdilər. Rəbb onların dəvətini sevinclə qəbul etdi və şagirdləri ilə birlikdə iki gün şəhərdə qaldı. Rəbb İsa bu vaxt ərzində şəhərin çox sakinlərinə onlara əbədi həyat lazım olduğu barədə danışdı.

Samariyalı qadın öz şəhərində İsa Məsih haqqında danışdı və çoxları İsa Məsihi imanla qəbul etdilər. Onlar əvvəlcə Məsih haqqında eşitdilər, sonra Onunla tanış oldular və Onun təliminə qulaq asdılar və Ona iman etdilər. Sixar şəhərinin sakinləri əbədi həyat ənamını qəbul etdilər. İsa Məsih haqqında eşitmək və Onun əbədi həyatı verə biləcəyini bilmək kifayət deyil. Sənə əbədi həyatın lazım olduğunu bilmək də kifayət deyil. Günahkarlar İsa Məsihə yaxınlaşmalı və onların günahlarını bağışlamasını və onlara böyük əbədi həyat ənamını verməsini xahiş etməlidirlər.

Sən İsa Məsihi imanla qəbul etmisənmi? Allahın Kəlamında nə deyildiyini unutma: Allahın Oğluna iman edən ölməyəcək (Allahdan ayrılmayacaq), əbədi həyata malikdir (Yəhya 3:16-ya bax). Əgər sən hələ də İsa Məsihi imanla qəbul etməmisənsə, günahların içində ölərək qalma. Günahından xilas olmaq istədiyini və Onun böyük əbədi həyat ənamını almaq istədiyini Rəbbə söylə. Bu gün Ona bu barədə

Təsvir 3-5

Uşaqlar hadisənin həyəcanlı olan bu hissəsini həvəslə oynayacaqlar.

Məktəbəqədər uşaqlar “Gəlin, baxın! İsa Məsih oradadır!” deyə qışqıran samariyalı qadın rolunu oynaya bilərlər.

Təsvir 3-6

MHQ

Page 33: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

33

İsa Məsihin həyatı. 2 hissə

de. İmanla Onu öz Xilaskarın kimi qəbul et və dərsdə eşitdiyimiz samariyalı qadın kimi əbədi həyat ənamını əldə edə bilərsən.

TƏKRAR ÜÇÜN SUALLAR1. Yəhudeyadan Qalileyaya gedən yolun harasında Rəbb İsa və

şagirdləri bir qədər dincəlmək üçün dayandılar? (Samariyada Sixar şəhərinin yanında).

2. İsa Məsih nə üçün quyunun yanında oturdu? (Çünki O, yorulmuşdu).

3. Günorta vaxtı quyudan su götürməyə kim gəldi? (Samariyalı qadın).

4. Rəbb İsa ondan su istəyəndə qadın nə üçün təəccübləndi? (Qadın yad Adamın onunla danışacağını gözləmirdi. Çünki O, yəhudi idi və yəhudilər samariyariyalıları sevmirdilər).

5. Rəbb İsa nə dedi? Əgər qadın Ondan istəsəydi, Rəbb ona nə verərdi? (Həyat suyu, əbədi həyat).

6. Rəbb İsa samariyalı qadın haqqında hər şeyi haradan bilirdi? (O, Allahdır).

7. Rəbb İsa Özü haqqında nə dedi? (O, Məsih, vəd olunmuş Xilaskardır).

8. Qadın nə üçün öz səhəngini orada qoyub şəhərə tələsdi? (O, başqalarına Rəbb İsa haqqında danışmaq istəyirdi: “Bəlkə, O, vəd olunmuş Məsihdir?”).

9. İsa Məsih iki gün Sixar şəhərində qalıb, oranın sakinləri ilə danışdıqda nə baş verdi? (Bir çoxları Onu imanla Xilaskar kimi qəbul etdilər).

10. Əbədi həyatı əldə etmək üçün sən nə etməlisən? (Öz gücümlə mən əbədi həyatı əldə edə bilmərəm; mən ancaq Rəbb İsa Məsihə iman etməliyəm və O əbədi həyatı mənə verəcək).

TƏKRAR ÜÇÜN SUALLAR(məktəbəqədər uşaqlar üçün)1. İsa Məsih samariyalı qadından nə xahiş etdi? (Bir az su).

2. Qadının həyatında hansı problem var idi? (Günah).

3. İsa Məsih qadına hansı sudan verə bilərdi? (Həyat suyu).

4. Qadın İsa Məsihə inananda nə etdi? (Onun haqqında başqalarına danışdı).

TƏCRÜBİ FƏALİYYƏT“Nə deməli?”

Təkrar üçün oyun

“Rəhbər dairədə”

Qrupu iki komandaya ayırın və rəhbərlər seçmələrini xahiş edin. Hər bir komandadan dairə ətrafında, rəhbərdən isə ortada oturmağı xahiş edin. (Əgər komandalar çox kiçikdirsə, ipin köməyilə dairə düzəldin və rəhbərdən ortada oturmasını xahiş edin).

Növbə ilə komandalara suallar verin.

Komandalar düzgün cavb verdiyi müddət ərzində rəhbər ortada oturur. Əgər komanda səhv edirsə, rəhbər digər oyunçularla yanaşı oturur. Komanda rəhbərsiz qalır, lakin suallara cavab verməkdə davam edir. Komanda suala düzgün cavab verəndə başqa rəhbər seçə bilər və rəhbər yenə dairənin ortasında oturur. Rəhbəri az dəyişən komanda qalib sayılır.

Məktəbəqədər uşaqlar üçün oyun

“Rəhbər dairədə”

Bütün məktəbəqədər uşaqları dairə ətrafında əyləşdirin.

Page 34: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

34

Uşaqlarla müjdəni başqa adamlara necə çatdırmaq haqqında danışın.

Uşaqlardan günah, Allahın məhəbbəti, Rəbb İsa (O Kimdir və bizim üçün nə edib) haqqında və insana xilas əldə etmək üçün nə etmək lazım olduğu barədə soruşun. Uşaqların cavablarını lövhədə yaza bilərsiniz.

Hər uşağa bir müjdə kitabçası verə bilərsiniz. Uşaqlardan kitabçanı evə aparmalarını və kiminləsə Müjdə haqqında bölüşmələrini xahiş edin. Uşaqlara kitabçanın köməyilə Müjdəni necə danışmağı mütləq izah edin və onlara dərs vaxtı kitabçadan istifadə etməyi təcrübədən keçirməyə icazə verin.

Vaxt imkan versə, iki uşaq səhnə oyununda iştirak edə bilər: kitabçanın köməyilə Məsih haqqında şəhadəti nümayiş etdirmək.

Suallar verin. Əgər uşaq suala düzgün cavab verərsə, dairənin ortasında otura bilər. Növbəti suala başqa uşaq cavab verir. Əgər düzgün cavab versə rəhbərin yerini tutur.

1-ci, 2-ci və 3-cü dərslərdən suallar verin.

Əgər siz uşağa (rəhbərə) dairənin ortasında daha çox oturmağa icazə vermək istəyirsinizsə, onda növbəti sualdan əvvəl əzbərləmək üçün olan ayəni uşaqlarla birlikdə təkrar edin.

Page 35: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

35

Dərs 4 Rəbb oğlana şəfa verir. İsa Məsihin Nazaretdə qəbul edilməməsiMüqəddəs YazılarYəhya 4:45-54; Luka 4:16-32

Mərkəzi həqiqətİman etmədən Allaha məqbul olmaq qeyri-mümkündür.

TətbiqQeyri imanlı uşaqlar üçün: Xilas əldə etmək üçün

sən yalnız İsa Məsihə iman etməlisən.

İman edən uşaqlar üçün: Sən hər gün İsa Məsihə və Onun Kəlamına etibar etməyi davam etməlisən.

Yadda saxlamaq üçün ayə“...göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün...” (Filipililərə 2:10).

Əyani vəsaitlərw Təsvirlər: 4-1, 4-2, 4-4, 4-5 və 4-6

Yaxud

w Flaneleqraf üçün fiqurlar: 2, 7, 22, 23, 24, 25 və 26.

w Fonlar (istəyə görə): otağın daxili bəzəyi, ərazinin ümumi görünüşü, məbədin bəzəyi.

Təcrübi fəaliyyətw 63-cü səhifənin surətini çıxardın və kartoçkaları

kəsin

Söhbətə hazır olunUşaqlarla ayəni öyrənərkən, Rəbb İsa Məsihin qarşısında “diz çökmək” istəyən və Onu imanla Xilaskar kimi qəbul etmək istəyən, lakin necə etməli olduğunu başa düşməyən hər kəslə fərdi söhbət etməyə hazır olduğunuzu bildirin.

DəRsİn PLaniGiriş

Bütün qohumlar kədərlənmişdilər

Hadisələrin gedişatı1. Oğlan ciddi xəstədir

2. Valideynləri Rəbbin Qana kəndində olduğunu eşidirlər

3. Ata Qana kəndinə gedir MHQ4. Ata Rəbdən gəlməsini xahiş edir MHQ5. “Oğlum ölməzdən qabaq gəl”

6. “Sənin oğlun sağdır” MHQ7. Ailə iman edir MHİ8. Rəbb İsa sinaqoqda

9. Nazaret sakinləri iman etmirlər MHQ

KulminasiyaOnlar İsanı öldürməyə çalışırlar

Yekunİsa Məsih Nazareti tərk edir MHQ

Page 36: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

36

DərsBəlkə də həmin ev Kefernahumda ən yaxşı evlərdən biri idi. Evin sahibi cəmiyyətdə yüksək mövqe tuturdu. O, hökmdarın xidmətçisi, əyan idi. Buna baxmayaraq onun evində hamı kədərli idi.

1səhnə(Təmiz lövhə və ya otağın daxili bəzəyi; 22- saray məmuru fiqurunu yerləşdirin).

Saray məmurunun oğlu ciddi xəstələnmişdi. Onun qızdırması çox yüksəyə qalxmışdı; oğlan ölə bilərdi. Valideynləri heç cür onu sağalda bilmirdilər. Həkimlər də heç nə ilə kömək edə bilmirdi(23- məmurun həyat yoldaşı fiqurunu yerləşdirin).

Təsəvvür edirsənmi, qohumlar nə hiss edirdi? Elə güman etmək olardı ki, daha heç bir ümid yoxdur. Ola bilsin ki, məhz həmin an xidmətçi tələsik otağa daxil oldu.

- İsa Məsih Qanadadır!

- İsa Məsih? Ah, bəli! Suyu şəraba çevirən Adam.

Kefernahum Qana kəndindən 30 kilometrlik məsafədə yerləşdiyi üçün, şübhəsiz ki, İsa Məsihin toyda etdiyi möcüzə oraya da gedib çatmışdı. O yerlərin adamları Rəbb İsa haqqında və Onun möcüzə yaratmaq gücünə malik olduğu haqqında bilirdilər.

Yəqin ki, saray məmuru və arvadı düşünürdülər: “Görəsən, İsa Məsih bizim oğlumuzu sağaltmağa gələrmi?”

- Gedib Ondan xahiş edəcəyəm, - saray məmuru qərara gəldi.(Bütün fiqurları yığışdırın).

2səhnə(Ərazinin ümumi görünüşü; fiqur 22 –ni yerləşdirin).

Qanaya gedən yol heç zaman belə uzun görünməmişdi. Hər dəqiqə qiymətli idi; oğlan ölürdü. Saray məmuru çox tələsir və yəqin ki, İsa Məsih haqqında düşünürdü. O, İsa Məsih haqqında eşitdiyinə görə çox sevinirdi. Əgər kimsə ona İsa Məsih haqqında danışmasaydı, nəyə ümid etmək olardı?

