bextiyartuncay.files.wordpress.com€¦  · web viewƏhməd davudoğlunun istefa etməsindən...

35
Bəxtiyar Tuncay “YENİ OSMANLIÇILIQ” LAYİHƏSİ, ƏRƏB BAHARI VƏ “ŞAMDA ÇIXAN FİTNƏ” (“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça) Türkiyənin “Yeni Osmanlıçılıq” layihəsi və Türk-İslam Xilafətinin bərpası planı Türkiyədə AKP-nin (Ədalət və Qalxınma Partiyas) hakimiyyətə gəlişindən Türkiyənin inanılmaz bir dəyişikliklər və inkişaf dövrünə qədəm qoyduğu çoxlarının gördüyü və etiraf etdiyi bir həqiqətdir. 14 avqus 2001-ci il tarixində qurulan və mühafizəkar baxışları ilə fərqlənən bu təşkilatın Nizamnaməsinə görə, rəsmi qısa adı "AK Parti", simvolu isə narıncı və qara rənglərlə işlənmi elektrik lampasıdır. Parlament seçkilərinə qatılandan sonra daim ən çox millət vəkili sayına sahib olmuş, bütün seçkilərdən daim zəfərlə çıxması ilə bütün dünyanın diqqətlərini öz üzərinə çəkməyi bacarmışdır. Onun qurucularının və liderlərinin əksəriyyəti, o cümlədən partyanın başqanı

Upload: others

Post on 24-Sep-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

Bəxtiyar Tuncay

“YENİ OSMANLIÇILIQ” LAYİHƏSİ, ƏRƏB BAHARI VƏ “ŞAMDA ÇIXAN FİTNƏ”

(“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça)

Türkiyənin “Yeni Osmanlıçılıq” layihəsi və Türk-İslam Xilafətinin bərpası planı

Türkiyədə AKP-nin (Ədalət və Qalxınma Partiyas) hakimiyyətə gəlişindən Türkiyənin inanılmaz bir dəyişikliklər və inkişaf dövrünə qədəm qoyduğu çoxlarının gördüyü və etiraf etdiyi bir həqiqətdir. 14 avqus 2001-ci il tarixində qurulan və mühafizəkar baxışları ilə fərqlənən bu təşkilatın Nizamnaməsinə görə, rəsmi qısa adı  "AK Parti", simvolu isə narıncı və qara rənglərlə işlənmi elektrik lampasıdır. Parlament seçkilərinə qatılandan sonra daim ən çox millət vəkili sayına sahib olmuş, bütün seçkilərdən daim zəfərlə çıxması ilə bütün dünyanın diqqətlərini öz üzərinə çəkməyi bacarmışdır. Onun qurucularının və liderlərinin əksəriyyəti, o cümlədən partyanın başqanı Rəcəb Tayyib Ərdoğan keçmiş Fəzilət Partiaysının üzvləri və ya dəstəkçilərindən təşkil olunmuşdur. Bu şəxslər Fəzilət Partiyası qapadılmasından sonra onun yerində qurulan İslam dəyərlərini üstün tutan Səadət Partiyasına daxil olmaq istəməmiş və yeni bir partiya  qurmaq qərarına gəlmiş və bunu gerçəkləşdirmişlər.

AKP qurulduğu gündən bəri iştirak etdiyi bütün seçkilərin hamısında birinci olmuş və qatıldığı altı seçkinin beşində (2002, 2007, 2011, noyabr 2015, 2018) tək başına iqtidar olmuşdur. Partiyanın 2001-ci ildən etibarən baş katibi vəzifəsini sürdürən Ərdoğanın, 2014 – cü ildə Türkiyə Prezidenti seçilməsindən və bu vəzifəyə keçmiş Xarici İşlər naziri Əhməd Davudoğlunun gətirilməsindən sonra təşkilat yeni başqanın, yəni Davudoğlu liderliyində iştirak etdiyi iyun 2015

Page 2: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

seçkilərində tarixindəki ən böyük səs itkisi ilə üzləşdi, bununla belə, səslərin 49.5 %-ini qazanaraq yenə də birinci oldu, 2015-ci ilin noyabrında keçirilən təkrar seçkilərdə isə 2011- ci ildən sonra ən yüksək nəticə göstərərək, 317 millət vəkili yeri əldə etdi və Türkiyə Böyük Millət Məclisində tək başına iqtidar ola biləcək saya nail oldu..

Əhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi və o, 24 may 2016-cı il tarixində 65-ci Türkiyə hökumətini quraraq baş nazir oldu.

Dünya mediasında AKP-dən daha çox İslamçı bir partiya kimi tanıdılmaqdadır. Bu mövqedən çıxış edənlər fikirlərini əsaslandırmaq üçün əsasən aşağıdakı arqumentlərdən çıxış edirlər:

1. AKP İslamçı Fəzilət Partiyasının “bətnindən doğulub” və seçicilərinin əksəriyyəti mühafizəkar kəsimdir.

2. AKP liderləri çıxış və müsahibələrində Qurandan sıx-sıx sitatlar gətirir, İslam dünyasının problemlərini, ilk növbədə də Fələstin xalqının sıxıntılarını tez-tez dilə gətirilər ki, əvvəlki hakimiyyətlər dövründə belə bir şey müşahidə edilməmişdir.

3. AKP-nin kamalist partiyaların hakimiyyətləri dövründə hüquqları tapdanılan dindar kəsimin, xüsusəndə universitetlərdə təhsil alması, dövlət idarələrində işləməsi, seçkilərdə öz namizədliklərini irəli sürməsi yasaq olan hicablı qadınların hüquqlarını bərpa etmmiş və onların Türkiyədə digər digər kəsimlərlə eyni hüquqlara sahib olmasını təmin etmişdir s.

AKP rəhbərliyi onları  İslamçı bir partiya kimi tanıdılmasına daim etiraz etmişdir. Deyilənlərə aydınlıq gətirən AKP-nin başqan yardımcısı Hüseyn Çelik:  "Batı basınında, AK Parti yönetimi isimlendirilirken, bazen maalesef 'İslamcı', 'Ilımlı İslamcı' ve bunun gibi bir dil kullanılmakta. Bu tanımlamalar gerçeği yansıtmamakta ve bizi üzmektedir. AK Parti muhafazakâr demokrat bir partidir. AK Parti'nin muhafazakârlığı ahlaki ve sosyal konular ile sınırlıdır" - demişdir.

Ərdoğan 2001-ci ildə “AK Parti’ye İslamcı parti yakıştırması hem İslam'a saygısızlıktır hem de partimize saygısızlıktır” demiş,[27] 2005 yılında yapılan başka

Page 3: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

bir konuşmada "Biz İslamcı bir parti değiliz ve aynı zamanda “Müslüman-demokrat” gibi etiketleri de kabul etmiyoruz" – deyə söyləmişdir. O, AKP-nin gündəminin "muhafazakâr demokrasi" olduğunu bildirmiş, 2006-cı ildə söylədiyi başqa bir nitqində isə “Biz din eksenli bir parti değiliz. Biz laik, demokratik, sosyal bir hukuk devletinin mensubuyuz ve bütün çalışmalarımızı bu çerçeve içerisinde yürütüyoruz. Bireysel olarak durumumu sorarsan dindar olmaya çalışan bir Müslümanım, ama bunun derecesini takdir etme yetkim yok" - deyə bəyan etmişdir.

Partiyanın yanvar 2016-cı il Nizamnaməsinin 129-cu səhifəsində və partiya programının 2-ci maddəsində belə deyilməkdədir: "Partimiz, dini insanlığın en önemli kurumlarından biri, laikliği ise demokrasinin vazgeçilmez şartı, din ve vicdan hürriyetinin teminatı olarak görür. Laikliğin, din düşmanlığı şeklinde yorumlanmasına ve örselenmesine karşıdır. Esasen laiklik her türlü din ve inanç mensuplarının ibadetlerini rahatça icra etmelerini, dini kanaatlerini açıklayıp bu doğrultuda yaşamalarını ancak inançsız insanların da hayatlarını tanzim etmelerini sağlar. Bu bakımdan laiklik, özgürlük ve toplumsal barış ilkesidir".

