təsnifatda yeri:

33
Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Alternaria cinsi Sinonimləri: Macrosporium solani Ellis & G.Martin. Alternaria allii Nolla. Bioloji qrupu: Hemibiotrof Kartof, pomidor və bibərin alternariozu – Alternaria solani Sorauer

Upload: vielka-dawson

Post on 30-Dec-2015

59 views

Category:

Documents


0 download

DESCRIPTION

Kartof , pomidor və bibərin alternariozu – Alternaria solani Sorauer. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Alternaria cinsi Sinonimləri : - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Təsnifatda yeri:

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi

şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales

sırası, Dematiaceae fəsiləsi, Alternaria cinsi

Sinonimləri:

Macrosporium solani Ellis & G.Martin.

Alternaria allii Nolla.

Bioloji qrupu:

Hemibiotrof

Kartof, pomidor və bibərin alternariozu – Alternaria solani Sorauer

Page 2: Təsnifatda yeri:

Patogenin morfologiya və biologiyası. Xəstəliklə bitkinin yarpaq, gövdə və yumruları yoluxurlar.İlkin yoluxma adətən yaşlı yarpaqlarda müşahidə edilir. Ləkə lər tünd- qəhvəyi, həlqəvi, yaxşı görünən konsentrik zonallıdır. Belə ləkələr əsasən yarpaq ayəsinin mərkəzində yerləşirlər. Kartofun vegetasiyası dövrü ləkələr ölçücə böyüyür, yarpaqlar saralır, vaxtından əvvəl quruyur və ya tökülürlər. Gövdələrdə ləkə uzununa dartılmış vəziyyətdədir və sağlam toxuma ilə kəskin sərhədlərə malik deyildir. Kartofun toplanışı dövrü göbələyin sporları yoluxmuş yarpaqlardan və şaxlardan yumrulara düşə bilir və onu yoluxur, ancaq infeksiyanın baş verməsi məhsulun saxlanmasından bir-neçə ay sonra özünü göstərir. Yumruların səthində qeyri-düzgün formalı qonur, basıq ləkələr zühur edir, onların altında yumşaq hissə quru tünd-qonur və ya qəhvəyi kütləyə çevrilir. Ləkələrin səthi çox vaxt qırışlıdır. Göbələk mitsel, konidi və xlamidosporlarla torpaqda, məhv olmuş yarpaqlarda və yoluxmuş şaxlarda qışlayır.

Pomidorun yarpaqları, saplaq, gövdə və meyvələri yoluxur. Xəstəlik alt yarpaqlardan başlayır, onların səthində iri, 5-15 mm-ə qədər diametrli, yaxşı zonallıqla seçilən iri tünd qəhvəyi ləkələr və göbələyin spor mərhələsindən ibarət qəhvəyi məxməri örtük əmələ gətirir. Rütubətli hava şəraitində ləkələr birləşir, yarpaqlar isə ölüşkəyirlər. Saplaq və gövdələrdə məxməri örtüklü uzunsov tünd ləkələr, meyvələrdə isə örtüklü qara basıq ləkələr inkişaf edir.

Page 3: Təsnifatda yeri:
Page 4: Təsnifatda yeri:
Page 5: Təsnifatda yeri:
Page 6: Təsnifatda yeri:
Page 7: Təsnifatda yeri:

a- konididaşıyanlar topası; b- konidilər; c- konidilərin cücərməsi

Page 8: Təsnifatda yeri:

ALTERNARİOZUN YAYILMASI

• UZAQ ŞƏRQ• SAXALİN• ŞƏRQİ SİBİR• ŞİMALİ QAFQAZ• VOLQABOYU RAYONLAR

RUSİYA

• GƏNCƏ-QAZAX• ŞƏKİ-ZAQATALA• DÜZƏN QARABAĞ• ŞİRVAN• QUBA-XAÇMAZ• ABŞERON YARIMADASI• NAXÇIVAN MR

AZƏRBAYCAN

Page 9: Təsnifatda yeri:

Ekologiyası. Göbələyin inkişafı üçün optimal temperatur 24-300C-dir. İnkubasiya müddəti göbələk üçün əlverişli şəraitdə 3-4 gündür. Xəstəliyin inkişafına yağışlar və gecə şehləri ilə müşayət olunan qızmar quru hava köməklik edir.

Təsərrüfat əhəmiyyəti. Vaxtından əvvəl quruma və yarpaqların tökülməsi nəticəsində ayrı-ayrı illərdə pomidor məhsulu 20-50% aşağı düşür. Bitkidə gedən maddələr mübadiləsinin pozulması, fizioloji dəyiş-kənliklər, patobiokimyəvi çevrilmələr həm də istehsal olunan məhsulun keyfiyyətinə mənfi təsir göstərir.