Hər bir insana Rəbb İsa Məsih haqqında eşitmək vacibdir. Heç kim Onun haqqında eşitməmiş imanla Onu qəbul edə bilməz. Bizim dərslərimizdə sən artıq İsa Məsih haqqında eşitmisən. Sən bilirsən O Kimdir və insanlar üçün nə edib. Sən artıq bildiklərin haqqında nə isə deyə bilərsən?(Uşaqlara qısa söhbətdə iştirak etmək üçün icazə verin).

Biz bilirik ki, bütün bunlar doğrudur, çünki Müqəddəs Kitabdan bu barədə oxuyuruq. Biz bilirik ki, Rəbb İsa hər şey edə bilər. Biz bilirik ki, O, həmişə Öz vədlərini yerinə yetirir. Həmçinin, bilirik ki, Rəbb İsa günahları bağışlaya bilər və əbədi həyat verə bilər. Rəbb İsa haqqında bilmək çox vacibdir, lakin daha vacib bir şey var - Onu imanla Xilaskar

Uşaqlardan adamların və şəhərlərin adlarını təkrar etmələrini xahiş edin; belə olduqda uşaqlar adları daha yaxşı yadda saxlayacaqlar.

MHQ

Uşaqlar həvəslə Qana kəndini xəritədə göstərərlər. İstəsəniz 1 və 3-cü dərslərdə izah edilmiş hadisələri qısa olaraq təkrar etmək olar. İsa Məsihin Qalileyada istiqanlılıqla qarşılanması tezliklə qəbul edilməməklə əvəz olundu. Görünür ki, baş verən möcüzə qalileyalılarda İsa Məsihə Allah Oğlu kimi iman yaratmadı.

Ola bilsin ki, dərsdə haqqında danışılan adam Hirod Antipə xidmət edib. Saray məmurunun bütpərəst və ya yəhudi olduğu tam aydın deyil; lakin bəzi ilahiyyatçılar onun yəhudi olduğunu hesab edirlər.

Təsvir 4-1

Təsvir 4-2Məktəbəqədər uşaqlar guya saray məmuru ilə birlikdə İsa Məsihi axtarırmışlar kimi gəzə bilərlər. Otağın bir başında “Qana”, digər başında isə “Kefernahum” işarələrini yerləşdirin.

Page 37: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

37

İsa Məsihin həyatı. 2 hissə

kimi qəbul etmək! Ola bilər ki, biz Rəbb İsa haqqında hər şeyi bilərik, lakin əgər Ona iman etməsək, heç cür Allaha məqbul ola bilmərik. Allah Öz Kəlamında deyir: “İman olmadan Allahı razı salmaq qeyri-mümkündür” (İbranilərə 11:6). Allaha məqbul olmaq, şahların Şahına və rəblərin Rəbbinə, Yaradanımıza və yeganə Xilaskarımıza hörmət etmək nə qədər vacibdir! Allaha məqbul olmaq üçün hər şeydən əvvəl Ona inanmaq, Onu imanla Rəbb və Xilaskar kimi qəbul etmək lazımdır. Məgər sən İsa Məsih haqqında eşitdiyin üçün saray məmuru sevindiyi kimi sevinmirsənmi?

Nəhayət, o, Qanaya gəlib çatdı və elə çatan kimi İsa Məsihi axtarmağa başladı. (22 fiqurunu 24-saray məmuru fiquru ilə əvəz edin; 7-İsa Məsih və 2-şagirdlər fiqurlarını yerləşdirin).

Oğlanın atası Rəbb İsanı taparkən xahiş etməyə və yalvarmağa başladı:

- Xahiş edirəm, tez mənim evimə gəl və oğluma şəfa ver, çünki o ölür.

Ata bilirdi ki, Rəbb İsa onun oğlunu sağalda bilər.

Bəs sən bilirsənmi ki, Rəbb sənin bütün günahlarını bağışlaya bilər? Inanırsanmı ki, O sənə əbədi həyatı verə bilər? Saray məmuru kimi Rəbb İsa haqqında bilmək lazımdır, İsa Məsihin səni bağışlaya biləcəyinə əmin olmaq vacibdir. Lakin bilik Allaha məqbul olmaq üçün kifayət deyil. Sən Rəbb İsanı imanla qəbul etməlisən və O, sənin günahlarını bağışlayar.

Məsələn, əgər sən xəstələnsən və sənə dərman versələr, sən nə etməlisən? Dərman sənin çarpayının yanındakı stolun üzərində qalacaqsa, sənə kömək edə bilərmi? Bu dərmanı həkim dünyada ən yaxşı dərman hesab etdiyi üçün o sənə kömək edərmi? Əlbəttə, yox. Sən mütləq dərmanı qəbul etməlisən. Sən Rəbb İsa haqqında həqiqətləri nə qədər çox bilsən və İsa Məsihin gücünə nə qədər çox əmin olsan da, nə qədər ki, səni günahdan xilas etməsi üçün İsa Məsihi imanla qəbul etməmisən, sənin biliyin sənin həyatında heç nəyi dəyişməyəcək.

- Ağa, uşağım ölməzdən qabaq gəl, - saray məmuru bir daha xahiş etdi.

- Evə get və narahat olma. Sənin oğlun yaşayacaq, Rəbb İsa cavab verdi (Yəhya 4:50-yə bax).

Rəbb İsa saray məmuru ilə birlikdə onun xəstə oğluna baxmağa getmədi və ata da bu barədə daha ondan xahiş etmədi. Nə üçün? (İcazə verin ki, uşaqlar cavab versinlər).

Bəli, ata Rəbbin sözünə inandı. O, çevrildi və getdi. (24-saray məmuru fiqurunu yığışdırın).

İman etmək - İsa Məsihin vəd etdiyini yerinə yetirəcəyinə əmin olmaq deməkdir.

Rəbb İsa Ona iman edən hər kəsə əbədi həyat verəcəyini vəd edib:

Təsvir 4-3

MHQ

Təsvir 4-4

Page 38: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

38

“... Ona iman edənlərin heç biri həlak olmasın, hamısı əbədi həyata malik olsun” (Yəhya 3:16). Sən artıq bu gün Rəbb İsaya iman edib əbədi həyatı əldə edə bilərsən. Sən Ona təxminən belə sözlər deyə bilərsən: “Əziz Rəbb İsa mən bilirəm ki, yalnız Sən mənə əbədi həyat verə bilərsən. Mən inanıram ki, sən mənim günahlarıma görə çarmıxda ölmüsən. Xahiş edirəm, məni günahdan xilas et və mənə əbədi həyat ver. Mənim həyatımı Öz əllərinə götür və mənim Rəbbim və Xilaskarım ol”. Nə qədər ki, sənə Allahın qarşısında bəraət verməsi üçün Rəbb İsaya səmimiyyətlə iman etməmisən, sənin həyatın heç bir vaxt Allaha məqbul ola bilməz. Bu gün saray məmuru iman etdiyi kimi sən də Ona iman edirsənmi?(Bütün fiqurları yığışdırın).

Səhnə 3(Ərazinin ümumi görünüşü; 22-saray məmuru fiqurunu yerləşdirin).

İsa Məsihlə söhbətdən sonra saray məmuru birbaşa evə getmədi. Günün qızğın vaxtı idi. Kefernahum Qanadan təxminən 30 kilometr məsafədə yerləşirdi. Ola bilsin ki, oğlanın atası o qədər yorulmuşdu ki, dərhal evə qayıda bilmədi. Bəlkə də o, Rəbb İsanın sözlərinə çox möhkəm inandı və dəqiq bildi ki, oğlu sağlamdır, buna görə də həmin gecə rahat ürəklə Qanada qaldı. Səhərisi gün saray məmuru öz şəhərinə qayıdan yolda uzaqdan tanış üzlər gördü. Onlar saray məmurunun xidmətçiləri idilər. (25-xidmətçilər fiqurunu yerləşdirin).

Xidmətçilər yaxınlaşdıqda oğlanın atası onların üzündə gülüş gördü və şad xəbər eşitdi:

- Sizin oğlunuz sağ-salamatdır.

İsa Məsih doğru söyləmişdi.

- O, nə vaxt yaxşı olmağa başladı?- oğlanın atası soruşdu.

- Dünən axşam, daha doğrusu, saat yeddidə qızdırma onu tərk etdi, - xidmətçilər cavab verdilər.

Saray məmuru məhz həmin vaxt İsa Məsihlə danışdığını başa düşəndə çox həyəcanlandı. (25-xidmətçilər fiqurunu yığışdırın).

Saray məmuru evə tələsdi; o, oğlunu və arvadını cox görmək istəyirdi (26-oğul və saray məmurunun arvadı fiqurunu yerləşdirin).

Təsəvvür edə bilərsənmi, evdə necə böyük şadlıq var idi? Saray məmuru onların hamısına Rəbb İsa haqqında hər şeyi danışanda onlar daha çox sevindilər. Həmin gün saray məmurunun ev əhli hamısı Rəbb İsaya iman etdilər.

Ola bilər ki, sən artıq Rəbb İsanı imanla qəbul etmisən və O, sənə Allah qarşısında bəraət qazandırıb; sən məsihçisən. Sən bilirsən ki, Rəbb İsa sənin günahlarını bağışlayıb və sənə əbədi həyatı bəxş edib.

Məktəbəqədər uşaqlar “saray məmuruna şad xəbəri çatdıra bilərlər”: “Sizin oğlunuz sağ-salamatdır”.

MHQ

Təsvir 4-5

Saatı göstərin. “Yeddinci saat” Yəhudeyada günorta saat bir idi; Roma vaxtı ilə axşam saat yeddi idi. Lakin mahiyyət ondan ibarətdir ki, möcüzə məhz İsa Məsih saray məmurunun oğlu sağ-salamatdır deyən anda baş vermişdi!

Təsvir 4-6

Page 39: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

39

İsa Məsihin həyatı. 2 hissə

Lakin iman bununla bitmir. Allah istəyir ki, sən hər gün Ona inanmağı davam edəsən. Onun Müqəddəs Kitabda yazılan vədinə inan: “Mən dövrün sonuna qədər hər gün sizinləyəm” (Matta 28:20). Inan ki, məktəbdə, evdə, sən tək olanda və hətta yatanda da O, səninlədir. Hər dəfə Müqəddəs Kitabdan vədləri oxuyanda, bu vədlərin həqiqiliyinə əmin ola bilərsən. Allahdan bu vədləri sənin həyatında icra etməsini xahiş et. Saray məmurunun ailəsinin əldə etdiyi, Allaha iman və etibar elə bundan ibarətdir. (Bütün fiqurları yığışdırın).

Lakin Qalileyanın bütün sakinləri İsa Məsihə iman etmədilər. Qanadan çox da uzaq olmayan məsafədə, İsa Məsihin böyüdüyü Nazaret şəhəri yerləşirdi.

Səhnə 4(Məbədin daxili bəzəyi).

Bir dəfə ibadət günü, şənbədə İsa Məsih yəhudilərin Allaha ibadət etdikləri sinaqoqa getdi. Sinaqoqa getmək haradasa məbədə getməyə oxşayır. Sinaqoqun rəisləri İsa Məsihin müəllim olduğunu bildikləri üçün xidmətdə iştirak etməsini Ondan xahiş etdilər. İsa Məsih Qalileyanın bir çox sinaqoqlarında öytətmişdi və hamı Onun dahi Müəllim olduğu barədə danışırdı. İsa Məsihə Müqəddəs Yazılardan parçalar yazılmış tumarı verdilər. (Müəllim, tumarın nə olduğunu başa salın və imkan varsa, əyani göstərin).