Bununla belə, Türkiyə Parlamentinin başqanı İsmail Qəhrəmanın 2016-cı ilin aprelində İslam Ölkələri Akademklər və Yazarlar Birliyi tərəfindən təşkil edilən “Yeni Türkiyə və Yeni Anayasa” adlı Konfransda  "Yeni anayasada Laiklik maddesi olmamalı, dindar bir anayasa olmalı" dediyi, bu bəyanatının kamalistlər tərəfindən şiddətli tənqidlərə məruz qaldığı, daha sonra yanlış anlaşıldığını söylədiyi də təkzibolunmaz faktdır. Qeyd edək ki, bu tənqidlərdən sonra Prezident Rəcəb Tayib Ərdoğanın belə dediyi bilinməkdədir:  ...Benim düşüncem AK Parti’yi kurduğum dönemden itibaren belli. Laiklikle ilgili düşüncemizin ne olduğu, kurucusu olduğum AK Parti’nin programında kayıtlı. Kaldı ki İsmail Bey de AK Parti’nin mensubu olarak Parlamento Başkanı seçildi. Bu da onun, AK Parti programında belirtilenleri kabul ederek oraya gelmiş olduğunu gösterir. Ama ne yapmış? Yeni hazırlanmakta olan anayasa ile ilgili bir bilimsel toplantıda kendine göre, dünyadan bazı örnekler vererek bazı şahsi kanaatlerini paylaşmış. Ben bu konudaki görüşümü, Mısır’da Kahire’de o dev opera

Page 4: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

binasındaki konuşmamda da söyledim. Laikliğin, devletin tüm farklı inanç grupları için bir güvence olduğunu, bütün farklı inanç gruplarına eşit mesafede durması olduğunu anlattım. Hatta o zaman, şimdi hapiste olan Müslüman Kardeşler yetkilisi Muhammed Bedii, “Bu dediğiniz nasıl bir şey” diyerek şaşkınlığını dile getirmişti. Kendisine anlatınca, ‘Böyle olduktan sonra ben de bunu tasvip ediyorum’ demişti. Laikliği, ladinilik, din karşıtlığı gibi sunar ya da uygularsanız, elbette itirazlarla karşılaşırsınız. Oysa laiklik, devletin, tüm inançlara, ateistler dahil tüm gruplara eşit mesafede olması; tüm inanç gruplarının devletin güvencesi altında olmasıdır...".

Daha bir fakt ondan ibarətdir ki, AKP-nin bu mövzuya yanaşması fərqli zamanlarda qızğın diskussiyalar mövzusuna çevrilmiş, hətta partiya kamalistlər tərəfindən "Laikliyə əks fəaliyyətlərin məkanı durumuna gəldiyi" ittihamı ilə 2008-ci ildə qapatma istəyi istəyi ilə məhkəməyə verilmiş, lakin məhkəmə iddianın əsassız olduğunu təsbit etmişdir.

Deyilənlərə Prezidentin hərbi məsələlə üzrə keçmiş müşaviri Tanrıverdinin “Biz Mehdinin (ə) gəlişinə hazırlaşmalı və buna zəmin hazırlamalıyıq” dediyini də əlavə etmək lazımdır. Doğrudur o, bu açıqlamasından və Ümumdünya İslam dövlətinin Proqram və Nizamnaməsi üzərində işlədiyinin məlum olmasından sonra təşkilatı zərbə altında qoymamaq üçün onun sıralarını tərk etmək məcburiyyətində qalmışdır, amma bu işin mahiyyətini dəyişmir.

Bir çoxları bu fikirdədir ki, Türkiyənin mövcud Konstitusiyası İslami siyasi görüşləri açıq şəkildə ifadə etməyi qadağan etdiyindən AKP əsil hədəf və məqsədlərini gizlətmək məcburiyyətindədir və onun izləməkdə olduğu Yeni Osmanlıçılıq siyasətinin son məqsədi 1924-cü ildə kamalistlər tərəfindən ləğv edilmiş Xilafəti (Türk-İslam Xilafətini) yenidən bərpa etməkdir.

Qeyd edək ki, Yeni Osmanlıcılıq Türkiyənin Osmanlı dövlətinin, başqa sözlə, Türk-İslam Xilafətinin dini, mədəni və siyasi mirasına sahiblənməyin vacibliyini önə sürən ideoloji-siyasi baxışlar sistemidir. Belə hesab edilir ki, bu ideoloji-siyasi

Page 5: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

baxışlar sisteminin əsasında Türkiyənin 1974-cü ildə Kiprin şimalını yunan işğalından azad etməsindən və adada yaşayan türkləri soyqırımdan xilas etməsindən sonra yunanların ortaya atmış olduqları nəzəriyyə durmaqdadır. Amma bu, yanlış fikirdir. Çünki sözügedən ideoloji-siyasi nəzəriyyənin banisi AKP-nin qurucularından biri olmuş əski Xarici İşlər naziri Əhməd Davudoğludur və o bu barədə fikirlərini “Strateji dərinlik” adlı kitabında ortaya qoymuşdur. Davudoğlu həmin kitabında Yeni Osmanlıcılığı Turgut Özalıın xarici siyasəti ilə əlaqələndirmiş və onun siyasi xəttindən diplomatik bir yenilik kimi bəhs etmişdir.

Kitabın müəllifi İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını misal çəkərək, Türkiyənin də Osmanlı Millətlər Birliyini qura biləcəyini önə sürmüşdür. O, 25 aprel 2011-ci il tarixində fikrini daha da inkişaf etdirərək, Çanaqalada “Bizden koparılan dünya, bizimle tekrar bütünleşsin. Türkiye önümüzdeki 12 yıl içinde cihan devleti olacaktır” deyə açıklama vermiş, Osmanlıdan qoparılan topraqların yeniden sülh və hüzura qovuşmalarını istədiyini söyləmişdir. 

Lakin bu fikrə həm ölkə içində, həm də ölkənin xaricində şiddətlə qarşı çıxanlar var. Məsələn, Türkiyənin tanınmış kamalist tarixçilərindən İlbər Ortaylı “Milliyyət” qəzetində dərc etdirdiyi bir məqaləsində bəzi ölkələrdə Türkiyənin ifrat şəkildə “Neo-Osmanlı” diye tanıdıllmasının normal olduğunu, amma Türkiyənin imperatorluq xülyaları qura biləcək durumda olmadığını yazmışdır.

Onun bu fikirləri əliqanlı Suriya diktatoru Bəşər Əsədin fikirləri ilə tam üst-üstə düşür. Belə ki, Suriya diktatoru "Türkiyədə bəziləri hələ Osmanlı İmperatorluğunu yenidən qurmaq xəyalındadır... Türk liderlər bu xəyalın qeyri-mümkün olduğunu bilirlər və bu üzdən dini agentləri olan partiyaları istismar edərək, Ərəb dünyasındakı təsirlərini artırmaq istəyirlər" – deyə bəyan etmişdir.

Fakt isə budur ki, Yeni Osmanlıçılıq siyasəti Türkiyənin I Dünya savaşından sonra itirilmiş nüfuz və qüdrətin qaytarılmasına xidmət edir. Unutmayaq ki, bugünkü ərəb ölkələrinin hamısı əski Osmanlı torpaqlarıdır və daim İslam Xilafətinin ərazisi olmuşlar. XVI əsrdə Xilafətin sükanı Osmanlılara keçdikdən və Osmanlı Xilafət dövlətinə çevrildikdən sonra bütün bu ərazilərdə yaşayan

Page 6: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

müsəlman xalqlar həm də xəlifə olan Osmanlı sultanlarını öz dini liderləri kimi görmüşlər.

İstəsək də, istəməsək də bu gün təkcə Yaxın və Orta Şərq bölgəsində deyil, bütün dünyada yenidən böyük gücə çevrilməkdə olan Türk və İslam faktorunu diqqətə almamaq mümkün deyil. Və imperialist güclər onu nəzərə alır və başa düşürlər ki, yerli xalqların müqaviməti qırılmadan bölgəni yeni nüfuz dairələrinə bölmək mümkün olmayacaqdır. Bu səbəbdən də yenidən İslam dünyasının lideri ola bailmək potensialına sahib olan Türkiyənin güclənməsini, içinə qapılmış vəziyyətdən çıxmasını, xaricə açılmasını qətiyyən istəmirlər.

Məsələnin başqa bir tərəfi də var. İş burasındadır ki, Türkiyə və AKP İslam dünyasında çox populyardır və hazırda ən çox sevilən və rəğbət bəslənən qüvvə kimi çıxış edir. Üstəlik də Türkiyə Böyük Millət Məclisi imperialist güclərin təkid və təzyiqi ilə 1924-cü ildə Xilafətin ləğv oluması barədə qərar qəbul edəndə, qərara qarşı olan millət vəkilləri ona bir bənd salmağa müvəffəq olmuşdular. Həmin bənddə deyilir ki, gələcəkdə Xilafət bərpa olunacaqsa, bu, müstəsna olaraq Türkiyənin hüququdur. Yəni Türkiyə Xilafəti, başqa sözlə, Türk-İslam Xilafətini bərpa etmək hüququna sahib olan yeganə dövlətdir.

