təsnifatda yeri :

34
Təsnifatda yeri: Mycota və ya Fungi aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Sphaeropsidales sırası, Sphaeropsidaceae fəsiləsi, Polystigmina cinsi. Bioloji qrupu: Fakultətiv saprotrof Gavalının polistiqmozu- Polystigmina rubra Sacc.

Upload: brett-stevenson

Post on 30-Dec-2015

77 views

Category:

Documents


0 download

DESCRIPTION

Gavalının polistiqmozu - Polystigmina rubra Sacc. Təsnifatda yeri : Mycota və ya Fungi aləmi , Anamorfic fungi şöbəsi , Coelomycetes sinfi , Sphaeropsidales sırası , Sphaeropsidaceae fəsiləsi , Polystigmina cinsi . Bioloji qrupu : Fakultətiv saprotrof. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Təsnifatda yeri :

Təsnifatda yeri:

Mycota və ya Fungi aləmi, Anamorfic

fungi şöbəsi, Coelomycetes sinfi,

Sphaeropsidales sırası, Sphaeropsidaceae

fəsiləsi, Polystigmina cinsi.

Bioloji qrupu:

Fakultətiv saprotrof

Gavalının polistiqmozu- Polystigmina rubra Sacc.

Page 2: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəliklə gavalı, alça, badam və göyəm yoluxurlar. Ölkəmiz şəraitində gavalı, göyəm və alçanın bir-çox sortları üçün daha xarakterikdir.

Adətən polistiqmoz iyun aylarının sonunda meydana çıxır, lakin may ayında da qeydə alındığı tarixlər məlumdur. Yarpaqların səthində tək-tək girdə, əvvəlcə böyük olmayan xlorotik ləkələr zühur edir, sonra onlar tədricən 8-12 mm diametrə qədər böyüyür, çəhrayı və ya şəffaf qırmızı rəng alır. Bu rənglə əlaqədar xəstəliyə yarpaqların qırmızı ləkəliyi də deyilir.

Müəyyən vaxt keçdikdən sonra ləkənin hüdudları daxilində yarpaq toxuması qalınlaşır, üst tərəfdən qabarıq görünür. Yayın sonuna yaxın onlar tündləşir və parıltılı olur.

Xəstəlik törədici yoluxma yerlərində stroma (yastıcıq) şəklində mitsel əmələ gətirir və piknosporlarla piknidi formalaşdırır. Yarpağın alt tərəfində nöqtəvari dəlik şəklində ləkələrdə piknid yaxşı görünür. Onlarda nazik, əyri, iynəşəkilli, ölçüləri 25 x 30-1-1,5 mkm olan piknosporlar əmələ gəlir. Piknosporlar xəstəlik törətmirlər.

Page 3: Təsnifatda yeri :
Page 4: Təsnifatda yeri :
Page 5: Təsnifatda yeri :
Page 6: Təsnifatda yeri :

YAYILMASI•Naxçıvan MR•Gəncə-Qazax•Şəki-Zaqatala•Quba-Qusar•Qarabağ bölgəsi

EKOLOGİYASI•Damcı su və temperaturun 5- 30Cº-yə qədər olması,• Optimal temperaturda 20-22Cº kisəsporların cücərməsi 4-5 saatdan sonra

başlayır•İnkubasiya müddəti 40 gün

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ•Güclü yoluxma zamanı assimilyasiya prosesləri pozulur•Vaxtından əvvəl yarpaq tökümü•Məhsuldarlığı və qışa dözümlülüyü azalır

MÜBARİZƏ TƏDBİRLƏRİ•Yoluxmuş yarpaqlar toplanmalı, yandırılmalı və ya torpağın 30-40 sm

dərinliyinə çevrilməlidir•1%-li bordo məhlulu•Delan 3 kq/ha, melpreks 5 kq/ha əvəzedicilərindən biri ilə təkrarlanır•Melpreks+topaz (4 kq/ha+ 0,5 l/ha) kombinə edilmiş qarışığı

Page 7: Təsnifatda yeri :

Təsnifatda yeri:

Mycota və ya Fungi aləmi, Basidiomycota

şöbəsi, Urediniomycetes sinfi, Uredinales

sırası, Phragmadiaceae fəsiləsi,

Tranzschelia cinsi.

Bioloji qrupu:

Obliqat parazit

Gavalının pası – Tranzschelia pruni - spinosae (Pers.) Diet.

Page 8: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəliklə əsasən gavalı yoluxur, ayrı-ayrı illərdə isə ərik, şaftalı, badamda rast gəlinir. Ədəbiyyat məlumatlarına görə Türkmənistanda yalnız yabanı bitən badam, alça və albalı bitkiləri xəstələnir.