İsa Məsihə oxumaq üçün verdikləri Müqəddəs Yazılardan olan parça Müqəddəs Kitabda Yeşaya peyğəmbərin kitabında yazılıb. (7-İsa Məsih fiqurunu yerləşdirin).

Rəbb İsa tumarı Müqəddəs Yazıların, Yeşaya peyğəmbərin kitabının 61-ci fəslində yazılmış parçasını açdı və oxumağa başladı. (Yeşaya 61:1-2a –nı oxuyun).

Rəbb İsa oxuyub qurtardıqdan sonra tumarı verdi və əyləşdi. Sinaqoqdakı adamlar səbirsizliklə Onun nə deyəcəyini gözləyirdilər.

- Eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi (Luka 4:21-ə bax).

Başqa sözlə İsa Məsih demək istəyirdi ki, O, Yeşaya peyğəmbəri 700 il bundan əvvəl haqqında yazdığı həmin Şəxsdir. İsa Məsih Müqəddəs Yazılardan Özü haqqında oxuyurdu. İsa Məsih danışmaqda davam edirdi və adamlar Onun sözlərindən böyük çaşqınlıq içində idilər.

- Məgər O, Yusifin oğlu deyil? - onlar soruşurdular.

Onlar Yusifin oğlunun necə belə danışa biləcəyinə təəccüblənirdilər. Onlar üçün İsa Məsih Nazaretdən olan dülgər oğlu kimi qalmışdı.

Adamlar Onun Yaşayan Allahın Oğlu olduğuna inanmırdılar. Nazaretlilər dualara, məbədə getmələrinə, xeyirxah işlərinə və qaydalara riayət etmələrinə güvənirdilər və İsa Məsihin yeganə Xilaskar olduğuna inanmaq istəmirdilər. Məgər bu, ağlasığandır? Əlbəttə, yox.

MHİ

Ənənəyə görə sinaqoqda Müqəddəs Yazıları ayaqüstə oxuyurdular, söhbət edərkən isə əyləşirdilər.

Page 40: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

40

Lakin bəzi oğlanlar, qızlar və hətta ola bilsin ki, sizlərdən bəziləri də belə ağılsız hərəkətlər edirlər. Sən Rəbb İsa haqqında çox eşitmisən. İsa Məsihi mütləq imanla qəbul etmək lazım olduğunu da bilirsən ki, Allahın qarşısında Onun vasitəsilə bəraət alasan. Bəs, Ona iman etdinmi? Əgər cavabın xeyrdirsə, onda sən heç zaman Allaha məqbul ola bilməzsən. Özünü yaxşı aparmaq üçün nə qədər səy göstərməyin, tez-tez məbədə və ya Müqəddəs Kitab dərslərinə getməyin vacib deyil. Sən İsa Məsihi imanla öz Xilaskarın kimi qəbul etməlisən. Insanların İsa Məsih haqqında bu qədər çox bilib, amma yenə də Ona iman etməmələri nə qədər kədərlidir.

Nazaretlilər İsa Məsihi yaxşı tanıyırdılar. Onlardan bəziləri ola bilsin ki, nə vaxtsa İsa Məsih ilə bir küçədə yaşamışdılar. Bəlkə də başqaları O, balaca oğlan olarkən bir yerdə oynamışdılar, lakin demək olar ki, hamı Ona öz Xilaskarları kimi iman etməkdən imtina etdi.

(7-İsa fiqurunu yığışdırın).

Bundan əlavə, Nazaretlilər Onun sözlərini eşitdikdə çox əsəbiləşdilər. İsa Məsih onlara xatırlatdı ki, Allah yalnız yəhudiləri xilas etmir. Yəhudilər isə öz xalqlarına məxsus olmaqları ilə çox öyünürdülər. Onlar elə fikirləşirdilər ki, Allah yəhudilərdən başqa heç kimi sevmir. Onlar qəzəb içində İsa Məsihi sinaqoqdan itələdilər.

Sonra onlar İsa Məsihin ətrafında toplaşdılar və Onu uçuruma tərəf apardılar. Müqəddəs Kitabda yazılıb ki, Nazaretlilər İsa Məsihi uçurumdan atmaq istəyirdilər. Onlar Məsihin ölümünü istəyirdilər və belə izdiham üçün bunu etmək çətin deyildi. Lakin onlar uçuruma yaxınlaşdıqda çox qəribə bir şey baş verdi. İsa Məsihi hər tərəfdən sıxışdırmalarına baxmayaraq, O, izdihamın arasından keçib getdi və Ona heç bir zərər dəymədi. Bu, möcüzə idi! O, izdihamın içindən elə keçdi ki, elə bil bu adamların gücü milçəyin gücündən də az idi və Kefernahuma tərəf yollandı.

Hələ İsa Məsihin ölüm vaxtı çatmamışdı. İsa Məsih Yer üzündə etməli olduğu hər şeyi yerinə yetirdikdə, Onu bizim günahlarımıza görə çarmıxa çəkdilər və bizim saleh sayılmağımız üçün O dirildi. Necə ecazkar Xilaskardır! O, Nazaretdə Ona iman etməyənləri tərk etdi.

Bəlkə sən də Nazaretlilərə oxşayırsan? Əlbəttə, sən İsa Məsihi öldürməyə cəhd etməmisən, lakin Müqəddəs Kitabda yazılıb ki, əgər sən İsa Məsihi öz həyatına qəbul etmək istəməsən, sən də Nazaret sakinləri kimi günahkar və təqsirkarsan. Sən Allaha məqbul ola bilməzsən, çünki günahkar olaraq qalırsan. Kefernahumdan olan saray məmuru kimi sən elə bu gün İsa Məsihi imanla qəbul etmək istəyirsənmi?

“İman olmadan Allahı razı salmaq qeyri-mümkün” (İbranilərə 11:6) olduğu üçün İsa Məsihdən sənin Rəbbin və Xilaskarın olmasını xahiş edəcəksənmi?

MHQ

MHQ

Page 41: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

41

İsa Məsihin həyatı. 2 hissə

TƏKRAR ÜÇÜN SUALLAR1. Saray məmuru İsa Məsihi tapmaq üçün hansı şəhərə getdi? (Qana

şəhərinə).

2. Nə üçün oğlanın atası Rəbb İsa ilə danışmaq istədi? (Onun oğlu bərk xəstələnmişdi).

3. İsa Məsih saray məmuruna nə dedi? (“Evə get. Oğlun sağ-salamatdır”).

4. Saray məmuru İsa Məsihin sözlərini eşitdikdə nə etdi? (O, Rəbb İsaya inandı).

5. Səhəri gün xidmətçiləri evə gedən yolda saray məmurunu qaşılayaraq ona hansı xəbəri çatdırdılar? ( İsa Məsih saray məmuru ilə danışdığı zaman onun oğlu sağalmışdı).

6. Ata evə qayıdanda nə baş verdi? (Bütün ev əhli İsa Məsihə iman etdi).

7. Nazaretlilər Rəbb İsanın sinaqoqdakı sözlərini eşitdikdə nə etdilər? (Ona iman etməkdən imtina etdilər).

8. Onların imansızlığı hansı hərəkətlərə gətirib çıxartdı? (Nazaretlilər Rəbb İsanı uçurumdan atmaq istədilər).

9. Nə üçün Nazaretlilər İsa Məsihi uçurumdan ata bilmədilər? (Rəbb İsa bütün o insanlardan daha çox gücə malikdir; O izdihamın arasından heç bir zərər dəymədən keçib getdi).

10. Əgər Allaha məqbul olmaq istəyiriksə, biz mütləq nə etməliyik? (Biz İsa Məsihə iman etməliyik).

TƏKRAR ÜÇÜN SUALLAR(məktəbəqədər uşaqlar üçün)1. Saray məmuru İsa Məsihdən nə xahiş etdi? (Oğlunu sağaltmağı

xahiş etdi).

2. Saray məmuru evə qayıdanda nə baş verdi? (Oğlu artıq sağalmışdı).

3. “İman etmək” nə deməkdir?

4. Saray məmurunun ev əhli ilə nə baş verdi?

TƏCRÜBİ FƏALİYYƏT“Allahın vədlərinə iman”63-cü səhifənin surətini çıxardın, kartoçkaları kəsin və onları aşağıda sözlər olmaqla stolun üstünə düzün. Uşaqlara icazə verin ki, növbə ilə kartoçkanı seçsinlər və Yazılardan göstərilən yerləri Müqəddəs Kitabda tapsınlar. Uşağa Müqəddəs Kitabdan yeri necə tapmağı başa salın, yox əgər, uşaq bu barədə özü bilirsə, başqa uşaqlara Yazılardan yeri necə tapdığını danışmağı xahiş edin. Sonra uşaqdan tapılmış ayə və ya parçanı oxumağı və hansı vəd haqqında danışıldığını söyləməsini xahiş edin.

Təkrar üçün oyun“Biz tərəfə keç”

Uşaqları iki komandaya ayırın və komandaları cərgədə üzbəüz düzün.

Növbə ilə komandalara suallar verin.

Əgər komanda suala düzgün cavab verərsə, rəqib komandanın cərgəsindəki birinci oyunçu cavab verən komandanın cərgəsinə keçir və cərgənin sonunda dayanır. Oyunun sonunda daha çox oyunçusu olan komanda qalib gəlir.

(Oyunu oturaraq da oynamaq olar. Komandanın hər oyunçusuna rəng təyin edilir (hər komanda üçün eyni dəst). Rəngli kağız zolaqlarını (rənglər təyin edilmişə uyğun gəlməlidir) şəffaf olmayan qovluğa qoyun. Əgər komanda suala düzgün cavab verərsə, cavab verən oyunçu rəngli kağız zolağını qovluqdan çıxardır, əks komandanın oyunçusu (rəngə uyğun gələ) cavab verən komandaya keçir).

Məktəbəqədər uşaqlar üçün oyun“Fiquru seç”

Müqəddəs Kitab dərslərinin fiqurlarını stolun üstünə flaneleqrafın yanına düzün. Suallar verin.

Əgər uşaq suala düzgün cavab versə,fiqur

Page 42: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

42

(Əgər qrupunuzun uşaqları Müqəddəs Kitabdan yaxşı xəbərdardırlarsa, istəsəniz qılıncla oyun keçirə bilərsiniz. Bu zaman, ya hər uşağın bir Müqəddəs Kitabı, ya da iki uşağa bir Müqəddəs Kitab olmalıdır).

Yazılmış vədləri uşaqlara deyin və hansı şəraitlərdə bu vədlərə arxalanmağın vacib olduğu haqqında düşünməyi uşaqlara təklif edin.

seçə bilər və bu personaj haqqında bir qədər danışıb, fiquru flaneleqrafa yerləşdirə bilər.

Siz IV dərsin suallarından istifadə edə bilərsiniz. Yaxud istəsəniz əvvəlki üç dərsin suallarından və fiqurlarından da istifadə edə bilərsiniz.

Nə qədər ki, uşaqlara maraqlıdır və vaxt imkan verir oynamağı davam edin.

Page 43: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

43

Dərs 5Kor Bartimayın gözləri açılır(Müjdələmə dərsi)Müqəddəs YazılarMark10:46-52; Luka18:35-43

Xüsusi vurğu (XV)Yalnız Rəbb İsa günahın qaranlığını uzaqlaşdıra bilər

TətbiqQeyri imanlı uşaqlar üçün: Ona iman et ki, bunu

sənin üçün etsin .

Yadda saxlamaq üçün ayə“... göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün ...” (Filipililərə 2:10).

Əyani vəsaitlərw Təsvirlər:5-1, 5-2, 5-3, 5-4, 5-5 və 5-6.

Yaxud

w Flaneleqraf üçün fiqurlar:2, 7, 21, 27, 28, 29 və 30.

w Fonlar (istəyə görə): ərazinin ümumi görünüşü.