Türkiyənin xeyrinə olan daha iki faktoru da unutmamalıyıq. Əvvəla qeyd edək ki, tarixən İslam Xilafətinin 4 uzunmüddətli paytaxtı olub: Şam (Dəməşq, Əməvilər dövrü), Bağdad, Qahirə (Abbasilər dövrü) və İstanbul (Osmanlılar dövrü). Bu gün İraq, Suriya və Misirin nə gündə olduğunu bilirik. Türkiyə isə güclü, demokratik dövlətdir və orada sabitlik hökm sürür. Üstəlik də Peyğəmbərimizin (s) Müqəddəs Əmanətləri bu şəhərdə (Topqapı sarayında) qorunmaqdadır.

Ərəb Baharı və “Şamda çıxan Fitnə”

Ərəb Baharı ( الثورات العربية // əl-Təvrət əl-ʻƏrəbiyyəh) 2010-cu ildə Ərəb dünyasında başlayan və günümüzədək davam edən xalq hərəkatlarına verilən ortaq addır.

Page 7: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

2002-ci ildə Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən, ardınca da İslamla demokratiyanın bir arada yaşamasının mümkünsüzlüyü barədə illərdən bəri Qərb imperializminin müsəlman ölkələrində təbliğ etdiyi fikirlərin alt-üst olmasından sonra Ərəb dünyasında ictimai şüurlarda baş verən inqilabın nəticəsi kimi ortaya çıxan və daha çox İslami-demokratik mahiyyət daşıyan bu möhtəşəm hərəkatın əsas hədəfi Osmanlı dövlətinin çöküşündən sonra Qərb imperialistlərinin, ilk növbədə də ingilis və fransızların keçmiş Osmanlı dövlətinin parçaları olan ərəb ölkələrində qurduqları diktatura rejimlərini yıxaraq, İslami dəyərlərə əsaslanan demokratik cəmiyyət qurmaq idi və bu hədəf dəyişməmiş qalmaqdadır.

Ərəb xalqının demokratiya, azadlıq və insan haqları istəyindən qaynaqlanan Ərəb Baharının ortaya çıxmasında İnternetin və sosial şəbəkələrin rolu heç də az olmamışdır. Əsasən dinc bir hərəkat kimi başlayan Ərəb Baharı ayrı-ayrı ölkələrdəki diktatorların öz hakimiyyətini qorumaq məqsədilə xalqa qarşı silah tətbiq etməsindən sonra silahlı hərəkata çevrilmişdir. Dinc hərəkatların sonradan silahlı xarakter almasının başqa bir səbəbi də həmin ölkələrə xarici dövlətlərin hərbi müdaxiləsi idi. Elə bu səbəbdən də bir çox ölkədə hərəkat silahlı Milli Azadlıq hərəkatı forması almağa başladı.

Xalq hərəkatı nəticəsində bəzi ərəb ölkələrində diktatura rejimlərini yıxmaq mümkün olmuşdur.

Tunis, Misir, Liviya, Suriya, Bəhreyn, Əlcəzair, İordaniya və yəməndə geniş miqyas alan Ərəb Baharı Mavritaniya, Səudiyyə Ərəbistanı, Oman, İraq, Livan və Mərakeşdə kiçik etiraz aksiyalarından o yana keçə bilməmişdir. Bununla belə, indiyə qədər Ərəb dünyasında heç vaxt bu böyüklükdə və möhtəşəmlikdə hərakət görünməmişdir.

Hərəkatın yaranmasını zəruri edən bir başqa önəmli səbəb təbii sərvətləri imperialist ölkələr və onların əlaltıları rolunda çıxış edən yerli kral, şeyx və diktatorlar tərəfindən sömürülən ərəb ölkələrində yaşayan xalqların işsizlik,

Page 8: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

kasıblıq, gəlirlərin qeyri-ədalətli bölünməsi, korrupsiya, rüşvət, məmur özbaşınalığı problemləri ilə üz-üzə qalması, buna etiraz etmək və fikrini azad şəkildə ifadə emək hüququndan məhrum edilməsi , eləcə də azad seçkilərin keçirilməməsidir. Bir sözlə, Qərb imperializminin üçüncü dünya ölkələrində tətbiq etdiyi ənənəvi modeldir.

Etirazlar ilk olaraq 18 dekabr 2010-cu il tarixində Tunisdə başladı. Daha sonra Misir, Yəmən, Cəzair və İordaniyaya sıçradı. İlk ayaqlanmalar Tunis və Misirdə uğurla nəticələndi, 23 ildən bəri hakimiyyətdə olan Zeyn əl-Abidin bin Əli və 30 il hakimiyyət sürən Hüsnü Mübarək xalqın təzyiqinə tab gətirməyərək, istefa verməyə məcbur oldular. Bundan sonra hərəkat “domino effekti” ilə Orta Şərq və Şimali Afrika ölkələrinə, ardınca da ərəb olmayan İran, Albaniya və hətta müsəlman olmayan Ermənistana yayıldı.

2010-2011-ci illəri əhatə edən və tarixə adı “Yasəmən inqilabı” kimi düşən inqilabın baş verdiyi Tunis sənayesi zəif inkişaf etmiş aqrar bir ölkə idi. Bununla belə, onun iqtisadi göstəriciləri Quzey Afrikanın digər qonşu ölkələri ilə müqayisədə çox da pis deyildi. Orta sinif inkişaf etmişdi, bunun da sayəsində əhalinin kasıblıq həddindən aşağı səviyədə yaşayan hissəsinin sayı önəmli dərəcədə azalmışdı. İşsizliyin səviyyəsinin endirilməsində də bəzi uğurlar müşahidə edilirdi. 2004-cü ildən 2009-cu ilə qədər olan müddət ərzində ölkənin adam başına düşən gəliri 3, 5 min dinardan (2,7 min $) 5 min dinara (3,9 min $) qədər yüksəlmişdi. Ümumi Daxili Məhsulun (ÜDM) 20 faizi sosial ehtiyaclara yönləndirilməkdəydi. Əgər kasıblıq həddi 1984-cü ildə adam başıma 2 dinar idisə və əhalinin 20 faizi onun altında yaşayırdısa, artıq 2005-ci ildə bu göstərici 6 faizə, 2010-cu ildə isə 3,8 faizə enmişdi. Əhalinin 80 faizi ev, 21 faizi avtomobil sahibi idi. Kəndlərin 80 faizi elektrikləşdirilmiş, 70 faizi içməli su ilə təmin edilmişdir. Orta sinif əhalinin 60 faizini təşkil edir və ümumi istehlakın 83 faizi məhz bu sinifə aid idi. Varlı təbəqə ilə Kasıb təbəqə arasında fəqr çox da böyük deyildi və təqribən 1-in 2-yə nisbəti kimi idi.

Page 9: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

Bütün bu göstəricilərə baxmayaraq, işsizlik problemini həll etmək mümkün olmurdu. 2010-cu ildə işsizlər ölkə əhalisinin 13-14 faizini təşkil edirdi. Onların da yarıdan çoxu gənclər və ali məktəb məzunları idilər. İnqilabın əsas hərəkətverici qüvvəsi də məhz onlar, yəni 19-25 yaş arasında olan gənclər oldular.

İnqilab ərəfəsində ölkədə bütün hakimiyyət və iqtisadi sərvət, əksər müsəlman ölkələrində olduğu kimi, dövlət başçısı Zeyn əl-Abidin ibn Əli və arvadının mənsub olduqları klanların və onlara yaxın olan ailələrin əlində cəmlənmişdi. Bu da digər klan və ailələrin, eləcə də inkişaf etməkdə olan, fəqət özlərinə yeni iş sahələrini genşləndirə bilməyən sahibkarların narazılığına səbəb olmaqda idi. Bir sözlə, ölkədə İnqilabi şərait yaranmışdı. Millət bir qığılcıma bənd idi.

İnqilabın siyasi səbəbləri bir adamın və tək bir partiyanın 23 ilə yaxın bir müddətdə hakimiyyətdə olmasından daha çox, mövcud rejimin müxalifətin daim təzyiq və təqiblərə məruz qalması, söz azadlığının məhdudlaşdırılması idi. Bundan başqa, Tunis keçmiş Fransa müstəmləkəsi idi və ənənəvi Qərbpərəst siyasıt yeridirdi. Əhalisinin 98 faizinin ərəb və müsəlmanlardan ibarət olmasına baxmayaraq dini dəyərlər daim alçaldılır və süni surətdə aradan aparılmağa çalışılırdı.

İnqilabın başlamasına səbəb 2010-cu ilin 27 dekabrında kiçik meyvə-tərəvəz satıcısı olan Mühəmməd Buazizinin Sidi-Buzid vilayətində polislər tərəfindən incidilməsinə etiraz əlaməti olaraq, özünə nümayəşkarcasına od vurması oldu.