Azərbaycan şəraitində iyul ayının birinci ongünlüyündə gavalı yarpaqlarının səthində əvvəlcə sarı ləkələr, müəyyən müddət sonra isə əsasən alt tərəfdə kiçik, tünd-qonur, oturaq, asanlıqla silinən yastıcıqlar meydana çıxır.

Xəstəliyi törədən göbələyin uredino və telio mərhələləri gavalı yarpaqlarında, etsial isə onu bütün olan anemonada (Anemona ranunculoides) inkişaf edir.

Gavalının yoluxmuş yarpaqlarında patogen diffuz mitseli inkişaf etdirir, o isə öz növlərində uredinalarla uredinasporlar buraxır ki, onun köməyi ilə yay dövrü yayılır və çoxsaylı təkrar yoluxmalar əmələ gətirir. Uredinosporlar birhüceyrəli, yumurtavari, elliptik və ya armudabənzər, bəzən tam dəyirmi, şəffaf-qonur, təpədə qalın hüceyrə divarlı və tükcüklüdür.

Page 9: Təsnifatda yeri :

YAYILMASI

• AZƏRBAYCAN• Moldova, Ukrayna• Qazaxıstan, Şərqi Avropa ölkələri• Gürcüstan, İran, Türkiyə

EKOLOGİYASI• Pas xəstəliyinin inkişafına yüksək rütubət 70-80%,• Havanın temperaturunun yüksək olması 24-28Cº stimuləedici təsir

göstərirTƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Xəstəliyin zərəri yarpaqlarda assimilyasiya proseslərinin pisləşməsi, • Transpirasiyanın yüksəlməsi, əlverişsiz mühit amillərinə qarşı

davamlılığın azalmasıMÜBARİZƏ TƏDBİRLƏRİ• 1%-li bordo məhlulu• Delan 3 kq/ha, melpreks 5 kq/ha əvəzedicilərindən biri ilə təkrarlanır• Melpreks+topaz (4 kq/ha+ 0,5 l/ha) kombinə edilmiş qarışığı

Page 10: Təsnifatda yeri :

Təsnifatda yeri:

Mycota və ya Fungi aləmi, Ascomycota

şöbəsi, Aschaeascomycetes

(Taphrinomycetes) sinfi, Taphrinales sırası,

Taphrinaceae fəsiləsi, Taphrina cinsi.

Bioloji qrupu:

Obliqat parazit

Gavalının «cib-cibə»si – Taphrina pruni Tul.

Page 11: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəliyin ən xarakterik əlaməti toxumluqların böyüməsi, anormal, cırtdan və üfürülmüş meyvələrin əmələ gəlməsidir. Belə yoluxmuş meyvələr ətlidir, lakin şirəli deyil, onlarda çəyirdək yoxdur, bunula əlaqədar olaraq sirayət-lənmiş meyvələr kisəni xatırladır. Buradan da xəstəliyin müxtəlif adları meydana çıxır- «cib-cibə», üfürcüklər, üfürülmüş gavalı, kisəli xəstəlik.

Xəstəliyin ilkin əlamətləri hələ çiçəkdəcə görünür, belə çiçəklər də cırtdan görkəmlidir. Lakin xəstəliyə məxsus tipik simptomların əmələ gəlməsi məhsul formalaşanda, yəni çiçəkləmədən 3-4 həftə sonra görünür.

İ.H.Cəfərovun (1990-2005) apardığı təcrübələr göstərir ki, düzən rayonlarda may ayının ortalarında, ölkənin dağlıq və dağətəyi rayonlarında isə iyun ayının III dekadasında yoluxmuş meyvələrin səthində çirkli-boz mumabənzər örtük inkişaf edir. Bu patogenin spormərhələsindən ibarətdir. Bunun ardınca yoluxmuş meyvələrin əksəriyyəti tökülür.

Page 12: Təsnifatda yeri :
Page 13: Təsnifatda yeri :
Page 14: Təsnifatda yeri :
Page 15: Təsnifatda yeri :

•Ukraynanın Qərb vilayətləri, Rusiya Federasiyasının şimali-qərb vilayəti

•İran, Türkiyə, Şərqi Avropa ölkələri

•Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq-Şirvan, Yuxarı Qarabağ və Quba-Xaçmaz iqtisadi r.