Söhbətə hazır olunBu dərs Müjdə xəbərini aydın və sadə danışmaq imkanı verir. Eyni zamanda qulaq asan dərsin nəticəsində xilas haqqında suallar yarana bilər. Təklif edirik ki, dərs zamanı, ola bilsin ki, mahnıdan sonra uşaqlara deyəsiniz: “Bu gün biz dərsdə İsa Məsihin yanına şəfa almaq üçün gələn adamla tanış olacağıq. Lakin sənin ürəyində yaşayan günah istənilən xəstəlikdən ciddidir. Günahdan azad olmaq üçün sən mütləq İsa Məsihə yaxınlaşmalısan. Bunun necə baş verə biləcəyini dərsdən öyrənəcəksən. Lakin səndə dərsdən sonra suallar yaranarsa, dərsdən sonra mənə yaxınlaş (yeri deyin) və biz danışarıq. Mən sevinərək Müqəddəs Kitab əsasında sənə cavab verərəm. İsa Məsihə yaxınlaşmaq və günahların bağışlanmasını əldə etmək çox vacibdir.

Müəllim üçün qeydƏgər sinifdə intizamı saxlamaq sizin üçün çətindirsə, o zaman təklif olunana girişi ötürün və I səhnədən başlayın.

DƏRSİN PLANIGiriş

Gözlərini bağla

Hadisələrin gedişatı1. Kor nəzir istəyir

Günah Allaha qarşı yönəlib

2. Heç kim onu korluqdan qurtara bilməz

Sən özünü günahdan qurtara bilməzsən

3. Bartimay İsa Məsih haqqında eşidirİsa Məsihin ölümü

4. İsa Məsih Yerixona gəlir

5. Bartimay İsa Məsihi çağırır İzləmənin dəyəri

6. İsa Məsih Bartimayı çağırır Məsihin məhəbbəti

7. “Məndən nə istəyirsən?” Xilas

KulminasiyaBartimayın gözləri açılır

YekunBartimay dəyişilib Xilas

Page 44: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

44

DərsGözlərinizi bağlayın və mən ona qədər sayana kimi açmayın. (Aram-aram ona qədər sayın).

Gözlərin bağlı olanda sən nə gördün? Heç bir şey! Necə fikirləşirsən, gözləri yumulu mənim yanıma gələ bilərsən? Ola bilsin ki, bacararsan, çünki mənim harada dayandığımı bilirsən. (Uşaqlardan birinə irəli çıxmağı təklif edin).

Samir, olar mən sənin gözlərini bağlayım? (Uşağın gözlərini dəsmalla bağlayın və otağın o biri küncünə aparın).

Samir, mən indi səndən uzaqlaşacağam. Mən danışmayacağam, çox yavaş hərəkət edəcəyəm və səndən məni tapmağını xahiş edəcəyəm. Mən diğər uşaqlara işarə edəcəyəm və onlar nə vaxt axtarmağa başlamaq lazım olduğunu sənə deyəcəklər(Sizi tapmaq üçün uşağa bir-neçə dəqiqə vaxt verin. Aydın məsələdir ki, o, sizi tapa bilməyəcək, çünki siz istənilən vaxt başqa yerə keçə bilərsiniz. Uşağı dayandırın, lakin hələ gözlərini açmayın).

Samir məni tapmaq üçün nə etməlidir? Doğrudur, o, dəsmalı açmalıdır. (Dəsmalı açın).

Samir indi görür, o, daha qaranlıqda deyil. Həqiqətən də, həmişə qaranlıqda olmağı təsəvvür etmək çox çətindir. Lakin bir insan bunun nə demək olduğunu bilirdi.

Səhnə1(Ərazinin ümumi görünüşü; 27-Bartimay fiqurunu yerləşdirin).

O, Yerixon şəhərinə gedən yolda darvazaların yanında oturmuşdu. Şəhər çox gözəl idi, lakin o adam nə şəhəri bəzəyən, küləklərin tərpətdiyi hündür palma ağaclarını, nə də çiçək açmış qızılgül bağlarını görmürdü. O, ancaq yaxında bitən bitkilərin və gözəl çiçəklərin ətrini iyləyə bilıərdi. O, təkcə kor deyildi, həm də kasıb idi. Həmin günlər kor adam yaşamaq üçün pul da qazana bilmirdi.

Bu gün kor adam çox şey edə bilər. O, oxumağı öyrənə bilər. Bilirsən, kor adam necə oxuyur? O, Braylyanın əlifbası adlanan, qabarıq şriftə əli ilə toxunaraq oxuyur. (Korlar üçün nəzərdə tutulmuş bu əluifbanı uşaqlara göstərmıəyiniz yaxşı olardı).

Kor adam çap etməyi və öz əlləri ilə bir çox başqa şeyləri etməyi öyrənə bilər. Lakin haqqında danışdığım o vaxtlarda kor adam yalnız dilənçilik edə bilərdi. Biz Müqəddəs Kitabdan oxuyuruq ki, haqqında danışılan adamın adı Bartimay idi.

Bilirsən, Müqəddəs Kitab iman etməyən adamı Bartimayla müqayisə edir? Başqa sözlərlə desək, əgər sən xilas olmamısansa, qaranlıqdasan! Mən bilirəm sən nə düşünürsən: mən qaranlıqda deyiləm, axı, mən görə bilirəm. Əlbəttə bilirsən, lakin mənim danışdığım qaranlıq

Uşaqlar Yerixonu xəritədə böyük həvəslə göstərəcəklərMəktəbəqədər uşaqlara gözlərini yummağı, sonra isə gülə toxunub onu iyləməyi təklif edin. Kor adamlar görməsələr də əşyaları hiss etdiklərini, iyləri duyduqlarını uşaqlara başa salın

Təsvir 5-1

Mark 10:46:52-də Bartimayın adı çəkilir. Qoy uşaqlar sizinlə birlikdə Bartimayın adını çəksinlər; belədə onlar haqqıngda danışılan adadmın adını daha yaxşı yadda saxlayarlar.

Page 45: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

45

İsa Məsihin həyatı. 2 hissə

günahın qaranlığıdır, Allahın əmrlərinə itaətsizlikdir. Sənin günahın Allahı hirsləndirir. Yadındadır, stolüstü futbol oynayarkən, sən topu buraxdın və Allahın adından istifadə edərək, öz məyusluğunu pis sözlərlə ifadə etdin? Amma Allah əmr edir: “Allahın Rəbbin adını boş yerə dilinə gətirmə...” (Çıxış 20:7).

Ya da, onun velosipedi səninkindən yaxşı olduğu üçün sinif yoldaşından xoşun gəlmir. Allah deyir: “...tamah salma...(Çıxış 20:17) – lakin sənin adi velosipedin artıq səni qane etmir və sən məhz bu velosipeddən istəyirsən. Sən Allahın əmrlərini pozanda, günah edirsən Allah isə deyir ki, günah qaranlığa bənzəyir. Allah heç bir vaxt günaha Onun hüzurunda dayanmağa icazə verməz. Müqəddəs Kitabda yazılıb: “... Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.” (1Yəhya 1:5). Allah müqəddəs və günahsızdır. Buna görə də, əgər sənin həyatın günahın qaranlığı ilə dolubsa, sən Allahın hüzurundan uzaqda qalırsan və heç zaman Onunla birlikdə Səltənətdə ola bilməzsən. Günahın qaranlığı adi korluqdan daha ciddi problemdir.

Korluq ciddi fiziki çatışmamazlıqdır. Kor adamların tamam başqa həyatları var. Ola bilsin ki, Bartimayın həyatı təxminən, belə keçirdi ... O, hər gün Yerixona aparan yolun kənarında otururdu. Yol çox qələbəlik idi, çünki Yerixondan Yerusəlimə gedən yol idi. Beləliklə, hər gün yolda oturur və möhkəm qışqırırdı:

- Bakşiş! Bakşiş! – bu da – “xahiş edirəm, sədəqə verin; xahiş edirəm, mənə nə isə verin”.(21-adamlar fiqurunu yerləşdirin).

Çox adamlar ötüb gedirdilər. Hərdənbir kimsə yazığı gəldiyi üçün ona qəpik verirdi. Kifayət qədər qəpik yığıldıqda Bartimay bir az yemək ala bilərdi. O, bəzi adamların yemək almaq üçün ona kömək etdiyinə görə çox sevinirdi, lakin heç kim günahın qaranlığından azad olmaq üçün ona kömək edə bilməzdi. Heç kim Bartimayın gözlərini aça bilməzdi. Bu şey günahın qaranlığına da aiddir. Sən özün özünü heç vaxt günahın qaranlığından qurtara bilməzsən. Bəziləri cəhd edirlər. Onlar ümid edirlər ki, bəzi hərəkətlər və əməllər onlara günahdan azad olmağa kömək edəcək. Belə adamlar hesab edirlər ki, əgər onlar yaxşı hərəkət etsələr, hər gün dua etsələr və yaxud məbədə getsələr günahın qaranlığından azad olacaqlar. Lakin belə yaxşı hərəkətlər də kömək etmir. Əgər Allah günahın qaranlığını uzaqlaşdırmazsa, bu qaranlıq sənin həyatında qalacaq. Sənin günahın səni idarə edəcək. Sən Bartimay kimi özünə kömək edə bilməzsən. Kor yalnız yolun kənarında oturub gəlib-gedənlərin səsinə qulaq asa bilərdi.

Səhnə2(Ərazinin ümumi görünüşü).

Bartimay keçən adamların bir çoxunun addımlarını və səslərini tanımağı öyrənmişdi. Bəzi adamlar tez-tez bu yoldan keçirdilər. Ola bilsin ki, onlar yoxsul kar kişinin yalvarışlarını tez-tez eşidirdilər.

Təsvir 5-2

Page 46: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

46

Korun nə deyib qışqırdığını unutmamısan? (İcazə verin ki, uşaqlar cavab versinlər).

Keçənlərdən bəziləri yoxsul ilə dostlaşmışdılar və ona yalnız “bakşiş” vermirdilər, həm də bir az söhbət etmək üçün dayanırdılar. Bəlkə də, onlar Bartimaya Yerixonda və Yerusəlimdə baş verən yeniliklərdən də danışırdılar. (21-adamlar fiqurunu 28 fiquru ilə əvəz edi).

Çox güman ki, belə dostlardan biri ilk dəfə kora Rəbb İsa haqqında danışmışdı. Yəqin, Bartimay: möcüzələr, şəraba çevrilmiş su, şəfa tapmış adamlar haqqında hər şeyi bilmək istəyirdi. Bəlkə o, çox suallar verirdi:

- Rəbb İsa kimdir? Allah tərəfindən vəd olunmuş Odurmu?

Yəqin ki, Bartimay yalnız Nazaretli İsa Məsihin ona kömək edə biləcəyini başa düşmüşdü. Əgər Rəbb İsa onu korluqdan, qaranlıqdan azad edərsə, yalnız o zaman Bartimay görə bilər.

Bilirsən ki, yalnız Rəbb İsa səni günahının qaranlığından xilas edə bilər? Rəbb İsa: “Dünyanın nuru Mənəm” (Yəhya 8:12) demişdi. O, bununla nə demək istəyirdi? O, təmiz və günahsızdır. O, sənin həyatına daxil olan kimi günahın qaranlığı həmin an səni həmişəlik tərk edir. Günah daha səni idarə etmir. Sən günahların bağışlanmasını əldə edirsən. İsa Məsih səni günahdan azad edir. Nə üçün O, bunu edə bilir? Ona görə ki, O, yeganə Allah Oğlu çarmıxda öldü ki, hər bir insan günahdan qurtula bilsin. Rəbb İsa günaha görə cəzalandı, sanki Onun həyatı günahın qaranlığı ilə doldu. Əslində isə Onun həyatı təmiz və günahsız idi. Allah Oğlu çarmıxda sənə və mənə görə öldü. Üç gündən sonra İsa Məsih dirildi. Bu gün O, sağdır. Bax, buna görə yalnız O, Rəbb İsa səni günahın qaranlığından azad edə bilər. Sənin də Bartimay kimi Rəbb İsa Məsihə ehtiyacın var.