Hadisələrin xronikası:24 dekabr. İntiharın baş verdiyi Mənzil Buzayen şəhərciyində xalq korrupsiya,

işsizlik və məmur özbaşınalığına etiraz etmək məqsədilə ayağa qalxdı. Qəzəbli kütlə hakim partiyanın qərərgahına və milli qvardiyanın mənzil-qərargahına hücuma keçdi, yerli vağzalı ələ keçirdi. Polisin şiddət göstərməsinə gənclər Molotov kokteylləri ilə cavab verməyə başladı, üç polis maşını və şəhərciyə hərbiçiləri daşıyan bir qatarın lokomotivi atəşə verildi. Polislər kütlənin əlindən yerli məsciddə gizlənməyə məcbur oldu. Açılan atəş nəticəsində bir etirazçı həyatını itirdi.

27 dekabr. Tunis Həmkarlar İttifaqı paytaxtda manifestasiya təşkil etdilər və Mənzil Buzayendəki etirazçılarla həmrəy olduqlarını bəyan etdilər. Aksiyaya

Page 10: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

təqribən 1000 nəfər qatılmışdı və dinc xarakter daşıyırdı. Buna baxmayaraq polisin müdaxiləsi nəticəsində dağıdıldı. İştirakçılar vəhşicəsinə döyüldü.

3 yanvar. Tala şəhərində işsizliyə, məmur və polis özbaşınalığına etiraz olaraq tələbələrin kiçik mitinqi keçirildi. Təqribən 250 tələbənin iştirak etdiyi mitinq iştirakçılar polis tərəfindən amansızcasına döyülərək dağıdıldı. Buna cavab olaraq tələbələr şinlərə od vurdular və hakim partiyanın qərargahına hücuma keçdilər.

4 yanvar özün yandırmış Mühəmməd Buazizin xəstəxanada öldüyü xəbəri bütün ölkəni yasa bürüdü.

8-10 yanvar. Ölkənin qərbindəki Tala və Kaserin şəhərlərində xalq ayağa qalxdı. Polis 14 etiazçını güllələyərk öldürdü. Bu Ət-Tadhamin şərinin əhalisin də ayağa qalxmasına səbəb oldu. Vəziyyətin nəzarətdən çıxmağa başladığını görən Bin Əli Milli TV ilə çıxış edərək 2 il ərzində 300 min yeni iş yerinin açıldığını dedi. Müvəqqəti olaraq məktəb və unuversitelərin bağlanıldığını bəyan etdi.

12 yanvar. Baş nazir Mühəmməd Hannuşi Daxili İşlər naziri Rafiq Belhəccin işdən çıxarıldığını söylədi və etirazın başladığı gündən bəri tutuqlanmış bütün etirazçıların azad edilməsinə göstəriş verdi. Lakin bütün bunlar etirazçıları sakitləşdirmədi. Nəticədə etirazları boğmaq üçün şəhər və kəndlərə ordu hissələri yeriməyə başladı. Bu da bir işə yaramadı, bu dəfə ölkənin əsas turist şəhərlərindən olan Hammametdə də xalq ayağa qalxdı.

13 yavvar. Xalq bütün şəhərləedə küçə və meydanlara töküldü və ilk dəfə iqtisadi tələblərlə yanaşı, siyasi tələblərdə eşidilməyə başladı. Polis avtomobilləri, hərbi zirehli maşınlar və bəzi mülki obyektlər yandırıldı. Polis xalqı gülləbaran etməyə başladı.

14 yanvar. Zeyn əl-Abidin bin Əli ölkədən qaçdı.15 yanvar. Müxalifət ölkədə keçid hökumətinin yaradıldığını bəyan etdi.BMT-nin rəsmi məlumatlarına görə, Yasəmən İnqilabı zamanı Tunisdə 219

nəfər həyatını itirmiş, 510 nəfər yaralanmışdır.Bu hadisədən 10 gün sonra İnqilabi hərəkat Misirə sıçradı. 2011-ci ilin 25

yanvarənda başlayan, cəmi 17 gün sürən və Hüsnü Mabarəkin 30 illik

Page 11: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

hakimiyyətinə son verilməsi ilə başa çatan Misir inqilabının səbəblərindən söz açan analitiklər bu səbələr içində bir şəxsin və klanın 30 il fasiləsiz hakimiyətinin fəsadlarını, ilk növbədə də digər klanların öz siyasi və iqtisadi arzuların gerçəkləşdirə bilməməsini, işsizliyi, sosial müdafiəsizliyi və bəzi demoqrafik faktorları ön sıraya çıxarmaqdadırlar.

Belə hesab olunur ki, Tunisdə inqilabın qələbə ilə nəticələnməsi “domino effekti” yaradaraq Misir inqilabına təkan vermişdir. Tunisdə olduğu kimi, Misirdə də inqilabın alovlanmasına bir nəfərin özünün nümayişkarcasına yandırması səbəb olmuşdur. Öncə bir tələbə 17 yanvar 2011-ci ildə özünü Qahirədə, Parlament binası önündə yandırdı. Hadisə sosial şəbəkələr vasitəsilə bütün ölkəyə ildırım sürətilə yayıldı. Nöyütə ikinci alovu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş sədri, əslən Misirdən olan Mühəmməd əl-Bəradeyin müsahibəsi vurdu. O müsahibəsində Misirdəki vəziyyətin Tunisdəki vəziyyətə bənzədiyini, xalqın dəyişikliklər istədiyini söyləyərək, Hüsnü Mabarəkin xalq tərəfindən devrilə biləcəyini bildirdi. Əslində o bu fikrə daha öncə, hətta Tunis hadisələrindən də öncə düşmüşdü. Belə ki, 2010-cu ilin fevral ayında tutduğu vəzifəni tərk edərkən, Misir maxalif hərəkatı yaratdığını bəyan etmişdi. O, 2010-cu ilin dekabrında Misir xalqını ayağa qalxmağa və mövcud rejimi devirməyə çağırsa da, səsinə səs verən olmamışdı. Çünki ölkədə yetərincə nüfuza sahib deyildi. Üstəlik də xalq arasında “ABŞ agenti” kimi tanınmaqdayıdı.

İnqilab “Müsəlman Qardaşlar” Təşkilatının xalqı küçə və meydanlara axışmaq barədə çağırışı ilə yanvarın 25-də başladı. Paytaxt Qahirədə gənclər küçə və meydanlara axışaraq polislə daşlı-zopalı savaşa girişdi. Molotov kokteylləri ilə silahlanmış nümayaişçilər polis maşınlarını yandırmağa başladılar. Onlara döyüş patronları ilə cavab verildi.

İki gün sonra, yanvarın 27-də Vyanada Qahirəyə qayıdan Əl-Bəradey 28 yanvar mitinqində iştirak edərək, Hüsnü Mübarəkdən istefa verməsini tələb etdi. Yanvarın 30-da baş tutan növbəti mitinqdə o, artıq liberalların və islamçıların bir araya gəlməsilə yaradılan birləşmiş müxalifətin lideri qirmində çıxış etməkdə idi.

Page 12: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

Həmin gün Vadi-Natrun zindanında saxlanılan minlərlə dustaq gözətçilərin müqavimətini qıraraq azadlığa çıxdı və müxtəlif şəhər və kəndlərə dağılaraq yola çıxdılar. İşdən evə dönən Azərbaycan səfirliyinin bir əməkdaşı müəmmalı şəkildə öldü. Elə həmin gün Azərbaycan səfirliyinin bütün əməkdaşları Qahirədən Vətənə dönmək məcburiyyətində qaldı. ABŞ hökuməti öz vətəndaşlarına Misiri mümkün qədər təcili tərk etməyə çağırdı. Rusiya “Lukoil” və “Novatek” şirkətlərinin əməkdaşlarının ölkədən çıxartdı. Misir hökuməti Şarm əş-Şeyx kurort şəhərinə qoşun yeritdi.

31 yanvar. Yaponiyanın Xarici işlər Nazirliyi yapon turistlərn Misirdən Vətənə dönmələri üçün təyyarələr kirayələdiyini bəyan etdi. “Nissan” şirkəti istehsalatı bir həftəliyinə durdurdu. “Panasonic”, “Toyota” və “Hitachi” şirkətləri əməkdaşlarının Misirə planlaşdırılan ezamiyyətlərini təxirə saldı.

Qahirənin Əl-Əhzər universitetində təhsil alan başqırd tələbələr Başqırdıstan rəhbərliyindən onların Misirdən təhliyə edilməsin üçün yardım istədi.

Misir hökuməti İskəndəriyyə limanını bağlayır.1 fevral. Müxalifət Milli Cəbhədə birləşərək, Əhalini çərşənbə axşamı Təhrir

meydanında keçirilməsi nəzərdə tutlan “Milyonların marşı”na dəvət etdi. Həmin gün 200 mindən artıq insan mitinqə çıxdı və hərbiçilərin yaratdığı səddin ətrafında etiraz aksiyası keçirdi. Mitinqin fəalları “Xalq təhlükəsizliyi” dəstələri yaratmağa başladı. Vəziyyətin artıq nəzarətdən çıxmaq üzrə olduğunu görən Hüsnü Mübarək axşam xəlaq TV vasitəsilə müraciət edərək 2011-ci ilin payızında keçiriləcək Prezident seçkilərində iştirak etməyəcək, amma o vaxta qədər hakimiyyəti idarə edəcək.