YAYILMASI•Çiçək

ləmə dövrü mülayim isti 17-19Cº və yağmurlu hava

•Bu şəraitdə sporlar kütləvi surətdə cücərir və bitkiləri yoluxdurur

EKOLOGİYASI

•Xəstəliyin zərəri məhsulun azalması və keyfiyyətinin pisləşməsi ilə nəticələnir

•Yoluxmuş meyvələr istifadə üçün tam yararsızdırlar, hətta konserv sənayesində belə istifadə edilmir

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

•1%-li bordo məhlulu

•Delan 3 kq/ha, melpreks 5 kq/ha, əvəzedicilərindən biri ilə təkrarlanır

•Melpreks+topaz (4 kq/ha+ 0,5 l/ha) kombinə edilmiş qarışığı

MÜBARİZƏ TƏDBİRLƏRİ

Page 16: Təsnifatda yeri :

Təsnifatda yeri:

Mycota və ya Fungi aləmi, Ascomycota

şöbəsi, Aschaeascomycetes

(Taphrinomycetes) sinfi, Taphrinales sırası,

Taphrinaceae fəsiləsi, Taphrina cinsi.

Bioloji qrupu:

Obliqat parazit

Şaftalının yarpaq qıvrılması – Taphrina deformans Tul.

Page 17: Təsnifatda yeri :

Patogenin morfologiyası və biologiyası. Xəstəliklə bitkinin yarpaqları, zoğları və az hallarda meyvələri yoluxur. Patoloji proses erkən yazda başlayır. Cavan, yenicə açılmış yarpaqlarda qıvrılmanın tipik əlamətləri müşahidə edilir. Sirayətlənmiş yarpaqlar sağlamlarından fərqli olaraq, anormal qırmızı-çəhrayı və ya parlaq sarı rəngə boyanırlar. Ölçülərinə görə onlar sağlamlardan əhəmiyyətli dərəcədə iridirlər. Xüsusilə ilkin böyüməyə başlayan yarpaqlar şişirlər və bunun ardınca sirayətlənmiş zoğlar qalınlaşır, adətən əyilirlər, sarı-yaşıl rəng alır və qısabuğumları ilə fərqlənirlər. Yoluxmuş meyvələrdə qovuğa bənzər şişlər formalaşır, yoluxmanın ilkin mərhələsində belə meyvələr parlaq görkəm alır, sonra büzüşür və partlayır.

Xəstəliyin əmələ gəlməsindən 10-12 gün sonra (adətən yarpaqların alt tərəfində, habelə zoğlarda) xəstəlik törədicinin kisə mərhələsindən ibarət ağ mumabənzər örtük inkişaf edir. Müəyyən zaman keçdikcə yoluxmuş yarpaqlar qonurlaşır və tökülürlər. Meyvələr də tökülməyə başlayır.

Page 18: Təsnifatda yeri :
Page 19: Təsnifatda yeri :
Page 20: Təsnifatda yeri :
Page 21: Təsnifatda yeri :
Page 22: Təsnifatda yeri :

YAYILMASI• Ukrayna, Moldova, Şimali Qafqaz, Zaqafqaziya, Orta Asiya

Respublikaları, Qazaxıstan, İran, Türkiyə• Azərbaycanın bütün bölgələrində xəstəlik geniş yayılmışdır

EKOLOGİYASI• Xəstəliyin kütləvi surətdə əmələ gəlməsinə yazda soyuq yağışlı hava

əlverişli şərait yaradır. Quru isti havada xəstəlik zəif inkişaf edirTƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Yarpaqların çox tez itirilməsi, zoğların ölüşgəməsi yoluxmuş bitkiləri

güclü surətdə zəiflədir• Məhsuldarlıq azalır, kitrəaxını başlayır• Xəstəlik xroniki inkişaf edən zaman ağacların əksəriyyəti vaxtından

əvvəl məhv olurMÜBARİZƏ TƏDBİRLƏRİ• Qırmızı tumurcuq fazasında ağacların 3%-li bordo məhlulu ilə

çilənməsi• Delan preparatının 0,2 %-li işçi məhlulu ilə aparılan çiləmələr yüksək

bioloji səmərəliliyi təmin etmişdir:1) tumurcuqların şişməsi dövrü; 2) 5 gün ondan sonra; 3) çəhrayı konus fazası

Page 23: Təsnifatda yeri :

Təsnifatda yeri:

Mycota və ya Fungi aləmi, Ascomycota

şöbəsi, Euascomycetes sinfi, Erysiphales

sırası, Erysiphaceae fəsiləsi,

Sphaerotheca cinsi

Bioloji qrupu:

Obliqat parazit

Şaftalının unlu şehi – Sphaerotheca pannosa Lev. var. persicae Woronich.