Həmin gündən Bartimay bütün ürəyi ilə İsa Məsihlə görüşməyi arzulayırdı. “Əgər mən bircə Onunla görüşə bilsəydim, - Bartimay fikirləşirdi,- Əminəm ki, O, mənim gözlərimi aça bilər”.

Lakin vaxt gedirdi. Bartimay kor və yoxsul olaraq qalırdı. Bəlkə də o, növbəti günləri səbirsizliklə gözləyirdi. Pasxa bayramı yaxınlaşırdı. Hər il bu vaxt yüzlərlə adam Yerusəlimə gedirdi. Yollar səyahətçilərlə dolu idi. Onlar Bartimayın yanından ötüb keçirdilər və Bartimay adi vaxtlarda olduğundan daha çox sədəqə yığa bilərdi.

Səhnə3(Ərazinin ümumi görünüşü; 7-İsa və 2-şagirdlər fiqurunu yerləşdirin).

Bir dəfə Bartimay sədəqə dilənəndə, yolda nə isə qeyri-adi hadisə olduğunu başa düşdü. Səs-küy? Canlanma tamam fərqli idi. Deyəsən, Yerixondan çox böyük izdiham keçirdi. Nə olub? Mütləq müəyyənləşdirmək lazımdır. Nəhayət, Bartimay diqqəti özünə cəlb edə bildi və ona dedilər:

Pasxa yəhudilərin hər il qeyd etdikləri bayramdır. Bu bayram zamanı yəhudilər Rəbbin mələyinin yan taxtalarına və köndələn tirlərinə quzu qanı çəkilmiş qapılardan yan keçdiyi, Misirdən çıxdıqları o gecəni xatırlayırlar.

Təsvir 5-3

Qoy məktəbəqədər uşaqlar guya Yerusəlimə bayrama gedirmişlər kimi bir-birinin dalınca getsinlər.

Page 47: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

47

İsa Məsihin həyatı. 2 hissə

- Nazaretli İsa Məsih gəlir!

Nazaretli İsa Məsih? Davud Oğlu İsa Məsih? Allah tərəfindən vəd Olunmuş? Bartimayı korluqdan azad etməyə qadir olan yeganə Şəxs? Məhz bu anı Bartimay uzun müddət gözləmişdi.

- İsa Məsih, - kor qışqırdı.- Davud Oğlu İsa, mənə kömək et.

- Sus, Bartimay! – Bartimaya yaxın olanlar açıq-aydın narazılıqlarını bildirdilər və sərt şəkildə onu susdurmaq istədilər. – Sus, qışqırmağı dayandır.

Yəqin ki, adamlar İsa Məsihin yoxsul kasıblarla maraqlanmadığını düşündükləri üçün necə olursa-olsun Bartimayı susdurmağa çalışırdılar. Ola bilsin ki, sənin dostların da səninlə belə etməyə çalışacaqlar. Əgər onlar bilsələr ki, sən İsa Məsihdən səni günahdan qurtarmasını xahiş etmək istəyirsən, belə deyə bilərlər: “İnanma! Bütün bunlar yalandır”. Ya da: “Sən onsuz da imanlısan, axı Allaha inanırsan”. Sənə hətta belə deyə bilərlər: “Əgər sən buna inansan, biz daha dost deyilik”. Sən necə hərəkət etməlisən? Sən başqalarına deyil, Allaha qulaq asmalısan.

Bartimay onu susdurmağa çalışanlara qulaq asmadı. O, daha möhkəm qışqırdı.

- İsa Məsih, Davud Oğlu mənə mərhəmət et!

Rəbb İsa Bartimayın səsini eşitdi və dayandı.

- O adamı çağırın, - O, dedi. – Qoy yanıma gəlsin.

Rəbb İsa Bartimayın probleminə qarşı biganə deyildi. O, Bartimayı sevirdi, O səni də sevir. Nə sən, nə də mən Allahın məhəbbətinə layiq deyilik. Rəbb İsa dünyanın Nurudur. O, kamil və təmizdir, biz isə günahın qaranlığı ilə doluyuq. Məgər bizim kimi günahkarları Allahın ümumiyyətlə necə sevə bilməsi təəccüblü deyil? Amma O sevir. Müqəddəs Kitabda bu barədə çox danışılır. Rəbb İsa bizi Ona yaxınlaşmağa dəvət edir. O bu gün səni çağırır? Əgər sən özünün Ona yaxınlaşmağının vacibliyini başa düşürsənsə, deməli, O səni çağırır. İsa Məsih səni sevir və günahın qaranlığından xilas etmək istəyir. Sən Rəbb İsaya yaxınlaşacaqsan? Bartimay yaxınlaşdı.

Səhnə4(Ərazinin ümumi görünüşü; 27- Bartimay fiqurunu 29 fiquru ilə əvəz edin).

Bartimayı əvvəllər heç zaman belə sevinc bürüməmişdi. O, dilənçi plaşını tulladı və tez qalxdı. Kimsə onu İsa Məsihin yanına apardı. Bartimayı korluqdan qurtara biləcək yeganə Şəxs onun qarşısında dayanmışdı.

- Sənin üçün nə edim? Nə istəyirsən? – Rəbb İsa soruşdu.

Nə fikirləşirsən, Bartimay necə cavab verəcək? O, “bakşiş” istəyəcək? Bəlkə lap çoxlu pul istəyəcək ki, daha dilənməsin? Xeyr! Bartimayın dünyada ən çox istədiyi şey gözlərinin açılması idi. Bartimay onu bu

Məktəbəqədər uşaqlar keçənlərin sözlərini təkrar edə bilərlər: “Nazaretli İsa Məsih gəlir!”

Məktəbəqədər uşaqlara təklif edin ki, barmaqlarını dodaqlarına yaxınlaşdırıb:”Ş-ş-ş-ş-ş” desinlər.

Bartimayın sözlərini ifadəli şəkildə deyin.

Təsvir 5-4

Uşaqlara Allahın onların hər birini şəxsən sevdiyini başa düşmələrinə kömək edin.

İsa Məsih Bartimayı çağıranda, o, yoxsul plaşı olan üst paltarını tulladı (Mark 10:50). Bu da Bartimay tərəfindən böyük imanın təzahürü idi!

Page 48: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

48

qədər çox əhatə edən qaranlıqdan xilas olmaq istəyirdi.

- O, Rəbb, mən görmək istəyirəm, - deyə cavab verdi.

Əgər İsa Məsih bu gün səndən nə istədiyini soruşsa, necə cavab verərdin? Sən dünyada hər şeydən çox günahdan azad olmaq istəyirsən? Sən tamamilə başqa həyat – daha günahın rəhbərlik etmədiyi həyatı yaşamaq istəyirsən? Əgər sən İsa Məsihdən səni bağışlamasını və dəyişdirməsini xahiş etsən, məyus olmazsan. Bartimay da məyus olmadı.

İsa Məsih ona dedi:

- İmanın gözlərinin açılmasına kömək etdi. Sən Mənə iman etdin və mən sənin gözlərini açıram. (29-Bartimay fiqurunu 30 fiquru ilə əvəz edin).

Bartimayın gözləri qəfildən bütün insanların gözü kimi oldu. Bartimay görə bildi! O, Rəbb İsanı, izdihamı, səmanı - ətrafda olan hər şeyi gördü. Onun həyatında ən gözəl, ən yaxşı gün idi!

Əgər sən bu gün Rəbb İsadan səni günahdan qurtarmasını xahiş etsən, bu gün sənin həyatının ən gözəl günü olacaq. Allahın Oğlu vəd edir ki, kim Ondan bunu xahiş etsə, “heç vaxt qaranlıqda gəzməyəcək” (Yəhya 8:12). Günah daha sənin həyatını idarə etməyəcək. Sən günahdan azad olacaqsan və yerdəki həyatın sona çatdıqda Allahla birlikdə Səltənətdə yaşaya biləcəksən. Müqəddəs Kitabda yazılıb: “... Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır” (Həvarilərin işləri 10:43). Rəbb İsadan bu gün səni xilas etməsini xahiş edəcəksən? Bu qərarı ləngitmə. Başqalarına səni dayandırmağa imkan vermə. Bu qərar dünyada hər şeydən vacibdir. Rəbb İsaya təxminən belə sözlər de: “Əziz Rəbb İsa, mənim həyatım günahın qaranlığı ilə dolub. Xahiş edirəm, məni bu qaranlqdan azad et”. Rəbb İsa sənin xahişini yerinə yetirər və səni dəyişdirər. Bartimay dəyişdi. Onun həyatı da dəyişdi: daha ona pul dilənmək lazım deyildi və o, İsa Məsihin ardınca getdi. İsa Məsih səni günahın qaranlığından azad edəndə sənin də həyatın dəyişəcək. Günahlı hərəkətlər daha səni sevindiməyəcək. Sən günahkarlar kimi olmaq istəməyəcəksən, sən Allahı razı salmaq istəyəcəksən. İsa Məsih həmişə səninlə olacaq. Sən elə indi Ona yaxınlaşacaqsan? Yaxınlaş və səni günahın qaranlığından xilas etməsini Ondan xahiş et. Unutma ki, “... Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır” (Həvarilərin İşləri 10:43).

TƏKRAR ÜÇÜN SUALLAR1. Yerixon şəhərinin yanında kimin gözləri açıldı? (Bartimayın).

2. Əgər insanın həyatında və ürəyində İsa Məsih yoxdursa, bu insan necə Bartimaya bənzəyir? (Bu insanın həyatı günahın qaranlığı ilə doludur).

3. Bartimay yemək üçün pulu necə əldə edirdi? (O, dilənirdi).

4. Nə üçün günahdan yalnız Rəbb İsa Məsih azad edə bilər? (O,

Təsvir 5-5

Məktəbəqədər uşaqlara əlləri ilə gözlərini bağlamalarını, sonra isə əllərini götürüb gözlərini açmalarını təklif edin.

Page 49: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

49

İsa Məsihin həyatı. 2 hissə

Allah Oğlu bizim günahlarımıza görə çarmıxda öldü və üç gündən sonra dirildi).

5. Hansı bayrama görə Yerusəlimə aparan yolda belə çox adam var idi? (Pasxa bayramı yaxınlaşırdı).

6. Bartimay yol ilə Rəbb İsa Məsihin gəldiyini biləndə nə etdi? (O, qışqırdı: “İsa Məsih, Davud Oğlu, mənə mərhəmət et!”).

7. Adamlar buna necə reaksiya verdilər? (Onlar Bartimaya susmağı əmr etdilər).

8. Rəbb İsa Bartimayın qışqırığını eşidib nə etdi? (O, dayandı və dedi ki, Bartimay Ona yaxınlaşsın).

9. Rəbb İsa Bartimaydan soruşdu: “Sənin üçün nə edim? Nə istəyirsən?” Bartimay nə cavab verdi? (“Ya Rəbb, görmək istəyirəm”).

10. Bizim hamımız ən vacib olan nə haqda Rəbb İsadan xahiş edə bilərik? (Günahların bağışlanmasını).

TƏKRAR ÜÇÜN SUALLAR(məktəbəqədər uşaqlar üçün)

1. Nə üçün Bartimay İsa Məsihi çağırdı? (Bartimay kor idi və istəyirdi ki, İsa Məsih ona şəfa versin).

2. İnsanların ürəyini hansı qaranlıq doldurur? (Günahın qaranlığı).