2 fevral. Misirin Daxili İşlər Nazirliyi bəyanat yayaraq zindanlardan böyük əksəriyyəti “Müsəlman Qardaşlar” və “HƏMAS” təşkilatlarının üzvləri olan 20 000 dustağın qaçdığını bildirdi.

Qahirədə Mübarəkin tərəfdarıarı ilə əleyhidarları arasında armaturlardan və Molotov kokteyllərindən istifadə etməklə kütləvi dava-dalaş oldu. Tərəfləri ayıra

Page 13: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

bilməyən əskərlər çıxış yolunu göyə atəş açmaqda gördülər. Mübarikin tərəfdarları müxalifətə atlar və dəvələrlə hücuma keçdilər. Tərəflər qalxan kimi binaların divarlarından qırdıqları və ya dükanlardan aldıqları peyk antenalarından istifadə edirdilər.

Qahirədə Rusiya Radio-Televiziya Kimitəsinin xaricə yalan məlumatlar ötürməkdə ittiham edilən müxbiri Sergey Paşkov döyüldü.

Özünü müxalifətin lideri hesab edən, fəqət sözünə qulaq asılmadığını görən Mühəmməd əl Bəradey orduya müdaxilə etmək və Qahirələrin küçələrini savaşan tərəflərdən təmizləmək xahişi ilə müraciət edir.

4 fevral. Müxalifət Təhrir meydanına 1 milyon adam çıxarır. Mitinqə çıxanlar Hüsnü mübarəkin rədd olub getməsini tələb edir. Mitinqlər eyni zamanda İskəndəriyyə və Əl-Mənsur şəhərlərində də keçirilir və millət eyni tələblə çıxış edir.

10 fevral. TV ilə xalqa müraciət edən Hüsnü Mübarək öz səlahiyyətlərinin bir qismini vitse-prezident Ömər Süleymana ötürdüyünü bəyan etdi, fəqət istefaya getməkdən imtina etdi. O, prezidens əlahiyyətlərini növbəti seçkilərə qədər davam etdirməkdə qərarlı olduğunu təkrarladı. Konstitusiyaya dəyişikliklər etməyə söz verdi.

11 fevral. Hüsnü Mübarək istefa verdiyini bəyan etdi.Bu inqilabda qələbə Misir xalqına 846 nəfərin həyatını itirməsi hesabına başa

gəldi. Ərəb Baharının qələbə ilə nəticələndiyi növbəti ölkə Yəmən oldu. Tunis

inqilabından ilham alan Yəmən xalqı ilk mitinqini 2011-ci ilin yanvar ayının 22-də keçirdi və sonrakı hadisələr belə davam etdi:

27 yanvar. Paytaxtda yeni etiraz aksiyası keçirildi.2 fevral. Parlamentdə çıxış edən prezident Əli Abdullah Saleh növbəti

Prezident seçkilərində iştirak etməyəcəyini, hakimiyyəti oğluna və ya hər hansı bir yaxınına ötürmək fikrində olmadığını, Konstitusiyada prezidentlik müddətinin 2 il kimi təsbit edən maddəsinin dəyişdirilməsini istəmədiyini bəyan etdi.

3 favral. Müxalifətin elan etdiyi “Qəzəb günü” çağırışına 20 mindən artıq insan cavab verdi və onlar universitetin yaxınlığında toplaşdılar. Buna qarşılıq

Page 14: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

prezidentin də bir neçə yüz tərəfdarı Sananın mərkəzində yerləşən Təhrir meydanına yığışdılar. Ədəndə nümayişçilərlə polis arasında çatışma baş verdi.

17 fevral. Əli Abdullah Salehin istefası tələbi ilə çıxış edən xalq fasiləsiz mitinqlərinə davam edir. Polisin kütləyə atəş açması millətin qəzəbini daha da artırmışdı.

21 favral. Prezident müxalifətin tələbinə baxmayaraq, istefaya getməyəcəyini bəyan edir.

26 fevral. Ölkənin nüfuzlu iki qəbiləsi prezidenti dəstəkləməkdən imtina edərək, xalqın tərəfinə keçir.

28 fevral. Prezident müxalifətə “Birləşmiş hakimiyyət” təklifi ilə çıxış edir. Müxalifət bunun artıq geç olduğunu söyləyərək imtina edir və Əli Abdullah Salehin istefasını tələb edir.

4 mart. Iki nümayişçi öldürülür.8 mart. Polislə çatışmalarda 50 adam yaralanır.13-14 mart. Hərbçilər bütün şəhərlərdə nümayişçilərə atəş açır.18 mart. Xalq cümə namazından sonra məscidlərdən küçə və müydanlara

axışır. Tapança, bıçaq, xəncər və armaturlarla silahlanmış prezidentə bağlı “başkəsənlər” xalqa hücuma keçir, 52 adam qətlə yetirilir. Hakimiyyət baş verənlərə görə müxalifəti günahlandırır və indiyə qədər həyatını itirmiş 100 civarında insanın qanının müxalifətin üzərində olduğunu bəyan edir.

20 mart. Müxalifət şəhid olanları basdırdı və dəfn prosesi kütləvi etiraz aksiyasına çevrildi. İndiyə qədər rejimin 140 nəfəri qətlə yetirdiyi açıqlandı. Axşam prezident hökuməti istefaya göndərdiyini fəqət əski kabinənin yeni nazirlər təyin edilənə qədər vəzifələrinə davam edəcəklərini bəyan etdi. İki nazir, Yəmənin BMT-dəki nümayəndəsi və 23 deputata müxalifətə keçdiklərini bildirdilər.

21 mart. Bir neçə general, onlarla zabir və çox sayda qəbilə müxalifətin tərəfinə keçir. Onların hamısı prezidentdən istefa verməsini tələb edirlər. İstefa verəcəyi halda ona toxunulmayacağı barədə söz verirlər. Yəmənin 1 zirehli

Page 15: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

diviziyasının komandiri, general mayor Əli Mösün əl-Əhmar tabeçiliyində olan bütün zabitlər adından müxalifətə dəstək verdiklərini bəyan edir. O, prezidenti öz xalqının qanını tökməkdə ittiham edir. Onun bu bəyanatəna qarşılıq olaraq Müdafiə naziri generalı fərarilikdə suçlayır və prezidenti qoruyacaqlarını söyləyir.

28 mart. Müxalifətə dəstək verən Caardakı hərbi zavodda partlayış baş verir, onlarla insan ölür.

31 mart. Yəmən hökuməti beynəlxalq aləmdə müxalifəti Əl-Qaidə ilə bağlamaq üçün təbliğat kampaniyasına başlayır. Bu kampaniyanın ilk addımı kimi Yəmənin “Əl-Bavaba” İnformasiya Agentliyi Əl-Qaidənin Abyan əyalətini ələ keçirərək, həmin əyalətdə İslam əmirliyi elan etdiyi barədə xəbər yayır. “The New York Times” sözügedən əyalətdə İslamçıların hakimiyyəti gerçəkdən də ələ keçirdiklərini təsdiqləyir, fəqət onların Əl-Qaidə ilə hər hansı bir əlaqəsinin olmadığını bildirir. Əyaləti ələ keçirən müxalifətin başında özünü antikommunist-mücahid kimi tanıdan Tariq əl-Fədlinin durduğu, onun cənub bölgələrində separatist ideyaların müəllifi kimi tanına Sultan Fədlinin varisi olduğu məlum olur.

Aprel ayında İnqilabi hərəkatın mərkəzi Taizə keçir. Aprelin ortalarında Şeyx Sadiq əl-Əhmar prezidenti istefa verməyə, qan tökməkdən vaz keçməyə çağırır. Təqribən eyni dövrdə Prezident sarayının yaxınlığında xalqın tərəfinə keçən hərbiçilərlə dövlətə bağlı hərbi hissələrin əskərləri arasında atışma baş verir. Atışmada 5 nəfər ölür.

12 may. Hakimiyyətin tədricən itirməkdə olduğu nəzarəti yenidən ələ keçirmək cəhdi Abyan əyalətinin inzibati mərkəzi olan Zəncibərdə 2011-ci ilin 10 sentyabrına qədər davam edəcək silahlı qarşıdurmaya gətirib çıxartdı.