Page 24: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəliklə yarpaqlar, cavan odunlaşmamış zoğlar və meyvələr yoluxurlar. Sirayətlənmiş orqanların səthində xarakterik unlu-ağ örtük inkişaf edir. Örtük xəstəlik törədicinin səthi meyvə bədəni (mitsel) və sporlardan ibarətdir. Əvvəlcə formalaşan örtük çox zəifdir, asanlıqla yoluxduğu səthdən silinir, zaman keçdikcə o qonurlaşır, daha da sıxlaşır. Yayın ortalarında örtüyün üzərində göbələyin meyvə bədəni- kleystote-silərdən meydana çıxır ki, bu da örtüyə çirkli tünd-boz rəng verir.

Yoluxmuş yarpaqlar kobudlaşır, deformasiyaya uğrayır, çox zaman əsas damar boyunca qayıq formasında bükülür, bu zaman yarpaq ayəsinin alt tərəfi çılpaqlaşır. Müəyyən müddət keçdikdən sonra yarpaqlar quruyur, vaxtından əvvəl tökülürlər. Xəstələnmiş zoğlar böyümədən qalır, onların təpə hissəsi adətən əyilir və quruyur. Sirayətlənmiş meyvələrdə torlu örtük onun əhəmiyyətli bir hissəsini məşğul edir.

Page 25: Təsnifatda yeri :
Page 26: Təsnifatda yeri :
Page 27: Təsnifatda yeri :

YAYILMASI•Gəncə-Qazax, Dağlıq Şirvan, Yuxarı Qarabağ, Quba-Xaçmaz •Naxçıvan MR

EKOLOGİYASI•Konidilərin cücərməsi üçün minimum temperatur 5Cº•Optimal 27Cº və maksimum 35Cº•22-24Cº temperaturda inkubasiya dövrü 3-8 gün

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ•Yarpaqların unlu şehlə yoluxması 50-90%•Meyvələrin yoluxması 30-40%

MÜBARİZƏ TƏDBİRLƏRİ•Topaz (1 l/ha), •Topsin M-(1,5-1,7 kq/ha),•Kumulus (8 kq/ha), •Kolloid kükürd (8-10 kq/ha), •Skor (0,4 l/ha) kimi sistem və kontakt təsirli fungisidləri

növbələşdirməklə 3 çiləmədə yüksək bioloji səmərəliliyi təmin edir

Page 28: Təsnifatda yeri :

Təsnifatda yeri:

Fungi və ya Mycata aləmi, Anamorphic

fungi şöbəsi, Hyphomycetes sinfi,,

Hyphomycetales sırası, Dematiaceae

fəsiləsi, Verticillium cinsi

Bioloji qrupu:

Fakültətiv parazit

Çəyirdəklilərin vertisilliyozu və ya bitkilərin infeksion soluxması- Verticillium dahliae Keeb.,Verticillium albo-

atrum Reinke et Berth.

Page 29: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəlik bütün meyvə-çilik zonalarında geniş yayılmışdır. Çəyirdəkli meyvə bitkilərindən gavalı, ərik, albalı, gilas, şaftalı və badam da yoluxurlar.

Vertisilliyozun xarakterik xüsusiyyəti - bitkilərin qəflətən və ya yavaş-yavaş soluxmasıdır. Patoloji prosesin getmə sürətindən asılı olaraq, kəskin və xroniki xəstəlik formalarını fərqləndirirlər.

Kəskin forma zamanı ağaclar 8-10 gün müddətində soluxur və quruyurlar, xroniki halda isə tədricən sıxılma baş verir, bir-çox illər ərzində ağacların məhv olması müşahidə edilmir.

Vertisilliyoz soluxma ilə bitkilər bütün yaşlarda, lakin 3 ildən 10 ilə qədər yaşı olan ən cavan ağaclar daha intensiv yoluxurlar.

Gavalı yoluxan zaman görkəmcə sağlam bitkilərdə yayın II yarısında yarpaqların sallanması və saralması müşahidə edilir, yarpaqlarda xəstəlik budağın aşağı hissələrindən başlayır və sonra cavan zoğlara keçir. Əsas damarın boyunca yarpaqların kənarı qıvrılır və məhv olur, adətən yarpaq ayəsinin yaşıl hissəsində nekrotik kələ-kötür tünd-qonur ləkələr əmələ gəlir.