3. Sənin günahların bağışlanmasını əldə etməyin və nurda yaşamağın üçün Rəbb İsa nə etdi?

4. Bartimay İsa Məsihlə görüşdükdə nə baş verdi?

Təcrübi fəaliyyət«Yaxşılıq»Uşaqları cüt-cüt ayırın və İsa Məsihin onlar üçün hansı yaxşılıqları etdiyi haqqında bir-biri ilə bölüşmələrini xahiş edin. Uşaqlar danışıb qurtardıqda onları bir qrupa toplayın. Sonra uşaqlardan xahiş edin ki, növbə ilə qalxıb Allahın onlar üçün nə etdiyini danışsınlar. Hər həs özü haqqında deyil, bir-biri haqqında danışsın. Əgər sinifdə uşaq çoxdursa, bir neçə cütlüyə bir-biri haqqında öyrəndiklərini danışmaq üçün icazə verin.

Sonda dua edərək, hamı üçün etdiyi bütün yaxşılıqlara görə Allaha minnətdar olun.

Təkrar üçün oyun“Görmədən səsvermə”

Sinfi iki komandaya bölün.

Sual verin və bir nəfərə cavab verməyi təklif edin. Sonra bütün uşaqlardan gözlərini yummağı və səsverməyi xahiş edin. Əgər uşaqlar cavabı düzgün hesab edirlərsə, baş barmaqları ilə yuxarı göstərsinlər; əgər cavab onların fikrincə səhvdirsə baş barmaqları ilə aşağı göstərsinlər.

Hər komandada düzgün “səsləri” hesablayın. Sonda düzgün “səsləri” çox olan komanda qalib gəlir.

Növbəti sualları verməklə, oyunu davam edin.

Məktəbəqədər uşaqlar üçün oyun“Çiçək”

Suallar verin

Əgər uşaq suala düzgün cavab verərsə, lövhədə yaxud dakağız vərəqində “çiçəyin” bir hissəsini çəkin (məsələn, budaq, yarpaqlar, gövdə, ləçək və sairə).

Məktəbəqədər uşaqlara 1, 2, 3 və 4-cü dərslərdən suallar verin. “Çiçəyi” çəkib qurtarana qədər oyunu davam etdirin

VI dərsin təkrarı üçün oyunUşaqlardan növbəti dərsdə hansı oyunda iştirak etmək istədiklərini soruşun.

Page 50: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

50

Page 51: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

51

Dərs 6Qadının şəfası və qızın dirilməsi

Müqəddəs YazılarMark 5:21-43; Luka 8:40-56

Mərkəzi həqiqətRəbb İsa Məsih hər kəsi ayrı-ayrılıqda sevir.

Tətbiqİman etməmiş uşaqlar üçün: Əgər sən İsa Məsihin

yanına gəlsən, Onun müqtləq səni xilas edəcəyinə əmin ol.

İmanlı uşaqlar üçün: İsa Məsih səni sevdi və sənin üçün canını verdi; O, həmişə səni sevəcək və sənin qayğına qalacaq. Ona görə də bütün çətinliklərin barədə Onunla danış.

Yadda saxlamaq üçün ayə“Hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin” (Filiplililərə 2:11).

Əyani vəsaitlərw Şəkil: 6-1,6-2, 6-3, 6-4, 6-5 və 6-6.

Və yaxud

w Flaneleqraf üçün fiqurlar: 7, 21, 25, 28, 31, 32,33, 34,35, 36, 37 və 38.

w Fonlar (istəyə görə): göl sahilinin ümumi görünüşü və otagın daxili görünüşü

Tətbiqi işw Karandaş və kağızlar

DƏRSİN PLANIGiriş

Şəhərdə canlanma

Hadisələrin gedişatı1. Xəstə qadın – İsa Məsih kömək etmək

istəyirmi?

2. Xəstə qız – İsa Məsih kömək etmək istəyirmi? MH

3. Yair və xəstə qadın İsa Məsihi axtarır MHİ4. Yair Rəblə görüşür.

5. Xəstə qadın sağalır

6. İsa Məsih qadınla söhbət edir MHQ7. Kiçik qızın ölümü barədə xəbər

8. “Sənin qızın yaşayacaq” MHİ9. Rəbb qızın otağına daxil olur MHQ10. “Qız, ayağa qalx!”

KulminasiyaEvdə sevinc

Yekun“Ona yeməyə bir şey verin” MHİQ

Page 52: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

52

Dərs Səhnə1(Göl sahilinin ümumi görüntüsü.

Gölün şimal sahilindəki kiçik şəhərcikdə canlanma var idi.(21, 28 - xalq fiqurlarını yerləşdirin).

İnsanlar xüsusi qonağı gözləyirdilər. Rəbb İsa Məsihin göl vasitəsilə onların şəhərinə tərəf gəlməsi xəbəri çox tez yayılmışdı. Hər yerdə insanların dilindən “İsa bizim yanımıza gəlir” sözləri eşidilirdi.

Bu xəbəri arıq və zəif qadın da eşitdi. O da öz evindən çıxdı. Bu qadın çox asta addımlayırdı. O, o qədər zəif idi ki, güclə hərəkət edirdi. Artıq on iki il idi ki, xəstə idi. Bütün bu illər ərzində çox həkimlərə baş çəkmiş, çoxlu pul xərcləmiş, lakin şəfa tapmamışdı. O, asta-asta, güclə gölə tərəf addımlayırdı. Heç kim ona kömək etmək istəmirdi. Hər kəs yaxşı yer tutmaq üçün izdihamı yararaq irəliləyirdi. Bəlkə də bu qadın: “İsa Məsih mənə kömək etmək istəyəcək?” deyə düşünürdü.

Eyni zamanda bu kiçik şəhər olan Kefernahumda başqa bir ailə narahatçılıq içərisində idi. (Kiçik lövhəciyi əlinizdə tutaraq oraya 36-cı fiquru, Yairi və onun arvadını yerləşdirin).

Onların yeganə övladı – on iki yaşlı qızları cox ciddi xəstələnmişdi. Qız ölürdü. Valideynlərin bu qədər həyəcanı əbəs deyildi. Tezliklə onlar da İsa Məsihin onların şəhəırinə gəldiyini eşitdilər. Bəlkə onlar da: “Görəsən, İsa Məsih bizə kömək etmək istəyəcəkmi?” deyə düşünürdülər.

Sən necə fikirləşirsən, İsa Məsih bu insanlara kömək etmək istəyəcək? Hə, əlbəttə. Rəbb İsa Məsih insanları sevir. Məgər O, Samariyadakı quyunun yanında olan qadına da öz sevgisini göstərmədi? Ətrafdakı insanlar Bartimayı susdurmağa çalışarkən İsa Məsih ona sevgi göstərmədi? O, insanları çox sevdiyi üçün Göyləri buraxıb yer üzünə gəldi ki, çarmıxda ölsün.

Həmin gün İsa Məsih Kefernahuma yolla düşmüşdü. O, bu şəhərin bəzi sakinlərinin Ona çox ehtiyacı olduğunu bilirdi. Məsələn, bu xəstə qadın və ölmək üzrə olan kiçik qız.

İsa Məsihin gəlişini eşidən kiçik qızın atası tələsərək evdən çıxdı. (Kiçik lövhəni kənara qoyun).

Həmin vaxt İsa Məsih artıq sahildə Onu gözləyənlərin arasında idi. (Fiqur 7 və 31-i, İsanı və şagirdləri yerləşdirin).

Necə də böyük izdiham idi! İnsanların bir çoxu İsa Məsihə yaxın olmaq istəyirdilər. Kiçik qızın atası bu cür izdihamı yararaq İsa Məsihə yaxınlaşa biləcək? İsa Məsih ona kömək etmək istəyəcək?

Həmin kiçik və arıq qadın da bu izdihamın içərisində idi. Bu izdihamı yarıb keçmək üçün onun gücü yox idi. Doğrudanmı, İsa şəhəri dolaşdığı zaman bu qadından heç bir xəbəri olmayacaq? Ümumiyyətlə,

Təsvir 6-1

Göründüyü kimi bu qadın aybaşı pozgunluğundan və qanaxmadan əziyyət çəkirdi.

Qanuna görə o murdar sayılırdı və heç bir insana toxuna bilməzdi. (bax: Levililər 15:25-27). Maraqlıdır ki, qadının xəstəliyinin müddəti Yairin qızının yaşı ilə eyni idi.

MHUşaqlar böyük sevinclə Kefernahumu xəritədə göstərə bilərlər. Siz uşaqlarla birlikdə İsa Məsihin Kefernahumda göstərdiyi möcüzəni xatırlaya bilərsiniz (Saray məmurunun oğlunu sağaltmışdı). İndi baş verən hadisələr bir ildən sonra baş verir..Məktəbəqədər uşaqlar böyük sevinclə “sahilə qaçacaqlar” və ovuclarını alınlarına qoyaraq “İsa Məsihi və Onun şagirdlərini gözləyərək uzaqlara baxacaqlar”

Page 53: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

53

İsa Məsihin həyatı. 2 hissə

İsa bu qadına kömək etmək istəyəcək? Əlbəttə, istəyir. Allahın Oğlu olan İsa insanları sevir. O, sadəcə olaraq bütün insanları sevmir. O, hər kəsi ayrı-ayrılıqda sevir. Əgər İsa Məsih sənin Xilaskarındırsa, O səni xüsusi olaraq sevir. O səni o qədər çox sevir ki, Özünü sənin üçün qurban verdi. Allah Öz ailəsində sənə övlad olmaq imkanı verdi. O sənə aid olan hər şeylə maraqlanır. Sənin çətinliklərin başqa insanlar üçün vacib olmasa da, İsa Məsihi hər şey maraqlandırır. O sənin bütün çətinliklərində sənə kömək etmək istəyir. Sən həyatda hansı çətinliklərlə üzləşirsən? Bəlkə sənin yoldaşlarınla bağlı çətinliklərin var? Bəlkə şəfaya ehtiyacın var? Sənin hansı çətinliklərin var? (Öz çətinlikləri barədə danışmaq üçün uşaqlara imkan yaradın).

İsa Məsih istəyir ki, sən Onun yanına gələrək öz çətinliklərini Ona danışasan. Bu çətinlikləri necə həll etmək barədə o sənə yardımçı olacaq. Müqəddəs Kitabda yazılıb: “Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır” (1Peter 5:7). Əgər sən məsihçisənsə, onda çətinliklərin barədə narahat olmağa dəyməz. Kiçik qızın atasının böyük çətinliyi var idi. Lakin o, İsa Məsihin kömək edəcəyinə inandı.(Fiqur 32-ni, Yairi yerləşdirin).

O, tələsərək izdihamı yarıb keçirdi. Insanlar çevrilərək onları kimin itələdiyinə baxırdılar. Insanlar onu gördükləri zaman bəlkə də çox təəccübləndilər. Kefernahumun sakinləri bu insanı yaxşı tanıyırdı. Bu, sinaqoq rəislərindən biri olan Yair idi. Sinaqoq rəislərindən bir çoxunun Rəbb İsa Məsihə ayırmağa vaxtları yox idi. Onlar İsa Məsihin Allahın Oğlu olduğuna inanmırdılar. Lakin indi Yair İsanı görmək istəyirdi. Bəlkə də bəzi insanlar Yairə yol vermək üçün kənara çəkilirdilər. Nəhayət ki, Rəbb İsa Məsihə çatan Yair Onun qarşısında diz çökdü. (Yairin 32 fiqurunu 33 fiquru ilə əvəz edin).