19 may. Hakim partiya və müxalifət arasında prezidentin 30 gün ərzində istefaya getməsini öngörən yazılı razılaşma əldə edildi və tərəflər həmin sənədin

Page 16: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

imzalnmasının mayın 22-də həyata keçirilməsi barədə razılıq əldə etdilər. Eyni gün Fars körfəzinin Ərəb ölkələrinin Əməkdaşlıq Şurası Əli Abdullah Salehi istefaya getməyə çağırdı. İstefa verəcəyi halda onun toxunulmazlığına zəmanət veriləcəyi bildirildi. ABŞ prezidenti Barak Obama da Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətə həsr edilmiş nitqində Əli Abdullah Salehi Əl-Qaidəyə qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi adlandırsa da, müxalifətlə əldə edilmiş razılaşmaya əməl etməli olduğunu bəyan etdi.

20 may. Əli Abdullah Saleh ölkədə növbədənkənar Prezident seçkiləri keçirmək və ölkədəki böhrana son qoymaq niyyətini açıqladı.

21 may. Buna qarşılıq olaraq Yəmən müxalifəti də öz arasında ABŞ və Avropa Birliyi ölkələri səfirlərinin iştirakı ilə hakimiyyətin ötürülməsi barədə sənəd imzaladı. Qərb hakimiyyətə radikal İslamçıların gələ bilmə ehtimalından bərk narahat idi, bu səbəbdən də liberal və mötədil İslamçılar arasında belə bir sənədin imzalanmasında maraqlı idi. Prezident bu hadisəni dövlət çevrilişi kimi dəyərləndirdi və bunun ölkənin nəzarətinin Əl-Qaidənin əlinə keçməsinə səbəb olacağını bəyan etdi.

22 may. Bu gün hakim partiya ilə müxalifət arasında 19 mayda əldə edilmiş razılaşmanın imzalanması gözlənirdi, fəqət Əli Abdullah Saleh sənədi imzalamaqdan imtina etdi. Körfəz ölkələrinin sənədi imzalaması üçün Salehə göstərdikləri təzyiq də nəticəsiz qaldı.

23-25 may. Ölkənin paytaxtı Sanada prezidentə sadiq hərbi birləşmələr və prezidentin mənsub olduğu Haşid qəbiləsi arasında silahlı qarşıdurma oldu. Hər şey hərbiçilərin sözügedən qəbilənin başçılarından biri Şeyx Sadiq əl-Əhmarın qərargahına hücuma keçməsilə başladı. Bu müxalifətə ölkədəki bir çox dövlət obyektini, o cümlədən Daxili İşlər Nazirliyinin binasını ələ keçirməyə əsas verdi. 3 gün davam edən qarşıdurmada 72 nəfər həyatını itirdi.

27 may. Yəmən ordusuna aid təyyarələr Yəmənin cənubundakı müxalif qüvvələrə zərbələr endirdilər.

Page 17: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

28 may. Prezidentin tərəfdarları ilə üsyan edən qəbilələr arasında sülh əldə edildi. BBC-nin yaydığı məlumata görə, silahlı qarşıdurmaların davam etdiyi 5 gün ərzində 124 adam öldü.

30-31 may. Taizdə baş verən etiraz aksiyalarının dağıdılması zamanı daha 50 adam həyatını itirdi. Buna paralel olaraq Zəncibarın da hökumət qüvvələri tərəfindən göydən bombardımanı davam edirdi. Nəticə də 13 dinc sakin də orada öldürüldü.

3 iyun. Prezident sarayının atəşə məruz qalması nəticəsində Saleh yaralanır. Onun yeddi mühafizəçisi ölür. Bu silahlı hücuma səbəb hökumət qüvvələrinin Şeyx Sadiq əl-Əhmarın qardaşı Həmid əl-Əhmarın evinə hücum etməsi olur.

30 iyun Yəmən höküməti 5 əyalət üzərində nəzarəti bütünlüklə itirdiklərini rəsmən etiraf edir.

23 sentyabr. Xaricdə tibbi müalicə alan Saleh ölkəyə qayıdır və bu da bütün şəhərlərdə yeni etiraz dalğası yaradır. Hər yerdə xalq Salehdən rədd olub getməsini tələb edir.

Bütün sentyabr və oktyabr ayları ərzində Taizdə hakimiyyətlə müxalifət arasında silahlı savaş gedir.

23 noyabr. Əli Abdullah Saleh Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində hakimiyyətin vitse-prezident Əbd Rəbbo Mənsura ötürülməsi barədə fərman imzalayır və rədmən istefa verdiyini bəyan edir.

Beləliklə, Tunus və Misirdə olduğu kimi, Yəməndə də inqilab qalib gəlir. Liviya və Suriyada isə İnqilabi proseslər vətəndaş müharibəsinə çevrilir. Səbəb də hər iki ölkədə diktatorların xoşluqla hakimiyyəti xalqa ötürmək istəməməsi və öz xalqına qarşı müharibə elan etməsi olur.

Ərəb Baharı Qərb imperializmini ciddi narahat etməkdə idi. Yaxın və Orta Şərqin, eləcə də Şimali Afrikanın onun nəzarətindən çıxması prosesi başlamışdı.

2011-ci ildə Liviyaya Fransa başda olmaqla Qərb ölkələrinin hərbi müdaxiləsi diktator Müəmmər Qəddafinin öldürülməsi ilə bitir və müxalifət Ümmmilli Razılıq Hökuməti qurur və bu hökumət BMT tərəfindən rəsmən tanınır. Bununla belə

Page 18: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

qəbilələr arasında silahlı qarşıdurmalar son bulmur. 2014-cü ildə keçmiş müdafiə naziri Xəlifə Həftərin ABŞ-dan Liviyaya qayıtması və BƏƏ və Misirdən hərbi yardım alaraq ölkənin ikinci böyük şəhəri və əsas liman şəhəri Benqazini ələ keçirməsi bugünə qədər davam etməkdəolan vətəndaş müharibəsinin başlamasına səbəb olur.

Misirdə ABŞ general Sisinin əli ilə dövlət çevrilişi edir və xalq tərəfindən seçilmiş qanuni prezident Sisis öldürülür. Yəməndə isə bölgədə ABŞ-ın yardımı ilə “Şiə hilalı” qurmağı planlaşdıran İran qarışır və yerli şiələri mövcud hakimiyyətə qarşı silahlı üsyana təhrik edir. Daha sonra üsyançıları sakitləşdirmək məqsədi ilə ölkəyə Səudiyyə Ərəbistanı və BƏƏ-nin qoşunları yeridilir və Yəmən bugünə qədər davam edən qanlı müharibə meydanına çevrilir.

Ən dramatik hadisələr isə Suriyada baş vermişdir və verməkdə də davam edir.

Hər şey bir qrup məktəblinin oyunundan başladı. Oxuduqları məktəbin yazı lövhəsinə Tunis və Misirdə başlayan Ərəb Baharının təsiri ilə İnqilabi şüarlar yazan bu uşaqlar polis tərəfindən tutlaraq naməlum istiqamətə aparıldılar. Onların taleyindən narahat olan və harada olduqlarını öyrənməyə çalışan valideynlərinə “Siz onları bir daha görməyəcəksiniz, gedin yenilərini əkin” – deyə cavab verildi. Bu məktəblilərin qohumlarının kiçik miqyaslı etiraz aksiyası keçirməsinə səbəb oldu. Suriyanın müxtəlif yerlərində onlara dəstək aksiyaları təşkil olundu. 2010-cu ilin yanvar ayından etibarən baş qaldıran bu kiçik aksiyalar tədricən böyüyərək, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ve insan haqlarının pozulmasına qarşı xalq üsyanına çevrildi. İlk geniş miqyaslı etiraz aksiyası 15 mart 2011-ci il tarixində Dera şəhərində  ortaya çıxdı ki, bu səbəbdən də Dera “Suriya inqilabını beşiyi" sayılmaqdadır.

Qısa müddət sonra etiraz dalğası bütün ölkəni bürüdü.  Hökumət mitinqlərə kütləvi həbslər, işkəncələr, polis şiddəti və senzura ilə cavab verdi, fəqət bu etiraz dalğasının qarşısını nəinki ala bilmədi, əksinə, dalğa daha da böyüməyə davam etdi. Aprel ayının sonunda Bəşər Əsəd, dirənən şəhər və qəsəbələrə qarşı büyük ölçüdə hərbi əməliyyatlara başladı, yaşayış yerlərinə tanklar, piyadalar və ağır silahlar yeridildi, nəticədə çox sayda mülkü vətəndaş həyatını itirdi.