Page 30: Təsnifatda yeri :
Page 31: Təsnifatda yeri :

EKOLOGİYASI

• Mikrosklerosiyalar xəstəlik törədicinin istirahət forması olub, 8-10 il torpaqda saxlana bilirlər

• 60-75% nisbi rütubət və 23-26Cº temperaturda mikrosklerosiyalar cücərirlər• Mikrosklerosiyalar 55Cº temperaturaya dözümlüdür

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Qısa müddətdə bitkilərin kütləvi yoluxmasına səbəb olur• Məhsuldarlıq aşağı düşür, bəziləri isə hətta ölürlər• Hər il ümumi diffuz yoluxmuş bitkilərin 2-5%-i xroniki xəstəlik nəticəsində

məhv olurlar

MÜBARİZƏ TƏDBİRLƏRİ

• Torpağı becərərkən, bağlarda cərgəaraları şumlanarkən köklərin zədələnməsinə yol verilməməli

• Suvarılan bağlarda suvarma normalarına ciddi əməl edilməli• Əlavə yemləmələr zamanı fosfor-kalium gübrələrinə üstünlük verilməlidir• Güclü yoluxmuş və qurumuş ağaclar kökündən çıxarılır və onun yeri

karbationla 0,2 l/m2 dezinfeksiya edilir• Yeni bağlar salınana 1,5-2 ay qalana qədər dezinfeksiya işləri davam etdirilir

Page 32: Təsnifatda yeri :

Çəyirdəklilərin sitosporozu və ya tüfeyli quruması - Cytospora rubensum Fr., Cytospora leucostoma Fr.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Coelomycetes sinfi, Sphaeropsidales sırası,

Sphaeropsidaceae fəsiləsi, Cytospora cinsi

Bioloji qripu:

Fakültətiv parazit

Page 33: Təsnifatda yeri :

Patoginin morfologiya və biologiyası. Xəstəliklə bütün çəyirdəkli meyvə bitkiləri, xüsusilə cavan ərik və şaftalı plantasiyaları sirayətlənirlər, bəzən də xəstəliyin nəticəsində məhv olurlar.

Budaqların quruması və ağacların ölməsinə adətən yazda və ya yayın birinci yarısında təsadüf olunur. Əgər ağacların məhvi yarpaq tumurcuqlarının açılmasına qədər baş verirsə, qönçələrin qonurlaş-ması və qıvrılması baş verir, onlar quruyur və məhv olmuş budaqdan uzun müddət tökülmürlər. Əgər yarpaq tumurcuqları açılarsa, yarpaqlar kiçik, xloritik olurlar. Quru isti havaların düşməsi ilə əlaqədar (may ayının sonu - iyun ayının əvvəlləri) belə yarpaqlar 3-4 gün müddətində quruyur, yaşıl rəngi itirmir və habelə uzun müddət ağacdan asılı vəziyyətdə durur. Budaqların belə tez bir zamanda məhvi adətən ox xətti silindrinin nekrozla yoluxması və aparıcı damarların tutulması ilə əlaqədardır. Oduncaq birtərəfli qaydada nekrozla yoluxduqda ağaclar yavaş-yavaş quruyur və onların tam məhvi 3-4 ildən sonra başlayır.

Page 34: Təsnifatda yeri :

Yayılması. Çəyirdəkli meyvə bitkilərinin ən geniş yayılmış xəstəliklərindən biridir. Azərbaycanın Abşeron yarmadası, Naxçıvan MR, Düzən Qarabağ, Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz bölgələrinin meyvə bağları üçün yüksək təhlükə mənbəyidir. Bəzi illərdə bu bağlarda sitosporozla yoluxma 30-35%-ə çatır.

Ekologiyası. Pikniddən sporların atılması və bitkilərin yeni yolux-maları rütubətli havada, əsas etibarilə payızda və ya yazda ağacların nisbi sükunət dövrü baş verir.

Təsərrüfat əhəmiyyəti. Xəstəliklə yoluxmuş bitkilərdə maddələr mübadiləsi pozulur, budaqların yoluxması nəticəsində ağaclar qışlamaya pis gedir, hətta zəif şaxtalardan sonra bütöv ağaclarda quruma müşahidə edilir.

Mübarizə tədbirləri. Profilaktiki tədbirlər bitkilərin sitosporoz xəstəliyinə qarşı davamlılığının yüksəldilməsinə yönəldilməlidir: sortların düzgün seçilməsi, bitkilərə düzgün aqrotexniki qulluq, bitkiləri günəş və günəş-şaxta yanıqlarından qorumaq, monilioz, klasterosporioz və başqa xəstəliklərlə yoluxmanın qarşısını almaq, budama zamanı yara yerlərinin yağlanması, rənglənməsi və s.