O dedi: “Mənim qızım ölür, gəl və əllərini onun üzərinə qoy ki, qızım şəfa tapsın”.

Yair yalvararaq İsa Məsihdən kömək istədi. Rəbb vaxt itirmədən Yairin evinə yollandı. (İsanın 7 fiqurunu 34 fiquru ilə, Yairin 33 fiqurunu 32 fiquru ilə əvəz edin).

Bütün izdiham onların ardınca getdi. Ətraf basa-bas idi. Və bu izdihamın arasında həmin yazıq qadın da gedirdi. “Mən Ona necə yaxınlaşım? Bircə Ona yaxınlaşıb Onun paltarına toxuna bilsəydim, sağalardım” – deyə, bu qadın elə hey düşünürdü.

Birdən bu qadın hiss etdi ki, izdiham sahildən uzaqlaşaraq şəhərə doğru gedir. Qadın izdihamla birlikdə şəhərə tərəf addımladığı zaman birdən gözlənilmədən Rəbbin yanında olduğunu gördü. Bir anlıq İsanın yanında boşluq yarandı. Bu qadın cəld əlini uzadaraq Rəbb İsa Məsihin paltarına toxundu. Qadın bir göz qırpımında sağaldı! O, xəstəliyin getdiyini hiss etdi. Onun qəlbi sevincdən cuşa gəlmişdi! On

Bəlkə də qız Yairin yeganə övladı idi..

MHİ

Təsvir 6-2

Təsvir 6-3

Əl hərəkətləri ilə qadının əlini uzadaraq Rəbbin libasına necə toxuna biləcəyini göstərin.

Page 54: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

54

iki illik xəstəlikdən sonra o, tamamilə sağlam idi.

Birdən Rəbb İsa dayandı və ətrafına nəzər saldı.

“Mənə kim toxundu?” – deyərək soruşdu.(İsanın 34 fiqurunu 7 fiquru ilə əvəz edin).

“Bu nə qəribə sualdır?” – deyə şagirdlər düşündülər. Bəlkə Yair də eyni şey düşünürdü. O öz qızına görə narahat olduğu üçün, İsanın tələsməsini istəyirdi. Lakin İsa dayandı. Bu zaman şagirdlər dedilər:

- Ya Rəbb səni sənin ətrafında bu qədər izdiham olduğu və səni sıxdıqları halda sən soruşursan ki: “Mənə kim toxundu?” İnsanlar səni sıxışdırır. Bəlkə də onlarla insan sənə toxunur.

Rəbb izah edir ki, O, xüsusi bir toxunuşdan bəhs edir. Bu təsadüfi toxunus deyildi. O dedi:

- Mən, Məndən gücün axıb getdiyini hiss etdim. Mən bilirəm ki, mənə toxunan insan kömək alıb.

Sən necə düşünürsən, Rəbb İsa kimin Ona toxunduğunu bilirdi? Əlbəttə, O, bilirdi. Necə? Düzdür! İsa Məsih Allahdır; O hər şeyi bilir və hər kəsi tanıyır. Bəlkə də O: “Mənə kim toxundu?” dediyi zaman şəfa tapmış qadına baxırdı. Onda nə üçün İsa Məsih belə sual verdi? (Öz fikirlərini bölüşmək üçün uşaqlara imkan verin).

Yəqin , Rəbb İsa Məsih istəyirdi ki, bu qadın Ona olan imanını hamıya nümayiş etdirsin. Həmçinin, O, istəyirdi ki, insanlar Onun tənha qadınların ehtiyaclarına biganə yanaşmadığını da başa düşsünlər. O, şəfa almışdı və Allahın Oğlu istəyirdi ki, insanlar bunu bilsin. Qadın daha gizlənə bilmədi. O, İsa Məsihdən gizlənə bilməyəcəyini bilirdi. Qadın çox böyük həyəcan içərisində İsaya yaxınlaşdı və Onun önündə diz çökdü. (İsanın 7 fiquru qarşısında 35 fiqurunu yerləşdirin).

- “Sənə mən toxunmuşam” – deyərək qadın etiraf etdi.

O, bütün izdihamın qarşısında öz tarixçəsini danışdı. Rəbb İsa ona dedi:

- Qızım, imanın səni xilas etdi. Arxayın get! (Luka 8:48-ə bax)

Bu qadın İsa Məsihin Ona şəfa verə biləcəyinə inanmışdı və Allahın Oğlu onu sağaltdı. O sənə də kömək etmək istəyir. Bir çox insanların imansızlığı Allahın Oğlunu narahat edir. Bəlkə sən də hələ Ona iman etmirsən? O sənin necə bir insan olduğunu bilir. O sənin qəzəbli fikirlərini və ya insanlara qarşı xudbin düşüncələrini bilir. Oyun yoldaşına necə hirsləndiyini və öz yeni futbol topunla oynamağa icazə vermədiyini xatılrlayırsan? Sənə verilən bir qutu sokaladı xatırlayırsan? Sən onları özünə saxlayaraq heç kimlə paylaşmadın. Rəbb sənin günahkar olduğunu və Allahın Qanununu pozduğunu bilir, lakin yenə də O, günahkarları sevir, səni sevir. Allahın Oğlu sənin günahlarına görə cəzalandı. O istəyir ki, sən öz günahlarından üz döndərib xilas

Uzun illər xəstəliyi ilə əlaqədar cəmiyyətdən kənarda qalan, şəfa tapmış qadın üçün belə xeyirxahlıq və mehribanlığın təzahürü çox qiymətli idi.

Təsvir 6-4

MHQ

Page 55: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

55

İsa Məsihin həyatı. 2 hissə

olmaq üçün Onun yanına gələsən. Bəlkə də sən qorxursan. Bəlkə də sən belə düşünürsən: “Əgər mən Onun yanına gəlsəm, O məni qəbul edər? Bəlkə mən hələ çox kiçiyəm və ya çox pisəm?” müqəddəs Kitabda biz Rəbbin dediyi bu sözləri oxuyuruq: “... yanıma gələni heç vaxt kənara atmaram” (Yəhya 6:37). Əgər sən Onun yanına gəlsən və Ondan bağışlanma diləsən, O səni heç zaman rədd etməz. Sən Onun yanına gəldiyin zaman səni necə xüsusi və doğma bir sevgi ilə sevdiyini anlayacaqsan. Elə bu gün gecikmədən Onun yanına gəl! Sənin həyatında baş verə biləcək ən böyük mocüzə - Rəbb İsanın verdiyi günahlardan xilasdır.

Əgər sən həqiqətən xilas olmaq istəyirsənsə, lakin bunu necə edəcəyini bilmirsənsə, onda dərsdən sonra sənə kömək etməyə şad olaram. Uşaqlar getdikdən sonra birinci sırada otur. Onda mən biləcəyəm ki, sən İsa Məsihi imanla qəbul etmək barədə daha çox şey bilmək və yeni həyat almaq istəyirsən. Mən sənə kömək edəcəyəm ki, sən Müqəddəs Kitabdan nə etmək lazım olduğunu və Rəbbin sənin üçün nə etdiyini öyrənəsən.

Bütün bu vaxt ərzində Yair hadisələrin gedişatına qarışmayaraq sadəcə olaraq kənardan baxırdı. Yəqin ki, qızının vəziyyəti onu narahat edirdi. Bəlkə də o, İsa Məsihin tələsməsini istəyirdi. İsa məsih qadınla söhbət etdiyi zaman kimsə səylə izdihamı yararaq addımlayırdı. Bu, Yairin ev adamlarından biri idi...(35 qadın fiqurunu götür və 7 fiquru ilə əvəz et. 34 fiqurunun yerinə 25 fiqurunu xidmətçiləri qoyun).

Sanki Yairin ürəyi dayandı. O, qorxulu xəbər eşitməkdən qorxurdu.

- Sənin qızın öldü. Daha müəllimə əziyyət vermə.

Yazıq Yair! O, necə də kədərə qərq oldu! O, necə məyus oldu! Sinaqoq rəisi sakitcə geri dönərək evə qayıtmağa hazırlaşdı. Bəlkə də o: “Artıq çox gecdir. Əgər İsa bu qadınla söhbət etməsəydi, bəlkə də biz yetişərdik” – deyə düşünürdü.

Bu zaman Rəbb İsa Yairə müraciət edərək dedi:

- Qorxma, yalnız iman et! Qızın xilas olacaq.

İsa Məsih Yairi sevirdi. O, Yairin elə indicə ölən qızını da sevirdi. İsa Məsih şəfa tapan qadınla söhbət etdiyi zaman da bu kiçik qızı unutmamışdı. Biz bəzən çox şeyləri unutsaq da, İsa Məsih heç bir şeyi unutmur. Bəzən sən söz versən də oyuncaqları toplamağı unudursan. Bəlkə anan da sənə söz verdiyi şeyi etməyi unudub. Hətta biz kimisə həddən çox sevsək də, vədlərimizi unuduruq. Lakin İsa Məsih Ona məxsus olanları heç vaxt unutmur. Gecə-gündüz, hər an O sənin qayğına qalır. O, həmişə səninlədir və heç vaxt sənin çətinliklərini unutmur. Əgər O sənin dualarına həmin vaxt cavab vermirsə, bu o demək deyil ki, O, bunu unudub. Allahın Oğlu həmişə sənin üçün yaxşı şeylər edəcək, çünki səni çox sevir. Və O, Yair üçün də ən yaxşısını etmək istəyirdi. Əlbəttə, Yair üçün səbirli olmaq çox çətin idi. Yair

Məktəbli uşaqlar sanki Yairə belə dediklərini təsəvvür etsinlər: “Allah üçün qeyri-mümkün bir şey yoxdur”.

Təsvir 6-5

MHİ

Page 56: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

56

İsaya güvənə biləcək? İsa Məsih: “Qorxma, yalnız iman et! Qızın xilas olacaq” – demişdi. Yair İsanı öz evinə gətirdi(Fiqur 25-i, qulluqçuları götürün).

İnsanlar da onların ardınca getdilər. Nə baş verəcəyini görmək insanlar üçün də maraqlı idi. (Bütün fiqurları götürün).

İzdiham Yairin evinə çatanda artıq orada həddindən çox insan var idi. Necə böyük səs-küy var idi! Ah, nalə, hönkürtü, ağlaşma...

- Səs-küyü kəsin, - İsa Məsih əmr etdi. - Qız yatıb.

Hamı bilirdi ki, qız ölüb. İsa Məsih necə deyə bilərdi ki:”O ölməyib, sadəcə yatıb”? Adamlar İsa Məsihə gülməyə başladılar. Bəs, İsa Məsih nə demək istəyirdi? O, elə deyirdi ki, sanki qızı həyata qaytara bilər, sanki o, yuxudan oyanacaq. Əlbəttə ki, adamların çoxu İsa Məsihə inanmadılar. Allahın Oğlu Yair, onun arvadı və Özünün üç şagirdi – Peter, Yaqub və Yəhyadan başqa hamıya otaqdan çıxmağı əmr etdi. Onlar İsa Məsihlə birlikdə qızın uzandığı otağa daxil oldular.

Səhnə2(Otağın daxili bəzəyi; 34-İsa, 31—şagirdlər, 36-Yair və arvadı və 37- qız fiqurlarını yerləşdirin).

Qızın yanaqlarında daha qızdırmanın əlamətləri yox idi. O, solğun, hərəkətsiz və soyuq idi. İsa ona məhəbbətlə baxdı.