Page 19: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

Baş verən inanılmaz vəhşiliklər çox sayda müsəlman zabit və əskərin silahları ilə birlikdə ordudan qaçaraq xalqın tərəfinə keçməsinə, Bəşər Əsədin ələvi rejiminə qarşı çıxşı etməsinə və müxalifəti silahlandırmasına səbəb oldu. Cisr əş-Şuğur  qəsəbəsində ilk böyük mitinqlərdən 79 gün sonra, 4 iyun 2011-ci il tarixində ölkədə ilk silahlı çatışma baş verdi. Suriya ordusunu bir dəfn mərasiminə qatılan izdihamın üzərinə atəş açması mitinq iştirakçılarının atəşin açıldığı binaya od vurması və millətə atəş açan 8 ələvi hərbçini öldürməsi, eləcə də bir polis məntəqəsini silahları ilə birlikdə ələ keçirməsi ilə nəticələndi. Müsəlmanlar bütün ətrafı nəzarətə aldı. Nümayişçilərlə hərbçilər arasındakı çatışmalar sonrakı günlərdə də davam etdi. Əldə olan məlumata görə, xüsusi xidmət orqanları mülki əhaliyə silah qaldırmaqdan imtina edən hərbiçiləri dərhal məhv edirdilər. Bu, orduda qalan müsəlmanların da qaçmasına və müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Nəticədə qarşıdurma tədricən ələvi-müsəlman qarşıdurması şəklini aldı və böyüyərək, vətəndaş müharibəsinə çevrildi.

Qeyd edək ki, 12 imama sitayiş edən ələvilər nə sünni, nə də şiələr tərəfindən müsəlman hesab edilmirlər. Əslində, ələvilərin özləri də müsəlma kimi tanıdılmalarına qarşıdırlar. Səbəb də, İranda “Əliallahilər” adlandırılan ələvilərin namzı, həcc ibadətini, Ramazanda oruc tutmağı inkar etmələri, came və məscidlərin əvəzinə “cəm evləri” adlandırılan ibadət evlərinə qadınlı-kişili toplaşaraq, özlərinə məxsus ibadət etmələri, Məhərrəm ayında 12 imamın şəninə 12 gün oruc tutmaları, şiə və ya sünni olmasından asılı olmayaraq, müsəlmanlara qız verib-almamaları, müsəlmanlarla ailə həyatı quran övladlarını övladlıqdan çıxarmaları və s. kimi düşüncə və əməlləridir.

Keçmiş Fransa müstəmləkəsi olan Suriyada ələvilər əhalinin sadəcə 17 faizini təşkil etsələr də, Qərb imperializmi onların hakimiyyəti ələ keçiməsinə və onların əli ilə İslamın dirçəlişinin önünün kəsilməsinə şərait yaratmışdılar. Həm diktator Hafiz Əsəd, həm də oğlu Bəşər Əsəd ələvi idilər və bu səbəbdən də müsəlmanların etirazlarını qanlar içində boğmuşlar.

Page 20: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

Bu gün Suriyadakı vətəndaş müharibəsini çoxtərəfli silahlı qarşıdurma kimi xarakterizə etmək daha doğru olar. 2011-ci ilin baharında Bəşər Əsəd rejiminə qarşı dinc etiraz aksiyaları şəkilində başlayan, sonradan vətəndaş müharibəsinə çevrilən hərbi qarşıdurmaya artıq həm Türkiyə kimi Suriya ilə həmsərhəd olan ölkə ilə yanaşı bu ölkə ilə heç bir sərhəddi olmayan İran, Rusiya, ABŞ və Fransa kimi çox sayda ölkə qatılmışdır. Nəticə də sevimli Peyğəmbərimizin (ə) “Şamda çıxacaq Fitnə” barədə məşhur hədisində, eləcə də Şamla (Suriya ilə) bağlı digər hədislərində söylənilənlər həyata keçmişdir. Bu hədislərin birində Ərəb Baharına işarənin izlərini belə görmək mümkündür. Heysəm, Əbu Dərdaya (r) istinadən, həmin hədisi belə nəql edib:

“ Rasulullah (s):-Muhəqqəq ki, sizlər (irəlide) ordular bulacaqsınız. Bir ordu Şamda, (bir

ordu) Misirdə, (bir ordu) İraqda və (bir ordu) Yəməndə, - buyurdu. Əshab:-Ey Allahın Rəsulu! Bizim üçün seç (hansına qatılaq)? – dedilər. Rəsulullah (s) da:-Şam ordusuna qatılın, - buyurdu. Əshab bu dəfə:-Ey Allahın Rəsulü! Biz qoyun sürülərinə sahib olan kimsələrik. Şama

getməyə güç yetirə bilmərik, - dedilər. Rasulullah (s) da:-Şam ordusuna qatılmağa güç yetirə bilməyən kimsə Yəmən ordusuna

qatılsın. Şübhəsiz, Allah Şaməa (və əhlinə) mənim üçün kəfil olmuşdur, - buyurdu”.

“Şamda çıxacaq Fitnə” barədə məşhur hədis Abdullah bin Əmr bin Asa (r) istinadən Hakim tərəfindən nəql edilmişdir:

“Rəsulullah (s) belə buyurdu:Kitabın dirəyinin yastığımın altından çəkildiyini görən kimi oldum.

Gözümlə onu təqib edincə, onun yüksələn bir nur olduğunu, onun Şama

Page 21: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

buraxıldığını gördüm. Diqqət edin, şübhəsiz iman, – fitnələr meydana gələcəyində - Şamda olacaqdır”.

Başqa bir hədisdə fitnənin çıxacağı yer kimi İraqa işarə edilir. Buxari, Termizi, Əhməd, İbni Hibban və diğərlərində fərqli variantlarına rast gəlinən sözügedən hədisin Tabərani tərəfindən, İbni Abbasa (r) istinadən nəql edilən variantı belədir:

“Rəsulullah (s):-Allahım! Saımıza ve müddümüze bərəkət ver (mübarək et). Məkkəmizə

və Mədinəmizə bərəkət ver (mübarək et). Şamımıza və Yəmənimizə bərəkət ver (mübarək et), - deyə dua etdi.

Ətrafında olan bir adam:-Ey Allahın Peyğəmbəri! iraqımıza da (dua et), - dedi. Rəsulullah (s):-Şeytanın buynuzu orada ortaya çıxacaq və fitnə orada yayılacaqdır, -

buyurdu”.Dövrümüzədək Şamla, yəni Suriya ilə bağlı bir çox hədis yetişmişdir ki,

onlardan biri də Termizi, Müslim, Əhməd, İbni Hibban, Əbdürrəzaq və s. mühəddilərin nəql etdiyi bir hədisdə belə deyilməkdəir:

“Abdullah bin Amr, atasından (r) belə rəvayət etmiştir. Rəsulullah (s):-Qiyamətdən öncə Hadramevtdən və ya Hadramevt tərəfindən bir atəş

çıxacaq və insanları ətrafında toplayacaqdır. Əshab:-Ey Allahın Rəsulu! (O zaman) bizə nə etməyimizi əmr edərsən? – deyə

soruşdular. Rəsulullah (s) da:-Şama gedin, - buyurdu”.Müslimin nəql etdiyi daha bir hədis:“Səd bin əbi Vəqqas (r) belə rəvayət etmişdir: Rəsulullah (s) belə

buyurdu: “Ğərb əhli qiyamət gününə qədər haqq üzrə üstün gəlməyə davam edəcəkdir.”

İmam Əhməd və İbni Teymiyə “Ğərb əhli”nin Şam əhli olduğunu söyləmişdir”.

Taberanidə belə bir hədis yer almaqdadır:“Rəsulullah (s) belə buyurdu:-Möminlər yurdunun mərkəzi Şamdadır”.Əhmədin nəql etdiyi daha bir hədisdə belə buyurulub:“Şam xalqı Allahın yer üzündəki qamçısıdır. Allah onlar vasitəsiylə

dilədiyi kimsələrdən dilədiyi şəkildə intikam alar. Şam münafiqlərinin Şam möminlərinə üstün gəlməsi haramdır. Onlar (münafiqlər) ancaq dərd, qəzəb və kədər içində ölərlər”.

Termizinin nəql etdiyi, variantlarına Əhməd, İbni Hibban, Hakim və Əbdürrəzzaqda rast gəlinən hədis:

“Zeyd bin Sabit (r) belə rəvayət etmişdir: Rasulullahın (s) yanında oturarkən bir gün:

Page 22: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

-Nə xoş Şama! Nə xoş Şama! - buyurdu. Mən:-Şamın əhvalı nədir? – deyə soruşdum. Rəsulullah (s) da:-Mələklər Şamı qanadlarının üzərinə gərmişlərdir, - buyurdu”.Əlbaninin zəif hesab etdiyi bir hədis də belədir:“Şam həlak olduğunda artıq ümmətimdə xeyr qalmamışdır demək olacaq.

Ümmətimdən bir tayfa haqq uğrunda Dəccalla savaşmağa davam edəcəkdir”.Beləliklə, Şamda, yəni Suriyada çıxan atəş grt-gedə böyüyərək qanlı savaşlar

şəklini almaqdaydı. İlk böyük çatışmalar Hüms, Dera və Şamda yaşansa da, qısa qısa müddətdə bütün ölkəyə yayılmış, Cisr əş-Şuğur müharibəsi və Hama mühasirəsi Suriya vətəndaş müharibəsi tarixinə  ilk böyük şəhər savaşlarının yaşandığı nöqtələr kimi düşmüşdür.