Mübarizə tədbirləri. Bitki qalıqlarının məhv edilməsi, məhsul yığımından sonra sahənin dərin şumlanması, növbəli əkinə əməl etməklə, pomidorun əvvəlki əkin yerinə 3 ildən sonra qaytarılması, parniklərdə torpağın dezinfeksiyası (1 hissə formalin, 40 hissə su), davamlı sortların becərilməsi vacib tədbirlərdəndir. Xəstəliyin ilkin simptomları görün-dükdə fungisidlərlə çiləmələr aparmaq lazımdır. Lakin fitoftorozla mü-barizədə tətbiq edilən fungisidlər (akrobat MS, ridomil qold MS, kurzat, iteral, klip və s.) alternariozun da inkişafının qarşısını alır.

Page 10: Təsnifatda yeri:

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes

sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Colletotrichum

cinsi.

Bioloji qrupu:

Hemibiotrof

4.2 Fəsilə bitkilərinin antraknoz, unlu şeh, septorioz xəstəlikləri və onlarla mübarizə

Pomidorun antraknozu– Colletotrichum atramentarium Taub.

Badımcan və bibərin antraknozu – Colletotrichum capsici Santhw., C.gloesporioides Penz.

Page 11: Təsnifatda yeri:

Patogenin morfologiya və biologiyası. Xəstəlik üst yarpaqlardan başlayır və bitkinin soluxması ilə meydana çıxır. Belə bitkilər torpaqdan asanlıqla çıxır, onların kökləri dağılmış vəziyyətdə olur, burada toxumaya yüklənmiş kiçik sklerosiyalar görünür. Bəzən gövdə və meyvələrdə qonur yastıcıqlar (lojalar) da müşahidə edilir. Xəstəliyi törədən göbələk inkişaf tsiklində uzun qara tüklü konidial loja əmələ gətirir. Konididaşıyanlar birhüceyrəli, demək olar ki, rəngsiz və ya qonurtəhər, konidilər uzunsov-silindrik, əyilmiş uclu, ölçüləri 15-22 x 3-6 mkm-dir. Göbələk kartofu da yoluxur. Torpaqda sklerosiya halında qışlayır.

Antraknoz bibərin bütün yerüstü orqanlarını böyümə mərhələsindən asılı olmayaraq yoluxur. Toxmacarların yoluxması filqə yarpaqlarla məhdudlaşa bilir, bu zaman infeksiya uzaq məsafələrə yayıla bilmir. Yarpaq və gövdələrdə nekrozlu ləkələr əmələ gəlir, burada da ləkənin rəngi bozdan qəhvəyiyə qədər dəyişə bilir. Yüksək iqtisadi itkilərlə səciyyə olunan forma meyvələrin sirayətlənməsidir. Meyvələrdə xəstəliyin simptomları su ilə zəngin hissələrdə baş verir və meyvə tədricən sarıyabənzər qəhvəyi və ya qəhvəyi rəng alır. Meyvə üzərində meydana çıxan zədələr kiçikdir, həlqəvidir, belə zədələr birləşir və meyvə toxumasının əhə-miyyətli bir hissəsini tutur. Rütubətli hava zamanı meyvələrin üzərində çəhrayı, narıncı çəhrayı və narıncı rəngli spor kütləsi yerləşir. Göbələyin növündən asılı olaraq yoluxmuş sahədə qara və ya qəhvəyi sapabənzər strukturlar fərqlənirlər. Antraknozla həm yetişməmiş yaşıl, həm də yetişmiş bibər meyvələri yoluxurlar.

Page 12: Təsnifatda yeri:
Page 13: Təsnifatda yeri:
Page 14: Təsnifatda yeri:
Page 15: Təsnifatda yeri:
Page 16: Təsnifatda yeri:
Page 17: Təsnifatda yeri:
Page 18: Təsnifatda yeri:
Page 19: Təsnifatda yeri:

ANTRAKNOZUN YAYILMASI

AZƏRBAYCAN

TÜRKİYƏ

İRAN

GÜRCÜSTANMOLDOVA

UKRAYNA

ŞƏRQİ AVROPA

ÖLKƏLƏRİ

Page 20: Təsnifatda yeri:

• OPTİMAL TEMPERATUR 16-20º C

• HAVANIN NİSBİ RÜTUBƏTİ 70-80%

• RÜTUBƏTLİ GÜNLƏRİN ÇOXLUĞU

• İNKUBASİYA MÜDDƏTİ 5-7 GÜN

POMİDOR

• OPTİMAL TEMPERATUR 20-27º C

• HAVANIN NİSBİ RÜTUBƏ 90%-ə

YAXIN

• DUMAN, SƏHƏR ŞEHİ XƏSTƏLİYİ

İNTENSİVLƏŞDİRİR

BADIMCAN VƏ BİBƏR

PATOGENLƏRİN EKOLOGİYASI

Page 21: Təsnifatda yeri:

• Növbəli əkin• Sağlam toxum materialı• Davamlı sort• Bitki qalıqlarının məhv edilməsi• Parnik və istixanaların dezinfeksiyası

YÜKSƏK AQROTEXNİKA

• Bunker (60 qr/l tebukonazol)• Vial (60 qr/l dinikamazol M+60 qr/l tiabenazol)• Vitaros (198 qr/l karboksin +198 q/l tiram)• TMTD (400 qr/l tiram)