Müqəddəs Kitabda yazılıb ki, İsa Məsih uşaqları sevir. Məgər bu, əla deyil? Allah Oğlu həqiqətən uşaqlar üçün narahat olur. Hərdən uşaqlara elə gəlir ki, böyüklər onlara fikir vermirlər. Bəzən isə böyüklər özlərini elə aparırlar ki, sanki uşaqlar əhəmiyyətsiz bir şeydirlər. Hətta, İsa Məsihin şagirdləri də uşaqların çox da əhəmiyyətli olmadıqlarını fikirləşəndə, İsa Məsih onlara ciddi xatırlatdı ki, O, uşaqları sevir. O vaxt İsa Məsih şagirdlərinə dedi: “Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər!” (Mark 10:14). Ola bilsin, sənin yaşın və boyun balacadır, lakin Rəbb İsa səni xilas etmək istəyir. İsa Məsih istəyir ki, sən Ona yaxınlaşasan və günahlarının bağışlanmasını Ondan xahiş edəsən. Əgər sən bunu etsən, onda başa düşəcəksən ki, O, həmişə səni sevəcək.

İsa Məsih balaca qızın solğun, soyuq, cansız əllərindən məhəbbətlə tutdu.

- Qızcığaz, qalx! – O, əmr etdi.

Yair, onun arvadı və üç şagird baş verənləri diqqətlə izləyirdilər. Qızın kirpikləri tərpənməyə başladı və o, gözlərini açdı! Qız sanki indicə yuxudan oyanmış kimi baxışlarını otaqda gəzdirdi. Sonra oturdu, ayaqlarını döşəməyə salladı və qalxdı! Qız ata və anasına tərəf getdi, ola bilsin ki, qaçdı. (Qızın dirilməsi barədə danışaraq, 37 qöz fiqurunu 38 fiquru ilə əvəz edin.

Ağlaşanların çoxu heç bu uşağı tanımırdılar. O vaxtalr ölən üçün ağlaşan və şivən edən ağlaşma aparanları dəvət etmək adət idi. Onlar bununla ölən adamın qohumlarına hörmətlərini təzahür etdirirdilər.

MHQ

Page 57: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

57

İsa Məsihin həyatı. 2 hissə

Yair və onun arvadı həyatlarında heç zaman bu cür təəccüb, həyəcan və xoşbəxtlik hiss etməmişdilər.

- Qıza yemək üçün bir şey verin, - Rəbb İsa dedi.

Bir neçə vaxt idi ki, qız xəstələnmişdi və yemək yeyə bilmirdi. Amma indi o, sağ-salamat və çox ac idi. Təsəvvür et ki, İsa Məsih hətta belə xırdalıqlar haqqında da düşünürdü. Məgər İsa Məsihin hətta bizim toxluğumuz barədə də düşünməyi əla deyil?

Məsihçi, Rəbb İsanın səni nə qədər çox sevdiyini, qayğına qaldığını və həmişə sənə kömək etməyə hazır olduğunu unutma. O, həmişə sənin qayğına qalacaq. Gələn həftə ərzində Rəbb İsanın sənin qayğına necə qaldığını və sənə kömək etdiyini kağız vərəqində yazmağı sınaqdan keçirt. Növbəti dərsimizdə isə sən nə yazdığını mənə deyə bilərsən. Ola bilsin ki, sizlərdən kimsə Rəbbin onun qayğısına necə qalması barədə hamı ilə bölüşəcək.

Əgər İsa Məsih hələ sənin Xilaskarın deyilsə, sən bu gün Ona yaxınlaşmağı arzu edirsən? O, günahkar insanları o qədər çox sevdi ki, onların əvəzinə günaha görə cəza çəkməyə razı oldu. Əgər sən elə indi duada Ondan sənin Rəbbin və Xilaskarın olmasını xahiş edərsənsə, O, mütləq səni xilas edəcək. Onun sənə olan məhəbbəti heç zaman tükənməyəcək. Sən Onun qayğısını hər gün hiss edəcəksən.

TƏKRAR ÜÇÜN SUALLAR1. Qızını İsa Məsihin sağaltmağını istəyən sinaqoq rəisinin adı nə

idi? (Yair).

2. Yair Ondan evinə gəlməyi və qızını sağaltmağı xahiş edəndə Rəbb İsa nə etdi? (Rəbb İsa həmin an onula getdi).

3. Yairin evinə gedərkən adamlar İsa Məsihi sıxışdıranda nə baş verdi? (Qadın İsa Məsihin paltarının ətəyinə toxundu və sağaldı).

4. İsa Məsih nə baş verdiyini artıq bildiyini göstərərək nə soruşdu? (O soruşdu: “Mənə kimtoxundu?”).

5. Yair hələ İsa Məsihlə yolda olarkən hansı kədərli xəbəri eşitdi? (Sənin qızın öldü).

6. Ölən qızın yatağına İsa Məsih Özü ilə kimi apardı? (Yair və arvadı, Peter, Yaqub və Yəhya).

7. Yairin evində hansı möcüzə baş verdi? (Rəbb İsa Yairin qızını ölülərədn diriltdi).

8. Rəbb İsa hansı xüsusi üsul ilə bizə Öz məhəbbətini göstərdi? (O, bizim günahlarımıza görə çarmıxda öldü).

9. Sənin həyatında hansı böyük möcüzə baş verə bilər? (Rəbb İsa səni günahdan azad edə bilər).

10. Rəbb İsanın ölülərdən diriltdiyi, Yairin qızının neçə yaşı var idi? (On iki yaşı).

Təsvir 6-6

MHİ

MHQ

Təkrar üçün oyunUşaqların əvvəlki dərsdə seçdikləri oyunu oynayın. Ya da sizin fikrinizcə, uşaqların daha çox xoşuna gələn oyunu seçin.

Page 58: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

58

TƏKRAR ÜÇÜN SUALLAR(məktəbəqədər uşaqlar üçün)1. Nə üçün Yair kömək üçün İsa Məsihə müraciət etdi?

2. Yairin evinə gedən yolda nə baş verdi? (Qadın yolda İsa Məsihi və Yairi ləngitdi; Yairin qızı öldü).

3. Nə üçün İsa Məsih dedi: “Qorxma, ancaq iman et”? (İsa Məsih hər şey edə bilər).

4. Daha ölümdən qorxmamaq üçün biz nə etməliyik? (İsa Məsihi imanla öz Xilaskarımız kimi qəbul etməliyik).

Təcrübi fəaliyyət«Çətin heç nə yoxdur»Sinfi iki komandaya bölün, hər komandaya kağız vərəqi və karandaş verin.

Uşaqlardan iki dəqiqə ərzində (ya da başqa müddət təyin edin) Müqəddəs Kitabdan Allahın möcüzəli işlərini (məsələn, Allah dünyanı yaratdı; O, elə etdi ki, Qırmızı dənizin suları ikiyə ayrıldı; O, suyun üstündə gəzdi və s.) təsvir etmələrini xahiş edin. Sonra təmsilçilərindən onların komandalarının nə yazdıqlarını oxumalarını xahiş edin. Siyahısı uzun olan komandaya kiçik priz vermək olar.

Əgər vaxt imkan versə, bir neçə uşağa Allahın onların həyatında hansı möcüzəli işləri gördüyünü şəhadət etmək üçün vaxt ayırın.

Sonda uşaqlara xatırladın ki, Allah üçün çətin bir şey yoxdur.

Məktəbəqədər uşaqlar üçün oyunKörpələrin daha çox xoşuna gələn oyunu seçin.

Bu silsilədən olan bütün dərslərin təkrarı üçün suallardan istifadə edin.

Page 59: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

59

İsa Məsihin həyatı. 2 hissə

«Sənə yenidən doğulmaq lazımdır»Əlavə əyani vəsait. 2Dərs

Necə?

Müqəddəs Ruhdan

İnanmaqNecə?

Bir kəs yenidən doğulmasaAllahın Padşahlığını görə

bilməz

Sizə yenidən doğulmaq lazımdır

Bəşər Oğluda yuxarı qaldırılmalıdır

Page 60: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

60

«Mis ilan»Əlavə əyani vəsait. 2Dərs

Page 61: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

61

İsa Məsihin həyatı. 2 hissə

«Şaradalar»Təcrübi fəaliyyət. 2Dərs

Məktəbdə nahardan qabaq

dua etmək

Hər səhər Müqəddəs

Kəlamı oxumaq

Dostlarına İsa Məsih haqda

danışmaq

Dükandan nə isə oğurlamaq sınağına qalib

gəlmək

Yoxlama işini köçürtməmək qərarını almaq

Valideynlərə qulaq asmaq

onlar televizoru söndürməyi və ev tapşırığını

yerinə yetirməyi xahiş edəndə

Page 62: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

İsa Məsihin həyatı. 2 hissə

62

«Necə sən əbədi həyatı əldə edə bilərsən?»Əlavə əyani vəsait. 3Dərs

Necə sən əbədi həyatı əldə edə bilərsən?

Yaxşı həyat

Çoxlu dua

Dua evinə getmək

Alla

hın

ənam

ı

Page 63: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

63

İsa Məsihin həyatı. 2 hissə

«Allahın vədlərinə inam»Təcrübi fəaliyyət. 4Dərs

Yeşaya41:10

Filipililərə4:6-7

Yeremya31:3

Romalılara8:39

İbranilərə13:6

Filipililərə4:19

Matta7:7

Romalılara8:28

Page 64: İsa məsihin həyati - Teach Kidsaraşdırırsınız.... onlar da Mənim barəmdə şəhadət edir.” (Yəhya 5:39) “İsa Məsihin həyatı” silsilə dərslərinin ikinci hissəsində

Məsihi qəbul etmək istəyən uşaqla söhbət etmək üçün qısa planƏmin olun ki, uşaq bunları bilir:Allah: Allah kimdir? Allah bizi yaradıb. O, bizimlə Müqəddəs Kitab vasitəsilə danışır. Allah müqəddəsdir və pakdır. O, bizi sevir. Günah:Günah nədir? Günah Allahın əmrlərinə riayət etməməkdir. Bu, Allaha qarşıdır. Xüsusi günahlar haqqında danışın. Uşaq təbiətinə və əməllərinə görə günahkardır. (Biz günahkar olduğumuzüçün günah edirik.)Günah cəzaya layiqdir. Xilaskar:Günahdan sizi yalnız kim xilas edə bilər? Oğul olan Allah günahkarlar üçün çarmıxda öldü. Rəbb İsa ölülərdən dirildi. O, hamının Rəbbidir. Necə xilas olmağı izah edin: Rəbbin bizdən nə etməyimizi istədiyini və Onun nə edəcəyini izah edin. Müqəddəs Kitabın ayələrindən istifadə edin (Yəhya 1:12; 3:16; 6:37; Həv. iş. 16:31; Roma. 6:23 və ya 10:13). Rəbb sizin nə etməyinizi istəyir? Rəbb nə edəcək? Çətinliklər barədə xəbərdarlıq edin.Soruşun: “Məsihə iman etmək istəyirsən, yoxsa gözləmək istəyirsən?”Uşağı ruhlandırın ki, ucadan dua etsin (əgər hazırdırsa). Xilasa əminlik barədə danışın:İstifadə etdiyiniz Müqəddəs Kitabın ayəsinə qayıdın. Dəyişilmiş həyat haqqında danışın.Məsihə həqiqətən iman edən insanın nəyi bilməli olduğunu söyləyin. Məsihçi həyatı haqqında (sonralar) bəzi məsləhətlər verin:Müqəddəs Kitabı oxuyun və ona riayət edin. Göylərdəki Atamız, Allahla danışın. Rəbbin sizin üçün etdikləri haqda başqalarına danışın. Günah edərkən Rəbdən xahiş edin ki, sizi bağışlasın. Başqa məsihçilər ilə görüşün. Rəbbin vədini yadda saxlayın: “Səni heç vaxt tərk etmərəm” (İbr. 13:5).

Surətini çıxardın, kəsin və öz Bibliyanızda saxlayın