2012 və 2013-cü illər müxaliflərin üstünlüyü ələ keçirtdikləri illər oldu. Onlar Şam (Dəməşq) şəhirinin mərkəzinin bir neçə kilometrliyinə qədər irəlilədilər, Hələbin böyük bölümünü ələ keçirdilər. Hümsdə də savaş şəhər mərkəzində getməkdəydi. Şimal və Şərqi Suriyanın böyük bir hissəsi Əsəd rejiminə bağlı qüvvələrdən azad edildi. Fürsətdən istifadə edən YPG (PYD)  terrorçuları Afrin, Ayn əl-Ərəb (Kobani) və Hasekedə kürd muxtar kantonlar elan etdilər.

2013-cü ilin sonu və 2014-cü ilin başında müxaliflərin xarici dəsteyi böyük ölçüdə itirməsi və aralarında çarpışmaya başlaması nəticəsində rejim güclərinin irəliləməyə başladığı dövr olmuşdur. Rejim paytaxt Dəməşqin mərkəzinin əsas hissəsində möhkəmlənə bilmiş, Hama və Hünsün əsas hissəsi və Lazkiyə (Latakiya) yolu rejimin nəzarətinə keçmişdir. Bu sırada İŞİD də Şimal və Şərq bölgələrinin çoxunda möhkəmlədi.

2015-ci ildə muxaliflərin aralarındakı ixtilaflara son qoyması, bir çox bölgədə işbirliyinə getməsi ilə rejimin irəliləməsi durduruldu, müxaliflər Hələbin mühasirəsini qırdı, İdlib şəhər mərkəzini rejimdən aldı və İdlibin ətraf bölgələri rejim güclərindən böyük ölçüdə təmizləndi. Fəqət işin içinə rejimə dəstək verən Rusiya və İranın girməsilə vəziyyət yenidən dəyişməyə başladı.

2015-ci ilin sentyabrından etibarən Rusiya təyyarələrinin müxaliflərə havadan yağdırdığı bombalar, eləcə də atdığı raketlər müxalifətin lehinə olan güc balansını onların əleyhinə dəyişməyə başladı. 2015-ci ilin sonları Rusiya, İran və İrana bağlı çoxsaylı terrorçu şiə qruplaşmalarının Əsəd rejiminə dəstəyini önəmli ölçüdə artırdığı bir dönəm oldu. Müxaliflər isə Qərbdən aldıqlarıı dəstəyi itirdilər. Səbəb də Qərbin İrana “Şiə hilalı”nı qurmaqda mane olmaq istəməməsi idi.

Qərb Türkiyənin İslam dünyasına açılmasını önləmək üçün onunla Suriya və İraq arasında iki mühafizə zolağı qurmaq istəyirdi. Bunlardan birincisi İran sərhəddindən Aralıq dənizi sahillərinə qədər uzanan, İraq və Suriyanın şimal bölgələrini əhatə edən kürd bölgəsi və ya kürd zolağı idi, ikincisi isə İranın əli ilə qurulmağa çalışılan “Şiə hillaı” layihəsi idi. Qərbin Suriya müxalifətinə yardım etmək istəməməsinin əsas səbəbi də məhz bu idi. Bəhanə kimi isə İŞİD təhlükəsi göstərilirdi. İŞİD-in İslam Xilafəti qurmaq ideyası həm Qərbin, daha dəqiq desək, ABŞ-ın, həm Lazkiyə və Tarsusdakı sovet dönəmindən qalma hərbi bazalarını əldə saxlamaq istəyən Rusiyanın, həm də bölgəni sünni müsəlmanlardan təmizləyərək, “Şiə hillalı” qurmaq, bu yolla əski Sasanilər imperiyasını bərpa etmək arzusunda

Page 23: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

olan İranın məqsəd və hədəfləri üçün əsas maneə rolunda çıxış edirdi. Odur ki, onun ləğv edilməsində hər üç ölkə - həm Rusiya, həm ABŞ, həm də İran maraqlı idilər.

2016-cı ildə rejim və müttəfiqləri, yəni Rusiya və İran İŞİD-i və digər müxalif qüvvələri Hələb ətrafındakı bir çox yaşayış yerindən sıxışdırdılar. Bundan başqa, Türkmən dağının böyük qismini və Palmira şəhərini ələ keçirdilər.  Həmin sırada ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı savaşan YPG (PYD) martın 16-da Suriyanın şimalında “Şimali Suriya Federasiyası” adı altında kürd dövləti qurmaq niyyətini açıqladı. Belə olan halda, Türkiyə artıq baş verənlərə seyrçi qala və cənub sərhəddində terrorçu bir dövlətin yaranmasına imkan verə bilməzdi. Odur ki, rəsmi Ankara hərbi müdaxilə qərarı vermək məcburiyyətində idi və verdi də. Bu o zamana təsadüf etdi ki, Suriyanın şimalında sevimli Peyğəmbərimizin (s) 1400 il öncə xəbər verdiyi kimi, qara bayraqlılarla sarı bayraqlılar, yəni İŞİD-lə kürd terrorçuları arasında qanlı savaş gedirdi.

Martın 31-də Türkiyə KİV-ləri hərbi mənbələri istinadən belə bir xəbər yaydılar ki, əgər ABŞ Hərbi Hava Qüvvələrinin dəstəyi ilə İŞİD mövqelərinə hücuma keçən kürd terrorçu dəstələri Türkiyənin təhlükəsizliyi baxımından “qırmızı xətt” təşkil edən Əzaz-Cərablus xəttini keçərlərsə, Türkiyə silahlı qüvvələri onlara qarşı atəş açacaqdır.

Avqustun 24-də Türkiyə müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriya ərazisində “Fərat qalxanı” adı altında hərbi əməliyyata başladığını elan etdi və bu hərəkatın əsil məqsədinin Cərablus və Əl-Bab şəhərlərinin də daxil olduğu 5 min kv. km-lik bir ərazini İŞİD-dən təmizləmək olduğunu bəyan etdi. Əslində isə əsil hədəf İŞİD yox, ABŞ-ın qurmaqda olduğu kürd zolağını yarmaq və bu zolağın Aralıq dənizinə çıxışını, eələcə də Afrin və Münbic kantonları arasındakı rabitəni kəsmək idi. İŞİD onsuz ga ABŞ-ın havadan verdiyi dəstəklə irəliləməkdə olan kürdləri artıq durdurmaq gücündə deyildi.

Əməliyyat səhər saat 04. 00-da başladı və həmin tarix müsəlman Türkiyə ordusunun gələckdə Bəni-Əsfərlə (ruslarla) savaşacağı, yəni Məlhəməyi-Kübranın baş verəcəyi yer olan əraziyə, yəni Amiq ovası ilə Dabiq şəhəri arasındakı torpaqlara daxil oldu. Və beləcə yerli müsəlmanlar həm ABŞın dəstəklədiyi sarı bayraqlılara, yəni YPG (PYD-yə, həm farslarla (İranla) eyni cəbhədə savaşan digər sarı bayraqlılara, yəni Hizbullaha, həm də Bəni-Əsfərə (ruslara) qarşı böyük bir dəstək əldə etmiş oldular. Artıq onlar göydən başlarına od yağdıran, şəhər və kəndlərini xarabazara çevirən, ailələrini vəhşicəsinə məhv edən İslam düşmənlərinə qarşı tək qalmayacaqdılar. NATO-nin ikinci böyük ordusu, NATO-ya üzv olan yeganə müsəlman ölkəsinin böyük və güclü ordusu onların yanında yer almaqdaydı.

Beləcə, sevimli Peyğəmbərimizin (s) Əbu Hüreyranın dilindən anladılan aşağıdakı hədisi gerçəkləşmiş oldu:

“Rəsulullah (s) belə buyurdular: Məlahim vüquya gəldiyi zaman Allah məvalidən (ərəb olmayan müsəlmanlardan) elə bir ordu göndərəcək ki, atların cinsi baxımından ərəblərın ən qiymətlisi və silah baxımınada onların ən yaxşısı olacaq, Allah İslam dinini onlarla təyid edəcək, yəni qüvvətləndirəcəkdir” (İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı, 17, 559-560).

Page 24: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewƏhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi

Beləliklə, Türkiyə ordusunun Azad Suriya ordusu ilə birlikdə həyata keçirməkdə olduqları “Fərat qalxanı” əməliyyatının başladığı 24 avqust 2017-ci il tarixi Məlhəməyi-Kübranın tam başlanğıclarına təsadüf edəcəkdir.