TOXUMLARIN DƏRMANLANMASI

• Bakır WP (4,0 kq/ha)• Dikotan M -45 (4,0 kq/ha)• Ridozeb (5,0 kq/ha)• Ridomil MS (2,0 kq/ha)

VEGETASİYA ÇİLƏMƏLƏRİ

Page 22: Təsnifatda yeri:

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota

şöbəsi, Euascomycetes sinfi, Erysiphales

sırası, Erysiphaceae fəsiləsi, Erysiphe və

Leveillula cinsləri

Bioloji qrupu:

Biotrof

Pomidorun unlu şehi- Erysiphe communis (Wallr.) f. solani lycopersici Jacz., Leveillula

taurica (Lev.) G.Arnaud.

Page 23: Təsnifatda yeri:
Page 24: Təsnifatda yeri:

Patogenin morfologiya və biologiyası. Bitkilər onların inkişa-

fının istənilən fazasında-birinci yarpaqlardan meyvəvermə fazasına

qədər yoluxur. Xəstəlik yarpaqların üst səthində və gövdədə spor

mərhələsindən ibarət ağ örtük şəklində meydana çıxır. Örtük

müəyyən zaman müddətində qonur rəng alır. Sirayətlənmiş

yarpaqlar saralır və ölüşgəyir. Bitkilərin vegetasiya dövrü unlu şeh

konidilərin köməyi ilə yayılır. Erysiphe communis f. solani

lycopersici göbələ-yinin konidiləri sadə qısa, uzunluğu 100-300

mkm olan konidida-şıyanlarda əmələ gəlir. Konidilər, oval, rəngsiz,

ölçüləri 36,6 x 20,2 mkm tək-tək və ya qısa zəncirdə yerləşir.

Göbələyin kleystotesiləri 65-180 mkm diametrli, boşqabşəkilli,

müxtəlif forma və çıxıntılıdır. Onlarda kisələr formalaşırlar:

yumurtayaoxşar, həlqəvi, ölçüləri 46-72 x 30-45 mkm, hər bir kisədə

3-6 elliptik kisəsporlar (ölçüləri 19-35 x 9-14 mkm) vardır.

Page 25: Təsnifatda yeri:

Yayılması. Pomidorda unlu şeh xəstəliyi ilk dəfə 1988-ci ildə keçmiş SSRİ-nin Qərb hissəsində örtülü qruntda qeydə alınmışdır. Sonra xəstəlik Latviyada müşahidə edilmişdir. Ukraynada unlu şeh açıq şəraitdə becərilən pomidor bitkilərində aşkar edilmişdir (Qelyuta və başqaları, 1994). Leveillula taurica göbələyi tərəfindən törədilən unlu şeh ilk dəfə 1957-ci ildə Qaza-xıstanda, 1966-cı ildən başlayaraq isə Krasnodar diyarında tarla şəraitində rast gəlinməyə başlamışdır. Bu diyarda xəstəliyin inkişafı nəticəsində məhsul itkisi 50%-ə çatır. Xəstəliyə Azərbaycanda da rast gəlinir.

Ekologiyası. Patogenlər geniş temperatur (18-280C) və havanın nisbi rütu-bəti şəraitində inkişaf edirlər. Tez-tez az yağan yay yağışları xəstəliyin inki-şafını sürətləndirir.

Təsərrüfat əhəmiyyəti. Ədəbiyyat məlumatlarına görə xəstəliyin nəti-cəsində yarpaq səthinin assimilyasiyası azalır, nəticədə pomidor məhsulu 40-50%-ə qədər azalır.

Mübarizə tədbirləri. Bitki qalıqlarının məhv edilməsi, növbəli əkində bitkilərin növbələşməsi, yüksək aqrotexnika önəmlidir. Lakin vegetasiya dövrü xəstəliyin ilkin simptomları göründükdə fungisidlərlə çiləmələr aparıla bilər. Ölkənin həm istixana, həm də açıq şəraitdə becərilən pomidor əkinlərində unlu şehin inkişafı iqtisadi əhəmiyyət kəsb etmir.

Page 26: Təsnifatda yeri:

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota

şöbəsi, Euascomycetes sinfi,

Erysiphales sırası, Erysiphaceae

fəsiləsi, Leveillula cinsi

Bioloji qrupu:

Biotrof

Badımcan və bibərin unlu şehi – Leveillula taurica Am.

Page 27: Təsnifatda yeri:
Page 28: Təsnifatda yeri:
Page 29: Təsnifatda yeri:
Page 30: Təsnifatda yeri:

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Coelomycetes sinfi,

Sphaeropsidales sırası, Sphaeropsidaceae

fəsiləsi, Septoria cinsi.

Bioloji qrupu:

Hemibiotrof

Pomidorun ağ ləkəliyi və ya septoriozu – Septoria lycopersici Speg.

Page 31: Təsnifatda yeri:
Page 32: Təsnifatda yeri:
Page 33: Təsnifatda yeri: